!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Şərqi Afrika Valyuta Şurası | Şərqi Afrika Valyuta Şurası (ŞAVŞ; ing. East African Currency Board, EACB) — 1919-cu ildə Britaniya Şərqi Afrikasındakı Britaniya koloniyalarının valyutalarını təmin etmək və onlara nəzarət etmək üçün yaradılmış qurum. Bu, Britaniya Birinci Dünya müharibəsinin sonunda Almaniyadan Tanzaniyaya nəzarəti ələ keçirməsindən və Uqanda, Keniya və Tanzaniya ərazilərinə (Zənzibar istisna olmaqla) nəzarət etməsindən sonra yaradılmışdır. Zənzibar 1936-cı ildə valyuta zonasına qoşulmuşdur. Qərargahı London şəhərində yerləşirdi.Mövcud olduğu müddət ərzində ŞAVŞ-nin əsas funksiyası yerli Şərqi Afrika şillinqini Britaniya şillinqi ilə bərabər saxlamaq idi. Bu, yerli valyutanın sterlinq qiymətli kağızları ilə adekvat şəkildə dəstəklənməsini təmin etməklə həyata keçirilmişdir. Şərqi Afrika Valyuta Şurası 1966-cı ildə bu ölkələrin müstəqil mərkəzi bankları ilə əvəz olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=819448 |
Şərqi Afrika rifti | Şərqi Afrika rifti və ya Şərqi Afrika rift sistemi — Şərqi Afrikada yerləşən, aktiv materik riftidir. Bu rift təxminən, 22–25 milyon il əvvəl, Miosen dövrdə inkişaf etməyə başlamışdı. Əvvəllər bu riftin Anadoluya qədər genişləyən Böyük Rift Dərəsinin bir hissəsi olduğu düşünülürdü. Dar bir ərazini əhatələyən rift Afrika pilitəsinin Somali və Nubiya adlanan 2 ayrı pilitəyə illik 6–7 mm (0.24–0.28 düym) sürətlə bölündüyü divergent tektonik tava sərhəddində formalaşır. Genişləmə davam etdikçə, litosferik ayrılma 10 milyon il ərzində baş tutacaq: Somali pilitəsi materikdən tamamilə qopacaq və yeni okean hövzəsi formalaşacaq. | https://az.wikipedia.org/w/index.php?curid=611937 |
Şərqi Almaniya | Almaniya Demokratik Respublikası (ADR, qeyri-rəsmi adı Şərqi Almaniya) — İkinci Dünya müharibəsindən sonra Almaniyanın bölünməsi nəticəsində Mərkəzi Avropada yaradılan keçmiş sosialist dövləti. AFR, ÇSSR (indiki Çexiya və Slovakiya) və PXR (indiki Polşa) ilə həmsərhəd idi. Şimaldan Baltik dənizi ilə hüdudlanırdı. Sahəsi 108,2 min km., paytaxtı Berlin idi. Əsas şəhərləri Leypsiq, Drezden, Frankfurt-Oder, Erfurt, Rostok və Kotbus sayılırdı. ADR konstitusiyası əvvəlcə 1949-cu il oktyabr ayının 7-də, sonra isə 1968-ci ildə qəbul olunmuşdu. Dövlət hakimiyyətinin ali orqanı əhalinin 5 il müddətinə seçdiyi Xalq Palatası idi. Xalq Palatası Dövlət Şurasının sədrini və üzvlərini, hökuməti (Nazirlər Şurası), Milli Müdəfiə Şurasının sədrini, Ali Məhkəmə üzvlərini və Baş prokuroru seçirdi. 1990-cı ildə ADR Almaniya Federativ Respublikası ilə birləşmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=780440 |
Şərqi Anadolu fay xətti | Şərqi Anadolu fay xətti və ya Şərqi Anadolu qırılma xətti — Türkiyədə Anadolu plitəsinin qərbə doğru irəliləməsini və Ərəbistan plitəsi ilə Qafqazın yaxınlaşmasını təmin edən aktiv sol qırılma. Bu, İskəndərun körfəzinin şərqində Antakya şəhəri yaxınlığında birləşdiyi meridional Levant qırığının davamıdır. Xüsusiyyətləri Şərqi Anadolu fay xətti Kür çayının yuxarı axınına qədər davam edərək şimal-şərqə doğru uzanır. Ərzincan şəhəri yaxınlığında, Şimali Anadolu fay xətti ilə demək olar ki, düz bucaq altında kəsişir. Kəsişməyə yaxın hər iki qırılma digər qırılma boyunca kəsici yerdəyişmələr istiqamətində əyilir. Bu iki qırılmanın kəsişmə sahəsi seysmik baxımdan ən təhlükəlidir. Bu ərazidə dəfələrlə maqnitudası ən azı 7 bal olan zəlzələlər qeydə alınıb. 1971-ci ildə 6,9 bal gücündə olan Bingöl zəlzələsi zamanı 20 sm sola sürüşmə baş verdi. Davamı Kazbek dağına çatan yeni Kazbek-Tsxinvali qırığıdır. Şərqi Anadolu qırağının şimalında, Sarıqamış şəhərindən 50 km qərbdə Şimali Ermənistanın iri aktiv qırılmaları qırılmadan ayrılaraq şimala doğru iki əsas qırılmadan ibarət qövs qabarıqlığı əmələ gətirir. Bu qırılmalar Qərbdə Amasiya-Sarıqamış, şərqdə isə Pəmbək-Göyçədir. Onlar çox kəskin bucaq altında birləşir və cənubdan daha kiçik qırıqlara söykənirlər. 1988-ci ildə Spitak zəlzələsi bu qövsün cənubunda baş verib.1939-cu ildən 1999-cu ilə qədər bir sıra zəlzələlər Şimali Anadolu qırığı boyunca qərbə doğru irəliləyirdi. Amma 1998-ci ildən Şərqi Anadolu fayı ilə bağlı bir neçə silsilə zəlzələ olub. Bunlara 1998-ci ildə Adana-Ceyhan zəlzələsi ilə başlamış və 2003-cü il Bingöl zəlzələsi, 2010-cu il Elazığ zəlzələsi, 2020-ci il Elazığ zəlzələsi və 2023-cü il Türkiyə-Suriya zəlzələsi daxildir. Chorowicz, Jean; Luxey, Pascal; Lyberis, Nikos; Carvalho, José; Parrot, Jean-François; Yürür, Tekin; Gündogdu, Niyazi. "The Maras Triple Junction (southern Turkey) based on digital elevation model and satellite imagery interpretation". Journal of Geophysical Research: Solid Earth. 99 (B10). 1994: 20225–20242. doi:10.1029/94jb00321. ISSN 0148-0227. Duman, Tamer Y.; Emre, Ömer. "The East Anatolian Fault: geometry, segmentation and jog characteristics". Geological Society, London, Special Publications. 372 (1). 2013: 495–529. doi:10.1144/sp372.14. ISSN 0305-8719. Güvercin, Sezim Ezgi; Karabulut, Hayrullah; Konca, A Özgün; Doğan, Uğur; Ergintav, Semih. "Active seismotectonics of the East Anatolian Fault". Geophysical Journal International. 230 (1). 2022: 50–69. doi:10.1093/gji/ggac045. ISSN 0956-540X. Xarici keçidlər YENİLENMİŞ DİRİ FAY HARİTALARI | https://az.wikipedia.org/w/index.php?curid=786883 |
Şərqi Anadolu regionu | Şərqi Anadolu regionu — Türkiyənin yeddi coğrafi regionundan biridir. 1941-ci ildə Anadolu torpaqlarının şərqində yerləşdiyi üçün Birinci Coğrafiya Konqresi tərəfindən belə adlandırılmışdır. Ölkənin ən aşağı sıxlıq və əhalisinin olduğu regiondur. Bunun əsas təsirlərindən biri də, regionun sahəcə böyük olmasıdır. Şərqi Anadolu regionunun səthi sahəsi 164.000 km²-dir. Sahəsinə görə Türkiyə torpaqlarının 21%-ni əhatə edir. 2012-ci il əhali siyahıyaalınmasına əsasən, region əhalisi 5,906,680 nəfər olmuşdur. Əhalisinə görə ən böyük il Van, sahəsinə görə isə Ərzurumdur. Əsas dolanışıq mənbələri heyvandarlıq və əkinçilikdir. Coğrafiyası Şərq Anadolu regionundan Araz və Kür çayları keçərək Xəzər dənizinə tökülür. Fərat, Dəclə və Zap çayları da bu regionun ərazisindən keçərən İran körfəzinə tökülür. Regionun çaylarının rejimi nizamsızdır. Bunun səbəbi isə qeyri-nizami yağıntı və qış yağışlarının qar şəklində düşməsidir. Qışda yağan qar ərimədən əvvəl uzun müddət yerdə qaldıqca çayların axın sürəti azalır. Yaz və yayda qarın əriməsi, axınların yüksəlməsinə və sürətli bir şəkildə axmasına səbəb olur. Digər tərəfdən, region çaylarının su elektrik enerjisi potensialı yüksəkdir. Buna səbəb isə çayların əsasən yüksəkliklərdən tökülməsidir. Regiondaki qırılma xəttləri üzərində göllər meydana gəlmişdir. Türkiyənin ən böyük gölü olan Van gölü başda olmaqla Çıldır, Nazik, Ərçək, Xəzər, Balıq gölləri region sərhədləri içərisində qırılma xəttləri üzərində əmələ gəlmişdir. İllərin siyahısı Regionda 14 il yer alır: Sənaye müəssisələri yetərli olmayan Şərqi Anadolu regionunun xalqı kənd təsərrüfatından, xüsusən də heyvandarlıq ilə dolanır. Regiondaki heyvandarlıq üçün uyğun olan Ərzurum-Qars bölgəsində yüksək keyfiyyətli mal-qaralar yetişdirilir. Çox sayda xırdabuynuzlu heyvan bəsləyən köçəri tayfalar, yay sürülərini regionun digər hissələrindəki yüksək yaylalara otarmaq məqsədilə aparırlar. | https://az.wikipedia.org/w/index.php?curid=622057 |
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımı | Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. Birinci dünya müharibəsi (1914-1918) illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün səfərbərlik məntəqələrinə gedən müsəlmanları qətlə yetirir, qarət edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İsgəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olununcaya qədər üsyanlarla səfərbərliyə mane olmaq, ingilislərin hərəkatını dəstəkləmək, jandarmaların silah və cəbhəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. 1915-ci ilin fevralında hərəkətə başlayan 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsmiş, hərbi qışlaya basqın etmiş və Təkkə monastırına sığınmış – 304 Şəmsəddin Məhəmməd Sahib-Divandı. 25 jandarma həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 1915 il fevralın 24-də Rusiyanın İngiltərədəki səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək, zeytunlu bir erməninin Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün ermənilərin 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah və sursatın olmadığını söylədiyini bildirmişdi. İngilis və fransızların Antakya limanı vasitəsiylə yardım göndərə biləcəyi güman edilirdi. "Hnçaq" komitəsi mühüm ticarət və strateji məntəqələrindən olan Qeysəriyyədə də xeyli miqdarda silah-sursat toplamışdı. Bundan əlavə, ermənilər Amerikada yaşayan ermənilərin maddi yardımı ilə müxtəlif ticarət mallarının içərisində hissələrə ayrılmış haldagöndərilən silah və sursatla silahlandırılmışdı. Bölgədə təşkilatlanma və təbliğat fəaliyyəti də gücləndirilmişdi. "Daşnaksutyun" Qeysəriyyə sancağında geniş fəaliyyət göstərirdi. Komitəçilər müxtəlif yerlərə gizli çəkilən məftillərə elektrik cərəyanı buraxmaqla müsəlman əhalini və əsgərləri öldürməyə çalışırdılar. Amerikada bomba düzəltməyi öyrənən ermənilər bomba emalatxanaları qurmuşdular. Lakin 1914 ilin yanvarında bir erməninin evində bomba partlaması nəticəsində bu emalatxanada saxlanan silah və sursat hakimiyyət orqanları tərəfindən ələ keçirilmişdi. Erməni patriarxlığının hazırladığı qiyam planı hakimiyyət orqanlarına əvvəlcədən məlum olduğundan 1915 ilin əvvəllərində Qeysəriyyənin bir çox yerlərində qiyam və qətl-qarətlər vaxtından əvvəl başlanmışdı. Osmanlı dövləti səfərbərlik elan etdikdən sonra Məmuratüləzizdə (Elazığ) də müsəlman əhaliyə basqınlar başladı. Mərkəzi ingilis konsulluğunun tərcüməçisi, Osmanlı təbəəsi olan bir erməni casusun toplayıb, konsulluğa verdiyi məlumat səfirliyə göndərilərkən ələ keçirilmişdi. Vilayət mərkəzində ermənilərə məxsus anbarda 5000-dən çox silah, 300-ə qədər bomba, 40 kq bomba fitili, xeyli dinamit aşkar olunmuşdu. Səkur nahiyəsində ermənilər jandarmalara silahlı basqın edərək, ikisini öldürmüşdülər. Ermənilər Diyarbəkirdə də çıxışlara hazırlaşırdılar. Əsgərliyə getməyən və silahları ilə birlikdə ordudan qaçan ermənilər "dam taburu" adlı dəstələr təşkil edərək ev-ev gəzir, hərbi ehtiyaclar üçün pul və vəsait toplayır, verməyənləri hədələyirdilər. Ruslar Cənubi Azərbaycanda Diyarbəkir istiqamətində hücum planlaşdırmışdılar. Bununla əlaqədar, ermənilər Diyarbəkirdə böyük qiyam qaldırmaq fikrində idilər. Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları 305 Türk hakimiyyət orqanlarının apardıqları axtarışlar nəticəsində "dam taburu"nu təşkil edən 500 erməni silahları ilə birlikdə yaxalanmışdı. 1000-ə qədər erməni fərarisi tutulmuş, çoxlu silah və hərbi sursat ələ ke çirilmiş, silahların böyük qisminin kilsələrdə və məzarlıqlarda gizlədildiyi məlum olmuşdu. Diyarbəkirin Silyan qəzasının Başnik kəndində gizlənən erməni quldurları 1915-ci il iyunun 28-də jandarma mühafizə dəstəsinə hücum edərək, əksəriyyətini qətlə yetirmişdilər. Şərq nahiyəsindəki ətraf ərazilərdən əli silah tutan bütün kişilərin cəbhədə olduğu Xıdır İlyas kəndinə basqın edərək, qadın və uşaqları güllələmiş və süngüdən keçirmişdilər. Ermənilər təxribat törətmək və silah gizlətmək məqsədilə dini təsisatlardan da istifadə edirdilər. Hə lə 1913 ilin oktyabrında Sivasda Suşəhri qəzasının Ezdebir nahiyəsindəki erməni monastırının keşişi evində çoxlu silah gizlətdiyi üçün həbs olunmuşdu. Başqa bir erməni keşişi 1914 ilin noyabrında Sivas bölgəsinin kəndlərini gəzərək, ermənilər arasında Türkiyə əleyhinə təbliğat aparırdı. Səfərbərlik elan olunandan sonra mauzerləvə tüfənglə təchiz edilmiş otuz min erməninin on beş mini Cənubi Qafqaza göndərilmiş, on beş min nəfəri isə Türkiyədə qalaraq, Rusiyadan gələcək təlimat üzrə müharibənin lazımi məqamında qiyam və iğtişaş qaldırmağa hazırlanmışdı. Ermənilər Ərzurum bölgəsinə xüsusi əhəmiyyət verirdilər. Rusiya erməniləri buradan Türkiyəyə keçərək, bölgədə öz mərkəzlərini yaratmışdılar. Trabzon Van yolunun ortasında yerləşdiyindən, Ərzurum həm quru yolla Qafqazdan, həm də Trabzon yolu ilə (dənizdən) Batum, Göstənçə və digər yerlərdən müntəzəm məlumat almaq, vilayətlərə silah, hərbi sursat göndərmək üçün çox əlverişli idi. Müharibə başlanan kimi vilayət mərkəzində və Bəyaziddə yaşayan və ordudan fərarilik edən ermənilərin böyük bir qismi Rusiyaya keçmiş, silahlandırılıb, təşkil edilən könüllü alaylar rus orduları ilə birlikdə Osmanlı ordusuna qarşı vuruşmağa başlamış və bölgənin müsəlman əhalisinə qarşı qətlqarətlər törətmişdilər. Səfərbərliyin elanından sonra Kağızmanda böyük qismi fərari əsgərlərdən ibarət olan ermənilər ruslar tərəfindən silahlan dırılmışdı. 800-dən çox erməni toplaşmış, buraya ermənilərdən ibarət rus könüllü bölüyü də gəlmiş, beləliklə, bölgədəki silahlı ermənilərin sayı 15000 nəfərə çatmışdı. Ermənilər Osmanlı hökumətinin bölgələrlə əlaqəsini kəsmək məqsədilə poçtlara basqınlar edirdilər. Ərzincanda sui-qəsdlər, atəşə tutmalar adi hal almışdı. Erməni evlərində xüsusi tərtibatlı yerlər, gizli yollar, mağaralar, evləri birləşdirən yeraltı dəhlizlər salınmışdı. Nazyan Tiqran adlı ərzincanlı erməni komitəçisi açıqca bildirmişdi ki, on beş gün də keçsəydi, komitələrin aldıqları təlimatlarla Ərzincan başdan-başa od vurulub yandırılacaq, bütün müsəlmanlar və türk əsgərləri doğranacaqdı; lakin, hökumətin vaxtın da xəbər tutması ilə bu təxribatın qarşısı alınmışdı. Erməni komitəçilərinin mühüm əhəmiyyət verdikləri bölgələrdən biri də Van-Diyarbəkir, Hələb-İsgəndərun yolu üstündəki Bitlis idi. Bura yaxın olan Muş, Taloru şəhərləri keçmişdə də erməni qiyamlarının mərkəzi olmuşdu. Ermənilərin və onların avropalı havadarlarının ən çox təbliğat və təşkilat işi apardıqları bölgə isə Van idi. Erməni komitələri bölgədəki konsulluqlardan, məktəblərdən, kilsələrdən və dərnəklərdən istifadə edərək, sürətlə təşkilatlanmış və quldurluğa başlamışdılar. Bölgənin daşnak liderlərinə Qafqazda, o cümlədən Qarabağda törətdiyi cinayətlərə görə Rusiya hökuməti tərəfindən edama məhkum edilmiş İşxan və Aram da qatılmışdı. Van gölünün Axtamar adasındakı ruhani məktəb təşkilatın mərkəzinə çevrilmişdi. Van-Muşun erməni əhalisinin qiyama hazırlanmasına Vandan millət vəkili olan Papazyan rəhbərlik edirdi. Ətrafdakı kəndlərdə, Gevasda baş qaldıran erməni dəstələri onlarla müsəlmanı öldürmüşdülər. Quldurları tutmaq üçün Şükür kəndinə gələn jandarmalar öldürülmüş, gözləri oyulmuş, cəsədləri isə daş-qalaq edilmişdi. 1915-ci il fevralın 27-28-də Adilcəvazdan Vana gedən 300-ə qədər Siyirtli əsgər Arın adlı erməni kəndində gecələmək istərkən ermənilər buna silahlı müqavimət göstərmiş və könüllü əsgərlərdən səkkizini öldürmüşdülər. Van bölgəsinin Mahmudiyyə qəzası qayməqamının da xili işlər nazirliyinə göndərdiyi 1915-ci il 15 mart tarixli raportunda da ermənilərin Mərkəhu və İstisu kəndlərində 70 dinc müsəlmanı qətlə yetirmələri, 9 qadının namusuna təcavüz etmələri xəbər verilirdi. Raporta şəhidlərin şəkilləri də əlavə olunmuşdu. Osmanlılar Vanı tərk etdikdən bir neçə gün sonra rus ların ön bölmələri buraya gələrək, erməni dəstələri ilə birləşmişdilər. Vanın yeni hakimi Aram Manuk yan şəhərin açarlarını rus komandanı Nikolayevə təqdim etmiş, Nikolayev isə onu Vanın rəsmi valisi təyin etmişdi. Vanın işğalından sonra rusların da təhriki ilə erməni qiyamları ətrafa yayılmış, erməni quldur dəstələri bir çox yerlərdə qətllər törətmiş və bəzi kəndləri tamamilə viran etmişdilər. Son zamanlar aparılan axtarışlar nəticəsində Van şəhərində, ətraf kəndlərdə qırğın qurbanlarının kütləvi məzarlıqları aşkar olunmuşdur. 1916 il fevralın 16-da Ərzurum alındı. ABŞ tarixçisi St.C.Şou yazır: "Bunun ardınca bütün müharibə ərzində ən dəhşətli qırğın baş verdi: milyondan çox müsəlman kəndlisi qaçmalı oldu… Onlardan minlərcəsi Ərzincana çəkilən Osmanlı ordusu ilə birlikdə qaçmağa cəhd göstərərkən tikə-tikə doğrandı". Muşda və ətrafında əvvəlcə 7000 erməni silahlandırılaraq, kəndlərə səpələndilər. Ordudan fərarilik edən ermənilər də onlara qoşuldular və Sasunda böyük quldur dəstələri təşkil olundu. Daşnak dəstələri və "Hnçaq" qrupları bölgəyə gələn "ruslara sədaqətlərini və şücaətlərini" göstərmək üçün cəbhəboyu türk kənd və qəsəbələrindəki qadın, uşaq və yaşlılara təsəvvürəgəlməz işgəncələr verib qətlə yetirirdilər. Muş süqut edərkən erməni quldurları qarşılarına çıxan müsəlmanları rəhmsizcəsinə qətlə yetirir, qadınların namusuna toxunub, yaşlıları diri-diri yandırırdılar. Ayaz (Fayto) nahiyəsində 15 kəndin sakinləri ayaqlarına ağır at nalları vurulub, Hazal gölünə atıldılar. Bu gün Ərzurum, Qars, Van, Bitlis, Muş, Sivas, Ankara bölgələrində ermənilər tərəfindən qətlə yetirilmiş türklərin 100-ə yaxın kütləvi məzarlığı mövcuddur. Bunların beşində minlərcə insanın skletləri tapılmışdır. 1915 ilin fevralında artıq Şərqi Anadolunun bütün erməni əhalisi qiyam qaldırmışdı. Buna görə də Osmanlı hökuməti qəti tədbirlər görməyə məcbur oldu. Fevralın 25-də Baş qərargah "ermənilərin heç bir halda hərbi xidmətə cəlb edilməməsi barədə" bütün hissələrə təlimat göndərdi. Aprelin 24-də daxili işlər nazirliyi erməni komitə mərkəzlərinin bağlanması, əmlaklarının müsadirə edilməsi və komitə başçılarının həbs olunması barədə əmr vermişdi. Daxili işlər nazirinin bu əmrinə uyğun olaraq, İstanbulda 2345 erməni həbs edilmişdi. Mənbələrin araşdırılmasından məlum olur ki, ermənilərin hər il "qırğın günü" kimi qeyd etdikləri gün – aprelin 24-ü, əslində, 2345 erməni komitəçisinin həbs olunması günüdür. Beləliklə, erməni millətçiləri Birinci dünya müharibəsində Türkiyənin ağır vəziyyətə düşməsini sərsəm "Böyük Ermənistan" yaratmaq xülyalarının həyata keçirilməsi üçün əlverişli məqam bilib, Şərqi Anadolunun bir çox yerlərində erməni qiyamları təşkil etmiş, silahlı erməni quldur dəstələri gələcək Ermənistan dövləti üçün ərazi yaratmaq məqsədilə dinc türk əhalisinə qarşı dəhşətli qırğını törətmiş, əhalini ata-baba yurdlarından qovmuşlar. Erməni millətçiləri insanlığa qarşı törətdikləri bu dəhşətli qırğın cinayətlərini ört-basdır etmək üçün sonralar yalançı "erməni soyqırımı" mifini uydurdular və erməniləri dünyanın "əzabkeş xalqı" kimi qələmə verdilər. Həmçinin bax Erməni millətçilərinin terrorizmi Yaşılyayla qətliamı H a c ı y e v S., Osmanlı dövləti 1870-1918 illərdə, B., 2002; Erməniler tarafından yapılan katliam belgeleri, c.1 (1914-1991); c.2 (1919-1921), Ankara, 2001; Ko n u k ç u Enver , Ermenilerin Yeşilyayladakı türk soykırımı (mart 1918), Ankara 1990. | https://az.wikipedia.org/w/index.php?curid=125593 |
Şərqi Antarktida | Şərqi Antarktida, və ya Böyük Antarktida (ing. "East Antarctica" or "Greater Antarctica") olaraq da bilinən bu bölgə, Antarktida qitəsinin üçdə iki hissəsini təşkil edir, qitənin Hind okeanı tərəfində, Qərbi Antarktida Transantarktika dağları var. Hardas bir əsrdən uzun müddətdir ki adı Şərqi Antarktida olaraq adlanır. Qərbi Antarktida daha çox yüksəkliklərdən ibarət olmaqla yanaşı, mərkəzində Gamburtsev Dağları mövcuddur. Şərqi Antarktida qalıcı buz ilə əhatə olunur. Yalnız yer bitki örtüyü qayalara yapışmış şibyə, yosunlar, nematodlar, ayaqquyruqlar, böcək və heyvanlar da daxil olmağla onurğasızlardan ibarət bir sıra var. Sahilləri yay aylarında, ətrafındakı buz kütləsi üzərində müxtəlif dəniz quşları və pinqvinlər üçün tərəmə sahəsi və dəniz bəbiri, ueddell suitisi, dəniz fili, yengəcyeyən və adi ross suitisi cinsləri vardır. Həmçinin bax Qərbi Antarktida | https://az.wikipedia.org/w/index.php?curid=462829 |
Şərqi Aralıq Dənizi qaz kəməri | Şərqi Aralıq Dənizi qaz kəməri (yaxud EastMed layihəsi) - Aralıq dənizinin şərqindən İtaliyaya qədər çəkilməsi planlaşdırılan təbii qaz boru kəməri. 2019-cu ilin 20 mart tarixində ABŞ-nin dövlət katibi Mayk Pompeonun iştirakıyla Yunanıstan, yunan Kipri və İsrailin hökumət rəhbərləri arasında Şərqi Aralıq Dənizi (EastMed) qaz boru xəttinin çəkilməsi barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Yunan Kiprinin cənubundan hasil olunacaq təbii qaz Kiprdən dənizlə Yunanıstanın Krit adasına, oradan Yunanıstanın əsas ərazisinə, buradan isə İtaliyaya çəkiləcək qaz boru xətti vasitəsilə nəql olunacaq. Avropa Birliyi tərəfindən dəstəklənən layihəyə ilkin olaraq 34.5 milyon avro vəsait ayrılıb. Layihənin ümumi dəyərinin 7 milyard dollar olacağı və 7 il ərzində başa çatacağı proqnozlaşdırılır. Ancaq Liviya ilə Türkiyə arasındakı memaranduma əsasən, qaz kəməri Türkiyənin iqtisadi zonasından çəkilməlidir və buna görə Şərqi Aralıq Dənizi Qaz Forumunun rəhbərləri Ankara ilə razılaşmalı olacaqlar. | https://az.wikipedia.org/w/index.php?curid=615722 |
Şərqi Aralıq dənizi | Şərqi Aralıq dənizi — Aralıq dənizinin təxminən şərq yarısının və ya üçüncü hissəsi, adətən Livan dənizi ətrafındakı ölkələrin yerləşdiyi regiona verilən ad.Bu, adətən dənizin bütün sahilyanı zonalarını əhatə edir, dəniz və quru ilə əlaqəli icmalara istinad edir. Buraya Türkiyənin əsas hissəsini təşkil edən Anadolunun cənub yarısı, kiçik Hatay vilayəti, Kipr adası, Yunanıstanın Dodekanes adaları və Misir, İsrail, İordaniya, Fələstin, Suriya və Livan ölkələri daxildir. | https://az.wikipedia.org/w/index.php?curid=804929 |
Şərqi Asiya | Şərqi Asiya (çin. 东亚, kor. 동아시아, yap. 東アジア) — Asiyanın şərq hissəsi. Sakit okeana yumşaq, subtwropik və tropik zolaqlara yaxımdır. Relyefi mürəkkəb dağ və düzənlikdir. Seysmik aktiv zonadır. Düzənliklər şumlanır və yaşıllıqlarla zəngindir. İqlimi musson, sezona görə rütubətli, tayfunlu və daşqınlıdır. Şərqi Asiyaya Çin, Tayvan, Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Koreya Respublikası, Monqolustan aid edilir. Mədəni Çin mərkəzçiliyi Koreyada, Çində habelə Vietnamda Mədəni Çin mərkəzçiliyinin ənənəvi Çin dili və yazısı; ictimai və ailəvi Konfutsiçi qaydaların ideoloji çərçivələri; qanuni və icraedici sistemlər; Buddizm və tarixşünaslıq sənəti geniş yayılmışdı. | https://az.wikipedia.org/w/index.php?curid=283188 |
Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyası | Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyası (çin. 東亞研究型大學協會, ing. Association of East Asian Research Universities – AEARU) — Şərqi Asiya ərazisində yerləşən ölkələrin bəzi tədqiqat universitetlərinin regional təşkilatı. Assosiasiya 1996-cı ilin yanvar ayında Şərqi Asiya ərazisində yerləşən ölkələrin doqquz ali məktəbi tərəfindən təsis edilmişdir. Təşkilatın əsas məqsədi bura üzv olan ali məktəblər – tədqiqat universitetləri arasında tədqiqat nəticələri bölüşmək üçün forum açmaq, həmçinin onlar arasında qarşılıqlı mübadilənin təşviqidir. Assosiasiyanın İdarə Heyətinə sədr rəhbərlik edir. Bundan başqa bu təşkilatda vitse-sədr də fəaliyyət göstərir. İdarə Heyətinə həmçinin beş seçilmiş digər üzvlər də daxildir. Ümumiyyətlə isə İdarə Heyəti beş ölkənin hər birindən olan bir və ya iki üzvdən ibarətdir. Səmərəli biznes məsələləri həyata keçirmək məqsədilə AEARU Katibliyi sədrlə eyni universitetdə yerləşir. Təşkilatın eksklüziv katibi müxtəlif AEARU fəaliyyətini əlaqələndirir və həmçinin təşkilatın saytlarını idarə edir. Bütün üzv universitetlərin iştirakı ilə hər il Assosiasiyanın ümumi yığıncağı keçirilir.AEARU-nun fəaliyyətinə müxtəlif növ seminarlar, tələbə yay düşərgələrinin, tələbə müsabiqələrinin, beynəlxalq simpoziumların təşkili daxildir. Bu kimi fəaliyyətlər fikir və qarşılıqlı məlumat mübadiləsinin təşviq edilməsi və üzv universitetlər arasında sıx münasibətlərin inkişaf etdirilməsi üçün il ərzində mütəmadi olaraq keçirilir. 2015-ci ilin noyabr ayına olan məlumata görə Assosiasiyaya hazırda 5 ölkədən 17 ali məktəb üzvdür. Pekin Universiteti (Pekin, Çin) Fudan Universiteti (Şanxay, Çin) Tsinxua Universiteti (Pekin, Çin) Çin Elm və Texnologiya Universiteti (Hefei, Çin) Nankin Universiteti (Nankin, Çin) Milli Tsinq Hua Universiteti (Sinçju, Tayvan) Tayvan Milli Universiteti (Taybey, Tayvan) Honkonq Elm və Texnologiya Universiteti (Say Kunq rayonu, Honkonq) Tokio Universiteti (Tokio, Yaponiya) Tsukuba Universiteti (Tsukuba, Yaponiya) Osaka Universiteti (Osaka, Yaponiya) Tokio Texnologiya İnstitutu (Tokio, Yaponiya) Kyoto Universiteti (Kyoto, Yaponiya) Tohoku Universiteti (Senday, Yaponiya) Seul Milli Universiteti (Seul, Cənubi Koreya) Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu (Dəjeon, Cənubi Koreya) Pohanq Elm və Texnologiya Universiteti (Pohanq, Cənubi Koreya) Xarici keçidlər aearu.org — Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=426593 |
Şərqi Asiyanın quşları | Şərqi Asiyanın quşları (ing. Birds of East Asia) — 2009-cu ildə təbiətşünas Mark Braziliya tərəfindən yazılmış kitabıdır. Kitabda Şərqi Asiyada yaşayan 985 növ quşun siyahısı qeyd edilir. | https://az.wikipedia.org/w/index.php?curid=711858 |
Şərqi Avropa | Şərqi Avropa — Avropanın şərqində şərti tarixi-geosiyasi bölgə. Şərqi Avropada eyni adlı düzənlik yerləşir. Şərqi Avropa düzənliyi Karpat dağlarından Ural dağlarınadək uzanır. | https://az.wikipedia.org/w/index.php?curid=176722 |
Şərqi Avropa düzənliyi | Şərqi Avropa düzənliyi və ya Rus düzənliyi — Şərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi. Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens və Ağ dənizlərdən Qara, Azov və Xəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə Sudet və Mərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır.Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir.Belarus, Latviya, Litva, Estoniya və Moldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Polşa və Rumıniya isə qismən düzənlik ərazisində yerləşir. Xüsusiyyətləri Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhra və yarımsəhra var. Meşə və çöl landşaftı üstündür. Əlavə ədəbiyyat | https://az.wikipedia.org/w/index.php?curid=726590 |
Şərqi Avropa kirpisi | Şərqi Avropa kirpisi (lat. Erinaceus concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin meşə kirpisi cinsinə aid heyvan növü. Adi kirpinin ən yaxın növ sayılır. Xarici görünüş Şərqi Avropa kirpisi demək olar ki, adi kirpiyə çox oxşardır. Ancaq omnları Şərqi Avropa kirpisinin başı və yan hissələri hiss ediləcək tərzdə tünd-bozdur. bel və yan hissələri iynələrlə örtülüdür. İynələrinin uzu ağdır. Orta hissəsi isə qara və boz rəngli zolaqlıdır. İynələrin uzunluğu 2,5—3,5 sm-dir. Xəzi qəhvəyidir. Sinə nahiyyəsində hər zaman ağ ləkə olur. qulaqları xırdadır (3,5 sm-dən az).dairəvi olub demək olar ki, xəz səbəbindən görsənmir. Bədəninin uzunluğu 35 sm, quyruğu 20—39 mm-dir. İlin mövsümündən asılı olaraq 240—1232 q arasında dəyişir. Şərqi Avropa kirpisi mərkəzi avropadan tutmuş Qərbi Sibirə kimi yayılmışdır. Şimal areal Rusiyanın Moskva və Kirov vilayətləri, Belarusiyadan keçir. Cənub sərhədi isə Qafqaz, Kiçik Asiya, İran, Kipr adasından keçir. Onların yayılma relyefi müxtəlifdir. onlara yarımsəhradan tutmuş alp cəmənliklərinə qərdər ərazilərdə müşahidə etmək olar. 1100 metr hündürlüyü olan ərazilərdə müşahidə edilirlər. kanalların kənarı, meşələr, çay vadilərini üstün tuturlar. Əsasən gecə həyat tərzi keçirirlər. Təbii gizlənmə əraziləri otların və kolların arası yarpaqların altıdır. Qışlama yaşadığı iqlim şəraitindən, heyvanın yaşından, yığdığı piy ehtiyyatından asılı olaraq dəyişir. Qışlama əsasən noyabrın sonlarından başlayır və marta qədər davam edir. bu zaman kirpi şəkisinin 35% itirir. Qışlamağa gedən kirpi ən azı 600 q şəkiyə sahib olmalıdır. Əks halda o qışlamdan ağ çıxa bilməyəcək. Onların qidasının əsasını həşəratlar təşkil edir: sərtqanadlılar, düzqanadlılar, dermaptera, ilbizlər, oniscidea, yağış qurdları və s. Onların qidasına həm də giləmeyvələr, göbələklər, bitki tumları və meyvələrdə daxildir. Leş belə yeyə bilirlər. Onlar bəzi suda-quruda yaşayanlar, kərtənkələlər, kiçik gəmiriciləri ovlayırlar. Təbii düşmənləri Şərqi Avropa kirpisini müxtəlif yırtıcı quşlar yeyə bilir (bayquşlar), porsuqlar, gəlinciklər və digər susamurları). Şərqi Avropa kirpisi bir çox parazitar canlıların qurbanına çevrilə bilir (birələr, gənələr, yumru və lentşəkilli qurdlar). İlin isti dönəmində çütləşirlər. Dişilər əsasən yarpaq altında və ya otların arasında, uzunluğu 20—30 sm, eni 15—20 sm olan yuvalar qururlar. İl ərzində dişi 3—8 arası bala verə bilir. | https://az.wikipedia.org/w/index.php?curid=538578 |
Şərqi Avropada narıncı qar (2018) | Şərqi Avropada narıncı qar – 2018-ci ilin martında baş vermiş anomal fenomen.Narıncı qar Rusiyanın şimali Qafqaz regionu və şərqi Avropanın bir çox ölkəsində yağıb. Narıncı qarın şəkilləri sosial şəbəkələrdə Rusiya, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldovadan paylaşılıb.Narıncı qar Böyük Səhradan gələn qum fırtınasının yağış və qarla qarışmasından yaranıb. Bu cür hadisələr təxminən hər beş ildən bir baş versə də, bu dəfə qarla qarışan qumun miqdarı əvvəl müşahidə olunan normalardan daha yüksək olub.Qumun ağızlarına düşməsindən şikayətlənənlər olub.Narıncı qar Rusiyanın Soçi şəhərinə yaxınlıqdakı kurortlarda da müşahidə olunub. | https://az.wikipedia.org/w/index.php?curid=541885 |
Şərqi Avstraliya cərəyanı | Şərqi Avstraliya cərəyanı — Sakit okeanda cənub ekvator axımından formalaşaraq Mərcan dənizindən keçən və Avstraliyanın şərq sahillərinə çataraq, cənuba doğru axan isti okean cərəyanıdır. Xüsusiyyətləri Avstraliya sahillərinin yaxınlığında təxminən 15° c.en-də cənub ekvator axımı bölünərək Şərqi Avstraliya cərəyanını yaradır. Bu, Avstraliya sahillərinə yaxın ən böyük okean cərəyanıdır. Cərəyan 30° c.en-də maksimum sürətinə çataraq, 90 sm/s sürəti ilə axır. Cənub istiqamətində axarkən 31°c.en ilə 32° c.en arasında bölünür. 33° c.en-ə çatdıqda o, cənub istiqamətinə keçməyə başlayır və axımının digər hissəsi sıx sirkulyasiya zamanı şimala tərəf dönür. Bu ərazidə Şərqi Avstraliya cərəyanı özünün maksimum axım nəqliyyatına çatır, təxminən 35 Sv (Bir sverdrup (Sv) saniyədə 106 m3-ə bərabərdir). Geri dönməyən axımın çox hissəsi Yeni Zellandiyanın şimal burnunun şimalında Tasman dənizindən keçərək şərqə doğru Tasman cəbhəsinə irəliləyir. Cərəyanın qalan hissəsi cənuba doğru Qərb küləkləri cərəyanına çatana qədər axır. Tasman hissəsində axımın nəqli 13 Sv hesablanmışdır. Şərqi Avstraliya cərəyanının şərqə doğru hərəkəti və Yeni Zelandiya sahil xətitinə yenidən gəlməsi Şərqi Aukland cərəyanını formalaşdırır. Həmçinin, bu cərəyan da tropik dəniz faunasını Avstraliyanın cənub-şərq sahilləri boyu subtropik bölgələrdəki yaşam yerlərinə daşımaq üçün hərəkət edir. Həmçinin bax Sakit okean Kamçatka cərəyanı Tasman dənizi Mərcan dənizi Xarici keçid Okean suyunun hərəkəti | https://az.wikipedia.org/w/index.php?curid=522357 |
