!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əkbər Yerevanlı | Əkbər Yerevanlı (tam adı: Əkbər Yunis oğlu Süleymanov; 17 iyun 1921, İrəvan, İrəvan qəzası, Ermənistan SSR – 28 avqust 1982, İrəvan, Ermənistan SSR, SSRİ) — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri (1956–1980), Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri (1964–1982). Əkbər Yunis oğlu Süleymanov 1921-ci il iyunun 17-də İrəvan şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, 1943–1948-ci illərdə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlamış, ədəbi işçi, məsul katib, tərcüməçi, Ağbabada, Basarkeçərdə müəllim işləmişdir. 1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olmuş, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparmış, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası" (1955), "Cəlil Məmmədquluzadə və erməni xalqı" (1966), "Nəsimi" (1973), "Xatabala" jurnalı Azərbaycan haqqında" (1974) kitabları çap olunmuşdur.Əkbər Yerevanlının "Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonuna qədər" mövzusunda doktorluq dissertasiyası 556 səhifə həcmində monoqrafiya şəklində 1968-ci ildə İrəvanda "Hayastan" nəşriyyatında çap olunsa da, Moskvanın göstərişi ilə ömrünün sonuna kimi onu müdafiə etməyə qoymamışdılar.[mənbə göstərin] Buna görə də 1975-ci ildə "Erməni-Azərbaycan ədəbi əlaqələri (şifahi xalq yaradıcılığı, aşıq sənəti və XI–XVIII əsrlərin yazılı ədəbiyyatı)" adlı doktorluq dissertasiyasını Bakıda müdafiə etmişdir.Əkbər Yerevanlının İrəvan şəhərində Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri" (1958), "M. Ə. Sabir və erməni xalqı" (1962), "Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı" (1974), "Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı" (1975) tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunmuşdur. Əkbər Yerevanlının Sabir Rzayevlə birgə yazdıqları 166 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1980-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunmuşdur. Cəfakeş tədqiqatçı, nasir, dramaturq Əkbər Yerevanlı 28 avqust 1982-ci ildə İrəvan şəhərində vəfat etmiş, valideynlərinin yanında dəfn olunmuşdur. Anası Səkinə, atası Yunis Süleymanovlardır. Əkbər Yerevanlının atası Yunis Nuri İrəvanda Azərbaycan teatrının banisi olmuş, 18 yaşından etibarən təqribən 50 il ərzində teatr kollektivinə rəhbərlik etmişdir. Yunis Nurinin oğlu Əziz Süleymanov 1967–1968-ci illərdə teatrın direktoru işləmişdir. 1984-cü ildən 1989-cu ilədək (teatr bağlananadək) Əkbər Yerevanlının oğlu Yunis Süleymanov İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru işləmişdir. Mənim günəşli ölkəm. Yerevan: Haypethrat, 1947, 120 səh; Gözəllik və səadət nəğmələri. Yerevan: Haypetrat, 1964. 246 səh; Azadə. Bakı: Azərnəşr, 1964, 48 səh; Yay gecəsində. Bakı: Gənclik, 1967, 46 səh; Qəlbimin çırağı. Yerevan: Hayastan, 1975, 154 səh; Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası (erm. Հայ և ադրբեջանական ժողովուրդների բարեկամության արտացոլումը գրականության մեջ). Yerevan: Haypetrat, 1955, 223 səh; Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri. Yerevan: Haypetrat, 1958, 272 səh; M. Ə. Sabir və erməni xalqı. Yerevan: Ermənistan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət, 1962, 45 səh; Cəlil Məmmədquluzadə və erməni xalqı (erm. Ջալիլ Մամեդկուլիզադեն և հայ ժողովուրդը). Yerevan: Hayastan, 1966, 105 səh; Azəri-erməni ədəbi əlaqələri (Qədim dövrdən XVIII əsrin sonuna qədər). Yerevan: Hayastan, 1968, 556 səh; Nəsimi (erm. Նասիմի). Yerevan: Hayastan, 1973, 56 səh; "Xatabala" jurnalı Azərbaycan haqqında (erm. "Խաթաբալա" շաբաթաթերթը Ադրբեջանի մասին). Yerevan: Hayastan, 1974, 40 səh; Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı. Yerevan: Hayastan, 1974, 131 səh; Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı. Yerevan: Hayastan, 1975, 192 səh; Yunis Nuri. Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1980, 166 səh. (həmmüəllif); Həmçinin bax Məhərrəm Bayramov Sabir Rzayev Kövsər Tarverdiyeva Mirəli Seyidov Qurgen Antonyan | https://az.wikipedia.org/w/index.php?curid=430356 |
Əkbər ağa Şeyxülislamov | Əkbərağa İbrahim oğlu Şeyxülislamov (1891, İrəvan – 2 mart 1961, Paris, Fransa) — Azərbaycan Xalq Cümhuriyyətinin ictimai və siyasi xadimi, Sosyalistlər Fraksiyasının üzvü, Hümmət Partiyasının üzvü, AXC Torpaq və Əmək Naziri. Əkbərağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Orta təhsilini İrəvan kişi gimnaziyasında başa vurduqdan sonra 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olmuşdur. 1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. Gənc Əkbərağa yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq institutda bütün dərs kursunu başa vurduğuna baxmayaraq, ali məktəbi bitirmək haqqında diplomu almadan vətənə qayıtmalı oldu. Əkbərağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat etmiş və Parisin yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur. Öz dövrünün siyasi və ictimai xadimi Mustafa bəy Vəkilov Ceyhun Hacıbəylinin dəfnində iştirak edərkən Əkbər ağa Şeyxülislamovun qəbrini də ziyarət etmişdir. O, Ceyhun bəyin vəfatının ildönümü münasibətilə "Mücahid" (№ 53 – 54, 1963) jurnalında çap etdirdiyi "Parisdə bir məzar daha" adlı məqaləsində yazmışdır: "Bir az o tərəfdə Əkbərağa Şeyxülislamov yatır. " Siyasi- ictimai fəaliyyəti 1918-ci ilin fevralında Ə. Şeyxülislamov Zaqafqaziya seyminin üzvü seçilmişdir. O, həmin il fevralın 28-də seym tərəfindən təsdiq olunmuş müsəlman fraksiyasının tərkibindəki Hümmət Partiyasına daxil idi. Şeyxülislamov Zaqafqaziya seymi tərəfindən Türkiyə hökuməti ilə sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-də yaradılmış nümayəndə heyətinin tərkibinə daxil idi. O, həmçinin Zaqafqaziya hökumətində daxili işlər nazirinin müavini vəzifəsini icra etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Əkbərağa Şeyxüslislamov bitərəf Fətəli xan Xoyskinin təşkil etdiyi birinci kabinədə torpaq və əmək naziri vəzifəsini tutmuşdur. Həmin il iyunun 17-də kabinə bütövlüklə istefaya çıxdığı üçün tutduğu vəzifəni tərk etmişdir. Ə. Şeyxülislamov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. O, parlamentdə Sosialistlər Fraksiyasının tərkibinə daxil idi. Ə. Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın adından hərarətli nitq söyləmişdir. Ə. Şüyxülislamov 1918-ci il dekabrın 12-də Bakıda keçirilmiş siyasi partiyaların demokratik müşavirəsində Hümmət Partiyası adından çıxış edərək sosialistlərin hökumət tərkibinə daxil olmasını tələb etmişdir. O, Əlimərdanbəy Topçubaşovun rəhbərliyi altında Azərbaycan respublikası nümayəndəliyinin tərkibində 1919-cu ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün Parisə yola düşmüşdür. Nümayəndəlik İstanbul, Neapol və Roma şəhərlərindən keçərək, 1919-cu ilin martında çətinliklə Parisə gəlmişdir. Azərbaycan nümayəndəliyinin konfrans ərəfəsində burada çap etdirdiyi kitablar böyük əhəmiyyət kəsb edirdi. Fransızca buraxılmış "Qafqaz Azərbaycanı Respublikası" kitabı Qərbi Avropa dillərində Azərbaycan haqqında ilk məlumat idi. Əkbərağa Şeyxülislamov 20-ci illərdə Parisdə Azərbaycandan İnternasionalın üzvü olmuşdur. Onun ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Azərbaycan" (№ 2) jurnalında "Azərbaycan necə quruldu" adlı məqalə yazmışdır. Bu yazıda 1918-ci ilin 26–28 may günlərində baş vermiş tarixi hadisələrin gedişi müfəssəl işıqlandırılmışdır. Buna görə də həmin məqalə Ankarada nəşr olunan "Mücahid" (№ 49 – 50, 1962) jurnalında yenidən çap edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=21158 |
Əkbər mirzə Qovanlı-Qacar | Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax Sultan Məsud mirzə Qovanlı-Qacar | https://az.wikipedia.org/w/index.php?curid=156395 |
Əkbər İrəvanlı | Əkbər Yerevanlı (tam adı: Əkbər Yunis oğlu Süleymanov; 17 iyun 1921, İrəvan, İrəvan qəzası, Ermənistan SSR – 28 avqust 1982, İrəvan, Ermənistan SSR, SSRİ) — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri (1956–1980), Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri (1964–1982). Əkbər Yunis oğlu Süleymanov 1921-ci il iyunun 17-də İrəvan şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, 1943–1948-ci illərdə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlamış, ədəbi işçi, məsul katib, tərcüməçi, Ağbabada, Basarkeçərdə müəllim işləmişdir. 1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olmuş, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparmış, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası" (1955), "Cəlil Məmmədquluzadə və erməni xalqı" (1966), "Nəsimi" (1973), "Xatabala" jurnalı Azərbaycan haqqında" (1974) kitabları çap olunmuşdur.Əkbər Yerevanlının "Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonuna qədər" mövzusunda doktorluq dissertasiyası 556 səhifə həcmində monoqrafiya şəklində 1968-ci ildə İrəvanda "Hayastan" nəşriyyatında çap olunsa da, Moskvanın göstərişi ilə ömrünün sonuna kimi onu müdafiə etməyə qoymamışdılar.[mənbə göstərin] Buna görə də 1975-ci ildə "Erməni-Azərbaycan ədəbi əlaqələri (şifahi xalq yaradıcılığı, aşıq sənəti və XI–XVIII əsrlərin yazılı ədəbiyyatı)" adlı doktorluq dissertasiyasını Bakıda müdafiə etmişdir.Əkbər Yerevanlının İrəvan şəhərində Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri" (1958), "M. Ə. Sabir və erməni xalqı" (1962), "Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı" (1974), "Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı" (1975) tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunmuşdur. Əkbər Yerevanlının Sabir Rzayevlə birgə yazdıqları 166 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1980-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunmuşdur. Cəfakeş tədqiqatçı, nasir, dramaturq Əkbər Yerevanlı 28 avqust 1982-ci ildə İrəvan şəhərində vəfat etmiş, valideynlərinin yanında dəfn olunmuşdur. Anası Səkinə, atası Yunis Süleymanovlardır. Əkbər Yerevanlının atası Yunis Nuri İrəvanda Azərbaycan teatrının banisi olmuş, 18 yaşından etibarən təqribən 50 il ərzində teatr kollektivinə rəhbərlik etmişdir. Yunis Nurinin oğlu Əziz Süleymanov 1967–1968-ci illərdə teatrın direktoru işləmişdir. 1984-cü ildən 1989-cu ilədək (teatr bağlananadək) Əkbər Yerevanlının oğlu Yunis Süleymanov İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru işləmişdir. Mənim günəşli ölkəm. Yerevan: Haypethrat, 1947, 120 səh; Gözəllik və səadət nəğmələri. Yerevan: Haypetrat, 1964. 246 səh; Azadə. Bakı: Azərnəşr, 1964, 48 səh; Yay gecəsində. Bakı: Gənclik, 1967, 46 səh; Qəlbimin çırağı. Yerevan: Hayastan, 1975, 154 səh; Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası (erm. Հայ և ադրբեջանական ժողովուրդների բարեկամության արտացոլումը գրականության մեջ). Yerevan: Haypetrat, 1955, 223 səh; Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri. Yerevan: Haypetrat, 1958, 272 səh; M. Ə. Sabir və erməni xalqı. Yerevan: Ermənistan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət, 1962, 45 səh; Cəlil Məmmədquluzadə və erməni xalqı (erm. Ջալիլ Մամեդկուլիզադեն և հայ ժողովուրդը). Yerevan: Hayastan, 1966, 105 səh; Azəri-erməni ədəbi əlaqələri (Qədim dövrdən XVIII əsrin sonuna qədər). Yerevan: Hayastan, 1968, 556 səh; Nəsimi (erm. Նասիմի). Yerevan: Hayastan, 1973, 56 səh; "Xatabala" jurnalı Azərbaycan haqqında (erm. "Խաթաբալա" շաբաթաթերթը Ադրբեջանի մասին). Yerevan: Hayastan, 1974, 40 səh; Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı. Yerevan: Hayastan, 1974, 131 səh; Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı. Yerevan: Hayastan, 1975, 192 səh; Yunis Nuri. Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1980, 166 səh. (həmmüəllif); Həmçinin bax Məhərrəm Bayramov Sabir Rzayev Kövsər Tarverdiyeva Mirəli Seyidov Qurgen Antonyan | https://az.wikipedia.org/w/index.php?curid=462955 |
Əkbər Şah | Cəlaləddin Məhəmməd Əkbər və ya I Böyük Əkbər (15 oktyabr 1542, Umarkot qalası, Böyük Moğol imperiyası – 15 oktyabr 1605, Fatehpur-Sikri, Böyük Moğol imperiyası) — Böyük Moğol imperiyasının 3-cü padşahı, Baburun nəvəsi, müsəlman ölkələr arasında çadranı qadağan edən ilk hökmdar. Atası Humayun şahdır, anası isə İranlı Həmide Banudur. Babürlərin ən parlaq dövrü Əkbər şahın padşah olduğu dövür olub. Atası Hümayun şah öldüyündə 14 yaşında idi. O sırada Delhidə olan Seydi Əli Rəisin tövsiyəsiylə Humayun şahı ölümü bir müddət gizləndi və döyüşdə olan Əkbər, 20 gün sonra Dehliyə gəlib 15 fevral 1556-cı ildə taxta çıxdı. Haramın siyasi təzyiqi yalnız 1564-cü ildə pozuldu və hakimiyyəti ələ aldı. O, bir çox inzibati yeniliklər gətirdi. Cizvit papazlarından Bartoli Baba (Padre) Ridolfo Akuavivanın Böyük Moğol Yanındakı Vəzifəsi adlı latınca kitabında Əkbər şahın böyük bir yığıncaq edərək ora din alimlərini və komandirləri çağırdığını, uzun zamandan bəri hazırladığı yeni bir dini qurma və onun başı olma niyyətini aşağıdakı şəkildə açıqladığını yazar."Bir baş tərəfindən idarə olunan bir dövlətdə yaşayanların bir-birindən ayrı və bir-birinə qarşı inanclar bəsləməsi və başqa-başqa qanunlarla idarə olunması doğru deyil. Buna görə də biz bütün bunları birləşdirməliyik; belə ki, siz hamınız birdirsiniz, hamınız birdirsiniz. Beləliklə hər hansı bir din içindəki yaxşı şeyləri itirməmək və öbürlərindəki daha yaxşı şeyləri də qazanmaq kimi bir qazanc təmin etmiş olarıq. Bunu etməklə Allaha ibadət etmə işi, xalqın rahatlığı və dövlətin təhlükəsizliyi təmin edilmiş olur."Əkbər şah, fərqli dinlərə sahib olan tebasını ortaq tək bir din damı altında birləşdirmə proyektiylə nev-i özünə məxsus bir imperator olmağa çalışıb. Əkbər şah, babası Babur zamanından etibarən fəth edilməyə başlanan Hindistanı vətən olaraq mənimsəmiş, fatih olaraq gəldikləri bu ölkədə qalıcı olmanın yollarını axtarmışdı. Əkbər şah Hindu, Müsəlman, Zərdüşt, Buddist, Sikh, çayınızı, xristian kimi bir çox din mənsubunun yaşadığı bu ölkədə tebaası üzərində mənəvi nüfuz qurmadan birlik təmin etmənin mümkün ola bilməyəcəyini düşünürdü. Əkbər şahın müxtəlif din, məzhəb və irqlər arasında qarşılıqlı müsamahaya dayanan dostluq və sülh içində yaşamaq fikrini ifadə edən sülh-i külli düşüncəsini mənimsəməsində Müəllimi Mir Əbdüllətifin təsiri olub. Əkbər şah, səltənətinin ilk illərindən etibarən Hindu əksəriyyətin rəğbətini qazanmağa istiqamətli proqramlar başlatdı. Özünə vəliəhd doğuracaq olan Hindu Rajputun, Jodhaa adlı qızı ilə evləndi, Hindu kişilərdən alınmaqda olan cizyə ilə müqəddəs yerlərin ziyarəti əsnasında hindulardan alınan vergini qaldırdı. Bürokratiyanın və ordunun üst rəhbərliyində bir çox Hinduya vəzifə verdi. Tebaasının mənəvi liderliyini boynuna götürmək istəyən Əkbər şah, fərqli dinlərin təlimçiləri ilə yaxınlıqlar qurdu, onları tanımağa və özünə bağlamağa çalışdı. 1580-ci ildən zərdüştlüyə meyl edən Əkbər şah, bir müddət bir Zərdüşt kimi yaşadı, sarayda gecə gündüz atəş yandırılmasını əmr edərək bu atəşin söndürülməməsi vəzifəsini Əbu-l Fadla verdi. Əkbər şah, eyni dövrdə caynizm və siqh inancları ilə də tanış oldu, sarayında bu inancların nümayəndələrini saxladı. Əkbər şah, 1579-cu ildən etibarən, Portuqaliyalı işğalçılarla birlikdə gələn Cizvit papazlarını sarayına dəvət edərək uzun müddət onları qonaq etdi. Xristianlığı öyrənməyə həvəs edən şah, Cizvitlərə İncili tərcümə etdirdi, onların kilsə qurmalarına icazə verib, uşaqlarının təhsiliylə onları vəzifələndirdi, lakin üçlüyə olan inancı Əkbər şahın nəzərə aldığı bir şey deyildi. Onun öyrənmə marağından ümidlənən, ancaq ümid etdiklərini tapa bilməyən missionerlər, yazdıqları məktublarda; Əkbər şahın dini müzakirələr əsnasında davamlı xaşxaş və spirtin təsiri altında olduğunu görərək xəyal qırıqlığına uğradıqlarını və onun bir kələkbaz olduğunu iddia etmişdilər. Əkbər şah, sülh-i külli düşüncəsini Müsəlmanlara qəbul etdirmək üçün onlar üzərində mənəvi hakimiyyəti orqanı qurmanın yollarını axtarırdı. Taxta çıxdığı sırada müsəlman xalq arasında Mehdiyyət düşüncəsi olduqca məşhur idi. Əkbər şah, on altıncı əsrin başında Mehdiliyini elan edən Caunpurlu Məhəmmədin min yılcı (Mehdinin axır zamanda min il hökm edəcəyi inancı) hərəkəti Mehdəviyə təlimindən bu mənada faydalanmağı düşündü. Üstəlik Mehdinin zühur edəcəyi hicri mindikləri il olan miladi 1591-ci ilin çox yaxın idi. Əkbər şah, Mehdilik mövzusunda istiqamətləndirən və təşviq edənlərin başında Məhdəvi hərəkatının lideri Şeyx Mübarək b. Hıdır ən-Nagorî ilə iki oğlu feyz və Əbu l-Fadl əl-Əllamə vardı. Ancaq Mehdiyyət düşüncəsi qarşısında ən böyük maneə, bu düşüncəyə şiddətlə qarşı çıxan ulemaydı və bunlar, müsəlmanlar üzərində hələ nüfuz sahibi idilər. Əkbər şahın mehdililiyinin qəbul etdirilməsi baxımından əvvəlcə üləmanın saf xarici edilməsi və gözdən salınması lazım idi. Əkbər şah bunu reallaşdırmaq üzrə, 1575-ci ildə paytaxt Fetihpur Sikri'de bir ibadətxana qurdu. Divanhanə deyilən bu yerdə sünni və şiə müsəlman alim, ədib və sufiləri bir araya gətirərək dini mövzularda elmi mübahisələri tərtib etdi. Bu yığıncaqlara qatılan ulemâ arasındakı şəxsi çəkişmələr, üləmanın zəiflikləri və şəri məsələlərdəki anlaşılmazlıqları önə çıxarılıb ulemâ və müəllimlərin Müsəlmanlar üzərindəki etibarları sükuta uğradıldı. Əkbər şah daha sonra məcusi, Hindu, Buddist və xristian alimlərini də bu yığıncaqlara çağırmağa başladı, onların İslam əleyhinə danışıqlarını müdaxilə etmədən dinlədi. Bu yığıncaqlarda İslamın bədəvi bir millətə gəldiyi, Babür xalqı kimi yüksək bir millətə uyğun olmadığı, vəhyin ağla zidd olduğu, Quranın Allah kəlamı olmadığı fikirləri dilə gətirildi. Nəhayət şərtlərin uyğun olduğuna qərara gətirilən 1579-cu ildə Fetihpur Sikri Ulu məscidində minbərə çıxan Feyzi ən-Nagori, Əkbər şahın ilahi mərtəbəyə yüksəldildiyini ifadə edən mənzum bir xütbəni oxuyaraq onu müctəhid-i zaman elan etdi. Əbul-Fadl'a görə də Əkbər şah zamanın imamıydı, insanların Allahın razılığını qazana bilmələri üçün o hansı yolu, hansı məzhəbi seçsə, ona tabe olmaları şərt idi. Tacü l-arifin ləqəbiylə şöhrət tapmış Şeyx Zəkəriyyə, insan-ı kamil sözüylə nəzərdə tutulanın Əkbər şah olduğunu və ona mütləq itaət dinin əmirlərindən olduğunu iddia edərək ona qiblə-i murâdât (ona yönəlincə muratların reallaşacağı qiblə) adını vermiş, bu iddialarını sübut etmək üçün hədis uydurmaqdan da çəkinməmişdi. Digər tərəfdən Əkbər şah, Tacəddin Ayodhanî ilə də dostluq qurmuş, bu zat vasitəsiylə Abdulkərim Cilî'nin insan-ı kamil təlimini özünə uyarlamış və öz inancına mənsub təqibçilərindən hüzurunda səcdəyə kapanmalarını istəmişdir. Bəzi Brahmanlar Əkbər şahın Rama və Krişna kimi böyük Hindu məbudu Vişnunun avatarı (Tanrı Vişnunun insana çevrilərək dünyaya gəlmiş halı) olduğunu söyləyərək, onu Hinduların məbudu mövqeyinə gətirmişlər. Ona bağlılığın dörd mərtəbəsi olaraq mal, can, namus və dinin fəda edilməsi lazım olduğunu, buna qarşılıq hikmət, şücaət, iffət və ədalətin əldə ediləcəyini elan etmişdilər. Hakimiyyəti Sultan Əkbər şah hakimiyyəti dövründə güclü bir təşkilat qurdu. Üsyanların və parçalanmaların qarşısını aldı. 1578-ci ildə Benqal, 1581-ci ildə Kabil, 1587-ci ildə Kəşmir, 1592-ci ildə Sind və 1594-cü ildə Qəndəharı tamamilə itaət altına aldı. Əkbər şahın zamanında sarayada hind təsiri artmağa başladı. Hərəmxanasına götürdüyü hindli qadınların təsiri və hüsni-rəğbəti ilə hindlilərin də vətəndaş sayılaraq əsgər və dövlət məmuru olmalarını təmin etdi. Müsəlmanlarla hindlilər arasında bərabərlik təmin edildikdən sonra ölkədə gərginliklər azaldı. O, "xalqın dövlət üçün deyil, dövlətin xalq üçün var olduğu" fikrini mənimsədi və mənimsətdi. Böyük əhalisi olan Hindistanda türklər kiçik bir azlıq vəziyyətində idilər və daha çox əsgər və məmur olurdular. Bir çox baxımdan bərabərlik təmin edildiyi üçün azlığın çoxluq üzərində hakimiyyəti artıq mümkün deyildi. Əkbər şah 1603-cü ildə xəstələndi və nitqi tutuldu. Oğlu Cahangir mirzəni çağıraraq ona öz əliylə qılınc qurşadı və hökmdarlıq sarığını başına qoydu. Ölümündən əvvəl Sikandarada özü üçün bir türbə tikintisi başlatmışdı. Qat-qat və piramidanı andıran bu türbə oğlu Cahangir tərəfindən tamamlandı və Əkbər şah 1605-ci ildə vəfat etdikdən sonra burada dəfn olundu. Xüsusiyyətlər və hərəkətləri Əkbər şah, Hindistanda ənənəvi yüzlərlə il ədalətsiz tətbiqlərə son qoydu və ədalətli məhkəmələr qurdu. Vergi ümumi olaraq ədalətli olmağa diqqət göstərdi. Hindu və Müsəlmanlar, öz ənənələrinə görə mühakimə olunan bir qanunu düzəldirlər. Fethpur, Sikriyi memarlar, alimlər, şairlər, yazarlar və rəssamları bir araya gətirərək bir sənət mərkəzinə çevirdi. Əkbər türk-islam memarlığının ən gözəl əsərlərini təmin etdi. Bunlardan birincisi, Fethpur Sikridə beş qatlı Turku Sultana sarayı, dünyanın ən böyük qapılarından Bülend Dərvəzə və 1602-ci ildə Hesslərin fəthini xatırlamaq üçün tikilmiş Lahordakı Mirror sarayından ibarətdir. Həmçinin bax Zahirəddin Mahmud Babur Sultan Hümayun Codxa və Əkbər (film, 2008) Xarici keçidlər Əbül-Fəzl Əllami. Əkbərnamə ( (rus.)) I Əkbər və mahnı: Codha və Əkbər filmi B. Qaskoyn. Böyük Moğollar. 2003(rus) | https://az.wikipedia.org/w/index.php?curid=356081 |
Əkbər şah | Cəlaləddin Məhəmməd Əkbər və ya I Böyük Əkbər (15 oktyabr 1542, Umarkot qalası, Böyük Moğol imperiyası – 15 oktyabr 1605, Fatehpur-Sikri, Böyük Moğol imperiyası) — Böyük Moğol imperiyasının 3-cü padşahı, Baburun nəvəsi, müsəlman ölkələr arasında çadranı qadağan edən ilk hökmdar. Atası Humayun şahdır, anası isə İranlı Həmide Banudur. Babürlərin ən parlaq dövrü Əkbər şahın padşah olduğu dövür olub. Atası Hümayun şah öldüyündə 14 yaşında idi. O sırada Delhidə olan Seydi Əli Rəisin tövsiyəsiylə Humayun şahı ölümü bir müddət gizləndi və döyüşdə olan Əkbər, 20 gün sonra Dehliyə gəlib 15 fevral 1556-cı ildə taxta çıxdı. Haramın siyasi təzyiqi yalnız 1564-cü ildə pozuldu və hakimiyyəti ələ aldı. O, bir çox inzibati yeniliklər gətirdi. Cizvit papazlarından Bartoli Baba (Padre) Ridolfo Akuavivanın Böyük Moğol Yanındakı Vəzifəsi adlı latınca kitabında Əkbər şahın böyük bir yığıncaq edərək ora din alimlərini və komandirləri çağırdığını, uzun zamandan bəri hazırladığı yeni bir dini qurma və onun başı olma niyyətini aşağıdakı şəkildə açıqladığını yazar."Bir baş tərəfindən idarə olunan bir dövlətdə yaşayanların bir-birindən ayrı və bir-birinə qarşı inanclar bəsləməsi və başqa-başqa qanunlarla idarə olunması doğru deyil. Buna görə də biz bütün bunları birləşdirməliyik; belə ki, siz hamınız birdirsiniz, hamınız birdirsiniz. Beləliklə hər hansı bir din içindəki yaxşı şeyləri itirməmək və öbürlərindəki daha yaxşı şeyləri də qazanmaq kimi bir qazanc təmin etmiş olarıq. Bunu etməklə Allaha ibadət etmə işi, xalqın rahatlığı və dövlətin təhlükəsizliyi təmin edilmiş olur."Əkbər şah, fərqli dinlərə sahib olan tebasını ortaq tək bir din damı altında birləşdirmə proyektiylə nev-i özünə məxsus bir imperator olmağa çalışıb. Əkbər şah, babası Babur zamanından etibarən fəth edilməyə başlanan Hindistanı vətən olaraq mənimsəmiş, fatih olaraq gəldikləri bu ölkədə qalıcı olmanın yollarını axtarmışdı. Əkbər şah Hindu, Müsəlman, Zərdüşt, Buddist, Sikh, çayınızı, xristian kimi bir çox din mənsubunun yaşadığı bu ölkədə tebaası üzərində mənəvi nüfuz qurmadan birlik təmin etmənin mümkün ola bilməyəcəyini düşünürdü. Əkbər şahın müxtəlif din, məzhəb və irqlər arasında qarşılıqlı müsamahaya dayanan dostluq və sülh içində yaşamaq fikrini ifadə edən sülh-i külli düşüncəsini mənimsəməsində Müəllimi Mir Əbdüllətifin təsiri olub. Əkbər şah, səltənətinin ilk illərindən etibarən Hindu əksəriyyətin rəğbətini qazanmağa istiqamətli proqramlar başlatdı. Özünə vəliəhd doğuracaq olan Hindu Rajputun, Jodhaa adlı qızı ilə evləndi, Hindu kişilərdən alınmaqda olan cizyə ilə müqəddəs yerlərin ziyarəti əsnasında hindulardan alınan vergini qaldırdı. Bürokratiyanın və ordunun üst rəhbərliyində bir çox Hinduya vəzifə verdi. Tebaasının mənəvi liderliyini boynuna götürmək istəyən Əkbər şah, fərqli dinlərin təlimçiləri ilə yaxınlıqlar qurdu, onları tanımağa və özünə bağlamağa çalışdı. 1580-ci ildən zərdüştlüyə meyl edən Əkbər şah, bir müddət bir Zərdüşt kimi yaşadı, sarayda gecə gündüz atəş yandırılmasını əmr edərək bu atəşin söndürülməməsi vəzifəsini Əbu-l Fadla verdi. Əkbər şah, eyni dövrdə caynizm və siqh inancları ilə də tanış oldu, sarayında bu inancların nümayəndələrini saxladı. Əkbər şah, 1579-cu ildən etibarən, Portuqaliyalı işğalçılarla birlikdə gələn Cizvit papazlarını sarayına dəvət edərək uzun müddət onları qonaq etdi. Xristianlığı öyrənməyə həvəs edən şah, Cizvitlərə İncili tərcümə etdirdi, onların kilsə qurmalarına icazə verib, uşaqlarının təhsiliylə onları vəzifələndirdi, lakin üçlüyə olan inancı Əkbər şahın nəzərə aldığı bir şey deyildi. Onun öyrənmə marağından ümidlənən, ancaq ümid etdiklərini tapa bilməyən missionerlər, yazdıqları məktublarda; Əkbər şahın dini müzakirələr əsnasında davamlı xaşxaş və spirtin təsiri altında olduğunu görərək xəyal qırıqlığına uğradıqlarını və onun bir kələkbaz olduğunu iddia etmişdilər. Əkbər şah, sülh-i külli düşüncəsini Müsəlmanlara qəbul etdirmək üçün onlar üzərində mənəvi hakimiyyəti orqanı qurmanın yollarını axtarırdı. Taxta çıxdığı sırada müsəlman xalq arasında Mehdiyyət düşüncəsi olduqca məşhur idi. Əkbər şah, on altıncı əsrin başında Mehdiliyini elan edən Caunpurlu Məhəmmədin min yılcı (Mehdinin axır zamanda min il hökm edəcəyi inancı) hərəkəti Mehdəviyə təlimindən bu mənada faydalanmağı düşündü. Üstəlik Mehdinin zühur edəcəyi hicri mindikləri il olan miladi 1591-ci ilin çox yaxın idi. Əkbər şah, Mehdilik mövzusunda istiqamətləndirən və təşviq edənlərin başında Məhdəvi hərəkatının lideri Şeyx Mübarək b. Hıdır ən-Nagorî ilə iki oğlu feyz və Əbu l-Fadl əl-Əllamə vardı. Ancaq Mehdiyyət düşüncəsi qarşısında ən böyük maneə, bu düşüncəyə şiddətlə qarşı çıxan ulemaydı və bunlar, müsəlmanlar üzərində hələ nüfuz sahibi idilər. Əkbər şahın mehdililiyinin qəbul etdirilməsi baxımından əvvəlcə üləmanın saf xarici edilməsi və gözdən salınması lazım idi. Əkbər şah bunu reallaşdırmaq üzrə, 1575-ci ildə paytaxt Fetihpur Sikri'de bir ibadətxana qurdu. Divanhanə deyilən bu yerdə sünni və şiə müsəlman alim, ədib və sufiləri bir araya gətirərək dini mövzularda elmi mübahisələri tərtib etdi. Bu yığıncaqlara qatılan ulemâ arasındakı şəxsi çəkişmələr, üləmanın zəiflikləri və şəri məsələlərdəki anlaşılmazlıqları önə çıxarılıb ulemâ və müəllimlərin Müsəlmanlar üzərindəki etibarları sükuta uğradıldı. Əkbər şah daha sonra məcusi, Hindu, Buddist və xristian alimlərini də bu yığıncaqlara çağırmağa başladı, onların İslam əleyhinə danışıqlarını müdaxilə etmədən dinlədi. Bu yığıncaqlarda İslamın bədəvi bir millətə gəldiyi, Babür xalqı kimi yüksək bir millətə uyğun olmadığı, vəhyin ağla zidd olduğu, Quranın Allah kəlamı olmadığı fikirləri dilə gətirildi. Nəhayət şərtlərin uyğun olduğuna qərara gətirilən 1579-cu ildə Fetihpur Sikri Ulu məscidində minbərə çıxan Feyzi ən-Nagori, Əkbər şahın ilahi mərtəbəyə yüksəldildiyini ifadə edən mənzum bir xütbəni oxuyaraq onu müctəhid-i zaman elan etdi. Əbul-Fadl'a görə də Əkbər şah zamanın imamıydı, insanların Allahın razılığını qazana bilmələri üçün o hansı yolu, hansı məzhəbi seçsə, ona tabe olmaları şərt idi. Tacü l-arifin ləqəbiylə şöhrət tapmış Şeyx Zəkəriyyə, insan-ı kamil sözüylə nəzərdə tutulanın Əkbər şah olduğunu və ona mütləq itaət dinin əmirlərindən olduğunu iddia edərək ona qiblə-i murâdât (ona yönəlincə muratların reallaşacağı qiblə) adını vermiş, bu iddialarını sübut etmək üçün hədis uydurmaqdan da çəkinməmişdi. Digər tərəfdən Əkbər şah, Tacəddin Ayodhanî ilə də dostluq qurmuş, bu zat vasitəsiylə Abdulkərim Cilî'nin insan-ı kamil təlimini özünə uyarlamış və öz inancına mənsub təqibçilərindən hüzurunda səcdəyə kapanmalarını istəmişdir. Bəzi Brahmanlar Əkbər şahın Rama və Krişna kimi böyük Hindu məbudu Vişnunun avatarı (Tanrı Vişnunun insana çevrilərək dünyaya gəlmiş halı) olduğunu söyləyərək, onu Hinduların məbudu mövqeyinə gətirmişlər. Ona bağlılığın dörd mərtəbəsi olaraq mal, can, namus və dinin fəda edilməsi lazım olduğunu, buna qarşılıq hikmət, şücaət, iffət və ədalətin əldə ediləcəyini elan etmişdilər. Hakimiyyəti Sultan Əkbər şah hakimiyyəti dövründə güclü bir təşkilat qurdu. Üsyanların və parçalanmaların qarşısını aldı. 1578-ci ildə Benqal, 1581-ci ildə Kabil, 1587-ci ildə Kəşmir, 1592-ci ildə Sind və 1594-cü ildə Qəndəharı tamamilə itaət altına aldı. Əkbər şahın zamanında sarayada hind təsiri artmağa başladı. Hərəmxanasına götürdüyü hindli qadınların təsiri və hüsni-rəğbəti ilə hindlilərin də vətəndaş sayılaraq əsgər və dövlət məmuru olmalarını təmin etdi. Müsəlmanlarla hindlilər arasında bərabərlik təmin edildikdən sonra ölkədə gərginliklər azaldı. O, "xalqın dövlət üçün deyil, dövlətin xalq üçün var olduğu" fikrini mənimsədi və mənimsətdi. Böyük əhalisi olan Hindistanda türklər kiçik bir azlıq vəziyyətində idilər və daha çox əsgər və məmur olurdular. Bir çox baxımdan bərabərlik təmin edildiyi üçün azlığın çoxluq üzərində hakimiyyəti artıq mümkün deyildi. Əkbər şah 1603-cü ildə xəstələndi və nitqi tutuldu. Oğlu Cahangir mirzəni çağıraraq ona öz əliylə qılınc qurşadı və hökmdarlıq sarığını başına qoydu. Ölümündən əvvəl Sikandarada özü üçün bir türbə tikintisi başlatmışdı. Qat-qat və piramidanı andıran bu türbə oğlu Cahangir tərəfindən tamamlandı və Əkbər şah 1605-ci ildə vəfat etdikdən sonra burada dəfn olundu. Xüsusiyyətlər və hərəkətləri Əkbər şah, Hindistanda ənənəvi yüzlərlə il ədalətsiz tətbiqlərə son qoydu və ədalətli məhkəmələr qurdu. Vergi ümumi olaraq ədalətli olmağa diqqət göstərdi. Hindu və Müsəlmanlar, öz ənənələrinə görə mühakimə olunan bir qanunu düzəldirlər. Fethpur, Sikriyi memarlar, alimlər, şairlər, yazarlar və rəssamları bir araya gətirərək bir sənət mərkəzinə çevirdi. Əkbər türk-islam memarlığının ən gözəl əsərlərini təmin etdi. Bunlardan birincisi, Fethpur Sikridə beş qatlı Turku Sultana sarayı, dünyanın ən böyük qapılarından Bülend Dərvəzə və 1602-ci ildə Hesslərin fəthini xatırlamaq üçün tikilmiş Lahordakı Mirror sarayından ibarətdir. Həmçinin bax Zahirəddin Mahmud Babur Sultan Hümayun Codxa və Əkbər (film, 2008) Xarici keçidlər Əbül-Fəzl Əllami. Əkbərnamə ( (rus.)) I Əkbər və mahnı: Codha və Əkbər filmi B. Qaskoyn. Böyük Moğollar. 2003(rus) | https://az.wikipedia.org/w/index.php?curid=80351 |
