!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əhməd Haşım | Əhməd Haşım (1887, Bağdad – 4 iyun 1933, İstanbul) — XX əsr Türkiyə şerinin görkəmli nümayəndələrindən biri. Bağdadda doğulub, İstanbulda ölmüşdür. Anası və atası Bağdadlıdır.Nəsrdən fərqli olaraq şer dilinin anlaşılmaqdan artıq duyulmaq özəlliyini əsas sayan Əhməd Haşım poeziyasında sözün musiqi abəngi, musiqi gözəlliyi daha önəmlidir. | https://az.wikipedia.org/w/index.php?curid=542129 |
Əhməd Hikmət Müftüoğlu | Əhməd Hikmət Müftüoğlu (3 iyun 1870, Konstantinopol – 19 may 1927, Konstantinopol) türkiyəli yazar və diplomat. Diplomat işləyərkən ədəbiyyatla məşğul olan Əhməd Hikmət əvvəldə Sərvət-i Fünun ədəbi hərəkatında iştirak edib. O, daha sonra bu icma ilə bağlantısını qopararaq türkçülük axınını mənimsəyib. Hekayələrini topladığı “Çağlayanlar” kitabı oyandırdığı millətçilik hissləri ilə milli ədəbiyyatda mühüm yer tutur. Əhməd Hikmət 1870-ci ildə İstanbulda anadan olub. Atası şair Yəhya Sezai Əfəndi idi. Ailəsi dövrün üləma təbəqəsindən olub. Babası Mora Müftüsü Əbdülhəlim Əfəndi idi. Atasını yeddi yaşında olanda itirmiş Əhməd, böyük qardaşının himayəsində böyüyüb. Təhsilinə Soğukçeşme Hərbi Orta Məktəbində başlayıb, Qalatasaray Sultanisində davam etdirib. Bu məktəbdə Tevfik Fikrət ilə tanış olub dostluq qurub. Ədəbiyyata marağı orta məktəb illərində başlayıb. Onun “Leyla yaxud bir Məcnunun qisası” adlı ilk əsəri orta məktəbdə oxuyarkən çap olunub. 1888-ci ildə təhsilini başa vurduqdan sonra Xarici İşlər Nazirliyində işə başlayıb, eyni zamanda da Qalatasaray Sultanisində müəllim olub. Pirey (Yunanıstan) və Poti (Qafqaz) konsulluqlarında çalışıb və bu müddətdə İstanbuldan uzaqda yaşayıb. 1896-cı ildə İstanbula qayıdıb və əvvəlki işinə davam edib. Ədəbiyyata olan marağını tərcümə yolu ilə davam etdirən Əhməd Hikmət fransız dilindən kənd təsərrüfatı ilə bağlı "Kartof", qadın gözəlliyi və dəriyə qulluq haqqında “Tualet və ya Letâfet-i Aza” əsərlərini tərcümə edib nəşr etdirib. 1896-cı ildə “Sərvət-i Fünun” adlı ədəbiyyat cəmiyyətinə qoşulub. O, “İkdam” və “Sərvət-i Fünun” jurnallarında dərc olunmuş məqalələrini “Haristan və Gülüstan” adlı əsərdə toplayıb. Bu əsərlərdə anlaşılması çətin olan bir dildən istifadə edilib. Əhməd Hikmət 1898-1908-ci illər ərzində Qalatasaray Sultanisində müəllim işləyib, digər yandan Xarici İşlər Nazirliyində işinə davam edib. Bu illərdə həm də Əhməd Həşimin müəllimi olub. İkinci Konstitusiya Monarxiyası elan edildikdən sonra o, Ticarət və Kənd Təsərrüfatı Nazirliyində yeni işə başlayıb, lakin qısa müddətdən sonra yenidən Xarici İşlər Nazirliyinə qayıdıb. O, Tevfik Fikrət Qalatasaray Sultanisinə müdir təyin olunandan sonra buradakı işindən ayrılıb. Sonra o, Darülfünunun Ədəbiyyat fakültəsində fransız və alman ədəbiyyatından dərs deməyə başlayıb. Həmçinin bu illərdə o, dil və mövzu baxımından çox fərqli əsərlər yazıb. Həmin zaman o artıq türkçülüyü və yeni dil hərəkatını mənimsəmişdi. Əhməd Hikmət 1908-ci ildə Türk Dərnəyinin, 1911-ci ildə isə Türk Yurdu Dərnəyinin qurucu üzvü kimi fəaliyyət göstərib. O, türkçülük hərəkatı ilə bağlı hekayələrini 1922-ci ildə yazdığı "Çağlayanlar" kitabında toplayıb. Onun 1970-ci ildə yazdığı yeganə romanı “Könül xanım” “Təsvir-i Əfkar” qəzetində çap olunub. Bu əsərində o, turançılıq idealını müdafiə edib. O, 1913-1918-ci illərdə Peştdə Baş konsul olub. Sülh dönəmində isə İstanbula qayıdıb. Sonra Peştdə, Vyanada və Berlində müharibə materialları ilə bağlı komissiyanın rəhbəri olub. 1924-cü ildə xəlifə Əbdülməcid Əfəndinin yanında çalışıb. 1926-cı ildə Ankarada Xarici İşlər nazirinin müşaviri olub. Həmin ildə nazirlikdə də müşavir olaraq işləyib. 1927-ci ildə İstanbulda qaraciyər xərçəngindən vəfat edib və Maçka qəbiristanlığında dəfn edilib. Çağlayanlar (Çağlayanlar) Könül xanım (Gönül Hanım) Haristan və Gülüstan (Haristan ve Gülistan) Leyla yaxud bir Məcnunun qisası (Leyla yahut Bir Mecnunun İntikamı) Bir təsadüf (Bir Tesadüf) Görünən Üzlər (Beliren Simalar) Qəlbin təmizliyi (Bir Safha-i Kalb) Bir damla qan (Bir Damla Kan) | https://az.wikipedia.org/w/index.php?curid=791899 |
Əhməd Hümbətov | Əhməd Hümbətov (10 iyun 1965, Laçın rayonu – 9 sentyabr 1994, Füzuli rayonu) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Əhməd Məhəmməd oğlu Hümbətov 10 iyun 1965-ci ildə Laçın rayonunun Aşağı Cicimli kəndində anadan olub. 1973-1981-ci illərdə Qazıdərə kənd orta məktəbində təhsil alıb. 1982-ci ildə Sumqayıt şəhərində PTM-i bitirib. 1984-1992-ci illərdə Sumqayıt şəhərində 3 saylı Evtikmə Kombinatında fəhlə işləyib. 1984-1986-cı illərdə Arxangelsk vilayətində həqiqi hərbi xidmət çəkib. 10 mart 1993-cü ildə Laçın rayon Daxili İşlər idarəsinə sıravi heyətə işə qəbul olunub. Laçın rayonunun Səfiyan, Güləbird, Suarası kəndləri uğrunda gedən qanlı döyüşlrdə şəxsi qəhrəmanlıq nümunələri göstərərək fəal iştirak edib. Əhməd Goranboy, Qubadlı, Cəbrayıl, Füzuli rayonları ərazisində gedən bir çox döyüşlərinin iştirakçısı olub. Əhməd Hümbətov ağır yaralanmış Milli ordu döyüşçüsü Qorçuyev Həbib Xanış oğlunu atəş altından çıxararaq, təkbaşına 7 km. Məsafəni sürünə-sürünə Qubadlı rayon ərazəsinə sağ-salamat çatdıra bilib. Yeri gəlmişkən qeyd edək ki, Əhmədin qardaşı Əsəd də 7 il polis serjantı kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Əhməd 1994-cü il sentyabrın 9-da Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ailəli idi. İki övladı yadigar qalıb. Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn olub. | https://az.wikipedia.org/w/index.php?curid=302236 |
Əhməd Hüseyn Ədl | Əhməd Hüseyn Ədl (1898, Təbriz – 1962) — Kənd Təsərrüfatı naziri, Kərəc Kənd Təsərrüfatı Məktəbinin təsisçisi , İran müasir kənd təsərrüfatının yaradıcılarından biri. Ədllər ailəsinə mənsub olmuşdur. Bioqrafiyası Əhməd Hüseyn Ədl 1898-ci ildə Təbrizdə dünyaya gəlmişdir. Atası Mirzə Məsud xan Ədlülmülk və babası Hacı Seyid Hüseyn xan Şamqazani Azərbaycanın mülkiyyətçiləri və zənginlərindən idilər. 1963-cü ildə İsfahandan Tehrana gedərkən avtomobil qəzasında vəfat etmişdir. Orta təhsili aldıqdan sonra ali təhsil almaq üçün Fransaya yollanmışdır. Orada kənd təsərrüfatı üzrə ali təhsil almışdır. 1922-ci ildə ali təhsili başa vurduqdan sonra İrana geri dönmüşdür. O, üç dəfə Əhməd Qəvamın müxtəlif kabinetlərində, bir dəfə Mirzə İbrahim xan Həkiminin kabinetində və bir dəfədə Fəzlullah Zahidinin kabinetində İranın kənd təsərrüfatı naziri təyin edilib, o həmçinin İsfahan Sənayeçiləri İttifaqının prezidenti olmuşdur. Əhməd Hüseyn Ədl İranın yeni kənd təsərüfatının atası kimi tanınır.1922-ci ildə xaricdən geri döndükdən sonra İctimai Münasibətlər nazirliyində işləməyə başlamışdır. 1930-cu ildə Aqronomiya Kollecində direktor kimi çalışmağa başlamışdır. Kəracdakı Kənd Təsərrüfatı fakültəsində müəllim kimi çalışmışdır. Sonradan Fəzlullah Zahidinin hökumət kabinetində kənd təsərrüfatı naziri kimi çalışdıqdan sonra özəl sahədə çalışmağa başlamışdır.Onun əsasını qoyduğu Kərac Kənd Təsərrüfatı Məktəbi sonradan Tehran Universitetinin tərkibinə qatılmışdır. Həmçinin bax İran azərbaycanlıları İran azərbaycanlılarının siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=293180 |
Əhməd Hüseynzadə | Şeyx Əhməd Salyani və ya Əhməd Hüseynzadə (tam adı: Əhməd Məhəmmədəli oğlu Hüseynzadə; 1812, Salyan – 1887, Tiflis) — azərbaycanlı ilahiyyatçı alim; Qafqaz müsəlmanlarının III şeyxülislamı (1862–1884). Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır. Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur. Ərəb və fars dillərini mükəmməl bilib. Şeyxülislamlıq 1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiq etmişdi.1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları Ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndirildi və vəzifə səlahiyyətləri bir qədər artırıldı. Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır. Dövrünün görkəmli islamşunas alimi olmaqla yanaşı, digər müəyyən elmləri də yaxşı bilmiş və bir neçə fənnə dair dərsliklər yazmışdır. Yazdığı əsərlər rus, fars, ərəb dillərində geniş oxucu kütləsinə malik olmuşdur. Şeyxülislam Axund Əhməd Hüseynzadə 1884-cü iləcən şeyxülislam olmuş, 1887-ci ildə Tiflisdə vəfat etmişdir. Qızı Xədicə Hüseynzadə Əli bəy Hüseynzadənin anasıdır. "Ağızdan-ağıza keçmiş hədislər" "Müəllimul-ətgal-fi-təriqe-təlimi ətfal" "Bəsaül nas-fi-məmləkətül Qafqaz" "Tarixi-ədəbiyyati-türk" "Tərbiətül-ətfal" Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh. 47–53. ISBN 978-9952-490-50-3 | https://az.wikipedia.org/w/index.php?curid=254504 |
Əhməd Həmdi Paşa | Əhməd Həmdi Paşa (d. 1826 — ö. 1885) — II Əbdülhəmidin səltənətində 24 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Buz, Ayhan (2009) " Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5 Danișmend, İsmail Hâmi (1971),Osmanlı Devlet Erkâni, İstanbul: Türkiye Yayınevi Kuneralp, Sinan (1999) Son Dönem Osmanlı Erkan ve Ricali (1839–1922) Prosopografik Rehber, İstanbul:ISIS Press,, ISBN 9784281181 İnal, İbnülemin Mehmet Kemal, (1964) Son Sadrazamlar 4 cilt, Ankara: Millî Eğitim Basimevi, (Dergah Yayinevi 2002) Tektaş, Nazim (2002), Sadrâzamlar Osmanlı'da İkinci Adam Saltanatı, İstanbul:Çatı Yayınevi | https://az.wikipedia.org/w/index.php?curid=552922 |
Əhməd Həmdi Qaraağazadə | Əhməd Həmdi Qaraağazadə (1893, Batum – 1933, d. 1893; Batumi, Tiflis quberniyası, Rus imperiyası - ö. 1933, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü , Müsavat və bitərəflər fraksiyasının üzvü. Bolşevik işğalından sonra Azərbaycan mühacirətinin üzvü olmuşdur. Əhməd Həmdi bəy Acariyanın Batum şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə İstanbula köçmüş, burada türk dilində təhsil almış, paralel olaraq da fransız dilini də öyrənmişdir. 1917-ci ildə İstanbuldan Bakıya gəlmiş və "Açıq Söz" qəzeti nəşriyyatında gürcü dilindən Azərbaycan türkcəsinə tərcüməçi işində işləməyə başlamışdır. Bu proses zamanı Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq əlaqələri qurmuşdur. Rəsulzadə bu barədə yazırdı: Daha sonra Müsavat partiyasından namizəd göstərilmiş və Transqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvlərindən biri olmuşdur. Uzun müddət "İstiqlal" qəzeti üçün jurnalist kimi çalışmışdır.O, həmçinin Azərbaycan Milli Şurasının da üzvü olmuş, Aprel işğalından sonra Türkiyəyə mühacirətə getmişdir. Mühacirətdə olduğu zaman Yeni Qafqaziya jurnalında çalışmışdır. O, 40 yaşı olmamış Türkiyədə vəfat etmişdir. Məhəmməd Əmin Rəsulzadə onun ölümünü böyük itki adlandırmaqla birlikdə, onu "mühacirətin ilk qurbanı" adlandırmışdır. Dilqəm Əhməd. Bir ildən yüz ilə. Bakı: Teas Press. 2018. ISBN 978 9952 310 47 4. | https://az.wikipedia.org/w/index.php?curid=162580 |
Əhməd Həmdi Tanpınar | Əhməd Həmdi Tanpınar (23 iyun 1901, Konstantinopol – 24 yanvar 1962, İstanbul) — Türkiyə şairi. Əhməd Hamdi Tanpınar 1901-ci ildə İstanbulda anadan olub. Türkiyənin muxtəlif şəhərlərində orta təhsil aldıqdan sonra İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinə daxil olub və 1923-cü ildə bu fakültəni bitirib. 1942–1946-cı illərdə Maraşdan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib. Yaradıcılığı Estet şair Əhməd Həmdi Tanpınarın şeirləri çox sonralar, 1961-ci ildə "Şeirlər" adı ilə kitablaşdı. Tanpınara görə, şeir şair ruhunun əzəli həqiqətlə təmasından doğan bir söhbət, gözəllik adlanan idealla bir an baş-başa qalmanın verdiyi bir sərxoşluqdur. Şeir kəlmələrin tərkibindən doğan ritm, ahəng kimi vasitələrlə dillə ifadə edilməsi mümkün olmayan iç vəziyyətlərimizi, daxili aləmimizi, həyəcanlarımızı, sevinc və kədərimizi ifadə edən və beləliklə, bizdə bədii maraq dediyimiz sehri ortaya çıxaran bir sənətdir. Dolayısı ilə, poeziya şairin başqasına yönələn təlqinlərindən, öyüdlərindən, yönləndirmələrindən uzaq olan, tamamilə şairin öz ruhunu hiss etmək, öz-özünü dinləmək, öz-özünü ifadə etmək səyidir. Şeir ruhi bir aramlıq və dərinlikdən doğur. Şair başqalarına, topluma necə faydalı ola bilərəm təşvişi ilə xaricə dönük bir fəaliyyət yerinə öz içinə yönəlib özünü dinləməyi və özünü ifadə etməyi bacarmalıdır. Tanpınar şeiri məhz şeir olaraq dəyərləndirən nadir saf şairlərdən biridir. Şeirə, şeirin xaricində heç bir maddi, dünyəvi, sosial, siyasi funksiya yükləmir. Şeiri, sosial və siyasi təşvişlərlə cəmiyyəti bir yerə istiqamətləndirmə və nəzarət vasitəsi kimi görmək istəmir. Şair cəmiyyəti irşad edən bir vaiz də deyildir. Nəsrin ifadə sahəsi ilə nəzminkini dil baxımından bir-birindən kəskin şəkildə ayırır. O, şeirlə nəsrin etmək istədiklərini etməyə çalışan, ağladan, düşündürən, öyrədən, coşduran nəzm arasına da dəqiq bir xətt çəkir. Sürrealistlərin şüur altına yönələn çalışmalarını o, röya ilə etməyə çalışdı. Hər iki metodda da məqsəd insan gerçəyini kənar ünsürlərin, ağlın və məntiqin məhdudlaşdırıcı təsirindən uzaq bir şəkildə verməkdir. İçində yaşadığımız konkret, qatı, qaranlıq, çərçivəsi və hüdudları bəlli, dar, sonlu bu dünya həyatına, bu şəhadət aləminə qarşı çıxarılan dünya sənətçinin hər mənada manevr imkanlarına açıq konkret, sərhədsiz, sonsuz, çərçivəsiz, qaydasız, saf, təmiz, büllur bir dünyadır. Tanpınar bu mücərrəd və konkret iki dünya arasında gedib gəlir. Tanpınar öz sənətini daim "oyaq həyat" və "röya" arasındakı ziddiyyət və bunun doğurduğu ritm üzərində qurur. Oyaq həyat nəsrlə ifadə edilir, röya aləmi isə şeirlə… Oyaq həyat günəş aydınlığı altında bütün hüdudları bəlli olan, görünən, donmuş konkret varlıqların və konkret həyatın aləmidir. Röya isə tənhalığın, sükunətin, sonsuzluğun, zamansızlığın, iç-içə çoxalmanın, saflıq və şəffaflığın, dərinliyin aləmidir. Röyada zaman keçmiş-indi-gələcək deyə parçalanmamış, sonsuz bir bütövdür. İnsanın hərəkət sahəsini məhdudlaşdıran qapı, divar, yüksəklik, alçaqlıq yoxdur, maneə yoxdur. Bura tam bir azadlıq sahəsidir. Sərhəd və say anlayışıları olmadığı üçün insanın mənliyi saysızdır. Röya sənətçiyə sonsuzluqla pərdəsiz söhbət etmək imkanı verir. Röyalar insanların arzu, kin, ehtiras, şöhrət, vüslət kimi bütün istək və duyğularının yerinə yetməsi üçün maneənin olmadığı bir sərhədsizlik və özgürlük ölkəsidir. Sənətçi varlığın özünü qavrayır, Allah, cənnət, cəhənnəm kimi anlayışılar bilinən bütün təriflərindən azad olur, hamısı özünü konkret bir sintez içində sənətçidə tapır. Röya insana özünün də böyük bir röyanın bir parçası olduğunu xatırladır. Bütün miflər röyalardan doğmuşdur. İnsan röyanı oyaqkən də görə bilər. Oyaq şüurun o biri tərəfinə keçməklə adam oyaq ikən də röya görməyə başlayır. Tanpınarda röya insanı ölümün qorxuncluğundan və soyuqluğundan uzaqlaşdıran bir qaçış vasitəsidir. Şair gerçək həyat və ölüm reallığına qarşı çarəni röyaya sığınmaqda tapır. Tanpınar sonsuza qədər qalacaq bir gözəllik və yaşama arzusunun, sonsuzluğun, əbədiyyətin röyasını görən insandır. Bu da dinlərin təqdim etdiyi sonsuz axirət aləmi şəklində deyil, bu dünya gözəlliklərinin ortaya qoyduğu şəffaf, lətif, konkret mənadakı eşq, gözəllik və sənət sonsuzluğudur. Tanpınarın şeirində metafizik ürpərti vardır. "Allaha inanıram. Lakin tam bir müsəlman olub-olmadığımı bilmirəm" desə də, (Tanpınarın "Hatıra defterinden", Nokta Der., 1 iyun 1990) dini mənada metafizik imana bağlı bir davranış içinə girmir. Təsəvvüfi mistisizmə yer verməyən şair qərbli mənasınada idealıst fəlsəfə və spiritualist düşüncəyə daha yatqındır. Onda mistik dünya motivi müəyyəndir, ancaq bu, dinə dayanaraq qurulmuş mistik bir dünya deyil, tamamən fərdi, öz ruhuna, duyğularına bağlı, profan bir mistisizmdir. Tanpınar həm duyğu, həm də kültür şairidir. Mədəni arxa plan onun şeirinin hüceyrəsini təşkil edən önəmli ünsürlərdan biridir. Onun yaradıcılığında Şərq və Qərb kültürü diffuz bir sintez halında hiss edilir. Tanpınarın da aralarında olduğu Cahid Sidqi Tarançı kimi bodlerçi şairlərdə ölüm faciəsinə qarşı yaşama sevinci motivini önə çıxarma bəlirgin bir özəllikdir. Ancaq Tanpınarın yaşama sevinci anlayışına baxışı bir az fərqlidir. O, fiziki mənadakı həyata və ölümlə bağlı deyildir. Bunları bir reallıq kimi qəbul edir, o qədər… Bunun ötəsində həyatın, məhəbbətin, təbiətin sürəkliliyi ilə təmin olunan bir ölümsüzlüyün sorağındadır. Ölüm düşüncəsi onun həyatı şərh etməsində bir məhək daşı olmuşdur. Onun şeirlərində ölümdən sonra davam edəcək əbədi bir həyat düşüncəsi o qədər də sezilmir. Zatən dünyaya, dünyanın gözəlliklərinə bu qədər bağlılığının arxasında ölümdən sonrakı həyat mövzusunda tərəddüdünün bir təsiri ola bilər. Tanpınarın varlığa yanaşma tərzi idealıst düşüncəyə yaxındır. Xarici aləmi, varlığı, maddəni, əşyanı zehnin, ruhun, düşüncənin, görüşün bir məhsulu kimi, bir təsəvvürü kimi qəbul edir. Maddədən öncə məna, obyektdən öncə subyekt gəlir. Aparıcı olan konkret varlıq deyil, şairin duyma, görmə, düşünmə, təxəyyül və təsəvvür etmə tərzidir. Əşya bizim duyma prizmamızdan keçərək məna və tərif qazanır. Xarici aləm bizim daxili dünyamızı ifadə etməyə yarayan bir simvollar aləmidir. Xarici aləmi fikrimizlə, hissimizlə, idrakımızla, röyalarımızla mənalandıra bilərik. Göründüyü kimi, Əflatundan bəri davam edən idealıst düşüncə onda bariz bir şəkildə hiss edilir. Tanpınar təbiəti o qədər də konkret özəlliklərilə təsvir etmir. Onun üçün təsvir edilən ya da gösətərilən təbiət ünsürləri öz içində qurduğu gözəlliklər dünyasını parlaq bir formada əks etdirmək üçün bir vasitədır. Estetik mənada konkret təbiət gözəllikləri ümumən yenə gözəl bir qadınla birlikdə təqdim edilir. Qadın və təbiət gözəlliyi bir-birini tamamlayan iki önəmli gözəl duyğu vasitəsidir. Tanpınarda qadın ümumiyyətlə iki çöhrəsi ilə qarşımıza çıxır: ana və sevgili. Tanpınar qadını saf bir estetik dəyər kimi, bir gözəllik ünsürü kimi qəbul edir və onun gözəlliyi və qadınlığı üzərində sənəti ülviləşdirərək, ölümsüzləşdirərək həyatın müvəqqətiliyini unutmağa çalışır. Gözəl qadın təxəyyülü, həyatın faniliyi insan faciəsini önləməyin yollarından biridir. Sevilən qadın obrazı da iki şəkildə qarşımıza çıxır: mücərrəd qadın və canlı qadın. Tanpınar gözəl qadın obrazını bir çox şeirində olduğu kimi vermək yerinə dolaylı olaraq estetik bir görüntü içində təqdim etməyə çalışır. Ya dondurulmuş bir heykəl, ya aynaya düşən surət, ya da medalyona nəqş edilmiş şəkli ilə verir. O, qadını doğrudan-doğruya maddi bir varlıq, bir qadın kimi təqdim etmək əvəzinə çox vaxt sənətə dönmüş / dönüşdürülmüş, sənətlə əlaqədar olaraq yenidən yaradılmış şəkli ilə təqdim etməyə, beləliklə, fani qadını sənətlə əbədiləşdirməyə üstünlük verir. Tanpınar şeirlərində sosial, siyasi mövzulardan uzaq durmuş, tarixi mövzulara da yer verməmişdir. Bəlkə "Bursada zaman" şeirində bir ölçüdə Yəhya Kamaldan gələn bir təsirlə tarixi bir mövzuya toxunsa da, bu şeirdə tarix daha çox estetik planda dəyərləndirilmişdir. Tanpınar tarixi təcrübənin daha çox estetik dəyəri, sənət dəyəri, gözəllik dəyəri üzərində durur. O, tarixə, keçmiş zamana nostalji duyğular bəsləmir. Tarixin məhsulu olan sənət əsərlərinin gözəlliyi əbədiləşdirən və beləliklə, axıb gedən zamanı donduran tərəfi üzərində durur. Tanpınar zahiri aləmin şərtlərinin məhsulu olan və keçmiş-indi-gələcək deyə üç yerə bölünən bir zaman idrakı daşımır. O, zamanda bir parçalanmışlığı və bölünmüşlüyü qəbul etmir. Onun fikrincə, zaman, öncəsiz və sonrasız, əbədi bir bütövlükdür. Özünü bu dünyanın deyil, ruhi bir dünyanın şairi olaraq gördüyü üçün də fiziki dünya zamanına həbs olunmur. Dolayısı ilə, bu zamanın nə içində, nə də büsbütün kənarındadır. Onun zaman anlayışında Berqsonun fikirlərinin önəmli bir təsiri vardır. Berqsona görə, zaman bütün varlıq və olaylardan öncə var olan bir şeydir, onun varlığı başqa bir səbəbə bağlı deyildir, yəni öz-özünə var olan bir varlıqdır. Bü səbəbdən də həyatın, varlığın və olayların qaynağı zamandır. İbn Ravəndinin önçülük etdiyi və islam materialistləri kimi tanınan dəhriyyun cərəyanı tərəfdarları da təqribən buna bənzər bir görüşü müdafiə edirlər. Onlar da "dəhr"i müqəddəsləşdirmiş və bütün varlığı sərhədsız zaman olan dəhrin yaratdığını düşünmüşlər. Tanpınarın zamana yanaşması ilə həm Berqsonun, həm də dəhrilərin yanaşmaları arasında bəzi bənzərliklər görmək mümkündür. Şeirlərində heca vəznini işlədən Tanpınar bu vəzni quru, mexanik bir vəzn olmaqdan qurtarıb, klassik şeirdə əruzun bacara bildiyi ahəng və intizamı gerçəkləşdirməyə çalışdı. Şair əruzun davamı olan bir heca vəzni qurmaq arzusunda olduğunu söyləyir. Tanpınar öz ustadı Yəhya Kamalın şeir görüşündən və anlayışından böyük ölçüdə fərqlənir. Ancaq bir sahədə, özəlliklə də dili dəyərləndirmək məsələsində, dil işçiliyi, türkcə zövqü məsələsində ondan ciddi mənada təsirlənmiş və bəhrələnmişdir. Bundan başqa, Tanpınarın əski kəlmələrə çox və rahatlıqla yer verməsinin əsil məqsədi o kəlmələrin əsrlər boyunca yükləndikləri zənginliklə zamanı dondurmuş olmasıdır. Bu kəlmələr zamanda bir parçalanmaya səbəb olmur, tam tərsinə, geniş və sonsuz zamanı daşıyırlar. Bu kəlmələr yaratdıqları assosiasiyalarla, sehrləri ilə, qoxuları ilə, mənaları ilə, incəlikləri ilə, səsləri ilə zamanın ən yaxşı şahidləridir. Kəlmə işçiliyində olduqca titizdir. Onun leksikonu daha çox gözəllik, eşq, qadın, təbiət və kosmik aləm və ruhi-hissi məzmunlı kəlmələrdən ibarətdir. İçində yaşadığımız fiziki dünyanın maddi, sosial və siyasi terminologiyasına deyil, öz qurduğu konkret gözəllik aləminin işarələri və materialı olan kəlmələrə yer verir. Ulduz, parıltı, gümüş, dəniz, günəş, ay, billur, su, işıq, yaqut, zaman, röya, gül, qədər, ayna kimi. Real dünyanın kəlmələrilə danışmamağa xüsusi bir diqqət göstərmişdir. Tamamən saf şeir anlayışına uyğun bir dili və üslubu vardır. Nəsrində belə onun orijinal şeir üslubu hakimdir. Ümumiyyətlə, qapalı, mübhəm, özünü dərhal hiss etdirməyən bir üsluba sahibdir. Onun yaradıcılığını anlamaq və hiss edə bilmək, daxili aləminə vaqif olmaq üçün dərin bir mədəni təcrübə və anlama cəhdi lazımdır. Onun sakit, yumşaq bir üslubu vardır. Bağırmaz, hayqırmaz, nitq irad etməz, axan su kimi danışar, pıçıldayar, söylər… Üslubu dışa dönük deyil, içə yönəlikdir. O, sükutun musiqisini hiss etdirməyə çalışır. | https://az.wikipedia.org/w/index.php?curid=7166 |
Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası | Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası (türk. Ahmet Hamdi Tanpınar Edebiyat Müze Kütüphanesi) — Türk yazıçısı Əhməd Həmdi Tanpınarın (1901-1962) adına ədəbiyyat muzeyi və arxivi. Muzey İstanbulda yerləşir, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Açılışı 2011-ci il noyabrın 12-də reallaşıb.. Muzey, XIX əsrdə inşa edilmiş "Alay Köşkü" tarixi binasında, Topqapı sarayı kompleksinin bir hissəsi olan Gülhanə parkının yaxınlığında yerləşir. Osmanlı sultanları əvvəllər bu binada yeniçəri paradlarına ev sahibliyi edirdilər. 1910-cu illərdən bəri Gözəl Sənətlər Dərnəyi tərəfindən istifadə olunur. 1928-ci ildən 1940-cı illərin sonlarına qədər binada Türk Dili və Ədəbiyyatı Dərnəyi üzvlərinin iclasları keçirilirdi. Muzeyin təsviri Zirzəmidə iki otaq və bir vestibül var. Birinci mərtəbədə keçmiş taxt otağı, iki salon və üç otaq yerləşir. Zirzəmi hazırda kafeyə çevrilmişdir. O, ədəbiyyat sahəsində mükafat almış kitablardan ibarət sərginin yer aldığı "Yazıçılar Kafesi" kimi tanınır. Üst mərtəbədə İstanbulda anadan olan türk yazıçılarına həsr olunmuş 50-yə yaxın guşə var. Burada bəzi yazıçı və şairlərin bəzilərinin büstləri qoyulmuşdur. Büstü qoyulan yazıçılar arasında Əhməd Həmdi Tanpınardan əlavə Yəhya Kamal Bəyatlı, Nazim Hikmət, Nejip Kysakürek, Əziz Nesin, Orxan Pamuk, Aişə Kulin, Zülfü Livaneli və Doğan Hyzlanın adlarını qeyd etmək olar.Muzey-kitabxana həmçinin türk yazıçılarının və şairlərin müzakirələri üçün bir yerdir. Burda ədəbiyyat sahəsində mükafatlar da təqdim olunur. Muzeydəki kitabxanada İstanbul haqqında minə yaxın kitab və əsər vardır. Üstəlik burda digər sənət sahələri ilə bağlı 100-ə yaxın müxtəlif dövri nəşrin sayı da daxil olmaqla səkkiz minə yaxın kitab saxlanılır. Həm də muzeydə vaxtaşırı sənət sərgiləri keçirilir.Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın açıqlamasına görə, bu muzey Türkiyənin yeddi bölgəsində yerləşən yeddi ədəbiyyat kitabxana muzeyi şəbəkəsindən biridir. Digər altı muzey sırasına - Ankaradakı Mehmet Akif Ərsoyun Ədəbiyyat Muzeyi-Kitabxanası, Diyarbəkirdə Əhməd Arifin Ədəbiyyat Muzeyi-Kitabxanası, Adanadakı Qaracaoğlanın Ədəbiyyat Muzeyi-Kitabxanası, Ərzurumdakı Ərzurumlu Əmrahın Ədəbiyyat Muzeyi-Kitabxanası, Attila İlhanın İzmirdəki Ədəbiyyat Muzeyi-Kitabxanası və nəhayət Trabzonda Bedri Rahmi Eyüboğlunun Ədəbiyyat Muzeyi-Kitabxanası daxildir. | https://az.wikipedia.org/w/index.php?curid=712363 |
Əhməd Həsən Əl-Bəkr | Əhməd Həsən əl-bəkr (1 iyul 1914[…], Tikrit, Bağdad vilayəti – 4 oktyabr 1982[…], Bağdad) — İraqın 5-ci prezidenti.Ərəb Sosializmin banisi.Səddam Hüseynin sələfi. Əl-Bəkr ilk dəfə monarxiyanı devirən 14 İyul İnqilabından sonra məşhurlaşdı. Yeni qurulan hökumətdə əl-Bəkr İraq-Sovet münasibətlərinin yaxşılaşdırılmasında iştirak edirdi. 1959-cu ildə əl-Bəkr İraq ordusundan istefa verməyə məcbur oldu; o zaman İraq hökuməti onu hökumət əleyhinə fəaliyyətlərdə ittiham etdi. Məcburi təqaüdə çıxdıqdan sonra Baas Partiyasının İraq şöbəsinin Hərbi Bürosunun sədri oldu. Bu ofis vasitəsilə himayədarlıq və təkfirçilik sayəsində baasistlərin işinə üzv ola bildi. Baş nazir Abd əl-Kərim Qasim Ramazan (8 Fevral) İnqilabında devrildi; əl-Bəkr Baş nazir, daha sonra isə Baas-Nasserist koalisiya hökumətində İraq sədr müavini təyin edildi. Hökumət bir ildən az müddətə davam etdi və 1963-cü ilin noyabrında devrildi. Ərəb Sosialist Baas Partiyasının 1963-cü ildə hökumətdən uzaqlaşdırılmasından sonra əl-Bəkr və partiya gizli fəaliyyətlə məşğul oldu və hökumətin vokal tənqidçilərinə çevrildi. Məhz bu dövrdə əl-Bəkr Baas Partiyasının İraq şöbəsinin baş katibi (rəhbəri) seçildi və əmisi oğlu Səddam Hüseyni partiya hücrəsinin rəhbərinin müavini təyin etdi. Əl-Bəkr və Baas Partiyası 1968-ci il çevrilişində yenidən hakimiyyətə gəldilər, sonradan 17 İyul İnqilabı olaraq adlandırıldı. Zərbədən sonra əl-Bəkr İnqilab Komandanlıq Şurasının sədri və prezidenti seçildi; sonradan Baş nazir təyin edildi. Baas Partiyasının müavini Səddam, İnqilab Komandanlığı Şurasının sədr müavini və vitse-prezident oldu və İraqın təhlükəsizlik xidmətlərinə cavabdeh idi. Onun hakimiyyəti dövründə İraq çiçəklənirdi; Yüksək beynəlxalq neft qiymətləri səbəbindən yüksək iqtisadi artım İraqın ərəb dünyasındakı rolunu gücləndirdi və insanların həyat səviyyəsini artırdı. Torpaq islahatları tətbiq olundu, sərvət daha bərabər paylandı. Bir növ sosialist iqtisadiyyatı Səddamın rəhbərliyi altında 1970-ci illərin sonlarında quruldu. Əl-Bəkr, 1970-ci illərdə, təhlükəsizlik xidmətləri vasitəsi ilə partiya və dövlətdəki mövqeyini gücləndirdiyi zaman, Səddamın gücünü tədricən itirdi. 1979-cu ildə əl-Bəkr "sağlamlıq səbəbi ilə" bütün dövlət idarələrindən istefa etdi və 1982-ci ildə bildirilməmiş səbəblərdən öldü. Əl-Bəkr 1 iyul 1914-cü ildə Osmanlı İraqının Tikrit şəhərində anadan olmuş və Səddam Hüseynin böyük əmisi oğlu idi. Altı il ibtidai sinif müəllimi işlədikdən sonra 1938-ci ildə İraq Hərbi Akademiyasına daxil oldu. İlk hərbi karyerası boyunca Rəşid Əli əl-Gaylaninin 1941-ci ildə İngilislərə qarşı uğursuz qiyamında iştirak etdi və həbs edildi və ordudan qovuldu. 15 il özünü bərpa etməyə çalışdıqdan sonra Əl-Bəkr 1956-cı ildə İraq Ordusuna bərpa edildi - eyni il Ərəb Sosialist Baas Partiyasının İraq şöbəsinə üzv oldu. Növbəti il, 1957-ci ildə, əl-Bəkr briqadir vəzifəsinə qaldırıldı. Təxminən bu vaxt əl-Bəkr Azad Məmurlar və Vətəndaşlar Hərəkatı ilə əlaqə qurdu. Əl-Bəkr 14 iyul İnqilabı dövründə Haşimit monarxiyasının süqutuna və Abd əl-Kərim Qasimin hakimiyyətə gətirilməsinə kömək etdi. Qasimin hakimiyyəti dövründə ictimai diqqət mərkəzində qısa bir nöqtə var idi və İraqı Bağdad Paktından çıxardı və İraqın Sovet İttifaqı ilə ikitərəfli münasibətlərinin yaxşılaşdırılmasında əsas rol oynadı. 1959-cu ildə, çevrilişdən bir il sonra, Birləşmiş Ərəb Əmirlikləri ilə daha yaxın əlaqələrə üstünlük verən zabitlər tərəfindən Mosulda hökumət əleyhinə üsyan qaldırmasına dair iddialarla yenidən hərbi xidmətdən istefa etmək məcburiyyətində qaldı. Məhz bu dövrdə əl-Bəkr Baas Partiyasına üzv oldu. Buna baxmayaraq, əl-Bəkr Ərəb Sosialist Baas Partiyasının İraq şöbəsində nüfuzunu qorudu. 1950-ci illərin sonlarında, Səddam Baas Partiyasının üzvü olanda ikisinin bir əlaqə qurduğu ortaya çıxdı. Onların gələcək yaxın əlaqələri Səddamın dayısı Xayrallah Talfah səbəbiylə mümkün oldu. Ancaq ən başında Səddam partiya fəalı deyil, yalnız Baas Partiyasının üzvü idi. Qasım hökumətinin müxalifətə qarşı repressiya siyasəti üzündən Ərəb Sosialist Baas Partiyasının İraq şöbəsinin katibi (lideri) Əli Salih əl-Sadi partiyanın rütbəsini və sənədini yenidən təşkil etdi və 24 dekabr 1962-ci ildə Qasim hökumətinə qarşı ümumxalq etirazına başladı. Hökümətin fikir ayrılığı ilə əlaqəsi yumşalmadı və 1963-cü ilə qədər bir neçə aparıcı İraq Baasisti Qasim hökumətinə qarşı çevriliş planı hazırlamaq üçün Livanın Beyruta getdi. Hərbidə bir dəstək şəbəkəsi qurmaq planı sadə idi. Bu planları hərəkətə gətirmək üçün Hərbi Büro quruldu. Əl-Bəkr onun sədri seçildi. Büro, çox vaxt müəyyən insanlara şəxsi əlavələr vasitəsilə artan məmurları işə götürə bildi; Məsələn, bəzi zabitlər əl-Bəkrlə münasibətlərinə görə özlərini büroya bağladılar. Əl-Bəkr, 1963-cü ildə İraqdakı dövlət çevrilişinə rəhbərlik etdi, sonradan Ramazan İnqilabı olaraq adlandırıldı və Qasim hökumətini devirdi. Prezidentlik Əl Bəkrin və İraqın rəhbərlik etdiyi Baas Partiyasının radikal ritorikasına baxmayaraq, iqtisadi siyasətləri nə radikal, nə də çox sosialist idi. Əl-Bəkrin siyasətini iki hissəyə bölmək olar: birincisi geniş populist iqtisadi siyasət, ikincisi, qohumluq, himayəçilik və qohumluq əsaslanan iqtisadi siyasət.1970-ci illərin sonlarına qədər Səddam ən vacib iqtisadi komitələrin sədri olmaqla İraqın iqtisadi inkişafına faktiki nəzarət etdi. Səddamın əmri ilə bir növbə baş verdi; Con Coughlin'in fikrincə, təbii sərvətlərə və istehsal vasitələrinə dövlət mülkiyyəti olan bir sosialist iqtisadiyyatı quruldu. Səddam, İraqın gələcəkdə neft gəlirlərindən asılı olmayacağını təmin etmək üçün diversifikasiya proqramına da başlamışdır.Baas qəbulundan əvvəl də, İraq hökuməti iqtisadi planlaşdırma yolu ilə iqtisadi artım hədəfini təyin etdi. Partiyanın və dövlətin ən yüksək qanunverici və icraedici orqanı olan İnqilab Komandanlıq Şurası (TK), planın məqsədlərini həyata keçirdi və qərar verdi. İqtisadi planın məzmununu təyin edən iqtisadi elita deyil, siyasi elita idi; baas güc almadan əvvəl bu başqa bir yol idi. RCC hər il bir araya gələrək hər il üçün bir büdcə hazırladı. Əvvəldən əl-Bəkrin İraq əkinçiliyini idarə etməsi populist bir toxunuşla idarə edildi. Məsələn, 1969-cu ildə hökumət ələ keçirilmiş torpaqlar üçün bütün kompensasiyanı ləğv etdi. Bu sərəncam, maliyyə yükünü aradan qaldırmaqla islahatdan faydalananları rahatlaşdırdı. Kənd təsərrüfatına qoyulan investisiyalar artdı və 1970-ci ilin may ayına qədər hökumət yeni torpaq islahatı həyata keçirdi. Bu torpaq islahatı, torpaq tipinə və suvarma sisteminə olan münasibətə daha çox diqqət yetirmək və torpaq sahəsinin nə qədər sahibi olacağını məhdudlaşdırmaq kimi əvvəlki torpaq islahatlarının bəzi məsələlərini həll etməklə İraq kənd təsərrüfatını canlandırmağa çalışdı. Kooperativlər yaradıldı və əkinçilər dövlət subsidiyaları və investisiyalarından faydalanmaq istəsələr onlara qoşulmaq məcburiyyətində qaldılar. Təxminən bu zaman hökumət partiyanın sol fraksiyasını yerləşdirmək üçün bir neçə kolxoz qurdu; kolxoz təsərrüfatlarının yaradılması tezliklə dayandırıldı. Sahibkar kəndlilərə fayda verən digər tədbirlər də tətbiq edildi, lakin bu islahatlar heç vaxt kənd təsərrüfatı istehsalının azalmasına qarşı çıxa bilmədi. Buna görə və o dövrdə əhalinin çox olması İraq qida taxılının xalis idxalçısına çevrildi; ərzaq taxılının idxalı 1960-cı illərin əvvəllərindən on iki qat artmışdır. Subsidiyaların tətbiqi və kəndlilərdən maliyyə yüklərinin çıxarılması populist idi, eyni zamanda əl-Bəkirin başında özü ilə bir vətənpərvərlik sistemi yaratmaq planının bir hissəsi idi. Bu sistem siyasi rəqiblərinin xüsusiyyətlərini müsadirə etmək üçün istifadə etdiyi siyasi elitaya iqtisadi güc qollarını verdi. Torpağın davamlı olaraq zəbt edilməsi vətənpərvərlik sisteminin gücünü artırdı; Siyasi elitanın üzvləri hökumətə dəstəyi artırmaq üçün insanlara torpaq verə bilər. Hökumət bunu İraqın ən böyük torpaq sahibi olduğu üçün edə bilərdi. Yaradılmış kooperativlər, onların tənzimlənməsi yolu ilə sosial nəzarət vasitəsi təmin etdilər. Korrupsiya da problem olduğunu sübut etdi və siyasi rəhbərliyə yaxın insanların torpaq sahibi olması monarxiya dövründən bəri görünməyən miqyasda təkrarlandı. Bu vətənpərvərlik sistemi artıq torpaq sahibi olanlara da üstünlük verdi; kənd təsərrüfatı torpaqlarının təxminən üçdə biri torpaq mülkiyyətçilərinin təxminən 3 faizinə məxsus idi. Hökumət mülklərini müsadirə etmək və torpaq paylanmasını həyata keçirmək əvəzinə sistemi saxlamışdı. 1970-ci illərin ortalarından sonlarına qədər Ərəb Sosialist Baas Partiyasının torpaq islahatı öz təsirini göstərməyə başladı. 1976-cı ilə qədər dövlətə məxsus torpaqların 71 faizinə 222.000 yeni fermer verildi. Bu fermerlərə də müasir kənd təsərrüfatı texnikası verilib. Kooperativlər 1968-ci ildəki 473-dən 1976-cı ildə 1.852-ə yüksəldi. İraq Neft Şirkəti (IPC), özəl bir müəssisə ilə qarşıdurmaya girən hökumət, 1961-ci il 80 Qanununa əsasən. İraq daha sonra Sovet İttifaqı ilə müqavilə bağlamaqla İraqın neft hasil etmək imkanlarını yaxşılaşdırmaq üçün, Fars körfəzindəki əl-Favadakı bir neft emalı və neft ixracat qurğusuna bir neft kəməri inşa etdi. Bu razılaşma İPK-nın İraqın neft ehtiyatları üzərində hökmranlığının sona çatacağına işarədir; bu da əl-Bəkrin şirkətin milliləşdirilməsi lazım olduğuna inamını gücləndirdi. İraq hökuməti ilə İPC arasında danışıqlar 1971-ci ilin dekabrında başlandı və 1972-ci ilin martında hökumətə IPC-nin kapitalında pay verildikdə başa çatdı. Ancaq münasibətlər qısa müddətdə pozuldu; İPK Kərkük yatağında öz istehsalını yarıya endirdi. Hökumət bunu şirkətin təkəbbürünün sübutu olaraq gördü və hökumət də özəl bir komp-in təhlükəsini görməyə başladı. 1976-cı ildə hakimiyyətə gəldikdən sonra. 1976-cı ildə Səddam (heç vaxt silahlı qüvvələrdə xidmət etməmiş) Baas partiyasının Xalq Ordusunda general rütbəsini aldı və sürətlə hökumətin dayağı oldu. Zəif və yaşlı əl-Bəkr öz vəzifələrini icra edə bilmədiyi üçün, Səddam rəsmi və prezident olmaqdan bir neçə il əvvəl İraqın de-fakto lideri olaraq həm daxili, həm də xarici hökumətin siması olaraq getdikcə artan rolu aldı. 16 İyul 1979-cu ildə 65 yaşlı Əhməd Hassan əl-Bəkr, sağlamlıq səbəbi ilə vəzifəsindən getdi və Səddam geniş şəkildə rəsmi olaraq qəbul edilən bir hərəkətlə prezidentliyini qəbul etdi. Şahidlərin hesabatlarına əsasən, Səddamın prezident tərəfindən zorla çıxarılmaq təhlükəsi ilə istefa etməsinə məcbur olunduğuna inanılır. Bundan dərhal sonra Səddam Baas partiyasının bir neçə üst üzvünü həbs etdi və sonra casusluq iddiaları ilə edam edildi. Əl-Bəkir 1982-ci ildə bildirilməmiş səbəblərdən öldü. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=611150 |
