!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əfsanəyə çevrilən adam. Ələddin Abbasov (film, 2013)
Əfsanəyə çevrilən adam. Ələddin Abbasov — rejissor Elvin Vəlimətovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Ələddin Abbasovun həyat və yaradıcılığından bəhs olunur. Film haqqında Filmdə "Koroğlu", "Torpaq, dəniz, od, səma", "Mən ki gözəl deyildim", "Dəli Kür", "Qatır Məmməd", "Qocalar, qocalar", "Nizami", "Qətl günü", "Özgə ömür", "Məkanın melodiyası" filmlərinin, eləcə də "Vaqif" tamaşasının kadrlarından istifadə edilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operator: Zaur Haşımov, Səbuhi İbrahimov Montaj: Rəşad Rəhimov, Araz Əjdərov Musiqi tərtibatı: Əliabbas Qasımov Rejissor assistenti: Vüsal Əzimov, Ayxan Əhmədov Videomateriallar: Fuad Əhmədov Mətni oxuyan: Sevda Ağazadə (titrlərdə yoxdur) İnzibatçı: Etibar Almazov Redaktor: Səyavuş Məmmədov Filmdə iştirak edən Ələddin Abbasov (aktyor, xalq artisti) Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=503135
Əfsun
Ekzorsizm (yun. ἐξορκισμός — ovsunlamaq) — cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovması. Ümumi məlumat Ekzorsizm hələ Qədim Babilistanda işlədilmiş, adətən səlahiyyətli bir şəxslə (keşiş və ya şaman) icra edilir. Əhdi Cədiddə İsanın dua və əmr gücü ilə keçirilmiş cinlər qovmaları təsvir edilmişdir. Haqqında bir çox bədii film çəkilmişdir, o cümlədən "İblisi Qovan" və "Emili Rouzun Altı Cini". Cinlәrin vә ya şәr ruhların insandan, yaxud müәyyәn yerdәn qovulması ritualı. Ekzorsizmi rahiblәr, ekstrasenslәr vә ya şamanlar hәyata keçirir. Ekzorsizmә bir çox dindә rast gәlinir. Dörd vedadan biri olan Atharvavedada Ekzorsizm, әl-kimya vә sehr ilә bağlı mәsәlәlәrdәn bәhs edilir. Ekzorsizmin әsas vasitәsi olan mantra vә yacnadan veda vә tantra әnәnәlәrindә istifadә olunurdu. “Qumran әlyazmaları”nda yәhudi essenilәrin (e.ә. 2 әsr — e.ə. 1 әsr) Ekzorsizm ilә mәşğul olması barәdә qeydlәr var. Әhdi-cәdiddә İsa peyğәmbәrin cinlәri qovması göstәrilmişdir (Mat. 9:32-34). İslamda ruqyә adlanan Ekzorsizm hәm dә alternativ tәbabәt olan tibbi-nәbәvinin bir hissәsidir. Mәhәmmәd peyğәmbәr şәr ruhlardan qorunmaq üçün Quranın axırıncı üç surәsini (İxlas, Fәlәq, Nas) oxumağı buyurmuşdur. Ekzorsizm İnsan cisminə keçmiş bəd ruhların, cinlərin cisimdən kənarlaşdırılması haqqında nəzəriyyədir. Xristianlığa qədərki dövrdə də mövcud olmuşdur. Şamanlar tərəfindən müxtəlif ayinlər, mərasimlər keçirilirdi. Baxmayaraq ki, xristianlar bu mərasimi ilk dəfə İsa Məsihin keçirdiyini deyirlər. Türk, yakut, qırğız və altay şamançılığında Şeytan çıxarma, Cin qovma, Şeytan qovalama (eksorsizm) mənalarını verən bir sözdür. Pis ruhların kənarlaşdırılması əməliyyatıdır. Qərb xristianlığında şeytan çıxarma əməliyyatı işgəncə də daxil hər cür üsulu mübah qəbul etmişdir və orta əsrlər bu tip proqramlara səhnə olmuşdur. Ancaq şamançı ənənədə isə belə hadisələr görülməz. Ruhları görüb insanlardan uzaklaştırabilen kəslərə Qovucu/Quvuçu/Kuvucu/Kuğuçu/Kuğunçu deyilir. Pis ruhu bir dəfə tutan adam qovucu olmağa haqq qazanmış deməkdir. Söz, "qovmaq" feli ilə əlaqəlidir. Türk Söylence Sözlüğü, Deniz Karakurt
https://az.wikipedia.org/w/index.php?curid=831963
Əfsun Hüseynov
Əfsun Mətləb oğlu Hüseynov (23 iyun 1999, Sabirabad rayonu – 21 oktyabr 2020, Balasoltanlı, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əfsun Hüseynov 23 iyun 1999-cu ildə Sabirabad rayonu Yaxabeşdəli kəndində anadan olub. 2006-2017-ci illərdə I Qarabağ Müharibəsi şəhidi Əlif Xanlarov adına tam orta məktəbdə orta təhsilini almışdır. Hərbi xidməti Əfsun Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanır və Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini başa vurur. Hərbi xidmətdə olarkən atası Hüseynov Mətləb Zöhrab oğlu dünyasını dəyişir. Şəhidin atası Mətləb Hüseynov I Qarabağ müharibəsi könüllülərindən olmuşdur. İkinci Qarabağ müharibəsində iştirakı Əfsun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinə oktyabr ayının 1-də könüllü olaraq cəbhəyə yollanır. Füzulinin, Cəbrayılın, Qubadlının Xanlıq, Balasoltanlı kəndləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə PK (kalaşnikov pulemyotu) silahından istifadə edib. Oktyabr ayının 21-də Qubadlı rayonunun Balasoltanlı kəndində gecə vaxtı düşmən pusqusuna düşür və şəhidlik zirvəsinə ucalır. Düşmən qüvvələrini zərərsizləşdirən əsgərlərimiz şəhidin nəşini 14 gün sonra döyüş meydanından çıxara bilir. Şəhid Əfsun Hüseynov 5 noyabr tarixində Sabirabad rayonun Qarağac kəndindəki Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=721352
Əfsun Sucayev
Əfsun Rəzzaq oğlu Sucayev (14 noyabr 1979) — kimyaçı alim. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor. Sucayev Əfsun Rəzzaq oğlu 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Orta təhsilini Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə almışdır. Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2008-ci ildə "Üzvi kimya" ixtisası üzrə "Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülmüşdür. 2012-ci ildə Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuşdur, 2017-ci ildə təhsilini başa vurmuşdur. 2018-ci ildə "Üçkomponentli kondensləşmə reaksiyaları əsasında aminospritlərin tsiklik tiokarbamid törəmələrinin sintezi və çevrilmələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmlər doktoru elmi dərəcəsinə, 2023-cü ildə professor elmi adına layiq görülmüşdür. 2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun "Aşqarlarin sintezi və təsir mexanizminin nəzəri əsasları" laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. 2021-ci ildən isə İnstitutun icraçı direktoru vəzifəsində çalışır. Elmi fəaliyyəti Əfsun Sucayevin əsas elmi istiqaməti kükürdüzvi birləşmələr içərisində çox az tədqiq olunan tsiklik tiokarbamidlərin aminospirtlər əsasında yeni sintez üsullarının işlənib hazırlanması, alınmış birləşmələrin karbohidrogenlərin oksidləşməsinə və mikrobioloji zədələnməsinə qarşı antioksidant aşqar kimi tədqiqi, onların təsir mexanizminin, quruluşları ilə funksional xassələri arasında qanunauyğunluqların öyrənilməsinə aiddir. Onun apardığı elmi-tədqiqat işlərinin yeniliyi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş patentlərlə təsdiq edilmişdir. Ən mühüm elmi nailiyyətlərdə multidissiplinar (fənlərarası) tədqiqatların rolunu nəzərə alan Ə. Sucayev bu elmi tədqiqat müəssisəsinin əsas profilinə uyğun apardığı tədqiqatlar nəticəsində həm də müəyyən etmişdir ki, sintez etdiyi antioksidant və biosid aşqarlar neft məhsullarının oksidləşməsinin qarşısını almaq və mikrobioloji zədələnmədən mühafizə etməklə yanaşı, başqa sahələrdə də bioloji (fizioloji) fəallıq göstərirlər. Ə. Sucayev fizioloji fəal maddələrin yaradılması istiqamətində tədqiqatları genişləndirərək, 2015-ci ildən dünyanın aparıcı elm mərkəzləri — Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texnik, Atatürk, Bartin universitetləri, ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzi, İtaliya Milli Tədqiqat Şurasının Biomolekulyar və Biostruktur İnstitutu, Florensiya Universiteti, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Favorski adına İrkutsk Kimya İnstitutu və Belarus Elmlər Akademiyası Bioaktiv maddələrin biokimyası İnstitutunun tanınmış alimləri ilə birgə 4 beynəlxalq tədqiqat qrupu yaradaraq həyata keçirilən müştərək multidissiplinar tədqiqatlar nəticəsində yeni üzvi maddələrin canlı orqanizmdə antioksidant, hüceyrə və toxuma səviyyəsində patoloji hallara səbəb olan proseslərə qarşı inhibitor təsirlərini öyrənə bilmişdir. Təkcə Türkiyənin Atatürk və Bartin universitetləri ilə son 5–6 ildə "Bəzi qlobal xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların müqayisəli tədqiqi" mövzusunda ətraflı tədqiqatlar aparılmışdır. Apardığı müştərək elmi araşdırmaların nəticələrinə görə, Aşqarlar Kimyası İnstitutunda sintez olunan 300 yeni fizioloji fəal maddələrin canlı orqanizmlərdə antioksidant aktivliyi, fərqli enzim və onların izoformaları üzərində inhibitor təsirləri İtaliyanın Florensiya Universiteti və Türkiyənin Atatürk və Bartin Universitetində tədqiq edilmiş və yüksək təsirə malik olmaları müəyyən edilmişdir. Tədqiq olunan maddələr müasir təbabətin ən aktual xəstəlikləri olan: bədxassəli şiş (xərçəng); şəkərli diabet; qlaukoma; Alzheimer (yaddaşitmə, ağıl zəifliyi) qlobal xəstəliklərə səbəb olan pataloji proseslərə potensila dərman maddəsi təsiri göstərirlər. Tədqiq olunan birləşmələrin bəziləri standart dərman kimi tətbiq olunan tokoferol və α-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir. Son 5 ildə yerinə yetirilən tədqiqatlar nəticəsində əldə edilən mühüm elmi nəticələr "Web of Science", "Scopus" bazalarında arxivləşən "Springer", "Elsevier", "Taylor & Francis" və "Wiley" nəşriyatlarının impakt faktoru yüksək olan nüfuzlu jurnallarında (Arabian Journal of Chemistry-İF-6.212, Bioorganic Chemistry-İF-5.275, Journal of enzyme inhibition and medicinal chemistry-İF-5.051, Archiv der pharmazie-İF-4.613, Applied Organometallic Chemistry-İF-4.105, Polycyclic Aromatic Compounds-İF- 3.744, Journal of Biochemical and Molecular Toxicology-İF-3.642, Journal of biomolecular structure and dynamics-İF-4.4, Journal Molecular Stucture-İF-3.196, Polyhedron-İF-3.052, Chemistry & Biodiversity-İF-2.408, Macromolecular Research -İF-2.4, ChemistrySelect-İF-2.307, Journal of molecular modeling-İF-2.172, Iranian Journal of Chemistry and Chemical Engineering-İF-1.903, Russian Journal of Applied Chemistry-İF-0.869, Organic Communications-İF-0.683, Acta Crystallographica Section E: Crystallographic Communications-İF-0.646) dərc olunub. Hazırda bu tədqiqat qrupları ilə dünya elmində ən son yeniliklərdən biri sayılan ayrı-ayrı enzim-izoenzimlər üzrə "molekulyar dokinq" tədqiqatlara başlanılmış və ölkəmizdə bioüzvi kimya sahəsində yeni bir tədqiqat istiqaməti müəyyənləşdirilmişdir. Elmi əsərləri Ümumilikdə 165 elmi əsəri çap olunmuşdur, onlardan 2-i monoqrafiya, 10 Azərbaycan Respublikası Patenti, 80 məqalə, qalanları konfrans material-tezisdir. Məqalələrin 60-ı "Web of Science" və "Scopus" elmi bazalarına daxil olan yüksək resenziyalı xarici jurnallarda çap edilmişdir. "Google Scholar Citations" və "ResearchGate" qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, tədqiqat sahəsi üzrə müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş elmi əsərlərinə 1614 istinad edilmişdir. H-indexi 22-dir. Afsun Sujayev. Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları. "Elm", 2023, 272s. Afsun Sujayev, Emin Garibov. Some New Approaches in Synthesis of Physiologically Active Substances. Lambert Academic Publishing, Germany, 2016, 55 p. Afsun Sujayev, Parham Taslimi, Vagif Farzaliyev, Nastaran Sadeghian, Zeynep Karaoglan, İlhami Gulcin, Bioactivity of N-substituted cyclic derivatives of thiourea and phenylthiourea from simplicity, Developments in scientific research II, International Publishing House, Chapter III, 2024, p.57–79. Elmi məqalələri A. R. Sujayev, M. A. Allahverdiyev, A. Z. Tahirov. Kinetic modeling of the obtaining process of new structure amino alcohols by using the basis of propylene oxide and ethylenediamine. The Black Sea Journal of Sciences, Giresun Universitesi, Fen Bilimleri Enstüsü, 2010, v.1, № 1, s.89–98. Sujayev A. R., Garibov E. N., Nazarov N. M. Synthesis and Antioxidant Properties of 5-Ethoxycarbonyl-6-Methyl-4-Alkyl(Aril)-1-N-Alkyl(Aril)-3,4-dihydropyrimidine-2(1H)-Tions. International Journal of Research Studies in Science, Engineering and Technology, 2015, v.2, № 8, pp.1–6. Sujayev A. R., Garibov E. N., Nazarov N. M. The Synthesis of Tetrapyrimidines and Their Carboxylic Derivatives and the Application of Antimicrobial Properties. J. Chem. Applied Biochem., 2015; 2(1): 113. Farzaliyev V., Sujayev A., Garibov E. Synthesis and transformations of some tetrahydropyrimidine-5-carboxylates. International Scientific Journal Theoretical & Applied Science, Philadelphia, USA, 2016, v.35, № 3, p.101–106. Sujayev A., Garibov E., Taslimi P. at all. Synthesis of some tetrahydropyrimidine-5-carboxylates, determination of their metal chelating effects and inhibition profiles against acetylcholinesterase, butyrylcholinesterase and carbonic anhydrase. J. Enz. Inhib. Med. Chem., 2016, v.31(6), p.1531–1539. Garibov E., Gulçin I., Supuran C. at all. Synthesis of 4,5-Disubstituted-2-thioxo-1,2,3,4-tetrahydropyrimidines and Investigation of Their Acetylcholin-esterase, Butyrylcholinesterase, Carbonic Anhydrase I/II Inhibitory and Antioxidant Activities, J. Enz. Inh. Med. Chem., 2016, v.31, № 3, p.1–9. Sujayev A. R. Synthesis and antimicrobial properties of some tetra(hexa)hydropyrimidinethiones, American Scientific Journal, 2016, № 4(4), p.55–59. Sucayev Ə. R. Aminospirtlər əsasında bəzi tiokarbamid törəmələrinin sintezi və tədqiqi // Journal of Qafqaz University, 2016, v.4, № 1, p.92–101 Sujayev A. R, Polat Kose, L., Garibov, E., Gulcin, İ., Farzaliyev, V., Alwasel, S. H., Supuran, C. Synthesis of N-alkyl(aril)-tetra pyrimidine thiones and investigation of their human carbonic anhydrase I and II inhibitory effects. Journal of Enzyme Inhibition and Medicinal Chemistry, 2016, 31(6), 1192–1197. Farzaliyev V., Sujayev A., Gulçin I. at all. Synthesis and Bioactivity of Several New Hetaryl Sulfonamides, J. Enz. Inh. Med. Chem., 2017, v.32, № 1, p.137–145. Vagif Farzaliyev, Parham Taslimi, Afsun Sujayev, Nazar Nazarov, Zubeyir Huyut, Saleh H. Alwasel and İlhami Gulçin. The synthesis of new cyclic thioureas and evaluation of their metal chelating activity, asetylcholinesterase, butyrylcholin-esterase and carbonic anhydrase inhibition profiles. J of Biochem. Mol. Tox., 2017, v.32. № 3, . S. S. Qojayeva, A. R. Sujayev. The Biginelli dihydropyrimidine synthesis and transformation of some 1-N-alkyl(aryl)-3,4-dihydropyrimidine-2(1H)-thiones, "Gənc tədqiqatçı", 2017, c.3.,№ 1 A. R. Sujayev, V. M. Farzaliyev, E. N. Garibov, N. M. Nazarov. Synthesis and Investigation of New Different pyrimidine-thiones, Organic Chemistry Current Research, 2017, 6:1, Doi: 10.4172/2161. Parham Taslimi, Sabiya Osmanova, İlhami Gulçin, Sabira Sardarova, Vagif Farzaliyev, A. R. Sujayev, Ruya Kaya, Fatma Koc, Sukru Beydemir, Saleh H. Alwasel and O. Irfan Kufrevioglu Discovery of Potent Carbonic Anhydrase, Acetylchlinesterase and Butyrylcholinesterase inhibitors: The new Amides andThiazolidine-4-ones Sinthesized on the Base of Asetophenones, J of Biochem. Mol. Tox., 2017, v.32. № 4, . Parham Taslimi, Afsun Sujayev, Fikret Turkan, Emin Garibov, Zübeyir Huyut, Vagif Farzaliyev, Sevgi Mamedova, İlhami Gulçin, Synthesis, and investigation of the conversion reactions of pyrimidine-thiones with nucleophilic reagent and evaluation of their acetylcholinesterase, carbonic anhydrase inhibition and antioxidant activities, Journal of Biochemical and Molecular Toxicology, 2018, V.32. № 2, . Mansura Huseynova, Parham Taslimi, Ajdar Medjidov, Vagif Farzaliyev, Mahizar Aliyeva, Gulnar Gondolova, Onur Şahin, Bahattin Yalçın, Afsun Sujayev, Efe Baturhan Orman, Ali Rıza Özkaya, İlhami Gulçin, Synthesis, characterization, crystal structure, electrochemical studies and biological evaluation of metal complexes with thiosemicarbazone of glyoxylic acid, Polyhedron, 2018, v.155, № 15, p.25–33, . Parham Taslimi, Sabiya Osmanova, Cuneyt Caglayan, Fikret Turkan, Sabira Sardarova, Vagif Farzaliyev, Afsun Sujayev, Nastaran Sadeghian, İlhami Gulçin, Novel amides of 1,1-bis-(carboxymethylthio)-1-arylethanes: Synthesis, characterization, acetylcholinesterase, butyrylcholinesterase and carbonic anhydrase inhibitory properties, Journal of Biochemical and Molecular Toxicology, 2018, V.32. № 9, Gulnar Gondolova, Parham Taslimi, Ajdar Medjidov, Vagif Farzaliyev, Afsun Sujayev, Mansura Huseynova, Onur Şahin Bahattin, Yalçın Fikret Turkan, İlhami Gulçin, Synthesis, crystal structure and biological evaluation of spectroscopic characterization of Ni(II) and Co(II) complexes with N-salicyloil-N′-maleoil-hydrazine as anticholinergic and antidiabetic agents, J of Biochem and Molecular Toxicology, 2018, V.32. № 9, . Gunel Maharramova, Parham Taslimi, Afsun Sujayev, Vagif Farzaliyev, Lokman Durmaz, lhami Gulçin, Synthesis, characterization, antioxidant, antidiabetic, anticholinergic, and antiepileptic properties of novel N‐substituted tetrahydropyrimidines based on phenylthiourea, Journal of Biochemical and Molecular Toxicology, 2018, V.32. № 10, DOI: 10.1002/jbt.22221. Abel Maharramov, Malahat Kurbanova, Arzu Sadigova, Rüya Kaya, Parham Taslimi, Afsun Sujayev, Vagif Farzaliyev, İlhami Gulcin. The synthesis and biological evaluation of optically active 2-amino-4-aryl-7,7-dimethyl-5-oxo-5,6,7,8-tetrahidro-4H-chromen-3-carbonitriles in the presence of chiral organic catalysts: antidiabetic and anticholinergics potentials, Archiv der Pharmazie, 2019, V.352, № 1, doi/full/10.1002/ardp.201800317. V. M. Fərzəliyev, Z. T. Məmmədova, A. A. Həsənli, İ. A. Rzayeva, E. N. Qəribov, Ə. R. Sucayev, N. M. Qriqoryeva. Rodanidlərin yeni alkil və aril törəmələrinin funksional xassələrinin tədqiqi, Milli Aviasiya Akademiyasının Elmi Əsərləri, 2019, c.21, № 1, s.44–49. G. Mamedova, R. Tas, V. Farzaliyev, S. Alwasel, B. Tuzun, P. Taslimi, A. Sujayev, S. Mamedov, A. Mahmudova, İ. Gulcin, Novel tribenzylaminobenzolsulphonyl-imine based on their pyrazine and pyridazines: synthesis, characterization, antidiabetic, anticancer, anticholinergic, and molecular docking studies, Bioorganic Chemistry, Elsevier, 2019, 93(12). S. Mammadov , A. Mahmudova, L. Shakhgeldieva, A. Sujayev, N. Ladokhina, L. Zeynalova, S. Mammadova, Synthesis and biological activity of new sulfonamides, New Materials, Compounds and Applications, 2019, 3(2), s. 77–86. F. Axundova, M. Kurbanova, A. Huseynzada, M. Alves, A. Sujayev, Synthesis and bioactivity of new analogue of bicyclic 1-azafagomine, Chemistry Select, Wiley-Blackwell, 2019, 4(45), s. 13384–13387. A. Sujayev, P. Taslimi, B. Safarov, L. Aliyeva, V. Farzaliyev, R. Kaya, İ. Gulçin, Synthesis, characterization and biological evaluation of N-substituted triazinane-2-thiones and theoretical–experimental mechanism of condensation reaction, Applied organometallic chemistry, Wiley-Blackwell, 2020, 34(2). A. Karimov, A. Orujova, P. Taslimi, N. Sadeghian, B. Mammadov, H. Karaman, V. Farzaliyev, A. Sujayev, R. Tas, S. Alwasel, İ. Gulçin. Novel functionally substituted esters based on sodium diethyldithiocarbamate derivatives: Synthesis, characterization, biological activity and molecular docking studies, Bioorganic Chemistry, Elsevier, Volume 99, June 2020, 103762. Taslimi, P., Erden, Y., Mamedov, S., Zeynalova, L., Ladokhina, N., Tas, R., Tuzun, B., Sujayev, A., Sadeghian, N., Alwasel, S., Gulcin, I. (2020). The biological activities, molecular docking studies, and anticancer effects of 1-Arylsuphonylpyrazole derivatives. Journal of Biomolecular Structure and Dynamics. doi.org/10.1080/07391102.2020.1763838. Parham Taslimi, Afsun Sujayev, Muhammet Karaman, Gunel Maharramova, Nastaran Sadeghian, Sabiya Osmanova, Sabira Sardarova, Nargiz Majdi , Handan U. Ozel, İlhami Gulcin, N-Substituted pyrimidinethione and acetophenone derivatives as a new therapeutic approach in diabetes, Archiv der Pharmazie, Wiley-Blackwell, 2020, 353(7), s. 1–25 Vagif Farzaliyev, Aleksey Shuriberko, Afsun Sujayev, Sabiya Osmanova, Sevinj Gojayeva, Konul Gahramanova, Synthesis, computational and biological activity of heteroatomic compounds based on phenylthiourea and acetophenone, Journal Molecular Structure, Elsevier, 2020, 1221(9), s. 128844–128853. İlhami Gülçin, Boris Trofimov, Ruya Kaya, Parham Taslimi, Lyubov Sobenina, Elena Schmidt, Olga Petrova, Vagif Farzaliyev, Afsun Sujayev, Claudiu T. Supuran, Synthesis of nitrogen, phosphorus, selenium and sulfur-containing heterocyclic compounds – Determination of their carbonic anhydrase, acetylcholinesterase, butyrylcholinesterase and α-glycosidase inhibition properties, Bioorganic Chemistry, Elsevier, 2020, 103(10), 104171. Afat Huseynova, Ruya Kaya, Parham Taslimi, Vagif Farzaliyev, Xadija Mammadyarova, Afsun Sujayev, Burak Tüzün, Umit M. Kocyigit, Saleh Alwasel, İlhami Gulçin, Design, synthesis, characterization, biological evaluation, and molecular docking studies of novel 1,2-aminopropanthiols substituted derivatives as selective carbonic anhydrase, acetylcholinesterase and α-glycosidase enzymes inhibitors, Journal of biomolecular Structure & Dynamics, 2020, 38(15), s. 1–14 VM Farzaliyev, BI Musayeva, GG Ismailova, AR Sujayev, NN Novotorzhina, Synthesis and research of sulfur, nitrogen organic compounds obtained based on ecologically pure glycerol derivatives, New Materials, Compounds and Applications Vol.4, No.1, 2020, pp.10–15 Afsun Sujayev, Parham Taslimi, Emin Garibov, Muhammet Karaman, Mohammad Mahdi Zangeneh, Novel cyclic thiourea derivatives of aminoalcohols at the presence of AlCl3 catalyst as potent α-glycosidase and α-amylase inhibitors: Synthesis, characterization, bioactivity investigation and molecular docking studies, Bioorganic Chemistry, Elsevier, 2020, 104(11), 104216. Abel Maharramov, Malahat Kurbanova, Parham Taslimi, Yeliz Demir, Aytan Safarova, Elnur Huseyinov, Afsun Sujayev, Saleh H. Alwasel and İlhami Gulcin, Synthesis, characterization, crystal structure and bioactivities of novel enamine and pyrrole derivatives endowed with acetylcholinesterase, α-glycosidase and human carbonic anhydrase inhibition effects, Organic Communications, 2021, 14(2), 144–156. Elmina Gadirova, Sevinj Hajiyeva, Afsun Sujayev, Investigation of photocatalytic properties of TiO2 nanoparticles belonging to rutile phase, Journal of Molecular Structure, 2021, 1227(03):129534, DOI: 10.1016/j.molstruc.2021.129534 Parham Taslimi, Fidan Akhundova, Malahat Kurbanova, Fikret Türkan, Burak Tuzun, Afsun Sujayev, Nastaran Sadeghian, Abel Maharramov, Vagif Farzaliyev, İlhami Gülçin, Biological Activity and Molecular Docking Study of Some Bicyclic Structures: Antidiabetic and Anticholinergic Potentials, Polycyclic Aromatic Compounds, 2021, Nelya Novotorzhina, Afsun Sujayev, Gunay Ismayilova, Mehpara Safarova, Bella Musayeva, Tamilla Mammadgasanzadeh, High sulfur compounds as anti-seize additives for transmission oils, New Materials, Compounds and Applications, 2021, 5(3), 192–197. Veliyeva L., Sadıqova A., Israfilova Z., Rzaeva I., Kurbanova M., Farzaliyev V., Maharramov A., Sujayev A., Towards fuel antioxidants of new types, Applied Petrochemical Research, 2021, 11(3):317–325 Akchurina T., Sardarova S., Efendiyeva Kh., Eyvazova I., Farzaliyev V., Sujayev A., Synthesis and study of aroylethyl (ethyl)-xanthates as stabilizers of polymeric materials, Applied Petrochemical Research, 2021, 11(3):327–333 Farzaliyev V., Mustafayev N., Efendiyeva K. et al, Synthesis and Study of Bisakylxanthogenates as Additives to Lubricating Oils, Chemistry Africa, 2022, 5(3):569–574. Nagiyeva E, Farzaliyev V, Kazımzadeh A, Ramazanova Y, Mammedyarova Kh, Mammedova R, Sujayev A., Synthesis and study of modified alkylphenolate additives for motor oils, Iranian Journal of Chemistry and Chemical Engineering, 2022, Ibadulla Mahmudov, Yeliz Demir, Yusuf Sert, Yusif Abdullayev, Afsun Sujayev, Saleh H Alwasel, Ilhami Gulcin, Synthesis and Inhibition Profiles of N-Benzyl-and N-Allyl Aniline Derivatives against Carbonic Anhydrase and Acetylcholinesterase–A Molecular Docking Study, Arabian Journal of Chemistry, 2022, 15(3), 103645, İlhami Gulcin, Olga V Petrova, Parham Taslimi, Svetlana F Malysheva, Elena Yu Schmidt, Lyubov N Sobenina, Nina K Gusarova, Boris A Trofimov, Burak Tuzun, Vagif M Farzaliyev, Saleh Alwasel, Afsun R Sujayev, Synthesis, characterization, molecular Docking, acetylcholinesterase and α‐glycosidase inhibition profiles of nitrogen‐based novel heterocyclic compounds, ChemistrySelect, 7(19), e202200370, Nazim Mustafayev, Nelya Novotorzhina, Yulduz Ramazanova, Bella Musayeva, Mehpara Safarova, Gariba Gakhramanova, Ingilab Ismayilov, Afsun Sujayev, Synthesis and Study of Novel Derivatives of 1,3-Dioxolane as Anti-Seizing Additives to Lubricating Oils, Chemistry Africa, 2022, DOI: 10.1007/s42250-022-00399-0. Ibadulla Mahmudov, Zeliha Atiog˘lu, Mehmet Akkurt, Yusif Abdullayev, Afsun Sujayev and Ajaya Bhattarai, 2-(4-amino-6-phenyl-1,2,5,6-tetrahydro-1,3,5-triazin-2-ylidene)malononitrile dimethylformamide hemisolvate, Acta Cryst. (2022). E78, Ibadulla Mahmudov, Vagif Farzaliyev, Yusif Abdullayev, Afsun Sujayev, Synthesis and study of biological activity of some metal complexes of pyrazole derivatives, Second internatıonal bı Latera L Workshop on scıence between Dokuz Eylul Universıty and Azerbaıjan Natıonal Academy of Scıences, 18 november 2022, p.21–22. Vagif Farzaliyev, Irada Rzayeva, Afsun Sujayev, Lyubov N Sobenina, Elena Schmidt, Nina Gusarova, Svetlana Malysheva, Ol’ga Petrova, Boris Trofimov, Inhibited oxidation of hydrocarbons in the presence of nitrogen-, phosporius, selenium, sulfur-containing heterocyclic compounds, Journal of Chemistry and Chemical Engineering, 2022/11/27, Tahir Javadzade, Irada Rzayeva, Svetlana Demukhamedova, Gulnara Akverdieva, Vagif Farzaliyev, Afsun Sujayev, Famil Chiragov, Synthesis, structural analysis, DFT study, antioxidant activity of metal complexes of N-substituted thiourea, Polyhedron, Volume 231, 1 February 2023, 116274, Zubeyda Israfilova, Parham Taslimi, İlhami Gülçin, Yusif Abdullayev, Vagif Farzaliyev, Muhammet Karaman, Afsun Sujayev, Saleh H. Alwasel, Some Thiocyanate Containing Heterocyclic Compounds: Synthesis, Bioactivity and Molecular Docking Study, ChemistrySelect, 2023, 8(3), e202203653, Sevinj Hajiyeva, Elmina Gadirova, Afsun Sujayev, Nedim Ozdemir, Degradation of Phenol in the System TiO2 Nanoparticles and N-Containing Compound, Journal of the Chemical Society of Pakistan, 2023, v.45, № 01, e12567 Ibadulla Mahmudov, Atash V Gurbanov, Louisa Martins, Yusif Abdullayev, Afsun Sujayev, Kamran T Mahmudov, Armando JL Pombeiro, Co (II/III), Ni (II) and Cu (II) complexes with a pyrazole-functionalized 1, 3, 5-triazopentadiene: synthesis, structure and application in the oxidation of styrene to benzaldehyde, New Journal of Chemistry, 2023. Aliverdi Karimov, Parham Taslimi, Arzu Orujova, Khuraman Mammadova, Dursun Kısa, Vagif Farzaliyev, Afsun Sujayev, Nastaran Sadeghian, Tugba Taskin‐Tok, Saleh Alwasel, Ilhami Gulcin, Design, Synthesis, Characterization and Biological Activities of Novel S‐(Acyloxy) butyl‐N, N‐Diethyldithiocarbamate Compounds, ChemistrySelect, 2023, v.8, № 18, e202300286, T. A. Dzhavadzade, V. I. Mardanova, A. R. Sudzhaev, Kh. D. Nagiev, F. M. Chyragov, Determination of Trace Nickel (II) after the Preliminary Extraction of Complexes with 1-(2-Allylamino-1-Methylethyl)thiocarbamide, Journal of Analytical Chemistry, 2023, 78(11), 1487–1491 Shahla Tahirli, Fargana Aliyeva, Halil Şenol, Svetlana Demukhamedova, Gulnara Akverdieva, Irada Aliyeva, Sitara Veysova, Nastaran Sadeghian, Sevilay Günay, Yavuz Erden, Parham Taslimi, Afsun Sujayev, Famil Chiragov, Novel complex compounds of nickel with 3-(1-phenyl-2, 3-dimethyl-pyrazolone-5) azopentadione-2, 4: synthesis, NBO analysis, reactivity descriptors and in silico and in vitro anti-cancer and bioactivity studies, Journal of Biomolecular Structure and Dynamics, 2024, Shahla Tahirli, Nastaran Sadeghian, Farqana Aliyeva, Afsun Sujayev, Sevilay Günay, Yavuz Erden, Namig Shikhaliyev, Savaş Kaya, Eda Mehtap Özden, Famil Chiragov, Avni Berisha, Parham Taslimi, New Azo Derivative of β‐Diketones and Its Cu (II), Co (II) Complexes: Synthesis, Theoretical Study and Biological Activity, Chemistry & Biodiversity, 2024, e202301861, Afsun Sujayev, Nastaran Sadeghian, Parham Taslimi, Namık Kılınç, Musa Akkuş, Burak Özçelik, Vagif Farzaliyev, Saleh H Alwasel, İlhami Gülçin, Functionally substituted derivatives of novel thiourea and phenylthiourea as potent aldose reductase, α-amylase, and α-glycosidase inhibitors: in vitro and in silico studies, Macromolecular Research, 2024, Ə. R. Sucayev, M. Ə. Allahverdiyev, Y. C. Səfərov "1-(2-anilino-1-metiletil) tiokarbamid sürtkü yağlarına təsir edən antimikrob aşqar kimi", Az. SMPDK-nin ixtiralar, faydalı modellər, sənaye nümunələri, rəsmi bülleten, İ 2010 0039, № 3, 2009. V. M. Fərzəliyev, Z. T. İsrafilova, L. N. Əliyeva, Ə. Ə. Qədirov, Ə. R. Sucayev, N-[1-(fenilsulfonil)-2-(propoksikarbonil)-3-(tiosianato)-4,6-dimetil]-piperidin sintetik sürtkü yağlarına çoxfunksiyalı aşqar kimi, İ 2022 0100, 30.12.2022 N. N. Novotorjina, Ə. R. Sucayev, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, Dioksibutil-bor-oksimetilbutilksantogenat sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi, İ 2023 00048, 12.06.2023 N. N. Novotorjina, Ə. R. Sucayev, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, (2,2-dimetil-4-metilen-1,3-dioksalan-benzil)disulfid transmissiya yağlarına siyrilməyə qarşı aşqar kimi, İ 2023 00046, 12.06.2023 N. N. Novotorjina, Ə. R. Sucayev, Q. A. Qəhrəmanova, M. R. Səfərova, B. İ. Musayeva, İ. P. İsmayılov, Y. S. Mustafayeva, (2,2-dimetil-4-metilen-1,3-dioksalan-allil)disulfid transmissiya yağlarına siyrilməyə qarşı aşqar kimi,, İ 2023 00051, 12.06.2023 Ə. R. Sucayev, Ş. K. Kazımzadə, N. N. Novotorjina, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, Toluolsulfoallilksantogenat sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi,, İ 2023 00079, 30.10.2023 N. N. Novotorjina, Ə. R. Sucayev, A. X. Məmmədova, Ş. K. Kazımzadə, Q. A. Qəhrəmanova, M. R. Səfərova, İ. P. İsmayılov, Y. S. Mustafayeva, Toluolsulfometilksantogenat transmissiya yağlarına siyrilməyə qarşı aşqar kimi,, İ 2023 00065, 28.09.2023 V. M. Fərzəliyev, H. Ə. Cavadova, Ə. R. Sucayev, E. M. Cəfərov, İ. İ. Kazımov, A. G. Əliyev, M. İ. Kazımov, İ. E. Cəfərov, M. E. Məmmədov, E. A. Vəliyev, F. T. Mahmudov, Mazut əsasında alınan qalıq yanacaqlarının özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavə, İ 2023 0090, 01.12.2023 V. M. Fərzəliyev, H. Ə. Cavadova, Ə. R. Sucayev, V. B. Abbasov, S. T. Rüstəmov, Xüsusi təyinatlı texnikanın dizel mühərriki üçün bütün mövsümlərdə işləyən motor yağı, İ 2023 0094, 26.12.2023 Qrant layihələri "Sürtkü materiallarının istismar keyfiyyətini artıran müxtəlif funksional təsirli yeni aşqarların alınması", GƏNC ALİM və MÜTƏXƏSSİSLƏRİN 2-ci qrant müsabiqəsi EİF/GAM-2013–2(8), [( "Sürtgü yağlarına və yanacaqlara yeni nəsil yüksək təsirli çoxfunksiyalı kükürdsaxlayan aşqarların sintezi və tədqiqinə həsr edilmiş silsilə elmi əsərlər", Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 2014-cü il müsabiqəsinin qalib layihələri [( "Neft mənşəli məhsulların istismar xassələrini kəskin yaxşılaşdıran yeni və kombinə təsirə malik antioksidantların yaradılması" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun elan etdiyi 2017-ci il müsabiqəsinin qalibi olmuş layihələrin siyahısı ( "Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması", Azərbaycan Milli Elmlər Akademiyası və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsinin birgə layihə müsabiqəsi, 2018–2019. Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi (EİF-ETL-2020–2(36)), 01-04-2021-01-04–2022. Pedaqoji və digər fəaliyyəti Əfsun Sucayev 2016-cı ildən AMEA Aşqarlar Kimyası İnstitutunda magistratura pilləsində "Üzvi kimya", 2022-ci ildən isə Bakı Dövlət Universitetinin "Kimya mühəndisliyi" ixtisası üzrə magistrlərə "Ağır neft xammalı emalı", "Neft və qazın kompleks emalının elmi əsasları" və "Neft və qaz emalının ekoloji problemləri" fənnlərindən mühazirə və laboratoriya dərslərini keçir, onların diplom işlərinə rəhbərlik edir. Elmi rəhbərliyi altında 4 magistr müdafiə etmişdir. Hazırda elmlər doktorluğu üzrə 2, fəlsəfə doktorluğu üzrə 3 doktorant və disertantın, 2 magistrantın elmi rəhbərliyi davam edir. Ə. Sucayev, pedaqoq kimi dərs dediyi magistrlərə dərin bilik verməklə yanaşı onlarda elmə maraq oyatmağa, gələcəkdə yüksək ixtisaslı kadrlar kimi yetişmələrinə və vətənpərvərlik hissi aşılamağa çalışır. Əfsun Sucayev AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ərsəyə gələn "Bu günün şagirdi, sabahın alimi", "Kimyanı məntiqlə öyrən" bilik yarışlarının ümumtəhsil məktəblərində keçirilməsində fəallıq nümayiş etdirmiş, Bakının bir çox orta məktəblərində "Kiçik Akademiya"ların yaradılması, "Elm Guşəsi"nin açılması və "Kimya Fənn Gecəsi"nin təşkil edilməsində yaxından iştirak etmişdir. O, orta məktəb şagirdləri və ali məktəb tələbələri ilə tez-tez görüşlər keçirir, gənc nəslin elmə həvəsini artırmaq istiqamətində mühüm işlər görür. Ə. Sucayev 2017–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Bilik günü" ilə əlaqədar olaraq respublikanın müxtəlif rayonlarında (Lənkəran, İsmayıllı, Lerik) yerləşən ümümtəhsil orta məktəblərin şagirdləri üçün vətənpərvərlik mövzusunda təşkil etdiyi seminarlarda mühazirələr oxuyub. Əfsun Sucayev elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Təhsilə Dəstək Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı 2022-ci ildə Bərdə, Yevlax və Abşeronda Ağdam, Kəlbəcər və Laçından olan məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin peşə təhsili ilə bağlı maarifləndirilmə seminarlarında təlimçi kimi çıxış etmişdir. Beynəlxalq elmi fəaliyyəti Əfsun Sucayev Azərbaycan elmini beynəlxalq səviyyədə layiqincə təmsil edir. 2014–2015-ci illərdə Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texniki Atatürk və Bartin universitetlərində, Belarusun Qomel şəhərində yerləşən Bioaktiv maddələrin biokimyası İnstitutunda təcrübə keçmişdir. Eyni zamanda elmi rəhbəri olduğu Bakı şəhəri Nizami rayonu 251 saylı məktəbin şagirdləri — Cavad Cəbrayılov və Lalə Allahverdiyevanın 2018-ci ilin iyun ayında Türkiyədə keçirilən 38 xarici ölkədən 450 iştirakçının qatıldığı "OKSEF-2018" beynəlxalq layihə olimpiadasında bürünc medal, 2020-ci ildə dünyanın 24 ölkəsindən 74, Türkiyənin isə 27 şəhərindən 90 layihə sırasında final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Raya Həsənli "BUCA IMSEF-2020 Beynəlxalq Elm Müsabiqəsi"ndə gümüş medala, 2021-ci ildə dünyanın 27 ölkəsindən 167 layihə sırasında "BUCA IMSEF-2021 Beynəlxalq Elm Müsabiqəsi"ndə final mərhələsində çıxış edən Mingəçevir şəhəri Təbiət-riyaziyyat Humanitar elmlər təmayüllü liseyin şagirdi Həsənli Rəsul və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Musayev Taleh kimya fənni üzrə hazırladıqları elmi-innovativ layihə bürünc medala layiq görülüb. Onlar eyni zamanda 2022-ci ildə keçirilən "Sabahın alimləri" XI Respublika Müsabiqəsinə "Kimya" bölməsi üzrə qatılaraq III yerin qalibi olublar. Əfsun Sucayev 2013, 2021-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun, 2014, 2018-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Elm Fondunun keçirdiyi qrant müsabiqələrinin qalibi olan bir sıra layihələrin rəhbəri və icraçısı olmuşdur. Əfsun Sucayev 2016-cı ildə Moskvada keçirilən "MDB Elm Forumu"nda, 2021-ci ildə Almaniyanin Marburq Universiteti, EurJOC və "ChemBioChem" beynəlxalq kimya elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilmiş 15-ci Alman Peptid onlayn simpoziumunda, Türkiyənin Atatürk Universitetinin təşkilatçılığı ilə keçirilən 1-ci Beynəlxalq Təbiət Elmləri Konqresində (ICNAS 20211), o cümlədən bir sıra yerli konfrans və elmi simpoziumlarda plenar iclaslarda məruzələrlə çıxış etmişdir. Əfsun Sucayev 2022-ci ildə Türkiyənin Bartin Universitetində elmi ezamiyyətdə olduğu zaman Fən fakültəsinin təşkil etdiyi "Bilim söhbətləri"ndə "Müxtəlif məqsədlər üçün yeni üzvi birləşmələrin sintezi və tətbiq sahələrinin müəyyənləşdirilməsi" mövzusunda maraqlı təqdimatla çıxış etmişdir. Əfsun Sucayev bir çox nüfuzlu xarici jurnalların (Bio-organic chemistry, Journal heterocyclic chemistry, Molecular diversity, Journal organometallic chemistry, Biomolecular structure and dynamics, Journal Molecular Structure, ChemistrySelect, Medicinal Chemistry Research, Current Organic Chemistry və Park Dergi) beynəlxalq rəyçisidir. Elmi-təşkilati fəaliyyəti Əfsun Sucayev elmi fəaliyyətlə yanaşı elmi-təşkilatçılıq işləri də yerinə yetirir. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Komissiyasının üzvü, Bakı Mühəndislik Universiteti Dövlət İmtahan və Buraxılış Attestasiya Komisiyasının sədri, Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri, Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-nin nəzdində fəaliyyət göstərən "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər" üzrə Texniki Komitənin (TK34) və Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının sədr müavinidir. O, Türkiyənin "Park Dergi" jurnalının redaksiya heyətinin üzvüdür. O, eyni zaman da dəfələrlə beynəlxalq və respublika elmi konfranslarının Təşkilat Komitəsinin üzvü olmuşdur. İctimai fəaliyyəti Əfsun Sucayev tələbəlik illərindən ictimai fəallıq nümayiş etdirirdi. O, Gəncə Dövlət Universitetinin kimya fakültəsinin Tələbə elmi cəmiyyətinin üzvü, sonra isə sədri olmuşdur. Həmçinin, 2013–2020-ci illərdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü və eyni zaman da Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri olmuşdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. Mükafatları "Akademik Əli Quliyev mükafatı" (2014) "Web of Science Awards" (2018) "Top Sited Article in Wiley 2018–2019" (2020) "Elmdə Zəfər Mükafatı-2021" (2021) "İstinadda rekord" (2023) Xarici keçidlər [Əfsun Sucayev: "Gənc alimin nüfuzunun artırılması diqqət mərkəzindədir" (
https://az.wikipedia.org/w/index.php?curid=315162
Əfsuran
Əfsuran (fars. زنگبار) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Şərqi kəndistanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 300 nəfər yaşayır (61 ailə). Şablon:Gərmi şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=473375
Əfsəhəddin Hidayətullah
Əfsəhəddin Hidayətullah (Hidayət; XV əsr – dekabr 1497 və ya yanvar 1498) — Ağqoyunlular dövlətinin siyasi xadimi,şair. Şeirlərində Hidayət təxəllüsündən istifadə edən Əfsəhəddin Hidayətullah bəy haqqında ədəbiyyat tarixində və bununla bağlı araşdırmalarda kifayət qədər məlumat yoxdur. Dövrün mənbə və qaynaqlarında türk dilində şeirlər yazmış bir sıra şairlərin adlarına rast gəlinsə də Hidayət adına sadəcə Kafzadə Faizinin "Zübdətül-eş-ar, Keşfü-zzünun və Sicill-i Osmanlı əsərlərində Hidayət Beg Nevayi kimi rast gəlinir. Bu şəxsin 1573-cü ildə vəfat etdiyi yazılır və sadəcə 2 ədəd Türkcə beytindən başqa heç bir məlumata rast gəlinmir. Lakin şairin ölüm tarixinin XVI əsrin ikinici yarısına təsadüf etməsi bu şəxsin Hidayətullah bəy olduğu ilə bağlı şübhə yaradır. Əmir Hidayətullah bəy qəzəllərində Ağqoyunlu hökmdarı Sultan Xəlildən, onun yaşadığı qəsrdən, qəsrin hər bir bürcündə parlayan İqbal ulduzundan, Taxt-ı Təbrizdən, şəm-i İrandan bəhs edib, mədhiyələr düzməsi onun Sultan Xəlil dövründə yaşadığını göstərir. Ol ki, əbül-fəth ləqəbdir ona İşə kərəm-huyi ədəbdir ona beytində şahın qələbi əbül-fəth olaraq göstərilir ki, bu ləqəb məhz Sultan Xəlilin adı ilə bağlıdır.Bəyin divanının Bodleian nüsxəsində bir digər Ağqoyunlu şahı Sultan Yaqubun da adına yer verilmişdir. Ey könül Yaqub Sultandur kim olmuş ki tiğ ilə əlindədir Ya Əli hər təzadın zülfükar əlindədir Gül keçib gülzar otursa nola çün bayəndədir Aləmin bağında sərv-i himmət-i Yaqub xan Belə ki, nüsxələrdən birində Sultan Xəlilin bir digərində Sultan Yaqubun adının keçməsi Hidayətullah bəyin həyatının heç olmasa bir dövrünün Ağqoyunlu sultanlarının hakimiyyətlərinə təsadüf etdiyini göstərir. Bu da şairin Ağqoyunlu hakimiyyətində olan ərazilərdə yaşadığının sübutudur. Bu baxımdan ən dolğun məlumatı Cəlaləddin Məhəmməd ibn Əsəd Dəvvaninin “Ərznamə ” əsərindən almaq mümkündür. Əsərdə Uzun Həsənin oğlu şahzadə Xəlilin Fars əyalətində olduğu bir vaxtda yoxlama üçün keçirtdiyi paradın əfraflı təsviri verilib. Burada Ərzin başlanmasını təsvir edən bölümdə aşağıdakı cümlələrə yer verilib: “Ölkələrin sultanı (Xəlil) mübarək ayın 5-ci günü səhər saatlarında bəzəkli taxtda əyləşdi. Nökərləri, çavuşları və nökərləri onun ətrafına toplaşdılar. Onun uca məqamında və padşahlıq parıltısında hamısı cənnətdə olduqlarını düşünürdülər. Əşyalar, küplər, qızıl və gümüşlər adət-ənənəyə uyğun olaraq, qarşısında bir sıra düzülmüşdü.Böyük əmir Möhrdar bəy və onunla möhürdarlıq etmiş və hökmdarın nökərləri arasında uğur qazanmış Hidayətullah bəy xidməti adətinə uyğun olaraq əllərində qılıncla qarşısında dayanmışdılar. Şərqə baxan tərəfdə, digər saray əyanları və əhl-i tərab öz musiqi alətləri ilə onların ixtiyarında idilər.” Bu təsvir və adlandırmadan Əmir Hidayətullah bəyin şahzadə Xəlilin divanında "möhrdar bəy" rütbəli "əmir-i kəbir" olduğu anlaşılır. Həmin əsərin “Ərzin ikinci gününün siffəti” bölməsində Əmir Hidayətullah və qardaşı Əmir İnayətullahın adları “ iki böyük əmir: əmir-i kəbir” kimi göstərilib. Onların hər ikisinin “söz əhli” olduğu, dünyada taylarının olmadığı və şöhrətlərinin göylərə ucaldığı qeyd olunur. Bundan əlavə, onların protokoldakı yerlərinin “Möhrdar bəyin” məqam və rütbəsinə bərabər olduğu bildirilmiş və Əmir Hidayətullahın şahzadə Xəlilin yoldaşlarından biri olduğu da qeyd edilmişdir.Rus tarixçisi Vladimir Minorski şairin divanının Bodleyn nüsxəsinin kətəbəsindəki ad və rütbənin Ərzanamədə verilən ad və rütbə ilə eyni olması səbəbindən hər ikisinin eyni insan olduğu fikrini təsdiqləyir. Buna baxmayaraq nüsxənin ara səhifələrindən birində Divan-i Hidayət Bəh pərvanəçi qeydi olsa da, Ərznamədə belə bir rütbədən bəhs olunmur. Lakin ona Sultan Xəlilə yaxınlığı və digər vəzifələrinə görə pərvanəçi vəzifəsinin verilməsi də ehtimal daxilindədir.Hidayətullah bəy Sultan Xəlilin əmir-i əzəmi olduğundan şairin Sultan Xəlilin taxta çıxmasından sonra şahzadə Xəlil ilə birlikdə Fars vilayətinin Şiraz şəhərində (İraq Əcəmi) yaşadığı və onunla birlikdə Təbrizə gəldiyi anlaşılır. Çünki onun divanında Təbrizdə yaşadığını göstərən beytlər var. Sultan Xəlilin ölümündən sonra Hidayətullahın Təbrizdə qalıb-qalmadığını dəqiq bilmirik. Əbu Bəkr Tehraninin Kitab-i Diyarbəkriyyə əsərinin davamı sayılan və Sultan Xəlil ilə Sultan Yaqub xanının 1497-ci il 1497-ci illər arasında hakimiyyəti dövründə baş verən hadisələri əhatə edən Fəzlullah Ruzbehanın "Tarix-i Alam-Ara-yı-Əmini" əsərində əsərində Yaqub xanın taxt -tacı ələ keçirdikdən sonra gördüyü işlər haqqında məlumat verilir.Əsərdə verilən məlumata görə Sultan Xəlilin məğlub olub öldürülməsindən sonra onun əmirlərindən bəziləri biət etmək üçün Yaqub xanın yanına gəldilər. Yaqub xan onlardan bəzilərini (Osman Miranşah kimi) əfv edərək onlara vəzifələr və yüksək maaşlar verdi. Digər əmrləri vəzifələrində saxladı. Yenə burada verilən məlumata görə, Sultan Xəlilin ölüm xəbəri gələndə oğullarından Əlaəddin Əli bütün şəxsi xəzinəsini toplayaraq anası və bir neçə qohumunu da götürərək İraqa köçüb. Digər tərəfdən Sultan Xəlilin əyanlarından bir qismi də Xəlil tərəfindən Şiraza göndərilən oğlu Əlvəndi Yaqub xanı qanuni hökmdarı kimi tanıdı. Bu hadisə İraqi Əcəm bölgəsində türklər və taciklər arasında yeni problemlərə səbəb oldu. Hidayətullahın divanında ara-sıra İraqdan şikayət edən beytlərə yer verir və deyirdi: Surh ab içində qanın töksə Hidayət inciməyə Eyni kərəmdir hər nə kim ol tərki Təbriz eyləyə Bu beytlər şairin də Təbrizdən ayrılmağının işarəsi ola bilər. Lakin aşağıdakı beytlərdə şairin İraqda rahat olmadığı və köhnə nüfuzunu itirdiyi görünür: Əgər qulluqda təqsir oldu məndən Ümidin əfvdir ey şah səndən Qulam qul məndə tək əksikliyi çox Şehün hər suçla quldan dönməyi yox Vəli sənsiz mənə çəkdir çəri qəm nə bir yoldaş nə bir yar həmdəm Çevirdi çevrəmi səylab-i mihnət Qərq etdi məni qərq-abi mihnət Qılıb dövlət məqamında iqamət Görüm dildarını sağı salamat Şaha bu xeyr ilə ta xeyir qılma Unut təqsirimi təqsir qılma Belə ki, məsnəvi bölməsində şahı tərif edən , ona dua edən beytlərdən sonra bu beytlər ondan uzaqda yaşamağın və bütün dostlarından aralı olmasının gətirdiyi iztirabı, şahdan əfv diləyərək yenidən dövlət məqamında olma aruzunu tərənnümü idi. Hidayətullah bəyin Divanında özü barədə verdiyi məlumatlar bu qədərdir. Divan-ı Hidayət Hidayət “Divan”ında: Gər Hidayətnin Nəvayi kimi rəngin sözləri -deyərkən həm Nəvai yaradıcılığına yüksək ehtiramını, həm də öz istedad gücünü göstərmişdir. Nəvai şeirlərindən ilhamlanaraq Hidayət, ya həmdövrünün qəzəlinə nəzirə yazmış, ya da qəzəldən ayrı-ayrı misraları təzmin etmiş, Nəvaidəki dil və məzmunu öz ana ləhcəsində bəzən eyni vəzn, həmçinin rədif və qafiyə sistemi ilə ideya-üslubuna görə dəyişə bilmişdir.Ümumiyyətlə, Hidayətin şeirləri məzmununa görə fərqli, dildə ifadə vasitələrindən istifadə üsuluna görə isə fərqli üsluba malikdir. Yəni irfani-fəlsəfi məzmundan irəli gələn ərəb fars dillərinin qəlibləşmiş ifadələri və cümlələri istifadə edilməsinə baxmayaraq, Əfsəhəddin Hidayət Divanı daha çox xalq (ana) dilinə aid cəhətlərin üstünlüyü ilə səciyyələnən danışıq-folklor üslubunun XV əsrin tam yeni ədəbi nümunəsi hesab etmək olar. Ali mənsəb sahibi, saray rəsmini olmasına baxmyaraq, Hidayətin xalq təfəkkürünü, adət və ənənələrini, dilini şairanə duymaq qabiliyyəti onun bədii ifadə, məcazlar və də obrazlar sistəminə güclü şəkildə nüfuz edib. Əlyazma nüsxələri Əfsəhəddin Hidayətullah bəyin divanının günümüzə bir neçə nüsxəsi gəlib çatmışdır. Oksford, Bodleyn kitabxanasındakı nüsxə. Miqləbli , şəmsəli ,zəncirəkli dəri cildli 116 vərəqlidir. Ölçüləri 21,2x11,8 sm-dir. Sətir sayı 10-12 sətir arasında dəyişir, nəstəliq xətti ilə yazılıb. Səhifənin kənar və ortaları ilə qəzəllərin arası cədvəlli və yaldızlıdır. 1b səhifəsinin başlanğıcı müzəhhəbdir . Ara səhifələrdə "Divân-i Hidâyet Beg Pərvanəçi" yazısı var. 1b-dəki mətn: “ Ey cani könül ilə valih ü şeyda İşbatun üçün kövn ü məkan oldu hüvəyda ” beyti ilə başlayır. Kətəbə qeydinə görə divanım sahibi Əmir-i əzəm Hidayətullah Bəydir. Yazı hicri 903/m. 1497-ci ildə Pir Hüseyn əl Katib tərəfindən köçürülmüşdür. Kətəbə qeydi belədir: “temme'd-divänu'l-Emirü'l-a'zamu'l-mağfür emiru efsahu'd-din Hidaye tu'l-lah Beg nevverallahu kabrehu fi tärih-i aşere evăil-i cemädiye'l-evvel minhu seläse ve tis'amie 'ala yedi'l-abdi'l-müznib pir Hüseyn əl-kətib və'l-hamdüli'l lahi əvvəl və axirən”. Əlyazma 1663-cü ildə arxiyepiskop Laud tərəfindən Bodleyn Kitabxanasına hədiyyə edilmişdir. Dublindəki (İrlandiya) Chester Beaty Kitabxanasındakı nüsxə . Kitabxana kataloqunda verilən məlumata görə, qəhvəyi rəngli cildlə cildlənib. Qapağın ortası və kənarları içəriyə doğru oyulmuş və güllərlə bəzədilmişdir. Əlyazmanın ölçüsü: 17,3x12,3 sm, yazı sahəsi 11x6,8 sm-dir. Vərəqlərin sayı 73, sətirlərin sayı iki sütunda 11-dir. Yazı nəstəliqdir. Vərəqlərin kənarları və ortası yaldızla əhatələnib. Yuxarı və aşağı künclər, orta hissələr mavi rəng və yaldız üzərində relyefli qəhvəyi güllərlə bəzədilmişdir. 1b səhifəsinin yuxarı hissəsi də yaldızlı müzahhəbdir. Əlyazmanın kağızı nazik, krem rəngli, yaldız səpilmiş yarımparlaq kağızdır. Nüsxənin zəhriyəsinin bütün a və b tərəfləri qızılı zərin üstünlük təşkil etdiyi fonda və nəfis üslubda mavi və açıq yaşıl rənglərlə bəzədilmişdir. Səhifələrimin ortasındakı şəmsələrdə "ümmətlərin riqaabının maliki, dinin, dünyanın və səltənətin qolu Sultan-i əzəm Əbül-fəth Sultan Xəlil Bahadır xanın kitabxanası üçün" sözləri yazılıb. Bundan başqa əlyazmanın 8b, 19b, 38b və 70 ci səhifələrində qəzəllərlə bağlı miniatürlərə yer verilib. Əlyazmanın kətəbə qeydi yoxdur. Buna görə də yazılma tarixi bilinmir. Lakin yazı üslub xüsusiyyətlərini nəzərə alaraq 1478-ci ildə yazıldığı qəbul edilir. Bundan başqa əsərin I Sultan Mahmud tərəfindən vəqfedildiyini göstərən rəsmi bir qeydiyyat qeydi və 6975 sıra nömrəsi var. Rəqəmlə yazı arasında isə Sultan Mustafanın möhürü yerləşir. Səhifənin sol üst küncündə isə üləma Qasım ibn Maqsud adlı başqa bir şəxsin möhürü vurulub. Kirman nüsxəsi. Bu nüsxə Hicri 893/M. 1488-ci ilin aprelində köçürülmüş nüsxədir. Əlyazma əvvəllər Əfşar tayfasının başçılarından birinin ixtiyarında idi, lakin sonralar G.F. S. Stivensin kitabxanasına keçir. Türkoloq Zeynəb Qorxmaz bu nüsxə ilə bağlı ətraflı məlumat əldə etmək məqsədilə V.Minorskiyə 1965-ci ildə məktub yazmışdır. Minorski isə məktuba cavabında qeyd etmişdir ki, o Stivensdəki nüsxədən bəzi surətləri gətirtsə də, kserokopiya yaxşı hazırlanmadığına görə kifayət qədər oxunaqlı deyil. Minosrki bildirir ki, Chester Beaty-nin surəti bu nüsxədən qat-qat yaxşıdır. Bundan əlavə alim Stivensin əvvəllər Marseldə yaşadığını və indi Hindistana qayıtmış ola biləcəyini, lakin onun izini itirdiyini və Stivensin bu nüsxəni əldən buraxmaq istəmədiyini əlavə edib. Minorskinin izahına görə, Stivensin nüsxəsində 78b, 85a və 88a səhifələrində cəmi üç miniatür var. 88a- dakı miniatür, Chester Beatydəkinin bir variantıdır. Minorski bu məktubdan çox az sonra dünyasını dəyişdiyi üçün Qorxmaz ondan bəzi nümunələr istəmək imkanının olmadığını söyləyir. Topqapı Sarayı Muzeyi Kitabxanasındakı nüsxə. Əhərli əlvan kağız üzərində ölçüsü 25,5x15 sm-dir, 56 vərəqdir. Mətnin sahəsi 8,6 sm, sətirlərin sayı 14, təliq xətlidir. Sərlövhə müzəhhəb, cədvəllər yaldızlıdır. Miqləbli qəhvəyi rəngli dəri ilə cildlənib. Əlyazma nüsxəsində tarix yoxdur. Onun XVII əsrdə köçürüldüyü təxmin edilir. Topqapı Sarayındakı nüsxə olduqca müasirdir. Tələb olunan köməkçi məlumatları təmin edəcək hər hansı fərqli xüsusiyyətlərə malik deyil. Hidayətullahın həyatına və ədəbi şəxsiyyətinə işıq salmaq, əsərin dil quruluşunu orijinala yaxın formada üzə çıxarmaq baxımından ən uyğun nüsxələr Chester Beatty və Bodleyn nüsxələridir. Aidə Paşayeva. Akkoyunlu Şair Efseheddin Hidayetullah Bey. Diyarbakır: Diyarbakır valiliği yay. Uluslararası Oğuzlardan Osmanlıya Diyarbakır Sempozyumu. 2004. 401–409. Zeynep Korkmaz. XV. Yüzyıl Azerî Türkçesinin Değerli Bir Temsilcisi Emîr Hidâyetullah ve Dîvânı. 5. TTK Yay. TDAY Belleten. 1982–83. 113–124. Rıfat Kilisli. Celâleddîn Devvânî, Arz-nâme. 5. Milli Tetebbular Mecmuası 2. 1331. 273–305. Abdulkadir Karahan. Emir Afsahuddin Hidayet ve İncelenmemiş Divanı. İstanbul: İstanbul Üniversitesi Edebiyat Fakültesi Yay. Eski Türk Edebiyatı İncelemeleri. 1980. 249–255. Büyükakkaş, Ahmet. Hidayet ve Divanı. Ankara. Ankara Üniversitesi. 2005.
