!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əhmədbəyli (Saatlı) | Əhmədbəyli (əvvəlki adı: Telmankənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Dədə Qorqud kənd inzibati-ərazi vahidi tərkibindəki Telmankənd kəndi Əhmədbəyli kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Əhmədbəyli kəndi Dədə Qorqud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əhmədbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisinin sayı 1441 nəfərdir. | https://az.wikipedia.org/w/index.php?curid=108512 |
Əhmədbəyli (Samux) | Əhmədbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun Əli Bayramlı kənd inzibati-ərazi vahidi tərkibindəki Əli Bayramlı kəndi Əhmədbəyli kəndi, Əli Bayramlı kənd inzibati-ərazi vahidi Əhmədbəyli kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Əhalisinin sayı 1684 nəfərdir. | https://az.wikipedia.org/w/index.php?curid=89003 |
Əhmədbəyli bələdiyyəsi | Əhmədbəyli bələdiyyəsi (Füzuli) — Füzuli rayonunda bələdiyyə. Əhmədbəyli bələdiyyəsi (Saatlı) — Saatlı rayonunda bələdiyyə. Əhmədbəyli bələdiyyəsi (Samux) — Samux rayonunda bələdiyyə. | https://az.wikipedia.org/w/index.php?curid=361916 |
Əhmədbəyli bələdiyyəsi (Füzuli) | Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=351561 |
Əhmədcan Kasimi | Əhmədcan Kasimi(d. 15 aprel 1914, Külcə Çin - v. 27 avqust 1949, SSRİ) — Uyğur əsilli siyasətçi. 1946–1949-cu illər aralığında İkinci Şərqi Türkistan Respublikasının prezidenti olmuşdur. Əhmədcan 1914-cü ildə Külcədə anadan olmuşdur. O, 1936-cı ildə Moskvadakı Şərq Xalqları Kommunist Universitetində təhsil almış və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalinin adamı" və "kommunist düşüncəli proqressiv" şəxs kimi təsvir edilirdi. 15 aprel 1914-cü ildə Çin Xalq Cümhuriyyətinin Külcə şəhərində dünyaya gəlmişdir. 1936-cı ildə Moskvanın Şərq Dəstəkçiləri Kommunist Universitetində oxumuş və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalin adamı" və "kommunist düşüncəli mütərəqqi" biri kimi xarakterizə edilirdi.17 avqust 1949-cu ildə Pekinə getmək üçün mindiyi təyyarənin düşməsi nəticəsində Baykal gölü ətrafında dünyasını dəyişmişdir. 1944-cü ilin noyabrında İli üsyanı zamanı Sincan əyalətinin üç şimal-qərb bölgəsində qurulmuş Sovet Şərqi idarəsi İkinci Şərqi Türkistan Respublikasının idarəetmə şurasının üzvü idi. Qasiminin özü üsyanın planlaşdırılması ilə məşğul deyildi. İkinci ETR-ə əvvəlcə mühafizəkar İslam hökumətinin yaradılmasını dəstəkləyən Elxan Törə rəhbərlik etdi. Əlixan Törəyə 1946-cı ildə Stalinin əmri ilə ev həbsi verildi. Qasimi sovet tərəfdarı olan Şərqi Türkistan Türk Xalqları Milli Azadlıq Komitəsinin lideri seçildi. 1946-cı ilin iyununda Qasimi Dihua (indiki Urumçi) şəhərində koalisiya əyalət hökuməti qurmaq üçün milliyyətçi Çin lideri Zanq Zizhonq ilə siyasi razılaşma əldə etməyə çalışdı. İkinci ETR adı ilə dağılmalı idi, lakin üç rayon muxtariyyət saxladı. ETR prezidenti olaraq Qasimi hökumətini birlik və dəstək olmağa çağırdı və koalisiya əyalət hökumətini rədd etdi. O, Şərqi Türkistan xalqının yalnız Çin konstitusiyasına əsasən hüquqlarını təmin etmək üçün üsyana qalxdıqlarını izah etdi. ETR ilə Çin Respublikası arasında ikitərəfli münasibətləri müzakirə etmək üçün Çin Milli Məclisi Nanjinqə bir nümayəndə heyətinə rəhbərlik etdi. Abdurakhman Abay, Ahmetjan Qasimi Haqqida Hikayilar, Urumqi: Xinjiang Peoples Publishing (1984) Benson, Linda. The Ili Rebellion: the Moslem challenge to Chinese authority in Xinjiang, 1944-1949. M.E. Sharpe. 1990. ISBN 0-87332-509-5. Forbes, Andrew D. W. Warlords and Muslims in Chinese Central Asia: A Political History of Republican Sinkiang 1911-1949 (illustrated). CUP Archive. 1986. ISBN 0521255147. İstifadə tarixi: 10 March 2014. Zordun Sabir, Anayurt, Almaty: Nash Mir (2006) | https://az.wikipedia.org/w/index.php?curid=636025 |
Əhmədcan Qasimi | Əhmədcan Kasimi(d. 15 aprel 1914, Külcə Çin - v. 27 avqust 1949, SSRİ) — Uyğur əsilli siyasətçi. 1946–1949-cu illər aralığında İkinci Şərqi Türkistan Respublikasının prezidenti olmuşdur. Əhmədcan 1914-cü ildə Külcədə anadan olmuşdur. O, 1936-cı ildə Moskvadakı Şərq Xalqları Kommunist Universitetində təhsil almış və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalinin adamı" və "kommunist düşüncəli proqressiv" şəxs kimi təsvir edilirdi. 15 aprel 1914-cü ildə Çin Xalq Cümhuriyyətinin Külcə şəhərində dünyaya gəlmişdir. 1936-cı ildə Moskvanın Şərq Dəstəkçiləri Kommunist Universitetində oxumuş və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalin adamı" və "kommunist düşüncəli mütərəqqi" biri kimi xarakterizə edilirdi.17 avqust 1949-cu ildə Pekinə getmək üçün mindiyi təyyarənin düşməsi nəticəsində Baykal gölü ətrafında dünyasını dəyişmişdir. 1944-cü ilin noyabrında İli üsyanı zamanı Sincan əyalətinin üç şimal-qərb bölgəsində qurulmuş Sovet Şərqi idarəsi İkinci Şərqi Türkistan Respublikasının idarəetmə şurasının üzvü idi. Qasiminin özü üsyanın planlaşdırılması ilə məşğul deyildi. İkinci ETR-ə əvvəlcə mühafizəkar İslam hökumətinin yaradılmasını dəstəkləyən Elxan Törə rəhbərlik etdi. Əlixan Törəyə 1946-cı ildə Stalinin əmri ilə ev həbsi verildi. Qasimi sovet tərəfdarı olan Şərqi Türkistan Türk Xalqları Milli Azadlıq Komitəsinin lideri seçildi. 1946-cı ilin iyununda Qasimi Dihua (indiki Urumçi) şəhərində koalisiya əyalət hökuməti qurmaq üçün milliyyətçi Çin lideri Zanq Zizhonq ilə siyasi razılaşma əldə etməyə çalışdı. İkinci ETR adı ilə dağılmalı idi, lakin üç rayon muxtariyyət saxladı. ETR prezidenti olaraq Qasimi hökumətini birlik və dəstək olmağa çağırdı və koalisiya əyalət hökumətini rədd etdi. O, Şərqi Türkistan xalqının yalnız Çin konstitusiyasına əsasən hüquqlarını təmin etmək üçün üsyana qalxdıqlarını izah etdi. ETR ilə Çin Respublikası arasında ikitərəfli münasibətləri müzakirə etmək üçün Çin Milli Məclisi Nanjinqə bir nümayəndə heyətinə rəhbərlik etdi. Abdurakhman Abay, Ahmetjan Qasimi Haqqida Hikayilar, Urumqi: Xinjiang Peoples Publishing (1984) Benson, Linda. The Ili Rebellion: the Moslem challenge to Chinese authority in Xinjiang, 1944-1949. M.E. Sharpe. 1990. ISBN 0-87332-509-5. Forbes, Andrew D. W. Warlords and Muslims in Chinese Central Asia: A Political History of Republican Sinkiang 1911-1949 (illustrated). CUP Archive. 1986. ISBN 0521255147. İstifadə tarixi: 10 March 2014. Zordun Sabir, Anayurt, Almaty: Nash Mir (2006) | https://az.wikipedia.org/w/index.php?curid=636024 |
Əhmədcan Əşiri | Əhmədcan Aksupiyeviç Əşiri 1938-ci ildə Qazaxıstanın Almatı vilayətinin Şelek rayonunun (indiki Yenbekşikazax) Malıbay aulunda doğulmuşdur. 1956-cı ildə Panfilov adına Pedaqoji məktəbi bitirmişdir, 1961-ci ildə isə Qazaxıstan Dövlət Universitetinin filologiya fakultəsindən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra bir sıra işlərdə işləmiş, o cümlədən Qazaxıstan radiosunda redaktor vəzifəsində çalışmışdır. İbray Altınsarina adına Elmi-Tədqiqat Pedaoji İnstitutunun aspiranturana daxil olmuşdur. Bir müddət Talqar rayonunda müəllim işləmişdir. Daha sonra “Kommunizm tuği” (hazırda “Uyğur avazı”) qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır. 1982-ci ildən Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı vəzifəsində çalışır. 1986-cı ildə Qazaxıstan Yazıçılar Birliyinin IX qurultayında yaradıcılıq qurumunun sədr müavini vəzifəsinə seçilmişdir. O, SSRİ Yazıçılar Birliyi Ədəbiyyat fondunun İdarə Heyətinin üzvü, Almatıda rusca yayınlanan “Prostor” dərgisinin redaksiya heyətinin üzvü seçilmişdir. 1991-1995-ci illərdə “Arzu” dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır. 2002-ci ildən Qazaxıstan Respublikası Dövlət mükafatı komissiyasının üzvüdür. Hazırda Almatı şəhərində yaşayır. Yaradıcılığı Əhmədcan Əşiri bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlamışdır. 1956-cı ildən başlayaraq yazıçının yayınlanan ilk hekayələri “Sabah məltəmi” və “Fərqli insanlar” adlanır. 1965-ci ildə “Belə yaşamaq istərəm” adlı hekayəsi yayınlanmış, daha sonra bir neçə kitabı nəşr edilmişdir. Əsərləri qazax, qırğız, özbək, yakut, türk, eləcə də çeçen-inquş, rus, Ukrayna, Çin dillərinə çevrilmişdir. “Ölməyənlər”, “Muğamçı”, “Tikan”, “İdikut” pyesləri Qazaxıstan Dövlət Uyğur Musiqi Teatrında tamaşaya qoyulmuşdur. “Belə yaşamaq istərəm” (1965), “Bunu unutamaram” (1969), “Solmayan güllər” (1977) hekayələr, “Tək yovşan” (1980), “Nur Ana” (1988), “İdikut” (2003) romanları işıq üzü görmüşdür. Müəllifin özünəməxsus üslubda qələmə aldığı “İdikut” və “Baurçuk Art Tekin” roman-dialogiyası uyğur türklərinin dövlətçilik tarixindən bəhs edir. Əhmədcan Əşiri tərcümə yaradıcılığı ilə də məşğul olmuş, A.Çexovun “Albalı bağı”, K.Şanqitbayevin “Ah, bu dəliqanlılar”, Q.Lorkanın “Qanlı düyün” əsərlərini uyğur türkcəsinə çevirmişdir. Mükafatları Əməkdə fərqlənməyə görə Qazaxıstan SSR Ali Sovetinin Fəxri Fərmanı (1988) “Astana” medalı (1998) “İlham” mükafatı (2003) – “İdikut romanına görə” Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi medalı (2011) Beynəlxalq “Alaş” ədəbi mükafatı (2012) – “İdikut” dramının tamaşasına görə Azərbaycanda yayınlanan kitabları İdikut (tarixi roman). Bakı: Zərdabi nəşr, 2020, 502 s. Xarici keçidlər Məşhur yazıçıdan Azərbaycana zəfər təbriki | https://az.wikipedia.org/w/index.php?curid=685267 |
Əhməddin Rəcəbli | Əhməddin İzzət oğlu Rəcəbli (d. 1945, Acıaxur, Qusar, Azərbaycan SSR, SSRİ) – Azərbaycan samboçusu və cüdoçusu, cüdo və sambo məşqçisi. Azərbaycan əməkdar məşqçisi (1981). Cüdoçu Zaur Rəcəbli və Elxan Rəcəblinin atası. | https://az.wikipedia.org/w/index.php?curid=472093 |
Əhməde Həpo | Əhməde Həpo (22 may 1933, Qəmərli rayonu) — Azərbaycan yazıçısı və publisisti, "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin qurucusu. Əhməde Həpo 22 may 1933-cü ildə Ermənistan SSR-nin Qəmərli rayonunun Şırran kəndində anadan olmuşdur. Mənşəcə kürddür. Onun ailəsi İosif Stalinin dövründə həyata keçirilən repressiyalar səbəbilə 10 il sürgündə olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə Əhməde Həpo evindən didərgin olmuş, Azərbaycanın Yevlax rayonunda məskunlaşmışdır. Ali təhsil almaq üçün Bakıya gələn Əhməde Həpo dövri mətbuatda müntəzəm çıxış etmiş, sonradan Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə çalışmışdır. O, kürd folklorunun toplanması və nəşr edilməsində böyük xidmətlər göstərmişdir. Əhməde Həpo "Yara", "Qanlı göz yaşları", "Evsiz yolçu", "Ömür çiçəkləri" kimi 10 kitab müəllifidir. Onun əsərləri kürd dilində də nəşr olunmuşdur.Azərbaycanda müstəqillik elan olunduqdan sonra Əhməde Həpo "Ronahi" Kürd Mədəniyyət Mərkəzini yaratmış və ona rəhbərlik etmişdir. Bu illərdə, o, həm də Mehdi Hüseyn, Mirzə İbrahimov, İlyas Əfəndiyev və digər yazıçılarımızın əsərlərini kürd dilinə tərcümə etmişdir. Əhməde Həpo "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində kürd dilində efirə gedən "Kürdün səsi" radio verilişinin rəhbəri və eyniadlı qəzetin baş redaktoru kimi fəaliyyət göstərmişdir. O həmçinin, Azərbaycandakı kürd icmasının ağsaqqalıdır. | https://az.wikipedia.org/w/index.php?curid=738786 |
Əhmədi Təbrizi | Əhmədi Təbrizi (Təbriz – XIV əsr, Təbriz) — XV əsr Azərbaycan şairi. Əhmədi Təbrizi XV əsr Ağqoyunlu dövrünün şairlərindəndir. Əhmədi Təbrizi türk ədəbiyyatı tarixində yaxın dövrə qədər varlığı məchul olan şairlərdən biri idi. Onun tanınması “Əsrarnamə” və “Yusif və Züleyxa” əsərlərinin aşkar edilməsi ilə olmuşdur. Əsərlərini Təbrizdə yazdığını şəxsən bildirdiyi üçün filoloq Professor Gönül Ayan şairi digər Əhmədilərdən fərqləndirmək məqsədilə onu “Təbrizli Əhmədi” adlandırmışdır. Sənət tarixçisi Nihat Əzəmət isə onu “Osmanlı Araşdırmaları VII-VIII, İstanbul 1988” adlı jurnalda çap edilən məqaləsində “Ağqoyunlu Əhmədi” adlandırır.Hər iki əsərini Sufi Xəlil adı ilə tanınan Ağqoyunlu Xəlilullaha təqdim etmişdir. Ədmədi Təbrizinin doğum və ölüm tarixi bizə məlum deyil. Filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu Əhmədi antroponiminin məüllifin əsl adı yox təxəllüsü olduğunu vurğulayır və qeyd edir ki, Şərqdə şəxs adı kimi Əhməd xüsusi ismi geniş yayılmış, Əhmədi isə daha çox soyad kimi işlənmişdir. Ədəbiyyatşünas alim Məmmədağa Sultanov qeydlərində şairin adını bütöv şəkildə Əhmədi Təbrizi kimi qeyd edir. Əsərlərini Təbrizdə yazdığını şəxsən bildirdiyi üçün filoloq Professor Gönül Ayan şairi digər Əhmədilərdən fərqləndirmək məqsədilə onu “Təbrizli Əhmədi” adlandırmışdır. Sənət tarixçisi Nihat Əzəmət isə onu “Osmanlı Araşdırmaları VII-VIII, İstanbul 1988” adlı jurnalda çap edilən məqaləsində “Ağqoyunlu Əhmədi” adlandırır.Orta əsrlərin başqa mütərcim və şairləri kimi Əhmədi Təbrizi haqqında da təzkirə və başqa qaynaqlarda kifayət qədər məlumat yoxdur. Buna baxmayarq Əhmədi Təbrizinin Yusif Züleyxa əsərini aşağıdakı beytlərdən Sultan Yaqub dövründə yazdığı məlumdur. Xoş nizamda idi aləm sər-tə-sər Növbət-i Yaqub Xan-idi məgər Onun idi səltənət ta cədd-i Rum Taxt-ı Bağdad-ı İrakan ilə Küm Mülk-i ermən taht-ı Gürcistan-ilə Xəzinə verirdi ona xoş can-ilə Fars-ilə həm taxtı Azərbaycan Oxunur xütbədə Yaqub can Mülk-i Abğaz-ilə Şirvanı məgər Xeyl almlşdı cəng-ilə ol şir-i nər Səltənət taxtında tutmuşdu qərar Vermişdi hər yana bir ixtiyar Mülk-i Azərbaycana ol məgər Qoymuş idi bir əmiri mötəbər Akademik Həmid Araslının “Əsrarnamə” tərcüməsi haqqındakı qeydlərində Əhmədinin Ağqoyunlu hökmdarı Sultan Xəlilin hakimiyyəti dövründə də yaşaması və tərcüməsini ona ithaf etməsi göstərilir. Alim bu fikrinə sübut olaraq “Əsrarnamə” əsərinin sonundakı aşağıdakı beytləri qeyd edir: Ol Xəlilullah, əmiri-mötəbər, Düşməni-Nəmrudi Şəddad, ey püsər, Şahi-dövran, ol mübariz, şirdil, Həqq qatında olmasın hərgiz xəcil. Həmid Araslı ehtimal şəklində qeyd edir ki, Əhmədi saraya yaxın şairlərdən olub. Əhmədi əsərlərində Xəlilullahdan Nəmrudun düşməni kimi bəhs edir və onu haqq-ədalət tərəfdarı kimi dəyərləndirərək camaatın ona duaçı olduğunu dilə gətirir.Gönül Ayan onu da qeyd edir ki, Əhmədi Təbrizi hər iki əsərini də Ağqoyunlu əmirəlümərası İbn Bektaş Hacı Xəlilullaha təqdim etmişdir. Xəlilullah Uzun Həsən və oğlu Sultan Yaqubun dövründə yaşamış, Mosullu-türkman qoluna mənsub vəzifə sahibi bir şəxsdir. O, Sultan Yaqubun ölümündən sonra oğlu Baysunqurun taxta çıxmasında sonra baş verən Süleyman bəy Biçənli ilə döyüşdə ölmüşdür. Ağqoyunlu tarixində Sufi Xəlil adı ilə tanınır.Əhmədi Təbrizinin həm fars həm dillərini bilməsi "Yusif və Züelyxa" əsərində axıcı bir dil istifadə etməsindən anlaşılır. Yaradıcılığı Əhmədi Təbrizi qeydlərində vurğulamışdır ki, Allah heç bir ayəni yox, yalnız kafirlərin Məhəmməd peyğəmbərlə bağlı kitabçalarını pisləmişdir. Əhmədinin fikrincə, şeirləri ilahi sirlərə həsr olunduğu üçün ondan nümunə götürüləcək və heyran olacaqlar. Yusif və Züleyxa Günümüzə gəlib çıxmış iki əsəri – məşhur “Əsrarnamə” və “Yusif və Züleyxa” məsnəviləri ilə tanınmış Əhmədi Təbrizinin “Yusif və Züleyxa” məsnəvisinin Türkiyədə, Mərmərə Universitetinin Fənn-Ədəbiyyat fakültəsi kitabxanasında saxlanılan yeganə əlyazma nüsxəsində əsərin 4035 beytdən ibarət olması göstərilsə də, həmin əlyazma cəmi 2990 beytdən ibarətdir. Məsnəvinin Təbriz şəhərində əlli yeddi gündə tamamlanması məlumdur, lakin yazılma tarixi məlum deyil. Hazırda cəmi bir nüsxəsi olan Yusif və Züleyxa məsnəvisi 102 vərəq və 2986 beytdən ibarətdir. Hər səhifədə iki sütunda 15 sətir var. Qalın kağıza zədələnmiş nəsxlə yazılıb. Səhifə ölçüləri 235x125 -dir(180x120). Əldə olan nüsxədə cəmi 101 vərəq var. Əsərin cildi qəhvəyi dəridir. Dəri qara şamlı parça ilə örtülmüşdür. Əsərdə köçürmə tarixi və nüsxəni çıxaranın adı göstərilmir. Lakin istifadə olunan kağız və mürəkkəbin xüsusiyyətlərini nəzərə alaraq onun XV əsrin sonlarında köçürüldüyünü söyləmək olar. Əsərdə çoxlu qrammatik və orfoqrafik səhvlər var. Fəsil başlıqları fars dilində qırmızı mürəkkəblə yazılmışdır.Əsər bu beytlərlə başlanır: İbtida qıl sözi bismillah ilə,Duruş ey dil dünü gün Allah ilə Şair klassik ədəbi ənənələrə uyğun olaraq Tövhid, Nət və Peyğəmbərin dörd səhabəsinin mədhini verir. Daha sonra “Səbəbi-nəzmi-kitab” başlıqlı bölümdə şair ilk öncə Ağqoyunlu hökmdarı Sultan Yaqubdan (1478-1490) bəhs edir. Sonra baharın gözəl çağını tərif edən Əhmədi İbn Bəktaş kimi tanınan, Sultan Yaqub sarayının əmirül-ümərası olmuş və “atabəy” təyin edilmiş Xəlilullahın tərifini verir və “Ağazi-qisseyi-Yusif əleyhisəlam” başlıqlı hissəni başlayaraq, əsərin nəzm səbəbindən bəhs edir: Gəldük uş nəzmin bəyanına yenəBu hekayət tərcümanına yenə Şair Xəlilullahın gecə-gündüz peyğəmbərlərin qissəsini oxutduğunu, onlar arasında Yusif qissəsinin də olduğunu yazır. Bir gün Xəlilullah Rumeli tərəfə səfərə yollanır və şairi də özilə aparır. Bir gün onu yanına çağırıb, Yusif qissəsini nəzmə çəkməsini xahiş edir: Lütfilə bir neçə sözlər söylədi, Qisseyi-Yusifdən ağaz eylədi. Himmət edib dedi: Ey alinəzər, Qissə nəzm olmaq gərək, bilgil xəbər Xəlilullahın bu xahişi şairdə bu işin əncamına böyük bir şövq yaradır və o, səhəri gün Təbrizə gəlib, əlli yeddi gün içində əsəri tamamlayır: Çün işarət qıldı ol eyni-nəfəs, Canü dildən qodu bin dürlü həvəs. Şövkətlə yüridi ol dəm şahi-cahan, Əlvida edib, geri döndüm rəvan. Guşeyi-Təbrizi qıldım ixtiyar, Düşdüm onun şüğlünə leylü nəhar. …Əlli yeddi gündə bu töhfə nizam, Xətmə gəldi Təbriz içində təmam. Burada şair onu da əlavə edir ki, Sultan Xəlilin əlində Yusif və Züleyxa haqqında daha bir əsər var idi. Lakin bu əsər çox zəif olduğundan ona yaraşmamışdı.Əhmədi Yusif qissəsinin başdan-başa ürək dağlayan, nalə və fəryadla dolu bir əhvalat olduğunu bildirir və əsərin daha bir nəzm səbəbini açıqlayır. Belə ki, şairin fikrincə, dərd əhlinin, möminlərin nalə və fəryadı Allah- təalaya xoş gəlir və O, bu ah-naləni duyantək öz bəndəsinin dadına yetişir. Möminlər də öz qüssələrinin dağılmasını, müşküllərinin həllini istərlərsə, bu “dilsuz” – ürək dağlayan Yusif qissəsini oxuyub göz yaşı tökər və beləliklə, Allahın inayəti və rəhminə nail olarlar: Qisseyi-dilsuzdur başdan başa, Özgə söz yox daxi anda, ey şah. Suz ilə ah eylədikcə dərdimənd, Ol Xudavəndi-cəhan edər pəsənd. Binəva qıldıqca hər dəm ahü zar, Ona yari verər ol pərvərdigar. Ahi-zar ilə qana boyanmış hər vərəq, Pəs, şəha, bu qissədən algil səbəq. Yaş ilə toludur bu kitab, Naləvü fəryad içində bihesab "Yusif və Züleyxa" məsnəvisinin yeganə nüsxəsi fraqmentli olduğu üçün hələ də çap olunmayıb. "Yusif və Züleyxa"nın Sultan Yaqub dövründə yazıldığını nəzərə alsaq, onun "Əsrarnamə”dən bir qədər əvvəl yazıldığını güman etmək olar. Çünki heç bir yerdə “Əsrarnamə” adı çəkilmir. Belə ki, o zaman ki, onun poetik ənənəsinə görə müəlliflər adətən özlərinin digər əsərləri haqqında da qeydlər aparırdılar. Təbrizli Əhmədinin başqa bir əsəri “Əsrarnamə”dir. Bu əsər Şeyx Fəridəddin Əttarın öz təbirincə tərcüməsidir. Əttarın “Əsrarnamə” əsərinin Əhmədi tərəfindən Azərbaycan türkcəsinə tərcüməsi barədə ilkin məlumata Bursalı Məhəmməd Tahirin "Osmanlı müəllifləri" adlı kitabında rast gəlinir. Kitabda məşhur türk şairi Gərmiyanlı Əhmədinin əsərləri haqqında məlumat verildikdən sonra bir cümlə də qeyd edilir , müəllifin bir də Şeyx Əttarın “Əsrarnamə”sini nəzmən tərcümə etmişdir. Məlumatın yanlış olduğuna ilk diqqət çəkən türk alim Fuad Körpülü olmuşdur. Körpülü bildirir ki, onun kitabxanasında “Əsrarnamə” tərcüməsinin əlyazmasında əsərin hicri 880-ci ildə (miladi 1475) tamamlandığı göstərilib. Bu fakta əsasən alim hesab edir ki, əsər eyni təxəllüslü başqa Əhmədi adlı şəxsə aiddir. Həsibə Mazıoğlu yazır ki, “Əhmədi Əttarın “Əsrarnamə”sini türkcəyə tərcümə edib”. İ. Qutluğun yazdığına görə, İstanulun Süleymaniyyə kitabxanasındakı Saib Əfəndi bölümündə Əhmədi adlı bir şairin Əttardan etdiyi “Əsrarnamə” tərcüməsinin hicri 1183-cü ildə Lütfulla bin İsmayıl tərəfindən köçürülmüş əlyazması saxlanılır. 69 vərəqlik həmin əlyazmanın sonunda əsərin hicri 884-cü ildə səfər ayının 12-də Təbriz şəhərində tamamlandığı qeyd olunmuşdur. İ. Qutluq həmin əlyazmanı Əttarın “Əsrarnamə”si ilə tutuşduraraq belə qənaətə gəlmişdir ki, tərcümədə olan heç bir hekayət, heç bir beyt belə farsca orjinala uyğun gəlmir. Təədqiqatçı güman edir ki, Əhmədinin “Əsrarnamə”si ya Əttarın ona bəlli olmayan ikinci bir kitabının ya da sözü güdən şairə aid olmayan naməlum bir əsərin tərcüməsidir. Qutluq belə bir mülahizə yürüdür ki, “Əsrarnamə” yazıldığı dövrdə tərcümə sənətinə yüksək qiymət verildiyindən bəlkə də , Əhmədi öz qələminin məhsulu olan “Əsrarnamə”ni bilərəkdən tərcümə adlandırmışdır.Əsər 84 beytlik “müqəddimə” ilə başlayır. Tövhid, nətdən sonra otuz doqquz “Hekayə” ilə davam edir və “Xətimə” ilə bitir. Tövhid adlanan qisim Bilmillah sözü ilə başlanır, daha sonra 8 beyitlə Məhəmməd Peyğəmbərin tərifi ilə davam edir. 24 beytdə 4 xəlifənin tərifinə yer verilib.Əsərdə 39 hekayə var. Bu hekayələrin ən qısası 20, ən uzunu 64 beytdir. Hər hekayənin adı mövzusuna uyğun seçilib. Əsərin 1831,1832, 1833, 1834-cü beytlərində Əttarın eyni adlı əsərinin tərcüməsi olduğu qeyd edilir. Gönül Ayan qeyd edir ki, Təbrizli Əhmədinin Əsrarnaməsi Şeyx Əttarın əsəri ilə oxşarlıqları olsa da, hekayələrin uzunluqları fərqlidir. Əttarın əsərinin nüsxələrində 87-95 hekayə var. Bu hekayələr ümumilikdə 2880-3380 beyt təşkil edir. Əttarın Əsrarnaməsi Məfə’ilün /Məfə‘ilün /Fəilün ölçüsündə yazılmışdır. Əhməd Təbrizi isə əsərində Məfə’ilün /Məfə‘ilün /Fəilün və Fə’ilAtün / Fə’ilAtün / Fəilün qəlibindən istifadə edilmişdir.Hekayələrdən 3-ü Şeyx Əttarın əsərindən tərcümədir. Əhmədinin əsərində "Hekayəti Bəyazidi Pir-i Zadə" adlanan hekayə Əttarın əsərindəki qarşılığında şəxs adı verilməyib və 22 beytdir. Təbrizinin hekayəsi isə 15 beytdir. Bir digər hekayə "Hekayət-i Hakim-i Şəhr-i Hindu-i Çin Vasfı" adlanır. Əttarın 47 beyt yazdığı hekayəni Təbrizi 42 beyt tərcümə etmişdir. Sonuncu hekayə isə "Hekayət-i Divanə-i Pəhlivan" adlanır. Əttarın əsərində 38 beyt olan hekayə Təbrizinin əsərində 44 beyt tərcümə edilib. Əttarın əsərindəki bir çox şəxs adları da Təbrizinin əsəri ilə oxşarlıq təşkil edir.Əsrarnamə dil baxımından Əski Anadolu türkcəsinin xüsusiyyətlərinə malikdir. Təbrizdə yazıldığı üçün Azərbaycan türkcəsindədir. Fars dilindən tərcümə edildiyi üçün fars dilinin təsiri və xüsusiyyətləri görünür. Danışılan əhvalatları nəzərə alsaq, əsər didaktik xüsusiyyətə malikdir.Əsər 1865 beytdən ibarətdir. Əsərin yerli və xarici kitabxanalarda çoxlu nüsxələri var.Əhmədinin Əsrarnamə adlı əsərinin üslub baxımından da diqqətəlayiq xüsusiyyətləri var. Əsərdə bəhs olunan dini və təsəvvüf kimi ciddi mövzular qısa, canlı və sadə cümlələrlə izah edilir. 39 hekayənin hamısında hekayə qəhrəmanı təqdim edilməklə mövzu təqdim edilir, hekayə qəhrəmanı hadisənin içinə daxil olur, hadisə bir neçə beytdə yaşanır və yekunlaşdırılır. Bu hekayələrdən götürüləcək dərslər şair tərəfindən "məsləhət" üslubu ilə verilmişdir. Qəhrəmanların təsviri və təqdimatı keçmiş zamanda verildiyi halda, hekayənin inkişaf hissəsində indiki zamandan istifadə olunur. Sonra yenidən keçmiş zamana qayıdır. Şikayət, məzəmmət və üsyan hallarında fikirlər arzu, xahiş əhval-ruhiyyəsi ilə ifadə olunur. Hekayədə əldə edilən “nəticələr” əmr əhval-ruhiyyəsində, moizə və nəsihət üslubunda ifadə olunur.Əsərin sonuncu hissəsi Xətimədir. Əsərin bu hissəsi 1788- 1865 beytlər arasında yerləşir. Təbrizli Əhmədi çbu qismə Şeyx Əttarın Allahın sirrini açmaq eşqinə olan heyranlığını ifadə etməklə başlayır. Onun sözlərinə görə, bu yol təhlükəlidir. İnsanın öz başı ilə oynaması kimi bir şeydir. Amma şair, "Dəryaya çoşğunluq rəhmət yelindən gəlir! Canımı yüz parçaya bölsələr də, bu sirri açacağam. Cahan əhli ondan murad alsın deyə nə qədər çalışsan da, bir-bir deyəcəyəm! " misraları ilə bu vəzifəni özünə öhdəlik götürür. Nihat Azamat. Yeni Bir Ahmedi ve İki Eseri Yüsufu Zeliha, Esrarname Türcümesi. VII-VIII. İstanbul. Osmanlı Araştırmaları VII-VIII. 1988. 347–364. Möhsün Nağısoylu. Əhmədi Təbrizi və “Əsrarnamə” tərcüməsi (tekstoloji-filoloji araşdırma, mətnin transfoneliterasiyası) (PDF). Bakı: Nurlan. 2012. səh. 260. Gönül Ayan. Tebrizli Ahmedi ve Esrar-Name İsimli Mesnevisi (PDF). 2. Turkish Studies. 2007. 100–105. Salih Kayık. TEBRİZLİ AHMEDÎ YŪSUF U ZELÍHĀ (1B – 35B İNCELEME-METİN-DİZİN). İstanbul: T. C. MARMARA ÜNİVERSİTESİ TÜRKİYAT ARAŞTIRMALARI ENSTİTÜSÜ TÜRK DİLİ VE EDEBİYATI ANABİLİM DALI TÜRK DİLİ BİLİM DALI. 2007. səh. 288. | https://az.wikipedia.org/w/index.php?curid=743922 |
