!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əli Lətifi | Əli Lətifi (fars. علی لطیفی, 20 fevral 1976, Ərdəbil)— İranlı sabiq hücumçu və məşqçi Əli Lətifi 20 fevral 1976-cı ildə Ərdəbil şəhərində anadan olmuşdur. Əli Lətifi futbol karyerasına 1994-cü ildə Bahman klubunda başlamışdır. Daha sonra İstiqlal, Pas Tehran, Admira Vakker, Paykan, Əbumüslim klublarında futbol oynamışdır. Milli komandada Sabiq futbolçu İranın 1998-ci il FİFA Dünya Kuboku yığmasında iştirak etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=593400 |
Əli Ləşkəri bin Məhəmməd | Ləşkəri ibn Məhəmməd (v. 978) — kürd hakimdir, Məhəmməd bin Şəddadın oğludur. 971-ci ildə qardaşları ilə birlikdə Gəncənin hakimiyyətini salarilərdən alıb və Aranda hakimiyyəti ələ keçirib. 978-ci ildə öldükdən sonra qardaşı Mərziban bin Məhəmməd hakimiyyəti ələ keçirib. Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. | https://az.wikipedia.org/w/index.php?curid=407274 |
Əli Mahir Başarır | Əli Mahir Başarır (1975, Tarsus, Mersin ili) — TBMM 27-ci çağırış millət vəkili, türk siyasətçi, hüquqşünas. Əli Mahir Başarır 3 sentyabr 1975-ci il tarixində Mersinin Tarsus ilçəsində anadan olub. İbtidai, orta və tam orta təhsilini Tarsusda bitirmişdir. Əli Mahir Başarır Mərmərə Universitetinin Hüquq fakültəsini bitirib və həmin universitetdə Mülki Hüquq sahəsində magistr təhsilini tamamlayıb. O, İstanbulda vəkil olaraq işləməyə başlamış, Maltepe İdman Klubu və Kartal İdman Klubunda menecer vəzifəsində çalışmışdır. Əli Mahir Başarir evlidir və iki övladı var. Siyasi fəaliyyəti 12 sentyabr çevrilişindən sonra bağlanan Cümhuriyyət Xalq Partiyası 1992-ci ildə yenidən fəaliyyətə başladıqdan sonra Əli Mahir Başarır Cümhuriyyət Xalq Partiyasının Tarsusda təşkilatlanmasında fəal iştirak edərək aktif siyasətə qatılmışdlr. 2011-ci il tarixli Türkiyə parlament seçkilərində ilk dəfə Cümhuriyyət Xalq Partiyasından Mersin millət vəkili namizədi olan Əli Mahir Başarır 24 iyun 2018-ci il tarixli Türkiyə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası sıralarından Mersin millət vəkili seçilərək parlamentə daxil olub. Əli Mahir Başarır hal-hazırda TBMM Konstitusiya Komitəsinin üzvüdür. Partiya fəaliyyəti Əli Mahir Başarır 25 – 26 iyul 2020-ci il tarixlərində keçirilmiş Cümhuriyyət Xalq Partiyası 27-ci Qurultayında Partiya Məclisinin üzvü seçilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=732429 |
Əli Mehdi | Əliyev Mehdi Gülmalı oğlu (Əli Mehdi) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əli Mehdi 1928-ci ildə Laçın rayonunda anadan olub. İxtisasca aqronom idi. Gözəl yetirmələri, – ali təhsilli, alim övladları var. Uzun illər 1 N-li Bərdə pambıq zavodunda qapandar, pambıq məntəqələrində müdir işləyib. Bir neçə şeir kitabının müəllifidir. 20 yanvar 2010-cu ildə Bərdə rayonunun Türkmən kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. Dünya səndən yolum düşdü. 1990 Qarabağın fəryadı. 1995 Atatürkün özü sənsən, Bakı-2001. 40 səh. Həmçinin bax Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı. Bakı: Nurlar, 2011. | https://az.wikipedia.org/w/index.php?curid=116893 |
Əli Mehdizadə | Əli Məcid oğlu Mehdizadə (15 avqust 2001, Lənkəran – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Mehdizadə 15 avqust 2001-ci ildə Lənkəranda dünyaya göz açmışdır. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsilini bitirmişdir. Hərbi xidməti Əli Mehdizadə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Mehdizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl istiqamətində çiynindən qəlpə yarası almış və hospitala yerləşdirilmişdir. Müalicəsi bitdikdən sonra yenidən döyüşə yollanmışdır. Əli Mehdizadə 1 noyabr 2020-ci ildə səhər saatlarında Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı 1553 yüksəkliyində qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Müdafiə Naziri Zakir Həsənovun 03.11.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. (03.11.2020) — "Şücaətə görə" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=692817 |
Əli Meşkini | Əliəkbər Meşkini (2 dekabr 1922, Meşginşəhr, Ərdəbil ostanı – 30 iyul 2007, Tehran) — müctəhid, İslam alimi. Feyz Alni (Meşkini) Əliəkbər Əli oğlu 1921-ci ildə Meşkin şəhərinin ətraf kəndlərinin birində anadan olmuşdur. Rəhbərliyin Xübrəqan Məclisinin 1-ci, 2-ci və 3-cü məclislərinin sədri, Qum Elmi Hövzəsinin Müəllimlər birliyinin üzvü, Xuzestan İslam İnqilabı məhkəmələrinin şəri hakimi, Konstitusiyaya yenidən baxan şuranın sədridir. Uşaqlıq illərində Nəcəf şəhərində - atası dini elmləri öyrənmək üçün orada idi – təqribən 4 il ibtidai təhsil alıb. Sonra atası ilə birlikdə doğma vətənə qayıdıb və dini elmlərin müqəddimə dərslərini ondan öyrənib. Atası vəfat etdikdə onun dini elmlər sahəsində təhsili davam etdirmək barədə təkidli tövsiyəsinə əməl etmək üçün Ərdəbil şəhərinə gedib. Orada bir neçə ay ərəb dilinin qrammatikası dərslərini oxuduqdan sonra pəhrizkar bir alimlə görüşü həyatında dəyişilik yaradıb. Bu, Rza xan Pəhləvinin əmri ilə hücuma məruz qalmış Məşhəd şəhərinin Gövhərşad məscidində ölən və yaralanların arasından sağ çıxmış bir şəxs idi. Əliəkbər onunla tanış olduqdan sonra təhsilini davam etdirmək üçün Ərdəbil tələbələri ilə birlikdə Qum şəhərinə getməyi qərara alıb. Rza xan hakimiyyətinin sonuncu illəri idi. Əliəkbər Qum elmi hövzəsinin digər tələbələri kimi təzyiq və qorxu altında təhsil alırdı. Nəhayət, Rza Pəhləvinin qaranlıq kölgəsi İran xalqının başı üzərindən çəkildi və bir müddət oxumaq üçün münasib şərait yarandı. Bu müddətdə Meşkini mərhum Ayətullah Höccət Kuh Kəmərinin, mərhum Ayətullah Burucerdi və Ayətullah Mühəqqiq Damadın xaric dərslərində iştirak edə bilib. Get-gedə ikinci Pəhləvi Məhəmməd Rzanın diktatorluq dövrü başladı. Məhəmməd Rza şah mərhum Ayətullah Burucerdi sağ olana qədər İslamla aşkar şəkildə mübarizə etmirdi, lakin ərbablarının əmrinə uyğun olaraq İslamın əsasları, onun hökm və qanunlarının aradan aparılması, İran cəmiyyətinin pisliklərə və pozğunluqlara sürüklənməsi yolunda əlindən gələni əsirgəmirdi. Burucerdinin vəfatından sonra Pəhləvi hakimiyyətinin İslamın hökmlərini və ruhaniyyəti yox etmək, İran İslam xalqını ideologiyasız və qərbyönlü bir xalqa çevirmək üçün hövzələrə və ruhaniyyətə həmlələri şiddətli şəkildə aşkar oldu və şah rejiminin qorxunc təhlükəsizlik təşkilatı -SAVAK vasitəsilə məzlum İran xalqında, xüsusilə dindarlar arasında elə bir qorxu və xof yaratdı ki, heç kəs nəfəs ala bilmirdi. Yezidin zülmü hər yeri bürüdüyü belə bir vaxtda zəmanənin Hüseyninin səsi Qumdan qalxdı və şah rejiminə qarşı mübarizələr artdı. Ayətullahül-üzma Xomeyninin (r) sözləri, bəyanatları və qələmi güllə və ox kimi ikinci Pəhləviyə və onun amerikalı ağasına tərəf yağırdı. İmam Xomeyninin təbiri ilə desək, "Qum Elmi hövzəsi tərəfindən heç bir təhlükə gözləməyənlər birdən gördülər ki, ruhaniyyət tərəfindən gözə, qulağa və zehnə nəisə dəyir". Bu dövrdə hövzə tələbələri İmam Xomeyninin başladığı hərəkata qoşularaq şaha qarşı aşkar şəkildə mübarizəyə qalxdılar. Meşkini bu mübarizələrdə dəfələrlə Qum şəhərinin polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu. İmam Xomeyninin əmrlərinin necə icra olunmasını müzakirə etmək üçün Qumda təşkil olunan gizli toplantılarda iştirak etdiyinə görə təqiblərə məruz qaldı və dörd aya yaxın Tehranda gizləndi. Tehranda saxta adlarla yaşayır və dostları ilə görüşürdü. Lakin dostlarının çoxu həbs olunub Qəsr və Evin həbsxanalarına salınmışdılar. O zaman həbsxanada olan mərhum Ayətullah Taleqani dəfələrlə Meşkiniyə xəbər göndərdi ki, gizli həyatını buraxıb özünü təslim etsin. Çünki həbsxana onun indiki vəziyyətindən yaxşıdır və orada ən azı sədaqətli dostlarla görüşə bilər. Lakin Əliəkbər mütaliə etməyə və kitab yazmağa böyük həvəs göstərdiyi və həbsxanada lazımi vasitələri tapa bilməyəcəyindən qorxduğu üçün özünü təslim etmirdi. O, bu dövrdə bir neçə kitab yazmağa müvəffəq oldu və nəhayət, dörd aydan sonra İraqa tərəf getdi. Yeddi ay Nəcəfi-Əşrəfdə dövrün bəzi mərcəyi-təqlidlərinin və İmam Xomeyninin dərslərindən bəhrələndi. Bədəninin zəifliyi və Nəcəf şəhərinin isti havası orada yaşamağa imkan vermirdi. Çarəsizlikdən Quma döndü. Elə ilk gündəcə dostlarının onunla görüşə gəldiyi üçün SAVAK tərəfindən çağırıldı. Ondan 48 saata Qumu tərk etmək barədə iltizam alındı. Həmin günün səhəri Məşhəd şəhərinə yollandı və 15 aya qədər Məşhəd elmi hövzəsində tədrislə məşğul oldu. Sonra yenidən Quma qayıtdı. Qumda İmam Xomeyninin əmrlərinin və bəyanatlarının necə yayılması haqqında təşkil olunmuş gizli iclaslarda iştirak edirdi. Bir müddət bu minvalla keçdi. Demək olar ki, Pəhləvi rejimi əleyhinə yayılan hər bir bəyanat və elanda hövzənin digər məsuliyyətli şəxsləri ilə bərabər onun da əməyi olurdu. Bir müddətdən sonra hövzədə bu insanların mövcudluğu rejim üçün təhlükəli sayıldı və SAVAK tərəfindən əsas təhlükə mənbəyi hesab olunan hövzənin 27-ə yaxın müəllimi haqqında sürgün hökmü kəsildi. Meşkimi də 3 il müddətinə sürgünə məhkum olundu. Hökm elan olunan vaxt yay tətillərinə təsadüf etdiyi üçün bir neçə günlük doğma diyara – Meşkinə səfər etdi. Qohumlarını ziyarət etdi. Lakin çox keçmədi ki, təhlükəsizlik əməkdaşları tərəfindən həbs edildi və Qum şəhərinin SAVAK-ına təhvil verildi. Orada onu bir neçə saatlıq polis idarəsinə aparıb bəzi suallar verdikdən sonra rəsmi sürgün hökmünü oxudular və Kerman vilayətinin Mahan məntəqəsinə yolladılar. Bir il orada nəzarət altında qaldı. Mahanda münasib zəmin yarandığını hiss edib Cümə namazını bərpa etdi. Yavaş-yavaş onun ətrafına yığışanların sayı çoxaldı və Kerman SAVAK-ı məsələni mərkəzə çatdırdı. Bir gün axşamçağı onu polis idarəsinə çağırdılar və orada maşına mindirib Kermana və oradan da Gülpayeqan şəhərinə apardılar. Lakin ailəsi Mahanda qaldı. Mahanda qaldığı müddətdə Kermanın və ətraf məntəqələrin möhtərəm ruhanilərinin lütfü və məhəbbəti onun halına şamil olurdu. Həmçinin, Gülpayeqanda da bir il daha şiddətli nəzarət altında yaşamalı oldu. Onu camaat namazı qılmağa qoymurdular. Çarəsizlikdən bir evdə müəllimlər üçün təfsir dərsləri deməli oldu. Bir ildən sonra yenidən onu yerini dəyişməyə məcbur etdilər və qəflətən Kaşmer şəhərinə apardılar. Bir il də orada qabaqkından daha şiddətli nəzarət altında qaldı. Bu dəfə hansı məsciddə camaat namazı qılmağa başlayırdısa, onu tapıb namaz qılmağa qoymurdular. Hətta qaldığı mədrəsədə belə camaat namazı qılmağına mane olurdular. Bəzən mədrəsədə qaranlıqda camaat namazı qılırdı. Dəfələrlə polis idarəsinin rəisi onu hədələyərək aqibətinin daha ağır olacağını deyirdi. Meşkini sürgün müddəti sona çatdıqdan sonra yenidən mübarizə meydanına atıldı və inqilab qələbə çalana qədər İslam yolunun döyüşçüləri ilə birlikdə bacardığı qədər küfrə qarşı mübarizədə iştirak etdi. O vaxta qədər ki, Haqq-Təalanın lütfü iranlılara şamil olana və İmam Xomeyninin peyğəmbərcəsinə rəhbərliyi iranlıları taqutların zillət və əsarətindən qurtarana və inqilab qələbə çalana qədər o, mübarizəsini davam etdirdi. | https://az.wikipedia.org/w/index.php?curid=305677 |
Əli Mirzə | II Aleksandr (Kartlidə)/III Aleksandr (Kaxetidə) və ya Əli mirzə (v. 23 noyabr 1737, Qəndəhar, Qəndəhar vilayəti) — Kartlinin və Kaxetinin çarı. Aleksandr İslamı qəbul etmişdi. Əli mirzə kimi tanınırdı. II Davidin oğlu idi. Müsəlman olmuşdu. 1735-ci ilin avqustunda Nadir şahın Osmanlı üzərində qələbəsindən sonra Kaxetiya valisi olmuşdu. olmuşdu. Səfi xan ona nəzarət etmək üçün, Əli Qulu bəy isə vergi toplamaq üçün ona köməkçi təyin edilmişdi. Gələn il isə yerinə Arçil gətirilərək özü Kartli taxtında II Teymurazın yerinə keçdi. 1736-cı ildə Anna İoannovnaya məktub yazaraq ondan qorunmaq üçün kömək tələb etmişdi. 1737-ci ildə (bəzi mənbələrdə 1739) isə Qəndəharda, Nadir şahın Hindistan yürüşündə öldürülmüşdü. Çar II Şansenin qızı Mariam ilə evlənmişdi. Onun 2 övladı olmuşdu: İvan Aleksandroviç Baqrationi (7 noyabr 1730 - 28 sentyabr 1795) - Pyotr adlı bir oğlu var idi, Rusiyada vəfat etmişdi. Anna Aleksandrovna Baqrationi (1723 - 19 mart 1780) - 1743-cü ildə Moskvada Pyotr İqoroviç Dadianovla evləndi. | https://az.wikipedia.org/w/index.php?curid=392385 |
Əli Mirəliyev | Əli Mirəliyev (tam adı: Əliisgəndər Fərzulla oğlu Mirəliyev; 20 noyabr 1949, Bakı) – Azərbaycan müğənnisi, bəstəkar, bəstəkar mahnılarının mahir ifaçısı. Əli Mirəliyev 1949-cu ildə Bakıda anadan olub. 1972-ci ildən "Dan ulduzu" ansamblının, Səid Rüstəmov adına orkestrin, Dövlət Mahnı Rəqs Ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti olub. Gülağa Məmmədov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, İslam Rzayev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Rəşid Behbudov, Xan əmi, Müslüm Maqomayev kimi sənətkarlarla çıxış etmişdir. Uşaq yaşlarından Rübabə Muradova və Qulu Əsgərov kimi ifaçıların ansamblında çalışaraq, onların ifalarından sözlərin düzgün tələffüzünü, mahnının notada işlənməsi və digər konstruksiyalara nəzər yetirib. Bu, onun gələcəkdə müğənni kimi formalaşmasına böyük təsir göstərib. Televiziyada yarım saatlıq və ya daha artıq sistemlə konsert proqramı təşkil edən ilk müğənnilərdəndir. Uzun müddət "Səadət", "Xatirə" və "Dan ulduzu" ansamblları ilə konsertlər təşkil edib. "Gecələr bulaq başı", "Ay işığında", "Səni unuda bilmirəm", "Ay gecikən məhəbbətim" (İ. Kərimov bəstəsi), "Yaraşaydım", "Sevgilim" (C. Cahangirov bəstəsi), "Yox, mən səni görməmişəm", "Şirvan bayatıları", "Qayıt, gəl", "Sən olmuşam", "Oynadı qızlar", "Həkim qız", "Sənsiz yaman darıxmışam", "Kimdir günahkar?", "Kainat dünyası", "Nazəndə sevgilim", "Hardasan gəncliyim", "Haray-haray", "Yeddi mətləbdən biri", "Gedək üzü küləyə", "Bir könül sındırmışam" və s. kimi mahnıları ilə sevilib. Bir müddət müğənni Ruhəngiz Musəvi ilə tərəf müqabili olub, "Azad, firavan" (1982), "Şirin arzular", "Aylar gözəl, illər gözəl", "Şirindilli oğlan" "Qonşular", "Evləri köndələn yar" (1987) kimi mahnıları birgə ifa ediblər. Elmira Rəhimova, Ruhəngiz Allahverdiyeva, Xədicə Abbasova, Natavan Şeyxova, Firuzə İbadova, İlhamə Quliyeva, Züleyxa Mirismayılova, Zöhrə Abdullayeva və s. kimi qadın sənətkarlarla duet ortağı olmuşdur. 1999-cu ildə şəxsi istəyi ilə böyük səhnə fəaliyyətini sonlandırıb. 2006-cı ildə isə öz səhnə fəaliyyətini bərpa edib. Əli Mirəliyev məşhur müğənni İlhamə Quliyevanın dayısı qızı ilə ailə həyatı qurub, bir qızı və bir oğlu vardır. | https://az.wikipedia.org/w/index.php?curid=397484 |
Əli Muradov | Muradov Əli Nəsrulla oğlu — Azərbaycan Texnologiya Universiteti, kimya mühəhdisliyi kafedrasının dosenti. Azərbaycan Texnologiya Universitetinin “ Kimya mühəndisliyi " kafedrasının tədris işlər üzrə müdir müavini, «Göy-gölün Ekoloji Monitorinqi» Elmi - Tədqiqat laboratoriyasının rəhbəri, apardığı elmi işin səmərəliyinə görə müəlliflik şadətnaməsinə və SSRİ-nin səmərələşdiriçi döş nişanı medalını almışdır, kimya elmləri namizədidir. O, 31/12/1940-cı ildə Qərbi Azərbaycanın Vedi rayonunda kolxozçu ailəsində dünyaya gəlmişdir. 1947 - ci ildə millətçi erməni daşnaklarının təcavüzünə məruz qalan kənd əhalisi deportasiya olunaraq, Azərbaycanın Şəmkir rayonunda məskunlaşmışdır. Azyaşlı uşaq evdə ailələrinə kömək edir, gecələr lampa işığında kitab oxuyardı. Onun bu əziyyəti yerdə qalmadı, orta məktəbi müvəffəqiyyətlə bitirib, heç bir çətinlik çəkmədən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil oldu. Fəal tələbə kimi tez bir zamanda müəllimlərin nəzərini cəlb etdi. Tələbə Elmi Cəmiyyətinin ən fəal üzvünə çevrildi, institutun kitabxanası onun ən sevimli yeri oldu. Axtarışlar, araşdırmalar, sevimli müəllimlərinin tövsiyələri onun kamilləşməsində böyük rol oynadı. Gecə - gündüz çalışmaq öz bəhrəsini verdi, o institutu «Fərqlənmə» diplomu ilə bitirdi. Təyinatla öz doğma məktəbinə kimya müəllimi göndərildi. Az bir müddətdə qabiliyyətinə və mükəmməl biliyinə görə məktəbin dərs hissə müdiri vəzifəsinə irəli çəkdilər. O işgüzar fəaliyyəti ilə bərabər alim olmaq üçün gecə - gündüz aspiranturaya hazırlaşırdı. Bəli, tanrı onun səsini eşitdi, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Aşqarlar Kimyası institutunun aspiranturasının əyani şöbəsinə daxil oldu. O dövrün tanınmış iki dəfə SSRİ və bir dəfə Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi və iki çağırış SSRİ Ali Sovetin deputatı olan həmin institutun direktoru Əli Quliyev onun elmi rəhbəri oldu. O, gecə-gündüz axtarışlar aparıb, mükəmməl biliyə yiyələnərək, aspiranturanı müvəffəqiyyətlə bitirdi. 1970-ci ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialında assistent kimi işə qəbul olundu. Az bir zamanda savad və yaradıcılıq qabiliyyəti nəzərə alınaraq 1976-cı ildən kafedranın baş müəllimi, 1982-ci ildən kafedranın dosenti,1983-1988-ci illərdə isə «Qeyri- üzvi və Analitik kimya» kafedrasının müdiri vəzifəsinə irəli çəkildi. O yaxşı bilirdi ki, maddi-texniki baza varsa, yüsək ixtisaslı mütəxəssis hazırlığı realdır. Məhz onunçün də o buna nail olaraq mükəmməl kimya laboratoriyasını yaratdı. 1986-cı ildən Naftalan neftinin kimyəvi tərkibinin tədqiqinə aid elmi işini davam etdirərək 2009- cu ildə «Naftalan neftinin kimyəvi tərkibinin tədqiqi və ondan alınan neftin karbohidrogen fraksiyalarının təsir mexanizminin öyrənilməsi» mövzusunda doktorluq dissertasiya işini hazırladı. AAK-nin tövsiyəsini nəzərə alaraq, müəyyən düzəlişlərdən sonra, bu il doktorluq işi AAK-a təqdim olunmuşdur. Alimin doktorluq mövzusuna aid 51 elmi məqaləsi xarici və yerli mətbuatda dərc edilmişdir. 92 elmi əsərin, 2 müəlliflik şəhadətnaməsinin, 1 patentin, 1 dərsliyin, 8 dərs vəsaitinin, 11 metodiki göstərişin müəllifidir.1983/84 - cü tədris ilində, Universitetdə apardığı elmi-tədqiqat işin səmərəliliyinə görə SSRİ-nin səmərələşdirici döş nişanı medalı ilə təltif edilmişdir. 55 illik pedaqoji fəaliyyətinin 48 ilini Azərbaycan Texnologiya Universitetində müəllim işləmişdir. Yüksək elmi pedaqoji fəaliyyətinə görə rektorluq tərəfindən "Fəxri Fərman"lara, Təhsili Nazirliyinin qiymətli mükafatı və təşəkkümaməsi ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanları ilə təltif edilmişdir. 2015-ci ildə Azərbaycan Texnologiya Univresitetinin rəhbərliyi onun əməyini qiymətləndirərək 75 illiyi münasibətilə universitetin tərtib etdiyi hədiyyə medalı ilə təltif etmişdir. Naftalan neftindən bioloji aktiv maddə olan naften karbohidrogenlərinin yeni texnaloji üsulnan alınmasına aid apardığı tədqiqat işinə görə , patent almış və monoqrafiyası dərc edilmişdir. Əli müəllim eyni zamanda şəhərin ictimai həyatında fəallıq göstərir. 39 saylı Kəpəz birinci (Gəncə) Dairə Seçki Komissiyasının 15 saylı Məntəqə Seçki Komissiyasının 2008-2017-ci ilə kimi sədri vəzifəsində işləmişdir. Əli Muradovun 54-illik elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq onun haqqında 22 iyul 20117 – ci ildə Respublika qəzetində məqalə dərc edilmişdir. O, zəngin dünyagörüşə malik çoxsaylı elmi əsərlərin müəllifi, vətənini dərin məhəbbətlə sevən, ailəsinə, dostlarına, həmkarlarına ciddi, nəcib düyğu ilə yanaşan və həyatda düzgün mövqe tutub yaşayan ziyalıdır. Yaradıcılığı 121 Elmi əsəri var, onlardan bir çoxları xarici və yerli tanınmış jurnallarda çıxmışdır. Ə.N.Muradov «Naftalan neftindən alınmış aromatik karbohidrogenlərin və qatranın tikinti materialının alınmasında tətbiqi». Gəncə Regional Elmi Mərkəz, Xəbərlər Məcmuəsi, №1, səh. 44, 1994-cü il. Ə.N.Muradov «Naftalan neftindən müalicəvi naften yağının yeni texnoloji üsulla ayrılması və tətbiqi». Gəncə Regional Elmi Mərkəz, Xəbərlər məcmuəsi №3, 2005-ci il. Ə.N.Muradov “Naftalan neftindən alınmış naften yağ frak-siyalarının karbohidrogen tərkibinin tədqiqi” Gəncə Regional Elmi Mərkəz, Xəbərlər məcmuəsi. №24. səh 24-28. 2006. Ə.N. Muradov “Naftalan neftindən müalicəvi naften yağının tromboflibit xəstəliyinin müalicəsində təsir edici mexanizminin öyrənilməsi” Gəncə Refional Elmi Mərkəz Xəbərlər məcmuəsi, Elmi nəşriyyatı №31. səh 27-30. Gəncə 2008. Ə.N.Muradov “Naftalan neftindən alınan naften karbohidrogenlərinin termodiffuziya üsulu ilə ayrılmış fraksiyalarının kimyəvi tərkibinin tədqiqi”. Azərbaycan Kimya jurnalı 2009. №3. Ə.N.Muradov və Ş.M.Babayev Naftalan neftindən müalicəvi naften yağının yeni üsulla alınması. Patent №2008.01.06 AzR St.M və PDA, Bakı 2009. Ə.N. Muradov “Naftalan ntftindən ayrılmış yüngül aromatik karbohidrogenlərin kimyəvi tərkibinin müasir üsullarla tədqiqi” Azərbaycan Kimya Jurnalı, 2012, № 4, səh. 21-30. Dərslikləri Üzvi kimya - (Gəncə), “ATU”, 2018.- 188 s. Fiziki və Kolloid kimyanın əsasları - (Gəncə), “ATU”, 2016.- 266 s. Dərs vəsaitləri Muradov Ə.N., R.İ.Hüseynov , Metallar aləminə səyahət Azərbaycan Texnologiya Universitetinin İctimai İaşə fakültəsinin elmi şurasının rəyi ilə çap olunmasına icazə verilmişdir. Muradov Ə.N, Hüseynov R.İ. “Aktivləşmiş kömür, növləri və tətbiqi”.Azərbaycan Texnologiya Universiteti. Qida texnologiyası fakültəsinin elmi şurasının tövsiyəsi ilə çap edilməsinə içazə verilmişdir. Gəncə-1996-cı il Muradov Ə.N, Əlbəndov Ə.A. “Ümumi və qeyri-üzvi kimya praktikumu” Azərbaycan Texnologiya Universitetinin Elmi şurasının tövsiyəsi ilə qrif alaraq çap edilməsinə içazə verilmişdir. Gəncə-2007 –ci il. Muradov Ə.N., Əlbəndov Ə.A., və başqaları “Üzvi kimya praktikumu” Azərbaycan Texnologiya Universitetinin Elmi şurasının 21.02.2018 – ci il tarixli 6 saylı qərarı ilə təsdiq edilmişdir. Gəncə-2018 –ci il. Muradov Ə.N, “Elektrokimyəvi proseslər” Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 08.04.2014- ci il tarixli 398 saylı əmrlə təsdiq edilmişdir. Gəncə-2014 – ci il. Elektrokimyəvi proseslər - (Gəncə), “ATU”, 2014.- 259 s. Monoqrafiya Naftalan neftinin Kimyəvi tərkibinin tədqiqi Avtoreferatı Naftalan neftinin kimyəvi tərkibinin tədqiqi və ondan alınan naften karbohidrogen fraksiyalarının təsir mexanizinin öyrənilməsi - 2018- ci il 1984- cü ildə rəhbərlik etdiyi kafedranın elm və tədris sahəsindəki naliyyətlərinə görə Təhsil nazirliyinin pul mükafatını almışdır. 1984- cü ildə apardığı elmi işin səmərələliyinə görə (iki müəlliflik şadətnaməsi) almış SSRİ-nin səmərələşdirici döş nişanı medalı ilə təltif edilmişdir. “30” yanvar 2001-ci ildə qeydiyyat № 2099 Azərbaycan Respublikası təhsil nazirliyi kollegiyasının T-247/ №- li qərarı ilə Fəxri Fərmanla tətif edilmişdir. “11” 02. 2011 – ci il tarixli T-370 №- li qərarı ilə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmiş. Qeydiyyat № - si 1829 Azərbaycan Texnologiya Universitetinin rektoru t.e.d. prof. A.Ş.Süleymanov tərəfindən yublyar Ə.Muradovun “75” illiyi münasibətilə ona Universitetin hədiyyə medalını təqdim etmişdir. Muradov Əli Nəsrulla oğlu 08.05.2013- cü il tarixdə Azərbaycan Texnologiya Universitetində Umummilli lider H.Əliyevin anadan olmasının “90” illik yubleyinə həsr olunmuş elmi-praktiki konfransda fəal iştirakına və maraq doğuran mövzu ilə çıxış etdiyinə görə Universitetin rektoru tərəfindən Təşəkkürnamə ilə təltif etmişdir. 26 noyabr 2017 – ci ildə Gəncə şəhəri 39 saylı (Gəncə birinci) seçki dairəsinin sədri tərəfindən 2008/2018 – ci illər ərzində 15 saylı seçki məntəqəsinin sədri işləmiş Muradov Əli Nəsrulla oğlunu keçirilən şəffaf və demokratik seçkilərə görə “Fəxri fərman” la təltif edilmişdir. 30 iyun 2018-ci ildə Rusiya Fed.Respublikasının Kazan şəhərində Beynəlxalq ET praktiki konfransında elmi çıxışına görə məqaləsi diploma layiq görülmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=546249 |
Əli Musayev | Musayev Əli Səməd oğlu () — Azərbaycanlı şəhid. Musayev Əli Səməd oğlu 1972-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub. Söyüdlü kənd orta məktəbini bitirib. 30 may 1990-cı ildə hərbi xidmətə gedib. 20 yanvar 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Hərbi xidməti 30 may 1990-cı ildə hərbi xidmətə yola düşdü. 1992-ci il sentyabrın 18-də Musayev Əli Milli Orduya çağırış alıb. Musayev Əli Laçın dağlarında gedən döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərdə Laçın əldən verildi. Oktyabrın 14-də Gəncə batalyonunun tərkibində Ağdərə cəbhəsinə yollandı və burada gedən döyüşlərə qoşuldu. Sovet ordusunda tikinti batalyonunda xidmət etsə də qanlı vuruşlara cəsarətlə atıldı, özünü cəsur döyüşçü kimi göstərdi. Təəssüf ki, döyüş yolu çox qısa oldu. 20 yanvar 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Söyüdlü kənd orta məktəbi şəhid olan Musayev Əli onun adını daşıyır. Gədəbəy rayon, Söyüdlü kənd qəbirsanlığında dəfn edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=741065 |
Əli Mustafayev | Əli Mustafayev 1967-ci il fevralın 10-da Bakı şəhərində anadan olub. Bakıda orta təhsil alandan sonra Sovetlər Birliyinin ordu sıralarına daxil olur. Bakıda 1990-cı il hadisələri baş verəndə İttifaq ordusunda zabit kimi xidmət edən Əli Mustafayev Azərbaycana qayıdır. Hərbi xidməti 1-ci Qarabağ müharibəsi 1991-ci ildə Azərbaycana qayıdan Əli Mustafayev döyüşən orduya qoşularaq Qarabağ müharibəsində iştirak edir. Döyüşdə hər tərəfdən özünü nizam-intizamlı, nümunəvi zabit kimi göstərən Əli Mustafayev atəşkəsdən sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə xidmətini davam etdirmək üçün göndərilir. Azərbaycan Ordusu üçün ilk milli kadrların hazırlanmasında onun xidmətləri misilsizdir. Sonrakı illərdə Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində fərqli fəzifələrdə xidmət edib. Hər zaman nümunəvi zabit kimi fərqlınib və dövlətimiz tərəfindən mükafatlandırılıb. Aprel döyüşlərində iştirak edib. 2-ci Qarabağ müharibəsi Azərbaycan Ordusunun polkovniki olan Əli Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulidən Şuşaya qədər döyüş yolu keçib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mustafayev "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mustafayev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mustafayev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı — "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (24.06.2005) — "Vətən uğrunda" medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı | https://az.wikipedia.org/w/index.php?curid=684429 |
Əli Müsyo | Əli Müsyo, Kərbəlayı Əli Hacı Məhəmmədbağır oğlu Təbrizi (1879-1910) — İran Məşrutə hərakatının fəal üzvü. Kərbəlayı Əli Müsyo İran inqilabından bir il əvvəl Hacı Əli Davafuruş və Hacı Rəsul Sədəqyani ilə birlikdə Təbriz sosial-demokrat qrupunu yaratmışdı. Təbriz əncüməni üzvləri və "Mərkəzi-qeyb"in fəalları Əli Müsyonun evində yığıncaq keçirirdilər. İkinci gizli, siyasi qrupun görkəmli üzvlərindən olan Əli Müsyö bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Avropanın bəzi ölkələrində olmuş, bir müddət İstanbulda yaşamış mübariz və təcrübəli ziyalılardan biri idi. Əli Müsyö Fransa inqilabları tarixini yaxşı bilirdi və öz danışıqlarında həmişə Fransa zəhmətkeşlərinin mübarizə tarixindən misallar gətirirdi İkinci gizli, siyasi qrupun bu mühüm fəaliyyəti, yəni RSDFP-nın Qafqaz təşkilatı ilə əlaqə saxlaması, bu təşkilatların nəşr etdiyi gizli, inqilabi vərəqələrinin Təbrizdə və İranın digər şəhərlərində yayılması işinin həyata keçirilməsi ona görə qiymətli idi ki, həmin bu vərəqələr kütlələrin oyanmasında, onların həyəcanlanmalarında böyük rol oynayırdı. "Qiyame Azərbaycan və Səttar xan" əsərinin müəllifi İsmayıl Əmirxizi özünün tərcumeyi-halında göstərir ki, Rusiyadan gətirilən siyasi vərəqə və bəyannamələrdən bir neçəsi Hacı Mehdi Kuzəkünani vasitəsilə onun əlinə keçmiş, ona çox təsir bağışlamışdı. Məlum olduğu kimi, Hacı Mehdi Küzəkünani İkinci gizli, siyasi qrupun üzvləri ilə, xüsusilə Əli Müsyö ilə yaxın dost və daim əlaqədə olmuş və sonralar məşrutə inqilabında fəal iştirak etmişdir. Gizli, siyasi qrup vasitəsilə Əmirxiziyə və onlarla bu kimi adamlara çatdırılan siyasi vərəqələr bizcə, RSDFP-nın Bakı Komitəsi tərəfindən nəşr edilmiş vərəqələr və intibahnamələrdəndir. Çünki hələ 1901-ci ildə inqilabi ədəbiyyatın nəşr edilib Zaqafqaziyanın və Rusiyanın hər tərəfində yayılması işində mühüm rol oynayan "Bakının gizli mətbəəsinin fəaliyyəti 1903-cü ildə daha geniş dairəni əhatə etmişdi. Azərbaycan sosial-demokratlarının intibahnamələri və vərəqələri Azərbaycan, rus, erməni və gürcü dillərində nəşr edilirdi. Vərəqələr və intibahnamələr buraxılması 1903-cü ilin martından başlayaraq, xüsusilə geniş bir dairə almışdır" 1907-ci ildə Təbriz şəhərinin Əmirxiz məhəlləsinin fədailərinə rəhbərlik edən Səttar xan özünün qəhrəmanlığı və şücaəti ilə bütün fədailərin sevimli sərkərdəsinə çevrildi. Şura Məclisi topa tutulduqdan sonra şahın 40 min nəfərlik silahlı qüvvəsi inqilabın beşiyi Təbriz şəhərinə hücum etdi. 1908-ci ilin iyun ayında Səttər xanın rəhbərliyi altında Ali Hərbi Şura yarandı. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli Davafuruş, Seyid Haşim xan təyin edildilər. Ənvər Çingizoğlu. Məşrutə ensiklopediyası. Bakı: 2011. 624 səh. Həmçinin bax İctimaiyyun-Amiyyun (təşkilat) | https://az.wikipedia.org/w/index.php?curid=180463 |
Əli Mütəhhəri | Əli Mütəhhəri (fars. علی مطهری; d. 26 yanvar 1958) — İranlı ilahiyyatçı, kəlamçı, fəlsəfəçi, siyasətçi. İslam fəlsəfəsi və kəlam müəllimi. Tehran Universitetinin müəllimi. Milli Məclisin deputatı. Məşhur filosof Mürtəza Mütəhhərinin oğludur. Elmi fəaliyyəti Siyasi fəaliyyəti Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=667229 |
Əli Məcid Arda | Əli Məcid Arda (türk. Ali Macit Arda; d.1885, İstanbul, ö. 1967 İstanbul) —Türkiyədə müasir coğrafiyanın quruluşunu edən görkəmli elm adamlarından biri. 1885-ci ildə İstanbulun Bakırköy ərazisində anadan olub.İlk təhsilini Hamidiye Bakırköy Liseyində,orta təhsilini Kabataş Liseyində,ali təhsilini Paris Universitetinin Ədəbiyyat fakültəsi çoğrafiya bölməsində təhsil alıb.Pol Vidal de la Blachin təsiri altında Faiq Səbri Duran və Səlim Mənsur ilə birlikdə Fransız məktəbini və Vyanada Rittel -Ratzel məktəbində yetişən Həmid Sədi Selen ilə birlikdə Alman professor idarəsində qurulmuş olan coğrafiya fakültəsində məktəblərini fərqli təmsil edib. Əli Macit Arda hökumət tərəfindən Avropaya təhsilə göndərilən ilk tələbələrdən biridir.Təhsilini bitirib ölkəyə qayıdan illər Birinci Dünya Müharibəsi təsadüf ediyi üçün Ali Məcid cəhbəyə Qızıl Ayparaya göndərilir.Müharibə dövründə Ali Məcid Arda Darülfünun coğrafiya ofislərinə gətirildi.Müharibədən sonra Bəşəri Çoğrafiya Məktəbinin müdiri çalışmışdır.1952-ci ildə təqaüdçü olan Əli Məcid Arda 1967-ci ildə dünyasını dəyişmişdir. Əli Məcid Arda, İstanbul Liseyində coğrafiya müəllimi,Ali Müəllim Məktəbində müdir,Ankara Universiteti Siyasi Elmlər Fakültəsində müəllim,İstanbul Qız Müəllim Məktəbində müəllim,Türkiyə Respublikası Milli Təhsil Nazirliyində Yüksək Tedrisat Ümum İdarəsinin müdiri, 1937-1939-cu illərdə Heydərpaşa Liseyində Qalatasaray Liseyində coğrafiya müəllimi,Ali İqtisadiyyat və Ticarət Məktəbində professor çalışmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=517350 |
Əli Məhzun Rəhimov | Əli Məhzun Zeynalabdinzadə Rəhimov (təxəllüsü: Yetim cücə) — şair Əli Məhzun Zeynalabdinzadə Rəhimov: "Molla Nəsrəddin" çilərdən biri, "Bürhani-həqiqət jurnalının müdiri və mühərriri kimi tanınmış şair-jurnalistdir. Onun dərin mənalı, oxucunu düşünməyə vadar edən yazıları, bəzən başqa müəlliflərin əsərləri kimi qələmə verilən satirik şeirləri müxtəlif mətbu orqanlarda dərc olunmuşdur. Molla Nəsrəddinçi Əli Məhzun Rəhimovun "İranlı olmasaydı" satirik şeirinin "Mollanəsrəddin" ədəbi məktəbinin istedadlı nümayəndələrindən olan Bayraməli Abbaszadənin 1948-ci ildə nəşr olunan "Seçilmiş əsərləri" və 1964-cü ildə çapdan buraxılan "Seçilmiş şeirləri" kitabına daxil edilməsi maraq doğurur. "İranlı olmasaydı" satirik şeiri "Molla Nəsrəddin" məcmuəsinin 1914-cü il aprelin 11-də nəşr olunan 13-cü nömrəsində şeirin sonunda müəllifin gizli imzası "Yetim cücə" kimi göstərilməsi Bayraməli Abbaszadənin ədəbi irsini oxuculara təqdim edən tədqiqatçı İ.Rzayevi bu gizli imza çaşdırmışdir. Təkzibolunmaz fakt odur ki, "Yetim cücə"B.Abbaszadənin deyil, Əli Məhzun Zeynalabdinzadə Rəhimovun gizli adı-imzası olmuşdur. Bu gizli adimzanın həqiqətən də "Bürhani-həqiqət" məcmuəsinin 1917-ci il aprelin 15-də çıxan 6-cı nömrəsində "Hərdənbir" başlığı ilə dərc olunan yazının Əli Məhzuna məxsus olduğu və həmin yazının "Yetim cücə" gizli adı ilə verilməsi bu məsələyə aydınlıq gətirir. Bu barədə ilk dəfə tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Özgə imzalar" sərlövhəsi ilə "Azərbaycan" jurnalının 1989-cu il 1-ci sayında (səh.176-180)çap etdirdiyi məqaləsində, sonra isə Bayraməli Abbaszadəyə həsr etdiyi "Tufanlardan keçən ömür" (Bakı, Sabah, 1995, səh.40-41)monoqrafiyasında məlumat vermişdir. "Molla Nəsrəddin" məcmuəsində "İrəvan səyahətim"adlı yazıda oxuyuruq: "…Çıxıb bazara Yetim cücəni… Məhkəmə pişiyini xəbər aldım, dedilər ki, onlar adam içinə çıxmağa ehtiyat edirlər…" Məlum faktdır ki, Yetim cücə Əli Məhzun Rəhimovun, Məhkəmə pişiyi isə Cabbar Əsgərzadənin imzalarıdır. Bunlar danılmaz faktdır. Hüseyn Həşimli. Əli Məhzun və "Ədəbiyyata dair" əsəri. Bakı: Nurlan, 2009, 80 səh. | https://az.wikipedia.org/w/index.php?curid=415990 |
Əli Məhzun Zeynalabdinzadə Rəhimov | Əli Məhzun Zeynalabdinzadə Rəhimov (təxəllüsü: Yetim cücə) — şair Əli Məhzun Zeynalabdinzadə Rəhimov: "Molla Nəsrəddin" çilərdən biri, "Bürhani-həqiqət jurnalının müdiri və mühərriri kimi tanınmış şair-jurnalistdir. Onun dərin mənalı, oxucunu düşünməyə vadar edən yazıları, bəzən başqa müəlliflərin əsərləri kimi qələmə verilən satirik şeirləri müxtəlif mətbu orqanlarda dərc olunmuşdur. Molla Nəsrəddinçi Əli Məhzun Rəhimovun "İranlı olmasaydı" satirik şeirinin "Mollanəsrəddin" ədəbi məktəbinin istedadlı nümayəndələrindən olan Bayraməli Abbaszadənin 1948-ci ildə nəşr olunan "Seçilmiş əsərləri" və 1964-cü ildə çapdan buraxılan "Seçilmiş şeirləri" kitabına daxil edilməsi maraq doğurur. "İranlı olmasaydı" satirik şeiri "Molla Nəsrəddin" məcmuəsinin 1914-cü il aprelin 11-də nəşr olunan 13-cü nömrəsində şeirin sonunda müəllifin gizli imzası "Yetim cücə" kimi göstərilməsi Bayraməli Abbaszadənin ədəbi irsini oxuculara təqdim edən tədqiqatçı İ.Rzayevi bu gizli imza çaşdırmışdir. Təkzibolunmaz fakt odur ki, "Yetim cücə"B.Abbaszadənin deyil, Əli Məhzun Zeynalabdinzadə Rəhimovun gizli adı-imzası olmuşdur. Bu gizli adimzanın həqiqətən də "Bürhani-həqiqət" məcmuəsinin 1917-ci il aprelin 15-də çıxan 6-cı nömrəsində "Hərdənbir" başlığı ilə dərc olunan yazının Əli Məhzuna məxsus olduğu və həmin yazının "Yetim cücə" gizli adı ilə verilməsi bu məsələyə aydınlıq gətirir. Bu barədə ilk dəfə tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Özgə imzalar" sərlövhəsi ilə "Azərbaycan" jurnalının 1989-cu il 1-ci sayında (səh.176-180)çap etdirdiyi məqaləsində, sonra isə Bayraməli Abbaszadəyə həsr etdiyi "Tufanlardan keçən ömür" (Bakı, Sabah, 1995, səh.40-41)monoqrafiyasında məlumat vermişdir. "Molla Nəsrəddin" məcmuəsində "İrəvan səyahətim"adlı yazıda oxuyuruq: "…Çıxıb bazara Yetim cücəni… Məhkəmə pişiyini xəbər aldım, dedilər ki, onlar adam içinə çıxmağa ehtiyat edirlər…" Məlum faktdır ki, Yetim cücə Əli Məhzun Rəhimovun, Məhkəmə pişiyi isə Cabbar Əsgərzadənin imzalarıdır. Bunlar danılmaz faktdır. Hüseyn Həşimli. Əli Məhzun və "Ədəbiyyata dair" əsəri. Bakı: Nurlan, 2009, 80 səh. | https://az.wikipedia.org/w/index.php?curid=201369 |
Əli Məhəmmədli (Germi) | Əli Məhəmmədli (fars. علي محمدلو) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (16 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=473379 |
