!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əhməd Seyidov | Əhməd Seyidov (tam adı: Seyidov Əhməd Yusif oğlu 1882, Aslanbəyli, Qazax qəzası – 1977, Aslanbəyli, Qazax rayonu) — azərbaycanlı alim, Zaqafqaziya və Azərbaycanın ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan pedaqogika tarixinin ilk tədqiqatçılarından biri. Əhməd Seyidov Hacı Kərim Sanılı ilə birlikdə ilk "Əlifba" dərsliyinin müəllifi olmuşdur. O, müxtəlif vaxtlarda Lənkəran qəza xalq maarif şöbəsinin müdiri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifələrini icra etmişdir. Erkən illəri Əhməd ağa Xədicə xanımı inandıra bilmişdir ki, Əhməd çox qabiliyyətli uşaqdır, onun elmə həvəsi var, böyük gələcəyi üçün hökmən təhsilini davam etdirməlidir. Kasıblıq və imkansızlıq onu sıxsa da, Xədicə xanım övladının Qori Müəllimlər Seminariyasında oxumasına qərar verir. O dövrdə Qori Müəllimlər Seminariyasında ödənişli və ödənişsiz əsaslarla təhsil almaq mümkün idi. İmtahanları daha müvəffəqiyyətlə verənlər dövlət hesabına oxuya bilərdilər. Ödənişli şöbəyə daxil olan Əhməd Seyidov qəbuldan üç gün sonra yaxşı imtahan vermiş tələbə kimi ödənişsiz oxuyan tələbələr sırasına daxil edilir.1911-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olan Əhməd Seyidov 1917-ci ildə oranı 10 tələbə (Məhiş Hüseynov, Qəzənfər Qəniyev, Yusif Qasımov, Yasin Miralıyev, Hüseyn Paşayev, Xosrov Şirinbəyov, Əliş Şəfiyev, Lətif Şahməmmədbəyov, Rzaqulu Şadlinski) ilə birgə bitirmişdir. Əhməd Seyidov Qori Müəllimlər Seminariyasmin son buraxılışının məzunlarından idi. O, pedaqoji fəaliyyətinə Aslanbəylidəki evinin ikinci mərtəbəsində məktəb açmaqla başlayır. Sonralar Osman Cəfərov yazırdı: Əhməd Seyidov 1920-ci ildə Qazax xalq maarif şöbəsində kənd məktəbləri üzrə inspektor təyin olunur. 1921–1925-ci illərdə Aslanbəyli, Qaymaqlı, Musaköy və Kəmərlidə müəllim və məktəb direktoru işləyən Seyidovun fəaliyyəti İsmayıl Şıxlının "Dəli Kür" romanında da öz əksini tapmışdır.1925-ci ilin sentyabrında Azərbaycan Respublikası Xalq Maarif Komissarlığı kollegiyasının qərarı ilə Əhməd Seyidov Lənkəran Qəza Xalq Maarif şöbəsinə müdir təyin olunur. O, 1926–1930-cu illərdə dəmir yolu məktəbləri üzrə inspektor vəzifəsində işləyir. Bu dövrdə Əhməd Seyidov həm də Azərbaycan Dövlət Universitetində ali təhsil alırdı. Elmi fəaliyyəti 1930-cu ildə Azərbaycan Dövlət Universitetini bitirən Əhməd Seyidov elə həmin ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlayır. 1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunur, daha sonra isə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (indiki Təhsil İnstitutu) köçürülür. Assistent kimi əmək fəaliyyətinə başlayan Əhməd Seyidov 1932-ci ildə ADPİ-nin pedaqogika kafedrasının dosenti vəzifəsinə seçilir. O, 1934–1936-cı illərdə ADPİ-də Pedaqoji fakültənin dekan vəzifəsində çalışır.Əhməd Seyidov 1939-cu ildə Azərbaycan Dövlət Universitetində təşkil olunan Elmi Şurada "Abbasqulu ağa Bakıxanovun pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək ilk azərbaycanlı pedaqoq-alim statusu qazanmışdır. Onun müdafiә etdiyi "A.Bakıxanovun pedaqoji görüşlәri" namizәdlik dissertasiyası onunu ilk tədqiqat işi olmaqla yanaşı, həm də Azərbaycanın pedaqoji fikrinin tәdqiqinә hәsr olunmuş ilk mükәmmәl elmi tәdqiqat işi idi. Bu dissertasiyada A.Bakıxanovun yaşadığı dövr, onun mühiti faktiki material vә zәngin sәnәdlәr әsasında şәrh olunmuşdu. Yüksәk elmi-nәzәri әhәmiyyәti ilә seçilәn bu әsәr professor A.O.Makovelski və pedaqoji elmlər namizədi N.T.Ariskin tərəfindən yüksək qiymətləndirilmiş və 1940-cı ildә SSRİ Elmlәr Akademiyasının Azәrbaycan filialı tәrәfindәn keçirilәn müsabiqәdә mükafata layiq görülmüşdür.Əhməd Seyidov 1940-cı ildə ADPİ-nin pedaqogika və psixologiya kafedrasının müdiri seçilmiş, 30 ildən artıq bir müddətdə həmin kafedraya rəhbərlik etmişdir.Əhməd Seyidov fəaliyyəti dövründə elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmişdir. O, qırxıncı illərdən vəfatına qədər (1977) 100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. Onlar arasında akademik Hüseyn Əhmədov və professor, əməkdar elm xadimi Nurəddin Kazımov da olmuşdur. Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında Azərbaycanın milli irsini yüksək səviyyədə tanıtmışdır. Akademiklərdən Y.M.Medinski, N.K.Qonçarov və D.İ.Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər.Əhməd Seyidovun mühitində Mirzə İbrahimov, Mirzə Məmmədov, Yusif Qasımov, Əli Hüseynov (Mehdi Hüseynin atası), Mehdi Mehdizadə, Mehdixan Vəkilov, Mir Cəlal Paşayev və digər sayılı simalar olmuşdur. Əhməd Seyidov pedaqoji fikir tarixinin "məktəb"ini yaradan, onu inkişaf etdirən alim idi. O, Nizami və Füzulini orijinaldan araşdırmış, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabiri, həmçinin, Mirzə Cəlili pedaqogika dərsliklərinə gətirmişdir.Əhməd Seyidov otuzuncu illərdən etibarən A.A.Bakıxanov, M.Ş.Vazeh, H.B.Zərdabi, M.F.Axundov irsinə müraciət etmiş, bununla yanaşı, dünya pedaqoqlarından Con Lokk, K.D.Uşinski, S.Disterveq, J.J.Russo, N.Pestalotsi və başqalarını araşdırmışdır. O, ilk sistemli tәdqiqat işini o vaxta qәdәr tәdqiqat predmeti olmayan vacib mövzuya – A.Bakıxanovun pedaqoji görüşlәrinin tәdqiqinә hәsr etmişdir. Onun 1939-cu ildә müdafiә etdiyi "A.Bakıxanovun pedaqoji görüşlәri" namizәdlik dissertasiyası Azərbaycanın pedaqoji fikrinin tәdqiqinә hәsr olunmuş ilk mükәmmәl elmi tәdqiqat işi idi. Bu dissertasiyada A.Bakıxanovun yaşadığı dövr, onun mühiti faktiki material vә zәngin sәnәdlәr әsasında şәrh olunmuşdu. Yüksәk elmi-nәzәri әhәmiyyәti ilә seçilәn bu әsәr 1940-cı ildә SSRİ Elmlәr Akademiyasının Azәrbaycan filialı tәrәfindәn keçirilәn müsabiqәdә mükafata layiq görülmüşdür.17 yanvar 1944-cü ildə Azərbaycan SSR Maarif Komissarlığının əmri ilə Əhməd Seyidov ADPİ-nin elmi işlər üzrə direktor müavini (prorektor) təyin edilir. Çox keçmədən Seyidova APİ-nin rektorluğu təklif edilir. Bu dövrdə maarif komissarı olan Mirzə İbrahimov Mircəfər Bağırovun bu tapşırığını Seyidova çatdırdıqda ondan "Mirzə müəllim, mən kommunist deyiləm, bunu MK-da bilirlər" cavabını alır. Bununla birlikdə, Əhməd Seydiov həmin ilin iyununda ADPİ-nin direktoru (rektoru) vəzifəsinə təyin olunur və 1950-ci ilə qədər bu vəzifədə çalışır.Əhməd Seyidov 1945-ci ildə Akademik Y.M.Medinskinin məsləhətindən sonra "Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri" mövzusundakı doktorluq işini başa çatdırır və 1947-ci ilin 11 dekabrında RSFSR PEA-nın Pedaqogikanın Nəzəriyyəsi və Tarixi Elmi-Tədqiqat İnstitutunda təşkil olunan Elmi Şurada doktorluq dissertasiyasını müdafiə edir. Dissertasiya Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvləri, professorlar Y.M.Medinski və N.A.Konstantinov və akademik A.O.Makovelski tərəfindən yüksək qiymətləndirilir. Elə həmin ilin iyul ayında Ali Attestasiya Komissiyası Əhməd Seyidovun yazdığı doktorluq dissertasiyasını təsdiq edirvə ona professor elmi adı verilir. Bu elmi fakt respublikada pedaqoji elmlərin inkişafında mühüm bir hadisə olmuş və gənc elmi-pedaqoji kadrların yetişməsinə güclü təkan vermişdir.Əhməd Seyidov "Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri" dissertasiyanın әsas hissәsini "Azәrbaycanda pedaqoji fikrin inkişaf tarixindәn" adı altında 1958-ci ildə nәşr etdirmişdir. "Azәrbaycanda pedaqoji fikrin inkişafı tarixindәn" kitabında Azәrbaycan pedaqoji fikrinin inkişaf yolu tarixi pedaqoji vә nәzәri planda ayrı-ayrı oçerklәr ("A.Bakıxanovun pedaqoji görüşlәri", "M.Şәfinin pedaqoji görüşlәri", "M.F.Axundovun pedaqoji görüşlәri", "S.Ә.Şirvaninin pedaqoji görüşlәri", "H.Z.Mәlikovun pedaqoji görüşlәri") vә qısa icmallarda ("Azәrbaycanda XIX әsrә qәdәrki dövrün pedaqoji fikrinә dair", "XX әsrin әvvәllәrindә Azәrbaycanda pedaqoji fkrin qısa xülasәsi") tәqdim olunur.Əhməd Seyidov 40-cı illərdə "A.Bakıxanovun fəlsəfəsi onun pedaqoji sisteminin əsasıdır", "A.Bakıxanovda əxlaq tərbiyəsi və təhsil", "S.Ə.Şirvani müəllimin rolu haqqında", "XIX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikrin inkişafı" əsərlərini çap etdirib. Bu dövrdə onşu respublikaların alimlərini qabaqlayan professor Əhməd Seyidov SSRİ miqyasında tanınmağa başlayır. Məşhur rus akademiki Y.Medinskinin bir fikri bu gün də əhəmiyyətli səslənir: 1950-ci ildə yenidən ADPİ-nin pedaqogika kafedrasının müdiri vəzifəsinə təyin olunan Ə.Seyidov, 1973-cü ilin 1 sentyabrında öz ərizəsi ilə kafedra müdiri və professor vəzifəsindən azad edilir, kafedrada professor-məsləhətçi vəzifəsinə keçirilir.Əhm'd Seyidov "Türk əlifbası" (H.Sanılı ilə birlikdə) (1927), "Kitab üzərində necə işləməli"" (1946), "Pedaqogika tarixi" (1959–1960; 1968), "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" (1958), "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" (1987), "Pedaqogika və psixologiya terminləri lüğəti" (1956,1958), Moskvada nəşr olunan 4 cildlik "Pedaqoji ensiklopediya", 2 cildlik "Pedaqoji lüğət" və "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixi oçerkləri" adlı çoxcildlik monumental əsərlərin əsas müəlliflərindən biri olmuş, "Sovetskaya pedaqogika'' jumalında müntəzəm çıxış etmiş, Azərbaycan xalqının pedaqoji irsinin təbliğində böyük əmək sərf etmişdir. Onun 1958 və 1970-ci illərdə qələmə alınmış çoxcildlik "Pedaqogika tarixi" və "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" monoqrafiyalarından bu gün də dərslik kimi ali məktəblərdə istifadə olunur.Professor Ə.Seyidovun elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirmişdir. O, 1 may 1944-cü ildə "Qafqazın müdafiəsinə görə", 5 iyun 1945-ci ildə "1941–45-ci illərdə əmək igidliyinə görə" medalı, 23 fevral 1960-cı ildə Azərbaycan SSR və Azərbaycan KP-nin 40 illiyi münasibətilə respublikanın xalq təsərrüfatının və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, 12 noyabr 1960-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 29 iyun 1964-cü ildə respublika iqtisadiyyatının və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 31 mart 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə "Əmək igidliyinə görə" medalı, 31 dekabr 1976-cı ildə "Əmək veteranı" medalı ilə, 24 fevral 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanı ilə, 2 mart 1978-ci ildə isə respublikada müəllim kadrları hazırlanmasında səmərəli fəaliyyətinə görə və ADPİ-nin 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuş, 1969-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti tərəfindən Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.Adı məktəb və pedaqoji fikir tarixinə ilk Azərbaycanlı pedaqoq-alim, Zaqafqaziyada pedaqoji fikir tarixinin tədqiqi sahəsinin pioneri kimi daxil olmuş Əhməd Seyidov 1977-ci ilin 1 oktyabrında dünyasını dəyişmiş və Aslanbəyli kəndində dəfn edilmişdir. Təltif və mükafatları 1944 — "Qafqazın müdafiəsinə görə" medalı 1945 — "Əmək igidliyinə görə" medalı 1960 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı 1960 — "Qırmızı əmək bayrağı" ordeni 1964 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı 1970 — "Əmək igidliyinə görə" medalı 1976 — "Əmək veteranı" medalı 1977 — "SSRİ maarif əlaçısı" döş nişanı 1978 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı "Azərbaycan pedaqoji fikir tarixinin ilk tədqiqatçısı". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 8. | https://az.wikipedia.org/w/index.php?curid=79344 |
Əhməd Süheyli Təbrizi | Mirzə Əhməd Süheyli (?-1911)—Azərbaycan şairi. Mirzə Əhməd Süheyli açıq fikirli, azadxah, vətənpərvər bir ədib və həm də istedadlı bir şair olmuşdur. Süheyli başqa yaradıcılıqları və ədəbiyyata xidmətləri ilə yanaşı, 1903-cü ildə özündən əvvəlki şairlərin əsərlərindən ibarət bir böyük şeirlər məcmuəsi tərtib etmiş, özünün bir sıra şerlərinin buraya salmaqla çap etdirmişdir. Bu məcmuəyə Hilali, Əhli Şeyx Əttar, Əbusəid Əbulxeyr, Əvhədi, Vəhşi, Baba Tahir, Hatif, Cami, Məsud, Səd, Nizari, İbn-Yəminin şerlərinin daxil etmişdir. Mirzə Əhməd Süheyli 1330-cu h.q. (1911 m.) ilində, məhərrəm ayının 10-da çar məmurları tərəfindən dar ağacından asılmışdır. Bu faciəli ölümünə görə Təbrizdə elə adam tapmaq çətindir ki, uşaqlıqdan bəri bu barədə söhbətlər eşitməsin və onun şerlərindən dinləməsin, ya özü əzbərdən bilməsin. دویست سخنور اثر علی نظمی Həmçinin bax Xarici keçidlər Mirzə Əhməd Süheyli (fars.) | https://az.wikipedia.org/w/index.php?curid=536456 |
Əhməd Süleymanov | Yazıçı H.A.Bersanovun dediyinə görə Əhməd Süleymanovun ailəsi Təzbiçi kəndindən gəlmişdi. Burada onun əcdadları vaxtilə ailə qülləsi ucaltmışdılar. Ailə kifayət qədər varlı idi - onun nümayəndələrinin torpaq sahələri, böyük mal-qarası, otlaqları və arıxanaları var idi (12 ailəlik torpaq sahəsi haqqında məlumat var).) Bersanov əlavə olaraq bildirirdi ki, bu torpaqlarda Süleymanovun əcdadları tez-tez şənliklər və yarışlar keçirirdilər, orada bəzən Dağıstan və Gürcüstandan gələn qonaqlar da iştirak edirdilər.Süleyman Murtazəliyevin ailəsində oğlu Əhməddən (1922-ci il mayın 1-də anadan olub) başqa, oğulları Temirbulat (30-cu illərdə vəfat edib), Mutuş və qızı Koka böyüyüb. Uşaqların müxtəlif maraqları var idi və yaxşı təhsil alırdılar. Böyük oğlu Temirbulat Evdokimov adına Rostov Taxta İnstitutunu bitirib; ikinci oğlu Mutuş 7 yaşından Quran oxumuş, ərəb dilini öyrənmiş, İslamın böyük bilicisi idi.Orta məktəbi bitirdikdən sonra Əhməd Süleymanov müxtəlif dövlət vəzifələrində çalışmışdır. Bunların arasında Xalq Maarif Komissarlığının təlimatçısı və rayon komsomol komitəsinin katibi vəzifələri də var. Daha sonra, 1944-cü ildə çeçenlər və inquşlar deportasiya edildikdən sonra Qazaxıstanda, Semipalatinsk Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Təhsil aldığı müddətdə o, Çeçenistan və İnquşetiya toponimiyası ilə maraqlanıb. Yaradıcılığı 20 ildən artıq bir müddətdə Süleymanov Çeçenistan və İnquşetiyanın toponimikası məsələləri ilə məşğul olmuşdur. Onun əsas fəaliyyəti çöl tədqiqatları idi. O, müstəqil gəzintilər edərək, alim tədqiqatı üçün material toplamış və Vaynaxların torpağının çoxlu toponimik adlarını yazmışdır. Əhməd Süleymanovun tədqiqatı nəticəsində alimin əsas əsəri – dörd hissədən ibarət “Çeçeno-İnquşetiyanın toponimiyası” yaranmışdır. Qroznı şəhərində Çeçen-İnquş kitab nəşriyyatında 1976-1985-ci illərdə hər biri 5000 nüsxə tirajla çap edilmişdir. Bu əsərdə toplanmış məlumatlar qafqazşünaslıq üçün böyük maraq kəsb edir və eyni zamanda bütün elm sahələrinə: tarix, etnoqrafiya, dilçilik, arxeologiya və başqalarına aid olan məsələlərə toxunur.1995-ci ildə "Toponomiya" Çeçen İçkeriya Respublikasının Dövlət Mükafatına layiq görüldü, lakin 1995-ci il nəşri öz oxucularına çata bilmədi - döyüş əməliyyatları nəticəsində tirajı məhv edildi.Ə.Süleymanov Aleksandr Puşkinin, Mixail Lermontovun, Musa Cəlilin və başqa məşhur şairlərin əsərlərini çeçen dilinə tərcümə etmişdir. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq yazıçısı Abuzər Aydəmirovun fikrincə: “Bu tərcümələr təkcə Əhmədovun poetik məharətini göstərmirdi, həm də ana dilini mükəmməl bildiyini göstərirdi”. 2013-cü ilin iyul ayında onun doğma kəndində Süleymanovun xatirəsinə ədəbi-memorial muzey yaradılmışdır. Muzeyin direktoru qızı Sövdətdir. 2013-cü ilin dekabrında Süleymanovun 1971-1995-ci illərdə yaşayıb işlədiyi evin divarına xatirə lövhəsi vurulmuşdur. 2017-ci il aprelin 27-də Qroznıda alimin anadan olmasının 95 illiyinə həsr olunmuş “A.Süleymanovun elmi irsi” adlı regional tarixi-etnoqrafik konfrans keçirilmişdir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=726533 |
Əhməd Səncər | Əhməd Səncər və ya Sultan Səncər ya da Muizzəddin Əhməd Səncər (ən tezi XI əsr və ən geci XII əsr, Sincar – 8 may 1157, Mərv), tam adı Muizzəddin Ədudüddövlə Əbu'l-Haris Əhməd Səncər bin Məlikşah, 1097-1118-ci illər arasında Xorasan Səlcuq Sultanı, 1118-1157-ci illər arasında Böyük Səlcuq Sultanı. Xaşxaşilər (həşşaşinlər) tərəfindən atası Sultan Məlikşah öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və məktubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir". Anası, Tacəddin xatun idi. Məlikşahın həyat yoldaşı Türkan xatun, Məlikşahın kiçik oğlu və Səncərin qardaşı I Mahmudun sultanlığını elan etdi. Məlikşahın böyük oğlu olan Börküyarıq isə tərəfdarları tərəfindən Rey şəhərinə qaçırılıb sultan elan edildi. 17 yanvar 1093-cü ildə Börküyarıq və I Mahmud arasındakı savaşda Börküyarıq qalib gəldi. Səncərin və Börküyarıqın əmisi olan Tutuş Suriyaya irəliləyərək Şam və Hələb şəhərlərini ələ keçirib Suriya Səlcuqlu dövlətinin qurucusu oldu. Tutuşun Börküyarıqın əlində olan İran torpaqlarını ələ keçirmək məqsədilə Börküyarıqa hücum etməsinə baxmayaraq, 26 fevral 1095-ci ildə Reydəki savaşda Tutuş yenildi və öldü. 1097-ci ildə Sultan Börküyarıq 12 yaşında olan qardaşı Əhməd Səncərə Mərv şəhərində mərkəzi olan Xorasan sultanlığını verdi.Səncər Farsda assassinləri məhv etmək üçün bir kampaniya apardı və onları Kuhistan və Təbəs də daxil olmaqla bir sıra qalalarından uğurla qovdu. Sultan Səncər 1102-ci ildə Qaşqardan irəliləyən Arslan Xanı Termez civarında yendi.26 fevral 1105-ci ildə Sultan Börküyarıq öldü. Sultan olmaq üçün özünə varis kimi yaşı az olan oğlu Məlikşahı seçmişdi və o, II Məlikşah olaraq Səlcuq Sultanı oldu. Ancaq iqtidar, əmisi olan Təpərin əlində idi. O il keçmədən Təpər, II Məlikşahı taxtdan endirib Böyük Səlcuq Sultanı olaraq dövləti idarə etməyə başladı. Təpər 4 aprel 1118-ci ildə ölüncə Böyük Səlcuq Dövlətində taxt davası yenidən başladı. Təpərin yerinə İraqdakı oğlu II Mahmud Böyük Səlcuq Sultanı elan edildi. Sultan Səncər qardaşlarının sağlığında Xorasan və ətrafında hakimiyyətdə olmuş, burdakı vassalların mərkəzi hakimiyyətə qarşı baş qaldırmaması üçün nəzarət etmişdir. Səlcuqlu imperiyasını şərqdən gələcək təhlükələrə qarşı qorumağa çalışmışdır. Şərqdə ən böyük problemlər talançı oğuzlar və günü-gündən qüdrətlənən Xarəzmşahlar dövləti idi. Xarəzm qədimdən mühüm ticarət və mədəniyyət mərkəzi olmuş zəngin bir ölkə olduğundan oranı idarə edən canişinlər də qısa müddətdə varlanaraq böyük siyasi nüfuz əldə edə bilirdilər. Sultan Məhəmməd Təpərin ölümündən (1118-ci il) sonra Mahmud, onun qardaşları Məsud, Toğrul və əmisi Sultan Səncər arasında hakimiyyət uğrunda cəmi iki çəkəcək mübarizə başlandı. Sultan Səncər Sultan elan olundu, Mahmud isə bütün imperiyanın varisi kiçik Sultan təyin edildi. Öz oğlu Davudun adına Azərbaycanda və digər ərazilərdə xütbə oxunması haqqında əmr verən Mahmudun ölümündən (1131-ci il) sonra onun qardaşı Səlcuq da hakimiyyət uğrunda mübarizə aparmağa başladı. 1132-ci ildə Sultan Səncər Həmədan yaxınlığında Məsud və Səlcuqun birləşmiş qoşununu darmadağın etdi. Səlcuq şahın taleyi naməlum qaldı. Məsud qaçsa da, sonradan Sultan Səncər onu bağışladı. Məsud tezliklə Sultan Səncər tərəfindən vəliəhd elan olunmuş II Toğrulun tutduğu Azərbaycan ərazisinə yiyələndi. Sultan Səncər əsas təhlükənin Şərqdən gələcəyini ehtimal edirdi. Nəhayət o Oğuzların talanlarına birdəfəlik son qoymaq üçün onların üzərinə yürüş edərək mühasirəyə ala bildi. Bu vaxt oğuzların tayfa başçıları Sultan Səncərin qarşısına gələrək aman dilədilər və ona böyük miqdarda xərac boyun oldular həmçinin xeyli əsir cavan oğlan da verməyi qəbul etdilər. Lakin öz qələbəsindən əmin olan Sultan Səncər bu şərtlərlə razılaşmadı. Oğuzlar Səncərin öz qərarında qəti olduğunu gördükdə böyük bir şücaətlə döyüşə atılaraq Səlcuq ordusunu məğlub edərək Sultan Səncəri əsir aldılar. Onlar Sultan Səncəri özləri ilə gəzdirərək Səlcuq imperiyasının şərqindəki şəhərləri qarət edir və Sultanın onlara başçılıq etdiyini deyirdilər. Sultan Səncər bir neçə dəfə qaçmağa müvəffəq olsa da oğuzlardan qurtula bilmədi. Onu heç kəs dəstəkləmirdi. Səlcuq imperiyasının şərqindəki vassallar öz dövlətlərini qüdrətləndirmək və yeni imperiya qurmaq istəyirdilər. Heç kəsdən dəstək görməyən Sultan Səncər 1157-ci ildə əsirlikdə vəfat etdi. Sultan Səncərin həyat yoldaşı Türkan/Tərkən xatun idi. O, Qaraxanlı sülaləsindən idi. İkisinin bir-birini çox sevdiyi o zamanın qaynaqlarında qeyd edilirdi. Səncərin qızlarından birisi Mahmələk xatun idi. O, 1105-ci ildə doğulmuşdu. Səncər, 1157-ci ildə öldü və Mərvdə dəfn edildi. Türbəsi, moqollar tərəfindən 1221-ci ildə Xarəzmşahlar İmperiyasına hücum zamanı dağıdıldı. Sultan Səncər və mədəniyyət 12 əsr Azərbaycan şairi Məhsəti Gəncəvi yaradıcılığının ən məhsuldar dövrünü Sultan Mahmud Səlcuqinin və onun əmisi Sultan Səncər Səlcuqinin saraylarında keçirmişdir. Fars dilində, əsasən, rübai janrında yazmışdır. Ədəbi irsi dövrümüzədək tam halda gəlib çatmamışdır. 13-15-ci əsrlərə aid cünk və təzkirələrdə iki yüzə yaxın rübaisi və bir neçə başqa lirik şeiri saxlanılmışdır. Yalnız öz dövründə deyil, sonralar da görkəmli rübai ustası kimi tanınmış, bu isə bəzən başqa sənətkarların rübailərinin də ona aid edilməsinə səbəb olmuşdur. Məhəbbət lirikası yaradıcılığında əsas yer tutur. Həmçinin bax Səlcuqlular sülaləsi Səlcuqlular | https://az.wikipedia.org/w/index.php?curid=164705 |
Əhməd Talib Bosnavi | Əhməd Talib Bosnavi — boşnak əsilli Osmanlı məmuru və şairi. Bosniyada anadan olmuş, ilk təhsilini doğma regionunda davam etmişdir. O, sonra Konstantinopola (indiki İstanbul) köçmüş, burada təhsilini davam etdirmişdir. Osmanlı baş vəziri Köprülü Fazil Əhməd Paşanın (1661–1676) yanında xidmətə girərək padşah sarayında irəliləmiş və nəticədə rəisülküttab olmuşdur. Bosnavi ərəb, türk və fars dilində yazdığı şeirlərindən ibarət "Divan"ın müəllifidir. Onun farsca şeirləri beş qəzəl və altı kitadan ibarətdir. Bosnavi öz qəzəllərində mənəvi səylərini geniş şəkildə ifadə etmişdir. Onun farsca şeirləri nəfis və sadə üslubda yazılmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=785757 |
Əhməd Tantarani Marağayi | Əhməd Tantarani Marağayi (?-?)—XI əsr Azərbaycan şairi. Muiniddin Əbu Nəsr Əhməd bin Əbdürrəzzaq Tantarani Marağayi XI əsr Azərbaycan şairi, ədibi və alimidir. Bağdadda "Nizamiyyə" mədrəsəsində utad və müdərris olmuşdu. Tantaraniyyə qəsidəsi Həmçinin bax Azərbaycan ədəbiyyatı | https://az.wikipedia.org/w/index.php?curid=196336 |
Əhməd Tanər Qışlalı | Əhməd Tanər Qışlalı (türk. Ahmet Taner Kışlalı; 10 iyul 1939, Zilə[d], Toqat ili – 21 oktyabr 1999, Ankara) — Türkiyə politoloqu, siyasətçisi (sabiq nazir), yazıçısı və təhsil qurumu üzvü. Atası Ziraat Bankı xəzinədarı Hüsnü bəy, anası isə Kilis Kemaliye ibtidai məktəb müəllimi olan Lütfiye xanımdır. Əhməd Tanər Kilis Kemaliye ibtidai məktəbindən sonra Kilis orta məktəbini və Kabataş oğlan Liseyini bitirib. Liseyi bitirdikdən sonra Ankara Universitetinin Siyasi Elmlər fakültəsinə daxil olmuş, oxuduğu müddətdə həm də "Yeni gün"-də idman jurnalistliyi etmişdir. 1962–1963-cü illərdə " Yeni gün" qəzetində yazı işləri şöbəsinin müdiri olmuşdur. Paris Universitetində konstitusiya və siyasət elmi çərçivəsində "Müasir Türkiyədə siyasi güclər" adlı elmi işini müdafiə edərək doktorluq dərəcəsi alıb. Fransada tanış olduğu Bordolu Nikole(Nilgün Kışlalı) ilə 1968-ci ildə evlənən Kışlalının bu evlilikdən iki qızı dünyaya gəlib. Əsgərlikdən qayıtdıqda universitetə qəbul edilməmiş, Siyasi Elmlər fakültəsinə keçmişdir. 1972-ci ildə dosent adını almışdır. 1971–1977-ci illərdə " Yankı" dərgisində yazdığı yazıları ilə CHP başqanı Büllent Ecevitin diqqətini çəkmiş və 1977-ci ildə CHP siyahısında İzmir millət vəkili seçilmişdir. 1978-ci ildə Bülent Ecevit hökumətində mədəniyyət naziri olmuşdur. 12 sentyabr 1980-ci il hücumundan sonra Ankara Universitetində Telekommunikasiya fakültəsində siyasət dərsləri keçməyə başlayan Kışlalı 1988-ci ildə professor dərəcəsinə yüksəlmişdir. 1991-ci ildə "Cumhuriyyet" qəzetində "Həftəyə baxış" başlığı ilə köşə yazıları yazmağa başlamışdır. 1995-ci ildə yol qəzası nəticəsində həyat yoldaşını itirmiş və 1997-ci ildə ikinci dəfə ailə qurmuşdur. Nilufer Kışlalı ilə evliliyindən üçüncü qızı Nilhan Nur dünyaya gəlmişdir. Əhməd Tanər 1999-cu ildə 21 oktyabrda Ankarada evinin qarşısında edilmiş bombalı hücum nəticəsində dünyasını dəyişmişdir. Ölümündən sonra 1999-cu ildə " Sertel Demokrasi" mükafatına layiq görülüb. | https://az.wikipedia.org/w/index.php?curid=337786 |
Əhməd Telli | Əhməd Telli (2 dekabr 1946, Çanqırı) — müəllim, şair, yazıçı. Həyatı və fəaliyyəti Əhməd Telli 1946-cı ilin dekabr ayında Çanqırının Əskibazar qəzasında anadan olmuşdur. Həsənoğlan və Kayseri Bazarhörən, Pınarbaşı müəllimlik məktəbində təhsil alıb. Müəllimlik məktəbindən sonra dörd il orta məktəb müəllimliyi, Qazi Təhsil İnstitunu bitirdikdən sonra isə Kastamon, İnebol, Doğanyudrda, Qırıqqalada və Ankara Atatürk Liseyində türk dili və ədəbiyyat müəllimliyi edib. 1981-ci ildə Qazi Təhsil İnstitutunda müəllim ikən hərbi vəziyyətə görə həbs olunaraq işdən çıxarıldı. Həmin il, TCK-nın 141,142 və 146-cı maddələrindən mühakimə olundu. 146-cı maddədən bəraət aldı. Ciyərhunun şeirlərinə yazdığı bir yazısına görə, 142-ci maddədən qısa müddətlik cəza aldı.Kitabxanaçılıq və naşirlik etdi, fərqli nəşriyyatlarda rəhbər və redaktor olaraq çalışdı. 1933-cü ildə məhkəmənin qərarıyla müəllimliyə geri döndü və təqaüdə çıxdı. İlk şeiri 1961-ci ildə dərc olundu. 1972-ci ildə Çingiz Tuncərin "Kərkənəz" adlı romanına yazdığı ilk tənqidi yazısına "Varlıq Dərgisi Tənqid Mükafatı" verildi. 70-ci illərdə daha çox sınaq və tənqidi yazılar yazdı və 1979-cu ildən sonra dərc etdirməyə başladı. 1980-ci ildə "Hüzünün Üsyan Olar" kitabına Ömər Fariqin "Toprak şiir" mükafatı, "Gizli Qalan" adlı kitabına isə "1982 Yazko Şiir Özendirme" mükafatı verildi. 2010-cu ildə dərc olunan "Nida" kitabına da "2011 Akdeniz Altın Portakal Şiir" mükafatı verildi. Özəlliklə 1972-ci ildən sonra, bir çox ədəbiyyat dərgisində yazıları, şeirləri dərc olundu. "Türkiye Yazıları" dərgisi, "Kavram ve Karmaşa" dərgisi, "Bireylikler" dərgisi, şeirləri ilə əlaqəli özəl saylar buraxdılar. 1960-cı illərdən sonra türk toplumçu həqiqətçi şeirinin ikinci nəslində yer alan şairlərdən, romantik şeiriylə bir yandan da Atilla İlhanla yanaşı dururdu. Şeir Kitabları Yanğın İlləri(1979) Hüzünün İsyan olar(1979) Döyüşən Danışsın(1980) Gizli Qalan(1981) Su Çürüdü(1982) Bəlkə Yenə Gələrəm(1984) Uşaqsan Sən(1984) Ürəyim Unut bu Şeiri-Seçmələr(1994) Barbar və Şəhla(2003) Üzünün Doğusu Gül-Gul e Rojhilata Ruye Te- Şeirlərindən seçmələr Türkcə- Kürtcə(2005) Baxışın Sənin(2016)Əsərləri Mən Heçbirşey Danışmadım(2001) Sularamı Yazıldı(2001) Burdayam Sözümdə(2005) Neylərsən(2012) Görsən(2016) | https://az.wikipedia.org/w/index.php?curid=607646 |
Əhməd Tofiq Paşa | Əhməd Tofiq Paşa (11 fevral 1845, Konstantinopol – 8 oktyabr 1936, İstanbul) — II Əbdülhəmid, V Mehmed Rəşad və VI Mehmed Vahidəddinin səltənətlərində 3 dəfə - ümumilikdə 2 il 4 ay 29 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı, Osmanlı imperiyasının sonuncu sədrəzəmi. Cemil Kalyoncu, Son Sadrazamın Torunu, Aksiyon Dergisi, Sayı 259, 20.11.1999 Necati Çavdar, Siyasi Denge Unsuru Olarak 31 Mart Vakasında Ahmet Tevfik Paşa Hükümeti, History Studies, Samsun, Mart 2011 Arxivləşdirilib 2014-01-02 at the Wayback Machine Atatürk.net sitesi Atatürk ve Türkiye Cumhuriyeti Kronoloisi 1919 yılı, Erişim Tarihi 24.06.2011 Turktarih.net sitesi Paris Barış Konferansı maddesi, Erişim tarihi:24.06.2011 Arxivləşdirilib 2012-01-16 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=552764 |
Əhməd Topatan | Əhməd Topatan (əsl adı: Daniel) — aktyor, Türkiyə ermənisi. Əhməd Topatan 1916-cı ildə Tarsusda anadan olub. Topatan 1975-ci il iyunun 26-da 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktyor İstanbulda dəfn olunub. Erməni mənşəli aktyor 1953-cü ildə “Drakula İstanbulda” filmi ilə diqqəti cəlb edib. İlk filmi isə 1950-ci ildə çəkilən “Çete” olub. Aktyorluğa gec yaşda başlayan Əhməd Topatan daha çox ciddi görkəmli, təmkinli caniləri canlandırıb. Amma onun müsbət obrazları da filmoqrafiyasında az deyil. 1964-cü ildə “Topqapı”, 1965-cui ildə “Son darbe”, 1967-ci ildə “Krallar ölmez” və 1971-ci ildəki “İntiqam kartallı” filmləri onun yaradıcılığına diqqəti daha da artırıb. 100-dən artıq filmdə rol alıb. Mükafatları | https://az.wikipedia.org/w/index.php?curid=368080 |
Əhməd Topçu | Əhməd Topçu (türk. Ahmet Topçu, d. 2 fevral 1945, Rizə Çayeli — ö. 5 iyun 2019) — Türk akademik, pedaqoq 1945-ci ildə Rizənin Çayeli mahalının Yaşıltepe kəndində anadan olmuş, ibtidai məktəbi orada bitirmişdir. Orta təhsilini Əskişəhərdə, ali təhsilini isə Qaradəniz Texniki Universitetində bitirdi. Milli Təhsil Nazirliyinin təqaüdü hesabına Almaniyada yerləşən Duisburq-Essen universitetində doktorantura oxumuş Əhməd Topçu Anadolu Universitetində dosent adını, Əskişəhər Osmanqazi Universitetində isə professor adını almışdır. Şimali Kipr Türk Respublikası Şərqi Aralıq dənizi Universitetində 2 il boyunca professor olaraq dərs demiş, Əskişəhər Osmanqazi Universitetində şöbə müdiri və dekan vəzifələrində çalışmışdır. 2008-ci ildə öz xahişi ilə təqaüdə çıxmışdır. 5 iyun 2009-cu ildə vəfat etmişdir. Duran, M., Topçu, A., u.a., KRAM’76, Ein FORTRAN-Program zur Berechnung allgemeiner Tragwerke, Forschungsberichte aus dem Fachbereich Bauwesen, Uni. Essen, Almaniya, 1977; Topçu, A., Ein Beitrag zur systematischen Berechnung finiter Elementtragwerke nach der Kraftmethode, Doktora tezi, Essen Üniversitesi, Almaniya, 1979; Topçu, A., Mikro Mühendis, Mikro Bilgisayar Paket Programları 1, Anadolu Üniver. Yayınları no.: 211, Eskişehir, 1987; Topçu, A., Basic Bilgisayar Programlama , Bilim Teknik Yayınevi, İstanbul, 1990; Aydın, M.R., Akgün, Ö.R., Topçu, A., Betonarme Kolon Tabloları, Anadolu Üniversitesi Yayınları no: 532, Eskişehir, 1991; E-Kitabları Topçu, A., Betonarme I, Sunu Ders Notları, 2008–2019; Topçu, A., Betonarme II, Sunu Ders Notları, 2009–2019; Topçu, A., Visual Basic 6, Görsel Programlama, Sunu Ders Notları, 1999; Topçu, A., Bilgisayar Destekli Nümerik Analiz, 2010–2014; Topçu, A., Sonlu elemanlar metodu, Ders notları, 2015–2017 Xarici keçidlər Prof.Dr. Ahmet Topçu'nun Anısına | https://az.wikipedia.org/w/index.php?curid=676610 |
Əhməd Tosun Paşa | Əhməd Tosun Paşa və ya Kavalalı Tosun Paşa (d. 1794 — ö. 28 sentyabr 1816) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ikinci oğlu. 1794-cü ildə Kavalada dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun ilk xanımı Əminə xanımdır. 11 yaşına qədər Kavalada yaşayan Tosun, atasının Misir hakimi təyin edilməsinin ardından böyük qardaşı İbrahimlə birlikdə Misirə gəldi (28 avqust 1805). 1 mart 1811-ci ildə öndə gələn Məmlük bəylərinin qanlı bir şəkildə ortadan qaldırılmasının ardından Hicazda vəhhabi üsyanının yatırılması ilə vəzifələndirildi. Yeni bir Misir ordusunun qurulmasına çalışan fransız əsilli polkovnik Jozef Sevenin (sonradan Süleyman Paşa) yanında yetişən Əhməd Tosun Paşa, əmrindəki piyada qoşunla öncə Ciddə bölgəsinə daxil oldu. Məkkə 1813-cü ildə üsyançılardan təmizlənsə də, ayaqlanan vəhhabi dəstələri Diriyə qalası və ətraf bölgələrində möhkəmləndilər. Ardından atası Mehmed Əli Paşa əmrindəki Misir hərbi birlikləriylə 1813-cü ilin sentyabrında bölgəyə gəldi və başda Diriyə qalası olmaqla, üsyançıların bütün müqavimətini qırdı. Ancaq çox keçmədən səhhəti pisləşdi və tutulduğu vəba xəstəliyindən sağala bilməyib 28 sentyabr 1816-cı ildə vəfat etdi. Bamba Qadınəfəndi (ö. 1871) Oğul övladları Abbas Hilmi Paşa (d. 1 iyul 1812 — ö. 13 iyul 1854) Osman bəy (ö. 1815) Qız uşaqları Xədicə xanım (ö. 1817) Ziba xanım (ö. 1817) Ayşə xanım (ö. 1817) | https://az.wikipedia.org/w/index.php?curid=699748 |
Əhməd Triniç | Əhməd Bədi Triniç Rəcəb oğlu (1893, Üskub – 1936) — pedaqoq, publisist. Azərnəşrin direktoru Triniç Əhməd Rəcəb 1893-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1912-ci ildə Balkan müharibəsi zamanı ailəsi ilə birlikdə Türkiyəyə gəlmişdir. Burada qaçqın kimi dövlət hesabına litseyə daxil olmuşdur. Litseyi bitirdikdən sonra hərbi xidmətə göndərilmiş, Dardanel cəbhəsində döyüşlərdə iştirak etmişdir. 1916-cı ilin avqustunda Əhməd Triniç Kürdüstan cəbhəsində rus ordusuna əsir düşmüş, əvvəlcə Tiflisə, sonra isə Kostroma quberniyasının Narıxta şəhərinə göndərilmişdir. Oktyabr inqilabından sonra Əhməd Triniç Türkiyəyə qayıtmaq ümidi ilə Narıxta şəhərindən Bakıya gəlmişdir. Lakin burada Türk ordusunun baş qərargahının üzvü Rövşən bəy ona Türkiyəyə qayıtmağa izin verməmişdir. O, məcburiyyətdən Bakıda qalmış, türk dilindən evlərdə dərs keçməyə başlamışdır. Mart soyqırımı zamanı İsmailiyyə binasında keçirilmiş mitinqdə çıxış etmişdir. Bakıda daşnakların təqibinə məruz qalan Əhməd Triniç Dağıstana getmişdir. Bir müddətdən sonra Dağıstandan Yelizavetpol şəhərinə gedərkən, Qubada Rövşən bəy tərəfindən həbs edilmiş və bolşeviklərin xeyrinə casusluqda günahlandırılaraq güllələnməyə məhkum edilmişdir. Hökm icra edilməyə başlamadan Əli bəy Zizikski Rövşən bəyə əllərinin onun qanına bulaşdırmamasını, türklərin özlərinin onun dərsini verməsini demiştir.[mənbə göstərin] İctimai-siyasi fəaliyyəti 1918-ci ilin may ayında Gəncəyə gəlmiş Nuru Paşanın əmrilə Dağıstanda əsir alınmış bütün türk əsgərlərinin səfərbərliyə alınmasına başlandı. Rövşən bəy isə Nuru paşa tərəfindən həbs edildi. Yenidən Bakıya qayıdan Triniç "İttihad" qəzetində fəaliyyətə başlamışdır. Aprel işğalınadək "Azərbaycan füqərası" qəzetində çalışmışdır. Aprel işğalından sonra bu qəzet "Kommunist" adı ilə nəşr edilmiş və Əhməd Triniç onun redaktoru olmuşdur. Əhməd Triniç 1919-cu ildə İttihad Partiyasına olmuşdur. 1919-cu il fevral ayının 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin mühafizə dəstəsinin yaradılması barədə qanun qəbul edildikdən sonra Əhməd Triniç də 200 nəfərlik mühafizə dəstəsinin tərkibində olmaq üçün parlamentə müraciət etmişdir. Sovet dövrü Əhməd Triniç 1918-ci ildə Qubada Mir Cəfər Bağırov ilə tanış olmuşdur. 1927-ci il sentyabr ayının 19-da Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin qərarı ilə "Kommunist" qəzetinin redaktoru Əhməd Triniçin məzuniyyət müddəti oktyabr ayının 15-dək heç bir əsas olmadan uzadılmış, qəzetin redaktorluğu Əliheydər Qarayevə həvalə edilmişdi. 1928-ci ildə yenidən öz vəzifəsində fəaliyyətə başlayan tanınmış ziyalını Almaniyaya, Köln şəhərində keçiriləcək mətbuat sərgisinə rəsmi dəvət etmişlər. Levon Mirzoyan Mərkəzi Komitənin Rəyasət Heyətinin 1928-ci il 10 may tarixli qərarı ilə Ə.Triniçin Almaniyaya səfər etməsini məqsədəuyğun hesab etməmişdir.[mənbə göstərin]Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Əhməd Triniçin işini araşdırmaq üzrə Mərkəzi Komitəninin komissiyası yaradılmışdı. 1933-cü il may ayının 19-da komissiya üzvləri – Boqdanov, Aqrba, Baba Əliyev hazırladıqları arayışı MK katibi Ruben Rubenova təqdim etmişlər. Əhməd Triniç həmin dövrdə Azərbaycan Türk Dram Teatrının direktoru vəzifəsində çalışırdı. Əhməd Triniçin "Kommunist" qəzetinin 1933-cü il 24 aprel tarixli sayında "Teatromuzun vəzifələri və gələcək inkişaf yolları" məqaləsi dərc olunmuşdur. Onun şəkli də burada verilmişdir. Azərbaycan Dövlət Dram teatrının direktoru Əhməd Triniç hökumətin milli teatra göstərdiyi qayğıdan söhbət açaraq belə yazırdı: "Xalq Komissarları Şurasının son qərarına görə Azərbaycan Dövlət Dram Teatrosu üçün yeni bina tikmək tədbirləri görülməsi ilə bərabər, teatromuzun təkcə qarderobuna yüz min manat buraxılmışdır". "Kommunist" və "Bakinski raboçi" qəzetlərinin 27 aprel 1933-cü il tarixli sayında isə "Türk teatrının 60 illiyi" başlığı altında gedən rəsmi materialdan məlum olur ki, təntənəli yığıncağı Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyev açmışdır. Azərbaycan SSR maarif komissarı Məmməd Cuvarlinski məruzə ilə çıxış etmişdir. Təntənəli yığıncaqda Mir Cəfər Bağırovun imzaladığı rəsmi qərar elan edilmişdir: "SSRİ Mərkəzi İcraiyyə Komitəsindən xahiş edilsin ki, Şahbazov, Cuvarlinski və Triniç Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunsunlar". Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayevin 1954-cü il mart ayının 9-da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin partiya, həmkarlar ittifaqları və komsomol orqanları şöbəsinə, N.İ.Şubinə göndərdiyi aşağıdakı sənədlərdən aydın olur ki, Əhməd Triniçin ordenlə təltif edilməsi barədə təklif M.C.Bağırovun istintaq materiallarına salınmışdır: 1936-cı il yanvar ayının 23-də Bakı şəhəri, Böyük Qala küçəsi, ev 45, mənzil 1 ünvanda yaşayan Əhməd Triniçdən Tiflisə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsinin katibi Lavrenti Beriyaya göndərilmiş məktubda yazılır: İşə Mir Cəfər Bağırov qarışmışdır. Zaqafqaziya Xalq Daxili İşlər Komissarlığının Azərbaycan üzrə idarə rəisi Yuvelyan Sumbatov-Topuridze 265 səhifədən ibarət istintaq materialını ona təqdim etmişdir. Qoşma məktubda deyilir: Mir Cəfər Bağırov məktubun üzərində yazmışdır: 1936-cı ilin aprelində daxili işlər orqanları rəhbərləri Moskvadan İttifaq komissarı Yejovun operativ məxfi əmrini aldılar. Həmin əmrə görə, antisovet partiyaların üzvləri "üçlük" tərəfindən işlərinə baxılan kimi güllələnməlidirlər. Əhməd Triniç 1936-cı il aprelin 19-da həbs olundu. Lakin onu güllələyə bilmədilər. Əhməd Triniç həbsxanada intihar etdi. | https://az.wikipedia.org/w/index.php?curid=100801 |
Əhməd Tsalikov | Əhməd Batskoyeviç Tsalikov (10 iyul 1929, Şimali Osetiya – 21 sentyabr 2023, Vladiqafqaz) — Sovet və Azərbaycan heykəltaraşı, Azərbaycanın əməkdar rəssamı (2006), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980). Əhməd Tsalikov 10 iyul 1929 ildə Şimali Osetiyada doğulub. Heykəltəraş uşaqlığının ilk illərini Noqkau kəndində keçirib. Sonralar ailə Bakıya köçüb burada məskunlaşır. Əhməd orta məktəbi bitirdikdən dərhal sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Sonra isə təhsilini Leninqrad Rəssamlıq Akademiyasında davam etdirir. Orada Akademiyanı bitirdikdən sonra gənc heykəltəraş çox sevdiyi Bakıya dönür. Tsalikov müəllimləri arasında Cəlal Qaryağdı və Pinxos Sabsayın adlarını çəkir. Onun yaradıcılıq yolu Mirələsgər Mirqasımov, Elmira Hüseynova və digər məşhur sovet heykəltəraşları ilə bağlı idi. 2017-ci ildən Vladiqafqazda yaşayırdı. Məşhur heykəltəraş 21 sentyabr 2023-cü ildə vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=814756 |
Əhməd Tövhid Əfəndi | Əhməd Tövhid Əfəndi (30 noyabr 1904, Konstantinopol – 24 aprel 1966, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndinin oğlu Osmanlı şahzadəsi. Şahzadə Tövhid Əfəndi 30 noyabr 1904-cü ildə atasının Çamlıcadakı köşkündə dünyaya gəldi. Fatma Gövhəri Sultanın əkizidir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı Nervaliter xanımdır. İlk təhsilini şahzadələr məktəbində alan Tövhid Əfəndi 5 iyun 1918-ci ildə Heybəliadada yerləşən Osmanlı Donanma Akademiyasında hərbi təlimlərə başladı. Ancaq həmin ilin oktyabrında Mudros sülhü səbəbilə təhsili yarım qaldı və yenidən İstanbula döndü. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Tövhid Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Ardından Romaya, daha sonra isə Nitsaya köç edən Tövhid Əfəndi və ailəsi burada Səniha Sultana məxsus Qarabasel villası yaxınlığında bir köşkə yerləşdi. Atası Seyfəddin Əfəndi 1927-ci ildə burada vəfat etdi. 1940-cı ildə Tövhid Əfəndi Qahirəyə, ardından yenidən Beyruta köçdü. Heç vaxt evlənməyən və övladı olmayan Tövhid Əfəndi 24 mart 1966-cı ildə Beyrutda vəfat etdi. Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. Vâsıb, A.; Osmanoğlu, O.S. (2004). Bir şehzadenin hâtırâtı: vatan ve menfâda gördüklerim ve işittiklerim. Yapı Kredi Yayınları. YKY. p. 441. ISBN 978-975-08-0878-4 Kırpık, C.; Neşriyat, Ö. Osmanlı'da Şehzade Eğitimi. Ötüken Neşriyat A.Ş. p. 103. ISBN 978-605-155-388-7 Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press. p. 17. ISBN 978-9-774-16837-6 Korkmaz, Mehmet (2019-12-30). "Denizin Saraylıları: Bahriye'de Osmanlı Şehzadeleri". Hazine-i Evrak Arşiv ve Tarih Araştırmaları Dergisi | https://az.wikipedia.org/w/index.php?curid=744807 |
Əhməd Təkudar xan | Əhməd Təkudar xan (1247 – 10 avqust 1284, Marağa, Şərqi Azərbaycan ostanı) — Hülaku xanın Kutuy xatundan olan 7-ci oğlu və Abaqa xanın qardaşı. 1247-ci ildə Hülaku xan və Kutuy xatunun oğlu olaraq doğulmuş, Papa IV Nikolas şərəfinə Nikolas adı verilmişdir, nestorian kimi böyümüşdür. Taxta çıxması Abaqa xanın 1282-ci ildə Həmədanda vəfat etməsindən sonra xanədan qadınları, şahzadələr və böyük moğol əmirləri yas mərasimi üçün Marağa şəhərində Cağatu adlı yerə toplaşdılar və daha sonra moğol adətinə uyğun olaraq kimin xan seçilməsi üçün qurultay keçirdilər. Qurultayın qərarına əsasən özündən əvvəlki Elxani hökmdarlarından fərqli olaraq İslam dini inancına sahib olan, Hülakü xanın Kutuy xatundan olan yeddinci oğlu Təkudar xan Sultan titulu və Əhməd adını qəbul edərək 1282-ci ilin mayın 6-da Aladağda Elxani hökmdarı oldu. Hökmdarlığı Daxili siyasəti Hakimiyyət əsasən xanın anası Kutuy xatun və əmir Aşiqin əlində toplanmışdı. İslamı dövlət dini elan etmiş Sultan Əhməd yeni dinin qaydalarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməyə başlayır. Belə ki, onun ilk tədbirlərindən biri hələ Hülakü və Abaqa xan zamanında baş vəzir olan və rəqibi Məcüdülmülk tərəfindən Abaqa xanı zəhərləməkdə, Misir məmlükləri ilə gizli anlaşmada və dövlət əmlakını mənimsəməkdə ittiham edilən əqidəcə müsəlman olan Şəmsəddin Cüveyni və qardaşı məşhur tarixçi Ata Məlik Cüveyniyə bəraət verməsi oldu. Əhməd xan həmçinin Şəmsəddin Cüveynini əvvəlki kimi sahibdivan vəzifəsinə təyin edərək, qardaşı Ata Məlik Cüveyniyə də, Bağdadın valisi vəzifəsini verdi. Bununla kifayətlənməyən sultan onların rəqibi Məcüdülmülkü isə Arqun xanla gizli ittifaqda günahlandıraraq edam edilməsi haqqında yarlıq verdi. Bundan əlavə, Sultan Əhməd köməkçisi Şeyx Əbdürrəhmanın rəhbərliyi ilə imam və üləmaya, dini ibadət yerlərinə vəqflər təyin edərək, müqəddəs yerlər olan Məkkə və Mədinəyə zəvvarların həcc mərasimini təhlükəsiz və rahat şəkildə həyata keçirliməsi üçün şərait yaratdı. Xarici siyasəti Xarici siyasətdə əsas diqqəti Misir Məmlükləri ilə illərdir davam edən münasibətlərə yönəltdi. İlk əvvəl 1282-ci ildə taxta çıxmadan əvvəl Məmlük sultanı Qalavunun yanına elçi göndərən Təkudar xan məktubunda İslam dinini qəbul etdiyini və sülh bağlamaq istədiyini bildirir, lakin Sultan Qalavun bu elçi heyətini qəbul etmir və öz elçiləri ilə yazılı cavab yollayaraq bildirir ki, sülhün şərtlərini danışmaq üçün Şeyx Əbdürrəhmanın rəhbərliyi ilə yeni elçi heyəti göndərsin. 1283-cü ildə yola düşən Şeyx Əbdürrəhman rəhbərliyindəki heyət sultanın hüzuruna çxımaq üçün 6 ay gözləməli olur. Yeni məktub daha dostyanə üslubla sülh və ittifaq təklif edirdi. Təkudarın İslamı qəbul etməsi və Məmlüklərlə əlaqələr yaratma cəhdləri müsəlman təbəəsi tərəfindən sevinclə qarşılansa da, moğol aristokratiyası tərəfindən yaxşı qarşılanmadı. Qonqkurtayla münasibətlər 1282-ci ilin iyununda xan öz kiçik qardaşı, Hülakünün 9-cu oğlu Qonqkurtayı Kiçik Asiya valisi təyin etdi. Bu arada Arqun xan hakimiyyətə qarşı çıxmağa başlamışdı. Arqun və Qonqkurtayın birlikdə olduğundan şübhələnən Təkudar xan, Qonqkurtayı 18 yanvar 1284-cü ildə əlaltıları ilə birlikdə, Qarabağında edam etdirdi. Arqun xanla münasibətlər Hələ 1282-ci ildə qurultay zamanı şahzadələrdən Qonqkurtay, Hülacü və Cuşqab, əmirlərdən Şiktur Noyan, Suncaq Aka, Arab və Qarabuğay Abaqanın qardaşı Təkudarın namizdədliyini uyğun hesab etdikləri halda, Olcay xatun Hülakü xanın digər oğlu Mengü Timuru dəstəkləyirdi, lakin məşhur moğol əmirlərindən Əmir Buğa, Aruq və Ağbuğa isə hələ Abaqa xanın sağlığında vəlihəd elan etdiyi oğlu şahzadə Arqunu dəstəkləyirdilər. Fəzlullah Rəşidəddin xəbər verir ki, yaranmış vəziyyətin mürəkkəb olduğunu görən, əmirlərdən daha üstün zəka və bacarığa sahib olan Şişi Bəxşi, Arquna "sənin və bizim xeyirimiz və bu qövmün arasında canımızın sağ qalması üçün münasib olan Təküdərin xanlığına razı olmağındır" dedi. kifayət qədər orduya sahib olmadığı üçün şahzadə Arqun da bu təkliflə razı oldu . Bu zaman atası Abaqa xanın xəzinəsini almaq üçün Siyahkuha gedən şahzadə Arqun iki minlik bir qüvvə ilə geri qayıdan zaman Sultan Əhmədin taxta çıxmaq mərasiminin artıq keçirildiyini görəndə, bundan incidi, lakin Sultan Əhməd ona iyirmi ədəd, və onu dəstəkləyən əmirlərdən Bayduya isə iki ədəd baliş (pul vahidi) bağışlayaraq öz iqamətgahına yola saldı. Qonqkurtayın ölümündən sonra Təkudar xan, öz gürcü kürəkəni Alınaqı 26 apreldə Arqun xana qarşı hücuma göndərdi. Özü isə Biləsuvarda ordusu ilə gözləyirdi. 1284-cü ilin mayın 4-də Alınaq və şahzadə Arqun qoşunları Qəzvin yaxınlığında Ağxoca adlı yerdə qarşı-qarşıya gəldi və Alınaq bu döyüşdə məğlub olaraq Sultan Əhmədin yanına qaçdı. Əhmədin qəzəbina tuş gələcəyindən qorxan şahzadə Arqun əmisi Əhmədə elçi göndərərək "Özünün əsla akasına (Sultan Əhmədə) qarşı qılınc çəkmədiyini, amma Alınaqın ona hücüm etdiyini və onun əmlakını yağmaladığı üçün özünü müdafiə etiyini" dedi. Arqunun bu sözlərinə əhəmiyyət verməyərək yürüşə davam edən Əhməd şahzadə Arqunun qardaşı Keyxatu xan qismində yenidən elçi göndərməsini və başda Əmir Buğa olmaqla bir sıra nüfuzlu moğol əyanlarının Arqunla sülh danışıqları aparması yönündə istəkli olduqlarını bildikən sonra əmir Buğanın yerinə Ağbuğanı ordu komandanı təyin etdi. Sultan Əhmədin bu addımı Əmir Buğa və bir sıra moğol əyyanlarının şahzadə Arqun tərəfinə keçməsinə səbəb oldu. Bu vaxt isə şahzadə Arqunun 1284-cü ilin iyununda Kelat Kuha çatdığını xəbər tutan Alınaq Əhmədin əmri ilə onun qoşunlarını mühasirəyə aldı. Alınaq mühasirəyə düşmüş Arquna təslim olacağı təqdirdə elxanın onu əfv edəcəyi vədini verməklə onu təslim olmağa razı saldı. Sultan Əhməd hüzuruna gətirilən üsyankar şahzadə Arqun, elxan tərəfindən yaxşı qarşılandı və hətta onun ordugahda qalmasına izin verildi, lakin Əhməd xan öz yerinə Alınaqı vəkil təyin edərək Kutuy xatunu ziyarət emək məqsədilə ordugahdan ayrıldı. Sultan Əhmədin ordugahda olmadığını fürsət bilən Əmir Buğa və tərəfdarları Arqunun öldürülücəyi xəbərini şayəsini eşidən zaman bu xəbəri Arquna xəbər verib moğol keşikçilərini sərxoş edərək onu ordugahdan gizlin şəkildə qaçırdılar. Bu xəbəri Sultan Əhmədə çatdıran sadiq əmirləri Ağbuğa və Ləgzi savaşa başlamağı məsləhət görsələr də, bunların ardınca gələn Mazuq Quşçu artıq əksər moğol əmirlərinin Arqunun tərəfinə keçdiyini və artıq savaşmaq üçün gec olduğu xəbərini gətirdi. Dərbənd istiqamətində qaçarkən Sultan Əhməd Arqunun göndərdiyi qüvvələr tərəfindən tutuldu. Arqun əmisi Sultan Əhməddən şahzadə Qonqkurtayı nə üçün edam etdiryini, Alınaqı nə üçün onun üzərinə göndərdiyini soruşdu, sultansa cavabında xəta etdiyini və bir daha bunu təkrarlamayacağını dedi. Fəzlullah Rəşidəddinin qeyd edir ki, Arqun Sultan Əhmədi onun anası Kutuy xatun xatirinə bağışlamağı istəsə də, ancaq Qonqkurtayın uşaqlarının fəryadı və Həmədanda şahzadələr Hülacu və Cuşqabın üsyan xəbərini eşidəndən sonra onu edam etdirməyə qərar verdi. Nəhayət, 1284-cü ilin avqustun 11 — də Sultan Əhməd Təkudar edam edildi. Doqquz xatun Erməni xatun Baytəkin xatun Tudaku xatun İl Qutluq xatun Tuday xatun Kiçik xatun Alinaqla ailə qurmuşdu. Göyçək xatun Əmir İrincin Kereitlə ailə qurmuşdu. Çiçək xatun Boraçu ağa ilə ailə qurmuşdu. Mainu xatun Xandan ağa ilə ailə qurmuşdu. Saçlun xatun Kelturmuş xatun əvvəlcə Şaday ilə, sonra Turan ilə ailə qurmuşdu. | https://az.wikipedia.org/w/index.php?curid=80754 |