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik (1604) | Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik — Böyük Moğol imperatoru Əkbər şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. Bundan sonra Əkbər şah onun yanına elçilik göndərib onu təbrik etmək qərarına gəldi. Əkbər göndərdiyi məktubda Abbası həm özbəklər, həm osmanlılar, həm də daxili düşmənlər üzərində qazandığı qələbələrə görə təbrik edirdi. Elçilik Əkbərin Abbas üçün göndərdiyi xeyli sayda qiymətli hədiyyələri də şaha təqdim etdilər. Şah hədiyyələrlə o qədər də maraqlanmadı, bircə hədiyyələr içində olan qılınc onun diqqətini çəkdi və Əkbərin Əmir Teymurun soyundan gəldiyi üçün qılıncı gələcəyə dair yaxşı bir işarə olaraq qəbul edib yaxından maraqlandı. Moğol elçisi İrəvan tutulana qədər şahın düşərgəsində qaldı və şəhər ələ keçiriləndən bir ay sonra geri dönmələrinə icəzə verildi.Abbas elçilik heyəti ilə dostcasına davransa da, onları qarşılamaq üçün xüsusi mərasim təşkil etmədi. O, hakimiyyətə yeni çıxan zaman Əkbərin sarayının buna reaksiyasından narahat olsa da, indi özünü daha güclü hiss edirdi və moğol imperatorunun Qəndəhara sahib olmasından da narazı idi. Həmçinin bax Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619) Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik * David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I.B. Tauris. 2009. 288. ISBN 1845119894. | https://az.wikipedia.org/w/index.php?curid=772238 |
Əkbər Əbdi | Əkbər Əbdi (fars. اکبر عبدی, d. 1960 26 avqust, İran, Tehran) - azərbaycanlı aktyor və komediya ustası. Əkbər Əbdi ilk dəfə uşaqlar üçün TV serialı olan "Mən yenə də məktəbə gecikdim"dən sonra tanınmağa başlamışdır. Əkbər Əbdi 1960-cı ilin 26 avqustunda Tehran şəhərində anadan olmuşdur. Tehran şəhərində anadan olmasına baxmayaraq, Əkbər Əbdinin əsli Ərdəbildəndir.O, 2016-cı ilin iyununda böyrək transplantasiyası əməliyyatı keçirmişdir.Bir müddət anti-semit çıxışlarına görə tənqid edilmişdir. Əkbər Əbdi karyerasına 1981-ci ildə Dariuş Moadebiyan tərəfindən çəkilən "Trafik qonşuluğu" adlı TV serial ilə başlamışdır. 1980-cı illərdəki rollarına görə İran filminin min sifəti olan şəxs ləqəbi verilmişdir. Ona əsas məşhurluq gətirən ekran əsərləri bunlardır: Delshodegan Qar adamıO, həmçinin, "Kirayəçilər" (fars. Ejareh-Nesheenha filmində də rol almışdır. Filmoqrafiyası Mardi ke Mooş (1985) Ejareh-Neshinha (1986) Böyük sinema (1989) Dozde aroosakha (1990) Ey İran (1990) Madər (1991) Nəsrəddin şah (1992) Honarpişeh (1993) Del Shodegan (1992) Adam barfi (1995) Pak bakhteh (1995) Tozdakı pəncələr (1997) Əli və Danny (2002) Noon o Eshgh o Motor 1000 (2003) Ekhrajiha (2007) Mozafarnameh (2008) Ekhrajiha 2 (2008) Telefon Hamrahe Rais Jomhour (2009) Ekhrajiha 3 (2010) Mən yuxuluyam (2010) Xab Zadeha (2014) Rosvayi (2012) Mükafatları Əkbər Əbdi "Mən yuxuluyam" filmindəki roluna görə Fəcr Beynəlxalq Film Festivalında "Ən Yaxşı Köməkçi Oyunçu" nominasiyasında "Kristal Simurq" mükafatına layiq görülmüşdür. İran prezidenti tərəfindən verilən və İran İslam Respublikasında ən ali dərəcəli ordenlərdən olan "Mədəniyyət və İncəsənət Ordeni" ilə mükafatlandırılmışdır. Həmçinin bax İran azərbaycanlılarının siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=574743 |
Əkbər Əliyev (alim) | Əliyev Əkbər Bayram oğlu (4 yanvar 1950, Qaracalar, Qardabani rayonu) — Azərbaycan alimi. Əkbər Əliyev 1950-ci ildə Gürcüstan Res., Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. Ailəlidir. 3 övladı var. Elmi fəaliyyəti Elmi rütbəsi- professor İxtisasın adı- Diferensial tənliklər Namizədlik dissertasiyasının mövzusu: Evolyusion tənliklərin və xüsusi törəməli hiperbolik tənliklərin həllərinin asimptotikası Doktorluq dissertasiyasının mövzusu: Hiperbolik operatorlar üçün qlobal həll olunan məsələlər Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı- 150 xaricdə çıxmış elmi əsərlərinin sayı- 50 Əsas elmi nailiyyətləri Qeyri-xətti hiperbolik operatorlar üçün birtərəfli məsələlərin qlobal həll olunması şərtlərini müəyyən etmiş. Yarımxətti hiperbolik tənliklər sisteminin və psevdohiperbolik tənliklərin qlobal həll olunması üçün Fucita tipli kriteriyalar müəyyən etmişdir. Seçilmiş Elmi Əsərləri Existence, non-existence and asymptotic behavior of global solution to the Cauchy problem for systems of semilinear hyperbolic equations with damping terms. // Nonlinear Anal.: Theory, Meth. and Appl.- 2012, vol.75, No.1.- p. 6130–6143./ Kazimov A.A. Global existence, asymptotic behavior and blow-up of solutions for Cauchy problem for the coupled Klein-Gordon equations with damping terms. // Book of Abstr. IV international conf. of the Georgian Mathematical Union dedicated to the 110th annivers.of birth.of V.Kupradze/ Tbilisi- Batumi 9–15 Sept. 2013.- p. 89. Digər fəaliyyəti Azərbaycan Texniki Universiteti, Riyazi analiz kafedrasının professoru Əsas iş yeri və ünvanı AMEA Riyaziyyat və Mexanika İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9 [2] Diferensial tənliklər şöbəsinin müdiri | https://az.wikipedia.org/w/index.php?curid=703508 |
Əkbər Əliyev (dövlət xadimi) | Əkbər Fəttah oğlu Əliyev (26 aprel 1950, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Naxçıvan Respublika Komitəsinin birinci katibi (1991), Azərbaycan KP Babək Rayon Komitəsinin birinci katibi (1989–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini (1988–1989). Əkbər Fəttah oğlu Əliyev 26 aprel 1950-ci ildə hazırkı Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1966-cı ildə Nehrəm kənd orta məktəbini bitirdikdən sonra rayondakı "Kommunizm" kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1969–1970-ci illərdə Bakı şəhərindəki 85№-li Tikinti İdarəsində fəhlə işləmişdir. 1971–1973-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1974-cü ildən Bakı metaltökmə zavodunda nəzarətçi kimi çalışmışdır.Əkbər Əliyev 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş və 1979–1980-ci illərdə Rusiyanın Smolensk vilayətinin Qaqarin şəhərində Ümumittifaq Beynəlmiləlçi Komsomolçu Gənclər Tikinti Dəstələri qərargahının rəisi işləmişdir. Sonra yenidən Naxçıvan MSSR-ə qayıtmış və 1982-ci ilədək Naxçıvan MSSR Aqrokimya Laboratoriyasında böyük mühəndis, 1982–1983-cü illərdə isə 145 №-li Texniki-Peşə Məktəbinin direktoru olmuşdur.1983-cü ildən Əkbər Əliyev Azərbaycan Kommunist Partiyası Babək Rayon Komitəsində şöbə müdiri, 1984-cü ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, daha sonra isə şöbə müdirinin müavini işləmişdir. 1988-ci ildə o, Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilmiş, 1989-cu ildə isə Azərbaycan KP Babək Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1990-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.1991-ci ildə Azərbaycan KP Naxçıvan Respublika Komitəsinin birinci katibi seçilən Ələkbər Əliyev eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Sonralar Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində çalışmışdır.Əkbər Əliyev 1979-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsinin büro üzvü seçilmiş, 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Suveren Dövlətlər İttifaqı haqqında Müqavilənin imzalanması üzrə Azərbaycan Respublikasının səlahiyyətli nümayəndə heyətinin tərkibinə daxil edilmişdir.Əkbər Əliyev 1993-cü ildən qeyri-dövlət sektorunda fəaliyyət göstərir. | https://az.wikipedia.org/w/index.php?curid=500215 |
Əkbər Əliyev (riyaziyyatçı) | Əliyev Əkbər Bayram oğlu (4 yanvar 1950, Qaracalar, Qardabani rayonu) — Azərbaycan alimi. Əkbər Əliyev 1950-ci ildə Gürcüstan Res., Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. Ailəlidir. 3 övladı var. Elmi fəaliyyəti Elmi rütbəsi- professor İxtisasın adı- Diferensial tənliklər Namizədlik dissertasiyasının mövzusu: Evolyusion tənliklərin və xüsusi törəməli hiperbolik tənliklərin həllərinin asimptotikası Doktorluq dissertasiyasının mövzusu: Hiperbolik operatorlar üçün qlobal həll olunan məsələlər Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı- 150 xaricdə çıxmış elmi əsərlərinin sayı- 50 Əsas elmi nailiyyətləri Qeyri-xətti hiperbolik operatorlar üçün birtərəfli məsələlərin qlobal həll olunması şərtlərini müəyyən etmiş. Yarımxətti hiperbolik tənliklər sisteminin və psevdohiperbolik tənliklərin qlobal həll olunması üçün Fucita tipli kriteriyalar müəyyən etmişdir. Seçilmiş Elmi Əsərləri Existence, non-existence and asymptotic behavior of global solution to the Cauchy problem for systems of semilinear hyperbolic equations with damping terms. // Nonlinear Anal.: Theory, Meth. and Appl.- 2012, vol.75, No.1.- p. 6130–6143./ Kazimov A.A. Global existence, asymptotic behavior and blow-up of solutions for Cauchy problem for the coupled Klein-Gordon equations with damping terms. // Book of Abstr. IV international conf. of the Georgian Mathematical Union dedicated to the 110th annivers.of birth.of V.Kupradze/ Tbilisi- Batumi 9–15 Sept. 2013.- p. 89. Digər fəaliyyəti Azərbaycan Texniki Universiteti, Riyazi analiz kafedrasının professoru Əsas iş yeri və ünvanı AMEA Riyaziyyat və Mexanika İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9 [2] Diferensial tənliklər şöbəsinin müdiri | https://az.wikipedia.org/w/index.php?curid=491241 |
Əkbər Əlizadə | Əlizadə Əkbər Müzəffər oğlu (23 may 1977, Bakı) — Azərbaycan aktyoru, televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti. Əkbər Əlizadə 23 may 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatr və kino fakültəsini aktyor ixtisası üzrə, 2000-ci lidə həmin universitetin magistratura şöbəsini teatrşünaslıq ixtisası üzrə bitirmişdir. 2000–2001-ci illərdə hərbi xidmət keçmişdir. 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. İlk dəfə 1987-ci ildə 10 yaşında Azərbaycan televiziyasının "Qırmızı qərənfil" mahnı və rəqs ansamblında çıxış etmişdir. 7 il həmin ansamblda müğənni kimi fəaliyyət göstərmişdir. Sonralar həmin televiziyanın keçirdiyi "Sübh şəfəqləri" musiqi müsabiqəsində birinci yerə layiq görülmüşdür. Teatrda işlədiyi müddət ərzində R. Mustafayev və C. Məmmədovun "Məsmə xala dayımdır" əsərində Elgün, İ. Kalmanın "Tsıqan premyer" əsərində Muştard, F. Leqarın "Vesyolaya vdova" əsərində Sen De ş, Q. Qarayevin "Neistovıy Qaskonets"ində Qasqoniyalı, Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda İntiliget Həsən, "Ər və arvad"ında Səfi, "Arşın mal alan"ında Süleyman, R. N. Güntəkinin "Bir günlük siğə"sində Xəlil, T. Vəliyevanın "Bankir adaxlı"sında Balakişi, "Mən dəyərəm min cavana"sında Rza, Anarın "Aldın payını, çağır dayını"sında Tərgəldi, A. Babayevin "Əlin cibində olsun"unda Xankişi, R. Əkbərin "Bəydullanın möhtəşəm toyu"nda tamada, Ə. Əmirlinin "İtkin ər"ində Zəkə, M. Haqverdiyevin "Qısqanc ürəklər"ində Əjdər, "Amerikali kürəkən"ində Cəlil, M. F. Axundzadənin "Kimyagər"ində Molla Həmid, R. Heydərin "Qızıl toy"unda Qədir obrazlarını yaratmışdır. 1997-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında S. Vurğunun "Fərhad və Şirin" tamaşasında Şiruyyə rolunu oynamışdır. 1994–2000-ci ilə qədər xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera teatrında aktyor kimi çalışmışdır. 1995-ci ildən dövlət səviyyəli konsert və tədbirlərin aparıcılarından biridir. 2000–2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində işləmişdir. 2003-cü ildə Space kanalında "Meloman" verilişinin, 2006–2007-ci illərdə "Azəristar" müsabiqəsinin aparıcısı olmuşdur. 2006-2013-cü illərdə Planet Parni İz Baku KVN Teatrının aktyoru olmuşdur."Axtaran Tapar" konsertindən "Hər Gün Sirk" konsertinə qədərki konsertlərdə aktyor olmuşdur. 2008-ci ildə Xəzər telekanalında "Gülüş ulduzu" müsabiqəsinin və "komediya səhnəsi" verilişinin aparıcısı olmuşdur. 2008-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adını almışdır. 2009-cu ildə Space TV-də "Kim nə bacarır" layihəsində münsif və aparıcı, 2011-ci il yanvar ayından 2013-cü ilin iyuluna kimi isə "Hər səhər" proqramının aparıcısı olmuşdur. Eyni zamanda "Xəzər" televiziyasının istehsal etdiyi "Qaynana" teleserialında çəkilmişdir. ATV-də yayımlanan Qorxma mən səninləyəm proqramının aparıcısıdır. Evlidir. 3 övladı var. Filmoqrafiya Mənim ömür nəğmələrim (film, 2003) Yumurta (film, 2003) Mükafat (film, 2004) Kişiləri qoruyun (film, 2006) Komediya səhnəsi (veriliş, 2009) Qayınana (film, 2011) Vəkil hanı? (film, 2011) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Qənimət) Qız atası (teleserial, 2014) | https://az.wikipedia.org/w/index.php?curid=35070 |
Əkbər Ələmi | Əkbər Ələminin iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsili var. Siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsinin - "Bəsic"in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyinin bir neçə idarəsində rəis müavini olub. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib. Xarici keçidlər İran prezidentliyinə namizəd: "Mən Azərbaycanın qeyrətinə göz dikmişəm" | https://az.wikipedia.org/w/index.php?curid=79904 |
Əkbər Ənnağıyev | Əkbər Əsgər oğlu Ənnağıyev Əkbər Əsgər oğlu Ənnağıyev 1911-ci ildə Naxçıvanda anadan olub. O, 1927-1930-cu illərdə Zaqafqaziya Dəmiryolu Fabrik-Zavod Şagirdliyi Məktəbində təhsil alıb. İkinci Dünya müharibəsində iştirak edib, 1941-ci ilin iyununda ordu sıralarına çağırılıb. 1941-ci ilin oktyabrına qədər Xalq Daxili İşlər Komissarlığının Qərb Hərbi Dairəsində, sonra isə Zaqafqaziya cəbhəsindəki Xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. Ordudan tərxis edildikdən sonra - 1941-ci ilin oktyabrından 1942-ci ilin yanvarına qədər AKP MK-nın Nəqliyyat şöbəsinin müdiri, 1942-ci ilin yanvarından 1943-cü ilin yanvarına qədər isə Zaqafqaziya Dəmiryolunun Bakı bölməsinin Siyasi şöbəsinin rəisi olub. 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. Samur-Dəvəçi kanalının inşasında fəaliyyətinə görə "Şərəf nişanı" ordeni ilə təltif edilib. 1954-1959-cu illərdə SSRİ Nazirlər Soveti yanında Əmək Ehtiyatları Baş İdarəsinin rəisi, 1959-1961-ci illərdə Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri vəzifələrində işləyib. Öz işinə hər zaman ciddi münasibət göstərən Əkbər Ənnağıyev bu sahənin inkişafı və yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün səy və bacarığını əsirgəməyib. 1963-cü ildə Azərbaycan SSR kommunal təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. "Qırmızı əmək bayrağı" ordeninə layiq görülüb. Əkbər Ənnağıyev 1967-ci ildə vəfat edib | https://az.wikipedia.org/w/index.php?curid=516166 |
Əkbərabad (Miyanə) | Əkbərabad (fars. اكبراباد) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (18 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=691329 |
Əkbərabad (Xoy) | Əkbərabad (fars. اكبراباد) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.446 nəfər. yaşayır (295 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=473629 |
Əkbərabad (Əlburz) | Əkbərabad (Əlburz) (fars. اکبرآباد) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 79 nəfər yaşayır (36 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=618898 |
Əkbərabad (Ərdəbil) | Əkbərabad (fars. بیوک آقالو) və ya Böyükağalı — İranın Ərdəbil ostanının Germi şəhristanı, Azadlı kəndistanı ərazisinə daxil olan kənd. Coğrafi yerləşməsi Marağa şəhristanının Germi bölgəsinin İcərud kəndistanında, Germi qəsəbəsindən 18 km şimaldadır. Kənddə 2006-cı il siyahıya alınmaya görə 189 nəfər yaşayır (36 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=473376 |
Əkbərdavudqışlağı (Biləsuvar) | Əkbərdavudqışlağı (fars. اكبرداود قشلاقي) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 383 nəfər yaşayır (68 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=715431 |
Əkbərkəndi (Meşkinşəhr) | Əkbərkəndi (fars. اكبركندي) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (26 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=764252 |
Əkbərməhəllə | Əkbərməhəllə — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Əkbərməhlə Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağlıq ərazidədir. Oykonim Əkbər (ŞƏRQa.) və məhəllə (kəndin bir hissəsi) komponentlərindən düzəlib, "Əkbərə məxsus məhəllə, yer" deməkdir. | https://az.wikipedia.org/w/index.php?curid=109211 |
Əkbərov Elşad (şəhid) | Elşad Əkbərov Surxay oğlu — Birinci Qarabağ müharibəsi şəhidi. 1967-ci il 27 aprel Yevlax rayonu Dəmiryolçular qəsəbəsində anadan olmuşdur. 2 il Rusiyada hərbi xidmətdə olub. 1994-cü il aprelin 24-də Ağdam rayonu Güllücə kəndini ermənilərdən müdafiə etmək üçün əmr alıb və həmin yerdə şəhid olub. Həmçinin bax Rafiq Əliyev Mübariz Pənahov (şəhid) | https://az.wikipedia.org/w/index.php?curid=797203 |
Əkin | Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. Ümumi məlumat Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. Əkin dövriyyəsi Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur. Yem əkin dövriyyəsində özünəməxsus şərait və aqrotexnika tələb edən bitkilər (tərəvəz, tütün, düyü və s.) becərilir. Su və külək eroziyasına məruz qalmış rayonlarda tarlaqoruyucu əkin dövriyyəsi tətbiq edilir. Kənd təsərrüfatı bitkiləri və herik şumunun nisbətinə görə əkin dövriyyəsi tipləri aşağıdakı növlərə bölünür: taxıl-herik, taxıl-herik-cərgəarası becərilən, taxıl-cərgəarası becərilən, taxıl-ot-cərgəaraları becərilən, ot-cərgəaraları becərilən, sideral. Əkin dövriyyəsində bitkilərin vaxtaşırı dəyişdirilməsi bitkinin rütubət və qida ilə təmin olunmasına şərait yaradır. Torpağın münbitliyini artırmaqda çoxillik paxlalı bitkilər xüsusi rol oynayaraq torpağın fiziki xassələrini yaxşılaşdırır. Çoxillik bitkilərin, taxılın cərgəaraları becərilən bitkilərlə, zolaqlarla becərilməsi eroziya təhlükəsini azaldır. Əkin dövriyyəsi alaq otları ilə, kənd təsərrüfatı bitkilərinin ziyanvericiləruilə və xəstəlik törədənlərlə mübarizədə mühüm vasitə hesab olunur. Kənd təsərrüfatının ərzaq və yem bitkiləri, texniki bitkilər və s. becərilməsi ilə məşğul olan ən mühüm sahələrindən biri Aqronomiyanın kənd təsərrüfatı bitkilərinin becərilməsinin ümumi üsullarını öyrənən və torpaqdan səmərəli istifadə etmək, yüksək və sabit məhsul almaq üçün torpağın münbitliyini yüksəltmək üsullarını işləyib hazırlayan bölməsi Əkinçilik sistemi Torpağın münbitliyini artırmaq, ondan səmərəli istifadə etmək məqsədilə, yerli təbii-iqtisadi, torpaq-iqlim şəraitinə uyğun tətbiq olunan texnoloji, meliorativ və təşkilati tədbirlər kompleksi Xarici keçid SƏPININ VAXTINDA VƏ KEYFIYYƏTLƏ APARILMASI TAXILÇILIQDA HƏLLEDICI MƏRHƏLƏDIR Arxivləşdirilib 2017-07-04 at the Wayback Machine Həmçinin bax Əkin çovdarı | https://az.wikipedia.org/w/index.php?curid=504275 |
Əkin anaqllis | Hündürlüyü 6–20 (30) sm, gövdəsi çoxsaylı budaqlanan, əyilib qalxan və ya uzanmış şəkildə, dördtilli olan birillik çılpaq ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, oturaqdır, yumurtaşəkilli, uzunsovyumurtaşəkilli, kütdür, açıq-yaşıl rəngdədir. Çiçəkləri təkdir, qoltuq çiçəkləridir, uzunluğuna görə yarpağa bərabər və ya ondan 1,5–2 dəfə uzun olan saplaq üzərindədir. Tac narıncı və ya kərpici-qırmızı rəngdədir, çarxşəkillidir, beş bölümlüdür;dilimləri oval-yumurtaşəkillidir, kütdür, kənarları nazik vəzili-kirpiklidir. Qutucuq şarşəkilli, çoxtoxumludur, eninə çatlayandır. Toxumları xırda, yumurtaşəkilli, künclü, xırda qabarıq-nöqtəli, tünd-qəhvəyi, demək olar ki, qaradır, uzunluğu 1–1,3 mm-dir. Çiçəkləməsi Meyvə verməsi Aprel-Avqust Azərbaycanda yayılması Samur-Şabran oval., Abşeron, Qobustan, Alazan-Əyriçay, BQ qərb, Lənk. oval., Lənk.-Muğ., Kür-Araz oval., Kür düz., Nax. düz., KQ cənub. Orta dağ qurşağına qədər. Yaşayış mühiti Alaqlı yerlərdə, dincə qoyulmuş torpaqlarda, çəmənliklərdə rast gəlinir. Təsərrüfat əhəmiyyəti Zəhərli bitkidir. Xalq təbabətində ağciyər vərəmində, qadın xəstəliklərində istifadə olunur. | https://az.wikipedia.org/w/index.php?curid=491081 |
Əkin cırhavucu | Əkin cırhavucu (lat. Pastinaca sativa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. Bu bitkiyə təbiətdə yabanı halda Avropa, Türkiyə, Qafqazda, Qərbi Sibirdə rast gəlinir. Əkin cırhavucu demək olar ki, hər yerdə becərilir.. Botaniki xarakteristikası Əkilən mədəni bitki (yabanı rast gəlinmir) olub, çoxəsrlik seleksiya nəticəsində əmələ gəlmişdir. İkiillik bitkidir. Birinci ili kökətrafı yarpaqları əmələ gəlir. Yoğun və şirin kökü olub, hündürlüyü 2m-ə bərabərdir. İri yarpaqlarının uzunluğu 20 sm, mürəkkəb lələkvari olmaqla, uzun saplaqdan ibarətdir. Çiçəkləri yaşılımtıl-sarıdan, tünd-qonur rəngə qədər dəyişir. Arxa hissəsi azacıq qabarıq, 5 qabırğalıdır (3 dar, ensiz, nazik, ayaqcıqlı və 2 kənarı yastı olmaqla, azacıq qalınlaşmış haşiyəyə malikdir). Çiçəkləri mürəkkəb çətir qrupunda formalaşmışdır. Meyvələri dairəvi-oval, mərciyəbənzər yastılanmış, asılan, adətən 2 merikarpdan ibarətdir. Meyvəsi yastı, əsası böyük olmayan oyuqlu olub, uzunluğu 4-8 mm, eni isə 3-6 mm-dir. Meyvələri sarımtıl-qonur, asılan, yetişdikdə iki hissəyə bölünəndir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir. Alaq və mədən bitkiləri arasında daha yaxşı inkişaf edir. Yetişmiş və qurudulmuş mədəni ikiillik ot bitkisi olan əkin cırhavucunun meyvələri xammal olaraq toplanılır və keyfiyyətli dərman bitkisi kimi istifadə edilir. Döyüldükdən sonra çiçək və meyvələri ayrılır, kölgə şəraitində havalı yerlərdə 4-5 sm qalınlığında sərilərək qurudulur. Qarıncıq tərəfi uzunsovdur. Meyvəsi açıq qonur-samanı rənglidir. Zəif iyli, özünəməxsus şirin dadlı və yandırıcıdır. Xüsusi şəraitdə saxlanılmalıdır. Saxlanılma müddəti 4 ildir. Tərkibi və təsiri Meyvələrinin tərkibində furokumarinlər: berqapten, ksantotoksin, sfondin, izopimpinellin, imperatorin, sfondin, efir yağları, polin və flavonoidlər – rutin, pasternozid, hiperin və 3,6% efir yağı vardır. Ədviyyəli iyi tərkibində olan heptil, heksil və oktil-butil efirlərinə görədir. Meyvələrinin tərkibində K, Ca, Mg, Fe, Mn, Zn, Cr, Al, Cu ionları vardır. Bu bitki Se akkumlyasiya edir. Beroksan həb 0,02q. 0,25% və 0,5% xaricə tətbiq üçün məhlul və Oksoralen ultra kapsul 0,01q fotosensiblizasiyaedici dərmandır. Bitkinin meyvələrindən beroksanipastinasin alınır. Beroksan adlanan bu maddə ksantotoksin və berqapten maddələrindən ibarət olub, dəridə melanin piqmentini stimulyasiya edir. Fotosensiblizasiyaedici maddə kimi vitiliqo və allopesiyalarda müvəffəqiyyətlə təyin edilir. Polyaroqrafik metodla forokumarin maddələri ən azı 1%, rütubət 10%, kül 6%, üzvü birləşmələr 10%, bitkinin müxtəlif hissəcikləri 10%, üzvi maddələr 2%, mineral birləşmələr isə ən azı 1%-ə qədərdir. | https://az.wikipedia.org/w/index.php?curid=141904 |
Əkin düyüsü | Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası.Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür. Birinci yarımnövdə dən uzunluğu ilə, ikinci yarımnövdə isə qısa yumruluğu ilə fərqlənir. Respublikamızda çəltiyin "Ağ-qılçıq", "Sarı-qılçıq", "Uzros", "Ağ-ənbərbü", "Sədri", "Krosnodar" kimi növləri rayonlaşdırılıb. Şəki-Zaqatala zonası üçün "Ağ-qılçıq", "Sarı-qılçıq", "Uzros" növləri daha məhsuldardır və iqlim şəraitinə uyğundur. Çəltik istilik sevən bitkidir. Çəltiyin tam cücərmədən kollanmasının axırına qədər olan dövr 30–32 günə başa çatır. Kollanmanın sonundan çiçəklənmənin axırınadək 22–25 gün çəkir. Səpinin qurtarması ilə məhsulun yetişməsi 115–135 gündə başa çatır. Çəltik iki üsulla — toxum səpilməsi və şitillə əkilir. Relyefi düz olan, sututar ləkləri iri olan sahələrdə toxumsəpən texnikalar ilə səpinin keçirilməsi daha məqsədəuyğundur. Şəki-Zaqatala zonası üçün əl ilə səpin aparılması təcrübədə özünü doğruldub. Bu qaydada aparılan səpində toxumlar torpaqda qida sahəsinə bərabər paylanır və toxum itkisinə yol verilmir, qənaət olunur. Səpin zamanı toxumlar 1,5–2 santimetr dərinliyinə basdırılmalıdır. Çəltiyin şitil üsul ilə yetişdirilməsi əsasən Lənkəran zonasında tətbiq edilir. Çəltik şitili xüsusi şitilliklərdə (tumçarlarda) yetişdirilir. Həmçinin bax Beynəlxalq Elmi Tədqiqat Çəltik İnstitutu | https://az.wikipedia.org/w/index.php?curid=142709 |
Əkin güləvəri | Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Botaniki xarakteristikası Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır. Yaxşı havalı qaranlıq yerlərdə stellaj və yeşiklərdə saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir. Tərkibi və təsiri Tərkibində antosian qlükozidi (sianin) və sentaurin maddələri vardır. Kimyəvi tərkibi tam öyrənilməmişdir. Tərkibində sentauren glikozidi, sianin antosian glikozidi, efir yağı, acı, aşı maddələri, saponinlər, mineral duzlar və digər maddələr vardır. Diuretik dərmandır. Xammal, əsasən kənar çiçəkləri və çiçək yatağı hesab olunur. Bitkinin çiçəklərində antosian (sianin, sianidin-3,5 dihidroqlükozid), pellarqonidin qlükozidi, flavonoidlər (apigenin, lyuteolin, kverçetin və kempferol) aşı maddələri, pirokatexin qrupu, kumarin (çikornin), acı qlükozidlər, efir yağı, polisaxaridlər və askorbin turşusu vardır. Çiçəklərinin dəmləməsi yüksək diurez yaratmaqla, ödqovucu, antimikrob və spazmalotik xüsusiyyəti də vardır. Klinik-eksperimental təcrübələrdə böyrəkdaşı xəstəliklərində diurezi artıraraq qanda maddələrin konsentrasiyasını aşağı salır, daşabənzər kristalların (kalsium, qeyri-üzvi fosfor, sidik turşusu konkrimentləri) böyüyərək daşa çevrilməsinin qarşısını alır və sidik turşusunun qatılığının azalmasına kömək edir. Bitkinin kənar çiçəkləri istifadə edilir. Sidikçıxarıcı yolların xəstəliklərində, xüsusən qlomerulonefrit (böyrək parenximasını qıcıqlandırmır) xəstəliyinin müalicəsində tətbiq edilir. Bitkinin çiçəkləri sidikqovucu çayın tərkibində olur. Göyçiçəyin tərkibində acı qlükozidlər vardır ki, bu qaraciyər xəstəliklərinə ödqovucu və spazmolotik təsir göstərir. Tibb praktikasında dəmləməsi və ekstraktı nefrit, sistit, uretrit xəstəliklərində sidikqovucu, qaraciyər və ödyolları xəstəliklərində ödqovucu, difteriyada öskürəyə qarşı, əsəb və mədə xəstəliklərində, uşaqlarda ishal və uşaqlıq qanaxmalarında tətbiq edilir. Qaraciyər və ürək xəstəliklərində yaranan ödemlərdə sidikqovucu kimi istifadə edilir. 1 xörək qaşığı çiçəklərini 0,5 litr qaynanmış suda (sutqalıq doza) dəmləyib, gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Təbabət praktikasında bitkinin çiçəklərindən sidik yollarının iltihabında diuretik dərman kimi istifadə edilir. Kök və kökümsovundan (bütöv, kəsilmiş) öskürəkkəsici dərman, bişirmə kimi və işlədici qarışıqların tərkibində tətbiq edilir. Ürək və böyrək xəstəlikləri səbəbindən yaranan ödemlərdə sidikqovucu kimi, sidikyolu xəstəliklərində (pielonefrit, sistit, uretrit), prostat vəzi xəstəliyində diuretik olaraq, iltihab əleyhinə və spazmalotik dərman kimi, maddələr mübadiləsi pozğunluqlarında (böyrəkdaşı və öddaşı) diuretik və duz mübadiləsinin tənzimlənməsində işlədilir. Bundan başqa xolesistit, xolangit, öd yollarının diskenziyasında və hepatitdə təyin edilir. Xalq təbabətində Göyçiçəyin çiçəkləri və ya yarpaqları digər bitkilərlə qarışıq şəklində göz praktikasında, uşaqlıq qanaxmalarında, xroniki dəri xəstəliklərində - frunkulyoz, ekzema, trofik yaraların müalicəsində müvəffəqiyyətlə istifadə edilir. Malyariya, istisqa (ödem), konyuktivit, təzə yarpaqları dəri yaralanmalarında işlədilir. Bolqar təbabətində dəmləməsindən mədəni tonuslandırıcı və iştahartırıcı dərman kimi istifadə edilir. Əks göstəriş — Hamiləlik. Çiçəkləri az toksikidir. | https://az.wikipedia.org/w/index.php?curid=139016 |
Əkin indausu | Əkin indausu (lat. Eruca vesicaria subsp. sativa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin i̇ndau cinsinin eruca vesicaria növünə aid bitki yarımnövü. | https://az.wikipedia.org/w/index.php?curid=143612 |
Əkin keşnişi | Əkin keşnişi (lat. Coriandrum sativum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin keşniş cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara malikdir. Çiçək tacı çəhrayı rəngdədir. Botaniki təsviri Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk öncə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir. Ləçək yarpaqları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-çəhrayı rəngli olanlar geniş yayılmışdır. Dişiciyi iki yuvalı, aşağı yumurtalıqlıdır və hər yuvasında bir yumurtacığı olur. Toxumları kürəvi uzunsov-yumru formalı olub iki toxumcuqdan ibarətdir. Toxumlarının diametri 2–7 mm arasında dəyişir və onların 1000 ədədi 4,5-7,0 q olur. İkipaylı toxumdan ibarət meyvələri avqust-sentyabr aylarında yetişir. Xoş ətirli iy saçır. Keşniş Aralıq dənizi mənşəli qədim bitki hesab olunur. Rusiyaya XIX əsrin əvvəllərində gətirilmiş və mərkəzi quberniyalarda becərilməyə başlanmışdır. Hazırda keşniş əkinləri daha çox Rusiyanın mərkəzi qaratorpaq zonasında, şimali Qafqazda, orta Volqa boyunda və Ukraynada yayılmışdır. Əkilmə qaydası Kiçik sahələrdə keşniş əvvəlcədən hazırlanmış ləklərə əl ilə və ya əl toxumsəpənləri ilə cərgəvi üsulla səpilir. Geniş sahələrdə toxum traktora qoşulan səpici maşınlarla 4-6 cərgəli lent üsulu ilə səpilir. Lentdə cərgəaraları 29 sm, lentaraları isə 60-70 sm saxlanır. İlboyu arası kəsilmədən məhsul almaq üçün keşniş toxumu fevralın ikinci yarısı, martın əvvəlindən başlayaraq oktyabrın axırınadək hər 10-15 gündən bir səpilir. Erkən yazda məhsul almaq üçün keşniş toxumunu noyabrın ikinci yarısı və dekabr ayında da səpmək olar. Keşnişin meyvələrində 1 %-ə qədər efir yağı, 10 %-ə qədər piyli yağ və 10-16 % zülal maddələri vardır. Keşnişin meyvələrindən alınan efir yağı xoşa gələn ətirli iyə malikdir. Keşnişin meyvələri iştahartıran və həzm prosesini yaxşılaşdıran dərman kimi qəbul edilir. Keşnişin yağından bir çox dərman preparatlarının tərkibində, meyvələrindən isə müxtəlif yeyinti məhsullarına xoş iyverən maddə kimi geniş istifadə edilir. Bundan başqa, keşniş meyvələrindən xroniki mədə - bağırsaq xəstəliklərində iltihabı aradan qaldıran və mədənin həzm prosesini yaxşılaşdıran vasitə kimi çay dəmləyib içirlər. Keşnişdən hazırlanan çay aşağıdakı kimidir: qurudulmuş keşniş meyvələrindən 2 xörək qaşığı götürüb 0,5 litrlik çaynikə qoyulur, üstünə 0,5 l qaynar su əlavə edib 30 dəqiqə zəif yanan od üzərində dəmlənir, sonra isə ondan gündə 3 dəfə xörəkdən sonra yarım stəkan içirlər. Keşniş çox qiymətli bitkidir. Onun meyvələrinin mədə - bağırsaq və böyrək xəstəliklərində, eləcə də öd kisəsinin iltihabında çox mühüm müalicə əhəmiyyəti vardır. Keşniş Azərbaycanda (xüsusilə Abşeron yarımadasında) qədimdən becərilən ətirli tərəvəz, həm də dərman bitkisidir. Burada keşnişin meyvəsindən ətirli ədviyyat kimi, eləcə də uşaqlarda tez-tez baş verən qarın ağrılarında istifadə olunur. Bu məqsədlə keşnişin meyvələrini nanə yarpağı ilə bir yerdə çay hazırlayıb uşaqlara içirirlər. Dərman məqsədilə keşnişin meyvələrini yetişən dövrdə toplayıb, başqa hissələrdən təmizləyir, sonra açıq havada qurudurlar. Qurudulmuş meyvələri kisələrə doldurub, havası quru olan yerdə saxlayırlar. Keşnişin müalicəvi xüsusiyyətləri də çoxdur. Keşnişin yarpaqlarında bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər və koriandrin maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək zərərli xolesterinin miqdarını aşağı salır. Keşniş mədə pozulmasının qarışısını alır, ürəkbulanması və qusmanı aradan qaldırır. Keşniş kalsium mənbəyidir. O, sümükləri möhkəmləndirir və sümüklərin əriməsinin qarşısını alır. Keşnişin tərkibindəki sakitləşdirici maddələr insanı rahatladır. Gecə yuxusunu normaya salmaq üçün bol miqdarda keşniş yemək məsləhətdir. | https://az.wikipedia.org/w/index.php?curid=69441 |