Əhmədililər | Ağsunqurilər (türk. Aksungurlar, fars. احمدیلی) və ya Marağa atabəyləri (fars. اتابکان مراغه, translit. Atābakān-e Marāghe) — 1108–1227-ci illərdə Marağada hakimiyyətdə olmuş türk xanədanı. 1108-ci ildə Rəvvadilər sülaləsindən olan Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadi Böyük Səlcuq hökmdarı Məhəmmədə düşmənləri ilə mübarizədə köməklik etdiyinə görə Marağanın hakimi təyin edildi. Onun hakimiyyət dövrü tarixə Əhmədililər sülaləsinin hakimiyyəti dövrü kimi də daxil olmuşdur. 1111–1112-ci illərdə Əhmədili Mosul, Diyarbəkr, Xilat və digər yerlərin hakimləri ilə birlikdə Suriya ərazisində xristianlara qarşı aparılan döyüşlərdə iştirak etmişdir, lakin 1117-ci ildə Əhmədili ismaili təriqətinin radikal qollarından biri olan nizarit agentləri tərəfindən Bağdadda öldürüldü. Onun keçmiş qulu, türk mənşəli Ağsunqur əl-Əhmədili yaranmış bu əlverişli şəraitdən istifadə edərək Marağada hakimiyyəti ələ keçirib Ağsunqurilər sülaləsinin əsasını qoydu. O, Marağadan başqa, Rəvanduz qalasını da ələ keçirdi. İraq Səlcuq sultanı II Mahmudun sarayında böyük nüfuza malik olan Ağsunqur onun oğlanları Davudun və Məsudun atabəyi olmuşdur. 1131-ci ildə İraq Səlcuq sultanı Mahmudun ölümündən sonra Marağa hakimi Aqsunqur əl- Əhmədilinin köməyi ilə Davud Sultan elan edildi, lakin Davudun qardaşları-Məsud, Toğrul və Səlcuq şah bununla razılaşmadılar. 1132-ci ildə xəlifə əl Müstərcid yeni sultan Məsudun adına xütbə oxunması üçün əmr verdi. Tezliklə Sultan Məsud öz atabəyi Ağsunqur əl-Əhmədili və çoxlu türk əmiri ilə birlikdə Azərbaycana gəldi. 1133-cü ildə Ağsunqur Həmədanda nizaritlər tərəfindən öldürüldü.. Hakimiyyətdə atasını əvəz edən Nüsrətəddin Xassbəy Arslan Abanın dövründə Marağa hakimliyi özünün ən yüksək inkişaf mərhələsinə çatdı. O, hətta bir müddət Dərbənd keçidindən İran körfəzinə qədər geniş ərazini əhatə edən Azərbaycan Atabəylər dövləti ilə də bərabər səviyyədə mübarizə aparmışdır. 1161–1162-ci illərdə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi. Eldənizlərin tabeliyindən qurtarmaq məqsədilə Nüsrətəddin Xassbəy Arslan-Aba mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və Səlcuq hökmdarı Məhəmmədin oğlu Mahmudun sultan elan olunmasına çalışırdı. 1161-ci ildə Həmədan yaxınlığında baş verən döyüş Şəmsəddin Eldənizin qələbəsi ilə nəticələndi. O, Marağa hakimi Nüsrətəddin Arslan Abaya elçi göndərərək Şahzadə Mahmudun ona verilməsini, özünün də sultan xidmətinə gəlməsini tələb etsə də, rədd cavabı aldı. Tərəflər arasında Səfidrud çayı sahilində baş verən döyüşdə Məhəmməd Cahan Pəhləvan Marağa hakiminin və ona kömək edən Xilat hakiminin birləşmiş qüvvələri tərəfindən məğlub edildi. Bunun nəticəsi olaraq, yeddi cildlik Azərbaycan tarixi əsərinin ikinci cildində qeyd edildiyi kimi, Azərbaycan Atabəyləri ilə Marağa hakimləri arasında münasibətlər uzun illər boyu gərgin vəziyyətdə qaldı. Yalnız Qızıl Arslanın hakimiyyəti dövründə Marağa hakimi vassal asılılığını etiraf etməklə kifayətləndi. Ərəb tarixçisi ibn əl-Əsirin məlumatına görə, 1168-ci ildə Nüsrətəddin Arslan-Aba xəlifə əl-Müstəncidə müraciət edərək ondan Bağdadda sultan Mahmudun adına xütbə oxumağı xahiş etdi. Şəmsəddin Eldəniz qiyam qaldırmış əmiri itaətə gətirmək üçün yenidən oğlu Məhəmməd Cahan Pəhləvanı yenidən ona qarşı göndərdi. Marağa divarları yaxınlığında baş verən döyüşdə Arslan-Abanın ordusu darmadağın edildi. Məhəmməd Cahan Pəhləvan Marağanı mühasirəyə alsa da, tezliklə tərəflər arasında sülh bağlandı. Görkəmli Azərbaycan tarixçisi Ziya Bünyadov "Azərbaycan Atabəyləri dövləti (1136–1225)" əsərində yazırdı ki, 1175-ci ilin yazında Təbrizin və qonşu torpaqların hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur öldükdən və onun yerinə varisi Fəlakəddin Əhməd keçdikdən sonra Məhəmməd Cahan Pəhləvan Ruin-Dej (Rəvanduz) qalasını mühasirəyə alır. Qalanı ələ keçirə bilməyən Məhəmməd Cahan Pəhləvan Marağanı, qardaşı Qızıl Arslan isə Təbrizi mühasirəyə alır. Marağa qazisi Sədrəddin əl-Maraği əhalini xilas etmək üçün şəhəri təslim etdiyinə görə Marağa, demək olar ki, döyüşsüz ələ keçirilir. Tərəflər arasında bağlanmış sülh müqaviləsinə əsasən Məhəmməd Cahan Pəhləvan Təbrizə sahib olur, Marağa isə Ağsunqurilərin ixtiyarında qalır. Eldənizlərin köməyi ilə Marağanın yeni hakimi ədəbiyyatın xeyirxah himayədarı kimi şöhrət qazanan Əlaəddin Körpə Arslan olur. Məlum olduğu kimi, dahi Azərbaycan şairi Nizami Gəncəvi 1196-cı ildə yazdığı "Yeddi gözəl" əsərini Əlaəddin Körpə Arslana həsr etmişdir, lakin onun dövründə Ağsunqurilərin siyasi mövqeyi xeyli zəiflədi. 1205-ci ildə Marağa hakimi Əlaəddin Körpə Arslan, Ərbil hakimi Müzəfərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi, lakin tezliklə sülh bağlamağa və tutduğu yerləri geri qaytarmağa məcbur oldu, əvəzində Urmiya şəhərini aldı. Atabəy Özbəyin oğlu Xamuşun Körpə Arslanın nəvəsi Sülafə xatunla evlənməsi bu müqaviləni möhkəmləndirir. Əlaəddin Körpə Arslan 1208-ci ildə vəfat etdi. Babasının və əmisi Əhmədin ölümündən sonra kişi vərəsə olmadığına görə Marağanın başsız olmağını bəhanə gətirən Atabəy Əbu Bəkr vilayəti Eldənizlər dövlətinə qatır. Rəvandüzün idarəsi isə Sülafə xatuna tapşırılır. Sülafənin hökmranlığı Azərbaycanın ən ağır dövrlərindən birinə təsadüf edir. Əvvəlcə gürcülərin, sonra isə monqolların viranedici yürüşləri başlayır. 1209-cu ildə Eldənizlər dövləti Marağanı ələ keçirdi. Əlaəddin Körpə Arslanın nəvəsi, hakimiyyətdə olan Sulafə xatunun ixtiyarında yalnız Rəvanduz qalası qaldı. 1221-ci ilin əvvəllərində Marağa yenidən Ağsunqurilərin əlinə keçdi, lakin elə həmin il martın 30-da şəhər Cəbə və Subutayın başçılıq etdikləri monqollar tərəfindən ələ keçirildi və yandırıldı. 1225-ci ildə Marağa döyüşsüz olaraq Xarəzmşah Cəlalədddinə təslim oldu, Sülafə xatunun əri Xamuş Xarəzmşahların xidmətinə keçdi. 1227-ci ildə Sülafə xatunla evlənən Xarəzmşah öz əmirini Marağaya hakim təyin etdi və beləliklə, Ağsunqurilər sülaləsinə son qoyuldu. Hökmdarları Ənvər Çingizoğlu. Marağa xanlığı. Bakı: Mütərcim, 2013, səh.280. Xarici keçidlər [2] Arxivləşdirilib 2021-05-01 at the Wayback Machine Rəşid Nurməmmədov. Ağsunqurların Marağa hakimliyi. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=452410 |
Əhmədinecad | Mahmud Əhmədinejad (fars. محمود احمدینژاد; d.28 oktyabr 1956) — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Şimali İranın Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində, nalbənd ailəsində anadan olmuşdur. Etnik mənsubiyyəti barədə məlumatlar kəskin fərqlənir. Onun azərbaycanlı, talış, hətta yəhudi əsilli olması barədə fikirlər səsləndirilir. 2005-ci il iyul ayının 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanmış, həmin ilin avqust ayının 3-də bu vəzifədə Məhəmməd Hatəmini əvəz etmişdir. Prezident seçkiləri əsnasında Tehran bələdiyyəsinin başçısı olmuşdur. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləmişdir. Təhsilini də burada alıb. Professor elmi dərəcəsi var. Siyasi dayağı İran inşaat sektorunda hökmran mövqeyə malik İran İslam İnşaatçılar İttifaqı (Abadgəran) təşkil edir. Abadgəran İranda prezident seçkilərində ilk turda iki namizədlə təmsil olunmuşdu. İran Konstitusiya Qoruyucuları İdarəsinin 1000 namizəd arasından seçdiyi 7 nəfərdən biri olan Əhməd Necat birinci turda ən çox səs (19,48%) toplayan namizəd olaraq ikinci turda Əli Əkbər Həşimi Rəfsəncani ilə təkbətək mübarizə aparmaq hüququ qazanmışdır. Seçicilərin 59 %-nin iştirak etdiyi ikinci turda 61,69% səs toplayan Əhmədinəjad prezident seçilmişdir. Rəqibləri onu seçkini saxtalaşdırdığını iddia etmişlər. Xarici siyasətdə ABŞ ilə münasibətlərin olduğu kimi qalmasını və heç bir güzəştə gedilməməsini irəli sürən Əhmədinəjad BMT-ni dəfələrlə fəaliyyətsizlikdə ittiham etmiş və İranın nüvə proqramını həyata keçirilməsinin labüd olduğunu bildirmişdir. Hər zaman qıcıqlandırıcı bir tərzə və nitq söyləmək qabiliyyətinə malikdir Hətta, bir dəfə bir jurnalistin siyasi dustaqların azad edilməsi ilə bağlı verdiyi suala: "Hansı dustaqları? Amerikadakılarımı?" - deyə cavab vermişdi. Bəzi ölkələrə öz nüvə proqramını inkişaf etdirmək icazəsinin verildiyi halda hansı haqla İranın bu hüquqdan istifadəsinə maneçilik törədildiyi, BMT TŞ-nın beş üzvünün xüsusi hüquqlara sahib olduğunu önə çəkərək nədən müsəlman dövlətlərinin bu hüquqlara sahib ola bilməyəcəyi və nəhayət yəhudi soyqırımından niyə fələstinlilərin təsirləndiyi kimi fikirləri ilə ictimaiyyətin diqqətini qazanmışdır. Özünün prezident seçilməsini" yeni bir islam inqilabı" adlandırmış və bu inqilabın tez bir zamanda bütün dünyanı əhatə edəcəyi fikrini irəli sürmüşdür. O, ilk növbədə region dövlətləri arasında (viza sisteminin ləğvini həyata keçirməklə) yerdəyişmənin asanlaşdırılmasını və münasibətlərin daha da gücləndirilməsini müdafiə edir. İsrail ilə bağlı siyasəti isə "xəritədən silmə"dən ibarətdir və bu, beynəlxalq ictimaiyyətin diqqətinə səbəb olmuşdur. İlk işlərindən biri də yeni evlənmiş şəxslərə" iş və ev sahibi ola bilmələri üçün" neft gəlirlərindən 1,3 milyon dollar məbləğində vəsaitin ayrılması və bu məqsədlə fondun yaradılması sayıla bilər. Şəxsi həyatı Evlidir. İki oğlu və bir qızı var. | https://az.wikipedia.org/w/index.php?curid=67302 |
Əhmədiyyə | Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar. Yaranma səbəbləri Müxtəlif dövrlərdə hindlilərin dini təsəvvürlərinin İslamla qarışdırılması ideyası irəli sürülmüşdü. İmperialist ingilislər Hindistanı öz müstəmləkələrinə çevirəndən sonra bu cür ideyalardan siyasi maraqları üçün istifadə etməyə çalışmışlar. Onlar Hindistanın müsəlman əhalisindən çəkinir, öz işğalçı hakimiyyətləri üçün təhlükə mənbəyi hesab edirdilər. Hindlilərin inanclarında isə mübarizə ruhlu məqamlara əhəmiyyət verilmirdi.[mənbə göstərin] Buna görə də ingilislər İslam təlimini öz hakimiyyətləri üçün təhlükəsiz olan hind inancları ilə "qarışdırmaqda" maraqlı idilər. Bu təriqət 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani (1835–1908) tərəfindən təsis edilmişdir. O, kiçik pəncab kəndi olan Qadiyanda (Hindistan) anadan olmuşdur. Ailəsi ingilis hakimiyyətinə xidmət etmiş, özü isə həyatının sonunadək onlara sadiqlik nümayiş etdirmiş, müsəlmanların müqavimət hərəkatını mənasız saymışdır. Mirzə Qulam ilk mərhələdə ənənəvi İslamın müddəalarına qarşı çıxış etmirdi. Lakin sonralar, Kəşmirdə İsa peyğəmbərin məzarını tapdığını iddia etmişdir. Onun sözlərinə görə, İsa Fələstində edam edilməmiş, Kəşmirə gəlib, burada ölmüş və dəfn edilmişdir. Lakin onun bu iddialarına dair faktiki dəlilləri olmamışdır. Bundan başqa, onun söylədikləri Quran ayələri ilə də ziddiyyət təşkil edirdi. Çünki orada deyilir ki, İsa peyğəmbər ölməmişdən əvvəl Allahın dərgahına qaldırılmışdır. Hədislərə görə isə, İsa gələcəkdə, qiyamətə yaxın vaxtda Allahın dərgahından yerə enəcəkdir. Onun dedikləri bu məqamlarla üst-üstə düşmürdü. Mirzə Qulam, hətta İsanın ruhunun və qüvvəsinin ona keçdiyini də iddia etmişdir. Daha sonra isə özünü "imanı yeniləşdirən adam" (mucəddid) və Yeni Məsih elan etmiş və bunu sübuta yetirmək üçün hədislərdən dəlillər axtarmağa başlamışdır. Bir müddət sonra Tanrıdan vəhy aldığını da iddia edən Mirzə Qulam bununla kifayətlənməyib, özünü Allahın yer üzündəki təcəssümü də adlandırmışdır. İlahi təcəssüm və İsanın qüvvəsinin daşıyıcı olması ideyalarını o, xristianlıqdan və hind inanclarından almışdır. Özünü, hətta Krişnanın təcəssümü belə adlandırmaqdan çəkinməmişdir. İsanın sözlərini özünəməxsus şəkildə yozan Mirzə Qulam İslamda cihadın mənasız və lazımsız bir şey olduğunu elan etmişdir. Nəhayət, Mirzə Qulam özünü həm Məhəmməd peyğəmbərin təcəssümü, həm də dünyanın yeni peyğəmbəri elan etmişdir. Amma İslam təliminə görə, Məhəmməd peyğəmbərdən sonra yeni bir peyğəmbər gəlməyəcəkdi. Çünki Quranda Həzrət Məhəmməd peyğəmbərlərin sonuncusu, "peyğəmbərliyin möhürü" adlandırılmışdır. Belə məqamları özünə uyğun izah etməyə çalışan Mirzə Qulam deyirdi ki, bu cür ayələrin mənası ondan ibarətdir ki, dünyaya gələn hər yeni peyğəmbər Məhəmməd peyğəmbəri tanıyıb onun şəriətini canlandırmalı, ona yeni nəfəs verməlidir. Mirzə Qulama görə, Quranda Həzrət Məhəmmədin "peyğəmbərliyin möhürü" adlandırılması o demək deyil ki, Allah başqa insanlarla əlaqə yarada, onlarla ünsiyyət bağlaya, onlarda təcəssüm edə və onlara vəhy göndərə bilməz. Qadiyanilər Mirzə Qulamın peyğəmbərliyini qəbul edərək, onu bütün peyğəmbərlərdən üstün sayır, möcüzələr törətdiyinə inanırlar. Məsələn, 1894-cü ildə ildə baş vermiş Günəş və Ayın tutulmasını Mirzə Qulamın peyğəmbərliyinin təsdiqi kimi yozurlar. Mirzə Qulam bütün insanları üç kateqoriyaya bölmüşdür: Onun gəlişinə inanıb, ona tabe olanlar; onun "peyğəmbərliyini" qəbul edib-etmədiyi bilinməyənlər; onun "peyğəmbərliyini" rədd edənlər və ona qarşı çıxanlar. Qadiyanilər Mirzə Qulamın "peyğəmbərliyini" rədd edən müsəlmanları xristian və yəhudilər kimi "kitab əhli" hesab edirlər. Onların qadınları müsəlman kişilərə ərə gedə bilməzlər, lakin kişiləri müsəlman qadınlarla evlənə bilərlər. Onlar Məkkəni ziyarət etmək əvəzinə, Mirzə Qulamın yurdu olan Qadiyan kəndində yığışıb toplantı və ayinlər icra etməyi "Həcc mərasimi" sayırlar. Bütün bu məqamlar ənənəvi İslam dini ilə ziddiyət təşkil edir. Buna görə də müsəlman alimləri bu təlimə qarşı çıxaraq, onun tərəfdarlarını İslamdan dönmüş elan etmişlər. Mirzə Qulam və onun ardıcılları da cavab olaraq, bunu iddia edənləri "kafir" adlandırmışlar. Mirzə Qulam 1908-ci ildə vərəmdən ölmüşdür. Ölümündən öncə o, ardıcıllarına aralarından "xəlifənin" seçilməsini vəsiyyət etmişdir. Qadiyanilərin ilk "xəlifəsi" Mövla Nürəd-Din olmuşdur. Hazırda bu qeyri-ənəvi təriqət Hindistandan başqa digər ölkələrdə də fəaliyyətdədir. Onlar aktiv missionerlik həyata keçirirlər. Özlərinəməxsus dini ədəbiyyətları və Quran təfsirləri mövcuddur. Yohanan Friedmann, Prophecy Continuous: Aspects of Ahmadi Religious Thought and Its Medieval Background; Oxford University Press (2003). ISBN 965–264-014-X. Simon Ross Valentine. Islam and the Ahmadiyya jamaʻat: history, belief, practice. Columbia University Press. 2008. ISBN 978-0-231-70094-8. Antonio Gualtieri. The Ahmadis: community, gender, and politics in a Muslim society. Canada: McGill-Queen's University Press. 2004. ISBN 0-7735-2738-9. Mirza Basheer-ud-Din Mahmood Ahmad. Invitation to Ahmadiyyat. Routledge & Kegan Ltd. 1980. ISBN 0-7100-0119-3. Muhammad Zafarullah Khan. Ahmadiyyat: the renaissance of Islam. Tabshir Publications. 1978. ISBN 0-85525-015-1. Antonio R. Gualtieri. Conscience And Coercion. Canada: Guernica Editions. 1989. ISBN 0-920717-41-1. "Cəmiyyət və din" qəzeti, Aydın Əlizadə. Xarici keçidlər "Batil əqidələr: Əhmədiyyə (Qadiyaniyyə)" (az.). islam.az. 2016-07-26. 2016-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02. "Batil əqidələr: Əhmədiyyə (Qadiyaniyyə)" (az.). islam.az. 2016-08-06. 2016-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02. | https://az.wikipedia.org/w/index.php?curid=143533 |
Əhmədiyyə Cəbrayılov | Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov (22 sentyabr 1920, Oxud, Nuxa rayonu – 11 oktyabr 1994, Şəki) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri,Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası. Müharibədə iştirakı Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır. 1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. Həmin dövrdə 350-ci polk Şimali Donets çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu. 1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o vərəm xəstəliyinə tutulur. Müqavimət hərəkatı 1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri "Xarqo", "Fraji", "Qoçaq", "Ryus Armed" və s. olmuşdur. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər. 1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır.20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılov ilə görüşür. Bu görüşü fotoşəkil təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir.1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olmuşdur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman, yaralanmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi qospitalında müalicə almışdır. Müalicəsi bitdikdən sonra, Albi şəhərinə hərbi komendant təyin olunmuşdur. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürmüşdür. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil vermişdir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır. 16 martda o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılır. 1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenlərlə təltif olunur, o cümlədən şəxsi igidliyə görə "hərbi medal"la ilə (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir). Müharibədən sonra 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.1947-ci ildə Sürəyya xanımla ailə qurur, 1948–1962-ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir. 1964-cü ildə Kirovabad Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir.1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya çağrılmışdır. 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunur.1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.1976-cı ildə müharibədəki iştirakına görə ""Oktyabr inqilabı" ordeni" ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür. 1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür — Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Front National milli hərakat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir. Mükafatları Fransa mükafatları Əhmədiyyə Cəbrayılov Fransanın 8 hərbi mükafatı ilə təltil olunmuşdur: Hərbi medal (saxlanılmayıb, bu və bu şəkillərdə görmək olur) Hərbi xaç (ev-muzeyində saxlanılır) Könüllü hərbi xidmət xaçı (ev-muzeyində saxlanılır) Müharibədə yaralanma medalı (ev-muzeyində saxlanılır) Döyüşçü xaçı (ev-muzeyində saxlanılır) 1914–1918 müharibəsi yadigar medalı (saxlanılmayıb, bu və bu şəkillərdə görmək olur) Könüllülər cəmiyyəti medalı (ev-muzeyində saxlanılır) Milli tanınma medalı (ev-muzeyində saxlanılır) SSRİ mükafatları II Dərəcəli Vətən Müharibəsi Ordeni (ev-muzeyində saxlanılır) "Qırmızı əmək bayrağı" ordeni (ev-muzeyində saxlanılır) "Oktyabr inqilabı" ordeni (ev-muzeyində saxlanılır) "İgidliyə görə" medalı (ev-muzeyində saxlanılır) "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı (ev-muzeyində saxlanılır) "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır) "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır) "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır) "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır) "Böyük Vətən müharibəsində qələbənin 25 illiyi" nişanı (ev-muzeyində saxlanılır) "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır) "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır) "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" nişanı (ev-muzeyində saxlanılır) "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 35 illiyi" nişanı (ev-muzeyində saxlanılır) "Əmək veteranı" medalı (ev-muzeyində saxlanılır) "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı (ev-muzeyində saxlanılır) "DOSAAF-ın 50 illiyi" nişanı (ev-muzeyində saxlanılır) "1973-cü ilin Sosialist Müsabiqəsi Qalibi" nişanı (ev-muzeyində saxlanılır) "1974-cü ilin Sosialist Müsabiqəsi Qalibi" nişanı (ev-muzeyində saxlanılır) "1975-ci ilin Sosialist Müsabiqəsi Qalibi" nişanı (ev-muzeyində saxlanılır) "1976-cı ilin Sosialist Müsabiqəsi Qalibi" nişanı (ev-muzeyində saxlanılır) "1980-ci ilin Sosialist Müsabiqəsi Qalibi" nişanı (ev-muzeyində saxlanılır) "Azərbaycan SSR komsomolunun 60 illiyi" nişanı (ev-muzeyində saxlanılır) Rusiya mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır) "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi" yubiley medalı (ölümündən sonra, ev-muzeyində saxlanılır) "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı (ölümündən sonra, ev-muzeyində saxlanılır) 1994-cü il 10 oktyabrda Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Yük maşını telefon mağazasına çırpılır, həmin an Əhmədiyyə mağazanın içində olur. O, Oxud kənd qəbristanlığında dəfn edilir. Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir. 1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulur. 1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir. 11 avqust 2020-ci ildə Azərbaycan prezidenti Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. "Xarqo", 1998, Zaman Qarayev. "Fransa Milli Kahramanı Azerbaycanlı Türk Ahmediyye Cebrailov", Bakı, 2000, Yakup Öztürk. "Armed Mişel", Bakı, 2011–2019, Elxan Elatlı Xarici keçidlər Əhmədiyyə Cəbrayılov — əfsanəvi partizan Arxivləşdirilib 2010-11-02 at the Wayback Machine "Xarqo" ləqəbli qəhrəmanın yaxınları erməni soyqırımı layihəsinə etiraz edirlər ""Vikipediya" Əhmədiyyə Cəbrayılovun adını niyə silib? - VİDEOLAR, SƏNƏDLƏR, ŞƏKİLLƏR" ( (az.)). musavat.com. 2015-11-03. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04. Fransanın Milli Qəhrəmanı adını qazanmış Əhmədiyyə Cəbrayılov (az.) "Şarl de Qoll Əhmədiyyə Cəbrayılovla dağlarda görüşüb" — MÜSAHİBƏ Arxivləşdirilib 2017-02-22 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=22732 |