Əhməd Kabaklı | Əhməd Kabaklı (5 dekabr 1924 - 8 fevral 2001)—Türk yazıçısı, jurnalisti, ədəbiyyatşünası. XX əsr Türkiyəsinin elmi-ədəbi, ictimai-fəlsəfi fikir gündəmində Şeyxül-mühərrir Əhməd Kabaklı fədakar araşdırıcılıq səriştəsinə, analitik təfəkkürə, yenilikçi düşüncəyə, milli ruha malik ədəbiyyat tarixçisi, ədəbiyyatşünas-alim, yazar, pedaqoq və jurnalist kimi yetərincə tanınır, təqdir və təbliğ olunur. Onun son qırx beş ildə on dörd dəfə nəşr edilən, ümumi həcmi 4330 səhifədən çox olan beş cildlik “Türk ədəbiyyatı” tarixi bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensiklopediya, türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır. Onun “Kültür imperializmi” (1970), “Müsəlman Türkiyə” (1970), “Məbəd və millət” (1970), “Yunus Əmrə” (1971), “Mehmet Akif Ərsoy” (1970), “Mövlana” (1975), “Təməllərin duruşmasi” (1989), “Güney-doğu yaxından” (1990), “Şeir incələmələri” (1992), “Doğudan doğuş” (1993), “Sultan-üş şüəra Nəcib Fazil” (1995), “Şairi Cahan Nədim” (1996), “Millətə vurulan canlı qandal - bürokratiya” (2002), “İstanbul gül dəstəsi” (2003), “İslamla qaynaşmış türk ədəbiyyatı” (2006), “Aşıq ədəbiyyatı” (2006), “Alpərən” (2007), “Nazim Hikmət” (2007), “Dövlət fəlsəfəmiz” (2007), “Türkiyəni yoğuranlar” (2008), “Çağlara hökm edənlər” (2008), “Fateh və İstanbul” (2011), “Divan ədəbiyyatı” (2011) və b. kitabları nəsillərin təlim və tərbiyəsində, milli şüurun oyanışında, ədəbiyyatşünaslıq elminin zənginləşməsində əlahiddə əhəmiyyət kəsb edən mənəvi xəzinədir. Bir elmi-tədqiqat institutunun on illərlə görə bilməyəcəyi işi təkbaşına yerinə yetirən, çətinliklərə, məşəqqətlərə sinə gərən, min beş yüz ildən artıq mürəkkəb, keşməkeşli bir dövrün ədəbi, tarixi materiallarını incələyən, əlyazmaları, arxiv sənədlərini saf-çürük edən, dəyərləndirən Əhməd Kabaklı mənsub olduğu türk ədəbiyyatına, mədəniyyətinə misilsiz milli mənəvi töhfələr bəxş etmişdir.Əsərlərində, xüsusilə “Türk ədəbiyyatı”nda xalq yaradıcılığına, “Alp Ər Tonqa”, “Şu”, “Boz qurd”, “Ergenekon”, “Törəyiş”, “Köç” və s. əfsanələrin şərhinə geniş yer ayıran Əhməd Kabaklı 1924-cü ilin mayın 24-də əfsanəvi Harputda, Saray Xatun məscidinin azançısı (müəzzini) Ömər əfəndinin ailəsində həyata göz açmışdır. Türkiyənin tanınmış ədəbiyyatşünası Bəşir Ayvazoğlunun fikrincə Əhməd Kabaklının ata-babaları Harputun Daşlıbağında meyvə, özəlliklə kabak (balqabaq yetişdirdikləri üçün onlara kabaklılar deyilirdi. Fərqli bir dəyərləndirməyə - Dr. S.Sərvət Kabaklının düşüncələrinə əsasən bu nəslin nümayəndələri həmişə xeyirxahlıqda, zəhmətsevərlikdə, müdriklikdə öndə, irəlidə, qabaqda olduğu üçün xalq onlara Kabaklı adı vermişdir. Sonuncu fikrin dolğunluğunu, doğruluğunu, dürüstlüyünü zaman keçdikcə tarix özü də təsdiqlədi. Dövrün, epoxanın məhrumiyyətlərinə, məşəqqətlərinə baxmayaraq zəhmətin və istedadın sayəsində Kabaklılar nəslinin öndə, qabaqda gedənləri bu soyadı qədim və böyük bir xalqın ədəbiyyat, mədəniyyət tarixinə ləyaqətlə həkk etdilər. 1926-cı ildə Harputda Kabaklılar ailəsinə ağır itki üz verdi. Təsadüfi qəza nəticəsində Ömər əfəndi həlak oldu. İki yaş yarımında ikən atasını itirən Əhməd Kabaklı çətinlik, yoxsulluq və ehtiyac içində böyümüş, anası Münirə xanımın himayəsi altında təlim-tərbiyə almış, anasından və xalasından çoxsaylı əfsanələr, nağıllar, atalar sözləri dinləmiş, Elazığda ibtidai məktəbi və liseyi yüksək qiymətlərlə başa vurmuşdur. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin türkologiya bölümündə oxuduğu illərdə Əhməd Cəfəroğlu, Cəmil Meriç, Cahid Okurer, Mehmet Kaplan və b. görkəmli şəxsiyyətlərdən dərs alirdı. Ə.Kabaklı ilk tənqidi məqalələrini də tələbəlik illərində çap etdirir, 1948-ci ildə bu universiteti bitirdikdən sonra isə Diyarbəkir liseyində pedaqoji fəaliyyətə başlayır. Bu şəhər onun həyatında və taleyində unudulmaz xoş duyğular yaradır, zərif izlər buraxır. Əhməd bəy Diyarbəkir qız liseyində riyaziyyat müəlliməsi işləyən Məşkurə Elbir xanımla tanış olur və onunla ailə həyatı qurur. Bu izdivacdan onun sonralar kimyaçı kimi tanınan Taner adlı oğlu dünyaya gəlir. Ötən əsrin 50-ci illərində Milli Təhsil Nazirliyi onu Parisə oxumağa göndərir, qayıtdıqdan sonra İstanbul Pedaqoji İnstitutunda müəllimliyə başlayır, eləcə də İstanbul Texniki Universitetində ədəbiyyatdan dərs deyir. 70-ci illər Türkiyəsinin mədəniyyət aləmində iki böyük ədəbi hadisə Əhməd Kabaklı ilə birbaşa bağlıdır. Mətbuat ailəsinə 1972-ci ilin yanvarın 15-də ilk uğurlu sayı ilə qədəm qoyan “Türk ədəbiyyatı” dərgisi Ə.Kabaklının təsisçiliyi və baş redaktorluğu ilə yarandı və az vaxtda ədəbi qüvvələri ətrafında cəmləyərək milli məfkurəyə, mənəvi dəyərlərə dayalı yeni cərəyanın, çağdaş ədəbi məktəbin təməlini qoydu. Digər əlamətdar hadisə isə dərgidən 6 il conra – 1978-ci ildə dövrün görkəmli siyasət, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə Türk Ədəbiyyatı Vəqfinin yaradılması idi. Ə.Kabaklının öndərliyi ilə vəqfin üzvləri arasında Süleyman Dəmirəl, Alparslan Türkeş, prof.Məhərrəm Ergin, prof.Faruk Kadri Timurtaş, prof.Mehmet Kaplan, prof.Tahsin Banguoğlu, Nəcip Fazil Qısakürək, qurucuları sırasında Sevinc Çokum, İskender Öksüz, Tahir Kutsi Makal, İrfan Atagün, Halis Akaydın, İsmayıl Gerçəksöz və b. tanınmış qələm əhli yer almışdır. Bu günədək Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi eyni ideala – türkçülüyə və türk ədəbiyyatına heç bir əyintiyə və sapıntıya yol vermədən ləyaqətlə xidmət edir. Kabaklı xocamızın bir sıra əsərlərinin ilk variantı Vəqfin yığıncaqlarında, “Çərşənbə axşamları”nda dinlənilmiş, bəyənilmiş və dərgidə nəşr olunmuşdur.XX əsrin 90-cı illərində Əhməd Kabaklı özünün söylədiyinə əsasən iki dəfə Bakıda olmuşdur. Sonuncu dəfə Azərbaycana gələrkən Türk xalqları ədəbiyyatının fəal və istedadlı araşdırıcısı Əli Şamillə görüşmüş, ona geniş müsahibə vermişdir. Böyük ustad radio-müsahibəsində düşüncələrini və arzularını dilə gətirərək demişdir: “Mən Əhməd Kabaklı olarak, tabii milliyyətçi düşüncələri bəyan edərim, ayrıca “Tərcüman” qazetəsində yazarım, davamlı köşə yazısı yazarım. Azərbaycan oxucusuna bu səfər keçən gəlişimə göre daha ferahlamış, daha kendine gəlmiş olarak gördüm. İnşallah növbəti gəlişimlə daha da başqa özəlliklər görəcəm. Mən heç şübhə etmiyorum. İstədiyim bütün mese-lem bir-birilerini sevmələridir. Türkiyeyi sevmeleridir, türk dünyasını sevmeleridir ve bu şəkildə çox ferahlı günlərə doğru birlik olaraq gedə biləcəymizə inanıyorum.” Onun qəlbində həmişə Azərbaycan sevgisi çağlamışdır. Hələ 1983-cü ilin iyun ayında televiziya vasitəsi ilə xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmini seyr etdikdən sonra “Tərcüman” qəzetində fərəh, iftixar, bir az da özünütənqid hissi ilə yazırdı: “21 iyun televiziyada "Dədə Qorqud"u Azərbaycanda yaradılmış film kimi seyr etdik. Hər şeydən öncə bu filmi yaradan azəri qardaşlarımıza təşəkkürümüz var: Nədən? Ən azı bizim görəcəyimiz işi gördükləri üçün və bizə "Dədə Qorqud" kimi bir dastanımızın var olduğunu xatırlatmaları ücün. Soyumuzun fəzilətlərini, igidliklərini, mərasimlərini, Allaha və dövlətə hörmətlərini, yalana nifrətlərini, cihadlarını, təmiz eşqlərini bir müqəddəs əfsanə mühiti içində bizə anlatdırdıqları ücün. Oğuzların vətən sevgisi, torpaq sevgisi yaxşı göstərildiyi kimi, saf və təmiz dindarlıqları da dilə gətirilə bilərdi. Ancaq azəri soy-daşlarımız haqlı olaraq deyə bilər ki: "Biz kiçik qardaşlarıq. Dini və millətləri rədd edən yabançı bir rejimdə, biz bunu edə bildiksə, yenə də böyük hünər və uğur sayılmalıdır. Daha gözəlini, daha yaxşısını biz əlbəttə sizdən gözləyirik. Sizin rejissorlarınız, aktyorlarınız, bəstəkarlarınız hardadır?" "Dədə Qorqud"un 12 boyunu bir araya gətirib, dünyanın ən gözəl dastanlarından birini ondan çıxaracaq şairləriniz, ədibləriniz hardadır? Niyə baxmırsınız soyunuz oğuzların o eşsiz dillərinə, mərasimlərinə, inanclarına. Yoxsa sizi də "Əcəl alıb, yer gizləmişdir?” Qələmə alındığı dövrlə müqayisədə bu fikirlər adi sözlərdən ibarət deyildir. Hər cümlədə millətinin taleyi üçün döyünən narahat bir qəlbin çırpıntısı, yüz illərlə bir-birindən ayrı düşmüş, parçalanmış türk xalqlarının ortaq keçmişinə sahiblik duyğusunun aşılanması üçün müdrik bir ziyalının atəşin səslənişi duyulmaqdadır. Ə.Kabaklının bu cəsarətli fikirləri ilk növbədə dəmir pərdəli rejimlərin rəzalət qoxuyan qadağalarından daha çox içimizdəki biganəliyə, soyuqluğa ünvanlanıb. Oğuzların vətən, torpaq sevgisinin filmdə qabardılmasını Əhməd bəy yüksək dəyərləndirir. Çünki o özü də oğuz ellərinin, türk dünyasının bir Dədə Qorqudu idi. Əhməd Kabaklının türk millətinə namuslu xidmətinə görə aldığı çoxsaylı ödüllər, mükafatlar sirasında birinin yeri xüsusilə fərqlənir. Aydınlar Ocağının və 55 müstəqil qurumun birgə qərarı ilə ona Atatürk Kültür Mərkəzində 1996-cı ilin dekabr ayında keçirilən və dövlət məmurlarının da qatıldığı yığıncaqda Şeyxül-mühərrir fəxri adı verilmişdir. Bu adı o sanballı əməyinə verilən ən yüksək dəyər kimi qəbul etmiş və ömrünün sonunadək Şeyxül-mühərrir (yazarların şeyxi) titulunu iftixar hissi ilə daşımışdır. “Elazığ – Bakı: mədəniyyət və sənət görüşləri”ndən İstanbula qayıtdıqdan sonra Osmanlı Dövlət Arxivinə baş çəkmək niyyətilə bir neçə gün bu şəhərdə qalmalı oldum və Türk Ədəbiyyatı Vəqfinin çeşidli maddi və mənəvi dəstəyindən barındığımı minnətdarlıq duyğusu ilə vurğulamağı özümə borc bilirəm. 2012-ci ilin fevralın 8-i Əhməd Kabaklının xatirə günü idi. Dəyərli dostum Sərvət bəyin dəvətilə Şeyxül-mühərririn vəfatının 11-ci ildönümü münasibətilə məzarının ziyarətçiləri arasına mən də qatıldım. Böyük ustadın əbədi istirahətgahı İstanbulun Piyer Loti yüksəkliyində yerləşən Əyyub Sultan qəbiristanlığında həyat yoldaşı Məşkurə xanımla qoşadır. Mərhumun ruhuna Quran oxunmasından sonra Sərvət bəy Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anım mərasiminə ünvanladığı teleqramını oxudu: “Milli dəyər-lərimizə verdiyi önəm ilə anılan və geridə bu həssasiyyətilə yetişmiş minlərcə tələbə buraxan mərhum Əhməd Kabaklı keçmişdə və bu gün olduğu kimi gələcəkdə də əsərləriylə fikir dünyamızı aydınlatmağa davam edəcəkdir. Vəfatının 11-ci ildönümündə mərhum, Şeyxül-mühərrir Əhməd Kabaklını rəhmət və şükanlıqla anırıq.” Baş nazirin qeyd etdiyi kimi doğrudan da Əhməd Kabaklı bütün həyatını, yaradıcılığını türk insanının fikrini, düşüncəsini aydınlatmağa, işıqlandırmağa yönəltmişdir. Təsadüfi deyildir ki, Türkiyədə ziyalılar hər zaman onu ədəbiy-yatşünaslığın, ədəbiyyat tarixinin patriarxı, yazarların xocası və ucası kimi ehtiramla xatırlayır və dəyərləndirirlər. | https://az.wikipedia.org/w/index.php?curid=427563 |
Əhməd Kadırov | Əhməd Əbdülhəmidoviç Kadırov (23 avqust 1951, Qaraqanda – 9 may 2004, Qroznı, Çeçenistan) — Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının 1-ci dövlət başçısı. 1951-ci ilin avqustun 23-də anadan olan Əhməd Əbdülhəmid oğlu Kadırov ailəsinin sürgün edildiyi Qazaxıstanın Karaqanda şəhərində doğulub. Kadırovlar ailəsi 1957-ci ilin aprel ayında Çeçenistan-İinquşetiya SSRİ-yə geri dönüb. Çeçenistanın gələcək prezidenti 1971-ci ildə işləmək üçün Sibirə gedir. 1976-cı il oktyabrın 5-də onun övladı Ramzan doğulub. Əhməd Kadırov 2003-cü ilin 5 oktyabrından 2004-cü ilin mayın 9-a kimi Çeçenistan Respublikasının prezidenti olub. Daha əvvəl isə bir neçə il Çeçenistanın müftisi olub. İkinci Çeçenistan müharibəsindən sonra isə Federal hökumətin tərəfinə keçib. Qazaxıstanın Qaraqanda şəhərində doğulan Kadırov Daşkənd İslam Universitetini və Mahaçqala Biznesin İdarə Edilməsi İnstitunu bitirib. Siyasi elmlər namizədidir. 2004-cü ildə o, üsyançıların törətdiyi terror hadisəsində öldürülüb. | https://az.wikipedia.org/w/index.php?curid=376473 |
Əhməd Kadırov adına stadion | Əhməd Kadırov adına stadion — Çeçenistanın əsas idman arenası. Stadionun açılışında dünya yığması ilə Çeçenistan prezidenti Ramzan Kadırovun rəhbərlik etdiyi "Qafqaz" komandası arasında yoldaşlıq görüşü keçirilib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 5:2. Futbolçular hər biri 30 dəqiqədən ibarət 2 hissə oynayıblar. Dieqo Maradonanın kapitanlıq sarğısı daşıdığı dünya yığmasının heyətində Luiş Fiqu, Roberto Ayala, İvan Samorano, Alen Boqossyan, Stiv Makmanaman, Franko Barezi və digər məşhur futbolçular yer alıb. Robbi Fauler və Fabyen Bartez kimi əfsanəvi oyunçular isə Qroznıya gəlsələr də, meydançaya çıxmayıblar. "Qafqaz" komandasında Rusiyanın müxtəlif regionlarından olan futbolçular, habelə məmurlar çıxış edib. Qapını Rinat Dasayev qoruyub. Hesabı 13-cü dəqiqədə İvan Samorano açıb. 5 dəqiqə sonra Dieqo Maradona meydan sahiblərini ikinci dəfə məyus edib. Lakin qalan vaxt ərzində qonaqlar qol vura bilməyiblər. Əvəzində "Qafqaz"ın heyətində Anzor İsmayılov, Timur Cəbrayılov, Andrey Fedkov və "dubl" edən Zaur Sadayev fərqlənib. "Qafqaz" dünyaya qalib gəldi Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=192402 |
Əhməd Kadırov kuboku | Əhməd Kadırov kuboku — RF Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir. İlk turnir 2012-ci ildə keçirilmişdir. Türkiyənin Antalya şəhərində yanvarın 28-də start götürən turnirin final matçı fevral ayının 3-də olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=274002 |
Əhməd Kadırov məscidi | Qısa məlumatlar "Çeçenistanın Qəlbi" məscidi dünyanın ən böyük məscidlərindən biridir. 17 oktyabr 2008-ci ildə açılmış və tanınmamış Çeçen İçkeriya Respublikası və Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Abdulhəmidoviç Kadırovun adını daşıyır. Məscid Sunja çayının mənzərəli sahilində, nəhəng parkın ortasında yerləşir və məsciddən əlavə Hacı Kuntanın adına olan Rusiya İslam Universiteti və Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin də daxil olduğu İslam kompleksinin bir hissəsidir. Məscid klassik Osmanlı üslubunda tikilmişdir. Məscidin mərkəzi salonu nəhəng günbəz ilə örtülmüşdür (diametri - 16 m, hündürlüyü - 32 m). Hər biri 63 metr olan dörd minarənin hündürlüyü Rusiyanın cənubundakı ən yüksək minarələrdən biridir. Məscidin xarici və daxili divarları travertin mərmər, daxili hissəsi ağ mərmərlə bəzədilmişdir. Məscidin sahəsi 5000 kvadratmetr, tutumu isə 10 min nəfərdən çoxdur. Xüsusiyyətləri İstanbuldakı Göy Məscid memarlığın əsası olaraq istifadə edilmişdir. Məscidin inşası zamanı ən son texnologiyalar tətbiq edilmişdir. Məscidin xarici və daxili divarları mərmər - travertin ilə bəzədilib, Türkiyədən olan ustalar məscidi rəngləmişlər. Nümunə üçün xüsusi əlavələr olan sintetik və təbii boyalardan istifadə edilmişdir (naxışlar ənənəvi çeçen naxışları üslubunda hazırlanmışdır). Qurandan nümunələr və ayələr (mətnlər) yazmaq üçün ustalar ən yüksək dərəcəli qızıl tozundan istifadə etmişlər. Məsciddə 36 çilçıraq var. Bu çılçıraqlar formalarına görə İslamda üç ziyarətgahı xatırladır – 27-si Qüdsdəki Qübbətüs-Səhra məscidini, 8-i Mədinədəki Rovzatu-Nevevi məscidindin modelini və ən böyük, 8 metr uzunluğundakı isə Məkkədəki Kəbə ziyarətgahındakı çilçıraq formasını təkrarlayır.Çilçıraqlar, Türkiyənin USTUN AVIZE şirkəti tərəfindən Swarovski kristallarından hazırlanmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=723820 |
Əhməd Kamal | Əhməd Kamal — 1906–1911-ci illərdə Bakıda müəllimlik edən, bir müddət Balaxanıdakı "Nəşri-maarif" məktəbində müdir olan osmanlı jurnalisti. "Füyuzat" jurnalının ən fəal əməkdaşlarından biri olub. Əhməd Kamal müəllimliklə bir sırada Bakının mətbuat həyatında da fəal çalışırdı. 1910-1911-ci illərdə "Günəş" qəzetinin (cəmi sayı 121) baş redaktoru olmuşdu. Kitab maqnatları – Orucov qardaşlarının naşirliyi ilə çıxan qəzetdə baş redaktorla bir sırada Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Qafur Rəşad, Abdulla bəy Divanbəyoğlu kimi tanınmış azərbaycanlı müəlliflərin əsərləri çap edilmişdi. Həyatı və təhsili Əhməd Kamal 1873-cü ildə İstanbulda anadan olmuşdur. Atası Miralay Rasim bəy qəflətən öldüyü üçün Darüşşəfəq də təhsil aldı və 13 mart 1893 - cü ildə birinciliklə məzun oldu.. stanbulda, 1873-cü ildə doğulmuşdu. Atası tanınmmış Ocaqağasızadələr ailəsindən Osmanlı ordusunun miralayı (polkovnik –V.Q.) Əhməd Rasim idi. O, Bosniya-Hersoqovina üsyanı zamanı aldığı yaralardan vəfat edəndə oğlunun cəmisi dörd yaşı vardı. Əhməd Kamalın təlim-tərbiyəsi ilə dayısı Fərid İsmayıl Paşa məşğul olmuşdu. Təhsilini Osmanlı imperiyasının elitar təhsil müəssisəsində – Darüşşəfəq məktəbində almış, 1893-cü ildə buranı "birinci tələbə" ünvanı ilə bitirmişdi. Parisə, Sorbonna Universitetinə getmək istəsə də, Fransa paytaxtının II Sultan Əbdülhəmidə qarşı çıxan "gənc türklər" hərəkatının başlıca mərkəzlərindən birinə çevrilməsi səbəbindən arzusunu gerçəkləşdirə bilməmişdi. Paris xülyalarını kiçik məmur həyatı ilə dəyişmək lazım gəlmişdi. Əhməd Kamal Avropa fikrinin və yasaq mətbuatın İstanbula daxil olduğu əsas mərkəzlərdən birində – Qalata poçtunda çalışmağa başlamışdı. Həm də bitirdiyi Darüşşəfəq məktəbində müəllimlik etmişdi. XX əsr Azərbaycan publisistikasının tanınmış nümayəndəsi Ömər Faiqin xatirələrindən göründüyü kimi, İstanbulda təhsilini başa vurduqdan sonra o da bir müddət eyni poçt idarəsinin məmuru olmuş, məhz burada müxalif fikirli nəşrlərlə tanışlıq imkanı qazanmışdı. Xəbərlərdən birincilər sırasında tanışlıq imkanının açılmasına baxmayaraq monoton məmurluq həyatı Əhməd Kamalı özünə çəkməmişdi. Çox tezliklə əsl yerini ədəbiyyat və mətbuatda tapmışdı. İlk şeiri 1895-ci ildə İsmayıl Səfanın redaktorluğu ilə çıxan "Maarif məcmuəsi"ndə çap olunmuşdu. 1899-cu ildə Cənubi Afrikada ingilis-bur müharibəsi başlananda II Sultan Əbdülhəmidin Böyük Britaniya ilə münasibətləri çox gərgin idi. Bu zaman aralarında Əhməd Kamalın da olduğu təxminən 30 nəfərlik bir qrup sultan əleyhdarı eyni ilə Birinci Dünya müharibəsində Rusiyanın məğlubiyyətini istəyən bolşeviklər kimi hərəkət etmişdi. Onlar ingilislərin qalib gələcəyi təqdirdə II Əbdülhəmidin vəziyyətinin daha da pisləşəcəyini göz önünə alaraq İstanbuldakı Britaniya səfiri Nikolas O`Konnora məktub imzalamışdılar. Məktub müəllifləri 1853-1855-ci illər Krım savaşı zamanı Türkiyə ilə eyni cəbhədə vuruşan dost ingilislərə qələbə arzuladıqlarını bildirirdilər. Missiyanın məqsədi müvafiq şərait yetişdiyi təqdirdə Britaniyanın sultan hökumətinə təzyiqinə nail olmaq idi. 1893-cü ildə Darüşşəfəqdə ədəbiyyat və qeyri üzvi kimya müəllimi olaraq işləməyə başladı. Darüşşəfəqin 1886-cı ildə ki məzunlarından olan İsmayıl Səfanın rəhbərliyində fikiri və ədəbi inkişafını davam etdirdi. Üçüncü nüsxəsindən etibarən Pul jurnalının baş yazarlığını etdi. İsmayıl Səfanın idarəsində çıxdığı dönəmlərdə Maarifin daimi yazarlarından oldu. Məlumat, Məktəb və Sərvəti Fünun kimi dövrünün önəmli jurnallarında şeirləri yayımlandı. Despotizm hökuməti əleyhinə fəaliyyətə başladı. Daşqəsəbdəki evində Ahmet Rza və İsmayıl Səfa kimi ziyalıların da iştirak etdiyi gizli toplantılar təşkil etdiyi üçün bir neçə dəfə həbs olundu. 28 avqust 1900-cu ildə yenidən həbs olunmaq təhlükəsi ilə üzləşdikdə qaçıb bir fransız gəmisi ilə Püreyə getdi. Afinada İcma-i Ümmət qəzetini nəşr etdi. Bir müddət sonra Əhməd Kamal öncə Qahirə, Paris, Afina, Berlin kimi şəhərlərdə görüldü. Nəhayət ki, Qahirəyə geri döndü. Burada "Doğru yol" qəzetində işləməyə başladı. Qısa bir müddətdən sonra qəzetin adı "Doğru söz" olaraq dəyişdirildi. Və 22 mart 1906-cı ildən etibarən qəzetin rəhbərliyinə Əhməd Kamal keçdi. Qəzetin Kipr, Azərbaycan, Krım və Afrikanın müsəlman dövlətlərində geniş bir oxucu kütləsi var idi. Bu dövrlərdə Bakıda Füyuzat jurnalını nəşr edən Əli Bəy Hüseynzadə Əhməd Kamal ilə əlaqə quraraq onu Azərbaycana dəvət etdi. Bakıya gələn Əhməd Kamal Balaxanıdakı Türk məktəbinə direktor təyin olundu. Növbəti il İstanbuldan gələn kitab və müəllim köməyi ilə böyük bir uğur əldə etdi. 1907–1908-ci il dərs ilinin bitməsinə iki il qalmış rus hökuməti tərəfindən fəaliyyətinin dayandırılması istənildi. Ruslar tərəfindən həbs olunaraq ölümə məhkum edildi. Lakin İsmail Hakkı Paşanın köməyi ilə həbsdən azad olan Əhməd Kamal İstanbula qayıtdı. İstanbula qayıtdıqdan sonra Cığır qəzetində baş redaktor oldu. Bundan əlavə "Haqq" qəzetində də yazılar nəşr etdi. Balkan müharibəsindən sonra Gelenbevi sultanisi ədəbiyyat müəllimi, Ankara sultanisi müdürü oldu. Son vəzifəsi Beykoz Bələdiyyəsində baş katiblik olub. Azərbaycanın başqa bir görkəmli şəxsiyyəti – Məhəmməd Əmin Rəsulzadə Əhməd Kamalın milli mətbuatımız qarşısındakı xidmətlərini qədirşünaslıqla qiymətləndirmişdi. 1928-ci ildə İstanbulda nəşr olunan "Azərbaycan Cümhuriyyəti" əsərindən götürülmüş aşağıdakı sətirlər bunu bir daha sübut edir: "Hüseynzadə Əli bəy tərəfindən təsis olunub Əhməd Kamal bəy kimi jon türk mühərrirlərin təhrir müavinəti ilə çıxan ədəbi "Füyuzat" məcmuəsi Kafkasiya mühitində yeni bir zövqi-ədəbi tərbiyə edir, azəri türkcəsinin qərbləşməsinə şaik oluyordu". Əhməd Kamal Bayıl həbsxanasında "Müsavat" partiyasının qurucularından biri, Məmməd Əminin ən yaxın silahdaşı Abbasqulu Kazımzadə ilə eyni kamerada cəza çəkmişdi. Və təbii ki, istər onun, istərsə də ətrafındakı digər azərbaycanlıların yardımlarından faydalanmış, himayələrini hiss etmişdi. Amma İstanbula döndükdən sonra onu axtaran, soraqlayan yenə də Abbasqulu bəy olmuşdu. Bunu Bakıdan "Tənin" qəzeti redaksiyasına göndərilən aşağıdakı məktub da sübut edir. "Əfəndim Əhməd Kamal, – deyə A. Kazımzadə yazırdı: – Dörd dəfə sizə məktub yazıb cavabınıza nail olmamışam. İki dəfə məktubu "Tənin" qəzetəsinə göndərmişəm, sizə versinlər əfəndim. Bizim həbsxanada danışdıqlarımız böyləmi oldu, əfəndim? Hər halda yoldaşlarımız sizdən müəyyən vaxtlarda məktub almağa müntəzir olurlar. Əcələ məktub yazın. Sonra müfəssəl yazarız". Gətirdiyim bütün bu misallar istər həyatının Bakı dövründə, istərsə də sonralar həmvətənlərimizin Əhməd Kamala nə qədər diqqət və ehtiramla yanaşdıqlarını ortaya qoyur. Və bütün bunların qarşılığında onun ömrünün sonuna qədər atəşin Azərbaycan təəssübkeşi kimi qalacağını düşünməyə əsas verir. Amma belə olmamışdı. Məmləkətimiz həyatının nə faciəli, nə də möhtəşəm günlərini yaşayanda Əhməd Kamalın səsi eşidilməmişdi. Əksinə, Azərbaycanla bağlı məsələlərdə anlaşılmaz bir etinasızlıq nümayiş etdirmişdi. Tanınmış türk tarixçisi Osman Nuri Ergün (1883-1961) yuxarıda adını çəkdiyim Mehmet Cövdət İnancalp haqqında "Müəllim Cövdət: həyatı, əsərləri, kitabxanası" tədqiqatı üzərində işləyərkən Əhməd Kamala "Həyatınızın Bakı dövrü? Azərbaycanlılar haqqında qənaətiniz nədir?" sualları ilə müraciət etsə də, cavab ala bilməmişdi. Əslində onun ölkəmiz və xalqımız haqqında obyektiv, xeyirxah sözünə ehtiyac vardı… 1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyətinin süqutu nəticəsində Əhməd Kamalın Bakıdan yaxşı tanıdığı, hətta əqidə yoldaşı sayılacaq bir sıra şəxslər mühacir kimi Türkiyəyə sığınmalı olmuşdular. Onlardan birinin – artıq İldeniz soyadını qəbul etmiş Abbasqulu Kazımzadənin keçmiş kamera qonşusu ilə əlaqə yaratmaq cəhdləri 25 il əvvəldəki kimi sonralar da uğursuzluqla nəticələnmişdi. 1936-cı il dekabrın 30-da İldəniz-Kazımzadə qısa bir kağızla əski münasibətləri təzələmək istəmişdi: "Pək Möhtərəm Əhməd Kamal bəy! Dün möhtərəm məktubçu Osman Bəyəfəndidən zati-alinizin adresini bir təsadüf olaraq öyrəndim. Bu münasibətlə sizin yeni yılbaşınızı kutlamakla kəsbi-şərəf eylərəm. Azərbaycan paytaxtı Bakıda haziran 1911-də Bayıl dustaqxana arkadaşlarınızdan Kazımzadə Abbas İldəniz". Ancaq bu məktub da cavabsız qalmışdı. 1923–1934-cü illər arasında Türkiyədə "Yeni Kafkasiya", "Odlu yurd", "Azəri-Türk", "Bildiriş", "Azərbaycan Yurd Bilgisi" kimi qəzet və jurnallar çap olunmuşdu. Xüsusi ilə sonuncu nəşr öz neytral mövqeyi ilə seçilərək başdan-başa dilçilik, tarix, ədəbiyyat, türk xalqlarının ortaq mədəni və mənəvi dəyərləri kimi məsələləri işıqlandırırdı. Bu mətbuat orqanlarına yazanların, orada çalışanların bir çoxunu Əhməd Kamal daha əvvəllərdən tanıyırdı. Amma o dörd ilə yaxın torpağında yaşadığı, üstəlik də kədərli mühacir həyatı keçirən, bir təsəlliyə, xoş söz ehtiyac duyan azərbaycanlılarla təmas qurmağa ehtiyac görməmişdi. Bu hər şeydən öncə keçmiş füyuzatçının özünün ağır maddi və mənəvi durumu ilə bağlı idi. Tədqiqatçısı M.Kayahan Özgülün də yazdığı kimi, o, "jon türklük üçün çalışmış, iqtidarı və iqbalı başqaları qapmışdılar, Milli Mücadilə üçün çalışmış, sonunda Beykoz Bələdiyyəsində kiçik məmur olmuşdu". Uğursuzluq zolağından çıxa bilməməsi, xidmətlərinin müqabilində çox kiçik qazancla kifayətlənməsi sonda Əhməd Kamalın xarakter və psixikasına da təsirsiz qalmamışdı. O, mətbuat mühitindən, ədəbiyyat və siyasət aləmindəki dostlarından uzaqlaşmış, inzivaya çəkilmişdi. Xatirələrini yazmağa başlasa da yarımçıq buraxmışdı. Həyatının sonunda sirroz xəstəliyi ilə mübarizə apararaq hökumətdən aldığı cüzi pensiya ilə güzəranını keçirmişdi. Adı yaddaşlardan silinmiş, hamı tərəfindən unudulmuşdu. Bu səbəbdən 1942-ci ilin dekabrına təsadüf edən ölümü də yaxınlarından başqa kimsənin diqqətini çəkməmişdi. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=100455 |
Əhməd Kasani | Əhməd Xacəgi ibn Cəlaləddin Kasani (fars. احمد خواجگی بن جلالالدین کاسانی; özb. Ahmad Xojagi b. Jaloliddin Kosoniy) vəya "Məxdumi-Əzəm" (fars. مخدوم اعظم; özb. Maxdumi Aʼzam; 1461 – 1542, Səmərqənd) — Nəqşibəndi təriqətinin görkəmli sufisi və Səmərqəndin ən məşhur İslam müqəddəslərindən biri. Onun məqbərəsi Özbəkistanın Səmərqənd vilayətindədir. AḤMAD KĀSĀNĪ // Encyclopedia Iranica. KÂSÂNÎ, Ahmed // TDV İslâm Ansiklopedisi. | https://az.wikipedia.org/w/index.php?curid=754745 |
Əhməd Krımlı | Tibbi turizm, termal turizm, uşaq sağlamlığı və ailə planlaşdırılması ilə bağlı elmi məqalələrin müəllifidir. Şeir və xatirələr kitabı da yazmışdır. Əhməd İhsan Krımlı Türkiyəyə köç edən Krım tatarlarının ailəsində anadan olub. Onun ulu babası Bağçasarayda icmanın müftisi idi. 1947-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsini bitirmişdir. Londonda təcrübə keçmişdir. ABŞ-nin bir neçə xəstəxanasında həkim işləyibdi. Doktor Zuxal Çiçək Kırımlı ilə evli olud. Cütlüyün iki uşağı var idi. Siyasi fəaliyyəti Əhməd İhsan Krımlı altı il Ədalət Partiyası sədrinin müavini olub və 1962–1976-cı illərdə partiyanın idarə heyətində də çalışıb. Siyasətçi kimi yüksək dövlət vəzifələrində çalışmış, millət vəkili olmuşdur. Krımlı 1961–1977-ci illərdə Böyük Millət Məclisinin üzvü olmuşdur. Əhməd İhsan Krımlı Türkiyənin turizm naziri vəzifəsində çalışıb. 12 sentyabr 1980-ci il çevrilişindən sonra Kənan Evrənin rəhbərliyi altında Milliyyətçi Demokratik Partiyanın qurucularından biri olub. Türkiyədə Milli Təhlükəsizlik və Xarici İşlər Komissiyasının üzvü, Milli Səhiyyə Komissiyasının sədri və Qızıl Aypara sədrinin müavini vəzifələrində çalışmışdır. Xeyriyyəçilik fəaliyyəti Krım tatarlarının sürgün edilməsini öyrənəndən sonra İngiltərə və ABŞ-da bir neçə mühazirə oxuyub. 1960-cı və 1970-ci illərdə Dünya Anti-Kommunist Liqası konfranslarında çoxsaylı müzakirələrə rəhbərlik edib. 1987-ci ildə siyasi karyerasını bitirdikdən sonra ömrünü xeyriyyəçiliyə həsr etməyə başlayıb. 1987–2011-ci illərdə Türkiyədəki Krım Tatar İcmasının prezidenti, eyni zamanda Bolqarıstan, Azərbaycan və Krım Türkləri Federasiyasının prezidentidir. Əhməd İhsan Krımlının adına ədəbiyyat müsabiqəsi də vardır. Mükafatları "Xidmətə görə" ordeni, III dərəcə (2 mart 2004-cü il, Ukrayna) — Ukrayna ilə Türkiyə Respublikası arasında humanitar sahədə əməkdaşlığın inkişafına, Krım tatarlarının Ukraynada yerləşməsində əməli kömək göstərilməsinə əhəmiyyətli şəxsi töhfəsinə görə verilmişdir. Krım Mühəndis-Pedaqoji Universitetinin fəxri professoru, 2000. Xarici keçidlər Türkiye'deki Kırım Türkleri Kültür ve Yardımlaşma Derneği web sitesi Ahmed İhsan Kırımlı Edebiyat Yarışması web sitesi Crimean Tatar People of Turkey Crimean Tatar National Movement Dr.Kirimli Literary Contest | https://az.wikipedia.org/w/index.php?curid=712315 |
Əhməd Kural | Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=615448 |
Əhməd Kurniavan | Əhməd Kurniavan (31 Oktyabr 1979 – 10 Yanvar 2017) — Keçmiş peşəkar İndoneziya futbolçusudur. O, İndoneziya Super Liqası klublarından olan Arema Kronus klubunda qapıçı kimi çıxış etmişdir. Kurniavan həmin klubda qapıçı kimi çıxış edən Kurniya Meyqanın böyük qardaşıdır. Klub uğurları Arema Malanqİndoneziya Kuboku (1): 2006 Xarici keçidlər Profile Ahmad Kurniawan Arxivləşdirilib 2017-01-11 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=474548 |
Əhməd Kəmaləddin Əfəndi | Əhməd Kəmaləddin Əfəndi (3 dekabr 1847, Konstantinopol – 26 aprel 1905, Konstantinopol) — 31. Osmanlı sultanı Əbdülməcidin səkkizinci oğlu, Osmanlı şahzadəsi və Osmanlı ordusunun general-leytenantı. Şahzadə Əhməd Kəmaləddin Əfəndi 1848-ci ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə onun yeddinci xanımı Verdicanan Qadınəfəndidir. Uşaqlığı doğma bacısı Münirə Sultanla birlikdə keçdi və sarayda xüsusi təhsil aldı. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Ögey qardaşı II Əbdülhəmidin 1876-cı ildə taxta çıxmasından sonra Osmanlı taxtının ikinci vəliəhdi oldu. Bu müddət ərzində Osmanlı ordusunda fəaliyyət göstərdi və 1901-ci ildə general-leytenant rütbəsinə qədər yüksəldi. Bundan başqa Osmanlı imtiyaz medalına layiq görüldü. Buna baxmayaraq böyük qardaşı Sultan Muradın yenidən taxta çıxması üçün Sultan Əbdülhəmidə qarşı fəaliyyətə başlamışdı. Bu səbəblə Sultan Əbdülhəmid səltənətində maddi olaraq çətinlik çəkməyə başladı. Hətta rəvayətə görə, Sultan Əbdülhəmiddən kömək istəmiş, rədd cavabı almasının ardından iki qardaş arasındakı münasibətlər daha da gərginləşmişdir. İki qardaş arasındakı bu soyuq müharibə Kəmaləddin Əfəndinin 1905-ci ildə edam edilməsiylə başa çatdı. 57 yaşında boğularaq edam olunan Əhməd Kəmaləddin Əfəndi 1908-ci ildə qəbul edilən ikinci konstitusiyanın ardından qəhrəman elan olundu. Cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn olundu. Xanımı, övladları, nəvəsi Əhməd Kəmaləddin Əfəndi 23 aprel 1876-cı ildə Dolmabağça sarayında Fatma Səzadil xanımla (d. 1856 — ö. 9 fevral 1943) evləndi. Bu evlilikdən 2 övladı dünyaya gəldi: Atiyətullah Əfəndi (d. 22 fevral 1877 — ö. 1878) Münirə Sultan Arxivləşdirilib 2016-10-13 at the Wayback Machine Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. ISBN 978-9-759-96109-1 The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010. ISBN 978-0-292-78335-5 | https://az.wikipedia.org/w/index.php?curid=550748 |
Əhməd Kənan Tanrıkulu | Əhməd Kənan Tanrıkulu (türk. Ahmet Kenan Tanrıkulu; 17 may 1958, İstanbul) — Türk siyasətçi və iqtisadçı. Milliyyətçi Hərəkat Partiyasından 2007-ci ildən başlayarq İzmirin ikinci seçki dairəsindən Türkiyə Böyük Millət Məclisinin üzvü seçilmişdir. 1999–2002-ci illərdə Bülənt Ecevit koalisiya hökumətində Sənaye və Ticarət Naziri vəzifəsində çalışmışdır. Əhməd Kənan Tanrıkulu, 17 May 1958-ci ildə Osman Necati və Məlahat Tanrıkulunun uşağı olaraq anadan olub. İbtidai və orta təhsilini atasının dövlət qulluğu səbəbiylə Anadolunun müxtəlif vilayətlərində davam etdirib. Burdur Liseyindən məzun olub. Anadolu Universiteti Siyasi Elmlər Fakültəsini bitirmiş və ABŞ-nin Qərbi İllinoys Universitetində Riyaziyyat İqtisadiyyatı üzrə magistr dərəcəsini alıb. Pensilvaniya Universitetindəki Uorton Biznes Məktəbində Makro Modelləşdirmə, Kolorado Universitetində İqtisadiyyat, Bredford Universitetində Nəqliyyat Planlaşdırması və Türk Milli Təhlükəsizlik Akademiyasında Xalq Diplomasiyası üzrə təhsil alıb. İctimai fəaliyyəti Silahlı Qüvvələr Dil və Kəşfiyyat Məktəbində və Müharibə Akademiyalarında dərs demişdir. Yemlik Gübre Sanayi A. İdarə Heyətinin üzvü vəzifəsini icra etmişdir. Ardından Dövlət planlaşdırma təşkilatında çalışmış, daha sonra nazirin müşaviri olmuşdur. Xalq İşləri və Mənzil Nazirliyində işləmiş, Turizm nazirinin köməkçisi vəzifəsini tutmuşdur. Ölkə daxili və xarici nəşrlərdə bir sıra məqalələri dərc edilmişdir. Siyasi karyerası Nazir postu 1990-cı illərin sonunda Tanrıkulu ictimai fəaliyyətdən uzaqlaşmış və siyasətə yönəlmişdir. 1999-cu o, ildə İzmirdən Milliyətçi Hərəkat Partiyasının nümayəndəsi kimi Böyük Millət Məclisinin üzvü seçildi. Seçkilərdən sonra, heç bir partiyanın tək hakimiyyət qura bilməsi üçün lazımi yer sayına çata bilməyincə, Demokratik Sol Partiya (DSP) Başçısı Bülənt Ecevit tərəfindən MHP, DSP və Ana Vətən Partiyası (ANAP) arasında koalisiya hökuməti quruldu. Bu hökumətdə Əhməd Kənan Tanrıkulu Sənaye və Ticarət naziri postuna sahib çıxdı. O, 1999–2002-ci illərdə bu vəzifəni daşıdı. 2002-ci ildəki seçkilərdən sonra Millyətçi Hərəkat Partiyasının 10%-lik baryeri aşa bilmədiyi seçkilərdən sonra hökumətdəki yerini itirdi. Həmçinin Əhməd Kənan Tanrıkulu parlamentə də düşə bilmədi. Milliyətçi Hərəkat Partiyası 1999-cu ildən bəri MHP-nin üzvü olan Tanrıkulu, Ankara Ülkü Ocakları və Ülkü Ocakları Mərkəzində çalışıb. 2000-ci ildən MHP Mərkəzi İcra Heyətinin (MYK) üzvüdür. 2010-cu ildə MHP Araşdırma və İnkişaf Sektor və Bölgə Siyasətləri Başçılığını icra edir. MHP-nin 4 Noyabr 2012-ci il tarixində keçirilmiş 10-cu Adi Konqresində İqtisadi və Sosial Siyasətlərdən Məsul Sədr müavini vəzifəsinə təyin edilib. 2007-ci ildə yenidən Böyük Millət Məclisinin üzvü seçildi. 2011-ci il iyun seçkilərində millət vəkili statusunu qoruya bildi. Millət vəkili olaraq Türkiyə-Avropa Birliyi KPK və Ekologiya Komissiyasının üzvü olub. 2015-ci il noyabr Türkiyə ümumi seçkilərində MHP İzmir millət vəkili olaraq yenidən parlamentə girən Tanrıkulu, Türkiyə-ABŞ və Türkiyə-İspaniya Parlamentlərarası Dostluq Qruplarının üzvüdür. Şəxsi həyatı Əhməd Kənan Tanrıkulu evlidir və iki övladı var. Xarici keçidlər MP profile on the Grand National Assembly website Collection of all relevant news items at Haberler.com | https://az.wikipedia.org/w/index.php?curid=712539 |
Əhməd Kərimov | Əhməd Vaqif oğlu Kərimov (4 avqust 1989, Göyçay, Azərbaycan — 10 oktyabr 2020, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əhməd Kərimov 1989-cu il avqust ayının 4-də Göyçay rayonunda dünyaya göz açıb. Kooperasiya Universitetində təhsil alıb. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əhməd Kərimov Füzuli və Şuşanın azad edilməsində savaşıb. Əhməd Kərimov noyabrın 10-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində həlak olmuşdur. Suraxanı rayon Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfn edilib..Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əhməd Kərimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=767684 |
Əhməd Kərədi Zəkuyev | Əhməd Kərədi Zəkuyev (d. 1888. Dağıstan, Lak rayonu, Qumuç kəndi – ö. 15.6.1968, Bakı) — filosof, fəlsəfə elmləri doktoru, professor. Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. O, 1921-ci ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə APİ-də dərs demişdir. 1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə şöbəsində çalışmışdır. 1933-ci ildə APİ-nin nəzdində aspirantura şöbəsi açılır. 1931-ci ildə F.İbrahimbəyov testlər metodunun milli psixologiyanı öyrənmək sahəsindəki zərərli nəticələri barədə danışmağa məcbur olur. 1931-ci ildə Azərbaycan Elmi–Tədqiqat Pedaqogika İnsititutu fəaliyyətə başlayır. İnsititutun nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da fəaliyyət göstərir. 1947-1948-ci tədris ilində Azərbaycan Dövlət Universitetində məntiq- psixologiya kafedrası yaradılır. Kafedraya rəhbərlik A.O.Makovlekskiyə tapşırılır. 1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir. 1960-cı ildən kafedra pedaqoqika və psixologiya kafedrası adı ilə fəaliyyətini davam etdirir. 1960-1970-cı illərdə kafedraya M.C.Məhərrəmov daha sonra professor Ə.Bayramaov, daha sonra B.Əliyev rəhbərlik edir. Əliyev R.İ. Psixologiya tarixi. Bakı, 2006 | https://az.wikipedia.org/w/index.php?curid=366799 |
Əhməd Kəsrəvi | Əhməd Kəsrəvi (fars. احمد کسروی) — İran tarixçisi, publisisti və hüquqşünası. Əhməd Kəsrəvi 29 sentyabr 1890-cı ildə Təbriz şəhərinin Hökmava məhəlləsində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi. Elmi yaradıcılığı Müasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq Əhməd Kəsrəvi Azərbaycanlıların ari irqinə mənsub olduqlarını sübut etməyə çalışmışdı. 3 cildlik "Tarixe-məşruteye-İran" ("İran məşrutə tarixi") kitabında 1905–1911-ci illər İran inqilabının tarixi tədqiq olunur. "Şəhriyarane-gomnan" ("Naməlum hökmdarlar"), "Azəri, ya zəbane-bastane-Azərbaycan" ("Azəri, yaxud Azərbaycanın qədim dili") və başqa əsərləri vardır. O, əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında İran millətçiliyi mövqeyindən çıxış etmiş, İranda yaşayan azərbaycanlıların farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdür. Əhməd Kəsrəvi 1921-ci ildə "Azəri ya Zəban Bastane Azərbaycan" adlı əsərini nəşr etdirmişdi. Müəllif bu əsərində azərbaycanlıların türk yox, azəri adlı ayrı bir millət olduqları fikrini irəli sürmüşdür. Kəsrəviyə görə Azərbaycan dili türk dil ailəsinə mənsub deyildir. Azəri dili İran mənşəli bir dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlamışdılar. Əhməd Kəsrəvi Şimali Azərbaycanın əslində Qafqaz Albaniyası olduğunu qeyd edir. Kəsrəviyə görə Araz çayından şimaldakı ölkə tarixin heç bir dövründə Azərbaycan adlanmamışdır. Bu ölkəyə Azərbaycan adı Məhəmməd Əmin Rəsulzadə tərəfindən verilmişdir. Müəllifə görə əsl Azərbaycan İranın tərkibindəki Cənubi Azərbaycandır və tarix boyu məhz bu ərazi Azərbaycan adlanmışdır.Əhməd Kəsrəvi həm də "təmiz dil" siyasəti fikrini, fars dilinin başda ərəbcə olmaq üzrə əcnəbi dildə olan sözlərdən təmizləmə, həm də "təmiz din" (dinin xurafatdan ayrılması) fikirlərini irəli sürmüşdür. Kəsrəvi İranın ən böyük probleminin dil, din və etnik müxtəliflik olduğunu təsbit etmişdir. İrandakı və bütün şərqdəki geriliyin əsas səbəbi cəmiyyətdəki müxtəliflikdir. Kəsrəviyə görə böyük islahatların nəticəsinin qalmasının əsas səbəbi cəmiyyətdəki müxtəliflik və bölünmüşlükdür. O deyirdi: "Firqələşməni ləğv etməliyik. Din, dil və regional fərqlilikləri aradan qaldırmalıyıq. Bu ancaq milli şüurun meydana gəlməsi ilə mümkündür. İran milli şüurunu yaymalıyıq"Əhməd Kəsrəvi 1946-cı ilin mart ayının 11-də "İslam fədailəri cəmiyyəti"nin üzvləri tərəfindən öldürülmüşdür. Xarici keçidlər Əhməd Kəsrəvinin Azərbaycan türklərinə atdığı böhtan və Azəri kəliməsi | https://az.wikipedia.org/w/index.php?curid=100454 |
Əhməd Laçınov | Əhməd Qurban oğlu Laçınov (28 iyul 1999; Yuxarı Çardaxlar, Zaqatala rayonu — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əhməd Laçınov 1999-cu il iyulun 28-də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub.2004-2013-cü illərdə R.Muradov adına Yuxarı Çardaxlar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Subay idi. Hərbi xidməti Əhməd Laçınov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Əhməd Laçınov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əhməd Laçınov oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Laçınov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Laçınov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əhməd Laçınov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=692555 |