Əhməd Vedzijev | Əhməd Əbubəkiroviç Vedzijev (1916 – 1996) — məşhur inquş, sovet yazıçısı və şairi. Çeçenistan-İnquşetiya Yazıçılar İttifaqı və SSRİ Yazıçılar İttifaqının üzvü. Əhməd Vedzijev 1916-cı ildə (digər məlumatlara görə - 1919-cu ildə) Plievo kəndində (indiki İnquşetiyanın Nazran rayonu) kəndli ailəsində anadan olub. 1934-cü ildə doğma kəndində natamam orta məktəbi bitirmiş, sonra Qroznıda fəhlə fakültəsinə daxil olmuşdur. Əhməd Vedzijev oranı 1938-ci ildə bitirmişdir. Məktəbi bitirdikdən sonra Çeçen-İnquş kitab nəşriyyatında işləyib, eyni zamanda Açaluk rayon komsomol komitəsinin katibi olub. 1940-1941-ci illərdə Vedzijev "Serdalo" qəzetində çalışıb.Əhməd Vedzijev Böyük Vətən müharibəsində iştirak etmişdir. Cəbhədən qayıtdıqdan sonra bütün inquşlar kimi onu da sürgün etdilər. Deportasiya zamanı müxtəlif inzibati vəzifələrdə çalışıb. İnquşların reabilitasiyası və vətənlərinə qayıtmasından sonra Ə.Vedzijev yenidən “Serdalo” qəzetinin əməkdaşı olur. Daha sonra isə o çeçen-inquş kitab nəşriyyatına yeni işə keçir. 1960-cı illərdə Əhməd Vedzijev, həm də “Loaman Kuyre” antologiyasının redaktoru olub. Yaradıcılığı Vedzijevin ilk əsərləri 1937-ci ildə yerli mətbuatda dərc edilmişdir. Yaradıcılığının ilkin dövründə Vedzijev əsasən poeziya ilə məşğul idi. Onun ilk kitabları "Dostun vəsiyyəti" və "Şeirlər" topluları olub. 1950-ci illərin sonundan o, özünü nəsrə həsr etmişdir. Bu dövrdə onun “Dəhşətli illər”, “Ayaq izləri”, “Çəngəldə”, “Ocaqda od” hekayə və hekayələr topluları, həmçinin “Qapur – Qəhrəmanın adaşı” povesti işıq üzü görüb.Aktiv ədəbi-bədii fəaliyyəti dövründə yazıçı inquş cəmiyyətinin aktual həyat problemlərinə dair ana dilində yazılmış otuzdan çox bədii kitab nəşr etdirmişdir ki, onlardan beşi hekayə və povestlərdir. Əhməd Vedzijev in bəzi şeirləri və nəsr əsərləri İnquşetiyanın orta məktəblərinin dərsliklərinə daxil edilmişdir. 1970-ci illərdə Vedzijevin “Sunja-Yurtdan Qapur” və “Kondurma” hekayələri çap olunur. 1980-ci illərdə çap olunmuş “Qisas” romanları və “Soyuq ocaq” romanı kollektivləşmə mövzusuna həsr olunub. Vedzijev Mixail Lermontovun, Kosta Xetaqurovun və başqa müəlliflərin bir sıra əsərlərini inquş dilinə tərcümə etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=725949 |
Əhməd Vefik Paşa | Əhməd Vefik Paşa (türk. Ahmed Vefik Paşa; 3 iyul 1823, İstanbul – 2 aprel 1891, İstanbul) — məşhur Osmanlı dövlət xadimi, diplomat, dramaturq və Tanzimat dövrü tərcüməçisi idi. O, statesman, diplomat, playwright and translator of the Tanzimat period. He was commissioned with top-rank governmental duties, including presiding over the first Osmanlı parliament ilk Türk parlamentinə sədrlik etmiş, o cümlədən yüksək rütbəli hökumət vəzifələrinə çalışmışdır. O, həmçinin iki qısa dövrlər üçün sadrazam (baş vəzir) oldu. Vefik Osmanlıda teatrın banilərindən olmuş</ref>. He also became a grand vizier for two brief periods. Vefik also established the first Ottoman theatre və Bursada ilk Qərb teatr üslubunda tamaşaların oynanılmasına təşəbbüs və Molyerin əsərlərini tərcümə etmişdir. Əhməd Vefik paşa 3 iyul 1823-cü ilə İstanbulda anadan olub. Ruhiddn Əfəndinin oğludur. | https://az.wikipedia.org/w/index.php?curid=179643 |
Əhməd Vəfik paşa | Əhməd Vefik Paşa (türk. Ahmed Vefik Paşa; 3 iyul 1823, İstanbul – 2 aprel 1891, İstanbul) — məşhur Osmanlı dövlət xadimi, diplomat, dramaturq və Tanzimat dövrü tərcüməçisi idi. O, statesman, diplomat, playwright and translator of the Tanzimat period. He was commissioned with top-rank governmental duties, including presiding over the first Osmanlı parliament ilk Türk parlamentinə sədrlik etmiş, o cümlədən yüksək rütbəli hökumət vəzifələrinə çalışmışdır. O, həmçinin iki qısa dövrlər üçün sadrazam (baş vəzir) oldu. Vefik Osmanlıda teatrın banilərindən olmuş</ref>. He also became a grand vizier for two brief periods. Vefik also established the first Ottoman theatre və Bursada ilk Qərb teatr üslubunda tamaşaların oynanılmasına təşəbbüs və Molyerin əsərlərini tərcümə etmişdir. Əhməd Vefik paşa 3 iyul 1823-cü ilə İstanbulda anadan olub. Ruhiddn Əfəndinin oğludur. | https://az.wikipedia.org/w/index.php?curid=169054 |
Əhməd Vəhbi Qoç | Vəhbi Qoç (türk. Vehbi Koç; 20 iyul 1901, Ankara, Ankara vilayəti – 25 fevral 1996, Antalya) — Türkiyənin məşhur "Qoç Şirkətlər Qrupu"nun yaradıcısı. 20 iyul 1901-ci ildə Ankarada anadan olan Əhməd Vəhbi Qoç biznes fəaliyyətinə 16 yaşında ikən 1917-ci ildə atasının məsləhəti ilə Ankarada kiçik baqqal dükanını açmaqla başlamışdır. Hazırkı "Qoç" Şirkətər Qrupunun yaradılmasında ilk addım sayılan bu kiçik biznes Birinci Dünya müharibəsi və onun ardınca Türkiyədə Müstəqillik uğrunda müharibə dövründə elə də çox genişlənmədi, yalnız respublika yaradıldıqdan sonra tədricən böyüməyə başladı. 1923-cü ildə Ankara gənc respublikanın paytaxtı elan ediləndə inşaatçılıq fəaliyyəti bu kiçik şəhərdə tam miqyasda vüsət aldı və Vəhbi Qoç biznesini tikinti materialları və metal avadanlıqlarının təchizatı ilə genişləndirmək qərarına gəldi. Biznes fəaliyyətinə başladığı kiçik baqqal dükanı Qoçun atasına məxsus idi. O, 31 may 1926-cı ildə Ankaranın Ticarət Palatasında şirkəti Qoçzadə Əhməd Vəhbi olaraq öz adına sənədləşdirir və onun sahibinə çevrilir. Qoç qurumunun yaradılması məhz həmin gün simvollaşdırılır və Qrupun rəsmi yaradılma günü kimi qəbul edilir. Həmin illərdə Türkiyədə biznesin inkişafına ümidlər az idi. Müstəqillik uğrunda müharibə yenicə qurtarmışdı və ölkə müharibələr ucbatından xeyli zəifləmişdi; Türkiyə çox ləng inkişaf səviyyəsi olan kasıb dövlət idi. Paytaxtda tikinti və inşaat fəaliyyətçiliyi də elə həmin vaxtlar işə düşür, bu isə Qoç üçün yeni ehtiyaclar demək idi və o, bu yeni ehtiyacları ödəmək məqsədilə biznesini genişləndirir. Vəhbi Qoçun növbəti addımı Ankaradan İstanbula köçməsi olur. Qoç anlayır ki, İstanbuldakı bazar böyük potensial təklif edir. Nəticədə Vəhbi Qoç bəzi inşaat işləri ilə yanaşı yeni dükan və ticarət evləri də açır. Həmin mərhələdə bir sıra satış müqavilələri və nümayəndəlik razılaşmaları imzalamaqla Qoç öz biznesini şaxələndirməyə səy göstərir. 1931-ci ildə Avropaya, 1946-cı ildə isə ABŞ-a səfərləri zamanı orada universitetlər, tələbə yataqxanaları və xəstəxanalar açan fondların fəaliyyətiylə yaxından tanışlıq Vəhbi Qoçu xeyriyyçiliyə xeyli ilhamlandırır. Elə o zamandan etibarən Qoç fondları yaratmağa böyük əhəmiyyət verir. 1969-cu il yanvarın 17-də Vəhbi Qoçun yaratdığı fond diqqəti üç əsas sahəyə yönəltmişdi: təhsil, səhiyyə və mədəniyyət. Fond cəmiyyətə həmin sahələrdə fəaliyyət göstərən mövcud işlək təşkilatları himayə etməklə, bacarıqlı, lakin maddi imkanı olmayan gənclərə təqaüd verməklə, təşkilatlar yartmaqla xidmət göstərirdi. Vəhbi Qoç Fondu hər zaman özünün bütün xidmət sahələrinin keyfiyyət və davamlılığının xırdalıqlarına qədər diqqət yetirirdi. Fond maliyyə dəstəyi kimi dövlətə onun nəzdində olan bir çox məktəb, tələbə yataqxanası və klinikaların inşasına sponsorluq edirdi. Məşhur milyarder Fondu institutlaşdırılmış və dayanıqlı xeyriyyə xidmətləri göstərmək məqsədilə təsis etmişdi. Vəhbi Qoçda sosial problemlərin həllində fərdi məsuliyyətin vacibliyinə möhkəm inam var idi. Onun bütün həyat təcrübəsi bu prinsipə sadiqliyini sübut edir. Fondun mədəniyyət və incəsənət sahəsində gördüyü işlər xüsusilə diqqətəlayiqdir. "Qüdrətli Süleymaniyyə erası", "Osmanlı dövrünün geyimləri" kimi kitablar fond tərəfindən nəşr edilib. İtalyan və türk dillərindəki incəsənət toplusunun nəşri də fondun sponsorluğu sayəsində işıq üzü görüb. 1990-cı ildə yaradılmış Tofaş Fiat Fondu spesifik məqsədlər üçün ianələr toplamağa başladı. Həmin ianələr Türkiyə və İtaliyada taqaüdlər verilməsi, İstanbuldakı italyan xəstəxanasının bərpası, Turkiyə ərazisindəki qədim Pamukkale şəhərində arxeoloji qazıntıların təşkili, italyan memarı Darankosun modern incəsənət üslubunda (XIX əsrin sonu, XX əsrin əvvəlləri) İstanbulda yaratdğı binaların bərpası kimi sosial xidmətlərin təşkilində istifadə olunurdu. 1996-cı il yanvarın 18-də Vəhbi Qoç Fondu və Fiat Türkiyə Qrupunun birgə sponsorluğu ilə "Şərqə baxış: neo-klassizmdən 20-ci yüzilliyə qədər İslam dünyası italyan qrafikasında" sərgisini təşkil etdilər və bundan sonra Fiat Türkiyə Qrupu "Şərqə baxış" adlı kitabı nəşr etdi. Mədəni irsin mühafizəsinə aid Qoç Fondunun təsisatları sırasına Sadberk Xanım Muzeyi, Suna-İnan Kırac – Aralıq dənizi sivilizasiyasının Araşdırma Mərkəzi, Vəhbi Qoç və Ankara araşdırma mərkəzləri daxildir. Qoç Fondunun təhsil şəbəkəsinə Qoç məktəblərindən əlavə Qoç özəl ibtidai və özəl ali məktəbləri daxildir. Bu sırada Türkiyənin ali təhsil haqqında qanununa uyğun olaraq Nazirlər Şurasının qərarı ilə təsis etdiyi və dövlət institutu kimi təsnifatlandırılan Qoç Universiteti də daxildir. Fondun səhiyyə şəbəkəsinə MedAmerikan Ambulator klinikaları, amerikan xəstəxanası, Vəhbi Qoç Fondunun maliyyələşdirdiyi Türkiyə ailə sağlamlığı və plan laşdırma fondları və başqa tibbi təsisatlar da daxildir. Mükafatları 1989-cu ildə 20-ci ildönümü qeyd olunarkən fondların Ali Rəhbərlik Assambleyası tərəfindən Qoç Fondu "İlin ən uğurlu fondu" seçilmişdir. Turkiyənin o zamankı prezidenti Turqut Özal Dövlət İncəsənət Muzeyində bu münasibətlə keçirilən mərasimdə Vəhbi Qoçu "Şərəf" mükafatı ilə təltif etmişdir. III Sektor Demokratiya jurnalı Arxivləşdirilib 2011-05-05 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=130427 |
Əhməd Vəliyev | Əhməd Vəliyev (29 noyabr 1946, Alpout, Qazax rayonu) — Odlar Yurdu Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, professor, "Şöhrət" ordenli. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü, Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosiasiyasının qızıl medalına layiq görülmüşdür. Vəliyev Əhməd Abdulkərim oğlu 29 noyabr 1946-cı ildə Qazax rayonunun Alpout kəndində anadan olmuş, 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1990–1997-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləmişdir. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaratmışdır. Əhməd Vəliyev: fizika-riyaziyyat elmləri namizədi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph. D), fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini və dosent, professor elmi adlarını almışdır. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Əhməd Vəliyev yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülmüşdür. İxtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, siyasi publisistika janrında yazılmış "Bəsirət ünvani" adlı kitabın müəllifidir. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, 2003-cü ildə isə ingilis dilində çap olunmuşdur. Bundan başqa, Əhməd Vəliyev "Adının sahibi" kitabının da müəllifidir. Əhməd Vəliyev III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvüdür. Eyni zamanda Azərbaycanla Almaniya, Litva, Çexiya, Türkiyə, Şimali İrlandiya, Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü və Cənubi Afrika dostluq qrupunun rəhbəridir. Əhməd Vəliyev 2005-ci ildən Millət vəkili və 1997-ci ildən Odlar Yurdu Universitetinin rektorudur. Ailəlidir, 2 oğlu, 1 qızı, 8 nəvəsi vardır. Böyük oğlu Samir Vəliyev ölkənin ən gənc hüquq elmləri doktoru və professordur, qızı Vəfa Vəliyeva həkim, doktorant, kiçik oğlu Munir Vəliyev isə iqtisadçı, iqtisadiyyat üzrə fəlsəfə doktorudur (Ph. D). Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Əhməd Vəliyev "Şöhrət" ordeni ilə təltif edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=311486 |
Əhməd Xan Sultan | Atası etnik lak, anası etnik krım tatarı olan Əhməd Xan 1920-ci ilin 25 oktyabr tarixində Krımda yerləşən Tavrida Quberniyasına bağlı Alupka adlı sahil qəsəbəsində anadan olmuşdur. Əhmədxanın şəxsi səyləri nəticəsində ailəsinin bir çox fərdi Krım tatarlarının deportasiyasından xilas olmağı bacarsa da, qardaşı QULAQ düşərgələrinə göndərilmiş və bir müddətdən sonra burada vəfat etmişdir. İkinci dünya müharibəsinə qırıcı təyyarə pilotu kimi qatılan Əhmədxan qısa zamanda özünü müsbət tərəfdən göstərməyi bacarır. Müharibə dövründə ümumilikdə 150-dən çox hava hücumundan iştirak edərək, fərdi şəkildə 30, qrup şəklində isə 19 alman qırıcı təyyarəsini zərərsizləşdirmişdir. Müharibədən sonrakı illərdə test pilotu olaraq peşəsinə davam etmişdir. Əhmədxan 1971-ci ilin 1 fevral tarixində növbəti test uçuşunu gercəkləşdirdiyi zaman baş verən qəza nəticəsində həlak olmuşdur. Həyatı boyunca 100-dən çox test uçuşu gercəkləşdirmişdir. İkinci dünya müharibəsi dövründə göstərdiyi xidmətlərə görə SSRİ hökuməti tərəfindən bir çox ali mükafat və ordenlərə layiq görülmüşdür. Bunlardan; iki dəfə verilmiş Sovet İttifaqı Qəhrəmanı, üç dəfə verilmiş Lenin ordenini, Aleksandr Nevski ordeni, Vətən Müharibəsi Ordeni, "Qırmızı Ulduz" ordeni və "Şərəf nişanı" ordeni kimi mükafatları göstərmək olar. Əhmədxan Sultan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeddi krım tatarından biridir. 2013-cü ildə çəkilmiş Haytarma adlı filmdə Krım tatarlarının deportasiyası və Əhmədxan Sultanın həyatı ekranlaşdırılmışdır. Mükafatları Sovet İttifaqı Qəhrəmanı - (2 dəfə) Lenin ordeni - (3 dəfə) Qırmızı Bayraq ordeni - (5 dəfə) Aleksandr Nevski ordeni Vətən Müharibəsi Ordeni "Şərəf nişanı" ordeni "Qırmızı Ulduz" ordeni Qırmızı Bayraq ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı Xarici keçidlər Təyyarələrlə Əhmədxan Sultanın fotoşəkilləri | https://az.wikipedia.org/w/index.php?curid=485908 |
Əhməd Xani | Ehmedê Xanî (kürd. Ehmedê Xanî; 1650[…], Hakkari ili – 1707, Şərqi Bəyazid, Ərzurum vilayəti) — kürd ədəbiyyatçısı, astronom, şair, tarixçi. Əhməd Xaninin "Məm və Zin" epik poeması Azərbaycan dilinə tərcumə olunmuşdur. Eqîdeya Îslamê Eqîdeya Îmanê Nûbihara biçûkan | https://az.wikipedia.org/w/index.php?curid=437178 |
Əhməd Xatkov | Əhməd Xatkov 24 sentyabr 1901-ci ildə Rusiya imperiyasının Kuban vilayətində anadan olmuşdur. O, 1910–1912-ci illərdə özəl məktəbdə oxumuş, ardınca Ufada təhsil almış. 1917-ci ildən sonra Qabukay kəndində müəllim işləyən Xatkov 1923–1926-cı illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil almışdır. Bundan sonra o, "Adıgeyskaya jizn" qəzetində redaktor müavini, pedaqoji texnikumda müəllim, sonra vilayət milli nəşriyyatında məsul redaktor, nəhayət, rayon xalq maarifi şöbəsində çalışmışdır. Xatkov 1926-cı ildə Sov. İKP(b) üzvü olmuşdur. O, 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü, 1934–1937-ci illərdə Adıgey Yazıçılar Təşkilatının məsul katibi olmuşdur.Əhməd Xatkov 23 dekabr 1937-ci ildə vəfat etmişdir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=730509 |
Əhməd Xəlilov | Əhməd Paşa oğlu Xəlilov (1904, Beyi, Kürdəmir rayonu – 1985) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı. Xəlilov Əhməd Paşa oğlu 1904-cü ildə Kürdəmir rayonu Beyi kəndində kəndli ailəsində anadan olmuşdur. 4 övladı olmuşdur.1985-ci ildə Bakıda vəfat etmişdir. Əmək fəaliyyəti 1932-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmiş, Göyçay rayon MTS-ndə baş aqranom, sonradan direktor müavini işləmiş, 1939-cu ildən Respublikanın Torpaq Komissarlığında aqranom. baş aqranom, 1941-ci ildən torpaq komissarının müavini, 1942-ci ildən kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan Respublikasının pambıqçılıq naziri vəzifələrində işləmiş, 1969-cu ildən pensiyaya çıxmış, 1973-cü ildən Dövlət Yer Quruluşu Layihə İnstitutunda direktor olmuş, 1982-ci ilə qədər bu vəzifədə çalımşmışdır. Elmi fəaliyyəti 1958-ci ildə elmlər namizədi, 1969-cu ildə elmlər doktoru alimlik dərəcəsi almışdır. Respublikanın əməkdar aqranomu fəxri adına, Şərəf Nişanı, Qırmızı Əmək Bayrağı ordenlərinə, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına, Böyük Vətən müharibəsinin bir çox orden və medallarına və Ümum ittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüş, bir neçə çağırış Respublika Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycan Aqrar Sahə Rəhbərləri və Görkəmli Elm Xadimləri (Ensklopedik məlumat kitabı) | https://az.wikipedia.org/w/index.php?curid=709680 |
Əhməd Yaramış | Ahmet Yaramış (türk. Ahmet Yaramış; 1968, Çorum) — türk professor. 20 aprel 2020-ci ildə, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Tarix Cəmiyyətinin rəhbərliyinə təyin edildi, 22 iyul 2020-ci ildə istefa etdi. Həyat və təhsili 1968-ci ildə Çorumda anadan olan Yaramış, ibtidai və orta təhsilini Amasya şəhərinin Merzifon ilçəsində oxumuş, daha sonra orta məktəb təhsilini İskilipdə tamamlamış, universitet təhsilini isə Ankara Universiteti dil və tarix-coğrafiya fakültəsində almışdır. Qazi Universiteti (1993) ve Konnektikut universitetində (1996) magistr təhsili almışdır. Daha sonra “II Mahmud dövründə Asakir-i Mansure-i Muhammediye, 1826-1839” adlı tezis ilə Ankara Universitetində doktoranturanı müdafiə etmişdir. 1991-1993-cü ildə Ankaranın Gölbaşı mahalında Milli Təhsil Nazirliyində tarix müəllimi olaraq çalışdı və 1993-cü ildə Afyon Böyüktəpə Universiteti dil və ədəbiyyat fakültəsi tarix bölməsinin tədqiqatçı köməkçisi vəzifəsinə təyin edildi. 2002-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə professor oldu. 20 aprel 2020-ci ildə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə başladı və 22 iyulda istefa verdi. | https://az.wikipedia.org/w/index.php?curid=676804 |
Əhməd Yasəvi türbəsi | Əhməd Yasəvi türbəsi Qazaxıstanın cənub hissəsində hazırda Türküstan (keçmiş adı Həzrəti Türküstan) şəhərinin şimal-şərq kəsimində karvan yolu üzərində, keçmişdə Həzrət və daha sonra Yesi kimi tanınan qədim yaşayış yerində tikilibdir. Türbə tarixi bir qala yaxınlığıda, arxeloji qazıtılar aparılan bir bölgədə yerləşir. Türk və İslam dünyasının ortaq xəzinəsi və mədəni dəyəri olan bu külliyənin yenilənməsi, Qazaxıstan respublikası ilə aparılan razılaşma nəticəsində Türkiyə Cümhuriyyəti öz üzərinə götürmüş və 1993-cü ildə başlamış və Öner Kabasakalın sədrliyi dövründə TİKA üslubu ilə yenidən təmir edilmişdir. 2002-ci ildə UNESCO tərəfindən dünya tarix əsəri olaraq qeydə alınmışdır. Əhməd Yasəvi Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi — Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından biridir. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür. Əhməd Yasəvinin XII əsrdə kiçik bir türbəsi yerinə, yeni türbə tikintisinə 1389-cu ildə başlanmışdı. Əmir Teymur Şirazdan mozaika, İsfahandan daş və suvaq ustalarını gətirtmişdir. Türbənin memarı İrandan Xacə Hüseyn Əlidir. Tonoz növləri və günbəz kimi eksperimental əsas düzənləmələrdə Teymurun özünün formanın dizaynında iştirak etdiyi bildirilir. Bu cür yeniliklər daha sonra digər şəhərlərin dini tikililərində də istifadə olunmuşdur. Ancaq 1405-ci ildə Teymurun ölümü ilə tikinti başa çatmadan dayandırılmışdır. Quruluş sistemi düzbucaqlıdır, ölçüləri 45,8 x 62,7 mr və 38,7 mr yüksəkliyindədir. Cənub-şərqdən şımal-qərb istiqamətindədir. türbə üçün istifadə edilən əsas material ganç -sauranda olan bir müəssisədə, əhəng (həvəng və dəstə), gips və gil qarışığından ibarət olan od kərpici ilə düzəlmişdir. Qazaxıstan Respublikası Kızılordu bölgəsində Türküstan şəhəri şimal-qərbində, 40 km məsafədə, səhrada bir orta əsr qalasının yaxşı qorunmuş Sauran xarabaları (qalıqları) var. Divarlar bişmiş kvadrat kərpic və ganç xərc (bir gips növü) istifadəsi ilə inşa edilmişdir. Özünəməxsus əsas təməl, suyun içinə törətməsini qarşısını almaq üçün 1,5 mr dərinliyə çatan gil qatı ilə əhatə olunmuşdur. Ziyarətçilərin daxil olduğu 18,2 x 18,2 mr ölçülü türbə əsas girişi cənub-şərqdədir. Əsas bölüm Kazandıq ("bakir otaq") hissəsi olaraq tanınır. Dini məqsədlər üçün istifadə edilən bir tunc qazan var. Yəsəvinin məzarı mərkəzi fonda binanın sonunda şimal-qərbdə, sarkofaq hissəsinin tam ortasında yerləşir ki, -iç günbəz 17 mr və xarici günbəz 28 mr hündürlükdə iki günbəzli yivli damı var. Günbəzinin xarici, qızıl naxışlı altıbucaqlı yaşıl sirrli bəzəklərlə örtülüdür. Əhməd Yasəvi türbəsinin günbəzi Orta Asiyadakı ən böyük günbəzdir. Əhməd Yasəvi türbəsinin əsas divarlarında, çıxıntılı qurşağınl alt hissəsində, qərb səmtinin sağ küncündən başlayaraq, şimal və şərq cəbhəsinin sonuna qədər bir yazı qurşağında, Quranın Ənam Surəsinin 59-cu, 63-cü ayələrindən, hədislərdən və ulu sözlərdən seçilən iri süls xətlərlə yazılmış yazıları əhatə edir. Əsas günbəzinin səkkizbucaqlı halqasında, böyük kufi xətlə hər tərəfdən "el-ınayetü lillah, əl-əcdad lillah" (Yaxşılıq Allah üçündür, ianə Allah üçündür) sözləri təkrarlanır. Yenə eyni tağının kvadrat gövdəsinin şərq və qərb üzlərində orta üst hissələrdə, nisbətən kiçik süls hərflərlə "Kalen-nebiyyü aleyhis-selam: ed-Dünya cifetün və talibüha kilabün". (Peyğəmbər əleyhissalam buyurdu. Dünya bir leş və onun istəklisi itlərdir) kəlamıyer alır. Əhməd Yasəvinin qəbrinin yerləşdiyi hissənin üstündə yerləşən kiçik tağının gövdəsində hər tərəfdən, iri kufi xətlə, "el-mülkü lillah" (Mülk Allahındır) yazıları təkrarlanır. | https://az.wikipedia.org/w/index.php?curid=393742 |
Əhməd Yaşat | Əhməd Yaşat — mühacir, həkim, Azərbaycan Demokrat Birliyinin üzvü, Azərbaycan Kültür Dərnəyinin sədri. Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri. Əhməd Şirinzadə 1917-ci ildə Şəkidə anadan olub. İbtidai və orta təhsilini Şəkidə bitirdikdən sonra Bakıda tibb üzrə təhsil alıb. Qış müharibəsi dövründə Əhməd Şirinzadə fin cəbhəsinə həkim kimi göndərilib. II Dünya Müharibəsində ön cəbhədə həkim kimi xidmət edən Əhməd Şirinzadə xidmət etdiyi hərbi birliyin tərkibində əsir düşüb. Əsirlikdən qurtulduqdan sonra Yaşat arxa cəbhədə həkim kimi çalışıb. II Dünya Müharibəsi bitdikdən sonra Almaniyadakı azərbaycanlıları qorumaq və onların SSRİ-yə verilməsinin qarşısını almaq üçün Rəsulzadənin təlimatı ilə Azərbaycan Demokrat Birliyi yaradılıb. Birliyin ilk üzvlərindən biri də Əhməd Yaşat olub. Müharibədən sonra Yaşat bir müddət Hannoverdə həkimlik edib. 1948-ci ildə Türkiyəyə köçüb, burada da həkim kimi fəaliyyət göstərib. 1949-cu il fevralın 1-də Ankarada Azərbaycan Kültür Dərnəyi qurulub. Dərnək qurulanda onun idarə heyətində təmsil olunub. Daha sonra iki dəfə dərnəyin sədri seçilib. İlk sədrliyi 2 dekabr 1962-ci ildən 20 dekabr 1965-ci ilədək, ikinci sədrliyi isə 2 sentyabr 1969-cu ildən 26 dekabr 1970-ci ilədək davam edib. Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri olub. Əhməd Yaşat 1985-ci il yanvarın 26-da vəfat edib və Ankarada dəfn olunub. Qış müharibəsində iştirakı ilə bağlı xatirələri: II Dünya Müharibəsində Əhməd bəy ön cəbhəyə göndərilib. Əsir düşməsi haqqında bunları deyib: Əhməd Şirinzadə 1917-ci ildə Həsən Şirinzadə və Zəhra Şirinzadənin ailəsində anadan olub. Ənvər adlı qardaşı, Zərifə və Əzizə adlı bacıları olub. Həmçinin bax Həmid Ataman Məhəmməd Kəngərli | https://az.wikipedia.org/w/index.php?curid=672136 |
Əhməd Yener | Əhməd Yener (türk. Ahmet Yener; 1966, Ankara) — Türkiyə hüquqşünası. Türkiyə Yüksək Seçki Komissiyasının sədri (26 yanvar 2023 – h.h). Həyatı və karyerası 13 aprel 1966-cı ildə Beypazarında doğuldu. Ankara İmam Xətib Liseyi və İstanbul Universitetinin Hüquq fakültəsini bitirdi. Ankara hakim namizədi kimi karyerasına başladı. Sırası ilə Baykan, Yığılca, Sivrihisar, Osmaniye ve Kırıkkale hakimi vəzifələrində çalışdı. 22 dekabr 2011-ci ildə Ali Məhkəmənin üzvlüyünə seçildi. O, Ali Məhkəmənin 21-ci Mülki Kollegiyasının üzvüdür. 16 yanvar 2020-ci ildə Yüksək Seçki Komissiyasına üzv seçildi və 24 yanvarda fəaliyyətə başladı. 26 yanvar 2023-cü ildə qurumun sədri seçildi. Şəxsi həyatı Evli və 3 uşaq atasıdır. Əmək hüququ sahəsində 4 kitabı yayımlanmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=798229 |
Əhməd Yenər | Əhməd Yener (türk. Ahmet Yener; 1966, Ankara) — Türkiyə hüquqşünası. Türkiyə Yüksək Seçki Komissiyasının sədri (26 yanvar 2023 – h.h). Həyatı və karyerası 13 aprel 1966-cı ildə Beypazarında doğuldu. Ankara İmam Xətib Liseyi və İstanbul Universitetinin Hüquq fakültəsini bitirdi. Ankara hakim namizədi kimi karyerasına başladı. Sırası ilə Baykan, Yığılca, Sivrihisar, Osmaniye ve Kırıkkale hakimi vəzifələrində çalışdı. 22 dekabr 2011-ci ildə Ali Məhkəmənin üzvlüyünə seçildi. O, Ali Məhkəmənin 21-ci Mülki Kollegiyasının üzvüdür. 16 yanvar 2020-ci ildə Yüksək Seçki Komissiyasına üzv seçildi və 24 yanvarda fəaliyyətə başladı. 26 yanvar 2023-cü ildə qurumun sədri seçildi. Şəxsi həyatı Evli və 3 uşaq atasıdır. Əmək hüququ sahəsində 4 kitabı yayımlanmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=798318 |
Əhməd Yüknəki | Əhməd ibn Mahmud Yüknəki (?-?)—XII əsr Qaraxanlılar şairi. Əhməd ibn Mahmud XII əsrdə Fərqanə vadisində anadan olmuşdu. | https://az.wikipedia.org/w/index.php?curid=300139 |
Əhməd Yəsəvi | Əhməd Yəsəvi (təq. 1100, Sayram – 1166, Türkistan) — XII əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından. Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi - Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür. Kiçik yaşlarında anasını itirən Əhməd ilk dərslərini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən almışdır. Amma o 7 yaşında ikən atası da vəfat etmişdir. Atası öləndən sonra əvvələcə Yəsidə Arslan Babadan dərs alan Əhməd, qısa zaman içində təhsildə böyük uğurlar qazanmışdır. Arslan Baba dünyasını dəyişəndən sonra o, Buxaraya yollanmış və burada böyük övliya Yusif Həmədaninin şagirdi olmuşdur. Həmədanidən icazət və xilafət alan Əhməd Yəsəvi müəlliminin vəfatından sonra bir müddət Buxarada qalıb burada şagird yetişdirmişdir. Əhməd Yəsəvinin əsas əsəri sayılan "Divani-hikmət" əslində müəllifdən əsrlərcə sonra Yəsəvi dərvişləri tərəfindən tərtib edilmişdir. Bu səbəbdən ərin mətninin dili XI əsrin deyil, daha sonrakı yüzilliklərin dil xüsusiyyətlərinə malikdir. "Divani-hikmət" qafiyə sistemi və vəzn baxımından qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmış qəzəllərdən ibarətdir. | https://az.wikipedia.org/w/index.php?curid=42709 |
Əhməd Yəsəvi Universiteti | Bunların MKTU-nun kəşfi və yaranma tarixi. H.A.Yasavi, türk sivilizasiyasında özünəməxsus yer tutan Türküstan şəhərinin 1500 illik tarixi ilə bağlıdır. Qədim şəhərin xüsusi geosiyasi yerini və türk xalqlarının tanınmış mənəvi mərkəzi kimi əhəmiyyətini nəzərə alaraq, müasir yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı bir universitetin yaradılmasında əsas məqsəd həm də türkdilli xalqların qədim elm və mədəniyyət mərkəzi olan Türkistan şəhərinin dirçəlməsi və inkişafı idi. Universitet 6 iyun 1991-ci ildə Respublikanın Birinci Prezidenti Nursultan Abişeviç Nazarbayevin (6 iyun 1991-ci il tarixli 329 nömrəli Fərmanı, Alma-Ata) şəxsi təşəbbüsü ilə açıldı. 1 may 1992-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Abişeviç Nazarbayev və Türkiyənin Baş naziri Süleyman Dəmirəlin rəsmi görüşü zamanı "beynəlxalq universitet" in yaradılması barədə razılıq əldə edildi. 31 oktyabr 1992-ci ildə Ankarada Qazaxıstan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında "Universitetin Xoca Əhməd Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinə çevrilməsi haqqında" Saziş imzalanmışdır. Saziş Qazaxıstan və Türkiyə parlamentləri tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minib. Universitet Qazaxıstan üçün unikal korporativ idarəetmə sisteminə malikdir. Qazaxıstan və Türkiyə hökumətləri tərəfindən təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq ali idarəetmə orqanı universitetin ümumi rəhbərliyini bərabər əsasda təmin edən və on üzvdən ibarət olan beş üzvün, o cümlədən Prezident-Rektoru Qazaxıstan Respublikası Hökuməti tərəfindən təyin olunan Hökumətlərarası Səlahiyyətli Şuradır. digər beşi isə Türkiyə hökuməti tərəfindən verilir. Maliyyələşdirmə respublika büdcəsindən və Türkiyə Cümhuriyyətinin büdcəsindən həyata keçirilir. Yarandığı gündən etibarən H.A. Yasavi adına IKTU, rəsmi səfərlər zamanı dəfələrlə universitetə baş çəkən iki qardaş türkdilli dövlətlərin başçılarının görmə sahəsində olmuşdur və beynəlxalq təhsil mərkəzi və tələbələrdən müasir mütəxəssislərin yüksək səviyyədə hazırlanması mərkəzi olaraq daima ona diqqət yetirmişdir. Türkdilli ölkələr. H.A.Yasavi adına MKTU dünyanın 17-dən çox ölkəsindən gələn gənclərin mədəniyyətlərarası və etniklərarası tolerant tərbiyəsi dialoqunun keçirildiyi və müasir qloballaşma şəraitində türkdilli dünyanı ruhən birləşdirən bir təhsil mərkəzi kimi vacib bir ideoloji əhəmiyyətə malik ilk universitetdir. . 2018-ci ildən bəri IKTU Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycanda 19 universitetin daxil olduğu Türk ölkələri Universitetləri Şurasının sədri olmuşdur. Akademik bölmələr Mühəndislik | https://az.wikipedia.org/w/index.php?curid=623978 |
Əhməd Zevail | Əhməd Zevayl (ərəb. أحمد حسن زويل, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). Uşaqlıq illəri Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı. Misirdə Əhməd dövlət pulsuz orta məktəbini əla qiymətlərlə başa vurmuşdu. Ailəsi onun öz məqsədinə çatması üçün əlavə stimullaşdırıcı qüvvə idi. Məktəb tətili dövrünü balaca Əhməd öz dayısı ilə keçirirdi. O, sonralar bu barədə yazırdı: "Mən öz valideynlərimlə həyatı dərk etdim, dayımla isə gələcək barədə planlar qurdum". Əhməd həmişə mümkün olmayanı mümkün olana çevirmək səyləri ilə başqalarından seçilirdi. "Ailədə bir oğlan və 3 qız uşağı böyüyürdü. Şəhər icmasının üzvü olan atam çox həyatsevər, şən və faydalı insan idi. O, hökumətdə işləyirdi və özünün biznesi də vardı. Anam çox xeyirxah, genişürəkli qadın idi, bütün həyatını uşaqlarına, xüsusən də mənə həsr etmişdi. O özünün təbii zəkası, öz işinə sədaqəti, xoşxasiyyəti ilə mənim həyatımda mərkəzi yeri tuturdu",-deyə Əhməd Zevayl sonralar xatırlayırdı. Ailə ilk günlərdən balaca Əhmədin hərtərəfli tərbiyə almasına, onun elmi biliklərə maraq göstərməsinə stimul yarada bilmişdi. Valideynləri ona böyük ümidlər bəsləyirdilər. Balaca Əhmədin elmi biliklərə maraq göstərməsində valideynləri ilə yanaşı, onun dayısı Rizanın böyük təsiri olub. Dayısı onda məntiqi təfəkkürün formalaşmasında, inkişafında, tənqidi analizin mənimsənilməsində böyük rol oynamışdı. Dayısının ətrafındakı ziyalı mühiti də Əhmədin düzgün ixtisas seçimi etməsinə imkan vermişdi. O, mütaliəni, musiqini sevir, idmanın bəzi növləri ilə məşğul olurdu. Onun musiqi zövqünün formalaşmasında böyük müğənni Umm Gülsüm böyük rol oynamışdı. Alim xatırlayır ki, Gülsümün mahnıları hətta onun fizika və kimyanı öyrəndiyi vaxtlarda belə ona xüsusi zövq və xoşbəxt anlar yaşadıb. Əhmədin fiziki elmlərə daha çox meyl etməsi özünü çox erkən yaşda göstərib. "Riyaziyyat, mexanika, kimya həm də xüsusi zövq verən elm sahələri idi. İctimai elmlər mənim üçün o qədər də cəlbedici deyildi, çünki mənim diqqətim özümə belə bəlli olmayan səbəbdən əsasən predmetin yadda saxlanılmasına yönəlmişdi. Mənim beynim "necə", "niyə" suallarını verməkdə davam edirdi. Bu xüsusiyyət mənim bütün həyatım boyu özünü göstərib. Bir sıra mürəkkəb məsələləri həll edərkən keçirdiyim həyəcanlı, sevincli anları mən indi də xatırlayıram. Kimyada əsasən bir sıra məsələlərin yaddaşda saxlanılmasının tələb olunmasına baxmayaraq, məni "kimyanın riyaziyyatı" daha çox maraqlandırırdı". Valideynləri bəzi fənlərdən o qədər də yaxşı qiymətlər almadıqda onu yüngülcə cəzalandırmağı da unutmurdular. Əhmədin elmə və texnologiyalara marağı güclü idi. Bir dəfə apardığı təcrübə nəticəsində az qala öz otağı yanacaqdı. Balaca Əhməd hətta öz yataq otağında anasının kofe bişirdiyi plitə və bir neçə şüşə borudan ibarət kiçik aparat yaradaraq oduncağın yanaraq yanar qaza və maye maddəyə çevrilməsini müşahidə edirdi. Bu kiçik eksperiment təkcə elmi əhəmiyyət kəsb etmirdi, həm də bütün evin yanması təhlükəsi var idi. Maşınların nəzəriyyədə necə işləməsini anlamaq üçün o, bir dəfə dayısının maşınını qaçırmışdı. Nil çayının kənarına çatan Əhməd dayısının maşınını az qala çaya salacaqdı. On illərdən sonra alim gənclik illərindən xatirə qalan bu epizodlar barədə tez-tez danışardı. "Həyatımın erkən çağlarından elmə bu qədər həvəs göstərməyimin səbəbi mənə hələ də məlum deyil", - deyə alim sonralar yazırdı. Onun doğulduğu və çox sevdiyi Damanhur şəhəri bütün dünyada qədim intellektual irs hesab olunan İsgəndəriyyə və Rəşit şəhərləri arasında yerləşir. Qədim Misir yazı nümunəsini özündə əks etdirən məşhur daş 1799-cu ildə Rəşid şəhərində tapılıb. Ən qədim tarixə malik məşhur İsgəndəriyyə kitabxanasında isə minlərlə qədim papirus yazı nümunələri saxlanılır. Əhməd Zevayl bu məkanlarla fəxr edir. Amerikalı yazıçı-publisist Endrü Sikri yazır ki, Zevayl üçün bu şəhərlər qədim tarixi elemetlərdən daha çox, elmi işləri üçün bir ilham mənbəyidir. Elmə, riyaziyyata və ölkəsinin mədəni irsinə dərin bağlılıq Zevaylın həyat tarixcəsində üzvi surətdə birləşir. Elm yollarında ilk addımlar "Necə oldu ki, misirli oğlan böyük alimlərdən biri oldu" adlı məqaləsində amerikalı yazıçı-publisist Endrü Sikri yazır: "Günəşin isti şüaları Misirin Desuk şəhərində kiçik evin pəncərəsinə düşür. 1960-cı ildir, pəncərə önündə əyləşmiş yeniyetmə riyaziyyat və kimyadan olan uzun tapşırıqlar siyahısını araşdırır. O, məsələ həll edir, radiodan isə tanınmış müğənni Umm Gülsümün səsi yayılır. Mahnı qurtaran vaxt yeniyetmə radionun kanalını dəyişir və oradan müğənninin digər mahnısı səslənir. Oğlan riyaziyyat məsələlərini çox yaxşı həll edir, mahnılar isə dərsi daha da xoş edir". Valideynləri Əhmədin xaricdə təhsil almasını arzu edirdilər. "Ailəmin arzusu mənim xaricdə yüksək təhsil almağım və vətənə dönərək professor kimi Misir universitetlərində işləməyim idi. Mənim professor olmağımı arzulayan valideynlərim hətta otağımın qapısından "Doktor Əhməd" sözü yazılmış lövhə asmışdılar. Baxmayaraq ki, mən bu barədə ümumiyyətlə, düşünmürdüm",-deyə alim yazırdı. Orta məktəbi bitirdikdən sonra Əhməd Zevayl universitetlərə üz tutub. 60-cı illərdə Misirdə mühəndislik, tibb, farmasevtika və elm zirvə hesab olunurdu. O, İskəndəriyyə Universitetinin təbiət elmləri fakültəsinə qəbul olunub. Bakalavr diplomu aldıqdan sonra Zevayl universitetin müəllimi təyin olunub. Doktorluq elmi dərəcəsi almaq üçün elmi tədqiqatlar aparan Zevayl qarşısına universitetdə işləmək və tələbələrə dərs deməyi qoymuşdu. O, təhsil aldığı illərdə elmi tədqiqatlara o qədər diqqət cəlb etmişdi ki, professor olmasa da, bir sıra professorların mühazirələrindən sonra tələbələrə özünəməxsus "professor mühazirələri" oxuyurdu. Əsas mühazirələrin mahiyyətini anlamaqda tələbələrə kömək edirdi. Bu ona hədsiz zövq verir, elm, təbiət hadisələri arasında əlaqəni tam dolğunluğu ilə mənimsəmələrinə kömək edirdi. 21 yaşında olan Zevayl hesab edirdi ki, elmi işlərin çox sadə və gözəl ifadəsi olmalıdır. O bu fikrə hələ də sadiq qalıb. Amerika həyatı İskəndəriyyə Universitetində təhsilini başa vuran Zevayl akademik karyerasını Amerikada davam etdirib. "Mən birbaşa Amerika universitetlərindən təqaüd almaq istəyirdim. Amerikanın onlarca universitetləri ilə yazışmalardan sonra ABŞ-nin Pensilvaniya Universiteti və bir neçə digər təhsil ocağı mənə aylıq 300 ABŞ dolları həcmində təqaüd verməyə razılıq verdilər. Lakin Amerikaya getmək üçün bir sıra ciddi maneələri aşmaq lazım idi"deyən Zevayl bir sıra bürokratik əngəlləri və çətinlikləri dəf etmək üçün çox böyük iradə göstərməli oldu. "Amerikaya gəldikdə mənə elə gəldi ki, məni sanki okeana buraxıblar. Okean bilik, mədəniyyət və müxtəlif imkanlarla zəngin idi. Və seçim aydın idi. Ya mən bu okeanda üzməyi öyrənməli, ya da batmalıydım. Mədəniyyət yad idi, dil çətinliyi var idi, lakin mənim ümidlərim çox böyük idi. Mən ingilis dilində yazmağı, danışmağı bilmirdim, Amerika və qərb mədəniyyəti haqda az məlumatlı idim". Onun ilk elmi rəhbəri professor Robin Xoxştrasser olub. Öz müəllimini mükəmməl alim və pedaqoq hesab edən alim əldə etdiyi nailyyətlərinə görə elmi rəhbərinə minnətdar olduğunu bildirirdi. Zevaylın digər alimlərlə apardığı elmi tədqiqatların siyahısı genişlənirdi. O demək olar ki, hər gün yeni işlər - kimya, fizika və digər sahələrdəki problemlərlə məşğul olurdu. Elmi laboratoriya, tədqiqat mühiti çox əlverişli idi. Nobel mükafatı laureatı Bob Şrifferdən nəzəri fizika üzrə dərs alan Zevayl demək olar ki, gecə-gündüz işləyir və bir neçə layihə üzrə çalışırdı. O, sadə molekullar üçün Ştark effekti, bərk cismlər üçün Zeeman effekti, ikiqat rezonans, maqnit rezonansı üçün optik detektor və sair mövzular üzrə müxtəlif layihələrə cəlb olunmuşdu. 1974-cü ildə Pensilvaniya Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini alan Zevayl IBM firmasının adlı təqaüdünə layiq görülüb. Daha sonra 2 il Berkli Kaliforniya Universitetində işləyib. 1976-cı ildə Kaliforniya Texnologiya İnstitutuna dəvət alıb. 1982-ci ildə bu institutun professoru olub. 1990-cı ildə məşhur kimyaçı, bioloq, iki dəfə Nobel mükafatı laureatı Laynus Polinqin rəhbərlik etdiyi fiziki-kimya kafedrasının müdiri təyin olunub. Bundan əlavə, o, Milli Elm Fondunda molekulyar fizika laboratoriyasına başçılıq edib. Femtokimyanın banisi Bəzi həmkarları qeyd edirdilər ki, Zevaylın uyğunluq prinsipi üzrə eksperimentləri heç vaxt baş tutmayacaq. Lakin o, nəinki bu sahədə təcrübələr aparmaqla tərəqqiyə nail oldu, həm də başqalarının nəzəri cəhətdən qeyri-mümkün hesab etdiyi nəticələr əldə etdi. Onun uşaqlıqdan alışdığı nəzəriyyə və təcrübə arasında fərqi görmək bacarığı öz işini görürdü. Zevaylın uyğunluq prinsipinə inamı özünü 1980-ci ildə öz təsdiqini tapıb. O həmkarları ilə birlikdə təcrid olunmuş karbohidrogen antrasen molekullarında koqerant dəyişmələri nümayiş etdirib. Bu molekullar daxilində uyğunluq reallığını sübut edirdi. Bu yenilik kimyaçılara uyğunluq prinsipindən isfifadə edərək kimyəvi reaksiyaların gedişini əvvəlcədən söyləməyə imkan verirdi. Bu, Zevaylın ilk elmi zəfəri idi. Lakin o, bununla kifayətlənmək istəmirdi, daha da qabağa getməyə can atırdı. Zevayl Amerikaya gələnə qədər heç vaxt lazer texnologiyasından istifadə etməmişdi. Lakin o, etiraf edirdi ki, əgər əlinizdə qısa işıq impulsları verən lazer varsa, ondan istifadə etməklə kimyəvi reaksiyaların əslində necə baş verməsini izləmək olar. Bunun üçün isə çox qısa, cəmi bir neçə femtosaniyə, hələlək elmə məlum olmayan milyard dəfə kiçik impulslar tələb olunurdu. Beləliklə, Zevaylın təşəbbüsünü həyata keçirmək üçün ilk femtosaniyə lazer qurğusu yaradıldı və alim onu öz aparatına daxil etdi. Zevayl və onun həmkarlarının femtosaniyə lazer aparatı ilə öyrənməyə çalışdıqları ilk kimyəvi reaksiyalar kimyəvi rabitənin pozulması ilə bağlı idi. 1986-cı illn sonunda onlar femtosaniyə lazer qurğusunu sadə yod-sianid molekulunun öyrənilməsinə tətbiq etdilər. Zevayl və onun əməkdaşları yod və karbon atomları arasında, sonra sianid qrupu arasında rabitənin necə dartılmas və sonradan isə dağılmasını müşahidə ediblər. "Rabitə tədricən qırıldı, bu vaxta qədər heç kim real zaman rejimində kimyəvi rabitənin necə pozulduğunun şahidi olmamışdı", - deyə Zevayl yazırdı. Bu, Zevaylın ikinci ən böyük elmi qələbəsi idi. Femtokimya çox qısa zaman ərzində kimyəvi reaksiyaların təsvirini verməyə imkan verir. Kimyada inqilab Əhməd Zevayl 1999-cu ildə femtokimya sahəsində elmi tədqiqatlarına görə Nobel mükafatına layiq görülüb. Onun tədqiqatlarının əhəmiyyəti ona Osloda Nobel mükafatı təqdim olunan zaman bir daha qeyd olundu. İsveç Elmlər Akademiyası bəyan etmişdi ki, "Zevayl bizə ayrı-ayrı atomların hərəkətini görməyə imkan verməklə kimyada inqilab edib". Nobel komitəsi etiraf edirdi ki, Zevaylın işləri bir sıra mühüm kimyəvi reaksiyaların baş verməsini və gedişini anlamağa imkan verir. Femtosaniyə metodu bütün dünyada fəal surətdə tətbiq edilir. Son vaxtlar isə ondan polimer maddələrdə kimyəvi reaksiyaların gedişini müşahidə etmək üçün istifadə olunur. Bu isə mikroelektronika üçün yeni materialların yaradılmasına imkan verir. Bu metodlar vasitəsi ilə zərif bioloji proseslərin mexanizmini, məsələn, çox sürətli mürəkkəb çevrilmələri öyrənmək mümkündür. Femtokimya belə bir suala cavab verməyə kömək edir: nəyə görə hər hansı bir kimyəvi reaksiya gedir, başqa birisi isə getmir? Femtokimya həm də reaksiyanın sürətinin nəyə görə temperaturdan asılı olmasının səbəbini də izah edir. Hazırda bütün dünyada alimlər femtosaniyə spektroskopiyası vasitəsilə qaz, maye və bərk cismlərdə, eləcə də polimerlərdə gedən prosesləri öyrənirlər. Bu gün alim Kaliforniya Texnologiya İnstitutunun molekulyar elmlər laboratoriyasının rəhbəri, Milli Elmlər Fondunun direktoru, fizika, kimya professorudur. O, femtokimya sahəsinin banisi kimi kimya elmi aləmində böyük nüfuz sahibidir və hazırda da ona Nobel mükatafının qazandırımış elmi tədqiqatlarını davam etdirməkdədir. Hazırda Əhməd Zevayl və onun əməkdaşları dördölçülü (məkanın üç ölçüsü və zaman), ultratezlikli elektron mikroskop və difraksiya metodlarının işlənib hazırlanması ilə məşğludur. Bu metodlar bir sıra, Alsmeyger kimi ağır xəstəliklərin yaranmasında iştirak edən zülalların tədqiqində tətbiq oluna bilər. Qeyd edək ki, alim Nobel mükafatına Misir Universitetlərindən biri üçün lazer qurğusu alıb. "Nobel mükafatı laureatından daha böyük ada layiq alim" 2009-cu ildə onun elmi karyerası zirvəyə çatıb. O, Amerika prezidenti Barak Obama yanında "Elmi nümayəndə" proqramında 3 "alim-diplomat"dan biri seçilib. Bu proqram təbabət, energetika, ekologiya və təbii resursların idarə olunması sahəsində müsəlman dünyası ilə elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə hədəflənib. Bu qrupa ölkənin aparıcı alimləri daxildir. Onlar prezident və vitse-prezidentə elmi və elmi-texniki innovasiyalar sahəsində siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqda kömək edirlər. Zevayl dünyada məşhur olan 30-dan artıq universitetin fəxri doktorudur. Elmi və ictimai fəaliyyətinə görə o, Nobel mükafafından əlavə dünyada mövcud olan bütün mükafatları alıb. 40-a yaxın fəxri ad, 100-dən artıq beynəlxalq mükafata layiq görülüb. Amerikanın nüfuzlu "Vaşinqton-post" qəzeti 2011-ci il 29 noyabr tarixli sayında yazırdı ki, "doktor Əhməd Zevayl sadəcə Nobel mükafat laureatından daha böyük ada layiqdir". Əhməd Zevayl ötən il Bakıda keçirilmiş İkinci Beynəlxalq Humanitar Forumda iştirak edib. Forumdakı çıxışında alim qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları, İnternetin sürətli inkişafı sayəsində ölkələr, regionlar və kontinentlər arasında ən qısa vaxt ərzində informasiyaların ötürülməsi mümkün olub. Planetimizdə 2 milyard insanın İnternetdən isifadə etdiyini bildirən alim humanitar problemlərin həlli üçün dünyanın müxtəlif regionlarında yaşayan insanların səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu gün dünyada təhsilin səviyyəsinin artırılması çox vacib bir məsələdir. Nobel mükafatı laureatı, həmçinin müsəlman aləmində elmin və təhsilin daha çox prioritetə çevrilməsinin vacibliyini vurğulayıb. O, müsəlman aləminin gözəl keçmişə sahib olduğunu və bu keçmişi elm və təhsillə bərpa etməyin mümkünlüyünü bildirib. Əhməd Zevayl bu istiqamətdə Azərbaycanda çox böyük işlər görüldüyünü deyib. Forum çərçivəsində Zevayl Bakı Dövlət Universitetində olub və ona universitetin fəxri doktoru adı verilib. Zevayl həm də Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib. Xoşbəxt alim ailəsi Əhməd Zevayl 1988-ci ildə Səudiyyə Ərəbistanı kralı Feysal adına Beynəlxalq mükafata layiq görülüb. 1989-cu ilin martında mükafatını almağa gedən Zevayl Səudiyyə Ərəbistanında gələcək həyat yoldaşı Mervat ilə tanış olub. Məlum olub ki, onun atası da ədəbiyyat üzrə Feysal mükafatına layiq görülüb. Mervat Dəməşq Universitetinin tibb doktoru elmi dərəcəsini və Los-Ancelesdə ictimai səhiyyə üzrə magistr dərəcəsini alıb. Onların iki oğlu və iki qızı var. Böyük qızı Maha Texas Universitetinin məzunudur, fəlsəfə doktorudur. Kiçik qızı Amani Berkli Universitetinin tələbəsidir. Onların iki gənc oğlu - Nabil və Xani var. O övladları ilə fəxr etdiyini bildirir. "Mən nikbinəm" Əhməd Zevayl tez-tez tələbələr və elm ictimaiyyəti üçün açıq mühazirələr təşkil edərək fundamental elmi tədqiqatların əhəmiyyətini bildirir. O, tələbələrinə elmdə əsas istiqaməti seçməyi tövsiyə edir. Bir ayağı Amerikada, bir ayağı vətəni Misirdə olan alim hər iki ölkədə alimlərin üzləşdikləri çətinlikləri başa düşmək üçün unikal mövqedə dayanıb. Mən nikbinəm deyən Zevayl hər bir görüşündə inkişaf etməkdə olan ölkələrdə elmin və texnikanın inkişaf etdirilməsi vacibliyindən danışır. Onun sözlərinə görə, gənc alimlər Misiri tərk etməməlidirlər. O, Misirdə Qahirə ətrafında yeni elm və texnologiya universitetinin tikintisi üçün səy göstərib. Alim ümid edir ki, bu elm ocağı inkişaf edərək Misirin öz Kaliforniya Texnologiya İnstitutuna çevriləcək. "Əhməd Zevayl Misirdən uzaqda elmi işlərlə məşğuldur. O həm Misir, həm də Amerika elmini təmsil edir. Lakin Misir günəşinin istisi onun şəxsiyyətini yenə də qızdırmaqdadır və onun ürəyi yenə də Umm Gülsümün musiqilərindən zövq almaqdadır. Kaliforniya Texnologiya İnstitutunda öz kabinetində alim yenə də Gülsümün səsi yazılmış CD-yə qulaq asır və yeni elmi problemlər üzərində fəaliyyətini davam etdirir",-deyə alim haqqındakı məqaləsində yazıçı Nik Uiler yazır. Alim "Los-Anceles tayms" qəzetində dərc olunmuş məqaləsində yazır ki, elmi nailiyyətlər akademik təhsilə və nəzəri tədqiqatlara qoyulan investisiyalardan başlayır. "İkinci Dünya müharibəsindən sonra Amerika elmi tədqiqatları fəal surətdə dəstəkləyirdi. Amerika bir maqnit kimi gənc alimləri, tədqiqatçılıq fəaliyyəti ilə məşğul olan alimləri özünə çəkirdi. Əlverişli şərait bizə Nobel mükafatları qazandıran elmi nailiyyətlərə yol açmışdı. Lakin hazırda bir sıra tədqiqat mərkəzləri elmi işlərə sadəcə maraqla baxır, lakin onları bəyənmirlər. Professorlar isə mümkün qədər elmi tədqiqatların aparılması məsrəflərini azaltmağa çalışırlar. Bu isə yaradıcılıq üçün çox vacib olan vaxtı azaldır. Bu cür məhdudiyyətlər və praktika qarşımızda belə bir sual qoyur: Bugünkü elm gənc Albert Eynşteynləri, Riçard Feynmanlar və Laynus Polinqləri cəlb edə bilərmi?. Dərs dediyim Kaliforniya Universitetində görürəm ki, tələbələrin çoxu elmi tədqiqatlara dərindən maraq göstərir. Lakin indiki bazar şəraitində doktorluq elmi dərəcəsinə malik olan gənc alimlər əli-qolu bağlı, bekar oturublar. Buna görə də bizim fundamental tədqiqatlara olan baxışlarımız dəyişməlidir. XX əsrin ortalarında Amerika məhz elmin gücü ilə dünyada lider dövlət olub. İndi isə Çin elmi tədqiqatlara daha çox vəsait ayırmaqla dünyada lider mövqeyinə qalxmaq istəyir. Əgər Amerika bu gün elm sahəsinə kifayət qədər diqqət göstərməsə, onda innovasiya Günəşi Asiyada çıxacaq". Həmçinin bax Nobel mükafatı Xarici keçidlər Arxivləşdirilib 2018-06-18 at the Wayback Machine Arxivləşdirilib 2016-08-06 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=470324 |