Əhmədiyyə Ulbaşov | Əhmədiyyə Ulbaşov 1905-ci ilin mart ayında Yuxarı Balkariyanın Şaurdat aulunda Çegemdən olan imam Musa Ulbaşovun ailəsində anadan olub. Kənd məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə təhsil alıb. 1926-1930-cu illərdə Moskvada yerləşən İ.Stalin adına Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra Nalçikdə yerləşən Lenin təlim şəhərciyində müəllim kimi fəaliyyət göstərib. 1935-ci ildə haqqında yazılan donosa görə Stalin repressiyalarını tənqid edən silsilə şeirlərinə görə repressiyaya məruz qalaraq 20 il müddətində Kolımaya sürgün edilib. 1955-ci ildə öz cəza müddəti bitdikdən sonra 1944-cü ildə Orta Asiyaya sürgün edilmiş ailəsinin yanına qayıdır. Öz doğma vətəninə isə 1958-ci ildə qayıdıb. 1966-cı ildə Ulbaşovun işinə SSRİ Ali məhkəməsinin hərbi komissiyası tərəfindən baxılmış və o bəraət qazanmışdır. Bundan başqa onun Yazıçılar İttifaqına üzvlüyü də bərpa edilmişdir. Yaradacılığı İlk şeirləri 1931-ci ildə "Yanqı yaşau yolunda" (Yeni həyat yolunda) toplusunda nəşr edilmişdir. 1934-cü ildə "Şkolçulaqa" (Məktəblilərə) adlı hekayələr toplusu işıq üzü görüb.Sürgündən qayıtdıqdan sonra Ulbaşovun şeirləri heç bir yerdə nəşr edilməyib. Kolımada sürgündə olduğu dövrdə "Aliy" (1939–1956) adlı poemasını qələmə alır. Bu əsərdə o baş qəhrəmana prototip kimi sürgün həyatının bütün əziyyətlərini təcrübədən keçirmiş özünü seçir. Onun "Çerek" adlı şeirlər toplusu 1967-ci ildə ölümündən sonra işıq üzü görüb. Ulbaşov Musa əfəndi Sarbəy oğlu (1869–?) – atası Şərifə Katmurzaevna (1915–?) – həyat yoldaşı Maya (1934–?) – qızı Svetlana (1936–?) – qızı | https://az.wikipedia.org/w/index.php?curid=683808 |
Əhmədiyyə məscidi | Əhmədiyyə məscidi və ya Hacı Əhməd Paşa məscidi (gürc. აჰმედიეს მეჩეთი, türk. Ahmediyye Camisi) — Gürcüstanın Axısqa şəhərində, Axaltsix qalası daxilində, XVIII əsrin ortalarına aid dini ibadətgah. Məscidin əsas binasına birbaşa bitişik olan minarə məscidin günbəzi ilə eyni hündürlükdədir (təxminən 15 metr). Məscidin layihəsinin memarı Hacı Əhməd Paşa olub. Məscid binasında hazırda muzey fəaliyyət göstərir. Bu dini bina uzun əsrlər boyu Osmanlı imperiyasının Mesxetiya və Çıldır əyaləti paşalığını idarə edən Cakeli sülaləsi nümayəndəsi, banisinin şərəfinə Hacı Əhməd Paşanın məscidi də adlanır. Bölgə Osmanlılar tərəfindən zəbt edildikdən sonra Cakeli sülaləsinin şahzadələri İslamı qəbul etdilər. 1747–1758-ci illərdə Axaltsixdə hökmranlıq edən Əhməd paşa məsciddə özü üçün islam qanunlarına zidd olan xüsusi uca yer təşkil etməyi əmr etdi. Belə bir hüquq yalnız sultanlara aid olduğu üçün İstanbul höküməti belə bir hərəkətdə sultanın ali hüquqlarının təhqirini görürdü. Əhməd paşa sultanı təhqir etməkdə təqsirli bilinərək boğularaq edam cəzasına məhkum edildi. Paşa bu qərarı ehtiramla qəbul etdi və özü də ona göndərilən müqəddəs sapla canını aldı. Paşaya pərəstiş edən yerli sakinlər onun nəşini böyük hörmətlə qarşıladılar. Geniş gözəl darvazanın girdiyi geniş həyətdə şəbəkə ilə əhatə olunmuş iki təvazökar abidə ucaldılmışdı. Abidələrin birində "Burada hicri 1173-cü ildə vəfat etmiş allahpərəst vəzir Əhməd Paşanın külü yatır" yazısı, digər abidədə isə Əhməd Paşanın həyat yoldaşı Ayişi xanımın məzarını göstərir.Rusiyalı hərb tarixçisi Vasili Potto 1828–1829-cu illər Rusiya-Türkiyə müharibəsinə həsr etdiyi "Qafqaz müharibəsi" kitabının IV cildində məscidin Aya Sofya maketi əsasında tikildiyi barədə məlumat verir və məscidin kitabxanasını "Müsəlman Şərqinin ən zəngin kitabxanalarından biri" adlandırır. Müasir dövr Hacı Əhməd Paşa məscidi və mədrəsə 2011–2012-ci illərdə Akhaltsikhe qalasında aparılan genişmiqyaslı yenidənqurma işləri zamanı bərpa edilmişdir. Sovet dövründə məscidin günbəzi terakota ilə boyanmışdı və uzaqdan mis kimi görünürdü. Bərpa zamanı günbəzin zərlə örtülməsi türk memarlıq tarixçilərinin etirazına səbəb olub və onlar məscidin həmişə qurğuşun təbəqələrlə örtüldüyünü qeyd ediblər. 2013-cü ilin əvvəlində Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlardan sonra sonuncu məscidin günbəzinin rənginə etirazını geri götürdü. Eyni zamanda, bərpa işlərini maliyyələşdirən Türkiyə hələ də məsciddən xaç təsviri olan stelların çıxarılmasını israr edir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=726474 |
Əhmədkəndi (İcrud) | Əhmədkəndi (fars. احمدكندي) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 894 nəfər yaşayır (209 ailə). Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=773380 |
Əhmədli | Əhmədli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Hacı Qaraman çələbi Əhmədli — övliya Cəmil Əhmədli — fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi. Səlman Əhmədli — müəllim. Murtuza Əhmədli — Nazim Əhmədli — Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Təbliği Bürosunun direktoru Nəsir Əhmədli — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Zərxanım ƏhmədliYaşayış məntəqələri Əhmədli (Beyləqan) — Beyləqan rayonunda kənd. Əhmədli (Xətai) — Bakı şəhərinin Xətai rayonunda kənd. Əhmədli (Laçın) — Laçın rayonunda kənd. Əhmədli (Əhmədli, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Əhmədli (Əmirvan, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Əhmədli (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Əhmədli (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Əhmədli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Molla Əhmədli — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Əhmədli — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonu ərazisində kənd.Digər Əhmədli (bulaq) — Azərbaycanın Laçın rayonunda mineral bulaq. Əhmədliçay — Azərbaycanın Laçın rayonunda çay. Əhmədli metrostansiyası — Bakı Metropolitenində stansiya Həmçinin bax Əhmədli bələdiyyəsi | https://az.wikipedia.org/w/index.php?curid=83815 |
Əhmədli (Beyləqan) | Əhmədli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Əhmədli kənd inzibati ərazi dairəsi Əhmədli kənd inzibati ərazi vahidi hesab edilmişdir. Toponimikası Şahsevənlərin əhmədli tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Coğrafiyası və iqlimi Kənd Mil düzündə yerləşir. İqtisadiyyatı 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır. Aqil Hüseynov — Vətən müharibəsi şəhidi | https://az.wikipedia.org/w/index.php?curid=89370 |
Əhmədli (Laçın) | Əhmədli (Molla Əhmədli) — Azərbaycan Respublikasının Laçın rayonu Əhmədli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Ağoğlançayın (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar. Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur. Kənddəki körpü Seyid Əmir körpüsü adlanır İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi. Əhalisinin milli tərkibi kürdlərdən ibarətdir. Tanınmış şəxsləri Hüseyn Kürdoğlu — şair Şirindil Alışanlı — alim, filoloq İlham Alışanlı — əməkdar jurnalist Köçəri İsmayılov — tibb elmləri namizədi Nazim Əhmədli — şair, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri | https://az.wikipedia.org/w/index.php?curid=84691 |
Əhmədli (Masallı) | Əhmədli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1401 nəfərdir. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=86428 |
Əhmədli (Xətai) | Əhmədli qəsəbəsi və ya Kənd Əhmədli — Bakı şəhərinin Xətai rayonunda şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. 1936-cı ildə qəsəbə statusu almışdır. Əhmədli qəsəbəsi (Kənd Əhmədli, Əhmədli kəndi də adlandırılır) qədim Bakıətrafı 32 kənddən biridir. Yerli əhalinin böyük qismi Oğuz türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur.Tarixən kənd 9 məhəllədən ibarət olub:1. İmamqulu 4. Novruzlu 5. Cəfərlilər Qədim Əhmədli kəndinin tarixi 3 mərhələyə ayrılır. Birinci mərhələ11-ci yüzilliyin ortalarında Şirvanşahlar dövlətinin Səlcuq İmperiyasının təsirinə düşdüyü dövrdən başlayır. Səlcuq sultanı Toğrul bəyin (1040-1063) hakimiyyəti zamanı Azərbaycan ərazisində məskunlaşmağa başlayan səlcuq tayfalarından bəziləri məhsuldar torpaqlar axtararaq Abşeron yarımadasına, eləcə də indiki Əhmədli kəndi ərazisinə gəlib çıxırlar.Onlar burada yaşayış məskənləti salmış, mədrəsə, məscid, hamam və bir çox əhəmiyyətli obyektlər inşa etmişlər. Həmin məscid və hamam 20-ci əsrə qədər müxtəlif dağıntılara məruz qalsa da, dəfələrlə təmir və bərpa edilmiş və günümüzdə də fəaliyyətlərini davam etdirirlər. Bu dövrdə kəndin necə adıanması bəlli deyil. İkinci mərhələ16-cı əsrin əvvəllərində Azərbaycanda Səfəvi hakimiyyətinin yayılması dövründən başlayır. Məşhur qızılbaş tayfalarından olan qacarlardan Əhməd bəy və Mahmud bəy adlı iki varlı maldar qardaş öz tayfalarıyla birgə qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşmışlar.Əhalisinin böyük qismi Oğuz türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur. Tezliklə kənd əhalisi arasında böyük hörmət və üstünlük qazanan Qacar tayfa başçısı böyük qardaş Əhmədin şərəfinə "Əhmədli" adlandırırlar. Bununla razılaşmayan Mahmud böyük qardaşına qarşı çıxır və öz tayfasını ayıraraq kəndin digər hissəsinə köçürür. Mahmudun tayfasının yaşamağa başladığı ərazi isə, "Mahmudlu" adlanmağa başlayır. Lakin, çox cəkmədən bu iki hissə yenidən birləşir və kənd ağsaqqalları kəndin böyük qardaş Əhmədin adını daşımasına qərar verirlər. Həmin vaxtdan bu günə qədər Əhmədli kəndinin adı dəyişmədən qalmaqdadır. Üçüncü mərhələAzərbaycanda Sovet hakimiyyəti illərinə təsadüf edir. Əhmədli kəndi 1936 – cı ildən şəhər tipli qəsəbə statusunu alır. Sahəsi 108 hektardır. Əhalisi 22,000 nəfərdir Əhmədli məscidi Minarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Kənd sakinlərinin sözlərinə görə, hazırda Bakıda iki yerdə minarəsiz məcid var. Onların biri Əhmədli, digəri isə Keşlə kəndindədir. Məscidin maraqlı tikilmə tarixi olub. Belə ki, məscid tikilərkən Bakının neft milyonçusu Hacı Zeynalabdin Tağıyev faytonla kənddən keçirmiş. Görür ki, camaat məscid tikir. Hacı Zeynalabdin “məktəb tiksəydiniz, daha yaxşı olardı” deyir. Daha sonra “məscid də tikirsinizsə eybi yoxdur” deyərək məscidin tikilməsinə maliyyə köməkliyi edir. Əhmədli qəbiristanlığı Bakı şəhərinin Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıq. 300.000 nəfərdir. Tanınmışları Məmmədkərim Quliyev - elmlər doktoru, professor. Gündüz Əlizadə - karikatura və qrafika ustası. Təfsir Quliyev - dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı,Azərbaycan KP Dəvəçi RK-nın birinci katibi. | https://az.wikipedia.org/w/index.php?curid=97375 |
Əhmədli (bulaq) | Əhmədli bulağı — Laçın rayonunun Əhmədli kəndi yaxınlığında mineral bulaq. Dəniz səviyyəsindən 1635-1655 m. hündürlükdə yerləşir. Əhmədli kəndi yaxınlığında yerləşən 7 bulaqdan biridir. | https://az.wikipedia.org/w/index.php?curid=298174 |
Əhmədli (Şamaxı) | Əhmədli (əvvəlki: Kürdəmic) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Hacılı inzibati ərazi vahidində kənd. Kənd XIX əsrdə salınıb. Toponimikası Kəndin adını Əhməd şəxs adı ilə bağlayırlar. Coğrafiyası və iqlimi Kənd Pirsaat çayının sahilində, Çobançatladan dağının şimal ətəyində yerləşir. Kənd əhalisi 545 nəfərdir ki, onunda 248 nəfəri kişi, 297 nəfəri isə qadınlar təşkil edir. | https://az.wikipedia.org/w/index.php?curid=84694 |
Əhmədli (Şəmkir) | Əhmədli — Azərbaycan Respublikasının Şəmkir rayonunun Çardaqlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Qasımalılar kənd inzibati-ərazi vahidinin Əhmədli kəndi Şeidlər kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Toponimikası Kənd XIX əsrdə Şiştəpə kəndindən ayrılmış əhmədli nəslinə mənsub ailələr tərəfindən salınmışdır. Coğrafiyası və iqlimi Kənd dağ yamacında yerləşir. İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. | https://az.wikipedia.org/w/index.php?curid=119802 |
Əhmədli (Əhmədli, Daşkəsən) | Əhmədli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Kəndin adı şahsevənlərin əhmədli tirəsinin adı ilə bağlıdır. Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Coğrafiyası və iqlimi Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Mədəniyyəti Kənddə Əhmədli kənd kitabxana filialı, Əhmədli kənd Mədəniyyət Evi fəaliyyət göstərir.Kənddə qədim türbə mövcuddur. Kənddə Daşkəsən rayon Əhmədli kənd R. Qurbanov adına ümumi orta məktəb fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Əhmədli kənd tibb məntəqəsi yerləşir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=87997 |
Əhmədli (Əmirvar, Daşkəsən) | Əhmədli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Coğrafiyası və iqlimi Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Mədəniyyəti Kənddə Əmirvar Əhmədli kənd kitabxana filialı, Əhmədli kənd klubu fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəb fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Əhmədli kənd tibb məntəqəsi yerləşir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=686406 |
Əhmədli bələdiyyəsi | Əhmədli bələdiyyəsi (Xətai) — Xətai rayonunda bələdiyyə. Əhmədli bələdiyyəsi (Beyləqan) — Beyləqan rayonunda bələdiyyə. Əhmədli bələdiyyəsi (Daşkəsən) — Daşkəsən rayonunda bələdiyyə. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=115460 |
Əhmədli bələdiyyəsi (Beyləqan) | Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=115461 |
Əhmədli bələdiyyəsi (Daşkəsən) | Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=351044 |
Əhmədli bələdiyyəsi (Xətai) | Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. Binəqədi rayonu Xətai rayonu Xəzər rayonu Qaradağ rayonu Nərimanov rayonu Nəsimi rayonu Nizami rayonu Pirallahı rayonu Sabunçu rayonu Səbail rayonu Suraxanı rayonu Yasamal rayonu "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=114694 |
Əhmədli kəndi (Laçın) | Əhmədli (Molla Əhmədli) — Azərbaycan Respublikasının Laçın rayonu Əhmədli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Ağoğlançayın (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar. Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur. Kənddəki körpü Seyid Əmir körpüsü adlanır İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi. Əhalisinin milli tərkibi kürdlərdən ibarətdir. Tanınmış şəxsləri Hüseyn Kürdoğlu — şair Şirindil Alışanlı — alim, filoloq İlham Alışanlı — əməkdar jurnalist Köçəri İsmayılov — tibb elmləri namizədi Nazim Əhmədli — şair, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri | https://az.wikipedia.org/w/index.php?curid=84741 |
Əhmədli metrostansiyası | Əhmədli metrostansiyası — Bakı metrosunda stansiya. "Bakı Soveti-Əhmədli" yol mənzili sahəsində Sovet hakimiyyəti dövründə istismara verilmiş sonuncu stansiyadır. Stansiyanın memarlığı sadə, yığcamdır. Lakin bu sadəlikdə stansiyanın yerləşdiyi ərazinin tarixi ilə ahəngdarlığı da var. Dördbucaq sütunlar ağ mərmər və qəhvəyi qranit kompozisiyasına bürünüb. Sanki məscid minarələri onun tavanının yükünü üzərinə götürüb. Döşəmə boz qranitdəndir və ağ mərmər zolaqla haşiyələnir. Ağ mərmər zolaq sütunlar boyunca çəkilməklə hər sütunun yanından başlanmaqla mərkəzə doğru davam edir və sütunlararası tən orta hissədə düzbucaq altında kəsişir və bununla da özünəməxsus altıbucaqlılarla bütün stansiya boyunca davam edir. Yol divarlarının üzlüyü qatar səviyyəsindən bir az yuxarı hissədə tamamlanır. Açıq boz rəngli mərmərlə üzlənmiş divarda isə döşəmədəki altıbucaqlı kəsişən zolaqlar kompoziyası Azərbaycan xalçaçılıq məktəbi ənənələrinə uyğun olaraq daha incə şəkildə davam edir. "Həzi Aslanov" stansiyası istismara verilənə qədər sonuncu stansiya idi. Buna görə də stansiyanın qarşısında keçid kamerası qoyulub və bu da ənənəvi bahalı ikiyollu dalan inşa olunmasından yan keçməyə imkan vermişdi. Nəticədə qatarların hər iki yola qəbul olunub yola salınması mümkün olmuşdu. Lakin hər iki yoldan yalnız gur saatlarda istifadə olunurdu. Qalan vaxtlarda yollardan yalnız biri fəaliyyətdə idi. Stansiyaya daxil olan qatarlarda bəstəkar Tofiq Quliyevin "Bakı" mahnısından fraqment səslənir. | https://az.wikipedia.org/w/index.php?curid=85850 |
Əhmədli məscidi | Əhmədli məscidi — Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən məscid. Minarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Kənd sakinlərinin sözlərinə görə, hazırda Bakıda iki yerdə minarəsiz məcid var. Onların biri Əhmədli, digəri isə Keşlə kəndindədir. Məscidin maraqlı tikilmə tarixi olub. Belə ki, məscid tikilərkən Bakının neft milyonçusu Hacı Zeynalabdin Tağıyev faytonla kənddən keçirmiş. Görür ki, camaat məscid tikir. Hacı Zeynalabdin "məktəb tiksəydiniz, daha yaxşı olardı" deyir. Daha sonra "məscid də tikirsinizsə eybi yoxdur" deyərək məscidin tikilməsinə maliyyə köməkliyi edir. | https://az.wikipedia.org/w/index.php?curid=664899 |
Əhmədli qəsəbəsi (Xətai) | Əhmədli qəsəbəsi və ya Kənd Əhmədli — Bakı şəhərinin Xətai rayonunda şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. 1936-cı ildə qəsəbə statusu almışdır. Əhmədli qəsəbəsi (Kənd Əhmədli, Əhmədli kəndi də adlandırılır) qədim Bakıətrafı 32 kənddən biridir. Yerli əhalinin böyük qismi Oğuz türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur.Tarixən kənd 9 məhəllədən ibarət olub:1. İmamqulu 4. Novruzlu 5. Cəfərlilər Qədim Əhmədli kəndinin tarixi 3 mərhələyə ayrılır. Birinci mərhələ11-ci yüzilliyin ortalarında Şirvanşahlar dövlətinin Səlcuq İmperiyasının təsirinə düşdüyü dövrdən başlayır. Səlcuq sultanı Toğrul bəyin (1040-1063) hakimiyyəti zamanı Azərbaycan ərazisində məskunlaşmağa başlayan səlcuq tayfalarından bəziləri məhsuldar torpaqlar axtararaq Abşeron yarımadasına, eləcə də indiki Əhmədli kəndi ərazisinə gəlib çıxırlar.Onlar burada yaşayış məskənləti salmış, mədrəsə, məscid, hamam və bir çox əhəmiyyətli obyektlər inşa etmişlər. Həmin məscid və hamam 20-ci əsrə qədər müxtəlif dağıntılara məruz qalsa da, dəfələrlə təmir və bərpa edilmiş və günümüzdə də fəaliyyətlərini davam etdirirlər. Bu dövrdə kəndin necə adıanması bəlli deyil. İkinci mərhələ16-cı əsrin əvvəllərində Azərbaycanda Səfəvi hakimiyyətinin yayılması dövründən başlayır. Məşhur qızılbaş tayfalarından olan qacarlardan Əhməd bəy və Mahmud bəy adlı iki varlı maldar qardaş öz tayfalarıyla birgə qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşmışlar.Əhalisinin böyük qismi Oğuz türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur. Tezliklə kənd əhalisi arasında böyük hörmət və üstünlük qazanan Qacar tayfa başçısı böyük qardaş Əhmədin şərəfinə "Əhmədli" adlandırırlar. Bununla razılaşmayan Mahmud böyük qardaşına qarşı çıxır və öz tayfasını ayıraraq kəndin digər hissəsinə köçürür. Mahmudun tayfasının yaşamağa başladığı ərazi isə, "Mahmudlu" adlanmağa başlayır. Lakin, çox cəkmədən bu iki hissə yenidən birləşir və kənd ağsaqqalları kəndin böyük qardaş Əhmədin adını daşımasına qərar verirlər. Həmin vaxtdan bu günə qədər Əhmədli kəndinin adı dəyişmədən qalmaqdadır. Üçüncü mərhələAzərbaycanda Sovet hakimiyyəti illərinə təsadüf edir. Əhmədli kəndi 1936 – cı ildən şəhər tipli qəsəbə statusunu alır. Sahəsi 108 hektardır. Əhalisi 22,000 nəfərdir Əhmədli məscidi Minarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Kənd sakinlərinin sözlərinə görə, hazırda Bakıda iki yerdə minarəsiz məcid var. Onların biri Əhmədli, digəri isə Keşlə kəndindədir. Məscidin maraqlı tikilmə tarixi olub. Belə ki, məscid tikilərkən Bakının neft milyonçusu Hacı Zeynalabdin Tağıyev faytonla kənddən keçirmiş. Görür ki, camaat məscid tikir. Hacı Zeynalabdin “məktəb tiksəydiniz, daha yaxşı olardı” deyir. Daha sonra “məscid də tikirsinizsə eybi yoxdur” deyərək məscidin tikilməsinə maliyyə köməkliyi edir. Əhmədli qəbiristanlığı Bakı şəhərinin Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıq. 300.000 nəfərdir. Tanınmışları Məmmədkərim Quliyev - elmlər doktoru, professor. Gündüz Əlizadə - karikatura və qrafika ustası. Təfsir Quliyev - dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı,Azərbaycan KP Dəvəçi RK-nın birinci katibi. | https://az.wikipedia.org/w/index.php?curid=699012 |
Əhmədli çayı | Əhmədliçay — Laçın rayonunda çay. Orta axarında Ağoğlan və ya Minkənd, aşağı axarında isə Zabux adlanır. | https://az.wikipedia.org/w/index.php?curid=771011 |
Əhmədliçay | Əhmədliçay — Laçın rayonunda çay. Orta axarında Ağoğlan və ya Minkənd, aşağı axarında isə Zabux adlanır. | https://az.wikipedia.org/w/index.php?curid=298178 |
Əhmədnahar sultanlığı | Əhmədnaqar sultanlığı — orta əsr Hindistanda feodal dövləti. 1490-cı ildə nizamşah titulu ilə özünü müstəqil hakim elan etmiş Bəhməni sultanlığının Cünnardakı canişini Malik Əhməd tərəfindən yaradılmışdır. Dövlətin adı paytaxt Əhmədnaqar şəhərinin adından götürülmüşdür. XVI əsrin sonu, XVII əsrin əvvələrində Əhmədnaqar sultanlığı Böyük Moğol İmperiyasına qarşı uzun sürən müharibələr aparmışdı. Sultanlıqda din və məzhəb 1537-ci ildə Bürhan Nizamşah şiəliyi qəbul etdi.. Hökmdarları I Əhməd Nizamşah 1490 – 1510 Bürhan Nizamşah 1510 – 1553 I Hüseyn Nizamşah 1553 – 1565 I Mürtəza Nizamşah 1565 – 1588 II Miran Hüseyn Nizamşah 1588 – 1589 İsmayıl Nizamşah 1589 – 1591 II Bürhan Nizamşah 1591 – 1595 İbrahim Nizamşah 1595 – 1596 II Əhməd Nizamşah 1596 Bahadur Nizamşah 1596 – 1600 II Mürtəza Nizamşah 1600 – 1610 III Bürhan Nizamşah 1610 – 1631 III Hüseyn Nizamşah 1631 – 1633 III Mürtəza Nizamşah 1633 – 1636. Həmçinin bax Bəhməni sultanlığı Böyük Moğol İmperiyası | https://az.wikipedia.org/w/index.php?curid=385811 |