Əhməd Mahmud | Əhməd Mahmud (tam adı:Əhməd Məmməd oğlu Mahmudov; 17 may 1928, Naxçıvan) — şair,jurnalist Əhməd Məmməd oğlu Mahmudov 17 may 1928-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Müəllimlər İnstitutunun tarix-filologiya fakültəsində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyəti 1950–1967-ci illərdə Şərq qapısı qəzetində şöbə müdiri,1967–80-ci illərdə redaktor müavini işləmişdir.1980-ci ildən həmin qəzetdə şöbə müdiridir. Yağış kəsir (1964),Qatar gedir (1974). Təltif və mükafatları Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1972-ci il) Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 122. ISBN 5-8066-1468-9. | https://az.wikipedia.org/w/index.php?curid=634254 |
Əhməd Mahmudov | Mahmudov Əhməd Əkbər oğlu (25 may 1923, Şahtaxtı, Naxçıvan MSSR – 8 may 1989, Bakı) — AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru (1968), professor (1969). Əhməd Mahmudov 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-statistika fakültəsini, 1954-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsinin (indiki EA-nın İqtisadiyyat İnstitutu) aspiranturasını bitirmişdir. 1956–1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958–1964-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu direktorunun müavini, 1964-cü ildən ömrünün sonunadək isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çaışmışdır. 1976–1988-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda İqtisad elmləri namizədi və doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri, 1981–1985-ci ilərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsi akademik katibinin müavini vəzifələrində işləmişdir. Siyasi iqtisadi, aqrar-sənaye komplekslərinin iqtisadiyyatı, ictimai istehsalın intensivləşdirilməsinin iqtisadi problemləri Azərbaycanda o cümlədən Naxçıvan MR-da kənd təsərrüfatının intensivləşdirilməsinin mahiyyəti və nəzəri əsasları, intensivləşdirmənin səviyyəsini müəyyən edən metodika və göstəricilər sistemi, onun əsas yolları, mənbə və xüsusiyyətləri sahəsində tədqiqatlar aparmışdır. Bir neçə kitab və monoqrafiyanın, 150-dən çox elmi məqalənin müəllifidir. Bir sıra mötəbər elmi şuraların, elm və texnika üzrə Respublika Dövlət Mükafatları Komitəsinin üzvü olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti var. Keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüşdür. II dərəcəli Vətən müharibəsi ordeni, digər orden və medallarla təltif edilmişdir. AMEA-nın akademiki, iqtisad elmləri doktoru, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur. Şəxsi həyatı General-polkovnik Eldar Mahmudovun atasıdır. Naxçıvan Muxtar Respublikasında yerləşən Şərur Türk Liseyi 1992-ci ildən Ə. Mahmudovun adını daşıyır. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin qərarı ilə Ə. Mahmudov adına Şərur Türk Liseyinin fəaliyyəti dayandırılıb. 29 oktyabr 2015-ci ildə Ə. Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidəsi sökülüb. Türkiyənin Zaman qəzetinin Azərbaycan redaksiyasından qəzetin baş redaktoru Anar Qaraxançallı öz müəllif yazısında bu hadisəni tənqid edib.23 may 2007-ci ildə Nijni Novqorod şəhərinin "Krasnoye Sormovo" gəmiqayırma zavodunda Palmali Şirkətlər Qrupunun sifarişi ilə inşa edilən və Əhməd Mahmudovun (Akhmed Mahmudov) adını daşıyan gəmi istismara verilib. Ə. Mahmudovun oğlu Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən sonra bu gəmidən Ə. Mahmudovun adınıın götürülüb götürülməycəyi gündəmə gəlib. Xarici keçidlər Asəf Nadirov. "Görkəmli iqtisadçı alim" ( (az.)). anl.az/Azərbaycan. 2010-05-25. 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06. Aybəniz Əliyeva. ""Akademik Əhməd Mahmudov" toplusu kitabxanaşünaslıq kontekstində" ( (az.)). xalqqazeti.com. 2014-06-25. 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06. Arif Alışanov Eldar Mahmudovun atası ilə bağlı arxivləri silib | https://az.wikipedia.org/w/index.php?curid=284365 |
Əhməd Mehbalıyev | Əhməd Mehbalıyev — Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycan bayrağı ordeni mükafatçısı. Əhməd Suliddin oğlu Mehbalıyev 1968-ci il sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş və buradakı təhsilini bitirdikdən sonra ali hərbi təhsil almaq üçün Kazana yollanmışdır. Buradakı Kazan Ali Tank Məktəbini 1989-cu ildə bitirmişdir. Hərbi karyerası 1989-cu ilin 22 iyulunda ali hərbi təhsilini tank komandiri kimi leytenant rütbəsi alaraq bitirmişdir. Daha sonra o, Kiyevdə, Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında xidmət etmişdir. Qarabağ müharibəsində iştirakı Qarabağ müharibəsi başlayanda Ə.Mehbalıyev Azərbaycana geri dönmüşdür. Qarabağ müharibəsində ilk döyüşünü Şuşada keçirmişdir. Şuşanın müdafiəsi zamanı xeyli erməni tankını məhv etmişdir. Bundan sonra taqım komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər, Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak etmişdir. 25 iyun 1993-cü ildə Ağdamın Qızıl-Kəngərli kəndində, texnika cəhətdən üstün olan erməni silahlı dəstələri ilə gedən qızğın döyüşlərdə şəhid olmuşdur. 2018-ci ilin sentyabr ayının 1-də Əhməd Mehbalıyevin 50 illiyi qeyd edilmişdir. Birinci Qarabağ müharibəsi şəhidlərinə həsr edilmiş bir çox kitabda onun haqqında məlumat vardır. Qaraçuxur qəsəbəsində onun adını daşıyan küçə vardır. Əhmədin komandiri baş leytenant P. Mahmudov onun sonuncu döyüşü haqqında danışanda bunları deyib: Mükafatları Əhməd Mehbalıyev Azərbaycan Respublikası Prezidentinin 25 iyun 1994-cü il tarixli fərmanı ilə Azərbaycan bayrağı ordeninə layiq görülüb. | https://az.wikipedia.org/w/index.php?curid=565955 |
Əhməd Mete Işıqara | Əhməd Mete Işıqara (türk. Ahmet Mete Işıkara; 22 mart 1941, Mersin – 21 yanvar 2013, İstanbul) — Türkiyə alimi, geofizikçi və pedaqoq. 22 mart 1941-ci ildə Mersində doğulub. 21 yanvar 2013-cü il tarixində İstanbulda vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=735984 |
Əhməd Midhət | Əhməd Midhət (türk. Ahmet Mithat Efendi; 1844[…], Konstantinopol – 1912[…], Konstantinopol) — Osmanlı yazıçısı, jurnalisti və nəşriyyatçısı. Tənzimat dövrünün yazıçılarındandır. O, türk ədəbiyyatının əsl mənada ilk məşhur müəllifidir. 1870-ci ildə Devir (Çağ) adlı bir qəzet çıxartdı, lakin ilk sayında qapadıldı. Az müddət sonra Bədr adı ilə buraxıldı. 1878-ci ildə nəşrə başlayan və nəşr ömrünü 1921-ci ilə qədər davam etdirən “Tercüman-ı Hakikat” qəzeti Osmanlı mətbuatı tarixinin ən uzunömürlü və təsirli nəşrlərindən biri olmuşdur. Onun məzarı Fateh məscidində, II Mehmed türbəsinin də yerləşdiyi ayrıca hissədədir. Türkiyə Milli Təhsil Nazirliyinin 100 böyük türk ədəbiyyatçısı siyahısındadır. Əhməd Midhət bir sıra tarixi və məişət romanlarının, hekayə və oçerklərin müəllifidir. Avropa ədəbiyyatından çoxlu tərcümələr etmişdir. "Xaceyi-əvvəl" ("Birinci müəllim") adı ilə məşhur olmuşdur. Əhməd Midhət Əfəndi Misirdə doğulub.1844-cü ildə İstanbulun Tophane mahalında anadan olub. Atası bez satan Süleyman ağa, anası isə dərzi Nefise xanım idi. Anasının ilk evliliyindən Hafiz İbrahim adlı böyük qardaşı və Həlimə, Şərifə və İsmət adlı bacıları vardı.O, 6-7 yaşında atasını itirib və ailəsi böyük maddi sıxıntıya düşüb. O, ailəsi ilə birlikdə böyük qardaşı Hafiz Ağanın rayon müdiri işlədiyi Vidinə gedib və bir məhəllə məktəbində oxumağa başlayıb. Növbəti il İstanbula qayıtdı və təhsilini Tophane İbtidai məktəbində davam etdirdi. O, 1857-1861-ci illərdə Misir bazarında bir bitki dükanında şagird kimi çalışmışdır. 1861-ci ildə böyük qardaşı yenidən Vidin şəhərinə təyin olunduqdan sonra Vidinə getmiş, sonra Midhət Paşa qardaşını da özü ilə götürüb Niş şəhərinə getmiş və 1864-cü ildə üç illik Nis orta məktəbini bitirmişdir. Məmurluq həyatı Midhət paşa Dunay valisi təyin edildikdən və qardaşını Ruse əyalət mərkəzinə gətirdikdən sonra, özü də Rusedəki bir dövlət idarəsinə məmur olaraq təyin edildi. Xidmətini davam etdirərkən ərəb, fars və fransız dillərini təkmilləşdirməsini təqdir edən Midhət paşa ona öz adını qoyur. Beləliklə, onun əsl adı olan "Ahmet"in yanına "Midhət" əlavə olunub və o, bu şəkildə söylənməyə başlayıb. Bu dövrdə dövlət qulluğu vəzifələri ilə yanaşı, Təşkilat Qanununa uyğun olaraq çıxan “Tuna” qəzetinin redaksiya işlərində köməkçi olub. 1866-cı ildə böyük qardaşının yanında tərcüməçi işləməyə getdiyi Sofiyada ailəsinin xahişi ilə evləndi. Tezliklə Ruseyə qayıtdı və müxtəlif işlərdə çalışdı. 1868-ci ildə "Tuna" (Dunay) qəzetində yazıçı kimi fəaliyyətə başladı və qəzetin baş redaktoru oldu. Bu dövrdə görüşdüyü İmmiqrasiya Komissiyası sədri Şakir bəyin evində uzun müddət qonaq olan Əhməd Midhat onun zəngin kitabxanasından bəhrələnmiş və ilk dəfə Şakir bəyin Rumıniyalı musiqiçi həyat yoldaşı sayəsində qərb incəsənəti ilə tanış olmuşdur. Bağdad illəri 1869-cu ildə dövlət şurasının sədri Midhət Paşa Bağdad valiliyinə təyin olunduğu zaman, Şakir Paşanı Bağdada mərkəzi vali təyin edərkən Əhməd Midhət də onunla Bağdada getmək istəyir. Bu xahişi qəbul edən Midhət paşa ona mətbəə qurmağı tapşırır və onu nəşr olunacaq “Zevra” qəzetinə rəhbər təyin edir. Bağdada səfəri zamanı rəssam Osman Hamdi Bəylə tanış olur. Osman Hamdi ilə dostluğu sayəsində Qərb mədəniyyəti ilə tanış oldu. Bağdadda olarkən Məhəmməd Zuhavi və Şirazlı yarım dərviş Məhəmməd Bəkir Can Müəttarla tanışlığı onun mədəniyyətini genişləndirdi və öyrənmək həvəsini artırdı.O, Bağdadda həm qəzet müdiri işləmiş, həm də incəsənət məktəbi tələbələri üçün elmi kitab hazırlamışdır. Kitabı təhsil nazirliyinin müsabiqəsində mükafat qazanmış və dərslik kimi istifadə olunmuşdu. Dövrün maarif naziri Mehmed Əsad Saffət Paşa ilə yazışmaları onun İstanbula qayıtmaq istəyinə səbəb olur. Nəşriyyat və müəlliflik Bəsrə valisi olan böyük qardaşı Hafiz İbrahimin vəfatı ilə 1871-ci ildə vəzifəsindən istefa edən Əhməd Midhət ailəsinin dolanışığını öz üzərinə götürmək üçün İstanbula qayıdır. “Ceride-i Askeriye” və “Basiret” qəzetlərində çalışmaqla yanaşı, mətbəəsini qurmuş, əsərlərini çap etdirmişdir. Əvvəl öz evinin alt mərtəbəsində qurduğu mətbəəni bir müddət sonra Eminönündə kirayələdiyi bir otağa köçürür. O, Türkiyə ədəbiyyatının ilk hekayələr toplusu olan “Lətaif-i Rivayət” adlı kitabını yazmışdır.. O, “Letâif-i Rivayət” və “Kıssadan pay” əsərlərini yazmış və bu əsərləri sataraq çörək qazanmağa çalışmışdı. İlk sayında bağlanan “Dövr” və 13-cü sayında bağlanan “Bədir” qəzetlərindən sonra “Dağarcık” adlı dərgisini nəşr etdirdi. Bu dövrdə Gənc Osmanlılarla əlaqələr quran Əhməd Midhat Əbuziya Tofiq vasitəsilə Namiq Kamalla tanış olur. Öz əsərləri ilə yanaşı, qəzetlərdə məqalələri də dərc olunub. Namiq Kamalın nəşrə başladığı “İbrət” qəzetinin daimi yazarlarından biri oldu. 1873-cü ildə özünün "Dağarcık" jurnalında yazdığı məqalələr və Yeni Osmanlılarla yaxınlığı səbəbindən tənqidlərə məruz qaldı. Xüsusən də jurnalın 4-cü sayında dərc olunan “Divardan bir səda” adlı məqaləsinə görə o dinsizlikdə ittiham edildi. Namık Kamalın "Vətən, yaxud Silistrə" pyesinin yaratdığı atmosferdə Gedikpaşa Teatrında olarkən 6 aprel 1873-cü ildə Əbuziya Tofiq ilə birlikdə Rodosa sürgün edildi. Rodosda sürgün 38 aylıq sürgündə olduğu müddətdə çoxlu sayda əsərlər nəşr etdirmiş, Rodoslu uşaqlarına dərs demiş, “Süleymaniyyə mədrəsəsi” adlı ibtidai məktəb açmışdır. Ən məhsuldar dövrlərindən birini yaşayan müəllif “Həsən Mellah”, “Hüseyin Fellah”, “Yenidən dünyaya gəlmək və ya İstanbulda olanlar” kimi mühüm əsərlərini burada qələmə alıb. İstanbulda çıxan "Kırkambar" jurnalına məqalələr göndərirdi. Əbdüləzizin ölümü və V Muradın hakimiyyətə gəlməsindən sonra çıxan ümumi amnistiya nəticəsində İstanbula qayıtmasına icazə verildi. Sürgündən sonra İstanbula qayıtdıqdan sonra o, jurnalistika, nəşriyyat və roman yazmaqla məşğul olub. İstanbula qayıtdıqdan 15 gün sonra “İttihad” qəzetini nəşr etdirdi. “Vakit” qəzetində yazıçı (1877), “Təqvim-i Vakayi”də (1878) müdir oldu. Bu dövrdə qələmə aldığı və sürgünə qədərki həyatından və sürgün illərindən bəhs etdiyi “Mənfa” əsərində Yeni Osmanlıları tənqid etmişdir; “Üss-i İnkılab” adlı əsərində II Əbdülhəmidin siyasətini tərifləməklə yeni sultanın diqqətini çəkdi. "Tercüman-ı Hakikat" dönəmi 27 iyun 1878-ci ildə Osmanlı sarayının dəstəyi ilə “Tercüman-ı Hakikat” qəzetini nəşr etməyə başladı. Qəzet Osmanlı mətbuatı tarixində ən uzunömürlü və təsirli nəşrlərdən biri oldu. Əvvəlcə qəzet üçün bütün yazıları özü yazırdı. Zamanla qəzetin müəllifləri sırasına daxil olan Əhməd Cevdət, Hüseyn Rəhmi Gurpınar, Əhməd Rasim kimi adlar bu qəzetin köşə yazılarında məşhurlaşıb. 1879-cu ildə "Matbaayı Amire"-yə müdir təyin edildi. Şair Fitnət xanımla sevgisi Rodosdakı sürgündən qayıtdıqdan sonra Kabataşda yeni evə köçən Əhməd Midhət Əfəndi burada şair Fitnət Xanımla qonşu olur. Anası Nefise xanımın bacısı qızı olan Fitnət xanımla arasında yaranan sevgi məktublar vasitəsilə sürdürülüb. Onların yazışmaları 1944-cü ildə kitab şəklində çap olunub. Beykozda məskunlaşması 1880-ci ildə Beykozda ferma alır. O, öz torpağından çıxan suya “Sırmakeş” adını verib, onu qablaşdıraraq içməli suyu satmağa başlayır. O, Beykoz sahilində malikanə alaraq və bu malikanədə sənət və ədəbiyyat dairələrindən çoxlu insanı qonaq edir. 1884-cü ildə böyük qızı Medihəni Naci müəllimə ərə verir. 1883-cü ildə “Tercüman-ı Hakikat”ın ədəbiyyat səhifəsinin idarəçiliyini kürəkəni müəllim Naci öz üzərinə götürür. Lakin Əhməd Midhət köhnə ədəbi vərdişlərini müdafiə edən kürəkəni ilə aralarında fikir ayrılığı yarandığından iki ildən sonra onu qəzetdən qovur. 1888-ci ildə "Gümüş imtiyaz medalı", 1889-cu ildə "Bala rütbəsi" və ikinci dərəcəli "Məcidi" ordeni almışdır. 1888-ci ildə Türkiyə təmsilçisi olaraq Stokholmda keçrilən VIII Şərqşünaslar Konqresində (Şərq Elmləri Konqresi) iştirak etmişdir. Qayıdandan sonra öz müşahidələri əsasında “Avropada bir Cevelan” kitabını nəşr etdirdi. O, 1895-1908-ci illərdə Karantin Naziri olub. 1908-ci ilə qədər “Tercüman-ı Hakikat”da roman, hekayə və məqalələr yazmağa davam etdi. Təqaüdçülük dövrü Müəllif, İkinci Məşrutiyyət dönəmində yaş məhdudiyyətinə görə təqaüdə çıxdı. Yazıları əvvəlki kimi populyar olmadığından yazıçılıq həyatından uzaqlaşdı; Nazirlər Kabinetinin xüsusi qərarı ilə Darülfünunda ümumi tarix, fəlsəfə tarixi; Darülmuallimatda tarix və pedaqogika kursları; Mədrəset-ül-Vaizində dinlər tarixindən mühazirələr oxudu; bundan əlavə könüllü olaraq Darüşşafakada dərs deyirdi. 28 dekabr 1912-ci ildə Darüşşafakada xidmətdə olarkən ürək tutmasından öldü. O, Fateh məscidi qəbiristanlığında dəfn edilib. Əsərləri haqqında Ölümünə qədər iki yüzdən çox əsəri nəşr etdirən Əhməd Midhət türk ədəbiyyatının həqiqi mənada ilk məşhur müəllifidir. Onun ən böyük arzusu kitab oxuyan bir cəmiyyət yaratmaq idi. O, topluma müraciət etmək, onların dərdlərinə kömək olmaq qayğısı ilə çoxlu əsərlər yaratmış, “qırx at gücünə malik yazı makinası” kimi tanınmışdır. Əsərlərində Avropanın elmini, sənayesini, zəhmətkeşliyini tərifləyərkən, Osmanlı cəmiyyətinin əxlaq dəyərlərinin qorunub saxlanmasının vacibliyini vurğulamışdır. O, gənc yazarları dəstəkləyir və dildə sadələşdirməni müdafiə edir, dövlətə və dinə itaətsizliyi, tənbəlliyi, israfçılığı, iddialılığı tənqid edirdi. Məhsullarını daha çox hekayə və roman janrında verirdi. Roman və hekayələrini, xalq hekayəçiliyindən Qərb üslublu hekayə və romanlara keçid kimi qiymətləndirmək olar. O, teatr sahəsində də çalışıb, “Açıkbaş, Əhz-i Sar, Ziba” kitabları ilə dram və operettalar hazırlayıb. Onun fransız dilindən roman tərcümələri Qərb ədəbiyyatının ilk tərcümə nümunələrini təşkil edir. Romanları Namiq Kamal, Şəmsəddin Sami və Sami Paşazadə Səzai ilə birlikdə onu ilk türk romançıları nəslinin üzvü etdi. Jurnalistika ilə yanaşı tarix, coğrafiya və fəlsəfə ilə də maraqlanırdı; O, daha çox Qərb mənbələrindən istifadə edərək yazdığı bu əsərləri həm kitab ölçüsündə, həm də fasikül şəklində nəşr etdirmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=100453 |
Əhməd Mithəd Qalabalıq | Əhməd Mithəd Qalabalıq (türk. Ahmet Mithat Kalabalık; 1878, Konstantinopol – 30 yanvar 1953) — Türkiyə siyasətçisi . İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox dövlət vəzifəsində çalışmışdır. Ailəli olmuşdur, üç övladı olmuşdur.Şeyx Səid üsyanı başlayanda Diyarbəkir valisi olmuşdur. O, qiyam zamanı Diyarbəkir millət vəkili olmuş Feyzi Riceçioğlu və ailəsinin köməyi ilə qiyamı müvəffəqiyyətlə yatırmışdır.24 dekabr 1927–11 iyul 1928-ci il tarixlərində qısa müddət İstanbul valisi olmuşdur. O, 6 ay 17 gün vali vəzifəsində çalışmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=758878 |
Əhməd Mollaçiyev | Əhməd Rəcəb oğlu Mollaçiyev (2 noyabr 1997; Mollaçıbinə, Balakən rayonu — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əhməd Mollaçiyev 1997-ci il noyabrın 2-də Balakən rayonunun Mollaçıbinə kəndində anadan olub. 2004-2013-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Hərbi xidməti Əhməd Mollaçiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Əhməd Mollaçiyev 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Mollaçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Əhməd Mollaçiyev oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Mollaçıbinə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=690465 |
Əhməd Munqi | Əhməd Munqi (1843 – 1915) — Dargin şairi, müğənni, qısa şeirlər, böyük epik və lirik mahnıların ustası. Əsərlərində XIX əsrin sonu XX əsrin əvvəllərində Dağıstan aulunun həyatının ən müxtəlif cəhətlərinə toxunulur. Bir tərəfdən zəhmətkeş xalqın istismarını artıran, digər tərəfdən xalqın etirazına səbəb olan ziddiyyətlər Əhməd Munqi şeirində öz əksini tapır. Bioqrafiyası Əhməd Munqi 1843-cü ildə zərgərləri ilə məşhur olan Kubaçı kəndində (indiki Dağıstanın Dahadayev rayonunda yerləşir) anadan olub. Özü də bacarıqlı bir sənətkar olur. Əhməd uşaq ikən valideynlərini itirmiş və əmisi İbrahim tərəfindən tərbiyə olunmuşdur. Onunla birlikdə 10 yaşında ikən Təbriz şəhərinə gedir, hər 2 ildən bir Kubaçiyə qayıdır. Hələ uşaq ikən Əhməd musiqi istedadına malik olur, çuğur çalır və mahnı oxuyur. 1862-ci ildə əmisi ilə birlikdə Kubaçiyə qayıdır. Bu vaxta qədər Əhməd artıq məşhur bir müğənni kimi tanınır və onun iştirakı olmadan doğma kəndində heç bir toy keçirilmir. Dostu Batıray Omarla Kubaçiyə gələndə hər iki müğənni öz sənətləri ilə yarışır, Batyrayın hər gəlişi Kubaçinlilərin bayramı olur. 20-ci əsrin əvvəllərində pul qazanmaq məqsədi ilə Parisə səfər edir və "Madam" mahnısı bu səyahətə həsr edir. Şairin dinə mənfi münasibəti olduğundan, kəndin mollası haqqında da bir neçə şeir yazır. Parisə səfəri Əhməd Munqi usta olaraq tez-tez digər Kubaçinlilərlə birlikdə mallarını Avropa bazarlarında satmalı olurdu. Şəxsi təcrübəsini təsvir edən şair sənətkarların həyatı haqqında realist bir rəsvir verir. Paris səyahətinin nəticəsi "Parisə gedim" şeiri olur. Parisdə şair bir fransız qadını tərəfindən aldadılır. Azğınlıq, əxlaqi tənəzzül, aldatma, çürük burjua sivilizasiyası - Qərb onun qarşısına belə çıxır. Bundan sonra o, vətən sevgisi və boş vaxta iffətli münasibət, vicdanlı, xeyirxah, əxlaqi cəhətdən təmiz bir dağ qadını haqqında daha güclü danışmağa başlayır. Şairin ustalıqla istifadə etdiyi müqayisə texnikası iki qadının xüsusi obrazlarını çəkməyə imkan verir. İndiyə qədər Əhməd Munqi adı az tanınır. Bu şairin mahnılarını dargin dilindən kəskin şəkildə fərqli bir dialektdə yazması ilə əlaqədardır. Bu ləhcə o qədər bənzərsizdir ki, bəzən alimlər tərəfindən müstəqil bir dil olaraq qəbul edilir. Lakin dargin ləhcələrinin müqayisəli tədqiqi göstərir ki, Kubaçi kəndinin dili müstəqil deyil, əhəmiyyətli dərəcədə fərqli olsa da, dargin dilinin dialektlərindən biridir. İlk dəfə Kozlovski tərəfindən tərcümə olunan Əhməd Munqinin rus dilindəki şeirləri yalnız 1960 -cı ildə Moskvada Dağıstan incəsənəti və ədəbiyyatı kedekadasında nəşr olunur. Elə həmin il "Drujba" jurnalında onun həyatı və yaradıcılığı haqqında kiçik bir məqalə dərc olunur. Şairin həyat və yaradıcılığının ən dolğun təsviri Y. Kozlovskinin "Dağıstan Lirikası" məcmuəsində verilir. Əhməd Munqi 1915-ci ildə doğma Kubaçi kəndində dünyasını dəyişir. | https://az.wikipedia.org/w/index.php?curid=724058 |
Əhməd Muxtar Bəyəfəndi | Əhməd Muxtar Bəyəfəndi (10 avqust 1807, Konstantinopol – 22 dekabr 1882) — Osmanlı alimi və şeyxülislamı. Babası I Əbdülhəmid və III Səlim dönəmlərində sədarətə gəlmiş Qoca Yusif Paşadır. 10 avqust 1807-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid və III Səlim dönəmlərində sədarətə gəlmiş Qoca Yusif Paşanın oğlu Mir Mahmud Əfəndi, anası isə I Əbdülhəmidin Dürrüşəhvar Sultandan doğulan nəvəsi Atiyətullah xanım idi. Bu səbəblə bir çox tarixi mənbələrdə "bəyəfəndi" ünvanıyla anılmışdır. Hafiz Əhməd Əfəndi, Övliya Xoca, Xızırağazadə Səid bəy kimi dövrün məşhur üləmalarından dərslər aldı. 1826-cı ildə Divan-ı Hümayunda kiçik rütbəylə xidmətə başladı və 1846-cı ildə rüyus imtahanına (üləma zümrəsindəki təyinatla bağlı keçirilən imtahanlar) daxil olaraq müdərrisliyə yüksəldi. 1848–1855-ci illərdə Takvim-i Vekayi qəzetində redaktor olaraq çalışdı. 1855-ci ildə Saloniki qazısı oldu, 1856-cı ildə Məkkə qazılığına, 1861-ci ildə İstanbul qazılığına, 1868-ci ildə isə Anadolu qazəsgərliyinə namizəd seçildi. 17 sentyabr 1871-ci ildə sədrəzəm Mahmud Nədim Paşanın təkidiylə şeyxülislamlığa gətirildi. Həmin ilin 8 dekabr tarixində Əhməd Kamal Paşanın Maarif nazirliyinə keçməsiylə, Əvkaf-ı Hümayun nazirliyi də Əhməd Muxtar Bəyəfəndiyə verildi. Ancaq Nədim Paşanın sədarətdən alınmasından qısa müddət sonra o da şeyxülislamlıqdan azad edildi (5 noyabr 1872). II Əbdülhəmid səltənətinin ilk illərində hökumət daxilində aparılan dəyişikliklər əsnasında şeyxülislamlıq vəzifəsi 18 aprel 1878-ci ildə ikinci dəfə Əhməd Muxtar Bəyəfəndiyə verildi. Ancaq bu dəfə də 8 ay sonra – 4 dekabr 1878-ci ildə vəzifədən alındı. Xoş şöhbəti, şeirə və ədəbiyyata olan marağı ilə tanınan Əhməd Muxtar Bəyəfəndi 22 dekabr 1882-ci ildə vəfat etdi və Üsküdardakı İnadiyə təkkəsinin həyətinə dəfn olundu. Osmani və I dərəcəli Məcidi nişanlarıyla təltif edilmişdir. İlmiyye Salnâmesi, s. 602–603. Evkāf-ı Hümâyun Nezâretinin Târihçe-i Teşkîlâtı ve Nüzzârın Terâcim-i Ahvâli, İstanbul 1335, s. 154. Abdurrahman Şeref, Târih Musâhabeleri, İstanbul 1340, s. 225. İbnülemin, Son Sadrıazamlar, V, 760. | https://az.wikipedia.org/w/index.php?curid=733836 |
Əhməd Muxtar Paşa | Əhməd Muxtar Paşa (d. 1 noyabr 1839 — ö. 21 yanvar 1919) — V Mehmed Rəşadın səltənətində 3 ay 7 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Osmanlı dövlət xadimi Mahmud Muxtar Paşanın atasıdır. 1 noyabr 1839-cu ildə Bursada məşhur Qatırçıoğlu ailəsindən olan Hacı Xəlil ağanın ailəsində dünyaya gəlmişdir. 1856-cı ildə Bursa hərbi məktəbini, 1860-cı ildə isə İstanbuldakı Hərbiyyə məktəbini bitirərək leytenant rütbəsi almış, 1 il sonra isə qərargah kapitanlığına yüksəlmişdir. İlk hərb təcrübəsinə isə Herseqovina və Qaradağdakı üsyanları yatırmaq üçün göndərilən sərdar-ı əkrəm Ömər Lütfi Paşanın idarəsindəki orduda başladı. Burada göstərdiyi şücaətə görə Məcidi nişanı ilə mükafatlandırıldı və 1862-ci ildə özünün də məzun olduğu Hərbiyə məktəbində dərs deməyə başladı. 1 may 1864-cü ildə mayor rütbəsinə yüksəldi və Adananın Kozan bölgəsində çıxan üsyanı yatırmaq üçün təsis edilmiş islah ordusunda vəzifələndirildi. 1866-cı ildə İstanbula qayıdan Əhməd Muxtar bəy podpolkovnik rütbəsi aldı, ardından Şahzadə Yusif İzzəddin Əfəndinin xüsusi müəllimliyinə gətirildi. Bu vəzifədə ikən Sultan Əbdüləzizlə birlikdə Avropa səyahətinə qatıldı. 30 may 1868-ci ildə Qaradağ sərhəddini nizamlamaq üçün qurulan komitənin birinci katibi seçildi. 2 may 1869-cu ildə polkovnik rütbəsinə yüksəldi və 1 il sonra Darüşşurayi Əsgəriyyə adlanan dövrün ən yüksək hərbi məclisinə üzv seçildi. Ancaq 9 sentyabr 1870-ci ildə xəstəliyini səbəb göstərərək katiblik vəzifəsindən istehfa verdi və İstanbula qayıtdı. Çox keçmədən 6 dekabrda general-mayor təyin olunan Əhməd Muxtar bəy, Yəmən üsyanını yatırmaqla vəzifələndirilən orduda ikinci komandir olaraq vəzifələndirildi. Beləliklə 9 il davam edən hərbi həyatının sonunda paşa ünvanı almış oldu. 2 il 5 ay 9 gün Yəməndə qalan Əhməd Muxtar Paşa bu müddət ərzində bir çox işlər gördü. Hal-hazırda Səudiyyə Ərəbistanına aid olan Asir bölgəsində çıxan üsyanı yatıraraq bölgəni Yəmən vilayətinə birləşdirdi. Bu səbəblə 17 may 1871-ci ildə general-leytenant, 10 sentyabr 1871-ci ildə isə hələ 32 yaşında ikən marşal rütbəsi ilə Yəmən valisi təyin olundu. Ardından Sinay yarımadasını da təslim alan Əhməd Muxtar Paşa bölgədəki Yəmən üsyanına son qoyaraq dövlət idarəsini bərpa etdi. 15 may 1873-cü ildə Nafiə (İnkişaf) Nazirliyinə gətirildi və İstanbula qayıtdı. Ancaq çox keçmədən 11 iyulda Krit valisi, 2 avqustda isə ikinci ordu marşalı təyin oldundu və Bolqarıstanın şimal sərhəddinə göndərildi. 16 sentyabr 1874-cü ildə dördüncü ordu marşalı və Ərzurum valisi təyin edildi. Bu vəzifədə ikən çıxa biləcək hər hansı bir Osmanlı-Rusiya müharibəsinə qarşı hərbi hazırlıq işləri gördü. Ancaq dövrün ruspərəst sədrəzəmi Mahmud Nədim Paşa ilə bu səbəblə münasibətləri pisləşdi və 14 dekabr 1875-ci ildə vəzifədən alınaraq İstanbula çağırıldı. O əsnada Şahzadə Yusif İzzəddin Əfəndinin idarəsində olan hərbi birlikdə qərargah rəisi və bununla yanaşı Bosniya-Herseq baş komandiri oldu. 13 yanvar 1876-cı ildə Mostara doğru irəliləyən Əhməd Muxtar Paşa bölgədə baş verən üsyanla mübarizə apardı. Üsyançıları məğlub etdikdən sonra ordu ilə birlikdə Gaska çayı sahillərinə gəldi. Ancaq bu əsnada Sultan Əbdüləzizin devrilərək Sultan Muradın taxta çıxarılması, Balkan yarımadasındakı xristian əhalini cəsarətləndirdi və bölgədəki nizam-intizam yenidən pozuldu. 1 iyulda Serbiya, ertəsi gün isə Qaradağ Osmanlı imperiyasına müharibə elan etdi. Bunların ardından Əhməd Muxtar Paşa bölgədəki bütün hərbi birlikləri Mostar bölgəsində toplayaraq iğtişaşları önləmək istədi. Ancaq qaradağlıların hücuma keçməsi ilə əks-hücuma keçən Osmanlı ordusu Qaradağ sərhədlərini keçdi. Osmanlı ordusunun irəliləməsinin ardından Avropa ölkələri İstanbulda bir konfrans keçirilməsini qərara aldılar. Ordunun cəbhədəki vəziyyətini bilən Əhməd Muxtar Paşa dərhal İstanbula teleqraf göndərərək 23 dekabrda toplanacaq olan konfransda nə olursa-olsun sülh bağlanmasını və Rusiya ilə hər hansı bir hərbi münaqişədən qaçınılmasını məsləhət gördü. Ancaq bu teleqraf paytaxtda bir mənalı qarşılanmadı və artan narazılığın ardından 27 dekabrda vəzifədən alınaraq İstanbula çağırıldı. 3 yanvar 1877-ci ildə Krit valisi, ardından 8 fevralda dördüncü ordu marşalı və Anadolu ordusunun başkomandiri təyin olundu. Rusiya-Osmanlı müharibəsi Burada Mehmed Rədif Paşa ilə birlikdə Anadolu bölgəsi üçün müharibə planı hazırlayan Əhməd Muxtar Paşanın əsas niyyəti bütün cəbhələrdə müdafiədə qalmaq və donanma ilə Qara dənizdəki vəziyyəti sabitləşdirmək idi. Sultan Əbdülhəmidin hüzurunda müzakirə edilən döyüş planı qəbul edildi və Əhməd Muxtar Paşa vəzifə yeri olan Ərzuruma getdi. 7 apreldə buraya gələn Əhməd Muxtar Paşa əvvəlcə şərqi Anadolu ordusunu nizama saldı. Dördüncü ordu tabeliyindəki 48 min əsgərlə 300 km-dən çox uzunluğu olan bir cəbhəni müdafiə etdi. 24 aprel gecəsi rusların Osmanlı sərhəddini keçərək hücuma keçməsi ilə 1877–1878 Osmanlı-Rusiya müharibəsi başlamış oldu. Rusların 17 mayda Ərdəhanı almalarının ardından, Əhməd Muxtar Paşa Soğanlı, Alaşkerd və Ərzurumda yetərli miqdarda ehtiyat qüvvə saxlayaraq, geri qalan orduyla geri çəkilməyə başladı. Ancaq Ağrı bölgəsinin işğalı və Qars şəhərinin mühasirəyə alınmasından sonra Osmanlı ordusu 21 iyunda əks-hücuma keçdi. Rus ordusu əvvəlcə Halyas, ardından 25 – 27 iyunda Zivində ağır məğlubiyyətə uğradı. Osmanlı ordusu ağır itkilər versə də, rusların Anadoluya irəliləməsi dayandırıldı və düşmən Gümrü istiqamətində geri çəkildi. 25 avqustda baş tutan Qızıltəpə vuruşması da Osmanlıların qələbəsi ilə başa çatdı. Ard-arda qazanılan qələbələrin ardından Sultan Əbdülhəmid Əhməd Muxtar Paşaya "qazi" ünvanı verdi, bir qılınc, 2 at və dəyərli daş-qaşlarla bəzədilmiş Məcidi nişanı göndərdi. Ancaq Əhməd Muxtar Paşanın ordusunda bir çox əskikliklər var idi və hökumətdən dəfələrlə tələb etsə də, bu istəklər ödənilmirdi. Bu müddət ərzində ehtiyat qüvvələrlə dönən 70 minlik rus ordusu 2 oktyabrda hücuma keçdi və 3 gün davam edən döyüş 35 minlik Osmanlı ordusunun qələbəsi ilə başa çatdı (Yahnilər döyüşü). Ancaq ordusu çox zəifləmiş və döyüş sursatları azalmışdı. Bu səbəblə 9 oktyabrda Osmanlı ordusu geri çəkildi və beləliklə, Anadoluya gedən yol açıldı. Rus ordusu dərhal irəlilədi və 15 oktyabrda baş tutan Alacadağ döyüşündə qalib gəldilər. Məğlubiyyətin ardındn Qarsa çəkilən Əhməd Muxtar Paşa, lazımi müdafiə işlıərini gördü və şəhərin müdafiəsini Hami Paşaya tapşıraraq Ərzuruma qayıtdı. Burada şəhərin müdafiəsi üçün tədbirlər görsə də, ruslar 4 noyabrda Dəvəboynu adlanan yerdə yenə qələbə qazandılar və Əhməd Muxtar Paşa sağ qalan əsgərləri ilə birlikdə Ərzurumdakı Əziziyə istehkamında mövqeləndi. 8 noyabrda bura da hücum edən rusları bu dəfə yerli əhali ilə birlikdə geri püskürtdü (Ərzurum döyüşü) və ruslar geri çəkilməyə başladılar. Əziziyədə baş tutan toqquşma ilə rusların şərqi Anadoludakı irəliləyişi dayandırıldı. Ancaq 18 noyabrda yerli ermənilərin də dəstəyilə Qars qalası ruslar tərəfindən işğal edildi və Əhməd Muxtar Paşa Ərzurumda qalaraq yeni müdafiə tədbirlərilə məşğul oldu. Qışın gəlişi ilə bölgədəki hərbi vəziyyət səngidi və Qazi Əhməd Muxtar Paşa 9 yanvar 1878-ci ildə İstanbula çağrıldı. Bununla da onun dördüncü ordu marşalı və Anadolu ordusu baş komandirliyi başa çatmış oldu. Əleyhdarlarının fəaliyyətinə baxmayaraq Qazi Əhməd Muxtar Paşa 17 yanvarda Çatalca istehkamları başkomandiri təyin edildi. Ancaq döyüş planı üzrə Sultan Əbdülhəmidlə anlaşmazlıq yaşadı və 29 martda vəzifəsindən alınaraq Baş qərargah rəisliyinə gətirildi. Baş verən üsyanı yatırmaq məqsədilə 9 sentyabrda Kritə yollandı. Üsyanı sülhlə yatırdı və ardından Yunanıstanla torpaq müzakirələrinə qatıldı. Müzakirələrin sonunda torpaq itkisinin qarşısını aldı və 27 mart 1879-cu ildə üçüncü ordu marşallığı ilə Manastır valiliyinə gətirildi. Ancaq 1 il sonra mart ayında Baş qərargah rəisliyindən, 27 avqustda isə marşal və valilik vəzifələrindən alındı. Yunanıstanla sərhəd müzakirələri aparmaq üçün İstanbulda toplanan konfransda (1881) iştirak etdi, ardından Almaniyaya (1883) və İtaliyaya (1884) səyahət etdi. İngiltərənin 1882-ci ildə Misirə ordu yeritməsi ilə başlayan Misir problemini həll etmək və 24 oktyabr 1885 tarixli Osmanlı-İngiltərə razılığı ilə ingilislərin bölgəni tərk etmə şərtlərini müzakirə etmək məqsədilə Əhməd Muxtar Paşa 5 noyabr 1885-ci ildə Misir fövqəladə komissiyası katibliyinə təyin olundu. 1 yanvar 1886-cı ildə Ser Henri Drummondla müzakirələrə başladı və yaranan anlaşmazlıq nəticəsində Ser Henri ölkəsinə geri çağrıldı. Müzakirələrin yarıda kəsilməsinin ardından İngiltərə bölgəyə heç bir məsul şəxs göndərməmiş, nəticədə ingilis əsgərləri bölgəni tərk etməmişdir. Ancaq Əhməd Muxtar Paşa Sultan Əbdülhəmidin verdiyi əmrlə burada qaldı və İstanbula yalnız 26 il sonra 1908-ci ildə, İkinci məşrutiyyətin elanından sonra qayıda bildi. Məşrutiyyət illəri İstanbula gəldikdən sonra 13 sentyabrda yenicə təşkil edilmiş hərb məclisinə, 16 dekabrda isə şəxsən Sultan Əbdülhəmid tərəfindən Əyan məclisinə üzv seçildi. 31 mart hadisələrinin ardından yaranan siyasi böhranda və Sultan Əbdülhəmidin devrilərək Sultan Rəşadın taxta çıxarılmasında yaxından iştirak etdi. 3 iyun 1909-cu ildə fövqəladə səfir olaraq yeni sultanın cülusu ilə bağlı bir çox Avropa ölkələrinə göndərildi. Elə həmin ilin 3 dekabrında təqaüdə ayrılsa da, Əyan məclisindəki siyasi həyatına davam etdi. Ölkədə iqtidarı ələ alan İttihad və Tərəqqi hökuməti ilə müxalif qüvvələr arasında yaranan siyasi böhran vəziyyətində tərəfsiz mövqeyi səbəbilə fərqləndi və 22 iyul 1912-ci ildə sədarətə gətirildi. Məşrutiyyət dönəminin hərb keçmişli ilk sədrəzəmi olan Əhməd Muxtar Paşa tərəfsiz dövlət adamlarından təşkil etdiyi hökumət kabinetinə 3 sabiq sədrəzəmi də daxil etdiyi üçün, əhali bu hökumətə "böyük kabinet" adını vermişdi. Bu hökumət kabinetində özü ilə yanaşı oğlu Mahmud Muxtar Paşa da yer alırdı. İttihad və Tərəqqinin artan təzyiqinə baxmayaraq iqtidardan getməsi 1908-ci ildən bəri davam edən siyasi tarazlığı tamamilə dəyişdirdi. Bunun ən ağır nəticələri isə Balkan müharibəsi əsnasında görüldü. Əhməd Muxtar Paşa ilk öncə uzun müddətdir davam edən hərbi vəziyyəti ləğv etdi (23 iyul). Ardından Sultan Rəşadın əliylə Məclis-i Məbusanı ləğv etdirdi (4 avqust). Balkan müharibəsinin başlamasının ardından (8 oktyabr) İtalyayla sülh bağlayan hökumət (18 oktyabr) bu sülhlə birlikdə Trablusqərb-Benqazi bölgəsinin itirilməsini qəbul etdi. Ordu daxilindəki nizamsızlıq cəbhədə ağır məğlubiyyətlərə səbəb oldu. Egey adaları və Ədirnəyə qədərki bütün Rumeli torpaqları itirildi. Bu vəziyyətdə sultan, Əhməd Muxtar Paşanı vəzifədən aldı və Mehmed Kamil Paşanı sədarətə gətirdi (29 oktyabr). Sədarətdən alındıqdan sonra Əyan məclisindəki siyasi həyatını davam etdirdi ancaq yenidən hakimiyyəti ələ alan İttihadçılarla münasibətləri pisləşmişdi və bu səbəblə bir daha aktiv siyasi vəzifəyə gətirilmədi. Hətta bir müddət sonra Balkan müharibəsindəki məğlubiyyətdə əsas təqsirkar görülərək İttihadçılar tərəfindən hərb divanında mühakimə edilsə də (22 iyul 1914), Məclis-i Məbusanın 2 avqustda tətilə getməsilə məhkəmə işi yarımçıq qaldı. Əyan olaraq bir müddət daha vəzifəsinə davam edən Əhməd Muxtar Paşa 21 yanvar 1919-cu ildə İstanbuldakı köşkündə vəfat etdi və Fateh məscidi yaxınlığında dəfn olundu. Hərbi və siyasi karyerası ilə yanaşı elmlə də məşğul olan Əhməd Muxtar Paşa mükəmməl fransızca bilirdi. Adətən riyaziyyat və astronomiya mövzularında bir çox əsər yazmışdır. Oğlu Mahmud Muxtar Paşanı Misir xədivi İsmayıl Paşanın qızı Nemətullah xanımla evləndirmişdir. Cütlüyün oğlu Ömər Muxtar Qatırçıoğlu isə yenə Misir xədivi II Abbas Hilmi Paşanın qızı Lütfiyə Hilmiylə evlənmişdir. Riyâzü'l-Muhtâr Mir'âtü'l-mîkāt ve'l-edvâr maa Mecmûati'l-eşkâl (Qahirə 1886) — Əsər İstanbulda yazılsa da, o əsnada vəzifədə olduğu Qahirədə nəşr olunmuşdur. Əsərdə astronomik ölçmələr və şəmsi-qəməri təqvimlə bağlı hesablamalar yer almışdır. Islâhu't-takvîm (Qahirə 1890) — Türk və ərəb dilində nəşr olunan bu əsər müəllifin astronomik mövzuda yazdığı bir digər əsərdir. Fransız dilinə də tərcümə edilən əsər (La réforme du calendrier traduit de l'original turc, Leyden 1898) səbəbilə, Almaniya hökuməti paşaya qızıl medal hədiyyə etmişdir. Takvîm-i Sâl (İstanbul 1910); Sergüzeşt-i Hayâtımın Cild-i Sânîsi: 1294 Anadoluda Rus Muharebesi (İstanbul 1910); Takvîmü's-sinîn (İstanbul 1913); Serâirü'l-Kur'ân fî tekvîni ve ifnâi ve iâdeti'l- ekvân (İstanbul 1918); Temmuz 1330'da Meclis-i Meb'ûsân'da Geçen Dîvân-ı Âlî Bahislerine Bir Nazar. Ahmet Muhtar Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine International Encyclopedia of İslamic Dynasties, Kr. Singh Nagendra, Anmol Publications Pvt Ltd, 1 Eylül 2002, ISBN 81-261-0403-1 Sergüzeşt-i Hayatım'ın Cild-i Sanisi, Tarih Vakfı Yurt Yayınları, ISBN 975-333-047-2 Istanbul Transportation Tips by Kuznetsov_Sergey Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Gazi Ahmed Muhtar Paşa, Sergüzeşt-i Hayatımın Cild-i Sanisi: 1294 Anadolu'da Rus Muharebesi, İstanbul 1328; Raşid Paşa, Yemen ve San'a tarihi, İstanbul 1290, II, 6 vd.; Rüşdi, Yemen hatıraları, İstanbul 1325, s. 38 vd.; Ali Fuad, 1294 Osmanlı-Rus seferi, İstanbul 1326, I, 167 vd. | https://az.wikipedia.org/w/index.php?curid=552794 |
Əhməd Muxtarov | Əhməd Kərəm oğlu Muxtarov (5 fevral 1951, Malbinəsi, Yevlax rayonu) — Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı. Ə. Muxtarov 05 fevral 1951-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olub. 1967-ci ildə Yevlax rayonunun Malbinəsi kənd orta məktəbini bitirmişdir. 1968-ci ilin yanvar ayından 1968-ci ilin sentyabr ayına kimi Yevlax Neftbazasında operator işləmişdir. 1968-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş və 1972-ci ildə həmin institutun uçot-iqtisad fakültəsini bitirmişdir. 1972-ci ilin sentyabr ayından 1972-ci ilin noyabr ayına kimi Yevlax şəhər Qarışıq Mallar Ticarəti İdarəsinin Şəhər ictimai iaşə idarəsində mühasib vəzifəsində işləmişdir. 1972-ci ilin noyabr ayından 1973-cü ilin noyabr ayına kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Siyasi-İctimai fəaliyyəti 1974-cü ildə Yevlax şəhər Qarışıq Mallar Ticarəti İdarəsinin Şəhər ictimai iaşə idarəsində mühasib, 1974–1980-ci illərdə Yevlax birləşmiş Mülkü hava dəstəsində pullu komsomol komitəsinin katibi, Yevlax şəhər komsomol komitəsində Komsomool Təşkilatları şöbəsinin müdiri, Yevlax şəhər Komsomol Komitəsinin katibi və ikinci katibi vəzifələrində işləmişdir. 1980–1981-ci illərdə Yevlax rayonunun Xaldan mal-qara kökəltmə sovxozunda azad partiya komitəsinin katibi vəzifəsində işləmişdir. 1981–1983-cü illərdə Bakı Partiya məktəbində əyani təhsil almışdır. 1983–1991-ci illərdə Yevlax rayon XDS İcraiyyə Komitəsində İcraiyyə Komitəsi sədrinin müavini – rayon plan komissiyasının sədri, 1991–1992-ci illərdə Yevlax şəhər İcra Hakimiyyətində sənaye-nəqliyyat şöbəsinin müdiri, 1992–1995-ci illərdə Yevlax şəhər Xalq Deputatları Sovetində təlimatçı, 1995–1997-ci illərdə Yevlax şəhər İcra Hakimiyyətində iqtisadçı, 1997–2000-ci illərdə Azərittifaqın Yevlax rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri, 2000–2005-ci illərdə Yevlax rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətinin "Azərdənizneftinşaat" trestində müdir müavini vəzifəsində işləmişdir. 2006-2019-cu illərdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. | https://az.wikipedia.org/w/index.php?curid=486756 |
