!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əhdi-Ətiq | Əhdi-ətiq və ya Əski Əhd — Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). Tanaxda və Əhdi-ətiqdə kitabların sıralanması İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. Xristianlıqda Əhdi-ətiqin yeri Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi. Sinoplu Markion (təqr. 100–160) kimi Əhdi-ətiqi rədd edən müəllimlər Kilsə tərəfindən qəbul edilmirdi. İsa Məsih Özü Əhdi-ətiqin əbədi olaraq Müqəddəs Yazı olacağını öyrədirdi. Xristianlığın Əhdi-ətiqə münasibətini məşhur kilsə atası Avqustinin sözü ilə yekunlaşdırmaq olar: "Novum Testamentum in Vetere latet, Vetus Testamentum in Novo patet" – latın dilindən tərcümə: Yeni əhd (Əhdi-cədid) köhnə əhddə gizlənmişdi, köhnə əhd (Əhdi-ətiq) yeni əhddə aşkar olmuşdur. Əhdi-ətiq Xristian fəlsəfəsində Əhdi-ətiqin birinci kitabında rəvayət edilən hekayələr orta əsr xristian fəlsəfəsindəki kosmoqonik görüşlərin formalaşmasında xüsusi rol oynamışdır. Burada Tanrı tərəfindən dünyanın yaradılması hekayəsi müstəsna rol oynamışdır (Yaradılış 1). Burada həmçinin insanın da yaradılması haqqında söhbət açılır. Bu mövzu həmin kitabın ikinci fəslində də bir qədər fərqli tərzdə rəvayət edilir. Yaradılış kitabının 3-cü fəslində Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine ilk insanların (Adəm və Həvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır. Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar. Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar. Tanrının var olması və gözəgörünməz olması (Çıxış 3:14; 33:20.), əqllə və duyğu ilə dərk olunmaması (Qanunun təkrarı 4:11–19) xristian filosoflarının tez-tez istinad etdiyi mövzulardandır. Bu mövzu bəzi hallarda yeni platonçu üslubda yozulurdu. Xristian etikasının əsasını isə "Çıxış" kitabının 20-ci fəslində olan 10 ehkam təşkil edir. Orta əsr xristian fəlsəfəsinin ən yayılmış mövzularından biri şərin təbiəti haqqında olan düşüncələr, Tanrının bu şəri törətməməsi, ondan uzaqlaşması mövzusu (teodiseya) idi. Bu problemin həll olunmasından ötrü, Əhdi-ətiqin "Əyyub" kitabına tez-tez müraciət edilirdi. Xeyir, şər, günah problemləri peyğəmbər Davuda aid edilən "Zəbur" kitabında da hallanmaqdadır. Burada bu problemlərin həlli isə, Tanrı tərəfindən göndərilmiş şəxsiyyətlə və gələcəkdə olacaq ədalətli İlahi mühakimə ilə bağlanır (Zəbur 2). Xristian fəlsəfəsində ən çox hallandırılan başqa mövzulardan biri də bu dünyanın müvəqqəti, keçici olmasıdır. Bu məsələ isə həyatın mənası, ölümə münasibət kimi problemləri ortalığa çıxarırdı. Bu suallar haqqında düşünən mütəfəkkirlər isə bir çox hallarda Əhdi-ətiqin "Vaiz" kitabına müraciət etmişdirlər. Əhdi-ətiqin Azərbaycanda yayılması Əhdi-ətiqin Azərbaycan dilinə ilk tərcüməsi 1891-ci ildə əski ərəb əlifbası ilə çıxmışdır. 1975-ci ildə Bibliya Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərə müraciət edib, Bibliyanın müasir Azərbaycan dilinə yeni tərcüməsini hazırlamaq işini ona tapşırmışdır. 1982-ci ildə Əhdi-cədidin yeni tərcüməsi nəşr olunmuş və 1984-cü ildə Mirzə Xəzər Əhdi-ətiqin tərcüməsini bitirmişdir. Ancaq onun tərcüməsi indiyədək çap olunmadan qalır. 1995-ci ildən başlayaraq Müqəddəs Kitab Şirkəti Əhdi-ətiqi Azərbaycan dilinə yenidən tərcümə etməyə başladı. Əhdi-ətiqin ayrı-ayrı kitabları tərcümə edilərək qismən çap olundu: 1999-cu ildə Rut və Yunus, 2000-ci ildə Yaradılış və Süleymanın Məsəlləri kitabları, 2004-cü ildə isə Zəbur və Əhdi-ətiq Kitabı bütünlüklə nəşr olunmuşdur. Müqəddəs Kitab (Əhdi-ətiq və Əhdi-cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Əhdi-ətiq onlayn: Əhdi-ətiq onlayn: Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Aydın Əlizadə (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 15–18. ISBN 5-87459-013-7. 2016 tarixində arxivləşdirilib. 2016–08-16 tarixində istifadə olunub. (2.1 "Əhdi-ətiq xristian fəlsəfəsində" yarımfəsililinin mənbəyi). Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=725088 |
Əhdi-ətiq | Əhdi-ətiq və ya Əski Əhd — Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). Tanaxda və Əhdi-ətiqdə kitabların sıralanması İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. Xristianlıqda Əhdi-ətiqin yeri Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi. Sinoplu Markion (təqr. 100–160) kimi Əhdi-ətiqi rədd edən müəllimlər Kilsə tərəfindən qəbul edilmirdi. İsa Məsih Özü Əhdi-ətiqin əbədi olaraq Müqəddəs Yazı olacağını öyrədirdi. Xristianlığın Əhdi-ətiqə münasibətini məşhur kilsə atası Avqustinin sözü ilə yekunlaşdırmaq olar: "Novum Testamentum in Vetere latet, Vetus Testamentum in Novo patet" – latın dilindən tərcümə: Yeni əhd (Əhdi-cədid) köhnə əhddə gizlənmişdi, köhnə əhd (Əhdi-ətiq) yeni əhddə aşkar olmuşdur. Əhdi-ətiq Xristian fəlsəfəsində Əhdi-ətiqin birinci kitabında rəvayət edilən hekayələr orta əsr xristian fəlsəfəsindəki kosmoqonik görüşlərin formalaşmasında xüsusi rol oynamışdır. Burada Tanrı tərəfindən dünyanın yaradılması hekayəsi müstəsna rol oynamışdır (Yaradılış 1). Burada həmçinin insanın da yaradılması haqqında söhbət açılır. Bu mövzu həmin kitabın ikinci fəslində də bir qədər fərqli tərzdə rəvayət edilir. Yaradılış kitabının 3-cü fəslində Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine ilk insanların (Adəm və Həvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır. Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar. Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar. Tanrının var olması və gözəgörünməz olması (Çıxış 3:14; 33:20.), əqllə və duyğu ilə dərk olunmaması (Qanunun təkrarı 4:11–19) xristian filosoflarının tez-tez istinad etdiyi mövzulardandır. Bu mövzu bəzi hallarda yeni platonçu üslubda yozulurdu. Xristian etikasının əsasını isə "Çıxış" kitabının 20-ci fəslində olan 10 ehkam təşkil edir. Orta əsr xristian fəlsəfəsinin ən yayılmış mövzularından biri şərin təbiəti haqqında olan düşüncələr, Tanrının bu şəri törətməməsi, ondan uzaqlaşması mövzusu (teodiseya) idi. Bu problemin həll olunmasından ötrü, Əhdi-ətiqin "Əyyub" kitabına tez-tez müraciət edilirdi. Xeyir, şər, günah problemləri peyğəmbər Davuda aid edilən "Zəbur" kitabında da hallanmaqdadır. Burada bu problemlərin həlli isə, Tanrı tərəfindən göndərilmiş şəxsiyyətlə və gələcəkdə olacaq ədalətli İlahi mühakimə ilə bağlanır (Zəbur 2). Xristian fəlsəfəsində ən çox hallandırılan başqa mövzulardan biri də bu dünyanın müvəqqəti, keçici olmasıdır. Bu məsələ isə həyatın mənası, ölümə münasibət kimi problemləri ortalığa çıxarırdı. Bu suallar haqqında düşünən mütəfəkkirlər isə bir çox hallarda Əhdi-ətiqin "Vaiz" kitabına müraciət etmişdirlər. Əhdi-ətiqin Azərbaycanda yayılması Əhdi-ətiqin Azərbaycan dilinə ilk tərcüməsi 1891-ci ildə əski ərəb əlifbası ilə çıxmışdır. 1975-ci ildə Bibliya Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərə müraciət edib, Bibliyanın müasir Azərbaycan dilinə yeni tərcüməsini hazırlamaq işini ona tapşırmışdır. 1982-ci ildə Əhdi-cədidin yeni tərcüməsi nəşr olunmuş və 1984-cü ildə Mirzə Xəzər Əhdi-ətiqin tərcüməsini bitirmişdir. Ancaq onun tərcüməsi indiyədək çap olunmadan qalır. 1995-ci ildən başlayaraq Müqəddəs Kitab Şirkəti Əhdi-ətiqi Azərbaycan dilinə yenidən tərcümə etməyə başladı. Əhdi-ətiqin ayrı-ayrı kitabları tərcümə edilərək qismən çap olundu: 1999-cu ildə Rut və Yunus, 2000-ci ildə Yaradılış və Süleymanın Məsəlləri kitabları, 2004-cü ildə isə Zəbur və Əhdi-ətiq Kitabı bütünlüklə nəşr olunmuşdur. Müqəddəs Kitab (Əhdi-ətiq və Əhdi-cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Əhdi-ətiq onlayn: Əhdi-ətiq onlayn: Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Aydın Əlizadə (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 15–18. ISBN 5-87459-013-7. 2016 tarixində arxivləşdirilib. 2016–08-16 tarixində istifadə olunub. (2.1 "Əhdi-ətiq xristian fəlsəfəsində" yarımfəsililinin mənbəyi). Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=60086 |
Əhdi Bağdadi | Əhdi Bağdadi — XVI əsrdə yaşamış Azərbaycan filoloqu və şairi. Əhdi Bağdadi lirik şeirlər müəllifi kimi tanınmışdır. Füzulinin müasiri olmuş, onun oğlu Fəzli ilə dostluq etmişdir. Əhdinin Azərbaycan dilində "Gülşəni-şüəra" ("Şairlər gülşəni") təzkirəsində XVI əsrdə yaşayıb-yaradan bir çox Azərbaycan şairlərinin həyatı və əsərləri haqqında məlumatlar verilmişdir. Əsərin əlyazması Sankt-Peterburq Dövlət Universitetinin kitabxanasında saxlanılır. | https://az.wikipedia.org/w/index.php?curid=100458 |
Əhdi Cədid | Əhdi-cədid və ya Yeni Əhd – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidin ilk dörd kitabı İncil adlanır. Əhdi-cədidin məzmunu Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır. Əhdi-cədidin qədim əlyazmaları Əhdi-cədidin bir çox qədim əlyazmaları müxtəlif muzey və kitabxanalarda saxlanır. İncilin ilk əlyazmaları, çox güman, o dövrdə geniş şəkildə istifadə edilən, amma davamlı olmayan papirusların üzərində yazılmışdır. İngiltərənin Mançester şəhərində yerləşən Con Raylands Kitabxanasında, Əhdi-cədidin bilinən ən qədim nüsxəsinin bir parçası saxlanılır. Eramızın 130–140-cı illərinə aid olan və Con Raylands Papirusu kimi bilinən bu parçanın üstündə, Yəhyanın Müjdəsinin kiçik bir hissəsi yazılmışdır. Bu papirus kiçik olmaqla bərabər, Yəhyanın Müjdəsinin yazılma tarixindən sadəcə olaraq 40–50 il sonrasına aid olması baxımından xüsusi əhəmiyyətə malikdir. İsveçrənin Cenevrə şəhərinin yaxınlığında yerləşən Bodmer Kitabxanasında da mühüm papiruslar saxlanmaqdadır. Onlardan biri, eramızın 200-cü ilinə aid olan Yəhyanın Müjdəsidir. Yenə də eyni illərə aid, İncilin Matta, Mark, Luka və Yəhyadan ibarət olan bir nüsxə, çürümə səbəbilə hal-hazırda Lukanın son yarısı ilə Yəhyanın ilk yarısını əhatə edir.İrlandiyanın paytaxtı Dublində yerləşən Çester Bitti Kitabxanasında bəzi mühüm əlyazmalar saxlanılır. Müjdələrin, Həvarilərin İşləri Kitabının və Vəhyin əlimizdə olan ən qədim nüsxələri, habelə həvari Paulun Məktublarından eramızın 180–200-cü illərinə aid olan ən qədim əlyazması burada saxlanılır.Əhdi-cədidin qədim əlyazmaları başqa qədim əsərlərin əlyazmalarından sayca çoxdur. Homerin əsərlərinin 110, Vergili və Sofoklun əsərlərinin təqribən 100, Esxilin 50, Platonun 11 əlyazması qaldığı halda, Əhdi-cədidin tamamı və hissələrinin əlyazmaları 5 300-dən artıqdır. Əhdi-cədidin Azərbaycanda yayılması Əhdi-cədidin Azərbaycan dilinə tərcüməsi XIX əsrin ortalarından başlamışdır. 1878-ci ildə Əhdi-cədid bütövlükdə tərcümə olunmuş və Londonda nəşr olunmuşdur. 1982-ci ildə Əhdi-cədid Mirzə Xəzər tərəfindən tərcümə olunub kirill əlifbası ilə nəşr olunmuşdur. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilmişdir. 2009-cu ildə Müqəddəs Kitab Şirkətinin yeni tərcüməsi latın əlifbası ilə çıxmışdır. Həmçinin bax Müqəddəs Kitab (Əhdi-ətiq və Əhdi-cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Əhdi-cədid onlayn: Əhdi-cədid onlayn: Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Xarici keçidlər Əhdi Cədid haqqında Wolfgang Kosack:Novum Testamentum Coptice. Neues Testament, Bohairisch, ediert von Wolfgang Kosack. Novum Testamentum, Bohairice, curavit Wolfgang Kosack. / Wolfgang Kosack. neue Ausgabe, Christoph Brunner, Basel 2014. ISBN 978-3-906206-04-2. | https://az.wikipedia.org/w/index.php?curid=78892 |
Əhdi Ətiq | Əhdi-ətiq və ya Əski Əhd — Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). Tanaxda və Əhdi-ətiqdə kitabların sıralanması İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. Xristianlıqda Əhdi-ətiqin yeri Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi. Sinoplu Markion (təqr. 100–160) kimi Əhdi-ətiqi rədd edən müəllimlər Kilsə tərəfindən qəbul edilmirdi. İsa Məsih Özü Əhdi-ətiqin əbədi olaraq Müqəddəs Yazı olacağını öyrədirdi. Xristianlığın Əhdi-ətiqə münasibətini məşhur kilsə atası Avqustinin sözü ilə yekunlaşdırmaq olar: "Novum Testamentum in Vetere latet, Vetus Testamentum in Novo patet" – latın dilindən tərcümə: Yeni əhd (Əhdi-cədid) köhnə əhddə gizlənmişdi, köhnə əhd (Əhdi-ətiq) yeni əhddə aşkar olmuşdur. Əhdi-ətiq Xristian fəlsəfəsində Əhdi-ətiqin birinci kitabında rəvayət edilən hekayələr orta əsr xristian fəlsəfəsindəki kosmoqonik görüşlərin formalaşmasında xüsusi rol oynamışdır. Burada Tanrı tərəfindən dünyanın yaradılması hekayəsi müstəsna rol oynamışdır (Yaradılış 1). Burada həmçinin insanın da yaradılması haqqında söhbət açılır. Bu mövzu həmin kitabın ikinci fəslində də bir qədər fərqli tərzdə rəvayət edilir. Yaradılış kitabının 3-cü fəslində Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine ilk insanların (Adəm və Həvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır. Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar. Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar. Tanrının var olması və gözəgörünməz olması (Çıxış 3:14; 33:20.), əqllə və duyğu ilə dərk olunmaması (Qanunun təkrarı 4:11–19) xristian filosoflarının tez-tez istinad etdiyi mövzulardandır. Bu mövzu bəzi hallarda yeni platonçu üslubda yozulurdu. Xristian etikasının əsasını isə "Çıxış" kitabının 20-ci fəslində olan 10 ehkam təşkil edir. Orta əsr xristian fəlsəfəsinin ən yayılmış mövzularından biri şərin təbiəti haqqında olan düşüncələr, Tanrının bu şəri törətməməsi, ondan uzaqlaşması mövzusu (teodiseya) idi. Bu problemin həll olunmasından ötrü, Əhdi-ətiqin "Əyyub" kitabına tez-tez müraciət edilirdi. Xeyir, şər, günah problemləri peyğəmbər Davuda aid edilən "Zəbur" kitabında da hallanmaqdadır. Burada bu problemlərin həlli isə, Tanrı tərəfindən göndərilmiş şəxsiyyətlə və gələcəkdə olacaq ədalətli İlahi mühakimə ilə bağlanır (Zəbur 2). Xristian fəlsəfəsində ən çox hallandırılan başqa mövzulardan biri də bu dünyanın müvəqqəti, keçici olmasıdır. Bu məsələ isə həyatın mənası, ölümə münasibət kimi problemləri ortalığa çıxarırdı. Bu suallar haqqında düşünən mütəfəkkirlər isə bir çox hallarda Əhdi-ətiqin "Vaiz" kitabına müraciət etmişdirlər. Əhdi-ətiqin Azərbaycanda yayılması Əhdi-ətiqin Azərbaycan dilinə ilk tərcüməsi 1891-ci ildə əski ərəb əlifbası ilə çıxmışdır. 1975-ci ildə Bibliya Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərə müraciət edib, Bibliyanın müasir Azərbaycan dilinə yeni tərcüməsini hazırlamaq işini ona tapşırmışdır. 1982-ci ildə Əhdi-cədidin yeni tərcüməsi nəşr olunmuş və 1984-cü ildə Mirzə Xəzər Əhdi-ətiqin tərcüməsini bitirmişdir. Ancaq onun tərcüməsi indiyədək çap olunmadan qalır. 1995-ci ildən başlayaraq Müqəddəs Kitab Şirkəti Əhdi-ətiqi Azərbaycan dilinə yenidən tərcümə etməyə başladı. Əhdi-ətiqin ayrı-ayrı kitabları tərcümə edilərək qismən çap olundu: 1999-cu ildə Rut və Yunus, 2000-ci ildə Yaradılış və Süleymanın Məsəlləri kitabları, 2004-cü ildə isə Zəbur və Əhdi-ətiq Kitabı bütünlüklə nəşr olunmuşdur. Müqəddəs Kitab (Əhdi-ətiq və Əhdi-cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Əhdi-ətiq onlayn: Əhdi-ətiq onlayn: Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Aydın Əlizadə (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 15–18. ISBN 5-87459-013-7. 2016 tarixində arxivləşdirilib. 2016–08-16 tarixində istifadə olunub. (2.1 "Əhdi-ətiq xristian fəlsəfəsində" yarımfəsililinin mənbəyi). Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=276577 |
Əhdnamə | Əhdnamə — ərəb-fars sözü olub, "şərtləşmə", "sözləşmə" mənasında işlənir. Orta әsrlәr müsәlman Şәrqindә hökmdarın göstәrişi ilә tәrtib olunan, hәr hansı xarici dövlәt, zümrә, yaxud ayrıca şәxsin hüququnu tәsdiqlәyәn sәnәd. Xilafәt dövründә əhdnamələrin mәzmunu müxtәlif vәzifәlәrә tәyinat, yazılı әmr vә tәlimatlar, ayrı-ayrı şәxslәrә vә ya qruplara verilәn hüquq vә imtiyazlardan, xarici dövlәtlәrlә razılaşmalardan ibarәt idi . İslam tarixindә ilk tәyinat mәzmunlu əhdnamə Əbu Bәkrin Ömәr ibn Xәttabı özündәn sonra xәlifә tәyin etmәsi barәdә Osman ibn Əffana yazdırdığı əhdnamədir. Əmr vә tәlimat xarakterli ilk əhdnaməlәrdәn biri kimi Mәhәmmәd peyğәmbәrin Yәmәn valisinә göndәrdiyi əhdnaməni göstәrmәk olar. Xilafәt tәrkibindә yaşayan әhli-kitab üçün əhdnaməlәr peyğәmbәrin dövründә 630 ildәn sonra verilmәyә başlanmışdır. Raşidi xәlifәlәr dövründә Suriya, Fәlәstin, Misir, Azәrbaycan, İran vә s. ölkәlәrin әhalisi üçün çoxlu əhdnaməlәr imzalanmışdır . İlk müsəlman fatehlərinin fəth etdikləri şəhərlərin əhalisi ilə bağladıqları sülh müqaviləsi islamın burada yayılması üçün dayaq nöqtəsi olmuşdur. Əhdnamə adlandırılan barış sazişlərindən biri Xəlifə Ömərin sərkərdəsi olmuş Hüzeyfə ibn əl-Yəman ilə Ərdəbil əhalisi arasında bağlanmışdı . Həzrət Ömərin Qüds şəhərini təslim alarkən orada yaşayan yəhudi və xristianlara verdiyi əhdnamə, indiyə kimi bu qədim şəhərin məbədlərindən birinin giriş divarından asılıb. Eyni ilə Sultan Fateh Mehmetin İstanbulu fəth etdikdən sonra oradakı rum patriarxına verdiyi əhdnamə müasir dövrümüzədək qorunub saxlanılır. Həzrət Əli (ə)Malik Əştəri Misirə vali təyin etdiyi zaman yazdığı əhdnamədə ona ölkə əhalisi ilə yaxşı şəkildə davranmağı tapşırır, qeyri-müsəlman əhalisi ilə də ədalətlə rəftar etməyi tövsiyə edirdi. Əhdnamədə yazılmışdı: "Ey Malik, həqiqətən, onlar iki dəstədirlər; ya səninlə din qardaşları, ya da xilqətdə səninlə bərabər olub sənin kimi insandırlar”. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=696708 |
Əhel | Əhel-İranın Fars ostanının Lamerd şəhristanının İşkənan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,797 nəfər və 606 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=288639 |
Əhkam | Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir. Bunu etməyin savabı var, etməməyin də günahı var. Vacib - Allahın Quranda açıq şəkildə bildirmədiyi, lakin İslamda bəyənilən davranışdır. Bunu etməyin savabı var, etməməyin də günahı var. Sünnə - Məhəmməd (s.a.v) peyğəmbərin hədislərdə açıq şəkildə bildirdiyi davranışdır. Bunu etməyin savabı var, etməməyin isə günahı yoxdur. Müstəhəb - islamda edilməsi caiz sayılan bir şeydir. Bunlar etmək yaxşı, amma tərk etmək günah olmayan işlərdir. Mübah - Caiz olan şeylər İslamda edilməsinə icazə verilən və ya edilməyən şeylərdir. Bunu etməkdə savab yoxdur, tərk etməkdə isə günah yoxdur. Haram - Allahın edilməsini əmr etmədiyi və çox pis olan şeylər nəzərdə tutulur. Bunu etməkdə günah var, bir kənara qoymaqda isə savab var. Haram işlərdən çəkinmək, vacib olanlardan daha böyük savabdır. Məkruh - elə bir şeydir ki, islamda yol verilmir və onu etməkdə günah var, amma atlamağın savabı var. Müfsid - əqidə və ya ibadəti pozan şeylərə aiddir. Bunu bilərəkdən etməkdə günah var, bilmədən etməkdə isə günah yoxdur. Onu tərk etməyin (etməməyin) savabı vardır. | https://az.wikipedia.org/w/index.php?curid=834620 |
Əhlat | Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır. | https://az.wikipedia.org/w/index.php?curid=455066 |
Əhlatşahlar dövləti | Əhlatşahlar bəyliyi (1100-1207) — Əhlatda (Xilatda) XII əsrin əvvəllərində qurulmuş olan bir türk dövləti. Bu dövlətə Ərmənşahlar, Sökmənlilər də deyilir. Sultan Məlikşahın əmisi oğlu olan Qütbəddin İsmayıl 1080-ci ildə Azərbaycan ümumi valiliyinə təyin edilmişdi. Qütbəddin İsmayılın komandirlərindən olan Sökməyin Böyük Səlcuq Sultanı Məlikşahın əmisi Yakutinin oğlu olan Qütbəddin İsmayılın qulamı (köməkçi-xidmətlə) idi. Qısa zamanda özünü göstərmiş və sürətlə yüksələrək komandir olmuşdur. Ədalət və yaxşılığı ilə şöhrət qazanan Sökməyin Ahlatta dəvət edildi. Sökməyin əsgərləri ilə Əhlata gələrək şəhəri təslim aldı. Burada bir hökumət, yəni bəylik qurdu. Ailəyə də bundan sonra Ahlat Şahları (Ahlatşahlar) və Ərmənşahlar deyildi. I Sökmən əl-Qütbi (1100—1112) Zahirəddin İbrahim (1112—1127) Sultan Əhməd Sökmənli (1127—1128) II Nasirəddin Sökmən (1128—1185) Saifəddin Bəgtimur (1185—1193) Bədrəddin Ağsunqur (1193—1198) Məhəmməd əl-Mənsur (1198—1206) İzzəddin Balban (1206—1207) Həmçinin bax Anadolu bəylikləri | https://az.wikipedia.org/w/index.php?curid=166027 |
Əhli-Beyt | Əhli-Beyt (ərəb. أهل البيت; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Ərəb cəmiyyətində Cahiliyyә dövrü әrәb cәmiyyәtindә qәbilәnin hakim ailәsini bildirәn "Əhli-Beyt" ifadәsi islam meydana gәldikdәn sonra Məhəmməd peyğәmbәrin ailәsinә şamil olundu. Quranda "әhl" sözü sahib, tәrәfdar, eyni mәkanı paylaşanlar, bir dinә, yaxud peyğәmbәrә inananlar, zövcә, "beyt" sözü isә ev, Allahın evi (mәscid) vә ailә mәnalarında işlәnmişdir. "Əhli-Beyt" ifadәsinә İbrahimin (11:73), Musanın (28: 12) vә Mәhәmmәdin (33:33) ailәsindәn bәhs edәn üç ayәdә rast gәlinir. Əhli-Beyt-ә kimlәrin daxil edilmәsi barәdә fikirlәr fәrqli olsa da, bunlar, әsasәn, Mәhәmmәd peyğәmbәr, Əli ibn Əbu Talib, Fatimә, Hәsәn әl-Müctәba, Hüseyn ibn Əli vә digәr doqquz imamdan ibarәtdir. İlahi lütfün vә gizli biliklәrin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bәslәnilir. Əhli-Beyt sünni nəzərində Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Həzrəti Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ayəsini oxudu Buradan aydın olur ki, Peyğəmbərin Əhli-Beyti Əli, Fatimə, Həsən və Hüseyndir. Əhli-sünnənin digər rəvayətlərində Əhli beyt anlayışı Məhəmməd peyğəmbərin (s) zövcələri anlamında başa düşülür. Belə ki, Məhəmməd peyğəmbər (s) kimlərin onun Əhli-beytindən olduğunu öz hədislərində bildirib. Buxari Ənəs bin Malikə istinadən peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə peyğəmbərin (s) Aişənin otağına gəlib: "Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!" – dediyi və Aişənin ona: "Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!" – deyə cavab verdiyi, sonra peyğəmbərin (s) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və Aişənin verdiyi cavabı təkrar etmələri qeyd olunur. Bir başqa hədisdə Peyğəmbərimiz (s) belə buyurur : "Mən sizin aranızda iki ağır, dəyərli əmanət qoyub gedirəm. Biri Allahın kitabı Quran, digəri isə Əhli-beytimdir. Bunlar "Kövsər” hovzunda mənim yanıma gəlib çatana qədər heç vaxt biri-birindən ayrılmayacaqlar.” ( İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir: "Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən - ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? - deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır." Əhli-Beyt şiə nəzərində Əhli-beyt istilahi mənada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini bunlardır: 1.Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi... "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!." 2. Amir ibni Səd ibni Əbi Vəqqas öz atasından nəql edir ki, Vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu Həsən və Hüseyni əbasının altına çəkib dedi... "Pərvərdigara, bunlar mənim Əhli-beytimdir." 3. İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir... "Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən - ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? - deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır." 4.İbni Abbas Buruc surəsinin birinci ayəsi barəsində deyir... "Peyğəmbər (s) buyurdu... "Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir."" Bəziləri Quranın Azərbaycan dilində tərcüməsini oxuyub iddia edirlər ki, Əhzab surəsinin 33-cü ayəsinin Əhli-beyt barəsində olan hissəsində əvvəl və sonra Peyğəmbərin (s) zövcələrindən söhbət gedir, deməli, Əhli-beyt Peyğəmbərin zövcələridir. Lakin ayəyə ərəb dilində ("İnnəma yuridullahi li yuzhibə ənkum-ur-ricsə əhləl-beyti və yutahhirakum təthira") diqqət yetirdikdə görərik ki, əgər Əhli-beyt Peyğəmbərin zövcələri olsa idi onda ərəb dilinin qrammatikasına görə, ayədə "ənkum" (kişi cinsi) deyil, "ənkunnə" (qadın cinsi) olmalı idi. Deməli, həmin iddianın heç bir əsası yoxdur. Peyğəmbərin (s) Əhli-Beyti Həzrət Peyğəmbərin (s) pak Əhli-beytini ilahi rəhbərlik üçün qəbul edənlər şiə adlanırlar. Onlar peyğəmbərin (s) vəfatından sonra başqa şəxslərin deyil, yalnız Əhli-beytin rəhbər olmasının tərəfdarıdırlar. Əhli-beyt əleyhimus-salam Allahın seçilmiş bəndələri olub, hər növ günah və çirkinlikdən pak olmuş dahi şəxslərdir. Necə ki, Qur'ani-Kərimin Əhzab surəsində oxuyuruq: "Şübhəsiz Allah istəyir ki, Hər cür çirkinliyi siz Əhli-beytdən kənar etsin və sizi Hər bir eybdən pak və uzaq qərar versin." Nəql olunmuş mö'təbər hədislərə əsasən, bu ayə Həzrət Peyğəmbərin (s) həyat yoldaşları deyil, yalnız Əhli-beyti barədə nazil olmuşdur. Belə hədisləri aşağıda adları sadalanan sünni və şiə hədis kitablarında mülahizə etmək olar: 1-"Musnədi İbni Əhməd", 1/708 və s.. 2-"Xəsaisul-İmam Əmirul-mö'minin", 23/70 3-"Tarixu Dəməşq", 1/184, 249 4-"Şəvahidut-tənzil", 2/50, 670 5-"Təfsirut-Təbəri", 12/7 6-"Əd-Durrul-mənsur", 6/403 7-"Kənzul-ummal", 13/645 8-"Yənabiul-məvəddət" 1/329 9-"Əl-mənaqib, Xarəzmi", səh-60 10-"Kəşful-ğummə", 1/40 11-"Ehqaqul-həqq", 2-501/562 12-"Əmali" (Səduq), səh-124 13-"Əmali" (Tusi), səh-352,727 14-"Biharul-ənvar" (Məclisi), 35\260 və s... Qurani Kərimdə buyurulur: "Bu Quran çox böyük və uca kitabdır (ki) pak əllər [və pak düşüncələrdən] savayı heç bir kəs ona əl vurmaz (və dərk edə bilməz)." İbni Abbasın (r.ə) Həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisə əsasən, ayədə buyurulmuş "paklar"-dan məqsəd, Allahın müqərrəb və yaxın bəndələridir. Elə buna görə də, Qurani-kərim və digər dini maarifin izahını öz şəxsi düşüncəmiz, başqa və kənar şəxslərdən deyil, yalnız Allahın bütün çirkinliklərdən pak etdiyi müqərrəb bəndələri olan Əhli-beyt əleyhimus-salamdan almalı və dinləməliyik. Qurani Kərim Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine "Səhih əl-Buxari" (müxtəsər), tərc.: Ə.Musayev, Bakı, "Şərq-Qərb", 2009, 973 səh. Muhammed bin İsmail el Buhari, "Sahih-i Buhari" ve Tercemesi, çeviren : Mehmed Sofuoğlu, "Ötüken" Neşriyatı, 16 cilt Arxivləşdirilib 2012-06-17 at the Wayback Machine Müslim bin Heccac, "Sahih-i Müslim" Tercüme ve Şerhi, çeviren : Ahmed Davudoğlu, "Sönmez Neşriyatı" Arxivləşdirilib 2012-07-11 at the Wayback Machine Muhammed bin İsa et Tirmizi, "Süneni Tirmizi" Tercüme ve Şerhi, çeviren : Abdullah Parlıyan, "Konya Kitapçılık" Əhməd ibn Hənbəl. "Əl Müsnəd” Mövla Əli Möttəki Hindi. "Kənzul Ummal” Məhəmməd ibn Abdullah əl Hakim Nişapuri. "əl Müstədrəku Ələs Səhiheyn" Əhməd ibn Hacər Hətəmi. "Əs Səvariqul Mühriqə” Məhəmməd ibn Cərir ət Təbəri. "Təfsiri Təbəri" "Əs-sünənul-kubra" "Kifayətül-əsər" "Təfsiri-burhan" Süleyman Bəlxi əl Hənəfi. "Yənabiul Məvəddə" Həmçinin bax On iki imam Mübahilə ayəsi Xarici kecidlər ƏHL-İ BEYT haqqında Sünni nəzərində Əhli-beyt kimlərdir? İbni Cövzi: “Aişə, Ümmü Sələmə və Ənəs Təthir ayəsinin Əli, Fatimə, Həsən və Hüseyn haqqında nazil olduğunu deyiblər.” İbni Həcər Əsqəlani: “Təthir ayəsi Fatimə, Əli, Həsən və Hüseyn haqqında nazil olmuşdur.” | https://az.wikipedia.org/w/index.php?curid=89160 |
Əhli-Haqq | Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق, ərəb. كاكائي) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur.İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir. Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir. Bir çox yarsanilər İranın İslam sisteminin təzyiqi səbəbindən öz dinlərini gizlədirlər və onların əhalisinin dəqiq statistikası yoxdur.Yarsanilərin əsasən Gorani dilində yazılmış fərqli dini ədəbiyyatı var. Bununla belə, az sayda müasir yarsani Gorani dilini oxuya və ya yaza bilir, çünki onların ana dilləri Cənubi kürd dialekti və ya Soranidir.Onların mərkəzi dini kitabı 15-ci əsrdə yazılmış və Sultan Sahaqın təlimlərinə əsaslanan Kəlam-i Sərəncam adlanır. Ümumi məlumat Başqaları ilə yanaşı, kürdlərdə mövcud olan İslam nöqteyi-nəzərindən bidətçi cərəyanlarla yanaşı, əliallahılar də bəzən yəzdanizm adlı şərti qrupa daxil edilir. Əliallahlıq təliminin əsasında Allahın ardıcıl təcəssümü, reinkarnasiya və mənəvi mentorun rəhbərliyi altında özünü təkmilləşdirmə yolu ilə qurtuluşa nail olmaq barədə təsəvvürlər durur. Əhli-haqq qrupunun üzvlərinin əksəriyyəti İranın qərbindəki Zaqros dağlıq bölgəsində yaşayır. Təriqətin ayrı-ayrı qrupları İran Azərbaycanının Urmiya gölü rayonunda, Mazandaranda, həmçinin İranın böyük şəhərlərində səpələnmişdir. Yaxın Şərqin digər mistik təlimləri kimi, əliallahılar da reinkarnasiyaya inamı ilə fərqlənir. Bu təriqətə görə dünyanın mövcudluğu ərzində insan ruhu 1001 reinkarnasiya keçir. Xilas olmaq üçün insan öz mənəvi tərbiyəçisinin (Pir) rəhbərliyi altında özünü təkmilləşdirmənin üç mərhələsini keçməlidir: şəriət (qanuna riayət etmə), təriqət (mistik yola riayət etmə), mərifət (idrak), sonuncu dördüncü mərhələ — həqiqətə nail olmaq, həqiqəti əldə etməkdir. İnanc sistemi İnanc sistemi, Əli ibn Əbu Talib şəxsiyyətinin təşkil etdiyi Əhli-həqq başda Sultan Sohak olmaqla iyerarxik piramida şəklində təbəqələşir. Reinkarnasiya (Əhli-həqqdə "donbədon" — libasdan libasa keçmə) Əhli-həqqin inancında mərkəzi yeri tutur. İnanca görə, Allahın yer üzündə 7 təcəllisi mövcuddur. 7-ci dövr başa çatdıqdan sonra Zamanın sahibi Mehdi zühur edərək, Şəhrəzur çölündə ilahi məhkəmə quracaq. Əhli-həqqin reinkarnasiyası 1001 dirilmədən ibarətdir. Bu, hər bir insana aiddir. Sarı torpaqdan yaranmış insanlar daha çox "libas dəyişir" və ilahi nura daha çox yaxınlaşır. Qara torpaqdan yaranmışlar pis insanlardır, onların paklanma ehtimalı azdır. Bəşər tarixi dörd dövrdən ibarətdir: Adəmdən Məhəmmədin peyğəmbərliyinə qədərki şəriət dövrü, Əli ibn Əbu Talibdən Şah Xuşinə qədərki təriqət dövrü, Şah Xuşindən Sultan Sohaka qədərki mərifət dövrü və Sultan Sohakla başlayan həqiqət dövrü. İnsan mənəvi kamilliyə çatmaq üçün dörd mərhələdən keçməlidir. Şəriət mərhələsində Məhəmmədin dinini və on iki imamın məzhəbini qəbul etməli, təriqət mərhələsində Əlinin vilayətinə inanmalı, mərifət mərhələsində özünü tanımalı, həqiqət mərhələsində isə Allaha qovuşmalıdır. Müqəddəs kitabı Əhli-həqqin başlıca müqəddəs kitabı Sultan Sohakın kəlamlarından ibarət "Sərəncam" (yaxud "Kəlam xəzanə" və ya "Divan Gevre") kitabıdır. Kitabın müxtəlif hissələri lur, gorani dillərində və hevrami dialektindədir. Cənubi Azərbaycan Əhli-həqqləri arasında məşhur olan azərbaycanca kəlamlar da "Sərəncam"ın bir hissəsi hesab edilir. Hacı Nemətullah Ceyhunabadinin (1871–1920) "Furqanül-əxbar", "Şahnameyi-həqiqət", onun oğlu Nurəli İlahinin (1895–1974) "Burhanül-həqq" əsərləri Əhli-həqq barədə başlıca mənbələrdir. Həmçinin bax Əliallahilik Kaya A. Ehli-i Haklar ve Dersim. İstanbul. 2014. | https://az.wikipedia.org/w/index.php?curid=715274 |
Əhli-Həqq | Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق, ərəb. كاكائي) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur.İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir. Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir. Bir çox yarsanilər İranın İslam sisteminin təzyiqi səbəbindən öz dinlərini gizlədirlər və onların əhalisinin dəqiq statistikası yoxdur.Yarsanilərin əsasən Gorani dilində yazılmış fərqli dini ədəbiyyatı var. Bununla belə, az sayda müasir yarsani Gorani dilini oxuya və ya yaza bilir, çünki onların ana dilləri Cənubi kürd dialekti və ya Soranidir.Onların mərkəzi dini kitabı 15-ci əsrdə yazılmış və Sultan Sahaqın təlimlərinə əsaslanan Kəlam-i Sərəncam adlanır. Ümumi məlumat Başqaları ilə yanaşı, kürdlərdə mövcud olan İslam nöqteyi-nəzərindən bidətçi cərəyanlarla yanaşı, əliallahılar də bəzən yəzdanizm adlı şərti qrupa daxil edilir. Əliallahlıq təliminin əsasında Allahın ardıcıl təcəssümü, reinkarnasiya və mənəvi mentorun rəhbərliyi altında özünü təkmilləşdirmə yolu ilə qurtuluşa nail olmaq barədə təsəvvürlər durur. Əhli-haqq qrupunun üzvlərinin əksəriyyəti İranın qərbindəki Zaqros dağlıq bölgəsində yaşayır. Təriqətin ayrı-ayrı qrupları İran Azərbaycanının Urmiya gölü rayonunda, Mazandaranda, həmçinin İranın böyük şəhərlərində səpələnmişdir. Yaxın Şərqin digər mistik təlimləri kimi, əliallahılar da reinkarnasiyaya inamı ilə fərqlənir. Bu təriqətə görə dünyanın mövcudluğu ərzində insan ruhu 1001 reinkarnasiya keçir. Xilas olmaq üçün insan öz mənəvi tərbiyəçisinin (Pir) rəhbərliyi altında özünü təkmilləşdirmənin üç mərhələsini keçməlidir: şəriət (qanuna riayət etmə), təriqət (mistik yola riayət etmə), mərifət (idrak), sonuncu dördüncü mərhələ — həqiqətə nail olmaq, həqiqəti əldə etməkdir. İnanc sistemi İnanc sistemi, Əli ibn Əbu Talib şəxsiyyətinin təşkil etdiyi Əhli-həqq başda Sultan Sohak olmaqla iyerarxik piramida şəklində təbəqələşir. Reinkarnasiya (Əhli-həqqdə "donbədon" — libasdan libasa keçmə) Əhli-həqqin inancında mərkəzi yeri tutur. İnanca görə, Allahın yer üzündə 7 təcəllisi mövcuddur. 7-ci dövr başa çatdıqdan sonra Zamanın sahibi Mehdi zühur edərək, Şəhrəzur çölündə ilahi məhkəmə quracaq. Əhli-həqqin reinkarnasiyası 1001 dirilmədən ibarətdir. Bu, hər bir insana aiddir. Sarı torpaqdan yaranmış insanlar daha çox "libas dəyişir" və ilahi nura daha çox yaxınlaşır. Qara torpaqdan yaranmışlar pis insanlardır, onların paklanma ehtimalı azdır. Bəşər tarixi dörd dövrdən ibarətdir: Adəmdən Məhəmmədin peyğəmbərliyinə qədərki şəriət dövrü, Əli ibn Əbu Talibdən Şah Xuşinə qədərki təriqət dövrü, Şah Xuşindən Sultan Sohaka qədərki mərifət dövrü və Sultan Sohakla başlayan həqiqət dövrü. İnsan mənəvi kamilliyə çatmaq üçün dörd mərhələdən keçməlidir. Şəriət mərhələsində Məhəmmədin dinini və on iki imamın məzhəbini qəbul etməli, təriqət mərhələsində Əlinin vilayətinə inanmalı, mərifət mərhələsində özünü tanımalı, həqiqət mərhələsində isə Allaha qovuşmalıdır. Müqəddəs kitabı Əhli-həqqin başlıca müqəddəs kitabı Sultan Sohakın kəlamlarından ibarət "Sərəncam" (yaxud "Kəlam xəzanə" və ya "Divan Gevre") kitabıdır. Kitabın müxtəlif hissələri lur, gorani dillərində və hevrami dialektindədir. Cənubi Azərbaycan Əhli-həqqləri arasında məşhur olan azərbaycanca kəlamlar da "Sərəncam"ın bir hissəsi hesab edilir. Hacı Nemətullah Ceyhunabadinin (1871–1920) "Furqanül-əxbar", "Şahnameyi-həqiqət", onun oğlu Nurəli İlahinin (1895–1974) "Burhanül-həqq" əsərləri Əhli-həqq barədə başlıca mənbələrdir. Həmçinin bax Əliallahilik Kaya A. Ehli-i Haklar ve Dersim. İstanbul. 2014. | https://az.wikipedia.org/w/index.php?curid=717910 |
Əhli-Sünnə | Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir. Əqidə məzhəpləri arasında cüzi fərqlər vardır. Fiqhi məktəbləri arasındada böyük fərq yoxdu və bununlada bir-birləri arasında problem yoxdur. 3 Əqidə və 4 Fiqhi Məzhəpə bağlı olanlar Bir-birlərinin görüşlərini Haqq olaraq qəbul edir və vəhdət birlik halındadılar. Sünnilərin ilkin və məşhur hədis qaynaqları: Əbd ər-Razzaqın Müsənnəfi — Əbd ər-Razzaq əs-Sən‘ani Əhməd bin Hənbəl Müsnədi Əl Hakimin Müstədrakı İmam Malikin Muvattası Səhih Ibn Hibban Səhih Ibn Xuzaymə — Ibn Xuzaymə Sünən əl-Darimi — Əl-Darimi Həmçinin bax Xarici keçidlər s:Sünni və şiə təriqətləri arasında başlıca fərqlər s:Əhli sünnə haqqında | https://az.wikipedia.org/w/index.php?curid=437897 |
Əhli-Sünnət | Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir. Əqidə məzhəpləri arasında cüzi fərqlər vardır. Fiqhi məktəbləri arasındada böyük fərq yoxdu və bununlada bir-birləri arasında problem yoxdur. 3 Əqidə və 4 Fiqhi Məzhəpə bağlı olanlar Bir-birlərinin görüşlərini Haqq olaraq qəbul edir və vəhdət birlik halındadılar. Sünnilərin ilkin və məşhur hədis qaynaqları: Əbd ər-Razzaqın Müsənnəfi — Əbd ər-Razzaq əs-Sən‘ani Əhməd bin Hənbəl Müsnədi Əl Hakimin Müstədrakı İmam Malikin Muvattası Səhih Ibn Hibban Səhih Ibn Xuzaymə — Ibn Xuzaymə Sünən əl-Darimi — Əl-Darimi Həmçinin bax Xarici keçidlər s:Sünni və şiə təriqətləri arasında başlıca fərqlər s:Əhli sünnə haqqında | https://az.wikipedia.org/w/index.php?curid=121444 |
Əhli-beyt | Əhli-Beyt (ərəb. أهل البيت; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Ərəb cəmiyyətində Cahiliyyә dövrü әrәb cәmiyyәtindә qәbilәnin hakim ailәsini bildirәn "Əhli-Beyt" ifadәsi islam meydana gәldikdәn sonra Məhəmməd peyğәmbәrin ailәsinә şamil olundu. Quranda "әhl" sözü sahib, tәrәfdar, eyni mәkanı paylaşanlar, bir dinә, yaxud peyğәmbәrә inananlar, zövcә, "beyt" sözü isә ev, Allahın evi (mәscid) vә ailә mәnalarında işlәnmişdir. "Əhli-Beyt" ifadәsinә İbrahimin (11:73), Musanın (28: 12) vә Mәhәmmәdin (33:33) ailәsindәn bәhs edәn üç ayәdә rast gәlinir. Əhli-Beyt-ә kimlәrin daxil edilmәsi barәdә fikirlәr fәrqli olsa da, bunlar, әsasәn, Mәhәmmәd peyğәmbәr, Əli ibn Əbu Talib, Fatimә, Hәsәn әl-Müctәba, Hüseyn ibn Əli vә digәr doqquz imamdan ibarәtdir. İlahi lütfün vә gizli biliklәrin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bәslәnilir. Əhli-Beyt sünni nəzərində Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Həzrəti Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ayəsini oxudu Buradan aydın olur ki, Peyğəmbərin Əhli-Beyti Əli, Fatimə, Həsən və Hüseyndir. Əhli-sünnənin digər rəvayətlərində Əhli beyt anlayışı Məhəmməd peyğəmbərin (s) zövcələri anlamında başa düşülür. Belə ki, Məhəmməd peyğəmbər (s) kimlərin onun Əhli-beytindən olduğunu öz hədislərində bildirib. Buxari Ənəs bin Malikə istinadən peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə peyğəmbərin (s) Aişənin otağına gəlib: "Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!" – dediyi və Aişənin ona: "Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!" – deyə cavab verdiyi, sonra peyğəmbərin (s) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və Aişənin verdiyi cavabı təkrar etmələri qeyd olunur. Bir başqa hədisdə Peyğəmbərimiz (s) belə buyurur : "Mən sizin aranızda iki ağır, dəyərli əmanət qoyub gedirəm. Biri Allahın kitabı Quran, digəri isə Əhli-beytimdir. Bunlar "Kövsər” hovzunda mənim yanıma gəlib çatana qədər heç vaxt biri-birindən ayrılmayacaqlar.” ( İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir: "Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən - ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? - deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır." Əhli-Beyt şiə nəzərində Əhli-beyt istilahi mənada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini bunlardır: 1.Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi... "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!." 2. Amir ibni Səd ibni Əbi Vəqqas öz atasından nəql edir ki, Vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu Həsən və Hüseyni əbasının altına çəkib dedi... "Pərvərdigara, bunlar mənim Əhli-beytimdir." 3. İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir... "Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən - ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? - deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır." 4.İbni Abbas Buruc surəsinin birinci ayəsi barəsində deyir... "Peyğəmbər (s) buyurdu... "Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir."" Bəziləri Quranın Azərbaycan dilində tərcüməsini oxuyub iddia edirlər ki, Əhzab surəsinin 33-cü ayəsinin Əhli-beyt barəsində olan hissəsində əvvəl və sonra Peyğəmbərin (s) zövcələrindən söhbət gedir, deməli, Əhli-beyt Peyğəmbərin zövcələridir. Lakin ayəyə ərəb dilində ("İnnəma yuridullahi li yuzhibə ənkum-ur-ricsə əhləl-beyti və yutahhirakum təthira") diqqət yetirdikdə görərik ki, əgər Əhli-beyt Peyğəmbərin zövcələri olsa idi onda ərəb dilinin qrammatikasına görə, ayədə "ənkum" (kişi cinsi) deyil, "ənkunnə" (qadın cinsi) olmalı idi. Deməli, həmin iddianın heç bir əsası yoxdur. Peyğəmbərin (s) Əhli-Beyti Həzrət Peyğəmbərin (s) pak Əhli-beytini ilahi rəhbərlik üçün qəbul edənlər şiə adlanırlar. Onlar peyğəmbərin (s) vəfatından sonra başqa şəxslərin deyil, yalnız Əhli-beytin rəhbər olmasının tərəfdarıdırlar. Əhli-beyt əleyhimus-salam Allahın seçilmiş bəndələri olub, hər növ günah və çirkinlikdən pak olmuş dahi şəxslərdir. Necə ki, Qur'ani-Kərimin Əhzab surəsində oxuyuruq: "Şübhəsiz Allah istəyir ki, Hər cür çirkinliyi siz Əhli-beytdən kənar etsin və sizi Hər bir eybdən pak və uzaq qərar versin." Nəql olunmuş mö'təbər hədislərə əsasən, bu ayə Həzrət Peyğəmbərin (s) həyat yoldaşları deyil, yalnız Əhli-beyti barədə nazil olmuşdur. Belə hədisləri aşağıda adları sadalanan sünni və şiə hədis kitablarında mülahizə etmək olar: 1-"Musnədi İbni Əhməd", 1/708 və s.. 2-"Xəsaisul-İmam Əmirul-mö'minin", 23/70 3-"Tarixu Dəməşq", 1/184, 249 4-"Şəvahidut-tənzil", 2/50, 670 5-"Təfsirut-Təbəri", 12/7 6-"Əd-Durrul-mənsur", 6/403 7-"Kənzul-ummal", 13/645 8-"Yənabiul-məvəddət" 1/329 9-"Əl-mənaqib, Xarəzmi", səh-60 10-"Kəşful-ğummə", 1/40 11-"Ehqaqul-həqq", 2-501/562 12-"Əmali" (Səduq), səh-124 13-"Əmali" (Tusi), səh-352,727 14-"Biharul-ənvar" (Məclisi), 35\260 və s... Qurani Kərimdə buyurulur: "Bu Quran çox böyük və uca kitabdır (ki) pak əllər [və pak düşüncələrdən] savayı heç bir kəs ona əl vurmaz (və dərk edə bilməz)." İbni Abbasın (r.ə) Həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisə əsasən, ayədə buyurulmuş "paklar"-dan məqsəd, Allahın müqərrəb və yaxın bəndələridir. Elə buna görə də, Qurani-kərim və digər dini maarifin izahını öz şəxsi düşüncəmiz, başqa və kənar şəxslərdən deyil, yalnız Allahın bütün çirkinliklərdən pak etdiyi müqərrəb bəndələri olan Əhli-beyt əleyhimus-salamdan almalı və dinləməliyik. Qurani Kərim Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine "Səhih əl-Buxari" (müxtəsər), tərc.: Ə.Musayev, Bakı, "Şərq-Qərb", 2009, 973 səh. Muhammed bin İsmail el Buhari, "Sahih-i Buhari" ve Tercemesi, çeviren : Mehmed Sofuoğlu, "Ötüken" Neşriyatı, 16 cilt Arxivləşdirilib 2012-06-17 at the Wayback Machine Müslim bin Heccac, "Sahih-i Müslim" Tercüme ve Şerhi, çeviren : Ahmed Davudoğlu, "Sönmez Neşriyatı" Arxivləşdirilib 2012-07-11 at the Wayback Machine Muhammed bin İsa et Tirmizi, "Süneni Tirmizi" Tercüme ve Şerhi, çeviren : Abdullah Parlıyan, "Konya Kitapçılık" Əhməd ibn Hənbəl. "Əl Müsnəd” Mövla Əli Möttəki Hindi. "Kənzul Ummal” Məhəmməd ibn Abdullah əl Hakim Nişapuri. "əl Müstədrəku Ələs Səhiheyn" Əhməd ibn Hacər Hətəmi. "Əs Səvariqul Mühriqə” Məhəmməd ibn Cərir ət Təbəri. "Təfsiri Təbəri" "Əs-sünənul-kubra" "Kifayətül-əsər" "Təfsiri-burhan" Süleyman Bəlxi əl Hənəfi. "Yənabiul Məvəddə" Həmçinin bax On iki imam Mübahilə ayəsi Xarici kecidlər ƏHL-İ BEYT haqqında Sünni nəzərində Əhli-beyt kimlərdir? İbni Cövzi: “Aişə, Ümmü Sələmə və Ənəs Təthir ayəsinin Əli, Fatimə, Həsən və Hüseyn haqqında nazil olduğunu deyiblər.” İbni Həcər Əsqəlani: “Təthir ayəsi Fatimə, Əli, Həsən və Hüseyn haqqında nazil olmuşdur.” | https://az.wikipedia.org/w/index.php?curid=89988 |
Əhli Beyt | Əhli-Beyt (ərəb. أهل البيت; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Ərəb cəmiyyətində Cahiliyyә dövrü әrәb cәmiyyәtindә qәbilәnin hakim ailәsini bildirәn "Əhli-Beyt" ifadәsi islam meydana gәldikdәn sonra Məhəmməd peyğәmbәrin ailәsinә şamil olundu. Quranda "әhl" sözü sahib, tәrәfdar, eyni mәkanı paylaşanlar, bir dinә, yaxud peyğәmbәrә inananlar, zövcә, "beyt" sözü isә ev, Allahın evi (mәscid) vә ailә mәnalarında işlәnmişdir. "Əhli-Beyt" ifadәsinә İbrahimin (11:73), Musanın (28: 12) vә Mәhәmmәdin (33:33) ailәsindәn bәhs edәn üç ayәdә rast gәlinir. Əhli-Beyt-ә kimlәrin daxil edilmәsi barәdә fikirlәr fәrqli olsa da, bunlar, әsasәn, Mәhәmmәd peyğәmbәr, Əli ibn Əbu Talib, Fatimә, Hәsәn әl-Müctәba, Hüseyn ibn Əli vә digәr doqquz imamdan ibarәtdir. İlahi lütfün vә gizli biliklәrin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bәslәnilir. Əhli-Beyt sünni nəzərində Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Həzrəti Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ayəsini oxudu Buradan aydın olur ki, Peyğəmbərin Əhli-Beyti Əli, Fatimə, Həsən və Hüseyndir. Əhli-sünnənin digər rəvayətlərində Əhli beyt anlayışı Məhəmməd peyğəmbərin (s) zövcələri anlamında başa düşülür. Belə ki, Məhəmməd peyğəmbər (s) kimlərin onun Əhli-beytindən olduğunu öz hədislərində bildirib. Buxari Ənəs bin Malikə istinadən peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə peyğəmbərin (s) Aişənin otağına gəlib: "Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!" – dediyi və Aişənin ona: "Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!" – deyə cavab verdiyi, sonra peyğəmbərin (s) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və Aişənin verdiyi cavabı təkrar etmələri qeyd olunur. Bir başqa hədisdə Peyğəmbərimiz (s) belə buyurur : "Mən sizin aranızda iki ağır, dəyərli əmanət qoyub gedirəm. Biri Allahın kitabı Quran, digəri isə Əhli-beytimdir. Bunlar "Kövsər” hovzunda mənim yanıma gəlib çatana qədər heç vaxt biri-birindən ayrılmayacaqlar.” ( İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir: "Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən - ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? - deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır." Əhli-Beyt şiə nəzərində Əhli-beyt istilahi mənada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini bunlardır: 1.Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi... "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!." 2. Amir ibni Səd ibni Əbi Vəqqas öz atasından nəql edir ki, Vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu Həsən və Hüseyni əbasının altına çəkib dedi... "Pərvərdigara, bunlar mənim Əhli-beytimdir." 3. İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir... "Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən - ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? - deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır." 4.İbni Abbas Buruc surəsinin birinci ayəsi barəsində deyir... "Peyğəmbər (s) buyurdu... "Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir."" Bəziləri Quranın Azərbaycan dilində tərcüməsini oxuyub iddia edirlər ki, Əhzab surəsinin 33-cü ayəsinin Əhli-beyt barəsində olan hissəsində əvvəl və sonra Peyğəmbərin (s) zövcələrindən söhbət gedir, deməli, Əhli-beyt Peyğəmbərin zövcələridir. Lakin ayəyə ərəb dilində ("İnnəma yuridullahi li yuzhibə ənkum-ur-ricsə əhləl-beyti və yutahhirakum təthira") diqqət yetirdikdə görərik ki, əgər Əhli-beyt Peyğəmbərin zövcələri olsa idi onda ərəb dilinin qrammatikasına görə, ayədə "ənkum" (kişi cinsi) deyil, "ənkunnə" (qadın cinsi) olmalı idi. Deməli, həmin iddianın heç bir əsası yoxdur. Peyğəmbərin (s) Əhli-Beyti Həzrət Peyğəmbərin (s) pak Əhli-beytini ilahi rəhbərlik üçün qəbul edənlər şiə adlanırlar. Onlar peyğəmbərin (s) vəfatından sonra başqa şəxslərin deyil, yalnız Əhli-beytin rəhbər olmasının tərəfdarıdırlar. Əhli-beyt əleyhimus-salam Allahın seçilmiş bəndələri olub, hər növ günah və çirkinlikdən pak olmuş dahi şəxslərdir. Necə ki, Qur'ani-Kərimin Əhzab surəsində oxuyuruq: "Şübhəsiz Allah istəyir ki, Hər cür çirkinliyi siz Əhli-beytdən kənar etsin və sizi Hər bir eybdən pak və uzaq qərar versin." Nəql olunmuş mö'təbər hədislərə əsasən, bu ayə Həzrət Peyğəmbərin (s) həyat yoldaşları deyil, yalnız Əhli-beyti barədə nazil olmuşdur. Belə hədisləri aşağıda adları sadalanan sünni və şiə hədis kitablarında mülahizə etmək olar: 1-"Musnədi İbni Əhməd", 1/708 və s.. 2-"Xəsaisul-İmam Əmirul-mö'minin", 23/70 3-"Tarixu Dəməşq", 1/184, 249 4-"Şəvahidut-tənzil", 2/50, 670 5-"Təfsirut-Təbəri", 12/7 6-"Əd-Durrul-mənsur", 6/403 7-"Kənzul-ummal", 13/645 8-"Yənabiul-məvəddət" 1/329 9-"Əl-mənaqib, Xarəzmi", səh-60 10-"Kəşful-ğummə", 1/40 11-"Ehqaqul-həqq", 2-501/562 12-"Əmali" (Səduq), səh-124 13-"Əmali" (Tusi), səh-352,727 14-"Biharul-ənvar" (Məclisi), 35\260 və s... Qurani Kərimdə buyurulur: "Bu Quran çox böyük və uca kitabdır (ki) pak əllər [və pak düşüncələrdən] savayı heç bir kəs ona əl vurmaz (və dərk edə bilməz)." İbni Abbasın (r.ə) Həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisə əsasən, ayədə buyurulmuş "paklar"-dan məqsəd, Allahın müqərrəb və yaxın bəndələridir. Elə buna görə də, Qurani-kərim və digər dini maarifin izahını öz şəxsi düşüncəmiz, başqa və kənar şəxslərdən deyil, yalnız Allahın bütün çirkinliklərdən pak etdiyi müqərrəb bəndələri olan Əhli-beyt əleyhimus-salamdan almalı və dinləməliyik. Qurani Kərim Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine "Səhih əl-Buxari" (müxtəsər), tərc.: Ə.Musayev, Bakı, "Şərq-Qərb", 2009, 973 səh. Muhammed bin İsmail el Buhari, "Sahih-i Buhari" ve Tercemesi, çeviren : Mehmed Sofuoğlu, "Ötüken" Neşriyatı, 16 cilt Arxivləşdirilib 2012-06-17 at the Wayback Machine Müslim bin Heccac, "Sahih-i Müslim" Tercüme ve Şerhi, çeviren : Ahmed Davudoğlu, "Sönmez Neşriyatı" Arxivləşdirilib 2012-07-11 at the Wayback Machine Muhammed bin İsa et Tirmizi, "Süneni Tirmizi" Tercüme ve Şerhi, çeviren : Abdullah Parlıyan, "Konya Kitapçılık" Əhməd ibn Hənbəl. "Əl Müsnəd” Mövla Əli Möttəki Hindi. "Kənzul Ummal” Məhəmməd ibn Abdullah əl Hakim Nişapuri. "əl Müstədrəku Ələs Səhiheyn" Əhməd ibn Hacər Hətəmi. "Əs Səvariqul Mühriqə” Məhəmməd ibn Cərir ət Təbəri. "Təfsiri Təbəri" "Əs-sünənul-kubra" "Kifayətül-əsər" "Təfsiri-burhan" Süleyman Bəlxi əl Hənəfi. "Yənabiul Məvəddə" Həmçinin bax On iki imam Mübahilə ayəsi Xarici kecidlər ƏHL-İ BEYT haqqında Sünni nəzərində Əhli-beyt kimlərdir? İbni Cövzi: “Aişə, Ümmü Sələmə və Ənəs Təthir ayəsinin Əli, Fatimə, Həsən və Hüseyn haqqında nazil olduğunu deyiblər.” İbni Həcər Əsqəlani: “Təthir ayəsi Fatimə, Əli, Həsən və Hüseyn haqqında nazil olmuşdur.” | https://az.wikipedia.org/w/index.php?curid=95890 |
Əhli Sünnə | Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir. Əqidə məzhəpləri arasında cüzi fərqlər vardır. Fiqhi məktəbləri arasındada böyük fərq yoxdu və bununlada bir-birləri arasında problem yoxdur. 3 Əqidə və 4 Fiqhi Məzhəpə bağlı olanlar Bir-birlərinin görüşlərini Haqq olaraq qəbul edir və vəhdət birlik halındadılar. Sünnilərin ilkin və məşhur hədis qaynaqları: Əbd ər-Razzaqın Müsənnəfi — Əbd ər-Razzaq əs-Sən‘ani Əhməd bin Hənbəl Müsnədi Əl Hakimin Müstədrakı İmam Malikin Muvattası Səhih Ibn Hibban Səhih Ibn Xuzaymə — Ibn Xuzaymə Sünən əl-Darimi — Əl-Darimi Həmçinin bax Xarici keçidlər s:Sünni və şiə təriqətləri arasında başlıca fərqlər s:Əhli sünnə haqqında | https://az.wikipedia.org/w/index.php?curid=111727 |
Əhli beyt | Əhli-Beyt (ərəb. أهل البيت; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Ərəb cəmiyyətində Cahiliyyә dövrü әrәb cәmiyyәtindә qәbilәnin hakim ailәsini bildirәn "Əhli-Beyt" ifadәsi islam meydana gәldikdәn sonra Məhəmməd peyğәmbәrin ailәsinә şamil olundu. Quranda "әhl" sözü sahib, tәrәfdar, eyni mәkanı paylaşanlar, bir dinә, yaxud peyğәmbәrә inananlar, zövcә, "beyt" sözü isә ev, Allahın evi (mәscid) vә ailә mәnalarında işlәnmişdir. "Əhli-Beyt" ifadәsinә İbrahimin (11:73), Musanın (28: 12) vә Mәhәmmәdin (33:33) ailәsindәn bәhs edәn üç ayәdә rast gәlinir. Əhli-Beyt-ә kimlәrin daxil edilmәsi barәdә fikirlәr fәrqli olsa da, bunlar, әsasәn, Mәhәmmәd peyğәmbәr, Əli ibn Əbu Talib, Fatimә, Hәsәn әl-Müctәba, Hüseyn ibn Əli vә digәr doqquz imamdan ibarәtdir. İlahi lütfün vә gizli biliklәrin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bәslәnilir. Əhli-Beyt sünni nəzərində Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Həzrəti Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ayəsini oxudu Buradan aydın olur ki, Peyğəmbərin Əhli-Beyti Əli, Fatimə, Həsən və Hüseyndir. Əhli-sünnənin digər rəvayətlərində Əhli beyt anlayışı Məhəmməd peyğəmbərin (s) zövcələri anlamında başa düşülür. Belə ki, Məhəmməd peyğəmbər (s) kimlərin onun Əhli-beytindən olduğunu öz hədislərində bildirib. Buxari Ənəs bin Malikə istinadən peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə peyğəmbərin (s) Aişənin otağına gəlib: "Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!" – dediyi və Aişənin ona: "Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!" – deyə cavab verdiyi, sonra peyğəmbərin (s) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və Aişənin verdiyi cavabı təkrar etmələri qeyd olunur. Bir başqa hədisdə Peyğəmbərimiz (s) belə buyurur : "Mən sizin aranızda iki ağır, dəyərli əmanət qoyub gedirəm. Biri Allahın kitabı Quran, digəri isə Əhli-beytimdir. Bunlar "Kövsər” hovzunda mənim yanıma gəlib çatana qədər heç vaxt biri-birindən ayrılmayacaqlar.” ( İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir: "Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən - ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? - deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır." Əhli-Beyt şiə nəzərində Əhli-beyt istilahi mənada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini bunlardır: 1.Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi... "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!." 2. Amir ibni Səd ibni Əbi Vəqqas öz atasından nəql edir ki, Vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu Həsən və Hüseyni əbasının altına çəkib dedi... "Pərvərdigara, bunlar mənim Əhli-beytimdir." 3. İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir... "Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən - ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? - deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır." 4.İbni Abbas Buruc surəsinin birinci ayəsi barəsində deyir... "Peyğəmbər (s) buyurdu... "Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir."" Bəziləri Quranın Azərbaycan dilində tərcüməsini oxuyub iddia edirlər ki, Əhzab surəsinin 33-cü ayəsinin Əhli-beyt barəsində olan hissəsində əvvəl və sonra Peyğəmbərin (s) zövcələrindən söhbət gedir, deməli, Əhli-beyt Peyğəmbərin zövcələridir. Lakin ayəyə ərəb dilində ("İnnəma yuridullahi li yuzhibə ənkum-ur-ricsə əhləl-beyti və yutahhirakum təthira") diqqət yetirdikdə görərik ki, əgər Əhli-beyt Peyğəmbərin zövcələri olsa idi onda ərəb dilinin qrammatikasına görə, ayədə "ənkum" (kişi cinsi) deyil, "ənkunnə" (qadın cinsi) olmalı idi. Deməli, həmin iddianın heç bir əsası yoxdur. Peyğəmbərin (s) Əhli-Beyti Həzrət Peyğəmbərin (s) pak Əhli-beytini ilahi rəhbərlik üçün qəbul edənlər şiə adlanırlar. Onlar peyğəmbərin (s) vəfatından sonra başqa şəxslərin deyil, yalnız Əhli-beytin rəhbər olmasının tərəfdarıdırlar. Əhli-beyt əleyhimus-salam Allahın seçilmiş bəndələri olub, hər növ günah və çirkinlikdən pak olmuş dahi şəxslərdir. Necə ki, Qur'ani-Kərimin Əhzab surəsində oxuyuruq: "Şübhəsiz Allah istəyir ki, Hər cür çirkinliyi siz Əhli-beytdən kənar etsin və sizi Hər bir eybdən pak və uzaq qərar versin." Nəql olunmuş mö'təbər hədislərə əsasən, bu ayə Həzrət Peyğəmbərin (s) həyat yoldaşları deyil, yalnız Əhli-beyti barədə nazil olmuşdur. Belə hədisləri aşağıda adları sadalanan sünni və şiə hədis kitablarında mülahizə etmək olar: 1-"Musnədi İbni Əhməd", 1/708 və s.. 2-"Xəsaisul-İmam Əmirul-mö'minin", 23/70 3-"Tarixu Dəməşq", 1/184, 249 4-"Şəvahidut-tənzil", 2/50, 670 5-"Təfsirut-Təbəri", 12/7 6-"Əd-Durrul-mənsur", 6/403 7-"Kənzul-ummal", 13/645 8-"Yənabiul-məvəddət" 1/329 9-"Əl-mənaqib, Xarəzmi", səh-60 10-"Kəşful-ğummə", 1/40 11-"Ehqaqul-həqq", 2-501/562 12-"Əmali" (Səduq), səh-124 13-"Əmali" (Tusi), səh-352,727 14-"Biharul-ənvar" (Məclisi), 35\260 və s... Qurani Kərimdə buyurulur: "Bu Quran çox böyük və uca kitabdır (ki) pak əllər [və pak düşüncələrdən] savayı heç bir kəs ona əl vurmaz (və dərk edə bilməz)." İbni Abbasın (r.ə) Həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisə əsasən, ayədə buyurulmuş "paklar"-dan məqsəd, Allahın müqərrəb və yaxın bəndələridir. Elə buna görə də, Qurani-kərim və digər dini maarifin izahını öz şəxsi düşüncəmiz, başqa və kənar şəxslərdən deyil, yalnız Allahın bütün çirkinliklərdən pak etdiyi müqərrəb bəndələri olan Əhli-beyt əleyhimus-salamdan almalı və dinləməliyik. Qurani Kərim Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine "Səhih əl-Buxari" (müxtəsər), tərc.: Ə.Musayev, Bakı, "Şərq-Qərb", 2009, 973 səh. Muhammed bin İsmail el Buhari, "Sahih-i Buhari" ve Tercemesi, çeviren : Mehmed Sofuoğlu, "Ötüken" Neşriyatı, 16 cilt Arxivləşdirilib 2012-06-17 at the Wayback Machine Müslim bin Heccac, "Sahih-i Müslim" Tercüme ve Şerhi, çeviren : Ahmed Davudoğlu, "Sönmez Neşriyatı" Arxivləşdirilib 2012-07-11 at the Wayback Machine Muhammed bin İsa et Tirmizi, "Süneni Tirmizi" Tercüme ve Şerhi, çeviren : Abdullah Parlıyan, "Konya Kitapçılık" Əhməd ibn Hənbəl. "Əl Müsnəd” Mövla Əli Möttəki Hindi. "Kənzul Ummal” Məhəmməd ibn Abdullah əl Hakim Nişapuri. "əl Müstədrəku Ələs Səhiheyn" Əhməd ibn Hacər Hətəmi. "Əs Səvariqul Mühriqə” Məhəmməd ibn Cərir ət Təbəri. "Təfsiri Təbəri" "Əs-sünənul-kubra" "Kifayətül-əsər" "Təfsiri-burhan" Süleyman Bəlxi əl Hənəfi. "Yənabiul Məvəddə" Həmçinin bax On iki imam Mübahilə ayəsi Xarici kecidlər ƏHL-İ BEYT haqqında Sünni nəzərində Əhli-beyt kimlərdir? İbni Cövzi: “Aişə, Ümmü Sələmə və Ənəs Təthir ayəsinin Əli, Fatimə, Həsən və Hüseyn haqqında nazil olduğunu deyiblər.” İbni Həcər Əsqəlani: “Təthir ayəsi Fatimə, Əli, Həsən və Hüseyn haqqında nazil olmuşdur.” | https://az.wikipedia.org/w/index.php?curid=95889 |