Əhmədnaqar | Əhmədnaqar — Qərbi Hindistanda bir şəhər və bu şəhərin mərkəz olduğu bölgə. 1495-ci ildə Bəhmənilərin bölgə valisi Əhməd Nizamşah tərəfindən təsis edildi. Bəhməni sultanliğının 1496-cı ildə sona çatması üzərinə Əhməd Nizamşah istiqlalini elan edib Nizamşahlar dövlətini qurunca buranı da özünə paytaxt etdi. Şəhərə, qurucusu Əhməd Nizamşah və vəziri Əhməd Qucəratiyə nisbətlə Əhmədnagar (Əhməd şəhəri) adı verilmişdir. Şəhər, Əhməd Nizamşah idarəsində ən yüksək rifah səviyəsinə çatdı; onun oğlu Bürhan zamanında da (1510–1553) bir elm və mədəniyyət mərkəzi halına gəldi. Bürhanşah dönəmində Kaşan bölgəsinadən gələn Şah Tahir Hüseyninin çalışamalarıyla bölgədə Şiəlik hər tərəfə yayıldı; Səfəvilərlə yaxşı münasibətlər sürdürüladü və xütbələrdə Səfəvilərə bağlılık ifaadələri işlənildi. I Hüseyn dövründə də (l553–1565) yenə eyni əqidəyə bağlılıq davam edərək bu durum ara sıra görülən kəsintilərə rəğmən Nizamşahların sonuana qədər sürdü. 1 Murtaza (1565–1588) dönəmində dövlətin durumu pozuldu; onun ölümü üzərinə çıxan daxili qarışıqlıqalardan istifadə edən moğol sultanı Əkbər şah 1600-cü ildə bölgəni ələ keçirərək Türk-Hind İmperatorluğuna qatdı. Bununla bərabər ölkə torpaqlarının rəsmən ilhakı, təqribən otuz il sonra gərçəkləşdirilə bildi. Bu dövürdə Dəkkən əyalətinə bağlanan Əhmədnagar, daha sonra da Heydərabadda hökm sürən Nizam (Asəfcahilər) xanədanının idarəsinə keçti. Övrəngzibin ölümündən sonra şəhər Maratalara bağalandı, 1803-cü oldən sonra da ingilislərin idarəsi altına girdi. Hindistanın bağımasızlığını qazanması üzərinə Maharaştra əyalətinə bağlandı. Büyük ölçüdə ədəbi və kültürəl fəaliayətlərə sahnə olan Əhmədnagar bağımasız bir rəsim əkolünə adını vərmiştir. Şəhirdə İslâm sanatları və kültürünün o dəvrə mahsus örnəklərini görmək mümakündür. Bu sanat əsərləri arasında II. Salâbət xanın türbəsi. 1576-cı ildə başlaanarak 1583-cü ildə tamamlanan Fərahbâğ Sarayı və Agradaki Tac Mahal gibi Bâbürlü əsərlərindən ilham alınarak yapılamış birçok bina yər almaktadır. Coğrafiyası 1981-ci ildə Əhmədnagar şəhrinin nüfusu 143.937, ilin nüfuasu isə 2.708.309 idi. 1) J. Talboys Whəələr. India undər thə Muslim Rulə I, Dəlhi 1975, s. 81, 182, 204; 2) Rafi Ahmad. Studiəs in thə History of Mədiəual Dəccan, Dəlhi 1977, s. 1, 19; 3) Krishna Chaitanya. A History of Irıdian Painting, Dəlhi 1979, s. 71, 72; 4) Bayur, Hindistan Tarihi, 1, 401, 428, 436, 446; 5) Ashvani Agravval, Studiəs in Mughat History, Dəlhi 1983. 6) M. Mujəəb. Indian Muslims, Nəw Dəlhi 1985, s. 248; 7) Sâqi Mustad Khan. Masir-i Âlamgiri , Məw Dəlhi 1986, s. 146, 157, 309; 8) "Əhmədnaagar", UDMİ, 1, 167; 9) C. Collin Daviəs. "Nizâmşâh", İA, IX, 328, 329; 10) 2. A. Dəsai, "Ahmadnagar", Əlr., I, 665. | https://az.wikipedia.org/w/index.php?curid=385810 |
Əhmədnaqar sultanlığı | Əhmədnaqar sultanlığı — orta əsr Hindistanda feodal dövləti. 1490-cı ildə nizamşah titulu ilə özünü müstəqil hakim elan etmiş Bəhməni sultanlığının Cünnardakı canişini Malik Əhməd tərəfindən yaradılmışdır. Dövlətin adı paytaxt Əhmədnaqar şəhərinin adından götürülmüşdür. XVI əsrin sonu, XVII əsrin əvvələrində Əhmədnaqar sultanlığı Böyük Moğol İmperiyasına qarşı uzun sürən müharibələr aparmışdı. Sultanlıqda din və məzhəb 1537-ci ildə Bürhan Nizamşah şiəliyi qəbul etdi.. Hökmdarları I Əhməd Nizamşah 1490 – 1510 Bürhan Nizamşah 1510 – 1553 I Hüseyn Nizamşah 1553 – 1565 I Mürtəza Nizamşah 1565 – 1588 II Miran Hüseyn Nizamşah 1588 – 1589 İsmayıl Nizamşah 1589 – 1591 II Bürhan Nizamşah 1591 – 1595 İbrahim Nizamşah 1595 – 1596 II Əhməd Nizamşah 1596 Bahadur Nizamşah 1596 – 1600 II Mürtəza Nizamşah 1600 – 1610 III Bürhan Nizamşah 1610 – 1631 III Hüseyn Nizamşah 1631 – 1633 III Mürtəza Nizamşah 1633 – 1636. Həmçinin bax Bəhməni sultanlığı Böyük Moğol İmperiyası | https://az.wikipedia.org/w/index.php?curid=353890 |
Əhmədoba | Əhmədoba — Azərbaycan Respublikası Xaçmaz rayonunda eyniadlı inzibati ərazi vahidində kənd. Əhmədoba kəndi Samur-Dəvəçi ovalığındadır. Oykonim "Əhmədə məxsus oba" mənasındadır. Oba sonralar daimi yaşayış məntəqəsinə çevrilmışdir. | https://az.wikipedia.org/w/index.php?curid=110270 |
Əhmədoba bələdiyyəsi | Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=356735 |
Əhmədov | Əhmədov — Azərbaycan soyadı. Bu soyadı olan tanınmış şəxslər Abdulla Əhmədov (2002–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amal Əhmədov (1996–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Ayaz Əhmədov (2000–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Bəhruz Əhmədov (1997–2020) — Vətən müharibəsi şəhidi. Börü Əhmədov Cavanşir ƏhmədovCavanşir Əhmədov (əsgər) (2001–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Cavanşir Əhmədov (gizir) (1999–2020) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi. Ehtiram Əhmədov (2001–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Elmar Əhmədov (2000–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elməddin Əhmədov (1996–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Elnur ƏhmədovElnur Əhmədov (əsgər) (2000–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Elnur Əhmədov (musiqiçi) (d. 1977) — musiqiçi.Emil ƏhmədovEmil Əhmədov (d. 1972) — Rusiya alimi. Emil Əhmədov (gizir) (1983–2020) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi.Emin Əhmədov (d. 1988) — yunan-roma güləşçisi. Əli ƏhmədovƏli Əhmədov (çəkməçi) (1934–2016) — çəkməçi. Əməkdar mədəniyyət işçisi. Əli Əhmədov (riyaziyyatçı) (d. 1943) — Azərbaycan alimi. Əli Əhmədov (siyasətçi) (d. 1953) — dövlət xadimi. Əli Əhmədov (kiçik çavuş) (1993–2020) — Vətən müharibəsi şəhidi.Əsgər ƏhmədovƏsgər Əhmədov (baş çavuş) (1990–2020) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsi şəhidi. Əsgər Əhmədov (professor) (d. 1963) — Rusiya alimi. Xəyal ƏhmədovXəyal Əhmədov (kikboksçu) (d. 1983) — Azərbaycan idmançısı. Xəyal Əhmədov (əsgər) (1994–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İbrahim Əhmədov (general) (1927–1997) — Sovet ordusunun azərbaycanlı tank qoşunları general-mayoru İslam Əhmədov (1994–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Maşalla Əhmədov (d. 1959) — Azərbaycan futbolçusu Məcid Əhmədov (d. 1957) — Azərbaycan alimi. Mənsur Əhmədov (2002–2020) — əsgər, II Qarabağ müharibəsi şəhidi. Mərhəmət Əhmədov (1991–2020) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi. Mikayıl Əhmədov (1993–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Mirmöhsüm Əhmədov (2002–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ Müharibəsi şəhidi. Mübariz ƏhmədovMübariz Əhmədov (alim) (d. 1945) — Azərbaycanın alimi, texniki elmləri doktoru, AMEA-nın müxbir üzvü. Mübariz Əhmədov (jurnalist) (d. 1969) — Azərbaycan jurnalisti. Mübariz Əhmədov (milli qəhrəman) (1963–1992) — Azərbaycanın Milli Qəhrəmanı Natiq ƏhmədovNatiq Əhmədov (çavuş) (1997–2020) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi. Natiq Əhmədov (milli qəhrəman) (1969–1991) — Qarabağ müharibəsi şəhidi.Nicat Əhmədov (1998–2020) — Vətən müharibəsi şəhidi. Nihad Əhmədov (2000–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Rəvan Əhmədov (2002–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Sabir Əhmədov (əsgər) (1989–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Səbuhi ƏhmədovSəbuhi Əhmədov (əsgər) (2002–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.Sənan Əhmədov (1998–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Tacir Əhmədov (2001–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Tofiq ƏhmədovTofiq Əhmədov (geofizik) (d. 1947) — geologiya-mineralogiya elmlər doktoru, professor. Tofiq Əhmədov (musiqiçi) (1924–1981) — Azərbaycan musiqiçisi, dirijor, bəstəkar, kino dirijoru. Tofiq Əhmədov (filoloq) (1938–1998) — filologiya elmləri doktoru, professor. Tofiq Əhmədov (idmançı) (d. 1978) — Azərbaycan idmançısı. Tofiq Əhmədov (jurnalist) (1934–2012) — SSRİ Jurnalistlər İttifaqının üzvü. Tofiq Əhmədov (nazir) (1926—?) — Azərbaycan SSR kənd tikintisi naziri.Tural Əhmədov (2001–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Vidadi Əhmədov (1979–2020) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi. Yasən Əhmədov (1974–2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi. Zamiq Əhmədov (1987–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=581591 |
Əhmədov Qədim Şahvəli oğlu | Qədim Əhmədov (30 yanvar 1929, Mirili, İmişli rayonu – 2015) — Azərbaycanın dövlət və siyasi-ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı. Qədim Əhmədov 1929-cu ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. Əmək faliyyətinə 1947-ci ildə İmişli rayon İcrayyə Komitəsində başlamış, 1948–1951-ci illərdə İmişli rayon Partiya Komitəsində təlimatçı, 1951–1953-cü illərdə İmişli RİK-də şöbə müdirü, 1953–1955-ci illərdə İmişli rayon Komsomol Komitəsinin 1-ci katibi, 1955–1956-cı illərdə İmişli rayon Partiya Komitəsinin Qaradonlu MTS üzrə katibi işləmişdir. Bacarıqli iş fəaliyyətinə görə Bakı Ali Partiya Məktəbinə təhkim edilmiş, 1956–1960-cı illərdə Ali Partiya Məktəbində oxumuişdur. İmişli rayon Partiya Komitəsində 1960-cı ildə təlimatçı, 1961–1965-ci ilin yanvar ayına kimi 2-ci katib vəzifəsində işləmişdir. İkinci Ali təhsili Azərvaycan Xalq Təsərrüfatı İnstitutunda almışdır. 1965-ci ildən 1969-cu ilə kimi Qasım-İsmayılov rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. 1969–1981-ci ilə kimi Füzuli rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin dalbadal 4 dəfə (6, 7, 8 və 9-cu çağırış) deputatı seçilmişdır. 1981-ci ildən Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı Nazirliyində Kadrlar üzrə müavin, 2008-ci ilə kimi Kadrlar İdarəsinin rəisi vəzifəsində işləmiş, 2008-ci ildən Fəxri Təqaudə layiq görülmüşdür. İşlədiyi dövrdə bir sıra dövlət mükafatları ilə, o cümlədən, 5 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, fəxri fərmanlar və medallarla təltif edilmişdir. 2015-ci ildə vəfat etmişdir, İmişli rayon qəbrastanlığında dəfn edilmişdir | https://az.wikipedia.org/w/index.php?curid=782860 |
Əhmədov kənan | Kənan Ləzgi oğlu Əhmədov — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Kənan Ləzgi oğlu Əhmədov 1995-ci il, fevralın 15-də Qaraqoyunlu elinin Yuxarı Çaykənd kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətləri İkinci Qarabağ müharibəsi döyüşlərinə qoşulub, Füzuli və Cəbrayıl rayonu istiqamətində döyüşlərdə şücaət nümayiş etdirib. Oktyabrın 25-də Fuzuli və Cəbrayıl arasında gedən ağır döyüşlərindən birində şəhid olub. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) Xarici keçidlər Vətənin qələbə rəmzi-Şəhid Kənan Əhmədov | https://az.wikipedia.org/w/index.php?curid=756138 |
Əhmədova | Əhmədova — Azərbaycan soyadı. Aybəniz Əhmədova (d. 1983) — aktrisaƏzizə Əhmədova (d. 1932) — azərbaycanlı yazıçı, şair, tərcüməçi,dramaturqFirəngiz Əhmədova (1928-2011) — Azərbaycanın görkəmli opera müğənnisi,Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti Firdovsiyyə Əhmədova - Azərbaycan Respublikasının əməkdar müəllimi (2014)[1], Tarix üzrə fəlsəfə doktoru Flora Əhmədova (1934-2012) — Respublikanın Baş Dövlət arbitri, əməkdar hüquqşünasGülər Əhmədova (d. 1965) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, psixologiya elmləri namizədiHüsniyyə Əhmədova (aktrisa) (d. 1971) — Azərbaycan aktrisasıJalə Əhmədova (d. 1981) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının Vitse-PrezidentiMəlahət Əhmədova (d. 1972) — Azərbaycan aktrisası Mətanət Əhmədova (d. 1975) — Aktrisa Mehriban Əhmədova (d. 1963) — Bəstəkar, professor; əməkdar incəsənət xadimiNərgiz Əhmədova (d. 1962) — Biologiya üzrə fəlsəfə doktoru Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi Nuriyyə Əhmədova (1950—2015) — Azərbaycan kinoaktrisasıRaisa Əhmədova (1928-1992) — Çeçen xalq şairəsi Səbinə Əhmədova (d. 1980) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, araşdırmaçı, alim Tamara Əhmədova (1924-2012) — Pedaqoji elmlər namizədi, dosent Vəsilə Əhmədova (1948-2021) — Tarixçi Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=740071 |
Əhmədqərib (Piranşəhr) | Əhmədqərib (fars. احمدغريب) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (10 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=577787 |
Əhmədrəsul (Urmiya) | Əhmədrəsul (fars. احمدرسول) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur. | https://az.wikipedia.org/w/index.php?curid=581316 |
Əhmədu Kuruma | Əhmədu Kuruma (fr. Ahmadou Kourouma; 24 noyabr 1927[…] – 11 dekabr 2003[…]) — İvuar yazıçısı. Əsərlərini fransız dilində qələmə alıb. Əhmədu Kuruma 24 noyabr 1927-ci ildə anadan olmuşdu. Orta təhsilini Malidə, Bamako şəhərində almışdı.Əsgəri xidmətini Hind-Çində, Fransız ordusunda çəkmişdi (1950—1954). Ali təhsilini Lionda maaliyyə institutunda almışdı. 1960-cı ildə Kot-d'İvuar müstəqilliyini qazanandan sonra vətəninə dönmüşdü.Sonra rejimin prezidenti ilə münaqişəyə girmişdi. Ölkəni tərk edərək Əlcəzairdə (1964—1969), Kamerunda (1974—1984), Toqoda (1984—1994) yaşamışdı. Sonra yenidən doğma yurduna dönmüşdü. Əhmədu Kuruma 11 dekabr 2003-cü ildə Fransada, Lion şəhərində vəfat edib. Xarici keçidlər Qısa bioqrafiyası, biblioqrafiya, təklif və rəylər (ing.) The official Allah is Not Obliged website «Ahmadou Kourouma’s Allah is not Obliged», Words without Borders, Christopher Cox «Allah n’est pas obligé D’Ahmadou Kourouma», Article de Cinquième zone n°102, 2 décembre 2000 Encyclopædia Britannica The Suns of Independence Waiting for the Wild Beasts to Vote Birahima’s last battle Ahmadou Kourouma’s Allah is not Obliged Ahmadou Kourouma | https://az.wikipedia.org/w/index.php?curid=437959 |
Əhmədullah Gülməhəmmədov | Əhmədullah Gülməhəmmədov (8 yanvar 1936 – 25 sentyabr 2015, Mahaçqala) — Sovet və rus Qafqazşunas-dilçi mütəxəssisi, filologiya elmləri doktoru (1978), professor, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (1997), Rusiya Federasiyasının əməkdar elm xadimi (1998) və Dağıstan Respublikası, Dağıstan Dövlət Universitetinin dilçilik ümumi və müqayisəli şöbənin müdiri, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Təbiət Elmləri İnstitutunda Rusiya Federasiyası xalqlarının dilləri və ədəbiyyatı üzrə doktorluq dissertasiyalarının müdafiəsi şurasının sədr müavini, "Dağıstanda dilçilik" illik kitabının baş redaktoru. 8 yanvar 1936-cı ildə Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun Muqerqan kəndində anadan olmuşdur. Muqerqan yeddi illik məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951-1954 -cü illərdə Bakı şəhərində Sovet Ticarət Texnikumunda oxuyur․ 1959-cu ildə Dağıstan Dövlət Universiteti tarix-filologiya fakültəsinin Rus-Dağıstan şöbəsini bitirib. 1959-1962-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. 1962-1965-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dilçilik İnstitutunun aspiranturasında oxuyub. 1967-ci ilin fevralında "Ləzgi dilinin Kutkaşen dialektləri" mövzusunda namizədlik dissertasiyasını, 1978 -ci ildə "Ləzgi dilinin frazeologiyasının əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1966-1981-ci illərdə DDU-də rus dili kafedrasının laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru işləmişdir. 1979-1981-ci illərdə xarici tələbələr üçün rus dili kafedrasının müdiri, 1981-ci ildən 1988-ci ilə qədər - ümumi dilçilik və rus dilinin metodologiyası kafedrasının müdiri, 1988-2003-cü illərdə ümumi dilçilik kafedrasının müdiri və 2003-2008-ci illərdə DDU ümumi və müqayisəli dilçilik şöbəsinin müdiri olur. 1997-ci ildən nəşr olunan "Dağıstanda Dilçilik" illik dilçilik jurnalının baş redaktoru idi. 2008-2011-ci illərdə Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Təbiət Elmləri İnstitutunun leksikologiya və leksikoqrafiya şöbəsinə rəhbərlik etmişdir. Oğlu - Gülməhəmməd Gülməhəmmədov filologiya elmləri namizədidir. O, Dağıstan Universitetinin Kizlyar filialının direktorudur. Qızı - Gülzar Gülməhəmmədova İqtisad elmləri namizədi (2005), DDU-nin Maliyyə və kredit kafedrasının dosentidir. Dissertasiya mövzusu: "Çağdaş mərhələdə kiçik biznesin Vergitutma sistemində xüsusi rejimləri" Elmi fəaliyyət Gülməhəmmədovun monoqrafiyaları və frazeoloji lüğətləri dilçilikdə müstəqil bir istiqamət olaraq Dağıstanda frazeologiyanı meydana gətirir, ləzgi dilində ifadələr nəzəriyyəsini inkişaf etdirir. Frazeologiyadakı elmi məktəbi Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən təltif edilmişdir. Leksikoqrafiyada bir yenilik, R. Maqamdarovla birlikdə tərtib etdiyi "Ləzgi dilində qadın" konsepsiyasıdır. Tərtib etdiyi Ləzgi dilinin lüğəti, Dağıstanda ilk izahlı lüğətdir. Bu lüğət dünya leksikoqrafiya praktikasında aktiv bir növ ayrılmaz lüğət yaratmaqda ilk təcrübələrdən biri hesab olunur. Onun əsərləri digər rus-milli lüğətlərin yaradılmasına zəmin yaradır. "Türkiyədə ləzgilər: Dil, Yaşam, Tarix" kitabı yaxın və uzaq xaricdə inkişaf edən digər Dağıstan dillərini təsvir etmək üçün bir model olaraq xidmət edir. Gülməhəmmədov rus dilinin və ümumi dilçiliyin sintaksisinə "frazeoloji birləşmələr" və "frazeoloji birləşmələrin növləri" anlayışlarını təqdim edir, bunlar artıq məlum olan "ifadələr" və "ifadələrin növləri" anlayışlarından fərqlənir. Respublikada dilçilik elminin fəal təşkilatçısı olur. Universitetlərarası elmi-tematik məqalələr toplusu nəşr etdirmişdir. Belarus, Gürcüstan və Azərbaycandan olan alimlərin də qatıldığı müxtəlif növ bir çox elmi konfranslar təşkil edir. Müəllimlər üçün "Xarici dil olaraq rus dilinin tədrisi metodikası və psixologiyası sualları" seminarının proqramı, xarici tələbələr üçün metodik vəsaitlər nəşr etdirmişdir. Türkiyədəki ləzgi diasporası ilə, Bakıdakı və Moskvadakı Ləzgi Mədəniyyət Mərkəzləri ilə sıx əlaqələr saxlamışdır. Əhmədullah Gülməhəmmədov DDU Ümumi Dilçilik Bölməsinin qurucusu və fəaliyyətinin təşkilatçısıdır. Universitetdəki ümumi dilçilik fənləri dövrü üçün demək olar ki, bütün elmi-metodiki, tədris və metodiki məhsullar onun gəlişi ilə bağlıdır. İş proqramları tərtib etmiş, universitetlərin filologiya fakültələrinin tələbələri üçün tədris-metodiki və elmi-metodiki vəsaitlər nəşr etdirmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=722484 |
Əhməduşağı tayfası | Əhməduşağı tayfası — Qaraçorlu elinin Hacısamlı oymağının bir tayfasıdır. XVIII yüzilin ortalarında Xorasan əyalətindən gəlib. Öncə Şadlı elinə bağlı olan bu tayfa Qarabağda məskunlaşandan sonra Həmzə sultan Qaraçorluya bağlandı. Pənahəli xan Sarıcalı-Cavanşir bu tayfanı oğlu İbrahimxəlil xana, o da öz oğlu Xanlar ağaya verdi. Xanlar ağa varissiz vəfat edəndən sonra bu tayfa qardaşı Əhməd xana qaldı. Əhməd xandan isə bu tayfa qızı Bikə bəyimə, ondan isə oğlu Davud ağa Ağalarova çatdı. Əhməduşağı tayfası əvvəlcə Ələkçi kəndində binə bağladıqdan sonra tayfanın bir hissəsi Yuxarı Qarasaqqal kəndində yerləşdi. Bir müddət sonra tayfanın bir hissəsi Şamkənd kəndinə, müəyyən hissəsi yaxın qohumluq əlaqələri olan Qasımuşağı obasının Kürdhacı və Ərikli kəndlərinə köçdülər. Əhməduşağı tayfasından Kərbəlayı İsmayıl, Əmirxan, Teymurxan və Səməd daha çox tanınırdı. Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009. Ənvər Çingizoğlu. Qaraçorlu mahalı. "Soy" dərgisi, 1 (27), Bakı, 2009. səh.97-106. Həmçinin bax Mağavuz nahiyəsi | https://az.wikipedia.org/w/index.php?curid=99356 |
Əhmədxan Bakıxanov | Əhmədağa Məmmədrza oğlu Bakıxanov (5 sentyabr 1892, Bakı – 26 mart 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, Azərbaycan SSR xalq artisti (1973), Azərbaycan SSR əməkdar müəllimi (1943). Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini İranda almış, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs demişdir. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaratmış, ömrünün sonunadək bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Ə. Bakıxanov "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur.26 mart 1973-cü ildə vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilmişdir.Məşhur yayılmış versiyanın əksinə, Abbasqulu ağa Bakıxanovun nəvəsi deyil, bəstəkar Tofiq Bakıxanovun atasıdır. Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 mart 1973 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 dekabr 1964 "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 25 fevral 1946 Filmoqrafiya Əhməd Bakıxanov (film, 2003) | https://az.wikipedia.org/w/index.php?curid=199740 |
Əhmədxan Sultan | Atası etnik lak, anası etnik krım tatarı olan Əhməd Xan 1920-ci ilin 25 oktyabr tarixində Krımda yerləşən Tavrida Quberniyasına bağlı Alupka adlı sahil qəsəbəsində anadan olmuşdur. Əhmədxanın şəxsi səyləri nəticəsində ailəsinin bir çox fərdi Krım tatarlarının deportasiyasından xilas olmağı bacarsa da, qardaşı QULAQ düşərgələrinə göndərilmiş və bir müddətdən sonra burada vəfat etmişdir. İkinci dünya müharibəsinə qırıcı təyyarə pilotu kimi qatılan Əhmədxan qısa zamanda özünü müsbət tərəfdən göstərməyi bacarır. Müharibə dövründə ümumilikdə 150-dən çox hava hücumundan iştirak edərək, fərdi şəkildə 30, qrup şəklində isə 19 alman qırıcı təyyarəsini zərərsizləşdirmişdir. Müharibədən sonrakı illərdə test pilotu olaraq peşəsinə davam etmişdir. Əhmədxan 1971-ci ilin 1 fevral tarixində növbəti test uçuşunu gercəkləşdirdiyi zaman baş verən qəza nəticəsində həlak olmuşdur. Həyatı boyunca 100-dən çox test uçuşu gercəkləşdirmişdir. İkinci dünya müharibəsi dövründə göstərdiyi xidmətlərə görə SSRİ hökuməti tərəfindən bir çox ali mükafat və ordenlərə layiq görülmüşdür. Bunlardan; iki dəfə verilmiş Sovet İttifaqı Qəhrəmanı, üç dəfə verilmiş Lenin ordenini, Aleksandr Nevski ordeni, Vətən Müharibəsi Ordeni, "Qırmızı Ulduz" ordeni və "Şərəf nişanı" ordeni kimi mükafatları göstərmək olar. Əhmədxan Sultan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeddi krım tatarından biridir. 2013-cü ildə çəkilmiş Haytarma adlı filmdə Krım tatarlarının deportasiyası və Əhmədxan Sultanın həyatı ekranlaşdırılmışdır. Mükafatları Sovet İttifaqı Qəhrəmanı - (2 dəfə) Lenin ordeni - (3 dəfə) Qırmızı Bayraq ordeni - (5 dəfə) Aleksandr Nevski ordeni Vətən Müharibəsi Ordeni "Şərəf nişanı" ordeni "Qırmızı Ulduz" ordeni Qırmızı Bayraq ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı Xarici keçidlər Təyyarələrlə Əhmədxan Sultanın fotoşəkilləri | https://az.wikipedia.org/w/index.php?curid=484882 |