Əhməd Mühib Dıranas | Əhməd Mühib Dıranas (1907-1980) — Türkiyə şairi. Şeirləri Tanpınar kimi çox sonralar, 1974-cü ildə "Şeirlər" adı ilə kitablaşdırıldı. Əhməd Mühib fərdi mövzular və gözəlliklər üzərində daha çox durmuşdur. Sosial və siyasi mövzulara o qədər də toxunmamışdır. Saf şeir anlayışını mənimsəmişdir. Sezgi, duyğu, müşahidə, təəssürat və lirizmə önəm vermişdir. Ədəbi cərəyan və qruplarla maraqlanmamış, müstəqil bir şair kimi qalmağı üstün tutmuşdur. Məsələn, qəribçilərə və II yeniçilərə qoşulmamışdır. Türk xalq şeirindən, Osmanlı ədəbiyyatından və fransız şairlərindən bəhrələnmişdir. Özəlliklə Yəhya Kamalın, Əhməd Həmdi Tanpınarın və Bodlerin təsiri altında olmuşdur. Şeirlərində Anadoluya önəm vermiş, məmləkəti gerçəkçi tərəfləri ilə əks etdirməyə çalışmışdır. Anadolu türk xalqının sosial və iqtisadi problemlərini marksistlər kimi istismar etməmişdir. Siyasətlə felən maraqlanmasına baxmayaraq, şeirlərində siyasi mövzulara yer verməmiş, şəhərli bir şair kimi fərdi mövzulara diqqət yetirmişdir. Romantik eşqlərə, əskidə yaşanmış gözəl eşqlərin xatirəsinə, sevgilisi ilə birlikdə olmanın verdiyi xoşbəxtlik duyğusuna, zaman-zaman şəhvani səviyyədəki eşq duyğusuna, sevgilisindən ayrılığın gətirdiyi hüzn duyğusuna yer vermişdir. Sevgili tipi olaraq ümumən hüznlü bir duruşu olan şəhərli aristokrat qadınları, xatirələrdə qalmış əski sevgililəri seçir. Onun şeirində qadınlar, ümumən, gözəl bir təbiətlə birlikdə verilir. Buradan da anlaşılacağı kimi, Əhməd Mühibin digər bir mövzusu da təbiətdir. O, təbiətə daha çox pastoral və panteist baxış bucağından yanaşır. İstər qadın, istərsə də təbiət haqqında şeirlərində gözəlliyə və sənət dəyərinə önəm verir. Onda estetik dəyər hər zaman ön plandadır. Əhməd Mühib türkcəni ən yaxşı işlədən şairlərdən biridir. Dilimizin incəliklərini, gözəlliklərini, zənginliklərini kəşf etməyə çalışmışdır. Xalqın canlı danışıq və yazı dilini əsas almışdır. Şeirlərində əski-yeni kəlmə ayırımına yol verməmiş, türk millətinin işlətdiyi hər kəlməni o da işlətmişdir. Rəsm sənətilə də yaxından maraqlanan şair şeirlərində canlı təsvirlər yaratmışdır. Bu baxımdan təsvirçi üslubu barizdir. Həmçinin bax Türkiyə ədəbiyyatı | https://az.wikipedia.org/w/index.php?curid=201253 |
Əhməd Mümtaz Taylan | Əhməd Mümtaz Taylan — Türkiyənin məşhur aktyorlarından biri. Komediya filmlərində oynadığı rollarla tanınır. Rol aldığı yerli teleseriallar 2011-2013: Leyla ile Mecnun (İskender) 2013-2014: Ben de Özledim (Ahmet Mümtaz Taylan) 2014: - Cinayet (Tahir Borova) Xarici keçidlər Sinematurk.com: Ahmet Mümtaz Taylan Kinopoisk.ru: Ahmet Mümtaz Taylan | https://az.wikipedia.org/w/index.php?curid=292697 |
Əhməd Mədəni Qüdsizadə | Əhməd Mədəni Qüdsizadə Abdullah oğlu (1890-cı il, 1940-cı il 24 yanvar) — türkman mətbuatının görkəmli nümayəndəsi. Əhməd Mədəni Qüdsizadə 1890-cı ildə anadan olub. İlk türkman qəzeti olan "Havadis" qəzetinin əsasını 1911-ci il 24 fevralda qardaşı Məhəmməd Zəki Qüdsizadə ilə İraqda qoyub. Əhməd Mədəni Qüdsizadə şair Abdullah Qüdsizadənin oğludur. Əhməd Mədəni 48 yaşı tamam olduqdan sonra 1940-cı il 24 yanvarda vəfat etmişdir. Kərkükün Musalla bölgəsində yerləşən böyük türbəli Cümcümə məzarlığı yaxınlığında dəfn edilmişdir. Əhməd Mədəni Qüdsizadə 1909-cu ildə 17-18 yaşlarında olarkən Bağdadda türkman və ərəb dillərində nəşr olunmuş "Əl Zuhur"un türkman dilində olan bölməsinə məqalələr yazmağa başlamışdır. Mosulda çap edilmiş "Neynəva" və 1910-cu ildə "Nəcah"da yazılar dərc etdirmişdi. O, bəzi məqalələrinə görə 1912-ci ilin aprel ayında Bağdadda aparılmış mühakimədə bəraət qazanmışdır. Əhməd Mədəni 1911-ci il fevralın 24-də qardaşı Məhəmməd Zəki ilə Kərkük şəhərində ilk dəfə "Havadis" adlı türkcə siyasi qəzet çıxarmağa və şəxsi təşəbbüsü ilə eyni adda mətbəə yaratmağa müvəffəq olmuşdur. Qəzetin 29 sayını jelatin çap üsulu ilə dərc etmişdilər. "Havadis" siyasi və ədəbi qəzet olaraq bir sıra hallarda şəkilli də çap edilmişdib. "İrəli" qəzetinin 1930-cu il 4 apreldə 4-cü sayında çap edilmiş məqaləsində "Havadis" qəzetinin İraqda çap edilmiş ilk şəkilli qəzet olması qeyd edilmişdi. Əhməd Mədəni Qüdsizadə 1920-ci il 20 noyabrda ilk sayı yayımlanmış türkcə "Təcəddüd" qəzetinin təsisçisi olmuş, ancaq istənilən milli qayəni reallaşdıra bilməyəcəyini anlayaraq qəzetdən uzaqlaşmışdı. 1924-cü ildə Kərkükə tabe olan Kifri nahiyəsində ibtidai sinif müəllimi kimi çalışmışdır. Əhməd Mədəni Qüdsizadənin məşhur "Məqaləti mədəniyyə" və "Vətən üçün fəryadım" adlı çap əsərləri də işiq üzü görmüşdür. "Məqaləti mədəniyyə" əsəri Bağdadda "Ədəb" mətbəəsində çap edilmişdir. Həmçinin bax Məhəmməd Mehdi Məhəmməd Mehdi Əl Cəvahiri | https://az.wikipedia.org/w/index.php?curid=614569 |
Əhməd Məhəmməd Aq Amani | Əhməd Məhəmməd Aq Amani (fr. Ahmed Mohamed ag Hamani; 1942, Qundam[d], Tombuktu[d]) — Mali dövlət xadimi və siyasətçisi. O, 2002–2004-cü illərdə Malinin baş naziri vəzifəsində çalışmışdır. Əhməd Məhəmməd Aq Amani 1942-ci ildə, Malinin Qundam kommunasında bir tuareq ailəsində anadan olmuşdur. O, 1975-ci ildə Malinin planlaşdırma nazirinin texniki məsləhətçisi olur, 7 yanvar 1978-ci il tarixində isə şirkətlərə və dövlət müəssisələrinə nəzarət naziri olaraq hökumətə qoşulur. Əhməd Məhəmməd daha sonra, 28 iyun 1979-cu il tarixində Mali hökumətində informasiya və telekommunikasiya naziri kimi çalışır. O, 2 avqust 1980-ci il tarixində isə planlaşdırma naziri təyin edilir, prezident və müdafiə naziri olan Musa Traoredən sonra Mali hökumətindəki ikinci ən əhəmiyyətli şəxsə çevrilir. Əhməd Məhəmməd 31 dekabr 1984-cü il tarixində idman, incəsənət və mədəniyyət naziri, daha sonra, 6 iyun 1986-cı il tarixində isə nəqliyyat və ictimai işlər naziri olur. O, 20 yanvar 1987-ci il tarixində Mali hökumətindən ayrılır və Seneqal Çay İnkişaf Təşkilatının ali komissarı olur ki, o, 1992-ci ilə qədər orada çalışır. Əhməd Məhəmməd 1993-cü ildə Mali Prezidenti Alfa Ömər Konare tərəfindən Mərakeş səfiri təyin edilir. O, daha sonra Belçika, Niderland, Birləşmiş Krallıq, Lüksemburq və Avropa İttifaqına səfir vəzifəsini icra edir.Əhməd Məhəmməd Aq Amani 9 iyun 2002-ci il tarixində Malinin baş naziri təyin edilir. Bu, seçkilərdə qalib gələn Amadu Tumani Ture prezident vəzifəsinə başladıqdan sonra baş verir. Bu təyinat əvvəlcə 2002-ci ilin iyul ayında keçirilmiş parlament seçkilərinə qədər müvəqqəti hesab edilirdi, lakin o, parlament seçkilərindən sonra, yəni 12 oktyabr 2002-ci il tarixində yenidən baş nazir vəzifəsinə gətirilir. O, Amadu Tumani Turenin tələbi ilə 28 aprel 2004-cü il tarixində hökumətə istefa məktubu verir. Bundan sonra, 29 aprel tarixində Osman İssufi Maiqa baş nazir təyin edilir. | https://az.wikipedia.org/w/index.php?curid=676574 |
Əhməd Məhəmməd Osama | Əhməd Məhəmməd Osama (17 iyul 1963) — Sudanı təmsil edən stolüstü tennisçi. Əhməd Məhəmməd Osama Sudanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. | https://az.wikipedia.org/w/index.php?curid=764635 |
Əhməd Məkin | Əhməd Məkin (6 avqust 1935, İstanbul) — Türkiyə kino, televiziya və teatr aktyoru, prodüser, ssenarist. 200-dən çox filmdə rol almışdır. Əhməd Məkin 6 avqust 1935-ci ildə İstanbulda anadan olub. Əhməd Məkinin orijinal adı Əhməd Qurddərəlidir. Onun dostları onun uzun boyundan ötəri ona "Filiz Əhməd" deyiblər. Güləş idman növü ilə məşğul olmuşdur. Usta işlədiyi üçün sümükləri qırılmışdı. Buna görə də idmanla məşğul olmadı. "Bakırköyspor"da oynayarkən böyük futbol komandasına transfer olacaqdı. Transfer olacağı gün ayağı qırıldı. Beləliklə idmanla məşğul olmadı. Bir müddət Bakırköy Xalq Evində teatrda işlədi. "Birlik və Tərəqqi" səhnəsində aktyor oldu. Nəhayət, 1957-ci ildə Bakırköy rejissoru Kənan Parsın köməyi ilə, karyerasına "Yüksəlmə" filmi ilə davam etdi. Əhməd Məkin, "Səlvi Boylum, Al Yazmalım" filmi ilə türk kinosunun unudulmaz aktyorları siyahısında yer aldı. "Məhşərə qədər", "Bardakı Adam", "Bir Qurtum Su", "Bu günün sarayı", "Fahişəyə vurun", "Səlvi Boylum Al Yazmalım", "Ezo Gəlin", "Çiçək Abbas" kimi əhəmiyyətli filmlərin unudulmaz aktyorudür. 1978-ci ildə "Dəniz Qanı", "Bağrıyanıq Ömər" filmlərində oynadı. Kinoya addım atdığı 1956-cı ildən bu yana təxminən 200 filmdə rol alan Əhməd Məkin, 1975-ci ilə qədər ciddi rolda oynayıb. Aktyorluğunda xarakterini öz istəyi ilə seçmişdir. Özü kimi aktyor olan Şükran Sabunçu ilə evli olan Əhməd Məkin, 1998-ci ildən bu yana Balıqəsirdə Ərdək mahalının Ocaqlar diyarında sakit və təvazökar bir həyat yaşayır. Zeynəb və Kəzban adlı iki qızı var. Filmoqrafiya Aktyor kimi Qanun qanundur Eşqdən də üstün Kəpənəklər cüt uçar Bir türkə gönül verdim Urfa, İstanbul və Beşiktaş mirası Səlvi boylum al yazmalım Bardakı adam Qəribə bir səyahətçi Çarəsizlər (Cüneyt Arkınla birgə) Bir insan yaratmaq 72-ci məhəllə Qadın heç vaxt unutmaz Bu günün sarayı İtmiş şəhər Ümid üzümləri Tatar Ramazan Bizim hekayəmiz Çiçək Abbas Yeddi günlük eşq Beş qardaşdılar Küçədən gələn qadın Vətən fədailəri Bitməyən mübarizə Qurbət yolçuları Aramıza qan girdi Zorakı milyoner Dövlət quşu Həlimədən məktub var Yaralı qurd Qan və qürur Qardaş qanı Vur gözünün üstünə Ölüm Allahın əmri Böyük şəhərin qanunu Canım mənim Cənnət fədailəri Mükafatları 1961-ci ildə İzmir Sərgisində ən müvəffəqiyyətli kişi aktyor mükafatını qazandı. 1992-ci ildə Ankara Kino Festivalında Ömür boyu uğur mükafatını qazandı. 2011-ci ildə oynadığı "Görünməz" filmi ilə 30-cu İstanbul Kino Festivalında ən yaxşı kişi aktyor mükafatını qazandı. Xarici keçidlər IMDB Ahmet Mekin sayfası | https://az.wikipedia.org/w/index.php?curid=540053 |
Əhməd Məlikov | Əhməd Məmməd oğlu Məlikov' — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Məlikov Əhməd Məmməd oğlu 1999-cu ilin dekabrın 23-də Hacıqabulun Qarasu kəndində dünyaya gəlib. Hərbi xidmətləri Azərbaycan Ordusunun əsgəri olan Məlikov Əhməd 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əhməd Məlikov oktyabrın 28-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) Xarici keçidlər ŞƏHİD MƏLİKOV ƏHMƏD MƏMMƏD OĞLU [[Kateqoriya: | https://az.wikipedia.org/w/index.php?curid=766176 |
Əhməd Məmmədov | Əhməd Nazim oğlu Məmmədov (25 avqust 1994; Qazax rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. .Qazax rayonunun cəbhə bölgəsində yerləşən Fərəhli kənd sakinlərindən şəhidlik zirvəsinə ucalmış Qəhrəman şəhidimiz Məmmədov Əhməd Nazim oğlunun keçdiyi yola nəzər salaq. O, 25 avqust 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndində dünyaya göz açıb. Ailədə 3 qardaşın ikincisi olub. 2000-ci ildə şəhid Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbinin 1-ci sinfinə daxil olub, 2009-cu ildə həmin təhsil müəssisəsinin 9-cu sinfini bitirmişdir. 2009-cu ildə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 10-cu sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olubdur. Hərbi xidmətini başa vurduqdan sonra yenidən milli ordu sıralarına qayıdaraq MAHHXHQ (Müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu) kimi hərbi xidmətini davam etdirmişdir. Xidmət dövründə nümunəvi xidmətlərinə görə dəfələrlə komandanlıq tərəfindən tərifnamə və digər mükafatlarla təltif olunmuşdur. Şəhidimiz yenicə sevib seçdiyi Túrkane xanimla 1 il 6 ay idi ki ailə qurmuşdu hele yeni ailə həyatına qədəm qoymuşdu ÍGÍDÍMÍZ . Hərbi hissədə "Əl qumbarasının atılması” üzrə keçirilən yarışmada 1-ci yerə çıxıb. Əhmədin şəkli "N” saylı hərbi hissənin şərəf lövhəsində 1 çi siralarda yer alır. Hərbi təlim zamanı nümunəvi xidmətlərinə görə komandiri ona bir ədəd komandir bıçağı hədiyyə etmişdi. Döyüşlərdə də igid əsgər daim həmin bıçağı üzərində gəzdirirmiş. Əhmədin döyüş yoldaşı Ramil Məmmədov onun qorxmaz, cəsarətli döyüşçü olmasını dedi. O, bildirdi ki, Əhməd könüllü olaraq döyüşə qatılmaq üçün kəşfiyyat qrupundan XTQ-yə keçib. O, Şuşa qalasının çox yaxınlığında düşmənlərlə üz-üzə gəmişdir. Lakin, cəsur döyüşçü özünü itirmədən avtomat silahdan atəş açaraq 5 erməni terrorçusunu məhv etmişdir. Dəfələrlə öz həyatını təhlükəyə ataraq döyüş meydanında yaralı əsgər yoldaşlarını ölümün pəncəsindən xilas etmişdir. Şuşanın azadlığı uğrunda çox ağır döyüşlər gedirdi. Biz Şuşaya daxil olduq. şəhərinin içində erməni tankı əsgərlərin üstünə gəldi. 2020-ci il noyabr ayının 8-də tankdan atılan mərmi nəticəsində qorxmaz, cəsur Əhməd qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Döyüş yoldaşları Əhmədin qanını yerdə qoymamış, həmin ərazini yerlə yeksan edərək düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etmişlər. Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Məmmədov Əhməd Nazim oğlu İkinci Qarabağ müharibəsində göstərdiyi Qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.Şehidler ólmez vətən bölünməz Hərbi xidməti Əhməd Məmmədov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əhməd Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əhməd Məmmədov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Fərəhli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=686183 |
Əhməd Məsud | Əhməd Məsud (dəri احمد مسعود) — Tacik əsilli Əfqanıstan siyasətçisi, SSRİ qoşunları, sonra isə Talibanla uğurlu mübarizəsi ilə tanınan səhra komandiri Əhməd Şah Məsudun oğlu və varisi. Əhməd Məsud 1989-cu ildə Əfqanıstanın şimal-şərqindəki Təxar vilayətinin Piyu şəhərində tacik ailəsində anadan olmuşdur.İranda orta məktəbi bitirdikdən sonra Məsud bir il Sandhurstdakı Kral Hərbi Akademiyasında hərbi kurslarda təhsil alıb.. O, 2012-2015-ci illərdə London Kral Kollecində Hərbi Araşdırmalar Bölməsində təhsilini davam etdirib. 2016-cı ildə London Şəhər Universitetində Beynəlxalq Siyasət üzrə magistr dərəcəsi alıb.. 2016-cı ildə Məsud Əfqanıstana qayıtmış və "Məsud Fondu"nun baş direktoru təyin edilmişdir. 2019-cu ilin mart ayından etibarən Məsud rəsmi olaraq siyasətlə məşğul olmağa başlamışdır.. Atasının Əfqanıstanda daxili hakimiyyət münasibətlərinin İsveçrə modeli ideyasını dəstəkləyərək, mərkəzsizləşdirilmiş hökumətin resurslarının və səlahiyyətlərin daha səmərəli bölgüsünə gətirib çıxaracağını və bununla da ölkəyə rifah və sabitliyin gətirəcəyini əminliklə bildirmişdir.2021-ci ildə, Taliban tərəfindən hərbi uğurlar fonunda Məsud, Əfqanıstanın şimalında, Taliban əleyhinə olan etnik könüllülərin koalisiyası olan Pəncşir Müqavimətini qurdu. Kabilin süqutundan sonra, Birinci vitse-prezident Əmrulla Salehlə müttəfiq olaraq Taliban rejiminə müqavimət göstərmək qərarı verdi. | https://az.wikipedia.org/w/index.php?curid=717094 |
Əhməd Mətin-Dəftəri | Əhməd Mətin-Dəftəri (1897-1971) — İranın baş naziri. Əhməd xan Mətin-Dəftəri 1897-cı ildə Mirzə Məhəmməd xan Eynülməmalikin ailəsində, Tehran şəhərində anadan olmuşdu. Mətinəddövlə ləqəbini daşıyırdı. Əhməd Mətin Dəftəri 26 oktyabr 1939 –cu ildən 26 iyun 1940-cı ilədək İranın baş naziri olmuşdu. Beynəlxalq vəziyyətin gərginləşməsi və müharibə təhlükəsinin İran sərhədlərinə yaxınlaşması ərəfəsində Rza şah bəzi siyasi manevrlərə əl atmışdı. O, əvvəlcə almanpərəstlik səpgisində söz-söhbətə səbəb olmuş Mahmud Cəmi paniranist Əhməd Mətin Dəftərlə əvəz etdi. Bundan əvvəl isə Məclis rəisi Daniş Möhtəşəm əlsəltənəni Berlinə, Hitlerlə görüşə göndərmişdi. Diplomatiya sahəsində görülmüş tədbirlər qızışmaqda olan müharibənin İrana doğru istiqamətini səngidə bilmirdi. İranda almanların müxtəlif sahədə üstün mövqeyi müttəfiqlərə bəlli idi. Müharibə ərəfəsində İranın xarici ticarət dövriyyəsinin 80 faizi almanların payına düşürdü. II Dünya müharibəsi başladığı illərdə İranda istehsal olunan pambığın, quru meyvənin demək olar ki, hamısı Almaniya və Yaponiyaya ixrac olunurdu. İran bazarında və sənaye müəssisələrindəki məhsulların yarıdan çoxu Almaniyadan gətirilirdi. Müttəfiq dövlətlərin tələb və təkidi ilə almanlar ölkədən çıxarılıb və onlara aid müəssisələr fəaliyyətlərini zahirən dayandırsalar da, əslində, almanlar öz işlərini görməkdə davam edirdilər. 1941-ci ilin əvvəllərində Mətin Dəftər baş nazirlikdən uzaqlaşdırıldı, onun yerinə zahirən «mötədil» təsir bağışlayan Əli Mənsuri hakimiyyətə gətirildi. Əhməd Mətin-Dəftəri 1971-ci ildə vəfat edib. Əhməd Mətin-Dəftəri Məhəmməd Müsəddiqin qızı Mənsurə xanımla ailə qurmuşdu. Hidayətulla adlı oğlu, Leyli adlı qızı vardı. Həmçinin bax Məhəmməd Müsəddiq | https://az.wikipedia.org/w/index.php?curid=325850 |
Əhməd Najayev | Əhməd Najayev (1895, Köhnə Atagi[d], Terek vilayəti – 1937, Qroznı) — Çeçen yazıçısı, şair, tərcüməçi, milli ədəbiyyatın qurucularından biri, SSRİ Yazıçılar Birliyinin üzvü (1934). 1895 -ci ildə Starye Ataqi kəndində kəndli ailəsində anadan olmuşdur. Kənd ilahiyyat məktəbində oxuyur. Sovet hakimiyyətinin ilk illərində pedaqoji kursları bitirir, sonra doğma kəndində ibtidai sinif müəllimi olaraq çalışır. 1924-cü ildə Qroznıya köçür. Çeçenistan xalq təhsili şöbəsində təlimatçı, sonra Yevdokimov Kommunist məktəbində və Sovet partiya fəallarının kurslarında müəllim olaraq çalışır. 1936-cı ildən Ordjonikidzedəki müəllimlər üçün ixtisasartırma kurslarında dərs demişdir. Dram, poeziya və jurnalistikaya çox səy və əmək sərf edir. Çeçen-İnquş Dövlət Dram Teatrında və Radio Komitəsində çalışır 1937-ci ildə sovet əleyhinə təbliğat aparmaqda və əksinqilabi Trotskizm təşkilatında iştirak etməkdə ittiham olunur. Abdurahman Avtorxanovun sözlərinə görə, həmin il güllələnir. Başqa bir versiyaya görə, düşərgələrdə on il həbs cəzasına məhkum edilir və 1943-cü ildə Qulaq arxipelaqında aclıqdan ölür. Yaradıcılığı Ədəbi yaradıcılığa 1920-ci illərin əvvəllərində başlayır. İlk əsərləri şifahi xalq yaradıcılığı əsərlərinin yazılması, işlənməsi və nəşri ilə bağlı olmuşdur. Bu fəaliyyətlə məşğul olan ilk çeçen tədqiqatçı olur. Onun yazdığı əsərlər arasında "İlli Şahzadə Musost və Adanın oğlu Surxo haqqında", "İli Çeqe haqqında - Qorxmaz ürək və Taymanın oğlu Bəybulat" və başqaları var. Bu və digər əsərlər, Əhməd Najayevin qardaşı Maqomedlə birlikdə 1926-cı ildə nəşr etdirdiyi "Çeçen mahnıları, hekayələri və atalar sözləri" folklor toplusuna daxil edilmişdir. Eyni zamanda dilçi İ. İbriyevlə birlikdə "Çeçen mahnıları" toplusunu nəşr etdirir. Sonradan əsər rus dilinə tərcümə edilir və 1940-cı ildə Moskvada nəşr olunan "Çeçen-İnquş folkloru" ilk toplusuna daxil edilir. Daha sonra Najayevin yazdığı folklor əsərləri və onların tərcümələri dəfələrlə yenidən çap olunmuşdur: "Çeçen folkloru" (1959), "Çeçen-İnquş şeiri" (Moskva, 1959), "İlli" (1979), "Çeçen-İnquş şeir antologiyası" (1981) və digərləri. 1926-cı ildə folklor materialından geniş istifadə etdiyi öz əsərlərini yazmağa başlayır. 1929-cu ildən əsərləri ilk Çeçen qəzeti "Serlo"–da nəşr olunur. 1934-cü ildə Najayevin "Yeni Dünya" adlı ilk şeir toplusu və "Tavanda vuruldu" adlı ilk hekayəsi nəşr olunur. 1936-cı ildə yazıçının yaradıcılığının zirvəsi və 1930-cu illərin çeçen poeziyasında ən yaxşı sayılan "Çoban" adlı epik şeiri nəşr olunmuşdur. 1934-cü ildə Əhməd Najayev, Şəmsəddin Ayşxanovun başçılıq etdiyi Çeçen-İnquş nümayəndə heyətinin tərkibində SSRİ Yazıçılar Birliyinin birinci qurultayında iştirak edir. Orada Maksim Qorkinin imzası ilə SSRİ Yazıçılar Birliyinin üzvünün biletini alır. 1935-ci ildə rus dilinə tərcümə edilən şeirləri Moskvada nəşr olunan Çeçen-İnquşetiya şairləri toplusunda nəşr olunur. | https://az.wikipedia.org/w/index.php?curid=723210 |
Əhməd Naxçıvani | Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani — orta əsr Azərbaycan memarı. Naxçıvan-Marağa memarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Əhməd Naxçıvaninin dövrümüzə iki əsəri gəlib çatmışdır. Onlardan biri "Nüşabə qalası" kimi də tanınan Bərdə türbəsi (1322), digəri isə, Qudi xatunun şərəfinə inşa edilmiş, Qarabağlar türbə kompleksidir (XIV əsrin 30 – cu illəri). Qarabağlar türbəsinin şimal tərəfindəki baştağın tünd bənövşəyi rəngli kaşı yerliyi üzərində nəsx xətti ilə memar öz adını yazmışdır. Binanın kompozisiya həlli, ayrıntıların diqqətlə işlənməsi, həndəsi və yarımhəndəsi quruluşu. Çoxrəngli kaşı ornamentlərin tətbiqi, kitabələrdən bəzək vasitəsi kimi istifadə edilməsi Əhməd Naxçıvaninin yaradıcılıq üslubu üçün səciyyəvidir. Ümumi quruluşunun fərdi cəhətləri ilə fərqlənən Axsadan baba türbəsinin (Bərdə şəhəri) də memarının Əhməd Naxçıvani olduğu güman edilir. Həmçinin bax Azərbaycan memarlığı | https://az.wikipedia.org/w/index.php?curid=287297 |
Əhməd Necdət Sezər | Əhməd Necdət Sezər (türk. Ahmet Necdet Sezer, 13 sentyabr 1941; Afyonqarahisar) — Türkiyəli hüquqşünas və dövlət rəsmisi, Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 14-cü sədri, Türkiyə Respublikasının 10-cu prezidenti. Əhməd Necdət Sezər Türkiyə Cümhuriyyəti tarixində həm prezident, həm də yüksək məhkəmə orqanı rəhbəri vəzifələrində çalışmış yeganə şəxsdir. 1983-1988-ci illərdə Ali Məhkəmənin üzvü olan Sezər 1988-1998-ci illərdə Konstitusiya Məhkəməsinin üzvü, 1998-ci ildə isə Konstitusiya Məhkəməsinin sədri olub. 2000-ci ildə Türkiyədə keçirilən prezident seçkiləri ilə prezident seçilib. 2007-ci ildə isə prezident səlahiyyətlərini Abdullah Gülə təhvil verib. Erkən illəri və təhsili Əhməd Necdet Sezer 13 sentyabr 1941-ci ildə Afyonqarahisarda anadan olub. O, müəllim Əhməd Həmdi Sezer (d. 1979) və evdar xanım olan Xədicə Sezərin (1918-2004) dörd övladından yeganə oğludur.1958-ci ildə Afyon liseyini, 1962-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib. Elə həmin il Ankarada hakimliyə namizəd kimi fəaliyyətə başlayıb. O, hərbi xidmətini Hərbi Akademiyada ehtiyatda olan zabit kimi başa vurub.O, Dəclə və Yerköydə hakim, Ali Məhkəmədə istintaq hakimi vəzifələrində çalışıb. Dəclə Mülki Asliyə Məhkəməsində hakim olaraq, Demokrat Partiyasına yaxınlıq bəhanəsi ilə, 27 may çevrilişindən sonra Türkiyənin qərbinə sürgün edilən 55 fikir liderindən biri olan Ensarioğlu ailəsinin lideri Şeyx Əbdürrezzaq Ensarioğlunun ələ keçirilən evini və torpağının geri qaytarılmasına qərar verdi. Mülki idarənin yeni olduğu və Ensarioğlu ailəsinin bölgədən kənarda qaldığı bir vaxtda verdiyi bu qərarla bölgədə qan tökülməsinin qarşısını aldı və Dəclədə ictimai sülh yaratdı.1977-1978-ci illərdə Ankara Universiteti Hüquq fakültəsində mülki hüquq sahəsində aspirantura təhsilini başa vurmuşdur. Ali məhkəmə dövrü O, 1983-cü il martın 7-də Ali Məhkəmənin üzvü seçilmişdir. Kassasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyasının üzvü vəzifəsində çalışarkən 28 sentyabr 1988-ci ildə o vaxtkı prezident Kənan Evrənin təyinatı ilə ən gənc üzv olaraq Konstitusiya Məhkəməsinin üzvü olub. 1998-ci il yanvarın 6-da Konstitusiya Məhkəməsinin sədri seçilib. 28 sentyabr 1998-ci ildə təqaüdə çıxıb. Onun 1999-cu ilin aprelində Konstitusiya Məhkəməsinin təqaüdçü sədri kimi etdiyi çıxış bəziləri tərəfindən 28 fevral prosesinin tənqidi kimi qəbul edilmiş və bəzi qəzetlərdə manşetlərə çevrilmişdir. Sezər bu çıxışında: “Fikir azadlığı demokratiyanın təməli və ayrılmaz hissəsidir. Düşüncə cinayət sayılarsa, demokratiya ola bilməz. Fəaliyyətə çevrilməyən düşüncə ifadələri cəzalandırıla bilməz. Konstitusiyada və qanunlarda fikir azadlığını məhdudlaşdıran müddəalar imzalanmış beynəlxalq müqavilələr çərçivəsində dəyişdirilməlidir. Türkiyə insan haqları sahəsində ümumbəşəri normalara uyğunlaşmaq üçün qanunlarında lazımi dəyişikliklər etməlidir. İfadə azadlığı ilə bir araya sığmayan qanunlar dəyişdirilməlidir. Konstitusiya və qanunlar azadlığa mane olan ünsürlərdən təmizlənməli, azadlıq sahəsi genişləndirilməlidir. Demokratik dəyərlər fikir azadlığı sahəsinə daxil edilməlidir. Prezidentliyi (2000-2007) Sezər prezident seçilməzdən əvvəl ictimaiyyət tərəfindən tanınan şəxs idi. ANASOL-M (57-ci Türkiyə hökuməti) koalisiyası hökumət tərəfdaşlarının ( Bülənd Ecevit, Dövlət Baxçalı, Məsud Yılmaz) özlərinin və ya partiyalarından birinin namizədliyi ilə bağlı ortaq qərara gələ bilməməsi nəticəsində, dövrün təqaüdçü Konstitusiya Məhkəməsi sədri Sezər, Ecevitin təklifi ilə prezidentliyə namizəd olaraq gön plana keçib. 25 aprel 2000-ci ildə aralarında Koalisiya liderləri, eləcə də müxalifət liderləri Recai Kutan və Tansu Çillərin də olduğu 131 deputatın birgə təklifi ilə Sezərin prezidentliyə namizədliyi irəli sürülüb. Sezər beş partiyanın ortaq namizədi olsa da, ilk iki turda 367 səs tələbindən 281, daha sonra isə 314 səs topladı. 276 səsin kifayət etdiyi son tur mayın 5-də keçirilib və Sezər səsvermədə iştirak edən 533 deputatdan 330-nun səsini toplayaraq Türkiyənin 10-cu prezidenti seçildi. Süleyman Dəmirəldən sonra 2000-ci il mayın 16-dan prezident vəzifəsini Sezər icra etməyə başladı.ANASOL-M koalisiya hökumətinin 2000-ci ilin iyununda qəbul etdiyi 28 fevral Qərarlarında yer alan mürtəce fəaliyyətlərdə iştirak etdikləri aşkarlanan şəxslərin vəzifədən azad edilməsini asanlaşdıran qanunun qəbulu üçün Sezər uzun müddət gözləməli oldu. Hökumət iki dəfə yazılı açıqlama verərək “Konstitusiyaya uyğun” elan etdiyi fərmanın “hüquqi dövlət prinsipinə zidd” olduğu əsas gətirilərək, avqustun 8-də hökumət geri qaytarıldı. Ecevitin “imzalamaq məcburiyyətində qaldı” dediyi və səlahiyyətlərini aşmaqda günahlandırılan Sezər 14 səhifəlik əsaslandırma ilə 14 avqust 2000-ci ildə fərmanı ikinci dəfə Sezərə göndərdi. Lakin Sezər avqustun 21-də fərmanı ikinci dəfə hökumətə qaytardı. Ecevit fərmanı qanun layihəsi kimi Türkiyə Böyük Millət Məclisinə təqdim etməli olub. Daha sonra Sezər üç dövlət bankının özəlləşdirilməsini nəzərdə tutan fərmanı da geri qaytarıb. Bu ekstradisiyalar ANASOL-M koalisiya hökuməti arasında böhran yaradıb və koalisiya lideri Ecevit “Prezident özünü Konstitusiya Məhkəməsinin yerinə qoyur. Onun Nazirlər Şurası ilə dialoqa qapalı olması bizim şurada narahatlıqla qarşılandı. İqtisadi sabitlik təhlükə altındadır" açıqlamasını verdi. Sezər daha əvvəl veto qoyduğu Rahşan Amnistiyasının TBMM-də eyni formada qəbul edilərək yenidən önünə gəlməsi ilə sonra 21 dekabr 2000-ci ildə qanunu təsdiqlədi.19 fevral 2001-ci ildə MGK toplantısında o vaxtkı baş nazir Bülent Ecevidə konstitusiya kitabçasını atması ilə başlayan konstitusiya kitabçası böhranı ictimaiyyət tərəfindən "Qara çərşənbə" adlandırıldı. Bu böhran 2001-ci ildə Türkiyə iqtisadi böhranına çevrildi. 3 noyabr 2002-ci il seçkilərindən sonra o dövrdə siyasətdə qadağa qoyulan Rəcəb Tayyib Ərdoğanın konstitusiyanı dəyişdirərək millət vəkili olmasının yolunu açmaq üçün aparılan müzakirələrdə Sezər xəbərdarlıq edərək “qanunları siyasiləşdirmək əvəzinə, demokratiya və qanunun aliliyi prinsipləri ilə bir araya sığmayan şəxsi tənzimləmələrdən qaçaraq, siyasətin hüquq normalarına uyğun aparılmasına diqqət yetirilməlidir” deyə vurğuladı. Ancaq Ərdoğanın millət vəkili olmasına imkan yaradan konstitusiya dəyişikliyi 13 dekabr 2002-ci ildə parlamentdən keçdi. Sezer dekabrın 18-də buna veto verdi. Ancaq Sezər ikinci dəfə qarşısına çıxan konstitusiya dəyişikliyini bəyəndi və referendum keçirmək hüququndan da istifadə etmədi.Baxmayaraq ki, 2002-ci ildə Ədalət və İnkişaf Partiyası hökuməti seçilənə qədər hicablı deputatlar xanımlarını qəbullara dəvət edirdilər, lakin bu seçkidən sonra baş nazirin həyat yoldaşı da daxil olmaqla hicablı heç bir qadını Çankaya köşkünə dəvət etməməsi, Çankaya köşkündə ictimai məkan olduğunu deməsi, hicablı xanımın verdiyi qəbullara qatılmaması müzakirələrə səbəb oldu.Veto hüququndan ən çox istifadə edən prezident olan Sezər səlahiyyət müddəti ərzində ümumilikdə 67 qanun, 22 kabinet qərarı və 729 müştərək fərmanı geri qaytarıb. Onun səlahiyyət müddəti 2007-ci il mayın 16-da başa çatsa da, Ali Məhkəmənin keçmiş Baş prokuroru Sabih Kanadoğlunun toplantı yetırsayının 367 olması və Konstitusiya Məhkəməsinin də analoji qərar qəbul etməsi nəticəsində parlament yeni prezident seçə bilmədi və növbədənkənar seçkilər keçirildi. O, Abdullah Gülün prezident seçildiyi 28 avqust 2007-ci ilə qədər Türkiyənin onuncu prezidenti vəzifəsində çalışıb. O, prezidentliyi dövründə Ədliyyə Nazirliyinin təqdimatı ilə ona göndərilən 270 nəfərdən 260-nın amnistiyasını təsdiqləyib. Sezər həmçinin 20 adi cinayətkarı da əfv edib. Sezərin əfv etdiyi 13 terrorçu məhbus daha sonra bəzi əməllərində yenidən yaxalanıb. Əfv olunan məhbuslardan Ecevit Şanlı 2013-cü il fevralın 1-də ABŞ-ın Ankaradakı səfirliyinə intiharçı hücumu zamanı dünyasını dəyişib. Prezidentlikdən sonra Sezər prezidentlikdən getdikdən sonra ictimaiyyətə çox görünmədi və heç bir açıqlama da vermədi. Prezidentlikdən sonra keçirilən hər seçkidə səs verən Sezər, Kamal Kılıçdaroğlunun "Səsinizi verəcəksiniz" deməsinə cavab olaraq 2014-cü il prezident seçkilərində səs verməkdən imtina edib.15 oktyabr 2020-ci ildə, Konstitusiya Məhkəməsi üzvü Engin Yıldırımın Konstitusiya Məhkəməsi binasının fotosunu “İşıqlar yanır” adı altında ilə paylaşması nəticəsində Sezər, “13 oktyabr Ankaranın paytaxt olmasının 97-ci ildönümü idi, buna görə də bütün İctimai təşkilat və təşkilatların işıqları yanırdı" açıqlamasını verdi. 16 oktyabr 2020-ci ildə “Hürriyət”in köşə yazarı Əhməd Hakan Sezərin prezidentlikdən sonra bir çox açıqlamalar verməməsini tənqid etdi. 16 oktyabr 2020-ci ildə “Hürriyet”in köşə yazarı Ahmet Hakan Sezerin prezidentlikdən sonra bir çox açıqlamalar verməməsini tənqid etdi. 30 mart 2023-cü ildə keçirilən prezident seçkilərində prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə görüşən mətbuat mənsublarına açıqlama verən Sezər, "Ona uğurlar arzulayıram, bəsdirmi?" “Dəstəkləyirsinizmi” sualına “bəli” cavabını verib və Kılıçdaroğlunun namizədliyini dəstəklədiyini açıqlayıb. 1964-cü ildə Semra Kürümoğlu ilə evlənən Sezərin Zeynep (d. 1966), Ebru (d. 1973) ve Levənt (d. 1973) adlarında 3 uşağı vardır. Mükafat və medalları | https://az.wikipedia.org/w/index.php?curid=5681 |
Əhməd Necdət Sözer | Əhməd Necdət Sözər (1933 İzegöl anadan olmuş - 5.05.2010), şair, coğrafiya üzrə professor. Çapa yüksək öğrətmən məktəbini bitirdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Coğrafiya ixtisasını bitirib (1954). Anadolunun müxtəlif bölgələrində coğrafiyadan dərs deyib. 1974-1997-ci illərdə Atatürk universitetində, Muğla Mühasibatlıq Universitetində, Ege və Uludağ universitetlərində beynəlxalq-iqtisadi coğrafiyadan dərs deyib. Şeir kitabları: Uzuneşek (1977), Ne Çok Enkaz (1988), Sana Bunca Yangından (1991), İnegöl Hey İnegöl (1992), Gün Yüzleri (1992, Türk Dil Kurumu Şiir Ödülü / 1994), Kün (1994), Ay Kasidesi (1995), Zümrüt Longa (1998), Aşk Ey (2001, Yunus Nadi Şiir Ödülü / 2002) ve Haiku Kuşu (2004).Onun Kanşaubiyev Mizievlə birlikdə Puşkinin "Yevgeni Onegin" əsərini türk dilinə tərcümə edərək, 2003-cü ildə "ən yaxşı tərcüməsi" kimi mükafatlandırılıb. | https://az.wikipedia.org/w/index.php?curid=517921 |
Əhməd Nejdət Sezər | Əhməd Necdət Sezər (türk. Ahmet Necdet Sezer, 13 sentyabr 1941; Afyonqarahisar) — Türkiyəli hüquqşünas və dövlət rəsmisi, Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 14-cü sədri, Türkiyə Respublikasının 10-cu prezidenti. Əhməd Necdət Sezər Türkiyə Cümhuriyyəti tarixində həm prezident, həm də yüksək məhkəmə orqanı rəhbəri vəzifələrində çalışmış yeganə şəxsdir. 1983-1988-ci illərdə Ali Məhkəmənin üzvü olan Sezər 1988-1998-ci illərdə Konstitusiya Məhkəməsinin üzvü, 1998-ci ildə isə Konstitusiya Məhkəməsinin sədri olub. 2000-ci ildə Türkiyədə keçirilən prezident seçkiləri ilə prezident seçilib. 2007-ci ildə isə prezident səlahiyyətlərini Abdullah Gülə təhvil verib. Erkən illəri və təhsili Əhməd Necdet Sezer 13 sentyabr 1941-ci ildə Afyonqarahisarda anadan olub. O, müəllim Əhməd Həmdi Sezer (d. 1979) və evdar xanım olan Xədicə Sezərin (1918-2004) dörd övladından yeganə oğludur.1958-ci ildə Afyon liseyini, 1962-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib. Elə həmin il Ankarada hakimliyə namizəd kimi fəaliyyətə başlayıb. O, hərbi xidmətini Hərbi Akademiyada ehtiyatda olan zabit kimi başa vurub.O, Dəclə və Yerköydə hakim, Ali Məhkəmədə istintaq hakimi vəzifələrində çalışıb. Dəclə Mülki Asliyə Məhkəməsində hakim olaraq, Demokrat Partiyasına yaxınlıq bəhanəsi ilə, 27 may çevrilişindən sonra Türkiyənin qərbinə sürgün edilən 55 fikir liderindən biri olan Ensarioğlu ailəsinin lideri Şeyx Əbdürrezzaq Ensarioğlunun ələ keçirilən evini və torpağının geri qaytarılmasına qərar verdi. Mülki idarənin yeni olduğu və Ensarioğlu ailəsinin bölgədən kənarda qaldığı bir vaxtda verdiyi bu qərarla bölgədə qan tökülməsinin qarşısını aldı və Dəclədə ictimai sülh yaratdı.1977-1978-ci illərdə Ankara Universiteti Hüquq fakültəsində mülki hüquq sahəsində aspirantura təhsilini başa vurmuşdur. Ali məhkəmə dövrü O, 1983-cü il martın 7-də Ali Məhkəmənin üzvü seçilmişdir. Kassasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyasının üzvü vəzifəsində çalışarkən 28 sentyabr 1988-ci ildə o vaxtkı prezident Kənan Evrənin təyinatı ilə ən gənc üzv olaraq Konstitusiya Məhkəməsinin üzvü olub. 1998-ci il yanvarın 6-da Konstitusiya Məhkəməsinin sədri seçilib. 28 sentyabr 1998-ci ildə təqaüdə çıxıb. Onun 1999-cu ilin aprelində Konstitusiya Məhkəməsinin təqaüdçü sədri kimi etdiyi çıxış bəziləri tərəfindən 28 fevral prosesinin tənqidi kimi qəbul edilmiş və bəzi qəzetlərdə manşetlərə çevrilmişdir. Sezər bu çıxışında: “Fikir azadlığı demokratiyanın təməli və ayrılmaz hissəsidir. Düşüncə cinayət sayılarsa, demokratiya ola bilməz. Fəaliyyətə çevrilməyən düşüncə ifadələri cəzalandırıla bilməz. Konstitusiyada və qanunlarda fikir azadlığını məhdudlaşdıran müddəalar imzalanmış beynəlxalq müqavilələr çərçivəsində dəyişdirilməlidir. Türkiyə insan haqları sahəsində ümumbəşəri normalara uyğunlaşmaq üçün qanunlarında lazımi dəyişikliklər etməlidir. İfadə azadlığı ilə bir araya sığmayan qanunlar dəyişdirilməlidir. Konstitusiya və qanunlar azadlığa mane olan ünsürlərdən təmizlənməli, azadlıq sahəsi genişləndirilməlidir. Demokratik dəyərlər fikir azadlığı sahəsinə daxil edilməlidir. Prezidentliyi (2000-2007) Sezər prezident seçilməzdən əvvəl ictimaiyyət tərəfindən tanınan şəxs idi. ANASOL-M (57-ci Türkiyə hökuməti) koalisiyası hökumət tərəfdaşlarının ( Bülənd Ecevit, Dövlət Baxçalı, Məsud Yılmaz) özlərinin və ya partiyalarından birinin namizədliyi ilə bağlı ortaq qərara gələ bilməməsi nəticəsində, dövrün təqaüdçü Konstitusiya Məhkəməsi sədri Sezər, Ecevitin təklifi ilə prezidentliyə namizəd olaraq gön plana keçib. 25 aprel 2000-ci ildə aralarında Koalisiya liderləri, eləcə də müxalifət liderləri Recai Kutan və Tansu Çillərin də olduğu 131 deputatın birgə təklifi ilə Sezərin prezidentliyə namizədliyi irəli sürülüb. Sezər beş partiyanın ortaq namizədi olsa da, ilk iki turda 367 səs tələbindən 281, daha sonra isə 314 səs topladı. 276 səsin kifayət etdiyi son tur mayın 5-də keçirilib və Sezər səsvermədə iştirak edən 533 deputatdan 330-nun səsini toplayaraq Türkiyənin 10-cu prezidenti seçildi. Süleyman Dəmirəldən sonra 2000-ci il mayın 16-dan prezident vəzifəsini Sezər icra etməyə başladı.ANASOL-M koalisiya hökumətinin 2000-ci ilin iyununda qəbul etdiyi 28 fevral Qərarlarında yer alan mürtəce fəaliyyətlərdə iştirak etdikləri aşkarlanan şəxslərin vəzifədən azad edilməsini asanlaşdıran qanunun qəbulu üçün Sezər uzun müddət gözləməli oldu. Hökumət iki dəfə yazılı açıqlama verərək “Konstitusiyaya uyğun” elan etdiyi fərmanın “hüquqi dövlət prinsipinə zidd” olduğu əsas gətirilərək, avqustun 8-də hökumət geri qaytarıldı. Ecevitin “imzalamaq məcburiyyətində qaldı” dediyi və səlahiyyətlərini aşmaqda günahlandırılan Sezər 14 səhifəlik əsaslandırma ilə 14 avqust 2000-ci ildə fərmanı ikinci dəfə Sezərə göndərdi. Lakin Sezər avqustun 21-də fərmanı ikinci dəfə hökumətə qaytardı. Ecevit fərmanı qanun layihəsi kimi Türkiyə Böyük Millət Məclisinə təqdim etməli olub. Daha sonra Sezər üç dövlət bankının özəlləşdirilməsini nəzərdə tutan fərmanı da geri qaytarıb. Bu ekstradisiyalar ANASOL-M koalisiya hökuməti arasında böhran yaradıb və koalisiya lideri Ecevit “Prezident özünü Konstitusiya Məhkəməsinin yerinə qoyur. Onun Nazirlər Şurası ilə dialoqa qapalı olması bizim şurada narahatlıqla qarşılandı. İqtisadi sabitlik təhlükə altındadır" açıqlamasını verdi. Sezər daha əvvəl veto qoyduğu Rahşan Amnistiyasının TBMM-də eyni formada qəbul edilərək yenidən önünə gəlməsi ilə sonra 21 dekabr 2000-ci ildə qanunu təsdiqlədi.19 fevral 2001-ci ildə MGK toplantısında o vaxtkı baş nazir Bülent Ecevidə konstitusiya kitabçasını atması ilə başlayan konstitusiya kitabçası böhranı ictimaiyyət tərəfindən "Qara çərşənbə" adlandırıldı. Bu böhran 2001-ci ildə Türkiyə iqtisadi böhranına çevrildi. 3 noyabr 2002-ci il seçkilərindən sonra o dövrdə siyasətdə qadağa qoyulan Rəcəb Tayyib Ərdoğanın konstitusiyanı dəyişdirərək millət vəkili olmasının yolunu açmaq üçün aparılan müzakirələrdə Sezər xəbərdarlıq edərək “qanunları siyasiləşdirmək əvəzinə, demokratiya və qanunun aliliyi prinsipləri ilə bir araya sığmayan şəxsi tənzimləmələrdən qaçaraq, siyasətin hüquq normalarına uyğun aparılmasına diqqət yetirilməlidir” deyə vurğuladı. Ancaq Ərdoğanın millət vəkili olmasına imkan yaradan konstitusiya dəyişikliyi 13 dekabr 2002-ci ildə parlamentdən keçdi. Sezer dekabrın 18-də buna veto verdi. Ancaq Sezər ikinci dəfə qarşısına çıxan konstitusiya dəyişikliyini bəyəndi və referendum keçirmək hüququndan da istifadə etmədi.Baxmayaraq ki, 2002-ci ildə Ədalət və İnkişaf Partiyası hökuməti seçilənə qədər hicablı deputatlar xanımlarını qəbullara dəvət edirdilər, lakin bu seçkidən sonra baş nazirin həyat yoldaşı da daxil olmaqla hicablı heç bir qadını Çankaya köşkünə dəvət etməməsi, Çankaya köşkündə ictimai məkan olduğunu deməsi, hicablı xanımın verdiyi qəbullara qatılmaması müzakirələrə səbəb oldu.Veto hüququndan ən çox istifadə edən prezident olan Sezər səlahiyyət müddəti ərzində ümumilikdə 67 qanun, 22 kabinet qərarı və 729 müştərək fərmanı geri qaytarıb. Onun səlahiyyət müddəti 2007-ci il mayın 16-da başa çatsa da, Ali Məhkəmənin keçmiş Baş prokuroru Sabih Kanadoğlunun toplantı yetırsayının 367 olması və Konstitusiya Məhkəməsinin də analoji qərar qəbul etməsi nəticəsində parlament yeni prezident seçə bilmədi və növbədənkənar seçkilər keçirildi. O, Abdullah Gülün prezident seçildiyi 28 avqust 2007-ci ilə qədər Türkiyənin onuncu prezidenti vəzifəsində çalışıb. O, prezidentliyi dövründə Ədliyyə Nazirliyinin təqdimatı ilə ona göndərilən 270 nəfərdən 260-nın amnistiyasını təsdiqləyib. Sezər həmçinin 20 adi cinayətkarı da əfv edib. Sezərin əfv etdiyi 13 terrorçu məhbus daha sonra bəzi əməllərində yenidən yaxalanıb. Əfv olunan məhbuslardan Ecevit Şanlı 2013-cü il fevralın 1-də ABŞ-ın Ankaradakı səfirliyinə intiharçı hücumu zamanı dünyasını dəyişib. Prezidentlikdən sonra Sezər prezidentlikdən getdikdən sonra ictimaiyyətə çox görünmədi və heç bir açıqlama da vermədi. Prezidentlikdən sonra keçirilən hər seçkidə səs verən Sezər, Kamal Kılıçdaroğlunun "Səsinizi verəcəksiniz" deməsinə cavab olaraq 2014-cü il prezident seçkilərində səs verməkdən imtina edib.15 oktyabr 2020-ci ildə, Konstitusiya Məhkəməsi üzvü Engin Yıldırımın Konstitusiya Məhkəməsi binasının fotosunu “İşıqlar yanır” adı altında ilə paylaşması nəticəsində Sezər, “13 oktyabr Ankaranın paytaxt olmasının 97-ci ildönümü idi, buna görə də bütün İctimai təşkilat və təşkilatların işıqları yanırdı" açıqlamasını verdi. 16 oktyabr 2020-ci ildə “Hürriyət”in köşə yazarı Əhməd Hakan Sezərin prezidentlikdən sonra bir çox açıqlamalar verməməsini tənqid etdi. 16 oktyabr 2020-ci ildə “Hürriyet”in köşə yazarı Ahmet Hakan Sezerin prezidentlikdən sonra bir çox açıqlamalar verməməsini tənqid etdi. 30 mart 2023-cü ildə keçirilən prezident seçkilərində prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə görüşən mətbuat mənsublarına açıqlama verən Sezər, "Ona uğurlar arzulayıram, bəsdirmi?" “Dəstəkləyirsinizmi” sualına “bəli” cavabını verib və Kılıçdaroğlunun namizədliyini dəstəklədiyini açıqlayıb. 1964-cü ildə Semra Kürümoğlu ilə evlənən Sezərin Zeynep (d. 1966), Ebru (d. 1973) ve Levənt (d. 1973) adlarında 3 uşağı vardır. Mükafat və medalları | https://az.wikipedia.org/w/index.php?curid=45931 |