Şərqi Azərbaycan (ostan) | Şərqi Azərbaycan ostanı — İran İslam Respulikasının şimal-qərbində ostan. İnzibati mərkəzi Təbriz şəhəridir. İranın 31 əyalətindən biridir. Ostanlıq Ermənistan, Azərbaycan Respublikası, Ərdəbil, Qərbi Azərbaycan və Zəncan ostanları ilə həmsərhəddir. Şərqi Azərbaycan ostanı İranın 3-cü bölgəsindədir. 2006-cı il siyahıyaalınmasına əsasən , Şərqi Azərbaycan vilayətinin əhalisi 3,527,267 nəfər, 2011-ci il siyahıyaalmasında 3,724,620 nəfər, 2016-cı il siyahıyaalınmasında isə 3,909,652 nəfər olmuşdur. Bu gün Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhəri qədim zamanlardan yaşayış məntəqəsi olmuşdur. Şəhərin yaxınlığında, Yanıqtəpədə e.ə. 6000-ci illərə aid Neolit dövrü qalıqları aşkar edilib. Lakin şəhərin nə zaman və kim tərəfindən salındığı məlum deyil. Assuriya kralı II. Sarqona (e.ə. 722-705) aid lövhələrdə indiki bölgənin (Təbriz) Manna hakimiyyəti altında olan torpaqlarında anbarı arpa ilə dolu olan Tarmakisa adlı qaladan bəhs edilir. Bizans kralı Faustunun (IV əsr) qeydlərində Sasani şahı II Şapur (309-379) tərəfindən Tavrezin hərbi düşərgə kimi qurulduğu anlaşılır. Arxeoloqlar, Azərbaycan regionu e.ə I minilliyin əvvəllərində üç irq qrupunun yaşadığını bildirir. Bu üç qrupdan birincisi yerli tayfalar və “Asyani” adı ilə tanınan tayfalardır. İkinci qrupun e.ə II minillikdə bu bölgəyə Fələstin, Suriya və Babil torpaqlarından gətirilən əsir və qullardır. Üçüncü qrup isə Ari xalqı və xüsusilə də Madlardır. Onlar Azərbaycanda e.ə. I minilliyin I yarısında məskunlaşaraq ərazini “Kiçik Mad” adlandırırdılar. Beləliklə, Azərbaycan Madların torpaqlarının bir hissəsi idi. Makedoniyalı İskəndərin zamanında bu bölgənin adı vali Atropatın adına görə Atorpatkan adlanırdı. Daha sonra isə Atorpatgan və Azərbaycan oldu. Bölgə valisi Atropat İskəndərin buraya hücumu zamanı müstəqilliyini elan etdi (e.ə. 328-ci il) və bununla da Kiçik Mad öz müstəqilliyini saxladı. Sonra Azərbaycan Parfiya və Sasanilərin əlinə keçdi. O zaman Azərbaycanın paytaxtı Urmiya gölünün cənub-şərqində yerləşən Şiz idi. Əsas atəşpərəstlik məbədlərindən biri burada yerləşirdi. Orta əsrlər Daha sonra Xəlifə Ömərin hakimiyyəti zamanı bölgə ərəb işğalına məruz qalmışdır. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı. Təbriz və ətraf ərazilərin Ərəb xilafətinin tərkibinə qatılması 642-ci ilə təsadüf edir. 730-cu ildə əməvi komandiri Cərrah bin Abdullah Xəzərlər tərəfindən məğlub edilsə də davam edən döyüşlərdə ərazi yenidən ərəblərə tabe olmuşdur. Xəlifə Harun Ər Rəşidin hakimiyyəti illərində Təbriz şəhəri surlarla əhatə edildi. Bu da şəhərin strateji əhəmiyyətini daha da artırmış oldu. Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə ölkə ərazisində baş vermiş ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatı başladı. 778-838-ci illər ərzində geniş vüsət almış üsyan ərazidə Abbasi hakimiyyətini zəiflətdi. 893-cü ildə Əbu Sac Divdad Marağa hakimliyini tutaraq öz dövlətinə birləşdirdi. 890-929-cu illər ərzində vilayət Sacilər tərəfindən idarə edildi. Saci şahı Yusif ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi o zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərirdi. Daha sonra isə ərazi Rəvvadilər dövlətinin hakimiyyəti altına keçdi. Rəvvadi əmri Əbu Mənsur 1054-cü ildə Azərbaycana gələn Səlcuqlu hökmdarı Toğrul bəyə itaətini bildirdi və ölkə Səlcuqlu hakimiyyəti altına keçdi. 1174-cü ildə Eldəniz hökmdarı Məhəmməd Cahan Pəhləvan Təbrizi qardaşı Qızılarslanın tabeliyinə verdi və o da buranı Azərbaycanın mərkəzinə çevirdi. Qızılarslan Təbrizdə böyük bir saray inşa etdirdi. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Təbrizə daxil olması ilə burada Eldənizlərin hakimiyyətinə son qoyuldu. 1231-ci ildə Monqol şahı Arqun ağa Təbrizə gələrək şəhəri hərbi fəaliyyətləri üçün mərkəzə çevirdi.1256-cı ildə isə şəhər Hülakülər dövlətinin idari və siyasi mərkəzi oldu. Şəhər öz yüksəliş dövrünü Qazan xanın hakimiyyəti zamanında yaşadı. Elxanilərdən sonra şəhər Çobanilər, Qızıl Orda [8], Müzəffərilər və Cəlairilər hakimiyyəti altına keçdi. 1386-cı ildə Təbrizi müharibəsiz tutan Teymur növbəti il şəhərin idarəsini oğlu Miran şaha , 1404-cü ildə isə nəvəsi Ömərə verdi. Şəhər 1408-ci ildə Teymuri Əbu Bəkr Mirzənin və 1410-cu ildə Əhməd Cəlairi məğlub edən Qaraqoyunlu Yusifin əlinə keçdi. Teymuri Şahrux üç dəfə hücum etdiyi Təbrizi 1436-cı ildə Qaraqoyunlu Cahan şaha təslim etdi. 1469-cu ildə isə Uzun Həsən Təbrizi Ağqoyunluların paytaxtı elan etdi. 1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular. Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı oldu. 1514-cü ildə Osmanlı Sultanı I Səlimin qoşunları Təbrizi tutdu. Altı gündən sonra I Səlim Təbrizi tərk etməyə məcbur oldu. O, mindən artıq Təbriz ustasını ailəsi ilə birlikdə İstanbula apardı. Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçirildi və qarət edildi. 1562-ci ildə Təbrizdə olan ingilis səyyahı Cenkinson yazır ki, "bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdır". Bunun əsas səbəbi Osmanlı sultanının hərbi yürüşləri olmuşdu. 1585–1586-cı illərin Osmanlı işğalı zamanı Təbriz ağır zərbələrə məruz qaldı. XVIII əsrin əvvəllərində Səfəvi imperiyasının dərin siyasi, iqtisadi böhran keçirməsi daxili mübarizəyə yol açdığı kimi, qonşu Rusiyanın və Osmanlı imperiyasının Səfəvi mülklərini bölüşdürmək uğrunda mübarizəyə başlamağa şərait yaratdı. 1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar Təbrizi osmanlılardan azad etdi. 1735`də Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. Nadir şahın ölümündən sonra Azərbaycanın digər bölgələri kimi indiki Şərqi Azərbaycan ostanının ərazisində də müstəqil xanlıqlar yarandı. Bunlardan ən başlıcası Təbriz xanlığı idi. XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1758-ci ildə Təbriz Urmiyalı Fətəli xan Əfşarın, 1761-ci ildə isə Xoylu Nəcəfqulu xan Dümbülünün hakimiyyəti altına düşdü. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi.Ostanlığın ərazisində yaranan bir digər xanlıq olan Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olunmuş. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi. Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.Bölgədə yaranan digər xanlıqlar Qaradağ, Sərab, Xoy xanlıqları idi. 1791-ci ildə Qacarlar tərəfindən süqut edilən Qaradağ xanlığı vilayətə çevrildi və ərazisinə Əhər, Kəleybər, Çələbiyan, Vərgəhan və Dizmar şəhərləri daxil edildi.Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826–1828-ci illər Rusiya-Qacar müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz Qacar imperiyasının hakimiyyətində qaldı. Şərqi Azərbaycan ostanlığının mərkəzi olan Təbriz şəhəri 1905-1911-ci illərdə İran inqilabının mərkəzi idi. 1911-ci ilin dekabrında rus kazak ordusunun yardımından istifadə edən Məhəmmədəli şah Təbrizi ələ keçirdi, dinc əhaliyə divan tutuldu. Müasir dövr 1917–1919-cu illərdə Cənubi Azərbaycanda İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı güclü xalq hərəkatı başladı. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında Təbriz üsyançıları valini şəhərdən qovdular. 1920-ci il iyunun 23-də Ş.M.Xiyabaninin rəhbərliyi altında Milli Hökumət təşkil olundu. 1920-ci il sentyabrın 12-də əksinqilabi qüvvələr Təbriz üzərinə hücuma keçdilər, Alaqapını ələ keçirdilər, sentyabrın 14-də "Təcəddüd" qəzetinin binasını dağıtdılar. Həmin gün Ş.M.Xiyabani öldürüldü. İrticaçılar üsyançılara divan tutdular. Beləliklə, Cənubi Azərbaycandakı milli azadlıq hərəkatıingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı. Buna baxmayaraq, Təbriz üsyanı Cənubi Azərbaycanda, eləcə də İranda yaşayan xalqların tarixində mühüm rol oynadı. 1941-ci il avqustun 26-da şəhər Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən işğal edildi. Təbrizli ziyalılar Sovet və İran zülmünə qarşı muxtariyyət istəyən Firqə-i Demokrat-ı Azərbaycanı qurdular. Partiyanın səyləri ilə 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Məclisi açıldı və Seyid Cəfər Pişəvərinin sədrliyi ilə Azərbaycan Milli Hökuməti yaradıldı. Milli hökumət 1946-cı il yanvarın 16-da "Dil haqqında" qanun qəbul etdi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İyun ayında Təbriz Universiteti təsis olundu. Az bir vaxtda ana dilində məktəblər, qiraətxanalar, kitabxanalar, birliklər, qəzet və jurnallar fəaliyyətə başladı. Milli-demokratik hərəkatın ictimai həyatın bütün sahələrində uğurları şah hökumətində böyük təşviş yaratdı.1946-cı il iyunun 14-də İran hökuməti ilə azərbaycanlıların hüquqlarını təmin edən müqavilə imzalansa da, İran hökumət qüvvələri 1946-cı ilin dekabrında Təbrizə daxil olaraq Azərbaycan Muxtar Respublikasını ləğv etdilər. Minlərlə insan güllələndi və həbsə alındı. Kütləvi təqiblər başlandı. ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Cəzadan xilas olmaq üçün on minlərlə vətənpərvər mühacirət etməyə məcbur qaldı. 1941–1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı.1950-ci ildə Şərqi Azərbaycan ostanı yaradıldı. Təbriz yeni yaradılan ostanın mərkəzi oldu. İranda 1978–1979-cu illər inqilabında da Təbriz əhalisi ən fəal şəkildə iştirak etdi. 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. İnqilab dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər. 1994-cü ildə Ərdəbil şəhəri Şərqi Azərbaycan ostanlnda ayrıldı və Ərdəbil ostanı yaradıldı. Ostanlığın ərazisi təqribi 47830 km²-dir. Əhalisi isə 4 milyon nəfərdir. Bölgə şimaldan Azərbaycan, Ermənistan Respublikaları və Naxçıvan Muxtar Respublikası ilə, qərbdən Zəncan, şərqdən isə Ərdəbil şəhərləri ilə həmsərhəddir. Ostanlığın ərazisinin 40%-ni dağlar təşkil edir. Burada ən hündür nöqtə Təbrizin cənubunda yerləşən Səhənd dağının vulkanik zirvəsidir (3707 m). Bölgədə yerləşən dağlara Səhəndlə yanaşı, Mişo dağı, Bozquş, Qaflan Kuh, Gərədağ, Morodağ, Eynəli, Qoşa dağı misal göstərmək olar. Bundan başqa bölgənin Ərdəbil sərhəddində Savalan dağı yerləşir. Şərqi Azərbaycanın iqliminə Aralıq dənizi kontinental, eləcə də soyuq yarı quraq iqlim təsir göstərir. Xəzər dənizindən əsən mülayim mehlərin də alçaq ərazilərin iqliminə müəyyən təsiri var. Temperatur Təbrizdə 8,9 °C-ə qədər, Marağada 20 °C-ə qədər yüksəlir, qışda isə ən azı -10 ilə -15 °C-ə düşür. Əyaləti ziyarət etmək üçün ideal fəsillər yaz və yay aylarıdır. Qaradağ dağ silsiləsi ərazinin şimal hissəsini əhatələyən ən böyük dağ silsiləsidir. Bu silsilə bölgənin qərbində Divandağ ərazisindən başlayaraq Mərənd, Şəbəstər, Təbriz, Əhər, Kəleybər və Meşkinşəhr şəhərləri boyunca uzanır. Ostanlığın bir digər dağ silsiləsi Qoşadağ silsiləsidir. Bu silsilənin ən hündür nöqtəsi (3150 m) Qoşadağ zirvəsidir. Azərbayan vilayətinin ən yüksək zirvəsi olan Savalan volkanik kütləsi isə Qoşadağın şərqində Ərdəbil şəhəri ərazisində yerləşir. Daxili sular Ətrafı məlumat üçün: Şərqi Azərbaycan ostanının çayları Ətrafı məlumat üçün: Şərqi Azərbaycan ostanında yerləşən su anbarları Urmiya gölü Asiyab Xarabə şəlaləsi Gül Axur şəlaləsi Eyş Abad şəlaləsi Şor şor şəlaləsi Sərkənd Dizeç şəlaləsi Pir Saqqa şəlaləsiŞərqi Azərbaycan ostanı mədən suları və termal sularla olduqca zəngindir. Taptapan, Vercuy , Qoşayiş , Abgərmə Sərab, Allah Haq , Bostanabad, Esbfruşan, Pir Saqqa termal suları və Kəndvan, Sufiyan mineral suları bunlardan ən çox bilinənləridir. Ostanlığın ərazisinin 16.400 hektarını təxminən 4.1%-ni meşələr təşkil edir. Bu meşələrin böyük bir hissəsi Qaradağ bölgəsindədir. Bundan başqa Əhər, Xudafərin, Kəleybər, Vərziqan və Culfa şəhristanında da belə yaşıllıq sahələri vardır. Araz çayı ətrafında Kəleybər şəhristanı hüdudlarında 80428 ha-lıq ərazi təbiət abidəsi elan olunaraq mühafizə edilmişdir. Digər tərəfdən Şərqi Azərbaycan vilayətinin təbii sərvətlərindən biri olan Arasbaran bölgəsi 1976-cı ildə təbii həyat sahəsi kimi YUNESKO tərəfindən dünya təbii sərvətlər siyahısına daxil edilmişdir. İqtisadiyyat Bölgənin iqlim şəraiti, torpaq xüsusiyyətləri və coğrafi mövqeyi Şərqi Azərbaycan vilayətini kənd təsərrüfatı üçün əlverişli əraziyə çevirmişdir. Vilayət münbit torpaqlarına və kənd təsərrüfatı fəaliyyəti sahəsində böyük təbii sərvətlərə malik olduğuna görə ölkənin əsas kənd təsərrüfatı mərkəzlərindən biridir. Bu torpaqlarda istehsal olunan məhsullar həm ölkə həm rayon tələbatının bir hissəsini təmin edir, həm də xaricə də ixrac olunur. Bölgədə müxtəlif bağçılıq məhsulları ilə yanaşı, tərəvəz və taxıl məhsulları da becərilir. Şərqi Azərbaycan bölgəsi soğan və yonca istehsalı üzrə ölkədə birinci yerdədir. Mərcimək istehsalında ikinci, kartof və noxud istehsalında isə beşinci yerdədir. Bura o cümlədən bağ bitkilərinin becərilməsində də əhəmiyyətli rola malikdir. Belə ki, ərik istehsalı sahəsində birinci, alma və badam istehsalı üzrə ikinci, üzüm istehsalına görə dördüncü, qoz istehsalına görə isə beşinci yeri tutur. Kənd təsərrüfatı. Şərqi Azərbaycan bölgəsi həm də geniş otlaq sahələrinə görə ölkənin ən mühüm heyvandarlıq mərkəzlərindən biridir. Bu çərçivədə xüsusilə ət və dəri istehsalı baxımından əhəmiyyətli yerə malikdir. Bölgədəki köçəri heyvandarlıq fəaliyyəti əyalətdə heyvandarlığın əhəmiyyətini və iqtisadi vəziyyətini iki qat artırır. Vilayətdə heyvandarlıq ümumiyyətlə ənənəvi üsullarla aparılır, müasir heyvandarlıq isə yenicə inkişaf etməyə başlayıb. Şərqi Azərbaycan vilayəti bal istehsalı üzrə ölkədə ikinci, yumurta istehsalına görə üçüncü, ət istehsalına görə dördüncü, süd və quşçuluğa görə beşinci yeri tutur. Bütün bunlar əyaləti ölkənin ən mühüm heyvandarlıq və heyvandarlıq məhsulu mərkəzlərindən birinə çevirmişdir. Şərqi Azərbaycan vilayəti mədənlərin olması baxımından ölkənin ən zəngin bölgələrindən biridir. Əyalətdə 110 növ mədən var, onlardan 45-i fəaliyyət göstərir. Vilayətdəki ən əhəmiyyətli mədənlər 2 milyon ehtiyatla dünyanın ən böyük mis mədənlərindən biri olan Əhər rayonundakı Süngür mis mədənidir. Qızıl, diatomit, nefel, sinit və bəzək daşları vilayətin digər mədənlər sırasındadır. Şərqi Azərbaycan vilayəti 8000-ə yaxın fabrik və sənaye emalatxanası ilə ölkənin həm də mühüm sənaye mərkəzlərindən biri hesab olunur. Bölgənin sənayesini xammal sərfiyyatına və istehsal keyfiyyətinə görə “yüngül sənaye” və “ağır sənaye” kimi iki kateqoriyaya bölmək olar. Vilayətdə yüngül sənaye müsəssiləri bunlardır: mebel və stul fabrikləri, dəri sexləri, elektrik sənayesi, şüşə sənayesi, boya istehsalı sənayesi, toxuculuq sənayesi və ayaqqabı sənayesi. Ağır sənaye obyektləri arasına isə Təbriz İES, Təbriz NEZ, maşınqayırma zavodları, traktor zavodu, sement zavodu və s. daxildir. Ostanlığın ərazisini turizm baxımından üç hissəyə bölmək olar. Bunlar şimal, cənub və mərkəzi hissələrdir. Bu baxımdan vilayətin mərkəzi İpək yolu marşrutu üzərində olması səbəbindən daha böyük əhəmiyyətə malikdir. Vilayətin şimalında çoxlu tarixi, mədəni abidə var. Bundan başqa Araz çayı və ətrafının yaşıl vizual mənzərələri, Müqəddəs Stepanos monastrı, Arasbaran meşələri turistik baxımdan əhəmiyyətlidir.Görməli yerləri Kilisələr: Şərqi Azərbaycan vilayətində zaman-zaman müsəlmanlar və xristianlar yan-yana yaşamış, daha sonra xristianlar müxtəlif səbəblərdən bu bölgəni tərk etmişlər. Bununla belə, onlardan geridə qalan mühüm dini əsərlər var. Kilsələr də onlardan biridir. Müqəddəs Stepanos monastrı, Çoban kilsəsi, Müqəddəs Hoans kilsəsi, Sehrəgə kilsəsi,, Mücumbar kilsəsi, Müqəddəs Məryəm kilsəsi , Məryəm Nənə, Adventist kilsəsi, İncil kilsəsi, Şuğat Müqəddəs, Katolik kilsələri və s. əyalət sərhədləri daxilində yerləşir. Bu kilsələr arasında Müqəddəs Stepanos monastrı X-XII əsrə,Müqəddəs Məryəm kilsəsi XVI əsrə, Mucumbar kilsəsi XVII əsrə, digərləri isə XVIII-XIX əsrlərə aiddir. Qalalar: Şərqi Azərbaycan vilayətinin sərhədləri daxilində də çoxlu tarixi qalalar yerləşir. Təəssüf ki, bu qalalar və onların əksər obyektləri bəzi xarabalıqlar istisna olmaqla, günümüzə gəlib çıxa bilməmişdir. Çatanlarda isə lazımi təmir işləri aparılmayıb. Əslində, bu əsərlərin aidiyyəti orqan və təşkilatlar tərəfindən qorunmadığı və gələcək nəsillərə çatdırılması ideyası zəif olduğu üçün onların hazırkı vəziyyəti hər keçən müddətdə daha da məhvə doğru gedir. Kəleybər şəhristanı daxilində yerləşən Babək qalası hələ Sasani dövləti zamanında tikilmişdir. Daha sonra ərəb ordusuna qarşı döyüşlərdə Babək və ordusu tərəfindən müdafiə məqsədi ilə istifadə edilmişdir. Kürdəşt qalası- Culfa şəhristanı daxilində , Araz çayının cənubunda Kürdəşt kəndində yerləşir. Qacarlar dövründə İran və Rusiya arasında gedən müharibələrdə xalq qəhrəmanı Abbasmirzə tərəfindən də hərbi məqsədlər üçün istifadə edilmişdir.Həştrud qalası- Hərştrud şəhərindən 20 km uzaqlıqda yerləşir. Bir digər adı isə Narınqaladır. Şərqi Azərbaycan ostanında yerləşən və günümüzə qədər gəlib çatan qalalar aşağıdakılardır: Daşqala-Əcəbşir, Coşin qalası (Vərziqan), Kürdəşt qalası (Culfa), Noduz qalası, Pəştu qalası (Əhər), Ağcaqala (Vərziqan), Sansarud qalası (Mərənd), Peyqam qalası , Qəh-qəhə qalası, Hülakü xan qalası (Üskü).Körpülər: Acıçay körpüsü (Acıçay, Təbriz) , Xudafərin körpüsü (Araz çayı), Qarı körpüsü (Təbriz, Mehran Rud çayı), Pənc Çeşmə körpüsü (Sufiçay, Bünab), Qız körpüsü (Miyanə, Qızılüzən çayı), Pol Səngi körpüsü, Bilankuh körpüsü, Münəccimbaşı körpüsü, Mənsur körpüsü (Təbriz), Venyar körpüsü (Təbriz), Qızlar körpüsü (Mərduğ çayı), Şəhərçay körpüsü (Miyanə) və s.Muzeylər: Azərbaycan muzeyi (Təbriz), Cənubi Səhənd antropologiya muzeyi, Ölçü muzeyi (Təbriz), Əşair muzeyi (Sərab), Dəmir dövrü muzeyi (Təbriz), Marağa Qaya Rəsmləri muzeyi (Marağa), Elxani İxtisas muzeyi (Marağa), Xudafərin Bastan Şənasi muzeyi (Xudafərin).Digər görməli yerlər: Azərbaycan Muzeyi, Avarsın qalası, Təbrizin Ölçü muzeyi, Şahgölü / Elgölü, Təbrizin Ərk qalası, Təbriz Bazarı, Təbriz cümə məscidi, Təbriz Bələdiyyə sarayı, Tərkin Daş məscidi, Xaraba dəyirman, Sərkəndədizə şəlaləsi, Sabılmı məscidi, Zöhhak qalası, İşava şəlaləsi, Qafariyə günbədi/gümbəzi, Qədimqaya köhülü/mağarası, Qurugöl gölü, Qırmızıgünbəd/gümbəz, Kəbüd günbədi/gümbəzi, Kəndovan kəndi, Küyətər köhülü/mağarası, Təbrizin Göy məscidi, Gülaxır şəlaləsi, Mudur günbədi/gümbəzi, Marağa rəsədxanası, Təbrizin Məşrutə evi, Behnam evi, Əmir Nizam-i-Gerrusi evi və s. Nəqliyyat sektoru bu bölgənin iqtisadi fəaliyyətinin açarı kimi, həm də həssas sahələrin inkişafında mühüm rola malikdir. Şərqi Azərbaycan vilayətinin yerləşməsinin üstünlükləri sayəsində avtomobil yolları ilə yanaşı hava və dəmir yollarına da sahibdir. Bundan əlavə Urmiya gölü vasitəsilə Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında su yolu daşımaları həyata keçirilirdi. Coğrafi mövqeyi, İpək Yolu üzərində və Şərqi, Qərbi eləcə də Mərkəzi Asiyanın ticarət yollarının qovşağında olması, Avropa ilə əlaqəsi Şərqi Azərbaycan vilayətinin nəqliyyat şəbəkələrinin xüsusiyyətlərindəndir. Buna görə də, əyalətdə avtomobil yolları şəbəkəsinin genişləndirilməsi avtomobil nəqliyyatının yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu çərçivədə bölgələr və şəhərlər magistral yollarla bir-birinə bağlıdır.Vilayətdəki digər nəqliyyat sistemi dəmir yoludur. 2016-cı ilə aid statistik məlumatlara əsasən, Şərqi Azərbaycan vilayətinin dəmir yolu xətlərinin (magistral, yarım, manevr, sənaye və ticarət) uzunluğu 745,3 km-dir. Həmin ildə şəhər dəmir yolu şəbəkəsini, eləcə də şəhərdaxili nəqliyyatı əhatə edən avtomobil yollarının uzunluğu 14200,96 km idi. Bu şəbəkənin 25,4%-ni şəhərlərarası, 1,1%-ni şəhərdaxili, 73,5%-ni isə kənd yolları təşkil edirdi. Şərqi Azərbaycan dəmir yolları İran dəmir yolu şəbəkəsini Türkiyə üzərindən Avropa və Yaxın Şərqə, Naxçıvan Muxtar Respublikası üzərindən Qafqaz və onun hüdudlarından kənara, o cümlədən adı çəkilən ölkələrin dəmir yollarını Orta Asiya, Xəzər dənizi, Fars körfəzi və Hind okeanı limanlarına birləşdirir.Şərqi Azərbaycanın mərkəzi olan Təbriz, əyalətə daxil olan Əcəbşir, Bünab, Marağa, Həştrud, Miyanə və Culfa şəhərləri ilə dəmir yolu şəbəkəsi ilə bağlıdır. Şərqi Azərbaycan vilayətinin iki beynəlxalq hava limanı (Təbriz və Səhənd) gündə orta hesabla 30 daxili və beynəlxalq uçuş həyata keçirir. Bunlardan Təbriz hava limanı İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərində yerləşir. Bu hava limanı İran Hərbi Hava Qüvvələri tərəfindən də hava bazası kimi istifadə olunur. Vilayətin digər hava limanı Səhənd şəhərində yerləşir. Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynayıb. Təbriz xalçaçılıq məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil. Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir: "Təbriz xalçası", "Geris xalçası", "Ləçəkturunc xalçası", "Əfşan xalçası", "Ağaclı xalçası", "Dörd fəsil xalçası". Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII-XVI əsrlərə aiddir. XVII əsr Azərbaycan incəsənətində insan təsvirli xalçalara bilavasitə Təbriz toxuculuq nümunələrində rast gəlinməsinin Səfəvilər dövründə Təbrizdə sənətkarları öz ətrafına toplayan saray kitabxanasının fəaliyyəti ilə əlaqələndirilir. Azərbaycanlı rəssamların XVI əsrdə miniatür sənəti sahəsində qazandıqları uğurların o dövrdə mövcud olan digər bədii sənətkarlıq sahələrinə təsir göstərmişdir.Təbriz qrupu xalçalarının çoxsaylı çeşniləri arasında süjetlilərə nisbətən ornamentli xalçalar çoxluq təşkil etmişdir. Bunu həm müsəlman dünyasında canlı təsvirinə münasibətlə, həm də xalçaların döşəməyə salınması ilə əlaqələndirmək mümkündür. Digər tərəfdən milli bədii sənətkarlığın bütün sahələrində rəmzlərlə “danışmağa” üstünlük verən, elementlərin semiotiklinə səy göstərən yerli ustaların son nəticədə xalçanı Azərbaycan xalqının “danışıq dilinə” çevirmələri qarşılığında düşüncələrini təsvirdən çox, naxışlarla ifadə etmələrini təbii saymaq olar. Təbriz qrupuna aid ornamental xalçalar arasında “Ləçəkturunc”, “Əfşan”, “Xətai” və “İslimibənd”in kompozisiyalarını naxış örtüyündəki nəbati elementlərin xüsusi axıcı ritmə uyğunlaşdırılması təşkil edir.Geris-bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Kəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Geris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Sənətşünaslar yazır ki, kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılıb. Ancaq vaxt keçdikcə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz, öz başına toxuyurdular. Burada təəccüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Gerisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.Təbriz xalçaçılıq məktəbinin "Bağ-behişt xalçası", "Bağ-meşə xalçası", "Balıq xalçası", "Buta xalçası", "Dərviş xalçası", "Kətəbəli xalçası", "Gördəst xalçası", "Göllü-guşəli xalçası", "Güldanlı xalçası", "Leyli və Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçası", "Nəcaqlı xalçası", "Sərvistan xalçası", "Sərdari xalçası", "Səhənd xalçası", "Silsiləvi ləçək xalçası", "Fərhad və Şirin xalçası", "Xəyyam xalçası", "Xətai xalçası", "Həddad xalçası", "Çərxi-gül xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları da məşhurdur.XIX əsrdə Cənubi Azərbaycan şəhərlərində də toxuculuq, boyaqçılıq geniş yayılmışdı.41 Təbrizdə pambıq emalı üzrə xeyli karxana fəaliyyət göstərirdi. Lakin bu dövrdə bəsit əl dəzgahlarında toxunmuş pambıq, yun, ipək və s.parçalar Avropanın müasir texnika əsasında işləyən fabrik məhsulları ilə rəqabət apara bilmirdi. Dünya muzeylərində sərgilənən Təbriz xalçaları Xalça "Ovçuluq"-Təbriz, 1522–1523 (m) / 929 (hicri), Poldi-Peccoli Muzeyi, Milan Xalça "Heyvani"-Təbriz, XVI əsr, Viktoriya və Albert Muzeyi, London Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Metropoliten İncəsənət Muzeyi, Nyu-York Süjetli xalça-Tətbiqi Sənət Muzeyi, Budapeşt Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Dekorativ Sənət Muzeyi, Paris Xalça "Heyvani"-Təbriz, XVI əsr, Klarens Moskinin kolleksiyasından Xalça "Dörd fəsil"-Təbriz, XIX əsrin ikinci yarısı, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı Xalça "Ağaclı"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Rüstəm ağ divi öldürür"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Rüstəmin Aşkavusla döyüşü"-Təbriz, XX əsrin əvvəli, Şərq xalqları Sənəti Dövlət Muzeyi, Moskva Xalça "Ömər Xəyyam öz sevgilisi ilə"-Təbriz, XIX əsrin axırı, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Şeyx Sənan"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Məlik Məmməd"-Təbriz, XX əsrin əvvəli, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı Dərviş təsvir olunmuş xalça-Təbriz, XIX əsr, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Dərvişlər təsvir olunmuş xalça-Təbriz, XIX əsr, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı Şərqi Azərbaycan ostanının ən məşhur və sevilən yeməklərindən biri Abguştdur. Sümüklü quzu əti, rəndələnmiş pomidor, soğan, noxud, kartof və sarıkök ilə gil və ya torpaq qazanda bişirlən yemək isti çörəklə servis olunur.Digər məşhur yeməklərdən biri isə Ayran aşı adlandırılan qatıqla hazırlanan ayranın içinə düyü, noxud, ağ lobya, sarımsaq, ispanaq, kişniş və nanə əlavə etməklə bişirlən yeməkdir. Bölgənin ən çox diqqət çəkən yeməklərinə "Səbzi qovurma", "Qiymə", "Təbriz köftəsi", "Əriştə aşı", "Umac aşı" kimi yeməkləri misal göstərmək olar.Geyim Ənənəvi Azərbaycan geyimlərinin tikiş bacarıqları ölkənin milli abidələrinin Qeyri-Maddi İrs Siyahısında qeyd olunsa da, təəssüf ki, əyalət şəhərlərində yerli və ənənəvi geyimlərə üstünlük verilmir. Bu geyim növündən kəndlərdə köçəri (Qaradağ) tayfaları bəzi xüsusi hallarda istifadə edirlər. Şərqi Azərbaycanın kənd yerlərində qadınların hələ də yerli paltarlar geyindikləri, moda və mediadan təsirlənmədiyi söyləmək olar. Buna görə də Qaradağ köçərilərinin yerli geyimləri vilayətin mədəni görməli irslərindən biridir. Onların yaylığı pəncə ilə bağlanmış çiçəkli çərşafdır. Qadın paltarları uzun və müxtəlif rənglərdədir. Tenban adlanan köynək Gilan, Bəxtyari və Qaşqayi qadınlarının geyimlərini əks etdirir. Qaradağ köçəri qadın jiletləri qızıl və gümüş sikkələrin tikildiyi qolsuz parçalardır və sikkələrin sayı ailənin zənginliyini ifadə edir.Kişilər üçün xüsusi geyimlər kostyum və kep kimi tanınan papaqdır. Bu yerli paltar günümüzdə də Cənubi Səhənd kəndlərində istifadə olunur. Səhənd dağının çobanlarının istifadə etdiyi paltarlar əsasən qədər kişi pencəkləri Şərqi Azərbaycanın özünəməxsus və xüsusi geyimlərindəndir. Vilayətin köçəri bölgələrində yerli geyimlər bu gün də məşhurdur, lakin ucuz və hazır paltarların yayılması yerli geyimlərə təsir göstərmiş və bəzi köçəri tayfaların gənclərinin ənənəvi paltar yerinə bu geyimlərə üstünlük verməsinə səbəb olmuşdur. Yerli özünüidarə Şərqi Azərbaycan ostanı inzibati cəhətdən aşağıdakı 21 şəhristanlara bölünür: Azərşəhr (Tufarqan) şəhristanı Bostanabad (Ucan) şəhristanı Bünab şəhristanı Culfa şəhristanı Çaroymaq şəhristanı Əcəbşir şəhristanı Əhər şəhristanı Heris şəhristanı Həştrud (Sərəskənd) şəhristanı Hurand şəhristanı (2013-cü ildən bəri) Kəleybər şəhristanı Marağa şəhristanı Məlikan (Məlikkəndi) şəhristanı Mərənd şəhristanı Miyanə şəhristanı Sərab şəhristanı Şəbüstər şəhristanı Təbriz şəhristanı Üskü şəhristanı Vərziqan şəhristanı Ostanın sahəsi 47.830 km²-dir. Etnik və linqvistik tərkib Əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarətdir. Həmçinin ostanda çox az sayda tatlar, ermənilər, kürdlər (Xoxaranlu qəbiləsi), talışlar da məskunlaşmışdır. Ostanda toplam 2782 yaşayış məntəqəsi mövcuddur. Şərqi Azərbaycan günümüzdə İran Statistika qurumunun 2016-cı ildə verdiyi təhsil statistikasına görə; 2011-2016-cı illəri əhatə edən 5 illik dövrdə Şərqi Azərbaycan əyalətində əhalinin savadlılıq səviyyəsi 17,92%-dən 15,31%-ə enib. Sözügedən nisbət kişilərdə 12,61 faizdən 10,66 faizə, qadınlarda isə 23,32 faizdən 20,11 faizə qədər azalıb. Şərqi Azərbaycan vilayətinin şəhərləri arasında Üskü şəhəri 91,1 faizlə ən yüksək savadlılığa malikdir. İranda icbari təhsil 9 ildir və 7 yaşdan başlayır. Ali təhsildə dörd səviyyə var. kollec (2 il), bakalavr (4 il), magistratura (2 il) və doktorantura (4 il) Universitetlər İran Tələbələr Xəbər Agentliyinin (İSNA) 2019-cu ildə dərc etdiyi hesabata əsasən, 2016-2017-ci tədris ilində Şərqi Azərbaycan vilayətində 139 universitet fəaliyyət göstərirdi. Burada yerləşən əsas universitetlərin siyahısı: Təbriz Universiteti Səhənd Texnologiya Universiteti Azərbaycan Şəhid Mədani Universiteti Marağa Universiteti Təbriz Tibb Elmləri Universiteti Bünab Univeristeti Təbriz İslam İncəsənəti Universiteti Təbriz Azad İslam Universiteti Marağa Azad İslam Universiteti Miyanə Azad İslam Universiteti Təbriz Payame Noor Universiteti Tətbiqi Elm və Texnologiya Universiteti Tanınmış şəxslər Qətran Təbrizi Əhməd Kəsrəvi Səməd Behrəngi Kazım Sadıxzadə Pərvin Etisami Kərim Baqiri Maqsud Əli Təbrizi Həsən Rüşdiyyə Şəms Təbrizi Əli Süheyli Mirzə İbrahim xan Həkimi Məhəmməd Hüseyn Şəhriyar Melville. Charles Melville (redaktor ). Proceedings of the Third European Conference of Iranian Studies: Mediaeval and modern Persian studies. Reichert. 1999. ISBN 978-3-89500-104-8. Dalby, Andrew. Dictionary of Languages: The Definitive Reference to More Than 400 Languages. Columbia University Press. 1998. səh. 156. ISBN 978-0-231-11568-1. İ. Gaderi. İran Turizm Coğrafyasına Bir Giriş. Tehran: Mehkameh. 2015. Scheyvens, R. Ekoturism and the Empowerment of Local Communities. 20. Tourism Management. 1999. 245–249. Sharpley, R., Telfer, D. J. Tourism and Development in the Developing World. Routledge. 2008. Alempur Recebi, M. Doğu Azerbaycan İl’inin Müzeleri. Təbriz: Doğu Azerbaycan İli Kültürel Miras Müdürlüğü. 2014. Mokhlesi, M. A. Doğu Azerbaycan’ın Tarihi Eserleri Listesi. Tehran: Kültürel Miras Örgütü. 1992. Ali NOROUZİ ALANJAGH. DOĞU AZERBAYCAN İLİNİN (İRAN) BÖLGESEL AÇIDAN TURİZM PLANLAMASI VE ANALİZİ. Erzurum. T.C. ATATÜRK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ COĞRAFYA ANABİLİM DALI. 2019. Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 608. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592. Azərbaycan tarixi 7 cilddə, VII cild. Bakı: Elm nəşriyyatı. 2008. Muradov, Vidadi. Azərbaycan xalçaçılıq məktəbinin Təbriz qrupu. Bakı. 2013. S.M. Onullahi. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı. 1982. Christoph Werner. "The Amazon, the Sources of the Nile, and Tabriz: Nadir Mirza's Tarikh Va Jughrafi-yi Dar Al-saltana-yi Tabriz and the Local Historiography of Tabriz and Azerbaijan". Iranian Studies. 33 (1–2). 2000: 165–184. doi:10.1080/00210860008701980. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0. Tabriz // Grove Encyclopedia of Islamic Art & Architecture. Oxford University Press. 2009. ISBN 9780195309911. Xarici keçidlər Şərqi Azərbaycan ostandarlığının rəsmi veb səhifəsi: استانداری آذربایجان شرقی Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine Qaradağ kəndlərinin türk adları fars adları ilə dəyişdirilib – Siyahı — GünAzTV Official website Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine Cultural Heritage Organization of East Azerbaijan The Union for Handwoven Carpets of East Azerbaijan Recent Photos from Azerbaijan Arasbaran UNESCO Biosphere Reserve Lake Urmia UNESCO Biosphere Reserve East Azerbaijan Research Park net portal Azerbaijan entries in the Encyclopædia Iranica Həmçinin bax Şərqi Azərbaycan ostanının çayları Şərqi Azərbaycan ostanının dağları Şərqi Azərbaycan ostanında yerləşən su anbarlarının siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=273636 |