Əhmədxan Əbu-Bakar | Musa Maqomedoviç Əhmədov (12 dekabr 1931, Kubaçi[d], Dağıstan MSSR – 23 oktyabr 1991, Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ) — SSRİ, Dağıstan roman yazarı, yazıçısı, şairi, publisisti, ssenaristi, dramaturqu. Milliyətcə dargidir. Dağıstan ASSR xalq yazıçısı (1969). 'Musa Maqomedoviç Əhmədov 12 dekabr 1931-ci ildə Dağıstanın ucqar Kubaçı kəndində anadan olub. Milliyətcə dargi-kubaçidir. Musa Əhmədov ilk təhsilini kəndə almışdır. Sonradan Mahaçqalada oxumuşdur. Əhmədxan Əbu-Bakar 1956-cı ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Onun debütü şair kimi olmuşdur. Əbu-Bakarın ilk nəşrləri 1949-cu ildə "Dostluq" almanaxının Dargin nəşrinin səhifələrində çıxmışdır. İlk əsəri 1954-cü ildə dərc olunan "Zarevo" şeirlər toplusu idi. 1955-ci ildə isə Əhmədxan Əbu-Bakarın "Acı Əfsanə" poeması dərc edilmişdir. Müasir Dağıstan həyatından bəhs edən hekayələr və pyeslərin müəllifi kimi məşhurlaşmışdır. Əbu-Bakarın "Dargin Qızları" (1958) hekayəsi rus, fransız, ingilis, alman, ispan, polyak dillərinə tərcümə edilmişdir. Əhmədxan Əbu-Bakar böyüklərlə yanaşı uşaqlar üçün də əsərlər yazırdı. Onun "Bağlar Vadisindən Həbibula baba" hekayələr kitabı (1966), "Nur-Eddin-Qızıl Əllər" pyesi (1964) gənc və balaca oxuculara həsr olunmuşdur. 60 ildən az bir müddətdə o, öz doğma mədəniyyəti üçün müasirlərindən daha çox şey etmişdir. Nəzmdə, nəsrdə, dramda və publisistikada çalışırdı. Ssenarist və dramaturq Əhmədxan Əbu-Bəkər 12 film, 8 pyes və opera librettosunun da müəllifidir. 1980-ci ildə "Bədii ədbiyyat" nəşriyyatı A.Əbu-Bakarın "Seçilmiş əsərləri"ni iki cilddə nəşr etdi. O, "Buludlar göydən ayrılır", "Adəm və Həva", "Sevgilim üçün boyunbağı", "Çita", "Qar toyu", "Bir abidə var — mahnı", "Kubaçın bilərzikinin sirri", "Çegeri" və "Sənət dünyaya gəldi" kimi bədii və sənədli fillər üçün sünarilər yazmışdır. 1957-ci ildən Əhmədxan Əbu-Bakar SSRİ Yazıçılar İttifaqıının üzvü seçilmişdir. 1978-ci ildən SSRİ Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. 1980-ci ildən isə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmişdir. Qırmızı alma vaxtı (1972) Manana (1989)povestləri Temir-Bulat (1957) Yol kənarındakı abidə (1958) Dargin Qızları (1958) Çheqeri (1963) Bal Qayaları (1964) Serminazım üçün boyunbağı ("Godecan'ın Kolyesi", 1965) Qar adamları (1966) Şəfəqdə etiraf (1969) Daşlı bilərzik (1970) Əlyazma Quranın sirri (1971) Ağ Saiga (1973) Qartal Yuvasında Günəş (1975) Qaladan olan Qız (1975) O gecə ölməyə hazırlaşır … (1976) Rus dili dərsləri … (1981) Zəngdən iki ay əvvəl (1981) Təhlükəli Yol (1983) Ana, günəşi yandır (1983) Xarbuklu Paganini (1986)dramları Yapıncdakı insanlar (1959) Nur -Eddin — Qızıl Əllər" (1964)nağılları "Bağlar Vadisindən Həbibula baba" (kolleksiya, 1966) "Bağlar Vadisi Nağılı, babası Həbibulla və onun gil kuklaları haqqında" (Dargin dilindən tərcümə edən Yuri Koval; 1974)poeziyası Parıltı (kolleksiya, 1954) Acı Əfsanə (şeir, 1955) Turkuaz rəngini sev (kolleksiya, 1982) Mükafatları və təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar Dostluğu" ordeni "Şərəf nişanı" ordeni Dağıstan xalq yazıçısı (1969) Süleyman Stalski adına Respublika mükafatı Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=722812 |
Əhmədxan Əhmədov | Əhmədxan Məzahir oğlu Əhmədov (1 fevral 1999; Quşçu, Daşkəsən, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əhmədxan Əhmədov 1 fevral 1999-cu ildə Daşkəsən rayonu, Quşçu kəndində anadan olub. əslən Kəlbəcər rayonundan idi. Hərbi xidmətləri Əhmədxan Əhmədov 2017-ci ildən 2019-cu ilə qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əhmədxan Əhmədov Xocavənd və Şuşanın azad edilməsində savaşıb. O, Naxçıvan MR-da "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib. Zeynali Dursunov 2020-ci ildə noyabrın 9-da Şuşa rayon istiqamətində gedən döyüş əməliyyatlarında şəhid olub. Göygöldə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhmədxan Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhmədxan Əhmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhmədxan Əhmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əhmədxan Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=766631 |
Əhmədəli mirzə Qovanlı-Qacar | Əhmədəli mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1804–1855?) — Fətəli şah Qacarın oğlu, vali, Qacar şahzadəsi. Abbas mirzəyə qarşı bir plan oluşdurmaq amacı ilə şahzadə Əhmədəli mirzə, Mirzə Musa, Rzaqulu xan, Qoçan elxanı və bütün kürd sərkərdələrinin qatılımı ilə bir şura düzənləndi. Digər önəmsiz xanlar isə bu şuradan çıxacaq ortaq qərara təslim olacaqlarını bildirdilər. Şurada təklif olundu ki, Məşhədin darvazları Azərbaycan ordusuna qarşı qapansın və kəsinliklə açılmasın. Məşhəd əhalisinə də təb¬liğ edilsin ki, Azərbaycan ordusunun mənsubları uzun müddətdir daima savaşlara qatıldıqları üçün vəhşiləşmişlər. Azərbaycan ordusu Məşhədə girsə, İmam Rzanın məzarındaki xəzinəni də talan edib aparacaqdır. Onlar düşünürdülər ki, qış boyunca Abbas mirzənin Məşhədə girişini əngəlləyə bilsələr, Şahzadə ordusunun ehtiyaclarını bu soyuq havalarda təmin edə bilməyəcək və Azərbaycan ordusunun düzəni ehtiyac üzündən dağılacaqdır. Baharda isə Abbas mirzə ordu¬sunu toparlayana qədər ona hücum etmək mümkün olacaqdı. Bu şurada qərara alındı ki, Abbas mirzənin Məşhədə yaxınlaşmasına izin verilsin. Elxanlardan Abbas mirzəyə itaətə hazır ol¬duqları haqda məktublar gəlirdi. Lakin Abbas mirzə öz ehtiyatını əldən vermədən dərin-dərin düşünür və bölgədən gələn, casusları vasitəsi ilə gətirilən xəbərləri yaxşı-yaxşı dəyərləndirirdi. Bu şurada toplanan insanlar Şahzadənin illər boyu sürən savaşlarda birikdirdiyi təcrübəni nəzərə almadıqları üçün yanlış hesab yapırdılar. Bu planlar Abbas mirzə üçün çocuq oyuncağı kimi bir şey idi. Abbas mirzə ona ard-arda gələn bu məktubların arxasındakı təhdid planlarını dərhal sezə bilmişdi. Abbas mirzənin Məşhədin yaxınlığında bir kürd qala¬sını amansızca məğlub etmə xəbəri Məşhədə gəldiyində bu şuradakı ittifaq öz-özünə çözülməyə başladı. Artıq birlikdən deyil, hər ağızdan bir səs çıxmağa başlamışdı. Xanlar başlarına çarə qılmaq üçün öz qalalarına geri döndülər. Çevrələrinin boşalmasını görən Əhmədəli mirzə və onun vəziri Abbas mirzəyə olan sonsuz nifrətlərinə rəğmən ona qarşı gəlməməyi düşündülər. Abbas mirzəni qarşılamaq üçün göstəri hazırlıqlarının başlanmasına əmr verildi. Lakin üzlərin¬də qorxu əlaməti açıqca görünməkdə idi. Azərbaycan ordusuna qarşı düzənlədikləri şura haqqında Abbas mirzə bilgi əldə etdikdən sonra onlarla necə davranacağından əndişələnirdilər. Bu şura haqqında Ab¬bas mirzə ayrıntılı şəkildə bilgi sahibi olmasına baxmayaraq özünü elə aparırdı ki, sanki heç bir şey bilməməkdədir. Bu önəmsiz qardaşı ilə mehribanca davrandı. Kirman valisi Həsənəli mirzə kimi Məşhəd valisi Əhmədəli mirzəni da Tehrana göndərdi". Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=314709 |
Əhmət Nurmambet | Əhməd Nurmambet — Dobrucada anadan olmuş Krım tatarı. O, rumın ordusunda xidmət etmişdir. Əhməd Nurmambet tanınmış xalq musiqiləri ifaçısı Qədriyyə Nurmambetn atası və polkovnik Refiyik Qadirin bacısı oğlu olmuşdur. Əhməd 1893-cü ildə Avstriya-Macarıstanda anadan olmuşdur. Onun dayısı olan polkovnik Refiyik Qadir onu hərbi karyera qurmağa yönəltmiş və 1900-cu ildə Əhməd İaşidəki hərbi məktəbdə təhsil almağa başlamışdır. Bazargicdə o, Kazarnadan olan Pakizə ilə tanış olmuş və onunla 1931-ci ildə evlənmişdir. Bu evlilikdən onların ik övladı olmuşdur: Qədriyyə və Çingiz. Qızı Qədriyyə Nurmambet tanınmış musiqi ifaçıs olmuş və "Dobruca bülbülü" ləqəbi ilə tanınmışdır. Əhməd Nurmambetov 1953-cü ildə vəfat etmişdir. 1909-cu ildə buradakı təhsilini tamamladıqdan sonra leytenant rütbəsində rumın ordusunun süvari birliklərində xidmət etməyə başlamışdır. Birinci Dünya müharibəsi zamanı XII Roşiori alayında xidmət etmiş və ön cəbhədə Oytuz və Maraşeşti döyüşlərində iştirak etmişdir. Müharibədən sonra , 1920-cı illər boyunca rumın ordusunun yenidən təşkil edilmə prosesi boyunca onun alayı IX piyada diviziyasının 40-cı piyada alayına qatılmışdır. Bu zaman diviziya Konstansada yerləşirdi, lakin sonradan Bazargicə transfer edilmişdir . Oituz və Mărăşeşti döyüşlərində cəbhədə vuruşan 12-ci Roşiori alayının 1-ci Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra iyirminci illərdə Rumıniya Ordusunun yenidən təşkili ilə onun alayı əvvəlcə Konstanada yerləşdiyi 9-cu Piyada Diviziyasının 40-cı Piyada alayına qoşuldu, lakin sonradan Bazarjicə (indiki Dobrich, Bolqarıstan) köçürüldü. Bazargicdə Kavarnadan olan Pakize ilə görüşdü. 1931-ci ildə iki uşağı dünyaya gəlmişdir: Kadriye və Cengiz. II Dünya müharibəsinin başlanğıcında, 1940-cı ildə Rumıniya Cənubi Dobrucanı Boqlarıstana verdi. Bundan sonra Əhməd Nurmambet Medgidiyadakı qarnizonun komandanı təyin edildi və ailəsi ilə birlikdə ora getdi.Bundan sonra da öz uğurlu hərbi karyerasını davame tdirən Əhməd bu dövr ərzində müxtəlif medal və ordenlərlə mükafatlandırılmışdır. Həmçinin bax Qədriyyə Nurmambet Refiyik Qadir Krım tatarları | https://az.wikipedia.org/w/index.php?curid=634163 |
Əhrab (Təbriz) | Əhrab — Təbriz şəhərinin mərkəz hissəsinin tarixi və qədim bələdiyyə məhəllələrindən biri. Təbrizin tarixi binalarından olan Şirkət binası bu məhəllədə yerləşir. Məşhur şəxsləri Mahmud Şatiryan (1944-2006) - məşhur tarzən və musiqişünas. 1944-cü ildə Təbriz şəhərinin Əhrab məhəlləsində anadan olmuşdur. Nəsrullah Medqalçı (d. 1944 29 sentyabr) - dublyaj aktyorudur. 1944-ü ildə Təbriz şəhərinin Əhrab məhəlləsində anadan olmuşdur. Hüseyn Xundəl - əsasən Azərbaycan dilində şerlər yazan şairdir. Əhrab məhəlləsində anadan olmuşdur. Həmçinin bax Cənubi Azərbaycan Təbriz şəhəri Axını (Təbrizin Məhəlləsi) Dəvəçi məhəlləsi Qara Ağac (Təbriz) Selab məhəlləsi Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=572372 |
Əhrar | Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası Əhrar Partiyası (Azərbaycan) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunmuş siyasi partiya | https://az.wikipedia.org/w/index.php?curid=111793 |
Əhrar Firqəsi | Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası Əhrar Partiyası (Azərbaycan) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunmuş siyasi partiya | https://az.wikipedia.org/w/index.php?curid=695813 |
Əhrar Partiyası | Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası Əhrar Partiyası (Azərbaycan) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunmuş siyasi partiya | https://az.wikipedia.org/w/index.php?curid=598398 |
Əhrar Partiyası (1918) | Əhrar (Azadlıqsevər) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş siyasi partiya. 1918-ci ilin payızında Bakıda yaradılmışdı. Sədri Aslan bəy Qardaşov idi. Parlament və hökumətdə Əhrarın fəaliyyəti, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan eyni adlı fraksiya çərçivəsində keçirdi. Fraksiyanın üzvləri Aslan bəy Qardaşov, Rəşid bəy Qaplanov, Abdulla bəy Əfəndizadə, Qərib Kərim oğlu, Bayram Niyazi Kiçikxanlı və başqaları idilər.Əhrarın bəyannaməsi Abdulla bəy Əfəndizadə tərəfindən dekabrın 26-da Parlamentin iclasında açıqlandı. Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması alqışlanmaqla yanaşı, Hökumətin fəaliyyəti tənqid edilirdi. Əhrar aqrar islahatlarla bağlı mülkədar torpaqlarının kəndlilər arasında bölüşdürülməsi, fəhlə məsələsində isə 8 saatlıq iş günü, əməyin mühafizəsi tələblərinin tərəfdarı idi. Xarici siyasət sahəsində qonşu respublikalarla dostluq münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə üstünlük verən partiya, Azərbaycan xalqı ilə yanaşı, bütün Qafqaz xalqlarının müstəqilliyinin və onların hüquqlarının müdafiə edilməsinin vacibliyinə xüsusi diqqət yetirirdi. 1919-cu il aprelin 14-də Əhrar fraksiyasından Rəşad bəy Qaplanov maarif və dini etiqad naziri, Aslan bəy Qardaşov isə əkinçilik naziri kimi Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi I Yusifbəyli hökumətinə daxil oldular. Aqrar islahatların keçirilməsinin ləngidilməsinə görə Hökuməti tənqid edən sosialistlərə Əhrar fraksiyası da qoşulmuşdu. Böhran və aprel işğalı II Yusifbəyli hökumətində Rəşad Qaplanov ticarət, sənaye və ərzaq naziri təyin olundu. Aprel işğalı ərəfəsində İttihad, Sosialistlər və Əhrar birləşərək hökumətə etimadsızlıq göstərdilər və bununla da, 11-ci Qırmızı ordunun müdaxiləsi ərəfəsində hakimiyyət böhranını gücləndirdilər. Əhrarın bəyanatında deyilirdi ki, hökumətin əksəriyyəti radikal (yəni, sosialist yönümlü) addımlar atmaq istəmədiyindən, vəziyyəti daha da gərginləşdirirlər. 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov Əhrar nümayəndələrinin koalisyon hökumətdən çıxması barədə bəyanat verdi. Bundan sonra Əhrar və İttihad fraksiyaları Məmmədhəsən Hacınskinin baş nazir vəzifəsinə təyin olunmasına və bolşeviklərlə birgə yeni hökumət formalaşdırılmasına razılıq versələr də, artıq gec idi. Bolşeviklər heç bir koalisiyaya razı olmadılar və hakimiyyətin təhvil verilməsi barədə parlamentə ultimatum göndərdilər. Gərgin mübahisələrlə qarşılanan bu sənədin müzakirəsində Müsavatdan başqa, bütün partiya liderləri ilə birgə Aslan bəy Qardaşov da ultimatumun qəbul edilməsinə və hakimiyyətin bolşeviklərə təhvil verilməsinə səs verdi. XI Qırmızı Ordu aprelin 28-də Bakıya daxil olduqdan sonra parlament və bütün siyasi partiyalar buraxıldı. Bununla Əhrar partiyasının da fəaliyyətinə son qoyuldu. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001 Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), B., 1998 Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat, B., 1999 | https://az.wikipedia.org/w/index.php?curid=69797 |
Əhrar Partiyası (Azərbaycan) | Əhrar (Azadlıqsevər) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş siyasi partiya. 1918-ci ilin payızında Bakıda yaradılmışdı. Sədri Aslan bəy Qardaşov idi. Parlament və hökumətdə Əhrarın fəaliyyəti, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan eyni adlı fraksiya çərçivəsində keçirdi. Fraksiyanın üzvləri Aslan bəy Qardaşov, Rəşid bəy Qaplanov, Abdulla bəy Əfəndizadə, Qərib Kərim oğlu, Bayram Niyazi Kiçikxanlı və başqaları idilər.Əhrarın bəyannaməsi Abdulla bəy Əfəndizadə tərəfindən dekabrın 26-da Parlamentin iclasında açıqlandı. Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması alqışlanmaqla yanaşı, Hökumətin fəaliyyəti tənqid edilirdi. Əhrar aqrar islahatlarla bağlı mülkədar torpaqlarının kəndlilər arasında bölüşdürülməsi, fəhlə məsələsində isə 8 saatlıq iş günü, əməyin mühafizəsi tələblərinin tərəfdarı idi. Xarici siyasət sahəsində qonşu respublikalarla dostluq münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə üstünlük verən partiya, Azərbaycan xalqı ilə yanaşı, bütün Qafqaz xalqlarının müstəqilliyinin və onların hüquqlarının müdafiə edilməsinin vacibliyinə xüsusi diqqət yetirirdi. 1919-cu il aprelin 14-də Əhrar fraksiyasından Rəşad bəy Qaplanov maarif və dini etiqad naziri, Aslan bəy Qardaşov isə əkinçilik naziri kimi Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi I Yusifbəyli hökumətinə daxil oldular. Aqrar islahatların keçirilməsinin ləngidilməsinə görə Hökuməti tənqid edən sosialistlərə Əhrar fraksiyası da qoşulmuşdu. Böhran və aprel işğalı II Yusifbəyli hökumətində Rəşad Qaplanov ticarət, sənaye və ərzaq naziri təyin olundu. Aprel işğalı ərəfəsində İttihad, Sosialistlər və Əhrar birləşərək hökumətə etimadsızlıq göstərdilər və bununla da, 11-ci Qırmızı ordunun müdaxiləsi ərəfəsində hakimiyyət böhranını gücləndirdilər. Əhrarın bəyanatında deyilirdi ki, hökumətin əksəriyyəti radikal (yəni, sosialist yönümlü) addımlar atmaq istəmədiyindən, vəziyyəti daha da gərginləşdirirlər. 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov Əhrar nümayəndələrinin koalisyon hökumətdən çıxması barədə bəyanat verdi. Bundan sonra Əhrar və İttihad fraksiyaları Məmmədhəsən Hacınskinin baş nazir vəzifəsinə təyin olunmasına və bolşeviklərlə birgə yeni hökumət formalaşdırılmasına razılıq versələr də, artıq gec idi. Bolşeviklər heç bir koalisiyaya razı olmadılar və hakimiyyətin təhvil verilməsi barədə parlamentə ultimatum göndərdilər. Gərgin mübahisələrlə qarşılanan bu sənədin müzakirəsində Müsavatdan başqa, bütün partiya liderləri ilə birgə Aslan bəy Qardaşov da ultimatumun qəbul edilməsinə və hakimiyyətin bolşeviklərə təhvil verilməsinə səs verdi. XI Qırmızı Ordu aprelin 28-də Bakıya daxil olduqdan sonra parlament və bütün siyasi partiyalar buraxıldı. Bununla Əhrar partiyasının da fəaliyyətinə son qoyuldu. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001 Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), B., 1998 Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat, B., 1999 | https://az.wikipedia.org/w/index.php?curid=611299 |
Əhrar əş-Şam | Hərəkat Əhrar əş-Şam Əl İslami (ərəb. حركة أحرار الشام الإسلامية ; Şamın Azad İnsanlarının İslami Hərəkatı) — Suriya vətəndaş müharibəsində Bəşşar əl-Əsəda qarşı vuruşan əsas silahlı qruplaşmalardan biri. 2013-cü il iyun ayı məlumatlarına görə qruplaşmanın tərkibində 10 mindən 20 minədək döyüşçü var. | https://az.wikipedia.org/w/index.php?curid=359824 |
Əhrimən | Əhrimən və ya Anqra Manyu — Zərdüştilikdə şər tanrısı, şər və zülmət mənbəyi. Avestada Anhra-Manyu, qədim İran dilində Ahra-Manyu, şər başlanğıcının ifadəçisi və ya rəmzi. "Avesta"da və qədim fars kitabələrində qeyd olunan Anhra Manyu hərfi mənada "pisniyyətli və ya xəbis ruh" deməkdir. Anqra Manyu zərdüştlikdə şər, zülmət və ölüm tanrısı, Hörmüzdün əkiz qardaşı və rəqibidir. Anqra Manyu bütün pis şeyləri yaratmışdır: cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan Qaya Martanı (orta əsr eposunda Kəyumərs) məhv etmişdir. Ona tabe olan tanrıları — divlərin vasitəsilə fəaliyyət göstərirdi. Mitraizmin bəzi cərəyanlarında Anqra Manyu baş allah hesab olunurdu. Orta əsrlərdə Anqra Manyu Ahriman (Ahreman, Əhrimən) adlanırdı. | https://az.wikipedia.org/w/index.php?curid=349483 |
Əhrəm | Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=294173 |
Əhsən Dadaşov | Əhsən Əliabbas oğlu Dadaşov (16 avqust 1924, Bakı – 30 may 1976, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959). Əhsən Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində dünyaya göz açmışdır. Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb. 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib. 1940-cı ildə S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib. Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir. Məlumdur ki, Zərif Qayibovdan sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun sevimli tələbəsi, mərhum Əhsən Dadaşov olmuşdur Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.AzTRV QSC nəznində 1960 cı ildə xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur. Hazırda "Xatirə" xalq çalğı alətləri ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. Əhsən Dadaşov bir çox tarzənlərin sənət müəllimi olmuşdur. Azərbaycan respublikasının əməkdar və xalq artisti, aparıcı Murad Dadaşov və "KOKON" yaradıcılıq birliyinin rəhbəri Fərid Dadaşovun atasının əmisidir. Filmoqrafiya Əhsən Dadaşov (film, 2005) | https://az.wikipedia.org/w/index.php?curid=263163 |
Əhsən ət-Təvarix | "Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. Həsən bəy Rumlunun həyatı Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir. “Əhsənüt-təvarix” əsərinin müəllifi Həsən bəy Rumlunun tərcümeyi-halına dair bildiklərimiz əsas etibarilə özü haqqında “Əhsənüt-təvarix”də verdiyi sistemisiz məlumatlardan ibarətdir. Həsən bəy Rumlu hicri 937-ci ildə (miladi 1530-1531) Qum şəhərində anadan olmuşdur. Babası Əmir sultan Rumlu Qəzvin və Sovucbulaq hakimi olmuş məşhur qızılbaş sərkərdələrindəndir. Bu səbəbdən Həsən bir müddət tiyul şərti feodal mülkiyyəti formasında babasına məxsus olan Qəzvin şəhərində yaşamışdır. Hicri 943 (m. 1536-37-ci ildə) I Şah İsmayılın oğlu olan Səfəvi şahzadəsi Bəhram mirzə Qəzvinə gələrkən Həsən öz anası ilə birlikdə onu qarşılamış, hədiyyələr təqdim etmişdir. Hicri 946 (m. 1539-40-cı) ildə babası Əmir sultan vəfat etdikdən sonra Həsən bəy şahın şəxsi qvardiyası olan qorçular dəstəsinə cəlb edilir. Hicri 948 (m. 1541-42-ci) ildə Şah Təhmasibin Dizful yürüşünə qoşulan Həsən bəy hicri 980 (m. 1572-73-cü) ilə kimi şahın bütün səfərlərində onu müşayiət etdiyini bildirir.Əsərdən məlum olur ki, Həsən bəy Rumlu elm öyrənməklə məşğul olmuşdur. O, məşhur alim Cəmaləddin Mahmud Şirazinin yanında bədii sənətin bir növü olan şəmsiyyəni öyrənməsi barədə məlumat vermişdir. Həsən bəy şah I Təhmasibin ölümünə qədər sarayda yaşayaraq əsəri üzərində işləmiş, II Şah İsmayılın hökmranlığı zamanı (1576 – 1577) baş verən hadisələri kənardan izləmiş, salnamənin davamı üçün məlumat toplamış və II Şah İsmayılın öldürülməsindən bir qədər əvvəl 985 (1577)-ci il hadisələrini də qələmə almışdır. Həsən bəy Rumlu öz çoxcildli əsərinin sonuncu cildini İsmayıl Mirzəyə (II Şah İsmayıla) ithaf etmişdir. Bu haqda onun belə bir qeydi vardır: ―Bu pərişan kəlmələrin müəllifi... Həsən bu cildi də gənc şahzadə İsmayıl Mirzənin adına yazmışdır. Ə. Nəvayi Həsən bəy Rumlunun II Şah İsmayılın tərəfdarı olduğunu bildirir, lakin Həsən bəyin özü bu haqda yazmamışdır. II Şah İsmayıl dövründə onun Səfəvi dövlətinin paytaxtı Qəzvində yaşayıb yaşamaması da müəyyən deyildir.II Şah İsmayılın ölümündən sonra Şah Təhmasibin digər bir oğlu Şah Məhəmməd Xudabəndə (1578-87) hakimiyyətə gəlir. Şah Məhəmməd Xudabəndə hakimlik etdiyi Şiraz şəhərindən paytaxt Qəzvinə doğru yolda olarkən Həsən bəy Qum şəhərində yeni hökmdarın məiyyətinə qoşulmuşdur. Həsən bəy Rumlunun sonrakı taleyi qaranlıqdır. “Əhsənüt-təvarix” Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrünün başlanğıcında – 1578-ci ilin hadisələrində yarımçıq qalır. Həmin zaman müəllifin yaşı 48-dən çox deyildi. Ə.Nəvai dövrün siyasi mənzərəsinin təhlilini apararaq, II Şah İsmayılın qızğın tərəfdarlarından olduğu üçün Həsən bəy Rumlunun Şah Məhəmməd Xudabəndə zamanında arzuolunmaz şəxs kimi həbsə salındığını və hətta öldürüldüyü ehtimal olunur. Əsər haqqında Əsərin cildləri haqqında tarixçilər arasında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar əsərin 12 bəziləri isə 10 cilddən ibarət olması barədə mülahizələr irəli sürmüşlər. Buna səbəb əsərin son iki cildinin günümüzə gəlib çatması və bu cildlərdə ziddiyyətli məlumatların yer almasıdır. Əsərin 12 cildən ibarət olması fikrinin tərəfdarları arasında İ.P. Petruşevski, M. Abidova , M.X. Nemətova, O.