Əkin kişnişi | Əkin keşnişi (lat. Coriandrum sativum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin keşniş cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara malikdir. Çiçək tacı çəhrayı rəngdədir. Botaniki təsviri Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk öncə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir. Ləçək yarpaqları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-çəhrayı rəngli olanlar geniş yayılmışdır. Dişiciyi iki yuvalı, aşağı yumurtalıqlıdır və hər yuvasında bir yumurtacığı olur. Toxumları kürəvi uzunsov-yumru formalı olub iki toxumcuqdan ibarətdir. Toxumlarının diametri 2–7 mm arasında dəyişir və onların 1000 ədədi 4,5-7,0 q olur. İkipaylı toxumdan ibarət meyvələri avqust-sentyabr aylarında yetişir. Xoş ətirli iy saçır. Keşniş Aralıq dənizi mənşəli qədim bitki hesab olunur. Rusiyaya XIX əsrin əvvəllərində gətirilmiş və mərkəzi quberniyalarda becərilməyə başlanmışdır. Hazırda keşniş əkinləri daha çox Rusiyanın mərkəzi qaratorpaq zonasında, şimali Qafqazda, orta Volqa boyunda və Ukraynada yayılmışdır. Əkilmə qaydası Kiçik sahələrdə keşniş əvvəlcədən hazırlanmış ləklərə əl ilə və ya əl toxumsəpənləri ilə cərgəvi üsulla səpilir. Geniş sahələrdə toxum traktora qoşulan səpici maşınlarla 4-6 cərgəli lent üsulu ilə səpilir. Lentdə cərgəaraları 29 sm, lentaraları isə 60-70 sm saxlanır. İlboyu arası kəsilmədən məhsul almaq üçün keşniş toxumu fevralın ikinci yarısı, martın əvvəlindən başlayaraq oktyabrın axırınadək hər 10-15 gündən bir səpilir. Erkən yazda məhsul almaq üçün keşniş toxumunu noyabrın ikinci yarısı və dekabr ayında da səpmək olar. Keşnişin meyvələrində 1 %-ə qədər efir yağı, 10 %-ə qədər piyli yağ və 10-16 % zülal maddələri vardır. Keşnişin meyvələrindən alınan efir yağı xoşa gələn ətirli iyə malikdir. Keşnişin meyvələri iştahartıran və həzm prosesini yaxşılaşdıran dərman kimi qəbul edilir. Keşnişin yağından bir çox dərman preparatlarının tərkibində, meyvələrindən isə müxtəlif yeyinti məhsullarına xoş iyverən maddə kimi geniş istifadə edilir. Bundan başqa, keşniş meyvələrindən xroniki mədə - bağırsaq xəstəliklərində iltihabı aradan qaldıran və mədənin həzm prosesini yaxşılaşdıran vasitə kimi çay dəmləyib içirlər. Keşnişdən hazırlanan çay aşağıdakı kimidir: qurudulmuş keşniş meyvələrindən 2 xörək qaşığı götürüb 0,5 litrlik çaynikə qoyulur, üstünə 0,5 l qaynar su əlavə edib 30 dəqiqə zəif yanan od üzərində dəmlənir, sonra isə ondan gündə 3 dəfə xörəkdən sonra yarım stəkan içirlər. Keşniş çox qiymətli bitkidir. Onun meyvələrinin mədə - bağırsaq və böyrək xəstəliklərində, eləcə də öd kisəsinin iltihabında çox mühüm müalicə əhəmiyyəti vardır. Keşniş Azərbaycanda (xüsusilə Abşeron yarımadasında) qədimdən becərilən ətirli tərəvəz, həm də dərman bitkisidir. Burada keşnişin meyvəsindən ətirli ədviyyat kimi, eləcə də uşaqlarda tez-tez baş verən qarın ağrılarında istifadə olunur. Bu məqsədlə keşnişin meyvələrini nanə yarpağı ilə bir yerdə çay hazırlayıb uşaqlara içirirlər. Dərman məqsədilə keşnişin meyvələrini yetişən dövrdə toplayıb, başqa hissələrdən təmizləyir, sonra açıq havada qurudurlar. Qurudulmuş meyvələri kisələrə doldurub, havası quru olan yerdə saxlayırlar. Keşnişin müalicəvi xüsusiyyətləri də çoxdur. Keşnişin yarpaqlarında bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər və koriandrin maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək zərərli xolesterinin miqdarını aşağı salır. Keşniş mədə pozulmasının qarışısını alır, ürəkbulanması və qusmanı aradan qaldırır. Keşniş kalsium mənbəyidir. O, sümükləri möhkəmləndirir və sümüklərin əriməsinin qarşısını alır. Keşnişin tərkibindəki sakitləşdirici maddələr insanı rahatladır. Gecə yuxusunu normaya salmaq üçün bol miqdarda keşniş yemək məsləhətdir. | https://az.wikipedia.org/w/index.php?curid=143275 |
Əkin kənafı | Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. Sinonimləri Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop. Cannabis macrosperma Stokes Cannabis ruderalis Janisch. Cannabis sativa f. afghanica Vavilov Cannabis sativa f. chinensis (Delile) A.DC. Cannabis sativa var. gigantea (Delile ex Vilm.) Alef. Cannabis sativa var. indica (Lam.) Wehmer Cannabis sativa subsp. indica (Lam.) E.Small & Cronquist Cannabis sativa var. indica (Lam.) E. Small & Cronquist Cannabis sativa subsp. intersita (Soják) Soják Cannabis sativa var. kafiristanica (Vavilov) E.Small & Cronquist Cannabis sativa var. kif A.DC. Cannabis sativa var. macrosperma (Stokes) Asch. & Graebn. Cannabis sativa var. monoica Hol. Cannabis sativa f. pedemontana A.DC. Cannabis sativa var. praecox Serebr. Cannabis sativa var. ruderalis Janisch. Cannabis sativa var. ruderalis (Janisch.) S.Z.Liou Cannabis sativa var. sativa Cannabis sativa var. spontanea Vavilov Cannabis sativa var. vulgaris Alef. [Invalid] | https://az.wikipedia.org/w/index.php?curid=792847 |
Əkin mahmızçiçəyi | Consolida regalis (lat. Consolida regalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=808534 |
Əkin qarabaşağı | Əkin qarabaşağı (lat. Fagopyrum esculentum) — qarabaşaq cinsinə aid bitki növü. Fagopyrum cereale Raf. Fagopyrum dryandrii Fenzl Fagopyrum emarginatum Moench Fagopyrum emarginatum (Roth) Meisn. Fagopyrum emarginatum var. kunawarense Meisn. Fagopyrum esculentum subsp. ancestralis Ohnishi Fagopyrum fagopyrum (L.) H.Karst. [Invalid] Fagopyrum polygonum Macloskie [Illegitimate] Fagopyrum sagittatum Gilib. [Invalid] Fagopyrum sarracenicum Dumort. Fagopyrum vulgare T.Nees Fagopyrum vulgare Hill ex Druce [Invalid] Polygonum emarginatum Roth Polygonum fagopyrum L. Həmçinin bax Qarabaşaq sıyığı | https://az.wikipedia.org/w/index.php?curid=143700 |
Əkin qaraçörəkotu | Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü. Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərqlənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur. Qara zirənin tarixi Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi. Sonradan o yağ "qara zirə yağı" adını aldı. Misirlilər bu bitkini "Şantit" adlandırırdılar. Lakin buna baxmayaraq, məhz bu bitkinin yağının dəfn edilmiş çarın əşya la rı arasında olması faktı, şübhəsiz ki, onun həmin dövr lərdə böyük əhəmiyyətə malik olduğunu göstərir . Qara zirənin faydaları Qara zirə hüceyrələrdəki metabolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qabağını alır. Hormonların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsini və sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsinə maneə yaradır, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəmlənməsində iştirak edir, qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır, yüksək qan təzyiqini endirir və aşağı təzyiqi, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaşmasına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir. Orqanizmin ümumi möhkəmliyini təmin etmək üçün yeməkdən sonra 1 çay qaşığı qara zirə qəbul etmək tövsiyə edilir ki, bu da, adətən, gündəlik doza hesab olunur. Bu həddi keçmək məsləhət görülmür. Təkcə hamiləlik dövründə qara zirənin qəbul edilməsi məsləhət görülmür. Qara zirə isti və qurudur. Bədəndəki kiçik şişləri, şişkinlikləri aparır, dazlaşmış yerə əkilən tük kökünü inkişaf etdirir, ala-bula xəstəliyini və dörd gündən bir gələn qızdırmanı sağaldır, damarlardakı trombları açır, mədə qazlarını qovur, mədənin digər qalıqlarını qurudub xaric edir. Bunlardan başqa, məhz qara zirə insanın immun sistemini möhkəmləndirib, ona enerji və güc verərək, sağlamlığın əvəzolunmaz bərpaçısına çevrilir. Həmçinin qara zirədən əsəb sisteminin xəstəliklərində, mədə xoralarında, mədə-bağırsaq qurdlarında, nizamsız aybaşılarda və hətta xərçəng xəstəliklərində də istifadə edilir . Bitkinin kapsul içərisindəki toxumu qida kimi istifadə olunur. Bitkinin adı toxumlarının qara rəngindən götürülmüşdür. "Nigella" sözü latın dilində qaraya çalan mənasına gələn "nigellus" sözündən alınmışdır. Çörəkotunun vətəni Şərqi Aralıq Dənizi ölkələri, Şərqi və Cənubi Avropadır. Çörəkotu digər ölkələrə buradan yayılmışdır. Çörəkotu 2000 ildən artıqdır ki, Mərkəzi və Uzaq Asiya ölkələrində bir çox xəstəliyin müalicəsində şəfa vəsiləsi olan bir bitkidir. Bəzi qidalarda (çörək, un məmulatları, biskvit) bəzək kimi istifadə olunan çörəkotu, aromatik (xoş qoxulu) xüsusiyyətləri səbəbilə bəzi qidalarda da ləzzət vəsiləsi kimi istifadə edilir. Çörəkotunun toxum suyu və yağının; böcəklərə, viruslara və bakteriyalara qarşı təsirli olduğu təsbit edilmişdir. Bu bitkinin yağından, işlətmə dərmanlarında qoxu və dad dəyişdirici kimi istifadə olunmaqdadır. Yunan bilicisi Dioskorides baş ağrılarına, zökəmə, diş ağrısına və bağırsaq qurdlarına qarşı müalicədə qara zirədən istifadə edərmiş. Müasir tibbin atası sayılan Hippokrat qara zirəni qara ciyər və həzm sistemi xəstəliklərinə qarşı müalicədə geniş tetbiq etmişdir. Tibb tarixinin en meşhur tibb kitablarından biri olan ve bütün Avropa ölkelerinde tercüme edilib geniş yayılmış "Tibbin Müalicə Qanunları"nin müəllifi böyük müsəlman alimi İbn Sina qara zirənin metabolizmi, halsızlığı tənzimlədiyini və bir sıra digər xəstəlikləri aradan qaldırdığını bildirmişdir. Müasir tibb bu bitkinin özəl xüsusiyyətlərini, oyadıcı təsirlərini tətbiq edərək hemarroy, hepatit, zökəm, ishal, öskürək və bir çox başqa xəstəliklərin müalicəsinde tətbiq edir. Müasir dərman istehsalının olmadığı dövrlərdə xəstəliklərin müalicəsində bitkilərin müxtəlif qisimlərindəki müəssir maddə ayrılmadan istifadə olunurdu. Dövrümüzdə dərman, kosmetika və qida sektorunda bitki qaynaqlı məhsullar saflaşdırılaraq və hər maddənin xüsusiyyətləri öyrənilərək istifadə edilməkdə və xam maddəsi bitki olan məhsullara tələb davamlı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təxminlərinə görə dünyada 20.000-dən çox bitki növü tibbi məqsədlə istifadə olunur. Çörəkotunun mahiyyəti Çörəkotunun tərkibinin müəyyən edilməsində istifadə edilən kimyəvi analiz üsulları çox müxtəlif olduğuna görə mahiyyəti haqqında çox dəqiq təsbitlər yoxdur. Çörəkotu toxumlarının tərkibində uçucu yağ (0.38-0.49%), sabit yağ (30-40%), protein (20-30%), saponin, melantin, nigellin və tanen mövcuddur. Çörəkotu toxumunun kimyəvi mahiyyəti, bitkinin biçin mövsümünə, növünə və yetişdirildiyi iqlimə görə müxtəlif olur. Qahirə yaxınlığında yetişdirilən çörəkotu toxumlarından əldə edilən uçucu yağın tərkibində 67 qarışığın olduğu və bu qarışıqların miqdarına görə ən vaciblərinin p-simen, timokinon, a-pinen və ß-pinen olduğu müəyyən edilmişdir. Bir araşdırmada, çörəkotu toxumlarında 6,4% su, 4% kül, 32% yağ, 20,2% xam protein, 6,6% xam lif və 37,4% karbonhidrat olduğu; sabit yağın 1,2% miristik, 8,4% palmatik, 2,9% stearik, 17,9% oleik, 60,8% linoleik, az miqdarda araşidik və 1,7% eikosadienoik turşulardan ibarət olduğu bildirilmişdir. Bundan başqa çörəkotu toxumlarında az miqdarda B1, B2 və B6 vitamini; proteinlərin təməl daşı olan amin turşuları; dəmir, kalsium, maqnezium, sink və selenium kimi minerallar da var. Çörəkotu toxumlarındakı müəssir maddə (kristal halında) nigellon, ancaq 1959-cu ildə izolyasiya edilə bilmişdir. Çörəkotunun istifadə olunduğu yerlər Bir tədqiqatda çörəkotunun müxtəlif xərçəng hüceyrələrini öldürücü və şişlərə aid antitellərin çoxalmasını dayandırıcı xüsusiyyətlərə sahib olduğu öyrənilmişdir. Çörəkotunun normal hüceyrələrə zəhər təsiri vermədiyinə dair araşdırmalar da var. Çörəkotu toxumunda olan ß-sitosterol; ifraz fəaliyyətini artırma, qandakı xolestrol səviyyəsini azaltma kimi xüsusiyyətlərə malik bir molekul olub prostat böyüməsində müalicə təsirli dərman kimi istifadə olunur. Çörəkotu toxumları; idrar sökdürücü, qan təzyiqini azaldıcı, südü artırıcı, iştaha açıcı kimi çox yönlü təsirlərə vəsilə ola bilən şəkildə yaradılmışdır. Yağı isə kəpəyə və saç tökülməsinə qarşı istifadə edilir. Çörəkotunun uçucu yağ turşularının; bakteriyalara, göbələklərə, bağırsaq qurdlarına və sestodlara (bağırsaq qurdu növü) qarşı təsirli olduğu öyrənilmişdir. Çörəkotu toxumunun və müxtəlif miqdardakı ekstraktlarının xəstəliyə yol açan bir çox mikro orqanizmlərə qarşı yararlı olduğu məlum olmuşdur. Bunlarla yanaşı xərçəng hüceyrələrini öldürücü xüsusiyyətlərə malik olduğu və vücuddakı immunitet sistemini gücləndirdiyi bir çox təcrübələrlə müşahidə olunmuşdur. Məhəmməd Peyğəmbərin (s): "Bu qara dənəcik ölümdən başqa bütün xəstəliklərin şəfasıdır.", buyurduğu çörəkotu toxumları, tərkibi vücudun immunitet sistemini qoruyan və gücləndirən maddələrlə zəngin yaradılmış və insanların yararlanması üçün təqdim edilmişdir. Çörəkotunun istifadə edilməsi İnsanlar şəfa qaynağı olan bu bitkini xəmir məmulatlarında sevərək istifadə edir. Çörəkotunun birbaşa yeyilməsi və ya dəmləmə üsulu ilə gündə 2-3 stəkan içilməsi məsləhət görülür. Bir miqdar çörəkotunun üstünə isti su tökülərək 3-4 dəqiqə gözlənilir, sonra süzülərək içilir. Lazım olandan çox istifadə olunduqda ishala səbəb ola bilər. Gündəlik istifadə olunmalı miqdar maksimum 2 qramdır. Bəzən bazarlarda "çörəkotu yağı" adı altında satılan şüşələrə rast gələ bilərsiniz. Bu yağlara ümumiyyətlə çiçək yağları qarışdırıldığı üçün təsirsizdir. Çörəkotunu balla qarışdıraraq yeyənlər də var. Ancaq belə olan vəziyyətdə çörəkotunun toxumunun qabığı mədəmizdə tam həzm olunmadığına görə faydalı qisimlər xaric olmur və toxum tamamilə xaric edilir. Buna görə də çörəkotu toxumları bir qabda döyüldükdən sonra balla qarışdırılaraq yeyilməlidir. Wagner H, Fransworth NR (1990). Economic and Medicinal Plant Research, Vol. 4, Plants and Traditional Medicine, Academic press, LONDON. Baytop T, Türkiye'de Bitkiler ile Tedavi, İ.Ü. Yayınları No:3255, (1984), İstanbul. Salemai ML, Hossainb, MS (2000). Protective effect of black seed oil from Nigella sativa against murine cytomegalovirus infection, Int J Immunopharmacol, 22, 9, 729-740. Topozada HH, Mazloum HA and El-dakhakhny H (1965). The antibacterial properties of Nigella sativa seeds, active principle with some clinical applications, J Egypt Med Ass, Spec Number 48, 187. El-fatatry HM (1975). Isolation and structure assignment of an antimicrobial principle from the volatile oil of Nigella sativa L. Seeds, Pharmazie, 30, 2, 109-111. Türker L, Bayrak A (1697). Çörek otu (Nigella sativa L)'nun sabit ve uçucu yağ kompozisyonunun araştırılması, Standart, 430, 128-137. Nergiz C, Ötleş S (1993). Chemical composition of Nigella sativa L. Seeds, Food Chem, 48, 3, 259-261. Xarici keçidlər [1] Arxivləşdirilib 2007-01-25 at the Wayback Machine Çörəkotu Arxivləşdirilib 2010-03-01 at the Wayback MachineQara zirə – Black seed Qara zirə yağı haqqında Arxivləşdirilib 2011-01-14 at the Wayback Machine Həmçinin bax Qara zirə yağı | https://az.wikipedia.org/w/index.php?curid=141879 |
Əkin qazı | Əkin qazı (lat. Anser fabalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Əkin qazı boz çalarlı olub boz qaza bənzəyir. Dimdiyi qara rəngdə olub ortasında narıncı zolağı var. Erkək və dişi fərdlər rənglərinə görə fərqlənmirlər, lakin dişilər bir qədər kiçik olur. Kütləsi adətən 2,5-4,5 kq, bəzən isə bir qədər də yuxarı olur. Əkin qazı Avrasiyanın Qrenlandiyadan Uzaq Şərqə qədər olan tundrada və tayqa hissəsində yaşayır. Orta Avropa və Asiyanın Qara dəniz və Aralıq dənizi sahillərində, bir hissəsi də Orta Asiya, Yaponiya və Cənub-Şərqi Çində qışlayır. | https://az.wikipedia.org/w/index.php?curid=168480 |
Əkin qərənfili | Əkin qərənfili (lat. Agrostemma) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. | https://az.wikipedia.org/w/index.php?curid=580967 |
Əkin yerkökü | Əkin yerkökü (lat. Daucus sativus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=143351 |
Əkin yulafı | Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. Sinonimləri Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem. & Schult. [Invalid] Avena dispermis Mill. [Illegitimate] Avena distans Schur Avena fatua f. brachytricha Thell. Avena fatua var. brachytricha (Thell.) Malzev Avena fatua var. contracta (Neilr.) Thell. Avena fatua var. contracta Neilr. Avena fatua f. glaberrima Thell. Avena fatua var. glaberrima (Thell.) Malzev Avena fatua subsp. macrantha (Hack.) Malzev Avena fatua f. macrathera Thell. Avena fatua var. macrotricha Malzev Avena fatua var. microtricha Malzev Avena fatua subsp. nodipilosa Malzev Avena fatua var. pilifera Malzev Avena fatua subsp. praegravis (E.L.Krause) Malzev Avena fatua subsp. sativa (L.) Thell. Avena fatua var. sativa (L.) Hausskn. Avena fatua f. setulosa Thell. Avena fatua var. subuniflora Trab. Avena fatua var. transiens Hausskn. Avena flava Roem. & Schult. [Invalid] Avena fusca Schur [Illegitimate] Avena fuscoflora Schur [Invalid] Avena georgiana Roem. & Schult. [Invalid] Avena georgica Zuccagni Avena glabrata Hausm. Avena grandis Nevski Avena heteromalla Haller Avena hungarica Lucá [Invalid] Avena macrantha (Hack.) Nevski Avena macrantha (Hack.) Malzev Avena × mutata Samp. Avena mutica Krock. Avena nodipilosa (Malzev) Malzev Avena orientalis Schreb. Avena orientalis var. flavascens Peterm. Avena orientalis f. flavescens Peterm. Avena pendula Gilib. [Invalid] Avena persarum Nevski [Invalid] Avena podolica Pascal ex Zuccagni [Invalid] Avena polonica Schwägr. ex Schmalh. Avena ponderosa L. ex B.D.Jacks. [Invalid] Avena praecocioides Litv. Avena praecoqua Litv. Avena praegravis (E.L.Krause) Roshev. Avena pseudosativa (Thell.) Herter Avena racemosa Thuill. Avena rubra Zuccagni Avena sativa var. brachytricha (Thell.) Tzvelev Avena sativa var. chinensis Döll Avena sativa var. chinensis Vilm. Avena sativa subsp. contracta (Neilr.) Celak. Avena sativa var. contracta Neilr. Avena sativa var. flavescens (Peterm.) Soó Avena sativa var. fuscoatra (Peterm.) Soó Avena sativa var. glaberrima (Thell.) Maire & Weiller Avena sativa var. glaberrima (Thell.) Parodi Avena sativa subsp. macrantha (Hack.) Rocha Afonso Avena sativa var. macrantha Hack. Avena sativa var. macrathera (Thell.) Parodi Avena sativa var. macrotricha (Malzev) Tzvelev Avena sativa var. macrotricha (Malzev) E. Morren Avena sativa var. microtricha (Malzev) Tzvelev Avena sativa var. nigra E.Krause Avena sativa subsp. nodipilosa (Malzev) Vasc. Avena sativa subsp. orientalis (Schreb.) Asch. & Graebn. Avena sativa var. orientalis (Schreb.) Alef. Avena sativa var. pilifera (Malzev) Tzvelev Avena sativa var. pilosa (Koeler) Tab.Morais Avena sativa subsp. praegravis (E.L.Krause) Tab.Morais Avena sativa subsp. praegravis (E.L.Krause) Cif. & Giacom. Avena sativa var. praegravis E.Krause Avena sativa subsp. praegravis (Krause) Mordv. Avena sativa var. sativa sativa Avena sativa var. secunda Alph.Wood Avena sativa var. setulosa (Thell.) Parodi Avena sativa var. subuniflora (Trab.) Tzvelev Avena sativa var. subuniflora (Trab.) Maire & Weiller Avena sexflora Larrañaga Avena shatilowiana Litv. Avena sterilis f. pseudosativa Thell. Avena sterilis var. thellungiana Malzev Avena tatarica Ard. Avena thellungii Nevski Avena trabutiana Thell. Avena trisperma Roem. & Schult. Avena unilateralis Brouss. ex Roem. & Schult. [Invalid] Avena verna Heuze | https://az.wikipedia.org/w/index.php?curid=141054 |
Əkin zəfəranı | Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır. Bunların arasında ən bahalısı ispanlara məxsus olan növdür və onun qiyməti 1000 dollar sayılır. Çünki bu ədviyyatın hazırlanması qaydası olduqca çətindir və uzun bir prosesdir. Bu bitkinin çiçəklərini üç gün ərzində yığmaq lazımdır, çünki zəfəran elə bir bitkidir ki, onun çiçəyi yalnız şəfəq saçanda açılır. Bu çiçəklər isə yalnız üç sutka müddətində qalır, daha sonrakı günlərdə artıq ondan zəfəran hazırlamaq mümkün olmur. Belə əziyyətdən sonra ən uzağı 100 000 çiçək yığmaq ehtimalınız vardır, bu isə hazırlanma nəticəsində 1 kq zəfəran edir. Məhz buna görə də həmin bitki artıq bütün dünyada "qırmızı qızıl" adlandırılır. Əlbəttə bütün bunların tərkibinə onun rəngi, dadı, eyni zamanda qiyməti də əlavə edilir. | https://az.wikipedia.org/w/index.php?curid=53534 |
Əkin çovdarı | Əkin çovdarı (lat. Secale cereale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. Sinonimləri Homotipik sinonimləri Secale cereale var. vulgare Ser. Triticum cereale (L.) Salisb. Triticum secale Link Heterotipik sinonimləri | https://az.wikipedia.org/w/index.php?curid=90973 |
Əkin çətənəsi | Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. Sinonimləri Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop. Cannabis macrosperma Stokes Cannabis ruderalis Janisch. Cannabis sativa f. afghanica Vavilov Cannabis sativa f. chinensis (Delile) A.DC. Cannabis sativa var. gigantea (Delile ex Vilm.) Alef. Cannabis sativa var. indica (Lam.) Wehmer Cannabis sativa subsp. indica (Lam.) E.Small & Cronquist Cannabis sativa var. indica (Lam.) E. Small & Cronquist Cannabis sativa subsp. intersita (Soják) Soják Cannabis sativa var. kafiristanica (Vavilov) E.Small & Cronquist Cannabis sativa var. kif A.DC. Cannabis sativa var. macrosperma (Stokes) Asch. & Graebn. Cannabis sativa var. monoica Hol. Cannabis sativa f. pedemontana A.DC. Cannabis sativa var. praecox Serebr. Cannabis sativa var. ruderalis Janisch. Cannabis sativa var. ruderalis (Janisch.) S.Z.Liou Cannabis sativa var. sativa Cannabis sativa var. spontanea Vavilov Cannabis sativa var. vulgaris Alef. [Invalid] | https://az.wikipedia.org/w/index.php?curid=141189 |
Əkin şabalıdı | Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Qısa morfoloji təsviri 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir. Tozluqlar yumurtavari olub, sırğalar çiçək açdıqdan sonra tökülür. Dişicik daşıyan çiçəklərdən ibarət dixazi iri çanaqcıqla əhatə olunur. Çanaqcıq 4 qapaqla açılır, üzəri yumşaq iynəvari tüklərlə örtülü olur. Çanaqcıqda 3 ədəd birtoxumlu fındıqca tipli meyvə yetişir.Hündürlüyü 30 (35) m-ə qədər, diametri 1,5 (2) m, enli, budaqlı çətiri olan ağacdır. Tumurcuqları iri, yumurtaşəkilli, tünd-qəhvəyi rəngdədir. Yarpaqlarının uzunluğu (8) 10-25 smdir,uzunsov-neştərvari, neştərvari və ya uzanmış uzunsovdur, qaidəsinə doğru daralmış, uc hissədə dartılı-sivridir, üst tərəfdən çılpaq, alt tərəfdən sıx ulduzşəkilli-tüklüdür, kənarları bizvari, adətən içəri əyilmiş zoğlarla tamamlanan dişlərlədir; yarpağın alt tərəfindən nəzərə çarpan damarları 16-28 (30) cütdür. Erkəkcikli çiçəkləri sarımtıl rəngli, ətirlidir,uzun ox üzərində yumaqcıqda oturaraq,çiçəkləri solandan sonra tökülən, uzun düzduran salxım əmələ gətirir. Dişicikli çiçəkləri 1-3 ədəd və ya daha çox olmaqla yumaqcıqda yerləşir. Meyvəsi parıldayan, qalın dərili,meyvə yanlığı qəhvəyi rəngli olan qozdur;qozlar bir tərəfdən qabarıqdır, 2-3 (1) ədəddir,gec açılan olub, xaricdən uzun sivri iynəlidir,şarşəkilli qoza ilə tamamlanır. Çiçəkləməsi - İyun Meyvə verməsi - Oktyabr-Noyabr Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri İyun-iyul aylarında çiçəkləyir. Meyvələri sentyabrın axırında, oktyabr və noyabr ayında yetişir. Toxum, pöhrə və kök bicləri ilə artır. Tozlanması entomofil və anemofildir. Mezofitdir. Təzə, dərin, açıq qonur çöküntülü dağ-meşə qurşaqlarında yaxşı bitir, tərkibində əhəng olan torpaqları, quru və bataqlıqlaşmış yerləri sevmir. Şabalıd meşəlikləri nisbətən kiçik sahələri tutub, əsas etibarilə dəniz səviyyəsindən 550-1200(1300)m hündürlükdə, yamacın rütubətli şimal, qərb və qismən cənub hissələrində yayılmışdır. Adətən qarışıq halda fıstıq-vələs və vələs-palıd meşələrində bitir. Qida bitkisidir. Arealı tədricən azalan relikt növdür. Zaqatala (qoruğun ərazisi), Qəbələ (Vəndam və Bum çayları vadilərində) və rayonları. Qavqazın qalan hissəsində - Qərbi Zaqafqaziya, Cənubi Osetiya MB. Azərbaycandan kənarda – Kiçik Asiya və Qərbi Avropanın cənubu. Azərbaycanda yayılması Zaqatala, Qəbələ, Oğuz, Xaçmaz, Xudat, Yuxarı Qarabağ rayonları ərazilərində, Alazan-Əyriçay vadisində rast gəlinir. BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəz. (Xocalıçay), Lənk. dağ. Orta və yuxarı,bəzən aşağı dağ qurşaqlarında rast gəlinir. Sayı və tendensiyası Yayılma ərazilərinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur. Təsərrüfat əhəmiyyəti Şərq fıstığı tikinti işlərində, sualtı tikintidə, gəmiqayırmada, dülgər və mebel düzəldilməsində və s. istifadə olunur.Zoğ və yarpaqları iri buynuzlu heyvanların yemdir. Həmçinin dekorativ əhəmiyyəti vardır. Yaşayış mühiti Digər cinslərlə birgə təmiz meşə əmələ gətirir. Məhdudlaşdırıcı amillər Zoogen amillər (meyvələrin meşədə vəhşi donuzlar, gəmiricilər tərəfindən yeyilməsi), fitopotoloji və antropogen amillər( əhali tərəfindən meyvələrin yığılması) Mühafizə tədbirləri Zaqatala Dövlət Qoruğunda mühafizə olunur. Bitdiyi yer Dəniz səviyyəsindən 600–1100 m yüksəklikdəki zolaqda, aşağı dağlıq qurşağın şimal yamaclarında, dağ vadiləri və dərələrinin yamaclarında, təzə, rütubətli qonur-gillicəli torpaqlarda bitir. Meşədə şabalıda palıd, vələs, ağacları ilə birgə rast gəlinir. Antropogen amillərin qüvvətli təsirinə məruz qalan sahələrdə şabalıd vələslə əvəz olunur. Şabalıdın əsas meşə massivlərinə Qəbələ rayonunda təsadüf edilir. Respublikamızda ehtiyatı ümumiyyətlə azdır. Ümumi sahəsi 1000 ha yaxındır. Çoxalması toxumladır. Ehtiyatının dəyişilmə səbəbləri. Tikinti materialı və müxtəlif məqsədlər üçün sistemsiz kəsilməsi, xəstəliyi və meyvəsinin toplanması. Becərilməsi Böyük Qafqaz rayonlarında geniş sahələrdə əkilir. Bakıda Azərbaycanın Botanika İnstitutunun botanika bağında becərilir. Qəbul edilmiş qorunma tədbirləri Zaqatala qoruğunda mühafizə olunur. Zəruri qorunma tədbirləri Mövcüd şabalıd meşələrini qorumaq, meşə əkinlərində və bağlarda geniş miqyasda becərmək. Qəbələ rayonunda Bumçay vadisində yasaqlıq yaratmaq lazımdır. | https://az.wikipedia.org/w/index.php?curid=70223 |
Əkinabad (Bostanabad) | Əkinabad (fars. اغبلاغ) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 514 nəfər yaşayır (106 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=687174 |
Əkinqazı | Əkin qazı (lat. Anser fabalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Əkin qazı boz çalarlı olub boz qaza bənzəyir. Dimdiyi qara rəngdə olub ortasında narıncı zolağı var. Erkək və dişi fərdlər rənglərinə görə fərqlənmirlər, lakin dişilər bir qədər kiçik olur. Kütləsi adətən 2,5-4,5 kq, bəzən isə bir qədər də yuxarı olur. Əkin qazı Avrasiyanın Qrenlandiyadan Uzaq Şərqə qədər olan tundrada və tayqa hissəsində yaşayır. Orta Avropa və Asiyanın Qara dəniz və Aralıq dənizi sahillərində, bir hissəsi də Orta Asiya, Yaponiya və Cənub-Şərqi Çində qışlayır. | https://az.wikipedia.org/w/index.php?curid=168491 |
Əkinçi (Kürdəmir) | Əkinçi — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 mart 1998-ci il tarixli, 455-IQ saylı Qərarı ilə Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati-ərazi vahidi tərkibindəki Əkinçi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Toponimikası Tarixi abidələri Coğrafiyası və iqlimi İqtisadiyyatı Mədəniyyəti Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=764422 |
Əkinçi (dəqiqləşdirmə) | Əkinçi (qəzet) Əkinçi (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda qəsəbə. 13 mart 1998-ci ildə ləğv olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=764427 |
Əkinçi (partiya) | Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası. Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi. Partiyanın fəaliyyətini özündə əks etdirən "Əkinçi" adlı mətbu orqanı nəşr olunurdu. 1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi. Bu partiya sağ eserlərdən (Xalqçı Partiyası) fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyət Parlamentində inqilabi sosializm və sovet hakimiyyəti mövqeyində dururdu. Onlar rus sol eserlərindən fərqli olaraq, milli məsələdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tam tanınması tərəfdarı idilər. Bu partiya bir çox cəhətdən Ukrayna sol eserlərinə bənzəyirdi. Partiya sonralar kommunistlərə qovuşsa da, bu, sol eserləri repressiyalardan xilas etmədi. Aprel işğalından (1920) sonra onların bir hissəsi güllələndi, digər qismi isə mühacirətə getməyə məcbur oldu. | https://az.wikipedia.org/w/index.php?curid=680446 |