Əli Məhəmmədov | Əli Səməd oğlu Məhəmmədov (Məmmədov) (1900, Lənkəran, Lənkəran qəzası – 7 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1931–1932), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi və Azərbaycan SSR xalq daxili işlər komissarı (1926–1929), Gəncə Qəza İcraiyyə Komitəsinin sədri (1922–1926), Lənkəran Qəza İnqilab Komitəsinin sədri (1920). Siyasi repressiyaya uğramışdır. Əli Səməd oğlu Məhəmmədov 1900-cü ildə Bakı quberniyasının Lənkəran şəhərində sənətkar ailəsində anadan olmuşdur. Buradakı dördsinifli məktəbi bitirmişdir.1917-ci ildə Lənkəran qəzasında inqilabi fəaliyyət göstərmiş, 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdur. Muğan Sovet Respublikası qurulduqdan sonra Qırmızı qvardiya dəstələri tərkibində əksinqilabçılara qarşı vuruşmuşdur. 1920-ci ilin yanvar ayında fəaliyyətini bərpa etmiş Lənkəran gizli qəza partiya komitəsinin tərkibinə seçilmiş, Azərbaycan Kommunist Partiyasının birinci qurultayının nümayəndəsi olmuş və həmin qurultayda çıxış etmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Lənkəran Qəza İnqilab Komitəsinin sədri seçilmiş, həmin ilin oktyabr ayında Azərbaycan K(b)P tərəfindən Moskvadakı Yakov Sverdlov adına Kommunist Universitetində oxumağa göndərilmişdir.Əli Məhəmmədov təhsilini bitirdikdən sonra Bakıya qayıtmış və 1921-ci ilin sentyabr ayında də Azərbaycan K(b)P MK təlimatçısı təyin edilmiş, sonra isə Azərbaycan K(b)P Lənkəran Qəza Komitəsinin katibi vəzifəsində çalışmışdır. O, 1922–1926-cı illərdə Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, 1926–1929-cu illərdə Azərbaycan SSR xalq daxili işlər komissarı və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Şirvan (Göyçay) Mahal İcraiyyə Komitəsinin sədri, Ağdam Rayon İcraiyyə Komitəsinin sədri, 1931–1932-ci illərdə Azərbaycan SSR xalq maliyyə komissarı, Qutqaşen Rayon İcraiyyə Komitəsinin sədri və Taxıl Tədarükü İdarəsi Azərbaycan kantorunun müvəkkili vəzifələrində işləmişdir.Əli Məhəmmədov dəfələrlə Azərbaycan K(b)P MK-ya, RK(b)P-nin Zaqafqaziya Ölkə Komitəsi Təftiş Komissiyasına, Azərbaycan SSR, ZSFSR və SSRİ mərkəzi icraiyyə komitələrinə üzv seçilmişdir. Həbsi və ölümü Əli Məhəmmədov Stalin repressiyalarının qurbanı olmuşdur. O, 1936-cı ilin axırlarında "Lənkəran rayonunda millətçi (müsavatçı) kadrların hazırlanması və Azərbaycan KP MK katibini öldürmək məqsədilə terror qruplaşmasının yaradılması istiqamətində işlər aparma" ittihamları ilə həbs edilmiş və 19 yanvar 1937-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 7 yanvar 1938-ci ildə barəsində SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə əmlakı müsadirə olunmaqla güllələnmə qərarı alınmışdır. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 29 sentyabr 1956-cı il tarixli qərarı ilə ona bəraət verilmiş, 26 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=800076 |
Əli Məhəmmədəbirov | Əli Məhəmmədəbirov (23 fevral 1993) — Azərbaycanı təmsil edən güləşçi. Əli Məhəmmədəbirov 1993-cü il fevralın 23-də anadan olub. Əli Məhəmmədəbirov 2009-cu ildə gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Əli Məhəmmədəbirov 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Əli Məhəmmədəbirov qrup mərhələsinin birinci görüşdə Monqolustan nümayəndəsi Oyunbold Enxtuqs ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Məhəmmədəbirov rəqibinə qalib gəldi — 2:0 (1:0, 2:1). Növbəti görüşdə isə onun rəqibi Gürcüstan nümayəndəsi Qeno Petriaşvili oldu. Bu görüşdə də Əli Məhəmmədəbirov rəqibinə qalib gəldi — 2:0 (2:0, 3:0). Qrup mərhələsinin sonuncu görüşündə Əli Məhəmmədəbirov Amerika Samoası nümayəndəsi Manolefoaqa üzərində təmiz qələbə qazandı. Bununla da Əli Məhəmmədəbirov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Kuba nümayəndəsi Abraham Ruano oldu. Final görüşündə də qalib gələn tərəf Əli Məhəmmədəbirov oldu — 2:0 (1:0, 1:0). Bununla da Əli Məhəmmədəbirov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu. Nəticədə güləş üzrə Azərbaycan yığması Sinqapur Olimpiadasını dörd qızıl və bir gümüş medalla başa vurdu və qeyri-rəsmi medal sıralanmasında birinci pillədə qərarlaşdı. Əli Məhəmmədəbirov 2012-ci ildə yeniyetmələrin Avropa Çempionatının qızıl, yeniyetmələrin Dünya Çempionatının isə bürünc medallarına sahib oldu. | https://az.wikipedia.org/w/index.php?curid=482763 |
Əli Məhərrəmov | Əli Məhərrəmov (Əli Hüseyn oğlu Məhərrəmov; 12 aprel 1924, Çaykənd, Qazax qəzası – 12 oktyabr 1977, Bakı) — Azərbaycan hüquqşunası, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü (1975-1977). Əli Məhərrəmov 1924-cü il aprelin 12-də qədim Oğuz yurdu Çaykənddə anadan olub. Orta məktəbi bitirdikdən sonra bir müddət məktəbdə müəllim işləyib. 1941-ci ildə könüllü olaraq cəbhəyə gedib, Sovet Ordusu sıralarında zenit artilleriyası diviziyasının atıcısı kimi vuruşub, Berlin uğrunda şiddətli döyüşlərdə ağır yaralanıb. Faşizm üzərində qələbədən sonra doğma vətəni Göyçə mahalına qayıdıb, Basarkeçərdə məktəb direktoru işləyib.Eyni zamanda təhsilini davam etdirərək, 1950-ci ildə Bakıda iki illik Ali hüquq məktəbini fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində ali təhsil alıb,Leninqrad Dövlət Universitetinin hüquq fakultəsində ixtisasartırma kurslarında oxuyub. Həyatını sevdiyi hüquqşünas peşəsinə həsr edən Əli Məhərrəmov Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müxtəlif məsul vəzifələrdə çalışaraq, bütün qüvvə və bacarığını cinayətkarlıqla mübarizə işinə sərf edib, hər zaman hadisələrin ən qaynar və təhlükəli nöqtələrində olub, öhdəsinə düşən bütün mürəkkəb vəzifələri layiqincə yerinə yetirib. O müxtəlif illərdə Ağdam rayon prokurorunun köməkçisi (1950-51), Şuşa rayonunun prokuroru (1951-54), Qubadlı (1954-55), Zəngilan (1955-57), Zaqatala (1957-62) və Lənkəran (1962-66) rayon prokurorluqlarında müstəntiq vəzifələrində çalışıb. 1966-cı ildə Respublika Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub, bu ağır və məsuliyyətli vəzifədə uzun illər ləyaqətlə işləyib.1974-cü ildə Respublika Prokurorluğunda şöbə prokuroru vəzifəsinə irəli çəkilib.Çalışdığı müddət ərzində respublika rəhbərliyinin və hüquq ictimaiyyətinin yüksək etimadını qazanan Əli Məhərrəmov 1975-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilib.Əli Məhərrəmov uzun illər hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə dəfələrlə Baş prokurorluğun yüksək mükafatlarına layiq görülüb, cinayətkarlığa qarşı aparılan mübarizələrdə xüsusi fərqləndiyinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. Zəngin, şərəfli və ləyaqətli ömür yolu keçən görkəmli hüquqşünas 1977-ci il oktyabrın 12-də 54 yaşında qəflətən vəfat etmişdir. Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin atasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=444589 |
Əli Məhərrəmov (hüquqşunas) | Əli Məhərrəmov (Əli Hüseyn oğlu Məhərrəmov; 12 aprel 1924, Çaykənd, Qazax qəzası – 12 oktyabr 1977, Bakı) — Azərbaycan hüquqşunası, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü (1975-1977). Əli Məhərrəmov 1924-cü il aprelin 12-də qədim Oğuz yurdu Çaykənddə anadan olub. Orta məktəbi bitirdikdən sonra bir müddət məktəbdə müəllim işləyib. 1941-ci ildə könüllü olaraq cəbhəyə gedib, Sovet Ordusu sıralarında zenit artilleriyası diviziyasının atıcısı kimi vuruşub, Berlin uğrunda şiddətli döyüşlərdə ağır yaralanıb. Faşizm üzərində qələbədən sonra doğma vətəni Göyçə mahalına qayıdıb, Basarkeçərdə məktəb direktoru işləyib.Eyni zamanda təhsilini davam etdirərək, 1950-ci ildə Bakıda iki illik Ali hüquq məktəbini fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində ali təhsil alıb,Leninqrad Dövlət Universitetinin hüquq fakultəsində ixtisasartırma kurslarında oxuyub. Həyatını sevdiyi hüquqşünas peşəsinə həsr edən Əli Məhərrəmov Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müxtəlif məsul vəzifələrdə çalışaraq, bütün qüvvə və bacarığını cinayətkarlıqla mübarizə işinə sərf edib, hər zaman hadisələrin ən qaynar və təhlükəli nöqtələrində olub, öhdəsinə düşən bütün mürəkkəb vəzifələri layiqincə yerinə yetirib. O müxtəlif illərdə Ağdam rayon prokurorunun köməkçisi (1950-51), Şuşa rayonunun prokuroru (1951-54), Qubadlı (1954-55), Zəngilan (1955-57), Zaqatala (1957-62) və Lənkəran (1962-66) rayon prokurorluqlarında müstəntiq vəzifələrində çalışıb. 1966-cı ildə Respublika Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub, bu ağır və məsuliyyətli vəzifədə uzun illər ləyaqətlə işləyib.1974-cü ildə Respublika Prokurorluğunda şöbə prokuroru vəzifəsinə irəli çəkilib.Çalışdığı müddət ərzində respublika rəhbərliyinin və hüquq ictimaiyyətinin yüksək etimadını qazanan Əli Məhərrəmov 1975-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilib.Əli Məhərrəmov uzun illər hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə dəfələrlə Baş prokurorluğun yüksək mükafatlarına layiq görülüb, cinayətkarlığa qarşı aparılan mübarizələrdə xüsusi fərqləndiyinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. Zəngin, şərəfli və ləyaqətli ömür yolu keçən görkəmli hüquqşünas 1977-ci il oktyabrın 12-də 54 yaşında qəflətən vəfat etmişdir. Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin atasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=586393 |
Əli Məhərrəmov (zabit) | Məhərrəmov Əli Əmirxan oğlu (30 oktyabr 1975, Daşkənd, Vardenis rayonu) — Azərbaycan hərbçisi, baş leytenant; İkinci Qarabağ müharibəsinin iştirakçısı. Əli Məhərrəmov 30 oktyabr 1975-ci ildə Göyçə mahalının Daşkənd kəndində doğulub. 1983–1988-ci illərdə Vardenis rayonunun Daşkənd kənd orta məktəbində, 1988–1993-cü illərdə isə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. 1995-ci ildə Bakı Rabitə Kollecinin "Mühasibat uçotu" şöbəsinini, 1999-cu ildə isə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "İqtisadiyyat" fakültəsinin "Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi" ixtisasını bitirmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Göyçə mahalından məcburi köçərək Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır. 2000–2002-ci illərdə "Uşaqları Qoruyun" (ing. Save Childrens) təşkilatında provoyder, 2002–2003-cü illərdə KOSİA-SMEDA təşkilatında məsləhətçi vəzifələrində işləmişdir. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hərbi xidməti Əli Məhərrəmov 2003–2005-ci illərdə Baş leytenant rütbəsində Qazax rayonundakı N saylı hərbi hissədə artileriyanın taqım komandiri olmuşdur. İkinci Qarabağ müharibəsində iştirakı 27 sentyabr 2020-ci ildə başlayan Azərbaycanın əks-hücum əməliyyatlarından sonra ehtiyatda olan artileriya zabiti qismində xidmətə çağırılmışdır. Bununla da 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmətinə davam etməyə başlamış, Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində iştirak etmişdir. Yaradıcılığı Hələ uşaq olarkən babası Həsən Xəyallının əlyazmalarından, atası Molla Əmirxanın şeirlərindən təsirlənərək şeirlər yazmağa başlayıb, əski Azərbaycan əlifbasını öyrənib. Şeirləri müxtəlif qəzet və almanaxlarda çap olunmuşdur. Ailəlidir, Hacıyeva Səbinə Sədaqət qızı ilə ailə həyatı qurub. Əmrah, Mehdi və İsa adlı üç oğlu var. Qardaşı Mehdi Məhərrəmov Birinci Qarabağ müharibəsində itkin düşüb. Şair Həsən Xəyallının nəvəsidir. Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Məhərrəmov Əli Əmirxan oğlu 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Məhərrəmov Əli Əmirxan oğlu 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=678736 |
Əli Məhərrəmov (əsgər) | Əli Kamal oğlu Məhərrəmov (15 aprel 2001, Mirzalıbəyli, Bərdə, Azərbaycan — 27 sentyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Məhərrəmov 15 aprel 2001-ci idlə Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elçin İsmayılov Füzulinin azad edilməsində savaşıb. 27 sentyabrda Füzuli rayonu Horadiz qəsəbəsində şəhid olmuşdur. Bərdədə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məhərrəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=767892 |
Əli Məlik (Sulduz) | Əli Məlik (fars. علي ملك) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (55 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=571851 |
Əli Məmmədov | Əli Məmmədov (neftçi) — texnika elmləri doktoru, professor. Əli Məmmədov (kaskadyor) — Azərbaycanlı kaskadyor. Əli Məmmədov (kiçik gizir) — Əli Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Əli Məmmədov (əmək qəhrəmanı) — Sosialist Əməyi Qəhrəmanı Hacı Əli Məmmədov — "Əməkdar mühəndis" (2010), Ərazilərin Bərpası Agentliyinin baş direktoru. Əli Məmmədov (dəmiryolçu) — Qarabağ müharibəsi veteranı (1991–1994), əməkdar mühəndis (2010) Əli Məmmədov (əsgər) — Əli Məmmədov (fizik)Əli Məmmədov (fizik, 1931) — Fizika-riyaziyyat elmləri doktoru, professor. Əli Məmmədov (fizik, 1954) — Texnika elmləri doktoruƏli Məmmədov (siyasətçi)Əli Səməd oğlu Məmmədov — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1931–1932). Əli Sultan oğlu Məmmədov — Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi. Əli Şahbaz oğlu Məmmədov — Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (1992). Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=307923 |
Əli Məmmədov (alim) | Əli Məmmədov (tam adı: Əli Pənah oğlu Məmmədov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının Baş elmi işçisi, Fizika-riyaziyyat elmləri doktoru, professor. Məmmədov Əli Pənah oğlu 1931-ci il aprel ayının 15-də Qazı-Məhəmməd (indiki Hacıqabul) rayonunun Rəncbər kəndində anadan olub, 1949-cu ildə Nəvahi orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakultəsinə daxil olub və 1953-cü ildə onun “Fizika” şöbəsini bitirib. O, 1953-1956-cı illərdə həmin institutun “Fizika” kafedrasının aspirantı olub. Elmi fəaliyyəti Ə.P.Məmmədov 1956-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda laborant, baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. O, 1965-ci ildə “Bəzi monokristallik NaCl əsaslı fosforlarda tutma mərkəzlərinin kompleks tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Ə.P.Məmmədov Azərbaycan EA rəyasət heyətinin qərarı ilə 1967-ci ildə optik spektroskopiya və lüminessensiya sahəsində mütəxəssis kimi EA-nın Neft-Kimya Prosesləri İnstitutuna keçib. O, bu institutda 1967-1971-ci illərdə böyük elmi işçi, 1971-2012-ci illərdə isə laboratoriya müdiri vəzifəsində çalışıb. Hazırda Ə.P.Məmmədov institutun “Spektroskopik analiz” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır. O, 1982-ci ildə “Tl+ , Pb2+ , Bi3+ ionları ilə aktivləşdirilmiş alkilammonium halogenidlərinin elektron həyəcanlaşmaları, məxsusi və aşqar lüminessensiyası və onların əsasında darzolaqlı lüminoforlar alınması” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. 1985-ci ildə “Optika” ixtisası üzrə professor elmi adı alıb, 1996-cı ildə Nyu-York Elmlər akademiyasına üzv seçilib. Ə.P.Məmmədovun elmi marağı optik spektroskopiya, lüminessensiya, EPR, neft məhsullarının, ion dielektriklərinin, üzvi yarımkeçiricilərin fiziki kimyası və fotokimyası ilə əlaqədardır. Əsas elmi nailiyyətləri İon dielektrikləri yarımkeçiricilər və neft məhsulları əsasında fotolüminaforların alınmasının elmi əsaslarının işlənib hazırlanması, onların geniş temperatur intervalında spektral-lüminesent xassələrinin tədqiqi. Lüminaforlar əsasında günəş enerjisi akkumuliyatorları, hidrogen alınması üçün üzvi və qeyri-üzvi birləşmələrin parçalanmasında fotosensibilizator, polimerlər üçün lüminesent boyaları və onların oksidləşmə inhibitorları, fotoxrom materiallar, kapilyar defektoskopiya üçün penetrantlar alınmışdır. Lüminoforlar ATOMMAŞ müəssisələrində (Rusiya Federasiyası) istehsalata tətbiq edilmişdir. Göstərilmişdir ki, lüminaforlarda donma nöqtəsindən aşağı temperaturda fotokimyəvi proseslər rekombinasiya, yuxarı temperaturlar isə dissosiasiya xarakteri daşıyır. Müəyyən edilmişdir ki, bu proseslər müvafiq olaraq ikikvantlı və bir kvantlı mexanizm üzrə baş verir. Elmi nəticələri Alınmış elmi nəticələrin bir qismi aşağıdakılardan ibarətdir: neft məhsulları dönən işıq enerjisi akkumulyasiyasına malikdirlər. neft qətranları, asfaltenləri dəyişən lüminessensiya, inhibitor və paramaqnit xassələrinə malikdirlər. neft məhsullarında fraksiya tərkibindən asılı olaraq fototəsir nəticəsində sərbəst radikalların həm generasiyası, həm də regenerasiyası baş verir. neftin sərbəst radikalları fotoxrom effektinə malikdirlər. naftalan neftinin müalicəvi xassəsi zəif hidrogen rabitəli karbohidrogenlərdən alınan sərbəst radikallarla əlaqədardır. şüalandırılmış və neftlə sensibilləşdirilmiş dəniz suyunun kavitasiyası mexanizmi ilə su parçalanır və hidrogen alınır. Elmi – təşkilati fəaliyyəti Nyu-York Elmlər akademiyasının həqiqi üzvü (1996-cı ildən). AMEA Radiasiya Problemləri İnstitutunda ixtisaslaşdırılmış şuranın (D 01.221) üzvü. Çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının rəyçisi və opponenti. Pedaqoji fəaliyyəti Azərbaycan Pedoqoji institutunda fizika müəllimi (1955-1956-cı illər). Elmi Tədqiqatları Ə.P.Məmmədov 282 elmi əsər, o cümlədən 148 məqalə, 118 tezis, 4 patent və 11 müəlliflik şəhadətnaməsi, 1 kitabın müəllifidir. Onların təxminən yarısı xaricdə çap olunub. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 3 elmlər doktoru və 13 elmlər namizədi hazırlanıb. Əsas elmi əsərləri Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. “Müəllim” nəşriyyatı. Bakı 2019. s.101-102. | https://az.wikipedia.org/w/index.php?curid=703502 |
Əli Məmmədov (dövlət xadimi) | Əli Səməd oğlu Məmmədov — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1931–1932). Əli Sultan oğlu Məmmədov — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi (1946–1950). Əli Şahbaz oğlu Məmmədov — Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (1992). Həmçinin bax Əli Məmmədov | https://az.wikipedia.org/w/index.php?curid=787915 |
Əli Məmmədov (dəmiryolçu) | Məmmədov Əli Ruf oğlu (15 mart 1947, Aşağı Maralyan, Cəbrayıl rayonu) — Azərbaycan dəmiryolçusu, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010), "Şərəf nişanı" ordeni laureatı (1986), Fəxri dəmiryolçu (1994), Qarabağ müharibəsi veteranı (1991–1994), Əmək veteranı (1988)., Fərdi təqaüdçü (2017) Əli Ruf oğlu Məmmədov 15 mart 1947-ci il Azərbaycan Respublikası Cəbrayıl rayonu Aşağı Maralyan kəndində fəhlə ailəsində anadan olmuşdur. 1954-cü il tarixdə Maralyan səkkizillik məktəbinin I sinfinə daxil olmuş, 1962-ci il tarixdə həmin məktəbin VIII sinfini bitirmişdir. 1962-ci il tarixdə Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumuna daxil olur, 1966-cı ildə həmin texnikumun Hərəkətin təşkili və istismarı fakültəsini bitirir. Təhsilini davam etdirmək üçün Əli Məmmədov 1966-cı ildə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olur və 1978-ci ildə həmin institutu Dəmir Yollarının İstismarı ixtisası üzrə bitirir. Əmək faliyyəti İlk əmək faliyyətinə 1965-ci ilin iyun ayında Bakı Yük Stansiyasında yük-qəbul-təhvilçisi kimi başlamış və sonra Yol dəyişdiricisi vəzifəsində çalışmışdır. 1966-cı ilin noyabr ayında Keşlə Dəmiryol Stansiyasında texniki kontorunda vaqon yazan, böyük yol dəyişdiricisi, post növbətçisi vəzifələrində çalışan Əli Məmmədov üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Elə bu səbəbdən də 1968-ci ilin avqust ayında Sumqayıt Dəmiryol Stansiyasında stansiya növbətçisi vəzifəsinə təyyin edilir. 1969-cu ilin noyabr ayında Azərbaycan Dəmir Yolları İmişli hissəsinin qatar dispetçeri vəzifəsinə təyyin olunduqdan sonra İmişli hissəsində böyük mühəndis, hissə üzrə növbətçi vəzifələrində çalışır. Naxçıvan Dəmir Yolu Hissəsində Hərəkət şöbəsinin istismar üzrə müavini vəzifəsində təyin edilən Əli Məmmədov 1979-cu ilin avqust ayında Sabirabad rayonunda yerləşən Sabir stansiyasında rəis kimi əmək fəaliyyətini davam etdirir. 1987-ci ilin mart ayında Naxçıvan Dəmir Yolu hissəsinin rəisinin birinci müavini və 2004-cü ilin fevral ayından isə Azərbaycan Dəmir Yolu Daşıma Proseslərinin İdarəetmə Birliyinin rəisinin Cənub istiqaməti üzrə müavini təyyin edilir. 2010-cu ilin May ayında Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyəti Yük Daşımaları Departamentinin Cənub İstiqaməti üzrə bölmə rəisi vəzifəsinə təyin edilmiş və 2020-ci ilin fevral ayında yaşla əlaqədar təqaüdə çıxmışdır. 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. 1986-cı ildə SSRİ Yollar Nazirliyinin qərarı ilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 1988-ci il 29 aprel tarixində uzun illər ictimai əməklə məşğul olduğuna görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə "Əmək veteranı" medalı ilə təltif edilmişdir. 1989-cu ildə Cəhbədə növbəli postlarda göstərdiyi xidmətlər səbəbindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Müharibə vetiranı adı verilib. 1994-cü ildə Yollar Nazirliyinin 41 saylı qərarı ilə Fəxri dəmiryolçu nişanı ilə təltif edilmişdir. 2010-cu il 12 oktyabr tarixində ölkənin nəqliyyat sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar mühəndisi fəxri adı verilmişdir. 2017-ci il 12 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilb. Qarabağ müharibəsi Əli Məmmədov Qarabağ müharibəsinin ilk günlərindən arxa cəbhədə xüsusi fəallıq göstərmişdir. 1993-cü ilin 23 oktyabr tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Cəbrayıl və Füzuli rayonlarını işğal etməsi nəticəsində Horadiz Dəmiryol Stansiyasından 54 örtülü vaqonla mülkü əhalini, 18 ədəd yüklə dolu yük vaqonlarını mühasirədən çıxarılmasını öz üzərinə götürür və iki Lokomotivlə mülki əhalini və yük vaqonlarını çox çətinliklə atəş altından itkisiz çıxarır və İmişli stansiyasına gətirir. 1972-ci ildə Əhmədova Məhluqə ilə ailə qurur. Bu izdivacdan onların 3 övladı dünyaya gəlir. | https://az.wikipedia.org/w/index.php?curid=686085 |
Əli Məmmədov (fizik) | Əli Məmmədov (fizik, 1931) — Fizika-riyaziyyat elmləri doktoru, professor. Əli Məmmədov (fizik, 1954) — Texnika elmləri doktoru. Həmçinin bax Əli Məmmədov | https://az.wikipedia.org/w/index.php?curid=703501 |
Əli Məmmədov (fizik, 1931) | Əli Məmmədov (tam adı: Əli Pənah oğlu Məmmədov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının Baş elmi işçisi, Fizika-riyaziyyat elmləri doktoru, professor. Məmmədov Əli Pənah oğlu 1931-ci il aprel ayının 15-də Qazı-Məhəmməd (indiki Hacıqabul) rayonunun Rəncbər kəndində anadan olub, 1949-cu ildə Nəvahi orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakultəsinə daxil olub və 1953-cü ildə onun “Fizika” şöbəsini bitirib. O, 1953-1956-cı illərdə həmin institutun “Fizika” kafedrasının aspirantı olub. Elmi fəaliyyəti Ə.P.Məmmədov 1956-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda laborant, baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. O, 1965-ci ildə “Bəzi monokristallik NaCl əsaslı fosforlarda tutma mərkəzlərinin kompleks tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Ə.P.Məmmədov Azərbaycan EA rəyasət heyətinin qərarı ilə 1967-ci ildə optik spektroskopiya və lüminessensiya sahəsində mütəxəssis kimi EA-nın Neft-Kimya Prosesləri İnstitutuna keçib. O, bu institutda 1967-1971-ci illərdə böyük elmi işçi, 1971-2012-ci illərdə isə laboratoriya müdiri vəzifəsində çalışıb. Hazırda Ə.P.Məmmədov institutun “Spektroskopik analiz” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır. O, 1982-ci ildə “Tl+ , Pb2+ , Bi3+ ionları ilə aktivləşdirilmiş alkilammonium halogenidlərinin elektron həyəcanlaşmaları, məxsusi və aşqar lüminessensiyası və onların əsasında darzolaqlı lüminoforlar alınması” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. 1985-ci ildə “Optika” ixtisası üzrə professor elmi adı alıb, 1996-cı ildə Nyu-York Elmlər akademiyasına üzv seçilib. Ə.P.Məmmədovun elmi marağı optik spektroskopiya, lüminessensiya, EPR, neft məhsullarının, ion dielektriklərinin, üzvi yarımkeçiricilərin fiziki kimyası və fotokimyası ilə əlaqədardır. Əsas elmi nailiyyətləri İon dielektrikləri yarımkeçiricilər və neft məhsulları əsasında fotolüminaforların alınmasının elmi əsaslarının işlənib hazırlanması, onların geniş temperatur intervalında spektral-lüminesent xassələrinin tədqiqi. Lüminaforlar əsasında günəş enerjisi akkumuliyatorları, hidrogen alınması üçün üzvi və qeyri-üzvi birləşmələrin parçalanmasında fotosensibilizator, polimerlər üçün lüminesent boyaları və onların oksidləşmə inhibitorları, fotoxrom materiallar, kapilyar defektoskopiya üçün penetrantlar alınmışdır. Lüminoforlar ATOMMAŞ müəssisələrində (Rusiya Federasiyası) istehsalata tətbiq edilmişdir. Göstərilmişdir ki, lüminaforlarda donma nöqtəsindən aşağı temperaturda fotokimyəvi proseslər rekombinasiya, yuxarı temperaturlar isə dissosiasiya xarakteri daşıyır. Müəyyən edilmişdir ki, bu proseslər müvafiq olaraq ikikvantlı və bir kvantlı mexanizm üzrə baş verir. Elmi nəticələri Alınmış elmi nəticələrin bir qismi aşağıdakılardan ibarətdir: neft məhsulları dönən işıq enerjisi akkumulyasiyasına malikdirlər. neft qətranları, asfaltenləri dəyişən lüminessensiya, inhibitor və paramaqnit xassələrinə malikdirlər. neft məhsullarında fraksiya tərkibindən asılı olaraq fototəsir nəticəsində sərbəst radikalların həm generasiyası, həm də regenerasiyası baş verir. neftin sərbəst radikalları fotoxrom effektinə malikdirlər. naftalan neftinin müalicəvi xassəsi zəif hidrogen rabitəli karbohidrogenlərdən alınan sərbəst radikallarla əlaqədardır. şüalandırılmış və neftlə sensibilləşdirilmiş dəniz suyunun kavitasiyası mexanizmi ilə su parçalanır və hidrogen alınır. Elmi – təşkilati fəaliyyəti Nyu-York Elmlər akademiyasının həqiqi üzvü (1996-cı ildən). AMEA Radiasiya Problemləri İnstitutunda ixtisaslaşdırılmış şuranın (D 01.221) üzvü. Çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının rəyçisi və opponenti. Pedaqoji fəaliyyəti Azərbaycan Pedoqoji institutunda fizika müəllimi (1955-1956-cı illər). Elmi Tədqiqatları Ə.P.Məmmədov 282 elmi əsər, o cümlədən 148 məqalə, 118 tezis, 4 patent və 11 müəlliflik şəhadətnaməsi, 1 kitabın müəllifidir. Onların təxminən yarısı xaricdə çap olunub. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 3 elmlər doktoru və 13 elmlər namizədi hazırlanıb. Əsas elmi əsərləri Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. “Müəllim” nəşriyyatı. Bakı 2019. s.101-102. | https://az.wikipedia.org/w/index.php?curid=621659 |
Əli Məmmədov (fizik, 1954) | Məmmədov Əli İsa oğlu (27 fevral 1954, Naxçıvan) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor. Əli Məmmədov 27 fevral 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. Moskva Elektron Texnikası İnstitutunun "avtomatika və elektronika" fakültəsində oxuyuyaraq "mühəndis-fizik" ixtisasına yiyələnib. Əli Məmmədov "GaSe-nin nazik plyonkalarında kvant ölçülü effekt" mövzusunda namizədlik, "Pyezo-, piro- və termoelektrik kompozitlərdə polyarizasiya prosesləri, fazalar arası qarşılıqlı təsir və istilik fiziki effektləri" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə edib. Elmi əsərləri Matrix Active Micro and Nanocomposites Based on the Polymer, Semiconductive and Ferropiezoceramic Materials. Published by InTech, Croatia. P.375-404. The splitting of the exciton line in the electroabsorption spectra of thin GaSe films. Thin Solid Films. 1980. 70,L. 13-16. Exciton absorption spectra in GaSe thin films. Thin Solid Films. 1981. 75, L. 7-9. X-ray study of phase transitions in the system of solid solutions K6W4Nb10O30- Na2Pb4Nb10O30 - K2Pb4Nb10O30. J. of Phys. and Chem. of Solids. 2006, V.67, №12, P.2623-2627. Structural polymorphism in multiferroic BiMnO3 at high pressures and temperatures, Journal of Alloys and Compounds, 2014, V. 585, pp 741-747. Structural aspects of the antiferroelectric-paraelectric phase transition in double perovskite Pb2MgWO6 at high pressures and temperatures, Physics of the Solid State, 2014, V. 56, № 4, pp 765-770. Pressure-induced change in the order of the phase transition in lead titanate: Structural aspects, Surface Engineering and Applied Electrochemistry, 2012, V.48, № 1, pp 69-73 Structural studies of the P-T phase diagram of sodium niobate, Journal of Surface Investigation. X-ray, Synchrotron and Neutron Techniques, 2012, V. 6, № 3, pp 546-551. | https://az.wikipedia.org/w/index.php?curid=605407 |
Əli Məmmədov (kaskadyor) | Əli Fərhad oğlu Məmmədov (17 aprel 1965, Naxçıvan) — Azərbaycanlı kaskadyor. Əli Fərhad oğlu Məmmədov 17 aprel 1965-ci ildə Naxçıvanda anadan olub. 7 yaşından etibarən boksla və şərq əlbəyaxa döyüş idman növü ilə məşğul olub. Boks üzrə 1979-cu ildə Naxçıvan şəhər birliyində 1-ci yerə layıq görülüb. Həmçinin 1980–1981-ci ildə 2 qat Azərbaycan çempionu olub. 1985–1989-cu illərdə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1990-cı ildə tövsiyə əsasında Qırğızıstanda yerləşən kaskadyorlar assosiasiyasına göndərilib. Döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb. Əli Məmmədov 1989-cu ildə usta rəssam ixtisası üzrə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. Qırğızıstanda yerləşən kaskadyorlar assosiasiyasında təlimlərdən qayıtdıqdan sonra "Azərbaycanfilm"-də trüklərin quruluşçusu və kaskadyor kimi filmlərdə çalışmağa başlayıb. Əli Məmmədov Azərbaycan filmləri ilə yanaşı "Silah" (Rusiya, Tacikistan, serial, 2007), "Dənizçi" (Rusiya, 2007), Jurnalist (Rusiya, serial, 2006), "Tələbə" (Rusiya, 2005), "Qraf Krestofski" (Rusiya, 2002, serial), "Dronqo" (Rusiya, 2001, serial), "Məleykələr" (İran, 1990) adlı Amerika, Rusiya, İran, Tacikistan və Fransa filmlərində, həmçinin də bir çox musiqi kliplərində, reklamlarda trük quruluşçusu və ifaçısı olub. Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədridir. Əli Məmmədov 30-dan çox filmdə çəkilib. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 iyul tarixli Sərəncamına əsasən "Azərbaycan Respbulikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Filmoqrafiya Aktyor kimi Doğma sahillər (film, 1989) (tammetrajlı bədii film) Gecə qatarında qətl (film, 1990) (tammetrajlı bədii film) Girişmə, öldürər! (film, 1990) (tammetrajlı bədii film) Şahid qız (film, 1990) (tammetrajlı bədii film) Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) Köpək (film, 1994) (tammetrajlı bədii film) Qara "Volqa" (film, 1994) (tammetrajlı bədii film) Dağıdılmış körpülər (film, 1996) (tammetrajlı bədii film) Son döyüş (film, 1996) (tammetrajlı bədii film) Bir anın həqiqəti (film, 2003) (bədii serial) (rol: Mahir Cavadovun cangüdəni və sürücüsü) Cavad xan (film, 2009) (tammetrajlı bədii film) Zabit şərəfi (film, 2015) (qısametrajlı bədii film) (rol: Qaranın adamı)Kaskadyor kimi Gecə qatarında qətl (film, 1990) (tammetrajlı bədii film) Girişmə, öldürər! (film, 1990) (tammetrajlı bədii film) Nakəs (film, 1991) (tammetrajlı bədii film) Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) Fəryad (film, 1993) (tammetrajlı bədii film) Qara "Volqa" (film, 1994) (tammetrajlı bədii film) Dağıdılmış körpülər (film, 1996) (tammetrajlı bədii film) Son döyüş (film, 1996) (tammetrajlı bədii film) Bir anın həqiqəti (film, 2003) (bədii serial) Arxada qalmış gələcək (film, 2004) (tammetrajlı bədii film) Məşədi İbad-94 (film, 2005) (tammetrajlı bədii film) Yoxlama (film, 2006) (bədii serial) Qafqaz (film, 2007) (tammetrajlı bədii film) Sirat körpüsü (film, 2007) (tammetrajlı bədii film) Ci-Mi (film, 2008) (tammetrajlı bədii film) Cavad xan (film, 2009) (tammetrajlı bədii film) Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film) İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film) Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film) Vəkil hanı? (film, 2011) (tammetrajlı bədii film)Trüklərin quruluşçusu Nakəs (film, 1991) (tammetrajlı bədii film) Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) Fəryad (film, 1993) (tammetrajlı bədii film) Köpək (film, 1994) (tammetrajlı bədii film) Dağıdılmış körpülər (film, 1996) (tammetrajlı bədii film) Son döyüş (film, 1996) (tammetrajlı bədii film) Bir anın həqiqəti (film, 2003) (bədii serial) Məşədi İbad-94 (film, 2005) (tammetrajlı bədii film) Qafqaz (film, 2007) (tammetrajlı bədii film) Sirat körpüsü (film, 2007) (tammetrajlı bədii film) Cavad xan (film, 2009) (tammetrajlı bədii film) Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film) İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film) Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film) Yuxarıda və aşağıda (film, 2015) (qısametrajlı bədii film) İçəri şəhər (film, 2016) (tammetrajlı bədii film) | https://az.wikipedia.org/w/index.php?curid=32818 |
Əli Məmmədov (kiçik gizir) | Əli Zeynal oğlu Məmmədov (13 aprel 2000; Yevlax, Azərbaycan — 9 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Məmmədov 2000-ci il aprelin 13-də Yevlax şəhərində Zeynal və Almaz Məmmədovların ailəsində anadan olub. Subay idi. Hərbi xidməti Əli Məmmədov 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Məmmədov oktyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=683996 |
Əli Məmmədov (kiçik çavuş) | Əli Əvəz oğlu Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Əvəz oğlu Məmmədov 1998-cı il sentyabrın 1-də Kürdəmirin Atakişili kəndində anadan olub. Əli orta məktəbi 9-cu sinfə qədər oxuduqdan sonra sənədlərini hərbi məktəbə versə də, həmin məktəbə qəbul ola bilməyib və bundan sonra sənədlərini Bakı Neft Energetika Kollecinə verir və qəbul olur. Əli 3 il 6 ay həmin kollecdə oxuduqdan sonra dostlarının hərbi xidmətə getdiyini görüb dayana bilmir və kollecdə oxumağı yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanır. İlk hərbi xidmətini 1 il 6 ay sərhəd qoşunlarında keçdikdən sonra evə qayıdır. Valideynləri ona kollecdə təhsilini davam etdirməsini desələr də, Əli qətiyyətlə hərbçi olacağını bildirir. Bundan sonra Əli Mingəçevir şəhərində 3 ay kurs keçdikdən sonra müddətdən artıq hərbçi kimi xidmətə başlayır. Əli iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə də iştirak edərək xüsusi fədakarlıq göstərmişdir.Sentyabrın 27-si müharibə başlayanda Əli də bütün igid Vətən oğullarımız kimi döyüşə atılır. Kiçik çavuş Əli Məmmədov cəsur kəşfiyyatçı kimi cəbhənin bir çox istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirir və qəhrəmanlıq göstərib. Əli Məmmədov Suqovuşanın, Talışın azad olunmasında iştirak edib, Tərtər-Ağdərə, Kəlbəcər, Füzuli istqamətlərində-müxtəlif nöqtələrdə döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib. Evin tək oğlu və 4 bacının yeganə qardaşı olan Əli Məmmədov 2020-ci ilin noyabrın 4-də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik Məqamına ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra " Cəsur döyüşçü " medalları ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" (ölümündən sonra) (24.06.2021) — " Cəsur döyüşçü " (ölümündən sonra) Həmçinin bax Nicat Tarıverdiyev Hüseyn Rzayev Yasin Məmmədov Azər Hüseynov Məmməd Əliyev Fərid Məmmədov Şəhriyar Haciyev Hüseyin Əsgərov Amin Rzayev Bayram Qasımov Eldar Fətəliyev Elfaq Nağıyev Vüsal Hüseynov Nəcəf Hüseynov | https://az.wikipedia.org/w/index.php?curid=747545 |
Əli Məmmədov (milli qəhrəman) | Əli Məmmədov (12 avqust 1955 və ya 11 avqust 1955, Naxçıvan – 1 oktyabr 1992 və ya 24 sentyabr 1992, Laçın rayonu və ya Laçın) — polis kapitanı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Əli Məmmədov 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır. 1975-ci ildə ordu sıralarına çağırılır. Əli Macarıstanda xidmətini başa vurur. 1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Əli Məmmədov 1992-ci ildən cəbhəyə getməyə başlayır. Döyüşlərdə iştirakı Əli Məmmədov 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır. Mərd və cəsur döyüşçü bu yaradan da əbədiyyətə qovuşur. Ailəli idi, iki övladı yadigar qalıb. Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakı küçələrindən biri Əli Məmmədovun adını daşıyır. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 195. | https://az.wikipedia.org/w/index.php?curid=125017 |