Ə. Əfəndiyev, C.M. İbrahimov, S.B. Aşurbəyli, S.M. Onullahi istifadə etmiş olduqları cildlərin XI və XIII cildlər olduğunu göstərmişlər. İranda nəşr olunan ―Rahnomaye ketab‖ məcəlləsində də Əhsənüt-təvarixin Ç.N. Seddon tərəfindən edilən nəşrinin XII cild olması və əsərin XI cildinin 1349-cu ildə (1970) Tehranda çap etdirilməsinə dair məlumat dərc olunmuşdur . Lakin salnamənin cildləri haqqında birinci fikri sübuta yetirən dəlilə istər onun Leninqraddakı əlyazma nüsxəsində, istərsə də Ç.N. Seddon nəşrində təsadüf olunmur, əksinə, Həsən bəy Rumlu I Şah İsmayılın həyat və fəaliyyətinin təsvirinə başlayarkən, qələmə aldığı cildin X cild olduğunu göstərmişdir ki, bu barədə bir qədər sonra danışılacaqdır. Bəs nəyə əsasən tədqiqatçıların əksəriyyəti ―Əhsənüt-təvarixin əldə olan cildlərini XI və XII cildlər olduğunu söyləmişlər. Məlumdur ki, sovet alimlərindən ilk dəfə İ.P. Petruşevski bu salnamənin 12 cild olduğunu bildirmiş, lakin fikrini əsaslandırmamışdır. O, həmçinin bizimdə istifadə etdiyimiz ―Əhsənüt-təvarixin Leninqrad əlyazma nüsxəsinə və əsərin Ç.N. Seddon nəşrinə müraciət etmişdir, lakin onun fikrini təsdiq edə biləcək məlumat həmin nüsxələrin heç birində yoxdur. Ehtimal ki, İ.P. Petruşevskidən sonra Əhsənüt-təvarixə müraciət edən tədqiqatçılar da onun fikrini əsas tutaraq, əsərin 12 cilddə yazıldığını göstərmişlər. Əhsənüt-təvarixin cildləri haqqında irəli sürülmüş üçüncü fikir isə A.A. Romaskeviçə məxsusdur. Belə ki, əsərin B.Dornun kataloquna 287 saylı əlyazma kimi daxil edilmiş Peterburq nüsxəsinə əsaslanan A.A.Romaskeviç “Əhsənüt-təvarix”in 10 cilddən ibarət olduğunu bildirmiş və dövrümüzə gəlib çatan cildlərin IX və X cildlər olduğunu ifadə etmişdir.Bizə gəlib çatan son iki cild XV-XVI əsrlərin tarixini əhatə edir. Əsər salnamə üslubunda yazılmış və xronoloji ardıcıllığa ciddi riayət edilmişdir. Tarixi hadisələr illər üzrə qruplaşdırılmış, hər il baş vermiş əhvalatlar ayrıca fəsillər içində təsvir edilmişdir. Bu fəsillər daxilində ilbəil Azərbaycanda, İraqda, Xorasanda, Mavəraünnəhrdə, İranın müxtəlif vilayətlərində, hətta Hindistanda, Anadoluda, Şamda, Misirdə, Avropada belə baş vermiş mühüm hadisələr müxtəlif sərlövhələr altında əksini tapmışdır. Fəsillərin sonunda, bir qayda olaraq, “Müxtəlif əhvalatlar” başlığı altında həmin ilə aid qısa xəbərlər və “Ölümlər” başlığı altında həmin il dünyasını dəyişmiş görkəmli şəxsiyyətlər, məşhur dövlət, mədəniyyət, elm və sənət xadimləri haqqında məlumat verilmişdir. Əsərin mətnində çox sayda “Quran” ayələrinə və şeirlərə rast gəlirik. Lakin farsdilli ədəbiyyatın tanınmış mütəxəssislərindən olan Ə.Nəvai “Əhsənüt-təvarix”də yer verilmiş şeirlərin bir qisminin bayağı və əhəmiyyətsiz olduğunu vurğulayaraq, bu cür nümunələrə yer verdiyi üçün Həsən bəy Rumlunu tənqid etmişdi.Həsən bəy Rumlu öz əsərini yazarkən Həkiməddin İdris Bitlisinin “Həşt behişt”, Əbdürrəzzaq Səmərqəndinin “Mətləüs-səədeyn və məcməül-bəhreyn”, Mirxondun “Rövzətüs-səfa”, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra”, Əbubəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə”, Xondəmirin “Həbibüs-siyər”, anonim müəllifin “Tarixi-Şah İsmayıl Səfəvi”, Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini”, Qazı Əhməd Qəffarinin “Tarixicahanara” əsərlərindən və s. tarixi məxəzlərdən yararlanmışdır. Həsən bəy Rumlu farsdilli qaynaqlarla yanaşı, Osmanlı türkcəsində yazılmış tarix kitablarına da müraciət etmişdir. Eyni zamanda, əsərdə bir çox tarixi sənədlərin mətni əksini tapmışdır. Müəllifin öz qeydlərinə görə, o, son cildi yazarkən bir sıra hallarda hadisə şahidlərinin şərhlərinə yer vermiş, I Şah Təhmasibin və II Şah İsmayılın dövründə, Məhəmməd Xudabəndənin hakimiyyətə yüksəlişi vaxtında baş vermiş proseslərin təsviri zamanı isə xeyli dərəcədə öz şəxsi müşahidələrinə əsaslanmışdır. Ş.Fərzəliyevin fikrincə, “Həsən bəy Rumlu özündən əvvəlki dövr hadisələrini əks etdirən tarixi əsərlərdən kor-koranə istifadə etməmiş, yeri gəldikcə, onların bəzisinə düzəliş vermiş, hadisələrin yazılışı zamanı dəqiqliyə riayət olunmasını arzulamışdır. Əsərin tədqiq olunma tarixi Əsərin əlyazmaları Tərcümə və nəşrləri 1. B. Dorn tərəfindən ilk dəfə əsərin farsca mətnindən hissələr 1858-ci ildə "Xəzəryanı ölkələrin cənub sahillərinin tarixinə dair müsəlman mənbələri" adlı kitabda nəşr edilib.2. Ç.N. Seddon ilk dəfə əsərin sol cildinin elmi-tənqidi mətninin nəşr etdirib. Ç.N.Seddonun hazırladığı bu mətn və onun ingiliscə müxtəsər tərcüməsi 1930-cu illərdə Hindistanda Baroda Şərqşünaslıq İnstitutu tərəfindən iki cilddə işıq üzü görmüşdür. İlk cild əsərin farsca mətnini, ikinci cild isə ingiliscə qısa tərcüməsini əhatə edir.3. 1968-ci ildə Tehranda farsca mətni əhatə edən ilk cildi yenidən nəşr edilib.4. Ə. Nəvai tərəfindən hər iki cildin daha dolğun elmi-tənqidi mətni kitab halında nəşr edilib. Ə.Nəvainin hazırladığı bu kitab ilk dəfə iki cilddə (1349 / 1970-ci ildə ilk cildi və 1357 / 1978-ci ildə ikinci cildi) nəşr edilmişdir. 1384 / 2005-ci ildə həmin nəşr üç cild halında təkrar yayınlanmışdır. 1389 / 2010-cu ildə isə bu üç cildlik nəşr yenidən işıq üzü görmüşdür.5. A.K. Arends mənbənin Türkmənistan tarixi ilə bağlı hissələrinə Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasında saxlanılan və Dornun kataloqunda 287 nömrəli əlyazma əsasında “Türkmənlərin və Türkmənistanın tarixinə dair materiallar” adlı toplunun 2-ci cildində yer vermişdir.6. Əsərin Gürcüstan tarixi ilə bağlı hissələri B. Dornun nüsxəsi əsasında V.S.Puturidze tərəfindən “Həsən Rumlunun Gürcüstan haqqında məlumatları” adı altında nəşr edilib. 7. Əsər 28.01.2005-ci il tarixli Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun qərarı ilə 2006-cı ilin oktyabrında Mürsel Öztürk tərəfindən türk dilinə tərcümə edilmiş və Türk Tarix Qurumunun (TTK) nəşri olaraq nəşr edilmişdir. Bu nəşr Nəvainin çapı əsasında hazırlanmışdır. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592. Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə: Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə. Bakı: Elm nəşriyyat. 1983. səh. 152. Həsən bəy Rumlu tərcümə Mürsəl Öztürk. Ahsenü't-Tevârîh. Ankara. 2020. ISBN 978-975-17-4595-8. Quinn, Sholeh; Melville, Charles. Yarshater, Ehsan; Melville, Charles (redaktorlar ). Persian Historiography: History of Persian Literature A, Vol X (A History of Persian Literature). I.B.Tauris. 2012. ISBN 978-1845119119. | https://az.wikipedia.org/w/index.php?curid=537491 |
Əhsən ət-təvarix | "Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. Həsən bəy Rumlunun həyatı Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir. “Əhsənüt-təvarix” əsərinin müəllifi Həsən bəy Rumlunun tərcümeyi-halına dair bildiklərimiz əsas etibarilə özü haqqında “Əhsənüt-təvarix”də verdiyi sistemisiz məlumatlardan ibarətdir. Həsən bəy Rumlu hicri 937-ci ildə (miladi 1530-1531) Qum şəhərində anadan olmuşdur. Babası Əmir sultan Rumlu Qəzvin və Sovucbulaq hakimi olmuş məşhur qızılbaş sərkərdələrindəndir. Bu səbəbdən Həsən bir müddət tiyul şərti feodal mülkiyyəti formasında babasına məxsus olan Qəzvin şəhərində yaşamışdır. Hicri 943 (m. 1536-37-ci ildə) I Şah İsmayılın oğlu olan Səfəvi şahzadəsi Bəhram mirzə Qəzvinə gələrkən Həsən öz anası ilə birlikdə onu qarşılamış, hədiyyələr təqdim etmişdir. Hicri 946 (m. 1539-40-cı) ildə babası Əmir sultan vəfat etdikdən sonra Həsən bəy şahın şəxsi qvardiyası olan qorçular dəstəsinə cəlb edilir. Hicri 948 (m. 1541-42-ci) ildə Şah Təhmasibin Dizful yürüşünə qoşulan Həsən bəy hicri 980 (m. 1572-73-cü) ilə kimi şahın bütün səfərlərində onu müşayiət etdiyini bildirir.Əsərdən məlum olur ki, Həsən bəy Rumlu elm öyrənməklə məşğul olmuşdur. O, məşhur alim Cəmaləddin Mahmud Şirazinin yanında bədii sənətin bir növü olan şəmsiyyəni öyrənməsi barədə məlumat vermişdir. Həsən bəy şah I Təhmasibin ölümünə qədər sarayda yaşayaraq əsəri üzərində işləmiş, II Şah İsmayılın hökmranlığı zamanı (1576 – 1577) baş verən hadisələri kənardan izləmiş, salnamənin davamı üçün məlumat toplamış və II Şah İsmayılın öldürülməsindən bir qədər əvvəl 985 (1577)-ci il hadisələrini də qələmə almışdır. Həsən bəy Rumlu öz çoxcildli əsərinin sonuncu cildini İsmayıl Mirzəyə (II Şah İsmayıla) ithaf etmişdir. Bu haqda onun belə bir qeydi vardır: ―Bu pərişan kəlmələrin müəllifi... Həsən bu cildi də gənc şahzadə İsmayıl Mirzənin adına yazmışdır. Ə. Nəvayi Həsən bəy Rumlunun II Şah İsmayılın tərəfdarı olduğunu bildirir, lakin Həsən bəyin özü bu haqda yazmamışdır. II Şah İsmayıl dövründə onun Səfəvi dövlətinin paytaxtı Qəzvində yaşayıb yaşamaması da müəyyən deyildir.II Şah İsmayılın ölümündən sonra Şah Təhmasibin digər bir oğlu Şah Məhəmməd Xudabəndə (1578-87) hakimiyyətə gəlir. Şah Məhəmməd Xudabəndə hakimlik etdiyi Şiraz şəhərindən paytaxt Qəzvinə doğru yolda olarkən Həsən bəy Qum şəhərində yeni hökmdarın məiyyətinə qoşulmuşdur. Həsən bəy Rumlunun sonrakı taleyi qaranlıqdır. “Əhsənüt-təvarix” Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrünün başlanğıcında – 1578-ci ilin hadisələrində yarımçıq qalır. Həmin zaman müəllifin yaşı 48-dən çox deyildi. Ə.Nəvai dövrün siyasi mənzərəsinin təhlilini apararaq, II Şah İsmayılın qızğın tərəfdarlarından olduğu üçün Həsən bəy Rumlunun Şah Məhəmməd Xudabəndə zamanında arzuolunmaz şəxs kimi həbsə salındığını və hətta öldürüldüyü ehtimal olunur. Əsər haqqında Əsərin cildləri haqqında tarixçilər arasında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar əsərin 12 bəziləri isə 10 cilddən ibarət olması barədə mülahizələr irəli sürmüşlər. Buna səbəb əsərin son iki cildinin günümüzə gəlib çatması və bu cildlərdə ziddiyyətli məlumatların yer almasıdır. Əsərin 12 cildən ibarət olması fikrinin tərəfdarları arasında İ.P. Petruşevski, M. Abidova , M.X. Nemətova, O.Ə. Əfəndiyev, C.M. İbrahimov, S.B. Aşurbəyli, S.M. Onullahi istifadə etmiş olduqları cildlərin XI və XIII cildlər olduğunu göstərmişlər. İranda nəşr olunan ―Rahnomaye ketab‖ məcəlləsində də Əhsənüt-təvarixin Ç.N. Seddon tərəfindən edilən nəşrinin XII cild olması və əsərin XI cildinin 1349-cu ildə (1970) Tehranda çap etdirilməsinə dair məlumat dərc olunmuşdur . Lakin salnamənin cildləri haqqında birinci fikri sübuta yetirən dəlilə istər onun Leninqraddakı əlyazma nüsxəsində, istərsə də Ç.N. Seddon nəşrində təsadüf olunmur, əksinə, Həsən bəy Rumlu I Şah İsmayılın həyat və fəaliyyətinin təsvirinə başlayarkən, qələmə aldığı cildin X cild olduğunu göstərmişdir ki, bu barədə bir qədər sonra danışılacaqdır. Bəs nəyə əsasən tədqiqatçıların əksəriyyəti ―Əhsənüt-təvarixin əldə olan cildlərini XI və XII cildlər olduğunu söyləmişlər. Məlumdur ki, sovet alimlərindən ilk dəfə İ.P. Petruşevski bu salnamənin 12 cild olduğunu bildirmiş, lakin fikrini əsaslandırmamışdır. O, həmçinin bizimdə istifadə etdiyimiz ―Əhsənüt-təvarixin Leninqrad əlyazma nüsxəsinə və əsərin Ç.N. Seddon nəşrinə müraciət etmişdir, lakin onun fikrini təsdiq edə biləcək məlumat həmin nüsxələrin heç birində yoxdur. Ehtimal ki, İ.P. Petruşevskidən sonra Əhsənüt-təvarixə müraciət edən tədqiqatçılar da onun fikrini əsas tutaraq, əsərin 12 cilddə yazıldığını göstərmişlər. Əhsənüt-təvarixin cildləri haqqında irəli sürülmüş üçüncü fikir isə A.A. Romaskeviçə məxsusdur. Belə ki, əsərin B.Dornun kataloquna 287 saylı əlyazma kimi daxil edilmiş Peterburq nüsxəsinə əsaslanan A.A.Romaskeviç “Əhsənüt-təvarix”in 10 cilddən ibarət olduğunu bildirmiş və dövrümüzə gəlib çatan cildlərin IX və X cildlər olduğunu ifadə etmişdir.Bizə gəlib çatan son iki cild XV-XVI əsrlərin tarixini əhatə edir. Əsər salnamə üslubunda yazılmış və xronoloji ardıcıllığa ciddi riayət edilmişdir. Tarixi hadisələr illər üzrə qruplaşdırılmış, hər il baş vermiş əhvalatlar ayrıca fəsillər içində təsvir edilmişdir. Bu fəsillər daxilində ilbəil Azərbaycanda, İraqda, Xorasanda, Mavəraünnəhrdə, İranın müxtəlif vilayətlərində, hətta Hindistanda, Anadoluda, Şamda, Misirdə, Avropada belə baş vermiş mühüm hadisələr müxtəlif sərlövhələr altında əksini tapmışdır. Fəsillərin sonunda, bir qayda olaraq, “Müxtəlif əhvalatlar” başlığı altında həmin ilə aid qısa xəbərlər və “Ölümlər” başlığı altında həmin il dünyasını dəyişmiş görkəmli şəxsiyyətlər, məşhur dövlət, mədəniyyət, elm və sənət xadimləri haqqında məlumat verilmişdir. Əsərin mətnində çox sayda “Quran” ayələrinə və şeirlərə rast gəlirik. Lakin farsdilli ədəbiyyatın tanınmış mütəxəssislərindən olan Ə.Nəvai “Əhsənüt-təvarix”də yer verilmiş şeirlərin bir qisminin bayağı və əhəmiyyətsiz olduğunu vurğulayaraq, bu cür nümunələrə yer verdiyi üçün Həsən bəy Rumlunu tənqid etmişdi.Həsən bəy Rumlu öz əsərini yazarkən Həkiməddin İdris Bitlisinin “Həşt behişt”, Əbdürrəzzaq Səmərqəndinin “Mətləüs-səədeyn və məcməül-bəhreyn”, Mirxondun “Rövzətüs-səfa”, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra”, Əbubəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə”, Xondəmirin “Həbibüs-siyər”, anonim müəllifin “Tarixi-Şah İsmayıl Səfəvi”, Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini”, Qazı Əhməd Qəffarinin “Tarixicahanara” əsərlərindən və s. tarixi məxəzlərdən yararlanmışdır. Həsən bəy Rumlu farsdilli qaynaqlarla yanaşı, Osmanlı türkcəsində yazılmış tarix kitablarına da müraciət etmişdir. Eyni zamanda, əsərdə bir çox tarixi sənədlərin mətni əksini tapmışdır. Müəllifin öz qeydlərinə görə, o, son cildi yazarkən bir sıra hallarda hadisə şahidlərinin şərhlərinə yer vermiş, I Şah Təhmasibin və II Şah İsmayılın dövründə, Məhəmməd Xudabəndənin hakimiyyətə yüksəlişi vaxtında baş vermiş proseslərin təsviri zamanı isə xeyli dərəcədə öz şəxsi müşahidələrinə əsaslanmışdır. Ş.Fərzəliyevin fikrincə, “Həsən bəy Rumlu özündən əvvəlki dövr hadisələrini əks etdirən tarixi əsərlərdən kor-koranə istifadə etməmiş, yeri gəldikcə, onların bəzisinə düzəliş vermiş, hadisələrin yazılışı zamanı dəqiqliyə riayət olunmasını arzulamışdır. Əsərin tədqiq olunma tarixi Əsərin əlyazmaları Tərcümə və nəşrləri 1. B. Dorn tərəfindən ilk dəfə əsərin farsca mətnindən hissələr 1858-ci ildə "Xəzəryanı ölkələrin cənub sahillərinin tarixinə dair müsəlman mənbələri" adlı kitabda nəşr edilib.2. Ç.N. Seddon ilk dəfə əsərin sol cildinin elmi-tənqidi mətninin nəşr etdirib. Ç.N.Seddonun hazırladığı bu mətn və onun ingiliscə müxtəsər tərcüməsi 1930-cu illərdə Hindistanda Baroda Şərqşünaslıq İnstitutu tərəfindən iki cilddə işıq üzü görmüşdür. İlk cild əsərin farsca mətnini, ikinci cild isə ingiliscə qısa tərcüməsini əhatə edir.3. 1968-ci ildə Tehranda farsca mətni əhatə edən ilk cildi yenidən nəşr edilib.4. Ə. Nəvai tərəfindən hər iki cildin daha dolğun elmi-tənqidi mətni kitab halında nəşr edilib. Ə.Nəvainin hazırladığı bu kitab ilk dəfə iki cilddə (1349 / 1970-ci ildə ilk cildi və 1357 / 1978-ci ildə ikinci cildi) nəşr edilmişdir. 1384 / 2005-ci ildə həmin nəşr üç cild halında təkrar yayınlanmışdır. 1389 / 2010-cu ildə isə bu üç cildlik nəşr yenidən işıq üzü görmüşdür.5. A.K. Arends mənbənin Türkmənistan tarixi ilə bağlı hissələrinə Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasında saxlanılan və Dornun kataloqunda 287 nömrəli əlyazma əsasında “Türkmənlərin və Türkmənistanın tarixinə dair materiallar” adlı toplunun 2-ci cildində yer vermişdir.6. Əsərin Gürcüstan tarixi ilə bağlı hissələri B. Dornun nüsxəsi əsasında V.S.Puturidze tərəfindən “Həsən Rumlunun Gürcüstan haqqında məlumatları” adı altında nəşr edilib. 7. Əsər 28.01.2005-ci il tarixli Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun qərarı ilə 2006-cı ilin oktyabrında Mürsel Öztürk tərəfindən türk dilinə tərcümə edilmiş və Türk Tarix Qurumunun (TTK) nəşri olaraq nəşr edilmişdir. Bu nəşr Nəvainin çapı əsasında hazırlanmışdır. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592. Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə: Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə. Bakı: Elm nəşriyyat. 1983. səh. 152. Həsən bəy Rumlu tərcümə Mürsəl Öztürk. Ahsenü't-Tevârîh. Ankara. 2020. ISBN 978-975-17-4595-8. Quinn, Sholeh; Melville, Charles. Yarshater, Ehsan; Melville, Charles (redaktorlar ). Persian Historiography: History of Persian Literature A, Vol X (A History of Persian Literature). I.B.Tauris. 2012. ISBN 978-1845119119. | https://az.wikipedia.org/w/index.php?curid=493452 |
Əhval | Əhval — hər hansı bir anda fərdin fiziki və mənəvi vəziyyətinin ümumi psixi göstəricisi; xüsusi hisslərdən və ümumi hisslərdən ibarətdir. Beləliklə, əhval hallarından biri — aclıq hissi — mədədə yerli hisslərdən və bütün bədəndə ümumi qeyri-müəyyən bir hissdən ibarətdir. Əhval fərdin özünü qorumaq instinkti ilə sıx bağlıdır: o, orqanizmə ehtiyaclarını xatırladır və onu təhdid edən təhlükələrə yönəldir. Əhvalın formalaşması Xüsusən də əhval rifahdan asılıdır. Əhval yaratmaq üçün hərəkətlərin və şərtlərin dəqiq tərifi yoxdur. Əhval ətraf mühitin və onun doğurduğu emosiyaların qiymətləndirilməsi yolu ilə inkişaf edir, sonra isə əhvalı formalaşdıran öz şəxsi müqəddəratını təyinetmənin təfsiri inkişaf edir. Əhvalın iki fərqli növü var: koqnitiv və affektiv. Əhvalın subyektiv əsasları Subyektiv nöqteyi-nəzərdən əhval "hər bir insanın həyatı haqqında düşündüyü və hiss etdiyi hər şeyin əhəmiyyətli olması fikrinə əsaslanır". . Əhval subyektivdir, çünki insan başqa insanlara və cəmiyyətə baxaraq özünü hiss edir. Əhval insanın ehtiyaclarının ödənilmə dərəcəsi ilə də müəyyən edilə bilər, baxmayaraq ki, sırf nəzəri cəhətdən fərdin ehtiyacları və istəkləri heç vaxt tam təmin edilə bilməz. | https://az.wikipedia.org/w/index.php?curid=829701 |
Əhvalat | Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir. Həmçinin bax Təbiət elmləri | https://az.wikipedia.org/w/index.php?curid=759349 |
Əhvalatlar | Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir. Həmçinin bax Təbiət elmləri | https://az.wikipedia.org/w/index.php?curid=759376 |
Əhvali-ruhiyyə | Əhvali-ruhiyyə — davamlı psixi proseslər üçün emosional fon formalaşdıran, aşağı intensivliyə malik kifayət qədər uzunmüddətli emosional proses. Əhvali-ruhiyyə adətən affektlərdən, hisslərdən və duyğulardan fərqlənir. Emosional tona görə bərabər (eytimik), aşağı (hipotimik), yüksək ( hipertimik ), narahat və s. ola bilər. Əhval-ruhiyyə aydın şəkildə müəyyən edilə bilən hallar kimi də çıxış edə bilər: sıxıntı, narahatlıq, qorxu, kədər, iztirab və ya ehtiras, eyforiya, sevinc və s.). Terminin mənası və sərhədləri Əhval-ruhiyyə insanın bütövlükdə həyat vəziyyətinə münasibətini ifadə edən emosional proses kimi başa düşülür. Adətən əhval-ruhiyyə sabit və uzunmüddətli, eləcə də aşağı intensivlikdədir. Əks halda, bu, əhval pozğunluğunun əlaməti ola bilər. Mütəxəssislər “əhvali-ruhiyyə” anlayışı ilə “ duyğu ”, “ affekt ”, “ emosiya ” və “ yaşantı ” anlayışlarını fərqləndirirlər: Duyğulardan fərqli olaraq, əhval-ruhiyyənin obyektlə əlaqəsi yoxdur: onlar heç kimə və ya heç bir şeyə münasibətdə deyil, bütövlükdə həyat vəziyyətinə münasibətdə yaranır. Bu baxımdan, əhval-ruhiyyə hisslərdən fərqli olaraq ambivalent ola bilməz . Affektlərdən fərqli olaraq, əhval-ruhiyyə praktiki olaraq heç bir xarici təzahürlərə malik ola bilməz, vaxt baxımından əhəmiyyətli dərəcədə uzun və güc baxımından daha zəifdir . Emosiyalardan fərqli olaraq əhvali-ruhiyyə uzun müddət davam edir və daha az intensivliyə malikdir . Yaşantılar adətən emosional proseslərin yalnız subyektiv psixi tərəfi kimi başa düşülür, fizioloji komponentlər bura daxil deyil. Əhval-ruhiyyəyə təsir edən amillər Yuxu çatışmazlığı Yuxunun çətin anlaşılan fenomen olmasına baxmayaraq, əhval-ruhiyyə ilə də əlaqəsi var. Çox vaxt yuxu çatışmazlığı səbəbindən bir insan çox əsəbi, qəzəbli, stresə meylli və daha az enerjili olur. “Tədqiqatlar göstərib ki, hətta qismən yuxusuzluq belə əhval-ruhiyyəyə nəzərəçarpacaq dərəcədə təsir göstərir. Pensilvaniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, bir həftə ərzində hər gecə 4,5 saat yatan subyektlər daha çox stresli, qəzəbli, kədərli və zehni cəhətdən yorğun özlərini hiss edirlər. Subyektlər normal yuxuya qayıtdıqda, əhvallarının dramatik şəkildə yaxşılaşdığını bildirdilər" . Ümumiyyətlə, axşam yönümlü insanlar səhər yönümlü insanlarla müqayisədə daha aşağı enerji səviyyələri ilə yanaşı, artan gərginliyə malik olurlar . Bununla belə, bəzi hallarda yuxusuzluq, paradoksal olaraq, enerji və canlılığın artmasına, həmçinin əhval-ruhiyyənin yaxşılaşmasına səbəb ola bilər. Bu təsir daha çox "gecə bayquşları" adlanan axşam davranışı olan insanlarda və depressiyadan əziyyət çəkən insanlarda özünü göstərir. Bu səbəbdən yuxusuzluq bəzən əsas depressiv pozğunluğun müalicəsi kimi istifadə olunur. Tərəvəz, meyvə, ət, balıq və bütün dənli qidaların olması ilə səciyyələnən ənənəvi pəhriz nümunələri, emal edilmiş qidalar, şəkər tərkibli qidalar və pivə ilə qidalanmadan fərqli olaraq, qadınlarda depressiv pozğunluq pozğunluqları və ya distimiya (əhval pozğunluğu) və narahatlıq pozğunluqlarının inkişaf etməsi ehtimalının aşağı olması ilə əlaqələndirilir. Tədqiqatlar göstərir ki, təbəssüm kimi üz emosiyalarının könüllü ifadəsi bədəndə təbəssüm zamanı xoşbəxtlik kimi faktiki hiss olunan emosiyaların nəticəsi kimi təsirlər yarada bilər. Pol Ekman və onun həmkarları üzlərdəki emosiyaların ifadəsini tədqiq edərək, xüsusi emosiyalar və bəzi üz əzələlərinin hərəkəti arasında əlaqə yaratdılar. Hər bir baza duyğusu müəyyən bir üz ifadəsi ilə əlaqələndirilir. Üzdəki duyğuların ifadəsindən yaranan həssas rəy emosional hissin yaranmasına kömək edir. Məsələn, özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə gülümsəyin. Üzünüzdə emosiyaların ifadə edilməsi, qəzəb və ya xoşbəxtlik kimi özünüz haqqında hisslərinizə böyük təsir göstərir ki, bu da öz növbəsində əhvalınıza təsir edir. Ekman kəşf etdi ki, bu duyğuların ifadəsi universaldır, onlar ən müxtəlif mədəniyyətlərdə də tanınır. Xüsusiyyətləri Əhval-ruhiyyə insan həyatının ümumi tonusunu müəyyən edir. Bu, subyektin şəxsi tərəflərinə, onun əsas dəyərlərinə təsir edən təsirlərdən asılıdır. Müəyyən bir əhval-ruhiyyənin səbəbi həmişə həyata keçirilmir, lakin həmişə oradadır. Uzun müddət davam edən pis əhval depressiyaya səbəb ola bilər. Əhvalda fizioloji komponentin olması (hər hansı bir emosiyada olduğu kimi) onu bədəndəki sırf fizioloji proseslərin təsirinə məruz qoyur. Belə təsirin ən məşhur nümunələrindən biri premenstrual sindromdur . Əhval-ruhiyyə insanların və hadisələrin qiymətləndirilməsinə, həmçinin fəaliyyətin mümkün nəticələrinin fərz edilməsinə və qiymətləndirilməsinə təsir göstərir. Beləliklə, "pis" əhval-ruhiyyədə olan insan "yaxşı" əhval-ruhiyyədən daha çox riskləri qiymətləndirməyə meyllidir. Vladimir Levinin fikrincə, “asılılıqdan azad olan əhval-ruhiyyə özü yaxşı olur: şən deyilsə, hətta; sevinməsə də, sakit olur” . | https://az.wikipedia.org/w/index.php?curid=822352 |
Əhvaz | Əhvaz (fars. اهواز) — İranda şəhər, Xuzistan ostanının inzibati mərkəzi. İranın cənub bölgələrinə Əl-Əhvaz deyirlər ki, ərəblərin yaşadığı yerdir. İranın neft və qaz istehsalatı bu bölgədən asılıdır və ölkənin gəlirinin çox faizi buradan əldə olunur. | https://az.wikipedia.org/w/index.php?curid=262221 |
Əhvaz Beynəlxalq Hava Limanı | General-leytenant Qasim Süleymani adına Əhvaz Beynəlxalq Hava Limanı (əvvəllər Əhvaz Beynəlxalq Hava Limanı adlandırılmışdı) (IATA: AWZ, ICAO: OIAW) (fa: فرودگاه بینالمللی اهواز) İranın Əhvaz şəhristanında fəaliyyət göstərən bir hava limanıdır. Yerli istiqamətlərə və Dubay, İstanbul və Küveyt kimi regional beynəlxalq istiqamətlərə uçuşlar təklif edir. Hava limanının yerinin dəyişdirilməsi və yenidən adlandırılması 2012-ci ilin dekabr ayında Agence France-Pressenin yaydığı məlumata görə Əhvaz hava limanının altından neft yataqları kəşf edildiyi üçün yerinin köçürüləcəyi bildirildi. 2017-ci ilin iyun ayında Əhvaz Hava limanı əvvəlki istilik rekordunu 127.4°F (53.0°C) qıraraq 129.2°F (54.0°C) səviyyəsinə çatdıqda yeni bir temperatur rekorduna imza atdı.İranlı general-leytenant Qasım Süleymaninin 3 yanvar 2020-ci ildə ABŞ Silahlı Qüvvələrinin Bağdad Beynəlxalq Hava limanına təşkil etdiyi hücum nəticəsində öldürülməsindən qısa müddət sonra Əhvaz şəhristanının səlahiyyətliləri bu Beynəlxalq hava limanının adını Qasim Süleymaninin şərəfinə dəyişdirərək Qasim Süleymani adına Beynəlxalq Hava Limanı qoydular. | https://az.wikipedia.org/w/index.php?curid=677337 |