Əhməd Nihad Əfəndi | Əhməd Nihad Əfəndi (5 iyul 1883, Konstantinopol – 4 iyun 1954, Beyrut) — Osmanlı sülaləsinin üçüncü rəisi, Osmanlı ordusunun zabiti və Osmanlı şahzadəsi. Şahzadə Əhməd Nihad Əfəndi 1883-cü ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan V Muradın oğlu Mehmed Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanım idi. Babasının taxtdan endirilib Çırağan sarayında həbs olunduğu illərində dünyaya gəlmişdi. Bu səbəblə o və digər qardaş-bacıları da babasının bu məhkum həyatına ortaq oldu. Sarayda nəzarət altında yaşasa da, xüsusi saray təhsili aldı. Demək olar ki, gənclik illərinə qədər burada nəzarət altında yaşadı. Nəhayət, 1904-cü ildə babası Sultan Muradın vəfatı ilə atasıyla birlikdə Çırağan sarayını bir daha geri dönməmək üzrə tərk etdi. Gələcəkdəki 7 il boyunca atasının kirayə aldığı köşklərdə yaşadılar. 1911-ci ildən sürgün olunduqları 1924-cü ilədək isə Beşiktaş rayonunun Sərəncəbəy səmtində öz ailəsi üçün inşa etdirdiyi villada yaşadı. Bu müddət ərzində Osmanlı ordusunda zabit olaraq xidmət etdi. Nişan-i Ali-imtiyaz və Xanədan-ı Ali-Osman nişanları ilə təltif olundu. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 41 yaşlı Əhməd Nihad Əfəndi və ailəsi əvvəlcə Budapeştə, bir neçə ay sonra isə cənubi Fransadakı Nitsa şəhərinə köçdü. Son Osmanlı sultanı VI Mehmed Vahidəddin ölkəni tərk etdikdən sonra Nitsada məskunlaşdığı üçün sürgündəki Osmanlı sülaləsi mənsubları da burada toplanmağa başlamışdı. Daha sonra isə 1937-ci ildə ölümünə qədər yaşayacağı Beyruta köçdü. Sürgündəki həyat xüsusilə də, maddi cəhətdən olduqca çətin idi. Ağır həyat şərtlərinə dözə bilməyən Əhməd Nihad Əfəndi iflic keçirdi və ömrünün sonuna qədər yataq xəstəsi oldu. 1944-cü ildə son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin üçüncü rəisi elan olundu. Beləliklə, XVI əsrdən bəri xəlifə olmayan ilk Osmanlı sülaləsi rəisi oldu. Taxta çıxmış olsaydı, Sultan IV Əhməd olaraq səltənətdə qalacaqdı. Bu münasibətlə, sürgündəki digər Osmanlı mənsubları hörmət əlaməti olaraq Əhməd Nihad Əfəndini xəstə yatağında ziyarət etdilər. Çox keçmədən 1954-cü ildə Beyrutda vəfat etdi və Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olundu. Xanımları, övladları, nəvələri Safru xanım (d. 15 avqust 1884, İzmir — ö. 15 noyabr 1975, İsgəndəriyyə) — 7 fevral 1902-ci ildə evləndilər. 1 övladı oldu. Əli Vasib Əfəndi (d. 13 oktyabr 1903 — ö. 9 dekabr 1983, İsgəndəriyyə) Nəzihə xanım Növrəstə xanım (d. 28 may 1895 — ö. 1980) — 10 aprel 1915-ci ildə evləndilər. Övladı olmadı. Arxivləşdirilib 2008-07-29 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=550899 |
Əhməd Niyazi bəy | Əhməd Niyazi bəy (türk. Resneli Ahmet Niyazi Bey; 1873, Resen – 17 aprel 1913, Vlyora) — 1908-ci ildə Gənc türklər inqilabına səbəb olan Osmanlı hərbi və siyasi xadimi, Gənc Türk. Etnik alban olan Niyazi bəy 1908-ci il Gənc türklər inqilabının və 1909-cu il 31 mart əks çevrilişinin yatırılmasının qəhrəmanlarından biri idi, çünki o, hər iki hadisədə baş rol oynayıb. Niyazi bəy həmçinin Resendə tikdirdiyi Fransız üslublu Saraj malikanəsi ilə də tanınır. Əslən alban olan Niyazi bəy 1873-cü ildə müasir Resen qəsəbəsində anadan olub. Hazırda qəsəbə Şimali Makedoniya Respublikasında yerləşir və buna görə də o, Resneli (Resenchanin) ləqəbini daşıyırdı. Hərbi xidmətdə olduğu müddətdə polkovnik-leytenant (kol-ağası) rütbəsinə çatıb. O, İttihad və Tərəqqi partiyasının Bitol komitəsi ilə əlaqəli idi. Niyazı bəy Makedoniya Gənc türkləri arasında fərqlənən nüfuzlu şəxslərdən sayılırdı. 3 iyul 1908-ci ildə Niyazi bəy rəhbərlik etdiyi özəklə Gənc türklər inqilabının başlanğıcını qoyan II Əbdülhəmid hökumətinə qarşı çıxdı.Niyazi bəy iyulun 5-də Debar, Prespa, Struqa, Rusen və Ohrid şəhərlərinin xristian əhalisinə müraciət edərək, sultanın mütləqiyyətinə qarşı mübarizədə gənc türklərlə birləşməyə çağırdı. Yane Sandanski Niyazi bəyi dəstəkləyən ilk makedoniyalı oldu. 1909-cu ildə Niyazi bəy Bosniyadan gələn müsəlman qaçqınlara kömək etmək üçün türk kəndlərində mühacir vergisi yığdı.. 1911-ci ildə Niyazi bəy Tripolitaniyada İtaliya-Osmanlı müharibəsində iştirak edib. Niyazi bəy 1913-cü il aprelin 17-də İstanbula gedərkən Vlore şəhərində Sultanın mühafizəçiləri tərəfindən öldürülür. Mümkün qətlin sifarişçilərinə gəldikdə, müxtəlif versiyalar mövcuddur. 1904-1912-ci illərdə Şimali Makedoniyanın Resen qəsəbəsində neoklassik üslubda Əhməd Niyazi bəy tərəfindən imarət inşa edilib. Mülahizələrə görə Versaldan poçt kartları qəbul etməyə başladıqdan sonra Fransız stilli əmlak istəyib. Sarayın inşası 1905-ci ildə başlamış və binanın xarici görünüşü Gənc türklər inqilabıından sonra, 1909-cu ildə tamamlanıb. Daxili işlər də daxil olmaqla, qalan hər şey Balkan müharibələrindən və 1922-ci ildə Birinci Dünya müharibəsindən bir neçə il sonra bitib. Sarayın memarlıq üslubu onu Makedoniyada unikal edir. Hal-hazırda binada muzey, qalereya və kitabxana fəaliyyət göstərir. Resen bələdiyyəsinin yerli əhalisi binanı "Saraj" olaraq adlandırır. Saray neoklassik memarlıq üslubunda inşa edilib. Bina 35 m (114 ft) yüksəkliyindəki hündür hissə və iki pəncərəsi ilə təmailə simmetrikdir. Bir zirzəmi, iki mərtəbə və mansardla birlikdə 7,800 m2 (83,958 ft2) sahəsi var. Binanın xarici divarları 60 santimetr qalınlığındadır. Xüsusilə fasadda zəngin heykəltəraşlıq detalları var. Dam əvvəlcə ağacdan hazırlanmışdı, lakin 1982-ci ildə aparılan təmir işləri zamanı bura polad profillərlə əvəz edilib. Knight, Edward Frederick. The Awakening of Turkey: A History of the Turkish Revolution. J.B. Lippincott Co. 1909. Resneli, Ahmet Niyazi. Hürriyet Kahramanı Resneli Niyazi hatıratı: hâtırat-ı Niyazi [Memoirs of the Hero of Freedom Resneli Niyazi: Niyazi's memoirs]. Örgün Yayınevi. 2003. ISBN 9789757651253. Resneli, Niyazi. Balkanlarda bir gerillacı: Hürriyet Kahramanı Resneli Niyazi Beyʼin anıları [A guerrilla in the Balkans: Hero of Freedom Ahmed Niyazi Bey's memoirs]. Çağdaş Yayınları. 1975. Saracoğlu, Ahmet Cemaleddin. Unutulan Meşhurlarımız: Resneli Niyazi [Our Forgotten Famous People: Resneli Niyazi]. Şema. 2006. ISBN 9789759158033. | https://az.wikipedia.org/w/index.php?curid=775695 |
Əhməd Nuri Öztəkin | Əhməd Nuri Öztəkin (türk. Ahmet Nuri Öztekin) (d. 1876, Bandırma – ö. 1951) — Türk əsgəri. Hərbi fəaliyyəti 1886-cı ildə hərbi məktəbə daxil olmuş və 1900-cü ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 25 avqust 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 12 apreldə 1928-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1951-ci ildə vəfat etdi. Medal və təltifləri "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 109. | https://az.wikipedia.org/w/index.php?curid=567359 |
Əhməd Nuri Əfəndi | Əhməd Nuri Əfəndi (19 dekabr 1878, Konstantinopol – 7 avqust 1944) — 34. Osmanlı sultanı II Əbdülhəmidin oğlu, Osmanlı şahzadəsi. Şahzadə Nuri Əfəndi 19 dekabr 1878-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun üçüncü xanımı Bədrifələk Qadınəfəndidir. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Burhanəddin Əfəndi ilə birlikdə sünnət edildi. Ardından onlarla birlikdə şahzadə məktəbində təhsil almağa başladı. Ardından Osmanlı hərb akademiyasına daxil olan Nuri Əfəndi ordu daxilində sürətlə yüksəlməyə başladı. Ulduz sarayı daxilində onun üçün xüsusi bir köşk təsis edildi. 1905-ci ildə atasıyla birlikdə cümə namazından qayıdarkən arabalarına bir bağlama atılmış, bunun bomba olmasından qorxan Nuri Əfəndi özünü arabadan çölə atmışdır. Bağlamanın bomba olmadığı anlaşılsa da, aldığı zədələrdən onurğa sütununda yırtıq əmələ gələn Nuri Əfəndi bu səbəblə bir neçə dəfə əməliyyat olundu. Ömrünün sonunadək bunun fəsadlarını daşıdı. Ancaq 1909-cu ildə atası Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sabiq sultanın İstanbulda qalan ailə üzvləri isə Ulduz sarayından atıldılar. Nuri Əfəndi və qardaşı Səlim Əfəndi bir müddət bacıları Zəkiyə Sultanın köşkündə yaşadılar. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Nuri Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Nitsa şəhəri oldu. Qısa zaman içində maddi çətinliyə düşən Nuri Əfəndi müxtəlif işlərlə məşğul oldu. Sabun bişirib satmış, küçələrdə piano çalaraq yaşamağa çalışmışdır. Nəhayət, 7 avqust 1944-cü ildə bir parkda aclıqdan öldü. Cibindən çıxan məktubda, müsəlman adətiylə dəfn olunmaq istədiyini vəsiyyət etmişdir. 1900-cü ildə çərkəz əsilli Fəxriyə Zişan xanımla (d. 1883 - ö. 1940) evləndi. Cütlük bir-birini çox sevsə də, övladları olmadı. 1919-cu ildə aralarında yaranan anlaşmazlıq səbəbilə ayrılsalar da, rəsmi olaraq boşanmadılar. Hətta 1924-cü ildə sürgün əsnasında Fəxriyə xanım məcbur olmadığı halda, əriylə birlikdə ölkədən getdi. Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. Osmanoğlu, Ayşe (2000). Babam Sultan Abdülhamid. Mona Kitap Yayinlari. ISBN 978-6-050-81202-2 Yılmaz Öztuna (2008). II. Abdülhamîd: zamânı ve şahsiyeti. Kubbealti Publishing. p. 234. ISBN 978-97564-446-27 Pazan, İbrahim (2008). Son saraylı: Şehzade Osman Ertuğrul Efendi. Babıali Kültür Yayıncılığı. p. 18. ISBN 978-9-944-11894-1 Ömer Faruk Yılmaz (2002). Sultan Abdülhamit Han'ın harem hayatı. Eylül Yayınları. p. 108. ISBN 978-975-6597-15-6 Hall, Richard C. (October 9, 2014). War in the Balkans: An Encyclopedic History from the Fall of the Ottoman Empire to the Breakup of Yugoslavia. ABC-CLIO. pp. 1–2. ISBN 978-1-610-69031-7 | https://az.wikipedia.org/w/index.php?curid=744797 |
Əhməd Nurmambet | Əhməd Nurmambet — Dobrucada anadan olmuş Krım tatarı. O, rumın ordusunda xidmət etmişdir. Əhməd Nurmambet tanınmış xalq musiqiləri ifaçısı Qədriyyə Nurmambetn atası və polkovnik Refiyik Qadirin bacısı oğlu olmuşdur. Əhməd 1893-cü ildə Avstriya-Macarıstanda anadan olmuşdur. Onun dayısı olan polkovnik Refiyik Qadir onu hərbi karyera qurmağa yönəltmiş və 1900-cu ildə Əhməd İaşidəki hərbi məktəbdə təhsil almağa başlamışdır. Bazargicdə o, Kazarnadan olan Pakizə ilə tanış olmuş və onunla 1931-ci ildə evlənmişdir. Bu evlilikdən onların ik övladı olmuşdur: Qədriyyə və Çingiz. Qızı Qədriyyə Nurmambet tanınmış musiqi ifaçıs olmuş və "Dobruca bülbülü" ləqəbi ilə tanınmışdır. Əhməd Nurmambetov 1953-cü ildə vəfat etmişdir. 1909-cu ildə buradakı təhsilini tamamladıqdan sonra leytenant rütbəsində rumın ordusunun süvari birliklərində xidmət etməyə başlamışdır. Birinci Dünya müharibəsi zamanı XII Roşiori alayında xidmət etmiş və ön cəbhədə Oytuz və Maraşeşti döyüşlərində iştirak etmişdir. Müharibədən sonra , 1920-cı illər boyunca rumın ordusunun yenidən təşkil edilmə prosesi boyunca onun alayı IX piyada diviziyasının 40-cı piyada alayına qatılmışdır. Bu zaman diviziya Konstansada yerləşirdi, lakin sonradan Bazargicə transfer edilmişdir . Oituz və Mărăşeşti döyüşlərində cəbhədə vuruşan 12-ci Roşiori alayının 1-ci Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra iyirminci illərdə Rumıniya Ordusunun yenidən təşkili ilə onun alayı əvvəlcə Konstanada yerləşdiyi 9-cu Piyada Diviziyasının 40-cı Piyada alayına qoşuldu, lakin sonradan Bazarjicə (indiki Dobrich, Bolqarıstan) köçürüldü. Bazargicdə Kavarnadan olan Pakize ilə görüşdü. 1931-ci ildə iki uşağı dünyaya gəlmişdir: Kadriye və Cengiz. II Dünya müharibəsinin başlanğıcında, 1940-cı ildə Rumıniya Cənubi Dobrucanı Boqlarıstana verdi. Bundan sonra Əhməd Nurmambet Medgidiyadakı qarnizonun komandanı təyin edildi və ailəsi ilə birlikdə ora getdi.Bundan sonra da öz uğurlu hərbi karyerasını davame tdirən Əhməd bu dövr ərzində müxtəlif medal və ordenlərlə mükafatlandırılmışdır. Həmçinin bax Qədriyyə Nurmambet Refiyik Qadir Krım tatarları | https://az.wikipedia.org/w/index.php?curid=634162 |
Əhməd Nurəddin Əfəndi | Əhməd Nurəddin Əfəndi (22 iyun 1901, Yıldız Sarayı – 1944, Paris) — 34. Osmanlı sultanı II Əbdülhəmidin altıncı oğlu, Osmanlı şahzadəsi. Atası Sultan Əbdülhəmidin səltənətində 22 iyun 1901-ci ildə Ulduz sarayında dünyaya gəldi. Anası əslən gürcü olan Behicə xanım idi. Əkiz qardaşı Bədrəddin Əfəndidən bir neçə dəqiqə böyük idi. Yumurta əkizi olan qardaşından fərqlənməsi üçün birinə qırmız, digərinə mavi lent bağlanırmış. Ancaq əkiz tayı olan qardaşı Bədrəddin Əfəndi 2 yaşlarında meningitdən vəfat etdi və Yəhya Əfəndi məzarlığındadır. 8 yaşında ikən atası Sultan Əbdülhəmid 31 mart hadisələrinin ardından taxtdan endirildi. Ulduz sarayına basqın tərtibləyən üsyançı birliklər Sultan Əbdülhəmidi 5 xanımı, 3 qızı və 2 oğluyla birlikdə arabalara mindirib Salonikiyə sürgünə göndərdilər. Ancaq üsyan səbəbilə hərəm qapıları kilidləndiyi üçün sultanın ailəsinin bir qismi sarayda qaldı ki, bunlardan biri də Nurəddin Əfəndi idi. Yaranan qarışıqlıqda fəsini itirdiyi üçün başı açıq atasının hüzuruna çıxmaqdan çəkinən balaca şahzadə arabaya gecikmişdi.Ulduz sarayı boşaldılmış, bütün əşyalar və cəvahiratlar əsgərlər tərəfindən yağmalanmışdı. Burada yaşayan hər kəs — xidmətçilər, ağalar, sultanın xanımları və övladları saraydan atıldı. Nurəddin Əfəndi bir müddət böyük qardaşı Səlim Əfəndinin yanında qalmış, daha sonra anasıyla birlikdə babasının Beşiktaşdakı evinə sığınmışdır. Ardından bir mənzilə köçən ana-oğulun uzun mübarizədən sonra Maslak köşkündə məskunlaşmalarına icazə verildi. Nurəddin Əfəndi Almaniyada təhsildə ikən, Birinci Dünya Müharibəsinin itirilməsinin ardından buranı tərk etdi və bacısı Ayşə Sultanın yanına İsveçrəyə getdi. Ardından bacı-qardaş birlikdə İstanbula qayıtdı. 5 may 1919-cu ildə 18 yaşında ikən atasının yavərlərindən abxaz əsilli Hüsnü Paşanın qızı Ayşə Əndəlib xanımla (1902–1980) evləndi. Ancaq bu evlilik ailə mənsubları tərəfindən qəbul edilmədi. Buna baxmayaraq qardaşı Əbdürrəhim Əfəndinin nikah günü, o da sevdiyi xanımla nikahlandı. Bəzi ailə mənsubları şahzadənin yaşının az olması səbəbilə bu evliliyə şübhəylə yanaşdılar. Belə ki, yayılan şayələrə görə, Əndəlib xanımın qardaşı Cəlal bəy, guya Behicə xanımı sevirdi və bu nikah bunu ört-bas eləmək məqsədilə bağlanmışdı. Əslində isə Cəlal bəy Behicə xanımın həm kəndxudası, həm də yerlisi idi. Üstəlik dul qalmaması üçün kağız üzərində Cəlal bəylə nikahlanmışdı. Ancaq bu nikah sadəcə kağız üzərində qalmışdı. Sürgün illəri Nurəddin Əfəndi süvari başleytenantı ikən xanımı Əndəlib xanım və lələsi Xəlil İsmayıl Haqqı bəylə birlikdə sürgünə getdi. Anası Behicə xanım və Əndəlib xanımın qardaşı Cəlal bəy də məcbur olmadığı halda şahzadəylə birlikdə getdi. Roma, Nitsa və Neapolda yaşamış, bu müddət ərzində Əndəlib xanımın cəvahiratlarını sataraq dolanmışdılar. Bundan başqa Behicə xanımın anası Nazlı xanım da bəzi vaxtlar cüzi də olsa pul göndərirdi. Sonralar Nurəddin Əfəndi anasını Neapolda Cəlal bəyə tapşıraraq, çalışmaq məqsədilə Parisdə yaşayan bacısı Şadiyə Sultanın yanına getdi. Ancaq münasib bir iş tapa bilmədi və digər qardaşları kimi, o da musiqiçiliklə məşğul oldu. İkinci Dünya Müharibəsinin başlamasının ardından xanımını da alaraq daha sakit olan İspaniyaya yola düşsə də, yolda xanımı ağır xəstələnmiş, bu səbəblə Parisə geri dönmüşdür. Ancaq çox keçmədən özü də xəstələnmiş və 2 iyun 1945-ci ildə Parisdə vərəmdən vəfat etmişdir. Cənazəsi Bobigny Müsəlman məzarlığına dəfn edilmişdir. Maraqlı faktlar Nurəddin Əfəndi ilə Əndəlib xanımın yeganə övladları olan Mehmed Bədrəddin isə Parisdə qundaqda ikən vəfat etmişdi. Başqa övladları olmamışdır. Sürgünə gedərkən sərhəddə peyvənd edildiyini söyləyən Əndəlib xanım, bu səbəblə övladlarının olmadığını söyləmişdir. Ayşə Sultanın xatirələrinə görə, xəlifə Əbdülməcid Əfəndinin ölümündən sonra cənazəsini yuyan 3 şəxsdən biri də Nurəddin Əfəndi olmuşdur. Oktay, İsmail Hakkı. "Yanya’dan Ankara’ya". İstanbul 1975, s. 451; Öztuna, Yılmaz. "Büyük Türkiye Tarihi", İstanbul 1979, 8/174. Adra, Jamil. "İki Şehzadeler", İstanbul 2019. | https://az.wikipedia.org/w/index.php?curid=622293 |
Əhməd Nurəddin Əfəndi (Əbdülməcidin oğlu) | Əhməd Nurəddin Əfəndi (31 mart 1852, Çırağan sarayı, Konstantinopol və ya Osmanlı imperiyası – 3 yanvar 1884, Konstantinopol və ya Osmanlı imperiyası) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu, Osmanlı şahzadəsi. Şahzadə Nurəddin Əfəndi 31 mart 1852-ci ildə Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcid, anası isə onun xanımlarından Mehtab Qadınəfəndidir. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Rəşad Əfəndi, Kəmaləddin Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Atasının vəfatı və əmisi Əbdüləzizin taxta çıxmasının ardından anasıyla birlikdə Fəriyə sarayında yaşamağa başladılar. 1864-cü ilin fevralında əmisi oğlu İzzəddin Əfəndiylə birlikdə Osmanlı hərbi məktəbində təhsil almağa başladı. Gələcəkdə sədarətə yüksələcək olan Əhməd Muxtar Paşadan dərslər aldı. Təhsilini tamamladıqdan sonra 19 yanvar 1865-ci ildə Osmanlı ordusunda xidmət etməyə başladı və ertəsi il baş kapitan rütbəsinə yüksəldi. Buna baxmayaraq daha sonra hərbi fəaliyyətini dayandırdı. 1873-cü ildə qardaşları Murad Əfəndi və Kəmaləddin Əfəndiylə birlikdə Mason təşkilatına üzv oldu. Tutulduğu vərəm xəstəliyi səbəbilə Nurəddin Əfəndi 3 yanvar 1884-cü ildə vəfat etdi və cənazəsi Yeni Məsciddə Validə Turhan Sultan türbəsinə dəfn olundu. 1870-ci ildə Nazlı Əmsal xanımla (d. 1852 - ö. 1871) evləndi ancaq xanımı bir il sonra vəfat etdi. Bir daha evlənmədi və övladı olmadı. Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. p. 210. ISBN 978-9-754-37840-5 Sakaoğlu, Necdet (2001). Avrupalılaşmanın yol haritası ve Sultan Abdülmecid. DenizBank Yayınları. DenizBank. p. 109. ISBN 978-975-7104-50-6 Özer, İlbeyi (2005). Avrupa yolunda batılaşma ya da batılılaşma: İstanbul'da sosyal değişimler. Truva Yayınları. p. 29. ISBN 978-9-756-23734-2 Arslan, Mehmet (2008). Osmanlı saray düğünleri ve şenlikleri: Manzum sûrnâmeler. Sarayburnu Kitaplığı. p. 329. ISBN 978-9-944-90563-3 Tugay, Emine Foat (1974). Three Centuries; Family Chronicles of Turkey and Egypt. Greenwood Press. p. 9. ISBN 978-0-8371-7117-3 Brookes, Douglas Scott (January 1, 2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. p. 69 n. 44. ISBN 978-0-292-78335-5 Zarcone, T.; Zarinebaf, F. (1993). Les Iraniens d'Istanbul. Bibliothèque iranienne. Institut français de recherches en Iran. p. 39. ISBN 978-2-906053-32-8 Öztuncay, B. (2003). The Photographers of Constantinople: Text & photographs. Photographers of Constantinople / Bahattin Öztuncay. Aygaz. p. 244. ISBN 978-975-296-052-7 Yılmaz Öztuna (2008). II. Abdülhamîd: zamânı ve şahsiyeti. Kubbealti Publishing. p. 238. ISBN 978-97564-446-27 Ünlü, Hasan (2019). Veliahd Yusuf İzzeddin Efendi (1857-1916) (Thesis). Mimar Sinan Fine Art University Institute of Social Sciences. p. 25 | https://az.wikipedia.org/w/index.php?curid=744720 |
Əhməd Nəhavəndi | Əhməd ibn Məhəmməd Nəhavəndi (fars. احمد نهاوندى; Nahavənd, Həmədan ostanı – 845) — VIII—IX əsrlərdə yaşamış fars astronomu. Onun adı İranın Nəhavənd şəhərindən olduğunu göstərir. O, 803-cü ildə vəfat edən Yəhya ibn Xalid ibn Bərməkin dövründə İranın Xuzistan regionunda yerləşən Gündişapur Akademiyasında yaşamış və işləmişdir. O, "Müştəmil" adlı cədvəllər də tərtib etmişdir. Nəhavəndi və Maşallah ibn Azəri ikinci Abbasi xəlifəsi Mənsurun hakimiyyəti dövründə çiçəklənən ən erkən islam dövrünün astronomlarından idi. | https://az.wikipedia.org/w/index.php?curid=786647 |
Əhməd Obalı | Əhməd Obalı — Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir. O, gənc yaşlarında İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalmış və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-yə mühacirət etmişdir. Əhməd Obalı 1 aprel 1961-ci ildə İranın Ərdəbil ostanına bağlı Meşkinşəhrdə, fermer ailəsində dünyaya gəlmişdir. Muğan şahsevənlərindən olan Əhməd Obalı orta təhsilini Meşkinşəhrdə almış, uşaqlığının böyük hissəsi də elə burada keçmişdir. Hal-hazırda ABŞ-nin Çikaqo ştatında yaşayır.Evlidir və bir oğlu var. Mühacirət və siyasi fəaliyyəti O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak etmiş, tələbə hərəkatlarına qoşulmuşdu. İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilmişdir. Ailəsi 53 gün sonra həm təzminat qarşılığında, həm də xəstə anasını görməsi üçün onu həbsdən çıxartmış, ancaq idarəçilik ölkədən qaçacağı təqdirdə, Obalının qardaşını həbs edəcəyini bildirmişdi. Buna baxmayaraq, o və qardaşı 1982-ci ildə böyük çətinliklərlə Türkiyəyə qaça bilmişdi. Qardaşların planı o vaxt mühacir qəbul edən Bolqarıstan və ya Yuqoslaviyaya keçmək idi, ancaq Əhməd Obalının qardaşı Türkiyədə qaldı və daha sonra 1985-ci ildə İrana qayıtdı.Əhməd Obalı ilk olaraq qatarla Belqrada, buradan təyyarə ilə Stokholma getdi. Ancaq Stokholmda hava limanında sənədləri yoxlanılarkən, pasportunun vizasız olduğu görüldü. Nəticədə, İsveç polisi onu Yuqoslaviyaya deportasiya etməyə qərar verdi. Belqrada deportasiya edilən Obalı burada UNHCR ilə əlaqə yaradaraq 10 ay Belqradda yaşadı. Təşkilat vasitəsilə Romaya köçən Əhməd Obalı burada qəzet sataraq 1 il yaşadı və nəhayət, ABŞ-yə köçmək üçün lazım olan sənədləri əldə edə bildi. O, 26 noyabr 1985-ci ildə 24 yaşında Kaliforniya ştatının San-Dieqo şəhərinə gəldi. Burada katolik xeyriyyə cəmiyyətlərinin köməyi ilə günlük işlər tapdı. Bir evin qarajında yaşayan Obalı green card qazana bildi. 1986-cı ilin martında qohumları ilə birlikdə Çikaqo ştatına gəldi və burada ofisant, ərzaq və qida meneceri kimi işlədi. Maaşından qənaət etdiyi pullarla burada imtahan girdi və İllinoys Universiteti film araşdırmaları sahəsində bakalavr təhsili aldı. Bir neçə il sonra ABŞ vətəndaşı olan Əhməd Obalı rəsmi sənədlərdə olan fars mənşəli Sadat soyadını Obalıya dəyişdi.Növbəti illərdə o, siyasi olaraq yaxın bildiyi insanları ətrafına toplamağa çalışsa da, bu çox effektiv olmadı. Obalı 1998-ci ildə Dünya Azərbaycanlıları Konqresinin ikinici qurultayına təşkilatçılıq etdi və konqresin idarə heyətinə seçildi. BMT-nin İnsan Hüquqları qrupları ilə də əməkdaşlıq edən milli fəal İran azərbaycanlılarının problemlərindən danışa biləcəyi televiziya kanalı qurmağa qərar verdi. Güney Azərbaycan Televiziyası (GünAz TV) 2004-cü ildə Əhməd Obalı tərəfindən təsis edildi. Çikaqodan yayımlanan və 14 aylıq planla başlayan kanal ilk başlarda İrandan gələn gizli zəngləri qəbul edərək fəaliyyət göstərirdi. Təzyiqlərə məruz qaldığını deyən siyasi-ictimai fəallar burada fikirlərini deyirdi. 2007-ci ildə kanalın Azərbaycan bürosu fəaliyyət göstərməyə başladı. Bundan sonra Almaniya, Hollandiya və Kanadada yerli bürolar yaradıldı. Əhməd Obalının sözlərinə görə, İran-Türkiyə münasibətlərinə xələl gətirməmək üçün Türkiyədə büro yaradılmayıb.Kanalın maliyyələşdirilməsi xaricdə yaşayan azərbaycanlılar hesabına aparılır. Həmçinin bax Qulamrza Səbri Təbrizi | https://az.wikipedia.org/w/index.php?curid=9332 |
Əhməd Oktay | Əhməd Oktay, (d. 21 Yanvar 1933, Ankara - ö. 3 Mart 2016, İstanbul) Türk şair, yazar, qəzetçisi. Əsl adı Əhməd Oktay Börtəcənə olan, lakin soyadından istifadə etməyən Əhməd Oktay 1933-cü ildə Ankarada dünyaya göz açmışdır. Yazmağa orta məktəbdən etibarən başlamışdır. İlk şeiri 1949-1950-ci illər arasında "Gerçək" dərgisində dərc olunmuşdur. Təhsilini yarımçıq qoyaraq işləməyə başlamışdır. Əhməd Oktay, 1950-ci illərdə Mavi Hərəkatı içində yer almış və eyniadlı dərgidə yazıları və şeirləriylə güclü təsir bağışlamışdır Dərgidəki bir yazısında Orxan Vəlini "Orxah Vəli əskik öncü bir şair" olaraq adlandırmışdır. 1961-ci ildə "Yeni İstanbul" qəzetinin Ankara bürosunda "parlament müxbiri" olaraq peşəkar qəzetçiliyə başladı. Müxtəlif qəzetlərdə və "TRT Xəbər Mərkəzi"ndə müxbirlik, xəbər rəhbərliyi etdikdən sonra 1982-ci ildə TRT`dən təqaüdə çıxdı. Bir müddət də Milliyət qəzetində işləməyə davam edən Əhməd Oktay 1993-cü ildə vəzifəsindən ayrılaraq özünü bütünlüklə yazılara verdi. Başlanğıcda yazdığı şeirlərlə Əhməd Arif şeirindən təsirləndiyi hiss olunsa da, 1960-cə illərdən sonra ictimai gerçəkçiliyi ilə İkinci Yeniyə doğru yönəldi. Şeirlərində dastanı bir tərzdən istifadə etmiş, zəngin kəlmə bazasıyla ilə özünü bəlli edən bir üslubda şeirlər qələmə almışdır. Şeir kitablarından olan və seçilən Yol Üstündəki Səməndər (1987) "Behcət Nəcatigil "Şeir Mükafatı almağından daha ziyadə daşıdığı isminə görə məşhurluq qazanmışdır. Hər bir şeirində intihar etmiş bir şairi şeirə çevirmiş və o şairi üslubu ilə öz üslubunun qarışığından mükəmməl bir üslub meydana gətirmişdir.Türkiyədə bir çox şeirpərəst bu şeir kitabı vasitəsiylə müəmmalı qalan Türk və əcnəbi şairlərini fərqli yönləriylı tanımağa müvəffəq olmuşlar. Oktay 3 mart, 2016-cı ildə vəfat etmişdir. Mükafatları 1965 Yedditəpə Şeir Ərmağanı, Hər Üz Bir Öykü Yazıçı ilə 1987 Nəcatigil Şeir Ərmağanı, Yol Üstündəki Səməndər ilə 1991 Türkiyə Yazarlar Birliyi İlin Şairi Mükafatı, Ağıtlar və Təriflər ilə 2002 Akdeniz Altun Portağal Şeir Mükafatı, Xəyalətə Tərif ilə 2012-ci ildə Türkiyə Qəzetçilər Cəmiyyəti Burxan Fələk Xidmət Mükafatı Kölgələri Kullanmaq (1963) Her Üz Bir Öykü Yazar (1964) Dr. Qaliqarinin Qayıdışı (1966) Sürgün (1979), Sürdürülən Bir Mahının Tarixi (1981) Qara Bir Zamana Alınlıq (1983) Yol Üstündəki Səməndər (1987) Ağılar və Təriflər (1991) Bir Sanrı Üçün Gecə Musiqisi (1993) Toplu Şeirlər (1995) Gözüm Səyirdi Vaxtdan (1996) Söz Acıda Sınandı (1996) Az Qaldı Qışa (1996) Xəyalətə Tərif (2001) İncələmə/Araşdırma Bir Yazının Axtarışları (2001) Yazı, Ünsiyyət, İdeologiya (1982) Yazılanla Oxunan (1983) İctimai Gerçəkçiliyin Qaynaqları (1986) Kültür və İdeologiya (1987) İctimai dəyişiklik və media (1987) Qərənfil və Pranqa (1990) Raffaello'nun Dirənişi (1990) Zamanı Sorğulamaq (1991) Qəbul və rədd (1992) Şair ilə Qurtarıcı (1992) Sənət və Siyasət (1993) Cümhuriyyət Dövrü Ədəbiyyatı-1923/1950 (1993) Türkiyədə Populyar Kültür (1993) Media ve Hedonizm (1995) Şiddət, Söz, Həyat (1995) İnsan, Yazar, Kitab (1995) İsrafilin Suru (1997) Şeytan, Mələk, Soytari (1998) Siyasi İslama Etirazlar (2000) Postmodernist Təxəyyülə Etirazlar (2000) Şairin Qanı (2001) Romanımıza Nə Oldu? (2004) Xatirə/Söhbət Gizli Çəkməcə (1991) Gecə Dəftəri (1998) Qurd Dişi (1971 ve 1973-cü illərdə Dövlət Teatrlarında səhnələşdirilmişdir). Şablon:Mənbə | https://az.wikipedia.org/w/index.php?curid=471869 |
Əhməd Orucoğlu | Əliyev Əhmədağa Orucəli oğlu (Əhməd Orucoğlu) — Azərbaycan yazıçı-dramaturqu. Əhməd Orucoğlu 1951-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bakının Binə kəndindəki 121 saylı otra məktəbdə alıb. Məktəbi bitirdikdən sonra 1966-cı ildə 3 saylı Bakı tibb məktəbinə daxil olub. 1970-ci ildə İncəsənət Dövlət İnstitutunun mədəni-maarif fakultəsinə daxil olub. 1974-cü ildə hərbi xidmətə gedib. Hərbi xidmətdən qayıtdıqdan sonra Artyom və Suraxani Mədəniyyət saraylarında və Tibb işçiləri evində bədii rəhbər vəzifəsində çalışıb. 1982-ci ildə Azərbaycan Dövlət Televiziyasının buraxılış şöbəsində redaktor vəzifəsində çalışıb. Sonradan ədəbi-dram verilişlərində "Səhər görüşləri" proqramına redaktor vəzifəsinə keçirilib. Əhməd Orucoğlu ondan çox yeni il "Mavi işıq" proqramının, həmçinin novruz şənliklərinin ssenari müəllifidir. Bundan başqa Nəsibə Zeynalovaya həsr olunmuş "Qeyri-adi görüşlər" daha sonra "Təsəvvür edirsiz,Yaşar Nuri", "Qrammafondan videomaqnitafonadək" verilişlərinin ssenari müəllifi, "Köhnə saat", "Qonşular", "Təzə qonşular" televiziya tamaşalarının müəllifidir. Əhməd Orucoğlu 1993-cü ildən "BMT" telekanalında musiqili-əyləncəli verilişləri departamentinin rəhbəri, 2000-ci ildə isə "ABA" telekanalının baş prodüseri vəzifəsində çalışıb. "ABA" telekanalında yayımlanan "Bu axşam", "Nəm-nəm", "Necəsən dostum", "Qaraj-Ramiz Əzizbəylinin iştirakı ilə", "Şirin, Şəkər" uşaqlar üçün əyləncəli proqram, "Marafon", "Novruz boxçası", "Yeni il şənliyi" və.s. verilişlərinin ssenari müəllifi olub. 2001-ci ildə "Lider" televiziyasında Azərbaycan televiziya məkanında ilk dəfə olaraq intellektual veriliş olan "Teletime" proqramının ideya müəllifi və qrup rəhbəri olub. Həmin illərdə "Lider" televiziyasında "Nəm-nəm" verilişinin yeni formatda, yeni il şənliklərinin ssenari müəllifi, "Səhər" proqramının baş redaktoru olub. Əhməd Orucoğlu 2007-ci ildən yenidən Azərbaycan Dövlət Televiziyasinda fəaliyyətini davam etdirir. Burada "Gülməşəkər", "Benefis", "Bu axşam", "İnlellekt", "1001 sual" verilişlərinin müəllifidir. 2013-cü ildə "Min bir sual" intellektual proqramı MDB ölkələrinin televiziya proqramları arasında "TEFİ" mükafatına layiq görülüb. "Min bir sual" intellektual oyunu Azərbaycan televiziya müstəvisində "TEFİ" mükafatına layiq görülən ilk proqramdır. 2013-2020 illərə qədər AzTV-də "Görüş yeri" tok-şousunun layihə rəhbəri olub. Əhməd Orucoğlu yaradıcılığa yumoristik hekayələr və pyeslərlə başlamışdır. İlk yazdığı "Qonşular" komediyası 1981-ci ildə, daha sonra "Yeni qonşular" və "Qaynana əməliyyatı" komediyası televiziyada lentə alınmışdır. Sonradan 1993-cü ildə "Pul dəlisi, "Məhəbbət bir bəladır", "Nənənin kələyi", "Açarlarını itirənlər" komediyaları Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. Bundan savayı "Oğru" və "Açarlarını itirənlər" komediyası Lənkəran teatrında, "XXB" komediyası İrəvan teatrında, "Açarlarını itirənlər" komediyası Sumqayıt teatrında, "Nənənin kələyi" və "Qaynana əməliyyatı" komediyaları Dağıstan teatrında, "Nənənin kələyi" komediyası" Mingəçivir teatrında, "Sonuncu seriya", "Pul dəlisi" komediyaları Qazax teatrında tamaşaya qoyulmuşdur. Əhməd Orucoğlu uşaqları da yaddan çıxarmayıb onlar üçün "Zınqırovlu pişik" pyesini yazıb. Həmin pyes 2010-cu ildə Abdulla Şaiq adına Kukla teatrında, 2011-ci ildə isə Qax teatrında tamaşaya qoyulub. Bundan savayı Əhməd Orucoğlu Səttar Bəhlulzadəyə həsr olunmuş "Sonuncu Dərviş", "Kişiləri qoruyun" filmlərinin və "Bakı qalaları", "Susmayan vicdan" sənədli filmlərinin ssenari müəllifidir. Hazırda Əhməd Orucoğlunun rəhbərlik etdiyi "Dövran" teatrı fəaliyyət göstərir. Bu teatırda "Açarlarını itirənlər", "Gülməliyik" və "Kvartet-şou" tamaşaları oynanılır. Əhməd Orucoğlunun bu illər ərzində 7 kitabı işıq üzü görüb. Bunlar "Əncir yarpağı", "Qaynana əməliyyatı", "Gülməsən tez qocalarsan", "Gülməliyik", "Dəlixanada toy", "Monoloqlar, Novellalar, Komediyalar", "Necəsən, dostum?" kitablarıdır. Əhməd Orucoğlu bu günə kimi 16 komediyanın müəllifidir. "Pul dəlisi" "Məhəbbət bir bəladır" "Qaynana əməliyyatı" "Nənənin kələyi" "XXB-Xeyirxah xidmətlər bürosu" "Açarlarını itirənlər" "Sonuncu seriya" "Robort ər" "Qulluqçu axtarıram" "Komediya həmişə dəbdədir" "Kişilərı qoruyun" "Zınqırovlu pişik" (uşaqlar üçün) "Kuku" (uşaqlar üçün) ""Meşədə hadisə" (uşaqlar üçün) Filmoqrafiya "Qayınana" əməliyyatı (televiziya tamaşası, 1999) "Kişiləri qoruyun" (film, 2006) "Qeyri-adi görüşlər" (televiziya tamaşası, 1988) "Sonuncu dərviş" (bədii film, 2009) "Bakı qalaları" (sənədli film, 2015) "Susmayan vicdan" (sənədli film, 2016) "Köhnə saat" (televiziya tamaşası, 1985) | https://az.wikipedia.org/w/index.php?curid=35043 |
Əhməd Oğuz | Kərimov Əhməd Musa oğlu (Əhməd Oğuz; 13 noyabr 1961, Qızıl Şəfəq, Kalinino rayonu – 31 avqust 2021, Bakı) — şair, ssenari müəllifi, kino redaktoru, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində fəhlə ailəsində anadan olmuşdur. Doğma kəndində orta məktəbi bitirmişdir (1978). Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1978—1982). Azərbaycanın Quba rayonunun Hacıqaib və Ermənistanın Kalinino rayonunun Soyuqbulaq kəndlərində dil və ədəbiyyat müəllimi işləmişdir (1985—1989). Ermənistanda ata-baba yurdundan zorla qovulduqdan sonra "Azərbaycan" qəzeti redaksiyasında müxbir olmuşdur (1989-1990). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olsa da, bir ildən sonra qiyabi şöbəsinə dəyişilmişdir (1991). "Xəzər" jurnalında şeir şöbəsinə rəhbərlik etmişdir (1991—1992). "Oğuz eli" qəzeti redaksiyasında məsul katib olmuşdur (1992—1993). Hazırda Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında söz şöbəsinin müdiri vəzifəsində çalışır (1993-cü ildən). Bədii yaradıcılığa erkən başlasa da, ilk şeirləri keçən əsrin 80-ci illərinin əvvəllərindən "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində müntəzəm çap olunmuşdur. "Nar ağacı" adlı ilk şeri 1981-ci ildə "Ulduz" jurnalının üçüncü sayında dərc edilmişdir. "Azərbaycantelefilm" yaradıcılıq birliyində onun ssenariləri əsasında bir neçə sənədli fılm ("Bağlı qapı", "O quzeylər" və b.) çəkilmişdir. "Bağlı qapı" sənədli filminə görə "Humay" mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür (1998). İlk şeirlər kitabı - "Hara gedirsiniz dağlar?" 1998-ci ildə nəşr edilmişdir. Türkiyədə keçirilən "Türk xalqları şeir şöləni"ndə Azərbaycan poeziyasını təmsil edən nümayəndə heyətinin tərkibində olmuşdur. Filmoqrafiya Abbas Səhhət (film, 2007)(qısametrajlı sənədli film)(Aztv)-redaktor Almas Yıldırım (film, 2004) Cümhuriyyət generalları (film, 2006) Deportasiya (film, 2001) Deportasiya. II Film (film) Deportasiya. III Film (film) Deportasiya. IV Film (film) Deportasiya. V Film (film) Deportasiya. VI Film (film) Deportasiya. VII Film (film) Hədiyyələr, həyəcanlar... (film, 2007) Xalq rəssamı Kamil Əliyev. İlmələrdə yaşayan ömür (film, 1999)(tammetrajlı sənədli film)(TV) Kamil (film, 1997) Qəmbər Hüseynli (film, 2007) Qız qalası (film, 2000) Naməlum səs (film, 1997) O quzeylər (film, 2000) Oyun (film, 2003) Uluxanlı məktəbi (film, 2007) Zəlimxan dastanı (film, 2007) Mən bir Turan yolçusuyam... (2010) Adım Ələsgərdir, Göyçə mahalım... (film, 2014) | https://az.wikipedia.org/w/index.php?curid=38879 |
Əhməd Paşa (Məmlük) | Əhməd Paşa (Ərəbcə: أحمد باشا, Osmanlıca: أحمد پاشا; 1723 – 1747) — Osmanlı Paşası, Məmlük hanedanından hükümdar (1723-1734 ve 1736-1747). Əhməd Paşa, Həsən Paşa'nın oğlu ve varisiydi. 1715 yılında Əhməd Paşa, Bəsrə Eyaləti valiliğinə seçildi. Həsən Paşa'nın ölümündən sonra Əhməd Paşa, Bağdad, Bəsrə ve Şəhrizor'un hökmdarı oldu ve Mosul paşalığı isə İraq sülaləsi Cəlili tərəfindən idarə edildi. Atası kimi, öz işlərində Məmlüklü inzibati və hərbi metodlarını əsas qoydu. Həsən Paşanın siyasətini davam etdirən Əhməd Paşa, İraqda nizam-intizam qurdu. İtaət etməyən bədəvi tayfalarını tabe etdi və xəzinəyə sabit vergi axınını təmin etdi. Həmçinin Səfəvilərin hərbi genişlənməsi təhlükəsini diqqətə alaraq İraqın müdafiəsiylə məşğul oldu. Ölkənin müdafiəsi üçün Əhməd Paşa 2000 nəfərlik Məmlüklərdən oluşan "qoruma muhafizləri" yaratdı. Əhməd Paşa 1723-1727, 1730-1736 və 1743-1746-cı illər, Osmanlı-Səfəvi müharibələrində yaxından iştirak etdi. 1734-1736 illərində, Səfəvilərlə müharibədə Əhməd Paşa çox müstəqil əməl etməsi üçün İraqın hakimiyyətindən fasiləsilə açmasına səbəb oldu. Bunun üçün I Mahmud onu İraqın hakimiyətindən uzaqlaşdıraraq Hələb şəhərinə göndərdi və İraq əyalətini Bağdad və Bəsrə əyalətlərinə böldü. Ancaq 1736-cı ildə Əfşarların ilərləməsi I Mahmudı Əhməd Paşanı Bağdada qaytarmağa məcbur etdi. O İraqı 11 il daha müstəqil şəkildə idarə etdi. Əhməd Paşa 1747-ci ildə vəfat etdi, hakimiyət qardaşı oğlu Süleyman Əbu Leyla Paşaya (1749-1762) miras qaldı. | https://az.wikipedia.org/w/index.php?curid=638344 |