Əli Məmmədov (neftçi) | Məmmədov Əli Əhməd oğlu — texnika elmləri doktoru, professor Məmmədov Əli Əhməd oğlu 1931-ci ildə Azərbaycan Respublikasının Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndində anadan olmuşdur. 1961-ci ildə APİ-nun mexaniki fakültəsini fərqlənmə ilə bitirmişdir. 1963–1966-cı illərdə bu institutun aspirantıdır. 1966-cı ildə "Qoruyucu kəmərlərinin süzülmə zonasında möhkəmliyin və dayanıqlığın tədqiqi" mövzusunda namizədlik, 1973-cü ildə isə "Qoruyucu kəmərlərinin pozulmasının qarşısının alınmasının nəzəriyyə və praktikasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1966–1985-ci illərdə Azərbaycan elmi tədqiqat qazıma institutunda böyük elmi işçi, laboratoriya və şöbə müdiri işləmişdir. 1985-ci illərdə AzPİ-nun "Əməyin mühafizəsi" kafedrasının rəhbəri olmuşdur. Hal hazırda "Sənaye ekologiyası" kafedrasının professorudur. 1986–1991-ci illərdə Respublikanın Təhsil nazirliyində ictimai əsaslar üzrə şöbə rəhbəri olub. Elmi fəaliyyəti Məmmədov Ə. Ə. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qoruyucu kəmərlərinin süzülmə zonalarının deformasiyası məsələləri; müxtəlif tipli perforatorların səmərəliliyinin tədqiqi; boruların divarlarında çatların əmələ gəlməsinin təhlili; boruların istehsalı zamanı yaranan, gözlə görünməyən çatların təyin edilməsi üçün defektoskopik üsulun tətbiqi; qoruyucu borularının divarının qazıma aləti ilə yeyilməsini nəzərə almaqla hesabat üsulları. Məmmədov Ə. Ə. 250-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın, 12 dərsliyin və tədris vəsaitinin müəllifidir. İxtiralara görə müəlliflik şəhadətnamələri var. | https://az.wikipedia.org/w/index.php?curid=440831 |
Əli Məmmədov (neftçi alim) | Məmmədov Əli Əhməd oğlu — texnika elmləri doktoru, professor Məmmədov Əli Əhməd oğlu 1931-ci ildə Azərbaycan Respublikasının Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndində anadan olmuşdur. 1961-ci ildə APİ-nun mexaniki fakültəsini fərqlənmə ilə bitirmişdir. 1963–1966-cı illərdə bu institutun aspirantıdır. 1966-cı ildə "Qoruyucu kəmərlərinin süzülmə zonasında möhkəmliyin və dayanıqlığın tədqiqi" mövzusunda namizədlik, 1973-cü ildə isə "Qoruyucu kəmərlərinin pozulmasının qarşısının alınmasının nəzəriyyə və praktikasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1966–1985-ci illərdə Azərbaycan elmi tədqiqat qazıma institutunda böyük elmi işçi, laboratoriya və şöbə müdiri işləmişdir. 1985-ci illərdə AzPİ-nun "Əməyin mühafizəsi" kafedrasının rəhbəri olmuşdur. Hal hazırda "Sənaye ekologiyası" kafedrasının professorudur. 1986–1991-ci illərdə Respublikanın Təhsil nazirliyində ictimai əsaslar üzrə şöbə rəhbəri olub. Elmi fəaliyyəti Məmmədov Ə. Ə. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qoruyucu kəmərlərinin süzülmə zonalarının deformasiyası məsələləri; müxtəlif tipli perforatorların səmərəliliyinin tədqiqi; boruların divarlarında çatların əmələ gəlməsinin təhlili; boruların istehsalı zamanı yaranan, gözlə görünməyən çatların təyin edilməsi üçün defektoskopik üsulun tətbiqi; qoruyucu borularının divarının qazıma aləti ilə yeyilməsini nəzərə almaqla hesabat üsulları. Məmmədov Ə. Ə. 250-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın, 12 dərsliyin və tədris vəsaitinin müəllifidir. İxtiralara görə müəlliflik şəhadətnamələri var. | https://az.wikipedia.org/w/index.php?curid=703499 |
Əli Məmmədov (siyasətçi) | Əli Səməd oğlu Məmmədov — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1931–1932). Əli Sultan oğlu Məmmədov — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi (1946–1950). Əli Şahbaz oğlu Məmmədov — Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (1992). Həmçinin bax Əli Məmmədov | https://az.wikipedia.org/w/index.php?curid=800075 |
Əli Məmmədov (siyasətçi, 1900) | Əli Səməd oğlu Məhəmmədov (Məmmədov) (1900, Lənkəran, Lənkəran qəzası – 7 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1931–1932), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi və Azərbaycan SSR xalq daxili işlər komissarı (1926–1929), Gəncə Qəza İcraiyyə Komitəsinin sədri (1922–1926), Lənkəran Qəza İnqilab Komitəsinin sədri (1920). Siyasi repressiyaya uğramışdır. Əli Səməd oğlu Məhəmmədov 1900-cü ildə Bakı quberniyasının Lənkəran şəhərində sənətkar ailəsində anadan olmuşdur. Buradakı dördsinifli məktəbi bitirmişdir.1917-ci ildə Lənkəran qəzasında inqilabi fəaliyyət göstərmiş, 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdur. Muğan Sovet Respublikası qurulduqdan sonra Qırmızı qvardiya dəstələri tərkibində əksinqilabçılara qarşı vuruşmuşdur. 1920-ci ilin yanvar ayında fəaliyyətini bərpa etmiş Lənkəran gizli qəza partiya komitəsinin tərkibinə seçilmiş, Azərbaycan Kommunist Partiyasının birinci qurultayının nümayəndəsi olmuş və həmin qurultayda çıxış etmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Lənkəran Qəza İnqilab Komitəsinin sədri seçilmiş, həmin ilin oktyabr ayında Azərbaycan K(b)P tərəfindən Moskvadakı Yakov Sverdlov adına Kommunist Universitetində oxumağa göndərilmişdir.Əli Məhəmmədov təhsilini bitirdikdən sonra Bakıya qayıtmış və 1921-ci ilin sentyabr ayında də Azərbaycan K(b)P MK təlimatçısı təyin edilmiş, sonra isə Azərbaycan K(b)P Lənkəran Qəza Komitəsinin katibi vəzifəsində çalışmışdır. O, 1922–1926-cı illərdə Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, 1926–1929-cu illərdə Azərbaycan SSR xalq daxili işlər komissarı və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Şirvan (Göyçay) Mahal İcraiyyə Komitəsinin sədri, Ağdam Rayon İcraiyyə Komitəsinin sədri, 1931–1932-ci illərdə Azərbaycan SSR xalq maliyyə komissarı, Qutqaşen Rayon İcraiyyə Komitəsinin sədri və Taxıl Tədarükü İdarəsi Azərbaycan kantorunun müvəkkili vəzifələrində işləmişdir.Əli Məhəmmədov dəfələrlə Azərbaycan K(b)P MK-ya, RK(b)P-nin Zaqafqaziya Ölkə Komitəsi Təftiş Komissiyasına, Azərbaycan SSR, ZSFSR və SSRİ mərkəzi icraiyyə komitələrinə üzv seçilmişdir. Həbsi və ölümü Əli Məhəmmədov Stalin repressiyalarının qurbanı olmuşdur. O, 1936-cı ilin axırlarında "Lənkəran rayonunda millətçi (müsavatçı) kadrların hazırlanması və Azərbaycan KP MK katibini öldürmək məqsədilə terror qruplaşmasının yaradılması istiqamətində işlər aparma" ittihamları ilə həbs edilmiş və 19 yanvar 1937-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 7 yanvar 1938-ci ildə barəsində SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə əmlakı müsadirə olunmaqla güllələnmə qərarı alınmışdır. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 29 sentyabr 1956-cı il tarixli qərarı ilə ona bəraət verilmiş, 26 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=785649 |
Əli Məmmədov (siyasətçi, 1908) | Əli Sultan oğlu Məmmədov (1908, Maralzəmi, Zəngəzur qəzası – iyul 1973) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Amasiya Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1950–1952), Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi (1946–1950), Ermənistan SSR Ali Sovetinin III çağırış deputatı. Əli Sultan oğlu Məmmədov 1908-ci ildə Zəngəzur qəzasının (sonralar Meğri rayonunun) Maralzəmi kəndində anadan olmuşdur. Erkən yaşlarından əmək fəaliyyətinə başlamış, qonşu kəndlərdə muzdurluq etmiş, eyni zamanda müstəqil şəkildə təhsilini artırmışdır.Əli Məmmədov 1927-ci ildən bir sıra məsul vəzifələrdə işləmişdir. O, Meğri rayonunun Vardanizor kənd sovetinin sədri, Nüvədi kəndində kolxoz sədri, Meğri Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Ermənistan Kommunist Partiyası Meğri Rayon Komitəsinin ikinci katibi olmuşdur.1946-cı ildə Əli Məmmədov Ermənistan KP Vedi Rayon Komitəsinin birinci katibi seçilmiş, azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz etməsi ilə əlaqədar olaraq 1950-ci ildə bu vəzifədən azad edilərək Amasiya Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədri vəzifəsinə keçirilmiş, 1952-ci ildə isə oxumağa göndərilməsi adı ilə bu vəzifədən azad edilmişdir.Əli Məmmədov 1955-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında üçillik partiya məktəbini bitirdikdən sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Sovetlər şöbəsi müdirinin müavini vəzifəsində çalışmışdır.Əli Məmmədov 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul edilmiş, Ermənistan KP Vedi, Meğri, Qukasyan rayon komitələrinin üzvü olmuş, üçüncü çağırış Ermənistan SSR Ali Sovetinə deputat seçilmişdir. Bir sıra medallarla təltif edilmiş, respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.Əli Məmmədov 1973-cü ilin iyul ayında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.Azərbaycan ictimai-siyasi xadimi, şair-publisist Hidayət Orucovun dayısıdır. Xarici keçidlər Almaz Ülvi. "Burdan min atlı keçdi". sherg.az. 11 aprel 2022. 21 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2023. | https://az.wikipedia.org/w/index.php?curid=800073 |
Əli Məmmədov (əmək qəhrəmanı) | Əli Cəlil oğlu Məmmədov (1898–1968) — Sosialist Əməyi Qəhrəmanı (1949). Həyat və əmək fəaliyyəti Əli Məmmədov 1898-ci ildə İliç rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1928-1953-cü illərdə Naxçıvan rayonunun "Azərbaycan" kolxozunda sədr işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. Azərbaycan SSR və Zaqafqaziya MİK-lərinə, Azərbaycan KP MK Naxçıvan Vilayət Partiya Komitəsinə üzv seçilmişdir. 24 iyun 1949-cu ildə qoyunçuluğun inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Əli Məmmədov 1968-ci ildə Naxçıvanda vəfat etmişdir. Məmmədov Əli Cəlil oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005. | https://az.wikipedia.org/w/index.php?curid=494604 |
Əli Məmmədov (əsgər) | Əli Abbas oğlu Məmmədov (6 dekabr 1997; Maxta, Şərur rayonu — 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Məmmədov 6 dekabr 1997-ci ildə Şərur rayonunun Maxta kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra Əli 2017-2018-ci illərdə qaydasız döyüş (MMA) idmanı ilə məşğul olmuş, bir çox respublika və beynəlxalq səviyyəli yarışların qalibi olmuşdur. O, 2019-cu ildə hərbi xidmətə yollanmış, 2020-ci ildə hərbi müddəti bitən zaman müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq orduda xidmətini davam etdirmişdir. Ailəli idi. Hərbi xidməti Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin,Cəbrayılın, Hadrut və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.06.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=687206 |
Əli Məmmədzadə | Əli Məmmədzadə (Əli Turan oğlu Məmmədzadə; 15 fevral 2002 – 7 noyabr 2020) — "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur, Vətən Müharibəsi şəhidi. Əli Məmmədzadə 15 fevral 2002-ci ildə ilde Bərdə rayonun Mirzəlibeyli kəndində anadan olmuşdur. 2008-ci ilde Ağdamda 4-cü sinifə qədər təhsil alıb. Həmən ildə Bakıda 65 nömrəli tam orta məktəbdə təhsil almağa başladı. 2016-cı ilde 9-cu sınifi bitirdikten sonra tehsilinin lisseyde davam ettirib. ve 2019-cu ilde Sumqayit komputer üzre peşe lisseyine qəbul olur . Daxili Qosunlarin keşfiyyat bolmesine daxil olur 07.08 .2020-ci ilde Herbi xidmete yol salninir Cox kecmirki topraklarımızin azaldığı uğrunda gedən 2-ci Qarabağ muharibesinde iştirak edir . Fuzulide Suqovuşanda Hadrutda Cəbrayilda Murovdağda axirinci dəfə ise Şuşa istiqametinde olan qizğin doyuşler zamanı 07.11 2020-ci ilde qəhrəmanliq göstərərək şehid olmuşdur. 20.11.2020-ci ildə Berde rayonun Mirzalibeyli kendinde defn ounmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (5. noyabr 2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) Xarici keçidlər Şəhid haqqında video — YouTube İkinci Qarabağ Müharibəsində həlak olmuş hərbi qulluqçuların siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=690245 |
Əli Mənəfli | Əli Əflan oğlu Mənəfli (12 oktyabr 2001; Şirvan, Azərbaycan — 14 noyabr 2020; Şuşakənd, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Mənəfli 12 oktyabr 2001-ci ildə Şirvan şəhərində Əflan və Simuzər Mənəflilərin ailəsində yeganə oğul övladı olaraq anadan olmuşdur. Ailədə Əli ilə birgə Məryəm adlı bacısı var. Əli 2007-2018-ci illərdə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseydə təhsil almışdır. 2018-2019-cu illərdə Şirvan Peşə Liseyində təhsilini davam etdikdən sonra hərbi xidmətə yollanmışdır. Subay idi. Hərbi xidməti Əli Mənəfli 2019-cu ilin oktyabrından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Əli Mənəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Mənəfli 14 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirərkən həlak olmuşdur. Şirvan şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mənəfli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mənəfli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mənəfli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mənəfli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mənəfli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=740450 |
Əli Mərdan bəy Topçubaşov | Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az-əbcəd. علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru. Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur. Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimi olmuşdur.1919-cu ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunmuşdur. Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy işğalla bağlı 1 həftə sonra məlumat ala bilmişdir. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir. Əlimərdan bəy Topçubaşov 1863-cü ilin may ayının 4-də Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Onun doğum tarixi ilə bağlı müəyyən mübahisələr olsa da, Rusiya Dövlət Arxivində saxlanılan doğum şəhadətnaməsində 1863-cü il göstərilib. O, ilk təhsilini müsəlman mədrəsəsində almışdır. Daha sonra Tiflis birinci klassik gimnaziyasında təhsil almışdır. Bu səbəbdən ona Qafqaz təqaüdü verilmişdir. 1868-ci ildə atası vəfat etmiş, ardınca da anası vəfat etmişdir. Bu səbəbdən o, nənəsinin himayəsində yaşamışdır. 1885-ci ildə gimnaziyanı bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur, lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmişdir. 1887-ci ildə 3-cü kursda oxuyarkən gizli tələbə təşkilatlarındakı iştirakına görə universitetdən xaric edilsə də, professorların müdaxiləsi ilə məhkəmənin qərarı karser cəzası ilə əvəzlənmiş və o, ali məktəbə bərpa olunmuşdur. Əlimərdan bəy universiteti bitirən il dissertasiya müdafiə etmiş və hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Əlimərdan bəy Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir, lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov isə provaslavlığı qəbul etməkdən imtina etdi.Əlimərdan bəy Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək Dairə Məhkəməsində çalışmışdır. O, əvvəlcə Tiflis Dairə Məhkəməsi sədrinin göstərişi ilə 2 sentyabr 1889-cu ildə Tiflis şəhəri Barışıq Məhkəməsində hakim köməkçi vəzifəsinə təyin olunmuş, 8 may 1890-cı ilə qədər bu vəzifədə çalışmışdır. Həmin sədrin göstərişi ilə 16 may 1899-cu ildən Məhkəmədə Mülkü Kollegiyanın katibi vəzifəsinə, Senatın Məlumat Yayım Departamentinin 20 dekabr 1891-il tarixli göstərişi ilə isə kollegiya katibi vəzifəsinə təyin edilmiş və katibliyin rəhbərliyi ona tapşırılmışdır. Senatın 22 iyun 1893-cü il № 87 saylı göstərişi ilə stajı nəzərə alınaraq titulyar müşavir təyin olunur və müşavirliyin rəhbərliyi ona tapşırılır. Senatın Məlumat Yayım Departamentinin № 28 saylı 1895-ci il tarixli göstərişi ilə isə kollegiya assessoru vəzifəsinə təyin olunur və burada da rəhbərlik ona həvalə edilir. Mülki işlərə dair 1895-ci il tarixli 17 saylı əmrə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq işdən azad edilir.Əlimərdan bəy 1893-cü ildə Həsən bəy Zərdabinin qızı Pəri xanım Topçubaşova ilə ailə həyatı qurmuşdur. Həsən bəy Zərdabi qızı üçün Əlimərdan bəy Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi, amma onun bu qədər pulu yox idi. Elə buna görə də Əlimərdan və Pəri toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar. Əlimərdan bəy 1896-cı ildə ailəsi ilə birgə Bakıya köçmüşdür. 1918-ci ildən bəri Azərbaycan Nümayəndə Heyətinin sədri olaraq xaricdə fəaliyyət göstərən Əlimərdan bəy 1919-cu ilin başlanğıcından Parisdə yaşamağa başlamışdır. Aprel işğalından sonra Fransada mühacir həyatına davam edən Əlimərdan bəy orada çətin günlər yaşamışdır. İşğaldan əvvəl Əlimərdan bəy Nümayəndə Heyətinin maddi problemləri ilə bağlı 1920-ci ilin yanvarın 29-da Ceyhun Hacıbəyliyə məktub yazmışdır: İşğaldan sonra maddi vəziyyəti çətinləşən Əlimərdan bəy bu barədə Ceyhun Hacıbəyliyə məktublarında məlumat vermişdir. Ceyhun Hacıbəyli 1928-ci ilin 30 iyulunda yazdığı bir məktubda onda və Nümayəndə Heyətinin kassasında pul olmadığını bildirmişdir. Əlimərdan bəy Topçubaşov isə 1931-ci ilin 17 aprelində yazdığı məktubda mənzillə bağlı dəhşətli məsələnin hələ həll edilmədiyini, ödəmək üçün "əjdaha" tələblər qoyulduğunu və onun bu tələbləri qarşılaya bilmədiyini qeyd etmişdir.Əlimərdan bəyin 1926-cı ildə 25 yaşlı oğlu Rəşid bəy Topçubaşov vərəm xəstəliyindən vəfat etdi. Yaxın dostu Xəlil bəy Xasməmmədova 1931-ci ilin aprelin 2-də yazdığı məktubda bu o, bu haqda belə demişdir: Əlimərdan bəy 1932-ci ilin aprelin 2-də yazdığı məktubda Heydər Bammata telefon etmək və yaxud onun yanına getmək imkanın və maliyyəsinin olmadığını, evdən çıxa bilmədiyini qeyd etmişdir. 1932-ci ilin 14 mayında yazdığı məktubda isə son günlərdə baş verən hadisələrlə bağlı əhvalının ikrahedici olduğunu, borcların üstələdiyini, soyuq olduğunu və ehtiyatlarının tam tükəndiyini yazmışdır. Əlimərdan bəy Topçubaşov Ceyhun Hacıbəylinin oğlunun məktəbdə təhsilinin davam etdirilməsi ilə bağlı 1932-ci ilin fevralın 26-da direktora xahiş məktubu da yazmışdır: Əlimərdan bəy 8 noyabr 1934-cü ildə Paris ətrafında, vəfat etmişdir. Məzarı Sen Klu şəhər qəbirstanlığında yerləşir. Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və Rusiya imperiyasının dağılmasından sonra yaranan bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak etmişdir. Onlar Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış etmişdir.Məzarı başında çıxış edən Məhəmməd Əmin Rəsulzadə demişdir: Daha sonra Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşovun xatirəsinə "Qurtuluş" jurnalında yazmışdır: Siyasi-ictimai fəaliyyəti Rusiya imperiyası və keçid dövrü Qəzet fəaliyyəti 1896-cı ildə Bakıya gələn Əlimərdan bəy Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra məhkəmə proseslərini qazanmışdır. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırmışdır. Əlimərdan bəy 1888-ci ildən "Bakinski torqovo–promışlennı listok"un redaktoru olmuşdur. 1897-ci ildə Nikolay Sokalinskinin ölümündən sonra "Kaspi" qəzetinin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski küçəsindəki binaya köçürür. 1898-ci ildə Əlimərdan bəy Topçubaşov Hacı Zeynalabdin Tağıyevin aldığı "Kaspi" qəzetində baş redaktorluq etməyə başladı. Əlimərdan bəy Topçubaşov 1898-ci ilin iyunun 24-dən 1907-ci ilin oktyabr ayının 20-nə qədər "Kaspi" qəzetinin baş redaktorluğunu etdi. Onun redaktoru olduğu dövrdə "Kaspi"də Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Firidun bəy Köçərli, Haşım bəy Vəzirov kimi şəxslər yazılarla çıxış edirdi. Bu dövrdə onun "Müsəlmanlar azadlıq hərəkatında", "Müsəlmanların dirçəliş dövrü", "Milli qırğına nə vaxt son qoyulacaq?" məqalələri "Kaspi" qəzetində nəşr olunmuşdur Əlimərdan bəyin 1905-ci ilə qədər "Kaspi" qəzatində 25 məqaləsi işıq üzü görmüşdür. Əlimərdan bəyin "Kaspi" qəzetinin baş redaktoru olması ilə qəzet daha çox ictimai maraq kəsb etməyə başladı. "Qafqaz təqvimi"ndə verilən məlumata görə 1899-cu ildə "Kaspi" qəzeti 2500 tirajla, 1900–1902-ci illərdə 3500 tirajla, 1904-cü ildə 5100 tirajla, 1906-cı ildə isə 10 000 tirajla nəşr edilirdi. Əlimərdan bəy həmçinin "Bakı" və "Həyat" qəzetlərinin də redaktoru olmuşdur. Bakı general-qubernatoru Dimitri Odintsov polis departamentinə 1901-ci il 14 noyabr tarixində göndərdiyi tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, xüsusən də İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Dimitri Odintsov bir qrup azərbaycanlının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi. Bakı Şəhər Dumasında Əlimərdan bəy Topçubaşov 1897-ci ilin oktyabr ayının 14-də Bakı Şəhər Dumasına keçirilən seçkilərdə 154 səs yığaraq Dumaya üzv seçilmişdir. Əlimərdan bəy Həbib bəy Mahmudbəyov və Fərrux bəy Vəzirovla birgə Bakı Şəhər Dumasına üzv seçilmiş ilk müsəlman şəxslər oldular. 1901-ci ilin oktyabr ayının 29-u və noyabr ayının 18-də yeni qaydalar əsasında dörd il müddətinə Bakı Şəhər Dumasına keçirilən seçkilərdə Əlimərdan bəy yenidən üzv seçilmiş, seçkinin nəticələri 1902-ci ilin fevralın 25-də Tiflisdə Qafqazın Mülki Hissəsinin baş rəisi tərəfindən təsdiqləndikdən sonra o, Bakı Şəhər İdarəsinin sədri kimi fəaliyyətə başlamışdır. 1901-ci ildə İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin açılışı baş tutur. Açılışda məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşov da tədbirdə iclasda iştirak edərək təbrik məktubu oxumuşdur. Duma fəaliyyəti boyunca o, Şəhər Məktəb Komissiyasının üzvü, Mariya qadın gimnaziyasının, Bakı Kommersiya Məktəbinin və İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin Qəyyumlar Şurasının üzvü olmuşdur.Bakı Kommersiya Məktəbinin Qəyyumlar Şurasının üzvü olmuş Əlimərdan bəy Topçubaşov təhsil alan kontingentin milli və dini xüsusiyyətlərini nəzərə almağın zəruriliyi məsələsini irəli sürürdü. Rusiyanın Şərqlə ticarət əlaqələrinin genişlənəcəyini nəzərə alan Əlimərdan bəy Topçubaşov məktəbdə təhsil alanlara Şərq dillərini, həmçinin Qafqaz ölkələri ilə qonşu ölkələrin iqtisadi coğrafiyasını öyrənməyi lazım bilirdi.Əlimərdan bəy 1905-ci ildə yaradılan Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvü seçilmişdir. 1905-ci ilin iyununda fəhlə etirazları zamanı burjuaziyanın təşəbbüsü ilə "Barışıq Komitəsi" yaradıldı. Bakı Şəhər Duması tərəfindən komitəyə 28 üzv seçildi. Onların sırasında Kərbəlayı İsrafil Hacıyev, Hacı Aslan Aşurov, Kərbəlayı Abdulla Zərbəliyev, İsa bəy Hacınski, Mirzə Əsədullayev, İsmayıl bəy Səfərəliyev, Abdulla Səlimxanov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev də var idi. I Dövlət Dumasında 1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Əlimərdan bəy Topçubaşov da olmuşdur. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış və Əlimərdan bəy Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə etmişdir. Çar 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Azərbaycandan Rusiya imperiyası I Dövlət Dumasına Bakı quberniyasından Əsədulla bəy Muradxanov, Məmmədtağı Əliyev, Əlimərdan bəy Topçubaşov, Yelizavetpol quberniyasından isə Əbdürrəhim bəy Haqverdiyev və İsmayıl xan Ziyadxanov deputat seçilmişdir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Birinici Dövlət Dumasında ümumilikdə 25 müsəlman deputat fəaliyyət göstərmişdir. 1906-cı ilin iyunun 21-də Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Dumada Müsəlman fraksiyası yaradıldı. O, həmçinin Dumadakı Xalq Azadlığı fraksiyasının sol qanadına qatılmış və Xalq Azadlığı Partiyasının üzvü olmuşdur.Əlimərdan bəy Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olmuşdur. Müsəlman fraksiyanın, eləcə də onun daxil olduğu Muxtariyyətçilər Birliyinin parlament qrupunun fəaliyyəti çar hakimiyyətini narahat edirdi. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 1906-cı ilin iyulun 8-də Duma buraxıldı və kadetlər deputatlara Peterburqdan bir qədər kənarda – Vıborqda toplaşmağı təklif etdilər. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9–10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Həmin sənəddə Dumanın müdafiəsi üçün vergidən imtina, hərbi xidmətdən yayınma formalarından istifadə əsaslandırılırdı. Həmin Vıborq çağırışını 6 deputatla birgə Əlimərdan bəy Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay müddətinə həbsdə saxlanılmışdı. Bu zaman o, "Kaspi" qəzetindəki işindən və Bakı Şəhər Dumasının üzvlüyündən xaric edilmişdir.Bu dövrdə Əlimərdan bəy Qacar dövləti tərəfindən ədliyyə nazirliyindəki departamentlərin birinə rəhbərlik etməyə dəvət edilmişdir, lakin o, bu dəvəti qəbul etməmişdir. Ümumrusiya müsəlmanları qurultaylarında 1905-ci il avqustun 15-də Nijni Novqorodda yarmarka zamanı icazəsiz keçirilən Ümumrusiya müsəlmanlarının I qurultayında sədr İsmayıl bəy Qaspıralı, Əlimərdan bəy Topçubaşov, Rəşid İbrahimov və Əbülsüqut Axtyamov isə onun müavinləri seçildilər. Qurultayı Əlimərdan bəy Topçubaşov açmışdır. Qurultayda müzakirə edilən əsas məsələlərdən biri siyasi və mədəni sahədə bütün Rusiya müsəlmanlarını birləşdirməyə qabil müsəlman siyasi partiyasının yaradılması məsələsi idi. Müzakirələrdən sonra "İttifaqi-müslimin"in yaradılması qərara alındı.1906-cı il yanvarın 13–23-də Peterburqda gizli şəraitdə, rəsmi icazə olmadan keçirilən Ümumrusiya müsəlmanlarının II qurultayında Azərbaycandan Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov və Əsədulla Axundov iştirak etmişdir. Qurultayda Əlimərdan bəy Topçubaşov tərəfindən hazırlanmış "İttifaq"ın proqram və nizamnamə layihələri, Rusiya imperiyası I Dövlət Dumasına seçkilərdə taktikası müzakirə olunmuşdu. 23 bənddən ibarət nizamnamə və müvəqqəti proqram layihəsi qəbul edilmiş, növbəti qurultaya qədər çatışmazlıqların aradan qaldırılması tövsiyə olunmuşdu. Qurultay Duma seçkilərində kadetlərlə birlikdə hərəkət etməyi qərara almışdı. 1906-cı il avqustun 15–21-də yenə də Nijni Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında Əlimərdan bəy Topçubaşov sədr seçildi. Qurultay hər biri 15 nəfərdən ibarət iki komissiya (təhsil və dini işlər üzrə) yaratdı. Komissiya sədrlərinin məruzələri əsasında 33 maddəlik "Məktəb islahatı" və 13 maddədən ibarət dini siyasətin təkmilləşdirilməsi haqqında qərar qəbul edildi. Qurultayda həmçinin "İttifaqi-Müslimin"in Əlimərdan bəy Topçubaşov tərəfındən hazırlanan 11 bölmə və 79 maddədən ibarət proqramı qəbul edildi. Proqramda konstitusiyalı monarxiya ideyası irəli sürülürdü. "İttifaqi-Müslimin"in 15 nəfərdən ibarət Mərkəzi Komitəsi və onun nəzdində 3 nəfərlik daimi büro seçilmişdi. Əlimərdan bəy Topçubaşov Mərkəzi Komitənin və büronun üzvü seçilmişdi. O həmçinin partiyanın və hüquq komissiyasının sədri də seçilmişdir.1914-cü ilin iyun ayının 15–25-də Rusiyanın müsəlman vilayətlərindən olan 6 nəfər Duma deputatı və 34 nəfər tanınmış ictimai-siyasi, nüfuzlu ruhani Peterburqda toplaşıb müşavirə keçirdi. Müşavirəyə sədrlik edən IV Dumada müsəlman fraksiyasının rəhbəri K. M. Tevkelevin təklifi ilə bu toplantı IV Müsəlman qurultayı hesab edildi. Bu müşavirə-qurultayda Əlimərdan bəy Topçubaşov Əbülsüqut Axtyamovla birlikdə sədrin müavinləri seçildilər. Ümumrusiya müsəlmanarının icazəli IV qurultayı 15 avqustun Rusiya müsəlmanlarının həmrəyliyi günü kimi bayram edilməsini qərara almışdı. Qurultay "Ruhani yığıncaqları" və müsəlman dini məktəblərinin islahatı məsələlərinə həsr olunmuşdu. Qurultayın 8 may tarixli iclasında Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndələri adından növbədənkənar çıxış edərək Azərbaycan xalqını gözləyən milli qırğın təhlükəsi haqqında Rusiya müsəlmanlarını, həm də müvəqqəti hökuməti xəbərdar etmişdi. Bu məsələ ilə bağlı qurultay Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Peterburqa nümayəndə heyəti göndərilməsi haqqında qərar qəbul etdi.Fevral inqilabından sonra qurultay sayları sıfırlanmışdır. 1–11 may 1917-ci il tarixində milyonçu Şəmsi Əsədullayevin Moskvadakı evində Rusiya müsəlmanlarının qurultayı keçirildi. Əlimərdan bəy qurultayın idarə heyətinə üzv seçilmişdir. Qurultayda idarə etmə, milli-mədəni muxtariyyət məsələsi ətrafında müzakirələr başlamış və böyümüş, nəticədə nümayəndələr Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında bir daha onun müzakirəsinə başlamışdır. Nümayəndələrə müraciət edən Topçubaşov idarə üsulu məsələsinin çox mühüm və böyük bir siyasi problem olduğunu və bunun onlar üçün bir imtahan məqamı olduğunu qeyd etmişdir. O, həmçinin belə bir fikir də səsləndirmişdir: 1914–1917-ci illərdə Əlimərdan bəy Topçubaşov 1914-cü ildə Bakıda 45 nəfərdən ibarət "Məşvərət Məclisi" təşkil etmiş, müsəlmanların "Tələblər paketi"ni hazırlayaraq, çar hakimiyyəti orqanlarına göndərmişdir. 1915-ci ildə Bakıda Nicat Cəmiyyətinin rəhbər postlarına seçkilər keçirildi. Əlimərdan bəy seçkilərdə cəmiyyətin sədri seçildi. Baxmayaraq ki, cəmiyyətin sədri de-fakto İsa bəy Aşurbəyov idi, lakin müxtəlif dövrlərdə müxtəlif şəxslər cəmiyyətə de-yure sədrlik etmişdir. Əlimərdan bəy isə bu vəzifədə 1916-cı ilədək çalışmışdır.Fevral inqilabından sonra, 1917-ci ilin aprelin 15–20-də Bakıda Qafqaz Müsəlmanları Qurultayının keçirildi. Həmin qurultaya sədrliyi Əlimərdan bəy Topçubaşov etdi. Qurultayın açılışında o, dedi: O həmçinin Qafqazda milli zəmində baş verən toqquşmalara işarə edərək bildirdi: Qurultayda Rəyasət Heyəti adından çıxış edən Əlimərdan bəy Topçubaşov mayın 7-də keçirilən altıncı iclasa da sədrlik etmişdi. 1917-ci il avqustun 12–15-də Moskvada dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə arasında Əlimərdan bəy Topçubaşov da var idi. Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Əlimərdan bəy Topçubaşova tapşırdı. Əlimərdan bəy Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər. İctimai Təşkilatlarının Şurasında 1917-ci il martın 5-də Bakıda Müsəlman İctimai Təşkilatları Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ. Frolov, İbrahim bəy Heydərov və başqaları ilə yanaşı Əlimərdan bəy Topçubaşov da Komitənin tərkibinə daxil oldu. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov və başqaları seçildi. 17 iyul 1917-ci il tarixində isə 33 nəfərdən ibarət yeni icraiyyə komitəsi təşkil olundu. Əlimərdan bəy Topçubaşov yeni İcraiyyə Komitənin sədri seçildi. Bakı Müsəlman İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da Kornilov əksinqilabi qiyamını qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini bildirdi. 1917-ci il sentyabrın 5–6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Əlimərdan bəy Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi.1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti, Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarma-qarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıxış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara etiraz edirdilər. Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini Prokofi Caparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə iştirak edən Məhəmməd Əmin Rəsulzadə şəhərdə qarma-qarışıqlıq olmasın deyə, 5 nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul edilən qətnamədə göstərilirdi ki, özbaşına axtarışların aparılmasına və silahların müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlman milisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş qərarları həyata keçirmək üçün Hərbi İnqilabi Komitəsi ilə birgə 5 nəfərdən ibarət komissiyanın yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir. Bu yığıncaqda Əlimərdan bəy Topçubaşov, Bəşir bəy Aşurbəyov, Məhəmməd Əmin Rəsulzadə, İbrahim bəy Heydərov və Məmmədhəsən Hacınski iştirak edirdi.Buna baxmayaraq 31 mart tarixində kütləvi soyqırım həyata keçirildi. Bakı Şəhər İnqilabi Müdafiə Komitəsi (İMK) 1918-ci il aprelin 1-də müsəlman təşkilatlarına ultimatum vermişdi. Ultimatumun tələblərin yerinə yetirilməsi müddəti 1 aprel 1918, gündüz saat 3-ə təyin olunmuşdu. Danışıqlar axşam saat 5-də başlamışdı. Sülh danışıqlarında inqilabi müdafiə komitəsindən Çaparidze, Saakyan, Zevin, Fioletov və Dudin, Müsavat partiyasından Kazımzadə, Rusiyada Müsəlmançılıq partiyasından Tağıyev, şəhərin rəisi İlyuşkin, Zaqafqaziya Milli Komitəsinin üzvü Topçubaşov, Molla Hacı Mir Mirmöhsün və Hacı Hüseyn Tağıyev, Erməni Milli Şurasından L. Atabekyan və Ter-Mikaelyan, görkəmli müsəlman və erməni ictimai xadimləri, İranın konsulu Həbibulla xan və başqaları iştirak etmişdi. Azərbaycan nümayəndə heyətinin üzvləri tələbləri yerinə yetirməyə razı olduqlarını bildirdilər və cavab sənədinə imza atdılar. Müsavat Partiyasının 1917-ci ilin oktyabrında keçirilən Birinci Qurultayında Müsəlman Milli Komitəsinin sədri Əlimərdan bəy Topçubaşov çıxışında bəyan etdi ki, Milli Komitənin arzu və məqsədləri Müsavatın arzu və məqsədləri ilə tamamilə uyğun gəlir. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə Müsavat Partiyasının proqramları üst-üstə düşdüyündən onlar 1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına seçkilərə vahid siyahı ilə gedirdilər. Oktyabr-noyabr aylarında Əlimərdan bəy Topçubaşov ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etmiş və Bakı Şəhər Dumasına üzv seçilmişdir.1917-ci ilin noyabrın 26-dan 28-nə qədər Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirildi. Müsavat Partiyası və Müsəlman Milli Komitələri seçkilərdə vahid 10 nömrəli siyahı ilə iştirak etdi. Bu siyahıda birinci sırada Xüsusi Zaqafqaziya Komitəsinin üzvü Məmməd Yusif Cəfərov, ikinci sırada isə Əlimərdan bəy Topçubaşovun adı yazılmışdı. Müsavat Partiyası və Müsəlman Milli Komitələrinin vahid 10 nömrəli siyahısı Zaqafqaziya seçki bölgəsində 615 816 (25.08%) səs toplayaraq əsasən Gürcüstan əhalisinin səs verdiyi menşeviklərdən sonra seçkini ikinci tamamladı. Bu, həmçinin 10 nömrəli siyahıya müsəlmanlarının 63 faizinin səs verdiyi mənasına gəlirdi.Əlimərdan bəy Topçubaşov bu seçkilərdəki qələbədən sonra, 1917-ci ilin dekabr ayında Cənubi Qafqaz Müsəlman Komitəsinin rəhbərliyindən istefa verdi, lakin Rusiyada hakimiyyətə gələn bolşeviklər 1918-ci ilin yanvarın 5-də fəaliyyətə başlayan Ümumrusiya Müəssislər Məclisinin yanvarın 6-da buraxılması haqqında dekret verdilər. Zaqafqaziya Seymində Bu hadisədən sonra 1918-ci ilin yanvarında Tiflisdə Zaqafqaziyadan Müəsisslər Məclisinə seçilən nümayəndələr regional qanunverici orqan olan Zaqafqaziya Seyminin yaradılması qərarına gəldilər və Seymin ilk iclası 1918-ci ilin fevralın 23-də keçirildi. Əlimərdan bəy Topçubaşov da Seymin üzvü olmuşdur. Seymdə müsəlman üzvlər Müsəlman fraksiyasını təsis etdilər. Əlimərdan bəy Topçubaşov "Müsəlman və demokratik bitərəflər qrupu"nun üzvü olaraq bu fraksiyaya daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrü 1918-ci ilin mart hadisələrindən sonra aprel ayının 3-də Əlimərdan bəy Topçubaşov erməni əsgərləri tərəfindən həbs edilib bir ay saxlanıldı. Sonradan Hümmət təşkilatının zaminliyinə verilib azad olunsa da, ermənilərin tələbi ilə yenidən tutulub Bayıl həbsxanasına göndərildi. Həbsxanadakı ağır şəraitdən sonra nəzarət altında xəstəxanaya yerləşdirilən Topçubaşov yenidən zaminə verilərək azadlığa buraxıldı.28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini imzaladığı vaxtda Əlimərdan bəy Bakıda həbsdə idi. Bu səbəbdən o, ilk hökumət olan I Xoyski hökumətində post tuta bilməmişdir. Əlimərdan bəy Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin 17 iyunu tarixində təşkil etdiyi II Xoyski hökumətində portfelsiz nazir təyin olunmuşdur. 6 oktyabr tarixində kabinə daxili dəyişikliklər zamanı Topçubaşov xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. Hökumət Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Əlimərdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. 1918-ci ilin avqustunda Nazirlər Şurasının sədri Fətəli xan Xoyski bu məzmunda 1144 saylı qərar verdi və bununla bağlı İstanbuldakı Azərbaycan Sülh Nümayəndə Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə teleqram göndərdi: 1918-ci il avqustun 23-də Gəncədən yola düşən Əlimərdan bəy Topçubaşov əvvəlcə Tiflisdə qalaraq bir sıra görüşlər keçirmişdir. Burada o, Gürcüstan hökumətinin rəhbərləri və Osmanlı nümayəndəsi Əbdül Kərim Paşa ilə görüşlər keçirmiş, daha sonra isə Batum marşrutu ilə hərəkət etmişdir. Əlimərdan bəy Topçubaşov fövqəladə nümayəndə və səlahiyyətli nazir kimi 1918-ci il sentyabrın 28-də İstanbula gəldi və bir neçə gün sonra rəsmi görüşlərə başladı.