https://az.wikipedia.org/w/index.php?curid=692582
Əfsər Cavanşirov
Əfsər Bayram oğlu Cavanşirov (8 noyabr 1930, Horadiz – 20 may 2006, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982). Əfsər Bayram oğlu 8 noyabr 1930-cu ildə Füzuli rayonunun Horadiz kəndində doğulmuşdur. 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirmişdir. Bakı Musiqi Texnikumuna daxil olmuşdur. 1952-ci ildə texnikumu tamamlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olmuşdur. 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirmişdir. Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri idi. 1982-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Əfsər Cavanşirov 2006-cı il mayın 20-də Bakı şəhərində 75 yaşında vəfat edib. Əfsər Cavanşirovun əsərləri BSO üçün 7 simfoniya, poemalar, akapella xoru üçün əsərlər, uşaq xoru üçün əsərlər və s. Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 may 1972 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 dekabr 1982
https://az.wikipedia.org/w/index.php?curid=79325
Əfsər Sadıqov
Sadıqov Əfsər İsa oğlu (8 mart 1966, Alçalı, Salyan rayonu) — "Beynəlxalq Ümumi Hüquq" kafedrasının professoru və "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin üzvü, hüquq elmləri doktoru, professordur. Sadıqov Əfsər 8 mart 1966-cı ildə Salyan rayonu Alçalı kəndində anadan olmuşdur. 1983-cü ildə Qızılağac kənd orta məktəbini bitirmişdir. 1983–1990-cı illərdə ADPU-nun tarix və hüquq fakültəsində təhsil almışdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professorudur. AR Prezidenti yanında AAK-ın, BDU-nun təsis etdiyi "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin və Vəkillərin İxtisas Komissiyasının üzvüdür. Həmçinin, Azərbaycan Hüquq Jurnalının da redaktə heyətinin üzvüdür. Evlidir, iki övladı var. 1990–1994-cü illərdə biznes strukturlarında hüquq müşaviri kimi çalışmış, 1994-cü ildən 1997-ci ilə kimi Ali Diplomatiya Kollecində hüquqşünas və müəllim vəzifəsində işləmişdir; 1997-ci ildən BDU-nun "Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ" (hazırda "Beynəlxalq ümumi hüquq") kafedrasında müəllim, 2007-ci ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərir. Tədris etdiyi fənlər: Beynəlxalq ümumi hüquq Beynəlxalq iqtisadi hüquq Beynəlxalq enerji hüququ Tədqiqat sahəsi: Beynəlxalq ümumi hüquq Beynəlxalq iqtisadi hüquq Beynəlxalq enerji (təhlükəsizliyi) hüququ: "Qloballaşma dövründə enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri" Kitabları və seçilmiş əsərləri Seçilmiş əsərlər Davamlı inkişaf konsepsiyası və ətraf mühitin beynəlxalq hüquqi mühafizəsi / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2006, № 2 s.183–189 Avropa İttifaqının və üzv ölkələrin enerji təhlükəsizliyinin xüsusiyyətləri / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2006, № 3 s.160–168 Beynəlxalq enerji administrasiyası sistemində BMT-nin rolu / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2006, № 4 s.169–177 Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar zamanı üstünlük verəcəyi əsas məsələlər /"Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar: əməkdaşlığın formalaşması və inkişaf perspektivləri" mövzusunda elmi-praktik konfrans. Bakı, 2006 s.178–180 Beynəlxalq Arbitraj: beynəlxalq mübahisələrin hüquqi həlli vasitəsi kimi / Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar: əməkdaşlığın formalaşması və inkişaf perspektivləri" mövzusunda elmi-praktik konfrans. Bakı, 2006 s.15–18 Enerji Xartiyasına Müqavilə çərçivəsində enerji resurslarının nəqli problemi / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2007, № 1 s.185–193 Avropa İttifaqının enerji təhlükəsizliyinin beynəlxalq hüquqi aspekti: tərəfdaşlıq və əməkdaşlıq sazişlərindən Enerji Xartiyasına Müqaviləyə doğru / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2007, № 2 s.133–141 Beynəlxalq enerji təhlükəsizliyi: hüquq və diplomatiya / AR-də dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmusu. 17-ci buraxılış, Bakı, 2007 s.491–496 Tranzitin azadlığı beynəlxalq enerji təhlükəsizliyinin təminat mexanizmi kimi / AR-də dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmusu. 19-cu buraxılış, Bakı, 2007 s.516–522 Enerji təhlükəsizliyi: davamlı inkişaf və ekologiya (beynəlxalq hüquqi problemlər) / Bakı Universitetinin xəbərləri: sosial-siyasi elmlər seriyası Bakı, 2007, № 2 s.15–21 Neft ixrac edən ölkələrin Təşkilatının enerji təhlükəsizliyi strategiyasının beynəlxalq hüquqi aspekti / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2007, № 3–4 s.105–110 Elektroenergetika sahəsində dövlətlərarası əməkdaşlığın beynəlxalq hüquqi formaları / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2008, № 1–2 s.97–104 Nüvə enerjisindən dəymiş zərərə görə hüquqi məsuliyyətin beynəlxalq rejimi / Bakı Universitetinin xəbərləri: sosial-siyasi elmlər seriyası Bakı, 2008, № 2 s.27–37 Nüvə enerjisi sferasında beynəlxalq təhlükəsizlik standartları / AR-də dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmusu. 20-ci buraxılış, Bakı. 2008, s.491–499 Xocalı soyqırımı cinayətindəki niyyətin ümumi plan və siyasət çərçivəsində həyata keçirilməsinin beynəlxalq hüquqi qiymətləndirilməsi / İnsan Hüquqları İnstitutunun 15 illiyinə həsr olunmuş Soyqırım və terror erməni ideologiyasının əsas amilləri kimi Beynəlxalq Konfransın Tezislər Toplusu. Bakı 2013, s.158 −162 Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri / NATO-nun Yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları. Beynəlxalq konfransın məruzə və tezislər toplusu. Bakı 2013, s.19–22 Enerji təhlükəsizliyi və insan hüquqları / Qloballaşma dövründə insan hüquqları. 10 dekabr Beynəlxalq insan hüquqları gününə həsr edilmiş Beynəlxalq elmi-praktik konfransın (13–14 dekabr) materialları. I cild. Bakı: Bakı Universiteti nəşriyyatı 2013, s.167–171 Xocalı soyqırım cinayəti: ümumi plan və siyasət çərçivəsində təzahür edən niyyət və beynəlxalq hüquq / Beynəlxalq hüquq və inteqrasiya problemləri. Elmi analitik və praktiki jurnal. Xüsusi buraxılış. № 1(37) 2014, s.93–100 Şimali Atlantika müqaviləsi və regional təhlükəsizlik / NATO-nun UELS Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq. Beynəlxalq konfransın məruzə və tezislər toplusu. Bakı: "Elm və təhsil" 2015. s.34–46 Human Aspect of Energy Security in International and Domestic Law / İstanbul Üniversitesi Hukuk Fakultesinde 24 Eylul 2012 tarihinde düzenlenen I Türkiye – Azerbaycan Hukuk Günleri Toplantısının Dergisi. Hazırlayan: Prof. Dr. Fethi Gedikli. İstanbul, Nisan 2015, s.13–23 Dərslik və proqramlar Beynəlxalq iqtisadi hüquq. Dərslik. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008. 396s. Beynəlxalq iqtisadi hüquq kursunun proqramı Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2008, 34s. Beynəlxalq enerji hüququ kursunun proqramı Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2008, 13s. Beynəlxalq enerji hüququ. Dərslik. Bakı: "Adventa Qroup" MMC, 2013, 312s.
https://az.wikipedia.org/w/index.php?curid=535904
Əfsərli
Əfsərli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1960-cı ildə ləğv edilmişdir. Toponim əfşar qədim türk tayfasının adına mənsubluq bildirən -li şəkilçisinin artırılması əsasında əmələ gəlib «əfşar tayfasına mənsub olan yer, ərazi, kənd» mənasını ifadə edir. ş~s və a~ə səs dəyişməsi Azərbaycan dili üçün qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əfsərli çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda çay. Hidronim əfşar türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnohidronimdir.
https://az.wikipedia.org/w/index.php?curid=601922
Əftasilər
Əftasilər— Qərb Əndəlusdə 1022–1095-ci illər arasında hökm sürən Bərbəri xanədanı. Əftasilər dövlətinin qurulduğu əs-Sağrül-ədna, Əndəlussun qərb kəsimində Vadiianəyi (Guadiana) və bugünkü Portuqaliyanın böyük bir qisminı əhatə edirdi və mərkəzi idarə adına Əndülüs Əməvi hökmdarı II Hakəmin azad etdiyi qullarından Sabur əs-Sakləbi tərəfindən idarə edilirdi. Anca XI yüzil başlarında Əndülüs Əməvi dövlətinin zəifləməsinə paralel olaraq müxtəlif şəhər və bölgələrdəki məhəlli xanədanlar müstəqilliklərini elan etdilər. Sabur da Batalyəvs (Badajoz) mərkəz olmaq üzərə əs-Sağrül-ədnada bağımsız olaraq hökm sürməyə başladı (403/1012–13). Yaxşı bir əsgər olmaqla bərabər, idari işlərdən gözəl anlamayan Sabur bu işləri, özünə vəzir təyin etdiyi zəki, bilgili və uzaq görüşlü bir şəxs olan Abdullah ibn Məhəmmədə (İbnül-Əftas) buraxdı. Vəzir Abdullah, Kurtubaya (Kordobaya) yaxın Fahsülbəllutta oturan Bərbəri əsilli mütəvazi bir ailəyə mənsubdu. Ancaq toplum içində etibarlı bir mövqe ədə bilmək maksadıyla Abdullah və ailəsinin ötəki fərtləri, Tücib adlı Ərəb qəbiləsinə mənsub olduqlarını söyləyirdilər. Sabur əs-Sakləbi 413-cü (1022-ci) ildə ölüncə İbn Əftas özünü hökmdar elan etdi və Mənsur ləqəbını aldı. Beləcə Əndülüsün qərbində mərkəzi Batalyevs olan Əftasilər xanədanı qurulmuş oldu (413/1022). Abdullah əl-Mənsurun ilk illəri hüzur içində keçmiş olmaqla bərabər, müluküt-təvaifin ən güclülərindən olan Abbadilərin ötəki qonşuları əleyhinə gənişləmə qeyrəti içinə girmələri və Əftasi torpaqlarına da göz dikmələri çox keçmədən Əftasiləri Abbadilərlə qarşı qarşıya gətirdi. 421-ci (1030-cu) Abbadilər Bacədə (Beja) Əftasiləri ağır bir yenilgiyə uğratdılar. Dörd il sonra Əftasilər, xristianların da dəstəyini alayaraq Abbadi ordusunu məğlub etdilər. Abbadi askərlərinin bir kısmı Əftasilər, gəri kalanı da hıristiyan qüvvələrincə imha ədildi. Bu savaş sonrasında Abbadilərin Qrenada və Maləkadaki (Malaqa) Bərbəri xanədanlarıyla mücadələyə girmələri Əftasilərə rahat bir nəfəs aldırdı. Fakat çox keçmədən Saburun Üşbunədə (Lissabon) yaşayan iki oğlu Əbdülməlik və Əbdülaziz, taxtın aslında kəndilərinə ait olduğunu iləri sürərək Abdullah əl-Mənsura qarşı ayaklandılar və istiklallərini ilan etdilər. Bununla bərabər özəlliklə Abdülməlik iyi bir idarəci olmadığından şəhərdə huzur kalmadı. Xalqın Abdülməlikin kötü idarəsindən kurtulmak için Abdullah əl-Mənsura başvurması üzərinə göndərilən Əftasi qüvvələri xalqın da dəstəğiylə kolayca şəhrə girdilər. Kəndisi və ailəsi için əman alan Əbdülməlik, o sırada Əndülüsün ən hüzurlu şəhəri olan Cöhvərilərin mərkəzi Kurtubaya gedib yerləşdi. Abdullah əl-Mənsur 437-ci (1045-ci) ildə ölüncə yerinə oğlu Məhəmməd keçdi. Müzəffər ləqəbini alan Məhəmməd mərd bir əsgər və eyni zamanda alimdi. İdarə və savunma xüsuslarında atasının siyasətini davam etdirdi. Bu çərçəvədə Abbadilərə qarşı çox diqqətli hərəkət ədiyordu. Abbadilərin hakimiyət sahəlarını gənişlətmək gayəsiylə yənidən Əftasi torpaqlarına saldırmaları üzərinə 439-cu (1047-ci) ildə Əftasi və Abbadi qüvvələri bir dəfa daha qarşı qarşıya gəldilər; savaş Əftasilərin galibiyətiylə sonuçlandı. Ancak Abbadilər daha sonraki illarda bazı önəmli Əftasi kalə və şəhərlərini ələ keçirərək Məhəmməd əl-Müzəffərri Batalyəvsə sıkıştırdılar. Əftasi-Abbadi mücadələsinin yalnız bu iki dövlətə dəğil, hər keçən gün bu tür mücadələlərlə bir az daha zayıflayan bütün Əndülüs müslümanlarına zarar vərdiğini və bu durumdan asıl faydalanacak olanların hıristiyan krallıkları olduğunu gayət iyi bilən Kurtubadaki Cəhvərilər, taraflar arasında barış sağlanması için yənidən harəkətə keçdilər və bu dəfa başarılı oldular. Tuleytuladakı (Tolədo) Zünnunilərin Əftasi torpaqlarına doğru gənişləmə arzuları, bu dəfa Əftasi-Zünnuni mücadələsinə səbəp oldu. Kaynaklarda hakkında fazla bilgi bulunmayan bu mücadələ sürərkən durumu yakından takip ədən Kastilya Kralı Fərdinand (Fərnando), kuzəydən Əftasi torpaqlarına saldırarak bazı şəhərləri işgal etdi; ayrıca Məhəmməd əl-Müzəffərrdən illık vərgi ödəməsini istədi. Məhəmməd bunu rəddədincə Kastilya kralı daha güçlü bir ordu ilə Əftasilər için stratəjik önəmə sahip Şəntərin (Santarəm) şəhrini kuşattı. Hıristiyan ordusu qarşısında yətərli gücə sahip olmayan Məhəmməd əl-Müzəffərr barış istəyip illık 5000 dinar ödəməyi kabul ətmək zorunda kaldı. Ancak Əndülüsü müslümanlardan kurtarmak istəyən Kastilya Krallığı, çox keçmədən yapılan antlaşmayı bozarak 456-cı (1064-cü) ildə oldukça böyük və mamur bir şəhər olan Kulumriyəyi (Coimbra) mühasirə edib ələ keçirdi. Məhəmməd əl-Müzəffərr 460 (1068) ildə öldü. Yərinə Mənsur ləqəbıyla oğlu Yəhya keçdi. Fakat Yəhya daha işin başında kardəşi Ömərin muhaləfətiylə qarşılaştı. Yəhyanın anidən ölümü üzərinə taxt Mütəvəkkil ləqəbını alan Ömərə qaldı. 472-ci (1079-cu) ildə Tuləytulalılar, kötü bir idarəci olan əmirləri Kadir-Billahı şəhri tərkətmək zorunda bıraktılar. Ayrıca muhtəməl bir karışıklığın önünə keçmək için Ömər əl-Mütəvəkkili Tuləytulaya davət etdilər. Ancak Kadir-Billahın şəhrə dönməsi üzərinə Ömər on ay sonra Batalyəvstən ayrıldı. Daha öncə Lamigo, Bizəu və Kulumriyənin düşməsi, Əftasilər dışındaki müluküt-tavaifçə pək umursanmamıştı; aslında onların kəndi aralarında giriştikləri nüfuz və çıkar mücadələləri səbəbiylə adı keçən şəhərlərin hıristiyanlarca istila ədilməsinin önəmini anlamalarına da imkan yoktu. Bundan cəsarət alan Kastiliya Kralı VI Alfonso, Əndülüs müslümanlarının gələcəği bakımından hayati önəmə sahip Tuləytula şəhrini işgal için harəkətə keçdi. Kadir-Billahın yardım çağrılarına sadəcə Əftasi əmiri katıldı. Ancak Əftasi yardımı sonucu dəğiştirmədi və şəhər Kastilyalıların əlinə keçdi. Tuləytulanın istilası, hıristiyanlara Əndülüsün ötəki şəhərlərini də ələ keçirmə ümit və cəsarətini vərdi. VI Alfonso, Tuləytulanın ardından mal və torpaq istəmək surətiylə Əftasiləri yənidən sıkıştırmaya başladı. Hıristiyanların asıl gayəsinin bütün Əndülüsü ələ keçirmək olduğunu ancak bu mərhalədə idrak ədəbilən Ömər əl-Mütəvəkkil, Alfonsoya son dərəcə sərt ifadələrlə dolu bir məktup göndərərək bütün istəklərini rəddetdi. Muhtəməl bir hıristiyan hücumuna qarşı Əndülüs müslümanlarının birləşərək ortak bir güç oluşturmalarını sağlamak için də məşhur fakih Əbül-Vəlid əl-Baciyi Əndülüsün bəlli başlı mərkəzlərinə göndərdi. Ancak hərhangi bir sonuç alamadı. Alfonso bu sırada Abbadiləri də sıkıştırmaya başladı. Bu durumda gərək Əftasilər gərəksə Abbadilər diğər müluküt-tavaif ilə anlaşarak hıristiyan təhdidinə qarşı Murabıtlardan yardım istədilər. Murabıtlar öncə sırf yardım və cihad gayəsiylə gələrək Əftasi torpaqlarında Zəllakada kazandıkları böyük zafərlə hıristiyan təhlikəsini bərtaraf etdilərsə də daha sonra müluküt-tavaifə son vərərək Əndülüsü kəndi hakimiyətləri altına alma yoluna gittilər. Sırasıyla Qrenada, Məriyə (Alməria), Bələnsiyə və İşbiliyəyi (Səvilla) ilhak etdiktən sonra Əftasi torpaqlarına girdilər. Ömər əl-Mütəvəkkil Murabıtlara qarşı Alfonsodan yardım istədi; qarşılığında da Üşbunə və Şəntəməriyə əl-Garb (Santa Maria də Algarvə) şəhərlərini vərməyi təklif etdi. Ömər əl-Mütəvəkkilin bu davranışına kızan Batalyəvs xalqı Murabıtlara habər göndərərək şəhrə hakim olmalarını istədilər. Murabıt qüvvələri Ömər əl-Mütəvəkkilin mukavəmətinə rağmən şəhrə girməyi başardı. Ömər əl-Mütəvəkkil və iki oğlu yakalanarak idam ədildi. Diğər oğlu, ailəsi və adamlarıyla birliktə Kastilya Krallığına sığındı və bir sürə sonra da Hıristiyanlığı kabul etdi. Böyləcə Əftasilər xanədanı yıkılmış oldu (487/1094 vəya 488/1095). Əftasi əmirləri, qarşılaştıkları birçox iç və dış probləmə rağmən ilmi və ədəbi faaliyətləri ihmal ətmədilər. Özəlliklə Məhəmməd əl-Müzəffərr və Ömər əl-Mütəvəkkil dönəmlərində Batalyəvs ən məşhur şair və ədiplərin durağı oldu. Bunların başında ünlü şair İbn Abdun ilə Əbu Bəkir, Əbu Məhəmməd və Əbül-Hasan adlı üç qardaş gəlir. Bizzat Məhəmməd əl-Müzəffərr də asrının öndə gələn ədip və şairlərindən olup çəşitli konuları ihtiva ədən əl-Müzəffərri adlı əlli ciltlik bir əsəri olduğu rəvayət ədilir. Ayrıca Əndülüsün ən məşhur fakihlərindən olan Əbül-Vəlid əl-Baci də Əftasilər dönəmində yətişmiştir. Əftasi hökmdarları 'Abdallah b. Muhammad Ibn al-Aftas, Abu Muhammad al-Mansur (1022–1045) Muhammad b. 'Abdallah, Abu Bakr al-Muzaffar (1045–1068) Yahya b. Muhammad (1068) 'Umar b. Muhammad, Abu Hafs al-Mutawakkil (1068–1094), killed 1094 or 1095
https://az.wikipedia.org/w/index.php?curid=385991
Əfus
Əfus — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,805 nəfər və 1,045 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
https://az.wikipedia.org/w/index.php?curid=289147
Əfv
Əfv — sanki müvafiq hərəkət heç baş verməmiş kimi, şəxsi iddia edilən cinayət və ya digər hüquq pozuntusuna görə təqsirləndirilmək və məhkum olunmaqdan azad edən hökumət qərarı. Dövlətlərin yurisdiksiyalarından asılı olaraq əfv cinayətə görə məhkum olunmazdan əvvəl və ya məhkum olunduqdan sonra verilə bilər. Əksər ölkələrdə əfv "cəmiyyətə öz borclarını ödəmiş" və ya əfv olunmağa layiq hesab edilən şəxslərə verilə bilər. Bəzən də əfv səhvən məhkum edilmiş və ya səhvən məkum olunduğunu iddia edən şəxslərə verilir. Bəzi dövlətlərin yurisdiksiyalarında əfvin qəbul edilməsi, yəni şəxsin əfv olunmağına razılıq verməsi dolayı yolla onun təqsirli olmasını qəbul etməsi kimi başa düşülür; bəzi hallarda əfv edilmək barədə təklifdən bu əsasa görə imtina olunur. Son zamanlarda səhvən cinayət törətməkdə ittiham olunan şəxslər əfvi qəbul etmək əvəzinə apelyasiya məhkəməsinə şikayət etməyi seçirlər; lakin bəzən ikinci dəfə məhkəmə xərcləri ilə üzləşməmək üçün şəxsin təqsirsizliyi mübahisə edilmədikdə ona əfv olunmaq təklif olunur. Bu, xüsusilə ölüm hökmü tətbiq olunduqda əhəmiyyət kəsb edir. Əfvlər bəzən korrupsiyaya qarşı mübarizə mexanizmi kimi görünür. Bəzən bunun əksi də ola bilər: məsələn, bəzi əfvlər siyasi maraqlar naminə şəxsə effektiv toxunulmazlıq formasında verilən səlahiyyətli şəxslərin korrupsioner hərəkətləri kimi görünə bilər. Ölkələr üzrə "Azərbaycan dilinin izahlı lüğəti"ndə əfv sözünün izahı günah və qüsurunu nəzərə almama, günah və təqsirindən keçmə, günahı bağışlama kimi göstərilib. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinə əsasən, əfv etmə ilə bağlı referendum keçirilə bilməz. Konstitusiyasının 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasında məhkum edilmiş şəxslərin əfv olunması Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir. 18 iyul 2001-ci ildə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”yə əsasən əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, həmin Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir. Həmin Əsasnaməyə görə əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə: məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər; məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər; məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı müvafiq dövlət orqanları tərəfindən sərəncamda göstərilən müddəaların mütləq qaydada icra edilməsi üçün hüquqi əsasdır. Azərbaycan Respublikasında əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 82-ci maddəsi “Əfvetmə” adlanır. Eyni müddəalar orada da göstərilmişdir. Belə ki, həmin maddəyə əsasən, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 356-cı maddəsinə əsasən, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilir. “Əfvetmə haqqında Əsasnamə”yə əsasən əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Əfv məsələləri sektorunda qeydiyyatdan keçirilir və Əsasnamədə nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır. Müraciətin Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının səlahiyyətlərinə aid olması müəyyən edildikdə, müvafiq qaydada Əfv məsələləri sektoru müraciət və ya vəsatət daxil olduğu gündən üç ay müddətində tərtib etdiyi əfvetmə barədə məsələ üzrə toplanmış sənədləri və ümumi arayışı mahiyyəti üzrə baxılmaq üçün Əfv Məsələləri Komissiyasına göndərir. Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur. Çilidə cinayət məsuliyyətinin ləğvi ilə bağlı əfv institutu (indulto) cinayət məcəlləsi ilə tənzimlənir (article 93, Nº 4º). Əfv yalnız cəzanın ləğvini və ya dəyişilməsini təmin edir, məhkumluq vəziyyətini isə aradan qaldırmır. Əfv ümumi və ya xüsusi ola bilər. Ümumi əfv Milli Konqresdə ixtisaslaşdırılmış səs çoxluğu ilə qəbul edilmiş xüsusi qanunun əhatə dairəsinə düşın bütün şəxslərə verilir. Xüsusi əfv isə Respublika Prezidentinin Ali Fərmanı ilə verilir. Çili prezidentli respublika olduğuna görə, prezident dövlət başçısıdır. Bu mənada onun xüsusi əfv vermək səlahiyyəti var. Əfv verilməsi 18,050 saylı Qanunun (1981) normaları ilə və onun terrorizm cinayətinə görə məhkum edilmiş şəxslər barəsində xüsusi əfv verilməsini qadağan edən əsasnamələri ilə (Xüsusi əfvlər üzrə 1981-ci il tarixli 1542 saylı Fərman) məhdudlaşdırılsa da, prezident digər orqanlardan rəy və razılıq əldə etmək məcburiyyətində deyil. ABŞ-da olduğu kimi, Almaniyada da əfv vermək səlahiyyəti federativ və ştat səviyyəsində bölünür. Cinayət hüququ məsələlərində federativ yurisdiksiya əsasən ştat məhkəmələrinin qərarlarına qarşı şikayətlərlə məhdudlaşır. Təkcə dövlətə xəyanət və terrorizm kimi "siyasi" cinayətlər federativ hökumət adına ən yüksək ştat məhkəmələri tərəfindən mühakimə olunur. Buna görə də federativ səviyyədə əfvin təqdim edilə biləcəyi şəxslərin dairəsi məhduddur. Federativ əfv vermək hüququ Almaniya Prezidentinə mənsubdur, lakin o, bu başqa şəxslərə, məsələn, kanslerə və ya ədliyyə nazirinə ötürə bilər. 2007-ci ilin əvvəlində ardıcıl altı dəfə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Qırmızı Ordu Fraksiyasının terroristi Kristian Klar əfvlə bağlı ərizə ilə müraciət etdikdən sonra əfvin verilməsi məsələsi ictimaiyyət içərisində geniş müzakirəyə səbəb olmuşdu. Nəticədə Prezident Horst Köler bu xahişi rədd etmişdi. Bütün digər ittihamlara görə (buna görə də böyük əksəriyyəti) əfvin verilməsi ştatların yurisdiksiyasındadır. Bəzi ştatlarda bu, müvafiq kabinet tərəfindən verilir, lakin əksər ştatlarda ştat konstitusiyası bu səlahiyyəti baş nazirə həvalə edir. Federativ səviyyədə bu səlahiyyət ötürülə bilər. Amnistiya yalnız federativ qanunla verilə bilər. Yunanıstan Konstitusiyasına görə əfv səlahiyyəti prezidentə mənsubdur (Maddə 47, § 1). Prezident Ədliyyə Nazirinin təklifi və Əfv Komissiyasının rəyi (razılığı tələb olunmur) əsasında istənilən məhkəmə tərəfindən verilən cəzanı əfv edə, dəyişdirə və ya ləğv edə bilər. İran İslam Respublikasında Ali Rəhbərin əfv etmək səlahiyyəti var. İsraildə Prezidentin cinayətkarları əfv etmək səlahiyyəti var. Əfv Ədliyyə Nazirinin təklifi ilə verilir. 300 nömrəli avtobusda baş verən hadisələrdən sonra Prezident Haim Herzoq Şin Betin dörd üzvünə onlar hələ ittiham olunmazdan əvvəl əfv vermişdi. Bu qeyri-adi davranış İsraildə bir ilk idi. Həmçinin bax Ius strictum Hüququn aliliyi Xarici keçidlər Əfv nədir? Azərbaycanda əfv — YouTube (az.)
https://az.wikipedia.org/w/index.php?curid=568459
Əfzəl (Miyanə)
Əfzəl (fars. افضل) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (20 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=691380
Əfzəl Xan
General Mayor Ağa Məhəmməd Əfzəl Xan Qızılbaş - (1880, Hindistan, Lakhnau — 1964, Pakistan, Multan) Sərdar Bahadırın böyük oğlu General Mayor Ağa Məhəmməd Əfzəl Xan Qızılbaş 1880-ci ildə Hindistanın Lakhnau şəhərində dünyaya gəlmişdir. Burada təhsilini bitirdikdən sonra 1903-cu ildə İmperator Hindistan Ordusuna təhvil verildi. Hindistanıın Pəncab əyalətində yerləşən Firozpurda ilk təlimini aldıqdan sonra 1911-ci ildə kral V Georq un London və Dehlidəki Koronasiya mərasimlərində Hindistan Ordusunu təmsil etmək üçün seçildiyi yerdən Dehlidə yerləşən İmperator Hindistan Ordusu qərargahına göndərildi. XVIII əsrin sonlarında Lord Uelsli (Wellesley) tərəfindən təsis edilən köməkçi ittifaq Prinsely əyalətlərinin hökmdarlarından dövlətlərin qorunması və müdafiəsi üçün ərazi vermələrini tələb etdi. Bu məqsədlə hər bir dövlətdə İmperator Hindistan Ordusunun kontingenti yerləşirdi. Nəvvab Məhəmməd Bahaval Xan Abbasinin şəxsi istəyi ilə Dehli İmperatoru Hindistan Ordusu Baş Qərargahının Polkovniki və eyni zamanda Bahaval Xan Abbasinin yaxın dostu və Aitçison Kollecindən (Aitchison College) sinif yoldaşı olan Məhəmməd Əfzal Xan Qazılbaş Bahavalpurdakı İmperator Hindistan Ordusunun komandiri təyin edildi. Piyada, artilleriya və dəvə korpusu kimi əsas elementlərdən təşkil olunan briqada və ya bölmə qüvvəsi Nabha dövləti və Patialadan sonra Hindistan Ordusunun Mesopotamiya və Türkiyədəki hissələrinə əlavə edildi. Erkən təhsilini Pakistanın Multan və Pəncab əyalətinin paytaxtı olan Lahor şəhərində yerləşən Aitçison Kollecində (Aitchison College) almışdır.
https://az.wikipedia.org/w/index.php?curid=631846
Əfzələddin Xaqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs edilir. Həbsdə olduğu dövrdə o "Həbsiyyə" şeirlərini yazır. Daha sonralar Xaqani Yaxın Şərq ölkələrində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin Şairlər qəbiristanlığında dəfn edilmişdir. Yaradıcılığı Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır. Səsləndirilmiş şeirləri Bəri bax — səsləndirən: Nurəddin Mehdixanlı Şeirlərinə yazılmış musiqi əsərləri Bülbül — Bəxtəvər oldum — musiqi: Tofiq Quliyev Azər Zeynalov — Bəxtəvər oldum — musiqi: Tofiq Quliyev Rəşid Behbudov — Nazənin — musiqi: Cahangir Cahangirov Yaşar Seferov — Nazenin — musiqi: Cahangir Cahangirov Xaqaniyə ithaf əsərlər "Xaqani" mənzum dramı (1955) — şair: Məmməd Rahim "Sözün xaqanı" roman (2020) — şair, yazıçı: Sona Abbasəliqızı Filmoqrafiya Xaqani (film, 1980) Xarici keçidlər Xaqani Şirvani — Seçilmiş əsərləri. Bakı: "Lider" nəşriyyatı, 2004. Youtube-da bax: Şamaxı mahnısı (02.03.2014) Xaqani Şirvani. "Ərəbcə şeirləri" – filoloji tərcümələr Arxivləşdirilib 2017-06-22 at the Wayback Machine (az.) Əfzələddin Xaqani gürcü mətbuatında (az.) Xaqani Şirvani — Şərq intibahının görkəmli nümayəndəsi (az.)
https://az.wikipedia.org/w/index.php?curid=72878
Əfzələddin Xunəci
Əfzələddin Xunəci — əslən Cənubi Azərbaycanın Xunəc şəhərindən olan, 1194-cü ildə doğulmuş filosof. Onun haqqında ən qiymətli ilk mənbə öz şagirdi İbn Əbi Useybiənin "Təbiblər təbəqələri barədə xəbərlərin qaynaqları" kitabıdır. Ərəb alimi Azərbaycan filosofuna rəğbətini ifadə edərək yazır: "Ə.Xunəci bilikli başçıdır, kamil düşünəndir, alim və filosofların cənabıdır". O, Qahirədə, daha sonra Misirdə uzun müddət yaşayıb, orda dövlət işlərində çalışıb. Ömrünün son vaxtlarında Misirin və onun əyalətlərinin baş qazisi vəzifəsini tutub. Bu haqda tarixçi Cəlaləddin Suyitinin "Misir və Qahirə xəbərlərinə dair" əsərində qeyd edilib. Qahirədə vəfat edib və orda şagirdləri tərəfindən dəfn edilib. Alman alimi Hammer Purqştal 1856-cı ildə Vyanada çap etdirdiyi çoxcildli "Ərəb ədəbiyyatı tarixi" kitabında Xunəciyə xeyli yer ayırıb. Alman şərqşünası Karl Brokkelmanın da onun haqqında tədqiqatları var. Nikolas Resçer "Ərəbdilli məntiq tarixinə dair tədqiqatlar" (1963), "Ərəbdilli məntiqin inkişafı" (1964) adlı kitablarında Xunəcinin də üzərində geniş dayanıb. Məhəmmədəli Ayni 1928-ci ildə İstambulda Universitetin ilahiyyat fakültəsi məcmuəsində dərc etdirdiyi "Türk məntiqçiləri" oçerkində Azərbaycan məntiqçisinin irsini geniş təhlil edib. İdrak nəzəriyyəsi və məntiq: İdrakın hissi və əqli mərhələlərini vəhdətdə qəbul edib. Filosofun təlimində "təsəvvürlər" və "təsdiqlər" haqqında mühakimələr onun idrak nəzəriyyəsi və məntiqi arasında ortaqlıq yaradır. Onun bu mövzuda Fəxrəddin Razi ilə razılaşmadığına dair yazısı var. Hisslərin vasitəsilə qazanılan təsəvvürlər (anlayışlar), habelə təsdiqlər (aksiomatik müddəalar) Şərq fəlsəfəsində "birinci əqli məlumatlar", yaxud "təbii universalilər" adlanır. Bunların əsasında qəbul edilən anlayış və müddəlara isə "ikinci əqli məlumatlar" deyilir. Xunəcinin idrak təlimində dil və təfəkkür məsələsi geniş yer tutur. Fərabi, İbn Sina, Bəhmənyar kimi o da sözü anlayışın, fikrin ifadəçisi sayıb. Anlayışları substansiya və aksidensiya baxımından geniş nəzərdən keçirib.Məntiqin əksər məsələlərində Şərq peripatetikləri mövqeyində dayanıb, Aristotelin məntiqi üzərində məntiq işləyib. Peripatetiklərin məntiqinin əsasını təşkil edən istidlala Xunəci belə tərif verib: "İstidlal – başqa bir nitqi öz-özlüyündə lazım bilən müddəalardan düzəldilmiş nitqdir". Peripatetik sələfləri kimi, o da daha çox deduktiv istidlallar üzərində dayanıb. "Tibb qanunu". Hazırda Paris Milli Kitabxanasında saxlanılır. "Məntiqə dair cümlələr". 1976-cl ildə Tunisdə çap edilib. Məhz bu əsərinə görə Orta əsr məndələrində o, ən çox məntiqçi filosof kimi tanınmışdı. "Fikirlərin qaranlıq yerlərində fikirlərin açılması". Hazırda Qahirənin Xədiviyyə kitabxanasında saxlanılır. Türk & İslam Dünyası Sosyal Araştırmalar Dergisi /The Journal of Turk & Islam World Social Studies Yıl: 2, Sayı: 2, mart 2015 səh. 127 İslam Ensiklopediyası Muvaffakü’d-Din Ebu’l-Abbas İbni Ebu Useybiye, Uyunü’l-Enba fi Tabakatü’l-Etibba, Beyrut (tarixsiz), s. 586–587 (ingiliscə: Ibn Abi Usaibia: History of Physicians); İbni Kesir, el-Bidaye, C.XIII, s. 326; Mustafa Çağrıcı, "Hunecî", İ. A., C. XVIII, İstanbul 1998, s. 375 Cemalü’d-Din Abdu’r-Rahman İsnevî, Tabakatü’ş-Şafiyye, C. I, Beyrut 1987, s. 241–242; Selahü’d-Din İbni Aybek Safedî, Kitabü’l-Vâfi bi’l-Vefayat, C. V, neşr. S. Dederıng, Wıesbaden 1981, s. 108; Şemsü’dDin Türkmanî Zehebî, el-İber fi Haber men Gaber, C.III., Beyrut (tarihsiz), s. 255–256; Muhammed b. Mahmud Şehrezurî, Tabakatü’l-Fukahaü’ş-Şafiyye, C.II., Nşr. M. A. Necib, Beyrut 1992, s. 877. Şihabü’d-Din Yakut, Mucelü’l-Büldan, çev. Z. Bünyadov-Juze.P, Bak; 1983, s. 23–24 (Sitat: ""Hunəç Azərbaycandakı Marağa şəhərinin qəsəbələrındən biri olup Zəncan yolu üzərindədir. İndi Kağezkonan adlanmaqdadır")
https://az.wikipedia.org/w/index.php?curid=6437
Əfzələddin Xəqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs edilir. Həbsdə olduğu dövrdə o "Həbsiyyə" şeirlərini yazır. Daha sonralar Xaqani Yaxın Şərq ölkələrində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin Şairlər qəbiristanlığında dəfn edilmişdir. Yaradıcılığı Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır. Səsləndirilmiş şeirləri Bəri bax — səsləndirən: Nurəddin Mehdixanlı Şeirlərinə yazılmış musiqi əsərləri Bülbül — Bəxtəvər oldum — musiqi: Tofiq Quliyev Azər Zeynalov — Bəxtəvər oldum — musiqi: Tofiq Quliyev Rəşid Behbudov — Nazənin — musiqi: Cahangir Cahangirov Yaşar Seferov — Nazenin — musiqi: Cahangir Cahangirov Xaqaniyə ithaf əsərlər "Xaqani" mənzum dramı (1955) — şair: Məmməd Rahim "Sözün xaqanı" roman (2020) — şair, yazıçı: Sona Abbasəliqızı Filmoqrafiya Xaqani (film, 1980) Xarici keçidlər Xaqani Şirvani — Seçilmiş əsərləri. Bakı: "Lider" nəşriyyatı, 2004. Youtube-da bax: Şamaxı mahnısı (02.03.2014) Xaqani Şirvani. "Ərəbcə şeirləri" – filoloji tərcümələr Arxivləşdirilib 2017-06-22 at the Wayback Machine (az.) Əfzələddin Xaqani gürcü mətbuatında (az.) Xaqani Şirvani — Şərq intibahının görkəmli nümayəndəsi (az.)
https://az.wikipedia.org/w/index.php?curid=76149
Əfçədulan
Əfçədulan — Vərgədüz i.ə.v.-də yerləşən bu kənd monqol işğalları dövründə (XIII) Azərbaycana köçürülmüş türkdilli dolon tayfasının adı ilə bağlıdır. Oykonimin birinci komponenti – əfcə Yardımlı şivələrində işlənən əvləd/ öyləd sözünün fonetik variantı ilə əlaqədar olub "yaxın qohum", "nəsil", "ailə" mənasındadır. Əfcədulan "dolonlar, dolon tayfası" deməkdir. Əksər tədqiqatçılar da bu toponimi dulan tayfasının adı ilə izah etmişlər. Rəşidəd-Din (XIV əsr) monqol-türk etnonimlərindən bəhs edərkən uryat, onqut, dolon, oyrat tayfa adlarını da qeyd edir. (Sbornik letopisey, M.-L, 1952, tom I, kn. pervaya) M.Həsənov bu oykonim barədə yazır: "Məlum tarixi həqiqətlərə görə, XII-XIII əsrlərdə monqollar Azərbaycan ərazisinə Orta Asiyadan bir neçə türkdilli tayfa köçürmüşlər ki, həmin tayfaların adı ilə bağlı respublikamızda indiyədək bir sıra tayfa adları yaşamaqdadır. Tarixçilərin fikrincə, həmin tayfalardan birinin adı Lerik rayonunun Yardımlı ərazisinə çox yaxın səmtində yerləşən Şingədulan toponimində qalmışdır. Həmçinin dolanlar//dulanlar adı ilə respublikamızda bir neçə kənd də mövcuddur. Yardımlı ərazisindəki Əfçədulan kəndinin adındakı "dulan" hissəsi də məhz türkdilli dolanlar tayfasına məxsusdur.(səh.49) Müəllifin fikrincə, Əfçə və dulan komponentlərinin hər ikisi türkdilli tayfanın adı ilə bağlıdır. C.Azərbaycanda Əfçə kəndi mövcuddur. Şingədulan Lerik rayonunda eyniadlı i.ə.və-də yaşayış məntəqəsidir. Burovar silsiləsinin ətəyində və Alaşa çayının sahilində (Lənkəran çayının qolu) yerləşən bu oykonim XIII əsrdə hülakülərin Lənkəran bölgəsinə köçürdüyü türk-monqol tayfalarının məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılar bu toponimi "qumlu dərələr" kimi izah edir. Toponimin birinci komponentinin tərkibindəki şin/ şen sözünün iran dillərindəki "qum" sözü ilə əlaqəsi yoxdur. Bəzi araşdırıcıların qeyd etdiyi kimi, toponim türk dillərindəki şengi (bel, dağ yalı) və dolan tayfa adından ibarət olub, "dolanlara məxsus dağ yalı" deməkdir. R.Eyvazova dolan/dalan toponiminin Əfqanıstan ərazisində bir çox yer adlarında mühafizə edildiyini göstərir: Qəznidə Dalan kəndi, Meymənədə Dalan kəndi, Bədəxşanda Dalan dərə, Məzari-Şərifdə Dalan kutəl aşırımı, Pəncşirdə Dulanə kəndi. Müəllif daha sonra yazır: Azərbaycanın Hadrut rayonunda Dolanlar kəndi olmuşdur. Həmin kəndin adı hazırda Çənlibel adlanır. Lerik rayonunda Şingədulan kəndi vardır. Bizə görə, bu sözün ikinci tərəfi "dulan" həmin adla eynilik təşkil edir. ("Əfqanıstanda türk mənşəli toponimlər", səh.208). B.A.Nikonov "Zametki po oronimii Kirqizii" məqaləsində yazır ki, dolan monqolca "yeddi" deməkdir. "Yeddi" bütün xalqlarda mistik saylardandır. "Dolan" adının hansı mənaları ola bilər? "Yeddi aşırım", "yeddinci aşırım", "yeddinci çay" və s. Bu dolon etnonimi ilə bağlamaq doğrudur. Bunu monqolca "yeddinci" mənalı Dolon şəxs adı ilə əlaqələndirmək olar. Qırğız əfsanələrində Dolon nəsli vardır. Tədqiqatçılar onu təxminən XII əsrə aid edirlər. A.X.Xasanov şəcərəni XV əsrə çatdırır. C.M.Abramzon Dolonu qırğızların etnomənşə şəcərəsinin başçısı hesab edir. (Onomastika sredney Azii. M.,Nauka, 1976, səh.103) N.K.Antonov yazır ki, Tuolan sözünü "tu" – beş sayından törəmiş monqol mənşəli "tuulan" – beş yaşlı sözü ilə də əlaqələndirirlər. Cağatay dilində tolan – beş yaşına çatmış at mənasında işlənmişdir ki, bunun semantikası yakut dilindəki tuolan sözü ilə üst-üstə düşür. Güman ki, bu sözlər monqol mənşəli "beş" mənalı "tu" sayından deyil, türk mənşəli tul, tol, tuol kəlmələrindən törəmədir. Bəlkə də yakut dilindəki tuolan, elə həmin dildəki tuollan (dolu, polnıy) sözü ilə yaxın olmaqla "zahiri görkəmi gözə gəlimli" mənasında olan "tuolun"la əlaqəlidir. (Materialı po istoriçeskoy leksike yakutskoqo yazıka, 1971, səh.60) Türk-monqol tayfaları haqqında daha geniş məlumatlara Q.Qeybullayevin "Monqolskie toponimı v Azerbaydjana" (İzv., AH Az.SSR, ser. ist. filols. i prava,1981,N3) və "O proisxojdenii nekotorıx etnotoponimov Azerbaydjana – Dolanlar, Onqutlu, Aratkənd, Ələt, Alar, Kərki,Qılıçlı)" (Dokl. AH Az.SSR, 1981, N2) məqalələrində rast gəlinir.
https://az.wikipedia.org/w/index.php?curid=145577
Əfşan Hüseynov
Əfşan Əbülfəz oğlu Hüseynov (16 mart 1996; Əsrik Cırdaxan , Tovuz rayonu — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. Əfşan Hüseynov 1996-cı il martın 16-da Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə Əsrik Cırdaxan kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Hərbi xidməti Əfşan Hüseynov 2017-ci ildə "leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Xidməti dövründə "baş leytenant" hərbi rütbəsinə yüksəlib. Əfşan Hüseynov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. İkinci Qarabağ müharibəsindəki iştirakı Azərbaycan Ordusunun baş leytenantı olan Əfşan Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. Ermənistan Ordusunun bir neçə postunu və texnikasını ələ keçirib. Əfşan Hüseynov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı Alxanlı kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfşan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfşan Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfşan Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfşan Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=693946
Əfşan Qədimbəyova
Əfşan Qədimbəyova — Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru, Azərbaycan SSR Ali Soveti sədrinin müavini və məktəbəqədər-ibtidai təhsil üzrə mütəxəsis. 1915-ci ildə İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. Atası Ələkbər bəy Qədimbəyov Mirzə Qədim İrəvaninin soyundan gələnlərin daşıdığı Qədimbəyov ailəsindən olmuşdur. Əfşan Qədimbəyova 1929-cu ildə İrəvan Pedaqoji Texnikumunu bitirmiş və 1931-1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) pedaqoji fakültəsində təhsilini davam etdirmişdir. Buradakı təhsilini də bitirdikdən sonra Moskvada yerləşən Pedaqoji İnstitutun aspirantura pilləsində də təhsil almış və Bakıya dönmüşdür. Moskvadan təhsilini tamamlayıb Bakıya döndükdən sonra 1942-ci ildən Azərbaycan Gənclər İttifaqının üçüncü katibi kimi çalışmış və bu vəzifədə dörd il fəaliyyət göstərmişdir.Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə. Qədimbəyova, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru kimi çalışmışdır. Daha sonra isə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərmişdir. Bundan başqa o, dəfələrlə Azərbaycan SSSR Ali Sovetinə üzv seçilmişdir.1965-ci ildə "1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda" namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən 1978-ci ilə qədər Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış, 1980-ci ildə həyatını dəyişmişdir. H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil. 2014.
https://az.wikipedia.org/w/index.php?curid=480987
Əfşar
Əfşar İmperiyası — Əfşar dili — Əfşar tayfası —KəndlərAvşar (Vedibasar) — Vedibasar mahalında kənd. Əfşar (Culfa) — İranda kənd. Əfşar (Miyanə) Əfşar-i Ülya Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=17739
Əfşar-i Ülya
{Əfşar-i Ülya (fars. فشارعليا) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (8 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=754158
Əfşar (Culfa)
Əfşar (fars. افشار) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (73 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=477113
Əfşar (Miyanə)
Əfşar (fars. افشار) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 228 nəfər yaşayır (57 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=690921
Əfşar (Vedibasar)
Avşar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Avşar kəndi rayon mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftərin"də Avşar kəndi, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftər"ində Əfşaryerli formasında, Qafqazın 5 verstlik xəritəsində Avşar kimi qeyd edilmişdir. Toponimiyası Mənbədə "Avşar-Yerli" kimidir. Digər adı — Kəl-Balavan . 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişlər. 1928-ci ildən sonra geri qayıtmış azərbaycanlılar 1949–1950-ci illərdə Azərbaycana köçürülmüşlər . Səlcuq oğuzlarının Avşar tayfasının adını əks etdirir. Bu tayfanın adı Mahmud Qaşqarlının (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsr) əsərlərində Afşar, Rəşid əd Dinin (XIV əsr) və Əbülqazi Xan Xivəlinin (XVII əsr) əsərlərində Avşar kimidir. XIV–XVII əsrlərdə Anadoluda bu etnonimin hər iki forması vardı (bax: "Türk dünyası tarixi" dərgisi, İstanbul, 1996, № 119). XVI əsrdə Səfəvilər dövlətinin Qızılbaş tayfalarından biri kimi bu tayfanın adı yalnız Əfşar kimidir. XV–XVI əsrlərdə bu tayfanın bir hissəsi qızılbaşlara qoşulduğuna görə Səfəvi şahları onlara Azərbaycanda və Ermənistanda ərazilər vermişdilər . (Türkiyədə Avşar adlı 86 kənd vardır (34, 409).Toponim "çevik və ovçuluğu sevən" mənasını verən avşar oğuz tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 13 tatar ailəsi, 42 kişi, 38 qadın, cəmi 80, 1873-cü ildə 886, 1886-cı ildə 1059, 1897-ci ildə 1164, 1904-cü ildə 1094, 1914-cü ildə 1203, 1916-cı ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıtmışlar. 1920-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. Burada 1922-ci ildə 420 nəfər azərbaycanlı 322 erməni, 1926-cı ildə 533 nəfər azərbaycanlı, 317 erməni, 1931-ci ildə 608 nəfər azərbaycanlı, 327 erməni yaşamışdır. 1930-cu ildən Qaranlıq (Martuni), Sisyan, Sevan, Basarkeçər (Vardenis) rayonlarından bura xeyli sayda ermənilər köçürülüb yerləşdirilmişdir. Z. Qorqodyanın "1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi" (İrəvan, 1932) kitabında göstərilir ki, 1831–1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışdır. Lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" əsərində bu fakt təhrif edilərək kənddə azərbaycanlıların yaşadığı göstərilmir. Həmin kitabda 1831–1916-cı illərdə kənddə yalnız ermənilərin yaşadığı qeyd edilir. Azərbaycanlılar 1948–1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarlarına əsasən zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=425484
Əfşar Temuçin
Əfşar Temuçin (1939, Akhisar[d], Manisa vilayəti) — azərbaycanəsilli Türkiyə filosofu, şairi, yazıçısı, tərcüməçisi. Əfşat Temuçin 1939-cu ildə Manisanın Akhisar bölgəsində anadan olmuşdur. Kökəni Bakı və Batumiyə dayanan Temuçin, ata tərəfdən azərbaycanlı, ana tərəfindən gürcü əsillidir. Ali təhsilinə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Fransız dili və Ədəbiyyatı fakültəsində başlamışdır. 1967-ci ildə təhsilini tamamlamaq üçün Kanadaya getmişdir. 1967-ci ildə Montreal Universiteti Fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə İstanbul Universitetində doktaranturanı tamamladı. 1968–1970-ci illər arasında Fransızca tərcüməçiliyi etdi. 1981-ci ildə dosent, 1992-cii ldə professor oldu. Bir müddət Kocaeli Universitetində Fəlsəfə fakültəsinin dekanı oldu. Kocaeli Universitetindən 2006-cı ildə pensiyaya çıxmışdır. "Ataç", "Dönəm", "Millət Sənət", "Papirus", "Soyut", "Yazko", "Yelkən", "Yeni Ədəbiyyat", "Yeni Üfiqlər", "Varlıq" jurnallarında şerləri yayımlanmışdır.Əfşar Temuçin Tuncer Tuğçu ilə birlikdə hazırladıqları ilk sayı 1972-ci ilin oktyabrında çıxan "Fəlsəfə" jurnalının baş redaktorudur. İncələmə və tədqiqat əsərləri Dekart (Dekartçı bilgi anlayışının təməlləndirilişi), doktarantura tezisi (1972) Aristotel fəlsəfəsi (1976) Nazim Hikmətin şeri (1978) Dekart fəlsəfəsinə giriş (1980) Nə üçün yaradılışçılıq deyil (1984) Nə üçün yaradılışçılıq deyil (1985) Estetika (1987) Düşüncə tarixi I/Realist düşüncənin qaynaqları (1994) Düşüncə tarixi I/Realist düşüncənin inkişafı (1994) Düşüncə tarixi I/Realist düşüncənin müasir görünüşü (1994) Fəlsəfə lüğəti (1978, inkişaf etdirilmiş nəsr 1992) Sevmək nə gözəl şeydir (1991) Realist düşüncə, realist sənət (1992) Fəlsəfə bir sevincdir (1995) Azad Prometey (1997) Sevginin dialektikası (2002) Ölüncəyə qədər sevmək (200)) Yeni şerimin qısa romanı (200)) Fəlsəfəyə giriş (2003) Demokratiya bilgisi (200)) İçimizdəki zəlzələ (2005) Estetik baxış (2005) Erkən ölümlər (2005) Harada insan varsa, orada ümid vardir Gənclər üçün fəlsəfə tarixi (2011) Şer kitabları Dastanlar (1969) Belə oxunmalı bizim türkümüz (1974) Döyüşçu türküləri (1980) Boş beşik (1981) Ey mənim gözəl sevdalım (1984) Bu sevda belə gedər (1992) Arınmalar (1993) Axşam türküləri (1996) Buludlar dəniz qoxar (2002) Sabaha başlamaq (1975) Gecə gələn köhnə dost (1980) Sahillər durunca (1983) Tərcümələri Vyetnam şeri (1973) Fələstin şeri (1974) Portuqaliya müstəmləkələri şeri (1975) Dialektika ( Paul Faulquie,1975) Sosiologiya tarixi ( Qaston Byuthel, 1975) Tək boyutlu insan ( Herbert Markuze,1975) Eşq ( Pyerre Burney, 1976) Acı ( Andre de Riçauddan, 1976) Dumanlar limanı ( Pyerre Mak Orlan, 1976) Dialektik araşdırmalar ( Luziyen Qoldmanndan,1976) İnsan elmləri və fəlsəfə ( Luziyen Qoldmanndan,1977) Keşişin iti ( Dino Buzzatidən, 1981) Kant fəlsəfəsinə giriş ( Luziyen Qoldmanndan,1983) Qədim dövr materialistləri ( Paul Nizandan, 1998) Üsul barədə nitq ( Dekartdan, Yüksəl Temuçinlə birlikdə, 1998) Metafizika barədə nitq (Leybnizdən, 1999) Xarici dildə yayımları (şer, nağıl və roman) Revista Atlantica n°19. sayı 1999 Aujourd'ui POEMES n°16. sayı, 2000 Encontros de Talabriga-Rosa Alice Branco 5 şer 2001 Liberté 255. sayı, fevral 2002 (Monreal/Kanada Ədəbiyyat jurnalı) Rusca yayımlanan kitabları Gecə gələn köhnə dost (1989) Türk şeir antologiyası (1989) Mükafatları Türkiyə Radio və Televiziya Qurumu 1970 Sənət Mükafatı Türk Dil Qurumu Tənqid mükafatı 1997 Troya Mədəniyyət və Sənət Mükafatı 2003 Kocaeli qəzeti ilin təhsilçisi mükafatı 2004 Homer Əmək Mükafatı 2015 PEN Türkiyə Şer Mükafatı Xarici keçidlər Afşar Timuçin
https://az.wikipedia.org/w/index.php?curid=537606
Əfşar boyu