Əhli Şirazi | Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi.Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. Xarici keçidlər Manuscript of his works available on the digital library website of the Iran Parliament Library. | https://az.wikipedia.org/w/index.php?curid=746310 |
Əhliiman (Meşkinşəhr) | Əhliiman (fars. اهل ايمان) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (41 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=762747 |
Əhliləşdirilmiş heyvanlar | Əhliləşdirmə və ya domestikasiya — insan tərəfindən yaradılan və nəzarət edilən şəraitdə vəhşi heyvanların əhliləşdirilməsi və yabanı bitkilərin mədəniləşdirilməsi, vəhşi heyvanların ələ öyrədilməsi və bunların ev heyvanlarına çevrilməsi. İnsanlar müxtəlif vəhşi heyvanları bu yolla çoxaldır və əsasən, təsərrüfat ehtiyacını ödəmək üçün ondan istifadə edirlər. Heyvanların əhliləşdirilməsinə 10-15 min il bundan əvvəl başlanılmış, əhliləşdirmə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında mühüm mərhələ olmuş və nəticədə heyvandarlıq sahəsi yaranmışdır.Bundan 14 min il əvvəl əhliləşdirilməyə başlandığı təxmin olunan itlər ilk əhliləşdirilən heyvan hesab olunur. Amerika alimləri izotop üsulu ilə təyin etmişlər ki, hələ 10 min il əvvəl İranda keçi, Şərqi Avropada isə 8–9 min il əvvəl qaramal, donuz və qoyun əhliləşdirilmişdir. R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528. | https://az.wikipedia.org/w/index.php?curid=112220 |
Əhliləşdirmə | Əhliləşdirmə və ya domestikasiya — insan tərəfindən yaradılan və nəzarət edilən şəraitdə vəhşi heyvanların əhliləşdirilməsi və yabanı bitkilərin mədəniləşdirilməsi, vəhşi heyvanların ələ öyrədilməsi və bunların ev heyvanlarına çevrilməsi. İnsanlar müxtəlif vəhşi heyvanları bu yolla çoxaldır və əsasən, təsərrüfat ehtiyacını ödəmək üçün ondan istifadə edirlər. Heyvanların əhliləşdirilməsinə 10-15 min il bundan əvvəl başlanılmış, əhliləşdirmə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında mühüm mərhələ olmuş və nəticədə heyvandarlıq sahəsi yaranmışdır.Bundan 14 min il əvvəl əhliləşdirilməyə başlandığı təxmin olunan itlər ilk əhliləşdirilən heyvan hesab olunur. Amerika alimləri izotop üsulu ilə təyin etmişlər ki, hələ 10 min il əvvəl İranda keçi, Şərqi Avropada isə 8–9 min il əvvəl qaramal, donuz və qoyun əhliləşdirilmişdir. R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528. | https://az.wikipedia.org/w/index.php?curid=161278 |
Əhliləşmiş qoyun | Əhliləşmiş qoyun və ya ev qoyunu (Ovis aries) ruminant bir məməlidir. Əhliləşmiş qoyun da, bütün ruminantlar kimi, cüt dırnaqlıdır. Yəqin ki, Asiyada və Avropada vəhşi qoyunlardan törəyiblər. İlk evcil heyvanlardan biri olan qoyunlar kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur və yunu, südü və əti üçün yetişdirilir. Qoyun yunundan yun paltar tikilməsində istifadə olunur. | https://az.wikipedia.org/w/index.php?curid=835980 |
Əhliman Axundov | Axundov Əhliman Molla Əli oğlu (1903-1977), ədəbiyyatşünas. Əhliman Əli oğlu Axundov 30 sentyabr 1903-cü ildə keçmiş Yelizavetpol mahalı Zəngəzur qəzasının Əliquluuşağı kəndində anadan olmuşdur. 1909-cu ildən 1919-cu ilədək atası molla Əlinin mədrəsəsində azərbaycan, fars və ərəb dilləırində İlk təhsilini almış və daha sonra Şuşa Pedaqoji Texnikumunu bitirmişdir.. 1932-ci ildə Ali Pedaqoji institutu bitirmiş, aspiranturada təhsilini davam etdirmiş və Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə dissertasiya müdafiə edərək elmlıər namizədi adını almışdır. Ömrünü folklor tədqiqatına bağlamış Əhliman Axundov Azərbaycanın bütün bölgələri üzrə folklor nümunələrini toplamış və ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Dil və ədəbiyyat insitutunda müxtəlif vəzifələrdə çalışmışdır. Əhliman Axundov 1977-ci ildə Oktyabr ayının 2-də Bakı şəhərində vəfat etmişdir. Sadiq qardaş, 1942 Qudurğan qaban, 1942 Nağıllar, 1948 Məlik Məmməd, 1958 Əsli və Kərəm, 1960 Qaçaq Nəbi, 1961 Xalq dastanları 2 cildlik, Əhliman Axundov, 1961 Azərbaycan nağılları 5 cildlik, 1961 Telli saz ustaları, 1964 Cənnət satan molla, 1965 Sarı aşıq, 1966 Aşıq Ələsgər, 1967 Azərbaycan folkloru antologiyası. II cild (toplayanı Ə.Axundov) Bakı. Azərbaycan EA nəşriyyatı. 1968 Azərbaycan dastanları 5 cildlik Əhliman Axundov, 1969 Azərbaycan nağılları 2 cildlik, 1970 Aşıq Ələsgər 2 cildlik, 1970 Aşıq Hüseyn Şəmkirli, 1971 Oyunlar, 1971 Azərbaycan xalq nağılları, Əhliman Axundov, 1972 Tülkü tülkü tümbəki, 1972 Qaravəllilər, 1974 Aşığın sözü, 1976 Azərbaycan xalq dastanları, Əhliman Axundov, 1980 Azərbaycan nağılları, 1982 Azərbaycan aşıqları və el şairlər, Tərtib edən: Ə.Axundov. İki c.də II c. Bakı, Elm,1984 Azərbaycan aşıqları Tərtib edən: Ə.Axundov. İranda nəşr olunub | https://az.wikipedia.org/w/index.php?curid=82836 |
Əhliman Mehdiyev | Əhliman Rəhman oğlu Mehdiyev (17 may 2002; Məzrəli, İmişli rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əhliman Mehdiyev 17 may 2002-ci ildə İmişli rayonunun Məzrəli kəndində Rəhman Mehdiyevin ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə İmişli rayon Məzrəli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. Hərbi xidməti Əhliman Mehdiyev 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əhliman Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Koroğlu yüksəkliyi və Ömər aşırımı istiqamətində gedən döyüşlərdə 2 dəfə yaralansa da, döyüş gedən ərazini tərk etməmiş və döyüşlərdə vuruşaraq fərqlənmişdir. Əhliman Mehdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu İmişli rayonunun Məzrəli kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.06.2022) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=743282 |
Əhliman Muradov | Əhliman Xanəlioğlu Muradov (9 iyul 1951, Siyəzən – 28 may 2015, Siyəzən) – Fizika-riyaziyyat elmləri doktoru, professor Azərbaycan Respublikası, Siyəzən şəhərində 9 iyul 1947-ci ildə anadan olub, ailəlidir, 3 uşaq atasıdır.2015-ci ildə 28 mayda vəfat etmişdir. Təhsili Elmi Dərəcəsi və Elmi adlar 1970-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1975-ci ildə “Boşalma cərəyanının modulyasiya rejimində qaz boşalması müsbət sütununu tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1993-cü ildə “Qeyri stasionar və qeyri bircins plazmanın dinamik xüsusiyyətləri və elektronların sürətlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1995 – professor Əmək fəaliyyəti 1974-1979 Fiziki Elektronika kafedrasında assistent, 1979-1984 - baş müəllim, 1984-1995 - dosent, 1995-ci ildən professor. Dərs dediyi fənlər Ümumi fizika, Radiofizika, Elektron-ion cihazları və electron optikası, Qaz boşalması və plazma fizikasının nəzəri əsasları. 60 elmi əsərin müəllifidir 2 kitabın müəllifidir Beynəlxalq seminar,simpozium və konfranslarda iştirakı 1973 - XI ICPIG . Praqa, Çexoslovakiya. 1986 - Atom spektroskopiyası üzrə XI Beynəlxalq konfrans. Bolqarıstan, Varna. 1990 – Alçaq temperaturlu plazma spektroskopiyası üzrə Ümumittifaq konfrans, Rusiya, Petrozavodsk 1991 - XX ICPIG, Piza, Italiya 2000 - National atomic and molecular physics simposium, Atatürk Üniversitesi, Türkiyə 2005 - “Fizika-2005” Beynəlxalq konfrans, Bakı 2006 - TPE-06 3rd International Conference on Technical and Physical Problems in Power Engineering, Ankara, Türkiyə 2008 - Fizikanın Aktual Problemləri, V Beynəlxalq konfrans, Bakı. Tədqiqat sahəsi Birbaşa, pilləli ionlaşma, ambipolyar diffuziya və rekombinasiya nəzərə alınmaqla inert qaz və civə buxarı mühitində elektrik boşalması plazmasının dinamik xassələrinin öyrənilməsi. Plazmada ikiqat təbəqələr və elektronların sürətlənməsi prosesinin tədqiqi. Rəqslərin mövcud olduğu şəraitdə plazma diaqnostikasının işlənməsi. Həyəcanlaşmış atomların iştirakı ilə plazmada baş verən bəzi proseslərin reaksiya sürətlərinin və effektiv kəsiklərinin təyini. Seçilmiş əsərləri 1. Əcəbşirizadə Ə., Muradov Ə., Səmədov Z. «FGK 3 Ori ulduzunun atmosfer modelinin təyini», Astrophys. And Space Science, 2004, V. 293, p. 289. 2. Sobhanian S., Khorram S., Muradov A. “«Metastabil səviyyələrin müxtəlif dağılma mexanizmləri zamanı boşalmanın sütununun impedansı»”. European Journal of Physics. Applied Phys. V. 30, № 3, P. 201, 2005. 4. A.X.Muradov, T.X. Quseynov Konik boruda neon qaz boşalması plazmasının impedansinin ekcperimental tədqiqi. NANA, Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsi, XIII cild, Bakı, Elm, 2007, səh.312-314. 4. 5. A.X.Muradov, T.X. Quseynov Kiçik diametrli boruda boşalmanın dinamik xüsusiyyətləri. BDU xəbərləri, Bakı, 2008, №2, s.152-156. «İSİ» JURNALLARINDA DƏRC OLUNMUŞ MƏQALƏLƏR 13. Ajabshirizadeh A., Samedov Z., Muradov A. «FGK 3 Ori ulduzunun atmosfer modelinin təyini», Astrophys. And Space Science, 2004, V. 293, p. 289. 15. Sobhanian S., Khorram S., Muradov A. «Metastabil səviyyələrin müxtəlif dağılma mexanizmləri zamanı boşalmanın sütununun impedansı» European Journ. of Phys. Appl. Phys., 2005, V. 30, № 3, p. 201. 1. Muradov A.X..Quseynov T.X. Vakuum texnikasından laboratoriya işlərinə rəhbərlik, dərslik, Bakı, 2002, 68 s. 2. Muradov Ə.X., Hüseynov T.X Vakuum texnikası praktikumu, metodik vəsait, 77 səh. | https://az.wikipedia.org/w/index.php?curid=407681 |
Əhliman Rüstəmov | Hacı Əhliman və ya əsil adı ilə Əhliman Rüstəmov (tam adı: Əhliman Fidatxan oğlu Rüstəmov) — azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, Hacı Cavad məscidinin sabiq axundu. Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib.Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb.Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir.Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.2021-ci ilin oktyabrın 25-də hüquq mühafizə orqanları tərəfindən Bakıda evində axtarış keçirilib. Nəticədə saxlanılsa da, elə həmin gün də sərbəst buraxılıb.İndiyə qədər kimi onlarla kitabı və yüzlərlə məqaləsi çıxıb. Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olub. "Quranşünaslıq dərsləri" "Kiçik surələrdə böyük təfsirlər" "Əqidə dərsləri" "Kamillik Zirvəsi" "Peyğəmbər (s) və Əhli-Beytinin (ə) məktəbində Quranşunaslıq" Hacı Əhliman Rüstəmov. "İmam Hüseynə (ə) olan məhəbbət Qurana olan məhəbbətdir" ( (az.)). ahliman.info. 2016-10-20. 2017-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. Hacı Əhliman Rüstəmov. "Quran kimə lənət oxuyur?" ( (az.)). ahliman.info. 2017-12-18. 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20. "Cümə namazı: din adamlarının fərqli baxışları" ( (az.)). islam.az. 2012-12-07. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. ""Saytımızın qonağı"" ( (az.)). islam.az. 2013-02-13. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. Orxan Kərimov. "Hacı Əhliman Rüstəmov Aşura hadisəsini təhlil edib" ( (az.)). interaztv.com. 2013-10-11. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. "Vətən şəhidlərlə ucalar - ilahiyyatçı Əhliman Rüstəmov" ( (az.)). salamnews. 2016-04-08. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. "İmam Hüseynə (ə) olan məhəbbət Qurana olan məhəbbətdir - ilahiyyatçı" ( (az.)). salamnews. 2015-10-22. 2017-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. "Allahın yer üzərində olan höccətləri həqiqətən əlçatmazdır - ilahiyyatçı" ( (az.)). salamnews. 2016-01-08. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. M.Sadiq. "İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı" ( (az.)). salamnews. 2016-06-10. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. On4 TV. "On4 Tv İrs - Rafiq Qurbanov-Hacı Samir Ağayev-Hacı Ehliman Rüstamov-Mümin" ( (az.)). YouTube. 2016-09-23. İstifadə tarixi: 2017-12-09. A.Kərimov. "Əzadarlıq saxlamaq islama ehtiramdır - Hacı Əhliman Rüstəmov (FOTOLAR)" ( (az.)). salamnews. 2016-10-12. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. M.Sadiq. "İslam Peyğəmbəri (s) bütün məsələlərdə insanlar üçün böyük nümunədir - ilahiyyatçı" ( (az.)). salamnews. 2016-12-17. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. Yaşıl orta. "Niyə imamlar Hz.Həsənin deyil, Hz.Hüseynin nəslindəndir?-Hacı Əhliman ilə…" ( (az.)). APA TV. 2017-10-03. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. YouTube-da izlə Yaşıl orta. "Hz.Məhəmməd islamdan öncə hansı dində olub?" ( (az.)). APA TV. 2017-01-13. 2018-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13. YouTube-da izlə Həmçinin bax Hacı Cavad məscidi Xarici keçidlər ahliman.info — Hacı Əhliman rəsmi saytı Hacı Əhliman kanalı — YouTube APA TV. "Niyə imamlar Hz.Həsənin deyil, Hz.Hüseynin nəslindəndir?-Hacı Əhliman ilə…" ( (az.)). apa.tv. 2017-10-03. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12. (YouTubeda izlə) | https://az.wikipedia.org/w/index.php?curid=486472 |
Əhliman Əmiraslanov | Əhliman Tapdıq oğlu Əmiraslanov (17 noyabr 1947, Zod, Basarkeçər rayonu) — Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrah–onkoloq, tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Azərbaycan Respublikasının "Şərəf" ordeni (2017), 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2022) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV (2010), V çağırış (2015) və VI çağırış (2020) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–2015), ATU Onkologiya kafedrasının müdiri (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014–indi), Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri (2015 — indi), Yeni Azərbaycan Partiyasının üzvü. Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakültəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub.1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb.1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş, 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır. 1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2007-ci ildən həm də universitetin Onkoloji klinikasının direktorudur.Ə. T. Əmiraslanov 1998-ci ildə Polşa Tibb Elmləri Akademiyasının, həmçinin 2001-ci ildə indiki Rusiya Elmlər Akademiyasının xarici üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilib. 2006-cı ildən UNESKO-nun "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESKO-nun ekspertidir. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi seçilib. 2010-cu il aprel ayının 30-da ölkə Prezidentinin Sərəncamına əsasən Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyanın, həmçinin "Azərbaycan Respublikasının Milli Atlası"nın tərtibi üzrə redaksiya heyətinin üzvü təyin olunub.1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı və 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin "Səhiyyə komitəsi"nin sədridir. 2011-ci ildə Avropa Tibbi-Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. O, UNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədridir.18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 29 iyun 2016-cı ildə UNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib. Ailəlidir, iki oğlu, dörd nəvəsi var. Atası Əmiraslanov Tapdıq Muxtar oğlu (1918–1976) orta məktəb direktoru, Basarkeçər rayonunun partiya rəhbəri, həmin rayonun maarif şöbə müdiri vəzifələrində çalışıb, bütün qüvvə və bacarığını elin savadlanmasına, maariflənməsinə sərf edib, uzunmüddətli qüsursuz pedaqoji fəaliyyətinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Anası Əliyeva Xanım İlyas qızı 1922-ci ildə Zod kəndində anadan olub, 2006-cı ildə vəfat edib. Elmi fəaliyyəti Əhliman Əmiraslanov 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin (ÜOEM) nəzdində aspiranturaya daxil olmuşdur. 1977-ci ildə aspirantura müddəti başa çatmamış "Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.Ə. T. Əmiraslanov aspiranturanı bitirdikdən sonra 1977–1992-ci illərdə ÜOEM-də kiçik elmi işçi, baş elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və professor vəzifələrində fəaliyyət göstərmişdir. 1984-cü ildə "Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Moskva şəhərində işlədiyi müddətdə Ə. T. Əmiraslanov SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Dayaq hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi" üzrə Ümumittifaq Mərkəzinə rəhbərlik etmiş və SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin medalları ilə təltif olunmuşdur. 1985-ci ildə Ə. T. Əmiraslanov "Sümük sarkomaları" adlı orijinal monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının N. N. Petrov adına mükafatına və diplomuna layiq görülmüşdür. 1986-cı ilin may ayında "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi" haqqındakı silsilə işləri SSRİ Dövlət Mükafatına təqdim olunmuş və həmin ildə də elm və texnika üzrə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur.Onun elmi məsləhətçiliyi və elmi rəhbərliyi altında 12 nəfər tibb elmləri doktoru və 44 nəfər tibb elmləri namizədi yetişdirilmişdir (2019-cu ilə qədər). Akademik Ə. Əmiraslanov 500-dək elmi əsərin, 18 monoqrafiyanın, 31 dərslik, dərs vəsaiti və tədris-metodik vəsaitin, 16 ixtira və səmərələşdirici təklifin, 20 metodik tövsiyənin, onlarca elmi-kütləvi məqalələrin müəllifidir. Elmi işlərindən 200-dən çoxu xarici mətbuatda çap olunmuşdur (2019-cu ilə qədər). Əhliman Əmiraslanov "AMEA Xəbərləri: Elm və İnnovasiya seriyası", "Azərbaycan Tibb jurnalı", "Sağlamlıq" jurnalının və AMEA-nın "Elm" qəzetinin redaksiya heyətinin üzvüdür. Elmi yenilikləri Alimin dayaq-hərəkət aparatının, yumşaq toxumaların, vəzilərin, eləcə də bir sıra daxili orqanların bədxassəli şişlərinə, onların müalicə metodlarının işlənib hazırlanması və təkmilləşdirilməsinə həsr etdiyi elmi-tədqiqat işləri onu elmi ictimaiyyətdə geniş tanıtdırmışdır.Onun rəhbərlik etdiyi Onkoloji klinikada texniki cəhətdən mürəkkəb olan bud, qamış və bazu sümüklərinin bədxassəli şişlərində aparılan diz, bud-çanaq və bazu oynaqlarının rezeksiyası və endoprotezləşdirilməsi, qalça-qarınarası ayırma, kürək-döşarası amputasiya kimi cərrahiyyələr müvəffəqiyyətlə yerinə yetirilir. Onkologiya kafedrasında bədxassəli sümük şişlərinin, süd vəzisinin, qadın cinsiyyət orqanlarının bədxassəli şişlərinin, yumşaq toxuma sarkomalarının, dəri şişlərinin epidemiologiya, müayinə və müalicəsinə dair elmi-tədqiqat işləri aparılır. Sümük şişləri olan xəstələrdə hormonal-metabolik pozğunluqlar və onların korreksiya yolları istiqamətində elmi-tədqiqat işləri genişləndirilir, bu sahədə doktorluq və namizədlik dissertasiyaları yazılır.Dayaq-hərəkət aparatı orqanlarının bədxassəli şişlərinə görə cərrahi müdaxilə edilmiş xəstələrin bərpaedici müalicəsi (reabilitasiyası); sümük sarkoması şişlərinin müalicəsində yeni üsulların işlənib hazırlanması; sümüklərin bədxassəli şişlərinin proqnozu; qadın cinsiyyət orqanlarının və sümüklərin bədxassəli şişlərində hormonal-metodik dəyişikliklər; yumşaq toxuma sarkomalarının kombinasiyalı və kompleks şəkildə müasir müalicə üsullarının işlənib hazırlanması; Azərbaycanda bəzi bədxassəli şişlərin epidemiologiyası; bədxassəli şişlərin erkən diaqnostikası və proqnozunda parakrin və immunohumoral faktorların klinik əhəmiyyəti mövzuları və bu istiqamətli digər mövzular elmi prioritetlik təşkil edir. Azərbaycan Tibb Universitetində fəaliyyəti Ə. Əmiraslanov 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsinə təyin edilmiş, 1993-cü ildə həmin universitetinin onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Kafedranın işi yenidən qurulmuş, gənc və perspektivli kadrlar genişmiqyaslı elmi və praktik işlərə cəlb edilmişdir. Azərbaycan Tibb Universitetində Ə. T. Əmiraslanovun rəhbərliyi altında bir sıra islahatlar aparılıb, yeni innovativ layihələr hazırlanıb və həyata keçirilib. Yeni klinikalar tikilib istifadəyə verilib. Hazırda ATU-da Stomatoloji (2002), Onkoloji (2007), Tədris-Terapevtik (2010) və Tədris-Cərrahiyyə (2013) klinikaları fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına inşa edilərək istifadəyə verilən bu klinikalar regionda ən müasir tədris müəssisələrinə çevrilib. Akademik Ə. T. Əmiraslanovun fədakar işi və beynəlxalq əlaqələr prosesində həyata keçirdiyi aktiv fəaliyyət nəticəsində 1996-cı ildə MDB ölkələrinin bir sıra ali məktəbləri (Rusiya və Ukrayna istisna olmaqla) sırasında yalnız Azərbaycan Tibb Universiteti Londonda çapdan çıxan Amerika və Avropa Təhsil Birliyinin Beynəlxalq reyestrinə daxil edilib. ATU 1998-ci ildə Qara Dəniz Hövzəsiətrafı ölkələrin Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tam hüquqlu üzvü seçilib. Bütün bunlar Azərbaycan tibb təhsilinin beynəlxalq aləmdə geniş nüfuz qazanmasına və diplomların qarşılıqlı tanınmasına əhəmiyyətli dərəcədə zəmin yaradan mühüm amilə çevrilib. Kafedraların bazaları genişləndirilməklə tədris otaqları və laboratoriyalar müasir avadanlıqlarla təchiz edilib. Hazırda bütün fakültələrdə dərslər tədrisin Bolonya sahəsinin kredit sistemi ilə aparılır. ATU-da təşkil edilmiş metodika və innovasiya şöbəsi bu sahədə geniş fəaliyyət göstərir. ATU-da fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzində və kafedraların nəzdindəki problem elmi-tədqiqat laboratoriyalarında aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin yaxşılaşdırılması, onların elmi nəticələrinin səhiyyə praktikasına tətbiqi uğurla həyata keçirilir. Beynəlxalq fəaliyyəti Akademik Ə. T. Əmiraslanov dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Kanada, Yunanıstan, Almaniya, Macarıstan, Avstriya, Çexiya, İran, Sinqapur, Rusiya Federasiyası, Pakistan, Polşa, İsrail və başqa xarici ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əldə etdiyi elmi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirərək səhiyyə praktikasına tətbiq etmişdir. O, Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının fəxri, Amerika Klinik Onkologiya Cəmiyyətinin, RF Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının həqiqi üzvüdür. 1999-cu ildə UNESKO xətti üzrə "Bioetika, Elmi biliklərin və texnologiyaların etikası" Azərbaycan Milli Komitəsinin sədr müavini seçilib. 1999-cu ilin may ayında Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına mükafata və "Böyük qızıl medalı"na, 2007-ci ildə RTEA-nın akademik N. N. Bloxin adına qızıl medalına, 2009-cu ildə Rusiyanın "XXI yüzilliyin liderləri" Proqramı çərçivəsində "Millətin İntellekti" adlı beynəlxalq təltifə layiq görülüb. O, UNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədri, Milli Məclisin deputatı, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Paramentlərarası Assambleya şurasının üzvü kimi də Beynəlxalq fəaliyyət göstərir. Alim Türkiyə Cumhuriyyəti universitetlərinin rektorları ilə çoxsaylı layihələrin hazırlanmasında, TEMPUS çərçivəsində yeni müqavilələrin qarşılıqlı imzalanmasını həyata keçirərək, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl ali məktəbləri ilə əlaqələri daim möhkəmləndirir. Təltif və mükafatları Sovet İttifaqı dövründə 1980 — SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı 1985 — SSRİ Tibb Elmləri Akademiyasının akademik N. N. Petrov adına mükafatı 1986 — SSRİ Dövlət Mükafatı laureatı 1987 — SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı Müstəqillik dövründə 1991 — Azərbaycan Respublikasının əməkdar elm xadimi 1997 — Amerika Bioqrafiya İnstitutunun "Qızıl Heykəl" mükafatı 1997 — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Fəxri Fərmanı" 1997 — Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı" 1999 — Polşa Tibb Elmləri Akademiyasının A. Şvaytzer adına mükafatı və Böyük qızıl medalı 2000 — "Şöhrət" ordeni 2002 — Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərmanı" 2003 — Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına Böyük Qızıl medalı 2007 — RTEA-nın Akademik N. N. Bloxin adına qızıl medalı 2009 — Rusiyanın "XXI yüzilliyin liderləri" Proqramı çərçivəsində "Millətin İntellekti" adlı beynəlxalq təltif Akademik Y. Məmmədəliyev adına mükafat laureatı "Akademik M. A. Topçubaşov mühazirələri" mükafatı 2017 — Dağıstan Respublikasının Əməkdar Elm Xadimi 2017 — "Şərəf" ordeni 2022 — * 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 2015-ci ildə AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasında seleksiya və hibridləşmə üsulu ilə yaradılan (ixtira olunan) qızılgülün yeni sortuna "Akademik Əhliman Əmiraslanov" adı verilmişdir. Filmoqrafiya Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007) Amiraslanov A. T, Mistakopoulo N. F, Knyrov G. G, Mistakopoulo F. N Cachexia In Patients With Esophagus And Stomach Cancer(Diagnosis, Clinical Picture And Treatment) ISBN 975-94665-4-6, Ankara-1999, 297 səh. Ə. T. Əmiraslanov, A. J. Qazıyev, Ə71 Sümük şişləri. Bakı, "Təbib", "Azərbaycan Ensiklopediyası" N. P. B, 1997, 480 səh. Ə. T. Əmiraslanov, N. V. Qasımov. Qığırdaq şişləri-Bakı, "Təbib", 2001, 200 səh. Ə. T. Əmiraslanov, A. Y. Qazıyev. Uşaq onkologiyası. Bakı, "Maarif" nəşriyyatı, 2003, 648 səh. Ə. Əmiraslanov, R. Bayramov. Abdominal onkologiya. Bakı, "Təhsil" nəşriyyatı, 2004, 320 səh. Əhliman Əmiraslanov, Abuzər Qazıyev, Ə69 Onkologiya (Tibb Universiteti tələbələri üçün dərslik). Bakı, "Təhsil", 2010, 912 səh. Əsas elmi əsərləri Vaqif Şadlinski. Şərəflə yaşanan ömür. Bakı: "Xalq qəzeti", 28 oktyabr 1997. Eldar İsmayıl. Oğuz yurdun övladları. I kitab. Bakı: "Təbib", 1999. səh. 81–83. ISBN 5-8035-0191-3 Mirvarid Dilbazi. "Xilaskar" (şeir). Bakı: "Ekspress" qəzeti, 27–29 mart, 1999. səh.24. Əli Vəkil. "Şəfalı əllər" (şeir). Bakı: "Ekspress" qəzeti, 27–29 mart, 1999. səh.24. Eldar Həsənli. "Sən günəşin zərrəsiydin". 1999. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 06. 30. iyun 2000. sıra 430. Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.30–32. Arif Məmmədli. "Böyük alimə kiçik təşəkkür məktubu". Bakı: "525-ci qəzet", 24 oktyabr, 2001. Saşa Əliyev. "Əhliman həkim". "Dünyamızdan nigaranam", Bakı: 2002. səh.77. Mübariz Allahverdiyev. Əhliman Tapdıq oğlu Əmiraslanov. Biblioqrafiya (üç dildə). Bakı: Elm. 2002. 180. Salman Vilayətoğlu, "Oğuz elinin müqəddəs ocağı Göyçə", Bakı, "TS", 2006. səh. 448. Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə", Bakı, "EL", 2007. səh.36–41. ISBN 978-9952-438-09–3 Şərəfli ömür yolu. Ədalət. — 2010. — 3 noyabr. — Səh. 4. Xarici keçidlər Mübariz Allahverdiyev. "Görkəmli alim və ictimai xadim: Əhliman Əmiraslanov-65". 525-ci qəzet (az.). 525.az. 17 noyabr 2012. səh. 10-11. İstifadə tarixi: 2015-02-11. "Əhliman Əmiraslanov" (az.). azeribalasi.com. 2015. İstifadə tarixi: 2015-02-11. "Əhliman Əmiraslanovun doğum günüdür". "Demokratik Azərbaycan" qəzeti (az.). demokratik.az. 17-11-2014. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16. "AKADEMIK ƏHLİMAN ƏMİRASLANOV" (az.). goyche.info. 4 fevral 2009. 2011-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17. | https://az.wikipedia.org/w/index.php?curid=48319 |
Əhliman Əzizov | Əhliman Ağamirzə oğlu Əzizov (9 mart 1990; Vəndam, Qəbələ rayonu, Azərbaycan — 24 dekabr 2014; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2014-cü ildə Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən atışma zamanı şəhid olmuşdur. Əhliman Əzizov 6 iyun 1990-cı ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində Ağamirzə Əzizovun ailəsində anadan olmuşdur. 1996-2007-ci illərdə orta təhsil almışdır. Hərbi xidməti Əhliman Əzizov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra "gizir" rütbəsində xidmətini davam etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Əhliman Əzizov 24 dekabr 2014-cü ildə Kəlbəcər rayonunun Murov dağı istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət zamanı Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmada döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Nəşi Qəbələ rayonunda torpağa tapşırılmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=747018 |
Əhlət | Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır. | https://az.wikipedia.org/w/index.php?curid=822526 |
Əhlət ağacı (film) | Əhlət ağacı — Nuri Bilgə Ceylanın 2018-ci ildə çəkdiyi türk dram filmidir. Nuri Bilgə Ceylan filmin ssenarisini yoldaşı Ebru Ceylan və Akın Aksu ilə birlikdə yazdı. Film ilk dəfə 71-ci Kann Film Festivalında göstərildi. Film doğulduğu qəsəbəyə dönüb yazdığı kitabı çap etdirmək üçün lazım olan pulu toplamağa çalışan və atasının borclarıyla qarşılaşan bir gəncin həyat hekayəsindən bəhs edir. Filmin adı ilk dəfə 2016-cı il sentyabrın axırlarında elan edildi. Filmin rejissoru Nuri Ceylan yeni filmi haqqında "Arte France Cinema"ya müsahibəsində demişdi: "İstəsək də, istəməsək də atamızdan müəyyən xüsusiyyətlər miras alırıq. Məsələn, onların zəifliklərini, vərdişlərini, davranışlarını və daha çoxunu. Hekayə bir oğulun istəməsə də, atasının taleyinə bənzər bir yola girməsini bir sürü acı təcrübə ilə anladır." Arte France Cinema filmə maddi dəstək verdi.Əhlət ağacı filmi Mədəniyyət və Turizm Nazirliyindən 2 milyon lirəlik yardım almasıyla nazirlik tərəfindən ən çox dəstək verilən film oldu.Filmin çəkilişlərinə 2016-cı ilin sentyabrında Çanaqqalanın Çan ilçəsində başlanmış, Çandakı çəkilişlər tamamlandıqdan sonra Torhəsən kəndi, Asmalı kəndi və Çanaqqalanın mərkəzində davam edilmişdir. Çəkilişlər 3.5 ay davam etdi. Aydın Doğu Dəmirqol (Sinan Karasu rolunda) Bennu Yıldırımlar (Asiman Karasu (Sinanın anası)) Murad Cemcir (İdris Karasu (Sinanın atası)) Xəzər Ərgüclü (Xədicə) Ahmet Rıfat Şungar (Ali Rza) Ərcümənt Balakoğlu (Ramazan (Asimanın atası, Sinanın babası) Özay Feçt Hayriye (Sinanın nənəsi) Serkan Keskin (Süleyman Akbaş (Yazar)) Tamer Levent (Recep (İdrisin atası, Sinanın babası) Kadir Çermik (Bələdiyyə sədri Adnan) Kubilay Tunçer (İlhami) Akın Aksu (İmam Veysəl rolunda) Öner Erkan (İmam Nəzmi rolunda) Sencar Sağdıç (Nevzat rolunda) Asena Kəskinci (Yasəmən rolunda) | https://az.wikipedia.org/w/index.php?curid=699039 |
Əhlət ağacı (film, 2018) | Əhlət ağacı — Nuri Bilgə Ceylanın 2018-ci ildə çəkdiyi türk dram filmidir. Nuri Bilgə Ceylan filmin ssenarisini yoldaşı Ebru Ceylan və Akın Aksu ilə birlikdə yazdı. Film ilk dəfə 71-ci Kann Film Festivalında göstərildi. Film doğulduğu qəsəbəyə dönüb yazdığı kitabı çap etdirmək üçün lazım olan pulu toplamağa çalışan və atasının borclarıyla qarşılaşan bir gəncin həyat hekayəsindən bəhs edir. Filmin adı ilk dəfə 2016-cı il sentyabrın axırlarında elan edildi. Filmin rejissoru Nuri Ceylan yeni filmi haqqında "Arte France Cinema"ya müsahibəsində demişdi: "İstəsək də, istəməsək də atamızdan müəyyən xüsusiyyətlər miras alırıq. Məsələn, onların zəifliklərini, vərdişlərini, davranışlarını və daha çoxunu. Hekayə bir oğulun istəməsə də, atasının taleyinə bənzər bir yola girməsini bir sürü acı təcrübə ilə anladır." Arte France Cinema filmə maddi dəstək verdi.Əhlət ağacı filmi Mədəniyyət və Turizm Nazirliyindən 2 milyon lirəlik yardım almasıyla nazirlik tərəfindən ən çox dəstək verilən film oldu.Filmin çəkilişlərinə 2016-cı ilin sentyabrında Çanaqqalanın Çan ilçəsində başlanmış, Çandakı çəkilişlər tamamlandıqdan sonra Torhəsən kəndi, Asmalı kəndi və Çanaqqalanın mərkəzində davam edilmişdir. Çəkilişlər 3.5 ay davam etdi. Aydın Doğu Dəmirqol (Sinan Karasu rolunda) Bennu Yıldırımlar (Asiman Karasu (Sinanın anası)) Murad Cemcir (İdris Karasu (Sinanın atası)) Xəzər Ərgüclü (Xədicə) Ahmet Rıfat Şungar (Ali Rza) Ərcümənt Balakoğlu (Ramazan (Asimanın atası, Sinanın babası) Özay Feçt Hayriye (Sinanın nənəsi) Serkan Keskin (Süleyman Akbaş (Yazar)) Tamer Levent (Recep (İdrisin atası, Sinanın babası) Kadir Çermik (Bələdiyyə sədri Adnan) Kubilay Tunçer (İlhami) Akın Aksu (İmam Veysəl rolunda) Öner Erkan (İmam Nəzmi rolunda) Sencar Sağdıç (Nevzat rolunda) Asena Kəskinci (Yasəmən rolunda) | https://az.wikipedia.org/w/index.php?curid=820110 |
Əhməd | Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarı Əhməd Əsəd Uras — Əhməd Kənan Tanrıkulu — Əhməd Krımlı — Əhməd Məhəmməd Aq Amani — Əhməd Mithəd Qalabalıq — Əhməd Rasim — Əhməd sultan Avşar — Əhməd ƏhmədovƏhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.DigərƏhməd (Əbyəlil) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Kirdasov kənd sovetliyinə daxil olan kənd. Əhməd (Auırqazı) Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=517724 |
Əhməd-Cabir Əhmədov | Əhməd-Cabir İsmayıl oğlu Əhmədov — Azərbaycan Dövlət İqtisad Universitetinin "İstehlak mallarının ekspertizası" kafedrasının professoru, texniki elmlər namizədi (1973), professor (2001), Əməkdar müəllim (2002), Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatçısı (2010). 355-dən çox elmi əsərin, o cümlədən 84 kitabın müəllifidir. 1942-ci ilin fevralın 6-da Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra (1958) Bakı Ticarət Kulinar Şagirdliyi məktəbində oxumuş, 7-ci dərəcəli qənnadçı ixtisasına yiyələnmişdir (1960). 1960-cı ilin noyabrından 1964-cü ilin avqustunadək Sovet Ordusunun sıralarında xidmət etmişdir. İnstituta qəbul olunduqdan əvvəl (1964) Şəkidə qənnadçı və hərbi sanatoriyada aşpaz işləmişdir. 1968-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1968-ci ilin dekabrından 1971-ci ilin dekabrınadək "Yeyinti məhsulları əmtəəşünaslığı" ixtisası üzrə aspiranturada oxumuş, 1973-cü ildə "Azərbaycanda becərilən zəfəranın əmtəəşünaslıq xassələrinin öyrənilməsi" mövzusunda texniki elmlər üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildən ali məktəbdə assistent, baş müəllim, dekan müavini (1977–1983), dekan (1984–1987) və kafedra müdri (1983–1984, 1989–2001, 2006–2015) işləmişdir. 2001-ci il iyun ayının 5-də "Azərbaycan Dövlət İqtisad Universiteti" Elmi Şurasının qərarı ilə Ə.Əhmədova "Ərzaq malları əmtəəşünaslığı" kafedrası üzrə professor elmi adı verilmişdir. 2006-cı ilin dekabrında, Məkkədə Həcc ziyarətində olmuşdur. İki oğlu və beş nəvəsi var. Yaradıcılıq 355-dən çox elmi iş, o cümlədən 44 kitab və monoqrafiya, 12 dərslik, 17 dərs vəsaiti və 50-dən çox tədris-metodik vəsaitin müəllifidir. 2002-ci ilin iyununda Azərbycan Respublikasının prezidenti – H. Əliyevin fərmanı ilə, Ə.Əhmədova "Əməkdar müəllim" fəxri adı verilmişdir. Ə.Əhmədov "Azərbaycan jurnalistlər birliyinin" (2003) və "Azərbaycan Yazıçılar Birliyinin" (2012) üzvüdür. "Azərbaycan Dövlət İqtisad Universitetində" "İstehlak mallarının ekspertizası" kafedrasının professoru olmuşdur. 2003-cü ildən "Azərsun Holding" şirkətinin müşaviridir. 2010-cu ilin iyun ayının 5-də Ə.Əhmədov "Qızıl Qələm" media mükafatına layiq görülmüşdür. 2012-ci ildə "Əsrin ziyalısı" və "Elm fədaisi" fəxri diplomları ilə təltif olunmuşdur. 2015-ci ilin oktyabrında Ə.Əhmədov Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə "Qabaqçıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunub. "Azərbaycan kulinariyası" kitab albomu 15-dən çox xarici ölkələrə yayılmış, Türkiyədə nəşr olunmuşdur. 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyasında" ərzaq mallarına dair 72 məqaləsi nəşr olunmuşdur. M.F.Axundov adına Milli Kitabxananın fondunda Ə.İ.Əhmədovun müəllifi olduğu 70-dən çox kitab saxlanır. Əhməd-Cabir Əhmədov tərəfindən yazılan irihəcmli kitabların siyahısı Dərsliklər siyahısı "Tamlı malların əmtəəşünaslığı" (1993) "Ərzaq malları əmtəəşünaslığı" (1996) "Yeyinti yağları, süd və süd məhsullarının ekspertizası" (2002) "Bitki mənşəli məhsulların ekspertizası" (2005) "Heyvanat mənşəli məhsulların ekspertizası" (2005) "Ərzaq malları əmtəəşünaslığı" (2-ci nəşri — 2006) "Meyvə — tərəvəzin əmtəəşünaslığı" (2009) "Qənnadı malların əmtəəşünaslığı" (2010) "Tamlı malların əmtəəşünaslığı" (2-ci nəşri — 2010) "Ərzaq malları əmtəəşünaslığı" (3-cü nəşri — 2012) "Ərzaq məhsullarının konservləşdirilməsi" (2017)Dərsliklərdən başqa 17 dərs vəsaiti nəşr edilmişdir. Bunlardan əlavə 3 dərsliyin və 8 dərs vəsaitinin elmi redaktorudur. Monoqrafiyalar "Ədviyyələr, qatmalar" (1998) "Azərbaycan üzümündən qidalı məhsullar" (2009) "Ədviyyələr və tamlı qatmalar" (2009) "Azərbaycan çayı" (2010) "Azərbaycan çörəyi" (2010) "Qurani-Kərimdə qida məhsulları və islamda qidalanma" (2013, 2015) "Yeyilən bitkilərin müalicəvi xassələri" (2014) "Milli Azərbaycan şərbətləri və sərinləşdirici içkilər" (2014) "Zeytun və Zeytun yağı" (2015) "Susuz Həyat Yoxdur" (2018) Elmi-kütləvi kitablar "1001 şirniyyat" (1993) "Dadlı və ləzzətli xörəklərin sirri" (1995) "Evdə konservləşdirmə" (1996, 2010) "Azərbaycan kulinariyasının inciləri" (1997) "Müasir Azərbaycan mətbəxinin xörəkləri" (2006) "1002 şirniyyat" (2010) "Tortların hazırlanması" (2010) "Novruz süfrəsi" (2011) "Azərbaycan mətbəx ensiklopediyası" (2011) "Ərzaq mallarının adları" (Azərbaycan, rus və ingilis dillərində) (2012)Bunlardan başqa 20-dən çox xırdahəcmli (2.5–4.5 ç.v.) kitablar nəşr etdirmişdir. Publisistik kitablar "Həcc ziyarətində" (2007) "Hacı İsmayıl – 100" (2007) "50 il əmək cəbhəsində" (2008) "Yaddaşlarda iz qalanda…" (2012) "Elmi-pedaqoji fəaliyyət — 70" (2012) Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=313413 |
Əhməd-Yurt | Coğrafiyası Kənd Miçik çayının hər iki sahilində, rayon mərkəzindən 15 km şimal-şərqdə və Qroznı şəhərindən isə 52 km cənub-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda — Oisxara kəndi və Yuxarı Noyber kəndi, şərqdə Alleroy kəndi, cənubda Qansolçu kəndi, şimal-qərbdə İlasxan-Yurt kəndi, cənub-qərbdə Ciqurtı kəndi, qərbdə Baçı-Yurt kəndi. Kəndin qurucusu 18-ci əsrdə Oysxara kəndini quran Sontaroyevtlərin nəslindən olan Xosa Umaxanovdur. Qafqaz müharibəsi İmam Şamilin rəhbərliyi altında 1840-cı ildə Çeçenlərin ümumi üsyanı zamanı, Oysxara da daxil olmaqla, Kaçkalıq silsiləsinin şimal yamacında yerləşən kəndlərdə yaşayan çeçenlər, Miçik naibliyinin naibi Şuayba-mulla Sontaroyevskinin əmrinə tabe idilər. 1944-cü ildə 1944–1958-ci illərdə Çeçenlərin və İnquşların deportasiyasından və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvindən sonra kənd Krasnoarmeyskoe adlanır və Dağıstanın Levaşi rayonundan olan insanlar tərəfindən məskunlaşdırılır. Vəziyyətə görə Xosa Umaxanov 1877-ci ilin yanvarında qurulan Çeçen Süvari Alayı sıralarına daxil olur. 12 aprel 1877-ci ildə Rus-Türk müharibəsi başlayır və Çeçen Süvari Alayı Şərq Cəbhəsinə köçürülür. Ehtiyata buraxıldıqdan sonra, bir versiyaya görə, Xosa Umaxanov Neuber kəndinin rəhbəri vəzifəsinə təyin edilir. Xosa Umaxanovun nəsilləri aşağıdakı soyadların nümayəndələridir — Adalayevlər, Baçalovlar, Paşayevlər, Tamaqovlar, Xosayevlər. Silahlıların Sentaroya hücumu 2005-ci ilin may ayında yaraqlılar Sentaroya silahlı hücum etməyə cəhd edirlər. 29 avqust 2010-cu ildə kəndə ikinci hücum təşkil edilir. Adın dəyişdirilməsi 21 may 2019-cu ildə kəndin yerli sakinlərindən ibarət bir yığıncaqda Çeçenistan Respublikasının keşmiş Prezidenti Əhməd Kadırovun şərəfinə qəsəbəni Əhməd-Yurt adlandırmaq qərarına gəlinir. 12 iyul 2019-cu ildə bu qərar Çeçenistan Respublikası Parlamenti tərəfindən dəstəklənir. 27 avqust 2019-cu ildə isə qərar Rusiya Federasiyası Hökumətinin Sərəncamı ilə təsdiq edilir. Milli tərkib2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: İnfrastruktur Kənddə bir hafiz məktəbi açılmış və Əbdül-Həmid Kadırov adına məscid tikilmişdir. Kənddə Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırov adına 1 nömrəli orta məktəb fəaliyyət göstərir. Üstəlik 1 nömrəli və 2 nömrəli uşaq bağçası vardır. | https://az.wikipedia.org/w/index.php?curid=724056 |
Əhməd (Auırqazı) | Coğrafi yerləşməsi rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Tukay): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (77%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=696433 |
Əhməd (Avurğazı) | Coğrafi yerləşməsi rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Tukay): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (77%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=519781 |
Əhməd (ad) | Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarı Əhməd Əsəd Uras — Əhməd Kənan Tanrıkulu — Əhməd Krımlı — Əhməd Məhəmməd Aq Amani — Əhməd Mithəd Qalabalıq — Əhməd Rasim — Əhməd sultan Avşar — Əhməd ƏhmədovƏhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.DigərƏhməd (Əbyəlil) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Kirdasov kənd sovetliyinə daxil olan kənd. Əhməd (Auırqazı) Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=721833 |
Əhməd (Əbyəlil) | 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Əhməd kənd ərazisin milli tərkibi: başqırdlar — 100 %. Coğrafi yerləşməsi rayon mərkəzindən (Askorovo): 34 km., kənd sovetliyindən (Kirdasov): 6 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 100 km. | https://az.wikipedia.org/w/index.php?curid=516731 |
Əhməd Abasquliyev | Əhməd Abasquliyev (tam adı Əhməd Əlibala oğlu Abasquliyev; d.20 aprel 1919; Bakı — ö.20 iyun 2008; Bakı) — psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990). Əhməd Abasquliyev 1919-cu il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. Psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alimdir. Əhməd Abasquliyev həmçinin İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. 2008-ci ilin iyun ayının 20-də Bakı şəhərindı vəfat etmişdir. Yaradıcılığı Əhməd Abasquliyev 1960–96-cı illərdə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, 1996-cı ildən məsləhətçi professoru işləmişdir. 1961–96-cı illərdə Respublika Səhiyyə Nazirliyinin baş psixiatrı, 1962–80-ci illərdə Azərbaycan Nevropatoloqlar və Psixiatrlar Elmi Cəmiyyətinin sədri, 1980–96-cı illərdə Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti, 1996–2008-ci illərdə isə fəxri prezidenti olmuşdur. Onun yaxından iştirakı ilə Azərbaycanın 8 rayon və şəhərində psixonevroloji dispanser və xəstəxanalar təşkil olunmuşdur. Tədqiqatları şizofreniyanın etiologiyasının, patogenezinin, alkoqolizmin tibbi problemlərinin öyrənilməsinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Bir sıra beynəlxalq elmi təsisatlaın üzvü olmuş, konqreslərdə məruzələrlə çıxış etmişdir. O nekotorıx patoqenetiçeskix mexanizmax şizofrenii. M., 1967; İmmunoqenetiçeskie aspektı patoqeneza i polimorfizma şizofrenii (N.V.İsmayılov və başqaları ilə birlikdə). B., 1995. Mükafatları Ə.Abasquliyev II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2000) və medallarla təltif edilmişdir. Həmçinin bax Şıxbala Əliyev Gəray Gəraybəyli Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüş tibb alimləri Xarici keçidlər AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI | https://az.wikipedia.org/w/index.php?curid=537618 |
Əhməd Abdinov | Abdinov Əhməd Şahvələd oğlu (30 may 1945, Behrud, Ordubad rayonu) — Azərbaycan fiziki, Fizika-riyaziyyat elmləri doktoru (1978), professor (1981). Əhməd Abdinov 30 may 1945-ci ildə Ordubad rayonunun Behrud kəndində doğulmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirmişdir (1968). 1968-ci ildə BDU-nun fiziki elktrnika kafedrasında aspiranturaya qəbul olunmuş, təhsilini Leninqradda (indiki Sankt-Peterburq) SSRİ EA Fizika və Texnika İnstitutunda davam etdirmişdir. 1972-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyət göstərir; fizika fakültəsinin dekanı (1988-89) olmuşdur. 1992-ci ildən fiziki elektronika kafedrasının müdiri və bərk cisim elektronikası elmi-tədqiqat laboratoryasının rəhbəridir. Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1990-2000) olmuşdur. Tədqiqatları qismən nizamsız yarımkeçirici sistem və materiallarda elektron hadisələrinin xüsusiyyətlərinin aşkar edilməsinə, belə sistemlərdə müxtəlif növ elektron proseslərinin mexanizmlərinin müəyyənləşdirilməsinə aiddir. 220-dən çox elmi əsərin müəllifidir, bir neçə müəlliflik şəhadətnaməsi var. 20-dən çox elmi əsəri xarici ölkələrdə çap olunmuşdur. 40-dan çox beynəlxalq və ittifaq əhəmiyyətli elmi konfrans, simpozium və konqreslərdə məruzələr etmişdir. Nyu-York EA-nın həqiqi üzvü seçilmişdir (1995). Elm Sahəsində Beynəlxalq Soros qrantına layiq görülmüşdür. "Bərk cisim elektronikası", 2004, Bakı, "Təhsil" – ali məktəblər üçün dərs vəsaiti. "Optoelektronika", 2005, Bakı, "Maarif" – ali məktəblər üçün dərslik "Fiziki elektronika" istiqaməti üzrə bakalavr pilləsi üzrə fənn proqramları toplusu, 2007, Bakı, "Təhsil" "Fiziki elektronika" istiqaməti üzrə magistr pilləsi üzrə fənn proqramları toplusu, 2007, Bakı, "Təhsil" "Fiziki elektronikanın tarixi və metodologiyası", 2008, Bakı, "Təhsil", – ali məktəblər üçün dərs vəsaiti. "Elektron texnikasının materialları və nanotexnologiyanın əsasları", Bakı, Təhsil, 2010. (V.H.Səfərov ilə ortaqlı) | https://az.wikipedia.org/w/index.php?curid=123994 |
Əhməd Abdullayev | Abdullayev Əhməd Hüseynağa oğlu (30 iyul 1976, Cəlilabad – 4 sentyabr 2010, Tərtər) — Azərbaycan zabiti, mayor, şəhid, "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra). Abdullayev Əhməd Hüseynağa oğlu 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda, ziyalı ailəsində anadan olub. 1983-cü ildə Cəlilabad rayon, 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1992-ci ildə təhsilini davam etdirmək məqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib. Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə,Polşa,Kipir,Çin,Macarıstan ) keçirilən hərbi təlimlərdə iştirak edib. 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb. 2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib. Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Evlidir, iki oğlu var. Prezidentin sərəncamı 28 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə mayor Əhməd Hüseynağa oğlu Abdullayev "İgidliyə görə" medalı ilə təltif edilmişdir. (ölümündən sonra). Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=161303 |
Əhməd Akgündüz | Əhməd Akgündüz (türk. Ahmet Akgündüz; d.12 fevral 1955, Diyarbəkir. Malkaya, Çüngüş) — Rotterdam İslam Universitetinin rektoru, Osmanlı Araşdırmalar Vəqfinin heyət sədri.O, İmam-Hatip və Qaziantep orta məktəbinin bitirib. 1980-ci ildə Ərzurum Universitetinin İslam Elmləri fakültəsini, 1982-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirmişdir. Dikle Universitetinin hüquq fakültəsinə hüquq tarixi üzrə elmi işçi kimi daxil olan Əhməd Akgünduz 1983-cü ildə aspiranturanı və 1986-cı ildə doktorluq dərəcəsini "İslam hüququ və Osmanlı təlimlərində vəqfin təsis edilməsi" tezisi ilə müdafiə edərək bitirmişdir.1987-ci ildə Konya Səlçuk Universiteti Hüquq Fakültəsində "Hüquq Tarixi və İslam Hüququ" dosenti olaraq işə başladı. 1993-cü ilin sentyabr ayında Dumlupınar Universitetində professor adını qazanandan sonra həmin ilin oktyabr ayında eyni universitetin Biləcik İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı vəzifəsinə təyin olunmaqla yanaşı, eyni zamanda Osmanlı Araşdırma Vəqfinin heyətinin başçısı oldu.1997-1998-ci illərdə Prinston Universitetində tədqiqatlarla məşğul olduğu zamanlar, öz həyatından bəhs edən sənədli filmdə o, bütövlükdə dilin inkişafına yönəldiyini və universitetdə alimlərlə sərt diskussiyalar aparıldığını açıqlamışdı. Ərəb, holland, ingilis və fars dillərini bilən Əhməd Akgündüz evlidir və iki övladı var. Üç Dövrdə Bir Məbəd, Ayasofya; Osmanlının bilinməyən tərəfi; Bədiüzzaman Səid Nursi və elmi şəxsiyyəti Arxiv Sənədləri Işığında; Osmanlıda hərəm; Kilsədən Muzeyə Ayasofya Məscidi; Silistreli Süleyman Hilmi Tunahan; Suallarla erməni məsələsi; Somunca Baba və Neseb-i Âlisi; Tabuların çöküşü; Arxiv Sənədinin İşığında Bab-ı Əlidən İstanbul Valiliyinə; Sənədlər gerçəkləri danışır; Cənub-Şərqi məsələsi və həlləri; Haqq alidir; İslam hüququ və Osmanlı praktikasında vəqf quruluşu; İslam Konstitusiyası; İslam hüququ və Osmanlı tədqiqatları; İslam və Osmanlı hüququ; İslamda insan haqları bəyannaməsi; Müqayisəli Mecelle-i Ahkam-ı Adliye; Osmanlı İmperiyasında qeyri-müsəlmanların idarə edilməsi; Osmanlı dövlətində bələdiyyə təşkilatı və bələdiyyə qanunları; Osmanlı qanunları və Hüquq təhlili (10 cild); Hesablama Məhkəməsi Osmanlıdan Cümhuriyyətə (Divan-ı Mühasebat); Türk hüquq tarixi "Yeni Dünya Nizamı Axtarışı və İslam Mədəniyyəti" | https://az.wikipedia.org/w/index.php?curid=677287 |
Əhməd Al-i Neymə | Əhməd Alinemə (20 oktyabr 1982, Əhvaz) — İran futbolçusu, müdafiəçi. Cərimə zərbələrinin mahir icraçısı kimi tanınır. Alinemə 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna transfer olunub. Bundan öncə o Əhvazın İstiqlal və Fulad klublarında, Sipahan və Şahin komandalarında oynayıb. | https://az.wikipedia.org/w/index.php?curid=592402 |
Əhməd Alinemə | Əhməd Alinemə (20 oktyabr 1982, Əhvaz) — İran futbolçusu, müdafiəçi. Cərimə zərbələrinin mahir icraçısı kimi tanınır. Alinemə 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna transfer olunub. Bundan öncə o Əhvazın İstiqlal və Fulad klublarında, Sipahan və Şahin komandalarında oynayıb. | https://az.wikipedia.org/w/index.php?curid=201536 |
Əhməd Amanov | Əhməd Tahir oğlu Amanov (4 sentyabr 1994, Salahlı, Yevlax rayonu – 28 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əhməd Amanov 4 sentyabr 1994-cü ildə Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. 2000-2009-cu illərdə Salahlı kənd B. Alıyev adına tam orta məktəbdə orta təhsil almışdır. Anası xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə, Əhməd 2009-cu ildə 9-cu sinifdə olarkən təhsilini dayandırmışdır. Ailəli idi. 1 yaşında olan Tahir adlı bir oğlu yadigar qaldı. Hərbi xidməti 1 oktyabr 2012-ci ildə Horadiz şəhərində kəşfiyyatçı çavuş olaraq xidmət etmişdir. 2014-cü ildə xidmətini başa vurduqdan sonra bir müddət Hərbiləşdirilmiş Mühafizə Dəstəsində (HMD) işləmişdir. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Əhməd Gəncədə yerləşən "N" saylı hərbi hissədə tankçı, baş mexanik, sürücü olaraq xidmət etmişdir. Sonra isə Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Türkiyədən gələn hərbi təlimçilərlə keçirilən təlimlər zamanı Əhməd Amanov dərəcəyə layiq görülmüşdür. Əhməd Amanov 12-16 iyul 2020-ci illərdə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlayan Tovuz döyüşlərində tankçı kimi yaxından iştirak etmişdir. General-mayor Polad Həşimov ilə birlikdə vuruşmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əhməd Amanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə tankçı olaraq vuruşmuş və fərqlənmişdir. 28 sentyabr 2020-ci ildə istifadə etdiyi birinci və ikinci tank qarşı tərəfin atəşi nəticəsində yansa da, o, həmin tanklardan sağ çıxmışdır, lakin, komandiri aldığı yaradan həlak olmuşdur. İstifadə etdiyi üçüncü tankla döyüş tapşırığını yerinə yetirərkən qarşı tərəfin intensiv atəşi səbəbilə tankının yanması nəticəsində həlak olmuşdur. Yevlax rayonunun Salahlı kəndində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=680605 |
Əhməd Anatollu | Əhməd Muxtar oğlu Səfərov (Anatollu) (7 noyabr 1894, Bakı – 7 aprel 1973, Bakı) — Azərbaycan teatr aktyoru, məzhəkə ustası, Azərbaycan SSR əməkdar artisti (1940). Əhməd Anatollu 7 noyabr 1894-cü ildə Bakıda, əslən Maştağalı olan şair Muxtar Bisavadın ailəsində doğulmuşdur. Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşasında çıxmışdır. "Nicat" truppasında, "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında oynamışdır. Dövrünün qabaqcıl aktyorları ilə Orta Asiya ölkələrinin böyük şəhərlərinə, İdil çayı (Volqa) boyundakı türkdilli şəhərlərə, İrana, Rəştə, Ənzəliyə, Tehrana qastrol səfərlərinə çıxmışdır.Əhməd Səfərov milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardan biridir. "Anatollu" onun səhnə təxəllüsüdür. 1922–1925-ci illərdə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, 1923–1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor işləmişdir. 1926-cı ildə Tiflis Dövlət Türk Dram Teatrının kollektivinə qəbul olunmuş, 1927-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişdir. 1939–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir.Əhməd Anatollu 7 aprel 1973-cü ildə Bakıda vəfat etmişdir. Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Şərəf nişanı" ordeni — 17 aprel 1938 "Qafqazın müdafiəsinə görə" medalı — 1946 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı İfa etdiyi əsas rollar Tənqid və Təbliğ TeatrındaAzərbaycan Dövlət Dram TeatrındaAzərbaycan Dövlət Musiqili Komediya Teatrında İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7. Əhməd Anatollu. Əlli il Azərbaycan səhnəsində. Bakı: Ecoprint. 2017. 264 səh. ISBN 978 9952-31-097-7. | https://az.wikipedia.org/w/index.php?curid=35114 |
Əhməd Ardel | Əhməd Hulusi Ardel (türk. Ahmet Ardel ) Cumhuriyyət dövrünün ilk böyük coğrafyaçılarından biri (D.1902-V.1978) Əhməd Hulusi Ardel 1902-ci ildə İstanbulda dünyaya gəlib. Uşaqlıq illəri Üsküdarda keçirmişdir. Orta məktəbi bitirdikdən sonra Universitetə daxil olmuşdur. 1927-ci ildə Ədəbiyyat Fakültəsi, Coğrafiya şöbəsindən məzun olmuşdur. Universitet təhsili əsnasında Ali Macit Arda, Həmid Sədi Selen və İbrahim Hakkı Akyol kimi dövrün hörmətli Türk coğrafyacılarından və Belçikalı Theodore Lefebvre və Fransalı Ernest Chaput kimi dünya şöhrətli coğrafyacılardan dərs almışdır. Məzun olduqdan sonra təhsilini davam etdirmək üçün Fransaya göndərilmiş və Strasburq Universiteti Coğrafiya fakültəsində H. Bauling kimi böyük bir müəllimin yanında təhsilini tamamlamış və 1931-ci ildə bakalavr diplomu almışdır. 1932-ci ildə Türkiyə qayıtmış, Yüksək Müəllim Məktəbində vəzifələndirilmiş və qısa bir müddət orta məktəbdə müəllimlik etmişdir. 1933-cü ildə Ədəbiyyat Fakültəsi Coğrafiya bölümünə dosent olaraq təyin edilmişdir. O tarixdən etibarən Umumi Coğrafiya kafedrasını idarə etməyə başlayan Ardel, 1942-ci ildə professor vəzifəsinə, 1958-ci ildə Ordinarius professor vəzifəsinə yüksəldilmişdir. 1973-cü ildə təqaüdə çıxmışdır. Əhməd Ardel fransız və alman dillərini bilirdi. Buna görə də, tədqiqatlarında təkcə Fransız ədəbiyyatından faydalanmamış, eyni zamanda Alman mənbələrindən də istifadə etmişdi. Əhməd Hulusi Ardel 13 oktyabr 1978-ci ildə vəfat etmişdir. Elmi fəaliyyəti Dərslikləri Ardel rəhbərlik etdiyi məktəbin ehtiyacına əsasən, ümumi coğrafiya mövzusunu əhatə edən müasir dərsliklər hazırlamağa və bu sahədə boşluğu doldurmağa çalışırdı. Bu kolleksiyanın ilk dərsliyi 1940-cı ildə nəşr olunmuş və Ümumi Coğrafiya adlanırdı. Kitab Türkiyədəki iqlimşünaslıq üzrə ilk universitet kursu kitabıdır və Türkiyənin iqlim məsələlərini də əhatə edir. Elmi məqalələri Əhməd Hulusi Ardel'in elmi araşdırmalarının məhsulu olan məqalələri, geomorfologiyadan Ümumi ölkələr coğrafiyasına qədər bir çox mövzunu əhatə edir. Ancaq onların işlərinin çoxu geomorfologiya sahəsindədir. Bu, onun şəxsi meylindən, həm də təhsil aldığı yerli və xarici müəllimlərin təsirlərindən, təbiəti sevən bir insan olmasından irəli gəlirdi. Ardel geomorfologiya sahəsində müxtəlif mövzulara, xüsusilə hövzələrin formalaşması və geomorfoloji təkamülə xüsusi diqqət yetirmişdir. İşləri və nəşrləri içində sənaye coğrafiyası və coğrafiyanın metodologiyasını əhatə edən çox müxtəlif mövzuların tədqiq olunduğu elmi məqalələri vardır. Məsələn Cumhuriyyət Dövründə Sənaye (1944) adlı tədqiqatı Türkiyə Cumhuriyyətinin 11-ci ilində Türk sənayesinin müxtəlif sahələrdəki vəziyyəti və həyata keçirilən tədbirləri ortaya qoyan qiymətli bir sənəddir. 1940, Umumi Coğrafya Dərsləri, Cild 1, İqlimşünaslıq, İ.Ü. Coğr. İnst. Yay. No: 7, İstanbul. 1943, Mərməra Bölgəsinin Cənub şərqinin Morfolojik Xarakterləri, Türk Coğrafya Jurnalı, Sayı: 2, s. 160-173, İstnabul. 1943, Cumhuriyet Dövründə Sənaye, Türk Coğrafya Jurnalı, Sayı: 3-4, s. 316-351, İstanbul. 1992, Türk Ölkələrinin Təbii Coğrafiyası, Türk Mədəniyyət Araşdırma İnstitutu, Nəşr sayı: 121, Serial: 1, Sayı: A-23 (2-ci nəşr), s. 7-53, Ankara. 1969, "Geomorfologiya nədir?", "Geomorfologist kimdir və cəmiyyətdə məqsədi nədir?", "Geomorfologiya" jurnalı, 1, səh. 33-36, Ankara. 1964, Orta Asiya Coğrafiyasına ümumi baxış, Türk Mədəniyyət Araşdırma İnstitutu, 1, s.111-132, Ankara. 1964, Anadolu hövzələrinin meydana gəlməsi və təkamülü, Türk coğrafiyası jurnalı, No: 22-23, s.217-218, Ankara. | https://az.wikipedia.org/w/index.php?curid=519060 |
Əhməd Arif | Əhməd Arif (1927 Diyarbakır - 1991) şerləri ilə məşhurdur. Bir neçə dəfə həbs edilib. Bələdiyyə Məclisi Sur rayonun Yağçı küçəsinə yazıçı Əhməd Arifin adının verilməsi ilə bağlı qərar qəbul edib. Xarici keçidlər Şeirlər & Bioqrafiya Arxivləşdirilib 2008-05-09 at the Wayback Machine Şeirlər (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=98233 |