Əlimərdan bəy Topçubaşovun ilk görüşünü Osmanlı imperiyasının sədrəzəmi Tələt Paşa ilə keçirmişdir. Tələt Paşa həmin görüşdə Berlinə olan səfəri haqqında məlumat verdi və orada Azərbaycanın maraqlarından çıxış etdiyini söylədi. O, Avstriya-Macarıstanın və Almaniyanın hələlik Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmədiyini söylədi. Tələt Paşa Rusiyanın mövqeyini açıqlayan səfir İoffenin "Müsəlmanlar Qafqazda Türkiyənin təzyiqi ilə müstəqil dövlətlərini yaradırlar" fikrini qeyd etdi. Əlimərdan bəy Topçubaşov isə belə demişdir: Tələt Paşa öz növbəsində demişdi ki, bizim yalnız bir arzumuz, yəni Rusiya imperiyasının dağılması yerinə yetmişdir. Bu, həm bizim, həm sizin, həm də ki, bütün Qafqaz və Rusiya xalqları üçün yaxşı nəticədir. Bundan səmərəli istifadə etmək üçün azərbaycanlılar, ermənilər və gürcülər öz aralarında olan kiçik ziddiyyət və narazılıqları unudub, səmimi əlaqələr yaratmalıdırlar. Əlimərdan bəy Topçubaşov Bakının azad olunmasında göstərilən köməyə görə Türkiyə hökumətinə öz təşəkkürünü bildirdi.Əlimərdan bəy Topçubaşov oktyabrın 2-də eyni gündə Osmanlı xarici işlər naziri Əhməd Nəsimi ilə də görüş keçirdi. Bu görüşdə də Əhməd bəy Əlimərdan bəyə Osmanlı imperiyasının Azərbaycana kömək etməyə hər zaman hazır olduğunu qeyd etdi və ölkənin erməni və gürcülərlə sərhədləri məsələsinə toxundu. Osmanlı xarici işlər naziri Əhməd Nəsim bəy Qafqaz respublikalarının öz aralarında olan ixtilafları aradan qaldırmağın, qarşılıqlı razılıq əsasında sərhədləri müəyyənləşdirməyin zəruriliyini qeyd etmişdir. Əlimərdan bəy Topçubaşov isə ermənilərlə bir yerdə işləməyin qeyri-mümkünlüyünü əsaslandırmış və demişdi ki, ermənilərin iştahı çox böyükdür. Bu iştahı onlar özgələrin, ilk növbədə bizim hesabımıza doyurmaq istəyirlər. Onlar demək olar ki, bütün ölkələrin paytaxtlarında əks-təbliğat aparıb bizim millətin öz dövlət həyatını qurmağa qadir olmadığını və qonşu xalqlarla sülh şəraitində yaşamağı bacarmadığına dair saxta məlumatlar yayıb Azərbaycanın mənafeyinə ziyan vururlar. Buna görə də Avropa paytaxtlarında nümayəndəliyimizin olması bizim üçün zəruridir. Əlimərdan bəy oktyabrın 2-də Osmanlı sultanı VI Mehmed Vahidəddinin qəbulunda olmuşdur. Əlimərdan bəy danışıqlar zamanı qeyd etmişdi ki, azərbaycanlıları çoxlu istəməyənlər vardır, lakin azərbaycanlılar heç vaxt düşmənlərdən qorxmamışlar, çünki bilirlər ki, onların böyük dostu vardır. "Dost yox, qardaş!", -deyə Sultan söhbətə başlamış və bildirmişdi ki, bütün türklər azərbaycanlıların qardaşıdır və bu qardaşlıq əbədi olmalıdır.Əlimərdan bəy İstanbulda bu xronologiya ilə görüşlər keçirmişdir: 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:40-da Osmanlı imperiyasının ədliyyə naziri Xəlil bəylə (Menteşe) görüş; 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:50-də Osmanlı imperiyasının hərb naziri Ənvər Paşa ilə görüş; 1918-ci il 21 oktyabr, birinci gün, saat 14:15-də Osmanlı imperiyasının yeni sədrəzəmi Əhməd İzzət Paşa ilə görüş; 1918-ci il 27 oktyabr, bazar günü, saat 12-də Osmanlı imperiyasının yeni xarici işlər naziri Mehmed Nəbi bəylə görüş; 1918-ci il 28 oktyabr, birinci gün, saat 12:15-də Osmanlı imperiyasının xalq maarif nazirinin müavini ilə görüş; 1918-ci il 28 oktyabr, birinci gün, Osmanlı imperiyasının yeni şeyxülislamı Ömər Hulusi əfəndi ilə görüş; 1918-ci il 3 noyabr, saat 21:30-da Osmanlı imperiyasının dəniz (bəhriyyə) naziri və Osmanlının Batum və Trapezund konfransındakı nümayəndə heyətinin sədri Rauf bəylə görüş; 1918-ci il 4 noyabr, saat 12:10-da Osmanlı imperiyasının xarici işlər nazirinin müavini Rəşad Hikmət bəylə görüş; 1918-ci il 5 noyabr, saat 11:20 — də Osmanlı imperiyasının Xarici İşlər Nazirliyində Mehmed Nəbi bəylə görüş; 1918-ci il 8 noyabr, saat 14-də, Osmanlı imperiyasının maliyyə naziri Mehmed Cavid bəylə görüşHərbi nazir Ənvər Paşa ilə danışıqlar zamanı Azərbaycan ordusu üçün hərbi kadrların hazırlanması, silah və hərbi sursat təchizatı ilə bağlı məsələlər, xalq maarifi nazirinin müavini ilə görüşdə azərbaycanlı gənclərin Türkiyəyə oxumağa göndərilməsi məsələsi müzakirə edilmişdi. Əlimərdan bəy şeyxülislamla Ömər Hulusi əfəndi ilə görüşündə yüzillik rus müstəmləkəçiliyinin Azərbaycan mənəviyyatına vurduğu zərbəni qeyd edərək sünni-şiə ədavətinin qızışdırılmasının ənənəvi rus siyasəti olduğunu göstərmiş və Rusiya imperatoru I Pyotrun vəsiyyətlərini misal gətirmişdi. Mudros müqaviləsi 1918-ci ilin payızında Almaniya, Osmanlı, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu Dördlər İttifaqı Birinci Dünya müharibəsində məğlubiyyətə uğramışdı. Oktyabrın 30-da Osmanlı imperiyası Mudros müqaviləsinin ağır şərtlərinə imza atmağa məcbur olmuşdu. Həmin sazişin 11-ci maddəsinə görə, türk ordusu tezliklə Azərbaycan və Zaqafqaziyanı tərk etməli, Azərbaycanda olan Osmanlı dəstələri bir həftədən gec olmayaraq Bakıdan, bir aydan gec olmayaraq bütün Azərbaycandan çıxmalı idi. 15-ci maddəyə görə, Türkiyə Zaqafqaziya dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi. Noyabrın 4-də Əlimərdan bəy Mudros müqaviləsinin Azərbaycana aid hissəsi ilə bağlı Osmanlı hökumətinin xarici işlər nazirinin müavini Rəşad Hikmət bəyə etiraz notası verdi. O, Bakı şəhəri haqqında maddənin Mudros müqaviləsinə daxil edilməsinin beynəlxalq hüquqa zidd olmasını, Azərbaycanın ingilislər tərəfindən işğal edilməsinin asanlaşmasına xidmət etdiyini bildirdi. Osmanlı Xarici İşlər Nazirliyi isə cavab notasında bildirirdi ki, Antanta ilə barışıq şərtlərini yerinə yetirərkən sultan hökuməti ingilis qoşunlarının Bakını tutması ilə bağlı yarana biləcək münaqişədən kənarda qalmaq istəyir.Mudros müqaviləsinə əsasən Azərbaycan ərazisi ingilis qoşunlarının işğal zonasına daxil edilmişdi. Əlimərdan bəy oktyabrın 31-də İstanbuldan baş nazir Fətəli xan Xoyskiyə yazdığı məktubunda təcili surətdə Rəşt və Ənzəlidə olan ingilislərlə danışığa girməyi və Milli Şuranın çağırılmasını məsləhət görmüşdü. Bu çağırışa cavab olaraq Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu və Musa bəy Rəfiyevdən ibarət nümayəndə heyəti noyabrın əvvəlində Böyük Britaniyanın Şimali İran ordusunun komandanlığı ilə görüşmək üçün Ənzəliyə yola düşmüşdü. Azərbaycan hökumətinin nümayəndələri hələ 1918-ci ilin noyabrında Ənzəlidə Müttəfiq qoşunların baş komandanı general Vilyam Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirak edəcəyinə təminat almışdılar. Topçubaşov erməni və gürcü nümayəndələri ilə təmasda olub əlaqələri möhkəmləndirməyi və Azərbaycanın konfransa hazırlaşmasını zəruri hesab edirdi. 1918-ci il noyabrın 17-də general Vilyam Tomsonun başçılığı ilə ingilis qoşunları Bakıya daxil oldu. Həmin vaxt İstanbulda Antanta, Fransa, İngiltərə, Amerika, İtaliya, Yunanıstan və Yaponiya diplomatik nümayəndələrinə təqdim edilmiş memorandumun müəllifi olan Topçubaşov Azərbaycan hökuməti adından əsrlər boyu qonşuluq etmiş erməni və gürcü xalqları ilə daha da yaxınlaşmağın, bu xalqların bir konfederasiyada birləşməsinin mümkün hesab edildiyini bildirdi. Əlimərdan bəy Topçubaşov İstanbulda Ukraynanın Osmanlıdakı təmsilçisi Sukovkin, Qacar dövlətinin Osmanlıdakı təmsilçisi Mirzə Mahmud xan, ingilis polkovniki Tamp, Rusiya müvəqqəti hökumətinin sabiq xarici işlər naziri Pavel Milyukov, Amerika rəsmisi, prezident Vilsonla yaxınlığı ilə seçilən cənab Braun, İtaliya Krallığının Osmanlıdakı nümayəndəliyinin katibi qraf Sfort, İsveçin Osmanlı təmsilçisi Ankarxberd, Rusiya imperiyasının keçmiş xarici işlər naziri Sergey Sazonov, Amerikanın Osmanlıdakı diplomatik təmsilçisi Heyk, Qacar dövlətinin xarici işlər naziri Muşavərəl Məmalək xan, Hollandiyanın Osmanlıdakı təmsilçisi Van Der Does de Villebua, Ukraynanın Bolqarıstan təmsilçisi A. Sulqin, Erməni Milli Şurasının sədri və Erməni nümayəndələrinin Paris Sülh Konfransındakı başçısı Avetis Aqaronyan ilə də görüşlər keçirmişdir. Əlimərdan bəy Topçubaşov bu görüşlərdə həmin ölkə təmsilçilərinə Azərbaycanla bağlı məlumatlar verir, onların münasibət və yanaşmalarını öyrənirdi. Bu görüşlərdə Topçubaşov onlara Mudros müqaviləsi ilə bağlı Azərbaycanın etiraz notasını təqdim etmişdir. Amerika diplomatik nümayəndəsi Naesk ilə görüşündə Amerika Birləşmiş Ştatları pezidenti Vudro Vilsonun "on dörd sülh prinsipi"nin Azərbaycana şamil edilməsini, respublikanın istiqlaliyyətinin Amerika Birləşmiş Ştatları tərəfindən tanınmasına köməklik göstərməsini xahiş etmişdi. Eyni zamanda, ağqvardiyaçı Kolçak və Denikin hökumətinin nümayəndəsi, Sergey Sazonovla görüşündə Azərbaycanın Rusiya əsarətindən qurtarıb müstəqil respublika yaratdığını və Rusiyanın daxili işlərinə qarışmayacağını əsaslandırdı. Topçubaşovun Qacar dövlətinin xarici işlər naziri Əliqulu xan Ənsari ilə danışığından sonra İran tərəfinin düşmənçilik mövqeyini bir qədər yumşaltmaq mümkün oldu. İngilis polkovniki Tampla görüşdən sonra o, Admiral Londondan Rusiya imperiyasından ayrılmış dövlətlərin təmsilçilərini qəbul etməmək haqqında formal tapşırıq aldığını yazırdı.Rusiya imperiyasının keçmiş xarici işlər naziri Sergey Sazonovla keçirilən bir görüşdə isə o, Qafqaz müsəlmanlarının ruslara çox yaxın olduğunu və Rusiyadan ayrılmaq istəmədiyini Əlimərdan bəy Topçubaşova çatdırdı. Əlimərdan bəy Topçubaşovun keçirdiyi digər görüşdə Qacar dövlətinin xarici işlər naziri Muavərəl Məmalək Əli Qulu xan "Bu da doğrudur ki, Azərbaycan bizim şahların hakimiyyətinə tabe olmuşdu." deyə fikir bildirmişdi.7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı keçirildi və mövcud II Xoyski hökuməti istefa verdi. Yenə Fətəli xan Xoyski rəhbərliyində qurulan III Xoyski hökumətində isə Əlimərdan bəy Topçubaşov nazir təyin olunmadı. 1918-ci ilin dekabrın 16-da Əlimərdan bəy Topçubaşov Azərbaycanın müstəqil dövlət olaraq tanınmasında yarana biləcək problemlə bağlı Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə məktub yazdı və Paris Sülh Konfransında iştirak üçün bütün Zaqafqaziya Respublikalarının təmsilçilərindən Ümumi Nümayəndə Heyəti formalaşdırmağı təklif etdi: 1918-ci ilin 23 dekabrında Əlimərdan bəy Topçubaşovun Fransa Respublikasının Osmanlıdakı diplomatik təmsilçisinə, Fransa hökumətinə memorandumun çatdırılması ilə bağlı məktubu təqdim olundu. Həmin məktub Amerika Birləşmiş Ştatlarının və İtaliyanın Osmanlıdakı təmsilçilərinə də çatdırıldı. Bu məktubda o, əlavə olunmuş memorandum haqqında məlumat verirdi. Qeyd edirdi ki, memorandumda Qafqaz Azərbaycanı ilə bağlı, onun bolşeviklərə qarşı apardığı mübarizə, müstəqil Azərbaycan Respublikası, əhalisi, ərazisi, gələcək quruluşu haqqında məlumatlar vardır. Əlimərdan bəy Topçubaşov məktubunda Fransa Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyacağına ümid etdiyini qeyd edirdi. Parlamentdə 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti təsis olundu. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. O, sədr postuna Əlimərdan bəy Topçubaşovu namizəd göstərdi. İstanbulda olmasına baxmayaraq səsvermə zamanı həm sosialistlər, həm ittihadçılar, həm də müsavatçılar tərəfindən Əlimərdan bəy dəstəklənərək yekdilliklə sədr seçildi, lakin o, səfərdə olduğu üçün parlamentin fəaliyyətinə əvvəlcə Həsən bəy Ağayev, daha sonra isə Məmməd Yusif Cəfərov rəhbərlik etdi. Əlimərdan bəy parlamentdə heç bir fraksiyanın üzvü olmamışdır.1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu. Parlament komissiyalarının və sədarətin tərkibi bir il tamam olduqdan sonra (7 dekabr 1919) yenilənməli idi, lakin üzvlərin təklifi ilə yeni daxili seçkilər təxirə salınmışdır. Parlamentin 29 dekabr 1919 tarixli sayca yüz on birinci iclasında sədarət üçün səsvermə keçirilir. Sədrliyə Əlimərdan bəy Topçubaşov Məhəmməd Əmin Rəsulzadə tərəfindən yenidən namizəd göstərilir. Qapalı səsvermə (ağ-qara şarlarla) yolu ilə Əlimərdan bəy Topçubaşov lehinə 67 şar (ağ), əleyhinə 8 şar (qara) istifadə olunur. Beləliklə Əlimərdan bəy Topçubaşov yenidən 1 illik müddətə yenidən sədr seçilir. Nümayəndə Heyətində 1919-cu il yanvarın 20-də Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan Nümayəndə Heyəti İstanbula gəldi, lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Azərbaycan Nümayəndə Heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Əlimərdan bəy Topçubaşovun 1919-cu ilin 22 fevralında göndərdiyi teleqramda yazılırdı: Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. Əlimərdan bəy Topçubaşovun Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə yazdığı 17 mart 1919-cu il tarixli məktubundan məlum olur ki, müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəticəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətinin yalnız 2 və ya 3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilirdi. İngilis nümayəndəliyi Əlimərdan bəy Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri 3 nəfərin Parisə getməyinə razılaşırdı. Parisə Azərbaycan nümayəndələri ilə yanaşı Don, Kuban, Dağlılar Respublikası, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Əlimərdan bəy Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər, lakin gözlənilmədən Amerika Birləşmiş Ştatları prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alınaraq nümayəndələrin Parisə getməsinə icazə verildi. 1919-cu il aprelin 22-də Azərbaycan Nümayəndə Heyəti Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan Nümayəndə Heyəti üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Ceyhun Hacıbəyli tərəfindən "Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu" adlı sənəd hazırlanaraq fransız və ingilis dillərində nəşr olundu. Sənəddə qeyd olunurdu ki, "bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlını indiyə qədər heç kim tanımır, onların etnoqrafiyası: tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər dərin tədqiqatın predmeti olmayıb. Azərbaycanda hakimiyyəti yüz il davam edən rus rejimi devrilmişdir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı." Heyət həmçinin "Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi", "Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti" adlı sənədlər də hazırlamışdır.1919-cu ilin may ayı ərzində Azərbaycan Nümayəndə Heyəti Polşa, Gürcüstan, İran, Ermənistan və Dağlılar Respublikasının nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Azərbaycan Nümayəndə Heyəti bu dövrdə 12 informasiya bülleteni də nəşr etmişdir.Bu dövrdə Bakıda I Yusifbəyli hökumətinin 1919-cu il 26 may tarixli qərarı ilə həmin il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasının 1-ci ildönümü günü kimi qeyd edilmişdi. Bayram günü bütün qəzetlərin, xüsusilə Azərbaycan və rus dillərində nəşr olunan hökumət qəzeti "Azərbaycan"ın bir nömrəsi başdan-başa İstiqlaliyyətin ildönümünə həsr edilmişdi. 6 səhifədə çıxan "Azərbaycan" qəzetinin bütün səhifələrində aşağıdakı şüarlar manşetə çıxarılmışdı: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti", "Yaşasın Cahan Demokratiyası!", "Yaşasın təyini müqəddərat hüququ!", "Yaşasın türk milləti!", "Yaşasın millətlərin qardaşlığı!", "Yaşasın Hürriyyət və İstiqlal, qəhr olsun düşmənlər!". Həmin nömrədə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Səməd bəy Mehmandarovun portretləri dərc olunmuşdu. Vahid Rusiya problemi Müttəfiqlərin Kolçak hökumətini ümumrusiya hökuməti kimi tanımaqlarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq, Azərbaycan Nümayəndə Heyəti etiraz etdi. Bu barədə Dördlər Şurasının iclasları qapalı keçirilsə də, may ayının axırlarında Paris mətbuatı artıq ümumi əhval-ruhiyyəni əks etdirirdi. İnformasiya vasitələrinin məlumatları yaxın vaxtlarda ağqvardiyaçı hökumətlərin müttəfiqlər tərəfindən tanınacağını fikirləşməyə əsas verirdi. Ona görə hələ may ayının 31-də Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov nümayəndəlik adından bəyanat verib bildirdi ki, admiral Aleksandr Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyü barədə Paris mətbuatının xəbərləri, keçmiş Rusiya ərazisindən ayrılmış yeni respublikalarla yanaşı, Qafqaz Azərbaycanının da ən ciddi şəkildə həyati mənafeyinə toxunur. Müstəqillik uğrunda on minlərlə qurbanlar vermiş Azərbaycan xalqının Rusiyada hər hansı ad altında bərpa edilən və fəaliyyət göstərən hökuməti tanımayacağı bildirilməklə yanaşı, qeyd edilirdi ki, Qafqaz Azərbaycanının ərazisi gələcək Rusiya dövlətinin ərazisinə daxil edilməməlidir.Kolçak hökumətinin tanınması Parisə gəlmiş yeni dövlətlərin nümayəndələrini narahat edirdi. Bu səbəbdən Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belarus və Ukrayna nümayəndələri ortaq bəyannamə imzalamağı qərara aldılar. Bəyannamənin mətni müzakirə edildikdən sonra onu Azərbaycan Nümayəndə Heyəti adından Əlimərdan bəy Topçubaşov, Estoniya nümayəndələri adından İ. Poska, Gürcüstan nümayəndələri adından Nikolay Çxeidze, Latviya nümayəndələri adından Z. Meerovits, Şimali Qafqaz nümayəndələri adından Tapa Çermoyev, Belorusiya nümayəndələri adından A. Leşkeviç və Ukrayna nümayəndələri adından Q. Sidorenko imzaladılar. Bəyanatda deyilirdi: Bəyanatda irəli sürülən bir sıra fikirlər Azərbaycan Nümayəndə Heyətinin iyun ayının 5-də Paris Sülh Konfransının sədrinin və Müttəfiq Dövlətlərinin baş nazirlərinin adına göndərilmiş etiraz notasında öz əksini tapdı. Notada Omsk hökumətinin keçmiş Rusiya imperiyasının hüdudlarında tanınmasına etiraz edilir və Azərbaycanın imperiyadan birdəfəlik ayrıldığı təsdiq edilirdi. Notada göstərilirdi ki, Azərbaycan hökuməti öz ərazisini bolşeviklərdən təmizləmək üçün yarım il mübarizə aparmış, mübarizənin gedişində çoxlu qurbanlar vermiş, maddi itkilərə məruz qalmışdır. Orada qeyd edilirdi ki, yüz ilə yaxın tərkibində olduğu Rusiya hökuməti Azərbaycan xalqına yad bir rejim idi və bu rejim xalqın taleyində çox ağır izlər qoymuşdur. Notanın axırında Azərbaycan Nümayəndə Heyəti bildirirdi: İyun ayının 23-də Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikaları adından yeddi maddədən ibarət olan üçüncü etiraz notası Paris Sülh Konfransının sədrinə göndərildi. Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəyin imzaladığı əvvəlki iki sənəddən bu notanın fərqi onda idi ki, burada Qafqaz respublikaları Rusiyada gedən proseslərə öz taleləri baxımından yanaşır, Kolçakla bərabər Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı etiraz edilirdi. Notada göstərilirdi ki, böyük dövlətlər Qafqaz respublikalarına müstəqil siyasi qurumlar kimi baxmalıdırlar və yalnız belə olduqda Rusiya ilə bu ərazilərin gələcək siyasi quruluşu barədə saziş bağlamaq olar. Sənədə imza atan respublikaların nümayəndələri admiral Kolçakla yazışmalarda xatırladılan Millətlər Cəmiyyətinin Rusiya hökumətinin tərkibində bu respublikaların muxtariyyətinin tanınması məsələsinə etiraz edir və Qafqaz dövlətlərinin müstəqilliyinin siyasim cəhətdən tanınmasını Rusiya ilə hər hansı əlaqənin mühüm şərti kimi göstərirdilər.Bütün bu cəhdlərə baxmayaraq Qafqaz ölkələrinin nümayəndələrinin bəyanat və etiraz notalarına o qədər də əhəmiyyət verilmədi. Bu haqda Əlimərdan bəy Topçubaşov yazırdı: O, həmçinin İtaliyanın və Fransanın vahid Rusiya yaratmaq istədiyini, İngiltərə və Amerikanın isə bu fikri guya dəstəkləyirmiş kimi davrandığını yazmışdır. Azərbaycan Nazirlər Şurasının sədrinə respublikanın Parisdəki nümayəndələrinin yazdığı hesabatda qeyd edilirdi: Amerika Birləşmiş Ştatları ilə əlaqələr May ayının 2-də Vudro Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə edildi. Vudro Vilson bildirdi ki, Azərbaycan nümayəndələri Paris Sülh Konfransına buraxılsınlar və Əlimərdan bəy Topçubaşov Azərbaycan Nümayəndə Heyətinin başçısı kimi tanınmalıdır.Amerika Birləşmiş Ştatları Prezidenti Vudro Vilson 1919-cu ilin mayın 28-də günün ikinci yarısında Azərbaycan Nümayəndə Heyətini qəbul etdi. Qəbul zamanı Əlimərdan bəy Topçubaşov Amerika Birləşmiş Ştatları Prezidentinə müraciət edərək dedi: Əlimərdan bəy Topçubaşov çıxışından sonra Azərbaycan Nümayəndə Heyətinin memorandumunu Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim etmişdi. Vudro Vilsonla görüşdə Azərbaycan Nümayəndə Heyətinin altı bənddən ibarət olan tələbləri Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim olundu: Azərbaycanın müstəqilliyi tanınsın; Vilson prinsipləri Azərbaycana da şamil edilsin; Azərbaycan nümayəndələri Paris Sülh Konfransına buraxılsın; Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin; Amerika Birləşmiş Ştatlarının Hərbi Departamentliyi Azərbaycana hərbi yardım göstərsin; Vudro Vilsonun Azərbaycan haqqında məlumatının azlığını nəzərə alaraq Əlimərdan bəy Topçubaşov Azərbaycanın müstəqilliyi haqqında memorandumu, sərhədlər göstərilən iqtisadi xəritəni, Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti haqqında diaqramları, etnoqrafik xəritə ilə birlikdə Azərbaycan əhalisinin milli-etnik tərkibi haqqında memorandumu ona göndərdi. 1919-cu ilin sentyabr ayında Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Valter Çandlerlə iki müqavilə imzalamışdı. Birinci müqaviləyə görə, Valter Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan Nümayəndə Heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətinə Azərbaycan mənafeyini və müstəqilliyini qorumağı öz öhdəsinə götürürdü. Azərbaycan tərəfi isə bu xidmətin müqabilində Valter Çandlerə 5 min Amerika dolları həcmində zəhmət haqqı verməli idi. Bu məbləğin yarısı müqavilə imzalanan kimi, qalan yarısı isə 1919-cu ilin dekabr ayının 1-dən gec olmayaraq ödənilməli idi. Qarşılıqlı razılığa əsasən müqavilə imzalandığı andan qüvvəyə minirdi. Valter Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il oktyabrın 4-də başlamalı idi. Daha sonra 2-ci müqavilə imzalandı. İmzalanmış müqavilənin şərtlərinə görə, yuxarıda qeyd edilən vəzifəni yerinə yetirmək üçün Əlimərdan bəy Topçubaşov Valter Çandler ilə Amerika Birləşmiş Ştatları Azərbaycanın tam müstəqilliyini de-fakto tanıyan kimi əlli min dollar zəhmət haqqı verməli idi. Müqavilədə göstərilirdi ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi. Bu müqavilələr daha sonra Topçubaşov-Çandler kontraktı adlandırdıldı. Öz növbəsində Gürcüstan Respublikası da Valter Çandler ilə təxminən bu məzmunda bir saziş imzalamışdı. Valter Çandlerlə imzalanmış müqavilə barədə Əlimərdan bəy Topçubaşov Azərbaycan hökumətinə yazırdı: Əlimərdan bəy Topçubaşov, 1919-cu ilin sentyabrın 26-da Çandler vasitəsilə Vudro Vilsona məktub və Azərbaycanın iqtisadi, maliyyə vəziyyətinə dair material və xəritələr göndərmişdi. Valter Çandler 1919-cu il oktyabrın 18-də Amerikadan Əlimərdan bəyə birinci məktubunu göndərmişdi. Məktubda o, Amerikada ermənilərin Azərbaycan əleyhinə geniş təbliğat aparmasından bəhs edir, noyabrın 1-də yazdığı növbəti məktubda isə ABŞ-də ermənilərə münasibətdə xristian həmrəyliyinin xeyli qüvvətləndiyini qeyd edirdi. Çandlerin 1919-cu il 10 noyabr tarixli məktubunda Valter Çandler yeni respublikaların müstəqilliyinin tanınması ilə bağlı Amerika Birləşmiş Ştatları Dövlət Departamentinə sorğu ilə müraciət etmiş və aldığı cavabda Departamentdə yeni yaranmış respublikaların xeyrinə rəyin dəyişməkdə olduğunu bildirmişdi. Valter Çandler qeyd edirdi ki, kiçik xalqlar öz müstəqilliklərinin tanınmasını bir necə ay, yəni çar generallarının tam məğlubiyyətinədək gözləməli olacaqlar.Valter Çandler Amerika Birləşmiş Ştatlarına yola düşdükdən sonra Əlimərdan bəy Topçubaşov Parisdə olan və Vaşinqtona yola düşmək ərəfəsində olan Amerika Nümayəndə Heyətinin üzvü Henri Morqentau ilə görüşüb xahiş etdi ki, Azərbaycanın Amerika Birləşmiş Ştatlarında müvəkkili olan Valter Çandlerə köməklik göstərsin. Henri Morqentau buna razılıq verərək məsləhət gördü ki, "Amerika Birləşmiş Ştatlarının Azərbaycanın öz nümayəndəliyi olsa, daha yaxşı olar." Morqentau bildirdi: Əlimərdan bəy Topçubaşov Valter Çandlerə yazdığı cavab məktubunda konfransda Qafqaz barədə cərəyan edən hadisələr, konfransda Azərbaycana münasibət, Denikinlə və digər məsələlərlə bağlı ətraflı məlumat vermişdi. O, Parisdə Amerika nümayəndə heyətinin üzvü və Henri Morqentaunun onunla tanış etdiyi Mark Buklerlə görüşmüş və Qafqazda cərəyan edən hadisələrlə bağlı Buklerin çoxlu suallarına cavab vermişdi. Xüsusən, Qafqazda ermənilərlə bağlı eşitdikləri Mark Bukler üçün yenilik olmuşdu.Noyabr ayının 1-də yazdığı məktubda Valter Çandler Amerika Birləşmiş Ştatlarında ermənilərə münasibətdə xristian həmrəyliyinin xeyli qüvvətləndiyini qeyd edirdi. O, göstərirdi ki, qarşılaşdığım hər hansı senator və deputat bu fikirdədir ki, guya azərbaycanlılara çox diqqət yetirmək lazım deyil, ona görə ki, onlar türk, tatar və müsəlmandırlar. Mən onları başa salıram ki, "Azərbaycan xristian ölkəsi olan Gürcüstanla tam həmrəydir, azərbaycanlılar və xristian gürcülər bu yaxında müdafiə paktı imzalamışlar və siyasi cəhətdən müttəfiqdirlər, onlar erməniləri də bu pakta dəvət etmişlər." Valter Çandlerin bu məktubuna cavab olaraq, Parisdə olan Azərbaycan və Gürcüstan nümayəndələri yazıb xahiş etdilər ki, "ermənilərlə heç bir mübahisəyə girmədən orada bizim xeyrimizə xüsusi təbliğat komitəsi yaratsın." Valter Çandlerin noyabr ayının 10-da Əlimərdan bəy Topçubaşova göndərdiyi məktubda daha qabarıq şəkildə açılır. O, rəsmi şəkildə Azərbaycanın müstəqilliyinin tanınmasını Dövlət Departamenti qarşısında qaldıranda aydın olur ki, Birləşmiş Ştatlar Kolçak, Denikin və Yudeniçin aqibətinin nə ilə qurtaracağını gözləyir. Əlimərdan bəy Topçubaşovun 1919-cu ilin 6–10 noyabr tarixli Azərbaycan Nazirlər Şurasının sədrinə göndərdiyi məktubda yazılmışdı: İtaliya ilə əlaqələr Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. 1919-cu ilin may ayının 10-da İngiltərə Ali Hərbi Şurası ingilis qoşunlarının Bakıdakı hissələrinə oranı tərk etmək əmri verdi. General Tomson öz hökumətinin qərarını qeyd edildiyi kimi, may ayının 10-da Azərbaycan hökumətinə çatdırdı və eyni zamanda həmin məlumatda xatırlatdı ki, Azərbaycanı tərk edən ingilis ordusu İtaliya ordusu ilə əvəz ediləcəkdir. Paris Sülh Konfransı adından general Tomson Azərbaycan hökumətinə göndərdiyi teleqramda yazırdı: Söhbət zamanı aydın oldu ki, italyanlar Qafqaza daxil olmaq üçün bu respublikaların ya dəvətini, ya da razılığını almaq arzusundadırlar. Belə bir arzu İtaliya hökumətinin italyan xalqı və parlamenti qarşısında özünə bəraət qazandırması zərurətindən irəli gəlirdi, lakin vəziyyət qeyri-müəyyən olduğu üçün, bu görüş keçirilən zaman ingilislər isə hələlik Qafqazdan çıxacaqlarını Sülh Konfransına rəsmi şəkildə bildirmədikləri üçün Əlimərdan bəy Topçubaşov İtaliya nümayəndəsinə aydın cavab vermədi. İyun ayının axırlarında Əlimərdan bəy Topçubaşov və İ. Q. Sereteli İngiltərə nümayəndə heyətinin rəhbərlərindən biri L. Malletlə görüşdülər. O, ingilislərin Qafqazdan çıxmaq haqqında qərarını təsdiq edərək bildirdi ki, Qafqazda olan ordu indi onlara başqa yerdə lazımdır. İyun ayının 28-də Əlimərdan bəy Topçubaşovla yeni görüşündə İtaliya nümayəndəsi Valeri Nitti hökumətinin Qafqaz məsələsində tərəddüd etdiyini təsdiq etdi, lakin bununla belə o, İtaliyanın Qafqazda güclü iqtisadi marağının olduğunu göstərdi. İyul ayının 7-də Azərbaycan, gürcü və dağlı nümayəndələri İtaliyanın Parisdəki hərbi attaşesi Sadino ilə görüşdülər. Bu məsələlər müzakirə edilən zaman Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi tərəfindən Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə. Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə. Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Əlimərdan bəy Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Əlimərdan bəy Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Əlimərdan Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Nitti hökumətinin avqustun 5-də Qafqaza ordu göndərməkdən imtina etməsi oriyentasiya məsələsini yenidən kəskin şəkildə meydana çıxardı. Avqust ayının 6-da Azərbaycan, Gürcüstan və Dağlılar respublikaları nümayəndələrinin birgə iclasında oriyentasiya məsələsi geniş şəkildə müzakirə edildi. İclasa sədrlik edən Əlimərdan bəy Topçubaşov qeyd etdi ki, indiki vaxtda bizim dövlətlərimizin müstəqil olmaları hər birimizin ən böyük arzusu olmasına baxmayaraq, müəyyən bir dövrdə yaxın vaxtlar üçün kənardan siyasi kömək və hərbi yardım almadan keçinə bilmərik. Avqust ayının axırlarında ingilislər Qafqazı tərk etdilər. Azərbaycan hökumətinin Parisdə olan nümayəndələrinə Xarici İşlər Nazirliyi tərəfindən respublikanın beynəlxalq vəziyyəti ilə bağlı gürcü nümayəndəsi Qambaşidzedan göndərilən hesabatda göstərilirdi ki, avqust ayının axırlarında sonuncu ingilis hərbi dəstələri Azərbaycan ərazisindən çıxmışdır. Azərbaycandan çıxmaq ərəfəsində, avqust ayının 23-də Müttəfiq qoşunlarının komandanlığı adından ingilis generalı Şatelvort Bakı əhalisinə vida çağırışı ilə müraciət etmişdi. Əlimərdan bəy Topçubaşovun ingilis nümayəndələri ilə görüşündə aydın oldu ki, Britaniya hökuməti tərəfindən qoşunların geri çağırılması artıq həll edilmişdir. O, yazırdı: İranla əlaqələr 1919-cu ilin oktyabr ayında iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını hazırlamaq üçün Parisdə Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası yaradıldı. Komissiyanın tərkibinə Azərbaycandan Mir Yaqub Mehdiyev və Ceyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi. 29 oktyabr 1919 tarixində komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmişdi. 1919-cu il noyabrın 1-də Parisdə Azərbaycanla İran arasında Azərbaycanın müstəqilliyinin tanınması haqqında müqavilə bağlandı və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq əldə edildi. Əlimərdan bəy Topçubaşovun Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin təqdim etdiyi saziş layihəsini qəbul etmişdi. Azərbaycanın tanınması 1920-ci ilin yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı və burada Cənubi Qafqaz respublikalarının məsələsi geniş müzakirə olundu. Yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə belə bir qərar qəbul etdi: "Müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar".Yanvarın 15-də isə Azərbaycan nümayəndələri Əlimərdan bəy Topçubaşov və Məhəmməd Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ. Sereteli və Z. Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Topçubaşova Paris Sülh Konfransının rəsmi sənədini təqdim etdi. O, bunun üçün təşəkkürünü və Azərbaycan Respublikasının de-yure tanınmasını gözlədiklərini bildirdi.Əlimərdan bəy Topçubaşov Parisdən baş nazir Nəsib bəy Yusifbəyova yazırdı: Yanvarın 19-da İngiltərə, Fransa, İtaliya və digər dövlətlərin hökumət başçılarının iştirakı ilə Paris Sülh Konfransı Ali Şurasının iclasında Cənubi Qafqaz respublikalarının vəziyyəti müzakirə olundu. Lloyd Corcun Azərbaycanın silahlı qüvvələri haqqında sorğusuna cavab verən Azərbaycan Nümayəndə Heyətinin müşaviri Məhəmməd Məhərrəmov zəruri silah-sursatın olacağı təqdirdə Azərbaycanın qısa müddətdə 100 min nəfəri orduya səfərbər edə biləcəyini bildirdi. Əlimərdan bəy Topçubaşov Ənzəlidəki ingilis donanmasının Bakının müdafıəsinə mühüm yardım göstərə biləcəyini nəzərə çatdırdı. O, həmçinin sovet Rusiyası ilə Cənubi Qafqaz respublikaları arasında bufer rolu oynayan Dağlılar Respublikasınm müttəfıqlər tərəfindən de-fakto tanınmasını təklif etdi. İclasa yekun vuran Lloyd Corc Cənubi Qafqaza ordu göndərilməsinin qeyri mümkünlüyünü, yardımın yalnız silah-sursat formasında olmasının vacibliyini bildirdi. O, açıq bəyan etdi ki, bu respublikalar hərbi qüvvələrini möhkəmləndirmək üçün özləri ciddi tədbirlər görməlidirlər.Azərbaycan Nümayəndə Heyəti Azərbaycanın qərb dövlətləri tərəfindən de-yure tanınmasına çalışsalar da, bu cəhdlər nəticəsiz qaldı. Cümhuriyyət tələbələri Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən sayca yetmişinci iclasında yüz nəfər azərbaycanlı gəncin hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı. Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındılar. Tələbələrin Batuma getmələri üçün xüsusi vaqon ayrılmışdı. 1920-ci il fevralın 11-də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında iştirak edən Azərbaycan Nümayəndə Heyəti tərəfindən hərarətlə qarşılandı. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında böyük nitq söylədi. Bundan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yollandılar. Mühacir fəaliyyəti 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Həmin dövrdə – mayın əvvəlində Azərbaycan Nümayəndə Heyəti San-Remo konfransından Parisə yenicə qayıtmışdı. Mayın 3-də Əlimərdan bəy Topçubaşov fransız hökumətindən baş verən hadisələri öyrənmək üçün Azərbaycan hökumətinə teleqram göndərməyi xahiş etdi. O, yalnız mayın ikinci yarısında Tiflisdə olan Azərbaycan hökuməti rəhbərliyi ilə əlaqə saxlaya bildi. 1920-ci ilin iyunun 30-da Topçubaşov Londonda bolşevik ticarət nümayəndəsi L. Krasinlə sənəd imzalayan Antanta Ali Şurasının Sədri Klemansoya nota göndərdi İyulun 4-də Əlimərdan bəy Topçubaşov Belçikanın Spa şəhərində keçirilən Sülh Konfransının sədri, İngiltərənin baş naziri Lloyd Corca xüsusi nota göndərdi. Həmin notada o, Azərbaycan xalqının bolşevizmdən xilas olmasının əhəmiyyətini vurğulayırdı. Əlimərdan bəy Topçubaşov 1920-ci ilin 15 iyulunda Belçikanın Spa şəhərindən Ceyhun Hacıbəyliyə göndərdiyi məktubda nota verdiklərini, İtaliyanın, Belçikanın, Polşanın xarici işlər nazirləri ilə görüşdüklərini yazırdı.1920-ci ilin oktyabrın 8-də Əlimərdan bəy Topçubaşov Fransa Nazirlər Şurasının sədri və xarici işlər naziri Klemansoya da nota göndərdi. O, bu notada əsas diqqəti Azərbaycanın zəngin təbiətinə, Xəzərin neftinə yönəldir və Parisin Azərbaycandakı müqavimət hərəkatına silahla kömək edəcəyi təqdirdə bu ölkənin Fransa üçün əhəmiyyətli bazar rolunu oynaya biləcəyini nəzərə çatdırırdı. Əlimərdan bəy Topçubaşov göndərdiyi notalara əhəmiyyət verilmədiyini görüb, oktyabrın 9-da Fransa Xarici İşlər Nazirliyinin baş katibi Filip Berteloya, ona Azərbaycanda yaranmış vəziyyəti izah etmək üçün şərait yaradılması xahişi ilə müraciət etdi. Bu müraciət əsasında Bertelo özü yox, Xarici İşlər Nazirliyinin siyasi və iqtisadiyyat departamentinin direktor müavini Laroş onunla görüşdü. Əlimərdan bəy Topçubaşov görüşdə Qafqaza xüsusi hərbi missiyanın göndərilməsini, Azərbaycanda silahlı üsyanın hazırlanmasında rol oynamağı və bunun müqabilində Fransaya Azərbaycanın neft müəssisələrinin müəyyən payının verilməsini vəd etdi. Oktyabrın 27-də Fransa Xarici İşlər Nazirliyində olan Əlimərdan bəy Topçubaşov Dağıstanda və Azərbaycandakı üsyançılara Parisdən silah göndərilməsi vacibliyini bildirdi. 1921-ci ilin aprel ayının 29-dan may ayının 5-dək keçirilən ikinci London konfransında Əlimərdan bəy Topçubaşov başda olmaqla mühacirətdə olan Azərbaycan Nümayəndə Heyəti də iştirak edirdi.Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də Qafqaz ölkələrinin nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin Parisdəki nümayəndəliyinə toplaşaraq, Qafqaz Konfederasiyası fikrini yenidən müzakirə etdilər. 1921-ci ilin iyunun 10-da Topçubaşovun sədrliyi ilə keçirilən ilk iclasda Əlimərdan bəy Topçubaşov, Akaki Çxenkeli, Avetis Aqaronyan və Tapa Çermoyev Qafqaz Respublikaları İttifaqının yaradılması ilə bağlı bəyannamə imzalamışdılar. 1921-ci il iyulun 7-də Qafqaz respublikaları və Rusiya nümayəndələrinin ilk birgə iclası keçirildi. Mühacirlər Fransa hökumətinə müraciət etdilər. Qafqaz və Rusiya mühacirlərinin vahid antibolşevik cəbhədə birləşməsinə meyilli olan Fransa hökuməti 1922-ci ilin əvvəllərində Qafqaz respublikalarının səlahiyyətli təmsilçilərinə maddi yardım göstərməyi qərara aldı. İclasda ilk çıxış edən Əlimərdan bəy Topçubaşovun Qafqaz Konfederasiyası ideyasına Türkiyənin də müsbət münasibət bəslədiyini bildirərək bu dövləti müdafiə etməsi və müttəfiq dövlətlərə tutduğu iradlar Fransa hökuməti və ermənilər tərəfindən narazılıqla qarşılandı. 1925-ci ilin iyulun 26-da Parisdə Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ukrayna nümayəndələri arasında Qafqaz-Ukrayna əlaqələrinin möhkəmləndirilməsi və inkişafı ilə bağlı bəyannamə imzalandı. Sənəddə Sovet Rusiyasının həmin bölgələri işğal etməsi ilə bağlı ümumiləşmələr qeyd edildi. Sənəddə bu ölkələrin təmsilçiləri ərazilərinin bütünlüklə azad edilməsinə qədər siyasi və iqtisadi sahədə bir-birlərinə dəstək olacaqları qeyd olunurdu. Həmin sənədi Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov, Dağlılar Respublikası nümayəndə heyətinin müvəqqəti sədri Heydər Bammat, Gürcüstanın daxili işlər naziri Noe Ramişvili, Ukrayna xalq təhsili naziri V. Prokopoviç imzalamışdılar.