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar.Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir. Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, Əfqanıstana və Azərbaycana da yayılmışlar. Əfşarlar Oğuzun digər nəvələri Kınıklar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər. Türklük şuurları olduqca güçlü bir boydur. XI əsrdə Səlcuq fəthləri zamanı onlar Mərkəzi Asiyadan Orta Şərqə miqrasiya etmişdirlər. Onlar qızılbaş tayfalarından biri olmuş və Səfəvi sülaləsinə imperiya qurmaqda yardım etmişdilər. Həmçinin Səfəvi sülaləsinin devrilməsindən sonra yeni hakim sülalənin əsasını qoyan Nadir şah da Əfşar boyunun Qırxlı tirəsindən idi. Azərbaycan da (həm cənubi, həm də şimali), Türkiyədə, İranda və Əfqanıstanda hələ də yaşamaqdadırlar. İranda yaşayan əfşarlar hələ də böyük ölçüdə köçəri həyat tərzi sürürlər. Karamanoğulları bəyliyi Əfşar boyunun Qaramanlı, Germiyanoğulları bəyliyi Germiyanlı, Kozanoğlu bəyliyi, Saruxanoğulları bəyliyi isə Saruxanlı qolundandır. Aydınoğulları bəyliyi Germiyanoğulları bəyliyindən sonradan ayrılan bir bəylik olduğundan Əfşar ola biləcəyi düşünülür. Həmçinin Bakı xanlığı, Zəncan xanlığı, Xalxal xanlığı və Urmiya xanlığının da qurucuları və hakim sülalələri əfşarlardandırlar. Bundan başqa, Qarabağ xanlığının hakimləri olan Cavanşirlər də Əfşar boyundandırlar.İran və Osmanlı tarixində üzərində əhəmiyyətli rol oynamış əfşarlar XII əsrdə Anadoluya köç etmişdilər. Səfəvilər dövründə Fars və Xuzistandaki əfşar oymaqlarından bir qisiminin Azərbaycana, xüsusilə Urmiyaya gəlib yerləşdikləri təxmin edilməkdədir. Əfşarlar Səfəvi dövlətini quran 7 türk qəbiləsindən biridir. Xorasandaki Afşarların Qırxlı oymağına bağlı Nadir şahın Azərbaycan tarixində çox əhəmiyyətli iştirakı olmuşdur. Əfşar xanədanlığı Nadir şah öldürüldükdən sonra müəyyən zamanda qarışıqlıqlar içində yox olmuşdur. Türklərin tarixi coğrafiyasında bir çox yerlər əfşar adını daşımaqdadır. Məşhur bir soyad olaraq günümüzə qədər gəlmişdir. Balkanlarda da Əfşar boyuna mənsub insanlar yaşamaqdadır. Türkiyədə Kayseridə, Adanada, Kahramanmaraşda, Konyada, Ankarada, Hatayda, Qaziantepdə, Sivasda, Malatyada, Balıkəsirdə, Aydında, İspartada, Manisada və s. əfşarlar yaşayır. Hər il Kayseridə Dadaloğlu (Əfşar) Şənlikləri təşkil olunur. Əfşarlar qurultayı keçirilir. Hal-hazırda əfşarların böyük bir hissəsi azərbaycanlıların,, türkmənlərin və ya türkmanların (Oğuz türklərinə verilən ümumi ad) tərkibinə daxil olmuş, onların bir qolunu təşkil etmişdirlər.Rəşidəddin Həmədaninin bildirdiyinə görə, boyun adı onun qurucusu olan və Oğuz xanın oğlu Ulduz xanın oğlunun adından gəlməkdədir. Əfşar sözünün mənası "mülayim", "ılımlı", "yolagedən" anlamlarına gəlməkdədir. Oğuzların İslamdan əvvəlki tarixlərinə dair rəvayətlərdə Əfşar boyu ilə bağlı hər hansısa hadisədən və ya bu boya mənsub bəylərdən bəhs edilməmişdir. Lakin İslamdan öncəki dövrdə hökmdar sülaləsi çıxarmış beş boydan biririnin də Əfşar olduğu qeyd edilir (digər boylar Qayı, Eymir, Yazır və Bəydili). Səlcuqlu sülaləsinin böyük siaysi uğurları və Qarakitayların Türküstanda hakimiyyət qurmaları, Oğuz boylarından xeyli insanın Seyhun sahillərindəki yurdlarından, hətta Manqışlaq və Balxaş bölgələrindən köçüb Orta və Yaxın Şərq bölgələrinə gəlmələrinə səbəb oldu. Gələn 24 Oğuz boyundan az bir hissəsi tarixdə silinməz iz buraxmışdır ki, bunlardan biri də əfşarlardır.Əfşar tayfasının adının ilk dəfə çəkilməsinə Mahmud Qaşqarlının Divanü Lüğat-it-Türk əsərində rast gəlmək mümkündür. Bu əsər 1075-ci ildə yazılmışdır. Qaşqarlı bu tayfanın adını 22 Oğuz tayfası arasında 6-cı sırada yerləşdirmiş və bildirmişdir ki, bu adı onları qədim dövrdə yaratmış olan əcdadları vermişdir.XI əsrdə ilk Əfşar döyüşçüləri Məvaraünnəhrdən İran coğrafiyasına və Anadoluya daxil oldu. Əfşar tayfasının çox üzvü isə bu bölgəyə XIII əsrin ikinci yarısında, yəni bölgə Hülakü xanın yürüşünə məruz qalarkən daxil oldu. Bu tarixdən sonra müəyyən müddətə qədər bu tayfanın adını ayrıca olaraq qaynaqlarda izləmək mümkün deyil, çünki tayfa ümumi Türkman adı altında adlandırılmaqdadır. Bundan əlavə, görünən odur ki, müxtəlif türkmən ünsürləri müxtəlif yenidən qruplaşma proseslərinə məruz qalmışlar, belə ki, yeni “tayfalar” yarananda yalnız bəziləri “Əfşar” kimi ənənəvi Oğuz tayfa adlarını qoruyub saxlaya bilmişdir.Georg Stöber izah edir ki, o dövrün siyasi mühitində (inşa edilmiş) şəcərələrlə dəstəklənən müxtəlif qrupların sıralanması getdikcə daha çox əhəmiyyət kəsb edirdi. Rəşidəddin Həmədani (ö. 1318) inanırdı ki, tayfanın əcdadı Əfşar adlı və əfsanəvi qəhrəman Oğuz xanın soyundan gələn şəxsdir. Həmçinin Əfşar tayfasının Oğuz ordusunda sağ cinahda yer aldığını, yəni boz oxlara məxsus olduqları da bildirilirdi.XII əsrdə Əfşar tayfasından iki şəxs - ata və oğul - müasir İranın cənub-qərbində yerləşən Xuzistan vilayətini 40 il boyunca idarə etmişdilər. Tarsus bölgəsinin orta hissəsində hakimiyyətdə olan Qaramanilər sülaləsinin da Əfşar soyundan gəldiyi güman edilir. Əfşarlardan olan köçərilər Sivas ətrafında da yaşamış və Ağqoyunlu tayfa konfederasiyasına da daxil olmuşdurlar.Səfəvi imperiyasının yaradılması ərəfəsində bir çox Əfşar şərqə doğru köç etməyə başladı və əsas Qızılbaş tayfalarından biri kimi imperiyanın yaradılmasında yaxından iştirak etdi. Yerdə qalan əfşarlar isə o dönəm də Osmanlı torpağı olan Anadoluda qaldılar. Onlar Osmanlı mülklərində ayrıca qrup kimliyi daşımaqda idilər. XIX əsrdə qışda Suriyaya, yayda Anadoluya köç edən Çukurovadakı köçərilər bölgədəki Osmanlı valisi Dərviş paşa tərəfindən Göksun və Kayseri ətrafında məcburi oturaqlaşdırıldı. Hətta XX əsrin ortalarında belə bu adı çəkilən bölgələrdə Əfşar kökənli kəndliləri tapmaq mümkün idi.Əfşarların XV-XVI əsrlərdə şərqə doğru köç etmələrinin səbəbi Səfəvi imperiyasının qurulması ilə bağlı idi. Qızılbaş tayfalarından biri kimi Əfşar tayfası Şah İsmayıl Xətainin ordusuna qatılmışdılar. Georg Stöber bu hadisələrdə iştirak edən əfşarları XI əsrdəki əfşarların birbaşa varisləri hesab etməyin mümkünsüz olmasını iddia edir və buna səbəb kimi keçən əsrlər ərzində tayfaların tərkibinin çox dəyişməsini göstərir. Monqol işğallarından sonrakı dövrlərdə əfşarlar XVI əsrə aid Osmanlı sənədlərində Əfşar boyuna aid çox sayıda yer adları görülməkdədir və bu. yer adları ilə Əfşar boyu Qayı boyundan sonra ikinci yerdə gəlməkdədir. Tarixçi Faruk Sümerə görə, bu, əfşarların eyni qayılar və qınıqlar kimi Anadolunun türkləşdirilməsində mühüm rola malik olmasının göstəricisidir. Osmanlı dönəmi tarixçilərindən Yazıcıoğluna görə, Qaramanlı boyu da Əfşar boyundandır. Monqol hakimiyyətinin tədricən Anadoluya yayılmasından sonra Anadoludan Suriyaya 40 min çadır türkman köç etmişdi. Bu türkmanlar müasir Suriyanın şimalında üstünlük əldə etmiş, bir çox hadisələrə yön vermişlərdir. Uzun illər keçməsinə və köçlərə baxmayaraq, buradakı türkman boyları xeyli müddət boz ox və üç ox kimi ənənəvi türkman el təşkilatlanmasını da qoruyub saxlamışdırlar. Hələb, Antep və Antakya civarlarında yaşayan bu türkmanların boz ox hissəsini təşkil edən əsas tayfa Əfşar boyu idi. Türkiyədəki, İrandakı və Azərbaycandakı əfşarların hamısı (qərbi və orta Anadoludakı bəzi Əfşar obaları istisna olmaqla) bu ana qoldan ayrılmışdırlar. Şimali Suriya əfşarları başlıca olaraq üç ailə tərəfindən idarə edilmişdirlər - Köpək oğulları, Gündüz oğulları və Qutbəyi oğulları. BU ailələrdən Köpəyoğullarının Antep bölgəsində, Gündüzoğullarının Amik ovasında, Qutbəyioğullarının da Hələb bölgəsində yaşadıqları bilinməkdədir. Azərbaycan və İran əfşarları Bu bölgədəki əfşarlar daima qaynaqlarda. Əfşar yazılışı ilə anılmaqdadırlar. Daha XII əsrdə İranın Xuzistan əyalətində Arslan oğlu Yaqub, Sümlə və oğulları rəhbərliyində əfşarların bir bəylik qurduqları daha əvvəl də görülmüşdü. Bundan sonra, XV əsrin sonlarına doğru bu ölkədə yenidən əfşarlara rast gəlindi. Faruk Sümer bu əfşarları Ağqoyunluların fəthi nəticəsində Anadoludan gəlmiş əfşarlar olaraq təqdim edir. 1501-ci ildə Səfəvi imperiyasının quruluşundan sonra da İrana və Azərbaycana yeni Əfşar oymaqları gəldilər. Bu əfşarlar imperiyanın fərqli yerlərində yaşamaqda və ayrı-ayrı ailələrin hakimiyyəti altında olmaqda idilər. Sümer bunu onların dövlətə ayrı-ayrı zamanlarda köç etmələri ilə əlaqələndirir. Ağqoyunlu və Səfəvi dövrü Əfşarlar ilk öncə Qaraqoyunlu dövlətində sülalənin əsaslandığı hərbi tayfalardan biri olmuş, daha sonra isə Uzun Həsənin rəhbərlik etdiyi ağqoyunluları dəstəkləmişdirlər. Uzun Həsənin hələ Ağqoyunlu hökmdarı olmasından əvvəl yaxın adamlarından biri olan və Kuhgiluyə hakimi Əfşar Mansur bəy çox saylı əfşarlara rəhbərlik edirdi. Faruk Sümerə görə, şübhəsiz olaraq Suriya əfşarlarına mənsub olan Mansur bəy daha sonra bir çox Ağqoyunlu bəyləri kimi Səfəvi imperiyasının qurucusu Şah İsmayıla itaət etmiş və onun tərəfindən 1505-ci ildə Fars vilayətinin valisi təyin edilmişdir. Ağqoyunluların yüksəliş, çöküş və süqutuna şahidlik edən və ən sonunda başına Qızılbaş tacı qoyan Əfşar Mansur bəyin oğul və nəvələrinin Şah Abbas dövrünə qədər Kuhguliyə vilayətini idarə etdikləri bilinməkdədir. Bunlardan Mansur bəyın soyundan gələn Xəlil xan 10 min Əfşar döyüşçüsünə komandanlıq edirdi. Xəlil xanın oğlu Şahqulu xan ilə qohumu Həsən xan uzun illər Kuhgiluyədə bir-birinə düşmən olaraq yaşadıqdan sonra 1590-cı ildə Şahqulu, Şirazda Şah Abbasın da təstiqi ilə Həsən xan tərəfindən öldürüldü. Bundan sonra baş verən hadisələr nəticəsində əfşarlar yurdlarından çıxarıldılar. Onların bir hissəsi Xorasana, bir hissəsi isə Urmiyaya getdi. Beləliklə, vilayət artır Əfşar torpağı olma xüsusiyyətini itirdi. Buradakı əfşarlar gündüzlülər və araslılar oymaqlarından meydana gəlmişdi Gündüzlü obası XIV və XV əsrlərdə Suriyada yaşayan Gündüzlü əfşarının bir qolu olub, AĞqoyunlu fəthi nəticəsində Mansur bəyin rəhbərliyində İrana köç etmişdi.Əfşarlardan bir qol da XVI əsrin birinci yarısında Xuzistanda yaşamaqda idi. Bu əfşarlar da Gündüzlü əfşarlarından olub, buraya Ağqoyunlu hətfi zamanı gəlmişdilər. Bunların başında 1539-cu ildə Mehdiqulu Soltan dayanmaqda idi və bu sərkərdə Şah Təhmasibin əmri ilə qardaşı tərəfindən öldürülmüşdü. Bundan sonra Xuzistan əfşarlarının başında Heydərqulu Soltan ilə Əbültfəth Soltan durublar. ŞAh İsmayıl ilə oğlu Təhmasib dövründə hansı Əfşar obasına mənsub olduqları bilinməyən bir çox Əfşar bəyi/xanı görülməkdədir.Ağqoyunlu dövründə dövlətin hərbi sistemində aktiv iştirak etməklə birlikdə, Əfşar boyu Səfəvi imperiyasında da mühüm rol oynamışdırlar. Onlar türk tayfalarından təşkil edilnə Qızılbaş tayfaları və ahsevən tayfa konfederasiyası içində sülalənin hərbi əsasını təşkil etmişdirlər. Onlar Səfəvi sülaləsini çox sayıda vilayət hakimi, hərbi lider ilə birlikdə, Qızılbaş ordu sistemində mühüm rol oynayan çox sayılı qorçubaşılarla təmin etmişdirlər. Səfəvi imperiyasında qorçubaşıların çoxu bu boydan çıxmışdır əfəndiyev.Şah Təhmasibin 1576-cı ildə ölümü zamanı Səfəvi dövlətinə xidmət edən yüksək rütbəli sərkərdələr içində 6 Əfşar xanı görülməkdədir. Bunlar Təhmasibin oğullarından Əhməd Mirzənin lələsi və Araslı əfşarlarından Aslan Soltan, Kuhgiluyədə 10 minlik Əfşar ordusuna komandanlıq edən Xəlil xan, Savə hakimi Mahmud Soltan, Kirman valisi Yaqubun qardaşı Yusif, Hezarcarib valisi İsgəndər, Xorasanda Fərah və Esfüzar valisi Yegan Soltan, yenə Xorasandaki hakimlərdən biri Koroğlu XOsrov Soltan idi. Bu sərkərdələrin hakimlik etmə yerlərinə görə Səfəvi imperiyasında əfşarların Xorasanda, Kuhgiluyədə, Kirmanda və Xuzistanda yaşadıqları düşünülə bilər. Bu yerlərdən Kuhgiluyə Səfəvi əfşarlarının əsas yaşadıqları yer hesab edilə bilər. Şah Təhmasibin xələfləri II İsmayıl və Məhəmməd Xudabəndə dönəmlərində əfşarlar bu bölgələrini və dövlət idarəsindəki mövqelərini qoruyub, Ustaclı, Şamlı, Təkəli, Türkman tayfaları arasında hakimiyyət mübarizələrindən kənarda qaldılar.Səfəvi imperiyası zamanı əfşarlar ən mühüm tayfalardan biri olsalar da, bəzən şahlar onlara təhlükə olan və ya təhlükə ola biləcək tayfaları ucqarlara sürgün edirdilər. Onlar bununla həm güclü potensial rəqibdən qurtulmaqla birlikdə, sərhəd bölgələri xaricilərin hücumlarına qarşı gücləndirir, eyni zamanda da həmin tayfaların xaricə yağma yürüşləri etmə ehtiyyacını qarşılayırdılar. Bu cür siyasət özünün zirvə dövrünə Şah Abbas dövründə çatdı. Beləliklə, əfşarlar Səfəvi dövründə güclənməklə bərabər, bütün imperiya boyunca yayıldılar. Onların yayılma səbəblərindən biri də tayfadan kiminsə hansısa vəzifəyə təyin edilməsi idi. Belə olduğu halda, həmin şəxslər öz tayfasından xeyli sayda insanı qulluqçu və ya döyüşçü kimi təyinat yerinə aparırdı. Nəticədə, əfşarlar imperiyanın bütün əraziləri boyunca səpələnmiş şəkildə yaşamağa başladılar.Şah Abbas dövründə (1587-1629 əfşarlar başlıca olaraq bu obalara ayrılmaqda idi: Gündüzlü, Araslı, Usalı (və ya Usallı, daha sonralar Usanlu), EBerlü, Alplı, İmanlu. Abbas dönəmində Kuhgiluyə əfşarlarının bir hissəsi Urmiya ətrafına, bir hissəsi də Xorasanın Əbivərd bölgəsinə göndərildilər. Buna görə də, bölgə Əfşar torpağı (dirliyi) olma xüsusiyyətini itirdi, həmçinin Xuzistandakl əfşarların da vəziyyəti pisləşdi. Araslılar da Kuhgiluyədən və ya digər bir ifadə ilə Mansurbəy əfşarlarından idilər. Məhəmməd Xudabəndənin (1578-1587) son dövrlərində Usalı oymağı İsfahan ətrafında yaşamaqda idilər. Şah Abbas araslıları Huvar, Rey və Simman tərəflərə sürgün etmişdi. Araslılardan böyük bir hissəsinin daha sonra Urmiya bölgəsindəki boydaşlarının yanına getdiyi bəllidir. Usalıların Şah Abbas dövründən əvvəl İsfahan bölgəsində yaşadıqları bilinməkdədir. Abbas dövründə isə onlar İmamqulu xanın rəhbərliyində Qərbi İranın Gaverud bölgəsində məskunlaşmışdırlar. Eberlülərin də Abbasdan əvvəl Qəzvin ətrafında yaşadığı bəllidir. Abbas onların bir hissəsini Əbivərdə göndərmiş, sonralar onlara gündüzlülərdən bir qol da qatılmışdır. Bunlara əsaslanaraq, Faruk Sümer Nadir şah Əfşarın ya eberlülərdən, ya da gündüzlülərdən ortaya çıxdığını iddia edir. Alplu əfşarları Suriyadakı Köpəkli əfşarlarını meydana gətirən qollardan biri idi. Alplı obasının Abbas dönəmində imperiyaya gəlmiş olması ehtimalı yüksəkdir. Çünki alplılara dair, xüsusilə XVII əsrdən etibarən Osmanlı qaynaqlarında heç bir məlumata rast gəlinməməklə birlikdə, Abbasdan öncəki Səfəvi qaynaqlarında da adı keçmir. İmanlı əfşarları Türkiyədə Dulqədiroğlu eli arasında yaşayan İmanlı əfşarlarının bir qoludur. Bu qolun da Səfəvi imperiyasına Abbas dövründə gəldiyi yüksək ehtimaldır. Çünki əvvəlki qaynaqların heç birində onlardan bəhs edilmir. Bir digər tərəfdən, XVI əsrin sonlarında başlayan və uzun bir müddət davam edən Cəlali üsyanlarına görə, bir çox oymağın Səfəvi imperiyasına gedb Abbasa sığındığı bəllidir. Şab Abbas 1629-cu ildə öldüyü zaman əfşarlardan Erdoğdu xan (alplılardan) Xorasanın Fərah və Esfüzar bölgəsinin hakimi, Kəlbəli Soltan (imanlılardan) Urmiya hakimi, İmamqulu Soltan (usalılardan) Gaverud hakimi idi. Nadir şah Əfşar dövründə Əfşar boyunun yayılışı Əfşarlar öz güclərinin zirvə dövrünə Nadir şah Qırxlı Əfşar dövründə çatdılar. Lakin maraqlısı odur ki, Nadir şahın öldürülməsi hadisəsində iştirak edənlərin üçü müxtəlif Əfşar oymağından idi. Nadir şahın ölümündən sonra Xorasandakı Əfşar dövləti sağ qurtulmağı bacardı və Zənd sülaləsi ilə Əfqanıstandakı Dürranilər sülaləsi arasında bufer zonasını təşkil etdi. Buranın hökmdarı olan Şahrux təxminən yarım əsr boyunca müstəqilliyini qorudu. O, Ağa Məhəmməd xan Qacar Xorasanı ələ keçirərkən işğəncə ilə öldürüldü. Əfşarların Qacar ordusunun mühüm bir hissəsini təşkil etməsinə, onların üsyanların yatırılmasında mühüm rol oynamasına baxmayaraq, Qacar sülaləsi dövründə onlar müxtəlif yerlərə dağıdıldılar və əvvəlki güclərini itirdilər. Urmiya əfşarları Qərbi Azərbaycan ostanının Urmiya bölgəsində xeyli sayda Əfşar yaşamaqdadır. Əfsanəyə görə, əfşarların buraya gələn ilk dalğası 1399-1400-cü ildə bölgədə məskunlaşmışdır. Əfsanə bu tarixdə Əmir Teymurun Qorgin bəy Usalunu Urmiya hakimi təyin etmişdir. Lakin tarixçi Pierre Oberling bu əfsanənin heç bir tarixi qaynaqda əks etdirilmədiyini bildirir və yazılmış qaynaqlara əsasən Urmiyaya ən qədim Əfşar köçünün Səfəvi dövründə olduğunu yazmışdır. O, buradakı ilk Əfşar xanının Qasım Soltan İmanlu Əfşar olduğunu yazmışdır.Urmiya gölünün qərbində Salmas ilə Usnu (Üşniyyə) arasında olan Urmiya şəhəri və bölgəsi əfşarların kütləvi şəkildə yaşadıqları yerlərdən biri idi. Burada ilk dəfə İmanlı əfşarları məskunlaşmış, bu oymağın bir qolu sonralar Qasımlı adını daşımışdır. Bu adı Şah Abbas dönəmində bu oymağın başında dayanan Qasım Soltanın adı ilə bağlıdır. Şah Abbasın hakimiyyətinin əvvəllərində Qasım Soltan Əfşar Kermanşaha doğru edilə biləcək hücumların qarşısın almaqdan cavabdeh Əfşar döyüşçülərinin komandanı oldu. O, Osmanlı imperiyası ilə döyüşdə fərqlənmiş və buna görə də, Abbas tərəfindən 1622-ci ildə Mosul hakimliyi ilə mükafatlandırılmışdır. Lakin bundan qısa müddət sonra, orada yoluxucu xəstəlik yayılmış və Qasım SOltan Cənubi Azərbaycanın qərbinə doğru geri çəkilməyə başlamışdır. Onun oğlu Kəlbəli bəy 1627-ci ildə Urmiya hakimi təyin edilmiş və onun varisləri Qasımlı tirəsinin əsasını qoymuşdur. Əfşarlar Urmiyanı idarə edən 39 hakim yetişdirmiş və onların çoxu bəylərbəyi titulunu daşımışdır. Urmiyanın ən məşhur Əfşar hakimlərindən biri Fətəli xan Araslı olmuşdur. O, Kərim xan Zəndin hakimiyyətə qalxma prosesi zamanı ortaya çıxmış qarışıqlıqdan istifadə edərək öz hakimiyyətini Təbriz və Marağa da daxil olmaqla, Cənubi Azərbaycanın çox hissəsinə yaymağı bacarmışdır.Urmiya əfşarları sərhəd döyüşçüləri idilər və onlar burada təkcə Osmanlı hücumları ilə deyil, həm də müxtəlif kürd tayfalarının hücumları ilə də mübarizə aparırdılar. Hal-hazırda, Urmiya əfşarları oturaq yaşamaqdadırlar və onların tirələri/oymaqları bunlardır: Göylü, Gündüzlü, Qasımlı, Bekeşli Ustaclı, İmanlu, Araslı və Şaribəyli. Onların sayını dəqiq olaraq müəyyən etmək çətin olsa da, təxminən 30 min olduqları təxmin edilir.Nadir şah Urmiya əfşarlarından təxminnə 3 min nəfəri özünün sevimli məkanlarından biri olan Sayınqalaya köçürmüşdür. Bu yer Cənubi Azərbaycanın Cığatu çayı kənarında yerləşir. XIX əsrin əvvəllərində Cığatu çayı vadisində 300 kənddə 3500 Əfşar ailəsi yaşamaqda idi. Onlarla birlikdə burada qaçqın Mükri və Müqəddəm tayfası da məskunlaşmışdı. Lakin Çahardövlə türklərinin gəlişi ilə birlikdə vadinin iqtisadiyyatı pisləşdi. Ağa Məhəmməd xan Qacar onları Fars vilayətindən Qəzvin ətrafına, daha sonra Abbar Mirzənin istəyindən sonra Fətəli şah Qacar da Cənubi Azərbaycana köçürmüşdü. Çahardövlələr vadiyə gəldikləri zaman 4 min ailədən ibarət idilər və Sayınqaladan Qoşaçaya qədərki ərazilərdə yerləşdirilmişdilər. Bunun qarşılığında onlar Qacar ordusunu süvari ilə təmin etməli idilər. Yeni gələnlərə torpaq verə bilmək üçün bölgədəki bir çox Əfşar geri Urmiyaya getməyə məcbur edildi. Çahardövlələr kənd təsərrüfatı ilə maraqlanmadıqları üçün bölgənin inkişaf tempi aşağı düşdü. 1826-1828-ci illərdə Rusiya ilə müharibə zamanı Çahardövlələrin çoxu bölgəni tərk etdi və Həmədanda məskunlaşdı. Müharibədən sonra vadidə yalnız min Əfşar və Çahardövlə ailəsi qalmışdı. Zəifləmiş bu iki türk toplumu kürdlərin ovuna çevrildi. 1960-cı ildə Sayınqalada 150 kənddə - Mahmud Cıqdan Takaba qədərki ərazidə - əfşarlar yaşamaqda idi. Onların çoxu yayları öz sürüləri ilə birlikdə yaxınlıqdakı dağların ətəklərində keçirirdi. Onlar QAsımlı, Qılıncxani və Gerekli tirələrinə bölünmüşdülər.Urmiya əfşarlarının digər oymaqları gündüzlülər və araslılar idi. Bunlar da buraya Kuhgiluyədən gəlmişdilər. Yenə bu əfşarlardan bir oymağın adı Mahmudlu idi ki, onların da araslılardan formalaşdığı güman edilir. Urmiya əfşarlarının tarixi XIX əsrin ikinci yarısında əfşarların Mahmudlu oymağının Boybəyi ailəsinin üzvü Mirzə Rəşid tərəfindən yazılmışdır. Xəmsə əfşarları Əfşarların Cənubi Azərbaycandakı bir digər qrupu Xəmsə əfşarları idi və onlar burada gümanki Səfəvi dövründən etibarən məskunlaşmışdılar. Xəmsə Qəzvin ilə Zəncan arasındakı inzibati bölgənin adıdır. Bu inzibati bölgənin əsas şəhəri də Zəncan idiş. Altı hissədən meydana gələn bu inzibati bölgədə əfşarlar əsasən Qəzvinin cənub-qərbindəki yerdən (bu yer hələ də Əfşar adlanmaqdadır) başlayaraq Sayınqala və Sultaniyyəyə qədər uzanan yerlərdə, şimaldakı Yuxarı Tarum, Aşağı Tarumda, hətta Xalxal çevrəsində sıx bir şəkildə yaşamaqda idilər. Bu bölgədəki əfşarlra əsasən Xəmsəli əfşarları deyilməkdədir. XVIII əsrə aid qaynaqlarda buranı idarə edən Əfşar bəyləri də XƏmsəli, Tarumi və ya Xalxali deyə anılmaqda idi. Xəmsə əfşarlarının çoxunun Eberlü oymağından olduğu bilinməkdədir. Sümerə görə, XVIII əsrdə adı keçən Qutulu Əfşarının Xəmsə əfşarlarından olması ehtimalı mövcuddur.H. Fieldə görə, əfşarlar əslində burada 5 min ailədən ibarət olsalar da, 1920-ci ildən etibarən sayları azalmış və min ailəyə düşmüşdür. 1850-ci ildə Lady Sheil hesab edirdi ki, onların sayı 2500 ailə olmuşdur. Onların çoxu Zəncanın cənub-qərbindəki Qızılüzən çayı yaxınlığındakı qışlaqlarında yaşamağa başlamışdırlar. Bu yerlər 1960-cı illərdə Qışlaqat-e Əfşar adlandırılırdı. 1880-ci illərdə A. Houtum-Schindler əfşarlarla Zəncan ilə Qızılüzən çayı arasındakı İcarud platasının Çıraqtəpə kəndində (Takabın 32 km şimal-şərqində) qarşılamışdır. XX əsrin ikinci yarısında köçəri olan əfşarların yaylaqları Sultaniyyənin yuxarısında, Tarom dağlarının şimal-şərqində yerləşirdi. P.A. Jaubert 1805-ci ildə Xəmsə bölgəsini ziyarət etmiş və vilayətdə əsas qüvvə olan əfşarların əsas ticarət mərkəzinin Zəncan olduğunu yazmışdır. Bu vilayətin də bir çox hakimi Əfşar boyundan çıxmışdır. Tehran əfşarları İrandakı əfşarların bir qismi Tehran ətrafına cəmləşmişdir. Onların yaylaqları Elburs dağlarında, qışlaqları isə Şəhriyar və Ğar ətrafında yerləşməkdədir. Bura Reyin bir neçə km cənub-qərbində yerləşir. Jouannin hesab edirdi ki, buradakı əfşarların sayı 7 min nəfər olmuşdur. Lady Sheil isə onların sayını 900 ailə olaraq təqdim edir. Mazandaran əfşarları Əfşarların bir qrupu da Mazandaranda yaşamışdır. Onlar barədə az məlumat məlumdur. Jouannin onların sayının 5 min nəfər, Lady Sheil isə 100 ailə olaraq təqdim edir. Görünüşə görə, buradakı əfşarlar zamanla yerli əhali arasında ərimişdirlər, çünki müasir qaynaqlarda buradakı əfşarlardan bəhs edilməməkdədir. Kirman əfşarları Kirmanda ən azı üç Əfşar qrupu yaşamaqdadır. İlk Əfşar qrupunun burada XVI əsrdə məskunlaşdığı güman edilir. Hər bir halda, bölgənin ilk Əfşar hakimi Şahqulu Soltan olmuş, o, bu vəzifəyə 1526-cı ildə I Təhmasib tərəfindən təyin edilmişdir. O, 1536-cı ildə Təhmasibin Xorasana edilmiş dördüncü yürüşdə iştirak etmişdir. Zənd sülaləsinin hakimiyyətinə gəlməsinə qədər Kirmanın 8 Əfşar hakimi olmuşdur. Onlardan ikisi - Yusif xan Əfşar və Vəli xan Əfşar - Şah Abbasın hakimiyyət illərində həm də qorçubaçı kimi xidmət etmişdirlər. Kirmanın son əfşarlı hakimi olan Şahrux xan, Nadir şahın ölümündən sonrakı qarışıqlıqdan istifadə edərək xeyli mülk ələ keçirmiş, sistaniləri, bəlucları məğlub etmiş, bölgəni 10 ildən çox yarımmüstəqil şəkildə idarə etmişdir. Lakin o, 1758-ci ildə Kərim xan Zənd tərəfindən öldürülmüşdür.Jouannin buradakı əfşarların sayının 6 min, Sheil 1500 ailə, Sykes 10 min ailə olaraq göstərir. Kayhan 5 min ailə, Field 4.275 ailə, rəqəmlərini verməkdədir. Kirmandakı Əfşar qrupları bunlardır: Əfşar Cahanşahilər.Bu qrupun yaşlıları iddia edir ki, onların formalaşma yeri Cənubi Azərbaycan olmuş, uzun müddət Fars vilayətinin Fasa və Cahrom bölgələrində qaldıqdan sonra Kirmana yerləşmişdirlər. Field onları Zəncan əfşarlarının Cahanşahlı və Fasanın Əfşaruşağı trələri ilə əlaqələndirməkdədir. 1957-ci ildə onların sayı 1200 ailə idi. Onlar hələ də köçəridirlər və Sircanda yaşamaqdadırlar. Əfşar ƏmüilərBu qrupun yaşlıları onların Kirmana Urmiyadan gəldiklərini və bu köçün Nadir şah tərəfindən edildiyini bildirirlər. 1957-ci ildə onların sayı 400 ailə idi. Hələ də köçəridirlər və Sircanda yaşamaqdadırlar. BucağilərBu qrupun yaşlıları özlərinin Zəncan və Rey əfşarlarının bir hissəsi olduqlarını, indiki yerlərinə Nadir şah tərəfindən köçürüldüklərini iddia edirlər. 1957-ci ildə onların sayı 500 ailə idi. Hələ də köçəridirlər və Sircanda yaşamaqdadırlar. Bucağilər öz oğurluqları ilə məşhurdurlar və buna görə də, Sykes onları İranın Robin Hudları adlandırır. Bucağilər 1916-cı ildə İranın cənubunda baş vermiş antibritaniya üsyanında mühüm rol oynamışdırlar. Əfşar MirhəbibilərPierre Oberling bu qrupun Sircanın Bərdşir bölgəsindəki Əfşar qrupunun qalıqları ola biləcəyini yazmışdır. Onlardan Sykes və Fieldin əsərlərində də bəhs edilmişdir. Sykes onların sayını 25 ailə olaraq təxmin edir. G. Stöberin XX əsrin ikinci yarısında yazılmış araşdırmasında Kirman əfşarlarından da bəhs edilməkdədir. Kermanşah əfşarları Kermanşahda yaşayan əfşarlar ən azından Səfəvi dövründən etibarən burada yaşamışdırlar. Jouannin buradakı əfşarların sayının 7 min nəfər olduğunu yazır. Onların soyundan gələnlər hal-hazırda Həmədan yaxınlığında Colqa-ye Əfşar dehistanlığında yaşamaqdadırlar. Bu yer Kəngavər adlanan yerin yaxınlığında yerləşir və burada Əfşaran adlı kənd də vardır. Bu əfşarlar sərhəd döyüşçüləri olaraq xidmət etmiş və Osmanlı imperiyasına qarşı müharibələrdə iştirak etmişdirlər. Xorasan əfşarları Tarixən əfşarların ən aktiv olduqları yerlərdən biri də Xorasandır. Burada Məşhəd şəhərinin şimalında yerləşən Dərəqaz bölgəsində əfşarlar yaşamaqdadır. Məhəmməd Mehdiyə görə, Əfşar boyu Qırxlı tirəsindən olanlar buraya I İsmayılın hakimiyyəti dövründə köç etmişdirlər. Bu köçənlər öz yaylaqlarını Miab-e Kapkan şəlaləsi ətrafında, Allahu Əkbər sıra dağları ətəklərində, qışlaqlarını isə Dəstgerd-e Dərəqaz bölgəsində keçirirmişlər. ƏHməd Kəsrəvi isə onların buraya. Şah Abbas dövründə köçürüldüklərini bildirir. Onun yazdığına görə, Abbas Camışgəzək kürdləri ilə birlikdə əfşarları buraya köçürmüş və onlara Nesa ilə Əbivərdi özbəklərdən almağı tapşırmışdır. Lakin İsgəndər bəy Münşi öz əsərində Özbək hökmdarı Übeydullahın ölümündən sonra. Xorasanda çıxan qarışıqlıqda rol oynamış Xosrov Sultan Koroğlu adlı Əfşar sərkərdəsinin adını çəkir. Bu da göstərir ki, Şah Abbasa qədər də Xorasanda müəyyən qədər Əfşar yaşamaqda imiş. Məhəmməd Mehdi yazır ki, 1729-cu ildə əfqanlara qarşı yürüş zamanı Nadir şah 12 min Əfşar ailəsini Xorasana köçürmüşdü. Onların 2 min ailəsi Qırxlı tirəsindən olmuşdur. Güman edilir ki, Dərəqaz, Əbivərd və Kalat-e Nadir bölgəsində yaşayan insanlar içərisində minlərlə şəxs bu əfşarların soyundan gəlməkdədir. Bruka görə, Quçan və Bojnurdun cənubunda, Səbzəvar ilə Nişapur arasında da əfşarlar yaşamaqdadır. Xorasandakı Qırxlı əfşarları öz güclərinin zirvəsinə Nadir şah dövründə çatmışdır. Nadir özü də bu tirədən olmuş və Dərəqaz yaxınlığında bir çadırda dünyaya gəlmişdir.Səfəvi şahı I Təhmasib dövründə Xorasanda. Heratın cənubundakı Esfüzar bölgəsi ilə Sistandakı Fərah bölgəsi Əfşar bəyləri tərəfindən idarə edilmişdir. Lakin daha sonra buradakı əfşarların necə olduqları bəlli deyil. Bununla bərabər, Sümer Kirman əfşarlarının bunlardan və ya bunlar olduğu fikrini ortaya atmışdır. Əvvəlki Xorasan əfşarları Şah Abbasın Kuhgiluyədən Əbivərd sərhəd bölgəsinə sürgün etdiyi gündüzlülər və araslılar idi. Görünüşə görə, Nadir şahın məşhurlaşmağa başladığı günlərdə bu adlar ortadan qalxmış və onlarını yerini Kosa Əhmədli və Qırxlı almışdır. Nadir şahın da bunlardan Qırxlı obasına mənsub olduğu bilinməkdədir. Bu sayları çox olan Əfşar topluluqlarından başqa, Xuzistanda (Gündüzlüdən), Kuhgiluyədə (eyni oymaqdan və ya Araslıdan) və Farsda Kazerun bölgəsində sayları az olan Əfşar oymaqları var idi. XVIII əsrin ilk rübündəki İran əfşarlarının bu cür dağılımımının hal-hazırda da davam etdiyi deyilə bilər. Xuzistan əfşarları 1135-ci ildə müasir İranın Xuzistan əyalətində çox sayıda türkman yaşamaqda idi. Bu türkmanlar bögləyə Orta Asiyada Qarakitay hakimiyyətinin qurulması və onlara təzyiq etməsi nəticəsində köçmüşdü. Bu türkmanlar arasında əfşarların xeyli insandan ibarət olan obası var idi. Onlara Arslan oğlu Yaqub rəhbərlik etməkdə idi və o, Xuzistan qəsəbəsində yaşayırdı. Əfşarlar ilə birlikdə gəlmiş olan Salur obası da qonşu Kuhkiluyə bölgəsində məskunlaşmışdı. Onlara rəhbərliyi Mevdud oğlu Sunqur edirdi. Sunqur 1148-ci ildə Şirazı ələ keçirdi və Salqurlu dövlətini qurdu. Əfşar bəyi Yaqub Fars əyalətini ələ keçirmək və ya Sunquru özünə tabe etmək üçün bir neçə dəfə Salur bəyinin üzərinə hücum etsə də, uuğr qazana bilməmişdi. Yaqub bəydən sonra Xuzistandakı əfşarların başına Sümle keçdi. Sümlə bir ad deyil, ləqəb idi. Onun əsl adı Aydoğdu, atasının adı isə Güç Doğan (Küş Togan) idi. Səlcuqlu hökmdarı Sultan Məsud zamanı Xuzistanın bir qismi ilə Luristanın bəzi yerlərini idarə edən Sümle, Məsudun ölümündən sonra Xuzistana geri döndü və buranı tamamilə öz idarəsi altına aldı. Beləcə, siyasi vəziyyətdən də faydalanaraq Xuzistanda bir bəylik qurmağa müvəffəq oldu (1155). 1175—ci ildə ölən Sümlədən sonra 1195-ci ilə qədər Xuzistanda hakimiyyətdə olan oğulları 40-a qədər qalaya sahib idilər. Lakin bu illər ərzində onlar ölkələrini Abbasi xilafətinə itirdilər. Onlardan bəzilərinin öz adlarına pul kəsdirdikləri bilinməkdədir.Səfəvi imperiyası zamanı bu əfşarlar Gündüzlü, Araslı və Alplı tirələrinə aid olmaqla birlikdə, əsasən Kuhgiluyə, Ram Hörmüz, Davraq, Dezful və Şuştərdə yaşamaqda idilər. Səfəvilər və Nadir şahın dövründə buradakı əfşarların içərisindən xeyli sayda Xuzistan və Kuhgiluyə hakimləri çıxmışdır. Lakin onlar burada əsasən özlərinin Lur və Ərəb qonşuları ilə mübarizə şəraitində yaşamış, mərkəzi hökumətə qarşı üsyanlar etmişdirlər. Ən böyük üsyanlardan biri 1596-1597-ci ildə Araslı və Gündüzlü tirələrinin vilayət hakiminə qarşı üsyanı olmuşdur. Şah Abbas tərəfindən üsyanı yatırmaq üçün göndərilmiş Allahverdi xan üsyanı qəddarlıqla yatırmış və minlərlə Əfşarı qətlə yetirmişdir.Bu üsyan və üsyanın yatırılması forması İranın cənub-qərbində əfşarların gücünü xeyli zəiflətdi. Kab ərəbləri, bəxtiyarilər və digər tayfalar bundan istifadə edərək əfşarlar qarşı sərt təzyiqlərə başladılar. Onlar əfşarlardan otlaq sahələrini istəyirdilər. Bu proses region əfşarlarının bir çoxunun köç etməsinə yol açdı. Nadir şahın ölümündən sonra ortaya çıxan qarışıqlıq dövründə region əfşarlarına daha bir zərbə vuruldu və ərəblər Davraqı ələ keçirdilər. Xuzistandan və Kuhgiluyədən olan əfşar qaçqınları Kermanşaha və Urmiyaya yola düşdülər. Urmiyaya gedən əfşarların orada hələ də Kuhgiluyəli adlı tirəsi vardır. Hal-hazırda İranın cənub-qərbində qalan əfşarlar Şuştərdəki gündüzlülər və KUhgiluyədəki Ağaçəri tayfasının Əfşar tirəsidir. Şuştər əfşarları şəhərin Boleyti adlanan məhəlləsində və bir neçə yaxın kənddə yaşamaqdadırlar. Onların sayı təxminən 250 ailədir. Kuhgiluyə əfşarları Həndican yaxınlığındakı Cam Tanq kəndində yaşayırlar və sayları təxminən 100 ailədn ibarətdir. Fars əfşarları Fars vilayətində əfşarların iki kiçik qrupu vardır. Birincisi Qaşqayi tayfa konfederasiyasının Kəşküli Kiçik tayfasının tirəsini təşkil edən Əfşar Kermanilərdir. 1958-ci ildə onlar təxminən 120 ailədən ibarət idilər. XIX əsrin ortalarında Lady Sheil bu qrupu Qacar Əfşar adlandırır, saylaının 350 ailə olduğunu yazırdı. Əfşar Kermanilər gümanki Qaşqayilərə 1830-cu illərdə qatılmışdırlar. Bu tarixdə Qaşqayilər və digər türk köçəriləri Fars vilayətinin hakimi ilə mübahisəyə girmiş və Kermanın Sircan bölgəsinə hərəkət etmişdirlər. İkinci əfşarlı komponenti Əfşaruşağı adlanmaqdadır və Aynallu tayfasının bir tirəsini təşkil edir. Ya bu qrup Mərkəzi İrandan Fars vilayətinə doğru hərəkət edən Aynallu tayfasını izləmiş, ya da elə 1830-cu illərdə Sircanda onlarla birləşmişdir. Güman edilir ki, bundan əvvəl də Fars vilayətinə Əfşar köçləri olmuşdur. Gümanki Əfşar bəylərindən olan Mansur bəy Əfşar 1498-ci ildə Fars vilayətinin hakimi təyin edildikdən sonra əfşarlardan olan insanların bəziləri onunla buraya gəlmişdir. Şah Abbasın hakimiyyətindən etibarən sonrakı 250 il boyunca Kazerun bölgəsini Alplı əfşarlarından olan hakimlər idarə etmişdirlər. Son olaraq da, Bellan Abarguh bölgəsində məskunlaşan bir Əfşar qrupu barədə də yazmışdır. Müasir dövr Əfşarlar, Fətəli şah Qacar dövründə İranı ziyarət etmiş olan A, Duprenin əsərində İranda türkcə danışan oymaqların insan sayına görə başında yer almaqdadır. Bu səyyaha görə, Urmiya əfşarları Qasımlı və Araslı adlı iki qola ayrılmaqda, bu qollar da Qaraçlu, İmamlu, Davudlu, Usallu, Qılıclı, Qənibəyli, Kiləli, Toxmaqlı, Adaqlı, Qarahəsənli, Əlibəyli,Tərzili, Şahburanlı, yəhərli, Kuhgiluyəli kimi obalardan meydana gəlməkdə idi. Bu əfşarların sayları haqqında da 25 min rəqəmi verilməkdədir. Yenə eyni səyyaha görə, Xəmsə 10 min, Qəzvin çevrəsində 5 min, Həmədan ətrafında 7 min, Tehran ətrafında 7 min, Xuzistanın Şüştər yaxınlığında 10 min, Kirmanda 6 min, Xorasanda 8 min, Farsda 5 min və Mazandaranda 5 min nəfər Əfşar yaşamaqda idi. XIX əsrin ortalarında İranı ziyarət etmiş olan Lady Sheilin əsərində də Əfşar boyunun yurdları, sayları və həyat ttərzlərinə aid məlumat verilməkdədir. Ona görə, Urmiyada 7 min ev, Mazandaranda 100 ev, Usanluda 50 ev, QƏzvin-Tehran arasında 900 çadır, Usanlı, Huvar və Dəmavənddə 1000 çadır əfşarlı var idi. Həmçinin onun verdiyi məlumata görə, Əfşar şahsevənləri 2500 çadır, Xəmsə 200 çadır, Kirman 1500 çadır, Qacar-Əfşar 250 çadır var imiş. Dövrümüzdə İran və Azərbaycan əfşarlarının böyük bir hissəsi oturaq həyata keçmiş, öz təbirləri ilə "tat" olmuşdurlar. 1960-cı illərdə Xuzistandakı Gündüzlü əfşarları, Kuhkiluyədəki Ağaçəri topluluğu arasındakı Əfşar oymağı ilə Kirmandakı 5 min çadırlıq Əfşar oymağı arasında köçəri həyatın xüsusuiyyətləri davam etməkdə idi. XVI və XVII əsrlərdə Anadoluda əfşarlar Aşağıda qeyd edilən Əfşar icmalarından başqa, XVI əsrdə Uşak bölgəsində beş obaya ayrılmış, çoxsaylı Əfşar qolu yaşadığı kimi, Sivrihisar və Aydın bölgələrində də eyni adı daşıyan, sayları az oymaqlar var idi. Hələb əfşarları Ağqoyunlu və Səfəvi dövlətlərinin türk köçəri sisteminə dayanmasına görə Anadoludan buraya köç edən türkman boyları arasında əfşarlar da var idi. Ancaq yenə də XVI-XVII əsrlər boyunca Hələb civarında xeyli sayda əfşarlar yaşamaqda idi. Bu dövrə aid qeydə alınmış Osmanlı dəftərində Hələbdə Köpəyli əfşarı və Gündüzlü əfşarı boyları kimi müstəqil əfşarlı oymaqları görünməkdədir. Köpəyli əfşarları 15 obaya bölünmüşdülər və Köçəkli, Səkkiz, Alplu, Dəlilər, Aydoğmuşbəyli oymaqları ən önəmliləridirlər. Bunlardan Köçəkli daha sonralar müstəqil və böyük bir oymaq halına gəlmiş, Səkkiz oymağı Suruçun Şeyx Çoban kəndində yerləşmiş, Alplunun bir hissəsi Səfəvi imperiyasına getmiş, Dəlilər isə varlığını XX əsrin sonlarına qədər sürdürmüşdürlər. Köpəkli əfşarlarının Yeni İl və Boz Ulusda bəzi qolları vardır. Gündüzlü əfşarlarının isə sayı daha az olub, səkkiz obadan ibarət olmuşdur. Faruk Sümer bunu onların çox hissəsinin Səfəvi imperiyasına getməsi ilə əlaqəli olduğunu göstərdiyini yazmaqdadır. Müstəqil Əfşar oymağı isə XVI əsrin ikinci yarısında 158 vergi verən evdən ibarət olmuşdur. Məmlüklər dövründə dirilik sahibi olan bu oymaq Osmanlı dövründə də belə yaşamağa davam etmişdir. XVI əsrin sonlarında oymaqları uzun müddətdir idarə edən ailələrin ortadan qaldırıldığını, onların yerini isə ağa titulunu daşıyan kəndxuda ailələrinin aldığını gösməkdəyik. 1581-ci ildə buradakı əfşarların başında Rəcəb, Bahri və Kiçik Minnət kimi kəndxudalar durmaqda idi. Bunlardan Ərəcəboğulları o qədər nüfuz qazanmışdırlar ki, XVII əsrdə əfşarlar çox kəs Rəcəblü əfşarları deyə adlandırılmışdırlar. Bölgə əfşarları 1687-ci il AVstriyaya qarşı edilən səfərə qatıldıqları kimi, 1690-cı ildəki səfərdə də iştirak etmişdirlər.Diyarbəkir bölgəsindəki Boz Ulus arasındakı Əfşar varlığının böyük bir hissəsi, yaxud hamısı Hələb əfşarlarının qollarından meydana gəlmişdir. 1570-ci ildəki Boz Ulusdakı Əfşar qollarından Mehmed Kəndxudanın idarəsindəki 804 evlik Əfşar qolu ilə 367 və !09 evlik Köpəkli əfşarlarının obaları diqqət çəkir. Bunlardan başqa, digər kəndxudaların idarəsində də bir çox Əfşar obaları vardır. Əfşarların Boz Ulusun hər üç nöqtəsindəki obalarından bəziləri buradan XVII əsrin əvvəllərində Orta Anadoluya doğru olan köçlərə qatılmışdırlar. Boz Ulusdan köçən əfşarların çoxu Qaraman vilayətində məskunlaşmışdırlar. Boz Ulusa Şamdan gələn və Şam türkmanları adlanan bəzi əfşarlar isə əvvəlki yerlərində qalmışdırlar. Sənədlərdə “Boz Ulus Mândesi” (Boz Ulus qalıntısı) adı verilən bu hissə XVIII əsrin sonlarında Rakka bölgəsinə göndərilsə də, bu topluluğa mənsub olan obalardan bəziləri Anadolunun qərb hissəsinə də getmişdirlər. 1716-cı ildə Balıkesir vilayətinin Mihaliç qəzasında görülən Köpəkli əfşarları obası Boz Ulusdakı Köpəkli əfşarları obasıdır. Həmçinin, Boz Ulusdakı digər bir çox türkman obaları kimi əfşarların da bir hissəsinin Şah Abbasın Səfəvi imperiyasına getmə ehtimalı yüksəkdir. Dulqədirli əfşarları Dulqədiroğlu eli arasındakı əfşarlar əslində Suriyanın şimalındakı əfşarların bir qolu olub Maraş, Qars (Qədirli), Yeni İl və hətta Bozox bölgəsinə dağılmış bir halda yaşamaqda idilər. Bu əfşarların ən önəmli qolu İmanlı əfşarları idi və Maraş bölgəsində yaşamaqda idi. XVI əsrin birinci yarısında İmanlı əfşarları 27 obadan ibarət idi və bu obaların bir qismi Suriya səhrasında qışlamaqda, Maraşın müxtəlif yerlərində isə yaylamaqda idi. XVI əsrin ikinci yarısında İmanlı əfşarlarının obalarının çoxu yaylaq və qışlaqlarında ANtep çevrəsindəki kəndlərdə məskunlaşaraq köçəriliyi tərk etmiş, tərk etməyənlər isə Səfəvi imperiyasına köç etmişdir. Yeni İl əfşarları Sivas ilə Gürün arasında yaşayan və Yeni İl adı verilən türkman topluluğundakı əfşarlardan üç oba (Boynuqısalı, Dəlilər və Səkkiz) Köpəkli əfşarlarına, digərləri də (Bidiləfşarı, Taifiəfşarı və Qızıl Süleyman) İmanlı əfşarlarına mənsub idilər. Bunlardan Bidiləfşarı Yeni İlin ortadan qalxmasından sonra qərbə köç etmiş, Ankaranın Bala qəzasında məskunlaşmışdır. Ankaranın MUgan gölü yaxınlığındakı bir yer də bu oymağın adını daşımaqdadır. Sis (Kozan) əfşarları Sis (Kozan) əfşarları 1519-cu ildə 28 obaya ayrılmışdı. Bunlardan bir neçəsi istisna olmaqla, digərlərinin köçəriliklə birlikdə əkinçiliklə də məşğul olduğu bilinməkdədir. Sis əfşarlarının buraya 1375-ci ildəki Məmlük fəthi nəticəsində Suriyadakı əsas Əfşar topluluğundan gəlmiş olduqları bilinməkdədir. Çünki Çukurovanın fəthinə Məmlük ordusu ilə birlikdə BOzoxlu və Üçoxlu türkmanları da qatılmışdı. Lakin bu əfşarlar XVIII əsrdən etibarən Hələbə getməyib, Çukurovada qışlamağa başlayan, Zamantı çayı sahillərində yayı keçirən əfşarlar ilə qarışdırılmamalıdır. Bunlar daha sonrakı əsrlərdə yaşamış Hələb türkmanlarına daxil olan əfşarlardır. XVIII və XIX əsrlərdə Anadoluda əfşarlar Əsas boyun qalıntısı olan Hələb əfşarlarının nəvələri müxtəlif hadisələrə baxmayaraq, 1865-ci ildə Fırka-i İslahiyye gəlincəyə qədər güclü bir oymaq olaraq Anadoluda varlıqlarını davam etdirdilər. 1691-ci ildə Rakka bölgəsində məskunlaşmaları əmr edilən türkmanlar arasında bəzi Əfşar oymaqları da var idi. Bunlar Boz Ulusun qədim yurdunda qalan qisminə bağlı əfşarlar ilə Yeni İlə mənsub əfşar oymaqları idilər. Rakka bölgəsində sonralar Əfşar Bucağı deyilən yerin əfşarların yerləşdirildikləri məntəqə olduğu bilinməkdədir. Hələb əfşarları isə Rəcəblü əfşarları, Qara Gündüzlü əfşarları və Bahrili əfşarları olmaqla 4-5 oymağa ayrılmışdı.Əfşarlar XVIII əsrdən etibarən qışlaq olaraq Hələb yerinə Çukurovaya getməyə başlamışdılar. Bunların Çukurovadakı qışlaqları Ceyhan sahillərində idi. Onlar dövləti Zamantı çayı sahillərində oturaq həyata keçəcəklərinə inandırsalar da, nəinki oturaq həyata keçmiş, hətta ətraf kəndlərdəki insanların heyvanlarını sürüb aparmış, bəzən də ticarət karvanlarını soymuşdurlar. Buna görə də, 1703-cü ildə Rakkaya sürgün edilsələr də, orada uzun müddət qalmadılar, oradan qaçacaraq Çukurova, Kayseri, Elbistan, Maraş bölgəsinə gəlib, yağma və basqınlarla məşğul oldular. 1856-cı ildə yenidən onları oturaq həyata keçirməyə çalışılsa da, yenə də uğursuz oldu. Lakin 1865-ci ildə İstanbuldan göndərilən Fırka-i Islâhiyye onların qarşısında iki seçim qoydu - ya yaylaqlarında, ya da qışlaqlarında məskunlaşmaq. Əfşarlar yaylaqlarında yerləşməyi seçsələr də,artıq onların yaylağında Qafqaz mühacirləri yerləşdirilmişdi. Buna görə də, əfşarlar məhsuldarlığı olmayan torpaqlarda yerləşdirildilər. Hal-hazırda əfşarlar Kayserinin Pinarbaşı, Tomarza, SArız qəzalarına bağlı 70-dən çox kənddə yaşamaqdadırlar və əvvəlki boy təşkilatlarını unutmamışdırlar. Bu kəndlərdə hələ də məşhur Əfşar kilimləri toxunmaqdadır.Türkmanların acı və üzüntülərini ağıt və bozlaq şəklindəki mahnılarla dilə gətirdikləri bilinməkdədir. Bu yönü ilə seçilən boylardan biri də əfşarlardır. Bozlaq onların musiqi həyatına o qədər hakim olmuşdur ki, qəhrəmanlıq macəralarını anladan türküləri belə bozlaq məqamında oxuyurlar. Onların adını daşıyan Əfşar bozlağı Yozqat və Kırşəhər civarlarında oxudulmaqdadır. "Əfşar bəyləri" türküsü isə Burdur, Antalya, Dənizli və Muğla bölgəsinin ən sevilən türkülərindən biridir. "Əfşar zeybəyi" eyni bölgələrdə, "Əfşar halayı" isə Kırşəhər, Yozqat, Kəskin bölgələrində oynadılmaqdadır. Böyük türkman şairi Dadaloğlu da əfşarlardandır. Əfşarların oymaqları Əfşarların oymaqları bunlardır: Alplı, Alxanlı, Bekeşli, Gündüzlü, İmirlü, Kosa Əhmədli, Kosalı (Köselü), Papaqlı (Papalı ?), Qasımlı, Qaralı, Qaramanlı, Salmanlı, Sindelli, Turəli Hacılı, Rəcəbli, Balabanlı, Şamlı, Hacı şamlı Qarabudaqlı və Qırxlı. İmirlü tirəsi və ya oymağı gümanki Oğuz boylarından biri olan İmir tayfası ilə əlaqəlidir. Eyni zamanda Aynallu (versiyaları: İnanlu və imanlu), Usalu (versiya; Usanlu) və Ustaclı kimi tayfalar da zamanla əfşarların içərisində ərimişdirlər.İrandakı ümumi Əfşar sayı barədə müxtəlif versiyalar səsləndirilmişdir. J.M,Jouannin 88 min, J.J. Morier 20 min ailə, Gazetteer of Persia 12 min ailə, S.I. Bruk 300 min kimi rəqəmlər səsləndirmişdir. Lakin bu rəqəmlərin hamısına şübhəli yanaşmaq lazımdır. Çünki əfşar əsrlər boyunca dağıdılmışdırlar və nəticədə oturaq həyata keçmişdirlər. Oturaqlaşma eyni zamanda köçəri tayfa kimliyinin də itirilməsi demək idi. Beləliklə, tam olaraq nə qədər Əfşarın yaşadığını doğru müəyyən etmək qeyri-mümkündür. Türkiyədəki əfşarlar Əfşarlar əsasən Türkiyənin Kayseri ilinin Sarız, Tomarza və Kastamonunun Pınarbaşı ilçələrində yaşamaqdadırlar. Onlar həmçinin Adananın, Qəhrəmanmaraş və Qaziantep vilayətlərinin bir çox kəndlərində də yaşamaqdadırlar.Əfşarlar köçəri qalıb Oğuz həyat tərzinə uyğun şəkildə yaşasalar da, məcburi oturaq həyata keçirmə siyasəti bu tərzin dəyişməsinə səbəb olmuşdurş Ozan Dadaloğlunun rəhbərliyində Osmanlı imperiyasına qarşı əfşarlar üsyan qaldırmışdır. Bozulusda əfşarlar 1570-1571-ci illərdə Diyarbəkir əfşarlarının rəhbəri Mehmed Kədxuda idi. Üç qola bölünən Diyarbəkir əfşarlarının sayı 804, 367 və 109 idi. Bunlardan başqa, regionda xeyli sayda başqa əfşarlar da var idi ki, onlar digər kədxudaların rəhbərliyində yaşayırdılar.XVII əsrdə bir çox Bozulus əfşarları Mərkəzi Anadolu bölgəsinə köç etdilər və əsasən Qaraman əyalətində yaşamağa başladılar. Digərləri, xüsusən Dəməşq türkmanları arasındakı əfşarlar öz yerlərində qalmağı üstün tutdular. Bunlar Osmanlı sənədlərində Bozulus qalıntısı (boz ulus mândesi) adlandırılırdılar və daha sonralar Rakka əyalətinə köç etdilər. Bir müddət keçdikdən sonra isə bu icma QƏrbi Anadoluya köç etdi.1716-cı ildə Bozulus əfşarlarının Köpəkli oymağı Qaracabəy qəzasında (hal-hazırda Bursa ilinə daxildir) görülmüşdür. Bir digər tərəfdən, Bozulusdakı bəzi əfşarlar I Abbas dövründə Səfəvi imperiyasına köç etmişdirlər. Mədəniyyətləri Əfşarların məskunlaşdığı bir çox yerlərdə bu tayfanın adına olan xalq rəqsləri vardır. Məsələn, Qaziantepin Barak düzündə "əfşar kabası" deyə rəqs vardır. "Əfşar halayı" və ya "Əfşar ağırlaması" adlı rəqsi Kırşəhər, Yozqat, Kəskin, eləcə də Kayseridə rast gəlmək mümkündür. Həmçinin "Əfşar zeybəyi" deyilən rəqs isə Burdur, Antalya, Dənizli və Muğlada yayılmışdır. Ankara yaxınlığında olan bir Əfşar kəndində genetik məqsədli araşdırma aparılmışdır. Bu kəndin sakinləri əcdadlarının Orta Asiyadan gəldiklərini iddia etməkdədirlər. Araşdırmaçılar kənd sakinlərinin 57 faizində L haploqrupunu, 13 faizində Q haploqrupunu, 3 faizində isə N haploqrupunu aşkar etmişdirlər. Ən yüksək L haploqrupu bu araşdırmada müşahidə edilmişdir və bu daha çox Cənubi Asiyaya xas xüsusiyyətdir. tədqiqatçılar üçün izah etmək çətin idi və heç bir konkret coğrafi mövqeyə aid edilə bilmədi və müəlliflər sübutların azlığını nəzərə alaraq bu haploqrupu türklərin köçləri ilə əlaqələndirməyin çətin olacağını söylədi. Türkmənistanda əfşarlar Nadir şahın hakimiyyəti dövründə Əfşar boyu bir neçə türkmən tayfasını assimiliyasiya etmişdir və onlar hal-hazırda müasir Türkmənistan ərazisində yaşamaqdadırlar. Bunlara misal olaraq Geklenq, Murçeli, Esgi və Ərsarı oymaqlarını göstərmək olar. Əfşarların Murçeli tayfasının onurğa sütununu təşkil etdikləri bilinməkdədir. Həmçinin bir digər türkmən tayfası olan Əlili tayfasının formalaşmasında da əfşarlar mühüm rol oynamışdırlar. Əfqanıstanda əfşarlar Əfqanıstanda da xeyli sayda Əfşar yaşamaqdadır. Onların sayını Bruk 30 min olaraq göstərməkdədir. 1845-ci ildə Əfqanıstanı ziyarət edən J. P. Ferrier əfşarların Əndxuy şəhərinin 3/4 hissəsini təşkil etdiyini, eləcə də Maymana yaxınlığındakı Çaharşənbə bölgəsində isə cəmşidilərlə, qıpçaqlar ilə qarışıq bir şəkildə yaşadığını yazmışdır. Ferrier Əlieli türkmanlarının da Əfşar kökənli olduğuna inandığını yazmışsa da, G. Jarring onun bu fikrinə şübhə ilə yanaşmışdır. Əbdülkərim Bokari iddia edir ki, Əndxuy əfşarları oraya. Şah Abbas dövründə Xorasandan köçürülmüşdürlər. Bundan başqa, Fərəh və Əsfozar (müasir Səbzəvar) regionunda da əfşarlar yaşamalı idi. Pierre Oberling bu iddianı buranın uzun müddət əfşarların yurdları olduğu ilə əsaslandırmışdır. Buranın bilinən ilk Əfşar hakimi Əhməd Solan idi və buraya 1522-ci ildə Şah İsmayıl tərəfindən təyin edilmişdi. Oberling 1730-cu illərdə Nadir şahın Hindistanı ələ keçirdiyi zaman Kabulda, Heratda və Əfqanıstanın digər şəhərlərində xeyli sayda Qızılbaş döyüşçüləri buraxdığını və bu döyüşçülər arasında da əfşarların olmasının dəqiq olmasını yazır və bu döyüşçülərin nəticələrinin hələ də oralarda yaşadığını bildirir. Əfşar sözü ilə bağlı coğrafi adlar Ermənistanın Vedi rayonu ərazisində avşar əsaslı iki etnotoponim özünü göstərir: Birinci yaşayış məntəqəsi rayon mərkəzindən 7 km cənub-şərqdə, Yerevan-Naxçıvan avtomobil yolunun üzərində yerləşən Avşar/Kəl Balavan/ kəndidir. 1940-cı illərin axırında azərbaycanlıların Ermənistandan zorla köçürülməsi dövründə kəndin azərbaycanlı əhalisi Azərbaycana gəlmişdir. İkinci yaşayış məntəqəsi Ovşar adlanmış /Düzyurd Ovşar, Surenavan, Spandaryan/ rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşmişdir. 1918-ci ildə kənd daşnaklar tərəfindən dağıdılmış, əhalisi qovulmuşdur. O dövrdən sonra bu kənddə azərbaycanlı yaşamamışdır. İndi erməni qəsəbəsidir. Ermənistanda Afşar Kələvan kəndi də olmuşdur. Bu kənd 1728-ci ildə İrəvan əyalətinin Karni nahiyəsində yerləşmişdir. Avşar//ovşar etnotoponiminin müxtəlif areallarda paralelləri vardır. Bu toponimin Avşar variantı Azərbaycanın Ağcabədi rayonunda da mövcuddur. Tədqiqatçılardan Bayram Əhmədovun fikrinə görə bu toponim həmin ərazidə yaşamış tayfanın məşğuliyyəti ilə bağlıdır. Müəllif qeyd edir ki, bu tayfa qoyunçuluqla məşğul olmuşdur. B.Əhmədov belə hesab edir ki, avşar//ovşar-qoyunsağma üsulu deməkdir.Ovşar və Avşar toponimlərinin əsasında duran appelyativin ov sözü olması və toponimin ov həvəskarı mənasını bildirməsi fikrini irəli sürənlər də vardır. Tədqiqatçılar "Abşeron" toponiminin əfşar etnonimi əsasında yaranmasını qeyd edirlər. Cənubi Azərbaycan ərazisində də əfşar//ovşar tayfa adından düzəlmiş Əfşar, Əfşarcik etnotoponimləri qeydə Kəlbəcər rayonu Çaykənd kəndidə Əfşar Türklərinə mənsubdur. Əfşar kökənli sülalələr Əfşar sülaləsi Aydınoğulları İnancoğulları Bakı xanlığı Zəncan xanlığı Urmiya xanlığı Sarıxanoğulları Qaramanoğulları Germiyanoğulları Qarabağ xanlığı Bulookbashi, Ali A.; Negahban, Farzin. Afshār. Encyclopaedia Islamica Online. Brill Online. In Madelung, Wilferd; Daftary, Farhad (eds.). 2008. ISBN 1875-9831. Pierre Oberling. AFŠĀR. London and New York: Encyclopædia Iranica - Routledge & Kegan Paul. 1984. 582–586. ISBN 978-0-71009-095-9. Philip Mattar (Editor), Charles E. Butterworth (Editor), Neil Caplan (Editor), Michael R. Fischbach (Editor),. Encyclopedia of The Modern Middle East and North Africa. Detroit: Macmillan Reference USA. 2004. ISBN 978-0028657691. Richard V. Weekes. Muslim peoples: a world ethnographic survey - AZERI. Greenwood Press. 1978. ISBN 9780837198804. Touraj Atabaki. From multilingual empire to contested modern state in Iran in the 21st Century: Politics, Economics & Conflict. Routledge. ed. Homa Katouzian, Hossein Shahidi. 2008. James J. Reid. Crisis of the Ottoman Empire: Prelude to Collapse 1839-1878. Franz Steiner Verlag. 2000. Kamran Scot Aghaie. The Afghan Interlude and the Zand and Afshar Dynasties (1722-95) in The Oxford Handbook of Iranian History. Oxford University Press. ed. Touraj Daryaee. 2012. Claude Cahen. Pre-Ottoman Turkey: a general survey of the material and spiritual culture and history c. 1071-1330. New York: Taplinger. trans. J. Jones-Williams. 1968. Gary Leiser; Fuat Koprulu(1992). Origins of the Ottoman Empire. p. 37. ISBN 9781438410432. Origins of the Ottoman Empire. 1992. ISBN 9781438410432. Georg Stöber. Afshār. Brill Online. In Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (eds.). 2010. ISBN 1873-9830. Eldar Elkhan ogly Ismailov. HE KHANS OF KARABAKH: THE ROOTS, SUBORDINATION TO THE RUSSIAN EMPIRE, AND LIQUIDATION OF THE KHANATE. Sweden: Central Asia and Caucasus. Theodor Houtsma. Ghuzenstämme. WZKM 2. 1888. Gaziantep İli. Gaziantep: tarih kültür dergisi. Volume 1, Issues 1-6. 2006. A.K.S. Lambton. Tribal resurgence and the Decline of the bureaucracy in the eighteenth century in Studies in Eighteenth Century Islamic History. Southern Illinois University Press. Thomas Naff; Roger Owen (eds.). 1977). Jeremy Black. The Struggle for Persia, 1709-1785 in Cambridge Illustrated Atlas, Warfare: Renaissance to Revolution, 1492-1792. Cambridge University Press. 1996. Faruk Sümer. AVŞAR - Türkiye Türkleri’nin ataları olan Oğuz elinin en tanınmış boylarından biri. TDV İslâm Ansiklopedisi. 1991. Ahmet Z. Özdemir. Avşarlar ve Dadaloğlu. 1985. ISBN 9789756083406. Erol Eroğlu; Yavuz Köktan. Dadaloğlu'nun şiirlerinde toprak teması. Türük Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi. 1 (13): 99–109. 2018. Sadi Kekeç. Avşar Türkleri. Kimlik Yayınevi. 2019. ISBN 9786052345740. Omer Gokcumen. Ethnohistorical and genetic survey of four Central Anatolian settlements. 2008. ISBN 9783845258546. A.M. Prokhorov. Azerbaijani language. Big Soviet Encyclopedia (in Russian). 1978. Lady Mary Leonora Woulfe Sheil. Glimpses of Life and Manners in Persia. London:: John Murray. 1856. Henry Field. Contributions to the Anthropology of Iran. Chicago: Publications of the Field Museum of Natural History. Anthropological Series. 1939. 507. Pierre Oberling. The Turkic Peoples of Iranian Azerbayjan. New York. 1964. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. Adrien Dupre. Voyage En Perse V1: Fait Dans Les Annees 1807-1809 (1819). Kessinger Publishing, LLC. 2010. Sir Percy Molesworth Sykes. Ten Thousand Miles in Persia. London: Murray. 1902. Sir Percy Molesworth Sykes. A History of Persia. London. 1951. J. P. Ferrier. Caravan Journeys and Wanderings in Persia, Afghanistan, and Beloochistan. London. 1856. G. Jarring. On the Distribution of Turk Tribes in Afghanistan. Lund. 1939. Xarici keçidlər "Əfqanıstanda 100 illərdir "Azərbaycan sərhədini" qoruyan tayfa - VİDEO" ( (az.)). islamazeri. 2017-03-28. 2017-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-29. Həmçinin bax Əfşarlar (xanədanlıq) Urmiya xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=285862
Əfşar dili
Əfşar və ya Əfşari adlanan Azərbaycan türkcəsinin dialektlərindən biri — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Kabil Əfşar dialektini Azərbaycan dilinin dialektlərinin XIV (14-cü) qrupuna aid edir. Bu dialektdə danışan qruplar hal-hazırda Azərbaycanda, Türkiyədə, İranda, Suriyada və Əfqanıstanda yaşamaqdadırlar. Ethnologue və Glottolog bu dialkekti Cənubi Azərbaycandakı dilin dialekti olaraq qruplaşdırmışdır. İranika Ensiklopediyası isə onu müstəqil Cənubi Oğuz dili kimi təqdim edir.İslam Ensiklopediyasının üçüncü nəşrində bunlar qeyd edilmişdir: Linqivistik olaraq Əfşari Türk dillərinin Cənubi Oğuz qrupuna (cənub-qərbi türk dilləri) aid edilir (Johanson, History of Turkic, 82–3), və ya Cənubi Azərbaycan türkcəsinin dialekti kimi təqdim edilir. Farsdilli bir mühitdə yerləşdiklərinə görə, bir çox hallarda farsi dili əfşarların ana dilinə çevrilmişdir. Digər qruplar isə ikidilli olmuşdurlar (Kirmanda olduğu kimi). Bundan başqa, görünüşə görə, digər dillərlə olan kontaktlar orijinal dialekti transformasiya etmişdir. 2009-cu ildə müxtəlif Əfşar qruplarının linqvistik müqayisəsi diqqətəlayiq olaraq qalır. Əfşari dialekti fars dilindən xeyli sayda alınma sözlər almış və Özbək dilində olduğu kimi /a/ foneminin [ɒ]-a yuvarlaqlaşdırılması baş vermişdir. Bəzi hallarda, Azərbaycan dili ilə Əfşari arasında müəyyən fərqlər də görülməkdədir. Məsələn, Əfşari də yiz (100) kimi işlənən söz Azərbaycan dilində yüz kimi işlədilir. Özünün Kirman, Kabil və Həmədan dialektləri vardır. Həmçinin bax Əfşar sülaləsi Qaşqay dili Şəki dialekti Aynallu dialekti Erik Anonby. Atlas of the Languages of Iran A working classification. Ottawa: Carleton University. 2006. Azerbaijani, South. Ethnologue. 2022. Glottolog 4.6 - Afshari. Glottolog. 2022. Michael Knüppel, E. "TURKIC LANGUAGES OF PERSIA: AN OVERVIEW". Encyclopædia Iranica. TURKIC LANGUAGES OF PERSIA: AN OVERVIEW. Encyclopædia Iranica. 2000. Georg Stöber. Afshār. Encyclopaedia of Islam (3rd ed.) - Brill Online. In Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (eds.). 2010. ISBN 1873-9830.