Şərqi Azərbaycan ostanı | Şərqi Azərbaycan ostanı — İran İslam Respulikasının şimal-qərbində ostan. İnzibati mərkəzi Təbriz şəhəridir. İranın 31 əyalətindən biridir. Ostanlıq Ermənistan, Azərbaycan Respublikası, Ərdəbil, Qərbi Azərbaycan və Zəncan ostanları ilə həmsərhəddir. Şərqi Azərbaycan ostanı İranın 3-cü bölgəsindədir. 2006-cı il siyahıyaalınmasına əsasən , Şərqi Azərbaycan vilayətinin əhalisi 3,527,267 nəfər, 2011-ci il siyahıyaalmasında 3,724,620 nəfər, 2016-cı il siyahıyaalınmasında isə 3,909,652 nəfər olmuşdur. Bu gün Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhəri qədim zamanlardan yaşayış məntəqəsi olmuşdur. Şəhərin yaxınlığında, Yanıqtəpədə e.ə. 6000-ci illərə aid Neolit dövrü qalıqları aşkar edilib. Lakin şəhərin nə zaman və kim tərəfindən salındığı məlum deyil. Assuriya kralı II. Sarqona (e.ə. 722-705) aid lövhələrdə indiki bölgənin (Təbriz) Manna hakimiyyəti altında olan torpaqlarında anbarı arpa ilə dolu olan Tarmakisa adlı qaladan bəhs edilir. Bizans kralı Faustunun (IV əsr) qeydlərində Sasani şahı II Şapur (309-379) tərəfindən Tavrezin hərbi düşərgə kimi qurulduğu anlaşılır. Arxeoloqlar, Azərbaycan regionu e.ə I minilliyin əvvəllərində üç irq qrupunun yaşadığını bildirir. Bu üç qrupdan birincisi yerli tayfalar və “Asyani” adı ilə tanınan tayfalardır. İkinci qrupun e.ə II minillikdə bu bölgəyə Fələstin, Suriya və Babil torpaqlarından gətirilən əsir və qullardır. Üçüncü qrup isə Ari xalqı və xüsusilə də Madlardır. Onlar Azərbaycanda e.ə. I minilliyin I yarısında məskunlaşaraq ərazini “Kiçik Mad” adlandırırdılar. Beləliklə, Azərbaycan Madların torpaqlarının bir hissəsi idi. Makedoniyalı İskəndərin zamanında bu bölgənin adı vali Atropatın adına görə Atorpatkan adlanırdı. Daha sonra isə Atorpatgan və Azərbaycan oldu. Bölgə valisi Atropat İskəndərin buraya hücumu zamanı müstəqilliyini elan etdi (e.ə. 328-ci il) və bununla da Kiçik Mad öz müstəqilliyini saxladı. Sonra Azərbaycan Parfiya və Sasanilərin əlinə keçdi. O zaman Azərbaycanın paytaxtı Urmiya gölünün cənub-şərqində yerləşən Şiz idi. Əsas atəşpərəstlik məbədlərindən biri burada yerləşirdi. Orta əsrlər Daha sonra Xəlifə Ömərin hakimiyyəti zamanı bölgə ərəb işğalına məruz qalmışdır. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı. Təbriz və ətraf ərazilərin Ərəb xilafətinin tərkibinə qatılması 642-ci ilə təsadüf edir. 730-cu ildə əməvi komandiri Cərrah bin Abdullah Xəzərlər tərəfindən məğlub edilsə də davam edən döyüşlərdə ərazi yenidən ərəblərə tabe olmuşdur. Xəlifə Harun Ər Rəşidin hakimiyyəti illərində Təbriz şəhəri surlarla əhatə edildi. Bu da şəhərin strateji əhəmiyyətini daha da artırmış oldu. Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə ölkə ərazisində baş vermiş ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatı başladı. 778-838-ci illər ərzində geniş vüsət almış üsyan ərazidə Abbasi hakimiyyətini zəiflətdi. 893-cü ildə Əbu Sac Divdad Marağa hakimliyini tutaraq öz dövlətinə birləşdirdi. 890-929-cu illər ərzində vilayət Sacilər tərəfindən idarə edildi. Saci şahı Yusif ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi o zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərirdi. Daha sonra isə ərazi Rəvvadilər dövlətinin hakimiyyəti altına keçdi. Rəvvadi əmri Əbu Mənsur 1054-cü ildə Azərbaycana gələn Səlcuqlu hökmdarı Toğrul bəyə itaətini bildirdi və ölkə Səlcuqlu hakimiyyəti altına keçdi. 1174-cü ildə Eldəniz hökmdarı Məhəmməd Cahan Pəhləvan Təbrizi qardaşı Qızılarslanın tabeliyinə verdi və o da buranı Azərbaycanın mərkəzinə çevirdi. Qızılarslan Təbrizdə böyük bir saray inşa etdirdi. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Təbrizə daxil olması ilə burada Eldənizlərin hakimiyyətinə son qoyuldu. 1231-ci ildə Monqol şahı Arqun ağa Təbrizə gələrək şəhəri hərbi fəaliyyətləri üçün mərkəzə çevirdi.1256-cı ildə isə şəhər Hülakülər dövlətinin idari və siyasi mərkəzi oldu. Şəhər öz yüksəliş dövrünü Qazan xanın hakimiyyəti zamanında yaşadı. Elxanilərdən sonra şəhər Çobanilər, Qızıl Orda [8], Müzəffərilər və Cəlairilər hakimiyyəti altına keçdi. 1386-cı ildə Təbrizi müharibəsiz tutan Teymur növbəti il şəhərin idarəsini oğlu Miran şaha , 1404-cü ildə isə nəvəsi Ömərə verdi. Şəhər 1408-ci ildə Teymuri Əbu Bəkr Mirzənin və 1410-cu ildə Əhməd Cəlairi məğlub edən Qaraqoyunlu Yusifin əlinə keçdi. Teymuri Şahrux üç dəfə hücum etdiyi Təbrizi 1436-cı ildə Qaraqoyunlu Cahan şaha təslim etdi. 1469-cu ildə isə Uzun Həsən Təbrizi Ağqoyunluların paytaxtı elan etdi. 1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular. Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı oldu. 1514-cü ildə Osmanlı Sultanı I Səlimin qoşunları Təbrizi tutdu. Altı gündən sonra I Səlim Təbrizi tərk etməyə məcbur oldu. O, mindən artıq Təbriz ustasını ailəsi ilə birlikdə İstanbula apardı. Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçirildi və qarət edildi. 1562-ci ildə Təbrizdə olan ingilis səyyahı Cenkinson yazır ki, "bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdır". Bunun əsas səbəbi Osmanlı sultanının hərbi yürüşləri olmuşdu. 1585–1586-cı illərin Osmanlı işğalı zamanı Təbriz ağır zərbələrə məruz qaldı. XVIII əsrin əvvəllərində Səfəvi imperiyasının dərin siyasi, iqtisadi böhran keçirməsi daxili mübarizəyə yol açdığı kimi, qonşu Rusiyanın və Osmanlı imperiyasının Səfəvi mülklərini bölüşdürmək uğrunda mübarizəyə başlamağa şərait yaratdı. 1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar Təbrizi osmanlılardan azad etdi. 1735`də Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. Nadir şahın ölümündən sonra Azərbaycanın digər bölgələri kimi indiki Şərqi Azərbaycan ostanının ərazisində də müstəqil xanlıqlar yarandı. Bunlardan ən başlıcası Təbriz xanlığı idi. XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1758-ci ildə Təbriz Urmiyalı Fətəli xan Əfşarın, 1761-ci ildə isə Xoylu Nəcəfqulu xan Dümbülünün hakimiyyəti altına düşdü. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi.Ostanlığın ərazisində yaranan bir digər xanlıq olan Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olunmuş. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi. Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.Bölgədə yaranan digər xanlıqlar Qaradağ, Sərab, Xoy xanlıqları idi. 1791-ci ildə Qacarlar tərəfindən süqut edilən Qaradağ xanlığı vilayətə çevrildi və ərazisinə Əhər, Kəleybər, Çələbiyan, Vərgəhan və Dizmar şəhərləri daxil edildi.Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826–1828-ci illər Rusiya-Qacar müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz Qacar imperiyasının hakimiyyətində qaldı. Şərqi Azərbaycan ostanlığının mərkəzi olan Təbriz şəhəri 1905-1911-ci illərdə İran inqilabının mərkəzi idi. 1911-ci ilin dekabrında rus kazak ordusunun yardımından istifadə edən Məhəmmədəli şah Təbrizi ələ keçirdi, dinc əhaliyə divan tutuldu. Müasir dövr 1917–1919-cu illərdə Cənubi Azərbaycanda İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı güclü xalq hərəkatı başladı. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında Təbriz üsyançıları valini şəhərdən qovdular. 1920-ci il iyunun 23-də Ş.M.Xiyabaninin rəhbərliyi altında Milli Hökumət təşkil olundu. 1920-ci il sentyabrın 12-də əksinqilabi qüvvələr Təbriz üzərinə hücuma keçdilər, Alaqapını ələ keçirdilər, sentyabrın 14-də "Təcəddüd" qəzetinin binasını dağıtdılar. Həmin gün Ş.M.Xiyabani öldürüldü. İrticaçılar üsyançılara divan tutdular. Beləliklə, Cənubi Azərbaycandakı milli azadlıq hərəkatıingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı. Buna baxmayaraq, Təbriz üsyanı Cənubi Azərbaycanda, eləcə də İranda yaşayan xalqların tarixində mühüm rol oynadı. 1941-ci il avqustun 26-da şəhər Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən işğal edildi. Təbrizli ziyalılar Sovet və İran zülmünə qarşı muxtariyyət istəyən Firqə-i Demokrat-ı Azərbaycanı qurdular. Partiyanın səyləri ilə 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Məclisi açıldı və Seyid Cəfər Pişəvərinin sədrliyi ilə Azərbaycan Milli Hökuməti yaradıldı. Milli hökumət 1946-cı il yanvarın 16-da "Dil haqqında" qanun qəbul etdi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İyun ayında Təbriz Universiteti təsis olundu. Az bir vaxtda ana dilində məktəblər, qiraətxanalar, kitabxanalar, birliklər, qəzet və jurnallar fəaliyyətə başladı. Milli-demokratik hərəkatın ictimai həyatın bütün sahələrində uğurları şah hökumətində böyük təşviş yaratdı.1946-cı il iyunun 14-də İran hökuməti ilə azərbaycanlıların hüquqlarını təmin edən müqavilə imzalansa da, İran hökumət qüvvələri 1946-cı ilin dekabrında Təbrizə daxil olaraq Azərbaycan Muxtar Respublikasını ləğv etdilər. Minlərlə insan güllələndi və həbsə alındı. Kütləvi təqiblər başlandı. ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Cəzadan xilas olmaq üçün on minlərlə vətənpərvər mühacirət etməyə məcbur qaldı. 1941–1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı.1950-ci ildə Şərqi Azərbaycan ostanı yaradıldı. Təbriz yeni yaradılan ostanın mərkəzi oldu. İranda 1978–1979-cu illər inqilabında da Təbriz əhalisi ən fəal şəkildə iştirak etdi. 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. İnqilab dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər. 1994-cü ildə Ərdəbil şəhəri Şərqi Azərbaycan ostanlnda ayrıldı və Ərdəbil ostanı yaradıldı. Ostanlığın ərazisi təqribi 47830 km²-dir. Əhalisi isə 4 milyon nəfərdir. Bölgə şimaldan Azərbaycan, Ermənistan Respublikaları və Naxçıvan Muxtar Respublikası ilə, qərbdən Zəncan, şərqdən isə Ərdəbil şəhərləri ilə həmsərhəddir. Ostanlığın ərazisinin 40%-ni dağlar təşkil edir. Burada ən hündür nöqtə Təbrizin cənubunda yerləşən Səhənd dağının vulkanik zirvəsidir (3707 m). Bölgədə yerləşən dağlara Səhəndlə yanaşı, Mişo dağı, Bozquş, Qaflan Kuh, Gərədağ, Morodağ, Eynəli, Qoşa dağı misal göstərmək olar. Bundan başqa bölgənin Ərdəbil sərhəddində Savalan dağı yerləşir. Şərqi Azərbaycanın iqliminə Aralıq dənizi kontinental, eləcə də soyuq yarı quraq iqlim təsir göstərir. Xəzər dənizindən əsən mülayim mehlərin də alçaq ərazilərin iqliminə müəyyən təsiri var. Temperatur Təbrizdə 8,9 °C-ə qədər, Marağada 20 °C-ə qədər yüksəlir, qışda isə ən azı -10 ilə -15 °C-ə düşür. Əyaləti ziyarət etmək üçün ideal fəsillər yaz və yay aylarıdır. Qaradağ dağ silsiləsi ərazinin şimal hissəsini əhatələyən ən böyük dağ silsiləsidir. Bu silsilə bölgənin qərbində Divandağ ərazisindən başlayaraq Mərənd, Şəbəstər, Təbriz, Əhər, Kəleybər və Meşkinşəhr şəhərləri boyunca uzanır. Ostanlığın bir digər dağ silsiləsi Qoşadağ silsiləsidir. Bu silsilənin ən hündür nöqtəsi (3150 m) Qoşadağ zirvəsidir. Azərbayan vilayətinin ən yüksək zirvəsi olan Savalan volkanik kütləsi isə Qoşadağın şərqində Ərdəbil şəhəri ərazisində yerləşir. Daxili sular Ətrafı məlumat üçün: Şərqi Azərbaycan ostanının çayları Ətrafı məlumat üçün: Şərqi Azərbaycan ostanında yerləşən su anbarları Urmiya gölü Asiyab Xarabə şəlaləsi Gül Axur şəlaləsi Eyş Abad şəlaləsi Şor şor şəlaləsi Sərkənd Dizeç şəlaləsi Pir Saqqa şəlaləsiŞərqi Azərbaycan ostanı mədən suları və termal sularla olduqca zəngindir. Taptapan, Vercuy , Qoşayiş , Abgərmə Sərab, Allah Haq , Bostanabad, Esbfruşan, Pir Saqqa termal suları və Kəndvan, Sufiyan mineral suları bunlardan ən çox bilinənləridir. Ostanlığın ərazisinin 16.400 hektarını təxminən 4.1%-ni meşələr təşkil edir. Bu meşələrin böyük bir hissəsi Qaradağ bölgəsindədir. Bundan başqa Əhər, Xudafərin, Kəleybər, Vərziqan və Culfa şəhristanında da belə yaşıllıq sahələri vardır. Araz çayı ətrafında Kəleybər şəhristanı hüdudlarında 80428 ha-lıq ərazi təbiət abidəsi elan olunaraq mühafizə edilmişdir. Digər tərəfdən Şərqi Azərbaycan vilayətinin təbii sərvətlərindən biri olan Arasbaran bölgəsi 1976-cı ildə təbii həyat sahəsi kimi YUNESKO tərəfindən dünya təbii sərvətlər siyahısına daxil edilmişdir. İqtisadiyyat Bölgənin iqlim şəraiti, torpaq xüsusiyyətləri və coğrafi mövqeyi Şərqi Azərbaycan vilayətini kənd təsərrüfatı üçün əlverişli əraziyə çevirmişdir. Vilayət münbit torpaqlarına və kənd təsərrüfatı fəaliyyəti sahəsində böyük təbii sərvətlərə malik olduğuna görə ölkənin əsas kənd təsərrüfatı mərkəzlərindən biridir. Bu torpaqlarda istehsal olunan məhsullar həm ölkə həm rayon tələbatının bir hissəsini təmin edir, həm də xaricə də ixrac olunur. Bölgədə müxtəlif bağçılıq məhsulları ilə yanaşı, tərəvəz və taxıl məhsulları da becərilir. Şərqi Azərbaycan bölgəsi soğan və yonca istehsalı üzrə ölkədə birinci yerdədir. Mərcimək istehsalında ikinci, kartof və noxud istehsalında isə beşinci yerdədir. Bura o cümlədən bağ bitkilərinin becərilməsində də əhəmiyyətli rola malikdir. Belə ki, ərik istehsalı sahəsində birinci, alma və badam istehsalı üzrə ikinci, üzüm istehsalına görə dördüncü, qoz istehsalına görə isə beşinci yeri tutur. Kənd təsərrüfatı. Şərqi Azərbaycan bölgəsi həm də geniş otlaq sahələrinə görə ölkənin ən mühüm heyvandarlıq mərkəzlərindən biridir. Bu çərçivədə xüsusilə ət və dəri istehsalı baxımından əhəmiyyətli yerə malikdir. Bölgədəki köçəri heyvandarlıq fəaliyyəti əyalətdə heyvandarlığın əhəmiyyətini və iqtisadi vəziyyətini iki qat artırır. Vilayətdə heyvandarlıq ümumiyyətlə ənənəvi üsullarla aparılır, müasir heyvandarlıq isə yenicə inkişaf etməyə başlayıb. Şərqi Azərbaycan vilayəti bal istehsalı üzrə ölkədə ikinci, yumurta istehsalına görə üçüncü, ət istehsalına görə dördüncü, süd və quşçuluğa görə beşinci yeri tutur. Bütün bunlar əyaləti ölkənin ən mühüm heyvandarlıq və heyvandarlıq məhsulu mərkəzlərindən birinə çevirmişdir. Şərqi Azərbaycan vilayəti mədənlərin olması baxımından ölkənin ən zəngin bölgələrindən biridir. Əyalətdə 110 növ mədən var, onlardan 45-i fəaliyyət göstərir. Vilayətdəki ən əhəmiyyətli mədənlər 2 milyon ehtiyatla dünyanın ən böyük mis mədənlərindən biri olan Əhər rayonundakı Süngür mis mədənidir. Qızıl, diatomit, nefel, sinit və bəzək daşları vilayətin digər mədənlər sırasındadır. Şərqi Azərbaycan vilayəti 8000-ə yaxın fabrik və sənaye emalatxanası ilə ölkənin həm də mühüm sənaye mərkəzlərindən biri hesab olunur. Bölgənin sənayesini xammal sərfiyyatına və istehsal keyfiyyətinə görə “yüngül sənaye” və “ağır sənaye” kimi iki kateqoriyaya bölmək olar. Vilayətdə yüngül sənaye müsəssiləri bunlardır: mebel və stul fabrikləri, dəri sexləri, elektrik sənayesi, şüşə sənayesi, boya istehsalı sənayesi, toxuculuq sənayesi və ayaqqabı sənayesi. Ağır sənaye obyektləri arasına isə Təbriz İES, Təbriz NEZ, maşınqayırma zavodları, traktor zavodu, sement zavodu və s. daxildir. Ostanlığın ərazisini turizm baxımından üç hissəyə bölmək olar. Bunlar şimal, cənub və mərkəzi hissələrdir. Bu baxımdan vilayətin mərkəzi İpək yolu marşrutu üzərində olması səbəbindən daha böyük əhəmiyyətə malikdir. Vilayətin şimalında çoxlu tarixi, mədəni abidə var. Bundan başqa Araz çayı və ətrafının yaşıl vizual mənzərələri, Müqəddəs Stepanos monastrı, Arasbaran meşələri turistik baxımdan əhəmiyyətlidir.Görməli yerləri Kilisələr: Şərqi Azərbaycan vilayətində zaman-zaman müsəlmanlar və xristianlar yan-yana yaşamış, daha sonra xristianlar müxtəlif səbəblərdən bu bölgəni tərk etmişlər. Bununla belə, onlardan geridə qalan mühüm dini əsərlər var. Kilsələr də onlardan biridir. Müqəddəs Stepanos monastrı, Çoban kilsəsi, Müqəddəs Hoans kilsəsi, Sehrəgə kilsəsi,, Mücumbar kilsəsi, Müqəddəs Məryəm kilsəsi , Məryəm Nənə, Adventist kilsəsi, İncil kilsəsi, Şuğat Müqəddəs, Katolik kilsələri və s. əyalət sərhədləri daxilində yerləşir. Bu kilsələr arasında Müqəddəs Stepanos monastrı X-XII əsrə,Müqəddəs Məryəm kilsəsi XVI əsrə, Mucumbar kilsəsi XVII əsrə, digərləri isə XVIII-XIX əsrlərə aiddir. Qalalar: Şərqi Azərbaycan vilayətinin sərhədləri daxilində də çoxlu tarixi qalalar yerləşir. Təəssüf ki, bu qalalar və onların əksər obyektləri bəzi xarabalıqlar istisna olmaqla, günümüzə gəlib çıxa bilməmişdir. Çatanlarda isə lazımi təmir işləri aparılmayıb. Əslində, bu əsərlərin aidiyyəti orqan və təşkilatlar tərəfindən qorunmadığı və gələcək nəsillərə çatdırılması ideyası zəif olduğu üçün onların hazırkı vəziyyəti hər keçən müddətdə daha da məhvə doğru gedir. Kəleybər şəhristanı daxilində yerləşən Babək qalası hələ Sasani dövləti zamanında tikilmişdir. Daha sonra ərəb ordusuna qarşı döyüşlərdə Babək və ordusu tərəfindən müdafiə məqsədi ilə istifadə edilmişdir. Kürdəşt qalası- Culfa şəhristanı daxilində , Araz çayının cənubunda Kürdəşt kəndində yerləşir. Qacarlar dövründə İran və Rusiya arasında gedən müharibələrdə xalq qəhrəmanı Abbasmirzə tərəfindən də hərbi məqsədlər üçün istifadə edilmişdir.Həştrud qalası- Hərştrud şəhərindən 20 km uzaqlıqda yerləşir. Bir digər adı isə Narınqaladır. Şərqi Azərbaycan ostanında yerləşən və günümüzə qədər gəlib çatan qalalar aşağıdakılardır: Daşqala-Əcəbşir, Coşin qalası (Vərziqan), Kürdəşt qalası (Culfa), Noduz qalası, Pəştu qalası (Əhər), Ağcaqala (Vərziqan), Sansarud qalası (Mərənd), Peyqam qalası , Qəh-qəhə qalası, Hülakü xan qalası (Üskü).Körpülər: Acıçay körpüsü (Acıçay, Təbriz) , Xudafərin körpüsü (Araz çayı), Qarı körpüsü (Təbriz, Mehran Rud çayı), Pənc Çeşmə körpüsü (Sufiçay, Bünab), Qız körpüsü (Miyanə, Qızılüzən çayı), Pol Səngi körpüsü, Bilankuh körpüsü, Münəccimbaşı körpüsü, Mənsur körpüsü (Təbriz), Venyar körpüsü (Təbriz), Qızlar körpüsü (Mərduğ çayı), Şəhərçay körpüsü (Miyanə) və s.Muzeylər: Azərbaycan muzeyi (Təbriz), Cənubi Səhənd antropologiya muzeyi, Ölçü muzeyi (Təbriz), Əşair muzeyi (Sərab), Dəmir dövrü muzeyi (Təbriz), Marağa Qaya Rəsmləri muzeyi (Marağa), Elxani İxtisas muzeyi (Marağa), Xudafərin Bastan Şənasi muzeyi (Xudafərin).Digər görməli yerlər: Azərbaycan Muzeyi, Avarsın qalası, Təbrizin Ölçü muzeyi, Şahgölü / Elgölü, Təbrizin Ərk qalası, Təbriz Bazarı, Təbriz cümə məscidi, Təbriz Bələdiyyə sarayı, Tərkin Daş məscidi, Xaraba dəyirman, Sərkəndədizə şəlaləsi, Sabılmı məscidi, Zöhhak qalası, İşava şəlaləsi, Qafariyə günbədi/gümbəzi, Qədimqaya köhülü/mağarası, Qurugöl gölü, Qırmızıgünbəd/gümbəz, Kəbüd günbədi/gümbəzi, Kəndovan kəndi, Küyətər köhülü/mağarası, Təbrizin Göy məscidi, Gülaxır şəlaləsi, Mudur günbədi/gümbəzi, Marağa rəsədxanası, Təbrizin Məşrutə evi, Behnam evi, Əmir Nizam-i-Gerrusi evi və s. Nəqliyyat sektoru bu bölgənin iqtisadi fəaliyyətinin açarı kimi, həm də həssas sahələrin inkişafında mühüm rola malikdir. Şərqi Azərbaycan vilayətinin yerləşməsinin üstünlükləri sayəsində avtomobil yolları ilə yanaşı hava və dəmir yollarına da sahibdir. Bundan əlavə Urmiya gölü vasitəsilə Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında su yolu daşımaları həyata keçirilirdi. Coğrafi mövqeyi, İpək Yolu üzərində və Şərqi, Qərbi eləcə də Mərkəzi Asiyanın ticarət yollarının qovşağında olması, Avropa ilə əlaqəsi Şərqi Azərbaycan vilayətinin nəqliyyat şəbəkələrinin xüsusiyyətlərindəndir. Buna görə də, əyalətdə avtomobil yolları şəbəkəsinin genişləndirilməsi avtomobil nəqliyyatının yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu çərçivədə bölgələr və şəhərlər magistral yollarla bir-birinə bağlıdır.Vilayətdəki digər nəqliyyat sistemi dəmir yoludur. 2016-cı ilə aid statistik məlumatlara əsasən, Şərqi Azərbaycan vilayətinin dəmir yolu xətlərinin (magistral, yarım, manevr, sənaye və ticarət) uzunluğu 745,3 km-dir. Həmin ildə şəhər dəmir yolu şəbəkəsini, eləcə də şəhərdaxili nəqliyyatı əhatə edən avtomobil yollarının uzunluğu 14200,96 km idi. Bu şəbəkənin 25,4%-ni şəhərlərarası, 1,1%-ni şəhərdaxili, 73,5%-ni isə kənd yolları təşkil edirdi. Şərqi Azərbaycan dəmir yolları İran dəmir yolu şəbəkəsini Türkiyə üzərindən Avropa və Yaxın Şərqə, Naxçıvan Muxtar Respublikası üzərindən Qafqaz və onun hüdudlarından kənara, o cümlədən adı çəkilən ölkələrin dəmir yollarını Orta Asiya, Xəzər dənizi, Fars körfəzi və Hind okeanı limanlarına birləşdirir.Şərqi Azərbaycanın mərkəzi olan Təbriz, əyalətə daxil olan Əcəbşir, Bünab, Marağa, Həştrud, Miyanə və Culfa şəhərləri ilə dəmir yolu şəbəkəsi ilə bağlıdır. Şərqi Azərbaycan vilayətinin iki beynəlxalq hava limanı (Təbriz və Səhənd) gündə orta hesabla 30 daxili və beynəlxalq uçuş həyata keçirir. Bunlardan Təbriz hava limanı İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərində yerləşir. Bu hava limanı İran Hərbi Hava Qüvvələri tərəfindən də hava bazası kimi istifadə olunur. Vilayətin digər hava limanı Səhənd şəhərində yerləşir. Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynayıb. Təbriz xalçaçılıq məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil. Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir: "Təbriz xalçası", "Geris xalçası", "Ləçəkturunc xalçası", "Əfşan xalçası", "Ağaclı xalçası", "Dörd fəsil xalçası". Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII-XVI əsrlərə aiddir. XVII əsr Azərbaycan incəsənətində insan təsvirli xalçalara bilavasitə Təbriz toxuculuq nümunələrində rast gəlinməsinin Səfəvilər dövründə Təbrizdə sənətkarları öz ətrafına toplayan saray kitabxanasının fəaliyyəti ilə əlaqələndirilir. Azərbaycanlı rəssamların XVI əsrdə miniatür sənəti sahəsində qazandıqları uğurların o dövrdə mövcud olan digər bədii sənətkarlıq sahələrinə təsir göstərmişdir.Təbriz qrupu xalçalarının çoxsaylı çeşniləri arasında süjetlilərə nisbətən ornamentli xalçalar çoxluq təşkil etmişdir. Bunu həm müsəlman dünyasında canlı təsvirinə münasibətlə, həm də xalçaların döşəməyə salınması ilə əlaqələndirmək mümkündür. Digər tərəfdən milli bədii sənətkarlığın bütün sahələrində rəmzlərlə “danışmağa” üstünlük verən, elementlərin semiotiklinə səy göstərən yerli ustaların son nəticədə xalçanı Azərbaycan xalqının “danışıq dilinə” çevirmələri qarşılığında düşüncələrini təsvirdən çox, naxışlarla ifadə etmələrini təbii saymaq olar. Təbriz qrupuna aid ornamental xalçalar arasında “Ləçəkturunc”, “Əfşan”, “Xətai” və “İslimibənd”in kompozisiyalarını naxış örtüyündəki nəbati elementlərin xüsusi axıcı ritmə uyğunlaşdırılması təşkil edir.Geris-bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Kəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Geris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Sənətşünaslar yazır ki, kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılıb. Ancaq vaxt keçdikcə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz, öz başına toxuyurdular. Burada təəccüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Gerisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.Təbriz xalçaçılıq məktəbinin "Bağ-behişt xalçası", "Bağ-meşə xalçası", "Balıq xalçası", "Buta xalçası", "Dərviş xalçası", "Kətəbəli xalçası", "Gördəst xalçası", "Göllü-guşəli xalçası", "Güldanlı xalçası", "Leyli və Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçası", "Nəcaqlı xalçası", "Sərvistan xalçası", "Sərdari xalçası", "Səhənd xalçası", "Silsiləvi ləçək xalçası", "Fərhad və Şirin xalçası", "Xəyyam xalçası", "Xətai xalçası", "Həddad xalçası", "Çərxi-gül xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları da məşhurdur.XIX əsrdə Cənubi Azərbaycan şəhərlərində də toxuculuq, boyaqçılıq geniş yayılmışdı.41 Təbrizdə pambıq emalı üzrə xeyli karxana fəaliyyət göstərirdi. Lakin bu dövrdə bəsit əl dəzgahlarında toxunmuş pambıq, yun, ipək və s.parçalar Avropanın müasir texnika əsasında işləyən fabrik məhsulları ilə rəqabət apara bilmirdi. Dünya muzeylərində sərgilənən Təbriz xalçaları Xalça "Ovçuluq"-Təbriz, 1522–1523 (m) / 929 (hicri), Poldi-Peccoli Muzeyi, Milan Xalça "Heyvani"-Təbriz, XVI əsr, Viktoriya və Albert Muzeyi, London Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Metropoliten İncəsənət Muzeyi, Nyu-York Süjetli xalça-Tətbiqi Sənət Muzeyi, Budapeşt Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Dekorativ Sənət Muzeyi, Paris Xalça "Heyvani"-Təbriz, XVI əsr, Klarens Moskinin kolleksiyasından Xalça "Dörd fəsil"-Təbriz, XIX əsrin ikinci yarısı, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı Xalça "Ağaclı"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Rüstəm ağ divi öldürür"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Rüstəmin Aşkavusla döyüşü"-Təbriz, XX əsrin əvvəli, Şərq xalqları Sənəti Dövlət Muzeyi, Moskva Xalça "Ömər Xəyyam öz sevgilisi ilə"-Təbriz, XIX əsrin axırı, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Şeyx Sənan"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Məlik Məmməd"-Təbriz, XX əsrin əvvəli, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı Dərviş təsvir olunmuş xalça-Təbriz, XIX əsr, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Dərvişlər təsvir olunmuş xalça-Təbriz, XIX əsr, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı Şərqi Azərbaycan ostanının ən məşhur və sevilən yeməklərindən biri Abguştdur. Sümüklü quzu əti, rəndələnmiş pomidor, soğan, noxud, kartof və sarıkök ilə gil və ya torpaq qazanda bişirlən yemək isti çörəklə servis olunur.Digər məşhur yeməklərdən biri isə Ayran aşı adlandırılan qatıqla hazırlanan ayranın içinə düyü, noxud, ağ lobya, sarımsaq, ispanaq, kişniş və nanə əlavə etməklə bişirlən yeməkdir. Bölgənin ən çox diqqət çəkən yeməklərinə "Səbzi qovurma", "Qiymə", "Təbriz köftəsi", "Əriştə aşı", "Umac aşı" kimi yeməkləri misal göstərmək olar.Geyim Ənənəvi Azərbaycan geyimlərinin tikiş bacarıqları ölkənin milli abidələrinin Qeyri-Maddi İrs Siyahısında qeyd olunsa da, təəssüf ki, əyalət şəhərlərində yerli və ənənəvi geyimlərə üstünlük verilmir. Bu geyim növündən kəndlərdə köçəri (Qaradağ) tayfaları bəzi xüsusi hallarda istifadə edirlər. Şərqi Azərbaycanın kənd yerlərində qadınların hələ də yerli paltarlar geyindikləri, moda və mediadan təsirlənmədiyi söyləmək olar. Buna görə də Qaradağ köçərilərinin yerli geyimləri vilayətin mədəni görməli irslərindən biridir. Onların yaylığı pəncə ilə bağlanmış çiçəkli çərşafdır. Qadın paltarları uzun və müxtəlif rənglərdədir. Tenban adlanan köynək Gilan, Bəxtyari və Qaşqayi qadınlarının geyimlərini əks etdirir. Qaradağ köçəri qadın jiletləri qızıl və gümüş sikkələrin tikildiyi qolsuz parçalardır və sikkələrin sayı ailənin zənginliyini ifadə edir.Kişilər üçün xüsusi geyimlər kostyum və kep kimi tanınan papaqdır. Bu yerli paltar günümüzdə də Cənubi Səhənd kəndlərində istifadə olunur. Səhənd dağının çobanlarının istifadə etdiyi paltarlar əsasən qədər kişi pencəkləri Şərqi Azərbaycanın özünəməxsus və xüsusi geyimlərindəndir. Vilayətin köçəri bölgələrində yerli geyimlər bu gün də məşhurdur, lakin ucuz və hazır paltarların yayılması yerli geyimlərə təsir göstərmiş və bəzi köçəri tayfaların gənclərinin ənənəvi paltar yerinə bu geyimlərə üstünlük verməsinə səbəb olmuşdur. Yerli özünüidarə Şərqi Azərbaycan ostanı inzibati cəhətdən aşağıdakı 21 şəhristanlara bölünür: Azərşəhr (Tufarqan) şəhristanı Bostanabad (Ucan) şəhristanı Bünab şəhristanı Culfa şəhristanı Çaroymaq şəhristanı Əcəbşir şəhristanı Əhər şəhristanı Heris şəhristanı Həştrud (Sərəskənd) şəhristanı Hurand şəhristanı (2013-cü ildən bəri) Kəleybər şəhristanı Marağa şəhristanı Məlikan (Məlikkəndi) şəhristanı Mərənd şəhristanı Miyanə şəhristanı Sərab şəhristanı Şəbüstər şəhristanı Təbriz şəhristanı Üskü şəhristanı Vərziqan şəhristanı Ostanın sahəsi 47.830 km²-dir. Etnik və linqvistik tərkib Əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarətdir. Həmçinin ostanda çox az sayda tatlar, ermənilər, kürdlər (Xoxaranlu qəbiləsi), talışlar da məskunlaşmışdır. Ostanda toplam 2782 yaşayış məntəqəsi mövcuddur. Şərqi Azərbaycan günümüzdə İran Statistika qurumunun 2016-cı ildə verdiyi təhsil statistikasına görə; 2011-2016-cı illəri əhatə edən 5 illik dövrdə Şərqi Azərbaycan əyalətində əhalinin savadlılıq səviyyəsi 17,92%-dən 15,31%-ə enib. Sözügedən nisbət kişilərdə 12,61 faizdən 10,66 faizə, qadınlarda isə 23,32 faizdən 20,11 faizə qədər azalıb. Şərqi Azərbaycan vilayətinin şəhərləri arasında Üskü şəhəri 91,1 faizlə ən yüksək savadlılığa malikdir. İranda icbari təhsil 9 ildir və 7 yaşdan başlayır. Ali təhsildə dörd səviyyə var. kollec (2 il), bakalavr (4 il), magistratura (2 il) və doktorantura (4 il) Universitetlər İran Tələbələr Xəbər Agentliyinin (İSNA) 2019-cu ildə dərc etdiyi hesabata əsasən, 2016-2017-ci tədris ilində Şərqi Azərbaycan vilayətində 139 universitet fəaliyyət göstərirdi. Burada yerləşən əsas universitetlərin siyahısı: Təbriz Universiteti Səhənd Texnologiya Universiteti Azərbaycan Şəhid Mədani Universiteti Marağa Universiteti Təbriz Tibb Elmləri Universiteti Bünab Univeristeti Təbriz İslam İncəsənəti Universiteti Təbriz Azad İslam Universiteti Marağa Azad İslam Universiteti Miyanə Azad İslam Universiteti Təbriz Payame Noor Universiteti Tətbiqi Elm və Texnologiya Universiteti Tanınmış şəxslər Qətran Təbrizi Əhməd Kəsrəvi Səməd Behrəngi Kazım Sadıxzadə Pərvin Etisami Kərim Baqiri Maqsud Əli Təbrizi Həsən Rüşdiyyə Şəms Təbrizi Əli Süheyli Mirzə İbrahim xan Həkimi Məhəmməd Hüseyn Şəhriyar Melville. Charles Melville (redaktor ). Proceedings of the Third European Conference of Iranian Studies: Mediaeval and modern Persian studies. Reichert. 1999. ISBN 978-3-89500-104-8. Dalby, Andrew. Dictionary of Languages: The Definitive Reference to More Than 400 Languages. Columbia University Press. 1998. səh. 156. ISBN 978-0-231-11568-1. İ. Gaderi. İran Turizm Coğrafyasına Bir Giriş. Tehran: Mehkameh. 2015. Scheyvens, R. Ekoturism and the Empowerment of Local Communities. 20. Tourism Management. 1999. 245–249. Sharpley, R., Telfer, D. J. Tourism and Development in the Developing World. Routledge. 2008. Alempur Recebi, M. Doğu Azerbaycan İl’inin Müzeleri. Təbriz: Doğu Azerbaycan İli Kültürel Miras Müdürlüğü. 2014. Mokhlesi, M. A. Doğu Azerbaycan’ın Tarihi Eserleri Listesi. Tehran: Kültürel Miras Örgütü. 1992. Ali NOROUZİ ALANJAGH. DOĞU AZERBAYCAN İLİNİN (İRAN) BÖLGESEL AÇIDAN TURİZM PLANLAMASI VE ANALİZİ. Erzurum. T.C. ATATÜRK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ COĞRAFYA ANABİLİM DALI. 2019. Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 608. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592. Azərbaycan tarixi 7 cilddə, VII cild. Bakı: Elm nəşriyyatı. 2008. Muradov, Vidadi. Azərbaycan xalçaçılıq məktəbinin Təbriz qrupu. Bakı. 2013. S.M. Onullahi. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı. 1982. Christoph Werner. "The Amazon, the Sources of the Nile, and Tabriz: Nadir Mirza's Tarikh Va Jughrafi-yi Dar Al-saltana-yi Tabriz and the Local Historiography of Tabriz and Azerbaijan". Iranian Studies. 33 (1–2). 2000: 165–184. doi:10.1080/00210860008701980. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0. Tabriz // Grove Encyclopedia of Islamic Art & Architecture. Oxford University Press. 2009. ISBN 9780195309911. Xarici keçidlər Şərqi Azərbaycan ostandarlığının rəsmi veb səhifəsi: استانداری آذربایجان شرقی Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine Qaradağ kəndlərinin türk adları fars adları ilə dəyişdirilib – Siyahı — GünAzTV Official website Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine Cultural Heritage Organization of East Azerbaijan The Union for Handwoven Carpets of East Azerbaijan Recent Photos from Azerbaijan Arasbaran UNESCO Biosphere Reserve Lake Urmia UNESCO Biosphere Reserve East Azerbaijan Research Park net portal Azerbaijan entries in the Encyclopædia Iranica Həmçinin bax Şərqi Azərbaycan ostanının çayları Şərqi Azərbaycan ostanının dağları Şərqi Azərbaycan ostanında yerləşən su anbarlarının siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=9085 |
Şərqi Azərbaycan ostanında yerləşən su anbarlarının siyahısı | Şərqi Azərbaycan ostanında bir çox su anbarı yerləşir. Bu anbarlardan içmə, sulama, elektrik məqsədi ilə istifadə edilir. Anbarların doluluq miqdarı yağışlardan və qar əriməsindən asılı olaraq illik dəyişməkdədir. Bunlara əlavə olaraq, anbarlar yelkən, balıqçılıq və turistik fəaliyyətlər üçün də istifadəyə açıqdır. Həmçinin bax Şərqi Azərbaycan ostanının çayları Şərqi Azərbaycan ostanının dağları İ. Gaderi. İran Turizm Coğrafyasına Bir Giriş. Tehran: Mehkameh. 2015. Scheyvens, R. Ekoturism and the Empowerment of Local Communities. 20. Tourism Management. 1999. 245–249. Sharpley, R., Telfer, D. J. Tourism and Development in the Developing World. Routledge. 2008. | https://az.wikipedia.org/w/index.php?curid=789564 |
Şərqi Azərbaycan ostanının dağları | Şərqi Azərbaycan ostanının dağları: Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil Xəritəsi, İranın Rəsmi Coğrafiya Fondunun Nəşri | https://az.wikipedia.org/w/index.php?curid=70651 |
Şərqi Azərbaycan ostanının çayları | Şərqi Azərbaycan ostanının çayları: Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil Xəritəsi, İranın Rəsmi Coğrafiya Fondunun Nəşri Şərqi Azərbaycanın Kənd təsərüfatı, 2006 | https://az.wikipedia.org/w/index.php?curid=70616 |
Şərqi Azərbaycan ostanının şəhərləri | Bonab (Bin ev) Sərab (Sarab) Azərşəhr (Tufarqan) Sərdərud (Sardur) Məlekan (Məlikkənd) Həştrud (Səriskənd) Bostanabad (Ucan) İlxçi (İlxıçı) Xosro şəhər Basmenc (Vasmış) Şənd Abad (Şənd Ava) Kəşk səra (Küşk Saray) Mehriban Şəhər Bəxşayeş (Bağış) Colfa (Culfa) Binab jədid (Yeni Bin Ev) Qəre Ağac (Qara Ağac) Şərəfxane (Şarav xana) Siəh Rud (Qara Çay) Xumarlu (Xumarlı) Nəzər kəhrizi | https://az.wikipedia.org/w/index.php?curid=124983 |