Əkinçi (qəzet) | Əkinçi (az-əbcəd. اکینچی) — Azərbaycan dilində yayımlanan ilk milli qəzet. 1871-ci ildə başlayan nəşriyyatı 1873-ci ildə bitmişdir. İlk sayının buraxıldığı 22 iyun Azərbaycanda "Milli Mətbuat Günü" kimi qeyd olunur. Ayda iki dəfə 300–400 tirajla yayımlanmışdır. Ümumilikdə 56 sayı buraxılmışdır. Qəzet vasitəsilə Həsən bəy Zərdabi Azərbaycan dilində ilk dəfə durğu işarələrindən istifadə edərək Azərbaycan dil islahatlarına töhfə vermişdir. XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi. Sovet dövrünün tarix və ədəbiyyat kitablarında, adətən XIX əsrin bütün müsbət tərəfləri Azərbaycanın Rusiya tərkibinə daxil olması dövründən sonraya aid edilir. Əslində, həmin əsrin birinci yarısında baş verən bir sıra tarixi hadisələr, xüsusilə 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan xalqının milli təfəkkürünün inkişafına təkan verdi. Azərbaycanın iki yerə bölünməsi, hər hissəsinin bir dövlətin müstəmləkəsi altında yaşamağa məhkum edilməsi milli azadlıq duyğularını gücləndirməyə başladı. Digər tərəfdən, XIX əsrin xüsusilə ikinci yarısında Rusiyanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi onun təbəəliyində olan ölkələrdən biri kimi Azərbaycana təsir göstərdi. İqtisadi və ictimai inkişaf milli mətbuatımızın yaranmasını zəruri etdi. 1864-cü ildə Gürcüstanda təhkimçilik hüququnun ləğvindən sonra, daha dəqiq, 1870-ci ildə Azərbaycanda da kəndli islahatlarını həyata keçirmək üçün əsasnamə imzalandı. Əslində bu əsasnamədə yeni bir şey yox idi və o, 1847-ci il əsasnaməsi ilə eyniyyət təşkil edirdi. Fərqlilik isə ondan ibarət idi ki, kəndlilərin asılılığı azaldılır, hər 15 yaşa çatmış şəxsə 5 desyatin torpaq verilirdi. Əslində əsasanmənin icrası zamanı torpağı 5 desyatindən aşağı olanlara əlavə torpaq verilmədi, kəndlinin yaşayış binasının, təsərrüfat tikililərinin sahəsi də pay torpaqlarına daxil edildi. Kəndlilərdən yığılacaq vergilər də əvvəlki əsasnamədə nəzərdə tutulduğu kimi qaldı. Torpaq islahatları ilə yanaşı, Azərbaycanın bölgələrində məhkəmə, şəhər və inzibati idarə islahatları da həyata keçirilmişdi. Formal şəkildə aparılan bu dəyişikliklər feodal istehsal münasibətlərinin kapitalist münasibətləri ilə əvəzlənməsindən doğurdu. Qafqazdakı ali hakimiyyət burada çar canişinlərinin əlində cəmlənmişdi. Quberniyaları bütün mülki və hərbi hakimiyyətə sahib olan qubernatorlar idarə edirdilər. Quberniyalar isə qəzalara bölünürdü. Keçirilən bu islahatların əsas məqsədi çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçiliyi möhkəmlətməkdən ibarət idi. İnzibati-ərazi bölgüləri yaradılarkən bu və ya digər daxil edilən əhalinin milli tərkibi, onun tarixi-dini ənənələri nəzərə alınmırdı. Bu islahatların yarımçıq, formalizm xatirinə keçməsinə baxmayaraq, məhSuldar qüvvələrin və kapitalizmin önə çıxması, inkişafı üçün az da olsa imkanlar yarandı. İqtisadiyyatı, sənayesi Rusiya bazarları ilə formalaşan Azərbaycanda kənd təsərrüfatının, sənayenin tərəqqisi ləng olsa da, inkişafa meyilləndi. Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başlayır. Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. Təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdır. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər. "Əkinçi" nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. Milli mətbuat tariximizin “Əkinçi”nin nəşri ilə bağlanması tarixi reallıqları özündə əks etdirir. "Əkinçi" özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül" kimi nəşrlər "Əkinçi" ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. Sovet dövrünün araşdırıcıları ideoloji yöndən bu qəzet və dərgiyə yanaşaraq obyektivlikdən kənar fikirlərə rəvac vermişlər. Ancaq Ünsizadələrin nəşr etdiyi mətbu orqanlar islam birliyi ideyasının tərəfdarı olması ilə yanaşı, xalqın maariflənməsinə, Avropanın elmi yenilikləri ilə oxucuların tanışlığına, ədəbiyyata yeni baxışın formalaşmasına əsaslar yaratdı, mətbəəçilik işi quruldu. "Əkinçi" qəzetinin nəşrə başlaması XIX əsr Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş "Senzura haqqında qəti qanun"dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Hənifə xanım Məlikovanın göstərdiyi kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”. Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən sonra H.Zərdabi Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Bu məsələyə toxunan Zərdabi yazır: Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbuat nəşrin adının "Əkinçi" olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. Hansı məsələlərin qəzetdə əksini tapacağı sualına "Əkinçi"nin ilk nömrəsində Zərdabi dərc etdiyi məqalədə cavab verdi və bəlli oldu ki, qəzetin məramnaməsi belə olacaqdır: Daxiliyyə - buradakı məqalələr qəzetin münşisinin özü tərəfindən yazılacaqdır. Əkin və ziraət xəbərləri - yəni bizim, ya qeyri vilayətlərdə olan əkinlərdən.. onları becərmək vaxtında işlədilən əsbablardan, əkin yerini şum etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan, mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və qeyri-vilayətlərdə nə qisim mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışılacaqdır. Elm xəbərləri - yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışılacaqdır. Tazə xəbərlər - bir neçə qism olacaqdır, əvvələn ticarət xəbərləri olacaq, yəni bizim vilayətimizdə və qeyri vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə, ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir və s.İlk sayda dərc olunan məqalədən və bu məlumatlardan göründüyü kimi Həsən bəy "Əkinçi"nin əsas ideya istiqamətlərinin 4 əsas şöbədə əksini tapacağını müəyyənləşdirmişdi. Lakin "Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı və “Məktublar” başlığı altında materiallar da dərc olunmağa başlandı. Bu 5 şöbə qəzetin sonuncu nömrəsinə qədər davam etmişdir."Əkinçi" Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. Hənifə xanım Abayeva öz xatiratında "Əkinçi"nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: Qəzetin başlıca mövzuları Qəzet başqa bir məqalədə söz azadlığının olmamasından yazırdı: Azad söz və fikir sərbəstliyinin mövcud olmadığını üstüörtülü şəkildə çarizmin yeritdiyi siyasətlə bağlayan "Əkinçi"lər səbəblərdən biri kimi köhnə qaydaların dəyişdirilməməsində görürdü. Qəzet üstüörtülü şəkildə olsa da, çarizm üsul-idarəsini, onun törətdiyi cinayətləri tənqid edirdi. Qəzetin dərc etdiyi bir neçə xəbər bunu sübut edir. Məsələn, “peterburqda dekabrın 6-da Kazanski sobor kilsəsində dua oxunan vəqtdə bir neçə tələbə və qeyri dövlətin üstə nalayiq sözlər danışıb. İndi senat onların işinə baxıb, qət edib çoxunu Sibirə göndərib”. “Ural kazaklarının yerlərində təzə əsgəri qayda qoyulandan sonra bəzi şəxslər ol əmrə razı olmadığına binaən hökm olunub ki, onları öz külfətləri ilə tutub Türküstana göndərsinlər” Qəzet cəmiyyətin əzənlərdən və əzilənlərdən ibarət olduğunu açıq etiraf edirdi.Əzənlər sinfinə mənsub olan bəylər, ağalar “Əkinçi”nin əsas tənqid hədəfi idi. Qəzet yazırdı ki, əlbəttə, bəylər “xəlqin xoşbəxtlik fikrini çəkməz. Onun üçün pul gərəkdir ki, keyfi-dimağa məşğul ola və millət əvəzinə heyvan gərəkdir ki, ona hakimlik edib, öz bəyliyini zahir edə”. “Əkinçi” Peterburq fəhlələrinin həyatından bəhs edərkən göstərirdi ki, “bircə Peterburq şəhərində 90 min fəhlə yersiz qalıb". H.Zərdabi və onun məsləkdaşları “Əkinçi” qəzetini din və mövhumata, ətalət və geriliyə qarşı mübariz bir tribunaya çevirməyə çalışırdılar. Zərdabi və məsləkdaşlarının qəzet səhifələrində dərc etdirdikləri yazıların bir qismi dini fanatizm və mövhumata həsr olunmuşdu. Məişətdəki yeniliyə qarşı çıxanlara sərt cavab verən Zərdabi yazırdı: "Əkinçi" dini ayinləri həyata keçirərkən Quranda nəzərdə tutulan qaydalardan kənara çıxmaları zərərli hal hesab edirdi. Aşura günü baş yarmanın əleyhinə müzakirə açan "Əkinçi" bu halın islam qayda-qanunları ilə bir araya sığmadığını göstərirdi. Qəzetdə H.Zərdabinin, Əhsənül-Qəvaidin (Hacı Məmmədsadıq), Ə.Gorani, Heydəri və başqalarının bu mövzuda kəskin yazılarla çıxış etmələrini qəbul etməyənlər də etirazlarını, mövqelərini qəzetə ünvanlayırdılar. Qarabağdan Hadiyul-Muzillin Həsən Qara Hadı, Qubadan Hadimül-Qəvaid, kapitan Sultanov, "Əkinçi"nin dini fanatizmin əleyhinə apardığı bu müzakirələri qəbul etmir, öz mövqelərini kəskin şəkildə bildirir, hətta təhqir yolu tuturdular. H.Zərdabi H.Q.Hadinin həcvini qəzetdə dərc edərək redaksiya qeydində göstərmişdi: “Əkinçi” qəzeti mollaların və ruhanilərin iç üzünü konkret dəlillərlə açırdı. Həm xristian, həmçinin müsəlman aləmindəki fırıldaqları bir-bir açıb göstərirdi: “Əkinçi” qəzeti mövhumatçılara birinci zərbəni dünyəvi elmləri öyrətməyə təşviq edən müzakirəni açmaqla vurdu. Qəzet göstərirdi ki, biz də “qeyri millətlər kimi elmi-əbdanı elmi-ədyandan ayırıb, onun üçün qeyri məktəbxana bina edib, qeyri müəllimlər təyin etməliyik” “Millət, dövlət qeyrəti çəkən qardaşlar, gərək xəyalati–qəvaidi–mövhumiyyəti kənara qoyub, bacarıq və qüvvə sahibləri əsbab, aləti-tərəqqiyat və məktəbxanələr bina edib, maşın və ustadlar gətirib ətraflı qaidə-ülum ilə tərbiyyət etsin, ta kəm-kəm xəlq baxəbər olub, öz məaş əbdanlarına lazım olan işləri əmələ gətirsinlər” Qəzet əkinçiliyin inkişafına kömək edən çoxlu material dərc etmişdir. Demək olar ki, qəzetin bütün nömrələrində əkinçilik və maldarlıqla bağlı materiallar "Elm xəbərləri", "Əkin və ziraət xəbərləri" rubrikası altında işıq üzü görmüşdü. Bu materialların əksəriyyətini sadə, rəvan xalq dilində Zərdabinin özü qələmə almışdı. Həsən bəy ilə yanaşı, Nəcəf bəy Vəzirov, Ə.Gorani kimi elmi, müasir dövrün tələblərini bilən qələm əhli Rusiyanın, Avropanın kənd təsərrüfatına aid yeniliklərini oxuculara çatdırırdılar. Torpağın məhsuldarlığının artırılması, kübrə növləri, məhsuldarlığın təyini üsulları, heyvan saxlanılması, yeni əkinçilik alətləri əsas mövzular idi. Kənd təsərrüfatına həsr etdiyi məqalələrinin birində Zərdabi Azərbaycanda kətan kimi məlum olan ənənəvi ağac kotanların çoxlu işçi qüvvəsi tələb etməsi xüsusiyyətlərini pisləyir, onun təkmilləşdirilmiş alətlərlə əvəz edilməsinin vacibliyini qeyd edirdi: Müəllif məqalədə məlumat verirdi ki, artıq dünyada kotanla yer şumlanmır: Zərdabi məqalələrinin birində göstərirdi ki, Qafqazda qaramal sayca çoxdur, lakin bunlardan az məhsul götürülür, ona görə də heyvanları tövlə şəraitində saxlayıb yemləmək lazımdır. Qəzetdə aqrotexniki və zootexniki məsləhət xarakteri daşıyan yazılar verilirdi. Torpağın keyfiyyətini, münbitliyini məhsuldarlığını təyin etmək üsulu xalqa çox sadə bir dil ilə çatdırılırdı. Qəzet buğdanın növlərini, onların əkilib becərilməsi üsullarını izah etmişdir. Taxılçılıq haqda qəzetdə belə maraqlı mülahizələrə rast gəlmək olur: "Əkinçi"də kənd təsərrüfatı materiallarını H.Zərdabi, N.Vəzirov, Ə.Gorani kimi elmli, bilikli, mütəxəssis şəxslər yazırdılar. Onlar Rusiyanın, Avropanın kənd təsərrüfatına dair yeniliklərin vaxtında oxuculara çatdırırdılar. “Əkinçi” nin müəllifləri xalqın zülm altında olmasının əsas səbəblərindən birini elmsizlikdə görürdülər. Onun fikrincə adamların biri digərinə avamlıq üzündən qul olur. Məqalələrin birində deyilir: Əkinçi realist sənətin beşiyi başında çox ayıqsayıq dayanmışdı. Qəzetin mühərrirləri ədəbiyyatın həyatla əlaqəsini, sənətdə məzmun və forma məsələlərini düzgün başa düşmüşdü. H.Zərdabi, N.Vəzirov, Əhsənül-Qəvaid və Heydəri öz məqalə və məktublarında köhnə sxolastik şeiri, ictimai məzmunu olmayan həcv ədəbiyyatını tənqid etmiş, şeirdə elmin, maarifin, həyat həqiqətlərinin tərənnümünün tərəfdarı mövqeyindən çıxış etmişlər. Qəzet həcvkülar haqqında yazırdı: H.Zərdabi şairləri həyatla ayaqlaşmağa səsləyərkən yazırdı: N.Vəzirov şeirin tərbiyəvi əhəmiyyətinə üstünlük verir və nalayiq həcvlər yazanları kəskin ifşa edirdi. Əkinçi mühərrirləri xalq yaradıclığına böyük əhəmiyyət verirdilər. Zərdabi xalq mahnılarının qarşısında ictimai həyatı əks etdimək vəzifəsini qoyurdu. O, məqalələrinin birində yazırdı: Zərdabi məqalənin sonunda göstərir ki, bizim şairlərimiz bir-birinə həcv etməkdənsə mənalı mahnılar yazsalar xalqın mənəvi inkişafına kömək edərlər. Əkinçi redaksiyasına çoxlu hekayələr gəlirdi. Lakin Zərdabi bədii və məzmun cəhətdən zəif olanları buraxmırdı. Bir məktubunda Zərdabi boş və mənasız hekayələrin müəlliflərinə işarə vuraraq yazırdı: "Əkinçi"lər Həsən bəy Zərdabi – Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş, müxtəlif ideyaları həyata keçirmişdi. Müsəlman Şagirdlərinə Yardım Cəmiyyəti təsis edir və gimnaziyadakı tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil xərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də uğurlu alınmadı. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul toplayır və bu vəsaitin faizi ilə ildə 1–2 nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşı Həsən bəy öz mənzilində pansionat açır, hər il on nəfər azərbaycanlı uşaq bu pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildə ailə həyatı qurduğu Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirmiş Hənifə xanım Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. Millətin maariflənməsi yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrində belə təsvir edir: Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu H.Zərdabi duymamış deyildi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü. "Əkinçi"nin meydana çıxması bir neçə cəhətdən əlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi "Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. "Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun", "yaxşı-yamanlığı aşkar eləsin", "xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün" kimi dərin mənalı fikirlər çağdaş mətbuatımızın da əsas prinsipləri olaraq qalmaqdadır. Həsən bəy Zərdabi qəzetə ana dilini öyrədən bir məktəb kimi baxırdı, “qəzet və ya jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir”. O, təcrübədə sübut edirdi ki, Azərbaycan mətbuatı öz milli zəmini üzərində inkişaf etməyə qadirdir, qəzet xalqın həyatında inkişafa doğru təkanverici amil ola bilər. Lakin jurnalistikaya meyl göstərən, onu özünə sənət seçən adamların olmaması, Zərdabini tutduğu böyük yolda çətinliklərə salırdı. O, bu barədə yazırdı: Azərbaycanda milli dildə qəzet çıxarmaq üçün mətbəələrin olmaması nəticəsi idi ki, İranda, Türkiyədə çap olunan qəzet və kitablardan istifadə edilir və bunun nəticəsində dilimizdə xarici sözlərin, ifadə və tərkiblərin işlədilməsinə şərait yaradılırdı: Bu böyük maarif fədaisi "Əkinçi"nin nəşri ərəfəsindəki qayğılarından söz açaraq xatırlayırdı: Zərdabi qəzet oxuyanların sayını artırmaq üçün çox vaxt nömrələrib pulsuz paylayırdı. Hələ qəzet çıxmamışdan əvvəl Zərdabinin M.F. Axundova göndərdiyi məktubda bunu aydın görmək olar: Hənifə xanımın xatirələrində qeyd edir ki, bir dəfə fransız qəzetinin baş müxbiri Bakıya gəlib çıxmışdı. O, Rusiyada, xüsusilə Bakıda qəzet işinin qurulmasını öyrənirdi. O, bütün Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb Həsən bəyin yanına gəlmişdi. Qəzetin üç il müddətində ancaq 300 abunəçisi olduğunu bilincə müxbir təəccüblə Həsən bəyə baxıb səmimi surətdə dedi: Zərdabi “Əkinçi” də demək olar ki, hər şeydən yazırdı. “Əkin və ziraət xəbərləri” başlığı altında gedən məqalələrində Zərdabi torpağın elmi qayda ilə becərilməsindən, əkinçilik işlərini yeni yola çıxarmaqdan, yeni maşınların tətbiqindən və s. bəhs edirdi. O, həmçinin kəskin siyasi məsələlər də qoyurdu, zəmanənin eyiblərini açıb göstərirdi. O, bəzən ustalıqla adi bir məqalənin içində siyasi məsələlərdən bəhs edirdi. Məsələn, o, bir məqalədə oxucuya adi bir xəbər verir, göstərir ki, fransız alimi Paster barama qurdu bəsləməyin yeni qaydasını tapmışdır. Fransa sözü işlədilən yerdə mötərizə açıb deyirdi ki, (indi Firəngistanda padşah yoxdur, dövlət işinə məhkəmə (yəni məclis) mülahizə edir ki, ol məhkəmənin calislərini camaat zübdə edir). Beləliklə, Zərdabi oxucuya başa salmaq istəyirdi ki, Fransada dövlət quruluşu bizimkindən yaxşıdır. Orada məclisi camaat seçir, dövlət işlərini tək bir adam deyil, məclis idarə edir. Zərdabinin həm jurnalistlik, həm də elmi fəaliyyətində materialist görüşlər özünü əks etdirir. Onun “torpaq, su və hava”, “Bədəni salamat saxlamaq düsturuləməli” əsərlərində, 1905–1906-cı illərdə “Həyat” qəzetində, 1907-ci ildə “Dəbistan” jurnalında çıxan məqalələrində bu görüşləri hiss etmək olur.Mirzə Fətəli Axundov- milli dramaturgiyanın əsasını qoyan Axundov bu ideyalarla yaşadığı bir zamanda Zərdabinin “Əkinçi” adlı qəzet nəşr etdirmək xəbərini eşidib onu alqışlamışdır. Qəzet barəsində Axundovla Zərdabi arasında xeyli məktublaşmalar olmuşdur. O, 1875-ci ildə aprelin 21-də Zərdabiyə göndərdiyi məktubda deyir: M.F.Axundov bu məktubda qəzetlə əlaqədar bir neçə mühüm vəzifə irəli sürmüşdür. Axundovun fikrincə, geniş oxucu kütləsi üçün buraxılan mətbuat orqanının şriftləri gözəl, dili, üslubu, orfoqrafiyası tam düzgün olmalıdır. O, kiçik bir elanda çoxlu orfoqrafiya səhvi görüb yazmışdı: Böyük mütəfəkkir Tiflisdə öz komediyalarını çap etdirərkən dilinin səlisliyinə, orfoqrafiyanın düzgünlüyünə xüsusi fikir vermişdi. Onun Zərdabidən xahişi bu idi ki, həmin komediyaların orfoqrafiyasına riayət etsin. M.F.Axundov hətta, elanda olan bütün səhvlərin altından qırmızı qələmlə cızıqlar çəkib bir nüsxəsini Həsən bəyə göndərmişdi. M.F.Axundov “Əkinçi”nin qarşısında duran vəzifələri çox düzgün müəyyənləşdirmişdi: Məktubun sonunda M.F.Axundov "Əkinçi" qəzetində əməkdaşlıq etməyə razı olduğunu bildirir və qəzetin proqramının ona göndərilməsini Həsən bəy Zərdabidən xahiş edir. Axundov Əkinçinin qaldırdığı mühüm ictimai-siyasi məsələlərə dair öz rəyini bildirir, habelə “Vəkili-milləti-naməlum” imzası ilə məktublar yazırdı. Aşura mərasimlərində baş yarıb, insanın özünə xəsarət yetirməsinin islama zidd olduğunu bildirən və bu mövzuda polemika açan "Əkinçi" də M.F.Axundov mütərəqqi cəbhədə dayanmış, cəhalətpərəstləri kəskin tənqid etmişdir.Seyid Əzim Şirvani — S.Ə. Şirvaninin yaradıcılığının mühüm bir hissəsi “Əkinçi” qəzeti ilə bağlıdır. Qəzetin satira cəbhəsi Şirvaninin şeirləri hesabına olduqca qüvvətli idi. Əkinçinin təsiri ilə o, günün ən zəruri məsələlərinə uyğun şeirlər yazırdı. Qəzet onun əlində maarifçilik ideyalarını yaymaq üçün xitabət kürsüsünə çevrilmişdi. Azərbaycan xalqının həyatında "Əkinçi"nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Birinci: qəzet dünyanın hər yerindən müxtəlif məzmunlu xəbərləri toplayıb oxuculara çatdırır. Bu isə dünya işlərindən xəbərdar olmaqda oxuculara kömək edir. İkinci: qəzet elm toxumu səpir, əkinçiliyi yüksəltməyin yollarını göstərir, məişəti daha da yaxşılaşdırmaq istəyənlər üçün ağıllı müəllimdir. Üçüncü: qəzet ana dilində çıxdığı üçün dilin saflaşmasında, təmizlənməsində mühüm rol oynayır. Nəhayət: qəzetin qiyməti ucuz, məqalələrin dili sadə olduğuna görə hamıya münasibdir.Şair “Qəzet nədir” şeirində oxucuları “Əkinçi”nin məramə ilə tanış edir, qəzetin əhəmiyyətini başa düşməyənləri satira atəşinə tuturdu. Seyid Əzim şeirdə dövrünün qəzetlərinin xülasəsini verir, əkinçini mövqeyini düzgün qiymətləndirirdi. Qafqaz əhlinə xitabən yazdığı şeirində şair zəmanəsindən şikayət edir. Din xadimlərini min bir hiylə ilə xalqı soyması, avamlıq, gerilik, savadsızlıq satira atəşinə tutulur. S.Ə.Şirvaninin bu şeirində H.Zərdabiyə yüksək qiymət verir, onun elmini, biliyini tərifləyir, elm öyrənmək sayəsində xalqının ən qabaqcıl, gözüaçıq adamı olması ilə fəxr edir. S.Ə.Şirvani “Əkinçi” qəzetində 10-dan çox satirik şeir və məktub çap etdirmişdir. Onun ilk şeiri qəzetin nəşrinin 1-ci ilində 6-cı nömrədə buraxılmışdır. Həmin nömrədən sonra Şirvaninin şeirləri həm əsas nömrələrdə, həm də əlavələrdə dərc olunmuşdur.Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatına mahir dramaturq kimi daxil olan, hələ tələbəlik illərindən "Əkinçi"nin səsinə səs vermiş, onun yaradıcı heyətinə qatılmış, publisist məqalələri ilə çıxış etmişdir. Onun ilk publisist əsərləri “Əkinçi” qəzetində çap olunmuşdur. "Əkinçi"nin ilk nömrəsi işıq üzü görəndə Nəcəf bəy Vəzirov Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfatı Akademiyasında təhsil alırdı. Bakıda real gimnaziyada oxuyan vaxt Zərdabi onun müəllimi olmuşdu. Müəlliminin anadilində qəzet nəşr etməsini Moskvada eşidən Vəzirov "Əkinçi"də yaxından iştirak etməyi qarşısına əsas məqsəd qoymuşdu. 1875-ci il avqust ayının 28-də Zərdabinin ünvanına göndərdiyi məktubunda Vəzirov yazırdı: Məktubla bərabər Zərdabiyə Şuşanın həyatından, buradakı gerilik və mövhumatdan bəhs edən "Ağıçı" adlı felyeton göndərən Vəzirovun bu yazısı "Əkinçi"də çap olunmadı. Bu onu ruhdan salmamış, öz yazıları üzərində çalışmış, “Əkinçi”yə müntəzəm məktublar göndərmişdir. "Əkinçi"də dərc etdiyi məqalələrdə N.Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunmuş, gerçəkliyi özündə ehtiva edən nümunələrin yerini həcvlərin, mədhiyyələrin tutmasına mənfi münasibət bildirmişdi.Onun “Əkinçi”də 8 məqaləsi dərc olunmuşdur. Bu məqalələr müxtəlif mövzulardadır. Məsələn, ilk məqaləsi Petrovsk-Razumovsk Akademiyasında mal-qaranın saxlanmasından, yem hazırlanmasından bəhs edir. “Əkinçi” nin proqramında da vaxtı keçmiş adət və ənənələrin tənqidi mühüm yer tuturdu. Odur ki, N.Vəzirov bu mövzuda məqalələrə xüsusi əhəmiyyət verirdi. Qəzetdə çap etdirdiyi 2-ci məqaləsində Vəzirov yazırdı: Yaxud “Bənd məxsusi” sərlövhəli başqa bir məqaləsində N.Vəzirov yazırdı: Maarif və mədəniyyət məsələlərindən bəhs edən də N.Vəzirov köhnəlmiş adətləri dəyişdirməyi irəli sürürdü. O yazırdı: “Əkinçi” də çap etdirdiyi məqalələrində N.Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunmuşdur. Əsgər ağa Gorani — Bakı real gimnaziyasında Həsən bəy Zərdabinin şagirdi olmuş, sonra isə təhsilini Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfat Akademiyasında davam etdirmişdi. Əsgər ağa Gorani şəcərə etibarilə Qarabağ xanları nəslindəndir. Moskvada təhsil alarkən Nəcəf bəy Vəzirov kimi o da "Əkinçi"nin nəşrini eşitmiş, anadilli mətbu orqanın varlığından sevinmişdi. Onun “Əkinçi” qəzetində 40-dək məktubu dərc olunmuşdur. Qəzetin bütün şöbələrində onun məktublarına rast gəlmək mümkündür. “Elm xəbərləri” şöbəsində Goraninin qəbirstanlığa yaxın yerlərdə su quyularının qazılmasının zərərindən, mal-qaranı saxlamağın yeni üsullarından, Şərq xalqlarının elmsizliyinin səbəblərindən, telefonun və stenoqrafiyanın ixtisarından, tarix elminin inkişafı məsələlərindən bəhs edən maraqlı yazıları verilmişdir. “Məktubat” şöbəsində dərc etdirdiyi yazılarının birində Gorani Bakı-Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Başqa bir məktubunda isə Peterburq kənd təsərrüfatı muzeyindən danışır. Muzeyin şöbələri, eksponatları haqqında məlumat verir, belə mədəni ocaqların əhəmiyyətini göstərir.Əsgər ağa qəzetdə təzə xəbərlər yazmağa çox meyl edirdi. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. Məsələn, “Əkinçi”nin 1876-cı ildə çıxan 1-ci nömrəsində Goraninin Peterburq padşahlıq kitabxanasından bəhs edən məqaləsi verilmişdir. Müəllif göstərir ki, bu kitabxanada 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. Qiymətli nüsxələr şüşə altında nümayiş etdirilir. “Əgər bir kəs bilsə ki, filan kitab yoxdur, o vaxt deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona versinlər. Hər yekşənbə günü kitabxananı hər bir kəs gəzib tamaşa edə bilər...” ”Əkinçi” qəzetinin bütün nəşri boyu Ə.Gorani onun fəal müxbiri olmuşdur. Əhsənül Qəvaid— “Əkinçi” nin məktubat şöbəsində gedən məqalələrdə əhalinin mədəni geriliyi, cəhalət və mövhumat, köhnə ruhani təhsili, mollaxanalar, patriarxal və feodal adət-ənənələr kəskin tənqid olunurdu. Bu məqalələrin müəlliflərindən biri Əhsənül Qəvaid idi. O, müasir elmləri təhsil etməyə çağıran və bəzən də kənd təsərrüfatından bəhs edən məqalələr də yazırdı. Qəvaid qəzetin 18 nömrəsində 21 məqalə çap etdirmişdir. Əhsənül-Qəvaid məqalələrində xalqlar dostluğu ideyasını geniş təbliğ edirdi. O, məhərrəmlik təziyəsində baş yarmaq əleyhinə kəskin məqalələr yazmışdı.Ələkbər Heydəri — Ələkbər Heydəri qəzetdə gedən ən ciddi publisist yazısı “dini elmləri, yoxsa dünyəvi elmləri tədris etmək lazımdır” mövzusunda olan məqaləsidir. Həmin məqalə 1875-ci ildə çıxan 10-cu nömrədə mübahisə təriqilə verilmişdir. Heydəri dünyəvi elmlərin tədrisinə üstünlük verir və bu barədə öz mülahizələrini əsaslandırırdı. Həmin məqalə geniş müzakirəyə səbəb olmuşdur. Müəlliflər iki hissəyə bölünmüşlər. Zərdabi və onun ardıcılları Heydərini müdafiə etmiş, ruhanilər isə əleyhinə çıxmışlar. Qəzetin həmin ildə çıxan 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəyolduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadə dini elmlərin üstünlüklərini sübut etməyə çalışmışdır. Təkcə 1876-cı ildə Heydərinin qaldırdığı məsələ ilə əlaqədar müxtəlif müəlliflərin 15 məqaləsi çap olunmuşdur. Zərdabi bu müzakirənin əhəmiyyəti haqqında yazırdı: İsa Sultan Şahtaxtlı — Azərbaycanın ilk jurnalistlərindən olan, 1875-ci ildə “Əkinçi” qəzetinin nəşr olunduğu dövrdə “Tiflisskiy vestnik” qəzetinin siyasi şöbəsinin müdiri işləyən, məşhur publisist İsa-Sultan Şahtaxtinski Zərdabi ilə yaxından əlaqə saxlayırdı. İsa Sultan nəinki onun qəlbi üçün əziz olan "Əkinçi"nin müvəffəqiyyətindən sevinir, həmçinin "Tiflisskiy vestnik" qəzetinin oxucularını ilk Azərbaycan qəzetində dərc olunan məqalə və xəbərlərlə tanış edirdi. "Tiflisskiy vestnik"in təkcə 1876-cı il 18 noyabr tarixli 260-cı nömrəsində onun "Əkinçi"dən üç xəbəri dərc olunub. Respublika Əlyazmaları Fondunda Həsən bəy Zərdabinin arxivində Şahtaxtinskinin bir məktubu saxlanılır. 1876-cı il mayın 9-da Tiflisdən Zərdabiyə göndərdiyi həmin məktubdan aydın olur ki, Şahtaxtinski “Əkinçi” də xarici siyasət şöbəsinin açılmasına təşəbbüs etmişdir. Bu barədə məktubda deyilir: Adları çəkilən müəlliflərdən əlavə qəzetdə Məhəmmədtağı Əlizadə Şirvani, Əlimədəd Abdullahzadə (Məhbus Dərbəndi), Məmnun Əlqədari, Ələkbər Elçizadə, Xaçatur Qorxmazov və b. çıxış etmişlər. "Əkinçi" nin bağlanması Qəzetin 1877-ci ildə çıxan 20-ci nömrəsində birinci səhifədə belə bir elan vardı: Bu nömrədən sonraq qəzetin heç bir nüsxəsi yoxdur. Məhz bu elanın çap olunduğu sonuncu 56-cı nömrəsi ilə də "Əkinçi" qəzeti bağlanmışdır. Burada azərbaycanlı əhaliyə düşmən münasibətilə seçilən yeni Bakı qubernatoru Ruzinin də rolu vardı. Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı işıq üzü görmüşdü ki, bu da cəmi 56 say edir. Zərdabi "Həyat" qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında "Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində qəzetin bağlanması səbəblərini ətraflı şərh etmişdi. Müəllif məqalədə "Əkinçi"ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çap senzurası tərəfindən təqibləri açıb göstərmişdir. Zərdabi həmin məqaləsində qeyd edir: Həmin məqalədən aydın olur ki, o zaman Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində idi. Vaxtilə "Tfilisskiye vedomosti" və "Zakavkazskiy vestnik" qəzetlərinin, habelə Arzanov qardaşlarının Tiflisdəki mətbəələrindən qalmış ərəb hürufatına bel bağlamaq olmazdı. Azərbaycan dilində qəzet buraxılması işinə milli mətbəənin təşkilindən, hürufat tədarükündən başlamaq lazım idi ki, Zərdabi məhz belə etdi. O, özü İstanbula gedib hürufatı satın alıb gətirir. Həmin dövrdə İstanbulun "Babi-ali caddəsi"ndə mətbuat və kitab ticarəti sahəsində çoxlu azərbaycanlı işləyirdi. Xatirələrində Zərdabi onların "Əkinçi" üçün hürufat əldə etməyə böyük kömək göstərdiklərini ayrıca qeyd edir. Məqalənin mühüm bir hissəsində "Əkinçi"nin çap senzurası tərəfindən təqib edilməsi təsvir edilir. O, qəzetin bağlanması səbəblərinin ərtaflı şərhini verir. Zərdabi yazır ki, bir gün Nəcəf bəy Vəzirovun Moskvadan göndərdiyi məktub mətbəədə yığılıb səhifələnmişdi. Senzor qol çəkib qəzetin çap olunmasına da icazə vermişdi. Həmin məktubda dükanların qabağında qəsidə oxuyan və camaatı elmə səsləyən dərviş təsvir olunurdu. Qəzet çap olunub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni yığdılar və Zərdabini qubernatorun idarəsinə çağırdılar. Qubernatorun fikrincə, Vəzirovun məqaləsində siyasi fikirlər irəli sürülürdü. Bunu bəhanə edib qəzetin bir daha buraxılmasına icazə vermədilər.Bir tərəfdən senzura və jandarmın təzyiqi, digər tərəfdən Dağıstanda iğtişaş, rus-türk müharibəsinin başlanması və başqa səbəblər "Əkinçi"nin bağlanması ilə nəticələndi. Çar hökuməti qəzeti bağladıqdan sonra hətta Zərdabinin Bakıda yaşamasını belə qorxulu hesab etdi. Bu haqda Zərdabi həmin məqalədə yazır: Akif Aşırlı "Azərbaycan mətbuat tarixi" I hissə, Bakı-2009 N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı "Əkinçi", 1876, № 2 “Əkinçi”, 1877, № 2 “Əkinçi”, 1877, №3 “Əkinçi”, 1877, № 5 “Əkinçi”, 1877, № 6 “Əkinçi”, 1877, № 7 “Əkinçi”, 1877, № 8 “Əkinçi”, 1877, № 10 “Əkinçi”, 1877, № 11 “Əkinçi”, 1877, № 15 “Əkinçi”, 1877, № 18 H.Zərdabi. Seçilmiş əsərləri, Bakı, 1960, səh. 59 H.Zərdabi.Seçilmiş əsərləri. Bakı, 1960, səh. 232–233 M.F.Axundov. Əsərləri, III cild, Bakı, 1962, səh. 387 M.F. Axundov. Əsərləri, III cild, Bakı, 1962, səh. 485 S.Ə.Şirvani.Əsərləri, II cild, Bakı, 1969, səh. 56–57 N.Vəzirov. Məqalə və felyotonlar, Bakı, 1961, səh.15 N.Vəzirov. Məqalə və felyotonlar, Bakı, 1961, səh.16 Azərbaycan SSR EA Respublika Əlyazmalar fondu, arxiv 4, Q-6(36) Hənifə xanım Məlikova. Həsən bəy Məlikov Zərdabinin tərcümyi-halı, “Revolyusiya və kultura” jurnalı, 1939, № 6 Xarici keçidlər Mətbuatımızın "Əkinçi"si — anspress.com Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Həmid Vəliyev. “THE TIMES” - “ƏKİNÇİ” ƏLAQƏLƏRİ ARAŞDIRMALAR TƏLƏB EDİR. yeniazerbaycan.com (az.) Əkinçi | ANS TV | https://az.wikipedia.org/w/index.php?curid=54233 |
Əkinçi Partiyası | Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası. Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi. Partiyanın fəaliyyətini özündə əks etdirən "Əkinçi" adlı mətbu orqanı nəşr olunurdu. 1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi. Bu partiya sağ eserlərdən (Xalqçı Partiyası) fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyət Parlamentində inqilabi sosializm və sovet hakimiyyəti mövqeyində dururdu. Onlar rus sol eserlərindən fərqli olaraq, milli məsələdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tam tanınması tərəfdarı idilər. Bu partiya bir çox cəhətdən Ukrayna sol eserlərinə bənzəyirdi. Partiya sonralar kommunistlərə qovuşsa da, bu, sol eserləri repressiyalardan xilas etmədi. Aprel işğalından (1920) sonra onların bir hissəsi güllələndi, digər qismi isə mühacirətə getməyə məcbur oldu. | https://az.wikipedia.org/w/index.php?curid=539459 |