Əhməd Arif Hikmət Əfəndi | Əhməd Arif Hikmət Əfəndi (1786, Konstantinopol – 22 mart 1859, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Tam adı Seyid Hacı Əhməd Arif Hikmət Əfəndidir. 1786-cı ildə İstanbulda anadan olmuşdur. Atası İbrahim İsmet bəy padişah lll Selim dönəmində nakib-ül-eşraf [1] və kazasker[2] idi. Böyük babası və babası dövlət adamları olub vəzirlik rütbəsinə qədər yüksəlmişdilər. Ârif Hikmet, Dîvân-ı Ârif Hikmet Beyefendi (nşr. Mehmed Zîver), İstanbul 1283; Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), III, 40, 46; Vâsıf, Târih (İlgürel), s. 237, 256–257; Şehâbeddin Mahmûd el-Âlûsî, Ârif Hikmet: hayâtühû ve meâsirüh (nşr. Muhammed el-Hatrâvî), Beyrut 1403/1983; Fatîn, Tezkire, s. 70–71; Devhatü’l-meşâyih, s. 129–131; Ahmed Cevdet Paşa, Belâgat-ı Osmâniyye, İstanbul 1303, s. 171, 193, 203; Hediyyetü’l-ʿârifîn, I, 42, 188; Sicill-i Osmânî, I, 130; Gibb, HOP, IV, 350–355; Fatma Aliye, Ahmed Cevdet Paşa ve Zamanı, İstanbul 1332, s. 31–33, 43 vd., 50–55, 104; Osmanlı Müellifleri, II, 327 vd.; İlmiyye Salnâmesi, s. 590; İbnülemin, Son Asır Türk Şairleri, s. 636–646; Yusuf Sağlam, Şeyhülislâm Arif Hikmet Bey’in Arapça Divanı Tercümesi (mezuniyet tezi, 1947), İÜ Ed.Fak. Türkoloji Seminer Kitaplığı, nr. 1468; Harputlu İbrâhim Efendi, ed-Dürrü’l-muntaẓam fî menâḳıbı ʿÂrifi’l-Ḥikem, Ârif Hikmet Ktp., nr. 3847, s. 85; İsmail Cerrahoğlu, "Şeyhulislâm Arif Hikmet ve Medine-i Münevverede Kurduğu Kütüphane", AÜİFD, XXX (1988), s. 111; Fevziye Abdullah Tansel, "Ârif Hikmet Bey", İA, I, 564–568; R. Mantran, "Arif Hikmet Bey", EI2 (İng.), I, 630. | https://az.wikipedia.org/w/index.php?curid=615715 |
Əhməd Arifi paşa | Əhməd Arifi paşa (1830, Konstantinopol – 1895, Konstantinopol) — II Əbdülhəmid səltənətində 29 iyul 1879 - 18 oktyabr 1879-cu il tarixləri arasında iki ay iyirmi gün sədrəzəm olan Osmanlı dövlət xadimi. Sədrəzamlıyindən əlavə Əhməd Arifi paşa noyabr 1875 - may 1876-cı illər Vyana səfirliyi, 1874-cü ildə Xariciyə nazirliyi daha sonra da 19 oktyabr 1879-12 sentyabr 1880, 30 noyabr 1882-2 dekabr 1882 və 25 sentyabr 1885-4 sentyabr 1891 tarixlərinde 3 dəfə Şura-yi Dövlət sədri olmuşdu. Əyan məclisinin ilk təşkilində əyanlığa seçilmiş və daha sonra Əyan məclisi rəis vəkilliyinə gətirilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=276360 |
Əhməd Arslan xan | Əhməd bin Harun xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1102. ildə atası II Harun Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyyəti illərində Qaraxanilər dövləti Abbasi xəlifəsi ilə əlaqələr qurulmuşdur. Xəlifə Mustahzırbillah (1094-1118), Əhməd Arslan xanın istəyi ilə xütbə oxuyub, onu "Nüruddevle" adlandırmışdır. 1128. ildə Qaraxitaylar dövlətini Qaşqar şəhəri yaxınlığında məğlub edən Əhməd Arslan xan, onların qərbə irəlləməsinin qarşısını aldı. | https://az.wikipedia.org/w/index.php?curid=508137 |
Əhməd Attellesey | Əhməd Attellesey (30 iyul 1995) — Liviyalı üzgüçü. Əhməd Attellesey Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Əhməd Attellesey birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.89 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Attellesey 50 m sərbəst və kəpənək stilində Liviya rekordu qırdı. | https://az.wikipedia.org/w/index.php?curid=460544 |
Əhməd Atəş | Əhməd Atəş (1917 və ya 1911, Birecik[d], Şanlıurfa ili – 20 oktyabr 1966, İstanbul) — Kürd şərqşünası. Əhməd Atəş 1917-ci ildə Türkiyənin Birecik şəhərində anadan olmuşdu. Konya litseyində oxuduqdan sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsini 1939-cu ilda bitirmişdi. Eyni il asistent oldu. Professor Hellmut Ritterin yanında ərəb-fars filologiyası çalışmalarına başladı. 1953-cü ildə də professor oldu. Şərqşünaslıq İnstitutnun rəsmi quruluşunu təşkil etdi. Ayrıca yabançı bilim adamlarıyla Şark Tetkikleri Cemiyətinin qurulması onun sayəsində başa gəldi. Hasan Ali Yücelin Milli Təhsil nazirliyi dönəmində yayınlanma qərarı çıxan İslam ensiklopediyasının yayın qurulunda Adnan Adıvar ilə çalışmağa başladı. İran ədəbiyyatına ilişkin çalışmalarından ötürü İran tərəfindən ona "Bilimsel Takdir Madalya"sı verildi. 1964-cü ildə tanınmış şərqşünas alim Əhməd Atəş ustadın "Heydərbabaya salam" mənzuməsinin elmi izahını Türk oxucusuna təqdim etdi: Ədəbiyyat müəllimi Fikret Atəş ilə evliliyindən Ertunga Atəş (1941) və Toxtamış Atəş (1944) adında iki oğlu vardır. | https://az.wikipedia.org/w/index.php?curid=311315 |
Əhməd Avdorxanov | Əhməd Avdorxanov (5 avqust 1971, Alleroy[d], Çeçen-İnquş MSSR – 12 sentyabr 2005) — Tanınmamış Çeçen İçkeriya Respublikası komandiri, İçkeriya milli ordusunun briqada generalı. 1990-cı illərin əvvəllərindən etibarən Dudayev tərəfdarı olan silahlı birləşmələrinin fəal iştirakçısı, 1994-cü ildən prezident Cövhər Dudayevin mühafizəçisi, Masxadovun mühafizə rəisi (1997-ci ildən), Prezident Qvardiyasının komandiri (2000-ci ilin fevralından), ÇİR Silahlı Qüvvələrinin Şərq Cəbhəsinin Qudermes sektorunun komandiri (2003–5 may 2005), ÇİR Silahlı Qüvvələrinin Şərq Cəbhəsinin komandiri (5 may — 12 sentyabr 2005). Aslan Masxadovun ən yaxın adamı. Məsxadovun qızı ilə evli olmuşdur. 12 sentyabr 2005-ci ildə vəfat edib (34 yaşında). 5 avqust 1971-ci ildə Çeçen İnquş Muxtar Sovet Sosialist Respublikasının (indiki Çeçenistanın Kurçaloyevski rayonu) Nojay-Yurtovski rayonunun Alleroy kəndində anadan olub. 1977-ci ildə yerli məktəbin hazırlıq sinfinə daxil olur. 1989-cu ildə Sernovodsk Kənd Təsərrüfatı Texnikumunu aqronom ixtisası üzrə bitirmişdir. 1989–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin sıralarında, Tartu (Estoniya SSR) şəhərində yerləşən raket qoşunlarında xidmət etmişdir. Baş çavuş rütbəsi ilə ehtiyata buraxılıb. "Çeçen inqilabı" 8 iyun 1991-ci ildə Çeçen Xalqının Milli Konqresinin II sessiyasında SSRİ Hərbi Hava Qüvvələrinin aviasiya generalı Cövhər Dudayev Çeçen İçkeriya Respublikası müstəqilliyini (Noxçi-ço) elan edir. Beləliklə respublikada ikili hakimiyyət yaranır. 27 oktyabr 1991-ci ildə respublikada Dudayevin silahdaşlarının nəzarəti altında Çeçenistan İçkeriya Respublikasının Prezidenti və parlamentinə seçkilər keçirilir. Cövhər Dudayev respublikanın prezidenti seçilir. Avdorxanov 1991-ci ilin payızında Qroznı şəhərində baş vermiş inqilabi hadisələrin fəal iştirakçısı olur. 24 dekabr 1991-ci il tarixli Çeçenistan Respublikasının Müdafiəsi haqqında Qanun Çeçenistanın bütün kişi vətəndaşları üçün məcburi hərbi xidmət tətbiq edir. Eyni zamanda 19–26 yaşlı gənclər həqiqi hərbi xidmətə çağırılır. 20 yaşlı Əhməd Avdorxanov Dudayevin Prezident Qvardiyasında xidmət edir. 1994-cü ilin yayından bəri Çeçenistanda Dudayevə Rusiyanın qeyri-rəsmi dəstək verdiyi Çeçenistan Respublikasının Müvəqqəti Şurasının müxalifət qüvvələri arasında döyüşlər gedir. Birinci Çeçenistan müharibəsi Birinci Çeçenistan müharibəsinin başlanmasının ilk günlərindən (26 noyabr 1994-cü ildən, Çeçenistan Respublikasının Müvəqqəti Şurasının qüvvələri Rusiya helikopterlərinin və zirehli texnikalarının dəstəyi ilə Qroznıya hücum etdikdən) Cövhər Dudayevin prezident qvardiyası tərkibində döyüşür. 1995-ci ildən Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aslan Masxadovun şəxsi mühafizəsində olur, 1996-cı ildə isə bu mühafizə xidmətinə rəhbərlik edir. Müharibələrarası dövr 21 aprel 1996-cı ildə Cövhər Dudayev öldürülür. 31 avqust 1996-cı ildə Xasavyurt şəhərində Rusiya və İçkeriya nümayəndələri atəşkəs sazişi imzalayır. Rusiya qoşunları Çeçenistandan tamamilə çıxarılır və respublikanın statusu ilə bağlı qərar 2001-ci il dekabrın 31-nə qədər təxirə salınır. 1997-ci ilin yanvarında Aslan Masxadov ÇİR-nın prezidenti seçiləndə Avdorxanov Prezident Qvardiyasının rəisi olur. 1997-ci ildə Avdorxanov ÇİR Prezidenti Aslan Masxadov ilə birlikdə Səudiyyə Ərəbistanında müsəlmanların müqəddəs yerlərinə həcc ziyarəti edir. ÇİR Prezidenti Aslan Masxadovu bütün xarici səfərlərində müşayiət edir: Azərbaycan, Böyük Britaniya, Gürcüstan, Malayziya, Rusiya, ABŞ, Türkiyə və s. İkinci Çeçenistan müharibəsi 1999-cu ilin sentyabrında Rusiya qoşunlarının Çeçenistana daxil olmasından sonra Masxadov silahlı müqavimətə rəhbərlik və Çeçen İçkeriya Respublikasının Dövlət Müdafiə Komitəsinin rəhbəri vəzifəsini icra edir. Avdorxanov İkinci Çeçenistan müharibəsinin fəal iştirakçısı olur. 2000-ci ilin fevralından Avdorxanov Prezident Qvardiyasının komandiri idi (Vaştar çayı dərəsində öldürülən İlyas Talxadovun yerinə). 2000-ci il martın əvvəlində Masxadov Rusiya Federasiyasının Şimali Qafqaz üzrə Baş Prokurorluğu tərəfindən silahlı üsyanda ittiham edilərək federal axtarışa verilir. 2000-ci il iyunun 12-də Rusiya prezidenti Vladimir Putin Çeçenistanın müftisi Əhməd Kadırovu Çeçenistan Respublikasının administrasiyasının rəhbəri təyin edir. Avdorxanov Masxadovla birlikdə Çeçenistanın dağlıq hissəsində gizlənir. 2003-cü ildə ÇİR Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aslan Masxadovun əmri ilə ÇİR Silahlı Qüvvələrinin Şərq Cəbhəsinin Qudermes sektorunun komandiri təyin edilmişdir. 2004-cü ilin sentyabr-oktyabr aylarında Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları səhra komandiri Əhməd Avdorxanovun dəstəsinə qarşı əməliyyat keçirir. Xüsusi əməliyyata Çeçenistan Respublikası hökumətinin baş nazirinin birinci müavini Ramzan Kadırov rəhbərlik edirdi. 2005-ci il mayın 5-də ÇİR Prezidenti Əbdül-Həlim Sadulayevin fərmanı ilə ÇİR Silahlı Qüvvələrinin Şərq Cəbhəsinin komandiri təyin edilir. O, ÇİR-nın ali "Koman siy" ("Millət şərəfi") ordeninin və ÇİR-nın bir sıra digər hökumət mükafatlarının sahibi olur. O, ÇİR Silahlı Qüvvələrinin briqada generalı hərbi rütbəsinə malik idi. Avdorxanov İkinci Çeçenistan müharibəsinin ən nüfuzlu komandirlərindən biri olaraq, xüsusi cəsarəti ilə seçilir, vəhhabilərə qəti şəkildə qarşı çıxırdı (amma sonda: şəraitə görə vəhhabilərə yaxın olur). O, 2005-ci il sentyabrın 12-də zəhərlənərək öldürülür. Ölümü barədə xəbərlərdən sonra həm silahdaşları, həm də düşmənləri onun haqqında böyük hörmətlə danışır. Evli idi, bir qızı var. Onun kiçik qardaşı, Qafqaz Əmirliyində səhra komandiri olan Zaurbek Avdorxanov (Əmir Zaurbek) 2012-ci ildə öldürülür. | https://az.wikipedia.org/w/index.php?curid=725743 |
Əhməd Axundzadə | Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 5 may 1892, Aşağı Seyfəli, Yelizavetpol qəzası – 12 oktyabr 1937, Bakı) — Azərbaycan şairi, tərcüməçi, AYB-nin üzvü (1934), professor (1933), Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) Azərbaycan Respublikasının rəsmi dövlət himninin sözlərinin müəllifi böyük şairimiz Əhməd Cavaddır. Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Həyatının ilk illəri və təhsili Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Ə. Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Ə. Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub.Şairin atasının vəfat tarixi bir sıra mənbələrdə fərqli göstərilir. Akademik B. Nəbiyevin "Əhməd Cavad" adlı kitabında 1897-ci il, tədqiqatçı N. Ələkbərlinin "Üç budaq" kitabında 1898-ci il, R. Salmanlının "Əhməd Cavadın yaradıcılıq yolu" və "Əhməd Cavad. Sən olasan gülüstan" adlı kitabda isə 1900-cü il olaraq göstərilir. Belə ki, şairin atası Məmmədəli Axundzadə Gəncədə çovğuna düşür. O, bu çovğunda möhkəm soyuqlayır və az sonra rəhmətə gedir. Şairin anası Yaxşı xanım 1938-ci ildə dünyasını dəyişib.Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənmişdir. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən deyirdi. Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə-əvvəlki ərindən olan uşaqlarının yanına gedir. Cavadın Gəncəyə ilk gəlişi 1906-cı ilə təsadüf edir. Bu tarixə şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakteri daşıyan, 1908-ci il sentyabrın 9-da yazılmış "Gəldim Gəncəyə" şeirində rast gəlinir. Şairin anası xalça sexində işə düzəlir, Zərrabi küçəsində, keçmişdə Əli Rzayevin mülki kimi tanınan binada mənzil kirayələyir və oğlu Cavadla burada yaşayır. Şəhər bazarında dəmirçi işləyən Cavadın ögey qardaşları Məsim və Qulu bu ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına oxumağa qoyurlar. Seminariyada əla qiymətlərlə oxuduğuna görə "Xeyriyyə" cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin əmisi) kimi tanınmış ziyalılar dərs deyirlər. Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad (türkiyəli Əhməd Cavadın qardaşı) adlı müəllim Cavadın inkişafında böyük rol oynamışdır. Şeirin qayda-qanunlarını demək olar ki, ona S. Cavad öyrətmişdir. Öz qələm təcrübələrinə hələ seminarist ikən başlayan Ə. Cavad ilk şeirlərilə bəzi müəllimlərinin diqqətini cəlb etmişdi. Belə ki, 1910-cu ildə Cavadın müəllimi A. Tofiqin dostu A. Şaiqə göndərdiyi məktubda o yazırdı: Professor Cəlal Qasımov tədqiqatlarında göstərir ki, A. Sur tələbəsi gənc yazar Ə. Cavadı təkcə öz şair dostları arasında deyil, daha geniş dairədə təbliğ edərək, görkəmli şərqşünas alim, dostu Qordlevskiyə də ünvanladığı məktubların birində Cavadın yaradıcılığına böyük ümidlər bəslədiyini və qürur duyduğunu bildirir. Ə. Cavad seminariyada altı il təhsil alır və 1912-ci ildə təhsilini başa vurur. 1912-ci il mayın 27-də Ə. Cavada təqdim olunmuş şəhadətnamədə göstərilir ki, C. Axundzadə seminariyanı 10 fəndən: "İlahiyyat", "Quranın oxunması", "Rus dili", "Tatar (Azərb.)dili", "Ərəb dili", "Fars dili", "Tarix", "Coğrafiya", "Təbiət tarixi" və "Gigiyena" fənlərindən əla qiymətlərlə bitirmişdir. Üç fəndən- "Həndəsə", "Cəbr" və "Riyaziyyat"dan dörd tam yarım almışdır. Filologiya elmləri namizədi N. Qəhrəmanov bir məqaləsində göstərir ki, Ə. Cavad "İranda təhsil alıb". ("Şair və tərcüməçi", "Ədəbiyyat və incəsənət", 20 sentyabr, 1985-ci il). Lakin başqa mənbələrdə bunu təsdiq edən bir fakt yoxdur.Şair 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alır. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır. Türk Ağsaqqalları Birliyinin fəxri üzvü Cavad Axundzadənin ulu babasıdır. Yaradıcılığı Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. Əruz vəznindən şair yalnız yaradıcılığının ilk dövrlərində istifadə etmişdir. "Utan", "Müəllim" şeirləri onun ilk qələm təcrübələrindəndir. Ə. Cavadın arxivində "Fələk dil kabab…" adlı 34 səhifəlik bir əlyazması saxlanılır. Bu şeirlər toplusunun əksəriyyətini şair mədrəsədə oxuduğu illərdə qələmə almışdır. Onların çoxu ərəb-fars sözləri, tərkibləri ilə doludur. Bu şeirlər klassik rübai, qəzəl formalarında yazılmışdır. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.Ədəbiyyata bu səpkili şeirlərlə gələn Ə. Cavadın bir neçə ildən sonra şeir dili sadələşmişdir. 1913-cü ildə qələmə aldığı "Dilimiz" şeiri buna misaldır. Şair həmin şeirdə dilin saflığının qorunması ilə bağlı məsələlərə toxunmuş, ona özünün aydın münasibətini bildirmişdi. Dili yad ünsürlərlə, yabancı sözlərlə süni surətdə dolduranlara qarşı çıxmışdır. Baxaq dilimizə nələr görünür: Oxuyub-anlamaq yazmaqdan gücdür. Yazan düşünmədən yazsa da belə, Oxucu beş-on gün gərək düşünə, Ki, anlasın bu söz ərəbmi, farsmı? Şair bütün vəznlərdən, şeir formalarından daha artıq qoşmaya və bayatıya üstünlük vermişdir. Ə. Cavadın yaradıcılığında realist səpkili əsərlərinə də təsadüf olunur. Belə ki, romantik üslubla, realist üslub paralel şəkildə inkişaf etdirilmişdir. "Yazım gəl!" ,"Yuxuma gəlmişdin", "Sevgi candan ayrılmaz" və s. adlı şeirləri, eləcə də aşıq şeirlərinə nəzirə kimi qoşduğu şərqilərdən "Səhər-səhər", "Olmaz" bayatıları, oxşamaları daha çox diqqəti cəlb edir.1912-ci ildə Ə. Cavad Gəncə mədrəsəsində öz təhsilini qurtaran dövrdə müəllimi Abdulla Sur dünyasını dəyişir. Onun dəfni mərasimində olan çıxışlar həmin ilin may ayının 17-də "İqbal" qəzetində dərc edilmişdir. Dərc olunan şeirlərin sırasında Əhməd Cavadın müəlliminə həsr etdiyi şeir də vardı. Bu barədə H. Cavid "İqbal" qəzetində yazmışdır: H. Cavid Ə. Cavadın 26 misralıq bu şeirini bötüvlükdə məqaləsində çap etdirir. Həmin şeir nəzərə alınmazsa, şairin məlum olan ilk mətbu əsəri 1913-cü ildə həftəlik ictimai-siyasi və elmi-ədəbi "Şəlalə" jurnalının 18-ci nömrəsində çap olunmuş "Müdhiş düşüncələrim" adlı şeiridir. Həmin jurnalın redaktoru X. Səbribəyzadə adı çəkilən şeiri kəskin şəkildə tənqid etmişdir. Ə. Cavad da "Şəlalə" mühərriri Səbribəyzadəyə cavab" adlı məqaləsini bütövlükdə "İqbal" qəzetinin 1913, 19–20 tarixli nömrəsində dərc etdrimişdir.Ə. Cavadın inqilabdan qabaq dövrü mətbuatda dərc olunmuş yazılarında insanlar dostluğa, qardaşlığa və birliyə çağrılır. Məsələn, 1911-ci ildə onun yazdığı "Bir-birimizi sevəlim" adlı məqaləsi "Məktəb" jurnalında dərc olunmuşdur. Şairin "Məktəb" jurnalında çap etdirdiyi uşaq şeirləri də diqqətəlayiqdir. İlk şeirlər kitabı Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, "Açıq söz" mətbəəsində nəşr olunmuşdur. Kitabın çapı zamanı şair Batumda idi. Burada toplanan şeirlər müəllifin ayrı-ayrı qəzet və jurnallarda dərc edilmiş əsərləridir. Şeirlər əvvəlcədən o qədər hüsn-rəğbət qazanmışdır ki, onları bir toplu şəklində doktor Xosrovbəy Sultanonovun şəxsində "Cəmiyyəti-Xeyriyyə" nəşr etdirmişdir. Cavad bu hadisədən bir il sonra xəbər tutmuş, Bakıya göndərdiyi "Təşəkkür" adlı məktubu Məhəmməd Əmin Rəsulzadənin redaktə etdiyi "Açıq söz" qəzetinin 1917-ci il 24 may nömrəsində dərc edilmişdir. Məktubda deyilir: Kitabda şairin yaradıcılığının təqribən on ilini əhatə edən dövr haqqında aydın təsəvvür yaranır. Şair yaradılığının ilk illərindən azyaşlı və məktəbyaşlı uşaqlar üçün gözəl əsərlər yazmışdır. "Balalarıma" adlı şeiri də məhz uşaqlara xitabən yazılmışdır və "Qoşma" adlı şeirlər kitabında nəşr olunmuşdur. Bu kitabda şairin əsasən 1912–1916-cı illərdə qoşduğu qoşmalar toplanmışdır. "Qoşma" Türkiyədə də rəğbətlə qarşılanmışdı. Şair Azərbaycan Maarif işləri ittifaqına yazdığı ərizədə bildirirdi: Bu əsərlərin bir yeniliyi də onların bir hissəsinin elə qoşma şəklində olması, sadə xalq dilində yazılması idi. Hərbi fəaliyyəti Balkan müharibəsində Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında müharibə başlarkən, əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsi cəbhəyə gedib, Türkiyə tərəfindən əməliyyatlara qoşularaq Bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak edib. Həmin könüllü dəstənin tərkibində Əhməd Cavad da əqidə dostları İ. Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə iştirak edib. Həmin vaxtda Cavadın 20 yaşı vardı. Əhməd Cavadın Balkan müharibəsində iştirakı ilə bağlı Hüseyn Baykara özünün "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabında yazmışdır: Əhməd Cavad 1912–1913-cü illərdə Balkan müharibəsində iştirak edib. Birinci Dünya müharibəsində iştirakı Müharibə dövründə əmək fəaliyyəti və yaradıcılğı Ədəbiyyata romantik şair kimi gələn Əhməd Cavad Birinci Cahan müharibəsində iştirakı ilə bağlı olaraq onda realizmə, realist təsvirlərə meyl güclənmişdir. Nəhayətdə realizm onun yaradıcılığında aparıcı mövqeyə çevrilmiş, sonrakı illərdə əsasən öz əsərlərini realist üslubda qələmə almışdır. Əhməd Cavad müharibədə dövründə yazdığı məqalələrini Bakı mətbuatında çap etdirmişdir. Şair Bakıda nəşr olunan bir çox qəzetlərin xüsusi müxbiri vəzifəsini daşıyırdı. Cavadın çıxış və məqalələri, əsasən, "İqbal", "Yeni iqbal","Şəlalə", "Açıq söz", "Azərbaycan", "Maarif və mədəniyyət", "Arı", "Maarif işçisi" kimi mətbuat orqanları ilə bağlı olub. Həmin dövrdə onun yaradıcılığında bayatı və publisistika ilə yanaşı, xəbərlər, reportajlar, oçerklər, felyetonlar, sənədli hekayələr və s. nəsr nümunələri yaratmaq meyli güclənmişdir. O, tarixi essələr, etnoqrafik etüdlər, məlumat xarakterli məqalələr, xatirələr, memuar əsərlər də qələmə alırdı. Ədib 1914-cü ildən "Açıq söz" qəzetinin müxbiri kimi fəaliyyət göstərmişdi.Onun əsərlərinin nəşr edilməsinə o zamanlar "Açıq söz" qəzetinin mühərriri Məhəmməd Əmin Ə. Rəsulzadə köməklik göstərirdi. Bu qəzetdə onun bir çox maraqlı yazıları, publisistik məqalələri, şeirləri dərc olunub. "Açıq söz" qəzeti Müsavat Partiyasının orqanı idi və Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Əli Rəsulzadə qardaşlarının rəhbərliyi altında çıxırdı. Məhəmməd Əmin Rəsulzadə ilə xüsusi yaxınlığı, milli ideallara bağlılığı Ə. Cavadı bu qəzetə gətirmiş, onun ən fəal müxbirləridən biri etmişdi.Əhməd Cavad savaş illərində əməli fəaliyyətlə, xeyriyyəçiliklə, zərərçəkənlərə yardım işi ilə məşğul olmaqla, bu mövzuda çeşidli, silsilə məqalələr yazmaqla yanaşı, şeir yaradıcılığını da davam etdirirdi. Bu cür şeirlərin çoxu savaş faciələri, xalqın həyatı mövzularında idi. Onun "Şeirimə" (1913), "Hərbzədələrə", "İmdad", "Nə gördümsə", "Ümidimə", "Dərdim" (1917, mart, Çaqva), "İraq", "Axşamlar" (1916, Qudaud), "Mayıs" (1916, Suxumi), "Şəhid əsir", "Haralısan?…" (1916, Batum), "Oyan", "Yazıq", "Kuropatkinə" (1917, Çaqva), "Aşiqin dərdi" (1919, Kutaisi), "Beşik" (1917, iyul, Çaqva), "Of, bu yol" və başqa şeirləri belə əsərlərdəndir.Şairin "Yas türküsü" şeiri nəşri baş tutmayan "Səadət" müəllimləri məcmuəsi üçün göndərilmişdi. Buna baxmayaraq, mərsiyə məzmunlu şeir çapdan kənarda qalmamış, şeiri "İqbal" qəzeti 24 mart 1915-ci il tarixli nömrəsində dərc etmişdir. Yeddi bənddən ibarət olan, gəraylı formasında qoşulmuş "Nə gördümsə" şeiri də eyni məzmunludur. Şairin "Axşamlar" şeiri "Açıq söz" qəzetinin 1916-cı il 6 aprel tarixli nömrəsində ilk dəfə dərc edilmişdir. "Axşamlar" şeiri də eyni məzmunludur. Əhməd Cavadın "Açıq söz" qəzetinin 1917-ci il 4 iyul nömrəsində çıxan başqa bir məqaləsindən məlum olur ki, o, həmin illərdə Rizə və Trabzon bölgələrində də olmuşdur 1916-cı ildə şairin "İki düşmən" adlı hekayəsi "Açıq söz" qəzetində nəşr olunmuşdu. Bu nəsr əsəri onun ilk hekayəsi idi. Savaş illərində qələmə alınan "İki düşmən" hekayəsi bəşəri, ali duyğuların təbliğ edilməsi baxımından maraqlıdır. Arxa cəbhədə tanış olmuş osmanlı və rus əsgərinin mehribançılığını və səmimiyyətini mənsub olduqları millətlərin ürək təmizliyi və alicənablığı ilə də əlaqələndirən Cavad hekayəsini Ə. Hüseynzadənin məşhur "Heyrət", yaxud "Bir Mələyin insanlara xitabı" şeirilə bitirir. 1917-ci ildə Bakıda "Cəmiyyəti-Xeyriyyə" xətti ilə Azərbaycan yazıçı və şairlərinin Türkiyənin I Cahan savaşında çəkdiyi müsibətlər mövzusunda yazılan şeir, hekayə və məqalələri "Qardaş köməyi" kitabında toplanmışdı. Həmin kitabda Məhəmməd Əmin Rəsulzadə, H. Cavid, A. Şaiq, A. Səhhət, F. Köçərli, Ə. Haqverdiyev, M. S. Ordubadi, Məmməd Yusif Cəfərov, Xosrov bəy Sultanov, C. Cabbarlı və s. müəlliflərin (cəmi 37 nəfər) əsərləri yer alır. Ə. Cavadın "Xuda qəbul nəkə" (Allah qəbul eyləməsin) hekayəsi və "Yazıq" şeiri də məcmuəyə daxil olan əsərlər arasındadır. Publisistik üslubda olan "Xuda qəbul nəkə" hekayəsi Cavadın şahidi olduğu hadisə əsasında yazılıb. "Qardaş köməyi" kitabı hərbzədələrə yardım çağırışı xarakterinə görə rəğbətlə qarşılanmışdır. Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı professor Yavuz Akpınar həmin kitab haqqında yazır: Şairin "İqbal" qəzetinin 1917-ci il 15 may, 16-cı nömrəsində nəşr edilmiş "Mayıs" adlı şeiri Ə. Cavadın seçilmiş əsərlərinin I cildində "İmdad" adı ilə çap olunub. Bu iki variant arasında bəzi fərqlər mövcuddur. 1915-ci ildə Qars və Ərzurum əraziləri rus ordusu tərəfindən işğal olunduqda Ə. Cavad 22 mart 1915-ci ildə "Nə gördümsə" şeirini yazır. Cavadın 10-cu illərin əvvəllərindəki axtarışlarında Yaradana müraciətlə yazılmış "Münacat" adlı xüsusi bir əsəri də var. Əhməd Cavad cəbhəyə nə üçün gəldiyini "Heyhat!" şeirində bəyan etmişdir. Şair bu şeiri Ərdəhanda qələmə alıb. Şeir "Yeni iqbal" qəzetinin 15 may 1915-ci il tarixli nömrəsində "Ərdəhan-Cavad" imzası ilə dərc olunmuşdur. Şair 1915–16-cı illərdə yazdığı şeirlərdə xüsusilə türk xalqlarının başına gətirilən fəlakətləri qələmə almışdır.Əhməd Cavad 1914–1917-ci illərdə Acarıstanda kənd-kənd dolaşaraq müxbir kimi fəaliyyət göstərmiş, buradakı ictimai-siyasi durum haqqında "İqbal", "Yeni İqbal", əsasən, "Açıq söz" qəzetlərinə silsilə məqalələr göndərmişdir. Həmin silsilə məqalələrdən biri olan "Acara məktubları" da "Açıq söz" qəzetində 1915-ci ilin 3 noyabr, 14 dekabr, 15 dekabr, 30 dekabr və 1916-cı ilin 25 mart tarixli nömrələrində dərc olunmuşdur. "Acara məktubları" beş silsilə məqalədən ibarət olub, bədii-publisistik üslubdadır. Məktublarda Türkiyə-Gürcüstan-Acarıstan münasibətləri, Azərbaycan nümayəndələrinin fəaliyyəti, Bakının yardımları, Acarıstanın tarixi, təbiəti, xalqın məişəti, adət-ənənələri, Türkiyəyə arxalanması, dil, din, məktəb, maarif və s. məsələlər işıqlandırılır. Acarıstanın ticari-iqtisadi həyatından bəhs edən Cavad hətta buradakı evlərin belə "tamamilə türk tərzi memariyyəsində yapıldığını", acarların geyimlərini "Anadolunun qiyafətinin incə bir şəkli" olduğunu qeyd edir.Ümumiyyətlə, şair publisistin "Acara məktubları", "Acariyada dil", "Lazlara kömək", "Suxum yolunda", "Rizə və Trabzon fəlakətzədələri", "Batum Müsəlman Birlik Cəmiyyətindən", "Kars heyətinin gördüyü işlərdən", "Gürcü mətbuatı və Acara" kimi bir çox məqalə və müxbir məktublarında yerli türk, həm də acar xalqlarının keçmişi, hazırkı vəziyyəti barədə çox qiymətli tarixi, etnoqrafik məlumatlar, materiallar vardır. Əhməd Cavadın dekabrın 5-də Batuma gəlməsi haqqında məlumat "Açıq söz" qəzetinin 20 dekabr 1915-ci il sayında dərc olunmuşdur. Filologiya elmləri doktoru Əli Saləddin araşdırmalarına əsasən qeyd etmişdir ki, Cavad Acarıstanda 50 kənddə olub, 6671 nəfərə yardım göstərib.Əli Salədinin "Əhməd Cavad" adlı kitabında qeyd edir ki, 1915-ci ildə "Yeni iqbal" və "Açıq söz" qəzetləri Əhməd Cavadın iki xəbərini öz səhifələrində çap etmişlər. Birinci xəbər "Batumdan müxbirimiz yazır" başlığı ilə getmişdir. Orada deyilir: İkinci xəbərdə Cavadın "Acariya məktubları" haqqında məlumat verilərək yazılır: Afina Məmmədli "Əhməd Cavad və Türkiyə" adlı kitabında isə qeyd edir ki, Əhməd Cavadın "Kars heyətinin gördüyü işlərdən" başlıqlı məqaləsindən məlum olur ki, həmin ilin mart ayında o artıq Qarsda imiş. Bu barədə "Yeni iqbal" qəzeti yazırdı: Ə. Cavadın 1915-ci ildə "Açıq söz" qəzetində çıxan silsilə "Acara məktubları" məqaləsindən o da məlum olur ki, həmin il oktyabrın 30-da Əhməd Cavadgil artıq Batumda fəaliyyətə başlamışlar. Bu məqalədən o da anlaşılır ki, Cavad Axundzadə Artvində də olmuş və buradakı müharibə zərərdidələrinə yardım göstərilməsini təşkil etmişdir. Əhməd Cavadın "C" imzası ilə "Kars heyətinin gördüyü işlərdən" xüsusi müxbirimizdən" məqaləsi "İqbal" qəzetinin 1915-ci il 14 aprel tarixində nəşr edilmişdir. Cavad "Kars heyətinin gördüyü işlərdən" başlıqlı məqaləsində "Cəmiyyəti-Xeyriyyə"nin Qars, Ərdahan, Soğanlıq, Xorasan, Sarıqamışda göstərdiyi xeyriyyəçilik və yardım işlərindən bəhs edir. O, burada əhalinin məruz qaldığı fəlakətlərin söylənilənlərdən və təsəvvür edildiyindən də qat-qat böyük olduğunu bildirir. Məqalədən məlum olur ki, Cavadgil müharibə zərərdidələrinə təkcə onların yerləşdikləri məkanlarda maddi və xeyriyyə yardımları göstərməklə kifayətlənmirdilər. Onlar mümkün qədər bu qaçqınları daha sakit və əmin-amanlıqda olacaqları yerlərə köçürməyə çalışırdılar. Qarsdakı müharibə fəlakətzədələrinin bir çoxu o zaman Bakı və Gəncə bölgələrində yerləşdirilirdi Bu haqda həmin məqalədə belə məlumat verilir: Müəllif "Lazlara kömək" adlı məqaləsində Acara ilə "həmhüdud" ərazidə yaşayan lazlar haqqında yazmışdır: Bu məqalədə lazların həm ərazi, həm də mənəvi cəhətdən türklərə yaxın və doğma olduğu göstərilmişdir. Əhməd Cavadın 1915-ci il dekabrın 23-də "Açıq söz" qəzetində "Batum oblastının Təhqiqat Komissiyası" xüsusi müxbirimizdən" başlığı ilə çap olunan məqaləsində yaşadığı və işlədiyi regionda olan tarixi, siyasi və ictimai hadisələr qələmə alınmışdır. "Rizə və Trabzon fəlakətzədələri" məqaləsindən də məlum olur ki, Cavad "Cəmiyyəti-Xeyriyyə" xətti ilə onlara kömək etmişdir. Şairin "Açıq söz" qəzetinin 1 avqust 1916-cı ildə çap edilən "Suxum yolundan" adlı məqaləsində isə qeyd olunub: Əhməd Cavadın qələmindən çıxan məqalələrdə dövrün bir çox aktual məsələləri öz əksini tapıb. Onun "Suxum yolundan" yol qeydləri, "Acarıstanda bir vaqe münasibətilə" milli münasibətlərə həsr olunmuş reportajı, "Yanlış xəbər münasibətilə" adlı türk xalqları üçün məktəb açmaq problemindən bəhs edən müəllim və pedaqoq mülahizələri, "Gürcü mətbuatı və Acara" yazısı ilə verilmiş iki qonşu xalqın arasında cərəyan edən münasibətlər, "Batumda müsəlman mitinqi"ndə müsəlmanların hökumət qarşısında qaldırdığı problemlərin həll edilməsi üçün irəli sürülən tələblər, "Trabzon fəlakətzədələri"ndə rus və türk xalqlarının mübarizəsində gürcülərin və ermənilərin tutduqları mövqe, "Yuxarı Acarada cameyi-şərif rəsm guşadı" məqaləsində acarlar üçün Azərbaycan türklərinin məscid açması, "Orucluq"da ifadə edilən xalq bayramı, "Lazlara kömək" əsərində və s qələm məhsullarında "Cəmiyyəti-Xeyriyyə"nin nümayəndələrinin gördüyü işlərin təsviri öz parlaq əksini tapmışdır.Əhməd Cavad 1914–1918-ci illərdə Birinci Cahan müharibəsində olarkən Batumda müntəzəm surətdə axşam kurslarında dərs demiş, təzə təşkil olunmuş məktəblərdə "Nümunə dərsi" vermiş, müəllimləri yeni-yeni metodik göstərişlərlə zənginləşdirmişdir. O, şagirdlərin köməyi ilə yerli adamlardan folklor nümunələri, o sıradan bayatılar toplayır, özü də bayatı formasında şeirlər qoşurdu. "İqbal" qəzetinin 1914-cü il 30 aprel tarixli nömrəsində Cavadın "Yeni nəsil İctimai yaralarımız" adlı məqaləsi nəşr olunmuşdur. Bu məqalədə Azərbaycanda məktəbin, müəllimin və şagirdlərin acınacaqlı vəziyyəti öz əksini tapmışdı. "İqbal" qəzetinin 1914-cü il sentyabr nömrələrindən birində Ə. Cavadın "Gəncədən" adlı bir məqaləsi dərc olunmuşdu. Məqalə İsmayıl Mirzə Qaspirinskiyə həsr olunmuşdu. Cavad ömrü boyu Türk ellərini gəzmiş, bir çox yerlərdə məktəb təşkilində, uşaq evlərinin açılmasında böyük fəaliyyət göstərmişdir. Acar elində, Gürcüstanın bəzi kənd və şəhərlərində uşaq evləri və məktəblər açılmasında yaxından iştirak etmişdir.I Cahan müharibəsi Əhməd Cavad yaradıcılığında xüsusi mərhələ təşkil edir. Bunu professor Ə. Cəfəroğlu belə yazırdı: "Çırpınırdın, Qara dəniz!" Əhməd Cavad Türkiyə səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazmışdır. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınmışdır. Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi "Çırpınırdın, Qara dəniz" şeiri Türkiyədə ən çox "Yol ver türkün bayrağına" adıyla məşhurdur. Şeirin Türkiyədə sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idisə, bir səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur "Həmidiyyə" zirehli gəmisinin Yunanıstanın "Averof" hərbi gəmisini məhv etməsidir. Birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı "Həmidiyyə" zirehli gəmisi ilə gecə Odessa limanına girir və rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları "Kazbek" və "Kaqul" adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırır, Odessa limanını bombardman edir. Cavad da 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq, 1914-cü ildə həmin şeiri yazmışdır. Şeir Rusiyanın "Kazbek" və "Kaqul" hərbi zirehli gəmisinə meydan oxuyan məşhur "Həmidiyyə" hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınmışdır. Gəminin kapitanı Atatürklə yaxın olmuş, Başbakanlıq və Böyük elçilik vəzifələrində çalışmış admiral Rauf Orbay bu hünərinə görə "Həmidiyyə" qəhrəmanı kimi şöhrətlənmişdir. Çırpınırdın, Qara dəniz, Baxıb Türkün bayrağına! "Ah!…" deyərdin, heç ölməzdim, Düşə bilsəm ayağına! Şair Rəfiq Zəka Xəndan bu barədə deyirdi: Tarixçi alim Muhiddin Nalbəndoğlu bu mövzudan bəhs edərkən yazırdı: Xeyriyyə cəmiyyətində fəaliyyəti XX əsrin birinci yarısında Bakıda bir sıra müsəlman xeyriyyə cəmiyyətləri yaranmışdı. 1905-ci il inqilabından sonra meydana çıxan bu cəmiyyətlərin əsas vəzifəsi və amalı xalqın mədəni-maarif sahəsindəki inkişafına yardım etmək olmuşdur. Belə cəmiyyətlərdən biri də "Cəmiyyəti-Xeyriyyə" adlanırdı. Azərbaycanda 1905-ci ildən fəaliyyətə başlayan "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti"nə səsvermə ilə məşhur Azərbaycan milyonçuları Hacı Zeynalabdin Tağıyev sədr, Ağamusa Nağıyev isə sədr müavini seçilmişdi. Birinci cahan müharibəsinə qədər bu cəmiyyətin fəaliyyəti nisbətən o qədər də diqqəti cəlb etmirdi. Müharibə başlanandan sonra onun fəaliyyət dairəsi genişləndi və Bakıdan çox-çox uzaqlara yayıldı. Cəmiyyətin üzvləri ayrı-ayrı dəstələrə bölünərək müxtəlif istiqamətlərə cəbhə xətti boyunca zərərçəkənlərə kömək etmək məqsədilə türk xalqlarının yaşadığı regionlara yola düşürdülər.Cəmiyyət savaşda zərərçəkənlərə maddi və mənəvi dayaq olmaq üçün bu dövrdə öz fəaliyyətini Şimali Qafqaz, Dağıstan, Gürcüstan, İrəvan və işğal olunmuş Türkiyə torpaqlarına doğru yönəltmişdi. Onun yardımı ilə Osmanlı qaçqınlarına böyük maddi yardım göstərilirdi. Bu barədə 1944-cü ildə çıxan "Müxtəsər Azərbaycan Ədəbiyyatı tarixi"ndə yazılmışdı: "Qardaş köməyi" toplusunda qeyd olunur ki, azərbaycanlılar müharibədən zərər çəkən Osmanlı dövlətinə yardım etmək üçün Rusiya hökumətinə, birbaşa çara müraciət etmiş və rəsmi icazə almışlar. Bu işdə o zaman Rusiya Dövlət Dumasının üzvü olan Məhəmməd Yusif Cəfərovun xidmətləri xüsusi qeyd olunur. Onun "Müsəlman hərbzədələrinə yardım işi və müsəlman vəkilləri" məqaləsində göstərildiyinə görə, Dumada bir çox uzun-uzadı müzakirədən sonra "müsəlman qaçqınlarına müavinət və yardım göstərməyə icazə verildi və bu məqsədlə əvvəlcə Qars və bir az sonra Batum oblastlarına sərbəst gəliş-gedişə yol verildi.Əhməd Cavad Birinci Dünya müharibəsi illərində rus-türk müharibəsində Qafqaz cəbhəsində zərər çəkmiş əhaliyə yardım göstərən "Bakı Müsəlman Cəmiyyəti Xeyriyyə"nin rəsmi nümayəndəsi və cəbhə bölgəsi üzrə vəkili Xosrov paşa Sultanovun müavini, həm də məsul katibi olmuşdur. Cavad 1915-ci ildə ikinci dəfə Türkiyəyə dönərək əsas dayanacaq yeri Batumi olmaqla, Suxumi, Qars, Çaqva, Ərdəhan, Sarıqamış, Trabzon, Ərzurum, Anadolu, İstanbul, eləcə də Gürcüstanın qərb regionlarında xeyriyyə işləri ilə məşğul olub.Ə. Cavad Birinci dünya müharibəsi zamanı bir müddət Batumidə (azərbaycanlı ziyalılar Rzaqulu Nəcəfov, Mahmud bəy Əfəndiyev, Əli Səbri Qasımov, Əliqulu Qəmküsarla birlikdə), Tiflisdə, Çakvada yaşayıb. Şairin Batumiyə gəlişi ilə əlaqədar yazıçı Əli Səbri "Ömürdən yarpaq düşür" (Bakı, 1983) adlı kitabında yazır: Şair o zaman müharibə zərərdidələrinin ən çox toplandıqları Batumidə siyahılar tərtib edir, yoxsulları, əlilləri qeydə alır, təmsil etdiyi cəmiyyətin imkanlarından istifadə edərək qaçqınlara, davada həlak olmuş əsgərlərin ailələrinə hər cür maddi və mənəvi kömək göstərirdi. Ə. Cavad fəaliyyətini əsasən iki istiqamətdə həyata keçirirdi. Birincisi zərərçəkənlərə kömək göstərmək, ikincisi Batuminin özündə, həmçinin Batumiyə yaxın qəsəbələrdə, digər mahallarda, Dağıstanda məktəblər açdırması, bu məktəblərin öz işini davam etdirməsi üçün Bakıdan yardım istəməsi, digər tərəfdən, ianə toplamaq, yeni birliklər yaratmaq təşəbbüsü göstərmək idi. Bu işlərdə ona Bakıda əsasən bir neçə azərbaycanlı milyonçu, xüsusən H. Z. Tağıyev, Ağabala Quliyev, M. Muxtarov, Batumidən S. Bejanidze və başqaları köməklik edirdilər. Onlar Bakıda cəmiyyətin əsas dayaqlarından idilər. "Cəmiyyəti-Xeyriyyə"nin fəal üzvlərindən olmuş yazıçı Əli Səbri o zaman cəmiyyətin fəaliyyətindəki bəzi məqamları və Ə. Cavadla dostluğunu belə xatırlayır: Ə. Cavad 1916-cı ildə şəxsən H. Z. Tağıyevin maliyyə dəstəyi ilə Batumidə yaşayan 2500-ə qədər azərbaycanlı ailəsi üçün məktəb açmışdır. Özü isə təşkil olunan yeni məktəblərdə həm də müəllimliklə məşğul olurdu. 1917-ci ildə Cavadın vasitəsilə 2500 nəfərdən çox türk qaçqın və didərgin Gəncə və Bakı ətrafında yerləşdirilmişdir. O, xeyriyyəçilik fəaliyyəti ilə əlaqədar Acarıstanın hər yerini gəzmişdir. Cavad təkcə acarların yoxsul və qaçqın hissəsinə kömək etməmiş, eyni zamanda məktəb və məscidlərin inşası üçün çalışmışdır. Cavadın müdiri olduğu uşaq evi sonralar Çakvadan Qunariyə köçürülmüşdür. Ə. Cavad "Açıq söz" qəzetinin müxbiri olaraq, ictimai hadisələrdən yazdığı kimi, tamaşaları qəzetində işıqlandırır, vaxtaşırı məlumatlar göndərirdi. Belə məlumatların birində deyilirdi: "Qardaş köməyi" adlı topluda Xosrov bəy Sultanovun xeyriyyəçilik işində Ə. Cavadın məxsusi rolu qeyd edilmişdir. Şairi bu işə Nəsib bəy Yusifbəyli tövsiyə etmişdi. Filologiya elmləri doktoru Təyyar Salamoğlunun yazdığı kimi: Əhməd Cavad verilmiş "Cəmiyyəti Xeyriyyə"nin hərbzədələrə yardım şöbəsinin fəallarından biri kimi döyüş bölgələrinə və sərhəd zonasına tez-tez gedib-gəlirdi. Ə. Cavad hərbzədə qaçqınların siyahısını tutur, onlara yardım paylayır, eyni zamanda əsir, yaralı türk döyüşçülərinə baş çəkir, onların ehtiyacları ilə yaxından maraqlanır, bölgədəki xəstəxanalara, məktəblərə, məscidlərə, yetimlər evinə gedir, oradakı çatışmazlıqlar və əhalinin zəruri ehtiyacları haqqında cəmiyyətə yazılı məlumatlar göndərirdi. Ə. Cavadın bu məlumatları əsasında Bakı "Cəmiyyəti-Xeyriyyəsi"ndən fəlakət bölgəsinə lazımi ləvazimatlar göndərilirdi. Ə. Cavad qəbul etdiyi bu maddi yardımı əvvəlcədən tutduğu plan əsasında türk hərbzədələrinə və yerli köçkünlərə çatdırırdı. "Cəmiyyəti Xeyriyyə"nin xüsusi nümayəndəsi Xosrov bəy Sultanovun məqaləsində bu barədə qey olunub: Əhməd Cavad özü şəxsən Osmanlı əsgərlərinə köməklik göstərmişdir. Buna görə də inqilab zamanı əsir düşmüş türk əsgərləri Sibirə göndərilmiş, lakin onlar sürgündən İstanbula deyil, Gəncəyə-Əhməd Cavada minnətdarlıq etmək üçün qayıtmışdılar. Yalnız bundan sonra onlar öz vətənlərinə dönmüşlər. Bu haqda şair xüsusi olaraq şeir də qoşmuş və həmin şeir "Qardaş yardımı" qəzetində nəşr edilmişdir. Gəncədə bilavasitə "Cəmiyyəti-Xeyriyyə" yolu ilə Cavadın rəhbərliyi altında osmanlılara edilən kömək uzun müddət unudulmamışdır. Bütün bunlar şairin "Gəncəlilərin Osmanlı əsgərlərinə köməyi" məqaləsində öz əksini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü AXC-nin yaranması, inkişafı illərinə təsadüf edir. Həmin dövrdə şair əsasən Gəncədə və Bakıda çalışmış, şeir və publisistik yaradıcılığını davam və inkişaf etdirmişdir. O, pedaqoji fəaliyyətinin inkişafına xüsusi fikir vermiş, əsasən müəllimlik etmiş və siyasi fəaliyyətdə bulunmuşdur. Yaradıcılığı Əhməd Cavadın 1918–1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Respublikasının nailiyyətlərinə həsr edilib. "Ey əskər" (1918, Bakı), "İngilis" (1918, Bakı), "Bismillah" (1918, Bakı), "Röyasını görmüşdüm" (1919, Hacıkənd), "Qalx", "Şəhidlərə" (1919, Gəncə), "Bən kiməm" (1919, Gəncə), "Aşiqin dərdi", "Nədən yarandın", "Gəlmə", "Dağlar", "Marş" (1918, 14 avqust), "Türk ordusuna" (1918, Gəncə) adlı şeirlər məhz həmin dövrün məhsuludur.Şairin 1918-ci ildə qələmə aldığı şeirlərdən biri də "Bismillah" adlanır. "Bismillah" şeiri 1918-ci ildə, sentyabr ayının 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən ruslardan və erməni daşnaq qüvvələrindən, həmçinin ingilis əsgərlərindən tam azad edilməsi münasibətilə yazılmışdır. Həmin şeirdə müəllif xilaskar türk ordusunun Azərbaycana gəlişini alqışlayırdı.Şair o zaman Azərbaycan uğrunda döyüşlərdə həlak olmuş türk əsərgərlərinə Bakıda şəhidlər abidəsinin təməlqoyma mərasimində "Qalx" şeirini oxumuşdur. Qalx, qalx sarmaşıqlı məzar altından Gəlmiş ziyarətə, qızlar, gəlinlər. Ey karvan keçidi, yollar üstündə Hər gələn yolçuya yol soran əsgər. Əhməd Cavad 1918-ci il oktyabr ayının 5-də Hacıkənddə olarkən "Röyasını görmüşdüm" şeirini yazır. Həmin şeirdə şair yeni quruluşu dəstəkləyir. Şairin "Marş" adlı şeiri ("Gənclər yurdu", 1918, 14 avqust) o dövrün əhval-ruhiyyəsini əks etdirir. Bu şeirin mayasında azadlıq bayrağının tərənnümü durur.Şairin 1918-ci ildə yazdığı şeirlərdən biri də "İngilis" adlanır. Bu altı bəndlik şeirdə Azərbaycan xalqının ingilislərin gəlməsinə olan münasibəti əks edilmişdir. Şair "Gəlmə" adlı şeirində də yadellilərə münasibətini bildirmişdir. "İngilis" şeirinin əksinə olaraq şair "Ey əskər" adlı şeirində türk ordusuna məhəbbətini ifadə etmişdir. Türk ordusunun gəlməsi Azərbaycan xalqını qırğından xilas etmək məqsədi daşıyırdı. Bu şeir Bakının fateh əskərlərinə ithaf edilmişdir."Dağlar" şeirində isə Dağıstan və türk xalqlarının tarixi öz parlaq əksini tapmışdır. Bu şeir 1920-ci il aprelin 1-də, yəni Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna 27 gün qalmış çap olunmuşdur.Əhməd Cavadın yaradıcılığında 1918–1920-ci illər milli özünüdərkin yüksək mərhələsidir. Vətənin azadlığı, müstəqilliyi, üçrəngli ay-ulduzlu bayraq, səkkiiz guşəli gerbin milli rəmz kimi mənalandırılması, türkçülük ideyalarının təbliği onun ideallarının ifadəsi idi. "Azərbaycan bayrağı" adlı şeirində bu ideya özünün dolğun ifadəsini tapmışdır: Türküstan elləri öpüb alnını Söyləyir dərdini sana bayrağım. Üç rəngli əksini Quzğun dənizi Ərməğan yollasın yara, bayrağım. Əhməd Cavadın bayraq mövzusuna həsr olunmuş bir sıra şeirləri vardır. O, öz şeirlərində dəfələrlə "Bir dəfə yüksələn bayraq, bir daha enməz" misrasını müxtəlif məqamlarda işlətmişdir. "Azərbaycan bayrağına", "Qardaş"(1919, noyabr) "Yarandın", "Al bayrağa" (Bakı, 24 iyul, 1919) və s. şeirləri buna misaldır.Şairin "Al bayrağa" adlı şeirində 1919-cu ilin yayında Azərbaycandakı millət və din qardaşlarının köməyinə qoşmuş Türkiyənin bayrağından bəhs açılır. "Dalğa" kitabı Əhməd Cavadın "Dalğa" adlı ikinci şeirlər kitabı 1919-cu ildə nəşr olunmuşdur. Şair bu kitaba "Bir-iki söz" adlı giriş yazmışdır: "Dalğa"da şairin əsasən müstəqillik ayları ərzində və müstəqillik ərəfəsindəki illərdə yazdığı milli-azadlıq hərəkatı ilə bağlı şeirləri toplanmışdır. AXC dövrü poeziyasının ən bariz nümunəsi kimi tədqiqatçıların üz tutduqları Ə. Cavadın "Dalğa" kitabı idi. Toplu "Azərbaycan bayrağına" şeiri ilə başlayır. Şeir 1919-cu ilin 10 aprelində yazılmışdır. Ə. Cavadın özü bu şeiri çox sevmiş və milli istiqlal mövzusunda yazdığı şeirlər içərisində fərqləndirmişdir: "Dalğa" toplusu Azərbaycanın o zamankı ədəbi-mədəni həyatında hadisəyə çevrilmiş, "Azərbaycan" qəzetinin 11 noyabr 1919-cu il tarixli böyük resenziya dərc olunmuşdur. Bu resenziyada Ə. Cavadın təkcə "Dalğa" kitabı deyil, bötüvlükdə poetik yaradıcılığı yüksək qiymətləndirilmişdir. "Dalğa" şairi Ə. Cavad" adlı məqaləni "Ə. H" hərfləri ilə imzalamış tənqidçi, AXP-nin üzvü, Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət etmiş Əhməd Həmdi Qaraağazadə yazırdı: "Yaşıl qələmlər" dərnəyi Əhməd Cavad AXC dövründə fəaliyyət göstərən, yeni görüşlü ədib və mühərrirlərin yaratdığı, 100-dən artıq ədibi və şairi öz ətrafında birləşdirən "Yaşıl qələmlər" dərnəyinin üzvü idi. Bu cəmiyyət İstanbuldakı "Türk ocağı"nın Bakıda açılan şöbəsi əsasında yaranmışdı. Azərbaycada bütün işlər əsasən "Yaşıl qələm" ədəbi cəmiyyəti vasitəsilə həyata keçirilirdi. Burada Məhəmməd Əmin Rəsulzadə, Ü. Hacıbəyli, S. Hüseyn, Ö. Faiq, N. Vəzirov, Ə. Haqverdiyev, H. Cavid, M. Hadi, A. Şaiq, C. Cabbarlı ilə birlikdə Ə. Cavad da yaxından iştirak edirdilər. Dərnəyin üzvləri yeni hökumətin dövründə Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına çalışırdılar. Əhməd Cavadın "Gəncədə istiqlal günü" məqaləsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ilk ildönümünə həsr olunmuşdur. Məqaləni "Ədəbiyyat qəzeti"nin 22 may 1992-ci il tarixli nömrəsində Abbas Çingizov nəşr etdirmişdir. 1919-cu ilin 28 may günündə Gəncədə keçirilən bayram təntənələri haqqında təəssüratdan ibarətdir. Şairin bu dövrdə bir sıra məqalələri də işıq üzü görmüşdür: "Denikin və Gəncə ("Azərbaycan" qəzeti, 4 iyun 1919-cu il)", "Ömər Faiqin başına gələnlər ("Azərbaycan" qəzeti, 3 fevral 1919-cu il"", "Ələkbər bəyin mərasimi-dəfni ("Azərbaycan" qəzeti, 11 aprel 1919-cu il)", "Abbaszadə Mirzə Abbasın yubileyi ("Azərbaycan" qəzeti, 2 iyun 1919-cu il)", "Rövşən Əşrəf bəy ("Azərbaycan" qəzeti, 24 oktyabr 1919-cu il)". Ə. Cavada həsr olunanlar Prof. A. Bayramoğlu "Qafqaz imdadına çatan türkün könül nəğmələri" adlı kitabında Ə. Cavadın Türk ordusuna və türkiyəli qələm dostlarına həsr etdiyi şeir və məqalələri yer almışdır. Prof. Əflatun Saraçlının "Azərbaycan yazıçıları Cümhuriyyət dönəmində" monoqrafiyasının bir fəsli Ə. Cavada həsr edilmişdir. Burada Əflatun Saraçlı Ə. Cavadın Türkiyəyə həsr edilmiş şeir və məqalələrindən də söz açır. Siyasi fəaliyyəti Əhməd Cavad hələ müharibdə olduğu dövrdə məhz Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Müsavat Partiyasına və Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamanına üzv və onun katibi seçilmişdir. Şairin Milli hökumətin daxili və xarici fəaliyyətində iştirakı üçün 1918-ci ildə ona Gəncə qubernatoru tərəfindən dekabr ayının 22-də xarixi pasport da verilmişdir. O, azad surətdə İrana və Türkiyəyə gedib gələ bilərdi. Bu onun AXC-nin rəsmi nümayəndəsi olmasını göstərir. Əhməd Cavad — ADR-in Gürcüstanda, Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi diplomatik işlər görüb. Əhməd Cavad 1918–1920-ci illərdə, 26–28 yaşlarında Azərbaycan milli istiqlalının təbliğatçısı olub. Məhəmməd Əmin Rəsulzadə onun yaradıcılığına yüksək qiymət verib: SSRİ dövründə Şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan himninin sözlərinin müəllifidir. Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935–1936) kimi fərqli yerlərdə işləmişdir. Lakin bu illər ərzində ona qarşı yazılan məqalələr və donoslar onun dəfələrlə həbsinə səbəb olmuşdur. Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Şair ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb. Cavad Axundzadənin MTN arxivindəki 1923-cü il, PR – 20942 saylı istintaq işindən aydın olur ki, Azərbaycan Fövqəladə Komissiyasının əməliyyat müvəkkili İvan Makarov 1923-cü il dekabr ayının 1-də Müsavat Partiyasının işləri ilə tanış olur və belə qərara gəlir ki, Cavad Axundzadə 1918-ci ildən Müsavat Partiyasının üzvüdür. Şair Batumda olarkən Gəncə şəhərində yaşayan məktəb yoldaşı Abdulla Ağaəli oğlu ona məktub göndərir və bu məktubdan aydın olur ki, Müsavat Partiyasının Gəncə şəhərində yaradılmasının təşkilində Ə. Cavad yaxından iştirak edib. Bundan başqa o, Quba şəhərində müəllim işləyərkən ətrafına müsavatçılar toplamış, mütəmadi olaraq Bakı müsavatçıları ilə əlaqə saxlamışdır. Həmçinin Əhməd Cavad Axundzadə müsavatçı, Məhəmməd Əmin Rəsulzadənin silahdaşlarından biri olan Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsini təşkil etmişdir. Bütün bu deyilənləri nəzərə alaraq əməliyyat müvəkkili İvan Makarov təklif etmişdir ki, Ə. Cavad həbs edilsin və Azərbaycan Fövqəladə Komissiyasının (Az. ÇK) kamerasında ciddi nəzarət altında saxlanılsın. Əhməd Cavad ilk dəfə həbs olunanda Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsində iştirakının olmadığını söyləsə də, 1937-ci ildə həbs olunanda istintaq sorğu-sual materiallarında bu faktı etirak edərək boynuna alır. Bundan sonra Cavad Axundzadənin həbs edilməsi ilə əlaqdər 5 dekabr 1923-cü ildə 446 saylı order imzalanır. Lakin hansısa səbəbdən şair dekabr ayının 5-də yox, noyabr ayının 21-də həbs edilir. Onu ilk dəfə elə həbs olunduğu gün, yəni noyabr ayının 21-də, ikinci dəfə isə noyabrın 26-da dindirirlər. Müstəntiq "Siz nə vaxt və harada Müsavat Partiyasına daxil olmusunuz və sizə zəmanəti kim vermişdir?" -deyə soruşanda şair belə cvb vermişdir: (MTN-nin arxivi, 1923-cü il, iş № 20288) Şair həmin ərəfədə Xalq Maarif Komissarlığının fəhlə fakültəsində və digər təhsil ocaqlarında dərs deməklə ailəsini dolandırırdı. Lakin Ə. Cavadın həbsindən sonra ailənin vəziyyəti ağırlaşır. Şairin həyat yoldaşı Şükriyyə xanım Xalq Komissarlığının sədri Qəzənfər Musabəyova 10 yanvar 1924-cü ildə ərizə yazır, ərinin günahsız olduğunu bildirməklə, istintaqın sürətlənədirilməsini xahiş edir: (MTN arxivi ,1923-cü il, iş PR-№ 20942, səh. 28) Əhməd Cavad həbs olunanda Türkiyəyə mühacirət etməzdən əvvəl Bakıda həbs edilmiş və bir müddət şairlə bir kamerada yatmış Azərbaycan mühacirlərindən biri Hüseyn Baykara özünün 1975-ci ildə İstanbulda nəşr etdirdiyi "Azərbaycan İstiqlal mübarizəsi tarixi" kitabında qeyd etmişdir: "Neylim" şeiri gözətçi Nikolayın divara yazılan şeirləri silməsindən sonra yazılmışdı. Ə. Cavad bu şeirin bir bəndinə həmin hadisəni nəzərdə tutaraq yazmışdı: Barı sən gəl dedim, dinləyib bir az, Ey vəfalı qələm dərdimi, gəl, yaz… Gəldi bir çirkin əl, söylədi olmaz, Dinləyənlər məni gəc duyar, neylim. Lozanna şəhərində gündəlik nəşr olunan "Dü Lozan" qəzeti 10 may 1924-cü il tarixli (nöm.128) sayında, birinci səhifənin ikinci sütununda "Azərbaycan" sərlövhəli məqalə dərc etmişdi. Məqalənin müəllifi müsyo Broşe islam aləmində təşəkkül edən ilk cümhuriyyət haqqında ümumi məlumat verdikdən sonra bolşevik istilasına məruz qalan azəri vətənpərvərlərinin məruz qaldıqları zülmləri təsvir etmiş və o cümlədən Əhməd Cavadın "Yeni Qafqasiya"da yayılan şeirlərinə görə həbs edildiyini böyük bir nifrətlə oxuculara çatdırmışdı. Şairin tutulmasında özünü qismən təqsirli bilən Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında İstanbulda nəşr olunan "Yeni Qafqasiya" məcmuəsi "Əhməd Cavad məhbus imiş" adlı məqaləsində yazmışdı: Cavadşünas Əli Saləddinin bildirmişdir ki ,"1923-cü ildə tutulanda, H. Baykara ilə bir kamerada yatanda Əhməd Cavadın adı "güllələnmə" adlı qırmızı siyahıya düşmüşdü".(Ə. Cavad – "Seçilmiş əsərləri", II C., Ic., Bakı, Az. Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi, 1992, səh.22)Əhməd Cavadın böyük oğlu Niyazi Axundzadə bildirmişdir ki, atasının azad olunması üçün rəsmi sənədlər, müraciətlər heç bir müsbət nəticə verməyib. Şairin azad edilməsində 1920-ci ildə onunla Quba qəzasının Xuluq kəndində bir yerdə işlədiyi zaman yaxın yoldaşlıq və dostluq etdiyi Hüseyn Musayev rol oynamışdır. Belə ki, H. Musayev o zaman Quba Xalq Maarif Şöbəsinin müdiri işləyirmiş. Hadisənin ciddiləşdiyini görüb, M. C. Bağırovun yanına gedərək Cavadın azad olunmasını xahiş edir və istəyinə nail olur. Bundan sonra Ə. Cavadın istintaq işi ilə tanış olmaq Az. ÇK-nın əməkdaşı Teymur Quliyevə tapşırılır. İşlə tanış olduqdan sonra Teymur Quliyev şairin həbsxanadan buraxılması qərarına gəlir. 1924-cü il, fevralın 2-də Ə. Cavadın azadlığa buraxılması barədə 952 saylı order imzalanır. T. Quliyevin arayışına və rəyinə əsasən Az. ÇK-nın rəyasət heyəti belə qərara gəlir ki, Axundzadə Cavad Məhəmmədəli oğlu həbsdən azad edilsin, şəxsi sənədləri qaytarılsın və iş dayandırılsın. "Göy göl" şeiri Əhməd Cavadın sovet dövründə yazdığı lirik şeirlərdən biri olan "Göy göl" ən çox müzakirələrə və tənqidi fikirlərə səbəb olan əsərlərindən biri olmuşdur. Səkkiz bənddən ibarət olan şeir 1925-ci ildə nəşr olunmuşdur. Məşhur "Göy göl" şeirinə bir qrup həmkarı tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsxanaya salınır. Ə. Cavad "Göy göl" şeirinə görə 5–6 ay həbsdə saxlanılır. Damğaya səbəb şairin yazdığı bu misralardır: Şairi bu bənddə ulduzdan aydan danışıb müsavatçılara ismarış göndərməkdə ittiham edib şeirin tərcümə variantını Moskvaya göndərirlər. "Göy göl"lə tanış olan Moskva mütəxəssisləri onun yüksək səviyyədə yazıldığını bildirirlər. Beləliklə, şeirdə heç bir bir siyasi səhv tapılmadığından şairi həbsdən azad etmək məcburiyyətində qalırlar. Şeirdə Azərbaycanın füsunkar gözəllikləri "Göy göl" timsalında tərənnüm olunmuşdur. Bununla yanaşı, şairin təbiətlə bağlı lirik şeirlərinin nüvəsində xalqın tarixi və taleyi dayanır. Bu şeirlərdə təbiətin təsviri ikinci plana keçir və öz yerini Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrə verir. Əsərlərinə, xüsusilə də "Göy göl" şeirinə görə başı bəlalar çəkən şair dövri mətbuatda da tez-tez tənqid atəşinə tutulurdu. Bu tənqidlərdən yaxa qurtarmaq üçün o özü də mətbuat səhifələrində çıxış etmək məcburiyyətində qalırdı. "Kommunist" qəzeti 19 noyabr 1929-cu il, 271-ci sayında çap etdirdiyi "İzah" adlı məqaləsində yazırdı: "Göy göl" şeirinə görə həbs edilən Ə. Cavad azadlığa buraxıldıqdan sonra "Ey Göy gölüm" adlı bir əsər də yazır. Həmin əsərdə şair həbs olunduğundan peşman olmadığını bildirir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əhməd Cavad təyinatla Qusara müəllim göndərilir. O, ailəsilə birlikdə Qusarın Xuluq kəndinə köçərək burada müəllimliyə başlayır. 1920-ci ilin sentyabrından 1922-ci ilin oktyabrına kimi Əhməd Cavad Xuluq kənd məktəbində rus və türk dillərindən dərs verir. Tezliklə həmin məktəbin direktoru vəzifəsi ona tapşırılır. Öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyi barədə Quba Qəza Xalq Maarifi Şöbəsindən verilmiş xasiyyətnamədə məlumat var. O, müəyyən fasilələrlə Quba Xalq Maarif Şöbəsinin müdiri işləyir, həmçinin Azərbaycan Maarif komissarlığının təşkil etdiyi qısa pedaqoji kurslarda mühazirəçi, yoxlama komissiyasının üzvü və başqa vəzifələrdə çalışır. Şair geniş maarifçilik fəaliyyəti göstərməklə yanaşı, eyni zamanda pedaqoq kimi fəaliyyətini davam etdirir. Əhməd Cavad 1922-ci ildə Bakıda Ali Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsinə qiyabi daxil olur. O, həmçinin ali məktəbdə təhsil aldığı illərdə müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1924-cü ildə N. Nərimanov adına Pedaqoji Texnikumda türk dili fənnindən dərs demişdir. Bu zaman respublikada buraxılan ilk dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasında öz bilik və bacarığını əsirgəməmişdir. Daha sonra 1927-ci ildə Əzizbəyov adına Azərbaycan Politexnik Universitetində qeyri-azərbaycanlı tələbələr üçün Azərbaycan dilini tədris etmişdir. Şairin 1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri "İstiqlal məcmuəsi"ndə on altı şeiri işıq üzü gördü. İdeoloji sahədə rəhbər orqanlar, "Qızıl qələmlər" cəmiyyəti, onun fəal üzvləri olan "proletar" şairləri, bir sözlə Ə. Cavadın əleyhdarları vaxtaşırı ona qarşı rəsmi və qeyri-rəsmi çıxışlar edirdilər. Belə bir vaxtda Əli Nazim Moskvada çap olunmuş bir məqaləsində ("Peçat i revolyusiya", N 7, 1929-cu il) şairin Türkiyədə bir neçə şeirinin dərc olunması haqqında məlumat yaydı. Əhməd Cavadın həbsi üçün səbəb axtaran bəzi həmkarları bundan yararlanaraq mətbuatda "İstiqlal məcmuəsi"ndə çap olunan şeirlərinə görə onu ittiham etdilər. Bu işdə "Kommunist" və "Bakinski raboçi" qəzetləri xüsusi fəallıq nümayiş etdirirdilər."Kommunist" qəzetinin 1929-cu il 19 və 21 noyabr tarixli nömrələrində "Cavadın yolu" adlı bir məqalə dərc olundu. Məqalədə müəllif yazırdı: Əsasən 1917–20-ci illərdə məşhurlaşmış Ə. Cavadın 20-ci illərin sonunda yaradıcılıqdan soyuması onun təqib edilməsi, millətçiliklə, müsavat şairi kimi ittihamı ilə əlaqədar idi. Ə. Cavad ilk Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında əlaqə yaradanlardan biri olmuşdur. Onun yaradıcılığının ana xəttinin "türkçülük" ideyası təşkil edirdi. Onu pantürkizmdə təqsirləndirirdilər. 30-cu illərin, demək olar ki, bütün marksist tənqidçiləri Ə. Cavadı tənqid etmişdilər. O, "Şiddətli protesto edirəm", "İzah" və s. yazılarla böhtanlardan müdafiə olunmağa çalışırdı. Qəzetlərdə verilən imzalı-imzasız məqalələrdə, şeirlərdə Cavad təhqir olunurdu. Müxtəlif zamanlarda ona qarşı "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) adlı məqalələr yazılmışdır. Cavad öz növbəsində "Kommunist" qəzetinin 1929-cu il 31 oktyabr tarixli sayında "Şiddətli protesto edirəm" məqaləsi ilə yazılanlara belə cavab verdi: Beləliklə, iki il ərzində — 1929–1930-cu illərdə davam edən ifşa kampaniyasından sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent işləyən Əhməd Cavad 1930-cu ildə institut Gəncəyə köçürüldüyü zaman Gəncəyə köçmək məcburiyyətində qaldı. Lakin əsil məqsəd şairi Bakı ədəbi- ictimai mühitindən kənarlaşdırmaq idi. Buna baxmayaraq, beş il Gəncədə yaşayıb-yaradan şair özünə qarşı edilən haqsız hücumlardan ruhdan düşməyərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dilçilik kafedrasının rəhbəri vəzifəsində çalışır, orada Azərbaycan dili və ədəbiyyatından dərs deyərək müəllimlik fəaliyyətini davam etdirir, həmçinin Gəncə Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işləyir. 1933-cü ildə şairə professor adı verilir. Həmin dövrdə rus dili üzrə professor rütbəsinə layiq görülmüş ilk azərbaycanlı məhz Əhməd Cavad olmuşdur. 1937-ci ilin mart ayında Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda şair müəllimi H. Cavid, tələbəsi M. Müşfiq və həmyerlisi V. Xuluflu ilə eyni vaxtda həbs edilib. 1937-ci ilin 5 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtardı.1937-ci il iyunun 3-də şairin mənzilinə girib axtarış aparırlar. Əhməd Cavadın qalın bir cilddən ibarət olan şəxsi işində evini axtarış zamanı müsadirə olunan əşyalar qeyd olunmuşdur. Həmin əmlak siyahısında Məhəmməd Əmin Rəsulzadənin, Kautskinin, Buxarinin kitabları, H. Zeynallının, V. Xuluflunun bəzi əsərləri, "Türk sözü" qəzeti, özünün "Dalğa" kitabçası, 3 qeyd dəftərçəsi, 15 müxtəlif məktub, Şükriyyə xanımın qızıl bəzəkləri-yeddi qızıl beşliyi, dostlarının şairə bağışladığı iki ədəd suvenir-xəncəri göstərilir. Əhməd Cavadın 12493/24 nömrəli iş qovluğunda əllə yazılmış protokollar, şahid ifadələri, hökm, arayış, çıxarış, məktub, zəmanət, rus makinasında necə gəldi yazılmış "Göy göl" şeiri saxlanılıb.1937-ci il may ayının 27-də Azərbaycan Daxili İşlər Komissarlığının leytenantı Klimençiç Əhməd Cavadın həbs olunması haqqında IV şöbənin rəisi Çinmana təsdiq üçün göndərdiyi arayışda qeyd edirdi: Əhməd Cavadın ilk dindirilməsi DTK-nın IV şöbəsinin rəisi Ağasəlim Atakişiyev tərəfindən 1937-ci il iyun ayının 5-də aparılır. Şairə əksinqilabi fəaliyyəti, kimlərlə əlbir işlədiyi, Müsavat adlı qanundan kənar partiyanın üzviliyi, hökumət əleyhinə şeirlər yazması və millətçi fəaliyyəti ilə bağlı suallar verilir. Ə. Cavad da öz növbəsində Müsavatın üzvi olduğunu, əksinqilabi millətçiliyi yaymaqda iştirak etdiyini, lakin 1923-cü ildə həbs olunandan sonra bu işdən əl çəkdiyini bildirmişdi. Ə. Cavad 1937-ci il sentyabr ayının 20-də, üçüncü dindirmə zamanı Balkan müharibəsində iştirakını rəsmi şəkildə təsdiqləmişdir. Onun İran və Türkiyə ilə əlaqələri ilə maraqlanan NKVD müstəntiqinin "Siz xaricdə olmusunuzmu, nə vaxt, harada?" sualına cavab olaraq şair demişdir: 1937-ci il sentyabrın 25-də Azərbaycan SSR XDİK DTİ 4-cü şöbəsinin rəisi Sinmanın və İ. P. Klementiçin hazırladığı və Y. D. Sumbatovun təsdiq etdiyi ittiham aktında Ə. Cavadın məsuliyyətə cəlb edilməsinin zərurəti belə "əsaslandırılır": Beləliklə, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası müttəhimi Azərbaycan cinayət məcəlləsinin 69, 70 və 73-cü maddələri ilə ittiham edərək oktyabrın 11-də işə başladı. Məhkəmənin sədri İ. O. Matuleviç, üzvləri İ. M. Zaryanov və C. K. Jiqur idi. İclasda hərbi yuris A. F. Kostyuşko və SSRİ prokurorunun baş köməkçisi N. S. Rovski (Rozovski) iştirak edirdi. Protokolda deyilir: Lakin məhkəmədə müdafiəçilər, yəni vəkilər və şahidlər iştirak etməmişdilər. 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxundu. 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam etdi və oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələdilər. Həmin gecə Əhməd Cavadla birlikdə görkəmli yazıçı Böyükağa Talıblının da güllələnməsi həyata keçirilir. Şairin qətl hadisəsini isə "Sərhəd" qəzetinin xüsusi buraxılışı (Bakı, 1999, № 1) belə açıqlayır: Bəzi mənbələrdə şairin ölümü ilə bağlı fərqli versiyalar mövcuddur. Məsələn, Məhəmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində Ə. Cavadın da H. Cavid kimi Sibirdə öldüyünü ehtimal etmişdi. Mühacir tədqiqatçı Hüseyn Baykara da Sibir versiyasını əsas götürmüşdü. Şairin ölümü ilə bağlı böyük oğlu Niyazi Axundzadə isə belə söyləmişdi: Bundan əlavə N. Axundzadə söhbətlərində bildirirdi: Lakin rəsmi sənədlərdən məlum olur ki, Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.Əhməd Cavadın Qubada müəllim işlədiyi dövrdən tanıdığı Hüseyn Musayev (həm də Quba maarif şöbəsində işləyirdi) 1956-cı ildə şairə bəraət qazandırmaq üçün zəmanət verənlərdən biri olmuşdur. Zəmanət verənlər arasında görkəmli rejissor Aleksandr Tuqanov, iqtisadçı alim Hüsü Mamayev, Aktyor Ağahüseyn Cavadov da var idi.1955-ci ildə SSRİ Ali Məhkəmsinin Hərbi Kollegiyasının nümayəndəsi ədliyyə polkovniki Seninin sədrliyi ilə keçən iclasda Ə. Cavadın cinayət işi ilə əlaqədar qəbul edilmiş 4P-014316 nömrəli xüsusi qərarda cinayət işinin dayandırıldığı qeyd olunurdu. Həmin qərarda cinayət işinin saxtalaşdırıldığı aşkara çıxmış, həmçinin cinayət işindən bir də o aydın olmuşdur ki, şair işgəncə altında ölməyib, o, məhkəmə qərarından sonra güllələnib. (Yaddaşın bərpası, 1999, № 1, səh.16). Beləliklə, 1955-ci ildə şairə bəraət verilir.Onun həyat yoldaşı Şükriyyə xanım isə "Vətən xaininin ailə üzvü" olduğuna görə Qazaxıstana, ALJİR-ə 8 il müddətində sürgün edilir. Filmoqrafiya Cümhuriyyətə doğru üç addım (film, 2008) Gəlmə Bismillah: Şerlər // Azərbaycan.- 1994.- 6 der.-s.4. Haqq bağıran səs / Tərt. və ön söz A. Əliyevanındır. – B.: Nicat, 1991.- 31 s. Çırpınırdı Qara dəniz: (Şer) // Yeni Azərba "Oyan", Dənizli, "Yaşıl Kayın Yayınları", 2022 Haqqında olan əsərlər Salmanlı R. İstiqlal şairi Əhməd Cavad haqqında // Azərbaycan.- 2003.- 28 may.- s.6. Rzalı R. Altunlar yurdudur bu kasıb ölkə. – Azərbaycan himninin müəlliflərindən biri // Azərbaycan. – 2002.- 28 may.- s.8. Rzayeva M. Əhməd Cavadın haqqını tanıyan Türkiyə oldu // Şərq.- 2006.- 28 fevr.- s.6. Mustafayeva G. Müstəqil Azərbaycan respublikasının Əhməd Cavad yaradıcılığında rolu // Ədalət.- 2006.- 10 mart.- s.7. Qusarda ilk dünyəvi məktəbi Əhməd Cavad təşkil edib: (Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı Sabir Piroğlanovun Əhməd Cavad haqqında xatirələri) // Azərbaycan. – 2005.- 28 may.- s.16. Afina Məmmədli Əflatun qızı."Əhməd Cavad və Türkiyə" kitabı / 2010. Elm və Təhsil. Bakı. 160 s. Xarici keçidlər Dahilərdən seçmələr — "Mən çeynənən bir ölkənin, haqq bağıran səsiyəm" — Əhməd Cavad Əhməd Cavad xatirələrin dili ilə — Bir şeirin tarixçəsi… — II Hissə | https://az.wikipedia.org/w/index.php?curid=806541 |