Əhvaz şəhristanı | Əhvaz şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əhvaz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 1,235,712 nəfər və 259,873 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=289999 |
Əhvədi Marağayi | Əvhədi Marağayi Rüknəddin (1271, Marağa, Şərqi Azərbaycan ostanı – 1338, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan filosofu, şair. Dəqiq təvəllüdü məlum olmayan, Azərbaycanlı məşhur alim və filosof şair Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274-cü ildə keçmişdə Azərbaycan ın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu təxmin edilir. Bəzi mənbələrə görə ilk zamanlar "Safi" təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir. Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, Allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s. Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu "Piri-Təriqət" adlandırmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir. Bəziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz. İkincisi, kecmişdə bir çox şairlər iki, yaxud üç dildə yazmışlar. Ücüncüsü, azəri şairlərinin əsərlərinin fars və ərəb dilində yazması dövrün tələbilə olmuşdur, bə`zən isə əsər sifarişlə yazılmışsa, sifarişçinin(əsasən hökmdarların) istəyi ilə. Coxlarının isə Türkcə divanları oğurlanmış, məhv edilmiş və ola bilsin ki, haradasa gizlədilmişdir. Bəzi bizə məlum olmayan səbəblər ola bilsin ki, gələcəkdə məlum olsun. Əsas məsələ dahilərimizin əsərlərindəki fikirlərdir. Mövlana Əvhədi 1338-ci ildə martın 8-də 65 yaşında doğma şəhəri Marağada dünyasını dəyişmişdir. Dahi şairin məqbərəsi(Cənubi Azərbaycanın Marağa şəhərində) hal-hazırda "Pir Əvhəd-əd-din" adı ilə çox məşhur ziyarətgahdır. Mövlana Əvhədinin baş daşı üzərində yazılmışdır: "Bu qəbir böyük ağa, məşhur alim, görkəmli natiq, insanların ən yaxşısı Hüseyin İsfahaninin oğlu, millətin övladı, rəhmətlik Əvhəd-əd-dinindir. Yeddi yüz otuz səkkizinci (738) ildə şəban ayının 15-də (08.03.1338 miladi) vəfat etmişdir." Orta Əsrlər müsəlman Şərqinin görkəmli Əvhədi Marağayi mütəfəkkiri Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru "Cəmşid piyaləsi") müəllifidir. Mövlana Əvhədinin bizə məlum olan əsərləri: tərcibənd, qəzəl, rübai, qitə və qəsidələrdən ibarət (ən azı 15000 beytlik) divan, Məlikül Hükəma Xacə Nəsir-əd-din Tusinin nəvəsi Xacə Ziyad-əd-din Yusif ibn Xacə Əsilinin(Əsil-əd-din) xahişi ilə yazdığı, 525 beytdən ibarət aşiqanə bir poema "Dəhnamə" ("Məntiqül-üşşaq"), 1333–34-cü ildə 60 yaşında 1 ilə yazdığı şah əsəri "Cami-Cəm" didaktik-fəlsəfi məsnəvisi (9142 misra, Azərbaycan hökmdarı Xacə Qiyasəddin Məhəmməd ibn Rəşidə ithaf olunmuşdur), 10000 beytlik şeir divanı vardır. Cami-cəm əsəri Görkəmli alimlərimiz Qulamhüseyn Beqdeli və Xəlil Həmid oğlu Əvhədinin "Cami-Cəm" əsərini farscadan azəri turkcəsinə tərcümə etmişlər ki, bununla xalqımıza misilsiz xidmət göstərmişlər. Bu tərcümə 1970-ci ildə Azərbaycan Dövlət nəşriyatında 20000 tirajla kiril əlifbası ilə nəşr olunmuşdur."Cami-cam" məsnəvisi həyatın mənası və insanın özünü dərk etməsi, Rəbbimizin eşqinə çatması üçün ən kamil əsərdir və dünyada tayı-bərabəri yoxdur. "Cami-Cam"-in 1970-ci il nəşrinin ön sözündə görkəmli alimimiz M. Sultanov yazır: "Yeri gəldikcə Azərbaycan sözləri və məsəlləri ilə bəzənən bu əsərin şair tərəfindən "Cami-Cəm" adlandırılması təsadüfi deyildir. "Cami-Cəm" əfsanəvi İran padşahı Cəmşidin istənilən hər şeyi özündə əks edən camına işarədir. Şair demək istəmişdir ki, onun bu əsərində Cəmişidin camında olduğu kimi, hər məsələyə cavab tapmaq olar. Əvhədi özü əsərinin "Cami-Cəm" adlanmasını belə izah edir. Əsər üç hissədən, iki fəsildən ibarətdir. Əhvədinin poeması həm qoyulan məsələlərin çoxluğu, həm də onları əks etdirmə metodunun orijinallığı ilə diqqəti cəlb edir. Kitabın əvvəlindən axıra qədər elmə mədhiyyə oxuyur. "Cami-Cəm" hər şeydən əvvəl elmə, biliyə himn kimi səslənir. Əhvədinin poemasını başqa poemalardan fərqləndirən başqa bir cəhət həyat və məişətin ən kiçik məsələlərinə qədər özündə əks etdirməsidir.. Təsadüfi deyildir ki, bu əsər, istər şairin öz vaxtında, istər sonrakı dövrlərdə geniş yayılmış, Şərq xalqları tərəfindən sevilə-sevilə oxunmuş və bir çox klassik şairlərin yaradıcılığına öz tə`sirini göstərmişdir. Mövlana Əvhədi "Cami-Cəm"in "BU KİTABIN MƏZMUNU HAQQINDA" bölməsində öz əsəri haqqında belə deyir: Həmçinin bax Hidayət Rzaquluxan. "Riyazül-Arifin", Tehran, 1305, s.35 Azərbaycan Ədəbiyyatı Tarixi I cild, Bakı,1943, s.127 Dövlətşah Səmərqəndi. "Təzkirət-üş-şüəra". Bombey çapı, 1898 M. F. Körpülüzadə. Türk ədəbiyyatında ilk mütəsəvviflər, İstanbul, 1918, 225 s. | https://az.wikipedia.org/w/index.php?curid=367317 |
Əhzab Surəsi | Əhzab surəsi (ərəb. سورة الأحزاب (oxunuşu: surətul-əhzab) - dəstələr) - Quranın 33-cü surəsi. Mədinədə nazil olmuşdur, 73 ayədir. Surənin adı 20 və 22-ci ayələrdə işlədilən əl-əhzab (dəstələr) sözündən götürülmüşdür. Surənin 56-cı ayəsi salavat ayəsi adlandırılır. Məşhur təthir ayəsi bu surənin 33-cü ayəsidir. Surədə həmçinin cahilliyyət dövründə adət şəklini almış öz oğulluğunun boşamış arvadı ilə evlənməyin yasaq olması hökmünün qüvvədən düşməsini əmr edən ayə də nazil olmuşdur. Belə ki, Peyğəmbər (s) öz oğulluğu Zeydin arvadının boşanmasına imkan daxilində mane olmuşdur, lakin bu gerçəkləşmiş və Zeyd arvadı Zeynəb bint Cəhşi boşadıqdan sonra Allah Peyğəmbərə (s) onunla evlənmək əmrini verir ki, müsəlmanlar bu adətin əyani şəkildə ləğv olunmasına əmin olsunlar. | https://az.wikipedia.org/w/index.php?curid=100674 |
Əhzab surəsi | Əhzab surəsi (ərəb. سورة الأحزاب (oxunuşu: surətul-əhzab) - dəstələr) - Quranın 33-cü surəsi. Mədinədə nazil olmuşdur, 73 ayədir. Surənin adı 20 və 22-ci ayələrdə işlədilən əl-əhzab (dəstələr) sözündən götürülmüşdür. Surənin 56-cı ayəsi salavat ayəsi adlandırılır. Məşhur təthir ayəsi bu surənin 33-cü ayəsidir. Surədə həmçinin cahilliyyət dövründə adət şəklini almış öz oğulluğunun boşamış arvadı ilə evlənməyin yasaq olması hökmünün qüvvədən düşməsini əmr edən ayə də nazil olmuşdur. Belə ki, Peyğəmbər (s) öz oğulluğu Zeydin arvadının boşanmasına imkan daxilində mane olmuşdur, lakin bu gerçəkləşmiş və Zeyd arvadı Zeynəb bint Cəhşi boşadıqdan sonra Allah Peyğəmbərə (s) onunla evlənmək əmrini verir ki, müsəlmanlar bu adətin əyani şəkildə ləğv olunmasına əmin olsunlar. | https://az.wikipedia.org/w/index.php?curid=21990 |
Əhəd Abıyev | Əhəd Mikayıl oğlu Abıyev (15 yanvar 1958, Masallı rayonu) — Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2011–2023), Azərbaycan Respublikasının Milli Məclisi I, II və III çağırış deputatı. Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. Siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Xarici keçidlər İcra hakimiyyətinin başçısı | https://az.wikipedia.org/w/index.php?curid=175979 |
Əhəd Ağayev | Əhəd Bilal oğlu Ağayev (16 yanvar 1986, Motalayataq, Astara rayonu – 1 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ağayev Əhəd Bilal oğlu 16 yanvar 1986-cı ildə Astara rayonunun Motalayataq kəndində anadan olmuşdur. Hərbi Xidməti Azərbaycan Ordusunun əsgəri olan Əhəd Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əhəd Ağayev noyabrın 1-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) Həmçinin bax Vətən Müharibəsi Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı "Vətən Uğrunda" medalı | https://az.wikipedia.org/w/index.php?curid=683458 |
Əhəd Canəhmədov | Əhəd Canəhmədov (23 oktyabr 1946, Xızı rayonu) — mexanik-filosof, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Tribologiya və tribotexnika sahəsində tanınmış alim və mütəxəssis olan Canəhmədov Əhəd Xanəhməd oğlu 23 oktyabr 1946-cı ildə Azərbaycan Respublikası Xızı rayonunun Baxşılı kəndində anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) neft-mexanika fakültəsini bitirib. 1970–1972-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının maşınşünaslıq institutunda məqsədli aspiranturada oxuyub. 1973-cü ildə namizədlik, 1989-cu ildə İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib, 1991-ci ildə isə professor rütbəsinə təsdiq olunub. Tribologiya elmi sahəsində azərbaycanın ilk elmlər doktorudur. 1975–76-cı illərdə Böyük Britaniyada elmi stajkeçmədə olub. 1973–2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ardıcıl olaraq assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Eyni zamanda 1982–1990-cı illərdə xarici tələbələrin işi üzrə dekan müavini işləyib. 2011-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında "Nəqliyyat mexanikası" kafedrasının müdiridir. 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və Baş Elmi katibi seçilib. 2011-ci ildən Akademiyanın Vitse-prezidentidir. 1995-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, 1997-ci ildə akademiki, 1998-ci ildə isə Gürcüstan Milli Akademiyasının akademiki, 2012-ci ildə Ukrayna Mühəndislik Akademiyasının həqiqi üzvü, 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Həmin ildə, Rusiya Mühəndislik Akademiyasının akademiki seçilib və adı "Rusiya Mühəndislik Akademiyası" Ensiklopediyasına salınıb. 2018-ci ildə Qırğızıstan Respublikası Mühəndislik Akademiyasına həqiqi üzv seçilib. 1995-ci ildə Beynəlxalq "Sürtünmə və yeyilmə", 2011-ci ildən "Neftqaz kompleksləri üçün avadanlıqlar və texnologiyalar", 2013-cü ildən "Sürtünmə və yeyilmə problemləri", 2014-cü ildən "American Association for Science and Technoloqy (AACIT)" (ABŞ) elmi jurnallarının redaksiya kollegiyasının üzvü təsdiq olunub. 1998-ci ildə İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən gümüş medalla, 2000-ci ildə isə qızıl medalla təltif olunmuş və "XX əsrin görkəmli elm adamı" fəxri adına layiq görülüb. 2000-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən elmdə xidmətlərinə görə qızıl medalla və "Beynəlxalq səfir" ordeni ilə təltif olunub. 2006-cı ildə mühəndislik elminin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Mühəndislik Akademiyasının qızıl medalına layiq görülüb. 2011-ci ildə "Mühəndislik şöhrəti" ordeninə əlavə medalına, Beynəlxalq Mühəndislik Akademiyasının Böyük qızıl medalına, Ukrayna Mühəndislik Akademiyası Podqornı adına qızıl medalına və Qazaxıstan Respublikası Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" qızıl medalına layiq görülüb. 2012-ci ildə jurnalistlərin təsis etdiyi "Vətənpərvər alim" qızıl medalı ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının "Mühəndislik Rəşadəti" qızıl medalı, 2016-cı ildə "Beynəlxalq Mühəndislik Akademiyasının Fəxri Qızıl Nişanı" fərqlənmə nişanı, Diplomu və "Mühəndislik şöhrəti" ordeni ilə təltif olunub. 2014-cü ildə Ə. X. Canəhmədov Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən Tribologiya sahəsindəki elmi kəşfinə görə Nobel mükafatı laureatı P. L. Kapitsa qızıl medalı və 2016-cı ildə V. İ. Vernadski qızıl medalına layiq görülüb. 2018-ci ildə Rusiya Elmlər Akademiyasının "Elm və incəsənət cəngavəri" fəxri adı və ordeni təltif olunub. 2018-ci ildə Rusiyanın "Əməkdar Mühəndis"i fəxri adına layiq görülüb. 2016-cı ildə Azərbaycan İctimai televiziyası onun həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuş tammetrajlı "Beynəlxalq səfir" sənədli filmi çəkib. Film televiziya ilə nümayiş olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2000-ci ildə keçirilən "Ən yaxşı elmi iş" adlı müsabiqədə "Texniki elmlər üzrə neft və qaz quyularının bərpası üçün avadanlıqlar kompleksinin işlənməsi və tətbiqi üzrə" işinə görə laureat olub. 2007-ci ildə NASA (ABŞ) Qrantına sahib olmuşdur. 2014-cü ildə ixtiraçılıq sahəsində Respublika müsabiqəsinin laureatı adını qazanıb. Ə. X. Canəhmədov 400-ə qədər əsərin, o cümlədən, 60 monoqrafiyanın və kitabın, dərslik və dərs vəsaitinin və 30-dən çox patentin müəllifidir. Onun elmi əsərləri təkcə MDB deyil, eləcə də xarici ölkələrdə məşhurdur. İngiltərə, Almaniya, Çexiya, Sloveniya, Avstriya, Rusiya, Yunanıstan, Yaponiya, Polşa, Finlandiya, İtaliya, Danimarka və b. ölkələrdə tribologiya və tribotexnika problemlərinə həsr olunan Dünya konqreslərində, Beynəlxalq simpoziumlarda və regional konfranslarda və yığıncaqlarda məruzə ilə çıxış etməklə Azərbaycanı ən mötəbər elmi məclislərin tribunalarında ləyaqətlə təmsil edib. Ölkəmizin tarixində ilk olaraq "Metalpolimer sürtünmə cütlərinin üst qatlarında kontakt – impuls qarşılıqlı təsiri nəticəsində yeyilmə – friksion xarakteristikalarının dəyişmə qanunauyğunluqları" adlı elmi kəşfin müəllifidir (Diplom № 462, 2013-cü il). 2014-cü ildə "Metalpolimer cütlərin işçi qatlarında elektrotermomexaniki sürtünmə prosesinin qanunauyğunluğunun reallaşdırılması" (Diplom № 476, 2014-cü il) və "Metalpolimer sürtünmə cütlərində yeyilən hissəciklərin kütləköçürmə təzahürü") adlı elmi kəşfləri (Diplom № 482, 2014-cü il) edib. Ə. X. Canəhmədov "Fiziki-stoxastik tribomodelləşdirmə" (1988), "Neftqaz avadanlıqlarında tribotexniki problemlər" (1998), "Neftqaz avadanlıqlarında elasto-merlərin mexanikası" (2002), "Neft tribologiyası" (2003), "Tribologiyada sinergetika və fraktallar" (2014), "Dağılma mexanikasına fraktal yanaşma" (2015), "Ekologiyada sinergetika və fraktallar" (2017, Almaniya) və eləcə də, traktatlar "Həqiqətin fəlsəfəsi" (2016) və "Mühəndislik Fəlsəfəsi" (2017) elmi əsərlərin müəllifidir. Məşhur Amerika nəşriyyatı "Springer" onun fundamental monoqrafiyasını "Synergetics and Fractals in Tribology" (2016) ingilis dilinə tərcümə edərək nəşr edib və bu əsərlər alim və mütəxəssislərin böyük rəğbətini qazanaraq beynəlxalq nüfuzunu artırıb. Hal – hazırda onun yeni monoqrafiyası "Fractal Approach to Tribology of Elastomers" (2018) "Springer" nəşriyyatı tərəfindən nəşrə hazırlanır. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə 1997-ci ildə "Tribotexnika" ixtisası üzrə Ali məktəbə qəbul həyata keçirib və bu proses indi də davam edir. Ə. X. Canəhmədov azərbaycan dilində ilk dəfə yazılan "Tribologiyanın əsasları", "Qazıma maşın və avadanlıqları", "Tətbiqi mexanika" və "Aviasiya materialşünaslığı" dərsliklərinin müəllifidir. Həmçinin, azərbaycan dilində ilk dəfə yazılmış bir neçə dərslik və dərs vəsaitləri həmin ixtisaslar üzrə milli kadrların hazırlanması üçün əvəzsiz töhfədir. Elmi fəaliyyətinin əsas istiqamətini maşın və avadanlıqlarda tribotexniki problemlər və onların sahə üzrə təcrübi tətbiqi təşkil edir. "Yeyilmənin termomexaniki nəzəriyyəsi"nin (1988) və "Sürtünmənin elektrotermomexaniki nəzəriyyəsi"nin (2012) müəllifidir. Bu nəzəriyyələr friksion cütlərin termomexaniki yüklənməsi zamanı dağılma (yeyilmə) mexanizminin fiziki mahiyyətini araşdırmaq, istilik proseslərinin kinetikasına soyutma şəraitinin təsirini dəyərləndirmək, səth qatlarında aşağı sıxlıqlı dislokasiyaların və səth altı qatlarda çat əmələgəlmə intensivliyini proqnozlaşdırmaq, friksion materialların rasional seçilməsinə və kontakt səthində istilik dağılmasının idarə olunmasına imkan verir. Onun rəhbərliyi altında respublikamızda və xarici ölkələrdə 20-yə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib. 1989–1990-cı illərdə SSRİ Ali Təhsil Şurasının üzvü, 1992–1993-cü illərdə isə Azərbaycan Dövlət Ali Ekspert Şurasının üzvü olub. 1994–2006-cı illərdə dissertasiya şurasının həmsədri, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodiki "Maşınqayırma və metallurgiya" şurasının bölmə sədri, 2006–2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın texniki elmlər üzrə ekspert şurasının sədri olub. 2013-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının üzvü seçilib. 2009-cu ildən yeni təsis olunmuş "Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri" Beynəlxalq elmi-texniki jurnalının Baş redaktorunun müavinidir. 2013-cü ildən Londonda nəşr olunan SAEQ elmi-texniki jurnalının Baş redaktordur. Alim mühəndisliyin inkişafındakı müstəsna xidmətlərinə, yeni texnologiyaların və materialların işlənib hazırlanmasında və tətbiqində yüksək nəticələrinə, beynəlxalq və Azərbaycan mühəndislik akademiyalarının fəaliyyətində fəal iştirakına, mühəndislik elminin, eləcə də dövlətlərarası elmi-texniki əlaqələrin inkişafındakı xidmətlərinə görə akademik Boris Qusev adına Beynəlxalq mükafata layiq görülüb və "Şöhrət Ulduzu" ordeni ilə təltif edilib.Evlidir, 2 oğlu, 4 nəvəsi var. 3. Canəhmədov Ə. X. "Qazıma maşın və avadanlıqları". – Bakı, Çaşıoqlı, 1999. – 290 s. 4. Canəhmədov Ə. X., R. Ə. Qurbanov, Ə. M. Əliyev. "Tribologiyanın əsasları" (dərslik) – 276 s. 10. Canəhmədov Ə. X., Əliyev M. İ. "Sürtgü materiallarının tribologiyası və ekologiya". – Bakı, Elm, 2008. – 352 s. 14. Canəhmədov Ə. X., Səmədov Ə. S., Cavadov M. Y. və b. Maşın detalları və konstruksiyaetmənin əsasları. — Bakl, "APOSTROFF", 2013. – 480 s. 20. Canəhmədov Ə. X., Vəliyev N. A., Əliyev Ə. M. Neft avadanlıqların dinamikası və möhkəmliyi. – Bakı: "APOSTROFF" 2016. – 424 s. 22. Janahmadov A. Kh., Javadov M. Ya. Synergetics and Fractals in Tribology. Swissland: "Springer", 2016. – 400 p. 25. Canəhmədov Ə. X. Həqiqətin fəlsəfəsi (Zaman, Məkan, Kainat və Yaranış haqqında elmi-fəlsəfi TRAKTAT) – Bakı: "APOSTROFF", 2016. – 232 s. 27. Janahmadov A. Kh., Javadov M. Ya. Fractal Approach to Tribology of Elastomers. Swissland: "Springer", 2018. – 401 p. Xarici keçidlər Şəxsi saytı Arxivləşdirilib 2017-08-22 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=398313 |
Əhəd Hüseyni | Əhəd Hüseyni (d. 14 avqust, 1944, Təbriz, İran) — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam.İtaliya və Fransada heykəltaraşlıq dərsi almışdır. Əhəd Hüseyni 1944-cü ildə Qərbi Azərbaycan ostanının Təbriz şəhərində anadan olmuşdur. Yaradıcılığı 2 illik hərbi xidmətini Xəzər sahillərindəki ucqar kənddə əsgər-müəllim olaraq etmişdir. Buradakı sakit və məşğuliyyətsiz zamanı çox olduğu üçün heykəltaraşlıqla məşğul olmağa başlamışdır. Onun ilk əsərləri Albert Eynşteynin, Bertrand Rasselin, Bethovenin və doktor Albert Şveytserin heykəlləri olmuşdur. Hərbi xidmətini tamamladıqdan sonra qısa müddət Pərviz Tanavolinin Tehrandakı atelyesində çalışmışdır. 1972-ci ildə İtaliyadakı İncəsənət Akademiyasında (Accademia di Belle Arti) təhsil almışdır. Təbrizə geri döndükdən sonra mütəmadi şəkildə heykəltaraşlıqla məşğul olan Əhəd Hüseyni bu dövrdə 12 heykəldən ibarət olan və "Səfalət zəncirləri" adlanan əsərini yaratmışdır. O, bu əsərini Azərbaycan muzeyinə hədiyyə etmişdir. O, bu əsərinə daxil olan heykəlləri tuncdan və üzlərində insanın ağrı-acılarını göstərən şəkildə yaratmışdır. Əhəd Hüseyni 1980–1982-ci illərdə Təbrizdə heykəltaraşlıqdan dərs demiş və bu müddət ərzində "İncəsənət nədir?" adlanan kitabını yazmışdır. Türkiyə dövrü Bundan sonra Türkiyəyə köçmüşdür. Türkiyədə yaşadığı dövrdə İstanbul Universiteti üçün bəzi heykəllər yaratmışdır. Onun İstanbul Universiteti üçün yaratdığı "Düşünən adam" heykəli İstanbul Universitetinin Siyasi Elmlər fakültəsində saxlanılır. Fransa dövrü 1984-cü ildən 1990-cı ilə qədər Əhəd Hüseyni Fransanın Paris şəhərindəki Dekorativ İncəsənət Məktəbində (École nationale supérieure des arts décoratifs) həm işləmiş, həm də təhsil almışdır. Yaradıcılıqla burada da məşğul olan Əhəd Hüseyni, 1993-cü ildə Fransa TV üçün 60 xüsusi masqa düzəltmişdir. Mona Liza heykəlini 1995-ci ildə Parisdə olarkən düzəltmişdir. İrana geri dönüşü 1990-cı ildə İrana geri dönmüşdür. Hal-hazırda Təbriz 9-cu Məntəqə Bələdiyyə İdarəsinin təşəbbüsü ilə Təbrizdə divar üzərində Azərbaycanın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın "Heydər babaya salam" poemasının personajlarına uyğun heykəllər hazırlayır. İncəsənət festivallarında Əhəd Hüseyninin əsərləri bir çox fransız incəsənət sərgilərində nümayiş edilmişdir: Unesko (1986) Morangis (1987) Ris Orangis (1988) Doaine ä Arcueil (1994) Cachan teatrı (1995) Honqrios Universiteti və Bernanos Qalareyası (1996) Məşhur əsərləri Dünyadakı iztirab: Cəhalət, Müharibə, Səfalət zəncirləri, Səfil, Aclıq, Siyasi məhbus, Kristal top, Əhali artımı, İrqçilik, Ölümün 5 monsteri, Təşviş və ömrün payızı Böyük həyat və onun problemləri toplusu (Azərbaycan muzeyi) Mona Liza heykəli (Paris Dekorativ İncəsənət Məktəbi) Xəqani heykəli Qonqa heykəli Azərbaycan muzeyindən Təbrizin qonqasına qədər İncəsənət nədir? Əhəd Hüseyninin məşhur əsərlərinin şəkilləri: Xarici keçidlər Əhəd Hüseyninin əsərləri Arxivləşdirilib 2019-07-12 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=261638 |
Əhəd Kərimov | Əhəd Əli oğlu Kərimov (1940, Umudlu, DQMV – 2006 və ya 2007) — Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Şuşa Rayon, Laçın Rayon (1980-1983), Ucar Rayon və Bərdə Rayon komitələrinin birinci katibi. Əhəd Kərimov 1940-cı ildə Umudlu kəndində anadan olmuşdur. Siyasi fəaliyyəti Əhəd Kərimov sırası ilə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon, Laçın Rayon (1980-1983), Ucar Rayon və Bərdə Rayon komitələrinin birinci katibi olmuşdur. Əhəd Kərimov 1980-ci ildə 312 nömrəli Laçın seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı seçilmiş, parlamentdə Xalq maarifi və elm komissiyasının üzvü olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=514998 |