Əhməd Zevayl | Əhməd Zevayl (ərəb. أحمد حسن زويل, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). Uşaqlıq illəri Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı. Misirdə Əhməd dövlət pulsuz orta məktəbini əla qiymətlərlə başa vurmuşdu. Ailəsi onun öz məqsədinə çatması üçün əlavə stimullaşdırıcı qüvvə idi. Məktəb tətili dövrünü balaca Əhməd öz dayısı ilə keçirirdi. O, sonralar bu barədə yazırdı: "Mən öz valideynlərimlə həyatı dərk etdim, dayımla isə gələcək barədə planlar qurdum". Əhməd həmişə mümkün olmayanı mümkün olana çevirmək səyləri ilə başqalarından seçilirdi. "Ailədə bir oğlan və 3 qız uşağı böyüyürdü. Şəhər icmasının üzvü olan atam çox həyatsevər, şən və faydalı insan idi. O, hökumətdə işləyirdi və özünün biznesi də vardı. Anam çox xeyirxah, genişürəkli qadın idi, bütün həyatını uşaqlarına, xüsusən də mənə həsr etmişdi. O özünün təbii zəkası, öz işinə sədaqəti, xoşxasiyyəti ilə mənim həyatımda mərkəzi yeri tuturdu",-deyə Əhməd Zevayl sonralar xatırlayırdı. Ailə ilk günlərdən balaca Əhmədin hərtərəfli tərbiyə almasına, onun elmi biliklərə maraq göstərməsinə stimul yarada bilmişdi. Valideynləri ona böyük ümidlər bəsləyirdilər. Balaca Əhmədin elmi biliklərə maraq göstərməsində valideynləri ilə yanaşı, onun dayısı Rizanın böyük təsiri olub. Dayısı onda məntiqi təfəkkürün formalaşmasında, inkişafında, tənqidi analizin mənimsənilməsində böyük rol oynamışdı. Dayısının ətrafındakı ziyalı mühiti də Əhmədin düzgün ixtisas seçimi etməsinə imkan vermişdi. O, mütaliəni, musiqini sevir, idmanın bəzi növləri ilə məşğul olurdu. Onun musiqi zövqünün formalaşmasında böyük müğənni Umm Gülsüm böyük rol oynamışdı. Alim xatırlayır ki, Gülsümün mahnıları hətta onun fizika və kimyanı öyrəndiyi vaxtlarda belə ona xüsusi zövq və xoşbəxt anlar yaşadıb. Əhmədin fiziki elmlərə daha çox meyl etməsi özünü çox erkən yaşda göstərib. "Riyaziyyat, mexanika, kimya həm də xüsusi zövq verən elm sahələri idi. İctimai elmlər mənim üçün o qədər də cəlbedici deyildi, çünki mənim diqqətim özümə belə bəlli olmayan səbəbdən əsasən predmetin yadda saxlanılmasına yönəlmişdi. Mənim beynim "necə", "niyə" suallarını verməkdə davam edirdi. Bu xüsusiyyət mənim bütün həyatım boyu özünü göstərib. Bir sıra mürəkkəb məsələləri həll edərkən keçirdiyim həyəcanlı, sevincli anları mən indi də xatırlayıram. Kimyada əsasən bir sıra məsələlərin yaddaşda saxlanılmasının tələb olunmasına baxmayaraq, məni "kimyanın riyaziyyatı" daha çox maraqlandırırdı". Valideynləri bəzi fənlərdən o qədər də yaxşı qiymətlər almadıqda onu yüngülcə cəzalandırmağı da unutmurdular. Əhmədin elmə və texnologiyalara marağı güclü idi. Bir dəfə apardığı təcrübə nəticəsində az qala öz otağı yanacaqdı. Balaca Əhməd hətta öz yataq otağında anasının kofe bişirdiyi plitə və bir neçə şüşə borudan ibarət kiçik aparat yaradaraq oduncağın yanaraq yanar qaza və maye maddəyə çevrilməsini müşahidə edirdi. Bu kiçik eksperiment təkcə elmi əhəmiyyət kəsb etmirdi, həm də bütün evin yanması təhlükəsi var idi. Maşınların nəzəriyyədə necə işləməsini anlamaq üçün o, bir dəfə dayısının maşınını qaçırmışdı. Nil çayının kənarına çatan Əhməd dayısının maşınını az qala çaya salacaqdı. On illərdən sonra alim gənclik illərindən xatirə qalan bu epizodlar barədə tez-tez danışardı. "Həyatımın erkən çağlarından elmə bu qədər həvəs göstərməyimin səbəbi mənə hələ də məlum deyil", - deyə alim sonralar yazırdı. Onun doğulduğu və çox sevdiyi Damanhur şəhəri bütün dünyada qədim intellektual irs hesab olunan İsgəndəriyyə və Rəşit şəhərləri arasında yerləşir. Qədim Misir yazı nümunəsini özündə əks etdirən məşhur daş 1799-cu ildə Rəşid şəhərində tapılıb. Ən qədim tarixə malik məşhur İsgəndəriyyə kitabxanasında isə minlərlə qədim papirus yazı nümunələri saxlanılır. Əhməd Zevayl bu məkanlarla fəxr edir. Amerikalı yazıçı-publisist Endrü Sikri yazır ki, Zevayl üçün bu şəhərlər qədim tarixi elemetlərdən daha çox, elmi işləri üçün bir ilham mənbəyidir. Elmə, riyaziyyata və ölkəsinin mədəni irsinə dərin bağlılıq Zevaylın həyat tarixcəsində üzvi surətdə birləşir. Elm yollarında ilk addımlar "Necə oldu ki, misirli oğlan böyük alimlərdən biri oldu" adlı məqaləsində amerikalı yazıçı-publisist Endrü Sikri yazır: "Günəşin isti şüaları Misirin Desuk şəhərində kiçik evin pəncərəsinə düşür. 1960-cı ildir, pəncərə önündə əyləşmiş yeniyetmə riyaziyyat və kimyadan olan uzun tapşırıqlar siyahısını araşdırır. O, məsələ həll edir, radiodan isə tanınmış müğənni Umm Gülsümün səsi yayılır. Mahnı qurtaran vaxt yeniyetmə radionun kanalını dəyişir və oradan müğənninin digər mahnısı səslənir. Oğlan riyaziyyat məsələlərini çox yaxşı həll edir, mahnılar isə dərsi daha da xoş edir". Valideynləri Əhmədin xaricdə təhsil almasını arzu edirdilər. "Ailəmin arzusu mənim xaricdə yüksək təhsil almağım və vətənə dönərək professor kimi Misir universitetlərində işləməyim idi. Mənim professor olmağımı arzulayan valideynlərim hətta otağımın qapısından "Doktor Əhməd" sözü yazılmış lövhə asmışdılar. Baxmayaraq ki, mən bu barədə ümumiyyətlə, düşünmürdüm",-deyə alim yazırdı. Orta məktəbi bitirdikdən sonra Əhməd Zevayl universitetlərə üz tutub. 60-cı illərdə Misirdə mühəndislik, tibb, farmasevtika və elm zirvə hesab olunurdu. O, İskəndəriyyə Universitetinin təbiət elmləri fakültəsinə qəbul olunub. Bakalavr diplomu aldıqdan sonra Zevayl universitetin müəllimi təyin olunub. Doktorluq elmi dərəcəsi almaq üçün elmi tədqiqatlar aparan Zevayl qarşısına universitetdə işləmək və tələbələrə dərs deməyi qoymuşdu. O, təhsil aldığı illərdə elmi tədqiqatlara o qədər diqqət cəlb etmişdi ki, professor olmasa da, bir sıra professorların mühazirələrindən sonra tələbələrə özünəməxsus "professor mühazirələri" oxuyurdu. Əsas mühazirələrin mahiyyətini anlamaqda tələbələrə kömək edirdi. Bu ona hədsiz zövq verir, elm, təbiət hadisələri arasında əlaqəni tam dolğunluğu ilə mənimsəmələrinə kömək edirdi. 21 yaşında olan Zevayl hesab edirdi ki, elmi işlərin çox sadə və gözəl ifadəsi olmalıdır. O bu fikrə hələ də sadiq qalıb. Amerika həyatı İskəndəriyyə Universitetində təhsilini başa vuran Zevayl akademik karyerasını Amerikada davam etdirib. "Mən birbaşa Amerika universitetlərindən təqaüd almaq istəyirdim. Amerikanın onlarca universitetləri ilə yazışmalardan sonra ABŞ-nin Pensilvaniya Universiteti və bir neçə digər təhsil ocağı mənə aylıq 300 ABŞ dolları həcmində təqaüd verməyə razılıq verdilər. Lakin Amerikaya getmək üçün bir sıra ciddi maneələri aşmaq lazım idi"deyən Zevayl bir sıra bürokratik əngəlləri və çətinlikləri dəf etmək üçün çox böyük iradə göstərməli oldu. "Amerikaya gəldikdə mənə elə gəldi ki, məni sanki okeana buraxıblar. Okean bilik, mədəniyyət və müxtəlif imkanlarla zəngin idi. Və seçim aydın idi. Ya mən bu okeanda üzməyi öyrənməli, ya da batmalıydım. Mədəniyyət yad idi, dil çətinliyi var idi, lakin mənim ümidlərim çox böyük idi. Mən ingilis dilində yazmağı, danışmağı bilmirdim, Amerika və qərb mədəniyyəti haqda az məlumatlı idim". Onun ilk elmi rəhbəri professor Robin Xoxştrasser olub. Öz müəllimini mükəmməl alim və pedaqoq hesab edən alim əldə etdiyi nailyyətlərinə görə elmi rəhbərinə minnətdar olduğunu bildirirdi. Zevaylın digər alimlərlə apardığı elmi tədqiqatların siyahısı genişlənirdi. O demək olar ki, hər gün yeni işlər - kimya, fizika və digər sahələrdəki problemlərlə məşğul olurdu. Elmi laboratoriya, tədqiqat mühiti çox əlverişli idi. Nobel mükafatı laureatı Bob Şrifferdən nəzəri fizika üzrə dərs alan Zevayl demək olar ki, gecə-gündüz işləyir və bir neçə layihə üzrə çalışırdı. O, sadə molekullar üçün Ştark effekti, bərk cismlər üçün Zeeman effekti, ikiqat rezonans, maqnit rezonansı üçün optik detektor və sair mövzular üzrə müxtəlif layihələrə cəlb olunmuşdu. 1974-cü ildə Pensilvaniya Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini alan Zevayl IBM firmasının adlı təqaüdünə layiq görülüb. Daha sonra 2 il Berkli Kaliforniya Universitetində işləyib. 1976-cı ildə Kaliforniya Texnologiya İnstitutuna dəvət alıb. 1982-ci ildə bu institutun professoru olub. 1990-cı ildə məşhur kimyaçı, bioloq, iki dəfə Nobel mükafatı laureatı Laynus Polinqin rəhbərlik etdiyi fiziki-kimya kafedrasının müdiri təyin olunub. Bundan əlavə, o, Milli Elm Fondunda molekulyar fizika laboratoriyasına başçılıq edib. Femtokimyanın banisi Bəzi həmkarları qeyd edirdilər ki, Zevaylın uyğunluq prinsipi üzrə eksperimentləri heç vaxt baş tutmayacaq. Lakin o, nəinki bu sahədə təcrübələr aparmaqla tərəqqiyə nail oldu, həm də başqalarının nəzəri cəhətdən qeyri-mümkün hesab etdiyi nəticələr əldə etdi. Onun uşaqlıqdan alışdığı nəzəriyyə və təcrübə arasında fərqi görmək bacarığı öz işini görürdü. Zevaylın uyğunluq prinsipinə inamı özünü 1980-ci ildə öz təsdiqini tapıb. O həmkarları ilə birlikdə təcrid olunmuş karbohidrogen antrasen molekullarında koqerant dəyişmələri nümayiş etdirib. Bu molekullar daxilində uyğunluq reallığını sübut edirdi. Bu yenilik kimyaçılara uyğunluq prinsipindən isfifadə edərək kimyəvi reaksiyaların gedişini əvvəlcədən söyləməyə imkan verirdi. Bu, Zevaylın ilk elmi zəfəri idi. Lakin o, bununla kifayətlənmək istəmirdi, daha da qabağa getməyə can atırdı. Zevayl Amerikaya gələnə qədər heç vaxt lazer texnologiyasından istifadə etməmişdi. Lakin o, etiraf edirdi ki, əgər əlinizdə qısa işıq impulsları verən lazer varsa, ondan istifadə etməklə kimyəvi reaksiyaların əslində necə baş verməsini izləmək olar. Bunun üçün isə çox qısa, cəmi bir neçə femtosaniyə, hələlək elmə məlum olmayan milyard dəfə kiçik impulslar tələb olunurdu. Beləliklə, Zevaylın təşəbbüsünü həyata keçirmək üçün ilk femtosaniyə lazer qurğusu yaradıldı və alim onu öz aparatına daxil etdi. Zevayl və onun həmkarlarının femtosaniyə lazer aparatı ilə öyrənməyə çalışdıqları ilk kimyəvi reaksiyalar kimyəvi rabitənin pozulması ilə bağlı idi. 1986-cı illn sonunda onlar femtosaniyə lazer qurğusunu sadə yod-sianid molekulunun öyrənilməsinə tətbiq etdilər. Zevayl və onun əməkdaşları yod və karbon atomları arasında, sonra sianid qrupu arasında rabitənin necə dartılmas və sonradan isə dağılmasını müşahidə ediblər. "Rabitə tədricən qırıldı, bu vaxta qədər heç kim real zaman rejimində kimyəvi rabitənin necə pozulduğunun şahidi olmamışdı", - deyə Zevayl yazırdı. Bu, Zevaylın ikinci ən böyük elmi qələbəsi idi. Femtokimya çox qısa zaman ərzində kimyəvi reaksiyaların təsvirini verməyə imkan verir. Kimyada inqilab Əhməd Zevayl 1999-cu ildə femtokimya sahəsində elmi tədqiqatlarına görə Nobel mükafatına layiq görülüb. Onun tədqiqatlarının əhəmiyyəti ona Osloda Nobel mükafatı təqdim olunan zaman bir daha qeyd olundu. İsveç Elmlər Akademiyası bəyan etmişdi ki, "Zevayl bizə ayrı-ayrı atomların hərəkətini görməyə imkan verməklə kimyada inqilab edib". Nobel komitəsi etiraf edirdi ki, Zevaylın işləri bir sıra mühüm kimyəvi reaksiyaların baş verməsini və gedişini anlamağa imkan verir. Femtosaniyə metodu bütün dünyada fəal surətdə tətbiq edilir. Son vaxtlar isə ondan polimer maddələrdə kimyəvi reaksiyaların gedişini müşahidə etmək üçün istifadə olunur. Bu isə mikroelektronika üçün yeni materialların yaradılmasına imkan verir. Bu metodlar vasitəsi ilə zərif bioloji proseslərin mexanizmini, məsələn, çox sürətli mürəkkəb çevrilmələri öyrənmək mümkündür. Femtokimya belə bir suala cavab verməyə kömək edir: nəyə görə hər hansı bir kimyəvi reaksiya gedir, başqa birisi isə getmir? Femtokimya həm də reaksiyanın sürətinin nəyə görə temperaturdan asılı olmasının səbəbini də izah edir. Hazırda bütün dünyada alimlər femtosaniyə spektroskopiyası vasitəsilə qaz, maye və bərk cismlərdə, eləcə də polimerlərdə gedən prosesləri öyrənirlər. Bu gün alim Kaliforniya Texnologiya İnstitutunun molekulyar elmlər laboratoriyasının rəhbəri, Milli Elmlər Fondunun direktoru, fizika, kimya professorudur. O, femtokimya sahəsinin banisi kimi kimya elmi aləmində böyük nüfuz sahibidir və hazırda da ona Nobel mükatafının qazandırımış elmi tədqiqatlarını davam etdirməkdədir. Hazırda Əhməd Zevayl və onun əməkdaşları dördölçülü (məkanın üç ölçüsü və zaman), ultratezlikli elektron mikroskop və difraksiya metodlarının işlənib hazırlanması ilə məşğludur. Bu metodlar bir sıra, Alsmeyger kimi ağır xəstəliklərin yaranmasında iştirak edən zülalların tədqiqində tətbiq oluna bilər. Qeyd edək ki, alim Nobel mükafatına Misir Universitetlərindən biri üçün lazer qurğusu alıb. "Nobel mükafatı laureatından daha böyük ada layiq alim" 2009-cu ildə onun elmi karyerası zirvəyə çatıb. O, Amerika prezidenti Barak Obama yanında "Elmi nümayəndə" proqramında 3 "alim-diplomat"dan biri seçilib. Bu proqram təbabət, energetika, ekologiya və təbii resursların idarə olunması sahəsində müsəlman dünyası ilə elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə hədəflənib. Bu qrupa ölkənin aparıcı alimləri daxildir. Onlar prezident və vitse-prezidentə elmi və elmi-texniki innovasiyalar sahəsində siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqda kömək edirlər. Zevayl dünyada məşhur olan 30-dan artıq universitetin fəxri doktorudur. Elmi və ictimai fəaliyyətinə görə o, Nobel mükafafından əlavə dünyada mövcud olan bütün mükafatları alıb. 40-a yaxın fəxri ad, 100-dən artıq beynəlxalq mükafata layiq görülüb. Amerikanın nüfuzlu "Vaşinqton-post" qəzeti 2011-ci il 29 noyabr tarixli sayında yazırdı ki, "doktor Əhməd Zevayl sadəcə Nobel mükafat laureatından daha böyük ada layiqdir". Əhməd Zevayl ötən il Bakıda keçirilmiş İkinci Beynəlxalq Humanitar Forumda iştirak edib. Forumdakı çıxışında alim qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları, İnternetin sürətli inkişafı sayəsində ölkələr, regionlar və kontinentlər arasında ən qısa vaxt ərzində informasiyaların ötürülməsi mümkün olub. Planetimizdə 2 milyard insanın İnternetdən isifadə etdiyini bildirən alim humanitar problemlərin həlli üçün dünyanın müxtəlif regionlarında yaşayan insanların səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu gün dünyada təhsilin səviyyəsinin artırılması çox vacib bir məsələdir. Nobel mükafatı laureatı, həmçinin müsəlman aləmində elmin və təhsilin daha çox prioritetə çevrilməsinin vacibliyini vurğulayıb. O, müsəlman aləminin gözəl keçmişə sahib olduğunu və bu keçmişi elm və təhsillə bərpa etməyin mümkünlüyünü bildirib. Əhməd Zevayl bu istiqamətdə Azərbaycanda çox böyük işlər görüldüyünü deyib. Forum çərçivəsində Zevayl Bakı Dövlət Universitetində olub və ona universitetin fəxri doktoru adı verilib. Zevayl həm də Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib. Xoşbəxt alim ailəsi Əhməd Zevayl 1988-ci ildə Səudiyyə Ərəbistanı kralı Feysal adına Beynəlxalq mükafata layiq görülüb. 1989-cu ilin martında mükafatını almağa gedən Zevayl Səudiyyə Ərəbistanında gələcək həyat yoldaşı Mervat ilə tanış olub. Məlum olub ki, onun atası da ədəbiyyat üzrə Feysal mükafatına layiq görülüb. Mervat Dəməşq Universitetinin tibb doktoru elmi dərəcəsini və Los-Ancelesdə ictimai səhiyyə üzrə magistr dərəcəsini alıb. Onların iki oğlu və iki qızı var. Böyük qızı Maha Texas Universitetinin məzunudur, fəlsəfə doktorudur. Kiçik qızı Amani Berkli Universitetinin tələbəsidir. Onların iki gənc oğlu - Nabil və Xani var. O övladları ilə fəxr etdiyini bildirir. "Mən nikbinəm" Əhməd Zevayl tez-tez tələbələr və elm ictimaiyyəti üçün açıq mühazirələr təşkil edərək fundamental elmi tədqiqatların əhəmiyyətini bildirir. O, tələbələrinə elmdə əsas istiqaməti seçməyi tövsiyə edir. Bir ayağı Amerikada, bir ayağı vətəni Misirdə olan alim hər iki ölkədə alimlərin üzləşdikləri çətinlikləri başa düşmək üçün unikal mövqedə dayanıb. Mən nikbinəm deyən Zevayl hər bir görüşündə inkişaf etməkdə olan ölkələrdə elmin və texnikanın inkişaf etdirilməsi vacibliyindən danışır. Onun sözlərinə görə, gənc alimlər Misiri tərk etməməlidirlər. O, Misirdə Qahirə ətrafında yeni elm və texnologiya universitetinin tikintisi üçün səy göstərib. Alim ümid edir ki, bu elm ocağı inkişaf edərək Misirin öz Kaliforniya Texnologiya İnstitutuna çevriləcək. "Əhməd Zevayl Misirdən uzaqda elmi işlərlə məşğuldur. O həm Misir, həm də Amerika elmini təmsil edir. Lakin Misir günəşinin istisi onun şəxsiyyətini yenə də qızdırmaqdadır və onun ürəyi yenə də Umm Gülsümün musiqilərindən zövq almaqdadır. Kaliforniya Texnologiya İnstitutunda öz kabinetində alim yenə də Gülsümün səsi yazılmış CD-yə qulaq asır və yeni elmi problemlər üzərində fəaliyyətini davam etdirir",-deyə alim haqqındakı məqaləsində yazıçı Nik Uiler yazır. Alim "Los-Anceles tayms" qəzetində dərc olunmuş məqaləsində yazır ki, elmi nailiyyətlər akademik təhsilə və nəzəri tədqiqatlara qoyulan investisiyalardan başlayır. "İkinci Dünya müharibəsindən sonra Amerika elmi tədqiqatları fəal surətdə dəstəkləyirdi. Amerika bir maqnit kimi gənc alimləri, tədqiqatçılıq fəaliyyəti ilə məşğul olan alimləri özünə çəkirdi. Əlverişli şərait bizə Nobel mükafatları qazandıran elmi nailiyyətlərə yol açmışdı. Lakin hazırda bir sıra tədqiqat mərkəzləri elmi işlərə sadəcə maraqla baxır, lakin onları bəyənmirlər. Professorlar isə mümkün qədər elmi tədqiqatların aparılması məsrəflərini azaltmağa çalışırlar. Bu isə yaradıcılıq üçün çox vacib olan vaxtı azaldır. Bu cür məhdudiyyətlər və praktika qarşımızda belə bir sual qoyur: Bugünkü elm gənc Albert Eynşteynləri, Riçard Feynmanlar və Laynus Polinqləri cəlb edə bilərmi?. Dərs dediyim Kaliforniya Universitetində görürəm ki, tələbələrin çoxu elmi tədqiqatlara dərindən maraq göstərir. Lakin indiki bazar şəraitində doktorluq elmi dərəcəsinə malik olan gənc alimlər əli-qolu bağlı, bekar oturublar. Buna görə də bizim fundamental tədqiqatlara olan baxışlarımız dəyişməlidir. XX əsrin ortalarında Amerika məhz elmin gücü ilə dünyada lider dövlət olub. İndi isə Çin elmi tədqiqatlara daha çox vəsait ayırmaqla dünyada lider mövqeyinə qalxmaq istəyir. Əgər Amerika bu gün elm sahəsinə kifayət qədər diqqət göstərməsə, onda innovasiya Günəşi Asiyada çıxacaq". Həmçinin bax Nobel mükafatı Xarici keçidlər Arxivləşdirilib 2018-06-18 at the Wayback Machine Arxivləşdirilib 2016-08-06 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=470323 |
Əhməd Zeveyl | Əhməd Zevayl (ərəb. أحمد حسن زويل, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). Uşaqlıq illəri Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı. Misirdə Əhməd dövlət pulsuz orta məktəbini əla qiymətlərlə başa vurmuşdu. Ailəsi onun öz məqsədinə çatması üçün əlavə stimullaşdırıcı qüvvə idi. Məktəb tətili dövrünü balaca Əhməd öz dayısı ilə keçirirdi. O, sonralar bu barədə yazırdı: "Mən öz valideynlərimlə həyatı dərk etdim, dayımla isə gələcək barədə planlar qurdum". Əhməd həmişə mümkün olmayanı mümkün olana çevirmək səyləri ilə başqalarından seçilirdi. "Ailədə bir oğlan və 3 qız uşağı böyüyürdü. Şəhər icmasının üzvü olan atam çox həyatsevər, şən və faydalı insan idi. O, hökumətdə işləyirdi və özünün biznesi də vardı. Anam çox xeyirxah, genişürəkli qadın idi, bütün həyatını uşaqlarına, xüsusən də mənə həsr etmişdi. O özünün təbii zəkası, öz işinə sədaqəti, xoşxasiyyəti ilə mənim həyatımda mərkəzi yeri tuturdu",-deyə Əhməd Zevayl sonralar xatırlayırdı. Ailə ilk günlərdən balaca Əhmədin hərtərəfli tərbiyə almasına, onun elmi biliklərə maraq göstərməsinə stimul yarada bilmişdi. Valideynləri ona böyük ümidlər bəsləyirdilər. Balaca Əhmədin elmi biliklərə maraq göstərməsində valideynləri ilə yanaşı, onun dayısı Rizanın böyük təsiri olub. Dayısı onda məntiqi təfəkkürün formalaşmasında, inkişafında, tənqidi analizin mənimsənilməsində böyük rol oynamışdı. Dayısının ətrafındakı ziyalı mühiti də Əhmədin düzgün ixtisas seçimi etməsinə imkan vermişdi. O, mütaliəni, musiqini sevir, idmanın bəzi növləri ilə məşğul olurdu. Onun musiqi zövqünün formalaşmasında böyük müğənni Umm Gülsüm böyük rol oynamışdı. Alim xatırlayır ki, Gülsümün mahnıları hətta onun fizika və kimyanı öyrəndiyi vaxtlarda belə ona xüsusi zövq və xoşbəxt anlar yaşadıb. Əhmədin fiziki elmlərə daha çox meyl etməsi özünü çox erkən yaşda göstərib. "Riyaziyyat, mexanika, kimya həm də xüsusi zövq verən elm sahələri idi. İctimai elmlər mənim üçün o qədər də cəlbedici deyildi, çünki mənim diqqətim özümə belə bəlli olmayan səbəbdən əsasən predmetin yadda saxlanılmasına yönəlmişdi. Mənim beynim "necə", "niyə" suallarını verməkdə davam edirdi. Bu xüsusiyyət mənim bütün həyatım boyu özünü göstərib. Bir sıra mürəkkəb məsələləri həll edərkən keçirdiyim həyəcanlı, sevincli anları mən indi də xatırlayıram. Kimyada əsasən bir sıra məsələlərin yaddaşda saxlanılmasının tələb olunmasına baxmayaraq, məni "kimyanın riyaziyyatı" daha çox maraqlandırırdı". Valideynləri bəzi fənlərdən o qədər də yaxşı qiymətlər almadıqda onu yüngülcə cəzalandırmağı da unutmurdular. Əhmədin elmə və texnologiyalara marağı güclü idi. Bir dəfə apardığı təcrübə nəticəsində az qala öz otağı yanacaqdı. Balaca Əhməd hətta öz yataq otağında anasının kofe bişirdiyi plitə və bir neçə şüşə borudan ibarət kiçik aparat yaradaraq oduncağın yanaraq yanar qaza və maye maddəyə çevrilməsini müşahidə edirdi. Bu kiçik eksperiment təkcə elmi əhəmiyyət kəsb etmirdi, həm də bütün evin yanması təhlükəsi var idi. Maşınların nəzəriyyədə necə işləməsini anlamaq üçün o, bir dəfə dayısının maşınını qaçırmışdı. Nil çayının kənarına çatan Əhməd dayısının maşınını az qala çaya salacaqdı. On illərdən sonra alim gənclik illərindən xatirə qalan bu epizodlar barədə tez-tez danışardı. "Həyatımın erkən çağlarından elmə bu qədər həvəs göstərməyimin səbəbi mənə hələ də məlum deyil", - deyə alim sonralar yazırdı. Onun doğulduğu və çox sevdiyi Damanhur şəhəri bütün dünyada qədim intellektual irs hesab olunan İsgəndəriyyə və Rəşit şəhərləri arasında yerləşir. Qədim Misir yazı nümunəsini özündə əks etdirən məşhur daş 1799-cu ildə Rəşid şəhərində tapılıb. Ən qədim tarixə malik məşhur İsgəndəriyyə kitabxanasında isə minlərlə qədim papirus yazı nümunələri saxlanılır. Əhməd Zevayl bu məkanlarla fəxr edir. Amerikalı yazıçı-publisist Endrü Sikri yazır ki, Zevayl üçün bu şəhərlər qədim tarixi elemetlərdən daha çox, elmi işləri üçün bir ilham mənbəyidir. Elmə, riyaziyyata və ölkəsinin mədəni irsinə dərin bağlılıq Zevaylın həyat tarixcəsində üzvi surətdə birləşir. Elm yollarında ilk addımlar "Necə oldu ki, misirli oğlan böyük alimlərdən biri oldu" adlı məqaləsində amerikalı yazıçı-publisist Endrü Sikri yazır: "Günəşin isti şüaları Misirin Desuk şəhərində kiçik evin pəncərəsinə düşür. 1960-cı ildir, pəncərə önündə əyləşmiş yeniyetmə riyaziyyat və kimyadan olan uzun tapşırıqlar siyahısını araşdırır. O, məsələ həll edir, radiodan isə tanınmış müğənni Umm Gülsümün səsi yayılır. Mahnı qurtaran vaxt yeniyetmə radionun kanalını dəyişir və oradan müğənninin digər mahnısı səslənir. Oğlan riyaziyyat məsələlərini çox yaxşı həll edir, mahnılar isə dərsi daha da xoş edir". Valideynləri Əhmədin xaricdə təhsil almasını arzu edirdilər. "Ailəmin arzusu mənim xaricdə yüksək təhsil almağım və vətənə dönərək professor kimi Misir universitetlərində işləməyim idi. Mənim professor olmağımı arzulayan valideynlərim hətta otağımın qapısından "Doktor Əhməd" sözü yazılmış lövhə asmışdılar. Baxmayaraq ki, mən bu barədə ümumiyyətlə, düşünmürdüm",-deyə alim yazırdı. Orta məktəbi bitirdikdən sonra Əhməd Zevayl universitetlərə üz tutub. 60-cı illərdə Misirdə mühəndislik, tibb, farmasevtika və elm zirvə hesab olunurdu. O, İskəndəriyyə Universitetinin təbiət elmləri fakültəsinə qəbul olunub. Bakalavr diplomu aldıqdan sonra Zevayl universitetin müəllimi təyin olunub. Doktorluq elmi dərəcəsi almaq üçün elmi tədqiqatlar aparan Zevayl qarşısına universitetdə işləmək və tələbələrə dərs deməyi qoymuşdu. O, təhsil aldığı illərdə elmi tədqiqatlara o qədər diqqət cəlb etmişdi ki, professor olmasa da, bir sıra professorların mühazirələrindən sonra tələbələrə özünəməxsus "professor mühazirələri" oxuyurdu. Əsas mühazirələrin mahiyyətini anlamaqda tələbələrə kömək edirdi. Bu ona hədsiz zövq verir, elm, təbiət hadisələri arasında əlaqəni tam dolğunluğu ilə mənimsəmələrinə kömək edirdi. 21 yaşında olan Zevayl hesab edirdi ki, elmi işlərin çox sadə və gözəl ifadəsi olmalıdır. O bu fikrə hələ də sadiq qalıb. Amerika həyatı İskəndəriyyə Universitetində təhsilini başa vuran Zevayl akademik karyerasını Amerikada davam etdirib. "Mən birbaşa Amerika universitetlərindən təqaüd almaq istəyirdim. Amerikanın onlarca universitetləri ilə yazışmalardan sonra ABŞ-nin Pensilvaniya Universiteti və bir neçə digər təhsil ocağı mənə aylıq 300 ABŞ dolları həcmində təqaüd verməyə razılıq verdilər. Lakin Amerikaya getmək üçün bir sıra ciddi maneələri aşmaq lazım idi"deyən Zevayl bir sıra bürokratik əngəlləri və çətinlikləri dəf etmək üçün çox böyük iradə göstərməli oldu. "Amerikaya gəldikdə mənə elə gəldi ki, məni sanki okeana buraxıblar. Okean bilik, mədəniyyət və müxtəlif imkanlarla zəngin idi. Və seçim aydın idi. Ya mən bu okeanda üzməyi öyrənməli, ya da batmalıydım. Mədəniyyət yad idi, dil çətinliyi var idi, lakin mənim ümidlərim çox böyük idi. Mən ingilis dilində yazmağı, danışmağı bilmirdim, Amerika və qərb mədəniyyəti haqda az məlumatlı idim". Onun ilk elmi rəhbəri professor Robin Xoxştrasser olub. Öz müəllimini mükəmməl alim və pedaqoq hesab edən alim əldə etdiyi nailyyətlərinə görə elmi rəhbərinə minnətdar olduğunu bildirirdi. Zevaylın digər alimlərlə apardığı elmi tədqiqatların siyahısı genişlənirdi. O demək olar ki, hər gün yeni işlər - kimya, fizika və digər sahələrdəki problemlərlə məşğul olurdu. Elmi laboratoriya, tədqiqat mühiti çox əlverişli idi. Nobel mükafatı laureatı Bob Şrifferdən nəzəri fizika üzrə dərs alan Zevayl demək olar ki, gecə-gündüz işləyir və bir neçə layihə üzrə çalışırdı. O, sadə molekullar üçün Ştark effekti, bərk cismlər üçün Zeeman effekti, ikiqat rezonans, maqnit rezonansı üçün optik detektor və sair mövzular üzrə müxtəlif layihələrə cəlb olunmuşdu. 1974-cü ildə Pensilvaniya Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini alan Zevayl IBM firmasının adlı təqaüdünə layiq görülüb. Daha sonra 2 il Berkli Kaliforniya Universitetində işləyib. 1976-cı ildə Kaliforniya Texnologiya İnstitutuna dəvət alıb. 1982-ci ildə bu institutun professoru olub. 1990-cı ildə məşhur kimyaçı, bioloq, iki dəfə Nobel mükafatı laureatı Laynus Polinqin rəhbərlik etdiyi fiziki-kimya kafedrasının müdiri təyin olunub. Bundan əlavə, o, Milli Elm Fondunda molekulyar fizika laboratoriyasına başçılıq edib. Femtokimyanın banisi Bəzi həmkarları qeyd edirdilər ki, Zevaylın uyğunluq prinsipi üzrə eksperimentləri heç vaxt baş tutmayacaq. Lakin o, nəinki bu sahədə təcrübələr aparmaqla tərəqqiyə nail oldu, həm də başqalarının nəzəri cəhətdən qeyri-mümkün hesab etdiyi nəticələr əldə etdi. Onun uşaqlıqdan alışdığı nəzəriyyə və təcrübə arasında fərqi görmək bacarığı öz işini görürdü. Zevaylın uyğunluq prinsipinə inamı özünü 1980-ci ildə öz təsdiqini tapıb. O həmkarları ilə birlikdə təcrid olunmuş karbohidrogen antrasen molekullarında koqerant dəyişmələri nümayiş etdirib. Bu molekullar daxilində uyğunluq reallığını sübut edirdi. Bu yenilik kimyaçılara uyğunluq prinsipindən isfifadə edərək kimyəvi reaksiyaların gedişini əvvəlcədən söyləməyə imkan verirdi. Bu, Zevaylın ilk elmi zəfəri idi. Lakin o, bununla kifayətlənmək istəmirdi, daha da qabağa getməyə can atırdı. Zevayl Amerikaya gələnə qədər heç vaxt lazer texnologiyasından istifadə etməmişdi. Lakin o, etiraf edirdi ki, əgər əlinizdə qısa işıq impulsları verən lazer varsa, ondan istifadə etməklə kimyəvi reaksiyaların əslində necə baş verməsini izləmək olar. Bunun üçün isə çox qısa, cəmi bir neçə femtosaniyə, hələlək elmə məlum olmayan milyard dəfə kiçik impulslar tələb olunurdu. Beləliklə, Zevaylın təşəbbüsünü həyata keçirmək üçün ilk femtosaniyə lazer qurğusu yaradıldı və alim onu öz aparatına daxil etdi. Zevayl və onun həmkarlarının femtosaniyə lazer aparatı ilə öyrənməyə çalışdıqları ilk kimyəvi reaksiyalar kimyəvi rabitənin pozulması ilə bağlı idi. 1986-cı illn sonunda onlar femtosaniyə lazer qurğusunu sadə yod-sianid molekulunun öyrənilməsinə tətbiq etdilər. Zevayl və onun əməkdaşları yod və karbon atomları arasında, sonra sianid qrupu arasında rabitənin necə dartılmas və sonradan isə dağılmasını müşahidə ediblər. "Rabitə tədricən qırıldı, bu vaxta qədər heç kim real zaman rejimində kimyəvi rabitənin necə pozulduğunun şahidi olmamışdı", - deyə Zevayl yazırdı. Bu, Zevaylın ikinci ən böyük elmi qələbəsi idi. Femtokimya çox qısa zaman ərzində kimyəvi reaksiyaların təsvirini verməyə imkan verir. Kimyada inqilab Əhməd Zevayl 1999-cu ildə femtokimya sahəsində elmi tədqiqatlarına görə Nobel mükafatına layiq görülüb. Onun tədqiqatlarının əhəmiyyəti ona Osloda Nobel mükafatı təqdim olunan zaman bir daha qeyd olundu. İsveç Elmlər Akademiyası bəyan etmişdi ki, "Zevayl bizə ayrı-ayrı atomların hərəkətini görməyə imkan verməklə kimyada inqilab edib". Nobel komitəsi etiraf edirdi ki, Zevaylın işləri bir sıra mühüm kimyəvi reaksiyaların baş verməsini və gedişini anlamağa imkan verir. Femtosaniyə metodu bütün dünyada fəal surətdə tətbiq edilir. Son vaxtlar isə ondan polimer maddələrdə kimyəvi reaksiyaların gedişini müşahidə etmək üçün istifadə olunur. Bu isə mikroelektronika üçün yeni materialların yaradılmasına imkan verir. Bu metodlar vasitəsi ilə zərif bioloji proseslərin mexanizmini, məsələn, çox sürətli mürəkkəb çevrilmələri öyrənmək mümkündür. Femtokimya belə bir suala cavab verməyə kömək edir: nəyə görə hər hansı bir kimyəvi reaksiya gedir, başqa birisi isə getmir? Femtokimya həm də reaksiyanın sürətinin nəyə görə temperaturdan asılı olmasının səbəbini də izah edir. Hazırda bütün dünyada alimlər femtosaniyə spektroskopiyası vasitəsilə qaz, maye və bərk cismlərdə, eləcə də polimerlərdə gedən prosesləri öyrənirlər. Bu gün alim Kaliforniya Texnologiya İnstitutunun molekulyar elmlər laboratoriyasının rəhbəri, Milli Elmlər Fondunun direktoru, fizika, kimya professorudur. O, femtokimya sahəsinin banisi kimi kimya elmi aləmində böyük nüfuz sahibidir və hazırda da ona Nobel mükatafının qazandırımış elmi tədqiqatlarını davam etdirməkdədir. Hazırda Əhməd Zevayl və onun əməkdaşları dördölçülü (məkanın üç ölçüsü və zaman), ultratezlikli elektron mikroskop və difraksiya metodlarının işlənib hazırlanması ilə məşğludur. Bu metodlar bir sıra, Alsmeyger kimi ağır xəstəliklərin yaranmasında iştirak edən zülalların tədqiqində tətbiq oluna bilər. Qeyd edək ki, alim Nobel mükafatına Misir Universitetlərindən biri üçün lazer qurğusu alıb. "Nobel mükafatı laureatından daha böyük ada layiq alim" 2009-cu ildə onun elmi karyerası zirvəyə çatıb. O, Amerika prezidenti Barak Obama yanında "Elmi nümayəndə" proqramında 3 "alim-diplomat"dan biri seçilib. Bu proqram təbabət, energetika, ekologiya və təbii resursların idarə olunması sahəsində müsəlman dünyası ilə elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə hədəflənib. Bu qrupa ölkənin aparıcı alimləri daxildir. Onlar prezident və vitse-prezidentə elmi və elmi-texniki innovasiyalar sahəsində siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqda kömək edirlər. Zevayl dünyada məşhur olan 30-dan artıq universitetin fəxri doktorudur. Elmi və ictimai fəaliyyətinə görə o, Nobel mükafafından əlavə dünyada mövcud olan bütün mükafatları alıb. 40-a yaxın fəxri ad, 100-dən artıq beynəlxalq mükafata layiq görülüb. Amerikanın nüfuzlu "Vaşinqton-post" qəzeti 2011-ci il 29 noyabr tarixli sayında yazırdı ki, "doktor Əhməd Zevayl sadəcə Nobel mükafat laureatından daha böyük ada layiqdir". Əhməd Zevayl ötən il Bakıda keçirilmiş İkinci Beynəlxalq Humanitar Forumda iştirak edib. Forumdakı çıxışında alim qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları, İnternetin sürətli inkişafı sayəsində ölkələr, regionlar və kontinentlər arasında ən qısa vaxt ərzində informasiyaların ötürülməsi mümkün olub. Planetimizdə 2 milyard insanın İnternetdən isifadə etdiyini bildirən alim humanitar problemlərin həlli üçün dünyanın müxtəlif regionlarında yaşayan insanların səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu gün dünyada təhsilin səviyyəsinin artırılması çox vacib bir məsələdir. Nobel mükafatı laureatı, həmçinin müsəlman aləmində elmin və təhsilin daha çox prioritetə çevrilməsinin vacibliyini vurğulayıb. O, müsəlman aləminin gözəl keçmişə sahib olduğunu və bu keçmişi elm və təhsillə bərpa etməyin mümkünlüyünü bildirib. Əhməd Zevayl bu istiqamətdə Azərbaycanda çox böyük işlər görüldüyünü deyib. Forum çərçivəsində Zevayl Bakı Dövlət Universitetində olub və ona universitetin fəxri doktoru adı verilib. Zevayl həm də Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib. Xoşbəxt alim ailəsi Əhməd Zevayl 1988-ci ildə Səudiyyə Ərəbistanı kralı Feysal adına Beynəlxalq mükafata layiq görülüb. 1989-cu ilin martında mükafatını almağa gedən Zevayl Səudiyyə Ərəbistanında gələcək həyat yoldaşı Mervat ilə tanış olub. Məlum olub ki, onun atası da ədəbiyyat üzrə Feysal mükafatına layiq görülüb. Mervat Dəməşq Universitetinin tibb doktoru elmi dərəcəsini və Los-Ancelesdə ictimai səhiyyə üzrə magistr dərəcəsini alıb. Onların iki oğlu və iki qızı var. Böyük qızı Maha Texas Universitetinin məzunudur, fəlsəfə doktorudur. Kiçik qızı Amani Berkli Universitetinin tələbəsidir. Onların iki gənc oğlu - Nabil və Xani var. O övladları ilə fəxr etdiyini bildirir. "Mən nikbinəm" Əhməd Zevayl tez-tez tələbələr və elm ictimaiyyəti üçün açıq mühazirələr təşkil edərək fundamental elmi tədqiqatların əhəmiyyətini bildirir. O, tələbələrinə elmdə əsas istiqaməti seçməyi tövsiyə edir. Bir ayağı Amerikada, bir ayağı vətəni Misirdə olan alim hər iki ölkədə alimlərin üzləşdikləri çətinlikləri başa düşmək üçün unikal mövqedə dayanıb. Mən nikbinəm deyən Zevayl hər bir görüşündə inkişaf etməkdə olan ölkələrdə elmin və texnikanın inkişaf etdirilməsi vacibliyindən danışır. Onun sözlərinə görə, gənc alimlər Misiri tərk etməməlidirlər. O, Misirdə Qahirə ətrafında yeni elm və texnologiya universitetinin tikintisi üçün səy göstərib. Alim ümid edir ki, bu elm ocağı inkişaf edərək Misirin öz Kaliforniya Texnologiya İnstitutuna çevriləcək. "Əhməd Zevayl Misirdən uzaqda elmi işlərlə məşğuldur. O həm Misir, həm də Amerika elmini təmsil edir. Lakin Misir günəşinin istisi onun şəxsiyyətini yenə də qızdırmaqdadır və onun ürəyi yenə də Umm Gülsümün musiqilərindən zövq almaqdadır. Kaliforniya Texnologiya İnstitutunda öz kabinetində alim yenə də Gülsümün səsi yazılmış CD-yə qulaq asır və yeni elmi problemlər üzərində fəaliyyətini davam etdirir",-deyə alim haqqındakı məqaləsində yazıçı Nik Uiler yazır. Alim "Los-Anceles tayms" qəzetində dərc olunmuş məqaləsində yazır ki, elmi nailiyyətlər akademik təhsilə və nəzəri tədqiqatlara qoyulan investisiyalardan başlayır. "İkinci Dünya müharibəsindən sonra Amerika elmi tədqiqatları fəal surətdə dəstəkləyirdi. Amerika bir maqnit kimi gənc alimləri, tədqiqatçılıq fəaliyyəti ilə məşğul olan alimləri özünə çəkirdi. Əlverişli şərait bizə Nobel mükafatları qazandıran elmi nailiyyətlərə yol açmışdı. Lakin hazırda bir sıra tədqiqat mərkəzləri elmi işlərə sadəcə maraqla baxır, lakin onları bəyənmirlər. Professorlar isə mümkün qədər elmi tədqiqatların aparılması məsrəflərini azaltmağa çalışırlar. Bu isə yaradıcılıq üçün çox vacib olan vaxtı azaldır. Bu cür məhdudiyyətlər və praktika qarşımızda belə bir sual qoyur: Bugünkü elm gənc Albert Eynşteynləri, Riçard Feynmanlar və Laynus Polinqləri cəlb edə bilərmi?. Dərs dediyim Kaliforniya Universitetində görürəm ki, tələbələrin çoxu elmi tədqiqatlara dərindən maraq göstərir. Lakin indiki bazar şəraitində doktorluq elmi dərəcəsinə malik olan gənc alimlər əli-qolu bağlı, bekar oturublar. Buna görə də bizim fundamental tədqiqatlara olan baxışlarımız dəyişməlidir. XX əsrin ortalarında Amerika məhz elmin gücü ilə dünyada lider dövlət olub. İndi isə Çin elmi tədqiqatlara daha çox vəsait ayırmaqla dünyada lider mövqeyinə qalxmaq istəyir. Əgər Amerika bu gün elm sahəsinə kifayət qədər diqqət göstərməsə, onda innovasiya Günəşi Asiyada çıxacaq". Həmçinin bax Nobel mükafatı Xarici keçidlər Arxivləşdirilib 2018-06-18 at the Wayback Machine Arxivləşdirilib 2016-08-06 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=496728 |
Əhməd Zeyni Dəhlan | Əhməd Zeyni Dəhlan (ərəb. أحمد زَيْني دَحْلان ; 1817, Məkkə, Həbəşistan əyaləti – 1886, Mədinə, Hicaz vilayəti) — islam ilahiyyatçısı və tarixçisi. O, Məkkədə şafi məzhəbinin baş müftisi və Osmanlı dövlətinin Hicaz vilayətində şeyxülislamı, imam Hərəmeyn olmuşdur. Dəhlan vəhhabiliyi ifrat tənqidləri və sufizmə meyli ilə tanınırdı. O, vəhhabi təsirinə qarşı yazdığı traktatında Dəhlan aydın şəkildə təsəvvüfü islam praktikasının hüquqi və ayrılmaz hissəsi kimi nəzərdən keçirir. 1816-cı və ya 1817 -ci ildə Məkkədə anadan olmuşdur. Müəllimi Əhməd əl-Mərzuqi əl-Maliki əl-Məkki olmuşdur. 1886-cı ildə Mədinədə vəfat etmişdir. Xarici keçidlər Əhməd Zeyni Dahlanın qısa tərcümeyi-halı (ərəb.) | https://az.wikipedia.org/w/index.php?curid=757659 |
Əhməd Zoğu | I Zoq və ya Əhməd Zoğu (8 oktyabr 1895[…] – 9 aprel 1961[…], Süren, Fransa) — 1928-1939-cu illərdə Albaniyanın kralı, müharibə canisi. Əhməd Zoğu burjua-mülkədar dairələrə istinad edərək demokratik hərəkatı boğmuş, ölkəni xarici kapitala satmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=745427 |