https://az.wikipedia.org/w/index.php?curid=23348
Əfşar eli
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə) (farsca: ایران افشاری) — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir. Səfəvi şahı II Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o, 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu. Əfşarlar sülaləsinin mənşəyi İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuz eli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə Azərbaycana, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, və Əfqanıstana da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər.Bu adın əfşar Azərbaycan-türk mənşəli etnonimdən yaranması şübhə doğurmur. Əfşarlar Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində toponimlərin yaranmasında fəal iştirak edən etnos olmuşlar. Avşar etnonimi İran ərazisində də çox yayılmışdır. Türk xalqlarının abidələrində bu tayfanın adı çəkilir. Əfşarların İranda geniş ərazidə yayıldığını V. İ. Savina qeyd edir: "Əfşarlar İranın türk əhalisinin arasında hazırkı dönəmdə böyük qrupları vardır. Səfəvilərə qədər Azərbaycanda (Cağatu çayından şərqdə), sonra demək olar ki, hər tərəfə yayıldılar. İndi onlara Azərbaycanda rast gəlmək mümkündür." Əfşarların 1071-ci il Malazgird döyüşündə Anadolunun türk yurdu halına gəlməsində Qayılar, Qınıqlar kimi ilk sıralarda yer aldıqlarını göstərən mənbələr mövcuddur. Onlar, türk ulusu içərində bir boy olduğuna baxmayaraq türk topluluğu arasında əfşarların adı çox çəkilir. Əfşarlar Oğuzların islamdan öncəki tarixində də əhəmiyyətli rol oynamış boylardan biridir.Tarixi araşdırmalardan birində Əfşar boyunun Şahsevən boyundan yaranması və Kerman vilayətində yerləşməsi qeyd olunur. Məlumdur ki, Şahsevən boyu da türk boyudur və əfşarlar bu boydan yaranması haqqında ciddi faktlar yoxdur. Əfşarların Kerman vilayətində yaşamasını isə tarixi ədəbiyyatda Səfəvi dövrü ilə bağlılığı və əfşarların Kerman ətrafına Şah İsmayıl tərəfindən köçürülməsi təsdiqlənir. O da bildirilir ki, "Kerman ətrafında hazırda da əfşarlar yaşamaqda davam edirlər. Ancaq onların çoxu fars əhalisi ilə assimliyasiya olunmuş və çox az bir hissəsi hazırda ana dilində danışa bilir."Nadir şah haqqında irihəcmli tədqiqat əsərinin müəllifi olan Əbuturab Sərdadvər öz kitabında Əfşar boyunun ilkin olaraq Qafqazda və Azərbaycan məskunlaşdıqlarını təsdiq edir. Və sonra da bu boyun sırf İran boyu olduğunu iddia edir. Müəllif əlavə edir ki, bu boyun yalnız dili Azərbaycan dilidir. Qalan bütün xüsusiyyətləri isə İranla bağlıdır. Başqa bir İran təqdiqatçısı Əlirza Əfşar Cəm də Əfşar boyunu tamamilə İranla bağlayır və onun türklərə ümumiyyətlə heç bir aidliyi olmadığını irəli sürür. Onun iddiasına görə Əfşarlar qədim İranın qədim tayfalarından olmaqla part irqinə mənsubdurlar. Müəllif yazır ki, yalnız monqol hücumları başlayarkən onlar Türküstandan hərəkət edib Qərbi Azərbaycana köç etmişlər.L. Lokkart da bu fikri təsdiq edir. Onun yazdıqlarına görə, əfşarlar Mərkəzi Asiyadan monqol hücumları nəticəsində sıxışdırılaraq Azərbaycana köçmüş və sonra da buradan İranın bütün ərazisinə yayılmışlar. Lokkartın istinad etdiyi fikrə görə, əfşarların Mərkəzi Asiyadan Azərbaycana doğru hərəkət etməsi XVI əsrdə baş vermişdir. Nadir şah (1736–1747) Əfşar sülaləsinin hakimiyyətə gəlməsi Nadirqulu xan Əfşar 1730–1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732–1736-cı illərdə isə şahın qəyyumu idi. 1732–1736-cı illərdə Səfəvilər dövlətinin itirilmiş bütün ərazilərini geri qaytaran Nadir 1736-cı ilin əvvəllərində özünü şah elan etmək üçün münasib şərait yaratdı. Əvvəlcədən hazırlanmış plana görə III Şah Abbasın qəflətən ölümündən istifadə edərək, 1736-cı ilin martın 21-də Suqovuşan adlanan yer olan Qalaqayında (indiki Sabirabad şəhərində Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan qurultayında Nadir xan özünü şah elan etdi. Beləliklə, əslində Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu və İranla Azərbaycanda yeni türk-müsəlman sülaləsi olan Əfşarlar sülaləsi hakimiyyətə gəldi. Dağıstanda Əfşarlar əleyhinə üsyanlar Nadir şahın fəthləri Nadir şah ömrünün təqribən 37 ilini müxtəlif döyüşlərdə at belində keçirib, xarici işğalçılara qarşı 120-dən artıq irili-xırdalı müharibələr aparmışdır. Onların çox azında məğlub olsa da, bu uğursuzluqların heç biri onu ruhdan salmamış, əksinə o, məğlubiyyətin səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəm hazırlıqla hücuma keçib, düşmənlərinin məğlub etmişdir. Bu misilsiz sərkərdə öz polad iradəsi, cəsarəti, mətanəti, möhkəm səbri, ağıllı tədbirləri, hədsiz rəşadəti və şücaəti ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb, daxili və xarici düşmənlərin öhdəsindən layiqincə gəlirdi. Get-gedə Nadirin əhatəsi və şöhrəti böyüdü. 1719–1720-ci illərdə Nadir Kelata hücum etdi və oranı tutdu. Kelat qalasının hakimini və onun qoşunlarını əsir aldı. Nadir 1727-ci ildə Bağdaddakı əfqanları və qiyamçılarını qılıncdan keçirtdi. Nadir 500 nəfərlə 4 gün içərisində əfqanların içərisinə elə bir vəlvələ saldı ki, əfqanlar Herata doğru geri çəkildilər. O, 1729-cu ildə əfqanları Bəstanda, Mehmandüştanda, Xar dərəsində darmadağın etdi. 1729-cu il 26 oktyabrda isə İsfahan şəhərini əfqanlardan təmizlədi. Tezliklə Nadir Şiraza doğru hücum edib, əfqan ordusunu darmadağın etdi. Əfqan ordusunun başçısı Əşrəf xan Sistanndə öldürüldü Əşrəfin öldürülməsi ilə əfqanlar üzərində 1730-cu ildə qəti qələbə çalındı. 1729-cu ildə Qəndahar şəhərində, Dəludustanda əfqan qüvvələri tamamilə darmadağın edildi. Nadir Qəndəharı tutmaqla Səfəvi ordusunun şərəfini və eyni zamanda Səfəvilərin əldən getmiş torpaqlarını geri qaytardı. Nadir 1730-cu ilin mart ayında 25 min atlı və xeyli sayda qoşunla Həmədana doğru irəlilədi. Nadir qəflətən Nəhavənddə Osmanlı qoşunlarını darmadağın etdi və osmanlı ordusunun baş komandanı Osman paşa Həmədana qaçdı. Nadir irəliləyərək daha sonra 50 minlik Osmanlı ordusuna ağır zərbə vurdu və Osmanlı ordusu məğlub olub Bağdada çəkildi. Çoxlu sayda silah, at və cəbbəxana sursatları Nadirin əlinə keçdi. Nadir tezliklə Həmədanı tutub Kirmanşaha hücum etdi. Osmanlı ordusunun baş komandanı Həsən paşa Kirmanşahı buraxıb, Həmədana qaçdı. Nadir şah Azərbaycanı osmanlılardan təmizləmək üçün Gürcüstandan Azərbaycan ərazisinə keçdi. Bu xəbəri eşidən Osmanlı sultanı 1730-cu ilin 24 iyulunda Səfəvilərə rəsmi müharibə elan etdi. Nadir Miyandaba şəhərində toplaşan Osmanlı qoşunlarına hücum etdi, 100 minlik Nadiri nqoşunu qarşısında Osmanlı ordusu Marağaya doğru qaçdı. Nadir şah onları təqib edib, Marağanı və onun ətrafını osmanlılardan azad etdi. Nadir iki gün Marağada qaldıqdan sonra Təbrizi azad etmək üçün Təbrizə doğru hücuma keçib, Rüstəm paşa və Mustafa paşanın ordularını darmadağın edib, 17 avqust 1730-cu ildə Təbrizi osmanlılardan azad etdi. Nadirin dalbadal qələbələri osmanlıları narahat etdi. Osmanlılar elə zənn edirdilər ki, ruslar Nadirə kömək edirlər. O dövrün fransız səfiri Şevalye Qerqan 1730-cu ildə İsfahandan Fransaya gedərkən yazır: "Bəsrədən Bağdada, Hələb darvazalarına qədər hamı Nadir xanın adı gələndə tir-tir əsirdi".'II Şah Təhmasib 1731-ci ildə osmanlılarla müharibəyə başladı, lakin II Şah Təhmasibin ordusu Həmədan yaxınlığında Qurcanda osmanlılarla döyüşdə məğlub oldu və yenidən osmanlılar Əli paşanın başçılığı ilə Azərbaycana yürüş edib, Təbrizi, Marağanı tutdu. 11 yanvar 1732-ci ildə Təhmasib şah osmanlılar ilə sülh müqaviləsi(Kirmanşah müqaviləsi) bağlamalı oldu. 1732-ci ildə Nadir Şah Təhmasibi hakimiyyətdən kənarlaşdırıb, 8 aylıq III Şah Abbası Səfəvi şahı elan etdi. Tezliklə Nadir 1732-ci ildə Kirmanşahı osmanlılardan azad etdi. Daha sonra o, Kərkük və Van şəhərlərinə hücum edib, osmanlı ordusundan azad etdi. Bağdada doğru hücuma keçdi, tezliklə o, Kərbəla, Nəcəf və köhnə Bağdad şəhərini tutdu. Osmanlı imperatoru Bağdadın vəziyyətinin çətin olduğunu görüb, görkəmli sərkərdəsi Topal Osman paşanı 100 minlik qoşunla Bağdada göndərdi. Bu döyüşdə Osman paşa öldürüldü. Nadir tezliklə Təbrizi də azad etdi və yenidən 30 minlik ordu ilə Bağdada qayıtdı. Bir neçə gündən sonra Osmanlı ordusuna rəhbərlik edən Əhməd paşa Nadirin yanına adam göndərib, sülh müqaviləsi bağlamasını təklif etdi. Tutduqları bütün Səfəvi torpaqlarını geri qaytaracaqlarını vəd etdi. 1733-cü ilin qışında osmanlılarla sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən Səfəvi əsirləri və işğal olunmuş Səfəvi torpaqları geri qaytarıldı. Bundan sonra Nadirin qoşunları 1734-cü ilin 21 martında Novruz bayramını Şirazda təntənə ilə qeyd etdi və Osmanlı dövlətinə xəbərdarlıq etdi ki, Araz çayının şimalındakı Azərbaycan torpaqlarını geri qaytarsınlar. Tezliklə Nadir anladı ki, Osmanlı dövləti Bağdad sülhünə əsasən Araz çayının şimalında olan Azərbaycan torpaqlarını qaytarmaq istəmir. Nadir rus hökumətinin səfiri Kaluşkindən Xəzərboyu əyalətlərdən əl çəkməyi tələb etdi. Nadir Şamaxıya hücum edib (bu taktiki siyasi addım idi) rus dövlətini qorxuya saldı, həmçinin gürcü çarı VI Vaxtanq Nadirin qorxusundan ruslara itaət etməkdən əl çəkib, Nadirə itaət etdi. 1735-ci il noyabrın 10-da Gəncədə bağlanan müqaviləyə əsasən rus qoşunları zəbt etdikləri Xəzəryanı ərazini Nadirin hücumundan qorxub tamamilə tərk etdilər. 1735-ci ilin yazında Nadir, demək olar ki, Azərbaycanın qərb torpaqlarını – Gəncəni, Borçalını, İrəvanı, həmçinin Gürcüstanı, osmanlılardan azad etdi. 1735-ci ildə Qarsı mühasirəyə aldı, may ayının 15-də Qarsı və onun ətrafını ələ keçirtdi. Nadirin qoşunları Osmanlı ərazisində Ərzurum, Qars, Van əyalətlərini və bir sıra şimal bölgələrini yenidən öz imperiyasının tərkibinə qatdı. Bundan sonra o, qoşununu cənuba – Fars körfəzinin əyalətlərinə çəkib, tezliklə Bəsrəni, Bəhreyni ələ keçirdiyi Fars körfəzində apardığı müharibələrdə dəniz donanmasının da yaranmasına böyük əhəmiyyət verdi. 1741-ci ildə Dərbənddən Osmanlı dövlətinə tərəf geri qayıtdı. Dərbənddə olarkən o, Xəzər dənizində də donanma təşkil etmək və gələcəkdə türklərin əzəli torpağı olan Həştərxan və Volqaboyu əraziləri də ələ keçirtmək niyyətində idi, lakin osmanlılarla gedən müharibə onu bu fikrindən daşındırdı. Nadir şah Rusiya və Osmanlı dövlətləriylə əlaqələri nizama saldıqdan sonra Hindistana üz tutur. Nadir şahın Hindistana yürüşünün səbəbi bu ölkənin ərazisində sığınacaq tapan qiyamçı əfqanlara qarşı Hindistan sarayının qətiyyətli mövqe tutmaması ilə əlaqələndirilir. İstər şimaldakı əbdali əfqanları, istərsə cənubda gilzayi əfqanları mütəmadi olaraq qiyamçı yürüşlər edib mərkəzi dövlətin möhkəmlənməsinə zərbə vurdular. Hakimiyyətinin möhkəmləndirilməsi üçün ciddi narahatlıq mənbəyi olan əfqan qiyamçılarının əsas qüvvələrinin birdəfəlik susdurulması Nadir şahın arzularından biri idi, amma əfqanlar Nadir şahın qoşunlarının təqibindən qaçıb Hindistan ərazisində sığınacaq tapa bilirdilər. Nadir şah Hindistan padşahı Məhəmməd şah Gurganinin nəzərinə çatdırdı ki, Qəndəharın gilzayi əfqanlarından təmizlənməsi üçün lazımi tədbirlər həyata keçirəcəkdir. Bu zaman əfqanlar Kabula və oradan da Hindistana geri çəkiləcəklər. Nadir şah buna yol verməmək üçün sərhədlərin bağlanmasını xahiş edirdi. Nadirin göndərdiyi elçinin Məhəmməd şah qayıtmasına izin vermədi. Nadir bundan qəzəblənib, 1738-ci ilin yazında Qəznə və Kabula hərəkətə keçdi. 1738-ci ilin 14 iyununda Nadirin qoşunları Qəznəyə çatdı. Oradan Kabula keçdi. Kabul hakimi Nəsir xan Dehlidən kömək istədi, lakin onlardan heç bir kömək gəlmədi. Tezliklə Kabul təslim oldu və Nadirin qoşunu Hindistanın paytaxtı Dehliyə doğru hücuma başladı. Onu da vurğulayıram ki, Nadir şah Məhəmməd şaha bir neçə dəfə müraciət etsə də, Məhəmməd şah ona cavab verməmişdi. Nadir də bu soyuqqanlılıqdan sonra Məhəmməd şahın üzərinə hücum etmək qərarına gəlimişdi. Tezliklə Pişəvər, Lahor əyalətləri Nadir tərəfindən zəbt olunur. Nadirin ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək, Yəminabadın, Abadı, Kəşmiri, Xornalı və Hindistanın başqa şəhərlərini ələ keçirtdi. Nadir şahın qoşunları Hindistanın qərb hissəsini fəth edib, Dehliyə yaxınlaşdılar. 1739-cu ilin 24 fevralında Məhəmməd şahın qoşunları Nadirin qoşunları ilə Dehlinin yaxınlığında, Karnal deyilən ərazidə qarşılaşdılar. Mənbələrə görə, hind qoşunlarının sayı 350 min nəfər, Nadir şahın qoşunlarının sayı isə 160 min nəfər idi. Hind qoşunlarının əhatə etdiyi ərazi 50 hektarlıq bir sahə idi. Bu üstünlüklərə baxmayaraq, tezliklə Nadirin ordusu özündən qat-qat güclü olan hind ordusunu darmadağın etdi. Məhəmməd şah sülh müqaviləsi bağlamağa məcbur qaldı. 31-də ordusu ilə birgə Nadirə təslim oldu. Məhəmməd şah da türk-soylu sülalədən olan bir şah idi. Ona görə Nadir şah onun şahlığını əlindən almadı bu mərhəmət müqabilində 150 (75 milyon) kurur tümən müharibə xərci kimi Hindistan tərəfindən ödənildi. Eyni zamanda müqavilədə hansı ərazilərin əfşarlar dövlətinin tərkibinə qatılması da dəqiqləşdirildi. Bu ərazilər aşağıdakılar idi: Ətək çayının və Sind çayının Absind və Nalasəng qalalarından qərbdə olan ərazilər, yəni, Pişavər, Kabul əyaləti, Qəzni, Əfqanıstan, hezarələr yaşayan ərazilər və s. Bir sözlə Ətək çayının qərbindən başlayaraq keçmiş Səfəvi sərhədlərinə qədər olan ərazilər Azərbaycana verilməli idi. Həmin ərazilərin idarə edilməsi Nadir şah sarayının ixtiyarna verilirdi. Hindistan daxilindəki işləri nizama saldıqdan, çoxlu sayda sərvət ələ keçirdikdən və istirahət üçün zəruri olan vaxt başa çatdıqdan sonra Nadir şah geri qayıtmaq qərarına gəldi. "Tarix-e Cahanqoşaye Naderi"nin yazdığına görə, Nadir şah Hindistanda 57 gün qaldıHindistandakı işləri qaydaya salandan sonra Nadir şah Türküstana yürüşə hazırlaşır. Türküstana yürüş başlanmasının əsas səbəbi Türküstan xanı İlbars xanın Nadir şaha qarşı saymazyanalığı, dəfələrlə Xorasan vilayətinə basqınlar etməsi, Xorasana növbəti müdaxilələrin qarşısının birdəfəlik alınması istəyi idi. 1740-cı ilin yazında Türküstana doğru yürüşə başladı. Nadirin Türküstana yürüşü yerli xalqlar tərəfindən çox sevinclə qarşılandı. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadirin qoşunlarının üzünə açılırdı. Tezliklə Nadirin qoşunları 1740-cı il avqustun 20-də Kərki məntəqəsinə daxil oldular. Türküstan xanı Əbülfəz Əmir Teymura məxsus olan qılıncı, Çingiz xana məxsus olan dəbilqə və zirehi və çoxsaylı hədiyyələri, eyni zamanda bütün xəzinəsini Nadir şaha hədiyyə etdi. Nadir də öz növbəsində, Hindis tandan gətirdiyi qiymətli hədiyyələrdən Əbülfəz xanı və digər ona tabe olan əyyanları mükafatlandırdı. Əbülfəz xan ilə barışıq sazişi əldə edildikdən sonra Nadir şah Əbülfəz xanı yenidən Türküstan xanı elan etdi(vassal olaraq). 1740-cı il oktyabr ayın 17-də Türküstanın şahlıq tacını ona qaytardı. 1740-cı il noyabr ayının 14-də İlbars xan məğlub edilərək öldürüldü və tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də Nadirin hakimiyyətini qəbul etdilər. Nadir şah tezliklə Xivədə, Xarəzmdə öz hakimiyyətini bərqərar etdi. Nadir şah Hindistanı və Türküstanı fəth etdikdən sonra Məşhədə qayıtdı. Daxili idarəçilik və qoşunların nizamlanması ilə məşğul oldu. Türküstanın fəthindən sonra qardaşı İbrahimin qisasını almaqdan ötrü Dağıstana yürüş etməli idi. Həmçinin bu yürüş İbrahim xanın qisasının alınmasından başqa Dağıstan ərazisini və rus qoşunlarının da Şimali Qafqaza girməsinin qarşısını almaq idi. 1741-ci il mart ayının 14-də Nadir şahın qoşunları Məşhəddən Dağıstana doğru istiqamət götürdülər. 1742-ci ilin mayında Tabasaranda Nadir böyük əməliyyat keçirdib həmin əraziləri itaət altına aldı. Nadir Dağıstanda, Qumuxda, Qaraqayıtda və Tabasaranda çox ciddi müqavimətə rast gəldi. Nadir belə bir qərara gəldi ki, burada hücumlarını dayandırsın. Dağıstanın nüfuzlu əyyanlarından olan Üsmi Əhməd xan Qürreyş qalasında Nadirə ciddi müqavimət göstərdi, lakin Nadirin qoşunları tezliklə Qürreyş qalasını da ələ keçirtdi. Üsmi Əhmət xan gizlincə qaladan qaçaraq Avara üz tutdu. Nadirin əmri ilə Qürreyş qalası yerlə yeksan edildi. Döyüşlərin son dərəcə ağır getməsinə baxmayaraq, Nadir şahın qoşunları Dağıstanın böyük bir hissəsini nəzarət altına ala bildi. 1742-ci ilin oktyabrında Samurçay ətrafında məskunlaşan və Nadir şaha itaətini bəyan edən dağlılar Nadir şah tərəfindən bahalı hədiyyələrə layiq görüldü. Parçalanması və dağılması Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər həmişəkeşiyin dəstəyi ilə gecə yarı Nadir şahın çadırına daxil oldular, Nadir şahı qətlə yetirdilər. Əliqulu xan Nadir şahın qətli xəbərini alan kimi dərhal Məşhədə yola düşdü və Nadir şahın öldürülməsindən 16 gün sonra özünü Məşhəddə ölkə şahı elan etdi. Əliqulu xanın əmri ilə Kelatda Rzaqulu Mirzə və Nadir şahın övlad və nəvələrindən daha 16 nəfəri qətlə yetirildi. Qətlə yetirilənlər arasında Nadir şahın kiçik yaşlı övladları və nəvələri var idi. Ədalətli şah olacağını qabartmaq üçün Əliqulu xan adını da dəyişdirdi və Adil şah adını öz üzərinə götürdü. Ona bəzən Əli şah kimi də müraciət olunurdu. 1748-ci ilin iyulunda Adil şah qardaşı İbrahim tərəfindən məğlub edilərək öldürüldü. Nadir şahın həyatına qəsd edən Adil şahın şahlığı cəmi bir il çəkdi. İbrahim xan özünü şah elan etdi və adına sikkə zərb etdirdi. 1748-ci ildə İbrahim şah Əfşar ölkədə çox böyük gücə malik olan Əmiraslan xanı Marağa yaxınlığında məğlub edəndən sonra bütün hakimiyyəti öz əlində birləşdirdi. Əmiraslan xan məğlubiyyətə uğradıqdan sonra Azərbaycanda, Gürcüstanda, Luristanda, Xuzistanda, Farsda və Fars körfəzində, habelə Kirmanda olan Nadir şah qoşunlarının qalıqları, habelə əfqan və özbək tayfaları onun tərəfinə keçdilər. Eyni zamanda adları çəkilən vilayətlər də onun nəzarəti altına düşdülər. Mənbələrin verdiyi məlumata görə, İbrahim xanın tabeliyində olan qoşunların ümumi sayı 120 min nəfərə çatdı . İbrahim şah isə Şahrux Mirzə tərəfindən öldürüldü. Şahrux şahın da hakimiyyəti uzun sürmədi. Bir müddətdən sonra Şah Sultan Hüseynin bacısının əri, Seyid Məhəmməd adlı birisi Şahrux şahı sünniliklə bağlı olması bəhanəsi ilə ona qarşı təbliğata başladı və ətrafına xeyli adam toplaya bildi. Onun tərəfdarları o qədər çoxaldı ki, hətta Şahrux şahın üzərinə qoşun da çəkdi. Seyid Məhəmməd öz tərəfdarları ilə birlikdə Şahrux şaha üstün gəldi. Şahrux şah həbs edilib gözləri çıxardıldı. Seyid Məhəmməd özünü Süleyman şah adı ilə şah elan etdi. Bununla da əslində, ölkə daxilində yenidən hərc-mərclik yaranmasına rəvac verildi. Çox keçmədi ki, Şahrux Mirzənin sərkərdələrindən olan Yusifəli adlı birisi Süleyman şahın üstünə qoşun çəkdi. Onu öldürdü və Şahrux şah yenidən şah elan edildi. Qısa müddətdən sonra Xorasanda güclənən çəkişmələr nəticəsində Şahrux Mirzə bir daha taxt tacdan uzaqlaşdırıldı. Əhməd xan Əbdali Dürraninin rəhbərliyi altında olan əfqanlar hücumla Məşhədi tutub Şahrux şahı yenə taxta çıxardılar. Ölkədə qızışan daxili çəkişmələr Şahrux şahın hakimiyyətini yalnız Xorasan vilayəti ilə məhdudlaşdırırdı. Digər vilayətlərin hakimləri isə Şahrux Mirzə hakimiyyətini tanımaq istəmirdilər. 1796-cı ildə Xorasan vilayəti də Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qaldı. Ağa Məhəmməd xan Şahruxu taxtdan saldı və öldürdü. Şahrux şahın oğlu II Nadir şah əfqanların köməyi ilə 1800-cü ildə Xorasanda özünü hakim elan etdi. 1805-ci ildə o, Fətəli şah Qacar tərəfindən qətlə yetirildi. Bununla, Nadir şahın ölümündən 58 il sonra onun sülaləsinə də son qoyuldu. Əfşarların mənşəyi "Əfşar" – yəni "ovda çevik olan". Onlar Oğuz xanın oğlu Ulduz xanın övladlarıdır. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Mahmud Kaşğariyə görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın(Afşarın) soyundan gəlir. Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə Azərbaycana, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, və Əfqanıstana da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər. Türklük şuurları olduqca güçlü bir boydur.Azərbaycanda Əfşarların birinci dalğası 1399–1400-cü ildə Əmir Teymur tərəfindən, Qorgin Bəy Usalu (Qurd Osalu) adında birini bu bölgənin (Urmiyanın) valisi təyin edən zaman yerləşmişdir. Əfşar şahları Ənvər Çingizoğlu, Aydın Avşar. Avşar eli və Avşarlar. Bakı: "Şuşa" nəşriyyatı, 2008. Həmçinin bax Urmiya xanlığı Əfşar imperiyasının hərbi sistemi Bakı xanlığı Qarabağ xanlığı Əfşar imperiyasının hərbi donanması Xalxal xanlığı Həmçinin bax İran körfəzi və Omanda Əfşar fəthləri
https://az.wikipedia.org/w/index.php?curid=282367
Əfşar imperiyası

https://az.wikipedia.org/w/index.php?curid=551807
Əfşar imperiyası Silahlı Qüvvələri
Əfşar imperiyasının hərbi sistemi — Əfşarların hərbi sistemlərinin kökü Səfəvilər dövlətinin dağılması ərəfəsində Xorasandakı qanlı toqquşmalar dövrünə əsaslanırdı. Yerli sərkərdə olan və türkman Əfşar tayfasına mənsub Nadirqulu xan Əfşarın komandanlığı altındakı döyüşçülərin sayı cəmi bir neçə yüz nəfər idi və onlar indiki İranın şimal-şərqində fəaliyyət göstərirdilər. Nadirqulu özünü şah elan etdikdən sonra onun komandanlığı altındakı döyüşçülərin ümumilikdə sayı 375 minə çatırdı. Tarixçi Maykl Eksvortiyə görə bu ordu öz dövrünün ən güclü ordusu olmaqla birlikdə, onun ən böyü üstünlüyü ən istedadlı və uğurlu sərkərdə olan Nadir tərəfindən idarə olunması idi.Nadir şahın 1747-ci ildə öz sərkərdələrindən bir qrupunun əli ilə qətlə yetirildikdən sonra dövlət tədricən dağılmağa və on illər boyunca davam edəcək vətəndaş müharibəsinə sürüklənməyə başladı. Elə bu proseslərin başlaması ilə də Nadirin bir zamanların nə güclü ordusu hesab edilən ordusu da dağıldı. Ali hakimiyyəti ələ almaq üstündə Əfşarlardan bir çox mübarizə aparsa da, onlardan başqa da namizədlər çox idi. Ölkədəki ali hakimiyyətin bərpası isə yalnız Ağa Məhəmməd şah Qacarın dövründə bərpa edildi. Bu XVIII əsrin sonunda Ağa Məhəmməd şah Qacarın uğurlu hərbi yürüşlərindən sonra mümkün oldu. Ümumi baxış Əfşar ordusu əsasən süvari birliklərə əsaslanan bir ordu idi. Bu ordudakı döyüşçülərin sayı 1743-cü ildə öz zirvəsinə çataraq 375 min nəfər oldu. Bu rəqəm həddindən artıq çox olmaqla birlikdə, davamlı olaraq bu qədər insanın orduda saxlanması istehsalın azalması və sərfiyyatın çoxalmasna səbəb olaraq ölkə iqtisadiyyatının çökməsinə gətirib çıxarırdı. Əfşar ordusunun əvvəlki dövrlərdəki ordulardan əsas fərqi odlu silahdan geniş şəkildə istifadə olunması idi. Səfəvi ordusu dövründə, yəni XVI əsr boyunca artilleriya və tüfəngçi bölmələrinin nüvəsi formalaşdırılsa da, onların sayı həmişə ordunun əsasını təşkil edən ənənəvi süvari ordu döyüşçülərinin sayından az olmuşdur. Bu ənənəvi ordudakı döyüşçülər ənənəvi silahlarla - balta, qılınc, əmud, ox-kaman ilə silahlanırdı və yarım köçəri ya da tam köçəri tayfalardan toplanırdı. Avropada süvarilər tapançalar və karabinlərlə silahlandırılan dönəmdə Səfəvilərdəki şahların orduları ənənəvi silahlarla silanlandırılırdı. Yalnız Nadir şahın dövründə ilk dəfə ordunun böyük bir qismini odlu silahlarla silahlandırmaq mümkün oldu. Elə buna görə də, odlu silahlarla davranmağı öyrənilməsinə diqqət, təlim və tədrisə diqqət artırıldı. Belə bir hal Avropada bir əsr əvvəldən artıq başlamışdı.Nadirin ordusunun üzvlərinin çox az bir qismi etnik olaraq iranlı və ya fars idi. Özünün ən çox üzvü olduğu zamanda bu ordunun üzvlərindən 60 mindən çoxu Azərbaycandan, 60 mini türkmən və özbəklərdən, 70 mini əfqanlardan və indiki pakistanlılardan, 65 mini Xorasandan, 120 mini isə digər fərqli-fərqli Qərbi İran etnoslardan (Kürdüstan, Həmədan, Luristan, Baxtiyari, Fars və Xuzistan) toplanırdı. Göründüyü kimi bu ordudakı ən çox döyüşçü müxtəlif türk tayfalarından toplanırdı. Bu döyüşçülərin çoxu yüngül silahlarla silahlanmış süvarilər idi. Bu döyüşçülər başlarına Kulə-i Nadiri adlanan papaqlar qoyurdu. Bu papaqla 18 düyüm hündürlükdə olmaqla birlikdə, ətrafına keçi və ya qoyun dərisi sarılmış olurdu. Döyüşçülərin çiynindən yundan hazırlanmış mantiya asılır, qırmızı, sarı və ya yaşıl rəngli açıq köynək, dəri çəkmələr geyinirdilər. Çox döyüşçünün həm ağır, həm də zəncirli zirehlərdən ibarət zirehli geyimləri var idi. Yüngül silahlandırılmış hər bir süvari qılıncla, tüfənglə və balta ilə təchiz edilirdi. Bəziləri qalxan da daşımaqda idilər. 1744-cü ildə Nadirin ordusuna 13 min mühafizəçi süvari qvardiyası, Nadirin öz tayfası olan Əfşarlardan ibarət 20 min süvari, 50 min əfqan süvari, 12 min cəzayirçi, 40 min adi piyada tüfəngçisi və sayı bilinməyən artilleriya, qarnizon döyüşçüləri mövcud idi. Orduda həmçinin, Qacarlar kimi tayfalardan toplana çox sayıda döyüşçü də var idi. Döyüşçülərin çoxu çaxmaqlı və ya köhnə miquelet kilidli muşketlərlə silahlanmışdı, bəzilərində matçlok tipli tüfənglər də var idi. Piyadalar süngülərdən istifadə etmirdilər. Əfqanlar çox zaman odlu silahlara malik olmurdular, çünki onların döyüşdəki tapşırıqları əsasən nizədən istifadə etmək idi. Türk və digər tayfalardan toplanan yüngül silahlı süvarilər döyüşçülər də odlu silahalrdan o qədər də istifadə etmirdilər, onlar döyüşdə qılıncdan, nizələrdən və oxlardan istifadə edirdilər. Səfəvilər dövründə olduğu kimi Nadir zamanında da piyada bölmələri ikinci dərəcəli bölmə kimi dəyərləndirilirdi və əhəmiyyətinə görə süvarilərdən sonra dəyərləndirilirdi. Buna əlavə olaraq, odlu silahla silahlandırılmış piyada bölmələri heç vaxt tam olaraq inkişaf etdirilməmişdi. Buna istisna olaraq, islahatları ilə odlu silahlı piyada bölmələri Səfəvi ordusuna gətirmiş Şah Abbası göstərmək mümkündür. Bütün piyada korpusunda kolah-e Naderi (کلاهِ نادری) adlanan hündür papaqlı mavi tunika və qırmızı şalvardan ibarət standart bir forma var idi. Nadirin Əfqanıstanın qərbindəki Abdali əfqanlarına qarşı ilkin yürüşləri ona güclü süvari orduya qarşı savaşa bilmək üçün həll yolu tapmağa sövq etdi. Odlu silahlarla təchiz edilmiş piyadalar sisteminin təkmilləşdirilməsi, artilleriya qüvvələri və manevr edə bilən süvarilər kimi həll yolları ilə Nadir Abdali əfqanlarının süvari döyüşçülərini məğlub etməyi bacardı. Tüfəngçilər Tüfəngçi ordunun nizami tüfənglə silahlandırılmış bölməsi idi və Səfəvilər dövründən etibarən bu bölmənin döyüşçülərinin sayı durmadan artmışdır. Tüfəngçi həmçinin uzun xənzər və ənənəvi bölgə silahlarından olan şəmşirlə də silahlandırılırdı. Ümumilikdə tügəngçi cəzayirçi ilə müqayisədə daha yüngül tüfənglə təchiz edilirdi. Cəzayirçilər Cəzayirçi Nadirin ordusunun tüfəngçiləri arasında elit qüvvələri təşkil edirdi. Bu piyadalar tərəfindən istifadə edilən çaxmaqlı tüfəng olan Jazāyer (جزایر) Avropadakı analoqlarından daha ağır çaplı idi və nəticədə daha geniş diapazona, eləcə də təkmilləşdirilmiş dəqiqliyə malik idi. Ortalama Avropa tüfəngi 5 kiloqram ağırlığında olmaqla, 18 millimetrlik diametrlə atəş açırdısa, cəzayir 18 kiloqram idi və 24 millimetr diametrlə atış açırdı. Avropadakı tüfənglərdən fərqli olaraq, cəzayir kağız kartrij əvəzinə burnuz vasitəsiylə doldurulurdu. Bu da o deməkdir ki, bunun məsafə, təsir və dəqiqlik kimi üstünlükləri olsa da, Avropadakı analoqları ilə müqayisədə onların doldurulması üçün daha uzun vaxt sərf etmək lazım gəlirdi. Səfəvi ordusunda cəzayirlərdən istifadə barədə məlum olan ilk məlumatın tarixi XVII əsrin ortalarına qədər gedib çıxmaqdadır. Cəzayirçilər cəzayir adlanan tüfəngdən əlavə, şəmşir adlanan soyuq silahla da silahlanırdılar. Piyada qoşunun cəzayirçilər bölməsi aramsız təlimlər və məşqlə məşğul olurdular. Bu tipdə təlimlərdən birinin şahidi olan şəxs xatirələrində belə yazır: Cəzayirçi bölmələri hər gün saatlarla məşq edirdi. Döyüşçülərin təlim-məşqlərdə təcrübə qazanmalarına xüsusi önəm verilirdi. Nadir cəzayirçi bölmələrini şəxsən özü təşkil etmişdi və döyüşlərdə tez-tez cəzayirçilərə şəxsən komandanlıq edirdi. Başqa bir şahidin bildirdiyinə görə, cəzayirçilər yaxşı təşkil edilmişdilər və ən yaxşı sursatla təmin edilmişdilər.Cəzayirçilərin ümumi sayı barədə müxtəlif məlumatlar mövcuddur və hesabatlardakı rəqəmlər bir-birindən fərqlənməkdədir. Lakin ümumilikdə ortalama olaraq götürsək, bu korpusun döyüşçülərin sayının bir neş on min olduğu təxmin edilə bilər. Conas Hanvet 1744-cü ilə aid yazısında bildirirdi ki, Nadirin 12 minlik cəzayirçisinə əlavə olaraq, 40 minlik nizami tünfəngçisi də var idi. Nadir həmçinin özünün Mərkəzi Asiya yürüşündə 12 min nəfərdən ibarət cəzayirçi korpusuna komandanlıq etmişdir. Cəzayirçilərin piyada qoşun növü olmasına baxmayaraq, bəzən yürüşlər zamanı zəruriyyət qarşısında onlar süvari dəstələr kimi də döyüşlərdə iştirak edirdilər. Belə döyüşlərə misal olaraq Karnal döyüşünü göstərmək olar. Onlar təchizatlarının və hərbi bacarıqlarının yüksəkliyinə görə Nadirin müxtəlif yürüşlərində ən fərqli və çətin döyüş tapşırıqlarını yerinə yetirmiş və qələbədə mühüm paya sahib olmuşdurlar. Belə döyüşlərə misal olaraq Damğanı, Murçexortu, Kərkükü, Muradtəpəni, Karnalı və Qarsı göstərə bilərik. Karnal döyüşündə oynadığı həlledici rola görə, cəzayir barədə "ox cəzayirə cavab verə bilməz" deyə bir şahid tərəfindən qeyd dedilmişdir. Ən əvvəldən süvari bölmələri ordudakı ən önəmli bölmə hesab edilirdi. Nadir süvari ordu bölmələrində mühüm islahatlar həyata keçirdi. Bu islahatlardan biri süvarilərin atlarının maliyyə təminatının dövlət tərəfindən yerinə yetirilməsi idi. Buna qədər süvarilər öz atları ilə riskə getmək istəmirdilər, çünki adətən bu atlar öz sahiblərinin ən dəyərli mülklərindn bir hesab edilirdi. Süvari korpusu əsas etibarilə iki hissəyə bölünmüşdü. Birincisini dövlət tərəfindən ordu üçün toplanmış süvarilər, ikincisini isə tabe olan tayfaların orduya göndərdiyi və ya böyük torpaq sahibləri tərfindən orduya göndərilən süvarilər təşkil edirdi. Səfəvilər dövründən etibarən ənənəvi olaraq süvarilər öz Osmanlıdakı analoqları üzərində üstünlüyə sahib idilər: Süvarilərin çoxu şəmşirlə, nizəylə və xəncərlə silahlansa da, bəzən odlu silahdan da istifadə edirdilər. 1736-cı ildən etibarən tüfəng süvarilərin birinci dərəcəli silahlarından biri oldu. Bu qoşunlara həm kəşfiyyatda, həm də atışmada mühüm dərəcədə yardım edirdi. Sonuncuya misal olaraq Karnal döyüşü göstərilə bilər. Dövlətin süvari bölmələri arasında ən prestijlisi şahın şəxsi süvari qvardiyası hesab edilirdi. Ən məşhur birliklərdən biri tərcüməsi Səltənət süvariləri mənasını verən Savaran-e Saltanati bölməsi idi. Əfşarlar, Qacarlar, Cəlairilər kimi tayfalar Nadirin süvarilər toplaması üçün əsas mərkəzlər hesab edilirdi. Həmçinin başda Şahsevənlər olmaqla, müxtəlif Azərbaycan tayfalarından da süvarilər toplanmaqda idi. Savaran-e Sepah-e Khorasan bölməsində 20 fovj mövcud idi ki, hər bir fovjda 1000 əsgər var idi. Beləliklə, Savaran-e Sepah-e Khorasanda 20 min süvari cəmlənməkdə idi. Şahın qulamları və ya Gholāmān-e Shāh bölməsində isə 3 min seçmə süvari xidmət etməkdə idi. Bu bölmənin tapşırığını Nadir şahın şəxsi mühafizəsini təşkil etmək idi. Köməkçi süvarilər Nadirin süvari bölmələri içərisində bir digər prestijli bölmə Savaran-e Sepah-e Xorasan idi. Bu termin Xorasanın atlı/süvari ordusu kimi tərcümə edilə bilər. Bu bölmədəki döyüşçülər əsasən Gilzay, Abdali, Kürd və imperiyanın digər tayfalarından toplanırdı. Həm Gilzay, həm də Abdali əfqan süvariləri Asiyadakı ən yaxşı süvarilərdən hesab edilirdilər. Bu ordu bölməsinin sayı hər zaman dəyişmişdir, lakin bir qaynaqda bunların sayının 70 min olduğu bildirilmişdir. Xorasanın atlı/süvari ordusundan olan süvarilər tez-tez Nadir tərəfindən Səltənət süvariləri bölməsinə yüksəldilirdi. Bu bölmə Qars döyüşündə həlledici rol oynamışdır. Beləki, onlar döyüşün gərgin anında Nadirin komandanlığı altında cinah hücumu təşkil etmiş və nəticədə qızılbaş ordusu qələbə qazanmışdır. Artilleriya Nadirin hərbi sahədə apardığı islahatlardan ən çox yararlanan ordu növü sözsüzki artilleriya idi. Səfəvi sülaləsinin hakimiyyəti dövründə artilleriya qüvvələrindən hərbi işdə məhdud çərçivədə istifadə edirdilər. Lakin Nadirin yürüşlərində artilleriyadan geniş ölçüdə istifadə edilirdi. Nadirin yürüşlərinin adətən aqressiv sürətli hücumlara əsaslanmasına görə ağır artilleriya silahlarını daşımaq problem təşkil etsə də, Nadir ordu daxilində artilleriyadan istifadənin inkişf etdirilməsinə daim xüsusi diqqət ayırmışdır. Nadirin ordusunun əsas tədarükçü fabrikləri Amül, Kirmanşah, İsfahan və Mərvdə yerləşirdi. Bu hərbi fabriklər yüksək keyfiyyətdə silah istehsal edir və ordularını yaxşı istifadə qabiliyyətinə malik toplarla təmin edirdilər. Bununla belə, səyyar emalatxanalar Nadirə strateji hərəkətliliyini qoruyub saxlamaqla yanaşı, tələb olunduqda ağır mühasirə topunun yerləşdirilməsi kimi sahələrdə çox yönlülüyünü qoruyub saxlamağa imkan verdi. Nadirin ordusu içindəki ən önəmli artilleriya bölmələrindən biri zamburakçılar idi. Bu zamburakçı bölməsi 1 və ya 2 poenderlik yüngül və dəvələrin belinə yerləşdirilən kiçik toplardan təşkil edilmişdi. Bu toplar meydan toplar ilə müqayisədə qeyri-dəqiq və atış məsafəsi qısa olsa da, meydan döyüşlərində yaylım atəşi açmaqla kütləvi ölümə səbəb olması onun əsas üstünlüyü idi. Həmçinin bir digər üstün cəhəti isə yüngül və dəvə üstündə olduğuna görə yerdəyişməsi asan və çevik olması idi. Meydan artilleriyası Nadirin ordusunun ayrılmaz hissəsi idi. Nadir xanın Mesopotamiyaya birinci yürüşü zamanı, o, mühasirədə olan Bağdada yardım etmək üçün gəlmiş Topal Osman paşanı qarşılamaq üçün şimaldakı Samarraya gedərkən ordusunda 18 top olmuşdur. Onlardan 4-ü 30, 6-ı 15, 6-ı 9 pouderlik olmuşdur.Nadirin ordudakə islahatlarından yararlanan əsas sahələrdən biri kimi meydan artilleriyası və ya topları özlərinin Osmanlı və Moğol imperiyalarındakı analogiyaları müqayisədə daha üstün mövqeyə sahibləndilər. Əfşar ordusunun artilleriyası bu iki imperiya artilleriyası ilə müqayisədə daha dəqiq atış gücünə malik idi. Bu artilleriya qüvvələri Nadir şahın Mərkəzi Asiya yürüşündə də mühüm rol oynadılar. Mərkəzi Asiyadakı süvari döyüşçülər Əfşar ordusunun istifadə etdiyi modern artilleriya silahlarından xəbərsiz idilər və bu da Nadir üçün qələbəni daha da asanlaşdırırdı. Hərbi donanma 1734-cü ildən etibarən Nadir dövlətin hərbi donanma sistemini yenidən təşkil etdi. Bu donanma özünün ən yaxşı fəaliyyəti dövrünü Əfşar imperiyasının bölünməsinə qədərki 10 il müddətində yaşadı. Əfşar imperiyasının hərbi donanması əsas təhlükələrdən biri kimi qəbul edilən ruslara qarşı Xəzər dənizində də fəaliyyət göstərirdi. Hərbi donanmanın mərkəzi Buşehrdə yerləşirdi və əsas fəaliyyət sahəsini İran körfəzi, habelə, Oman dənizi təşkil edirdi. Burada əsas mübarizə isə Məskət sultanlığı, Oman imamlığı, sonradan Atəşkəs dövlətləri adlanan ərazilərin sahillərində məskunlaşan quldurlarla, üsyançılarla aparılırdı. Əfşar hərbi donanması tez-tez hollandiyalılar və britaniyalılarla əməkdaşlıq edirdi. Şimal donanması Şimal donanması Xəzər dənizində fəaliyyət göstərirdi. 1745-ci ildə iki freqat və 4 kiçik gəmi (hamısı yerli istehsal) donanma daxilində xidmət etməkdə idi. Qaynaqların bildirdiyinə görə, bu donanmaya daxil olan gəmilərdən biri 1752-ci ildə Rəşt yaxınlığında yandırılmışdır. Şimal donanması yaradılmamışdan əvvəl, Nadir ruslardan gəmi ala bilmək üçün böyük məbləğlərdə pullar ödəmişdir. Bu gəmilərdən Nadirin Dağıstan yürüşü zamanı maddi-texniki təminat göndərmək üçün istifadə edilmişdir. Cənub donanması Cənub donanmasının əsas üzdüyü məkan İran kərfəzi və Oman körfəzi idi. Lakin bu donanmanın Ərəbistan dənizində də fəaliyyə etdiyi dövrlər olmuşdur. 1734-1736-cı illər: 1734-cü ildə Nadir ingilislərdən iki briqantin gəmisi aldı. Bundan başqa, yerli ərəb şeyxindən də iki ədəd briqanin əldə edildi. Patna və Ruperall adlandırılan ingilis briqantinlərinə müvafiq olaraq Veddell və Kuk komandan təyin edildi. Əfşarlar 1736-cı ildə Buşehrdə saxladıqları Ost-Hind şirkətinə məxsus olan Northuberland gəmisinin kapitanını gəmini onlara satmağa məcbur etdilər. "Böyük məbləğ qarşılığlnda satın alınan" gəmi döyüş gəmisinə dönüşdürüldü. Gəmi o dövrdə pis vəziyyətdə idi və buna görə də, Ost-Hind şirkəti "potensial Əfşar iddialarından özlərini qorumaq üçün addımlar atdılar". Həmin ilin oktyabrında donanma ingilislərdən 8 min tümənə satın alınmış 20 silahlı 2 freqat daha əldə etdi və onlardan biri Cavan adlandırıldı. Arxiv sənədlərində isə, yalnız bir gəminin satıldığı göstərilmişdir. Cavan daha sonra Fəth-i Şah adlandırıldı və donanmanın bayraqdar gəmisi oldu. Lakin baqa bir qaynağa görə isə, Fəth-i Şah gəmisi əvvəlki Northumberland gəmisi olmuşdur. Cavan şəxsi olaraq Bombeydə yerləşən EİC şirkəti tərəfindən Əfşarlara satılmaq üçün əldə edilmişdi və şirkət bu satışdan 200 faiz mənfəət əldə etmişdi. Donanmaya daxil olan başqa bir gəmi isə fransız tacirlərdən satın alınmış l'Heureux gəmisi idi.1737-ci il: 1737-ci ilə aid holland qaynağı donanmanın inventarını belə təqdim etmişdir: 1741-1742-ci illər: 1.100 tonluq Bombey mərkəzli gəmi olan Şavallum onu hazırlayan konsortium (Con Lambton, parsi tacir Bhomanji Rüstəmci və Manoji Novroji və bombeyli Şivan Set Dharam Set) tərəfindən satılmış və Rəhimi adlandırılmışdır. Bu gəmi Əfşar donanmasının bayraqdarı kimi xidmət etmişdir. 1742-cı ildə cənub donanmasına 15 gəmi daxil idi və onların çoxu Kambey körfəzindəki Suratda hazırlanmışdı. Əfşarlar Suratdakı gəmi hazırlayanlara daha 11 gəmi sifariş verdilər və bu sifarişlərdən birincisi 1741-ci ildə hazır edildi. Bu gəmilər tik ağacından hazırlanmışdılar və öz davamlılıqları ilə seçilirdilər. 1742-ci ildə Robert Qalley gəmisi ingilis Eusteys Pikokdan 1000 tümə qarşılığında satın alındı. Daha iki gəmi - Meri və Pembrok Suratdakı EIC tərəfindən hazırlandı və 186.251 rupiyə (9.312 tümənə və ya 23.280 pounda bərabər idi) Əfşarlara satıldı. Pembrok lazimi təchizatlardan məhrum idi, Meri isə su sızmasına məruz qaldığı üçün gündəlik nasosa ehtiyyacı var idi.1745-ci ildə: 1745-ci ildə donanmada 30 gəmi mövcud idi.1747-ci ildə: 1747-ci ildə cənub donanmasında 20-25 gəmi mövcud idi. Həmçinin bax Səfəvi imperiyasının ordusu Əfşar imperiyasının hərbi donanması Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. səh. 180.Maykl Eksvorti. The Army of Nader Shah. Iranian Studies. 40 (5). 2007. səh. 180.Basile Vatatzes. Persica: Histoire de Chah-Nadir. Bucharest. N. Iorga. 1939.Mirfendereski, Guive. A Diplomatic History of the Caspian Sea. Springer. 2001. doi:10.1057/9780230107571_4. ISBN 978-0-230-10757-1.
https://az.wikipedia.org/w/index.php?curid=757724
Əfşar imperiyasının hərbi donanması
Əfşar imperiyasının hərbi donanması — 1734-cü ildən etibarən Nadir xan (1736-cı ildən etibarən şah) dövlətin hərbi donanma sistemini yenidən təşkil etdi. Bu donanma özünün ən yaxşı fəaliyyəti dövrünü Əfşar imperiyasının bölünməsinə qədərki 10 il müddətində yaşadı. Əfşar imperiyasının hərbi donanması əsas təhlükələrdən biri kimi qəbul edilən ruslara qarşı Xəzər dənizində də fəaliyyət göstərirdi. Hərbi donanmanın mərkəzi Buşehrdə yerləşirdi və əsas fəaliyyət sahəsini İran körfəzi, habelə, Oman dənizi təşkil edirdi. Burada əsas mübarizə isə Maskat sultanlığı, Oman imamlığı, sonradan Atəşkəs dövlətləri adlanan ərazilərin sahillərində məskunlaşan quldurlarla, üsyançılarla aparılırdı. Əfşar hərbi donanması tez-tez hollandiyalılar və britaniyalılarla əməkdaşlıq edirdi. Əfşarlara qədər dövlətdə hərbi donanma yaradılması üçün sonuncu cəhd 1718-ci ildə edilmişdi. Bu cəhd də Səfəvi şahının donanma yaratmaqda istəksiz olması səbəbindən baş tutmamışdı. Yaradılması Yaradılmasından sonra keçən 10 il ərzində Əfşar imperiyasının hərbi donanması uğurlu eksponsionist siyasət həyata keçirirdi. Bu donanma Maskatı və İran körfəzindəki bir çox adanı ələ keçirməyi bacarmış, lakin şimalda Osmanlı və Rusiya donanmaları ilə rəqabər aparmaqda uğursuz olmuşdu. 1745-ci ildən etibarən Əfşarların donanması tədricən tənəzzül etməyə başladı və 1747-ci ildə Nadirin qətlə yetirilməsindən sonra tamamilə süqut etdi. Bu süqutun səbəbi gəmilər üçün lazım olan detalların azlığı və ya tamamilə yoxluğu idi. Kərim xan Zənd hökmdar olduqdan sonra Oman imamlığından Əfşarların gəmisi olmuş Rəhmanini geri istədi. Bunu ərəb tayfası olan Bəni Mainlərdən ələ keçirmiş olan Oman Kərim xanın tələbini rədd etdi və bu müharibəyə səbəb oldu. Kərim xan Zənd 1773-cü ildə Omana hücum etsə də, uğur qazana bilmədi. Kaveh Fərrux iddiasına görə bu hadisə artıq mərkəzi hökumətin İran körfəzinin cənub sahillərinə əlinin çatmadığının göstərir. 1820-ci illərdə Qacarlar dövləti də Qeşm və Hörmüz adalarını da Omanın əlinə keçməsinə əngəl ola bilmirlər.Uilyam Teylor 1811-ci ildi bildirirdi ki, 1738-ci ildı iranlılar tərəfindən tikilmiş gəmilərdən biri indi Osmanlıların əlindədir və "Bəsrədəki türk donanmasının bayraqdarı kimi istifadə edilir...və 8 il bundan əvvəl Bombey limanına təmir üçün gətirildiyi zaman ağaclarının mükəmməl şəkildə sağlam olduğu müəyyən edildi". Müasir qaynaqların bildirdiyinə görə 1737-ci ildə donanma ağ fonda üzərində Zülfüqar əks edilmiş bayraq istifadə etmişdir. Şəxsi heyət Hərbi donanmanın dənizçiləri adətən Huvala tayfasından toplanırdı. Həmçinin donanmada Avropa donanmalarından qaçmış dənizçilərdən də yararlanılırdı. Komandanlar Məhəmməd Lətif xan - donanmanın 1734-cü ildəki qurucusu və dəryabəyi. O, 1735-ci ildə Osmanlı donanmasına qarşı məğlubiyyətdən sonra vəzifəsindən azad edilmiş, lakin 1736-cı ildə yenidən vəzifəsinə bərpa edilmiş və bu vəzifədə 1737-ci ildə zəhərlənərək öldürülməsinə qədər xidmət etmişdir. Kapitan Riçard Kuk - ingilis olan bu zabit Məhəmməd Lətif xanın köməkçisi olmuş və 1737-ci ildə döyüşdə ölmüşdür. Molla Əlişah - Bəndər-Abbasda yerləşən şərq bölməsinin komandanı. Mirəli xan Türkman - 1740-cı ildə döyüşdə öldürülmüş dəryabəyi. Şimal donanması Şimal donanması Xəzər dənizində fəaliyyət göstərirdi. 1745-ci ildə iki freqat və 4 kiçik gəmi (hamısı yerli istehsal) donanma daxilində xidmət etməkdə idi. Qaynaqların bildirdiyinə görə, bu donanmaya daxil olan gəmilərdən biri 1752-ci ildə Rəşt yaxınlığında yandırılmışdır. Şimal donanması yaradılmamışdan əvvəl, Nadir ruslardan gəmi ala bilmək üçün böyük məbləğlərdə pullar ödəmişdir. Bu gəmilərdən Nadirin Dağıstan yürüşü zamanı maddi-texniki təminat göndərmək üçün istifadə edilmişdir. Cənub donanması Cənub donanmasının əsas üzdüyü məkan İran kərfəzi və Oman körfəzi idi. Lakin bu donanmanın Ərəbistan dənizində də fəaliyyə etdiyi dövrlər olmuşdur. 1734-1736-cı illər: 1734-cü ildə Nadir ingilislərdən iki briqantin gəmisi aldı. Bundan başqa, yerli ərəb şeyxindən də iki ədəd briqanin əldə edildi. Patna və Ruperall adlandırılan ingilis briqantinlərinə müvafiq olaraq Veddell və Kuk komandan təyin edildi. Əfşarlar 1736-cı ildə Buşehrdə saxladıqları Ost-Hind şirkətinə məxsus olan Northuberland gəmisinin kapitanını gəmini onlara satmağa məcbur etdilər. "Böyük məbləğ qarşılığlnda satın alınan" gəmi döyüş gəmisinə dönüşdürüldü. Gəmi o dövrdə pis vəziyyətdə idi və buna görə də, Ost-Hind şirkəti "potensial Əfşar iddialarından özlərini qorumaq üçün addımlar atdılar". Həmin ilin oktyabrında donanma ingilislərdən 8 min tümənə satın alınmış 20 silahlı 2 freqat daha əldə etdi və onlardan biri Cavan adlandırıldı. Arxiv sənədlərində isə, yalnız bir gəminin satıldığı göstərilmişdir. Cavan daha sonra Fəth-i Şah adlandırıldı və donanmanın bayraqdar gəmisi oldu. Lakin baqa bir qaynağa görə isə, Fəth-i Şah gəmisi əvvəlki Northumberland gəmisi olmuşdur. Cavan şəxsi olaraq Bombeydə yerləşən EİC şirkəti tərəfindən Əfşarlara satılmaq üçün əldə edilmişdi və şirkət bu satışdan 200 faiz mənfəət əldə etmişdi. Donanmaya daxil olan başqa bir gəmi isə fransız tacirlərdən satın alınmış l'Heureux gəmisi idi.1737-ci il: 1737-ci ilə aid holland qaynağı donanmanın inventarını belə təqdim etmişdir: 1741-1742-ci illər: 1.100 tonluq Bombey mərkəzli gəmi olan Şavallum onu hazırlayan konsortium (Con Lambton, parsi tacir Bhomanji Rüstəmci və Manoji Novroji və bombeyli Şivan Set Dharam Set) tərəfindən satılmış və Rəhimi adlandırılmışdır. Bu gəmi Əfşar donanmasının bayraqdarı kimi xidmət etmişdir. 1742-cı ildə cənub donanmasına 15 gəmi daxil idi və onların çoxu Kambey körfəzindəki Suratda hazırlanmışdı. Əfşarlar Suratdakı gəmi hazırlayanlara daha 11 gəmi sifariş verdilər və bu sifarişlərdən birincisi 1741-ci ildə hazır edildi. Bu gəmilər tik ağacından hazırlanmışdılar və öz davamlılıqları ilə seçilirdilər. 1742-ci ildə Robert Qalley gəmisi ingilis Eusteys Pikokdan 1000 tümə qarşılığında satın alındı. Daha iki gəmi - Meri və Pembrok Suratdakı EIC tərəfindən hazırlandı və 186.251 rupiyə (9.312 tümənə və ya 23.280 pounda bərabər idi) Əfşarlara satıldı. Pembrok lazimi təchizatlardan məhrum idi, Meri isə su sızmasına məruz qaldığı üçün gündəlik nasosa ehtiyyacı var idi.1745-ci ildə: 1745-ci ildə donanmada 30 gəmi mövcud idi.1747-ci ildə: 1747-ci ildə cənub donanmasında 20-25 gəmi mövcud idi. İcarəyə götürülmüş gəmilər Əfşarid donanması aşağıdakı gəmiləri məhdud müddətə icarəyə götürmüşdü: Bəzi hallarda, Nadir şah gəmiləri icarəyə götürməkdə uuğrlu ola bilmirdi. Yelizavetanın taxta çıxmasından qısa müddət sonra - 1771-ci ilin dekabrında ondan Dağıstan yürüşünün maddi-texniki təminatını həyata keçirmək üçün 10 gəmini icarəyə verməsi istənildi. Rus səfirinin məsləhəti ilə bu təklif rədd edildi. Rus səfiri bu gəmilərin heç vaxt geri qaytarılmayacağından qorxurdu. 1730-cu illərdə britaniyalı birinin şəxsi mülkü olan Severn və Edvard gəmilərinin də icarə təklifləri rədd edilmişdi. Gəmi hazırlanması 1743-cü ildə Nadir şah ingilis taciri Con Eltonu İranın şimalında dəniz gəmiqayırma idarəsinin rəisi təyin etdi və ona Camal Beiq titulu verdi. Eltonun baş ofisi Lahican və Ləngəruddakı gəmiçilik obyektlərində yerləşirdi. Həmçinin bax Əfşar imperiyasının hərbi sistemi
https://az.wikipedia.org/w/index.php?curid=757111
Əfşar imperiyasının hərbi sistemi
Əfşar imperiyasının hərbi sistemi — Əfşarların hərbi sistemlərinin kökü Səfəvilər dövlətinin dağılması ərəfəsində Xorasandakı qanlı toqquşmalar dövrünə əsaslanırdı. Yerli sərkərdə olan və türkman Əfşar tayfasına mənsub Nadirqulu xan Əfşarın komandanlığı altındakı döyüşçülərin sayı cəmi bir neçə yüz nəfər idi və onlar indiki İranın şimal-şərqində fəaliyyət göstərirdilər. Nadirqulu özünü şah elan etdikdən sonra onun komandanlığı altındakı döyüşçülərin ümumilikdə sayı 375 minə çatırdı. Tarixçi Maykl Eksvortiyə görə bu ordu öz dövrünün ən güclü ordusu olmaqla birlikdə, onun ən böyü üstünlüyü ən istedadlı və uğurlu sərkərdə olan Nadir tərəfindən idarə olunması idi.Nadir şahın 1747-ci ildə öz sərkərdələrindən bir qrupunun əli ilə qətlə yetirildikdən sonra dövlət tədricən dağılmağa və on illər boyunca davam edəcək vətəndaş müharibəsinə sürüklənməyə başladı. Elə bu proseslərin başlaması ilə də Nadirin bir zamanların nə güclü ordusu hesab edilən ordusu da dağıldı. Ali hakimiyyəti ələ almaq üstündə Əfşarlardan bir çox mübarizə aparsa da, onlardan başqa da namizədlər çox idi. Ölkədəki ali hakimiyyətin bərpası isə yalnız Ağa Məhəmməd şah Qacarın dövründə bərpa edildi. Bu XVIII əsrin sonunda Ağa Məhəmməd şah Qacarın uğurlu hərbi yürüşlərindən sonra mümkün oldu. Ümumi baxış Əfşar ordusu əsasən süvari birliklərə əsaslanan bir ordu idi. Bu ordudakı döyüşçülərin sayı 1743-cü ildə öz zirvəsinə çataraq 375 min nəfər oldu. Bu rəqəm həddindən artıq çox olmaqla birlikdə, davamlı olaraq bu qədər insanın orduda saxlanması istehsalın azalması və sərfiyyatın çoxalmasna səbəb olaraq ölkə iqtisadiyyatının çökməsinə gətirib çıxarırdı. Əfşar ordusunun əvvəlki dövrlərdəki ordulardan əsas fərqi odlu silahdan geniş şəkildə istifadə olunması idi. Səfəvi ordusu dövründə, yəni XVI əsr boyunca artilleriya və tüfəngçi bölmələrinin nüvəsi formalaşdırılsa da, onların sayı həmişə ordunun əsasını təşkil edən ənənəvi süvari ordu döyüşçülərinin sayından az olmuşdur. Bu ənənəvi ordudakı döyüşçülər ənənəvi silahlarla - balta, qılınc, əmud, ox-kaman ilə silahlanırdı və yarım köçəri ya da tam köçəri tayfalardan toplanırdı. Avropada süvarilər tapançalar və karabinlərlə silahlandırılan dönəmdə Səfəvilərdəki şahların orduları ənənəvi silahlarla silanlandırılırdı. Yalnız Nadir şahın dövründə ilk dəfə ordunun böyük bir qismini odlu silahlarla silahlandırmaq mümkün oldu. Elə buna görə də, odlu silahlarla davranmağı öyrənilməsinə diqqət, təlim və tədrisə diqqət artırıldı. Belə bir hal Avropada bir əsr əvvəldən artıq başlamışdı.Nadirin ordusunun üzvlərinin çox az bir qismi etnik olaraq iranlı və ya fars idi. Özünün ən çox üzvü olduğu zamanda bu ordunun üzvlərindən 60 mindən çoxu Azərbaycandan, 60 mini türkmən və özbəklərdən, 70 mini əfqanlardan və indiki pakistanlılardan, 65 mini Xorasandan, 120 mini isə digər fərqli-fərqli Qərbi İran etnoslardan (Kürdüstan, Həmədan, Luristan, Baxtiyari, Fars və Xuzistan) toplanırdı. Göründüyü kimi bu ordudakı ən çox döyüşçü müxtəlif türk tayfalarından toplanırdı. Bu döyüşçülərin çoxu yüngül silahlarla silahlanmış süvarilər idi. Bu döyüşçülər başlarına Kulə-i Nadiri adlanan papaqlar qoyurdu. Bu papaqla 18 düyüm hündürlükdə olmaqla birlikdə, ətrafına keçi və ya qoyun dərisi sarılmış olurdu. Döyüşçülərin çiynindən yundan hazırlanmış mantiya asılır, qırmızı, sarı və ya yaşıl rəngli açıq köynək, dəri çəkmələr geyinirdilər. Çox döyüşçünün həm ağır, həm də zəncirli zirehlərdən ibarət zirehli geyimləri var idi. Yüngül silahlandırılmış hər bir süvari qılıncla, tüfənglə və balta ilə təchiz edilirdi. Bəziləri qalxan da daşımaqda idilər. 1744-cü ildə Nadirin ordusuna 13 min mühafizəçi süvari qvardiyası, Nadirin öz tayfası olan Əfşarlardan ibarət 20 min süvari, 50 min əfqan süvari, 12 min cəzayirçi, 40 min adi piyada tüfəngçisi və sayı bilinməyən artilleriya, qarnizon döyüşçüləri mövcud idi. Orduda həmçinin, Qacarlar kimi tayfalardan toplana çox sayıda döyüşçü də var idi. Döyüşçülərin çoxu çaxmaqlı və ya köhnə miquelet kilidli muşketlərlə silahlanmışdı, bəzilərində matçlok tipli tüfənglər də var idi. Piyadalar süngülərdən istifadə etmirdilər. Əfqanlar çox zaman odlu silahlara malik olmurdular, çünki onların döyüşdəki tapşırıqları əsasən nizədən istifadə etmək idi. Türk və digər tayfalardan toplanan yüngül silahlı süvarilər döyüşçülər də odlu silahalrdan o qədər də istifadə etmirdilər, onlar döyüşdə qılıncdan, nizələrdən və oxlardan istifadə edirdilər. Səfəvilər dövründə olduğu kimi Nadir zamanında da piyada bölmələri ikinci dərəcəli bölmə kimi dəyərləndirilirdi və əhəmiyyətinə görə süvarilərdən sonra dəyərləndirilirdi. Buna əlavə olaraq, odlu silahla silahlandırılmış piyada bölmələri heç vaxt tam olaraq inkişaf etdirilməmişdi. Buna istisna olaraq, islahatları ilə odlu silahlı piyada bölmələri Səfəvi ordusuna gətirmiş Şah Abbası göstərmək mümkündür. Bütün piyada korpusunda kolah-e Naderi (کلاهِ نادری) adlanan hündür papaqlı mavi tunika və qırmızı şalvardan ibarət standart bir forma var idi. Nadirin Əfqanıstanın qərbindəki Abdali əfqanlarına qarşı ilkin yürüşləri ona güclü süvari orduya qarşı savaşa bilmək üçün həll yolu tapmağa sövq etdi. Odlu silahlarla təchiz edilmiş piyadalar sisteminin təkmilləşdirilməsi, artilleriya qüvvələri və manevr edə bilən süvarilər kimi həll yolları ilə Nadir Abdali əfqanlarının süvari döyüşçülərini məğlub etməyi bacardı. Tüfəngçilər Tüfəngçi ordunun nizami tüfənglə silahlandırılmış bölməsi idi və Səfəvilər dövründən etibarən bu bölmənin döyüşçülərinin sayı durmadan artmışdır. Tüfəngçi həmçinin uzun xənzər və ənənəvi bölgə silahlarından olan şəmşirlə də silahlandırılırdı. Ümumilikdə tügəngçi cəzayirçi ilə müqayisədə daha yüngül tüfənglə təchiz edilirdi. Cəzayirçilər Cəzayirçi Nadirin ordusunun tüfəngçiləri arasında elit qüvvələri təşkil edirdi. Bu piyadalar tərəfindən istifadə edilən çaxmaqlı tüfəng olan Jazāyer (جزایر) Avropadakı analoqlarından daha ağır çaplı idi və nəticədə daha geniş diapazona, eləcə də təkmilləşdirilmiş dəqiqliyə malik idi. Ortalama Avropa tüfəngi 5 kiloqram ağırlığında olmaqla, 18 millimetrlik diametrlə atəş açırdısa, cəzayir 18 kiloqram idi və 24 millimetr diametrlə atış açırdı. Avropadakı tüfənglərdən fərqli olaraq, cəzayir kağız kartrij əvəzinə burnuz vasitəsiylə doldurulurdu. Bu da o deməkdir ki, bunun məsafə, təsir və dəqiqlik kimi üstünlükləri olsa da, Avropadakı analoqları ilə müqayisədə onların doldurulması üçün daha uzun vaxt sərf etmək lazım gəlirdi. Səfəvi ordusunda cəzayirlərdən istifadə barədə məlum olan ilk məlumatın tarixi XVII əsrin ortalarına qədər gedib çıxmaqdadır. Cəzayirçilər cəzayir adlanan tüfəngdən əlavə, şəmşir adlanan soyuq silahla da silahlanırdılar. Piyada qoşunun cəzayirçilər bölməsi aramsız təlimlər və məşqlə məşğul olurdular. Bu tipdə təlimlərdən birinin şahidi olan şəxs xatirələrində belə yazır: Cəzayirçi bölmələri hər gün saatlarla məşq edirdi. Döyüşçülərin təlim-məşqlərdə təcrübə qazanmalarına xüsusi önəm verilirdi. Nadir cəzayirçi bölmələrini şəxsən özü təşkil etmişdi və döyüşlərdə tez-tez cəzayirçilərə şəxsən komandanlıq edirdi. Başqa bir şahidin bildirdiyinə görə, cəzayirçilər yaxşı təşkil edilmişdilər və ən yaxşı sursatla təmin edilmişdilər.Cəzayirçilərin ümumi sayı barədə müxtəlif məlumatlar mövcuddur və hesabatlardakı rəqəmlər bir-birindən fərqlənməkdədir. Lakin ümumilikdə ortalama olaraq götürsək, bu korpusun döyüşçülərin sayının bir neş on min olduğu təxmin edilə bilər. Conas Hanvet 1744-cü ilə aid yazısında bildirirdi ki, Nadirin 12 minlik cəzayirçisinə əlavə olaraq, 40 minlik nizami tünfəngçisi də var idi. Nadir həmçinin özünün Mərkəzi Asiya yürüşündə 12 min nəfərdən ibarət cəzayirçi korpusuna komandanlıq etmişdir. Cəzayirçilərin piyada qoşun növü olmasına baxmayaraq, bəzən yürüşlər zamanı zəruriyyət qarşısında onlar süvari dəstələr kimi də döyüşlərdə iştirak edirdilər. Belə döyüşlərə misal olaraq Karnal döyüşünü göstərmək olar. Onlar təchizatlarının və hərbi bacarıqlarının yüksəkliyinə görə Nadirin müxtəlif yürüşlərində ən fərqli və çətin döyüş tapşırıqlarını yerinə yetirmiş və qələbədə mühüm paya sahib olmuşdurlar. Belə döyüşlərə misal olaraq Damğanı, Murçexortu, Kərkükü, Muradtəpəni, Karnalı və Qarsı göstərə bilərik. Karnal döyüşündə oynadığı həlledici rola görə, cəzayir barədə "ox cəzayirə cavab verə bilməz" deyə bir şahid tərəfindən qeyd dedilmişdir. Ən əvvəldən süvari bölmələri ordudakı ən önəmli bölmə hesab edilirdi. Nadir süvari ordu bölmələrində mühüm islahatlar həyata keçirdi. Bu islahatlardan biri süvarilərin atlarının maliyyə təminatının dövlət tərəfindən yerinə yetirilməsi idi. Buna qədər süvarilər öz atları ilə riskə getmək istəmirdilər, çünki adətən bu atlar öz sahiblərinin ən dəyərli mülklərindn bir hesab edilirdi. Süvari korpusu əsas etibarilə iki hissəyə bölünmüşdü. Birincisini dövlət tərəfindən ordu üçün toplanmış süvarilər, ikincisini isə tabe olan tayfaların orduya göndərdiyi və ya böyük torpaq sahibləri tərfindən orduya göndərilən süvarilər təşkil edirdi. Səfəvilər dövründən etibarən ənənəvi olaraq süvarilər öz Osmanlıdakı analoqları üzərində üstünlüyə sahib idilər: Süvarilərin çoxu şəmşirlə, nizəylə və xəncərlə silahlansa da, bəzən odlu silahdan da istifadə edirdilər. 1736-cı ildən etibarən tüfəng süvarilərin birinci dərəcəli silahlarından biri oldu. Bu qoşunlara həm kəşfiyyatda, həm də atışmada mühüm dərəcədə yardım edirdi. Sonuncuya misal olaraq Karnal döyüşü göstərilə bilər. Dövlətin süvari bölmələri arasında ən prestijlisi şahın şəxsi süvari qvardiyası hesab edilirdi. Ən məşhur birliklərdən biri tərcüməsi Səltənət süvariləri mənasını verən Savaran-e Saltanati bölməsi idi. Əfşarlar, Qacarlar, Cəlairilər kimi tayfalar Nadirin süvarilər toplaması üçün əsas mərkəzlər hesab edilirdi. Həmçinin başda Şahsevənlər olmaqla, müxtəlif Azərbaycan tayfalarından da süvarilər toplanmaqda idi. Savaran-e Sepah-e Khorasan bölməsində 20 fovj mövcud idi ki, hər bir fovjda 1000 əsgər var idi. Beləliklə, Savaran-e Sepah-e Khorasanda 20 min süvari cəmlənməkdə idi. Şahın qulamları və ya Gholāmān-e Shāh bölməsində isə 3 min seçmə süvari xidmət etməkdə idi. Bu bölmənin tapşırığını Nadir şahın şəxsi mühafizəsini təşkil etmək idi. Köməkçi süvarilər Nadirin süvari bölmələri içərisində bir digər prestijli bölmə Savaran-e Sepah-e Xorasan idi. Bu termin Xorasanın atlı/süvari ordusu kimi tərcümə edilə bilər. Bu bölmədəki döyüşçülər əsasən Gilzay, Abdali, Kürd və imperiyanın digər tayfalarından toplanırdı. Həm Gilzay, həm də Abdali əfqan süvariləri Asiyadakı ən yaxşı süvarilərdən hesab edilirdilər. Bu ordu bölməsinin sayı hər zaman dəyişmişdir, lakin bir qaynaqda bunların sayının 70 min olduğu bildirilmişdir. Xorasanın atlı/süvari ordusundan olan süvarilər tez-tez Nadir tərəfindən Səltənət süvariləri bölməsinə yüksəldilirdi. Bu bölmə Qars döyüşündə həlledici rol oynamışdır. Beləki, onlar döyüşün gərgin anında Nadirin komandanlığı altında cinah hücumu təşkil etmiş və nəticədə qızılbaş ordusu qələbə qazanmışdır. Artilleriya Nadirin hərbi sahədə apardığı islahatlardan ən çox yararlanan ordu növü sözsüzki artilleriya idi. Səfəvi sülaləsinin hakimiyyəti dövründə artilleriya qüvvələrindən hərbi işdə məhdud çərçivədə istifadə edirdilər. Lakin Nadirin yürüşlərində artilleriyadan geniş ölçüdə istifadə edilirdi. Nadirin yürüşlərinin adətən aqressiv sürətli hücumlara əsaslanmasına görə ağır artilleriya silahlarını daşımaq problem təşkil etsə də, Nadir ordu daxilində artilleriyadan istifadənin inkişf etdirilməsinə daim xüsusi diqqət ayırmışdır. Nadirin ordusunun əsas tədarükçü fabrikləri Amül, Kirmanşah, İsfahan və Mərvdə yerləşirdi. Bu hərbi fabriklər yüksək keyfiyyətdə silah istehsal edir və ordularını yaxşı istifadə qabiliyyətinə malik toplarla təmin edirdilər. Bununla belə, səyyar emalatxanalar Nadirə strateji hərəkətliliyini qoruyub saxlamaqla yanaşı, tələb olunduqda ağır mühasirə topunun yerləşdirilməsi kimi sahələrdə çox yönlülüyünü qoruyub saxlamağa imkan verdi. Nadirin ordusu içindəki ən önəmli artilleriya bölmələrindən biri zamburakçılar idi. Bu zamburakçı bölməsi 1 və ya 2 poenderlik yüngül və dəvələrin belinə yerləşdirilən kiçik toplardan təşkil edilmişdi. Bu toplar meydan toplar ilə müqayisədə qeyri-dəqiq və atış məsafəsi qısa olsa da, meydan döyüşlərində yaylım atəşi açmaqla kütləvi ölümə səbəb olması onun əsas üstünlüyü idi. Həmçinin bir digər üstün cəhəti isə yüngül və dəvə üstündə olduğuna görə yerdəyişməsi asan və çevik olması idi. Meydan artilleriyası Nadirin ordusunun ayrılmaz hissəsi idi. Nadir xanın Mesopotamiyaya birinci yürüşü zamanı, o, mühasirədə olan Bağdada yardım etmək üçün gəlmiş Topal Osman paşanı qarşılamaq üçün şimaldakı Samarraya gedərkən ordusunda 18 top olmuşdur. Onlardan 4-ü 30, 6-ı 15, 6-ı 9 pouderlik olmuşdur.Nadirin ordudakə islahatlarından yararlanan əsas sahələrdən biri kimi meydan artilleriyası və ya topları özlərinin Osmanlı və Moğol imperiyalarındakı analogiyaları müqayisədə daha üstün mövqeyə sahibləndilər. Əfşar ordusunun artilleriyası bu iki imperiya artilleriyası ilə müqayisədə daha dəqiq atış gücünə malik idi. Bu artilleriya qüvvələri Nadir şahın Mərkəzi Asiya yürüşündə də mühüm rol oynadılar. Mərkəzi Asiyadakı süvari döyüşçülər Əfşar ordusunun istifadə etdiyi modern artilleriya silahlarından xəbərsiz idilər və bu da Nadir üçün qələbəni daha da asanlaşdırırdı. Hərbi donanma 1734-cü ildən etibarən Nadir dövlətin hərbi donanma sistemini yenidən təşkil etdi. Bu donanma özünün ən yaxşı fəaliyyəti dövrünü Əfşar imperiyasının bölünməsinə qədərki 10 il müddətində yaşadı. Əfşar imperiyasının hərbi donanması əsas təhlükələrdən biri kimi qəbul edilən ruslara qarşı Xəzər dənizində də fəaliyyət göstərirdi. Hərbi donanmanın mərkəzi Buşehrdə yerləşirdi və əsas fəaliyyət sahəsini İran körfəzi, habelə, Oman dənizi təşkil edirdi. Burada əsas mübarizə isə Məskət sultanlığı, Oman imamlığı, sonradan Atəşkəs dövlətləri adlanan ərazilərin sahillərində məskunlaşan quldurlarla, üsyançılarla aparılırdı. Əfşar hərbi donanması tez-tez hollandiyalılar və britaniyalılarla əməkdaşlıq edirdi. Şimal donanması Şimal donanması Xəzər dənizində fəaliyyət göstərirdi. 1745-ci ildə iki freqat və 4 kiçik gəmi (hamısı yerli istehsal) donanma daxilində xidmət etməkdə idi. Qaynaqların bildirdiyinə görə, bu donanmaya daxil olan gəmilərdən biri 1752-ci ildə Rəşt yaxınlığında yandırılmışdır. Şimal donanması yaradılmamışdan əvvəl, Nadir ruslardan gəmi ala bilmək üçün böyük məbləğlərdə pullar ödəmişdir. Bu gəmilərdən Nadirin Dağıstan yürüşü zamanı maddi-texniki təminat göndərmək üçün istifadə edilmişdir. Cənub donanması Cənub donanmasının əsas üzdüyü məkan İran kərfəzi və Oman körfəzi idi. Lakin bu donanmanın Ərəbistan dənizində də fəaliyyə etdiyi dövrlər olmuşdur. 1734-1736-cı illər: 1734-cü ildə Nadir ingilislərdən iki briqantin gəmisi aldı. Bundan başqa, yerli ərəb şeyxindən də iki ədəd briqanin əldə edildi. Patna və Ruperall adlandırılan ingilis briqantinlərinə müvafiq olaraq Veddell və Kuk komandan təyin edildi. Əfşarlar 1736-cı ildə Buşehrdə saxladıqları Ost-Hind şirkətinə məxsus olan Northuberland gəmisinin kapitanını gəmini onlara satmağa məcbur etdilər. "Böyük məbləğ qarşılığlnda satın alınan" gəmi döyüş gəmisinə dönüşdürüldü. Gəmi o dövrdə pis vəziyyətdə idi və buna görə də, Ost-Hind şirkəti "potensial Əfşar iddialarından özlərini qorumaq üçün addımlar atdılar". Həmin ilin oktyabrında donanma ingilislərdən 8 min tümənə satın alınmış 20 silahlı 2 freqat daha əldə etdi və onlardan biri Cavan adlandırıldı. Arxiv sənədlərində isə, yalnız bir gəminin satıldığı göstərilmişdir. Cavan daha sonra Fəth-i Şah adlandırıldı və donanmanın bayraqdar gəmisi oldu. Lakin baqa bir qaynağa görə isə, Fəth-i Şah gəmisi əvvəlki Northumberland gəmisi olmuşdur. Cavan şəxsi olaraq Bombeydə yerləşən EİC şirkəti tərəfindən Əfşarlara satılmaq üçün əldə edilmişdi və şirkət bu satışdan 200 faiz mənfəət əldə etmişdi. Donanmaya daxil olan başqa bir gəmi isə fransız tacirlərdən satın alınmış l'Heureux gəmisi idi.1737-ci il: 1737-ci ilə aid holland qaynağı donanmanın inventarını belə təqdim etmişdir: 1741-1742-ci illər: 1.100 tonluq Bombey mərkəzli gəmi olan Şavallum onu hazırlayan konsortium (Con Lambton, parsi tacir Bhomanji Rüstəmci və Manoji Novroji və bombeyli Şivan Set Dharam Set) tərəfindən satılmış və Rəhimi adlandırılmışdır. Bu gəmi Əfşar donanmasının bayraqdarı kimi xidmət etmişdir. 1742-cı ildə cənub donanmasına 15 gəmi daxil idi və onların çoxu Kambey körfəzindəki Suratda hazırlanmışdı. Əfşarlar Suratdakı gəmi hazırlayanlara daha 11 gəmi sifariş verdilər və bu sifarişlərdən birincisi 1741-ci ildə hazır edildi. Bu gəmilər tik ağacından hazırlanmışdılar və öz davamlılıqları ilə seçilirdilər. 1742-ci ildə Robert Qalley gəmisi ingilis Eusteys Pikokdan 1000 tümə qarşılığında satın alındı. Daha iki gəmi - Meri və Pembrok Suratdakı EIC tərəfindən hazırlandı və 186.251 rupiyə (9.312 tümənə və ya 23.280 pounda bərabər idi) Əfşarlara satıldı. Pembrok lazimi təchizatlardan məhrum idi, Meri isə su sızmasına məruz qaldığı üçün gündəlik nasosa ehtiyyacı var idi.1745-ci ildə: 1745-ci ildə donanmada 30 gəmi mövcud idi.1747-ci ildə: 1747-ci ildə cənub donanmasında 20-25 gəmi mövcud idi. Həmçinin bax Səfəvi imperiyasının ordusu Əfşar imperiyasının hərbi donanması Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. səh. 180.Maykl Eksvorti. The Army of Nader Shah. Iranian Studies. 40 (5). 2007. səh. 180.Basile Vatatzes. Persica: Histoire de Chah-Nadir. Bucharest. N. Iorga. 1939.Mirfendereski, Guive. A Diplomatic History of the Caspian Sea. Springer. 2001. doi:10.1057/9780230107571_4. ISBN 978-0-230-10757-1.