Əlimərdan bəy Topçubaşov 1925-ci ilin aprelində İstanbula Məhəmməd Əmin Rəsulzadəyə yazdığı məktubda, xüsusən, Lozanna Sülh Konfransından sonra Avropa dövlətlərinin Azərbaycana qarşı münasibətlərinin dəyişdiyini qeyd edirdi. Əlimərdan bəy Xosrov bəy Sultanova yazdığı 1925-ci il 2 yanvar və 1925-ci il 31 avqust tarixli məktublarında da fəaliyyət üçün maddi vəsaitin yoxluğunu bildirmişdi. 1926-cı ilin 18 martında Parisdə Qafqaz Respublikası Şurasının iclası keçirildi. İclasda Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Xosrov bəy Sultanov, A. Mgerman, Heydər Bammat, Seid Şamil, Akaki Çxenkeli, S. Amiredjibi, Noe Ramişvili, Q. Qvazava iştirak edirdilər. İclasa sədrlik Əlimərdan bəy Topçubaşov tərəfindən aparılırdı. İclasda 3 Qafqaz Respublikası Şurası ilə Müstəqil Qafqaz Komitəsinin münasibətləri müzakirə edildi.Əlimərdan bəy Topçubaşovun 1933-cü ilin 27 martında Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi məktubda yazılırdı: 1920-ci ildə Rusiya bolşeviklərinin Azərbaycanı işğal etməsinə etiraz əlaməti olaraq Əlimərdan bəy (Paris Sülh Konfransının digər azərbaycanlı üzvləri ilə birlikdə) soyadındakı "ov" sonluğundan imtina edərək Topçubaşi soyadını qəbul etmişdir. Əlimərdan bəy Topçubaşov mühacirətdə olarkən Məhəmməd Əmin Rəsulzadə ilə məktublaşmışdır. Əlimərdan bəy 19, Məhəmməd Əmin bəy isə 16 belə məktub yazmışdır. Partiya fəaliyyəti Əlimərdan bəy Topçubaşov Xalq Azadlıq Partiyasının (kadetlər) üzvü olmuşdur. 1906-cı il avqustun 15–21-də yenə də Nijni Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında Əlimərdan bəy Topçubaşov yeni yaradılmış İttifaqi-Müslimin Partiyasının sədri seçilmişdir. Lakin daha sonra İttifaqi-Müsliminin ləğv olmuş, Əlimərdan bəy Topçubaşov isə ömrünün sonunadək bitərəf, partiyasız siyasətçi olaraq fəaliyyət göstərmişdir. Əlimərdan bəyin nəsli əslən Gəncədəndir. Ulu babalarından biri Tiflisə, digəri isə İrəvana köçüb orada yaşamışdır. Topçubaşov soyadı onun ulu babası Əliəkbər bəyə topçuluq peşəsini dərindən bildiyinə görə II Irakli tərəfindən verilmişdir. Ulu babası Əlimərdan bəy Əliəkbər bəy oğlu Topçubaşı — sonuncu gürcü kralı yanında hərbi işdə Tiflis Qalabəyisi kimi mövqe qazanmışdır. Babası Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov — pedaqoq, şair, şərqşünas alim. Sankt-Peterburq universitetinin professoru. Atası Ələkbər bəy Mirzə Cəfər oğlu Topçubaşov — podporuçik, Zaqafqaziya müsəlman atlı süvari alayının taqım komandiri. Anası Sevər xanım Məmmədhəsən bəy qızı Vəkilova — Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundan idi. Dayısı Mirzə Xudadat bəy Vəkilov — Rusiya İmperator Ordusunun polkovniki, Məmmədrza ağa Vəkilovun əmisi oğlu. Xanımı Pəri xanım Həsən bəy qızı Topçubaşova — Azərbaycanın birinci xanımı, 1893-cü ildə Əlimərdan bəy Topçubaşov ilə ailə həyatı qurmuşdur. Qaynatası Həsən bəy Səlim bəy oğlu Zərdabi — Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi. Qaynanası Hənifə Məlikova-Abayeva — Azərbaycanın ilk maarifçi qadınlarından biri.Qaynı Səfvət bəy Həsən bəy oğlu Məlik-Zərdabi — Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri. Qaynı Midhət bəy Həsən bəy oğlu Zərdabi — Bakı real məktəbi məzunu; Kölndə Böyük Hersoq Politexnik Texnikumunun elektrik mühəndisi ixtisası məzunu. Baldızı Qəribsoltan Həsən bəy qızı Məlikova — Azərbaycan SSR əməkdar müəllimi (1948). Oğlu Rəşid bəy Əlimərdan bəy oğlu Topçubaşov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Paris Sülh Konfransına göndərilmiş Azərbaycan Hökuməti Nümayəndə heyətinin sədrinin şəxsi katibi. Vərəm xəstəliyi səbəbindən gənc yaşında vəfat etmişdir. Oğlu Ələkbər bəy Əlimərdan bəy oğlu Topçubaşov Oğlu Ənvər bəy Əlimərdan bəy oğlu Topçubaşov Qızı Sara xanım Əlimərdan bəy qızı Topçubaşi (Kürdəmir) Yeznəsi Əşrəf bəy Sultanov (Kürdəmir) Qızı Sevər xanım Əlimərdan bəy qızı Topçubaşova Azərbaycanda Bakının Nəsimi rayonunda "Əlimərdan bəy Topçubaşov" adlı küçə var. Bu küçə "İbrahim Əbilov" küçəsindən "Həzi Aslanov" küçəsinədək davam edir. Küçənin sırası ilə "Əlövsət Quliyev", "Bəşir Səfəroğlu", "Vidadi", "Dilarə Əliyeva", "Mirzəağa Əliyev", "Şəmsi Bədəlbəyli", "Süleyman Rəhimov", "Şamil Əzizbəyov" küçələri, "Cəlil Məmmədquluzadə" döngəsi, "Salatın Əsgərova", "Əli bəy Hüseynzadə", "Balababa Məcidov" küçələri ilə kəsişməsi mövcuddur. 1998-ci ildə Əlimərdan bəy Topçubaşovun hökumətə ünvanlanmış rəsmi məlumatları toplanmışdır. Həmin məlumatlar Azərbaycan dilində ilk dəfə 1998-ci ildə "Paris məktubları" adlı kitabda çap olunmuşdur. 2013-cü ildə ADA Universitetində professor Cəmil Həsənlinin Əlimərdan bəy Topçubaşova həsr olunmuş "Tarixi şəxsiyyətin tarixi" kitabı çap olunmuşdur. 25 fevral 2013 tarixində Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. 19 aprel 2013-cü ildə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş poçt markası çap olunmuşdur. Qiyməti 20 qəpik, ölçüsü 40x28, tirajı isə 100 min olmuşdur. 2015-ci ildə Əlimərdan bəy Topçubaşov haqqında "Qərib məzarlar" adlı filmin Baku Media Center tərəfindən çəkilişlərinə başlandığı elan olundu. 2016-cı ildə rejissor Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film olan Əbədi ezamiyyət filmi Azərbaycan Nümayəndə Heyətinin üzvlərinə həsr olunmuşdur. Əlimərdan bəy Topçubaşovu aktyor Kamran İsrafilov canlandırmışdır. 2016-cı ildə araşdırmacı-tarixçi Dilqəm Əhməd tərəfindən yazılmış Fərqlilər kitabında Əlimərdan bəy Topçubaşov haqqında məlumatlar, şəkillər və məktublar da yer tapmışdır. Vəfatı ilə bağlı Şimali Qafqaz, Prometey və Qurtuluş jurnallarının üz qabığında şəkli dərc olunaraq məlumat nəşr olunmuşdur. Professor, diplomat Ramiz Abutalıbov tərəfindən Əlimərdan bəyin məzarı aşkar olunaraq təmir edilmişdir. 1993-cü ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev Fransaya ilk səfərində Sen-Klu qəbiristanlığına baş çəkmiş və həmin tarixdə Heydər Əliyev Əlimərdan bəyin yubileyinin keçirilməsi ilə də bağlı sərəncam imzalayıb. 2014-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində Əlimərdan bəy Topçubaşovun şərəfinə büst qoyulmuşdur. 2014-cü ildə Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Poznan şəhərindəki İqnaçı Paderevski adına Musiqi Akademiyasında 1918–1920-ci illərdə bu ölkənin baş naziri olmuş İqnaçı Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun barelyefi açılıb. Fransada yaşadığı evin önünə xatirə lövhəsi vurulmuşdur. 2018-ci ildə Sen Klu şəhərinin meri Erik Berdoati Sen Kluda Əlimərdan bəy Topçubaşova büst qoyulacağını bildirmişdir. 2019-cu ildə tarix elmləri doktoru Cəmil Həsənlinin Londonda Routledge nəşriyyatında Əlimərdan bəy Topçubaşovun həyatına həsr olunan "Azərbaycanda liderlik və millətçilik" adlı kitabı ingilis dilində nəşr olunub. Azərbaycanın təşəkkülü. İstanbul. 1918; "Müsəlmanlar azadlıq hərəkatında" — "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi. "Müsəlmanların dirçəliş dövrü" — "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi. "Milli qırğına nə vaxt son qoyulacaq?"— "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi. "Azərbaycanın yol göstərəni" — qaynatası Həsən bəy Zərdabi haqqında 1925-ci ildə dərc olunmuş məqalə "Qafqazlılar arasında" — Parisdə 1926-cı ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasının 8-ci ildönümünün qeydi təsvir olunur. Xarici keçidlər Alimardan Topchubashov in Azerbaijan International Vurğunu Topçubaşov və Behbudovla nə bağlayır — Foto | https://az.wikipedia.org/w/index.php?curid=78321 |
Əli Məsimli | Əli Məsimli (3 yanvar 1953, Nuxa) — Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi. 1992-ci ildə Baş nazir əvəzi. Milli Məclisin deputatı. İqtisadiyyat elmləri namizədi. Əli Əhməd oğlu Məsimov 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir. 1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti vəzifələrində çalışmışdır. 2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır. YeS-in vahid siyahısından 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə Əli Məsimli deputat seçilmişdir. 2005-ci il noyabrın 6-da 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 02 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib Evlidir, 2 övladı var. Xarici keçidlər "Müstəqil Azərbaycanın üçüncü Baş naziri - Əli Əhməd oğlu Məsimli + DOSYE" (az.). enter.news. 2017-05-21. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04. | https://az.wikipedia.org/w/index.php?curid=78802 |
Əli Məsimov | Əli Məsimli (3 yanvar 1953, Nuxa) — Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi. 1992-ci ildə Baş nazir əvəzi. Milli Məclisin deputatı. İqtisadiyyat elmləri namizədi. Əli Əhməd oğlu Məsimov 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir. 1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti vəzifələrində çalışmışdır. 2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır. YeS-in vahid siyahısından 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə Əli Məsimli deputat seçilmişdir. 2005-ci il noyabrın 6-da 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 02 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib Evlidir, 2 övladı var. Xarici keçidlər "Müstəqil Azərbaycanın üçüncü Baş naziri - Əli Əhməd oğlu Məsimli + DOSYE" (az.). enter.news. 2017-05-21. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04. | https://az.wikipedia.org/w/index.php?curid=87709 |
Əli Naxçıvani | Əli Naxçıvani (19 sentyabr 1919, Bakı – 11 oktyabr 2019) — tanınmış bəhai, 1963–2003-cü illərdə Bəhai dininin əsas idarəedici mərkəzi olan Ümumdünya Ədalət Evində Ali Orqanın üzvü kimi fəaliyyət göstərmişdir. Əli Naxçıvani hər beş ildən bir keçirilən beynəlxalq səviyyəli seçkilərdə seçilərək, ümumilikdə səkkiz dönəm Ali Orqana üzv seçilmişdir. Ədalət Evinin üzvü kimi o 40 il xidmət etmişdir. 2003-cü ildə, 84 yaşında, Ümumdünya Ədalət Evinin razılığı ilə üzvlükdən istefa verib. Əli Naxçıvani Bakının Şüvəlan kəndində 1919-cu ildə Bəhai ailəsində anadan olmuşdur. Əli Naxçıvaninin doğum tarixinin 1919-cu il olması həmin dövrdə ölkədəki qeyri-stabil ictimai, siyasi vəziyyət səbəbindən tam dəqiqləşdirilə bilməmişdir. Atası Mirzə Əli Əkbər Naxçıvani Əli doğulan zaman dünyasını dəyişmişdi. Fələstində yaşayan bəhai ailənin övladı olan anası, ərinin ölümündən sonra böyük oğlu Cəlal və kiçik oğlu Əli ilə birlikdə Fələstinə köçmüşdür. 1922-ci ildə Bəhai dinin mərkəzlərindən olan Hayfa şəhərinə köçən ailə burada yaşamağa başlayır. Əli Naxçıvani Hayfada olduğu dönəmdə Bəhai dinin ruhani və inzibati qaydaları ilə daha yaxından tanış olmaq imkanı qazanmışdır. Əli ilk təhsilini Hayfa şəhərində yerləşən və Yezuitlər ordeninə məxsus olan Des Freres Kollecində almışdır. Kollec yarı ibtidai-yarı orta məktəb olmaqla yanaşı, dərslər fransız dilində keçirilməkdə idi. Des Freres Kollecində təhsilini başa vurduqdan sonra Livanın paytaxtı Beyrut şəhərinə yollanaraq burada Beyrut Amerika Universitetinin nəzdindəki məktəbdə orta təhsilini bitirmiş və daha sonra həmin Universitetdə İngilis ədəbiyyatı üzrə ali təhsil almışdır. Əli Naxçıvani 1939-cu ildə təhsil aldığı universitetdən məzun oldu. Ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyəti ilə məşğul olmaq üçün Tehran şəhərinə getmişdir. O, şəhərdəki əsas banklardan birində işə qəbul edilərək icraçı vəzifəsində işləməyə başlamışdır. Tehranda yaşadığı zaman şəhərin tanınmış bəhailərindən birinin qızı Violette Bənani ilə ailə qurmuşdur. Əli Naxçıvani ailə həyatı qurduqdan sonra 12 il İranda yaşamışdır. Bu müddət ərzində Qəzvin, Gilan, Zəncan, Təbriz və Şiraz kimi şəhərlərə gedərək burada bəhailiklə bağlı müxtəlif təbliğatlar aparmışdır. Əsasən Təbriz və Şiraz şəhərlərində yaşayan Əli Naxçıvani burada təkcə mənsub olduğu dinin təbliğatını aparmamış, eyni zamanda həmin şəhərlərdə yerləşən seçkili orqanlarda məsul vəzifələrdə çalışmışdır. 1951-ci ildə ailə Bəhai Dinini təbliğ etmək və Dini o ölkədə möhkəmlətmək üçün Uqandaya köçür. Afrika qitəsinə köçən zaman ailənin ilk övladı olan Bəhiyyənin üç yaşı vardı, üç il sonra isə Mehran adlı oğulları dünyaya gəlmişdir. Naxçıvani Afrikada olduğu on ilə yaxın müddət ərzində Bəhai dinin müxtəlif seçkili orqanlarında xidmət etmişdir. 1961-ci ildə bəhailərin bütün Milli Məhfilləri tərəfindən poçt vasitəsilə müvəqqəti Beynəlxalq Bəhai Şurasının seçkisi keçirildi. Əli Naxçıvani bu Şuraya üzv seçildi və iki il ərzində bu Şuranın Sədri olmuşdur. 1957-ci ildə, Bəhai dinində son rəhbər şəxs hesab olunan Şövqi Əfəndinin vəfatından sonra Bəhai dininin peyğəmbəri Bəhaullahın nazil etdiyi müqəddəs kitabdakı göstərişə əsasən dinin vahid idarəetmə mərkəzinin yaradılması qərarlaşdırılmışdır. 1963-cü ildə yaradılan Ümumdünya Ədalət Evinin ümumi işlərini idarə etmək üçün Ali İdarəedici orqana seçkilər keçirilir və ilk seçkidəcə Əli Naxçıvani doqquz nəfərdən ibarət Ali Orqana üzv seçilir. Hər 5 ildən bir keçirilən seçkilərin hər birində iştirak edərək seçilən Əli Naxçıvani, ümumulikdə səkkiz dönəm Ali Orqana üzv seçilmişdir. Ədalət Evinin üzvü kimi o 40 il xidmət etmişdir. 2003-cü ildə, 84 yaşında, Ümumdünya Ədalət Evinin razılığı ilə o üzvlükdən istefa vermişdir. İstefa verdikdən sonra da o, həyat yoldaşı Violetta ilə birlikdə müxtəlif ölkələri gəzərək dinin yayılmasında xidmətlər göstərmişdir. 2011-ci ilin 14 sentyabr tarixində Əli Naxçıvaninin həyat yoldaşı Violette Bənani vəfat etmişdir. Əli Naxçıvani tərəfindən Bəhailik dini ilə bağlı yazılmış kitablar Nakhjavání, Alí. Towards World Order. Baha'i Publications Australia. 2005. ISBN 978-1-876322-93-9. Nakhjavání, Alí. Shoghi Effendi: Author of Teaching Plans (PDF). Casa Editrice Baha'i Italy. 2006. ISBN 978-88-7214-107-6. Nakhjavání, Alí. Shoghi Effendi: The Range and Power of His Pen. Casa Editrice Baha'i Italy. 2006. ISBN 978-88-7214-112-0. Xarici keçidlər Əli Naxçıvaninin Ümumdünya Ədalət Evinin nümayəndəsi kimi çıxışı. (1995, ABŞ) | https://az.wikipedia.org/w/index.php?curid=473181 |
Əli Nazim | Mahmudzadə Ələkbər Mahmud oğlu (Əli Nazim) (24 noyabr 1906, Təbriz, Qacar dövləti – 23 avqust 1941, Bakı) – Azərbaycan sovet tənqidçisi və ədəbiyyatşünası, 1934-cü ildən AYB-nın üzvü. Əli Nazim 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlmişdir. İlk təhsilini də orada "Mədrəseyi-Nicat"da almış, farsca yazıb oxumağı öyrənmişdir. O, 1916-cı ildə Batumidə yaşayan ailəsinin yanına gedib, orada rus dilini öyrənir. 1922-ci ildə Səməd Ağaoğlunun Batumidə yeni əlifba komitəsi təşkil etdiyi zaman Ə. Nazim də komitənin işində fəal iştirak etmişdir. O, 1922-ci ildə Bakıya köçüb, burada pedaqoji texnikumda oxuyub. Texnikumda oxuduğu illərdə "Yeni yol" və "Kommunist" qəzetlərində məqalələr dərc etdirmişdir. Texnikumu bitirdikdən sonra 1925-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olmuşdur. Ə. Nazim məşhur sovet şərqşünasları akademik A. N. Samoyloviç və professor Y. Bertelsin tələbəsi olub. O, institutda oxumaqla yanaşı, tənqidi fəaliyyətini də davam etdirmiş və müasir ədəbiyyatın aktual problemlərinə dair məqalələr yazaraq Bakıya göndərmişdir. Bu məqalələr "Kommunist", "Maarif və mədəniyyət" səhifələrində işıq üzü görüb. Əli Nazim 1927-ci ildə institutun son kursunda oxuyarkən Türkiyəyə elmi ezamiyyətə göndərilib. Beləliklə, Türkiyə mətbuatında onun müasir Azərbaycan ədəbiyyatı haqqında geniş məqaləsi çıxmışdır. Ezamiyyətdən qayıdandan sonra Əli Nazim Moskva Kommunist Akademiyasının aspiranturasına daxil olub. Burada ədəbiyyatşünas professor V. F. Pereverzevin mühazirələrini dinləmişdir. Əmək fəaliyyəti Əli Nazim 1930-cu ildə o, aspiranturanı əla qiymətlərlə bitirərək Kommunist Akademiyasının elmi işçisi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi vəzifələrində işləyib (1927–1932). Həmin il o, kommunist partiyası sıralarına daxil olub. 30-cu illərin əvvəllərində Ə. Nazim öz fəaliyyətini Bakıda davam etdirmişdir. O, Azərbaycan Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışmışdır. O, ədəbiyyat nəzəriyyəsi, poetika, poetika tarixi, ədəbiyyat tarixi və s. kurslar üzrə mühazirələr oxuyub, seminar aparıb. O, eyni zamanda, tənqidçi kimi də fəaliyyət göstərmişdir. Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və bir sıra mətbuat orqanı redaksiya heyətinin üzvü olmuşdur. Rus dilində nəşr olunan "Ədəbiyyat ensiklopediyası"nın şöbə redaktoru kimi fəaliyyət göstərən Əli Nazim burada Azərbaycan və türk ədəbiyyatı haqqında məqalələr dərc etdirmişdir. Yaradıcılığı Əli Nazimin ilk məqalə və şeirləri 1921-ci ildə Batumidə çıxan "İştirak" qəzetində çap olunub. Onun tənqidi fəaliyyəti bütünlüklə on beş ilə yaxın bir vaxtı əhatə edir. İyirminci illərdə tənqidin ən aktual məsələsi ədəbiyyat və inqilab problemi, yeni ədəbiyyat və onun hansı yollarla yaradılması problemi idi. Ə. Nazim Azərbaycanda bu problemə müraciət edən ilk sovet tənqidçilərindən biri olmuşdur. Onun 1924–25-ci illərdə nəşr olunmuş məqalələrində — "Yeni yol" qəzetində dərc olunmuş "Ədəbi ehtiyaclarımız" (1924), "Yeni həyat və yeni ədəbiyyat" (1924), "Ədəbiyyatımız və ədəbiyyat tariximiz" (1925) kimi məqalələrində, sosialist çevrilişi ilə ölkədə əmələ gələn ictimai-siyasi və mədəni dəyişiklikləri əks etdirmişdir. Tənqidçinin xüsusi diqqət yetirdiyi problemlər sırasında yeni ədəbiyyatın yaradıclıq siması, ədəbiyyatda ideyalılıq və sinfilik problemləri olmuşdur. Onun "Bugünkü ədəbiyyatımız haqqında", "Proletar ədəbiyyatı ətrafında", "Bugünkü Azərbaycan ədəbiyyatı və onun ictimai məfkurəvi siması", "Süleyman Rüstəm haqqında kiçik bir mülahizə", "Günəşi içirik… günəşlənirik", "Yeni vəzifələr qarşısında", "Mədəni inqilab və mədəni irs məsələsi", "Çığırdaşlarımız haqqında","Yeni Azərbaycan ədəbiyyatı", "Proletar ədəbiyyatımızın yaradıcılıq siması", "Ədəbiyyatımızı bolşevikləşdirmək və həqiqi proletar ədəbiyyatı yaratmaq…", "Şeirimizin və şüurumuzun xəstəlikləri haqqında", "Üç şeir" və məqalələri müasir ədəbiyyatın yaradıclıq məsələlərinə həsr olunmuşdur. 1930-cu iilərdə Plexanovun ətrafında tənqidlərin kəskinləşdiyi bir dövrdə Ə. Nazim yazırdı ki, "… Plexanov təsiri altında olmayan tənqidçimiz olomamışdır". Bilavasitə özündən danışarkən tənqidçi göstərirdi ki, "o, 1926-cı ildən 1930-cu ilə qədər öz məqalələrində böyük dərəcədə Plexanov təsiri altında olmuş, bir çox mühüm əsərləri Plexanov nöqteyi-nəzərindən qoyub həll etmişdir".Azərbaycan sovet poeziyasının bir sıra ciddi problemləri tənqidçinin "Şeirimizin və şüurumuzun xəstəlikləri haqqında" adlı çox geniş və dərin məzmunlu məqaləsində əsaslı şəkildə qoyulub işıqlandırılmışdır. 1920-ci illərdə onun mərkəzi mətbuatda məqalələri nəşr olunurdu. Məsələn, "Azərbaycan ədəbiyyatı"(1929), "Xırda burjua ziyalılığı proletar ədəbiyyatı pərdəsi altında" (1930) məqalələri Moskva jurnallarında çap olunmuşdur. Otuzuncu illərdə Ə. Nazim bu sahədə fəaliyyətini daha da genişləndirir, mərkəzi mətbuatda, Zaqafqaziya mətbuatında iştirak edir. Alimin 1933-cü ildə "Marks və Engelsin estetik görüşləri haqqında" məqaləsi Azərbaycanda bu sahədə ilk təşəbbüslərdən biri kimi qiymətləndirilir. 30-cu illərdə Ə. Nazimin yaradıclığında sovet ədəbiyyatının tarixən qısa dövr ərzində keçdiyi yolu ümumiləşdirmək meyli nəzərə çarpırdı və bu onun "Proletar diktaturası dövründə Azərbaycan ədəbiyyatı" oçerkində özünü büruzə verirdi. Ə. Nazimin yaradıclıq yolunu və təkamülünü öyrənməyə xüsusi maraq göstərdiyi yazıçılardan biri Cəfər Cabbarlı olmuşdur. Onun "Almaz", "Yaşar"a doğru (1935), "Cəfər Cabbarlının yaradıcılıq yolu" (1934–35), "Cəfər Cabbarlı" (1935) mövcuddur. Alim həmçinin dünya və SSRİ xalqları ədəbiyyatları, Firdovsi, Nəvai, Xəyyam, Höte kimi şəxsiyyətlər haqqında məqalələr yazmışdır. Ə. Nazimin müraciət etdiyi sənətkarlar arasında Vladimir Mayakovski xüsusi yer tuturdu. O, yazırdı: "Biz hər şeydən əvvəl, Mayakovskinin böyük sənətini, onun necə, hansı yollarla inqilabın ən yaxşı, ən istedadlı şairi olmasını öyrənməliyik". 1937-ci ildə həbs olunmuş, 10 il müddətinə həbs cəzasına məhkum edilmiş, 1941-ci il avqustun 23-də həbsxanada vəfat etmişdi. 1957-ci ildə bəraət almışdır. Fikrin karvanı. Tərtib edəni Elçin, Bakı: Yazıçı, 1984, s.209–221 Nizaməddin Şəmsizadə. Əli Nazim, Bakı: Tural, 2003, 256 s. Vaqif Sultanlı. Azərbaycan ədəni tənqidi, Bakı: Nurlar, 2019, s.183–185 | https://az.wikipedia.org/w/index.php?curid=79468 |
Əli Nağıyev | Əli Nağıyev (general) — Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev (əsgər) — Vətən müharibəsi şəhidi Əli Nağıyev (siyasətçi) — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (1996–2006), Azərbaycan Respublikasının Belarus Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (2006–2011) Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=188199 |
Əli Nağıyev (dövlət xadimi) | Əli Nağıyev (tam adı: Əli Teymur oğlu Nağıyev; 15 mart 1954, Naxçıvan) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Əli Nağıyev 1954-cü il martın 15-də Naxçıvan şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə ali təhsil alıb. Professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvü və sədr müavini olub. Əli Nağıyev ailəlidir, 2 övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 4-cü sırada olan Əli Nağıyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Nağıyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 15 may 2006-cı il tarixli 1454 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi. 5 il sonra isə o, İlham Əliyevin 20 aprel 2011-ci il tarixli 1148 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edildi. | https://az.wikipedia.org/w/index.php?curid=670547 |
Əli Nağıyev (dəqiqləşdirmə) | Əli Nağıyev (general) — Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev (əsgər) — Vətən müharibəsi şəhidi Əli Nağıyev (siyasətçi) — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (1996–2006), Azərbaycan Respublikasının Belarus Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (2006–2011) Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=188198 |
Əli Nağıyev (general) | Əli Nağı oğlu Nağıyev (8 noyabr 1958, Naxçıvan rayonu) — general-polkovnik, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini (2005–2011). Həyatı və fəaliyyəti Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilmişdir. 2011–2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilmişdir. Sabiq deputat Həsən Mirzəyev general-polkovnik Əli Nağıyevin qaynatasıdır. Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür: Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 40 nömrəli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə "Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikası Prezidentinin 25 mart 2004-cü il tarixli 140 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli 672 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 1952 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 9. dekabr 2020 il tarixli sərəncamı ilə "Zəfər" ordeni ilə təltif olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=594111 |
Əli Nağıyev (hərbçi) | Əli Nağı oğlu Nağıyev (8 noyabr 1958, Naxçıvan rayonu) — general-polkovnik, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini (2005–2011). Həyatı və fəaliyyəti Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilmişdir. 2011–2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilmişdir. Sabiq deputat Həsən Mirzəyev general-polkovnik Əli Nağıyevin qaynatasıdır. Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür: Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 40 nömrəli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə "Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikası Prezidentinin 25 mart 2004-cü il tarixli 140 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli 672 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 1952 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 9. dekabr 2020 il tarixli sərəncamı ilə "Zəfər" ordeni ilə təltif olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=670578 |
Əli Nağıyev (siyasətçi) | Əli Nağıyev (tam adı: Əli Teymur oğlu Nağıyev; 15 mart 1954, Naxçıvan) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Əli Nağıyev 1954-cü il martın 15-də Naxçıvan şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə ali təhsil alıb. Professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvü və sədr müavini olub. Əli Nağıyev ailəlidir, 2 övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 4-cü sırada olan Əli Nağıyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Nağıyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 15 may 2006-cı il tarixli 1454 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi. 5 il sonra isə o, İlham Əliyevin 20 aprel 2011-ci il tarixli 1148 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edildi. | https://az.wikipedia.org/w/index.php?curid=188200 |
Əli Nağıyev (şəhid) | Əli Mehman oğlu Nağıyev (25 dekabr 1991; Bakı, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Nağıyev 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Əslən Ucar rayonunun Təzə Şilyan kəndindəndir. 2007-ci ildə Bakının Səbail rayonundakı 91 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra “İyirminci sahə”dəki sürücülük məktəbində peşə təhsili alıb. 2010-cu ilin yanvarından 2011-ci ilin iyuluna qədər hərbi xidmətdə olub. Əsgəri xidmətini Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında, Ergi düzündə - işğalçı ermənilərlə üzbəüz mövqelərdə keçib. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar Məmmədov Hadrutun azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 22 oktyabr 2020-ci ildə Badamdarda dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=828496 |
Əli Nağıyev (əsgər) | Əli Mehman oğlu Nağıyev (25 dekabr 1991; Bakı, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Nağıyev 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Əslən Ucar rayonunun Təzə Şilyan kəndindəndir. 2007-ci ildə Bakının Səbail rayonundakı 91 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra “İyirminci sahə”dəki sürücülük məktəbində peşə təhsili alıb. 2010-cu ilin yanvarından 2011-ci ilin iyuluna qədər hərbi xidmətdə olub. Əsgəri xidmətini Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında, Ergi düzündə - işğalçı ermənilərlə üzbəüz mövqelərdə keçib. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar Məmmədov Hadrutun azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 22 oktyabr 2020-ci ildə Badamdarda dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=768783 |
Əli Nihad Tərlan | Əli Nihad Tərlan (türk. Ali Nihad Tarlan 1898, Konstantinopol – 30 sentyabr 1978, İstanbul) — Türkiyə yazıçısı və şairi, alim və müləllimi. İstanbul Universitetinin professoru. Nihad Tərlan Türkiyədə fars və Pakistan poeziyasının türk dilinə tərcüməsi ilə də məşhurdur. Əli Nihad 1932-ci ildə Filologiya elmləri doktoru, 1933-cü ildə dosent, 1941-ci ildə professor elmi adlarını və dərəcələrin almışdır. Onun doktorluq elmi işinin mövzusu "İslam ədəbiyyatında Masnəvi "Leyla və Məcnun" (1921), Elmlər doktorluq dissertasiyasının mövzusu: "Şeyhi Divanının tədqiqi (1932) olmuşdur. Əli Nihad Tərlan 1898 -ci ildə İstanbulun Avropa hissəsindəki Vezneciler bölgəsində Dağıstandan olan mühacir ailəsində anadan olmuşdur. Babası Əl-Hacı Əli Əfəndi (Pullu Hacı Əli Əfəndi və ya Ömer Kəşfî Əfəndi) zəngin Ləzgin-mühacir idi. 1927-ci ildə vəfat edən Tərlanın atası Mehmet Nazif bəy isə Ərzurum vilayətinə köçmüş şair idi. Zabit olan atasının vəzifələri səbəbiylə orta təhsilinə Monastırda başlamışdı. Sonra təhsilini Selanik və İstanbulda davam etdirmişdi. Birinci Dünya müharibəsi və hərbi xidmət səbəbiylə təhsilinə bir müddət ara verdikdən sonra imtahan verərək 1917-ci ildə Vefa Liseyində onu tamamladı. Əli Nihad Tərlan 1919-cu ildə Darülfünun fransız və fars bölümlərini bitirdi. İstanbul Universitetinin Ədəbiyyat fakültəsində "Leyla və Məcnunun Mətnəvisi İslam Ədəbiyyatı" adlı tezi ilə doktorluq dərəcəsini alan ilk doktorant oldu. 1915-ci ildə Beşiktaş Sultanisin də işəbaşlayaraq İstanbulda müxtəlif liseylərdə çalışdı. Son olaraq 1930-1933-cü illərdə Kabataş Liseyində fransız dili, türk dili və ədəbiyyat fənnindən dərs demişdir. 1933-cü ildə universitet islahatı ilə 20 avqust 1933-cü ildə Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölməsində dosent oldu. 1 iyul 1941-ci ildə professor dərəcəsinə yüksəldi. 1953-cü ildə Köhnə Türk Ədəbiyyatı kafedrasının müdiri təyin edildi. 1 avqust 1972-ci ildə təqaüdə çıxdı. Əli Nihad Tərlan 30 sentyabr 1978-ci ildə vəfat etmişdir. İstanbuldakı İçerenköy Mezarlığı qəbiristanlığında dəfn edilib. Bostancıda adını daşıyan küçə və Ataşehirdə ibtidai məktəb var. Əli Nihat Tərlanailəli olmuş bir övladı var idi. Həyat yoldaşı - Fatma Leman xanım 1973-cü ildə vəfat etmişdir. Oğlu Adnan Siyadət Tərlan (1927-2002), həmçinin Nejat adlı nəvəsi (1971) vardır. Yaradıcılığı Əli Nihad Tərlan İslam və Şərq ədəbiyyatını öyrənən azsaylı ədəbiyyatşünaslardan biri idi. Əsas ixtisası olaraq divan ədəbiyyatının öyrənilməsi ilə yanaşı, İran və Pakistan ədəbiyyatını da öyrənmişdir. Məqalələri və şeirləri əvvəlcə "Servet-i Fünûn"də, daha sonra "Ədəbiyyat qəzeti", "Gündüz" və "Gençlik" kimi jurnallarda yayımlanmışdır. Fars dilində danışan yazıçı və şairlərin əsərlərini, o cümlədən Nizami Gəncəvinin bir çox əsərlərini tərcümə etmişdir. Əli Nihad Pakistan şairlərinin tanınmış şeir toplusunu, məsələn, Məhəmməd İqbal və başqalarını türk dilinə tərcümə edərək nəşr etdirmişdir. Bu ədəbi fəaliyyəti müqabilində İran hökumətinin (“The Royal High Order ", 1947, 1973) və Pakistanın ("Pakistan Ulduzu", 1961) fəxri fərman və mükafatlarına layiq görülmüşdür. Türkiyə Təhsil Nazirliyi, Tarlanı doktorluq dissertasiyasına görə mükafatlandırmışdır. 1972-ci ildə (1 avqustdan) təqaüdə çıxdıqdan sonra da yeni məqalələri və kitabları ilə elmi həyata töhfə verərək işinə davam etmışdir. Əli Nihad Tərlan özündən sonra türk, ərəb və fars dillərində klassik İslam ədəbiyyatına dair 20-dən çox tənqid və şərh əsəri qoymuşdur. Şeir toplusu "Günəşli Yarpaq" ("Güneş Yaprak", 1953) "Qu quşları" ("Kuğular", 1970).Elmi və ədəbi əsərlər "Ədəbi yaradıcılıq" ("Edebi Sanatlar") (1934, 1964) "Şeyxin divanının tədqiqi" ("Şeyhi" Divanin Tedkik ") (1933) “Hayalı bəy” Divanı (1936) "Divan Ədəbiyyatında İstiqamətlər" ("Divan Edebiyatında Tevhidler") (1936) "Divan Ədəbiyyatındakı Tapmaca" ("Divan Edebiyatında Muamma") (1937) İran Ədəbiyyatı (İran Edebiyatı) (1944) "Mətni bərpa etmək" ("Metin Tamiri") (1945) “Divan şeiri şeir məcmuələrində” (“Şiir Mecmualarında Divan Şiiri”) (1948) "Ədəbiyyatın vəzifələri" ("Edebiyat Meseleleri") (1961) "Divan" Nəcəti-Bəy "(" Neceti Bəy "Divani") (1963) “Divan“ Əhməd Paşa ”(“ Əhməd paşa ”Divanı) (1966) "Füzuli divanının təfsiri" ("Füzuli Divani Şerhi") (1986).Nəşr olunmuş broşuralar və mühazirələr "Şeyx Qalib" ("Şeyh Qalib") "Çağdaş İran şeiri" ("Çağdaş İran Şiiri") "Mehmed Akif" "Sənət və Ədəbiyyat üzrə söhbətlər" ("Sanat ve Edebiyat Musahabesi") Ədəbiyyatda həqiqi bir islahatçı ”Tanzimat (“ Tanzimat Edebiyatında Hakiki Mücedid ”) "Əlişir Nəvai" ("Ali Şir Nevai") “Türk ədəbiyyatında qəhrəmanlıq” (“Türk Edebiyatında Hamaset”) “Ədəbiyyatda köhnə və yeni” (“Edebiyatta Eskilik ve Yenilik”) "Divan Ədəbiyyatında Sənətə Baxışlar" ("Divan Edebiyatında Sanat Telakkisi") "Abdulhak Hakim" ("Abdülhak Hamid") Mövlana Cəlaləddin Rumi.Fars dilindən tərcümələr "Zərdüşt səhvləri" ("Zerdüştum Hataları") (1935); “Nizami Gəncəvi Divani” (1944); "Leyla və Məcnun" ("Leyla və Məcnun") (1944); "Divan" Yavuz Sultan Səlim "(" Yavuz Sultan Səlim "Divani") (1946); "Divan" Nefi "(" Nefi "Divani) (1947); "Xosrov və Şirin" ("Hüsrev ve Şirin") (1959); "Şərqdən xəbərlər" ("Şarktan Haber") (1959); "Sirlər və Rəmzlər" ("Esrar ve Rumuz") (1959). | https://az.wikipedia.org/w/index.php?curid=713988 |
Əli Nur | Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s. Əli Nurzadə Səyavuş Aslanla birlikdə 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Şirzad ("Şeyx Xiyabani", İ. Əfəndiyev), Nizami Gəncəvi ("Atabəylər", N. Həsənzadə), Nəsimi ("Fəryad", B. Vahabzadə), M. F. Axundov ("Mənsiz dünya", N. Xəzri), Abdi əfəndi ("Qanlı Nigar", S. Şendil), Mirzə Məhəmməd ("Anamın kitabı", C. Məmmədquluzadə), Çapar ("Şah Edib", Sofokol), Kərim ("Lənkəran xanının vəziri", M. F. Axundov), Mustafa ("Ulduz, yaxud Ədirnə Fəthi", C. Cabbarlı), Şəfiyev ("Bu dünyanın adamları", Hidayət), Qara xaqan ("Özümüzü kəsən qılınc", B. Vahabzadə), Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), Baloğlan ("Almaz", Cəfər Cabbarlı), Niyaz ("Yaşar", Cəfər Cabbarlı). Əli Nurzadə "Mənsur və Sitarə" (Mənsur), "Xatirələrdən gəlmiş qonaq" (Mənsur), "Ürək yaman şeydir" (Əjdər), "Qaçaq Süleyman" (Qaçaq Süleyman) və s. teletamaşalarda oynayıb. 2020-ci ildə Əli Nurun oğlu Baş leytenant Rövşən Nurzadə vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub. Mükafatları Azərbaycanın Respublikasının əməkdar artisti — 24 dekabr 2002-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 9 may 2018-ci il, 10 may 2019-cu il, 7 may 2020-ci il. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il Filmoqrafiya Mənsur və Sitarə (film, 1977) — Mənsur İşarəni dənizdən gözləyin (film, 1986) Unudulan adam (film, 1987) — həbsxana rəisi Qaçaq Süleyman (film, 1994) — Qaçaq Süleyman Güllələnmiş heykəllər (film, 2002) — Nəvvab Yanmış körpülər (film, 2007) — restorandakı adam Cavad xan (film, 2009) — alban keşişi Ürək yaman şeydir... (film, 1992) — Əjdər Xatirələrdən gəlmiş qonaq — Mənsur Əli Nurzadə Azərbaycan teatrı. Teatr xadimləri. Nurzadə Əli (Əli Nur) (Akademik Milli Dram Teatr) | https://az.wikipedia.org/w/index.php?curid=37650 |
Əli Nuri Zangir | Əli Nuri Zangir (2 yanvar 1996-cı ildə İranın Əlburz ostanının Kərəc şəhərində anadan olub) — Oman təmsilçilərindən olan Samail SC klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı və İranlı futbolçudur. Əli Nuri Zangir 2 yanvar 1996-cı il tarixində İranın Əlburz ostanının paytaxtı olan, Tehranın 20 km qərbində yerləşən - Kərəc şəhərində anadan olub. 7 yaşında futbol oynamağa başlayıb. 11 yaşına kimi "Poora Tehran" komandasının aşağı yaş qruplarında çıxış edib. İlk məşqçisi Fərhad Dadaşi olub. Vətəndaşlığı 2014-cü ildə ailəsi ilə birlikdə Azəbaycana köçüb. İran vətəndaşlığında qalmaqla, Azərbaycan vətəndaşlığını da qəbul edib. Klub karyerası 2008-ci ildə, 12 yaşından etibarən, İranın Xuzistan ostanının Əhvaz şəhərini təmsil edən "Fulad FK" komandasında çıxış etməyə başlayıb. 2014-cü ilə qədər bu komandanın U-15, U-16, U-17 və U-18 yaş qruplarının şərəfini qoruyub. 2012/2013-cü illər mövsümündə, U-18 komandasının heyətində İran çempionatının qalibi olub. "Neftçi PFK" 2014-cü ildə Azərbaycana köçdükdən sonra, "Neftçi" PFK-nın 19 yaşlılardan ibarət komandasına cəlb olunub və bir müddət burda çıxış edib. Yalnız son klubu olan "Fulad" komandasından transfer vərəqəsini ala bilmədiyi üçün, iki il müddətində klubsuz qalıb və fərdi məşqlərlə kifayətlənməli olub. "Kəpəz PFK" 2017-ci ilin əvvəlində, fevral ayında, Premyer Liqa təmsilçisi olan "Kəpəz PFK" ilə bir illik müqavilə imzalayır və bütün mövsümü Gəncə təmsilçisinin heyətində keçirir. Azərbaycan Premyer Liqasında debütu 9 fevral 2017-ci il tarixində, XVII tur çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirilmiş görüşdə baş tutub. Oyunun ilk 24 dəqiqəsini meydanda olub. 2017-2018-ci illər mövsümünü Birinci Divizionda mübarizə aparan "Sabah FK" komandasının heyətində keçirir. 26 oyunda meydana çıxan Əli, 3 qola da imza atır. Yeni komandasının heyətində Azərbaycan Kubokunun oyunlarında da iştirak edib. "Əl-Təliyyə" 2019-cu ildə Omana gələn futbolçu, sentyabr ayında bu ölkənin Birinci Divizionunda çıxış edən "Əl-Təliyyə" klubu ilə müqavilə imzalayır. 2020-ci ilin 30 yanvar tarixində klubdan ayrılan Nouri Zangir, klubda olduğu üç ay yarım müddətində, 12 oyun keçirib və 2 qola imza atıb. "Samail SC" "Əl-Təliyyə"dən ayrıldıqdan sonra Əli Nouri Zangir Birinci Divizionun digər təmsilçisi "Samail SC" komandası ilə bir illik müqavilə imzalayır. Birinci Divizionun "B" qrupunda mübarizə aparan komanda, turnirin nəticəsinə əsasən qrupda ikinci yeri tutur. Əli komandanın heyətində 7 oyun keçirir. Karyera statistikası 10 iyul 2020 tarixində yenilənib1UEFA Avropa Liqası görüşləri daxildir.2Azərbaycan Superkuboku görüşləri daxildir. Milli karyerası İranın U-17 milli komandasının heyətində, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib. Cəmi 3 oyun keçirib. 2014-cü ildə Bakıya gələrək, Azərbaycan vətəndaşlığını qəbul edən Nuri Zangir, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seçmələrində iştirak edərək, komandaya qəbul edilib və bir sıra yoldaşlıq görüşlərində öz qüvvəsini sınayıb. 2017-ci ildə 21 yaşlılardan ibarət Azərbaycan yığmasına dəvət alan Nouri Zangir, komandanın heyətində 2018-ci ildə Antalya şəhərində keçirilmiş 2 beynəlxalq turnirdə iştirak edib. 4 oyunda meydana çıxan Əli, bir qola imza atıb. Fulad FKU-18 çempionatı Qızıl (1): 2012–2013 SamailOman Birinci Divizionu Gümüş (1): 2020 Xarici keçidlər Ali Nuri profile on Footballdatabase Futbolçunun Transfermarkt saytında profili Ə.Nuri profili Soccerway saytında | https://az.wikipedia.org/w/index.php?curid=638455 |