Əhməd Zülfüqarov | Əhməd Məmməd oğlu Zülfüqarov (22 iyun 1917, Nuxa – 16 yanvar 1984) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1970–1984). Əhməd Məmməd oğlu Zülfüqarov 1917-ci ildə anadan olmuşdur. 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Azərbaycanın maliyyə orqanlarında işləməyə başlamışdır.1939-cu ildən 1947-ci ilədək Sovet Ordusu sıralarında olmuş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Ordudan tərxis edildikdən sonra Ə. Zülfüqarov Azərbaycan SSR Maliyyə Nazirliyi sistemində rayon maliyyə şöbəsinin müdiri, nazirliyin idarə rəisi, Bakı şəhər maliyyə şöbəsinin müdiri işləmişdir. 1961-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin maliyyə, qiymət və maya dəyəri şöbəsinin rəisi təyin edilmişdir. 1966-cı ildən Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Qiymət Komitəsinə (1970-ci ildən Azərbaycan SSR Dövlət Qiymət Komitəsi) başçılıq etmişdir.Əhməd Zülfüqarov 1942-ci ildən Sov.İKP üzvü olmuş, Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. 1-ci dərəcəli "Vətən müharibəsi", "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.Əhməd Zülfüqarov 16 yanvar 1984-cü ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur. Xarici keçidlər Həmçinin bax Azərbaycan SSR hökuməti (1971–1975) Azərbaycan SSR hökuməti (1975–1980) Azərbaycan SSR hökuməti (1980–1985) | https://az.wikipedia.org/w/index.php?curid=755435 |
Əhməd Zəki Soydəmir | Əhməd Zəki Soydəmir (türk. Ahmet Zeki Soydemir) (1883, Saloniki – 4 sentyabr 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. Hərbi fəaliyyəti 1905-ci ildə hərbi məktəbi və 1908-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. Birinci Dünya müharibəndə Çanaqqala cəbhəsində vuruşmuş və 57-ci alayın 1-ci tabor komandiri kimi Qanlısırt, Mərkəztəpə kimi bölgələrdə gedən döyüşlərdə iştirak etmişdi. Döyüşlərdə yaralanaraq bir müddət xəstəxanada yatdı. Daha sonra isə 21-ci alay komandirinin müavini vəzifəsinə təyin edildi. Sakarya meydan döyüşündən sonra 6-cı tümən, daha sonra isə Mürəttəp tümən komandiri kimi xidmət göstərdi. Böyük hücumda 2-ci süvari tüməninin komandiri idi. 31 avqust 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. Müharibədən sonra "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 6 iyun 1924-cü ildə Ümumi Jandarma Komandanlığına təyin edildi. 1927-ci ildə general-mayor rütbəsinə yüksəldi. Siyasi fəaliyyəti 17 dekabr 1934-cü ildə hərbi xidmətdən təqaüdə çıxdıqdan sonra V, VI və VII dövrlərdə Ərzurum, VIII dövrdə isə Çanqırının millət vəkili kimi Türkiyə Böyük Millət Məclisinin üzvü oldu. 1988-ci ildə İstanbuldakı Ədirnəqapı Şəhid məzarlığındakı nəşi Türkiyə Dövlət məzarlığına köçürüldü. Medal və təltifləri "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 221. | https://az.wikipedia.org/w/index.php?curid=567371 |
Əhməd Zəki Vəlidi Togan | Həyatının Rusiya illəri 10 dekabr 1890-cı ildə Başqırdıstanın İsterlitamak qəzasının Küzən kəndində anadan olmuşdur. Daha ilk mədrəsə təhsilini alarkən bir yandan özəl Rusça dərsləri alırdı. Müəllim olan anasından Farsça da öyrənmişdir. 1902-ci ildə orta təhsil üçün Ütekdə olan dayısı Həbib Neccarın mədrəsəsinə getdi. Buradakı təhsili sırasında Ərəb dili dərsləri alaraq dil bilgisini genişləndirdi. 1908-ci ildə kəndindən qaçaraq Kazana gəlib, burada özəl dərslər aldı. Bu arada Katanov, Aşmarin kimi ziyalılarla tanışdı. 1909-cu ildə məzun olduğu Qasimiyyə Mədrəsəsinə "Türk tarixi və Ərəb ədəbiyyatı tarixi müəllimi" oldu. 4 il davam edən bu müəllimliyi müddətində 1911-ci ildə yayımladığı Türk və Tatar Tarixi adlı kitabı sayəsində məşhur olmağa başladı. Bu əsərin səs-sədası nəticəsində Kazan Universiteti Arxeoloji və Tarix Cəmiyyətinə üzv seçildi. Akademik işləri 1913-cü ildə Fərqanəyə, 1914-cü ildə Buxaraya araşdırmalar etmək üçün göndərildi. Fərqanədə Yusif ibn Hacibin XI əsrə aid Kutatqu Bilik adlı əsərinin bir əlyazmasını nüsxəsini tapdı. Bu səyahət nəticələrinə aid hazırlamış olduğu hesabatlar başda Peterburq Arxeoloji Cəmiyyəti olmaqla Kazan və Daşkənd Arxeoloji Cəmiyyətləri məcmuələrində yayınlandı. Bu arada Prof. Katanovun indi İstanbul Universiteti Türkiyyat İnstirunun əsas nüvəsini təşkil edəcək kitablarının Türkiyəyə göndərilməsinə vəsilə oldu. Siyasi fəaliyyəti Daha sonra Rus Millət Məclisi-Dumada Ufa Müsəlmanlarının təmsilçisi olaraq Peterburqa getdi. Elmi çalışmalarına siyasi çalışmaları da əlavə olunmuş oldu. Bu sırada Bolşevik İnqilabı baş verincə o da Türklərin vəziyyətinin düzəlməsi üçün mübarizəyə girişdi. Bolşevik inqilabından 22 gün sonra 29 noyabr 1917-ci il tarixində Başqırdıstan öz müxtariyyətini elan etdi. Orenburqu 18 fevral 1918 tarixində işğal edən Bolşeviklər, Zəki Validi Toğanı həbs etsələr də, o, 7 iyun tarixində həbsdən qaçmağı bacarır. Başqırd Hökuməti qurulduğu zaman Müdafiə naziri vəzifəsini tutmuşdur. Lenin, Stalin və Trotski ilə dəfələrcə görüşməsinə baxmayaraq sərfəli razılığa gələ bilmədi. Bundan sonra, Türkistana çəkilik mübarizəyə davam etmək qərarını almışdır. Basmaçılar Hərəkatı Sovetlərə qarşı Orta Asiya türklərinin 1917-ci ildə başlayan və fasilələrlə 1931-ci ilə qədər davam edən azadlıq mübarizəsidir. Ruslar Basmaq və Basqın sözlərindən istifadə edərək hərəkat üzvlərinə Basmaçılar deyirdilər. Ancaq Türkistan əhalisi bu hərəkata daha çox Korbaşılər Hərəkatı olaraq qəbul edir. 1917-ci il Sovet inqilabı sırasında Fərqanədə Məhəmməd Əmin Məy, Kokandda Kiçkine İrgeş bəy öndərliyində müstəqillik tərəfdarı Basmaçılar təşkilatlandırıldı. Bolşeviklər 1918-ci ildə Kokandı ələ keçirib, Kokand Milli Hökumətinə son verincə Məhəmməd Əmin bəy də Margilana geri çəkilir.Zəki Validi Toğan da bu hadisələrdə çox fəal şəkildə iştirak etmişdir. Türkistan Milli Muxtar Hökumətinin məğlub edilməsindən sonra Basmaçı hərəkatının içində olmuşdur. 1920–1923-cü illərdə Türkistanda amansız bir mübarizəyə girişmişsə də, məğlub olmuşdur. Türkistan Milli Birliyinin qurucusu və ilk başqanıdır. Türkiyəyə gəlişi Paris, London və Berlindəki bir çox Orta Asiya tarixçılərinin onunla işləmək istəylərinə baxmayaraq, o dövrün Türkiyə Təhsil Naziri Həmdullah Süphi, Fuad Köprülü, Rza Nur, Yusif Akçuranın istəklərinə görə Türkiyəyə gəldi. 20 may 1925-ci il tarixində gəldiyi Türkiyədə, Maarif Vəkaləti Telif və Tərcümə Nümayəndəliyinə təyin edilir. O zaman ki, Ankaranın kitab cəhətdən yetərsiz olmasına görə öz istəyi ilə İstanbul Darülfünunu Türk Tarixi Müdərris Müavinliyinə təyin edilir. Bundan sonra İstanbul və Anadolu kitabxanalarında öz tədqiqatlarına başlayır, lakin 1932-ci ildə I Türk Tarix Konqresində tibb doktoru Rəşid Qalibin təqdim etdiyi Orta Asiyada iç dəniz olduğu və bunun sonradan quruduğu haqqındakı fikrini tənqid edincə və Türk Tarix Tezisinə görə Türklərin 10 min il əvvəldən Anadoluda və ətraf ərazilərdə sakin olması fikrinə qarşı çıxdığına görə (Toğanın fikrincə Türklər Ön Asiyaya ilk dəfə e.ə VII əsrdən gəlməyə başlamış, yalnız XI əsrdə bu yerlərdə tamamilə məskunlaşa bilmişlər), Toğan əleyhinə bir müxalifət formalaşır. Özünə qarşı bu münasibəti görən Toğan, Türkiyəni tərk edir. Həyatının Avropa illəri 8 avqust 1932-ci ildə istefa verərək Vyanaya gedir. 1935-ci ildə ildə Vyana Universitetindən fəlsəfə doktoru ünvanını alır, 1935–1937-ci illər arasında Bonn Universitetində, 1938–1939-cu illəri Göttingen Universitetində professor olaraq dərs deyir. Türkiyəyə dönüş 1939-cu ildə Türkiyənin Təhsil Nazirinin dəvətindən sonra təkrar Türkiyəyə gəldi. İstanbul Universitetində Ümumi Türk Tarixi kursunu qurdu. II Dünya Müharibəsinin sonlarına doğru 1944-cü ildə, Hüseyn Nihal Atsızla bərabər, Türkiyədə Sovetlər əleyhinə fəaliyyət və Turançılıqda ittiham edilir. Bu İrqçilik-Turançılıq Davasının sonunda 10 il həbsə məhkum edilsə də hərbi məhkəmə qərarı pozur və Toğan bəraət alır. 1948-ci ildə yenidən İstanbul Universitetində dərs deməyə başlayır. 1951-ci ildə İstanbulda toplanan XXI Müsteşriklər Konqresinə başqanlıq etdi. Bu onun elm sahəsindəki şöhrətini çox daha artırdı. 1953-cü ildə İstanbul Universitetində İslam Tetkikləri İnstitunu təşkil edir. 1967-ci ildə Toğana Mançester Universiteti tərəfindən şərəf doktorası verilir. Zəki Vəlidi Toğan 26 avqust 1970-ci ildə İstanbulda vəfat etdi. Oğlu Subidey Toğan, Bilkent Universiteti və Orta Şərq Teknik Universitetində İqtisad Bölümü Başqanlığı etmiş, iqtisad professoru, qızı İsenbilgə Toğan Orta Doğu Teknik Universitetində tarix professoru, nəvəsi Əmrə Toğan Harvard Universitetində akademikdir. Xatirələr, İstanbul, 1969. Azərbaycan, Bakı, 2007. Türk və tatar tarixi, Kazan, 1912. Tarixdə üsul, İstanbul, 1950. Ümumtürk tarixinə giriş, İstanbul, 1970. Türkün müqəddəratı üzərinə, İstanbul, 1970 Paksoy, Hasan, Özbək və Qazaxların mənşəyi Bakı Dövlət Universiteti, Türk xalqları tarixinin yeni dövrü Xarici keçidlər Əhməd Zəki Vəlidi. Azərbaycanın tarixi coğrafiyası. Bakı "Təhsil", 2009 (az.) | https://az.wikipedia.org/w/index.php?curid=506457 |
Əhməd Zəki Vəlidi Toğan | Həyatının Rusiya illəri 10 dekabr 1890-cı ildə Başqırdıstanın İsterlitamak qəzasının Küzən kəndində anadan olmuşdur. Daha ilk mədrəsə təhsilini alarkən bir yandan özəl Rusça dərsləri alırdı. Müəllim olan anasından Farsça da öyrənmişdir. 1902-ci ildə orta təhsil üçün Ütekdə olan dayısı Həbib Neccarın mədrəsəsinə getdi. Buradakı təhsili sırasında Ərəb dili dərsləri alaraq dil bilgisini genişləndirdi. 1908-ci ildə kəndindən qaçaraq Kazana gəlib, burada özəl dərslər aldı. Bu arada Katanov, Aşmarin kimi ziyalılarla tanışdı. 1909-cu ildə məzun olduğu Qasimiyyə Mədrəsəsinə "Türk tarixi və Ərəb ədəbiyyatı tarixi müəllimi" oldu. 4 il davam edən bu müəllimliyi müddətində 1911-ci ildə yayımladığı Türk və Tatar Tarixi adlı kitabı sayəsində məşhur olmağa başladı. Bu əsərin səs-sədası nəticəsində Kazan Universiteti Arxeoloji və Tarix Cəmiyyətinə üzv seçildi. Akademik işləri 1913-cü ildə Fərqanəyə, 1914-cü ildə Buxaraya araşdırmalar etmək üçün göndərildi. Fərqanədə Yusif ibn Hacibin XI əsrə aid Kutatqu Bilik adlı əsərinin bir əlyazmasını nüsxəsini tapdı. Bu səyahət nəticələrinə aid hazırlamış olduğu hesabatlar başda Peterburq Arxeoloji Cəmiyyəti olmaqla Kazan və Daşkənd Arxeoloji Cəmiyyətləri məcmuələrində yayınlandı. Bu arada Prof. Katanovun indi İstanbul Universiteti Türkiyyat İnstirunun əsas nüvəsini təşkil edəcək kitablarının Türkiyəyə göndərilməsinə vəsilə oldu. Siyasi fəaliyyəti Daha sonra Rus Millət Məclisi-Dumada Ufa Müsəlmanlarının təmsilçisi olaraq Peterburqa getdi. Elmi çalışmalarına siyasi çalışmaları da əlavə olunmuş oldu. Bu sırada Bolşevik İnqilabı baş verincə o da Türklərin vəziyyətinin düzəlməsi üçün mübarizəyə girişdi. Bolşevik inqilabından 22 gün sonra 29 noyabr 1917-ci il tarixində Başqırdıstan öz müxtariyyətini elan etdi. Orenburqu 18 fevral 1918 tarixində işğal edən Bolşeviklər, Zəki Validi Toğanı həbs etsələr də, o, 7 iyun tarixində həbsdən qaçmağı bacarır. Başqırd Hökuməti qurulduğu zaman Müdafiə naziri vəzifəsini tutmuşdur. Lenin, Stalin və Trotski ilə dəfələrcə görüşməsinə baxmayaraq sərfəli razılığa gələ bilmədi. Bundan sonra, Türkistana çəkilik mübarizəyə davam etmək qərarını almışdır. Basmaçılar Hərəkatı Sovetlərə qarşı Orta Asiya türklərinin 1917-ci ildə başlayan və fasilələrlə 1931-ci ilə qədər davam edən azadlıq mübarizəsidir. Ruslar Basmaq və Basqın sözlərindən istifadə edərək hərəkat üzvlərinə Basmaçılar deyirdilər. Ancaq Türkistan əhalisi bu hərəkata daha çox Korbaşılər Hərəkatı olaraq qəbul edir. 1917-ci il Sovet inqilabı sırasında Fərqanədə Məhəmməd Əmin Məy, Kokandda Kiçkine İrgeş bəy öndərliyində müstəqillik tərəfdarı Basmaçılar təşkilatlandırıldı. Bolşeviklər 1918-ci ildə Kokandı ələ keçirib, Kokand Milli Hökumətinə son verincə Məhəmməd Əmin bəy də Margilana geri çəkilir.Zəki Validi Toğan da bu hadisələrdə çox fəal şəkildə iştirak etmişdir. Türkistan Milli Muxtar Hökumətinin məğlub edilməsindən sonra Basmaçı hərəkatının içində olmuşdur. 1920–1923-cü illərdə Türkistanda amansız bir mübarizəyə girişmişsə də, məğlub olmuşdur. Türkistan Milli Birliyinin qurucusu və ilk başqanıdır. Türkiyəyə gəlişi Paris, London və Berlindəki bir çox Orta Asiya tarixçılərinin onunla işləmək istəylərinə baxmayaraq, o dövrün Türkiyə Təhsil Naziri Həmdullah Süphi, Fuad Köprülü, Rza Nur, Yusif Akçuranın istəklərinə görə Türkiyəyə gəldi. 20 may 1925-ci il tarixində gəldiyi Türkiyədə, Maarif Vəkaləti Telif və Tərcümə Nümayəndəliyinə təyin edilir. O zaman ki, Ankaranın kitab cəhətdən yetərsiz olmasına görə öz istəyi ilə İstanbul Darülfünunu Türk Tarixi Müdərris Müavinliyinə təyin edilir. Bundan sonra İstanbul və Anadolu kitabxanalarında öz tədqiqatlarına başlayır, lakin 1932-ci ildə I Türk Tarix Konqresində tibb doktoru Rəşid Qalibin təqdim etdiyi Orta Asiyada iç dəniz olduğu və bunun sonradan quruduğu haqqındakı fikrini tənqid edincə və Türk Tarix Tezisinə görə Türklərin 10 min il əvvəldən Anadoluda və ətraf ərazilərdə sakin olması fikrinə qarşı çıxdığına görə (Toğanın fikrincə Türklər Ön Asiyaya ilk dəfə e.ə VII əsrdən gəlməyə başlamış, yalnız XI əsrdə bu yerlərdə tamamilə məskunlaşa bilmişlər), Toğan əleyhinə bir müxalifət formalaşır. Özünə qarşı bu münasibəti görən Toğan, Türkiyəni tərk edir. Həyatının Avropa illəri 8 avqust 1932-ci ildə istefa verərək Vyanaya gedir. 1935-ci ildə ildə Vyana Universitetindən fəlsəfə doktoru ünvanını alır, 1935–1937-ci illər arasında Bonn Universitetində, 1938–1939-cu illəri Göttingen Universitetində professor olaraq dərs deyir. Türkiyəyə dönüş 1939-cu ildə Türkiyənin Təhsil Nazirinin dəvətindən sonra təkrar Türkiyəyə gəldi. İstanbul Universitetində Ümumi Türk Tarixi kursunu qurdu. II Dünya Müharibəsinin sonlarına doğru 1944-cü ildə, Hüseyn Nihal Atsızla bərabər, Türkiyədə Sovetlər əleyhinə fəaliyyət və Turançılıqda ittiham edilir. Bu İrqçilik-Turançılıq Davasının sonunda 10 il həbsə məhkum edilsə də hərbi məhkəmə qərarı pozur və Toğan bəraət alır. 1948-ci ildə yenidən İstanbul Universitetində dərs deməyə başlayır. 1951-ci ildə İstanbulda toplanan XXI Müsteşriklər Konqresinə başqanlıq etdi. Bu onun elm sahəsindəki şöhrətini çox daha artırdı. 1953-cü ildə İstanbul Universitetində İslam Tetkikləri İnstitunu təşkil edir. 1967-ci ildə Toğana Mançester Universiteti tərəfindən şərəf doktorası verilir. Zəki Vəlidi Toğan 26 avqust 1970-ci ildə İstanbulda vəfat etdi. Oğlu Subidey Toğan, Bilkent Universiteti və Orta Şərq Teknik Universitetində İqtisad Bölümü Başqanlığı etmiş, iqtisad professoru, qızı İsenbilgə Toğan Orta Doğu Teknik Universitetində tarix professoru, nəvəsi Əmrə Toğan Harvard Universitetində akademikdir. Xatirələr, İstanbul, 1969. Azərbaycan, Bakı, 2007. Türk və tatar tarixi, Kazan, 1912. Tarixdə üsul, İstanbul, 1950. Ümumtürk tarixinə giriş, İstanbul, 1970. Türkün müqəddəratı üzərinə, İstanbul, 1970 Paksoy, Hasan, Özbək və Qazaxların mənşəyi Bakı Dövlət Universiteti, Türk xalqları tarixinin yeni dövrü Xarici keçidlər Əhməd Zəki Vəlidi. Azərbaycanın tarixi coğrafiyası. Bakı "Təhsil", 2009 (az.) | https://az.wikipedia.org/w/index.php?curid=81238 |
Əhməd Zəki Vəlidi adına Milli Kitabxana | Tarixçı, başqırd inqilabı və azadlıq hərəkatının öndəri olmuş Əhməd Zəki Vəlidi Toğanın adını daşıyır. Həmçinin bax Əhməd Zəki Vəlidi Toğan Xarici keçidlər bashnl.ru — Əhməd Zəki Vəlidi adına Milli Kitabxananın rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=514715 |
Əhməd Zəki Əbu Şadi | Əhməd Zəki Əbu Şadi (ərəb. أحمد زكي أبو شادي, Aḥmad Zakī Abū Shādī; 9 fevral 1892[…], Qahirə, Misir xidivliyi – 12 aprel 1955, Vaşinqton) — Misir şairi, yazıçısı, filoloqu və tərcüməçisi. 1946-cı ildən ABŞ-də yaşamışdır. Əhməd Zəki Əbu Şadi 9 fevral 1892-ci ildə Qahirədə anadan olmuşdur. O, 1912–1922-ci illərdə London Universitetində bakterioloq kimi təhsil alıb. Əbu Şadi 1936-cı ildə Qahirədə "Apollon" ədəbi dərnəyini və Misir poeziyasının müxtəlif cərəyanlarının nümayəndələrinin ətrafında toplandığı eyniadlı jurnalı təsis etmişdir. O, 1939-cu ildən İsgəndəriyyədə "Ədəbi" jurnalını nəşr etdirir. Əbu Şadi 1946-cı ilin aprelində ABŞ-yə köçmüşdür. O, Nyu-Yorkda ərəb koloniyasının qəzet və jurnallarının redaktoru, Asiya İnstitutunda ərəb ədəbiyyatı professoru idi. Əbu Şadi lirik qəsidələr, hekayələr və mənzum dramlar yazmışdır: "Sübhdə şeh" (1910), "Şüalar və kölgələr" (1931), "Bahar görüntüləri" (1933) topluları; "İbn Zeydun həbsdə" (1925), "İmrul-Qaisin ölümü" (1925) tarixi romanları və s. O, ərəb poetikası üzrə tədqiqatların, ədəbi-tənqidi məqalələrin müəllifidir. Əbu Şadi Şərqi və Qərbi Avropa şairlərini, o cümlədən Hafiz Şirazinin qəzəllərini, Ömər Xəyyamın rübailərini, Vilyam Şekspirin faciələrini tərcümə etmişdir. Xarici keçidlər Bioqrafiya və bəstələrin siyahısı (ərəb.) | https://az.wikipedia.org/w/index.php?curid=780722 |
Əhməd bin Hüseyn Beyhəki | Əbubəkr Əhməd bin Hüseyn Beyhəki ( (fars.)) — İslam alimi. Məşhur hədis və fiqh alimidir. Adı Əhməd ibn Hüseyn, künyəsi Əbu Bəkrdir. Nişapurun Beyhək qəsəbəsindən olduğu üçün Beyhəki deyə məşhur olmuşdur. Beyhək qəsəbəsinə bağlı Hüsrəvcird kəndində 994-cü ildə (hicri 384) doğuldu, 1066-cı ildə (Hicri 458) Nişapurda vəfat etdi. Kişik yaşda elm öyrənməyə başlayan Beyhəki zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və elm öyrənməkdəki ixlası ilə xocalarının diqqətlərini üzərinə çəkdi. Beyhəki Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərində zamanın alimlərindən ağlı və nəqli elmləri təhsil aldı. Yüzdən atıq xocadan hədis öyrəndi. Əbul-Fəth Nasir ibn Muhamməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüf elmini öyrəndi. Böyük alim oldu, ona elmin minarəsi deyildi. Bir çox alim yetişdirdi. Şeyxülislam Əbu İsmayıl əl-Ənsari, Zahir ibn Tahir, Əbu Abdullah əl-Fəravi, oğlu İsmayıl ibn Əhməd onun yetişdirdiyi alimlərdəndir. Kəlam elmində Əhli-sünnət etiqadına böyük xidmətlər etdi. Müxtəlif elmlərdə xüsusilə hədis, fiqh, kəlam elminə aid yüzlərlə əsər yazdı. Xorasanda hədis elmində onun icazəsi olmadan, o icazət (diplom) vermədən kimsə hədis elmindən söz edə bilməzdi. Şafi fiqhi öyrətməsi üçün Nişapura çağırıldı. Hər nə qədər məmləkətinə qayıtmaq istədi isə də 9 aprel 1066-cı il tarixində (hicri 10 Cemazil-əvvəl 458) vəfat etdi. Cənazəsi yaxın olan Beyhək qəsəbəsinə aparıldı. Elm və fəzilətdə yüksək bir şehx olan Beyhəki həzrətləri davamlı oxuyar, araşdırar, təsnif edər, əsərlərini tələbələrinə oxudar, elmlə məşğul olar, kasıblığa səbir edər, halından heç şikayət etməzdi. Az yeyər, az içərdi. Qırx dörd yaşından sonra vəfatına qədər otuz il bayram günləri xaric davamlı oruc tutmuşdur. 1-Əs-Sünən-ül-Kübra: Hədisi-şərif kitabı olub on cilddir. Əshabı-kiram və Təbiinin adları, sənəd və raviləri içərisində olan bir fihrist vardır. 2-Əs-Sünən-üs-Suqra: İki cilddir. 3-Kitab-ül-Əsmə vəs-Sıfat: İki cilddir. 4-Delail-ün-Nübüvvə: Üç cilddir. 5-Menakıb-üş-Şafi 6-Arifət-üs-Sünən vəl-Asar: Əsər dörd cilddir. 7-Şuab-ül-İman 8-Ət-Tərgi vət-Tərhib 9-Kitab-üz-Zühd-il-Kəbir 10 — Əl-Basü vən-Nüşur 11-Fədail-üs-Səhabə 12-Əl-Məhdal iləs-Sünənil-Kübra 13-Əl-Məbsut 15-Əl-Etiqad ala Məzhəb-is-Sələfi Əhlis-Sünnət vəl Cəmaa 16-Əhkam-ül-Quran Sünəni əl-Beyhəqi Xarici keçidlər Beyhəki (fars.) | https://az.wikipedia.org/w/index.php?curid=401154 |
Əhməd bin Hənbəl | Əhməd bin Məhəmməd bin Hənbəl Əbu Abdullah əl-Şeybani (ərəb. احمد بن محمد بن حنبل ابو عبد الله الشيباني; 780-857) — İslam alimi, fəqih. Əbu Abdullah Əhməd b. Məhəmməd b. Hənbəl əş-Şaybani əl-Mərvəzi 780-ci ildə Bağdadda doğulmuşdur. Əsli ərəb olub, Şeyban qəbiləsinə mənsubdur və soyu Nizar qəbiləsində Peyğəmbərin (s.a.s) soyu ilə birləşməktədir. İlk təhsilini Bağdatda aldıqdan sonra dini elmlərə yönələn İmam Əhməd İslamı bütün yönləri ilə yaşamaq istədi. Bu arzu onu peyğəmbər (s.a.s) hədisləri ilə məşğul olmağa təşviq etdi. Daha kiçik yaşlarında Quranı-Kərimi əzbərləmişdi. Bəsrə, Hicaz, Kufə, Yəmən kimi elm mərkəzlərinə bir çox səyahətlər etmiş, buralarda olan üləma və mühədisslərlə görüşmüş, raviləri tapmış və onlardan hədis götürmüşdür. Yəməndə mühəddis Əbdurazzaq bin Həmmamdan hədis almaq üçün Yəmənə gedərkən yolda pulu qurtarmış və bunun üçün də muzdla çalışmışdır. (İbn Kəsir, əl-Bidayə vən-Nihayə, X, 329) İmam Əhməd beş dəfə Həccə ziyarətə getmiş onların üçündə piyada yolçuluq etmişdir. Tarixdə böyük müctəhidlərin bir çoxuna zülm edildiyi görülməkdədir. İmam Əhməd də onların sırasına daxildir. Abbasilər zamanında Quran Məxluqdur görüşü yayılmağa başlamışdı. Üləmaların çoxu hakimiyyətin diktəsi altında bu görüşü qəbul etsə də, Əhməd b. Hənbəl bu görüşü qəbul etməmiş və bu səbəbə görə də ona bir çox əziyyətlər verilmişdir. Əhməd b. Hənbəl həbs edilmiş Mutasım zamanında qazi İbn Əbu Duadın təşviqi və təsiri ilə işgəncəyə məruz qalmışdır. İyirmi səkkiz ay həbsdə qalan Əhməd bin Hənbəl sərbəst buraxıldıqdan sonra iqtidara gələn əl-Vasiq dövründə də təsirlərə məruz qalmış, beş il hədis dərsləri verə bilməmişdir. Nəhayət əl-Mütəvəkkil dövründə xəlifə Məmunun "Quran məxluq" deyildir deyən kimsə qalmasın vəsiyyətinə və bu qatı siyasətə son verildikdən sonra Əhməd bin Hənbəl yenidən hədis çalışmalarına dönmüşdür. Onun bu çətinlikləri on dörd il davam etmişdir. Əhməd bin Hənbəl etiqadda, əməldə sünnətdən başqa bir yol izləməzdi. Münaqişədən, zəif olan dəlillərlə hökm verməkdən çəkinər, səhabə və tabiunun yolunu izləyərdi. Səbirli, ciddi, mülayim, qənaətkar, təqva sahibi ixlaslı bir alim idi. Onun qəbul etdiyinə görə iman qəlb ilə təsdiq, dil ilə iqrar və üzvlərlə əməl olub, artar və əskilə bilər. Böyük günah işlədən dindən çıxmaz. Allahın sifətləri özünəməxsusdur, təvil edilməz. Bir hakim adil və ya zalım olsa da ona itaət edilər ona qarşı üsyan edilməz. Əhməd bin Hənbəldən hədis rəvayət edənlər arasında da Buxari, Müslim, Əbu Davud, Ali bin Əli Mədini ən önəmli mühəddislərdəndir. Əhməd bin Hənbəl birbaşa özünün yazdığı əsəri "Əl-Müsnəddir". "Müsnədi" yazmaqda məqsədi insanların hədislərdə ixtilaf etmələri idi. Bu kitab onun yüz əlli min hədis içindən seçdiyi otuz min hədisdən ibarətdir. Ona aid edilən aşağıdakı əsərlər onun tələbələri tərəfindən yazılmışdır; Əs-sünnə, Zühd, Salat, Vera vəl-iman, Cüz fi usulis sunnə, Fədailu-səhabə, ən-nasih vəl-mənsuh, əl iləl və Mərifatu-Rical bunlardandır. İmam Əhmədin həyatı kasıbçılıq ilə keçmişdir. İki evliliyindən, oğulları Saleh ilə Abdullah, cariyəsindən də üç oğlu, bir qızı olmuşdur. Yoxsul olmasına baxmayaraq, dövlət vəzifəsində çalışmaqdan imtina etmiş, heç kimsəyə möhtac qalmadan sünnətə uyğun bir şəkildə yaşamışdır. Əhməd bin Hənbəl 857-ci ildə Bağdadda vəfat etdiyində cənazəsinə on minlərlə insan qatılmış, namazı Cümə günü qılınmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=247003 |
Əhməd bin Qasım əl-Buni | Əbülabbas Əhməd ibn Qasım bin Məhəmməd Sasi ət-Təmimi əl-Buni (1653, Əlcəzair – 1726) — Hədis və fiqh alimi, şair. 1063-cü (1653-cü) ildə əl-Cəzayirin şərqindəki Bunə (Annabə) qəsəbəsində doğulmuşdu. Haqqında çox az bilgi vardır. İlk təhsilini tanınmış bir hədis alimi olan atasından aldı. Daha sonra Şimali Afrikanın müxtəlif şəhərlərini, Misiri və daha başqa yerləri dolaşaraq dövrün məşhur alimlərindən qiraət, təfsir, hədis və Maliki fiqhi oxudu. Təhsil həyatını bitirdikdən sonra Bünədə yerləşərək hədis rəvayəti və kitab nəşri ilə məşgul oldu və 1726-cı ildə orada vəfat etdi. Oğulları Məhəmməd və Əhməd də dönəmlərinin tanınmış elm adamlarındandır. Buninin çoxu hədis ilimlərinə dair manzum və mənsur, böyüklü kiçiklü 100-dən artıq əsəri vardır. Bunları "ət-Tacrif bi-ma lil-fakiri minət-təvaiii" adlı kitabında zikr etmişdir. Adil Nüvəyhiz "Mtıccəmü aclamiI-Cəzair" adlı kitabında Bunfnin əsərlərindən qirx dörd dənəsinin adını verir. Buna görə bəlli başlı əsərləri bunlardır: 1. Nazmül-haşdişin-nəbəvjyyə. Süyutinin əi-Ha-şaişül-kübra adlı əsərinin manzum halə gətirilmiş şəklidir, 2. Nazmüş-Şə-mail Tirmizinin əş-ŞəmrijTinin mənzum şəklidir. 3. əd-Dürrətü1-məknunə (maşunə) fi uləma*i və şuləhai Bunə. Bunə alim və zahidlərinin hal tərcü-mələrinə dair yinə manzum olarak yaz¬dığı bir əsərdir. Diğər əsərlərindən bir kısmı da şunlardır: Fəthu1-bari fi şər¬hi ğaribil-Buhari, əş-Şimarü1-muhtaşırə fi mənakıbil-aşərə, əd-Dürər naz-mü NuhbətiI-fikər, Nazmü cAka"idin-Nəsəfi, ən-Nurüd-davi cala cAkidə-tit-Tahavi, FəthuI-muin bi-zikri mə-şahirin-nühati və1-luğaviyyin. Şiirlərini topladığı bir də divanının bulunduğu qaynaqlarda zikr edilir. Mahlüf. Şəcərətün-nur, s. 329-330; Zirikli, əl-Alam, I, 189; Kəhhalə, Mucəmül-mii əlli-fin, II, 49-50; əl-Kamusül-İslam, I, 397; Adi] Nüvəyhiz, Mucəmü alamil-Cəzair, Bəyrut 1400/1980, s. 49-51; *Əbdülhəy əl-Kəttani, Fihrisül-fəharts, I, 236-239. r-ı | https://az.wikipedia.org/w/index.php?curid=384753 |
Əhməd bin Şəmsəddin Məhəmməd Təbrizi | Mirzə Əhməd bin Şəmsəddin Məhəmməd Təbrizi Şah Sultan Hüseyn Səfəvi dövründə yaşayan Nəsx xəttinin ustalarından. O, 1776-cı ildə vəfat edib. عنایت الله شکیباپور. اطلاعات عمومی. چاپ هفتم. کتابفروشی اشراقی، ۱۳۴۸. ۵۲. Həmçinin bax Azərbaycan təsviri sənəti Azərbaycan mədəniyyəti | https://az.wikipedia.org/w/index.php?curid=272392 |
Əhməd bəy Ağaoğlu | Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu (türk. Ahmet Ağaoğlu; dekabr 1869, Şuşa – 19 may 1939, İstanbul) — Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal Kamalizmin banisi.Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetində məqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə də redaktorluq edib. 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin İttihad və Tərəqqi Partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Daha sonra üzvlükdən imtina edir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda İttihad və Tərəqqi Partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur.Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Bu tayfa XVIII əsrdə bütünlüklə etnik Azərbaycan türklərinin yaşadığı Ərzurumdan köç edib Gəncəyə gəlmiş, daha sonra isə Qarabağa yerləşmişlər. Atası Mirzə Həsən bəy varlı pambıqçı fermer idi. Ata tərəfinə Mirzə titulunun verilməsi ailənin ziyalı təbəqəsindən olduğunu göstərir. Babası Mirzə İbrahim Şuşanın ən məşhur alimlərindən olub. O, xəttat idi və türk dilində şeirlər yazırdı. Eyni zamanda əmiləri də türk dilindən başqa fars, ərəb və rus dillərini bilirdilər. Anası Tazə xanım Şuşanın Sarıcaalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı idi. Orta təhsili Əhməd bəy Ağaoğlu xatirələrində göstərir ki, təhsilində anasının və əmisinin böyük rolu olub. Əmisi Mirzə Məmməd Əhməd bəyin müctəhid olmasını istəyərək ona 6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutur. İlk dövrlər məhəllə məktəbində təhsil alan Ağaoğlu anasının təşəbbüsü ilə gizlincə rusca dərslər də alır. Anasının dindar olmasına baxmayaraq axundlardan, mollalardan xoşu gəlmədiyini yazan Əhməd bəy Ağaoğlu anasının bu görüşlərinin onun təhsilinin istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə, doğru dəyişdiyini yazır.1881-ci ildə Şuşada altı siniflik real məktəbi açıldıqdan sonra Qarabağ canişini müsəlman əhalini Xurşidbanu Natəvanın evinə toplayaraq uşaqlarını bu məktəbə qoymalarını istəyir. Atası da canişinə söz verərək onu Şuşa real məktəbinə göndərir. Bu məktəbdəki müəllimlərindən ikisinin, tarix müəllimi olan Şineyovski və riyaziyyat müəllimi olan Palekarpın ona böyük təsiri olmuşdur. Hər iki müəllim çar rejiminə qarşı idi və işlədikləri məktəbdə də inqilabi təbliğat aparırdılar. Ağaoğlu da həyatında ilk dəfə qərb ideologiyası ilə bu məktəbdə tanış olur. Xatirələrində Əhməd bəy yazır ki, bu məktəb şəhərin erməni məhəlləsində yerləşirdi, 45 şagirddən yalnız beşi müsəlman uşağı idi. Erməni şagirdlərin bu azlığa qarşı münasibəti çox aqressiv olmuş, müsəlmanları daim incitmişlər. Bu mühitə dözməyən şagirdlərin dördü məktəbi tərk etmiş, yalnız Əhməd təhsilini uğurla başa vura bilmişdir. Öz xatirələrində Əhməd bəy bu hadisələri belə təsvir edir: Daha sonra orta məktəbin VI sinfini bitirən Əhməd bəy Ağaoğlu VII və sonuncu sinifləri Tiflisdəki 1 saylı gimnaziyada oxuyur. Özünün yazdığına görə Tiflis gimnaziyasında ancaq bir nəfər türk var idi ki, o da Əhməd bəy Ağaoğlu idi. Tiflisdə təhsil aldığı dövrdə dostlarının təkidi ilə "Narodnik" cəmiyyətinin gizli toplantılarında iştirak edir. Bu toplantılar Ağaoğlunun düşüncəsində dərin izlər buraxır. Tiflisdə gimnaziyanı müvəffəqiyyətlə bitirdikdən sonra Əhməd bəy Ağaoğlu fərqlənmə diplomu və üç yüz rubl mükafatla Şuşaya qayıdır. Bütün yayı dayısı ilə birlikdə yaylaqda keçirdikdən sonra Peterburqa təhsil almağa gedir. Ali təhsili Peterburq dövrü 1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa gedən Ağaoğlu bir xristian ailəsinin evində kirayəşin olur. Həmin ailə Ağaoğlunun türk olduğunu biləndə çox təəccüblənir. Çünki o günədək ali təhsil üçün Peterburqa erməni və xristian əsilli digər xalqların gəncləri gəlirdi. Ailə türklərdən təhsil almaq üçün buraya gələn heç kimi tanımırdı. Ermənilərin və digər xristianların türklərdən əvvəl təhsil aldıqlarını bilən Ağaoğlu ailənin bu təəccübünə haqq qazandırırdı.Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. O, burada dörd nəfər türkün olduğunu öyrənir. Bu türklərdən biri sonralar Azərbaycanın Paris təmsilçisi olacaq Əlimərdan Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə idi. Digər iki türk tələbə isə yol mühəndisliyi ixtisası üzrə təhsil alırdılar. Ağaoğlu Texnoloji İnstitutunun bütün imtahanlarını uğurla verir. Yalnız sonuncu – cəbr imtahanında məsələni proqramdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sanaraq cavab düzgün olduğu halda qəbul etməməsi onu məyus etmişdi. Professorun bu davranışı gənc Ağaoğluda ruslara qarşı böyük nifrət hissi yaratmışdı. Daha sonra yazdığı xatirələrində həmin günləri belə təsvir etmişdir: Paris dövrü 8 yanvar 1888-ci ildə Əhməd bəy Parisə çatır. Qatarda gələrkən tanış olduğu bir xanım ona daha çox Rusiyadan gələn qonaqların qaldığı Hotel de Peterburqa getməyi məsləhət görür. Parisdə heç bir tanışı olmayan və fransızca bilməyən Əhməd bəy hotelə üz tutur. Lakin otel xərclərinin çox olacağı ilk gündən bəlli olur. Hotelin işçisi dostları vasitəsilə onu Parisdə oxuyan iki gürcü tələbə ilə tanış edir. Gürcü tələbələr isə Əhməd bəyə kirayə otaq tapmağa kömək edirlər. Bir yaşlı qadının kirayə verdiyi otaqda yerləşdikdən sonra Əhməd bəy fransızca öyrənməyə başlayır. Bir müddət sonra pulu bitdiyi üçün borca düşür. Daha sonra isə evdən göndərilən pulla borclarını ödəyən Əhməd bəy Rue de Glacier küçəsində yerləşən bir pansiyona yerləşir. Burada 2 iranlı və 3 misirli ilə tanış olur. Onların məsləhəti ilə College de France və École des Hautes Études Pratiques (Tətbiqi tədqiqat ali məktəbi) mühazirələrinə girməyə başlayır. College de France mühazirələrində hər həftə fransız filosof və tarixçi Ernest Renan, Tətbiqi tədqiqat ali məktəbində isə "Şərq xalqlarının tarixi" mövzusunda Ceyms Darmsteter mühazirələr deyirdilər. Hər iki şəxs Ağaoğlunun formalaşmasında böyük rol oynamışlar. 1888–1889-cu dərs ilində Əhməd bəy Sarbonna Universitetində hüquq təhsili almağa başlayır. Lakin onun maraq dairəsi yalnız hüquqla yekunlaşmır. O, şərq sivilizasiyalarının və dinin tarixinə maraq salaraq Şərq dilləri məktəbinə gedir. Burada şərq dilləri üzrə ekspertlər Çarlz Şefer və Barber de Meynarddan dərslər alır. Daha sonra Ceyms Darmsteterin məsləhəti Ernest Renanın Culyetta Adama məktubu ilə qapalı ziyalı klubuna daxil olur. Culyetta Adam "La Nouvelle Revue" jurnalının təsisçisi, redaktoru və eyni zamanda ziyalı klubunun da təşkilatçısı idi. Bu qapalı klubda Fransanın elm və sənət insanları toplaşıb müxtəlif siyasi, elmi, tarixi, fəlsəfi müzakirələr aparırdılar. 1891–1893-cü illər ərzində Əhməd bəyin "La Nouvelle Revue" jurnalında "İran cəmiyyəti" adı altında silsilə yazıları çap olunur. 1892-ci ildə Londonda keçirilən Beynəlxalq Şərqşünaslıq Konqresində "Şiə dinində məzdəki inancları" mövzusunda məruzə etmişdir. Məruzənin mətni sonralar Kembric Universitetinin xərci ilə bir neçə qərb dilində çap olunmuşdur. Əhməd bəy "Jurnal de Debat", "Revü Been", "Nouvye Revyü" kimi fransız mətbuat orqanlarında ictimai-siyasi mövzularda yazılarını nəşr etdirirdi. Fransada qələmə aldığı yazılarını "Kafkaz", "Şərqi Rus" qəzetlərinə göndərirdi. 1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Tiflisə gəlir. İki il müddətində burada yerli gimnaziyaların birində fransız dilindən dərs deyir. Bununla yanaşı "Kavkaz" qəzeti ilə də əməkdaşlığını davam etdirir. 1896-cı ildə isə Şuşaya geri dönür. Şuşada Şuşa real məktəbində fransız dilində dərs deməyə başlayır. Burada o ilk kitabxana, qiraətxana açır. Məhz buna görə Şuşada el arasında ona Firəng Əhməd ləqəbi verilir. Lakin o Şuşanı tərk etdikdən sonra həmin qiraətxana və kitabxana öz fəaliyyətini dayandırır.Əhməd bəy Ağaoğlu fikirlərini təbliğ etmək üçün qəzet çapının önəmini anlayırdı. Lakin 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra 1891-ci ildə Qafqaz Senzura Komitəsi tərəfindən Azərbaycanca qəzetlərin çap olunmasına qadağa qoyuldu. Halbuki eyni dövrdə Çar Rusiyasının ərazisində ermənicə və gürcücə fəaliyyət göstərən 19 qəzet mövcud idi. İki milyondan çox olan Azərbaycan türkləri isə 1903-cü ilə qədər bu hüquqlarından məhrum idilər. Hətta XIX əsrin sonunda Azərbaycanca qəzet çap etmək üçün icazə almağa çalışan Məhəmməd Şahtaxtinskiyə Rusiya İmperiyasının Çap İşləri üzrə Baş idarəsinin rəisi Solovyev demişdi ki: Yalnız 1896-cı ildə Hacı Zeynalabdin Tağıyev "Kaspi" qəzetini alıb Azərbaycan ziyalılarının öhdəsinə verir. Və "Kaspi" qəzeti milli ziyalılarımızın rus dilli tribunasına çevrilir. Redaktoru Əlimərdan bəy Topçubaşov olan qəzetdə Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli kimi ziyalılarımızın məqalələri çap olunurdu. 1897-ci ildə Əhməd bəy Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə "Kaspi" qəzetində fəaliyyət göstərmək üçün Bakıya gəldi. Bakıya köçdükdən sonra qəzetdə yazdığı yazılar daha çox müsəlman cəmiyyətindəki problemlərlə, cəmiyyətdəki qadınların problemləri ilə bağlı idi. Əhməd bəy məqalələrində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Ağaoğlunun "Kaspi" qəzetində məqalələr yazması qəzetin daha da populyarlaşmasına səbəb oldu. Fərqli dövrlərdə qəzetin tirajı 10 minə çatırdı bu isə gündəlik qəzet üçün böyük uğur idi. Qəzetdə çıxan "İslam dünyasında qadın", "İslam, axund və hatifülqeyb" adlı silsilə yazılarında islam dünyasından bəhs edirdi. "İslam dünyasında qadın" adlı işində o qeyd edirdi ki "azad qadınsız milli inkişaf ola bilməz". "İslam, axund və hatifülqeyb" əsərində isə o islamdakı məzhəblərin çoxluğunu tənqid edib qeyd edir ki, islama ən çox axundlar və mollalar zərər vurublar. Bu yazı din xadimləri tərəfindən xoş qarşılanmır və nəticədə Ağaoğlu haqqında ölüm fətvası verilir. Oğlu Səməd Ağaoğlunun yazdıqlarına görə Əhməd bəy 6 ay evə qapanır və bu müddətdə onun evini polis mühafizə edir. Yalnız Tağıyevin işə qarışması onu bu vəziyyətdən xilas edir.Əhməd bəy qadınların geriliyini və istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni və sağalmaz yarası sayırdı. O, "İslama görə və islamiyyətdə qadın" əsərində qeyd edirdi ki: 1905-ci ildə Əhməd bəy Ağaoğlu Bakı şəhər dumasının üzvü seçilib 1909-cu ilə qədər burada fəaliyyət göstərir. Bu dövr ərzində şəhərin bir çox problemlərinin həllinə nail olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə təhsil komissiyasının üzvü və Bakı Kommersiya Məktəbinin Qəyyumluq Şurasının üzvü olmuşdur. 1905-ci ilin 18 fevral tarixində Rusiya çarının əhalinin həyat şəraitinin yaxşılaşdırılması və dövlət quruculuğunun möhkəmləndirilməsi haqqında verdiyi qərardan sonra 1905-ci ilin 15 mart tarixində Azərbaycan ziyalıları təkliflərini müzakirə etmək üçün Tağıyevin evində toplaşırlar. Onlar Azərbaycan türklərinin tələb və təkliflərini Peterburqa çatdırmaq üçün nümayəndə heyəti formalaşdırırlar. Nümayəndə heyətinə Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə daxil idilər. Peterburqa çatdıqdan sonra Ağaoğlu burada 1905-ci il hadisələri ilə bağlı "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqalənin yazılması çox vacib idi, çünki bütün Rusiya mətbuatında 1905-ci il hadisələrində ermənilər əzilən tərəf kimi göstərilirdi. Ağaoğlunun məqaləsi isə həqiqətləri faktlarla oxuculara çatdırırdı. 1905-ci ilin 16 aprel tarixində Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseyinzadə və Əlimərdan bəy Topçubaşovun imzası ilə Qafqaz canişininə məktub göndərilir. Məktubda onlar Azərbaycan dilində "Həyat" qəzetinin çap olunmasını istəyirdilər. 22 aprel tarixində onların istəyinə müsbət cavab verilir. 7 iyun 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə "Həyat" qəzetinin ilk sayı işıq üzü gördü. Həyat qəzetindən ayrılandan sonra Əhməd bəy Ağaoğlu İsa bəy Aşurbəyovun maliyyə dəstəyi ilə gündəlik "İrşad" qəzetini təsis edir. Və 1905-ci ildən 1908-ci ilə qədər bu qəzetə rəhbərlik edir. Tezliklə qəzetin tirajı 3 minə çatır. Tadeuş Svetoxovskiyə görə qəzet eyni dövrdə çap olunan digər qəzetlərə nisbətən cəmiyyətin problemlərini daha radikal formada işıqlandırıdı. Məhz buna görə də qəzet II Əbdülhəmid tərəfindən Osmanlı dövlətində qadağan edilmişdir.1905-ci ildə İllarion Vorontsov-Daşkov Qafqaz canişini təyin edildikdən sonra ermənilərə dəstək verməyə başlayır. Canişinin dəstəyinə arxalanan ermənilər 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək üçün sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsini təklif edirlər. İş o həddə çatır ki məsələ Rusiya İmperiyasının nazirlər komitəsində belə müzakirə edilir. Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanırlar. Onların səyi nəticəsində 35 gün davam edən müzakirələrdən sonra Bakı kəndlərinin əhalisinin köçürülməsinin qarşısı alınır.1905-ci ildə baş vermiş soyqırım zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də digər xarici mətbuatda dezinformasiya yaymaqla məşğul idilər. Halbuki müsəlmanların itkiləri qat qat artıq idi. Dövri mətbuatda hətta mövcud olmayan erməni şəhərlərinin müsəlmanlar tərəfindən dağıdılması haqqında yazılar belə gedirdi. Məhz əsl həqiqətləri insanlara çatdırmaq üçün və baş verənləri faktlarla sübut etmək üçün Əhməd bəy Ağaoğlu "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqalədən sonra bəzi erməni müəlliflər belə hadisələrlə bağlı mətbuatda yalan məlumatların yayıldığını etiraf etmişlər. 1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Adil xan Ziyadxanov və başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər.Öz son çıxışında Əhməd bəy bunları demişdi: 1906-cı ilin avqust ayında Şuşaya gələn Əhməd bəy Azərbaycanlı ziyalıları toplayaraq bölgədəki vəziyyəti müzakirə edir. Onun təklifi ilə Difai partiyası yaradılır. Rəsmi olaraq partiya "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi" adlanırdı. Partiyanın bölmələri və ya komissiyaları Azərbaycanın və cənubi Qafqazın demək olar ki, bütün şəhərlərində və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı. Partiyanın qəza bölmələrinin yaradılmasında Əhməd bəy bilavasitə iştirak edirdi. Bu məqsədlə o, bütün Qarabağı gəzmiş və "bütün müsəlmanları partiyanın ətrafında sıx birləşməyə" təşviq etmişdir. Partiyanın təşkilatçıları Dağıstandakı Azərbaycanlı əhali arasında da təşviqat aparırdı. Əhməd bəy fəaliyyətinə görə təqib olunduğu üçün bir müddət gizlənməyə məcbur olur. Öz xatirələrində həmin günləri belə təsvir edir: Osmanlı dövlətində Aylarla dostlarının evində gizlin yaşayan Əhməd bəy təqib və mümkün həbslər səbəbindən 1909-cu ilin ortalarında İstanbula köçməli olur. Ağaoğlu İstanbulda maarif sahəsində müfəttiş, sonra isə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışır. Müfəttiş işlədiyi dövrdə 4 ay ərzində İstanbulun bütün özəl, dövlət ibtidai və orta məktəblərinində olaraq öz müşahidələri əsasında mövcud vəziyyət və islahatların aparılması ilə bağlı hesabat hazırlamışdır. O düşünürdü ki, təhsildə olan problemlərin həlli ölkənin gələcəyində böyük rol oynayır. 1909-cu ilin oktyabrından İstanbul darülfünunda Türk-monqol tarixindən və rus dilindən dərs deyir. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. Universitetdəki fəaliyyəti yalnız dərs keçməklə məhdudlaşmırdı. O, həm də tədrisin təşkilində və təkmilləşməsində də aktiv iştirak edirdi. 1911-ci ildə o, filologiya fakültəsinin islahatlar üzrə komissiyasının rəhbəri, daha sonra isə fakültənin dekanı seçilmişdir. İşlərini qaydasına qoyduqdan sonra ailəsinə məktub yazaraq Türkiyədə qalmağı düşündüyünü qeyd edir. Həyat yoldaşı Sitarə xanım da Türkiyəyə gəlməyə razı olur. 1910-cu ildə Əhməd bəy ailəsini də İstanbula köçürür. İstanbula köçdükdən sonra jurnalistika fəaliyyətini də davam etdirmiş və 1909-cu ildən "Kaspi" qəzetində "Türkiyədən məktublar", "Türkiyədə milli sual" mövzularında silsilə məqalələri çap olunmuşdur. Bundan başqa İstanbulda "Sırat-ı Müstakim", "Sebilürreşad, "Hikmet" kimi qəzet və jurnallarda da məqalələr yazmışdır. İstanbulda İran təbəələri üçün farsca çap olunan "Süruş" və fransızca çap olunan "Le Jeune Turc" qəzetləri ilə də əməkdaşlıq etmişdir. Hətta 1912-ci ildə "Tərcüman-i Hakikat" qəzetinin təsisçisi Əhməd Midhət dünyasını dəyişdikdən sonra həftəlik çap olunan bu qəzetə də bir müddət Ağaoğlu rəhbərlik etmişdir. 1912-ci ildə Əhməd bəy Ağaoğlu iki dəfə yazdığı məqalələrə görə həbs olunur və tezliklə də azad edilir. Əhməd bəy Ağaoğlu ilk öncə Akçuranın yaratdığı Türk Dərnəyi cəmiyyətinə üzv olmuşdur. Sonradan isə o, 1911-ci ildə yaradılmış Türk Yurdu cəmiyyətinin 6 qurucusundan biri oldu. Cəmiyyətin məqsədi türk uşaqlar üçün pansiyonun açılması və türklər arasında intellektual səviyyəni artırmaq məqsədilə qəzet çap etdirmək idi. 1911-ci ilin sentyabr ayında cəmiyyət "Türk Yurdu" adlı jurnalı çap etdirməyə başladı. Ağaoğlu da jurnal üçün yazılar yazmağa başladı. Jurnalın apardığı təbliğatın nəticəsində cəmiyyətdə türküçülük ideyaları yayılmaqda idi. 1911-ci ildə Hərbi Tibbiyyə Məktəbinin 190 tələbəsi Akçuraya yeni təşkilatın yaradılması üçün məktubla müraciət etmişdilər. Daha sonra məktəbin tələbə nümayəndələri və Ağaoğlu, Akçura kimi ziyalıların iştirakı ilə Türk Ocağı təşkilatı yaradılır. Təşkilatın qurucu üzvləri arasında Ağaoğlu da yer alır. Türk Yurdu və Türk Ocağı təşkilatları bütün Türkiyə ərazisində tanınmağa başlayır. Əgər 1914-cü ildə Türk Ocağı təşkilatının 3 min üzvü var idisə 1920-ci ildə onların sayı 30 mini keçmişdi. Hər iki təşkilatın Türkiyə İstiqlaliyyət müharibəsində böyük rolu olub. Əhməd bəy Ağaoğlu siyasi fəaliyyətinə görə 1912-ci ildə İttihad və Tərəqqi partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı Məclisi Məbusanına Afyonqarahisar bölgəsindən deputat seçilir.Osmanlı dövlətində yüksək məqamlara sahib olan Ağaoğlu vətənini heç vaxt unutmamışdır. O, 1915-ci ildə İstanbulda Rusiyadakı Türk – Tatar Müsəlmanlarının Haqlarını Qoruma Komitəsinin yaradılmasında və fəaliyyətində aktiv iştirak edir. 1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında o, Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. Birinci dünya müharibəsi dövründə ABŞ prezidenti V. Vilsona ünvanlanmış Rusiya müsəlmanlarının haqlarının qorunması müraciətinə imza atanlardan biri də Əhməd bəy idi. Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan edir. Yeni qurulmuş hökumət xalqı fiziki məhvdən qurtarmaq üçün 1918-ci il 4 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövləti arasında bağlanmış Batum müqaviləsinin IV bəndinə əsasən Osmanlı dövlətindən hərbi dəstək istəyir. Bundan sonra Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə yaradılır. Ağaoğlu Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Qafqaz İslam Ordusu ilə birgə Azərbaycana göndərilir. Ordu Gəncəyə çatdıqdan sonra Nuru paşa ilə mövcud Azərbaycan hökuməti arasında narazılıq meydana çıxır ki, bu da İyun böhranına səbəb olur. Milli hökumətin yaradılmasının tərəfdarları ilə Azərbaycanın Osmanlıya birləşdirilməsini istəyən ilhaqçılar arasında fikir mübahisəsi yaranır. Ağaoğlu da ilhaqçı olaraq Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinin tərəfdarı olur. O coğrafi, mədəni, dil və etnik cəhətdən bu qədər yaxın olan Azərbaycan və Anadolu türklərinin iki fərqli dövlətdə təmsil olunmasını bölücülük kimi qəbul edirdi. Bu qədər gərgin şəraitdə olmasına baxmayaraq Əhməd bəy Gəncədə yaşadığı dövrdə "Türk sözü" adlı qəzet təsis edir. Lakin ordunun Bakını azad etməsi ilə bağlı hərəkətə keçməsi qəzetin yalnız iki nömrəsinin işıq üzü görməyinə səbəb oldu.26 dekabr 1918-ci ildə Ağaoğlu bitərəf nümayəndə olaraq Zəngəzur qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Bununla da o həm Osmanlı dövlətinin Məclis-i Məbusanında Qarahisar-i Sahib nümayəndəsi həm də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Zəngəzur nümayəndəsi olur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci ilin 26 dekabr tarixində baş tutan beşinci iclasında Əhməd bəy Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti-nin xarici dövlətlər tərəfindən tanınmasından qabaq müstəqilliyi daxili qüvvələrə tanıtmağın vacibliyini vurğulayır. Buna görə də daxili və xarici düşmənləri məhv edəcək bir hökumətin yaranmasını istəyir. Bundan başqa əsgərliyə çağırışla bağlı sinfi fərq olmadan yaşı çatan hər kəsin xidmət etməsini tələb edir. Ölkənin xarici dövlətlərdə tanınması üçün bu vaxta qədər heyətin göndərilməməsini də vurğulayaraq bunun vacibliyini bildirir. O deyir: 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibi təsdiqlənir. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Ağaoğlu da daxil idi. 9 yanvar 1919-cu ildə Ağaoğlu və nümayəndə heyətinin digər üzvləri xüsusi qatarla Bakıdan Tiflisə yola düşdülər. Vağzalda nümayəndə heyətinin Fətəli Xan Xoyskinin rəhbərliyi ilə parlament üzvləri və ictimai siyasi nümayəndələr yola saldılar. Bu tədbirdə Məhəmməd Əmin Rəsulzadə və Əhməd bəy Pepinov çıxış etdilər nümayəndə heyətinin adından isə Ağaoğlu çıxış etdi. 11 yanvar 1919-cu ildə nümayəndə heyəti Tiflisə 14 yanvar 1919-cu ildə isə Batuma çatır. Batumda müsəlman əhaliyə qarşı gördüyü haqsızlıqları, tərksilah olunan türk qoşunlarını və ümumi vəziyyəti daha sonra yazdığı "Atəşkəs və sürgün xatirələri" kitabında təsvir edir. O qeyd edir ki, ingilislər şəhərin idarə edilməsi üçün fərqli millətlərdən təmsil olunan bir qrum yaradırlar. Əhalinin 80 %-nin müsəlman olmasına rəğmən qurumda 2 yunan, 2 erməni, 2 müsəlman təmsil olunurdu. Bu isə açıq aşkar ingilislərin Batumun müsəlman əhalisinə qarşı diskriminasiyası idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 19 yanvar 1919 tarixli iclasında etibarnamə komissiyası Əhməd bəy Ağaoğlunun sənədlərinin düzgünlüyünün təsdiq olunduğunu və üzvlüyə qəbul olunmanın tam təsdiqini səsə qoymaq istəsə də, Əhməd bəy Ağaoğlu artıq üzvlükdən imtina etmişdi. Batumdan yola çıxan heyət 21 yanvar tarixində İstanbula çatır. Lakin Bosfor boğazında çatdıqdan sonra Azərbaycan, Gürcüstan, Ermənistan heyətlərinin də daxil olduğu gəmi heyətinə 8 saat boyunca sahilə çıxmağa icazə verilmir. Daha sonra isə onları kiçik gəmilərlə sahilə gətirib üstü açıq yük maşınları ilə Bəyoğlu bölgəsində yerləşən ingilis səfirliyinə gətirirlər. Bir neçə saat da burda gözlətdikdən sonra gecə saatlarında onları qəbul edib sənədlərini yoxlayırlar. Lakin səhəri gün yenidən səfirliyə gəlmələri tələb olunur. 22 yanvar tarixində Azərbaycan nümayəndə heyəti Topçubaşovun evində iclas keçirib təşkilati məsələləri və üzvlərin vəzifələrini müəyyən edir. Ağaoğlu İstanbula çatan kimi orada fəaliyyət göstərən fransız dilli "La Renaissance" və "Le Stamboul" kimi erməni qəzetlərində ona qarşı yazılar çap olunur. Onu pantürkizm və panislamizdə, ermənilərin ölümündə günahlandırırlar. Bundan başqa Azərbaycana qarşı Avropa və Amerikada ermənilərin apardığı təbliğat kompaniyasının gedişində ya Azərbaycan adlı dövlətin mövcud olmadığı əsaslandırılır, ya da Azərbaycan Antantaya qarşı vuruşmuş məğlub Türkiyənin ayağına yazılırdı və bütün vasitələrlə rəhbər xadimlərə Azərbaycan haqqında qərəzli məlumatlar verilirdi. Lakin Ağaoğlu olanlara səssiz qalmır və İstanbulda fransızca çap olunan "Kurie de Turki" qəzetində bütün ittihamlara qarşı sərt bir cavab məqaləsi yayımlayır. Lakin artıq gec idi və o İttihad və Tərəqqi partiyasının tərəfdarı kimi həbs olunacaqlar siyahısında idi. O, İttihad və Tərəqqi partiyasının lideri, türk Parlamentində və mətbuatında ittihadçıların alovlu təmsilçisi və fəal nümayəndəsi, müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verilirdi. İttihad və Tərəqqi partiyasının, xüsusən də Tələt-Ənvər kabinəsinin bütün günahları Əhməd bəyin ayağına yazılırdı. Daha sonra İstanbulu işğal edən ingilis fransız təmsilçiləri elan edirlər ki: Daha sonra Topçubaşov Azərbaycan hökumətinə yazdığı məktubda qeyd edir ki: Malta sürgünü Fevral ayının sonunda Əhməd bəy İspan qripinə yoluxur məhz bu xəstəlik onun həbs olunmasını gecikdirir. İki həftə ərzində o 40 dərəcə hərarətlə xəstə yatır. O xəstə olduğu müddətdə Ziya Gökalp və Hüseyin Cahid kimi ittihadçılar həbs olunurlar. Mart ayının ortalarına Əhməd bəyin vəziyyəti yaxşılaşsa da o hələ də yataqdan qalxa bilmirdi. Bir neçə gün sonra evə oğrunun girəcəyi haqda informasiyaya sahib olduqlarını və ailəni mühafizə etmək üçün gəldiklərini idda edən iki polis gəlir. Əslində isə onlar Ağaoğlunun tam sağalıb qaçmasının qarşısını alıb onu həbs etmək üçün evə gəlmişdilər. Gələn polislər artıq növbəti gün onu həbs edirlər. Polislərin gətirdikləri həkim Əhməd bəyin həbsxana şəraitində saxlanılmasını qeyri-mümkün hesab edib, bunu onun həyatı bahasına başa gələcəyini desə də, onu Eminönü polis şöbəsinə aparırlar. 19 mart 1919-cu ildə isə onu Bekirağa Bölüyü adlı hərbi həbsxanaya yerləşdirirlər. Osmanlı dövlətində xüsusi təhlükəli siyasi məhbuslar bu həbsxanada saxlanılırdılar. Həbslərindən az sonra Osmanlı hökumətinin ingilislərə yarınmaq istəyən maarif naziri Əli Kamalın əmri ilə Ağaoğlunu və Ziya Göyalpı İstanbul darülfünunu müdərrisliyindən (universitet müəllimliyindən) azad etmişdilər. Beləcə, Sitarə xanım və böyüyü 17 yaşında olan beş övladı yeganə sabit gəlirdən məhrum qalmışdular. Azərbaycan nümayəndə heyəti Türkiyədə olduğu dövrdə ehtiyac və çətinliklər içərisində yaşayan Ə. Ağaoğlunun ailəsinə 150 türk lirəsi həcmində maddi yardım göstərdi. Bundan başqa Ağaoğlu həbsdə olduğu dövrdə dostları Heydər Rifət bəy və Əli bəy Hüseynzadə ailəyə daima mənəvi dəstək verirdilər.Səməd Ağaoğlu anası ilə atası arasında keçən söhbəti belə xatırlayır: Bu hadisədən cəmi 15 gün sonra mayın 28-də ingilislər Əhməd bəylə yanaşı Türkiyənin tanınmış şəxslərini Malta adasına sürgünə apardılar. Admiral Qaltrop 67 nəfərlik əsas qrupdakı dustaqları üç dərəcəyə ayırmışdı. Tərkibinə 12 keçmiş hökumət üzvü, siyasətçi və ictimai xadimin daxil olduğu qrup birinci dərəcəli sayılırdı. Əhməd Ağaoğlu ilə Ziya Göyalp da təhlükəlilik baxımından keçmiş sədrəzəmin, nazirlərin və millət vəkillərinin yer aldığı həmin qrupda idi. Onların hamısı qondarma erməni soyqırımında, yaxud qondarma soyqırımın təşviqində günahlandırılırdı. Dustaqları aparan zirehli gəmi mayın 29-da Egey dənizindəki kiçik Limni adasına yan aldı. Yalnız ingilislərə məlum olan səbəblər üzündən aralarında Əhməd bəyin də olduğu ilk qrupdakı 12 məhbus burada gəmidən endirildi. Onlar dustaqların qəbulu üçün əvvəlcədən heç bir hazırlıq görülməmiş həbs düşərgəsində yerləşdirildilər. Burada saxlananlar da adlarından daha çox nömrələri ilə tanınırdılar. Əhməd Ağaoğlu bütün sənədlərdə 2764 nömrəli məhbus kimi qeyd olunmuşdu. Onlar dörd tərəfdən tikanlı məftillər və keşikçi qüllələri ilə əhatə edilmiş boş ərazidə saxlanılırdılar. Yaşayış funksiyalı heç bir tikili olmadığından iri dəmir çəlləklərdə gecələyirdilər. "Birinci dərəcəli" qrupun üzvləri yalnız aradan dörd ay keçəndən sonra – 1919-cu il sentyabrında Maltaya gətirildilər. Sürgündə olduğu müddətdə Ağaoğlu Osmanlı hökumətini tənqid edən yazılar yazır. Bir yazısında o qeyd edir: Ağaoğlu Maltada da ingilis rəsmilərinə qarşı qorxmadan, son dərəcə açıq və sistemli şəkildə, təkzibolunmaz arqumentlərlə mübarizə aparır, onları tənqid etməkdən də çəkinmirdi. İngilislərin özbaşınalığına qarşı özünün kəskin etirazını dönə-dönə yazılı şəkildə bildirmişdi. Özünün azad olunmağa haqqı olduğunu dönə-dönə irəli sürərək bu tələblə ingilis rəsmilərinə məktub yazmışdı. Bu məktubların birində yazırdı: Əhməd bəyin sağ gözü gəncliyindən xəstə olub və uzun müddət müalicə almadığından tədricən görmə qabiliyyətini də itirir. Sürgündə ikən bu gözdə dəhşətli ağrılar başlayır. Ağaoğlu bir müddət sonra sol gözünün də zəiflədiyini hiss edir. Müalicə üçün dəvət olunan həkim sağlam gözün də, xəsarət alma təhlükəsinə görə xəstə gözün dərhal çıxarılmasını vacib bilir və əməliyyatın aparılması üçün əlli funt-sterlinq istəyir. Heç yerdən heç bir yardım almayan məhbus üçün bu olduqca böyük məbləğ idi. Əhməd bəy aralarındakı varlılardan sayılan həmkarı Hüseyn Cahid Yalçına üz tutur. Hüseyn Cahid sürgünə göndərildikdən sonra maddi imkanı sayəsində ingilislərlə razılığa gəlmiş, ailəsinin yanına gətirilməsinə nail olmuşdu. Bundan başqa villada, İstanbuldakı məişət və güzəranından o qədər də fərqlənməyən asudə həyat tərzini yaşayırdı. Bədii yaradıcılıqla, habelə italyan və ingilis dillərindən tərcümə ilə məşğul olurdu. Fərqli yaşam tərzinə görə dustaq yoldaşları önündə vicdan əzabı çəkməsi hiss edilmirdi. Hətta ara-sıra onların yanında "paranı verən düdüyü çalar!" ifadəsini işlətməkdən də vaz keçmirdi. Çıxılmaz vəziyyətdə qalan Əhməd bəy Hüseyn Cahidi ilk növbədə həmkarı və ziyalı şəxs kimi tanıdığından xahişinə həssaslıqla yanaşılacağını düşünmüşdü. Əski bir hüquqşünas kimi borcun şərtlərini də unutmamışdı: "Buradan çıxar-çıxmaz ilk imkan düşən kimi pulunu qaytaracağam. Ölsəm, övladlarım bunu edəcəklər. İşdir, ikimiz də sağ qayıtmasaq, pulu mənim övladlarım səninkilərə ödəyəcəklər. Bütün bu şərtləri də burada yoldaşlarımızın gözü önündə bir sənəd halına salıb altına imza atacağıq" – deyə həmkarında ziyana düşməyəcəyi ilə bağlı əminlik yaratmağa çalışmışdı. Hüseyn Cahid isə qətiyyən halını pozmadan "Xeyr, Əhməd bəy! – deyə cavab vermişdi. – İnsan əsirlikdə nə borc istər, nə də borc verər". İllər keçdikdən sonra isə 1933-cü ildə Hüseyn Cahid "Fikir Hareketleri" jurnalını nəşr etdirmək üçün Əhməd bəydən maddi dəstək istəyir. Əhməd bəy isə özü də maddi ehtiyac içərisində olduğuna görə evdəki xalçaları sataraq öz keçmiş dostuna maddi yardım edir.Əhməd bəyi çətin vəziyyətdən gənclik illərini Parisdə birgə keçirdiyi göz həkimi, Mudros anlaşmasına qarşı çıxan Milli Komitənin qurucularından biri kimi Maltaya sürgün edilən Mehmet Esat İşıq qurtarmışdı. Zəruri dərmanlar və tibb alətləri tapılarsa, cərrahiyyə əməliyyatı aparmağa boyun olmuşdu. İngilislər bu işin nəticələri üçün heç bir məsuliyyət daşımadıqları ilə bağlı həm həkimin, həm də xəstənin dilindən kağız almışdılar. İstanbulda Avropa standartlarına uyğun ilk göz klinikasını quran Mehmet Esat çətin şəraitdə əsl peşəkarlıq nümunəsi göstərərək Əhməd bəyi korluq təhlükəsindən xilas edir.Aprelin 6-da İstanbuldakı ingilis yüksək komissarı ser H. Rumboldt 22 ingilis müharibə əsirinin Malta sürgünlülərinin 40 nəfərlik ilk qrupu ilə dəyişdirilməsi təklifini yenidən gündəmə gətirdi. Aradan altı gün keçəndən sonra rəsmi London bu təkliflə razılaşdı. Aprelin 13-də qərarla bağlı Malta valisinə müvafiq təlimat verildi. 37 nəfərlik qrupun (3 nəfər daha əvvəl azad olunmuş və adanı fərdi qaydada tərk etmişdi) İtaliya limanlarından birinə gətirilməsi və burada sərbəst buraxılması qərara alındı. Ankara hökumətinin Roma təmsilçisi Cami bəy də proseslərə qoşuldu. Sürgünlülərin harada qəbul olunması ilə əlaqədar İtaliya xarici işlər nazirliyi ilə danışıqlar başlandı. Britaniyalılar zorla Maltaya apardıqları və iki ilə yaxın burada saxladıqları türk əsirlərini İstanbulda təhvil vermək öhdəliyini yaxın buraxmaq istəmirdilər. Onları sadəcə İtaliya sahillərinə gətirməyi öhdələrinə götürürdülər. Azad olunanların çoxunun vətənə qayıtmaq üçün heç bir vəsaiti yox idi. Onlar Malta adasını yalnız aprelin 30-da tərk edə bildilər. İngilis hərbi donanmasının "Hibiscus" və "Chryssanthemum" gəmiləri onları mayın 1-də Taranto limanına çatdırdı. Əhməd bəy Ankara hökumətinin Roma təmsilçisi Cami bəyin köməyi ilə 1921-ci il may ayının 28-də İstanbula geri dönür. İstanbuldakı evində onu işğal edilmiş Azərbaycanının SSR Xalq Komissarları Sovetinin birinci sədri, Nəriman Nərimanovun məktubu gözləyirdi. Nərimanov Əhməd bəyi Bakıya, başçılıq etdiyi şura hökumətində mühüm vəzifələrdən birini tutmağa çağırırdı. Əhməd bəy isə 1921-ci ilin iyunun 5-də yazdığı cavab məktubunda bunları qeyd etmişdir: Sürgündə olduğu müddətdə Əhməd bəy də 25 il əvvəl Parisdə öyrənməyə başladığı ingilis dilini daha da təkmilləşdirmişdi. Eyni zamanda yaradıcılıqla da məşğul olmuşdu. Poçt ciddi nəzarət altında saxlandığından jurnalistlik fəaliyyətindən uzaq düşmüşdü. Ancaq Əvəzində fəlsəfi araşdırmalara baş vurmuş, dünya dinlərinin və mədəniyyətlərinin müqayisəli tədqiqi əsasında "Üç mədəniyyət" əsərini sürgün dövründə tamamlamışdı. Onun Türkiyəyə döndükdən sonra hissə-hissə "Türk yurdu" məcmuəsində çap etdirdiyi bu əsərin yaranmasında Malta mühiti özünəməxsus rol oynamışdır. Türkiyədə fəaliyyəti Türkiyədə düşmənə qarşı mübarizəni təbliğ etmək məqsədilə təbliğatçı İrşad qrupları Anadolunun müxtəlif yerlərinə göndərilirdilər. Əhməd bəyə də bu qruplardan birinə rəhbərlik etmək təklif olunur və o bu təklifi qəbul edir. Onun qrupu Çanqırı-Kastamonu-İnebolu yolu ilə hərəkət edərək əhali arasında təbliğat aparmalı daha sonra isə Trabzon-Gümüşhane-Bayburt yolu ilə Qarsa yollanmalı idi. Son olaraq Qarsda gündəlik qəzet və müəllimlər seminariyası təsis edilməli idi. Əhməd bəyə həm qəzetə həm də məktəbə rəhbərlik etmək tapşırılmışdı. 1921-ci il iyulun sonunda Əhməd bəy iki yoldaşı ilə birgə Ankaranı iki təkərli faytonla tərk edərək təbliğata yollanır. Böyük çətinliklərə baxmayaraq dörd ay yarım ərzində onlar bir çox şəhərlərdə, qəsəbələrdə olmuş aktiv təbliğat işləri aparmışdılar. 1921-ci ilin sonu 1922-ci ilin əvvəlində Ağaoğlu rus səfiri S. Aralovu Batumdan Ankaraya qədər müşayiət etmişdir. Aralov bununla bağlı öz xatirələrində yazıb. 29 oktyabr 1921-ci ildə Əhməd bəy Qarsda olduğu zaman Ankaradakı Mətbuat İnformasiya İdarəsinə (Matbuat ve İstihbarat Umum Müdirlüğü) baş müdiri vəzifəsinə təyin edilir. Ona demək olar ki, kamalçı hərəkatın bütün informasiya siyasətinə rəhbərlik etmək həvalə edilmişdi. 1921-ci ilin dekabrında Ankaraya geri dönən Əhməd bəy həm də Anadolu Agentliyinə də rəhbərlik etməyə başlayır. Bundan başqa o, "Hakimiyyəti-milliyə" qəzetinin redaktoru vəzifəsini də yerinə yetirirdi. Demək olar ki, hər gün qəzetin səhifələrində çıxış edən Ağaoğlu sonradan nəticədə bu məqalələrini toplayaraq "İxtilalmı, inqilabmı" adlı kitab şəklində çap elətdirir. 22 iyul 1923-cü ildə 158 səslə TBMM-nə Qarsdan millət vəkili seçilir. 11 avqustdan etibarən isə məclisdə fəaliyyət göstərir. TBMM-də fəaliyyəti dövründə o, bir neçə vacib parlament komissiyalarının o cümlədən Beynəlxalq münasibətlər və konstitusiya islahatları komissiyasının da, üzvü olmuşdur. O, həm də konstitusiya komissiyasının üzvü olaraq 1924-cü ildə yeni Türkiyə konstitusiyasının hazırlanmasında və qəbulunda böyük rol oynayıb. 2 avqust 1927-ci ildə isə o, TBMM-nə ikinci dəfə Qarsdan millət vəkili seçilir.29 dekabr 1922-ci ildə o yoldaşları ilə birgə yaradıcılarından biri olduğu Türk Ocaqları cəmiyyətinin fəaliyyətinin bərpa olunmasına nail olur. 1923-cü ilin mart ayından etibarən isə cəmiyyətin çap orqanı olan "Türk yurdu" jurnalı da yenidən fəaliyyətə başlayır. 1924-cü ildə Türk Ocaqlarının müharibədən sonrakı ilk konqresində Əhməd bəy təşkilatın Mərkəzi Komitəsinə üzv seçilir.1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayır. Deyilənə görə məktəbin təntənəli açılışında Atatürkün və o dövrdə Ədliyyə naziri olmuş Mahmud Əsəd Bozqurdun çıxışından sonra məktəbdə ilk dərsi keçmək Əhməd bəyə həvalə edilmişdir. 13 fevral 1926-cı ildə TBMM-də Əhməd bəyin və Yusuf Kamalın həm millət vəkilliyindən həm də müəllimlikdən maaş almaqlarını doğru hesab etməyən həmkarları bu məsələni müzakirəyə çıxarırlar. Tənqidlərə cavab verən Yusuf Kamal Ağaoğlu ilə birgə maddi maraq olmadan belə gələcəyin hüquqşünaslarına dərs deməyə hazır olduqlarını bəyan edir. Əhməd bəyin 1925–1926, 1926–1927-ci dərs illərində verdiyi mühazirələr kitab şəklində toplanaraq ərəb əlifbası ilə nəşr edilmişdir. Lakin ölkənin 1928-ci ildə latın əlifbasına keçidi onun böyük kütləyə çıxışını məhdudlaşdırmışdır. 2012-ci ildə isə onun bu mühazirələri təkrar latın əlifbası ilə nəşr edilmişdir. Əhməd bəy 1930-cu ilə qədər Ankara Yüksək Hüquq məktəbində dərs deyir.Türkiyədə göstərdiyi fəaliyyətlə yanaşı öz soydaşlarına da kömək olan Əhməd bəy Məhəmməd Əmin Rəsulzadənin İstanbulda nəşr etdirdiyi "Yeni Kafkasya" jurnalının çap olunmasına da maddi yardım edir. Bunu onun 1924-cü ilin 14 martında yazdığı şifrəli məktubun məzmunu da təsdiq edir. Məktubda onun "Yeni Kafkasya" jurnalının çap olunması üçün Məhəmməd Əmin Rəsulzadəyə 350 lirə göndərdiyindən bəhs edilir. Hətta Məhəmməd Əmin Rəsulzadə İstanbulda Əhməd bəylə görüşəndə ondan Parisdən İstanbula köçməyi düşünən Ceyhun Hacıbəyli üçün iş tapmağa kömək istəyir. Ağaoğlunun 17 mart 1925-ci ildə yazdığı məktuba əsasən o Türk Ocaqları təşkilatının Mərkəzi Komitəsindən siyasi mühacirlər Məhəmməd Əmin Rəsulzadə, Xosrov bəy Sultanov və Əbdüləli bəy Əmircanov üçün aylıq 75 lirə pulun ayrılmasına nail olmuşdur. Bundan başqa Ağaoğlunun şəxsi təşəbbüsü ilə ölkə ərazisində yerləşən Türk Ocaqları təşkilatının 130 bölməsi "Yeni Kafkasya" jurnalına abunə olurlar. Və bu azərbaycanlı siyasi mühacirləri maddi iflasdan xilas edir. Məhz bu fəaliyyətinə görə Ağaoğlu Türkiyə xüsusi xidmət orqanlarının nəzarətində olub. Hərbi kəşfiyyatın bir hesabatında Atatürk tərəfindən Ağaoğlunun İzmirə getməsi üçün ayrılan 12 min lirənin ölkədə yerləşmiş müsavatçı mühacirlərə verilməsi ehtimalından narahatlıq duyulur. Bu səbəblərdən Ağaoğlu azərbaycanlı siyasi mühacirlərlə olan əlaqəsini gizlətməyə çalışıb gizlin yazışmalara üstünlük verirdi. Türkiyədə yeni rejim möhkəmləndikcə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində avtoritorizm güclənirdi. Əhməd bəy isə bu halla heç barışmaq istəmirdi məhz buna görə də 1926-cı ildə hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edən hesabat məktubunu Atatürkə yollayır. Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui istifadə etmələrinə səbəb kimi ölkədə tək partiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı. Bundan başqa Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər iqtisadiyyatın fərqli sahələrində olan dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Və o bu hesabat məktubunu da Dövlət Şəkər tozu Şirkətinin direktorlar şurasına rəhbərlik etməsi təklif edildikdən sonra yazmışdır. Atatürk ölkədəki açıq və ya gizlin müxalif qüvvələri bir yerə toplayıb onları idarə etmək üçün Türkiyənin Parisdəki səfiri Fethi Okyara yeni yaradılacaq müxalif partiyaya rəhbərlik etməyi təklif edir. Yeni yaradılan Sərbəst Firqəyə sonradan Atatürkün istəyi ilə Əhməd bəy də qatılır. Onunla yanaşı həm də Atatürkün bacısı Makbule xanım da partiyaya üzv olur. 1930-cu ilin avqust ayında yeni yaradılan partiyanın proqramı Əhməd bəy tərəfindən yazılıb dərc edilir. Partiyanın nizamnaməsi də Əhməd bəy Ağaoğlu tərəfindən yazılır. Lakin partiya uzun müddət fəaliyyət göstərə bilmir və 100 gündən sonra 17 noyabr 1930-cu ildə öz fəaliyyətini dayandırır. Partiya fəaliyyətini dayandırdıqdan sonra partiyanın lideri də daxil olmaqla üzvlərin mütləq çoxluğu yenidən Cümhuriyyət Xalq Firqəsinə üzv oldular. Hətta partiyanın rəhbəri Fəthi Okyar 1931-ci ildə Türkiyənin Böyük Britaniyadakı səfiri təyin olunur. Seçilən üzvlərdən yalnız Əhməd bəy Atatürkə verdiyi sözünü tutaraq partiyaya üzv olmur. Beləki Sərbəst Firqə dağılmamışdan öncə Əhməd bəy Atatürklə olan şəxsi görüşündə partiyanın dağılacağı təqdirdə bir daha siyasətlə məşğul olmayacağını yalnız pedaqoji fəaliyyətlə məşğul olacağını söz vermişdi.Əhməd bəyin müxalifətə keçməsi hökumət tərəfindən bağışlanmadı. Onların Keçiörəndə olan evlərinin qarşısında hər gün 24 saat mülki geyimli polislər növbədə olurdular. Polislər evə gələn şəxslərin adlarını və maşınlarının nömrələrini qeyd edirdilər. Sürəyya Ağaoğlunun xatirələrinə görə bir qış gün Əhməd bəy küçədə növbə çəkən polis üşüməsin deyə onu evə dəvət edir. Və o zamandan polis evin içində növbə çəkir. Hətta ailə İstanbula köçəndə Əhməd bəyin həyat yoldaşı Sitarə xanım daxili işlər nazirinə növbə çəkən həmin polisi də İstanbula göndərməyi məsləhət görür.Əhməd bəy 1932-ci ildə Ankaradan İstanbula köçməyi qərara alır. Keçiörəndəki evlərini satdıqdan sonra İstanbulda memar Sedat Çetintaşa yeni ev tikdirir. Evdə kitabxanaya və eləcə də Əhməd bəyin şəxsi istəyi ilə dairəvi bir otağa da yer ayrılır. Bu dairəvi otaqda o hər birinci gün axşam ziyalıları toplayaraq sosial, mədəni mövzularda müzakirələr aparırdı. Siyasətdən getdikdən sonra isə Ağaoğlu daha çox elmi-tarixi araşdırmalarla məşğul olur. Dünyada tarixində ilk dəfə o, etruskların türk kökləri haqqında fikir irəli sürüb. Onun fikrinə görə etrusklar türk köklüdürlər və onlar şərqdən gəlib Anadoludan keçərək Apenin yarımadasında peyda olublar.1933-cü ildə Əhməd bəy Türkiyə cəmiyyətində liberal dəyərləri təbliğ etmək üçün "Akın" qəzaetini təsis edir. Təbliğ etdiyi dəyərlər ölkədəki mövcud təkpartiyalı sitemə zidd olduğu üçün Əhməd bəy Ağaoğlu və onun qəzeti hökumətə tabe mətbuat və dövlət strukturları tərəfindən hücumlara məruz qalırdılar. Davamlı baş verən polemikalara görə bəzən Əhməd bəyi məhkəməyə də verirdilər. Məhkəmələrin birində Ağaoğlu hakimdən icazə alaraq çıxış edir. O öz çıxışında bunları deyir: Qəzet bu məhkəmədən qalib çıxır. Lakin qəzetin dövlətin rəsmi təbliğatına zidd getdiyi üçün, hakimiyyətin yüksək təbəqəsində olanların hakimiyyətdən sui istifadə hallarını, rüşvət hallarını, iqtisadiyyatın fərqli sahələrində olan monopoliyanı ifşa etdiyi üçün uzun müddət fəaliyyət göstərə bilməyəcəyi bəlli idi. Atatürk Əhməd bəy Ağaoğlunu Dolmabaxça sarayında yeməyə dəvət edir. Daha sonra Axın qəzetində yazılan tənqidi yazılarla bağlı narazılığını bildirir. Daha sonra isə ona həm dövlətin universitetində professor, həm də qəzetdə redaktor olmasının mümkün olmadığını deyərək qəzetin çapını dayandırmasını istəyir. Ağaoğlu isə qətiyyətlə ona cavab verir ki heç vaxt qəzetin çapını könüllü olaraq dayandırmayacaq. Atatürk bu cavaba əsəbiləşərək ona sığıntı olmasını unutmamağı deyir. Cavabında isə Ağaoğlu ona deyir: Bu hadisədən sonra Axın qəzeti 1933-cü ilin sentyabr ayında hökumət tərəfindən bağlanır. Qəzetin 24 sentyabrda çap olunmuş son sayında hökumət qəzeti olan Hakimiyyet-i Milliye sərt tənqid edilmişdir. Bundan başqa Əhməd bəy universitet islahatları adı ilə professorluqdan məhrum edilib təqaüdə göndərilir. Bu isə həmişə fəaliyyətdə olan bir insan üçün faciə idi. Öz dostu Fəthi Okyara bu hadisələrlə bağlı məktubunda yazırdı: Ölümü və dəfni Ömrünün son günlərində yataq xəstəsi olan Əhməd bəy Ağaoğlu dünyasını dəyişməzdən əvvəl başına toplanan övladlarına və ağlayan qızı Tezerə bunları deyir: Əhməd bəy Ağaoğlu qaraciyər iltihabından ürək çatışmazlığı nəticəsində 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişib. Ağaoğlunun cənazəsi Nişantəpədəki evindən, Təşfikiyyə camisinə gətirilib. Cənazə namazı qılındıqdan sonra isə Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunub. Vida mərasimində vali və bələdiyyə rəisləri, Lütfü Kırdar, Bolu millət vəkili Rəcəb Pekər, bir çox millət vəkilləri, vilayət, partiya və bələdiyyə nümayəndələri, universitetlərin tələbə və professorları, mətbuat işçiləri, qız məktəbinin müəllimləri, tələbələri, mərhumun dostları və yetişdirdiyi tələbələr iştirak etmişlər. Ağaoğlunun məzarı üstündə doktor Fəthi Ədib, İsmayıl Həbib və mühərrir Peyami Səfa nitq söyləmişlər, mərhumun fəaliyyətindən, elmə, türkçülüyə və gənc nəslin yetişməsində xidmətlərini sadalayıblar. Mərhumun məzarı üzərinə universitetlərdən, Anadolu agentliyindən, Qalatasaray idman klubundan, mətbuat idarəsindən, Ankara Universitetinin hüquq fakültəsi və dostları adından çələnglər qoyulmuşdu. 1939-cu il mayın 19-dan 22-dək olan bütün Türkiyə qəzetləri Əhməd bəy Ağaoğlunun dəfnindən reportajlar, xatirələr, həyatından müxtəlif detallar çap etdirmişdilər. Şuşaya qayıtdıqdan sonra Əhməd bəy Ağaoğlu Peterburqda birlikdə təhsil aldığı Fərrux bəy Vəzirovun qonağı olur. Burada o Fərrux bəyin əmisi qızı, məşhur Vəzirovlar nəslindən olan Sitarə xanımı görür və ona vurulur. Deyilənə görə, Əhməd bəy zamanın adətlərinə qarşı çıxaraq elçiliyini özü edir. Bu isə Sitarə xanımın anasının xoşuna gəlmir və öz qızını Əhməd bəyə verməkdən imtina edir. Əhməd bəylə Starə xanım yalnız anasının ölümündən sonra 1902-ci ildə ailə həyatı qura bilirlər. İlk övladları olan Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada dünyaya gəlir. 1909-cu ildə ailə təqiblərdən qurtulmaq üçün İstanbula köçür. Burada ailənin çətin günləri başlayır. Körpə övladları Bəşir dünyasını dəyişdikdən sonra Əhməd bəy 1918-ci ildə Nuru Paşanın müşaviri kimi Azərbaycana gəldiyi vaxt İstanbulda yenicə tikdirib köçdükləri ev yanıb, külə dönür. Bakıdan qayıtdıqdan sonra isə onu həbs edib Maltaya sürgün edirlər. Sitarə xanım böyük bir ailər ilə qərib diyarda Əhmədsiz qalır. Lakin təmkinli olan Sitarə xanım Əhməd bəyə ünvanladığı məktublarında da yaşadığı çətinlikləri ona hiss etdirmir. Övladlarını böyütmək üçün evdə nə varsa satıb onlara xərcləyir, lakin bu çətinliklərin heç birini Əhməd bəyə bildirmir. Sitarə xanım 1933-cü ildə 52 yaşında vəfat edir. Əhməd bəy və Sitarə xanımın 7 övladı olub. Vəzir və Bəşir kiçik yaşlarında vəfat etmiş, qalan 5 nəfərdən – Sürəyya, Tezər (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin ali təhsil alaraq Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamışlar. Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. İstanbul Universiteti hüquq fakültəsinin ilk qız tələbəsi olub. Təhsilini bitirdikdən sonra şərqin, türk dünyasının ilk qadın vəkili, hüquqşünası olub. Sürəyya xanım Türkiyənin siyasi həyatında fəal iştirak etmiş, Yeni Türkiyə Partiyasının qurucularından olmuş, partiyanın İstanbul təşkilatına rəhbərlik etmişdir. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atmışdır: Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olmuş, həmin dərnəklərin bir çoxuna rəhbərlik etmişdir. Dəfələrlə Beynəlxalq tədbirlərdə Türkiyəni təmsil etmişdir. Beynəlxalq Hüquqçular Birliyinin üzvü (1952), sonralar Hüquqçu Qadınlar Federasiyasının ikinci katibi olmuşdur. 1960-cı ildə Qadın Hüquqçular Birliyinin BMT Cenevrə Təşkilatı təmsilçisi seçilmişdir. İkinci qızı Tezer Taşqıran 1907-ci ildə Bakıda anadan olub. Əsl adı Təzəxanım olsa da Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır. 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifidir.Əhməd bəy Ağaoğlunun böyük oğlu Əbdürrəhman Ağaoğlu Fransada ali mühəndis təhsilinə yiyələnib, Türkiyənin çağdaş elektrik şəbəkələrinin qurulmasının pionerlərindən biri kimi tanınmışdır.Kiçik oğlu Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlib. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləyib. Türkiyəyə geri döndükdən sonra 1950–1960-cı illərdə TBMM-in deputatı olur və Demokrat partiyası qalib gəldikdən sonra baş nazir Adnan Mendersin hökumətində baş nazirin müavini, əmək naziri, sənaye naziri kimi mühüm vəzifələrdə çalışır. 27 may 1960-cı il çevrilşindən sonra Menderes və hökumətin digər üzvləri kimi Səməd Ağaoğlu da həbs edilərək ömürlük həbs cəzasına məhkum edilir. Lakin 1964-cü ildə əfvi-ümumiyə düşərək həbsdən azad edilir. 1967-ci ildə o, ata yurdu Azərbaycanda olur. Geri döndükdə isə gördükləri əsasında Sovet Rusiya İmperiyası adlı kitab yazır. Bundan başqa onun "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü", "Tanış izlər", "Dostum Menderes" kimi kitabları da vardır. Ən kiçik övladı olan Gültəkin Ağaoğlu isə Türkiyənin tanınmış pediatrlarından biri olub. Ölümündən iki il əvvəl yazmağa başladığı xatirələrini düşüncə böhranı içində olduğu bir vaxtda qələmə aldığı üçün tamamlamayıb. Yazdığı xatirələr həyatının yalnız Şuşa, Peterburq, Paris dövrlərini əhatə edir. Oğlu Səməd Ağaoğlu atasının xatirələrini yarımçıq qoymasını belə izah edib: Öz xatirələrində Əhməd bəy atası haqqında bunları yazır: Anası haqqında isə bunları yazır: Çap olunmuş kitabları Şiə məzhəbi və qaynaqları, London, 1893.Əhməd Ağaoğlunun 1892-ci ildə Londonda keçirilən IX Şərqşünaslar Konfransına təqdim etdiyi məqaləsidir. Bu bildirişində Ağaoğlu şiəliyin İranda necə rəsmi dövlət dini olmasını açıqlamışdır. Qızı Sürəyya Ağaoğlu bu yazısına görə atasına İran Şahı tərəfindən firuzə üzük hədiyyə edildiyini bildirir İslamiyyətdə qadın, Tiflis, 1901.Qadınların İslamdan əvvəl və sonrakı vəziyyətindən bəhs edən bu əsərdə Əhməd Ağaoğlu İslam mənbələrinə əsaslanaraq onların tarixi proseslərdəki iştirakına toxunmuş və XX əsrin əvvələrində müxtəlif cəmiyyətlərdə qadın hüquqları məsələsini tədqiq etmişdi. 1901-ci ildə Tiflisdə "Kavkazski vestnik" jurnalının 3-cü sayında rus dilində çap olunan bu əsəri Həsən Əli Ediz türk dilinə çevirmişdir. Bu tərcümə ilk dəfə 1959-cu ildə İstanbulda çap olunmuşdu. Əsər sonralar Birey Toplum Yayınları arasında yenidən nəşr olunmuşdu. Türk Təşkilat-i Əsasiyəsi, Ankara, 1925.Əhməd bəy Ağaoğlunun Ankara Universiteti Hüquq Fakültəsindəki mühazirələrindən qeydlərdir. Üç mədəniyyət, İstanbul, 1927.Əhməd bəy Ağaoğlunun Maltada əsirlikdə olduğu vaxtlarda yazdığı müxtəlif mövzulardakı yazıları sonralar – 1927-ci ildə "Üç Mədəniyyət" adı altında toplanmışdır. Əsərdəki mövzular Üç Mədəniyyət, Din, Əxlaq, Fərd, Ailə, Cəmiyyət, Dövlət, Hökumət başlıqları ilə verilmişdir. Bu yazılar kitab şəklində çap olunmamışdan əvvəl "Türk Yurdu" dərgisində silsilə olaraq dərc olunmuşdur. Əsər ilk dəfə kitab şəklində 1927-ci ildə nəşr olunmuşdur. Sonralar bir neçə dəfə çap edilmişdir. İngiltərə və Hindistan, İstanbul, 1929.Əhməd bəy Ağaoğlu bu əsərində İngiltərənin idarəetmə və dövlət təşkilatlarındakı uğurların səbəbini açıqlayır. Əsərdə Ağaoğlu İngiltərənin özündən böyük ölkələri, xüsusilə Hindistanı necə müstəmləkəsinə çevirdiyini izah edir. Kitab ilk dəfə İstanbulda Cümhuriyyət mətbəəsində 1929-cu ildə çap edilib. Sərbəst insanlar ölkəsində, İstanbul, 1930.Əhməd bəy Ağaoğlunun alleqorik əsərlərindən biridir. Əsərdə müəllif əsarət zəncirlərini qıraraq qaçan bir Türkün demokratik ölkəyə gəlməsi və bu ölkənin vətəndaşı olması üçün nələr etməli olduğunu göstərir. Əhməd bəy Ağaoğlu "Sərbəst İnsanlar Ölkəsi" deyə adlandırdığı bu xəyali ölkənin başqalarının hüquqlarına sayğı göstərən, qanunlarla idarə olunan bir yer olduğunu göstərir. Ölkənin yaşayış tərzi, qanunları əsərdə utopik mənada şərh olunur. Hüquq tarixi, İstanbul, 1931.Əhməd bəy Ağaoğlunun Hüquq fakültəsində 1931–1932-ci tədris illərində keçdiyi dərslərin bəzi məqamlarının toplandığı kitabdır. Dövlət və fərd, İstanbul, 1933.Əhməd bəy Ağaoğlunun "Cümhuriyyət" qəzetində "Kadro" dərgisi və Kadro hərəkatı ilə bağlı çap olunmuş məqalələrinin toplusudur. 1932-ci il noyabrın 13-də "Cümhuriyyət" qəzetində çap olunan bu məqalələr silsiləsinin ilk yazısının başlığı – Dövlət və Fərd sonralar kitabın adı olmuşdur. Məqalələr silsiləsi 14 yazıdan ibarətdir. 1500 ilə 1900 arasında İran, Ankara, 1934.XVI əsrin əvvəllərindən 1896-cı ilə qədərki İran tarixi və İran tarixində Türklərin rolu mövzusundan bəhs edir. İran və inqilabı, Ankara, 1941.XVI əsrdən 1925-ci ilə qədərki İran tarixindən və İran şahı Rza Pəhləvi dövründə baş vermiş tarixi hadisələrdən bəhs edir. Əslində bu, 1500 ilə 1900 arasında İran sərlövhəli əsərə 1896-cı ildən sonrakı hadisələrin əlavə edilərək genişləndirilmiş formasıdır. Mən nəyəm, İstanbul, 1939.Əhməd bəy Ağaoğlu 1936-cı il sentyabrın 5-də "Cümhuriyyət" qəzetində bu başlıqla çap olunan beş məqalədən ibarət yazı silsiləsini 1939-cu il dekabrın 19-da eyni adla əlavə dörd məqalə yazaraq davam etdirmişdir. Övladları Əhməd bəy Ağaoğlunun ölümündən sonra dərc olunmamış üç məqaləsini də əlavə edərək on iki məqalədən ibarət "Mən Nəyəm" adlı kitab çap etdirmişlər. Alleqorik əsərdir. Əsərdə bölmələrdən biri "Tanrı Dağında" adlanır. Əhməd Ağaoğlunun "Cümhuriyyət" qəzetində əski Türk yaşayışına dair yazdığı məqaləsi sonralar "Mən Nəyəm" adlı əsərində eyni adla çap olunmuşdur. Əhməd Ağaoğlu qədim Türk yaşayışına dair məlumatları rus alimi Seroşevskinin "Yakutlar" əsərindən əldə etmişdir. Bu yazı da alleqorik əsərdir. Könülsüz olmaz, Ankara, 1941.Maltada sürgün günlərində yazılmış didaktik xatirələrdir. Əhməd bəy Ağaoğlunun alleqorik əsərlərindən biridir. İxtilalmı, inqilabmı, Ankara, 1942.Əhməd bəy Ağaoğlunun "Böyük Zəfər"dən öncə Anadoluda başlayan və davam edən hərəkatın yeni dövlət qurmaq prinsipinə əsaslandığını və Milli Qurtuluş Mübarizəsi apardığını nəzərə çatdırmaq məqsəd ilə yazılmış məqalələrindən ibarət əsəri 1922-ci ilin may-avqust aylarında "Hakimiyyət-i Milliyə" qəzetində dərc olunmuşdur. Bu məqalələr ölümündən sonra toplanaraq kitab şəklində çap olunub. Sərbəst Firqə xatirələri, İstanbul, 1969.1930-cu ildə təşkil olunan Sərbəst Cümhuriyyət Partiyasına necə daxil olduğundan, o günlərin siyasi mühitindən, Sərbəst Cümhuriyyət Partiyasının hədəflərindən və düşdüyü vəziyyətdən bəhs edən xatirələrdir. Haqqında yazılmış kitablar Atamdan xatirələr, Ankara, 1940.Kitab Səməd Ağaoğlu tərəfindən atasının ölümünün birinci ildönümündə 1940-cı ildə Ankarada çap edilib. Kitab üç hissədən ibarətdir. Birinci hissə Səməd Ağaoğlunun atası haqqında xatirələrindən, ikinci hissə Əhməd bəy Ağaoğlunun öz uşaqlıq və gənclik illəri xatirələrindən üçüncü hissə isə Əhməd bəy öldükdən sonra haqqında yazılan yazılardan ibarətdir. Atamın dostları, İstanbul, 1998.Yazıçı, siyasətçi və dövlət xadimi Səməd Ağaoğlu tərəfindən yazılan "Atamın dostları" kitabında atası, Əhməd Ağaoğlunun türkçülük hərəkatında, sənət və siyasət aləmində, yeni Türkiyənin qurulması uğrunda mübarizədə çiyin-çiyinə addımladığı bir sıra şəxsiyyətlərin portretləri yaradılıb. Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi cizgilərlə rəsm etdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarır. Kitab 1998-ci ildə İstanbulda "İletişim Yayıncılık" nəşriyyatı tərəfindən, 2016-cı ildə isə Bakıda Qanun Nəşriyyatı tərəfindən çap edilib. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu, Bakı, 2018.Kitab, 2018-ci ildə tarix elmləri doktoru, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifi olan Aydın Balayev tərəfindən yazılan bu əsər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilib. Müəllif əsərdə qeyri-adi istedada malik bu şəxsiyyət barədə bioqrafik məlumatları, sadalamaqla kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izah edib. Kitab rus dilindədir və tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub. Xarici keçidlər Əhməd Ağaoğlunun gəlini, millət vəkili, Şuşa səyahəti — ARAŞDIRMA + NADİR FOTOLAR Əhməd Ağaoğlu. Sərbəst insanlar ölkəsində (PDF) ( (az.)). TUTU nəşriyyatı. 2001. 2018-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-25. Əhməd Ağaoğlu. Seçilmiş əsərləri (PDF) ( (az.)). Şərq-Qərb nəşriyyatı. 2007. 5 noyabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 noyabr 2019. İran və inqilabı Sərbəst insanlar ölkəsində (türk.) İngiltərə və Hindistan (türk.) İslamda qadın Dövlət və Fərd Şiə dinində məzdəki inancları Video materiallar Əhməd bəy Ağaoğlu (AzTV) Difai hamisi – Əhməd bəy Ağaoğlu (Kəpəz TV) Atatürkün yaxın məsləhətçilərindən biri Əhməd bəy Ağaoğlu… Əhməd bəy Ağaoğlunun məzarı Nəhəng və Firəng (Real TV) | https://az.wikipedia.org/w/index.php?curid=24350 |
Əhməd bəy Ağayev | Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu (türk. Ahmet Ağaoğlu; dekabr 1869, Şuşa – 19 may 1939, İstanbul) — Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal Kamalizmin banisi.Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetində məqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə də redaktorluq edib. 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin İttihad və Tərəqqi Partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Daha sonra üzvlükdən imtina edir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda İttihad və Tərəqqi Partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur.Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Bu tayfa XVIII əsrdə bütünlüklə etnik Azərbaycan türklərinin yaşadığı Ərzurumdan köç edib Gəncəyə gəlmiş, daha sonra isə Qarabağa yerləşmişlər. Atası Mirzə Həsən bəy varlı pambıqçı fermer idi. Ata tərəfinə Mirzə titulunun verilməsi ailənin ziyalı təbəqəsindən olduğunu göstərir. Babası Mirzə İbrahim Şuşanın ən məşhur alimlərindən olub. O, xəttat idi və türk dilində şeirlər yazırdı. Eyni zamanda əmiləri də türk dilindən başqa fars, ərəb və rus dillərini bilirdilər. Anası Tazə xanım Şuşanın Sarıcaalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı idi. Orta təhsili Əhməd bəy Ağaoğlu xatirələrində göstərir ki, təhsilində anasının və əmisinin böyük rolu olub. Əmisi Mirzə Məmməd Əhməd bəyin müctəhid olmasını istəyərək ona 6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutur. İlk dövrlər məhəllə məktəbində təhsil alan Ağaoğlu anasının təşəbbüsü ilə gizlincə rusca dərslər də alır. Anasının dindar olmasına baxmayaraq axundlardan, mollalardan xoşu gəlmədiyini yazan Əhməd bəy Ağaoğlu anasının bu görüşlərinin onun təhsilinin istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə, doğru dəyişdiyini yazır.1881-ci ildə Şuşada altı siniflik real məktəbi açıldıqdan sonra Qarabağ canişini müsəlman əhalini Xurşidbanu Natəvanın evinə toplayaraq uşaqlarını bu məktəbə qoymalarını istəyir. Atası da canişinə söz verərək onu Şuşa real məktəbinə göndərir. Bu məktəbdəki müəllimlərindən ikisinin, tarix müəllimi olan Şineyovski və riyaziyyat müəllimi olan Palekarpın ona böyük təsiri olmuşdur. Hər iki müəllim çar rejiminə qarşı idi və işlədikləri məktəbdə də inqilabi təbliğat aparırdılar. Ağaoğlu da həyatında ilk dəfə qərb ideologiyası ilə bu məktəbdə tanış olur. Xatirələrində Əhməd bəy yazır ki, bu məktəb şəhərin erməni məhəlləsində yerləşirdi, 45 şagirddən yalnız beşi müsəlman uşağı idi. Erməni şagirdlərin bu azlığa qarşı münasibəti çox aqressiv olmuş, müsəlmanları daim incitmişlər. Bu mühitə dözməyən şagirdlərin dördü məktəbi tərk etmiş, yalnız Əhməd təhsilini uğurla başa vura bilmişdir. Öz xatirələrində Əhməd bəy bu hadisələri belə təsvir edir: Daha sonra orta məktəbin VI sinfini bitirən Əhməd bəy Ağaoğlu VII və sonuncu sinifləri Tiflisdəki 1 saylı gimnaziyada oxuyur. Özünün yazdığına görə Tiflis gimnaziyasında ancaq bir nəfər türk var idi ki, o da Əhməd bəy Ağaoğlu idi. Tiflisdə təhsil aldığı dövrdə dostlarının təkidi ilə "Narodnik" cəmiyyətinin gizli toplantılarında iştirak edir. Bu toplantılar Ağaoğlunun düşüncəsində dərin izlər buraxır. Tiflisdə gimnaziyanı müvəffəqiyyətlə bitirdikdən sonra Əhməd bəy Ağaoğlu fərqlənmə diplomu və üç yüz rubl mükafatla Şuşaya qayıdır. Bütün yayı dayısı ilə birlikdə yaylaqda keçirdikdən sonra Peterburqa təhsil almağa gedir. Ali təhsili Peterburq dövrü 1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa gedən Ağaoğlu bir xristian ailəsinin evində kirayəşin olur. Həmin ailə Ağaoğlunun türk olduğunu biləndə çox təəccüblənir. Çünki o günədək ali təhsil üçün Peterburqa erməni və xristian əsilli digər xalqların gəncləri gəlirdi. Ailə türklərdən təhsil almaq üçün buraya gələn heç kimi tanımırdı. Ermənilərin və digər xristianların türklərdən əvvəl təhsil aldıqlarını bilən Ağaoğlu ailənin bu təəccübünə haqq qazandırırdı.Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. O, burada dörd nəfər türkün olduğunu öyrənir. Bu türklərdən biri sonralar Azərbaycanın Paris təmsilçisi olacaq Əlimərdan Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə idi. Digər iki türk tələbə isə yol mühəndisliyi ixtisası üzrə təhsil alırdılar. Ağaoğlu Texnoloji İnstitutunun bütün imtahanlarını uğurla verir. Yalnız sonuncu – cəbr imtahanında məsələni proqramdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sanaraq cavab düzgün olduğu halda qəbul etməməsi onu məyus etmişdi. Professorun bu davranışı gənc Ağaoğluda ruslara qarşı böyük nifrət hissi yaratmışdı. Daha sonra yazdığı xatirələrində həmin günləri belə təsvir etmişdir: Paris dövrü 8 yanvar 1888-ci ildə Əhməd bəy Parisə çatır. Qatarda gələrkən tanış olduğu bir xanım ona daha çox Rusiyadan gələn qonaqların qaldığı Hotel de Peterburqa getməyi məsləhət görür. Parisdə heç bir tanışı olmayan və fransızca bilməyən Əhməd bəy hotelə üz tutur. Lakin otel xərclərinin çox olacağı ilk gündən bəlli olur. Hotelin işçisi dostları vasitəsilə onu Parisdə oxuyan iki gürcü tələbə ilə tanış edir. Gürcü tələbələr isə Əhməd bəyə kirayə otaq tapmağa kömək edirlər. Bir yaşlı qadının kirayə verdiyi otaqda yerləşdikdən sonra Əhməd bəy fransızca öyrənməyə başlayır. Bir müddət sonra pulu bitdiyi üçün borca düşür. Daha sonra isə evdən göndərilən pulla borclarını ödəyən Əhməd bəy Rue de Glacier küçəsində yerləşən bir pansiyona yerləşir. Burada 2 iranlı və 3 misirli ilə tanış olur. Onların məsləhəti ilə College de France və École des Hautes Études Pratiques (Tətbiqi tədqiqat ali məktəbi) mühazirələrinə girməyə başlayır. College de France mühazirələrində hər həftə fransız filosof və tarixçi Ernest Renan, Tətbiqi tədqiqat ali məktəbində isə "Şərq xalqlarının tarixi" mövzusunda Ceyms Darmsteter mühazirələr deyirdilər. Hər iki şəxs Ağaoğlunun formalaşmasında böyük rol oynamışlar. 1888–1889-cu dərs ilində Əhməd bəy Sarbonna Universitetində hüquq təhsili almağa başlayır. Lakin onun maraq dairəsi yalnız hüquqla yekunlaşmır. O, şərq sivilizasiyalarının və dinin tarixinə maraq salaraq Şərq dilləri məktəbinə gedir. Burada şərq dilləri üzrə ekspertlər Çarlz Şefer və Barber de Meynarddan dərslər alır. Daha sonra Ceyms Darmsteterin məsləhəti Ernest Renanın Culyetta Adama məktubu ilə qapalı ziyalı klubuna daxil olur. Culyetta Adam "La Nouvelle Revue" jurnalının təsisçisi, redaktoru və eyni zamanda ziyalı klubunun da təşkilatçısı idi. Bu qapalı klubda Fransanın elm və sənət insanları toplaşıb müxtəlif siyasi, elmi, tarixi, fəlsəfi müzakirələr aparırdılar. 1891–1893-cü illər ərzində Əhməd bəyin "La Nouvelle Revue" jurnalında "İran cəmiyyəti" adı altında silsilə yazıları çap olunur. 1892-ci ildə Londonda keçirilən Beynəlxalq Şərqşünaslıq Konqresində "Şiə dinində məzdəki inancları" mövzusunda məruzə etmişdir. Məruzənin mətni sonralar Kembric Universitetinin xərci ilə bir neçə qərb dilində çap olunmuşdur. Əhməd bəy "Jurnal de Debat", "Revü Been", "Nouvye Revyü" kimi fransız mətbuat orqanlarında ictimai-siyasi mövzularda yazılarını nəşr etdirirdi. Fransada qələmə aldığı yazılarını "Kafkaz", "Şərqi Rus" qəzetlərinə göndərirdi. 1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Tiflisə gəlir. İki il müddətində burada yerli gimnaziyaların birində fransız dilindən dərs deyir. Bununla yanaşı "Kavkaz" qəzeti ilə də əməkdaşlığını davam etdirir. 1896-cı ildə isə Şuşaya geri dönür. Şuşada Şuşa real məktəbində fransız dilində dərs deməyə başlayır. Burada o ilk kitabxana, qiraətxana açır. Məhz buna görə Şuşada el arasında ona Firəng Əhməd ləqəbi verilir. Lakin o Şuşanı tərk etdikdən sonra həmin qiraətxana və kitabxana öz fəaliyyətini dayandırır.Əhməd bəy Ağaoğlu fikirlərini təbliğ etmək üçün qəzet çapının önəmini anlayırdı. Lakin 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra 1891-ci ildə Qafqaz Senzura Komitəsi tərəfindən Azərbaycanca qəzetlərin çap olunmasına qadağa qoyuldu. Halbuki eyni dövrdə Çar Rusiyasının ərazisində ermənicə və gürcücə fəaliyyət göstərən 19 qəzet mövcud idi. İki milyondan çox olan Azərbaycan türkləri isə 1903-cü ilə qədər bu hüquqlarından məhrum idilər. Hətta XIX əsrin sonunda Azərbaycanca qəzet çap etmək üçün icazə almağa çalışan Məhəmməd Şahtaxtinskiyə Rusiya İmperiyasının Çap İşləri üzrə Baş idarəsinin rəisi Solovyev demişdi ki: Yalnız 1896-cı ildə Hacı Zeynalabdin Tağıyev "Kaspi" qəzetini alıb Azərbaycan ziyalılarının öhdəsinə verir. Və "Kaspi" qəzeti milli ziyalılarımızın rus dilli tribunasına çevrilir. Redaktoru Əlimərdan bəy Topçubaşov olan qəzetdə Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli kimi ziyalılarımızın məqalələri çap olunurdu. 