https://az.wikipedia.org/w/index.php?curid=756465
Əfşar imperiyasının parçalanması
Əfşar imperiyasının parçalanması — Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsdlə öldürülməsindən sonra onun qardaşı oğlu Əliqulu xan (sui-qəsdi təşkil edənlərdən biri) taxt-tacı ələ keçirərək özünü Adil adı altında şah elan etdi. O, Nadir şahın bütün oğlanları və nəvələrinin edam edilməsi əmrini verdi, bircə istisna kimi isə Rzaqulu Mirzənin oğlu 13 yaşlı Şahrux sağ saxlanıldı. Bu əsnada, Nadir şahın keçmiş xəzinədarı Əhməd şah Dürrani müstəqilliyini elan edərək Dürranilər imperiyasını yaratdı. Bundan sonrakı proseslərdə imperiyanın şərq torpaqları tədricən itirildi və hal-hazırda Dürranilər imperiyasının varisi olan Əfqanıstanın bir parçası halına gəldi. Osmanlı imperiyası qarışıqlıqdan yararlanaraq əvvəlki dövrlərdə Şərqi Anadolu və Mesopotamiyada Nadir şaha itirdiyi torpaqları geri qaytardı. Şimaldakı bölgələr isə fərqli tale yaşadılar. 1744-cü ildə Nadir şah tərəfindən sadiq xidmətlərinə görə müvafiq olaraq Kaxetiyanın vəKartlinin kralı edilən II İrakli və II Teymuraz qarışıqlıqdan yararlanaraq öz müstəqilliklərini elan etdilər. II İraklı II Teymurazın ölümündən sonra Kartli taxtına da sahib çıxdı və iki krallığı Kartli-Kaxetiya krallığı altında birləşdirdi. Bu, üç əsrdən sonra ilk dəfə indiki şərqi Gürcüstanın birləşdirilməsi demək idi. Dövlətin mərkəzində tədricən qarışıqlığın durmadan artmasına görə o, Zəndlər dövründə də faktiki müstəqillik səviyyəsində olan muxtariyyətini qorumağa nail oldu. Bu dağınıqlıq Qacar sülaləsi dövrünə qədər davam etdi. Qacarlar belə Qafqaz üzərindəki hakimiyyətlərini tam qura bilmədilər və Rusiya imperiyası ilə olan müharibədə məğlub oldular. Nadir şahın ordusunun çəşhur sərkərdələrindən biri olan və Hindistan yürüşündə iştirak edən Azad xan Əfqan da müəyyən torpaqları öz hakimiyyəti altına almağı bacardı. Azad xan bundan sonr İsfahanı və Şirazı almağa çalışdı. 1758-ci ildə isə mübarizəni Kərim xan Zəndə uduzdu. Bəxtiyari və Zənd tayfaları öz ənənəvi bölgələrinə geri döndülər və qərbi İran bölgəsi uğrunda qonşuları ilə mübarizəyə başladılar. Həm cənubi, həm də şimali Azərbaycan torpaqlarında xeyli sayda kiçik xanlıqlar yarandı. Bunlardan bəziləri (Qarabağ, Urmiya, Şəki, Quba) Azərbaycanı birləşdirməyə çalışsa da, sonda uğursuz oldular. Nəticədə şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə keçdi, Cənubi Azərbaycan isə Qacar imperiyasını tərkibində qaldı. İran körfəzi ətrafındakı müxtəlif ərəb şeyxləri də mərkəzi hakimiyyətin zəifləməsindən yararlandılar və öz müstəqilliklərini elan etdilər. Ən seçilən şeyxlər arasında Bəndər Rigli Mir Muhanna, Bəndər Buşehrli Şeyx I Nasir, Qeşm və Hörmüzün şeyxi Əbdülşeyx Banu Main var idi. Huvala tayfası isə Bəndər Kanqandan Bəndər Lengəhə qədərki əraziləri idarə etməkdə idilər. Nəhayət, Oman və Buxaranın, Xivənin özbək xanlıqları öz müstəqilliklərini bərpa etdilər. Əfşar imperiyası isə öz varlığını Xorasanda davam etdirməkdə idi və paytaxtı Məşhəd şəhəri idi. Zəndlərin sürətlə yüksələn hakimiyyəti fonunda Kərim xan Zənd Əfşar sülaləsi üzvlərinə Xorasanda mövcudiyyətlərini davam etdirməyə göz yumdu. Kərim xan Zənd bunu Nadir şaha olan hörməti ilə əlaqələndirməkdə idi. Əfşarların buradakı hakimiyyəti Qacarların taxt-tacı tam olaraq ələ aldığı dövrə qədər davam etdi. Əfşar imperiyasınnı varis dövlətlərinin siyahısı Azərbaycan xanlıqları Dürranilər imperiyası Kartli-Kaxeti çarlığı Gilan xanlığı Bəxtiyarilər Səfəvilər (yalnız de-yure) Maymana xanlığı Xozeymə əmirliyi Nişapur xanlığı Həmçinin bax Əfşar imperiyası Fisher, William Bayne; Avery, P.; Hambly, G. R. G; Melville, C. The Cambridge History of Iran. 7. Cambridge: Cambridge University Press. 1991. ISBN 0521200954.
https://az.wikipedia.org/w/index.php?curid=758150
Əfşar sülaləsi
Afşarlıq dövrü, 1736-1796-cı illərdə İranda hakim olan böyük İran Afşarlıq xanlığını ifadə edir. Bu xanlıq, Səfəvilik imperiyasının zəifləməsi və bölgəvi qüvvələrin yüksəlişi dövründə yaranmış və İran yarımtövləsini siyasi baxımdan yenidən qurmağa böyük töhfə vermişdir. Afşarlılar, İranda bölgənin tarixini kökündən dəyişdirən əhəmiyyətli bir rol oynayıblar. Erken mənbələr Afşarlıq xanlığının mənbələri, mənsub olduğu türk dilli Afşar qoluna qaytarıla bilər ki, bu da əslində Mərkəzi Asiyadan gələn etnik qrupdur. Afşarlar Səfəvilik imperiyasının iç münaqişə və xarici təhdidlər dövründə, 17-ci əsrin sonlarına doğru, başlıca Qərbi Asiya bölgəsinə köçürülüblər. Afşarlar regionun daxili böhranlar dövründə müəyyən bir hərbi güc olaraq özünü təsis etməyi bacarıblar. Nadir Şah və Afşarlıq xanlığının yüksəlişi Afşarlıq xanlığının yüksəlişində mühüm rolu olan şəxs Nadir Şah Afşar idi. O mənbənin arxasında humğayri bir tərəfdən anadan olmuş ambisiyalı hərbi komandandır. Nadir Şah, Səfəvilik imperiyasının çökməsi ilə törətdiyi güc boşluğunda nüfuzlu bir lider kimi ortaya çıxmışdır. Hərbi bacarığı və strateji təfəkkürü ona müxtəlif qabilə və etnik qrupları Afşar qolu bayrağı altında birləşdirmək imkanı verdi. 1736-cı ildə Nadir Şah sonuncu Səfəvi hakimi Şah Sultan Hüseyini azad edib və özünü İran Şahı elan edərək Afşarlıq xanlığının rəsmi formalaşmasını başlatdı. Nadir Şahın hakimiyəti hərbi fəthlər və ərazi genişləndirmələrlə şənliklənib. O müvəffəq olaraq Qafqazın bir hissəsini, Mərkəzi Asiyani və şimali Hindistanı Persiyaya qaytarıb. Hərbi kampaniyaları Persiyaya böyük servət gətirdi və bu da onun hakimiyyətini daha da möhkəmləndirdi. Mədəni və iqtisadi nailiyyətlər Nadir Şahın hakimiyyəti dövründə Afşarlıq xanlığı pers mədəniyyətinin və incəsənətinin bərpa edilməsini təmin etdi. Saray şairləri, alimləri və incəsənətçiləri təmin edərək pers dilində ədəbiyyat və memarlığın inkişafını dəstəklədi. Əlavə olaraq, Nadir Şahın iqtisadi inkişaf və idarəetdə tənzimləməsi siyasi sabitlik və idarəçilik sferalarını gücləndirməyə kömək etdi. Çöküş və vərəqə İlk uğurlarına baxmayaraq, Nadir Şahın hakimiyyəti nəhayət çətinliklərlə üzləşdi. Onun gücün mərkəzləşməsi, yerli elitlərin ciddi müsəlmanlığı və hərbi kampaniyaları imperianın resurslarını gerilətdi və müxtəlif qrupların arasında narahatlığa səbəb oldu. 1747-ci ildə, Nadir Şah öldürüldü və bu da Afşarlıq xanlığında instabil dövrün və güc mübarizələrinin başlamasına səbəb oldu. Nadir Şahın ölümündən sonra imperiya tezliklə parçalandı. Müxtəlif bölgə liderləri nüfuz üçün mübarizə apardılar və 1749-cu ildə güc mübarizəsi Afşarlıq dövlətinin daha kiçik xanlıqlara bölünməsinə səbəb oldu. Ağa Möhəmməd xan Qacar törətməsinin qurmağı ilə Qacar xanlığı təsəvvür edildi və nəticədə Afşarlıq xanlığının çökməsinə səbəb oldu. Nəsil və təsir Afşarlıq xanlığının nəsilinə yanaşı, bu nəsil kompleks və çox tərəflidir. Onların hakimiyyəti nisbi olaraq qısa ömürlü olmasına baxmayaraq, onlar İranın siyasi, mə Həmçinin bax Əfşar imperiyası Amanat, Abbas. Pivot of the Universe: Nasir Al-Din Shah Qajar and the Iranian Monarchy, 1831-1896. I.B.Tauris. 1997. ISBN 978-1845118280. Amanat, Abbas. Iran: A Modern History. Yale University Press. 2017. 1–992. ISBN 978-0300112542. Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006. ISBN 978-1850437062. Fisher, William Bayne; Avery, P.; Hambly, G. R. G; Melville, C. The Cambridge History of Iran. 7. Cambridge: Cambridge University Press. 1991. ISBN 0521200954.
https://az.wikipedia.org/w/index.php?curid=759196
Əfşar tayfası
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar.Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir. Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, Əfqanıstana və Azərbaycana da yayılmışlar. Əfşarlar Oğuzun digər nəvələri Kınıklar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər. Türklük şuurları olduqca güçlü bir boydur. XI əsrdə Səlcuq fəthləri zamanı onlar Mərkəzi Asiyadan Orta Şərqə miqrasiya etmişdirlər. Onlar qızılbaş tayfalarından biri olmuş və Səfəvi sülaləsinə imperiya qurmaqda yardım etmişdilər. Həmçinin Səfəvi sülaləsinin devrilməsindən sonra yeni hakim sülalənin əsasını qoyan Nadir şah da Əfşar boyunun Qırxlı tirəsindən idi. Azərbaycan da (həm cənubi, həm də şimali), Türkiyədə, İranda və Əfqanıstanda hələ də yaşamaqdadırlar. İranda yaşayan əfşarlar hələ də böyük ölçüdə köçəri həyat tərzi sürürlər. Karamanoğulları bəyliyi Əfşar boyunun Qaramanlı, Germiyanoğulları bəyliyi Germiyanlı, Kozanoğlu bəyliyi, Saruxanoğulları bəyliyi isə Saruxanlı qolundandır. Aydınoğulları bəyliyi Germiyanoğulları bəyliyindən sonradan ayrılan bir bəylik olduğundan Əfşar ola biləcəyi düşünülür. Həmçinin Bakı xanlığı, Zəncan xanlığı, Xalxal xanlığı və Urmiya xanlığının da qurucuları və hakim sülalələri əfşarlardandırlar. Bundan başqa, Qarabağ xanlığının hakimləri olan Cavanşirlər də Əfşar boyundandırlar.İran və Osmanlı tarixində üzərində əhəmiyyətli rol oynamış əfşarlar XII əsrdə Anadoluya köç etmişdilər. Səfəvilər dövründə Fars və Xuzistandaki əfşar oymaqlarından bir qisiminin Azərbaycana, xüsusilə Urmiyaya gəlib yerləşdikləri təxmin edilməkdədir. Əfşarlar Səfəvi dövlətini quran 7 türk qəbiləsindən biridir. Xorasandaki Afşarların Qırxlı oymağına bağlı Nadir şahın Azərbaycan tarixində çox əhəmiyyətli iştirakı olmuşdur. Əfşar xanədanlığı Nadir şah öldürüldükdən sonra müəyyən zamanda qarışıqlıqlar içində yox olmuşdur. Türklərin tarixi coğrafiyasında bir çox yerlər əfşar adını daşımaqdadır. Məşhur bir soyad olaraq günümüzə qədər gəlmişdir. Balkanlarda da Əfşar boyuna mənsub insanlar yaşamaqdadır. Türkiyədə Kayseridə, Adanada, Kahramanmaraşda, Konyada, Ankarada, Hatayda, Qaziantepdə, Sivasda, Malatyada, Balıkəsirdə, Aydında, İspartada, Manisada və s. əfşarlar yaşayır. Hər il Kayseridə Dadaloğlu (Əfşar) Şənlikləri təşkil olunur. Əfşarlar qurultayı keçirilir. Hal-hazırda əfşarların böyük bir hissəsi azərbaycanlıların,, türkmənlərin və ya türkmanların (Oğuz türklərinə verilən ümumi ad) tərkibinə daxil olmuş, onların bir qolunu təşkil etmişdirlər.Rəşidəddin Həmədaninin bildirdiyinə görə, boyun adı onun qurucusu olan və Oğuz xanın oğlu Ulduz xanın oğlunun adından gəlməkdədir. Əfşar sözünün mənası "mülayim", "ılımlı", "yolagedən" anlamlarına gəlməkdədir. Oğuzların İslamdan əvvəlki tarixlərinə dair rəvayətlərdə Əfşar boyu ilə bağlı hər hansısa hadisədən və ya bu boya mənsub bəylərdən bəhs edilməmişdir. Lakin İslamdan öncəki dövrdə hökmdar sülaləsi çıxarmış beş boydan biririnin də Əfşar olduğu qeyd edilir (digər boylar Qayı, Eymir, Yazır və Bəydili). Səlcuqlu sülaləsinin böyük siaysi uğurları və Qarakitayların Türküstanda hakimiyyət qurmaları, Oğuz boylarından xeyli insanın Seyhun sahillərindəki yurdlarından, hətta Manqışlaq və Balxaş bölgələrindən köçüb Orta və Yaxın Şərq bölgələrinə gəlmələrinə səbəb oldu. Gələn 24 Oğuz boyundan az bir hissəsi tarixdə silinməz iz buraxmışdır ki, bunlardan biri də əfşarlardır.Əfşar tayfasının adının ilk dəfə çəkilməsinə Mahmud Qaşqarlının Divanü Lüğat-it-Türk əsərində rast gəlmək mümkündür. Bu əsər 1075-ci ildə yazılmışdır. Qaşqarlı bu tayfanın adını 22 Oğuz tayfası arasında 6-cı sırada yerləşdirmiş və bildirmişdir ki, bu adı onları qədim dövrdə yaratmış olan əcdadları vermişdir.XI əsrdə ilk Əfşar döyüşçüləri Məvaraünnəhrdən İran coğrafiyasına və Anadoluya daxil oldu. Əfşar tayfasının çox üzvü isə bu bölgəyə XIII əsrin ikinci yarısında, yəni bölgə Hülakü xanın yürüşünə məruz qalarkən daxil oldu. Bu tarixdən sonra müəyyən müddətə qədər bu tayfanın adını ayrıca olaraq qaynaqlarda izləmək mümkün deyil, çünki tayfa ümumi Türkman adı altında adlandırılmaqdadır. Bundan əlavə, görünən odur ki, müxtəlif türkmən ünsürləri müxtəlif yenidən qruplaşma proseslərinə məruz qalmışlar, belə ki, yeni “tayfalar” yarananda yalnız bəziləri “Əfşar” kimi ənənəvi Oğuz tayfa adlarını qoruyub saxlaya bilmişdir.Georg Stöber izah edir ki, o dövrün siyasi mühitində (inşa edilmiş) şəcərələrlə dəstəklənən müxtəlif qrupların sıralanması getdikcə daha çox əhəmiyyət kəsb edirdi. Rəşidəddin Həmədani (ö. 1318) inanırdı ki, tayfanın əcdadı Əfşar adlı və əfsanəvi qəhrəman Oğuz xanın soyundan gələn şəxsdir. Həmçinin Əfşar tayfasının Oğuz ordusunda sağ cinahda yer aldığını, yəni boz oxlara məxsus olduqları da bildirilirdi.XII əsrdə Əfşar tayfasından iki şəxs - ata və oğul - müasir İranın cənub-qərbində yerləşən Xuzistan vilayətini 40 il boyunca idarə etmişdilər. Tarsus bölgəsinin orta hissəsində hakimiyyətdə olan Qaramanilər sülaləsinin da Əfşar soyundan gəldiyi güman edilir. Əfşarlardan olan köçərilər Sivas ətrafında da yaşamış və Ağqoyunlu tayfa konfederasiyasına da daxil olmuşdurlar.Səfəvi imperiyasının yaradılması ərəfəsində bir çox Əfşar şərqə doğru köç etməyə başladı və əsas Qızılbaş tayfalarından biri kimi imperiyanın yaradılmasında yaxından iştirak etdi. Yerdə qalan əfşarlar isə o dönəm də Osmanlı torpağı olan Anadoluda qaldılar. Onlar Osmanlı mülklərində ayrıca qrup kimliyi daşımaqda idilər. XIX əsrdə qışda Suriyaya, yayda Anadoluya köç edən Çukurovadakı köçərilər bölgədəki Osmanlı valisi Dərviş paşa tərəfindən Göksun və Kayseri ətrafında məcburi oturaqlaşdırıldı. Hətta XX əsrin ortalarında belə bu adı çəkilən bölgələrdə Əfşar kökənli kəndliləri tapmaq mümkün idi.Əfşarların XV-XVI əsrlərdə şərqə doğru köç etmələrinin səbəbi Səfəvi imperiyasının qurulması ilə bağlı idi. Qızılbaş tayfalarından biri kimi Əfşar tayfası Şah İsmayıl Xətainin ordusuna qatılmışdılar. Georg Stöber bu hadisələrdə iştirak edən əfşarları XI əsrdəki əfşarların birbaşa varisləri hesab etməyin mümkünsüz olmasını iddia edir və buna səbəb kimi keçən əsrlər ərzində tayfaların tərkibinin çox dəyişməsini göstərir. Monqol işğallarından sonrakı dövrlərdə əfşarlar XVI əsrə aid Osmanlı sənədlərində Əfşar boyuna aid çox sayıda yer adları görülməkdədir və bu. yer adları ilə Əfşar boyu Qayı boyundan sonra ikinci yerdə gəlməkdədir. Tarixçi Faruk Sümerə görə, bu, əfşarların eyni qayılar və qınıqlar kimi Anadolunun türkləşdirilməsində mühüm rola malik olmasının göstəricisidir. Osmanlı dönəmi tarixçilərindən Yazıcıoğluna görə, Qaramanlı boyu da Əfşar boyundandır. Monqol hakimiyyətinin tədricən Anadoluya yayılmasından sonra Anadoludan Suriyaya 40 min çadır türkman köç etmişdi. Bu türkmanlar müasir Suriyanın şimalında üstünlük əldə etmiş, bir çox hadisələrə yön vermişlərdir. Uzun illər keçməsinə və köçlərə baxmayaraq, buradakı türkman boyları xeyli müddət boz ox və üç ox kimi ənənəvi türkman el təşkilatlanmasını da qoruyub saxlamışdırlar. Hələb, Antep və Antakya civarlarında yaşayan bu türkmanların boz ox hissəsini təşkil edən əsas tayfa Əfşar boyu idi. Türkiyədəki, İrandakı və Azərbaycandakı əfşarların hamısı (qərbi və orta Anadoludakı bəzi Əfşar obaları istisna olmaqla) bu ana qoldan ayrılmışdırlar. Şimali Suriya əfşarları başlıca olaraq üç ailə tərəfindən idarə edilmişdirlər - Köpək oğulları, Gündüz oğulları və Qutbəyi oğulları. BU ailələrdən Köpəyoğullarının Antep bölgəsində, Gündüzoğullarının Amik ovasında, Qutbəyioğullarının da Hələb bölgəsində yaşadıqları bilinməkdədir. Azərbaycan və İran əfşarları Bu bölgədəki əfşarlar daima qaynaqlarda. Əfşar yazılışı ilə anılmaqdadırlar. Daha XII əsrdə İranın Xuzistan əyalətində Arslan oğlu Yaqub, Sümlə və oğulları rəhbərliyində əfşarların bir bəylik qurduqları daha əvvəl də görülmüşdü. Bundan sonra, XV əsrin sonlarına doğru bu ölkədə yenidən əfşarlara rast gəlindi. Faruk Sümer bu əfşarları Ağqoyunluların fəthi nəticəsində Anadoludan gəlmiş əfşarlar olaraq təqdim edir. 1501-ci ildə Səfəvi imperiyasının quruluşundan sonra da İrana və Azərbaycana yeni Əfşar oymaqları gəldilər. Bu əfşarlar imperiyanın fərqli yerlərində yaşamaqda və ayrı-ayrı ailələrin hakimiyyəti altında olmaqda idilər. Sümer bunu onların dövlətə ayrı-ayrı zamanlarda köç etmələri ilə əlaqələndirir. Ağqoyunlu və Səfəvi dövrü Əfşarlar ilk öncə Qaraqoyunlu dövlətində sülalənin əsaslandığı hərbi tayfalardan biri olmuş, daha sonra isə Uzun Həsənin rəhbərlik etdiyi ağqoyunluları dəstəkləmişdirlər. Uzun Həsənin hələ Ağqoyunlu hökmdarı olmasından əvvəl yaxın adamlarından biri olan və Kuhgiluyə hakimi Əfşar Mansur bəy çox saylı əfşarlara rəhbərlik edirdi. Faruk Sümerə görə, şübhəsiz olaraq Suriya əfşarlarına mənsub olan Mansur bəy daha sonra bir çox Ağqoyunlu bəyləri kimi Səfəvi imperiyasının qurucusu Şah İsmayıla itaət etmiş və onun tərəfindən 1505-ci ildə Fars vilayətinin valisi təyin edilmişdir. Ağqoyunluların yüksəliş, çöküş və süqutuna şahidlik edən və ən sonunda başına Qızılbaş tacı qoyan Əfşar Mansur bəyin oğul və nəvələrinin Şah Abbas dövrünə qədər Kuhguliyə vilayətini idarə etdikləri bilinməkdədir. Bunlardan Mansur bəyın soyundan gələn Xəlil xan 10 min Əfşar döyüşçüsünə komandanlıq edirdi. Xəlil xanın oğlu Şahqulu xan ilə qohumu Həsən xan uzun illər Kuhgiluyədə bir-birinə düşmən olaraq yaşadıqdan sonra 1590-cı ildə Şahqulu, Şirazda Şah Abbasın da təstiqi ilə Həsən xan tərəfindən öldürüldü. Bundan sonra baş verən hadisələr nəticəsində əfşarlar yurdlarından çıxarıldılar. Onların bir hissəsi Xorasana, bir hissəsi isə Urmiyaya getdi. Beləliklə, vilayət artır Əfşar torpağı olma xüsusiyyətini itirdi. Buradakı əfşarlar gündüzlülər və araslılar oymaqlarından meydana gəlmişdi Gündüzlü obası XIV və XV əsrlərdə Suriyada yaşayan Gündüzlü əfşarının bir qolu olub, AĞqoyunlu fəthi nəticəsində Mansur bəyin rəhbərliyində İrana köç etmişdi.Əfşarlardan bir qol da XVI əsrin birinci yarısında Xuzistanda yaşamaqda idi. Bu əfşarlar da Gündüzlü əfşarlarından olub, buraya Ağqoyunlu hətfi zamanı gəlmişdilər. Bunların başında 1539-cu ildə Mehdiqulu Soltan dayanmaqda idi və bu sərkərdə Şah Təhmasibin əmri ilə qardaşı tərəfindən öldürülmüşdü. Bundan sonra Xuzistan əfşarlarının başında Heydərqulu Soltan ilə Əbültfəth Soltan durublar. ŞAh İsmayıl ilə oğlu Təhmasib dövründə hansı Əfşar obasına mənsub olduqları bilinməyən bir çox Əfşar bəyi/xanı görülməkdədir.Ağqoyunlu dövründə dövlətin hərbi sistemində aktiv iştirak etməklə birlikdə, Əfşar boyu Səfəvi imperiyasında da mühüm rol oynamışdırlar. Onlar türk tayfalarından təşkil edilnə Qızılbaş tayfaları və ahsevən tayfa konfederasiyası içində sülalənin hərbi əsasını təşkil etmişdirlər. Onlar Səfəvi sülaləsini çox sayıda vilayət hakimi, hərbi lider ilə birlikdə, Qızılbaş ordu sistemində mühüm rol oynayan çox sayılı qorçubaşılarla təmin etmişdirlər. Səfəvi imperiyasında qorçubaşıların çoxu bu boydan çıxmışdır əfəndiyev.Şah Təhmasibin 1576-cı ildə ölümü zamanı Səfəvi dövlətinə xidmət edən yüksək rütbəli sərkərdələr içində 6 Əfşar xanı görülməkdədir. Bunlar Təhmasibin oğullarından Əhməd Mirzənin lələsi və Araslı əfşarlarından Aslan Soltan, Kuhgiluyədə 10 minlik Əfşar ordusuna komandanlıq edən Xəlil xan, Savə hakimi Mahmud Soltan, Kirman valisi Yaqubun qardaşı Yusif, Hezarcarib valisi İsgəndər, Xorasanda Fərah və Esfüzar valisi Yegan Soltan, yenə Xorasandaki hakimlərdən biri Koroğlu XOsrov Soltan idi. Bu sərkərdələrin hakimlik etmə yerlərinə görə Səfəvi imperiyasında əfşarların Xorasanda, Kuhgiluyədə, Kirmanda və Xuzistanda yaşadıqları düşünülə bilər. Bu yerlərdən Kuhgiluyə Səfəvi əfşarlarının əsas yaşadıqları yer hesab edilə bilər. Şah Təhmasibin xələfləri II İsmayıl və Məhəmməd Xudabəndə dönəmlərində əfşarlar bu bölgələrini və dövlət idarəsindəki mövqelərini qoruyub, Ustaclı, Şamlı, Təkəli, Türkman tayfaları arasında hakimiyyət mübarizələrindən kənarda qaldılar.Səfəvi imperiyası zamanı əfşarlar ən mühüm tayfalardan biri olsalar da, bəzən şahlar onlara təhlükə olan və ya təhlükə ola biləcək tayfaları ucqarlara sürgün edirdilər. Onlar bununla həm güclü potensial rəqibdən qurtulmaqla birlikdə, sərhəd bölgələri xaricilərin hücumlarına qarşı gücləndirir, eyni zamanda da həmin tayfaların xaricə yağma yürüşləri etmə ehtiyyacını qarşılayırdılar. Bu cür siyasət özünün zirvə dövrünə Şah Abbas dövründə çatdı. Beləliklə, əfşarlar Səfəvi dövründə güclənməklə bərabər, bütün imperiya boyunca yayıldılar. Onların yayılma səbəblərindən biri də tayfadan kiminsə hansısa vəzifəyə təyin edilməsi idi. Belə olduğu halda, həmin şəxslər öz tayfasından xeyli sayda insanı qulluqçu və ya döyüşçü kimi təyinat yerinə aparırdı. Nəticədə, əfşarlar imperiyanın bütün əraziləri boyunca səpələnmiş şəkildə yaşamağa başladılar.Şah Abbas dövründə (1587-1629 əfşarlar başlıca olaraq bu obalara ayrılmaqda idi: Gündüzlü, Araslı, Usalı (və ya Usallı, daha sonralar Usanlu), EBerlü, Alplı, İmanlu. Abbas dönəmində Kuhgiluyə əfşarlarının bir hissəsi Urmiya ətrafına, bir hissəsi də Xorasanın Əbivərd bölgəsinə göndərildilər. Buna görə də, bölgə Əfşar torpağı (dirliyi) olma xüsusiyyətini itirdi, həmçinin Xuzistandakl əfşarların da vəziyyəti pisləşdi. Araslılar da Kuhgiluyədən və ya digər bir ifadə ilə Mansurbəy əfşarlarından idilər. Məhəmməd Xudabəndənin (1578-1587) son dövrlərində Usalı oymağı İsfahan ətrafında yaşamaqda idilər. Şah Abbas araslıları Huvar, Rey və Simman tərəflərə sürgün etmişdi. Araslılardan böyük bir hissəsinin daha sonra Urmiya bölgəsindəki boydaşlarının yanına getdiyi bəllidir. Usalıların Şah Abbas dövründən əvvəl İsfahan bölgəsində yaşadıqları bilinməkdədir. Abbas dövründə isə onlar İmamqulu xanın rəhbərliyində Qərbi İranın Gaverud bölgəsində məskunlaşmışdırlar. Eberlülərin də Abbasdan əvvəl Qəzvin ətrafında yaşadığı bəllidir. Abbas onların bir hissəsini Əbivərdə göndərmiş, sonralar onlara gündüzlülərdən bir qol da qatılmışdır. Bunlara əsaslanaraq, Faruk Sümer Nadir şah Əfşarın ya eberlülərdən, ya da gündüzlülərdən ortaya çıxdığını iddia edir. Alplu əfşarları Suriyadakı Köpəkli əfşarlarını meydana gətirən qollardan biri idi. Alplı obasının Abbas dönəmində imperiyaya gəlmiş olması ehtimalı yüksəkdir. Çünki alplılara dair, xüsusilə XVII əsrdən etibarən Osmanlı qaynaqlarında heç bir məlumata rast gəlinməməklə birlikdə, Abbasdan öncəki Səfəvi qaynaqlarında da adı keçmir. İmanlı əfşarları Türkiyədə Dulqədiroğlu eli arasında yaşayan İmanlı əfşarlarının bir qoludur. Bu qolun da Səfəvi imperiyasına Abbas dövründə gəldiyi yüksək ehtimaldır. Çünki əvvəlki qaynaqların heç birində onlardan bəhs edilmir. Bir digər tərəfdən, XVI əsrin sonlarında başlayan və uzun bir müddət davam edən Cəlali üsyanlarına görə, bir çox oymağın Səfəvi imperiyasına gedb Abbasa sığındığı bəllidir. Şab Abbas 1629-cu ildə öldüyü zaman əfşarlardan Erdoğdu xan (alplılardan) Xorasanın Fərah və Esfüzar bölgəsinin hakimi, Kəlbəli Soltan (imanlılardan) Urmiya hakimi, İmamqulu Soltan (usalılardan) Gaverud hakimi idi. Nadir şah Əfşar dövründə Əfşar boyunun yayılışı Əfşarlar öz güclərinin zirvə dövrünə Nadir şah Qırxlı Əfşar dövründə çatdılar. Lakin maraqlısı odur ki, Nadir şahın öldürülməsi hadisəsində iştirak edənlərin üçü müxtəlif Əfşar oymağından idi. Nadir şahın ölümündən sonra Xorasandakı Əfşar dövləti sağ qurtulmağı bacardı və Zənd sülaləsi ilə Əfqanıstandakı Dürranilər sülaləsi arasında bufer zonasını təşkil etdi. Buranın hökmdarı olan Şahrux təxminən yarım əsr boyunca müstəqilliyini qorudu. O, Ağa Məhəmməd xan Qacar Xorasanı ələ keçirərkən işğəncə ilə öldürüldü. Əfşarların Qacar ordusunun mühüm bir hissəsini təşkil etməsinə, onların üsyanların yatırılmasında mühüm rol oynamasına baxmayaraq, Qacar sülaləsi dövründə onlar müxtəlif yerlərə dağıdıldılar və əvvəlki güclərini itirdilər. Urmiya əfşarları Qərbi Azərbaycan ostanının Urmiya bölgəsində xeyli sayda Əfşar yaşamaqdadır. Əfsanəyə görə, əfşarların buraya gələn ilk dalğası 1399-1400-cü ildə bölgədə məskunlaşmışdır. Əfsanə bu tarixdə Əmir Teymurun Qorgin bəy Usalunu Urmiya hakimi təyin etmişdir. Lakin tarixçi Pierre Oberling bu əfsanənin heç bir tarixi qaynaqda əks etdirilmədiyini bildirir və yazılmış qaynaqlara əsasən Urmiyaya ən qədim Əfşar köçünün Səfəvi dövründə olduğunu yazmışdır. O, buradakı ilk Əfşar xanının Qasım Soltan İmanlu Əfşar olduğunu yazmışdır.Urmiya gölünün qərbində Salmas ilə Usnu (Üşniyyə) arasında olan Urmiya şəhəri və bölgəsi əfşarların kütləvi şəkildə yaşadıqları yerlərdən biri idi. Burada ilk dəfə İmanlı əfşarları məskunlaşmış, bu oymağın bir qolu sonralar Qasımlı adını daşımışdır. Bu adı Şah Abbas dönəmində bu oymağın başında dayanan Qasım Soltanın adı ilə bağlıdır. Şah Abbasın hakimiyyətinin əvvəllərində Qasım Soltan Əfşar Kermanşaha doğru edilə biləcək hücumların qarşısın almaqdan cavabdeh Əfşar döyüşçülərinin komandanı oldu. O, Osmanlı imperiyası ilə döyüşdə fərqlənmiş və buna görə də, Abbas tərəfindən 1622-ci ildə Mosul hakimliyi ilə mükafatlandırılmışdır. Lakin bundan qısa müddət sonra, orada yoluxucu xəstəlik yayılmış və Qasım SOltan Cənubi Azərbaycanın qərbinə doğru geri çəkilməyə başlamışdır. Onun oğlu Kəlbəli bəy 1627-ci ildə Urmiya hakimi təyin edilmiş və onun varisləri Qasımlı tirəsinin əsasını qoymuşdur. Əfşarlar Urmiyanı idarə edən 39 hakim yetişdirmiş və onların çoxu bəylərbəyi titulunu daşımışdır. Urmiyanın ən məşhur Əfşar hakimlərindən biri Fətəli xan Araslı olmuşdur. O, Kərim xan Zəndin hakimiyyətə qalxma prosesi zamanı ortaya çıxmış qarışıqlıqdan istifadə edərək öz hakimiyyətini Təbriz və Marağa da daxil olmaqla, Cənubi Azərbaycanın çox hissəsinə yaymağı bacarmışdır.Urmiya əfşarları sərhəd döyüşçüləri idilər və onlar burada təkcə Osmanlı hücumları ilə deyil, həm də müxtəlif kürd tayfalarının hücumları ilə də mübarizə aparırdılar. Hal-hazırda, Urmiya əfşarları oturaq yaşamaqdadırlar və onların tirələri/oymaqları bunlardır: Göylü, Gündüzlü, Qasımlı, Bekeşli Ustaclı, İmanlu, Araslı və Şaribəyli. Onların sayını dəqiq olaraq müəyyən etmək çətin olsa da, təxminən 30 min olduqları təxmin edilir.Nadir şah Urmiya əfşarlarından təxminnə 3 min nəfəri özünün sevimli məkanlarından biri olan Sayınqalaya köçürmüşdür. Bu yer Cənubi Azərbaycanın Cığatu çayı kənarında yerləşir. XIX əsrin əvvəllərində Cığatu çayı vadisində 300 kənddə 3500 Əfşar ailəsi yaşamaqda idi. Onlarla birlikdə burada qaçqın Mükri və Müqəddəm tayfası da məskunlaşmışdı. Lakin Çahardövlə türklərinin gəlişi ilə birlikdə vadinin iqtisadiyyatı pisləşdi. Ağa Məhəmməd xan Qacar onları Fars vilayətindən Qəzvin ətrafına, daha sonra Abbar Mirzənin istəyindən sonra Fətəli şah Qacar da Cənubi Azərbaycana köçürmüşdü. Çahardövlələr vadiyə gəldikləri zaman 4 min ailədən ibarət idilər və Sayınqaladan Qoşaçaya qədərki ərazilərdə yerləşdirilmişdilər. Bunun qarşılığında onlar Qacar ordusunu süvari ilə təmin etməli idilər. Yeni gələnlərə torpaq verə bilmək üçün bölgədəki bir çox Əfşar geri Urmiyaya getməyə məcbur edildi. Çahardövlələr kənd təsərrüfatı ilə maraqlanmadıqları üçün bölgənin inkişaf tempi aşağı düşdü. 1826-1828-ci illərdə Rusiya ilə müharibə zamanı Çahardövlələrin çoxu bölgəni tərk etdi və Həmədanda məskunlaşdı. Müharibədən sonra vadidə yalnız min Əfşar və Çahardövlə ailəsi qalmışdı. Zəifləmiş bu iki türk toplumu kürdlərin ovuna çevrildi. 1960-cı ildə Sayınqalada 150 kənddə - Mahmud Cıqdan Takaba qədərki ərazidə - əfşarlar yaşamaqda idi. Onların çoxu yayları öz sürüləri ilə birlikdə yaxınlıqdakı dağların ətəklərində keçirirdi. Onlar QAsımlı, Qılıncxani və Gerekli tirələrinə bölünmüşdülər.Urmiya əfşarlarının digər oymaqları gündüzlülər və araslılar idi. Bunlar da buraya Kuhgiluyədən gəlmişdilər. Yenə bu əfşarlardan bir oymağın adı Mahmudlu idi ki, onların da araslılardan formalaşdığı güman edilir. Urmiya əfşarlarının tarixi XIX əsrin ikinci yarısında əfşarların Mahmudlu oymağının Boybəyi ailəsinin üzvü Mirzə Rəşid tərəfindən yazılmışdır. Xəmsə əfşarları Əfşarların Cənubi Azərbaycandakı bir digər qrupu Xəmsə əfşarları idi və onlar burada gümanki Səfəvi dövründən etibarən məskunlaşmışdılar. Xəmsə Qəzvin ilə Zəncan arasındakı inzibati bölgənin adıdır. Bu inzibati bölgənin əsas şəhəri də Zəncan idiş. Altı hissədən meydana gələn bu inzibati bölgədə əfşarlar əsasən Qəzvinin cənub-qərbindəki yerdən (bu yer hələ də Əfşar adlanmaqdadır) başlayaraq Sayınqala və Sultaniyyəyə qədər uzanan yerlərdə, şimaldakı Yuxarı Tarum, Aşağı Tarumda, hətta Xalxal çevrəsində sıx bir şəkildə yaşamaqda idilər. Bu bölgədəki əfşarlra əsasən Xəmsəli əfşarları deyilməkdədir. XVIII əsrə aid qaynaqlarda buranı idarə edən Əfşar bəyləri də XƏmsəli, Tarumi və ya Xalxali deyə anılmaqda idi. Xəmsə əfşarlarının çoxunun Eberlü oymağından olduğu bilinməkdədir. Sümerə görə, XVIII əsrdə adı keçən Qutulu Əfşarının Xəmsə əfşarlarından olması ehtimalı mövcuddur.H. Fieldə görə, əfşarlar əslində burada 5 min ailədən ibarət olsalar da, 1920-ci ildən etibarən sayları azalmış və min ailəyə düşmüşdür. 1850-ci ildə Lady Sheil hesab edirdi ki, onların sayı 2500 ailə olmuşdur. Onların çoxu Zəncanın cənub-qərbindəki Qızılüzən çayı yaxınlığındakı qışlaqlarında yaşamağa başlamışdırlar. Bu yerlər 1960-cı illərdə Qışlaqat-e Əfşar adlandırılırdı. 1880-ci illərdə A. Houtum-Schindler əfşarlarla Zəncan ilə Qızılüzən çayı arasındakı İcarud platasının Çıraqtəpə kəndində (Takabın 32 km şimal-şərqində) qarşılamışdır. XX əsrin ikinci yarısında köçəri olan əfşarların yaylaqları Sultaniyyənin yuxarısında, Tarom dağlarının şimal-şərqində yerləşirdi. P.A. Jaubert 1805-ci ildə Xəmsə bölgəsini ziyarət etmiş və vilayətdə əsas qüvvə olan əfşarların əsas ticarət mərkəzinin Zəncan olduğunu yazmışdır. Bu vilayətin də bir çox hakimi Əfşar boyundan çıxmışdır. Tehran əfşarları İrandakı əfşarların bir qismi Tehran ətrafına cəmləşmişdir. Onların yaylaqları Elburs dağlarında, qışlaqları isə Şəhriyar və Ğar ətrafında yerləşməkdədir. Bura Reyin bir neçə km cənub-qərbində yerləşir. Jouannin hesab edirdi ki, buradakı əfşarların sayı 7 min nəfər olmuşdur. Lady Sheil isə onların sayını 900 ailə olaraq təqdim edir. Mazandaran əfşarları Əfşarların bir qrupu da Mazandaranda yaşamışdır. Onlar barədə az məlumat məlumdur. Jouannin onların sayının 5 min nəfər, Lady Sheil isə 100 ailə olaraq təqdim edir. Görünüşə görə, buradakı əfşarlar zamanla yerli əhali arasında ərimişdirlər, çünki müasir qaynaqlarda buradakı əfşarlardan bəhs edilməməkdədir. Kirman əfşarları Kirmanda ən azı üç Əfşar qrupu yaşamaqdadır. İlk Əfşar qrupunun burada XVI əsrdə məskunlaşdığı güman edilir. Hər bir halda, bölgənin ilk Əfşar hakimi Şahqulu Soltan olmuş, o, bu vəzifəyə 1526-cı ildə I Təhmasib tərəfindən təyin edilmişdir. O, 1536-cı ildə Təhmasibin Xorasana edilmiş dördüncü yürüşdə iştirak etmişdir. Zənd sülaləsinin hakimiyyətinə gəlməsinə qədər Kirmanın 8 Əfşar hakimi olmuşdur. Onlardan ikisi - Yusif xan Əfşar və Vəli xan Əfşar - Şah Abbasın hakimiyyət illərində həm də qorçubaçı kimi xidmət etmişdirlər. Kirmanın son əfşarlı hakimi olan Şahrux xan, Nadir şahın ölümündən sonrakı qarışıqlıqdan istifadə edərək xeyli mülk ələ keçirmiş, sistaniləri, bəlucları məğlub etmiş, bölgəni 10 ildən çox yarımmüstəqil şəkildə idarə etmişdir. Lakin o, 1758-ci ildə Kərim xan Zənd tərəfindən öldürülmüşdür.Jouannin buradakı əfşarların sayının 6 min, Sheil 1500 ailə, Sykes 10 min ailə olaraq göstərir. Kayhan 5 min ailə, Field 4.275 ailə, rəqəmlərini verməkdədir. Kirmandakı Əfşar qrupları bunlardır: Əfşar Cahanşahilər.Bu qrupun yaşlıları iddia edir ki, onların formalaşma yeri Cənubi Azərbaycan olmuş, uzun müddət Fars vilayətinin Fasa və Cahrom bölgələrində qaldıqdan sonra Kirmana yerləşmişdirlər. Field onları Zəncan əfşarlarının Cahanşahlı və Fasanın Əfşaruşağı trələri ilə əlaqələndirməkdədir. 1957-ci ildə onların sayı 1200 ailə idi. Onlar hələ də köçəridirlər və Sircanda yaşamaqdadırlar. Əfşar ƏmüilərBu qrupun yaşlıları onların Kirmana Urmiyadan gəldiklərini və bu köçün Nadir şah tərəfindən edildiyini bildirirlər. 1957-ci ildə onların sayı 400 ailə idi. Hələ də köçəridirlər və Sircanda yaşamaqdadırlar. BucağilərBu qrupun yaşlıları özlərinin Zəncan və Rey əfşarlarının bir hissəsi olduqlarını, indiki yerlərinə Nadir şah tərəfindən köçürüldüklərini iddia edirlər. 1957-ci ildə onların sayı 500 ailə idi. Hələ də köçəridirlər və Sircanda yaşamaqdadırlar. Bucağilər öz oğurluqları ilə məşhurdurlar və buna görə də, Sykes onları İranın Robin Hudları adlandırır. Bucağilər 1916-cı ildə İranın cənubunda baş vermiş antibritaniya üsyanında mühüm rol oynamışdırlar. Əfşar MirhəbibilərPierre Oberling bu qrupun Sircanın Bərdşir bölgəsindəki Əfşar qrupunun qalıqları ola biləcəyini yazmışdır. Onlardan Sykes və Fieldin əsərlərində də bəhs edilmişdir. Sykes onların sayını 25 ailə olaraq təxmin edir. G. Stöberin XX əsrin ikinci yarısında yazılmış araşdırmasında Kirman əfşarlarından da bəhs edilməkdədir. Kermanşah əfşarları Kermanşahda yaşayan əfşarlar ən azından Səfəvi dövründən etibarən burada yaşamışdırlar. Jouannin buradakı əfşarların sayının 7 min nəfər olduğunu yazır. Onların soyundan gələnlər hal-hazırda Həmədan yaxınlığında Colqa-ye Əfşar dehistanlığında yaşamaqdadırlar. Bu yer Kəngavər adlanan yerin yaxınlığında yerləşir və burada Əfşaran adlı kənd də vardır. Bu əfşarlar sərhəd döyüşçüləri olaraq xidmət etmiş və Osmanlı imperiyasına qarşı müharibələrdə iştirak etmişdirlər. Xorasan əfşarları Tarixən əfşarların ən aktiv olduqları yerlərdən biri də Xorasandır. Burada Məşhəd şəhərinin şimalında yerləşən Dərəqaz bölgəsində əfşarlar yaşamaqdadır. Məhəmməd Mehdiyə görə, Əfşar boyu Qırxlı tirəsindən olanlar buraya I İsmayılın hakimiyyəti dövründə köç etmişdirlər. Bu köçənlər öz yaylaqlarını Miab-e Kapkan şəlaləsi ətrafında, Allahu Əkbər sıra dağları ətəklərində, qışlaqlarını isə Dəstgerd-e Dərəqaz bölgəsində keçirirmişlər. ƏHməd Kəsrəvi isə onların buraya. Şah Abbas dövründə köçürüldüklərini bildirir. Onun yazdığına görə, Abbas Camışgəzək kürdləri ilə birlikdə əfşarları buraya köçürmüş və onlara Nesa ilə Əbivərdi özbəklərdən almağı tapşırmışdır. Lakin İsgəndər bəy Münşi öz əsərində Özbək hökmdarı Übeydullahın ölümündən sonra. Xorasanda çıxan qarışıqlıqda rol oynamış Xosrov Sultan Koroğlu adlı Əfşar sərkərdəsinin adını çəkir. Bu da göstərir ki, Şah Abbasa qədər də Xorasanda müəyyən qədər Əfşar yaşamaqda imiş. Məhəmməd Mehdi yazır ki, 1729-cu ildə əfqanlara qarşı yürüş zamanı Nadir şah 12 min Əfşar ailəsini Xorasana köçürmüşdü. Onların 2 min ailəsi Qırxlı tirəsindən olmuşdur. Güman edilir ki, Dərəqaz, Əbivərd və Kalat-e Nadir bölgəsində yaşayan insanlar içərisində minlərlə şəxs bu əfşarların soyundan gəlməkdədir. Bruka görə, Quçan və Bojnurdun cənubunda, Səbzəvar ilə Nişapur arasında da əfşarlar yaşamaqdadır. Xorasandakı Qırxlı əfşarları öz güclərinin zirvəsinə Nadir şah dövründə çatmışdır. Nadir özü də bu tirədən olmuş və Dərəqaz yaxınlığında bir çadırda dünyaya gəlmişdir.Səfəvi şahı I Təhmasib dövründə Xorasanda. Heratın cənubundakı Esfüzar bölgəsi ilə Sistandakı Fərah bölgəsi Əfşar bəyləri tərəfindən idarə edilmişdir. Lakin daha sonra buradakı əfşarların necə olduqları bəlli deyil. Bununla bərabər, Sümer Kirman əfşarlarının bunlardan və ya bunlar olduğu fikrini ortaya atmışdır. Əvvəlki Xorasan əfşarları Şah Abbasın Kuhgiluyədən Əbivərd sərhəd bölgəsinə sürgün etdiyi gündüzlülər və araslılar idi. Görünüşə görə, Nadir şahın məşhurlaşmağa başladığı günlərdə bu adlar ortadan qalxmış və onlarını yerini Kosa Əhmədli və Qırxlı almışdır. Nadir şahın da bunlardan Qırxlı obasına mənsub olduğu bilinməkdədir. Bu sayları çox olan Əfşar topluluqlarından başqa, Xuzistanda (Gündüzlüdən), Kuhgiluyədə (eyni oymaqdan və ya Araslıdan) və Farsda Kazerun bölgəsində sayları az olan Əfşar oymaqları var idi. XVIII əsrin ilk rübündəki İran əfşarlarının bu cür dağılımımının hal-hazırda da davam etdiyi deyilə bilər. Xuzistan əfşarları 1135-ci ildə müasir İranın Xuzistan əyalətində çox sayıda türkman yaşamaqda idi. Bu türkmanlar bögləyə Orta Asiyada Qarakitay hakimiyyətinin qurulması və onlara təzyiq etməsi nəticəsində köçmüşdü. Bu türkmanlar arasında əfşarların xeyli insandan ibarət olan obası var idi. Onlara Arslan oğlu Yaqub rəhbərlik etməkdə idi və o, Xuzistan qəsəbəsində yaşayırdı. Əfşarlar ilə birlikdə gəlmiş olan Salur obası da qonşu Kuhkiluyə bölgəsində məskunlaşmışdı. Onlara rəhbərliyi Mevdud oğlu Sunqur edirdi. Sunqur 1148-ci ildə Şirazı ələ keçirdi və Salqurlu dövlətini qurdu. Əfşar bəyi Yaqub Fars əyalətini ələ keçirmək və ya Sunquru özünə tabe etmək üçün bir neçə dəfə Salur bəyinin üzərinə hücum etsə də, uuğr qazana bilməmişdi. Yaqub bəydən sonra Xuzistandakı əfşarların başına Sümle keçdi. Sümlə bir ad deyil, ləqəb idi. Onun əsl adı Aydoğdu, atasının adı isə Güç Doğan (Küş Togan) idi. Səlcuqlu hökmdarı Sultan Məsud zamanı Xuzistanın bir qismi ilə Luristanın bəzi yerlərini idarə edən Sümle, Məsudun ölümündən sonra Xuzistana geri döndü və buranı tamamilə öz idarəsi altına aldı. Beləcə, siyasi vəziyyətdən də faydalanaraq Xuzistanda bir bəylik qurmağa müvəffəq oldu (1155). 1175—ci ildə ölən Sümlədən sonra 1195-ci ilə qədər Xuzistanda hakimiyyətdə olan oğulları 40-a qədər qalaya sahib idilər. Lakin bu illər ərzində onlar ölkələrini Abbasi xilafətinə itirdilər. Onlardan bəzilərinin öz adlarına pul kəsdirdikləri bilinməkdədir.Səfəvi imperiyası zamanı bu əfşarlar Gündüzlü, Araslı və Alplı tirələrinə aid olmaqla birlikdə, əsasən Kuhgiluyə, Ram Hörmüz, Davraq, Dezful və Şuştərdə yaşamaqda idilər. Səfəvilər və Nadir şahın dövründə buradakı əfşarların içərisindən xeyli sayda Xuzistan və Kuhgiluyə hakimləri çıxmışdır. Lakin onlar burada əsasən özlərinin Lur və Ərəb qonşuları ilə mübarizə şəraitində yaşamış, mərkəzi hökumətə qarşı üsyanlar etmişdirlər. Ən böyük üsyanlardan biri 1596-1597-ci ildə Araslı və Gündüzlü tirələrinin vilayət hakiminə qarşı üsyanı olmuşdur. Şah Abbas tərəfindən üsyanı yatırmaq üçün göndərilmiş Allahverdi xan üsyanı qəddarlıqla yatırmış və minlərlə Əfşarı qətlə yetirmişdir.Bu üsyan və üsyanın yatırılması forması İranın cənub-qərbində əfşarların gücünü xeyli zəiflətdi. Kab ərəbləri, bəxtiyarilər və digər tayfalar bundan istifadə edərək əfşarlar qarşı sərt təzyiqlərə başladılar. Onlar əfşarlardan otlaq sahələrini istəyirdilər. Bu proses region əfşarlarının bir çoxunun köç etməsinə yol açdı. Nadir şahın ölümündən sonra ortaya çıxan qarışıqlıq dövründə region əfşarlarına daha bir zərbə vuruldu və ərəblər Davraqı ələ keçirdilər. Xuzistandan və Kuhgiluyədən olan əfşar qaçqınları Kermanşaha və Urmiyaya yola düşdülər. Urmiyaya gedən əfşarların orada hələ də Kuhgiluyəli adlı tirəsi vardır. Hal-hazırda İranın cənub-qərbində qalan əfşarlar Şuştərdəki gündüzlülər və KUhgiluyədəki Ağaçəri tayfasının Əfşar tirəsidir. Şuştər əfşarları şəhərin Boleyti adlanan məhəlləsində və bir neçə yaxın kənddə yaşamaqdadırlar. Onların sayı təxminən 250 ailədir. Kuhgiluyə əfşarları Həndican yaxınlığındakı Cam Tanq kəndində yaşayırlar və sayları təxminən 100 ailədn ibarətdir. Fars əfşarları Fars vilayətində əfşarların iki kiçik qrupu vardır. Birincisi Qaşqayi tayfa konfederasiyasının Kəşküli Kiçik tayfasının tirəsini təşkil edən Əfşar Kermanilərdir. 1958-ci ildə onlar təxminən 120 ailədən ibarət idilər. XIX əsrin ortalarında Lady Sheil bu qrupu Qacar Əfşar adlandırır, saylaının 350 ailə olduğunu yazırdı. Əfşar Kermanilər gümanki Qaşqayilərə 1830-cu illərdə qatılmışdırlar. Bu tarixdə Qaşqayilər və digər türk köçəriləri Fars vilayətinin hakimi ilə mübahisəyə girmiş və Kermanın Sircan bölgəsinə hərəkət etmişdirlər. İkinci əfşarlı komponenti Əfşaruşağı adlanmaqdadır və Aynallu tayfasının bir tirəsini təşkil edir. Ya bu qrup Mərkəzi İrandan Fars vilayətinə doğru hərəkət edən Aynallu tayfasını izləmiş, ya da elə 1830-cu illərdə Sircanda onlarla birləşmişdir. Güman edilir ki, bundan əvvəl də Fars vilayətinə Əfşar köçləri olmuşdur. Gümanki Əfşar bəylərindən olan Mansur bəy Əfşar 1498-ci ildə Fars vilayətinin hakimi təyin edildikdən sonra əfşarlardan olan insanların bəziləri onunla buraya gəlmişdir. Şah Abbasın hakimiyyətindən etibarən sonrakı 250 il boyunca Kazerun bölgəsini Alplı əfşarlarından olan hakimlər idarə etmişdirlər. Son olaraq da, Bellan Abarguh bölgəsində məskunlaşan bir Əfşar qrupu barədə də yazmışdır. Müasir dövr Əfşarlar, Fətəli şah Qacar dövründə İranı ziyarət etmiş olan A, Duprenin əsərində İranda türkcə danışan oymaqların insan sayına görə başında yer almaqdadır. Bu səyyaha görə, Urmiya əfşarları Qasımlı və Araslı adlı iki qola ayrılmaqda, bu qollar da Qaraçlu, İmamlu, Davudlu, Usallu, Qılıclı, Qənibəyli, Kiləli, Toxmaqlı, Adaqlı, Qarahəsənli, Əlibəyli,Tərzili, Şahburanlı, yəhərli, Kuhgiluyəli kimi obalardan meydana gəlməkdə idi. Bu əfşarların sayları haqqında da 25 min rəqəmi verilməkdədir. Yenə eyni səyyaha görə, Xəmsə 10 min, Qəzvin çevrəsində 5 min, Həmədan ətrafında 7 min, Tehran ətrafında 7 min, Xuzistanın Şüştər yaxınlığında 10 min, Kirmanda 6 min, Xorasanda 8 min, Farsda 5 min və Mazandaranda 5 min nəfər Əfşar yaşamaqda idi. XIX əsrin ortalarında İranı ziyarət etmiş olan Lady Sheilin əsərində də Əfşar boyunun yurdları, sayları və həyat ttərzlərinə aid məlumat verilməkdədir. Ona görə, Urmiyada 7 min ev, Mazandaranda 100 ev, Usanluda 50 ev, QƏzvin-Tehran arasında 900 çadır, Usanlı, Huvar və Dəmavənddə 1000 çadır əfşarlı var idi. Həmçinin onun verdiyi məlumata görə, Əfşar şahsevənləri 2500 çadır, Xəmsə 200 çadır, Kirman 1500 çadır, Qacar-Əfşar 250 çadır var imiş. Dövrümüzdə İran və Azərbaycan əfşarlarının böyük bir hissəsi oturaq həyata keçmiş, öz təbirləri ilə "tat" olmuşdurlar. 