Şərqi Azərbaycan vilayəti | Şərqi Azərbaycan ostanı — İran İslam Respulikasının şimal-qərbində ostan. İnzibati mərkəzi Təbriz şəhəridir. İranın 31 əyalətindən biridir. Ostanlıq Ermənistan, Azərbaycan Respublikası, Ərdəbil, Qərbi Azərbaycan və Zəncan ostanları ilə həmsərhəddir. Şərqi Azərbaycan ostanı İranın 3-cü bölgəsindədir. 2006-cı il siyahıyaalınmasına əsasən , Şərqi Azərbaycan vilayətinin əhalisi 3,527,267 nəfər, 2011-ci il siyahıyaalmasında 3,724,620 nəfər, 2016-cı il siyahıyaalınmasında isə 3,909,652 nəfər olmuşdur. Bu gün Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhəri qədim zamanlardan yaşayış məntəqəsi olmuşdur. Şəhərin yaxınlığında, Yanıqtəpədə e.ə. 6000-ci illərə aid Neolit dövrü qalıqları aşkar edilib. Lakin şəhərin nə zaman və kim tərəfindən salındığı məlum deyil. Assuriya kralı II. Sarqona (e.ə. 722-705) aid lövhələrdə indiki bölgənin (Təbriz) Manna hakimiyyəti altında olan torpaqlarında anbarı arpa ilə dolu olan Tarmakisa adlı qaladan bəhs edilir. Bizans kralı Faustunun (IV əsr) qeydlərində Sasani şahı II Şapur (309-379) tərəfindən Tavrezin hərbi düşərgə kimi qurulduğu anlaşılır. Arxeoloqlar, Azərbaycan regionu e.ə I minilliyin əvvəllərində üç irq qrupunun yaşadığını bildirir. Bu üç qrupdan birincisi yerli tayfalar və “Asyani” adı ilə tanınan tayfalardır. İkinci qrupun e.ə II minillikdə bu bölgəyə Fələstin, Suriya və Babil torpaqlarından gətirilən əsir və qullardır. Üçüncü qrup isə Ari xalqı və xüsusilə də Madlardır. Onlar Azərbaycanda e.ə. I minilliyin I yarısında məskunlaşaraq ərazini “Kiçik Mad” adlandırırdılar. Beləliklə, Azərbaycan Madların torpaqlarının bir hissəsi idi. Makedoniyalı İskəndərin zamanında bu bölgənin adı vali Atropatın adına görə Atorpatkan adlanırdı. Daha sonra isə Atorpatgan və Azərbaycan oldu. Bölgə valisi Atropat İskəndərin buraya hücumu zamanı müstəqilliyini elan etdi (e.ə. 328-ci il) və bununla da Kiçik Mad öz müstəqilliyini saxladı. Sonra Azərbaycan Parfiya və Sasanilərin əlinə keçdi. O zaman Azərbaycanın paytaxtı Urmiya gölünün cənub-şərqində yerləşən Şiz idi. Əsas atəşpərəstlik məbədlərindən biri burada yerləşirdi. Orta əsrlər Daha sonra Xəlifə Ömərin hakimiyyəti zamanı bölgə ərəb işğalına məruz qalmışdır. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı. Təbriz və ətraf ərazilərin Ərəb xilafətinin tərkibinə qatılması 642-ci ilə təsadüf edir. 730-cu ildə əməvi komandiri Cərrah bin Abdullah Xəzərlər tərəfindən məğlub edilsə də davam edən döyüşlərdə ərazi yenidən ərəblərə tabe olmuşdur. Xəlifə Harun Ər Rəşidin hakimiyyəti illərində Təbriz şəhəri surlarla əhatə edildi. Bu da şəhərin strateji əhəmiyyətini daha da artırmış oldu. Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə ölkə ərazisində baş vermiş ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatı başladı. 778-838-ci illər ərzində geniş vüsət almış üsyan ərazidə Abbasi hakimiyyətini zəiflətdi. 893-cü ildə Əbu Sac Divdad Marağa hakimliyini tutaraq öz dövlətinə birləşdirdi. 890-929-cu illər ərzində vilayət Sacilər tərəfindən idarə edildi. Saci şahı Yusif ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi o zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərirdi. Daha sonra isə ərazi Rəvvadilər dövlətinin hakimiyyəti altına keçdi. Rəvvadi əmri Əbu Mənsur 1054-cü ildə Azərbaycana gələn Səlcuqlu hökmdarı Toğrul bəyə itaətini bildirdi və ölkə Səlcuqlu hakimiyyəti altına keçdi. 1174-cü ildə Eldəniz hökmdarı Məhəmməd Cahan Pəhləvan Təbrizi qardaşı Qızılarslanın tabeliyinə verdi və o da buranı Azərbaycanın mərkəzinə çevirdi. Qızılarslan Təbrizdə böyük bir saray inşa etdirdi. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Təbrizə daxil olması ilə burada Eldənizlərin hakimiyyətinə son qoyuldu. 1231-ci ildə Monqol şahı Arqun ağa Təbrizə gələrək şəhəri hərbi fəaliyyətləri üçün mərkəzə çevirdi.1256-cı ildə isə şəhər Hülakülər dövlətinin idari və siyasi mərkəzi oldu. Şəhər öz yüksəliş dövrünü Qazan xanın hakimiyyəti zamanında yaşadı. Elxanilərdən sonra şəhər Çobanilər, Qızıl Orda [8], Müzəffərilər və Cəlairilər hakimiyyəti altına keçdi. 1386-cı ildə Təbrizi müharibəsiz tutan Teymur növbəti il şəhərin idarəsini oğlu Miran şaha , 1404-cü ildə isə nəvəsi Ömərə verdi. Şəhər 1408-ci ildə Teymuri Əbu Bəkr Mirzənin və 1410-cu ildə Əhməd Cəlairi məğlub edən Qaraqoyunlu Yusifin əlinə keçdi. Teymuri Şahrux üç dəfə hücum etdiyi Təbrizi 1436-cı ildə Qaraqoyunlu Cahan şaha təslim etdi. 1469-cu ildə isə Uzun Həsən Təbrizi Ağqoyunluların paytaxtı elan etdi. 1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular. Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı oldu. 1514-cü ildə Osmanlı Sultanı I Səlimin qoşunları Təbrizi tutdu. Altı gündən sonra I Səlim Təbrizi tərk etməyə məcbur oldu. O, mindən artıq Təbriz ustasını ailəsi ilə birlikdə İstanbula apardı. Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçirildi və qarət edildi. 1562-ci ildə Təbrizdə olan ingilis səyyahı Cenkinson yazır ki, "bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdır". Bunun əsas səbəbi Osmanlı sultanının hərbi yürüşləri olmuşdu. 1585–1586-cı illərin Osmanlı işğalı zamanı Təbriz ağır zərbələrə məruz qaldı. XVIII əsrin əvvəllərində Səfəvi imperiyasının dərin siyasi, iqtisadi böhran keçirməsi daxili mübarizəyə yol açdığı kimi, qonşu Rusiyanın və Osmanlı imperiyasının Səfəvi mülklərini bölüşdürmək uğrunda mübarizəyə başlamağa şərait yaratdı. 1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar Təbrizi osmanlılardan azad etdi. 1735`də Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. Nadir şahın ölümündən sonra Azərbaycanın digər bölgələri kimi indiki Şərqi Azərbaycan ostanının ərazisində də müstəqil xanlıqlar yarandı. Bunlardan ən başlıcası Təbriz xanlığı idi. XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1758-ci ildə Təbriz Urmiyalı Fətəli xan Əfşarın, 1761-ci ildə isə Xoylu Nəcəfqulu xan Dümbülünün hakimiyyəti altına düşdü. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi.Ostanlığın ərazisində yaranan bir digər xanlıq olan Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olunmuş. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi. Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.Bölgədə yaranan digər xanlıqlar Qaradağ, Sərab, Xoy xanlıqları idi. 1791-ci ildə Qacarlar tərəfindən süqut edilən Qaradağ xanlığı vilayətə çevrildi və ərazisinə Əhər, Kəleybər, Çələbiyan, Vərgəhan və Dizmar şəhərləri daxil edildi.Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826–1828-ci illər Rusiya-Qacar müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz Qacar imperiyasının hakimiyyətində qaldı. Şərqi Azərbaycan ostanlığının mərkəzi olan Təbriz şəhəri 1905-1911-ci illərdə İran inqilabının mərkəzi idi. 1911-ci ilin dekabrında rus kazak ordusunun yardımından istifadə edən Məhəmmədəli şah Təbrizi ələ keçirdi, dinc əhaliyə divan tutuldu. Müasir dövr 1917–1919-cu illərdə Cənubi Azərbaycanda İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı güclü xalq hərəkatı başladı. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında Təbriz üsyançıları valini şəhərdən qovdular. 1920-ci il iyunun 23-də Ş.M.Xiyabaninin rəhbərliyi altında Milli Hökumət təşkil olundu. 1920-ci il sentyabrın 12-də əksinqilabi qüvvələr Təbriz üzərinə hücuma keçdilər, Alaqapını ələ keçirdilər, sentyabrın 14-də "Təcəddüd" qəzetinin binasını dağıtdılar. Həmin gün Ş.M.Xiyabani öldürüldü. İrticaçılar üsyançılara divan tutdular. Beləliklə, Cənubi Azərbaycandakı milli azadlıq hərəkatıingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı. Buna baxmayaraq, Təbriz üsyanı Cənubi Azərbaycanda, eləcə də İranda yaşayan xalqların tarixində mühüm rol oynadı. 1941-ci il avqustun 26-da şəhər Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən işğal edildi. Təbrizli ziyalılar Sovet və İran zülmünə qarşı muxtariyyət istəyən Firqə-i Demokrat-ı Azərbaycanı qurdular. Partiyanın səyləri ilə 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Məclisi açıldı və Seyid Cəfər Pişəvərinin sədrliyi ilə Azərbaycan Milli Hökuməti yaradıldı. Milli hökumət 1946-cı il yanvarın 16-da "Dil haqqında" qanun qəbul etdi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İyun ayında Təbriz Universiteti təsis olundu. Az bir vaxtda ana dilində məktəblər, qiraətxanalar, kitabxanalar, birliklər, qəzet və jurnallar fəaliyyətə başladı. Milli-demokratik hərəkatın ictimai həyatın bütün sahələrində uğurları şah hökumətində böyük təşviş yaratdı.1946-cı il iyunun 14-də İran hökuməti ilə azərbaycanlıların hüquqlarını təmin edən müqavilə imzalansa da, İran hökumət qüvvələri 1946-cı ilin dekabrında Təbrizə daxil olaraq Azərbaycan Muxtar Respublikasını ləğv etdilər. Minlərlə insan güllələndi və həbsə alındı. Kütləvi təqiblər başlandı. ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Cəzadan xilas olmaq üçün on minlərlə vətənpərvər mühacirət etməyə məcbur qaldı. 1941–1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı.1950-ci ildə Şərqi Azərbaycan ostanı yaradıldı. Təbriz yeni yaradılan ostanın mərkəzi oldu. İranda 1978–1979-cu illər inqilabında da Təbriz əhalisi ən fəal şəkildə iştirak etdi. 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. İnqilab dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər. 1994-cü ildə Ərdəbil şəhəri Şərqi Azərbaycan ostanlnda ayrıldı və Ərdəbil ostanı yaradıldı. Ostanlığın ərazisi təqribi 47830 km²-dir. Əhalisi isə 4 milyon nəfərdir. Bölgə şimaldan Azərbaycan, Ermənistan Respublikaları və Naxçıvan Muxtar Respublikası ilə, qərbdən Zəncan, şərqdən isə Ərdəbil şəhərləri ilə həmsərhəddir. Ostanlığın ərazisinin 40%-ni dağlar təşkil edir. Burada ən hündür nöqtə Təbrizin cənubunda yerləşən Səhənd dağının vulkanik zirvəsidir (3707 m). Bölgədə yerləşən dağlara Səhəndlə yanaşı, Mişo dağı, Bozquş, Qaflan Kuh, Gərədağ, Morodağ, Eynəli, Qoşa dağı misal göstərmək olar. Bundan başqa bölgənin Ərdəbil sərhəddində Savalan dağı yerləşir. Şərqi Azərbaycanın iqliminə Aralıq dənizi kontinental, eləcə də soyuq yarı quraq iqlim təsir göstərir. Xəzər dənizindən əsən mülayim mehlərin də alçaq ərazilərin iqliminə müəyyən təsiri var. Temperatur Təbrizdə 8,9 °C-ə qədər, Marağada 20 °C-ə qədər yüksəlir, qışda isə ən azı -10 ilə -15 °C-ə düşür. Əyaləti ziyarət etmək üçün ideal fəsillər yaz və yay aylarıdır. Qaradağ dağ silsiləsi ərazinin şimal hissəsini əhatələyən ən böyük dağ silsiləsidir. Bu silsilə bölgənin qərbində Divandağ ərazisindən başlayaraq Mərənd, Şəbəstər, Təbriz, Əhər, Kəleybər və Meşkinşəhr şəhərləri boyunca uzanır. Ostanlığın bir digər dağ silsiləsi Qoşadağ silsiləsidir. Bu silsilənin ən hündür nöqtəsi (3150 m) Qoşadağ zirvəsidir. Azərbayan vilayətinin ən yüksək zirvəsi olan Savalan volkanik kütləsi isə Qoşadağın şərqində Ərdəbil şəhəri ərazisində yerləşir. Daxili sular Ətrafı məlumat üçün: Şərqi Azərbaycan ostanının çayları Ətrafı məlumat üçün: Şərqi Azərbaycan ostanında yerləşən su anbarları Urmiya gölü Asiyab Xarabə şəlaləsi Gül Axur şəlaləsi Eyş Abad şəlaləsi Şor şor şəlaləsi Sərkənd Dizeç şəlaləsi Pir Saqqa şəlaləsiŞərqi Azərbaycan ostanı mədən suları və termal sularla olduqca zəngindir. Taptapan, Vercuy , Qoşayiş , Abgərmə Sərab, Allah Haq , Bostanabad, Esbfruşan, Pir Saqqa termal suları və Kəndvan, Sufiyan mineral suları bunlardan ən çox bilinənləridir. Ostanlığın ərazisinin 16.400 hektarını təxminən 4.1%-ni meşələr təşkil edir. Bu meşələrin böyük bir hissəsi Qaradağ bölgəsindədir. Bundan başqa Əhər, Xudafərin, Kəleybər, Vərziqan və Culfa şəhristanında da belə yaşıllıq sahələri vardır. Araz çayı ətrafında Kəleybər şəhristanı hüdudlarında 80428 ha-lıq ərazi təbiət abidəsi elan olunaraq mühafizə edilmişdir. Digər tərəfdən Şərqi Azərbaycan vilayətinin təbii sərvətlərindən biri olan Arasbaran bölgəsi 1976-cı ildə təbii həyat sahəsi kimi YUNESKO tərəfindən dünya təbii sərvətlər siyahısına daxil edilmişdir. İqtisadiyyat Bölgənin iqlim şəraiti, torpaq xüsusiyyətləri və coğrafi mövqeyi Şərqi Azərbaycan vilayətini kənd təsərrüfatı üçün əlverişli əraziyə çevirmişdir. Vilayət münbit torpaqlarına və kənd təsərrüfatı fəaliyyəti sahəsində böyük təbii sərvətlərə malik olduğuna görə ölkənin əsas kənd təsərrüfatı mərkəzlərindən biridir. Bu torpaqlarda istehsal olunan məhsullar həm ölkə həm rayon tələbatının bir hissəsini təmin edir, həm də xaricə də ixrac olunur. Bölgədə müxtəlif bağçılıq məhsulları ilə yanaşı, tərəvəz və taxıl məhsulları da becərilir. Şərqi Azərbaycan bölgəsi soğan və yonca istehsalı üzrə ölkədə birinci yerdədir. Mərcimək istehsalında ikinci, kartof və noxud istehsalında isə beşinci yerdədir. Bura o cümlədən bağ bitkilərinin becərilməsində də əhəmiyyətli rola malikdir. Belə ki, ərik istehsalı sahəsində birinci, alma və badam istehsalı üzrə ikinci, üzüm istehsalına görə dördüncü, qoz istehsalına görə isə beşinci yeri tutur. Kənd təsərrüfatı. Şərqi Azərbaycan bölgəsi həm də geniş otlaq sahələrinə görə ölkənin ən mühüm heyvandarlıq mərkəzlərindən biridir. Bu çərçivədə xüsusilə ət və dəri istehsalı baxımından əhəmiyyətli yerə malikdir. Bölgədəki köçəri heyvandarlıq fəaliyyəti əyalətdə heyvandarlığın əhəmiyyətini və iqtisadi vəziyyətini iki qat artırır. Vilayətdə heyvandarlıq ümumiyyətlə ənənəvi üsullarla aparılır, müasir heyvandarlıq isə yenicə inkişaf etməyə başlayıb. Şərqi Azərbaycan vilayəti bal istehsalı üzrə ölkədə ikinci, yumurta istehsalına görə üçüncü, ət istehsalına görə dördüncü, süd və quşçuluğa görə beşinci yeri tutur. Bütün bunlar əyaləti ölkənin ən mühüm heyvandarlıq və heyvandarlıq məhsulu mərkəzlərindən birinə çevirmişdir. Şərqi Azərbaycan vilayəti mədənlərin olması baxımından ölkənin ən zəngin bölgələrindən biridir. Əyalətdə 110 növ mədən var, onlardan 45-i fəaliyyət göstərir. Vilayətdəki ən əhəmiyyətli mədənlər 2 milyon ehtiyatla dünyanın ən böyük mis mədənlərindən biri olan Əhər rayonundakı Süngür mis mədənidir. Qızıl, diatomit, nefel, sinit və bəzək daşları vilayətin digər mədənlər sırasındadır. Şərqi Azərbaycan vilayəti 8000-ə yaxın fabrik və sənaye emalatxanası ilə ölkənin həm də mühüm sənaye mərkəzlərindən biri hesab olunur. Bölgənin sənayesini xammal sərfiyyatına və istehsal keyfiyyətinə görə “yüngül sənaye” və “ağır sənaye” kimi iki kateqoriyaya bölmək olar. Vilayətdə yüngül sənaye müsəssiləri bunlardır: mebel və stul fabrikləri, dəri sexləri, elektrik sənayesi, şüşə sənayesi, boya istehsalı sənayesi, toxuculuq sənayesi və ayaqqabı sənayesi. Ağır sənaye obyektləri arasına isə Təbriz İES, Təbriz NEZ, maşınqayırma zavodları, traktor zavodu, sement zavodu və s. daxildir. Ostanlığın ərazisini turizm baxımından üç hissəyə bölmək olar. Bunlar şimal, cənub və mərkəzi hissələrdir. Bu baxımdan vilayətin mərkəzi İpək yolu marşrutu üzərində olması səbəbindən daha böyük əhəmiyyətə malikdir. Vilayətin şimalında çoxlu tarixi, mədəni abidə var. Bundan başqa Araz çayı və ətrafının yaşıl vizual mənzərələri, Müqəddəs Stepanos monastrı, Arasbaran meşələri turistik baxımdan əhəmiyyətlidir.Görməli yerləri Kilisələr: Şərqi Azərbaycan vilayətində zaman-zaman müsəlmanlar və xristianlar yan-yana yaşamış, daha sonra xristianlar müxtəlif səbəblərdən bu bölgəni tərk etmişlər. Bununla belə, onlardan geridə qalan mühüm dini əsərlər var. Kilsələr də onlardan biridir. Müqəddəs Stepanos monastrı, Çoban kilsəsi, Müqəddəs Hoans kilsəsi, Sehrəgə kilsəsi,, Mücumbar kilsəsi, Müqəddəs Məryəm kilsəsi , Məryəm Nənə, Adventist kilsəsi, İncil kilsəsi, Şuğat Müqəddəs, Katolik kilsələri və s. əyalət sərhədləri daxilində yerləşir. Bu kilsələr arasında Müqəddəs Stepanos monastrı X-XII əsrə,Müqəddəs Məryəm kilsəsi XVI əsrə, Mucumbar kilsəsi XVII əsrə, digərləri isə XVIII-XIX əsrlərə aiddir. Qalalar: Şərqi Azərbaycan vilayətinin sərhədləri daxilində də çoxlu tarixi qalalar yerləşir. Təəssüf ki, bu qalalar və onların əksər obyektləri bəzi xarabalıqlar istisna olmaqla, günümüzə gəlib çıxa bilməmişdir. Çatanlarda isə lazımi təmir işləri aparılmayıb. Əslində, bu əsərlərin aidiyyəti orqan və təşkilatlar tərəfindən qorunmadığı və gələcək nəsillərə çatdırılması ideyası zəif olduğu üçün onların hazırkı vəziyyəti hər keçən müddətdə daha da məhvə doğru gedir. Kəleybər şəhristanı daxilində yerləşən Babək qalası hələ Sasani dövləti zamanında tikilmişdir. Daha sonra ərəb ordusuna qarşı döyüşlərdə Babək və ordusu tərəfindən müdafiə məqsədi ilə istifadə edilmişdir. Kürdəşt qalası- Culfa şəhristanı daxilində , Araz çayının cənubunda Kürdəşt kəndində yerləşir. Qacarlar dövründə İran və Rusiya arasında gedən müharibələrdə xalq qəhrəmanı Abbasmirzə tərəfindən də hərbi məqsədlər üçün istifadə edilmişdir.Həştrud qalası- Hərştrud şəhərindən 20 km uzaqlıqda yerləşir. Bir digər adı isə Narınqaladır. Şərqi Azərbaycan ostanında yerləşən və günümüzə qədər gəlib çatan qalalar aşağıdakılardır: Daşqala-Əcəbşir, Coşin qalası (Vərziqan), Kürdəşt qalası (Culfa), Noduz qalası, Pəştu qalası (Əhər), Ağcaqala (Vərziqan), Sansarud qalası (Mərənd), Peyqam qalası , Qəh-qəhə qalası, Hülakü xan qalası (Üskü).Körpülər: Acıçay körpüsü (Acıçay, Təbriz) , Xudafərin körpüsü (Araz çayı), Qarı körpüsü (Təbriz, Mehran Rud çayı), Pənc Çeşmə körpüsü (Sufiçay, Bünab), Qız körpüsü (Miyanə, Qızılüzən çayı), Pol Səngi körpüsü, Bilankuh körpüsü, Münəccimbaşı körpüsü, Mənsur körpüsü (Təbriz), Venyar körpüsü (Təbriz), Qızlar körpüsü (Mərduğ çayı), Şəhərçay körpüsü (Miyanə) və s.Muzeylər: Azərbaycan muzeyi (Təbriz), Cənubi Səhənd antropologiya muzeyi, Ölçü muzeyi (Təbriz), Əşair muzeyi (Sərab), Dəmir dövrü muzeyi (Təbriz), Marağa Qaya Rəsmləri muzeyi (Marağa), Elxani İxtisas muzeyi (Marağa), Xudafərin Bastan Şənasi muzeyi (Xudafərin).Digər görməli yerlər: Azərbaycan Muzeyi, Avarsın qalası, Təbrizin Ölçü muzeyi, Şahgölü / Elgölü, Təbrizin Ərk qalası, Təbriz Bazarı, Təbriz cümə məscidi, Təbriz Bələdiyyə sarayı, Tərkin Daş məscidi, Xaraba dəyirman, Sərkəndədizə şəlaləsi, Sabılmı məscidi, Zöhhak qalası, İşava şəlaləsi, Qafariyə günbədi/gümbəzi, Qədimqaya köhülü/mağarası, Qurugöl gölü, Qırmızıgünbəd/gümbəz, Kəbüd günbədi/gümbəzi, Kəndovan kəndi, Küyətər köhülü/mağarası, Təbrizin Göy məscidi, Gülaxır şəlaləsi, Mudur günbədi/gümbəzi, Marağa rəsədxanası, Təbrizin Məşrutə evi, Behnam evi, Əmir Nizam-i-Gerrusi evi və s. Nəqliyyat sektoru bu bölgənin iqtisadi fəaliyyətinin açarı kimi, həm də həssas sahələrin inkişafında mühüm rola malikdir. Şərqi Azərbaycan vilayətinin yerləşməsinin üstünlükləri sayəsində avtomobil yolları ilə yanaşı hava və dəmir yollarına da sahibdir. Bundan əlavə Urmiya gölü vasitəsilə Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında su yolu daşımaları həyata keçirilirdi. Coğrafi mövqeyi, İpək Yolu üzərində və Şərqi, Qərbi eləcə də Mərkəzi Asiyanın ticarət yollarının qovşağında olması, Avropa ilə əlaqəsi Şərqi Azərbaycan vilayətinin nəqliyyat şəbəkələrinin xüsusiyyətlərindəndir. Buna görə də, əyalətdə avtomobil yolları şəbəkəsinin genişləndirilməsi avtomobil nəqliyyatının yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu çərçivədə bölgələr və şəhərlər magistral yollarla bir-birinə bağlıdır.Vilayətdəki digər nəqliyyat sistemi dəmir yoludur. 2016-cı ilə aid statistik məlumatlara əsasən, Şərqi Azərbaycan vilayətinin dəmir yolu xətlərinin (magistral, yarım, manevr, sənaye və ticarət) uzunluğu 745,3 km-dir. Həmin ildə şəhər dəmir yolu şəbəkəsini, eləcə də şəhərdaxili nəqliyyatı əhatə edən avtomobil yollarının uzunluğu 14200,96 km idi. Bu şəbəkənin 25,4%-ni şəhərlərarası, 1,1%-ni şəhərdaxili, 73,5%-ni isə kənd yolları təşkil edirdi. Şərqi Azərbaycan dəmir yolları İran dəmir yolu şəbəkəsini Türkiyə üzərindən Avropa və Yaxın Şərqə, Naxçıvan Muxtar Respublikası üzərindən Qafqaz və onun hüdudlarından kənara, o cümlədən adı çəkilən ölkələrin dəmir yollarını Orta Asiya, Xəzər dənizi, Fars körfəzi və Hind okeanı limanlarına birləşdirir.Şərqi Azərbaycanın mərkəzi olan Təbriz, əyalətə daxil olan Əcəbşir, Bünab, Marağa, Həştrud, Miyanə və Culfa şəhərləri ilə dəmir yolu şəbəkəsi ilə bağlıdır. Şərqi Azərbaycan vilayətinin iki beynəlxalq hava limanı (Təbriz və Səhənd) gündə orta hesabla 30 daxili və beynəlxalq uçuş həyata keçirir. Bunlardan Təbriz hava limanı İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərində yerləşir. Bu hava limanı İran Hərbi Hava Qüvvələri tərəfindən də hava bazası kimi istifadə olunur. Vilayətin digər hava limanı Səhənd şəhərində yerləşir. Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynayıb. Təbriz xalçaçılıq məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil. Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir: "Təbriz xalçası", "Geris xalçası", "Ləçəkturunc xalçası", "Əfşan xalçası", "Ağaclı xalçası", "Dörd fəsil xalçası". Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII-XVI əsrlərə aiddir. XVII əsr Azərbaycan incəsənətində insan təsvirli xalçalara bilavasitə Təbriz toxuculuq nümunələrində rast gəlinməsinin Səfəvilər dövründə Təbrizdə sənətkarları öz ətrafına toplayan saray kitabxanasının fəaliyyəti ilə əlaqələndirilir. Azərbaycanlı rəssamların XVI əsrdə miniatür sənəti sahəsində qazandıqları uğurların o dövrdə mövcud olan digər bədii sənətkarlıq sahələrinə təsir göstərmişdir.Təbriz qrupu xalçalarının çoxsaylı çeşniləri arasında süjetlilərə nisbətən ornamentli xalçalar çoxluq təşkil etmişdir. Bunu həm müsəlman dünyasında canlı təsvirinə münasibətlə, həm də xalçaların döşəməyə salınması ilə əlaqələndirmək mümkündür. Digər tərəfdən milli bədii sənətkarlığın bütün sahələrində rəmzlərlə “danışmağa” üstünlük verən, elementlərin semiotiklinə səy göstərən yerli ustaların son nəticədə xalçanı Azərbaycan xalqının “danışıq dilinə” çevirmələri qarşılığında düşüncələrini təsvirdən çox, naxışlarla ifadə etmələrini təbii saymaq olar. Təbriz qrupuna aid ornamental xalçalar arasında “Ləçəkturunc”, “Əfşan”, “Xətai” və “İslimibənd”in kompozisiyalarını naxış örtüyündəki nəbati elementlərin xüsusi axıcı ritmə uyğunlaşdırılması təşkil edir.Geris-bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Kəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Geris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Sənətşünaslar yazır ki, kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılıb. Ancaq vaxt keçdikcə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz, öz başına toxuyurdular. Burada təəccüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Gerisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.Təbriz xalçaçılıq məktəbinin "Bağ-behişt xalçası", "Bağ-meşə xalçası", "Balıq xalçası", "Buta xalçası", "Dərviş xalçası", "Kətəbəli xalçası", "Gördəst xalçası", "Göllü-guşəli xalçası", "Güldanlı xalçası", "Leyli və Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçası", "Nəcaqlı xalçası", "Sərvistan xalçası", "Sərdari xalçası", "Səhənd xalçası", "Silsiləvi ləçək xalçası", "Fərhad və Şirin xalçası", "Xəyyam xalçası", "Xətai xalçası", "Həddad xalçası", "Çərxi-gül xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları da məşhurdur.XIX əsrdə Cənubi Azərbaycan şəhərlərində də toxuculuq, boyaqçılıq geniş yayılmışdı.41 Təbrizdə pambıq emalı üzrə xeyli karxana fəaliyyət göstərirdi. Lakin bu dövrdə bəsit əl dəzgahlarında toxunmuş pambıq, yun, ipək və s.parçalar Avropanın müasir texnika əsasında işləyən fabrik məhsulları ilə rəqabət apara bilmirdi. Dünya muzeylərində sərgilənən Təbriz xalçaları Xalça "Ovçuluq"-Təbriz, 1522–1523 (m) / 929 (hicri), Poldi-Peccoli Muzeyi, Milan Xalça "Heyvani"-Təbriz, XVI əsr, Viktoriya və Albert Muzeyi, London Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Metropoliten İncəsənət Muzeyi, Nyu-York Süjetli xalça-Tətbiqi Sənət Muzeyi, Budapeşt Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Dekorativ Sənət Muzeyi, Paris Xalça "Heyvani"-Təbriz, XVI əsr, Klarens Moskinin kolleksiyasından Xalça "Dörd fəsil"-Təbriz, XIX əsrin ikinci yarısı, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı Xalça "Ağaclı"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Rüstəm ağ divi öldürür"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Rüstəmin Aşkavusla döyüşü"-Təbriz, XX əsrin əvvəli, Şərq xalqları Sənəti Dövlət Muzeyi, Moskva Xalça "Ömər Xəyyam öz sevgilisi ilə"-Təbriz, XIX əsrin axırı, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Şeyx Sənan"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Xalça "Məlik Məmməd"-Təbriz, XX əsrin əvvəli, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı Dərviş təsvir olunmuş xalça-Təbriz, XIX əsr, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı Dərvişlər təsvir olunmuş xalça-Təbriz, XIX əsr, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı Şərqi Azərbaycan ostanının ən məşhur və sevilən yeməklərindən biri Abguştdur. Sümüklü quzu əti, rəndələnmiş pomidor, soğan, noxud, kartof və sarıkök ilə gil və ya torpaq qazanda bişirlən yemək isti çörəklə servis olunur.Digər məşhur yeməklərdən biri isə Ayran aşı adlandırılan qatıqla hazırlanan ayranın içinə düyü, noxud, ağ lobya, sarımsaq, ispanaq, kişniş və nanə əlavə etməklə bişirlən yeməkdir. Bölgənin ən çox diqqət çəkən yeməklərinə "Səbzi qovurma", "Qiymə", "Təbriz köftəsi", "Əriştə aşı", "Umac aşı" kimi yeməkləri misal göstərmək olar.Geyim Ənənəvi Azərbaycan geyimlərinin tikiş bacarıqları ölkənin milli abidələrinin Qeyri-Maddi İrs Siyahısında qeyd olunsa da, təəssüf ki, əyalət şəhərlərində yerli və ənənəvi geyimlərə üstünlük verilmir. Bu geyim növündən kəndlərdə köçəri (Qaradağ) tayfaları bəzi xüsusi hallarda istifadə edirlər. Şərqi Azərbaycanın kənd yerlərində qadınların hələ də yerli paltarlar geyindikləri, moda və mediadan təsirlənmədiyi söyləmək olar. Buna görə də Qaradağ köçərilərinin yerli geyimləri vilayətin mədəni görməli irslərindən biridir. Onların yaylığı pəncə ilə bağlanmış çiçəkli çərşafdır. Qadın paltarları uzun və müxtəlif rənglərdədir. Tenban adlanan köynək Gilan, Bəxtyari və Qaşqayi qadınlarının geyimlərini əks etdirir. Qaradağ köçəri qadın jiletləri qızıl və gümüş sikkələrin tikildiyi qolsuz parçalardır və sikkələrin sayı ailənin zənginliyini ifadə edir.Kişilər üçün xüsusi geyimlər kostyum və kep kimi tanınan papaqdır. Bu yerli paltar günümüzdə də Cənubi Səhənd kəndlərində istifadə olunur. Səhənd dağının çobanlarının istifadə etdiyi paltarlar əsasən qədər kişi pencəkləri Şərqi Azərbaycanın özünəməxsus və xüsusi geyimlərindəndir. Vilayətin köçəri bölgələrində yerli geyimlər bu gün də məşhurdur, lakin ucuz və hazır paltarların yayılması yerli geyimlərə təsir göstərmiş və bəzi köçəri tayfaların gənclərinin ənənəvi paltar yerinə bu geyimlərə üstünlük verməsinə səbəb olmuşdur. Yerli özünüidarə Şərqi Azərbaycan ostanı inzibati cəhətdən aşağıdakı 21 şəhristanlara bölünür: Azərşəhr (Tufarqan) şəhristanı Bostanabad (Ucan) şəhristanı Bünab şəhristanı Culfa şəhristanı Çaroymaq şəhristanı Əcəbşir şəhristanı Əhər şəhristanı Heris şəhristanı Həştrud (Sərəskənd) şəhristanı Hurand şəhristanı (2013-cü ildən bəri) Kəleybər şəhristanı Marağa şəhristanı Məlikan (Məlikkəndi) şəhristanı Mərənd şəhristanı Miyanə şəhristanı Sərab şəhristanı Şəbüstər şəhristanı Təbriz şəhristanı Üskü şəhristanı Vərziqan şəhristanı Ostanın sahəsi 47.830 km²-dir. Etnik və linqvistik tərkib Əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarətdir. Həmçinin ostanda çox az sayda tatlar, ermənilər, kürdlər (Xoxaranlu qəbiləsi), talışlar da məskunlaşmışdır. Ostanda toplam 2782 yaşayış məntəqəsi mövcuddur. Şərqi Azərbaycan günümüzdə İran Statistika qurumunun 2016-cı ildə verdiyi təhsil statistikasına görə; 2011-2016-cı illəri əhatə edən 5 illik dövrdə Şərqi Azərbaycan əyalətində əhalinin savadlılıq səviyyəsi 17,92%-dən 15,31%-ə enib. Sözügedən nisbət kişilərdə 12,61 faizdən 10,66 faizə, qadınlarda isə 23,32 faizdən 20,11 faizə qədər azalıb. Şərqi Azərbaycan vilayətinin şəhərləri arasında Üskü şəhəri 91,1 faizlə ən yüksək savadlılığa malikdir. İranda icbari təhsil 9 ildir və 7 yaşdan başlayır. Ali təhsildə dörd səviyyə var. kollec (2 il), bakalavr (4 il), magistratura (2 il) və doktorantura (4 il) Universitetlər İran Tələbələr Xəbər Agentliyinin (İSNA) 2019-cu ildə dərc etdiyi hesabata əsasən, 2016-2017-ci tədris ilində Şərqi Azərbaycan vilayətində 139 universitet fəaliyyət göstərirdi. Burada yerləşən əsas universitetlərin siyahısı: Təbriz Universiteti Səhənd Texnologiya Universiteti Azərbaycan Şəhid Mədani Universiteti Marağa Universiteti Təbriz Tibb Elmləri Universiteti Bünab Univeristeti Təbriz İslam İncəsənəti Universiteti Təbriz Azad İslam Universiteti Marağa Azad İslam Universiteti Miyanə Azad İslam Universiteti Təbriz Payame Noor Universiteti Tətbiqi Elm və Texnologiya Universiteti Tanınmış şəxslər Qətran Təbrizi Əhməd Kəsrəvi Səməd Behrəngi Kazım Sadıxzadə Pərvin Etisami Kərim Baqiri Maqsud Əli Təbrizi Həsən Rüşdiyyə Şəms Təbrizi Əli Süheyli Mirzə İbrahim xan Həkimi Məhəmməd Hüseyn Şəhriyar Melville. Charles Melville (redaktor ). Proceedings of the Third European Conference of Iranian Studies: Mediaeval and modern Persian studies. Reichert. 1999. ISBN 978-3-89500-104-8. Dalby, Andrew. Dictionary of Languages: The Definitive Reference to More Than 400 Languages. Columbia University Press. 1998. səh. 156. ISBN 978-0-231-11568-1. İ. Gaderi. İran Turizm Coğrafyasına Bir Giriş. Tehran: Mehkameh. 2015. Scheyvens, R. Ekoturism and the Empowerment of Local Communities. 20. Tourism Management. 1999. 245–249. Sharpley, R., Telfer, D. J. Tourism and Development in the Developing World. Routledge. 2008. Alempur Recebi, M. Doğu Azerbaycan İl’inin Müzeleri. Təbriz: Doğu Azerbaycan İli Kültürel Miras Müdürlüğü. 2014. Mokhlesi, M. A. Doğu Azerbaycan’ın Tarihi Eserleri Listesi. Tehran: Kültürel Miras Örgütü. 1992. Ali NOROUZİ ALANJAGH. DOĞU AZERBAYCAN İLİNİN (İRAN) BÖLGESEL AÇIDAN TURİZM PLANLAMASI VE ANALİZİ. Erzurum. T.C. ATATÜRK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ COĞRAFYA ANABİLİM DALI. 2019. Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 608. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592. Azərbaycan tarixi 7 cilddə, VII cild. Bakı: Elm nəşriyyatı. 2008. Muradov, Vidadi. Azərbaycan xalçaçılıq məktəbinin Təbriz qrupu. Bakı. 2013. S.M. Onullahi. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı. 1982. Christoph Werner. "The Amazon, the Sources of the Nile, and Tabriz: Nadir Mirza's Tarikh Va Jughrafi-yi Dar Al-saltana-yi Tabriz and the Local Historiography of Tabriz and Azerbaijan". Iranian Studies. 33 (1–2). 2000: 165–184. doi:10.1080/00210860008701980. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0. Tabriz // Grove Encyclopedia of Islamic Art & Architecture. Oxford University Press. 2009. ISBN 9780195309911. Xarici keçidlər Şərqi Azərbaycan ostandarlığının rəsmi veb səhifəsi: استانداری آذربایجان شرقی Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine Qaradağ kəndlərinin türk adları fars adları ilə dəyişdirilib – Siyahı — GünAzTV Official website Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine Cultural Heritage Organization of East Azerbaijan The Union for Handwoven Carpets of East Azerbaijan Recent Photos from Azerbaijan Arasbaran UNESCO Biosphere Reserve Lake Urmia UNESCO Biosphere Reserve East Azerbaijan Research Park net portal Azerbaijan entries in the Encyclopædia Iranica Həmçinin bax Şərqi Azərbaycan ostanının çayları Şərqi Azərbaycan ostanının dağları Şərqi Azərbaycan ostanında yerləşən su anbarlarının siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=80841 |
Şərqi Azərbaycan zəlzələləri (2012) | 2012-ci il Şərqi Azərbaycan zəlzələləri — İranın şimal-qərb bölgəsində, Şərqi Azərbaycan ostanında 11 avqust tarixində, yerli vaxt ilə saat 16:53 radələrində baş vermiş 6,4 ballı (Əhərdə) və 6.3 ballı (Vərziqanda)və saat 17:08 üz verən zəlzələdir. Zəlzələ 9,9 kilometr dərinliyində baş vermişdi. Episentri Əhər, Vərziqan və Heris şəhərləri idi. bu zəlzələnin əsəri batı Azərbaycan , Ərdəbil və Zəncan əyalətlərindədə hiss edilmişdir Hətta bu zəlzələ Azərbaycan Cumhuriyyətinin baş şəhəri " BAKI" dada bilinmişdirZəlzələ nəticəsində 60 kəndin 60–80% infrastrukturuna zərər yetirilmiş, daha 6 kənd yer üzündən tamamilə silinmişdi. 227 nəfər ölmüş, 1380 nəfərdən artıq insan yaralanmışdı. Xilasedici qruplar ilk növbədə Təbriz və Əhərə göndərilmişdi. Vərziqan və Əhərdə 200 nəfər insan uçuq binaların altından xilas edilmişdi. Təbrizdə enerji çatışmazlığı müşahidə olunurdu; nəqliyyatın hərəkəti pozulmuş, yollarda tıxaclar yaranmışdı. İnsan itkisi olmayıb, lakin bir necə bina zəlzələ nəticəsində zədəyə uğramışdır.Zəlzələ Ermənistan və Azərbaycanda hiss olunsa da, burada heç bir maddi zərər və ya insan itkisi müşahidə olunmamişdır.. Azərbaycan zəlzələsilə bağlı iran yetkililəri düzgün bilgi verməmişlər İranın " Böhran Durumu müdirlüyü" (رئيس سازمان مديريت بحران)bu zəlzələdə ölənlərin sayını 253 nəfər , Səhiiyə Nazirlyii isə onu 306 nəfər elan etmişdir başqa tərəfdən isə " Qızılaypara" cəmiiyəti, bu zəlzələdə ölənlərə 16 min yas mərasiminin qurulmasından xəbər vermişdir . bu zəlzələdə ən çöx zərər verən " BACABAC" , "GÜRDƏRƏ" və "DİBNU" kəndləri və VƏRZİQAN şəhəri olmuşdur. . Zəlzələdən üç gün sonra Qızılaypara məmurları bir qadını torpaq altından diri çıxarmışlar , bu bir haldadır ki bir gün zəlzələdən sonra İran yetkililəri elan etmişlər ki, avar (inkaz) götürmə tamamiylə bitmişdir və avar altında qalanlar bütünlüklə dışarı çıxarılmışdır. Xarici aksiyalar Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Prezident İlham Əliyevin tapşırığıyla İrana 25 yük maşınında 40 ton un, 460 çadır və 1000 ədəd yataq dəsti göndərdi. Həmçinin İlham Əliyev Azərbaycan Respublikasının prezidenti İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada başsağlığı verib. Başsağlığında deyilir: "Ölkənizin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!" İrandaki Yaponiya səfiri Kinichi Komano, zəlzələ qurbanları ilə onun dövlət həmdərdliyin ifadə etdi və humanitar yardım təmin etmək üçün Yaponiya hazırlığın elan etdi. Pakistan Prezidenti Asif Əli Zərdari və baş naziri Raja Pərviz Əşrəf ayrıca başsağlığı bildirib və İran hökuməti və xalqına yardım etmək istədiklərin bildiriblər. Xarici keçidlər Azərbaycan 20 saat zəlzələdən sonra, filmKhabaronline.ir | https://az.wikipedia.org/w/index.php?curid=292260 |
Şərqi Azərbaycan şəhristanlarının əhalisi | Şərqi Azərbaycan ostanının şəhristanlarının əhalisi - 2006-ci il siyahıya almasının açıqlanmış yekunlarına əsasən əhalisi 3,603,456 nəfər olmuşdur. Həmçinin bax İran şəhristanları | https://az.wikipedia.org/w/index.php?curid=77381 |
Şərqi Azərbaycanda zəlzələ (2019) | Şərqi Azərbaycan zəlzələsi (2019) — 2019-cu il 8 noyabr tarixində yerli vaxtla 03:17-də baş vermiş zəlzələ. Dərinliyi 20 km olan 5.9 bal gücündə təbii fəlakət. Tektonik təyinatı İran cənubda Bitlis-Zaqros qurşağından Böyük Qafqaz dağlarına, şimalda Abşeron-Balkan silsiləsindən Kopetdağ dağına qədər uzanan Ərəbistan plitəsi ilə Avrasiya plitəsi arasında yerləşir. Bu plitələrin toqquşması 3,000,000 km2 sahədə kontinental qabığın deformasiya olunmasına səbəb olur. Bu yer üzərində ən geniş ərazini əhatə edən konvergent deformasiyadır. İranın şimal-qərbində Ərəbistan plitəsi şimala doğru Avrasiya plitəsinə nisbətən ildə təxminən 20 mm sürətlə hərəkət edir. Təbriz yaxınlığında ərazidə deformasiyada Şimali Təbriz qırılması üstünlük təşkil edir, qərb-şimal-qərb – şərq -cənub-şərqdən sağa doğru hərəkət 858-ci ildən bəri 6 baldan yuxarı 7 tarixi zəlzələnin baş verməsinə səbəb olmuşdur. Digər aktiv qırılma zonası Əhər və Həriş şəhərləri arasında qərb- şərq meylliyidir. Bu zona isə 2012-ci ilin avqust ayında 6.4 bal gücündə zəlzələnin baş verməsinə səbəb olmuş və nəticədə ən azı 38 nəfər həlak olmuş, 3200 nəfər xəsarət almış, onlardan da 268 nəfəri xəstəxanada dünyasını dəyişmişdir. 5.9 bal gücündə zəlzələ Ərəbistan və Avrasiya plitələri arasında sərhəddən təxminən 250 km şimal-şərqə doğru baş vermişdir. Ocağın mexanizmi Bozquş dağının altında sola doğru istiqamətdə qırılma olduğunu göstərirdi. Afterşokların paylanması Şimal-şərq və Cənub-qərb müstəvisi boyunca qırılma olduğunu göstərir. Səthin altına qalmış qırılmanın ölçüsü 3.8 x 4.9 km2 dəyərləndirildi. Bu 5 km dərinlikdə 0.8 metr maksimum sürüşmə zonası əmələ gətirdi, sürüşmənin daha geniş hissəsi 2 km və 11 km dərinlik aralığında baş verdi. Dağıntı və fəlakətlər Zəlzələdən 6 şəhər və 145 kəndin birlikdə 121.307 nəfər əhalisi zərər gördü. Onlardan 30-u tamamilə dağıldı. Ən çox zərər görən ərazilər Şərqi Azərbaycan əyalətində Miyanə və Sərab şəhərləri idi. Bəzi mal-qara da da anbar və çardaqların dağılmasına görə tələf oldu. Zəlzələ nəqliyyat yollarının, telekommunikasiya xəttlərinin, su kanalizasiyalarının sürüşməsinə və dağılmasına və qaz borularının zərər görməsinə görə isə yanğınlara səbəb oldu. Zəlzədə düşən dağıntılar nəticəsində 5 nəfər həlak oldu, 66 nəfər isə xəsarət aldı. 518 nəfər isə zəlzələ nəticəsində yaranan təşvişə görə xəsarət aldı, zəlzələ nəticəsində yaranan yanğınların səbəb olduğu karbon monoksid qazından zəhərlənməyə görə daha 2 nəfər dünyasını dəyişdi.Təbrizdə orta dərəcəli təkanlar qeydə alındı, 6 ev dağıldı və 400 ev zərər gördü. 3091 çadır, 3000-dən çox ərzaq bağlaması, 3521 ədyal, 4595 şüşə su, 440 nətbəx seti və 350 ədəd çörək zəlzələ qurbanlarına yardım olaraq göndərildi. Həmçinin bax Ərdəbil zəlzələsi (1997) | https://az.wikipedia.org/w/index.php?curid=787468 |