1897-ci ildə Əhməd bəy Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə "Kaspi" qəzetində fəaliyyət göstərmək üçün Bakıya gəldi. Bakıya köçdükdən sonra qəzetdə yazdığı yazılar daha çox müsəlman cəmiyyətindəki problemlərlə, cəmiyyətdəki qadınların problemləri ilə bağlı idi. Əhməd bəy məqalələrində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Ağaoğlunun "Kaspi" qəzetində məqalələr yazması qəzetin daha da populyarlaşmasına səbəb oldu. Fərqli dövrlərdə qəzetin tirajı 10 minə çatırdı bu isə gündəlik qəzet üçün böyük uğur idi. Qəzetdə çıxan "İslam dünyasında qadın", "İslam, axund və hatifülqeyb" adlı silsilə yazılarında islam dünyasından bəhs edirdi. "İslam dünyasında qadın" adlı işində o qeyd edirdi ki "azad qadınsız milli inkişaf ola bilməz". "İslam, axund və hatifülqeyb" əsərində isə o islamdakı məzhəblərin çoxluğunu tənqid edib qeyd edir ki, islama ən çox axundlar və mollalar zərər vurublar. Bu yazı din xadimləri tərəfindən xoş qarşılanmır və nəticədə Ağaoğlu haqqında ölüm fətvası verilir. Oğlu Səməd Ağaoğlunun yazdıqlarına görə Əhməd bəy 6 ay evə qapanır və bu müddətdə onun evini polis mühafizə edir. Yalnız Tağıyevin işə qarışması onu bu vəziyyətdən xilas edir.Əhməd bəy qadınların geriliyini və istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni və sağalmaz yarası sayırdı. O, "İslama görə və islamiyyətdə qadın" əsərində qeyd edirdi ki: 1905-ci ildə Əhməd bəy Ağaoğlu Bakı şəhər dumasının üzvü seçilib 1909-cu ilə qədər burada fəaliyyət göstərir. Bu dövr ərzində şəhərin bir çox problemlərinin həllinə nail olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə təhsil komissiyasının üzvü və Bakı Kommersiya Məktəbinin Qəyyumluq Şurasının üzvü olmuşdur. 1905-ci ilin 18 fevral tarixində Rusiya çarının əhalinin həyat şəraitinin yaxşılaşdırılması və dövlət quruculuğunun möhkəmləndirilməsi haqqında verdiyi qərardan sonra 1905-ci ilin 15 mart tarixində Azərbaycan ziyalıları təkliflərini müzakirə etmək üçün Tağıyevin evində toplaşırlar. Onlar Azərbaycan türklərinin tələb və təkliflərini Peterburqa çatdırmaq üçün nümayəndə heyəti formalaşdırırlar. Nümayəndə heyətinə Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə daxil idilər. Peterburqa çatdıqdan sonra Ağaoğlu burada 1905-ci il hadisələri ilə bağlı "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqalənin yazılması çox vacib idi, çünki bütün Rusiya mətbuatında 1905-ci il hadisələrində ermənilər əzilən tərəf kimi göstərilirdi. Ağaoğlunun məqaləsi isə həqiqətləri faktlarla oxuculara çatdırırdı. 1905-ci ilin 16 aprel tarixində Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseyinzadə və Əlimərdan bəy Topçubaşovun imzası ilə Qafqaz canişininə məktub göndərilir. Məktubda onlar Azərbaycan dilində "Həyat" qəzetinin çap olunmasını istəyirdilər. 22 aprel tarixində onların istəyinə müsbət cavab verilir. 7 iyun 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə "Həyat" qəzetinin ilk sayı işıq üzü gördü. Həyat qəzetindən ayrılandan sonra Əhməd bəy Ağaoğlu İsa bəy Aşurbəyovun maliyyə dəstəyi ilə gündəlik "İrşad" qəzetini təsis edir. Və 1905-ci ildən 1908-ci ilə qədər bu qəzetə rəhbərlik edir. Tezliklə qəzetin tirajı 3 minə çatır. Tadeuş Svetoxovskiyə görə qəzet eyni dövrdə çap olunan digər qəzetlərə nisbətən cəmiyyətin problemlərini daha radikal formada işıqlandırıdı. Məhz buna görə də qəzet II Əbdülhəmid tərəfindən Osmanlı dövlətində qadağan edilmişdir.1905-ci ildə İllarion Vorontsov-Daşkov Qafqaz canişini təyin edildikdən sonra ermənilərə dəstək verməyə başlayır. Canişinin dəstəyinə arxalanan ermənilər 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək üçün sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsini təklif edirlər. İş o həddə çatır ki məsələ Rusiya İmperiyasının nazirlər komitəsində belə müzakirə edilir. Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanırlar. Onların səyi nəticəsində 35 gün davam edən müzakirələrdən sonra Bakı kəndlərinin əhalisinin köçürülməsinin qarşısı alınır.1905-ci ildə baş vermiş soyqırım zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də digər xarici mətbuatda dezinformasiya yaymaqla məşğul idilər. Halbuki müsəlmanların itkiləri qat qat artıq idi. Dövri mətbuatda hətta mövcud olmayan erməni şəhərlərinin müsəlmanlar tərəfindən dağıdılması haqqında yazılar belə gedirdi. Məhz əsl həqiqətləri insanlara çatdırmaq üçün və baş verənləri faktlarla sübut etmək üçün Əhməd bəy Ağaoğlu "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqalədən sonra bəzi erməni müəlliflər belə hadisələrlə bağlı mətbuatda yalan məlumatların yayıldığını etiraf etmişlər. 1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Adil xan Ziyadxanov və başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər.Öz son çıxışında Əhməd bəy bunları demişdi: 1906-cı ilin avqust ayında Şuşaya gələn Əhməd bəy Azərbaycanlı ziyalıları toplayaraq bölgədəki vəziyyəti müzakirə edir. Onun təklifi ilə Difai partiyası yaradılır. Rəsmi olaraq partiya "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi" adlanırdı. Partiyanın bölmələri və ya komissiyaları Azərbaycanın və cənubi Qafqazın demək olar ki, bütün şəhərlərində və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı. Partiyanın qəza bölmələrinin yaradılmasında Əhməd bəy bilavasitə iştirak edirdi. Bu məqsədlə o, bütün Qarabağı gəzmiş və "bütün müsəlmanları partiyanın ətrafında sıx birləşməyə" təşviq etmişdir. Partiyanın təşkilatçıları Dağıstandakı Azərbaycanlı əhali arasında da təşviqat aparırdı. Əhməd bəy fəaliyyətinə görə təqib olunduğu üçün bir müddət gizlənməyə məcbur olur. Öz xatirələrində həmin günləri belə təsvir edir: Osmanlı dövlətində Aylarla dostlarının evində gizlin yaşayan Əhməd bəy təqib və mümkün həbslər səbəbindən 1909-cu ilin ortalarında İstanbula köçməli olur. Ağaoğlu İstanbulda maarif sahəsində müfəttiş, sonra isə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışır. Müfəttiş işlədiyi dövrdə 4 ay ərzində İstanbulun bütün özəl, dövlət ibtidai və orta məktəblərinində olaraq öz müşahidələri əsasında mövcud vəziyyət və islahatların aparılması ilə bağlı hesabat hazırlamışdır. O düşünürdü ki, təhsildə olan problemlərin həlli ölkənin gələcəyində böyük rol oynayır. 1909-cu ilin oktyabrından İstanbul darülfünunda Türk-monqol tarixindən və rus dilindən dərs deyir. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. Universitetdəki fəaliyyəti yalnız dərs keçməklə məhdudlaşmırdı. O, həm də tədrisin təşkilində və təkmilləşməsində də aktiv iştirak edirdi. 1911-ci ildə o, filologiya fakültəsinin islahatlar üzrə komissiyasının rəhbəri, daha sonra isə fakültənin dekanı seçilmişdir. İşlərini qaydasına qoyduqdan sonra ailəsinə məktub yazaraq Türkiyədə qalmağı düşündüyünü qeyd edir. Həyat yoldaşı Sitarə xanım da Türkiyəyə gəlməyə razı olur. 1910-cu ildə Əhməd bəy ailəsini də İstanbula köçürür. İstanbula köçdükdən sonra jurnalistika fəaliyyətini də davam etdirmiş və 1909-cu ildən "Kaspi" qəzetində "Türkiyədən məktublar", "Türkiyədə milli sual" mövzularında silsilə məqalələri çap olunmuşdur. Bundan başqa İstanbulda "Sırat-ı Müstakim", "Sebilürreşad, "Hikmet" kimi qəzet və jurnallarda da məqalələr yazmışdır. İstanbulda İran təbəələri üçün farsca çap olunan "Süruş" və fransızca çap olunan "Le Jeune Turc" qəzetləri ilə də əməkdaşlıq etmişdir. Hətta 1912-ci ildə "Tərcüman-i Hakikat" qəzetinin təsisçisi Əhməd Midhət dünyasını dəyişdikdən sonra həftəlik çap olunan bu qəzetə də bir müddət Ağaoğlu rəhbərlik etmişdir. 1912-ci ildə Əhməd bəy Ağaoğlu iki dəfə yazdığı məqalələrə görə həbs olunur və tezliklə də azad edilir. Əhməd bəy Ağaoğlu ilk öncə Akçuranın yaratdığı Türk Dərnəyi cəmiyyətinə üzv olmuşdur. Sonradan isə o, 1911-ci ildə yaradılmış Türk Yurdu cəmiyyətinin 6 qurucusundan biri oldu. Cəmiyyətin məqsədi türk uşaqlar üçün pansiyonun açılması və türklər arasında intellektual səviyyəni artırmaq məqsədilə qəzet çap etdirmək idi. 1911-ci ilin sentyabr ayında cəmiyyət "Türk Yurdu" adlı jurnalı çap etdirməyə başladı. Ağaoğlu da jurnal üçün yazılar yazmağa başladı. Jurnalın apardığı təbliğatın nəticəsində cəmiyyətdə türküçülük ideyaları yayılmaqda idi. 1911-ci ildə Hərbi Tibbiyyə Məktəbinin 190 tələbəsi Akçuraya yeni təşkilatın yaradılması üçün məktubla müraciət etmişdilər. Daha sonra məktəbin tələbə nümayəndələri və Ağaoğlu, Akçura kimi ziyalıların iştirakı ilə Türk Ocağı təşkilatı yaradılır. Təşkilatın qurucu üzvləri arasında Ağaoğlu da yer alır. Türk Yurdu və Türk Ocağı təşkilatları bütün Türkiyə ərazisində tanınmağa başlayır. Əgər 1914-cü ildə Türk Ocağı təşkilatının 3 min üzvü var idisə 1920-ci ildə onların sayı 30 mini keçmişdi. Hər iki təşkilatın Türkiyə İstiqlaliyyət müharibəsində böyük rolu olub. Əhməd bəy Ağaoğlu siyasi fəaliyyətinə görə 1912-ci ildə İttihad və Tərəqqi partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı Məclisi Məbusanına Afyonqarahisar bölgəsindən deputat seçilir.Osmanlı dövlətində yüksək məqamlara sahib olan Ağaoğlu vətənini heç vaxt unutmamışdır. O, 1915-ci ildə İstanbulda Rusiyadakı Türk – Tatar Müsəlmanlarının Haqlarını Qoruma Komitəsinin yaradılmasında və fəaliyyətində aktiv iştirak edir. 1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında o, Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. Birinci dünya müharibəsi dövründə ABŞ prezidenti V. Vilsona ünvanlanmış Rusiya müsəlmanlarının haqlarının qorunması müraciətinə imza atanlardan biri də Əhməd bəy idi. Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan edir. Yeni qurulmuş hökumət xalqı fiziki məhvdən qurtarmaq üçün 1918-ci il 4 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövləti arasında bağlanmış Batum müqaviləsinin IV bəndinə əsasən Osmanlı dövlətindən hərbi dəstək istəyir. Bundan sonra Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə yaradılır. Ağaoğlu Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Qafqaz İslam Ordusu ilə birgə Azərbaycana göndərilir. Ordu Gəncəyə çatdıqdan sonra Nuru paşa ilə mövcud Azərbaycan hökuməti arasında narazılıq meydana çıxır ki, bu da İyun böhranına səbəb olur. Milli hökumətin yaradılmasının tərəfdarları ilə Azərbaycanın Osmanlıya birləşdirilməsini istəyən ilhaqçılar arasında fikir mübahisəsi yaranır. Ağaoğlu da ilhaqçı olaraq Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinin tərəfdarı olur. O coğrafi, mədəni, dil və etnik cəhətdən bu qədər yaxın olan Azərbaycan və Anadolu türklərinin iki fərqli dövlətdə təmsil olunmasını bölücülük kimi qəbul edirdi. Bu qədər gərgin şəraitdə olmasına baxmayaraq Əhməd bəy Gəncədə yaşadığı dövrdə "Türk sözü" adlı qəzet təsis edir. Lakin ordunun Bakını azad etməsi ilə bağlı hərəkətə keçməsi qəzetin yalnız iki nömrəsinin işıq üzü görməyinə səbəb oldu.26 dekabr 1918-ci ildə Ağaoğlu bitərəf nümayəndə olaraq Zəngəzur qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Bununla da o həm Osmanlı dövlətinin Məclis-i Məbusanında Qarahisar-i Sahib nümayəndəsi həm də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Zəngəzur nümayəndəsi olur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci ilin 26 dekabr tarixində baş tutan beşinci iclasında Əhməd bəy Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti-nin xarici dövlətlər tərəfindən tanınmasından qabaq müstəqilliyi daxili qüvvələrə tanıtmağın vacibliyini vurğulayır. Buna görə də daxili və xarici düşmənləri məhv edəcək bir hökumətin yaranmasını istəyir. Bundan başqa əsgərliyə çağırışla bağlı sinfi fərq olmadan yaşı çatan hər kəsin xidmət etməsini tələb edir. Ölkənin xarici dövlətlərdə tanınması üçün bu vaxta qədər heyətin göndərilməməsini də vurğulayaraq bunun vacibliyini bildirir. O deyir: 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibi təsdiqlənir. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Ağaoğlu da daxil idi. 9 yanvar 1919-cu ildə Ağaoğlu və nümayəndə heyətinin digər üzvləri xüsusi qatarla Bakıdan Tiflisə yola düşdülər. Vağzalda nümayəndə heyətinin Fətəli Xan Xoyskinin rəhbərliyi ilə parlament üzvləri və ictimai siyasi nümayəndələr yola saldılar. Bu tədbirdə Məhəmməd Əmin Rəsulzadə və Əhməd bəy Pepinov çıxış etdilər nümayəndə heyətinin adından isə Ağaoğlu çıxış etdi. 11 yanvar 1919-cu ildə nümayəndə heyəti Tiflisə 14 yanvar 1919-cu ildə isə Batuma çatır. Batumda müsəlman əhaliyə qarşı gördüyü haqsızlıqları, tərksilah olunan türk qoşunlarını və ümumi vəziyyəti daha sonra yazdığı "Atəşkəs və sürgün xatirələri" kitabında təsvir edir. O qeyd edir ki, ingilislər şəhərin idarə edilməsi üçün fərqli millətlərdən təmsil olunan bir qrum yaradırlar. Əhalinin 80 %-nin müsəlman olmasına rəğmən qurumda 2 yunan, 2 erməni, 2 müsəlman təmsil olunurdu. Bu isə açıq aşkar ingilislərin Batumun müsəlman əhalisinə qarşı diskriminasiyası idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 19 yanvar 1919 tarixli iclasında etibarnamə komissiyası Əhməd bəy Ağaoğlunun sənədlərinin düzgünlüyünün təsdiq olunduğunu və üzvlüyə qəbul olunmanın tam təsdiqini səsə qoymaq istəsə də, Əhməd bəy Ağaoğlu artıq üzvlükdən imtina etmişdi. Batumdan yola çıxan heyət 21 yanvar tarixində İstanbula çatır. Lakin Bosfor boğazında çatdıqdan sonra Azərbaycan, Gürcüstan, Ermənistan heyətlərinin də daxil olduğu gəmi heyətinə 8 saat boyunca sahilə çıxmağa icazə verilmir. Daha sonra isə onları kiçik gəmilərlə sahilə gətirib üstü açıq yük maşınları ilə Bəyoğlu bölgəsində yerləşən ingilis səfirliyinə gətirirlər. Bir neçə saat da burda gözlətdikdən sonra gecə saatlarında onları qəbul edib sənədlərini yoxlayırlar. Lakin səhəri gün yenidən səfirliyə gəlmələri tələb olunur. 22 yanvar tarixində Azərbaycan nümayəndə heyəti Topçubaşovun evində iclas keçirib təşkilati məsələləri və üzvlərin vəzifələrini müəyyən edir. Ağaoğlu İstanbula çatan kimi orada fəaliyyət göstərən fransız dilli "La Renaissance" və "Le Stamboul" kimi erməni qəzetlərində ona qarşı yazılar çap olunur. Onu pantürkizm və panislamizdə, ermənilərin ölümündə günahlandırırlar. Bundan başqa Azərbaycana qarşı Avropa və Amerikada ermənilərin apardığı təbliğat kompaniyasının gedişində ya Azərbaycan adlı dövlətin mövcud olmadığı əsaslandırılır, ya da Azərbaycan Antantaya qarşı vuruşmuş məğlub Türkiyənin ayağına yazılırdı və bütün vasitələrlə rəhbər xadimlərə Azərbaycan haqqında qərəzli məlumatlar verilirdi. Lakin Ağaoğlu olanlara səssiz qalmır və İstanbulda fransızca çap olunan "Kurie de Turki" qəzetində bütün ittihamlara qarşı sərt bir cavab məqaləsi yayımlayır. Lakin artıq gec idi və o İttihad və Tərəqqi partiyasının tərəfdarı kimi həbs olunacaqlar siyahısında idi. O, İttihad və Tərəqqi partiyasının lideri, türk Parlamentində və mətbuatında ittihadçıların alovlu təmsilçisi və fəal nümayəndəsi, müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verilirdi. İttihad və Tərəqqi partiyasının, xüsusən də Tələt-Ənvər kabinəsinin bütün günahları Əhməd bəyin ayağına yazılırdı. Daha sonra İstanbulu işğal edən ingilis fransız təmsilçiləri elan edirlər ki: Daha sonra Topçubaşov Azərbaycan hökumətinə yazdığı məktubda qeyd edir ki: Malta sürgünü Fevral ayının sonunda Əhməd bəy İspan qripinə yoluxur məhz bu xəstəlik onun həbs olunmasını gecikdirir. İki həftə ərzində o 40 dərəcə hərarətlə xəstə yatır. O xəstə olduğu müddətdə Ziya Gökalp və Hüseyin Cahid kimi ittihadçılar həbs olunurlar. Mart ayının ortalarına Əhməd bəyin vəziyyəti yaxşılaşsa da o hələ də yataqdan qalxa bilmirdi. Bir neçə gün sonra evə oğrunun girəcəyi haqda informasiyaya sahib olduqlarını və ailəni mühafizə etmək üçün gəldiklərini idda edən iki polis gəlir. Əslində isə onlar Ağaoğlunun tam sağalıb qaçmasının qarşısını alıb onu həbs etmək üçün evə gəlmişdilər. Gələn polislər artıq növbəti gün onu həbs edirlər. Polislərin gətirdikləri həkim Əhməd bəyin həbsxana şəraitində saxlanılmasını qeyri-mümkün hesab edib, bunu onun həyatı bahasına başa gələcəyini desə də, onu Eminönü polis şöbəsinə aparırlar. 19 mart 1919-cu ildə isə onu Bekirağa Bölüyü adlı hərbi həbsxanaya yerləşdirirlər. Osmanlı dövlətində xüsusi təhlükəli siyasi məhbuslar bu həbsxanada saxlanılırdılar. Həbslərindən az sonra Osmanlı hökumətinin ingilislərə yarınmaq istəyən maarif naziri Əli Kamalın əmri ilə Ağaoğlunu və Ziya Göyalpı İstanbul darülfünunu müdərrisliyindən (universitet müəllimliyindən) azad etmişdilər. Beləcə, Sitarə xanım və böyüyü 17 yaşında olan beş övladı yeganə sabit gəlirdən məhrum qalmışdular. Azərbaycan nümayəndə heyəti Türkiyədə olduğu dövrdə ehtiyac və çətinliklər içərisində yaşayan Ə. Ağaoğlunun ailəsinə 150 türk lirəsi həcmində maddi yardım göstərdi. Bundan başqa Ağaoğlu həbsdə olduğu dövrdə dostları Heydər Rifət bəy və Əli bəy Hüseynzadə ailəyə daima mənəvi dəstək verirdilər.Səməd Ağaoğlu anası ilə atası arasında keçən söhbəti belə xatırlayır: Bu hadisədən cəmi 15 gün sonra mayın 28-də ingilislər Əhməd bəylə yanaşı Türkiyənin tanınmış şəxslərini Malta adasına sürgünə apardılar. Admiral Qaltrop 67 nəfərlik əsas qrupdakı dustaqları üç dərəcəyə ayırmışdı. Tərkibinə 12 keçmiş hökumət üzvü, siyasətçi və ictimai xadimin daxil olduğu qrup birinci dərəcəli sayılırdı. Əhməd Ağaoğlu ilə Ziya Göyalp da təhlükəlilik baxımından keçmiş sədrəzəmin, nazirlərin və millət vəkillərinin yer aldığı həmin qrupda idi. Onların hamısı qondarma erməni soyqırımında, yaxud qondarma soyqırımın təşviqində günahlandırılırdı. Dustaqları aparan zirehli gəmi mayın 29-da Egey dənizindəki kiçik Limni adasına yan aldı. Yalnız ingilislərə məlum olan səbəblər üzündən aralarında Əhməd bəyin də olduğu ilk qrupdakı 12 məhbus burada gəmidən endirildi. Onlar dustaqların qəbulu üçün əvvəlcədən heç bir hazırlıq görülməmiş həbs düşərgəsində yerləşdirildilər. Burada saxlananlar da adlarından daha çox nömrələri ilə tanınırdılar. Əhməd Ağaoğlu bütün sənədlərdə 2764 nömrəli məhbus kimi qeyd olunmuşdu. Onlar dörd tərəfdən tikanlı məftillər və keşikçi qüllələri ilə əhatə edilmiş boş ərazidə saxlanılırdılar. Yaşayış funksiyalı heç bir tikili olmadığından iri dəmir çəlləklərdə gecələyirdilər. "Birinci dərəcəli" qrupun üzvləri yalnız aradan dörd ay keçəndən sonra – 1919-cu il sentyabrında Maltaya gətirildilər. Sürgündə olduğu müddətdə Ağaoğlu Osmanlı hökumətini tənqid edən yazılar yazır. Bir yazısında o qeyd edir: Ağaoğlu Maltada da ingilis rəsmilərinə qarşı qorxmadan, son dərəcə açıq və sistemli şəkildə, təkzibolunmaz arqumentlərlə mübarizə aparır, onları tənqid etməkdən də çəkinmirdi. İngilislərin özbaşınalığına qarşı özünün kəskin etirazını dönə-dönə yazılı şəkildə bildirmişdi. Özünün azad olunmağa haqqı olduğunu dönə-dönə irəli sürərək bu tələblə ingilis rəsmilərinə məktub yazmışdı. Bu məktubların birində yazırdı: Əhməd bəyin sağ gözü gəncliyindən xəstə olub və uzun müddət müalicə almadığından tədricən görmə qabiliyyətini də itirir. Sürgündə ikən bu gözdə dəhşətli ağrılar başlayır. Ağaoğlu bir müddət sonra sol gözünün də zəiflədiyini hiss edir. Müalicə üçün dəvət olunan həkim sağlam gözün də, xəsarət alma təhlükəsinə görə xəstə gözün dərhal çıxarılmasını vacib bilir və əməliyyatın aparılması üçün əlli funt-sterlinq istəyir. Heç yerdən heç bir yardım almayan məhbus üçün bu olduqca böyük məbləğ idi. Əhməd bəy aralarındakı varlılardan sayılan həmkarı Hüseyn Cahid Yalçına üz tutur. Hüseyn Cahid sürgünə göndərildikdən sonra maddi imkanı sayəsində ingilislərlə razılığa gəlmiş, ailəsinin yanına gətirilməsinə nail olmuşdu. Bundan başqa villada, İstanbuldakı məişət və güzəranından o qədər də fərqlənməyən asudə həyat tərzini yaşayırdı. Bədii yaradıcılıqla, habelə italyan və ingilis dillərindən tərcümə ilə məşğul olurdu. Fərqli yaşam tərzinə görə dustaq yoldaşları önündə vicdan əzabı çəkməsi hiss edilmirdi. Hətta ara-sıra onların yanında "paranı verən düdüyü çalar!" ifadəsini işlətməkdən də vaz keçmirdi. Çıxılmaz vəziyyətdə qalan Əhməd bəy Hüseyn Cahidi ilk növbədə həmkarı və ziyalı şəxs kimi tanıdığından xahişinə həssaslıqla yanaşılacağını düşünmüşdü. Əski bir hüquqşünas kimi borcun şərtlərini də unutmamışdı: "Buradan çıxar-çıxmaz ilk imkan düşən kimi pulunu qaytaracağam. Ölsəm, övladlarım bunu edəcəklər. İşdir, ikimiz də sağ qayıtmasaq, pulu mənim övladlarım səninkilərə ödəyəcəklər. Bütün bu şərtləri də burada yoldaşlarımızın gözü önündə bir sənəd halına salıb altına imza atacağıq" – deyə həmkarında ziyana düşməyəcəyi ilə bağlı əminlik yaratmağa çalışmışdı. Hüseyn Cahid isə qətiyyən halını pozmadan "Xeyr, Əhməd bəy! – deyə cavab vermişdi. – İnsan əsirlikdə nə borc istər, nə də borc verər". İllər keçdikdən sonra isə 1933-cü ildə Hüseyn Cahid "Fikir Hareketleri" jurnalını nəşr etdirmək üçün Əhməd bəydən maddi dəstək istəyir. Əhməd bəy isə özü də maddi ehtiyac içərisində olduğuna görə evdəki xalçaları sataraq öz keçmiş dostuna maddi yardım edir.Əhməd bəyi çətin vəziyyətdən gənclik illərini Parisdə birgə keçirdiyi göz həkimi, Mudros anlaşmasına qarşı çıxan Milli Komitənin qurucularından biri kimi Maltaya sürgün edilən Mehmet Esat İşıq qurtarmışdı. Zəruri dərmanlar və tibb alətləri tapılarsa, cərrahiyyə əməliyyatı aparmağa boyun olmuşdu. İngilislər bu işin nəticələri üçün heç bir məsuliyyət daşımadıqları ilə bağlı həm həkimin, həm də xəstənin dilindən kağız almışdılar. İstanbulda Avropa standartlarına uyğun ilk göz klinikasını quran Mehmet Esat çətin şəraitdə əsl peşəkarlıq nümunəsi göstərərək Əhməd bəyi korluq təhlükəsindən xilas edir.Aprelin 6-da İstanbuldakı ingilis yüksək komissarı ser H. Rumboldt 22 ingilis müharibə əsirinin Malta sürgünlülərinin 40 nəfərlik ilk qrupu ilə dəyişdirilməsi təklifini yenidən gündəmə gətirdi. Aradan altı gün keçəndən sonra rəsmi London bu təkliflə razılaşdı. Aprelin 13-də qərarla bağlı Malta valisinə müvafiq təlimat verildi. 37 nəfərlik qrupun (3 nəfər daha əvvəl azad olunmuş və adanı fərdi qaydada tərk etmişdi) İtaliya limanlarından birinə gətirilməsi və burada sərbəst buraxılması qərara alındı. Ankara hökumətinin Roma təmsilçisi Cami bəy də proseslərə qoşuldu. Sürgünlülərin harada qəbul olunması ilə əlaqədar İtaliya xarici işlər nazirliyi ilə danışıqlar başlandı. Britaniyalılar zorla Maltaya apardıqları və iki ilə yaxın burada saxladıqları türk əsirlərini İstanbulda təhvil vermək öhdəliyini yaxın buraxmaq istəmirdilər. Onları sadəcə İtaliya sahillərinə gətirməyi öhdələrinə götürürdülər. Azad olunanların çoxunun vətənə qayıtmaq üçün heç bir vəsaiti yox idi. Onlar Malta adasını yalnız aprelin 30-da tərk edə bildilər. İngilis hərbi donanmasının "Hibiscus" və "Chryssanthemum" gəmiləri onları mayın 1-də Taranto limanına çatdırdı. Əhməd bəy Ankara hökumətinin Roma təmsilçisi Cami bəyin köməyi ilə 1921-ci il may ayının 28-də İstanbula geri dönür. İstanbuldakı evində onu işğal edilmiş Azərbaycanının SSR Xalq Komissarları Sovetinin birinci sədri, Nəriman Nərimanovun məktubu gözləyirdi. Nərimanov Əhməd bəyi Bakıya, başçılıq etdiyi şura hökumətində mühüm vəzifələrdən birini tutmağa çağırırdı. Əhməd bəy isə 1921-ci ilin iyunun 5-də yazdığı cavab məktubunda bunları qeyd etmişdir: Sürgündə olduğu müddətdə Əhməd bəy də 25 il əvvəl Parisdə öyrənməyə başladığı ingilis dilini daha da təkmilləşdirmişdi. Eyni zamanda yaradıcılıqla da məşğul olmuşdu. Poçt ciddi nəzarət altında saxlandığından jurnalistlik fəaliyyətindən uzaq düşmüşdü. Ancaq Əvəzində fəlsəfi araşdırmalara baş vurmuş, dünya dinlərinin və mədəniyyətlərinin müqayisəli tədqiqi əsasında "Üç mədəniyyət" əsərini sürgün dövründə tamamlamışdı. Onun Türkiyəyə döndükdən sonra hissə-hissə "Türk yurdu" məcmuəsində çap etdirdiyi bu əsərin yaranmasında Malta mühiti özünəməxsus rol oynamışdır. Türkiyədə fəaliyyəti Türkiyədə düşmənə qarşı mübarizəni təbliğ etmək məqsədilə təbliğatçı İrşad qrupları Anadolunun müxtəlif yerlərinə göndərilirdilər. Əhməd bəyə də bu qruplardan birinə rəhbərlik etmək təklif olunur və o bu təklifi qəbul edir. Onun qrupu Çanqırı-Kastamonu-İnebolu yolu ilə hərəkət edərək əhali arasında təbliğat aparmalı daha sonra isə Trabzon-Gümüşhane-Bayburt yolu ilə Qarsa yollanmalı idi. Son olaraq Qarsda gündəlik qəzet və müəllimlər seminariyası təsis edilməli idi. Əhməd bəyə həm qəzetə həm də məktəbə rəhbərlik etmək tapşırılmışdı. 1921-ci il iyulun sonunda Əhməd bəy iki yoldaşı ilə birgə Ankaranı iki təkərli faytonla tərk edərək təbliğata yollanır. Böyük çətinliklərə baxmayaraq dörd ay yarım ərzində onlar bir çox şəhərlərdə, qəsəbələrdə olmuş aktiv təbliğat işləri aparmışdılar. 1921-ci ilin sonu 1922-ci ilin əvvəlində Ağaoğlu rus səfiri S. Aralovu Batumdan Ankaraya qədər müşayiət etmişdir. Aralov bununla bağlı öz xatirələrində yazıb. 29 oktyabr 1921-ci ildə Əhməd bəy Qarsda olduğu zaman Ankaradakı Mətbuat İnformasiya İdarəsinə (Matbuat ve İstihbarat Umum Müdirlüğü) baş müdiri vəzifəsinə təyin edilir. Ona demək olar ki, kamalçı hərəkatın bütün informasiya siyasətinə rəhbərlik etmək həvalə edilmişdi. 1921-ci ilin dekabrında Ankaraya geri dönən Əhməd bəy həm də Anadolu Agentliyinə də rəhbərlik etməyə başlayır. Bundan başqa o, "Hakimiyyəti-milliyə" qəzetinin redaktoru vəzifəsini də yerinə yetirirdi. Demək olar ki, hər gün qəzetin səhifələrində çıxış edən Ağaoğlu sonradan nəticədə bu məqalələrini toplayaraq "İxtilalmı, inqilabmı" adlı kitab şəklində çap elətdirir. 22 iyul 1923-cü ildə 158 səslə TBMM-nə Qarsdan millət vəkili seçilir. 11 avqustdan etibarən isə məclisdə fəaliyyət göstərir. TBMM-də fəaliyyəti dövründə o, bir neçə vacib parlament komissiyalarının o cümlədən Beynəlxalq münasibətlər və konstitusiya islahatları komissiyasının da, üzvü olmuşdur. O, həm də konstitusiya komissiyasının üzvü olaraq 1924-cü ildə yeni Türkiyə konstitusiyasının hazırlanmasında və qəbulunda böyük rol oynayıb. 2 avqust 1927-ci ildə isə o, TBMM-nə ikinci dəfə Qarsdan millət vəkili seçilir.29 dekabr 1922-ci ildə o yoldaşları ilə birgə yaradıcılarından biri olduğu Türk Ocaqları cəmiyyətinin fəaliyyətinin bərpa olunmasına nail olur. 1923-cü ilin mart ayından etibarən isə cəmiyyətin çap orqanı olan "Türk yurdu" jurnalı da yenidən fəaliyyətə başlayır. 1924-cü ildə Türk Ocaqlarının müharibədən sonrakı ilk konqresində Əhməd bəy təşkilatın Mərkəzi Komitəsinə üzv seçilir.1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayır. Deyilənə görə məktəbin təntənəli açılışında Atatürkün və o dövrdə Ədliyyə naziri olmuş Mahmud Əsəd Bozqurdun çıxışından sonra məktəbdə ilk dərsi keçmək Əhməd bəyə həvalə edilmişdir. 13 fevral 1926-cı ildə TBMM-də Əhməd bəyin və Yusuf Kamalın həm millət vəkilliyindən həm də müəllimlikdən maaş almaqlarını doğru hesab etməyən həmkarları bu məsələni müzakirəyə çıxarırlar. Tənqidlərə cavab verən Yusuf Kamal Ağaoğlu ilə birgə maddi maraq olmadan belə gələcəyin hüquqşünaslarına dərs deməyə hazır olduqlarını bəyan edir. Əhməd bəyin 1925–1926, 1926–1927-ci dərs illərində verdiyi mühazirələr kitab şəklində toplanaraq ərəb əlifbası ilə nəşr edilmişdir. Lakin ölkənin 1928-ci ildə latın əlifbasına keçidi onun böyük kütləyə çıxışını məhdudlaşdırmışdır. 2012-ci ildə isə onun bu mühazirələri təkrar latın əlifbası ilə nəşr edilmişdir. Əhməd bəy 1930-cu ilə qədər Ankara Yüksək Hüquq məktəbində dərs deyir.Türkiyədə göstərdiyi fəaliyyətlə yanaşı öz soydaşlarına da kömək olan Əhməd bəy Məhəmməd Əmin Rəsulzadənin İstanbulda nəşr etdirdiyi "Yeni Kafkasya" jurnalının çap olunmasına da maddi yardım edir. Bunu onun 1924-cü ilin 14 martında yazdığı şifrəli məktubun məzmunu da təsdiq edir. Məktubda onun "Yeni Kafkasya" jurnalının çap olunması üçün Məhəmməd Əmin Rəsulzadəyə 350 lirə göndərdiyindən bəhs edilir. Hətta Məhəmməd Əmin Rəsulzadə İstanbulda Əhməd bəylə görüşəndə ondan Parisdən İstanbula köçməyi düşünən Ceyhun Hacıbəyli üçün iş tapmağa kömək istəyir. Ağaoğlunun 17 mart 1925-ci ildə yazdığı məktuba əsasən o Türk Ocaqları təşkilatının Mərkəzi Komitəsindən siyasi mühacirlər Məhəmməd Əmin Rəsulzadə, Xosrov bəy Sultanov və Əbdüləli bəy Əmircanov üçün aylıq 75 lirə pulun ayrılmasına nail olmuşdur. Bundan başqa Ağaoğlunun şəxsi təşəbbüsü ilə ölkə ərazisində yerləşən Türk Ocaqları təşkilatının 130 bölməsi "Yeni Kafkasya" jurnalına abunə olurlar. Və bu azərbaycanlı siyasi mühacirləri maddi iflasdan xilas edir. Məhz bu fəaliyyətinə görə Ağaoğlu Türkiyə xüsusi xidmət orqanlarının nəzarətində olub. Hərbi kəşfiyyatın bir hesabatında Atatürk tərəfindən Ağaoğlunun İzmirə getməsi üçün ayrılan 12 min lirənin ölkədə yerləşmiş müsavatçı mühacirlərə verilməsi ehtimalından narahatlıq duyulur. Bu səbəblərdən Ağaoğlu azərbaycanlı siyasi mühacirlərlə olan əlaqəsini gizlətməyə çalışıb gizlin yazışmalara üstünlük verirdi. Türkiyədə yeni rejim möhkəmləndikcə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində avtoritorizm güclənirdi. Əhməd bəy isə bu halla heç barışmaq istəmirdi məhz buna görə də 1926-cı ildə hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edən hesabat məktubunu Atatürkə yollayır. Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui istifadə etmələrinə səbəb kimi ölkədə tək partiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı. Bundan başqa Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər iqtisadiyyatın fərqli sahələrində olan dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Və o bu hesabat məktubunu da Dövlət Şəkər tozu Şirkətinin direktorlar şurasına rəhbərlik etməsi təklif edildikdən sonra yazmışdır. Atatürk ölkədəki açıq və ya gizlin müxalif qüvvələri bir yerə toplayıb onları idarə etmək üçün Türkiyənin Parisdəki səfiri Fethi Okyara yeni yaradılacaq müxalif partiyaya rəhbərlik etməyi təklif edir. Yeni yaradılan Sərbəst Firqəyə sonradan Atatürkün istəyi ilə Əhməd bəy də qatılır. Onunla yanaşı həm də Atatürkün bacısı Makbule xanım da partiyaya üzv olur. 1930-cu ilin avqust ayında yeni yaradılan partiyanın proqramı Əhməd bəy tərəfindən yazılıb dərc edilir. Partiyanın nizamnaməsi də Əhməd bəy Ağaoğlu tərəfindən yazılır. Lakin partiya uzun müddət fəaliyyət göstərə bilmir və 100 gündən sonra 17 noyabr 1930-cu ildə öz fəaliyyətini dayandırır. Partiya fəaliyyətini dayandırdıqdan sonra partiyanın lideri də daxil olmaqla üzvlərin mütləq çoxluğu yenidən Cümhuriyyət Xalq Firqəsinə üzv oldular. Hətta partiyanın rəhbəri Fəthi Okyar 1931-ci ildə Türkiyənin Böyük Britaniyadakı səfiri təyin olunur. Seçilən üzvlərdən yalnız Əhməd bəy Atatürkə verdiyi sözünü tutaraq partiyaya üzv olmur. Beləki Sərbəst Firqə dağılmamışdan öncə Əhməd bəy Atatürklə olan şəxsi görüşündə partiyanın dağılacağı təqdirdə bir daha siyasətlə məşğul olmayacağını yalnız pedaqoji fəaliyyətlə məşğul olacağını söz vermişdi.Əhməd bəyin müxalifətə keçməsi hökumət tərəfindən bağışlanmadı. Onların Keçiörəndə olan evlərinin qarşısında hər gün 24 saat mülki geyimli polislər növbədə olurdular. Polislər evə gələn şəxslərin adlarını və maşınlarının nömrələrini qeyd edirdilər. Sürəyya Ağaoğlunun xatirələrinə görə bir qış gün Əhməd bəy küçədə növbə çəkən polis üşüməsin deyə onu evə dəvət edir. Və o zamandan polis evin içində növbə çəkir. Hətta ailə İstanbula köçəndə Əhməd bəyin həyat yoldaşı Sitarə xanım daxili işlər nazirinə növbə çəkən həmin polisi də İstanbula göndərməyi məsləhət görür.Əhməd bəy 1932-ci ildə Ankaradan İstanbula köçməyi qərara alır. Keçiörəndəki evlərini satdıqdan sonra İstanbulda memar Sedat Çetintaşa yeni ev tikdirir. Evdə kitabxanaya və eləcə də Əhməd bəyin şəxsi istəyi ilə dairəvi bir otağa da yer ayrılır. Bu dairəvi otaqda o hər birinci gün axşam ziyalıları toplayaraq sosial, mədəni mövzularda müzakirələr aparırdı. Siyasətdən getdikdən sonra isə Ağaoğlu daha çox elmi-tarixi araşdırmalarla məşğul olur. Dünyada tarixində ilk dəfə o, etruskların türk kökləri haqqında fikir irəli sürüb. Onun fikrinə görə etrusklar türk köklüdürlər və onlar şərqdən gəlib Anadoludan keçərək Apenin yarımadasında peyda olublar.1933-cü ildə Əhməd bəy Türkiyə cəmiyyətində liberal dəyərləri təbliğ etmək üçün "Akın" qəzaetini təsis edir. Təbliğ etdiyi dəyərlər ölkədəki mövcud təkpartiyalı sitemə zidd olduğu üçün Əhməd bəy Ağaoğlu və onun qəzeti hökumətə tabe mətbuat və dövlət strukturları tərəfindən hücumlara məruz qalırdılar. Davamlı baş verən polemikalara görə bəzən Əhməd bəyi məhkəməyə də verirdilər. Məhkəmələrin birində Ağaoğlu hakimdən icazə alaraq çıxış edir. O öz çıxışında bunları deyir: Qəzet bu məhkəmədən qalib çıxır. Lakin qəzetin dövlətin rəsmi təbliğatına zidd getdiyi üçün, hakimiyyətin yüksək təbəqəsində olanların hakimiyyətdən sui istifadə hallarını, rüşvət hallarını, iqtisadiyyatın fərqli sahələrində olan monopoliyanı ifşa etdiyi üçün uzun müddət fəaliyyət göstərə bilməyəcəyi bəlli idi. Atatürk Əhməd bəy Ağaoğlunu Dolmabaxça sarayında yeməyə dəvət edir. Daha sonra Axın qəzetində yazılan tənqidi yazılarla bağlı narazılığını bildirir. Daha sonra isə ona həm dövlətin universitetində professor, həm də qəzetdə redaktor olmasının mümkün olmadığını deyərək qəzetin çapını dayandırmasını istəyir. Ağaoğlu isə qətiyyətlə ona cavab verir ki heç vaxt qəzetin çapını könüllü olaraq dayandırmayacaq. Atatürk bu cavaba əsəbiləşərək ona sığıntı olmasını unutmamağı deyir. Cavabında isə Ağaoğlu ona deyir: Bu hadisədən sonra Axın qəzeti 1933-cü ilin sentyabr ayında hökumət tərəfindən bağlanır. Qəzetin 24 sentyabrda çap olunmuş son sayında hökumət qəzeti olan Hakimiyyet-i Milliye sərt tənqid edilmişdir. Bundan başqa Əhməd bəy universitet islahatları adı ilə professorluqdan məhrum edilib təqaüdə göndərilir. Bu isə həmişə fəaliyyətdə olan bir insan üçün faciə idi. Öz dostu Fəthi Okyara bu hadisələrlə bağlı məktubunda yazırdı: Ölümü və dəfni Ömrünün son günlərində yataq xəstəsi olan Əhməd bəy Ağaoğlu dünyasını dəyişməzdən əvvəl başına toplanan övladlarına və ağlayan qızı Tezerə bunları deyir: Əhməd bəy Ağaoğlu qaraciyər iltihabından ürək çatışmazlığı nəticəsində 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişib. Ağaoğlunun cənazəsi Nişantəpədəki evindən, Təşfikiyyə camisinə gətirilib. Cənazə namazı qılındıqdan sonra isə Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunub. Vida mərasimində vali və bələdiyyə rəisləri, Lütfü Kırdar, Bolu millət vəkili Rəcəb Pekər, bir çox millət vəkilləri, vilayət, partiya və bələdiyyə nümayəndələri, universitetlərin tələbə və professorları, mətbuat işçiləri, qız məktəbinin müəllimləri, tələbələri, mərhumun dostları və yetişdirdiyi tələbələr iştirak etmişlər. Ağaoğlunun məzarı üstündə doktor Fəthi Ədib, İsmayıl Həbib və mühərrir Peyami Səfa nitq söyləmişlər, mərhumun fəaliyyətindən, elmə, türkçülüyə və gənc nəslin yetişməsində xidmətlərini sadalayıblar. Mərhumun məzarı üzərinə universitetlərdən, Anadolu agentliyindən, Qalatasaray idman klubundan, mətbuat idarəsindən, Ankara Universitetinin hüquq fakültəsi və dostları adından çələnglər qoyulmuşdu. 1939-cu il mayın 19-dan 22-dək olan bütün Türkiyə qəzetləri Əhməd bəy Ağaoğlunun dəfnindən reportajlar, xatirələr, həyatından müxtəlif detallar çap etdirmişdilər. Şuşaya qayıtdıqdan sonra Əhməd bəy Ağaoğlu Peterburqda birlikdə təhsil aldığı Fərrux bəy Vəzirovun qonağı olur. Burada o Fərrux bəyin əmisi qızı, məşhur Vəzirovlar nəslindən olan Sitarə xanımı görür və ona vurulur. Deyilənə görə, Əhməd bəy zamanın adətlərinə qarşı çıxaraq elçiliyini özü edir. Bu isə Sitarə xanımın anasının xoşuna gəlmir və öz qızını Əhməd bəyə verməkdən imtina edir. Əhməd bəylə Starə xanım yalnız anasının ölümündən sonra 1902-ci ildə ailə həyatı qura bilirlər. İlk övladları olan Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada dünyaya gəlir. 1909-cu ildə ailə təqiblərdən qurtulmaq üçün İstanbula köçür. Burada ailənin çətin günləri başlayır. Körpə övladları Bəşir dünyasını dəyişdikdən sonra Əhməd bəy 1918-ci ildə Nuru Paşanın müşaviri kimi Azərbaycana gəldiyi vaxt İstanbulda yenicə tikdirib köçdükləri ev yanıb, külə dönür. Bakıdan qayıtdıqdan sonra isə onu həbs edib Maltaya sürgün edirlər. Sitarə xanım böyük bir ailər ilə qərib diyarda Əhmədsiz qalır. Lakin təmkinli olan Sitarə xanım Əhməd bəyə ünvanladığı məktublarında da yaşadığı çətinlikləri ona hiss etdirmir. Övladlarını böyütmək üçün evdə nə varsa satıb onlara xərcləyir, lakin bu çətinliklərin heç birini Əhməd bəyə bildirmir. Sitarə xanım 1933-cü ildə 52 yaşında vəfat edir. Əhməd bəy və Sitarə xanımın 7 övladı olub. Vəzir və Bəşir kiçik yaşlarında vəfat etmiş, qalan 5 nəfərdən – Sürəyya, Tezər (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin ali təhsil alaraq Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamışlar. Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. İstanbul Universiteti hüquq fakültəsinin ilk qız tələbəsi olub. Təhsilini bitirdikdən sonra şərqin, türk dünyasının ilk qadın vəkili, hüquqşünası olub. Sürəyya xanım Türkiyənin siyasi həyatında fəal iştirak etmiş, Yeni Türkiyə Partiyasının qurucularından olmuş, partiyanın İstanbul təşkilatına rəhbərlik etmişdir. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atmışdır: Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olmuş, həmin dərnəklərin bir çoxuna rəhbərlik etmişdir. Dəfələrlə Beynəlxalq tədbirlərdə Türkiyəni təmsil etmişdir. Beynəlxalq Hüquqçular Birliyinin üzvü (1952), sonralar Hüquqçu Qadınlar Federasiyasının ikinci katibi olmuşdur. 1960-cı ildə Qadın Hüquqçular Birliyinin BMT Cenevrə Təşkilatı təmsilçisi seçilmişdir. İkinci qızı Tezer Taşqıran 1907-ci ildə Bakıda anadan olub. Əsl adı Təzəxanım olsa da Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır. 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifidir.Əhməd bəy Ağaoğlunun böyük oğlu Əbdürrəhman Ağaoğlu Fransada ali mühəndis təhsilinə yiyələnib, Türkiyənin çağdaş elektrik şəbəkələrinin qurulmasının pionerlərindən biri kimi tanınmışdır.Kiçik oğlu Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlib. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləyib. Türkiyəyə geri döndükdən sonra 1950–1960-cı illərdə TBMM-in deputatı olur və Demokrat partiyası qalib gəldikdən sonra baş nazir Adnan Mendersin hökumətində baş nazirin müavini, əmək naziri, sənaye naziri kimi mühüm vəzifələrdə çalışır. 27 may 1960-cı il çevrilşindən sonra Menderes və hökumətin digər üzvləri kimi Səməd Ağaoğlu da həbs edilərək ömürlük həbs cəzasına məhkum edilir. Lakin 1964-cü ildə əfvi-ümumiyə düşərək həbsdən azad edilir. 1967-ci ildə o, ata yurdu Azərbaycanda olur. Geri döndükdə isə gördükləri əsasında Sovet Rusiya İmperiyası adlı kitab yazır. Bundan başqa onun "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü", "Tanış izlər", "Dostum Menderes" kimi kitabları da vardır. Ən kiçik övladı olan Gültəkin Ağaoğlu isə Türkiyənin tanınmış pediatrlarından biri olub. Ölümündən iki il əvvəl yazmağa başladığı xatirələrini düşüncə böhranı içində olduğu bir vaxtda qələmə aldığı üçün tamamlamayıb. Yazdığı xatirələr həyatının yalnız Şuşa, Peterburq, Paris dövrlərini əhatə edir. Oğlu Səməd Ağaoğlu atasının xatirələrini yarımçıq qoymasını belə izah edib: Öz xatirələrində Əhməd bəy atası haqqında bunları yazır: Anası haqqında isə bunları yazır: Çap olunmuş kitabları Şiə məzhəbi və qaynaqları, London, 1893.Əhməd Ağaoğlunun 1892-ci ildə Londonda keçirilən IX Şərqşünaslar Konfransına təqdim etdiyi məqaləsidir. Bu bildirişində Ağaoğlu şiəliyin İranda necə rəsmi dövlət dini olmasını açıqlamışdır. Qızı Sürəyya Ağaoğlu bu yazısına görə atasına İran Şahı tərəfindən firuzə üzük hədiyyə edildiyini bildirir İslamiyyətdə qadın, Tiflis, 1901.Qadınların İslamdan əvvəl və sonrakı vəziyyətindən bəhs edən bu əsərdə Əhməd Ağaoğlu İslam mənbələrinə əsaslanaraq onların tarixi proseslərdəki iştirakına toxunmuş və XX əsrin əvvələrində müxtəlif cəmiyyətlərdə qadın hüquqları məsələsini tədqiq etmişdi. 1901-ci ildə Tiflisdə "Kavkazski vestnik" jurnalının 3-cü sayında rus dilində çap olunan bu əsəri Həsən Əli Ediz türk dilinə çevirmişdir. Bu tərcümə ilk dəfə 1959-cu ildə İstanbulda çap olunmuşdu. Əsər sonralar Birey Toplum Yayınları arasında yenidən nəşr olunmuşdu. Türk Təşkilat-i Əsasiyəsi, Ankara, 1925.Əhməd bəy Ağaoğlunun Ankara Universiteti Hüquq Fakültəsindəki mühazirələrindən qeydlərdir. Üç mədəniyyət, İstanbul, 1927.Əhməd bəy Ağaoğlunun Maltada əsirlikdə olduğu vaxtlarda yazdığı müxtəlif mövzulardakı yazıları sonralar – 1927-ci ildə "Üç Mədəniyyət" adı altında toplanmışdır. Əsərdəki mövzular Üç Mədəniyyət, Din, Əxlaq, Fərd, Ailə, Cəmiyyət, Dövlət, Hökumət başlıqları ilə verilmişdir. Bu yazılar kitab şəklində çap olunmamışdan əvvəl "Türk Yurdu" dərgisində silsilə olaraq dərc olunmuşdur. Əsər ilk dəfə kitab şəklində 1927-ci ildə nəşr olunmuşdur. Sonralar bir neçə dəfə çap edilmişdir. İngiltərə və Hindistan, İstanbul, 1929.Əhməd bəy Ağaoğlu bu əsərində İngiltərənin idarəetmə və dövlət təşkilatlarındakı uğurların səbəbini açıqlayır. Əsərdə Ağaoğlu İngiltərənin özündən böyük ölkələri, xüsusilə Hindistanı necə müstəmləkəsinə çevirdiyini izah edir. Kitab ilk dəfə İstanbulda Cümhuriyyət mətbəəsində 1929-cu ildə çap edilib. Sərbəst insanlar ölkəsində, İstanbul, 1930.Əhməd bəy Ağaoğlunun alleqorik əsərlərindən biridir. Əsərdə müəllif əsarət zəncirlərini qıraraq qaçan bir Türkün demokratik ölkəyə gəlməsi və bu ölkənin vətəndaşı olması üçün nələr etməli olduğunu göstərir. Əhməd bəy Ağaoğlu "Sərbəst İnsanlar Ölkəsi" deyə adlandırdığı bu xəyali ölkənin başqalarının hüquqlarına sayğı göstərən, qanunlarla idarə olunan bir yer olduğunu göstərir. Ölkənin yaşayış tərzi, qanunları əsərdə utopik mənada şərh olunur. Hüquq tarixi, İstanbul, 1931.Əhməd bəy Ağaoğlunun Hüquq fakültəsində 1931–1932-ci tədris illərində keçdiyi dərslərin bəzi məqamlarının toplandığı kitabdır. Dövlət və fərd, İstanbul, 1933.Əhməd bəy Ağaoğlunun "Cümhuriyyət" qəzetində "Kadro" dərgisi və Kadro hərəkatı ilə bağlı çap olunmuş məqalələrinin toplusudur. 1932-ci il noyabrın 13-də "Cümhuriyyət" qəzetində çap olunan bu məqalələr silsiləsinin ilk yazısının başlığı – Dövlət və Fərd sonralar kitabın adı olmuşdur. Məqalələr silsiləsi 14 yazıdan ibarətdir. 1500 ilə 1900 arasında İran, Ankara, 1934.XVI əsrin əvvəllərindən 1896-cı ilə qədərki İran tarixi və İran tarixində Türklərin rolu mövzusundan bəhs edir. İran və inqilabı, Ankara, 1941.XVI əsrdən 1925-ci ilə qədərki İran tarixindən və İran şahı Rza Pəhləvi dövründə baş vermiş tarixi hadisələrdən bəhs edir. Əslində bu, 1500 ilə 1900 arasında İran sərlövhəli əsərə 1896-cı ildən sonrakı hadisələrin əlavə edilərək genişləndirilmiş formasıdır. Mən nəyəm, İstanbul, 1939.Əhməd bəy Ağaoğlu 1936-cı il sentyabrın 5-də "Cümhuriyyət" qəzetində bu başlıqla çap olunan beş məqalədən ibarət yazı silsiləsini 1939-cu il dekabrın 19-da eyni adla əlavə dörd məqalə yazaraq davam etdirmişdir. Övladları Əhməd bəy Ağaoğlunun ölümündən sonra dərc olunmamış üç məqaləsini də əlavə edərək on iki məqalədən ibarət "Mən Nəyəm" adlı kitab çap etdirmişlər. Alleqorik əsərdir. Əsərdə bölmələrdən biri "Tanrı Dağında" adlanır. Əhməd Ağaoğlunun "Cümhuriyyət" qəzetində əski Türk yaşayışına dair yazdığı məqaləsi sonralar "Mən Nəyəm" adlı əsərində eyni adla çap olunmuşdur. Əhməd Ağaoğlu qədim Türk yaşayışına dair məlumatları rus alimi Seroşevskinin "Yakutlar" əsərindən əldə etmişdir. Bu yazı da alleqorik əsərdir. Könülsüz olmaz, Ankara, 1941.Maltada sürgün günlərində yazılmış didaktik xatirələrdir. Əhməd bəy Ağaoğlunun alleqorik əsərlərindən biridir. İxtilalmı, inqilabmı, Ankara, 1942.Əhməd bəy Ağaoğlunun "Böyük Zəfər"dən öncə Anadoluda başlayan və davam edən hərəkatın yeni dövlət qurmaq prinsipinə əsaslandığını və Milli Qurtuluş Mübarizəsi apardığını nəzərə çatdırmaq məqsəd ilə yazılmış məqalələrindən ibarət əsəri 1922-ci ilin may-avqust aylarında "Hakimiyyət-i Milliyə" qəzetində dərc olunmuşdur. Bu məqalələr ölümündən sonra toplanaraq kitab şəklində çap olunub. Sərbəst Firqə xatirələri, İstanbul, 1969.1930-cu ildə təşkil olunan Sərbəst Cümhuriyyət Partiyasına necə daxil olduğundan, o günlərin siyasi mühitindən, Sərbəst Cümhuriyyət Partiyasının hədəflərindən və düşdüyü vəziyyətdən bəhs edən xatirələrdir. Haqqında yazılmış kitablar Atamdan xatirələr, Ankara, 1940.Kitab Səməd Ağaoğlu tərəfindən atasının ölümünün birinci ildönümündə 1940-cı ildə Ankarada çap edilib. Kitab üç hissədən ibarətdir. Birinci hissə Səməd Ağaoğlunun atası haqqında xatirələrindən, ikinci hissə Əhməd bəy Ağaoğlunun öz uşaqlıq və gənclik illəri xatirələrindən üçüncü hissə isə Əhməd bəy öldükdən sonra haqqında yazılan yazılardan ibarətdir. Atamın dostları, İstanbul, 1998.Yazıçı, siyasətçi və dövlət xadimi Səməd Ağaoğlu tərəfindən yazılan "Atamın dostları" kitabında atası, Əhməd Ağaoğlunun türkçülük hərəkatında, sənət və siyasət aləmində, yeni Türkiyənin qurulması uğrunda mübarizədə çiyin-çiyinə addımladığı bir sıra şəxsiyyətlərin portretləri yaradılıb. Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi cizgilərlə rəsm etdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarır. Kitab 1998-ci ildə İstanbulda "İletişim Yayıncılık" nəşriyyatı tərəfindən, 2016-cı ildə isə Bakıda Qanun Nəşriyyatı tərəfindən çap edilib. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu, Bakı, 2018.Kitab, 2018-ci ildə tarix elmləri doktoru, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifi olan Aydın Balayev tərəfindən yazılan bu əsər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilib. Müəllif əsərdə qeyri-adi istedada malik bu şəxsiyyət barədə bioqrafik məlumatları, sadalamaqla kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izah edib. Kitab rus dilindədir və tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub. Xarici keçidlər Əhməd Ağaoğlunun gəlini, millət vəkili, Şuşa səyahəti — ARAŞDIRMA + NADİR FOTOLAR Əhməd Ağaoğlu. Sərbəst insanlar ölkəsində (PDF) ( (az.)). TUTU nəşriyyatı. 2001. 2018-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-25. Əhməd Ağaoğlu. Seçilmiş əsərləri (PDF) ( (az.)). Şərq-Qərb nəşriyyatı. 2007. 5 noyabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 noyabr 2019. İran və inqilabı Sərbəst insanlar ölkəsində (türk.) İngiltərə və Hindistan (türk.) İslamda qadın Dövlət və Fərd Şiə dinində məzdəki inancları Video materiallar Əhməd bəy Ağaoğlu (AzTV) Difai hamisi – Əhməd bəy Ağaoğlu (Kəpəz TV) Atatürkün yaxın məsləhətçilərindən biri Əhməd bəy Ağaoğlu… Əhməd bəy Ağaoğlunun məzarı Nəhəng və Firəng (Real TV) | https://az.wikipedia.org/w/index.php?curid=73391 |