Əli Nuriyev | Əli Nuriyev (kimyaçı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1972), AMEA -nın müxbir üzvü (2007). Əli Nuriyev (iqtisadçı) — İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=437826 |
Əli Nuriyev (elm xadimi) | Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Qaryagin rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Təhsil, elmi dərəcə və elmi adları Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. İcra etdiyi vəzifələr 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. Yaradıcılığı Əli Nuriyev geniş profilli alimdir. O, 260-dan çox əsərin, o cümlədən 10 monoqrafiya, 7 broşurun və metodiki vəsaitin müəllifi, 10 monoqrafik əsərin şərikli müəlliflərindən biridir. Onun "Məhsuldar qüvvələrin respublika daxilində yerləşməsinin təkmilləşməsinin sosial-iqtisadi problemləri" (1982), " Azərbaycan Respublikasının iqtisadi və inzibati ərazi quruluşunun kompleks təkmilləşməsi" (1991), " Azərbaycan Respublikasının böhran vəziyyətindən çıxması və inkişafının prinsipial məsələləri" (1992), "Regional siyasət və idarəetmə" (2004), " İnsan və həyat fəlsəfəsi" (2005), "Regional siyasət və idarəetmənin əsasları" (2011), “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları” (2013) monoqrafiyaları, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Həmçinin həmmüəllif olduğu "Naxçıvan iqtisadiyyatı XX əsrdə" (2001), "Azərbaycan iqtisadiyyatı" (2003 - xaricdə yaşayan azərbaycanlılar üçün), "Azərbaycan regionlarında iqtisadiyyatın davamlı inkişafı" (2009) monoqrafiyaları elmi və praktiki sahələrdə müvəffəqiyyətlə istifadə olunur. Onun 80-ci illərdə və 90-cı illərin əvvəllərində çap olunmuş əsərlərində keçmiş ittifaq məkanında ilk dəfə olaraq inzibati ərazi bölgüsü, iqtisadi rayonlaşdırma və ərazi idarəetmənin kompleks təkmilləşməsi konsepsiyası işlənib hazırlanmışdır. Azərbaycanda ilk dəfə olaraq ərazi istehsal kompleksinin formalaşması, məhsuldar qüvvələrin səmərəli yerləşməsi məsələləri kompleks təhlil olunmuş, 90-cı illərin əvvəllərində Azərbaycanın düşdüyü dərin böhrandan çıxması və inkişafı konsepsiyası işlənib hazırlanmışdır. Son 15 ildə Əli Nuriyevin elmi əsərləri Heydər Əliyevin demokratik, hüququ dövlət quruculuğu, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya siyasətinin, onun prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam və inkişaf etdirilməsinin, regional sosial-iqtisadi inkişaf proqramlarının elmi əsaslarının, əldə olunmuş nailiyyətlərin təhlilinə və gələcək inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdur. Bu düvrdə yazılan əsərlərdə Regionların sosial-iqtisadi inkişafı üzrə birinci Dövlət Proqramının (2004-2008-ci illər) ilk elmi təhlili verilmiş və yerinə yetiriləcəyi elmi cəhətdən əsaslandırılmış, Respublikada ilk dəfə olaraq keçid dövrünün başa çatması ideyası ortaya qoyulmuş və elmi cəhətdən əsaslandırılmış, yeni dövrün uzun müddətli social-iqtisadi inkişaf strategiyasının hazırlanmasının vacibliyi irəli sürülmüş və bu strategiyanın əsas konturları işlənib hazırlanmışdır. Əli Nuriyevin yaradıcılığının mühüm istiqamətlərindən birini onun "Anamın həyat fəlsəfəsi" (1997), "İnsan və həyat fəlsəfəsi" (2005) kitablarında və bir çox məqalələrində ədalətli cəmiyyət və onun idarəetmə sistemi, ailə, elm, təhsil, alim, müəllim haqqında verdiyi fəlsəfi traktatlar təşkil edir. Bu traktatlar tanınmış mütəxəssislət tərəfindən müsbət rəylərlə qarşılanmış, geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Yaradıcılığın praktiki tətbiqi Əli Nuriyevin yaradıcılığı özünün geniş praktiki tətbiqini tapmışdır. 1990-1992-ci illərdə yeni inzibati rayonların yaranmasında onun konsepsiyası əsas material kimi istifadə olunmuşdur. Onun təklif etdiyi iqtisadi-coğrafi rayonlaşma şəbəkəsi 1995-ci ildən başlayaraq elmi-tədqiqat işlərində, tədris sistemində istifadə olunur. Regionların sosial-iqtisadi inkişaf Dövlət proqramlarında (2004-2008, 2009-1013, 2014-1018) onun iqtisadi rayonlaşma şəbəkəsi və digər təklifləri yer almışdır. Ə.X.Nuriyev 70-ci illərdə Naxçıvan Elm Mərkəzində Muxtar Respublikanın rəhbər orqanları ilə sıx əlaqədə işləyərək iqtisadiyyatın kompleks inkişafı problemlərini tədqiq etmiş və onların həlli istiqamətində əsas hissəsi praktiki tətbiqini tapmış təkliflər verilmişdir. Eyni zamanda o, həm 70-ci illərdə, həm də sonrakı dövrdəNaxçıvanda ictimai elmlərin inkişafı və elmi dərəcəsi olan kadr təminatının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli xidmətlər göstərmişdir. Elmi dərəcəsi olan kadr hazırlığı Bilavasitə Əli Nuriyevin rəhbərliyilə 22 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş, 3 nəfər müdafiə üçün növvədə dsyanmışdır. Bununla bərabər o, 18 ildən çox müddətə qeyri-ixtisas sahələrində (tarix, ticarətin iqtisadiyyatı, siyasi idarəetmə, beynəlxalq münasibətlər) elmi-tədqiqat işlərinin icrasında bilavasitə rəhbərlik etmiş və onun icrasına rəhbərlik etdiyi mövzulardan çoxsaylı dissertasiyalar müdafiə olunmuşdur, 5 nəfərin elmi rəhbəridir. Pedaqoji fəaliyyəti Məhsuldar elmi fəaliyyətlə yanaşı, Əli Nuriyev 50 ildən artıqdır ki, Respublikanın müxtəlif ali məktəblərində dərs deyir, müxtəlif fənnləri tədris edir. Onun “Diplom layihələrinin iqtisadi əsaslandırılmasına” dair metodik göstərisi (M. Ələmmədovla həm müəllif, energetika, avtomatika, mexanika fakultəsinin 0302, 03.03 ixtisası tələbləri üçün Bakı-1986) 30 ildən çoxdur ki, energetika ixtisası üzrə diplom layihələrinin texniki-iqtisadi əsaslandırılmasında müvəffəqiyyətlə istifadə olunur. Əli Nuriyev Azərbaycanda Regional idarəetmənin nəzəri əsaslarını yaratmışdır. Onun bir neçə dəfə nəşr olunmuş “Regional siyasət və idarəetmənin əsasları” kitabı (Bakı-2004, 2007, 2011), və tədris proqramları 2004-cü ildən başlayaraq Respublikanın əksər ali məktəblərində Regional İdarəetmə, Regional siyasət fənnlərinin tədrisində əsas dərslik kimi istifadə olunur. Əli Nuriyev 2002-2011-ci illərdə Dövlət İdarəçilik Akademiyasında elmi-tədqiqat işlərinin istiqamətlərini, problemləri müəyyənləşdirmiş, elmi-tədqiqat işlərinin planlaşdırılması və icrasına ictimai əsaslarla rəhbərlik etmiş, rektor professor S. Qəndilovun ümumi rəhbərliyi altında 2003-cü ildə “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının nəşrini təşkil etmiş, f.e.d. Vəli Həbiboğlu ilə birlikdə və 2007-ci ilədək və 2007-ci ilədək bu jurnalda baş redaktorun müvini olmuşdur. O, Dövlət İdarəçilik Akademiyasında elmi-praktiki konfransların, elmi seminar və sessiyaların keçirilməsinin əsas təşkilatçılarından biridir. Əli Nuriyev AMEA-nın Naxçıvan Bölməsində və İqtisadiyyat İnstitutunda doktorluq və namizədlik alimlik dərəcəsi verən İxtisaslaşdırılmış dissertasiya müdafiə şuralarının üzvü, 2002-ci ildən AMEA-nın İqtisadiyyat İnstitutunda Dissertasiya şurası nəzdində elmi seminarın sədridir.O, bir neçə dissertasiyanın müdafiəsinə sədrlik etmişdir. Əli Nuriyev bir çox Respublika və Beynəlxalq elmi konfranslarda Azərbaycan İqtisad elmini ləyaqətlə təmsil etmiş, çoxsaylı monoqrafiya və digər əsərlərin redaktoru olmuşdur. "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə", "AMEA-nın Xəbərləri (iqtisadiyyat seriyası)", "Kooperasiya", “Təfəkkür”, “Azərbaycanın vergi xəbərləri” elmi-nəzəri jurnallarının redaksiya heyətinin üzvüdür. Dövlət və ictimai qurumların təltifləri 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əli Nuriyevə Əməkdar Elm xadimi fəxri adı verilmişdir. 1970-ci ildə Gənc alimlərin elmi əsərlərinin Respublika müsabiqəsinin qalibi olmuş və Respublika Komsomolu MK-sının fəxri fərmanı ilə, 1977-ci ildə SSRİ Elmlər Akademiyasında Sosializm yarışının qalibi Döş nişanı ilə, 2000-ci, 2009-cu və 2014-cü illərdə AMEA-nın Rəyasət heyətinin fəxri fərmanları ilə, 2014-cü ildə AMEA-nın 70 illik yubiley medalı ilə təltif olunmuşdur. Əli Nuriyev “Ustad”, “Qızıl qələm”, “Şərəf”, “Nüfüzlü ziyalı” ali jurnalistika və media mükafatları laureatıdır. | https://az.wikipedia.org/w/index.php?curid=696291 |
Əli Nuriyev (iqtisadçı) | Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Qaryagin rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Təhsil, elmi dərəcə və elmi adları Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. İcra etdiyi vəzifələr 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. Yaradıcılığı Əli Nuriyev geniş profilli alimdir. O, 260-dan çox əsərin, o cümlədən 10 monoqrafiya, 7 broşurun və metodiki vəsaitin müəllifi, 10 monoqrafik əsərin şərikli müəlliflərindən biridir. Onun "Məhsuldar qüvvələrin respublika daxilində yerləşməsinin təkmilləşməsinin sosial-iqtisadi problemləri" (1982), " Azərbaycan Respublikasının iqtisadi və inzibati ərazi quruluşunun kompleks təkmilləşməsi" (1991), " Azərbaycan Respublikasının böhran vəziyyətindən çıxması və inkişafının prinsipial məsələləri" (1992), "Regional siyasət və idarəetmə" (2004), " İnsan və həyat fəlsəfəsi" (2005), "Regional siyasət və idarəetmənin əsasları" (2011), “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları” (2013) monoqrafiyaları, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Həmçinin həmmüəllif olduğu "Naxçıvan iqtisadiyyatı XX əsrdə" (2001), "Azərbaycan iqtisadiyyatı" (2003 - xaricdə yaşayan azərbaycanlılar üçün), "Azərbaycan regionlarında iqtisadiyyatın davamlı inkişafı" (2009) monoqrafiyaları elmi və praktiki sahələrdə müvəffəqiyyətlə istifadə olunur. Onun 80-ci illərdə və 90-cı illərin əvvəllərində çap olunmuş əsərlərində keçmiş ittifaq məkanında ilk dəfə olaraq inzibati ərazi bölgüsü, iqtisadi rayonlaşdırma və ərazi idarəetmənin kompleks təkmilləşməsi konsepsiyası işlənib hazırlanmışdır. Azərbaycanda ilk dəfə olaraq ərazi istehsal kompleksinin formalaşması, məhsuldar qüvvələrin səmərəli yerləşməsi məsələləri kompleks təhlil olunmuş, 90-cı illərin əvvəllərində Azərbaycanın düşdüyü dərin böhrandan çıxması və inkişafı konsepsiyası işlənib hazırlanmışdır. Son 15 ildə Əli Nuriyevin elmi əsərləri Heydər Əliyevin demokratik, hüququ dövlət quruculuğu, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya siyasətinin, onun prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam və inkişaf etdirilməsinin, regional sosial-iqtisadi inkişaf proqramlarının elmi əsaslarının, əldə olunmuş nailiyyətlərin təhlilinə və gələcək inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdur. Bu düvrdə yazılan əsərlərdə Regionların sosial-iqtisadi inkişafı üzrə birinci Dövlət Proqramının (2004-2008-ci illər) ilk elmi təhlili verilmiş və yerinə yetiriləcəyi elmi cəhətdən əsaslandırılmış, Respublikada ilk dəfə olaraq keçid dövrünün başa çatması ideyası ortaya qoyulmuş və elmi cəhətdən əsaslandırılmış, yeni dövrün uzun müddətli social-iqtisadi inkişaf strategiyasının hazırlanmasının vacibliyi irəli sürülmüş və bu strategiyanın əsas konturları işlənib hazırlanmışdır. Əli Nuriyevin yaradıcılığının mühüm istiqamətlərindən birini onun "Anamın həyat fəlsəfəsi" (1997), "İnsan və həyat fəlsəfəsi" (2005) kitablarında və bir çox məqalələrində ədalətli cəmiyyət və onun idarəetmə sistemi, ailə, elm, təhsil, alim, müəllim haqqında verdiyi fəlsəfi traktatlar təşkil edir. Bu traktatlar tanınmış mütəxəssislət tərəfindən müsbət rəylərlə qarşılanmış, geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Yaradıcılığın praktiki tətbiqi Əli Nuriyevin yaradıcılığı özünün geniş praktiki tətbiqini tapmışdır. 1990-1992-ci illərdə yeni inzibati rayonların yaranmasında onun konsepsiyası əsas material kimi istifadə olunmuşdur. Onun təklif etdiyi iqtisadi-coğrafi rayonlaşma şəbəkəsi 1995-ci ildən başlayaraq elmi-tədqiqat işlərində, tədris sistemində istifadə olunur. Regionların sosial-iqtisadi inkişaf Dövlət proqramlarında (2004-2008, 2009-1013, 2014-1018) onun iqtisadi rayonlaşma şəbəkəsi və digər təklifləri yer almışdır. Ə.X.Nuriyev 70-ci illərdə Naxçıvan Elm Mərkəzində Muxtar Respublikanın rəhbər orqanları ilə sıx əlaqədə işləyərək iqtisadiyyatın kompleks inkişafı problemlərini tədqiq etmiş və onların həlli istiqamətində əsas hissəsi praktiki tətbiqini tapmış təkliflər verilmişdir. Eyni zamanda o, həm 70-ci illərdə, həm də sonrakı dövrdəNaxçıvanda ictimai elmlərin inkişafı və elmi dərəcəsi olan kadr təminatının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli xidmətlər göstərmişdir. Elmi dərəcəsi olan kadr hazırlığı Bilavasitə Əli Nuriyevin rəhbərliyilə 22 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş, 3 nəfər müdafiə üçün növvədə dsyanmışdır. Bununla bərabər o, 18 ildən çox müddətə qeyri-ixtisas sahələrində (tarix, ticarətin iqtisadiyyatı, siyasi idarəetmə, beynəlxalq münasibətlər) elmi-tədqiqat işlərinin icrasında bilavasitə rəhbərlik etmiş və onun icrasına rəhbərlik etdiyi mövzulardan çoxsaylı dissertasiyalar müdafiə olunmuşdur, 5 nəfərin elmi rəhbəridir. Pedaqoji fəaliyyəti Məhsuldar elmi fəaliyyətlə yanaşı, Əli Nuriyev 50 ildən artıqdır ki, Respublikanın müxtəlif ali məktəblərində dərs deyir, müxtəlif fənnləri tədris edir. Onun “Diplom layihələrinin iqtisadi əsaslandırılmasına” dair metodik göstərisi (M. Ələmmədovla həm müəllif, energetika, avtomatika, mexanika fakultəsinin 0302, 03.03 ixtisası tələbləri üçün Bakı-1986) 30 ildən çoxdur ki, energetika ixtisası üzrə diplom layihələrinin texniki-iqtisadi əsaslandırılmasında müvəffəqiyyətlə istifadə olunur. Əli Nuriyev Azərbaycanda Regional idarəetmənin nəzəri əsaslarını yaratmışdır. Onun bir neçə dəfə nəşr olunmuş “Regional siyasət və idarəetmənin əsasları” kitabı (Bakı-2004, 2007, 2011), və tədris proqramları 2004-cü ildən başlayaraq Respublikanın əksər ali məktəblərində Regional İdarəetmə, Regional siyasət fənnlərinin tədrisində əsas dərslik kimi istifadə olunur. Əli Nuriyev 2002-2011-ci illərdə Dövlət İdarəçilik Akademiyasında elmi-tədqiqat işlərinin istiqamətlərini, problemləri müəyyənləşdirmiş, elmi-tədqiqat işlərinin planlaşdırılması və icrasına ictimai əsaslarla rəhbərlik etmiş, rektor professor S. Qəndilovun ümumi rəhbərliyi altında 2003-cü ildə “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının nəşrini təşkil etmiş, f.e.d. Vəli Həbiboğlu ilə birlikdə və 2007-ci ilədək və 2007-ci ilədək bu jurnalda baş redaktorun müvini olmuşdur. O, Dövlət İdarəçilik Akademiyasında elmi-praktiki konfransların, elmi seminar və sessiyaların keçirilməsinin əsas təşkilatçılarından biridir. Əli Nuriyev AMEA-nın Naxçıvan Bölməsində və İqtisadiyyat İnstitutunda doktorluq və namizədlik alimlik dərəcəsi verən İxtisaslaşdırılmış dissertasiya müdafiə şuralarının üzvü, 2002-ci ildən AMEA-nın İqtisadiyyat İnstitutunda Dissertasiya şurası nəzdində elmi seminarın sədridir.O, bir neçə dissertasiyanın müdafiəsinə sədrlik etmişdir. Əli Nuriyev bir çox Respublika və Beynəlxalq elmi konfranslarda Azərbaycan İqtisad elmini ləyaqətlə təmsil etmiş, çoxsaylı monoqrafiya və digər əsərlərin redaktoru olmuşdur. "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə", "AMEA-nın Xəbərləri (iqtisadiyyat seriyası)", "Kooperasiya", “Təfəkkür”, “Azərbaycanın vergi xəbərləri” elmi-nəzəri jurnallarının redaksiya heyətinin üzvüdür. Dövlət və ictimai qurumların təltifləri 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əli Nuriyevə Əməkdar Elm xadimi fəxri adı verilmişdir. 1970-ci ildə Gənc alimlərin elmi əsərlərinin Respublika müsabiqəsinin qalibi olmuş və Respublika Komsomolu MK-sının fəxri fərmanı ilə, 1977-ci ildə SSRİ Elmlər Akademiyasında Sosializm yarışının qalibi Döş nişanı ilə, 2000-ci, 2009-cu və 2014-cü illərdə AMEA-nın Rəyasət heyətinin fəxri fərmanları ilə, 2014-cü ildə AMEA-nın 70 illik yubiley medalı ilə təltif olunmuşdur. Əli Nuriyev “Ustad”, “Qızıl qələm”, “Şərəf”, “Nüfüzlü ziyalı” ali jurnalistika və media mükafatları laureatıdır. | https://az.wikipedia.org/w/index.php?curid=437820 |
Əli Nuriyev (kimyaçı) | Əli Nuriyev (Əli Nəcəfqulu oğlu Nuriyev; 29 dekabr 1928, Naxçıvan – 15 aprel 2020, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1972), AMEA-nın müxbir üzvü (2007). Əli Nuriyev 29 dekabr 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, III kursdan Qorki (indiki Nijni Novqorod) Dövlət üniversitetinin kimya fakültəsinə göndərilmişdir. 1953-cü ildə oranı analitik kimya ixtisası üzrə müvəffəqiyyətlə bitirən Ə. Nuriyev 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kimya İnstitutunda işə qəbul olunmuşdur. O, burada kiçik elmi işçi, baş elmi işçi kimi çalışmışdır. 1971-ci ildən hal-hazıra kimi müxbir üzvi Əli Nuriyev akademik M. F. Nağıyev adına Kataliz ve Qeyri- Üzvi Kimya institunda "Sorbsiya prosesləri" şöbəsinə və "Qeyri-Üzvi və sintetik sorbentlər" laboratoriyasına rəhbərlik edir.1963-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1980–1985-ci illərdə Azərbaycan Elmlər akademiyasının Kimya institunun müdir müavini olmuşdur. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Elmi fəaliyyəti Əli Nuriyevin rəhbərliyi ilə aparılan elmi tədqiqat işləri ölkənin sənaye, tullantı, mineral neft lay sularında radioaktiv və bir sıra nadir səpələnmiş B, Co, Ni, Cu, As, karbon qazı və s. elementlərin yeni xammal mənbəyi qismində və minral sərvətlərdən səmsrəli istifadəsinə əsaslanır. İlk dəfə nadir səpələnmiş və radioaktiv elementlərin Azərbaycannın bütün həmçinin Tükmənistanın və Qroznının bir neçə yataqlarında neft-lay suyu- çöküntü süxuru sistemində ardıcıl şəkildə paylanması, miqrasiyası və toplanmasının qanuna uygunluqları öyrənilmişdir. Elmi-tədqiqatlar əsasında Neftçala Yod-Brom zavodunun tullantı sularından xörək duzunun alınma texnologiyası və layihəsi, Darıdağ (Naxçıvan) termal mineral suyundan bor, arsen, karbon qazının alınması texnologiyası işlənib hazırlanmışdır. Bu Texnologiya üzrə zavod tikilib və hal hazırda Respublikanın ehtiyatını ödəyir. bu texnologiya bütün karbon qazı tərkibli su mənbəyinə şamil oluna bilər. Xörək duzuna bu layihə üzrə sənaye istehsal gücü 50 min /ton olan duz mədəninin tikilməsi "Azər-Yod" MMC-nin 2018-ci il inkişaf proqramına daxl edilmişdir. Professor Əli Nuriyevin apardığı tədqiqatlar iki monoqrafiyada, 280 -dən çox elmi əsərdə, o cümlədən 16 müəlliflik şəhadətnaməsində və 3 patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 16 elmlər namizədi, 3 elmlər doktoru müdafıə etmiş, hazırda isə 2 nəfərin doktorluq, 4 nəfərin namizədlik işlərinə rəhbərlik edir. Dövlət mükafatı laureatı (1980), Əməkdar elm xadimi (2005), Ən yaxşı vətənpərvər tədqiqatçı Alim Qızıl medalı (2013). Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=261304 |
Əli Nurzadə | Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s. Əli Nurzadə Səyavuş Aslanla birlikdə 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Şirzad ("Şeyx Xiyabani", İ. Əfəndiyev), Nizami Gəncəvi ("Atabəylər", N. Həsənzadə), Nəsimi ("Fəryad", B. Vahabzadə), M. F. Axundov ("Mənsiz dünya", N. Xəzri), Abdi əfəndi ("Qanlı Nigar", S. Şendil), Mirzə Məhəmməd ("Anamın kitabı", C. Məmmədquluzadə), Çapar ("Şah Edib", Sofokol), Kərim ("Lənkəran xanının vəziri", M. F. Axundov), Mustafa ("Ulduz, yaxud Ədirnə Fəthi", C. Cabbarlı), Şəfiyev ("Bu dünyanın adamları", Hidayət), Qara xaqan ("Özümüzü kəsən qılınc", B. Vahabzadə), Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), Baloğlan ("Almaz", Cəfər Cabbarlı), Niyaz ("Yaşar", Cəfər Cabbarlı). Əli Nurzadə "Mənsur və Sitarə" (Mənsur), "Xatirələrdən gəlmiş qonaq" (Mənsur), "Ürək yaman şeydir" (Əjdər), "Qaçaq Süleyman" (Qaçaq Süleyman) və s. teletamaşalarda oynayıb. 2020-ci ildə Əli Nurun oğlu Baş leytenant Rövşən Nurzadə vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub. Mükafatları Azərbaycanın Respublikasının əməkdar artisti — 24 dekabr 2002-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 9 may 2018-ci il, 10 may 2019-cu il, 7 may 2020-ci il. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il Filmoqrafiya Mənsur və Sitarə (film, 1977) — Mənsur İşarəni dənizdən gözləyin (film, 1986) Unudulan adam (film, 1987) — həbsxana rəisi Qaçaq Süleyman (film, 1994) — Qaçaq Süleyman Güllələnmiş heykəllər (film, 2002) — Nəvvab Yanmış körpülər (film, 2007) — restorandakı adam Cavad xan (film, 2009) — alban keşişi Ürək yaman şeydir... (film, 1992) — Əjdər Xatirələrdən gəlmiş qonaq — Mənsur Əli Nurzadə Azərbaycan teatrı. Teatr xadimləri. Nurzadə Əli (Əli Nur) (Akademik Milli Dram Teatr) | https://az.wikipedia.org/w/index.php?curid=362695 |
Əli Nəcəfov | Əli Seyran oğlu Nəcəfov (24 may 1998, Tüklə, Masallı rayonu – 22 oktyabr 2020 və ya 20 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Nəcəfov 1998-ci il mayın 24-də Masallı rayonunun Tüklə kəndində anadan olub. 2004-2015-ci illərdə Binəqədi rayonunda ERA - tam orta ümumtəhsil məktəbində təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Universitetində (AU) "Maliyyə və iqtisadiyyat" ixtisası üzrə ali təhsil alıb. Subay idi. Hərbi xidməti Əli Nəcəfov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Əli Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Nəcəfov oktyabrın 20-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Tüklə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nəcəfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=680983 |
Əli Nəcəfxanlı | Əli Nəcəfxan oğlu Əliyev — "Xalq qəzeti"nin Sumqayıt şəhəri üzrə bölgə müxbiri, şair-publisist, "Əməkdar jurnalist", Sumqayıt Dövlət Dram teatrı bədii şurasının üzvü.2021-2022-ci il Prezident təqaüdçüsü. Həyat və fəaliyyəti Əli Nəcəfxanlı 1957-ci il iyunun 2-də Sumqayıtda dünyaya gəlib. Şəhərdəki 17 nömrəli orta məktəbi bitirib. Ali təhsil aldıqdan sonra bir sıra yerlərdə çalışıb. Əli Nəcəfxanlı uzun müddət AzTV-də fəaliyyət göstərib. Hazırda "Xalq qəzeti"nin Sumqayıt şəhəri və Cənub bölgəsi üzrə müxbirdir. Regionların sosial-iqtisadi inkişafı, yaradıcı insanları ilə bağlı silsilə məqalə və oçerkləri müntəzəm şəkildə dövlət mətbuatında çap olunur. Bədii yaradıcılıq nümunələri vaxtaşırı olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet" Türkiyə dərgiləri və digər mətbuat orqanlarında dərc edilir. AYB-nin Sumqayıt bölməsinin tədbirlərində fəal iştirak edir. Jurnalistlik fəaliyyətilə yanaşı həm də şair-publisist kimi tanınır. Bir neçə şeirlər kitabı çıxıb. "Uğur olsun, Qarabağ" (Kommunist nəşriyyatı, 1991-ci il, 63 səhifə); "Ürəyimi döyən həvəs" (Bakı, Adiloğlu nəşriyyatı, 2003-cü il, 72 səhifə); "Payız prospekti" (Sumqayıt Dərələyəz-M nəşriyyatı, 2010-cu il, 128 səhifə); "Ürəyimdir yazanım" (Sumqayıt, Azəri nəşriyyatı, 2015-ci il, 208 səhifə); "Söz yerə düşməsin" (Bakı, Qanun nəşriyyatı, 2017-ci il, 120 səhifə). Tərcümə etdiklərim ("Qanun" nəşriyyatının sifarişi ilə): İngilis yazıçısı Corc Orueldən "Kataloniyaya məhəbbətlə", "Birma günləri", "Keşiş qızı" , "Yaşasın fikus" rus dilindən.İngilis yazıçısı Nil Geymandan "Koralina", "Qəbiristanlıq kitabı" və "Qapı arxası" rus dilindən. Mükafatları Bir neçə dəfə KİVDF-nin jurnalist yazıları müsabiqələrində qalib gəlmişdir. AJB-nin "Həsənbəy Zərdabi", Beynəlxalq Mahmud Qaşqari Fondunun "San Yarlığı" mükafatlarına layiq görülmüşdür. Azərbaycan Mətbuat Şurasının Diplomu, Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının fəxri-fərmanları ilə təltif edilmişdir. 20 noyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əli Nəcəfxanlı "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür. Şeir yaradıcılığına görə Prezident təqaüdçüsüdür (2021-ci il). | https://az.wikipedia.org/w/index.php?curid=609160 |
Əli Nəzmi | Məmmədzadə Əli Məhəmməd oğlu (Əli Nəzmi; 1878, Goranboy rayonu – 1 yanvar 1946, Bakı) – şair, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əli Nəzmi 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində yoxsul ailədə doğulmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra rus-tatar məktəbində oxumuşdur. Atasının vəfatından sonra güzəranı ağır keçdiyindən doğma yurdu tərk edib Orta Asiyanın Buxara və Səmərqənd şəhəriərində iki il tacir dükanında şagird olmuşdur. Mütaliə yolu ilə təhsilini artırmış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. "Bikəs" təxəllüsü ilə şeirlər də yazmışdır. Ədəbi fəaliyyətə 1904-cü ildə "Şərqi-Rus" qəzetində dərc etdirdiyi "Kənddə ibtida" adlı ilk şeri ilə başlamışdır. 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaratmışdır. Satirik şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s. gizli imzalarla çap etdirmişdir. "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi tanınmışdır. Felyeton və satirik şerləri satirik-yumoristik jurnallarda, xüsusən "Molla Nəsrəddin" jurnalında müntəzəm çap olunmuşdur. "İstibdad", "Qorxuram", "Olacaqmı", "Sizə nə", "Ey fuqəra", "Od tutub odlandı vətən" və s. şeirlərində mütləqiyyətə, müstəmləkəçilik siyasətinə, dini fanatizmə və geriliyə qarşı azadlıq ideyalarını təbliğ edir. Doğma kəndində təqib olunduğuna görə ailəliklə Gəncəyə köçmüş, burada xırda ticarətlə məşğul olmuşdur. Eyni zamanda öz satirik şeirlərini gizli imzalarla(A.S.Əlidəyənəkli, "Həcamətverdi", "Sərsəri", "Qanacaqsız", "Şəmşir", "Şəmşirək", "Peşiman qoca", "Gəncə Cavanları", "Müt-şair", "Şallax", "Kav-mahi", "Qoca zığ-zığ", "Papiros-çəkən" və s.) çap etdirir. Azərbaycanda Sovet hakimiyyəti yarandığı ilk gündən yeni cəmiyyətin tərəfdarı kimi fəaliyyət göstərmişdir. O, Gəncə məktəblərində müəllimlik etmiş, sonra "Yeni Gəncə" qəzeti redaksiyasında çalışmış (1924-1926), Bakıya köçüb "Kəndli" qəzeti və "Molla Nəsrəddin" jurnalı redaksiyasında məsul katib olmuşdur (1926-1931). Sonra təqaüdə çıxmışdır, həm də "Yeni yol", "Kommunist" qəzeti redaksiyalarında müxtəlif vəzifələrdə işləmişdir. İkinci Dünya müharibəsi dövründə alman faşizminə qarşı kəskin satirik əsərlərlə çıxış etmişdir. Nizami, Firdovsi, Krılov kimi sənətkarlardan tərcümələr etmiş, eyni zamanda qiymətli ədəbi-tənqidi məqalələr yazmışdır. "Keçmiş günlər" (1944) adlı mənzum xatirəsi XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatını öyrənmək üçün maraqlıdır. 1946-cı il yanvarın 4-də Bakıda vəfat etmişdir. Yaradıcılığı Əli Nəzmi "Molla Nəsrəddin" jurnalında M.Ə.Sabir kimi, fəal iştirak edən şairlərdən olmuşdur. Cəlil Məmmədquluzadə şairin bu dövrdəki fəaliyyəti haqqında belə yazır: "O vaxt biz məcmuəmizin 12-ci nömrəsində "Quli-biyabani" sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin "Təmeyi-nahar"ı bizim səsimizə səs vərdi. Burada Məşədi Sijimqulu kefsiz də meydana çıxdı və "pənah Allaha" – deyib, Sabirin "Tömeyi-nahar"ma cavab olaraq "Çayda çapan qardaşım, ağlama, ağları gör" mətləli şeirini göndərdi. Məşədi Sijimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbi şeirini büruzə vərən haman "Tömeyi-nahar" olubdur... Haman M.Sijimqulu ki, öz dediyinə görə "Molla Nəsrəddin"in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa oxumamış keçirməyibdir. Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb, – nə qədər ki, "Tömeyi-nahar"ına olub, ona bir neçə aydan sonra cavab vərməyi özünə borc bilibdir. Nədir burada şairi mütəəssir edən? Əlbəttə ki, Mollanın mövzusudur".Əli Nəzmi şeirə 1903-cü ildən başlasa da, "Molla Nəsrəddin"də ilk dəfə nəsr ilə, felyetonları ilə iştirak etmişdir. Jurnalın 11-ci nömrəsində Əli Nəzminin "Əlidəyənəkli" imzası ilə bir kiçik məktubu dərc olunmuşdur. Burada gəncəli quşbaz Hacı Hüseynin oğlu ilə rəftarından bəhs edilir. Hacının oğlu ağacdan dolaşa tutmaq istəyəndə yıxılır, qıçı sınır. Atası bu əhvalatdan xəbər tutub gəlir, oğlundan ilk soruşduğu bu olur: " – Oğul, necəsən? – Quş cibində ölməyib ki? Sağdırmı?" Jurnalın 14-cü nömrəsində Əli Nəzmi bir kitab-firuşun "Molla Nəsrəddin"dən şikayətini yazmışdı: "Ey Molla Nəsrəddin kişi, bəs deyilmi bu qədər mərdiməzarlıq?... Üç il-dir ki, məndə olan kitablar heç satılmır..." Cameüd-dəvat – 50 cild, "Təbiri-xab-30 cild...". Müəllif bu məktubunda jurnalın mövhumata və mövhumat kitablarına qarşı ardıcıl, şiddətli mübarizəsini nəzərdə tutur. İstər bu məktubda və istərsə quşbaz oğlunun əhvalatında müəllifin qələmindəki məharət, incəlik və satira aydın hiss olunmaqdadır. Əli Nəzmi də Sabir kimi "Molla Nəsrəddin"in vəzifəsini, məqsədini çox gözəl başa düşmüşdü. Bu jurnal həm məqsədi, həm də dili, üslubu ilə xalqa yaxın olan, xalqın ruhunu ifadə edən yazılar tələb edirdi. Əli Nəzmi də belə yazıların müəllifi idi. Onun on-on beş sətirdə yazdığı duzlu məkrub "Molla Nəsrəddin"ə bütün bir ictimai lövhə verirdi. "Cavan ilə Hacı Ağanın şirin söhbəti" adlı məktubunda köhnəpərəst bir varlının xeyir işlərə münasibətini təsvir edirdi. Təsvir ancaq mükalimələrdən ibarətdir. Bir gənc maarifçinin sualına cavab verən Hacının danışığı, onun simasını, şüurunu və mühakimə dairəsini müəyyən edirdi. Əli Nəzmi jurnaldakı fəaliyyəti ilə şeirdə də məharət sahibi olduğunu isbat etdi. Demək olar ki, mövzu dairəsi etibarilə şair, Sabirdən seçilmirdi. Köhnəpərəst hacıları, kərbalayıları, istismarçıları, avam, nadan valideynləri, xalqı aldadan falçı, cindar və dərvişləri, Məhəmmədəli kimi şahları, xəsis və mənfəətpərəst "millət xadimləri"ni, "intelli-gentləri" həcv edən şeirlərində tamam Sabir ruhu vardır. Cəlil Məmmədquluzadə göstərir ki: "Molla Nəsrəddin"ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan – birinci Məşədi Sijimqulu Kefsiz olubdur." İmza atılmasa Sabir ilə Əli Nəzminin şerlərini biri-birindən ayırmaq çətin imiş. M.Ə.Sabirin vəfatından sonra istər "Molla Nəsrəddin"də və istərsə "Məzəli", "Zənbur", "Tuti" və s. kimi gulgu mətbuatında ("Şimşirək", "Şəmşir" və s. imzalarla) ən yaxşı satirik şeirlər yazan Əli Nəzmi olmuşdur. Sabir ədəbi məktəbi, xüsusilə 1906-1916-cı illər arasındakı on il müddətində ən yüksək mərhələsini yaşayırdı. Bu dövrdə zahirən yazıçıların işi asan idi, çünki mövzu, hədəf aydın, istiqamət məlum idi. Lakin bu zahirən belə görünür. Əslində, sənətkarın işi bu vəziyyətdə daha çətin olur. Bir halda ki, eyni mövzu bir neçə yazıçı tərəfindən və dəfələrlə işlənir, o mövzunu təzədən və yeni bir qələm sahibinin işləməsi müstəsna güc, ilham və yenilik hissi tələb edir. Sabir kimi nəhəng bir sənətkarın qarşısına çıxmaq və onun işlədiyi mövzuları yazmaq əlbəttə ki, Əli Nəzmi üçün asan deyildi. Əli Nəzmi isə qorxmadı. Sabirlə olan məslək birliyi, onun da qələmini Sabir istiqamətinə uyğunlaşdırdı. Əli Nəzminin cəsarəti, qələmə aldığı mövzulara sərbəst və müstəqil yanaşması, təsvirlərində kitaba yox, həyata əsaslanması onun müvəffəqiyyətinə səbəb oldu. Sabirin "Dilbər" şeiri yadımızdadır. Əli Nəzmi də eyni istehza üsulu ilə, eyni yığcamlıqla bir müftəxorun təsvirini verir. Şeirinə "Tapmaca" adı qoyur: Sabirin "Ey pul" şeiri məşhurdur. Ümumiyyətlə, pul bu dövrdə qələm sahiblərinin diqqətini cəlb edən mövzu idi. Azərbaycanda kapitalizmin inkişafı əsrin ilk on illərində Bakıda sənayenin artması, kapitalın nəinki iqtisadi aləmdə, həm də məfkurə aləmində hakimlik etməsi ədəbiyyat xadimlərinə təsirsiz qala bilməzdi. Bu zaman pul hər şey idi! İstismar dünyasında pula "bütün müşkül işlərin açan" deyirdilər. Əli Nəzmi bu həqiqəti "Pul" adlı müsəddəsində çox parlaq bir şəkildə ifadə etmişdir. Əgər böyük Sabir bir pulpərəst, köhnə görüşlü kişinin pula necə sitayiş etdiyini göstərmişsə, Əli Nəzminin şeirində pul hökmranlığının özü, bir ictimai azar kimi təsvir olunur. Şair göstərir ki, "hər quru cismə can", "sahibu-hök-mi-rəvan", "zindeyi-cavidan", "amirü-şahu", "amiru-xan", "cinu, ləqəb, nişan"... hamısı ancaq, ancaq puldur. Müəllifın satirası burada müstəsna şiddət kəsb etmişdir. Gülüş ilə yanaşı göz yaşı, istehza ilə yanaşı təəssüf, tənqid ilə yanaşı məyusluq! ("Ay zəhrimar pul! Ay gidi pul!") Əli Nəzminin şerində pul, "məğlubedilməz" bir qüvvə kimi göstərilir. Bu acınacaqlı vəziyyətin səbəbləri şair üçün aydın olmasa da, fəlakətli nəticələri aydındır. Sabirin "Yat qal dala laylay" ruhunda yazılmış "Yat!" sərlövhəli şeirində şair müsəlman ətalətini satiraya tutur: "Dünya və axirət səadətinin yatmaqda" olduğunu düşünən və ömrünü yatmaqla keçirən, əsrin ən böyük ictimai hadisələrinə arı vızıltısı kimi baxan, dünyanı sarsıdıb kökündən dəyişən inqilablar ilə belə ayılmayan müsəlman Oblomovlarına qarşı bundan kəskin nə söz ola bilər? Şair cəhalət və qəflət yuxusuna dalmış həmvətənlərinə qəzəblənir. Bu qəzəb şairin ruhunda da, məntiqi silsilə təşkil edən məcazlarında da eyni şiddətdədir. Şair o qədər təsirlənmiş, o qədər həyəcanlanmışdır ki, sözünü sakit, soyuqluqla deyə bilmir; tənqid qəzəb ilə, gülüş kədər ilə qarışmış olur. Bu daxili həyəcan nəticəsində, bəzən özü hiss etmədən şəxsi kədərini bildirən misralar da yazır. Birinci beyt ilə ikinci beyti müqayisə edək: Bu beyt nadan bir müsəlman mömünü haqqında təsəvvür verir. Bu mömün yeyən, yatan, bir də kor-koranə ibadət edən qafil adamdır. Ancaq ikinci beyt tamam başqa təsəvvür verir: Bu çox mənalı, düşünməli beytdir. Bu sözü, bu xitabı avam möminə deməzlər. Bunu dərin düşünən, baxdığı, gördüyü hadisələri duya bilən, o zamanın bütün mütəfəkkirləri kimi kədərlənən, cəmiyyətin dərdini anlayan adama deyərlər. "Gözü açıqlıqda əzab duyan", "Gözünü açıb qəm görən" mömün deyildir. Burada şairin öz kədəri təzahürünü tapmışdır. Bu da yuxarıda dediyimiz kimi təsirdən, öz mövzusunu daxilən yaşamaqdan, ilhamın hərarətindən irəli gəlir. Ə.Nəzminin Sabiri xatırladan bir sıra şeirində bu hərarət açıq duyulur. "İrsi-pədər", "Gülürəm", "Yorğun bir baxış" şeirlərində də cəhalət və nadanlığın ibrətli mənzərələri vərilmişdir. Ancaq bu şeirlərin hər biri şəkil, əda və ümumən sənətkarlıq cəhətindən birbirindən çox fərqlidir. Əli Nəzminin bu dövrdəki şeirlərini oxuyanda köhnə dünyanın çirkin və acınacaqlı mənzərələri qəribə bir lövhə kimi təsəvvürdə canlanır. Bu yatanlara, saqqalı hənalı oğrulara, riyakar ruhanilərə, hiyləgər tacirlərə, şeytan ziyalılara baxdıqca gülür, həm də pərişan olursan. Sevinməli bir şey var ki, o da vaxtı ilə bu ictimai tüfeyliləri görən və ömrünü onlarla mübarizəyə sərf edən gözüaçıq, vətənpərəst, insanpərəst azadlıq sevən insanların varlığı və şərəfli əməyidir. Əli Nəzminin əsərləri də belə bir əməyin məhsuludur. Şair, vətənində gördüyü cəhalət nümayəndələrindən əl çəkmir. Onların varlığı şairi rahat buraxmır, onlan döyəcləmək, qəflət yuxusundan oyatmaq istəyir. Onların təkfiri və hücumu Əli Nəzmini qorxutmur. Şair əmindir ki, bü gün də olmasa, sabah maarif işığı bütün qaranlıq guşələri işıqlandıracaq, günəş şüası yatanları oyadacaqdır. Belə bir sabahın əlamətlərini hətta Əli Nəzminin satira qırmancını dadan məşədi və kərbəlayıların özləri də duymuşlar. Onlar "zəmanənin dəyişdiyini" görməyə bilməzdilər. "Dəyişilir" sərlövhəli müxəmməsində şair bu duyğunu və bunun ilk təsirlərini qələmə almışdır: Deməli, ömrünü yatmaqda keçirən və bunu həyat bilən adamların hamısı olmasa da, az bir qismi iyirminci əsrin təbəddülatını duymuşdur. "Müftahülfərəc" şeirində səbrə ümid bağlayanları, "Ədəbiyyat, yaxud minacat" satirasında qəzetlərdən qorxub küyə düşən köhnəpərəstləri, "Məzəli" şeirində Məhəmmədəli şahı tənqid atəşinə tutan şair, kütlələri sayıq salmaq üçün bu mənfur simaların bütün çirkin əməllərini açıb göstərir, camaatda onlara qarşı nifrət oyatmağa cəhd edirdi. Əli Nəzminin şeir dili sadə, səlis, üslubu rəvan, ilhamı qüvvətlidir. O, öz şeirlərində həmişə sadəliyi saxlamağa çalışmışdır. Onda kitab dilinin təsirləri azdır. Bu təsir olsa-olsa ciddi, lirik ruhlu şeirlərdədir. Satirasında danışıq dili və canlı ifadə nümunələri daha çoxdur. Əli Nəzminin təsvirləri yığcam və əhatəlidir. O, vəziyyəti, xasiyyət və lövhəni bir və ya bir neçə söz ilə təsvir etməyi bacarır. Əli Nəzminin "Sijimqulunamə"sində toplanmış əsərlərindən başqa jurnal və qəzet səhifələrində də bir çox şeirləri vardır. Sijimqulunamə. Bakı: Azərnəşr, 1927, 508 səh. Bəlkə bu yaxşı oldu (şeirlər). Bakı: Azərnəşr, 1930, 42 səh. Üç məşədi. Bakı: Azərnəşr, 1935, 79 səh. Satira mərmiləri. Bakı: Azərnəşr, 1945, 74 səh. Seçilmiş şerlər. Bakı: Azərnəşr, 1950, 130 səh. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1959, 212 səh. Şerlər. Bakı: Azərnəşr, 1963, 91 səh. Seçilmiş şerlər, felyetonlar, məqalələr. Bakı: Yazıçı, 1979, 362 səh. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı: "Ziya-Nurlan" NPM, 2004, 392 səh. Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015. | https://az.wikipedia.org/w/index.php?curid=37395 |