Əhməd Paşa (Məmlük sülaləsi) | Əhməd Paşa (Ərəbcə: أحمد باشا, Osmanlıca: أحمد پاشا; 1723 – 1747) — Osmanlı Paşası, Məmlük hanedanından hükümdar (1723-1734 ve 1736-1747). Əhməd Paşa, Həsən Paşa'nın oğlu ve varisiydi. 1715 yılında Əhməd Paşa, Bəsrə Eyaləti valiliğinə seçildi. Həsən Paşa'nın ölümündən sonra Əhməd Paşa, Bağdad, Bəsrə ve Şəhrizor'un hökmdarı oldu ve Mosul paşalığı isə İraq sülaləsi Cəlili tərəfindən idarə edildi. Atası kimi, öz işlərində Məmlüklü inzibati və hərbi metodlarını əsas qoydu. Həsən Paşanın siyasətini davam etdirən Əhməd Paşa, İraqda nizam-intizam qurdu. İtaət etməyən bədəvi tayfalarını tabe etdi və xəzinəyə sabit vergi axınını təmin etdi. Həmçinin Səfəvilərin hərbi genişlənməsi təhlükəsini diqqətə alaraq İraqın müdafiəsiylə məşğul oldu. Ölkənin müdafiəsi üçün Əhməd Paşa 2000 nəfərlik Məmlüklərdən oluşan "qoruma muhafizləri" yaratdı. Əhməd Paşa 1723-1727, 1730-1736 və 1743-1746-cı illər, Osmanlı-Səfəvi müharibələrində yaxından iştirak etdi. 1734-1736 illərində, Səfəvilərlə müharibədə Əhməd Paşa çox müstəqil əməl etməsi üçün İraqın hakimiyyətindən fasiləsilə açmasına səbəb oldu. Bunun üçün I Mahmud onu İraqın hakimiyətindən uzaqlaşdıraraq Hələb şəhərinə göndərdi və İraq əyalətini Bağdad və Bəsrə əyalətlərinə böldü. Ancaq 1736-cı ildə Əfşarların ilərləməsi I Mahmudı Əhməd Paşanı Bağdada qaytarmağa məcbur etdi. O İraqı 11 il daha müstəqil şəkildə idarə etdi. Əhməd Paşa 1747-ci ildə vəfat etdi, hakimiyət qardaşı oğlu Süleyman Əbu Leyla Paşaya (1749-1762) miras qaldı. | https://az.wikipedia.org/w/index.php?curid=837847 |
Əhməd Paşa (pedaqoq) | Əhməd Əli oğlu Paşayev (Əhməd Paşa; 14 yanvar 1927, Ardanış – 1997) — pedaqoq, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əhməd Paşa 1927-ci il yanvarın 14-də Göyçə mahalının Ardanış kəndində anadan olmuşdur. Doğma kəndində məktəbi bitirdikdən sonra, 1945-ci ildə İrəvanda pedaqoji texnikumu, 1951-ci ildə Bakıda Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini, 1968-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1942-ci ildə Göyçə mahalının Babacan kəndində dil və ədəbiyyat müəllimi işləmişdir, 1943-1952-ci illərdə öz doğma kəndi Ardanışda dil-ədəbiyyat müəllimi, 1952-1956-cı illərdə Toxluca kəndində, 1956-1966-cı illərdə yenidən Ardanış kəndində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdır. 1968-1969-cu illərdə Şorca kəndində direktor, 1969-1975-ci illərdə Cil kəndində, 1975-ci ildən 1988-ci ilə qədər Ardanış kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. 1988-ci ildən təqaüdə çıxması ilə əlaqədar müəllimlik fəaliyyətini dayandırmışdır. Həyatı boyu erməni ayrı-seçkiliyinə, təzyiqlərə və qısqanclığa məruz qalan şair bunların hamısına mərdliklə sinə gərsə də, 1988-ci ildən başlayan deportasiya dövrünə dözə bilmədi, şairin ürəyi 1997-ci ildə əbədi olaraq susdu. Yaradıcılığı Əhməd Paşa bədii yaradıcılığa gənc yaşlarından başlamış, "Sülhün günəşi" adlı şeri "Ədəbi Ermənistan" almanaxında dərc olunmuşdur. Satirik və lirik şerləri vaxtaşırı respublika və rayon qəzetlərində, almanaxlarda çap edilmişdir. Bundan başqa "Ədəbiyyat və İncəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" və "Kirpi" jurnallarında şerləri, həmçinin müxtəlif qəzet və jurnallarda elmi-publisistik məqalə və oçerkləri işıq üzü görmüşdür. 1965-ci ildə "Səhər duyğuları", 1986-cı ildə "Göyçə lövhələri" və 1998-ci ildə "Göyçə dərdi" adlı kitabları nəşr olunmuşdur. Yaşadığı dövrdə ictimai-siyasi həyatda baş verən eybəcərliklər, kommunist rejiminin riyakar siması Əhməd Paşanın satirik qələmi ilə kəskin tənqid atəşinə tutulur, poeziyanın dili ilə ifşa edilirdi. Xalqa bol-bol vədlər verən, plan adı altında saxta rəqəmlərlə əhalini aldadan kommunist rəhbərlər Əhməd Paşanın tikanlı misralarından yaxa qurtara bilmirdilər. Belə bir güclü satiranın müəllifi heç də müftəxor rəhbərlik tərəfindən fərəhlə qarşılanmır, əksinə, çox vaxt təqiblərə məruz qalırdı. Şair öz gözü ilə gördüyü əliəyrilikləri, oğurluqları, talançılıqları ifşa etməkdən çəkinmirdi. O, "Mələmə, heyvan mələmə" satirik şeirində yazırdı: Uzun illər dil-ədəbiyyat müəllimi, dərs hissə müdiri, məktəb direktoru işləyən Əhməd Paşa bir sıra qələm yoldaşları kimi 1988-ci ildən qaçqınlıq taleyi yaşamışdır. Ermənilərin doğma Göyçəni işğal etməsi onu son dərəcə sarsıtmışdır. Bu dövrdə Vətən dərdi, el həsrəti şairin qəlbini göynədən başlıca mövzuya çevrilmişdir. Vaxtı ilə xalq şairi Hüseyn Arifin millətə, xalqa xəbərdarlıq məqsədilə yazılmış "Göyçəlilər, dağılmayın Göyçədən" şerinə Əhməd Paşa qəmli bir sızıltı ilə belə cavab verir: Əhməd Paşa qürbətdə qalan vətənlə bağlı daha bir sıra şerlər yazır və erməni daşnak birləşmələrinin törətdikləri qanlı faciələrə öz poetik misralarında ağı tutur, atəş açır. Bugünkü və gələcək nəsli düşmənə qarşı ayıq olmağa, amansızlıqla mübarizə etməyə, qisası yerdə qoymamağa çağırır. Bu qəbildən olan şerlərinə "Göyçə dərdi", "El yeridi", "Dedim ayrılmayaq", "Qış düşəndə", "Dağıldı", "Tələsə-tələsə" kimi poetik nümunələr misal ola bilər. Əhməd Paşa dərdli-ələmli misraları ilə göynəyə-göynəyə yaşadığı dəqiqələrdə ümidsizliyə qapılmır. Ümidinin işığına yön tutaraq, gələcəyin aydınlığına söykənir: Əhməd Paşa şer janrının əksər növlərində zəngin irs qoymuşdur. Onun "Bülbül qəfəsdə ötür", "Şəhla", "Vətən eşqi" kimi poemaları, onlarla lirik və satirik şerləri oxucu kütləsinə məlumdur. Şair ömrünün sonlarına yaxın "Müşgünaz", "Abbas və Gülgəz" adlı mənzum dramları üzərində işləyirdi və bu əsərləri tamamlayıb tamaşaya qoymaq istəyirdi. Lakin amansız ölüm onun bu arzularını yarımçıq qoydu. Mükafatları Əhməd Paşa 1954-cü ildə "Əməkdə fərqlənməyə görə" medalla, 1965-ci ildə "Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" medalı, 1985-ci ildə "Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" medalı ilə təltif olunmuşdur. Uzun illər qüsursüz və nümunəvi işlərinə görə əmək veteranı və respublika əhəmiyyətli fərdi pensiyaçı idi. Səhər duyğuları. İrəvan: Respublika nəşriyyatı, 1965, 65 səh. Göyçə lövhələri. İrəvan: Yazıçı nəşriyyatı, 1986, 80 səh. Göyçə dərdi. Bakı: Səda, 1998, 200 səh. | https://az.wikipedia.org/w/index.php?curid=150544 |
Əhməd Paşa (şair) | Əhməd Paşa (1426, Ədirnə – 1496, Bursa) — Türk Divan şairi, qazıəsgər, vəzir. Əhməd Paşa (?-1497) türk intibahı dövrünün tanınmış şairidir. O, Ədirnədə doğulub. Bursa mədrəsəsində təhsil alıb, Ədirnədə qazi (hakim) olub. «Bağışlanma haqqında qəsidə»sini sultana göndərib, edam cəzası sürgünlə əvəz olunub, Bursaya göndərilib. O, məhəbbət mövzusunda çoxlu qəzəllər yazıb. Nəvai onunla şeirləşib. Bu şeirləşmə nəticəsində Nəvai ona 33 şeirini göndərib. Əhməd Paşanın Hafiz ruhunda qəzəlləri də var. Şair «Saray haqqında qəsidə»sini İstanbul sarayına həsr edib. | https://az.wikipedia.org/w/index.php?curid=436881 |
Əhməd Pepinov | Əhməd bəy Pepinov (tam adı: Əhməd bəy Ömər oğlu Pepinov; 11 sentyabr 1893, Axalsıx qəzası, Tiflis quberniyası – 3 iyul 1938, Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri. Əhməd bəy Pepinov 11 sentyabr 1893-cü ildə Axalsıx qəzasının Bolojur kəndində, Ömər ağa Pepinovun ailəsində doğulmuşdur. Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakultəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Siyasi fəaliyyəti 1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir. Ə. Pepinov parlamentin fəaliyyətində yaxından iştirk etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (sədri Məhəmməd Əmin Rəsulzadə idi) seçilmişdir. Lakin "Hümmət" partiyasının üzvü kimi, müəyyən siyasi və iqtisadi məsələlərdə Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cumhuriyyətin isə sayca beşinci hökumət kabinəsində (24.12.1919–30.03.1920) Pepinov əmək və əkinçilik naziri idi. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf etmişdir. Cumhuriyyət dövründə Bakıda təntənəli "Türk gecələri" konsertinin və digər müsabiqələrin təşkili də Pepinovun adı ilə bağlıdır. İşğalçı on birinci Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. İyirminci illərin dövrü mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur omuşdur. Daha sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir. 3 iyul 1938-ci ildə repressiyaya məruz qalaraq güllələnmişdir. Həsən bəy Ağayevin qızı Xurşid Ağayeva evlənmiş, Sevda Pepinova adlı uşağı olmuşdur. Sevda Pepinova öncə polkovnik Hacımurad İbrahimbəyli, sonra isə Lütfəli Abdullayevlə ailə həyatı qurmuşdur Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Xarici keçidlər Pepinov əslində kim idi? — İşgəncələrə məruz qalan, güllələnən nazir. | https://az.wikipedia.org/w/index.php?curid=704752 |
Əhməd Putiyev | Əhməd Şamil oğlu Putiyev (12 avqust 2001; Mazıx, Zaqatala rayonu — 23 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əhməd Putiyev 2001-ci il avqustun 12-də Zaqatala rayonunun Mazıx kəndində anadan olub. 2008-2017-ci illərdə Mazıx kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Hərbi xidməti Əhməd Putiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Putiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əhməd Putiyev oktyabrın 23-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Mazıx kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Putiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Putiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=693458 |
Əhməd Qanem | Əhməd Ghanem və ya Ahmed Ghanem,(ərəb. أحمد غانم ) ,Misirli siyasi yazıçı və nonfiction Misirdə 22 aug -ci ildə anadan olub. Misir inqilabının kitabı. Misir Qadını Təhrir Meydanında romanı Kitab Misir Baş Authority , Kitab nömrəsi verilməsi 11513& 2012 . Rəsmi səhifəm Əhməd Ghanem. | https://az.wikipedia.org/w/index.php?curid=292755 |
Əhməd Qaraca | Əhməd bəy Qaraca (22 sentyabr 1929, Türkiyə – 16 may 2005, Ankara) — Azərbaycanın müstəqilliyi uğrunda uzun illər boyu mücadilə aparmış böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi. Əhməd Qaraca 1929-cu il sentyabr ayının 22-də Türkiyənin Hakveyis kəndində anadan olmuşdur. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Ə.Qaracanın ailəsi 1924-cü ildə İrəvan yaxınlığındakı Persi (sonradan Buravet) kəndindən Türkiyəyə köçüb. İqdırda orta məktəbi, 1947-ci ilin yayında isə Atatürk Litseyini bitirib. Sonra Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin klassik filoloji bölümünə daxil olub. Əhməd Qaraca 1949-cu ildə yaradılan və Məhəmməd Əmin Rəsulzadə Ocağı adlandırılan Azərbaycan Kültür Dərnəyinin üzvü olub. 1955-ci ildən vəfat etdiyi günədək dərnəyin baş katibi postunu daşıyıb. Ə.Qaraca ali təhsil aldıqdan sonra əllinci illərdən başlayaraq Azərbaycan davasına qoşulmuş, Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından biri olmuşdur. Həmin illərdə Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərmiş, "Azərbaycan" jurnalının baş yazarlığını etmişdir. Ötən əsrin 60–80-ci illərində Ə.Qaraca Sovetlər Birliyinin yürütdüyü imperiya siyasətini öz yazılarında və çıxışlarında ifşa etmiş, çoxlu sayda tədbirlərin təşkilatçısı olmuşdur. Ə.Qaraca Azərbaycanın mədəniyyəti, tarixi, siyasəti, çağdaş durumu ilə bağlı dəyərli əsərlərin də müəllifidir. Əhməd Qaraca ayrı-ayrı vaxtlarda Türkiyədə mühacirətdə olan Müsavat Partiyasının Divan üzvü, baş katibi olaraq kommunist-rus işğalına qarşı verilən milli mücadilənin içində olub. 1992-ci ildə Bakıda Müsavat Partiyasının III Bərpa Qurultayında iştirak edən Ə.Qaraca təşkilata rəhbərlik estafetini Azərbaycan Respublikasının Müsavat əqidəli siyasətçilərinə təhvil vermişdir. Ə.Qaraca həm də təcrübəli jurnalist, dəyərli pedaqoq idi. Ankara Universitetində "Qəzetçilik"dən dərs verən Ə.Qaraca jurnalist kadrlarının hazırlığında önəmli rol oynamışdır. Ə.Qaraca 2005-ci il may ayının 16-da Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişib. | https://az.wikipedia.org/w/index.php?curid=49633 |
Əhməd Qarahisari | Əhməd Qarahisari (türk. Ahmed Şemseddin Karahisari; 1468, Afyonqarahisar - 1556, İstanbul) — Osmanlı xəttatı. Digər Osmanlı xəttatlarından fərqli olaraq Şeyx Həmdullah üsulunu deyil, "Yaqut-ı Mustəsımi" (Yāqūt Mostaʿṣemī Jamāl-al-Dīn Abu’l-Majd) metodunu mənimsəmiş və bu üslubun ən gözəl nümunələrini bəxş etmişdir. Süls və Nəsx yazının ən gözəl nümunələri ona aiddir. Qarahisarinin bu üslubu "Yaqut-i Rum" adlandırılmışdır. Üslubu sadəcə öz tələbələri olan bir neçə xəttat tərəfindən mənimsənmiş, digər Osmanlı xəttatları çox da maraq göstərməmişlər. Bunun ən başlıca səbəbi bütün Osmanlı xəttatlarının başçısı kimi qəbul edilən Şeyx Həmdullahın böyük təsiridir. Ən əhəmiyyətli əsəri Qanuni Sultan Süleymanın sifarişi əsasında yazmış olduğu və hələ də Topqapı sarayında mühafizə edilən irihəcmli Qurani Kərimdir. Digər əsərləri arasında Piyalə paşa camisi yazıları və Süleymaniyyə camisindəki qübbə yazıları görülməkdədir. Texnikası və yazıya gətirdiyi yeniliklər baxımından Şeyx Həmdullah və Hafiz Osmanla bərabər ən önəmli üç Osmanlı xəttatından biri olaraq qəbul edilir. Qarahisari üslubunun təmsilçiləri arasında Həsən Çələbi (ö. 1594), müəllimi qədər məşhur bir sənətkardır. | https://az.wikipedia.org/w/index.php?curid=369074 |
Əhməd Qaramanlı | Əhməd Qaramanlı — Osmanlı Tripolitaniyasının 45-ci paşası. Qaramanoğulları sülaləsindən idi. İlkin məlumat Əhməd Qaramanlı Mansiya və Sahil bölgələrinin hakimi idi. Tripolitaniyadakı hərc-mərclik ona müstəqil hərəkət etməyə stimul verirdi. Xalq və ordunun da dəstəyini aldığı üçün 29 iyul 1711-ci ildə Tripolitaniya deyi Məhəmməd Xəlil ibn əl-Cinn Tripolidən uzaqda olanda şəhəri ələ keçirdi və öz hakimiyyətini elan etdi. Keçmiş deyə sadiq 300 nəfər edam olundu. Osmanlı sultanı III Əhmədin ona qəzəblənəcəyini bilən Əhməd, bu şəxslərdən qarət etdiyi sərvəti sultana təklif etmiş, sultan da onu bəylərbəyi kimi tanımış və 1722-ci ildə paşa tituluna layiq görülmüşdü. Hakimiyyəti Hakimiyyətinin ilk dövrləri 1711-1723-cü illər arasında Benqazi və Fəzzandakı üsyanları yatırtmaqla keçdi. Tripolinin divarlarını möhkəmləndirərək məscid və mədrəsə ucaltdı. Onun dövründə dəniz quldurları yenidən fəaliyyətə başladılar. Onun dövründə həmçinin Kirenaika da ələ keçirilmişdi. 1745-ci ildə vəfat etmiş, yerinə oğlu Mehmet Karamanlı keçmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=455265 |
Əhməd Qasımov | Əhməd Qasımov — (29 oktyabr 1940, Ağcabədi – 7 yanvar 2023) — "Əməkdar mühəndis", "V. İ. Leninin 110 illik yubileyi ilə əlaqədar beş illik planın yerinə yetirməsinə görə Fəxri Lenin Qramotası" təltifçisi, 1990–1995-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Xalq deputatı, Ağcabədi rayon KP rayon Komitəsinin birinci katibi. Həyat və fəaliyyəti Əhməd Qasımov 29 oktyabr 1940-cı ildə Ağcabədi rayonunda dünyaya gəlib. 1957-ci ildə Ağcabədi rayon 2 saylı orta məktəbi bitirib və həmin ildə əmak fəaliyyətinə başlayıb. Əmək fəaliyyəti 1957-ci ildən 1960-cı ilədək Agcabədi şəhərindəki 2 saylı orta məktəbdə təsərrüfat müdiri, 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhəri 3 saylı Taksi Parkda və Növbəti Minik Avtomobilləri Parkında çilingər. 1963–1964-cü illərdə Bakı 1 saylı Taksi Parkında dispetçer, 1964–1965-ci illərdə həmin müəssisədə texniki şöbə mühəndisi vəzifəsində çalışmışdır. 1965-ci ildən 1967-ci illərdə Ağcabədi "Azərkəndtexnika" İB-nin "Avtomobil Təmiri" zavodunun baş mühəndisi, 1967-ci ildən isə eyni zavodun direktoru vəzifəsinə təyin edilmiş və 1981-ci ilə qədər həmin zavoda rəhbərlik etmişdir. Ağcabədi "Avtomobil təmiri" zavodunun direktoru vəzifəsində çalışarkən zavodda görülən işlər sayəsində müəssisə respublika əhəmiyyətli bir zavod səviyyəsinə çıxarmışdır. Belə ki, respublikanın 20-dən artıq rayon kənd təsərrüfatı texnikalarının təmirinin aparılması ilə yanaşı Rusiyanın muxtəlif vilayətlərinə və başqa respublikara sifariş əsasında istehsal olunan kənd təsərrüfatında istifadə olunan arabalar, qoşqular, kotan və malalar göndərilirdi. 1970-ci ildən ardıcıl olaraq Ağcabədi rayon Xalq deputatları Sovetinin deputatı seçilmiş, rayonun ictimai -siyasi həyatında aktiv fəaliyyət göstərmişdir. Beləliklə, 1981-ci ildə Ağcabədi rayon İcraiyyə Komitəsinin sədr müavini ,1989-cu ildə isə Ağcabədi rayon KP rayon Komitəsinin birinci katibi vəzifəsinə, 1990-cı Azərbaycan Respublikası Ali Sovetinin deputatı vəzifəsinə seçilmişdir. Daha sonra Prezident yanında Ali Nəzarət İnspeksiyasında Ağdam- Ağcabədi üzrə Baş inspektor və 1995-ci ilədək Azərbaycan Respublikası Milli Məclisində Sosial Siyasət üzrə ekspert və komissiyanın üzvü olmuşdur. 1995-ci ildən Bakı şəhər, Sabunçu rayon İH-də müxtəlif vəzifələrdə çalışmışdır. 1999-cu ildən başlayaraq Bakı şəhər Ekologiya komitəsi və 2002-ci ildən Ekologiya Təbii Sərvətlər Nazirliyində əmək fəaliyyətini davam etdirmişdir. 30 sentyabr 2011-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri vəzifəsində çalışmışdır. Həyat yoldaşı Qasımova Xeyra Usub qızı 25 yanvar 1947-ci ildə Ağcabədi rayonunda anadan olub. Hazırda təqaüddə olan riyaziyyat müəllimidir. Oğlu Qasımov Ramazan (Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib) təqaüddə olan polis polkovnik-leytenantıdır. Oğlu Əmrahlı Əkrəm (Azərbaycan Neft Akademiyasını bitirib) "BAKQAZ" MMC-nin Rəisi vəzifəsində çalışır. Digər oğlu Qasımov Rüstəm (Azərbaycan Tibb Universitetini bitirib) Həkim-onkoloq kimi fəaliyyət göstərir. Aspiranturada təhsilini davam etdirir. Oğlu Qasımov Əmrah (Azərbaycan Neft Akademiyasını bitirib) BP neft şirkətində çalışırr. Mükafatları 4 aprel 1970-ci ildə "V. İ. Leninin 100 illik yubileyi" ilə əlaqədar təltif edilmişdir 23 may 1979-cu ildə "SSRİ-nin Mülki Müdafiə əlaçısı" döş nişanı ilə təltif edilmişdir 20 mart 1980-ci ildə "V. İ. Leninin 110 illik yubileyi ilə əlaqədar beş illik planın yerinə yetirməsinə görə Fəxri Lenin Qramotası" ilə təltif edilmişdir . 10 may 1980-ci il Azərbaycan KP MK-nın 43№-li iclaslə protokoluna əsasən "Əməkdar mühəndis" adına layiq görülmüşdür. "Kommunist" qəzeti. 1989. Həyat qəzeti — 24.05.1991 nömrə 98 Qarabağ qəzeti — 26.01.1991 nömrə 4 (31) Azərbaycan qəzeti — 9.06.1994 nömrə 110 (874) | https://az.wikipedia.org/w/index.php?curid=593278 |
Əhməd Qaya | Əhməd Qaya (türk. Ahmet Kaya; 28 oktyabr 1957, Malatya – 16 noyabr 2000, Paris) — türk sənətçi. Əhməd Qaya 1957-ci ildə Malatyada kürd əsilli ailənin beşinci uşağı olaraq dünyaya gəlib. Əslən Adıyamanlıdır. İlk evliliyindən Çiğdəm, ikinci evliliyindən isə Melis adlı 2 qızı var. 11 noyabr 2000-ci ildə Parisdə infakt nəticəsində dünyasını dəyişmişdir. 1985: Ağlama Bebeğim 1985: Acılara Tutunmak 1986: Şafak Türküsü 1986: An Gelir 1987: Yorgun Demokrat 1988: Başkaldırıyorum 1989: Resitaller-1 1989: İyimser Bir Gül 1990: Resitaller-2 1990: Sevgi Duvarı 1991: Başım Belada 1992: Dokunma Yanarsın 1993: Tedirgin 1994: Koçero (Selda Bağcan ilə) 1994: Şarkılarım Dağlara 1995: Beni Bul 1995: Ya Rıza Şimdi 1996: Yıldızlar ve Yakamoz 1998: Dosta Düşmana Karşı Ölümündən Sonra Yayınlanan Albomlar 2001: Hoşçakalın Gözüm 2002: Dinle Sevgili Ülkem 2003: Biraz da Sen Ağla 2005: Kalsın Benim Davam 2006: Gözlerim Bin Yaşında 2010: Ülkemde Son Turnem 2014: ...bir eksiğiz Xarici keçidlər Rəsmi saytı (türk.) Resmi facebook səhifəsi (türk.) Rəsmi twitter səhifəsi (türk.) Rəsmi youtube kanalı (türk.) Rəsmi google plus səhifəsi (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=62872 |
Əhməd Qumar | Əhməd Qumar (22 fevral 1988) — Nigerli cüdoçu. Əhməd Qumar Nigeri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Əhməd Qumar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində ABŞ-nin nümayəndəsi Nikolas Delpopolo ilə üz-üzə gəldi. Həmin görüşdə Əhməd Qumar rəqibinə 0:100 hesabı ilə uduzdu. | https://az.wikipedia.org/w/index.php?curid=460163 |
Əhməd Qüdsi Tecer | Əhməd Qüdsi Tecer (4 sentyabr 1901, Qüds – 23 iyul 1967, İstanbul) – Türkiyəli müəllim, şair, dramaturq və siyasətçi. O, xalq mədəniyyəti sahəsindəki fəaliyyəti ilə tanınır. Onun əsərləri Qaracaoğlan və Yunus Əmrənin həyatına işıq tutub. O həm də Xalq aşığı Aşıq Veysəli Türkiyəyə tanıdan, Xalq musiqisi tərtibçisi Müzəffər Sarısözəni kəşf edən şəxs kimi tanınıb. 1930-cu illərdə poeziya sahəsində adını hallandıran ədəbiyyat adamının ən məşhur əsəri Münir Ceyhanın məktəb nəğməsi halına gətirdiyi "Orada bir kənd var uzaqda" şeiridir. Tecer şairliklə yanaşı, Türkiyə səhnəsinə yerli və milli elementlər əsasında teatr əsərləri bəxş edən dramaturqdur. O həmçinin VI. dövr Seyhan, VII dövr Türkiyə Böyük Millət Məclisində Şanlıurfa millət vəkili vəzifəsində çalışıb. Əhməd Qüdsi Tecer 1901-ci ildə Qüdsdə anadan olub. Atası o dünyaya gələn zaman Qüds Dünyası Baş Müdirliyinin müdiri olan Əbdürrəhmən bəy, anası isə Xədicə xanımdır. Ailəsi Eğinin Apçağa kəndindəndir. Əhməd Qüdsi dörd uşaqlı ailənin ən balacasıdır. Əsl adı Əhməddir. Doğulduğu yer Qüds olduğu üçün ona "Qüdsi" adı verilib. Təhsil həyatı Əhməd Qüdsi İbtidai təhsilinə Qüdsdə Frères des écoles chrétiennes məktəbində başlayıb. İbtidai və orta təhsilini atasının təyinatı ilə ailəsinin köçdüyü Kırklarelidə başa vurduqdan sonra İstanbul, Kadıköy Sultanisi məktəbində pulsuz olan pansionatda təhsilini davam etdirib. Orta məktəbdən sonra o, 1922-ci ildə Halkalı Kənd Təsərrüfatı məktəbində təhsil alıb. Daha sonra Ali Müəllimlik Məktəbi imtahanını verdi və iki il Darülfünunun Fəlsəfə bölməsinə davam edib. Tələbəlik illərində əsasını bəzi Darülfünun müəllim və tələbələrinin formalaşdırdığı "Dergah" jurnalı ətrafındakı ziyalılar qrupuna qatılan Tecerin bəzi şeirləri elə həmin jurnalında dərc olunub. 1925-ci ildə Darülfünundakı təhsilinə ara vermiş və Ali Müəllimlər Məktəbinin təqaüdü ilə biologiya təhsili almaq üçün Fransaya gedib, ancaq Sarbonna Universitetinin Ədəbiyyat fakültəsində fəlsəfə kursları izləyib. 1925–1927-ci illər arasında Fransada olduğu müddətdə Paris Milli Kitabxanasında araşdırma aparmaq imkanı qazanıb. O, kitabxanada Əlcəzair xalq şairlərinin əlyazmalarını taparaq türk xalq ədəbiyyatının bilinməyən bir tərəfini ortaya çıxarıb. Əhməd Qüdsi həm də Parisdəki həyatını "Paris acıları" şeirində əks etdirib. 1928-ci ildə vətənə qayıdan şair, araşdırmalarını Folklor Dərnəyinin nəşr etdiyi "Folklor" jurnalında dərc etdirib. 1929-cu ildə isə Darülfünundan məzun olub. Müəllimlik həyatı və Sivasda xalq mədəniyyəti tədqiqatları Əhməd Qüdsi Sivas məktəbinə ədəbiyyat müəllimi təyin olunduqdan sonra dörd il Sivasda qalıb. İşlədiyi məktəbdə "Toplantı" adı ilə tələbə jurnalı çıxaran şair, 5–7 noyabr 1931-ci ildə dostları Vehbi Cem və Müzəffər bəy ilə birlikdə el şairləri bayramı təşkil etdilər. Həmin bayramda keçirilən yarışmada Əhməd Qüdsinin birinci yeri qazanan Aşıq Veysəllə dostluğu başlayıb. O, Aşıq Veysəldən başqa Suzani, Ruhsati, Mesleki, Talebi, Qarslı Mehmet kimi el şairlərinin təbliği üçün çalışıb. Həmçinin o, Xalq Şairlərini Müdafiə Dərnəyini yaradaraq xalq musiqisinin tanınması, onun məktəbdə yayılmasına, həmçinin radioda verilməsinə kömək edib. 1932-ci il də Sivas Təhsil Müdirliyinə təyin edilib və eyni məktəbdə fransız dilindən dərs deyib. Həmçinin Qız müəllim məktəbi və Qız Peşə liseyində də ədəbiyyat müəllimi olaraq işləyib. Bundan əlavə Sivas Xalq Evinin rəhbəri olub və ətrafda xalq məclislərinin açılmasına kömək edib. Bölgənin folklor elementlərini araşdıran Əhməd Qüdsi şeirlərini 1932-ci ildə "Şeirlər" adlı kitabında toplayıb. Soyad Qanunu qüvvəyə mindiyi zaman o, özünə soyad olaraq Sivasın Deliktaş kəndindən Ruhsatinin bir şeirində bəhs edilən Tecer dağının adını seçib. Bürokratiya və siyasi həyatı Əhməd Qüdsi 1934-cü ildə Təhsil Nazirliyində Ali Təhsil Müdiri vəzifəsinə təyin edilib və 5 il bu vəzifədə qalıb. Digər tərəfdən Qazi Təhsil İnstitutunun bəstəkarlıq kurslarına və Qazi liseyinin fəlsəfə kurslarına daxil olub. O həmçinin Dövlət Konservatoriyasının quruluşunu hazırlayanlar arasında yer alıb. 1937-ci ildə müəllim Meliha xanım ilə evlənib və bu evlilikdən iki övladı dünyaya gəlib. 1938-ci ildə Ali Təhsil Baş Müdiri vəzifəsinə təyin olunan Tecer, dostu Müzəffər Sarısözəni Ankara Dövlət Konservatoriyası Folklor Arxivinin müdiri təyin edilməsinə yardım edib və ona xalq musiqisi bəstələməkdə yardımçı olub. O, 1942-ci ildə Təlim və Tərbiyə idarə heyətinə üzv təyin olunub, sonra VI. dövr Adana (ara seçim) və VII. Türkiyə Böyük Millət Məclisində Urfa millət vəkili kimi iştirak edib. Deputat olduğu müddətdə mədəni-siyasi fəaliyyətlə məşğul olub, "Xalq evləri" festivalını təşkil edib. "Ülkü" məcmuəsi Əhməd Qüdsi 1941–1945-ci illər arasında "Ülkü" məcmuəsinin və İctimai Mərkəzlərin idarəçiliyini boynuna götürüb. İctimai Mərkəzlərin nəşr orqanı olan bu məcmuə cümhuriyyət ideologiyasnı yaymaq üçün 1933-cü ildən bəri nəşr olunurdu. Məcmuə Əhməd Qüdsinin idarəçisi olduğu zamanlarda on beş gündə bir yayımlanırdı. Fikir və sənət məsələlərinə yer verən, kitab və jurnal reklamı gedən məcmuədə Aşıq Veysəl, Əli İzzət Özkan kimi aşıqların ölkədə tanıdılması üçün çalışırdı. Bu dövrdə Tecerin yazıları və şeirləri "Ülkü" məcmuəsində, müəyyən zaman isə "Yücel" jurnalında və "Ulus" qəzetində dərc olunub. Bu illərdə kənd nümayəndələri ilə maraqlanıb, kənd teatrın incələyib və Qoç igid Koroğlu tamaşasını yazıb. Mədəniyyət attaşesi və YUNESKO Əhməd Qüdsi 1947–1951-ci illər arasında Paris Mədəniyyət attaşesi və Tələbə Müfəttişi vəzifəsinə təyin edilib. Bu dövrdə musiqi təhsili üçün Parisdə olan "möhtəşəm uşaq" İdil Biretlə də maraqlanıb.1948-ci ildə Ankarada yaradılan keçici YUNESKO Komitəsinə təyin olunan Əhməd Qüdsi, 1950-ci ildə YUNESKO-nun İcraiyyə Komitəsində türk nümayəndəsi kimi iştirak edib. O, YUNESKO-da türk mədəniyyətinin inkişafına xidmət edib. Türkiyəyə qayıdışı O, Türkiyəyə qayıtdıqdan sonra 1953-cü ildə İstanbul Bələdiyyə Konservatoriyasında türk tarixi və ənənəvi teatr, Qalatasaray liseyində ədəbiyyatdan dərs deyib. 1955-ci ildə yaradılan Türk Xalq Oyunlarını Yaşatma və Yayma Müəssisəsi ilə eyni ildə yaradılan Türk Xalq Sənətləri və Ənənələri Araşdırma Dərnəyinin (hazırda adı Folklor Araşdırmaları Qurumu) İstanbul şöbəsinin təsisçi üzvü olub. Həmçinin Türk Dil Qurumunun da üzvü olub. 1957–1966-cı illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında estetika, Jurnalistika İnstitutunda isə xalq ədəbiyyatından dərs deyib. 1960-cı illərdə İstanbul radiosunda yayımçılara dərs keçib. 1966-cı ildə isə İstanbul Təhsil İnstitutunda müəllim işləyərkən təqaüdə çıxıb. Əhməd Qüdsi Tecer 23 iyul 1967-ci ildə bazar gecəsi Vakıf Qureba Xəstəxanasında vəfat edib və cənazəsi Zəncirliquyu qəbiristanlığında torpağa tapşırılıb. İlk şeirlərini 1921–1922-ci illərdə "Dərgah" məcmuəsində nəşr olunub. Onun ilk əsəri 1932-ci ildə çap edilmiş "Şeirlər" kitabıdır. Bu əsər məhdud sayda (250 ədəd) çap edildiyi üçün kitabxanalarda mövcud deyil. Daha sonraki şeirləri "Varlıq", "Haradasan", "Oluş", "Yücel", "Ülkü", "Türk düşüncəsi", "Şadırvan", "Türk dili" kimi məcmuələrdə çıxıb. 1933–36-cı illər onun poeziya baxımından ən məhsuldar dövrü olub. 2002-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tecerin "Bütün şeirlər" kitabı nəşr olunub. Əhməd Qüdsi şeirlərini heca vəznində və sadə dildə yazıb. Onun şeirləri eşq, təbiət, ölüm, həsrət kimi mövzuları əhatə edib. Ümumiyyətlə, xalq şeirlərinin səkkizlik və on birli heca vəzninə və milli mənzum vahidi olan dördlüklərə sadiq qalan Tecer bəzən hecanın yeni ölçülərindən istifadə edib. Ən məşhur "Uzaqda bir kənd var" şeirini atasının məmləkəti Apçağa kəndinə (Ərzincan/Kəmaliyyə) həsr edib. Onun 1940-cı ildə çap olunmuş "Kəndli nümayəndəlikləri" kitabı teatr tamaşalarına yazılıb. Teatr əsərləri Əhməd Qüdsi türk teatr ənənəsindən, xalq mədəniyyətindən, xalq motivlərindən gələn materialları qərb texnikası ilə işləyən teatr əsərləri yazıb. 1. Yazılan pozulmaz: 1946-cı ildə Ankara Dövlət Konservatoriyasının Təcrübə səhnəsində oynanılıb. 2. Köşə başı: İlk dəfə Ankarada Kiçik Səhnədə oynanılıb. The Neighbourhood adlı ilə ingilis dilinə tərcümə edilib, ABŞ-də səhnələşdirilib, 1964-cü ildə isə Ankarada nəşr edilib. 3. Qoç Koroğlu: İlk dəfə "Ülkü" məcmuəsində çap olunub. 1949 və 1961-ci illərdə Ankara Dövlət Teatrında tamaşaya qoyulub. 4. Bir bazar günü: 1957-ci ildə Türkiyənin Texniki Universitet Teatrı; 1959-cu ildə isə gənc aktyorlar səhnəyə qoyublar. 5. Satılan ev: 1961-ci ildə İstanbul Şəhər Teatrında tamaşaya qoyulub. | https://az.wikipedia.org/w/index.php?curid=795204 |
Əhməd Qəmərli | Əhməd Qəmərlinski və ya Əhməd Qəmərli (doğum adı: Əhməd Haşım oğlu Məlikov; 9 may 1880, Bakı – 9 mart 1952, Bakı) — aktyor, Bakı kinostudiyasının artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov) 1880-ci ildə Bakıda anadan olmuşdur. İçərişəhərdə boya-başa çatan Əhməd Məlikov Sultanməcid Qənizadənin məktəbində təhsil almışdır. Səhnəyə ilk dəfə 1906-cı ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı var, özü yox" (N.B.Vəzirov) tamaşasında çıxmış, həmçinin xalq mərasim, oyun və əyləncələrində fəal iştirak etmişdir. Sonralar "Nicat" cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru kimi milli teatrın inkişafında xüssi xidmətləri olmuşdur. 1908-ci ildən etibarən Azərbaycanın bir sıra kənd və rayonlarını gəzib, ən ucqar guşələrdə aktyor dostları ilə birlikdə çıxışlar etmişdir. O,Azərbaycan Xalq Cumhuriyyəti dövründə təşkil olunmuş (1919-cu il, 17 noyabr)Dövlət türk opera dram teatrında işləmişdir. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olmuşdur. Əhməd Qəmərlinskinin ifa etdiyi əsas rollar: Mirzə Fətəli Axundovun komediyalarında Bayram ("Xırs quldurbasan"), Mirzə Həbib ("Lənkəran xanının vəziri"), Əbdürrəhim bəy Haqverdiyevin faciə və dramlarında Əcinnə, Təlxək, İblis və Əmrah ("Pəri Cadu"), Hacı Səməd ağa və Mirzə Qoşunəli ("Bəxtsiz cavan"), Süleyman ("Ac həriflər"), həmçinin Namiq paşa və Şükrü paşa, İzzət paşa ("Ədirnə fəthi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı), Gürcü bəy və Mirzə Mehdi xan ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Dursunəli ("Dursunəli və ballıbadı", Sultan Məcid Qənizadə), Rüstəm bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Yəzdcürd ("Şəd ibn Vəqqas", Muxtar Axundzadə), Romas ("Xalid ibn Valid", Yusif Talıbzadə), İbn Ziyad, Sədr Əzəm ("Yezid ibn Müaviyə" və "Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Hacı Fərəc ("Dövləti-bisəmər", İsmayıl bəy Rüstəmbəyov), Brabansio və Kassio ("Otello", Uilyam Şekspir), Amul bəy ("Şeyx Şamil", Rudolf Botşald), Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Molla Hüseyn ("Qəzavat", Sergey Lanskoy), Şeyxülislam və Sidqi bəy ("Vətən", Namiq Kamal), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Əli ("Əl Mənsur", Henrix Heyne), Kərim və Məmməd ("Zorən təbib", Jan Batist Molyer), Lazer Frankel ("Yəhudilər", Yevgeni Çirkov). 1938-1939-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Burada Rüstəm bəy, Kəblə Qubad ("Məşədi İbad" və "Ər və arvad", Üzeyir Hacıbəyov), Səməd bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov və Niyazi) rollarını oynayıb.Hüseyn Ərəblinski Qəmərli kəndindən qastroldan qayıdarkən dostuna Qəmərlinski təxəllüsünü təklif etmiş və Əhməd həyatının sonunadək bu familiyanı daşımışdır. Əhməd Qəmərlinski ədəbi yaradıcılıqla da məşğul olmuş, tarixi və müasir mövzuda yazdığı 12 əsərinin, demək olar ki, hamısı 1910–1920-ci illərdə H.Ərəblinski, S. Ruhulla və başqa görkəmli sənətkarlar tərəfindən tamaşaya qoyulmuşdur. Bunlardan "Cavanlar", "Tufan Kərbəla", "Rüstəm və Söhrab", "Məkri-zənən", 1920–1945-ci illərdə yazılmış "Eşq-məhəbbət", "Məktəb vodevili", "Ziyarət nəticəsi", "Maymaq" və s. kiçik həcmli pyeslərdə Əhməd Qəmərlinski ictimai həyatda baş verən mühüm problemlərə toxunmuşdur. Əməkdar incəsənət xadimi (27 aprel 1940) fəxri adına layiq görülmüşdür. Əhməd Qəmərlinski 9 mart 1952-ci ildə vəfat etmişdir. Filmoqrafiya İsmət (film, 1934) Almaz (film, 1936) (tammetrajlı bədii film)-rol: kənd sovetinin sədri Balaoğlan "19-cu il" (film, 1938)-rol: Əhməd Əliyev Səbuhi (film, 1941) Sovqat (film, 1942) | https://az.wikipedia.org/w/index.php?curid=608592 |
Əhməd Qəmərlinski | Əhməd Qəmərlinski və ya Əhməd Qəmərli (doğum adı: Əhməd Haşım oğlu Məlikov; 9 may 1880, Bakı – 9 mart 1952, Bakı) — aktyor, Bakı kinostudiyasının artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov) 1880-ci ildə Bakıda anadan olmuşdur. İçərişəhərdə boya-başa çatan Əhməd Məlikov Sultanməcid Qənizadənin məktəbində təhsil almışdır. Səhnəyə ilk dəfə 1906-cı ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı var, özü yox" (N.B.Vəzirov) tamaşasında çıxmış, həmçinin xalq mərasim, oyun və əyləncələrində fəal iştirak etmişdir. Sonralar "Nicat" cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru kimi milli teatrın inkişafında xüssi xidmətləri olmuşdur. 1908-ci ildən etibarən Azərbaycanın bir sıra kənd və rayonlarını gəzib, ən ucqar guşələrdə aktyor dostları ilə birlikdə çıxışlar etmişdir. O,Azərbaycan Xalq Cumhuriyyəti dövründə təşkil olunmuş (1919-cu il, 17 noyabr)Dövlət türk opera dram teatrında işləmişdir. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olmuşdur. Əhməd Qəmərlinskinin ifa etdiyi əsas rollar: Mirzə Fətəli Axundovun komediyalarında Bayram ("Xırs quldurbasan"), Mirzə Həbib ("Lənkəran xanının vəziri"), Əbdürrəhim bəy Haqverdiyevin faciə və dramlarında Əcinnə, Təlxək, İblis və Əmrah ("Pəri Cadu"), Hacı Səməd ağa və Mirzə Qoşunəli ("Bəxtsiz cavan"), Süleyman ("Ac həriflər"), həmçinin Namiq paşa və Şükrü paşa, İzzət paşa ("Ədirnə fəthi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı), Gürcü bəy və Mirzə Mehdi xan ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Dursunəli ("Dursunəli və ballıbadı", Sultan Məcid Qənizadə), Rüstəm bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Yəzdcürd ("Şəd ibn Vəqqas", Muxtar Axundzadə), Romas ("Xalid ibn Valid", Yusif Talıbzadə), İbn Ziyad, Sədr Əzəm ("Yezid ibn Müaviyə" və "Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Hacı Fərəc ("Dövləti-bisəmər", İsmayıl bəy Rüstəmbəyov), Brabansio və Kassio ("Otello", Uilyam Şekspir), Amul bəy ("Şeyx Şamil", Rudolf Botşald), Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Molla Hüseyn ("Qəzavat", Sergey Lanskoy), Şeyxülislam və Sidqi bəy ("Vətən", Namiq Kamal), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Əli ("Əl Mənsur", Henrix Heyne), Kərim və Məmməd ("Zorən təbib", Jan Batist Molyer), Lazer Frankel ("Yəhudilər", Yevgeni Çirkov). 1938-1939-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Burada Rüstəm bəy, Kəblə Qubad ("Məşədi İbad" və "Ər və arvad", Üzeyir Hacıbəyov), Səməd bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov və Niyazi) rollarını oynayıb.Hüseyn Ərəblinski Qəmərli kəndindən qastroldan qayıdarkən dostuna Qəmərlinski təxəllüsünü təklif etmiş və Əhməd həyatının sonunadək bu familiyanı daşımışdır. Əhməd Qəmərlinski ədəbi yaradıcılıqla da məşğul olmuş, tarixi və müasir mövzuda yazdığı 12 əsərinin, demək olar ki, hamısı 1910–1920-ci illərdə H.Ərəblinski, S. Ruhulla və başqa görkəmli sənətkarlar tərəfindən tamaşaya qoyulmuşdur. Bunlardan "Cavanlar", "Tufan Kərbəla", "Rüstəm və Söhrab", "Məkri-zənən", 1920–1945-ci illərdə yazılmış "Eşq-məhəbbət", "Məktəb vodevili", "Ziyarət nəticəsi", "Maymaq" və s. kiçik həcmli pyeslərdə Əhməd Qəmərlinski ictimai həyatda baş verən mühüm problemlərə toxunmuşdur. Əməkdar incəsənət xadimi (27 aprel 1940) fəxri adına layiq görülmüşdür. Əhməd Qəmərlinski 9 mart 1952-ci ildə vəfat etmişdir. Filmoqrafiya İsmət (film, 1934) Almaz (film, 1936) (tammetrajlı bədii film)-rol: kənd sovetinin sədri Balaoğlan "19-cu il" (film, 1938)-rol: Əhməd Əliyev Səbuhi (film, 1941) Sovqat (film, 1942) | https://az.wikipedia.org/w/index.php?curid=29500 |