Əhəd Muxtar | Əhədulla Muxtar oğlu Qənbərov (1937, Kakalos, Astara rayonu – 1998) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Erkən yaşdan ədəbi yaradıcılığa, poeziyaya meyillənib. Əsərləri dövri mətbuatda 1950-ci illərin sonlarından işıq üzü görməyə başlayıb. “Şəfəq seli” (1969), “And iç” (1977), “Salam, insanlar!” (1979), “Qönçələr açılır” (1983), “Doğmalıq” (1985), “Dünya yaman dünyadır” (1989) adlı şeir kitabları çap olunub. “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri (1967-1979), məsul katib (1979-1998) vəzifələrində çalışıb. Boleslav Prusun “Firon”, Georgi Markovun “Sibir” (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin “Əclafların qanunu” romanı kimi məşhur əsərləri Azərbaycan dilinə tərcümə edib. Əhəd Muxtar 1937-ci ildə Astara rayonunun Kokolos kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk kitabı "Şəfəq seli" 1969-cu ildə çap olunub. Sonralar "And iç", "Salam insanlar!", "Qönçələr açılır", "Doğmalıq", "Dünya yaman dünyadı" və başqa şeir kitablarının müəllifidir. Azərbaycan dili ilə yanaşı talış dilində şeirlər yazıb. 1997-ci ildə talış dilində yazılmış şeirlərdən ibarət "Çımı Dıli Ğısmətiş" adlı kitabı nəşr olunub. Əhəd Muxtar Boleslav Prusun "Firon" romanını, Georgi Markovun "Sibir" romanını (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin "Əclafların qanunu" romanını ruscadan Azərbaycan dilinə çevirib. Dəfələrlə Orta Asiyada olub. Türkmən yazıçısı Təşli Qurbanovun “Sarı gül” povestini Azərbaycan dilinə çevirib. Özbək, qırğız, qazax, türkmən şairlərinin çox sayda şeir və poemalarını Azərbaycan oxucularına çatdırıb. Onun özbək şairlərindən çevirdiyi şeir və poemaların həcmi 11 min misradan artıqdır. Həmin tərcümələrin bir hissəsi ayrıca kitab şəklində çap olunub: Normurad Nərzullayev, “Məhəbbətdən doğulmuşam” (Gənclik, Bakı, 1979); Həmid Alimcan, “Sən doğulan gün” (Yazıçı, 1989). Özbək ədəbiyyatının görkəmli simalarından olan Mir Temir, Şöhrət, Abdulla Aripov, Zülfiyyə, Qafur Qulam, Uyğun, Şükrulladan da xeyli tərcümələr edib. Türk xalqlarından tərcümələri arasında tatar şairlərindən çevirmələr də var Özbəkistanın tanınan şairlərindən olan Camal Kamalı da Azərbaycan dilinə ən çox Əhəd Muxtar tərcümə edib. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə C.Kamalın 1989-cu ildə Bakıda nəşr olunan “Günəş çeşməsi” adlı kitabına önsözdə yazır: Əhəd Muxatrın 70 illiyi ilə bağlı çapdan çıxan xüsusi nəşrdə (“Oğuz eli” qəzetinin “Yazıçı” buraxılışı) C.Kamalın da qələm dostu haqqda bir xatirəsi yer alıb: Yazıçı-publisist Hacı Ağəddin Mansurzadə öz xatirələrindən ibarət “Özbəkistanda nəyim qaldı” kitabında təxminən 30 il qabaq Ə.Muxtardan aldığı bir müsahibəyə də yer verib: Əhəd Muxtarın öz şeirləri də özbək dilinə çevrilib, Özbəkistanın “Ulduz”, “Gülüstan”, “Sovet Özbəkistanı”, “Buxara həqiqəti” kimi jurnal və qəzetlərində dərc edilib. Onun şeirlərini özbək dilinə Normurad Nərzullayev, Safo Oçil və İxtiyar Rza çevirib. Əslən azərbaycanlı olan və özbəklərin böyük dəyər verdikləri şair İxtiyar Rza ilə Əhəd Muxtarı sıx dostluq telləri bağlayıb. İxtiyar Rzanın da iki xalq və onların ədəbiyyatları arasında əlaqələrin qurulmasında, Azərbaycan şair və yazıçılarının Özbəkistanda təbliğində böyük xidməti var. Həmçinin bax Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=361471 |
Əhəd Nəbiyev | Nəbiyev Əhəd Əli oğlu (1948, Səfərəliyev) — biologiya elmləri doktoru (1993), professor. 1948–ci ildə Samux rayonunda anadan olub. 1966-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasına daxil olmuş və 1972-ci ildə həmin ixtisas üzrə institutu əla qiymətlərlə bitirmişdir. 1978-ci ildə Azərbaycan Texnologiyası İnstitutunda laboratoriya müdiri kimi işə başlamışdır. 1983-cü ildə namizədlik, 1993-cü ildə doktorluq disertasiyalarını müdafiə etmişdir. Onun tədqiqat işlərinin hamısı bilavasitə şərabçılıqla bağlıdır və onların əsas məqamları aşağıdakılardır; İntroduksiya olunmuş texniki üzüm sortlarından müxtəlif növ şərab hazırlanması texnologiyasının istiqamətinin müəyyənləşdirilməsi; Konyak spirtinin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə ilk dəfə olaraq yeni texnologiya əsasında konyak-şərab materialı istehsalı texnologiyası; Süfrə üzüm sortlarının məhsulunun uzun müddət keyfiyyətli saxlanmasının biokimyəvi əsasları.Müəyyən olunmuşdur ki, fenol maddələri ilə zəngin olan üzüm sortları saxlanma üçün daha yararlıdır. Üzümün saxlanmasında fenol maddələrinin antioksidant və antimikrob xassələri tədqiq edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=328239 |
Əhəd Rəhmanzadə | Əhəd Əliəhməddin oğlu Rəhmanzadə — iqtisad elmləri doktoru, professor. Rəhmanzadə Əhəd 1939-cu ildə Tehranda doğulmuşdur. Bonn Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Rəhmanzadənin ailəsi 30-cu illərdə sovet vətəndaşlığı olmadıqlarına görə Bakıdan İrana deportasiya olunmuşdur. Əhəd burada doğulub təhsil almışdır. 1959-cu ildə Köln şəhərinə gələrək bir il hazırlıq kursunda oxuduqdan sonra ali məktəbə qəbul olunmuşdur. Universiteti fərqlənmə ilə bitirdikdən sonra ona Bonn və Kassel universitetlərinin iqtisad fakültələrində dərs demək təklif olunmuşdur. 1974–1979-cu illərdə Ə.Rəhmanzadə eyni zamanda Almaniya federativ respublikasının iqtisadi inkişaf nazirliyində başekspert olur. O, çoxsaylı elmi əsərlərin, habelə "İnkişaf edən ölkələrin iqtisadiyyatı", "Dünyaərzaq balansı", "Üçüncü dünya ölkələri iqtisadi razılaşmaaxtarışları", "Üçüncü dünya ölkələrinin sosial-iqtisadi inteqrasiyası", "Üçüncü dünya ölkələrinin siyasi razılaşma axtarışları" kimi 10-dan artıq monoqrafiyanın müəllifidir. Əhəd Əliəhməddin oğlu Rəhmanzadənin qardaşlarından biri, Rəhim Əliəhməddin oğlu görkəmli alman alimi, həkim-cərrah, tibb elmləri doktoru, professor, Ümumalman Cərrahlar Cəmiyyətinin prezidenti olmaqla, Berlində yaşayır. İkinci qardaşı Səməd Londonda jurnalistdir. Bi-Bi-Si direktorlar şurasının üzvüdür, üçüncü qardaşı Cümşüd Dallasda yaşayır, mühəndisdir, böyük sənaye korporasiyasının rəhbəridir. "İnkişaf edən ölkələrin iqtisadiyyatı", "Dünyaərzaq balansı", "Üçüncü dünya ölkələri iqtisadi razılaşmaaxtarışları", "Üçüncü dünya ölkələrinin sosial-iqtisadi inteqrasiyası", "Üçüncü dünya ölkələrinin siyasi razılaşma axtarışları" | https://az.wikipedia.org/w/index.php?curid=329075 |
Əhəd Yaqubov | Əhəd Ələkbər oğlu Yaqubov (1908, Bakı – 1979) — geologiya-mineralogiya elmləri doktoru (1941), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1947), akademik, ictimai xadim, pedaqoq. Əhəd Yaqubov Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Dağ-mədən fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1941-ci ildə "Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Əmək fəaliyyəti Əhəd Yaqubov əmək fəaliyyətinə 1934-cü ildə SSRİ EA Azərbaycan filialında başlamışdır. O, palçıq vulkanlarının inkişaf etdiyi sahələrin stratiqrafiyası, tektonikası, neft-qazlılığı, qazların, neftlərin, lay sularının geokimyəvi xarakteristikası sahəsində tədqiqatlar aparmışdır. 1937–1941-ci illərdə SSRİ EA Azərbaycan filialının Rəyasət Heyəti sədrinin müavini işləmişdir. Habelə Əhəd Yaqubov Azərbaycan KP MK neft üzrə katibi vəzifəsini icra etmişdir. O, 25 ildən artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya və neft-qaz yataqlarının axtarışı kafedrasına rəhbərlik etmişdir.Əhəd Yaqubov 1944–1946-cı illərdə SSRİ-nin İran Səfirliyində məsləhətçi olmuş, daha sonra Azərbaycan KP MK neft sənayesi üzrə katibinin müavini və şöbə müdiri vəzifəsini təyin edilmişdir. O, müxtəlif illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı vəzifəsini icra etmişdir. 1949–1952-ci illərdə "Azərdənizneft", "Azneftkəşfiyyat" Birliyində rəisi kimi fəaliyyət göstərmişdir. Bir sıra dəniz neft yataqlarının kəşf olunmasında və mənimsənilməsində iştirak etmiş, buna görə də Əhəd Yaqubov 1951-ci ildə ikinci dəfə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.Əhəd Yaqubov 1961–1966-cı illərdə neft və qaz ehtiyatlarının hesablanması problemi laboratoriyasına rəhbərlik etmişdir. 1966-cı ildən SSRİ-də ilk laboratoriya olan Palçıq vulkanizmi laboratoriyasını təşkil etmiş, eyni zamanda Almaniyada "Azərbaycanın palçıq vulkanları atlası"nı nəşr etdirmişdir. 1972-ci ildən isə Geologiya və Geofizika İnstitutu Palçıq vulkanizmi sektoruna rəhbərlik etmişdir. Alimin verdiyi proqnoz nəticəsində sonralar Neft Daşları, Səngəçal-dəniz, Duvannı (Zənbil) adası, Bulla (Xərə-Zirə) adası kimi zəngin neft yataqları aşkar edilmişdir. Elmi fəaliyyəti Əhəd Yaqubovun rəhbərliyi ilə 1971-ci ildə dünya geologiya təcrübəsində ilk dəfə olaraq "Azərbaycanın palçıq vulkanları atlası" nəşr olunmuş, 1978-ci ildə isə "Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları" xəritəsi tərtib edilmişdir. Alimin 200-dən çox elmi əsəri və 10 monoqrafiyası dərc olunmuşdur. Əhəd Yaqubovun rəhbərliyi ilə 50-dən çox fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. Azərbaycan dilində ilk dəfə yazılan dərsliklərin, dərs vəsaitlərinin və bir sıra elmi-metodik işlərin müəllifidir.Onun əsərlərində palçıq vulkanizmi haqqında elmin gələcək inkişafı öz əksini tapmış, palçıq vulkanlarının tektonika və neft-qazlılıqla genetik əlaqəsi əsaslandırılmışdır. O, ilk dəfə olaraq palçıq vulkanlarının rayonlaşdırılmasını aparmış və onların morfogenetik təsnifatı vermişdir. Palçıq vulkanlarının geologiyasını və geokimyasını öyrənməklə Azərbaycan depressiya zonalarında mezozoy çöküntülərinin yayılması və neft-qazlılıq perspektivliyi məsələlərini elmi əsaslandırmış və qazıma üçün perspektivli səhələri və obyektləri ayırmışdır. Əhəd Yaqubov 1979-cu ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olnumuşdur. Mükafatları Əhəd Yaqubov iki dəfə Lenin ordeni, "Şərəf nişanı" və "Oktyabr inqilabı" ordenləri ilə təltif edilmişdir. O, 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə" medalları ilə təltif olunmuş, SSRİ-nin "Fəxri neftçisi" adına layiq görülmüşdür. Habelə iki dəfə (1942, 1951) SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Alimin həmmüəllif olduğu "SSRİ-nin neftli-qazlı əyalətləri və vilayətləri" dərsliyi İ. Qubkin mükafatına layiq görülüb. O, 1974-cü ildə tərtib edilən "Azərbaycanın palçıq vulkanları" xəritə-maketə görə SSRİ Ümumittifaq Xalq Təsərrüfatı Sərgisinin gümüş medalı ilə təltif olunmuşdu. | https://az.wikipedia.org/w/index.php?curid=83731 |
Əhəd İsmayılov | Əhəd Hüseyn oğlu İsmayılov — Azərbaycan alimi, texnika elmlər doktoru, professor. Ə.H.İsmayılov 1918-ci il may ayının 5-də Tovuzda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində təhsil almışdır. II Dünya müharibəsinin iştirakçısıdır. 1947-ci ildən Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda mühəndis və baş mühəndis vəzifələrində işləmişdir. 1955-ci ildə kimya elmlər namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1957-ci ildə böyük elmi işçi dərəcəsinə layiq görülmüşdür. 1959-ci ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi, 1965–1986-cı illərdə isə "Yanacaqların texnologiyası" laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Elmi fəaliyyəti 1972-ci ildə "Karbamidin izopropil spirtdəki məhlulu ilə yana¬caqların və az özlülüklü yağların deparafinsizləşməsi prosesinin sənayedə yaradılması, texnologiyasının işlənib hazırlanması və tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. Yanacağın və qazın texnologiyası ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. Professor Y.H.İsmayılovun elmi-tədqiqatları yüksək keyfiyyətli motor yanacaqları və neft karbohidrogenlərindən kimyəvi, eləcə də mikrobioloji sintez üçün parafin istehsalı sahələrini əhatə edir. 1976-cı ildə professor Y.H.İsmayılov dizel yanacağı və sürtkü yağları istehsalında karbamidin köməyi ilə parafinsizləşdirilmə texnoloji prosesini işləyib sənaye qurğusunda həyata keçirdiyinə görə bir qrup həmkarları ilə birlikdə Azərbaycan SSR Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. Elmi tədqiqatları Onun apardığı elmi-tədqiqatların nəticələri 46 elmi əsərdə, o cümlədən 8 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 5 elmlər namizədi hazırlanmışdır. Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.83–84. | https://az.wikipedia.org/w/index.php?curid=701424 |
Əhəd Əliyev | Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm. O dəfdə ifa edirdi və Əhədin barmaqlarına baxa-baxa qarmonda da ifa etməyi öyrənib. Qadınlardan isə Brilliant Dadaşovanın anası Qızxanım onun tələbəsi olub. Sonra isə qarmonu təkmilləşdirilmiş və texniki üsullarla çox gözəl zənginləşdirmiş Məmmədağa Ağayev və Hacıbala Dadaşov ( Kor Hacıbala) gəldi. Həmçinin Kor Əhədin tələbələrindən Salyanlı Rzanın da adını qeyd edə bilərəm. Bunların hər biri qarmonun yaxın və uzaq Şərqdə geniş yayılmasında müstəsna rol oynayıblar. Sonra isə Adil Hüseynov öz qarmon fəaliyyəti ilə meydana gəldi. Teyyub Dəmirovun tələbəsi Abbas Abbasov, sonra Məmmədağa Ağayevin tələbəsi Musa Həsənov var idi“ . | https://az.wikipedia.org/w/index.php?curid=327252 |
Əhədbəyli (Germi) | Əhədbəyli (fars. احدبيگلو) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=767152 |
Əhəmiyyət | Əhəmiyyət — adi formadan yüksək, diqqəti cəlb edən, məzmunun mərkəzi, hər kəsin müzakirəsiz qəbul etdiyi vaciblik. | https://az.wikipedia.org/w/index.php?curid=143433 |
Əhəməni dövləti | Əhəmənilər imperiyası — e.ə. VI əsrin ortalarından 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövləti. E.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı tərəfindən yaradılmışdır. Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Dara. Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etti. E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir.Bu ittifaqın başçılığı altında e.ə 553-cü ildə dövlətinə qarşı üsyan baş verdi.Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi.Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi.Nəticədə e.ə 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi.Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə,Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı. Qavqamela döyüşü Misirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən İsgəndər e.ə 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi.III Dara ölkənin şərqinə qaçdı.E.ə 330-cu ildə III Dara özünün Baktriya satrapı Bess tərəfindən öldürüldü.Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi. Həmçinin bax Fermopil vuruşması Qavqamel döyüşü Marafon döyüşü Salamin döyüşü | https://az.wikipedia.org/w/index.php?curid=115407 |
Əhəməni imperiyası | Əhəmənilər imperiyası — e.ə. VI əsrin ortalarından 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövləti. E.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı tərəfindən yaradılmışdır. Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Dara. Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etti. E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir.Bu ittifaqın başçılığı altında e.ə 553-cü ildə dövlətinə qarşı üsyan baş verdi.Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi.Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi.Nəticədə e.ə 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi.Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə,Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı. Qavqamela döyüşü Misirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən İsgəndər e.ə 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi.III Dara ölkənin şərqinə qaçdı.E.ə 330-cu ildə III Dara özünün Baktriya satrapı Bess tərəfindən öldürüldü.Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi. Həmçinin bax Fermopil vuruşması Qavqamel döyüşü Marafon döyüşü Salamin döyüşü | https://az.wikipedia.org/w/index.php?curid=94960 |
Əhəməni memarlığı | Əhəməni memarlığı (fars. معماری هخامنشیان) — Əhəmənilər imperatorluğunun Persepolis, Susa və Ekbatan kimi ən gözəl şəhərlərinin inşasında özünü büruzə verən memarlıq nümunələrinə aiddir. Əhəməni memarlığı əsasən ibadət üçün məbədlərin, zərdüştilik ibadətgahlarının inşasına və süqut etmiş padşahların şərəfinə ucaldılmış məqbərələrin qurulmasına yönəldilmişdir. Fars-Əhəməni memarlığının özünəməxsus xüsusiyyəti Midiya, Assuriya və Yunan-Asiya memarlığının elementləri ilə eklektik xarakterə malik olmasıdır. Buna baxmayaraq, o dövrlərin memarlığı özünəməxsus fars kimliyini qorumuşdur. Əhəmənilərin memarlıq irsi Pasarqadda II Kirin məqbərəsi və Persepolis şəhərindəki ən gözəl tikililərdən başlayaraq inanılmaz dərəcədə bənzərsiz memarlıq irsi buraxan yaradıcı rifah dövrü idi. 224–624-cü illərdə ikinci Fars imperiyasının, yəni Sasanilər imperiyasının dövründə Əhəməni memarlığı yenidən canlandı. Bəlkə də Əhəmənilər dövründən bu günə qədər bizə qalan ən təəccüblü məqam dövlət və mərasim funksiyaları üçün I Dara tərəfindən qurulmuş bir vaxtlar firavan bir şəhər olan Persepolisin xarabalıqlarıdır. Persepolis Əhəmənilərin 4 paytaxtından biri idi. Persepolisə oxşar memarlıq infrastrukturu, eyni zamanda Susa və Ekbatanda da qurulurdu. II Kirin məzarı II Kirin qədim dünyanın böyük hissəsini idarə etməsinə baxmayaraq, onun məqbərələri digər qədim padşahların və hökmdarların məqbərələri ilə müqayisədə sadə və təvazökardır. Dizaynın sadəliyi tamaşaçıya güclü təsir göstərir, çünki damın altındakı bir neçə daş və girişinin üstündəki kiçik bir çıxış istisna olmaqla, başqa stilistik yayındırmalar yoxdur və bu qədim dövr üçün unikal bir hadisədir. II Kir ölümündən sonra paytaxt Pasarqadda, bu məqbərədə dəfn edilib. Məzarın həndəsi forması illər ərzində çox dəyişməyib. Tikili və ya “balaca ev” adlanan yer, piramida formalı daş pillələrinin üstündə yerləşən, eni 2 metr, hündürlüyü 2 metr və uzunluğu 3 metr olan düzbucaqlı, uzunsov bir kubdur. Tikilinin içərisində təxminən 4 metr dərinliyində kiçik otaq var. II Kirin tabutu bu otaqda yerləşir. Tikilinin damı tikilinin özü ilə eyni uzunluq və enə malikdir. Məzarın ətrafında bir sıra sütunlar var idi, lakin həmin sütunlar bu günə qədər gəlib çatmamışdır. Qədim yunan tarixçisi Arrian, II Kirin həqiqətən tikilinin içərisindəki bir otaqda basdırıldığını demişdir. | https://az.wikipedia.org/w/index.php?curid=633561 |
Əhəmənilər | Əhəmənilər sülaləsi — (E.ə. 558 — e.ə. 330)-cu illərdə İranda iqtidarda olmuş xanədan. Sülalənin yaranması Ənənəyə görə, İran şahlarının ən qədim sülaləsinin banisi Əhəmən adlı bir şəxs olmuş və buna görə də sülalə Əhəmənilər sülaləsi adlanmışdır. Bu sülalə fars tayfa ittifaqına rəhbərlik edirdi. Fars tayfa ittifaqı b.e.ə. VIII əsrdə yaranmışdır. Bu tayfalar əvvəl Aşşurun və Midiyanın tərkibində idilər. B.e.ə. 550-ci ildə II Kir tərəfindən Əhəməni imperiyası yaradıldı. Ekbatan onun paytaxtı oldu. B.e.ə. 530-cu ildə II Kir Massaget hökmdarı Tomris tərəfindən öldürüldü. Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi. Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək döyüşə atılmış, özündən qat-qat güclü olan yadelli qoşunlarını e.ə. 530-cu ildə darmadağın etmişdi. "Məğluğedilməz" Kirin özü də bu döyüşdə öldürülmüşdü. Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri ələ keçirmiş və bütün bu işğallara görə "Böyük Kir" ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan və türk dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir. Əhəmənilər xanədanı Əhəmənilər Krallığı Siyahısı (~e.ə. 705–559) Əhəmənilər İmperyası Siyahısı (e.ə. 559–334/327) Həmçinin bax Əhəmənilər imperiyası | https://az.wikipedia.org/w/index.php?curid=297270 |
Əhəmənilər dövləti | Əhəmənilər imperiyası — e.ə. VI əsrin ortalarından 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövləti. E.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı tərəfindən yaradılmışdır. Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Dara. Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etti. E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir.Bu ittifaqın başçılığı altında e.ə 553-cü ildə dövlətinə qarşı üsyan baş verdi.Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi.Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi.Nəticədə e.ə 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi.Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə,Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı. Qavqamela döyüşü Misirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən İsgəndər e.ə 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi.III Dara ölkənin şərqinə qaçdı.E.ə 330-cu ildə III Dara özünün Baktriya satrapı Bess tərəfindən öldürüldü.Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi. Həmçinin bax Fermopil vuruşması Qavqamel döyüşü Marafon döyüşü Salamin döyüşü | https://az.wikipedia.org/w/index.php?curid=83273 |
Əhəmənilər imperiyası | Əhəmənilər imperiyası — e.ə. VI əsrin ortalarından 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövləti. E.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı tərəfindən yaradılmışdır. Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Dara. Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etti. E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir.Bu ittifaqın başçılığı altında e.ə 553-cü ildə dövlətinə qarşı üsyan baş verdi.Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi.Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi.Nəticədə e.ə 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi.Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə,Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı. Qavqamela döyüşü Misirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən İsgəndər e.ə 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi.III Dara ölkənin şərqinə qaçdı.E.ə 330-cu ildə III Dara özünün Baktriya satrapı Bess tərəfindən öldürüldü.Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi. Həmçinin bax Fermopil vuruşması Qavqamel döyüşü Marafon döyüşü Salamin döyüşü | https://az.wikipedia.org/w/index.php?curid=266567 |
Əhəmənilər sarayı (Şəmkir) | Əhəmənilər sarayı — Azərbaycanın Şəmkir rayonunun Qaracəmirli kəndində tarixi saray. Persepolis, Pasarqad kimi çox böyük şəhərlərində buna oxşar abidələr var. Qarşılama salonu Şah məzarları Xarici keçidlər Həmçinin bax Əhəmənilər imperiyası | https://az.wikipedia.org/w/index.php?curid=459236 |
Əhəmənilər sülaləsi | Əhəmənilər sülaləsi — (E.ə. 558 — e.ə. 330)-cu illərdə İranda iqtidarda olmuş xanədan. Sülalənin yaranması Ənənəyə görə, İran şahlarının ən qədim sülaləsinin banisi Əhəmən adlı bir şəxs olmuş və buna görə də sülalə Əhəmənilər sülaləsi adlanmışdır. Bu sülalə fars tayfa ittifaqına rəhbərlik edirdi. Fars tayfa ittifaqı b.e.ə. VIII əsrdə yaranmışdır. Bu tayfalar əvvəl Aşşurun və Midiyanın tərkibində idilər. B.e.ə. 550-ci ildə II Kir tərəfindən Əhəməni imperiyası yaradıldı. Ekbatan onun paytaxtı oldu. B.e.ə. 530-cu ildə II Kir Massaget hökmdarı Tomris tərəfindən öldürüldü. Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi. Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək döyüşə atılmış, özündən qat-qat güclü olan yadelli qoşunlarını e.ə. 530-cu ildə darmadağın etmişdi. "Məğluğedilməz" Kirin özü də bu döyüşdə öldürülmüşdü. Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri ələ keçirmiş və bütün bu işğallara görə "Böyük Kir" ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan və türk dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir. Əhəmənilər xanədanı Əhəmənilər Krallığı Siyahısı (~e.ə. 705–559) Əhəmənilər İmperyası Siyahısı (e.ə. 559–334/327) Həmçinin bax Əhəmənilər imperiyası | https://az.wikipedia.org/w/index.php?curid=173814 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.