Əkinçi partiyası | Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası. Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi. Partiyanın fəaliyyətini özündə əks etdirən "Əkinçi" adlı mətbu orqanı nəşr olunurdu. 1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi. Bu partiya sağ eserlərdən (Xalqçı Partiyası) fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyət Parlamentində inqilabi sosializm və sovet hakimiyyəti mövqeyində dururdu. Onlar rus sol eserlərindən fərqli olaraq, milli məsələdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tam tanınması tərəfdarı idilər. Bu partiya bir çox cəhətdən Ukrayna sol eserlərinə bənzəyirdi. Partiya sonralar kommunistlərə qovuşsa da, bu, sol eserləri repressiyalardan xilas etmədi. Aprel işğalından (1920) sonra onların bir hissəsi güllələndi, digər qismi isə mühacirətə getməyə məcbur oldu. | https://az.wikipedia.org/w/index.php?curid=549069 |
Əkinçi qəzeti | Əkinçi (az-əbcəd. اکینچی) — Azərbaycan dilində yayımlanan ilk milli qəzet. 1871-ci ildə başlayan nəşriyyatı 1873-ci ildə bitmişdir. İlk sayının buraxıldığı 22 iyun Azərbaycanda "Milli Mətbuat Günü" kimi qeyd olunur. Ayda iki dəfə 300–400 tirajla yayımlanmışdır. Ümumilikdə 56 sayı buraxılmışdır. Qəzet vasitəsilə Həsən bəy Zərdabi Azərbaycan dilində ilk dəfə durğu işarələrindən istifadə edərək Azərbaycan dil islahatlarına töhfə vermişdir. XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi. Sovet dövrünün tarix və ədəbiyyat kitablarında, adətən XIX əsrin bütün müsbət tərəfləri Azərbaycanın Rusiya tərkibinə daxil olması dövründən sonraya aid edilir. Əslində, həmin əsrin birinci yarısında baş verən bir sıra tarixi hadisələr, xüsusilə 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan xalqının milli təfəkkürünün inkişafına təkan verdi. Azərbaycanın iki yerə bölünməsi, hər hissəsinin bir dövlətin müstəmləkəsi altında yaşamağa məhkum edilməsi milli azadlıq duyğularını gücləndirməyə başladı. Digər tərəfdən, XIX əsrin xüsusilə ikinci yarısında Rusiyanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi onun təbəəliyində olan ölkələrdən biri kimi Azərbaycana təsir göstərdi. İqtisadi və ictimai inkişaf milli mətbuatımızın yaranmasını zəruri etdi. 1864-cü ildə Gürcüstanda təhkimçilik hüququnun ləğvindən sonra, daha dəqiq, 1870-ci ildə Azərbaycanda da kəndli islahatlarını həyata keçirmək üçün əsasnamə imzalandı. Əslində bu əsasnamədə yeni bir şey yox idi və o, 1847-ci il əsasnaməsi ilə eyniyyət təşkil edirdi. Fərqlilik isə ondan ibarət idi ki, kəndlilərin asılılığı azaldılır, hər 15 yaşa çatmış şəxsə 5 desyatin torpaq verilirdi. Əslində əsasanmənin icrası zamanı torpağı 5 desyatindən aşağı olanlara əlavə torpaq verilmədi, kəndlinin yaşayış binasının, təsərrüfat tikililərinin sahəsi də pay torpaqlarına daxil edildi. Kəndlilərdən yığılacaq vergilər də əvvəlki əsasnamədə nəzərdə tutulduğu kimi qaldı. Torpaq islahatları ilə yanaşı, Azərbaycanın bölgələrində məhkəmə, şəhər və inzibati idarə islahatları da həyata keçirilmişdi. Formal şəkildə aparılan bu dəyişikliklər feodal istehsal münasibətlərinin kapitalist münasibətləri ilə əvəzlənməsindən doğurdu. Qafqazdakı ali hakimiyyət burada çar canişinlərinin əlində cəmlənmişdi. Quberniyaları bütün mülki və hərbi hakimiyyətə sahib olan qubernatorlar idarə edirdilər. Quberniyalar isə qəzalara bölünürdü. Keçirilən bu islahatların əsas məqsədi çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçiliyi möhkəmlətməkdən ibarət idi. İnzibati-ərazi bölgüləri yaradılarkən bu və ya digər daxil edilən əhalinin milli tərkibi, onun tarixi-dini ənənələri nəzərə alınmırdı. Bu islahatların yarımçıq, formalizm xatirinə keçməsinə baxmayaraq, məhSuldar qüvvələrin və kapitalizmin önə çıxması, inkişafı üçün az da olsa imkanlar yarandı. İqtisadiyyatı, sənayesi Rusiya bazarları ilə formalaşan Azərbaycanda kənd təsərrüfatının, sənayenin tərəqqisi ləng olsa da, inkişafa meyilləndi. Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başlayır. Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. Təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdır. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər. "Əkinçi" nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. Milli mətbuat tariximizin “Əkinçi”nin nəşri ilə bağlanması tarixi reallıqları özündə əks etdirir. "Əkinçi" özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül" kimi nəşrlər "Əkinçi" ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. Sovet dövrünün araşdırıcıları ideoloji yöndən bu qəzet və dərgiyə yanaşaraq obyektivlikdən kənar fikirlərə rəvac vermişlər. Ancaq Ünsizadələrin nəşr etdiyi mətbu orqanlar islam birliyi ideyasının tərəfdarı olması ilə yanaşı, xalqın maariflənməsinə, Avropanın elmi yenilikləri ilə oxucuların tanışlığına, ədəbiyyata yeni baxışın formalaşmasına əsaslar yaratdı, mətbəəçilik işi quruldu. "Əkinçi" qəzetinin nəşrə başlaması XIX əsr Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş "Senzura haqqında qəti qanun"dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Hənifə xanım Məlikovanın göstərdiyi kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”. Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən sonra H.Zərdabi Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Bu məsələyə toxunan Zərdabi yazır: Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbuat nəşrin adının "Əkinçi" olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. Hansı məsələlərin qəzetdə əksini tapacağı sualına "Əkinçi"nin ilk nömrəsində Zərdabi dərc etdiyi məqalədə cavab verdi və bəlli oldu ki, qəzetin məramnaməsi belə olacaqdır: Daxiliyyə - buradakı məqalələr qəzetin münşisinin özü tərəfindən yazılacaqdır. Əkin və ziraət xəbərləri - yəni bizim, ya qeyri vilayətlərdə olan əkinlərdən.. onları becərmək vaxtında işlədilən əsbablardan, əkin yerini şum etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan, mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və qeyri-vilayətlərdə nə qisim mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışılacaqdır. Elm xəbərləri - yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışılacaqdır. Tazə xəbərlər - bir neçə qism olacaqdır, əvvələn ticarət xəbərləri olacaq, yəni bizim vilayətimizdə və qeyri vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə, ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir və s.İlk sayda dərc olunan məqalədən və bu məlumatlardan göründüyü kimi Həsən bəy "Əkinçi"nin əsas ideya istiqamətlərinin 4 əsas şöbədə əksini tapacağını müəyyənləşdirmişdi. Lakin "Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı və “Məktublar” başlığı altında materiallar da dərc olunmağa başlandı. Bu 5 şöbə qəzetin sonuncu nömrəsinə qədər davam etmişdir."Əkinçi" Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. Hənifə xanım Abayeva öz xatiratında "Əkinçi"nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: Qəzetin başlıca mövzuları Qəzet başqa bir məqalədə söz azadlığının olmamasından yazırdı: Azad söz və fikir sərbəstliyinin mövcud olmadığını üstüörtülü şəkildə çarizmin yeritdiyi siyasətlə bağlayan "Əkinçi"lər səbəblərdən biri kimi köhnə qaydaların dəyişdirilməməsində görürdü. Qəzet üstüörtülü şəkildə olsa da, çarizm üsul-idarəsini, onun törətdiyi cinayətləri tənqid edirdi. Qəzetin dərc etdiyi bir neçə xəbər bunu sübut edir. Məsələn, “peterburqda dekabrın 6-da Kazanski sobor kilsəsində dua oxunan vəqtdə bir neçə tələbə və qeyri dövlətin üstə nalayiq sözlər danışıb. İndi senat onların işinə baxıb, qət edib çoxunu Sibirə göndərib”. “Ural kazaklarının yerlərində təzə əsgəri qayda qoyulandan sonra bəzi şəxslər ol əmrə razı olmadığına binaən hökm olunub ki, onları öz külfətləri ilə tutub Türküstana göndərsinlər” Qəzet cəmiyyətin əzənlərdən və əzilənlərdən ibarət olduğunu açıq etiraf edirdi.Əzənlər sinfinə mənsub olan bəylər, ağalar “Əkinçi”nin əsas tənqid hədəfi idi. Qəzet yazırdı ki, əlbəttə, bəylər “xəlqin xoşbəxtlik fikrini çəkməz. Onun üçün pul gərəkdir ki, keyfi-dimağa məşğul ola və millət əvəzinə heyvan gərəkdir ki, ona hakimlik edib, öz bəyliyini zahir edə”. “Əkinçi” Peterburq fəhlələrinin həyatından bəhs edərkən göstərirdi ki, “bircə Peterburq şəhərində 90 min fəhlə yersiz qalıb". H.Zərdabi və onun məsləkdaşları “Əkinçi” qəzetini din və mövhumata, ətalət və geriliyə qarşı mübariz bir tribunaya çevirməyə çalışırdılar. Zərdabi və məsləkdaşlarının qəzet səhifələrində dərc etdirdikləri yazıların bir qismi dini fanatizm və mövhumata həsr olunmuşdu. Məişətdəki yeniliyə qarşı çıxanlara sərt cavab verən Zərdabi yazırdı: "Əkinçi" dini ayinləri həyata keçirərkən Quranda nəzərdə tutulan qaydalardan kənara çıxmaları zərərli hal hesab edirdi. Aşura günü baş yarmanın əleyhinə müzakirə açan "Əkinçi" bu halın islam qayda-qanunları ilə bir araya sığmadığını göstərirdi. Qəzetdə H.Zərdabinin, Əhsənül-Qəvaidin (Hacı Məmmədsadıq), Ə.Gorani, Heydəri və başqalarının bu mövzuda kəskin yazılarla çıxış etmələrini qəbul etməyənlər də etirazlarını, mövqelərini qəzetə ünvanlayırdılar. Qarabağdan Hadiyul-Muzillin Həsən Qara Hadı, Qubadan Hadimül-Qəvaid, kapitan Sultanov, "Əkinçi"nin dini fanatizmin əleyhinə apardığı bu müzakirələri qəbul etmir, öz mövqelərini kəskin şəkildə bildirir, hətta təhqir yolu tuturdular. H.Zərdabi H.Q.Hadinin həcvini qəzetdə dərc edərək redaksiya qeydində göstərmişdi: “Əkinçi” qəzeti mollaların və ruhanilərin iç üzünü konkret dəlillərlə açırdı. Həm xristian, həmçinin müsəlman aləmindəki fırıldaqları bir-bir açıb göstərirdi: “Əkinçi” qəzeti mövhumatçılara birinci zərbəni dünyəvi elmləri öyrətməyə təşviq edən müzakirəni açmaqla vurdu. Qəzet göstərirdi ki, biz də “qeyri millətlər kimi elmi-əbdanı elmi-ədyandan ayırıb, onun üçün qeyri məktəbxana bina edib, qeyri müəllimlər təyin etməliyik” “Millət, dövlət qeyrəti çəkən qardaşlar, gərək xəyalati–qəvaidi–mövhumiyyəti kənara qoyub, bacarıq və qüvvə sahibləri əsbab, aləti-tərəqqiyat və məktəbxanələr bina edib, maşın və ustadlar gətirib ətraflı qaidə-ülum ilə tərbiyyət etsin, ta kəm-kəm xəlq baxəbər olub, öz məaş əbdanlarına lazım olan işləri əmələ gətirsinlər” Qəzet əkinçiliyin inkişafına kömək edən çoxlu material dərc etmişdir. Demək olar ki, qəzetin bütün nömrələrində əkinçilik və maldarlıqla bağlı materiallar "Elm xəbərləri", "Əkin və ziraət xəbərləri" rubrikası altında işıq üzü görmüşdü. Bu materialların əksəriyyətini sadə, rəvan xalq dilində Zərdabinin özü qələmə almışdı. Həsən bəy ilə yanaşı, Nəcəf bəy Vəzirov, Ə.Gorani kimi elmi, müasir dövrün tələblərini bilən qələm əhli Rusiyanın, Avropanın kənd təsərrüfatına aid yeniliklərini oxuculara çatdırırdılar. Torpağın məhsuldarlığının artırılması, kübrə növləri, məhsuldarlığın təyini üsulları, heyvan saxlanılması, yeni əkinçilik alətləri əsas mövzular idi. Kənd təsərrüfatına həsr etdiyi məqalələrinin birində Zərdabi Azərbaycanda kətan kimi məlum olan ənənəvi ağac kotanların çoxlu işçi qüvvəsi tələb etməsi xüsusiyyətlərini pisləyir, onun təkmilləşdirilmiş alətlərlə əvəz edilməsinin vacibliyini qeyd edirdi: Müəllif məqalədə məlumat verirdi ki, artıq dünyada kotanla yer şumlanmır: Zərdabi məqalələrinin birində göstərirdi ki, Qafqazda qaramal sayca çoxdur, lakin bunlardan az məhsul götürülür, ona görə də heyvanları tövlə şəraitində saxlayıb yemləmək lazımdır. Qəzetdə aqrotexniki və zootexniki məsləhət xarakteri daşıyan yazılar verilirdi. Torpağın keyfiyyətini, münbitliyini məhsuldarlığını təyin etmək üsulu xalqa çox sadə bir dil ilə çatdırılırdı. Qəzet buğdanın növlərini, onların əkilib becərilməsi üsullarını izah etmişdir. Taxılçılıq haqda qəzetdə belə maraqlı mülahizələrə rast gəlmək olur: "Əkinçi"də kənd təsərrüfatı materiallarını H.Zərdabi, N.Vəzirov, Ə.Gorani kimi elmli, bilikli, mütəxəssis şəxslər yazırdılar. Onlar Rusiyanın, Avropanın kənd təsərrüfatına dair yeniliklərin vaxtında oxuculara çatdırırdılar. “Əkinçi” nin müəllifləri xalqın zülm altında olmasının əsas səbəblərindən birini elmsizlikdə görürdülər. Onun fikrincə adamların biri digərinə avamlıq üzündən qul olur. Məqalələrin birində deyilir: Əkinçi realist sənətin beşiyi başında çox ayıqsayıq dayanmışdı. Qəzetin mühərrirləri ədəbiyyatın həyatla əlaqəsini, sənətdə məzmun və forma məsələlərini düzgün başa düşmüşdü. H.Zərdabi, N.Vəzirov, Əhsənül-Qəvaid və Heydəri öz məqalə və məktublarında köhnə sxolastik şeiri, ictimai məzmunu olmayan həcv ədəbiyyatını tənqid etmiş, şeirdə elmin, maarifin, həyat həqiqətlərinin tərənnümünün tərəfdarı mövqeyindən çıxış etmişlər. Qəzet həcvkülar haqqında yazırdı: H.Zərdabi şairləri həyatla ayaqlaşmağa səsləyərkən yazırdı: N.Vəzirov şeirin tərbiyəvi əhəmiyyətinə üstünlük verir və nalayiq həcvlər yazanları kəskin ifşa edirdi. Əkinçi mühərrirləri xalq yaradıclığına böyük əhəmiyyət verirdilər. Zərdabi xalq mahnılarının qarşısında ictimai həyatı əks etdimək vəzifəsini qoyurdu. O, məqalələrinin birində yazırdı: Zərdabi məqalənin sonunda göstərir ki, bizim şairlərimiz bir-birinə həcv etməkdənsə mənalı mahnılar yazsalar xalqın mənəvi inkişafına kömək edərlər. Əkinçi redaksiyasına çoxlu hekayələr gəlirdi. Lakin Zərdabi bədii və məzmun cəhətdən zəif olanları buraxmırdı. Bir məktubunda Zərdabi boş və mənasız hekayələrin müəlliflərinə işarə vuraraq yazırdı: "Əkinçi"lər Həsən bəy Zərdabi – Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş, müxtəlif ideyaları həyata keçirmişdi. Müsəlman Şagirdlərinə Yardım Cəmiyyəti təsis edir və gimnaziyadakı tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil xərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də uğurlu alınmadı. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul toplayır və bu vəsaitin faizi ilə ildə 1–2 nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşı Həsən bəy öz mənzilində pansionat açır, hər il on nəfər azərbaycanlı uşaq bu pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildə ailə həyatı qurduğu Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirmiş Hənifə xanım Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. Millətin maariflənməsi yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrində belə təsvir edir: Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu H.Zərdabi duymamış deyildi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü. "Əkinçi"nin meydana çıxması bir neçə cəhətdən əlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi "Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. "Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun", "yaxşı-yamanlığı aşkar eləsin", "xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün" kimi dərin mənalı fikirlər çağdaş mətbuatımızın da əsas prinsipləri olaraq qalmaqdadır. Həsən bəy Zərdabi qəzetə ana dilini öyrədən bir məktəb kimi baxırdı, “qəzet və ya jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir”. O, təcrübədə sübut edirdi ki, Azərbaycan mətbuatı öz milli zəmini üzərində inkişaf etməyə qadirdir, qəzet xalqın həyatında inkişafa doğru təkanverici amil ola bilər. Lakin jurnalistikaya meyl göstərən, onu özünə sənət seçən adamların olmaması, Zərdabini tutduğu böyük yolda çətinliklərə salırdı. O, bu barədə yazırdı: Azərbaycanda milli dildə qəzet çıxarmaq üçün mətbəələrin olmaması nəticəsi idi ki, İranda, Türkiyədə çap olunan qəzet və kitablardan istifadə edilir və bunun nəticəsində dilimizdə xarici sözlərin, ifadə və tərkiblərin işlədilməsinə şərait yaradılırdı: Bu böyük maarif fədaisi "Əkinçi"nin nəşri ərəfəsindəki qayğılarından söz açaraq xatırlayırdı: Zərdabi qəzet oxuyanların sayını artırmaq üçün çox vaxt nömrələrib pulsuz paylayırdı. Hələ qəzet çıxmamışdan əvvəl Zərdabinin M.F. Axundova göndərdiyi məktubda bunu aydın görmək olar: Hənifə xanımın xatirələrində qeyd edir ki, bir dəfə fransız qəzetinin baş müxbiri Bakıya gəlib çıxmışdı. O, Rusiyada, xüsusilə Bakıda qəzet işinin qurulmasını öyrənirdi. O, bütün Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb Həsən bəyin yanına gəlmişdi. Qəzetin üç il müddətində ancaq 300 abunəçisi olduğunu bilincə müxbir təəccüblə Həsən bəyə baxıb səmimi surətdə dedi: Zərdabi “Əkinçi” də demək olar ki, hər şeydən yazırdı. “Əkin və ziraət xəbərləri” başlığı altında gedən məqalələrində Zərdabi torpağın elmi qayda ilə becərilməsindən, əkinçilik işlərini yeni yola çıxarmaqdan, yeni maşınların tətbiqindən və s. bəhs edirdi. O, həmçinin kəskin siyasi məsələlər də qoyurdu, zəmanənin eyiblərini açıb göstərirdi. O, bəzən ustalıqla adi bir məqalənin içində siyasi məsələlərdən bəhs edirdi. Məsələn, o, bir məqalədə oxucuya adi bir xəbər verir, göstərir ki, fransız alimi Paster barama qurdu bəsləməyin yeni qaydasını tapmışdır. Fransa sözü işlədilən yerdə mötərizə açıb deyirdi ki, (indi Firəngistanda padşah yoxdur, dövlət işinə məhkəmə (yəni məclis) mülahizə edir ki, ol məhkəmənin calislərini camaat zübdə edir). Beləliklə, Zərdabi oxucuya başa salmaq istəyirdi ki, Fransada dövlət quruluşu bizimkindən yaxşıdır. Orada məclisi camaat seçir, dövlət işlərini tək bir adam deyil, məclis idarə edir. Zərdabinin həm jurnalistlik, həm də elmi fəaliyyətində materialist görüşlər özünü əks etdirir. Onun “torpaq, su və hava”, “Bədəni salamat saxlamaq düsturuləməli” əsərlərində, 1905–1906-cı illərdə “Həyat” qəzetində, 1907-ci ildə “Dəbistan” jurnalında çıxan məqalələrində bu görüşləri hiss etmək olur.Mirzə Fətəli Axundov- milli dramaturgiyanın əsasını qoyan Axundov bu ideyalarla yaşadığı bir zamanda Zərdabinin “Əkinçi” adlı qəzet nəşr etdirmək xəbərini eşidib onu alqışlamışdır. Qəzet barəsində Axundovla Zərdabi arasında xeyli məktublaşmalar olmuşdur. O, 1875-ci ildə aprelin 21-də Zərdabiyə göndərdiyi məktubda deyir: M.F.Axundov bu məktubda qəzetlə əlaqədar bir neçə mühüm vəzifə irəli sürmüşdür. Axundovun fikrincə, geniş oxucu kütləsi üçün buraxılan mətbuat orqanının şriftləri gözəl, dili, üslubu, orfoqrafiyası tam düzgün olmalıdır. O, kiçik bir elanda çoxlu orfoqrafiya səhvi görüb yazmışdı: Böyük mütəfəkkir Tiflisdə öz komediyalarını çap etdirərkən dilinin səlisliyinə, orfoqrafiyanın düzgünlüyünə xüsusi fikir vermişdi. Onun Zərdabidən xahişi bu idi ki, həmin komediyaların orfoqrafiyasına riayət etsin. M.F.Axundov hətta, elanda olan bütün səhvlərin altından qırmızı qələmlə cızıqlar çəkib bir nüsxəsini Həsən bəyə göndərmişdi. M.F.Axundov “Əkinçi”nin qarşısında duran vəzifələri çox düzgün müəyyənləşdirmişdi: Məktubun sonunda M.F.Axundov "Əkinçi" qəzetində əməkdaşlıq etməyə razı olduğunu bildirir və qəzetin proqramının ona göndərilməsini Həsən bəy Zərdabidən xahiş edir. Axundov Əkinçinin qaldırdığı mühüm ictimai-siyasi məsələlərə dair öz rəyini bildirir, habelə “Vəkili-milləti-naməlum” imzası ilə məktublar yazırdı. Aşura mərasimlərində baş yarıb, insanın özünə xəsarət yetirməsinin islama zidd olduğunu bildirən və bu mövzuda polemika açan "Əkinçi" də M.F.Axundov mütərəqqi cəbhədə dayanmış, cəhalətpərəstləri kəskin tənqid etmişdir.Seyid Əzim Şirvani — S.Ə. Şirvaninin yaradıcılığının mühüm bir hissəsi “Əkinçi” qəzeti ilə bağlıdır. Qəzetin satira cəbhəsi Şirvaninin şeirləri hesabına olduqca qüvvətli idi. Əkinçinin təsiri ilə o, günün ən zəruri məsələlərinə uyğun şeirlər yazırdı. Qəzet onun əlində maarifçilik ideyalarını yaymaq üçün xitabət kürsüsünə çevrilmişdi. Azərbaycan xalqının həyatında "Əkinçi"nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Birinci: qəzet dünyanın hər yerindən müxtəlif məzmunlu xəbərləri toplayıb oxuculara çatdırır. Bu isə dünya işlərindən xəbərdar olmaqda oxuculara kömək edir. İkinci: qəzet elm toxumu səpir, əkinçiliyi yüksəltməyin yollarını göstərir, məişəti daha da yaxşılaşdırmaq istəyənlər üçün ağıllı müəllimdir. Üçüncü: qəzet ana dilində çıxdığı üçün dilin saflaşmasında, təmizlənməsində mühüm rol oynayır. Nəhayət: qəzetin qiyməti ucuz, məqalələrin dili sadə olduğuna görə hamıya münasibdir.Şair “Qəzet nədir” şeirində oxucuları “Əkinçi”nin məramə ilə tanış edir, qəzetin əhəmiyyətini başa düşməyənləri satira atəşinə tuturdu. Seyid Əzim şeirdə dövrünün qəzetlərinin xülasəsini verir, əkinçini mövqeyini düzgün qiymətləndirirdi. Qafqaz əhlinə xitabən yazdığı şeirində şair zəmanəsindən şikayət edir. Din xadimlərini min bir hiylə ilə xalqı soyması, avamlıq, gerilik, savadsızlıq satira atəşinə tutulur. S.Ə.Şirvaninin bu şeirində H.Zərdabiyə yüksək qiymət verir, onun elmini, biliyini tərifləyir, elm öyrənmək sayəsində xalqının ən qabaqcıl, gözüaçıq adamı olması ilə fəxr edir. S.Ə.Şirvani “Əkinçi” qəzetində 10-dan çox satirik şeir və məktub çap etdirmişdir. Onun ilk şeiri qəzetin nəşrinin 1-ci ilində 6-cı nömrədə buraxılmışdır. Həmin nömrədən sonra Şirvaninin şeirləri həm əsas nömrələrdə, həm də əlavələrdə dərc olunmuşdur.Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatına mahir dramaturq kimi daxil olan, hələ tələbəlik illərindən "Əkinçi"nin səsinə səs vermiş, onun yaradıcı heyətinə qatılmış, publisist məqalələri ilə çıxış etmişdir. Onun ilk publisist əsərləri “Əkinçi” qəzetində çap olunmuşdur. "Əkinçi"nin ilk nömrəsi işıq üzü görəndə Nəcəf bəy Vəzirov Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfatı Akademiyasında təhsil alırdı. Bakıda real gimnaziyada oxuyan vaxt Zərdabi onun müəllimi olmuşdu. Müəlliminin anadilində qəzet nəşr etməsini Moskvada eşidən Vəzirov "Əkinçi"də yaxından iştirak etməyi qarşısına əsas məqsəd qoymuşdu. 1875-ci il avqust ayının 28-də Zərdabinin ünvanına göndərdiyi məktubunda Vəzirov yazırdı: Məktubla bərabər Zərdabiyə Şuşanın həyatından, buradakı gerilik və mövhumatdan bəhs edən "Ağıçı" adlı felyeton göndərən Vəzirovun bu yazısı "Əkinçi"də çap olunmadı. Bu onu ruhdan salmamış, öz yazıları üzərində çalışmış, “Əkinçi”yə müntəzəm məktublar göndərmişdir. "Əkinçi"də dərc etdiyi məqalələrdə N.Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunmuş, gerçəkliyi özündə ehtiva edən nümunələrin yerini həcvlərin, mədhiyyələrin tutmasına mənfi münasibət bildirmişdi.Onun “Əkinçi”də 8 məqaləsi dərc olunmuşdur. Bu məqalələr müxtəlif mövzulardadır. Məsələn, ilk məqaləsi Petrovsk-Razumovsk Akademiyasında mal-qaranın saxlanmasından, yem hazırlanmasından bəhs edir. “Əkinçi” nin proqramında da vaxtı keçmiş adət və ənənələrin tənqidi mühüm yer tuturdu. Odur ki, N.Vəzirov bu mövzuda məqalələrə xüsusi əhəmiyyət verirdi. Qəzetdə çap etdirdiyi 2-ci məqaləsində Vəzirov yazırdı: Yaxud “Bənd məxsusi” sərlövhəli başqa bir məqaləsində N.Vəzirov yazırdı: Maarif və mədəniyyət məsələlərindən bəhs edən də N.Vəzirov köhnəlmiş adətləri dəyişdirməyi irəli sürürdü. O yazırdı: “Əkinçi” də çap etdirdiyi məqalələrində N.Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunmuşdur. Əsgər ağa Gorani — Bakı real gimnaziyasında Həsən bəy Zərdabinin şagirdi olmuş, sonra isə təhsilini Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfat Akademiyasında davam etdirmişdi. Əsgər ağa Gorani şəcərə etibarilə Qarabağ xanları nəslindəndir. Moskvada təhsil alarkən Nəcəf bəy Vəzirov kimi o da "Əkinçi"nin nəşrini eşitmiş, anadilli mətbu orqanın varlığından sevinmişdi. Onun “Əkinçi” qəzetində 40-dək məktubu dərc olunmuşdur. Qəzetin bütün şöbələrində onun məktublarına rast gəlmək mümkündür. “Elm xəbərləri” şöbəsində Goraninin qəbirstanlığa yaxın yerlərdə su quyularının qazılmasının zərərindən, mal-qaranı saxlamağın yeni üsullarından, Şərq xalqlarının elmsizliyinin səbəblərindən, telefonun və stenoqrafiyanın ixtisarından, tarix elminin inkişafı məsələlərindən bəhs edən maraqlı yazıları verilmişdir. “Məktubat” şöbəsində dərc etdirdiyi yazılarının birində Gorani Bakı-Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Başqa bir məktubunda isə Peterburq kənd təsərrüfatı muzeyindən danışır. Muzeyin şöbələri, eksponatları haqqında məlumat verir, belə mədəni ocaqların əhəmiyyətini göstərir.Əsgər ağa qəzetdə təzə xəbərlər yazmağa çox meyl edirdi. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. Məsələn, “Əkinçi”nin 1876-cı ildə çıxan 1-ci nömrəsində Goraninin Peterburq padşahlıq kitabxanasından bəhs edən məqaləsi verilmişdir. Müəllif göstərir ki, bu kitabxanada 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. Qiymətli nüsxələr şüşə altında nümayiş etdirilir. “Əgər bir kəs bilsə ki, filan kitab yoxdur, o vaxt deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona versinlər. Hər yekşənbə günü kitabxananı hər bir kəs gəzib tamaşa edə bilər...” ”Əkinçi” qəzetinin bütün nəşri boyu Ə.Gorani onun fəal müxbiri olmuşdur. Əhsənül Qəvaid— “Əkinçi” nin məktubat şöbəsində gedən məqalələrdə əhalinin mədəni geriliyi, cəhalət və mövhumat, köhnə ruhani təhsili, mollaxanalar, patriarxal və feodal adət-ənənələr kəskin tənqid olunurdu. Bu məqalələrin müəlliflərindən biri Əhsənül Qəvaid idi. O, müasir elmləri təhsil etməyə çağıran və bəzən də kənd təsərrüfatından bəhs edən məqalələr də yazırdı. Qəvaid qəzetin 18 nömrəsində 21 məqalə çap etdirmişdir. Əhsənül-Qəvaid məqalələrində xalqlar dostluğu ideyasını geniş təbliğ edirdi. O, məhərrəmlik təziyəsində baş yarmaq əleyhinə kəskin məqalələr yazmışdı.Ələkbər Heydəri — Ələkbər Heydəri qəzetdə gedən ən ciddi publisist yazısı “dini elmləri, yoxsa dünyəvi elmləri tədris etmək lazımdır” mövzusunda olan məqaləsidir. Həmin məqalə 1875-ci ildə çıxan 10-cu nömrədə mübahisə təriqilə verilmişdir. Heydəri dünyəvi elmlərin tədrisinə üstünlük verir və bu barədə öz mülahizələrini əsaslandırırdı. Həmin məqalə geniş müzakirəyə səbəb olmuşdur. Müəlliflər iki hissəyə bölünmüşlər. Zərdabi və onun ardıcılları Heydərini müdafiə etmiş, ruhanilər isə əleyhinə çıxmışlar. Qəzetin həmin ildə çıxan 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəyolduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadə dini elmlərin üstünlüklərini sübut etməyə çalışmışdır. Təkcə 1876-cı ildə Heydərinin qaldırdığı məsələ ilə əlaqədar müxtəlif müəlliflərin 15 məqaləsi çap olunmuşdur. Zərdabi bu müzakirənin əhəmiyyəti haqqında yazırdı: İsa Sultan Şahtaxtlı — Azərbaycanın ilk jurnalistlərindən olan, 1875-ci ildə “Əkinçi” qəzetinin nəşr olunduğu dövrdə “Tiflisskiy vestnik” qəzetinin siyasi şöbəsinin müdiri işləyən, məşhur publisist İsa-Sultan Şahtaxtinski Zərdabi ilə yaxından əlaqə saxlayırdı. İsa Sultan nəinki onun qəlbi üçün əziz olan "Əkinçi"nin müvəffəqiyyətindən sevinir, həmçinin "Tiflisskiy vestnik" qəzetinin oxucularını ilk Azərbaycan qəzetində dərc olunan məqalə və xəbərlərlə tanış edirdi. "Tiflisskiy vestnik"in təkcə 1876-cı il 18 noyabr tarixli 260-cı nömrəsində onun "Əkinçi"dən üç xəbəri dərc olunub. Respublika Əlyazmaları Fondunda Həsən bəy Zərdabinin arxivində Şahtaxtinskinin bir məktubu saxlanılır. 1876-cı il mayın 9-da Tiflisdən Zərdabiyə göndərdiyi həmin məktubdan aydın olur ki, Şahtaxtinski “Əkinçi” də xarici siyasət şöbəsinin açılmasına təşəbbüs etmişdir. Bu barədə məktubda deyilir: Adları çəkilən müəlliflərdən əlavə qəzetdə Məhəmmədtağı Əlizadə Şirvani, Əlimədəd Abdullahzadə (Məhbus Dərbəndi), Məmnun Əlqədari, Ələkbər Elçizadə, Xaçatur Qorxmazov və b. çıxış etmişlər. "Əkinçi" nin bağlanması Qəzetin 1877-ci ildə çıxan 20-ci nömrəsində birinci səhifədə belə bir elan vardı: Bu nömrədən sonraq qəzetin heç bir nüsxəsi yoxdur. Məhz bu elanın çap olunduğu sonuncu 56-cı nömrəsi ilə də "Əkinçi" qəzeti bağlanmışdır. Burada azərbaycanlı əhaliyə düşmən münasibətilə seçilən yeni Bakı qubernatoru Ruzinin də rolu vardı. Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı işıq üzü görmüşdü ki, bu da cəmi 56 say edir. Zərdabi "Həyat" qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında "Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində qəzetin bağlanması səbəblərini ətraflı şərh etmişdi. Müəllif məqalədə "Əkinçi"ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çap senzurası tərəfindən təqibləri açıb göstərmişdir. Zərdabi həmin məqaləsində qeyd edir: Həmin məqalədən aydın olur ki, o zaman Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində idi. Vaxtilə "Tfilisskiye vedomosti" və "Zakavkazskiy vestnik" qəzetlərinin, habelə Arzanov qardaşlarının Tiflisdəki mətbəələrindən qalmış ərəb hürufatına bel bağlamaq olmazdı. Azərbaycan dilində qəzet buraxılması işinə milli mətbəənin təşkilindən, hürufat tədarükündən başlamaq lazım idi ki, Zərdabi məhz belə etdi. O, özü İstanbula gedib hürufatı satın alıb gətirir. Həmin dövrdə İstanbulun "Babi-ali caddəsi"ndə mətbuat və kitab ticarəti sahəsində çoxlu azərbaycanlı işləyirdi. Xatirələrində Zərdabi onların "Əkinçi" üçün hürufat əldə etməyə böyük kömək göstərdiklərini ayrıca qeyd edir. Məqalənin mühüm bir hissəsində "Əkinçi"nin çap senzurası tərəfindən təqib edilməsi təsvir edilir. O, qəzetin bağlanması səbəblərinin ərtaflı şərhini verir. Zərdabi yazır ki, bir gün Nəcəf bəy Vəzirovun Moskvadan göndərdiyi məktub mətbəədə yığılıb səhifələnmişdi. Senzor qol çəkib qəzetin çap olunmasına da icazə vermişdi. Həmin məktubda dükanların qabağında qəsidə oxuyan və camaatı elmə səsləyən dərviş təsvir olunurdu. Qəzet çap olunub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni yığdılar və Zərdabini qubernatorun idarəsinə çağırdılar. Qubernatorun fikrincə, Vəzirovun məqaləsində siyasi fikirlər irəli sürülürdü. Bunu bəhanə edib qəzetin bir daha buraxılmasına icazə vermədilər.Bir tərəfdən senzura və jandarmın təzyiqi, digər tərəfdən Dağıstanda iğtişaş, rus-türk müharibəsinin başlanması və başqa səbəblər "Əkinçi"nin bağlanması ilə nəticələndi. Çar hökuməti qəzeti bağladıqdan sonra hətta Zərdabinin Bakıda yaşamasını belə qorxulu hesab etdi. Bu haqda Zərdabi həmin məqalədə yazır: Akif Aşırlı "Azərbaycan mətbuat tarixi" I hissə, Bakı-2009 N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı "Əkinçi", 1876, № 2 “Əkinçi”, 1877, № 2 “Əkinçi”, 1877, №3 “Əkinçi”, 1877, № 5 “Əkinçi”, 1877, № 6 “Əkinçi”, 1877, № 7 “Əkinçi”, 1877, № 8 “Əkinçi”, 1877, № 10 “Əkinçi”, 1877, № 11 “Əkinçi”, 1877, № 15 “Əkinçi”, 1877, № 18 H.Zərdabi. Seçilmiş əsərləri, Bakı, 1960, səh. 59 H.Zərdabi.Seçilmiş əsərləri. Bakı, 1960, səh. 232–233 M.F.Axundov. Əsərləri, III cild, Bakı, 1962, səh. 387 M.F. Axundov. Əsərləri, III cild, Bakı, 1962, səh. 485 S.Ə.Şirvani.Əsərləri, II cild, Bakı, 1969, səh. 56–57 N.Vəzirov. Məqalə və felyotonlar, Bakı, 1961, səh.15 N.Vəzirov. Məqalə və felyotonlar, Bakı, 1961, səh.16 Azərbaycan SSR EA Respublika Əlyazmalar fondu, arxiv 4, Q-6(36) Hənifə xanım Məlikova. Həsən bəy Məlikov Zərdabinin tərcümyi-halı, “Revolyusiya və kultura” jurnalı, 1939, № 6 Xarici keçidlər Mətbuatımızın "Əkinçi"si — anspress.com Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Həmid Vəliyev. “THE TIMES” - “ƏKİNÇİ” ƏLAQƏLƏRİ ARAŞDIRMALAR TƏLƏB EDİR. yeniazerbaycan.com (az.) Əkinçi | ANS TV | https://az.wikipedia.org/w/index.php?curid=544981 |