Şərqi Azərbaycanda zəlzələlər (2012) | 2012-ci il Şərqi Azərbaycan zəlzələləri — İranın şimal-qərb bölgəsində, Şərqi Azərbaycan ostanında 11 avqust tarixində, yerli vaxt ilə saat 16:53 radələrində baş vermiş 6,4 ballı (Əhərdə) və 6.3 ballı (Vərziqanda)və saat 17:08 üz verən zəlzələdir. Zəlzələ 9,9 kilometr dərinliyində baş vermişdi. Episentri Əhər, Vərziqan və Heris şəhərləri idi. bu zəlzələnin əsəri batı Azərbaycan , Ərdəbil və Zəncan əyalətlərindədə hiss edilmişdir Hətta bu zəlzələ Azərbaycan Cumhuriyyətinin baş şəhəri " BAKI" dada bilinmişdirZəlzələ nəticəsində 60 kəndin 60–80% infrastrukturuna zərər yetirilmiş, daha 6 kənd yer üzündən tamamilə silinmişdi. 227 nəfər ölmüş, 1380 nəfərdən artıq insan yaralanmışdı. Xilasedici qruplar ilk növbədə Təbriz və Əhərə göndərilmişdi. Vərziqan və Əhərdə 200 nəfər insan uçuq binaların altından xilas edilmişdi. Təbrizdə enerji çatışmazlığı müşahidə olunurdu; nəqliyyatın hərəkəti pozulmuş, yollarda tıxaclar yaranmışdı. İnsan itkisi olmayıb, lakin bir necə bina zəlzələ nəticəsində zədəyə uğramışdır.Zəlzələ Ermənistan və Azərbaycanda hiss olunsa da, burada heç bir maddi zərər və ya insan itkisi müşahidə olunmamişdır.. Azərbaycan zəlzələsilə bağlı iran yetkililəri düzgün bilgi verməmişlər İranın " Böhran Durumu müdirlüyü" (رئيس سازمان مديريت بحران)bu zəlzələdə ölənlərin sayını 253 nəfər , Səhiiyə Nazirlyii isə onu 306 nəfər elan etmişdir başqa tərəfdən isə " Qızılaypara" cəmiiyəti, bu zəlzələdə ölənlərə 16 min yas mərasiminin qurulmasından xəbər vermişdir . bu zəlzələdə ən çöx zərər verən " BACABAC" , "GÜRDƏRƏ" və "DİBNU" kəndləri və VƏRZİQAN şəhəri olmuşdur. . Zəlzələdən üç gün sonra Qızılaypara məmurları bir qadını torpaq altından diri çıxarmışlar , bu bir haldadır ki bir gün zəlzələdən sonra İran yetkililəri elan etmişlər ki, avar (inkaz) götürmə tamamiylə bitmişdir və avar altında qalanlar bütünlüklə dışarı çıxarılmışdır. Xarici aksiyalar Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Prezident İlham Əliyevin tapşırığıyla İrana 25 yük maşınında 40 ton un, 460 çadır və 1000 ədəd yataq dəsti göndərdi. Həmçinin İlham Əliyev Azərbaycan Respublikasının prezidenti İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada başsağlığı verib. Başsağlığında deyilir: "Ölkənizin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!" İrandaki Yaponiya səfiri Kinichi Komano, zəlzələ qurbanları ilə onun dövlət həmdərdliyin ifadə etdi və humanitar yardım təmin etmək üçün Yaponiya hazırlığın elan etdi. Pakistan Prezidenti Asif Əli Zərdari və baş naziri Raja Pərviz Əşrəf ayrıca başsağlığı bildirib və İran hökuməti və xalqına yardım etmək istədiklərin bildiriblər. Xarici keçidlər Azərbaycan 20 saat zəlzələdən sonra, filmKhabaronline.ir | https://az.wikipedia.org/w/index.php?curid=292055 |
Şərqi Berlin | Şərqi Berlin — Soyuq müharibə dövründə Berlinin SSRİ-nin təsiri altındakı bir hissəsidir. 1961-ci ildə Berlin divarı ilə Qərbi Berlindən ayrıldı. Şərqi Almaniyanın paytaxtı idi. Şərqi Berlin əhalisi 1,2 milyon nəfər təşkil etmişdir. 1990-cı ildə Berlin divarı dağıdılmış və Qərbi Berlin ilə Şərqi Berlin birləşdirilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=702138 |
Şərqi Bosfor boğazı | Şərqi Bosfor boğazı Yapon dənizinın Böyük Pyotr körfəzi ərazisində yerləşir. Amur və Ussuri körfəzini birləşdirir. Muravyov-Amurski yarmadasını Rus və Yelena adalarını ayırır. Sahillərində Basarqina, Larionov, Kazarina burubları və Skripleba adası yerləşir. Uzunluğu 9 km ,dərinliyi isə 50 m təşkil edir. Ən dar yerini 800 metrdir. Bu səbəbdən Vladivostok şərhərini Rusiy adası ilə birləşdirən körpü tikilmişdir. 2012-ci ilin 2 iyul tarixində istifadəyə verilmişdir. Bu körpüdünyanın ən uzun körpülərindən biridir. Körpü Nazimov yarmadasını Novosilçeva burnuna birləşdirir. Körpünün layihəsi | https://az.wikipedia.org/w/index.php?curid=396467 |
Şərqi Burk-an-Bres | Şərqi Burk-an-Bres (fr. Bourg-en-Bresse-Est) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Burk-an-Bres dairəsinə daxildir. Kodu — 0105. Şərqi Burk-an-Bres kantonuna 6 kommun daxildir və bunlardan əsas Burk-an-Bres kommunası hesab edilir. 1999-cu ildə əhalinin sayı 13 433 nəfər təşkil edirdi. Həmçinin bax Fransa rayonlarının siyahısı Xarici keçidlər Milli Statistika İnstitutu (fr.) | https://az.wikipedia.org/w/index.php?curid=689486 |
Şərqi Burun vilayəti | Şərqi Keyp (afrik. Oos-Kaap; ing. Eastern Cape; Xosa Mpuma Koloni) — Cənubi Afrikanın vilayəti. Eski Burun vilayətin hissəsi. İnzibati bölgü Qərbi Burun vilayəti 2 metropoliten bələdiyyəsi, və 37 yerli bələdiyyəsinə bölünən 6 rayon bələdiyyəsindən ibarətdir: Buffalo şəhəri bələdiyyəsi Nelson Mandela körfəzi şəhəri bələdiyyəsi Alfred Nzo Rayonu: Matatiele, Mbizana, Ntabankulu, Umzimvubu Amatole Rayonu: Amahlati, Qrot Key, Mbhaşe, Mnquma, Nquşua, Reymond Mhlaba Kris Hani Rayonu: Emalahleni, Nqkobo, Enoç Mqicima, İntsika Yetu, İnksuba Yetemba, Saxisizue Co Qqabi Rayonu: Elundini, Volter Sisulu, Senqu OR Tambo Rayonu: İnqquza Hill, Kinq Sabata Dalindyebo, Mhlontlo, Nyandeni, Port Seint Cons Sara Baartman Rayonu: Dr. Beyers Naude, Blu Kreyn Rout, Kou-Kamma, Kouqa, Makana, Ndlambe, Sandeys River Vəlley | https://az.wikipedia.org/w/index.php?curid=646696 |
Şərqi Böyük Bahama | Şərqi Böyük Bahama (ing. East Grand Bahama) — Baham adalarında rayon. Böyük Bahama adasının şərq hissəsində yerləşir. İnzibati bölgü Şərqi Böyük Bahama Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkzəi Hay-Rok şəhəridir. Xarici keçidlər "Bahamas Film and Television Commission" (ingilis). BahamasFilm.com. 2012-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-12. | https://az.wikipedia.org/w/index.php?curid=757034 |
Şərqi Bəyazid | Şərqi Bəyazid (türk. Doğubayazıt) — Ağrı ilinin ilçəsi. Avropa E-yolu Anadolunun şərqindəki E80 tranzit yolunda qurulmuşdur. Mərkəzi rayondan 93 km şərqdə, İrandan isə 35 km məsafədə yerləşir. İlçə əraziləri ümumiyyətlə təpəli və kələ-kötürdür. Lakin, ilçə mərkəzi düzənlikdə qurulmuşdur. Ağrının ən qədim, tarixi və inkişaf etmiş bir bölgəsidir. Adını daşıyan düzənliyin cənub şərqində qurulmuşdur. Ağrı tarixi ilə əlaqəli "Ağrı tarixi" olaraq adlandırılan isim əslində uzun müddət şəhər mərkəzi olan Şərqi Bəyazid ilçəsinin tarixidir. Şərqi Bəyazidin İran sərhədində Türkiyə-İran tranzit yolunun keçid nöqtəsində olması, tarixi baxımdan buranın əhəmiyyətini artırmışdır. İlçə zəngin tarixə malikdir. Köhnə Bəyaziddə və qalada Urartu türbələrinin mövcudluğu şəhərin tarixini çox qədimlərə söykənməsinin sübutudur. Şərqi Bəyazidin ilk qurulduğu yer Yuxarı Bəyaziddə yerləşən köhnə qaladır. Qala Trabzon yol marşrutu üzərində gömrük mərkəzi olaraq davamlı inkişaf təmin etmişdir. Bəyazid qalasının hər dövrdən izləri var. Urartular Vandan Alagöz dağlarına və Göyçə gölünə uzandıqları üçün Bayazıt uzun müddət onların hakimiyyəti altında qaldı. 625-ci ildə Araz çayı sahillərinə gələn Xəzər türkləri tərəfindən ələ keçirildi. Şərqdə İran, cənubda İran və Van (Muradiyyə və Çaldıran ilçələri), qərbdə Diyadin və Daşlıçay, şimalda Duzluca, İğdır və Aralıq ilə həmsərhəddir. Düşmən işğalından qurtuluş günü 14 apreldir. Rayon əraziləri düzən və vulkanik kütlələrdən ibarətdir. Büyük Ağrı dağı (5,137 m) Kiçik Ağrı dağı (3,896 m) Qala təpə (3.196 m) Arı dağ (2.934 m) Təndürək dağı (3533 m) və Göllər təpəsi (2.633 m) Şərqi Bəyazid ilçəsinin ən əhəmiyyətli yüksəklikləridir. Dağların yüksək hissələri və ətəkləri geniş yaylı ərazilərdir.Şərqi Bəyazid düzənliyi və bu düzənliyin uzantısı olan Sarısu vadisi, Masun və Sürbahan çölləri, ilçənin əhəmiyyətli düzənliklərdir. Düzənliklər yüksək dağlarla əhatə olunmuşdur. Bu düzənliklərdə əkinçilik və bostançılıq aparılır, uyğun yerdə tərəvəz və meyvələr əkilir. Bəzi yerlərdə çəmənlik otları üçün tədarük edilir. Qaya və parazitar təpələrin yerdən-yerə göründüyü düzənliyin bir hissəsi kələ-kötürdür, yamaclarda və düzənlikdə eroziya yüksəkdir. Ağrı dağının ətəyində kollar olsa da, rayonda meşəlik ərazilər demək olar ki heç yoxdur. Şəhər mərkəzi və kəndlər ağac baxımından zəifdir. Ağrı dağın ətəyində geniş qamışlar böyüyür. İqtisadiyyat İlçənin iqtisadiyyatı heyvandarlığa, sərhəd ticarəti, ticarət və kənd təsərrüfatına əsaslanır. Son illərdə ticarət və xarici ticarət inkişaf etdikcə şəhər daim böyüyür və inkişaf edir. Bununla birlikdə, yaşayış, iş yeri, otel, əyləncə yerləri, ticarət malları və neft nəqliyyatı da artır. Şərqi Bəyazid təbii gözəlliklər və tarixi binalarla zəngindir. Xarici keçidlər Şərqi Bəyazid Bələdiyyəsi | https://az.wikipedia.org/w/index.php?curid=629657 |
Şərqi Dağ Cəyir mis təzahürü | Dağ Cəyir kəndinin şərq hissəsində şimal-qərb istiqamətli Varlı Həyat-Cəyirçay qırılma strukturuna daxil olub, kvars-sulfidli damar zonaları ilə müşayət olunan metasomatik dəyişilmə zonasında formalaşmışdır. Bu təzahür zonası tərkibcə piritdən, xalkopiritdən və onların oksidlərindən ibarətdir. Onun nisbətən öyrənilmiş uzunluğu 700 m, orta qalınlığı 13,4 m. və misin orta miqdarı isə 0,60% təşkil edir. | https://az.wikipedia.org/w/index.php?curid=526876 |
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut | Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCO — Fransanın Paris şəhərində yerləşən institut. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir. İNALCO-da Azərbaycan dili İNALCO-da Azərbaycan dilinin tədrisinə ilk dəfə 1999-cu il martın 5-də başlanılıb. İNALCO-nun türk və fars dilləri fakültəsinin 20 fransız tələbəsinin qatıldığı ilk dərsləri Aygün Eyyubova keçib. Sonrakı illərdə daha iki müəllim - Elnurə Zeynalova və Jil Otye Azərbaycan dilinin tədrisinə qoşulub. 2008-ci ilin noyabrından isə bu təhsil üçün rəsmi diplom təsis edilib. Belə ki, 9 il ərzində İNALCO-nun bir neçə fakültəsində Azərbaycan dili tədrisin tərkib hissəsinə çevrilib. Rəsmi dilpom təsis olunandan sonra isə tələbələr Azərbaycan dilini ayrıca kurslarda öyrənmək və bu sahə üzrə diplom almaq imkanı əldə ediblər. 2008-ci il noyabrın 7-də Parisdə, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir. Xarici keçidlər Rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=85469 |
Şərqi Ermənistan | Şərqi Ermənistan və ya Qafqaz Ermənistanı tarixi Ermənistan ərazisinin şərq hissəsini əhatə etdiyi iddia edilən bölgədir. İndiki vaxtda, Türkiyənin Qars vilayəti və Ermənistanın İrəvan şəhərini əhatə edir. Keçmişdə müvafiq olaraq Qədim Ermənistan Krallığı, Sasanilər İmperiyası, Pakraduni sülaləsi, Böyük Səlcuq İmperiyası və Osmanlı İmperiyası bu bölgəyə sahib idi. 1828–1829-cu illər Osmanlı-Rus müharibəsindən sonra Rusiya İmperiyasına birləşdirilmişdir. Brest-Litovsk sülh müqaviləsindən sonra bölgə sərhədləri içində olan Qars Türkiyəyə verilmişdir. Sovet İttifaqı 1991-ci ildə dağılandan bəri İrəvan Ermənistan sərhədləri daxilindədir. | https://az.wikipedia.org/w/index.php?curid=608273 |
Şərqi Flandriya | Şərqi Flandriya (nid. Oost-Vlaanderen, fr. Flandre orientale, alm. Ostflandern) —Belçikanın 10 əyalətindən biri olub, flaman bölgəsinə aiddir. Qərbi Flandiriya ilə Belçikanın arasında yerləşir. Həmçinin Antverpen, Flaman Brabantı, Eno və Niderlandlar sərhədlənir. İnzibati mərkəzi-Qent şəhəridir. Əsas göstəriciləri Ən hündür nöqtəsi: 157 metr Əsas çayları: Şelda, Lis, Durma, Dandr Əhali: 1 432 326 nəfər. (2010) 1795-ci ildə Avstriya Niderlandları Fransa tərəfindən mühasirəyə alındıqdan sonra bu ərazilərdə Esko departamenti quruldu. Napaleonun dağıntısından sonra Niderlandla birləşdirən krallıq, departament Esko Şərqi Flandiriya adını aldı. | https://az.wikipedia.org/w/index.php?curid=523655 |
Şərqi Folklend | Şərqi Folklend (ing. East Falkland, isp. Isla Soledad) — Folklend adaları arxipelaqının tərkibinə daxildir. Adanın qərbində yerləşən Qərbi Folklend adasından onun Folklend boğazı ayırır. Atlantik okeanın cənubunda yerləşir. Adanın şimal-şərqində Folklend adalarının paytaxtı olan Port-Stenli şəhəri yerləşir. Adalara Argentina iddia edir Coğrafiyası Arxipelaqın ən iri adasıdır, sahəsi 6605 km²; sahil xətdinin uzunluğu 1036,9 km təşkil edir. Adanın cənub və şimal eni 2,4 km olan bərzəx birləşdirir. Adanın şimalı təpəlikdir və burada adanın və arxipelaqın ən hündür nöqtəsi yerləşir. Asborn dağı 705 metr hündürlüyə malikdir. Əhali və iqtisadiyyat Şərqi Folklen adasının əhalisi 2006-cı il məlumatına əsasən 2786 nəfər təşkil edir (Arxipelaqda yaşıyan əhalinin 94 %). İqtisadiyyatın əsaslarını qoyunçuluq, balıqçılıq və turizm təşkil edir. | https://az.wikipedia.org/w/index.php?curid=413467 |
Şərqi Göytürk xaqanlığı | Şərqi Göytürk xaqanlığı — Göytürk xaqanlığının parçalanmasından sonra yaranmış türk dövlətlərindən biri. 576-cı ildə İstəmi xaqan ölüncə yerinə oğulu Tardu keçərək yabgu olmuş və atası kimi dövlətin qərbini idarə etməyə başlamışdır. Dövlətin qərbini idarə edən Tardu, şərq qisimin rəhbərliyini də ələ alıb Göytürk Xaqanlığının başına keçmək istəyincə Taspar xaqan ilə qarşılaşmışdır. Tapo xaqan 581-ci ildə ölüncə yerinə qardaş oğlu İşbara xaqan keçmişdir. Beləcə Tardu ilə İşbara Xaqan arasında tam hakimiyyət uğrunda qarşıdurma başlamışdır. Ənənələrə görə şərq tərəf baş xaqan olmalı idi. Bu qarışıqlıqdan faydalanmaq istəyən Çin, Göytürk Xaqanlığındakı mövcud anlaşılmazlığı daha da qızışdırmışdır. Çin İmperatoru, qərbin yabgusu Tarduya elçi, hədiyyələr və qurd rəsmi olan bir bayraq göndərərək Tardunun hökmdarlığını tanıdığını ifadə etmişdir. Çinin qızışdırmalarının nəticəsində Tardu, İşbaranın xaqanlığını tanımadığını bildirmişdir. Nəticədə Göytürk Xaqanlığı ikiyə ayrılmış, Tardu qərbin rəhbərliyini tamamilə ələ almışdır. Bu hadisədən sonra İşbara Xaqanın əlində yalnız şərq qalmışdır. Göytürk Xaqanlığının ikiyə ayrılmasından sonra, Şərqi Göytürk dövləti gücünü itirməyə başlamışdır. İşbara Xaqanın Çinə təşkil etdiyi səfərlər müvəffəqiyyətsizliklə nəticələnmişdir. Çin ipək ticarətinə maneə törədirdi. Bu vəziyyət Şərqi Göytürkləri arasında aclıq və yoxsulluğun başlanmasına gətirib çıxarmışdır. Şərqi Göytürklərə bağlı bir çox türk boyu qıtlıq səbəbiylə Qərbi Göytürklərə sığınmışdır. Özünə bağlı boyların Qərbi Göytürk Xaqanlığına sığınması İşbara Xaqanı çətin vəziyyətə salmışdır. 585-ci ildə artan üsyanlar və xarici təzyiqlər nəticəsində İşbara Xaqan Çin hakimiyyətini qəbul etmiş və Çindən kömək istəmişdir. Şərq Göytürk Xaqanlığını hakimiyyəti altına alan Çinin əsl məqsədi, Çin üçün təhlükə olan, türklər də daxil olmaqla bütün Orta Asiya xalqlarını çinliləşdirmək idi. Bu səbəbdən Çin, Şərqi Göytürkləri çincə danışmağa, çinlilər kimi geyinməyə və çin adətlərini qəbul etməyə məcbur etmişdir. Bunun üzərinə İşbara Xaqan bu mövzu haqqında 585-ci ildə Çin İmperatoruna məktub yazmışdır. İşbara Xaqan Çin imperatoruna yazdığı məktubda belə demişdir: "Sizə bağlı qalacaq, xərac verəcək qiymətli atlar hədiyyə edəcəyəm, lakin dilimizi dəyişdirə bilməm, Xalqıma Çin geyimləri geydirə bilmərəm, Adətlərinizi, qanunlarınızı götürə bilmərəm imkanı yoxdur. Çünki bu istiqamətlərdən bütün millətim, həssaslıqla çarpan tək bir ürəkdir." Çin əsarətinə daha çox dözə bilməyən İşbara Xaqan 587-ci ildə ölmüşdür. İşbara Xaqandan sonra başa keçən Yehu və Tülan zamanlarında Çin təzyiqi artmışdır. Daha sonra başa Kimin Xaqan keçmişdir. Kimin Xaqandan sonra başa Şi-pi Xaqan keçmişdir. Şi-pi Xaqan dövründə Şərqi Göytürklər, qısa bir müddət üçün köhnə güclərinə qovuşmuşdurlar. Şi-pi Xaqan, qərbdə Tibetə, şərqdə Amur çayına qədər uzanan torpaqlarda suverenlik qurmuşdur. Çinə hər il verilməkdə olan xərac kəsilincə Çin ilə döyüş edilmişdir. Şərqi Göytürk Xaqanlığı bu döyüşdə qalib gəlmişdir. Çin imperatoru, Şərq Göytürklərə illik vergi vermək şərtiylə canını qurtara bilmişdir. Göytürklərə köhnə gücünü yaşadan Şi-Pi Xaqan 619-cu ildə ölmüşdür. Şi-Pi Xaqandan sonra başa keçən Çu-Lo Xaqan, Çinə hücumlara davam etdirmişdi. Ancaq bir müddət sonra Çu-Lo Xaqan, çinli Yicheng tərəfindən zəhərlənərək öldürülmüşdür. Çu-Lo Xaqandan sonra yerinə qardaşı Kieli keçmişdir. Kieli Xaqan zamanında, Çinə hücumlar davam etmişdir. Kieli Xaqanın Çin üzərinə çıxdığı son səfərində əsir düşməsi nəticəsində Şərq Göytürk Xaqanlığı Çinin hakimiyyəti altına girmişdir. Göytürklərin yenidən müstəqilliyi Orxon abidələrində rast gəlinən digər əhəmiyyətli məlumatlar da müstəqillik haqqındadır. Bilindiyi kimi I Göytürk Xaqanlığının suverenliyinə Çin son vermiş və Göytürkler Çin suverenliyi altına girmiş və müstəqilliyini itirmişdir. Bu hadisədən sonra türklər müstəqillik mübarizəsinə girişmiş və bu mübarizələrinin nəticəsində müstəqilliklərini qazanaraq II Göytürk xaqanlığını qurmuşdular. Şərqi Göytürk xaqanları İşbara xaqan (582–587) Bağa xaqan (587–589) Tulan xaqan (589–600) Yami xaqan (600–609) Şibi xaqan (609–619) Çula xaqan (619–621) İllig xaqan (621–630) Həmçinin bax Qərbi Göytürk xaqanlığı | https://az.wikipedia.org/w/index.php?curid=82824 |
Şərqi Göyçə silsiləsi | Şərqi Göyçə silsiləsi — Ermənistan və Azərbaycanın sərhəddində yerləşən dağ silsiləsi. İnzibati cəhətdən isə Azərbaycanın Kəlbəcər rayonu və Ermənistanın Geğarkunik mərzi ərazisinə daxildir. Silsilə Göyçə gölündən cənub-şərqdə, Böyük Alagöl və Kiçik Alagöl göllərindən isə şərqdə yerləşir. Silsilə əsasən dağ çöl bitkiləri ilə örtülmüşdür. Silsilənin uzunluğu 45 km təşkil edir. Silsilənin ən hündür zirvəsi Axarbaxar yatmış vulkanıdır. | https://az.wikipedia.org/w/index.php?curid=490550 |
Şərqi Hindistan | Şərqi Hindistan (hind. पूर्वी भारत, benq. পূর্ব ভারত) — Hindistanın regionlarından biri. Qərbi Benqaliya, Bihar, Carkhand və Orissa bölgələrini əhatə edir. Şərqi Hindistan Maqadha və Mauriya İmperiyası kimi qədim dövlətlərin ana yurdudur. Buddizmin beşiyidir. | https://az.wikipedia.org/w/index.php?curid=445563 |
Şərqi Hindistan fitçalan ördəyi | Qaradimdik ağac ördəyi (lat. Dendrocygna arborea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü. | https://az.wikipedia.org/w/index.php?curid=183525 |
Şərqi Hindistan Şirkəti | Ost-Hind şirkəti (ing. British East India Company) — 1600-1874-cü illərdə fəaliyyət göstərmiş ingilis şirkəti. Orginal adı "British East India Company" olan Ost-Hind şirkəti 31 Dekabr 1600-cü ildə Portuqaliya və İspaniyanın monopoliyasında olan Uzaq Şərqdə və Hindistanda ədviyyat ticarətindən pay almaq üçün ingilis tacirləri tərəfindən krallıq patenti ilə yaradılmış, zaman keçdikcə dünyanın ən böyük ticarət təşkilatlarından birinə və İngilis müstəmləkəçiliyinin Asiyadakı nümayəndəsinə çevrilmişdir. Şirkətin yaranma tarixi 1591-ci ildə Sir Ceyms Lançestr Ümid burnunu iki dəfə dolanaraq Hind okeanını keçmiş o və onun dəstəsindən sağ qalan 1 nəfər böyük ekspedisiyadan sonra evlərinə qayıda bilmişdi. Onların bu səyləri “Ost-Hind” şirkətinin yaradılması nöqtəsində ingilis tacirlərinə güclü təsir göstərmişdi. Portuqallar ilə bir yerdə Hindistana və Ümid burnu vasitəsilə Qoaya qədər səyahət edən ingilislərin təsüratları digər ingilis tacirlərini də həvəsləndirmişdi. 6 il Qoada yaşayan holland səyyah Yan Huygen van Linçotenin 1595-1596-cı illərdə qələmə aldığı əsəri Hindistan ticarəti və bölgədəki siyasi və ticari vəziyyət haqqında maraqlı məlumatları özündə ehtiva edirdi. 1595-ci ildə hollandların Ümid burnunu keçərək Hindistana getmələri ingilisləri daha da təşviq etdi və nəticədə 1599-cu ildə “Avantürist tüccarlar” cəmiyyətinin himayəsi altında bir şirkət yaradıldı. Qurum kraliçaya müraciət edərək ondan “3 gəmi” və səyahət edə bilmək üçün bir miqdar qızıl tələb etdi. Kraliça İspaniya və Portuqaliya ilə münasibətləri pozmaqdan narahatlıq duysa da tezliklə onların xahişini qəbul edərək, Con Mildenhol adlı taciri elçi kimi Moğol İmperiyasına göndərdi. Mildenhol 1603-cü ildə Hindistana çatmış və bir neçə il bruada qaldıqdan sonra 1607-ci ildə Əkbər şahın xələfi Cahangirin fərmanı ilə İngiltərəyə qayıtmışdır. Bu ərəfədə “Avantürit tacirlər” artıq 1600-cü ilin sonunda Hindistana səyahət məsələsi ilə bağlı hökuməti razı sala bilmişdi. Bu icazə 1600-cü il dekabr ayının 31-də Dövlət fərmanı ilə öz təsdiqini tapdı. Şirkət “Şərqi Hindistanla ticarətdə səlahiyyətli, London şirkəti və Valisi” titulunu aldı. Kraliçanın fərmanına əsasən şirkətin əldə etdiyi imtiyazlar aşağıdakılar idi: Cəmiyyətin digər hissəsinin şirkətin təyin etdiyi sərhədlərdən kənar ticarətlə məşğul olması qadağan edildi Şirkətin hər bir səfərdə ixrac etdiyi 30 min £ dəyərində qızıl və gümüş və ilk 4 səyahətdə ixrac etdiyi ingilis malları gömrük vergilərindən azad edildi Müqavilə 15 il müddətinə imzalansa da ölkənin mənafelərinə uyğun olmadığı təqdirdə 2 il ərzində ləğv edilə bilər və ya yenidən 15 il müddətində uzadıla bilərdi.Şirkət fəaliyyətə başladığı andan etibarən aşağıdakı 3 məqsədə xidmət etməli idi: Digər məşhur ingilis tacirlər qarşısında Şərq ticarətində əldə etdiyi imtiyazları və hüquqları mühafizə etmək Şərqdəki səlahiyyətli digər rəqib şirkətləri bu ərazidən “qovmaq” Şərq dövlətlərindən satıcı ölkələrdən alınan malları əldə etməklə bağlı aldığı imtiyazları qorumaq. İlkin səfərlər Şirkət ilk səfərini 1601-ci ildə Şərqi Hind adalarına (Malaziya-İndoneziya) həyata keçirdi. Qarlı keçən səfərdən sonra, Hindistan ilə ticarət imkanlarını araşdırmaq məqsədilə, 1612-ci ildə ingilis diplomat Tomas Roy Babur şahı Cahangir şah ilə görüşdü. O şahdan burada fabrika eləcə də ticarət bazası yaratmaq barədə icazə almağa nail oldu. Bu Hindistandakı ilk istinad nöqtəsi idi. Daha sonrakı illərdə şirkət öz ərazilərini genişləndirərək, Madras (1639), Mumbay (1668), Kəlkətə (1690) şəhərlərində daimi yaşayış məntəqələri yaratmışdı. Eyni zamanda hərbi gücə də malik olan və Qırmızı dəniz, Bəsrə körfəzi, Yaponiyaya yürüşlər təşkil edən şirkət, səfəvilərlə birlikdə 1622-ci ildə Portuqaliya donanmasını Hörmüz boğazında məğlub edərək Körfəz regionunun və Hindistan yolunun nəzarətini ələ keçirdi. | https://az.wikipedia.org/w/index.php?curid=639480 |
Şərqi Karib Dövlətləri Təşkilatı | Şərqi Karib Dövlətləri Təşkilatı (ing. Organisation of Eastern Caribbean States və ya qısaca OECS) — Karib hövzəsi ölkələri - Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Dominika, Qrenada, Montserrat, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinin təmsil olunduğu iqtisadi və valyuta ittifaqı. İnzibati mərkəzi Sent-Lüsiya adasında yerləşir. 1981-ci ildə təsis edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=431519 |
Şərqi Karib dolları | Şərqi Karib dolları — Şərqi Karib Dövlətləri Təşkilatının (OECS) 6 ölkəsində istifadə olunan valyuta: Antiqua və Barbuda, Dominika, Qrenada, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadin, həmçinin Montserrat və Angilya. Sikkələr və əsginaslar Valyuta məsələsi və onunla aparılan əməliyyatlar, baş qərargahı Sent-Kits adasında yerləşən Şərqi Karib Mərkəzi Bankı (ECCB) vasitəsilə həyata keçirilir. Mərkəzi Bankın təşkilata üzv dövlətlərin ərazisində banknot və sikkə buraxmaq müstəsna hüququ vardır. 1982-ci ildən bəri 1, 2, 5, 10, 25 qəpik və 1 dollar dəyərində yeni sikkələr seriyası dövriyyədədir. 1 ilə 5 qəpik arasındakı sikkələr çoxşaxəli, 2 qəpik isə dördbucaqlı, hamısı alüminium ərintisindən hazırlanmışdır. Ancaq 10 və 25 sent yuvarlaq və mis-nikel ərintisindən hazırlanmışdır. Dollar da yuvarlaq idi, ancaq alüminium bürünc ərintidən. 1989-cu ildə bir dollarlıq sikkə çoxşaxəli oldu və indi mis-nikel ərintisi ilə rəngini sarıdan gümüşə dəyişdirdi. 2002-ci ildən bəri, 1, 2 və 5 qəpik olan son dərəcə dəyirmi yeni sikkələr və indi də yuvarlaq hala gələn yeni 1 dollarlıq sikkə dövriyyəyə daxil oldu. 2009-cu ildən bəri Akmonital ərintisindən 10,25 qəpik və 1 dollar nominallı sikkələr zərb olunmağa başladı. 1 və 2 sent 2015-ci ilin iyul ayında təqaüdə çıxdı və 30 iyun 2020-ci il tarixinədək qanuni qüvvədə qaldı. Valyuta məzənnəsi rejimi 1976-cı ildən bəri, Şərqi Karib dolları ABŞ dollarına (ISO 4217 - USD) 2.7: 1 nisbətində bağlanmışdır. Bunu qorumaq üçün Şərqi Karib Mərkəzi Bankı Pul Şurası rejimindən istifadə edir. Xarici keçidlər Eastern Caribbean Central Bank Eastern Caribbean Central Bank — Banknotes Eastern Caribbean Central Bank — Coins Şərqi Karib dəniz banknotlarının təsvirləri (catalogofmoney.com) Şərqi Karib Dolları banknot qalereyası (alm.) (ing.) | https://az.wikipedia.org/w/index.php?curid=680952 |
Şərqi Katolik Kilsələri | Xristianlıqda öz ritual formalarını və dillərini qoruyan, lakin Papanın nüfuzunu qəbul edən pravoslav və Şərqi pravoslav kilsələrinə Şərqi katolik kilsələri (və ya Uniat kilsələri) deyilir. Xüsusiyyətləri Bu kilsələr öz inanc formalarını, ibadət formalarını və ibadət dillərini saxlayırlar, lakin yepiskopları Papa tərəfindən təsdiqlənməlidir. Dünyadakı Uniat Kilsələri Xaldey katolik kilsəsi Maruni Kilsəsi Melkit Katolik Kilsəsi Qibti Katolik Kilsəsi Süryani Malankara Katolik Kilsəsi Süryani Malabar Katolik Kilsəsi Erməni Katolik Kilsəsi Yunan Katolik Kilsəsi Bolqar Katolik Kilsəsi Ukrayna Katolik Kilsəsi Alban Katolik Kilsəsi Gürcü Katolik KilsəsiUniat kilsələridir | https://az.wikipedia.org/w/index.php?curid=628941 |
Şərqi Keyp vilayəti | Şərqi Keyp (afrik. Oos-Kaap; ing. Eastern Cape; Xosa Mpuma Koloni) — Cənubi Afrikanın vilayəti. Eski Burun vilayətin hissəsi. İnzibati bölgü Qərbi Burun vilayəti 2 metropoliten bələdiyyəsi, və 37 yerli bələdiyyəsinə bölünən 6 rayon bələdiyyəsindən ibarətdir: Buffalo şəhəri bələdiyyəsi Nelson Mandela körfəzi şəhəri bələdiyyəsi Alfred Nzo Rayonu: Matatiele, Mbizana, Ntabankulu, Umzimvubu Amatole Rayonu: Amahlati, Qrot Key, Mbhaşe, Mnquma, Nquşua, Reymond Mhlaba Kris Hani Rayonu: Emalahleni, Nqkobo, Enoç Mqicima, İntsika Yetu, İnksuba Yetemba, Saxisizue Co Qqabi Rayonu: Elundini, Volter Sisulu, Senqu OR Tambo Rayonu: İnqquza Hill, Kinq Sabata Dalindyebo, Mhlontlo, Nyandeni, Port Seint Cons Sara Baartman Rayonu: Dr. Beyers Naude, Blu Kreyn Rout, Kou-Kamma, Kouqa, Makana, Ndlambe, Sandeys River Vəlley | https://az.wikipedia.org/w/index.php?curid=473876 |
Şərqi Koreya cərəyanı | Şərqi Koreya cərəyanı — Tsuşima boğazından keçən və Tsuşima adası tərəfindən iki hissəyə ayrılan Tsuşima cərəyanının qərb qolu. Şərqi Koreya cərəyanının isti və duzlu suları Cənubi Koreyanın şərq sahilləri boyunca şimala istiqamətlənir. Burada artıq Yapon dənizinin daxili hissələrinə kimi gedirTsuşima cərəyanının bu qolu digər qollardan fərqli olaraq daga güçlü olması ilə seçilir. Bu axın Yapon dənizinin mərkəzində isti suların köməyi ilə şimala istiqamətlənir. Buradan artıq Şimali Koreya cərəyanı adını alır. Şimalda isə soyuq cəbhə ilə birləçdiyindən ərazidə daim duman müşahidə edilir.Bu cərəyanların sayəsində Koreya və Yaponiyanın iqlimi subtropik, Rusiyanın Primorsk vilayətinin iqlimi isə mülayimdir. Cərəyanın ən güçlü sürəti açıq dənizdə müşahidə edilir. Orta sürət 9 sm/s (1968). Cərəyanın sürəti dəyişkəndir. Yayda sürət artır (47 sm/s), qışda isə azalır (17 sm/s). Cərəyanın araşdırılması ilə yapon alimləri K. Tanioka (1968) və K. Şuto (1982) məşqul olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=533341 |
Şərqi Kürdüstan | İran Kürdüstanı və ya Şərqi Kürdüstan (kürd. Rojhilatê Kurdistanê/ڕۆژھەڵاتی کوردستان) — İranın İraq ilə sərhədlərində yerləşən şimal-qərbi ərazilərində, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. İran Kürdüstanı Qərbi Azərbaycan ostanı, Kürdüstan ostanı və Kirmanşah ostanını əhatə edir.Kürdlər İranın şimal-qərbi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya) Şimali Kürdüstan (Türkiyə) və Cənubi Kürdüstan (İraq) aiddir.2006-cı ildə keçirilən sonuncu əhalinin siyahıyaalmasında əldə edilən məlumatlara görə, kürd əhaliyə malik üç ostanı – Kürdüstan, Kirmanşah və İlam ostanlarında ümumilikdə və habelə Qərbi Azərbaycan ostanı'nın cənubi şəhərlərində ümumilikdə 6.730.000 nəfər yaşayır. İlam ostanının cənubunda əsasən lurlar yaşayır. İran kürdləri İran əhalisinin təxminən 7–10 %-ni təşkil edir. Bir sıra mənbəyə görə, İran kürdlərinin əksəriyyəti şiədir, lakin başqa mənbələr əksinə, onların əksəriyyətinin sünni olduğunu iddia edir. İran İslam İnqilabı zamanı kürd siyasi partiyaları muxtariyyət ilə maraqlanmayan şiə kürdləri öz tərəflərinə çəkməkdə uğursuz olmuşdurlar. Buna baxmayaraq, 1990-cı illərdən bəri kürd milliyətçiliyi şiə kürdlərə də yayılmışdır. Buna əsas səbəb şimaldakı kürdlərin zorakılıq ilə yatırılmasıdır. Simko Şikak üsyanı Birinci Dünya müharibəsində Qacar hakimiyyətinin zəifliyi bəzi kürd tayfa rəislərinə bu xaotik vəziyyətdən istifadə etməyə həvəsləndirmişdi. Şikak tayfasının rəisi Simko 1918-ci ildən 1922-ci ilə qədər Urmiya gölünün qərbində öz rejimini təsis etmişdir. Həvrəman vilayətinin başçısı Cəfər sultan Mərivan ilə Hələbcə arasındakı ərazinin nəzarətini 1925-ci ilə qədər ələ keçirmişdir. 1922-ci ildə sonralar birinci Pəhləvi monarxı Rza xan kürd tayfa rəislərinə qarşı tədbirlər görməyə başlamışdır. Simko regionu 1922-ci ilin payızında regionu tərk etməli olmuş və səkkiz il gizli həyat yaşamalı olmuşdur. İran rejimi 1930-cu ildə onu təslim olmağa cəlb edəndə hökumət ona Üşnəviyyə yaxınlıqlarında tələ qurmuş və öldürmüşdür. Bundan sonra Rza şah kürdlərə qarşı qəddar, ancaq effektiv bir siyasət yürütmüşdür. Yüzlərlə kürd tayfa rəisi deportasiya olunmuşdur. Həmçinin, onların sahibləndiyi ərazilər hökumət tərəfindən müsadirə edilmişdir. İkinci Dünya müharibəsi Antihitler koalisiyası 1941-ci ilin sentyabr ayında İrana soxulanda İran Silahlı Qüvvələri çox keçməmiş dağıdılmışdır və onların silah-sursatı kürdlər tərəfindən ələ keçirilmişdir. Kürd tayfa rəislərinin oğulları bu şəraitdən istifadə etmiş və Tehran şəhərindəki sürgünlərindən qaçmışdır. Kürd tayfa rəisi olan Həmə Rəşid Sərdəşt, Banə və Mərivan şəhərlərini ələ keçirmişdir. O və onun qüvvələri 1944-cü ilin payızında İran qoşunları tərəfindən məğlub edilmişdir. Məhabad Cümhuriyyəti İran İkinci Dünya müharibəsində öz neytrallığı bəyan etsə də, antihitler koalisiyası tərəfindən işğal olunmuşdu. Azərbaycan böhranı zamanı, SSRİ-nin dəstəyi ilə 1946-cı ildə Qazı Məhəmmədin öndərliyi altındakı Komeley Ciyanevey Kürd hərəkatı tərəfindən Məhabad şəhərində respublika təsis olunmuşdur. Bu kiçik ölkə Məhabad, Bükan, Piranşəhər və Üşnəviyyə şəhərlərini əhatə etdiyindən ölkənin varlığını bütün İran kürdləri dəstəkləmirdi. Məhabad Cümhuriyyəti bir ildən az bir müddətdə mövcud olmuşdur. Sovet qüvvələrini bu zaman regiondan çəkilmiş və mərkəzi İran hökumətinin qüvvələrinin seperatçıları məğlub etməsinə icazə vermişdir. İran İslam inqilabı Kürd siyasi təşkilatlar şaha qarşı bir inqilabı böyük maraq ilə dəstəkləyirdilər. Bu inqilab 1979-cu ilin fevral ayında Ayətullah Xamneyini ölkənin başçısına çevirmişdir. Şah kürdlərin muxtariyyət əldə etmək və mərkəzi hökumətin onların daxili işlərinə daha az qarışmasına nail olmaq səylərinə qarşı çıxmışdır. Şah rejimi hakimiyyətdə olan farslardan bir qədər fərqli bir dilə və mədəniyyətə sahib kürdlərin xarici qüvvələr tərəfindən sui-istifadə olunacağına inanırdı. Bu böhran 1979-cu ildə kürdlərə yeni konstitusiyanın yazılmasından məsul olan "Mütəxəssislər şurası"nda yer vərilməməsindən sonra daha da dərinləşmişdi. Ayətullah Xamneyini Əbdül Rəhman Qasımlını bu şuranın birinci yığıncağına qoşulmasına imkan verməmişdir.Pəhləvi sülaləsinin süquta uğramasından sonra İran Kürdüstanında milliyətçilik dalğası yayılmağa başlamış, hətta inqilab əleyhinə üsyanlar qaldırılmışdır. 1979-cu ilin əvvəllərində kürd fraksiyalar ilə İran inqilabi hökumətinin qüvvələri arasında hərbi münaqişə başlamışdır. Kürd silahlı dəstələri əsasən İran Kürdüstanının Demokratik Partiyası və solçu İran Kürdüstanı Komalə Partiyasından təşkil olunmuşdu.1979-cu ilin dekabr ayında səsləndirdiyi nitqdə Əli Xamenei etnik azlıqlar anlayışının İslam doktrinasına qarşı olduğunu vurğulamışdır. O həmçinin, "Müsəlman ölkələrinin birləşməsini görmək istəməyənlər"i etnik azlıqlar arasında milliyətçilik problemləri yaratmaq ilə günahkarlandırmışdır. Onun bu düşüncələri ruhani rəhbərlik tərəfindən dəstəklənmişdir. 1996-cı il hadisələri 2 dekabr 1996-cı ildə görkəmli sünni ruhanisi Molla Məhəmməd Rabiyeyin ölümü şəhərində sünni kürdlər ilə hüquq-mühafizə qüvvələri arasında şiddətli döyüşlərə səbəb olmuşdur. Molla Rabiyey Kirmanşah şəhərindəki Əl-Şəfeyi məscidində imam idi. Mitinqlər daha üç gün davam etmiş və Kürdüstan ostanında yerləşən başqa şəhər və qəsəbələrə yayılmışdır. Xatəmi dövrü 1997-ci ildə keçirilən İran prezident seçkilərində sünni kürdlər də iştirak etmişdir. Həm mülki, həm də ki hərbi kürd müxalif qrupları kürdlərdən xahiş etmişdir ki, seçkilərə "laqeyd yanaşmasın"lar. Prezident Məhəmməd Hatəmi kürd mədəniyyətinin və tarixini tərifləmişdi. Kürdlərin bu vaxtlardakı tələbləri əsasən kürd dili və yüksək vəzifəli səlahiyyətliləri ilə bağlı idi. Hatəmi birinci prezidentlik dövründə Abdulla Ramazanzadəni Kürdüstan ostanının birinci kürd qubernatoru təyin etmişdir. O həmçinin, bir neçə sünni və şiə kürdü öz və ya kabinet üzvlərinin məsləhətçiləri kimi işə almışdır. Hatəmi ikinci prezidentlik dövründə kabinet üzvlüyünə iki dənə kürd əsilli şiə siyasətçini təyin etmişdir. Altıncı parlamentə 18 kürd siyasətçi seçilmişdi. Kürdüstan və Kirmanşah ostanlarını təmsil edən 40 nəfərlik parlament fraksiyası təsis edilmişdir. 1999-cu il hadisələri 1999-cu ilin fevral ayında kürd milliyətçilər Məhabad, Sənəndəc və Kirmanşah kimi bir neçə şəhərin küçələrinə çıxmış və İran hökuməti əleyhinə, Abdullah Öcalan lehinə mitinqlər keçirdilər. Bu, sərhədlərarası kürd hərəkatı olaraq dəyərləndirilmişdir. Bu mitinqlər hökumət qüvvələri tərəfindən şiddətli şəkildə yatırılmışdır. İnsan hüquqları üzrə ixtisaslaşmış müxtəlif qruplara görə, ən azı 20 nəfər öldürülmüşdür. 2005-ci il hadisələri 9 iyul 2005-ci ildə kürd müxalifətçi fəal Şirvan Qədiri və daha iki kürd əsilli şəxs İran hüquq-mühafizə işçiləri tərəfindən Məhabad şəhərində qətlə yetirilmişdir. Növbəti altı həftə Məhabad, Piranşəhr, Sənəndəc, Sərdəşt, Üşnəviyyə, Banə, Saqqız kimi kürd əhaliyə sahib şəhər, qəsəbə və kəndlərdə iğtişaşlar və mitinqlər təşkil olunmuşdur. Bu iğtişaşlarda onlarla insan öldürülmüş və yaralanmışdır, yüzlərlə insan isə həbs edilmişdir. 13 mart 2006-cı ildə İran insan hüquqları vəkili, Şirvan Qədirinin hüquqşünası Saleh Nikbəxt Qədirinin qatilinin bir hüquq-mühafizə işçisi olduğunu və onun qanunsuzcasına öldürüldüyünü açıqlamışdır. O həmçinin, qatil və qətl əmirini verən ilə yerli məhkəmə sisteminin əməkdaşlıq etdiyini qeyd etmişdir. Xarici keçidlər Ethnic groups and the state: Azaris, Kurds and Baluch of Iran, by R. Farzanfar, PhD Dissertation, Massachusetts Institute of Technology, Dept. of Political Science, 1992 PJAK Intensifies Its Struggle for Iranian Kurdistan by Chris Zambelis Human Rights Watch report on ethnic minorities Status of the Kurds in Iranian Kurdistan The tragedy of being Kurd in Iran, by Ali Reza Nourizadeh Photography of Kurdistan Kurdistanica, Encyclopedia of Kurdistan Kurdish Academy of Language (KAL) | https://az.wikipedia.org/w/index.php?curid=599564 |