Əhməd Ayıq | Əhməd Ayıq (türk. Ahmet Ayık d. 31 mart 1938; Sivas, Türkiyə) — türk güləşçi. Dünya və Olimpiya çempionu olan Əhməd Ayıq, Türkiyənin sərbəst güləş üzrə ən uğurlu idmançılarından biridir. Sultan Əbdüləziz pəhləvanlarından Qaraoğlanın nəvəsidir. Köhnəkənddə ilk dəfə qaraqucaq güləşi ilə məşğul oldu. Əsgərliyi əsnasında döşəyə çıxdı. 1961-ci ildə milli güləş komandasına seçildi. Sərbəst güləş ilə məşğul oldu. Adriatik Kubokunda qazandığı ikincilik onun beynəlxalq sahədə əhəmiyyətli dərəcəsi oldu (1962). Ertəsi il dünya beşinciliyini əldə etdi.1964 Yay Olimpiya Oyunlarında gümüş, 1968 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmışdır. Həmçinin Dünya Güləş Çempionatında, Avropa Güləş Çempionatında, Balkan çempionatında və Ağdəniz oyunlarında çempion olub. Bu çempionatınlar zamanı İranlı Qulamrza Təxti və sovet idmançısı Aleksandr Medvedi qəbul etmişdir. 1965-ci ildə Mançesterdə təşkil edilən dünya çempionatında sərbəst güləş üzrə üçqat olimpiya çempionu (1964, 1968, 1972), 7 dəfə dünya (1962—1963, 1966—1967, 1969—1971), 4 dəfə Avropa (1966, 1968, 1971 və 1972) və 1961-1970-ci illərdə ard-arda 9 dəfə SSRİ çempionu, SSRİ Əməkdar idman ustası (1962) Aleksandr Medvedi məğlub etdi. 1963 Ağdəniz (97 kq), 1964 Balkan (97 kq), 1965 Dünya (97 kq), 1967 Avropa (97 kq) və Dünya (97 kq), 1968 Olimpiya (97 kq) və 1970 Avropa (100 kq) birinciliklərini qazandı. Həmçinin 1964 Olimpiya (97 kq), 1966 Avropa (97 kq) ve Dünya (97 kq) ikincisi oldu.1970-ci ildə idmanı buraxıb, 1977-1979 və 1996-2000 illərində Türkiyə Güləş federasiyasının rəhbəri olmuşdur. 1980-cı ildə qurulan türk güləş təsisinin üzvü olan Ayıq, 1993-cü ildə prezident seçildi. 1998-ci ildən Beynəlxalq Güləş Federasiyaları Birliyinin (FİLA) idarə heyəti üzvü olan Ayıq, 2012-ci ildə FİLA prezidenti seçildi. 30 ildir Sivasda Doğanşar məhəlləsində Ənənəvi Doğanşar Qaraqucaq güləşləri mərkəzinin adı dəyişdirilmişdir. Hazır ki adı bu cürdür: Ənənəvi Doğanşar Əhməd Ayıq Qaraqucaq güləşləri. İş adamı olan Əhməd Ayıq evlidir. Üç övladı var. | https://az.wikipedia.org/w/index.php?curid=542493 |
Əhməd Azəri Qumi | Əhməd Azəri Qumi Bəydili — Şiə ruhani, fəqih və siyasətçi.O, həmçinin İranın Ekspertlər məclisinin üzvü idi. 1925-ci ildə Qumda dünyaya gəlmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=296898 |
Əhməd Ağa Şəmi | Əhməd Ağa Şəmi (Ordubad) — XIX əsrdə yaşamış Azərbaycan şairi. 1838-ci ildə Ordubadda təşkil olunmuş "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuşdur. Klassik üslubda qəzəllərin və xalq-aşıq şeiri tərzində qoşmaların müəllifidir. Əsərlərindən nümunələr Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan cünglərdə mühafizə olunmuşdur. Nəsrəddin Qarayevin tərtib etdiyi "Poetik məclislər" kitabında (Bakı, 1987) haqqında müxtəsər məlumat və iki qəzəli verilmişdir. Əlavə ədəbiyyat Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 121. ISBN 5-8066-1468-9. Əsgər Qədimov. XIX əsr Ordubad ədəbi mühiti. "Elm" nəşriyyatı. Bakı — 2003. səh. 33–34 | https://az.wikipedia.org/w/index.php?curid=634251 |
Əhməd Ağaoğlu | Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu (türk. Ahmet Ağaoğlu; dekabr 1869, Şuşa – 19 may 1939, İstanbul) — Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal Kamalizmin banisi.Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetində məqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə də redaktorluq edib. 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin İttihad və Tərəqqi Partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Daha sonra üzvlükdən imtina edir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda İttihad və Tərəqqi Partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur.Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Bu tayfa XVIII əsrdə bütünlüklə etnik Azərbaycan türklərinin yaşadığı Ərzurumdan köç edib Gəncəyə gəlmiş, daha sonra isə Qarabağa yerləşmişlər. Atası Mirzə Həsən bəy varlı pambıqçı fermer idi. Ata tərəfinə Mirzə titulunun verilməsi ailənin ziyalı təbəqəsindən olduğunu göstərir. Babası Mirzə İbrahim Şuşanın ən məşhur alimlərindən olub. O, xəttat idi və türk dilində şeirlər yazırdı. Eyni zamanda əmiləri də türk dilindən başqa fars, ərəb və rus dillərini bilirdilər. Anası Tazə xanım Şuşanın Sarıcaalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı idi. Orta təhsili Əhməd bəy Ağaoğlu xatirələrində göstərir ki, təhsilində anasının və əmisinin böyük rolu olub. Əmisi Mirzə Məmməd Əhməd bəyin müctəhid olmasını istəyərək ona 6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutur. İlk dövrlər məhəllə məktəbində təhsil alan Ağaoğlu anasının təşəbbüsü ilə gizlincə rusca dərslər də alır. Anasının dindar olmasına baxmayaraq axundlardan, mollalardan xoşu gəlmədiyini yazan Əhməd bəy Ağaoğlu anasının bu görüşlərinin onun təhsilinin istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə, doğru dəyişdiyini yazır.1881-ci ildə Şuşada altı siniflik real məktəbi açıldıqdan sonra Qarabağ canişini müsəlman əhalini Xurşidbanu Natəvanın evinə toplayaraq uşaqlarını bu məktəbə qoymalarını istəyir. Atası da canişinə söz verərək onu Şuşa real məktəbinə göndərir. Bu məktəbdəki müəllimlərindən ikisinin, tarix müəllimi olan Şineyovski və riyaziyyat müəllimi olan Palekarpın ona böyük təsiri olmuşdur. Hər iki müəllim çar rejiminə qarşı idi və işlədikləri məktəbdə də inqilabi təbliğat aparırdılar. Ağaoğlu da həyatında ilk dəfə qərb ideologiyası ilə bu məktəbdə tanış olur. Xatirələrində Əhməd bəy yazır ki, bu məktəb şəhərin erməni məhəlləsində yerləşirdi, 45 şagirddən yalnız beşi müsəlman uşağı idi. Erməni şagirdlərin bu azlığa qarşı münasibəti çox aqressiv olmuş, müsəlmanları daim incitmişlər. Bu mühitə dözməyən şagirdlərin dördü məktəbi tərk etmiş, yalnız Əhməd təhsilini uğurla başa vura bilmişdir. Öz xatirələrində Əhməd bəy bu hadisələri belə təsvir edir: Daha sonra orta məktəbin VI sinfini bitirən Əhməd bəy Ağaoğlu VII və sonuncu sinifləri Tiflisdəki 1 saylı gimnaziyada oxuyur. Özünün yazdığına görə Tiflis gimnaziyasında ancaq bir nəfər türk var idi ki, o da Əhməd bəy Ağaoğlu idi. Tiflisdə təhsil aldığı dövrdə dostlarının təkidi ilə "Narodnik" cəmiyyətinin gizli toplantılarında iştirak edir. Bu toplantılar Ağaoğlunun düşüncəsində dərin izlər buraxır. Tiflisdə gimnaziyanı müvəffəqiyyətlə bitirdikdən sonra Əhməd bəy Ağaoğlu fərqlənmə diplomu və üç yüz rubl mükafatla Şuşaya qayıdır. Bütün yayı dayısı ilə birlikdə yaylaqda keçirdikdən sonra Peterburqa təhsil almağa gedir. Ali təhsili Peterburq dövrü 1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa gedən Ağaoğlu bir xristian ailəsinin evində kirayəşin olur. Həmin ailə Ağaoğlunun türk olduğunu biləndə çox təəccüblənir. Çünki o günədək ali təhsil üçün Peterburqa erməni və xristian əsilli digər xalqların gəncləri gəlirdi. Ailə türklərdən təhsil almaq üçün buraya gələn heç kimi tanımırdı. Ermənilərin və digər xristianların türklərdən əvvəl təhsil aldıqlarını bilən Ağaoğlu ailənin bu təəccübünə haqq qazandırırdı.Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. O, burada dörd nəfər türkün olduğunu öyrənir. Bu türklərdən biri sonralar Azərbaycanın Paris təmsilçisi olacaq Əlimərdan Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə idi. Digər iki türk tələbə isə yol mühəndisliyi ixtisası üzrə təhsil alırdılar. Ağaoğlu Texnoloji İnstitutunun bütün imtahanlarını uğurla verir. Yalnız sonuncu – cəbr imtahanında məsələni proqramdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sanaraq cavab düzgün olduğu halda qəbul etməməsi onu məyus etmişdi. Professorun bu davranışı gənc Ağaoğluda ruslara qarşı böyük nifrət hissi yaratmışdı. Daha sonra yazdığı xatirələrində həmin günləri belə təsvir etmişdir: Paris dövrü 8 yanvar 1888-ci ildə Əhməd bəy Parisə çatır. Qatarda gələrkən tanış olduğu bir xanım ona daha çox Rusiyadan gələn qonaqların qaldığı Hotel de Peterburqa getməyi məsləhət görür. Parisdə heç bir tanışı olmayan və fransızca bilməyən Əhməd bəy hotelə üz tutur. Lakin otel xərclərinin çox olacağı ilk gündən bəlli olur. Hotelin işçisi dostları vasitəsilə onu Parisdə oxuyan iki gürcü tələbə ilə tanış edir. Gürcü tələbələr isə Əhməd bəyə kirayə otaq tapmağa kömək edirlər. Bir yaşlı qadının kirayə verdiyi otaqda yerləşdikdən sonra Əhməd bəy fransızca öyrənməyə başlayır. Bir müddət sonra pulu bitdiyi üçün borca düşür. Daha sonra isə evdən göndərilən pulla borclarını ödəyən Əhməd bəy Rue de Glacier küçəsində yerləşən bir pansiyona yerləşir. Burada 2 iranlı və 3 misirli ilə tanış olur. Onların məsləhəti ilə College de France və École des Hautes Études Pratiques (Tətbiqi tədqiqat ali məktəbi) mühazirələrinə girməyə başlayır. College de France mühazirələrində hər həftə fransız filosof və tarixçi Ernest Renan, Tətbiqi tədqiqat ali məktəbində isə "Şərq xalqlarının tarixi" mövzusunda Ceyms Darmsteter mühazirələr deyirdilər. Hər iki şəxs Ağaoğlunun formalaşmasında böyük rol oynamışlar. 1888–1889-cu dərs ilində Əhməd bəy Sarbonna Universitetində hüquq təhsili almağa başlayır. Lakin onun maraq dairəsi yalnız hüquqla yekunlaşmır. O, şərq sivilizasiyalarının və dinin tarixinə maraq salaraq Şərq dilləri məktəbinə gedir. Burada şərq dilləri üzrə ekspertlər Çarlz Şefer və Barber de Meynarddan dərslər alır. Daha sonra Ceyms Darmsteterin məsləhəti Ernest Renanın Culyetta Adama məktubu ilə qapalı ziyalı klubuna daxil olur. Culyetta Adam "La Nouvelle Revue" jurnalının təsisçisi, redaktoru və eyni zamanda ziyalı klubunun da təşkilatçısı idi. Bu qapalı klubda Fransanın elm və sənət insanları toplaşıb müxtəlif siyasi, elmi, tarixi, fəlsəfi müzakirələr aparırdılar. 1891–1893-cü illər ərzində Əhməd bəyin "La Nouvelle Revue" jurnalında "İran cəmiyyəti" adı altında silsilə yazıları çap olunur. 1892-ci ildə Londonda keçirilən Beynəlxalq Şərqşünaslıq Konqresində "Şiə dinində məzdəki inancları" mövzusunda məruzə etmişdir. Məruzənin mətni sonralar Kembric Universitetinin xərci ilə bir neçə qərb dilində çap olunmuşdur. Əhməd bəy "Jurnal de Debat", "Revü Been", "Nouvye Revyü" kimi fransız mətbuat orqanlarında ictimai-siyasi mövzularda yazılarını nəşr etdirirdi. Fransada qələmə aldığı yazılarını "Kafkaz", "Şərqi Rus" qəzetlərinə göndərirdi. 1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Tiflisə gəlir. İki il müddətində burada yerli gimnaziyaların birində fransız dilindən dərs deyir. Bununla yanaşı "Kavkaz" qəzeti ilə də əməkdaşlığını davam etdirir. 1896-cı ildə isə Şuşaya geri dönür. Şuşada Şuşa real məktəbində fransız dilində dərs deməyə başlayır. Burada o ilk kitabxana, qiraətxana açır. Məhz buna görə Şuşada el arasında ona Firəng Əhməd ləqəbi verilir. Lakin o Şuşanı tərk etdikdən sonra həmin qiraətxana və kitabxana öz fəaliyyətini dayandırır.Əhməd bəy Ağaoğlu fikirlərini təbliğ etmək üçün qəzet çapının önəmini anlayırdı. Lakin 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra 1891-ci ildə Qafqaz Senzura Komitəsi tərəfindən Azərbaycanca qəzetlərin çap olunmasına qadağa qoyuldu. Halbuki eyni dövrdə Çar Rusiyasının ərazisində ermənicə və gürcücə fəaliyyət göstərən 19 qəzet mövcud idi. İki milyondan çox olan Azərbaycan türkləri isə 1903-cü ilə qədər bu hüquqlarından məhrum idilər. Hətta XIX əsrin sonunda Azərbaycanca qəzet çap etmək üçün icazə almağa çalışan Məhəmməd Şahtaxtinskiyə Rusiya İmperiyasının Çap İşləri üzrə Baş idarəsinin rəisi Solovyev demişdi ki: Yalnız 1896-cı ildə Hacı Zeynalabdin Tağıyev "Kaspi" qəzetini alıb Azərbaycan ziyalılarının öhdəsinə verir. Və "Kaspi" qəzeti milli ziyalılarımızın rus dilli tribunasına çevrilir. Redaktoru Əlimərdan bəy Topçubaşov olan qəzetdə Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli kimi ziyalılarımızın məqalələri çap olunurdu. 1897-ci ildə Əhməd bəy Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə "Kaspi" qəzetində fəaliyyət göstərmək üçün Bakıya gəldi. Bakıya köçdükdən sonra qəzetdə yazdığı yazılar daha çox müsəlman cəmiyyətindəki problemlərlə, cəmiyyətdəki qadınların problemləri ilə bağlı idi. Əhməd bəy məqalələrində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Ağaoğlunun "Kaspi" qəzetində məqalələr yazması qəzetin daha da populyarlaşmasına səbəb oldu. Fərqli dövrlərdə qəzetin tirajı 10 minə çatırdı bu isə gündəlik qəzet üçün böyük uğur idi. Qəzetdə çıxan "İslam dünyasında qadın", "İslam, axund və hatifülqeyb" adlı silsilə yazılarında islam dünyasından bəhs edirdi. "İslam dünyasında qadın" adlı işində o qeyd edirdi ki "azad qadınsız milli inkişaf ola bilməz". "İslam, axund və hatifülqeyb" əsərində isə o islamdakı məzhəblərin çoxluğunu tənqid edib qeyd edir ki, islama ən çox axundlar və mollalar zərər vurublar. Bu yazı din xadimləri tərəfindən xoş qarşılanmır və nəticədə Ağaoğlu haqqında ölüm fətvası verilir. Oğlu Səməd Ağaoğlunun yazdıqlarına görə Əhməd bəy 6 ay evə qapanır və bu müddətdə onun evini polis mühafizə edir. Yalnız Tağıyevin işə qarışması onu bu vəziyyətdən xilas edir.Əhməd bəy qadınların geriliyini və istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni və sağalmaz yarası sayırdı. O, "İslama görə və islamiyyətdə qadın" əsərində qeyd edirdi ki: 1905-ci ildə Əhməd bəy Ağaoğlu Bakı şəhər dumasının üzvü seçilib 1909-cu ilə qədər burada fəaliyyət göstərir. Bu dövr ərzində şəhərin bir çox problemlərinin həllinə nail olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə təhsil komissiyasının üzvü və Bakı Kommersiya Məktəbinin Qəyyumluq Şurasının üzvü olmuşdur. 1905-ci ilin 18 fevral tarixində Rusiya çarının əhalinin həyat şəraitinin yaxşılaşdırılması və dövlət quruculuğunun möhkəmləndirilməsi haqqında verdiyi qərardan sonra 1905-ci ilin 15 mart tarixində Azərbaycan ziyalıları təkliflərini müzakirə etmək üçün Tağıyevin evində toplaşırlar. Onlar Azərbaycan türklərinin tələb və təkliflərini Peterburqa çatdırmaq üçün nümayəndə heyəti formalaşdırırlar. Nümayəndə heyətinə Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə daxil idilər. Peterburqa çatdıqdan sonra Ağaoğlu burada 1905-ci il hadisələri ilə bağlı "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqalənin yazılması çox vacib idi, çünki bütün Rusiya mətbuatında 1905-ci il hadisələrində ermənilər əzilən tərəf kimi göstərilirdi. Ağaoğlunun məqaləsi isə həqiqətləri faktlarla oxuculara çatdırırdı. 1905-ci ilin 16 aprel tarixində Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseyinzadə və Əlimərdan bəy Topçubaşovun imzası ilə Qafqaz canişininə məktub göndərilir. Məktubda onlar Azərbaycan dilində "Həyat" qəzetinin çap olunmasını istəyirdilər. 22 aprel tarixində onların istəyinə müsbət cavab verilir. 7 iyun 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə "Həyat" qəzetinin ilk sayı işıq üzü gördü. Həyat qəzetindən ayrılandan sonra Əhməd bəy Ağaoğlu İsa bəy Aşurbəyovun maliyyə dəstəyi ilə gündəlik "İrşad" qəzetini təsis edir. Və 1905-ci ildən 1908-ci ilə qədər bu qəzetə rəhbərlik edir. Tezliklə qəzetin tirajı 3 minə çatır. Tadeuş Svetoxovskiyə görə qəzet eyni dövrdə çap olunan digər qəzetlərə nisbətən cəmiyyətin problemlərini daha radikal formada işıqlandırıdı. Məhz buna görə də qəzet II Əbdülhəmid tərəfindən Osmanlı dövlətində qadağan edilmişdir.1905-ci ildə İllarion Vorontsov-Daşkov Qafqaz canişini təyin edildikdən sonra ermənilərə dəstək verməyə başlayır. Canişinin dəstəyinə arxalanan ermənilər 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək üçün sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsini təklif edirlər. İş o həddə çatır ki məsələ Rusiya İmperiyasının nazirlər komitəsində belə müzakirə edilir. Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanırlar. Onların səyi nəticəsində 35 gün davam edən müzakirələrdən sonra Bakı kəndlərinin əhalisinin köçürülməsinin qarşısı alınır.1905-ci ildə baş vermiş soyqırım zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də digər xarici mətbuatda dezinformasiya yaymaqla məşğul idilər. Halbuki müsəlmanların itkiləri qat qat artıq idi. Dövri mətbuatda hətta mövcud olmayan erməni şəhərlərinin müsəlmanlar tərəfindən dağıdılması haqqında yazılar belə gedirdi. Məhz əsl həqiqətləri insanlara çatdırmaq üçün və baş verənləri faktlarla sübut etmək üçün Əhməd bəy Ağaoğlu "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqalədən sonra bəzi erməni müəlliflər belə hadisələrlə bağlı mətbuatda yalan məlumatların yayıldığını etiraf etmişlər. 1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Adil xan Ziyadxanov və başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər.Öz son çıxışında Əhməd bəy bunları demişdi: 1906-cı ilin avqust ayında Şuşaya gələn Əhməd bəy Azərbaycanlı ziyalıları toplayaraq bölgədəki vəziyyəti müzakirə edir. Onun təklifi ilə Difai partiyası yaradılır. Rəsmi olaraq partiya "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi" adlanırdı. Partiyanın bölmələri və ya komissiyaları Azərbaycanın və cənubi Qafqazın demək olar ki, bütün şəhərlərində və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı. Partiyanın qəza bölmələrinin yaradılmasında Əhməd bəy bilavasitə iştirak edirdi. Bu məqsədlə o, bütün Qarabağı gəzmiş və "bütün müsəlmanları partiyanın ətrafında sıx birləşməyə" təşviq etmişdir. Partiyanın təşkilatçıları Dağıstandakı Azərbaycanlı əhali arasında da təşviqat aparırdı. Əhməd bəy fəaliyyətinə görə təqib olunduğu üçün bir müddət gizlənməyə məcbur olur. Öz xatirələrində həmin günləri belə təsvir edir: Osmanlı dövlətində Aylarla dostlarının evində gizlin yaşayan Əhməd bəy təqib və mümkün həbslər səbəbindən 1909-cu ilin ortalarında İstanbula köçməli olur. Ağaoğlu İstanbulda maarif sahəsində müfəttiş, sonra isə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışır. Müfəttiş işlədiyi dövrdə 4 ay ərzində İstanbulun bütün özəl, dövlət ibtidai və orta məktəblərinində olaraq öz müşahidələri əsasında mövcud vəziyyət və islahatların aparılması ilə bağlı hesabat hazırlamışdır. O düşünürdü ki, təhsildə olan problemlərin həlli ölkənin gələcəyində böyük rol oynayır. 1909-cu ilin oktyabrından İstanbul darülfünunda Türk-monqol tarixindən və rus dilindən dərs deyir. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. Universitetdəki fəaliyyəti yalnız dərs keçməklə məhdudlaşmırdı. O, həm də tədrisin təşkilində və təkmilləşməsində də aktiv iştirak edirdi. 1911-ci ildə o, filologiya fakültəsinin islahatlar üzrə komissiyasının rəhbəri, daha sonra isə fakültənin dekanı seçilmişdir. İşlərini qaydasına qoyduqdan sonra ailəsinə məktub yazaraq Türkiyədə qalmağı düşündüyünü qeyd edir. Həyat yoldaşı Sitarə xanım da Türkiyəyə gəlməyə razı olur. 1910-cu ildə Əhməd bəy ailəsini də İstanbula köçürür. İstanbula köçdükdən sonra jurnalistika fəaliyyətini də davam etdirmiş və 1909-cu ildən "Kaspi" qəzetində "Türkiyədən məktublar", "Türkiyədə milli sual" mövzularında silsilə məqalələri çap olunmuşdur. Bundan başqa İstanbulda "Sırat-ı Müstakim", "Sebilürreşad, "Hikmet" kimi qəzet və jurnallarda da məqalələr yazmışdır. İstanbulda İran təbəələri üçün farsca çap olunan "Süruş" və fransızca çap olunan "Le Jeune Turc" qəzetləri ilə də əməkdaşlıq etmişdir. Hətta 1912-ci ildə "Tərcüman-i Hakikat" qəzetinin təsisçisi Əhməd Midhət dünyasını dəyişdikdən sonra həftəlik çap olunan bu qəzetə də bir müddət Ağaoğlu rəhbərlik etmişdir. 1912-ci ildə Əhməd bəy Ağaoğlu iki dəfə yazdığı məqalələrə görə həbs olunur və tezliklə də azad edilir. Əhməd bəy Ağaoğlu ilk öncə Akçuranın yaratdığı Türk Dərnəyi cəmiyyətinə üzv olmuşdur. Sonradan isə o, 1911-ci ildə yaradılmış Türk Yurdu cəmiyyətinin 6 qurucusundan biri oldu. Cəmiyyətin məqsədi türk uşaqlar üçün pansiyonun açılması və türklər arasında intellektual səviyyəni artırmaq məqsədilə qəzet çap etdirmək idi. 1911-ci ilin sentyabr ayında cəmiyyət "Türk Yurdu" adlı jurnalı çap etdirməyə başladı. Ağaoğlu da jurnal üçün yazılar yazmağa başladı. Jurnalın apardığı təbliğatın nəticəsində cəmiyyətdə türküçülük ideyaları yayılmaqda idi. 1911-ci ildə Hərbi Tibbiyyə Məktəbinin 190 tələbəsi Akçuraya yeni təşkilatın yaradılması üçün məktubla müraciət etmişdilər. Daha sonra məktəbin tələbə nümayəndələri və Ağaoğlu, Akçura kimi ziyalıların iştirakı ilə Türk Ocağı təşkilatı yaradılır. Təşkilatın qurucu üzvləri arasında Ağaoğlu da yer alır. Türk Yurdu və Türk Ocağı təşkilatları bütün Türkiyə ərazisində tanınmağa başlayır. Əgər 1914-cü ildə Türk Ocağı təşkilatının 3 min üzvü var idisə 1920-ci ildə onların sayı 30 mini keçmişdi. Hər iki təşkilatın Türkiyə İstiqlaliyyət müharibəsində böyük rolu olub. Əhməd bəy Ağaoğlu siyasi fəaliyyətinə görə 1912-ci ildə İttihad və Tərəqqi partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı Məclisi Məbusanına Afyonqarahisar bölgəsindən deputat seçilir.Osmanlı dövlətində yüksək məqamlara sahib olan Ağaoğlu vətənini heç vaxt unutmamışdır. O, 1915-ci ildə İstanbulda Rusiyadakı Türk – Tatar Müsəlmanlarının Haqlarını Qoruma Komitəsinin yaradılmasında və fəaliyyətində aktiv iştirak edir. 1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında o, Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. Birinci dünya müharibəsi dövründə ABŞ prezidenti V. Vilsona ünvanlanmış Rusiya müsəlmanlarının haqlarının qorunması müraciətinə imza atanlardan biri də Əhməd bəy idi. Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan edir. Yeni qurulmuş hökumət xalqı fiziki məhvdən qurtarmaq üçün 1918-ci il 4 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövləti arasında bağlanmış Batum müqaviləsinin IV bəndinə əsasən Osmanlı dövlətindən hərbi dəstək istəyir. Bundan sonra Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə yaradılır. Ağaoğlu Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Qafqaz İslam Ordusu ilə birgə Azərbaycana göndərilir. Ordu Gəncəyə çatdıqdan sonra Nuru paşa ilə mövcud Azərbaycan hökuməti arasında narazılıq meydana çıxır ki, bu da İyun böhranına səbəb olur. Milli hökumətin yaradılmasının tərəfdarları ilə Azərbaycanın Osmanlıya birləşdirilməsini istəyən ilhaqçılar arasında fikir mübahisəsi yaranır. Ağaoğlu da ilhaqçı olaraq Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinin tərəfdarı olur. O coğrafi, mədəni, dil və etnik cəhətdən bu qədər yaxın olan Azərbaycan və Anadolu türklərinin iki fərqli dövlətdə təmsil olunmasını bölücülük kimi qəbul edirdi. Bu qədər gərgin şəraitdə olmasına baxmayaraq Əhməd bəy Gəncədə yaşadığı dövrdə "Türk sözü" adlı qəzet təsis edir. Lakin ordunun Bakını azad etməsi ilə bağlı hərəkətə keçməsi qəzetin yalnız iki nömrəsinin işıq üzü görməyinə səbəb oldu.26 dekabr 1918-ci ildə Ağaoğlu bitərəf nümayəndə olaraq Zəngəzur qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Bununla da o həm Osmanlı dövlətinin Məclis-i Məbusanında Qarahisar-i Sahib nümayəndəsi həm də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Zəngəzur nümayəndəsi olur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci ilin 26 dekabr tarixində baş tutan beşinci iclasında Əhməd bəy Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti-nin xarici dövlətlər tərəfindən tanınmasından qabaq müstəqilliyi daxili qüvvələrə tanıtmağın vacibliyini vurğulayır. Buna görə də daxili və xarici düşmənləri məhv edəcək bir hökumətin yaranmasını istəyir. Bundan başqa əsgərliyə çağırışla bağlı sinfi fərq olmadan yaşı çatan hər kəsin xidmət etməsini tələb edir. Ölkənin xarici dövlətlərdə tanınması üçün bu vaxta qədər heyətin göndərilməməsini də vurğulayaraq bunun vacibliyini bildirir. O deyir: 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibi təsdiqlənir. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Ağaoğlu da daxil idi. 9 yanvar 1919-cu ildə Ağaoğlu və nümayəndə heyətinin digər üzvləri xüsusi qatarla Bakıdan Tiflisə yola düşdülər. Vağzalda nümayəndə heyətinin Fətəli Xan Xoyskinin rəhbərliyi ilə parlament üzvləri və ictimai siyasi nümayəndələr yola saldılar. Bu tədbirdə Məhəmməd Əmin Rəsulzadə və Əhməd bəy Pepinov çıxış etdilər nümayəndə heyətinin adından isə Ağaoğlu çıxış etdi. 11 yanvar 1919-cu ildə nümayəndə heyəti Tiflisə 14 yanvar 1919-cu ildə isə Batuma çatır. Batumda müsəlman əhaliyə qarşı gördüyü haqsızlıqları, tərksilah olunan türk qoşunlarını və ümumi vəziyyəti daha sonra yazdığı "Atəşkəs və sürgün xatirələri" kitabında təsvir edir. O qeyd edir ki, ingilislər şəhərin idarə edilməsi üçün fərqli millətlərdən təmsil olunan bir qrum yaradırlar. Əhalinin 80 %-nin müsəlman olmasına rəğmən qurumda 2 yunan, 2 erməni, 2 müsəlman təmsil olunurdu. Bu isə açıq aşkar ingilislərin Batumun müsəlman əhalisinə qarşı diskriminasiyası idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 19 yanvar 1919 tarixli iclasında etibarnamə komissiyası Əhməd bəy Ağaoğlunun sənədlərinin düzgünlüyünün təsdiq olunduğunu və üzvlüyə qəbul olunmanın tam təsdiqini səsə qoymaq istəsə də, Əhməd bəy Ağaoğlu artıq üzvlükdən imtina etmişdi. Batumdan yola çıxan heyət 21 yanvar tarixində İstanbula çatır. Lakin Bosfor boğazında çatdıqdan sonra Azərbaycan, Gürcüstan, Ermənistan heyətlərinin də daxil olduğu gəmi heyətinə 8 saat boyunca sahilə çıxmağa icazə verilmir. Daha sonra isə onları kiçik gəmilərlə sahilə gətirib üstü açıq yük maşınları ilə Bəyoğlu bölgəsində yerləşən ingilis səfirliyinə gətirirlər. Bir neçə saat da burda gözlətdikdən sonra gecə saatlarında onları qəbul edib sənədlərini yoxlayırlar. Lakin səhəri gün yenidən səfirliyə gəlmələri tələb olunur. 22 yanvar tarixində Azərbaycan nümayəndə heyəti Topçubaşovun evində iclas keçirib təşkilati məsələləri və üzvlərin vəzifələrini müəyyən edir. Ağaoğlu İstanbula çatan kimi orada fəaliyyət göstərən fransız dilli "La Renaissance" və "Le Stamboul" kimi erməni qəzetlərində ona qarşı yazılar çap olunur. Onu pantürkizm və panislamizdə, ermənilərin ölümündə günahlandırırlar. Bundan başqa Azərbaycana qarşı Avropa və Amerikada ermənilərin apardığı təbliğat kompaniyasının gedişində ya Azərbaycan adlı dövlətin mövcud olmadığı əsaslandırılır, ya da Azərbaycan Antantaya qarşı vuruşmuş məğlub Türkiyənin ayağına yazılırdı və bütün vasitələrlə rəhbər xadimlərə Azərbaycan haqqında qərəzli məlumatlar verilirdi. Lakin Ağaoğlu olanlara səssiz qalmır və İstanbulda fransızca çap olunan "Kurie de Turki" qəzetində bütün ittihamlara qarşı sərt bir cavab məqaləsi yayımlayır. Lakin artıq gec idi və o İttihad və Tərəqqi partiyasının tərəfdarı kimi həbs olunacaqlar siyahısında idi. O, İttihad və Tərəqqi partiyasının lideri, türk Parlamentində və mətbuatında ittihadçıların alovlu təmsilçisi və fəal nümayəndəsi, müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verilirdi. İttihad və Tərəqqi partiyasının, xüsusən də Tələt-Ənvər kabinəsinin bütün günahları Əhməd bəyin ayağına yazılırdı. Daha sonra İstanbulu işğal edən ingilis fransız təmsilçiləri elan edirlər ki: Daha sonra Topçubaşov Azərbaycan hökumətinə yazdığı məktubda qeyd edir ki: Malta sürgünü Fevral ayının sonunda Əhməd bəy İspan qripinə yoluxur məhz bu xəstəlik onun həbs olunmasını gecikdirir. İki həftə ərzində o 40 dərəcə hərarətlə xəstə yatır. O xəstə olduğu müddətdə Ziya Gökalp və Hüseyin Cahid kimi ittihadçılar həbs olunurlar. Mart ayının ortalarına Əhməd bəyin vəziyyəti yaxşılaşsa da o hələ də yataqdan qalxa bilmirdi. Bir neçə gün sonra evə oğrunun girəcəyi haqda informasiyaya sahib olduqlarını və ailəni mühafizə etmək üçün gəldiklərini idda edən iki polis gəlir. Əslində isə onlar Ağaoğlunun tam sağalıb qaçmasının qarşısını alıb onu həbs etmək üçün evə gəlmişdilər. Gələn polislər artıq növbəti gün onu həbs edirlər. Polislərin gətirdikləri həkim Əhməd bəyin həbsxana şəraitində saxlanılmasını qeyri-mümkün hesab edib, bunu onun həyatı bahasına başa gələcəyini desə də, onu Eminönü polis şöbəsinə aparırlar. 19 mart 1919-cu ildə isə onu Bekirağa Bölüyü adlı hərbi həbsxanaya yerləşdirirlər. Osmanlı dövlətində xüsusi təhlükəli siyasi məhbuslar bu həbsxanada saxlanılırdılar. Həbslərindən az sonra Osmanlı hökumətinin ingilislərə yarınmaq istəyən maarif naziri Əli Kamalın əmri ilə Ağaoğlunu və Ziya Göyalpı İstanbul darülfünunu müdərrisliyindən (universitet müəllimliyindən) azad etmişdilər. Beləcə, Sitarə xanım və böyüyü 17 yaşında olan beş övladı yeganə sabit gəlirdən məhrum qalmışdular. Azərbaycan nümayəndə heyəti Türkiyədə olduğu dövrdə ehtiyac və çətinliklər içərisində yaşayan Ə. Ağaoğlunun ailəsinə 150 türk lirəsi həcmində maddi yardım göstərdi. Bundan başqa Ağaoğlu həbsdə olduğu dövrdə dostları Heydər Rifət bəy və Əli bəy Hüseynzadə ailəyə daima mənəvi dəstək verirdilər.Səməd Ağaoğlu anası ilə atası arasında keçən söhbəti belə xatırlayır: Bu hadisədən cəmi 15 gün sonra mayın 28-də ingilislər Əhməd bəylə yanaşı Türkiyənin tanınmış şəxslərini Malta adasına sürgünə apardılar. Admiral Qaltrop 67 nəfərlik əsas qrupdakı dustaqları üç dərəcəyə ayırmışdı. Tərkibinə 12 keçmiş hökumət üzvü, siyasətçi və ictimai xadimin daxil olduğu qrup birinci dərəcəli sayılırdı. Əhməd Ağaoğlu ilə Ziya Göyalp da təhlükəlilik baxımından keçmiş sədrəzəmin, nazirlərin və millət vəkillərinin yer aldığı həmin qrupda idi. Onların hamısı qondarma erməni soyqırımında, yaxud qondarma soyqırımın təşviqində günahlandırılırdı. Dustaqları aparan zirehli gəmi mayın 29-da Egey dənizindəki kiçik Limni adasına yan aldı. Yalnız ingilislərə məlum olan səbəblər üzündən aralarında Əhməd bəyin də olduğu ilk qrupdakı 12 məhbus burada gəmidən endirildi. Onlar dustaqların qəbulu üçün əvvəlcədən heç bir hazırlıq görülməmiş həbs düşərgəsində yerləşdirildilər. Burada saxlananlar da adlarından daha çox nömrələri ilə tanınırdılar. Əhməd Ağaoğlu bütün sənədlərdə 2764 nömrəli məhbus kimi qeyd olunmuşdu. Onlar dörd tərəfdən tikanlı məftillər və keşikçi qüllələri ilə əhatə edilmiş boş ərazidə saxlanılırdılar. Yaşayış funksiyalı heç bir tikili olmadığından iri dəmir çəlləklərdə gecələyirdilər. "Birinci dərəcəli" qrupun üzvləri yalnız aradan dörd ay keçəndən sonra – 1919-cu il sentyabrında Maltaya gətirildilər. Sürgündə olduğu müddətdə Ağaoğlu Osmanlı hökumətini tənqid edən yazılar yazır. Bir yazısında o qeyd edir: Ağaoğlu Maltada da ingilis rəsmilərinə qarşı qorxmadan, son dərəcə açıq və sistemli şəkildə, təkzibolunmaz arqumentlərlə mübarizə aparır, onları tənqid etməkdən də çəkinmirdi. İngilislərin özbaşınalığına qarşı özünün kəskin etirazını dönə-dönə yazılı şəkildə bildirmişdi. Özünün azad olunmağa haqqı olduğunu dönə-dönə irəli sürərək bu tələblə ingilis rəsmilərinə məktub yazmışdı. Bu məktubların birində yazırdı: Əhməd bəyin sağ gözü gəncliyindən xəstə olub və uzun müddət müalicə almadığından tədricən görmə qabiliyyətini də itirir. Sürgündə ikən bu gözdə dəhşətli ağrılar başlayır. Ağaoğlu bir müddət sonra sol gözünün də zəiflədiyini hiss edir. Müalicə üçün dəvət olunan həkim sağlam gözün də, xəsarət alma təhlükəsinə görə xəstə gözün dərhal çıxarılmasını vacib bilir və əməliyyatın aparılması üçün əlli funt-sterlinq istəyir. Heç yerdən heç bir yardım almayan məhbus üçün bu olduqca böyük məbləğ idi. Əhməd bəy aralarındakı varlılardan sayılan həmkarı Hüseyn Cahid Yalçına üz tutur. Hüseyn Cahid sürgünə göndərildikdən sonra maddi imkanı sayəsində ingilislərlə razılığa gəlmiş, ailəsinin yanına gətirilməsinə nail olmuşdu. Bundan başqa villada, İstanbuldakı məişət və güzəranından o qədər də fərqlənməyən asudə həyat tərzini yaşayırdı. Bədii yaradıcılıqla, habelə italyan və ingilis dillərindən tərcümə ilə məşğul olurdu. Fərqli yaşam tərzinə görə dustaq yoldaşları önündə vicdan əzabı çəkməsi hiss edilmirdi. Hətta ara-sıra onların yanında "paranı verən düdüyü çalar!" ifadəsini işlətməkdən də vaz keçmirdi. Çıxılmaz vəziyyətdə qalan Əhməd bəy Hüseyn Cahidi ilk növbədə həmkarı və ziyalı şəxs kimi tanıdığından xahişinə həssaslıqla yanaşılacağını düşünmüşdü. Əski bir hüquqşünas kimi borcun şərtlərini də unutmamışdı: "Buradan çıxar-çıxmaz ilk imkan düşən kimi pulunu qaytaracağam. Ölsəm, övladlarım bunu edəcəklər. İşdir, ikimiz də sağ qayıtmasaq, pulu mənim övladlarım səninkilərə ödəyəcəklər. Bütün bu şərtləri də burada yoldaşlarımızın gözü önündə bir sənəd halına salıb altına imza atacağıq" – deyə həmkarında ziyana düşməyəcəyi ilə bağlı əminlik yaratmağa çalışmışdı. Hüseyn Cahid isə qətiyyən halını pozmadan "Xeyr, Əhməd bəy! – deyə cavab vermişdi. – İnsan əsirlikdə nə borc istər, nə də borc verər". İllər keçdikdən sonra isə 1933-cü ildə Hüseyn Cahid "Fikir Hareketleri" jurnalını nəşr etdirmək üçün Əhməd bəydən maddi dəstək istəyir. Əhməd bəy isə özü də maddi ehtiyac içərisində olduğuna görə evdəki xalçaları sataraq öz keçmiş dostuna maddi yardım edir.Əhməd bəyi çətin vəziyyətdən gənclik illərini Parisdə birgə keçirdiyi göz həkimi, Mudros anlaşmasına qarşı çıxan Milli Komitənin qurucularından biri kimi Maltaya sürgün edilən Mehmet Esat İşıq qurtarmışdı. Zəruri dərmanlar və tibb alətləri tapılarsa, cərrahiyyə əməliyyatı aparmağa boyun olmuşdu. İngilislər bu işin nəticələri üçün heç bir məsuliyyət daşımadıqları ilə bağlı həm həkimin, həm də xəstənin dilindən kağız almışdılar. İstanbulda Avropa standartlarına uyğun ilk göz klinikasını quran Mehmet Esat çətin şəraitdə əsl peşəkarlıq nümunəsi göstərərək Əhməd bəyi korluq təhlükəsindən xilas edir.Aprelin 6-da İstanbuldakı ingilis yüksək komissarı ser H. Rumboldt 22 ingilis müharibə əsirinin Malta sürgünlülərinin 40 nəfərlik ilk qrupu ilə dəyişdirilməsi təklifini yenidən gündəmə gətirdi. Aradan altı gün keçəndən sonra rəsmi London bu təkliflə razılaşdı. Aprelin 13-də qərarla bağlı Malta valisinə müvafiq təlimat verildi. 37 nəfərlik qrupun (3 nəfər daha əvvəl azad olunmuş və adanı fərdi qaydada tərk etmişdi) İtaliya limanlarından birinə gətirilməsi və burada sərbəst buraxılması qərara alındı. Ankara hökumətinin Roma təmsilçisi Cami bəy də proseslərə qoşuldu. Sürgünlülərin harada qəbul olunması ilə əlaqədar İtaliya xarici işlər nazirliyi ilə danışıqlar başlandı. Britaniyalılar zorla Maltaya apardıqları və iki ilə yaxın burada saxladıqları türk əsirlərini İstanbulda təhvil vermək öhdəliyini yaxın buraxmaq istəmirdilər. Onları sadəcə İtaliya sahillərinə gətirməyi öhdələrinə götürürdülər. Azad olunanların çoxunun vətənə qayıtmaq üçün heç bir vəsaiti yox idi. Onlar Malta adasını yalnız aprelin 30-da tərk edə bildilər. İngilis hərbi donanmasının "Hibiscus" və "Chryssanthemum" gəmiləri onları mayın 1-də Taranto limanına çatdırdı. Əhməd bəy Ankara hökumətinin Roma təmsilçisi Cami bəyin köməyi ilə 1921-ci il may ayının 28-də İstanbula geri dönür. İstanbuldakı evində onu işğal edilmiş Azərbaycanının SSR Xalq Komissarları Sovetinin birinci sədri, Nəriman Nərimanovun məktubu gözləyirdi. Nərimanov Əhməd bəyi Bakıya, başçılıq etdiyi şura hökumətində mühüm vəzifələrdən birini tutmağa çağırırdı. Əhməd bəy isə 1921-ci ilin iyunun 5-də yazdığı cavab məktubunda bunları qeyd etmişdir: Sürgündə olduğu müddətdə Əhməd bəy də 25 il əvvəl Parisdə öyrənməyə başladığı ingilis dilini daha da təkmilləşdirmişdi. Eyni zamanda yaradıcılıqla da məşğul olmuşdu. Poçt ciddi nəzarət altında saxlandığından jurnalistlik fəaliyyətindən uzaq düşmüşdü. Ancaq Əvəzində fəlsəfi araşdırmalara baş vurmuş, dünya dinlərinin və mədəniyyətlərinin müqayisəli tədqiqi əsasında "Üç mədəniyyət" əsərini sürgün dövründə tamamlamışdı. Onun Türkiyəyə döndükdən sonra hissə-hissə "Türk yurdu" məcmuəsində çap etdirdiyi bu əsərin yaranmasında Malta mühiti özünəməxsus rol oynamışdır. Türkiyədə fəaliyyəti Türkiyədə düşmənə qarşı mübarizəni təbliğ etmək məqsədilə təbliğatçı İrşad qrupları Anadolunun müxtəlif yerlərinə göndərilirdilər. Əhməd bəyə də bu qruplardan birinə rəhbərlik etmək təklif olunur və o bu təklifi qəbul edir. Onun qrupu Çanqırı-Kastamonu-İnebolu yolu ilə hərəkət edərək əhali arasında təbliğat aparmalı daha sonra isə Trabzon-Gümüşhane-Bayburt yolu ilə Qarsa yollanmalı idi. Son olaraq Qarsda gündəlik qəzet və müəllimlər seminariyası təsis edilməli idi. Əhməd bəyə həm qəzetə həm də məktəbə rəhbərlik etmək tapşırılmışdı. 1921-ci il iyulun sonunda Əhməd bəy iki yoldaşı ilə birgə Ankaranı iki təkərli faytonla tərk edərək təbliğata yollanır. Böyük çətinliklərə baxmayaraq dörd ay yarım ərzində onlar bir çox şəhərlərdə, qəsəbələrdə olmuş aktiv təbliğat işləri aparmışdılar. 1921-ci ilin sonu 1922-ci ilin əvvəlində Ağaoğlu rus səfiri S. Aralovu Batumdan Ankaraya qədər müşayiət etmişdir. Aralov bununla bağlı öz xatirələrində yazıb. 29 oktyabr 1921-ci ildə Əhməd bəy Qarsda olduğu zaman Ankaradakı Mətbuat İnformasiya İdarəsinə (Matbuat ve İstihbarat Umum Müdirlüğü) baş müdiri vəzifəsinə təyin edilir. Ona demək olar ki, kamalçı hərəkatın bütün informasiya siyasətinə rəhbərlik etmək həvalə edilmişdi. 1921-ci ilin dekabrında Ankaraya geri dönən Əhməd bəy həm də Anadolu Agentliyinə də rəhbərlik etməyə başlayır. Bundan başqa o, "Hakimiyyəti-milliyə" qəzetinin redaktoru vəzifəsini də yerinə yetirirdi. Demək olar ki, hər gün qəzetin səhifələrində çıxış edən Ağaoğlu sonradan nəticədə bu məqalələrini toplayaraq "İxtilalmı, inqilabmı" adlı kitab şəklində çap elətdirir. 22 iyul 1923-cü ildə 158 səslə TBMM-nə Qarsdan millət vəkili seçilir. 11 avqustdan etibarən isə məclisdə fəaliyyət göstərir. TBMM-də fəaliyyəti dövründə o, bir neçə vacib parlament komissiyalarının o cümlədən Beynəlxalq münasibətlər və konstitusiya islahatları komissiyasının da, üzvü olmuşdur. O, həm də konstitusiya komissiyasının üzvü olaraq 1924-cü ildə yeni Türkiyə konstitusiyasının hazırlanmasında və qəbulunda böyük rol oynayıb. 2 avqust 1927-ci ildə isə o, TBMM-nə ikinci dəfə Qarsdan millət vəkili seçilir.29 dekabr 1922-ci ildə o yoldaşları ilə birgə yaradıcılarından biri olduğu Türk Ocaqları cəmiyyətinin fəaliyyətinin bərpa olunmasına nail olur. 1923-cü ilin mart ayından etibarən isə cəmiyyətin çap orqanı olan "Türk yurdu" jurnalı da yenidən fəaliyyətə başlayır. 1924-cü ildə Türk Ocaqlarının müharibədən sonrakı ilk konqresində Əhməd bəy təşkilatın Mərkəzi Komitəsinə üzv seçilir.1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayır. Deyilənə görə məktəbin təntənəli açılışında Atatürkün və o dövrdə Ədliyyə naziri olmuş Mahmud Əsəd Bozqurdun çıxışından sonra məktəbdə ilk dərsi keçmək Əhməd bəyə həvalə edilmişdir. 13 fevral 1926-cı ildə TBMM-də Əhməd bəyin və Yusuf Kamalın həm millət vəkilliyindən həm də müəllimlikdən maaş almaqlarını doğru hesab etməyən həmkarları bu məsələni müzakirəyə çıxarırlar. Tənqidlərə cavab verən Yusuf Kamal Ağaoğlu ilə birgə maddi maraq olmadan belə gələcəyin hüquqşünaslarına dərs deməyə hazır olduqlarını bəyan edir. Əhməd bəyin 1925–1926, 1926–1927-ci dərs illərində verdiyi mühazirələr kitab şəklində toplanaraq ərəb əlifbası ilə nəşr edilmişdir. Lakin ölkənin 1928-ci ildə latın əlifbasına keçidi onun böyük kütləyə çıxışını məhdudlaşdırmışdır. 2012-ci ildə isə onun bu mühazirələri təkrar latın əlifbası ilə nəşr edilmişdir. Əhməd bəy 1930-cu ilə qədər Ankara Yüksək Hüquq məktəbində dərs deyir.Türkiyədə göstərdiyi fəaliyyətlə yanaşı öz soydaşlarına da kömək olan Əhməd bəy Məhəmməd Əmin Rəsulzadənin İstanbulda nəşr etdirdiyi "Yeni Kafkasya" jurnalının çap olunmasına da maddi yardım edir. Bunu onun 1924-cü ilin 14 martında yazdığı şifrəli məktubun məzmunu da təsdiq edir. Məktubda onun "Yeni Kafkasya" jurnalının çap olunması üçün Məhəmməd Əmin Rəsulzadəyə 350 lirə göndərdiyindən bəhs edilir. Hətta Məhəmməd Əmin Rəsulzadə İstanbulda Əhməd bəylə görüşəndə ondan Parisdən İstanbula köçməyi düşünən Ceyhun Hacıbəyli üçün iş tapmağa kömək istəyir. Ağaoğlunun 17 mart 1925-ci ildə yazdığı məktuba əsasən o Türk Ocaqları təşkilatının Mərkəzi Komitəsindən siyasi mühacirlər Məhəmməd Əmin Rəsulzadə, Xosrov bəy Sultanov və Əbdüləli bəy Əmircanov üçün aylıq 75 lirə pulun ayrılmasına nail olmuşdur. Bundan başqa Ağaoğlunun şəxsi təşəbbüsü ilə ölkə ərazisində yerləşən Türk Ocaqları təşkilatının 130 bölməsi "Yeni Kafkasya" jurnalına abunə olurlar. Və bu azərbaycanlı siyasi mühacirləri maddi iflasdan xilas edir. Məhz bu fəaliyyətinə görə Ağaoğlu Türkiyə xüsusi xidmət orqanlarının nəzarətində olub. Hərbi kəşfiyyatın bir hesabatında Atatürk tərəfindən Ağaoğlunun İzmirə getməsi üçün ayrılan 12 min lirənin ölkədə yerləşmiş müsavatçı mühacirlərə verilməsi ehtimalından narahatlıq duyulur. Bu səbəblərdən Ağaoğlu azərbaycanlı siyasi mühacirlərlə olan əlaqəsini gizlətməyə çalışıb gizlin yazışmalara üstünlük verirdi. Türkiyədə yeni rejim möhkəmləndikcə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində avtoritorizm güclənirdi. Əhməd bəy isə bu halla heç barışmaq istəmirdi məhz buna görə də 1926-cı ildə hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edən hesabat məktubunu Atatürkə yollayır. Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui istifadə etmələrinə səbəb kimi ölkədə tək partiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı. Bundan başqa Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər iqtisadiyyatın fərqli sahələrində olan dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Və o bu hesabat məktubunu da Dövlət Şəkər tozu Şirkətinin direktorlar şurasına rəhbərlik etməsi təklif edildikdən sonra yazmışdır. Atatürk ölkədəki açıq və ya gizlin müxalif qüvvələri bir yerə toplayıb onları idarə etmək üçün Türkiyənin Parisdəki səfiri Fethi Okyara yeni yaradılacaq müxalif partiyaya rəhbərlik etməyi təklif edir. Yeni yaradılan Sərbəst Firqəyə sonradan Atatürkün istəyi ilə Əhməd bəy də qatılır. Onunla yanaşı həm də Atatürkün bacısı Makbule xanım da partiyaya üzv olur. 1930-cu ilin avqust ayında yeni yaradılan partiyanın proqramı Əhməd bəy tərəfindən yazılıb dərc edilir. Partiyanın nizamnaməsi də Əhməd bəy Ağaoğlu tərəfindən yazılır. Lakin partiya uzun müddət fəaliyyət göstərə bilmir və 100 gündən sonra 17 noyabr 1930-cu ildə öz fəaliyyətini dayandırır. Partiya fəaliyyətini dayandırdıqdan sonra partiyanın lideri də daxil olmaqla üzvlərin mütləq çoxluğu yenidən Cümhuriyyət Xalq Firqəsinə üzv oldular. Hətta partiyanın rəhbəri Fəthi Okyar 1931-ci ildə Türkiyənin Böyük Britaniyadakı səfiri təyin olunur. Seçilən üzvlərdən yalnız Əhməd bəy Atatürkə verdiyi sözünü tutaraq partiyaya üzv olmur. Beləki Sərbəst Firqə dağılmamışdan öncə Əhməd bəy Atatürklə olan şəxsi görüşündə partiyanın dağılacağı təqdirdə bir daha siyasətlə məşğul olmayacağını yalnız pedaqoji fəaliyyətlə məşğul olacağını söz vermişdi.Əhməd bəyin müxalifətə keçməsi hökumət tərəfindən bağışlanmadı. Onların Keçiörəndə olan evlərinin qarşısında hər gün 24 saat mülki geyimli polislər növbədə olurdular. Polislər evə gələn şəxslərin adlarını və maşınlarının nömrələrini qeyd edirdilər. Sürəyya Ağaoğlunun xatirələrinə görə bir qış gün Əhməd bəy küçədə növbə çəkən polis üşüməsin deyə onu evə dəvət edir. Və o zamandan polis evin içində növbə çəkir. Hətta ailə İstanbula köçəndə Əhməd bəyin həyat yoldaşı Sitarə xanım daxili işlər nazirinə növbə çəkən həmin polisi də İstanbula göndərməyi məsləhət görür.Əhməd bəy 1932-ci ildə Ankaradan İstanbula köçməyi qərara alır. Keçiörəndəki evlərini satdıqdan sonra İstanbulda memar Sedat Çetintaşa yeni ev tikdirir. Evdə kitabxanaya və eləcə də Əhməd bəyin şəxsi istəyi ilə dairəvi bir otağa da yer ayrılır. Bu dairəvi otaqda o hər birinci gün axşam ziyalıları toplayaraq sosial, mədəni mövzularda müzakirələr aparırdı. Siyasətdən getdikdən sonra isə Ağaoğlu daha çox elmi-tarixi araşdırmalarla məşğul olur. Dünyada tarixində ilk dəfə o, etruskların türk kökləri haqqında fikir irəli sürüb. Onun fikrinə görə etrusklar türk köklüdürlər və onlar şərqdən gəlib Anadoludan keçərək Apenin yarımadasında peyda olublar.1933-cü ildə Əhməd bəy Türkiyə cəmiyyətində liberal dəyərləri təbliğ etmək üçün "Akın" qəzaetini təsis edir. Təbliğ etdiyi dəyərlər ölkədəki mövcud təkpartiyalı sitemə zidd olduğu üçün Əhməd bəy Ağaoğlu və onun qəzeti hökumətə tabe mətbuat və dövlət strukturları tərəfindən hücumlara məruz qalırdılar. Davamlı baş verən polemikalara görə bəzən Əhməd bəyi məhkəməyə də verirdilər. Məhkəmələrin birində Ağaoğlu hakimdən icazə alaraq çıxış edir. O öz çıxışında bunları deyir: Qəzet bu məhkəmədən qalib çıxır. Lakin qəzetin dövlətin rəsmi təbliğatına zidd getdiyi üçün, hakimiyyətin yüksək təbəqəsində olanların hakimiyyətdən sui istifadə hallarını, rüşvət hallarını, iqtisadiyyatın fərqli sahələrində olan monopoliyanı ifşa etdiyi üçün uzun müddət fəaliyyət göstərə bilməyəcəyi bəlli idi. Atatürk Əhməd bəy Ağaoğlunu Dolmabaxça sarayında yeməyə dəvət edir. Daha sonra Axın qəzetində yazılan tənqidi yazılarla bağlı narazılığını bildirir. Daha sonra isə ona həm dövlətin universitetində professor, həm də qəzetdə redaktor olmasının mümkün olmadığını deyərək qəzetin çapını dayandırmasını istəyir. Ağaoğlu isə qətiyyətlə ona cavab verir ki heç vaxt qəzetin çapını könüllü olaraq dayandırmayacaq. Atatürk bu cavaba əsəbiləşərək ona sığıntı olmasını unutmamağı deyir. Cavabında isə Ağaoğlu ona deyir: Bu hadisədən sonra Axın qəzeti 1933-cü ilin sentyabr ayında hökumət tərəfindən bağlanır. Qəzetin 24 sentyabrda çap olunmuş son sayında hökumət qəzeti olan Hakimiyyet-i Milliye sərt tənqid edilmişdir. Bundan başqa Əhməd bəy universitet islahatları adı ilə professorluqdan məhrum edilib təqaüdə göndərilir. Bu isə həmişə fəaliyyətdə olan bir insan üçün faciə idi. Öz dostu Fəthi Okyara bu hadisələrlə bağlı məktubunda yazırdı: Ölümü və dəfni Ömrünün son günlərində yataq xəstəsi olan Əhməd bəy Ağaoğlu dünyasını dəyişməzdən əvvəl başına toplanan övladlarına və ağlayan qızı Tezerə bunları deyir: Əhməd bəy Ağaoğlu qaraciyər iltihabından ürək çatışmazlığı nəticəsində 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişib. Ağaoğlunun cənazəsi Nişantəpədəki evindən, Təşfikiyyə camisinə gətirilib. Cənazə namazı qılındıqdan sonra isə Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunub. Vida mərasimində vali və bələdiyyə rəisləri, Lütfü Kırdar, Bolu millət vəkili Rəcəb Pekər, bir çox millət vəkilləri, vilayət, partiya və bələdiyyə nümayəndələri, universitetlərin tələbə və professorları, mətbuat işçiləri, qız məktəbinin müəllimləri, tələbələri, mərhumun dostları və yetişdirdiyi tələbələr iştirak etmişlər. Ağaoğlunun məzarı üstündə doktor Fəthi Ədib, İsmayıl Həbib və mühərrir Peyami Səfa nitq söyləmişlər, mərhumun fəaliyyətindən, elmə, türkçülüyə və gənc nəslin yetişməsində xidmətlərini sadalayıblar. Mərhumun məzarı üzərinə universitetlərdən, Anadolu agentliyindən, Qalatasaray idman klubundan, mətbuat idarəsindən, Ankara Universitetinin hüquq fakültəsi və dostları adından çələnglər qoyulmuşdu. 1939-cu il mayın 19-dan 22-dək olan bütün Türkiyə qəzetləri Əhməd bəy Ağaoğlunun dəfnindən reportajlar, xatirələr, həyatından müxtəlif detallar çap etdirmişdilər. Şuşaya qayıtdıqdan sonra Əhməd bəy Ağaoğlu Peterburqda birlikdə təhsil aldığı Fərrux bəy Vəzirovun qonağı olur. Burada o Fərrux bəyin əmisi qızı, məşhur Vəzirovlar nəslindən olan Sitarə xanımı görür və ona vurulur. Deyilənə görə, Əhməd bəy zamanın adətlərinə qarşı çıxaraq elçiliyini özü edir. Bu isə Sitarə xanımın anasının xoşuna gəlmir və öz qızını Əhməd bəyə verməkdən imtina edir. Əhməd bəylə Starə xanım yalnız anasının ölümündən sonra 1902-ci ildə ailə həyatı qura bilirlər. İlk övladları olan Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada dünyaya gəlir. 1909-cu ildə ailə təqiblərdən qurtulmaq üçün İstanbula köçür. Burada ailənin çətin günləri başlayır. Körpə övladları Bəşir dünyasını dəyişdikdən sonra Əhməd bəy 1918-ci ildə Nuru Paşanın müşaviri kimi Azərbaycana gəldiyi vaxt İstanbulda yenicə tikdirib köçdükləri ev yanıb, külə dönür. Bakıdan qayıtdıqdan sonra isə onu həbs edib Maltaya sürgün edirlər. Sitarə xanım böyük bir ailər ilə qərib diyarda Əhmədsiz qalır. Lakin təmkinli olan Sitarə xanım Əhməd bəyə ünvanladığı məktublarında da yaşadığı çətinlikləri ona hiss etdirmir. Övladlarını böyütmək üçün evdə nə varsa satıb onlara xərcləyir, lakin bu çətinliklərin heç birini Əhməd bəyə bildirmir. Sitarə xanım 1933-cü ildə 52 yaşında vəfat edir. Əhməd bəy və Sitarə xanımın 7 övladı olub. Vəzir və Bəşir kiçik yaşlarında vəfat etmiş, qalan 5 nəfərdən – Sürəyya, Tezər (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin ali təhsil alaraq Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamışlar. Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. İstanbul Universiteti hüquq fakültəsinin ilk qız tələbəsi olub. Təhsilini bitirdikdən sonra şərqin, türk dünyasının ilk qadın vəkili, hüquqşünası olub. Sürəyya xanım Türkiyənin siyasi həyatında fəal iştirak etmiş, Yeni Türkiyə Partiyasının qurucularından olmuş, partiyanın İstanbul təşkilatına rəhbərlik etmişdir. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atmışdır: Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olmuş, həmin dərnəklərin bir çoxuna rəhbərlik etmişdir. Dəfələrlə Beynəlxalq tədbirlərdə Türkiyəni təmsil etmişdir. Beynəlxalq Hüquqçular Birliyinin üzvü (1952), sonralar Hüquqçu Qadınlar Federasiyasının ikinci katibi olmuşdur. 1960-cı ildə Qadın Hüquqçular Birliyinin BMT Cenevrə Təşkilatı təmsilçisi seçilmişdir. İkinci qızı Tezer Taşqıran 1907-ci ildə Bakıda anadan olub. Əsl adı Təzəxanım olsa da Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır. 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifidir.Əhməd bəy Ağaoğlunun böyük oğlu Əbdürrəhman Ağaoğlu Fransada ali mühəndis təhsilinə yiyələnib, Türkiyənin çağdaş elektrik şəbəkələrinin qurulmasının pionerlərindən biri kimi tanınmışdır.Kiçik oğlu Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlib. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləyib. Türkiyəyə geri döndükdən sonra 1950–1960-cı illərdə TBMM-in deputatı olur və Demokrat partiyası qalib gəldikdən sonra baş nazir Adnan Mendersin hökumətində baş nazirin müavini, əmək naziri, sənaye naziri kimi mühüm vəzifələrdə çalışır. 27 may 1960-cı il çevrilşindən sonra Menderes və hökumətin digər üzvləri kimi Səməd Ağaoğlu da həbs edilərək ömürlük həbs cəzasına məhkum edilir. Lakin 1964-cü ildə əfvi-ümumiyə düşərək həbsdən azad edilir. 1967-ci ildə o, ata yurdu Azərbaycanda olur. Geri döndükdə isə gördükləri əsasında Sovet Rusiya İmperiyası adlı kitab yazır. Bundan başqa onun "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü", "Tanış izlər", "Dostum Menderes" kimi kitabları da vardır. Ən kiçik övladı olan Gültəkin Ağaoğlu isə Türkiyənin tanınmış pediatrlarından biri olub. Ölümündən iki il əvvəl yazmağa başladığı xatirələrini düşüncə böhranı içində olduğu bir vaxtda qələmə aldığı üçün tamamlamayıb. Yazdığı xatirələr həyatının yalnız Şuşa, Peterburq, Paris dövrlərini əhatə edir. Oğlu Səməd Ağaoğlu atasının xatirələrini yarımçıq qoymasını belə izah edib: Öz xatirələrində Əhməd bəy atası haqqında bunları yazır: Anası haqqında isə bunları yazır: Çap olunmuş kitabları Şiə məzhəbi və qaynaqları, London, 1893.Əhməd Ağaoğlunun 1892-ci ildə Londonda keçirilən IX Şərqşünaslar Konfransına təqdim etdiyi məqaləsidir. Bu bildirişində Ağaoğlu şiəliyin İranda necə rəsmi dövlət dini olmasını açıqlamışdır. Qızı Sürəyya Ağaoğlu bu yazısına görə atasına İran Şahı tərəfindən firuzə üzük hədiyyə edildiyini bildirir İslamiyyətdə qadın, Tiflis, 1901.Qadınların İslamdan əvvəl və sonrakı vəziyyətindən bəhs edən bu əsərdə Əhməd Ağaoğlu İslam mənbələrinə əsaslanaraq onların tarixi proseslərdəki iştirakına toxunmuş və XX əsrin əvvələrində müxtəlif cəmiyyətlərdə qadın hüquqları məsələsini tədqiq etmişdi. 1901-ci ildə Tiflisdə "Kavkazski vestnik" jurnalının 3-cü sayında rus dilində çap olunan bu əsəri Həsən Əli Ediz türk dilinə çevirmişdir. Bu tərcümə ilk dəfə 1959-cu ildə İstanbulda çap olunmuşdu. Əsər sonralar Birey Toplum Yayınları arasında yenidən nəşr olunmuşdu. Türk Təşkilat-i Əsasiyəsi, Ankara, 1925.Əhməd bəy Ağaoğlunun Ankara Universiteti Hüquq Fakültəsindəki mühazirələrindən qeydlərdir. Üç mədəniyyət, İstanbul, 1927.Əhməd bəy Ağaoğlunun Maltada əsirlikdə olduğu vaxtlarda yazdığı müxtəlif mövzulardakı yazıları sonralar – 1927-ci ildə "Üç Mədəniyyət" adı altında toplanmışdır. Əsərdəki mövzular Üç Mədəniyyət, Din, Əxlaq, Fərd, Ailə, Cəmiyyət, Dövlət, Hökumət başlıqları ilə verilmişdir. Bu yazılar kitab şəklində çap olunmamışdan əvvəl "Türk Yurdu" dərgisində silsilə olaraq dərc olunmuşdur. Əsər ilk dəfə kitab şəklində 1927-ci ildə nəşr olunmuşdur. Sonralar bir neçə dəfə çap edilmişdir. İngiltərə və Hindistan, İstanbul, 1929.Əhməd bəy Ağaoğlu bu əsərində İngiltərənin idarəetmə və dövlət təşkilatlarındakı uğurların səbəbini açıqlayır. Əsərdə Ağaoğlu İngiltərənin özündən böyük ölkələri, xüsusilə Hindistanı necə müstəmləkəsinə çevirdiyini izah edir. Kitab ilk dəfə İstanbulda Cümhuriyyət mətbəəsində 1929-cu ildə çap edilib. Sərbəst insanlar ölkəsində, İstanbul, 1930.Əhməd bəy Ağaoğlunun alleqorik əsərlərindən biridir. Əsərdə müəllif əsarət zəncirlərini qıraraq qaçan bir Türkün demokratik ölkəyə gəlməsi və bu ölkənin vətəndaşı olması üçün nələr etməli olduğunu göstərir. Əhməd bəy Ağaoğlu "Sərbəst İnsanlar Ölkəsi" deyə adlandırdığı bu xəyali ölkənin başqalarının hüquqlarına sayğı göstərən, qanunlarla idarə olunan bir yer olduğunu göstərir. Ölkənin yaşayış tərzi, qanunları əsərdə utopik mənada şərh olunur. Hüquq tarixi, İstanbul, 1931.Əhməd bəy Ağaoğlunun Hüquq fakültəsində 1931–1932-ci tədris illərində keçdiyi dərslərin bəzi məqamlarının toplandığı kitabdır. Dövlət və fərd, İstanbul, 1933.Əhməd bəy Ağaoğlunun "Cümhuriyyət" qəzetində "Kadro" dərgisi və Kadro hərəkatı ilə bağlı çap olunmuş məqalələrinin toplusudur. 1932-ci il noyabrın 13-də "Cümhuriyyət" qəzetində çap olunan bu məqalələr silsiləsinin ilk yazısının başlığı – Dövlət və Fərd sonralar kitabın adı olmuşdur. Məqalələr silsiləsi 14 yazıdan ibarətdir. 1500 ilə 1900 arasında İran, Ankara, 1934.XVI əsrin əvvəllərindən 1896-cı ilə qədərki İran tarixi və İran tarixində Türklərin rolu mövzusundan bəhs edir. İran və inqilabı, Ankara, 1941.XVI əsrdən 1925-ci ilə qədərki İran tarixindən və İran şahı Rza Pəhləvi dövründə baş vermiş tarixi hadisələrdən bəhs edir. Əslində bu, 1500 ilə 1900 arasında İran sərlövhəli əsərə 1896-cı ildən sonrakı hadisələrin əlavə edilərək genişləndirilmiş formasıdır. Mən nəyəm, İstanbul, 1939.Əhməd bəy Ağaoğlu 1936-cı il sentyabrın 5-də "Cümhuriyyət" qəzetində bu başlıqla çap olunan beş məqalədən ibarət yazı silsiləsini 1939-cu il dekabrın 19-da eyni adla əlavə dörd məqalə yazaraq davam etdirmişdir. Övladları Əhməd bəy Ağaoğlunun ölümündən sonra dərc olunmamış üç məqaləsini də əlavə edərək on iki məqalədən ibarət "Mən Nəyəm" adlı kitab çap etdirmişlər. Alleqorik əsərdir. Əsərdə bölmələrdən biri "Tanrı Dağında" adlanır. Əhməd Ağaoğlunun "Cümhuriyyət" qəzetində əski Türk yaşayışına dair yazdığı məqaləsi sonralar "Mən Nəyəm" adlı əsərində eyni adla çap olunmuşdur. Əhməd Ağaoğlu qədim Türk yaşayışına dair məlumatları rus alimi Seroşevskinin "Yakutlar" əsərindən əldə etmişdir. Bu yazı da alleqorik əsərdir. Könülsüz olmaz, Ankara, 1941.Maltada sürgün günlərində yazılmış didaktik xatirələrdir. Əhməd bəy Ağaoğlunun alleqorik əsərlərindən biridir. İxtilalmı, inqilabmı, Ankara, 1942.Əhməd bəy Ağaoğlunun "Böyük Zəfər"dən öncə Anadoluda başlayan və davam edən hərəkatın yeni dövlət qurmaq prinsipinə əsaslandığını və Milli Qurtuluş Mübarizəsi apardığını nəzərə çatdırmaq məqsəd ilə yazılmış məqalələrindən ibarət əsəri 1922-ci ilin may-avqust aylarında "Hakimiyyət-i Milliyə" qəzetində dərc olunmuşdur. Bu məqalələr ölümündən sonra toplanaraq kitab şəklində çap olunub. Sərbəst Firqə xatirələri, İstanbul, 1969.1930-cu ildə təşkil olunan Sərbəst Cümhuriyyət Partiyasına necə daxil olduğundan, o günlərin siyasi mühitindən, Sərbəst Cümhuriyyət Partiyasının hədəflərindən və düşdüyü vəziyyətdən bəhs edən xatirələrdir. Haqqında yazılmış kitablar Atamdan xatirələr, Ankara, 1940.Kitab Səməd Ağaoğlu tərəfindən atasının ölümünün birinci ildönümündə 1940-cı ildə Ankarada çap edilib. Kitab üç hissədən ibarətdir. Birinci hissə Səməd Ağaoğlunun atası haqqında xatirələrindən, ikinci hissə Əhməd bəy Ağaoğlunun öz uşaqlıq və gənclik illəri xatirələrindən üçüncü hissə isə Əhməd bəy öldükdən sonra haqqında yazılan yazılardan ibarətdir. Atamın dostları, İstanbul, 1998.Yazıçı, siyasətçi və dövlət xadimi Səməd Ağaoğlu tərəfindən yazılan "Atamın dostları" kitabında atası, Əhməd Ağaoğlunun türkçülük hərəkatında, sənət və siyasət aləmində, yeni Türkiyənin qurulması uğrunda mübarizədə çiyin-çiyinə addımladığı bir sıra şəxsiyyətlərin portretləri yaradılıb. Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi cizgilərlə rəsm etdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarır. Kitab 1998-ci ildə İstanbulda "İletişim Yayıncılık" nəşriyyatı tərəfindən, 2016-cı ildə isə Bakıda Qanun Nəşriyyatı tərəfindən çap edilib. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu, Bakı, 2018.Kitab, 2018-ci ildə tarix elmləri doktoru, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifi olan Aydın Balayev tərəfindən yazılan bu əsər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilib. Müəllif əsərdə qeyri-adi istedada malik bu şəxsiyyət barədə bioqrafik məlumatları, sadalamaqla kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izah edib. Kitab rus dilindədir və tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub. Xarici keçidlər Əhməd Ağaoğlunun gəlini, millət vəkili, Şuşa səyahəti — ARAŞDIRMA + NADİR FOTOLAR Əhməd Ağaoğlu. Sərbəst insanlar ölkəsində (PDF) ( (az.)). TUTU nəşriyyatı. 2001. 2018-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-25. Əhməd Ağaoğlu. Seçilmiş əsərləri (PDF) ( (az.)). Şərq-Qərb nəşriyyatı. 2007. 5 noyabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 noyabr 2019. İran və inqilabı Sərbəst insanlar ölkəsində (türk.) İngiltərə və Hindistan (türk.) İslamda qadın Dövlət və Fərd Şiə dinində məzdəki inancları Video materiallar Əhməd bəy Ağaoğlu (AzTV) Difai hamisi – Əhməd bəy Ağaoğlu (Kəpəz TV) Atatürkün yaxın məsləhətçilərindən biri Əhməd bəy Ağaoğlu… Əhməd bəy Ağaoğlunun məzarı Nəhəng və Firəng (Real TV) | https://az.wikipedia.org/w/index.php?curid=103496 |