Əkinçilik | Əkinçilik — insanların səmərəsindən faydalandığı taxıl bitkilərinin becərilməsində məhsuldarlığın yüksəldilməsi, sabit məhsul almağa istiqamətli, əhəmiyyətli bir fəaliyyət növü. Ümumi məlumat Azərbaycanda təxminən e.ə. IV minillikdən başlayaraq Neolit dövrünü Tunc dövrü əvəz edir. Bu dövr təxminən iki min il davam edərək e.ə. I minilliyin başlanğıcında sona çatır, həmin dövr təkcə tuncun geniş istehsalı ilə deyil, eyni zamanda ictimai münasibətlərin və kənd təsərrüfatının inkişafı ilə də səciyyələnirdi. Tunc dövründən etibarən toxa əkinçiliyindən cüt əkinçiliyinə keçid başlanmışdı. Bununla da əkinçilik təsərrüfatında aparıcı üstün rol kişilərin əlinə keçmiş, belə ki, təsərrüfatın xarakterində baş verən dəyişiklik bu sahədə qadın əməyinin rolunun gözə çarpacaq dərəcədə azalmasına səbəb olmuşdur. Cütün meydana gəlməsi əkin sahələrinin daha geniş istifadə edilməsinə əlverişli imkan yaratdı, bununla əlaqədar bir sıra əkinçilik sistemləri əmələ gəldi və inkişaf etdi. Əkinçilikdə işlədilən tunc alətlər xeyli təkmilləşdi və çoxaldı, lakin Fridrix Engelsin dediyi kimi, tunc daş alətləri tamamilə sıxışdırıb aradan çıxara bilmədi. Bu işi dəmir həyata keçirdi. Azərbaycanda dəmirin meydana çıxması və geniş inkişafı təkcə iqtisadi həyatda deyil, ictimai quruluşun özündə də köklü dəyişikliklərə səbəb olmuşdu. Əkin sahəsində məhsul artımı ucun əsas şərt torpağın nisbətən keyfiyyətli şumlanmasından asılı olmşdur. Azərbaycanda şumlamada xışların qoşqu heyvanlar vasitəsilə işlədilməsi və taxıl doyumundə vəllərin geniş istifadəsi bu baxımdan boyuk əhəmiyyət kəsb edir. Orta əsrlərdə ağır və ya qara kotan deyilən daha təkmil şum alətinin Azərbaycanda istifadə edilməsi dövrünə görə ən mühüm ixtiralardan sayılır. XII əsrin sonu və XIII əsrin əvvəllərinə aid irihəcmli gavahının Beyləqandan tapılması qara kotanın tarixinin öyrənilməsində mühüm rol oynayır. Azərbaycanın əkinçilik üçün yararlı olan torpaqlarında taxıl zəmilərinin becərilməsi o qədər də zəhmət tələb etmirdi. Ona elə böyük ehtiyac da duyulmurdu. Bu, hər şeydən əvvəl, torpağın məhsuldarlığı ilə əlaqədardır. Bu baxımdan böyük Nizami Gəncəvinin fikri maraqlı və daha xarakterikdir: XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın taxılçılıqla məşğul olan bütün rayonlarında dənli bitkilərin əkin sahəsi xeyli genişləndirilmiş və bununla da taxıl məhsulunun ümumi yığımı artmışdır. Buğda və arpa dənli bitkilər içərisində öz əkin sahəsinə və məhsul yığımına görə yenə də əsas yeri tuturdu. Həmin dövrdən Azərbaycanda becərilməyə başlayan qarğıdalı bitkisi ilk vaxtlar əsasən bostan bitkiləri ilə birlikdə qarışıq əkilərdi, lakin daha sonralar bu bitki geniş sahələrdə ayrılıqda becərilmişdir. Qarğıdalı bitkisi taxılçılıq təsərrüfatında öz əkin sahəsinə görə geniş yayıla bilməmişdir, lakin yerli əhali onu az və ya çox halda kiçik və ya böyük sahələrdə becərərək yüksək məhsuldarlığına görə həmişə qiymətləndirmişdir. Ona görə də bu bitki xalq arasında "peyğəmbər buğdası" adlanmışdır. Ümumiyyətlə, XIX əsrin son onilliklərində Azərbaycanda istehsal olunan taxıl məhsulları yerli əhalinin çörəyə olan ehtiyacını tam ödəyirdi. Həmin illərdə başqa yerlərdən ölkəyə satış üçün heç vaxt taxıl gətirilməmişdir. Əksinə, həmin dövrdə ölkədə istehsal olunan taxıl satışa çıxarılaraq İrana, Gürcüstana, Rusiyaya və hətta Avropa ölkələrinə də göndərilirdi. Zəngin və çoxəsrlik təcrübəyə malik olan Azərbaycan taxılçıları özlərinin ənənəvi əmək vərdişlərini davam etdirməklə, onu nəsillərdən-nəsillərə verirdilər. Onlar əkinçilikdə məhsuldarlığın yüksəldilməsinə səbəb olan amil və səbəbləri öyrənməklə belə, öz bilik və vərdişlərini artıraraq sabit məhsul almağa çalışırdılar. Hətta onların nümayəndələri ölkə və ümumdünya kənd təsərrüfatı sərgilərində cəsarətlə iştirak edərək mükafata layiq fəxri yerləri də tutmuşdular. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. I cild. səh. 65. ISBN 978-9952-34-152-2 Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=162869 |
Əkinçilik Elmi-Tədqiqat İnstitutu | Əkinçilik Elmi Tədqiqat İnstitutu - Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir. Yerinə yetirilən 9 mövzudan 5-i tətbiq, 4-ü isə fundamental xarakterlidir. Bu tədqiqatların yerinə yetirilməsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Botanika İnstitutu və Beynəlxalq seleksiya mərkəzləri olan İCARDA və CİMMYT-lə əmək¬daşlıq edilir. Aparılan tədqiqatlar aşağıdakı vəzifələri daşıyır: 1. Yerli və introduksiya olunmuş rüşeym plazmasının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfıyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni bitki sortlarının yaradılması. 2. Bitkilərin biotik və abiotik stress amillərə (quraqlığa, yüksək temperaturaya, duza, qışa və s.) qarşı davmlılığının artırılması; 3. Vəsaitə qanəatedici becərmə texnologiyaları tətbiq etməklə suvarma və dəmyə əkinçiliyində bitkilərin məhsuldarlığının və keyfiyyətinin artırılması; 4. Yeni texnologiyaların yayılmasına nail olmaq, eləcə də tədqiqat prioritetlərinin müəyyənləşdirilməsində fermerlərin fıkirlərini bilmək üçün yayım xidmətləri ilə sıx əməkdaşlıq şəraitində işləmək.Hər il İkinci KTİKL-nin "Uyğunlaşdırılmış texnologiyalara çıxışın təkmilləşdirilməsi" yarımkomponenti çərçivəsində respublika¬nın 20-yə qədər rayonunun 40-50 fermer təsərrüfatında institutun yeni sortlarına və texnologiyalarına aid tamamlanmış tədqiqat işlərinin nəticələri nümayiş əkinlərində sərgilənir. 5. Təsərrüfat hesablı toxumçuluq sistemi vasitəsilə artırılmaq üçün bioloji cəhətdən təmiz orijinal, super-elit və elit toxumları istehsal etmək.Beləliklə, fəaliyyət göstərdiyi bu illər ərzində respublikanın müxtəlif bölgəsinə uyğun aparılan dərin kompleks elmi işlərin nəticəsində təcrübi seleksiya məsələləri müvəffəqiyyətlə həll olunaraq müxtəlif kənd təsərrüfatı bitkilərinin 100-dən artıq sortları yaradılmış və Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir. Onlardan 52-si (14 yumşaq buğda; 15 bərk buğda; 5 arpa; 1 çovdar; 1 tritikale; 1 vələmir; 4 qarğıdalı; 4 no¬xud; 2 mərci; 1 lobya; 4 tütün) rayonlaşaraq seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. Hal-hazırda respublikada ümumi taxıl əkinləri sahəsinin (809 min ha) 70-80%-də ET Əkinçilik İnstitutunun sortları əkilir. ET Əkinçilik Institutu 1996-cı ildən başlayaraq beynəlxalq seleksiya mərkəzləri olan İCARDA (Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Seleksiya Mərkəzi) və CİMMYT-lə (Qarğıdalı və Buğdanın yaxşılaşdırılması üzrə Beynəlxalq Seleksiya Mərkəzi) dənli və dənli paxlalı bitkilərə dair beynəlxalq pitomniklərin introduksiya və sınağı, beynəlxalq və regional tədbirlərdə iştirak, tədris və təkmilləşdirmə kurslarında kadr hazırlığı və s. sahələrdə sıx əməkdaşlıq edir. Birgə əməkdaşlıq nəticəsində 4 yumşaq buğda, 1 arpa, 1 noxud və 1 mərci sortu yaradılmış və rayonlaşmışdır. Bu sortlar respublikada böyük əkin sahəsini əhatə edir. İnstitutda fəlsəfə və elmlər doktorları üzrə doktorantura təhsili həyata keçirilir. İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011. Səh.478-480 | https://az.wikipedia.org/w/index.php?curid=271781 |
Əkiz | Əkiz — demək olar ki, eyni vaxtda bir ana tərəfindən iki balanın doğulması halı. Bir yumurta əkizləri öz başlanğıclarını bir ziqotdan götürürlər. Mayalanmadan sonra yumurtahüceyrə bölünməyə başlayır, və bölündükcə hüceyrələr bir divarın içində qalır. Əgər iki hüceyrə dıvarın içindən çıxıb ayrılsa, bir yumurtalı əkizlər əmələ gələ bilər. Bir yumurta əkizlərinin ümumi plasentası, eyni genotipi olur. Bu səbəbdən də onlar bir cinsə mənsub olur. Onların eyni qan qrupları olur və hədsiz dərəcədə bir-birinə oxşayırlar. Bəzən parçalanma mərhələsində blastomerlərin tam bölünməməsi, yaxud bölünmüş hissəciklərin bir-birinə yaxın yerləşməsi gələcəkdə bu cür əkizlərdə müxtəlif eybəcərliklərin yaranmasına səbəb olur (siyam əkizləri). Müxtəlif yumurta əkizləri heteroziqot olurlar. Onlar həm eynicinsli, çox zaman isə müxtəlifcinsli olurlar. Oxşarlıqları isə bacı-qardaş səviyyəsində olur. Onların inkişafı eyni vaxtda iki və daha çox yumurtahüceyrənin yetişməsi və mayalanmasının nəticəsidir. Eyni vaxtda yetişən yumurtahüceyrələrin sayını hipofizin hormonları idarə edir. Kənd təsərrüfatı heyvanlarında bu prosesin idarə olunmasının böyük təsərrüfat əhəmiyyəti var. İnsanlarda doğulan hər 80 – 85 uşağın biri əkiz, 6-8 min uşağın biri üçüzdür. Dörd və daha çox əkiz uşağın doğulması isə çox nadir hadisədir. Bir yumurta əkizləri bütün doğma uşaqların 15%-ni təşkil edir. İnsanın genetikasının öyrənilməsində əkizlik metodundan istifadə olunur. Bu metod müəyyən qədər irsiyyətin və həmçinin mühitin əkizlərdə əlamətlərinin dəyişməsində rolunu öyrənir. | https://az.wikipedia.org/w/index.php?curid=332617 |
Əkiz (Marağa) | Əkiz (fars. اكيس) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 612 nəfər yaşayır (135 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=612518 |
Əkiz (dəqiqləşdirmə) | Əkiz — eyni vaxtda bir ana tərəfindən iki balanın doğulması. Əkiz (Marağa) — İranda kənd. Həmçinin bax Əkizlər (dəqiqləşdirmə) | https://az.wikipedia.org/w/index.php?curid=612561 |
Əkiz Qüllələr | Əkiz Qüllələr, Ramat-Qan, İsrail şəhərində Diamond Exchange District sahəsində Jabotinsky Yolu iki eyni ofis qüllələr var. 14 mərtəbəli hər var və 1991-ci və 1994 arasında inşa edilmişdir. Onların tikintisi əvvəl, Asis konfet fabriki həmin ərazidə yerləşən və 1989-cu ilin noyabr 1929-cu ildə qoyulmuşdur, özəl investorlar bir qrup 6 milyon dollar simvolik məbləğ üçün şirniyyat fabriki torpaq alıb. Alış iki qüllələr Yaski Sivan memarlar tərəfindən planlaşdırılıb Twin Towers Inc Müəssisələr Towers Holdings Inc vasitəsilə, və 26,000 kvadrat metr inşa boşluk edilmişdir. Binaların cəbhədə bir post modernist üslubunda reflective şüşə pəncərə ilə əhatə olunur. Lobbisinin (Floor E1) bir və Jabotinsky Road (Floor E2) bir iki qüllələr qüllələr hər iki girişi olan qala 1. girişində yeraltı park bölüşürlər. Iki qüllələr arasında, onun ortasında bir hovuz ilə bir yer var. | https://az.wikipedia.org/w/index.php?curid=433090 |
Əkiz əjdahalar (film,1992) | “Əkiz əjdahalar” (ing. Twin Dragons) — film Ceki Çanın iştirakı ilə 1992-ci ildə döyüş-komediya janrında kanton dilində çəkilmişdir. Filmin rejissoru Rinqo Lam və Tsui Harkdır. İki əkiz (ikisini də Ceki Çan oynayır) doğuşda taleyin iradəsi ilə ayrılır. Biri valideynləri ilə qalır, ikincisi isə alkoqollu qız tərəfindən övladlığa götürülür. Biri məşhur pianoçu və dirijor olur, ikincisi küçədə tərbiyə olunan yaxşı bir döyüşçü olur. Musiqiçi — Con Ma Nyu-Yorkda konsert verir, ikincisi — Bumer, Honq Konqda avtomobil təmiri sexində işləyir. Ceki Çan — musiqiçi Con Ma / Bumer Maqi Çun — Barbara Tedi Robin — Tayson, Bumer`in dostu Nina Li Çi — Tammi Ço Yun — Tamminin atası Həmçinin bax Polis əhvalatı 1/2/3/ | https://az.wikipedia.org/w/index.php?curid=626949 |
Əkiz əjdahalar (film, 1992) | “Əkiz əjdahalar” (ing. Twin Dragons) — film Ceki Çanın iştirakı ilə 1992-ci ildə döyüş-komediya janrında kanton dilində çəkilmişdir. Filmin rejissoru Rinqo Lam və Tsui Harkdır. İki əkiz (ikisini də Ceki Çan oynayır) doğuşda taleyin iradəsi ilə ayrılır. Biri valideynləri ilə qalır, ikincisi isə alkoqollu qız tərəfindən övladlığa götürülür. Biri məşhur pianoçu və dirijor olur, ikincisi küçədə tərbiyə olunan yaxşı bir döyüşçü olur. Musiqiçi — Con Ma Nyu-Yorkda konsert verir, ikincisi — Bumer, Honq Konqda avtomobil təmiri sexində işləyir. Ceki Çan — musiqiçi Con Ma / Bumer Maqi Çun — Barbara Tedi Robin — Tayson, Bumer`in dostu Nina Li Çi — Tammi Ço Yun — Tamminin atası Həmçinin bax Polis əhvalatı 1/2/3/ | https://az.wikipedia.org/w/index.php?curid=626891 |
Əkizlər | Əkiz — demək olar ki, eyni vaxtda bir ana tərəfindən iki balanın doğulması halı. Bir yumurta əkizləri öz başlanğıclarını bir ziqotdan götürürlər. Mayalanmadan sonra yumurtahüceyrə bölünməyə başlayır, və bölündükcə hüceyrələr bir divarın içində qalır. Əgər iki hüceyrə dıvarın içindən çıxıb ayrılsa, bir yumurtalı əkizlər əmələ gələ bilər. Bir yumurta əkizlərinin ümumi plasentası, eyni genotipi olur. Bu səbəbdən də onlar bir cinsə mənsub olur. Onların eyni qan qrupları olur və hədsiz dərəcədə bir-birinə oxşayırlar. Bəzən parçalanma mərhələsində blastomerlərin tam bölünməməsi, yaxud bölünmüş hissəciklərin bir-birinə yaxın yerləşməsi gələcəkdə bu cür əkizlərdə müxtəlif eybəcərliklərin yaranmasına səbəb olur (siyam əkizləri). Müxtəlif yumurta əkizləri heteroziqot olurlar. Onlar həm eynicinsli, çox zaman isə müxtəlifcinsli olurlar. Oxşarlıqları isə bacı-qardaş səviyyəsində olur. Onların inkişafı eyni vaxtda iki və daha çox yumurtahüceyrənin yetişməsi və mayalanmasının nəticəsidir. Eyni vaxtda yetişən yumurtahüceyrələrin sayını hipofizin hormonları idarə edir. Kənd təsərrüfatı heyvanlarında bu prosesin idarə olunmasının böyük təsərrüfat əhəmiyyəti var. İnsanlarda doğulan hər 80 – 85 uşağın biri əkiz, 6-8 min uşağın biri üçüzdür. Dörd və daha çox əkiz uşağın doğulması isə çox nadir hadisədir. Bir yumurta əkizləri bütün doğma uşaqların 15%-ni təşkil edir. İnsanın genetikasının öyrənilməsində əkizlik metodundan istifadə olunur. Bu metod müəyyən qədər irsiyyətin və həmçinin mühitin əkizlərdə əlamətlərinin dəyişməsində rolunu öyrənir. | https://az.wikipedia.org/w/index.php?curid=145183 |
Əkizlər (astronomiya) | Əkizlər (lat. Gemini) — Zodiak Qurşağında yerləşir. Ən parlaq ulduzları Kastor və Polluksdur. Qədim adları ilə bilinən Əlmeysan və Məbsutə adlı ulduzlar da bu bürcə daxildir. | https://az.wikipedia.org/w/index.php?curid=371515 |
Əkizlər (bürc) | Əkizlər (lat. Gemini) — Zodiak Qurşağında yerləşir. Ən parlaq ulduzları Kastor və Polluksdur. Qədim adları ilə bilinən Əlmeysan və Məbsutə adlı ulduzlar da bu bürcə daxildir. | https://az.wikipedia.org/w/index.php?curid=65139 |
Əkizlər (dəqiqləşdirmə) | Əkizlər (astrologiya) — Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Əkizlər (astronomiya) — Zodiak Qurşağında yerləşir. Ən parlaq ulduzları Kastor və Polluksdur. Həmçinin bax Əkiz (dəqiqləşdirmə) | https://az.wikipedia.org/w/index.php?curid=65131 |
Əkizlərin effekti (film, 2003) | Əkizlərin effekti (ing. The Twins Effect, çin. 千機變) — Dante Lamanın filmi. Rive, güclü vampir klanı olan Nosferatu ilə mübarizə edən ovçu komandalarından biridir. Bu canavarları adi yollarla məğlub etmək mümkün deyil, buna görə Rive və döyüş yoldaşları fiziki qabiliyyətlərini çox artıran bir vampirin qanından xüsusi bir serum istifadə edirlər. Ancaq bu dopinqə qarşı antidotu vaxtında götürməsəniz, özünüz ovladığınız birinə çevrilə bilərsiniz. Bir gün Rive, on səkkiz yaşlı əkiz bacılarının Honq Konqda itkin düşdüyü xəbərini alır. Ölülər regionunun komandiri əfsanəvi vampir Kazafın gənc qızlar arasında gəlin axtardığını biləndə vəziyyət çox mürəkkəbləşir ... Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=627638 |
Əkizlərin effekti 2 (film, 2004) | Əkizlərin effekti 2 (ing. The Twins Effect 2 çin. 千機變 II – 花都大戰) — film 2004-cü ildə macəra,fantaziyavə döyüş janrında çəkilmişdir. Hər şey, kişilərin qadınlar tərəfindən idarə edildiyi Huadu adlı paralel bir gerçəklikdə baş verir. Günlərin birində padşah padşahlığına son qoyacaq bir oğlanın meydana çıxacağı deyilir. Öz növbəsində, peyğəmbərlikdən bir uşaq kimi görünən bütün uşaqları öldürməyi əmr edir. Bu zaman təvazökar bir gənc Çan və qardaşı qadın döyüşçülərlə birlikdə fövqəladə bir səyahətə yola düşür. Əsrarəngiz xəzinələri tapmalı və Zireh Rəbbini məğlub etməlidirlər. Maraqlı faktlar Əkizlərin effekti — ‟The Blades of Roses‟ bir il əvvəl yayımlanan filmdir. Bu filmlər arasında üç aktyordan başqa heç bir əlaqənin olmamasına baxmayaraq, orijinal şəkil "Əkizlərin təsiri 2: Sülalə ilə qılınc müharibəsi" adlanırdı. Lakin rus lokalizatorları beynəlxalq ingilis dilindəki tərcümədən istifadə etmək qərarına gəldilər və bununla da orijinal addakı səhvdən qurtuldular. Xarici keçidlər Treyleri YouTube'da oxudun | https://az.wikipedia.org/w/index.php?curid=627812 |
Əkizqışlaq (Mahnişan) | Əkizqışlaq (fars. اكيزقشلاق) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (10 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=784864 |
Əkka | Əkka (ivr. עכו, ərəb. عكا), Akra, Sen-Jen d’Akr (Avropa dillərində: Acre, St. Jean d’Acre) — İsrailin qərb sahilində olan önəmli bir şəhər. Bugün İsrail dövləti sərhəd-sınırları içində yer alan Əkka şəhəri, Hayfa körfəzinin (qədimdən Əkka körfəzi) şimalında ehtimalən miladdan öncə III minil içində qurulmuşdur. Cənubunda olan Hayfaya 15 km. uzaqlıqdadır. Əhd-i Ətiqdə Akko adıyla keçən şəhərə Qədim Misirlilər kr, yunanlar Ptolemais, Fransızlar Acre adını vermişdilər. Əkka Xəlifə Ömər zamanında 636-cı ildə Şürahbil ibn Həsənə tərəfindən fəth edildi. Daha sonra Bizanslılarla aparılan savaşlar sırasında xaraba qoyuldusa da Xəlifə Müaviyə zamanında yenidən inşa edildi. Müaviyə Suriya valisi ikən (640), bölgədə olan Bizansdan qalma qədim limanları təmir edərək gəmi inşasına uyğun hala gətirtti və beləcə Əkka o dövrdə İskəndəriyədən sonra gəmi inşasına uyğun ikinci büyük tərsanə oldu. Ayrıca Əkka limanı müsəlmanların Aralıq dənizindəki ilk dəniz səfərləri üçün donanma bazası olaraq da işləndi. 649-cu ildə Kiprə, 654-cü ildə Rodosa düzənlənən səfərlər Əkkadan başladıldı. Əməvilər dövründə önəmli bir liman halına gələn şəhərdə Əhməd ibn Tolun böyük dalğaqıranlar düzəltdirdi. X əsrin ortalarında Ağşidilərin, 969-cu ildən etibarən də Fatimilərin əlinə keçən şəhər, Fatimilər dönəmində bölgədə fəaliyət göstərməyə başlayan Türkmənlər və Səlcuqlular tərəfindən hücuma məruz qaldı. 1074-cü ildə Səlcuqlu əmirlərindən Şöklü buranı ələ keçirdi. 1087-ci ildən sonra isə şəhər yenidən Fatimilərin idarəsinə daxil oldu. Səlib yürüşləri Əkkanın tarixində yeni bir dönəmin başlangıcı oldu. Bu önəmli liman şəhri 1104-cü ildə, [Birinci səlib yürüşü[]] komandanlarından Qüds Xaçlı krallığının qurucusu I Baudouin (1100–1118) tərəfindən ələ keçirilərək xristianların hərəkət bazası halına gətirildi. Bu dönəmlərdə saysız kəndləri, böyük və əmniyətli limanı, çox saylı və dəyişik mənşəli əhalisi ilə geniş bir şəhər olaraq tərif edilən və bölgənin ən böyük ticari mərkəzi olan Əkka, 9 iyul 1187-ci ildə Səlahəddin Əyyubi tərəfindən zəbt edildi. Qüdsü geri alma yolunda xristianlar için böyük bir əngəl təşkil edən strateji önəmə sahib Əkka qalası III Xaçlı Səfəri sırasında bir xaçlı qüvvəsi tərəfindən mühasirə edildi. Şiddətli çarpışmalar sonunda qalanı müdafiə edənlər təslim oldu və şəhər Henri də Champagnenin idarəsinə verildi (1191). Beləcə uzun müddət Fələstindəki Xaçlı krallığının mərkəzi olan Əkka, 1229-cu ildən sonra böyük cəngavər (Rıtsar, Şövalye) cəmiyyətlərindən bilxassə St. Jean şövalyelərinin qərargahı halına gəldi və bu səbəblə St. Jean dAcrə adıyla anılmağa başladı. 1291-ci ildə Məmlük sultanı əl-Məlikül-Əşrəf (1290–1293) xaçlıların Fələstindəki hakimiyətinə son verincə Əkkanı da zəbt etdi. Məşhur sufi alimi Muhyiddin ibn Ərəbi özünün "Futuhati Mekkiye" əsərində Əkka şəhərini İslamın vəd olunmuşu Mehdinin vəzirlərinin həlak yeri kimi göstərmişdir. Osmanlı dövrü Yavuz Sultan Səlim zamanında Suriya ilə birlikdə Osmanlı torpaqlarına qatılan Əkkada Qanuninin izni ilə Fransızlar bir ticarət mərkəzi qurdular. Osmanlı hakimiyətində Əkka, Safəd livasına bağlı bir nahiyə mərkəzi idi. XVI əsr təhrir dəftərlərinə görə Əkka nahiyəsi sərhəd-sınırları içində altmış qədər kənd vardı. Dəftərlərdə Əkka kənd olaraq qeyd edilmiş olub bölgənin idari və şəriət işlərinə baxan qazı da burada otururdu. XVI əsrin əvvəllərində Əkkanın mərkəz əhalisi təxminən 115–120 nəfərdən ibarət idi; XVI əsrin ikinci yarısında isə 280–300 arasında dəyişməkdəydi. Bu əsrdə, zaman-zaman üsyan edən bəzi Ərəb qəbilələrinin hücumlarına məruz qalmaqla birlikdə Əkka limanı önəmini mühafizə edərək ticari özəlliyini qorudu. Liman gəliri XVI əsrin başında 500 ağca ikən bu əsrin ikinci yarısında 2000 ağcaya yüksəldi. Ayrıca şəhərin çevrəsində özəlliklə pambıq əkinçiliyi, bunun nəticəsi olaraq da pambıq sanəyesi və ticarəti önəm qazandı. Əkkadan əldə edilən vergi gəlirlərinin yarı hissəsi öncələri Halilürrəhman vəqfinə aid ikən daha sonra Qüdsdəki Ribatülmənsur vəqfinə verildi. Bu dövrlərdə şəhər qalası məmur durumda olub, civarındaki bəzi kəndlərin vergi gəlirləri, qala bürcləri ilə toplarının təmiri və əskikliklərin gidərilməsi şərti ilə qala muhafızlarına tapşırılmışdı. Əkkada həmçinin Bəhai Dininin peyğəmbəri Bəhaullahın məqbərəsi yerləşir. O, Osmanlı sultanı Əbdül-Əzizin dövründə 1868-ci ildə bura sürgün olunmuş və həyatının sonunadək burada yaşamışdır. 1982-ci ildə 139.100 nəfər olan əhalisi, dəyişik din və məzhəblərə mənsub insanlardan ibarətdir. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=424430 |
Əklil çubuqlucası | Əklil çubuqlucası (lat. Philadelphus coronarius) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Təbii yayılması Qərbi Avropanın cənubunda yabanı halda yayılmışdır. Botaniki təsviri Hündürlüyü 3 m, çətirinin diametri 1,5-2 m olan koldur. Çətiri şaxələnmiş, orta sıxlıqdadır. Zoğları çılpaq və ya cavan vaxtı tüklə örtülmüş olur. Qabığı qəhvəyi-qonur rəngli olub, çatlayandır. Yarpaqları yumurtavari və ya uzunsov - yumurtavari, uzunluğu 4-8 sm, eni isə 1,5-5 sm-dir. Uc tərəfdən sivri, bünövrəsi enli, pazvari və ya dairəvi, kənarları seyrək dişli, üst tərəfdən çılpaq, alt tərəfdən isə tüklüdür. May ayında çiçəkləyir. Çiçəkləmə müddəti 20 gündür. Çiçəkləri ağ, çox ətirli, 2,5-3,5 sm diametrindədir. Ləçəkləri yumurtavari, 5-9 ədəd çiçəkləri salxımvari çiçək qrupunda toplanmışdır. Çiçək saplağı və yarpaqları çılpaq və ya tüklüdür. Sütuncuqlarının 2/3 hissəsi bitişik olur. Meyvəsi iyul ayının axırında yetişir. Meyvəsinin 1-7 ədədi birlikdə yarımçətirlərdə toplanmış, dördkünc qutucuqdur. Çox vaxt yaza qədər budaqların üzərində qalır. Toxumları çox xırda, narıncı-qırmızı rəngdədir. Həyat müddəti 30-50 ildir. Ekologiyası Torpağa tələbkar deyil, çox rütubəti sevmir. Tez zoğ əmələgətirmə qabiliyyətinə malik olduğundan sıx kollanır, ona görə vaxtaşırı kolları seyrəldilməli, meyvə verən gövdələr və 5-6 yaşlı budaqları kəsilməlidir. Sərt keçən qış zamanı zoğları şaxtadan donur, meyvə vermir. Kölgəyə və soyuğa davamlıdır. Azərbaycanda yayılması Azərbaycanın bəzi rayonlarında mədəni şəraitdə becərilir. Gözəlliyinə, çiçəklərinin ətrinə görə bağ və parklarda, tək-tək və ya qrup əkinlərində, canlı hasarların salınmasında istifadə edilir. Uzun illər boyu (XVI əsrin ortalarından) becərilmə prosesində çoxlu miqdarda müxtəlif bağ formaları alınmışdır. Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh. | https://az.wikipedia.org/w/index.php?curid=524005 |
Əkməl Nur | Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb. | https://az.wikipedia.org/w/index.php?curid=329289 |
Əkmələddin Ehsanoğlu | Ekmeleddin İhsanoğlu (türk. Ekmeleddin İhsanoğlu, 26 dekabr 1943, Qahirə) — İslam Əməkdaşlıq Təşkilatının 2005–2014-cü illərdə Baş katibi. 1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib. E. İhsanoğlu YUNESKO-da və ABŞ-nin dünyaca ünlü Harvard Universitetinin fənn fakültəsini bitirib, tarix, batı-doğu mədəni-siyasi münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır. 1974-cü ildə Ankara Universiteti Fen fakültəsində doktorluq tamamladıqdan sonra, İngiltərədə Exeter Universitetində doktor sonrası işlər etdi. İslam və Qərb mədəniyyəti ilə yaxından təması olan İhsanoğlu 1984-cü ildə professor oldu. Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir. Yaxın dostları ona sayğı ilə "Elmel bəy" deyə müraciət edir. Türkiyənin əsas müxalifət partiyaları — Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) 2014-cü il prezident seçkilərində Ekmələddin İhsanoğlunun namizədliyi ilə vahid namizədlə çıxış etmək barədə razılığa gəliblər. İhsanoğlu 2000-ci ildə Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib. E. İhsanoğlu İordaniyanın I dərəcəli "İstiqlal" medalı və Misirin ali dövlət mükafatının da sahibidir. Ekmeleddin İhsanoğlu evlidir və 3 uşaq atasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=214251 |
Əkmələddin Naxçıvani | Əkmələddun Müəyyəd bin Əbubəkr bin İbrahim əl Naxçıvani ət-Təbib (ö. 1302–ci ildən sonra) — XIII əsr həkimi. Məlum olduğu kimi, XI əsrin ikinci yarısından başlayaraq Azərbaycan və Anadoluda səlcuq türkləri fəthlərini genişləndirmiş, beləliklə, Ön Asiyada böyük Səlcuq dövləti qurulmuşdur. Məhz səlcuqlar dövründə Orta Asiya, Anadolu, Azərbaycan və Xorasanda xeyli sayda saray, məscid, mədrəsə, hamam, türbə, imarət, zaviyə, körpü, karvansara, xəstəxana inşa edilmiş və bunlar o dövrün memarlıq abidələri kimi özünəməxsus ortaq üsluba malik olmuşlar. Türkiyə Cümhuriyyətinin qədim Konya şəhəri uzun müddət Rum sultanlığının paytaxtı olmuşdur. Səlcuq hökmdarlarından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər. Bu dövrdə Cəlaləddin Ruminin atası şeyx Bahaəddin Vələdin Karamandan hökmdarın dəvəti ilə Konyaya gətirilməsi də təsadüfi olmamışdır. Həmin dəvət məktubunun arxiv materialları içərisindən aşkara çıxarılması dediklərimizi təsdiq edir. Həmçinin qaynaqlarda bu dövrdə digər türk ölkələrindən gəlib Anadoluda yaşayıb-yaratmış Hübeyş Tiflisi, Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani, Qəzənfər Təbrizi, Şəms Təbrizi, Hüsaməddin Çələbi kimi elm və mədəniyyət adamlarının adına tez-tez rast gəlirik. Bunlardan Nəcməddin Naxçıvani Konya Səlcuqlu dövlətində hökmdarın vəziri mərtəbəsinə qədər yüksəlmişdir. Həmin dövrdə Azərbaycandan, xüsusilə Naxçıvandan çıxmış bir sıra alim və sənətkarlar Təbriz və Anadoluda xidmət etmiş, parlaq şəxsiyyət kimi yetişmişlər. Əkmələddin Naxçıvaninin nisbəsi qaynaqlarda tam şəkildə aşağıdakı kimi işlənir: Əkmələddun Müəyyəd bin Əbubəkr bin İbrahim əl Naxçıvani ət-Təbib. Xalq arasında "Bəy həkim" təxəllüsü ilə tanınan Əkmələddin Naxçıvaninin tikdirdiyi məscid və dəfn olunduğu məzar-türbə səlcuqlar dövrünün qiymətli abidələrindən biri kimi qorunub saxlanmaqdadır. Eyni zamanda Konya şəhərinin qədim şəhər mərkəzində Əlaəddin təpəsi (bu təpə üzərində vaxtilə Səlcuq dövlətinin hökmdarı I Əlaəddin Keyqubadın sarayı mövcud olmuşdur – Ə.Ç.) yaxınlığındakı "Bəy həkim" məhəlləsində olduq, Əkmələddin Naxçıvani məscidini ziyarət etdik. Hələ Fateh Sultan Mehmet zamanı vəqfnamələrində bu ibadətxananın adı "Bey hekim mescidi" şəklində qeyd olunmuşdur (vəqfi-məscide-Begi həkim dər məhəlleyi-Dövlətxan – tərcüməsi: "Dövlətxan" məhəlləsində Bəy həkim məscidinin vəqfi – Ə.Ç). Bəy həkim məscidi XIII əsrdə inşa edilmişdir və tipik səlcuq memarlığı elementlərini əks etdirir. Məscid bir neçə dəfə təmir və bərpa olunaraq hazırda məhəllə məscidi statusunda möminlərə xidmət göstərməkdədir. Məscidin orijinal qapı və pəncərə tağları nadir səlcuqlular dövrü memarlıq əsərləri kimi artıq uzun illərdir ki, Konya İncə Minarə Daş və Ağac Əsərlər Muzeyində mühafizə edilməkdədir. Məsciddəki orijinal mehrab 1899-cu ildə qaçaqmalçılar tərəfindən Almaniyanın Berlin şəhərindəki muzeyə aparılmışdır. Doğum tarixi və Anadoluya gəlib yerləşməyi dəqiq bilinməyən, amma Cəlaləddin Rumidən gənc olduğu ehtimal edilən Əkmələddin Naxçıvaninin Azərbaycanın qədim diyarı Naxçıvandan olduğu bir çox tədqiqatçılar tərəfindən dönə-dönə qeyd olunmuşdur. Sənədlərdən bəlli olduğuna görə, saraya gəlməmişdən əvvəl Əkmələddin Naxçıvani Kayseri daruşşifasında çalışmışdır. Bunu onun yetirməsi, Səlcuq dövlətinin münşilərindən olan Əbubəkrin məktublarından da görürük. Mövləviliklə bağlı əlyazmalarda Əkmələddin Naxçıvani Səlcuq hökmdarı Qiyasəddin Keyxosrovun hakimiyyəti dövründə (1264-1283) Konyadakı sultan sarayında baş həkim olmuşdur. Sənədlərdə onun ailəsi, varisləri haqqında məlumata rast gəlməsək də, bir oğlu olduğuna dair işarələr vardır. Əkmələddin Naxçıvani dövrünün tanınmış təbibi idi. Təsadüfi deyil ki, səlcuqlar dövrünün təzkirəçilərindən Əhməd Əflaki Əkmələddin Naxçıvani və onun Mövlana ilə görüşləri haqqında bəhs edərkən yazır ki, zamanının Hippokratı mövlana Əkmələddin Təbib Mövlana Cəlaləddin Rumiyə mürid olmadan öncə Rum ölkəsi təbiblərinin böyüklərindən idi. O, sarayın baş həkimi vəzifəsində çalışmaqla yanaşı, həm də I Əlaəddin Keyqubad daruşşifasında tibbi kadrların yetişməsində əmək sərf etmişdir. Bu kadrlar məhz Əkmələddin Naxçıvaninin verdiyi sənəd əsasında ölkənin tibb müəssisələrində həkim işləyə bilərdilər. Mənbələrin verdiyi məlumata görə, kiçik Karatay mədrəsəsi bu böyük həkimə məxsus olmuşdur. Əkmələddin Naxçıvani dövrünün ən böyük təbibi kimi İbn Sina dühasının heyranı idi. Elə buna görə də o, İbn Sinanın məşhur "Qanuni-fit-tibb" əsərinə 1302-ci ildə təfsir, şərh yazmışdır. Müəllifin əlyazısı ilə qələmə alınmış və görkəmli türkoloq Fuad Köprülü kitabxanasında saxlanılan bu əlyazma nüsxəsinə əsaslanaraq ehtimal etmək olar ki, Əkmələddin Naxçıvaninin ölüm tarixi 1302-ci ildən sonraya təsadüf edir. Mövlana Cəlaləddin Ruminin dostları, həmsöhbətləri, müridləri çox olmuşdur. Ona hətta Səlcuq sultanlarından Müinəddin Pərvanə də ehtiram göstərirdi. Sufi şeyxinin sadiq və mötəbər dostlarından biri də Əkmələddin Naxçıvani idi. Alim böyük Mövlanaya övliya kimi etiqad göstərir, onun müridi olmaqdan fəxr duyurdu. Elə buna görə onlar arasında yaxın münasibət yaranmışdı, bir-birinin evinə gedir, məktublaşırdılar. Günümüzə qədər Mövlananın Əkmələddin Naxçıvaniyə yazdığı üç məktub, Ruminin oğlu Sultan Vələdin Əkmələddin Naxçıvani haqqında qəsidəsi, habelə Əkmələddin Naxçıvaninin tələbələrindən olduğu ehtimal edilən Əbubəkr ibn əl-Zakinin üç məktubu gəlib çatmışdır. Mövlananın birinci məktubu Əkmələddin Naxçıvaninin ona yazdığı məktuba cavab xarakteri daşıyır. İkinci məktubda Karatay mədrəsəsində boşalacaq vəzifəyə Əfsəhəddinin təyin olunmasına Əkmələddin Naxçıvaninin kömək etməsi xahiş edilir. Üçüncü məktubu Mövlana övladı Əmir Alimin maddi vəziyyətini yaxşılaşdırmaq üçün Əkmələddin Naxçıvaninin hökmdardan xahiş etməsi ilə əlaqədar yazmışdır. Bu məktublarda Mövlana Əkmələddin Naxçıvaniyə "həkimlərin böyüyü, həyat cövhərinin ən arınmışı, bəlaların və zəhərlərin dərmanı, ağıl ağaclarının meyvəsi, bədxah adamların meydana gətirmək istədikləri pislikləri yox edən, mərifət dəryasının cövhəri, hünərlər və gözəl iman sahibi, özü doğru oğlumuz, həkimlərin iftixarı, dinin və dövlətin Əkməli", – deyə müraciət etmişdir. Mövlana ilə Əkmələddin Naxçıvani arasındakı dostluq münasibətləri haqqında nisbətən ətraflı məlumatlara, əsasən, o dövrün təzkirəçiləri Ə.Əflaki və Sipehsaların, bu böyük Səlcuq həkiminin tələbəsi olduğu ehtimal edilən Əbubəkr Zakinin əsərlərində təsadüf edirik. Bu mənbələrdə göstərilir ki, Əkmələddin Naxçıvani Mövlanaya yüksək ehtiram və hörmətinin ifadəsi olaraq onun Rum rəssamları tərəfindən çəkilmiş portretlərini böyük məbləğdə pul ödəyərək alırdı. Əkmələddin Naxçıvani dəfələrlə Mövlananı müalicə etmiş və vəfatı zamanı Qəzənfər Təbrizli adlı digər bir saray həkimi ilə birlikdə onun yanında olmuşdur. Əkmələddin Naxçıvani tez-tez Mövlananın böyük oğlu, atasından sonra mövləvilik təriqətinin şeyxi olmuş Bahaəddin Sultan Vələdlə (1226–1312) görüşər, onunla ədəbi və fəlsəfi söhbətlər edərdi. S.Vələd böyük təbibə ehtiramını "sən bu dövrdə tibb, hikmət və mərifətdə bir Əflatunsan, Yer üzünü dolanan alimlər sultanısan. Elə bir Bağdad xurmasısan ki, aləmə fəzilət meyvəsi verdin. Bu aləmdə birinin nəsibi tiryək, digərinin nəsibi zəhər olduqca ömrün dövlət, bəxt və səadətlə baqi olsun" cümlələri ilə ifadə etmişdir. Sultan Vələdin əsərində böyük həkimə 41 beytlik bir qəsidə həsr olunmuşdur. Bu qəsidənin ilk iyirmi iki beytinin baş hərflərindən "Ekmeleddin Müeyyed el-Nahcuvani" adı oxunur. İstinadlar Məlumatlar tarix ü.f. doktoru Elnur Nəsirovun "Orta Əsrlədə Yaşamış Azərbaycanlı Alimlər" əsərindən götürülmüşdür. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=309852 |