Şərqi London Universiteti | Şərqi London Universiteti (ing. University of East London) (UEL) — Londonda tanınmış dövlət ali məktəblərindən biri. Məşhur məzunları Sonam Kapur - Bollivud aktrisası Xarici keçidlər uel.ac.uk — Şərqi London Universitetinin rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=519135 |
Şərqi Makedoniya və Frakiya | Şərqi Makedoniya və Frakiya (yun. Περιφέρεια Ανατολικής Μακεδονίας και Θράκης) — periferiya, Yunanıstanın inzibati-ərazi vahidi. Kallikratis proqramına əsasən 2011-ci ildə Makedoniya — Frakiya desentralizasiya idarəsinə daxildir . Tərkibinə tarixi ərazi olan Makedoniyanın şərq hissəsi, Qərbi Frakiya tarixi ərazisi, Tasos və Samotraki adaları daxildir. Əhalisi 608.182 nəfərdir. Sahəsi 14.157,75 km². Sıxlığı 42,96 nəf/km². Periferiyanın inzibati mərkəzi — Komotini şəhəridir, ən böyük şəhəri — Aleksandrupolis. İnzibati bölgüsü Periferiya 6 periferiya vahidinə və 22 icmaya bölünür. | https://az.wikipedia.org/w/index.php?curid=66976 |
Şərqi Misir və Levantın bədəvi dialekti | Şərqi Misir və Levantın bədəvi dialekti (ərəb. اللهجة البدوية) — ərəb dilinin Sinay yarımadasında, İordaniyada, İsraildə, Qəzzə zolağında, İordan çayının qərb sahilində və Suriyada bədəvilər tərəfindən danışılan növlərindən biri.Sözügedən bədəvi dialektləri: Şimal-şərqi Misirin bədəvi dialekti; Cənubi Levantın bədəvi dialekti; Şimali Levantın bədəvi dialekti. | https://az.wikipedia.org/w/index.php?curid=799332 |
Şərqi Miyo | Şərqi Miyo (fr. Millau-Est) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1217. Şərqi Miyo kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Miyo kommunasıdır. Kantonun kommunları 2006-cı ildə əhalinin sayı 9 331 nəfər təşkil edirdi. Həmçinin bax Fransa rayonlarının siyahısı Xarici keçidlər INSEE saytında Averon departamentinin kommunalarının əhalisi Şərqi Miyo kantonunun Fransada yerləşməsi - xəritə | https://az.wikipedia.org/w/index.php?curid=604537 |
Şərqi Nortbruk | Əvvəlcə Nortbruk adası tək bir ada hesab olunurdu. Əvvəllər buzlaqla bağlanmış Qərbi və Şərqi Nortbruk arasındakı boğazı 1985-ci ildə “Kapitan Dranitsın” buzqıran gəmisində tarixi-arxeoloji ekspedisiyanın üzvü Rostislav Qaydovski kəşf edib. Ekspedisiya boğaza Qaydovskinin adını , adalara isə Qərbi Nortbruk və Şərqi Nortbruk adlarını vermək qərarına gəlib. Bu barədə Ümumittifaq Coğrafiya Cəmiyyətinə hesabat göndərilmiş, lakin cavabsız qalmışdır. 2006-cı ildə Stanislav Rumyantsev (Frans-İosif Torpağı vasitəsilə Şimal qütbünə turist səfərləri həyata keçirən "Yamal" nüvə buzqıran gəmisinin kapitanı) Nortbrook adasının boğaz tərəfindən iki hissəyə bölündüyünü bildirir. 2007-ci ildə Frityof Nansen və Yalmar Yohansenin izi ilə Nortbruk adasındakı Flora burnuna xatirə ekspedisiyasına çıxan Borqe Ousland (Norveç) və Tomas Ulrix (İsveçrə) də adanın bölündüyünü görüb Rusiyaya məktub göndərirlər. Norveçdəki səfirlik yeni adanın kəşfi ilə bağlı bəyanatla adanın Yalmar Yohansenin adının verilməsini təklif edir. 2008-ci ildə Arktika-2008 ekspedisiyasının bir hissəsi olaraq Nortbrukda yeni bir adanın varlığını yoxlamaq tapşırığı ilə iki hidroqraf Akademik Fedorov elmi gəmisi ilə yola düşür, lakin hava şəraiti səbəbindən bu iş tamamlanmır. Arxangelsk Regional Məclisinin qərarı ilə ada sualtı gəmi ilə Şimal qütbünə ilk çatan kapitan Yuri Kuçiyevin xatirəsinə adlandırılır. Bununla belə, Regional Məclisin yeni aşkar edilmiş coğrafi obyektlərə ad vermək hüququ yox idi. 2012-ci ildə Rusiya Arktika Milli Parkının hərtərəfli ekspedisiyası zamanı boğazın ilkin təsviri aparılır. Ekspedisiyanın üzvləri qərb və şərq tərəfdən onun sahillərini gəzmiş, sahilləri təsvir etmiş, naviqasiya xüsusiyyətlərini öyrənmiş, GPS koordinatlarını götürmüş və fotoşəkillər çəkmişlər. Həmin il Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun Yüksək Enlik Ekspedisiyasının hidroqrafları boğazın havadan şəklini çəkmiş, hamarlama tədqiqatı aparmış və GPS-dən istifadə edərək sahil xəttinin koordinatlarını qeyd etmişlər. Qərbi Nortbruk və Şərqi Nortbruk adalarının son adı "Coğrafi obyektlərin adları haqqında" Federal Qanuna uyğun olaraq və Arxangelsk Regional Deputatlar Məclisinin təklifi əsasında Rusiya Federasiyası Hökumətinin 19 oktyabr 2020-ci il tarixli qərarı ilə təsis edilmişdir. Coğrafiyası Şimal ucqar nöqtəsi — Laqernıy burnu. Şərq ucqar nöqtəsi — Barens burnu.Nortbruk adasından şimal-qərbdə Bryus və Uinvord adaları yerləşir. Mayersa boğazı ilə ayrılırlar. Şərqində İton adası və Eteric adaları yerləşir. Burada De-Bryoyne boğazı yerləşir. Robertson adası - elədə böyük olmayan ada, 1 km uzunluğa malikdir. Qərbi Nortbruk — Nortburk adasından cənub-qərbində yerləşir. Ada 2008-ci ildə Yamal buzqıran gəmisi ilə edilən ekspedisiyası zamanı aşkarlanmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=442392 |
Şərqi Ortodoks Kilsəsi | Şərqi Ortodoks Kilsəsi — xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988-ci ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans İmperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərdə hər biri öz hökmdarına tabe olan avtokefal pravoslavlıq kilsələri yaranmışdır. Ona görə də pravoslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Şərqi pravoslav kilsəsi mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid tanrıya etiqad etməlidir. Azərbaycanda pravoslav kilsələri 1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralıının (1907-ci ildə inşa edilmişdir) binası Rus pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir. Avtokefal kilsələri Həmçinin bax Antixalkidon kilsələri | https://az.wikipedia.org/w/index.php?curid=59799 |
Şərqi Pakistan | Şərqi Pakistan (benq. পূর্ব পাকিস্তান urdu مشرقی پاکستان, hal-hazırda Banqladeş) — 1955-ci ildən 1971-ci ilə qədər, Cənubi Asiyanın şimal-şərqində Benqal vilayətində mövcud olmuş Pakistanın əyalət dövləti.1947-ci ildə Hindistanın parçalanması zamanı Britaniya imperiyası Benqal vilayətini müsəlmanların çoxluq təşkil etdiyi Şərqi və əksəriyyətini hindlilərin təşkil etdiyi Qərbi Benqala böldü. Xarici keçidlər Banqladeş hökuməti Pakistan hökuməti | https://az.wikipedia.org/w/index.php?curid=447498 |
Şərqi Pireney | Şərqi Pireney (fr. Pyrénées-Orientales) — Fransanın cənubunda Oksitaniya regionunun daxilində yerləşən departament. Fransa departamentlərinin sıra sayına görə Şərqi Pireney 67-ci sırada yer almışdır. 2010-cu ilin departamentlər arasındakı siyahıya alınmasına əsasən əhalinin sayı 457.238 nəfərə çatmışdır. Coğrafiyası Departament ərazisi 4116 km²-dir. Pireney sistemində, şərq hissəsi Aralıq dənizi ilə, cənubda isə İspaniya ilə sərhəddədir. Departamentə 3 rayon, 31 kanton və 226 kommuna daxildir. Şərqi Pireney, 1790-cı ilin mart ayında yaradılmış ilk 83 departamentdən biridir. Katalan dili bu ərazidə geniş yayılmış və buna görə də departament çox zamalar Katalon torpaqları adlanmışdır. Xarici keçidlər General Council of Pyrénées-Orientales L’Indépendant Perpignan — tout va bien Vilaweb Catalunya Nord Arxivləşdirilib 2008-10-10 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=569173 |
Şərqi Polesye | Şərqi Polesye — Belarus Respublikasının tarixi-etnoqrafik regionu. Respublikanın cənub-şərq hissəsində yerləşir. Polesye düzənliyinin böyük hissəsini əhatə edir. Regiona Qomel, Minsk və Brest vilayətlərinin əraziləri daxildir. Region şərqdən Podnepr (Dneprin sağ sahili və Berezinenin aşağı axarları), şimaldan Mərkəzi Belarus (Pariçi-Lyuban-Starobin-Çudin xətti üzrə), qərbdən Qərbi Polesye ilə həmsərhəddir. Şimaldan region suayrcı xətlə Mərkəzi Belarusun meşəli düzənliklərində ayrılır. Belarus dilinin mozır dialektinə məxsusdur. Regionda etnik baxımdan polyanilər (şimalda) və poleşukilər (cənubda) məskunlaşmış. Dəmir dövründə Şərqi Polesye miloqrad mədəniyyətinin (E.ə. III-VII) və zarubines mədəniyyətinin (E.ə. III- V əsr) əsas ərazisi hesab olunur VIII-IX əsrlədə Şərqi Polesye ərazisində dreqoviçlər məskunlaşmış və özlərinin siyasi birliyinə məxsus idilər. IX əsrdə onlar şimala, Berezini hövzəsinin yuxarı axarlarına gəlib çatdılar. Qərbdən isə Nmenaın sol sahilinə çatdılar. Onlar orada yatvyaqlarla qarşılaşdılar və sonuncuların slavyanlaşmasına səbəb oldular. XII-XIII əsrlərdə Şərqi Polesyanın əsas əraziləri Turovski knyazlığının tərkibinə daxil oldu. Mozır Polesyesi isə Kiev knyazlığına aid idi. Reç Pospolitanın ikinci parçalanmasından (1793) sonra Şərqi Polesye Minsk quberniyasının tərkibinə qatıldı. Təsərrüfat xüsusiyyətləri Şərqi Polesyenin relyefində yüksəkliklər bataqlıqlaşmış düzənliklərlə növbələşir. Son dövrlərə kimi regionun böyük hissəsini açıq bataqlıqlar tuturdu. Geniş parçalanmış ərazilər, bataqlıqlaşmış torpaqlar məskunlaşmaya və təsərrüfatın formalaşmasına güclü təsir göstərir. Region əhalisinin ənənəvi məşğuliyyət sahəsi əkinçilik və maldarlıqdır. Bununla yanaşı balıqçılıq, arıçılıq və sənətkarlıq geniş yayılıb. Məskunlaşma formaları Kənd yaşayış məntəqələri ərazidə qeyri-bərabər yayılmış. Ən sıx məskunlaşma Xoynikski-Braqinski və Yuroviçski yüksəkliklərində, Mozır tirəsində, qərbdə isə Turovski meşəli düzənliyindədir. | https://az.wikipedia.org/w/index.php?curid=592018 |
Şərqi Prussiya | Şərqi Prussiya (alm. Ostpreußen, pol. Prusy Wschodnie, lit. Rytų Prūsija) — Prussiyanın tarixi vilayəti. Şimali Alman İttifaqının keçmiş üzvü. Almaniya imperiyasının aqrar bölgəsi. 1945-ci ildə Potsdam konfransının qərarı ilə Köniqsberq şəhəri daxlolmaqla ücdə bir hissəsi SSRİ-yə verildi, hal-hazırda Rusiyanın anklav vilayətidir. Şərqi Prussiyanın üçdə iki hissəsi həmin Potsdam konfransının qərarı ilə Litva və Polşa arasında bölünüb və hal-hazırda o dövlətlərin bir hissəsidir. | https://az.wikipedia.org/w/index.php?curid=155168 |
Şərqi Prussiya hücumu | Şərqi Prussiya hücumu - II. Dünya Müharibəsi Şərq Cəbhəsində, Qızıl Ordunun Alman qüvvələrinə qarşı həyata keçirdiyi strateji hücumdur. Sovet hücumu 13 Yanvar 1945-ci il tarixində başlamış, bəzi Alman qoşunları 9 May 1945-ə qədər müqavimətə davam etdisə də, 25 Aprel 1945 tarixində məqsədinə çatmışdı. Qızıl Ordunun parlaq qələbəsi ilə nəticələnən Köniqsberq döyüşü ümumi hücumun mühüm bir hissəsidir. Alman tarixçilər Şərqi Prussiya Hücumunu 2-ci Şərqi Prussiya Hücumu kimi adlandırırlar. Gumbinnen Hərəkatı kimi də tanınan Birinci Şərqi Prussiya Hücumu, əsasən 1-ci Pribaltika Cəbhəsinin Memel Hücumunun bir hissəsi olaraq General Çernyaxovskiy komandanlığı altındakı 3-cü Belarus Cəbhəsinin qüvvələri tərəfindən 16 - 27 Oktyabr 1944-cü il tarixləri arasında həyata keçirilmiş bir hərəkatdır. Bu hərəkatda Sovet qoşunları Şərqi Prussiya və Polşada 30 - 60 km. dərinlikdə irəlilədilər, amma ağır itkilərə məruz qaldılar. Bu halda döyüş, cəbhə xəttində daha geniş ehtiyatlar toplanana qədər təxirə salınıb. | https://az.wikipedia.org/w/index.php?curid=406112 |
Şərqi Pəncab Vikipediyası | Pəncab Vikipediyası, Vikipediyanın Pəncab dilində olan versiyasıdır. 10 mart 2024 tarixinə qədər, Pəncab Vikipediyasının 52.367 məqaləsi, 49.113 istifadəçisi və 10 idarəçisi mövcuddur. Yarandığı gündən hal-hazırkı dövrə qədər 734.558 dəfə redaktə edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=777407 |
Şərqi Qaraxanilər dövləti | Şərqi Qaraxanlılar dövləti — Qaraxanilər dövlətinin iki yerə parçalanmasından sonra yaranan türk qurumu. Qaraxanlı dövləti ikiyə ayrılandan sonra Böyük xaqan kimi tanınan Şərəfüddövle ləqəbli Əbu Şüca Süleyman ibn Yusif mərkəzi Balasagun və Qaşqarı özünə saxlayıb, qardaşlarından Buğra xan Məhəmmədə Taraz ilə İsficabı, Mahmuda isə Arslan Tigin ləqəbiylə birlikdə ölkənin şərqini verdi. Qaraxanlı dövlətləri arasında sərhəd anlaşmazlığından döyüşlər davam edirdi. Şərqi Qaraxanlı dövlətinin paytaxtı Balasagun idi. İlk dövrlərdə şərqdən gələn köçəri Türklər ölkə ərazisinə qəbul edildi və İslamiyyətə girmələri təmin edildi. Bu sırada Böyük Səlcuq dövləti güclənməkdəydi. Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdı. Süleyman Arslan xan – xan (1032—1055) II Məhəmməd Buğra xan – xan (1055—1057). I İbrahim Buğra xan – xan (1057—1059). Mahmud Toğrul xan – xan (1059—1074). Ömər Toğrul xan – xan (1074—1075). II Harun Buğra xan – xan (1075—1102). Əhməd Arslan xan – xan (1102—1130). II İbrahim Buğra xan – xan (1130—1156) III Məhəmməd Buğra xan – xan (1156—1180). II Yusif Tamğaç xan – xan 1180—1205). IV Məhəmməd Buğra xan – xan (1205-1211) | https://az.wikipedia.org/w/index.php?curid=799279 |
Şərqi Qaraxanlılar dövləti | Şərqi Qaraxanlılar dövləti — Qaraxanilər dövlətinin iki yerə parçalanmasından sonra yaranan türk qurumu. Qaraxanlı dövləti ikiyə ayrılandan sonra Böyük xaqan kimi tanınan Şərəfüddövle ləqəbli Əbu Şüca Süleyman ibn Yusif mərkəzi Balasagun və Qaşqarı özünə saxlayıb, qardaşlarından Buğra xan Məhəmmədə Taraz ilə İsficabı, Mahmuda isə Arslan Tigin ləqəbiylə birlikdə ölkənin şərqini verdi. Qaraxanlı dövlətləri arasında sərhəd anlaşmazlığından döyüşlər davam edirdi. Şərqi Qaraxanlı dövlətinin paytaxtı Balasagun idi. İlk dövrlərdə şərqdən gələn köçəri Türklər ölkə ərazisinə qəbul edildi və İslamiyyətə girmələri təmin edildi. Bu sırada Böyük Səlcuq dövləti güclənməkdəydi. Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdı. Süleyman Arslan xan – xan (1032—1055) II Məhəmməd Buğra xan – xan (1055—1057). I İbrahim Buğra xan – xan (1057—1059). Mahmud Toğrul xan – xan (1059—1074). Ömər Toğrul xan – xan (1074—1075). II Harun Buğra xan – xan (1075—1102). Əhməd Arslan xan – xan (1102—1130). II İbrahim Buğra xan – xan (1130—1156) III Məhəmməd Buğra xan – xan (1156—1180). II Yusif Tamğaç xan – xan 1180—1205). IV Məhəmməd Buğra xan – xan (1205-1211) | https://az.wikipedia.org/w/index.php?curid=166040 |
Şərqi Qazaxıstan | Şimalda Rusiya, şərqdə isə Çin ilə həmsərhəddir. Şərqi Qazaxıstan orta juz qazaxlarının yaşadıqları ərazidir.Şərqi Qazaxıstan 1932-1933-cü illərdəki aclıqdan ən çox zülm çəkən region idi. Orada yaşayan qazaxların sayı 64,5% azalmışdı. | https://az.wikipedia.org/w/index.php?curid=404407 |
Şərqi Qazaxıstan Texniki Universiteti | Daulet Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti — Qazaxıstanın metallurgiya, maşınqayırma, enerji, memarlıq və inşaat, nəqliyyat, informasiya sistemləri sahələrində mütəxəssislər və eyni zamanda peşəkar iqtisadçılar hazırlayan aparıcı texniki universitetlərindən biridir. Dərslər əyani və qiyabi olaraq aparılır, universitet həm də sürətləndirilmiş təhsil proqramları, məsafəli texnologiyalardan istifadə təklif edir. 1958 il Ust-Kamenoqorsk Yol İnşaat İnstitutu SSRİ Nazirlər Sovetinin 5 avqust 866 saylı və Qazaxıstan SSR Nazirlər Sovetinin 30 avqust tarixli 765 saylı Qərarı ilə təşkil edilmişdir. Daulet Serikbayev adına ŞQTU-nin ilk rektoru təyin edildi. Şərqi Qazaxıstan vilayətində texniki universitetin açılması, Şərqi Qazaxıstanda iqtisadiyyatın sürətli inkişafı və onu təmin etmək üçün təcili olaraq mühəndis və texniki kadrlara ehtiyacı ilə obyektiv olaraq əvvəlcədən təyin edilmişdir. Təhsil binalarının, tələbə yataqxanalarının, idman meydançalarının və yaşayış binalarının yerləşdirilməsi üçün şəhər Deputatlar Şurası İrtış sahillərində 66 hektar sahə ayırmışdı. İlk illərdə universitet, ona verilmiş inşaat texnikumunun tədris binasında, Kazqiprotsvet dizayn institutunun inzibati binasında yerləşirdi və tələbələr 400 yerlik Vostokmaşzavod yataqxanasında yaşayırdılar. Sənaye və mülki inşaat, beton və dəmir-beton məmulatları və konstruksiyalarının istehsalı, yol tikinti maşınları və avadanlıqları, magistral yollar və yol nəqliyyatının istismarı ixtisaslarına 100 nəfər əyani tələbə, 75 nəfər qiyabi tələbə olmaqla 175 nəfər qəbul edilmişdir. İnstitutun strukturuna 8 kafedra daxil idi: Marksizm-Leninizm, Kimya, Ali Riyaziyyat, Fizika, Təsviri Həndəsə və Qrafika, Nəzəri Mexanika, Struktur Mexanika, Geodeziya, bunlar arasında 3 elmlər namizədi və 10 laboratoriya köməkçisi olmaqla 13 müəllim çalışırdı. 1959-cu ildə inşaat və avtomekanika fakültələrinin təşkili ilə əlaqədar olaraq yeni açılan metal texnologiyası və xüsusi hazırlıq kafedraları, həmçinin inşaat mexanikası, nəzəri mexanika, ali riyaziyyat, marksizm-leninizm kafedraları avtomatika fakültəsinə, istirahət tikinti fakültəsinin bir hissəsi oldu. Xarici keçidlər Şərqi Qazaxıstan Texniki Universiteti | https://az.wikipedia.org/w/index.php?curid=711191 |
Şərqi Qazaxıstan vilayəti | Rusiya Federasiyasının iki, ÇXR-in bir və Qazaxıstanın üç əyaləti ilə həmsərhəddir: şimalda — Altay diyarı və Altay Respublikası; şərqdə — Sincan-Uyğur Muxtar Rayonu; cənubda — Almati Qazaxıstan əyaləti; qərbdə — Qazaxıstanın Qaraqanda əyaləti; cənub qərbdə — Qazaxıstanın Pavlodar vilayəti. Hidroqrafiya Qazaxıstanın bütün su ehtiyatlarının 40 %-i Şərqi Qazaxıstan əyalətində cəmlənmişdir. Əyalətin ərazisindən axan 885 çayın uzunluğu 10 km-dən artıqdır. İnzibati bölgüsü 15 rayonAbay rayonu Ayagöz rayonu Besqarağay rayonu Borodulixa rayonu Qlubokoye rayonu Jarma rayonu Zaysan rayonu Zıryan rayonu Qatonqarağay rayonu Kökpekti rayonu Kurşim rayonu Tarbağatay rayonu Ulan rayonu Urjar rayonu Şemonaixa rayonu4 şəhər | https://az.wikipedia.org/w/index.php?curid=332279 |
Şərqi Qazaxıstan əyaləti | Rusiya Federasiyasının iki, ÇXR-in bir və Qazaxıstanın üç əyaləti ilə həmsərhəddir: şimalda — Altay diyarı və Altay Respublikası; şərqdə — Sincan-Uyğur Muxtar Rayonu; cənubda — Almati Qazaxıstan əyaləti; qərbdə — Qazaxıstanın Qaraqanda əyaləti; cənub qərbdə — Qazaxıstanın Pavlodar vilayəti. Hidroqrafiya Qazaxıstanın bütün su ehtiyatlarının 40 %-i Şərqi Qazaxıstan əyalətində cəmlənmişdir. Əyalətin ərazisindən axan 885 çayın uzunluğu 10 km-dən artıqdır. İnzibati bölgüsü 15 rayonAbay rayonu Ayagöz rayonu Besqarağay rayonu Borodulixa rayonu Qlubokoye rayonu Jarma rayonu Zaysan rayonu Zıryan rayonu Qatonqarağay rayonu Kökpekti rayonu Kurşim rayonu Tarbağatay rayonu Ulan rayonu Urjar rayonu Şemonaixa rayonu4 şəhər | https://az.wikipedia.org/w/index.php?curid=402898 |
Şərqi Qrenlandiya cərəyanı | Şərqi Qrenlandiya cərəyanı — Şimal Buzlu okeandan keçən soyuq dəniz cərəyanı. Cərəyan əvvəlcə Qrenlandiya adasının şərq sahilləri boyunca cənuba istiqamətlənir. Buradan isə istiqamətini dəyişərək adanın qərbsahilləri ilə şimala yönəlir. Arktikanın buzlarını okeana dağıdır. Bəzən onlar arasında iri aysberqlər belə olur. Cərəyanın sürəti 0,9–1,2 km/s. Duzluluğu 32,0–33,0 ‰ təşkil edir. Suyunun temperaturu 2,4 °C olur. | https://az.wikipedia.org/w/index.php?curid=521374 |
Şərqi Qüds | Şərqi Qüds və ya Şərqi Yerusəlim ( Ərəbcə : Ərəbcə : القدس الشرقية , Əl-Qudlar Ash-Sharqiya ; İbrani , Mizraḥ Yerushalayim ) , Qərb sektorundan fərqli olaraq 1948 Ərəb-İsrail müharibəsi əsnasında İordaniya tərəfindən işğal edilmiş Yerusəlimin sektorudur şəhərin, İsrail tərəfindən işğal edilmiş Qərbi Qüds . 1967-ci il Ərəb-İsrail müharibəsindən bəri Şərqi Qüds beynəlxalq ictimaiyyət tərəfindən İsrail tərəfindən işğal edilmiş hesab olunur . Bu əraziyə Qüdsün Köhnə Şəhəri və İudaizm , Xristianlıq və İslamın ən müqəddəs yerlərindən bəziləri , məsələn, Məbəd dağı , Qərb divarı , əl-Əqsa məscidi , Qaya günbəzi və Müqəddəs Qəbiristanlıq Kilsəsi daxildir. eləcə də bir sıra qonşu məhəllələr. İsrail və Fələstin tərifləri fərqlidir. Fələstinin rəsmi mövqeyi 1949-cu il atəşkəs sazişlərinə əsaslanır, İsrailin mövqeyi isə əsasən Qüdsün mövcud bələdiyyə sərhədlərinə əsaslanır. Bunlar 1967-ci ilin İyun Altı Günlük Müharibədən bəri İsrail bələdiyyə orqanlarının qərar verdiyi bir sıra inzibati genişlənmələrlə müəyyən edilib . Adına baxmayaraq, Şərqi Qüds İçəri Şəhərin şimalında, şərqində və cənubunda və terminin daha geniş tərifində, hətta Qərbi Qüdsün bütün bu tərəflərindəki məhəllələri əhatə edir. Beynəlxalq ictimaiyyət Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrini beynəlxalq hüquqa uyğun olaraq qeyri-qanuni hesab edir . İsrail bu şərhə etiraz edir. 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı Qüds İordaniya və İsrail arasında mübahisəli idi. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra iki ölkə gizli şəkildə şəhərin bölünməsi ilə bağlı danışıqlar apardılar, şərq sektoru İordaniyanın hakimiyyəti altına keçdi. Bu tənzimləmə 1949-cu ilin martında Rodos müqaviləsində rəsmiləşdirildi David Ben-Qurion 1949-cu ilin dekabrında partiyasının “Yəhudi Qüdsü İsrail Dövlətinin üzvi, ayrılmaz hissəsidir” iddiasını təqdim etdi və İordaniya növbəti il Şərqi Qüdsü ilhaq etdi. Bu qərarlar müvafiq olaraq 1950-ci ilin yanvarında İsrail Knessetində və 1950-ci ilin aprelində İordaniya Parlamentində təsdiqləndi. 1967-ci il Altı Günlük Müharibədən sonra İsrail tərəfindən işğal edildikdə, sərhədləri genişləndirilmiş Şərqi Qüds ərazisinə keçdi. birbaşa İsrail hakimiyyəti, təsirli de-fakto ilhaq . Baş Assambleyanın yekdilliklə qəbul etdiyi qətnamədə Birləşmiş Millətlər Təşkilatışəhərin statusunu dəyişdirən tədbirləri qüvvədən salıb. Fələstin Azadlıq Təşkilatının (FAT) 1988-ci il tarixli Fələstin Müstəqillik Bəyannaməsində Qüds Fələstin Dövlətinin paytaxtı olaraq göstərilir . 2000-ci ildə Fələstin Muxtariyyəti Qüdsü paytaxtı elan edən qanun qəbul etdi və 2002-ci ilin oktyabrında bu qanun sədr Yasir Ərəfat tərəfindən təsdiqləndi . O vaxtdan bəri İsrail Şərqi Qüdsdə Fələstin Təhlükəsizliyi Təşkilatına bağlı bütün ofisləri və QHT təşkilatlarını bağladı və Oslo razılaşmalarının Fələstin Milli Administrasiyasının Qüdsdə fəaliyyət göstərməsinə icazə vermədiyini söylədi . İslam Əməkdaşlıq Təşkilatı(İƏT) 13 dekabr 2017-ci ildə Şərqi Qüdsü Fələstin Dövlətinin paytaxtı kimi tanıyıb. 2017-ci ildə Donald Tramp ABŞ prezidenti olduqdan sonra Şərqi Qüdsdə İsrail yaşayış məntəqələrində tikinti üçün verilən tikinti icazələrinin illik sayı 60% artıb . 1991-ci ildən bəri Şərqi Qüdsdə sakinlərin əksəriyyətini təşkil edən fələstinlilər cəmi 30 icazə alıb. Etimologiya 27 iyun 1967-ci ildə İsrail Qərbi Qüdsün bələdiyyə sərhədlərini genişləndirdi ki, İordaniyanın Şərqi Qüdsü (6 km 2 (2,3 sq mi) daxil olmaqla, bu gün Şərqi Qüds olaraq adlandırılan Qərb Sahilinin təxminən 70 km 2 (27,0 kv mi) ərazisini əhatə etsin . ) ) və Bethlehem və Beit Jala bələdiyyələrinin 28 kəndi və ərazisi 64 km 2 (25 kv mi). Şərqi Yerusəlim ingilis dilində tanış termindir. Ərəblər ingilis dilli rəsmi sənədlərdə ərəbdilli Fələstin əhalisinin üstünlük təşkil etdiyini vurğulayaraq bu ərazi üçün ərəb Qüdsü terminindən daha çox istifadə edirlər , israillilər isə genişlənmiş Qüdsün şərqindəki coğrafi mövqeyinə görə bu ərazini Şərqi Qüds adlandırırlar. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=295746 |
Şərqi Rennel | Şərq Rennell YUNESKO-nun Ümumdünya İrs mirası olaraq təyin olunan Solomon adalarındakı Rennell adasının cənub hissəsidir. Rennell dünyanın ən böyük mərcan atoludur və bir çox endemik növ Teqano gölü ətrafındakı Rennellin şərq hissəsindədir. 2013-cü ildə Ümumdünya İrs Komitəsi, Şərq Rennellini Ümumdünya İrsi mirasına daxil etdi. Rennell Qərbi Sakit okean bölgəsində yerləşir və Solomon adalarının cənubundadır, təqribən 86 ilə 15 km məsafədədir. Dünyadakı ən böyük mərcan atollu 37.000 hektar ərazini tutur. Ərazi sıx meşə ilə örtülmüşdür və adanın cənub mərkəzində bir vaxtlar atoll olan Teqano gölüdür vardır. Gölün səthi dəniz səviyyəsindədir və əsasən kələ-kötürdür. Şərqi Rennel qayalıqlarla əhatə olunmuş və bir sıra kiçik əhəng daşı adalarından ibarətdir. 1998-ci ildə Dünya İrsi mirası olaraq təyin olunan Şərqi Rennell adanın cənub ucundadır. Ərazi siklonlar tərəfindən zərər görməyə həssasdır və "elmi tədqiqat üçün əsl təbii laboratoriya" hesab olunur. Adanın Teqano gölü ətrafında dörd kənddə yaşayan səkkiz yüzə yaxın sakini var. Onların bütün əsas ehtiyaclarını təmin edən əkinçilər və balıqçılardır. Ərazinin idarəetmə planı 2007-ci ildə ənənəvi mədəni təcrübələrini və həyat tərzlərini davam etdirmək hüquqlarını tanıyan adalarla birlikdə işlənib tamamlandı. Flora və faunası Ada bir çox quş növünün yaşayışını təmin edən sıx meşə ilə örtülmüşdür. 2013-cü ildə YUNESKO Şərq Rennellini Təhlükədəki Dünya İrsi mirasına əlavə etdi. Adada əlli quş növü qeyd edilmişdir, bunlardan iyirmi biri endemikdir. Buna Teqano gölündə və dünyanın heç bir yerində tapılmayan endemik növ olan "Krokker" dəniz ilanıdır. 11 növ yarasa, 27 növ ilbiz və təxminən 730 növ böcək növü var ki, bunların bir çoxu bölgədə endemikdir. Ərazinin bəziləri endemik olmaqla 300 növdən çox diatom və yosunla zəngin bir florası var. | https://az.wikipedia.org/w/index.php?curid=629555 |
Şərqi Rodez | Şərqi Rodez (fr. Rodez-Est) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1228. Şərqi Rodez kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Rodez kommunasıdır. Kantonun kommunları 2006-cı ildə əhalinin sayı 14 395 nəfər təşkil edirdi. Həmçinin bax Fransa rayonlarının siyahısı Xarici keçidlər INSEE saytında Averon departamentinin kommunalarının əhalisi Şərqi Rodez kantonunun Fransada yerləşməsi - xəritə | https://az.wikipedia.org/w/index.php?curid=604539 |
Şərqi Roma imperiyası | Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi. Bizansın idarəçiləri özlərini Roma İmperatorluğunun gerçək mirasçıları olaraq qəbul edirdilər, lakin başqa tərəfdən də Roma ilə əlaqələrini də davam etdirdilər. Qərbi Roma İmperatorluğu kiçik dövlətlərə ayrılıb parçalanarkən, Bizans İmperatorluğu bütünlüyünü qorumağı bacardı. Beləliklə Bizans İmperatorluğu, klassik yunan və roma sivilizasiyalarının son mərkəzi oldu. Osmanlı İmperiyasının ərazilərinin genişlənməsindən sonra Bizans imperiyasının əlində demək olar ki, təkcə İstanbul qalmışdı. 1453-cü ildə II Mehmedin Konstantinopolu tutmasından sonra Bizans imperiyası süqut etdi. Bizans imperiyasının sahəsində ilk xaç yürüşü olmuşdur. Etimologiyası Sözün mənşəyi "Bizans imperiyası" adı tarixçilərin Şərqi Roma imperiyasına verdiyi addır və imperiyanın mövcud olduğu dövrdə heç bir mənbədə adı belə keçməmişdir. İmperiyanın yunanca adı "Basileia tön Romania" (Roma imperiyası) və ya sadəcə olaraq "Romania" idi. Şərqi Roma xalqı da özlərini romalı olaraq adlandırırdı. Türklər və ərəblər isə Rum sözünü istifadə edirdi. Qərbi Avropada imperiyanın adının ilk dəfə "Bizans" olaraq keçməyə başlanması alman tarixçi Hayronimus Volfun 1557-ci ildə "Corpus Historiae Byzantinæ" adlı əsəri ilə başlanmışdır. 1648-ci ildə "Byzantine du Louvre" ("Corpus Scriptorum Historiæ Byzantinæ") və 1680-ci ildə də Du Şarlın "Historia Byzantina" adlı əsərlərin yayımlanmasından sonra Şarl Lui Monteskyö kimi fransız maarifçilər arasında "Bizans" adı məşhurlaşmağa başladı. Daha əvvəllər Qərbi Avropada imperiya "Imperium Graecorum" (Yunanların İmperiyası) olaraq adlandırılırdı. Xüsusilə də 800-cü ildə Şarlmanın Papa III. Leo tərəfindən Müqəddəs Roma İmperatoru (Imperator Augustus) olaraq taclandırılmasından sonra Roma mirası mövzusunda rəqabət başlamışdı. Papalar ya da Qərbdəki idarəçilər Şərqi Roma imperatorlarından bəhs edən zaman "Imperator Romæorum" deyirdilər, çünki "Imperator Romanorum" adı Şarlman və onun xələflərinə aiddir. Bu səbəblərdən tarixçilər belə qənaətə gəlir ki, "Bizans" termininin istifadə olunmasında məqsəd, Müqəddəs Roma imperiyasının rəqibi Şərqi Roma imperiyasını tarix səhnəsindən silmək kimi düşünülür. Roma İmperatoru Mürtəd Yulianın dövründə (362–363) köhnə inancları geri qaytarmaq istənildi və xristianların fəaliyyətləri qadağan edildi. Yulianın ölümündən sonra xristianlıq yenidən güc qazandı. IV əsrdən başlayaraq Roma torpaqları barbar axınlarına məruz qaldı. I Feodosi (379–395) Romanı ələ keçirmək istəyən vestqotları Balkanlarda və Dunay çayının cənubuna doğru irəliləmələrinə mane oldu. Xristianlığı mənimsəyən I Feodosi Böyük Roma İmperatorluğunun Şərq və Qərb seqmentlərini idarə edən son imperator oldu. 395-ci ildə I Feodosi öldü və Roma İmperatorluğu iki hissəyə bölündü. Qərbi Roma İmperatorluğu torpaqlarına hücum edən vestqotlar 410-cu ildə Romanı ələ keçirdilər. Digər barbar qövmlərdən vandallar Şimal Afrikanı, İspaniyanı və İtaliyanı yağmaladılar. Barbar axınlarının ardı-arası kəsilmədi və V əsrin sonlarında germanlar Qərbi Roma İmperatorluğunu süquta uğratdılar. Bizans İmperatorluğu isə bu hücumlara müqavimət göstərə bildi. Balkanlarda slavyanları, şərqdə də sasaniləri məğlubiyyətə uğratdı. Bizans İmperatoru I Yustinian (527–565) uzun sürən iqtidarı dövründə Şimali Afrika, İtaliya və Şərqi İspaniyanı yenidən ələ keçirdi. Sasani şahıyla sülh bağlayaraq şərq sərhədlərini qorudu. Lakin ölkənin daxilindəki siyasi və dini münaqişələrin qarşısını ala bilmədi. Bu münaqişələr 532-ci ildə xalq üsyanına çevrildi. Tarixdə "Nika ayaqlanması" adıyla tanınan bu qiyam, komandir Velisariy tərəfindən paytaxtdakı Hippodromda (bugünkü Sultanahmet meydanı) yatırıldı və 30 min adam öldürüldü. Beləcə ölkə daxilində sabitliyi təmin edən I Yustinian müxtəlif sahələrdə islahatlara başladı. Onun ən uğurlu islahatlarından biri Roma hüququ mövzusunda komissiya yaratması oldu. Bu komissiyanın uzun çalışmalarının sonunda meydana gətirdiyi "Corpus luris Civilis" ("Mədəni Hüquq Qanunları") bugünkü müasir Avropa hüququnun inkişafında da əsas təşkil etmişdir. Bizans ərazisinə müsəlman axınları (610–867) Bizans imperiyası VII və VIII əsrlərdə şərqdə müsəlman və fars ordularının, qərbdə isə slavyanların hücumlarına məruz qaldı. 610-cu ildə Bizans taxtını ələ keçərən I İrakli farsların hücumlarını dayandırdı və paytaxtın müdafiəsini gücləndirdi. Dunay çayını keçərək Bizans torpaqlarına hücuma keçən avarları da məğlub etdi. Bu dövrdə ərəblər İslam dinini yaymaq üçün hücumlara başlamışdılar. Ərəb orduları 632-ci ildə Suriya və Fələstini ələ keçirdi. Aleksandriyanın təslim olmasından sonra ərəblər 642-ci ildə Misirin bütün ərazisini öz nəzarətləri altına aldılar. 674–678-ci illər arasında ərəblər bir neçə dəfə Konstantinopolu mühasirəyə alsalar da, ələ keçirə bilmədilər. Bu müharibə illərində Bizansda Roma mədəniyyətinin və latıncanın yerini yunan dili və mədəniyyəti əvəzlədi. Buna dini fərqlər də əlavə olunduqdan sonra isə imperatorluğun qərbi ilə şərqi arasında qəti fərqlər meydana gəldi. Bizans imperiyasının qızıl dövrü (867–1081) Bizans 867–1056 illər arasında imperatorluğu idarə edən Makedoniya xanədanı dövründə qızıl dövrünü yaşadı. Makedoniya xanədanının qurucusu I Vasili (867–886) daha əvvəl itirilmiş Anadoludakı torpaqları yenidən imperatorluğun sərhədlərinə qatdı. I Vasileos və ardıcılı VI Levin (886–912) hakimiyyətləri dövründə imperatorluğun hüquq sistemi yenidən təşkil edildi. II Nikifor Foka (963–969) Krit və Kipri yenidən imperatorluğa qatdı, Suriya və Balkanlarda yeni torpaqlar ələ keçirdi. II Vasili (976–1025) 1001-ci ildə Şimal Suriyanı dövlətin tərkibinə qatdı. 1018-ci ildə bolqar torpaqlarını və Anadoludakı köhnə Bizans torpaqlarını imperatorluğa qatdı. II Vasilidən sonra İtaliyada və Balkanlarda qiyamlar meydana gəldi. Şərqdə Böyük Səlcuqlular Anadoluya axınlar etməyə başladı. İmperator Roman Diyogen 1071-ci ildə Malazgird döyüşündə Böyük Səlcuqlu Sultanı Alp Arslana məğlub olaraq əsir düşdü. Böyük Səlcuqlu komandirləri Anadolu içlərinə doğru irəlidədikcə 3 il (1074 ilində) ərzində paytaxt Konstantinopolun sərhədlərinə qədər gəlib çıxdılar. 