Əhməd Qəvam | Əhməd Qəvvam (1877-1955) - İranın baş naziri Əhməd Qəvvamın (1877-1955) iri torpaq sahibi idi, təcrübəli bir siyasətçi sayılırdı. İranın ABŞ-la münasibətlərinin möhkəmləndirilməsinin tərəfdarı kimi məşhur idi. Əhməd Qəvvamın təşəbbüsü ilə 1946-cı ildə yaradılan Demokrat Partiyası isə daha çox İran cəmiyyətinin siyasi və iqtisadi baxımdan imkanlı qüvvələrini birləşdirmək məqsədi daşıyırdı və ölkədə iqtisadi, siyasi dəyişikliklər aparılmasını, şah hakimiyyətinin daha çox məhdudlaşdırılmasını istəyirdi. 1946-cı ilin əvvəllərində Əhməd Qəvvam baş nazir olduqdan sonra həqiqətən yuxarıda sadalanan prinsiplərin həyata keçirilməsində maraqlı olduğunu sübut etdi, dövlət aparatında çalışan ingilispərəst siyasi kurs tərəfdarlarını vəzifələrindən uzaqlaşdırdı, əmək haqqında qanunun qəbul edilməsinə nail oldu, Azərbaycan türklərinin və kürdlərin hüquqlarının genişləndirilməsinə söz verdi, İngiltərə-İran Neft Kompaniyasının (İİNK) istismar etdiyi neft mədənləri üzərində İranın hüquqlarının bərpa edilməsi məsələsini hökumətin gündəliyinə gətirdi. Lakin ölkədə kifayət qədər qüvvələr var idi ki, Qəvvam hökumətinin fəaliyyətindən ciddi şəkildə narazı idilər və onu tənqid edirdilər. Bu qüvvələr bir sıra qrup və təşkilatlarda birləşmişdilər, əsasən qəbilə başçıları, iri torpaq sahibləri və tacirlər, yüksək rütbəli hərbçilər və məmurlar, saraya yaxınlığı ilə tanınan mühafizəkar ovqatlı siyasi xadimlərdən ibarət idilər. Onlar ingilispərəst təmayüllü idilər, məclisdə də kifayət qədər nüfuz və söz sahibi kimi tanınırdılar. Məhz bu qüvvələrin kəskin reaksiyası ilə qarşılaşan Qəvvam İrandakı imtiyazlı sosial qrupların təmsilçilərini bütünlükdə öz ətrafında birləşdirmək niyyətinə nail ola bilmədi. Bu baxımdan liberal-millətçi qüvvələri xüsusi ilə qeyd etmək lazımdır. Liberal-millətçi qüvvələr daha müstəqil xətt və mövqe nümayiş etdirdilər. Onlar "İran" partiyasında birləşmişdilər və ölkənin modernləşdirilməsi üçün radikal sosial-iqtisadi və siyasi islahatlar keçirilməsini istəyirdilər. Liberal-millətçilərin sıralarında K.Səcabi, M.Bazarqan və s. kimi liderlər var idi. Əhməd Qəvvam (1877-1955) ABŞ-la münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı idi və ölkədə iqtisadi, siyasi dəyişikliklər aparılmasını, şah hakimiyyətinin daha çox məhdudlaşdırılmasını istəyirdi. 1946-cı ilin əvvəllərində Əhməd Qəvvam baş nazir olduqdan sonra həqiqətən bir çox prinsiplərin həyata keçirilməsində maraqlı olduğunu sübut etdi, dövlət aparatında çalışan ingilispərəst siyasi kurs tərəfdarlarını vəzifələrindən uzaqlaşdırdı, əmək haqqında qanunun qəbul edilməsinə nail oldu, Azərbaycan türklərinin və kürdlərin hüquqlarının genişləndirilməsinə söz verdi, İngiltərə-İran Neft Kompaniyasının (İİNK) istismar etdiyi neft mədənləri üzərində İranın hüquqlarının bərpa edilməsi məsələsini hökumətin gündəliyinə gətirdi. Ölkədə bu hökumətin əlehdarları da çox idi. Bunlar, əsasən, saraya yaxınlığı ilə tanınan mühafizəkar ovqatlı siyasi xadimlər idilər. Məhz bu ingilispərəst qüvvələrin kəskin reaksiyası ilə qarşılaşan Qəvvam İrandakı imtiyazlı sosial qrupların təmsilçilərini bütünlükdə öz ətrafında birləşdirmək niyyətinə nail ola bilmədi. Liberal-millətçi qüvvələr daha müstəqil xətt və mövqe nümayiş etdirdilər. Onlar "İran" partiyasında birləşmişdilər və ölkənin modernləşdirilməsi üçün radikal sosial-iqtisadi və siyasi islahatlar keçirilməsini istəyirdilər. Liberal-millətçilərin sıralarında K.Səcabi, Mehdi Bazarqan və s. kimi liderlər var idi. Klerikal siyasətçilərdən və dini-siyasi qruplardan ibarət qüvvələr də İranda möhkəmlənməyə başlayırdılar. Bu qüvvələr İranda xarici dövlətlərin nüfuzunun artmasının əleyhinə idilər. Klerikal müxalifətin liderlərindən olan Kaşani — demək lazımdır ki, o, antiingilis çıxışlarına görə ölkədə çox məşhur idi — "Mocahidan-e islam" ("İslam mücahidləri") partiyasını yaratmışdı. Partiya əsas diqqətini ona yönəltmişdi ki, İran cəmiyyətində müsəlman ruhanilərinin mövqeyi gücləndirilsin və bu sahədə geniş təbliğat kampaniyası aparılırdı. İran cəmiyyətində sosial-siyasi fəallıq birdən və qəti şəkildə yüksəlmişdi; ikincisi, ölkənin daxili və xarici siyasətinin başlıca problemləri ətrafında mübarizə kəskinləşmişdi; üçüncüsü, İranın gələcək ictimai və dövlət quruluşunun xarakteri haqqında qızğın müzakirələr siyasi həyata xüsusi bir gərginlik gətirmişdi; dördüncüsü, ölkənin əlverişli, geopolitik mövqeyindən yararlanmaq və İranda öz maraqlarını təmin etmək uğrunda ənənəvi olaraq burada nüfuzları güclü olan Böyük Britaniya və Sovet İttifaqı ilə yanaşı Amerika Birləşmiş Ştatları da mübarizəyə qatılmışdı. Əslində bu proseslər 1941-ci ilin avqustunda Sovet İttifaqı və Böyük Britaniyanın, 1942-ci ilin sonlarından ABŞ hərbi qüvvələrinin İrana girməsi ilə başlamışdı. Həmin dövrdə Rza şah Pəhləvi taxtdan salınmış, onun yerinə oğlu Məhəmməd Rza Pəhləvi gətirilmiş, bununla da uzun illər İranda mövcud olmuş hərbi diktatura rejiminə son qoyulmuşdu. Məhz bu da ölkədə müxtəlif siyasi və ictimai təşkilatların öz fəaliyyətini xeyli dərəcədə artırmasına imkan yaratmış, ölkənin idarə edilməsində şahın bilavasitə özünün iştirakını məhdudlaşdırmağa, seçkili orqanların, xüsusilə də parlamentin-məclisin rolunun güclənməsinə gətirib çıxarmışdı. Əslində belə bir şəraitin yaranmasında -, daxili amilləri istisna etmirik və rolunu da azaltmırıq,xarici amillərin rolu xeyli böyük olmuşdur. 1942-ci ildən İranın iqtisadi qaynaqlarını və torpaqlarını, dövlət idarəçiliyini və torpaq bütövlüyünü öz təminatı altına alan Sovet İttifaqı və Böyük Britaniya, eləcə də ABŞ hələ müharibə getdiyi illərdə gələcək İran haqqında düşünürdülər. Təsadüfi deyildir ki, 1943-cü il Tehran konfransında bu dövlətlərin başçıları İranın yenidən qurulmasına yardım etməyi öz öhdələrinə götürməyə söz vermişdilər. Təbiidir ki, bu dövlətlərin də hər biri gələcək İranı öz istədikləri kimi görmək istəyirdi, onu öz yerli tərəfdarlarının əlində görmək istəyirdi və bu istiqamətdə hər üç dövlət ölkədə lazım olan sosial və siyasi dayaqlarını gücləndirirdi. Sovet İttifaqı açıq-aşkar şəkildə İran Kommunist partiyasının varisi Xalq partiyasını (Tudə) və onun ətrafında birləşən qüvvələri dəstəkləyirdi. Bu partiya ölkədə demokratik dəyişikliklər aparılması, xalqın həyat və iş şəraitinin yaxşılaşdırılması, İranın milli suverenliyinin möhkəmləndirilməsi və xarici konsessiyaların ləğv edilməsi uğrunda mübarizəni öz başlıca proqramı elan etmişdi. Kifayət qədər cəlbedici olan bu şüarlar az bir zamanda Tudə partiyasının şöhrətini artırdı və onun üzvlərinin sayını yüz min nəfərə çatdırdı. 1944-cü ildə keçirilən parlament seçkilərində bu partiyanın bir neçə üzvü parlamentə seçildi. Hətta 1946-cı ildə Əhməd Qəvvamın(Qəvvam əs-Səltənə) təşkil etdiyi hökumətin tərkibində 3 tudəçi də olmuşdur. 1946-cı ilin əvvəlində istefa verən Hakimi hökuməti yeni baş nazir təyin olunan Qəvvam əs-Səltənənin təşkil etdiyi hökumətlə əvəz olundu. Hakimiyyətə gəldiyi ilk gündən Qəvvam əs-Səltənə öz opponentlərinə, xüsusilə Azərbaycandakı və Kürdüstandakı qüvvələrə qarşı hər hansı şəkildə mübarizənin dayandırılması və Sovet Ittifaqı ilə normal münasibətlər tərəfdarı olmasını bəyan etdi. 1946-cı ilin 4 aprelində Tehranda Şimali İrandakı (oxu: Cənubi Azərbaycandakı-müəl.) neft yataqlarının kəşfi və istismarı üzrə birgə sovet-iran cəmiyyətinin yaradılması haqqında saziş imzalandı. Bunu ardınca 1946-cı ilin 13 iyununda Qəvvam əs-Səltənə hökuməti və Azərbaycan Milli hökuməti arasında saziş bağlandı. Sazişə görə Milli Məclisin Azərbaycan əyalət əncuməni (məclisi) və Azərbaycan hökumətinin inzibati şura adlandırılması şərti ilə Şimali Azərbaycanda keçirilən bütün islahatlar saxlanılmalı idi. Qəvvam əs-Səltənə hökumətinin atdığı mühüm addımlardan biri də o oldu ki, bütün İran üzrə dövlət torpaqlarının pulsuz olaraq kəndlilər arasında bölüşdürülməsi, məhsul bölgüsündə icarədar kəndlilərin payının 15% artırılması rəsmi şəkildə bəyan edildi. Qəvvam əs-Səltənə bildirdi ki, onun hökuməti demokratik islahatlar keçirilməsində maraqlıdır və antisovet xarici siyasətə son qoyacaqdır. Ölkədə ağır həyat şərtlərinə qarşı etirazları səngitmək üçün 1946-cı ilin ortalarında əmək haqqında qanun qəbul edildi. Qanuna görə həftəlik iş günü 48 saatdan artıq ola bilməzdi, artıq iş vaxtı üçün əlavə əmək haqqı ödənilməli idi. İşçilərə hər həftə üçün istirahət günü və hər il üçün isə məzuniyyət verilirdi. Sosial mübarizənin genişlənməsindən yararlanmaq cəhdləri göstərən İran Xalq Partiyasının (Tudənin) 3 nümayəndəsi konyunktur məqsədlərlə hökumətin tərkibinə gətirildi. Təbiidir ki, Qəvvam əs-Səltənə hökumətinin bütün bu tədbirləri müvəqqəti zaman üçün edilirdi, millətçi-istiqlalçı və digər siyasi qüvvələri hələlik bir azacıq da olsa zərərsizləşdirmək məqsədi daşıyırdı, onun əsl si-yasi xəttinin hazırlanması və həyata keçirilməsinin zəmini qoyurdu. Elə bunun ilk göstəricisi idi ki, o, 1946-cı ilin iyununda İran Demokrat Partiyasını yaratdı və hakim sinfin içərisindən olan bütün tərəfdarlarını orada topladı. Məhz həmin partiya da güc strukturlarının yaxından iştirakı ilə Qəvvam əs-Səltənənin siyasi rəqiblərinə qarşı bütün ölkəboyu hücumlara başladı. Bununla yanaşı Sovet İttifaqının ölkənin şimalında - Azərbaycan və Kürdüstanda dəstək verdiyi qüvvələrə adekvat olaraq Böyük Britaniya da ölkənin cənubunda - Xuzistanda öz imkanlarını səfərbər etdi, burada Xuzistan Qəbilələrinin İttifaqı adlı təşkilat yaradıldı. Bu təşkilat Xuzistanın İrandan ayrılması tələbini irəli sürürdü və belə bir bəhanə gətirirdi ki, Azərbaycanda və Kürdüstanda yaranmış hakimiyyətlər İranın parçalanması məqsədi güdür. İran dövləti bu "seperatçılıq" hərəkətlərinə son qoymur və biz də etiraz olaraq həmin addımı atmaq zorunda qalmışıq. Tarixi ədəbiyyatda daha çox "Cənub hərəkatı" adı ilə tanınan bu təşkilatda birləşən qüvvələrin əsl məqsədi isə həmin bəhanə ilə mərkəzi hökumətin şimaldakı istiqlalçı qüvvələrə qarşı mübarizəyə başlanmasına əsas vermək idi. Onlar hökumətdə tudəçilərin iştirakına qarşı da çıxırdılar. Böyük Britaniya İranın cənubunda baş verən bu hadisələri nəzarətdə saxlamaq üçün öz hərbi gəmilərini Abadan və Xürrəmşəhr limanlarına gətirdi. Bəsrə rayonunda İran sərhədlərinə yaxın əraziyə bir neçə ingilis diviziyası yerləşdirildi. Bunu bəhanə edərək neft mədənlərinin işçiləri kütləvi nümayişlərə başladı. Bu aksiyanın arxasında isə tudəçilər dayanırdılar. 1949-cu ilin 16 iyulunda Qəvvam hökuməti neftçilərin bu nümayişlərini qeyri-qanuni saydı. Xuzistanda hərbi vəziyət elan olundu və sakitlik yarandı. Bu, Qəvvam əs-Səltənənin ilk uğuru idi və indi o, artıq digər siyasi qüvvələrə, ilk növbədə Azərbaycan və Kürdüstan demokratlarına qarşı qəti mübarizə anının gəldiyini hiss edirdi. Belə bir vaxtda payızda (sentyabr ayında) Qəvvam əs-Səltənəni dəstəkləyən Cənubi İran qəbilələri başçılarının hərbi qüvvələri hərəkətə gəldi və Kazerun, Buşir və digər şəhərləri tutdular. Narazı qüvvələrə qarşı cəza tədbirləri tuğyana başladı. Cənubi İran qəbilə başçıları Azərbaycan və Kürdüstanda "qayda-qanun yaradılması üçün" oraya hökumət qoşunlarının yeridilməsini tələb edirdilər. Qəvvam əs-Səltənənin "milli hərəkat" adlandırdığı bu hadisələrin təşkilatçıları öz hərəkətlərin "İranın istiqlaliyyətini və ərazi bütövlüyünü qorumaq" istəyi ilə bağlayırdılar. Bütün bunlardan sonra, -həm də bu vaxt sovet orduları da İrandan çıxarılmışdı Qəvvam əs-Səltənə qəti hücuma başladı, tudəçiləri hökumətdən uzaqlaşdırdı. Artıq 1946-cı ilin sonunda (dekabrın 10-da) isə "məclisə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə İran orduları Azərbaycana yeridildi, Təbriz və digər şəhərlər tutuldu. İstiqlalçı-demokrat qüvvələrə sarsıdıcı zərbələr vuruldu. Azərbaycan hökuməti yıxıldı, minlərlə insan güllələndi, dar ağacından asıldı və öldürüldü. Çoxları ölkədən çıxmağa məcbur oldu. Sonra İran orduları Kürdüstana yeridi və kürd demokratlarına da eyni divan tutuldu. Bütün İran üzrə sol təmayüllü qüvvələrə qarşı təqiblər başlandı. Həmkarlar təşkilatları və Xalq partiyasının qərargahları dağıdılır, qəzet və jurnallar bağlanırdı. Kütləvi həbslər həyat normasına çevrilmişdi. Bu cür ağır və mürəkkəb vəziyyətdə 1947-ci ilin əvvəlində İran məclisinə seçkilər keçirildi. Məclis 1947-ci ilin 22 oktyabrında Qəvəm əs-Səltəninin təklifi ilə irəlidə haqqında danışılan sovet-iran sazişinin qeyri-qanuniliyi haqqında qərar qəbul etdi. Buna da səbəb o gətirilirdi ki, 1944-cü il 2 dekabr tarixli qanuna əsasən hökumət neft konsessiyası vermək hüququndan məhrum edilmişdi. Təbiidir ki, İran tərəfindən belə bir qərarın qəbul edilməsi çox riskli bir addım idi və bu addımın atılmasında ABŞ-nin mövqeyi böyük rol oynamışdır. Belə ki, hələ məsələ məclisə gətirilməmişdən əvvəl ona qarşı İran ictimaiyyətinin mənfi münasibəti bilinirdi. Odur ki, Sovet İttifaqı İrana təzyiqləri gücləndirirdi. ABŞ yaranmış vəziyyətdən yararlanmaqda qətiyyətli oldu və məsələ ilə bağlı öz mövqeyini açıqladı. 1947-ci ilin 22 sentyabrında ABŞ hökuməti bildirdi ki, neft sazişinin rədd edilməsi səbəbindən İran gözlənilməyən nəticələrlə qarşılaşarsa ABŞ bu ölkənin torpaq bütünlüyünü qoruyacağına təminat verir. ABŞ-nin bu sərt mövqeyi Sovet İttifaqını onunla üz-üzə gəlməkdən çəkindirdi və Sovet İttifaqı baş vermiş faktla razılaşmaq zorunda qaldı. Qəvvam əs-Səltənə hökuməti də ABŞ ilə yaxınlığa yönəli kurs götürdü. Lakin bu kurs Qəvvam əs-Səltənənin hakimiyyətini möhkəmləndirə bilmədi. Artıq 1947-ci ilin sonlarında o, parlamentdəki tərəfdarlarının çoxunu itirmişdi. Elə bu da Qəvvam əs-Səltənə hökumətinin yıxılmasına gətirdi. 1949-cu ilin 16 iyulunda Qəvvam hökuməti neftçilərin bu nümayişlərini qeyri-qanuni saydı. Xuzistanda hərbi vəziyyət elan olundu və sakitlik yarandı. Bu Qəvvam əs-Səltənənin ilk uğuru idi. 1949-cu ilin sentyabrda Qəvvam əs-Səltənəni dəstəkləyən Cənubi İran qəbilələri başçılarının hərbi qüvvələri hərəkətə gəldi və Kazerun, Buşir və digər şəhərləri tutdular. Narazı qüvvələrə qarşı cəza tədbirləri tuğyana başladı. Qəvvam əs-Səltənənin "milli hərəkat" adlandırdığı bu hadisələrin təşkilatçıları öz hərəkətlərini "İranın istiqlaliyyətini və ərazi bütövlüyünü qorumaq" istəyi ilə bağlayırdılar. Bu vaxtdan etibarən, sovet orduları İrandan çıxarıldı, Qəvvam əs-Səltən tudəçiləri hökumətdən uzaqlaşdırdı. 1946-cı ilin dekabrın 10-da isə "məclisə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə İran orduları Azərbaycana yeridildi, Təbriz və digər şəhərlər tutuldu. İstiqlalçı-demokrat qüvvələrə sarsıdıcı zərbələr vuruldu. Azərbaycan hökuməti yıxıldı, minlərlə insan güllələndi, dar ağacından asıldı və öldürüldü. Çoxları ölkədən çıxmağa məcbur oldu. Həmçinin bax İranın baş nazirlərı | https://az.wikipedia.org/w/index.php?curid=157670 |
Əhməd Qəşəmoğlu | Məmmədov Əhməd Qəşəm oğlu (15 fevral 1950, Vayxır, Naxçıvan rayonu) — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu 1950–ci ilin 15 fevralında Naxçıvan MR-nin Babək rayonunun Vayxır kəndində anadan olmuşdur. 1972–ci ildə Bakı Dövlət Universitetinin Mexanika–riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmiş və Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda fəaliyyətə başlamışdır. 1974-cü ildən 1978–ci ilə qədər Moskvada SSRİ EA-nın Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda əvvəl təkmilləşmə kursu keçmiş,sonra əyani aspiranturanı bitirmişdir. 1974-cü ildə Varşavada Beynəlxalq Statistika İnstitutunun keçirdiyi konqresdə məruzə ilə çıxış etmişdir. İqtisad elmləri namizədidir. UNESCO–nun Beynəlxalq Kadrlar Akademiyasının fəlsəfə doktorudur. SSRİ Sosioloqlar Assosiasiyasının İdarə Heyətinin üzvü olmuşdur. Yaradıcılığı Ədəbi yaradıcılıqla geniş şəkildə məşğul olur. 1977-ci ildən Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində onun şerləri müntəzəm olaraq Respublika Mətbuatında çap olunmağa başlamışdır. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunmuşdur. Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nda laureat olmuşdur. Buna görə də onun "Vlyublennıy veter" kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunmuşdur. SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. O, eyni zamanda,ardcıl olaraq publisistika ilə də məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycanın Jurnalistlər Birliyinin üzvüdür. Şeir və publisistik yazıları 10-dan artıq xarici ölkələrdə müxtəlif dillərdə çap olunmuşdur. "Rəsul Rza" adına Beynəlxalq ədəbi mükafatın laueratıdır. Əhməd Qəşəmoğlu SSRİ–də riyaziyyatın sosiologiyaya tədbiqi sahəsində fəaliyyətə başlayan ilk mütəxəssislərdən biridir. 1974-cü ildən başlayaraq Azərbaycanda emprik sosiologiyanın əsasını qoymuşdur. 1980-ci ildə Azərbaycan Komsomolu MK–da, 1987–ci ildə Azərbaycan SSR EA–da, 1992–ci ildə Qərb Universitetində sosiologiya sahəsində ciddi Elmi Mərkəzlər yaratmışdır. 1990–cı ildə Azərbaycanda ilk müstəqil "Sosioloji Araşdırmalar Mərkəzi" yaratmışdır. Rəhbərlik etdiyi "El-oba" Sosioloji Araşdırmalar Mərkəzi 1994–cü ilə qədər respublikada olduqca ciddi fəaliyyət göstərmişdir. 1992–ci ilin oktyabrında Azərbaycan Respublikası Parlamenti yanında "Humanitar tədqiqatlar və Proqnozaşdırma Mərkəzi"nin rəhbəri seçilmişdir. Mərkəz 1997–ci ildə ləğv edilmişdir. ABŞda, İrlandiyada, İsveçdə, Misirdə, Türkiyədə və s. ölkələrdə keçirilən 10-dan artıq beynəlxalq toplantıların iştirakçısı olmuşdur. 350–yə qədər sosioloji araşdırmanın aparılmasına rəhbərlik etmişdir. 20–yə qədər fəaliyyət proqramının yaradıcısıdır. 300–ə qədər elmi, publisistik məqalənin, 5 şeir, 5 elmi kitabın müəllifidir. Əhməd Qəşəmoğlu "Azərbaycan-Hollandiya dostluq cəmiyyəti"nin, "Tərəqqi və Demokratiya" ictimai birliyinin rəhbəridir. Vurğun külək. Bakı: Yazıçı, 1982, 73 səh. Dünya çağırır məni. Bakı: Yazıçı, 1988, 88 səh. Vlyublennıy veter. Moskva: Molodaya Qvardiya, 1985, 52 səh. Dünyadan keçirəm indi. Bakı: Yazıçı, 1997, 142 səh. Tətbiqi sosiologiya. Bakı: "TED", 1998, 72 səh. Sosioloji araşdırma aparanlara kömək. Bakı: "Sabah", 2000, 142 səh. Sosial idarəetmənin fəlsəfi və sosioloji problemləri. Bakı: Yazıçı, 2008, 264 səh. Sonsuzluğun ahəngi. Bakı, "Xan"; 2015, 352 səh. Eşqdən o yana. Bakı, "Elm və təhsil", 2020, 172 səh. Ömrün uğurlu bünövrəsi. Bakı: JekoPrint. 2020. 624 s. Sosial-iqtisadi proseslərin idarə olunmasında ahəngyol nəzəriyyəsindən istifadə. Bakı: "Elm və təhsil", 2021, 359 səh. Rəsul Rza (poema). Bakı, "Elm və təhsil", 2023, 90 səh. | https://az.wikipedia.org/w/index.php?curid=49565 |
Əhməd Rafiq Yılmaz | Əhməd Rafiq Yılmaz (türk. Ahmet Refik Yılmaz; d. 1904, İstanbul, Osmanlı İmperiyası – ö. 1986, İstanbul, Türkiyə) — Türk əsgəri. 1925-ci ildə Hərbi Məktəbi bitirdi. Müxtəlif hərbi bölmələrdə taqım komandiri oldu. 1932-ci ildə daxil olduğu Hərbi Akademiyadan 1935-ci ildə məzun oldu. 1954-cü ilə kimi fərqli qərargahlarda və birliklərdə xidmət göstərdi. Hərbi fəaliyyəti 8-ci tümənin, Quru Qoşunları Hərb Akademiyasının, 8-ci korpusun, 2-ci ordunun, 3-cü ordunun, 1-ci ordunun və Türkiyə Quru Qoşunlarının komandiri olmuşdur. 21 fevral 1986-cı ildə vəfat etdi. İstanbulda Qaracaəhməd qəbiristanlığında dəfn edilmişdir. Həmçinin bax Türkiyənin hərb tarixi | https://az.wikipedia.org/w/index.php?curid=570575 |
Əhməd Ramiz Tan | Əhməd Ramiz Tan (türk. Ahmet Ramiz Tan; 1884 – 1 iyun 1928) — Osmanlı hərbçisi və Türkiyə siyasətçisi. Zazaəsillidir. Qaraballı tayfasının başçısı Kankooğullarından İsmayıl Ağanın oğludur. İbtidai və orta təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra dövrün qaydalarına uyğun olaraq 3 oktyabr 1896-cı ildə Hərbi Akademiya Aşirət Sinifinə qəbul olunmuşdur. Bir il təhsil və təlim keçdikdən sonra süvari leytenantı rütbəsi ilə ordu sıralarına qoşulmuşdur. Müxtəlif tayfa süvari şirkətlərində xidmət etdikdən sonra 31 yanvar 1913-cü ildə baş kapitan rütbəsi ilə təqaüdə çıxmışdır.Birinci Dünya müharibəsində yenidən ordu sıralarına daxil olmuş və Şərq Cəbhəsinə təyin edilmişdir. O, tərxis olunduqdan sonra doğma şəhərinə qayıtmışdır. Türkiyə İstiqlaliyyət müharibəsi başlayandan sonra bu hərəkatın tərəfinə keçmişdir. Türkiyə Böyük Millət Məclisinin birinci dövründə Dərsimdən millət vəkili vəzifəsində çalışmışdır. Müraciət Komissiyasında işləmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=821485 |
Əhməd Rasim | Əhməd Rasim (1864, Fateh – 21 sentyabr 1932, İstanbul) — Türk yazıçı, qəzet yazıçısı, Tarixci, millətvəkili.Öz xüsusiyyətlərini ön planda tutduğu bir üslubla qələmə aldığı əsərləri geniş bir oxuyucu tərəfindən oxunan, mütləqiyyət, məşrutiyyət və cumhuriyyət devirlərinə şahitlik edən bir yazıçıdır. 50 illik yazı həyatında fərqli ədəbi növlərdə və çox sayıda əsər yazmışdır. Dövrün İstanbul həyatının incəlikləri üzərində duran lətifələri ilə tanındı. 3 və 4 müddət TBMM-də İstanbul millətvəkili olaraq millət məclisində yer aldı. Tanınmış bəstəkar Osman Nihat Akının babasıdır. Darüşşafaka məzunudur. Yazıçılıq , bəstəkarlıq, Poçt teleqraf idarəsi məmurluğu, Həqiqi Tərcüməçi, Saadət, İkdam, Sabah, Məlumat, Sərvət, Tanın, Haq və Təsviri Əfkar qəzetlerində yazıçılıq etdi, Günəş, Gülşən, Səbat, Sayı və Sərvəti Fünun , Rəsimli qəzet, Musavvar və Məlumat jurnallarında yazıçılıq etde, Dövrün kitapxanasında kitapxana müdürlüyü etmişdir. Evli və 6 övladı var idi. 1864 cü ildə İstanbulda Fatihin Sarı Gözəl məhəlləsində dünyaya gəldi. Atası Məntəşoğullarından Kipirli Bahəddin Əfəndi, anası isə Nəvbahar xanımdır. Atası yazıçı doğulmadan əvvəl ailəsini tərk etdiyi üçün Nəvbahar xanım onu tək başına yetişdirdi. 1875 ci ildə başladığı Darüşşafakada ədəbiyyatla tanış oldu. Bu məktəbdə bəstəkar Məmməd Zəkai Dədədən musiqi dərsləridə gördü. Öz zəhməti ilə Fransızca öyrəndi. Təhsilini 1883 cü ildə birinciliklə bitirdi. Məktəbi bitirdikdən sonra digər Darüşşafaka məzunları kimi Poçt və Teleqraf nəzarətində məmur oldu. Bu təşkilatda qısa bir vaxt katiblik etdi. Məmuriyyət həyatının ilk vaxtlarında Sadbərk xanım ilə evləndi. 1902 ci ildə xanımının ölümünə qədər dəvam edən bu evlilikdən dörd oğlu və iki qızı oldu. Məmuriyyət həyatını mənimsəyən və həyatını yazıçı olaraq qazanmaq istəyən Əhməd Rasimin ilk yazısı Əhməd Mithad Əfəndinin Tərcüman-ı Həqiqət qəzetində dərc olundu. Bu, "Yolçu" başlıqlı bir tərcümə yazısı idi. Ardından vaxtın məşhur yazıçısı Baba Tahir vssitəsi ilə Cəridə-i Havadisdə Fənn mövzuları ilə bağlı yazı və tərcümələr dərc etməyə başladı. Bir müddət Məktəb-i Bəhrami adlı məktəbdə və Komonto musəvi məktəbində müəllimlik vəsifəsində işlədi. Əhməd Mithatdan gördüyü təşviq sayəsində 1885 ci ildən sonra özünü tamamilə gəzet yazıçılığına verdi. Yayım həyatına 1891 ci ildə başlayan Sərvət-i Fünun jurnalında fənn mövzularındaki yazılarının yanında, başlanğıç formasında olan romanlarınıda çıxartma imkanı tapdı. Ləyal-i İzdırab, Məşak-ı Həyat və Afifə burada dərc olundu. Ancaq Sərvət-i Fünun yazıçılarının ümumi olaraq ədəbi cizgisini mənimsədi. O, Əhməd Cövdət Paşa və Əhməd Mithat Əfəndinin şərq və qərb ədəbiyyatının müsbət tərəflərini qarışdıraraq ortaq xüsusiyyətləri ilə diqqət cəlb edən ədəbi anlayışı mənimsəmişdi. 1908 ci ildə Hüseyin Rəhmi ilə birlikdə 37 sayılıq "Boşboğaz ilə Güllabi" adlı bir yumor qəzeti çıxaran Əhməd Rasim, yazıçılığı Məlumat, Sabah, Səbat, Günəş, Maarif, Rəsimli Qəzet, Məcmuai Əbuzziya, Türk Yurdu, Yeni Məcmua, Rəsimli Ay, İkdam, Boşboğaz, Basirət, Təsviri Əfkar, Vaxt, Axşam, Cumhuriyyət qəzeti və jurnallarındaki yazıları ilə dəvam etdi, bununla birlikdə Gülşən, Səbat, Hamiyyət, Şəfəq, Sərvət, Tanın, Ənvəri Zəka, Maarif, Rəsimli Qəzet, Xəzinəi Fünun, Məktəb, Pul, Fən və Ədəb, İrtiqa, Surayı Ümmət, Donanma, Rəsimli Kitab, Müsəvvər, Mühid kimi jurnallarda gərçək adı ilə, Xanimlara Məxsus Müəllim Naci təsirində qələmə aldığı Məlumatda isə "Leyla Fəridə" adını istifadə edərək yazılar göndərmişdir. 1898 cü ildə Alman İmperatoru 2ci Vilhelmin Suriya gəzintisi vaxtında Məlumat qəzeti tərəfindən Suriyaya, 1916 cı ildə isə Sabah qəzeti tərəfindən muxbir olaraq Romaniya cəphəsinə göndərildi. Eyni zamanda məktəblər üçün yazdığı tarix, dil bilgisi, imla və aritmetika kimi cürbəcür mövzulardaki əsərlərini kitap forması halında çap etdirdi. Menakını İslam adlı kitabı səbəbi ilə 2ci Əbdülhəmiddən Məcidi nişanı aldı. Şeir, hekayə və roman sahələrində əsərlər verdiysədə onu günümüzə çatdıran "Şəhər Məktubları", " Əşğalı Zaman" , " Ciddü Mizah" , " Gülüb Ağladıqalrım" kimi araşdırma və müşahidəyə dəyanan yazıları oldu. Musiqi sahəsində də əsərlər verən sənətkar, bəstələri də özünə ayit olan olduqca çox mahnı sözləri yazdı. Yaxın dostu musiqiçi Tatyos Əfəndinin bəstələdiyi uşşak məqamındaki " Bu axşam gün batarkən / Əsla gec qalma, ərkən gəl " sətirləri ilə başlayan güftəsi günümüzə qədər gələn əsərlərindəndir. 1927 ci ildə Cumhuriyyət lideri Musatafa Kəmalın referansı ilə İstanbul millətvəkili oldu və Türkiyə Böyük Millət Məclisinin üçüncü və dördüncü müddətlərində millətvəkilliyi etdi. Ancaq səhhətində ki sağlamlıq məsələləri səbəbiylə məclis müzakirələrində belə iştirak edə bilmədi. 1932 ci ildə Heybəliadadaki evində həyatını dəyişdi, Heybəliadadaki Abbaspaşa Məzarlığına dəfn edildi. İstanbul Fatih Qaragömrükde 1938–1939 cu illərdə təhsil ilində qurula Qaragömrük orta məktəbinin adı 1965–1966 cı illərdə Əhməd Rasim Orta məktəni olaraq dəyişdirilmişdir. Məktəb 1988–1989 cu ildən bəri Əhməd Rasim Liseyi adını almışdır. Başlıca əsərləri Roman ve Hekâyələri İlk Sevgi (1890) Bir Səfilənin Əvraq-ı Mətrukəsi (1891) Gözəl Eleni (1891) Məsakk-ı Həyat (1891) Ləyâl-i İzdırab (1891) Məhalik-i Həyat (1891) Əndişə-i Həyat (1891) Meyl-i Dil (1891) Təcârib-i Həyat (1891) Afifə (1892) Məktəb Yoldaşım (1893) Təcrübəsiz Eşq (1893) Nümunə-i Xəyal (1893) Biçarə Gənc (1894) Qəm-i Hicran (1896) Sevda-yı Sərmədî (1895) Əsgər Oğlu (1897) Nâkâm (1897) Ülfət (ikinci çapı "Hamamcı Ülfət" adıyladır) (1898) Bəlkə Mən Aldanıram (1909) İki Gözəl Günahkâr (1922) İki Günahsız Sevda (1923) Gecələrim (Daha sonra "Ömr-i Ədəbî III"’də yer almışdır) (1894) Köhnə Maceralardan Fuhş-i Atik, 2 c. (1922) Mühərrir, Şair, Ədib (1924) Falaka (1927) Mənsur Şeirleri O Çöhrə (1893) Kitabə-i Qam, 3 c., (1897) Lətifələr ve Məqalələr Külliyat-ı Say ü Tahrir: Makalât və Musahabat, 2 c. (1909) Külliyat-ı Say ü Tahrir: Menakıb-ı İslâm, 2 c. (1909–10) Şəhər Məktubları, 4 c. (1912–1913) Tarix və Muharrir (1913) Cidd ü Mizah (1920) Əşkâl-i Zaman (1918) Gülüb Ağladıqlarım (1924) Muharrir Bu Ya (1926) Tarixlə bağlı Kitabları Ərəblərin Terakkiyat-ı Mədəniyyəsi, 2 c. (1888) Tarix-i Muhtasar-ı Bəşər (1887) Köhnə Romalılar 3 c. (1887–1889) Tərakkiyyat-ı İlmiyyə və Mədəniyyə (1887) Rəsimli və Xəritəli Osmanlı Tarixi, 4 c. (1910–1912) İki Xatırat, Üç Şəxsiyyət (1916) İstibdattan Hakimiyyət-i Milliyəyə, 2 c. (1924) Səyahət Yazıları Romanya Məktubları (1917) Monoqrafiya Mətbuat Tarixinə Mədhal: İlk Böyük Muharrirlərdən Şinasi (1927) Tərcümələri Ədəbiyyat-ı Qarbiyədən Bir Nəbzə (1886) Cüməl-i Hikəmiyyə-i Əcnəbiyyə (1886) Cizvit Tarixi (1887) Əzhâr-ı Tarixiyə (1887) Ürani (1891) İki Damla Göz yaşı (1894) Mathildə Laroche (1894) La Dame aux Camelias (1895) Karpat Dağlarında (1896) Mızıkacı Yanko ve Kamyonka (1899) Nəşidə-i Ruh (1899) Ohlan Qarısı (1900) Kaptan Jipson (1902) Madam Hardibər (1903) Asya Qumsallarında (1904) Məktəb Kitapları Yeni Usul Sarf-ı Farisî (1888) Kiçik Tarix-i İslâm (1889) Kiçik Tarix-i Osmanî, 2 c. (1889) Yeni Usul Müəllim-i Sarf, 3 c. (1889) Osmanlı Tarixi (1890) Hesab-ı Tədricî (1890) İmlâ-yı Osmanî (1890) Müptədi (Sadəcə adı bilinir) Hesab Kitabı, 2 c. (1893) Sarf-ı İptidayî (1894) Kiçik Hıfzıssıhha (1894) Əməlî və Nəzərî Təlim-i Lisan-ı Osmanî (1895) Əlifba (1903) Əlifbadan Sonra (1903) Yeni Usul Muhtasar Sarf-ı Türkî (1907) Rəsimli Kiçik Tarix-i Osmanî (1913) Yeni Sarf Dərsləri II (1924) Doğru Usul-ı Kıraat III (1927) Digər Əsərləri Bədayi-i Kəşfiyyat və İhtiraat-ı Bəşəriyyədən Fonoqraf (1885) Elektrikiyət-i Sakinə (1885) Cüməl-i Hikəmiyye-i Osmaniyə (1886) Elektrik (1887) Təşəkkül-i Cihan Haqqında Fikr-i İcmalî (1887) Qaraib-i Âdat-ı Akvam (1887) Xəzinə-i Məkâtip yaxud Mükəmməl Münşəat (1889) Ömr-i Ədəbî, 4 c. (1897–1900) Xanım (1910) ^ a b Serkan Kaya, ,Ahmet Rasim’in Hikayeleri, Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Yüksek Lisans Tezi, İstanbul 2005 ^ "TBMM Albümü". tbmm.gov.tr. 31 Ekim 2012. 11 Nisan 2015 tarihinde kaynağındanArxivləşdirilib 2015-04-11 at the Wayback Machine arşivlendi. Erişim tarihi: 23 Ocak 2012. ^ a b Metehen Yıldız, Ahmet Rasim’in Eserleri, Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü YüksekLisans Tezi, İstanbul 2006 | https://az.wikipedia.org/w/index.php?curid=472326 |
Əhməd Ratib Paşa | Əhməd Ratib Paşa (d. 1711 - ö. 23 avqust 1758) — Osmanlı sultanı I Mahmud və III Osman dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Sultan Mahmud dönəminin sədrəzəmlərindən Topal Osman Paşanın oğlu olub, təxminən 1711-ci ildə dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca ilə yanaşı, dövrün mühüm xəttatlarından hüsnxət dərsləri almışdır. Gözəl əlyazısı və hüsnxətdəki bacarığı səbəbilə Ratib (farsca sıraya qoyan, düzən mənasında) ünvanı almışdır. Atasının 1733-cü ildə Səfəvilərlə döyüşdə şəhid düşməsinin ardından onun mülklərini və paşa ünvanını almışdır. 1740-cı ilin iyulunda Rumeli bəylərbəyi təyin edilmiş, həmin il Sultan Əhmədin qızlarından Ayşə Sultanla nişanlanmışdır. Cütlüyün nigahı 1742-ci ilin dekabrında bağlanmış, ardından Əhməd Ratib Paşa 1743-cü ildə kaptan-ı dərya təyin edilmişdir. Daha sonra Hanya, Əyriboz, Rumeli, Aydın, Vidin, Yanya kimi əyalətlərdə xidmət göstərmişdir. Moreya valisi ikən 1758-ci ildə vəfat etmişdir. Ayşə Sultandan öncə bir neçə dəfə evlənən Əhməd Ratib Paşanın 10 övladı olmuş, bunlar müxtəlif dövlət vəzifələrində xidmət etmişdir. Oğlu Əbdürrəhman bəy (ö. 1790) Əndərunda yetişərək, III Səlimin şahzadəlik illərində lələsi olmuşdur. Digər oğlu Əli bəy (ö. sentyabr 1808) isə qapıçıbaşılığa qədər yüksəlmişdir. Digər oğlu Şəmsəddin bəy isə məşhur Osmanlı şairi və ədibi Namiq Kamalın babasıdır. Digər oğlu Müdərris Osman Paşa (ö. 20 aprel 1775) müdərris, ardından vəzirliklə Bosniya valisi (1772) və Rumeli bəylərbəyi (1773) vəzifələrində çalışmışdır. Ayşə Sultandan oğulan qızı Ruqiyə xanım Sultan (ö. 1789) isə gələcəkdə Lələzadə Nuri bəylə evləndirildi. Sicill-i Osmani IV cild, səh. 334 | https://az.wikipedia.org/w/index.php?curid=741417 |
Əhməd Ruminski | Kəblə-Əhməd Məmmədqulu oğlu Əhmədov (tanınır: Əhməd Rumlu (Ruminski); 12 avqust 1902, Bakı – 13 noyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Rumlu 1902-ci ilin avqustunda Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində dünyaya gəlib. Lakin onun ailəsi Əhməd doğulmamışdan XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan mühacirə edilmişdi. Atası İranda anadan olmuşdu. Oğlunu axund görmək istəyən Məmmədqulu kişi bu məqsədlə onu molla məktəbinə qoyur. Əhməd Bakıda dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alır. Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfi-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. 20–30 il oğlundan ayrı düşəcəyini düşünən ata bu təklifdən boyun qaçırır. Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olundu və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazandı. Tənqid-Təbliğ Teatrı isə Əhmədin həyatında dönüş yaratdı. Əhməd Əhmədovun 18 yaşı olanda artıq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində müxtəlif həcmli rollar ifa etməyə başlamışdır. Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxdı. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başladı. "Humay" poemasını qələmə aldı. Tezliklə "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri GTT-da səhnəyə qoyuldu. Rumlu təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirdi. Şair-qəzəlxanın 5000-dən çox qəzəli mövcuddur. Amma onların çoxu hazırda mövcud deyil.Həyatda çox sakit, özünü gözə soxmayan qəzəlxanın ilk filmi məhz "O olmasın, bu olsun" ilə başlayır. Bunu Əliağa Ağayev məsləhət edir. Hüseyn Seyidzadə hambal roluna bir neçə aktyoru sınasa da, bəyənmir. Ağayevin xahişi ilə rejissor onu çağırıb sınayır. Əhməd Ruminskini Hüseyn Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir. Epizodik rol olan Hambal rolu qəzəlxanın həyatını dəyişir və onun aktyorluq keyfiyyətlərini üzə çıxarır. Bundan sonra 1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə "Bir məhəllədən iki nəfər", 1958-ci ildə "Kazbek qutusu" bədii filmlərində rol alır. Amma qəzəlxanın sakit, qapalı adam olması onun çox filmlərdə çəkilməsinə imkan vermədi. Hətta aktyorun uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrında da baş rolu demək olar ki, olmayıb. Əhməd Ruminski qəzəllər söyləsə də, tamaşalarda rol alsa da, cəmisi 6 filmdə epizodik rolda çəkilsə də, "O olmasın, bu olsun" filmində yaratdığı "Hambal" obrazı ilə Azərbaycan xalqının könlündə taxt qurmuşdur. Bu filmdə o, öz səsi və öz xarakteri ilə oynamışdır. Onun Məşədi İbadla olan epizodları və frazaları indiyə qədər də tamaşaçılar tərəfindən sevilə sevilə izlənilir.Əhməd Rumınski 1982-ci ildə dünyasını dəyişib. Məzarı Balaxanı qəbirstanlığında Hacı Şəhla məscidinin yaxınlığındadır. Filmoqrafiya O olmasın, bu olsun (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) "Kazbek" qutusu (film, 1958) "Bəs mənim bir abasım hara getdi?" //Odlar yurdu.- London, 2008, dekabr.- № 002.- səh. 15. | https://az.wikipedia.org/w/index.php?curid=40227 |
Əhməd Rumlu | Kəblə-Əhməd Məmmədqulu oğlu Əhmədov (tanınır: Əhməd Rumlu (Ruminski); 12 avqust 1902, Bakı – 13 noyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Rumlu 1902-ci ilin avqustunda Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində dünyaya gəlib. Lakin onun ailəsi Əhməd doğulmamışdan XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan mühacirə edilmişdi. Atası İranda anadan olmuşdu. Oğlunu axund görmək istəyən Məmmədqulu kişi bu məqsədlə onu molla məktəbinə qoyur. Əhməd Bakıda dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alır. Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfi-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. 20–30 il oğlundan ayrı düşəcəyini düşünən ata bu təklifdən boyun qaçırır. Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olundu və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazandı. Tənqid-Təbliğ Teatrı isə Əhmədin həyatında dönüş yaratdı. Əhməd Əhmədovun 18 yaşı olanda artıq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində müxtəlif həcmli rollar ifa etməyə başlamışdır. Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxdı. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başladı. "Humay" poemasını qələmə aldı. Tezliklə "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri GTT-da səhnəyə qoyuldu. Rumlu təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirdi. Şair-qəzəlxanın 5000-dən çox qəzəli mövcuddur. Amma onların çoxu hazırda mövcud deyil.Həyatda çox sakit, özünü gözə soxmayan qəzəlxanın ilk filmi məhz "O olmasın, bu olsun" ilə başlayır. Bunu Əliağa Ağayev məsləhət edir. Hüseyn Seyidzadə hambal roluna bir neçə aktyoru sınasa da, bəyənmir. Ağayevin xahişi ilə rejissor onu çağırıb sınayır. Əhməd Ruminskini Hüseyn Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir. Epizodik rol olan Hambal rolu qəzəlxanın həyatını dəyişir və onun aktyorluq keyfiyyətlərini üzə çıxarır. Bundan sonra 1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə "Bir məhəllədən iki nəfər", 1958-ci ildə "Kazbek qutusu" bədii filmlərində rol alır. Amma qəzəlxanın sakit, qapalı adam olması onun çox filmlərdə çəkilməsinə imkan vermədi. Hətta aktyorun uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrında da baş rolu demək olar ki, olmayıb. Əhməd Ruminski qəzəllər söyləsə də, tamaşalarda rol alsa da, cəmisi 6 filmdə epizodik rolda çəkilsə də, "O olmasın, bu olsun" filmində yaratdığı "Hambal" obrazı ilə Azərbaycan xalqının könlündə taxt qurmuşdur. Bu filmdə o, öz səsi və öz xarakteri ilə oynamışdır. Onun Məşədi İbadla olan epizodları və frazaları indiyə qədər də tamaşaçılar tərəfindən sevilə sevilə izlənilir.Əhməd Rumınski 1982-ci ildə dünyasını dəyişib. Məzarı Balaxanı qəbirstanlığında Hacı Şəhla məscidinin yaxınlığındadır. Filmoqrafiya O olmasın, bu olsun (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) "Kazbek" qutusu (film, 1958) "Bəs mənim bir abasım hara getdi?" //Odlar yurdu.- London, 2008, dekabr.- № 002.- səh. 15. | https://az.wikipedia.org/w/index.php?curid=38521 |