Əkpər Feyzullayev | Əkpər Feyzullayev (Feyzullayev Əkpər Əkbər oğlu; d. 02.11.1945, Bakı şəhəri) — Geologiya-mineralogiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2017) Əkpər Feyzullayev 2 noyabr 1945-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanın Dövlət Mükafatı laureatı "Tərəqqi" medalı AR Prezidentinin fəxri diplomu AMEA-nın Prezidiumunun və Yer Elmləri bölməsinin fəxri fərmanları Elmi əsərləri 1. Carbon Isotopic Composition of the Hydrocarbon Fluids of the South Caspian Megadepression. Geochemistry International, 39(3), 2001, 237–243. (Həmmüəlliflər: Guliev I.S., D.A. Husseynov). 2. Isotope geochemistry of oils from fields and mud volcanoes in the South Caspian Basin, Azerbaijan. Petroleum Geoscience. 2001, 7(2), 201-209 (Həmmüəlliflər: Guliyev I., Husseynov D.). 3. Source potential of the Mesozoic-Cenozoic rocks in the South Caspian Basin and their role in forming the oil accumulations in the Lower Pliocene reservoirs. Petroleum Geoscience, 2001,7(4), 409-417 (Həmmüəlliflər: Guliyev I., M. Tagiyev). 5. Methane emission from mud volcanoes in eastern Azerbaijan. Geology, 2004, 32(6), 465-468 (Həmmüəlliflər: Etiope G., Baciu C., Milkov A.). 7. Comparative characteristics of composition and radioactivity of Oligocene clays in the Greater Caucasus and Talysh. Lithology and Mineral Resources, 2005, 40(4), 376–385 (Həmmüəlliflər: Kheirov M., Aliyev Ch., Abbasova S., Aliyev K.). 8. Mud volcano model resulting from geophysical and geochemical research. G.Martinelli and B.Panahi eds. Mud volcanoes, Geodynamics and Seismicity. Springer. 2005, 251-261 (Həmmüəlliflər: Kadirov F., Aliyev Ch.). 9. Feyzullayev A.A. Petroleum Content and Mud Volcanism in the Po (Italy) and South Caspian (Azerbaijan) Basins: Differences and Their Possible Origins. Energy Exploration & Exploitation, 2007, Volume 25, Number 5, 313-324 10. Stratigraphy and geochemical characterization of the Oligocene–Miocene Maikop series: Implications for the paleogeography of Eastern Azerbaijan. Tectonophysics, 2008, 451, 40–55 (Həmmüəlliflər: Hudson S.M., C. L. Johnson, M.A. Efendiyeva, H.D. Rowe, C.S. Aliyev.). | https://az.wikipedia.org/w/index.php?curid=484952 |
Əkram Abdullayev | Əkram Abdullayev (21 fevral 1998, Qarakazımlı, Cəlilabad rayonu – 29 oktyabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Həyatı və hərbi xidməti Əkram Abdullayev 21 fevral 1998-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olmuşdur. 2016-cı ildə şəhid Murad Muradov adına Qarakazımlı kənd tam orta məktəbi bitirmişdir. 2017–2019-cu illərdə N saylı hərbi hissədə xidmət etmişdir. 2019-cu ildə yenidən Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə MAHHXHQ əsgər kimi xidmət etməyə başlamışdır. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun əsgəri olan Əkram Abdullayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əkram Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əkram Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əkram Abdullayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=691035 |
Əkramabad (Miyanə) | Əkramabad (fars. كرم ابادا) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 334 nəfər yaşayır (58 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=689812 |
Əkrəm Abdullayev | Əkrəm Kamal oğlu Abdullayev (23 iyun 1975, Salyan, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. Əkrəm Abdullayev 1975-ci il iyunun 23-də Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1996–2005-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində təlimatçı, baş təlimatçı, sektor müdiri və şöbə rəisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var. Siyasi fəaliyyəti 2005-ci il noyabrın 6-da 59 saylı Salyan birinci seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Qətər, Azərbaycan-Özbəkistan, Azərbaycan-Tacikistan, Azərbaycan-Tailand, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=78513 |
Əkrəm Akurqal | Ord. Prof. Dr. Əkrəm Akurgal (30 Mart 1911 - 1 Noyabr 2002), Türk arxeoloq. Uşaqlıq illəri 1911-ci ildə Fələstində Hayfa yaxınlarındakı Tulkarem kəndində dünyaya gəlib (Tulkarem eyni zamanda sonradan arxeologiya dünyasında böyük əhəmiyyət qazanmış olan antik Kayserya şəhərinin qalıntılarının tapıldığı yerdir). Osmanlının Herseqovina vilayətinə müftilər və idarəçilər yetişdirmiş köklü bir ailə olan Rizvanbəyoviç ailəsindən gələn atası paytaxtda doğulmuş görünməsini istədiyi üçün doğum yerinə İstanbul yazdırmışdır. Akurgal 2 yaşı olanda ailəsi İstanbula qayıtmış, bir müddət Adabazarının Ağyazı mahalındakı fermalarında qalmışdırlar. 6 yaşından etibarən bibisinin köhnə Herseqovina müftisi olan və Darülfünunda Ərəb ədəbiyyatı müdərrisliyi ilə məşğul olan əri Cabizadə Əli Fehmi Əfəndinin evində qalmağa başlamış və ilk təhsilini burada almışdır. 1931-ci ildə İstanbul Oğlanlar üçün liseyi bitirdi. Dövlət imtahanını qazanaraq Almaniyada arxeologiya təhsili aldı.1934-cü ildə Soyadı Qanunu çıxan zaman, atasının istəyi üzərinə, bir Şumer kralının adı olan və Şumer dilində a-'baba, su' kur- 'ölkə' və gal-'böyük' kəlimələrinin yan yana gəlməsindən əmələ gələn Akurgal soyadını aldı. A-KUR-GAL Türk dilinə tərcümə edildikdə: "Böyük su ölkəsi" mənasını verir.1957-ci ildə Ankara Üniversiteti Dil və Tarix-Coğrafiya Fakültəsində ordinaryus professor oldu. Arxeoloji fəaliyyətləri Egeydə Foça (Phokaia), Çandarlı (Pitane), Çeşmə - Ildırı Erytrai ve Smyrna/Bayraklı-Təpəqullə Yaşayış yerinin) antik şəhərlərini ortaya çıxarmışdır. Ölümünə dək uzun müddət Bayraqlı -Qədim İzmir qazıntılarını davam etdirdi. Qədim Yunan, Hitit – Hatti və qədim Anadolu Mədəniyyətləri üzerinə müxtəlif dillərdə sayısız əsəri yayımlanmışdır. Türkiyə İnsan Haqları Qurumu Vəqfi (TİHAK) qurucu üzvü idi. İşləri, özü də bir mütəxəssis arxeoloq olan və sağlığında ən yaxın assistentliyini edən həyat yoldaşı Maral Akurgal tərəfindən davam etdirilməkdə idi. Akurgal, Türkiyədə arxeoloji bölümlərində akademik olaraq vəzifəsini icra etməkdə olan bir çox arxeoloqun müəllimidir. Bu səbəbdən "Müəllimlərin Müəllimi" olaraq anılır. Akurgal, Avropada yeddi akademiyaya üzvdür və dünyadaki bir çox elmi cəmiyyətlərin şərəf üzvüdür. Akurgal, 2002-ci ildə İzmirdə öldü. Ordinaryus Prof. Əkrəm Akurgalın 30 ilini verdiyi Smyrna qazıntısına dəfn olunma istəyi yerinə gətirilmədi. Dövlət Nişanları Almaniya Ulduzlu Böyük Ləyaqət ordeni, 1972 İtalya Dövlət Nişanı, 1986 Fəxri Legion ordeni, 1987 Mükafatları 1981 Qərbi Almaniya Göte Medalı 1981 Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyi Böyük Mükafatı 1986 İtaliya Premio Internazionale "I Cavalli d'Oro di San Marco" Fəxri Doktorluqları 1961 Bordeaux Üniversiteti Fəxri Doktoru 1989 Atina Üniversiteti Fəxri Doktoru 1990 Lecce Üniversiteti Fəxri Doktoru 1990 Anadolu Üniversiteti Fəxri Doktoru Griechische Reliefs aus Lykien, DAI Berlin 1942 Remarques Stylistiques sur les reliefs Hittite, Ankara 1945 Spathethitische Bildkunst, Ankara 1948* Phrygische Kunst, Ankara 1955 Die Kunst Anatoliens von Homer bis Alexander, W. de Gruyter, Berlin 1961 Die Kunst der Hethiter, Max Hirmer, Mùnchen 1961, 1976; The Art of the Hittites, Thames und Hudson, London 1962; Arte degli Ittiti, Sansoni Firenze 1962 Orient und Okzident, Holle Baden Baden 1966, 1981; The Birth of Greek Art, Methuen, London 1968; Orient et Occident, Albin Michel, Paris 1969; The Art of Greece, Its Origins, Crown, New York 1968; Orient a Occidente, II Saggiatore, Milano 1969 Treasures of Turkey (Akurgal, Mango, Ettinghausen), Skira, Geneva*New York 1966 (Aynı zamanda Almanca, Fransızca, İtalyanca ve İspanyolca) Urartaische und Altiranische Kunstzentren, Türk Tarih Kurumu, Ankara 1968 The Art and Architecture of Turkey, Oxford University Press 1980; Kunst in der Türkei, Office du Livre, Fribourg und Wurzburg 1980; L'Art en Turquie, Office du Livre, Fribourg 1981 Eski İzmir, Türk Tarih Kurumu, Ankara 1993, (also in German) Griechische und Römische Kunst in der Türkei, München 1987 Ancient Civilizations and Ruins of Turkey, NET Yayınları, Istanbul 1993,; Civilisations et sites Antiques de Turquie, Istanbul 1986 Turquie, Akurgal, Robert Mantran, Jean Poul Roux, Pierre Bordas, Paris 1990 (also in German) Anadolu Uygarlıkları, NET Yayınları, İstanbul 1987. ISBN 975-479-031-0 Eskiçağ'da Ege ve İzmir, Yaşar Holding Yayınlarından, dağıtım NET Yayıncılık, İstanbul 1993. ISBN 975-95252-0-8 Hatti ve Hitit Uygarlıkları, İzmir 1995 Türkiye'nin Kültür Sorunları, Bilgi Yayınevi Ankara 1998 Anadolu Kültür Tarihi, TÜBİTAK Yayınları, Ankara 1998 Bir Arkeoloğun Anıları, Türkiye Cumhuriyeti Kültür Tarihinden Birkaç Yaprak, Ekrem Akurgal. Türkiye Bilimler Akademisi, Ankara 1999 ISBN 9754051665 Civilisations et sites antiques de Turquie (de l'epoque prehistorique jusqu'a la fin de l'empire Romain) (800 av J.-C. - 395 ap. J. - C.) Haşet Kitabevi İstanbul , 1986 Ege Batı Uygarlığının Doğduğu Yer : Doğu Hellen Kültür Tarihi İ.Ö. 1050 - 333 İzmir BB Kültür Yayınları, İzmir, 2000, ISBN 975-18-0044-7 The Hattian and Hittite Civilizations KTB Yayınları, Ankara, ISBN 975-17-2756-1 Alt - Symrna I. Wohnschichten und Athenatempel Türk Tarix Qurumu Yayınları, Ankara, ISBN 975-16-0496-6 Ancient Civilizations and Ruins of Turkey Net Turistik Yayınları, İstanbul Hatti ve Hitit Uygarlıkları Net Turistik Yayınları, İstanbul Eski İzmir I. Yerleşme Katları ve Athena Tapınağı Türk Tarix Qurumu Yayınları, Ankara, ISBN 975-16-0496-6 Hittite and Other Anatolian and Near Eastern Studies in Honour of Sedat Alp Editör: Ekrem Akurgal; Editör: Aygül Süel Türk Tarih Kurumu Yayınları, Ankara L'Art en Turquie Office du Livre The Aegean birthplace of western civilization history of East Greek art and culture 1050 - 333 BC İzmir BB Kültür Yayınları, İzmir, 2000, ISBN 975-18-0045-5 Türkiye'nin Kültür Sorunları ve Anadolu Uygarlıklarının Dünya Tarihindeki Önemi Bilgi Yayınevi, Ankara, 1998, ISBN 975-494-729-5 | https://az.wikipedia.org/w/index.php?curid=565176 |
Əkrəm Cəfər | Əkrəm Cəfər (tam adı: Cəfərov Əkrəm Səftər oğlu; 5 may 1905, Lahıc, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 18 avqust 1991, Bakı) — dilçi, ədəbiyyatşünas, şərqşünas-filoloq, pedaqoq. Əkrəm Səftər oğlu Cəfərov 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur. 1920-ci ilni oktyabrında Bakıya gələrək "Darlmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir. Ə. Cəfər təhsil almaqla yanaşı 1929–1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur. O, M. Qorki adına Ədəbiyyat institutu, Moskva vilayəti axşam və qiyabi pedaqoji institutlarında da ümumi dilçilik fənnini tədris etmişdir. 1935-ci ildə aspiranturanı bitirərək Moskvada iki ilə yaxın elmi işçi vəzifəsində çalışmışdır. 1937-ci ildə Bakıya qayıdan Ə. Cəfər əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunda, sonra isə Azərbaycan Dövlət Universitetində kafedra müdiri olmuşdur. Ə. Cəfər Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində səmərəli fəaliyyət göstərmişdir. O, 1941-ci ildə "XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələri" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cu ildə isə "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu ərəb, fars, türk, tacik və özbək əruzları ilə müqayisədə" adlı dissertasiyanı müvəffəiyyətlə müdafiə edərək filoloji elmlər doktoru adı almışdır. Ə. Cəfər "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarını və bir çox elmi tədqiqat əsərlərinin və məqalələrin müəllifidir. "Azərbaycan dilinin izahlı lüğəti"nin çapa hazırlanmasında onun də böyük əməyi vardır. O, bir şərqşünas alim kimi bir sıra beynəlxalq simpozium və konfransların iştirakçısı olmuşdur. Əkrəm Cəfər 1954-cü ildən Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, sonra isə Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1991-ci il avqustun 18-də Bakıda vəfat etmişdir. Xarici keçidlər Cəfərov Əkrəm Səftər oğlu (Əkrəm Cəfər) | https://az.wikipedia.org/w/index.php?curid=92926 |
Əkrəm Gökay Yüksəl | Əkrəm Gökay Yüksəl (1982, Balıkəsir ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Əkrəm Gökay Yüksəl 1982-ci ildə Balıkəsir ilinin Edremit ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Balıkəsirdə alıb. Muğla Universiteti Kənd Təsərrüfatı Bölməsindən məzun olub.İş adamı olaraq çalışıb.MHP üzvüdür. 2019-2023-cü illərdə MHP Balıkəsir il şöbəsinin sədri olub.2023-cü ildə MHP namizədi olaraq Balıkəsir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf Mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.Evli və 2 uşaq atasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=831248 |
Əkrəm Hövrani | Əkrəm əl-Hövrani (ərəb. أكرم الحوراني; 1912, Həma – 24 fevral 1996, Amman) — suriyalı siyasətçi, 1955-ci ildə Suriya Xalq Məclisinin sədri, 1958-1959-cu illərdə Birləşmiş Ərəb Respublikasının vitse-prezidenti və 1958-ci ildə ədliyyə naziri. | https://az.wikipedia.org/w/index.php?curid=765215 |
Əkrəm Münfərid Arya | Əkrəm Münfərid Arya (1946 Tehran)- İranın ilk qadın pilotu.İran İslam İnqilabından sonra, uşaqları ilə İsveçə köçdü. Xarici keçidlər Rəsmi vebsaytı | https://az.wikipedia.org/w/index.php?curid=296729 |
Əkrəm Naibov | Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937, Yuxarı Əylis, Ordubad rayonu) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980). "Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur. Polşanın Poznan şəhərinin Fəxri vətəndaşıdır. Belorusiya SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Şərəf nişanı", "İstiqlal", "Şöhrət" ordenləri və medallarla təltif edilmişdir. Bədii yaradıcılığa şeirlə başlamış, lakin ilk mətbu hekayəsi "Qəşəm və onun kürəkəni"dir ("Azərbaycan" jurnalı, 1959, N 7). Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Özü də bədii tərcümələr edir, Vasili Şukşinin, Qabriel Qarsiya Markesin, V.Korolenkonun, İ.Turgenevin, Ç.Aytmatovun, H.Məlikin əsərlərini dilimizə çevirmişdir. Yaradıcılığında dram əsərlərı xüsusi yer tutur. "Quşu uçan budaqlar", "Mənim nəğməkar bibim", "Bağdada putyovka var","Vəzifə", "Anamın pasportu", "Ata mülkü", "Bir cüt badmüşk ağacı", "Yastı təpə" pyesləri Bakı, Naxçıvan, Gəncə və İrəvan dram teatrlarında tamaşaya qoyulmuşdur. Ssenariləri əsasında "Gilas ağacı", "Ürək yaman şeydir", "Sürəyya" filmləri çəkilmişdir. 2005-ci ildə Azərbaycan Milli Məclisinə üzv seçilmişdir. Əkrəm Əylisli "Daş yuxular" əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etməsi ilə ittiham edilərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "Xalq yazıçısı" fəxri adından məhrum edilmişdir. Amerikalı ədəbiyyatşünas Malihe Tayrelın fikrincə, Əylisli "Sovet cəmiyyətinin soyuqluğu və biganəliyindən doğan özgəlik hissini" təsvir edir. Əylislinin prozası səmimi və alovlu, ancaq eyni zamanda müstəqil fikirlidir. Onun əsərləri ədəbi və siyasi cərəyanlardan eyni dərəcədə uzaq durur və "soyuq, yad cəmiyyətə qarşı mübarizə apararaq, onun öz şəxsiyyətini ifadə edir".Ə.Əylisli 60-cı illərdə milli nəsrin yenilik axtarışlarını yaradıcılığında özünəməxsus şəkildə təmsil edən ilk yazıçılardan oldu. O, əsəsrlərində əsasən müharibə dövründəki və müharibədən sonrakı kəndi göstərirdi. Onun nəsrinin əsas qəhrəmanı bu dövrün kəndində dünyaya gəlmiş, xaraktercə formalaşmış, dünyanı və insanları tanımağa başlamışdır. Gilas ağacı. Bakı: Uşaqgəncnəşr, 1961, 47 səh. Dağlara çən düşəndə. Bakı: Azərnəşr, 1963, 56 səh. Atalar və atasızlar. Bakı: Azərnəşr, 1965, 121 səh. Mənim nəğməkar bibim. Bakı: Azərnəşr, 1968 Adamlar və ağaclar. Bakı: Gənclik, 1970, 247 səh. Kür qırağının meşələri. Bakı: Gənclik, 1971, 50 səh. Ürək yaman şeydir. Bakı: Gənclik, 1973, 152 səh. Bu kənddən bir qatar keçdi. Bakı: Azərnəşr, 1977, 267 səh. Gilənar çiçəyinin dedikləri. Bakı: Yazıçı, 1983, 438 səh. Adamlar və ağaclar. Bakı: Gənclik, 1985, 320 səh. Ədəbiyyat yanğısı. Bakı: Yazıçı, 1989, Seçilmiş əsərləri (iki cilddə). I c, Bakı: Azərnəşr, 1987, 497 səh. Seçilmiş əsərləri (iki cilddə). II c, Bakı: Azərnəşr, 1987, 416 səh. Möhtəşəm tıxac (roman). Daş yuxular (roman). Safsar (povest). Bakı: Qanun, 2018. Tərcümələri Malik Həddad. Çevrilmiş səhifə (roman). Bakı: Azərnəşr, 1965, 116 səh. Henrix Böll. O illərin çörəyi (povest). Bakı: Azərnəşr, 1966, 126 səh. Konstantin Paustovski. Qızıl Qönçə. Bakı: Azərnəşr, 1968, 238 səh. Çingiz Aytmatov. Əlvida, Gülsarı. Bakı: Gənclik, 1969, 261 səh. Salman Rüşdi. Peyğəmbər tükü. Bakı: Qanun, 2019, 80 səh. Filmoqrafiya Bağdada putyovka var... (film, 2000) Çay daşının göz yaşı... (film, 1971) Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003) Gilas ağacı (film, 1972) Həmyerli (film, 1989) Hörmətli alim yoldaşlar (film, 1971) Kimdir Məmməd Məmmədov? (film, 1973) Kür – dostluq çayıdır (film, 1985) Müşavirə (film, 1971) Sürəyya (film, 1987) Şəbih (film, 1971) Tənha narın nağılı (film, 1984) Ulu diyar (film, 1984) Üçüncü zəng (film, 2006) Ürək yaman şeydir... (film, 1992) Vətəndaş sərnişinlər... (film, 1971) "Yüz vədə bir borcu ödəməz" (film, 1971) Xarici keçidlər Əkrəm Əylislinin "Daş yuxular" romanı. (rus.) | https://az.wikipedia.org/w/index.php?curid=284295 |
Əkrəm Poladov | Poladov Əkrəm Nicat oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Prezident mükafatçısı. Əkrəm Poladov 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyası və İtaliyanın Ozimo şəhərindəki Opera Akademiyasını bitirmişdir. İtaliyada keçirilən beynəlxalq vokal müsabiqəsinin diplomantıdır. 1988-ci ildə Azərbaycan Dövlət akademik Opera va Balet Teatrında xor artisti kimi fəaliyyətə başlayan Əkrəm Poladov 1991-ci ildə solist vəzifəsinə keçirilmişdir. Hazırda teatrın yüksək dərəcəli solistidir. Milli və klassik opera tamaşalarında çox maraqlı və yaddaqalan obrazlar yaradaraq cıxış edir. Bir çox partiyalar Əkrəm Poladovun opera səhnəsində ifa etdiyi obrazlardır. Əkrəm Poladov həm də Azərbaycan Dövlət Xor kapellasında solistidir. Qərb və rus bəstəkarlarının operalarından ariyaları və romansları ifa edir. Mükafatları 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=339050 |
Əkrəm Zeynallı | Əkrəm Akif oğlu Zeynallı — azərbaycanlı diplomat. Azərbaycanın İsveçrədə və Lixtenşteyndə (2012 — 2017) olan sabiq fövqəladə və səlahiyyətli səfiri, 2017-2023 Azərbaycanın Çində olan fövqəladə və səlahiyyətli səfiri. 23 aprel 2012-ci il tarixli sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilibƏkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 23 aprel 2012-ci il tarixli sərəncamı ilə Azərbaycanın İsveçrədə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Daha sonra Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 2 iyul 2012-ci il tarixli sərəncamı ilə Azərbaycanın Lixtenşteyndə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 2017-cı il mayın 25-də isə Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin edildiyi bütün 2 dövlətdən geri çağırıldı. Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyul 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Çində olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. | https://az.wikipedia.org/w/index.php?curid=505989 |
Əkrəm Zeynalov | Əkrəm Zeynalov (d. 16.12.1941, Quba şəhəri, Azərbaycan SSR, SSRİ — ö. ?) — Azərbaycan Tibb Universitetinin professoru (1990), əməkdar elm xadimi; Azərbaycan Jurnalistlər İttifaqının üzvü. Əkrəm Zeynalov 16 dekabr 1941-ci ildə Quba şəhərində anadan olmuşdur. 1960-cı ildə Quba Kənd Təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirərək, "Qızıl Quba" qəzetində korrektor, Azərbaycan LKGİ Quba rayon komitəsində təlimatçı vəzifəsində çalışmışdır. 1964-cü ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Bir müddət "Təşviqatçı" jurnalındada çalışmışdır. Eyni zamanda 1969-cu ildən N. Nərimano adına Azərbaycan Dövlət Tibb İnstitunun tarix kafedrasında saat hesabı dərs demiş, 1973-cü ildə isə müsabiqə yolu ilə kafedranın baş müəllimi seçilmişdir. Pedoqoji fəaliyyətlə yanaşı o, universitetin "Tibb kadrları uğrunda" qəzetinin redaktoru, İctimai peşələr fakültəsinin dekanı, universitet partiya komitəsinin katibi işləmişdir. Ə. Zeynalov 1979-cu ildə namizədlik, 1990-cı ildə Moskvada doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Onun doktorluq dissertasiyası Böyük Vətən müharibəsi mıvzusuna həsr edilmişdi. Ə. Zeynalov 1990-cı ildə professor vəzifəsinə seçilmişdir. Onun Böyük Vətən müharibəsi mövzusuna həsr edilmiş 3 monoqrafiyası nəşr edilmişdir. Onların içərisində "Sınaq illəri" monoqrafiyası xüsusi ilə seçilir. O, eyni zamanda 3 dərslik, 5 dərs vəsaiti, 300-dən çox elmi məqalə müəllifidir. Professor Azərbaycan Televiziyası ilə vətənpərvərlik ruhunda tariximizin müxtəlif problemlərinə həsr edilmiş mövzularla da çıxışları yaddaşlarda qalır. Ə. Zeynalovun "Azərbaycan tarixi" kitabı ingilis dilində nəşr etdirilmişdir. Ə. Zeynalov elmi kadrların yetişməsində də böyük rol oynamışdır. Onun rəhbərliyi altında 3 doktorluq, 12 namizədlik dissertisiyası yerinə yetirilmişdir. Ə. Zeynalov, eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorluq və namizədlik dissertasiyaları üzrə ixtisaslaşmış Müdafiə Şurasının uzun müddət üzvü olmuşdur. Əkrəm Zeynalov uzun illər Tibb Universitetinin "Azərbaycan tarixi" kafedrasına rəhbərlik etmişdir.[mənbə göstərin] Filmoqrafiya Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007) Ə. Zeynalov, "Azərbaycan tarixşünaslığına yeni töhfə", Təzadlar.- 2009.- 5–7 mart.- S.10. [1] F. N. Məmmədov, "Şərəfli ömrün səhifələrini vərəqləyərkən", Təbib qəzeti. | https://az.wikipedia.org/w/index.php?curid=48320 |
Əkrəm ibn Əbu əl-Əkrəm | Əkrəm ibn Əbu əl-Əkrəm (590, Məkkə – 673, Mədinə, ərəb. الأرقم بن أبي الأرقم) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əsl adı Əbd Mənəf ibn Əsəd ibn Abdullahdır. Məkkədə anadan olmuşdur. O, Məxzumitlərin varlı və nüfuzlu Məkkə qəbiləsinə mənsub idi. Mənbələrə görə o, 80 ildən çox yaşayaraq 673 və ya 675-ci ildə vəfat etmişdir. Buna görə də o, təxminən 594 ilə anadan olması ehtimal edilir. Ərkəm həyatı boyu həmişə zəifləri və ehtiyacı olanları müdafiə etmiş, ədalətin ardıcıl tərəfdarı olmuşdur. O, təqvası və zahidliyi ilə seçilirdi. Əl-Ərkam təxminən 17-18 yaşında İslamı qəbul edən ilk şəxslərdən idi. Əl-Əkrəmin Səfa təpəsinin şərqindəki (ərəb. دار الأرقم) evi Məkkə müsəlmanlarının ilk mərkəzi olur. Burada ilk müsəlmanlar öz məclislərinə toplaşır, Quran oxuyur, birgə dualar edirdilər. Məhəmməd peyğəmbər buraya köçmüş və bir müddət yaşamışdır. Məkkə müşriklərinin müsəlmanlara ağır işgəncə və təhqirlərə məruz qaldıqları dövrdə müsəlmanların problemlərini öz aralarında paylaşa bildikləri yeganə yer Ərkəmin evi idi. Orada Peyğəmbərlə görüşüb gizli dua edə bilərdilər. Bu evdə Peyğəmbərin Ömər, Həmzə, Əmmar, Musab, Şüheyb və bir çox başqaları kimi məşhur səhabələr İslamı qəbul edir. Ömərin İslamı qəbul etməsindən sonra müsəlmanlar ilk dəfə Ərkəmin evini tərk edərək Kəbənin müqəddəs məbədində açıq şəkildə dua edirlər. Əl-Ərkəm Mədinəyə hicrət edən ilk müsəlmanlardan idi. Orada müsəlman dövlətinin qurulmasında və möhkəmlənməsində iştirak etmişdir. Bədr, Uhud, Xəndək və digər döyüşlərdə iştirak etmişdir. O, həm də savadlı bir şəxs idi və Peyğəmbərin katibləri arasında idi, Məhəmməd peyğəmbərə nazil olan vəhyləri yazırdı. | https://az.wikipedia.org/w/index.php?curid=735646 |
Əkrəm İmamoğlu | Əkrəm İmamoğlu (tam adı: Əkrəm İmamoğlu, türk. Ekrem İmamoğlu; 4 iyun 1970) — türk siyasətçi və İstanbul Böyük Şəhər Bələdiyəsinin hazırkı sədri. 2014–2019-cu illərdə Bəylikdüzü bələdiyyə sədri vəzifəsini icra etmişdir. O, 2019 İstanbul bələdiyyə seçkilərində ölkənin ən böyük müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının namizədi kimi seçilmişdir. Bu qələbənin ardınca İmamoğlu Türkiyə siyasətində parlayan ulduz adlandırıldı və 2023 Türkiyə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın potensial rəqiblərindən biri hesab edilirdi. İmamoğlu 1970-ci ilin iyununda Türkiyənin Trabzon şəhərinin qərbindəki Ağcaabadda anadan olub. Trabzon liseyini bitirmişdir və burada həvəskar futbolla məşğul olmuş və Trabzonsporda menecerlik etmişdir. O, həmçinin Trabzonspor FK BK basketbol komandasının vitse-prezidenti olmuşdur. İstanbul Universitetinə daxil olmuş və biznesin idarə edilməsi üzrə bakalavr, insan resurslarının idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almışdır. Məzun olduqdan sonra inşaat sahəsində ailə biznesinə qoşulmuşdur. 1995-ci ildə Dilək Qaya ilə evlənmişdir və üç övladı var. Siyasi fəaliyyəti İmamoğlu 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına (CHP) qoşulmuşdur və 2009-cu ildə partiyanın gənclər bölməsinin sədri seçilmişdir. 16 sentyabr 2009-cu ildə CHP tərəfindən İstanbul Bəylikdüzü bölgəsi üzrə partiyanın qəsəbə təşkilatının sədrliyinə seçilmişdir. Daha sonra 15 iyul 2013-cü ildə Bəylikdüzü bələdiyyə sədrliyinə namizədliyini vermək üçün vəzifədən ayrılmazdan əvvəl 8 mart 2012-ci ildə yenidən bu vəzifəyə seçilmişdir. Seçki 2014 Türkiyə bələdiyyə seçkilərinin tərkibində 30 mart 2014-cü ildə keçirildi və İmamoğlu vəzifədəki Ədalət və İnkişaf Partiyasının namizədi Yusuf Uzunu məğlub edərək və səslərin 50,44%-ni toplayaraq qalib gəlmişdir.İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Kadir Topbaşın 23 sentyabr 2017-ci ildə istefasından sonra İmamoğlu CHP tərəfindən namizəd kimi irəli sürüldü. Lakin İstanbul Bələdiyyə Məclisində Topbaşın qalan səlahiyyət müddətinin icrası ilə əlaqədar 28 sentyabr 2017-ci ildə keçirilən seçkidə İmamoğlu Ədalət və İnkişaf Partiyasının namizədi Mövlud Uysala üç raunddan sonra uduzdu: Uysal 179, İmamoğlu isə 125 səs toplamışdı. CHP 18 dekabr 2018-ci ildə 2019 İstanbul bələdiyyə seçkiləri üçün yenidən İmamoğlunun namizədliyini irəli sürdü. CHP ilə ittifaq quran İYİ Partiya və Xalqların Demokratik Partiyası (HDP) namizəd irəli sürməkdən imtina etmiş və bu da İmamoğlu üçün dəstəyi artırmışdır.Seçkilər 31 mart 2019-cu ildə keçirildi. Ali Seçki Şurasının qərarına görə 25,000 səs fərqi ilə İmamoğlu Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım üzərində qələbə qazandı. Ədalət və İnkişaf Partiyası öz namizədinin adından nəticələri mübahisələndirdi və iddia etdi ki, etibarsız səslər seçkiyə təsir etmiş ola bilər və ardınca da şəhərdə böyük plakatlar asaraq Yıldırımı qalib elan etdi. İmamoğlu öz növbəsində Partiyanı günahlandırdı və onu "pis məğlublar" adlandırdı. Səslərin yenidən hesablanması 17 aprel 2019-cu ildə başa çatdı və səs fərqi 16,000-ə endi və elə həmin gün sədrlik vəsiqəsi təqdim edilərək İmamoğlu vəzifəyə başladı. Yüksək Seçim Kurulu, 6 may 2019-cu ildə İstanbul Böyük Şəhər Bələdiyyə seçkilərinin yenilənməsinə qərar verdi və Əkrəm İmamoğlunun əlindən həmin gün sədirlik vəsiqəsi alındı. 23 iyun 2019-cu ildə təkrarlanan İstanbul Böyük Şəhər Bələdiyyə seçkilərində yenidən qələbə qazanaraq İstanbul Böyük Şəhər Bələdiyyə Sədri seçilmişdir. 2022-ci lin dekbar ayında Türkiyə ali seçki qurumunun üzvlərini təhqir etdiyi üçün 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. | https://az.wikipedia.org/w/index.php?curid=586925 |