Əhməd bəy Bayandur | Əhməd bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı (1389–1403) Fəxrəddin Qutlu bəyin oğlu idi. Atasının vəfatından sonra, 1389-cu ildən 1403-cü ilədək Ağqoyunlu tayfa birliyinə rəhbərlik etmişdi. Ağqoyunlu tayfa birliyinin başında dövlət qurmaq yolunda mübarizəyə girişmişdi. Ərzincan əmiri Mütəhhərtən Qazı Bürhanəddin Sivasda hakimiyyəti ələ keçirdikdən bir qədər sonra, ona qarşı yürüşə başladı. Mütəhhərtən Əhməd bəy Bayandur da tabeliyində olan Ağqoyunlular ilə Sivasa qarşı hərəkətə keçdi. Bu basqının qarşısını almaq üçün Qazi Bürhanəddinin göndərdiyi Əmir Yusif Çələbi baş vermiş vuruşmada məğlub edildi və öldürüldü. Qazi Bürhanəddinlə münasibətləri Əhməd bəy Bayandur bu basqından peşman olub Bürhanəddin Əhməd bəy Salurun yanına gəldi. Özü ilə qardaşlarını da gətirdi. Üzr istəyib kiçik qardaşı Qara Yuluq Osmanı ona girov verdi. 1389-cu ildə Qaraqoyunlu əmiri Qara Məhəmməd bəy Müttəhərtənlə birləşib köhnə düşmənlərinə qarşı vuruşmaq qərarına gəldi. Müttəfiqlər Ağqoyunluları dar bir keçiddə sıxışdırdılar və ağır bir məğlubiyyətə düçar etdilər. Bu məğlubiyyətdən sonra Əhməd bəy Bayandur və qardaşı Hüseyn bəy Sivas hökmdarı Bürhanəddin Əhməd bəy Salurdan sığınacaq istədilər. Əhməd bəy onları yaxşı qarşılayıb üstəlik də ənam-ərmağanlarla xələtləndirdi. Əhməd bəy Bayandur məcara sevən bir başçı idi. O, dinc durmayaraq qarışıqlıq axtarırdı. Qardaşı Hüseyn bəy Bayandur ondan Qaziyə şikayət etdi. Əhməd bəy bir çox əmirlərlə birləşib Bürhanəddin Əhməd bəyi öldürmək istəyirdi. Günü-gündən azğınlaşan Əhməd bəy Qaziabadda keçirilən hərbi qüvvələrin baxışında Bürhanəddini açıq-aşkar hamının yanında təhdid etdi. Bürhanəddin onunla dinməz-söyləməz keçindi. Həmin arada Əhməd bəy Bayandur güclənmişdi.1393-cü ildə Turhal qalasını mühasirədə saxlayan Qazi Bürhanəddinin yanına gələn Əhməd bəy Bayandur Amasyanın abad və zəngin bir şəhər olduğunu söyləyərək, oranı birlikdə ələ keçirməyə çağırdı. Qazi Bürhanəddin razılaşıb, oraya yürüşə başladı. Əhməd bəy Bayandur isə nəinki hücüm etmədi, hətta Amasya hakimi Əmir Əhməd bəyi xəbərdar etdi. Sonra Amasya əmiri ilə ittifaq bağlayaraq Tokat şəhərinə yürüşə gəldi. Qazi Bürhanəddinə bir daha tabe oldu. 1395-ci ildə Qazi Bürhanəddinin Ərzincana hücum edəcəyini eşidən Əhməd bəy Bayandur elçi və məktub göndərib, köməyini təklif etdi. Qazi Bürhanəddin bu təklifdən sevinib, görüşəcəkləri yeri aydınlaşdırdı. Birlikdə hücuma keçib, Ərzincanın içərilərinədək irəlilədilər. Yağma və qarətlə oranı əldən saldılar. Bürhanəddin Əhməd bəy Bayburta qədər olan ərazini Ağqoyunlu əmirinə iqta verib, geri qayıtdı. Qara Yuluğun üsyanı 1395-ci ildə Qara Yuluq Osman bəy qardaşına qarşı üsyan edib, Kəmax qalasını yağmalamışdı. Qazi Bürhanəddinin köməyi ilə Qara Yuluq geri çəkildi. 1396-cı ildə Əhməd bəy Bayandur öz qoşunu ilə Qaziyə qatılıb Ərzincana ikinci yürüş etdi. Qazi Bürhanəddin bu yürüşə başçılıq edirdi. Əhməd bəy Bayandur bu yürüşdə Əmir Teymurun artıq yaxında olduğunu öyrəndi. Tez oradan uzaqlaşıb, Diyarbəkirə getdi. Oradan da Malatyaya hərəkət etdi. Bura gəlməkdə yağmaçılıq etmək istəyirdi. Əhməd bəyin bu əməllərini eşidən Qazi Bürhanəddin öz şəxsi qvardiyasını ora göndərdi. Əhməd bəy Bayandur keçmiş müttəfiqinin tərpənişindən xəbərdar olub, Ərzincana doğru hərəkət etdi. Öndəki savaş zərurətini düşünüb, elçilərini Qazi Bürhanəddinin yanına göndərdi. Bürhanəddin Əhməd bəy onu bağışlayıb, Məlik Əhmədin əlində olan şərqi Qarahisar vilayətini işğal etməyə yolladı. Əhməd bəy Bayandur get-gedə güclənib, Burhanəddin Əhməd bəyin itaətindən çıxdı, hətta o arada Sivasa hücüm etmək fikrinə də düşdü. 1396-cı ilin payızında üsyan etmiş Əhməd bəy Bayandır Burhanəddin Əhməd bəyin əmirinə tabe olmaqdan qəti boyun qaçırdı. Əmir Teymurla 1402-ci ildə Əhməd bəy Bayandur Əmir Teymurun ordusunda İldırım Bəyazidə qarşı vuruşmuşdu. Həmin ildə Əmir Teymur onu həbs etmişdi. Onun oğlu Məhəmməd bəy İldırım Bəyaziddən əldə olunan qəniməti yolda Əmir Teymurun mühafizlərindən almışdı. 1403-cü ildə Əhməd bəy hakimiyyətdən qovuldu. Hakimiyyətə Qara Yuluq Osman gəldi. Məhəmməd bəy Qılıc Aslan bəy Pir Həsən bəy Qızı Ərzincan əmiri Mütəhərtənin həyat yoldaşı idi. | https://az.wikipedia.org/w/index.php?curid=78887 |
Əhməd bəy Cavanşir | Əhməd bəy Cavanşir — tarixçi, şair, Pənahəli xan Sarıcalı-Cavanşirin nəticəsi, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atası. Əhməd bəy Mülkicahan xanımla ailə qurmuşdu.Aslan bəy, Məhəmməd bəy adlı oğulları, Həmidə bəyim adlı qızı vardı. Ənvər Çingizoğlu, Cavanşir eli: Sarıcalılar, Bakı, "Mütərcim", 2015.səh.352. Mehriban Vəzir “Əhməd bəy Cavanşir” Tarixi-sənədli roman. (Bakı - 2019) Həmçinin bax Qarabağnamələr | https://az.wikipedia.org/w/index.php?curid=78750 |
Əhməd bəy Hali | Əhməd bəy Hali (1775-1862), şair Əhməd bəyin Abbasqulu bəy adlı oğlu vardı. Yaradıcılığı Bu fəsildə seyri-bağ xoşdur, Həm əldə müdam əyağ xoşdur. Həmçinin bax Azərbaycan ədəbiyyatı | https://az.wikipedia.org/w/index.php?curid=82102 |
Əhməd bəy Müqimov | Əhməd bəy Müqimov (1899, Şuşa rayonu – 1946, Şuşa, DQMV) — Qarabağın tanınmış xeyriyyəçi və himayədarlarından biri. Erkən həyatı Əhməd bəy Qarabağda, Şuşada anadan olmuşdur. O, Qarabağın tanınmış Müqimovlar soyuna mənsubdur. Bu nəslin ulu babası Müqim ağadır. Müqim ağa XVIII əsrdə Şuşa şəhərində yaşamışdır. Mədrəsə təhsili almış Müqim ağa məhəllələrinin dini işləri ilə məşğul olmuşdur. Molla Müqim ağanın İman ağa və Qurban ağa adlı oğlanları vardı. İman ağa Molla Müqim ağa oğlu 1772-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almışdır. Sonra təhsilini Təbriz şəhərində davam etdirmişdir. Tibb elmini dərindən bilirdi. Şuşa şəhərində dini işlərə maraq göstərirdi. Molla ünvanını daşıyırdı. Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdir.Məşədi Molla İman ağanın törəmələri əvvəlcə İmanbəyov soyadını daşıyırdılar. Məşədi Molla İman ağa Mələknisə xanımla ailə qurmuşdur. Məhəmməd ağa, Xudaverdi ağa, Həsən ağa, Hüseyn ağa, Müqim bəy, Əmiraslan bəy, İbrahim bəy adlı oğlanları, Mehri xanım, Bədir xanım, Bacıxanım xanım, Bahar xanım və Gövhər xanım adlı qızları dünyaya gəlmişdir. Məşədi Molla İman ağanın beşinci oğlu İbrahim bəy 1828-ci ildə Şuşa şəhərində dünyanı tanımışdır. İbtidai təhsilini atasından almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Ticarətlə məşğul olub. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət edib. Hacı İbrahim bəy Gülxanım xanımla ailə qurmuşdur. Onların Mahmud, Rza, Lətif, Muxtar, Zülfüqar, Məmmədcəfər, Əbdürrəhim adlı oğlanları dünyaya gəlmişdir. Mahmud bəy Hacı İbrahim bəy oğlu 1857-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Ticarətlə məşğul olan Mahmud bəy II gildiya tacir ünvanı almışdır. Mahmud bəy Xanım xanım Allahverdi qızıyla ailə həyatı qurmuşdur. Onların Əhməd, Məhəmməd, Əhəd adlı oğlanları, Aftab, Teyhu, Zəhra adlı qızları dünyaya gəlmişdir. Əhməd bəy Mahmud bəy oğlu Müqimov 1899-cu ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini məhəllə mollaxanasında alan Əhməd bəy sonra Şuşa real məktəbində təhsilini davam etdirmişdir. Türk, fars, ərəb, rus və fransız dillərini gözəl bilirdi. O, da nəslinin nümayəndələri kimi ticarətlə məşğul olmuşdur.Əhməd bəy Müqimov bir müddət Dağıstanda yaşamışdı. Petrovsk (indiki Mahaçqala) şəhərində dükanları, ticarət obyektləri vardı. O, Rusiyadan İrana taxta-şalban, metal lövhələr, fabrik-zavod istehsalı olan mallar, qida məhsulları satırdı. İrandan isə Rusiyaya meyvə qurusu, xalça gətirirdi. Xeyriyyəçilik fəaliyyəti Elmi araşdırmalara əsasən müəyyən edilmişdir ki, 1918-ci ildə Bakıda mart soyqırımı dövründə Dağıstana qaçmış Azərbaycan vətəndaşlarına da imkan daxilində yardım etmişdir.Əhməd bəy Müqimov bir çox şuşalı xanəndələri Prtrovska dəvət etmiş, konsertlərinin təşkil olunmasına yardım göstərmişdir. Azərbaycanın elm, təhsil sahəsində görkəmli şəxsiyyətlərin yetişdirilməsində böyük rolu olan Əhməd bəy Müqimov bir çox məktəblərə maddi yardım göstərmişdir. Əhməd bəy Müqimov atası Mahmud bəylə birlikdə Fransada, Paris şəhərində olmuşdu. Onlar Avropadan yük daşımaq üçün "Kavkaz i Merkuri" şirkətinin gəmilərindən istifadə edirdilər.Əhməd bəy Müqimov "Molla Nəsrəddin" jurnalının abunəçisi idi. Bu jurnalın hər sayını tacir dostlarına oxuyurdu. Əhməd bəy Müqimov sovet dönəmində mühasib işləyib. O, uzun illər ərzində zəngin həyat təcrübəsi əldə etmiş, sonradan qazandığı bu təcrübələrini iş yerində də tətqbiq etmişdi. Əhməd bəy Müqimov 23 yanvar 1946-cı ildə vəfat edib. Əhməd bəy Səltənət Tağı qızı Şəfiyeva (1912-?) ilə həyat qurmuşdu. Onların bu nikahdan Oqtay, Arif, Aydın adlı oğlanları, Elmira adlı qızı dünyaya gəlmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=748097 |
Əhməd bəy Məhəmmədbəyov | Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü Novorossiya İmperator Universitetində hüquq təhsil alıb.1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin]Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur. Bəzən Qazı Əhməd bəyin adında "bəy" titulu istifadə olunmaya bilər, həmçinin adı və soyadı müxtəlif cür yazıla bilər : "Qazıəhməd", "Xanbaba", "Canbaba", “Babaxan”, "Qazı Əhməd", "Məmmədov"; "Məmmədbəyov" və ya "Məhəmmədbəyov". 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar, V cild (Ədalət Tahirzadə və Misir Mərdanov) | https://az.wikipedia.org/w/index.php?curid=201760 |
Əhməd bəy Pepinov | Əhməd bəy Pepinov (tam adı: Əhməd bəy Ömər oğlu Pepinov; 11 sentyabr 1893, Axalsıx qəzası, Tiflis quberniyası – 3 iyul 1938, Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri. Əhməd bəy Pepinov 11 sentyabr 1893-cü ildə Axalsıx qəzasının Bolojur kəndində, Ömər ağa Pepinovun ailəsində doğulmuşdur. Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakultəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Siyasi fəaliyyəti 1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir. Ə. Pepinov parlamentin fəaliyyətində yaxından iştirk etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (sədri Məhəmməd Əmin Rəsulzadə idi) seçilmişdir. Lakin "Hümmət" partiyasının üzvü kimi, müəyyən siyasi və iqtisadi məsələlərdə Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cumhuriyyətin isə sayca beşinci hökumət kabinəsində (24.12.1919–30.03.1920) Pepinov əmək və əkinçilik naziri idi. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf etmişdir. Cumhuriyyət dövründə Bakıda təntənəli "Türk gecələri" konsertinin və digər müsabiqələrin təşkili də Pepinovun adı ilə bağlıdır. İşğalçı on birinci Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. İyirminci illərin dövrü mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur omuşdur. Daha sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir. 3 iyul 1938-ci ildə repressiyaya məruz qalaraq güllələnmişdir. Həsən bəy Ağayevin qızı Xurşid Ağayeva evlənmiş, Sevda Pepinova adlı uşağı olmuşdur. Sevda Pepinova öncə polkovnik Hacımurad İbrahimbəyli, sonra isə Lütfəli Abdullayevlə ailə həyatı qurmuşdur Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Xarici keçidlər Pepinov əslində kim idi? — İşgəncələrə məruz qalan, güllələnən nazir. | https://az.wikipedia.org/w/index.php?curid=73363 |
Əhməd güclüdür! | "Əhməd güclüdür!" Çeçenistan Respublikasından olan "Axmat" döyüş klubunun devizidir. Bu, sonradan təkcə döyüş klubunun deyil, həm də bu klubu təmsil edən Rusiyanın və MDB-nin müxtəlif regionlarından olan bütün idmançıların şüarına çevrilmişdir. Çeçenistanın şəhər mədəniyyətində "Əhməd güclüdür!" şüarı Qroznı Beynəlxalq Hava Limanının üzərində yazılmışdır. Əlavə ədəbiyyat Laznovsky, Nicholas Scott. "The mutated Chechen identity : "Akhmat Sila!" the significance of a slogan and its proliferation in the digital and physical space". The University of Texas at Austin. 2021. /. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=756176 |
Əhməd haradadır? | Əhməd haradadır? — 1963-cü ildə çəkilmiş Azərbaycan filmi. Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir. Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Valideynlərinin yanına gələn Əhməd (Səyavuş Şəfiyev) öyrənir ki, valideynləri onun fikrini öyrənmədən onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanı (Töhfə Əzimov)) da başına gəlir. Onu da məcburən ərə vermək istəyirlər, lakin o da oxumaq üçün çıxıb şəhərə gəlir. Əhmədin ailəsi onu axtarmağa gedir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir—birlərini sevirlər. Film haqqında Film rejissor, aktyor Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işidir. Bundan qabaq 1944-cü ildə "Fətəli xan" filmini çəkməyə başlasa da müəyyən səbəblərdən film yarımçıq qalmışdır. Film aktyor Elxan Qasımovun kinoda ilk işidir Film aktyor Eldəniz Zeynalovun kinoda ilk işidir. Film aktyor Novruz Axundovun kinoda ilk işidir. Film aktrisa Amaliya Pənahovanın kinoda ilk işidir. Film aktyor Səyavuş Şəfiyevin kinoda ilk işidir. Filmdə sürücü Əhməd roluna operator Yuli Fogelman rus aktyoru İqor Kvaşanı çəkmək istəyirdi. Filmdə sürücü Əhmədin Ceyrandan razılıq cavabı alaraq üç metr hündürlüyü olan tikinti çuxuruna yıxılır. Bu trükü aktyorun özü etmişdir. Ceyran rolunun ifaçısı gürcü aktrisası Nona Paçuaşvili filmə çəkilmək üçün həyat yoldaşı ilə Bakıya gəlir. Lakin aktrisanın həyat yoldaşı Bakıda qəflətən vəfat edir. Eyni zamanda ana olmağa hazırlaşan aktrisanın həyatında baş verən bu qəmgin hadisə onun filmdəki obrazına da təsir etmişdir. Aktrisa Ceyran rolunda bir çox kadrda kədərli üz ifadəsini gizlədə bilmir. Aktrisa çəkildiyi filmi uzun illər görməmişdi. Yaxın keçmişdə təşkil olunan filmin yubileyində aktrisa filmə ilk dəfə baxmışdır. Çəkilişlər Bakı bulvarında, Gəncədə, Hacıkənd yollarında, Ağdaşda, Sumqayıtda, Göyçayda aparıldı. Əhmədin kəndə gələrkən öküzlərin körpünün üstündə vuruşduğu kadr Ağsu körpüsünün üstündə çəkilib. Dostların qaldığı yataqxana isə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yataqxanasıdır. Səyavuş Aslanın məşhur rəqs yeri, “Uzundraz Oktay”ın girişi keçmək səhnəsi məhz orda çəkilib. Əhmədin Ceyranı aşağıdan çağırdığı yer İçərişəhər tərəfdə yerləşən "Tut ağacı" restoranıdır. Balkonda oturub çay içilən yer Dağüstü parkdır. Filmdə Əliağa Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə dekorasiydır. Kardondan qurulmuş dekordur. Aktyorun yediyi yemək isə qoyun içalatının qızartmasıdır. Başını daz qırxdırıb, özünə uzun bığ qoymaq məhz aktyorun şəxsi təşəbbüsü olmuş və rejissor tərəfindən qəbul edilmişdir. Filmdəki tikinti səhnələri Bakıda Şərifzadə küçəsində aparılan tikintilərdir. Film Moskvada əvvəlcə qəbul edilməyib və zəif film kimi qiymətləndirilib. Bu səbəbdən çox az tirajla bu film ekranlara buraxıldı. Lakin sonralar filmin göndərilməsi üçün Türkmənistan, Özbəkistan, Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya sifarişlər gəldi. Beləliklə film SSRİ-də ən çox göstərilən və pul yığan filmlərdən birinə çevrildi Film barədə akademik Cəfər Cəfərov demişdir ki, filmin dramaturgiyası yarıdan sonra get-gedə zəifləyir. Film daha çox film-konsertə oxşayır. Orfoqrafik: Titrlərdə filmin adı "Əhməd Hardadır" yazılır. Doğrusu "Əhməd Haradadır" olmalıdır. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Sabit Rəhman Quruluşçu rejissor: Adil İsgəndərov Quruluşçu operator: Yuli Fogelman Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Yusif Bağırov Operator: B. Vlasov Montaj edən: L. Kyakşt, Tahirə Babayeva Baletmeyster: Əlibaba Abdullayev Geyim rəssamı: Kazım Kazımzadə Mahnıların Mətni: Tələt Əyyubov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: M. Qurbanov Filmin direktoru: S. Bəyazov Pianoda çalan: Akif Abdullayev ("Leyla" əsəri) Məmmədrza Şeyxzamanov — Şirin Nəcibə Məlikova — Nərgiz Elxan Qasımov — Sürücü Əhməd Nonna Paçuaşvili — Ceyran Mustafa Mərdanov — Məmməd kişi Ağahüseyn Cavadov — Usta Əhməd Lütfəli Abdullayev — Zülümov Eldəniz Zeynalov — Rəngsaz Əhməd Lena Tolstova — Ağbəniz Səyavuş Aslan — Ramiz Novruz Axundov — Oqtay Töhfə Əzimova — Leyla Səyavuş Şəfiyev — Əhməd Yusif Yulduz — Yusif Tələt Rəhmanov — Kənd sakini Əbdül Mahmudov — Kənd sakini Bəşir Səfəroğlu — Sərxoş Əhməd Məmmədsadıq Nuriyev — Fəhlə Əhməd Əliağa Ağayev — Xəzinədar Amaliya Pənahova — Məsmə Dadaş Kazımov — Komissiya üzvü Əliheydər Həsənzadə — Vağzal işçisi Mənsur Məmmədov — Rəqqas (titrlərdə yoxdur) Arif Mədətov — Rəqqas (titrlərdə yoxdur) Kamil Dadaşov — Rəqqas (titrlərdə yoxdur) Əmənulla Rəsulov — Mərdanzadə (titrlərdə yoxdur) Aleksandr Sarkisov — Komendant Filmi səsləndirənlər Yusif Vəliyev — Şirin (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Əhməd (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Sürücü Əhməd (Elxan Qasımov) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Ofeliya (titrlərdə yoxdur) Hökümə Qurbanova — Leyla (Töhfə Əzimova) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Komendant (Aleksandr Sarkisov ) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Ramiz (Səyavuş Aslan) (titrlərdə yoxdur) Mirvari Novruzova — Nərgiz (Nəcibə Məlikova) (titrlərdə yoxdur) Bahadur Əliyev — Rəngsaz Əhməd ( Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Həsənağa Salayev — Mərdanzadə (Əmənulla Rəsulov) (titrlərdə yoxdur) Məmmədsadıq Nuriyev — Kənd sakini (Tələt Rəhmanov ) (titrlərdə yoxdur) Əlavə ədəbiyyat Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106; 139; 141; 144. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. "Bizim Kino" verilişi (18.06.2016) arxiv “Məşhur filmlərdən məşhur sitatlar” - “Əhməd haradadır”dan məsəllər: “Zülümov dedi, qurtardı” “Kadrarxası”: ”Əhməd hardadır”da Leyla rolunu erməni qızı oynamalı idi” - LAYİHƏ Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=13500 |
Əhməd haradadır? (film, 1963) | Əhməd haradadır? — 1963-cü ildə çəkilmiş Azərbaycan filmi. Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir. Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Valideynlərinin yanına gələn Əhməd (Səyavuş Şəfiyev) öyrənir ki, valideynləri onun fikrini öyrənmədən onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanı (Töhfə Əzimov)) da başına gəlir. Onu da məcburən ərə vermək istəyirlər, lakin o da oxumaq üçün çıxıb şəhərə gəlir. Əhmədin ailəsi onu axtarmağa gedir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir—birlərini sevirlər. Film haqqında Film rejissor, aktyor Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işidir. Bundan qabaq 1944-cü ildə "Fətəli xan" filmini çəkməyə başlasa da müəyyən səbəblərdən film yarımçıq qalmışdır. Film aktyor Elxan Qasımovun kinoda ilk işidir Film aktyor Eldəniz Zeynalovun kinoda ilk işidir. Film aktyor Novruz Axundovun kinoda ilk işidir. Film aktrisa Amaliya Pənahovanın kinoda ilk işidir. Film aktyor Səyavuş Şəfiyevin kinoda ilk işidir. Filmdə sürücü Əhməd roluna operator Yuli Fogelman rus aktyoru İqor Kvaşanı çəkmək istəyirdi. Filmdə sürücü Əhmədin Ceyrandan razılıq cavabı alaraq üç metr hündürlüyü olan tikinti çuxuruna yıxılır. Bu trükü aktyorun özü etmişdir. Ceyran rolunun ifaçısı gürcü aktrisası Nona Paçuaşvili filmə çəkilmək üçün həyat yoldaşı ilə Bakıya gəlir. Lakin aktrisanın həyat yoldaşı Bakıda qəflətən vəfat edir. Eyni zamanda ana olmağa hazırlaşan aktrisanın həyatında baş verən bu qəmgin hadisə onun filmdəki obrazına da təsir etmişdir. Aktrisa Ceyran rolunda bir çox kadrda kədərli üz ifadəsini gizlədə bilmir. Aktrisa çəkildiyi filmi uzun illər görməmişdi. Yaxın keçmişdə təşkil olunan filmin yubileyində aktrisa filmə ilk dəfə baxmışdır. Çəkilişlər Bakı bulvarında, Gəncədə, Hacıkənd yollarında, Ağdaşda, Sumqayıtda, Göyçayda aparıldı. Əhmədin kəndə gələrkən öküzlərin körpünün üstündə vuruşduğu kadr Ağsu körpüsünün üstündə çəkilib. Dostların qaldığı yataqxana isə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yataqxanasıdır. Səyavuş Aslanın məşhur rəqs yeri, “Uzundraz Oktay”ın girişi keçmək səhnəsi məhz orda çəkilib. Əhmədin Ceyranı aşağıdan çağırdığı yer İçərişəhər tərəfdə yerləşən "Tut ağacı" restoranıdır. Balkonda oturub çay içilən yer Dağüstü parkdır. Filmdə Əliağa Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə dekorasiydır. Kardondan qurulmuş dekordur. Aktyorun yediyi yemək isə qoyun içalatının qızartmasıdır. Başını daz qırxdırıb, özünə uzun bığ qoymaq məhz aktyorun şəxsi təşəbbüsü olmuş və rejissor tərəfindən qəbul edilmişdir. Filmdəki tikinti səhnələri Bakıda Şərifzadə küçəsində aparılan tikintilərdir. Film Moskvada əvvəlcə qəbul edilməyib və zəif film kimi qiymətləndirilib. Bu səbəbdən çox az tirajla bu film ekranlara buraxıldı. Lakin sonralar filmin göndərilməsi üçün Türkmənistan, Özbəkistan, Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya sifarişlər gəldi. Beləliklə film SSRİ-də ən çox göstərilən və pul yığan filmlərdən birinə çevrildi Film barədə akademik Cəfər Cəfərov demişdir ki, filmin dramaturgiyası yarıdan sonra get-gedə zəifləyir. Film daha çox film-konsertə oxşayır. Orfoqrafik: Titrlərdə filmin adı "Əhməd Hardadır" yazılır. Doğrusu "Əhməd Haradadır" olmalıdır. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Sabit Rəhman Quruluşçu rejissor: Adil İsgəndərov Quruluşçu operator: Yuli Fogelman Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Yusif Bağırov Operator: B. Vlasov Montaj edən: L. Kyakşt, Tahirə Babayeva Baletmeyster: Əlibaba Abdullayev Geyim rəssamı: Kazım Kazımzadə Mahnıların Mətni: Tələt Əyyubov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: M. Qurbanov Filmin direktoru: S. Bəyazov Pianoda çalan: Akif Abdullayev ("Leyla" əsəri) Məmmədrza Şeyxzamanov — Şirin Nəcibə Məlikova — Nərgiz Elxan Qasımov — Sürücü Əhməd Nonna Paçuaşvili — Ceyran Mustafa Mərdanov — Məmməd kişi Ağahüseyn Cavadov — Usta Əhməd Lütfəli Abdullayev — Zülümov Eldəniz Zeynalov — Rəngsaz Əhməd Lena Tolstova — Ağbəniz Səyavuş Aslan — Ramiz Novruz Axundov — Oqtay Töhfə Əzimova — Leyla Səyavuş Şəfiyev — Əhməd Yusif Yulduz — Yusif Tələt Rəhmanov — Kənd sakini Əbdül Mahmudov — Kənd sakini Bəşir Səfəroğlu — Sərxoş Əhməd Məmmədsadıq Nuriyev — Fəhlə Əhməd Əliağa Ağayev — Xəzinədar Amaliya Pənahova — Məsmə Dadaş Kazımov — Komissiya üzvü Əliheydər Həsənzadə — Vağzal işçisi Mənsur Məmmədov — Rəqqas (titrlərdə yoxdur) Arif Mədətov — Rəqqas (titrlərdə yoxdur) Kamil Dadaşov — Rəqqas (titrlərdə yoxdur) Əmənulla Rəsulov — Mərdanzadə (titrlərdə yoxdur) Aleksandr Sarkisov — Komendant Filmi səsləndirənlər Yusif Vəliyev — Şirin (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Əhməd (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Sürücü Əhməd (Elxan Qasımov) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Ofeliya (titrlərdə yoxdur) Hökümə Qurbanova — Leyla (Töhfə Əzimova) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Komendant (Aleksandr Sarkisov ) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Ramiz (Səyavuş Aslan) (titrlərdə yoxdur) Mirvari Novruzova — Nərgiz (Nəcibə Məlikova) (titrlərdə yoxdur) Bahadur Əliyev — Rəngsaz Əhməd ( Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Həsənağa Salayev — Mərdanzadə (Əmənulla Rəsulov) (titrlərdə yoxdur) Məmmədsadıq Nuriyev — Kənd sakini (Tələt Rəhmanov ) (titrlərdə yoxdur) Əlavə ədəbiyyat Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106; 139; 141; 144. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. "Bizim Kino" verilişi (18.06.2016) arxiv “Məşhur filmlərdən məşhur sitatlar” - “Əhməd haradadır”dan məsəllər: “Zülümov dedi, qurtardı” “Kadrarxası”: ”Əhməd hardadır”da Leyla rolunu erməni qızı oynamalı idi” - LAYİHƏ Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=807441 |
Əhməd ibn Fədlan | Əhməb ibn Fadlan (təq. 879, bilinmir və ya Bağdad – təq. 960) — Ərəb çoğrafiyaçısı. 921-923-cü illərdə xəlifə əl-Müqtədir (908-932-ci illər) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdadan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək marşrut qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. "Risalə" əsəri səfirin Volqa - Xəzər və Şimal xalqları ilə bağlı tarix elmi üçün xeyli əvəzsiz qeydləri ilə zəngindir. Ch. M. Fraehn. Die ältesten arabischen Nachrichten über die Wolga-Bulgaren aus Ibn-Foszlan’s Reiseberichte. — "Memoires de L’Academie Imper. Des. Sciences.", VI serie, 1823. Xarici keçidlər İbn Fadlan Seyahatnamesi. — Ramazan Şeşen | https://az.wikipedia.org/w/index.php?curid=165027 |
Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici | Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici — 844-914-cü illərdə yaşamış Azərbaycanlı alim. Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuş Əbubəkr Əhməd ibn Harun əl-Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə - İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazırdı ki, Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əI-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir. Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918-995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. Xətib əl-Bağdadi (1002-1071) və Əbu Səd əs-Səmani (1113-1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl. 1078) yazırdı ki, Əhməd əl-Bərdici "axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi". Başqa mənbələrdə isə o, "təkzibedilməz nüfuz sahibi", "müsəlman hüququnu dərindən bilən" alim kimi təqdim olunur. Tarixi mənbələrdə Əhməd əl-Bərdicinin əsərlərindən üçü haqqında xüsusi məlumat verilir: "Mən rəvaan in-Nəbi (s) fi-1-kəbair" ("Böyük günah barədə Peyğəmbər əleyhissəlamın sözlərini nəql edənlər"), "Mərifət əl-müttəsil min əl-hədis və-l-mursəl və-l-məqtu va bəyan at-turuq as-sahiha" ("Hədis, mürsəl və məqtudan ayrılmamışın idrakı və düzgün yolların bəyanı") və "Təbəqat əl-əsma əl-müfrədə min əs-sahabə va-t-tabiin və əshab əl-hədis" ("Əshablar, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri"). Bunlardan axırıncı əsər daha məşhurdur. Burada 426 Peyğəmbər əshabının, ardıcılının, davamçının və hədis aliminin adı, onların mənsub olduqları yerlər göstərilir. Əhməd əl-Bərdici traktatın əvvəlində onun yeniliyinə işarə edərək yazır: "Mənim [araşdırdığım] nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshablarıdır. Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiş olduğunu bilmirik". Bu əsər uzun müddət islam ideoloqlarının marağını doğurmuşdur. İbn Bukeyr əl-Bağdadi (938-998) ona şərh və kiçik əlavələr verməklə özünün "Nəqd təbəqat əl-əsma əl-müfrəda" ("Nadir adların təbəqələrinin tənqidi") traktatını qələmə almış, bir sıra hüquqşünas, ilahiyyatçı alimlər ilk mənbə kimi ondan geniş bəhrələnmişlər. Azərbaycan tarixi. Yeddi cilddə. II cild. Bakı,2007 | https://az.wikipedia.org/w/index.php?curid=405041 |
Əhməd ibn Hənbəl | Əhməd bin Məhəmməd bin Hənbəl Əbu Abdullah əl-Şeybani (ərəb. احمد بن محمد بن حنبل ابو عبد الله الشيباني; 780-857) — İslam alimi, fəqih. Əbu Abdullah Əhməd b. Məhəmməd b. Hənbəl əş-Şaybani əl-Mərvəzi 780-ci ildə Bağdadda doğulmuşdur. Əsli ərəb olub, Şeyban qəbiləsinə mənsubdur və soyu Nizar qəbiləsində Peyğəmbərin (s.a.s) soyu ilə birləşməktədir. İlk təhsilini Bağdatda aldıqdan sonra dini elmlərə yönələn İmam Əhməd İslamı bütün yönləri ilə yaşamaq istədi. Bu arzu onu peyğəmbər (s.a.s) hədisləri ilə məşğul olmağa təşviq etdi. Daha kiçik yaşlarında Quranı-Kərimi əzbərləmişdi. Bəsrə, Hicaz, Kufə, Yəmən kimi elm mərkəzlərinə bir çox səyahətlər etmiş, buralarda olan üləma və mühədisslərlə görüşmüş, raviləri tapmış və onlardan hədis götürmüşdür. Yəməndə mühəddis Əbdurazzaq bin Həmmamdan hədis almaq üçün Yəmənə gedərkən yolda pulu qurtarmış və bunun üçün də muzdla çalışmışdır. (İbn Kəsir, əl-Bidayə vən-Nihayə, X, 329) İmam Əhməd beş dəfə Həccə ziyarətə getmiş onların üçündə piyada yolçuluq etmişdir. Tarixdə böyük müctəhidlərin bir çoxuna zülm edildiyi görülməkdədir. İmam Əhməd də onların sırasına daxildir. Abbasilər zamanında Quran Məxluqdur görüşü yayılmağa başlamışdı. Üləmaların çoxu hakimiyyətin diktəsi altında bu görüşü qəbul etsə də, Əhməd b. Hənbəl bu görüşü qəbul etməmiş və bu səbəbə görə də ona bir çox əziyyətlər verilmişdir. Əhməd b. Hənbəl həbs edilmiş Mutasım zamanında qazi İbn Əbu Duadın təşviqi və təsiri ilə işgəncəyə məruz qalmışdır. İyirmi səkkiz ay həbsdə qalan Əhməd bin Hənbəl sərbəst buraxıldıqdan sonra iqtidara gələn əl-Vasiq dövründə də təsirlərə məruz qalmış, beş il hədis dərsləri verə bilməmişdir. Nəhayət əl-Mütəvəkkil dövründə xəlifə Məmunun "Quran məxluq" deyildir deyən kimsə qalmasın vəsiyyətinə və bu qatı siyasətə son verildikdən sonra Əhməd bin Hənbəl yenidən hədis çalışmalarına dönmüşdür. Onun bu çətinlikləri on dörd il davam etmişdir. Əhməd bin Hənbəl etiqadda, əməldə sünnətdən başqa bir yol izləməzdi. Münaqişədən, zəif olan dəlillərlə hökm verməkdən çəkinər, səhabə və tabiunun yolunu izləyərdi. Səbirli, ciddi, mülayim, qənaətkar, təqva sahibi ixlaslı bir alim idi. Onun qəbul etdiyinə görə iman qəlb ilə təsdiq, dil ilə iqrar və üzvlərlə əməl olub, artar və əskilə bilər. Böyük günah işlədən dindən çıxmaz. Allahın sifətləri özünəməxsusdur, təvil edilməz. Bir hakim adil və ya zalım olsa da ona itaət edilər ona qarşı üsyan edilməz. Əhməd bin Hənbəldən hədis rəvayət edənlər arasında da Buxari, Müslim, Əbu Davud, Ali bin Əli Mədini ən önəmli mühəddislərdəndir. Əhməd bin Hənbəl birbaşa özünün yazdığı əsəri "Əl-Müsnəddir". "Müsnədi" yazmaqda məqsədi insanların hədislərdə ixtilaf etmələri idi. Bu kitab onun yüz əlli min hədis içindən seçdiyi otuz min hədisdən ibarətdir. Ona aid edilən aşağıdakı əsərlər onun tələbələri tərəfindən yazılmışdır; Əs-sünnə, Zühd, Salat, Vera vəl-iman, Cüz fi usulis sunnə, Fədailu-səhabə, ən-nasih vəl-mənsuh, əl iləl və Mərifatu-Rical bunlardandır. İmam Əhmədin həyatı kasıbçılıq ilə keçmişdir. İki evliliyindən, oğulları Saleh ilə Abdullah, cariyəsindən də üç oğlu, bir qızı olmuşdur. Yoxsul olmasına baxmayaraq, dövlət vəzifəsində çalışmaqdan imtina etmiş, heç kimsəyə möhtac qalmadan sünnətə uyğun bir şəkildə yaşamışdır. Əhməd bin Hənbəl 857-ci ildə Bağdadda vəfat etdiyində cənazəsinə on minlərlə insan qatılmış, namazı Cümə günü qılınmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=84878 |
Əhməd ibn II Məhəmməd | Əhməd ibn II Məhəmməd – Şirvanşahlar dövlətinin səkkizinci hökmdarı. Şirvanşah II Məhəmmədin ölümündən sonra Əhməd və Heysəm adlı iki oğlu, boğulub öldürülmüş qardaşı Əhmədin isə Əbu-l-Heysəm ibn Əhməd adlı oğlu qalmışdır. Ölüm yatağında olan atasını yoxlamağa gələn Layzan əmiri Əhməd ibn Məhəmməd atasının ölümündən sonra onun varisi oldu. Dövlətin əyanları ona sədaqət andı içdilər. Lakin o, tezliklə xəstələndi."Tarix-i əl-Bab"da vəzirin Əhməd ibn Məhəmmədi baş tutmayan zəhərləmək cəhdi ortaya gətirilir. "Əhməd xəstəlikdən durandan sonra öz qulamlarını göndərdi, onlar qəfildən İbn əl- Mərağinin evinə girib onu dəyənəklə ölüncə döydülər. Təbərsəran əmiri olan Heysam Şirvanda öz hakimiyyətini möhkəmləndirən və məkrli vəzirindən xilas olan qardaşından qorxuya düşərək ləzgilər (ləkz) ölkəsinə qaçdı. Vaxtı ilə o da atasına baş çəkməyə gəlirdi. Onun əmisi oğlu, Əhmədin oğlu Əbü-l-Heysəm də Şirvanşahın təqiibndən ehtiyat edərək Bərdəyə qaçdı, burada az bir müddət yaşadı və tezliklə öldü. Onun cənazəsi Kürdiyana (Lahıc yaxınlığında Kürdivan kəndi) gətirilərək orada dəfn olundu. Şirvanda hakimiyyətin son mümkün iddiaçısı Əhməd ibn Məhəmməd ibn Yəzidin əmisi Əbü-l-Bədr ibn Yəzid də həmin ildə öldü və Əhməd Şirvanın şəksiz hakimi oldu." Kiyev knyazının yürüşü Kiyev knyazı Svyatoslavın 965-ci ildə Volqaya və Şimali Qafqaza səfəri barədə İbn Havqəlin h.358 (969)-ci ildə verdiyi məlumat da Əhməd ibn Məhəmmədin hakimiyyət vaxtına təsadüf edir. İbn Havqəlin sözlərindən görünür ki, ruslar, Səməndər də daxil olmaqla, bütün Xəzər torpaqlarını tutmuş və vaxtı ilə qüdrətli olan Xəzər dövləti ehtimal ki, bu sarsıntıdan sonra bir daha özünə gələ bilməmişdi. Xəzər xaqanlığından qaçanlar Abşeron və Manqışlaq yarımadalarında sığınacaq tapdılar. İbn Havqəlin dediyinə görə bəzi qaçqınlar Şirvanşah Məhəmməd ibn Əhməd əl-Əzdinin köməyilə Xəzər paytaxtlarına (İtil, Xəzəran) qayıtmağa başlamışdılar. Şirvanşah onlara öz qoşunu və adamları ilə yardım göstərmişdir. Təbərsaran hakimi ilə münasibətlər Əhməd ibn Məhəmmədin Təbərsəran hakimi olan qardaşı Heysəm Şirvana hökmranlıq iddiasından əl çəkməmişdi. H.357(968) ci ildə o, ləkzlər ölkəsini tərk edərək Salar İbrahim ibn Mərzuban Deyləminin yanında sığınacaq tapdı, onunla birlikdə yürüş edib Şirvan torpağına girdi. Salar ölkəni və Dərbəndin ətrafını qarət etdi. Şirvan hakimi Əhməd onunla sülh sazişi bağladı və ona xərac verdi. Salar Şirvanı tərk etdi və Heysəmi də özü ilə aparmaq istədi. Lakin Heysəm əl-Məsqətə qaçdı və ona siyasi sığınacaq verən, ehtiram və rəğbət göstərən əl-Bab əmiri Əhməd ibn Əbd-ül-Məlik Heysəmin adından Şirvan hakimi ilə danışığa girərək, Şirvanın bir hissəsinin ona güzəştə gedilməsini tələb etdi. Lakin Şirvanşah bu tələbi rədd etdi və hədə – qorxu gəldi. Dərbənd əmiri Əhməd ibn Əbd-ül-Məlik əsasən Sərir vilayətindən qoşun toplayaraq Şirvana soxuldu. Şəbəran şəhərini hücumla alıb, yandırdı, talan edib böyük qənimət götürdü. Geri qayıdarkən sərirli döyüşçülər əl-Baba əmirdən bir gün əvvəl daxil oldular. Lakin şəhərdə iğtişaş və qarışıqlıq başlandı. Yerli əhali yüz sərirli hərbi rəisi öldürüb onların Şirvanda ələ keçirdikləri qəniməti çapıb taladılar. Şirvanşah Əhməd iyirmi beş ilə yaxın hökmranlıqdan sonra h.370-ci ilin zilhiccə ayında (iyun 981-ci il) vəfat etdi. Atası II Məhəmməd ibn Yəzid. Şirvanşah. Əmisi Əhməd ibn Yəzid. II Məhəmməd tərəfindən öldürülüb. Əmioğlusu Əbu-l-Heysəm ibn Əhməd. Bərdədə öldü. Əmisi Əbü-l-Bədr ibn Yəzid. Qardaşı Heysəm ibn Məhəmməd. Tabasaran əmiri (948-1025). Oğlu III Məhəmməd. I varisi. Oğlu II Yezid. II varisi. | https://az.wikipedia.org/w/index.php?curid=199103 |
Əhməd ibn Məcid | Əhməd ibn Məcid (tam adı:Əhməd ibn Məcid ibn Muhammed ibn Amr, ləqəbi Şihabuddin) Məşhur coğrafiyaşünas, naviqator, kartoqraf və dəniz səyyahı Əhməd ibn Məcid 1421-ci ildə indiki Omanın Julfan şəhərində anadan olub. 1501-ci ildə vəfat etmişdir. O, xəritəçiliyi ilə geniş şöhrət qazanmışdır. İbn Məcid, Vasko da Qamaya Hindistan səfərində yol göstərmiş, kompası Avropaya tanıdan islam alimləri arasında yer tutmuşdur.Əhməd ibn Məcidin ən böyük uğurlarından biri də məşhur dəniz səyyahı, Hindistana dənizdən yol axtaran Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları sağ-salamat mənzilbaşına çatdırması oldu. Əhməd ibn Məcid dənizçilik elmi, gəmilərin hərəkəti, onların dəniz marşrutları, Hindistan və Şərqi Avropa sahillərinə çatması yolları barədə bu gün belə əhəmiyyətini itirməyən əsərlər yazıb.Onun yazdığı və dənizçiliyə həsr edilən elmi əsərləri arasında okeanoqrafiyaya həsr edilən məşhur gəmilərin hərəkət və onların idarəedilmə prinsipləri (Fava'dh fi-usl İlm əl -Bahrva-əl-Qavaidah) kitabı var. Bu kitab təxminən 300 il ərzində Avropa coğrafiyaşünasları üçün dərslik rolunu oynadı. Bundan əlavə, məşhur dəniz səyyahı "Kitab-əl Favaid" (Dənizçilik fondu və gəmiçilik) adlı məşhur elmi əsərini yazıb. Bu əsərdə dənizçilik elmi, onun inkişaf etdirilməsi, dənizdə istiqamətlərin müəyyən olunması, naviqasiyanın əsas prinsipləri, dəniz sahilləri arasındakı fərqlər, Şərqi Afrika və İndoneziyanın dəniz limanları, ulduzların vəziyyətinə görə istiqamətin müəyyən edilməsi, mussonların, mövsümü, küləklərin başlama vaxtı, dənizdəki təhlükəli yerlər və onlardan qorunma yolları barədə ensiklopedik məlumatlar verilib.Ən önəmlisi məşhur coğrafiyaşünas alim və dəniz səyyahı əsərlərində özündən əvvəlki alimlərin bu sahədə yazdıqlarına istinad edərək, onlar barədə də geniş məlumat verməsidir. Qeyd edək ki, Vasko da Qamaya Əhməd ibn Məcidin kömək etməsi və onun gəmilərini sağ-salamat Hindistana çatdırması alimin şöhrətini daha da artırdı. Alimin dənizçiliklə bağlı yazdığı məşhur iki kitabın əlyazması hazırda Parisdəki Milli Kitabxanada qorunub saxlanılır. Həmçinin bax Müsəlmanlar Xarici keçidlər Hindistana gedən dəniz yolunun kəşfi | https://az.wikipedia.org/w/index.php?curid=519549 |
Əhməd ibn Məzyəd | Əhməd ibn Məzyəd — Yezid ibn Məzyədin qardaşı, qardaşından sonra müəyyən bir dövrdə Ərməniyyə hakimi olmuşdur. Əsəd ibn Yezidin 811/812-ci illərdə öz postundan qovulmasından sonra Əhməd, Hicri 196-cı ildə Abdullah ibn Hümeydlə birlikdə xəlifə Əminə üsyan etmiş Məmuna qarşı 20.000 əsgərlə getmiş, lakin müvəffəqiyyətsiz olmuşdu. | https://az.wikipedia.org/w/index.php?curid=390243 |
Əhməd ibn Tulun | Əhməd ibn Tulun (20 sentyabr 835, Bağdad – 14 may 884) — Misirdə 868-ci illə 884-cü illər arasında hökm sürmüş Tulunilər dövlətinin qurucusu türk əsilli dövlət adamıdır. Eyni zamanda Tulunoğlu Əhməd kimi də tanınır. Əhməd ibn Tulun 835-ci ildə Bağdad şəhərində dünyaya gəlmişdi. Atası Tulun, Buxara valisinin Abbasi xəlifəsi Əl-Məmuna göndərdiyi qulamlardan biriydi. 868-ci ildə Bayık bəy tərəfindən vali olaraq Misirə göndərildi. Əhməd ibn Tulun iqtisadi cəhətdən apardığı reformalar, düzənləmələr ilə Misir tarixində yer almışdır. Bu dövrdə Fələstin, Benqazi, Suriya, Antakiya və Mərsin alınmışdır. Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. İbn Khallikan's biographical dictionary. Translated from the Arabic by Baron William Mac Guckin de Slane, member of the council of the asiatic society of Paris, corresponding member of the academy of sciences of Turin, etc. Volume I. Paris, Həmçinin bax Tulunilər dövləti | https://az.wikipedia.org/w/index.php?curid=276378 |
Əhməd ibn Ömər | Əhməd ibn Ömər ibn Şüeyb (ərəb. أحمد بن عمر بن شعيب) — təqribən 925–940-cı illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq üçüncü əmir Əbu Abdullah Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı oğlu Əli ibn Yusif ibn Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 925-ci ildən 940-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta oğlu Şüeyb ibn Əhməd keçmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume III: H–Iram. Leiden: E. J. Brill. pp. 1082–1086. OCLC 495469525. Miles, George C. Byzantium and the Arabs: Relations in Crete and the Aegean Area. Dumbarton Oaks Papers. 18. 1964. 1–32. doi:10.2307/1291204. JSTOR 1291204. | https://az.wikipedia.org/w/index.php?curid=758996 |
Əhməd ibn Əbdülmalik | I Əhməd - Dərbənd Haşimiləri sülaləsindən olan beşinci müstəqil Dərbənd əmiridir. Hakimiyyəti Atasının vaxtsız ölümündən sonra əmir olmuşdu. Atasının basdırılmasından 3 gün sonra əmir elan olunmuşdu. Hələ 3 yaşı var idi. Taxta çıxmasından 5 ay sonra əmirlər üsyan edərək Şirvanşah şahzadəsi, Heysəmi əmir elan etdilər. Daha sonra əmirlər onu da devirərək, Əhmədi 941-ci ildə, 6 yaşında yenidən əmir elan etdilər. Elə 6 ay sonra, dekabrda Əhməd bir daha devrildi. Şahzadə Heysəm bir daha əmir elan olundu. 954-cü ilin martında Əhməd bir daha əmir elan olundu. 968-ci ildə Salari İbrahimlə müttəfiqlikdən qaçan əmir Salari ordusunu geri oturtdu. Bu vaxt şahzadə Heysəm ona sığındı və Əhməd bundan istifadə edərək Sərirlilərlə birlikdə Şirvanşahlar dövlətinə yürüşlərə başladı. 969-cu ildə qalanı yenidən təmir etdirən Əhmədin dövründə əmirliyin siyasi nüfuzu artdı. | https://az.wikipedia.org/w/index.php?curid=339410 |
Əhməd ibn Əyyub | Əhməd ibn Əyyub əl Hafiz - XIII-XIV əsrlərdə görkəmli Azərbaycan memarı. Əhməd ibn Əyyub əl Hafiz Naxçıvanın memarlıq məktəbi üslubunda abidə və tikililər yaradaraq, Naxçıvanın memarlığının inkişafında mühüm rol oynamışdır. Bərdədəki kərpicdən hazırlanmış minarəli məqbərə (1322) və Baba məqbərəsinin (XIV əsr) memarı Əhməd ibn Əyyub əl Hafiz hesab edilir. Xarici keçidlər Orta əsrlərdə memarlığın inkişafı Arxivləşdirilib 2009-08-04 at the Wayback Machine Həmçinin bax Bərdə qalası | https://az.wikipedia.org/w/index.php?curid=89601 |
Əhməd ibn Əyyub əl Hafiz | Əhməd ibn Əyyub əl Hafiz - XIII-XIV əsrlərdə görkəmli Azərbaycan memarı. Əhməd ibn Əyyub əl Hafiz Naxçıvanın memarlıq məktəbi üslubunda abidə və tikililər yaradaraq, Naxçıvanın memarlığının inkişafında mühüm rol oynamışdır. Bərdədəki kərpicdən hazırlanmış minarəli məqbərə (1322) və Baba məqbərəsinin (XIV əsr) memarı Əhməd ibn Əyyub əl Hafiz hesab edilir. Xarici keçidlər Orta əsrlərdə memarlığın inkişafı Arxivləşdirilib 2009-08-04 at the Wayback Machine Həmçinin bax Bərdə qalası | https://az.wikipedia.org/w/index.php?curid=89600 |
Əhməd sultan Avşar | Əhməd sultan Avşar (XV əsr – XVI əsr, Ələmut, Qəzvin ostanı) — Səfəvi sərkərdəsi. Əhməd sultan I Şah İsmayıl Səfəvi dönəmində ucalmış əmirlərdəndir. Şah onu Fərah vilayətinə hakim təyin etmişdi. Bu vilayətin başçısı olarkən dəfələrlə özbəklərə qarşı vuruşmuşdu. İsgəndər bəy Münşi yazır: “Şahın müzəffər ordusunun qayıtması xəbərindən agah olan Übeyd xan yenə də elə həmin ildə - doqquz yüz otuz beşinci ildə (miladi 1528/29) Buxaranın ətraf yerlərindən döyüşkən ləşkər toplayaraq, Xorasana gəldi. Sevincək Məhəmməd sultanı və Əbdüləziz sultanın oğlunu özündən əvvəl müqəddəs Məşhəd səmtinə yolladı. Qızılbaş əmirlərindən, o vaxtlarda "sultan" olan, Ağzıvar xan Şamlı, habelə Əhməd sultan Əfşar və Yaqub sultan Qacar müqqədəs Məşhəddə idilər. Məşhəd barısının inşası hələ başa çatmadığı üçün onlar şəhərdə səngər (kuçebənd) quraraq, qorunmaqla (moharesət) məşğul olmağa başladılar. Onların aralarındakı hərb atəşi iki ayədək alovlandı. Sonra Übeyd xanın özü də Mavərənnəhrin Bəhram qəzəbli qoşunu ilə şəhər xaricinə gəlib yetişdi və hücuma keçdi. Səngərlərin ətrafında bərk döyüşlər başlandı. Bu hərbə davam gətirməyə bundan artıq taqətləri qalmayan qızılbaşlar döyüşməyi məsləhət görməyərək, bir gecə Məşhəddən çıxdılar. Əhməd Sultan Əfşar özünün ülkası olan Fəraha getdi, Fərah qalasını möhkəmlədib orada qaldı, Ağzıvar xan və Yaqub sultan isə Məzinana tərəf yollandılar”. I Şah Təhmasib onu saraya çağrılıb qorçubaşı təyin etdi. Əhməd sultan zəhmli, hirsli, qorxmaz bir şəxsiyyət olmuşdur. 1574-cü ildə tayfadaşları onu əsəbləşdirdiyindən Avşar elinin əleyhinə kobud danışmışdı. I Şah Təhmasib onu kobudluğu üstündə Ələmut qalasında həbs etdirmişdi. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: Şuşa, 2008, 352 səh. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=420627 |