Əhməd Rza | Əhməd Rza bəy (1859[…], Konstantinopol – 26 fevral 1930, Konstantinopol) — Osmanlı siyasətçisi, pedaqoq və Osmanlı imperiyasının İkinci Məşrutiyyət dövründə Gənc türklərin görkəmli nümayəndəsi. O, həm də İttihad və Tərəqqi Komitəsinin əsas lideri idi. 1908-ci ildə Osmanlı Parlamentinin aşağı palatası olan dirçəldilmiş Millət vəkilləri Palatasının ilk prezidenti, 1912-ci ildə isə senator təyin edildi. O, Birinci Dünya müharibəsi üçün Osmanlı imperiyası, Fransa və İngiltərə arasında uğursuz koalisiya müqaviləsi zamanı aparıcı müzakirəçi olub. Əhməd Rza bəzi müəlliflər tərəfindən universal insan kimi təsvir edilib. Əhməd Rza bəy 1858-ci ildə İstanbulda Əli Rza bəyin oğlu olaraq dünyaya gəlib. İngilis dilini bildiyinə və Britaniya imperiyasına heyran olduğuna görə atasına İngiliz ("İngilis") ləqəbi verilmişdi. Anası Fraulin Turban Münhendə anadan olsa da, macar əsilli idi. Əli Rza bəylə tanış olduqdan sonra o, Vyanaya köçdü və Naile Sabıka Xanım adını alaraq onunla evlənmək üçün İslamı qəbul etdi. Uzun illər dövlətə xidmət etmiş bir ailədən çıxan Əhməd Rzanın babası Kənd Təsərrüfatı və Zərbxana Naziri idi. Onun nəsl-nəcabəti ulu babası III Kemankeş Əfəndinin soyundan gəlirdi. O, Sultan III Səlimin Gizli Katibi olub. Atası Misir qazilərindən biri olan Siddik Molla Əfəndi idi.Əhməd Rza bəy ilk təhsilini İstanbulda Qalatasaray Liseyində almışdı. Oranı bitirdikdən sonra Fransada kənd təsərrüfatı sahəsi üzrə üzrə təhsilini davam etdirdi. O, gənclik illərindən imperiyada kəndlilərin vəziyyətini yaxşılaşdırmağa çalışırdı. O, fermerlərin şəraiti ilə maraqlanırdı və fransız sosioloqu Ogüst Kontun ideyalarını dəstəkləyərək kənd təsərrüfatında yeni üsulları həyata keçirmək istəyirdi. 1894-cü ildə İslam və Osmanlı məşvərət ənənələrinin birləşdirilməsinə dair bir sıra nəşrlər dərc etdirdi. 1895-ci ildə çap etdirdiyi “Meşveret” jurnalı sürgündəki Gənc türklər hərəkatının əsas ruporuna və mərkəzinə çevrildi. Rza türk millətçisi olsa da, sultanı günahlandıraraq onu “islamçılıq ənənələrinə və Quranın hökmlərinə” zidd olaraq silahlı çıxışları sərt şəkildə yatırmasından dəhşətə gəlmişdi. Əhməd Rza 1902-ci ildə Parisdə keçirilən Osmanlı Müxalifət Konqresində məsələyə fərdi yanaşan Şahzadə Mehmed Səbahəddin bəyin inqilab və Avropanın Osmanlı imperiyasına müdaxiləsi çağırışlarına, eləcə də ermənilərin məskunlaşdığı şərq vilayətlərinə istənilən muxtariyyət statusuna qarşı çıxış etdi. 1907-ci ildə keçirilən Osmanlı Müxalifətinin II Qurultayında Əhməd Rza əvvəlcə sultanı devirmək üçün silahlı üsyanı dəstəkləsə də, sonradan mövqeyini dəyişdi. Parisə qaçış 1889-cu ildə yazılan kitaba görə, Fransa İnqilabının yüz illiyi ilə bağlı təşkil olunmuş sərgidə iştirak etmək bəhanəsi ilə onun Parisə qaçdığını və geri qayıtmadığını bildirən sifarişli məktub var idi. Orada fransız dilini öyrənərək tərcüməçi oldu. Paris Universitetində o, riyaziyyatçı Pyer Laffitt tərəfindən tədris olunan pozitivizm mövzusunda mühazirələrini davam etdirdi. Çünki o, Laffittinin İslam və xüsusilə Şərq sivilizasiyası haqqında düşüncələrindən təsirlənmişdi. Laffitt hesab edirdi ki, İslam ən qabaqcıl dindir, ona görə də müsəlmanların pozitivizmdən keçməsi asan olmalı idi. Əhməd Rza "Société Positiviste"nin (Pozitivistlər Cəmiyyət) ən fəal üzvlərindən birinə çevrildi və 1905-ci ildən etibarən "Comité Positif Occidental"da "müsəlman icmalarının nümayəndəsi" kimi vəzifələndirilərək pozitivizmin beynəlxalq arenada yayılmasını təmin edirdi. Parisdə işlədiyi ilk illərdə Osmanlı imperiyası haqqında mənfi yazılar yazan müxtəlif qəzet və jurnallara cavab verməyə çalışırdı. 1891-ci ildə Osmanlı qadınları ilə bağlı mühazirəsində “azadlıq” ifadəsini işlətdiyi üçün Paris mərkəzinin ölkəsinə qayıtmaq göstərişinə tabe olmadığı üçün İstanbuldakı poçt və teleqraf xronikasına məktub yazdı və bildirdi ki, onun heç bir gizli təşkilata aidiyyatı yoxdur. Əhməd Rza fikirlərini 1893-cü ildə Sultan II Əbdülhəmidə göndərdi. O, müsbət cavab və yazışmanın davam edəcəyi ümidi ilə məktublar göndərməyə davam etdi. O sultanı inandırmağa çalışırdı ki, konstitusiya rejimi heç də pis sistem deyil. Altıncı məktubunun göndərilməsi ərəfəsində o, Parisdə keçmiş Suriyalı millət vəkili Halil Qanemlə birgə şıxardığı “Meşveret” qəzetində fransızca siyasi yazılar yazmağa başladı. Daha əvvəl SultanII Əbdülhəmidə təqdim etdiyi islahat proqramını Londonda “Layihə və Məktub” adı ilə kitabça olaraq nəşr etdirdi. Ömrünün son illəri Əhməd Rza bəy bir pedaqoq kimi 1916-cı ildə İstanbulda Türkiyənin ikinci qız liseyi olan Kandilli Qız Liseyinin açılışını təşkil etdi. Əslində bu lisey birinci olmalı idi, lakin Birinci Dünya müharibəsinin başlaması bu layihəni gecikdirdi.Barış və atəşkəs dövründə Sultan VI Mehmed Vəhidəddin Əhməd Rzanı Osmanlı Senatının sədri təyin etdi və bu müddət ərzində Osmanlı hökumətinin Millətlər Cəmiyyətinin mandatına qarşı çıxması barədə Amerika diplomatlarını məlumatlandırdı. Sədrəzəm vəzir Kürəkən Fərid Paşa hiylə yolu ilə onun mövqeyini əlindən aldı. O tərəf dəyişdirərək Mustafa Kamal Paşa hərəkatına keçərək 22 iyun 1919-cu ildə Parisə getdi. O, Fransa ilə Türkiyə Böyük Millət Məclisi hökuməti arasında aparılan danışıqlarda mühüm rol oynadı. Əhməd Rza 1926-cı ildə Türkiyəyə qayıtdı. I Dünya müharibəsi bitdikdən sonra ictimai həyatdan ayrılaraq Əhməd Rza xatirələrini qələmə almağa başladı. Onun xatirələri 1988-ci ildə ölümündən 50 il sonra “Meclis-i Mebusan ve Ayan Reisi Ahmet Rıza Bey’in Anıları” (“Deputatlar Palatası və Senat sədri Əhməd Rzanın xatirələri”) adı ilə nəşr olundu. Əhməd Rza 1930-cu il fevralın 26-da İstanbulda vəfat edib. O, Serbiya krallığının ən yüksək mükafatı olan "Qarageorgia Ulduzu ordeni" ilə təltif edilib. Layihalar, 1889 Vazife ve Mesuliyet series (Padishahs and Shehzades, Soldier, Woman) Tolarance Muslumane (İslamiyet’te Serbesti-i Ayin), 1897 Meşveret diaries, 1903-1908 La Crise de I’Orient (Burhan-ı Şark), 1907 Echos de Turquie (Türkiye Haberleri), 1920 La Faillite Morale de la Politique Occidentale en Orient (Batının Doğu Politikasının Ahlaken İflası), 1922Jurnallar Revue Occidentale, 1896-1908 Positivist Review, 1900-1908 Xarici keçidlər Kieser, Hans-Lukas. en:Talaat Pasha: Father of Modern Turkey, Architect of Genocide (ingilis). Princeton University Press. 2018. ISBN 978-1-4008-8963-1. Suny, Ronald Grigor. "They Can Live in the Desert but Nowhere Else": A History of the Armenian Genocide. Princeton University Press. 2015. ISBN 978-1-4008-6558-1. | https://az.wikipedia.org/w/index.php?curid=776947 |
Əhməd Rəcəbli | Əhməd Rəcəbli (28 sentyabr 1898, İrəvan – 15 dekabr 1963, Moskva) — azərbaycanlı polimat, bioloq, seleksiyaçı alim, genetik, professor, aqronom, pedaqoq, cümhuriyyət tələbəsi, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) akademiki. Stalin repressiyalarının qurbanlarından olan Əhməd Rəcəbli 100-dən çox elmi məqalənin və 24 monoqrafiyanın müəllifidir. O, Azərbaycanda ilk dəfə meyvə və dənli bitkilərin xalq seleksiyasının əvvəllər məlum olmayan nadir sortlarını qeydə alıb təsvir etmiş, onların istehsalata tətbiqini tövsiyə etmişdir. Əhməd Rəcəbliyə məxsus sənədlər hazırda Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə edilir. Uşaqlıq illəri və təhsil həyatı: 1898–1923 Əhməd Rəcəbli 1898-ci il sentyabrın 28-də İrəvan şəhərində Məşədi Cabbar Məşədi Cəfər oğlunun və Kübra xanım Hacı Xəlil qızının ailəsində anadan olub. 1907-ci il sentyabrın 15-də İrəvan şəhərindəki İrəvan kişi gimnaziyasına daxil olub və 1916-ci il iyunun 1-də tam səkkizillik kursu bitirib. Hələ 1916-cı il yanvarın 1-də gimnaziyanın pedaqoji şurasının qərarı ilə nümunəvi davranışı və təhsildə qazandığı uğurları ilə əlaqədar Əhməd Məşədi Cabbar oğlu Rəcəbliyə gümüş medal verilib. O, elə həmin il Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. 1918-ci ildə "Azərbaycan füqərası" qəzetinin redaksiyasında korrektor işləyib. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yüz nəfər tələbənin xarici universitetlərdə təhsil almasının təmin edilməsi üçün Təhsil Nazirliyinin büdcəsinə 7 milyon rubl pul köçürülməsinə dair qərarından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə təhsilini davam etdirmək üçün Avropaya göndərilib. Belə ki, rus, italyan, alman, ispan, yunan və fars dilini bilən Əhməd Rəcəbli İtaliyanın Peruca şəhərində yerləşən, 1896-cı ildə əsası qoyulmuş Ali Kral Eksperimental Aqrar İnstitutunun məzunudur. 1936-cı ildə həmin institutun əsasında Peruca Universitetinin Kənd Təsərrüfatı, Ərzaq və Ətraf Mühit Fakültəsi təşkil edilmişdir. Zaqatala: 1924–1930 İtaliyada təhsilini başa vurduqdan sonra 1923-ci ildə Bakıya qayıdan Rəcəbli torpaq komissarlığından iş təklifi alır. Ancaq bioloq özünün xahişi ilə seleksiya fəaliyyəti üçün əlverişli şəraiti olan Zaqatalaya göndərilir və burada aqronom kimi işə başlayır. O, 1924-cü ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu təşkil edir və 1937-ci ilə qədər təhsil müəssisəsinə rəhbərlik edir, eyni zamanda Zaqatala fındıqtəmizləmə zavodunda məsləhətçi kimi işləyir. Onun təşəbbüsü və iştirakı ilə Zaqatala-Car tütünçüləri yoldaşlıq kooperativi yaradılır. Həmçinin, Rəcəblinin təşəbbüsü ilə 1926-cı ildə Zaqatalada təcrübə-sınaq stansiyası qurulur və 1937-ci ilin iyuluna kimi özü həmin stansiyaya rəhbərlik edir. Zaqatalada olarkən Əhməd Rəcəbli maarifçi-pedaqoq Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanımın vasitəçiliyi ilə ömür-gün yoldaşı Fəhimə xanım Mehdibəyova ilə tanış olub ailə həyatı qurur. Cütlüyün 1928-ci ildə Nigar, 1930-cu ildə isə Xalidə adlı qızları dünyaya gəlir. Əhməd Rəcəblinin bacısı isə cümhuriyyət tələbələrindən Baxşəli bəy Sultanovla evlənir. Repressiya illəri 1930-1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent və kafedra müdiri, 1931-1934-cü illərdə isə həm də institutun cənub torpaqları üzrə bölməsinin rəhbəri kimi çalışan Əhməd Rəcəbli sonralar respublika torpaq komissarlığında dövlət müşaviri vəzifəsində fəaliyyətini davam etdirir. 1935-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alan alim daha sonra Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasında akademik Nikolay Vavilovun rəhbərlik etdiyi subtropik bitkilər bölməsinin üzvü seçilir.1937-ci ildə namizədlik dissertasiyasını müdafiə edən Əhməd Rəcəbli elə həmin ilin avqustunda xaricdə təhsil alması əsas gətirilərək əks-inqilabçı fəaliyyətdə ittiham edilir və QULAQ düşərgələrindən biri olan Maqadan şəhərinə 8 illik sürgünə göndərilir. Üç il Kolımada, beş il Maqadanda SSRİ Xalq Daxili İşlər Komissarlığının yardımçı təsərrüfatında aqronom işləyən Rəcəbli sürgündə olarkən yeni pomidor sortları da yetişdirir. Maqadanda ikən həmçinin bədii yaradıcılıqla məşğul olan Əhməd Rəcəbli "Babək" tarixi romanını yazır və ayrı-ayrı kağızlarda qələmə aldığı əsərini azadlığa çıxan məhbuslarla birlikdə hissə-hissə evə göndərir. Bu roman Azərbaycan nəsr ədəbiyatı tarixində Babəkə həsr olunmuş ilk bədii əsər hesab olunur.Rəcəblinin həbsindən sonra Bakıya gələn Fəhimə xanım bir müddət Azərbaycan Dövlət Universitetində fizika müəllimi işlədikdən sonra universitetdən xaric olunur. Hətta onun orta məktəbdə fəaliyyət göstərməsi də qadağan edilir, bununla belə, 1945-ci ildə Əhməd Rəcəblinin sürgündən qayıtması ilə vəziyyət dəyişir. Belə ki, Fəhimə xanım "Monokristallar və onların temperatur rejimindən asılılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycanda fizika sahəsində ilk elmlər namizədi olan qadın ünvanını qazanır. Eyni vaxtda Əhməd Rəcəbli də Azərbaycanda meyvəçiliyin inkişafı sahəsində aktual mövzular üzərində işləyir. Belə ki, Şirvan, Naxçıvan, Quba, Xaçmaz və Qarabağ bölgələrində yeni meyvə sortları tətbiq edən alim konserv sənayesi üçün meyvələr hazırlayır, həmçinin "Azərbaycanda meyvə bitkilərinin sortları" adlı monoqrafiyasını yazır və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə dərslik tərtib edir. Həmin monoqrafiya seleksiyaçı alimin yalnız vəfatından sonra — 1966-cı ildə çap olunur. Zəngin elmi fəaliyyətinə baxmayaraq, Əhməd Rəcəbli 1950-ci il martın 22-də yenidən həbs edilərək Qazaxıstanın Cambul vilayətinə göndərilir və dörd ildən sonra — Stalinin ölümünün ardınca bəraət alması nəticəsində Azərbaycana qayıdır. Sürgündən sonrakı dövr Qazaxıstandan sürgündən qayıtdıqdan sonra Əhməd Rəcəbli Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutunun meyvəçilik şöbəsinin rəhbəri təyin olunur. O zamanlar Azərbaycan SSR-in daxili işlər naziri olan Ağasəlim Atakişiyevin imzaladığı order əsasında "xalq düşməni" adı altında həbs olunmasına baxmayaraq, Əhməd Rəcəbli, qızı Xalidənin nazirin oğlu Tofiqlə ailə həyatı qurmasına razılıq verir və gənclər 1952-ci ildə gizlicə nikah bağlayırlar. 1958-ci ildə Əhməd Rəcəbli Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki və akademiyanın bitkiçilik bölməsinin akademik katibi seçilir.Əhməd Rəcəbli 1963-cü ilin dekabrın 15-də Moskvada ürək tutmasından vəfat etmiş və nəşi Bakıya gətirilmişdir. 1970-ci ildə vəfat edən qudası — general-mayor Ağasəlim Atakişiyev isə Əhməd Rəcəbli ilə eyni qəbiristanlıqda, Maştağada alimin məzarının yaxınlığında dəfn olunub. 1992-ci ildə Qubadakı Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutuna Əhməd Rəcəblinin adı verilmiş və foyedə büstü qoyulmuşdur. Eyni ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən küçələrdən biri Əhməd Rəcəblinin şərəfinə adlandırılmışdır. 1998-ci ildə isə Əhməd Rəcəblinin anadan olmasının 100 illiyi ərəfəsində vaxtilə yaşadığı, indiki Mirzəağa Əliyev küçəsi ev 126 ünvanında yerləşən binaya xatirə lövhəsi vurulmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=123801 |
Əhməd Rəfiq Altınay | Əhməd Rəfiq Altınay (1881, Beşiktaş – 10 oktyabr 1937, Beşiktaş — Türk tarixçi, yazıçı, şair, Darülfünun tarix müdiri və yüzbaşı. Tarix dərsində təcrübəsini; Qəzet və jurnallarda dərc etdirdiyi araşdırma serialları və tarixi hekayələr yolu ilə daha geniş kütlələrə tarixi öyrətmək və sevdirmək üçün istifadə etmiş bir yazıçıdır. "Tarixi sevən adam" kimi anılır. Tədqiqat işləri, əsas etibarilə, Osmanlı İmperiyası ilə əlaqədar olmuşdur. 1880 və ya 1881-ci ilin fevral ayında İstanbulda, Beşiktaşın Validəçeşmə səmtində anadan olub. Atası Sultan Əbdüləzizin iqtisadçı Ürgüp Əhməd Ağadır. İlk təhsilini Vişnəzadə Sıbyan Məktəbində, orta təhsilini Beşiktaş Hərbi Rüştiyəsində və Qülləli Əsgəri İdadi məktəbində aldı. 1898-ci ildə Ali Hərbi Məktəbindən piyada birincisi olaraq məzun oldu. Topdaşı və Soyuqçeşmə Hərbi Orta Məktəbində 4 il müddət ilə coğrafiya müəllimliyi edib. 1902-ci ildə Ali Hərbi Məktəbində fransız, 1908-ci ildə tarix müəllimi oldu. Qəzetçilik həyatı Müəllimlik təcrübəsini zaman içində daha geniş kütlələrə xitab etmə və oxumağı sevdirmək istəyinə çevrilən Əhməd Rəfiq Altınay, bəzi qəzet və məcmuələrdə ilk yazılarını dərc etdirməyə müəllimlik etdiyi illərdə başlayıb. İlk məqalələrinin mövzusu ilk İslam qəhrəmanları və dini müharibələr idi. II Hökumətin elanına qədər "İrtika", "Malumat", "Hazine-i Fünun", "Mecmua-i Ebuzziy", kimi jurnallarda məqalələr yayımladı. "Tercüman-ı Hakikat" və "Millət" qəzetlərində başyazarlıq edib. Hökumətin elanından sonra "İkdam", "Peyam" və "Millət" kimi qəzetlərdə yazılarını yayıb. "İkdam"-da gündəlik olaraq təfrikə etdiyi yazıları onun "müverrih" kimi tanınmasında təsirli oldu. Hərbi həyatı 1909-cu ildə tarixi araşdırmalar üçün bir heyətlə birlikdə Fransaya getdi. Paris Büdcə sənədini bu səfər sayəsində tezliklə tanıma imkanı tapdı və məlumatını Osmanlı Büdcə Sənədini tanımaq üçün tətbiq etdi. Yenə bu səfərdə tarix anlayışını təsir edən bəzi Fransız tarixçilərlə tanış oldu. 1909-cu ildə Erkan Hərbi Nəşriyyat Şöbəsində tapşırıq verilib və "Hərbi Məcmuə" idarə etdi. Jurnalda, Osmanlı müharibələri və səfərbərliyinə dair yazılar yazdı. Həmin il, o zamankı adı "Tarixi Osmanlı İmperiya Təşkilatı" olan Türk Tarix Təşkilatına üzv seçildi. Tarixi Osmanlı İmperiya Əncüməni Məcmuəsində elmi işini dərc edərkən altı cildlik "Böyük Tarixi Ümumi" yazdı. İkdam-da "Keçmiş Əsrlərdə Osmanlı Həyatı" adlı silsilə ilə ayırmaya etdiyi yazılarını da kitaplaştırdı. 1912-ci ildə Balkan Müharibəsində Hərbi Senzura Müfəttişi oldu. 1913-cü ildə gözləri ağrıdığı üçün yüzbaşı ikən işindən ayrılıb sərbəst işləməyə başladı. I Dünya Müharibəsi başlayanda orduya çağırılanda müəllimlik və qəzetçilik edib. I Dünya Müharibəsi illərində I Dünya Müharibəsində ordunun istəyi ilə Rusiya-Türkiyə münasibətlərinə dair yazılar yazan Əhməd Rəfiq Altınay, Kavala Mehmet Əli Paşa xəyanətlə günahlandıran bir yazısı səbəbiylə "arpa saman məşğulluğu" kimi bir vəzifəylə Anadoluya tapşırılaraq cəzalandırılıb. Bu vəzifəni zamanı Nevşehir Bəy İbrahim Paşa haqqında araşdırmalara başladı. 1915-ci ildə Eskişəhirə Hərbi Sövq Komissiyasının Sədri təyin olunanda Osmanlı Dövləti təşkilatına dair araşdırmalar aparıb. Xəstəliyi səbəbilə qısa müddət sonra yenidən İstanbula qayıtdı. Xəzinə Sənəddə çalışaraq keçmiş İstanbul həyatına dair sənədlər topladı. Bu sənədlər "Əsri Onlar" adlı kitabda toplandı. Müharibənin sonlarında Erməni Soyqırımı hesabatı üçün Avropadan gələn bir jurnalist heyətinə Şərqi Anadolu səfərində müşayiət edib. Trabzon, Qars, Ərdahan Artvin, Batumi, Ərzincan və Ərzurumu əhatə edən bu səfəri "Qafqaz yollarında" adlı əsərlə dilə gətirdi. Həmçinin səfər zamanı tutduğu qeydlər teleqramlarla Osmanlı Dövləti tərəfindən Avropaya duyruldu. Müharibə sonunda ikinci dəfə əməkli oldu. Müharibə sonrasında Osmanlı İmperiyasının parçalanması qarşısında Türkçülüyü mənimsədi. Köprülüzadə Fuad, Ziya Gökalp və Nəcməddin Sadiq Bəylərlə birlikdə "İttihad və Tərəqqi"nin rəsmi xidmətini həyata keçirən "Yeni Məcmuə" də çalışdı. Vətənin dünyanın mərkəzi sayılması fikrini əsas götürüb. Darülfünunda çalışması 1918-ci ildə İstanbul Darülfünün Osmanlı Tarixi müəllimliyinə, 1919-cu ildə Türkiyə Tarixi Müderrisliğine təyin edildi. Bir tərəfdən də Osmanlı Hazine-i Evrak'ında işə başlayıb. Bu arada Demirbaş Şarl ilə bağlı bir çalışması səbəbiylə İsveç hökuməti tərəfindən mükafatlandırıldı. Barışıq dövründə (1919–1922) "Darülfünun Osmaniye Nizamnamesi" yaradılmasına töhfə verdi. 1919–1920-ci il tədris ilində tətbiq olunmağa başlayan nizamnamə lazımi oxudulan "Osmanlı tarixi" dərsini verirdi. Barışıq dövründə siyasətlə də məşğul olan Əhməd Rəfiq, Hürriyyət və İtilaf Firqəsinə qatılaraq Vəliəhd Abdülmecit ilə yaxşı münasibət yaratdı. Cümhuriyyət dönəmi Ahmet Rəfiq Bəy, 1925-ci ildə Türkiyə-Bolqarıstan əlaqələri haqqındakı çalışmalarına görə Bolqar hökuməti tərəfindən mükafatlandırıldı. O il, Türk Tarix Təşkilatında Əbdürrəhman Şərəf Beyin ölümü üzərinə boşalan sədrlik vəzifəsini yerinə yetirdi, ancaq eyni il içində vəzifə Fuad Körpülüyə buraxdı. Yenə 1925-ci ildə Milli Mübarizə dövründə fəaliyyət göstərən "Təriqəti Salahiyye" adlı bir təşkilatla əlaqəsi olduğu iddiasıyla həbs olunub Ankara İstiqlal Məhkəməsində mühakimə olundu. Müdafiəsində emosional çıxış edərək cəmiyyətlə əlaqəsini qətiyyən rədd etdi və bəraət aldı. 1930-cu illərdə dövlət başçısı Mustafa Kamalın təşviqi ilə başlayan "yeni tarix anlayışı" na qaydada ola; Dövrün tarix işlərində fəal iştirak etməmişdir. Xüsusən Orta Asiya, Günəş Dil Nəzəriyyəsi kimi cərəyanlar onun üçün tersti [2]. 1931-ci ildə İstanbul Bələdiyyəsi ilə Surp Agop Məzarlığı arasındakı davada ekspert təyin olundu. Almadağ-Hərbi arasındakı ərazinin ermənilərin deyil, Sultan Beyazit Vəli Fondunun mülkü olduğunu tarixi sənədlərlə sübut etməsi səbəbilə bələdiyyə tərəfindən ona Böyükadada bir ev hədiyyə edildi. 1932-ci ildə I Tarix Konqresində iştirak edib. "Türk Tarixinin Mərkəzi Xətləri" adlı işi yazı kabinetində yer aldı. 1933-cü ildə universitet müəllimliyindən çıxarıldı. Qurumdan kənarlaşdırıldığı üçün dərin bir məyusluq yaşadı. Ölümünə qədər rəsmi bir vəzifə almadı. Həyatının son illərini Böyükadada səfalət içində keçirdi. Qiymətli kitabxanasını hissə-hissə satdı. Uzun bir xəstəliyin ardından 10 oktyabr 1937-ci il tarixində İstanbulda Heydərpaşa Nümunə Xəstəxanasında 56 yaşında sətəlcəmdən vəfat etdi. Məzarı Böyükadada Təpəköy qəbiristanlığındadır. Həyatı boyu dünya tarixindən uşaq kitablarına qədər geniş bir sahədə əsərlər yazdı. Kitablarının sayı 150-ni keçdi. Keçmiş Əsrlərdə Türk Həyatı başlığı altında dərc etdirdiyi "Bizans Qarşısında Türk", "Sokullu", "Cem Sultan," "Alimlər və Sənətkarlar" "Qadınlar Səltənəti" "Fəlakət İl" "Lalə dövrü" ən məşhur əsərləridir. Tarixşünaslıqla yanaşı, ədəbiyyata da maraq göstərmiş, 1932-ci ildə "Könül" adlı bir şeir kitabı dərc edilmişdir. Bəktaşi üslubunda yazdığı bir çox şeirləri bəstələnmişdir Xarici keçidlər Osmanlı Tarihi Yazarları, M.Orhan Bayrak, İstanbul 1982 | https://az.wikipedia.org/w/index.php?curid=391163 |
Əhməd Rəşid Əfəndi | Əhməd Rəşid Əfəndi (7 avqust 1758, Konstantinopol – 20 oktyabr 1834, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Cevdet, Târih, XII, 56, 83. Devhatü’l-meşâyih, s. 127–128. İlmiyye Salnâmesi, s. 586–587. | https://az.wikipedia.org/w/index.php?curid=747150 |
Əhməd Salahlı | Əhməd Musa oğlu Məmmədov (Salahlı) (1897, Tiflis – aprel 1953, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Əhməd Məmmədov 1897-ci ildə Tiflisdə Şeytan-bazar məhəlləsində dəmirçi ailəsində anadan olub. O, üçsinifli məktəbdə oxumuş, təhsil aldığı müddətdə, 1911-ci ildən başlayaraq teatr sənətinə maraq göstərib. İlk vaxtlarda epizodik və sözsüz rollarda səhnəyə çıxan aktyor 1916-cı ildən başlayaraq sözlü və irihəcimli obrazlarda çıxışlar edib. 1922-ci ildə isə Tiflis Dövlət Türk Dram Teatrının truppasına qəbul edilib. 1930-cu ilədək burada çalışan aktyor Bakıya gələrək burada Bakı Türk İşçi Teatrının truppasına daxil olub.Əhməd Salahlı 1932-ci ilin dekabr ayının 28-də Bakı Türk İşçi Teatrının kollektivi Gəncəyə gələrkən truppa ilə birlikdə buraya gəlib və səkkiz ildən artıq bu teatrın səhnəsində aktyor kimi çalışıb. O, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Tiflis şəhərinə qayıdaraq yenidən Tiflis Dövlət Azərbaycan Teatrına gəlib. 1947-ci ildə bu teatr fəaliyyətini dayandırdığından o, yenidən Bakıya gələrək Adil İsgəndərovun dəvəti ilə Azərbaycan Dram Teatrının truppasına qəbul olunub.Əhməd Salahlı həmçinin quruluşçu rejissor kimi də fəaliyyət göstərib. O, 1953-cü ilin aprelində Bakıda vəfat edib. Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Əmək igidliyinə görə" medalı — 22 iyul 1949 İfa etdiyi əsas rollar Tiflis teatrındaGəncə teatrındaAzərbaycan Dram teatrında İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7. Bürcəliyev, Anar. ""Unudulan sənət fədaisi" – respublikanın əməkdar artisti Əhməd Salahlı haqqında". "Cumhuriyyət" qəzeti. № 20 (1013). 2 fevral 2018. səh. 14. | https://az.wikipedia.org/w/index.php?curid=609296 |
Əhməd Salahov | Salahov Əhməd Məmməd oğlu — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002). Əhməd Salahov 22 fevral 1964-cü ildə Bakıda anadan olub. 172 saylı məktəbdə orta təhsil alıb. 1988-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsi bitirib. Gənc Tamaşaçılar Teatrında (1988-1991) çalışıb. “Ölüm Cəzası” (Lenfilm, 1986), “Kişilər Ağlamır” (2003, serial, Mosfilm)” filmlərində çəkilib. 13-cü Ümumittifaq kinofestivalının laureatı (1986), əməkdar artist (2002) Əhməd Salahov 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır. Filmoqrafiya Bakı oğrusu Bəyaz həyat (film, 2003) Bircəciyim (film, 1986) Əlvida (film, 2007) Həyat varsa... (serial, 2012-2014) Kənar adamlar (film, 1992) Qaydasız döyüş (film, 2009) Nizami (film, 1982) Ruhun abidəsi (film, 2003) Sonun başlanğıcı (film, 2013) Sən həmişə mənimləsən (film, 1987) Şəbəkə (film, 2011) Toy gecəsi (serial, 2013) Yaddaş (film, 2010) Yaradılış hikməti (film, 2003) Zirzəmi (film, 1990) Cehizsiz gəlinlər (serial, 2016) | https://az.wikipedia.org/w/index.php?curid=33264 |
Əhməd Saleh | Əhməd Saleh (14 noyabr 1979) — Misiri təmsil edən stolüstü tennisçi. Əhməd Saleh Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Ömər Assar Misiri 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub. | https://az.wikipedia.org/w/index.php?curid=765230 |
Əhməd Salikov | Əhməd Salikov (1882, Noqkau[d], Alagir rayonu və ya Terek vilayəti – 2 sentyabr 1928, Varşava) — Osetiyalı yazıçı və publisist, Rusiya dövlət və ictimai xadimi. Bioqrafiyası Müsəlman Osetin ailəsində anadan olmuşdur. Stavropol klassik gimnaziyasını bitirir. 1899-cu ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur, tələbə hərəkatında, 1905-ci ilin dekabrında Vladiqafqazdakı inqilabi hadisələrdə iştirak edir. 1902–1904-cü illərdə "Şimali Qafqaz" qəzetinin əməkdaşı kimi fəaliyyət göstərir. 1910-cu ildən "Otkliki Qafqaza" qəzetində və "Na Qafqaz" jurnalında məqalələr dərc edir. 1917-ci ildə Ümumrusiya Müsəlmanları Şurasının "İzvestiya" qəzetinin redaktoru olur. 1919-cu ildə Tiflisdə nəşr olunan "Volnı Qoreç" qəzetinin redaktoru işləyir İyuldan 1920-ci ilin dekabrına qədər Tiflisdəki "Noq Sard" (Yeni Şəfəq) qəzetinin naşiri və redaktoru olur. Rusiya Sosial Demokrat Fəhlə Partiyası Menşevik fraksiyasının liderlərindən biri olur. 8 may 1917-ci ildə Əhməd Salikov Ümumrusiya Müsəlmanları Konqresinin təşkilat komitəsinin üzvü olur və orada məruzə ilə çıxış edir. Hesabatının ideyalarından biri də dövlət daxilindəki müsəlmanların mədəni muxtariyyəti olur. 1917-ci ilin yayında qurultayda seçilən Ümumrusiya Müsəlmanları Şurasının təklifi ilə, İslam Şaqiyəhmədovla birlikdə, portfeli olmayan bir nazir olaraq onun Müvəqqəti Hökumətə daxil edilməsi üçün namizədliyi irəli sürülür. Rusiya müsəlmanlarının işləri ilə bağlı məsələləri həll etmək onlarta həvalə olunur. 8 saylı siyahıya görə Simbirsk seçki dairəsindən Ümumrusiya Təsis Məclisinə seçilir. Vladiqafqazda keçirilən Terek Xalqlarının IV Qurultayında (iyul — avqust) Terek Xalq Şurasının Osetiya fraksiyasının üzvü seçilir. 1918-ci ildə Tiflisdə Qafqaz dağ xalqlarının Məclisinə rəhbərlik edir. 1919-cu ildə general A. I. Denikin ordusuna qarşı dağlıların üsyanına rəhbərlik etmək üçün Tiflisdən Dağıstana göndərilən bu Məclisin nümayəndə heyətinin üzvü olur. Anton Denikinlə mübarizə aparmaq üçün Dağıstan Müdafiə Şurasının üzvü (oktyabr ayında yaradılmışdır) təyin olunur. Sovet hakimiyyəti Gürcüstanda qalib gəldikdən sonra (1921-ci il fevral Çexoslovakiyaya, sonra Polşaya mühacirət edir. Çexoslovakiyada "Qafqazski Qoreç" jurnalının redaktoru olur. Bu jurnalda 1926-cı ildə Praqada ayrıca bir nəşr olaraq çıxan "Qardaş üçün qardaş" romanının ilk versiyası olan "Qafqazın qeydləri"-ni nəşr etdirir. Polşada Otvask şəhərində yaşayır. varşavanın Praqa rayonunda dünyasını dəyişir. Qafqaz tarixi ilə bağlı bir sıra əsərlərin müəllifi olur. | https://az.wikipedia.org/w/index.php?curid=724961 |
Əhməd Salmanov | Əhməd Mais oğlu Salmanov (3 iyun 1961) — neftçi-geoloq, geologiya-minerologiya elmləri doktoru (2009), professor, "SOCAR-ın Neftqazelmitədqiqatlayihə institutunun" geologiya və yataqların işlənməsi üzrə direktor müavini (2007) "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti (2012–2013), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti (2013), Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Tərəqqi medalı" na layiq görülmüşdür (2011). Əhməd Salmanov 3 iyun 1961-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə, 42 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş, 1979-cu ildə Azərbaycan Neft-Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olunmuş və 1984-cü ildə universitetin "Geoloji-kəşfiyyat" fakultəsinin fərqlənmə diplomu ilə bitirmişdir, 1984-cü ildə Azərbaycan EA-nın Dərin Neft Yataqlarının Problemləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə "Yataqların işlənməsinin son mərhələsində neft hasilatının dinamikasının geoloji-riyazi modelləşdirilməsi və layların neftverməsinin artırılması üsulların tədbiqinin effektivliyinin qiymətləndirilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 1992-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Neft Akademiyasına (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olunmuş və 1992-ci ilə kimi Neft-qaz mədən geologiyası kafedrasında dosent vəzifəsində çalışmışdır. 2007-ci ilin may ayından 2009-cu ilin iyul ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin ETİ-nin direktorun elm üzrə müavini vəzifəsində çalışmışdır. 2009-cu ildə "Neft yataqlarının səmərəli mənimsənilməsinin yollarının geolji-riyazi modellə əsaslandırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və geologiya-minerologiya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. 2009-cu ildən SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun geologiya və yataqların işlənməsi üzrə direktor müavinidir. 2012–2013-cü illərdə "Amerika Neftçi Geoloqları Assosasiyası"nın bölməsi olan "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti vəzifəsində çalışmış, 2013-cü ildən "Prezident Aparatı yanında Ali Attestasiya Komissiyasının" eksperti , 2014-cü ildən "AzNEFT"İB-də "Axtarış-kəşfiyyat, Neft və qaz Ehtiyatları, Neft və qaz yataqlarının işlənməsi üzrə Daimi fəaliyyət göstərən Komissiya"nın üzvü, 2006-cı ildən "Neft-qaz yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı"elmi- texniki şura bölməsinin sədridir.2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Tərəqqi medalı" na layiq görülmüşdür. Elmi fəaliyyəti Əhməd Salmanov elmi tədqiqat istiqamətləri neft yataqlarının səmərəli mənimsənilməsinin və işlənməsinin son mərhələsində neft hasilatının dinamikasının geoloji-riyazi modelləşdirilməsi, layların neftverməsinin artırılması üsulları ilə əlaqədardır. O, 98 elmi əsərin, o cümlədən 5 metodik rəhbərliyin, 3 dərsliyin, 2 monoqrafiyanın və 1 xəritənin müəllifidir. Bir sıra Respublika və Beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. "Çoxlaylı neft yataqların kəsilişində istismar obyektlərinin ayrılma üsulları" 2001-metodik rəhbərlik "Yataqların çıxarılabilən neft ehtiyatının hesablanması" 2001-metodik rəhbərlik "Neft-qaz mədən geologiyası" 2009-dərslik "Neft-qaz yataqlarının işlənilməsinin geoloji əsasları" 2009-dərslik "Neft-qaz yataqlarının işlənilməsində təsnifat üsulları və neftvermənin modelləşdirilməsi" 2009-dərslik "Abşeron yarımadasının neft-qaz kondensat yataqlarının hidromineral resursları" 2013-monoqrafiya "Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası" 2015-monoqrafiya. "Azərbaycanın quru ərazisinin neftqaz rayonlaşdırma xəritəsi" 2015 | https://az.wikipedia.org/w/index.php?curid=441092 |
Əhməd Salyani | Şeyx Əhməd Salyani və ya Əhməd Hüseynzadə (tam adı: Əhməd Məhəmmədəli oğlu Hüseynzadə; 1812, Salyan – 1887, Tiflis) — azərbaycanlı ilahiyyatçı alim; Qafqaz müsəlmanlarının III şeyxülislamı (1862–1884). Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır. Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur. Ərəb və fars dillərini mükəmməl bilib. Şeyxülislamlıq 1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiq etmişdi.1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları Ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndirildi və vəzifə səlahiyyətləri bir qədər artırıldı. Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır. Dövrünün görkəmli islamşunas alimi olmaqla yanaşı, digər müəyyən elmləri də yaxşı bilmiş və bir neçə fənnə dair dərsliklər yazmışdır. Yazdığı əsərlər rus, fars, ərəb dillərində geniş oxucu kütləsinə malik olmuşdur. Şeyxülislam Axund Əhməd Hüseynzadə 1884-cü iləcən şeyxülislam olmuş, 1887-ci ildə Tiflisdə vəfat etmişdir. Qızı Xədicə Hüseynzadə Əli bəy Hüseynzadənin anasıdır. "Ağızdan-ağıza keçmiş hədislər" "Müəllimul-ətgal-fi-təriqe-təlimi ətfal" "Bəsaül nas-fi-məmləkətül Qafqaz" "Tarixi-ədəbiyyati-türk" "Tərbiətül-ətfal" Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh. 47–53. ISBN 978-9952-490-50-3 | https://az.wikipedia.org/w/index.php?curid=475026 |
Əhməd Sami Elaydi | Əhməd Sami Elaydi (1979, Qahirə) (Ərəbcə: أحمد سامي العايدي) — Misir türkoloqu, ədəbiyyatşünas və tərcüməçi, Azərbaycanşünas alim, diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, filologiya üzrə elmlər doktoru, professor Əhməd Sami Elaydi 6 aprel 1979-cu ildə Misir Ərəb Respublikasının Qahirə şəhərində anadan olmuşdur. 2006-cı ildə Qahirədəki Eyn əş Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirmişdir. Görkəmli Misir türkoloqu professor Safsafi Əhməd Qaturinin rəhbərliyi altında "Qaçaq Nəbi" dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişməsi" mövzusunda magistr dissertasiyası müdafiə etmişdir. Bir müddət təhsil aldığı universitetdə müəllim işləmişdir. Daha sonra Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının doktoranturasını bitirmişdir. 2010-cu ildə Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor Vaqif Sultanlının elmi rəhbərliyi ilə "Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və sənətkarlıq məsələləri (1991–2005)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəsiznin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Qahirədəki Eyn əş Şəms Universitetinin Türk dili və ədəbiyyatı bölümündə Azərbaycan dilinin tədrisi Əhməd Sami Elaydinin adı ilə bağlıdır. 2021-ci ildən həmin universitetdə professor vəzifəsində çalışır. Onun rəhbərliyi altında Misirdə Azərbaycan ədəbiyyatı və mədəniyyati ilə bağlı bir sıra elmi araşdırmalar aparılmışdır. Ərəb dili ilə yanaşı, türk, Azərbaycan və ingilis dillərini bilir. Əhməd Sami Elaydi Türkiyə, Azərbaycan, Türkmənistan, Qətər, Çibuti və başqa ölkələrdə keçirilən bir sıra beynəlxalq konfranslarda iştirak etmişdir. Elmi yaradıcılığı Əhməd Sami Elaydi elmi yaradıcılığa universitetdə təhsil aldığı illərdə başlayıb. Onun ilk tədqiqiatı Azərbaycan folklorunun dəyərli abidəsi olan "Qaçaq Nəbi" dastanı ilə bağlıdır. Müəllifin araşdırmalarında klassik və müasir Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələr xüsusi yer tutur. Tədqiqatçının Hüseyn Cavid, Məhəmmədhüseyn Şəhriyar, Ənvər Məmmədxanlı, Əzizə Cəfərzadə, Bəxtiyar Vahabzadə, Elçin, Kamal Abdulla, Vaqif Sultanlı və başqa yazıçı və şairlər haqqında məqalələri orijinal, bənzərsiz təhlil üsulu ilə diqqəti çəkir. O, həmçinin Türk dünyası ədəbiyyatı, Azərbaycan-ərəb ədəbi əlaqələri mövzusunda bir çox tədqiqatların müəllifidir. "METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın "Filologiya və Pedaqogika elmləri" üzrə redaksiya heyətinin üzvüdür. Tərcümə fəaliyyəti Əhməd Sami Elaydi "Qaçaq Nəbi" dastanını (2006), "Xocalı: XX əsrin soyqırımı" (2012) monoqrafiyasını, Kamal Abdullanın "Yarımçıq əlyazma" (2013), Vaqif Sultanlının "İnsan dənizi" (2014) romanlarını, "Müasir Azərbaycan hekayələri" (2016) antologiyasını, Nizami Cəfərovun "Azərbaycan xalqının tarixi və ya tərcüməyi halı" kitabını, Afaq Məsudun "Seçilmiş əsərləri"ni (2018) ərəb dilinə çevirərək Qahirədə nəşr etdirmişdir. O, Nobel mükafatı laureatı Nəcib Məhfuzun "Liderin qətl günü" (2014) romanını Azərbaycan dilinə çevirmişdir. Azərbaycanda yayınlanan kitabları Müstəqillik dövrü Azərbaycan romanı. Bakı: Nurlar, 2017, 191 s. Əhməd Sami Elaydinin rakursunda Azərbaycan ədəbiyyatı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri doktor Əhməd Sami Elaydi Arxivləşdirilib 2018-03-28 at the Wayback Machine Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda | https://az.wikipedia.org/w/index.php?curid=632241 |
Əhməd Seku Ture | Əhməd Seku Ture (9 yanvar 1922 – 26 mart 1984, Klivlend, ABŞ) — Qvineya siyasi, dövlət və ictimai xadimi, yazıçı, müstəmləkəçiliyə qarşı mübariz, 1958-ci il 2 oktyabr tarixindən 26 mart 1984-cü ilədək Qvineyanın ilk prezidenti. O, 9 yanvar 1922-ci il Fransa Qvineyasının Farana qəsəbəsində Malinka xalqına aid kəndli ailəsində anadan olmuşdur. O, 1884–1898-ci illərdə Fransa müstəmləkəçiliyinə müqavimət göstərmiş olan Qərbi Sudan xalqlarının müstəmləkə əleyhinə mübarizəsinin məşhur lideri Samori Turenin nəticəsi idi. İki il Konakri koloniyasının mərkəzindəki Pedaqoji Liseydə təhsil alırdı, lakin 1937-ci ildə inqilabi fəaliyyətinə (tətillərdə iştirak edirdi) görə qovuldu, poçtda işləmişdir. 1945-ci ildə işçilər dərnəyinin həmtəsisçisi, 1946-cı ildə Qərbi Afrika ölkələrinin müstəqilliyi uğrunda mübarizə aparan Afrika Demokratik Birliyinin vitse-prezidenti oldu. 1947-ci ildə Qvineya Demokratik Partiyasını yaratdı və 1952-ci ildə ona rəhbərlik etməyə başladı. 1948-ci ildən Fransa Ümumi Əmək Konfederasiyasının Qvineya bölməsinin baş katibi oldu, 1950-ci ildən eyni vəzifəni Fransız Qərbi Afrikadakı həmkarlar ittifaqları koordinasiya komitəsində tutdu, 1956-cı ildən isə Qara Afrika İşçiləri Ümumi Konfederasiyasının baş katibi idi. 1956-cı ildə Fransa Milli Məclisinə deputat və Konakrinin meri seçildi və bu da Qvineyanın müstəqilliyi uğrunda güzəştsiz mübarizə aparmasına imkan verdi. 1958-ci ildə Qvineya referendumda V Respublika Konstitusiyasını rədd edən yeganə fransız müstəmləkəsi oldu və beləliklə 2 oktyabr 1958-ci ildə müstəqillik qazandı. Bu, Fransa ilə əlaqələrin kəsilməsinə və ölkənin iqtisadi mühasirəyə alınmasına səbəb oldu. Seku Ture istiqamətini SSRİ-yə yönəltməyə qərar verdi və Qvineyanın prezidenti olaraq, aktiv sənayeləşmə və sovet mütəxəssislərinin köməyi ilə sənaye nəhənglərinin yaradılmasını əhatə edən köklü sosialist dəyişiklikləri həyata keçirdi. Qadın hüquqları əhəmiyyətli dərəcədə genişləndirildi, məsələn "qadın şuraları" yarandı.Afrikanın tamamilə müstəmləkəsizləşdirilməsini, neokolonializmə qarşı mübarizəni, dekolonizasiya olunmuş ölkələrin sıx inteqrasiyası və qarşılıqlı yardımını, habelə SSRİ və sosialist düşərgəsi ölkələri ilə dostluq əlaqələrinin inkişafını dəstəkləyirdi. Eyni zamanda, artıq 1960-cı ildə Afrikadakı fransız müstəmləkələrinin çoxu, Fransa ilə sıx əlaqələrini qoruyaraq müstəqillik qazandı və 1962-ci il Karib böhranı zamanı Seku Ture qısa müddətlik (C. Kennedinin öldürülməsindən əvvəl) faktiki olaraq ABŞ-yə yenidən yönəldi. Bununla belə Fransa ilə münasibətlər gərgin olaraq qaldı. 25 aprel 1972-ci ildə hökumət başçısı vəzifəsini rəsmi varisi Lui Lansana Beavogiyə təhvil verdi. 1977-ci ildə ölkədə siyasi böhran bir üzə verdi: Konakri bazarında kütləvi etirazlarla nəticələnən "qadın alverçilər qiyamı" qiymətlərə dövlət nəzarətini tətbiq edən radikal "sosialist" islahatların tədricən azalmasına səbəb oldu. O, 1978-ci ildə ilk dəfə keçmiş metropoliya prezidenti Valeri Jiskar d'Esteni Qvineyaya dəvət etdi. 26 mart 1984-cü ildə əməliyyat zamanı Klivlend (ABŞ) xəstəxanasında vəfat etdi. Ondan sonra prezident vəzifəsini Lui Lansana Beavogi icra etməyə başladı, lakin aprelin 3-ü o, Polkovnik Lansana Konte tərəfindən devrildi. Beavogi həbsxanaya düşdü və orada çox keçmədən öldü (rəsmi versiyaya görə şəkər xəstəliyindən). 4 iyul 1985-ci ildə keçmiş baş nazir Diarra Traorenin (8 iyul 1985-ci ildə edam edildi) rəhbərlik etdiyi keçmiş prezidentə sadiq qüvvələr tərəfindən çevriliş cəhdi edildi. Təxminən iki il davam edən istintaqdan sonra 58 iştirakçı (Seku Turun rəhbərliyindəki 8 keçmiş nazir daxil olmaqla) edam cəzasına, 140 nəfər müxtəlif müddətə həbs cəzasına məhkum edildi (Seku Turenin oğlu, dul xanımı, Andre Ture, qardaşı İsmayıl Ture də daxil olmaqla). 2021-ci ilin oktyabrında, 1971-ci ilin oktyabr qırğınının 50-ci ildönümü münasibətilə, Sékou Touré rejimi altında edam edilən 70 Qvineyalı qohum, prezident Mamady Doumbouya'dan reabilitasiya və qurbanların layiqli bir dəfnini istədi. Xarici keçidlər AHMED SEKOU TOURE, A RADICAL HERO By ERIC PACE, The New York Times, Obituary, March 28, 1984, Wednesday, Late City Final Edition, p. A6, Col. 1 Phineas Malinga. "Ahmed Sékou Touré: An African Tragedy" | https://az.wikipedia.org/w/index.php?curid=677621 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.