Əhməd Ağdamski | Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) (5 yanvar 1884 və ya 1884, Şuşa – 1 aprel 1954 və ya 1954, Ağdaş) — Azərbaycan opera müğənnisi, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1943). Üzeyir Hacıbəylinin xalası oğludur.XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri də Əhməd Ağdamski idi. Xalqın qəlbində teatra, peşəkar musiqiyə maraq oyatmaq, bu musiqinin yayılması və inkişafı yollarını tapmaq onu və o dövrün ziyalılarını mütəmadi düşündürən vacib məsələlərdən ən başlıcası idi. 1884-cü ilin soyuq qış günü, yəni yanvar ayının 5-də Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. Əhməd Bəşir oğlu Bədəlbəyli hələ kiçik yaşlarında ikən teatra çox böyük maraq göstərirdi. O, teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında öz bacarığını səylə nümayiş etdirirdi. 1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlamışdır. Teatrda çalışdığı illərdə o, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, H. Hacıbababəyov və sair sənət fədailəri ilə dostluq, əməkdaşlıq edirdi. Üzeyir Hacıbəyov teatr səhnəsində qadın aktrisaları olmadığı üçün çalışırdı ki, öz opera və musiqili komediyalarında qadın rolları az olsun və ya heç olmasın. Bu isə necə deyərlər, vəziyyətdən çıxış yolu demək deyildir. Şərq aləminin ilk operası olan "Leyli və Məcnun" operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi. Üzeyir bəyin anası Şirin xanımla Əhməd Bədəlbəylinin anası Əzizə xanım doğma bacı idilər. Üzeyir bəy xalası oğluna üz tutur. O zaman onun ən böyük arzusu müəllim olmaq idi, lakin teatra olan məhəbbət onu səhnəyə gətirib çıxarır. O illərdə Əhməd tələbə idi, tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, adını "Miri" yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürür. 1915-ci il 116 saylı "Kaspi" qəzetində: "Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar". Dəfələrlə səhnədən düşməyən "Leyli və Məcnun" operasında baş rolların ifaçılarının ifasını 1916-cı il 22 dekabr tarixli "Kaspi" qəzeti öz səhifələrində belə yazır: "Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi". Onun çıxışı Üzeyir Hacıbəyovun xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir. Beləliklə o, inqilabdan əvvəlki Azərbaycan opera və musiqili komediya teatrı səhnələrində ilk dəfə qadın rollarının ifaçısı kimi tanınmışdır. O, qadın rollarını elə aktyorluq məharətilə ifa edirdi ki, hətta tamaşadan sonra qadın kimi ona çiçək göndərənlər də az olmurdu. Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi. Bu obrazların hər birini tamam ayrı səpkidə oynayırdı. Tək oyun tərzi yox, hətta səsi də dəyişilirdi. O, düz 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxdı. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Gülnaz, "Arşın mal alan"da Gülçöhrə, "Ər və arvad"da Minnət, "Rüstəm və Söhrab"da Təhminə, "Şah Abbas və Xurşudbanu"da kəndli qızı və s. onun əsas rolları kimi opera tarixinə düşmüşdür.Onun bir artist kimi yüksək keyfiyyətlərindən biri də oynaya bilməyəcəyi roldan bacarıqla imtina etməsi idi. Üzeyir bəy istəyirdi "Şeyx Sənan"da Xumarı Əhməd oynasın, lakin opera sırf muğam operası olmadığı üçün oxumaqda çətinlik çəkəcəyini əvvəlcədən hiss edən Ağdamski Xumardan boyun qaçırdı. 20-ci illərin əvvəllərində, artıq oxumadığı vaxtlarda belə Ə. Ağdamski bekar dayanmırdı. O zamanlar Əhməd bəy orkestrdə tar çalırdı. Sonralar Leyli rolunun daha bir kişi ifaçısı yarandı – Hüseynağa Hacıbababəyov idi. 1934-cü ildən başlayaraq ömrünün sonunadək, yəni 1954-cü il aprel ayının 1-nə kimi Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul olur. O, Ağdaş rayonunun musiqi məktəbində tardan dərs verirdi. Ağdaşa gəldiyi gündən rayon ziyalıları arasında hörmət qazanaraq və el məclislərində yaxından iştirak edirdi. Rayona gəldiyi gündən Ə. Ağdamski kaman ustası, gözəl musiqiçi Habil Əliyevgilin evində kirayənişin qalmışdır. Uşaqlıq çağlarından Habil Əliyev onu "Əhməd əmi" deyə çağırmış, indi də xatirələrində "Əhməd əmi" kimi qalıb. Sirr deyil ki, Habil Əliyevin musiqiyə gəlişində, müşayiətçi kimi yetişməsində də Əhməd müəllimin faydalı məsləhətləri və tövsiyələri çox böyük rol oynamışdır. Onun fədakar əməyinin bəhrəsi olaraq hökumətimiz tərəfindən 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Onu da qeyd edim ki, müraciət etdiyim bəzi əlaqədar təşkilatlarda Ə. Adamskinin həyat və yaradıcılığını, pedaqoji fəaliyyətini əks etdirən materiallar demək olar ki, yox səviyyəsindədir. Onun ailə üzvlərilə əlaqə yaratmaq mümkün olmadığı üçün Habil Əliyevə müraciət edib və o illərlə bağlı söylədiyi xatirələri qələmə alıram. Habil Əliyev sənətə gəlişini belə xatırlayır. Xoşbəxt o insandır ki, ölümündən sonra onu həmişə xoş xatirələrlə xatırlasınlar. Onun səhnəmizə, mədəniyyət tariximizə fədakar, minnətsiz xidmətləri nəsildən-nəslə ötürüləcəkdir. O, "Leyli" rolunun ilk ifaçısı olmasa da, bu rolun ən məşhur ifaçısı olur. Filmoqrafiya Arşın mal alan (film, 1917) — Gülçöhrə (tammetrajlı bədii film) Nəsil şəcərəsi Həmçinin bax Telman Ağdamski Məmməd Ağdamski Kamilə Ağdamskaya Bədəlbəylilər Ustadlarimizin xatirəsinə : Əhməd Ağdamski – 115 il. "Milli operamızın ilk Leylisi kim olub?" Əhməd Ağdamski Əhməd Ağdamski Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine Leyli həsrəti, Kərəm yanğısı… Arxivləşdirilib 2007-10-08 at the Wayback Machine Əfrasiyab Bədəlbəyli — Əhməd Ağdamski barədə çıxışı Ənvər Çingizoğlu, Bədəlbəylilər (Miriyevlər), "Soy" elmi-kütləvi dərgi, 2009, № 5, səh.34–48. Şuşanın ilk "gözəl Leylisi"… Arxivləşdirilib 2014-04-09 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=27176 |
Əhməd Babanlı | Əhməd Yusif oğlu Babanlı — Alim, texnika elmləri doktoru, Türkiyənin Aydın Universitetinin professoru, Mesor peyk sisteminin, kompüter vasitəsilə ali məktəblərdə tələbə qəbulu sisteminin hazırlanmasında fəal iştirak etmişdir. Həyatı və elmi fəaliyyəti Əhməd Babanlı 1938-ci il iyunun 27-də Qazax şəhərində anadan olmusdur. Əslən Birinci Şıxlı kəndindəndir. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1961-ci ilde institutu fərqlənmə diplomu ilə bitirərək əmək fəaliyyətinə başlamışdır. 1961-1981-ci illərdə Moskva şəhərinin bir sıra elmi-tədqiqat institutlarında mühəndis, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1967-1970-ci illərdə Moskva Energetika İnstitutunun əyani aspirantı olmuşdur. 1970-ci ildə Moskva şəhərində dissertasiyasını müdafiə edərək texnika elmlari namizədi elmi adı almışdır. 1981-ci ildə Bakıya qayıdaraq Azərbaycan Neft Akademiyasının Proqramlaşdırma kafedrasında dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Elm və texnikanın aparıcı sahələrində bir sıra gərəkli işlərin müəllifidir. Mesor peyk sisteminin, kompüter vasitəsilə ali məktəblərdə tələbə qəbulu sisteminin hazırlanmasında fəal iştirak etmişdir. 1994-cü ildə Beynəlxalq Ekoenergetika Akademiyasında (Bakı şəhəri) elmlər doktoru fəxri adı almışdır. 1996-cı ildən Türkiyənin məşhur universitetlərində dərs demişdir. Hazırda Aydın universitetinin professorudur. Çoxsaylı məqalələrin, xeyli sayda kitabın və dərsliklərin müəllifidir. Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh. | https://az.wikipedia.org/w/index.php?curid=597108 |
Əhməd Bakıxanov | Əhmədağa Məmmədrza oğlu Bakıxanov (5 sentyabr 1892, Bakı – 26 mart 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, Azərbaycan SSR xalq artisti (1973), Azərbaycan SSR əməkdar müəllimi (1943). Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini İranda almış, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs demişdir. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaratmış, ömrünün sonunadək bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Ə. Bakıxanov "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur.26 mart 1973-cü ildə vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilmişdir.Məşhur yayılmış versiyanın əksinə, Abbasqulu ağa Bakıxanovun nəvəsi deyil, bəstəkar Tofiq Bakıxanovun atasıdır. Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 mart 1973 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 dekabr 1964 "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 25 fevral 1946 Filmoqrafiya Əhməd Bakıxanov (film, 2003) | https://az.wikipedia.org/w/index.php?curid=38842 |
Əhməd Bakıxanov adına İncəsənət Məktəbi (Sumqayıt) | Əhməd Bakıxanov adına İncəsənət Məktəbi — Sumqayıtda musiqi məktəbi Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində 1936-cı ildə xüsusi layihə üzrə tikilmiş bina 1982-ci ilin sentyabrından incəsənət məktəbi kimi fəaliyyət göstərmişdir. Sumqayıt Şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətinin 3 aprel 1992-ci il 16 saylı protokolu ilə məktəbə görkəmli dövlət xadimi, tarzən Ə. Bakıxanovun adı verilmişdir. Məktəbin 35 sinif otağı, kitabxanası, 150 nəfərlik konsert zalı var. Burada fortepiano, skripka, tar, kamança, qarmon, klarnet, nağara, rəsm ixtisasları üzrə 415 nəfər şagird təhsil alır. 84 nəfərdən ibarət müəllim kollektivi şagirdlərə musiqi sənətinin incəliklərini öyrədir. İncəsənət məktəbində müəllim və şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, xor kollektivi fəaliyyət göstərir ki, onlar vaxtaşırı şəhər və qəsəbə tədbirlərində iştirak edir. 2004-cü ildə keçirilmiş "İstedad-2004" müsabiqəsində iştirak edən məktəbin şagirdlərindən Mustafayev Elşən qalib, Sadıqzadə Turanə isə diplomant elan olunmuşdur. Ə.Bakıxanov adına İncəsənət Məktəbinə hal-hazırda Vasif Heydərov rəhbərlik edir. | https://az.wikipedia.org/w/index.php?curid=93249 |
Əhməd Baytursunov | Əhməd Baytursun oğlu Orta juzun (cuz) Arqun nəslindəndir. Bu nəsil ulu babaları, xalq batırı (pəhlivan, cəngavər) Umbetayla həmişə qürür duymuşdur. Əhmədin babası Şoşak bölgənin nüfuzlu, ötkəm kişilərindən olmuşdur. Əhməd Baytursun oğlun doğum tarixi qaynaqlarda fərqli-fərqli göstərilir. Müxtəlif illərdə həbs edilərkən müstəntiqlərin sorğularına verdiyi cavablarda gah 1870-ci ildə, gah 1875-ci ildə, gah 1872-ci il sentyabrın 5-də doğulduğunu söyləsə də onun doğum tarixi əsasən 1873-cü il yanvarın 15-i (yeni tarixlə yanvarın 28-i) kimi göstərilir. Qazaxlar onun adı və soyadını Əhməd Baytursun oğlu kimi yazsalar da daha çox Əhməd Baytursunov kimi tanınmışdır. Rusiya imperiyasının inzibati ərazi bölgüsünə görə Turqay vilayəti Turqay qəzasının Sartıbek aulunda ortabab kəndli ailəsində doğulmuşdur. Uşaqlıqda molla yanına gedərək orada yazıb-oxumağı, əsasən də Quran oxumağı və şəriət qaydalarını öyrənmişdir. İbtidai təhsil verən bu tipli məktəblər adətən mollaxana kimi tanınır. Əhməd hələ mollaxanada oxuduğu illərdə Rus hakim dairələrinin qəddarlığı ilə rastlaşmışdır. 1885-ci il oktyabrın 12-də (bəzi qaynaqlarda bu hadisənin oktyabrın 20-də baş verdiyi göstərilir. – Ə. Ş.) qəza rəisi polkovnik Yakovlev kazak dəstəsilə Şoşak nəslinin Turqay və Jinqildi çaylarının birləşdiyi yerdəki qışlağına gəlir. Burada qocalara, qadınlara, uşaqlara da rəhm etmədən onları döyüb təhqir etməyə, soyğunçuluğa başlayır. Haqsızlığa dözə bilməyən kəndlilər silahlı kazaklara müqavimət göstərir. Əhmədin atası Baytursun polkovnik Yakovlevi vurub atdan salır. Toqquşmada kəndilələrdən bir nəfər ölür və çoxlu yaralanan olur. Ciddi müqavimətə rast gəlmiş, döyülmüş kazaklar başı yarılan və huşunu itirən rəisləri Yakovlevi də alıb qaçmaq məcburiyyətində qalırlar. Az sonra İrqız və Turqaydan aula cəza dəstələri göndərilir. Cəza dəstələti üsyançı adlandırdıqları qazaxlara divan tutur, auldakıların hamısı aparılıb Turqay hərbi dairəsinin qaupvaxtına salır, mal-mülkləri də müsadirə edirlər. Bir il sonra Kazan Hərbi Dairəsinin Məhkəməsi şoşakları mühakimə edir. Rus dilini bilməyən qazaxların dediklərini tərcüməçilər olduğu kimi hakimə çatdırmır, əksinə, ifadələri Yakovlev və onun kazak dəstəsinin xeyrinə, təhrif edilmiş şəkildə çevirirlər. Kazan Hərbi Dairəsinin Məhkəməsi Əhmədin atası Baytursunu, əmiləri Aktası, Sabalakı və b. hökumətə qarşı çıxmaqda ittiham edərək 15 il həbs cəzası kəsərək Sibirin dərinliklərindəki İtjekkenə, katorqaya yollayır. Auldakı kişilərin çoxu da müxtəlif müddətli həbs cəzasına məhkum edilir. Əhmədin əmisi Erqazıya da dörd il həbs cəzası verirlər. Erqazı həbsdən döndükdən sonra qardaşı uşaqlarını da himayəsinə götürür. Rus dilini bilmədiklərinə görə məhkəmədə çəkdikləri əziyyət Erqazı qardaşı Aktasın oğlu Aspandiyarı rusca oxutmağı qərara alır. Əhməd də əmisinə rus dilində təhsil almaq istədiyini bildirir. Anası Künşinin razılığı ilə əmisi 1886-cı ildə Əhmədi də Turqay qəsəbəsindəki ikisinifli rus-tuzem (Qafqazda rus-tatar məktəbi adlandırılan bu tip məktəblər Türküstanda və Sibirdə rus-tuzem məktəbi adlanırdı. Bu məktəblər əsasən kiçik məmur, tərçuməçi hazırlamaq üçün nəzərdə tutulsa da, oranı bitirənlər arasından çoxlu məşhur insanlar çıxmışdır. – Ə. Ş.) məktəbinə oxumağa göndərir. Əhməd maddi sıxıntılar içərisində yaşasa da, 1891-ci ildə burdan məzun olub Orenburqdakı müəllimlər seminariyasında oxumağa gedir. 1895-ci ildə müəllimlər seminariyasını bitirən Əhməd Baytursunov Aktyubinsk qəzasının Batpak nahiyyəsindəki Əhmədgeray Katıbakovun açdığı məktəbdə müəllim işləməyə başlayır. Bir müddətdən sonra Əhməd Kustanay vilayətinin Auliekoldakı ikisinifli rus-tuzem məktəbinə dəyişilir. Orada işlərkən evində qaldığı meşəbəyi Aleksandr İvanovun qızı ilə evlənir. Xanımı Əhmədə hörmət əlaməti olaraq islamı qəbul edir və adını, atasının adını dəyişərək Bədirsəfa Muhametsadık qızı kimi qeyd etdirir. 1896-cı ildə qazax çöllərini gəzərək folkor toplayan, qazax xalqının etnoqrafiyasını, dialektlərini öyrənən çuvaş araşdırıcısı Alektorovla tanışlıq gənc müəllimin dünyagörüşündə böyük dəyişiklik yaradır. Əhməd Baytursunova ilk dəfə ondan qazaxların yaşadığı geniş ərazi haqqında, Rusiya hökumətinin işğalçılıq siyasətinin mahiyyəti haqqında, eləcə də rus alimi İlminskinin maarifçilik adı altında missionerlik fəaliyyəti ilə məşğul olduğu haqqında geniş məlumat alır. Gənc vətənsevər xalqının yaşadığı çoğrafiyanı, millətinin yaşam tərzini öyrənir, folklorunu toplayır, uşaqların daha yaxşı təhsil alması, biliklərə tez yiyələnməsi üçün metodlar axtarır. Yeniyetməliyində dombura çalmağa böyük maraq göstərən Ahmet həm də qazaxların cır adlandırdığı xalq mahnılarını toplayır. Bu axtarışlar onu köhnə tədris üsulu ilə dərs deyən, keçmişi olduğu kimi qoruyub saxlamaq istəyən mühafizəkarlardan ayırır və təhsili Avropa metodlarına uyğunlaşdırmaq istəyən, elmi-texniki yeniliyi tətbiq etməyə çalışan cədidçilərin sırasına gətirir. Əhməd Baytursun oğlu Karqaralı qəzasında işlərkən ictimai-siyasi fəaliyyəti aktivləşir. 1905-ci ildə Rusiyanı bürümüş inqilabi əhvali-ruhiyyə ona da güclü təsir edir. O dövrdə çoxları hələ də elə bilirdi ki, çar II Nikolay hümanist və ədalətlidir. Onun rüşvətxor, qəddar, xalqı haqsız yerə incidən məmurlardan xəbəri yoxdur. Xəbər tutarsa, günahkarları cəzalandırar. Buna görə də çoximzalı məktublar tərtib edərək çar II Nikolaya təqdim etmək istəyirlər. İmza toplayanlar keşiş Qaponun öndərliyində, 1905-ci il yanvarın 9-da çar sarayı yaxınlaşdıqda onlara çarın mühafizə dəstələri odlu silahlardan atəş açır. Faciə il sona çatan dinc yürüş tarixə Qanlı bazar günü kimi daxil olur. Bununla da çar II Nikolaya da inam sarsılır. Qazax xalqı arasında çar II Nikolaya və onun idarə aparatının demokratikləşəcəyinə ümüd bəsləyənlər də çox idi. Bu inamı qırmaq üçün qazax ziyalıları, başda Əli xan Bökeyxanov və Əhməd Baytursunov olmaqla qazaxların 1905-ci ilin iyununda Karqaralı quberniyasının Kuyandı bölgəsində keçirilən yarmarkadan istifadə etməyi qərara aldılar. Əlixan Bökeyxanın rəhbərliyi ilə açıq havada bir toplantı keçirildi. Toplantıda Rus hökumətinə torpaq, mülk, dini azadlıq və mədəniyyət məsələlərinə aid bir diləkçə göndərilməsi qərara alınır. Toplantıda çıxış edənləri iki qrupa-milli dəyərlərə üstünlük verənlərə və demokratikləşmə tərəfdarlarına, yəni Avropaya meyillilərə ayrılır. Birinci qrup çoxluq təşkil etdiyindən iclası Əlixan Bökeyxan aparır və qərarlar da onların təsiri altında qəbul edilir. Əlixan Bökeyxan və Əhməd Baytursun oğlu hazırladığı məktuba on dörd min beş yüz imza atılır. Çarizmin bölgədəki idarəçiliyinə, xüsusən rusların bölgəyə köçürülməsinə etirazı özündə əks etdirən məktub Peterburqa göndərilir. Tarixə "Karqaralı petisyası" adı ilə daxil olan bu sənədin hazırlanmasında, imzatoplama kampanyasında Əhməd Baytursunovun fəallıq göstərməsi hökumət məmurlarının diqqətindən yayınmır. Ona qarşı təzyiq və təqiblər başlayır. Bu da gənc müəllimin ictimai-siyasi fəallığını daha da artırır. Bundan az sonra "Qazax çöllərindəki torpaqların mərkəzi quberniyalardan köçürülənlərə verilməsinin dayandırılması, qazax dilinin məhkəmələrdə və dövlət idarələrində işlədilməsinə icazə verilməsi" diləkcəsilə qazax ziyalılarından və tayfa başçılarından təşkil edilmiş bir qrup Peterburqa çar II Nikolayın qəbuluna gedir. Onların istəkləri baş tutmasa da, I Dövlət Dumasına seçkilər qarşısında olduğundan nümayəndə heyəti Kadetlər partiyasının rəhbərliyi ilə görüşür, onlarla əməkdaşlıq etmək haqqında razılığa gəlirlər. Razılaşılır ki, 1905-ci ilin dekabrında qazax-qırğızların bir konfransı keçirilsin. Qazax-qırğız, türkmən, özbək gənclərinin İdil (Volqa)-Ural bölgəsindəki, eləcə də xarici ölkələrdəki mədrəsələrdə oxumasını əngəlləyən qanunların aradan qaldırılması üçün mübarizə aparan Əhməd Baytursunovu hökumət əleyhinə təbliğat aparmaqda suçlayıb 1909-cu il iyulun 1-də Karqaralıda həbs edirlər. Oradan Semey şəhərindəki həbsxanaya, 1910-cu il martın 9-da isə Orenburqa sürgünə göndərirlər. Sürgün illərində pedaqoji təcrübəsinə dayanaraq "Oxu qaydları" kitabını yazır (1910). Müəllimlər üçün hazırlanmış kitabda qazaxlar ərəb əlifbası ilə yazıb-oxuyarkən səslilərin necə oxunmalı olduğu öyrədilir. Əslində bu İ. Kaspıralının başladığı üsul-i cədid təliminin qazaxlar arasında yayılmasına xidmət edirdi. Kitabı 1912-ci ildə Orenburqda çap etdirə bilir. Rus dili vasitəsilə etdiyi çevirmələrini 1909-cu ildə toplayaraq kitab kimi çap etdirir. "Qırx misal" adlandırdığı bu kitaba əsəsən İvan Krılovdan etdiyi tərcümələrlə yanaşı, A. P. Sumarakov, V. İ. Maykov, İ. İ. Hemnitser, A. S. Puşkin, M. Lermantov və S. Y. Nadsondan etdiyi çevirmələri daxil edir. Satirik şeirlər yazan, rus dili vasitəsilə Rus və Batı Avropa klassiklərindən tərcümələr edən Əhməd Baytursunov 1911-ci ildən başlayaraq "Türküstan valayatı" (1870–1918), "Dala valayatı" (1888–1902) qəzetlərində, "Aykap" (1911–1915/16) və "Şura" jurnallarında məqalə və şeirlərini çap etdirir. Azərbaycanda ədiblərimiz Mozalan, Zənbur və b. kimi imzalardan istifadə etdikləri kimi Əhməd Baytursunov da Masa (Ağcaqanad) imzasından istifadə edir. Onlar qəflət yuxusunda olanları sanki sancmaqla oyatmaq istəyirdilər. Əhməd Baytursunovun satirik şeirlərdən ibarət "Masa"(Ağcaqanad) kitabı da 1911-ci ildə Orenburqda nəşr edilir. Bütün bunlar onu gələcəyin redaktoru kimi formalaşdırır. 1913-cü ildə I Dövlət Dumasının deputatı olmuş Əli xan Bökeyxanov "Kazax" adlı qəzetin nəşrinə icazə alır. Qəzetin redaktorluğu Əhməd Baytursunova tapşırılır. "Kazax"a yazdığı ilk baş məqalədə qəzeti millətin görən gözü, eşidən qulağı, danışan dili adlandıran Əhməd Baytursunov millətinin maariflənməsi üçün çox çalışır. O, gah xalqının ziyalı övladlarının millət üçün gördükləri işləri təqdir edən məqalələr yazır, gah məktəblərin yenidən qurulması, dərslərin hansı metodla keçilməsi haqqında müzakirələr açır, gah da yaramaz, mühafizəkar və rüşvətxor məmurları kəskin tənqid edir. Qazax-qırğızların ictimai-siyasi və mədəni həyatını işıqlandıran yeganə qəzetə çevrildiyinə görə abunəçilərin sayı elə birinci il üç min nəfərə çatır. 1913-cü ildə "Kazax" qəzetində çap etdirdiyi "Qazaqtıñ bas akını" ("Qazağın baş şairi" məqaləsində Abayın (İbrahim Kunanbayev) həyatından, yaradıcılığından, ictimai fəaliyyətindən, qazax ədəbiyyatına gətirdiyi yeniliklərdən söz açır. 1914-cü idə çap olunan səksəninci saydakı "Qırğız (qazax) vilayətini idarə etmə üsulları" tənqidi yazısı böyük əks-səda doğurur. Dəfələrlə redaksiyasında axtarışlar aparılan, redaktoru qubernator və jandarma idarəsinin rəisi tərəfindən istintaqa çağırılan "Kazax" qəzeti bağlanmaq təhlükəsi ilə üzləşir. Çünki, qubernator general-leytenant Nikolay Aleksandroviç Suxumlinov qəzetin redaktoru Əhməd Baytursunovu 1500 manat cərimə edir. Əhməd Baytursunov qəzet bağlanmasın deyə cərimə əvəzində səkkiz ay həbsdə yatmağa razı olur. Səhhəti həbsxana üçün münasib olmasa da, özü həbsxanaya gedir. Bundan xəbər tutan oxucular və xeyirxah insanlar müxtəlif şəhər və kəndlərdən cərimə pulunu teleqrafla göndərirlər. 4–5 gündən sonra Əhməd Baytursunov həbsdən azad edilir (1916-cı ildə qəzet yenidən üç min manat cərimə olunanda da oxucular cəriməni ödəyərək qəzetin bağlanmasına yol vermirlər). "Kazax" qəzetinə redaktorluq etməklə böyük təşkilatçılıq işi görən, ciddi məqalələr yazmaqla xalqını qəflət yuxusundan oyadan, müəllim işləyən, metodik vəsaitlər çap etdirən Əhməd Baytursunov həm də istedadlı müsiqiçi və bacarıqlı bir folklor toplayıcısı, araşdırıcı olmuşdur. Belə ki, onun qazax yırçılarından (el nəğməkarı, aşıq – Ə. Ş.) toplayıb, yazıya aldığı və izahlar yazaraq 1913-cü ildə Moskvada çap etdirdiyi "Er Sayın" hələ də elmi əhəmiyyətini itirməyib. Əhməd Baytursunov yalnız gəncliyində folklor toplamaqla kifayətlənmir. Sonralar da dastan, joqtav (ağı) və b. folklor nümunələri toplayıb, sistemə salaraq 1926-cı ildə Moskvada çap etdirir. Bu kitaba daxil etdiyi şeirlər Mamay Batır, Kaz Davıstı Kazıbek, Kenesarı-Navrızbay, Ertorı, Erğazı, Abdığapar və b. tarixi şəxsiyyətlər haqqında 23 joqvat (ağı) olur. Bu nəşrlər qazax ədəbiyyatında folklorun toplanması, araşdırılması, sinifləndiriməsi, sistemə salınması sahəsində ilk nümunələr idi. Araşdırıcı A. V. Zataeviç Ahmat Baytursunovun qazax xalq müsiqisi və nəğmələri ilə bağlı "Qazax xalqının 1000 nəğməsi" adlı əsərinin olduğunu yazır. Əhməd Baytursunov "Kazax" qəzetində yalnız qazax xalqının tarixindən, mədəniyyətindən, folklorundan, gündəlik mübarizəsindən bəhs edən yazılar çap etməklə kifayətlənmir. Birinci Dünya Savaşı illərində Rusiya İmperiyasının işğal dairəsində qalan Kars vilyətindəki aclıq və qıtlığı da gündəmə gətirir. Çünki bu faciə minlərlə insanın ölümünə, yüzlərlə uşağın ata-anasız qalmasına səbəb olmuşdur. Belə ağır günlərdə Əhməd Baytursunov qəzetin 1915-ci ildə çap olunan 103-cü sayında qazax xalqına müraciət edərək onları Karslı soydaşlarına və dindaşlarına yardım etməyə çağırır. Bu çağırışdan sonra xalq qubernatora müraciət edərək "Karslı müsəlmanlara yardım komitəsi" yaratmağa nail olurlar. Toplanan yardımlar Karsa göndərilir. Əslində bu Rusiya əsarətində olan müsəlman xalqları nümayəndələrinin hökumətə etirazı idi. Birinci Dünya Savaşı iqtisadi vəziyyəti onsuz da ağır olan Rusiyanı çıxılmaz bir bataqlığa soxur. Ölkədə əhalinin vəziyyəti getdikcə pisləşir. Belə ki, savaş başlanan vaxtdan ötən müddətdə təkcə qazax-qırğızlardan vergilərdən əlavə 38 min kvadratmetr keçə çadır, 300 min put balıq, 70 min at alınmış, yalnız 1916-cı ildə xalqı üç milyar som (pul vahidi – Ə. Ş.) verməyə məcbur etmişdilər. Bu vergilərdən, vergi adına zorla müsadirəldən xalq cana doymuşdu. Xalqın səbrinin tükəndiyi bir zamanda, yəni 1916-cı il iyunun 25-də çar II Nikolay xristian olmayan xalqların 19–43 yaşlı kişilərinin səfərbərliyə alınaraq səngər qazılmasına, hərbi sursat daşınmasına və s. işlər görülməsinə göndərilməsi haqqında fərman imzalayır. Fərmandan sitifadə edən məmurlar da özbaşınalıq edir, 50–60 yaşlı kişilərin də yaşını az göstərərək səfərbərliyə cəlb edirlər. Məhsul yığımının qızğın vaxtına və ramazan ayına düşdüyündən Türküstanda və Qazax-Qırğız çöllərində yaşayan, oruc tutmuş müsəlmanlar elliklə çarın fərmanına qarşı çıxırlar. Beləliklə kortəbii xalq üsyanı başlayır. Üsyanı yatırmaq üçün bölgəyə general İvanov-Runovun komandanlıq etdiyi ordu yeridilir. Üsyanın ən qaynar nöqtələrindən olan Cizaq (Jizak) şəhəri yerlə yeskan edilir, qadınlar, uşaqlar, qocalar rəhm edilmədən öldürülür. Şəhər və kəndlər dağıdılsa da, minlərlə insan öldürülüb, həbs edilsə də, üsyan ocaqları gah burda, gah orda alovlanır. Qəribə görünən bu idi ki, vətənsevər, millətini azad və xoşbəxt görmək istəyən Əhməd Baytursunov və onun məsləkdaşları üsyançılara qoşulmur. Hətta "Kazax" qəzetində üsyanla bağlı tənqidi fikirlər özünə yer tapır. Bu da səbəbsiz deyildi. Onlar düşünürdülər ki, körtəbii üsyan xalqın qırılmsından, öndərlərinin məhv edilməsindən başqa bir şey verməyəcək. Lidersiz, təşkilatsız üsyançı dəstələri nizami ordular vasitəsilə dağıdılacaq. Tarixçilər bu üsyanın məğlubolma səbəblərini belə dəyərləndirir: 1. Üsyan çar II Nikolayın fərmanına etiraz əlaməti olaraq heç bir hazırlıq aparılmadan, qəflətən başlamışdı. 2. Üsyanın müəyyən bir mərkəzi və idarəedəcək təşkilatı, lideri olmamışdı. 3. Üsyançı dəstələrin bir-birilə heç bir əlaqəsi, mübarizə planı olmadığı kimi, üsyan başlayandan sonra da aralarında əlaqə qura bilməmişlər. 4. Xalq hökumətə qarşı çıxmaq istəyində deyildi, sadəcə olaraq mallarının əllərindən alınmasına və səfərbərliyə alınmalarına etiraz əlaməti olaraq ayağa qalxmışdı. 5. Üsyançıların əlində lazımi qədər və atıcı silahlar yox idi. 6. Hökumət üsyanı yatırmaq üçün nizami silahlı dəstələr göndərməklə yanaşı, bölgəyə köçürdüyü rus kəndlilərini də silahlandırıb üsyançılara qarşı göndərmişdi. Dəyişikliklərin inqilabi yolla deyil, islahatlarla aparılmasının tərəfdarı olan Əhməd Baytursunov qazax-qırğız xalqının öndə gedənlərinə üsyançı adı verilib məhv ediləcəyindən qorxurdu. Onun və məsləkdaşlarının düşündüyü kimi də oldu. Üsyan yatırıldıqdan sonra qurulan hərbi səhra məhkəmələri 1917-ci il fevralın 1-ə kimi 347 nəfərin edam edilməsi, 168 nəfərin sürgünə göndərilməsi, 129 nəfərin müxtəlif müddətli həbs cəzasına məhkum edilməsi haqqında qərar çıxardı. 300 min nəfərdən çox qazax-qırğız isə Çinin batısına köçməli oldu. Bu köç zamanı da yollarda minlərlə insan və insanların yaşamını təmin edəcək heyvan tələf oldu. Qəzeti milli ziyalıların ideoloji mərkəzinə çevirən, ərəb əlifbasının türk dilləri üçün yaramadığını görüb yeni əlifba yaradan, ictimai-siyasi xadim kimi formalaşan Əhməd Baytursunov qazax-qırğızların milli təşkilatı olan Alaş Partiyasının proqram və nizamnaməsini yazanlardan, bir sözlə, təşkilatı quranlardan olur.Maraqlı burasıdır ki, çar hökuməti zamanı "Kazax" qəzetinə təzyiqlər olsa da, cərimələnsə də, bağlanmamışdır. Qəzet Müvəqqəti Hökumət zamanı, yəni 1917-ci ilin martında məhkəmə qərarı ilə bağlanmışdır. Baxmayaraq ki, qəzetin sahibi, təsisçisi Əli xan Bökeyxanov Müvəqqəti Hökumətin rəhbərliyində təmsil olunur, hökumətin başçısı A. F. Krenski ilə şəxsi münasibətləri vardı. II Nikolay çar taxtından salınıb Müvəqqəti Hökumət qurulduqda qazax-qırğız ziyalıları da müstəmləkə zülmündən xilas yolları axtarırlar. Əhməd Baytursunov 1917-ci il aprelin 2–8-də Orenburqda keçirilən Turqay Vilayəti Qırğızlarının Qurultayında iştirak edir. Qurultayda rəhbərliyə Əhməd Baytursunovun başçılığı altında 8 nəfər seçilir və onlara Ümumqırğız qurultayını hazırlamaq tapşırılır. Onlar bu vəzifənin öhdəsindən bacarıqla gəlirlər. 1917-ci il iyulun 21–27-də keçirilən İkinci Ümumqırğız Qurultayında Konstitusiyaçı Sosialistlər Partiyasının adı dəyişilərək Alaş Pariyası adlandırıldı. Əhməd Baytursunovu qurultaya sədr və Turqay vilayətindən nümayəndə seçirlər. 1917-ci il avqustun 20–25-də Aktubinskdə Tuqay Vilayətinin II Qırğız Qurultayı keçirilir. Bu qurultayların təşkilatçılarından olan Əhməd Baytursunov Alaş hərəkatının partiyaya çevrilməsində böyük rolu oynayır. Bolşeviklərin Peterburqda silah gücünə Müvəqqəti Hökuməti hakimiyyətdən uzaqlaşdırması vəziyyəti daha da gərginləşdirir. Ölkəni bir xaos bürüyür. Rusiyanın əsarət altında olan xalqları müstəqil dövlətlərini qurmağa çalışırlar. 1917-ci il dekabrın 13–15-də Orenburq şəhərində Ümumqırğız Qurultayı çağırılır. Qurultayda Rusiyanın tərkibində Alaş Orda dövlətinin qurulduğu elan edilir. Əhməd Baytursunova və Mirjakıp Dulatova əhalini səfərbərliyə almaq, partiyanın gücünü artırmaq və özünümüdafiə məsələləri tapşırılır. Azsaylı qazax sosialistləri isə milli dövlətin qurulmasına etiraz edir. Əli xan Bökeyxanovun rəhbərliyi altında Semey şəhərində qurulan Alaş Orda Hökumətində Əli xan Bökeyxanov prezident, Xəlil Abbas vitseprezident, Alim xan Ermək Hərbi Nazir, Əhməd Berimcan Ədliyyə Naziri, Muhammedtjan Tınışbayev Daxili İşlər Naziri, Əhməd Baytursunov Milli Təhsil Naziri, Mustafa Şokayev (Çokayev) Xarici İşlər Naziri, Cihanşah Dostmuhammedov, Xəlil Dostmuhammedov və Əhməd Biy Sarsan isə Alaş Orda Hökumətinin batı bölgəsi üzrə məsul nazirlər təyin edilirlər. Əslində bu ərazisi bir-birndən ayrı salınmış iki bölgəli bir ölkə idi. Alaş Orda Muxtariyyatının elan edilməsi bir birinə düşmən olan, ölüm-qalım savaşı aparan bolşeviklərlə ağqvardiyaçıların hər ikisini eyni dərəcədə narahat edir. Alaş Ordaçılar Orenburqda əlində kazak hərbi birliklərini cəmləşdirmiş çar ordusunun polkovniki Aleksandr Dutovla və başqırdların lideri Zəki Validovla ittifaqa girmək istəsələr də, bu istəkləri baş tutmur. Yeni yaradılan Kokand Milli Hökuməti ilə işbirliyinə nail olmaq üçün 1918-ci ilin yanvarında Türküstan şəhərində bir konfrans təşkil edilsə də, istənilən nəticəyə nail olunmur. Hökumət başcısı Əli xan Bökeyxanov Sibir, Tatarıstan və Başqırdıstanla ittifaqa getməyə hazır olduğu, Türküstandakı Rus yönlü inqilabçı təşkilatlarla əlaqənin tərəfdar çıxdığı halda, Türküstandakı milli qüvvələrlə hər hansı bir şəkildə işbirliyinə getmək istəmir. Əhməd Baytursunov isə Türküstandakı milli qüvvələrlə işbirliyinin tərəfdarı idi. Qəribəsi budur ki, 1917-ci ilin aprelində Toquzov və Şakir Alicanovun rəhbərliyi ilə yaradılan, millətçi partiya kimi tanınan Üş Juz Partiyası da (sonralar bu partiya Qırğız Sasialist Partiyası adlandırılsa da, çox yaşaya bilməmişdir. – Ə. Ş.) Alaş Ordaya qarşı olmuşdur. Böyük ərazisi olan Qazaxıstanı idarə etməyə Alaş Orda Hökumətinin nə kadrı çatır, nə də hərbi gücü. Bolşeviklər də Rusiyada qurulmaqda olan yeni hökumətin təhriki ilə Qazaxıstanın müxtəlif yerlərində baş qaldırır, silahlı toqquşmalar yaradır. Vəziyyətin getdikcə bolşeviklərin xeyrinə dəyişdiyini görən Alaş Orda Hökumətinin bəzi üzvləri bolşeviklərlə danışıqlara getməyi daha münasib sayırlar. 1919-cu ilin yanvarında Əhməd Baytursunovun rəhbərliyi ilə Moskvaya bir nümayəndə heyəti göndərilir. Nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. ilə görüşür. Əhməd Baytursunovun Rusiya Milli Məsələlər Üzrə Xalq Komissarı İosif Stalinin görüşü haqqında daha geniş yazırlar. Bu görüşlərdə razılığa gəlinir ki, bolşeviklər qazaxların muxtariyyatını tanıyacaqlar və Alaş Orda Hökumətinin bolşeviklərə qarşı vuruşmuş üzvləri əfv ediləcəklər. Alaş Ordaçılardan Əhməd Baytursunov, Mirjakıp Dulatov, Jusipbey Aymautov, Maqjan Jumabayev və başqa öncülləri də bolşeviklərin sırasına qoşulurlar. Razılaşmadan sonra Alaş Ordaçıların bir qismi bölşeviklərin tərəfinə keçir, qazaxların Sovet ordusuna müqavimət göstərməsinin qarşısını alır. Sovet hökuməti 1920-ci ilin fevralında Qoleşçekin başçılıq etdiyi əsgəri birliyi Semeyə, Alaş Ordanın üzərinə yeridir. Bu hərbi hissə Tunqaçinin suvari alayı ilə birləşib Alaş Orda Hökumətinin polislərini atəşə tutur və hökuməti dağıdır. Yerində Qırğız Sovet Sosialist Muxtar Respublikası qurduqlarını elan edirlər. Hökumət başına da peşəsi faytonçuluq olan Tunqaçin gətirilir. Alaş Ordaçıların bir qismi isə təslim olmayaraq qazax çöllərinə çəkilərək bolşeviklərə qarşı döyüşü davam etdirir. Qaynaqlar Əhməd Baytursunovu Moskvada, M. S. Soltanqaliyev, Z. V. Togan, T. Rıskulov, V. İbrahimov, F. Hoca və N. Hocayev ilə birlikdə "İttihad və Tərəqqi" adlı gizli bir təşkilat da qurduqlarını yazırlar. Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul edilən Əhməd Baytursunovu 1919-cu il aprelin 24-də qurulan RSFSR Xalq Hərbi Komissarlığı yanındakı Qırğız (Qazax) bölgəsini idarə edəcək Hərbi İnqilab Komitəsinə üzv təyin edirlər. Bölgədə bolşeviklər hakim olduqdan sonra Əhməd Baytursunovu Qazaxıstan MSSR Maarif Naziri təyin edirlər. Bolşeviklər əhalinin mal-mülkünü mənimsəməyə, kütləvi həbslər və sürgünlər təşkil etməyə, azacıq müqavimət göstərəni güllələməyə başlayırlar. Qazaxlar qonşu ölkələrə köçməklə ölümdən və alçaldılmadan qurtulmağa çalışırlar. Əhməd Baytursunov Mərkəzi Komitədə, Qazaxıstan MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə və Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı "Ak jol" qəzetində işləyə-işləyə elmi-pedaqoji fəaliyyətdən də uzaqlaşmır. 1926-cı ildə onu partiya üzvlüyündən və vəzifədən azad edirlər. 1910-cu illərdən ərəb əlifbasını türk dilləri üçün uyğunlaşdırılması üzərində çalışan Əhməd Baytursunov 1915-ci ildə Orenburqda "Til kuralı", 1920-ci ildə Kazanda nəşr etdirdiyi "Kazaxca əlippege bayanşı" (Qazaxca əlifbaya başlama), 1925-ci ildə Orenburqda çap etdirdiyi "Til tanıtkış" (Dil nəzəriyyəsi), 1926-cı ildə Daşkənddə çap etdirdiyi "Ədəbiyet tanıtkış" (Ədəbiyyat nəzəriyyəsi), 1928-ci ildə Qızıl Ordada çap etdirdiyi "Til jumsar" (Dilin işlədilməsi) və b. kitabları onun çoxsahəli elmi fəaliyyətindən xəbər verir. Muxtar Ayvazov isə məqalələrinin birində Əhməd Baytursunovun 1923-cü ildə "Mədəniyyət tarixi" adlı bir kitabını tamamladığını yazsa da, bu kitab haqqında bugünədək yeni bir bilgi əldə edilməmişdir. Aleksandr Nikolayeviç Kononov Baytursunovun yazdığı qrammatika kitablarını yüksək qiymətləndirmiş, onun məşhur türkoloqlardan biri olduğunu yazmışdır. 1924-cü ildə Orenburqda qazax-qırğız elm və mədəniyyət xadimlərinin qurultayında Əhməd Baytursunovun ərəb əlifbasının islahatı əsasında hazırladığı əlifba qazax-qırğızlar üçün rəsmi əlifaba kimi qəbul edilir və 1928-ci ilə, yəni latın hərfli əlifba qəbuluna qədər işlədilir. Əhməd Baytursunov 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda türk xalqları üçün hazırladığı əlifba layihəsini müzakirəyə təqdim etsə də, onu qəbul etdirə bilmir. Qurultayda Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və b. ilə görüşərək onlar vasitəsilə mühacirətdə olan keçmiş məsləkdaşları ilə əlaqə yaratmağa nail olur. 1921–1925-ci illərdə elm və ədəbiyyat komissiyasına rəhbərlik edən, Qazaxıstan Tədqiqlər Cəmiyyətinin fəxri sədri olan A. Baytursunovun üzərində Sovet xüsusi xidmət orqanlarının nəzarəti bir an da olsun azalmır. Orenburqdakı Qazax Pedoqoji İnstitutunda müəllimlik edən, sonra Daşkənddəki Qazax Pedaqoji İnstitutunda qazax dili və ədəbiyyatından dərs deyən A. Baytursunovu 1928-ci ildə Almatı Qazax Universitetinə işə dəvət edirlər. O, burada qazax dili və ədəbiyyatı professoru seçilir, lakin bu hal çox da uzun sürmür. Əhməd Baytursunov maarif sahəsində çalışsa da, elmi araşdırmalarla məşğul olsa da siyasi fəaliyyətdən əl götürmür. Gizli millətçi təşkilatın qurulmasında, türk xalqlarının Rus işğalçılarına qarşı birgə mübarizə aparmasının planlaşdırılmasında fəal iştirak edir. Maarif və elm sahəsindəki böyük xidmətlərinə baxmayaraq onu 1929-cu il iyunun 12-də həbs edirlər. Uzun və işgəncəli istintaqdan sonra məhkəmə millətçi təşkilatda iştirakına görə güllələnmə hökmünü oxuyur. Səkkiz ay güllələnəcəyi günü gözləyən Əhməd Baytursunovun güllələnmə hökmü 10 illik həbslə əvəzlənir. Solevki adalarındakı həbsxanalara göndərilən Əhməd Baytursunov vaxtından əvvəl 1934-cü ildə həbsdən azad edilir. Buna səbəb məşhur rus yazıçısı Maksim Qorkinin xanımı E. P. Peşkovanın Dünya Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlətinə, eləcə də RK(b)P Mərkəzi Komitəsinə yazdığı məktublar olur. O, məktublarında ziyalıların, yazıçı və şairlərin silahlı müqavimətdə iştirak etmədiklərini, azad düşüncəli sənətkarlar olduqlarına görə, fikirlərini sərbəst söylədiklərindən həbs edildiklərini və bunun da mədəniyyətin, elmin inkişafına ağır zərbə vurduğunu yazır və xahiş edir ki, onlar əfv edilsinlər. Həbsdən azad olunduqdan sonra ailəsi də sürgündən buraxılır. Əhməd Baytursunov xanımı Badisəfaya, övladları Aymata, Kazixana, Şolpana qovuşur. Ailə bir yerə toplanaraq Almatıya gəlir, lakin burada Əhməd Baytursunovun sənədlərinin üzərinə "Heç bir peşə sahibi deyildir" yazdığına görə ona iş verən tapılmır. Ailə maddi sıxıntı içərisində qalır. Əhməd Baytursunov həbs və sürgündə elmi və bədii yaradıcılıqla məşğul ola bilmir. 1937-ci ildə onu yenidən həbs edirlər. Əhməd Baytursunov keçmiş alaşçılardan Qabbas Nurumovla, Almuxammad Kasımovla, Alimxan Yermakovla, eləcə də Qazax Xalq Maarif Komissarı Teymurbek Jurqenevlə, RSFSR Xalq Komissarlar Sovetinin müavini Turar Rıskulovla, Bakıda yaşayan professorlardan Bəkir Çobanzadə və Qaziz Qubaydullinlə və b. ilə birlikdə antisovet təbliğat apardığına, Sovet dövlətini devirməyə cəhd etdiyinə görə güllələnməyə məhkum edirlər. Ölüm hökmü 1937-ci il dekabrın 8-də yerinə yetirilir. | https://az.wikipedia.org/w/index.php?curid=420903 |
Əhməd Biyeşev | Bioqrafiyası Əhməd (Əhmədulla) Biyeşev Almuxametoviç Orenburq quberniyasının Orsk rayonunun 5-ci Userqan volostunun İdelbaevo kəndində (indiki Orenburq vilayətinin Mednogorsk şəhərinin şəhər dairəsi) anadan olmuşdur. Orenburq şəhərində müəllimlər seminariyasını bitirmişdir. Fevral İnqilabından sonra bir süvari alayının komandiri olaraq (1919-cu ilin fevralına qədər) Başqırd ordusunun sıralarına qatılır və bu orduda Hərbi Sahə Məhkəməsinin üzvü olur. Başqırd ordusunun Sovet hakimiyyəti tərəfinə keçməsindən sonra Başqırd Fövqəladə Komissiyası sədri, daha sonra Başqırd hökumətinin Sosial Təminat və Əmək narkomu olur. 1920-ci ildən Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, 1921-ci ildən Kommunist Partiyası Başqırd Vilayət Komitəsinin katibi. Daha sonra həmkarlar ittifaqları və iqtisadi vəzifələrdə çalışır. Əhməd Biyeşev Başqırdıstanın muxtariyyətini, siyasi və iqtisadi maraqlarını və başqırd xalqının mədəniyyətini müdafiə edir. Başqırdların partiya və sovet işinə qaldırılması üçün mübarizə aparır. Bu fəaliyyətinə görə millətçilik və avantürizmdə ittiham edilir. 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyası İcraiyyə Komitəsi sərəncamında Moskvaya çağrılır. Ümumrusiya Sənaye Əməkdaşlıq Şurasında baş məsləhətçi vəzifəsində çalışır. Moskvada Pokrovskiye Vorota küçəsində, bina 4/15, ev 3-də yaşamışdır. 20 iyun 1937-ci ildə Sovet İttifaqına qarşı başqırd millətçi təşkilatında iştirak ittihamı ilə həbs olunur. 27 sentyabr 1937-ci ildə gülələnir. Dəfn yeri — Moskva, Donskoe qəbiristanlığı. 1957-ci ildə bəraət alır. | https://az.wikipedia.org/w/index.php?curid=696320 |
Əhməd Bozgəziyev | Əhməd Bozgəziyev — Qafqaz müsəlmanlarının IX Müftisi. 1968-ci ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının VI qurultayında yüksək dini savada malik olan Əhməd Əfəndi Bozgəziyev Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti seçilir. O, mütailə ilə məşğul olub dini baxışları müasir elmə isnad edərək əsaslandırmağı sevən bir insan olub. Orucluğun müalicəvi əhəmiyyətindən bəhs edən moizələrlə məscidlərdə çıxışlar edərək insanları mübarək Ramazan ayının fəziləti ilə bağlı maarifləndirməyə çalışıb. İslamın sosial ehkamlarını izah etməyə çalışıb, müasir dövlət quruluşunu ilkin müsəlman icmasının oxşarı hesab edib. Dini tələblərə ciddi əməl olunmasını əsas vacib şərt sayıb. Zahirən təkəbbürlü göründüyünə görə, dindarlar arasında bir o qədər də nüfuza malik olmayıb. Buna görə də, 1969-cu ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Müfti Əhməd Əfəndi Bozgəziyev müftilikdən kənar edilib. | https://az.wikipedia.org/w/index.php?curid=377389 |
Əhməd Bərdici | Əhməd Bərdici — fiqh, hədis alimi. Azərbaycanda Əhməd Bərdicinin irsini ilk dəfə tədqiq edən AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, alim vaxtilə Kür çayı sahilində Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. Əbubəkr Əhməd Harun oğlu Bərdəi Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə -İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazır: Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əl-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir. Elmi yaradıcılığı Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918–995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. ə-Xətib əl-Bağdadi (1002–1071) və Əbu Səd əs-Səmani (1113–1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl. 1078) yazır ki, Əhməd əl-Bərdici "axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi". Başqa mənbələrdə isə o, "təkzibedilməz nüfuz sahibi", "müsəlman hüququnu dərindən bilən" alim kimi təqdim olunur.Tarixi mənbələrdə Əhməd əl-Bərdicinin əsərlərindən üçü haqqında xüsusi məlumat verilir: "Mən rəvaan in-Nəbi (s) fi-1-kəbair" ("Böyük günah barədə Peyğəmbər əleyhissəlamın sözlərini nəql edənlər"), "Mərifət əl-müttəsil min əl-hədis və-l-mursəl və-l-məqtu va bəyan at-turuq as-sahiha" ("Hədis, mürsəl və məqtudan ayrılmamışın idrakı və düzgün yolların bəyanı") və "Təbəqat əl-əsma əl-müfrədə min əs-sahabə va-t-tabiin və əshab əl-hədis" ("Əshablar, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri"). Bunlardan "Əshabələr, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri" traktatı daha məşhurdur. Burada 426 Peyğəmbər əshabının, ardıcılının, davamçının və hədis aliminin adı, onların mənsub olduqları yerlər göstərilir. Əhməd əl-Bərdici traktatın əvvəlində onun yeniliyinə işarə edərək yazır: "Mənim [araşdırdığım] nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshablarıdır. Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiş olduğunu bilmirik".Əsər əsrlər boyu islam ideoloqlarının marağını doğurmuşdur. İbn Bükeyr əl-Bağdadi (938–998) ona şərh və kiçik əlavələr verməklə özünün "Nəqd təbəqat əl-əsma əl-müfrədə" ("Nadir adların təbəqələrinin tənqidi") traktatını qələmə almış, bir sıra hüquqşünas, ilahiyyatçı alimlər ilk mənbə kimi ondan geniş bəhrələnmişlər. Həmçinin bax Azərbaycanda təsəvvüf Azərbaycanda İslamın yayılması | https://az.wikipedia.org/w/index.php?curid=114493 |
Əhməd Bərdəi | Əhməd Bərdəi — XV əsr Azərbaycan alimi. Ağqoyunluların hakimiyyəti illərində Azərbaycanda yaşamış hənəfi məzhəbinə mənsub mütəkəllim idi. Həyatı haqqında ətraflı məlumat yoxdur. Əhməd Bərdəi Sə’dəddin Təftazaninin əsərinə Şərhu Əqaidü’n-Nəsəfi‛ adlı şərh yazmış və bu əsərinin h. 850-ci ildə (1446) bitirmişdi. Ölüm tarixi məlum deyil. XV əsrdə Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=501891 |
Əhməd Cavad | Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 5 may 1892, Aşağı Seyfəli, Yelizavetpol qəzası – 12 oktyabr 1937, Bakı) — Azərbaycan şairi, tərcüməçi, AYB-nin üzvü (1934), professor (1933), Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) Azərbaycan Respublikasının rəsmi dövlət himninin sözlərinin müəllifi böyük şairimiz Əhməd Cavaddır. Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Həyatının ilk illəri və təhsili Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Ə. Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Ə. Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub.Şairin atasının vəfat tarixi bir sıra mənbələrdə fərqli göstərilir. Akademik B. Nəbiyevin "Əhməd Cavad" adlı kitabında 1897-ci il, tədqiqatçı N. Ələkbərlinin "Üç budaq" kitabında 1898-ci il, R. Salmanlının "Əhməd Cavadın yaradıcılıq yolu" və "Əhməd Cavad. Sən olasan gülüstan" adlı kitabda isə 1900-cü il olaraq göstərilir. Belə ki, şairin atası Məmmədəli Axundzadə Gəncədə çovğuna düşür. O, bu çovğunda möhkəm soyuqlayır və az sonra rəhmətə gedir. Şairin anası Yaxşı xanım 1938-ci ildə dünyasını dəyişib.Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənmişdir. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən deyirdi. Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə-əvvəlki ərindən olan uşaqlarının yanına gedir. Cavadın Gəncəyə ilk gəlişi 1906-cı ilə təsadüf edir. Bu tarixə şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakteri daşıyan, 1908-ci il sentyabrın 9-da yazılmış "Gəldim Gəncəyə" şeirində rast gəlinir. Şairin anası xalça sexində işə düzəlir, Zərrabi küçəsində, keçmişdə Əli Rzayevin mülki kimi tanınan binada mənzil kirayələyir və oğlu Cavadla burada yaşayır. Şəhər bazarında dəmirçi işləyən Cavadın ögey qardaşları Məsim və Qulu bu ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına oxumağa qoyurlar. Seminariyada əla qiymətlərlə oxuduğuna görə "Xeyriyyə" cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin əmisi) kimi tanınmış ziyalılar dərs deyirlər. Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad (türkiyəli Əhməd Cavadın qardaşı) adlı müəllim Cavadın inkişafında böyük rol oynamışdır. Şeirin qayda-qanunlarını demək olar ki, ona S. Cavad öyrətmişdir. Öz qələm təcrübələrinə hələ seminarist ikən başlayan Ə. Cavad ilk şeirlərilə bəzi müəllimlərinin diqqətini cəlb etmişdi. Belə ki, 1910-cu ildə Cavadın müəllimi A. Tofiqin dostu A. Şaiqə göndərdiyi məktubda o yazırdı: Professor Cəlal Qasımov tədqiqatlarında göstərir ki, A. Sur tələbəsi gənc yazar Ə. Cavadı təkcə öz şair dostları arasında deyil, daha geniş dairədə təbliğ edərək, görkəmli şərqşünas alim, dostu Qordlevskiyə də ünvanladığı məktubların birində Cavadın yaradıcılığına böyük ümidlər bəslədiyini və qürur duyduğunu bildirir. Ə. Cavad seminariyada altı il təhsil alır və 1912-ci ildə təhsilini başa vurur. 1912-ci il mayın 27-də Ə. Cavada təqdim olunmuş şəhadətnamədə göstərilir ki, C. Axundzadə seminariyanı 10 fəndən: "İlahiyyat", "Quranın oxunması", "Rus dili", "Tatar (Azərb.)dili", "Ərəb dili", "Fars dili", "Tarix", "Coğrafiya", "Təbiət tarixi" və "Gigiyena" fənlərindən əla qiymətlərlə bitirmişdir. Üç fəndən- "Həndəsə", "Cəbr" və "Riyaziyyat"dan dörd tam yarım almışdır. Filologiya elmləri namizədi N. Qəhrəmanov bir məqaləsində göstərir ki, Ə. Cavad "İranda təhsil alıb". ("Şair və tərcüməçi", "Ədəbiyyat və incəsənət", 20 sentyabr, 1985-ci il). Lakin başqa mənbələrdə bunu təsdiq edən bir fakt yoxdur.Şair 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alır. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır. Türk Ağsaqqalları Birliyinin fəxri üzvü Cavad Axundzadənin ulu babasıdır. Yaradıcılığı Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. Əruz vəznindən şair yalnız yaradıcılığının ilk dövrlərində istifadə etmişdir. "Utan", "Müəllim" şeirləri onun ilk qələm təcrübələrindəndir. Ə. Cavadın arxivində "Fələk dil kabab…" adlı 34 səhifəlik bir əlyazması saxlanılır. Bu şeirlər toplusunun əksəriyyətini şair mədrəsədə oxuduğu illərdə qələmə almışdır. Onların çoxu ərəb-fars sözləri, tərkibləri ilə doludur. Bu şeirlər klassik rübai, qəzəl formalarında yazılmışdır. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.Ədəbiyyata bu səpkili şeirlərlə gələn Ə. Cavadın bir neçə ildən sonra şeir dili sadələşmişdir. 1913-cü ildə qələmə aldığı "Dilimiz" şeiri buna misaldır. Şair həmin şeirdə dilin saflığının qorunması ilə bağlı məsələlərə toxunmuş, ona özünün aydın münasibətini bildirmişdi. Dili yad ünsürlərlə, yabancı sözlərlə süni surətdə dolduranlara qarşı çıxmışdır. Baxaq dilimizə nələr görünür: Oxuyub-anlamaq yazmaqdan gücdür. Yazan düşünmədən yazsa da belə, Oxucu beş-on gün gərək düşünə, Ki, anlasın bu söz ərəbmi, farsmı? Şair bütün vəznlərdən, şeir formalarından daha artıq qoşmaya və bayatıya üstünlük vermişdir. Ə. Cavadın yaradıcılığında realist səpkili əsərlərinə də təsadüf olunur. Belə ki, romantik üslubla, realist üslub paralel şəkildə inkişaf etdirilmişdir. "Yazım gəl!" ,"Yuxuma gəlmişdin", "Sevgi candan ayrılmaz" və s. adlı şeirləri, eləcə də aşıq şeirlərinə nəzirə kimi qoşduğu şərqilərdən "Səhər-səhər", "Olmaz" bayatıları, oxşamaları daha çox diqqəti cəlb edir.1912-ci ildə Ə. Cavad Gəncə mədrəsəsində öz təhsilini qurtaran dövrdə müəllimi Abdulla Sur dünyasını dəyişir. Onun dəfni mərasimində olan çıxışlar həmin ilin may ayının 17-də "İqbal" qəzetində dərc edilmişdir. Dərc olunan şeirlərin sırasında Əhməd Cavadın müəlliminə həsr etdiyi şeir də vardı. Bu barədə H. Cavid "İqbal" qəzetində yazmışdır: H. Cavid Ə. Cavadın 26 misralıq bu şeirini bötüvlükdə məqaləsində çap etdirir. Həmin şeir nəzərə alınmazsa, şairin məlum olan ilk mətbu əsəri 1913-cü ildə həftəlik ictimai-siyasi və elmi-ədəbi "Şəlalə" jurnalının 18-ci nömrəsində çap olunmuş "Müdhiş düşüncələrim" adlı şeiridir. Həmin jurnalın redaktoru X. Səbribəyzadə adı çəkilən şeiri kəskin şəkildə tənqid etmişdir. Ə. Cavad da "Şəlalə" mühərriri Səbribəyzadəyə cavab" adlı məqaləsini bütövlükdə "İqbal" qəzetinin 1913, 19–20 tarixli nömrəsində dərc etdrimişdir.Ə. Cavadın inqilabdan qabaq dövrü mətbuatda dərc olunmuş yazılarında insanlar dostluğa, qardaşlığa və birliyə çağrılır. Məsələn, 1911-ci ildə onun yazdığı "Bir-birimizi sevəlim" adlı məqaləsi "Məktəb" jurnalında dərc olunmuşdur. Şairin "Məktəb" jurnalında çap etdirdiyi uşaq şeirləri də diqqətəlayiqdir. İlk şeirlər kitabı Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, "Açıq söz" mətbəəsində nəşr olunmuşdur. Kitabın çapı zamanı şair Batumda idi. Burada toplanan şeirlər müəllifin ayrı-ayrı qəzet və jurnallarda dərc edilmiş əsərləridir. Şeirlər əvvəlcədən o qədər hüsn-rəğbət qazanmışdır ki, onları bir toplu şəklində doktor Xosrovbəy Sultanonovun şəxsində "Cəmiyyəti-Xeyriyyə" nəşr etdirmişdir. Cavad bu hadisədən bir il sonra xəbər tutmuş, Bakıya göndərdiyi "Təşəkkür" adlı məktubu Məhəmməd Əmin Rəsulzadənin redaktə etdiyi "Açıq söz" qəzetinin 1917-ci il 24 may nömrəsində dərc edilmişdir. Məktubda deyilir: Kitabda şairin yaradıcılığının təqribən on ilini əhatə edən dövr haqqında aydın təsəvvür yaranır. Şair yaradılığının ilk illərindən azyaşlı və məktəbyaşlı uşaqlar üçün gözəl əsərlər yazmışdır. "Balalarıma" adlı şeiri də məhz uşaqlara xitabən yazılmışdır və "Qoşma" adlı şeirlər kitabında nəşr olunmuşdur. Bu kitabda şairin əsasən 1912–1916-cı illərdə qoşduğu qoşmalar toplanmışdır. "Qoşma" Türkiyədə də rəğbətlə qarşılanmışdı. Şair Azərbaycan Maarif işləri ittifaqına yazdığı ərizədə bildirirdi: Bu əsərlərin bir yeniliyi də onların bir hissəsinin elə qoşma şəklində olması, sadə xalq dilində yazılması idi. Hərbi fəaliyyəti Balkan müharibəsində Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında müharibə başlarkən, əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsi cəbhəyə gedib, Türkiyə tərəfindən əməliyyatlara qoşularaq Bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak edib. Həmin könüllü dəstənin tərkibində Əhməd Cavad da əqidə dostları İ. Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə iştirak edib. Həmin vaxtda Cavadın 20 yaşı vardı. Əhməd Cavadın Balkan müharibəsində iştirakı ilə bağlı Hüseyn Baykara özünün "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabında yazmışdır: Əhməd Cavad 1912–1913-cü illərdə Balkan müharibəsində iştirak edib. Birinci Dünya müharibəsində iştirakı Müharibə dövründə əmək fəaliyyəti və yaradıcılğı Ədəbiyyata romantik şair kimi gələn Əhməd Cavad Birinci Cahan müharibəsində iştirakı ilə bağlı olaraq onda realizmə, realist təsvirlərə meyl güclənmişdir. Nəhayətdə realizm onun yaradıcılığında aparıcı mövqeyə çevrilmiş, sonrakı illərdə əsasən öz əsərlərini realist üslubda qələmə almışdır. Əhməd Cavad müharibədə dövründə yazdığı məqalələrini Bakı mətbuatında çap etdirmişdir. Şair Bakıda nəşr olunan bir çox qəzetlərin xüsusi müxbiri vəzifəsini daşıyırdı. Cavadın çıxış və məqalələri, əsasən, "İqbal", "Yeni iqbal","Şəlalə", "Açıq söz", "Azərbaycan", "Maarif və mədəniyyət", "Arı", "Maarif işçisi" kimi mətbuat orqanları ilə bağlı olub. Həmin dövrdə onun yaradıcılığında bayatı və publisistika ilə yanaşı, xəbərlər, reportajlar, oçerklər, felyetonlar, sənədli hekayələr və s. nəsr nümunələri yaratmaq meyli güclənmişdir. O, tarixi essələr, etnoqrafik etüdlər, məlumat xarakterli məqalələr, xatirələr, memuar əsərlər də qələmə alırdı. Ədib 1914-cü ildən "Açıq söz" qəzetinin müxbiri kimi fəaliyyət göstərmişdi.Onun əsərlərinin nəşr edilməsinə o zamanlar "Açıq söz" qəzetinin mühərriri Məhəmməd Əmin Ə. Rəsulzadə köməklik göstərirdi. Bu qəzetdə onun bir çox maraqlı yazıları, publisistik məqalələri, şeirləri dərc olunub. "Açıq söz" qəzeti Müsavat Partiyasının orqanı idi və Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Əli Rəsulzadə qardaşlarının rəhbərliyi altında çıxırdı. Məhəmməd Əmin Rəsulzadə ilə xüsusi yaxınlığı, milli ideallara bağlılığı Ə. Cavadı bu qəzetə gətirmiş, onun ən fəal müxbirləridən biri etmişdi.Əhməd Cavad savaş illərində əməli fəaliyyətlə, xeyriyyəçiliklə, zərərçəkənlərə yardım işi ilə məşğul olmaqla, bu mövzuda çeşidli, silsilə məqalələr yazmaqla yanaşı, şeir yaradıcılığını da davam etdirirdi. Bu cür şeirlərin çoxu savaş faciələri, xalqın həyatı mövzularında idi. Onun "Şeirimə" (1913), "Hərbzədələrə", "İmdad", "Nə gördümsə", "Ümidimə", "Dərdim" (1917, mart, Çaqva), "İraq", "Axşamlar" (1916, Qudaud), "Mayıs" (1916, Suxumi), "Şəhid əsir", "Haralısan?…" (1916, Batum), "Oyan", "Yazıq", "Kuropatkinə" (1917, Çaqva), "Aşiqin dərdi" (1919, Kutaisi), "Beşik" (1917, iyul, Çaqva), "Of, bu yol" və başqa şeirləri belə əsərlərdəndir.Şairin "Yas türküsü" şeiri nəşri baş tutmayan "Səadət" müəllimləri məcmuəsi üçün göndərilmişdi. Buna baxmayaraq, mərsiyə məzmunlu şeir çapdan kənarda qalmamış, şeiri "İqbal" qəzeti 24 mart 1915-ci il tarixli nömrəsində dərc etmişdir. Yeddi bənddən ibarət olan, gəraylı formasında qoşulmuş "Nə gördümsə" şeiri də eyni məzmunludur. Şairin "Axşamlar" şeiri "Açıq söz" qəzetinin 1916-cı il 6 aprel tarixli nömrəsində ilk dəfə dərc edilmişdir. "Axşamlar" şeiri də eyni məzmunludur. Əhməd Cavadın "Açıq söz" qəzetinin 1917-ci il 4 iyul nömrəsində çıxan başqa bir məqaləsindən məlum olur ki, o, həmin illərdə Rizə və Trabzon bölgələrində də olmuşdur 1916-cı ildə şairin "İki düşmən" adlı hekayəsi "Açıq söz" qəzetində nəşr olunmuşdu. Bu nəsr əsəri onun ilk hekayəsi idi. Savaş illərində qələmə alınan "İki düşmən" hekayəsi bəşəri, ali duyğuların təbliğ edilməsi baxımından maraqlıdır. Arxa cəbhədə tanış olmuş osmanlı və rus əsgərinin mehribançılığını və səmimiyyətini mənsub olduqları millətlərin ürək təmizliyi və alicənablığı ilə də əlaqələndirən Cavad hekayəsini Ə. Hüseynzadənin məşhur "Heyrət", yaxud "Bir Mələyin insanlara xitabı" şeirilə bitirir. 1917-ci ildə Bakıda "Cəmiyyəti-Xeyriyyə" xətti ilə Azərbaycan yazıçı və şairlərinin Türkiyənin I Cahan savaşında çəkdiyi müsibətlər mövzusunda yazılan şeir, hekayə və məqalələri "Qardaş köməyi" kitabında toplanmışdı. Həmin kitabda Məhəmməd Əmin Rəsulzadə, H. Cavid, A. Şaiq, A. Səhhət, F. Köçərli, Ə. Haqverdiyev, M. S. Ordubadi, Məmməd Yusif Cəfərov, Xosrov bəy Sultanov, C. Cabbarlı və s. müəlliflərin (cəmi 37 nəfər) əsərləri yer alır. Ə. Cavadın "Xuda qəbul nəkə" (Allah qəbul eyləməsin) hekayəsi və "Yazıq" şeiri də məcmuəyə daxil olan əsərlər arasındadır. Publisistik üslubda olan "Xuda qəbul nəkə" hekayəsi Cavadın şahidi olduğu hadisə əsasında yazılıb. "Qardaş köməyi" kitabı hərbzədələrə yardım çağırışı xarakterinə görə rəğbətlə qarşılanmışdır. Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı professor Yavuz Akpınar həmin kitab haqqında yazır: Şairin "İqbal" qəzetinin 1917-ci il 15 may, 16-cı nömrəsində nəşr edilmiş "Mayıs" adlı şeiri Ə. Cavadın seçilmiş əsərlərinin I cildində "İmdad" adı ilə çap olunub. Bu iki variant arasında bəzi fərqlər mövcuddur. 1915-ci ildə Qars və Ərzurum əraziləri rus ordusu tərəfindən işğal olunduqda Ə. Cavad 22 mart 1915-ci ildə "Nə gördümsə" şeirini yazır. Cavadın 10-cu illərin əvvəllərindəki axtarışlarında Yaradana müraciətlə yazılmış "Münacat" adlı xüsusi bir əsəri də var. Əhməd Cavad cəbhəyə nə üçün gəldiyini "Heyhat!" şeirində bəyan etmişdir. Şair bu şeiri Ərdəhanda qələmə alıb. Şeir "Yeni iqbal" qəzetinin 15 may 1915-ci il tarixli nömrəsində "Ərdəhan-Cavad" imzası ilə dərc olunmuşdur. Şair 1915–16-cı illərdə yazdığı şeirlərdə xüsusilə türk xalqlarının başına gətirilən fəlakətləri qələmə almışdır.Əhməd Cavad 1914–1917-ci illərdə Acarıstanda kənd-kənd dolaşaraq müxbir kimi fəaliyyət göstərmiş, buradakı ictimai-siyasi durum haqqında "İqbal", "Yeni İqbal", əsasən, "Açıq söz" qəzetlərinə silsilə məqalələr göndərmişdir. Həmin silsilə məqalələrdən biri olan "Acara məktubları" da "Açıq söz" qəzetində 1915-ci ilin 3 noyabr, 14 dekabr, 15 dekabr, 30 dekabr və 1916-cı ilin 25 mart tarixli nömrələrində dərc olunmuşdur. "Acara məktubları" beş silsilə məqalədən ibarət olub, bədii-publisistik üslubdadır. Məktublarda Türkiyə-Gürcüstan-Acarıstan münasibətləri, Azərbaycan nümayəndələrinin fəaliyyəti, Bakının yardımları, Acarıstanın tarixi, təbiəti, xalqın məişəti, adət-ənənələri, Türkiyəyə arxalanması, dil, din, məktəb, maarif və s. məsələlər işıqlandırılır. Acarıstanın ticari-iqtisadi həyatından bəhs edən Cavad hətta buradakı evlərin belə "tamamilə türk tərzi memariyyəsində yapıldığını", acarların geyimlərini "Anadolunun qiyafətinin incə bir şəkli" olduğunu qeyd edir.Ümumiyyətlə, şair publisistin "Acara məktubları", "Acariyada dil", "Lazlara kömək", "Suxum yolunda", "Rizə və Trabzon fəlakətzədələri", "Batum Müsəlman Birlik Cəmiyyətindən", "Kars heyətinin gördüyü işlərdən", "Gürcü mətbuatı və Acara" kimi bir çox məqalə və müxbir məktublarında yerli türk, həm də acar xalqlarının keçmişi, hazırkı vəziyyəti barədə çox qiymətli tarixi, etnoqrafik məlumatlar, materiallar vardır. Əhməd Cavadın dekabrın 5-də Batuma gəlməsi haqqında məlumat "Açıq söz" qəzetinin 20 dekabr 1915-ci il sayında dərc olunmuşdur. Filologiya elmləri doktoru Əli Saləddin araşdırmalarına əsasən qeyd etmişdir ki, Cavad Acarıstanda 50 kənddə olub, 6671 nəfərə yardım göstərib.Əli Salədinin "Əhməd Cavad" adlı kitabında qeyd edir ki, 1915-ci ildə "Yeni iqbal" və "Açıq söz" qəzetləri Əhməd Cavadın iki xəbərini öz səhifələrində çap etmişlər. Birinci xəbər "Batumdan müxbirimiz yazır" başlığı ilə getmişdir. Orada deyilir: İkinci xəbərdə Cavadın "Acariya məktubları" haqqında məlumat verilərək yazılır: Afina Məmmədli "Əhməd Cavad və Türkiyə" adlı kitabında isə qeyd edir ki, Əhməd Cavadın "Kars heyətinin gördüyü işlərdən" başlıqlı məqaləsindən məlum olur ki, həmin ilin mart ayında o artıq Qarsda imiş. Bu barədə "Yeni iqbal" qəzeti yazırdı: Ə. Cavadın 1915-ci ildə "Açıq söz" qəzetində çıxan silsilə "Acara məktubları" məqaləsindən o da məlum olur ki, həmin il oktyabrın 30-da Əhməd Cavadgil artıq Batumda fəaliyyətə başlamışlar. Bu məqalədən o da anlaşılır ki, Cavad Axundzadə Artvində də olmuş və buradakı müharibə zərərdidələrinə yardım göstərilməsini təşkil etmişdir. Əhməd Cavadın "C" imzası ilə "Kars heyətinin gördüyü işlərdən" xüsusi müxbirimizdən" məqaləsi "İqbal" qəzetinin 1915-ci il 14 aprel tarixində nəşr edilmişdir. Cavad "Kars heyətinin gördüyü işlərdən" başlıqlı məqaləsində "Cəmiyyəti-Xeyriyyə"nin Qars, Ərdahan, Soğanlıq, Xorasan, Sarıqamışda göstərdiyi xeyriyyəçilik və yardım işlərindən bəhs edir. O, burada əhalinin məruz qaldığı fəlakətlərin söylənilənlərdən və təsəvvür edildiyindən də qat-qat böyük olduğunu bildirir. Məqalədən məlum olur ki, Cavadgil müharibə zərərdidələrinə təkcə onların yerləşdikləri məkanlarda maddi və xeyriyyə yardımları göstərməklə kifayətlənmirdilər. Onlar mümkün qədər bu qaçqınları daha sakit və əmin-amanlıqda olacaqları yerlərə köçürməyə çalışırdılar. Qarsdakı müharibə fəlakətzədələrinin bir çoxu o zaman Bakı və Gəncə bölgələrində yerləşdirilirdi Bu haqda həmin məqalədə belə məlumat verilir: Müəllif "Lazlara kömək" adlı məqaləsində Acara ilə "həmhüdud" ərazidə yaşayan lazlar haqqında yazmışdır: Bu məqalədə lazların həm ərazi, həm də mənəvi cəhətdən türklərə yaxın və doğma olduğu göstərilmişdir. Əhməd Cavadın 1915-ci il dekabrın 23-də "Açıq söz" qəzetində "Batum oblastının Təhqiqat Komissiyası" xüsusi müxbirimizdən" başlığı ilə çap olunan məqaləsində yaşadığı və işlədiyi regionda olan tarixi, siyasi və ictimai hadisələr qələmə alınmışdır. "Rizə və Trabzon fəlakətzədələri" məqaləsindən də məlum olur ki, Cavad "Cəmiyyəti-Xeyriyyə" xətti ilə onlara kömək etmişdir. Şairin "Açıq söz" qəzetinin 1 avqust 1916-cı ildə çap edilən "Suxum yolundan" adlı məqaləsində isə qeyd olunub: Əhməd Cavadın qələmindən çıxan məqalələrdə dövrün bir çox aktual məsələləri öz əksini tapıb. Onun "Suxum yolundan" yol qeydləri, "Acarıstanda bir vaqe münasibətilə" milli münasibətlərə həsr olunmuş reportajı, "Yanlış xəbər münasibətilə" adlı türk xalqları üçün məktəb açmaq problemindən bəhs edən müəllim və pedaqoq mülahizələri, "Gürcü mətbuatı və Acara" yazısı ilə verilmiş iki qonşu xalqın arasında cərəyan edən münasibətlər, "Batumda müsəlman mitinqi"ndə müsəlmanların hökumət qarşısında qaldırdığı problemlərin həll edilməsi üçün irəli sürülən tələblər, "Trabzon fəlakətzədələri"ndə rus və türk xalqlarının mübarizəsində gürcülərin və ermənilərin tutduqları mövqe, "Yuxarı Acarada cameyi-şərif rəsm guşadı" məqaləsində acarlar üçün Azərbaycan türklərinin məscid açması, "Orucluq"da ifadə edilən xalq bayramı, "Lazlara kömək" əsərində və s qələm məhsullarında "Cəmiyyəti-Xeyriyyə"nin nümayəndələrinin gördüyü işlərin təsviri öz parlaq əksini tapmışdır.Əhməd Cavad 1914–1918-ci illərdə Birinci Cahan müharibəsində olarkən Batumda müntəzəm surətdə axşam kurslarında dərs demiş, təzə təşkil olunmuş məktəblərdə "Nümunə dərsi" vermiş, müəllimləri yeni-yeni metodik göstərişlərlə zənginləşdirmişdir. O, şagirdlərin köməyi ilə yerli adamlardan folklor nümunələri, o sıradan bayatılar toplayır, özü də bayatı formasında şeirlər qoşurdu. "İqbal" qəzetinin 1914-cü il 30 aprel tarixli nömrəsində Cavadın "Yeni nəsil İctimai yaralarımız" adlı məqaləsi nəşr olunmuşdur. Bu məqalədə Azərbaycanda məktəbin, müəllimin və şagirdlərin acınacaqlı vəziyyəti öz əksini tapmışdı. "İqbal" qəzetinin 1914-cü il sentyabr nömrələrindən birində Ə. Cavadın "Gəncədən" adlı bir məqaləsi dərc olunmuşdu. Məqalə İsmayıl Mirzə Qaspirinskiyə həsr olunmuşdu. Cavad ömrü boyu Türk ellərini gəzmiş, bir çox yerlərdə məktəb təşkilində, uşaq evlərinin açılmasında böyük fəaliyyət göstərmişdir. Acar elində, Gürcüstanın bəzi kənd və şəhərlərində uşaq evləri və məktəblər açılmasında yaxından iştirak etmişdir.I Cahan müharibəsi Əhməd Cavad yaradıcılığında xüsusi mərhələ təşkil edir. Bunu professor Ə. Cəfəroğlu belə yazırdı: "Çırpınırdın, Qara dəniz!" Əhməd Cavad Türkiyə səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazmışdır. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınmışdır. Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi "Çırpınırdın, Qara dəniz" şeiri Türkiyədə ən çox "Yol ver türkün bayrağına" adıyla məşhurdur. Şeirin Türkiyədə sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idisə, bir səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur "Həmidiyyə" zirehli gəmisinin Yunanıstanın "Averof" hərbi gəmisini məhv etməsidir. Birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı "Həmidiyyə" zirehli gəmisi ilə gecə Odessa limanına girir və rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları "Kazbek" və "Kaqul" adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırır, Odessa limanını bombardman edir. Cavad da 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq, 1914-cü ildə həmin şeiri yazmışdır. Şeir Rusiyanın "Kazbek" və "Kaqul" hərbi zirehli gəmisinə meydan oxuyan məşhur "Həmidiyyə" hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınmışdır. Gəminin kapitanı Atatürklə yaxın olmuş, Başbakanlıq və Böyük elçilik vəzifələrində çalışmış admiral Rauf Orbay bu hünərinə görə "Həmidiyyə" qəhrəmanı kimi şöhrətlənmişdir. Çırpınırdın, Qara dəniz, Baxıb Türkün bayrağına! "Ah!…" deyərdin, heç ölməzdim, Düşə bilsəm ayağına! Şair Rəfiq Zəka Xəndan bu barədə deyirdi: Tarixçi alim Muhiddin Nalbəndoğlu bu mövzudan bəhs edərkən yazırdı: Xeyriyyə cəmiyyətində fəaliyyəti XX əsrin birinci yarısında Bakıda bir sıra müsəlman xeyriyyə cəmiyyətləri yaranmışdı. 1905-ci il inqilabından sonra meydana çıxan bu cəmiyyətlərin əsas vəzifəsi və amalı xalqın mədəni-maarif sahəsindəki inkişafına yardım etmək olmuşdur. Belə cəmiyyətlərdən biri də "Cəmiyyəti-Xeyriyyə" adlanırdı. Azərbaycanda 1905-ci ildən fəaliyyətə başlayan "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti"nə səsvermə ilə məşhur Azərbaycan milyonçuları Hacı Zeynalabdin Tağıyev sədr, Ağamusa Nağıyev isə sədr müavini seçilmişdi. Birinci cahan müharibəsinə qədər bu cəmiyyətin fəaliyyəti nisbətən o qədər də diqqəti cəlb etmirdi. Müharibə başlanandan sonra onun fəaliyyət dairəsi genişləndi və Bakıdan çox-çox uzaqlara yayıldı. Cəmiyyətin üzvləri ayrı-ayrı dəstələrə bölünərək müxtəlif istiqamətlərə cəbhə xətti boyunca zərərçəkənlərə kömək etmək məqsədilə türk xalqlarının yaşadığı regionlara yola düşürdülər.Cəmiyyət savaşda zərərçəkənlərə maddi və mənəvi dayaq olmaq üçün bu dövrdə öz fəaliyyətini Şimali Qafqaz, Dağıstan, Gürcüstan, İrəvan və işğal olunmuş Türkiyə torpaqlarına doğru yönəltmişdi. Onun yardımı ilə Osmanlı qaçqınlarına böyük maddi yardım göstərilirdi. Bu barədə 1944-cü ildə çıxan "Müxtəsər Azərbaycan Ədəbiyyatı tarixi"ndə yazılmışdı: "Qardaş köməyi" toplusunda qeyd olunur ki, azərbaycanlılar müharibədən zərər çəkən Osmanlı dövlətinə yardım etmək üçün Rusiya hökumətinə, birbaşa çara müraciət etmiş və rəsmi icazə almışlar. Bu işdə o zaman Rusiya Dövlət Dumasının üzvü olan Məhəmməd Yusif Cəfərovun xidmətləri xüsusi qeyd olunur. Onun "Müsəlman hərbzədələrinə yardım işi və müsəlman vəkilləri" məqaləsində göstərildiyinə görə, Dumada bir çox uzun-uzadı müzakirədən sonra "müsəlman qaçqınlarına müavinət və yardım göstərməyə icazə verildi və bu məqsədlə əvvəlcə Qars və bir az sonra Batum oblastlarına sərbəst gəliş-gedişə yol verildi.Əhməd Cavad Birinci Dünya müharibəsi illərində rus-türk müharibəsində Qafqaz cəbhəsində zərər çəkmiş əhaliyə yardım göstərən "Bakı Müsəlman Cəmiyyəti Xeyriyyə"nin rəsmi nümayəndəsi və cəbhə bölgəsi üzrə vəkili Xosrov paşa Sultanovun müavini, həm də məsul katibi olmuşdur. Cavad 1915-ci ildə ikinci dəfə Türkiyəyə dönərək əsas dayanacaq yeri Batumi olmaqla, Suxumi, Qars, Çaqva, Ərdəhan, Sarıqamış, Trabzon, Ərzurum, Anadolu, İstanbul, eləcə də Gürcüstanın qərb regionlarında xeyriyyə işləri ilə məşğul olub.Ə. Cavad Birinci dünya müharibəsi zamanı bir müddət Batumidə (azərbaycanlı ziyalılar Rzaqulu Nəcəfov, Mahmud bəy Əfəndiyev, Əli Səbri Qasımov, Əliqulu Qəmküsarla birlikdə), Tiflisdə, Çakvada yaşayıb. Şairin Batumiyə gəlişi ilə əlaqədar yazıçı Əli Səbri "Ömürdən yarpaq düşür" (Bakı, 1983) adlı kitabında yazır: Şair o zaman müharibə zərərdidələrinin ən çox toplandıqları Batumidə siyahılar tərtib edir, yoxsulları, əlilləri qeydə alır, təmsil etdiyi cəmiyyətin imkanlarından istifadə edərək qaçqınlara, davada həlak olmuş əsgərlərin ailələrinə hər cür maddi və mənəvi kömək göstərirdi. Ə. Cavad fəaliyyətini əsasən iki istiqamətdə həyata keçirirdi. Birincisi zərərçəkənlərə kömək göstərmək, ikincisi Batuminin özündə, həmçinin Batumiyə yaxın qəsəbələrdə, digər mahallarda, Dağıstanda məktəblər açdırması, bu məktəblərin öz işini davam etdirməsi üçün Bakıdan yardım istəməsi, digər tərəfdən, ianə toplamaq, yeni birliklər yaratmaq təşəbbüsü göstərmək idi. Bu işlərdə ona Bakıda əsasən bir neçə azərbaycanlı milyonçu, xüsusən H. Z. Tağıyev, Ağabala Quliyev, M. Muxtarov, Batumidən S. Bejanidze və başqaları köməklik edirdilər. Onlar Bakıda cəmiyyətin əsas dayaqlarından idilər. "Cəmiyyəti-Xeyriyyə"nin fəal üzvlərindən olmuş yazıçı Əli Səbri o zaman cəmiyyətin fəaliyyətindəki bəzi məqamları və Ə. Cavadla dostluğunu belə xatırlayır: Ə. Cavad 1916-cı ildə şəxsən H. Z. Tağıyevin maliyyə dəstəyi ilə Batumidə yaşayan 2500-ə qədər azərbaycanlı ailəsi üçün məktəb açmışdır. Özü isə təşkil olunan yeni məktəblərdə həm də müəllimliklə məşğul olurdu. 1917-ci ildə Cavadın vasitəsilə 2500 nəfərdən çox türk qaçqın və didərgin Gəncə və Bakı ətrafında yerləşdirilmişdir. O, xeyriyyəçilik fəaliyyəti ilə əlaqədar Acarıstanın hər yerini gəzmişdir. Cavad təkcə acarların yoxsul və qaçqın hissəsinə kömək etməmiş, eyni zamanda məktəb və məscidlərin inşası üçün çalışmışdır. Cavadın müdiri olduğu uşaq evi sonralar Çakvadan Qunariyə köçürülmüşdür. Ə. Cavad "Açıq söz" qəzetinin müxbiri olaraq, ictimai hadisələrdən yazdığı kimi, tamaşaları qəzetində işıqlandırır, vaxtaşırı məlumatlar göndərirdi. Belə məlumatların birində deyilirdi: "Qardaş köməyi" adlı topluda Xosrov bəy Sultanovun xeyriyyəçilik işində Ə. Cavadın məxsusi rolu qeyd edilmişdir. Şairi bu işə Nəsib bəy Yusifbəyli tövsiyə etmişdi. Filologiya elmləri doktoru Təyyar Salamoğlunun yazdığı kimi: Əhməd Cavad verilmiş "Cəmiyyəti Xeyriyyə"nin hərbzədələrə yardım şöbəsinin fəallarından biri kimi döyüş bölgələrinə və sərhəd zonasına tez-tez gedib-gəlirdi. Ə. Cavad hərbzədə qaçqınların siyahısını tutur, onlara yardım paylayır, eyni zamanda əsir, yaralı türk döyüşçülərinə baş çəkir, onların ehtiyacları ilə yaxından maraqlanır, bölgədəki xəstəxanalara, məktəblərə, məscidlərə, yetimlər evinə gedir, oradakı çatışmazlıqlar və əhalinin zəruri ehtiyacları haqqında cəmiyyətə yazılı məlumatlar göndərirdi. Ə. Cavadın bu məlumatları əsasında Bakı "Cəmiyyəti-Xeyriyyəsi"ndən fəlakət bölgəsinə lazımi ləvazimatlar göndərilirdi. Ə. Cavad qəbul etdiyi bu maddi yardımı əvvəlcədən tutduğu plan əsasında türk hərbzədələrinə və yerli köçkünlərə çatdırırdı. "Cəmiyyəti Xeyriyyə"nin xüsusi nümayəndəsi Xosrov bəy Sultanovun məqaləsində bu barədə qey olunub: Əhməd Cavad özü şəxsən Osmanlı əsgərlərinə köməklik göstərmişdir. Buna görə də inqilab zamanı əsir düşmüş türk əsgərləri Sibirə göndərilmiş, lakin onlar sürgündən İstanbula deyil, Gəncəyə-Əhməd Cavada minnətdarlıq etmək üçün qayıtmışdılar. Yalnız bundan sonra onlar öz vətənlərinə dönmüşlər. Bu haqda şair xüsusi olaraq şeir də qoşmuş və həmin şeir "Qardaş yardımı" qəzetində nəşr edilmişdir. Gəncədə bilavasitə "Cəmiyyəti-Xeyriyyə" yolu ilə Cavadın rəhbərliyi altında osmanlılara edilən kömək uzun müddət unudulmamışdır. Bütün bunlar şairin "Gəncəlilərin Osmanlı əsgərlərinə köməyi" məqaləsində öz əksini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü AXC-nin yaranması, inkişafı illərinə təsadüf edir. Həmin dövrdə şair əsasən Gəncədə və Bakıda çalışmış, şeir və publisistik yaradıcılığını davam və inkişaf etdirmişdir. O, pedaqoji fəaliyyətinin inkişafına xüsusi fikir vermiş, əsasən müəllimlik etmiş və siyasi fəaliyyətdə bulunmuşdur. Yaradıcılığı Əhməd Cavadın 1918–1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Respublikasının nailiyyətlərinə həsr edilib. "Ey əskər" (1918, Bakı), "İngilis" (1918, Bakı), "Bismillah" (1918, Bakı), "Röyasını görmüşdüm" (1919, Hacıkənd), "Qalx", "Şəhidlərə" (1919, Gəncə), "Bən kiməm" (1919, Gəncə), "Aşiqin dərdi", "Nədən yarandın", "Gəlmə", "Dağlar", "Marş" (1918, 14 avqust), "Türk ordusuna" (1918, Gəncə) adlı şeirlər məhz həmin dövrün məhsuludur.Şairin 1918-ci ildə qələmə aldığı şeirlərdən biri də "Bismillah" adlanır. "Bismillah" şeiri 1918-ci ildə, sentyabr ayının 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən ruslardan və erməni daşnaq qüvvələrindən, həmçinin ingilis əsgərlərindən tam azad edilməsi münasibətilə yazılmışdır. Həmin şeirdə müəllif xilaskar türk ordusunun Azərbaycana gəlişini alqışlayırdı.Şair o zaman Azərbaycan uğrunda döyüşlərdə həlak olmuş türk əsərgərlərinə Bakıda şəhidlər abidəsinin təməlqoyma mərasimində "Qalx" şeirini oxumuşdur. Qalx, qalx sarmaşıqlı məzar altından Gəlmiş ziyarətə, qızlar, gəlinlər. Ey karvan keçidi, yollar üstündə Hər gələn yolçuya yol soran əsgər. Əhməd Cavad 1918-ci il oktyabr ayının 5-də Hacıkənddə olarkən "Röyasını görmüşdüm" şeirini yazır. Həmin şeirdə şair yeni quruluşu dəstəkləyir. Şairin "Marş" adlı şeiri ("Gənclər yurdu", 1918, 14 avqust) o dövrün əhval-ruhiyyəsini əks etdirir. Bu şeirin mayasında azadlıq bayrağının tərənnümü durur.Şairin 1918-ci ildə yazdığı şeirlərdən biri də "İngilis" adlanır. Bu altı bəndlik şeirdə Azərbaycan xalqının ingilislərin gəlməsinə olan münasibəti əks edilmişdir. Şair "Gəlmə" adlı şeirində də yadellilərə münasibətini bildirmişdir. "İngilis" şeirinin əksinə olaraq şair "Ey əskər" adlı şeirində türk ordusuna məhəbbətini ifadə etmişdir. Türk ordusunun gəlməsi Azərbaycan xalqını qırğından xilas etmək məqsədi daşıyırdı. Bu şeir Bakının fateh əskərlərinə ithaf edilmişdir."Dağlar" şeirində isə Dağıstan və türk xalqlarının tarixi öz parlaq əksini tapmışdır. Bu şeir 1920-ci il aprelin 1-də, yəni Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna 27 gün qalmış çap olunmuşdur.Əhməd Cavadın yaradıcılığında 1918–1920-ci illər milli özünüdərkin yüksək mərhələsidir. Vətənin azadlığı, müstəqilliyi, üçrəngli ay-ulduzlu bayraq, səkkiiz guşəli gerbin milli rəmz kimi mənalandırılması, türkçülük ideyalarının təbliği onun ideallarının ifadəsi idi. "Azərbaycan bayrağı" adlı şeirində bu ideya özünün dolğun ifadəsini tapmışdır: Türküstan elləri öpüb alnını Söyləyir dərdini sana bayrağım. Üç rəngli əksini Quzğun dənizi Ərməğan yollasın yara, bayrağım. Əhməd Cavadın bayraq mövzusuna həsr olunmuş bir sıra şeirləri vardır. O, öz şeirlərində dəfələrlə "Bir dəfə yüksələn bayraq, bir daha enməz" misrasını müxtəlif məqamlarda işlətmişdir. "Azərbaycan bayrağına", "Qardaş"(1919, noyabr) "Yarandın", "Al bayrağa" (Bakı, 24 iyul, 1919) və s. şeirləri buna misaldır.Şairin "Al bayrağa" adlı şeirində 1919-cu ilin yayında Azərbaycandakı millət və din qardaşlarının köməyinə qoşmuş Türkiyənin bayrağından bəhs açılır. "Dalğa" kitabı Əhməd Cavadın "Dalğa" adlı ikinci şeirlər kitabı 1919-cu ildə nəşr olunmuşdur. Şair bu kitaba "Bir-iki söz" adlı giriş yazmışdır: "Dalğa"da şairin əsasən müstəqillik ayları ərzində və müstəqillik ərəfəsindəki illərdə yazdığı milli-azadlıq hərəkatı ilə bağlı şeirləri toplanmışdır. AXC dövrü poeziyasının ən bariz nümunəsi kimi tədqiqatçıların üz tutduqları Ə. Cavadın "Dalğa" kitabı idi. Toplu "Azərbaycan bayrağına" şeiri ilə başlayır. Şeir 1919-cu ilin 10 aprelində yazılmışdır. Ə. Cavadın özü bu şeiri çox sevmiş və milli istiqlal mövzusunda yazdığı şeirlər içərisində fərqləndirmişdir: "Dalğa" toplusu Azərbaycanın o zamankı ədəbi-mədəni həyatında hadisəyə çevrilmiş, "Azərbaycan" qəzetinin 11 noyabr 1919-cu il tarixli böyük resenziya dərc olunmuşdur. Bu resenziyada Ə. Cavadın təkcə "Dalğa" kitabı deyil, bötüvlükdə poetik yaradıcılığı yüksək qiymətləndirilmişdir. "Dalğa" şairi Ə. Cavad" adlı məqaləni "Ə. H" hərfləri ilə imzalamış tənqidçi, AXP-nin üzvü, Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət etmiş Əhməd Həmdi Qaraağazadə yazırdı: "Yaşıl qələmlər" dərnəyi Əhməd Cavad AXC dövründə fəaliyyət göstərən, yeni görüşlü ədib və mühərrirlərin yaratdığı, 100-dən artıq ədibi və şairi öz ətrafında birləşdirən "Yaşıl qələmlər" dərnəyinin üzvü idi. Bu cəmiyyət İstanbuldakı "Türk ocağı"nın Bakıda açılan şöbəsi əsasında yaranmışdı. Azərbaycada bütün işlər əsasən "Yaşıl qələm" ədəbi cəmiyyəti vasitəsilə həyata keçirilirdi. Burada Məhəmməd Əmin Rəsulzadə, Ü. Hacıbəyli, S. Hüseyn, Ö. Faiq, N. Vəzirov, Ə. Haqverdiyev, H. Cavid, M. Hadi, A. Şaiq, C. Cabbarlı ilə birlikdə Ə. Cavad da yaxından iştirak edirdilər. Dərnəyin üzvləri yeni hökumətin dövründə Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına çalışırdılar. Əhməd Cavadın "Gəncədə istiqlal günü" məqaləsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ilk ildönümünə həsr olunmuşdur. Məqaləni "Ədəbiyyat qəzeti"nin 22 may 1992-ci il tarixli nömrəsində Abbas Çingizov nəşr etdirmişdir. 1919-cu ilin 28 may günündə Gəncədə keçirilən bayram təntənələri haqqında təəssüratdan ibarətdir. Şairin bu dövrdə bir sıra məqalələri də işıq üzü görmüşdür: "Denikin və Gəncə ("Azərbaycan" qəzeti, 4 iyun 1919-cu il)", "Ömər Faiqin başına gələnlər ("Azərbaycan" qəzeti, 3 fevral 1919-cu il"", "Ələkbər bəyin mərasimi-dəfni ("Azərbaycan" qəzeti, 11 aprel 1919-cu il)", "Abbaszadə Mirzə Abbasın yubileyi ("Azərbaycan" qəzeti, 2 iyun 1919-cu il)", "Rövşən Əşrəf bəy ("Azərbaycan" qəzeti, 24 oktyabr 1919-cu il)". Ə. Cavada həsr olunanlar Prof. A. Bayramoğlu "Qafqaz imdadına çatan türkün könül nəğmələri" adlı kitabında Ə. Cavadın Türk ordusuna və türkiyəli qələm dostlarına həsr etdiyi şeir və məqalələri yer almışdır. Prof. Əflatun Saraçlının "Azərbaycan yazıçıları Cümhuriyyət dönəmində" monoqrafiyasının bir fəsli Ə. Cavada həsr edilmişdir. Burada Əflatun Saraçlı Ə. Cavadın Türkiyəyə həsr edilmiş şeir və məqalələrindən də söz açır. Siyasi fəaliyyəti Əhməd Cavad hələ müharibdə olduğu dövrdə məhz Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Müsavat Partiyasına və Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamanına üzv və onun katibi seçilmişdir. Şairin Milli hökumətin daxili və xarici fəaliyyətində iştirakı üçün 1918-ci ildə ona Gəncə qubernatoru tərəfindən dekabr ayının 22-də xarixi pasport da verilmişdir. O, azad surətdə İrana və Türkiyəyə gedib gələ bilərdi. Bu onun AXC-nin rəsmi nümayəndəsi olmasını göstərir. Əhməd Cavad — ADR-in Gürcüstanda, Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi diplomatik işlər görüb. Əhməd Cavad 1918–1920-ci illərdə, 26–28 yaşlarında Azərbaycan milli istiqlalının təbliğatçısı olub. Məhəmməd Əmin Rəsulzadə onun yaradıcılığına yüksək qiymət verib: SSRİ dövründə Şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan himninin sözlərinin müəllifidir. Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935–1936) kimi fərqli yerlərdə işləmişdir. Lakin bu illər ərzində ona qarşı yazılan məqalələr və donoslar onun dəfələrlə həbsinə səbəb olmuşdur. Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Şair ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb. Cavad Axundzadənin MTN arxivindəki 1923-cü il, PR – 20942 saylı istintaq işindən aydın olur ki, Azərbaycan Fövqəladə Komissiyasının əməliyyat müvəkkili İvan Makarov 1923-cü il dekabr ayının 1-də Müsavat Partiyasının işləri ilə tanış olur və belə qərara gəlir ki, Cavad Axundzadə 1918-ci ildən Müsavat Partiyasının üzvüdür. Şair Batumda olarkən Gəncə şəhərində yaşayan məktəb yoldaşı Abdulla Ağaəli oğlu ona məktub göndərir və bu məktubdan aydın olur ki, Müsavat Partiyasının Gəncə şəhərində yaradılmasının təşkilində Ə. Cavad yaxından iştirak edib. Bundan başqa o, Quba şəhərində müəllim işləyərkən ətrafına müsavatçılar toplamış, mütəmadi olaraq Bakı müsavatçıları ilə əlaqə saxlamışdır. Həmçinin Əhməd Cavad Axundzadə müsavatçı, Məhəmməd Əmin Rəsulzadənin silahdaşlarından biri olan Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsini təşkil etmişdir. Bütün bu deyilənləri nəzərə alaraq əməliyyat müvəkkili İvan Makarov təklif etmişdir ki, Ə. Cavad həbs edilsin və Azərbaycan Fövqəladə Komissiyasının (Az. ÇK) kamerasında ciddi nəzarət altında saxlanılsın. Əhməd Cavad ilk dəfə həbs olunanda Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsində iştirakının olmadığını söyləsə də, 1937-ci ildə həbs olunanda istintaq sorğu-sual materiallarında bu faktı etirak edərək boynuna alır. Bundan sonra Cavad Axundzadənin həbs edilməsi ilə əlaqdər 5 dekabr 1923-cü ildə 446 saylı order imzalanır. Lakin hansısa səbəbdən şair dekabr ayının 5-də yox, noyabr ayının 21-də həbs edilir. Onu ilk dəfə elə həbs olunduğu gün, yəni noyabr ayının 21-də, ikinci dəfə isə noyabrın 26-da dindirirlər. Müstəntiq "Siz nə vaxt və harada Müsavat Partiyasına daxil olmusunuz və sizə zəmanəti kim vermişdir?" -deyə soruşanda şair belə cvb vermişdir: (MTN-nin arxivi, 1923-cü il, iş № 20288) Şair həmin ərəfədə Xalq Maarif Komissarlığının fəhlə fakültəsində və digər təhsil ocaqlarında dərs deməklə ailəsini dolandırırdı. Lakin Ə. Cavadın həbsindən sonra ailənin vəziyyəti ağırlaşır. Şairin həyat yoldaşı Şükriyyə xanım Xalq Komissarlığının sədri Qəzənfər Musabəyova 10 yanvar 1924-cü ildə ərizə yazır, ərinin günahsız olduğunu bildirməklə, istintaqın sürətlənədirilməsini xahiş edir: (MTN arxivi ,1923-cü il, iş PR-№ 20942, səh. 28) Əhməd Cavad həbs olunanda Türkiyəyə mühacirət etməzdən əvvəl Bakıda həbs edilmiş və bir müddət şairlə bir kamerada yatmış Azərbaycan mühacirlərindən biri Hüseyn Baykara özünün 1975-ci ildə İstanbulda nəşr etdirdiyi "Azərbaycan İstiqlal mübarizəsi tarixi" kitabında qeyd etmişdir: "Neylim" şeiri gözətçi Nikolayın divara yazılan şeirləri silməsindən sonra yazılmışdı. Ə. Cavad bu şeirin bir bəndinə həmin hadisəni nəzərdə tutaraq yazmışdı: Barı sən gəl dedim, dinləyib bir az, Ey vəfalı qələm dərdimi, gəl, yaz… Gəldi bir çirkin əl, söylədi olmaz, Dinləyənlər məni gəc duyar, neylim. Lozanna şəhərində gündəlik nəşr olunan "Dü Lozan" qəzeti 10 may 1924-cü il tarixli (nöm.128) sayında, birinci səhifənin ikinci sütununda "Azərbaycan" sərlövhəli məqalə dərc etmişdi. Məqalənin müəllifi müsyo Broşe islam aləmində təşəkkül edən ilk cümhuriyyət haqqında ümumi məlumat verdikdən sonra bolşevik istilasına məruz qalan azəri vətənpərvərlərinin məruz qaldıqları zülmləri təsvir etmiş və o cümlədən Əhməd Cavadın "Yeni Qafqasiya"da yayılan şeirlərinə görə həbs edildiyini böyük bir nifrətlə oxuculara çatdırmışdı. Şairin tutulmasında özünü qismən təqsirli bilən Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında İstanbulda nəşr olunan "Yeni Qafqasiya" məcmuəsi "Əhməd Cavad məhbus imiş" adlı məqaləsində yazmışdı: Cavadşünas Əli Saləddinin bildirmişdir ki ,"1923-cü ildə tutulanda, H. Baykara ilə bir kamerada yatanda Əhməd Cavadın adı "güllələnmə" adlı qırmızı siyahıya düşmüşdü".(Ə. Cavad – "Seçilmiş əsərləri", II C., Ic., Bakı, Az. Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi, 1992, səh.22)Əhməd Cavadın böyük oğlu Niyazi Axundzadə bildirmişdir ki, atasının azad olunması üçün rəsmi sənədlər, müraciətlər heç bir müsbət nəticə verməyib. Şairin azad edilməsində 1920-ci ildə onunla Quba qəzasının Xuluq kəndində bir yerdə işlədiyi zaman yaxın yoldaşlıq və dostluq etdiyi Hüseyn Musayev rol oynamışdır. Belə ki, H. Musayev o zaman Quba Xalq Maarif Şöbəsinin müdiri işləyirmiş. Hadisənin ciddiləşdiyini görüb, M. C. Bağırovun yanına gedərək Cavadın azad olunmasını xahiş edir və istəyinə nail olur. Bundan sonra Ə. Cavadın istintaq işi ilə tanış olmaq Az. ÇK-nın əməkdaşı Teymur Quliyevə tapşırılır. İşlə tanış olduqdan sonra Teymur Quliyev şairin həbsxanadan buraxılması qərarına gəlir. 1924-cü il, fevralın 2-də Ə. Cavadın azadlığa buraxılması barədə 952 saylı order imzalanır. T. Quliyevin arayışına və rəyinə əsasən Az. ÇK-nın rəyasət heyəti belə qərara gəlir ki, Axundzadə Cavad Məhəmmədəli oğlu həbsdən azad edilsin, şəxsi sənədləri qaytarılsın və iş dayandırılsın. "Göy göl" şeiri Əhməd Cavadın sovet dövründə yazdığı lirik şeirlərdən biri olan "Göy göl" ən çox müzakirələrə və tənqidi fikirlərə səbəb olan əsərlərindən biri olmuşdur. Səkkiz bənddən ibarət olan şeir 1925-ci ildə nəşr olunmuşdur. Məşhur "Göy göl" şeirinə bir qrup həmkarı tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsxanaya salınır. Ə. Cavad "Göy göl" şeirinə görə 5–6 ay həbsdə saxlanılır. Damğaya səbəb şairin yazdığı bu misralardır: Şairi bu bənddə ulduzdan aydan danışıb müsavatçılara ismarış göndərməkdə ittiham edib şeirin tərcümə variantını Moskvaya göndərirlər. "Göy göl"lə tanış olan Moskva mütəxəssisləri onun yüksək səviyyədə yazıldığını bildirirlər. Beləliklə, şeirdə heç bir bir siyasi səhv tapılmadığından şairi həbsdən azad etmək məcburiyyətində qalırlar. Şeirdə Azərbaycanın füsunkar gözəllikləri "Göy göl" timsalında tərənnüm olunmuşdur. Bununla yanaşı, şairin təbiətlə bağlı lirik şeirlərinin nüvəsində xalqın tarixi və taleyi dayanır. Bu şeirlərdə təbiətin təsviri ikinci plana keçir və öz yerini Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrə verir. Əsərlərinə, xüsusilə də "Göy göl" şeirinə görə başı bəlalar çəkən şair dövri mətbuatda da tez-tez tənqid atəşinə tutulurdu. Bu tənqidlərdən yaxa qurtarmaq üçün o özü də mətbuat səhifələrində çıxış etmək məcburiyyətində qalırdı. "Kommunist" qəzeti 19 noyabr 1929-cu il, 271-ci sayında çap etdirdiyi "İzah" adlı məqaləsində yazırdı: "Göy göl" şeirinə görə həbs edilən Ə. Cavad azadlığa buraxıldıqdan sonra "Ey Göy gölüm" adlı bir əsər də yazır. Həmin əsərdə şair həbs olunduğundan peşman olmadığını bildirir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əhməd Cavad təyinatla Qusara müəllim göndərilir. O, ailəsilə birlikdə Qusarın Xuluq kəndinə köçərək burada müəllimliyə başlayır. 1920-ci ilin sentyabrından 1922-ci ilin oktyabrına kimi Əhməd Cavad Xuluq kənd məktəbində rus və türk dillərindən dərs verir. Tezliklə həmin məktəbin direktoru vəzifəsi ona tapşırılır. Öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyi barədə Quba Qəza Xalq Maarifi Şöbəsindən verilmiş xasiyyətnamədə məlumat var. O, müəyyən fasilələrlə Quba Xalq Maarif Şöbəsinin müdiri işləyir, həmçinin Azərbaycan Maarif komissarlığının təşkil etdiyi qısa pedaqoji kurslarda mühazirəçi, yoxlama komissiyasının üzvü və başqa vəzifələrdə çalışır. Şair geniş maarifçilik fəaliyyəti göstərməklə yanaşı, eyni zamanda pedaqoq kimi fəaliyyətini davam etdirir. Əhməd Cavad 1922-ci ildə Bakıda Ali Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsinə qiyabi daxil olur. O, həmçinin ali məktəbdə təhsil aldığı illərdə müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1924-cü ildə N. Nərimanov adına Pedaqoji Texnikumda türk dili fənnindən dərs demişdir. Bu zaman respublikada buraxılan ilk dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasında öz bilik və bacarığını əsirgəməmişdir. Daha sonra 1927-ci ildə Əzizbəyov adına Azərbaycan Politexnik Universitetində qeyri-azərbaycanlı tələbələr üçün Azərbaycan dilini tədris etmişdir. Şairin 1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri "İstiqlal məcmuəsi"ndə on altı şeiri işıq üzü gördü. İdeoloji sahədə rəhbər orqanlar, "Qızıl qələmlər" cəmiyyəti, onun fəal üzvləri olan "proletar" şairləri, bir sözlə Ə. Cavadın əleyhdarları vaxtaşırı ona qarşı rəsmi və qeyri-rəsmi çıxışlar edirdilər. Belə bir vaxtda Əli Nazim Moskvada çap olunmuş bir məqaləsində ("Peçat i revolyusiya", N 7, 1929-cu il) şairin Türkiyədə bir neçə şeirinin dərc olunması haqqında məlumat yaydı. Əhməd Cavadın həbsi üçün səbəb axtaran bəzi həmkarları bundan yararlanaraq mətbuatda "İstiqlal məcmuəsi"ndə çap olunan şeirlərinə görə onu ittiham etdilər. Bu işdə "Kommunist" və "Bakinski raboçi" qəzetləri xüsusi fəallıq nümayiş etdirirdilər."Kommunist" qəzetinin 1929-cu il 19 və 21 noyabr tarixli nömrələrində "Cavadın yolu" adlı bir məqalə dərc olundu. Məqalədə müəllif yazırdı: Əsasən 1917–20-ci illərdə məşhurlaşmış Ə. Cavadın 20-ci illərin sonunda yaradıcılıqdan soyuması onun təqib edilməsi, millətçiliklə, müsavat şairi kimi ittihamı ilə əlaqədar idi. Ə. Cavad ilk Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında əlaqə yaradanlardan biri olmuşdur. Onun yaradıcılığının ana xəttinin "türkçülük" ideyası təşkil edirdi. Onu pantürkizmdə təqsirləndirirdilər. 30-cu illərin, demək olar ki, bütün marksist tənqidçiləri Ə. Cavadı tənqid etmişdilər. O, "Şiddətli protesto edirəm", "İzah" və s. yazılarla böhtanlardan müdafiə olunmağa çalışırdı. Qəzetlərdə verilən imzalı-imzasız məqalələrdə, şeirlərdə Cavad təhqir olunurdu. Müxtəlif zamanlarda ona qarşı "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) adlı məqalələr yazılmışdır. Cavad öz növbəsində "Kommunist" qəzetinin 1929-cu il 31 oktyabr tarixli sayında "Şiddətli protesto edirəm" məqaləsi ilə yazılanlara belə cavab verdi: Beləliklə, iki il ərzində — 1929–1930-cu illərdə davam edən ifşa kampaniyasından sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent işləyən Əhməd Cavad 1930-cu ildə institut Gəncəyə köçürüldüyü zaman Gəncəyə köçmək məcburiyyətində qaldı. Lakin əsil məqsəd şairi Bakı ədəbi- ictimai mühitindən kənarlaşdırmaq idi. Buna baxmayaraq, beş il Gəncədə yaşayıb-yaradan şair özünə qarşı edilən haqsız hücumlardan ruhdan düşməyərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dilçilik kafedrasının rəhbəri vəzifəsində çalışır, orada Azərbaycan dili və ədəbiyyatından dərs deyərək müəllimlik fəaliyyətini davam etdirir, həmçinin Gəncə Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işləyir. 1933-cü ildə şairə professor adı verilir. Həmin dövrdə rus dili üzrə professor rütbəsinə layiq görülmüş ilk azərbaycanlı məhz Əhməd Cavad olmuşdur. 1937-ci ilin mart ayında Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda şair müəllimi H. Cavid, tələbəsi M. Müşfiq və həmyerlisi V. Xuluflu ilə eyni vaxtda həbs edilib. 1937-ci ilin 5 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtardı.1937-ci il iyunun 3-də şairin mənzilinə girib axtarış aparırlar. Əhməd Cavadın qalın bir cilddən ibarət olan şəxsi işində evini axtarış zamanı müsadirə olunan əşyalar qeyd olunmuşdur. Həmin əmlak siyahısında Məhəmməd Əmin Rəsulzadənin, Kautskinin, Buxarinin kitabları, H. Zeynallının, V. Xuluflunun bəzi əsərləri, "Türk sözü" qəzeti, özünün "Dalğa" kitabçası, 3 qeyd dəftərçəsi, 15 müxtəlif məktub, Şükriyyə xanımın qızıl bəzəkləri-yeddi qızıl beşliyi, dostlarının şairə bağışladığı iki ədəd suvenir-xəncəri göstərilir. Əhməd Cavadın 12493/24 nömrəli iş qovluğunda əllə yazılmış protokollar, şahid ifadələri, hökm, arayış, çıxarış, məktub, zəmanət, rus makinasında necə gəldi yazılmış "Göy göl" şeiri saxlanılıb.1937-ci il may ayının 27-də Azərbaycan Daxili İşlər Komissarlığının leytenantı Klimençiç Əhməd Cavadın həbs olunması haqqında IV şöbənin rəisi Çinmana təsdiq üçün göndərdiyi arayışda qeyd edirdi: Əhməd Cavadın ilk dindirilməsi DTK-nın IV şöbəsinin rəisi Ağasəlim Atakişiyev tərəfindən 1937-ci il iyun ayının 5-də aparılır. Şairə əksinqilabi fəaliyyəti, kimlərlə əlbir işlədiyi, Müsavat adlı qanundan kənar partiyanın üzviliyi, hökumət əleyhinə şeirlər yazması və millətçi fəaliyyəti ilə bağlı suallar verilir. Ə. Cavad da öz növbəsində Müsavatın üzvi olduğunu, əksinqilabi millətçiliyi yaymaqda iştirak etdiyini, lakin 1923-cü ildə həbs olunandan sonra bu işdən əl çəkdiyini bildirmişdi. Ə. Cavad 1937-ci il sentyabr ayının 20-də, üçüncü dindirmə zamanı Balkan müharibəsində iştirakını rəsmi şəkildə təsdiqləmişdir. Onun İran və Türkiyə ilə əlaqələri ilə maraqlanan NKVD müstəntiqinin "Siz xaricdə olmusunuzmu, nə vaxt, harada?" sualına cavab olaraq şair demişdir: 1937-ci il sentyabrın 25-də Azərbaycan SSR XDİK DTİ 4-cü şöbəsinin rəisi Sinmanın və İ. P. Klementiçin hazırladığı və Y. D. Sumbatovun təsdiq etdiyi ittiham aktında Ə. Cavadın məsuliyyətə cəlb edilməsinin zərurəti belə "əsaslandırılır": Beləliklə, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası müttəhimi Azərbaycan cinayət məcəlləsinin 69, 70 və 73-cü maddələri ilə ittiham edərək oktyabrın 11-də işə başladı. Məhkəmənin sədri İ. O. Matuleviç, üzvləri İ. M. Zaryanov və C. K. Jiqur idi. İclasda hərbi yuris A. F. Kostyuşko və SSRİ prokurorunun baş köməkçisi N. S. Rovski (Rozovski) iştirak edirdi. Protokolda deyilir: Lakin məhkəmədə müdafiəçilər, yəni vəkilər və şahidlər iştirak etməmişdilər. 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxundu. 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam etdi və oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələdilər. Həmin gecə Əhməd Cavadla birlikdə görkəmli yazıçı Böyükağa Talıblının da güllələnməsi həyata keçirilir. Şairin qətl hadisəsini isə "Sərhəd" qəzetinin xüsusi buraxılışı (Bakı, 1999, № 1) belə açıqlayır: Bəzi mənbələrdə şairin ölümü ilə bağlı fərqli versiyalar mövcuddur. Məsələn, Məhəmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində Ə. Cavadın da H. Cavid kimi Sibirdə öldüyünü ehtimal etmişdi. Mühacir tədqiqatçı Hüseyn Baykara da Sibir versiyasını əsas götürmüşdü. Şairin ölümü ilə bağlı böyük oğlu Niyazi Axundzadə isə belə söyləmişdi: Bundan əlavə N. Axundzadə söhbətlərində bildirirdi: Lakin rəsmi sənədlərdən məlum olur ki, Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.Əhməd Cavadın Qubada müəllim işlədiyi dövrdən tanıdığı Hüseyn Musayev (həm də Quba maarif şöbəsində işləyirdi) 1956-cı ildə şairə bəraət qazandırmaq üçün zəmanət verənlərdən biri olmuşdur. Zəmanət verənlər arasında görkəmli rejissor Aleksandr Tuqanov, iqtisadçı alim Hüsü Mamayev, Aktyor Ağahüseyn Cavadov da var idi.1955-ci ildə SSRİ Ali Məhkəmsinin Hərbi Kollegiyasının nümayəndəsi ədliyyə polkovniki Seninin sədrliyi ilə keçən iclasda Ə. Cavadın cinayət işi ilə əlaqədar qəbul edilmiş 4P-014316 nömrəli xüsusi qərarda cinayət işinin dayandırıldığı qeyd olunurdu. Həmin qərarda cinayət işinin saxtalaşdırıldığı aşkara çıxmış, həmçinin cinayət işindən bir də o aydın olmuşdur ki, şair işgəncə altında ölməyib, o, məhkəmə qərarından sonra güllələnib. (Yaddaşın bərpası, 1999, № 1, səh.16). Beləliklə, 1955-ci ildə şairə bəraət verilir.Onun həyat yoldaşı Şükriyyə xanım isə "Vətən xaininin ailə üzvü" olduğuna görə Qazaxıstana, ALJİR-ə 8 il müddətində sürgün edilir. Filmoqrafiya Cümhuriyyətə doğru üç addım (film, 2008) Gəlmə Bismillah: Şerlər // Azərbaycan.- 1994.- 6 der.-s.4. Haqq bağıran səs / Tərt. və ön söz A. Əliyevanındır. – B.: Nicat, 1991.- 31 s. Çırpınırdı Qara dəniz: (Şer) // Yeni Azərba "Oyan", Dənizli, "Yaşıl Kayın Yayınları", 2022 Haqqında olan əsərlər Salmanlı R. İstiqlal şairi Əhməd Cavad haqqında // Azərbaycan.- 2003.- 28 may.- s.6. Rzalı R. Altunlar yurdudur bu kasıb ölkə. – Azərbaycan himninin müəlliflərindən biri // Azərbaycan. – 2002.- 28 may.- s.8. Rzayeva M. Əhməd Cavadın haqqını tanıyan Türkiyə oldu // Şərq.- 2006.- 28 fevr.- s.6. Mustafayeva G. Müstəqil Azərbaycan respublikasının Əhməd Cavad yaradıcılığında rolu // Ədalət.- 2006.- 10 mart.- s.7. Qusarda ilk dünyəvi məktəbi Əhməd Cavad təşkil edib: (Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı Sabir Piroğlanovun Əhməd Cavad haqqında xatirələri) // Azərbaycan. – 2005.- 28 may.- s.16. Afina Məmmədli Əflatun qızı."Əhməd Cavad və Türkiyə" kitabı / 2010. Elm və Təhsil. Bakı. 160 s. Xarici keçidlər Dahilərdən seçmələr — "Mən çeynənən bir ölkənin, haqq bağıran səsiyəm" — Əhməd Cavad Əhməd Cavad xatirələrin dili ilə — Bir şeirin tarixçəsi… — II Hissə | https://az.wikipedia.org/w/index.php?curid=41209 |
Əhməd Cavad Axundzadə | Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 5 may 1892, Aşağı Seyfəli, Yelizavetpol qəzası – 12 oktyabr 1937, Bakı) — Azərbaycan şairi, tərcüməçi, AYB-nin üzvü (1934), professor (1933), Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) Azərbaycan Respublikasının rəsmi dövlət himninin sözlərinin müəllifi böyük şairimiz Əhməd Cavaddır. Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Həyatının ilk illəri və təhsili Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Ə. Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Ə. Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub.Şairin atasının vəfat tarixi bir sıra mənbələrdə fərqli göstərilir. Akademik B. Nəbiyevin "Əhməd Cavad" adlı kitabında 1897-ci il, tədqiqatçı N. Ələkbərlinin "Üç budaq" kitabında 1898-ci il, R. Salmanlının "Əhməd Cavadın yaradıcılıq yolu" və "Əhməd Cavad. Sən olasan gülüstan" adlı kitabda isə 1900-cü il olaraq göstərilir. Belə ki, şairin atası Məmmədəli Axundzadə Gəncədə çovğuna düşür. O, bu çovğunda möhkəm soyuqlayır və az sonra rəhmətə gedir. Şairin anası Yaxşı xanım 1938-ci ildə dünyasını dəyişib.Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənmişdir. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən deyirdi. Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə-əvvəlki ərindən olan uşaqlarının yanına gedir. Cavadın Gəncəyə ilk gəlişi 1906-cı ilə təsadüf edir. Bu tarixə şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakteri daşıyan, 1908-ci il sentyabrın 9-da yazılmış "Gəldim Gəncəyə" şeirində rast gəlinir. Şairin anası xalça sexində işə düzəlir, Zərrabi küçəsində, keçmişdə Əli Rzayevin mülki kimi tanınan binada mənzil kirayələyir və oğlu Cavadla burada yaşayır. Şəhər bazarında dəmirçi işləyən Cavadın ögey qardaşları Məsim və Qulu bu ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına oxumağa qoyurlar. Seminariyada əla qiymətlərlə oxuduğuna görə "Xeyriyyə" cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin əmisi) kimi tanınmış ziyalılar dərs deyirlər. Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad (türkiyəli Əhməd Cavadın qardaşı) adlı müəllim Cavadın inkişafında böyük rol oynamışdır. Şeirin qayda-qanunlarını demək olar ki, ona S. Cavad öyrətmişdir. Öz qələm təcrübələrinə hələ seminarist ikən başlayan Ə. Cavad ilk şeirlərilə bəzi müəllimlərinin diqqətini cəlb etmişdi. Belə ki, 1910-cu ildə Cavadın müəllimi A. Tofiqin dostu A. Şaiqə göndərdiyi məktubda o yazırdı: Professor Cəlal Qasımov tədqiqatlarında göstərir ki, A. Sur tələbəsi gənc yazar Ə. Cavadı təkcə öz şair dostları arasında deyil, daha geniş dairədə təbliğ edərək, görkəmli şərqşünas alim, dostu Qordlevskiyə də ünvanladığı məktubların birində Cavadın yaradıcılığına böyük ümidlər bəslədiyini və qürur duyduğunu bildirir. Ə. Cavad seminariyada altı il təhsil alır və 1912-ci ildə təhsilini başa vurur. 1912-ci il mayın 27-də Ə. Cavada təqdim olunmuş şəhadətnamədə göstərilir ki, C. Axundzadə seminariyanı 10 fəndən: "İlahiyyat", "Quranın oxunması", "Rus dili", "Tatar (Azərb.)dili", "Ərəb dili", "Fars dili", "Tarix", "Coğrafiya", "Təbiət tarixi" və "Gigiyena" fənlərindən əla qiymətlərlə bitirmişdir. Üç fəndən- "Həndəsə", "Cəbr" və "Riyaziyyat"dan dörd tam yarım almışdır. Filologiya elmləri namizədi N. Qəhrəmanov bir məqaləsində göstərir ki, Ə. Cavad "İranda təhsil alıb". ("Şair və tərcüməçi", "Ədəbiyyat və incəsənət", 20 sentyabr, 1985-ci il). Lakin başqa mənbələrdə bunu təsdiq edən bir fakt yoxdur.Şair 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alır. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır. Türk Ağsaqqalları Birliyinin fəxri üzvü Cavad Axundzadənin ulu babasıdır. Yaradıcılığı Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. Əruz vəznindən şair yalnız yaradıcılığının ilk dövrlərində istifadə etmişdir. "Utan", "Müəllim" şeirləri onun ilk qələm təcrübələrindəndir. Ə. Cavadın arxivində "Fələk dil kabab…" adlı 34 səhifəlik bir əlyazması saxlanılır. Bu şeirlər toplusunun əksəriyyətini şair mədrəsədə oxuduğu illərdə qələmə almışdır. Onların çoxu ərəb-fars sözləri, tərkibləri ilə doludur. Bu şeirlər klassik rübai, qəzəl formalarında yazılmışdır. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.Ədəbiyyata bu səpkili şeirlərlə gələn Ə. Cavadın bir neçə ildən sonra şeir dili sadələşmişdir. 1913-cü ildə qələmə aldığı "Dilimiz" şeiri buna misaldır. Şair həmin şeirdə dilin saflığının qorunması ilə bağlı məsələlərə toxunmuş, ona özünün aydın münasibətini bildirmişdi. Dili yad ünsürlərlə, yabancı sözlərlə süni surətdə dolduranlara qarşı çıxmışdır. Baxaq dilimizə nələr görünür: Oxuyub-anlamaq yazmaqdan gücdür. Yazan düşünmədən yazsa da belə, Oxucu beş-on gün gərək düşünə, Ki, anlasın bu söz ərəbmi, farsmı? Şair bütün vəznlərdən, şeir formalarından daha artıq qoşmaya və bayatıya üstünlük vermişdir. Ə. Cavadın yaradıcılığında realist səpkili əsərlərinə də təsadüf olunur. Belə ki, romantik üslubla, realist üslub paralel şəkildə inkişaf etdirilmişdir. "Yazım gəl!" ,"Yuxuma gəlmişdin", "Sevgi candan ayrılmaz" və s. adlı şeirləri, eləcə də aşıq şeirlərinə nəzirə kimi qoşduğu şərqilərdən "Səhər-səhər", "Olmaz" bayatıları, oxşamaları daha çox diqqəti cəlb edir.1912-ci ildə Ə. Cavad Gəncə mədrəsəsində öz təhsilini qurtaran dövrdə müəllimi Abdulla Sur dünyasını dəyişir. Onun dəfni mərasimində olan çıxışlar həmin ilin may ayının 17-də "İqbal" qəzetində dərc edilmişdir. Dərc olunan şeirlərin sırasında Əhməd Cavadın müəlliminə həsr etdiyi şeir də vardı. Bu barədə H. Cavid "İqbal" qəzetində yazmışdır: H. Cavid Ə. Cavadın 26 misralıq bu şeirini bötüvlükdə məqaləsində çap etdirir. Həmin şeir nəzərə alınmazsa, şairin məlum olan ilk mətbu əsəri 1913-cü ildə həftəlik ictimai-siyasi və elmi-ədəbi "Şəlalə" jurnalının 18-ci nömrəsində çap olunmuş "Müdhiş düşüncələrim" adlı şeiridir. Həmin jurnalın redaktoru X. Səbribəyzadə adı çəkilən şeiri kəskin şəkildə tənqid etmişdir. Ə. Cavad da "Şəlalə" mühərriri Səbribəyzadəyə cavab" adlı məqaləsini bütövlükdə "İqbal" qəzetinin 1913, 19–20 tarixli nömrəsində dərc etdrimişdir.Ə. Cavadın inqilabdan qabaq dövrü mətbuatda dərc olunmuş yazılarında insanlar dostluğa, qardaşlığa və birliyə çağrılır. Məsələn, 1911-ci ildə onun yazdığı "Bir-birimizi sevəlim" adlı məqaləsi "Məktəb" jurnalında dərc olunmuşdur. Şairin "Məktəb" jurnalında çap etdirdiyi uşaq şeirləri də diqqətəlayiqdir. İlk şeirlər kitabı Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, "Açıq söz" mətbəəsində nəşr olunmuşdur. Kitabın çapı zamanı şair Batumda idi. Burada toplanan şeirlər müəllifin ayrı-ayrı qəzet və jurnallarda dərc edilmiş əsərləridir. Şeirlər əvvəlcədən o qədər hüsn-rəğbət qazanmışdır ki, onları bir toplu şəklində doktor Xosrovbəy Sultanonovun şəxsində "Cəmiyyəti-Xeyriyyə" nəşr etdirmişdir. Cavad bu hadisədən bir il sonra xəbər tutmuş, Bakıya göndərdiyi "Təşəkkür" adlı məktubu Məhəmməd Əmin Rəsulzadənin redaktə etdiyi "Açıq söz" qəzetinin 1917-ci il 24 may nömrəsində dərc edilmişdir. Məktubda deyilir: Kitabda şairin yaradıcılığının təqribən on ilini əhatə edən dövr haqqında aydın təsəvvür yaranır. Şair yaradılığının ilk illərindən azyaşlı və məktəbyaşlı uşaqlar üçün gözəl əsərlər yazmışdır. "Balalarıma" adlı şeiri də məhz uşaqlara xitabən yazılmışdır və "Qoşma" adlı şeirlər kitabında nəşr olunmuşdur. Bu kitabda şairin əsasən 1912–1916-cı illərdə qoşduğu qoşmalar toplanmışdır. "Qoşma" Türkiyədə də rəğbətlə qarşılanmışdı. Şair Azərbaycan Maarif işləri ittifaqına yazdığı ərizədə bildirirdi: Bu əsərlərin bir yeniliyi də onların bir hissəsinin elə qoşma şəklində olması, sadə xalq dilində yazılması idi. Hərbi fəaliyyəti Balkan müharibəsində Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında müharibə başlarkən, əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsi cəbhəyə gedib, Türkiyə tərəfindən əməliyyatlara qoşularaq Bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak edib. Həmin könüllü dəstənin tərkibində Əhməd Cavad da əqidə dostları İ. Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə iştirak edib. Həmin vaxtda Cavadın 20 yaşı vardı. Əhməd Cavadın Balkan müharibəsində iştirakı ilə bağlı Hüseyn Baykara özünün "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabında yazmışdır: Əhməd Cavad 1912–1913-cü illərdə Balkan müharibəsində iştirak edib. Birinci Dünya müharibəsində iştirakı Müharibə dövründə əmək fəaliyyəti və yaradıcılğı Ədəbiyyata romantik şair kimi gələn Əhməd Cavad Birinci Cahan müharibəsində iştirakı ilə bağlı olaraq onda realizmə, realist təsvirlərə meyl güclənmişdir. Nəhayətdə realizm onun yaradıcılığında aparıcı mövqeyə çevrilmiş, sonrakı illərdə əsasən öz əsərlərini realist üslubda qələmə almışdır. Əhməd Cavad müharibədə dövründə yazdığı məqalələrini Bakı mətbuatında çap etdirmişdir. Şair Bakıda nəşr olunan bir çox qəzetlərin xüsusi müxbiri vəzifəsini daşıyırdı. Cavadın çıxış və məqalələri, əsasən, "İqbal", "Yeni iqbal","Şəlalə", "Açıq söz", "Azərbaycan", "Maarif və mədəniyyət", "Arı", "Maarif işçisi" kimi mətbuat orqanları ilə bağlı olub. Həmin dövrdə onun yaradıcılığında bayatı və publisistika ilə yanaşı, xəbərlər, reportajlar, oçerklər, felyetonlar, sənədli hekayələr və s. nəsr nümunələri yaratmaq meyli güclənmişdir. O, tarixi essələr, etnoqrafik etüdlər, məlumat xarakterli məqalələr, xatirələr, memuar əsərlər də qələmə alırdı. Ədib 1914-cü ildən "Açıq söz" qəzetinin müxbiri kimi fəaliyyət göstərmişdi.Onun əsərlərinin nəşr edilməsinə o zamanlar "Açıq söz" qəzetinin mühərriri Məhəmməd Əmin Ə. Rəsulzadə köməklik göstərirdi. Bu qəzetdə onun bir çox maraqlı yazıları, publisistik məqalələri, şeirləri dərc olunub. "Açıq söz" qəzeti Müsavat Partiyasının orqanı idi və Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Əli Rəsulzadə qardaşlarının rəhbərliyi altında çıxırdı. Məhəmməd Əmin Rəsulzadə ilə xüsusi yaxınlığı, milli ideallara bağlılığı Ə. Cavadı bu qəzetə gətirmiş, onun ən fəal müxbirləridən biri etmişdi.Əhməd Cavad savaş illərində əməli fəaliyyətlə, xeyriyyəçiliklə, zərərçəkənlərə yardım işi ilə məşğul olmaqla, bu mövzuda çeşidli, silsilə məqalələr yazmaqla yanaşı, şeir yaradıcılığını da davam etdirirdi. Bu cür şeirlərin çoxu savaş faciələri, xalqın həyatı mövzularında idi. Onun "Şeirimə" (1913), "Hərbzədələrə", "İmdad", "Nə gördümsə", "Ümidimə", "Dərdim" (1917, mart, Çaqva), "İraq", "Axşamlar" (1916, Qudaud), "Mayıs" (1916, Suxumi), "Şəhid əsir", "Haralısan?…" (1916, Batum), "Oyan", "Yazıq", "Kuropatkinə" (1917, Çaqva), "Aşiqin dərdi" (1919, Kutaisi), "Beşik" (1917, iyul, Çaqva), "Of, bu yol" və başqa şeirləri belə əsərlərdəndir.Şairin "Yas türküsü" şeiri nəşri baş tutmayan "Səadət" müəllimləri məcmuəsi üçün göndərilmişdi. Buna baxmayaraq, mərsiyə məzmunlu şeir çapdan kənarda qalmamış, şeiri "İqbal" qəzeti 24 mart 1915-ci il tarixli nömrəsində dərc etmişdir. Yeddi bənddən ibarət olan, gəraylı formasında qoşulmuş "Nə gördümsə" şeiri də eyni məzmunludur. Şairin "Axşamlar" şeiri "Açıq söz" qəzetinin 1916-cı il 6 aprel tarixli nömrəsində ilk dəfə dərc edilmişdir. "Axşamlar" şeiri də eyni məzmunludur. Əhməd Cavadın "Açıq söz" qəzetinin 1917-ci il 4 iyul nömrəsində çıxan başqa bir məqaləsindən məlum olur ki, o, həmin illərdə Rizə və Trabzon bölgələrində də olmuşdur 1916-cı ildə şairin "İki düşmən" adlı hekayəsi "Açıq söz" qəzetində nəşr olunmuşdu. Bu nəsr əsəri onun ilk hekayəsi idi. Savaş illərində qələmə alınan "İki düşmən" hekayəsi bəşəri, ali duyğuların təbliğ edilməsi baxımından maraqlıdır. Arxa cəbhədə tanış olmuş osmanlı və rus əsgərinin mehribançılığını və səmimiyyətini mənsub olduqları millətlərin ürək təmizliyi və alicənablığı ilə də əlaqələndirən Cavad hekayəsini Ə. Hüseynzadənin məşhur "Heyrət", yaxud "Bir Mələyin insanlara xitabı" şeirilə bitirir. 1917-ci ildə Bakıda "Cəmiyyəti-Xeyriyyə" xətti ilə Azərbaycan yazıçı və şairlərinin Türkiyənin I Cahan savaşında çəkdiyi müsibətlər mövzusunda yazılan şeir, hekayə və məqalələri "Qardaş köməyi" kitabında toplanmışdı. Həmin kitabda Məhəmməd Əmin Rəsulzadə, H. Cavid, A. Şaiq, A. Səhhət, F. Köçərli, Ə. Haqverdiyev, M. S. Ordubadi, Məmməd Yusif Cəfərov, Xosrov bəy Sultanov, C. Cabbarlı və s. müəlliflərin (cəmi 37 nəfər) əsərləri yer alır. Ə. Cavadın "Xuda qəbul nəkə" (Allah qəbul eyləməsin) hekayəsi və "Yazıq" şeiri də məcmuəyə daxil olan əsərlər arasındadır. Publisistik üslubda olan "Xuda qəbul nəkə" hekayəsi Cavadın şahidi olduğu hadisə əsasında yazılıb. "Qardaş köməyi" kitabı hərbzədələrə yardım çağırışı xarakterinə görə rəğbətlə qarşılanmışdır. Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı professor Yavuz Akpınar həmin kitab haqqında yazır: Şairin "İqbal" qəzetinin 1917-ci il 15 may, 16-cı nömrəsində nəşr edilmiş "Mayıs" adlı şeiri Ə. Cavadın seçilmiş əsərlərinin I cildində "İmdad" adı ilə çap olunub. Bu iki variant arasında bəzi fərqlər mövcuddur. 1915-ci ildə Qars və Ərzurum əraziləri rus ordusu tərəfindən işğal olunduqda Ə. Cavad 22 mart 1915-ci ildə "Nə gördümsə" şeirini yazır. Cavadın 10-cu illərin əvvəllərindəki axtarışlarında Yaradana müraciətlə yazılmış "Münacat" adlı xüsusi bir əsəri də var. Əhməd Cavad cəbhəyə nə üçün gəldiyini "Heyhat!" şeirində bəyan etmişdir. Şair bu şeiri Ərdəhanda qələmə alıb. Şeir "Yeni iqbal" qəzetinin 15 may 1915-ci il tarixli nömrəsində "Ərdəhan-Cavad" imzası ilə dərc olunmuşdur. Şair 1915–16-cı illərdə yazdığı şeirlərdə xüsusilə türk xalqlarının başına gətirilən fəlakətləri qələmə almışdır.