Əhməd sultan Şamlı | Əhməd sultan Şamlı (?-?) — Şamlı elindən qızılbaş sərkərdəsi, I Şah Təhmasib Səfəvinin əmiri, Sistan hakimi. 1544-cü ildə Sultan Hümayun Sistan hakimi Əhməd sultan Şamlı tərəfindən padşaha layiq təmtəraqla qəbul edilərək Herata yola salınmışdı. Hümayun onu qarşılamaq üçün öz məiyyəti ilə şəhər hüdudlarından xeyli kənara çıxmış Xorasan bəylərbəyi Məhəmməd xan Şərəfəddin oğlu Təkəli tərəfindən də böyük ehtiramla qarşılanmışdı. Hümayun bir neçə gün Heratda qaldıqdan sonra şahın yanına – İraq tərəfə hərəkət etdi. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=178459 |
Əhməd xan Abdali | Əhməd şah (Abdali) Dürrani (d. 1722, Multan, Pəncab - ö. 1773, Toba Məruf, Əfqanıstan) — Dürranilər sülaləsinin ilk şahı. Sadozay soyundan, Abdali elinin rəisi Məhəmmədzaman xanın oğludur. 1737-ci ildə dustaq edilərək İrana, Nadir şah Qırxlı-Avşarın yanına göndərildi. Qısa müddətdə şahın güvənini qazanaraq 1745-ci ildə Mazandaran valisi oldu. 1747-ci ildə Əhməd şah, Avşar hökmdarı Nadir şahın öldürülməsindən sonra soydaşlarından, (Puştunlardan) təşkil olunan yerli güclərə dayanaraq Əfqanıstana yürüdü. Qəndəhara gedərək Hacı Camal liderliyindəki Barakzayi, Şah Vəli xan liderliyindəki Bamizayi və Cahan xan liderliyindəki Popalzayi kimi bütün Puştun qəbilələrini toplayaraq, Loya Cirgə olaraq bilinən Böyük Məclisi təşkil etdi və Əfqanıstan şahı seçildi. Ayrıca Dürr-i Dürran (İnciler İncisi) unvanını aldı. Kabil və dolaylarını ele keçirdikdən sonra 1747-1769-cu illər arasında Hindistana doqquz səfər etdi. Lahoru və Multanı işgal etdi. Xorasana doğru irəliləyərək 1750-ci ildə Herat və Məşhədi aldı. 1757-ci ildə Dehli səfərinə çıxdıysa da, ordusunda vəba baş göstərincə geri döndü. 1758-ci ildə Pəncaba ard-arda səfərlər təşkil edərək bir hind ordusunu Panipatda məğlub etdi. Sihlərin üsyanını yatırdı, amma Pəncabı idarəsi altına ala bilmədi. 1760-cı ilin əvvəlində, Amu Dəryadan (Ceyhun) Hind okeanına qədər uzanan geniş bir bölgəni əlinə keşirmişdi. 1761-ci ildə burda Maratalara qarşı mütləq bir zəfər qazandı. 1764-cü ildə Hindistana böyük bir səfər daha təşkil edərek bu torpaqları yağmaladı. Son illərini Toba təpələrindəki Mürğabda keçirdi. Əhməd şah, buyruq tanımaz, əmr dinləməz tayfaları tək bir siyasi idarə altında toplamağı bacararaq bugünkü Əfqanıstanın qurucusu olmuşdur. Öləndən sonra imperatorluğu, Ceyhundan Hindistana, Tibetdən Xorasana qədər uzanırdı, amma sağlam bir təmələ əsaslanırdı. Dövlət idarəsində, öz seçdiyi tayfa başçılarından ibarət doqquz nəfərlik bir məşvərət şyrası vardı. Həmçinin bax Nadir şah Qırxlı-Avşar Dürranilər sülaləsi Dürranilər İmperiyası | https://az.wikipedia.org/w/index.php?curid=269912 |
Əhməd xan Bayat | Əhməd xan Bayat — 1747-1778-cı illərdə Maku xanlığının birinci xanı.Maku xanlığının banisi Bayat tayfasının başçısı, Nadir şahın sərkərdələrindən biri Əhməd Sultan (1747-1778) idi. şahın ölümündən sonra vətənə qayıdan Əhməd Sultan Makunu müstəqil xanlıq, özünü isə xanlığın hakimi elan etmişdi. Xanlığın paytaxtı iki tərəfdən dağlarla əhatə olunmuş Maku şəhəri idi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi. Həmçinin bax Azərbaycan xanlarının siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=632580 |
Əhməd xan Dünbili | Əhməd xan Mürtəzaqulu xan oğlu Dünbili (1745-1786) — Xoy xanlığının hakimi (1763-1786). Dünbili tayfası tamamiylə türkləşmiş Kürd əsilli tayfadır. Əhməd xan 1786-cı ildə qardaşı Şahbaz xanın övladları tərəfindən öldürüldü. Hakimiyyəti Xanlığın başında duran Əhməd xan (1763 – 1786) Təbriz xanlığının ərazisini birləşdirərək İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını da özünə tabe edə bilmişdi. Rusiya dövləti xanlığın artan nüfuzundan Osmanlınında istifadə edə biləcəyindən ehtiyat edirdi. Buna görə də xoylu Əhməd xanı öz tərəfinə çəkmək üçün bu işlə II Yekaterina özü maraqlanırdı. O, 1784-cü il iyunun 21-də Knyaz Potyomkinə bu haqda xüsusi tapşırıq vermişdi. Lakin rəsmi sənədlərdən göründüyü kimi, Xoy xanlığı Rusiyaya deyil, Osmanlıya meyl edirdi. Hətta Osmanlı dövləti bunun müqabilində Əhməd xana böyük imtiyazlar vermişdi. Bundan əlavə 1784-cü ildə Xoy xanı Əhməd xan digər Azərbaycan xanları ilə birgə Axalsık paşasının yanına elçi göndərmişdi. Həmin elçilik qarşısında Sultandan kömək almaq məqsədi qoyulmuşdu. Xoy, Təbriz və Naxçıvan xanlarının Bəyazid hakimi İsaq paşa vasitəsi ilə Osmanlı sultanından onlara başçı təyin edilməsi xahiş olunurdu. Bu xahişi nəzərə alan sultan onlara belə cavab vermişdir: "Biz ali məqamlı Xoy hakimi Əhməd xanı sizə başçı təyin edirik ki, birləşib ... qanuni düşmənimiz olan xristianlara qarşı birgə vuruşasınız. Əhməd xanın Hüseynqulu xan, Cəfərqulu xan, Əmiraslan xan, Kazım bəy adlı oğlanları, Mahşərəf bəyim adlı qızı vardı. Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir, Məhəmmədqulu xan Qasımlı-Avşar, Məhəmməd xan Ziyadlı-Qacar Əhməd xanın kürəkənləri idilər. Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012 Həmçinin bax Xoy xanlığı Xarici keçidlər Pərvin xəyyam oğlu Mirzəzadə, Xoy xanlarının nəsil şəcərəsi, Almanach.be, 12.08.2003 | https://az.wikipedia.org/w/index.php?curid=180878 |
Əhməd xan Dəryabəyi | Əhməd xan Cəfərqulu xan oğlu Dəryabəyi (?-1923) — Qacarlar ordusunun admiralı. Əhməd xan Cəfərqulu xan oğlu Fars əyalətinin Nəva nahiyəsində anadan olmuşdu. Tehran darülfünunu bitirmişdi. Türk, fars, ərəb dillərini bilirdi. Əmidülmülk ləqəbini daşıyırdı. Əhməd xan h.q. 1264-cü (1848) ildə, Nasirəddin şah hakimiyyətə gələn il Şirazda baş vermiş iğtişaşları yatırmaq üçün göndərilmişdi. Bu zaman o eşikağasıbaşının müavini idi. Orada işləri qaydaya saldıqdan sonra o, Əmir Kəbirin diqqətini cəlb elədi. Mirzə Tağı xan Əmir Kəbir onu İranın Tiflisdə baş konsulu təyin etdi. Əhməd xan h.q. 1268-ci (1851) ilədək bu vəzifədə çalışdı. H.q. 1269-cu (1852) ildə Təbriz hakimi təyin edildi və h.q. 1273-cü (1856) ilədək həmin şəhərin və eyni zamanda Fars körfəzi limanlarının hakimi oldu. Əhməd xan yenidən, yəni hq. 1279 (1862) ildə Buşir hakimi təyin olunur. Mehdi Bamdadın dediyinə görə, Əhməd xan Nəvai h.q. 1273-cü (1856) ildə "Dəryabəyi" ləqəbini almışdır. Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=330096 |
Əhməd xan Dəvəli-Qacar | Əhməd xan Məhəmmədrəhim xan oğlu Dəvəli-Qacar (1852-1911)—Qacarlar dövlətinin ictimai-siyasi xadimi, diplomat. Əhməd xan 1881-ci ildə şahın xas qvardiyasının, "Məhdiyyə" adlı qızılkəmər atlılarının rəisi idi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh. Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh. Həmçinin bax Mirzə Mahmud xan Dəvəli-Qacar | https://az.wikipedia.org/w/index.php?curid=258348 |
Əhməd xan Makinski | Əhməd xan Makinski — Rusiya İmperator Ordusunun hərbiçisi, mayor. Hüseyn xanın oğlanlarından biri Əhməd xan İrəvan şəhərinə köçərək burda məskunlaşdı. Onnu törəmələri xanlıq dönəmində Bayati-Maku, rus üsul-iadəsi dövründə Makinski soyadı daşıyırdılar. İrəvanlı Əhməd xan (1794-?) dövrünün açıqfikirli, mükəmməl təhsilli, bacarıqlı hərbçisi olub. Qədim Bayat tayfasından olan Əhməd xan Makinski rus ordusunun çar imperiyasında sayılıb-seçilən hərbçilərindən olub. Mayor rütbəsində istefaya çıxan Əhməd xanın Şükür xan, Xurşid xanım və Süleyman xan (1819-1862) və digər övladları sənədlərdə qeyd olunub. Həmçinin bax İrəvanskilər | https://az.wikipedia.org/w/index.php?curid=542406 |
Əhməd xan Maşayixi | Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu Maşayixi (1881–1969)—Təbriz şəhərinin başçısı. Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müstəşarəssəltənə ləqəbini daşıyırdı. Bir müddət Daxili İşlər nazirliyində çalışmışdı. Sonra İsfahan valisi Şükrulla xan Qəvaməddövlənin yanında xidmət etmişdi. Oradan Borucərd hakimi vəzifəsinə təyin edilmişdi. 4-cü çağırışda İran Milli məclisinə vəkil seçilmişdi. Əhməd xan Maşayixi Rza şah Pəhləvinin fərmanı ilə Təbriz şəhərinə başçı (mer) təyin edilmişdi. Sonra sıra ilə Zəncan, Kaşan və Qəzvin vilayətlərinin valisi olmuşdu. Oradan Tehran şəhərinə başçı gətirilmişdi. Əhməd xan Maşayixi 1969-cu ildə Tehran şəhərində vəfat edib. Həmçinin bax Təbriz şəhərinin başçıları | https://az.wikipedia.org/w/index.php?curid=271742 |
Əhməd xan Müqəddəm | Əhməd xan Hacı Əliməhəmməd xan oğlu Müqəddəm (?-1806) — Müqəddəm elindən Marağa xanı, Cənubi Azərbaycan bəylərbəyi, İrəvan xanı. Əhməd xan Hacı Əliməhəmməd xan oğlu Müqəddəm 1742-ci ildə Marağa şəhərində anadan olmuşdu. Onun ailəsi türk tayfalarından biri olan Müqəddəm tayfasından idi. Əhməd xan atası Əliməhəmməd xanın ölümündən sonra 1763-cü ildə Marağa xanı oldu. 1797-ci ildə Fətəli şah Qacarın əmri ilə Əhməd xan Təbrizin qubernatoru, 1806-cı ildə isə İrəvanın xanı təyin edildi. Bəzi mənbələrdə o, bütün Azərbaycanın bəylərbəyisi kimi təqdim edilsə də, bəzi qaynaqlarda onun yalnız Marağa və Təbrizin hakimi olduğu da yazılmışdır. 1790-cı illərdə Cəfərqulu xanın Qafqazda qaldırdığı üsyanın yatırılmasında iştirak etmişdir.İngilis yazıçısı Morier onu varlı Marağa hakimi kimi təqdim edirdi. Həmin bu şair və ətrafı Təbrizdəki vəliəhd şahzadə Abbar Mirzə Qacarı ziyarət edərkən Əhməd xanın evində qonaq qalmışdırlar: Bizim Marağaya gəlməmizdən bir gün sonra kürdlərə qarşı yürüşdən yenicə geri qayıtmış Əhməd xan Britaniya səfirini öz qonaqpərvərliyini göstərmək üçün ziyarət etdi. Bu hökmdar şərqdə tez-tez rast gəlinən xarakterə sahib idi - onun hərəkətləri Müqəddəs Kitablarda necə patriarxların yaşamalı və davranmalı olduğu təsvirinin nümayişi idi. Təxminən 90 yaşı olsa da, sağlamlıq və fəaliyyətdən nur saçır. Onun tamamilə ağ saqqalı var və paltarı çobanlarının geyindiyi paltarlardan demək olar ki, fərqlənmir. Eyni zamanda onun hədsiz sərvət sahibi olduğu da məlumdur... O, İranın ən böyük ağsaqqallarından biridir və “Ədərbican Ağsaqqalı” adlanır. Əhməd xan Müqəddəm 17 oktyabr 1806-cı ildə İrəvan şəhərində vəfat edir. Onun cənazəsi Marağaya gətirilərək burada dəfn edilmişdir. 1830-cu ildə Marağada onun yerinə oğlu Hüseyn Paşa xan, İrəvanda Hüseyn xan Qacar keçdi. Həmçinin bax Müqəddəm eli Marağa xanlığı Ənvər Çingizoğlu. Müqəddəm eli. Soy. 2008. Ənvər Çingizoğlu. Marağa xanlığı. Bakı: "Mütərcim", 2013, səh.280. Marağa xanlığı. Bakı: Mütərcim. 2013. Mary-Jo DelVecchio Good. The Changing Status and Composition of an Iranian Provincial Elite // Michael E. Bonine, Nikki R. Keddie. Modern Iran : the dialectics of continuity and change. Albany, USA: State University of New York Press. 1981. Sir Harford Jones Brydges. The dynasty of the Kajars. London: J. Bohn. 1833. | https://az.wikipedia.org/w/index.php?curid=393718 |
Əhməd xan Naxçıvani | Əhməd xan Əli xan oğlu Naxçıvani (1893, Tehran – aprel 1966, Tehran) — İran Kazak diviziyasının Azərbaycan əsilli generalı, İranın hərbi naziri. Əhməd xan Əli xan oğlu Naxçıvani 1893-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Atası mirpənc (general) Əli xan Naxçıvan şəhərindən gəlmişdi. İran Kazak diviziyasında xidmət etmişdi. Əhməd xanın Əli xan adlı oğlu vardı. رضاشاه و قشون متحدالشکل,دکتر باقر عاقلی,نشر نامک,تهران,۱۳۸۶, ISBN 964-6895-05-0 Həmçinin bax İran Kazak diviziyası Xarici keçidlər Əhməd xan Naxçıvanski kimdir? - | https://az.wikipedia.org/w/index.php?curid=189743 |
Əhməd xan Qaraxani | Əhməd bin Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1129. ildə qardaşı III Nəsr xan Qaraxaninin sui-qəsd nəticəsində ölümündən sonra hakimiyyətə gəlmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=511236 |
Əhməd xan Qubalı | Əhməd xan — Quba xanlığının VII xanı. Əhməd xanın hakimiyyəti dövrü Fətəli xanın vəfatından sonra böyük oğlu Əhməd xanlıq taxtına çıxdı (1789-1791). Əhməd atası kimi bacarıqlı deyildi. Fətəli xanın hakimiyyətinin son illərində Quba xanlığı münasibəti yaxşılaşmış Şəki xanlığı ilə ixtilaf yenidən gücləndi və Məhəmməd Həsən xan öz bibisi oğlu olan Əhməd xana qarşı qalxdı. Əhməd xana qarşı təkbaşına mübarizə aparmağın çətinliyini anlayan Şəki xanı bu işdə şamaxılılardan istifadə etməyi qərara aldı. Keçmiş Şamaxı xanı Məhəmməd Səidin Osmanlı torpağlarında olan oğlanları Əsgər bəy və Qasım bəy, Ağası xanın oğlu Mustafa bəy Fətəli xanın ölümünü eşidərək geri qayıtdılar,əvvəlcə Qarabağa,oradan isə Şamaxıya gəldilər. Şəkili Məhəmmədhəsən xan onları silahlandırdı, bir vaxtlar Yeni Şamaxının hakimi olmuş Hacı Məhəmmədəli xanın oğlu Manaf bəyi də onlara qoşub Şamaxıya hücum etdilər. Əhməd xan onların qarşısını almaq iqtidarında olmadığı üçün Qubaya çəkildi. Məhəmməd Həsən xan Şamaxıda sərkərlərin hakimiyyətini bərpa etdi. Yeni Şamaxının idarəsi isə Manaf bəyə həvalə olundu. Bir həftə sonra sərkərlər Yeni Şamaxını aldılar, zəif və qabiliyyətsiz Manaf bəyi öldürdülər. Məhəmməd Səid xanın oğlu Əsgər Şamaxı xanı elan olundu. Ağası xanın oğlu Mustafa bəy isə Əlvənddə Kotev adlı yerdə möhkəmləndi.1791-ci ildə Əhməd xanla bakılı II Mirzə Məhəmməd xan arasında narazılıq yarandı. Beləliklə, vaxtı ilə Fətəli xanın birləşdirilmiş Azərbaycan xanlıqları arasında ixtilaflar yarandı. 1791-ci ildə Əhməd xan Qubada vəfat etdi. Onun 13 yaşlı qardaşı, Salyanda naib olan Şeyxəli xan tələsik Qubaya gəlib xan taxtına əyləşdi və öz yerinə 7 yaşlı qardaşı Həsən ağanı Salyan naibi təyin etdi. | https://az.wikipedia.org/w/index.php?curid=577694 |
Əhməd xan Əmir-Əhmədi | Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir. Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı. O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi. Məhəmmədtağı xan Püsyan öldürüləndə bacısı bu qohumluğu Rza şahdan gizlədə bildi. Xarici keçidlər Əhməd Əmir-Əhmədi | https://az.wikipedia.org/w/index.php?curid=445747 |
Əhməd xəlifə | Əhməd xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. I Şəmsəddin xəlifənin oğlu, Mahmud sultanın atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. Dizmar mahalının hakimi. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh. | https://az.wikipedia.org/w/index.php?curid=70069 |
Əhməd Çörəkçi | Əhməd Çörəkçi – türkiyəli hərbçi və general. 1932-ci ildə Türkiyənin Çorum kəndində anadan olub. 1955-ci ildə Hava Hərb Məktəbindən leytenant rütəbsiylə məzun olmuşdur. 1955-1957-ci illərdə Kanada da təhsil almışdır. Merzifon IV bazasında qırıcı bazası komandanlığına 1960-cı ildə ov pilotu olaraq təyin eidlmişdir. İngiliscə bilir. Evlidir və iki uşaq atasıdır. Təqaüdə ayrıdlıqdan sonra rəsm sənəti ilə maraqlanmağa başlamış və qarışıq, fərdi sərgilərdə iştirak etmişdir. Hərbi karyerası 1966-cı ildə girdiyi Hava Hərb Akadmeiyasından 1968-ci ild məzun oldu və Hava Qüvvələri Hərəkat Başqnalığına Hava Hərəkat zabiti olaraq təyin edildi. 1969-cu ildə VI Qırıcı bazasına zabit, 1970-ci ildə isə eyni bazaya 162-ci Eskadrilya komandanı olaraq təyin edildi. 1974-cü ildə VI bza komandnalığına, 1976-cı ildə isə Hava Qüvvələrində şöbə müdirliyinə təyin edildi. 1978-ci ildə general-mayor rütbəsinə yüksəldilmiş və IV qırıcı bazasına komandan təyin edilmişir. 1981-ci ildə Hava Qüvvələri Təminat Dairə başqanlığına təyin edilmişdir. 1982-ci ildə general-leytenant rütəbsinə yüksəldilmiş, bu rütbədə Hava Hərb Məktəbi komandanlığına təyin edilmişdir. 1986-cı ildə general-polkovnik rütbəsinə yüksəldilmiş, bu rütbədə VI NATO ATAF komandnalığına, 1988-ci ildə isə II Taktika Hava Qüvvələri komandnalığına, 1990-cı ildə Hava Təlim Komandnalığına təyin edildi. 1992-ci ildə ordu generalı rütbəsinə yüksəldildi və Milli Təhlükəsizlik Qurumu Baş Katibliyinə təyin edildi. 1993-cü ildə isə Baş Qərərgah II Başqanlığına, 18 avqust 1995-ci ildə Hava Qüvvələri Komandnalığına təyin edildi. 28 fevral prosesləri zamanı Hava Qüvvələri Komandanlığı etməkdə idi. 28 fevral prosesi sorğuları zamanı mühakimə edilərək Hasdal həbsxanasına salınmışdır. Sentyabr 2013-cü ildə məkhəmə qərarıyla azadlığa buraxılmışdır. 30 avqust 1997-ci ildə isə təqaüdə ayrılmışdır. Mükafatları Türk Silahli Qüvvələr Xidmət medaına və Pakistan Hərbi İmtiyaz nişanına layiq görülmüşdür. Həmçinin bax Abidin Ünal | https://az.wikipedia.org/w/index.php?curid=637269 |
Əhməd Çələbi | Əhməd Çələbi (30 oktyabr 1944, Kazımiyyə[d] – 3 noyabr 2015, Bağdad) — İraq siyasətçisi, İraqın prezidenti (1–30 sentyabr, 2003), neft naziri (2005–2006). Əhməd Çələbi 30 oktyabr 1944-cü ildə İraq Kadimiya şəhərində anadan olub. Massaçusets Texnologiya İnstitutunun və Çikaqo Universitetinin məzunudur.Həyatının böyük bir hissəsini Böyük Britaniya və ABŞ-də keçirmiş, bu ölkələrdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2003-cü ildə ABŞ-nin İraqa hərbi müdaxiləsinə kömək edən İraq siyasətçisi kimi tanınmışdır.Əhməd Çələbi 3 noyabr 2015-ci ildə 70 yaşında ürək çatışmazlığından vəfat etmişdir. Siyasi fəaliyyəti Əhməd Çələbi İraq prezidenti və baş nazirin birinci müavini vəzifələrində çalışmış, İraqda və beynəlxalq siyasi arenada kifayət qədər tanınmış şəxsiyyətlərdəndir. Səddam Hüseyn dönəmində ona qarşı ən müxalif simalardan hesab olunurdu. Səddam devrildikdən sonra o, bir ay, yəni 2003-cü ilin sentyabr ayının əvvəlindən sonuna qədər İraq keçid hökumətinin prezidenti səlahiyyətini icra etmişdir.2005–2006-cı illər də İraq baş nazirnin birinci müavini, daha sonra isə İraqın neft naziri vəzifəsində çalışmışdır. Xarici keçidlər Ahmed Chalabi — National Cable Satellite Corporation من هو أحمد الجلبي؟ — BBC Arabic – 07/04/2003. | https://az.wikipedia.org/w/index.php?curid=424582 |
Əhməd Özxan | Əhməd Özxan (türk. Ahmet Özhan; 26 avqust 1950, Şanlıurfa) – Türk musiqiçi. Xarici keçidlər Əhməd Özxan — IMDb səhifəsi ahmetozhan.com.tr — www.ahmetozhan.com.tr rəsmi saytı (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=82112 |
Əhməd Özənbaşlı | Əhməd Özənbaşlı (d. 10 fevral 1893, Bağçasaray - ö. 4 dekabr 1958, Leninabad, Tacikistan SSR) — Krım tatar Milli Firqə hərəkatı rəhbərlərindən biri, siyasətçi, İsmayıl Qaspiralının ardıcıllarından biri, Krım millətçisi və filosof. Bağçasarayda məşhur mədəniyyət xadimi Seyid Abdullah Özənbaşlının ailəsində anadan olmuşdur. 1914-cü ildə Ağməsciddə liseyi bitirdikdən sonra 1915-ci ildə Odessaya gedib Noqorossik Universitetində tibb fakültəsinə daxil olmuşdur. Əhməd Özənbaşlı liseydə oxuyarkən, tatar xalqının tarixi və mədəniyyəti ilə maraqlanırdı. Tərcüman qəzetində nəşr olunan ədəbi materiallarla Rəşid Mədiyənin fikirlərini öyrəndi. O zamanlarda Krım Milli Tələbə Cəmiyyətinə qatıldı, bu addım Milli Hərəkata qatılmasına kömək etdi. 1917-ci ildə Odessadakı lisey və universitet tələbələri bir dərnək qurdu və Əhmət Özənbaşlı dərnəyin rəhbəri oldu. Siyasi mübarizəsi Krıma geri gəldikdən sonra Krım Müsəlmanları Konqresində yaradılan Krım İcra Komitəsinə üzv seçildi. Bundan etibarən siyasi fəaliyyətlərini artıraraq davam etdirdi. Daha sonra Əhməd Özənbaşlı Birinci Milli Qurultayın nümayəndəsi və onun fəal üzvlərindən biri olaraq ön plana çıxdı. Vətəndaş müharibəsi zamanı "Millət" qəzetinin yazıçısı, sonra Milli Firqənin öndərlərindən biri oldu. 1920-ci ilin sonunda vətənindən xaricə getməyi rədd edən Əhməd ÖzənbaşlıKrımda Sovet hakimiyyəti qurulduqdan sonra Krıma geri gəldikdən sonra Krım Müsəlmanları Konqresində yaradılan Krım İcra Komitəsinə üzv seçildi. Bundan etibarən siyasi fəaliyyətlərini artıraraq davam etdirdi. Daha sonra Əhməd Özənbaşlı Birinci Milli Qurultayın nümayəndəsi və onun fəal üzvlərindən biri olaraq ön plana çıxdı. Vətəndaş müharibəsi zamanı "Millət" qəzetinin yazıçısı, sonra Milli Firqənin öndərlərindən biri oldu. 1920-ci ilin sonunda vətənindən xaricə getməyi rədd edən Əhməd ÖzənbaşlıKrımda Sovet hakimiyyəti qurulduqdan sonra xalqının haqq və hüququ üçün bu hakimiyyət çərçivəsində mübarizə aparmağa qərar verdi. 1921-ci ildə Totay kənd məktəbində müdirlik etməyə başladı. 1922-ci ildə isə Krım Dövlət Universiteti Tibb fakültəsini bitirib, əsəb xəstəlikləri doktoru oldu. Əhməd 1922-ci il 12 apreldə Krım tatarlarının millətçi qruplaşmasına mənsub olduğuna görə həbs edildi.1924-1927-ci illər arasında Krım Muxtar Respublikasının maarif nazirinin köməkçisi oldu. Ondan sonra isə təkrar doktorluq etməyə başladı. 10 dekabr 1928-ci il tarixində 25 il həbs cəzasına məruz qaldı. Ancaq 30 yanvar 1931-ci il tarixində məhkəmə bu hökü 10 illik düşərgə cəzasına endirdi. 1934-cü ildə Krım xaricində yaşaması şərtiylə sərbəst buraxıldı. Sibirin Novosibirsk, Pabloqrat şəhərlərində sürgün həyatı yaşadı və həkimlik etdi. II Dünya müharibəsi zamanı Krımın almanlar tərəfindən işğal edilməsindən sonra Krıma geri döndü. Rumıniyaya qaçırılması və əsarəti 1943-cü ildə Sovet ordusu Krımı yenidən ələ keçirməmişdən əvvəl Ağməsciddən ayrılaraq əvvəl Odessaya köçdü, sonra da Rumıniyaya getdi. Rumıniyada qısa müddətlik Köstencedə qaldı. Bu dövrdə müxtəlif vasitələrlə Avropadakı Krım diasporasının lideri Mustafa Edige Krımal ilə görüşdü. Köstencenin işğalından sonra Sovet agentləri onu xüsusi təyyarə ilə qaçıraraq, həbs edib Moskvaya apardılar. 20 sentyabr 1947-ci ildə isə 25 il düşərgə cəzasına məhkum edildi. Qızı Məryəm Özənbaşlı bu dövrdən 2007-ci ilin sentyabr ayında Avropa Zaman qəzetində belə bəhs edir: Yazıçılıq fəaliyyəti Əhməd Özənbaşlı özünü eyni zamanda bacarıqlı yazıçı və jurnalist olaraq da tanıtmışdır. 1917-ci ildə "O yıxıntılar altında" pyesini yazmış, "Krım", "Məktəb işləri", "İrəli" jurnal və qəzetlərində tarix, etnoqrafiya və pedoqoji sahələrinə aid məqalələr ilə müntəzəm formada yazılar yazmışdır. Bir çox ədəbi əsərə, o cümlədən Həmdi Giraybəyin əsərlərinə də araşdırmalar yazmışdır. Onu hər kəsin tanımasını təmin edən ən önəmli əsəri isə Krım xalqının vətənindən köç etməsindən bəhs edən "Krım faciəsi" adlı tarixi əsəridir. 1926-cı ildə ayrı kitab olaraq çıxan bu əsər "Ulduz" jurnalının 1992-ci il I və II sayılarında nəşr edilmişdir. Əsər 1933-1936-cı illər arasında, o tarixlərdə Köstencedə Müstəcib Ülküsalın çıxardığı Əməl jurnalında günlük olaraq hissə-hissə yayımlanmışdır. 1997-ci ildə isə Ağməsciddə ayrı kitab formasında nəşr edilmişdir. 1955-ci ildə Əhmədi ağır xəstə vəziyyətdə azad etdilər Ömrünün son illərini Tacikistanın Leninabad şəhərində ailəsi ilə birlikdə keçirdi. 4 dekabr 1958-ci ildə vəfat etdi. Nəəşi Özbəkistandan Xokand şəhərində torpağa verildi. 1933-cü ildə cəsədi Krıma gətirildi və Bağçasarayda Zəncirli mədrəsənin baxçasında İsmayıl Qaspiralının yanına dəfn edildi. Özü kimi doktor olan qızı Məryəm Özənbaşlı da sürgündən döndükdən sonra 2007-ci ildə Krımın Ağməscid şəhərində həyata gözlərini yumdu. Həmçinin bax Milli Firqə Mustafa Edige Kırımal | https://az.wikipedia.org/w/index.php?curid=634252 |
Əhməd Ümid | Ahmet Ümit (1960[…], Qaziantep) — Türkiyə şairi və yazıçısı. Daha çox kriminal janrında olan romanları ilə tanınmışdır. Kommunist dövr Ahmet Ümit 1960-cı ildə Türkiyənin Qaziantep şəhərində 7 uşaqlı ailənin ən kiçiyi kimi anadan oldu. Atası xalça satıcısı, anası dərzi idi. İbtidai təhsilindən sonra Qaziantep Atatürk Liseyinə girdi. 14 yaşında siyasi baxışına görə 24 dostu ilə birlikdə Qaziantepin xaricinə sürgün edilmiş və təhsilini Diyarbəkirin Erqani ilçəsində tamamlamışdır.1979-cu ildə Mərmərə Universitetinə daxil oldu. Tələbəlik illərində tanış olduğu Vildan xanım ilə evliliyindən Gül adında bir qızı oldu (1981). 1980-ci il çevrilişindən sonra Ahmet Ümit kommunist dərnəklərdə işləməyə başladı. 1982-ci ildə "Ana Yasaya yox" kampaniyasına qatıldı. Divarlarda afişa yapıştırarkən həbs olunan dostları üçün hekayə şəklində yazdığı əsər təxəllüsü "K. Yalçın" imzası ilə əvvəlcə "Atılım" jurnalında, daha sonra Praqada 40 dildə nəşr olunan "Sülh və Sosializm Problemləri" jurnalında çap olundu. Yazıçılığa məhz bu hekayəsi ilə başladı. 1983-cü ildə universitet təhsilini tamamladı. Üzvü olduğu Türkiyə Kommunist Partiyası (TKP) tərəfindən 1985-ci ildə Moskvaya göndərildi. 1985–1986-cl illərdə Moskva Sosial Elmlər Akademiyasında təhsil aldı. TKP tərəfindən Moskvaya kommunist təhsili alması üçün göndərdiyi 6 gəncin başına gələn hadisələrdən bəhs edən "Qar qoxusu" (1998) adlı romanı bu illərə aid izlər daşıyır. Moskvada ikən şeir yazmağa başladı. 1989-cu ildə siyasətdən ayrılmağa qərar verdi və "Küçənin zulası" adlı şeirini çap etdirdi. Dostu Ali Tayqun ilə birlikdə bir reklam agentliyini işlətməyə başladı. Əsas yaradıcılıq illəri 1990-cı ildə bir neçə ədəbiyyat həvəskarı ilə "Yenə sus" adlı jurnalı fəaliyyətə başladı. Şeir və hekayələrini "Adam Sənəti", "Yenə sus", "Öküz", "Respublika kitabı" jurnallarında və "Yeni Əsr" qəzetində çap olundu. 1992-ci ildə ilk hekayələr kitabı olan "Çıplaq ayaqlı idi gecə" kitabına görə həmin il Ferit Oğuz Bayır Fikir və İncəsənət Mükafatına layiq görüldü. Bu kitabdan sonra Ahmet Ümit Türkiyədə tanınmağa başlamışdır. Ahmet Ümit 1993-cü ildə ATV-də yayınlanan "Çaqqalların izində" kriminal serialı üçün senari və hekayələr yazdı. Bunun ardınca 1995-ci ildə müxtəlif qəzet və jurnallarda Frans Kafka, Dostoyevski, Patrisiya Haysmit, Edqar Allan Po haqqında tanıtma yazıları yazdı. "Bir səs bölər gecəyi"(1994) adlı uzun hekayəsindən sonra "Nağıl nağıl içində" (1995) hekayəsi çap olundu. Anasından eşitdiyi nağıllara yer verilən kitab ibtidai məktəblərdə və özəl liseylərdə dərslik kimi istifadə olundu, hətta Koreya dilinə tərcümə olundu. Daha sonra "Duman və Gecə" romanı nəşr olundu. "Duman və Gecə" romanı böyük mübahisələrə yol açdı. Bu roman Yunanıstanda nəşr olunan ilk türk kriminal əsəri oldu. Bu romanından sonra "Qar qoxusu" (1998) adlı romanı, "Aqatanın Açarı" (1999) adlı kriminal hekayələr kitabı çapdan çıxdı. 2000-ci ildən etibarən "Patasana" (2000), "Kukla" (2002), "Şeytan detallarda gizlidir" (2002), "Bəyoğlu Rapsodisi" (2003), "Eşq köpəklikdir" (2004), "Ninattanın qolbağı" (2006), "Qəbilə" (2006) adlı kitabları satışa buraxıldı. İstanbul haqqında məlumatlar verən "İstanbul xatirəsi" adlı kriminal roman 2010-cu ilin iyununda oxuculara təqdim olundu. Yazıçının həm də "Komissar Nevzat, Çiçəkçinin Ölümü" (2005) adlı komiksi də vardır. Hekayələrinin əsasında Uğur Yücel tərəfindən "Qaranlıqda qaçanlar" və Cevdet Mercan tərəfindən "Şeytan detallardada gizlidir" serialları ekranlara çıxmış, "Duman və Gecə" adlı romanı əsasında 2007-ci ildə Turqut Yasalar tərəfindən film çəkilmişdir. "Küçənin zulası" (1989) "Çıplaq ayaqlı idi gecə" (1992) "Bir səs bölər gecəni" (1994) "Nağıl nağıl içində" (1995) "Duman və Gecə" (1996) "Aqatanın açarı" (1999) "Qar qoxusu" (1998) "Patasana" (2000) "Şeytan detallarda gizlidir" (2002) "Kukla" (2002) "Bəyoğlu Rapsodisi" (2003) "Eşq köpəklikdir" (2004) "Komissar Nevzat: Çiçəkçinin ölümü" (2005) "Qəbilə (2006) "Ninattanın qolbağı" (2006) "İnsan ruhunun xəritəsi" (2007) "Olmayan ölkə" (2008) "Bab-ı Əsrar" (2008) "İstanbul xatirəsi" (2010) "Komissar Nevzat: Barabançı Davudu kim öldürdü?" (2011) "Sultanı öldürmək" (2012) "Bəyoğlunun ən gözəl qardaşı" (2013) | https://az.wikipedia.org/w/index.php?curid=774780 |
Əhməd Ümid Yəzdani | Əhməd Ümid Yəzdani — azərbaycanlı sosioloq, tarixçi, dilçi alim. Azərbaycan-Almaniya Akademiklər Cəmiyyətinin sədri və Almanca-Azərbaycan türkcəsində iki cildlik lüğətin müəllifi. Əhməd Ümid Yəzdani 1947-ci ilin sentyabr ayının 3-də Təbriz şəhərinin Əmirəqız məhəlləsində anadan olmuşdur. İbtidai məktəb və gimnaziyanı Təbriz şəhərində bitirəndən sonra, 18 ay Bocnurd şəhərinin kəndlərində müəllimliklə məşğul olmuşdur. 1969-ci ilin sonunda ali təhsil almaq üçün Almaniyaya getmişdir. Haydelberq, Mainz, Triyer və Berlin şəhərlərində yaşamışdır. Mainz şəhərində universitetə giriş imtahanı qazanandan sonra burada iqtisadiyyat bölməsində təhsil alır. 1972-ci ildə Triyer Universitetində siyasi elmlər, sosiologiya və istisadiyyat sahələrində təhsilini davam etdirir. 1979-cu ildə magistr dərəcəsini alandan sonra Azad Berlin Universitetində doktorantura üzrə təhsilini davam etdirir. 1984-ci ildən Sosial-Pedaqoji İnstitutda və sonralar Əcnəbi ailələrin və gənclərin peşə və sosial inteqrasiya məsələləri təşkilatında layihə rəhbəri olmuşdur. 1990–1991-ci illərdə Berlin şəhərində nəşr edilən "Azər" jurnalının baş redaktoru olmuşdur. 2010-cü ildən təqaüdə çıxmışdır. Əhməd Ümid Yəzdani uzun müddət Berlin şəhərində Azərbaycan mədəniyyət təşkilatlarının üzvü və sədri kimi fəaliyyət göstərmişdir. Azərbaycan-Almaniya Akademiklər Cəmiyyətinin sədridir. 1996-ci ildə Azərbaycanın Qərbi Kaspi Universitetinin fəxri professoru seçilmişdir. Berlin şəhərində yaşayır, bir oğlu və bir qızı var. XVII–XX əsrlər bayatıları, Bakı, 1985 (ərəb əlifbasında) İranda parlamentar sistemin tarixi, Berlin, 1991 (ərəb əlifbasında) Geteiltes Aserbaidschan: Blick auf ein bedrohtes Volk, Berlin, Das Arabische Buch, 1993 Deutsch-Aserbaidschanisches Wörterbuch /Almanca-Azərbaycanca sözlük, Berlin, Pro Literatur Verlag, 2004 Deutsch-Aserbaidschan-Türkisches Wörterbuch/Almanca-Azərbaycan türkcəsində sözlük, Berlin, 2012 Deutsch-Aserbaidschan-Türkisches Wörterbuch/Almanca-Azərbaycan türkcəsində sözlük, İki cilddə, Berlin, Amazon Verlag, 2018 Xarici keçidlər Əhməd Ümid Yəzdani Ana dili və onun vacibliyi haqqında | https://az.wikipedia.org/w/index.php?curid=594853 |
Əhməd Ğanem | Əhməd Ghanem və ya Ahmed Ghanem,(ərəb. أحمد غانم ) ,Misirli siyasi yazıçı və nonfiction Misirdə 22 aug -ci ildə anadan olub. Misir inqilabının kitabı. Misir Qadını Təhrir Meydanında romanı Kitab Misir Baş Authority , Kitab nömrəsi verilməsi 11513& 2012 . Rəsmi səhifəm Əhməd Ghanem. | https://az.wikipedia.org/w/index.php?curid=635679 |
Əhməd İhsan Tokgöz | Əhməd İhsan Tokgöz (türk. Ahmet İhsan Tokgöz; 1868, Ərzurum, Ərzurum vilayəti və ya Konstantinopol – 28 dekabr 1942, Dəyirməndərə[d], Kocaeli ili) — Türkiyə jurnalisti, tərcüməçisi, çapçısı, naşiri, siyasətçisi və idman idarəçisi. Tokgöz Türkiyə mətbuatı tarixinin ən uzunömürlü jurnallarından biri olan "Sərvət-i Fünun"un qurucusu olmuşdur. O, Jül Verni Türkiyədə tanıdan ilk yazıçı olmuş və buna görə də "Jül Vern mütərcimi" kimi məşhurlaşmışdır. Tokgöz Avropada çap texnologiyalarının Osmanlı imperiyasına gətirilməsinə və Türkiyədə çap fəaliyyətinin modernləşdirilməsinə öncülük etmişdir. O, Türkiyə Böyük Millət Məclisinin IV, V və VI çağırış Ordu vilayətindən millət vəkilidir. Əhməd İhsan Tokgöz 1868-ci ildə Ərzurumda anadan olmuşdur. O, əslən Kastamonun Daşkörpü qəzasındandır. Tokgözün atası Osmanlı imperiyasında dəftərdar və mühasib işləmiş Əhməd Xalid bəy idi. Onun atası Ərzurum, Priştina, Şkoder, Kastamonu, İstanbul, Dəməşq, Ankara və Bursada xəzinədar işlədiyi üçün uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir. Tokgöz Dəməşq Hərbi Rüşdiyyəsində ərəb və fransız languagelərini öyrənməyə başlamışdır. O, daha sonra atası Ankarada xəzinədar təyin elanguagediyi üçün ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. Tokgöz atasının yaxın dostu və o vaxt Ankarada sürgündə olan Agah Əfəndidən dərs alaraq fransız languagei biliyini təkmilləşdirmişdir. O, Agah Əfəndinin evində Jül Vernin romanları ilə tanış olmuşdur və bu, ona çox böyük təsir bağışlamışdır. Tokgöz orta təhsilini Dəməşq Hərbi Rüşdiyyəsində və Üsküdar liseyində bitirmişdir.Tökgöz 1881-ci ildə Mülkiyyə məktəbinə daxil olmuşdur. O, bu məktəbdə ədəbiyyat müəllimi Rəcaizadə Mahmud Əkrəmin yenilik, inqilabçılıq, müasirlik və qərbləşmə ideyalarından təsirlənmişdir. Tökgöz məktəb illərində fransızcadan tərcümələr etmişdir. Onun ilk tərcüməsi Etyen Enol və Lui Judiminin "Vagabond" əsəri idi. Onu 1884-cü ildə Əsr Kitabxanasının sahibi Qrirqor Faiq Kaysəryan nəşr etdirmişdir. Tökgöz sonradan Jül Vernin əsərlərini tərcümə etməyə başlamış və məktəbdə "tərcüməçi İhsan" kimi tanınmışdır. Siyasi fəaliyyəti Əhməd İhsan Tokgözoğlu Saraç Əbdürrəhman Ağa ailəsinin üzvü olduğu üçün Soyad Qanunu qüvvəyə mindikdən sonra "Tokgöz" soyadını mənimsəmişdir. O, 1931-ci, 1935-ci və 1939-cu il Türkiyə Ümumi Seçkilərində Cümhuriyyət Xalq Partiyasından millət vəkili namizədi olmuşdur. Tokgöz Türkiyə Böyük Millət Məclisinin IV, V və VI çağırış Ordu vilayətindən millət vəkili olmuşdur. Xarici keçidlər Ahmet İhsan Tokgöz ve "Servet-i Fünun" Arxivləşdirilib 15 noyabr 2022 at the Wayback Machine, İletişim Arkeolojisi, Bölüm VII, TRT 2, 2022. | https://az.wikipedia.org/w/index.php?curid=794130 |
Əhməd İldiz | Əhməd İldiz (29 noyabr 1996-cı ildə anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Kasımpaşa klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriya futbolçusudur. Peşəkar karyerası İldiz öz gənclik karyerasına Rapid Vyana FK klubunda başlamışdır. 14 yaşı olarkən klubun gənclər akademiyasında çıxış etməyə başlamışdır. İldiz 1 sentyabr 2016-cı ildə Kasımpaşa klubu ilə müqavilə imzalamışdır. İldiz öz peşəkar karyerasında debütünü Kasımpaşa klubu ilə 6 noyabr 2016-cı ildə Konyaspor klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Kasımpaşa liqa oyununda Konyaspora 2-1 hesabı ilə məğlub olmuşdur. Şəxsi həyatı İldiz Avstriyada anadan olmuşdur. Valideynləri isə Türkiyə vətəndaşıdır. Onun qardaşı Məhəmməd İldiz də peşəkar futbolçudur. Haı-hazırda Süper Liqa komandalarından olan Qaziantepspor FK klubunda çıxış edir. Xarici keçidlər Ildiz TFF Profile Ildiz Mackolik Profile | https://az.wikipedia.org/w/index.php?curid=480495 |
Əhməd İmanov | Əhməd İmanov (azərb. İmanov Əhməd Cəfər oğlu;24 may 1948, Naxçıvan) — rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi. İmanov Əhməd Cəfər oğlu 24 may 1948-ci ildə Naxçıvan şəhərində anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təshil alıb. 1988-89-ci illərdə Moksvada təkmilləşdirmə kurslarında oxuyub. 1965-ci ildən Naxçıvan Dövlət Televiziyası və Radio Verilişləri komitəsində çalışır. 1976-ci ildən baş rejissordur. Quruluş verdiyi əsərlər Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Əbürrəhman Haqverdiyev, Anar, Əkrəm Əylisli, Rüstəm ibrahimbəyov və başqalarının əsərlərinin televiziya tamaşalarına quruluş vermişdir. | https://az.wikipedia.org/w/index.php?curid=631930 |
Əhməd İsayev | İsayev Əhməd Məmməd oğlu (30 avqust 1940, Zaqatala rayonu – 26 dekabr 2021, Zaqatala) — yazıçı-publisist, 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar jurnalisti (1987), "Qızıl qələm" (1974), "Ustad" ali jurnalistika (1995), "Həsən bəy Zərdabi" (1996) və "Araz" (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən "Gəncə və gəncəlilər" Xeyriyyə Cəmiyyətinin sədri. Əhməd İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb. Suvagil kənd klubunda müdir işləyib. 1959–1965-ci illərdə Azərbaycan Dövlət Universitetində əvvəl qiyabi, sonra əyani oxuyub. Hələ tələbə ikən – 1963-cü ildən "Kommunist" qəzeti redaksiyasında işə başlayıb: kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri olub. 1970–1990-cı illərdə Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışıb. 1990–1991-ci illərdə "Respublika" qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Bir müddət "Həyat" və "Səhər" qəzetlərində işləyib. 1995-ci ildən "Azərbaycan" qəzetinin bölgə müxbiridir. 1957-ci ildən mətbuatda çıxış edir. Tarixi mövzulara, sənədli publisistikaya daha çox üstünlük verir. İki minədək qəzet və jurnal məqaləsinin, otuzdan çox kitabın müəllifidir. Jurnalist axtarışlarına əsasən 1985-ci ildə Leninqrad Sənədli Filmlər Studiyasında "Cəbhədən məktublar" adlı qısametrajlı film çəkilib, "Boş barılar" pyesi (1988) Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Hökumət nümayəndə heyəti və jurnalist qrupları ilə Türkiyədə (1974, 1992), Yunanıstanda (1977), Fransada (1985), Bolqarıstanda (1987), İngiltərədə (1994) olub. İtaliyada (1981) "Unita" qəzetinin festivalında və Misirdə (1995) beynəlxalq informatika kurslarında Azərbaycanı təmsil edib. 1999-cu ildə Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedib. Nailiyyətlər Dəfələrlə yaradıcılıq müsabiqələrinin qalibi olub. 1986-cı ildə ona SSRİ Jurnalistlər İttifaqı tərəfindən "İlin ən yaxşı jurnalisti" adı verilib. Moskvada çıxan "Jurnalist" jurnalının üç dəfə (1977, 1981, 1982) xüsusi diplomunu alıb. Respublika Ziyalılar Cəmiyyəti İdarə heyətinin qərarı ilə (1999) "XX əsrin fəxri ziyalısı" diplomu, Qafqaz-Mediya ictimai birliyi tərəfindən "Peşəkar jurnalist" (2008) mükafatı verilib. 1970-ci ildə "Rəşadətli əməyə görə" və 2005-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilib. "Azərbaycan Respublikasının ictimai və mədəni həyatındakı böyük xidmətlərə görə" Azərbaycan prezidenti İlham Əliyevin 11 dekabr 2006-cı il tarixli sərəncamı ilə ölkə prezidentinin fərdi təqaüdünə layiq görülüb. Dəfələrlə Azərbaycan jurnalistlərinin, 1982-ci ildə isə SSRİ Jurnalistlər İttifaqının beşinci qurultayının nümayəndəsi olub. On altı il dalbadal Azərbaycan Jurnalistlər İttifaqının idarə heyətinə üzv seçilib. Yeniliyin sorağında. 1967 Biz yanmasaq. 1971 Dağlar da baş əyir. 1979 Göyərçin pərvazlanır. 1980 Sevgi saxladı bizi. 1982 Nə yaxşı ki, sən varsan. 1983 Bir bulaq çağlayırdı. 1987 Üsyan. 1989 Gəncədən ucalan yol. 1992 Əli bulağı. 1996 Səni kim unudar? 1999 Nigaran qalma ana. 2001 El ağsaqqalı. 2003 Vaxtsız sönən üç ulduz. 2004 İlisu Sultanı Daniyal bəy. 2005 Gəncə şəhidləri. 2006 Gəncə və gəncəlilər. 1991, 1998, 2002, 2008 Saxurların gözü Suvagil. 2008 | https://az.wikipedia.org/w/index.php?curid=69819 |
Əhməd İsgəndərov | Əhməd İsgəndərov Əhməd oğlu (23 noyabr 1927, Mərdəkan, Bakı, Azərbaycan SSR - 13 oktyabr 2017, Moskva, Rusiya) — tarixçi-şərqşünas, tarix elmləri doktoru (1969), professor (1970), Rusiya EA-nın müxbir üzvü (1979), RSFSR-in "Əməkdar elm xadimi" (1978). Əhməd İsgəndərov 23 noyabr 1927-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1940-cı ildə anasının ölümündən sonra Bakıya köçmüş və burada 8 saylı orta məktəbdə təhsil almışdır. Əhməd İsgəndərov 1943-cü ildə Bakı Memarlıq Texnikumuna daxil olaraq bir il orada oxumuş, daha sonra 1944-cü ildə yenicə yaranmış Hərbi-dəniz hazırlıq məktəbinə daxil olmuşdur. Lakin İsgəndərov təhsilini yarımçıq qoyaraq 1945-ci ildə Moskva Xarici Dillər Hərbi İnstitutuna daxil olmuşdur. Beş il burada oxumuş və 1950-cı ildə baş leytenant rütbəsi almışdır. Əmək fəaliyyəti Əhməd İsgəndərov iki il Xarici Dillər Hərbi İnstitutunda işləyir. 1957-1958-ci illərdə SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, 1958-ci ildən 1965-ci ilə qədər Praqada çıxan "Dünyanın və sosializmin problemi" jurnalında məsləhətçi redaktor, daha sonra şöbə müdirinin müavini vəzifəsində çalışır. O, 1960-63-cü illərdə SSRİ EA-nın Asiya Xalqları İnstitutunda böyük elmi işçi, 1963-65-ci illərdə "Dünyanın və sosializmin problemı" jurnalında şöbə müdiri vəzifəsini icra edir.1965-1969-cu illərdə SİKP MK informasiya şöbəsində məsləhətçi, 1969-70-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində məsləhətçi-ekspert, 1970-1972-ci illərdə SSRİ EA-nın Beynəlxalq Fəhlə Hərəkatı İnstitutunun direktor müavini kimi fəaliyyət göstərir. Daha sonra 1972-1987-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini işləyir. Əhməd İsgəndərov 1987-ci ildən "Tarixin sualları" jurnalının baş redaktoru olur. Elmi fəaliyyəti Əhməd İsgəndərov 1953-cü ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1958-ci ildə Yaponiya tarixi üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Əhməd İsgəndərov 1969-cu ildən tarix elmləri doktoru, 1970-ci ildən professor elmi rütbəsini almışdır. O, 1979-cu ildə SSRİ EA-nın müxbir-üzvü, həmçinin Asiya və Afrika ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur. Elmi əsərləri 40 il elmi fəaliyyətlə məşğul olan Əhməd İsgəndərov Yaponiyanın feodalizm dövrünə, tarixi və mədəniyyətinə, beynəlxalq milli azadlıq hərəkatına həsr olunmuş təqribən 80-dək elmi əsərin müəllifidir. Eyni zamanda alim "Üçüncü dünya: problemlər və perspektivlər" kollektiv monoqrafiyanın əsas müəlliflərindəndir. Həmçinin 2002-ci ildə nəşr olunmuş "İmperiyanın qürubu" adlı kitabın müəllifidir. Əhməd İsgəndərovun əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir. Əsas elmi işləri: "Toetomi Xideyosi" "Tarix və cəmiyyət" "XVI yüzilliyin feodal Yapon şəhəri" "Rusiya monarxiyası: islahatlar və inqilab" "Afrika, siyasət, iqtisadiyyat, ideologiya" "Portuqaliyanın Yaponiyaya girməsi tarixindən" Əhməd İsgəndərov 13 oktyabr 2017-ci ildə Moskvada vəfat etmişdir. Mükafatları 1978-ci ildə RSFSR-in "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 1987-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Ədəbiyyat siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=368427 |
Əhməd İsmayılov | Əhməd Məhəmməd oğlu İsmayılov (1980, Bakı) — Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru. 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1987–1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr dərəcəsi almışdır. 2022-ci ildə Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramını bitirmişdir. Ailəlidir, 1 övladı var. Əmək fəaliyyəti Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlamışdır. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi işləmişdir. 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışmışdır. 2008–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011–2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışmışdır. 2009–2015-ci illərdə Yeni Azərbaycan Partiyasının "Dənizçilər" ilk ərazi təşkilatının sədri olmuşdur. 2019-cu ildən Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin ekspertidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli 1969 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilmiş, 12 yanvar 2021-ci il tarixədək bu vəzifədə çalışmışdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 2416 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilmişdir. Mükafatları Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib. | https://az.wikipedia.org/w/index.php?curid=624618 |
Əhməd İsmayılov (dövlət xadimi) | Əhməd Məhəmməd oğlu İsmayılov (1980, Bakı) — Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru. 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1987–1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr dərəcəsi almışdır. 2022-ci ildə Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramını bitirmişdir. Ailəlidir, 1 övladı var. Əmək fəaliyyəti Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlamışdır. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi işləmişdir. 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışmışdır. 2008–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011–2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışmışdır. 2009–2015-ci illərdə Yeni Azərbaycan Partiyasının "Dənizçilər" ilk ərazi təşkilatının sədri olmuşdur. 2019-cu ildən Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin ekspertidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli 1969 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilmiş, 12 yanvar 2021-ci il tarixədək bu vəzifədə çalışmışdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 2416 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilmişdir. Mükafatları Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib. | https://az.wikipedia.org/w/index.php?curid=627011 |
Əhməd İzzət Paşa | Əhməd İzzət Paşa və ya Əhməd İzzət Furqaç (d. 1864 — ö. 31 mart 1937) — VI Mehmed Vahidəddinin səltənətində 25 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Atatürk Research Center — Halâs-I Vatan Cemiyeti Arxivləşdirilib 2014-01-02 at the Wayback Machine Handan, Akmeşe (2005). The Birth of Modern Turkey: The Ottoman Military and the March to WWI Harp Akademileri Komutanlığı, Harp Akademilerinin 120 Yılı, İstanbul, 1968, p. 19. Erickson, Edward (2001). Ordered to die: a history of the Ottoman army in the First World War | https://az.wikipedia.org/w/index.php?curid=552766 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.