Əli Osman Paşa (mirliva) | Əli Osman Paşa (d. 1858, İstanbul, Osmanlı dövləti - ö. 16 sentyabr 1890, Kuşimoto, Yaponiya) Türk hərbçisi. Ərtoğrul freqatası kapitanı. Krım müharibəsi vaxtı Sinop döyüşündə Osmanlı donanmasının əsir düşmüş komandanı Osman Paşanın nəvəsidi. Atası Miralay Əhməd bəydir. Hərbi karyerası 1870-ci ildə, on iki yaşında "Mekteb-i Fünunu Bahriyei Şahaneyə" daxil oldu. 1874-cü ildə məktəbin hərbi şöbəsinə keçdi. 1877-ci ildə Hərbi Akademiyadan kurs ikincisi olaraq leytenant rütbəsində məzun oldu. 1879-cu ildə kapitan rütbəsinə yüksəldi və atası Miralay Əhməd bəy ilə Bəsrəyə getdi. 1880-ci ildə "Osmaniyə Zirehli Friqat"ına artilleriya kapitanı, 1822-ci ilin 31 iyulunda isə təhsil və təlim məqsədi ilə "Hüdavendigar Friqatına" təyinat aldı. 1883-cü ilin 10 sentyabrında üçüncü dərəcəli kapitan rütbəsi aldı və Paris dəniz attaşeliyinə göndərildi. Parisdən sonra, 1884-cü il martın 1-də Nikolayev konsulluğuna təyin edildi və ikinci dərəcəli kapitan rütbəsi aldı. 3 avqust 1884-cü ildə mayor (minbaşı) rütbəsinə qaldırıldı. Dəniz Naziri Bozcaadalı Həsən Hüsnü Paşanın qızı evləndi. 1887-ci ilin 23 yanvarında Osmanlı padşahının yavərləri arasına alınaraq, kaymakan rütbəsinə yüksəldi. 1887-ci ilin 27 sentyabrında miralay (polkovnik) rütbəsinə yüksəldi. Ərtoğrul Friqatının Kapitanı 1889-cu il martın 6-da Yapon İmperatoruna İmtiyaz hüququnu çatdırmaq tapşırığı alaraq "Ərtoğrul Friqarına" kapitan təyin edildi. 1889-cu ilin 14 iyulunda gəmi İstanbuldan yola çıxdı və uzun bir səfərdən sonra Sinqapura çatdı. Gəminin səfər üçün hazırlığı vaxtı və yola çıxmaq üçün külək gözləyən zaman, 1889-cu il noyabrın 25-də mirliva (general-mayor) rütbəsinə yüksəldi və Paşa oldu. 1890-cı il sentyabrın 15-də "Ertoğrul" Yaponiyadan geri dönmək üçün yola çıxdı. Lakin ertəsi gün güclü bir fırtınaya düşdü. Fırtına ilə amansız mübarizədən sonra sentyabrın 16-da Kii yarımadasında yerləşən Kuşimoto qəsəbəsinin Ooşima adasındakı (Büyükada) Kaşinozaki Mayakı yaxınlığındakı qayalarda parçalanaraq batdı. Əli Osman Paşa ilə birlikdə heyətin böyük əksəriyyəti şəhid oldu. Fırtınadan sonrakı günlərdə dənizdən çıxarılan yüz əlli cəsəd arasında Osman Paşanın nəşi yox idi. Sonrakı axtarışlarda da onun meyidi tapılmadı. Həmçinin bax "Ərtoğrul 1890" History of the Turkish frigate Ertuğrul. 1965, urn:nbn:de:gbv:3:5-2259. | https://az.wikipedia.org/w/index.php?curid=609080 |
Əli Paşa | Səmiz Əli Paşa (ö. 28 iyun 1565) — Sultan Süleyman Qanuni dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamı. Sürməli Əli Paşa (ö. 28 may 1695) — II Əhməd və II Mustafa dövrlərində ümumilikdə 1 il 2 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. Qılınc Əli Paşa (d. 1500 - ö. 27 iyun 1587) — II Səlim və III Murad dövrlərində kaptan-ı dərya olmuş Osmanlı dövlət adamı. Xədim Əli Paşa (ö. 1511) — II Bəyazid dövründə iki dəfə sədrəzəm olmuş Osmanlı dövlət adamı. Çərkəz Mehmed Əli Paşa (ö. 1625) — IV Muradın Kösəm Sultan tərəfindən idarə olunduğu dönəmlərdə sədrəzəm olmuş Osmanlı dövlət adamı. Malqoç Yavuz Əli Paşa (ö. 26 iyun 1604) — III Mehmed və I Əhməd dövrlərində sədrəzəm olmuş Osmanlı dövlət adamı. İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa (ö. mart 1621) — II Osman dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamı. II Əli Sultan paşa (d. 1670 - ö. 1742) — İlisu sultanı, Şəki bəylərbəyi və İlisu sancağının hakimi. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=541284 |
Əli Paşa (Məmlük sülaləsi) | Əli Paşa və ya Hafiz Əli (ərəbcə. علي باشا, Osmanlıca. علي پاشا, gürcücə. ალი ფაშა) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1802-1807). 1802-ci ildə Böyük Süleyman Paşanın ölümündən sonra İraqda hakimiyyət uğrunda mübarizə başladı. Sonucda Məmlüklərdən Əli Paşa hamıya qalib gəldi. Əli Paşanın rəhbərliyiylə 1803 və 1806-cı illərdə İraq Məmlükləri Nəcəf və Hillədə Ərəb Vəhhabilərinin işğalını dəf edə bildi. 1807-ci ildə Əli Paşa öldürüldü və qardaşı oğlu Süleyman Paşa ("Kiçik" ləqəbli) (1807-1813) İraqda hakimiyyətə keçdi. | https://az.wikipedia.org/w/index.php?curid=638573 |
Əli Polad | Vahabzadə Əli Rza oğlu (Əli Polad; 1944, Təbriz) — Güney Azərbaycanlı tanınmış iş adamı, yazıçı və tədqiqatçı, Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü.Azərbaycan Beynəlxalq Universitetinin fəxri professoru və Azərbaycan Kooperasiya Universitetinin fəxri doktoru. 1944-cü ildə Təbriz şəhərində anadan olan Əli Polad orta təhsilinin Təbrizdə almışdır. Sonra Ərzurum Kənd Təsərrüfatı İnstitutunun Əkinçilik və iqtisadiyyat fakültəsini ali mühəndislik ixtisası üzrə bitirmişdir. 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin fəxri professoru,2009-cu ildə Azərbaycan Kooperasiya Universitetinin fəxri doktoru adına layiq görülmüşdür. Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. 1968-ci ildə əmək fəaliyyətinə başlayan Əli Polad 1982-ci ilə qədər ət və ət məhsulları ixracatı yolu ilə Şərqi Anadolu bölgəsinin inkişafı etməsində aktiv rol oynamışdır.1983–1991-ci illərdə o, Türkiyənin turizim inkişafının gücləndirən qabaqcıl firmalardan birinin ortağı olaraq Antalya,Fəthiyə və Kappadokiyada üç istirahət mərkəzi və bir otel inşa etmişdir. Sovet İttifaqı dağıldıqdan Azərbaycanın müstəqilliyinin əldə etdiyi 1991-ci ildə Azərbaycanın iqtisadi kapital qoyan ilk iş adamlarından biri olub. Çox keçmir ki bacarıqlı memar iş adamı Əli bəy 1986-cı ildə Xəzər şirkəti yaratdı. Bu günə qədər xalqın güzəranının yaxşılaşdırmaq məqsədi ilə ticarət və sərmayələr lə yanaşı, təhsil, mədəniyyət sahəsində bir sıra fəaliyyətlər həyata keçirmiş, radyo, televiziyalarda proqramlar təşkil etmişdir. Bu illər ərzində o, Türkiyədə Su Saflaşdırma və Telekomunikasiya sektorunda ticari fəaliyyətini davam etdirmişdir. Əli Polad TİSİAD-nın(Türkiyə-İran Sənayeçiləri və İş adamları Dərnəyi) təşkilatçılarından biri və ömrünün sonuna qədər bu dərnəyin fəxri sədridir. Həyat fəlsəfəsi yaradıcı, dostluq və sülh olan fikir adamı Əli Polad zamanın böyük hissəsini tədqiqata həsr etmişdir. Əli Polad təcrübələrini ictimaiyyətlə paylaşmış, bütün işlərini dünyanın müxtəlif yerlərindən istəyən hər kəsə təmənnasız olaraq göndərmişdir. Məsələn,"Üç min ilin hikməti" kitabının ilk nəşrinin böyük hissəsini həbsxanalara və daha sonrakı nəşrlərini(7 dəfə, cəmi 13500 tirajla) isə müxtəlif ictimai və özəl qurumlara bağışlamışdır. Ailəlidir, iki övladı,3 nəvəsi var. Azərbaycan türkcəsi: 2002 Üç min ilin hikməti(kitab və CD) 2006 Həzrəti əli (kitab və CD) 2008 Əzab yüklü eşşək 2008 Ömər Xəyyam və rübailəri(kitab və CD) 2009 Mirzə Əli Möcüz və şeirləri(latın və ərəb qrafikası ilə 2012 Bir damcı su (I kitab) 2012 Ömər Xəyyam və rübailəri(İran, kitab və CD) 2014 Təbriz bayatıları(İran) 2015 Təbrizli bayatıları 2015 Mədəniyyət beşiyi:TəbrizTürkiyyə türkcəsində: 2001 Üç Bin Yıllık Birikim(kitap ve CD) 2003 Ya Ali (Ali'nin Yaşamı, Felsefesi ve 1555 Veciz söz) (kitap ve CD) 2004 …Ve Biz(kitap) 2008 Ömer Hayyam ve Rubaileri(kitap ve CD) 2010 Bir Damla Su I(kitap) 2011 Bir Damla Su II (kitap ve CD) 2011 Bir Damla Su III "Su ve Toplum"(kitap) 2013 Bir Damla Su IV (kitap) 2013 Medeniyetlerin buluştuğu Tebriz ve Çevresi(kitap)Fars dilində: 2012 Rubaiyat-i Həkim Ömər Xəyyam (kitab və CD) 2014 Şinasnameye Təbriz və PiramunRus dilində: 2014 Tabriz and The Region Around(book) Filmoqrafiya Əli Polad — Polad kimi Əli (sənədli film, 2015) | https://az.wikipedia.org/w/index.php?curid=440520 |
Əli Pormehr | Əli Pormehr (14 noyabr 1977) — İranlı türk müğənni. İranın Ərdəbil ostanının Pormehr kəndində anadan olub. Ölürəm Mən Sənin Üçün (ft. Şəbnəm Tovuzlu) Dünya Bir Yana Sən Bir Yana Qırmızı Alma Tehran da türklərindirvə s. Həmçinin bax Şəbnəm Tovuzlu | https://az.wikipedia.org/w/index.php?curid=693325 |
Əli Pəncəpur | Əli Pəncəpur (fars. علی پنجه پور; 24 noyabr 1940, 30 mart 1997)-İranlı kaşıçı və memar O, İsfahan şəhərində anadan olmuşdur, və sonra, Tehrana köçdü. Kaşıçılıq və İran ənənəvi memarlıqının İsfahan üslubunun ən məşhur sənətçilərdən idi.Sənətini öz oğlundan sonra, 15-dən çox nəfərə öyrətdi. | https://az.wikipedia.org/w/index.php?curid=323200 |
Əli Qafarov | Əli Qafarov (azərb. Əli Hüseyn oğlu Qafarov; 16 oktyabr 1935, Sinelnikova[d], Dnepropetrovsk vilayəti – 19 dekabr 1979) — Azərbaycan yazıçısı və kinodramaturqu, ssenari müəllifi. Əli Qafarov 1935-ci il oktyabrın 16-da Ukrayna Respublikası Dnepropetrovsk vilayətinin Sinelnikova şəhərində anadan olmuşdur. Qafarovlar ailəsi Lənkərana köçəndən sonra Əli şəhər orta məktəbini burada bitirmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filoloji fakültəsinə daxil olmuşdur.1950-ci illərdə 3 illik Sibirə sürgün edilmişdir. 1962-ci ildən 1967-ci ilə qədər "Bakinski raboçi" qəzetində ədəbi işçi vəzifəsində çalışmışdır.Əli Qafarov 1979-cu il dekabrın 19-da, 44 yaşında faciəli şəkildə həlak olmuşdur. Əli Qafarov millət vəkili Elmira Axundovanın qardaşıdır. Onların anası ukraynalıdır. Uşaqlığı Rusiyada və Lənkəranda keçib. 1960-cı ildə İrkutskidən olan Qalina xanımla ailə qurmuşdur. Leyla adlı qızı var. 12 yanvar 2016-cı ildə haqqında İTV-də "Yadigarlar" verilişi efirə getmişdir. Yaradıcılığı Filmoqrafiya Çarvadarların izi ilə (film, 1974) Dirçəldilmiş torpaq (film, 1971) Fəhlə Gülbala Əliyev (film, 1971) Xəzər Atlantidası (film, 1975) Qızıl qaz (film, 1972) Mahnıya həsr olunmuş həyat (film, 1969) Mayılovlar ailəsi (film, 1977) Mülki müdafiə (film, 1969) Burada başlanmışdır (film, 1974) Odla təmasda (film, 1972) Sevinc sarayı (film, 1970) Xarici keçidlər Keçib gedən hər şey… — Fotolar Bu Azərbaycan filminin ssenaristi ölü tapıldı — "Naməlum kino" Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=33976 |
Əli Qalib Paşa | Əli Qalib Paşa (d. 1828 - ö. sentyabr 1858) — Osmanlı sultanı Sultan Əbdülməcid dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcidin sədrəzəmlərindən Qoca Mustafa Rəşid Paşa idi. Sədarət məktubdarı olaraq xidmət etməsinin ardından 1851-ci ilin avqustunda Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nişanlandı. Nişanın ardından Əli Paşa vəzir rütbəsiylə məclis üzvlüyünə təyin edildi. 3 il davam edən nişanlılığın sonunda atası sədarətdən alınmış, bu səbəblə nigahın ləğv olunması haqqında şayələr yayılmışdı. Qızının məyus olduğunu görən Sultan Əbdülməcidin əmriylə cütlük 2 avqust 1854 tarixində evləndirildi. Cütlüyün nigahı Hırka-i səadət otağında şeyxülislam Əhməd Arif Hikmət Əfəndi tərəfindən bağlandı. Yeni evli cütlük Sultan Əbdülməcidin hədiyyə etdiyi Baltalimanı sarayında məskunlaşdı. Sultan Əbdülməcid kürəkəninə brilyant üzük və inci təsbeh hədiyyə etdi. Lakin Fatma Sultan bu evlilikdə xoşbəxt ola bilmədi. Belə ki, cütlüyün Cəmilə adlı ilk övladları bir neçə gün sonra vəfat etmişdi. Bu acı itkinin ardından 1857-ci ildə Fatma Sultan və əri ağır xəstəliyə düçar oldu və uzun müddət davam edən müalicənin ardından sağaldılar. 1855-ci ilin yanvarında Tənzimat məclisi üzvü, 1857-ci ilin mayında xarici işlər naziri, həmin ilin avqustunda əvkaf naziri, 1858-ci ilin mayında ticarət naziri oldu. Ancaq 1858-ci ilin sentyabrında Beykozdan Baltalimanındakı sahil sarayına qayıqla keçərkən gəmiylə toqquşmuş, baş verən qəzada həlak olmuşdur. Cəsədi bir neçə gün sonra Beykoz sahillərində tapılmış, cənazəsi bir neçə ay öncə vəfat edən atasının türbəsinə dəfn edilmişdir. Sicill-i Osmani II cild, səh. 208 | https://az.wikipedia.org/w/index.php?curid=741816 |
Əli Qaramanlı | Əli Qaramanlı — Osmanlı Tripolitaniyası hakimi, Əhməd Qaramanlının ikinci oğlu, paşa. 40 il hakimiyyətdə qalmışdır. Hakimiyyəti Əli Qaramanlı qardaşından sonra hakimiyyətə gəlmiş, 1754-1758-ci illərdə Manşiya və Sahil bölgələrində üsyanları yatırtmaq məcburiyyətində qalmışdır. Onun ordusunda 400 yeniçəri, 200-300 müsəlmanlaşdırılmış keçmiş-xristian, 500 alban və 600 ərəb əsgər var idi. Dənizçilərin çoxu ya alban ya da ərəb idi. 1767-ci ildə ölkədə yayılan yoluxucu xəstəlik və 1784-cü ildəki aclıq fəlakəti hakimiyyətinin sarsılmasına səbəb olmuşdu. Fransız konsulu onun haqqında yazırdı: 1790-cı ildə oğlu Həsən, digər oğlu Yusif tərəfindən güllələnərək öldürülmüşdü. Əli, Həsənin yerinə vəliəhd olaraq digər oğlu Əhmədi təyin etmişdi. Lakin yerli əhali Yusifi dəstəkləyirdi. Bəni Nüveyr qəbiləsinin köməyi ilə 1792-ci ildə üsyana başlayan Yusif tezliklə Əlcəzairdən gələn Əli Burğul paşanın gözlənilməz hücumu ilə qarşılaşdı. 30 iyul 1793-cu ildə Əli Qaramanlı Tunisə qaçmalı oldu. Əli Burğul dövründə 1793-cü ildə Tunisə qaçan Əli, Tunis paşası Həmmud paşa köməyi ilə 20 yanvar 1795-ci ildə Əli Burğul paşanı devirərək Tripolitaniyanı geri aldı. Özü Tunisdə qalsa da, hakimiyyəti oğlu II Əhməd Qaramanlıya verdi. | https://az.wikipedia.org/w/index.php?curid=455273 |
Əli Qasımov | Əli Qasımov (yazıçı) — Azərbaycanlı pedaqoq, yazıçı, jurnalist, tərcüməçi. Əli Qasımov (aktyor) — Azərbaycanlı aktyor. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=608193 |
Əli Qasımov (aktyor) | Əli Teymur oğlu Qasımov – Gəncə Dövlət Dram teatrının direktoru. Əməkdar mədəniyyət işçisi.[mənbə göstərin] Əli Teymur oğlu Qasımov - 1956-cı ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuş, 1981-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoruluğu” fakültəsini bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Professional səhnədə ilk debyutunu S.Vurğunun “ Vaqif ” əsərində Vəzir obrazı ilə başlayıb. “ Odu atma Prometey! ”də / M. Kərim / Birinci allah, “ Yad qızı ”ında / O. Kamal / qarson Rza, “ Gəl qohum olaq ”da / İ.Məlikzadə / Camal, “ Doğmalar ” / R. Əlizadə / Atabala kimi obrazları ifa etmişdir. Onun yaradıcılığında ən maraqlı obrazlardan biri böyük şair M. Ə. Sabirin həyatına həsr edilmiş Sabir obrazı olmuşdur. Bir müddət sonra aktyorluqdan ayrılıb inzibati işə keçən Əli Qasımov Gəncə Dövlət Dram Teatrında 1994 – 1999-cu illərdə baş inzibatçı, 1999 – 2001-ci illərdə direktor müavini, 2001-ci ildə Gəncə Dövlət Nizami Poeziya teatrı bağlanmaq təhlükəsi qarşısında qalarkən, Gəncə şəhər Mədəniyyət idarəsinin təklifi və şəhər İcra Hakimiyyətinin təqdimatı ilə Mədəniyyət nazirliyi onu Gəncə Dövlət Nizami Poeziya teatrına direktor vəzifəsinə təyin etmişdir. 2008-ci ilin sentyabr ayından Gəncə Dövlət Dram Teatrının direktorudur. İşlədiyi müddətdə teatrın bir çox uğurlarına imza atmışdır. Belə ki, 2009-cu ildə respublikamızda ilk dəfə keçirilən "Yeni teatr" festivalına ev sahibliyi etmiş və teatrın uğurlu çıxışını təmin etmişdir. 2010 - cu ildə Bakıda keçirilən "Respublika Teatr festivalı"nda kollektivin iştirakını təmin etmişdir. 2011 ci ildə Gəncə teatrı ilk dəfə Onun Teatra rəhbərliyi dövründə xarici ökədə - Türkiyənin Giresun şəhərində, 34-cü uluslararası "AK SU" teatr festivalında iştirak etmişdir. 2012 ci ilin may ayında kollektiv yenidən Türkiyəyə sentyabr ayında isə Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə teatr festivalında iştirak etmişdir. Elə həmin ilin 31 may-1iyun tarixlərində 30 illik fasilədən sonra Teatr iki tamaşa Qoqolun "Evlənmə" və M.F.Axundzadənin "Musyo Jordan və dərviş Məstəli şah" tamaşaları ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış etmişdir. 2013-cü il də Teatrın, Türkiyənin Konya şəhərində keçirilən Türkdilli Dövlətlərin "Bin nefes bir ses" Uluslararası 6-cı teatr festivalına,elə həmin ildə Ukraynanın Dneprodzerjinski şəhərində keçirilən "Klassiklər bu gün" adlı festivallarda iştirakının təmin etmişdir. 2014-cü ildə BMT-nin xətti ilə teatr ABŞ-nin Nyu-York şəhərinə qastrol səfərinə dəvət almışdır. 2015-ci ildə yenidən Giresunda (Türkiyədə) keçirilən " 21.Fevzi Bayazitoğlu" Teatr günlərində, və Bulancak şəhərindəki Teatr festivalında Gəncə teatrının iştirakının təmin etmişdir. 2016 -cı ilin aprel ayında T. C - nin Konya şəhərində keçirilən " 9 BİN NEFES BİR SES ", 2017- ci ildə Türkiyənin Merzifon şəhərində keçirilən beynəlxalq teatr festivallarında, 2018- ci ildə Giresunda keçirilən Beynəlxalq Teatr festivalının, elə həmin ildə Gürcüstanın Özürgeti şəhərində keçirilən Nodar Dumbadze beynəlxalq teatr festivalında Gəncə Dövlət Dram teatrının iştirakıni təmin etmişdir. 2017 ci ilin dekabr ayında Türkiyə Cümhuriyyətinin Merzifon Bələdiyyəsinin "Bıcırık" cocuk tiyatrosunu Gəncə şəhərinə qastrol səfərinə dəvət etmişdir. 2018 ci ilin mart ayında böyük Türk yazarı Tuncer Cücenoğlunun "Matruşka" əsərinin primyerasına müəllifi və sevilən aktyor Emin Olcayı dəvət etmişdir. 2018 ci ilin sentyabr ayında İstanbul Maltepe bələdiyyəsinin keçirdiyi "Sahna hayatdır" adlı festivalda teatrın "Matruşka" tamaşası ilə iştirakını, 2019 cu ilin aprel ayında Türkiyənin Adana və Konya şəhərlərində keçirilən Devlet tiyatroları festivallarında, may ayında isə Ukraynanın Kamenskoe və Xerson şəhərlərində keçirilən festivallarda Gəncə teatrının "Hellados" tamaşası ilə iştirak etməsini təmin etmişdir. 2019 cu ilin oktyabr ayında Gürcüstanda Azərbaycan səfirliyinin keçirdiyi " Cəlil Məmmədquluzadə 150" günlərində teatrın repertuarında olan "Dəli yığıncağı" tamaşası ilə iştirakını təmin etmişdir. Həmin ilin dekabr ayında isə Azərbaycan Respublikasının Teatr Xadimləri İttifaqının iştirakı ilə Gürcüstanın Özurgeti Dövlət Dram teatrı ilə Gəncə Dövlət Dram teatrı arasında imzalanmış memoranduma əsasən Gürcüstanın Özurgeti Dövlət Dram teatrını Gəncə şəhərinə qastrol səfərinə dəvət etmişdir. 2020 və 2021 ilin Pandemiya dövründə, 44 günlük Vətən müharibəsi zamanı, Orduya dəstək məqsədi ilə Aydın Murovdağlının "Alən yazısı" poeması əsasında "Ali baş komandanım" , 20 yanvar faciəsinin 31 ci ildönümünə həsr edilmiş "Vətən əmanəti", Ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin 5 yanvar 2021 il tarixli sərəncamına əsasən 2021 ci ili "Nizami Gəncəvi ili" elan edilməsi ilə əlaqədar, Nizami Gəncəvinin poemaları əsasında "Xəmsə" ədəbi bədii kompazisiyası, Xocalı soyqrımının 29 cu ildönümünə həsr olunmuş "Qayıdış" film kompazisiyalarının Bədii rəhbəri olmuşdur. Ümumiyyətlə Əli Qasımovun teatra rəhbərliyi dövründə Gəncədə keçirilən tədbirlərin hər birinə rəhbərlik etmişdir. Onlardan ənənəvi olaraq hər il keçirilən Nizami Gəncəvi, Şəhər günləri, Poeziya günləri, Cavad xanın anım günləri, "Gəncə Darvazaları"nın açılışı və s. qeyd etmək olar. Ümumşəhər tədbirlərində çıxış etmək üçün, N. Gəncəvinin qəzəlləri əsasında " N. Gəncəvi-860", B.Vahabzadənin "Şəhidlər", A. Qurbanovun " Əbədi məşəl", Ş. Salehin " Azadlıq atası" poemalarının əsasında bir çox ədəbi-bədii kompozisiyaların ssenarisini yazmışdır. Bütün bu xidmətləri Respublika rəhbərliyi tərəfindən qiymətləndirilərək Əli Qasımov 8 may 2012 ci il tarixində Respublika Prezidenti Möhtərəm Cənab İlham Əliyevin sərəncamı ilə "Respublikanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=100844 |
Əli Qasımov (yazıçı) | Əli Camal oğlu Qasımov (15 aprel 1892, Nehrəm – 19 fevral 1983, Bakı) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi. Əli Qasımov 1892-ci ilin aprelin 15-də Babək rayonu, Nehrəm kəndindində anadan olmuşdur. 1913-cü ildə Qori Müəllimlər Seminariyasını, 1925-30-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Bir müddət Bakıda müəllimlik etdikdən sonra Naxçıvana qayıdaraq, həmyerlilərinin erməni-daşnak təcavüzünə qarşı mübarizəsinə qoşulmuş, könüllü xalq dəstələrinin yaradılmasında təşəbbüskarlıq göstərmişdir. 1919-cu ilin yayında ingilis-daşnak hərbi hökuməti Şərur-Naxçıvan ərazisində repressiyaya başlamış və apardığı kütləvi həbslər zamanı demokratik fikirli adamlar içərisində Əli Səbri də həbs olunaraq, Aleksandropola (Gümrü) sürgün edilmişdir. Əli Qasımov 1983-cü ilin fevralın 19-da Bakıda vəfat etmişdir. Lev Tostoyla görüşü Qori seminariyasında təhsilini uğurla başa vurduqdan sonra, Əlibəy Qasımov Azərbaycana qayıtdı və müəllimlik fəaliyyətinə başladı. O, Azərbaycanda ən savadlı insanlardan biri, dünya ədəbiyyatı klassikasının, o cümlədən Cek Londonun əsərləri və Covanyolinin "Spartak" romanının Azərbaycan dilinə ilk tərcüməçisi idi. "Hacı Murat" povestini oxuyandan sonra Qasımov Lev Tolstoyun islamın əsas prinsiplərini tam dəqiqliklə izah etmədiyini aşkar etdi. Əlibəy Tolstoy dühasına vurğun idi. Lakin həqiqət daha qiymətli idi. Qasımov qrafa mükəmməl rus dilində məktub yazdı. Məktub hörmətlə və nəzakətlə yazılmışdı. Burada "Hacı Murat" əsəri müfəssəl şəkildə araşdırılırdı. Bu müraciət Lev Nikolayeviçə elə təsir etdi ki, o, cavab verdi. Və Əlibəyi Yasnaya Polyanaya söhbət etməyə dəvət etdi. 1900-cü il idi. Qasımov özü ilə Quran, tar və nərd. götürərək iki aylıq görkəmli rus yazıçısının yanına qonaq getdi. Onlar din, həyat və ədəbiyyat haqqında çox söhbət etdilər. Və Əlibəyin 23, Tolstoyun isə 72 yaşı olmasına baxmayaraq dostlaşdılar. Sonra Qasımov bir dəfə də, 1907-ci ildə gəldi. Siyasi fəaliyyəti 1917-ci ilin noyabrında Xorazyantsın sədrliyi ilə Naxçıvanda Erməni Milli Komitəsi yaranmışdı. Onun əsas vəzifəsi terror aktları ilə Naxçıvan əhalisi arasında vahimə və xof yaratmaq və yerli idarəçiliyi ələ keçirməkdən ibarət idi. 1917–1921-ci illərdə Naxçıvanda Eynəli bəy Sultanov, Bəhram Xan və Əziz Xan Naxçıvanskilər, Hüseyn Cavid, Əziz Hərif, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, Mir Bağır Mirheydərzadə, S.Əsgərxanov, Bağır Rzayev, S.Cəmilinski, Kəlbalı xan, Kərim xan və digər görkəmli şəxsiyyətlər fəaliyyət göstərmiş və hamısı bilavasitə vətən uğrunda mübarizənin iştirakçılarına çevrilmişdilər. Onlar siyasi dəllallıq edən, əslində erməni ideoloqlarının dəyirmanını hərəkətə gətirən Qərb diplomatları ilə mürəkkəb danışıqlarda qələbə əldə etmiş, yerli əhalinin mübarizə ruhunu, dəyanətini artırmışdılar. 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Naxçıvan ictimaiyyətinin əsas vəzifəsi güclənən erməni vəhşiliklərinin qarşısını almaq idi. Bu məqsədlə Türkiyə silahlı qüvvələrinin Şərqi Anadoludakı komandanlığına müraciət edilmişdir. 1918-ci il mayın 16-da Nuru paşa kiçik heyətlə Naxçıvana gəlmiş, Kazım Qarabəkir paşa isə avqustun 7-də Naxçıvanda öz qərargahını qurmuşdur. Türkiyə Silahlı Qüvvələrinin səyi ilə Andronikin Şuşaya hücumu müvəffəqiyyətsizliyə uğramışdır. 1918-ci il oktyabrın 12-də Orconikidze Leninə vurduğu teleqramda Andronikin Qarabağda öldürülməsi və ermənilərin kütləvi qırğınlara məruz qalmaları barədə böhtan dolu məlumatlar vermiş və Rusiyanı köməyə çağırmışdır. 1918-ci ilin ortalarında quldur Andronikin dəstələri İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şose boyunca İrana hərəkət etmiş, həmin anda Tiflis Erməni İttifaqı Xorazyantsı Naxçıvana ezam edilmişdir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaratmaq və Andronikin hücumlarına dəstək vermək idi. 1919-cu il sentyabrın 9-da Əli Qasımov nümayəndə heyətinin tərkibində Naxçıvan əhalisinin 17 maddədən ibarət tələblərini Naxçıvan və Şərur-Dərələyəz qəzalarının neytral zona elan olunaraq, onların ərazisində Naxçıvan general-qubernatorluğu yaradılmasıını nəzərdə tutan "Haskel layihəsi"nin müəllifi, Antanta dövlətlərinin Ermənistandakı ali komissarı, amerikalı polkovnik V.Haskelə təqdim etmiş və bildirmişdir ki, "əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətini əldə silah qoruyacaqlar". 1919-cu il sentyabrın 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının əhalisi adından Əli Səbri Qasımovun iştirakı ilə imzalanıb Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması, zəiflik və qətiyyətsizlik göstərən İrəvandakı diplomatik nümayəndə Məmməd bəy Təkinskinin yerinə yeni diplomatın göndərilməsini tələb edirdilər. Həmin illərdə Naxçıvanın siyasi həyatından bəhs edən mətbu orqanlarda, arxivlərdə kifayət qədər məlumat var. 1919-cu il oktyabrın 1-də Rəhim xanın mənzilində keçirilən müşavirədə, habelə, həmin ilin oktyabrın 25-də Müsəlman Milli Şurasının qərarında Haskel, Robinson, Devi və digər yüksək rütbəli diplomatlara Naxçıvan qəti sözünü bildirmişdir: "Naxçıvan Azərbaycanın ayrılmaz və bölünməz hissəsidir". 1920-ci ilin yanvarında məhz bu mübarizənin nəticəsi kimi bütün amerikalı zabitlər Naxçıvanı birdəfəlik tərk etmişlər.. Yaradıcılığı 1914-cü ildən ədəbi yaradıcılığa başlamış Əli Qasımov, "Molla Nəsrəddin" jurnalında "Taqiyanuszadə" imzası ilə çıxış etmişdir. Səbri onun təxəllüsüdür. 1914-cü ildə "Solğun çiçək" adlı ilk kitabı nəşr olunmuşdur. 1956-cı ildə bəraət qazandıqdan sonra jurnal və nəşriyyatlarda çalışmışdır. Əli Qasımov "Maarif işçisi" jurnalının redaktoru, "Azərnəşr"in bədii ədəbiyyat şöbəsində redaktor, Azərbaycan Yazıçılar İttifaqı ədəbi fondunun sədri olmuşdur. Povest, hekayə və xatirələr müəllifidir. Rus və dünya ədəbiyyatından: V. Şekspirdən, R. Toqardan, P. Verşiqoradan Azərbaycan dilinə, həmçinin Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr etmişdir.Nehrəmdə əzilən Andronik Naxçıvan üzərinə hücuma keçmiş və Turşsudan türk toplarından atılan atəş erməni quldurlarını tələm-tələsik Zəngəzura çəkilməyə məcbur etmişdir. 1918-ci ilin iyul ayında türk əsgərləri Naxçıvan şəhərinə daxil olmuş və yerli əhali kütləvi qırğından xilas edilmişdir. Povest və hekayələr, B., 1978; Ömürdən yarpaq düşür, B., 1983 Haqqında elmi ədəbiyyat Kəlbizadə E., Hacıyev İ. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s. Hüseyn Həşimli. Əli Səbri, Bakı, Nurlan, 2007 Xarici keçidlər Əli Səbri Qasımov – unudulmaqda olan diplomat, döyüşçü, yazıçı Naxçıvanın "təyini-müqəddəratı" uğrunda Əli Səbri Qasımovun diplomatik fəaliyyəti Cəlil Məmmədquluzadə ensiklopediyası "Bir kəndin məşhurları" – Cəlil Məmmədquluzadənin kəndinin tanınmışları | https://az.wikipedia.org/w/index.php?curid=100927 |
Əli Qasımov (əsgər) | Əli İbrahim oğlu Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli İbrahim oğlu Qasımov 20 may 2001-ci ildə Tovuz rayonunun Hacıalılı kəndində anadan olub. Ailəsi ilə birlikdə Nərimanov rayonunda yaşayıblar. Hərbi xidməti 2020-ci ildə Azərbaycan Ordusu sıralarında əsgər kimi müddətli həqiqi xidmətə çağırılıb. O, Azərbaycanın suverenliyi və ərazi bütövlü uğurunda 27 sentyabr 2020-ci ildə başlanan və Müzəffər Ordumuzun qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=742491 |
Əli Qasımov İbrahim oğlu | Əli İbrahim oğlu Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli İbrahim oğlu Qasımov 20 may 2001-ci ildə Tovuz rayonunun Hacıalılı kəndində anadan olub. Ailəsi ilə birlikdə Nərimanov rayonunda yaşayıblar. Hərbi xidməti 2020-ci ildə Azərbaycan Ordusu sıralarında əsgər kimi müddətli həqiqi xidmətə çağırılıb. O, Azərbaycanın suverenliyi və ərazi bütövlü uğurunda 27 sentyabr 2020-ci ildə başlanan və Müzəffər Ordumuzun qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=742493 |
Əli Quliyev | Əli Quliyev (kimyaçı) (d.1912, Gəncə – v.1989, Bakı) — Azərbaycanın Əməkdar elm xadimi. Əli Quliyev (aşıq) (d.1951, Tovuz) — azərbaycanlı aşıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi. Əli Quliyev (icra başçısı) (d.1945, Zəngilan) — Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992) Əli Quliyev (dövlət xadimi) (d.1918, Bakı) — Qonaqkənd Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı (1951-1954). Əli Quliyev (gizir) (d.1984 – v.2020) — Vətən müharibəsi şəhidi. Əli Quliyev (əsgər) (d.2001 – v.2020) — Vətən müharibəsi şəhidi. Həmçinin bax Alı Quliyev | https://az.wikipedia.org/w/index.php?curid=391124 |
Əli Quliyev (akademik) | Əli Musa oğlu Quliyev (31 may 1912, Gəncə – 29 yanvar 1989, Bakı) — Azərbaycan SSR Dövlət və SSRİ Dövlət mükafatları (iki dəfə) laureatı, "Azərbaycanın Əməkdar elm xadimi", akademik, kimya elmləri doktoru, professor. Əli Musa oğlu Quliyev 1912-ci il mayın 31-də Gəncə şəhərində anadan olmuşdur.1927-ci ildə Gəncə şəhərində ibtidai təhsil aldıqdan sonra Bakıya gəlmişdir.1931-ci ildə Bakı Pedoqoji Texnikumunu bitirib və Goranboy rayonunda müəllimlik etmişdir.1934-cü ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakultəsinə daxil olmuş və oranı 1939-cu ildə bitirdikdən sonra Dövlət imtahan komissiyasının qərarı ilə “Üzvi kimya”kafedrasında assistent saxlanmışdır. Elmi və pedoqoji fəaliyyəti Əli Quliyev 1937-ci ildən təhsilini davam etdirməklə yanaşı Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda müəllimi,akademik Y.Məmmədəliyevin laboratoriyasında baş laborant,BDU-ni bitirdikdən sonra isə həmin institutda kimyaçı,sahə rəisi və böyük mühəndis vəzifəsində çalışmışdır. II-ci Dünya müharibəsi illərində o,hərbi sifarişlər yerinə yetirən şöbəyə rəhbərlik etmiş,tank əleyhinə yandırıcı butulkaların nüsxəsini hazırlamış və sınaqdan keçirmişdir.1934-cü ildə “Təbii qazdan heksametilentetraminin (urotropinin)alınması mövzusunda namizədlik işini müdafiə etmişdir. Ə.Quliyev həmçinin bəzi dərman və yuyucu maddələrin alınması işində də çalışmışdır. 1934-cü ildə “Təbii qazdan heksametilentetraminin (urotropinin)alınması mövzusunda namizədlik işini müdafiə etmişdir. 1945-ci ildə AETNEİ-də Ə.Quliyevin rəhbərliyi ilə “Aşqarların sintezi” laboratoriyası yaradılmış və keçmiş sovetlər ittifaqında ilk dəfə olaraq“AzNİİ depressator” və “AzNiii-4”aşqarları sintez edilmiş və respublikamızın neft emalı zavodalrında sənaye miqyasında istehsal edilmişdir.Bu işlərə görə o,1948 və 1951-ci illərdə iki dəfə SSRİ Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür. 1951-ci ildə Ə.Quliyev motor sürtkü yağlarının keyfiyyətini yüksəltmək üçün aşqarların sintezi və onların tətbiqinə dair doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri dokoru alimlik dərəcəsi adına layiq görülmüşdür. Professor Ə.M.Quliyev bir pedaqoq kimi yüksəkixtisaslı kadrların təhsili işinə xüsusi diqqət yetirmişdir.O, 1951-1960-cı illərdə BDU “Üzvi kimya “kafedrasının müdiri,1960-1974-ci illərdə isə həmin kafedranın professoru olaraq tələbələrinə kimya elminin möcüzələrini aşılamışdır. 1958-ci ildə “Neft-kimyası”ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi, 1959-cu ildə isə həqiqi üzvi seçilmişdir. 1963-67-ci illərdə Azərbaycan EA Kimya Elmlər Bölməsinin akademik-katibi olmuşdur. 1959-65-ci illərdə akademik Ə.Quliyev Azərbaycan EA Neft Kimya Prosesləri İnstitutunda “Aşqarlar və yağlar” şöbəsinə rəhbərlik etmişdir. 1965-ci ildə bu şöbənin əsasında bilavasitə akademik Əli Quliyevin rəhbərliyi ilə keçmiş Sovetlər İttifaqında yeganə profilli Azərbaycan EA Aşqarlar Kimyası İnstitutu yaradıldı. O, 1965-1987-ci illərdə Aşqarlar Kimyası İnstitutunun direktoru olmuşdur. 1970-ci ildə akademik Ə.M.Quliyev və onun rəhbərlik etdiyi institutun əməkdaşları Bakı neftlərindən alınan motor yağlarının keyfiyyətini yüksəltmək üçün səmərəli aşqarların texnologiyasının hazırlanması və sənayedə tətbiqi işinə və onlar əsasında kompozisiya yaratdıqlarına görə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür. 1974-ci ildə ona Azərbaycan SSR əməkdar elm xadimi adı verilmişdir.O,respublikamızın elm və tədris müəssisələrində çalışan 6 elmlər doktoru,60-dan artıq elmlər namizədi yetişdirmişdir. Akad.Əli.Quliyevin "Yağlara və yanacaqlara əlavə edilən aşqarların kimyası və texnologiyası"əsəri iki dəfə Sankt-Peterburq şəhərində nəşr olunmuşdur.Əli müəllim öz əməkdaşları ilə birlikdə 670 elmi məqaləni çap etdirmişdir.166 müəlliflik şəhadətnaməsi almışdır.O, 8 monoqrafiyanın müəllifidir. Akademik Ə.M.Quliyevin əsas elmi tədqiqat işləri üzvi kimya,neft-kimyası,neftin emalı və aşqarlar kimasına aiddir.Onun rəhbərliyi ilə alkilfenollar, aromatik tiollar,epoksi birləşmələr,sulfobirləşmələr,polimerlər əsasında tərkibində müxtəlif funksional qrup və elementlər olan bir çox üzvi aşqar,stabilizator,inhibitor,YSM-lər sintez edilmiş,onlardan bir çoxunun istehsal texnologiyasi işlənib hazırlanmış və sənayedə tətbiq edilmişdir.Bunlara AzNİİ-depressatoru,AzNİİ-SİATİM-1,SB-3,SB-3u,BFK,BFKu,İNXP-21,İXP-21,İXP-101 və s.misal göstərmək olar.Əli müəllim keçmiş İttifaq miqyasında müxtəlif kükürdüzvi birləşmələrin sintezi və onlarıb əsasında aşqarların yaradılması sahəsində tanınmış elmi məktəb yaratmış görkəmli alim idi. Akademik Ə.M.Quliyev respublika kimya elmini Rumıniya,Meksika,Çin ,Macarıstan və digər xarici ölkələrdə ləyaqətlə təmsil etmişdir.Azərbaycan SSR Ali Sovetinə VIII və IX çağırışlarda deputat seçilmişdir.Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.Əli müəllim iki dəfə Qırmızı Əmək Bayrağı,üç dəfə “Şərəf nişanı”ordeni və medallarla,6 dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.Effektiv aşqarların sintezi və onların istehal texnologiyasının hazırlanması işlərinə rəhbərlik etdiyinə görə SSRİ-Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 2 qızıl və 4 gümüş medalına layiq görülmüşdür. Ə.Quliyev 1989-cu il yanvar ayının 29-da uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Onun xatirəsinin əbədiləşdirmək məqəsdi ilə hökumət 1993-cü ildə Azərbaycan EA Aşqarlar Kimyası İntitutuna onun adını vermişdir. Hər il gənc kimyaçı alimlər akadmeik Əli Quliyev adına mükafata layiq görülürlər."Akademik Əli Quliyev" adlı yeni kitab işıq üzü görmüşdür. Alimin anadan olmasının 100 illiyi münasibətilə qələmə alınmış əsərin müəllifi Rəsul Rəxşanlıdır. | https://az.wikipedia.org/w/index.php?curid=703503 |
Əli Quliyev (aşıq) | Aşıq Əli Quliyev (təxəllüsü: Ürfan; 1950, Əlimərdanlı, Tovuz rayonu) — azərbaycanlı aşıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2008). Əli Abuzər oğlu Quliyev 1950-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub.1972-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. Tovuzda Hüseyn Bozalqanlı adına Ozan-aşıq Muzeyinin ilk direktoru olmuşdur3 mart 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. "Sözdən pənah gətirmişəm" (2000) "Sazlı-sözlü dünyam" (2004) "Tanrı payı telli sazım" (2007) "Qəm daşıyan dərviş oldum" (2012) 2008-ci ildən Azərbaycanın əməkdar mədəniyyət işçisidir.5 mart 2023-cü ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=47348 |