1960-cı illərdə Xuzistandakı Gündüzlü əfşarları, Kuhkiluyədəki Ağaçəri topluluğu arasındakı Əfşar oymağı ilə Kirmandakı 5 min çadırlıq Əfşar oymağı arasında köçəri həyatın xüsusuiyyətləri davam etməkdə idi. XVI və XVII əsrlərdə Anadoluda əfşarlar Aşağıda qeyd edilən Əfşar icmalarından başqa, XVI əsrdə Uşak bölgəsində beş obaya ayrılmış, çoxsaylı Əfşar qolu yaşadığı kimi, Sivrihisar və Aydın bölgələrində də eyni adı daşıyan, sayları az oymaqlar var idi. Hələb əfşarları Ağqoyunlu və Səfəvi dövlətlərinin türk köçəri sisteminə dayanmasına görə Anadoludan buraya köç edən türkman boyları arasında əfşarlar da var idi. Ancaq yenə də XVI-XVII əsrlər boyunca Hələb civarında xeyli sayda əfşarlar yaşamaqda idi. Bu dövrə aid qeydə alınmış Osmanlı dəftərində Hələbdə Köpəyli əfşarı və Gündüzlü əfşarı boyları kimi müstəqil əfşarlı oymaqları görünməkdədir. Köpəyli əfşarları 15 obaya bölünmüşdülər və Köçəkli, Səkkiz, Alplu, Dəlilər, Aydoğmuşbəyli oymaqları ən önəmliləridirlər. Bunlardan Köçəkli daha sonralar müstəqil və böyük bir oymaq halına gəlmiş, Səkkiz oymağı Suruçun Şeyx Çoban kəndində yerləşmiş, Alplunun bir hissəsi Səfəvi imperiyasına getmiş, Dəlilər isə varlığını XX əsrin sonlarına qədər sürdürmüşdürlər. Köpəkli əfşarlarının Yeni İl və Boz Ulusda bəzi qolları vardır. Gündüzlü əfşarlarının isə sayı daha az olub, səkkiz obadan ibarət olmuşdur. Faruk Sümer bunu onların çox hissəsinin Səfəvi imperiyasına getməsi ilə əlaqəli olduğunu göstərdiyini yazmaqdadır. Müstəqil Əfşar oymağı isə XVI əsrin ikinci yarısında 158 vergi verən evdən ibarət olmuşdur. Məmlüklər dövründə dirilik sahibi olan bu oymaq Osmanlı dövründə də belə yaşamağa davam etmişdir. XVI əsrin sonlarında oymaqları uzun müddətdir idarə edən ailələrin ortadan qaldırıldığını, onların yerini isə ağa titulunu daşıyan kəndxuda ailələrinin aldığını gösməkdəyik. 1581-ci ildə buradakı əfşarların başında Rəcəb, Bahri və Kiçik Minnət kimi kəndxudalar durmaqda idi. Bunlardan Ərəcəboğulları o qədər nüfuz qazanmışdırlar ki, XVII əsrdə əfşarlar çox kəs Rəcəblü əfşarları deyə adlandırılmışdırlar. Bölgə əfşarları 1687-ci il AVstriyaya qarşı edilən səfərə qatıldıqları kimi, 1690-cı ildəki səfərdə də iştirak etmişdirlər.Diyarbəkir bölgəsindəki Boz Ulus arasındakı Əfşar varlığının böyük bir hissəsi, yaxud hamısı Hələb əfşarlarının qollarından meydana gəlmişdir. 1570-ci ildəki Boz Ulusdakı Əfşar qollarından Mehmed Kəndxudanın idarəsindəki 804 evlik Əfşar qolu ilə 367 və !09 evlik Köpəkli əfşarlarının obaları diqqət çəkir. Bunlardan başqa, digər kəndxudaların idarəsində də bir çox Əfşar obaları vardır. Əfşarların Boz Ulusun hər üç nöqtəsindəki obalarından bəziləri buradan XVII əsrin əvvəllərində Orta Anadoluya doğru olan köçlərə qatılmışdırlar. Boz Ulusdan köçən əfşarların çoxu Qaraman vilayətində məskunlaşmışdırlar. Boz Ulusa Şamdan gələn və Şam türkmanları adlanan bəzi əfşarlar isə əvvəlki yerlərində qalmışdırlar. Sənədlərdə “Boz Ulus Mândesi” (Boz Ulus qalıntısı) adı verilən bu hissə XVIII əsrin sonlarında Rakka bölgəsinə göndərilsə də, bu topluluğa mənsub olan obalardan bəziləri Anadolunun qərb hissəsinə də getmişdirlər. 1716-cı ildə Balıkesir vilayətinin Mihaliç qəzasında görülən Köpəkli əfşarları obası Boz Ulusdakı Köpəkli əfşarları obasıdır. Həmçinin, Boz Ulusdakı digər bir çox türkman obaları kimi əfşarların da bir hissəsinin Şah Abbasın Səfəvi imperiyasına getmə ehtimalı yüksəkdir. Dulqədirli əfşarları Dulqədiroğlu eli arasındakı əfşarlar əslində Suriyanın şimalındakı əfşarların bir qolu olub Maraş, Qars (Qədirli), Yeni İl və hətta Bozox bölgəsinə dağılmış bir halda yaşamaqda idilər. Bu əfşarların ən önəmli qolu İmanlı əfşarları idi və Maraş bölgəsində yaşamaqda idi. XVI əsrin birinci yarısında İmanlı əfşarları 27 obadan ibarət idi və bu obaların bir qismi Suriya səhrasında qışlamaqda, Maraşın müxtəlif yerlərində isə yaylamaqda idi. XVI əsrin ikinci yarısında İmanlı əfşarlarının obalarının çoxu yaylaq və qışlaqlarında ANtep çevrəsindəki kəndlərdə məskunlaşaraq köçəriliyi tərk etmiş, tərk etməyənlər isə Səfəvi imperiyasına köç etmişdir. Yeni İl əfşarları Sivas ilə Gürün arasında yaşayan və Yeni İl adı verilən türkman topluluğundakı əfşarlardan üç oba (Boynuqısalı, Dəlilər və Səkkiz) Köpəkli əfşarlarına, digərləri də (Bidiləfşarı, Taifiəfşarı və Qızıl Süleyman) İmanlı əfşarlarına mənsub idilər. Bunlardan Bidiləfşarı Yeni İlin ortadan qalxmasından sonra qərbə köç etmiş, Ankaranın Bala qəzasında məskunlaşmışdır. Ankaranın MUgan gölü yaxınlığındakı bir yer də bu oymağın adını daşımaqdadır. Sis (Kozan) əfşarları Sis (Kozan) əfşarları 1519-cu ildə 28 obaya ayrılmışdı. Bunlardan bir neçəsi istisna olmaqla, digərlərinin köçəriliklə birlikdə əkinçiliklə də məşğul olduğu bilinməkdədir. Sis əfşarlarının buraya 1375-ci ildəki Məmlük fəthi nəticəsində Suriyadakı əsas Əfşar topluluğundan gəlmiş olduqları bilinməkdədir. Çünki Çukurovanın fəthinə Məmlük ordusu ilə birlikdə BOzoxlu və Üçoxlu türkmanları da qatılmışdı. Lakin bu əfşarlar XVIII əsrdən etibarən Hələbə getməyib, Çukurovada qışlamağa başlayan, Zamantı çayı sahillərində yayı keçirən əfşarlar ilə qarışdırılmamalıdır. Bunlar daha sonrakı əsrlərdə yaşamış Hələb türkmanlarına daxil olan əfşarlardır. XVIII və XIX əsrlərdə Anadoluda əfşarlar Əsas boyun qalıntısı olan Hələb əfşarlarının nəvələri müxtəlif hadisələrə baxmayaraq, 1865-ci ildə Fırka-i İslahiyye gəlincəyə qədər güclü bir oymaq olaraq Anadoluda varlıqlarını davam etdirdilər. 1691-ci ildə Rakka bölgəsində məskunlaşmaları əmr edilən türkmanlar arasında bəzi Əfşar oymaqları da var idi. Bunlar Boz Ulusun qədim yurdunda qalan qisminə bağlı əfşarlar ilə Yeni İlə mənsub əfşar oymaqları idilər. Rakka bölgəsində sonralar Əfşar Bucağı deyilən yerin əfşarların yerləşdirildikləri məntəqə olduğu bilinməkdədir. Hələb əfşarları isə Rəcəblü əfşarları, Qara Gündüzlü əfşarları və Bahrili əfşarları olmaqla 4-5 oymağa ayrılmışdı.Əfşarlar XVIII əsrdən etibarən qışlaq olaraq Hələb yerinə Çukurovaya getməyə başlamışdılar. Bunların Çukurovadakı qışlaqları Ceyhan sahillərində idi. Onlar dövləti Zamantı çayı sahillərində oturaq həyata keçəcəklərinə inandırsalar da, nəinki oturaq həyata keçmiş, hətta ətraf kəndlərdəki insanların heyvanlarını sürüb aparmış, bəzən də ticarət karvanlarını soymuşdurlar. Buna görə də, 1703-cü ildə Rakkaya sürgün edilsələr də, orada uzun müddət qalmadılar, oradan qaçacaraq Çukurova, Kayseri, Elbistan, Maraş bölgəsinə gəlib, yağma və basqınlarla məşğul oldular. 1856-cı ildə yenidən onları oturaq həyata keçirməyə çalışılsa da, yenə də uğursuz oldu. Lakin 1865-ci ildə İstanbuldan göndərilən Fırka-i Islâhiyye onların qarşısında iki seçim qoydu - ya yaylaqlarında, ya da qışlaqlarında məskunlaşmaq. Əfşarlar yaylaqlarında yerləşməyi seçsələr də,artıq onların yaylağında Qafqaz mühacirləri yerləşdirilmişdi. Buna görə də, əfşarlar məhsuldarlığı olmayan torpaqlarda yerləşdirildilər. Hal-hazırda əfşarlar Kayserinin Pinarbaşı, Tomarza, SArız qəzalarına bağlı 70-dən çox kənddə yaşamaqdadırlar və əvvəlki boy təşkilatlarını unutmamışdırlar. Bu kəndlərdə hələ də məşhur Əfşar kilimləri toxunmaqdadır.Türkmanların acı və üzüntülərini ağıt və bozlaq şəklindəki mahnılarla dilə gətirdikləri bilinməkdədir. Bu yönü ilə seçilən boylardan biri də əfşarlardır. Bozlaq onların musiqi həyatına o qədər hakim olmuşdur ki, qəhrəmanlıq macəralarını anladan türküləri belə bozlaq məqamında oxuyurlar. Onların adını daşıyan Əfşar bozlağı Yozqat və Kırşəhər civarlarında oxudulmaqdadır. "Əfşar bəyləri" türküsü isə Burdur, Antalya, Dənizli və Muğla bölgəsinin ən sevilən türkülərindən biridir. "Əfşar zeybəyi" eyni bölgələrdə, "Əfşar halayı" isə Kırşəhər, Yozqat, Kəskin bölgələrində oynadılmaqdadır. Böyük türkman şairi Dadaloğlu da əfşarlardandır. Əfşarların oymaqları Əfşarların oymaqları bunlardır: Alplı, Alxanlı, Bekeşli, Gündüzlü, İmirlü, Kosa Əhmədli, Kosalı (Köselü), Papaqlı (Papalı ?), Qasımlı, Qaralı, Qaramanlı, Salmanlı, Sindelli, Turəli Hacılı, Rəcəbli, Balabanlı, Şamlı, Hacı şamlı Qarabudaqlı və Qırxlı. İmirlü tirəsi və ya oymağı gümanki Oğuz boylarından biri olan İmir tayfası ilə əlaqəlidir. Eyni zamanda Aynallu (versiyaları: İnanlu və imanlu), Usalu (versiya; Usanlu) və Ustaclı kimi tayfalar da zamanla əfşarların içərisində ərimişdirlər.İrandakı ümumi Əfşar sayı barədə müxtəlif versiyalar səsləndirilmişdir. J.M,Jouannin 88 min, J.J. Morier 20 min ailə, Gazetteer of Persia 12 min ailə, S.I. Bruk 300 min kimi rəqəmlər səsləndirmişdir. Lakin bu rəqəmlərin hamısına şübhəli yanaşmaq lazımdır. Çünki əfşar əsrlər boyunca dağıdılmışdırlar və nəticədə oturaq həyata keçmişdirlər. Oturaqlaşma eyni zamanda köçəri tayfa kimliyinin də itirilməsi demək idi. Beləliklə, tam olaraq nə qədər Əfşarın yaşadığını doğru müəyyən etmək qeyri-mümkündür. Türkiyədəki əfşarlar Əfşarlar əsasən Türkiyənin Kayseri ilinin Sarız, Tomarza və Kastamonunun Pınarbaşı ilçələrində yaşamaqdadırlar. Onlar həmçinin Adananın, Qəhrəmanmaraş və Qaziantep vilayətlərinin bir çox kəndlərində də yaşamaqdadırlar.Əfşarlar köçəri qalıb Oğuz həyat tərzinə uyğun şəkildə yaşasalar da, məcburi oturaq həyata keçirmə siyasəti bu tərzin dəyişməsinə səbəb olmuşdurş Ozan Dadaloğlunun rəhbərliyində Osmanlı imperiyasına qarşı əfşarlar üsyan qaldırmışdır. Bozulusda əfşarlar 1570-1571-ci illərdə Diyarbəkir əfşarlarının rəhbəri Mehmed Kədxuda idi. Üç qola bölünən Diyarbəkir əfşarlarının sayı 804, 367 və 109 idi. Bunlardan başqa, regionda xeyli sayda başqa əfşarlar da var idi ki, onlar digər kədxudaların rəhbərliyində yaşayırdılar.XVII əsrdə bir çox Bozulus əfşarları Mərkəzi Anadolu bölgəsinə köç etdilər və əsasən Qaraman əyalətində yaşamağa başladılar. Digərləri, xüsusən Dəməşq türkmanları arasındakı əfşarlar öz yerlərində qalmağı üstün tutdular. Bunlar Osmanlı sənədlərində Bozulus qalıntısı (boz ulus mândesi) adlandırılırdılar və daha sonralar Rakka əyalətinə köç etdilər. Bir müddət keçdikdən sonra isə bu icma QƏrbi Anadoluya köç etdi.1716-cı ildə Bozulus əfşarlarının Köpəkli oymağı Qaracabəy qəzasında (hal-hazırda Bursa ilinə daxildir) görülmüşdür. Bir digər tərəfdən, Bozulusdakı bəzi əfşarlar I Abbas dövründə Səfəvi imperiyasına köç etmişdirlər. Mədəniyyətləri Əfşarların məskunlaşdığı bir çox yerlərdə bu tayfanın adına olan xalq rəqsləri vardır. Məsələn, Qaziantepin Barak düzündə "əfşar kabası" deyə rəqs vardır. "Əfşar halayı" və ya "Əfşar ağırlaması" adlı rəqsi Kırşəhər, Yozqat, Kəskin, eləcə də Kayseridə rast gəlmək mümkündür. Həmçinin "Əfşar zeybəyi" deyilən rəqs isə Burdur, Antalya, Dənizli və Muğlada yayılmışdır. Ankara yaxınlığında olan bir Əfşar kəndində genetik məqsədli araşdırma aparılmışdır. Bu kəndin sakinləri əcdadlarının Orta Asiyadan gəldiklərini iddia etməkdədirlər. Araşdırmaçılar kənd sakinlərinin 57 faizində L haploqrupunu, 13 faizində Q haploqrupunu, 3 faizində isə N haploqrupunu aşkar etmişdirlər. Ən yüksək L haploqrupu bu araşdırmada müşahidə edilmişdir və bu daha çox Cənubi Asiyaya xas xüsusiyyətdir. tədqiqatçılar üçün izah etmək çətin idi və heç bir konkret coğrafi mövqeyə aid edilə bilmədi və müəlliflər sübutların azlığını nəzərə alaraq bu haploqrupu türklərin köçləri ilə əlaqələndirməyin çətin olacağını söylədi. Türkmənistanda əfşarlar Nadir şahın hakimiyyəti dövründə Əfşar boyu bir neçə türkmən tayfasını assimiliyasiya etmişdir və onlar hal-hazırda müasir Türkmənistan ərazisində yaşamaqdadırlar. Bunlara misal olaraq Geklenq, Murçeli, Esgi və Ərsarı oymaqlarını göstərmək olar. Əfşarların Murçeli tayfasının onurğa sütununu təşkil etdikləri bilinməkdədir. Həmçinin bir digər türkmən tayfası olan Əlili tayfasının formalaşmasında da əfşarlar mühüm rol oynamışdırlar. Əfqanıstanda əfşarlar Əfqanıstanda da xeyli sayda Əfşar yaşamaqdadır. Onların sayını Bruk 30 min olaraq göstərməkdədir. 1845-ci ildə Əfqanıstanı ziyarət edən J. P. Ferrier əfşarların Əndxuy şəhərinin 3/4 hissəsini təşkil etdiyini, eləcə də Maymana yaxınlığındakı Çaharşənbə bölgəsində isə cəmşidilərlə, qıpçaqlar ilə qarışıq bir şəkildə yaşadığını yazmışdır. Ferrier Əlieli türkmanlarının da Əfşar kökənli olduğuna inandığını yazmışsa da, G. Jarring onun bu fikrinə şübhə ilə yanaşmışdır. Əbdülkərim Bokari iddia edir ki, Əndxuy əfşarları oraya. Şah Abbas dövründə Xorasandan köçürülmüşdürlər. Bundan başqa, Fərəh və Əsfozar (müasir Səbzəvar) regionunda da əfşarlar yaşamalı idi. Pierre Oberling bu iddianı buranın uzun müddət əfşarların yurdları olduğu ilə əsaslandırmışdır. Buranın bilinən ilk Əfşar hakimi Əhməd Solan idi və buraya 1522-ci ildə Şah İsmayıl tərəfindən təyin edilmişdi. Oberling 1730-cu illərdə Nadir şahın Hindistanı ələ keçirdiyi zaman Kabulda, Heratda və Əfqanıstanın digər şəhərlərində xeyli sayda Qızılbaş döyüşçüləri buraxdığını və bu döyüşçülər arasında da əfşarların olmasının dəqiq olmasını yazır və bu döyüşçülərin nəticələrinin hələ də oralarda yaşadığını bildirir. Əfşar sözü ilə bağlı coğrafi adlar Ermənistanın Vedi rayonu ərazisində avşar əsaslı iki etnotoponim özünü göstərir: Birinci yaşayış məntəqəsi rayon mərkəzindən 7 km cənub-şərqdə, Yerevan-Naxçıvan avtomobil yolunun üzərində yerləşən Avşar/Kəl Balavan/ kəndidir. 1940-cı illərin axırında azərbaycanlıların Ermənistandan zorla köçürülməsi dövründə kəndin azərbaycanlı əhalisi Azərbaycana gəlmişdir. İkinci yaşayış məntəqəsi Ovşar adlanmış /Düzyurd Ovşar, Surenavan, Spandaryan/ rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşmişdir. 1918-ci ildə kənd daşnaklar tərəfindən dağıdılmış, əhalisi qovulmuşdur. O dövrdən sonra bu kənddə azərbaycanlı yaşamamışdır. İndi erməni qəsəbəsidir. Ermənistanda Afşar Kələvan kəndi də olmuşdur. Bu kənd 1728-ci ildə İrəvan əyalətinin Karni nahiyəsində yerləşmişdir. Avşar//ovşar etnotoponiminin müxtəlif areallarda paralelləri vardır. Bu toponimin Avşar variantı Azərbaycanın Ağcabədi rayonunda da mövcuddur. Tədqiqatçılardan Bayram Əhmədovun fikrinə görə bu toponim həmin ərazidə yaşamış tayfanın məşğuliyyəti ilə bağlıdır. Müəllif qeyd edir ki, bu tayfa qoyunçuluqla məşğul olmuşdur. B.Əhmədov belə hesab edir ki, avşar//ovşar-qoyunsağma üsulu deməkdir.Ovşar və Avşar toponimlərinin əsasında duran appelyativin ov sözü olması və toponimin ov həvəskarı mənasını bildirməsi fikrini irəli sürənlər də vardır. Tədqiqatçılar "Abşeron" toponiminin əfşar etnonimi əsasında yaranmasını qeyd edirlər. Cənubi Azərbaycan ərazisində də əfşar//ovşar tayfa adından düzəlmiş Əfşar, Əfşarcik etnotoponimləri qeydə Kəlbəcər rayonu Çaykənd kəndidə Əfşar Türklərinə mənsubdur. Əfşar kökənli sülalələr Əfşar sülaləsi Aydınoğulları İnancoğulları Bakı xanlığı Zəncan xanlığı Urmiya xanlığı Sarıxanoğulları Qaramanoğulları Germiyanoğulları Qarabağ xanlığı Bulookbashi, Ali A.; Negahban, Farzin. Afshār. Encyclopaedia Islamica Online. Brill Online. In Madelung, Wilferd; Daftary, Farhad (eds.). 2008. ISBN 1875-9831. Pierre Oberling. AFŠĀR. London and New York: Encyclopædia Iranica - Routledge & Kegan Paul. 1984. 582–586. ISBN 978-0-71009-095-9. Philip Mattar (Editor), Charles E. Butterworth (Editor), Neil Caplan (Editor), Michael R. Fischbach (Editor),. Encyclopedia of The Modern Middle East and North Africa. Detroit: Macmillan Reference USA. 2004. ISBN 978-0028657691. Richard V. Weekes. Muslim peoples: a world ethnographic survey - AZERI. Greenwood Press. 1978. ISBN 9780837198804. Touraj Atabaki. From multilingual empire to contested modern state in Iran in the 21st Century: Politics, Economics & Conflict. Routledge. ed. Homa Katouzian, Hossein Shahidi. 2008. James J. Reid. Crisis of the Ottoman Empire: Prelude to Collapse 1839-1878. Franz Steiner Verlag. 2000. Kamran Scot Aghaie. The Afghan Interlude and the Zand and Afshar Dynasties (1722-95) in The Oxford Handbook of Iranian History. Oxford University Press. ed. Touraj Daryaee. 2012. Claude Cahen. Pre-Ottoman Turkey: a general survey of the material and spiritual culture and history c. 1071-1330. New York: Taplinger. trans. J. Jones-Williams. 1968. Gary Leiser; Fuat Koprulu(1992). Origins of the Ottoman Empire. p. 37. ISBN 9781438410432. Origins of the Ottoman Empire. 1992. ISBN 9781438410432. Georg Stöber. Afshār. Brill Online. In Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (eds.). 2010. ISBN 1873-9830. Eldar Elkhan ogly Ismailov. HE KHANS OF KARABAKH: THE ROOTS, SUBORDINATION TO THE RUSSIAN EMPIRE, AND LIQUIDATION OF THE KHANATE. Sweden: Central Asia and Caucasus. Theodor Houtsma. Ghuzenstämme. WZKM 2. 1888. Gaziantep İli. Gaziantep: tarih kültür dergisi. Volume 1, Issues 1-6. 2006. A.K.S. Lambton. Tribal resurgence and the Decline of the bureaucracy in the eighteenth century in Studies in Eighteenth Century Islamic History. Southern Illinois University Press. Thomas Naff; Roger Owen (eds.). 1977). Jeremy Black. The Struggle for Persia, 1709-1785 in Cambridge Illustrated Atlas, Warfare: Renaissance to Revolution, 1492-1792. Cambridge University Press. 1996. Faruk Sümer. AVŞAR - Türkiye Türkleri’nin ataları olan Oğuz elinin en tanınmış boylarından biri. TDV İslâm Ansiklopedisi. 1991. Ahmet Z. Özdemir. Avşarlar ve Dadaloğlu. 1985. ISBN 9789756083406. Erol Eroğlu; Yavuz Köktan. Dadaloğlu'nun şiirlerinde toprak teması. Türük Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi. 1 (13): 99–109. 2018. Sadi Kekeç. Avşar Türkleri. Kimlik Yayınevi. 2019. ISBN 9786052345740. Omer Gokcumen. Ethnohistorical and genetic survey of four Central Anatolian settlements. 2008. ISBN 9783845258546. A.M. Prokhorov. Azerbaijani language. Big Soviet Encyclopedia (in Russian). 1978. Lady Mary Leonora Woulfe Sheil. Glimpses of Life and Manners in Persia. London:: John Murray. 1856. Henry Field. Contributions to the Anthropology of Iran. Chicago: Publications of the Field Museum of Natural History. Anthropological Series. 1939. 507. Pierre Oberling. The Turkic Peoples of Iranian Azerbayjan. New York. 1964. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. Adrien Dupre. Voyage En Perse V1: Fait Dans Les Annees 1807-1809 (1819). Kessinger Publishing, LLC. 2010. Sir Percy Molesworth Sykes. Ten Thousand Miles in Persia. London: Murray. 1902. Sir Percy Molesworth Sykes. A History of Persia. London. 1951. J. P. Ferrier. Caravan Journeys and Wanderings in Persia, Afghanistan, and Beloochistan. London. 1856. G. Jarring. On the Distribution of Turk Tribes in Afghanistan. Lund. 1939. Xarici keçidlər "Əfqanıstanda 100 illərdir "Azərbaycan sərhədini" qoruyan tayfa - VİDEO" ( (az.)). islamazeri. 2017-03-28. 2017-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-29. Həmçinin bax Əfşarlar (xanədanlıq) Urmiya xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=319783
Əfşar İmperiyası
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə) (farsca: ایران افشاری) — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir. Səfəvi şahı II Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o, 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu. Əfşarlar sülaləsinin mənşəyi İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuz eli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə Azərbaycana, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, və Əfqanıstana da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər.Bu adın əfşar Azərbaycan-türk mənşəli etnonimdən yaranması şübhə doğurmur. Əfşarlar Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində toponimlərin yaranmasında fəal iştirak edən etnos olmuşlar. Avşar etnonimi İran ərazisində də çox yayılmışdır. Türk xalqlarının abidələrində bu tayfanın adı çəkilir. Əfşarların İranda geniş ərazidə yayıldığını V. İ. Savina qeyd edir: "Əfşarlar İranın türk əhalisinin arasında hazırkı dönəmdə böyük qrupları vardır. Səfəvilərə qədər Azərbaycanda (Cağatu çayından şərqdə), sonra demək olar ki, hər tərəfə yayıldılar. İndi onlara Azərbaycanda rast gəlmək mümkündür." Əfşarların 1071-ci il Malazgird döyüşündə Anadolunun türk yurdu halına gəlməsində Qayılar, Qınıqlar kimi ilk sıralarda yer aldıqlarını göstərən mənbələr mövcuddur. Onlar, türk ulusu içərində bir boy olduğuna baxmayaraq türk topluluğu arasında əfşarların adı çox çəkilir. Əfşarlar Oğuzların islamdan öncəki tarixində də əhəmiyyətli rol oynamış boylardan biridir.Tarixi araşdırmalardan birində Əfşar boyunun Şahsevən boyundan yaranması və Kerman vilayətində yerləşməsi qeyd olunur. Məlumdur ki, Şahsevən boyu da türk boyudur və əfşarlar bu boydan yaranması haqqında ciddi faktlar yoxdur. Əfşarların Kerman vilayətində yaşamasını isə tarixi ədəbiyyatda Səfəvi dövrü ilə bağlılığı və əfşarların Kerman ətrafına Şah İsmayıl tərəfindən köçürülməsi təsdiqlənir. O da bildirilir ki, "Kerman ətrafında hazırda da əfşarlar yaşamaqda davam edirlər. Ancaq onların çoxu fars əhalisi ilə assimliyasiya olunmuş və çox az bir hissəsi hazırda ana dilində danışa bilir."Nadir şah haqqında irihəcmli tədqiqat əsərinin müəllifi olan Əbuturab Sərdadvər öz kitabında Əfşar boyunun ilkin olaraq Qafqazda və Azərbaycan məskunlaşdıqlarını təsdiq edir. Və sonra da bu boyun sırf İran boyu olduğunu iddia edir. Müəllif əlavə edir ki, bu boyun yalnız dili Azərbaycan dilidir. Qalan bütün xüsusiyyətləri isə İranla bağlıdır. Başqa bir İran təqdiqatçısı Əlirza Əfşar Cəm də Əfşar boyunu tamamilə İranla bağlayır və onun türklərə ümumiyyətlə heç bir aidliyi olmadığını irəli sürür. Onun iddiasına görə Əfşarlar qədim İranın qədim tayfalarından olmaqla part irqinə mənsubdurlar. Müəllif yazır ki, yalnız monqol hücumları başlayarkən onlar Türküstandan hərəkət edib Qərbi Azərbaycana köç etmişlər.L. Lokkart da bu fikri təsdiq edir. Onun yazdıqlarına görə, əfşarlar Mərkəzi Asiyadan monqol hücumları nəticəsində sıxışdırılaraq Azərbaycana köçmüş və sonra da buradan İranın bütün ərazisinə yayılmışlar. Lokkartın istinad etdiyi fikrə görə, əfşarların Mərkəzi Asiyadan Azərbaycana doğru hərəkət etməsi XVI əsrdə baş vermişdir. Nadir şah (1736–1747) Əfşar sülaləsinin hakimiyyətə gəlməsi Nadirqulu xan Əfşar 1730–1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732–1736-cı illərdə isə şahın qəyyumu idi. 1732–1736-cı illərdə Səfəvilər dövlətinin itirilmiş bütün ərazilərini geri qaytaran Nadir 1736-cı ilin əvvəllərində özünü şah elan etmək üçün münasib şərait yaratdı. Əvvəlcədən hazırlanmış plana görə III Şah Abbasın qəflətən ölümündən istifadə edərək, 1736-cı ilin martın 21-də Suqovuşan adlanan yer olan Qalaqayında (indiki Sabirabad şəhərində Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan qurultayında Nadir xan özünü şah elan etdi. Beləliklə, əslində Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu və İranla Azərbaycanda yeni türk-müsəlman sülaləsi olan Əfşarlar sülaləsi hakimiyyətə gəldi. Dağıstanda Əfşarlar əleyhinə üsyanlar Nadir şahın fəthləri Nadir şah ömrünün təqribən 37 ilini müxtəlif döyüşlərdə at belində keçirib, xarici işğalçılara qarşı 120-dən artıq irili-xırdalı müharibələr aparmışdır. Onların çox azında məğlub olsa da, bu uğursuzluqların heç biri onu ruhdan salmamış, əksinə o, məğlubiyyətin səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəm hazırlıqla hücuma keçib, düşmənlərinin məğlub etmişdir. Bu misilsiz sərkərdə öz polad iradəsi, cəsarəti, mətanəti, möhkəm səbri, ağıllı tədbirləri, hədsiz rəşadəti və şücaəti ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb, daxili və xarici düşmənlərin öhdəsindən layiqincə gəlirdi. Get-gedə Nadirin əhatəsi və şöhrəti böyüdü. 1719–1720-ci illərdə Nadir Kelata hücum etdi və oranı tutdu. Kelat qalasının hakimini və onun qoşunlarını əsir aldı. Nadir 1727-ci ildə Bağdaddakı əfqanları və qiyamçılarını qılıncdan keçirtdi. Nadir 500 nəfərlə 4 gün içərisində əfqanların içərisinə elə bir vəlvələ saldı ki, əfqanlar Herata doğru geri çəkildilər. O, 1729-cu ildə əfqanları Bəstanda, Mehmandüştanda, Xar dərəsində darmadağın etdi. 1729-cu il 26 oktyabrda isə İsfahan şəhərini əfqanlardan təmizlədi. Tezliklə Nadir Şiraza doğru hücum edib, əfqan ordusunu darmadağın etdi. Əfqan ordusunun başçısı Əşrəf xan Sistanndə öldürüldü Əşrəfin öldürülməsi ilə əfqanlar üzərində 1730-cu ildə qəti qələbə çalındı. 1729-cu ildə Qəndahar şəhərində, Dəludustanda əfqan qüvvələri tamamilə darmadağın edildi. Nadir Qəndəharı tutmaqla Səfəvi ordusunun şərəfini və eyni zamanda Səfəvilərin əldən getmiş torpaqlarını geri qaytardı. Nadir 1730-cu ilin mart ayında 25 min atlı və xeyli sayda qoşunla Həmədana doğru irəlilədi. Nadir qəflətən Nəhavənddə Osmanlı qoşunlarını darmadağın etdi və osmanlı ordusunun baş komandanı Osman paşa Həmədana qaçdı. Nadir irəliləyərək daha sonra 50 minlik Osmanlı ordusuna ağır zərbə vurdu və Osmanlı ordusu məğlub olub Bağdada çəkildi. Çoxlu sayda silah, at və cəbbəxana sursatları Nadirin əlinə keçdi. Nadir tezliklə Həmədanı tutub Kirmanşaha hücum etdi. Osmanlı ordusunun baş komandanı Həsən paşa Kirmanşahı buraxıb, Həmədana qaçdı. Nadir şah Azərbaycanı osmanlılardan təmizləmək üçün Gürcüstandan Azərbaycan ərazisinə keçdi. Bu xəbəri eşidən Osmanlı sultanı 1730-cu ilin 24 iyulunda Səfəvilərə rəsmi müharibə elan etdi. Nadir Miyandaba şəhərində toplaşan Osmanlı qoşunlarına hücum etdi, 100 minlik Nadiri nqoşunu qarşısında Osmanlı ordusu Marağaya doğru qaçdı. Nadir şah onları təqib edib, Marağanı və onun ətrafını osmanlılardan azad etdi. Nadir iki gün Marağada qaldıqdan sonra Təbrizi azad etmək üçün Təbrizə doğru hücuma keçib, Rüstəm paşa və Mustafa paşanın ordularını darmadağın edib, 17 avqust 1730-cu ildə Təbrizi osmanlılardan azad etdi. Nadirin dalbadal qələbələri osmanlıları narahat etdi. Osmanlılar elə zənn edirdilər ki, ruslar Nadirə kömək edirlər. O dövrün fransız səfiri Şevalye Qerqan 1730-cu ildə İsfahandan Fransaya gedərkən yazır: "Bəsrədən Bağdada, Hələb darvazalarına qədər hamı Nadir xanın adı gələndə tir-tir əsirdi".'II Şah Təhmasib 1731-ci ildə osmanlılarla müharibəyə başladı, lakin II Şah Təhmasibin ordusu Həmədan yaxınlığında Qurcanda osmanlılarla döyüşdə məğlub oldu və yenidən osmanlılar Əli paşanın başçılığı ilə Azərbaycana yürüş edib, Təbrizi, Marağanı tutdu. 11 yanvar 1732-ci ildə Təhmasib şah osmanlılar ilə sülh müqaviləsi(Kirmanşah müqaviləsi) bağlamalı oldu. 1732-ci ildə Nadir Şah Təhmasibi hakimiyyətdən kənarlaşdırıb, 8 aylıq III Şah Abbası Səfəvi şahı elan etdi. Tezliklə Nadir 1732-ci ildə Kirmanşahı osmanlılardan azad etdi. Daha sonra o, Kərkük və Van şəhərlərinə hücum edib, osmanlı ordusundan azad etdi. Bağdada doğru hücuma keçdi, tezliklə o, Kərbəla, Nəcəf və köhnə Bağdad şəhərini tutdu. Osmanlı imperatoru Bağdadın vəziyyətinin çətin olduğunu görüb, görkəmli sərkərdəsi Topal Osman paşanı 100 minlik qoşunla Bağdada göndərdi. Bu döyüşdə Osman paşa öldürüldü. Nadir tezliklə Təbrizi də azad etdi və yenidən 30 minlik ordu ilə Bağdada qayıtdı. Bir neçə gündən sonra Osmanlı ordusuna rəhbərlik edən Əhməd paşa Nadirin yanına adam göndərib, sülh müqaviləsi bağlamasını təklif etdi. Tutduqları bütün Səfəvi torpaqlarını geri qaytaracaqlarını vəd etdi. 1733-cü ilin qışında osmanlılarla sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən Səfəvi əsirləri və işğal olunmuş Səfəvi torpaqları geri qaytarıldı. Bundan sonra Nadirin qoşunları 1734-cü ilin 21 martında Novruz bayramını Şirazda təntənə ilə qeyd etdi və Osmanlı dövlətinə xəbərdarlıq etdi ki, Araz çayının şimalındakı Azərbaycan torpaqlarını geri qaytarsınlar. Tezliklə Nadir anladı ki, Osmanlı dövləti Bağdad sülhünə əsasən Araz çayının şimalında olan Azərbaycan torpaqlarını qaytarmaq istəmir. Nadir rus hökumətinin səfiri Kaluşkindən Xəzərboyu əyalətlərdən əl çəkməyi tələb etdi. Nadir Şamaxıya hücum edib (bu taktiki siyasi addım idi) rus dövlətini qorxuya saldı, həmçinin gürcü çarı VI Vaxtanq Nadirin qorxusundan ruslara itaət etməkdən əl çəkib, Nadirə itaət etdi. 1735-ci il noyabrın 10-da Gəncədə bağlanan müqaviləyə əsasən rus qoşunları zəbt etdikləri Xəzəryanı ərazini Nadirin hücumundan qorxub tamamilə tərk etdilər. 1735-ci ilin yazında Nadir, demək olar ki, Azərbaycanın qərb torpaqlarını – Gəncəni, Borçalını, İrəvanı, həmçinin Gürcüstanı, osmanlılardan azad etdi. 1735-ci ildə Qarsı mühasirəyə aldı, may ayının 15-də Qarsı və onun ətrafını ələ keçirtdi. Nadirin qoşunları Osmanlı ərazisində Ərzurum, Qars, Van əyalətlərini və bir sıra şimal bölgələrini yenidən öz imperiyasının tərkibinə qatdı. Bundan sonra o, qoşununu cənuba – Fars körfəzinin əyalətlərinə çəkib, tezliklə Bəsrəni, Bəhreyni ələ keçirdiyi Fars körfəzində apardığı müharibələrdə dəniz donanmasının da yaranmasına böyük əhəmiyyət verdi. 1741-ci ildə Dərbənddən Osmanlı dövlətinə tərəf geri qayıtdı. Dərbənddə olarkən o, Xəzər dənizində də donanma təşkil etmək və gələcəkdə türklərin əzəli torpağı olan Həştərxan və Volqaboyu əraziləri də ələ keçirtmək niyyətində idi, lakin osmanlılarla gedən müharibə onu bu fikrindən daşındırdı. Nadir şah Rusiya və Osmanlı dövlətləriylə əlaqələri nizama saldıqdan sonra Hindistana üz tutur. Nadir şahın Hindistana yürüşünün səbəbi bu ölkənin ərazisində sığınacaq tapan qiyamçı əfqanlara qarşı Hindistan sarayının qətiyyətli mövqe tutmaması ilə əlaqələndirilir. İstər şimaldakı əbdali əfqanları, istərsə cənubda gilzayi əfqanları mütəmadi olaraq qiyamçı yürüşlər edib mərkəzi dövlətin möhkəmlənməsinə zərbə vurdular. Hakimiyyətinin möhkəmləndirilməsi üçün ciddi narahatlıq mənbəyi olan əfqan qiyamçılarının əsas qüvvələrinin birdəfəlik susdurulması Nadir şahın arzularından biri idi, amma əfqanlar Nadir şahın qoşunlarının təqibindən qaçıb Hindistan ərazisində sığınacaq tapa bilirdilər. Nadir şah Hindistan padşahı Məhəmməd şah Gurganinin nəzərinə çatdırdı ki, Qəndəharın gilzayi əfqanlarından təmizlənməsi üçün lazımi tədbirlər həyata keçirəcəkdir. Bu zaman əfqanlar Kabula və oradan da Hindistana geri çəkiləcəklər. Nadir şah buna yol verməmək üçün sərhədlərin bağlanmasını xahiş edirdi. Nadirin göndərdiyi elçinin Məhəmməd şah qayıtmasına izin vermədi. Nadir bundan qəzəblənib, 1738-ci ilin yazında Qəznə və Kabula hərəkətə keçdi. 1738-ci ilin 14 iyununda Nadirin qoşunları Qəznəyə çatdı. Oradan Kabula keçdi. Kabul hakimi Nəsir xan Dehlidən kömək istədi, lakin onlardan heç bir kömək gəlmədi. Tezliklə Kabul təslim oldu və Nadirin qoşunu Hindistanın paytaxtı Dehliyə doğru hücuma başladı. Onu da vurğulayıram ki, Nadir şah Məhəmməd şaha bir neçə dəfə müraciət etsə də, Məhəmməd şah ona cavab verməmişdi. Nadir də bu soyuqqanlılıqdan sonra Məhəmməd şahın üzərinə hücum etmək qərarına gəlimişdi. Tezliklə Pişəvər, Lahor əyalətləri Nadir tərəfindən zəbt olunur. Nadirin ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək, Yəminabadın, Abadı, Kəşmiri, Xornalı və Hindistanın başqa şəhərlərini ələ keçirtdi. Nadir şahın qoşunları Hindistanın qərb hissəsini fəth edib, Dehliyə yaxınlaşdılar. 1739-cu ilin 24 fevralında Məhəmməd şahın qoşunları Nadirin qoşunları ilə Dehlinin yaxınlığında, Karnal deyilən ərazidə qarşılaşdılar. Mənbələrə görə, hind qoşunlarının sayı 350 min nəfər, Nadir şahın qoşunlarının sayı isə 160 min nəfər idi. Hind qoşunlarının əhatə etdiyi ərazi 50 hektarlıq bir sahə idi. Bu üstünlüklərə baxmayaraq, tezliklə Nadirin ordusu özündən qat-qat güclü olan hind ordusunu darmadağın etdi. Məhəmməd şah sülh müqaviləsi bağlamağa məcbur qaldı. 31-də ordusu ilə birgə Nadirə təslim oldu. Məhəmməd şah da türk-soylu sülalədən olan bir şah idi. Ona görə Nadir şah onun şahlığını əlindən almadı bu mərhəmət müqabilində 150 (75 milyon) kurur tümən müharibə xərci kimi Hindistan tərəfindən ödənildi. Eyni zamanda müqavilədə hansı ərazilərin əfşarlar dövlətinin tərkibinə qatılması da dəqiqləşdirildi. Bu ərazilər aşağıdakılar idi: Ətək çayının və Sind çayının Absind və Nalasəng qalalarından qərbdə olan ərazilər, yəni, Pişavər, Kabul əyaləti, Qəzni, Əfqanıstan, hezarələr yaşayan ərazilər və s. Bir sözlə Ətək çayının qərbindən başlayaraq keçmiş Səfəvi sərhədlərinə qədər olan ərazilər Azərbaycana verilməli idi. Həmin ərazilərin idarə edilməsi Nadir şah sarayının ixtiyarna verilirdi. Hindistan daxilindəki işləri nizama saldıqdan, çoxlu sayda sərvət ələ keçirdikdən və istirahət üçün zəruri olan vaxt başa çatdıqdan sonra Nadir şah geri qayıtmaq qərarına gəldi. "Tarix-e Cahanqoşaye Naderi"nin yazdığına görə, Nadir şah Hindistanda 57 gün qaldıHindistandakı işləri qaydaya salandan sonra Nadir şah Türküstana yürüşə hazırlaşır. Türküstana yürüş başlanmasının əsas səbəbi Türküstan xanı İlbars xanın Nadir şaha qarşı saymazyanalığı, dəfələrlə Xorasan vilayətinə basqınlar etməsi, Xorasana növbəti müdaxilələrin qarşısının birdəfəlik alınması istəyi idi. 1740-cı ilin yazında Türküstana doğru yürüşə başladı. Nadirin Türküstana yürüşü yerli xalqlar tərəfindən çox sevinclə qarşılandı. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadirin qoşunlarının üzünə açılırdı. Tezliklə Nadirin qoşunları 1740-cı il avqustun 20-də Kərki məntəqəsinə daxil oldular. Türküstan xanı Əbülfəz Əmir Teymura məxsus olan qılıncı, Çingiz xana məxsus olan dəbilqə və zirehi və çoxsaylı hədiyyələri, eyni zamanda bütün xəzinəsini Nadir şaha hədiyyə etdi. Nadir də öz növbəsində, Hindis tandan gətirdiyi qiymətli hədiyyələrdən Əbülfəz xanı və digər ona tabe olan əyyanları mükafatlandırdı. Əbülfəz xan ilə barışıq sazişi əldə edildikdən sonra Nadir şah Əbülfəz xanı yenidən Türküstan xanı elan etdi(vassal olaraq). 1740-cı il oktyabr ayın 17-də Türküstanın şahlıq tacını ona qaytardı. 1740-cı il noyabr ayının 14-də İlbars xan məğlub edilərək öldürüldü və tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də Nadirin hakimiyyətini qəbul etdilər. Nadir şah tezliklə Xivədə, Xarəzmdə öz hakimiyyətini bərqərar etdi. Nadir şah Hindistanı və Türküstanı fəth etdikdən sonra Məşhədə qayıtdı. Daxili idarəçilik və qoşunların nizamlanması ilə məşğul oldu. Türküstanın fəthindən sonra qardaşı İbrahimin qisasını almaqdan ötrü Dağıstana yürüş etməli idi. Həmçinin bu yürüş İbrahim xanın qisasının alınmasından başqa Dağıstan ərazisini və rus qoşunlarının da Şimali Qafqaza girməsinin qarşısını almaq idi. 1741-ci il mart ayının 14-də Nadir şahın qoşunları Məşhəddən Dağıstana doğru istiqamət götürdülər. 1742-ci ilin mayında Tabasaranda Nadir böyük əməliyyat keçirdib həmin əraziləri itaət altına aldı. Nadir Dağıstanda, Qumuxda, Qaraqayıtda və Tabasaranda çox ciddi müqavimətə rast gəldi. Nadir belə bir qərara gəldi ki, burada hücumlarını dayandırsın. Dağıstanın nüfuzlu əyyanlarından olan Üsmi Əhməd xan Qürreyş qalasında Nadirə ciddi müqavimət göstərdi, lakin Nadirin qoşunları tezliklə Qürreyş qalasını da ələ keçirtdi. Üsmi Əhmət xan gizlincə qaladan qaçaraq Avara üz tutdu. Nadirin əmri ilə Qürreyş qalası yerlə yeksan edildi. Döyüşlərin son dərəcə ağır getməsinə baxmayaraq, Nadir şahın qoşunları Dağıstanın böyük bir hissəsini nəzarət altına ala bildi. 1742-ci ilin oktyabrında Samurçay ətrafında məskunlaşan və Nadir şaha itaətini bəyan edən dağlılar Nadir şah tərəfindən bahalı hədiyyələrə layiq görüldü. Parçalanması və dağılması Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər həmişəkeşiyin dəstəyi ilə gecə yarı Nadir şahın çadırına daxil oldular, Nadir şahı qətlə yetirdilər. Əliqulu xan Nadir şahın qətli xəbərini alan kimi dərhal Məşhədə yola düşdü və Nadir şahın öldürülməsindən 16 gün sonra özünü Məşhəddə ölkə şahı elan etdi. Əliqulu xanın əmri ilə Kelatda Rzaqulu Mirzə və Nadir şahın övlad və nəvələrindən daha 16 nəfəri qətlə yetirildi. Qətlə yetirilənlər arasında Nadir şahın kiçik yaşlı övladları və nəvələri var idi. Ədalətli şah olacağını qabartmaq üçün Əliqulu xan adını da dəyişdirdi və Adil şah adını öz üzərinə götürdü. Ona bəzən Əli şah kimi də müraciət olunurdu. 1748-ci ilin iyulunda Adil şah qardaşı İbrahim tərəfindən məğlub edilərək öldürüldü. Nadir şahın həyatına qəsd edən Adil şahın şahlığı cəmi bir il çəkdi. İbrahim xan özünü şah elan etdi və adına sikkə zərb etdirdi. 1748-ci ildə İbrahim şah Əfşar ölkədə çox böyük gücə malik olan Əmiraslan xanı Marağa yaxınlığında məğlub edəndən sonra bütün hakimiyyəti öz əlində birləşdirdi. Əmiraslan xan məğlubiyyətə uğradıqdan sonra Azərbaycanda, Gürcüstanda, Luristanda, Xuzistanda, Farsda və Fars körfəzində, habelə Kirmanda olan Nadir şah qoşunlarının qalıqları, habelə əfqan və özbək tayfaları onun tərəfinə keçdilər. Eyni zamanda adları çəkilən vilayətlər də onun nəzarəti altına düşdülər. Mənbələrin verdiyi məlumata görə, İbrahim xanın tabeliyində olan qoşunların ümumi sayı 120 min nəfərə çatdı . İbrahim şah isə Şahrux Mirzə tərəfindən öldürüldü. Şahrux şahın da hakimiyyəti uzun sürmədi. Bir müddətdən sonra Şah Sultan Hüseynin bacısının əri, Seyid Məhəmməd adlı birisi Şahrux şahı sünniliklə bağlı olması bəhanəsi ilə ona qarşı təbliğata başladı və ətrafına xeyli adam toplaya bildi. Onun tərəfdarları o qədər çoxaldı ki, hətta Şahrux şahın üzərinə qoşun da çəkdi. Seyid Məhəmməd öz tərəfdarları ilə birlikdə Şahrux şaha üstün gəldi. Şahrux şah həbs edilib gözləri çıxardıldı. Seyid Məhəmməd özünü Süleyman şah adı ilə şah elan etdi. Bununla da əslində, ölkə daxilində yenidən hərc-mərclik yaranmasına rəvac verildi. Çox keçmədi ki, Şahrux Mirzənin sərkərdələrindən olan Yusifəli adlı birisi Süleyman şahın üstünə qoşun çəkdi. Onu öldürdü və Şahrux şah yenidən şah elan edildi. Qısa müddətdən sonra Xorasanda güclənən çəkişmələr nəticəsində Şahrux Mirzə bir daha taxt tacdan uzaqlaşdırıldı. Əhməd xan Əbdali Dürraninin rəhbərliyi altında olan əfqanlar hücumla Məşhədi tutub Şahrux şahı yenə taxta çıxardılar. Ölkədə qızışan daxili çəkişmələr Şahrux şahın hakimiyyətini yalnız Xorasan vilayəti ilə məhdudlaşdırırdı. Digər vilayətlərin hakimləri isə Şahrux Mirzə hakimiyyətini tanımaq istəmirdilər. 1796-cı ildə Xorasan vilayəti də Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qaldı. Ağa Məhəmməd xan Şahruxu taxtdan saldı və öldürdü. Şahrux şahın oğlu II Nadir şah əfqanların köməyi ilə 1800-cü ildə Xorasanda özünü hakim elan etdi. 1805-ci ildə o, Fətəli şah Qacar tərəfindən qətlə yetirildi. Bununla, Nadir şahın ölümündən 58 il sonra onun sülaləsinə də son qoyuldu. Əfşarların mənşəyi "Əfşar" – yəni "ovda çevik olan". Onlar Oğuz xanın oğlu Ulduz xanın övladlarıdır. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Mahmud Kaşğariyə görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın(Afşarın) soyundan gəlir. Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə Azərbaycana, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, və Əfqanıstana da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər. Türklük şuurları olduqca güçlü bir boydur.Azərbaycanda Əfşarların birinci dalğası 1399–1400-cü ildə Əmir Teymur tərəfindən, Qorgin Bəy Usalu (Qurd Osalu) adında birini bu bölgənin (Urmiyanın) valisi təyin edən zaman yerləşmişdir. Əfşar şahları Ənvər Çingizoğlu, Aydın Avşar. Avşar eli və Avşarlar. Bakı: "Şuşa" nəşriyyatı, 2008. Həmçinin bax Urmiya xanlığı Əfşar imperiyasının hərbi sistemi Bakı xanlığı Qarabağ xanlığı Əfşar imperiyasının hərbi donanması Xalxal xanlığı Həmçinin bax İran körfəzi və Omanda Əfşar fəthləri
https://az.wikipedia.org/w/index.php?curid=718329
Əfşar şahları
Azərbaycan Tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya. Ənvər Çingizoğlu. Aydın Avşar. Avşarlar. Bakı. "Şuşa". 2008. 352 səh. Ədalət Tahirzadə. Nadir şah Əfşar.(Tərcümeyi-hal oçerki). 2-ci nəşr. Bakı. “Çıraq” nəşriyyatı. 2005. 40 səh. Azərbaycan Tarixi. I cild. (ən qədim zamanlardan XX əsrədək). Bakı. "Azərnəşr". 1994. 680 səh. Həmçinin bax Əfşarlar imperiyası
https://az.wikipedia.org/w/index.php?curid=551859
Əfşarca
Əfşar və ya Əfşari adlanan Azərbaycan türkcəsinin dialektlərindən biri — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Kabil Əfşar dialektini Azərbaycan dilinin dialektlərinin XIV (14-cü) qrupuna aid edir. Bu dialektdə danışan qruplar hal-hazırda Azərbaycanda, Türkiyədə, İranda, Suriyada və Əfqanıstanda yaşamaqdadırlar. Ethnologue və Glottolog bu dialkekti Cənubi Azərbaycandakı dilin dialekti olaraq qruplaşdırmışdır. İranika Ensiklopediyası isə onu müstəqil Cənubi Oğuz dili kimi təqdim edir.İslam Ensiklopediyasının üçüncü nəşrində bunlar qeyd edilmişdir: Linqivistik olaraq Əfşari Türk dillərinin Cənubi Oğuz qrupuna (cənub-qərbi türk dilləri) aid edilir (Johanson, History of Turkic, 82–3), və ya Cənubi Azərbaycan türkcəsinin dialekti kimi təqdim edilir. Farsdilli bir mühitdə yerləşdiklərinə görə, bir çox hallarda farsi dili əfşarların ana dilinə çevrilmişdir. Digər qruplar isə ikidilli olmuşdurlar (Kirmanda olduğu kimi). Bundan başqa, görünüşə görə, digər dillərlə olan kontaktlar orijinal dialekti transformasiya etmişdir. 2009-cu ildə müxtəlif Əfşar qruplarının linqvistik müqayisəsi diqqətəlayiq olaraq qalır. Əfşari dialekti fars dilindən xeyli sayda alınma sözlər almış və Özbək dilində olduğu kimi /a/ foneminin [ɒ]-a yuvarlaqlaşdırılması baş vermişdir. Bəzi hallarda, Azərbaycan dili ilə Əfşari arasında müəyyən fərqlər də görülməkdədir. Məsələn, Əfşari də yiz (100) kimi işlənən söz Azərbaycan dilində yüz kimi işlədilir. Özünün Kirman, Kabil və Həmədan dialektləri vardır. Həmçinin bax Əfşar sülaləsi Qaşqay dili Şəki dialekti Aynallu dialekti Erik Anonby. Atlas of the Languages of Iran A working classification. Ottawa: Carleton University. 2006. Azerbaijani, South. Ethnologue. 2022. Glottolog 4.6 - Afshari. Glottolog. 2022. Michael Knüppel, E. "TURKIC LANGUAGES OF PERSIA: AN OVERVIEW". Encyclopædia Iranica. TURKIC LANGUAGES OF PERSIA: AN OVERVIEW. Encyclopædia Iranica. 2000. Georg Stöber. Afshār. Encyclopaedia of Islam (3rd ed.) - Brill Online. In Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (eds.). 2010. ISBN 1873-9830.
https://az.wikipedia.org/w/index.php?curid=85423
Əfşarcıq (Həştrud)
Həştrud (fars. افشارجيق) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (86 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687816
Əfşarlar
Əfşarlar — Türk xalqı, 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Əfşarlar — 1732-1802-ci illərdə hökmranlıq etmiş xanədanlıq.