1074-cü ildə paytaxtı İznik (Nikéa) olan Anadolu Səlcuqlu Dövləti quruldu. Bu dövrdə Konstantinopolun güclü patrixi ilə papa arasındakı görüş ayrılıqları sərt mübahisələrə gətirib çıxardı və 1054-cü ildə Roma Katolik Kilsəsi ilə Şərq Ortodoks Kilsəsi müstəqil kilsələr halına gəldilər. Xaç yürüşləri (1081–1204) Latın İmperiyası (1204–1261) Süqutu (1261–1453) Mədəniyyəti Orta əsrlərin əvvəlində Bizansda mədəniyyət Qərbi Avropadakı kimi süquta uğramadı. Bizans bir çox ölkələrlə ticarət edir, əlaqə saxlayırdı. Bizans şəhərləri yalnız sənət və ticarət mərkəzləri deyil, eyni zamanda mədəniyyət ocağı idilər. VII–VIII əsrlərdə Bizans ərazisi kiçilərək Balkan yarımadası və Kiçik Asiyadan ibarət olduqda, yunan dili imperiyanın dövlət dilinə çevrildi. Bizansda savadlı adamlar Qərbi Avropadakına nisbətən daha çox idi. Hətta kəndlilər və sənətkarlar içərisində də savadlı adamlar vardı. Kilsə məktəbləri ilə yanaşı dövlət məktəbləri və xüsusi məktəblər də açılırdı. Varlı valideynlərin uşaqları bu məktəblərdə yazmağı və hesablamağı öyrənirdilər. Məktəblərdə dini kitablardan başqa qədim dövrün alimlərinin əsərlərini, Homerin poemalarını, Esxilin və Sofoklun tragikomediyalarını öyrənirdilər. Avropada ilk ali məktəb Konstantinopolda açılmışdı. Burada ali tibb məktəbi də yaradılmışdı. Bizansda riyaziyyat, xüsusilə həndəsə uğurla inkişaf edirdi. Hökmdar taxtı üçün avtomat qurğu düzəldilmişdi. Müxtəlif sənətlərin və təbabətin inkişafı kimyanın öyrənilməsinə kömək etdi. Şüşə və boya istehsalının qədim üsulları qalmaqda idi. Yunan odu adlanan yandırıcı maddə də Bizansda ixtira edildi. Neft və qatran qarışığından düzəldilən yunan odunu su ilə söndürmək olmurdu. Onu xüsusi olaraq düzəldilmiş borulardan düşmən gəmilərinə, qalalarına yönəldir və yandırırdılar. Bizanslılar yunan odunun köməyi ilə quruda və dənizdə bir çox qələbələr qazanmışdılar. Bizansda tarix və coğrafiya da çox inkişaf etmişdi. Coğrafiyaşünaslar xəritələr və şəhərlərin planlarını çəkə bilirdilər. Bu o zaman Qərbdə görünməmiş bir iş idi. Orta əsrlərin başlanğıcında Bizans Avropanın ən mədəni ölkəsi idi. Başqa ölkələrin kralları, knyazları, yepiskopları öz saraylarına Bizansdan rəssamlar, memarlar və zərgərlər çağırırdılar. Elmə həvəs göstərən gənclər Konstantinopolda riyaziyyat, təbabət, Roma qanunlarını öyrənməyə gəlirdilər. Bizans mədəniyyəti Cənub və şərq slavyanlarının mədəniyyətinə xüsusilə böyük təsir göstərmişdir. Bolqarıstan, Serbiya və Kiyev Rus dövləti xristian dinini Bizansdan qəbul etmişdir. Yunan dilindən slavyan dillərinə çoxlu kitab tərcümə olunmuşdu. Kiyev Rus dövlətində ilk daş məbədləri Bizans memarları tikmişlər. Bizansda antik yazıçıların və alimlərin çoxlu əlyazıları qalmışdı. Bunun sayəsində həmin əsərlər dövrümüzədək gəlib çatmışdır. Arxitektura Bizansda antik incəsənətin bir çox abidələri qalmışdı. Onları ölkənin hər yerindən axtarıb paytaxtı bəzəmək üçün gətirirdilər. Konstantinopol qeyri-adi təmtəraqla abadlaşdırılmışdı. Onun baş küçələrində onlarla möhtəşəm imarətlər və məbədlər ucalırdı. Əzəmətli binalar belə fikir oyatmalı idi ki, imperator hakimiyyəti qüdrətli və möhtəşəmdir. Xristian dini məbəd tikintisində də dəyişikliklər edildi. Məbəd tikilərkən qarşıya qoyulan məqsəd dəyişdi. Qədim yunan məbədləri içərisinə allahların heykəllərini qoyurdular. Dini mərasim isə meydanda keçirilirdi. Buna görə də yunan məbədini xarici görünüşcə xüsusilə yaraşıqlı tikməyə çalışırdılar. Xristianlar isə ümumi ibadət üçün kilsənin içərisinə toplaşırdılar. Buna görə də memarlar məbədin daxilindəki otaqların gözəl olması üçün xüsusi səy göstərirdilər. Bizans memarlığının ən gözəl nümunəsi Yustinian zamanında Konstantinopolda tikilmiş Müqəddəs Sofiya kilsəsidir. Bu kilsəni möcüzələr möcüzəsi adlandırır, şerlərdə tərənnüm edirdilər. Qədimdən bəri sənət möcüzəsi hesab olunan bu məbəd VI əsrdə iki memar — Tralı Anfim və Miletli İsidor tərəfindən ucaldılmışdır. İmperator bu məbədi paytaxtın və bütün imperiyanın baş kilsəsinə çevirmək istəyirdi. Məbədi 10 min adam beş il ərzində tikdi. O dövr üçün məbəd çox tez tikildi. Bayırdan o, çox da böyük görünmür, lakin içəridən çox genişdir. Nəhəng (30 metrlik diametrə malik) günbəzinin səmaya ucalır. Kilsə memarlığında iki memarlıq forması — bazilika və xaçlı günbəz üstünlük təşkil edirdi. Bazilika düzbucaqlı, uzunsov bina olub, üç, beş yaxud daha artıq aşırıma bölünürdü. Orta aşırım kənardakılardan nisbətən daha geniş və hündür olurdu. Bazilikanın şərq tərəfində mehrab, qərb hissədə isə giriş yerləşirdi. Xaçlı-günbəzli forma Şərq köklərinə malikdir. Bu binalar çox vaxt kvadratşəkilli olub, dörd daxili dayaq məkanı tağlarla əhatələnən doqquz hissəyə ayırır və mərkəzdə yerləşən günbəzi saxlayır. Günbəz göy qübbəsini təcəssüm etdirir. Günbəzə birləşən yarımdairəvi qübbələr kəsişərək düzbucaqlı xaç əmələ gətirir. Məbədlərin və sarayların divarlarını mozaikalar, müxtəlif rəngli xırda daşlarıdan və şəffaf olmayan rəngli şüşə qırıqlarından — smaltadan düzəldilmiş təsvirlər bəzəyirdi. Smaltanı təzə vurulmuş suvağın üstünə müxtəlif mailliklə düzürdülər. Tamaşaçı binanın içərisində hərəkət etdikdə mozaika işığı əks etdirərək müxtəlif rənglərə dəyişirdi. Kilsələrə ikonalar qoyulurdu. İkonalar Allahın, müqəddəslərin və müqəddəs kitablardan götürülmüş ayrı-ayrı səhnələrin təsvirlərindən ibarət idi. Rəssamlar ikonaları hamar taxta lövhələr üzərində boyaqla çəkirdilər. Təsvirlərdə nisbət gözlənilmirdi. İnsanın şəklini başqalarından daha böyük çəkir, qüllələri və ağacları isə onların yanında durmuş adamlardan kiçik göstərirdilər. İmperiyanın torpaqlarında müxtəlif tayfalar və xalqlar: yunanlar, frakiyalılar, illiriyalılar, dakiyalılar, ellinləşdirilmiş kiçik asiya tayfaları, qafqaz xalqları, suriyalılar, kəldanilər, qıbtilər yaşayırdılar. Onların arasında yunanlar hakim mövqedə dururdular və yunan dili imperiyanın rəsmi dili idi. Bizansda ordunun təşkili Roma imperiyasından alınma idi. Lakin IV–VI əsrlərdə bu işdə mühüm dəyişikliklər baş verdi. Əvvəllər torpaq sahibləri orduya silahlı əsgər vermək məcburiyyətində idisə, sonralar onlardan daha tez-tez pul alınmağa başlanırdı. Müxtəlif barbar tayfalarından olan muzdlu əsgərlər orduda getdikcə daha çox rol oynayırdılar. Bizansda bu proses davam edərkən xüsusilə donanma üzvləri hələ də azad əhali arasından seçilməkdə idi. Buna səbəb donanmanın ordu işində daha yüksək mövqedə durması idi. Ordunu piyada qoşun olan Limitaneilər, Komitatenseslər və ordunun əsas hissəsi olan süvari Katafraktlar təşkil edirdi. Hər bir bölməyə tribunlar başçılıq edirdi. İqtisadiyyat Çoxlu təbii limanlarının olması və əlverişli coğrafi şərait Bizansı qüdrətli dəniz dövlətinə çevirmişdi. Xüsusilə Qara Dəniz və Aralıq Dənizini birləşdirən boğazlar üzərində hökmranlıq etməsi Bizansda dənizçiliyin və dəniz ticarətinin inkişafına kömək edirdi. Bizans tacirləri şərqdə Hindistan, Taproban (Seylon) və Çinə, cənubda Aksum Krallığına (Efiopiya), habelə Ərəbistana gedib çıxırdılar. İran və Soqdiana ilə quruda ticarət yolları vardı. Bizans sikkələri — qızıl solid — beynəlxalq valyuta rolu oynayırdı. Bizans imperator sülalələrinin zaman xətti Həmçinin bax Xarici keçidlər Bizans imperiyası hakkında bilgi Ansiklopedika.org'da (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=314503 |
Şərqi Roma İmperiyası | Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi. Bizansın idarəçiləri özlərini Roma İmperatorluğunun gerçək mirasçıları olaraq qəbul edirdilər, lakin başqa tərəfdən də Roma ilə əlaqələrini də davam etdirdilər. Qərbi Roma İmperatorluğu kiçik dövlətlərə ayrılıb parçalanarkən, Bizans İmperatorluğu bütünlüyünü qorumağı bacardı. Beləliklə Bizans İmperatorluğu, klassik yunan və roma sivilizasiyalarının son mərkəzi oldu. Osmanlı İmperiyasının ərazilərinin genişlənməsindən sonra Bizans imperiyasının əlində demək olar ki, təkcə İstanbul qalmışdı. 1453-cü ildə II Mehmedin Konstantinopolu tutmasından sonra Bizans imperiyası süqut etdi. Bizans imperiyasının sahəsində ilk xaç yürüşü olmuşdur. Etimologiyası Sözün mənşəyi "Bizans imperiyası" adı tarixçilərin Şərqi Roma imperiyasına verdiyi addır və imperiyanın mövcud olduğu dövrdə heç bir mənbədə adı belə keçməmişdir. İmperiyanın yunanca adı "Basileia tön Romania" (Roma imperiyası) və ya sadəcə olaraq "Romania" idi. Şərqi Roma xalqı da özlərini romalı olaraq adlandırırdı. Türklər və ərəblər isə Rum sözünü istifadə edirdi. Qərbi Avropada imperiyanın adının ilk dəfə "Bizans" olaraq keçməyə başlanması alman tarixçi Hayronimus Volfun 1557-ci ildə "Corpus Historiae Byzantinæ" adlı əsəri ilə başlanmışdır. 1648-ci ildə "Byzantine du Louvre" ("Corpus Scriptorum Historiæ Byzantinæ") və 1680-ci ildə də Du Şarlın "Historia Byzantina" adlı əsərlərin yayımlanmasından sonra Şarl Lui Monteskyö kimi fransız maarifçilər arasında "Bizans" adı məşhurlaşmağa başladı. Daha əvvəllər Qərbi Avropada imperiya "Imperium Graecorum" (Yunanların İmperiyası) olaraq adlandırılırdı. Xüsusilə də 800-cü ildə Şarlmanın Papa III. Leo tərəfindən Müqəddəs Roma İmperatoru (Imperator Augustus) olaraq taclandırılmasından sonra Roma mirası mövzusunda rəqabət başlamışdı. Papalar ya da Qərbdəki idarəçilər Şərqi Roma imperatorlarından bəhs edən zaman "Imperator Romæorum" deyirdilər, çünki "Imperator Romanorum" adı Şarlman və onun xələflərinə aiddir. Bu səbəblərdən tarixçilər belə qənaətə gəlir ki, "Bizans" termininin istifadə olunmasında məqsəd, Müqəddəs Roma imperiyasının rəqibi Şərqi Roma imperiyasını tarix səhnəsindən silmək kimi düşünülür. Roma İmperatoru Mürtəd Yulianın dövründə (362–363) köhnə inancları geri qaytarmaq istənildi və xristianların fəaliyyətləri qadağan edildi. Yulianın ölümündən sonra xristianlıq yenidən güc qazandı. IV əsrdən başlayaraq Roma torpaqları barbar axınlarına məruz qaldı. I Feodosi (379–395) Romanı ələ keçirmək istəyən vestqotları Balkanlarda və Dunay çayının cənubuna doğru irəliləmələrinə mane oldu. Xristianlığı mənimsəyən I Feodosi Böyük Roma İmperatorluğunun Şərq və Qərb seqmentlərini idarə edən son imperator oldu. 395-ci ildə I Feodosi öldü və Roma İmperatorluğu iki hissəyə bölündü. Qərbi Roma İmperatorluğu torpaqlarına hücum edən vestqotlar 410-cu ildə Romanı ələ keçirdilər. Digər barbar qövmlərdən vandallar Şimal Afrikanı, İspaniyanı və İtaliyanı yağmaladılar. Barbar axınlarının ardı-arası kəsilmədi və V əsrin sonlarında germanlar Qərbi Roma İmperatorluğunu süquta uğratdılar. Bizans İmperatorluğu isə bu hücumlara müqavimət göstərə bildi. Balkanlarda slavyanları, şərqdə də sasaniləri məğlubiyyətə uğratdı. Bizans İmperatoru I Yustinian (527–565) uzun sürən iqtidarı dövründə Şimali Afrika, İtaliya və Şərqi İspaniyanı yenidən ələ keçirdi. Sasani şahıyla sülh bağlayaraq şərq sərhədlərini qorudu. Lakin ölkənin daxilindəki siyasi və dini münaqişələrin qarşısını ala bilmədi. Bu münaqişələr 532-ci ildə xalq üsyanına çevrildi. Tarixdə "Nika ayaqlanması" adıyla tanınan bu qiyam, komandir Velisariy tərəfindən paytaxtdakı Hippodromda (bugünkü Sultanahmet meydanı) yatırıldı və 30 min adam öldürüldü. Beləcə ölkə daxilində sabitliyi təmin edən I Yustinian müxtəlif sahələrdə islahatlara başladı. Onun ən uğurlu islahatlarından biri Roma hüququ mövzusunda komissiya yaratması oldu. Bu komissiyanın uzun çalışmalarının sonunda meydana gətirdiyi "Corpus luris Civilis" ("Mədəni Hüquq Qanunları") bugünkü müasir Avropa hüququnun inkişafında da əsas təşkil etmişdir. Bizans ərazisinə müsəlman axınları (610–867) Bizans imperiyası VII və VIII əsrlərdə şərqdə müsəlman və fars ordularının, qərbdə isə slavyanların hücumlarına məruz qaldı. 610-cu ildə Bizans taxtını ələ keçərən I İrakli farsların hücumlarını dayandırdı və paytaxtın müdafiəsini gücləndirdi. Dunay çayını keçərək Bizans torpaqlarına hücuma keçən avarları da məğlub etdi. Bu dövrdə ərəblər İslam dinini yaymaq üçün hücumlara başlamışdılar. Ərəb orduları 632-ci ildə Suriya və Fələstini ələ keçirdi. Aleksandriyanın təslim olmasından sonra ərəblər 642-ci ildə Misirin bütün ərazisini öz nəzarətləri altına aldılar. 674–678-ci illər arasında ərəblər bir neçə dəfə Konstantinopolu mühasirəyə alsalar da, ələ keçirə bilmədilər. Bu müharibə illərində Bizansda Roma mədəniyyətinin və latıncanın yerini yunan dili və mədəniyyəti əvəzlədi. Buna dini fərqlər də əlavə olunduqdan sonra isə imperatorluğun qərbi ilə şərqi arasında qəti fərqlər meydana gəldi. Bizans imperiyasının qızıl dövrü (867–1081) Bizans 867–1056 illər arasında imperatorluğu idarə edən Makedoniya xanədanı dövründə qızıl dövrünü yaşadı. Makedoniya xanədanının qurucusu I Vasili (867–886) daha əvvəl itirilmiş Anadoludakı torpaqları yenidən imperatorluğun sərhədlərinə qatdı. I Vasileos və ardıcılı VI Levin (886–912) hakimiyyətləri dövründə imperatorluğun hüquq sistemi yenidən təşkil edildi. II Nikifor Foka (963–969) Krit və Kipri yenidən imperatorluğa qatdı, Suriya və Balkanlarda yeni torpaqlar ələ keçirdi. II Vasili (976–1025) 1001-ci ildə Şimal Suriyanı dövlətin tərkibinə qatdı. 1018-ci ildə bolqar torpaqlarını və Anadoludakı köhnə Bizans torpaqlarını imperatorluğa qatdı. II Vasilidən sonra İtaliyada və Balkanlarda qiyamlar meydana gəldi. Şərqdə Böyük Səlcuqlular Anadoluya axınlar etməyə başladı. İmperator Roman Diyogen 1071-ci ildə Malazgird döyüşündə Böyük Səlcuqlu Sultanı Alp Arslana məğlub olaraq əsir düşdü. Böyük Səlcuqlu komandirləri Anadolu içlərinə doğru irəlidədikcə 3 il (1074 ilində) ərzində paytaxt Konstantinopolun sərhədlərinə qədər gəlib çıxdılar. 1074-cü ildə paytaxtı İznik (Nikéa) olan Anadolu Səlcuqlu Dövləti quruldu. Bu dövrdə Konstantinopolun güclü patrixi ilə papa arasındakı görüş ayrılıqları sərt mübahisələrə gətirib çıxardı və 1054-cü ildə Roma Katolik Kilsəsi ilə Şərq Ortodoks Kilsəsi müstəqil kilsələr halına gəldilər. Xaç yürüşləri (1081–1204) Latın İmperiyası (1204–1261) Süqutu (1261–1453) Mədəniyyəti Orta əsrlərin əvvəlində Bizansda mədəniyyət Qərbi Avropadakı kimi süquta uğramadı. Bizans bir çox ölkələrlə ticarət edir, əlaqə saxlayırdı. Bizans şəhərləri yalnız sənət və ticarət mərkəzləri deyil, eyni zamanda mədəniyyət ocağı idilər. VII–VIII əsrlərdə Bizans ərazisi kiçilərək Balkan yarımadası və Kiçik Asiyadan ibarət olduqda, yunan dili imperiyanın dövlət dilinə çevrildi. Bizansda savadlı adamlar Qərbi Avropadakına nisbətən daha çox idi. Hətta kəndlilər və sənətkarlar içərisində də savadlı adamlar vardı. Kilsə məktəbləri ilə yanaşı dövlət məktəbləri və xüsusi məktəblər də açılırdı. Varlı valideynlərin uşaqları bu məktəblərdə yazmağı və hesablamağı öyrənirdilər. Məktəblərdə dini kitablardan başqa qədim dövrün alimlərinin əsərlərini, Homerin poemalarını, Esxilin və Sofoklun tragikomediyalarını öyrənirdilər. Avropada ilk ali məktəb Konstantinopolda açılmışdı. Burada ali tibb məktəbi də yaradılmışdı. Bizansda riyaziyyat, xüsusilə həndəsə uğurla inkişaf edirdi. Hökmdar taxtı üçün avtomat qurğu düzəldilmişdi. Müxtəlif sənətlərin və təbabətin inkişafı kimyanın öyrənilməsinə kömək etdi. Şüşə və boya istehsalının qədim üsulları qalmaqda idi. Yunan odu adlanan yandırıcı maddə də Bizansda ixtira edildi. Neft və qatran qarışığından düzəldilən yunan odunu su ilə söndürmək olmurdu. Onu xüsusi olaraq düzəldilmiş borulardan düşmən gəmilərinə, qalalarına yönəldir və yandırırdılar. Bizanslılar yunan odunun köməyi ilə quruda və dənizdə bir çox qələbələr qazanmışdılar. Bizansda tarix və coğrafiya da çox inkişaf etmişdi. Coğrafiyaşünaslar xəritələr və şəhərlərin planlarını çəkə bilirdilər. Bu o zaman Qərbdə görünməmiş bir iş idi. Orta əsrlərin başlanğıcında Bizans Avropanın ən mədəni ölkəsi idi. Başqa ölkələrin kralları, knyazları, yepiskopları öz saraylarına Bizansdan rəssamlar, memarlar və zərgərlər çağırırdılar. Elmə həvəs göstərən gənclər Konstantinopolda riyaziyyat, təbabət, Roma qanunlarını öyrənməyə gəlirdilər. Bizans mədəniyyəti Cənub və şərq slavyanlarının mədəniyyətinə xüsusilə böyük təsir göstərmişdir. Bolqarıstan, Serbiya və Kiyev Rus dövləti xristian dinini Bizansdan qəbul etmişdir. Yunan dilindən slavyan dillərinə çoxlu kitab tərcümə olunmuşdu. Kiyev Rus dövlətində ilk daş məbədləri Bizans memarları tikmişlər. Bizansda antik yazıçıların və alimlərin çoxlu əlyazıları qalmışdı. Bunun sayəsində həmin əsərlər dövrümüzədək gəlib çatmışdır. Arxitektura Bizansda antik incəsənətin bir çox abidələri qalmışdı. Onları ölkənin hər yerindən axtarıb paytaxtı bəzəmək üçün gətirirdilər. Konstantinopol qeyri-adi təmtəraqla abadlaşdırılmışdı. Onun baş küçələrində onlarla möhtəşəm imarətlər və məbədlər ucalırdı. Əzəmətli binalar belə fikir oyatmalı idi ki, imperator hakimiyyəti qüdrətli və möhtəşəmdir. Xristian dini məbəd tikintisində də dəyişikliklər edildi. Məbəd tikilərkən qarşıya qoyulan məqsəd dəyişdi. Qədim yunan məbədləri içərisinə allahların heykəllərini qoyurdular. Dini mərasim isə meydanda keçirilirdi. Buna görə də yunan məbədini xarici görünüşcə xüsusilə yaraşıqlı tikməyə çalışırdılar. Xristianlar isə ümumi ibadət üçün kilsənin içərisinə toplaşırdılar. Buna görə də memarlar məbədin daxilindəki otaqların gözəl olması üçün xüsusi səy göstərirdilər. Bizans memarlığının ən gözəl nümunəsi Yustinian zamanında Konstantinopolda tikilmiş Müqəddəs Sofiya kilsəsidir. Bu kilsəni möcüzələr möcüzəsi adlandırır, şerlərdə tərənnüm edirdilər. Qədimdən bəri sənət möcüzəsi hesab olunan bu məbəd VI əsrdə iki memar — Tralı Anfim və Miletli İsidor tərəfindən ucaldılmışdır. İmperator bu məbədi paytaxtın və bütün imperiyanın baş kilsəsinə çevirmək istəyirdi. Məbədi 10 min adam beş il ərzində tikdi. O dövr üçün məbəd çox tez tikildi. Bayırdan o, çox da böyük görünmür, lakin içəridən çox genişdir. Nəhəng (30 metrlik diametrə malik) günbəzinin səmaya ucalır. Kilsə memarlığında iki memarlıq forması — bazilika və xaçlı günbəz üstünlük təşkil edirdi. Bazilika düzbucaqlı, uzunsov bina olub, üç, beş yaxud daha artıq aşırıma bölünürdü. Orta aşırım kənardakılardan nisbətən daha geniş və hündür olurdu. Bazilikanın şərq tərəfində mehrab, qərb hissədə isə giriş yerləşirdi. Xaçlı-günbəzli forma Şərq köklərinə malikdir. Bu binalar çox vaxt kvadratşəkilli olub, dörd daxili dayaq məkanı tağlarla əhatələnən doqquz hissəyə ayırır və mərkəzdə yerləşən günbəzi saxlayır. Günbəz göy qübbəsini təcəssüm etdirir. Günbəzə birləşən yarımdairəvi qübbələr kəsişərək düzbucaqlı xaç əmələ gətirir. Məbədlərin və sarayların divarlarını mozaikalar, müxtəlif rəngli xırda daşlarıdan və şəffaf olmayan rəngli şüşə qırıqlarından — smaltadan düzəldilmiş təsvirlər bəzəyirdi. Smaltanı təzə vurulmuş suvağın üstünə müxtəlif mailliklə düzürdülər. Tamaşaçı binanın içərisində hərəkət etdikdə mozaika işığı əks etdirərək müxtəlif rənglərə dəyişirdi. Kilsələrə ikonalar qoyulurdu. İkonalar Allahın, müqəddəslərin və müqəddəs kitablardan götürülmüş ayrı-ayrı səhnələrin təsvirlərindən ibarət idi. Rəssamlar ikonaları hamar taxta lövhələr üzərində boyaqla çəkirdilər. Təsvirlərdə nisbət gözlənilmirdi. İnsanın şəklini başqalarından daha böyük çəkir, qüllələri və ağacları isə onların yanında durmuş adamlardan kiçik göstərirdilər. İmperiyanın torpaqlarında müxtəlif tayfalar və xalqlar: yunanlar, frakiyalılar, illiriyalılar, dakiyalılar, ellinləşdirilmiş kiçik asiya tayfaları, qafqaz xalqları, suriyalılar, kəldanilər, qıbtilər yaşayırdılar. Onların arasında yunanlar hakim mövqedə dururdular və yunan dili imperiyanın rəsmi dili idi. Bizansda ordunun təşkili Roma imperiyasından alınma idi. Lakin IV–VI əsrlərdə bu işdə mühüm dəyişikliklər baş verdi. Əvvəllər torpaq sahibləri orduya silahlı əsgər vermək məcburiyyətində idisə, sonralar onlardan daha tez-tez pul alınmağa başlanırdı. Müxtəlif barbar tayfalarından olan muzdlu əsgərlər orduda getdikcə daha çox rol oynayırdılar. Bizansda bu proses davam edərkən xüsusilə donanma üzvləri hələ də azad əhali arasından seçilməkdə idi. Buna səbəb donanmanın ordu işində daha yüksək mövqedə durması idi. Ordunu piyada qoşun olan Limitaneilər, Komitatenseslər və ordunun əsas hissəsi olan süvari Katafraktlar təşkil edirdi. Hər bir bölməyə tribunlar başçılıq edirdi. İqtisadiyyat Çoxlu təbii limanlarının olması və əlverişli coğrafi şərait Bizansı qüdrətli dəniz dövlətinə çevirmişdi. Xüsusilə Qara Dəniz və Aralıq Dənizini birləşdirən boğazlar üzərində hökmranlıq etməsi Bizansda dənizçiliyin və dəniz ticarətinin inkişafına kömək edirdi. Bizans tacirləri şərqdə Hindistan, Taproban (Seylon) və Çinə, cənubda Aksum Krallığına (Efiopiya), habelə Ərəbistana gedib çıxırdılar. İran və Soqdiana ilə quruda ticarət yolları vardı. Bizans sikkələri — qızıl solid — beynəlxalq valyuta rolu oynayırdı. Bizans imperator sülalələrinin zaman xətti Həmçinin bax Xarici keçidlər Bizans imperiyası hakkında bilgi Ansiklopedika.org'da (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=12766 |
Şərqi Sakit okean silsiləsi | Şərqi Sakit okean silsiləsi — sualtı silsilə olub Sakit okeanda yerləşir. Seysmik baxımından aktiv bölgədir. Uzunluğu 7600 km, eni isə 850 km təşkil edir. Ən hündür nöqtəsi 539 m okean səviyəsindən hündürdür. Bu hündürlük Pasxa adasında yerləşir. Hündürlüyü 3500–4000 metr, ən alçaq nöqtəsi isə 732 metr təşkil edir. Şərqi Sakit okean daxili hussələrində hidrotermal mənbələr vardır. Şərqi Sakit okean qalxmasl | https://az.wikipedia.org/w/index.php?curid=432428 |
Şərqi Samoa | Amerikan Samoası (samoa Amerika Sāmoa, həmçinin Amelika Sāmoa və ya Sāmoa Amelika) — Sakit okeanın cənubunda yerləşən ada ölkəsidir. Paytaxtı Paqo Paqo şəhəridir. Ən böyük və inkişaf etmiş adası isə Tutuila adasıdır. Avropalılar buranı kəşf etməzdən əvvəl Manua Adaları yerli tayfalar tərəfindən idarə edilirdi. 1722-ci ildə hollandiyalı dənizçi Yakob Roqqeveen Manua Adalarını kəşf edir. 1768 və 1787-ci illərdə bu adalara səyahət etmiş fransalı səyyahlardan 11-i öldürüldü. Sonralar bu adalar qaçaq dənizçilər və məhkumlar üçün sığınacaq olur. London Missioner Cəmiyyətinin missionerləri 1830-cu ildə bu adalara gəldilər. Missionerlərin təsiri artdıqca Tatuila ve Manua adalarına gələn xristian missionerlərin sayı da artır. 1889-cu ildə ABŞ, İngiltərə və Almaniya Samoanın bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalar bu üç dövlətin protektoratına verilir. 11 aprel 2001-ci ildə Avstraliyaya 31–0 hesabı ilə məğlub olan Amerikan Samoasının Millî Futbol Komandası, dünya futbol tarixinə bir maçda ən çox qol yeyən komanda kimi daxil olmuşdur. Amerikan Samoasının idarəetmə forması (icraedici, qanunverici və məhkəmə orqanları) ABŞ-nin idarə etmə sisteminə çox oxşardır. Hökumətin başçısı seçki ilə müəyyən edilir. 1977-ci ilə kimi başçı ABŞ-nin Daxili İşlər Nazirliyi tərəfindən təyin olunurdu. Qanunverici orqanı Senat və Nümayəndələr Palatasından ibarətdir. Senat 15 ərazi vahidindən dörd il müddətinə Samoa adətlərinə uyğun seçilən 18 deputatdan ibarətdir. Nümayəndələr Palatası seçki ilə seçilən 21 üzvdən ibarətdir. Swains Adası əhalisinin seçki hüququ yoxdur. | https://az.wikipedia.org/w/index.php?curid=747651 |
Şərqi Sarayevo | Şəhər əhalisinin etnik tərkibi belədir: Şəhərdə 1992-ci ildən bəri Şərqi Sarayevo Universiteti fəaliyyət göstərir. Şəhərin "Slaviya" futbol klubu Serb Respublikasının Birinci Liqasında, "Famos Voykoviçi" isə Serb Respublikasının İkinci Liqasında iştirak edir. "Slaviya" basketbol klubu milli çempionatda mübarizə aparır. | https://az.wikipedia.org/w/index.php?curid=486181 |
Şərqi Sarayevo Universiteti | Şərqi Sarayevo Universiteti 1992-ci ildə yaranmışdır. Kitabxanası Universitetin kitabxana fondu var. Universitetdə təxminən 15,000 tələbə təhsil alır. Universitetə rəhbərliyi rektor edir. Həmçinin bax Xarici keçidlər ues.rs.ba — Şərqi Sarayevo Universitetinin rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=486177 |
Şərqi Saxalin cərəyanı | Coğrafiyası Cərəyanın özü şelf zonasının yüngül suları ilə sıx suların təsirindən meydana gəlir. Digər cərəyanlar kimi bu cərəyanda mövsümdən asılı olaraq güçlənir və zəifləyir. Yay ayları onun ən zəif dövrüdür. Terpeniya burnu yaxınlığından cərəyan şərqə istiqamətlənir. Şimali Kuril adalarına doğru istiqamətlənərək burada Kuril-Kamçatka cərəyanına birləşir. Cərəyan ən güçlü sahildə hiss edilir. Burada onun güçü 10-20 sm/san olur. Sahildən bir qədər uzaqlaşdıqda güç 5-10 sm/san qədər azalır. Cərəyan ən yaxşı oktyabrdan maya kimi hiss edilir. Cərəyanın maksimal dərinlikdən keçməsi 150 metrdir. | https://az.wikipedia.org/w/index.php?curid=533330 |
Şərqi Sayan | Şərqi Sayan — Dağ sistemi olaraq Cənubi Sibir ərazisində 1000 km məsafədə uzanır. cənub-şərqi Krasnoyarsk diyarı, qərbi Buryatiya və İrkutsk vilayəti, şimal-şərqi Tuva və Monqolustannın Xuvsqel oymağı ərasisində isə cənubu yerləşir. Qısası olaraq Yenisey çayının sahillərindən Baykal gölü ərafına qədər uzanır. Qərbi Sayan dağları ilə birlikdə Sayan dağlarının əmələ gətirirlər. Sibir Platformasının cənub-qərbində yerləşir. Şərqi Sayan əsasən qneysdən ibarətdir. Mərmər, ambifilit və kvarsit kimi suxurlar səthə çıxır. Faydalı qazıntılardan Qızıl, Qrafit, Boksit, Asbest və Fosforitə rast gəlinir. Mərkəzi və cənub-şərq hissədə Yüksək dağlıq massivlər vardır: Böyük Sayan, Tunkin, Kitoy, Botoqol və s. Şərqi Sayan dağlarının daxilində sönmüş Kropotkina vulkanı ətrafı ərazilərdə vulkanık suxurlar geniş yayılmışdır. Şərq hissədə çox illik buzlar hakim olduğundan relyefə belə öz təsirini göstərmişdir. Şərqi sayan dağlarından axan çayların böyük əksəriyyəti kanyon, astana və şəlalə əmələ gətirir. Bitkilər aləmi Ərazinin böyük qismi yüksək dağlıqdır. Burada Tayqa meşələri geniş yayılmışdır. Əsasən iynə yarpaqlı ağaclar üstünlük təşkil edir. 1500–2000 metr yükəkliklərdə dağ tundurası yayılmışdır. Burada daş üzərində yayılmış mamırlar üstünlük təşkil edir. İqlimi sərt və soyuq olur. Dağlarda qış uzun şaxtalı, yay isə qısa və mülayim keçir. 900–1300 m yüksəklikdə orta temperatur yanvar ayında −17 , −25 °S, iyulda isə 12 , 14 °S təşkil edir. Yağıntının miqdarı yüksəklikdən asılı olaraq dəyişiir. Cənub-şərq hissəsində yağıntı 300 mm, qərb və cənub-qərbdə isə 800 mm, orta hissədə 400 mm təşkil edir. . Şərqi Tyanşan ərazisində 100-ə qədər Buzlaq mövcuddur ki, onlarında ümumi sahəsi 30 km² təşkil edir. Xüsusi ilə mağaralarda sırsıralarla zəngin olan buzlaqlar vardır. Onun ərazisində əmələ gələn çaylar Yeniseyin hövzəsinə aiddir. Ən iri çayları Aqul, Biryosa çayı, Kan çayı, Mana çayı, Sisim, Sida çayı, Tuba, Uda çayı. İya çayı, Oka çayı, Bolşaya Belaya çayı, Kitoy çayı, İrkut. Göllərin böyük əksəriyyəti buzun ekzarasiya fəsliyyəti nəticəsində əmələ gəlmişdir (Aqul gölü). Bölgə zəngin miniral suları ilə məşhurdur ( Arşan, Nılova Pustın və Şumak). Təbiətin qorunması Şərqi Sayan dağlarının şimal-qərbində Yenisey çayının şərq sahillərindən başlayaraq Slobı qoruğu yerləşir. Silsilənin cənub-şərqində isə Tunqus milli parkı yerləşir. Bu qoruğun ərazisi Buryatiyanın Tuksin rayonu ərazisinə daxildir. Baykalın təbiəti. | https://az.wikipedia.org/w/index.php?curid=427464 |
Şərqi Sibir | Şərqi Sibir — Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir. Rusiyanın Yenisey çayından Sakit okean sahillərinə qədərki əraziləri anlamışda işlədilir. Şərqi-Sibir iqtisadi rayonuna daxildir. Coğrafiyası Sahəsi — 7,2 milyon km². Böyük hissəsinin Orta Sibir yaylası əhatə edir. Şimal tundra əraziləri, cənub və şərq hissəsində yüksək dağlıq sahələr yayılmışdır. Burada Qərbi Sayan və Şərqi Sayan silsilələri, Zabaykal, Bırranqa və Yana-Kolıma dağları yerləşir. Şərqi Sibirdən Rusiyanın ən iri çayları olan Yenisey və Lena çayı axır. Şərqi Sibir ərazisində Krasnoyarsk diyarı, Zabaykal diyarı, İrkutsk vilayəti, Buryatiya, Tuva, Saxa kimi vilayətlər yerləşir. Ən iri şəhərləri: Krasnoyarsk İrkutsk, Ulan-Ude, Çita, Yakutsk, Anqarsk, Bratsk, Norilsk, Açinsk. Şərqi Sibir demək olar ki, başdan-başa Tayqa meşələri ilə örtülmüşdür. Şimal hissələri tundra-meşə sahələri təşkil edir. Burada meşə bitkilərinin hündürlüyü 1 metri keçmir. Meşənin cənub sərhədi Monqolustan sərhədinə qədər uzanır. Tayqa meşələri Şərqi Sibirin 5 milyon km² ərazisini əhatə edir. Bunun isə 3 455 min km² sahəsi iynə yarpaqlı meşələr ilə örtülmüşdür. Şimal hissələrinə görə cənubu nisbətən dağlıq və sərbəst keçilmə şəraitinə malikdir. Tundra zonasında bataqlamış sahələr səbəbindən Tayqa ərazisinə keçmək çətinlik törədir. Bununla belə Qərbi Sibirə nisbətdə ərazisi əlverişlidir. Coğrafiyası Dənizləri — Laptevlər dənizi, Şərqi Sibir dənizi və Kara dənizi. İri gölləri — Baykal, Taymır gölü, Xantay gölü, Lama gölü, Prasino gölü. İri çayları — Yenisey, Lena çayı, Vilyoy çayı, Selenqa çayı, Olyokma, Anqara, Aldan çayı, Vitim, Kolıma çayı, İndiqirka, Yana, Aşağı Tunqus, Xatanqa çayı və b. Bürün çayların uzunluğu 700 min km² keçir. Çayların çoxu şimala istiqamətlənir və Şimal Buzlu okeana axır. Sakit okeana axan çayları isə bunlardır: İnqoda, Şilka, Arqun, Onon. Şərqi Sibir kontinental iqlimə malikdir. Rusiyanın qərb hissəsinə nisbətdə yağıntı az düşür. Ərazi çox illik qrunt buzları ilə örtülmüşdür. Qışı sərt soyuq və şaxtalı olur. Yayda isə isti və rütubətli olası ilə seçilir. İllik amplitut 40–65°, Yakutiya ərazisində isə hətta 100° ola bilir. Barquzin qoruğu — 1916-cı ildə yaradılmışdır. Lena dirəkləri təbiət parkı — UNESCO-nun Ümumdünya irsi siyahısına saxil edilmişdir. Baykal qoruğu Olemsk qoruğu — Saxa 1984-ci ildə yaradılmışdır. Tunqus qoruğu — 1995 ildə Tunqus meteoritinin düşdüyü yerdə yaradılmışdır. Ust-Lena qoruğu — 1985 ildə yaradılmışdır. Ehtiyyatları Şərqi Sibirdə Rusiyanın malik olduğu meşə ehtiyatlarının yarısına sahibdir. Burada əsasən: Qara şam, Meşə şamı, Küknar, Sibir sidrağacı, Ağ şam yayılmışdır Burada Rusiyanın sahib olduğu Daş kömür və qonur kömür ehtiyatının 80 % burada cəmləşmişdur. Burada Dəmir filizi əsasən Korşunova və Abakan, mis-nikel isə Norilskdə, polimetal Altayda, Boksit isə Şərqi Sayanda çıxarılır. Bura hələ yaxın keçmişdən məlum olan Bodaybinskoye qızıl yatağı vardır. Krasnoyarsk diyarı ərazisində zəngin Neft yatağı vardır. Burada həmcinin qeyri metallar qrafit tikinti matirialları və duz çıxarılır. Üstəlik Saxa ərazisində zəngin Almaz yatağı vardır. Şərqi Sibir. Şərqi Sibirin coğrafi təsviri. Şərqi Sibirin təbiəti. Şərqi Sibirin Turportali | https://az.wikipedia.org/w/index.php?curid=427454 |
Şərqi Sibir dənizi | Şərqi Sibir dənizi -Şimal Buzlu okeanın akvatoriyasında yerləşir. Yeni Sibir adaları ilə Vrangel adası arasında yerləşir. Sahəsi 944 600 km² təşkil edir. Sahilləri inzibati cəhətdən Yakutiya və Çukot muxtar diyarı ərazisinə daxildir. Rus coğrafiya cəmiyyəti rəhbəri Y.M.Sokolskiy təklifi ilə SSRİ MİK 1935-ci ilin 27 iyun tarixli qərarı bu ad təsdiqlənir. Su tutumu 60,700 km³ təşkil edir. Coğrafiyası Çukot dənizi və Laptevlər dənizinin arasında yerləşir. Sahillərində Yano-İndiqırskaya və Nije-Kolımskaya çokəklikləri vardır. Dib relyefi əsasən çayların gətirmə suxurları ilə örtülüdür. Orta dərinlik 66 m təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Sularında duzluğu 5‰-30‰ arasında dəyişir. Dənizə İndiqırka və Kolıma çayları axır. Sahilləridə bir çox körfəzlər vardır: Omulyaxskaya, Xromskaya, Kolımskaya və Caumskaya. İri adaları Yeni Sibir, Luxovski və Vrangel. Daxili hissələrində adalar yoxdur. Əsas limanı Pevekdir, bəzən isə Ambarçik körfəzindən istifadə edilir. Suları Morj, Suiti və dəniz balıqları ilə zəngindir. Sualtı relyefi və Hidroloji quruluşu Dəniz şelf üzərində yerləşir. Şərq sahilində dərinlik 54 m, qərb hissədə dərinlik 20 m, şimalında isə 200 m təşkil edir. Ən dərin yeri 915 m təşkil edir. İlin böyük qismi buzla örtülü olur. Yay zamanı şərqində iri buz parçaları hərəkət edir. Onlar əsasən yay aylarında şimala doğru irrələyir. Temperaturu və duzluluğu Dəniz suyu ilin böyük qismi aşağı olur. Yayda orta temperatur -1,8 °C təşkil edir. Cənub hissələrdə temperatur 5 °C qalxır. Ən isti suları əsasən çayların dənizə töküldüyü yerlərdə olur ki, buda yayın sonlarına təsadüf edir. Temperatur burada 7 °C qədər yüksəlir. Mərkəz hissələrdə duzluğu 30‰, çaylar tökülən yerlərdə 10-15 ‰ təşkil edir. Ən aşağı duzluluq 0% qədər düşür. Dərinliklərdə 32 ‰ təşkil edir. Weather forecast for Pevek (rus.) Weather forecast for month in Pevek (rus.) Ecological assessment Arxivləşdirilib 2006-09-30 at the Library of Congress Web Archives | https://az.wikipedia.org/w/index.php?curid=399140 |
Şərqi Slovak Muzeyi | Şərqi Slovak Muzeyi (slovak. Východoslovenské múzeum) — Slovakiyanın Koşitse şəhərində yerləşən və Slovakiyanın ən qədim muzeylərindən biridir. Muzey 1872-ci ildə təsis olunmuşdur. Yeni renessans dövrü tikilisi olan bina 20-ci əsrin əvvəlində ucaldılmışdır. Bu muzey Koşitse şəhərində öz ehtiyaclarını ödəyə bilən ilk bina idi. Binanın fasadında Persey və Vulkan heykəltəraşlıq nümunələrini görmək olar. Muzey 1741-ci ildə inşa edilən və daha sonra dağıdılmış taxta kilsənin üzərində tikilmişdir. Xarici keçidlər The East Slovak Museum — Cassovia.info The East Slovak Museum — Muzeum.sk Arxivləşdirilib 2006-02-12 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=456157 |