Əli Quliyev (dövlət xadimi) | Quliyev Əli Şəfi oğlu – partiya və dövlət xadimi, Qonaqkənd Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı (1951-1954). Əli Quliyev 1918-ci il avqust ayının 2-də Maştağada anadan olmuşdur. 1928-ci ildə 128 saylı məktəbə getmiş, sonralar 187 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə "Abşeron kolxozçusu" qəzetindən başlamışdır. Burada ədəbi işçi kimi çalışmışdır. Kənd zəhmətkeşləri haqqında yazdığı məqalə, oçerk, reportaj və zarisovkalarla özünə diqqət çəkmiş, Maştağa Rayon Komsomol Komitəsinə işə götürülmüş, komitənin şöbə müdiri vəzifəsində işləmişdir. 1939-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almağa başlamış, istehsalatdan ayrılmamış, vaxtilə bitirdiyi 187 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri kimi fəaliyyət göstərmişdir. 1941-ci ilin yanvar ayında Maştağa Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur. Böyük Vətən Müharibəsi başladığına görə bu vəzifədə qısa müddət çalışmış, cəbhəyə yollanmış və ordu sıralarında alman faşistlərinə qarşı savaşmışdır. Səhhətindəki problemlərə görə hərbi xidmətdən erkən tərxis edilmişdir. Bundan sonra arxa cəbhədə fəaliyyət göstərməyə başlamış, rayon siyasi-maarif şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Bir müddət Maştağa Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinə rəhbərlik etmişdir. Bunun ardınca Ali Partiya Məktəbinə daxil olmuş, məktəbi bitirdikdən sonra Quba ərazisindəki Qonaqkənd Rayon Partiya Komitəsinə əvvəlcə ikinci katib, sonra isə birinci katib vəzifəsinə irəli çəkilmişdir. Onun rəhbərliyi illərində rayon əhalisindən heç kim "xalq düşməni" elan edilərək repressiyaya məruz qalmamış, repressiya dalğası rayon ziyalılarından yan keçmişdir. Amma bədxahları onun haqqında Bakıya yalan məlumatlar ötürmüşlər. Bundan sonra o, Bakıya çağırılmış və şəxsən Mircəfər Bağırovun özü ilə görüşmüşdür. Bu görüşdən sonra Mircəfər Bağırov ona etimad göstərmiş və haqqında yazılan donoslara baxmayaraq onu tutduğu vəzifəsindən azad etməmişdir. Sonrakı illərdə Əli Quliyev Samur-Dəvəçi kanalı tikintisinin siyasi şöbə rəisi, Abşeron MTS-in partiya komitəsinin katibi kimi məsul vəzifələrdə çalışmışdır. 5 ildən çox Maştağa qəsəbəsindəki kolxoza rəhbərlik etmiş, geridə qalan təsərrüfat kimi tanınan kolxozu qabaqcıllar sırasına yüksəltmişdir. Əli Quliyev daha sonralar Əzizbəyov Rayon Partiya Komitəsində təlimatçı, həmin rayonun mədəniyyət şöbəsinin müdiri, "Kosmos" kinoteatrının direktoru, Maştağa qəsəbə sovetinin sədri olmuşdur. Burada işlərkən, doğulub boya-başa çatdığı obasının abadlaşmasına xüsusi diqqət ayırmış, yollara asfalt örtükləri döşətdirmiş, əhalinin su təchizatını yaxşılaşdırmışdır. Əli Quliyev dəfələrlə rayon və şəhər sovetinə deputat seçilmişdir. O, 1951-1954-cü illərdə III çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 16 dekabr 1971-ci ildə vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=810001 |
Əli Quliyev (gizir) | Əli Tədbir oğlu Quliyev (9 sentyabr 1984; İmişli rayonu, Azərbaycan SSR — 27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub. Hərbi xidməti Azərbaycan Ordusunun giziri olan Əli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Quliyev oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=705224 |
Əli Quliyev (icra başçısı) | Əli Sadatqulu oğlu Quliyev (1 iyul 1945, Mincivan, Zəngilan rayonu) — Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992). Əli Quliyev 1 iyul 1945-ci ildə Zəngilan rayon Mincivan qəsəbəsində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmiş, 1989–93-cü illərdə Azərbaycan İdarəetmə İnstitunun müdavimi, Əhalinin Sosial Müdafiə Nazirliyində və Kosmik Tədqiqatlar İnstitutunda şöbə müdiri olmuşdur. Əmək fəaliyyətinə N.Nərimanov adına Mincivan qəsəbə orta məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır. 1965–1972-ci illərdə müəllim, dərs hissə müdiri, 1972-ci ildə "Kənd həyatı" qəzetində əbədi işçi, 1989–1991-ci ildə politologiya və Sosial idarəetmə institunda müdavim olaraq çalışmışdır. Siyasi fəaliyyəti 1973-cü ildə Rayon Komitəsi II katib, I katib, 1980–1988-ci illərdə Zəngilan Rayon Xalq Deputatları Sovetinin müavini, 1988–1989-cu ildə Mincivan Qovşaq partiya komitəsinin katibi, 1989-cu ildə Zəngilan Rayon Xalq Deputatları Sovetinin sədri, 1991-ci ildə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, 1992-ci ildə Nazirlər Kabineti yanında Azərmənzil "Komplekttəmir" respublika birliyində direktor müavini vəzifəsində işləmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=690393 |
Əli Quliyev (kimyaçı) | Əli Musa oğlu Quliyev (31 may 1912, Gəncə – 29 yanvar 1989, Bakı) — Azərbaycan SSR Dövlət və SSRİ Dövlət mükafatları (iki dəfə) laureatı, "Azərbaycanın Əməkdar elm xadimi", akademik, kimya elmləri doktoru, professor. Əli Musa oğlu Quliyev 1912-ci il mayın 31-də Gəncə şəhərində anadan olmuşdur.1927-ci ildə Gəncə şəhərində ibtidai təhsil aldıqdan sonra Bakıya gəlmişdir.1931-ci ildə Bakı Pedoqoji Texnikumunu bitirib və Goranboy rayonunda müəllimlik etmişdir.1934-cü ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakultəsinə daxil olmuş və oranı 1939-cu ildə bitirdikdən sonra Dövlət imtahan komissiyasının qərarı ilə “Üzvi kimya”kafedrasında assistent saxlanmışdır. Elmi və pedoqoji fəaliyyəti Əli Quliyev 1937-ci ildən təhsilini davam etdirməklə yanaşı Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda müəllimi,akademik Y.Məmmədəliyevin laboratoriyasında baş laborant,BDU-ni bitirdikdən sonra isə həmin institutda kimyaçı,sahə rəisi və böyük mühəndis vəzifəsində çalışmışdır. II-ci Dünya müharibəsi illərində o,hərbi sifarişlər yerinə yetirən şöbəyə rəhbərlik etmiş,tank əleyhinə yandırıcı butulkaların nüsxəsini hazırlamış və sınaqdan keçirmişdir.1934-cü ildə “Təbii qazdan heksametilentetraminin (urotropinin)alınması mövzusunda namizədlik işini müdafiə etmişdir. Ə.Quliyev həmçinin bəzi dərman və yuyucu maddələrin alınması işində də çalışmışdır. 1934-cü ildə “Təbii qazdan heksametilentetraminin (urotropinin)alınması mövzusunda namizədlik işini müdafiə etmişdir. 1945-ci ildə AETNEİ-də Ə.Quliyevin rəhbərliyi ilə “Aşqarların sintezi” laboratoriyası yaradılmış və keçmiş sovetlər ittifaqında ilk dəfə olaraq“AzNİİ depressator” və “AzNiii-4”aşqarları sintez edilmiş və respublikamızın neft emalı zavodalrında sənaye miqyasında istehsal edilmişdir.Bu işlərə görə o,1948 və 1951-ci illərdə iki dəfə SSRİ Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür. 1951-ci ildə Ə.Quliyev motor sürtkü yağlarının keyfiyyətini yüksəltmək üçün aşqarların sintezi və onların tətbiqinə dair doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri dokoru alimlik dərəcəsi adına layiq görülmüşdür. Professor Ə.M.Quliyev bir pedaqoq kimi yüksəkixtisaslı kadrların təhsili işinə xüsusi diqqət yetirmişdir.O, 1951-1960-cı illərdə BDU “Üzvi kimya “kafedrasının müdiri,1960-1974-ci illərdə isə həmin kafedranın professoru olaraq tələbələrinə kimya elminin möcüzələrini aşılamışdır. 1958-ci ildə “Neft-kimyası”ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi, 1959-cu ildə isə həqiqi üzvi seçilmişdir. 1963-67-ci illərdə Azərbaycan EA Kimya Elmlər Bölməsinin akademik-katibi olmuşdur. 1959-65-ci illərdə akademik Ə.Quliyev Azərbaycan EA Neft Kimya Prosesləri İnstitutunda “Aşqarlar və yağlar” şöbəsinə rəhbərlik etmişdir. 1965-ci ildə bu şöbənin əsasında bilavasitə akademik Əli Quliyevin rəhbərliyi ilə keçmiş Sovetlər İttifaqında yeganə profilli Azərbaycan EA Aşqarlar Kimyası İnstitutu yaradıldı. O, 1965-1987-ci illərdə Aşqarlar Kimyası İnstitutunun direktoru olmuşdur. 1970-ci ildə akademik Ə.M.Quliyev və onun rəhbərlik etdiyi institutun əməkdaşları Bakı neftlərindən alınan motor yağlarının keyfiyyətini yüksəltmək üçün səmərəli aşqarların texnologiyasının hazırlanması və sənayedə tətbiqi işinə və onlar əsasında kompozisiya yaratdıqlarına görə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür. 1974-ci ildə ona Azərbaycan SSR əməkdar elm xadimi adı verilmişdir.O,respublikamızın elm və tədris müəssisələrində çalışan 6 elmlər doktoru,60-dan artıq elmlər namizədi yetişdirmişdir. Akad.Əli.Quliyevin "Yağlara və yanacaqlara əlavə edilən aşqarların kimyası və texnologiyası"əsəri iki dəfə Sankt-Peterburq şəhərində nəşr olunmuşdur.Əli müəllim öz əməkdaşları ilə birlikdə 670 elmi məqaləni çap etdirmişdir.166 müəlliflik şəhadətnaməsi almışdır.O, 8 monoqrafiyanın müəllifidir. Akademik Ə.M.Quliyevin əsas elmi tədqiqat işləri üzvi kimya,neft-kimyası,neftin emalı və aşqarlar kimasına aiddir.Onun rəhbərliyi ilə alkilfenollar, aromatik tiollar,epoksi birləşmələr,sulfobirləşmələr,polimerlər əsasında tərkibində müxtəlif funksional qrup və elementlər olan bir çox üzvi aşqar,stabilizator,inhibitor,YSM-lər sintez edilmiş,onlardan bir çoxunun istehsal texnologiyasi işlənib hazırlanmış və sənayedə tətbiq edilmişdir.Bunlara AzNİİ-depressatoru,AzNİİ-SİATİM-1,SB-3,SB-3u,BFK,BFKu,İNXP-21,İXP-21,İXP-101 və s.misal göstərmək olar.Əli müəllim keçmiş İttifaq miqyasında müxtəlif kükürdüzvi birləşmələrin sintezi və onlarıb əsasında aşqarların yaradılması sahəsində tanınmış elmi məktəb yaratmış görkəmli alim idi. Akademik Ə.M.Quliyev respublika kimya elmini Rumıniya,Meksika,Çin ,Macarıstan və digər xarici ölkələrdə ləyaqətlə təmsil etmişdir.Azərbaycan SSR Ali Sovetinə VIII və IX çağırışlarda deputat seçilmişdir.Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.Əli müəllim iki dəfə Qırmızı Əmək Bayrağı,üç dəfə “Şərəf nişanı”ordeni və medallarla,6 dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.Effektiv aşqarların sintezi və onların istehal texnologiyasının hazırlanması işlərinə rəhbərlik etdiyinə görə SSRİ-Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 2 qızıl və 4 gümüş medalına layiq görülmüşdür. Ə.Quliyev 1989-cu il yanvar ayının 29-da uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Onun xatirəsinin əbədiləşdirmək məqəsdi ilə hökumət 1993-cü ildə Azərbaycan EA Aşqarlar Kimyası İntitutuna onun adını vermişdir. Hər il gənc kimyaçı alimlər akadmeik Əli Quliyev adına mükafata layiq görülürlər."Akademik Əli Quliyev" adlı yeni kitab işıq üzü görmüşdür. Alimin anadan olmasının 100 illiyi münasibətilə qələmə alınmış əsərin müəllifi Rəsul Rəxşanlıdır. | https://az.wikipedia.org/w/index.php?curid=330569 |
Əli Quliyev (şəhid) | Əli Turac oğlu Quliyev (20 oktyabr 2001, Kərbəla – 27 oktyabr 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. Əli Quliyev 20 oktyabr 2001-ci ildə İraqın Kərbəla şəhərində ilahiyyatçı ailəsində anadan olmuşdur. 12 yaşına kimi Kərbəla şəhərində yaşamış və təhsil almışdır. 2013-cü ildə ailəsi ilə birlikdə Azərbaycanın Masallı rayon Kolatan kəndinin Bağıroba qəsəbəsinə yerləşmişdir. Elə həmin ildə də Birinci Qarabağ Müharibəsi kənd şəhidi Simran Rzayev adına məktəbin altıncı sinfinə daxil olmuşdur. Məktəbi başa vuran Əli ali təhsil olmaq üçün imtahan verir, lakin müvəffəqiyətli olmur. 2020-ci ildə hərbi xidmətə yollanır. Dislokasiyası Cocuq Mərcanlı olan "N" saylı hərbi hissədə xidmətə başladı. İkinci Qarabağ Müharibəsinə qatılaraq düşmənin Azərbaycan torpaqlarından qovulmasında iştirak etdi. Oktyabrın 26-dan 27-ə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 29 oktyabr 2020-ci ildə Kolatan kəndinə gətirilərək torpağa tapşırıldı. Azərbaycan prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 25 dekabr 2020-ci ildə isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. | https://az.wikipedia.org/w/index.php?curid=702780 |
Əli Quliyev (əsgər) | Əli Turac oğlu Quliyev (20 oktyabr 2001, Kərbəla – 27 oktyabr 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. Əli Quliyev 20 oktyabr 2001-ci ildə İraqın Kərbəla şəhərində ilahiyyatçı ailəsində anadan olmuşdur. 12 yaşına kimi Kərbəla şəhərində yaşamış və təhsil almışdır. 2013-cü ildə ailəsi ilə birlikdə Azərbaycanın Masallı rayon Kolatan kəndinin Bağıroba qəsəbəsinə yerləşmişdir. Elə həmin ildə də Birinci Qarabağ Müharibəsi kənd şəhidi Simran Rzayev adına məktəbin altıncı sinfinə daxil olmuşdur. Məktəbi başa vuran Əli ali təhsil olmaq üçün imtahan verir, lakin müvəffəqiyətli olmur. 2020-ci ildə hərbi xidmətə yollanır. Dislokasiyası Cocuq Mərcanlı olan "N" saylı hərbi hissədə xidmətə başladı. İkinci Qarabağ Müharibəsinə qatılaraq düşmənin Azərbaycan torpaqlarından qovulmasında iştirak etdi. Oktyabrın 26-dan 27-ə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 29 oktyabr 2020-ci ildə Kolatan kəndinə gətirilərək torpağa tapşırıldı. Azərbaycan prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 25 dekabr 2020-ci ildə isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. | https://az.wikipedia.org/w/index.php?curid=683691 |
Əli Qurban Dastançı | Əli Abdulla oğlu Qurbanov (14 may 1930, Ağkilsə – 27 mart 2004, Gəncə) — el şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Qurban Dastançı 1928-ci il may ayının 14-də Göyçə mahalının ulu Aşıq Ələsgərin doğulub boya-başa çatdığı Ağkilsə kəndində dünyaya gəlmişdir. Ədbiyyata 13 yaşında yazdığı "Hanı dağlar" (1943) şeiri ilə gəlib. 1948-ci ildə orta məktəbi bitirən gənc şair bir il həmin məktəbdə kitabxanaçı işləmişdir. Sonra Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuş və 1953-cü ildə ali təhsilini tamamlamışdır. Təyinatını Kəlbəcərə alıb ki, müddəti qurtarandan sonra Göyçəyə qayıtmaq asan olsun. Göyçə mahalı Ermənistan SSR ərazisinə daxil edildiyindən oraya birbaşa təyinat almaq mümkün deyildi. Həm də anası Gülsüm xanım Kəlbəcərin Kilsəli kəndindən idi. Burada yaxın qohumların yaşaması da bir növ işi asanlaşdırırdı. Kəlbəcər rayonu Maarif şöbəsində inspektor kimi əmək fəaliyyətinə başlayan Əli müəllim (artıq onu belə çağırırdılar) 1989-cu ilə qədər burada qalıb işləməli olur, Oktyabr kəndində məktəb direktoru, rayon maarif şöbəsində inspektor, metodist, 1979-cu ildən 1986-cı ilə qədər rayon "Yenilik" qəzetinin redaktoru vəzifəsində çalışır. Kəlbəcər camaatının şerə, saza sevgisi, Aşıq Şəmşirlə burada yaxından tanış olması (aralarında ata-oğul münasibətlərinin yaranması) da Əli müəllimi Kəlbəcərə bağlayan əsas amillərdəndir. Son vaxtlar rayonda yaranmış ictimai-siyasi vəziyyət onu sıxdığından müvəqqəti olaraq Gəncədə yaşamaq qərarına gəldi. Elə həmin dövrdə eyni səbəblər üzündən Bəhmən Vətənoğlunun Gəncəyə köçməsi bu qərara daha bir təkan verdi. Yenidən Kəlbəcərə qayıtmaq arzusuna 1993-cü ilin aprelində Kəlbəcərin ermənilər tərəfindən işğalı son qoyduğuna görə ömrünün sonuna qədər Gəncədə yaşadı. Böyük şairin Göyçə, Kəlbəcər, Qarabağ həsrətinə dözməyən ürəyi 2004-cü ilin mart ayının 19-da əbədi dayandı. Gəncə şəhərində dəfn edilmişdir. Yaradıcılığı Əli Qurban Dastançının yaradıcılığından söz açmaq istəyəndə ilk növbədə onun dastan yaradıcılığı nəzərə çarpır. Onun özünə "Dastançı" təxəllüsü götürməsi də təsadüfi deyildi. Artıq "Koroğlu" dastanının bir hissəsi hesab edilən "Mərcan xanımın Çənlibelə gəlməyi" qolunu da o toplayıb işləmiş, araya-ərsəyə gətirmişdir. Bundan əlavə "Yetim Hüseyn dastanı", "Səməd ağa dastanı", "Məşdisə dastanı", "Dəli Alı dastanı", "Dəmirçi Abbas", "Allahverdi", "İsmayıl və Pəri", "Molla Umud" kimi dastanlar yaratmışdır. Şair ilk dastanı olan "Yetim Hüseyn dastanı"nı Kəlbəcərdə qoçaq bir adam olmuş, rayona avtomobil yolu çəkilişində fədakarlıq göstərmiş Yetim Hüseynə həsr edib. Yetim Hüseyn elə bu yolun çəkilişində həlak olmuşdu. Ə.Dastançı bir sıra lirik poemalar da yazmışdır. Bunların içində ən çox diqqəti cəlb edən1955-ci ildə dahi şair Səməd Vurğunun məşhur Kəlbəcər səfəri ilə bağlıdır. "Tanış səs" adlanan bu poemada böyük sənətkara ümumxalq məhəbbəti tərənnüm edilir. 1966, 1988, 2003-cü illərdə çap olunmuş "Deyişmələr, dərdləşmələr" ədəbiyyatımızın çağdaş və gələcək tədqiqatçıları üçün qiymətli mənbədir. Bu kitablarda Əli Qurban özü ilə bərabər, dövrün az və çox tanınmış el şairləri haqqında məlumatlar vermiş, orijinal tərzdə onların çoxlu şeirlərini çap etdirmişdir. 1976-cı ildə "Azərnəşr"in dərc etdiyi "Mərcan xanımın Çənlibelə gəlməyi" nəzərə alınmazsa, Ə.Q. Dastançının ilk mətbu əsəri "Yetim Hüseyn dastanı"dır. 2003-cü ilə qədər "Balasıyam bu dağların" (1989), "Beş dastan" (1996), "Deyişmələr, dərdləşmələr" (1996) "Koroğlular uzaqlardan gələn yolda" (1998), "Çıraqqala dastanı" (1999), "Müdriklik mücəssəməsi" (2003), "Kürən köhlən" (2003), "Qaxın möcüzələri" (2003) və s. kimi 22 kitab nəşr etdirmişdir. Əli Qurban Dastançı 1976-cı ildə Bakıda keçirilən "Bədii söz ustası" festival-müsabiqəsinin laureatı olmuş, birinci yeri tutmuşdur. Dərin hafizəyə malik olan bu şəxs gözəl şair olmaqla bərabər, gözəl insani keyfiyyətlərə malik olmuşdur. Onun azman el şairi Bəhmən Vətənoğlu ilə səmimi dostluğu Səməd Vurğunla Osman Sarıvəllinin dostluq-qardaşlıq münasibətlərini xatırladır. Böyük el şairi yazar qələmi və yanar ürəyi ilə xalqa xidmət elədi, xalq da onu sevdi, qiymətləndirdi. Bu gün Əli Qurban Dastançı təkcə Şimali Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları hər yerdə tanınır, sevilir. 2009-cu ildə Təbrizli şair Həsən Savalan Əli Qurban Dastançının "Deyişmələr, dərdləşmələr" kitabını, şair Yusif isə onun lirik şeirlərini "Lalasıyam bu dağların" başlığı altında əski əlifba ilə Təbrizdə çap etdirmişlər. "Yetim Hüseyn" "Səməd ağa dastanı", Bakı, "Göytürk", 1995. 96 səh. 1000 nüsxə. "Söz dəyirmandakıdı" "Balasıyam bu dağların" "Beş dastan" "Allahu Əkbər" "Koroğlular uzaqlardan gələn yolda" "Deyişmələr-dərdləşmələr" I cild "Deyişmələr-dərdləşmələr" II cild "Göyçə gülü", "Yetənə bir şeir, ötənə bir şeir" "Məşədisə dastanı", Bakı, "Əbilov, Zeynalov və oğulları", 2000. 406 səh. 2000 nüsxə. Həmçinin bax həyat yoldaşı Nigar xanım Aşıq Ələsgərin nəvəsidir. Əliş ƏVƏZ. Əli Qurban Dastançı. Ədəbiyyat qəzeti. N-46(3797), - 2011. - 16 dekabr. - Səh.3-6. Xarici keçidlər Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə), ensiklopedik məlumat kitabı, "Nurlar", Bakı, 2011. | https://az.wikipedia.org/w/index.php?curid=119850 |
Əli Qurbanov | Əli Mirzəli oğlu Qurbanov (20 iyun 1898, Tiflis – 14 oktyabr 1962, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940). Əli Qurbanov 1898-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O, aktyorluq fəaliyyətinə 1914-cü ildə Tiflisdə teatr həvəskarları truppasında başlamışdır. İlk dəfə Möhsün Sənaninin təkidi ilə həvəskarların "Gaveyi-Ahəngər" tamaşasında bircə kəlmə "gedək" sözü ilə səhnəyə çıxmışdır. 1915-ci ildə isə "O olmasın, bu olsun" tamaşasında Rüstəm bəy rolunu ifa edərək maraqları öz üzərinə çəkir. Bu hadisədən sonra onu yalnız dram tamaşalarına deyil, hətta opera, operetta və müsamirələrə həm artist, həm də tarzən kimi dəvət etməyə başlayırlar. 1917-ci ildə Tiflisdə "İttihad" dram cəmiyyəti təşkil olunur və həmin il Əli Qurbanov bu truppaya dəvət edilir. "İttihad" truppası ilə "Bəxtsiz cavan" (Qoca kəndli) və "Pəri cadu" (Niyaz) əsərlərində məharətlə çıxış edir. Əli Qurbanov 1918-ci ildən aktyorluq fəaliyyətini "İbrət" dram cəmiyyətində davam etdirir. Bu truppada Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı kimi aktyorlarla birlikdə çalışmışdır. O, burada Hacı Həsən ("Ölülər"), Şahmar bəy ("Müsibəti-Fəxrəddin"), Şah Sultan Hüseyn xan ("Nadir şah"), Cavad bəy ("Dağılan tifaq"), Əsgər bəy ("Hacı Qara") və digər rollarda oynamışdır.1921-ci ilədək truppa şəklində fəaliyyət göstərmiş Tiflis teatrı həmin il Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilir. Həmin vaxtdan etibarən digər aktyorlarla birlikdə Əli Qurbanov da həmin teatrın aktyoru olur. O, Tiflis Dövlət Azərbaycan Dram Teatrının tərkibində 1922-ci ildə Türkiyəyə, 1925-ci ildə isə İrana qastrol səfərlərində olmuşdur. O, 1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrına dəvət olunmuş və ömrünün sonunadək burada fəaliyyət göstərmişdir.Əli Qurbanov 50 ildən artıq səhnədə olmuşdur. Bu müddətdə 200-ə yaxın müxtəlif rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz dəfə oynamışdır. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa etmişdir. Aktyor 40 ildən artıq C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının filmlərində də çəkilmişdir. İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov sonralar "Kəndlilər", "Almaz" (Aftil), "Yeni Horizont", "Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban), "Doğma Xalqıma" (buruq ustası), "Mahnı Belə Yaranır" (Kor aşıq), "Qızmar Günəş Altında" (Əli dayı), "Qara Daşlar" (Usta Ramazan), "Ögey Ana" (çoban), "Bir Qalanın Sirri" (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan obrazlar yaratmışdır. Gürcüstan SSR əməkdar artisti Abbas Qurbanovun qardaşı, Azərbaycan SSR xalq artisti Möhsün Sənani və Tiflis Azərbaycan teatrının aktyoru Əbülfət Sənaninin xalası oğludur. Adlar və mükafatlar "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 noyabr 1938 2 dəfə "Lenin" ordeni — 22 iyul 1949; 9 iyun 1959 "Şərəf nişanı" ordeni "Qırmızı əmək bayrağı" ordeni Filmoqrafiya Cəlil Məmmədquluzadə Ensiklopediyası (az.). Bakı. 2008. səh. 159. "50 ildən artıq böyük səhnədə". Kaspi. 21 iyun 2011. | https://az.wikipedia.org/w/index.php?curid=93594 |
Əli Qurbanov (aktyor) | Əli Mirzəli oğlu Qurbanov (20 iyun 1898, Tiflis – 14 oktyabr 1962, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940). Əli Qurbanov 1898-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O, aktyorluq fəaliyyətinə 1914-cü ildə Tiflisdə teatr həvəskarları truppasında başlamışdır. İlk dəfə Möhsün Sənaninin təkidi ilə həvəskarların "Gaveyi-Ahəngər" tamaşasında bircə kəlmə "gedək" sözü ilə səhnəyə çıxmışdır. 1915-ci ildə isə "O olmasın, bu olsun" tamaşasında Rüstəm bəy rolunu ifa edərək maraqları öz üzərinə çəkir. Bu hadisədən sonra onu yalnız dram tamaşalarına deyil, hətta opera, operetta və müsamirələrə həm artist, həm də tarzən kimi dəvət etməyə başlayırlar. 1917-ci ildə Tiflisdə "İttihad" dram cəmiyyəti təşkil olunur və həmin il Əli Qurbanov bu truppaya dəvət edilir. "İttihad" truppası ilə "Bəxtsiz cavan" (Qoca kəndli) və "Pəri cadu" (Niyaz) əsərlərində məharətlə çıxış edir. Əli Qurbanov 1918-ci ildən aktyorluq fəaliyyətini "İbrət" dram cəmiyyətində davam etdirir. Bu truppada Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı kimi aktyorlarla birlikdə çalışmışdır. O, burada Hacı Həsən ("Ölülər"), Şahmar bəy ("Müsibəti-Fəxrəddin"), Şah Sultan Hüseyn xan ("Nadir şah"), Cavad bəy ("Dağılan tifaq"), Əsgər bəy ("Hacı Qara") və digər rollarda oynamışdır.1921-ci ilədək truppa şəklində fəaliyyət göstərmiş Tiflis teatrı həmin il Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilir. Həmin vaxtdan etibarən digər aktyorlarla birlikdə Əli Qurbanov da həmin teatrın aktyoru olur. O, Tiflis Dövlət Azərbaycan Dram Teatrının tərkibində 1922-ci ildə Türkiyəyə, 1925-ci ildə isə İrana qastrol səfərlərində olmuşdur. O, 1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrına dəvət olunmuş və ömrünün sonunadək burada fəaliyyət göstərmişdir.Əli Qurbanov 50 ildən artıq səhnədə olmuşdur. Bu müddətdə 200-ə yaxın müxtəlif rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz dəfə oynamışdır. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa etmişdir. Aktyor 40 ildən artıq C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının filmlərində də çəkilmişdir. İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov sonralar "Kəndlilər", "Almaz" (Aftil), "Yeni Horizont", "Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban), "Doğma Xalqıma" (buruq ustası), "Mahnı Belə Yaranır" (Kor aşıq), "Qızmar Günəş Altında" (Əli dayı), "Qara Daşlar" (Usta Ramazan), "Ögey Ana" (çoban), "Bir Qalanın Sirri" (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan obrazlar yaratmışdır. Gürcüstan SSR əməkdar artisti Abbas Qurbanovun qardaşı, Azərbaycan SSR xalq artisti Möhsün Sənani və Tiflis Azərbaycan teatrının aktyoru Əbülfət Sənaninin xalası oğludur. Adlar və mükafatlar "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 noyabr 1938 2 dəfə "Lenin" ordeni — 22 iyul 1949; 9 iyun 1959 "Şərəf nişanı" ordeni "Qırmızı əmək bayrağı" ordeni Filmoqrafiya Cəlil Məmmədquluzadə Ensiklopediyası (az.). Bakı. 2008. səh. 159. "50 ildən artıq böyük səhnədə". Kaspi. 21 iyun 2011. | https://az.wikipedia.org/w/index.php?curid=683673 |
Əli Quşçu | Əli Quşçu (Osmanlı Türkçəsi: Ebu’l-Kasım Alaaddin Ali b. Muhammed el-Kuşçu) (1403, Səmərqənd, Teymurilər dövləti – 16 dekabr 1474, Konstantinopol, Osmanlı imperiyası və ya Konstantinopol, Osmanlı imperiyası) — görkəmli Özbək astronomu, riyaziyyatçısı və dilşünası. Əsl adı, Əli bin Məhəməddir. Türk – İslam dünyasının böyük riyaziyyat, astronomiya, mexanika, dil, bəlağət və kəlam alimi olan Əli Quşçu, XV əsrin əvvəllərində 1403-cü ildə Səmərqənddə anadan olmuşdur. Atası Muhammed (Mahmud, Məhəmməd), məşhur türk sultanı və astronomu Uluq Bəyin Şahin başçısı olduğu üçün, ailəsi "Quşçu" ləqəbi ilə məşhur oldu. 1436–1439-cı illərdə Uluq Bəy Rəsədxanasına müdir olmuşdur. 1449-cu ildə Həccə getmək istədi. Lakin elə bu vaxt Teymurilər dövlətinin hökmdarı Əbdüllətif Əli Quşçunun edam edilməsi haqqında fərman verdi. Səmərqənddən qaçan Əli Quşçunu Təbrizdə Ağqoyunlu hökmdarı Uzun Həsən böyük ehtiramla qarşçladı. Ağqoyunlul və Osmanlı arasında ziddiyyətlər kəskinləşdikdə Uzun Həsən ondan Osmanlı sultanı Fateh Mehmet ilə sülhməramlı görüşmələrində yardım istədi. Əli Quşçu, Uzun Həsənin elçiliyini etdikdən sonra Fatehin dəvəti ilə ikinci dəfə İstanbula gəldi. Osmanlı – Ağqoyunlu sərhədboyunda II Mehmedin əmri ilə böyük bir mərasimlə qarşılanan Əli Quşçu, Ayasofya mədrəsəsinə 200 axça maaşla müdərris təyin edildi. 1473-cü il mart ayında Sahn-ı Seman Mədrəsəsindən (Fateh Mədrəsəsi) təqaüd almışdır. 16 dekabr 1474-cü ildə İstanbulda vəfat etmişdir. Məzarı Eyyub Sultandadır. Kiçik yaşlarından etibarən riyaziyyat və astronomiyaya maraq göstərən Əli Quşçu, dövrünün ən böyük elm adamları olan Bursalı Qadızadə Rumi, Qıyasəddin Cəmşid (Qiyas əl Kaşi) və Muinuddin Kaşidən riyaziyyat və astronomiya elmlərini öyrəndi. Daha sonra təhsilini artırmaq üçün Uluq Bəydən icazəsiz Kirmana getdi. Burada "Hall-ü Eşkal-i Qəmər (Ay səhifələrinin açıqlanması) adlı risalə ilə "Şərhi-Təcrid" adlı əsərini yazdı. Kirmanda təhsilini tamamlayıb Səmərqəndə döndü və Uluq Bəyə Kirmanda dərc etdiyi risalələri təqdim edərək ona yardımçı olmuşdur. Elm tarixi üçün əhəmiyyəti Riyaziyyat üçün; Hermetik-Pitaqorasçı mistisizmi Astronomiya və optik üçün; Aristotelçi fizika və metafizik prinsipləri aydınlaşdırmağa çalışdı. Əl-Fəthiyyə Kopernik (1473 – 1543) Hoca Sinan Paşa, Molla Lütfi və Əli Quşçunun oğlu Mirim Çələbi (Mahmud B. Muhammed B. Muhammed B. Musa Qadızadə), Takiyüddin kimi alimlər onun dərslərində yetişmişdilər. Osmanlı mədəniyyəti üçün əhəmiyyəti Osmanlı İmperiyası padşahı Fatih Sultan Məhəmməd (II Mehmed) adına qurulan ilk Osmanlı universiteti olan Fatih Mədrəsəsinin tədris planını qələmə aldı. Əli Quşçu nəslindən olanlar XVIII əsrin sonlarına qədər Osmanlı İmperiyasında mühüm vəzifələr gördü. Əbussuud Əfəndi və uşaqları şeyxülislam, kazasker, müdərris kimi vəzifələr tutdular. Əli Quşçudan sonra Osmanlı dili bütün islam aləmi üçün elm dili olub. Fars və ərəb dilləri öz əhəmiyyətini itirdi. Risalə Fi-Hey-ə: (1457-ci ildə Səmərqənddə, fars dilində yazmışdır) Osmanlı İstanbul Mühəndisxanasında (İstanbul Texniki Universiteti) XIX əsrin əvvəllərində dərs kitabı olaraq istifadə edilirdi. Mədsrəsələrdə riyaziyyat və s. elm dərslərinin oxudulmasında önəmli rolu olmuşdur. Astronomiya əsərləri Şerh-i Zîc-i Uluğ Bey Risalə fî Halli Eşkâli Muaddili'l-Kamer li'l-Mesîr Risalə fî Asli'l-Hâric Yumkin fî's-Sufliyyeyn Şerh ale't-Tuhfeti'ş-Şâhiyye fî'l-Hey'e Risalə der İlm-i Hey'e Risalə fî Halli Eşkâli'l-Kamer. Riselet-ül fi'l hey'et (Farsça) Risalə el-Fethiyye fî ilmi’l-hey (el-Fethiyye) Riyaziyyat əsərləri Risâletu'l-Muhammediyye fî'l-Hisâb Risalə der İlm-i Hisâb: Süleymaniye Kəlam ve Usûl-i Fıkıh əsərləri Eş-Şerhu'l-Cedîd ale't-Tecrîd Hâşiye ale't-Telvîh Kimya və Fizika əsərləri Unkud-üz-Zevahir fi Man-ül-Cevahir (Mücevherlerin Dizilmesinde Görülen Salkım) Mexanik Alətləri Haqqında əsəri Tezkire fî Âlâti'r-Ruhâniyye (Kültür Bakanlığı, Ankara 2001) Dil və Bəlağət əsərləri Şerhu'r-Risâleti'l-Vadiyye El-Unkûdu'z-Zevâhir fî Nazmi'l-Cevâhir Şerhu'ş-Şâfiye Risalə fî Beyâni Vadi'l-Mufredât Fâ'ide li-Tahkîki Lâmi't-Ta'rîf Risâle mâ Ene Kultu Risalə fî'l-Hamd Risalə fî İlmi'l-Me'ânî Risalə fî Bahsi'l-Mufred Risalə fî'l-Fenni's-Sânî min İlmihal-Beyân Tefsîru'l-Bakara ve Âli İmrân Risalə fî'l-İstişâre Mahbub-ül-Hamail fi keşif-il-mesail Tecrid-ül-Kelam (Tecrid’ül Kelam – Sözün Tecridi) İ. Hakkı Uzunçarşılı – Büyük Osmanlı Tarihi Cilt 2 Sh. 653 100 böyük türk. Bakı,1991. səh.36–37. Həmçinin bax Muhyiddin Mehmed-i İskilibi – yeğeni, şagirdi və damadı Mevlana Ebussuud İmadi – torunu və Osmanlı şeyxülislamı Uluq Bəy Rəsədxanası Sahn-ı Seman Mədrəsəsi Mirim Çelebi - Xarici keçidlər Əsərlərinin siyahısı Əsəri haqqında məlumat Arxivləşdirilib 2007-10-10 at the Wayback Machine Uluğ Bəy və Ali Kuşçu Həyatı və əsərləri | https://az.wikipedia.org/w/index.php?curid=23326 |
Əli Qılınc | Əli Qılınc, əsl adı Süleyman Asəf Əmrullah ya da daha çox bilinən adı ilə Qılınc Əli (8 fevral 1890, Konstantinopol – 14 iyul 1971, İstanbul), türk hərbçi və siyasətçi. Hərbi kariyerası 3 mart 1906-cı il tarixində İstanbul Gedikli Kiçik Zabitlər Məktəbini bitirdikdən sonra, göstərdiyi üstün xidmətlərinə görə mayor rütbəsi almışdır. I Dünya Müharibəsinə qatılmış, Çanaqqala döyüşlərində yaralanmışdır. Qafqaz İslam Ordusunda Nuru paşanın yavərliyini etmişdir. Qafqaz İslam Ordusunda Qafqaz İslam Ordusu yaradıldığı zaman Ənvər paşanın qardaşı Nuru paşa onun komandanı təyin edildi. Bu ordunun tapşırığı Qafqazda türk təsirini daha da artırmaq idi. Əli Qılınc Nuru paşanın yavəri kimi Qafqaz İslam Ordusunun bütün hərəkatlarında iştirak etmişdir. Bakının azad edilməsindəki xidmətlərinə görə təltif edilmişdir. Türkiyə İstiqlaliyyət müharibəsində Mudros barışığına görə Osmanlı qoşunları Azərbaycan Xalq Cümhuriyyətini tərk etməyə məcbur edildikdən sonra Anadoluya geri dönmüş və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir. 28 oktyabr 1919-cu ildə Mustafa Kamal Paşa tərəfindən Maraş, Antep ətraflarında Qüvvə-i Millini qurmaq tapşırıldı. Bu bölgəyə gedərkən Mustafa Kamal Paşanın təklifi ilə, sonradan öz adı kimi istifadə edəcəyi kod adı Qılınc Əli adından istifadfə etdi. Qarailan və Şahin bəy ilə birlikdə bu bölgədəki üsyanları yatırtdı və Kırşehir üsyançılarını darmadağın etdi. Keferdiz (Sakçagözü) ağası Xurşud ağanın iqamətgahını qərərgah olaraq istifadə etmişdir. Xurşud ağanın 200-dən çox silahlı adamlarını kordinasiya etmişdir. Xurşud ağanın şəxsi sərvəti ilə aldığı silah-sursatın Qüvvə-i Milliyə tərəfdarlarına çatdırılmasına nəzarət etmişdir. Ağrı üsyanından sonra qurulan İstiqlal məhkəmələrində üzvlük etmişdir. Uğurlarına görə 21 oktyabr 1923-cü ildə Qırmızı-Yaşıl zolaqlı İstiqlal Medalı ilə təltif edilmişdir. Siyasi kariyerası 1920–1938-ci illər arasında Qaziantep millətvəkili olaraq TBMM-də çalışmışdır. 7 iyun 1934-cü ildə polkovnik rütbəsi ilə ordudan ehtiyata buraxılmışdır. Xurşud ağanın Hatayın Türkiyəyə qaqtılması üçün Hatay prezidenti Tayfur Sökmenə verdiyi dəstəyin dövlətlə əlaqələndirilməsini təmin etmişdir.1961-ci ildə Yeni Türkiyə Partiyasının qurucularından olmuşdur. Türkiyənin respublika tarixinin ilk qadın keramikaçısı Füreyya Koral ilə evlənmişdir. Türk futbolçu və baş məşqçisi Gündüz Qılınc, yazıçısı Altemur Qılınc, Fahir Qılınc və Kəskin Qılıncın atasıdır. Xatirələrini danışır (1955) Atatürkün xüsusiyyətləri (1955) İstiqlal məhkəməsi xatirələri (1955) 14 iyul 1971-ci ildə İstanbulda vəfat etmişdir. Zincirliquyu məzarlığında dəfn edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=547253 |
Əli Qədirov | Əli Qədirov (tam adı: Əli Əşrəf oğlu Qədirov; 25 sentyabr 1958) — kimyaçı alim, AMEA-nın akademik Ə.M. Quliyev adına Aşqarlar kimyası İnstitutunun aparıcı elmi işçisi, dosent. 1958-ci il sentyabrın 25-də Cəlilabad rayonun Sərhədabad kəndində fəhlə ailəsində anadan olub. Orta təhsilini 1975- ci ildə Cəlilabad şəhər 7saylı “Beynəlmiləl” orta məktəbdə başa vurduqdan sonra Bakı şəhərində V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “kimya fakültəsinə “qəbul olunub. 1979-cu ildə institutu bitirdikdən sonra isə ixtisası üzrə müəllim işləmişdir. 1982-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Aşqarlar kimyası İnstitutunun(AKİ) üzvi kimya ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. İnstitutun “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasında aspirant olaraq elmi-tədqiqat işlıərinə başlamışdır və bu günə qədər həmin İnstitutda çalışır. 1991-ci ildə “Azometinlər və diarilaminlərin törəmələrinin sintezi və tətbiqi” mövzusu üzrə dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək “üzvi kimya “ ixtisası üzrə (02.00.03) kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda o, elmi axtarışlarını doktorant kimi həm sintetik , həm də mineral yağlar sahəsində davam etdirir, tərkibində azot-, kükürd- və digər heteroatom, eləcə də müxtəlif funksional qruplar olan maddələr sintez edərək xassələrini öyrənir. Elmi fəaliyyəti Ə.Ə.Qədirov 55 elmi əsərin, o cümədən 6 müəlliflik şəhadətnaməsi(SSRİ), 2 Az.patentin, 19 tezis və 28 məqalənin müəllifidir Elmi məqalələri Qədirov Ə.Ə.,Kazımzadə Ə.K.Abdullayev B.İ.α-[(2-Hidroksifenilamino)-3I-nonilorsi- fenilmetan]-turşusunun difenil efiri sintetik sürtkü yağlarina antioksidləşdirici və yeyilməyə qarşı aşqar kimi.// Azərbaycan patenti İ 2012 0038, 11.04.2012. “Sənaye mülkiyyəti”, 2012, № 2,səh.12 Fərzəliyev V.M.,Qədirov Ə.Ə., Kazımzadə Ə.K., Nəsirova Sürtkü yağı kompozisiyası //Azərbaycan patenti İ 2016 0037, 11.05.2016. | https://az.wikipedia.org/w/index.php?curid=519063 |
Əli Qənbərli | Əli Qənbərli (tam adı: Qənbəri Əli Həsənəli oğlu; 5 fevral 1907, Ordubad, Naxçıvan qəzası – 26 avqust 1987, Ordubad) — Azərbaycanın maarif xadimi, əməkdar müəllim. Qənbəri Əli Həsənəli oğlu 5 fevral 1907-ci ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. 26 avqust 1987-ci ildə Ordubad şəhərində vəfat edib. 1928-ci ildə Naxçıvan Müəllimlər Seminariyasını bitirib. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) bilologiya fakültəsində təhsil alıb. Pedaqoji fəaliyyəti Ömrünün yarım əsrdən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Ordubad məktəblərində müəllim, direktor, Ordubad pedaqoji məktəbinin dərs hissə müdiri və direktoru (1939–1943), rayon xalq maarif şöbəsinin müdiri (1936–37; 1954–57) vəzifələrində işləmişdir. Təltif və mükafatları SSRİ — 1943-cü ildən Azərbaycan SSRİ əməkdar müəllimi SSRİ — "Şərəf" ordeni SSRİ— Respublika əhəmiyyətli fərdi pensiyaçı olub Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 272. ISBN 5-8066-1468-9. | https://az.wikipedia.org/w/index.php?curid=632856 |
Əli Qənbərov | Əli Mahir oğlu Qənbərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. Əli Mahir oğlu Qənbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi olub. İkinci Qarabağ müharibəsi başlayanda Əli cəmi 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Ailə üzvlərinin sözlərinə görə arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərmək olub. Sentyabrın 27-də xidmət etdiyi səngərdə "İrəli" əmrini alanlardan olub. Aylarla müşahidə etdiyi düşmən səngəri bir neçə saat sonra cəsur döyüşçülərimizin nəzarətinə keçib. Hərbi xidməti Əli Qəmbərov bir neçə gərgin döyüşdə göstərdiyi şücaətlə seçilib. O, hətta ağır əməliyyatlarda belə, daim öndə olub. Cəsur döyüşçümüz oktyabrın 6-da Füzuli rayonu ərazisində növbəti ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) Xarici keçidlər İlk hücumda erməni səngərlərini ələ keçirən 18 yaşlı şəhid | https://az.wikipedia.org/w/index.php?curid=756076 |
Əli Qəznəvi | Əli Qəznəvi — 1050-ci ildə hakimiyyətdə olmuş Qəznəvi sultanı. Məsud Qəznəvinin oğludur. 29 avqust 1049da taxta çıxmışdır. Əbdürrəşid Qəznəvi ni həbs etmək üçün vəziri başçılığında bir ordunu Sistana göndərsə də vəzir tərəf dəyişdirib Əlini məğlub edərək yerinə Əbrüşşəridi gətirdi. | https://az.wikipedia.org/w/index.php?curid=703405 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.