Əkrəm Şəkinski | Əkrəm Məmmədəmin oğlu Şəkinski (16 noyabr 1929, Bakı – 25 iyun 1998, İstanbul) — Azərbaycan dövlət və siyasi xadimi, tanınmış mühəndis. Əkrəm Məmmədəmin oğlu Şəkinski 1929-cu il noyabr ayının 16-da Bakı şəhərində bu gün də böyük hörmətlə xatırlanan əfsanəvi "çekist" Məmmədəmin Şəkinskinin ailəsində dünyaya göz açmışdır. Atasının repressiyaya məruz qalaraq həbs olunması balaca Əkrəmi hələ yeniyetməlik çağlarından əmək fəaliyyətinə başlamağa vadar etdi. O, Xəzər Donanmasının İstehsalat kombinatının çörəkxanasında usta köməkçisi işləyərək qazandığı cüzi vəsaitlə məhrumiyyətlərə düçar olmuş ailəni dolandırırdı. Bir qədər sonra SSRİ "Baştunelmetrotikinti" İdarəsinin Bakıdakı Baş Markşeyder İdarəsində böyük fəhlə, kiçik texnik-geodeziyaçı işləmişdir. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib. "Azneft" birliyinin Dənizdə Geofiziki Kəşfiyyat İdarəsinə təyinat alan Əkrəm burada seysmik kəşfiyyat partiyasının böyük radiotexnikindən idarənin baş mühəndisliyinədək yüksəlir. Əkrəm Şəkinski "Texnoeksport" Ümumittifaq Birliyi ilə İran neft kompaniyası arasında bağlanmış müqavilənin məsləhətçi-rəhbəri kimi 1966–1968-ci illərdə İrana xidməti ezamiyyətə gedir. Orada onun rəhbərliyi ilə Cənubi Xəzərin İran sektorunda aparılan seysmik kəşfiyyat sayəsində 30-dan artıq perspektivli neft-qaz strukturları aşkarlanaraq dərin qazma işləri üçün hazırlanır. Onun qonşu ölkədəki məhsuldar fəaliyyəti SSRİ Geologiya Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. İrandan qayıtdıqdan sonra Ə. Şəkinski 1969-cu ildə SSRİ Neft Sənayesi Nazirliyinin "Azneftgeofizkəşfiyyat" Trestinin müdiri vəzifəsinə təyinat alır. Ölkənin neft sənayesi sistemində seysmik kəşfiyyat dəstəsinin rəisi, baş mühəndis və trest müdiri vəzifələrində çalışdığı illərdə Ə. Şəkinskinin rəhbərliyi və birbaşa iştirakı ilə quruda və dənizdə bir sıra perspektivli neft-qaz strukturları (quruda Kürsəngi, Qarabağlı, Muradxanlı; dənizdə Bulla-dəniz, Bahar, "Günəşli", Livanov və başqaları) aşkar edilərək dərin kəşfiyyat qazması üçün təhvil verilmişdir. Adları çəkilən strukturların bir qismi sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əsas istismar obyektlərinə çevrilmişdir. Xarici ölkələrlə iqtisadi əməkdaşlığa dair danışıqlar aparmaq məqsədilə Ə. Şəkinski hökumət komissiyalarının heyətində — 1969-cu ildə İranda, 1973-cü ildə Nigeriyada olmuşdur. 1974-cü ilin aprelində Ə. Şəkinski respublika hökumətinin üzvü kimi Nazirlər Soveti Geologiya İdarəsinin rəisi vəzifəsinə təyin edilir və ömrünün sonunadək bu vacib dövlət qurumuna yüksək səriştəlilik, peşəkarlıqla rəhbərlik edir. Ölkədə mineral-xammal bazasının genişləndirilməsi, faydalı qazıntı ehtiyatlarının artırılması Ə. Şəkinskinin fəaliyyətinin başlıca qayəsi idi. 1975–1990-cı illər ərzində polimetal filizlərinin, yodlu-bromlu suların, qara metallurgiya üçün xammalın resursları 2 dəfədən çox artırıldı. İnşaat materiallarının, üzlük və dekorativ daşların, yeraltı şirin, termomineral və müalicə sularının ehtiyatları yaradıldı. SSRİ Dövlət Ehtiyatlar Komissiyasında 1976-cı ildə Katex, 1983-cü ildə Filizçay və Kasdağ yataqları polimetal filizlərinin sənaye ehtiyatlarının təsdiq edilməsi ilə respublikamızın şimali-qərb bölgəsində əlvan metallurgiyanın güclü mineral-xammal bazası yaradıldı. 1983–1990-cı illər ərzində ölkəmizin geoloji xidməti tarixində ilk dəfə iki mis-qızıl filizi yatağı kəşf olunaraq sənaye kateqoriyaları üzrə ehtiyatları təsdiq edilmişdir. Bunun sayəsində ötən əsrin 90-cı illərinin əvvəllərində respublika ərazisinin ümumi perspektivləri nəzərə alınmaqla "Azərqızıl" Dövlət şirkətinin yaradılması mümkün oldu. Ə. Şəkinskinin geoloji-kəşfiyyat işlərinə rəhbərliyi dövründə onlarca müxtəlif növ qeyri-filiz xammalı və inşaat materialı yataqları kəşf edilmişdir. Bu müddət ərzində respublikada çoxsaylı inşaat materialı istehsalı kombinatları, tikinti daşı, bentonit gili, alüminium oksidi istehsalı üçün mexanikləşdirilmiş xammal karxanaları, Yeni Neftçala və Bakı Yod zavodları və texnoloji proseslərində mineral-xammal ehtiyatlarından istifadəyə əsaslanan bir çox müəssisə fəaliyyət göstərirdi. Ekoloji və digər problemlərin həlli ilə bağlı məsələlər həmişə Ə. Şəkinskinin diqqət mərkəzində olmuşdur. Buraya, ilk növbədə, yüksək keyfiyyətli yeraltı şirin və müalicəvi mineral su ehtiyatlarının aşkar edilməsi, Bakı şəhərinin su təminatının əsaslandırılması, iqtisadiyyat üçün daim təhlükə mənbəyi olan ekzogen geoloji proseslərin (sürüşmələr, torpaq eroziyası və s.) aşkarlanaraq öyrənilməsi, binaların zirzəmilərində subasması ilə mübarizəyə dair təkliflərin verilməsi, ölkə paytaxtının sanitar-ekoloji şəraitinin yaxşılaşdırılması və başqa bu kimi məsələlər aid idi. Əkrəm Şəkinskinin iştirakı ilə Şəki-Qəbələ bölgəsində kəşf olunmuş miqdarı saniyədə 15 kubmetr təşkil edən yeraltı su ehtiyatları hesabına Bakı şəhəri və Abşeron yarımadasının əlavə su təminatının alternativ variantı da yaradılmışdır. Artıq bu variantın tam gerçəkləşməsinə çox az müddət qalır. Ə. Şəkinskinin elmi axtarışları nəticəsində Qanlı gölün ətraf mühitə, ilk növbədə, metro xəttinə və şəhər qəbiristanlığına zərərli təsiri öyrənilərək bunun ləğvi variantları təklif edilmişdi. Bu təklif də artıq öz müsbət həllini tapıb. Onun təşəbbüsü ilə və rəhbərliyi ilə 1988–1989-cu illər ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron yarımadası ərazilərinin radioaktiv çirklənməsinin səviyyəsi hərtərəfli öyrənilmişdir. Nəticə etibarilə fon göstəricilərini üstələyən 100-ə yaxın radioaktiv çirklənmə mənbəyi aşkarlanaraq ləğv edilmişdir. Ə. Şəkinski bir sıra dövlət və hökumət komissiyalarının üzvü idi. Sovet İttifaqı nümayəndə heyətinin tərkibində 1989-cu ildə ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş XXVIII Ümumdünya Geoloji Konqresin işində fəal iştirak etmişdi. X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri, medallarla, respublika Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar geoloqu" və "SSRİ Yer təkinin fəxri kəşfiyyatçısı" fəxri adlarını almışdı. Ə. Şəkinski iki dəfə — Kürsəngi neft-qaz yatağının aşkar olunması və kəşfiyyatına və Binə-Hövsan və Neftçala yodlu-bromlu su yataqlarının aşkar edilməsi, kəşfiyyatı və sənaye mənimsənilməsi üçün təhvil verilməsinə görə "Yatağın ilk açanı" diplomuna və fəxri nişanına layiq görülmüşdü. Ə. Şəkinski Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində xidməti ezamiyyətdə olarkən — 1998-ci il iyun ayının 25-də vəfat edib. O, Bakıda, Fəxri xiyabanda dəfn edilib. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=199761 |
Əkrəm Əlican | Əli Əkrəm Əlican (1916, Adapazarı[d] – 18 iyun 2000, İstanbul) — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Həyatı və təhsili Əli Əkrəm Əlican 1916-cı ildə Ada bazarında Qafqazdan üçüncü nəsil çərkəz mühacir Yusif Əfəndi və Əminə xanımın ailəsində anadan olub. Onun Fuad və İsmayıl Haqqı adlı iki böyük qardaşı var idi. 1930-cu ildə Ada bazarında orta məktəbi bitirdikdən sonra İstanbul Nişantaşı Şişli Tərəkki Liseyinə internat tələbəsi olaraq daxil olub. 1934-cü ildə Əkrəm Əlican orta məktəbi bitirib və Mekteb-i Mülkiye adlı ali təhsil müəssisəsinə daxil olaraq burada maliyyə üzrə təhsil alıb. Bu Universitetin İstanbulda olmasına baxmayaraq, 1936-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsi adı ilə Ankaraya köçüb. O, 1937-ci ildə ali təhsilini başa vurub və Maliyyə Nazirliyi tərəfindən təqaüdlə London İqtisadiyyat Məktəbinə göndərilib. İkinci Dünya Müharibəsinin başlaması səbəbindən o, bir il yarım vaxtdan sonra vətəninə qayıtmalı olub. O, 1946-cı il mayın 29-da öz şəhərinin 18 yaşlı gənc qızı Naciye Gülərlə nişanlanıb və cütlük 9 may 1947-ci ildə evlənib. Bu evlilikdən onların Əminə Nilüfər (1948-ci il təvəllüdlü), Canan (1951-ci il təvəllüdlü) və oğlu Yusif (1958-ci il təvəllüdlü) adlı üç övladları doğulub. Hərbi xidməti Əkrəm Əlican Maliyyə Nazirliyində müfəttiş köməkçisi kimi xidmətə daxil olub. 1940–41-ci illərdə Çanaqqalada artilleriya leytenantı kimi məcburi hərbi xidmət keçib. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Nazirlik onu yenidən Londona göndərmək istəsə də, lakin o, oğlunun Nazirlikdə işləməsindən məmnun olan atasını razı sala bilməyib. Bir müddət sonra Əkrəm Əlican müfəttiş vəzifəsinə yüksəlib. 1946-cı ildə isə yenidən qısa müddətə hərbi xidmətə çağırılıb.Əkrəm Əlican ikinci hərbi xidmətini başa vuraraq 7 illik xidmətdən sonra Nazirlikdəki vəzifəsindən istefa verib doğma şəhərinə qayıdıb. Burada o, digər üç qohumu ilə birlikdə kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olan firma yaradıb, lakin bu firma qısaömürlü olub. Siyasi fəaliyyəti Əkrəm Əlican 34 yaşında Demokrat Partiyasına daxil olub və 1950-ci ildəki seçkilərdə Kocaeli şəhərinin millət vəkili seçilib. Daha sonra ailəsi Ankaradan köçüb.1951-ci ildə Əlican Ada bazarında regionun çox ehtiyac duyduğu şəkər emalı zadonun tikintisi üçün ayağa qalxıb və 1953-cü ildə bu zavod istehsala başlayıb.1952-ci ildə başlamış partiyadaxili mübahisələri çoxalsa da, o, 1954-cü ildəki seçkilərdə iştirak edib və parlamentdəki yerinib qoruyub saxlayıb, 1955-ci ildə Demokrat Partiyasında "sübut etmək hüququ" hərəkatına qoşulub və oradakı mübahisələr səbəbindən Partiyanı tərk edən 9 deputatdan biri olub. 1955-ci ilin 20 dekabr tarixində 19 siyasətçi Azadlıq Partiyası adı altında siyasi partiya yaratmaq qərarına gəlib. Beləliklə, həmtəsisçilər arasında Əkrəm Əlican, Əkrəm Xeyri Üstündağ və Fevzi Lütfi Qaraosmanoğlundan sonra üçüncü partiya lideri olub. 1957-ci il 27 oktyabrda Azadlıq Partiyası seçkilərdə uğursuz oldu, ondan parlamentə cəmi 4 nəfər keçdi. 1958-ci il 24 noyabrda partiyanın qurultayında partiya buraxıldı. Üzvlərin çoxu ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasına qoşulsa da, ancaq Əkrəm Əlican onlarla getmədi.1960-cı il mayın 27-də Demokrat Partiyasının hökumətini devirən hərbi çevrilişdən dərhal sonra mayın 30-da xunta olan Milli Birlik Komitəsi tərəfindən o, Maliyyə Naziri təyin edildi. 1960-cı ilin 26 dekabrında Əkrəm Əlican ordu ilə arasındakı maliyyə siyasəti ilə bağlı mübahisələrə görə kabinetdən istefa verdi. Alican resigned from the cabinet on December 26, 1960 due to disputes over financial politics with the militaries.O, 13 fevral 1961-ci ildə yeni qurulan iki partiyadan biri olan və məqsədi qadağan olunmuş Demokrat Partiyasının səslərini cəlb etmək olan Yeni Türkiyə Partiyasını qurdu. Partiyanın lideri isə özü oldu. 1961-ci il oktyabrın 15-də keçirilən ümumi seçkilərdə Yeni Türkiyə Partiyası yalnız cüzi 13,73% səs toplaya bildi və nəticədə parlamentdəki ümumi 450 yerdən 65 yer qazandı və eyni gündəki senat seçkilərində isə onun partiyası ümumi səslərin 13,0%-ni topladı, bu da 150 yerdən 27-si demək idi. O, Doğma şəhəri Ada bazarını da birləşdirərək Sakarya vilayətinə millət vəkili seçildi.Əkrəm Alican 1962-ci il iyunun 25-dən 1963-cü il dekabrın 25-nə kimi fəaliyyət göstərən Cümhuriyyət Partiyasının lideri İsmət İnönünün koalisiya hökumətində Baş nazirin müavini vəzifəsind çalışıb. O, 1965-ci il oktyabrın 10-da keçirilən seçkilərdə yenidən Sakaryanın millət vəkili seçilib və onun partiyası parlamentdəki 450 yerdən 19-nu qazanıb. 1966-cı il oktyabrın 17-də Əkrəm Əlican partiya lideri vəzifəsindən istefa verib və 1969-cu ildə isə o, siyasətdən geri çəkilib. Sonrakı illəri və ölümü 1970–1980-ci illərdə Əkrəm Əlican Türkiyənin ən böyük özəl banklarından biri Yapı Kredi Bankında İdarə Heyətinin sədri vəzifəsində çalışıb.O, 2000-ci il 18 iyunda 84 yaşında İstanbulda Yeniköydəki evində vəfat edib. Təşvikiyə məscidində keçirilən dini mərasimin sonra Ada bazarının İkicə Müsəlman kəndindəki ailə qəbiristanlığında torpağa tapşırılıb. Onun həyat yoldaşı və üç övladı qalıb. | https://az.wikipedia.org/w/index.php?curid=784915 |
Əkrəm Əylisli | Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937, Yuxarı Əylis, Ordubad rayonu) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980). "Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur. Polşanın Poznan şəhərinin Fəxri vətəndaşıdır. Belorusiya SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Şərəf nişanı", "İstiqlal", "Şöhrət" ordenləri və medallarla təltif edilmişdir. Bədii yaradıcılığa şeirlə başlamış, lakin ilk mətbu hekayəsi "Qəşəm və onun kürəkəni"dir ("Azərbaycan" jurnalı, 1959, N 7). Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Özü də bədii tərcümələr edir, Vasili Şukşinin, Qabriel Qarsiya Markesin, V.Korolenkonun, İ.Turgenevin, Ç.Aytmatovun, H.Məlikin əsərlərini dilimizə çevirmişdir. Yaradıcılığında dram əsərlərı xüsusi yer tutur. "Quşu uçan budaqlar", "Mənim nəğməkar bibim", "Bağdada putyovka var","Vəzifə", "Anamın pasportu", "Ata mülkü", "Bir cüt badmüşk ağacı", "Yastı təpə" pyesləri Bakı, Naxçıvan, Gəncə və İrəvan dram teatrlarında tamaşaya qoyulmuşdur. Ssenariləri əsasında "Gilas ağacı", "Ürək yaman şeydir", "Sürəyya" filmləri çəkilmişdir. 2005-ci ildə Azərbaycan Milli Məclisinə üzv seçilmişdir. Əkrəm Əylisli "Daş yuxular" əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etməsi ilə ittiham edilərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "Xalq yazıçısı" fəxri adından məhrum edilmişdir. Amerikalı ədəbiyyatşünas Malihe Tayrelın fikrincə, Əylisli "Sovet cəmiyyətinin soyuqluğu və biganəliyindən doğan özgəlik hissini" təsvir edir. Əylislinin prozası səmimi və alovlu, ancaq eyni zamanda müstəqil fikirlidir. Onun əsərləri ədəbi və siyasi cərəyanlardan eyni dərəcədə uzaq durur və "soyuq, yad cəmiyyətə qarşı mübarizə apararaq, onun öz şəxsiyyətini ifadə edir".Ə.Əylisli 60-cı illərdə milli nəsrin yenilik axtarışlarını yaradıcılığında özünəməxsus şəkildə təmsil edən ilk yazıçılardan oldu. O, əsəsrlərində əsasən müharibə dövründəki və müharibədən sonrakı kəndi göstərirdi. Onun nəsrinin əsas qəhrəmanı bu dövrün kəndində dünyaya gəlmiş, xaraktercə formalaşmış, dünyanı və insanları tanımağa başlamışdır. Gilas ağacı. Bakı: Uşaqgəncnəşr, 1961, 47 səh. Dağlara çən düşəndə. Bakı: Azərnəşr, 1963, 56 səh. Atalar və atasızlar. Bakı: Azərnəşr, 1965, 121 səh. Mənim nəğməkar bibim. Bakı: Azərnəşr, 1968 Adamlar və ağaclar. Bakı: Gənclik, 1970, 247 səh. Kür qırağının meşələri. Bakı: Gənclik, 1971, 50 səh. Ürək yaman şeydir. Bakı: Gənclik, 1973, 152 səh. Bu kənddən bir qatar keçdi. Bakı: Azərnəşr, 1977, 267 səh. Gilənar çiçəyinin dedikləri. Bakı: Yazıçı, 1983, 438 səh. Adamlar və ağaclar. Bakı: Gənclik, 1985, 320 səh. Ədəbiyyat yanğısı. Bakı: Yazıçı, 1989, Seçilmiş əsərləri (iki cilddə). I c, Bakı: Azərnəşr, 1987, 497 səh. Seçilmiş əsərləri (iki cilddə). II c, Bakı: Azərnəşr, 1987, 416 səh. Möhtəşəm tıxac (roman). Daş yuxular (roman). Safsar (povest). Bakı: Qanun, 2018. Tərcümələri Malik Həddad. Çevrilmiş səhifə (roman). Bakı: Azərnəşr, 1965, 116 səh. Henrix Böll. O illərin çörəyi (povest). Bakı: Azərnəşr, 1966, 126 səh. Konstantin Paustovski. Qızıl Qönçə. Bakı: Azərnəşr, 1968, 238 səh. Çingiz Aytmatov. Əlvida, Gülsarı. Bakı: Gənclik, 1969, 261 səh. Salman Rüşdi. Peyğəmbər tükü. Bakı: Qanun, 2019, 80 səh. Filmoqrafiya Bağdada putyovka var... (film, 2000) Çay daşının göz yaşı... (film, 1971) Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003) Gilas ağacı (film, 1972) Həmyerli (film, 1989) Hörmətli alim yoldaşlar (film, 1971) Kimdir Məmməd Məmmədov? (film, 1973) Kür – dostluq çayıdır (film, 1985) Müşavirə (film, 1971) Sürəyya (film, 1987) Şəbih (film, 1971) Tənha narın nağılı (film, 1984) Ulu diyar (film, 1984) Üçüncü zəng (film, 2006) Ürək yaman şeydir... (film, 1992) Vətəndaş sərnişinlər... (film, 1971) "Yüz vədə bir borcu ödəməz" (film, 1971) Xarici keçidlər Əkrəm Əylislinin "Daş yuxular" romanı. (rus.) | https://az.wikipedia.org/w/index.php?curid=37455 |
Əks-inqilab | Əks inqilab, bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər. | https://az.wikipedia.org/w/index.php?curid=598324 |
Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası | Robert Konkvestin məlumatına görə, 1917–1922-ci illərdə ÇK-nın inqilabi tribunallarının və məhkəmədənkənar iclaslarının hökmləri ilə ümumilikdə 140,000 adam güllələnmişdir. Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin arxiv məlumatlarına əsaslanaraq bu rəqəmi tənqid etmişdir. Onun sözlərinə görə, “bütün qeyd-şərtlər və şişirtmələr nəzərə alındıqda ÇK orqanlarının qurbanlarının sayı 50 min nəfərdən çox ola bilməz". Komissiyanın ölkələrdə əksinqilabla mübarizə aparmaq üçün ərazi bölmələri var idi."ÇK" abbreviaturasından "çekist" sözü yaranmışdır. Vladimir Lenin onun formalaşmasında əsas ideoloqdur. O, Ümumrusiya Fövqəladə Komissiyası haqqında danışarkən onsuz "dünyada istismarçılar var olduqca zəhmətkeş xalqın hakimiyyəti mövcud ola bilməz..." demiş, onu "bizim saysız-hesabsız sui-qəsdlərə, sovet hakimiyyətinə sonsuz dərəcədə güclü olan insanların saysız-hesabsız cəhdlərinə qarşı bizim zərbə silahımız" adlandırırmışdır.27 yanvar 1921-ci ildən bu idarənin vəzifələrinə uşaqlar arasında evsizliyin və baxımsızlığın aradan qaldırılması daxildir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=763952 |
Əks-partizan | Əks-partizan və ya Kontrgerilla — NATO tərkibindəki ölkələrdə sol təşkilatlanmağa, kommunist və marksist-leninist hərəkatına qarşı yaradılan CİA əlaqəli gizli Qladio təşkilatlanmalarının Türkiyədəki adı. NATO-un Xüsusi Hərb təlimnamələrinə görə, üzv ölkələrdə qurulan NATO vahidləri Türkiyədə 1952 ya da 1953-də əvvəl Səfərbərlik Tədqiq Təşkilatı adıyla təşkilatlanmış sonra doğrudan Baş qərargah rəisliyinə bağlı Xüsusi Hərb Dairəsi damı altında və bunun vətəndaş davamı olaraq fəaliyyət icra etmişdir. Bülənt Əcəvit 1974-də dövrün Baş qərargah Başçısı Semih Sancardan Xüsusi Hərb Dairəsinin varlığını öyrənmişdir. Türkiyədə 1980 çevrilişinin rəhbəri Baş qərargah rəisi Kənan Evrənin Türk əks-partizan "stay-behind" təşkilatlanmasının bir üzvü olduğu iddia edilir.Türkiyədə də "stay-behind" qruplardakı liderlərin qanuni vəzifələrdə olma üst-üstə düşməsi yaşanmışdır. Həmçinin bax 27 may hərbi çevrilişi Qanlı Bazar 12 Mart Qeydi 12 sentyabr hərbi çevrilişi Qızıldərə hadisəsi Qanlı 1 May 16 Mart Qırğını Bahçelievler Qırğını Maraş qırğını Doğan Öz cinayəti Bədrətdin Comərd cinayəti Abdi İpəkçi sui-qəsdi Kamal Türklər sui-qəsdi Əcəvitə edilən sui-qəsd cəhdləri Özal Sui-qəsdi | https://az.wikipedia.org/w/index.php?curid=379967 |
Əks-qəza avtomatikası | Əks-qəza avtomatikası (ƏQA) — enerji sistemin elektroenergetika rejiminin parametrlərinin ölçülməsini və emal edilməsini, məlumatların ötürülməsi və idarəetmə əmrlərinin verilməsini və nəzarət tədbirlərinin müəyyən edilmiş alqoritm və parametrlərə uyğun həyata keçirilməsini təmin edən, enerji sistemdə olan qəza rejimlərinin inkişafının qarşısını alan və ləğv edən qurğuların cəmidir. ƏQA qurğusu — qəzaların qeyd edilməsini həyata keçirən, enerji sistemin elektroenergetika rejiminin parametrlərini emal edən, idarəetmə təsirlərini seçən, qəza siqnalları və idarəetmə əmrlərini ötürən və ya nəzarət təsirlərini həyata keçirən və bütövlükdə (operativ və texniki) xidmət göstərən texniki qurğudur (aparat, terminal). ƏQA nəzarət təsirləri ƏQA aşağıdakı nəzarət təsirlərindən istifadə edir: Turbo və hidroturbinlərin yüklərinin açılması Generatorların açılması Generatorları işə salınması Generatorun yüklənməsi Yüklərin açılması Generatorların təsirlənməsinin forsirovkası Uzununa və eninə kompensasiya qurğularının idarə edilməsi (şuntlayıcı reaktorların qoşulması, şuntlayıcı reaktorların açılması, kompensasiyanın sürətləndirilməsi) Sistemin qeyri-sinxron işləyən hissələrə bölünməsi Sistemin bölünməsinə səbəb olmayan xətlərin və transformatorların, seksiya və şin açarların açılmasıGöstərilən idarəetmə təsirlərindən istifadə etmək qeyri-mümkün olduqda və ya onların səmərəliliyi az olduqda əlavə təsirlərdən istifadə edilə bilər: Generatorların elektriki tormozlanması Yüksək təzyiqdən buxar turbininin yükünün açılması Ötürücü xətlərin gücünün idarəedilməsi Dəyişən cərəyanın ötürülmə gücünə faza nəzarəti və digərləri | https://az.wikipedia.org/w/index.php?curid=622960 |
Əks-səda | Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. Əks-səda və səs lokasiyası Əks-səda səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. Ultrasəsdən də əks-səda lokasiyasındavə defektoskopiyada geniş tətbiq edilir. İlk ultrasəs lokatorunun müəllifi fransız fiziki P. Lanjeven olmuşdur. Ultrasəs lokatorları neft və qaz çıxarma işlərində və tibbdə də geniş tətbiq edilir. Həmçinin bax Exolokasiya M. Murquzov. Fizika. VII sinif üçün dərslik. | https://az.wikipedia.org/w/index.php?curid=268884 |
Əks-səda (film, 1987) | Film 70-ci illərin axırlarında parlaq istedadları ilə ürəklərdə işıqlı ümidlər doğurmuş dörd istedadlı, həvəskar müğənninin aqibətindən, sonrakı taleyindən, istedada qayğı əvəzinə laqeydliyin acı nəticələrindən söhbət açır. Festivallar və mükafatlar 1)1987-ci ildə Filmin yaradıcıları Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Vladimir Konyagin Səs operatoru: Akif Nuriyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 329; 377. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815. | https://az.wikipedia.org/w/index.php?curid=30724 |
Əks-səda və səs lokasiyası | Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. Əks-səda və səs lokasiyası Əks-səda səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. Ultrasəsdən də əks-səda lokasiyasındavə defektoskopiyada geniş tətbiq edilir. İlk ultrasəs lokatorunun müəllifi fransız fiziki P. Lanjeven olmuşdur. Ultrasəs lokatorları neft və qaz çıxarma işlərində və tibbdə də geniş tətbiq edilir. Həmçinin bax Exolokasiya M. Murquzov. Fizika. VII sinif üçün dərslik. | https://az.wikipedia.org/w/index.php?curid=268894 |
Əks inqilab | Əks inqilab, bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər. | https://az.wikipedia.org/w/index.php?curid=790907 |
Əks kəşfiyyat | Əks-kəşfiyyat, kəşfiyyata qarşı durmaq, onların vəzifəsi düşmənin və ya digər ölkələrin kəşfiyyat idarələri tərəfindən həyata keçirilən kəşfiyyata qarşı mübarizə, düşmənlərin və düşmən kəşfiyyat orqanlarının kəşfiyyat məlumatları toplamasının qarşısının alınması və ya əldə ediləcək məlumatları manipulyasiya etməkdir. Milli kəşfiyyat orqanları, buna əsaslanan ölkələrin təhlükəsizliyi hücum üçün həssasdır. Dövlətlər əks-kəşfiyyat idarələrini xüsusi məqsədlər üçün xüsusi xidmət orqanlarından ayrı və müstəqil şəkildə təşkil edirlər. Əksər ölkələrdə əks kəşfiyyat orqanları birdən çox agentliyin nəzdində düşmən kəşfiyyatına qarşı mübarizə aparır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, İngiltərədə Security Service əks kəşfiyyat orqanlarına nümunə göstərilə bilər. Əksər hallarda əks kəşfiyyat agentliklərinin birbaşa polis gücündən istifadə etmə hüququ yoxdur; lakin qanun çərçivəsində yerli təhlükəsizlik qüvvələrindən istifadə edə bilər və ya detektiv qüvvədən istifadə etmək səlahiyyəti olan qurumlar yarada bilərlər. İngiltərədə Təhlükəsizlik Xidməti nəznində (Security Service) “Xüsusi şöbə” (Special Branche) adlandırılan və Milli Təhlükəsizlik məsələlərində detektiv qüvvədən istifadə etmək səlahiyyətinə sahib olan xüsusi bir ofis mövcuddur. Rusiyada FSB, Polşada Służba Kontrwywiadu Wojskowego, Agencja Bezpieczeństwa Wewnętrznego kimi təşkilatlar bir çox daxili təhlükəsizlik agentliklərinə birbaşa əmrlər verirlər. | https://az.wikipedia.org/w/index.php?curid=625581 |
Əks mühəndislik | Tərsinə mühəndislik — deduktiv mülahizə vasitəsilə əvvəllər hazırlanmış cihazın, prosesin, sistemin və ya proqram təminatının bir tapşırığı necə yerinə yetirdiyinin (əgər varsa) başa düşülməyə çalışıldığı proses və ya üsul. Nəzərdən keçirilən sistemdən və istifadə olunan texnologiyalardan asılı olaraq, tərsinə mühəndislik zamanı əldə edilən biliklər köhnəlmiş obyektlərin təyinatının dəyişdirilməsinə, təhlükəsizlik analizinin aparılmasına və ya bir şeyin necə işlədiyini öyrənməyə kömək edə bilər.Prosesin həyata keçirildiyi obyektə xas olmasına baxmayaraq, bütün tərsinə mühəndislik prosesləri üç əsas addımdan ibarətdir: məlumatın çıxarılması, modelləşdirmə və nəzərdən keçirmə. Məlumat çıxarma əməliyyat üçün bütün müvafiq məlumatların toplanması təcrübəsidir. Modelləşdirmə, yeni bir obyekt və ya sistemin layihələndirilməsi üçün bələdçi kimi istifadə edilə bilən abstrakt bir modeldə toplanmış məlumatların birləşdirilməsi təcrübəsidir. Nəzərdən keçirmə seçilmiş abstraktın etibarlılığını təmin etmək üçün modelin sınaqdan keçirilməsidir. Tərsinə mühəndislik kompüter mühəndisliyi, maşınqayırma, dizayn, elektron mühəndislik, proqram mühəndisliyi, kimya mühəndisliyi və sistem biologiyası sahələrində tətbiq olunur. Müxtəlif sahələrdə tərsinə mühəndisliyi yerinə yetirməyin bir çox səbəbi var. Tərsinə mühəndislik öz mənşəyini kommersiya və ya hərbi üstünlük üçün aparatların analizindən alır.:13 Bununla belə, tərsinə mühəndislik prosesi həmişə surətin yaradılması və ya artefaktın hansısa şəkildə dəyişdirilməsi ilə bağlı olmaya bilər.:15Bəzi hallarda tərsinə mühəndislik prosesinin məqsədi sadəcə olaraq köhnə sistemlərin yenidən sənədləşdirilməsi ola bilər.:15 Hətta tərsinə çevrilmiş məhsul rəqibin məhsulu olsa belə, məqsəd onu kopyalamaq deyil, rəqibin analizini aparmaq ola bilər. Tərsinə mühəndislik qarşılıqlı fəaliyyət göstərən məhsullar yaratmaq üçün də istifadə edilə bilər və bəzi dar çərçivədə hazırlanmış ABŞ və Avropa İttifaqı qanunvericiliyinə baxmayaraq, bu məqsədlə xüsusi tərsinə mühəndislik üsullarından istifadənin qanuniliyi iyirmi ildən artıqdır ki, bütün dünyada məhkəmələrdə qızğın mübahisələrə səbəb olur. | https://az.wikipedia.org/w/index.php?curid=828674 |
Əksinqilabla Mübarizə Təşkilatı | Əks-inqilabla Mübarizə Təşkilatı (az-əbcəd. عكس انقلاب ايله مبارزه تشكيلاتى) — 11 iyun 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi yanında yaradılmış əks-kəşfiyyat orqanı. Yaradılması 1919-cu il fevralın 18-də Fətəli xan Xoyskinin Azərbaycanda, xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli surətdə silahlı hərbi dəstələr təşkil etdiklərini, ağqvardiyaçılar üçün əsgər yazılışı aparıldığı barədə məruzəsindən sonra, həmçinin Denikin qüvvələrinin 1919-cu il mayın axırlarında Dərbəndi tutmasının təsiri ilə yaradılmışdır. Hökumətin 1919-cu il iyunun 9-da keçirilən iclasında Parlamentin tövsiyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan — 5 nəfər hökumət üzvündən (baş nazir, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alındı. Qurumun formalaşdırılması Nəsib bəy Yusifbəyli tərəfindən parlamentin "Müsavat" fraksiyasının üzvü Məmmədbağır Şeyxzamanlıya həvalə edilmiş, onun müavini Mir Fəttah Musəvi təyin olunmuşdu. Şeyxzamanlı təşkilata həmin il avqustun 20-dək başçılıq etmiş, istefa verdikdən sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilmişdi. İlk vaxtlar ƏMT–na əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, ƏMT əməkdaşlarının üçdə ikisi "Müsavat", üçdə biri isə "Hümmət" partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin Müsavatdan, müavininin isə Hümmətdən təyin edilməsi nəzərdə tutulmuşdu. Təşkilatın ilk rəisi Müsavat partiyasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və onun aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanlı təyin edilmişdi. Rəis müavini isə Hümmət partiyasının üzvü Mir Fəttah Musəvi təyin edildi. ƏMT denikinçilərə, erməni-daşnak casuslarına və bolşeviklərə qarşı sərbəst mübarizə apara bilirdi. Lakin təşkilatın əməkdaşları sonunculara qarşı mübarizədə çətin problemlərlə üzləşirdi. ƏMT-da işləyəm 17 nəfər hümmətçi əməkdaş, başda Musəvi olmaqla, bolşeviklərin ölkə daxilindəki fəaliyyətinə qarşı mübarizəyə açıq və ya gizli şəkildə mane olurdular. Musəvi 5 sentyabr 1919-cu ildə dəmiryol teleqrafının rəisi Hacı bəy Seyidbəyov tərəfindən öldürüldükdən sonra 19 noyabr 1919-cu ildə rəis müavini vəzifəsinə Mahmud bəy Səfikürdski təyin edildi. Məmmədbağır bəy Şeyxzamanlı 20 avqust 1919-cu ildə vəzifəsindən istefa verdi. Elə həmin gün onun qardaşı Nağı bəy Şeyxzamanlı ƏMT-nin yeni rəisi təyin olundu. ƏMT öz fəaliyyətini "Azərbaycan Respublikası əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri haqqında" Əsasnaməyə uyğun qurmuşdu. 22 maddədən ibarət olan Əsasnamədə əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri göstərilmişdi. Bakı və onun ətrafında təşkilatın 8 rayon bölməsi təsis edilmişdi. Rayon bölmələrinə ƏMT-nin mərkəzi aparatının əməkdaşları rəhbərlik edirdilər. Təşkilatın əməkdaşları arasında müxtəlif partiya və siyasi cərəyanların nümayəndələri var idi. ƏMT-da azərbaycanlılarla yanaşı, türklər, ruslar, ukraynalılar və gürcülər də (məsələn, Lavrenti Beriya) işləyirdilər. Ermənilər bu təşkilatda yox idi. 26 oktyabr 1919-cu ildə Dövlət Müdafiə Komitəsi denikinçilərlə mübarizəni gücləndirmək üçün Bakı İstehkamat Hissəsinin (Bakı Möhkəmləndirilmiş Müdafiə rayonu) səlahiyyətlərini genişləndirmiş, keşikçi, axtarış polislərini, eləcə də ƏMT-ni də onun rəisinə tabe etdirmişdi. Bolşevizmlə mübarizə yalnız bundan sonra ƏMT-nin fəaliyyətində əsas yeri tutmağa başladı. ƏMT digər orqanlarla birlikdə bu sahədə çoxlu sayda uğurlu əməliyyatlar aparmışdı. Təşkilatın arxiv sənədlərindən, ayrı-ayrı şəxslərə göndərilmiş məktublardan aydın olur ki, Bakıda Denikin ordusunun rus casusları ilə erməni-daşnak casusları sıx əlaqədə işləmiş, geniş casusluq şəbəkəsi yarada bilmişdilər. Rusiyanın Xəzərdəki silah-sursat dolu 27 hərb gəmisinin Azərbaycan tərəfinə təhvil verilməsi və onların Azərbaycan bayrağı altında üzməsi probleminini həlli ilə bağlı aparılan danışıqlarda ƏMT-nin rəhbərliyi fəal rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 6 mart 1920-ci il tarixli qərarı ilə fəaliyyətini dayandırmışdır. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001. (az.) Qasımov, Cəlal. Cümhuriyyətin təhlükəsizlik orqanları (1918-1920) (az.). Bakı: Vanur Poliqraf. 2018. ISBN 978-9952-4540-9-3. | https://az.wikipedia.org/w/index.php?curid=552094 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.