Əhməd Cavad 1914–1917-ci illərdə Acarıstanda kənd-kənd dolaşaraq müxbir kimi fəaliyyət göstərmiş, buradakı ictimai-siyasi durum haqqında "İqbal", "Yeni İqbal", əsasən, "Açıq söz" qəzetlərinə silsilə məqalələr göndərmişdir. Həmin silsilə məqalələrdən biri olan "Acara məktubları" da "Açıq söz" qəzetində 1915-ci ilin 3 noyabr, 14 dekabr, 15 dekabr, 30 dekabr və 1916-cı ilin 25 mart tarixli nömrələrində dərc olunmuşdur. "Acara məktubları" beş silsilə məqalədən ibarət olub, bədii-publisistik üslubdadır. Məktublarda Türkiyə-Gürcüstan-Acarıstan münasibətləri, Azərbaycan nümayəndələrinin fəaliyyəti, Bakının yardımları, Acarıstanın tarixi, təbiəti, xalqın məişəti, adət-ənənələri, Türkiyəyə arxalanması, dil, din, məktəb, maarif və s. məsələlər işıqlandırılır. Acarıstanın ticari-iqtisadi həyatından bəhs edən Cavad hətta buradakı evlərin belə "tamamilə türk tərzi memariyyəsində yapıldığını", acarların geyimlərini "Anadolunun qiyafətinin incə bir şəkli" olduğunu qeyd edir.Ümumiyyətlə, şair publisistin "Acara məktubları", "Acariyada dil", "Lazlara kömək", "Suxum yolunda", "Rizə və Trabzon fəlakətzədələri", "Batum Müsəlman Birlik Cəmiyyətindən", "Kars heyətinin gördüyü işlərdən", "Gürcü mətbuatı və Acara" kimi bir çox məqalə və müxbir məktublarında yerli türk, həm də acar xalqlarının keçmişi, hazırkı vəziyyəti barədə çox qiymətli tarixi, etnoqrafik məlumatlar, materiallar vardır. Əhməd Cavadın dekabrın 5-də Batuma gəlməsi haqqında məlumat "Açıq söz" qəzetinin 20 dekabr 1915-ci il sayında dərc olunmuşdur. Filologiya elmləri doktoru Əli Saləddin araşdırmalarına əsasən qeyd etmişdir ki, Cavad Acarıstanda 50 kənddə olub, 6671 nəfərə yardım göstərib.Əli Salədinin "Əhməd Cavad" adlı kitabında qeyd edir ki, 1915-ci ildə "Yeni iqbal" və "Açıq söz" qəzetləri Əhməd Cavadın iki xəbərini öz səhifələrində çap etmişlər. Birinci xəbər "Batumdan müxbirimiz yazır" başlığı ilə getmişdir. Orada deyilir: İkinci xəbərdə Cavadın "Acariya məktubları" haqqında məlumat verilərək yazılır: Afina Məmmədli "Əhməd Cavad və Türkiyə" adlı kitabında isə qeyd edir ki, Əhməd Cavadın "Kars heyətinin gördüyü işlərdən" başlıqlı məqaləsindən məlum olur ki, həmin ilin mart ayında o artıq Qarsda imiş. Bu barədə "Yeni iqbal" qəzeti yazırdı: Ə. Cavadın 1915-ci ildə "Açıq söz" qəzetində çıxan silsilə "Acara məktubları" məqaləsindən o da məlum olur ki, həmin il oktyabrın 30-da Əhməd Cavadgil artıq Batumda fəaliyyətə başlamışlar. Bu məqalədən o da anlaşılır ki, Cavad Axundzadə Artvində də olmuş və buradakı müharibə zərərdidələrinə yardım göstərilməsini təşkil etmişdir. Əhməd Cavadın "C" imzası ilə "Kars heyətinin gördüyü işlərdən" xüsusi müxbirimizdən" məqaləsi "İqbal" qəzetinin 1915-ci il 14 aprel tarixində nəşr edilmişdir. Cavad "Kars heyətinin gördüyü işlərdən" başlıqlı məqaləsində "Cəmiyyəti-Xeyriyyə"nin Qars, Ərdahan, Soğanlıq, Xorasan, Sarıqamışda göstərdiyi xeyriyyəçilik və yardım işlərindən bəhs edir. O, burada əhalinin məruz qaldığı fəlakətlərin söylənilənlərdən və təsəvvür edildiyindən də qat-qat böyük olduğunu bildirir. Məqalədən məlum olur ki, Cavadgil müharibə zərərdidələrinə təkcə onların yerləşdikləri məkanlarda maddi və xeyriyyə yardımları göstərməklə kifayətlənmirdilər. Onlar mümkün qədər bu qaçqınları daha sakit və əmin-amanlıqda olacaqları yerlərə köçürməyə çalışırdılar. Qarsdakı müharibə fəlakətzədələrinin bir çoxu o zaman Bakı və Gəncə bölgələrində yerləşdirilirdi Bu haqda həmin məqalədə belə məlumat verilir: Müəllif "Lazlara kömək" adlı məqaləsində Acara ilə "həmhüdud" ərazidə yaşayan lazlar haqqında yazmışdır: Bu məqalədə lazların həm ərazi, həm də mənəvi cəhətdən türklərə yaxın və doğma olduğu göstərilmişdir. Əhməd Cavadın 1915-ci il dekabrın 23-də "Açıq söz" qəzetində "Batum oblastının Təhqiqat Komissiyası" xüsusi müxbirimizdən" başlığı ilə çap olunan məqaləsində yaşadığı və işlədiyi regionda olan tarixi, siyasi və ictimai hadisələr qələmə alınmışdır. "Rizə və Trabzon fəlakətzədələri" məqaləsindən də məlum olur ki, Cavad "Cəmiyyəti-Xeyriyyə" xətti ilə onlara kömək etmişdir. Şairin "Açıq söz" qəzetinin 1 avqust 1916-cı ildə çap edilən "Suxum yolundan" adlı məqaləsində isə qeyd olunub: Əhməd Cavadın qələmindən çıxan məqalələrdə dövrün bir çox aktual məsələləri öz əksini tapıb. Onun "Suxum yolundan" yol qeydləri, "Acarıstanda bir vaqe münasibətilə" milli münasibətlərə həsr olunmuş reportajı, "Yanlış xəbər münasibətilə" adlı türk xalqları üçün məktəb açmaq problemindən bəhs edən müəllim və pedaqoq mülahizələri, "Gürcü mətbuatı və Acara" yazısı ilə verilmiş iki qonşu xalqın arasında cərəyan edən münasibətlər, "Batumda müsəlman mitinqi"ndə müsəlmanların hökumət qarşısında qaldırdığı problemlərin həll edilməsi üçün irəli sürülən tələblər, "Trabzon fəlakətzədələri"ndə rus və türk xalqlarının mübarizəsində gürcülərin və ermənilərin tutduqları mövqe, "Yuxarı Acarada cameyi-şərif rəsm guşadı" məqaləsində acarlar üçün Azərbaycan türklərinin məscid açması, "Orucluq"da ifadə edilən xalq bayramı, "Lazlara kömək" əsərində və s qələm məhsullarında "Cəmiyyəti-Xeyriyyə"nin nümayəndələrinin gördüyü işlərin təsviri öz parlaq əksini tapmışdır.Əhməd Cavad 1914–1918-ci illərdə Birinci Cahan müharibəsində olarkən Batumda müntəzəm surətdə axşam kurslarında dərs demiş, təzə təşkil olunmuş məktəblərdə "Nümunə dərsi" vermiş, müəllimləri yeni-yeni metodik göstərişlərlə zənginləşdirmişdir. O, şagirdlərin köməyi ilə yerli adamlardan folklor nümunələri, o sıradan bayatılar toplayır, özü də bayatı formasında şeirlər qoşurdu. "İqbal" qəzetinin 1914-cü il 30 aprel tarixli nömrəsində Cavadın "Yeni nəsil İctimai yaralarımız" adlı məqaləsi nəşr olunmuşdur. Bu məqalədə Azərbaycanda məktəbin, müəllimin və şagirdlərin acınacaqlı vəziyyəti öz əksini tapmışdı. "İqbal" qəzetinin 1914-cü il sentyabr nömrələrindən birində Ə. Cavadın "Gəncədən" adlı bir məqaləsi dərc olunmuşdu. Məqalə İsmayıl Mirzə Qaspirinskiyə həsr olunmuşdu. Cavad ömrü boyu Türk ellərini gəzmiş, bir çox yerlərdə məktəb təşkilində, uşaq evlərinin açılmasında böyük fəaliyyət göstərmişdir. Acar elində, Gürcüstanın bəzi kənd və şəhərlərində uşaq evləri və məktəblər açılmasında yaxından iştirak etmişdir.I Cahan müharibəsi Əhməd Cavad yaradıcılığında xüsusi mərhələ təşkil edir. Bunu professor Ə. Cəfəroğlu belə yazırdı: "Çırpınırdın, Qara dəniz!" Əhməd Cavad Türkiyə səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazmışdır. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınmışdır. Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi "Çırpınırdın, Qara dəniz" şeiri Türkiyədə ən çox "Yol ver türkün bayrağına" adıyla məşhurdur. Şeirin Türkiyədə sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idisə, bir səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur "Həmidiyyə" zirehli gəmisinin Yunanıstanın "Averof" hərbi gəmisini məhv etməsidir. Birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı "Həmidiyyə" zirehli gəmisi ilə gecə Odessa limanına girir və rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları "Kazbek" və "Kaqul" adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırır, Odessa limanını bombardman edir. Cavad da 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq, 1914-cü ildə həmin şeiri yazmışdır. Şeir Rusiyanın "Kazbek" və "Kaqul" hərbi zirehli gəmisinə meydan oxuyan məşhur "Həmidiyyə" hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınmışdır. Gəminin kapitanı Atatürklə yaxın olmuş, Başbakanlıq və Böyük elçilik vəzifələrində çalışmış admiral Rauf Orbay bu hünərinə görə "Həmidiyyə" qəhrəmanı kimi şöhrətlənmişdir. Çırpınırdın, Qara dəniz, Baxıb Türkün bayrağına! "Ah!…" deyərdin, heç ölməzdim, Düşə bilsəm ayağına! Şair Rəfiq Zəka Xəndan bu barədə deyirdi: Tarixçi alim Muhiddin Nalbəndoğlu bu mövzudan bəhs edərkən yazırdı: Xeyriyyə cəmiyyətində fəaliyyəti XX əsrin birinci yarısında Bakıda bir sıra müsəlman xeyriyyə cəmiyyətləri yaranmışdı. 1905-ci il inqilabından sonra meydana çıxan bu cəmiyyətlərin əsas vəzifəsi və amalı xalqın mədəni-maarif sahəsindəki inkişafına yardım etmək olmuşdur. Belə cəmiyyətlərdən biri də "Cəmiyyəti-Xeyriyyə" adlanırdı. Azərbaycanda 1905-ci ildən fəaliyyətə başlayan "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti"nə səsvermə ilə məşhur Azərbaycan milyonçuları Hacı Zeynalabdin Tağıyev sədr, Ağamusa Nağıyev isə sədr müavini seçilmişdi. Birinci cahan müharibəsinə qədər bu cəmiyyətin fəaliyyəti nisbətən o qədər də diqqəti cəlb etmirdi. Müharibə başlanandan sonra onun fəaliyyət dairəsi genişləndi və Bakıdan çox-çox uzaqlara yayıldı. Cəmiyyətin üzvləri ayrı-ayrı dəstələrə bölünərək müxtəlif istiqamətlərə cəbhə xətti boyunca zərərçəkənlərə kömək etmək məqsədilə türk xalqlarının yaşadığı regionlara yola düşürdülər.Cəmiyyət savaşda zərərçəkənlərə maddi və mənəvi dayaq olmaq üçün bu dövrdə öz fəaliyyətini Şimali Qafqaz, Dağıstan, Gürcüstan, İrəvan və işğal olunmuş Türkiyə torpaqlarına doğru yönəltmişdi. Onun yardımı ilə Osmanlı qaçqınlarına böyük maddi yardım göstərilirdi. Bu barədə 1944-cü ildə çıxan "Müxtəsər Azərbaycan Ədəbiyyatı tarixi"ndə yazılmışdı: "Qardaş köməyi" toplusunda qeyd olunur ki, azərbaycanlılar müharibədən zərər çəkən Osmanlı dövlətinə yardım etmək üçün Rusiya hökumətinə, birbaşa çara müraciət etmiş və rəsmi icazə almışlar. Bu işdə o zaman Rusiya Dövlət Dumasının üzvü olan Məhəmməd Yusif Cəfərovun xidmətləri xüsusi qeyd olunur. Onun "Müsəlman hərbzədələrinə yardım işi və müsəlman vəkilləri" məqaləsində göstərildiyinə görə, Dumada bir çox uzun-uzadı müzakirədən sonra "müsəlman qaçqınlarına müavinət və yardım göstərməyə icazə verildi və bu məqsədlə əvvəlcə Qars və bir az sonra Batum oblastlarına sərbəst gəliş-gedişə yol verildi.Əhməd Cavad Birinci Dünya müharibəsi illərində rus-türk müharibəsində Qafqaz cəbhəsində zərər çəkmiş əhaliyə yardım göstərən "Bakı Müsəlman Cəmiyyəti Xeyriyyə"nin rəsmi nümayəndəsi və cəbhə bölgəsi üzrə vəkili Xosrov paşa Sultanovun müavini, həm də məsul katibi olmuşdur. Cavad 1915-ci ildə ikinci dəfə Türkiyəyə dönərək əsas dayanacaq yeri Batumi olmaqla, Suxumi, Qars, Çaqva, Ərdəhan, Sarıqamış, Trabzon, Ərzurum, Anadolu, İstanbul, eləcə də Gürcüstanın qərb regionlarında xeyriyyə işləri ilə məşğul olub.Ə. Cavad Birinci dünya müharibəsi zamanı bir müddət Batumidə (azərbaycanlı ziyalılar Rzaqulu Nəcəfov, Mahmud bəy Əfəndiyev, Əli Səbri Qasımov, Əliqulu Qəmküsarla birlikdə), Tiflisdə, Çakvada yaşayıb. Şairin Batumiyə gəlişi ilə əlaqədar yazıçı Əli Səbri "Ömürdən yarpaq düşür" (Bakı, 1983) adlı kitabında yazır: Şair o zaman müharibə zərərdidələrinin ən çox toplandıqları Batumidə siyahılar tərtib edir, yoxsulları, əlilləri qeydə alır, təmsil etdiyi cəmiyyətin imkanlarından istifadə edərək qaçqınlara, davada həlak olmuş əsgərlərin ailələrinə hər cür maddi və mənəvi kömək göstərirdi. Ə. Cavad fəaliyyətini əsasən iki istiqamətdə həyata keçirirdi. Birincisi zərərçəkənlərə kömək göstərmək, ikincisi Batuminin özündə, həmçinin Batumiyə yaxın qəsəbələrdə, digər mahallarda, Dağıstanda məktəblər açdırması, bu məktəblərin öz işini davam etdirməsi üçün Bakıdan yardım istəməsi, digər tərəfdən, ianə toplamaq, yeni birliklər yaratmaq təşəbbüsü göstərmək idi. Bu işlərdə ona Bakıda əsasən bir neçə azərbaycanlı milyonçu, xüsusən H. Z. Tağıyev, Ağabala Quliyev, M. Muxtarov, Batumidən S. Bejanidze və başqaları köməklik edirdilər. Onlar Bakıda cəmiyyətin əsas dayaqlarından idilər. "Cəmiyyəti-Xeyriyyə"nin fəal üzvlərindən olmuş yazıçı Əli Səbri o zaman cəmiyyətin fəaliyyətindəki bəzi məqamları və Ə. Cavadla dostluğunu belə xatırlayır: Ə. Cavad 1916-cı ildə şəxsən H. Z. Tağıyevin maliyyə dəstəyi ilə Batumidə yaşayan 2500-ə qədər azərbaycanlı ailəsi üçün məktəb açmışdır. Özü isə təşkil olunan yeni məktəblərdə həm də müəllimliklə məşğul olurdu. 1917-ci ildə Cavadın vasitəsilə 2500 nəfərdən çox türk qaçqın və didərgin Gəncə və Bakı ətrafında yerləşdirilmişdir. O, xeyriyyəçilik fəaliyyəti ilə əlaqədar Acarıstanın hər yerini gəzmişdir. Cavad təkcə acarların yoxsul və qaçqın hissəsinə kömək etməmiş, eyni zamanda məktəb və məscidlərin inşası üçün çalışmışdır. Cavadın müdiri olduğu uşaq evi sonralar Çakvadan Qunariyə köçürülmüşdür. Ə. Cavad "Açıq söz" qəzetinin müxbiri olaraq, ictimai hadisələrdən yazdığı kimi, tamaşaları qəzetində işıqlandırır, vaxtaşırı məlumatlar göndərirdi. Belə məlumatların birində deyilirdi: "Qardaş köməyi" adlı topluda Xosrov bəy Sultanovun xeyriyyəçilik işində Ə. Cavadın məxsusi rolu qeyd edilmişdir. Şairi bu işə Nəsib bəy Yusifbəyli tövsiyə etmişdi. Filologiya elmləri doktoru Təyyar Salamoğlunun yazdığı kimi: Əhməd Cavad verilmiş "Cəmiyyəti Xeyriyyə"nin hərbzədələrə yardım şöbəsinin fəallarından biri kimi döyüş bölgələrinə və sərhəd zonasına tez-tez gedib-gəlirdi. Ə. Cavad hərbzədə qaçqınların siyahısını tutur, onlara yardım paylayır, eyni zamanda əsir, yaralı türk döyüşçülərinə baş çəkir, onların ehtiyacları ilə yaxından maraqlanır, bölgədəki xəstəxanalara, məktəblərə, məscidlərə, yetimlər evinə gedir, oradakı çatışmazlıqlar və əhalinin zəruri ehtiyacları haqqında cəmiyyətə yazılı məlumatlar göndərirdi. Ə. Cavadın bu məlumatları əsasında Bakı "Cəmiyyəti-Xeyriyyəsi"ndən fəlakət bölgəsinə lazımi ləvazimatlar göndərilirdi. Ə. Cavad qəbul etdiyi bu maddi yardımı əvvəlcədən tutduğu plan əsasında türk hərbzədələrinə və yerli köçkünlərə çatdırırdı. "Cəmiyyəti Xeyriyyə"nin xüsusi nümayəndəsi Xosrov bəy Sultanovun məqaləsində bu barədə qey olunub: Əhməd Cavad özü şəxsən Osmanlı əsgərlərinə köməklik göstərmişdir. Buna görə də inqilab zamanı əsir düşmüş türk əsgərləri Sibirə göndərilmiş, lakin onlar sürgündən İstanbula deyil, Gəncəyə-Əhməd Cavada minnətdarlıq etmək üçün qayıtmışdılar. Yalnız bundan sonra onlar öz vətənlərinə dönmüşlər. Bu haqda şair xüsusi olaraq şeir də qoşmuş və həmin şeir "Qardaş yardımı" qəzetində nəşr edilmişdir. Gəncədə bilavasitə "Cəmiyyəti-Xeyriyyə" yolu ilə Cavadın rəhbərliyi altında osmanlılara edilən kömək uzun müddət unudulmamışdır. Bütün bunlar şairin "Gəncəlilərin Osmanlı əsgərlərinə köməyi" məqaləsində öz əksini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü AXC-nin yaranması, inkişafı illərinə təsadüf edir. Həmin dövrdə şair əsasən Gəncədə və Bakıda çalışmış, şeir və publisistik yaradıcılığını davam və inkişaf etdirmişdir. O, pedaqoji fəaliyyətinin inkişafına xüsusi fikir vermiş, əsasən müəllimlik etmiş və siyasi fəaliyyətdə bulunmuşdur. Yaradıcılığı Əhməd Cavadın 1918–1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Respublikasının nailiyyətlərinə həsr edilib. "Ey əskər" (1918, Bakı), "İngilis" (1918, Bakı), "Bismillah" (1918, Bakı), "Röyasını görmüşdüm" (1919, Hacıkənd), "Qalx", "Şəhidlərə" (1919, Gəncə), "Bən kiməm" (1919, Gəncə), "Aşiqin dərdi", "Nədən yarandın", "Gəlmə", "Dağlar", "Marş" (1918, 14 avqust), "Türk ordusuna" (1918, Gəncə) adlı şeirlər məhz həmin dövrün məhsuludur.Şairin 1918-ci ildə qələmə aldığı şeirlərdən biri də "Bismillah" adlanır. "Bismillah" şeiri 1918-ci ildə, sentyabr ayının 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən ruslardan və erməni daşnaq qüvvələrindən, həmçinin ingilis əsgərlərindən tam azad edilməsi münasibətilə yazılmışdır. Həmin şeirdə müəllif xilaskar türk ordusunun Azərbaycana gəlişini alqışlayırdı.Şair o zaman Azərbaycan uğrunda döyüşlərdə həlak olmuş türk əsərgərlərinə Bakıda şəhidlər abidəsinin təməlqoyma mərasimində "Qalx" şeirini oxumuşdur. Qalx, qalx sarmaşıqlı məzar altından Gəlmiş ziyarətə, qızlar, gəlinlər. Ey karvan keçidi, yollar üstündə Hər gələn yolçuya yol soran əsgər. Əhməd Cavad 1918-ci il oktyabr ayının 5-də Hacıkənddə olarkən "Röyasını görmüşdüm" şeirini yazır. Həmin şeirdə şair yeni quruluşu dəstəkləyir. Şairin "Marş" adlı şeiri ("Gənclər yurdu", 1918, 14 avqust) o dövrün əhval-ruhiyyəsini əks etdirir. Bu şeirin mayasında azadlıq bayrağının tərənnümü durur.Şairin 1918-ci ildə yazdığı şeirlərdən biri də "İngilis" adlanır. Bu altı bəndlik şeirdə Azərbaycan xalqının ingilislərin gəlməsinə olan münasibəti əks edilmişdir. Şair "Gəlmə" adlı şeirində də yadellilərə münasibətini bildirmişdir. "İngilis" şeirinin əksinə olaraq şair "Ey əskər" adlı şeirində türk ordusuna məhəbbətini ifadə etmişdir. Türk ordusunun gəlməsi Azərbaycan xalqını qırğından xilas etmək məqsədi daşıyırdı. Bu şeir Bakının fateh əskərlərinə ithaf edilmişdir."Dağlar" şeirində isə Dağıstan və türk xalqlarının tarixi öz parlaq əksini tapmışdır. Bu şeir 1920-ci il aprelin 1-də, yəni Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna 27 gün qalmış çap olunmuşdur.Əhməd Cavadın yaradıcılığında 1918–1920-ci illər milli özünüdərkin yüksək mərhələsidir. Vətənin azadlığı, müstəqilliyi, üçrəngli ay-ulduzlu bayraq, səkkiiz guşəli gerbin milli rəmz kimi mənalandırılması, türkçülük ideyalarının təbliği onun ideallarının ifadəsi idi. "Azərbaycan bayrağı" adlı şeirində bu ideya özünün dolğun ifadəsini tapmışdır: Türküstan elləri öpüb alnını Söyləyir dərdini sana bayrağım. Üç rəngli əksini Quzğun dənizi Ərməğan yollasın yara, bayrağım. Əhməd Cavadın bayraq mövzusuna həsr olunmuş bir sıra şeirləri vardır. O, öz şeirlərində dəfələrlə "Bir dəfə yüksələn bayraq, bir daha enməz" misrasını müxtəlif məqamlarda işlətmişdir. "Azərbaycan bayrağına", "Qardaş"(1919, noyabr) "Yarandın", "Al bayrağa" (Bakı, 24 iyul, 1919) və s. şeirləri buna misaldır.Şairin "Al bayrağa" adlı şeirində 1919-cu ilin yayında Azərbaycandakı millət və din qardaşlarının köməyinə qoşmuş Türkiyənin bayrağından bəhs açılır. "Dalğa" kitabı Əhməd Cavadın "Dalğa" adlı ikinci şeirlər kitabı 1919-cu ildə nəşr olunmuşdur. Şair bu kitaba "Bir-iki söz" adlı giriş yazmışdır: "Dalğa"da şairin əsasən müstəqillik ayları ərzində və müstəqillik ərəfəsindəki illərdə yazdığı milli-azadlıq hərəkatı ilə bağlı şeirləri toplanmışdır. AXC dövrü poeziyasının ən bariz nümunəsi kimi tədqiqatçıların üz tutduqları Ə. Cavadın "Dalğa" kitabı idi. Toplu "Azərbaycan bayrağına" şeiri ilə başlayır. Şeir 1919-cu ilin 10 aprelində yazılmışdır. Ə. Cavadın özü bu şeiri çox sevmiş və milli istiqlal mövzusunda yazdığı şeirlər içərisində fərqləndirmişdir: "Dalğa" toplusu Azərbaycanın o zamankı ədəbi-mədəni həyatında hadisəyə çevrilmiş, "Azərbaycan" qəzetinin 11 noyabr 1919-cu il tarixli böyük resenziya dərc olunmuşdur. Bu resenziyada Ə. Cavadın təkcə "Dalğa" kitabı deyil, bötüvlükdə poetik yaradıcılığı yüksək qiymətləndirilmişdir. "Dalğa" şairi Ə. Cavad" adlı məqaləni "Ə. H" hərfləri ilə imzalamış tənqidçi, AXP-nin üzvü, Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət etmiş Əhməd Həmdi Qaraağazadə yazırdı: "Yaşıl qələmlər" dərnəyi Əhməd Cavad AXC dövründə fəaliyyət göstərən, yeni görüşlü ədib və mühərrirlərin yaratdığı, 100-dən artıq ədibi və şairi öz ətrafında birləşdirən "Yaşıl qələmlər" dərnəyinin üzvü idi. Bu cəmiyyət İstanbuldakı "Türk ocağı"nın Bakıda açılan şöbəsi əsasında yaranmışdı. Azərbaycada bütün işlər əsasən "Yaşıl qələm" ədəbi cəmiyyəti vasitəsilə həyata keçirilirdi. Burada Məhəmməd Əmin Rəsulzadə, Ü. Hacıbəyli, S. Hüseyn, Ö. Faiq, N. Vəzirov, Ə. Haqverdiyev, H. Cavid, M. Hadi, A. Şaiq, C. Cabbarlı ilə birlikdə Ə. Cavad da yaxından iştirak edirdilər. Dərnəyin üzvləri yeni hökumətin dövründə Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına çalışırdılar. Əhməd Cavadın "Gəncədə istiqlal günü" məqaləsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ilk ildönümünə həsr olunmuşdur. Məqaləni "Ədəbiyyat qəzeti"nin 22 may 1992-ci il tarixli nömrəsində Abbas Çingizov nəşr etdirmişdir. 1919-cu ilin 28 may günündə Gəncədə keçirilən bayram təntənələri haqqında təəssüratdan ibarətdir. Şairin bu dövrdə bir sıra məqalələri də işıq üzü görmüşdür: "Denikin və Gəncə ("Azərbaycan" qəzeti, 4 iyun 1919-cu il)", "Ömər Faiqin başına gələnlər ("Azərbaycan" qəzeti, 3 fevral 1919-cu il"", "Ələkbər bəyin mərasimi-dəfni ("Azərbaycan" qəzeti, 11 aprel 1919-cu il)", "Abbaszadə Mirzə Abbasın yubileyi ("Azərbaycan" qəzeti, 2 iyun 1919-cu il)", "Rövşən Əşrəf bəy ("Azərbaycan" qəzeti, 24 oktyabr 1919-cu il)". Ə. Cavada həsr olunanlar Prof. A. Bayramoğlu "Qafqaz imdadına çatan türkün könül nəğmələri" adlı kitabında Ə. Cavadın Türk ordusuna və türkiyəli qələm dostlarına həsr etdiyi şeir və məqalələri yer almışdır. Prof. Əflatun Saraçlının "Azərbaycan yazıçıları Cümhuriyyət dönəmində" monoqrafiyasının bir fəsli Ə. Cavada həsr edilmişdir. Burada Əflatun Saraçlı Ə. Cavadın Türkiyəyə həsr edilmiş şeir və məqalələrindən də söz açır. Siyasi fəaliyyəti Əhməd Cavad hələ müharibdə olduğu dövrdə məhz Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Müsavat Partiyasına və Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamanına üzv və onun katibi seçilmişdir. Şairin Milli hökumətin daxili və xarici fəaliyyətində iştirakı üçün 1918-ci ildə ona Gəncə qubernatoru tərəfindən dekabr ayının 22-də xarixi pasport da verilmişdir. O, azad surətdə İrana və Türkiyəyə gedib gələ bilərdi. Bu onun AXC-nin rəsmi nümayəndəsi olmasını göstərir. Əhməd Cavad — ADR-in Gürcüstanda, Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi diplomatik işlər görüb. Əhməd Cavad 1918–1920-ci illərdə, 26–28 yaşlarında Azərbaycan milli istiqlalının təbliğatçısı olub. Məhəmməd Əmin Rəsulzadə onun yaradıcılığına yüksək qiymət verib: SSRİ dövründə Şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan himninin sözlərinin müəllifidir. Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935–1936) kimi fərqli yerlərdə işləmişdir. Lakin bu illər ərzində ona qarşı yazılan məqalələr və donoslar onun dəfələrlə həbsinə səbəb olmuşdur. Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Şair ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb. Cavad Axundzadənin MTN arxivindəki 1923-cü il, PR – 20942 saylı istintaq işindən aydın olur ki, Azərbaycan Fövqəladə Komissiyasının əməliyyat müvəkkili İvan Makarov 1923-cü il dekabr ayının 1-də Müsavat Partiyasının işləri ilə tanış olur və belə qərara gəlir ki, Cavad Axundzadə 1918-ci ildən Müsavat Partiyasının üzvüdür. Şair Batumda olarkən Gəncə şəhərində yaşayan məktəb yoldaşı Abdulla Ağaəli oğlu ona məktub göndərir və bu məktubdan aydın olur ki, Müsavat Partiyasının Gəncə şəhərində yaradılmasının təşkilində Ə. Cavad yaxından iştirak edib. Bundan başqa o, Quba şəhərində müəllim işləyərkən ətrafına müsavatçılar toplamış, mütəmadi olaraq Bakı müsavatçıları ilə əlaqə saxlamışdır. Həmçinin Əhməd Cavad Axundzadə müsavatçı, Məhəmməd Əmin Rəsulzadənin silahdaşlarından biri olan Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsini təşkil etmişdir. Bütün bu deyilənləri nəzərə alaraq əməliyyat müvəkkili İvan Makarov təklif etmişdir ki, Ə. Cavad həbs edilsin və Azərbaycan Fövqəladə Komissiyasının (Az. ÇK) kamerasında ciddi nəzarət altında saxlanılsın. Əhməd Cavad ilk dəfə həbs olunanda Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsində iştirakının olmadığını söyləsə də, 1937-ci ildə həbs olunanda istintaq sorğu-sual materiallarında bu faktı etirak edərək boynuna alır. Bundan sonra Cavad Axundzadənin həbs edilməsi ilə əlaqdər 5 dekabr 1923-cü ildə 446 saylı order imzalanır. Lakin hansısa səbəbdən şair dekabr ayının 5-də yox, noyabr ayının 21-də həbs edilir. Onu ilk dəfə elə həbs olunduğu gün, yəni noyabr ayının 21-də, ikinci dəfə isə noyabrın 26-da dindirirlər. Müstəntiq "Siz nə vaxt və harada Müsavat Partiyasına daxil olmusunuz və sizə zəmanəti kim vermişdir?" -deyə soruşanda şair belə cvb vermişdir: (MTN-nin arxivi, 1923-cü il, iş № 20288) Şair həmin ərəfədə Xalq Maarif Komissarlığının fəhlə fakültəsində və digər təhsil ocaqlarında dərs deməklə ailəsini dolandırırdı. Lakin Ə. Cavadın həbsindən sonra ailənin vəziyyəti ağırlaşır. Şairin həyat yoldaşı Şükriyyə xanım Xalq Komissarlığının sədri Qəzənfər Musabəyova 10 yanvar 1924-cü ildə ərizə yazır, ərinin günahsız olduğunu bildirməklə, istintaqın sürətlənədirilməsini xahiş edir: (MTN arxivi ,1923-cü il, iş PR-№ 20942, səh. 28) Əhməd Cavad həbs olunanda Türkiyəyə mühacirət etməzdən əvvəl Bakıda həbs edilmiş və bir müddət şairlə bir kamerada yatmış Azərbaycan mühacirlərindən biri Hüseyn Baykara özünün 1975-ci ildə İstanbulda nəşr etdirdiyi "Azərbaycan İstiqlal mübarizəsi tarixi" kitabında qeyd etmişdir: "Neylim" şeiri gözətçi Nikolayın divara yazılan şeirləri silməsindən sonra yazılmışdı. Ə. Cavad bu şeirin bir bəndinə həmin hadisəni nəzərdə tutaraq yazmışdı: Barı sən gəl dedim, dinləyib bir az, Ey vəfalı qələm dərdimi, gəl, yaz… Gəldi bir çirkin əl, söylədi olmaz, Dinləyənlər məni gəc duyar, neylim. Lozanna şəhərində gündəlik nəşr olunan "Dü Lozan" qəzeti 10 may 1924-cü il tarixli (nöm.128) sayında, birinci səhifənin ikinci sütununda "Azərbaycan" sərlövhəli məqalə dərc etmişdi. Məqalənin müəllifi müsyo Broşe islam aləmində təşəkkül edən ilk cümhuriyyət haqqında ümumi məlumat verdikdən sonra bolşevik istilasına məruz qalan azəri vətənpərvərlərinin məruz qaldıqları zülmləri təsvir etmiş və o cümlədən Əhməd Cavadın "Yeni Qafqasiya"da yayılan şeirlərinə görə həbs edildiyini böyük bir nifrətlə oxuculara çatdırmışdı. Şairin tutulmasında özünü qismən təqsirli bilən Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında İstanbulda nəşr olunan "Yeni Qafqasiya" məcmuəsi "Əhməd Cavad məhbus imiş" adlı məqaləsində yazmışdı: Cavadşünas Əli Saləddinin bildirmişdir ki ,"1923-cü ildə tutulanda, H. Baykara ilə bir kamerada yatanda Əhməd Cavadın adı "güllələnmə" adlı qırmızı siyahıya düşmüşdü".(Ə. Cavad – "Seçilmiş əsərləri", II C., Ic., Bakı, Az. Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi, 1992, səh.22)Əhməd Cavadın böyük oğlu Niyazi Axundzadə bildirmişdir ki, atasının azad olunması üçün rəsmi sənədlər, müraciətlər heç bir müsbət nəticə verməyib. Şairin azad edilməsində 1920-ci ildə onunla Quba qəzasının Xuluq kəndində bir yerdə işlədiyi zaman yaxın yoldaşlıq və dostluq etdiyi Hüseyn Musayev rol oynamışdır. Belə ki, H. Musayev o zaman Quba Xalq Maarif Şöbəsinin müdiri işləyirmiş. Hadisənin ciddiləşdiyini görüb, M. C. Bağırovun yanına gedərək Cavadın azad olunmasını xahiş edir və istəyinə nail olur. Bundan sonra Ə. Cavadın istintaq işi ilə tanış olmaq Az. ÇK-nın əməkdaşı Teymur Quliyevə tapşırılır. İşlə tanış olduqdan sonra Teymur Quliyev şairin həbsxanadan buraxılması qərarına gəlir. 1924-cü il, fevralın 2-də Ə. Cavadın azadlığa buraxılması barədə 952 saylı order imzalanır. T. Quliyevin arayışına və rəyinə əsasən Az. ÇK-nın rəyasət heyəti belə qərara gəlir ki, Axundzadə Cavad Məhəmmədəli oğlu həbsdən azad edilsin, şəxsi sənədləri qaytarılsın və iş dayandırılsın. "Göy göl" şeiri Əhməd Cavadın sovet dövründə yazdığı lirik şeirlərdən biri olan "Göy göl" ən çox müzakirələrə və tənqidi fikirlərə səbəb olan əsərlərindən biri olmuşdur. Səkkiz bənddən ibarət olan şeir 1925-ci ildə nəşr olunmuşdur. Məşhur "Göy göl" şeirinə bir qrup həmkarı tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsxanaya salınır. Ə. Cavad "Göy göl" şeirinə görə 5–6 ay həbsdə saxlanılır. Damğaya səbəb şairin yazdığı bu misralardır: Şairi bu bənddə ulduzdan aydan danışıb müsavatçılara ismarış göndərməkdə ittiham edib şeirin tərcümə variantını Moskvaya göndərirlər. "Göy göl"lə tanış olan Moskva mütəxəssisləri onun yüksək səviyyədə yazıldığını bildirirlər. Beləliklə, şeirdə heç bir bir siyasi səhv tapılmadığından şairi həbsdən azad etmək məcburiyyətində qalırlar. Şeirdə Azərbaycanın füsunkar gözəllikləri "Göy göl" timsalında tərənnüm olunmuşdur. Bununla yanaşı, şairin təbiətlə bağlı lirik şeirlərinin nüvəsində xalqın tarixi və taleyi dayanır. Bu şeirlərdə təbiətin təsviri ikinci plana keçir və öz yerini Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrə verir. Əsərlərinə, xüsusilə də "Göy göl" şeirinə görə başı bəlalar çəkən şair dövri mətbuatda da tez-tez tənqid atəşinə tutulurdu. Bu tənqidlərdən yaxa qurtarmaq üçün o özü də mətbuat səhifələrində çıxış etmək məcburiyyətində qalırdı. "Kommunist" qəzeti 19 noyabr 1929-cu il, 271-ci sayında çap etdirdiyi "İzah" adlı məqaləsində yazırdı: "Göy göl" şeirinə görə həbs edilən Ə. Cavad azadlığa buraxıldıqdan sonra "Ey Göy gölüm" adlı bir əsər də yazır. Həmin əsərdə şair həbs olunduğundan peşman olmadığını bildirir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əhməd Cavad təyinatla Qusara müəllim göndərilir. O, ailəsilə birlikdə Qusarın Xuluq kəndinə köçərək burada müəllimliyə başlayır. 1920-ci ilin sentyabrından 1922-ci ilin oktyabrına kimi Əhməd Cavad Xuluq kənd məktəbində rus və türk dillərindən dərs verir. Tezliklə həmin məktəbin direktoru vəzifəsi ona tapşırılır. Öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyi barədə Quba Qəza Xalq Maarifi Şöbəsindən verilmiş xasiyyətnamədə məlumat var. O, müəyyən fasilələrlə Quba Xalq Maarif Şöbəsinin müdiri işləyir, həmçinin Azərbaycan Maarif komissarlığının təşkil etdiyi qısa pedaqoji kurslarda mühazirəçi, yoxlama komissiyasının üzvü və başqa vəzifələrdə çalışır. Şair geniş maarifçilik fəaliyyəti göstərməklə yanaşı, eyni zamanda pedaqoq kimi fəaliyyətini davam etdirir. Əhməd Cavad 1922-ci ildə Bakıda Ali Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsinə qiyabi daxil olur. O, həmçinin ali məktəbdə təhsil aldığı illərdə müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1924-cü ildə N. Nərimanov adına Pedaqoji Texnikumda türk dili fənnindən dərs demişdir. Bu zaman respublikada buraxılan ilk dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasında öz bilik və bacarığını əsirgəməmişdir. Daha sonra 1927-ci ildə Əzizbəyov adına Azərbaycan Politexnik Universitetində qeyri-azərbaycanlı tələbələr üçün Azərbaycan dilini tədris etmişdir. Şairin 1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri "İstiqlal məcmuəsi"ndə on altı şeiri işıq üzü gördü. İdeoloji sahədə rəhbər orqanlar, "Qızıl qələmlər" cəmiyyəti, onun fəal üzvləri olan "proletar" şairləri, bir sözlə Ə. Cavadın əleyhdarları vaxtaşırı ona qarşı rəsmi və qeyri-rəsmi çıxışlar edirdilər. Belə bir vaxtda Əli Nazim Moskvada çap olunmuş bir məqaləsində ("Peçat i revolyusiya", N 7, 1929-cu il) şairin Türkiyədə bir neçə şeirinin dərc olunması haqqında məlumat yaydı. Əhməd Cavadın həbsi üçün səbəb axtaran bəzi həmkarları bundan yararlanaraq mətbuatda "İstiqlal məcmuəsi"ndə çap olunan şeirlərinə görə onu ittiham etdilər. Bu işdə "Kommunist" və "Bakinski raboçi" qəzetləri xüsusi fəallıq nümayiş etdirirdilər."Kommunist" qəzetinin 1929-cu il 19 və 21 noyabr tarixli nömrələrində "Cavadın yolu" adlı bir məqalə dərc olundu. Məqalədə müəllif yazırdı: Əsasən 1917–20-ci illərdə məşhurlaşmış Ə. Cavadın 20-ci illərin sonunda yaradıcılıqdan soyuması onun təqib edilməsi, millətçiliklə, müsavat şairi kimi ittihamı ilə əlaqədar idi. Ə. Cavad ilk Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında əlaqə yaradanlardan biri olmuşdur. Onun yaradıcılığının ana xəttinin "türkçülük" ideyası təşkil edirdi. Onu pantürkizmdə təqsirləndirirdilər. 30-cu illərin, demək olar ki, bütün marksist tənqidçiləri Ə. Cavadı tənqid etmişdilər. O, "Şiddətli protesto edirəm", "İzah" və s. yazılarla böhtanlardan müdafiə olunmağa çalışırdı. Qəzetlərdə verilən imzalı-imzasız məqalələrdə, şeirlərdə Cavad təhqir olunurdu. Müxtəlif zamanlarda ona qarşı "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) adlı məqalələr yazılmışdır. Cavad öz növbəsində "Kommunist" qəzetinin 1929-cu il 31 oktyabr tarixli sayında "Şiddətli protesto edirəm" məqaləsi ilə yazılanlara belə cavab verdi: Beləliklə, iki il ərzində — 1929–1930-cu illərdə davam edən ifşa kampaniyasından sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent işləyən Əhməd Cavad 1930-cu ildə institut Gəncəyə köçürüldüyü zaman Gəncəyə köçmək məcburiyyətində qaldı. Lakin əsil məqsəd şairi Bakı ədəbi- ictimai mühitindən kənarlaşdırmaq idi. Buna baxmayaraq, beş il Gəncədə yaşayıb-yaradan şair özünə qarşı edilən haqsız hücumlardan ruhdan düşməyərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dilçilik kafedrasının rəhbəri vəzifəsində çalışır, orada Azərbaycan dili və ədəbiyyatından dərs deyərək müəllimlik fəaliyyətini davam etdirir, həmçinin Gəncə Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işləyir. 1933-cü ildə şairə professor adı verilir. Həmin dövrdə rus dili üzrə professor rütbəsinə layiq görülmüş ilk azərbaycanlı məhz Əhməd Cavad olmuşdur. 1937-ci ilin mart ayında Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda şair müəllimi H. Cavid, tələbəsi M. Müşfiq və həmyerlisi V. Xuluflu ilə eyni vaxtda həbs edilib. 1937-ci ilin 5 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtardı.1937-ci il iyunun 3-də şairin mənzilinə girib axtarış aparırlar. Əhməd Cavadın qalın bir cilddən ibarət olan şəxsi işində evini axtarış zamanı müsadirə olunan əşyalar qeyd olunmuşdur. Həmin əmlak siyahısında Məhəmməd Əmin Rəsulzadənin, Kautskinin, Buxarinin kitabları, H. Zeynallının, V. Xuluflunun bəzi əsərləri, "Türk sözü" qəzeti, özünün "Dalğa" kitabçası, 3 qeyd dəftərçəsi, 15 müxtəlif məktub, Şükriyyə xanımın qızıl bəzəkləri-yeddi qızıl beşliyi, dostlarının şairə bağışladığı iki ədəd suvenir-xəncəri göstərilir. Əhməd Cavadın 12493/24 nömrəli iş qovluğunda əllə yazılmış protokollar, şahid ifadələri, hökm, arayış, çıxarış, məktub, zəmanət, rus makinasında necə gəldi yazılmış "Göy göl" şeiri saxlanılıb.1937-ci il may ayının 27-də Azərbaycan Daxili İşlər Komissarlığının leytenantı Klimençiç Əhməd Cavadın həbs olunması haqqında IV şöbənin rəisi Çinmana təsdiq üçün göndərdiyi arayışda qeyd edirdi: Əhməd Cavadın ilk dindirilməsi DTK-nın IV şöbəsinin rəisi Ağasəlim Atakişiyev tərəfindən 1937-ci il iyun ayının 5-də aparılır. Şairə əksinqilabi fəaliyyəti, kimlərlə əlbir işlədiyi, Müsavat adlı qanundan kənar partiyanın üzviliyi, hökumət əleyhinə şeirlər yazması və millətçi fəaliyyəti ilə bağlı suallar verilir. Ə. Cavad da öz növbəsində Müsavatın üzvi olduğunu, əksinqilabi millətçiliyi yaymaqda iştirak etdiyini, lakin 1923-cü ildə həbs olunandan sonra bu işdən əl çəkdiyini bildirmişdi. Ə. Cavad 1937-ci il sentyabr ayının 20-də, üçüncü dindirmə zamanı Balkan müharibəsində iştirakını rəsmi şəkildə təsdiqləmişdir. Onun İran və Türkiyə ilə əlaqələri ilə maraqlanan NKVD müstəntiqinin "Siz xaricdə olmusunuzmu, nə vaxt, harada?" sualına cavab olaraq şair demişdir: 1937-ci il sentyabrın 25-də Azərbaycan SSR XDİK DTİ 4-cü şöbəsinin rəisi Sinmanın və İ. P. Klementiçin hazırladığı və Y. D. Sumbatovun təsdiq etdiyi ittiham aktında Ə. Cavadın məsuliyyətə cəlb edilməsinin zərurəti belə "əsaslandırılır": Beləliklə, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası müttəhimi Azərbaycan cinayət məcəlləsinin 69, 70 və 73-cü maddələri ilə ittiham edərək oktyabrın 11-də işə başladı. Məhkəmənin sədri İ. O. Matuleviç, üzvləri İ. M. Zaryanov və C. K. Jiqur idi. İclasda hərbi yuris A. F. Kostyuşko və SSRİ prokurorunun baş köməkçisi N. S. Rovski (Rozovski) iştirak edirdi. Protokolda deyilir: Lakin məhkəmədə müdafiəçilər, yəni vəkilər və şahidlər iştirak etməmişdilər. 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxundu. 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam etdi və oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələdilər. Həmin gecə Əhməd Cavadla birlikdə görkəmli yazıçı Böyükağa Talıblının da güllələnməsi həyata keçirilir. Şairin qətl hadisəsini isə "Sərhəd" qəzetinin xüsusi buraxılışı (Bakı, 1999, № 1) belə açıqlayır: Bəzi mənbələrdə şairin ölümü ilə bağlı fərqli versiyalar mövcuddur. Məsələn, Məhəmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində Ə. Cavadın da H. Cavid kimi Sibirdə öldüyünü ehtimal etmişdi. Mühacir tədqiqatçı Hüseyn Baykara da Sibir versiyasını əsas götürmüşdü. Şairin ölümü ilə bağlı böyük oğlu Niyazi Axundzadə isə belə söyləmişdi: Bundan əlavə N. Axundzadə söhbətlərində bildirirdi: Lakin rəsmi sənədlərdən məlum olur ki, Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.Əhməd Cavadın Qubada müəllim işlədiyi dövrdən tanıdığı Hüseyn Musayev (həm də Quba maarif şöbəsində işləyirdi) 1956-cı ildə şairə bəraət qazandırmaq üçün zəmanət verənlərdən biri olmuşdur. Zəmanət verənlər arasında görkəmli rejissor Aleksandr Tuqanov, iqtisadçı alim Hüsü Mamayev, Aktyor Ağahüseyn Cavadov da var idi.1955-ci ildə SSRİ Ali Məhkəmsinin Hərbi Kollegiyasının nümayəndəsi ədliyyə polkovniki Seninin sədrliyi ilə keçən iclasda Ə. Cavadın cinayət işi ilə əlaqədar qəbul edilmiş 4P-014316 nömrəli xüsusi qərarda cinayət işinin dayandırıldığı qeyd olunurdu. Həmin qərarda cinayət işinin saxtalaşdırıldığı aşkara çıxmış, həmçinin cinayət işindən bir də o aydın olmuşdur ki, şair işgəncə altında ölməyib, o, məhkəmə qərarından sonra güllələnib. (Yaddaşın bərpası, 1999, № 1, səh.16). Beləliklə, 1955-ci ildə şairə bəraət verilir.Onun həyat yoldaşı Şükriyyə xanım isə "Vətən xaininin ailə üzvü" olduğuna görə Qazaxıstana, ALJİR-ə 8 il müddətində sürgün edilir. Filmoqrafiya Cümhuriyyətə doğru üç addım (film, 2008) Gəlmə Bismillah: Şerlər // Azərbaycan.- 1994.- 6 der.-s.4. Haqq bağıran səs / Tərt. və ön söz A. Əliyevanındır. – B.: Nicat, 1991.- 31 s. Çırpınırdı Qara dəniz: (Şer) // Yeni Azərba "Oyan", Dənizli, "Yaşıl Kayın Yayınları", 2022 Haqqında olan əsərlər Salmanlı R. İstiqlal şairi Əhməd Cavad haqqında // Azərbaycan.- 2003.- 28 may.- s.6. Rzalı R. Altunlar yurdudur bu kasıb ölkə. – Azərbaycan himninin müəlliflərindən biri // Azərbaycan. – 2002.- 28 may.- s.8. Rzayeva M. Əhməd Cavadın haqqını tanıyan Türkiyə oldu // Şərq.- 2006.- 28 fevr.- s.6. Mustafayeva G. Müstəqil Azərbaycan respublikasının Əhməd Cavad yaradıcılığında rolu // Ədalət.- 2006.- 10 mart.- s.7. Qusarda ilk dünyəvi məktəbi Əhməd Cavad təşkil edib: (Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı Sabir Piroğlanovun Əhməd Cavad haqqında xatirələri) // Azərbaycan. – 2005.- 28 may.- s.16. Afina Məmmədli Əflatun qızı."Əhməd Cavad və Türkiyə" kitabı / 2010. Elm və Təhsil. Bakı. 160 s. Xarici keçidlər Dahilərdən seçmələr — "Mən çeynənən bir ölkənin, haqq bağıran səsiyəm" — Əhməd Cavad Əhməd Cavad xatirələrin dili ilə — Bir şeirin tarixçəsi… — II Hissə | https://az.wikipedia.org/w/index.php?curid=806540 |
Əhməd Cavad Paşa | Əhməd Cavad Paşa (1851, Dəməşq – 10 avqust 1900, Konstantinopol) — II Əbdülhəmidin səltənətində 3 il 9 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. BA, Sicill-i Ahvâl Defterleri, nr. 2, s. 1006 vd. BA, İrâde-Dâhiliyye, nr. 43, 432, 440. Babinger (Üçok), s. 415-416. İbnülemin, Son Sadrıazamlar, III, 1473-1534. Karal, Osmanlı Tarihi, VIII, 297-298. M. Tayyib Gökbilgin, “Cevad Paşa”, İA, III, 111-113. | https://az.wikipedia.org/w/index.php?curid=623653 |
Əhməd Cevdət paşa | Əhməd Cövdət paşa (22 mart 1822, Lofça[d], Rumeli əyaləti, Osmanlı imperiyası – 25 may 1895, Konstantinopol, Osmanlı imperiyası və ya Konstantinopol) — Osmanlı dövlətində XIX əsrdə yetişən böyük dövlət və elm adamı. Məcəlləni qələmə alaraq İslam hüququnu sağlam bir dillə kitablaşdıran şəxs. Əhməd Cevdət paşa hələ aşağı sinifdə oxuyarkən özündən yuxarı siniflərə dərs deyərdi. Tarih-i Cevdet: 12 cilttir. Osmanlı Devleti'nin 1774-1825 seneleri arasındaki tarihini anlatır. Kısas-ı Enbiya ve Tevarih-i Hulefa: 12 kısımdır. Cevdet Paşa'nın en tanınmış eseridir. Âdem'den itibaren birçok peygamberin, İslam halifelerinin, İkinci Murad’a kadar Osmanlı padişahlarının tarihinden bahseder. Tezakir-i Cevdet: Devrinin siyasi, içtimai, ahlaki cephesini anlatmıştır. Ma’ruzat: Sultan İkinci Abdülhamid’e 1839-1876 yılları arasındaki tarihi ve siyasi hadiseleri takdim etmek için hazırlanmıştır. Mecelle: Ahmed Cevdet Paşa başkanlığında bir hey’et tarafından hazırlanmıştır. Divançe-i Cevdet: Gençliğinde yazdığı şiirleri, Sultan İkinci Abdülhamid’in emriyle bu kitapta toplamıştır. Kavaid-i Osmaniye: Fuad Paşayla birlikte yazdığı dil bilgisi kitabıdır. Ayrıca Belagat-ı Osmaniye – Kavaid-i Türkiye, Takvim-ül Edvar-Miyar-ı Sedad, Adab-ı Sedat fi-İlm-il-Adab, Hülasatül Beyan fi-Te’lifi’l -Kur’an, Asar-ı Ahd-i Hamidi, Hilye-i Seadet, Ma’lumat-ı Nafia adlı eserleri çeşitli mevzulardan bahsetmektedir Akçuraoğlu Yusuf, "Əhməd Midhəd Əfəndi", "Türk yurdu", c. III, s. 178, Nəcib Asim, "Vələd Çələbi həzrətləri", "Türk yurdu", c. XII, s. 2471, A. Y. Əhməd Cevdət Paşa, tərtibe-cədidi "Tarixe-Cevdət", Mətbəəyi-Osmaniyyə, İstanbul, 1302 (1886), c. I, s. 24-25. Xarici keçidlər Archive.org sitesinde eski harflerle yazılı Tarih-i Cevdet ve Belagat-i Osmaniye eserlerinin pdf'leri Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine Arxivləşdirilib 2009-10-06 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=552818 |
Əhməd Cövdət Paşa | Əhməd Cövdət paşa (22 mart 1822, Lofça[d], Rumeli əyaləti, Osmanlı imperiyası – 25 may 1895, Konstantinopol, Osmanlı imperiyası və ya Konstantinopol) — Osmanlı dövlətində XIX əsrdə yetişən böyük dövlət və elm adamı. Məcəlləni qələmə alaraq İslam hüququnu sağlam bir dillə kitablaşdıran şəxs. Əhməd Cevdət paşa hələ aşağı sinifdə oxuyarkən özündən yuxarı siniflərə dərs deyərdi. Tarih-i Cevdet: 12 cilttir. Osmanlı Devleti'nin 1774-1825 seneleri arasındaki tarihini anlatır. Kısas-ı Enbiya ve Tevarih-i Hulefa: 12 kısımdır. Cevdet Paşa'nın en tanınmış eseridir. Âdem'den itibaren birçok peygamberin, İslam halifelerinin, İkinci Murad’a kadar Osmanlı padişahlarının tarihinden bahseder. Tezakir-i Cevdet: Devrinin siyasi, içtimai, ahlaki cephesini anlatmıştır. Ma’ruzat: Sultan İkinci Abdülhamid’e 1839-1876 yılları arasındaki tarihi ve siyasi hadiseleri takdim etmek için hazırlanmıştır. Mecelle: Ahmed Cevdet Paşa başkanlığında bir hey’et tarafından hazırlanmıştır. Divançe-i Cevdet: Gençliğinde yazdığı şiirleri, Sultan İkinci Abdülhamid’in emriyle bu kitapta toplamıştır. Kavaid-i Osmaniye: Fuad Paşayla birlikte yazdığı dil bilgisi kitabıdır. Ayrıca Belagat-ı Osmaniye – Kavaid-i Türkiye, Takvim-ül Edvar-Miyar-ı Sedad, Adab-ı Sedat fi-İlm-il-Adab, Hülasatül Beyan fi-Te’lifi’l -Kur’an, Asar-ı Ahd-i Hamidi, Hilye-i Seadet, Ma’lumat-ı Nafia adlı eserleri çeşitli mevzulardan bahsetmektedir Akçuraoğlu Yusuf, "Əhməd Midhəd Əfəndi", "Türk yurdu", c. III, s. 178, Nəcib Asim, "Vələd Çələbi həzrətləri", "Türk yurdu", c. XII, s. 2471, A. Y. Əhməd Cevdət Paşa, tərtibe-cədidi "Tarixe-Cevdət", Mətbəəyi-Osmaniyyə, İstanbul, 1302 (1886), c. I, s. 24-25. Xarici keçidlər Archive.org sitesinde eski harflerle yazılı Tarih-i Cevdet ve Belagat-i Osmaniye eserlerinin pdf'leri Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine Arxivləşdirilib 2009-10-06 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=552819 |
Əhməd Cövdət Pepinov | Əhməd bəy Pepinov (tam adı: Əhməd bəy Ömər oğlu Pepinov; 11 sentyabr 1893, Axalsıx qəzası, Tiflis quberniyası – 3 iyul 1938, Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri. Əhməd bəy Pepinov 11 sentyabr 1893-cü ildə Axalsıx qəzasının Bolojur kəndində, Ömər ağa Pepinovun ailəsində doğulmuşdur. Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakultəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Siyasi fəaliyyəti 1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir. Ə. Pepinov parlamentin fəaliyyətində yaxından iştirk etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (sədri Məhəmməd Əmin Rəsulzadə idi) seçilmişdir. Lakin "Hümmət" partiyasının üzvü kimi, müəyyən siyasi və iqtisadi məsələlərdə Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cumhuriyyətin isə sayca beşinci hökumət kabinəsində (24.12.1919–30.03.1920) Pepinov əmək və əkinçilik naziri idi. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf etmişdir. Cumhuriyyət dövründə Bakıda təntənəli "Türk gecələri" konsertinin və digər müsabiqələrin təşkili də Pepinovun adı ilə bağlıdır. İşğalçı on birinci Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. İyirminci illərin dövrü mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur omuşdur. Daha sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir. 3 iyul 1938-ci ildə repressiyaya məruz qalaraq güllələnmişdir. Həsən bəy Ağayevin qızı Xurşid Ağayeva evlənmiş, Sevda Pepinova adlı uşağı olmuşdur. Sevda Pepinova öncə polkovnik Hacımurad İbrahimbəyli, sonra isə Lütfəli Abdullayevlə ailə həyatı qurmuşdur Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Xarici keçidlər Pepinov əslində kim idi? — İşgəncələrə məruz qalan, güllələnən nazir. | https://az.wikipedia.org/w/index.php?curid=708224 |
Əhməd Cövdət paşa | Əhməd Cövdət paşa (22 mart 1822, Lofça[d], Rumeli əyaləti, Osmanlı imperiyası – 25 may 1895, Konstantinopol, Osmanlı imperiyası və ya Konstantinopol) — Osmanlı dövlətində XIX əsrdə yetişən böyük dövlət və elm adamı. Məcəlləni qələmə alaraq İslam hüququnu sağlam bir dillə kitablaşdıran şəxs. Əhməd Cevdət paşa hələ aşağı sinifdə oxuyarkən özündən yuxarı siniflərə dərs deyərdi. Tarih-i Cevdet: 12 cilttir. Osmanlı Devleti'nin 1774-1825 seneleri arasındaki tarihini anlatır. Kısas-ı Enbiya ve Tevarih-i Hulefa: 12 kısımdır. Cevdet Paşa'nın en tanınmış eseridir. Âdem'den itibaren birçok peygamberin, İslam halifelerinin, İkinci Murad’a kadar Osmanlı padişahlarının tarihinden bahseder. Tezakir-i Cevdet: Devrinin siyasi, içtimai, ahlaki cephesini anlatmıştır. Ma’ruzat: Sultan İkinci Abdülhamid’e 1839-1876 yılları arasındaki tarihi ve siyasi hadiseleri takdim etmek için hazırlanmıştır. Mecelle: Ahmed Cevdet Paşa başkanlığında bir hey’et tarafından hazırlanmıştır. Divançe-i Cevdet: Gençliğinde yazdığı şiirleri, Sultan İkinci Abdülhamid’in emriyle bu kitapta toplamıştır. Kavaid-i Osmaniye: Fuad Paşayla birlikte yazdığı dil bilgisi kitabıdır. Ayrıca Belagat-ı Osmaniye – Kavaid-i Türkiye, Takvim-ül Edvar-Miyar-ı Sedad, Adab-ı Sedat fi-İlm-il-Adab, Hülasatül Beyan fi-Te’lifi’l -Kur’an, Asar-ı Ahd-i Hamidi, Hilye-i Seadet, Ma’lumat-ı Nafia adlı eserleri çeşitli mevzulardan bahsetmektedir Akçuraoğlu Yusuf, "Əhməd Midhəd Əfəndi", "Türk yurdu", c. III, s. 178, Nəcib Asim, "Vələd Çələbi həzrətləri", "Türk yurdu", c. XII, s. 2471, A. Y. Əhməd Cevdət Paşa, tərtibe-cədidi "Tarixe-Cevdət", Mətbəəyi-Osmaniyyə, İstanbul, 1302 (1886), c. I, s. 24-25. Xarici keçidlər Archive.org sitesinde eski harflerle yazılı Tarih-i Cevdet ve Belagat-i Osmaniye eserlerinin pdf'leri Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine Arxivləşdirilib 2009-10-06 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=179645 |
Əhməd Cəbari | Əhməd əl-Cəbari (ərəb. أحمد الجعبري;) (1960–14 noyabr 2012) — Fələstinin Qəzzə zolağında Həmas hərakatının hərbi qanadının liderlərindən biri, "İzzədin Kəssam" briqadasının keçmiş komandiri. 2012-ci il noyabrın 14-də onun içərisində olduğu avtomobilin israillilər tərəfindən partladılması nəticəsində öldürülüb. Hücum nəticəsində onunla birlikdə olan daha iki "Həmas" komandiri ölüb. Əhməd əl-Cəbari son dörd ildə İsrail tərəfindən öldürülən ən yüksək rütbəli "Həmas" təmsilçisidir. Əhməd Cəbari verdiyi müsahibələrdə başçısı olduğu briqadanın vəzifəsinin bütün işğal altındakı Fələstin torpaqlarının azad edilməsindən ibarət olduğunu deyib.Əhməd əl-Cəbari uzun illər İsrailə qarşı raket hücumlarının, insan oğurluğu və terror əməliyyatlarının həyata keçirilməsinə rəhbərlik edib. Əhməd Cəbəri 1960-cı ildə Fələstində anadan olub. Siyasi mübarizəsinə "Fəth" təşkilatında başlayan Cəbəri 1982-ci ildə Qəzzədəki İslam universitetindən məzun olduqdan sonra Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) fəal üzvlərindən birinə çevrilib. Cəbəri sonralar hərəkatın silahlı qanadı "İzzəddin əl-Qəssam" briqadasının komandiri vəzifəsinədək yüksəlib. İşğalçı İsrail rejimi tərəfindən 1982-ci ildə terror aktları planlaşdırmaqda ittiham olunaraq, həbs edilən Cəbəri 13 il azadlıqdan məhrum edilir. Həbsxanada Əbdüləziz Rantisi, İsmayıl Əbu Şənab, Nizar Rəyyan, İbrahim Məqadimə və Salah Şəhadə kimi Fələstin müqavimətinin liderləri ilə birlikdə məhbus həyatı yaşayıb. 1995-ci ildə həbsxanadan sərbəst buraxıldıqdan sonra "Fəth" hərəkatından ayrılan Cəbəri HƏMAS hərəkatının fəallarından birinə çevrilir. 1998-ci ildə Fələstin muxtariyyəti tərəfindən HƏMAS-dakı fəaliyyətinə görə həbs edilən Cəbəri bir il sonra yenidən azadlığa buraxılır. 2002-ci ildə HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam" briqadasının komandanlarından olan Məhəmməd Deyf sionist rejimin hava hücumu nəticəsində yaralandıqdan sonra Cəbəri hərbi əməliyyat rəhbəri vəzifəsinə gətirilir. İşğalçı rejimin "ən çox axtarılanlar siyahısı"nın üst sıralarında yer alan Cəbəri "İzzəddin əl-Qəssam" briqadasının əməliyyat gücünü təkmilləşdirən və demək olar ki, peşəkar səviyyəyə yüksəldən şəxs hesab olunur. Belə ki, İsrail Cəbərini 569 israillinin qətlinin baş planlaşdırıcısı sayırdı. İsrailin Mossad təşkilatının dəfələrlə Cəbərini öldürmək üçün sui-qəsdlər baş tutmur. Belə cəhdlərdən birində, 2004-cü il avqustun 18-də "Apaçi" tipli vertolyotlarının Cəbərinin evini bombardman etməsi nəticəsində HƏMAS fəalının böyük oğlu Məhəmməd və 3 yaxın əqrəbası həyatını itirsə də Əhməd hücumdan yaralı xilas olur. 2006-cı ildə israilli əsgər Gilad Şalitin girov götürülməsi əməliyyatının planlaşdırıcısı olan Cəbəri HƏMAS hökumətinin Baş Qərargah rəisi sayılırdı və İsrailin ən çox axtarılanlar siyahısında yer alırdı. Dəfələrlə sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq, İsrailin öldürə bilmədiyi Cəbəri işğal rejimi tərəfindən "xəyal" hesab edilirdi. HƏMAS-ın hərbi qanadının lideri 2012-ci ilin noyabrında İsrail qırıcılarının hücumu zamanı şəhid olub. Cəbəri 8 uşaq atası idi. Xarici keçidlər Əhməd Cəbəri (1960–2012) (az.) Tərcümə: Anar Rüstəmov | https://az.wikipedia.org/w/index.php?curid=302066 |
Əhməd Cəfərov | Əhməd Həsənağa oğlu Cəfərov (1981, Bakı) — kaskadyor. Əhməd Cəfərov 1981-ci ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarından filmlərə dəvət alıb və kinoya olan marağı da məhz uşaqlıq illərinə təsadüf edir. Türkiyədə ərəb-fars dilləri üzrə təhsil almışdır. Uşaqlıq illərində ilk dəfə Ənvər Əblucun quruluş verdiyi "Ağ atlı oğlan" filminin sınağında iştirak edib. Sınaqda seçilməsə də onda kino sənətinə böyük maraq yaratdı və aktyoru olmağı qət etdi. Əsgəri xidmətdən sonra aktyor-kaskadyor kimi fəaliyyətinə davam edib. Müəllimi Əli Məmmədovla birgə filmlərdə çalışır. Filmoqrafiya Dronqo(2002)(serial) Bir anın həqiqəti (film, 2003)(serial) Arxada qalmış gələcək (film, 2004)(tammetrajlı bədii film) Məşədi İbad-94 (film, 2005)(tammetrajlı bədii film) Sirat körpüsü (film, 2007)(tammetrajlı bədii film) Ci-Mi (film, 2008)(tammetrajlı bədii film) Qraf Krestovski (serial, 2008) Cavad xan (film, 2009)(tammetrajlı bədii film) Əlavə təsir (film, 2010)(tammetrajlı bədii film) Qarabağdır Azərbaycan(2010) Sahə (film, 2010)(tammetrajlı bədii film) İlahi məxluq (film, 2011)(tammetrajlı bədii film) Qaranlıqlar çiçəyi (teleserial, 2011)(serial) Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film) Vəkil hanı? (film, 2011)(tammetrajlı bədii film) Dolu (film, 2012)(tammetrajlı bədii film) Döngələr (teleserial, 2012)(serial) Həyat varsa... (serial, 2012-2014)(serial) Qardaşımdan yaxşısı yoxdu (2012)(tammetrajlı bədii film) Muradına çatan Günəş (2012)(serial) Bir kəndin sevinci (2013)(serial) Bis sizə müharibə elan edirik (2013) Çaqqal nəfəsi(2013)(serial) Kabusun kölgəsi(serial 2013)(serial) Qanun naminə (serial, 2013)(serial) Qisas (teleserial 2013)(serial) Yuxarıda və aşağıda (film, 2015) (qısametrajlı bədii film) Niyə (tammetrajlı bədii film) 2015 Xlamido (bədii film) 2016 Qız qaçıran (bədii film) 2017 Məryəm (tele serial) 2016 Axırıncı yol (bədii film) 2015 Miras (tele serial) 2015 Zabitin şərəfi (qısa metraj) 2015 İçəri şəhər (bədii film) 2016 Qafqaz (bədii film) 2007 Bayram axshami (bədii film) 2016 Oluler(tele serial)2016 Tələbə (rasiya 2005) Dərs (bədii film) 2012 | https://az.wikipedia.org/w/index.php?curid=32994 |
Əhməd Cəfəroğlu | Əhməd Cəfəroğlu (17 aprel 1899, Yelizavetpol – 6 yanvar 1975, İstanbul) — Azərbaycan əsilli Türkiyə dilçisi, ədəbiyyatşünası. Əhməd Cəfər oğlu 1899-cu ildə Gəncədə anadan olub. Üç yaşında atasını itirib. 1905-ci ildə erməni-müsəlman davası qalxanda ailəsi Səmərqəndə köçür. Əhməd ilk təhsilini orada alır, sonradan Gəncəyə qayıdırlar. 1909–1916-cı illərdə Gəncə gimnaziyasında təhsil alır. Sonra Kiyev Ali Ticarət İnstitutunun iqtisad fakültəsinə daxil olur, üç semestr oxuya bilir. Həmin dövr situasiya ilə bağlı 1918-ci ilin ortalarında yenidən Gəncəyə qayıdır. Əhməd Cəfəroğlu Gəncədə istiqlal mübarizəsinə qoşulur. Qafqaz İslam Ordusu üzv olur. 1918-ci il sentyabrın 15-də Bakını Azərbaycanın paytaxtı elan edənlərin arasında kiçik topçu zabiti kimi iştirak edir. Əhməd yenicə açılan Azərbaycan Darülfününün (1919) tarix-filologiya fakültəsinin Şərq bölməsinə daxil olur. Bu universitet də yarımçıq qalır, o Gürcüstana, oradan da Türkiyəyə keçir. Fuad Körpülünün tələbəsi İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olur. Ünlü türkoloq Mehmed Fuad Köprülüdəb dərs alır və axır ki, bu universiteti bitirir (1925). Bir il işlədikdən sonra yeni şans yaranır: Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi Berlin və Breslan universitetlərinə göndərilir, tanınmış türkoloqların mühazirələrini dinləyir. 1929-cu ildə Əhməd Cəfəroğlu İstanbul Universitetinə filologiya doktoru kimi dönür. Əvvəlcə türk dili tarixi kafedrasının dosenti, professor olur, 1946-cı ildən Mehmet Fuad Köprülünün ölümündən sonra kafedra müdiri. Əhməd bəy həm də universitetin yanında fəaliyyət göstərən Türkiyyat İnstitutuna rəhbərlik edirdi."O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi". Bu sözləri Əhməd bəyin həmkarı Səadət Cağatay yazıb və əlavə edib ki, o "öz dili ilə türkçü olduğunu söyləməzdi. Gördüyü işlər buna sübutdu". Bəs Cəfəroğlu nələr yapmışdı? Bu kiçik yazıda o böyük işlərdən necə danışım? 1923–1969-cu illər arasında Əhməd bəyin müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb. Cəfəroğlu Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyub. Roma universitetində bir müddət çalışıb da. Dünyanın ən məşhur elmi cəmiyyətlərinin, akademiyalarının üzvü idi. Əhməd Cəfəroğlunun "Azəri ədəbiyyatında istiqlal mücadiləsi" kitabı Türk Dil Qurumunun həqiqi üzvü idi. 30-cu illərdə bu qurumun Mustafa Kamal Atatürkün iştirakı ilə keçirilən toplantılarına da qatılıb. 1955-ci ildə o İspaniyanın "De Alfonso el Sabio" ordeninə layiq görülüb. Əhməd Cəfəroğlu bir sıra türk dillərindən başqa, rus, fars, alman, fransız dillərini yaxşı bilirmiş. "Azərbaycan Yurd bilgisi" dərgisinin (1932) yaradıcısı və baş redaktoru idi. "Türk amacı" dərgisinin (1942–1943) , "Türk dili və ədəbiyyatı məcmuəsinin" redaktoru olub. Əhməd bəy uzun illər Azərbaycan siyasi mühacirətinin fəallarından olub. Məncə, həmin dərgilərdə yazdığı məqalələrin adları hər şeyi deyir: "Azərbaycanın böyük matəmi—27 nisan", "28 mayıs 1920", "Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan" və s. Cəfəroğlu bu qədər işin içində imkan tapıb Azərbaycan ədəbiyyatı tarixini, folklorunu da araşdırıb. Cəmi 3 əsərinin adını çəkəcəyəm: "Azərbaycan xalq ədəbiyyatında Aşıq Qərib dastanı", "XVII əsr Azəri şairi Məlik bəy Avçı", "Böyük Azəri türkçüsü Mirzə Fətəli" və s. Onun Türk dil tarixi və türk dialektologiyasına dair araşdırmaları təkrar-təkrar çap edilərək, indiyədək dərslik kimi istifadə olunur. Əhməd bəy 76 yaşını tamamlaya bilmədi. 1975-ci il yanvarın 6-da Vətəni görmədən dünyadan köçdü. "Həyatının sonuna qədər tam bir azəri olaraq qaldı" – bu da keçmiş tələbələrinin ustadları haqqında dedikləridir. Mirzə Ənsərli (Ləmbəli). Gəncəli professor Əhməd Cəfəroğlu. Bakı, 1996. Elşən Əbülhəsənli. Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi. Bakı, 2006. Vagif Sultanlı. Azerbaycan Muhaceret Edebiyatı. İstanbul, Avrupa Yakası yayınları, 2007. | https://az.wikipedia.org/w/index.php?curid=81111 |