https://az.wikipedia.org/w/index.php?curid=17732
Əfşarlar (boy)

https://az.wikipedia.org/w/index.php?curid=551852
Əfşarlar (xanədan)
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə) (farsca: ایران افشاری) — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir. Səfəvi şahı II Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o, 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu. Əfşarlar sülaləsinin mənşəyi İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuz eli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə Azərbaycana, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, və Əfqanıstana da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər.Bu adın əfşar Azərbaycan-türk mənşəli etnonimdən yaranması şübhə doğurmur. Əfşarlar Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində toponimlərin yaranmasında fəal iştirak edən etnos olmuşlar. Avşar etnonimi İran ərazisində də çox yayılmışdır. Türk xalqlarının abidələrində bu tayfanın adı çəkilir. Əfşarların İranda geniş ərazidə yayıldığını V. İ. Savina qeyd edir: "Əfşarlar İranın türk əhalisinin arasında hazırkı dönəmdə böyük qrupları vardır. Səfəvilərə qədər Azərbaycanda (Cağatu çayından şərqdə), sonra demək olar ki, hər tərəfə yayıldılar. İndi onlara Azərbaycanda rast gəlmək mümkündür." Əfşarların 1071-ci il Malazgird döyüşündə Anadolunun türk yurdu halına gəlməsində Qayılar, Qınıqlar kimi ilk sıralarda yer aldıqlarını göstərən mənbələr mövcuddur. Onlar, türk ulusu içərində bir boy olduğuna baxmayaraq türk topluluğu arasında əfşarların adı çox çəkilir. Əfşarlar Oğuzların islamdan öncəki tarixində də əhəmiyyətli rol oynamış boylardan biridir.Tarixi araşdırmalardan birində Əfşar boyunun Şahsevən boyundan yaranması və Kerman vilayətində yerləşməsi qeyd olunur. Məlumdur ki, Şahsevən boyu da türk boyudur və əfşarlar bu boydan yaranması haqqında ciddi faktlar yoxdur. Əfşarların Kerman vilayətində yaşamasını isə tarixi ədəbiyyatda Səfəvi dövrü ilə bağlılığı və əfşarların Kerman ətrafına Şah İsmayıl tərəfindən köçürülməsi təsdiqlənir. O da bildirilir ki, "Kerman ətrafında hazırda da əfşarlar yaşamaqda davam edirlər. Ancaq onların çoxu fars əhalisi ilə assimliyasiya olunmuş və çox az bir hissəsi hazırda ana dilində danışa bilir."Nadir şah haqqında irihəcmli tədqiqat əsərinin müəllifi olan Əbuturab Sərdadvər öz kitabında Əfşar boyunun ilkin olaraq Qafqazda və Azərbaycan məskunlaşdıqlarını təsdiq edir. Və sonra da bu boyun sırf İran boyu olduğunu iddia edir. Müəllif əlavə edir ki, bu boyun yalnız dili Azərbaycan dilidir. Qalan bütün xüsusiyyətləri isə İranla bağlıdır. Başqa bir İran təqdiqatçısı Əlirza Əfşar Cəm də Əfşar boyunu tamamilə İranla bağlayır və onun türklərə ümumiyyətlə heç bir aidliyi olmadığını irəli sürür. Onun iddiasına görə Əfşarlar qədim İranın qədim tayfalarından olmaqla part irqinə mənsubdurlar. Müəllif yazır ki, yalnız monqol hücumları başlayarkən onlar Türküstandan hərəkət edib Qərbi Azərbaycana köç etmişlər.L. Lokkart da bu fikri təsdiq edir. Onun yazdıqlarına görə, əfşarlar Mərkəzi Asiyadan monqol hücumları nəticəsində sıxışdırılaraq Azərbaycana köçmüş və sonra da buradan İranın bütün ərazisinə yayılmışlar. Lokkartın istinad etdiyi fikrə görə, əfşarların Mərkəzi Asiyadan Azərbaycana doğru hərəkət etməsi XVI əsrdə baş vermişdir. Nadir şah (1736–1747) Əfşar sülaləsinin hakimiyyətə gəlməsi Nadirqulu xan Əfşar 1730–1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732–1736-cı illərdə isə şahın qəyyumu idi. 1732–1736-cı illərdə Səfəvilər dövlətinin itirilmiş bütün ərazilərini geri qaytaran Nadir 1736-cı ilin əvvəllərində özünü şah elan etmək üçün münasib şərait yaratdı. Əvvəlcədən hazırlanmış plana görə III Şah Abbasın qəflətən ölümündən istifadə edərək, 1736-cı ilin martın 21-də Suqovuşan adlanan yer olan Qalaqayında (indiki Sabirabad şəhərində Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan qurultayında Nadir xan özünü şah elan etdi. Beləliklə, əslində Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu və İranla Azərbaycanda yeni türk-müsəlman sülaləsi olan Əfşarlar sülaləsi hakimiyyətə gəldi. Dağıstanda Əfşarlar əleyhinə üsyanlar Nadir şahın fəthləri Nadir şah ömrünün təqribən 37 ilini müxtəlif döyüşlərdə at belində keçirib, xarici işğalçılara qarşı 120-dən artıq irili-xırdalı müharibələr aparmışdır. Onların çox azında məğlub olsa da, bu uğursuzluqların heç biri onu ruhdan salmamış, əksinə o, məğlubiyyətin səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəm hazırlıqla hücuma keçib, düşmənlərinin məğlub etmişdir. Bu misilsiz sərkərdə öz polad iradəsi, cəsarəti, mətanəti, möhkəm səbri, ağıllı tədbirləri, hədsiz rəşadəti və şücaəti ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb, daxili və xarici düşmənlərin öhdəsindən layiqincə gəlirdi. Get-gedə Nadirin əhatəsi və şöhrəti böyüdü. 1719–1720-ci illərdə Nadir Kelata hücum etdi və oranı tutdu. Kelat qalasının hakimini və onun qoşunlarını əsir aldı. Nadir 1727-ci ildə Bağdaddakı əfqanları və qiyamçılarını qılıncdan keçirtdi. Nadir 500 nəfərlə 4 gün içərisində əfqanların içərisinə elə bir vəlvələ saldı ki, əfqanlar Herata doğru geri çəkildilər. O, 1729-cu ildə əfqanları Bəstanda, Mehmandüştanda, Xar dərəsində darmadağın etdi. 1729-cu il 26 oktyabrda isə İsfahan şəhərini əfqanlardan təmizlədi. Tezliklə Nadir Şiraza doğru hücum edib, əfqan ordusunu darmadağın etdi. Əfqan ordusunun başçısı Əşrəf xan Sistanndə öldürüldü Əşrəfin öldürülməsi ilə əfqanlar üzərində 1730-cu ildə qəti qələbə çalındı. 1729-cu ildə Qəndahar şəhərində, Dəludustanda əfqan qüvvələri tamamilə darmadağın edildi. Nadir Qəndəharı tutmaqla Səfəvi ordusunun şərəfini və eyni zamanda Səfəvilərin əldən getmiş torpaqlarını geri qaytardı. Nadir 1730-cu ilin mart ayında 25 min atlı və xeyli sayda qoşunla Həmədana doğru irəlilədi. Nadir qəflətən Nəhavənddə Osmanlı qoşunlarını darmadağın etdi və osmanlı ordusunun baş komandanı Osman paşa Həmədana qaçdı. Nadir irəliləyərək daha sonra 50 minlik Osmanlı ordusuna ağır zərbə vurdu və Osmanlı ordusu məğlub olub Bağdada çəkildi. Çoxlu sayda silah, at və cəbbəxana sursatları Nadirin əlinə keçdi. Nadir tezliklə Həmədanı tutub Kirmanşaha hücum etdi. Osmanlı ordusunun baş komandanı Həsən paşa Kirmanşahı buraxıb, Həmədana qaçdı. Nadir şah Azərbaycanı osmanlılardan təmizləmək üçün Gürcüstandan Azərbaycan ərazisinə keçdi. Bu xəbəri eşidən Osmanlı sultanı 1730-cu ilin 24 iyulunda Səfəvilərə rəsmi müharibə elan etdi. Nadir Miyandaba şəhərində toplaşan Osmanlı qoşunlarına hücum etdi, 100 minlik Nadiri nqoşunu qarşısında Osmanlı ordusu Marağaya doğru qaçdı. Nadir şah onları təqib edib, Marağanı və onun ətrafını osmanlılardan azad etdi. Nadir iki gün Marağada qaldıqdan sonra Təbrizi azad etmək üçün Təbrizə doğru hücuma keçib, Rüstəm paşa və Mustafa paşanın ordularını darmadağın edib, 17 avqust 1730-cu ildə Təbrizi osmanlılardan azad etdi. Nadirin dalbadal qələbələri osmanlıları narahat etdi. Osmanlılar elə zənn edirdilər ki, ruslar Nadirə kömək edirlər. O dövrün fransız səfiri Şevalye Qerqan 1730-cu ildə İsfahandan Fransaya gedərkən yazır: "Bəsrədən Bağdada, Hələb darvazalarına qədər hamı Nadir xanın adı gələndə tir-tir əsirdi".'II Şah Təhmasib 1731-ci ildə osmanlılarla müharibəyə başladı, lakin II Şah Təhmasibin ordusu Həmədan yaxınlığında Qurcanda osmanlılarla döyüşdə məğlub oldu və yenidən osmanlılar Əli paşanın başçılığı ilə Azərbaycana yürüş edib, Təbrizi, Marağanı tutdu. 11 yanvar 1732-ci ildə Təhmasib şah osmanlılar ilə sülh müqaviləsi(Kirmanşah müqaviləsi) bağlamalı oldu. 1732-ci ildə Nadir Şah Təhmasibi hakimiyyətdən kənarlaşdırıb, 8 aylıq III Şah Abbası Səfəvi şahı elan etdi. Tezliklə Nadir 1732-ci ildə Kirmanşahı osmanlılardan azad etdi. Daha sonra o, Kərkük və Van şəhərlərinə hücum edib, osmanlı ordusundan azad etdi. Bağdada doğru hücuma keçdi, tezliklə o, Kərbəla, Nəcəf və köhnə Bağdad şəhərini tutdu. Osmanlı imperatoru Bağdadın vəziyyətinin çətin olduğunu görüb, görkəmli sərkərdəsi Topal Osman paşanı 100 minlik qoşunla Bağdada göndərdi. Bu döyüşdə Osman paşa öldürüldü. Nadir tezliklə Təbrizi də azad etdi və yenidən 30 minlik ordu ilə Bağdada qayıtdı. Bir neçə gündən sonra Osmanlı ordusuna rəhbərlik edən Əhməd paşa Nadirin yanına adam göndərib, sülh müqaviləsi bağlamasını təklif etdi. Tutduqları bütün Səfəvi torpaqlarını geri qaytaracaqlarını vəd etdi. 1733-cü ilin qışında osmanlılarla sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən Səfəvi əsirləri və işğal olunmuş Səfəvi torpaqları geri qaytarıldı. Bundan sonra Nadirin qoşunları 1734-cü ilin 21 martında Novruz bayramını Şirazda təntənə ilə qeyd etdi və Osmanlı dövlətinə xəbərdarlıq etdi ki, Araz çayının şimalındakı Azərbaycan torpaqlarını geri qaytarsınlar. Tezliklə Nadir anladı ki, Osmanlı dövləti Bağdad sülhünə əsasən Araz çayının şimalında olan Azərbaycan torpaqlarını qaytarmaq istəmir. Nadir rus hökumətinin səfiri Kaluşkindən Xəzərboyu əyalətlərdən əl çəkməyi tələb etdi. Nadir Şamaxıya hücum edib (bu taktiki siyasi addım idi) rus dövlətini qorxuya saldı, həmçinin gürcü çarı VI Vaxtanq Nadirin qorxusundan ruslara itaət etməkdən əl çəkib, Nadirə itaət etdi. 1735-ci il noyabrın 10-da Gəncədə bağlanan müqaviləyə əsasən rus qoşunları zəbt etdikləri Xəzəryanı ərazini Nadirin hücumundan qorxub tamamilə tərk etdilər. 1735-ci ilin yazında Nadir, demək olar ki, Azərbaycanın qərb torpaqlarını – Gəncəni, Borçalını, İrəvanı, həmçinin Gürcüstanı, osmanlılardan azad etdi. 1735-ci ildə Qarsı mühasirəyə aldı, may ayının 15-də Qarsı və onun ətrafını ələ keçirtdi. Nadirin qoşunları Osmanlı ərazisində Ərzurum, Qars, Van əyalətlərini və bir sıra şimal bölgələrini yenidən öz imperiyasının tərkibinə qatdı. Bundan sonra o, qoşununu cənuba – Fars körfəzinin əyalətlərinə çəkib, tezliklə Bəsrəni, Bəhreyni ələ keçirdiyi Fars körfəzində apardığı müharibələrdə dəniz donanmasının da yaranmasına böyük əhəmiyyət verdi. 1741-ci ildə Dərbənddən Osmanlı dövlətinə tərəf geri qayıtdı. Dərbənddə olarkən o, Xəzər dənizində də donanma təşkil etmək və gələcəkdə türklərin əzəli torpağı olan Həştərxan və Volqaboyu əraziləri də ələ keçirtmək niyyətində idi, lakin osmanlılarla gedən müharibə onu bu fikrindən daşındırdı. Nadir şah Rusiya və Osmanlı dövlətləriylə əlaqələri nizama saldıqdan sonra Hindistana üz tutur. Nadir şahın Hindistana yürüşünün səbəbi bu ölkənin ərazisində sığınacaq tapan qiyamçı əfqanlara qarşı Hindistan sarayının qətiyyətli mövqe tutmaması ilə əlaqələndirilir. İstər şimaldakı əbdali əfqanları, istərsə cənubda gilzayi əfqanları mütəmadi olaraq qiyamçı yürüşlər edib mərkəzi dövlətin möhkəmlənməsinə zərbə vurdular. Hakimiyyətinin möhkəmləndirilməsi üçün ciddi narahatlıq mənbəyi olan əfqan qiyamçılarının əsas qüvvələrinin birdəfəlik susdurulması Nadir şahın arzularından biri idi, amma əfqanlar Nadir şahın qoşunlarının təqibindən qaçıb Hindistan ərazisində sığınacaq tapa bilirdilər. Nadir şah Hindistan padşahı Məhəmməd şah Gurganinin nəzərinə çatdırdı ki, Qəndəharın gilzayi əfqanlarından təmizlənməsi üçün lazımi tədbirlər həyata keçirəcəkdir. Bu zaman əfqanlar Kabula və oradan da Hindistana geri çəkiləcəklər. Nadir şah buna yol verməmək üçün sərhədlərin bağlanmasını xahiş edirdi. Nadirin göndərdiyi elçinin Məhəmməd şah qayıtmasına izin vermədi. Nadir bundan qəzəblənib, 1738-ci ilin yazında Qəznə və Kabula hərəkətə keçdi. 1738-ci ilin 14 iyununda Nadirin qoşunları Qəznəyə çatdı. Oradan Kabula keçdi. Kabul hakimi Nəsir xan Dehlidən kömək istədi, lakin onlardan heç bir kömək gəlmədi. Tezliklə Kabul təslim oldu və Nadirin qoşunu Hindistanın paytaxtı Dehliyə doğru hücuma başladı. Onu da vurğulayıram ki, Nadir şah Məhəmməd şaha bir neçə dəfə müraciət etsə də, Məhəmməd şah ona cavab verməmişdi. Nadir də bu soyuqqanlılıqdan sonra Məhəmməd şahın üzərinə hücum etmək qərarına gəlimişdi. Tezliklə Pişəvər, Lahor əyalətləri Nadir tərəfindən zəbt olunur. Nadirin ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək, Yəminabadın, Abadı, Kəşmiri, Xornalı və Hindistanın başqa şəhərlərini ələ keçirtdi. Nadir şahın qoşunları Hindistanın qərb hissəsini fəth edib, Dehliyə yaxınlaşdılar. 1739-cu ilin 24 fevralında Məhəmməd şahın qoşunları Nadirin qoşunları ilə Dehlinin yaxınlığında, Karnal deyilən ərazidə qarşılaşdılar. Mənbələrə görə, hind qoşunlarının sayı 350 min nəfər, Nadir şahın qoşunlarının sayı isə 160 min nəfər idi. Hind qoşunlarının əhatə etdiyi ərazi 50 hektarlıq bir sahə idi. Bu üstünlüklərə baxmayaraq, tezliklə Nadirin ordusu özündən qat-qat güclü olan hind ordusunu darmadağın etdi. Məhəmməd şah sülh müqaviləsi bağlamağa məcbur qaldı. 31-də ordusu ilə birgə Nadirə təslim oldu. Məhəmməd şah da türk-soylu sülalədən olan bir şah idi. Ona görə Nadir şah onun şahlığını əlindən almadı bu mərhəmət müqabilində 150 (75 milyon) kurur tümən müharibə xərci kimi Hindistan tərəfindən ödənildi. Eyni zamanda müqavilədə hansı ərazilərin əfşarlar dövlətinin tərkibinə qatılması da dəqiqləşdirildi. Bu ərazilər aşağıdakılar idi: Ətək çayının və Sind çayının Absind və Nalasəng qalalarından qərbdə olan ərazilər, yəni, Pişavər, Kabul əyaləti, Qəzni, Əfqanıstan, hezarələr yaşayan ərazilər və s. Bir sözlə Ətək çayının qərbindən başlayaraq keçmiş Səfəvi sərhədlərinə qədər olan ərazilər Azərbaycana verilməli idi. Həmin ərazilərin idarə edilməsi Nadir şah sarayının ixtiyarna verilirdi. Hindistan daxilindəki işləri nizama saldıqdan, çoxlu sayda sərvət ələ keçirdikdən və istirahət üçün zəruri olan vaxt başa çatdıqdan sonra Nadir şah geri qayıtmaq qərarına gəldi. "Tarix-e Cahanqoşaye Naderi"nin yazdığına görə, Nadir şah Hindistanda 57 gün qaldıHindistandakı işləri qaydaya salandan sonra Nadir şah Türküstana yürüşə hazırlaşır. Türküstana yürüş başlanmasının əsas səbəbi Türküstan xanı İlbars xanın Nadir şaha qarşı saymazyanalığı, dəfələrlə Xorasan vilayətinə basqınlar etməsi, Xorasana növbəti müdaxilələrin qarşısının birdəfəlik alınması istəyi idi. 1740-cı ilin yazında Türküstana doğru yürüşə başladı. Nadirin Türküstana yürüşü yerli xalqlar tərəfindən çox sevinclə qarşılandı. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadirin qoşunlarının üzünə açılırdı. Tezliklə Nadirin qoşunları 1740-cı il avqustun 20-də Kərki məntəqəsinə daxil oldular. Türküstan xanı Əbülfəz Əmir Teymura məxsus olan qılıncı, Çingiz xana məxsus olan dəbilqə və zirehi və çoxsaylı hədiyyələri, eyni zamanda bütün xəzinəsini Nadir şaha hədiyyə etdi. Nadir də öz növbəsində, Hindis tandan gətirdiyi qiymətli hədiyyələrdən Əbülfəz xanı və digər ona tabe olan əyyanları mükafatlandırdı. Əbülfəz xan ilə barışıq sazişi əldə edildikdən sonra Nadir şah Əbülfəz xanı yenidən Türküstan xanı elan etdi(vassal olaraq). 1740-cı il oktyabr ayın 17-də Türküstanın şahlıq tacını ona qaytardı. 1740-cı il noyabr ayının 14-də İlbars xan məğlub edilərək öldürüldü və tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də Nadirin hakimiyyətini qəbul etdilər. Nadir şah tezliklə Xivədə, Xarəzmdə öz hakimiyyətini bərqərar etdi. Nadir şah Hindistanı və Türküstanı fəth etdikdən sonra Məşhədə qayıtdı. Daxili idarəçilik və qoşunların nizamlanması ilə məşğul oldu. Türküstanın fəthindən sonra qardaşı İbrahimin qisasını almaqdan ötrü Dağıstana yürüş etməli idi. Həmçinin bu yürüş İbrahim xanın qisasının alınmasından başqa Dağıstan ərazisini və rus qoşunlarının da Şimali Qafqaza girməsinin qarşısını almaq idi. 1741-ci il mart ayının 14-də Nadir şahın qoşunları Məşhəddən Dağıstana doğru istiqamət götürdülər. 1742-ci ilin mayında Tabasaranda Nadir böyük əməliyyat keçirdib həmin əraziləri itaət altına aldı. Nadir Dağıstanda, Qumuxda, Qaraqayıtda və Tabasaranda çox ciddi müqavimətə rast gəldi. Nadir belə bir qərara gəldi ki, burada hücumlarını dayandırsın. Dağıstanın nüfuzlu əyyanlarından olan Üsmi Əhməd xan Qürreyş qalasında Nadirə ciddi müqavimət göstərdi, lakin Nadirin qoşunları tezliklə Qürreyş qalasını da ələ keçirtdi. Üsmi Əhmət xan gizlincə qaladan qaçaraq Avara üz tutdu. Nadirin əmri ilə Qürreyş qalası yerlə yeksan edildi. Döyüşlərin son dərəcə ağır getməsinə baxmayaraq, Nadir şahın qoşunları Dağıstanın böyük bir hissəsini nəzarət altına ala bildi. 1742-ci ilin oktyabrında Samurçay ətrafında məskunlaşan və Nadir şaha itaətini bəyan edən dağlılar Nadir şah tərəfindən bahalı hədiyyələrə layiq görüldü. Parçalanması və dağılması Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər həmişəkeşiyin dəstəyi ilə gecə yarı Nadir şahın çadırına daxil oldular, Nadir şahı qətlə yetirdilər. Əliqulu xan Nadir şahın qətli xəbərini alan kimi dərhal Məşhədə yola düşdü və Nadir şahın öldürülməsindən 16 gün sonra özünü Məşhəddə ölkə şahı elan etdi. Əliqulu xanın əmri ilə Kelatda Rzaqulu Mirzə və Nadir şahın övlad və nəvələrindən daha 16 nəfəri qətlə yetirildi. Qətlə yetirilənlər arasında Nadir şahın kiçik yaşlı övladları və nəvələri var idi. Ədalətli şah olacağını qabartmaq üçün Əliqulu xan adını da dəyişdirdi və Adil şah adını öz üzərinə götürdü. Ona bəzən Əli şah kimi də müraciət olunurdu. 1748-ci ilin iyulunda Adil şah qardaşı İbrahim tərəfindən məğlub edilərək öldürüldü. Nadir şahın həyatına qəsd edən Adil şahın şahlığı cəmi bir il çəkdi. İbrahim xan özünü şah elan etdi və adına sikkə zərb etdirdi. 1748-ci ildə İbrahim şah Əfşar ölkədə çox böyük gücə malik olan Əmiraslan xanı Marağa yaxınlığında məğlub edəndən sonra bütün hakimiyyəti öz əlində birləşdirdi. Əmiraslan xan məğlubiyyətə uğradıqdan sonra Azərbaycanda, Gürcüstanda, Luristanda, Xuzistanda, Farsda və Fars körfəzində, habelə Kirmanda olan Nadir şah qoşunlarının qalıqları, habelə əfqan və özbək tayfaları onun tərəfinə keçdilər. Eyni zamanda adları çəkilən vilayətlər də onun nəzarəti altına düşdülər. Mənbələrin verdiyi məlumata görə, İbrahim xanın tabeliyində olan qoşunların ümumi sayı 120 min nəfərə çatdı . İbrahim şah isə Şahrux Mirzə tərəfindən öldürüldü. Şahrux şahın da hakimiyyəti uzun sürmədi. Bir müddətdən sonra Şah Sultan Hüseynin bacısının əri, Seyid Məhəmməd adlı birisi Şahrux şahı sünniliklə bağlı olması bəhanəsi ilə ona qarşı təbliğata başladı və ətrafına xeyli adam toplaya bildi. Onun tərəfdarları o qədər çoxaldı ki, hətta Şahrux şahın üzərinə qoşun da çəkdi. Seyid Məhəmməd öz tərəfdarları ilə birlikdə Şahrux şaha üstün gəldi. Şahrux şah həbs edilib gözləri çıxardıldı. Seyid Məhəmməd özünü Süleyman şah adı ilə şah elan etdi. Bununla da əslində, ölkə daxilində yenidən hərc-mərclik yaranmasına rəvac verildi. Çox keçmədi ki, Şahrux Mirzənin sərkərdələrindən olan Yusifəli adlı birisi Süleyman şahın üstünə qoşun çəkdi. Onu öldürdü və Şahrux şah yenidən şah elan edildi. Qısa müddətdən sonra Xorasanda güclənən çəkişmələr nəticəsində Şahrux Mirzə bir daha taxt tacdan uzaqlaşdırıldı. Əhməd xan Əbdali Dürraninin rəhbərliyi altında olan əfqanlar hücumla Məşhədi tutub Şahrux şahı yenə taxta çıxardılar. Ölkədə qızışan daxili çəkişmələr Şahrux şahın hakimiyyətini yalnız Xorasan vilayəti ilə məhdudlaşdırırdı. Digər vilayətlərin hakimləri isə Şahrux Mirzə hakimiyyətini tanımaq istəmirdilər. 1796-cı ildə Xorasan vilayəti də Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qaldı. Ağa Məhəmməd xan Şahruxu taxtdan saldı və öldürdü. Şahrux şahın oğlu II Nadir şah əfqanların köməyi ilə 1800-cü ildə Xorasanda özünü hakim elan etdi. 1805-ci ildə o, Fətəli şah Qacar tərəfindən qətlə yetirildi. Bununla, Nadir şahın ölümündən 58 il sonra onun sülaləsinə də son qoyuldu. Əfşarların mənşəyi "Əfşar" – yəni "ovda çevik olan". Onlar Oğuz xanın oğlu Ulduz xanın övladlarıdır. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Mahmud Kaşğariyə görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın(Afşarın) soyundan gəlir. Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə Azərbaycana, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, və Əfqanıstana da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər. Türklük şuurları olduqca güçlü bir boydur.Azərbaycanda Əfşarların birinci dalğası 1399–1400-cü ildə Əmir Teymur tərəfindən, Qorgin Bəy Usalu (Qurd Osalu) adında birini bu bölgənin (Urmiyanın) valisi təyin edən zaman yerləşmişdir. Əfşar şahları Ənvər Çingizoğlu, Aydın Avşar. Avşar eli və Avşarlar. Bakı: "Şuşa" nəşriyyatı, 2008. Həmçinin bax Urmiya xanlığı Əfşar imperiyasının hərbi sistemi Bakı xanlığı Qarabağ xanlığı Əfşar imperiyasının hərbi donanması Xalxal xanlığı Həmçinin bax İran körfəzi və Omanda Əfşar fəthləri
https://az.wikipedia.org/w/index.php?curid=678205
Əfşarlar (xanədanlıq)

https://az.wikipedia.org/w/index.php?curid=552467
Əfşarlar boyu

https://az.wikipedia.org/w/index.php?curid=551853
Əfşarlar dövləti

https://az.wikipedia.org/w/index.php?curid=301928
Əfşarlar imperiyası

https://az.wikipedia.org/w/index.php?curid=672984
Əfşarlar imperiyası şahlarının siyahısı
Azərbaycan Tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya. Ənvər Çingizoğlu. Aydın Avşar. Avşarlar. Bakı. "Şuşa". 2008. 352 səh. Ədalət Tahirzadə. Nadir şah Əfşar.(Tərcümeyi-hal oçerki). 2-ci nəşr. Bakı. “Çıraq” nəşriyyatı. 2005. 40 səh. Azərbaycan Tarixi. I cild. (ən qədim zamanlardan XX əsrədək). Bakı. "Azərnəşr". 1994. 680 səh. Həmçinin bax Əfşarlar imperiyası
https://az.wikipedia.org/w/index.php?curid=294742
Əfşarlar sülaləsi

https://az.wikipedia.org/w/index.php?curid=153878
Əfşarlar İmperiyası

https://az.wikipedia.org/w/index.php?curid=481955
Əfşarlı (Xudabəndə)
Əfşarlı (fars. افشارلو) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (7 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=778196
Əfşaryerli
Avşar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Avşar kəndi rayon mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftərin"də Avşar kəndi, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftər"ində Əfşaryerli formasında, Qafqazın 5 verstlik xəritəsində Avşar kimi qeyd edilmişdir. Toponimiyası Mənbədə "Avşar-Yerli" kimidir. Digər adı — Kəl-Balavan . 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişlər. 1928-ci ildən sonra geri qayıtmış azərbaycanlılar 1949–1950-ci illərdə Azərbaycana köçürülmüşlər . Səlcuq oğuzlarının Avşar tayfasının adını əks etdirir. Bu tayfanın adı Mahmud Qaşqarlının (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsr) əsərlərində Afşar, Rəşid əd Dinin (XIV əsr) və Əbülqazi Xan Xivəlinin (XVII əsr) əsərlərində Avşar kimidir. XIV–XVII əsrlərdə Anadoluda bu etnonimin hər iki forması vardı (bax: "Türk dünyası tarixi" dərgisi, İstanbul, 1996, № 119). XVI əsrdə Səfəvilər dövlətinin Qızılbaş tayfalarından biri kimi bu tayfanın adı yalnız Əfşar kimidir. XV–XVI əsrlərdə bu tayfanın bir hissəsi qızılbaşlara qoşulduğuna görə Səfəvi şahları onlara Azərbaycanda və Ermənistanda ərazilər vermişdilər . (Türkiyədə Avşar adlı 86 kənd vardır (34, 409).Toponim "çevik və ovçuluğu sevən" mənasını verən avşar oğuz tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 13 tatar ailəsi, 42 kişi, 38 qadın, cəmi 80, 1873-cü ildə 886, 1886-cı ildə 1059, 1897-ci ildə 1164, 1904-cü ildə 1094, 1914-cü ildə 1203, 1916-cı ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıtmışlar. 1920-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. Burada 1922-ci ildə 420 nəfər azərbaycanlı 322 erməni, 1926-cı ildə 533 nəfər azərbaycanlı, 317 erməni, 1931-ci ildə 608 nəfər azərbaycanlı, 327 erməni yaşamışdır. 1930-cu ildən Qaranlıq (Martuni), Sisyan, Sevan, Basarkeçər (Vardenis) rayonlarından bura xeyli sayda ermənilər köçürülüb yerləşdirilmişdir. Z. Qorqodyanın "1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi" (İrəvan, 1932) kitabında göstərilir ki, 1831–1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışdır. Lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" əsərində bu fakt təhrif edilərək kənddə azərbaycanlıların yaşadığı göstərilmir. Həmin kitabda 1831–1916-cı illərdə kənddə yalnız ermənilərin yaşadığı qeyd edilir. Azərbaycanlılar 1948–1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarlarına əsasən zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=678586
Əfşin Əmiri Cəcin
Əfşin Əmiri Cəcin (fars. افشین امیری ججین) — azərbaycanlı yazıçı. Əfşin Əmiri Cəcin 1982-ci ildə İranın Ərdəbil şəhərində doğulub. Odiologiya, dilçilik və rehabilitasiya bölümündə fəlsəfə elmlər doktoru dərəcəsini alıb. 2010-cu ildə İranın "Gənclər" milli festivalında ədəbiyyat nominasiyasının qalibi olub. Odiologiya sahəsində dünyada ilk dəfə olaraq "Sırğa və yumşaq" model eşitmə cihazları ixtira edib. Biri... (kitab) Ödül (satirik pyes) Qaracaoğlanın seçilmiş şeirləri Oliver Tvist (ingiliscədən tərcümə) Xarici keçidlər [4] Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=277152
Əfəndi
Əfəndi (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Əfəndi (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=746158
Əfəndi (Göyçə)
Əfəndi — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə, Göyçə gölünün şimal-şərq sahilində yerləşir. Kəndin başqa adı erməni mənbəyində Rəhmankənd, Noraşen kimi də göstərilir. Lakin kəndin qədim və ilkin adı Əfəndikənd olmuşdur. 1930 - cu illərdə Kəvər (Kamo) rayonunun tərkibində olmuşdur. Kənddə XII əsrə aid azərbaycanlılara məxsus tarixi abidələr var. Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadədir. Kəndin adı Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Noraşen (Yeni kənd) qoyulmuşdur. Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 314 nəfər, 1897-ci ildə 422 nəfər, 1904 - cü ildə 479 nəfər, 1914 - cü ildə 654 nəfər, 1916-cı ildə 650 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə Kəndin sakinləri ermənilər tərəfindən vəhşicəsinə qovulmuşlar. Ermənilər buraya 1918-20-cı illərdə Türkiyədən köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönüb ermənilərlə bir yerdə yaşamağa məcbur olmuşlar. Burada 1922-ci ildə ermənilərlə yanaşı 7 nəfər, 1926-cı ildə 5 nəfər, 1931-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. Əfəndi kəndində 1918-ci ildə 654 nəfər əhalisi olub. Qırğınlar zamanı əhalinin yarıdan çoxu amansızlıqla qılıncdan keçirilib, bədənləri deşik-deşik edilib, gözləri çıxarılıb.
https://az.wikipedia.org/w/index.php?curid=412529
Əfəndi (Pəmbək)
Əfəndi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda Rayon mərkəzindən 5–7 km cənub-şərqdə, Pəmbək çayının sağ qolu üzərində, Qursalı kəndi ilə Saral kəndinin arasında yerləşir. Hamamlı rayonu təşkil edilənə kimi, 1937-ci ilə kimi, Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Karadzor qoyulmuşdur. Kənddə 1897-ci ildə 238 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1905-1906-cı illərdə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 1915-1918-ci illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 1926-cı ildə burada 10 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu ildə onlar kənddən sıxışdırılıb çıxarılmışdır. İndi yalnız ermənilər yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=441864
Əfəndi (dəqiqləşdirmə)
Əfəndi (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Əfəndi (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=444033
Əfəndi Kapiyev
Əfəndi Mansuroviç Kapiyev (13 mart 1909, Dağıstan vilayəti, Qumuq kəndi- 27 yanvar 1944, Pyatiqorsk) — Əsərlərini rus, lak və qumuq dillərində yazan Dağıstan sovet nəsr yazarı, ədəbiyyatşünas, publisist, şair, tərcüməçi. Əslən lak olan Əfəndi Kapiyev Dağıstanın Qumuq kəndində sənətkar, oymaçı və zərgər ailəsində anadan olmuşdur. Uşaqlığı Stavropol diyarında keçir, atasının yanında çalışaraq, burada rus dilini də öyrənir, Puşkin və Koltsovun şeirləri ilə tanış olur. 1919-cu ildə Kapiyevlər ailəsi Dağıstana qayıdır və Teymur-Xan-Şurada (1922-ci ildən-Buynaksk) məskunlaşırlar və daha sonra dağlı uşaqları üçün təyin edilmiş internat məktəbinə təyin edilmiş Buynaksk Pedaqoji Məktəbində təhsil alır. O, qumuq dilini mükəmməl bilirdi. 1928-ci ildən Buynaksk Pedaqoji Texnikumunu bitirdikdən sonra Aksay yeddi illik məktəbində rus dilindən dərs deməyə başlayır. 1929-cu ilin aprelində kəndin sakinlərindən biri - keçmiş çar zabiti Buday Xanla əlaqə saxlamaqda şübhəli bilinərək həbs edilir.1930-cu ildə Komsomol kuponu ilə Leninqrad Maşınqayırma İnstitutunda (Leninqrad Politexnik İnstitutunun filial universiteti) təhsil alır, lakin xəstəlik səbəbindən təhsilini yarımçıq qoyaraq Dağıstana qayıdır. Qumuq "Tovariş" qəzetinin redaksiyasında çalışır (qumuqca-Eldaş), daha sonra "Dağıstanın inşası" və "Kommunist təhsili üçün" jurnallarının məsul katibi olur. Əmək fəaliyyəti 1932-ci ilin əvvəlində Dağıstan Proletar Yazıçılar Birliyinin məsul katibi işləyir. I Ümumittifaq Yazıçılar Qrultayının hazırlığı ilə məşğul olur (1934), "Şturm" ədəbi-bədii jurnalının ilk və yeganə sayını buraxır və "Dağıstan Şairləri" kitabını redaktə edir. Birinci Ümumittifaq Yazıçılar Qrultayındə Kapiyev Dağıstan Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü olur, SSRİ Yazıçılarının I Qurultayına nümayəndə seçilir. İttifaq və muxtar respublikalardan olan bir qrup yazarla Moskva yaxınlığındakı Qorki qəsəbəsindəki şəhər kənarı bağında görüşür və şeirlərindən tərcümələrini onlara oxuyur. Elə həmin ildə SSRİ Yazıçılar İttifaqının üzvü olur.1935-ci ildə Pyatiqorsk şəhərinə köçür və burada "Gənc Leninist" qəzetinin redaksiyasında çalışır. Elə həmin il Dağıstanın xalq şairi Süleyman Stalskinin yaşadığı Aşağa-Stal kəndini ziyarət edir, burada iki yazıçının yaradıcılıq işbirliyi yaranır (digər məlumata görə də yazıçılar o vaxt artıq tanış idilər, çünki hər ikisi Dağıstan yazıçılarının və sovet yazıçılarının ilk qurultaylarının nümayəndələri idi.) 1937-ci ildən peşəkar ədəbi fəaliyyətlə məşğul olur, Dağıstanı çox gəzir, folklor materiallarını və Dağıstan şairlərinin, şifahi şeir nümayəndələrinin əsərlərini toplayır və qeydə alır. 1938-ci ilin dekabrında, romançıların onilliyində Moskva Yazıçılar Klubunda "Şair" əlyazmasının fəsillərindən birini oxuyur. 1940-cı ildə Moskvada keçirilən Ümumittifaq Folklorşünaslar Konqresində iştirak etdi; noyabrda Mahaçqaladakı Tarix, Dil və Ədəbiyyat İnstitutunda yaradıcı ziyalılarla görüşündə prototipi Stalski olan Şair əlyazmasının fəsillərini oxuyur. Xəstəliyi səbəbi ilə Böyük Vətən müharibəsinə, Qırmızı Orduya çağırılmayır. Müharibənin ilk günlərindən Pyatiqorsk Şəhər Müdafiə Komitəsinin göstərişi ilə əsərlərini xəstəxanalarda, faşizmə qarşı mitinqlərdə, cəbhəyə gedən əsgərlərin qarşısında, müdafiə quruluşlarının inşaatçılarının qarşısında oxuyaraq, təbliğ edir. Xalqı və qəhrəmanlıqları haqqında kitab yazması üçün 1942-ci ilin yanvar ayında S.P.Babayevski ilə birlikdə Cənub cəbhəsinə, Stavropol Süvari Diviziyasındakı fəal orduya göndərildi. "Cəbhədə Kazaklar" kitabı Pyatiqorskda nəşr edildi, lakin oxucuya çatmadı, bütün tirajı işğalçılar tərəfindən məhv edildi. 1942-ci ilin payızında "Dağıstanskaya Pravda" qəzetinin xüsusi müxbiri olaraq yenidən Mozdok yaxınlığındakı fəal orduya yollanır. Tezliklə qəzet səhifələrində "Qara Qarayev dəstəsində", "Almanların Qafqazdan məktubları" və s. nəşr olunur. 1942-ci il noyabrın 27-dən Şimali Qafqaz cəbhəsinin "Vətən üçün irəli!" qəzetində mülki müxbir olaraq çalışır. 21 yanvar 1944-cü ildə 5430 saylı Pyatiqorsk Xəstəxanasına yerləşdirildi və burada mədə xorasından əməliyyat olunaraq 27 yanvar tarixində vəfat edir. Atası Mansur Kapiev, anası isə Aişət Kapiyevadır. Həyat yoldaşı yazıçı Natalya Vladimirovna Kapiyevadır. Oğlu Rustəm Əfəndiyeviç Kapiyev (08.16.1938 - 08.13.2004) Dövlət Mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. Yaradıcılığı Əfəndi Kapiyevin ədəbi fəaliyyətinin başlanğıcını 1931-ci ildə, "Hökm icra edildi" hekayəsinin "Qırmızı Dağıstan" qəzetində dərc edildiyi zaman başlayır. Bölgə qəzetləri Dağıstanlı müəlliflərin əsərləri ilə bağlı tənqidi rəylərini, dağlıların şifahi yaradıcılığına dair məqalələri və Dağıstanlı şairlərin və nəsr yazarlarının yaradıcı portretlərini dərc edirdi. 1934-cü ildə Əfəndi Kapiyev tərəfindən tərtib və redaktə olunan ilk Dağıstan antologiyası "Dağıstan" Moskvada "Xudojestvennaya literatura" dövlət nəşriyyatında nəşr olundu. 1940-cı ildə "Şair" kitabından qısa hekayələr "Daqestanskaya Pravda", "Pravda" qəzetlərində, "Znamya", "Otuz gün" və "Smena" jurnallarında, "Oqonyok" jurnalının kitabxanasında "Şeir haqqında söhbət" bölməsində dərc olundu. 1941-ci ilin mart ayından etibarən kitab "Gənc Qvardiya" jurnalında tam nəşr olunur. Kitab ayrıca yalnız 1944-cü ildə nəşr olunur. 1930-cu illərdən başlayaraq, Dağıstanda ilk olaraq Dağıstan şairlərinin və nəsr yazarlarının əsərlərini rus dilinə tərcümə etməyə başlayır. O, Dağıstan şairlərinin — Batıray Omarla, Maxmud, İrçi Qazaq, Həmzət Çadasa, Süleyman Stalski, A. Maqomedov, A. Qafurov, Atkaya, A. Akavov və başqalarının bir çox əsərlərini rus dilinə tərcümə etmişdir. Mükafat və təltifləri DMSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1940-cı il dekabr) ilə təltif olunub. Pyatiqorskdakı Əfəndi Kapiyevin məzarında Dağıstan hökuməti yazıçının barelyefi ilə abidəsi ucaldılıb. Abidənin üzərində "Vətən, sən tək ölməzsən, ana kimi ... Qoy gəncliyim evimdə səslənsin" yazısı yazılıb. Əfəndi Kapiyevin "Şair", "Daş Oyma", "Cəbhə eskizləri", "Dəftərlər", "Çap olunmamış" kitabları Dağıstanda, İttifaq və muxtar respublikalarda və xaricdə dəfələrlə nəşr olunmuş və yenidən nəşr olunur. Mahaçqala, Buynaksk və Pyatiqorskdakı küçələr, Mahaçqaladakı Lak Musiqili Dram Teatrı, kitabxanalar və məktəblər Əfəndi Kapiyevin adını daşıyır.Əfəndi Kapiyev haqqında televiziya filmi çəkilib. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=723815
Əfəndi Səfərov
Əfəndi Cahangir oğlu Səfərov (1 yanvar 1996; Qaxbaş, Qax rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Əfəndi Səfərov 1 yanvar 1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. 2002-ci ildə Qax rayon Qaxbaş kənd 2 saylı tam orta məktəbdə orta təhsilə başlamışdır. 2007-ci ildən təhsilini Respublika Olimpiya İdman Liseyində davam etdirmişdir. Hərbi xidmət müddətini bitirdikdən sonra bir müddət mühafizəçi olmuşdur. Hərbi xidməti Əfəndi Səfərov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuş, Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əfəndi Səfərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əfəndi Səfərov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfəndi Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfəndi Səfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfəndi Səfərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=722827
Əfəndilər
Əfəndilər (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Əfəndilər (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Həmçinin bax Əfəndi (dəqiqləşdirmə)
https://az.wikipedia.org/w/index.php?curid=444034
Əfəndilər (Cəbrayıl)
[[Kateqoriya:]] Əfəndilər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Əfəndilər kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Əfəndilər kəndi qədim yurd yerlərimizdən biri olan Cəbrayıl rayonu ərazisində yerləşir. İslam dinini yaymaq üçün Ərəbistandan Türkiyəyə, Zəngəzurun əvvəl Amasya, sonra Sisyan vilayətlərinə, oradan da Qarabağa gələrək müxtəlif istiqamətlərə yayılan ilk seyidlər nəslinin məskunlaşdığı ərazidir. Kənd 1993-cü ilin avqust ayında Ermənistan ordusu tərəfindən işğal edilmişdir. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti və müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bir çox yaşayış məntəqələri də daxil olmaqla Əfəndilər kəndini işğaldan azad etdi. İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı, heyvandarlıq və xalçaçılıq təşkil etmişdir. "AZƏRTAC" -ın yayımladığı "Cəbrayıl xalçaları" məqaləsində XIX əsrdə Cəbrayıl rayonunda, xüsusilə də Əfəndilər və başqa kəndlərdə toxunan xalçaların dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edildiyi qeyd olunmuşdur. Cəbrayıl xalçaları
https://az.wikipedia.org/w/index.php?curid=105490
Əfəndilər (Qubadlı)
Əfəndilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd. Etimologiyası Keçmiş adı Kürd Əfəndilər olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Türkiyədən gəlmiş Məmməd Əfəndi adlı bir nəfər bu kəndin bünövrəsini qoyduğuna görə onun adı ilə adlanmışdır. Etnotoponimdir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Əfəndilər kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Əfəndilər Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Coğrafiyası Əfəndilər kəndi Həkəri çayının sahilində, İncə düzündədir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=88844
Əfəndiyev
Əfəndiyev — Azərbaycanda daha çox işlədilən soyad. Altay Əfəndiyev (d. 1958) — Azərbaycan diplomatı Bahəddin Əfəndiyev — Qori müəllimlər seminariyası məzunu Cavidan Əfəndiyev (d. 1985) — Azərbaycanlı yazıçı, şair, dramaturq Elçin Əfəndiyev (d. 1943) — Azərbaycan xalq yazıçısı, filologiya elmləri doktoru İsmayıl Əfəndiyev (1910—1967) — Azərbaycan aktyor və rejissoru, Azәrbaycanın әmәkdar incəsənət xadimi Mirsadıq Əfəndiyev (1902—1942) — Türk İşçi-Kəndli Teatrının direktoru Oqtay Əfəndiyev Oqtay Əfəndiyev (1926—2013) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev (d. 1939) – Azərbaycan riyaziyyatçısı Rasim Əfəndiyev (1928—2010) — professor, sənətşünaslıq doktoru, Akademiyanın həqiqi üzvü (2001) Rəşid bəy Əfəndiyev (1863—1942) — Azərbaycan müəllimi, maarifçi və yazıçı Rövşən bəy Əfəndiyev (1885—?) — Azərbaycan müəllimi, maarifçi Süleyman bəy Əfəndiyev (1864—1919) — general-mayor Timuçin Əfəndiyev (d. 1945) — tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1999), professor Yalçın Əfəndiyev (1937—2019) — Azərbaycan kinorejissoru Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=380465
Əfəndizadə Həbibullah Əfəndi
Ağazadə Həbib Əfəndi (Əfəndizadə Həbibullah Əfəndi Hacı Abdulla Məcid Əfəndi oğlu: 1869, Şamaxı - 1936, Bakı) - Şamaxıda ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Şamaxıda rus-azərbaycan məktəbində bitirdikdən sonra 1885-cı ildə Türkiyəyə, atasının dostu Hacı Əhməd Paşanın yanına getmiş və orada yaşayıb təhsil almaq istədiyini söybmişdir, Hacı Əhməd Paşa Azxərbaycan xalqma yaxşı tanış olan Ənvər və Nuru paşaların atası idi.. Həbib o gündən də onun ailəsidə yaşamış və 1890-cı ilbrdə Hacı Əhməd Paşanın 18 yaşlı qızı Zəlihə xanımla aib qurmuşdu. Evbndiklərinin 5-ci ili Zəlihə xanım vəfat etmiş, uşaqlan olmamış və Həbib Əfəndi ömrünün sonuna qədər evlənmənıişdir. 0 Hacı Əhməd Paşaıın 3 oğlu (Ənvər Paşa, Nuru Paşa və Kamil bəy) və bir qızmın hər birindən 10-14 yaş böyük İdİ. Bu aibdə o zİrəklİyi, doğruçuluğu, nəzakəti, elmi biliyə son dərəcə həvəsi və çalışqanlığına görə hamının hörmətini qazana bilmişdir. Onun məqsədi İstanbul DarQlfünuna daxil olmaq idi və bunun üçün Fateh məktəbi-ümumiyyəsində zəmanəsinin görkəmli alimi Hacı Xəlil Əfəndidən ali elmlər və ədəbiyyat üzrs mükəmməl təhsil aldiqdan sonra İstanbul Darülfünuna daxil olaraq oranı da müvəffəqiyyətlə başa vurmuşdur. Bundan sonra öz təhsilini Darülmüəlimində vo Rüştiyyə məktəbində davam etdirdi, 2 dekabr 1897-ci ildə ali dərəcə ib müəllİmlik şəhadətnaməsi alrmşdır. 1897-ci ilin dekabr ayının 10-dan 1910-cu ilİn yanvar aymm 4-nə kimi, 11 il ərzində Həbib Əfəndi tstanbulda "Səfa" edadiyyə və Rüştiyyə məktəblərində, Sivas edadiyyə məktəbində və Trabzon edadiyyə məktəində müdir və müdir müavini İşləraiş, eynİ zamanda bu məktəbbrdə 1400-1500 quruş məvacibb türk dili, fars dili, ədəbiyyat, hikmət (fəlsəfə), həndəsə, coğrafiya, iqtisadiyyat fənnlərini tədris etmİşdir. !910-cu ilin yanvar ayının 4-də Trabzon edadiyyə məktəbi bağlandı vo Həbib Əfəndi müdir vəzifəsindən istefa etdi. 0 bu zaman 10 ildən artıq idi ki İstanbulun böyiik bir cəddəsində məhəlb qazısı olmuş, ədəbi yaradıcıüqla da məşqul olmuş, mtbuatda mütəmadi olaraq şeir və məqalələri ilə çıxış etmişdi. Hökumət dairəbrində öz bilik və bacarığı ib yaxşı tanınmış Həbib Əfəndi 1904-cü ilin yanvar ayının 4-də ayda 2500 quruş məvaciblə Yəməndə Ədən qəzasmın qayimməqamı (vali) təyin edildi və həmin günü də Ədənə yola düşdü. 1914-cü ildə Avropa ordularmın Türkiyə üzərinə hücumu zamanı Yəmənin istilası nətİcəsində Həbib Əfəndi İstanbula qayıtdı və İstanbulun müdafıəsinə qoşuldu. Az sonra milli şairimiz Əhməd Cavadla (1892-1937) tanış oldu. 1918-ci ilin əvvəlbrində Azərbaycanda baş verən dəhşətli hadİsələrdən xəbər tutduqda vətəninə. Şamaxıya qayıtmalı oldu. 1918-ci ilin mart aymda Şamaxtya daxil olan Həbib Əfəndi qana bulaşmiş, xaraba qoyulmuş bir şəhər gördü. Bu zaman ermənilər müvəqqəti olaraq malakan kəndi olan Xİlmilliyə çəkilmişdi. Həbİb Əfəndi Şamaxının Qəza Komissarı Azad bəy Qocamanbəyovun, özünün böyük qardaşı, müftü Mustafa Əfəndinin və ümumiyyətlə 10-12 gün bundan əvvəl təşkil edilmiş Qəza İcraiyyə Komitəsinin digər üzvbri ib görüşməli oldu. Onlar birlikdə Türkiyədən, Hərbiyyə Nazİri Ənvər Paşadan yardım istəmək qərarma gəldilər. Onlar bilmirdibr ki, bu zaman M.Ə. Rəsulzadənin başçılığı ibAzərbaycan nümayəndə heyəti bu barədə Türkiyə hökuməti ilə danışıq apanr. Tezliklə Ənvər Paşanm adına bir məktub hazıriandı. Bu məktubu öz keçmiş qaynı Ənvər Paşaya çatdırmaqı Həbib Əfəndi öz öhdəsinə götürdü və təciü olaraq Türkiyəyə qayıtdı. Həbib Əfəndi İstanbula yetişəndə Gnvər Paşanın təşkil etdiyi və Nuru Paşanın komandir olduğu Qafqaz İslam Ordusu Naxçıvan sərhədlərinə yetişmişdi. Bu xəbəri Ənvər Paşadan alan Həbib Əfəbdi Naxçıvan sərhədlərində özünü Qafqaz İslam Ordusuna çatdırdı və əlinə silah alaraq erməni daşnaklarına qarşı döyüşə başladı, Nuru Paşabm siyasi müşaviri olan, böyük Azərbaycan mütəfəkkiri Əhməd bəy Ağa oğlu ilə tanış oldu. Ordu Naxçıvandan öz uğurlu yürüşünə başladı. Gəncədə Həbib Əfəndi ikinci dəfə möhtərəm şairimiz Əhməd Cavadla görüşdü və bir neçə aylığa silah yoldaşı oldular. Onlar bolşevik-daşnak ordusu ilə döyüşə-döyüşə Gəncədən Göyçay, Şamaxı və Bakı istiqamətində döyüş əməliyyatlan keçirir və müvəfəqiyyətlə İrəliləyirdilər. Hər bir şəhərdən, kənddən keçərkən onlara dəstə-dəstə yerlilər qoşulurdu. Bunlarm arasmda Göyçaydan Həbib Əfəydinin kiçik qardaşı Mahmud Əfəndi, Şamaxıdan bəlakəş şairimiz Məhəmməd Hadi və başqaları da var idi. Bölük komandiri Həbib Əfəndi Gəncədən Bakıya qədər hərəkət zamanı bir bələdçi və kəşfıyyatçı kimi də fəaüyyət göstərirdi. 1918-ci ilin sentyabr ayının 15-də Həbib Əfəndi Nuru Paşanm Türk İslam Ordusunun tərkibində Bakı şəhərinə daxil oldu. Bir neçə gündən sonra Num Paşanın atası Hacı Əhməd Paşamn Bakıya gəlmək xəbəri yayıldı. Hacı Əhməd Paşanı Ələt dəmir yol stansiyasında qarşılamaq üçün göndərilənlərdən biri də Həbib Əfəndi idi. Həbib Əfəndi Bakı şəhərində Türk İslam Ordusunun, Nuru Paşamn, Hacı Əhməd Paşanın şərəfinə təşkil olunan bütün ziyafət və tədbirlərdə Nuru Paşa ilə birlikdə iştirak edirdi. O Quba şəhərinin azad edilməsində də fəal iştirak etdi. Nəhayət Türk ordusu 1918-ci ilin noyabr aymın 17-də Bakını tərk edərək Türkiyəyə döndüyü zaman Həbib Əfəndi vətəndə qalmağa qərar verdi. 4 azyaşlı yetimlə qalməş ögəy anası Səriyə xanımın və yetm qardaşı və bacılarımn qayqısına qalmağa başladı. 1920-ci ilin aprel çevrilişindən bir neçə gün sonra o bu ailəni də götürüb GÖyçay şəhərinə köçdü. Orada məktəb açaraq müəllimliyə başladı. Az sonra izləməbr, sorqu-suallar başladı. 1928-ci ilin fevral ayının 10-da AK(b) P Göyçay Qəza Komitəsi və Suraxanf Dairə İcraiyyə Komitəsi 3 qardaş - Mustafa, Həbib \-n Süleyman əfəndilərin və onların qohumları Sırac Əfəndinin qəzadan sürgün olunmalarına qərar verildi. 1930-cu ilin aprel ayının 12-dən 13-nə keçən gecə bu 4 nəfər həbs edilərək Bakı şəhərinə gətirildiər və "Sentralnı" adlanan həbsxanaya sahndılar. 2 ay 20 gün çəkən əzablı istintaqlan sonra 1930-cu ilin iyul ayının 7-də Az.DSİ-nin üçlüyünün cəmİ l,5saatçəkən məhkəmə iclasında onları Az.SSR CM-nin 2-ci hİssəsinin 72-ci maddəsi ilə dövlət əleyhinə fəalİyyətdə təqsirli bilib güllələnməyə məhkum etdilər və az sonra 4-ünü də güllələdilər. Prof. Babaxan Niyazlı, Az. Dövlət İqtisad Universiteti.[[Kateqoriya:İstanbulda oxuyan azərbaycanlı tələbələr
https://az.wikipedia.org/w/index.php?curid=311958
Əfəndizadə Həbibullah Əfəndi Hacı Abdulla Məcid Əfəndi oğlu

https://az.wikipedia.org/w/index.php?curid=538375
Əfəndizadələr
Əfəndizadələr — Azərbaycan xalqının tanınmış soylarından biri. Soyun yaranması Professor Zəkəriyyə Əlizadə’nin başçılıq etdiyi AMEA Şəki Regional Elmi Mərkəzi Azərbaycan tarixi üçün bir-birindən dəyərli olduqca qiymətli əsərlər nəşr etməkdədir. Onların içərisində hələlik 2 cildi çıxmış “Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabının ayrıca yeri var. Bu kitabın Zəkəriyyə Əlizadə ilə Sevinc Bəharəddin qızının ərsəyə gətirdiyi 1-ci cildində (Bakı: “Nafta-Press”, 2004, ss.134-136) Rövşən bəy Əfəndizadənin bütün nəsli haqqında bilgi verilib. Buradan öyrənirik ki, Rövşən bəyin babası Məhəmməd əfəndi zəmanəsinin məşhur ruhanilərindən olub. Şəkidəki “Məhəmməd əfəndi piri” adlı ziyarətgah onun məzarı olan yerdir. Məhəmməd əfəndinin oğlu Mustafa əfəndinin ziyarətgahı isə Yuxarıbaşın birinci rayonundakı came məscidindədir. Mustafa əfəndinin 12 oğlunun, 2 qızının olduğu söylənilir. Oğlu Mir Rövşən “1893-cü ildə Şəkidə açılan yeni milli məktəbdə rus dili müəllimi işləmişdir. Bu məktəbdə yeni üsulda dərs deyir, ana dili isə gizli tədris olunurdu. Sonralar bu məktəbdə şagird qəbulu azalmışdır. 1906-cı ildən məktəb təzədən camaatın idarəsinə keçmişdir. Giləhli məhəlləsinin adlı ziyalısı Məhəmmədəli Xəlifəzadənin “Təzə həyat” qəzetinin 1907-ci il 5 avqust sayında yazdıqlarından: “Bu gün, 24 iyulda Şəkinin birinci milli məktəbinə camaat tərəfindən müəllim təyin olunduq. […] Burada ikinci müəllim Haşım Məhəmmədzadə, rus dili müəllimi Mir Rövşən Əfəndiyev idi”. İnjiner Mustafanın dediyinə görə, əmisi Mir Rövşən sonralar Bakıya köçmüş, rus dili müəllimi işləmiş, nəhayət, bədnam repressiyanın qurbanı olmuşdur”. Soyun tanınmış nümayəndələri Rövşən bəy Əfəndizadə — Azərbaycan ictimai və maarif xadimi, pedaqoq. Rəşid bəy Əfəndizadə — XIX-XX əsrlər Azərbaycan müəllimi, maarifçisi və yazıçısı. Abdulla bəy Əfəndizadə — Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, pedaqoq. Aqil Əfəndiyev, Əfəndizadələr, Bakı:Azərnəşr, 2007, 160 səh. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=216012
Əfətli
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Bütün hallarda düşmən cavab atəşilə susdurulur. Toponomik izahı XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir. Qədim türkmənşəli Avest tayfasının adındandır.Yerli tələffüz forması Əfətli. Qazaxlarda Abatvə, qırğızlarda Avat tayfası. Ağdam rayonunda Abadkənd (Afatkənd) adı ilə mənşəçə Gürcüstanda Abat -xevi (Axalsix rayonunda) XIX əsrdə Şimali Qafqazda üc Avat adlı dağ və xarabalıq vardı. Xarici keçidlər Vikixəritə, Əfətli AĞDAM RAYONU, ƏFƏTLİ BƏLƏDİYYƏSİ Arxivləşdirilib 2008-03-28 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=49324
Əfətli bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=114997
Əgerce rayonu
Rayonun inzibati mərkəzi Əgerce şəhəridir. Rayaon Sarapul yüksəkliyinin cənubunda, İj çayı vadisində yerləşir. Rayonun ərazisi 1796.62 km²-dir. Ərazisində Kiçke-Tan yasaqlığı vardır. 1920-ci ildə Sarapul qəzasının Əgerce və İsenbayev volostları Tatarıstan Muxtar Sovet Sosialist Respublikasına verildi. 1921-ci ildə Əgerce kantonu qurulur. 1924-cü ildə kanton Əgerce mahalına çevrildi, sərhədləri də müəyyən edildi. 28 oktyabr 1960-cı ildə ləğv edilmiş Krasnoborski rayonunun demək olar ki, bütün ərazisi Əgerce rayonuna verildi. 1 fevral 1963-cü ildə rayonların kənd təsərrüfatı və sənaye ərazilərinə bölünməsi üçün inzibati-ərazi bölgüsünün yenidən qurulması ilə əlaqədar olaraq Yelabuqa kənd təsərrüfatı bölgəsinə daxil edildi. Lakin 1964-cü il martın 4-də rayonların kənd təsərrüfatı və sənaye bölgüsünün ləğvi səbəbiylə əvvəlki sərhədləri bərpa edildi. UrbanizasiyaŞəhər şəraitində (Əgerce şəhəri) rayon əhalisinin 56.42% -i yaşayır. Milli tərkibRayon ərazisində yaşayır: 58,1 % — tatarlar, 25,2 % — ruslar, 8,0 % — marilər (Tatarıstan ərazisində marilərin ən çox yaşadığı ərazi), 6,4 % — udmurtlar. Rayon ərazisindəki yaşayış məntəqələri Azyavo, Baytuqanovo, Biktovo, Bima, Varzi-Omqa, Varzi-Pelqa, Varkled-Aul, Qaleevo, Zuevo, Kadırako, Kudaşevo, Kuleqaş, Madık, Madyar, Mordva, , Mukşur, Nazyar, Novoye Akkuzino, Novıye Bizyaki, Pelemeş, Rus Şarşada, Salauşi, Saxra, Sosnovo, Köhnə Çekalda, Köhnə Kzıl-Yar, Sukman, Tabarle, Tatar Çilçası, Tatar Tansarı, Tuba, Tukay, Urazaevo, Utyaqanovo, Xoroşi Klyuç, Şarşada, Yamurzino, Yanqa-Aul. Əgerce dəmir yolu stansiyasının kəsişməsində yerləşir:Moskva - Kazan - Yekaterinburq, Əgerce - İjevsk və Əgerce - Naberejnıe Çelnı - Akbaş. Əgerce xəbərləri adlı rayon qəzeti buraxılır. Qəzet tatar və rus dillərində buraxılır. Əgerce rayonu
https://az.wikipedia.org/w/index.php?curid=633052
Əgər Qalsam
Əgər qalsam (ing. If I Stay) rejissor R.C Katler tərəfindən yazıçı Qeyli Formenin eyni adlı əsəri əsasında 2014-cü ildə çəkilmiş ABŞ istehsalı olan dram və romantik filmdir. Profissional musiqiçi olmaq istəyən Mia Hall Cullihard Kanservatoriyası-nda bu arzusunun dalınca getmək istəyir. Elə bu vaxt həyatında sevəcəyi adam olan Adam Uald ilə tanış olur. Birgə çox vaxt keçirərək Adam ilə yaxın münasibətlər quran Mia karyerasına davam etmək ilə sevgilisnin yanında olmaq kimi qərarların arasında qalır. Qərar vermə mərhələsində isə gözlənilməz bədbəxt hadisə hər şeyi dəyişdirir. Ailəsi ilə gəzintiyə gedərkən baş verən avtomabil qəzasında komaya düşdür. Lakin hansısa səbəbə görə ruhu kənarda baş verən hadisələri görür. Ölüm qalım arasında olan Mia bu vəziyyətdə kimlərin kim olduğunuda başa düşəcək. Kloe Qreys Moretz — Mia Hall Ceymi Bleykli — Adam Uald Mirelli Enos — Kət Hall Coşua Leonard — Denni Hall Steysi Kiç — Baba Lauren Li Smit — Uillou Liana Liberato — Kim Çein Aişa Hinds — Ramirez (tibb işçisi) Aliyah O'Breyn Ceykob Devis — Teddi Hall İstehsal prosesi 2010-cu ildə dekabr ayında yayılan məlumata görə Əgər Qalsam romanı əsasında çəkiləcək film "Summit Entertainment" tərəfindən ekranlaşdıralacaq və Mia rolunu Dakato Fanninq, Kloe Qreys Moretz və ya Emili Broununqin oynayacağı bildirildi. İlk öncə Ketrin Hardvik rejissor olaraq seçilsədə sonradan o Braziliyalı rejissor Heitor Dalia ilə dəyişdirildi. Lakin Dali sonradan filmi tərk etdi. 24 yanvar, 2014-cü ildə Mia rolunu məhz Moretzin oynayacağı rəsmi olaraq bildirildi və yeni rejisorunda R.C. Katler olacağı açıqlandı. Filmin çəkilişləri 30 oktyabr 2013-cü ildə Vankuverdə başladı. Filmin ilk premyerası 18 avqust, 2014-cü ildə Nyu Yorkda baş tutdu. Dünya premyerası isə 22 avqust 2014-cü ildə keçirildi. Filmin musiqiləri Filmin mahnıları bəstəkar Heitor Pereira tərəfindən bəsdələnib və 19 avqust 2014-cü ildə WaterTower Music tərəfindən satışa çıxarılıb. Xarici keçidlər Filmin rəsmi saytı «Əgər Qalsam» — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=394807
Əgər bir yerdəyiksə (film, 1975)
Film bizim müasirlərimizə-orta məktəbi yenicə bitirib həyata qədəm qoyan gənclərə həsr olunmuşdur. Burada gənc nəslin formalaşması və öz həyat yolunu müstəqil həll etməsi kimi ciddi məsələlərə toxunulur. Film haqqında Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi : Oqtay Orucov Quruluşçu rejissor : Vladimir Semakov Quruluşçu operator : Eduard Qalakçiyev Quruluşçu rəssam : Fikrət Əhədov Rejissor : Rafiq Dadaşov Bəstəkar : Leonid Vaynşteyn Səs operatoru : Ağahüseyn Kərimov Montaj edən : Lidiya Vyalsova Qrim rəssamı : Berta Roqova İşıq Ustası : Məhəmməd Hacıyev Rejissor assistenti : Sergey Ratnikov (mövqe göstərilməyib) Assistent : Yusif Əlizadə, A. Əlizadə, V. Romanov, P. Yudileviç, Q. Qukasov, E. Quliyev Mahnların Mətni : P. Kartamışev Redaktor : Q. Qəhrəmanova Məsləhətçi : T. Allahverdiyev, N. Vəliyev Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru : Qəhrəman Hümbətov Qriqori Nəcəfov- Rasim Rita Əmirbəyova- Solmaz Vaqif Mustafayev- Vasif Stanislav Klyuçnikov-Mixail Akif Məhərrəmov- Məmməd Oqtay Mirqasımov- Arif Hümbətov Muxtar Maniyev-Musa Dadaş Kazımov-Mehdi Cahangir Aslanoğlu-Rəhimov Məhluqə Sadıqova-Mədinə xala Dina Tumarkina Sədaqət Zülfüqarova-Səriyyə Rüxsarə Ağayeva Q. Qəmbərova Z. Niyazova R. Tağıyeva Sadıq Hüseynov-Çayçıdakı qoca Vasif Babayev-rejissor Şəmsi Şəmsizadə-Qonaq Əliheydər Həsənzadə-Qonaq Yusif Əlizadə-Gəmidəki adam Mərkəzi Televiziya (Moskva) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218. Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=10944
Əgər bütün dünyanın oğlanları... (film, 1970)
Sənədli televiziya filmi Bakıda keçirilən yapon-sovet dostluğu görüşünə həsr olunmuşdur. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Oqtay Babazadə Ssenari müəllifi: Oqtay Babazadə Operator: Aydın Axundov Səs rejissoru: Tofiq Babayev
https://az.wikipedia.org/w/index.php?curid=30717
Əgər qalsam (film, 2014)
Əgər qalsam (ing. If I Stay) rejissor R.C Katler tərəfindən yazıçı Qeyli Formenin eyni adlı əsəri əsasında 2014-cü ildə çəkilmiş ABŞ istehsalı olan dram və romantik filmdir. Profissional musiqiçi olmaq istəyən Mia Hall Cullihard Kanservatoriyası-nda bu arzusunun dalınca getmək istəyir. Elə bu vaxt həyatında sevəcəyi adam olan Adam Uald ilə tanış olur. Birgə çox vaxt keçirərək Adam ilə yaxın münasibətlər quran Mia karyerasına davam etmək ilə sevgilisnin yanında olmaq kimi qərarların arasında qalır. Qərar vermə mərhələsində isə gözlənilməz bədbəxt hadisə hər şeyi dəyişdirir. Ailəsi ilə gəzintiyə gedərkən baş verən avtomabil qəzasında komaya düşdür. Lakin hansısa səbəbə görə ruhu kənarda baş verən hadisələri görür. Ölüm qalım arasında olan Mia bu vəziyyətdə kimlərin kim olduğunuda başa düşəcək. Kloe Qreys Moretz — Mia Hall Ceymi Bleykli — Adam Uald Mirelli Enos — Kət Hall Coşua Leonard — Denni Hall Steysi Kiç — Baba Lauren Li Smit — Uillou Liana Liberato — Kim Çein Aişa Hinds — Ramirez (tibb işçisi) Aliyah O'Breyn Ceykob Devis — Teddi Hall İstehsal prosesi 2010-cu ildə dekabr ayında yayılan məlumata görə Əgər Qalsam romanı əsasında çəkiləcək film "Summit Entertainment" tərəfindən ekranlaşdıralacaq və Mia rolunu Dakato Fanninq, Kloe Qreys Moretz və ya Emili Broununqin oynayacağı bildirildi. İlk öncə Ketrin Hardvik rejissor olaraq seçilsədə sonradan o Braziliyalı rejissor Heitor Dalia ilə dəyişdirildi. Lakin Dali sonradan filmi tərk etdi. 24 yanvar, 2014-cü ildə Mia rolunu məhz Moretzin oynayacağı rəsmi olaraq bildirildi və yeni rejisorunda R.C. Katler olacağı açıqlandı. Filmin çəkilişləri 30 oktyabr 2013-cü ildə Vankuverdə başladı. Filmin ilk premyerası 18 avqust, 2014-cü ildə Nyu Yorkda baş tutdu. Dünya premyerası isə 22 avqust 2014-cü ildə keçirildi. Filmin musiqiləri Filmin mahnıları bəstəkar Heitor Pereira tərəfindən bəsdələnib və 19 avqust 2014-cü ildə WaterTower Music tərəfindən satışa çıxarılıb. Xarici keçidlər Filmin rəsmi saytı «Əgər Qalsam» — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=394776
Əgər sabah açılsa (mini-serial, 1986)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) - 3 seriyadan ibarət mini-serialdır. 1986-cı ildə ABŞ yazıçısı Sidni Şeldonun eyniadlı romanı əsasında çəkilmişdir. Baş rolları Medolin Smit Osborn, Tom Berencer, Liam Nison və Devid Keyt ifa edir. Filmin rejissoru və prodüserlərindən biri 1983-cü ildə çəkdiyi "Rəhbərlər" adlı mini-seriyalı bədii televiziya filminə görə Emmi mükafatıına layiq görülən ABŞ rejissoru Cerri Londondur. "Əgər sabah açılsa" mini-serialı Cerri Londonun rejissorluq və prodüserlik etdiyi "Rəhbərlər" mini-serialından sonra ən yaxşı filmidir. Treysi Uotni rolunu ifa edən Medolin Smit-Osborn bu filmdən əvvəl digər filmlərdə epizodik rollarda çıxış etmişdir. Bu film onun ilk baş rolda çəkildiyi filmdir. Filmin musiqisini İngilis bəstəkarı Nik Bikat bəstələmişdir. Andre Trenyan adlı psixopat detektiv olan "Deniel Kuper" rolunu Devid Keyt ifa edir. Filmdə Treysinin ilk sevgilisi Çarlz Stenhoup rolunu Con Loflin, ona oğurluqda kömək edən Ceff Stivens rolunu isə Tom Berencer ifa edir. "Əgər sabah açılsa" filmində mafiya bandası tərəfindən həbsxanaya atılan, lakin buna baxmayaraq başına gələcəyi bütün bu hadisələrin üstəsindən gələn Treysinin həyatından danışılır. Əsərin baş qəhrəmanı olan Treysi Vitni Filadelfiya Bankında Ey-Bi-Em Operatoru işləyən gənc, gözəl və ağıllı qadındır. Bu əhvalat Treysi Vitni ilə Yeni Orleanda yaşayan, vəfat edən həyat yoldaşının biznesinin qeydinə qalan anası Doris Vitninin telefon xətti danışığında baş verir. Treysi anasına biznesmen olan III Çarlz Stenhoupla ailə həyatı quracağı haqqında danışır. Doris Treysi ilə görüşdükdən sonra qəflətən özünə sui-qəsd edir. Bundan xəbər xəbər tutan Yeni Orleanın Polis Leytenantı dərhal dəlil tapmağa çalışır. Treysi anasının hansı səbəbdən ölməsi xəbərini alır. Treysi öyrənir ki, Co Romano Yeni Orleanda mafiya bandası başçısı Antoni Orsattinin baş köməkçisidir. Məhkəmə zamanı Doris ona dələduzluq edən Ortassini mühakimə etmək üçün pulu qalmamışdı. Bu səbəbdən Treysinin anası özünə sui-qəsd edir. Treysi Romanoya qarşı artıq kini vardır. O, Romanonun bu işdə əli olduğunu, məhz onun dili ilə söyləməsinə səy göstərir. Treysi bu səbəbdən silahlar almağa başlayır ki, Romanonu bununla qorxuda bilsin. O, Romanonun evinə gəlir. Romano ona içməyi təklif edir. Treysi Romanoya tapança çəkərək, onun həqiqətən bu işdə əli olduğunu yazılı surətdə qeyd etməyə məcbur edir. Lakin Romano onun əlindən silahı alaraq, hücum edir. Uzun müddət mübarizədən sonra atəş açılır. Treysi qorxu içindədir. Ona görə ki, atəş açılan zaman güllə Romanoya dəymişdir. Artıq Romano ölmüşdür. Treysi isə dəhşət içindədir. Treysi dərhal xəstəxanaya zəng vurur. Zəng vurduqdan sonra Treysi Aeroporta qaçmağa başlayır. Lakin Treysi qaça bilmir. Onu iki polis işçisi həbs edir. Treysi öyrənir ki, Romano hələ də sağdır. Atəş açılan zaman güllədən ağır yaralanmışdır. Məhkəmə zamanı Treysini mühakimə etməyə başlayırlar. Vəkillər Treysini qətlə əl atmasını və qətl törədilən zaman şəklin oğurlanmasını söyləyirlər. Treysinin vəkili Perri Poup (mafiya bandasına işləyir) adında vəkil olur. Perri Poup Treysiyə deyir ki, hakim Lourens (mafiya bandasına işləyir) qarşısında günahkar olduğunu qəbul etsin. Həmçinin, Poup ona inandırır ki, həbs cəzası cəmi üç ay olacaq. Treysi başa düşür ki, Perri Poup və Lourens mafiyanın banda başçısı Antoni Orsattiyə işləyirlər. Antoni Orsatti və Co Romano Treysini məhv etməyi planlaşdırıblar. Treysiyə məhkəmə zamanı 15 il həbs cəzası təyin edirlər. Treysi Cənubi Luiziana ştatında yerləşən qadınlar üçün həbsxanaya göndərilir. Niaşnlısı Çarlz ona heç bir şans vermir və onu hələ doğulmamış uşağı ilə birgə atır. Treysi çətin həbsxana həyatı keçirməyə başlayır. Treysi özünə söz verir ki, özünə və anasına zərər verən insanların hamısından qisas alacaq. Məhz bu sitatdan da kitabın adı götürülüb. Haradakı, Treysi onlardan qisas alacaq, əgər sabah açılsa: Nəhayət, Treysinin əlinə yaxşı bir fürsət düşdü. O, həbsxana nəzarətçisinin qızını xilas edir. Xilas etdikdən sonra Treysi balaca qıza dayəlik etməyə başlayır. Bu da onun həbsxanadan çıxmasına səbəb olur. Treysi həbsxanadan çıxan zaman Co Romano, Perri Poup və hakim Lourens bərk təəccüblənirlər. Treysi Nyu-Yorkda iş tapa bilmir. Bu səbəbdən oğurluq edir. Buna Treysiyə Ceff Stivens kömək edir. Ceff Stivens məharətli dələduz və oğrudur. Stivens Treysidən qiymətli daşını oğurlayır. Bunun əksinə gedərək Treysi ondan qiymətli daşını geri götürür. Bundan sonra Treysi Böyük Britaniyaya yola düşür. Lakin onun izinə Hünter Hartoq düşmüşdür. Hünter isə psixi xəstədir. O, uşaqlıq vaxtında anasını başqası ilə birlikdə münasibətdə olduğunu görür. Bu səbəbdən anasını bıçaqla öldürür. Buna görə də, Hünter psixi pozğunluq yaşayır. Treysi muzeylərdən qiymətli daşlar, şəkilləri və başqalarını oğurlamağı planlaşdırır. Burada Treysi Ceff ilə yenidən görüşür. Bir neçə müddət keçdikdən sonra onların əlinə çoxlu pullar keçir. Bu hadisədən sonra Treysi və Ceff birlikdə yaşamağa, həmçinin, ailə həyatı qurmağı Braziliyada planlaşdırırlar. Hünter Hartoqun onların izinə düşməsinə baxmayaraq, başqa polislərlə bərabər Treysi ilə Ceffi tuta bilmir. Lakin qısa müddətdən sonra Hünten Treysini tapır. Bu zaman onlar arasında mübarizə gedir. Mübarizənin sonunda Ceff özünü otağa çatdıraraq, Hünterə zərbələr vurur. Hünter yarı huş halda qalır. Treysi və Ceff bu hadisədən sonra qanundan kənar iş görməyərək Braziliyaya getməyə və evlənməyə hazırlaşırlar. Seçilmiş sitatlar O onları hesab verməyə məcbur edəcək ... O, səhər düşündü. Əgər sabah açılsa. (ing. She was going to make them pay… Tomorrow, she thought. If tomorrow comes) Həyəcan təqibdədir. (ing. The excitement is in the chase) Saundtreklər Filmin ilk saundtrek albomu 1986-cı ildə istehsal edilmişdir. Albomdakı bütün treklərin bəstəkarı Nik Bikatdır. Albomda onun tərəfindən bəstələnən filmin giriş mahnısı olan "If Tomorrow Comes Theme" treki xüsusilə seçilir. Albom 11 treki ehtiva edir. Ölkələrdə adı və çıxış tarixi Maraqlı faktlar Filmin sonunda Treysi Sidni Şeldonun "Maskasız sima" (ing. The Naked Face) əsərini oxuyur. Filmin səhnələrinin birində "Geri gələcəyə" (ing. Back to the future) və "Yaradan" (ing. Creator) filmlərinin afişaları göstərilir. Bu filmlər 1985-ci ildə çəkilmişdir. Xarici keçidlər Əgər sabah açılsa — Internet Movie Database saytında.«Əgər sabah açılsa» E-reading.me «Əgər sabah açılsa» Sidni Şeldon
https://az.wikipedia.org/w/index.php?curid=765023
Əgər sabah açılsa (miniserial, 1986)

https://az.wikipedia.org/w/index.php?curid=258523
Əgər sabah açılsa (novella)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) — Sidni Şeldonun 1985-ci ildə yazdığı romandır. Xarici keçidlər Review - If Tomorrow Comes by Sidney Sheldon
https://az.wikipedia.org/w/index.php?curid=424353
Əhali
Əhali — Yer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. 1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir. Dünyanın əhalicə ən böyük ölkələri 2016-cı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr: Əhali göstəriciləri əhalinin sayı və onun artım dinamikası demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin yerləşmə, urbanizasiya, miqrasiya yaş-cins tərkibi və ailə göstəriciləri təhsil səviyyəsi irq, dil, etnos və din tərkibi ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri.Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60–70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı. Həmçinin bax Demoqrafiya
https://az.wikipedia.org/w/index.php?curid=20844
Əhali coğrafiyası
Əhali coğrafiyası - iqtisadi coğrafiyanın əhalinin tərkibini, yerləşməsini, məskunlaşmasını və yaşayış məntəqələrini öyrənən sahəsi. Əhali coğrafiyası müxtəlif ərazilərdə əhalinin formalaşmasını, strukturunu, sayını, sıxlığını, yerləşməsini və bir çox başqa məsələlərini təqdim edir
https://az.wikipedia.org/w/index.php?curid=523002
Əhali iqtisadiyyatı
Əhali iqtisadiyyatı — demoqrafik proseslərin iqtisadiyyata təsirini araşdıran demoqrafiyanın bir qolu. İqtisadi demoqrafiya əvvəlcə həm sosial-iqtisadi şəraitin demoqrafik proseslərə təsirini, həm də demoqrafik amilin sosial-iqtisadi dinamikaya təsirini nəzərə alırdı. Hələ 1970-ci illərdə iqtisadi demoqrafiya, istehsal və istehlak prosesi ilə əlaqədar olaraq əhalinin yaş-cins quruluşunu araşdıran demoqrafik elmin bir hissəsi kimi başa düşülürdü . Bununla birlikdə, tədricən ilk istiqamət (tez-tez birbaşa təsir adlanır) "təmiz" demoqrafiyanın tədqiqat obyektinə çevrildi, iqtisadi demoqrafiyanın üstünlüyü isə demoqrafik proseslərin iqtisadi qiymətləndirilməsi (əks təsir) oldu. İqtisadi demoqrafiya “demoqrafiya” termininin yalnız XIX əsrdə tətbiq olunduğunu nəzərə alsaq, nisbətən gənc bir elmdir. 1940-cı illərdə xarici elm adamları (əvvəlcə Amerikalı demoqraf S. Volfbayn) tərəfindən aparılan tədqiqatlar, sözdə iş dövrü cədvəllərinin və ya əhalinin iqtisadi fəaliyyət cədvəllərinin ortaya çıxmasına səbəb oldu. Fransız sosioloq Alfred Sovi ("üçüncü dünya" konsepsiyasının müəllifi) 1960-cı illərdə. çox ibtidai metodlarla da olsa nəslin "gəlirliliyini" tədqiq etdi. 1960-cı illərin əvvəllərində. Macar alimi E. Valkoviç iqtisadi yaş piramidalarının çox qiymətli metodu inkişaf etdirdi. SSRİ-də iqtisadi demoqrafiya sahəsində A.Boyarski, A. G. Vişnevski, B. Ts. Urlanis və S. Q. Strumilin kimi böyük statistika-demoqrafları qeyd edildi. 1960-80-ci illərdə baş verən demo-iqtisadi problemlərə böyük maraq. SSRİ-də, indi praktik olaraq yox oldu. Qərbdə (ilk növbədə ABŞ-də) çoxsaylı, lakin o qədər də səmərəli olmayan ekonometrik tədqiqat metodlarına vurğu edilir. Günümüzdə iqtisadi demoqrafiya, demoqrafların və iqtisadçıların diqqətindən az korlanan tipik bir "ortaq" intizam olmağa davam edir.