Əhməd Cəlayır | Sultan Qiyasəddin Əhməd Cəlairi — Cəlairilər sülaləsindən olan Azərbaycan sultanı. Əhməd Cəlayır Şeyx Həsən Cəlayırın oğludur. Qardaşı Sultan Hüseyn dövründə Ərdəbil və ətrafını idarə edirdi. Sultan Hüseyn zəif şəxsiyyətə malik olduğu üçün idarəetmə əmirlərdən Adil ağanın əlinə keçmişdi. Bu səbəbdən Əhməd Cəlayır 1382-ci ildə Təbrizə basqın təşkil edərək qardaşını devirdi və Cəlayır taxtını ələ keçirdi. Bu dövrdə Sultaniyəyə qaçan qardaşı Bəyazid, Adil ağa tərəfindən hökmdar elan edildi. Digər qardaşı Şeyx Əli isə taxt üçün Bağdaddan Təbrizə doğru hərəkətə başlasa da, Qaraqoyunlu hökmdarı Qara Məhəmməd tərəfindən məğlub edildi. Bundan sonra Sultan Əhməd Qara Məhəmmədin qızıyla evlənərək Qaraqoyunlularla əlaqələrini möhkəmləndirdi. Digər qardaşı Bəyazidlə sülh bağlamağa nail olduqdan sonra isə Bağdada daxil oldu.Əhməd Cəlayır Təbrizin əvvəlcə Toxtamış, sonradan isə Əmir Teymur tərəfindən ələ keçirilməsi və ara müharibələri səbəbindən paytaxtı Bağdada köçürdü, lakin 1393-cü ildə Teymurun Bağdada yaxınlaşması ilə Məmlüklərə sığındı. Əmir Teymur Səmərqəndə döndükdən sonra yenidən Bağdada qayıtdı və burda bir neçə il hakimiyyətdə qaldı, lakin Əmir Teymurun üzərinə qoşun göndərməsi ilə yenidən Məmlüklərə sığındı. Məmlüklər Teymurdan çəkindikləri üçün onu və Qara Yusifi qəbul etmədilər. Bu səbəbdən müttəfiqlər Osmanlı hökmdarı İldırım Bəyazidə sığındılar.1402-ci ildə Osmanlılar və Teymurilər arasında baş vermiş Ankara döyüşünün səbəblərindən biri də İldırım Bəyazidin müttəfiqləri Əmir Teymura təhvil verməməsi idi. Döyüşdə Osmanlıların məğlubiyyətindən sonra müttəfiqlər yenidən Məmlüklərə sığınsalar da Məmlük sultanı Fərəcin əmri ilə həbs edildilər və Əmir Teymurun 1405-ci ildə vəfatından sonra sərbəst buraxıldılar.Əhməd Cəlayır geri döndükdən sonra Bağdadı və Xuzistanda Teymurilərin əlindəki qalaların bir çoxunu ələ keçirdi. 1409-cu ilin 18 dekabrında Təbrizə, Qara Yusifə elçi göndərərək Həmədan yaylağının ona verilməsini tələb etdi. Qara Yusif isə bu tələbi rədd etdi və elçini geri qaytardı. Bu tərəflər arasında münasibətlərin pozulmasına gətirib çıxardı. 1410-cu ilin 30 avqustunda Sultan Əhmədlə Qara Yusif arasında Təbriz yaxınlığındakı Əsəd kəndi yaxınlığında baş vermiş döyüşdə Əhməd Cəlayır məğlub oldu və öldürüldü. Həmçinin bax Cəlairilər sülaləsi Xarici keçidlər Vikimənbədə Əhməd Cəlayır haqqında mətn var. | https://az.wikipedia.org/w/index.php?curid=174459 |
Əhməd Cəmil | Əhməd Cəmil (əsl adı: Əhməd Səttar oğlu Cəmilzadə; 20 oktyabr 1913, İrəvan – 24 sentyabr 1977, Bakı) — Azərbaycan şairi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan dövlət mükafatı laureatı (ölümündan sonra 1980). Cəmilzadə Əhməd Səttar oğlu 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulmuşdur. Dörd yaşında ikən atasını itirmiş, anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində almışdır. Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunurdu. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933–1936), sonra Gəncədə (1936–1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940–1942). İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri ("Döyüş zərbəsi", "Hücum", "Vətən uğrunda irəli") redaksiyalarında çalışmışdır (1942–1943). Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi (1944–1947), həm də idarə heyətinin üzvü seçilmişdir. Uzun müddət "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları redaksiya heyətinin üzvü olmuşdur. 1948-ci ilin oktyabrınadək səhhəti üzündən işləməmişdir. Sonra 1948-ci ilin oktyabrında Azərbaycan Sovet Yazıçıları İttifaqında idarə heyətinin məsul katibi seçilmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə "Ədəbiyyat qəzeti"ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə baş redaktor, redaktor (1953–1955), Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi (1956–1959), "Azərbaycan" jurnalırının redaktoru (1959–1960), Azərnəşrin baş redaktoru (1962–1963), Gənclik nəşriyyatında redaktor (1964–1967), "Ulduz" jurnalında baş redaktor işləmişdir (1973–1977). Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr etmişdir. Xidmətlərinə görə iki dəfə "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunmuşdur. 1977-ci il sentyabrın 24-də Bakıda vəfat etmişdir. Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1980 Bakı şəhərinin Yasamal rayonunda adına küçə var. Yadigar. Bakı: Azərnəşr, 1942, 82 səh. Əsgər qardaşıma Bakı: Uşaqgəncnəşr, 1942, 26 səh. Şaxta baba. Bakı: Uşaqgəncnəşr, 1942, 15 səh. Can nənə, bir nağıl de. Bakı: Azərnəşr, 1943, 11 səh. Böyük qardaşımız. Bakı: Azərnəşr, 1944, 7 səh. Şeirlər. Bakı: Uşaqgəncnəşr, 1947, 47 səh. Təməl daşları. Bakı: Azərnəşr, 1951, 82 səh. Qələbə yolları. Bakı: Azərnəşr, 1954, 126 səh. Şeirlər. Bakı: Azərnəşr, 1957, 230 səh. Mənim azad torpağım, Bakı: Uşaqgəncnəşr, 1960, 53 səh. Əhməd Cəmil. Bakı: Azərnəşr, 1961, 261 səh. Bahar şəfəqləri. Bakı: Azərnəşr, 1964, 62 səh. Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 443 səh. Balıqçı gəmiləri. Bakı: Gənclik, 1968, 10 səh. Ellər bayramı. Bakı: Gənclik, 1972, 14 səh. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1975, 366 səh. Vaxtında gəlmişik bu dünyaya biz. Bakı: Yazıçı, 1979, 297 səh. Xoşbəxt uşaqlara. Bakı: Gənclik, 1981, 70 səh. Dünyanın gözəlliyi. Bakı: Azərnəşr, 1983, 303 səh. Can nənə, bir nağıl de. Bakı: Gənclik, 1987, 80 səh. Əsərləri. Bakı: Azərnəşr, 1988, 336 səh. Tərcümələri S.V.Mixalkov. V.İ.Lenin muzeyində. Bakı: Uşaqgəncnəşr, 1951, 29 səh. Lenin və Stalin haqqında. Bakı: Uşaqgəncnəşr, 1953, 36 səh. M.Y.Lermontov. Borodino. Bakı: Uşaqgəncnəşr, 1956, 16 səh. A.Tvardovski. Lenin və peçqayıran. Bakı: Usaqgəncnəş, 1960, 12 səh. S.M.Marşak. Naməlum qəhrəman haqqında hekayə. Bakı: Uşaqgəncnəşr, 1962, 13 səh. M.Mirşəkər. Mahtab. Bakı: Azərnəşr, 1964, 32 səh. Y.V.Höte. Faust. Bakı: Azərnəşr, 1970, 501 səh. Dost ellər, dost nəğmələr, Bakı: Gənclik, 1975, 22 səh. Y.V.Höte. Faust. Bakı: Yazıçı, 1986, 518 səh. Sayat Nova, Qulaq Sözümə (ermənicdən tərcümə edilmiş şerlər), Yazıç, 1988, səh. 82–122 | https://az.wikipedia.org/w/index.php?curid=44752 |
Əhməd Cəmil küçəsi (Bakı) | Əhməd Cəmil küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçə. Küçə Azərbaycan şairi, Azərbaycan dövlət mükafatı laureatı Əhməd Cəmilin adını daşıyır. 2015-ci ilin may ayında təmiri başa çatan Bəxtiyar Vahabzadə küçəsindən sonra ona perpendikulyar Əhməd Cəmil küçəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulmuş, 1 iyun 2015-ci il tarixdən təmirə başlanılmışdır. Küçənin açılışı 2015-ci ilin sentyabrında olmuşdur. Bu küçədə yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə isə təmir 2015-ci ilin aprel ayında başlamış, sentyabr ayında bitmişdir. Kəsişdiyi küçələr Küçə Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən başlayaraq Akim Abbasov küçəsində bitir. Lətif İmanov küçəsi Şəhriyar küçəsi Mehdi Məmmədov küçəsi Əbdürrəhim bəy Haqverdiyev küçəsi Həsən Məcidov küçəsi Mühüm ünvanlar № 3 — Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey № ? — 525-ci qəzetin redaksiyası № 41A — Azərbaycan İlahiyyat İnstitutu Xarici keçidlər Əhməd Cəmil Küçəsi, Bakü, Azerbaycan | https://az.wikipedia.org/w/index.php?curid=408636 |
Əhməd Cənnəti | Əhməd Cənnəti və ya Ayətullah Əhməd Cənnəti, (fars. احمد جنتی; 22 fevral 1927, İsfahan) — İranlı din xadimi, siyasətçi və hakimdir. O, Konstitusiyanın Müdafiəsi Şurası və Ekspertlər Məclisinin sədri, həmçinin də Tehranın müvəqqəti imam-cüməsidir. Xalq Mücahidləri Təşkilatının üzvü olmuş olan oğlu Hüseyn Cənnəti İran təhlükəsizlik qüvvələri tərəfindən küçə qarşıdurması nəticəsində öldürülmüşdür. Digər oğlu olan Əli Cənnəti isə İrşad və Mədəniyyət Naziridir. Hakkani Mədrəsəsinin yaradıcılarından biri olan Əhməd Cənnəti 1980-ci ildən bəri Konstitusiyanın Müdafiəsi Şurasının üzvü, 1992-ci ildən bəri isə sədri vəzifəsindədir. O, eyni zamanda da Ekspertlər şurasının sədri vəzifəsini də icra edir. Məhz bu səbəblərə görə də İran siyasətini formalaşdıran şəxslərdən biri hesab edilir. | https://az.wikipedia.org/w/index.php?curid=833522 |
Əhməd Davudoğlu | Əhməd Davudoğlu (türkcə: Ahmet Davutoğlu, 26 fevral 1959[…], Daşkənd, Konya ili) — Tanınmış Türkiyə siyasi alimi, akademik və səfir. Sabiq xarici işlər naziri, köhnə Baş nazir Vəkili, Türkiyə Respublikasının Sabiq baş naziri. Boğaziçi Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Siyasət Elmi və İqtisadiyyat fakültələrindən məzun oldu. Boğaziçi Universiteti Kamu Yönetimi bölməsində yüksək lisenziya, Siyasət Elmi və Beynəlxalq Əlaqələr fakültəsində də doktorluq etdi. Malayziya International Islamic University işə başladı və universitetin siyasət elmi hissəsini qurdu və başçılığını icra etdi. Dosentlik ünvanını aldı və Mərmərə Universiteti Beynəlxalq Əlaqələr fakültəsində müəllim oldu. Silahlı Qüvvələr və Hərb akademilerine dərs verdi. Baş nazir Başmüşavirliği və Səfirlik vəzifəsinə təyin edildi. Professor olaraq Beykent Universitetində Beynəlxalq Əlaqələr Bölümü Başçılığının yanında, Marmara Universitetində təhsil üzvlüyü etdi. Xarici siyasət mövzusunda çox sayda əsəri var. 60. Hökumətdə Xarici İşlər Nazirliyi etdi. 61. Hökumətdə eyni vəzifəsi yenidən boynuna götürdü. Şəxsi həyatı Əhməd Davudoğlu, 1984-ci ildən bəri Sare Davudoğlu ilə evlidir. Səfurə, Memnune, Mehmet, Həcər Büke adlarında 4 uşağı vardır. 12 İyun 2011-ci ildə edilən ümumi seçkilər nəticəsində 24. Dövr Konya AKP. Millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə girdi. İngilis, Ərəb və Alman dillərini bilən Davudoğlu, eyni zamanda bir çox akademik əsəri olan bir yazıçıdır. Xarici keçidlər Türkiyə Respublikası baş nazirliyi rəsmi internet saytı Arxivləşdirilib 2018-07-11 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=93391 |
Əhməd Davutoğlu | Əhməd Davudoğlu (türkcə: Ahmet Davutoğlu, 26 fevral 1959[…], Daşkənd, Konya ili) — Tanınmış Türkiyə siyasi alimi, akademik və səfir. Sabiq xarici işlər naziri, köhnə Baş nazir Vəkili, Türkiyə Respublikasının Sabiq baş naziri. Boğaziçi Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Siyasət Elmi və İqtisadiyyat fakültələrindən məzun oldu. Boğaziçi Universiteti Kamu Yönetimi bölməsində yüksək lisenziya, Siyasət Elmi və Beynəlxalq Əlaqələr fakültəsində də doktorluq etdi. Malayziya International Islamic University işə başladı və universitetin siyasət elmi hissəsini qurdu və başçılığını icra etdi. Dosentlik ünvanını aldı və Mərmərə Universiteti Beynəlxalq Əlaqələr fakültəsində müəllim oldu. Silahlı Qüvvələr və Hərb akademilerine dərs verdi. Baş nazir Başmüşavirliği və Səfirlik vəzifəsinə təyin edildi. Professor olaraq Beykent Universitetində Beynəlxalq Əlaqələr Bölümü Başçılığının yanında, Marmara Universitetində təhsil üzvlüyü etdi. Xarici siyasət mövzusunda çox sayda əsəri var. 60. Hökumətdə Xarici İşlər Nazirliyi etdi. 61. Hökumətdə eyni vəzifəsi yenidən boynuna götürdü. Şəxsi həyatı Əhməd Davudoğlu, 1984-ci ildən bəri Sare Davudoğlu ilə evlidir. Səfurə, Memnune, Mehmet, Həcər Büke adlarında 4 uşağı vardır. 12 İyun 2011-ci ildə edilən ümumi seçkilər nəticəsində 24. Dövr Konya AKP. Millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə girdi. İngilis, Ərəb və Alman dillərini bilən Davudoğlu, eyni zamanda bir çox akademik əsəri olan bir yazıçıdır. Xarici keçidlər Türkiyə Respublikası baş nazirliyi rəsmi internet saytı Arxivləşdirilib 2018-07-11 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=93392 |
Əhməd Didat | Əhməd Didat (1 iyul 1918, Surat, Britaniya Hindistanı – 8 avqust 2005) — Missioner. Əhməd Didat 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfərə getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfər etdi. Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır. Beləcə o, Hindistanda İslam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür. Əhməd Didat böyüyüb, yaşa dolduqca, biliyi və elmi artır, təlimi özü özlüyündə davam etdirirdi. O artıq anlamışdı ki, İslamı müdafiə etmənin ən gözəl yolu, elm və biliklə qarşı tərəfə hücum etməkdir, qarşı tərəfin hücumunu gözləmək deyil. Belə qərar verdikdən sonra o, İncil kitabının 1-ci nüsxəsini alır və oxumağa başlayır. Bir müddət sonra o, artıq 4 nüsxəni də alır. Bu kitabları dərindən oxuyur və bəzi şeyləri qeyd edir ki, hər gün onun yanına gəlib mübahisə edən Xristian missonerlərinə desin. Bir neçə görüşdən sonra, o artıq müzakirə və mübahisələrə hazır idi. O, xristian missionerlərin təbliğatı qarşısında duraraq, onlarla münaqişə etmək istəyirdi. Təbliğat aparan qruplar, onun güclü və sübutlu müzakirələri qarşısında tab gətirməyəndə, Əhməd Didat fikirləşdi ki, indi onların böyüklərini, biliklilərini və rahiblərini təkbətək müzakirəyə çağırsın. Onlarla müxtəlif regionlarda görüşüb müzakirələr aparmağa başladı və bir çox mübahisələrdə onlardan üstün oldu. Bu minvalla o, bu işi bir məşğuliyyət və həvəs kimi deyil, artıq bir dəvət kimi davam etdirməyə başladı. Cənubi Afrikaya köçdükdən sonra o, yüzlərlə mühazirələr və dərslər deməyə başlayır. Xristian papaları və rahibləri ilə görüşüb mübahisələrə girirdi. 20-dən artıq kitab yazdı. Bu fəaliyyətləri ilə davam edərək o, artıq İncil haqqında xüsusi-peşəkar dərslər deməyə başlayır. Sonra "Salam" müəssisəsinin əsasını qoyur və burada o, dəvətçiləri məşq etdirməklə məşgul olur. Şeyx Didatın, dəvəti belə əda etməsi, hərəkatı, çox tənqidlərə məruz qalmışdır. Belə ki, Şeyx Didatın dəvət üslubu ağır, istehza yönlü və əqidəli məsələlərdə çox xırdaçı kimi qələmə verilib. Bunu hətta xristianların özləri də anlamırdılar, yalnız bir-iki baş bilənlərindən başqa. Şeyx Didat qarşısındakı ilə elə bir məntiqlə danışırdı ki, həmin şəxs qane olmasa da, cavab verə bilmirdi, bir növ susdurulurdu. Atasının bu əməlini müdafiə edən Yusuf deyir ki; "Şeyxin üslubu ona görə belə idi ki, ilk vaxtlarında, həyatının gənc yaşlarında, onun dininə görə onunla istehza edirdilər, onu lağa qoyurdular. Şeyx Didat haqqında çox şey yaza bilərlər, onun üslubunu necə istəsələr tənqid edə bilərlər, onun dəvətinin kobud və ya çox xırdaçı olduğunu da iddia edə bilərlər, lakin onun ictimaiyyət arasında olan əxlaqına, davranışına, rəftarına bir söz deyə bilməzlər. Hətta onun kitablarında və əlyazamalarında belə, tənqid olunacaq bir kobudluq tapmaq mümkün deyil. Əksinə o, öz kitablarında hər zaman gözəl İslam əxlaqlarından və ədəblərindən yazardı. Əhməd Didat əqidənin azadlığı uğrunda, əqidənin qarışıqlıq və yanlışlıqlardan azad edilməsi uğrunda mücadilə etmişdir. O, XX-ci əsrin 70-ci illərindən başlayaraq öz disputları, elmi mübahisələri ilə Qərbdə geniş əks-səda doğurmuşdur ki, bu gündə təsiri davam etməkdədir. Əhməd Didat xristian incillərinin bir-birinə ziddiyətini göstərən kitab və məqalələri ilə kilisə və onlara tabe olan universitetləri ona cavab vermək üçün araşdırmalar aparılmasına xüsusi şöbələr təsis etməyə vadar etmişdi. 1996-cı ildən sonra bu böyük dəvətçi beynindən başqa bütün bədəninin iflic olmasına rəğmən fəaliyyətini durmadan davam etdirirdi. Hər gün dünyanın bütün istiqamətlərindən ona məktublar, zənglər, faks və internet məktubları gəlməkdə idi. Gündəlik olaraq gələn məktubların orta hesabla sayı 500-ə qədər idi. Dükandakı universitet Əhməd Didat ibtidai təhsil almış, amma orta təhsilinin ikinci ilində həyat cətinlikləri ona təhsilini dayandırmağa və ailəsinə yardım üçün iş axtaramğa məcbur etmişdi. Kiçik bir dükanda işə düzəlir və beləliklə təhsildən bütünlüklə ayrılaraq işə bağlanr. Amma haradan biləydi ki, o kiçik dükan onun üçün böyük bir universitet olacaq. Bu dükanda işləyərkən Əhməd incil kitabları alaraq mütaliə etməyə başlayır. Kitabları oxuduqca onları müqayisə etməyə də başlayır. İncillərdəki ziddiyyətlər onda sual yaradır: görəsən bu kitablardan hansı daha doğrudur? O, bu kitablarda tapdığı ziddiyyətli məqamları özündə qeyd edərək hər gün dükana gəlib söhbət, hətta dini mübahisə edənlərə çatdırırdı. Dəvət yolunda dostlar Əhməd Didat geniş bilikli, dolğun fikirli həddi büluğa çatmış bir gənc idi. Yenə də çalışaraq özünü yetişdirməkdə, təlimdə davam etməkdə idi. O anlayırdı ki, İslamı müdafiə etməkdə ən yaxşı vasitə hücumdur. Bir gün Əhməd həyatında ilk dostu olan Cənubi Afrikalı Qulam Həsən Finka adlı biri ilə tanış olur. O yüksək hüquq təhsili almış, ayaqqabı ticarəti ilə məşğul idi. Bu iki insanı birləşdirən bir çox sifətlər var idi. Onlardan ən əsasları isə hər ikisinin incə hisslərə malik olması və İslami məsələlərə qarşı maraq idi. Qulam Didatla görüşərək onunla dinlər arsında müqayisəli arşdırmalar edir, kitablar oxuyur və öyrənirdilər. Bu Didata həm elm öyrənməyə, həm də praktiki hazırlığa kömək edirdi. Belə ki, gündəlik söhbət və mübahisələr nəticəsində Didatda dialoq və mükalimə qurmaq bacarığı formalaşırdı ki, sonralar bu potensialdan istifadə edərək kiçik kənd və şəhərərdə keşişlərlə dini mükalimələr aparmağa başladı. Bundan sonra o, Qulam ilə bərabər özlərindəki gücü hiss edərək bu işi daha da təkmilləşdirərək 1956-cı ildə Dirban şəhərində sadə bir ev kiralayaraq "Dəvət Mərkəzi" təsis etdilər. Buradan onlar Cənubi Afrika daxilində məktəb və kilsələrə dəvət üçün səfərlər təşkil edirdilər. Burada Əhməd Didat öz alovlu nitqləri ilə disputlar keçirməkdə idi. Əhməd fikir yoldaşı Qulam ilə bərabər ölkəni eninə-uzununa dolaşaraq insanları sahib olduqları din üzərində düşünməyə vadar edir, beyinlərə haqq toxumu əkirdilər. Sağlam düşüncəli yüzlərlə insan İslamla şərəflənməkdə idi. Bu insanlar onun xristian din adamları ilə disputlarında iştirak edir, eyni zamanda həmişə hər yerdən qonaqlar qəbul edən ofisinə gəlirdilər. İslama girənlərin sayı çoxalmaqda, kilsə daxilində mənəvi çatlar əmələ gəlməyə başlayırdı. Keyp-Taunda Sonra Əhməd Didat böyük müsəlman iş adamlarından Saleh Muhammədlə tanış oldu. CAR-ın əsas şəhərlərindən Keyp-Taun özünəməxsus böyük şəhərdir. Lakin, burada müsəlmanların vəziyyəti ürəkaçan deyil. Bu şəhərdə güclü xristian təşkilatları çoxdur. Bu təşkilatlar mühüm iqtisadi və siyasi əlaqələrə malikdirlər. Bu səbəblərdən Saleh Muhamməd bir neçə keşişlə elmi mübahisələr hazırlayaraq Əhməd Didatı dəvət etdi. Bu tədbirlərin çoxluğu və insanların buna marağı demək olar ki, Əhəd Didatı bu şəhərdə davamlı qalmağa vadar edirdi. Bu mübahisələr Əhmədi Keyp-Taun şəhərinin sakinlərinin nəzərində çox yüksəklərə qaldırmışdı. Hətta, bu şəhərin sakinlərinin böyük axınlarla Əhməd Didatın məclislərinə tələsməsi bir çoxlarının şəhəri bənzətmə olaraq "Əhməd Didat-Taun" adlandırmasına səbəb olmuşdu. Beləcə, Qulam Həsən və Saleh Muhamməd Əhməd Didatın həm səfərlərdə, həm də digər zamanlarda ayrılmaz qardaşları olmuşdu. Bu iki dost Əhmədin dəvət səmasında iki qanadı idi. Birinci qanadı Qulam Həsən idi ki, ona öyrənməkdə və araşdırmaqda kömək edirdi. Digər qanadı Saleh Muhamməd isə önündə gedərək onun yolunu səhmana salır, səfər və mükalimələrini bütün təşkilati xırdalıqları ilə tərtib edirdi. Təvazökarlıq Bütün şöhrət və ad-sanına rəğmən Əhməd Didat şox təvazökar bir insan idi. O, bu sifətini geyimindən tutmuş, ta idarə etdiyi köhnə avtomobilə qədər qorumaqda idi. Onunla yaxın münasibətdə olan hər bir şəxs onun təvazösünün dərəcəsinə bələd idi. Bu sifət onun dəvətinin uğurlu olmasına və insanları özünə cəlb etməsinə kömək edirdi. Bundan əlavə o həm də dərin ümumi zəkaya və güclü mühakimə qabiliyyətinə sahib idi. Gözündən heç nə yaynmazdı. Hər bir detalın üzərində diqqətlə dayanardı. Əhməd Didatın bu şəxsi keyfiyyətləri və ətrafındakı vəfalı dostlarından formalaşan sağlam mühit ona nümunəvi dəvətçi olmaq imkanı verirdi. Buna görə 1977-ci ildə Böyük Londonun "Albert Holl" deyilən salonunda Traz Freyd ilə ilk dünya səviyyyəli disputuna çıxmadan əvvəl onu bütün Cənubi Afrika Respublikası tanıyırdı. Təəssüflər olsun ki, bu səfərində onun dostlaı Qulam Həsən və Salih Muhamməd yox idi. Onlar vəfat etmişdilər. Lakin bu iki dost vəvat etsələr də özlərindən sonra Didatın yanında çoxlu tələbələr qoyub getmişdilər. Bunlardan da biri bugünkü İbrahim Cadatdır. Son nəfəsə qədər dəvət Onun Dürbandakı ofisinə gündəlik 500-ə yaxn məktub gəlir ki, bu məktubların da əksəriyyətində onun kitablarından və apardığı mübahisələrdən nüsxələr istəyirlər. Həmçinin Dirbandakı böyük məscidinə hər gün 400 əcnəbi ziyarətci gəlir. Ziyarətçiləri burada onun tələbələri qarşılayır və onlara almaq üçün gəldikləri kitab və mühazirələri təqdim edirlər. Disputlarla (elmi mübahisələrlə) Allaha dəvət üslubunun davam etməsi üçün Əhməd Didat öz metodunu əhatə edən "varislik" deyilən proqramın üzərində çalışırdı. O Dirbanda 6 vəqf (fond) qurur. Bu vəqflərdən biri İslam Dəvəti üzrə Beynəlxalq Mərkəzdir. Bu mərkəz "Didat üslubu ilə dəvət"i həyata keçirir və 8 mərhələli 2 illik kurslar tərtib edir. Burada dərs verənlər alim və dəvətçilərdir. Burada dünyanın hər yerindən bu üslubu öyrənməyə gələn oğlan və qız tələbələr təhsil alır. Həmçinin bu vəqf İslama yeni gələn insanlarn ixtisas alması üçün sənət kollecləri də təşkil etmişdir. Bu kollecləri bitirənlər müəyyən bir sənət sahibi olaraq həyatlarını təmin edirlər. Onun ən böyük arzusu bu idi: "Əgər pul imkanlarım əl versə bütün dünyanı İslam broşürləri ilə dolduracağam. Xüsusilə də ingilis dilində Quran tərcüməsi ilə". Əhməd Didat Qurani-Kərimin tərcüməsinin çapına səy göstərirdi. Bunu sonuncu dəfə onu ziyarət edən Mərkəzin bu işdən məsul şöbəsinin üzvləri də təsdiq edirlər. Belə ki, Didat Quran tərcüməsinin dünyada yayılmasının nə qədər zəruri olduğunu vurğulayaraq onları buna təşviq etmiş və demişdir: "Bütün gücünüzü Allahın kəlamını bəşəriyyətə yaymaq üçün sərf edin. Bu mühüm vəzifəyə bütün həyatım boyu sarılmışam…" Didat Quanın ingilis dilinə tərcüməsinin yayılamsındakı əzmkarlıqdan bəhs edərkən çox zaman incili dünyanın 200 dilinə tərcümə edib çap etməsini misal göstərərdi. Şeyx həmişə ümid edirdi ki, müsəlmanlar Qurani-Kərimin tərcüməsinin milyonlarla çap etmək üçün və onu dünyaya paylamaq üçün imkan və səylərini artıracaqlar. Didat bu hədəfə bir yuxunu görəndən sonra yönəlmişdi. Dostu İbrahim Cadat o yuxunu danışır: "1976-cı ildə Şeyx Didat bizə gördüyü yuxunu danışdı. O, yuxuda onunla İslam barədə mübahisə edənlərə milyon nüsxə Quran paylayır. Yuxudan oyandıqdan sonra özünə söz verir ki, Qurani-Kərimin tərcüməsini milyon nüsxə çap etdirəcək və getdiyi hər ölkədə paylayacaq." 1996-cı ildə şeyx xəstələndikdə məşhur tərcümə alimlərindən Yusuf Əlinin artıq tərcümə olunmuş Quran məallarından 400 min nüsxə paylanmışdı. İbrahim Cadat deyir: "Şeyx xəstə ikən məni yanına çağırdı və bu vəzifəni tamamlamağı mənə həvalə etdi. Əlhəmdulilləh, mən hələ də İslam Dəvəti üzrə Beynəlxalq Mərkəzdə Əhməd Səid Məxlanın başçılığı altında, onunla birgə bu mübarək işi tamamlamağa çalışıram." Əhməd Səid də başçılıq etdiyi mərkəzin şeyxə Qurani-Kərim paylamağa davam edəcəklərini söz verdiyini söyləyir. Şeyx Əhməd Didat, 1996-cı ildə şikəst olur və yatağa düşür. Xəstə olmasına baxmayaraq, o öz ailəsi və qonaqları ilə həmişə ünsiyyətdə olur. Necə ünsiyyət bağlaması isə çox maraqlıdır. O, kipriklərini tərpədərək sözünü deyirdi. Şeyx Əhməd Didat, 2005-ci ilin avqust ayının 8-də dünyasını dəyişdi. 1996-cı ildən vəfat edincəyə qədər, o yataqda qaldı. | https://az.wikipedia.org/w/index.php?curid=47697 |
Əhməd Dünyamalıyev | Əhməd İsmayıl oğlu Dünyamalıyev (1 may 1926, Malatkeşin, Zəngilan rayonu – 11 fevral 1991, Bakı) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1971). 1 may 1926-cı ildə Zəngilan rayonunun Malakeşin kəndində doğulub.1944–1962-ci illərdə "Gürgan-neft" qazmakəşfiyyat trestində qazmaçı, 1962–1992-ci illərdə isə "Xəzər-dənizneft" birliyində buruq ustası işləmişdir. 1992-ci ildə Bakıda vəfat edib. Lenin ordeni və medallarla təltif olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=749603 |
Əhməd Dərviş | Əhməd Dərviş (türk. Ahmet Derviş) (d. 1884, Selanik, Osmanlı İmperiyası – ö. 1932, İstanbul, Türkiyə) — Türk hərbi xadim. Hərbi fəaliyyəti 1906-cı ildə hərbi məktəbi bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya köçdü. 19302-cu ildə general-leytenant rütbəsinə yüksəldi. 1-ci Ordu korpus komandirliyi və Milli Müdafiə Nazirliyinin müşaviri vəzifəsində çalışmışdır. 7 yanvar 1932-də vəfat etmişdir. Nəşi 1988-ci ildə Türkiyə Dövlət məzarlığına köçürüldü. Medal və təltifləri "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) "Müharibə" medalı (Osmanlı imperiyası) Əfqanıstanın "İstiqlaliyyət" medalı Güşüm "İftixar" medalı Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 231 | https://az.wikipedia.org/w/index.php?curid=567358 |
Əhməd Elbrus | Əhməd Elbrus — Əhmədov Elbrus Misir oğlu (d. 7 avqust 1944,Ağcabədi, Azərbaycan-v. 12 dekabr 2006, Bakı, Azərbaycan) — şair, dramaturq, publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru, naşir, ilahiyyatçı alim. Həyatı və təhsili Əhmədov Elbrus Misir oğlu 7 avqust 1944-cü ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olmuşdur . 1959-cu ildə Ağcabədi şəhər 5 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda əyani aspirantura təhsilini alan Ə. Elbrus Fədainin “Bəxtiyarnamə” adlı əsəri əsasında dissertasiya müdafiə edərək "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır .Əhməd Elbrus 2006-cı ilin dekabrın 12-də qəflətən vəfat etmişdir. Doğulduğu Salmanbəyli kəndində dəfn edilmişdir. Əmək fəaliyyəti Əhməd Elbrus 1976-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının “Elm” nəşriyyatında baş redaktor vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 15 şeir kitabının, 4 monoqrafiyanın və 200-dən artıq elmi-publisistik məqalənin müəllifi idi. Müstəqil “Qorqud” eləcə də “Bəstəkar” nəşriyyatlarının təsisçisi və direktoru olub. O, Azərbaycanda ilk rəngli “Dədəm Qorqud” qəzetinin yaradıcısı və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki idi . Yaradıcılığı Əhməd Elbrus ədəbiyyata gənclik illərindən gəlib. Hələ tələbə ikən şeirləri qəzet və jurnal səhifələrində çap olunub . İlk şeirlər kitabı isə 1970-ci ildə işıq üzü görüb. 1976–1986-cı illərdə AMEA "Elm" nəşriyyatının baş redaktoru olmuşdur. Keçmiş SSRİ və Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.. Ə.Elbrus yüzlərlə kitabın redaktoru və tərtibçisi idi. Bir neçə dillərə əsərləri tərcümə olunan şair riyazi poetikaya aid "Poetika i matematika" əsərinin müəllifi idi.Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilən şair həm də "Qorqud " və "Bəstəkar" nəşriyyatlarının qurucusu və baş redaktoru idi. Əhməd Elbrus həm də riyazi poetika sahəsində qələmə alınan ilk monumental əsərin müəllifidir. Şairin min səhifəlik "İnam və İdrak" əsəri dünya teoloqları tərəfindən yüksək qiymətləndirilib . 2006-cı ildə işıq üzü görmüş "İnam və idrak poetikası" adlanan bu sanballı kitabda qədim və orta əsrlər Şərq elm və sənətində kök atan "Elm əl-Əsms", "Elm əl-Cəfr" və onların qaynağından mənşələnən "Elm əl Hürül" barədə, bu üç iqamətin nəticəsi olan hürufizm və qaynaqları ilə əlaqədar riyazi-poetikanın ən yeni nailiyyətləri səviyyəsində araşdırmalar aparılmış, nəticədə hürufizmin simvollar sisteminin strukturu, bərpa , simvol açarları və kodları təqdim edilmişdir. Heydər Əliyevə həsr olunan "Zəfər Marşı"-şeirinin müəllifidir. 1. “Etibarım”, Bakı, “Gənclik”, 1971, 38 səh. 2. “İnsan əfsanəsi”, Bakı, “Gənclik”, 1973, 56 səh. 3. “Üçüncü addım”, Bakı, “Azərnəşr”, 1974, 35 səh. 4. “Ölməzlik”, Bakı, “Azərnəşr”, 1992. 5. “Qətiyyətin təntənəsi”, Bakı, “Gənclik”, 1993. 6. "İnam və İdrak poetikası, Bakı,2006" İki övladı var. | https://az.wikipedia.org/w/index.php?curid=510684 |
Əhməd Eyyub Türkaslan | Əhməd Eyyub Türkaslan (türk. Ahmet Eyüp Türkaslan; 11 sentyabr 1994, Yavuzeli[d], Qaziantep ili – təq. 7 fevral 2023, Malatya) — qapıçı kimi çıxış etmiş Türkiyə futbolçusu. Əhməd Eyyub Türkaslan peşəkar karyerasına 2013-cü ildə "Buqsaşspor "da başlamış, 2016–2-17-ci illərdə isə "Osmanlıspor"da qısa müddətə icarə əsasında çıxış etmişdir. O, 3 iyun 2017-ci ildə "Osmanlıspor" heyətində "Beşiktaş"a 4:0 hesabı ilə məğlub olduqları matçda debüt etmişdir. Türkaslan 2020-ci ildə "Ümraniyəspor"a keçid etmişdir. Türkaslan növbəti mövsüm "Yeni Malatyaspor" ilə 1 illik müqavilə imzalamışdır. Şəxsi həyatı və vəfatı Əhməd Eyyub Türkaslan evli olmuşdur.6 fevral 2023-cü ildə Türkaslanın Türkiyə–Suriya zəlzələsindən sonra çökən yaşayış binasının altında qaldığı bildirilmişdir. Onun öldüyü ilə bağlı iddiaları klubun prezidenti Hacı Əhməd Yaman təkzib etmiş, xilasetmə işlərinin hələ də davam etdiyini qeyd etmişdir. Dağıntılar altından xilas edilən həyat yoldaşı sosial şəbəkədə kömək istəmiş və əlavə etmişdir ki, ərazidə nə ekskavator, nə də kran yoxdur. Onun cəsədi 7 fevral 2023-cü ildə çıxarılmışdır. Türkaslanın vəfat etdəndə 28 yaşı var idi. Xarici keçidlər Əhməd Eyyub Türkaslan at the Turkish Football Federation Soccerway.com saytında profili (ing.) Əhməd Eyyub Türkaslan at Mackolick.com (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=785817 |
Əhməd Fuad Bulca | Əhməd Fuad Bulca (türk. Ahmet Fuat Bulca) (1881, Saloniki – 14 sentyabr 1962, İstanbul) — Türk əsgər və siyasətçi. Hərbi fəaliyyəti Hərbi məktəbi bitirmişdir. 3-cü tabor, 1-ci bölük komandiri, 3-cü ordu kiçik zabit məktəbində müəllim, Selanik kiçik zabit məktəbinin 1-ci bölük komandiri, Dərnə Şərq Şöbəsi komandiri, Trabzon Rədif tabor komandiri, Bəylərbəyi sarayı mühafizə bölük komandiri, 15-ci alayın 3-cü tabor komandiri, 24-cü alayın 3-cü tabor komandiri, 24-cü və 11-cü taborun tümən komandiri və Ankara hərbi hissəsinin komandiri olmuşdur.4 iyul 1927-ci ildə ordudan təqaüdə çıxdı. Siyasi fəaliyyəti Hərbi xidmətdən sonra Türkiyə Hava Qüvvələri Cəmiyyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin II, III və IV dövrlərində Rizə, V dövrlərində Çoruhun millər vəkili olmuş və II dövründə Divân-ı Riyâset İdarə əmirliyində fəaliyyət göstərmişdir. Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə təltif edilmişdir. 14 sentyabr 1962-ci ildə yol qəzasında vəfat etmişdir. Onun cəsədi 1988-ci ildə Türkiyə Dövlət məzarlığına gətirilərək orada dəfn edildi. Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 159. | https://az.wikipedia.org/w/index.php?curid=738200 |
Əhməd Fəhmi | Əhməd Fəhmi bin Camil (d. 20 aprel 1987) — Sinqapur Super Liqa komandalarından olan Houm Yunayted FK klubunda forma geymiş və hücumçu kimi çıxış etmiş Sinqapur futbolçusudur. Hal-hazırda futbol oynamır. Əhməd Fəhmi 1987-ci ildə Sinqapurun Tampines şəhərində Camil Bin Savi və Layla Binte Azzan Abdatın ailəsində anadan olmuş və burada boya-başa çatmışdır. O, Qiaonan İbtidai Məktəb və Pasir Ris Orta Məktəbində təhsil almışdır. Onun həmçinin Əhməd Fərhi Bin Cəmil adlı kiçik qardaşı var. O, hazırda digər sahələrdə çalışır. Futbol karyerası Əhməd Fəhmi futbol karyerasına 1998-ci ildə "Houm Yunayted" klubunda başlamışdır. Klubun gənclərdən ibarıt əvəzedici yığmasında çıxış etməyə başlamışdır. O, həmçinin 2004 və 2005-ci ildə Sinqapurun gənclərdən ibarət yığması ilə Lion Siti Kuboku iştirak etmişdir. Fəhmi 2006-cı ildə "Tampines Rovers" klubu ilə Premyer Liqada çıxış etmişdir. Əsas və ən yaddaqalan oyununu AFK Kubokunda "Osotsapa" klubunu səfərdə məğlub etməklə keçirmişdir.Fəhmi 2006 və 2007-ci il mövsümündə Premyer Liqada ən çox qol vuran oyunçu seçilmişdir. Fəhmi "Tampines Rovers" klubu üçün bir neçə vacib qollar da vurmuşdur. 2008-ci ildə Fəhmi "Vuudlənd Vellinqton" klubuna qarşı oyunda son dəqiqədə qol vurmuşdur. 2008-ci ildə klub Super Liqaya vəsiqə qazanmışdır. Hal-hazırda Fəhmi UEFA Dərəcəli baş məşqçidir və UBER sürücüsü kimi fəaliyyət göstərir. Xarici keçidlər Soccerway.com saytında profili (ing.) Əhməd Fəhmi National-Football-Teams.com'da | https://az.wikipedia.org/w/index.php?curid=466727 |
Əhməd Fəthi Paşa | Əhməd Fəthi Paşa (d. 1801 - ö. 24 fevral 1858) — Osmanlı sultanı II Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Rodoslu Hafiz Əhməd ağanın oğlu olub, atasının vəfatından 1 ay sonra, 1801-ci ildə Rodos adasında dünyaya gəldi. 1809-cu ildə Əndəruna alınaraq burada yetişdirildi. 1826-cı ildə hərbi təlimlərə başladı və 1829-cu ildə qolağası, ardından mayor rütbələrinə yüksəldi. 1830-cu ilin avqustunda miralay təyin edildi və zabitliyə yüksəldi. 1835-ci ilin iyununda yenicə taxta çıxan Avstriya imperatoru I Ferdinandı təbrik məqsədilə müvəqqəti səfir ünvanıyla Vyanaya göndərildi. Həmin ilin noyabrında döndü və 1836-cı ilin avqustunda daimi Vyana səfiri təyin edildi. 1837-ci ilin iyulunda vəzir rütbəsi aldı və vəzifələri arasına Aydin valiliyi əlavə olundu. Ancaq həmin ilin oktyabrında səfirlikdən azad edildi. 1838-ci ilin fevralında London səfiri, həmin ilin aprelində Paris səfiri seçildi. İngiltərə kraliçası I Viktoriyanın 28 iyun 1838-ci ildə keçirilən tacqoyma mərasimində Osmanlı imperiyasının nümayəndəsi olaraq iştirak etdi. 1839-cu ildə İstanbula döndü və 8 yanvar 1840-cı ildə ticarət naziri təyin edildi. Bu vəzifədə ikən 8 avqust 1840-cı ildə Sultan Mahmudun qızlarından Atiyə Sultanla nigahlandı. 1842-ci ilin aprelində üzv seçildiyi məclisin 8 noyabr 1843-cü ildə rəisi seçildi. 12 noyabr 1844-cü ildə vəzifədən alındı və 20 mart 1845-ci ildə hərb naziri təyin edildi. Həmin ilin 10 avqustunda əlavə olaraq Topxana müşirliyinə gətirildi. 25 iyul 1852-ci ildə vəzifədən azad olunsa da, 26 fevral 1853-cü ildə ticarət naziri və həmin ilin 8 mayında yenidən Topxana müşiri seçildi. 9 sentyabr 1857-ci ildə vəzifədən alınsa da, həmin ilin 22 oktyabrında üçüncü dəfə Topxana müşiri təyin edildi. Bu vəzifədə ikən 24 fevral 1858-ci ildə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinin bağçasına dəfn edildi. Ayşə Şəmsinur xanımla (ö. 4 iyul 1881) olan ilk nigahından Mehmed Bəsim Paşa və Mahmud Cəlaləddin Paşa adlı 2 oğlu, Yeganə xanım və Əminə Güzidə xanım adlı 2 qızı dünyaya gəlmişdir. Oğlu Mahmud Cəlaləddin Paşa Sultan Əbdülməcidin qızlarından Cəmilə Sultanla nigahlanmışdır. Qızı Əminə Güzidə xanım isə saray məmurlarından Əyinli Səid Paşayla evlənmişdir. Atiyə Sultanla olan nigahından isə Səniyə xanım Sultan və Fəridə xanım Sultan adlı 2 qızı dünyaya gəlmişdir. Sicill-i Osmani II cild, səh. 188 | https://az.wikipedia.org/w/index.php?curid=741756 |
Əhməd Ghanem | Əhməd Ghanem və ya Ahmed Ghanem,(ərəb. أحمد غانم ) ,Misirli siyasi yazıçı və nonfiction Misirdə 22 aug -ci ildə anadan olub. Misir inqilabının kitabı. Misir Qadını Təhrir Meydanında romanı Kitab Misir Baş Authority , Kitab nömrəsi verilməsi 11513& 2012 . Rəsmi səhifəm Əhməd Ghanem. | https://az.wikipedia.org/w/index.php?curid=292823 |
Əhməd Hacıyusifov | Əhməd Teymur oğlu Hacıyusifov (23 iyul 2001; Baş Göynük, Şəki rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əhməd Hacıyusifov 23 iyul 2001-ci ildə Şəki rayonunun Baş Göynük kəndində Teymur Nöbərovun ailəsində anadan olmuşdur. 2007-ci ildə Şəki rayon Baş Göynük kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2018-ci ildə məktəbin 11-ci sinfini bitirmişdir. Subay idi. Hərbi xidməti Əhməd Hacıyusifov 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət qullluqçusu olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əhməd Hacıyusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əhməd Hacıyusifov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 noyabr 2020-ci ildə cənazəsi doğulduğu Şəki rayonunun Baş Göynük kəndində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Hacıyusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Hacıyusifov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Hacıyusifov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əhməd Hacıyusifov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əhməd Hacıyusifov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=759129 |
Əhməd Haldun Tərzioğlu | Əhməd Haldun Tərzioğlu (7 yanvar 1960, Trabzon) — Türk yazıçısı, 2007-cı il Mustafa Necati Səbətçioğlu tarixi roman yarışması laureatı. Tarixi üslubunda yazdığı romanları Azərbaycan dilinə tərcümə olunmuşdur. Həyatı və kitabları Əhməd Haldun Tərzioğlu 1960-cı ildə Trabzonun Beşikdüzü vilayətinin Takazlı kəndində anadan olub. universiteti bitirdikdən sonra dövlət məmuru olaraq Türkiyənin bir çox yerlərində çalışıb və 2006-ci ildə öz istəyi ilə təqaüdə çıxaraq özünü tamamilə yazıçılığa yönəltdi. Yazıçının “Göy Tanrının övladları”, “Oğuz xan”, “Hüzün”, “Bizi tufan vurdu”, “Alp Ər Tunqa”, “Güllərin solduğu gün”, “Çiçi xan”, “Komando”, “Türk Kimmerlər/Kimmeriya”, “Nazir bəyi vurdular”, “Teoman xan/Böyük Hun dövlətinin qurucusu”, “Mete xan/Böyük Hun xaqanı”, “Kiok xan/Mete xanın oğlu”, “Hərəm ağası”, “Rəisim Çatlı/Bozqurdların qanunu”, “Çingiz xan/Göy Moğolların başbuğu”, “Tomris xan/Saxaların qadın xaqanı”, “Kür Şad”, “Almatun piri/Həsən Sabbah”, “Alp Urunqu”, “Ağsaçlılar məclisi/Dövlətin qoruyucuları”, “Səlcuq bəy/Bir dövlətə ad verən ata”, “Toğrul və Çağrı bəy/Dövlət yolunda”, “Alparslan/Zəfərlər əsri”, “Darağacında bir bozqurd”, “Provokator”, “Göytürklər”, “Moğol”, “ Sevda üzərinə məmləkət hekayələri” və tarixi araşdırma kitabı olan “Hunlarda çılğındı/Hun Türklərinin çılğın tarixi” adlı əsərləri yayımlanıb. Tanınmış filimlərin senarisini yazmış, Türk tarixinə maraq göstərən yazıçının kitabları 2004-cü ildən etibarən çap olunmağa başlamışdır. 2007-ci ildə Mustafa Necati Səbətçioğlu tarixi roman yarışmasında “Alp Ər Tunga” adlı tarixi romanı ilə qalib olan yazıçının eyni zamanda teatr, hekayə sahəsində də bir çox uğurlar əldə etmişdir. Hal hazırda Mərsin şəhərində yaşayıb yaradır. Xarici keçidlər Ahmet Haldun Terzioğlu’nun romancılığı (İkinci Dönem) - Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü Türk Dili Ve Edebiyatı Anabilim Dalı Yüksek Lisans Tezi Arxivləşdirilib 2017-02-14 at the Wayback Machine Ahmet Haldun Terzioğlu'nun Tomris Han adlı eseri ile ilgili bir inceleme - academia.edu Ahmet Haldun Terzioğlu Resmi Sayfası Arxivləşdirilib 2016-10-20 at the Wayback Machine Əhməd Haldun Tərzioğlu — Facebook səhifəsi Arxivləşdirilib 2016-09-17 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=479440 |
Əhməd Haluk Dursun | Ahmet Haluk Dursun (1957, Hereke[d], Kocaeli ili – 19 avqust 2019, Ərciş, Van ili) — Türk tarix professoru və bürokrat. Təhsili və akademik karyeri Ahmet Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Son Çağ və Türkiyə Respublikası tarixi kürsüsündən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsində köməkçi olaraq işə başladı. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib. Cəmiyyətdə tutduğu vəzifələr İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi. 2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi. 2012–2014 illəri arasında İstanbul Topqapı Sarayı Aşiqlər Dərnəyinin sədri seçildi. 2014-cü ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyinin müşaviri vəzifəsinə təyin edildi və öz istəyi ilə 2016-cı ilin aprelində təqaüdə çıxdı. 26 may 2017-ci ildə Baş Nazirlik|nazirliyin Dövlət rəsmilərinin Etika Komitəsinə üzv təyin edildi. Eyni zamanda Baş nazirlik Atatürk Mədəniyyət, Dil və Tarix İnstitutu İdarə heyəti üzvü olaraq vəzifə yerinə yetirmişdir. 20 iyul 2018-ci il tarixindən etibarən mədəniyyət və turizm nazirinin müavini təyin edildi. Mədəniyyət və bədii məzmunlu proqramlar Müxtəlif zamanlarda, müxtəlif qəzetlərdə mədəniyyət və incəsənətə dair məqalələri yazdı, televiziyada tarix, mədəniyyət və incəsənət mövzusunda proqramlar hazırladı və təqdim etdi. Bəzi televiziya sənədli filmlərinin məsləhətçisi idi. Onun hazırlayib və təqdim etdiyi proqramlar bunlar idi; Monqolustanda Göytürk abidələri və türk mədəni irsi; Mustafa Kamal Atatürk|Mustafa Kamalın Rumeliyası — Saloniki; Monastır; Skopye; Sofiya; Qüds sənədli filmi; Şam Sertifikatı; Tuna sənədli filmi(məsləhətçi); Övliya Çələbi Həcc Yolunda (Məsləhətçi); Memar Sinan: Memar (Məsləhətçi); Yaşayan İstanbul; Əncir Toxumları (İskender Pala təqdim edir); Görəsən (Levent Erden və Prof. Gül İrepoğlu aparıcı və şərhçi) İstanbulda Yaşama sənəti Nildən Tunaya Osmanlı yazıları Tuna gözəlləməsi Osmanlı coğrafiyasına səyahət Boğaziçində 40 ilim Ayasofya muzeyi|Ayasofya Muzeyi Mədəni İnvertarlaşdırılması Şəhər və Mədəniyyət: İstanbul, (Redaktor) Əncir toxumları: Hərəkədən cıxdım yola Sivilizasiya körpüsü beş şəhər, (Redaktor) Xarici keçidlər Ahmet Haluk Dursun kimdir? Ahmet Haluk Dursun Vefat eden Ahmet Haluk Dursun'un anlamlı Eyüp Sultan Türbesi anısı! Kültür Bakan Yardımcısı Haluk Dursun vefat etti İşte Prof. Dr. Ahmet Haluk Dursun'un son röportajı | https://az.wikipedia.org/w/index.php?curid=599721 |
Əhməd Hamdi Tanpınar | Əhməd Həmdi Tanpınar (23 iyun 1901, Konstantinopol – 24 yanvar 1962, İstanbul) — Türkiyə şairi. Əhməd Hamdi Tanpınar 1901-ci ildə İstanbulda anadan olub. Türkiyənin muxtəlif şəhərlərində orta təhsil aldıqdan sonra İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinə daxil olub və 1923-cü ildə bu fakültəni bitirib. 1942–1946-cı illərdə Maraşdan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib. Yaradıcılığı Estet şair Əhməd Həmdi Tanpınarın şeirləri çox sonralar, 1961-ci ildə "Şeirlər" adı ilə kitablaşdı. Tanpınara görə, şeir şair ruhunun əzəli həqiqətlə təmasından doğan bir söhbət, gözəllik adlanan idealla bir an baş-başa qalmanın verdiyi bir sərxoşluqdur. Şeir kəlmələrin tərkibindən doğan ritm, ahəng kimi vasitələrlə dillə ifadə edilməsi mümkün olmayan iç vəziyyətlərimizi, daxili aləmimizi, həyəcanlarımızı, sevinc və kədərimizi ifadə edən və beləliklə, bizdə bədii maraq dediyimiz sehri ortaya çıxaran bir sənətdir. Dolayısı ilə, poeziya şairin başqasına yönələn təlqinlərindən, öyüdlərindən, yönləndirmələrindən uzaq olan, tamamilə şairin öz ruhunu hiss etmək, öz-özünü dinləmək, öz-özünü ifadə etmək səyidir. Şeir ruhi bir aramlıq və dərinlikdən doğur. Şair başqalarına, topluma necə faydalı ola bilərəm təşvişi ilə xaricə dönük bir fəaliyyət yerinə öz içinə yönəlib özünü dinləməyi və özünü ifadə etməyi bacarmalıdır. Tanpınar şeiri məhz şeir olaraq dəyərləndirən nadir saf şairlərdən biridir. Şeirə, şeirin xaricində heç bir maddi, dünyəvi, sosial, siyasi funksiya yükləmir. Şeiri, sosial və siyasi təşvişlərlə cəmiyyəti bir yerə istiqamətləndirmə və nəzarət vasitəsi kimi görmək istəmir. Şair cəmiyyəti irşad edən bir vaiz də deyildir. Nəsrin ifadə sahəsi ilə nəzminkini dil baxımından bir-birindən kəskin şəkildə ayırır. O, şeirlə nəsrin etmək istədiklərini etməyə çalışan, ağladan, düşündürən, öyrədən, coşduran nəzm arasına da dəqiq bir xətt çəkir. Sürrealistlərin şüur altına yönələn çalışmalarını o, röya ilə etməyə çalışdı. Hər iki metodda da məqsəd insan gerçəyini kənar ünsürlərin, ağlın və məntiqin məhdudlaşdırıcı təsirindən uzaq bir şəkildə verməkdir. İçində yaşadığımız konkret, qatı, qaranlıq, çərçivəsi və hüdudları bəlli, dar, sonlu bu dünya həyatına, bu şəhadət aləminə qarşı çıxarılan dünya sənətçinin hər mənada manevr imkanlarına açıq konkret, sərhədsiz, sonsuz, çərçivəsiz, qaydasız, saf, təmiz, büllur bir dünyadır. Tanpınar bu mücərrəd və konkret iki dünya arasında gedib gəlir. Tanpınar öz sənətini daim "oyaq həyat" və "röya" arasındakı ziddiyyət və bunun doğurduğu ritm üzərində qurur. Oyaq həyat nəsrlə ifadə edilir, röya aləmi isə şeirlə… Oyaq həyat günəş aydınlığı altında bütün hüdudları bəlli olan, görünən, donmuş konkret varlıqların və konkret həyatın aləmidir. Röya isə tənhalığın, sükunətin, sonsuzluğun, zamansızlığın, iç-içə çoxalmanın, saflıq və şəffaflığın, dərinliyin aləmidir. Röyada zaman keçmiş-indi-gələcək deyə parçalanmamış, sonsuz bir bütövdür. İnsanın hərəkət sahəsini məhdudlaşdıran qapı, divar, yüksəklik, alçaqlıq yoxdur, maneə yoxdur. Bura tam bir azadlıq sahəsidir. Sərhəd və say anlayışıları olmadığı üçün insanın mənliyi saysızdır. Röya sənətçiyə sonsuzluqla pərdəsiz söhbət etmək imkanı verir. Röyalar insanların arzu, kin, ehtiras, şöhrət, vüslət kimi bütün istək və duyğularının yerinə yetməsi üçün maneənin olmadığı bir sərhədsizlik və özgürlük ölkəsidir. Sənətçi varlığın özünü qavrayır, Allah, cənnət, cəhənnəm kimi anlayışılar bilinən bütün təriflərindən azad olur, hamısı özünü konkret bir sintez içində sənətçidə tapır. Röya insana özünün də böyük bir röyanın bir parçası olduğunu xatırladır. Bütün miflər röyalardan doğmuşdur. İnsan röyanı oyaqkən də görə bilər. Oyaq şüurun o biri tərəfinə keçməklə adam oyaq ikən də röya görməyə başlayır. Tanpınarda röya insanı ölümün qorxuncluğundan və soyuqluğundan uzaqlaşdıran bir qaçış vasitəsidir. Şair gerçək həyat və ölüm reallığına qarşı çarəni röyaya sığınmaqda tapır. Tanpınar sonsuza qədər qalacaq bir gözəllik və yaşama arzusunun, sonsuzluğun, əbədiyyətin röyasını görən insandır. Bu da dinlərin təqdim etdiyi sonsuz axirət aləmi şəklində deyil, bu dünya gözəlliklərinin ortaya qoyduğu şəffaf, lətif, konkret mənadakı eşq, gözəllik və sənət sonsuzluğudur. Tanpınarın şeirində metafizik ürpərti vardır. "Allaha inanıram. Lakin tam bir müsəlman olub-olmadığımı bilmirəm" desə də, (Tanpınarın "Hatıra defterinden", Nokta Der., 1 iyun 1990) dini mənada metafizik imana bağlı bir davranış içinə girmir. Təsəvvüfi mistisizmə yer verməyən şair qərbli mənasınada idealıst fəlsəfə və spiritualist düşüncəyə daha yatqındır. Onda mistik dünya motivi müəyyəndir, ancaq bu, dinə dayanaraq qurulmuş mistik bir dünya deyil, tamamən fərdi, öz ruhuna, duyğularına bağlı, profan bir mistisizmdir. Tanpınar həm duyğu, həm də kültür şairidir. Mədəni arxa plan onun şeirinin hüceyrəsini təşkil edən önəmli ünsürlərdan biridir. Onun yaradıcılığında Şərq və Qərb kültürü diffuz bir sintez halında hiss edilir. Tanpınarın da aralarında olduğu Cahid Sidqi Tarançı kimi bodlerçi şairlərdə ölüm faciəsinə qarşı yaşama sevinci motivini önə çıxarma bəlirgin bir özəllikdir. Ancaq Tanpınarın yaşama sevinci anlayışına baxışı bir az fərqlidir. O, fiziki mənadakı həyata və ölümlə bağlı deyildir. Bunları bir reallıq kimi qəbul edir, o qədər… Bunun ötəsində həyatın, məhəbbətin, təbiətin sürəkliliyi ilə təmin olunan bir ölümsüzlüyün sorağındadır. Ölüm düşüncəsi onun həyatı şərh etməsində bir məhək daşı olmuşdur. Onun şeirlərində ölümdən sonra davam edəcək əbədi bir həyat düşüncəsi o qədər də sezilmir. Zatən dünyaya, dünyanın gözəlliklərinə bu qədər bağlılığının arxasında ölümdən sonrakı həyat mövzusunda tərəddüdünün bir təsiri ola bilər. Tanpınarın varlığa yanaşma tərzi idealıst düşüncəyə yaxındır. Xarici aləmi, varlığı, maddəni, əşyanı zehnin, ruhun, düşüncənin, görüşün bir məhsulu kimi, bir təsəvvürü kimi qəbul edir. Maddədən öncə məna, obyektdən öncə subyekt gəlir. Aparıcı olan konkret varlıq deyil, şairin duyma, görmə, düşünmə, təxəyyül və təsəvvür etmə tərzidir. Əşya bizim duyma prizmamızdan keçərək məna və tərif qazanır. Xarici aləm bizim daxili dünyamızı ifadə etməyə yarayan bir simvollar aləmidir. Xarici aləmi fikrimizlə, hissimizlə, idrakımızla, röyalarımızla mənalandıra bilərik. Göründüyü kimi, Əflatundan bəri davam edən idealıst düşüncə onda bariz bir şəkildə hiss edilir. Tanpınar təbiəti o qədər də konkret özəlliklərilə təsvir etmir. Onun üçün təsvir edilən ya da gösətərilən təbiət ünsürləri öz içində qurduğu gözəlliklər dünyasını parlaq bir formada əks etdirmək üçün bir vasitədır. Estetik mənada konkret təbiət gözəllikləri ümumən yenə gözəl bir qadınla birlikdə təqdim edilir. Qadın və təbiət gözəlliyi bir-birini tamamlayan iki önəmli gözəl duyğu vasitəsidir. Tanpınarda qadın ümumiyyətlə iki çöhrəsi ilə qarşımıza çıxır: ana və sevgili. Tanpınar qadını saf bir estetik dəyər kimi, bir gözəllik ünsürü kimi qəbul edir və onun gözəlliyi və qadınlığı üzərində sənəti ülviləşdirərək, ölümsüzləşdirərək həyatın müvəqqətiliyini unutmağa çalışır. Gözəl qadın təxəyyülü, həyatın faniliyi insan faciəsini önləməyin yollarından biridir. Sevilən qadın obrazı da iki şəkildə qarşımıza çıxır: mücərrəd qadın və canlı qadın. Tanpınar gözəl qadın obrazını bir çox şeirində olduğu kimi vermək yerinə dolaylı olaraq estetik bir görüntü içində təqdim etməyə çalışır. Ya dondurulmuş bir heykəl, ya aynaya düşən surət, ya da medalyona nəqş edilmiş şəkli ilə verir. O, qadını doğrudan-doğruya maddi bir varlıq, bir qadın kimi təqdim etmək əvəzinə çox vaxt sənətə dönmüş / dönüşdürülmüş, sənətlə əlaqədar olaraq yenidən yaradılmış şəkli ilə təqdim etməyə, beləliklə, fani qadını sənətlə əbədiləşdirməyə üstünlük verir. Tanpınar şeirlərində sosial, siyasi mövzulardan uzaq durmuş, tarixi mövzulara da yer verməmişdir. Bəlkə "Bursada zaman" şeirində bir ölçüdə Yəhya Kamaldan gələn bir təsirlə tarixi bir mövzuya toxunsa da, bu şeirdə tarix daha çox estetik planda dəyərləndirilmişdir. Tanpınar tarixi təcrübənin daha çox estetik dəyəri, sənət dəyəri, gözəllik dəyəri üzərində durur. O, tarixə, keçmiş zamana nostalji duyğular bəsləmir. Tarixin məhsulu olan sənət əsərlərinin gözəlliyi əbədiləşdirən və beləliklə, axıb gedən zamanı donduran tərəfi üzərində durur. Tanpınar zahiri aləmin şərtlərinin məhsulu olan və keçmiş-indi-gələcək deyə üç yerə bölünən bir zaman idrakı daşımır. O, zamanda bir parçalanmışlığı və bölünmüşlüyü qəbul etmir. Onun fikrincə, zaman, öncəsiz və sonrasız, əbədi bir bütövlükdür. Özünü bu dünyanın deyil, ruhi bir dünyanın şairi olaraq gördüyü üçün də fiziki dünya zamanına həbs olunmur. Dolayısı ilə, bu zamanın nə içində, nə də büsbütün kənarındadır. Onun zaman anlayışında Berqsonun fikirlərinin önəmli bir təsiri vardır. Berqsona görə, zaman bütün varlıq və olaylardan öncə var olan bir şeydir, onun varlığı başqa bir səbəbə bağlı deyildir, yəni öz-özünə var olan bir varlıqdır. Bü səbəbdən də həyatın, varlığın və olayların qaynağı zamandır. İbn Ravəndinin önçülük etdiyi və islam materialistləri kimi tanınan dəhriyyun cərəyanı tərəfdarları da təqribən buna bənzər bir görüşü müdafiə edirlər. Onlar da "dəhr"i müqəddəsləşdirmiş və bütün varlığı sərhədsız zaman olan dəhrin yaratdığını düşünmüşlər. Tanpınarın zamana yanaşması ilə həm Berqsonun, həm də dəhrilərin yanaşmaları arasında bəzi bənzərliklər görmək mümkündür. Şeirlərində heca vəznini işlədən Tanpınar bu vəzni quru, mexanik bir vəzn olmaqdan qurtarıb, klassik şeirdə əruzun bacara bildiyi ahəng və intizamı gerçəkləşdirməyə çalışdı. Şair əruzun davamı olan bir heca vəzni qurmaq arzusunda olduğunu söyləyir. Tanpınar öz ustadı Yəhya Kamalın şeir görüşündən və anlayışından böyük ölçüdə fərqlənir. Ancaq bir sahədə, özəlliklə də dili dəyərləndirmək məsələsində, dil işçiliyi, türkcə zövqü məsələsində ondan ciddi mənada təsirlənmiş və bəhrələnmişdir. Bundan başqa, Tanpınarın əski kəlmələrə çox və rahatlıqla yer verməsinin əsil məqsədi o kəlmələrin əsrlər boyunca yükləndikləri zənginliklə zamanı dondurmuş olmasıdır. Bu kəlmələr zamanda bir parçalanmaya səbəb olmur, tam tərsinə, geniş və sonsuz zamanı daşıyırlar. Bu kəlmələr yaratdıqları assosiasiyalarla, sehrləri ilə, qoxuları ilə, mənaları ilə, incəlikləri ilə, səsləri ilə zamanın ən yaxşı şahidləridir. Kəlmə işçiliyində olduqca titizdir. Onun leksikonu daha çox gözəllik, eşq, qadın, təbiət və kosmik aləm və ruhi-hissi məzmunlı kəlmələrdən ibarətdir. İçində yaşadığımız fiziki dünyanın maddi, sosial və siyasi terminologiyasına deyil, öz qurduğu konkret gözəllik aləminin işarələri və materialı olan kəlmələrə yer verir. Ulduz, parıltı, gümüş, dəniz, günəş, ay, billur, su, işıq, yaqut, zaman, röya, gül, qədər, ayna kimi. Real dünyanın kəlmələrilə danışmamağa xüsusi bir diqqət göstərmişdir. Tamamən saf şeir anlayışına uyğun bir dili və üslubu vardır. Nəsrində belə onun orijinal şeir üslubu hakimdir. Ümumiyyətlə, qapalı, mübhəm, özünü dərhal hiss etdirməyən bir üsluba sahibdir. Onun yaradıcılığını anlamaq və hiss edə bilmək, daxili aləminə vaqif olmaq üçün dərin bir mədəni təcrübə və anlama cəhdi lazımdır. Onun sakit, yumşaq bir üslubu vardır. Bağırmaz, hayqırmaz, nitq irad etməz, axan su kimi danışar, pıçıldayar, söylər… Üslubu dışa dönük deyil, içə yönəlikdir. O, sükutun musiqisini hiss etdirməyə çalışır. | https://az.wikipedia.org/w/index.php?curid=611771 |
Əhməd Haradadır? (1963) | Əhməd haradadır? — 1963-cü ildə çəkilmiş Azərbaycan filmi. Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir. Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Valideynlərinin yanına gələn Əhməd (Səyavuş Şəfiyev) öyrənir ki, valideynləri onun fikrini öyrənmədən onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanı (Töhfə Əzimov)) da başına gəlir. Onu da məcburən ərə vermək istəyirlər, lakin o da oxumaq üçün çıxıb şəhərə gəlir. Əhmədin ailəsi onu axtarmağa gedir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir—birlərini sevirlər. Film haqqında Film rejissor, aktyor Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işidir. Bundan qabaq 1944-cü ildə "Fətəli xan" filmini çəkməyə başlasa da müəyyən səbəblərdən film yarımçıq qalmışdır. Film aktyor Elxan Qasımovun kinoda ilk işidir Film aktyor Eldəniz Zeynalovun kinoda ilk işidir. Film aktyor Novruz Axundovun kinoda ilk işidir. Film aktrisa Amaliya Pənahovanın kinoda ilk işidir. Film aktyor Səyavuş Şəfiyevin kinoda ilk işidir. Filmdə sürücü Əhməd roluna operator Yuli Fogelman rus aktyoru İqor Kvaşanı çəkmək istəyirdi. Filmdə sürücü Əhmədin Ceyrandan razılıq cavabı alaraq üç metr hündürlüyü olan tikinti çuxuruna yıxılır. Bu trükü aktyorun özü etmişdir. Ceyran rolunun ifaçısı gürcü aktrisası Nona Paçuaşvili filmə çəkilmək üçün həyat yoldaşı ilə Bakıya gəlir. Lakin aktrisanın həyat yoldaşı Bakıda qəflətən vəfat edir. Eyni zamanda ana olmağa hazırlaşan aktrisanın həyatında baş verən bu qəmgin hadisə onun filmdəki obrazına da təsir etmişdir. Aktrisa Ceyran rolunda bir çox kadrda kədərli üz ifadəsini gizlədə bilmir. Aktrisa çəkildiyi filmi uzun illər görməmişdi. Yaxın keçmişdə təşkil olunan filmin yubileyində aktrisa filmə ilk dəfə baxmışdır. Çəkilişlər Bakı bulvarında, Gəncədə, Hacıkənd yollarında, Ağdaşda, Sumqayıtda, Göyçayda aparıldı. Əhmədin kəndə gələrkən öküzlərin körpünün üstündə vuruşduğu kadr Ağsu körpüsünün üstündə çəkilib. Dostların qaldığı yataqxana isə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yataqxanasıdır. Səyavuş Aslanın məşhur rəqs yeri, “Uzundraz Oktay”ın girişi keçmək səhnəsi məhz orda çəkilib. Əhmədin Ceyranı aşağıdan çağırdığı yer İçərişəhər tərəfdə yerləşən "Tut ağacı" restoranıdır. Balkonda oturub çay içilən yer Dağüstü parkdır. Filmdə Əliağa Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə dekorasiydır. Kardondan qurulmuş dekordur. Aktyorun yediyi yemək isə qoyun içalatının qızartmasıdır. Başını daz qırxdırıb, özünə uzun bığ qoymaq məhz aktyorun şəxsi təşəbbüsü olmuş və rejissor tərəfindən qəbul edilmişdir. Filmdəki tikinti səhnələri Bakıda Şərifzadə küçəsində aparılan tikintilərdir. Film Moskvada əvvəlcə qəbul edilməyib və zəif film kimi qiymətləndirilib. Bu səbəbdən çox az tirajla bu film ekranlara buraxıldı. Lakin sonralar filmin göndərilməsi üçün Türkmənistan, Özbəkistan, Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya sifarişlər gəldi. Beləliklə film SSRİ-də ən çox göstərilən və pul yığan filmlərdən birinə çevrildi Film barədə akademik Cəfər Cəfərov demişdir ki, filmin dramaturgiyası yarıdan sonra get-gedə zəifləyir. Film daha çox film-konsertə oxşayır. Orfoqrafik: Titrlərdə filmin adı "Əhməd Hardadır" yazılır. Doğrusu "Əhməd Haradadır" olmalıdır. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Sabit Rəhman Quruluşçu rejissor: Adil İsgəndərov Quruluşçu operator: Yuli Fogelman Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Yusif Bağırov Operator: B. Vlasov Montaj edən: L. Kyakşt, Tahirə Babayeva Baletmeyster: Əlibaba Abdullayev Geyim rəssamı: Kazım Kazımzadə Mahnıların Mətni: Tələt Əyyubov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: M. Qurbanov Filmin direktoru: S. Bəyazov Pianoda çalan: Akif Abdullayev ("Leyla" əsəri) Məmmədrza Şeyxzamanov — Şirin Nəcibə Məlikova — Nərgiz Elxan Qasımov — Sürücü Əhməd Nonna Paçuaşvili — Ceyran Mustafa Mərdanov — Məmməd kişi Ağahüseyn Cavadov — Usta Əhməd Lütfəli Abdullayev — Zülümov Eldəniz Zeynalov — Rəngsaz Əhməd Lena Tolstova — Ağbəniz Səyavuş Aslan — Ramiz Novruz Axundov — Oqtay Töhfə Əzimova — Leyla Səyavuş Şəfiyev — Əhməd Yusif Yulduz — Yusif Tələt Rəhmanov — Kənd sakini Əbdül Mahmudov — Kənd sakini Bəşir Səfəroğlu — Sərxoş Əhməd Məmmədsadıq Nuriyev — Fəhlə Əhməd Əliağa Ağayev — Xəzinədar Amaliya Pənahova — Məsmə Dadaş Kazımov — Komissiya üzvü Əliheydər Həsənzadə — Vağzal işçisi Mənsur Məmmədov — Rəqqas (titrlərdə yoxdur) Arif Mədətov — Rəqqas (titrlərdə yoxdur) Kamil Dadaşov — Rəqqas (titrlərdə yoxdur) Əmənulla Rəsulov — Mərdanzadə (titrlərdə yoxdur) Aleksandr Sarkisov — Komendant Filmi səsləndirənlər Yusif Vəliyev — Şirin (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Əhməd (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Sürücü Əhməd (Elxan Qasımov) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Ofeliya (titrlərdə yoxdur) Hökümə Qurbanova — Leyla (Töhfə Əzimova) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Komendant (Aleksandr Sarkisov ) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Ramiz (Səyavuş Aslan) (titrlərdə yoxdur) Mirvari Novruzova — Nərgiz (Nəcibə Məlikova) (titrlərdə yoxdur) Bahadur Əliyev — Rəngsaz Əhməd ( Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Həsənağa Salayev — Mərdanzadə (Əmənulla Rəsulov) (titrlərdə yoxdur) Məmmədsadıq Nuriyev — Kənd sakini (Tələt Rəhmanov ) (titrlərdə yoxdur) Əlavə ədəbiyyat Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106; 139; 141; 144. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. "Bizim Kino" verilişi (18.06.2016) arxiv “Məşhur filmlərdən məşhur sitatlar” - “Əhməd haradadır”dan məsəllər: “Zülümov dedi, qurtardı” “Kadrarxası”: ”Əhməd hardadır”da Leyla rolunu erməni qızı oynamalı idi” - LAYİHƏ Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=164017 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.