https://az.wikipedia.org/w/index.php?curid=676289
Əhali prinsipi haqqında esse
Populyasiya haqqında esse - kitabı ilk dəfə 1798-ci ildə anonim olaraq nəşr olunub, lakin tezliklə müəllifin Tomas Robert Maltus olduğu müəyyən edildi. Kitabda əhalinin həndəsi irəliləyişlə artmasının (hər 25 ildən 2 dəfə artması) ilə bağlı gələcək çətinliklər barədə, qida istehsalının isə arifmetik irəliləyişlə artıb, qida çatışmazlığına səbəb olacağı, doğum nisbətləri azalmazsa aclıq ola biləcəyi ilə bağlı xəbərdarlıqlar yer alır.Əhalinin sayı haqqında ilk kitab olmasa da, Maltusun kitabı Britaniyada əhalinin sayı ilə bağlı mübahisələri qızışdırdı və 1800-cü il siyahıyaalınması haqqında qanunun qəbul edilməsinə gətirib çıxardım Bu qanun İngiltərə, Uels və Şotlandiyada 1801-ci ildən başlayaraq bu günə qədər hər on ildən bir davam edən milli siyahıyaalınma aparmağa imkan verdi. Kitabın 1826-cı ildəki 6-cı nəşri həm Çarlz Darvin, həm də Alfred Russel Uollesə təbii seçmə nəzəriyyəsinin inkişafında əsas təsir göstərən əsərlərdən olmuşdur. Kitabın əsas hissəsi indi Maltusun Əhali Qanunu kimi tanınan qanuna həsr edilmişdir. Nəzəriyyə iddia edir ki, artan əhali nisbəti əmək təklifinin artmasına kömək edir və istər-istəməz əmək haqqını aşağı salır. Əslində, Maltus əhalinin davamlı artımının yoxsulluğa səbəb olacağından qorxurdu. 1803-cü ildə Maltus eyni başlıq altında əsərinin əsaslı şəkildə yenidən işlənmiş ikinci nəşrini nəşr etdi. Onun son variantı, 6-cı nəşri 1826-cı ildə nəşr olundu. 1830-cu ildə, ilk nəşrdən 32 il sonra, Maltus daha geniş əsərin tənqidlərinə cavabları özündə əks etdirən Əhali Prinsipinə Xülasə Baxış adlı yığcam versiyanı nəşr etdi.
https://az.wikipedia.org/w/index.php?curid=807295
Əhali sayına görə Aİ ölkələrinin siyahısı
Bu, əhali sayına görə sıralanmış Avropa İttifaqı üzvü olan ölkələrin siyahısıdır. Həmçinin bax Avropa İttifaqı ölkələrinin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=320655
Əhali sayına görə ölkələrin siyahısı
Bu, əhalisinə görə ölkələrin siyahısıdır. Ölkələrin əhalisinə görə sıralanması Qeyd: Bütün asılı ərazilər italiklə göstərilmişdir. Son dəyişmə: 15 Aprel 2020 Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=60826
Əhali sıxlığına görə ölkələr siyahısı
Əhalinin dinamikası onun təbii artımını, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki, bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur. Demoqraflar əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırırlar. Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir. Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir. Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar. İnkişafda olan ölkələrin çoxunda vəziyyət demoqrafik keçidin bu mərhələsinə uyğun gəlir. Məhz bu demokrafik partlayış adlanır. Bu ölkələrdə hər qadına 3–4 uşaq düşür. İkinci mərhələ çoxuşaqlı ailələrdən az uşaqlı ailələrə keçid kimi səciyyələndirilir. Burada ölüm göstəriciləri də azalır. Ancaq doğumun sürətlə azalması təbii artımın aşağı düşməsinə gətirib çıxarır. Son dövrlər bir çox Şərqi Avropa və MDB dövlətlərində əhalinin artım tempi aşağı düşmüş və hətta əhali sayının azalması müşahidə olunmaqdadır. Üçüncü mərhələ üçün ölümün yüksəlməsi və doğumun tempinin azalması səciyyəvidir. Bu mərhələdə təbii artımın zəifləməsi nəzərə çarpacaq dərəcədədədir. Bu mərhələdə bəzi ölkələr demoqrafik siyasət həyata keçirmişlər. Ancaq bəzi ölkələrdə bu siyasət hələ də öz nəticəsini verməmişdir. Dördüncü mərhələdə doğum və ölüm göstəriciləri bir–birinə yaxınlaşır, əhalinin yüksək artım tempi aşağı düşür. Bu dövrü dünyanın ayrı-ayrı regionları müxtəlif cür keçirmişlər. Sosioloqlar belə müəyyən etmişlər ki, insan bioloji varlıq kimi 100–140 il yaşaya bilər. Ancaq faktiki olaraq müxtəlif sosial-iqtisadi və ekoloji amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır. Ancaq son dövrlər insan ömrünün uzanması müşahidə olunur. Belə ki, 1950-ci ildə dünyada insanların orta ömür müddəti 50 il idisə, 2004-cü ilin statistikasına əsasən 66,7 il müəyyən olunmuşdur. Dünya əhalisinin orta ömür müddəti artsa da, ümumilikdə regionlar üzrə fərq çox böyükdür. Önəmli fərq isə inkişaf etmiş və zəif inkişaf etmiş ölkələr arasında qeydə alınmışdır — 28 yaş. Qadın və kişilərin orta ömür müddəti arasında da nəzərəçarpacaq fərq vərdır. Belə ki, doğulan zaman oğlan uşaqları qız uşaqlarında çox olsa da (100 qıza 104–107 oğlan) 15 yaşdan sonra onlar arasındakı fərq bərabərləşməyə başlayır, sonrakı yaş strukturunda da qadınların sayı üstünkük təşkil edir. Buna bir çox amillər təsir göstərir. Hazırda Nepaldan başqa bütün ölkələrdə qadınlar kişilərdən çox yaşayır. Dünya əhalisinin etnik tərkibi uzun sürən tarixi prosesin nəticəsidir. Əhali etnik birliklərdən (tayfa, qohum tayfa, xalq və millətlərdən) ibarətdirlər. Tarixi dövr ərzində bir sıra xalqlar tarix səhnəsindən silinmiş (finikiyalılar, karfagenlilər), bəzilərinin minilliklərlə tarixi var (misir, yunan, çin), bəziləri isə bu yaxınlarda formalaşmışlar (ingilislər XVI, ruslar XVII–XVIII, almanlar XIX əsr). Etnik birliyin əsas əlamətləri dil, ərazi, mədəniyyət, etnik şüurun ümumiliyidir. Yer kürəsində 3–4 min xalq var, bunlardan çoxu azsaylıdır. Sayı 100 mln nəfərdən çox olan xalqlar (çin, hind, ərəb, türk, rus, benqal, yapon) dünya əhalisinin 65%-ni təşkil edir. Aşağıda əhali sıxlığına görə azalan xətt üzrə dövlətlərin cədvəli verilmişdir. Xarici keçidlər CIA — The World Factbook 2010 Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine Həmçinin bax Ölkə və ərazilərin əlifba siyahısı Dövlətlərin siyahısı Danışanların sayına görə dillərin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=320616
Əhali sıxlığına görə ölkələrin siyahısı

https://az.wikipedia.org/w/index.php?curid=301749
Əhalinin dinamikası və strukturu
XX əsrdə dünya əhalisi 1,5 mlrd. nəfərədək artmışdır. Lakin ayrı-ayrı ölkələrdə və regionlarda bu artım qeyri-bərabər gedir. IEÖ-də artım sürəti son iki onillikdə sabit alçaqdır. Keçid iqtisadiyyatına malik ölkələrdə artım sürəti kəskin azalmışdır. Rusiyada, bir sıra MDB ölkələrində, Baltikyanı ölkələrdə, Şərqi Avropada əhalinin təbii azalması prosesi müşahidə olunur. Əhalinin artım sürətinin azalması IEOÖ-də, xüsusən, Şərqi Asiya, Cənub-şərqi Asiya və Latın Amerikası ölkələri hesabına baş verir. Hal-hazırda işçi qüvvəsinin 2/3-i adambaşına ən kiçik ÜDM göstəricilərinə malik ölkələrin payına düşür. Əhalinin yaş strukturu Yaş strukturunun 2 əsas tipi mövcuddur. 1-ci tip əksər IEOÖ üçün səciyyəvidir və uşaqların çox olması, yaşlı insanların (65 yaşdan yuxarı) isə az olması ilə səciyyələnir. 2-ci tip IEÖ və keçid iqtisadiyyatına malik ölkələr üçün səciyyəvidir və, əksinə, uşaqların azlığı, yaşlı insanların çoxluğu ilə səciyyələnir. Uşaqların çoxluğu IEOÖ-də ona gətirib-çıxarır ki, bu ölkələrdə əməkqabiliyyətli insanların sayı azdır. Bu məktəblərin tikintisi, iş yerlərinin yaradılmasında çətinliklər yaradır. Əksinə, IEOÖ-də və keçid iqtisadiyyatlı ölkələrdə əhalinin demoqrafik qocalması baş verir. BMT-nin kriterilərinə görə, ölkənin əhalisi o zaman qoca sayılır ki, 60 və daha yaşlı insanların sayı əhalinin ümumi sayına nisbətən 12% və daha çox təşkil edir. Isveçdə bu göstərici 22,1%, Almaniyada 20,1%, Yaponiyada 19,9%, Rusiyada isə 16,6%-dir. Bu hal cəmiyyətin iqtisadi yükünü artırır. Bir sıra IEÖ-də əməkqabiliyyətli insanların sayı pensiyaçıların sayından bir qədər çoxdur və bu üstünlük get-gedə azalır. Dünya əhalisinin orta ömür müddəti 1950-ci illərin əvvəllərində dünya üzrə qadınların orta ömür müddəti kişilərə nisbətən 2,4 il çox idi. 1980-ci illərin əvvəlində bu fərq 2,6 ilədək, o cümlədən, inkişaf etmiş ölkələrdə 7,4 ilədək, IEOÖ-də isə 2,0 ilədək artmışdır. Şimali Amerikada qadınların orta ömür müddəti kişilərə nisbətən 8 il, Şərqi və Qərbi Avropada 6,1 il, Avstraliya və Yeni Zelandiyada 6,3 il, Latın Amerikasında 4,2 il, Afrikada 3,1 il, Asiya ölkələrində 1,5 il çoxdur. Nigaha qoşulma və boşanma Bu halların ölçüləri bir sıra demoqrafik göstəricilərdən, ölkələrin sosial-iqtisadi durumundan, adət və ənənələrdən asılıdır. Dünya xalqlarının əksəriyyəti hal-hazırda monoqam ailələrlə yaşayır. Lakin bir sıra Asiya və Afrika ölkələrində (əsasən, müsəlman ölkələrində) poliqiniya, bəzi Cənubi Hindistan, Nepal, Mərkəzi Amerika xalqlarında poliandriya (çoxərlilik) yayılmışdır. Tropik Afrika ölkələrində 100 evli kişiyə 150 ərli qadın düşür. Kənd yerlərində 15 yaş və yuxarı yaşda olan 3 kişidən biri poliqin nikaha malikdir, yəni iki və ya üç arvada malikdir. Poliqin nikahlar ərəb ölkələrində də yayılmışdır. Ümumiyyətlə, dünya üzrə kişilər, adətən, 25-29 yaşlarında, qadınlar isə 20-24 yaşlarında nikaha daxil olur. Ölkələr üzrə nikah yaşı qanunun tələblərindən çox, milli adət-ənənələrlə müəyyən olunur və qanunlar bir çox hallarda bu adətlər nəzərə alınmaqla qəbul edilir. Daha isti qurşaqlarda cinsi yetkinlik tez baş verdiyindən erkən nikahlar geniş yayılmışdır. Bu baxımdan Cənubi Asiya ölkələri seçilir. Median yaş, yəni bu nəslin nikaha girən nümayəndələrinin yarıdan çoxunun yaşı, Avropada kişilər üçün 25, qadınlar üçün 22-dir. Asiya, Afrika və Latın Amerikası ölkələrinin əksəriyyətində bu yaş kişilər üçün Avropadakına yaxın – 23-25 yaş, qadınlar üçün isə 19-21 yaşdır, yəni bir qədər az. Dünya üzrə dul qadınların sayı dul kişilərin sayından təxminən iki dəfə çoxdur. Bu bir tərəfdən qadınların daha uzunömürlülüyü, digər tərəfdən isə bir sıra IEOÖ-də dul qadınların yenidən ailə qurmasına qarşı pis münasibətdir. Müşahidələr onu deməyə əsas verir ki, II Dünya müharibəsindən sonra əksər ölkələrdə boşanmaların sayı kəskin surətdə artmışdır və indi də artmaqda davam edir. Çox güman ki, boşanmaların artması doğumun azalması və övladsız ailələrin çoxluğu ilə əlaqədardır. Həmçinin bax Əhali sıxlığı Dünya əhalisi
https://az.wikipedia.org/w/index.php?curid=510896
Əhalinin həyat keyfiyyəti
Əhalinin həyat keyfiyyəti — əhalinin iqtisadi, siyasi-sosial, etnik-milli, konfessional (dini), təbii-coğrafi amillərin qarşılıqlı təsiri ilə müəyyən olunan xüsusiyyətləri və təkrar istehsalının məcmu xarakteristikası . Əhalinin həyat keyfiyyəti əhalinin təkrar istehsalının həm kəmiyyətcə, yəni xüsusi demoqrafik göstəricilərlə (təkrar istehsal əmsalı, ölüm sayının xüsusi göstəriciləri, körpələr və analar, əməkqabiliyyətli yaşdakı əhalinin ölüm sayı), həm də sosial (təhsil, səhiyyə, ərazi və əmək mobilliyi və s.) səviyyəsini əks etdirən keyfiyyət xarakteristikası ilə müəyyənləşdirilir. Ümumi məlumat Həyat keyfiyyəti, həyat səviyyəsi istər bazar və qeyri-bazar təsərrüfatı sistemində, istərsə də keçid dövründə əhalinin yaşayış təminatı kimi xarakterizə olunur. Bununla da, iqtisadiyyatda sosial kateqoriya kimi səciyyələndirilir. Belə dəyərləndirmə sadə göstəricilər dəsti, yaxud xüsusi aqreqasiya olunmuş göstəricilər vasitəsilə aparıla bilər, lakin bu fenomenin keyfiyyət göstəricilərini bütünlükdə formalaşdırmaq qeyri-mümkündür. Əhalinin həyat keyfiyyəti insan amilinin iqtisadiyyata təsirinin müxtəlif formalarını üzə çıxaran mühüm makro iqtisadi meyardır. O, insan, insan qrupu və ya hər hansı birliyin fiziki, mental, sosial-mədəni inkişafını müəyyənləşdirən əlamətləri xarakterizə edir. Əhalinin həyat keyfiyyəti ilə əhalinin təkrar istehsalının səmərəliliyi anlayışları arasında (demoqrafiyada bu, doğum sayının azalması müşahidə edilərkən, ölüm sayının daha da azaldılması yolu ilə təbii artımın eyni səviyyədə saxlanması deməkdir) qarşılıqlı əlaqə vardır. Əhalinin təkrar istehsalı homeostazis (özünü təkrar istehsal edən) sistem kimi onun mühüm keyfiyyət əlamətlərindən biridir. Əhalinin həyat keyfiyyətinin əsasını sağlamlıq təşkil edir. Çünki saglamlığın yaxşılaşması, yaxud pisləşməsi insan kapitalının digər parametrlərinin səmərəliliyi və intensivliyini ya artırır, ya da azaldır. Göstəriciləri Əhalinin həyat səviyyəsinə təsir göstərən amillər üç qrupa bölünür: 1. Ölkədə təzahür edən böhrandan yaranan amillər; 2. Qarışıq iqtisadiyyatın meydana gəlməsi, bazar münasibətlərinin şəkil alması və daha çox inkişaf etməsi ilə əlaqədar olan amillər; 3. Dövlətin dünya bazarına açılması ilə əlaqədar amillər. Birinci qrupa, əsasən, böhranlı dövrdə meydana çıxan amillər aid edilir. Bunlar təsərrüfatlar arasında iqtisadi münasibətlərin pozulması, totalitar rejimin aradan götürülməsi prosesinin məntiqi davamı kimi keçmiş ittifaqdakı dövlətlər arasında illərlə meydana gəlmiş və bir- birlərindən asılı vəziyyətə salınmış iqtisadi münasibətlərin kəskin şəkildə dağılması və s. amillərdir. İkinci qrupa mülkiyyətin şəxsiləşdirilməsi və dövlətsizləşdirilməsi, təsərrüfatçılığın yeni alternativ növlərinin meydana gəlməsi, suveren dövlətin iqtisadi və siyasi müstəqilliyinin bərpa edilməsinə göstərilən diqqət, qayğı, bunlara uyğun olaraq idarəetmə sahəsindəki dəyişikliklər daxildir. Üçüncü qrupa dünya bazarına inteqrasiyanın məntiqi nəticəsi kimi iqtisadiyyatın fərqli sektorlarına xarici sərmayələrin cəlb edilməsi, daxili bazarın xarici bazarlardan gətirilən mal və əmtəələrlə doldurulması, sərbəst iqtisadi zonaların yaradılması və s. bu kimi amillər aid edilir. Ölkə əhalisinin, sosial-professional və ya demoqrafik qruplarının sağlamlığı sosial mühitdən, həmçinin əhaliyə məxsus bir sıra digər xüsusiyyətlərdən asılıdır. Daha az inkişaf etmiş ölkələrin əhalisi üzərində aparılan tədqiqatlar göstərir ki, ailənin gəlir səviyyəsindən asılı olmayaraq təhsilli anaların uşaqları daha sağlam böyüyür. Əhalinin həyat keyfiyyətinin yüksəlməsi ölkənin sosial-iqtisadi tərəqqisinin göstəricisidir; o, yalnız iqtisadi artım və həyat səviyyəsinin yaxşılaşdırılması ilə deyil, həmçinin ailə və cəmiyyət vəsaitlərinin insan kapitalına çevrilməsi sayəsində dəyişir. İnsan kapitalı nəzəriyyəsinə əsasən aparılan tədqiqatlar göstərir ki, XX əsrin son onilliyində ABŞ Ümumi Daxili Məhsulun təqr. 10%-ni əhalisinin təhsilinə yönəltmişdir.. Əhalinin həyat keyfiyyətinin başlıca xarakteristikaları sırasında aqreqasiya olunan, yəni ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini və əhalinin bir sıra (doğulduqdan sonra gözlənilən yaşama müddəti, əhalinin təhsil səviyyəsi, adambaşına düşən ÜDM-in həcmi və s.) xarakteristikalarını cəmləşdirən insan potensialının inkişaf indeksi xüsusi yer tutur. Əhalinin həyat keyfiyyəti iqtisadi, sosial, ekoloji, elmi-texniki sistemlərin inkişaf səviyyəsi ilə birbaşa əlaqədə olan həyat səviyyəsi ilə yanaşı, əhalinin yaş tərkibi, cinsə görə bölünməsi, demoqrafik proseslərin adaptasiya imkanları və s. kimi ictimai təkrar istehsalla birbaşa əlaqəsi olmayan demoqrafik xarakteristikalar vasitəsilə müəyyənləşdirilir. Əhalinin həyat keyfiyyətini müəyyənləşdirən ünsürlər aşağıdakılardır: Gəlir və istehlakın səviyyə və quruluşunu özündə əks etdirən meyarlar — istehsalın sahə quruluşu və ictimai əməyin paylaşdırılımasında region iqtisadiyyatının yeri, rolu, məşğulluq səviyyəsi və quruluşu. Sosial demoqrafik quruluş, əmtəə və xidmətlərin dəyəri, iqlim şəraiti, regionlar arası iqtisadi əlaqələrin forması, səviyyə və həcmi. Ölkə vətəndaşlarının həyat keyfiyyətinin fərqli-fərqli tərəflərini özündə birləşdirən meyarlar — maaşların nominal səviyyəsi , istehlak üçün əzərdə tutulan eytiyyatların miqdarı, — Fərqli-fərqli əmtəələrin, əmtəə səbətlərinin istehlakı, məskunlaşdırılma. Sosial qruplar — sosial qruplar daxilində ailələrin maddi yardımına müəyyən olunan həyat keyfiyyəti. Əhalinin həyat keyfiyyəti müxtəlif aspektləri və onunla əlaqədar yaranan problemlər Qədim Yunanıstan və Çin də daxil olmaqla, insan cəmiyyətini daim düşündürmüşdür; XVIII–XIX əsrlərdə iqtisadçılar, filosof və sosioloqlar öz işlərində əhalinin həyat keyfiyyəti anlayışından geniş istifadə edirdilər; XX əsrdə o, demoqrafik optimum, insan kapitalı və Yevgeni nəzəriyyələrinin yaranmasında artım həddinin qlobal modelləşdirilməsi üzrə Roma klubunun yaranmasında mühüm rol oynamışdır. XXI əsrdə hər hansı dövlətin iqtisadiyyatında innovasiya-informasiya imkanlarını müəyyənləşdirən əhalinin həyat keyfiyyətinin özü də informasiya cəmiyyəti vasitəsilə sürətlə yüksəlir. Əliyev A., Qasımov N. (2000). Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri. Bakı.
https://az.wikipedia.org/w/index.php?curid=696713
Əhalinin orta yaşına görə ölkələrin siyahısı
Orta yaş (ing. median age) əhalini iki bərabər yaş qrupuna böldükdə, əhalinin yarısı bu yaşdan gənc, digər yarısı isə bu yaşdan qocadır. Başqa sözlə, elə yaşdır ki, əhalini tən iki yerə bölür. Bu ölkə əhalisinin yaşa görə necə paylandığını göstərir.Hal hazırda, orta yaş ölkələrə görə çox müxtəlifdir. Məsələn, Nigerin əhalisinin orta yaşı 15 yaşdır, amma Avropa Birliyi, Kanada və Yaponiya kimi ölkələrdə bu yaş 40 dan yuxarıdır. Köhnə Sovet İttifaqı ölkələrində qadınların orta yaşı kişilərin orta yaşından dah çoxdur.
https://az.wikipedia.org/w/index.php?curid=506000
Əhalinin qocalması
Əhalinin qocalması — əhali içərisində yaşlı şəxslərin (60 və ya 65 yaşdan yuxarı) payının artması.Polyak demoqraf E. Rossetin şkalasına görə, ölkə əhalisinin sayında 60 və daha yuxarı yaşlı şəxslərin payı 8%-ə qədər olduqda – demoqrafik cavanlıq, 8–10% – qocalmanın başlanğıcı, 12% və daha çox – demoqrafik qocalmadır. Bu pay uşaqların və yaşlıların sayının artmasına nisbətən yeniyetmələrin sayının ləng artması, yəni ya doğum sayının azalması və ya yaşlıların ölümünün əskilməsinə, ya da bu iki amilin birgə təsiri nəticəsində arta bilər. Demək, təkrarlanma xarakterinin uzunmüddətli dəyişməsi əhalinin qocalmasının səbəbidir. 19 əsrin 60–70-ci illərindən başlayaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində doğum sayının uzunmüddətli azalması üzündən əhali çox qocalmışdır: bu ölkələrdə 60 və daha yuxarı yaşlı şəxslərin payı təqr. 16% təşkil edir. Yaşlı insanların payı 5–6% olan ölkələrdə əhali nisbətən cavandır. Əhalinin qocalmasına ayrı-ayrı yaş qruplarına müxtəlif dərəcədə təsir edən miqrasiya da səbəb ola bilər. Məsələn, gənclərin kənddən şəhərə miqrasiyası kənd əhalisinin qocalması ilə nəticələnir. Əhalinin qocalmasının sosial-iqtisadi baxımdan yekunları, əsasən, əmək qabiliyyəti olan hər nəfərə düşən pensiya yaşlı şəxslərin sayının artması ilə əlaqədardır. Dünyada demoqrafik qocalma Yaşlanma fenomeni qlobaldır, lakin sürəti və intensivliyi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə fərqli ölkələrdə fərqlidir. Avropa və Yaponiyada əhali Şimali Amerikadakından xeyli qədimdir, Almaniya, İtaliya və İspaniyada əhalinin yaşlanma ritmləri Fransa və İngiltərə (Böyük Britaniya və Şimali İrlandiya) ilə müqayisədə daha qabarıqdır. Rusiya Federasiyası, Belarusiya və digər MDB ölkələri yaşlanma dinamikası baxımından çox oxşardırlar.
https://az.wikipedia.org/w/index.php?curid=709390
Əhalisinin sayına görə ABŞ şəhərləri
ABŞ Statistika Bürosu Puerto-Riko istisna olmaqla ABŞ-də əhalisinin sayı 100 mindən artıq olan şəhərlərin siyahısını tərtib edir. Son zamanlar ABŞ-də Green card qazananların və digər yollarla bu ölkəyə gələnlərin sayı kəskin çoxaldığından bu statistikaya 200-dən çox şəhərin adı daxil edilmişdir. Puerto-Riko Burada siyasi cəhətdən ABŞ-yə bağlı olan Puerto-Rikonun ən böyük şəhərləri göstərilib.
https://az.wikipedia.org/w/index.php?curid=450885
Əhalisinin sayına görə Kanada şəhərləri
Siyahıda 2016-cı ildə Kanadada aparılmış siyahıyaalmaya görə ən çox əhalisi olan 100 şəhər qeyd edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=248362
Əhalisinin sayına görə Kanada şəhərlərinin siyahısı
Siyahıda 2016-cı ildə Kanadada aparılmış siyahıyaalmaya görə ən çox əhalisi olan 100 şəhər qeyd edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=307015
Əhalisinə görə ABŞ şəhərlərinin siyahısı
ABŞ Statistika Bürosu Puerto-Riko istisna olmaqla ABŞ-də əhalisinin sayı 100 mindən artıq olan şəhərlərin siyahısını tərtib edir. Son zamanlar ABŞ-də Green card qazananların və digər yollarla bu ölkəyə gələnlərin sayı kəskin çoxaldığından bu statistikaya 200-dən çox şəhərin adı daxil edilmişdir. Puerto-Riko Burada siyasi cəhətdən ABŞ-yə bağlı olan Puerto-Rikonun ən böyük şəhərləri göstərilib.
https://az.wikipedia.org/w/index.php?curid=116623
Əhalisinə görə Avropa ölkələrinin siyahısı
Bu mövcud olan ən son məlumatlarla, Avropa ölkələrin əhalisinə görə siyahısıdır. Həmçinin bax Asiya ölkələrinin əhalisinə görə siyahısı Cənubi Amerika ölkələrinin əhalisinə görə siyahısı Şimali Amerika ölkələrinin əhalisinə görə siyahısı Okeaniya ölkələrinin əhalisinə görə siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=764621
Əhalisinə görə meqapolislərin siyahısı
Siyahıda dünyanın müxtəlif ölkələrindən olan meqapolislərin əhalisi ardıcıllıqla düzülmüşdür. Meqapolis və ya iri şəhərlər deyildikdə, əmək bazarının böyük iş yerlərinin sıx olduğu bölgələr və bu zonalara birbaşa bağlı olan ətraf ərazilər nəzərdə tutulur. Hal-hazırda meqapolis anlayışının dünyada dəqiq tərifi yoxdur. Bu səbəbdən də, şəhərlər arasında müqayisə çətinləşir. Əhalisinə görə meqapolislərin siyahısında bütün iri şəhər və metropolislərdəki əhalinin sayı hökumətlərin müəyyən illərdə keçirilmiş siyahıyaalmalarına əsaslanır. Siyahıda 39 ölkədən 100 metropolitan şəhər yer almışdır. Maraqlı faktlar Economist Intelligence Unit təşkilatının illik araşdırmasının nəticələrinə görə, 2019-cu ilin ən bahalı şəhərlər siyahısında 133 şəhər arasında Paris, Honkonq və Sinqapur birinci yerdədir. 2019-cu ilin göstəricilərinə görə ən ucuz şəhər Karakasdır. Ən böyük və ən inkişaf etmiş şəhər Tokiodur. Okeaniyada cəmi 2 meqapolis var. Ən böyüyü Sidneydir. Avropanın ən böyük meqapolisi Moskvadır. İki qitə arasında yerləşən və bu siyahıya düşən tək meqapolis dünyanın 34-cü ın böyük iqtisadiyyatı olan İstanbul şəhəridir. Həmçinin İstanbul Avropanın ən böyük 2-ci şəhəridir. Numbeo nun araşdırmasına görə ən çirkli şəhərlər arasında bu siyahıdakı Qahirə, Karaçi, Daka, Dehli, Pekin, Manila, İstanbul və Ankara da var. Dünyanın ən iri meqapolislərindən biri olmasına baxmayaraq, şəhər-dövlət olan Sinqapur, həm də dünyanın ən kiçik 20 ölkəsindən biridir. Dünyanın ən hündür binası Bürc Xəlifə Dubayda yerləşir. Dünyada ilk yeraltı park Nyu-York Sitidə açılıb. Dünyanın ən üzun metro xətti Seul metrosundadır. Dünyanın ən çox stansiyası olan metro sistemi Nyu-Yorkdadır, Şanxay metrosu isə ikinci yerdədir. Amerikada ilk pizzeriya 1895-ci ildə Nyu-Yorkda açılmışdır. Nyu-York dünyada ən çox milyarderin və milyonçunun evidir. Şəhərdə milyonçuların sayı 380 mindir. Siyahıdakı ölkələr Almaniya Federativ Respublikası Amerika Birləşmiş Ştatları Birləşmiş Ərəb Əmirlikləri Birləşmiş Krallıq Cənubi Afrika Respublikası Cənubi Koreya Çin Xalq Respublikası İran İslam Respublikası Konqo Demokratik Respublikası Rusiya Federasiyası Səudiyyə Ərəbistanı Həmçinin baxın Əhalisinə görə ölkələrin siyahısı Əhalisinə görə ABŞ şəhərlərinin siyahısı Əhalisinə görə Fransa departamentləri Əhalisinə görə İran şəhərlərinin siyahısı Xarici keçidlər Demographia World's largest cities and their mayors demographia.com citypopulation.de World Gazetteer OECD Territorial Reviews – Competitive Cities in the Global Economy Map of cities
https://az.wikipedia.org/w/index.php?curid=600268
Əhalisinə görə ölkələrin siyahısı
Bu, əhalisinə görə ölkələrin siyahısıdır. Ölkələrin əhalisinə görə sıralanması Qeyd: Bütün asılı ərazilər italiklə göstərilmişdir. Son dəyişmə: 15 Aprel 2020 Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=51621
Əhalisinə görə İran şəhərlərinin siyahısı
Aşağıdakı hər iki cədvəldəki məlumatlar 2011-cı ildə əhalinin siyahıyaalınmasının yekunlarına əsasən İran Stastika Mərkəzi tərəfindən açıqlanmışdır.Siyahıda əhalisi 1.000.000 - dan çox olan şəhərlər qeyd edilmişdir: Əhalisi 1. 000.000 ilə 100.000 arasındakı şəhərlər Bu siyahıda əhalisi 1.000.000 – 100.000 arasında olan şəhərlər qeyd edilmişdir:
https://az.wikipedia.org/w/index.php?curid=63854
Əhd-i Milli Bəyannaməsi
Əhd-i Milli Bəyannaməsi və ya Türk Milli Paktı, Türkiyə İstiqlal Bəyannaməsi (türk. Mîsâk-ı Millî) — 28 yanvar 1920-ci ildə İstanbulda əksəriyyətinin Türk Milli Hərəkatının tərəfdarları olduğu Millətlər Palatası tərəfindən qəbul edilmişdir. Sənəddə Birinci Dünya müharibəsindən sonra türk dövlətinin quruluşunun ərazi məsələləri nəzərdə tutulurdu: ərəb torpaqları məsələsinin onların əhalisinin plebisitinə çıxarılması təklif edilirdi və türk millətinin nümayəndələrinin yaşadığı torpaqlar, şübhəsiz ki, Türkiyənin bir hissəsidir deyilirdi. Türk millətinin yaşadığı ərazi, Qərbi Trakya və Qars, Ərdəhan və Batum bölgələri istisna olmaqla, müasir Türkiyə Cümhuriyyətinin bütün ərazisi kimi başa düşülürdü ki, burada bu ərazilərin dövlət mülkiyyətində olması ilə bağlı referendum keçirilməli idi.Osmanlı imperiyasının daxili işlər naziri Damat Fərid Paşa VI Mehmedin xəstəliyi ilə əlaqədar parlamentdə açılış nitqi söylədi. Ərzurumda və Sivasda keçirilən qurultaylarda alınan qərarları tanımaq üçün Mustafa Kamalın dostları tərəfindən Felah-ı Vətən adlı bir millət vəkili qrupu yaradıldı. Mustafa Kamalın bu sənəd baradə fikirləri belə olub: “Millətin dəmir yumruğu tarix salnaməsinə müstəqilliyimizin təməl prinsipi olan Millət Andını yazır”. Bu qərarlar işğalçı müttəfiqləri narahat edirdi, nəticədə 1920-ci il martın 16-da İngiltərə, Fransa və İtaliya qoşunları İstanbulu işğal etdilər və bu Ankarada yeni türk millətçi parlamenti olan Türkiyə Böyük Millət Məclisinin yaradılması ilə nəticələndi. Bu da Türkiyənin Müttəfiqlərə qarşı İstiqlal Müharibəsini gücləndirdi. Keçmiş Osmanlı Parlamenti tərəfindən qəbul edilən Misak-ı Millinin altı qərarı daha sonra Qars müqaviləsində və Lozanna müqaviləsində yeni Türkiyə Cümhuriyyətinin Türkiyə Böyük Millət Məclisində iddiaları üçün əsas götürüldü. Birinci Dünya müharibəsində Osmanlı imperiyasının təslim olması və 1919-cu ilin dekabrında Antanta qoşunlarının İstanbula daxil olmasından sonra Osmanlı imperiyasının parlamentinə (Ümumi Məclis) son seçkilər keçirildi. 140 millət vəkilinin əksəriyyəti, Ankarada olan General Mustafa Kamalın başçılıq etdiyi Anadolu və Rumeli Haqqlarını Müdafiə Dərnəyinin (Anadolu və Rumeli Müdafaa-i Hukuk Cemiyeti) namizədləri oldu. Belə ki, Türk Milli Hərəkatına rəhbərlik etdiyinə görə 3 sentyabr 1919-cu ildə Osmanlı imperiyası hakimiyyəti onun həbsinə order vermişdi. Konstitusiyanın (Midhət konstutitusiyası) bərpasından sonra Parlamentin dördüncü tərkibi 1920-ci il yanvarın 12-də ilk iclasına toplandı. Onun ən mühüm qərarları Mustafa Kamalın rəhbərliyi ilə Türkiyənin işğalçılardan azad edilməsi planı olan Amasiya Protokolunun imzalanması və ölkənin dövlət suverenliyinin bərpası kursunu elan edən Əhd-i Milli Bəyannamənin qəbul edilməsi idi. Milli andın qəbul edilməsinə cavab olaraq Antanta Dövlətləri 1920-ci il martın 16-da İstanbulun əsas binalarını zəbt etməyə və türk millətçilərini həbs etməyə başladılar, sonra onlar Maltaya sürgün edildilər. İşğalçılar Sultanı Parlamenti ləğv etməyə məcbur etdilər. Baş Assambleyanın sonuncu iclası 1920-ci il martın 18-də keçirildi. Bundan sonra müttəfiqlər etiraz məktubu aldılar və parlamentin tribunası onun üzvlərinin fəaliyyətinə xitam verildiyini bildirən qara parça ilə örtüldü. 5 aprel 1920-ci ildə Sultan VI Mehmed müttəfiqlərin təzyiqi ilə Parlamentin fəaliyyətini rəsmən dayandırdı. Milli andın bəndləri Əhd-i Milli Bəyannamənin (Misak-ı Milli) əsas müddəaları Ərzurum konqresində (22 iyul - 7 avqust 1919) və Sivas konqresində (4-11 sentyabr 1919) formalaşdı.Maddə 1. Osmanlı imperiyasının sırf əksəriyyət ərəb əhalisinin yaşadığı və 1918-ci il oktyabrın 30-da atəşkəs zamanı düşmən ordularının işğalı altında olan ərazilərinin taleyi yerli əhalinin azad iradəsinə uyğun olaraq müəyyən edilməlidir. Maddə 2. Üç sancağın: Qars, Ərdəhan və Batumun taleyinə gəlincə - əhalisi azad olunduqları gündən təntənəli səsvermə ilə vətənlərinin qoynuna qayıtmaq iradəsini təsdiq ediblər. Zərurət yaranarsa, ikinci, sərbəst keçirilən plebisit başlanacaq. Maddə 3. Türk dünyasının bir hissəsi olan Qərbi Trakyanın hüquqi statutu əhalinin sərbəst şəkildə ifadə etdiyi iradəyə əsaslanmalıdır. Maddə 4. İmperiyanın paytaxtı və xilafətin və Osmanlı hökumətinin taxtı olan İstanbulun təhlükəsizliyi, eləcə də Mərmərə dənizinin təhlükəsizliyi təmin edilərək hər cür təcavüzdən qorunmalıdır. Bu prinsip qurulub həyata keçirildikdən sonra imzalayanlar bir tərəfdən Osmanlı hökuməti ilə digər tərəfdən maraqlı dövlətlər arasında qarşılıqlı razılaşma əsasında qəbul ediləcək istənilən qərara qoşulmağa, dünya ticarətinə və beynəlxalq rabitəyə boğazların açılmasını təmin etməyə hazırdırlar. Maddə 5. Azlıqların hüquqları Antanta Dövlətləri, onların əleyhdarları və onlarla müttəfiq olan bəzi dövlətlər arasında bağlanmış xüsusi konvensiyalarla digər ölkələrdə azlıqların xeyrinə müəyyən edilmiş əsaslarla bizim tərəfimizdən təsdiq olunacaqdır. Digər tərəfdən, biz qəti şəkildə inanırıq ki, qonşu ölkələrdəki müsəlman azlıqlar da öz hüquqları ilə bağlı eyni təminatlardan istifadə edəcəklər. Maddə 6. Milli və iqtisadi inkişafımızı təmin etmək və ölkəni daha müasir, düzgün fəaliyyət göstərən idarəetmə ilə təmin etmək məqsədi ilə imzalayanlar... qeyri-məhdud müstəqillik və tam fəaliyyət azadlığından istifadə imkanını milli varlığın zəruri şərti hesab edirlər. Nəticədə, biz milli inkişafımıza mane ola biləcək hər hansı hüquqi və ya maliyyə məhdudiyyətinə qarşıyıq. Üzərimizə qoyulacaq öhdəliklərin həlli şərtləri bu prinsiplərə zidd olmamalıdır. Xarici keçidlər History Of The Turkish Republic Misak-ı Millî'ye Göre Lozan, tr:Fırat Üniversitesi
https://az.wikipedia.org/w/index.php?curid=775207
Əhd sandığı
Əhd sandığı. Onun başqa bir adı “Tabutu-Səkinə”dir. Bu barədə Müqəddəs Kitabımız Qurani-Kərimdə də ayə var. Bu günə qədər Əhd Sandığı barədə saysız araşdırmalar aparılıb, müxtəlif məqalələr yazılıb, bir çox iddialar, versiyalar irəli sürülüb. Bu məqalədə bəzi alimlərin fikirlərinə yer verməyə çalışacağıq. Sandıq miladdan öncə 587-ci ildə Babil qoşunlarının Qüdsü işğalından sonra yoxa çıxır. O gündən bəri qeybə çəkilən bu əşya bir çox əfsanəyə səbəb olub. Tarix boyu krallar, hakimlər, alimlər, din xadimləri tərəfindən araşdırılan sandıq günümüzdə hətta xüsusi xidmət orqanları tərəfindən də axtarılır. Hətta deyilənlərə görə, CİA və MOSSAD-ın onu tapmaq vəzifəsi daşıyan şöbələri də var. Hətta Hitlerin də Əhd Sandığını tapmaq üçün ekspedisiya təşkil etdiyi iddia edilir. Hər üç Müqəddəs Kitabda adı çəkilən sandığı niyə hər kəs axtarır? Səbəblər çoxdur. Məsələn, dini mənbələrə görə, axirətdə bu sandıq Həzrəti İsa və ya Həzrəti Mehdi tərəfindən tapılacaq. Bu sandığa sahib olan şəxs bütün dünyaya hakim olacaq. Bəzi iddialara görə sandıq İstanbulda gizlədilib. Professor-doktor Ömər Faruk Harmanın fikrinə görə, Əhd Sandığı Tövratda da yer alan bir mövzudur və onun Hz. Musaya Tanrı tərəfindən hazırlanması əmr edilib. Yəhudi inancına görə, Tanrı tarix boyunca müxtəlif insanlarla əhd bağlayıb. Məsələn, bu əhdlərdən biri İbrahim Peyğəmbərlə Tanrı arasında bağlanıb. Əhdə görə, İbrahim Tanrının dinini yayacaq, insanları düz yola aparacaq, Tanrı isə İbrahimin soyunu, davamçılarını, nəslini dəryada dənizin qumunun sayı qədər edəcək. Bu əhdin, anlaşmanın simvolu sünnətdir. İbrahim Peyğəmbərdən başlayaraq oğlan uşaqları sünnət olunur. Digər bir anlaşma Nuh Peyğəmbərlə olub. Bilindiyi kimi, Nuh Peyğəmbərin qövmü üsyan edir və Tanrı onları tufanla cəzalandırır. Sonra isə Tanrı və Nuh arasında anlaşma olur - əgər Nuhun qövmü 10 qaydaya əməl etsə, Tanrı bir də onları cəzalandırmayacaq. Bu 10 qanun və əxlaq qaydaları haqqında Qurani-Kərimin İsra surəsində də söz açılır. Bu əhdin rəmzi isə göy qurşağıdır. Tanrı və Musa Peyğəmbər haqqında bağlanan əhdə əsasən, İsrail oğulları Tanrı tərəfindən göndərilən ilahi qaydalara, Tövrata əməl edəcək, əvəzində isə mükafatlandırılacaqlar. Əhd sandığı da bu əhdlərin nişanlarının, sənədlərinin saxlandığı bir sandıqdır. Tövrata görə, Musa Peyğəmbər Allahın əmri ilə, Onun dediyi ölçülər çərçivəsində akasiya ağacından bir sandıq düzəldir. Sandığın qulpları var və qulplara ağac keçirərək onu öndə iki, arxada iki nəfər tərəfindən daşımaq mümkündür. Sandığa Tövratdan bir nüsxə, Musanın 40 il səhrada qövmü ilə gəzərkən yediyi qüdrət halvasından bir kasa, Harun Peyğəmbər və Musa Peyğəmbərin möcüzələr yaratdığı sehirli əsa, Sina dağında Musaya Allah tərəfindən verilən, yəhudi inancına görə, bilavasitə elə Tanrı tərəfindən qələmə alınan 10 qanunun yer aldığı 2 daş lövhə qoyulub. Yəhudi inancına görə, Peyğəmbər bu sandıq vasitəsilə Allahla ünsiyyət qururmuş və sandıq xüsusi bir çadırda, xüsusi bir yerdə qorunurmuş (burada söhbət Musanın qövmü ilə 40 il səhrada gəzməyindən gedir). Sandığa ancaq seçilmiş insan yaxınlaşa bilər. Bu zaman o, təmiz və xüsusi geyimdə olmalı idi. İddiaya görə, sandığa toxunan insan dünyasını dəyişir. Hətta Davud Peyğəmbər Qüdsü ələ keçirdikdən sonra sandığı oraya apartdırır. Bu əşya heyvanların dartdığı arabada olur və ona nəzarət edən şəxsin ayağı səndələyir və yıxılır. Bu zaman əli sandığa toxunan nəzarətçi dünyasını dəyişir. Başqa bir alim Ahmet Tanın fikrinə görə isə, sandıq barədə Quranın Bəqərə surəsində məlumat verilir. Sandıq bir güc mənbəyidir. İsrail oğulları ona sahib olduğu müddətcə çox güclüdürlər və bütün qövmlərə qalib gəlirlər. Musa peyğəmbərin ölümündən sonra yəhudilərə Yeşu peyğəmbər başçılıq etdi. Yeşudan sonra hakim adlanan idarəçilər qövmü idarə etdi. İsrail oğulları bir müddət sonra Samuel adlı peyğəmbərlərinə deyirlər ki, bizə bir kral ver. Çünki savaşdığımız qövmlərin hamısının kralı var. Bizim də krala ehtiyacımız var. Bu isə Tanrı ilə olan əhdi pozmaqdır. Çünki yəhudi inancına görə, onların kralı Tanrıdır. Tanrı isə Samuelə “onlara bir kral seç” əmrini verdi. Samuel isə, Quranda adı Talut kimi qeyd edilən Saulü kral seçdi. Amma xalq Talutu qəbul etmək istəmədi. Bu zaman Samuel Talutun kral ola biləcəyini, bunu sübut üçün isə düşmən əlinə keçən Sandığı geri qaytaracağını bildirdi. İlk məbəd eradan əvvəl 587-ci ildə dağıdıldı. Bu məbəd Süleyman Peyğəmbər tərəfindən inşa edilib və Süleyman məbədi adlanır. Babillilər Qüdsə hücum edəndə bu məbədi dağıtdılar. Sandıq da bu hadisədən sonra yoxa çıxdı. İsrail oğulları Babilistana aparıldı. 50 il orada qaldıqdan sonra, farslar Babilistanı dağıdanda azadlıqlarına qovuşdular. Yenidən Qüdsə qayıdan yəhudilər eradan əvvəl 515-ci ildə ikinci məbədi inşa etdilər. Bu məbəd də dağıdılmış məbədin yerində tikildi. Eradan əvvəl 200-ci ildə bu regiona yunanlar hakim oldu. Onların kralı IV Antiyakus Epifanus yunan tanrılarının heykəllərini Süleyman məbədinə toplayır və yəhudilərə bu tanrılara sitayiş etməyi əmr edir. Bu səbəbdən, eramızdan əvvəl 167-ci ildə yəhudilər üsyana qalxırlar. Üsyanlar 142-ci ildə yəhudilərin müstəqillik əldə etməsi ilə nəticələnir. Amma bu müstəqillik də uzun sürmür. Eramızdan əvvəl 62-ci ildə Roma imperiyası bu bölgənin tək hakiminə çevrilir. Miladdan öncə 20-ci ildə kral Hirotes Süleyman məbədini genişləndirir. Sonra isə məbədin ətrafına müdafiə qalası inşa etdirir. Bu gün bu qalanın qərb hissəsi yəhudilərin “Ağlama divarı” dediyi qala divarıdır. Divarın Süleyman peyğəmbərə heç bir aidiyyatı yoxdur. Eramızın 68-ci ilində yəhudilər Romaya qarşı üsyana qalxır. Amma 70-ci ildə üsyan çox qanlı formada yatırılır. Bu zaman Qüds yenə də dağıntıya məruz qalır və Süleyman məbədi məhv edilir. Yəhudilər ərazidən qovulurlar. Süleyman məbədi ilə sandığın nə əlaqəsi var? Sandıq uzun müddət bu məbəddə qorunub. O, məbəddə “Müqəddəslər müqəddəsi” adlı xüsusi yerdə saxlanılıb və rəvayətə görə burada da açılıb. Xüsusi ayinlər və dualardan sonra açılan sandığın içindən yalnız iki ədəd gil lövhə çıxıb. Yuxarıda sadalanan əşyaların heç biri sandıqda olmayıb. Bir versiyaya görə, Əhd Sandığı İstanbuldadır. Tarixçilərin, xüsusən də Ahme Tanın fikrinə görə, İstanbul şəhərinin qurulması əsnasında kral Konstantin Qüdsdən Yuşa Peyğəmbərin sümüklərini və Əhd sandığını gətirdirir və müasir İstanbulda bu gün Yuşa təpəsi kimi tanınan yerdə gizlədir. Müqəddəs kitablara görə, Əhd Sandığı birinci məbədin dağıdılmasından sonra yoxa çıxıb və bu günə qədər də tapılmayıb. Maraqlı faktlardan biri də Osmanlı imperiyası dövründə, Sultan Süleyman Qanuninin zamanında yaşanıb. Bilindiyi kimi, Sultan Süleymanın Yəhya Əfəndi adlı süd qardaşı olub. Yuşa Peyğəmbər üç dəfə Yəhyanın yuxusuna girir və “mənim qəbrimi tap” deyir və məkanı da ona bildirir. Yəhya iki dəfə yuxunu ciddi qəbul etmir. Amma eyni yuxu üçüncü dəfə təkrar olanda dərvişlərini də götürərək o zaman Div Dağı adlanan təpəyə yollanır. Təpədə onları qoyun otaran bir çoban qarşılayır. Söhbətdən sonra çoban təpənin bir hissəsində yaxşı ot olsa da, qoyunların ora yaxın getmədiyini, ancaq ətrafdakı otları yediyini bildirir. Yəhya yerə diqqətlə baxır və buranın yuxuda ona bildirilən məkan olduğunu anlayır. Həmin ərazi qazılır və bu zaman üzərində Davud Peyğəmbərin möhürü olan bir mərmər lövhə tapılır. Lövhənin altından tapılan əşyalar haqqında isə heç bir tarixi məlumat yoxdur. Amma yuxu və qazıntı işləri barədə tarixi sənədlər Osmanlı sarayında mövcuddur. Sonra isə buraya 17 metr uzunluğu, 2.5 metr eni olan bir qəbir düzəldilir, yanında isə məscid inşa edilir. Məscidin kitabəsində də maraqlı məqamlar var. Bu kitabədə İsrailin quruluşu, yüksəlişi və sonu haqqında məlumatlar yazılıb. Başqa bir versiyaya görə, Səlib yürüşləri zamanı “məbəd cəngavərləri” adı verilən döyüşçülər Qüdsdə bu sandığı axtarıblar. Uzun müddət qazıntı aparan cəngavərlərin sandığı tapıb-tapmadığı barədə dəqiq məlumat yoxdur. Amma Süleyman məbədinin altında uzun müddət qazıntı aparıldığı barədə bu gün də faktlar mövcuddur. Başqa tarixi mənbələrə müraciət etdikdə sandıq barədə maraqlı məqamlara rast gəlmək mümkündür. Eramızdan əvvəl 587-ci ildə Babil İmperatoru Buhtunnesar (Babilistanda Asma bağları inşa etdirən kral) Qüdsü işğal etdi. 500 il boyunca sandıqdan bir xəbər çıxmadı. Məlumata görə, Əhd sandığı levililər qəbiləsi tərəfindən qorundu və məbədin altındakı gizli bir bölmədə gizlədildi. Eramızın 70-ci ilində Roma valisi Titus Qüdsü işğal etdikdən sonra yeraltı otağı tapdı və məbədin müqəddəs əşyaları ilə birlikdə sandığı da Romaya apardı. Sandığın gizlədildiyi məkanlardan biri də Antakya ola bilər. Roma basqınlarından qaçan yəhudi qəbilələrinin bir qismi İordaniya yaxınlığında və Lut gölü sahilində yerləşən Kumran şəhərinə sığındılar. Bir qismi isə Antakya ətrafına yerləşdi. Bir versiyaya görə, Antakya ətrafına yerləşən Essenilər yanlarında Əhd sandığını da gətirmişdilər. Bu qəbilə sandığı gizlətmək üçün ən uyğun məkanın Antakya olduğunu düşünürdü. Onlar bütün həyatlarını sandığın mühafizəsinə həsr etmişlər. Bəzi ərəb tarixçiləri isə sandığın Ərəbistana aparıldığını, orada gizlədildiyini yazırlar. Bəzi tarixçilər isə sandığın Misir Fironu Şişakın Kənan ölkəsinə daxil olanda ələ keçirdiyini düşünürlər. Yaxın zamanlarda ortaya atılan iddialardan birinə görə, Romalıların 70-ci ildə ikinci məbədi dağıtdıqları zaman sandığın yeraltı tunellər vasitəsilə 30 kilometr kənarda yerləşən Kumran şəhərinə aparıldığı və orada gizlədildiyi bildirilir. Başqa bir əfsanəyə görə isə, sandıq məbədə yerləşdirildikdən sonra oğurlanıb, Kral Süleyman və Seba Kraliçasının oğlu Menelek tərəfindən Həbəşistana aparılıb. İslam alimlərinin bir çoxunun fikrinə görə, bu sandıq Axirət zamanında, Həzrəti Mehdi tərəfindən tapılacaq. Bu səbəbdən də, sandığın tapılması Mehdinin zühur əlamətlərindən biri sayılır. 1090-cı ildə Sion Məbədi qurulur. Onun məqsədi İsa Peyğəmbərin soyunu qorumaq və Tanrının Dünyadakı güc simvolu olan Müqəddəs Qədəhi mühafizə etməkdir. Amma əslində, bu məbədin məqsədi Əhd Sandığını ələ keçirməkdir. Amma bu məqsəd dövründə heç kəs tərəfindən bilinməyib. Sion Məbədi qurulduqdan 9 il sonra Birinci Səlib Yürüşü başladı və məbəd cəngavərləri məşhurlaşdılar. 1099-cu ildə ilk Xaç Yürüşü zamanı səfərə qatılan xristianlar və cəngavərlər Qüdsü ələ keçirirlər. Savaşa qatılan əsgərlərin bir çoxu geri qayıtdı. Amma məbəd cəngavərləri Qüdsdə qalmağı üstün tutdular. Onlar Süleyman Məbədində qazıntılara başladılar. Onların sandığı tapmadığı dəqiqdir. Çünki axtarışlar XIX əsrə qədər davam edib və bu barədə bir çox faktlar var. Məqalədən görüldüyü kimi, sandığın yeri barədə çox müxtəlif iddialar, rəvayətlər dolaşır. Amma bilinən bir gerçək var ki, Əhd Sandığı bu gün də axtarılır və hələ tapılmayıb. Düzəldilməsi Sandığın uzunluğu 2,5 qulac, eni 1,5 qulac, hündürlüyü 1,5 qulac idi (111 x 67 x 67 sm; 44 x 26 x 26). Sandıq akasiya ağacından düzəldilmişdi. Ona həm içəridən, həm də çöldən xalis qızıl çəkilmişdi. Kənarlarına qızıldan naxışlı haşiyə vurulmuşdu. Sandığın qapağı xalis qızıldan idi. Qapağın hər iki qırağında döymə qızıldan kərrub düzəldilib qoyulmuşdu. Kərrubların qanadları yuxarıya tərəf açılıb, qapağın üstünü örtürdü. Onlar qarşı-qarşıya qoyulmuşdu, üzləri isə qapağa baxırdı. Qızıldan dörd ədəd tökmə halqa düzəldib, sandığın dörd ayağının üstünə bərkidilmişdi. Akasiya ağacından şüvüllər düzəldilib üstü qızılla örtülmüşdü. Sandığı daşımaq üçün şüvüllər sandığın yan tərəflərindəki halqalardan keçirilmişdi. Düzəldilməsində məqsəd Əhd sandığında israillilərə Allahın Sina dağında onlarla bağladığı əhdi xatırladan əşyalar saxlanılırdı. Sandıq həmçinin Kəffarə günü böyük rol oynayırdı İçindəkilər Əvvəlcə sandığın içinə On əmr yazılmış daş lövhələr qoyulmuşdu. Sonra isə oraya içərisində manna olan qızıl qab və «Harunun tumurcuqlamış əsası» qoyuldu. Əhd sandığı sonralar məbədə gətiriləndə qab və əsa artıq orada yox idi. Lavililər Allahın sandığını akasiya ağacından düzəldilmiş şüvüllərdən tutub çiyinlərində daşıyırdılar. Lavililər heç bir vəchlə Əhd sandığına toxunmamalı idilər, ona görə də şüvüllər həmişə halqalarda qalırdı. Yola çıxanda Əhd sandığının üstünü Müqəddəs yerlə Ən müqəddəs yeri ayıran arakəsmə pərdəsi ilə örtürdülər. Nəyi təmsil etməsi Əhd sandığı Allahın Öz xalqı ilə olmasının nişanı idi. Misal üçün, Ən müqəddəs yerdə olan Əhd sandığının və israillilərin düşərgələrinin üstündə duran bulud Yehovanın onlarla olduğunu və onlara bərəkət verdiyini göstərirdi. Həmçinin Müqəddəs Kitabda deyilir ki, Yehova «kərrublar üzərində taxt» qurub. Buna görə də sandığın üstündə iki kərrub təsviri var idi. Beləcə, bu kərrublar Yehovanın arabasını təmsil edirdi. Sandığın mənasını başa düşdüyü üçün Davud padşah yazmışdı ki, sandıq Siona gətiriləndən sonra Yehova orada yaşayır. Müqəddəs Kitabda bu müqəddəs sandıq «Şəhadət sandığı», «Əhd sandığı», «Yehovanın sandığı» və «Yehovanın qüdrətinə dəlalət edən sandıq» adlanır. Sandığın qapağı «Kəffarə otağı» adlanır. Bu ifadə həmin sandığın Kəffarə günündə oynadığı xüsusi rolu bildirir. O gün baş kahin qurban gətirilən heyvanın qanını Əhd sandığının qarşısında damcıladırdı. Belə etməklə baş kahin «özü və evi üçün, eləcə də bütün İsrail icması üçün» günahları kəffarə edir və ya örtürdü Saxlanıldığı yer Sandıq Hüzur çadırında Ən müqəddəs yerdə saxlanılırdı. İbadət üçün olan bu çadır Əhd sandığı ilə eyni vaxtda düzəldilmişdi. Ən müqəddəs yer kahinlər və xalq görməsin deyə pərdə ilə örtülmüşdü. Ora yalnız baş kahin girə bilərdi, o da ildə bir dəfə Kəffarə günü girə və Əhd sandığını görə bilərdi. Sonralar Əhd sandığı Süleymanın məbədinin Ən müqəddəs yerinə qoyuldu.
https://az.wikipedia.org/w/index.php?curid=618732
Əhdi-Cədid
Əhdi-cədid və ya Yeni Əhd – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidin ilk dörd kitabı İncil adlanır. Əhdi-cədidin məzmunu Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır. Əhdi-cədidin qədim əlyazmaları Əhdi-cədidin bir çox qədim əlyazmaları müxtəlif muzey və kitabxanalarda saxlanır. İncilin ilk əlyazmaları, çox güman, o dövrdə geniş şəkildə istifadə edilən, amma davamlı olmayan papirusların üzərində yazılmışdır. İngiltərənin Mançester şəhərində yerləşən Con Raylands Kitabxanasında, Əhdi-cədidin bilinən ən qədim nüsxəsinin bir parçası saxlanılır. Eramızın 130–140-cı illərinə aid olan və Con Raylands Papirusu kimi bilinən bu parçanın üstündə, Yəhyanın Müjdəsinin kiçik bir hissəsi yazılmışdır. Bu papirus kiçik olmaqla bərabər, Yəhyanın Müjdəsinin yazılma tarixindən sadəcə olaraq 40–50 il sonrasına aid olması baxımından xüsusi əhəmiyyətə malikdir. İsveçrənin Cenevrə şəhərinin yaxınlığında yerləşən Bodmer Kitabxanasında da mühüm papiruslar saxlanmaqdadır. Onlardan biri, eramızın 200-cü ilinə aid olan Yəhyanın Müjdəsidir. Yenə də eyni illərə aid, İncilin Matta, Mark, Luka və Yəhyadan ibarət olan bir nüsxə, çürümə səbəbilə hal-hazırda Lukanın son yarısı ilə Yəhyanın ilk yarısını əhatə edir.İrlandiyanın paytaxtı Dublində yerləşən Çester Bitti Kitabxanasında bəzi mühüm əlyazmalar saxlanılır. Müjdələrin, Həvarilərin İşləri Kitabının və Vəhyin əlimizdə olan ən qədim nüsxələri, habelə həvari Paulun Məktublarından eramızın 180–200-cü illərinə aid olan ən qədim əlyazması burada saxlanılır.Əhdi-cədidin qədim əlyazmaları başqa qədim əsərlərin əlyazmalarından sayca çoxdur. Homerin əsərlərinin 110, Vergili və Sofoklun əsərlərinin təqribən 100, Esxilin 50, Platonun 11 əlyazması qaldığı halda, Əhdi-cədidin tamamı və hissələrinin əlyazmaları 5 300-dən artıqdır. Əhdi-cədidin Azərbaycanda yayılması Əhdi-cədidin Azərbaycan dilinə tərcüməsi XIX əsrin ortalarından başlamışdır. 1878-ci ildə Əhdi-cədid bütövlükdə tərcümə olunmuş və Londonda nəşr olunmuşdur. 1982-ci ildə Əhdi-cədid Mirzə Xəzər tərəfindən tərcümə olunub kirill əlifbası ilə nəşr olunmuşdur. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilmişdir. 2009-cu ildə Müqəddəs Kitab Şirkətinin yeni tərcüməsi latın əlifbası ilə çıxmışdır. Həmçinin bax Müqəddəs Kitab (Əhdi-ətiq və Əhdi-cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Əhdi-cədid onlayn: Əhdi-cədid onlayn: Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Xarici keçidlər Əhdi Cədid haqqında Wolfgang Kosack:Novum Testamentum Coptice. Neues Testament, Bohairisch, ediert von Wolfgang Kosack. Novum Testamentum, Bohairice, curavit Wolfgang Kosack. / Wolfgang Kosack. neue Ausgabe, Christoph Brunner, Basel 2014. ISBN 978-3-906206-04-2.
https://az.wikipedia.org/w/index.php?curid=725086
Əhdi-cədid

https://az.wikipedia.org/w/index.php?curid=60087