Şərqi Timor | Timor-Leste Demokratik Respublikası (tetum. Repúblika Demokrátika Timór-Leste; port. República Democrática de Timor-Leste) — Cənub-Şərqi Asiyada dövlət. Şərqi Timor Timor adasının şərq hissəsində yerləşir. Ölkə Atauro və Jaku adaları ilə Oekussi-Ambeno anklav bölgəsini əhatə edir. Adanın qalan hissəsi Qərbi Timor isə İndoneziyanın tərkibindədir. Paytaxtı və ən böyük şəhəri Dili, ümumi sahəsi 15,007 kvadrat kilometrdir. Respublika ərazisi 13 regiona (distrito) bölünmüşdür. Şərqi Timor həm də XXI əsrdə yaranmış ilk dövlətdir. Etimologiyası "Timor" sözünün mənşəyi timur sözdən götürülüb və malay dilində "şərq" deməkdir. Rəsmi olaraq Portuqalca adı Timor-Leste (ti'moɾ 'lɛʃtɨ), qeyri-rəsmi olaraq Tetumca adı Timor Lorosa'e və bəzən İngilis adından istifadə edilir. Birləşmiş Millətlər Təşkilatında Portuqalca olan Timor-Lesteyi istifadə edilir. Lorosae (Tetumcada dünyanın "şərq"i) hərfi hərfinə "doğan günəş" mənasını verir. Uzun illər Portuqaliya müstəmləkəsi olduqdan sonra 1975-ci ildə qonşusu İndoneziya tərəfindən işğal edilən Şərq Timor 1975-ci ildə qəti olaraq İndoneziyanın 27-ci vilayəti oldu. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının vəziyyətə müdaxilə etməsi ilə muxtariyyət verilməsindən sonra Şərqi Timorda öz müqəddəratını təyinetmə ilə bağlı referendum keçirildi. Nəticədə, əhalinin 78.5% müstəqilliyi üçün səs verdi. Bu zorakılıqla nəticələndikdən sonra beynəlxalq sülhməramlı qüvvə tətbiqi tələb edildi. 20 may 2002-ci il keçmiş Portuqaliya müstəmləkəsi rəsmən müstəqil dövlət elan edildi. Müstəqillikdən sonra ölkə Birləşmiş Millətlər Təşkilatına və Portuqaldili ölkələr Birliyinə qoşulmuşdu. 2011-ci ildə Şərqi Timor Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına qoşulmaq istəyini açıqlayaraq, qrupun on birinci üzvü olmaq niyyətini bildirdi. Cənub-Şərqi Asiyada ikinci əsas xristian ölkəsidir (digəri Filipindir). 1999-cu ildə referendumdan sonra və 2006-ci ildə rəqib siyasi partiyalar, qruplaşmalar və qəbilələr arasındakı qarşıdurmalar və qiyamlar əsnasında paytaxt Dili və digər Şərq Timor qəsəbələri yandırılaraq ağır ziyan görmüşdür. Əhalinin çoxu qaçqın düşərgələrinə qaçmışdır və gərginlik hələ davam etməkdədir. Şərqi Timorun relyefi əsasən dağlıqdır. Ekvatorial iqlimə malik olan ölkədə il ərzində temperatur daim yüksəkdir və nəmlidir (orta illik 30 °C). Paytaxtı ən böyük şəhər və liman olan Dilidir və ölkənin şəhər deyilə biləcək tək yaşayış məntəqəsidir. İkinci böyük şəhər isə şərq qəsəbəsi olan Baucaudur. Dilinin beynəlxalq bir havalimanı, Baucau, Suai və Oecusse kimi daha kiçik şəhərlərdə isə kiçik aerodromlar vardır. Dilidəki Havalimanının uçuş-enmə zolağıdan böyük təyyarələr uça bilməz. Son zamanlarda əhali nisbəti yüksək doğum nisbətləri ilə artmağa başlamışdır, əhalinin artmasında qaçqınların ölkələrinə geri qayıtmasının da təsiri var. Əhali xüsusilə paytaxt və tək şəhəri Dilidə cəmlənmişdir. İllik artım - 2% (artım - qadın başına 3,2 doğum). Şəhər əhalisi - 27%. 2002-ci ilin təxmini məlumatlarına görə təhsil alanlar əhalinin 58% təşkil edir. Etnik tərkibi - Austronesian xalqları (tetum - 45%, Mambai - 15%, Tokode - 12% və s.), Papuan millətlər (Bunak - 11%, Makasai - 3% və s.), Çin - 1%. Əhalinin dini vəziyyəti (2005-ci ilə görə): Katoliklik - 96.9% Protestantlıq - 2,2% Hinduizm, buddizm, animizm - 0,6%. Müsəlman - 0,3% Şərq Timorda 2 rəsmi dil vardır. Bunlar: Portuqal və Austronesian dillərindən biri olan Tetumdur. Xalq arasında Tetum daha çox istifadə edilir. Bu iki dildən başqa İndonezcə və yerli dillər danışılır. | https://az.wikipedia.org/w/index.php?curid=1783 |
Şərqi Timor 2018 Qış Olimpiya Oyunlarında | Şərqi Timor 2018 Qış Olimpiya Oyunlarında' dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Bu ölkə artıq ikinci dəfədir ki, qış olimpiyadasında iştirak edir. 2010-cu il Qış Olimpya oyunlarında ölkəni xizək yarışlaında Matyo Razanakolina təmsil etmişdir. Millinin tərkibi Yarışmanın nəticələri Xizək idmanı növləri Dağ xizəyi idmanı Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Eritreya «B» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Yohann Qutt Qonsalvesə məxsusdur. Şərqi Timor millisi Arxivləşdirilib 2018-02-28 at the Wayback Machine (ing.) (fr.) (kor.) (çin.) (yap.) Şərqi Timor Milli Olimpiya Komitəsi (ing.) | https://az.wikipedia.org/w/index.php?curid=537383 |
Şərqi Timor Demokratik Respublikası | Timor-Leste Demokratik Respublikası (tetum. Repúblika Demokrátika Timór-Leste; port. República Democrática de Timor-Leste) — Cənub-Şərqi Asiyada dövlət. Şərqi Timor Timor adasının şərq hissəsində yerləşir. Ölkə Atauro və Jaku adaları ilə Oekussi-Ambeno anklav bölgəsini əhatə edir. Adanın qalan hissəsi Qərbi Timor isə İndoneziyanın tərkibindədir. Paytaxtı və ən böyük şəhəri Dili, ümumi sahəsi 15,007 kvadrat kilometrdir. Respublika ərazisi 13 regiona (distrito) bölünmüşdür. Şərqi Timor həm də XXI əsrdə yaranmış ilk dövlətdir. Etimologiyası "Timor" sözünün mənşəyi timur sözdən götürülüb və malay dilində "şərq" deməkdir. Rəsmi olaraq Portuqalca adı Timor-Leste (ti'moɾ 'lɛʃtɨ), qeyri-rəsmi olaraq Tetumca adı Timor Lorosa'e və bəzən İngilis adından istifadə edilir. Birləşmiş Millətlər Təşkilatında Portuqalca olan Timor-Lesteyi istifadə edilir. Lorosae (Tetumcada dünyanın "şərq"i) hərfi hərfinə "doğan günəş" mənasını verir. Uzun illər Portuqaliya müstəmləkəsi olduqdan sonra 1975-ci ildə qonşusu İndoneziya tərəfindən işğal edilən Şərq Timor 1975-ci ildə qəti olaraq İndoneziyanın 27-ci vilayəti oldu. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının vəziyyətə müdaxilə etməsi ilə muxtariyyət verilməsindən sonra Şərqi Timorda öz müqəddəratını təyinetmə ilə bağlı referendum keçirildi. Nəticədə, əhalinin 78.5% müstəqilliyi üçün səs verdi. Bu zorakılıqla nəticələndikdən sonra beynəlxalq sülhməramlı qüvvə tətbiqi tələb edildi. 20 may 2002-ci il keçmiş Portuqaliya müstəmləkəsi rəsmən müstəqil dövlət elan edildi. Müstəqillikdən sonra ölkə Birləşmiş Millətlər Təşkilatına və Portuqaldili ölkələr Birliyinə qoşulmuşdu. 2011-ci ildə Şərqi Timor Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına qoşulmaq istəyini açıqlayaraq, qrupun on birinci üzvü olmaq niyyətini bildirdi. Cənub-Şərqi Asiyada ikinci əsas xristian ölkəsidir (digəri Filipindir). 1999-cu ildə referendumdan sonra və 2006-ci ildə rəqib siyasi partiyalar, qruplaşmalar və qəbilələr arasındakı qarşıdurmalar və qiyamlar əsnasında paytaxt Dili və digər Şərq Timor qəsəbələri yandırılaraq ağır ziyan görmüşdür. Əhalinin çoxu qaçqın düşərgələrinə qaçmışdır və gərginlik hələ davam etməkdədir. Şərqi Timorun relyefi əsasən dağlıqdır. Ekvatorial iqlimə malik olan ölkədə il ərzində temperatur daim yüksəkdir və nəmlidir (orta illik 30 °C). Paytaxtı ən böyük şəhər və liman olan Dilidir və ölkənin şəhər deyilə biləcək tək yaşayış məntəqəsidir. İkinci böyük şəhər isə şərq qəsəbəsi olan Baucaudur. Dilinin beynəlxalq bir havalimanı, Baucau, Suai və Oecusse kimi daha kiçik şəhərlərdə isə kiçik aerodromlar vardır. Dilidəki Havalimanının uçuş-enmə zolağıdan böyük təyyarələr uça bilməz. Son zamanlarda əhali nisbəti yüksək doğum nisbətləri ilə artmağa başlamışdır, əhalinin artmasında qaçqınların ölkələrinə geri qayıtmasının da təsiri var. Əhali xüsusilə paytaxt və tək şəhəri Dilidə cəmlənmişdir. İllik artım - 2% (artım - qadın başına 3,2 doğum). Şəhər əhalisi - 27%. 2002-ci ilin təxmini məlumatlarına görə təhsil alanlar əhalinin 58% təşkil edir. Etnik tərkibi - Austronesian xalqları (tetum - 45%, Mambai - 15%, Tokode - 12% və s.), Papuan millətlər (Bunak - 11%, Makasai - 3% və s.), Çin - 1%. Əhalinin dini vəziyyəti (2005-ci ilə görə): Katoliklik - 96.9% Protestantlıq - 2,2% Hinduizm, buddizm, animizm - 0,6%. Müsəlman - 0,3% Şərq Timorda 2 rəsmi dil vardır. Bunlar: Portuqal və Austronesian dillərindən biri olan Tetumdur. Xalq arasında Tetum daha çox istifadə edilir. Bu iki dildən başqa İndonezcə və yerli dillər danışılır. | https://az.wikipedia.org/w/index.php?curid=482491 |
Şərqi Timor coğrafiyası | Şərqi Timor — Cənub-Şərqi Asiyada, İndoneziya və Avstraliya arasında yerləşən ada dövləti. Timor adasının yarısını (şərqi) əhatə edir. Atauro və Jaco adaları ilə Oecussi-Ambeno bölgəsi də Şərqi Timora məxsusdur. Şərqi Timorun coğrafi kordinatları: 125° şərq uzunluğu və 8°Cənub enliyi. Şərqi Timor İndoneziya ilə quru sərhəddinə malikdir (253 km). Timor adası Malay arxipelaqının bir hissəsi hesab olunur. Ada Kiçik Zond adalarının ən böyüyü və ən şərqdə yerləşənidir. Şərqi Timor cənub yarımkürəsində yerləşən yeganə asiya dövlətidir. Ümumi sahəsi — 14 954 km². Sahil xəttlərinin uzunluğu 6789 km-dir. Əhali xüsusilə paytaxt və tək şəhəri Dilidə cəmlənmişdir. İllik artım - 2% (artım - qadın başına 3,2 doğum). Şəhər əhalisi - 27%. 2002-ci ilin təxmini məlumatlarına görə təhsil alanlar əhalinin 58% təşkil edir. Etnik tərkibi - Austronesian xalqları (tetum - 45%, Mambai - 15%, Tokode - 12% və s.), Papuan millətlər (Bunak - 11%, Makasai - 3% və s.), Çin - 1%. Şərqi Timorun relyefi əsasən dağlıqdır: şimali-qərbdən cənub-şərq istiqamətdə ölkə ərazisini güclü parçalanmaya məruz qalmış qırışıq-qayma dağlar kəsib keçir. Şərqi Timorun ən yüksək zirvəsi — Tatamaylau dağı (2963 m) bu silsilədə yerləşir. Zirvə Dili şəhərindən 70 km cənubda, Ermer rayonu ərazisində yerləşir. Dağ silsiləsinin şimal sahilə olan yamacları yetərincə dikdir. Ölkənin şərqində hündürlüyü 500-700 metr arasında olan kiçik yayalalar üstünlük təşkil edir. Cənub sahil boyu akkumulyativ düzənlik uzanır. Alp-Himalay qurşağından uzaqda olmasına baxmayaraq ərazi aktiv seysimik bölgə hesab olunur və sunami ehtimalı yüksəkdir. Şərqi Timorun sahilləri, şelf əraziləri və Timor dənizi neft-qaz yataqları ilə zəngindir. Manqan və mərmər yataqları da sənaye əhəmiyyətlidir. Ölkə ərazində yetərincə tropik meşələr qorunub saxlanılmışdır. Meşələr Şərqi Timor ərazisinin üçdə bir hissəsini təşkil edir. Şimalda yarapağını tökən meşələr, cənubda isə rütubətli həmişəyaşıl meşələr üstünlük təşkil edir. | https://az.wikipedia.org/w/index.php?curid=609243 |
Şərqi Timor himni | Şərqi Timor dövlət himni — «Pátria» (azərb. «Vətən»). Birinci dəfə 28 noyabr 1979-cu (Protuqaliyadan İstiqlal Bəyannaməsi günü) ildə ifa olunub. Ondan sonra 7 dekabr 1979-cu ildə indoneziyalı qoşunlar Şərqi Timora daxil olunmuşdular. Qoşunlar çıxandan sonra, 20 may 2002-ci ildə Şərqi Timor son olaraq azadlığın alandan sonra «Pátria» dövlət himni himni elan ifa olunmu.dur. Musiqini qoşan — Afonsu Redentor de Araju (port. Afonso Redentor de Araújo), sözlərinin müəllifi — Fransişku Borja da Koşta (port. Francisco Borja da Costa). Fransişku Borja da Koşta İndoneziya ilə işğal birinci günüdə öldürülmüşdür. Bugünkü vaxtda himn ancaq portuqal dilində ifa edilir, tetum dilində (ölkənin dövlət və rəsmi dili) versiyası yoxdur. Himnin sözləri Portuqal dilində sözləri Pátria, Pátria, Timor-Leste, nossa Nação. Glória ao povo e aos heróis da nossa libertação. Pátria, Pátria, Timor-Leste, nossa Nação. Glória ao povo e aos heróis da nossa libertação. Vencemos o colonialismo, gritamos: abaixo o imperialismo. Terra livre, povo livre, não, não, não à exploração. Avante unidos firmes e decididos. Na luta contra o imperialismo o inimigo dos povos, até à vitória final. Pelo caminho da revolução. Azərbaycan dilinə tərcümə Vətən, Vətən, Şərqi Timor, bizim ölkəmiz. Şörhət bizim azadlığımızın insanlarına və qəhrəmanlarına. Vətən, Vətən, Şərqi Timor, bizim ölkəmiz. Şörhət bizim azadlığımızın insanlarına və qəhrəmanlarına. Müstəmləkəçiliki utarıq və deyəriq: "Ləğv imperializmi!". Azad torpaq, azad xalq, Yox, yox, yox əməliyyata! İrəli, birli, bərk, güclü, İmprerializmnən döyüşə, Xalqın düşməniylə, qələbəyə qədər. İnqilab yoluynan. Xarici keçidlər Şərqi Timor dövlət himni YouTube'da | https://az.wikipedia.org/w/index.php?curid=276740 |
Şərqi Timorun dövlət quruluşu | Şərqi Timorun dövlət quruluşu - 2002-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. Dövlət quruluşu Şərqi Timor parlament formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü iki dəfə (1975, 2002) - 28 noyabrda və 20 mayda qeyd olunur. Portuqaliya Konstitusiyasının modeli əsasında hazırlanmış Şərqi Timor Respublikasının Konstitusiyası 20 mart 2002-ci ildə qəbul edilmişdir. İnzibati bölgüsü Şərqi Timor 13 inzibati dairəyə (Ayleu, Aynaru, Baukau, Bobonaru, Vikeke, Dili, Kova-Lima, Layten, Likisa, Manatutu, Manufaxi, Okusi-Ambeno və Ermera) bölünür. Dövlət başçısı Ümumxalq səsverməsi yolu ilə və iki dəfədən artıq olmamaq şərti ilə 5 il müddətinə seçilən və əsasən mərasim funksiyalarını yerinə yetirən Prezidentdir. Konstitusiyaya görə milli müstəqilliyin və dövlətin birliyinin rəmzi və təminatçısı sayılan dövlət başçısı Baş naziri təyin etmək, qanunlara veto qoymaq, Hökumətin formalaşmasında və illik dövlət büdcəsinin təsdiqində yaranmış ciddi böhran zamanı Parlamenti buraxmaq və yeni seçkilər təyin etmək, demokratik təsisatların normal fəaliyyətini təmin etmək və s. səlahiyyətlərə malikdir. Qanunverici hakimiyyət Şərqi Timorun ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçkilər əsasında partiya siyahıları üzrə 5 il müddətinə seçilən 65 yerlik Milli Parlamentdən ibarətdir. Konstitusiyaya əsasən kifayət qədər geniş səlahiyyətlərə (qanunvericilik fəaliyyəti ilə yanaşı, Baş naziri və Hökumət üzvlərini seçmək, onlara etimadsızlıq göstərmək və s.) malik olan Milli Parlament qanunvericilik hakimiyyətini icra hakimiyyətindən müstəqil şəkildə həyata keçirir. İcraedici hakimiyyət İcra hakimiyyəti Parlamentdə çoxluq təşkil edən partiyanın üzvlərindən formalaşmış Hökumət tərəfindən həyata keçirilir. İcraedici hakimiyyətin başçısı Milli Parlament tərəfindən seçilən və formal olaraq ölkə Prezidenti tərəfindən təyin olunan Baş nazirdir. Nazirlər Şurası daxili və xarici siyasətin həyata keçirilməsinə görə ölkə Prezidenti və Milli Parlament qarşısında məsuliyyət daşıyır. Baş nazirin təqdimatında yeni formalaşmış Hökumətin fəaliyyət proqramı Milli Parlament tərəfindən təqdir və ya mütləq səs çoxluğu ilə rədd edilir. Mövcud Konstitusiyaya əsasən, ikinci hal (etimadsızlıq) təkrar baş verdikdə dövlət başçısı Nazirlər Şurasını tam heyətdə istefaya göndərə bilər. Məhkəmə hakimiyyəti Üzvləri Ali Məhkəmə Şurası və bir üzvü Milli Parlament tərəfindən təyin olunan, eyni zamanda Konstitusiya nəzarəti orqanı və elektoral ədliyyənin ali orqanı sayılan Ali Məhkəmə, habelə ümumi yurisdiksiyalı məhkəmələr, birinci instansiya (inzibati, vergi, hesablama) inzibati məhkəmələri və hərbi məhkəmələr ölkədə məhkəmə hakimiyyətini həyata keçirilir. Xarici keçid | https://az.wikipedia.org/w/index.php?curid=427302 |
Şərqi Türkistan | Şərqi Türkistan (uyğ. Sherqiy Türkistan شەرقىي تۈركىستان) — Böyük Türkistanın bir qismi Çin Xalq Respublikası, digər hissəsi isə Orta Asiyanın uzaq şərq bölgələrinə aid olan şərq hissəsi. Böyük və vahid Türkistan elləri Sovet İmperiyası və Çin Xalq Respublikası arasında qərb hissəsində keçmiş türk-sovet respublikaları, şərq hissəsində isə Uyğur Muxtar Vilayəti olmaqla iki hissəyə bölünmüşdür. Tyan Şan (Tanrı Dağ(?), uyğur-ing. Tengri Tagh) və Pamir dağ silsilələri iki türk məmləkəti arasında sərhəd təşkil edir. Şərqi Türkistanda Türk dünyasının bir çox tarixi əhəmiyyətli şəhərləri yerləşir. Bunlardan Qaşğar, Hotan, Turfan, Yarkənd, İli (Gülcə), Kumul, Aksu, Kuçar (Köçər) və Altayı misal göstərmək olar. Şərqi Türkistan ərazisi 1,6 milyon (bəzi rəqəmlərə görə, 1,8) kvadrat kilometr olan, şimaldan Altay, cənubdan Pamir dağları ilə əhatələnmiş, tam mərkəzində isə Tanrı dağlarının ucaldığı, türk tarixinin müqəddəs izlərini özündə daşıyan bir bölgədir. Paytaxtı Urumçi, rəsmi dilləri uyğur və standart çin dilləridir. Tanrı dağı Şərqi Türkistanı iki hissəyə bölür – şimalda Cunqarya, cənubda isə Tarım hövzəsi yerləşir. Tarım hövzəsi 900 min kvadrat kilometrlik sahəsi ilə bölgənin yarısından çoxunu tutur. Hövzənin geniş hissəsi Təklaməkan səhrasına düşür. Tanrı dağları ilə Altay dağları arasında qalan Cunqarya hövzəsi isə daha əlverişli bölgə sayılır. Şərqi Türkistanın paytaxtı Urumçi də məhz bu hövzədə yerləşir. Bu region təkcə böyük əraziyə malik deyil. Bölgə həm də neft və təbii qazla zəngindir. Şərqi Türkistan dəniz sahillərindən uzaq qalması və yüksək dağlarla əhatəli olması, buranın çölləşməsinə səbəb olmuşdur. Buna görə də quraq bir iqlimə malikdir. Qədim tarix Şərqi Türkistan tarixi türk tarixi ilə başlayır. Tarixi sənədlərə görə, Şərqi Türkistandakı məhəlli hökmdarlar ilk dəfə Böyük Hun İmperiyasının tərkibində birləşiblər. İmperatorluğun zəifləməsi ilə çinlilərin Şərqi Türkistan torpaqlarına hücumları başlayıb. Çinlə Hun dövləti arasında toqquşmalar uzun müddət davam edib və bu zaman Şərqi Türkistan üzərindəki hakimiyyət də gah Çində, gah Hun dövlətində olub. Nəhayət, 103-cü ildə Çin məğlub olaraq geri çəkilib və Göytürk dönəminə qədər Şərqi Türkistan müxtəlif xanədanların idarəçiliyində qalıb. Orta əsrlər 552-ci ildə Göytürklər Ötükəni paytaxt elan edərək dövlətlərini qurublar. Müstəqil Göytürk dövləti 630-cu ilədək yaşayıb. O vaxtdan türk tarixində ağrılı dönəm başlayıb. Çin Şərqi Türkistanda çinliləşdirmə siyasəti həyata keçirməyə çalışıb. 660-cı ildə bölgəni işğal edib. 10 il sonra onların yerini tibetlilər alıb. 682-ci ildə İkinci Göytürk Xaqanlığı qurulub və bölgə göktürklərin nəzarətinə keçib. Ancaq onlar da uyğur bölgəsi üzərindəki nəzarəti saxlaya bilməyiblər və hakimiyyət başqa türk boyu olan türgislərə keçib. Onları isə qarluqlar əvəz edib. Məşhur Talas meydan müharibəsində qarluqlar Çin ordusunu məğlub ediblər və bundan sonra çinlilər 18-ci əsrə qədər Şərqi Türkistan torpaqlarından uzaq qalıblar. Qarluqlar Şərqi Türkistanın qərbdəki bölgələrini də Ötükəndəki Uyğur Xaqanlığına bağlayıblar. Uyğur xaqanlığı yıxıldıqdan sonra qarluqlar digər türk boyları ilə birlikdə Qaraxanlı dövləti nin təməlini qoyublar. Qaraxanlı hökmdarı Saltuk Buğra xan ın dövründə islam rəsmi din elan edilib. Qaraxanlı dövlətinin ikiyə ayrılması ilə Şərqi Türkistan Şərqi Qaraxanlının tərkibində qalıb. 1090-cı ildə Şərqi Qaraxanlı səlcuqlarla birləşib. 15 il sonra isə yenidən müstəqillik qazanıb, amma bu dəfə qarahıtaylar və naymanların hücumlarına məruz qalıb. Monqol tayfaları olan qarahıtay və naymanların iqtidarı 1218-ci ilə — Çingiz xan ordularının istilasına qədər davam edib. Çingiz xan Şərqi və Qərbi Türkistanı da işğal edib. Onun ölümündən sonra isə ölkə dörd oğlu arasında bölünüb və Türkistan Çağatayın payına düşüb. Teymurun Qərbi Türkistanı ələ almasından sonra Çağatayların əlində yalnız Şərqi Türkistan qalıb. Teymur buranı ələ keçirməyi bacarmayıb və sülh imzalamağa məcbur olub. 1357-ci ildə Çağatay xanədanı tabeliyindəki bütün monqol bəyləri müsəlmanlığı qəbul edib və türkləşiblər. 17-ci əsrin sonlarında Hidayətulla Xocanın üsyanı Çağatay dövlətini sarsıdıb və bundan yararlanan monqol kalmıklar Şərqi Türkistanın şimalını işğal edərək dövlət qurublar. 1760-cı ildə daxili qarışıqlığa son qoya bilməyən kalmık bəyi Çindən yardım istəyincə taxtda olan mancurlar bu fürsəti əldən qaçırmayıblar. Kalmık bəyi çinlilərlə savaşdan qorxub Rusiyaya qaçıb, torpaqları qorumaq isə Bürhanəddin Xoca ilə qardaşı Xoca Vihanın üzərinə düşüb. Uzun mübarizədən sonar məğlub olan bu iki qardaş qonşuluqdakı Bedahşaha pənah aparıblar, lakin əmir onları edam etdirərək başlarını Çin generalına göndərib. Çin generalı Xoca Cihanın xanımı Dilşad Sultanı da istəyib, əmir ölkəsini işğaldan qurtarmaq üçün bu əmri də yerinə yetirməli olub, lakin zorla Pekinə göndərilən Dilşad Sultan Çin imperatorunun evlənmə təklifini rədd edib və imperatorun anası onu boğdurub. Bu səbəbdən də Dilşad sultan Türkistanda namus simvolu sayılır. Mancurlar 1763-cü ildə Şərqi Türkistanda valilik quraraq Urumçi və Barkol bölgələrini Çinə aid olan Qansu bölgəsinə birləşdiriblər. Mancur istilasından qurtulmaq üçün Şərqi Türkistanda ayrı-ayrı zamanlarda qurtuluş hərəkatları olub. 1763-cü ildə Həmdullah bəy hərəkatı, 1819–1826-cı illərdə Cahangir Xan hərəkatı, 1830-cu ildə Yusif Xan Xoca hərəkatı, 1846-cı ildə Məhəmməd Əmin Xoca hərəkatı, 1855-ci ildə Vəli Xan Törə hərəkatı bunların ən məşhurlarıdır. 1863-cü ildə Şərqi Türkistanda azadlıq hərəkatı uğurla nəticələnib və işğalçı Çin birlikləri ölkədən qovulub. Hərəkata başçılıq edən Yaqub bəy Osmanlı hökmdarı Sultan Əbdüləziz dən himayədarlıq istəyib. Sultan Əbdüləziz Türkistana hərbi heyət və silah göndərib. Türkiyədən gələn əsgərlərin yardımı ilə Yaqub bəy 80 minlik ordu qurub. İngiltərə və Rusiya Şərqi Türkistan dövlətini rəsmən tanıyıb, lakin Osmanlının zəifləməsindən və yardımları kəsməyə məcbur olmasından sonra İngiltərə və Rusiya çinlilərin Türkistanı işğal etməsinə göz yumub. 1875-ci ildə Yaqub bəyin ölməsi Şərqi Türkistan üçün zərbə olub. Bundan yararlanan Çin 1876-cı ildə Şərqi Türkistanı bir daha işğal edib. On minlərlə türk, o cümlədən Yaqub bəyin bütün ailəsi qılıncdan keçirilib. 1884-cü ildə bütün Şərqi Türkistan Çinə qatılıb. Çinin bir vilayətinə çevrilən bu türk yurduna Şin Çianq (Yeni torpaq) adı verilib. Uyğurlara yönəlik soyqırım başlayıb, türk memarlıq üslubunda tikilən bütün binalar sökülüb, yerində Çin üslubunda binalar tikilib, Şərqi Türkistan şəhərlərinin adları dəyişdirilib, türkləri çincə oxumağa və çinlilərlə evlənməyə məcbur edilib. İkinci Mancur istilası 1911-ci ilə qədər davam edib. Həmin ildə Çində Mancur imperatorluğu devrilib və yerində respublika qurulub. 22 il yerli idarəçilər Şərqi Türkistanı talayıb, uyğurlara zülm ediblər. 1931-ci ildə Şərqi Türkistanın şərqində yerləşən Kumul vilayətində Xoca Niyaz Hacı və Saleh Dorganın liderliyində qiyam başlayıb və sürətlə yayılıb. Bütün Şərqi Türkistana yayılan üsyan iki il davam edib və genişlənib. 1933-cü il noyabrın 12-də Şərqi Türkistanda — Kaşqarda istiqlal elan edilib və Şərqi Türkistan İslam Respublikası yaradılıb. Xoca Niyaz Hacı ölkənin prezidenti seçilib. Bundan sonrakı dövrdə uyğurlar çinlilərlə yanaşı ruslarla mübarizə aparmaq məcburiyyətində qalıblar. Ruslar Şərqi Türkistanın prezidentini zorla devirib yerinə bir çinlini gətiriblər. Şərqi Türkistanda Xoca Niyaz Xan da daxil olmaqla 300 min nəfər həbs olunub, minlərlə insan öldürülüb. Rus işğalı 1944-cü ilə qədər davam edib. İkinci Dünya müharibəsi dövründə Şərqi Türkistana başçılıq edən çinli Şen rusları qovub. Bundan sonra isə milliyyətçi Çin birlikləri Şərqi Türkistanı işğal ediblər. Onların ilk işi bölgəni çinliləşdirmək olub. Bölgəyə Çindən çox sayda insan gətirilib, çin dili məcburi hala gətirilib, türklər çinlilərlə evlənməyə məcbur edilib, ziyalı türklər həbsə atılıb. Kommunist Çin birlikləri 1949-cu ilə qədər uyğur türklərinə zülm ediblər. 1949-cu ildə Çin Xalq Cümhuriyyəti qurulub. 6 il sonra Sincan Muxtar Vilayəti yaradılıb, lakin bu dönəmdə də uyğurların haqları tapdanıb və milli azlıq olaraq hüquqları təmin edilməyib. Ya Şərqi Türkistan dövlətinin yenidən qurulması, ya da daha yüksək statuslu muxtariyyət tələb edən uyğurlar isə həbsxanalara salınıb, sürgün edilib, işgəncələrə məruz qalıb. Uyğurlar 1949-cu ildən sonra da müstəqillik və haqları uğrunda mübarizələrini davam etidirblər, lakin Şərqi Türkistanın azadlıq istəyən ziyalıları ya həbsə, ya da sürgünə göndəriliblər. Son 50 ildə Şərqi Türkistanın problemlərini dünyaya çatdırmağa çalışan ən məşhur isimlərdən biri İsa Yusif Alptəkin olub. Şərqi Türkistanın simvolu halına gələn İsa Yusif Alptəkin 1901-ci ildə Kaşqarda anadan olub. 1936-cı ildə Çin Respublika Məclisinə seçilib. 1947-ci ildə Şərqi Türkistan hökumətinin baş katibi olub. 1949-cu ildə Çin Xalq Qurtuluş Ordusunun Şərqi Türkistana yerləşdirilməsindən sonra Hindistana – Kəşmirə sığınıb. 1954-cü ildə Türkiyəyə köçub və orada Şərqi Türkistan Mühacirlər Cəmiyyətini qurub və Şərqi Türkistanın səsini dünyaya duyurmağa çalışıb. 1995-ci ildə dünyasını dəyişib. Oğlu Erkin Alptəkin də Şərqi Türkistan azadlıq hərəkatının iştirakçılarındandır, hazırda Almaniyada yaşayır. 1993-cü ilin rəsmi məlumatına görə, Şərqi Türkistan əhalisinin sayı 16 milyondur. Bunun 47 faizini yerli xalq olan müsəlman uyğurlar təşkil edir. İkinci böyük çoxluq isə 37 faizlə xan millətindən olan çinlilərdir. Ölkənin üçüncü böyük xalqı sayı bir milyondan çox olan qazax türkləridir. Şərqi Türkistanda Çin müsəlmanları, qırğız türkləri, monqollar, taciklər, mancurlar, özbəklər, ruslar, dağurlar və tatar türkləri də yaşamaqdadırlar. Xan millətinin bu bölgədə yaşaması və artması çinliləşdirmə siyasətinin tərkib hissəsidir və sayları şişirdilir. Uyğruların sayı isə, Şərqi Türkistandan olanların iddiasına görə, azaldılır. Belə ki, Şərqi Türkistandan olanlar bu bölgədə ən azı 40 milyon insan yaşadığını və onların 30 milyonunun müsəlman türklərdən ibarət olduğunu deyirlər. Çin iqtidarı müsəlman türklərin bir-biriləriylə yaxınlıqlarını aradan qaldırmaq üçün bəlgələri etnik quruluşlarına görə muxtar qəsəbə, muxtar bölgə kimi parçalara ayırıb. Müsəlman türklərə uşaq sayını məhdudlaşdırma, məcburi abort kimi metodlar tətbiq olunur. Ən məhsuldar torpaqlar çinlilərə verilir, bütün fabriklər Şərqi Türkistana yerləşdirilən çinlilərin yaşadıqları ərazilərdə qurulub. Həmçinin bax Şərqi Türkistanın emblemi Xarici keçidlər Hür Gökbayrak : Doğu Türküstanın sesi Arxivləşdirilib 2009-04-13 at the Wayback Machine The Government of The Xinjiang Uyghur Autonomous Region of China Arxivləşdirilib 2012-01-22 at the Wayback Machine Uighur Language Eastern Turkistan Information Center (in English, Uyghur, and Turkish) DAĞLAR ARASINDA DİYAR | https://az.wikipedia.org/w/index.php?curid=25093 |
Şərqi Türkistan bayrağı | Şərqi Türküstan bayrağı (uyğ. شەرقىي تۈركىستان بايرىقى) və ya Kökbayraq (azərb. Göy bayraq - Birinci Şərqi Türküstan Respublikasının milli bayrağı. 1933-cü ilin 12 noyabr tarixində yaradılmışdır. Şərqi Türküstan azadlıq hərəkatının simvoludur.Bu bayraq Türkiyə və Azərbaycan respublikalarının bayraqlarına bənzəyir. Hər üçündə Tenqriçiliyin simvolları olan ay və ulduz vardır. Bayraqdakı göy rəng Göytürkləri tərənnüm edir. RGB rəngli bir məkanda Şərqi Türküstan bayrağının mavi hissəsi 101/183/255; altıbucaqlı rəng kodunda #65B7FF-dir. CMYK rəngli bir məkanda 58% siyan, 19% mavi, 0% sarı və 0% qara rəngdən ibarətdir. Həmçinin bax Şərqi Türküstan Sintszyan yenidən təhsil düşərgələri Gənc Qaşqar Partiyası Şərqi Türküstanın emblemi | https://az.wikipedia.org/w/index.php?curid=768703 |
Şərqi Türkistan İslam Respublikası | Çin hakimiyyəti Şərqi Türküstandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmut Muxitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd İmin Boğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türküstanın digər bölgələrini: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Üsyançılar tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Kaşqar şəhəri olmaqla Şərqi Türküstan Türk İslam Respublikası elan edilir. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçilir. Sovet və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradı. Lakin əslində respublika 1937-ci ilə qədər yaşamışdı. Belə ki, 1937-ci ildə 1934-cü ildən sonra Qaşqar və ətrafına nəzarət edən Niyaz Kamal və Kiçik Axunun komandanı olduqları Altıncı Uyğur Diviziyası SSRİ və Çin qoşunları tərəfindən birlikdə məğlubiyyətə uğradıldı. İlk Uyğur respublikasının müstəqil mövcudluğu on il sonra İkinci Şərqi Türküstan Respublikasının yaradılması və müasir uyğurların müstəqil Şərqi Türküstan yaratmaq planlarında mənəvi dəstək üçün ən yaxşı nümunə olmuşdur. XX əsrin əvvəllərində Uyğurıstanın müstəqilliyini dəstəkləyənlər arasında, Pan-Türkçülük ideyalarına söykənən cədidçilik hərəkatı çox güclü təsirə malik idi. İlk əsas məktəb Qaşqardən kənarda yerləşirdi və mədrəsədəki ənənəvi tədrisdən fərqli olaraq tədris elm, riyaziyyat, tarix və müxtəlif dillər öyrənilməsinə əsaslanırdı. Cədidçilik fərdi və milli inkişaf üçün təhsilin mümkünlüyünü və Sincanın statusunun dəyişdirilməsinin mümkünlüyünü vurğulayırdı. SSRİ və sosialist Orta Asiya respublikalarının elan edilməsi separatçı hisslərin populyarlığının artmasına və kommunist fikirlərin yayılmasına da təsir etdi. Yerli Kommunist Təşkilatı 1921-ci ildə qurulsa da, Şərqi Türküstan həm də Türk millətçi hərəkatını quran SSRİ-dən olan qaçqınların sığınacaq tapdığı yer idi. Sincanda vəziyyət 1928-ci ildə Yan Szensinin öldürülməsi və özünü qubernator elan edən müavini Jin Şuzhen tərəfindən hakimiyyəti ələ keçirməsi ilə pisləşdi. Bölgənin inkişafını idarə etmək baxımından despotik, korrupsiyalaşmış və təsirsiz olan Jin, çinliləşdirmə prosesinə başlayaraq, vergiləri artırdı, həcc ziyarətinə getməyi qadağan etdi və yerli məmur vəzifələrinə yerli xalqın nümayəndələri əvəzinə xanlardan təyin edərək uyğurları daha qəzəbləndirdi. Müstəqilliyin elan edilməsi Vəziyyət 1930-cu ildə Şərqi Sincanda yerləşən Kumul xanı Şah Məsud xanın vəfat etməsi ilə böhran həddinə çatdı. Sin sülaləsinin qanunlarına görə, hakimiyyət onun nəslindən birinə keçməli idi. Kumul ərazisi Şərqi Çinə gedən aparıcı yolun üzərində strateji yerləşməsi və çoxlu sayda mənimsənilmiş kənd təsərrüfatı torpaqlarına malik olması ilə əhəmiyyətli yer sayılırdı. Bütün bunlar və hökumətin hakimiyyəti ələ keçirmək və feodal irsi hüququnu ləğv etmək istəyi Jin Şuzenə xanlığı ləğv etməyə və birbaşa idarəetmə tətbiq etməyə sövq etdi. Jin Şuzen yerli uyğurlardan alınan kənd təsərrüfatı vergilərini iki qat artırdı, əkin sahələrini müsadirə etdi, onları Qansudan olan xan qaçqınlarına verdi və onlara subsidiya ayırdı. Uyğurları isə səhra kənarında əlverişsiz torpaqlara köçürdü. Kumula gətirilən yeni qarnizon yalnız yerli əhali arasında narazılığı artırdı və 1931-ci ildə bölgədə müqavimət dəstələri meydana gəlməyə başladı. Səbrləri daşıyan son damla 1931-ci ilin fevralında, etnik bir çinli zabitin uyğur qızla evlənməyə çalışdığı oldu. Uyğurlar, qızın təcavüzə uğradığını iddia edirdilər. Belə ki, İslam qanunları müsəlman qızların qeyri-müsəlmanlarla evlənməsini qadağan edirdi. Bu da uyğurların həm qorxmasına, həm də onların milli-dini hissiyatına toxunmuşdu. Kumul üsyanı 1931-ci il fevralın 20-də toyda Çinq və hökumətin 33 əsgərinin qətli ilə başladı. Ardınca Qansudan olan 120 xan qaçqını da öldürüldü. Üsyana qoşulanlar yalnız uyğurlarla məhdudlaşmadı, qazaxlar, qırğızlar, çinli xanlar və hueylər - Jin hakimiyyətini devirmək istəyənlərin hamısı onda iştirak edirdi. Homindan və Sovet İttifaqı Jin və komandanı Şen Şiçaiyə kömək üçün qoşun göndərməsi vəziyyəti daha da çətinləşdirdi. Üstəlik Jinin yanında İli çayı vadisində yaşayan vətəndaş müharibəsindən sonra SSRİ-dən qaçan mühacirlər də vardı. Tərəflər arasında əsas döyüş Urumçi yaxınlığında baş verdi, burada uyğurlar və hueylərin hərbi birləşmələri cəmləşmişdi, onları Şen Şitsai, ağ qvardiyaçılar və Çinin şimal-şərqindən Yapon işğalı zamanı geri çəkilən mancur əsgərləri mühasirəyə almışdılar. 1933-cü ilin aprelində Jin bu koalisiyanın rəhbəri tərəfindən vəzifəsinə təsdiq edildi. Sovet İttifaqından hərbi dəstək alan Şen uyğurların hərbi liderlərindən biri olan Hacı Niyazi Xocaya (Şah Məsudun keçmiş müşaviri), Ma Çjunun başçısı olduğu hueylərin dəstələrinə qarşı hərbi dəstək qarşılığında Cənubi Uyğurustanın bölgələrindən birində hakimiyyət təklif etdi. Bununla Şen Şitsai üsyançıları parçalamaq məqsədi güdürdü və istəyinə də müvəffəq ola bildi. Belə ki, Niyazi Xoca və Ma Çunq arasındakı əvvəlki ittifaq Jimsar döyüşündən sonra pozulmuşdu. Bu döyüşdə Niyazi Xoca qüvvələri ağır itki verdilər, lakin Jimsar qarnizonunu təslim olmağa məcbur etdilər. Döyüş zamanı Ma Çunqun qoşunları əsasən hücum qüvvələrinin cinahlarını və arxa hissəsini qoruyurdu, uyğur qoşunları isə Cimsar qalası üzərinə açıq hücuma atılmışdı. Niyazi Xoca qala arsenalının silahlarının təslim edilməsi müqabilində mühasirədə olan qarnizonun sərbəst geri çəkilməsini təmin etməyə razı oldu. Lakin gecə Ma Çunq qəfildən qalaya girir və bütün arsenalı (12,000 tüfəng, 6 pulemyot və 500,000 güllə) ələ keçirdir və çin qarnizonunu özünün Dunqan qoşunlarının tərkibinə daxil edir. O, ələ keçirilmiş silah arsenalını Niyazi Hoca ilə bölüşməkdən imtina edir və bununla da sonuncunu qəzəbləndirir. 1933-cü il mayın 28-də və sonrakı bir neçə gündə Niyazi Xoca artıq Şenq Şicai ilə sülh danışıqlarına başlamaq üçün Urumçidəki Sovet Baş Konsulu Apresov və nümayəndələri ilə görüşür. Şenq Şicai ilə Niyazi Xoca arasındakı ittifaq müqaviləsi 4 iyun 1933-cü ildə imzalanmışdı və bu zaman Sovet İttifaqı Niyazi Xocaya xeyli silah-sursat: təxminən bir neçə yüz bomba və üç pulemyotla təxminən 2000 tüfəng verdi. Danışıqları təşkil edən Urumçiyə yeni təyin olunmuş Sovet Konsulu Qaregin Apresov Niyazi Xocaya qoşunlarını dunqan (huey) qüvvələrinə qarşı çevirməyə məcbur etdi və bu da üsyanın fərqli milli qruplar arasında qırğınlara çevrilməsinə gətirib çıxardı.Hueylərin qoşunlarının başqa bir hissəsi isə uyğurlarla birlikdə (Teymur bəyin başçılığı ilə) Uyğurustanın cənubundakı Külçə şəhərinə hücum etdi və mart ayında Qaşqara yaxınlaşdı. Lakin tezliklə burda da müttəfiqlər arasında parçalanma baş verdi. Belə ki, şəhərin mühasirəsi zamanı hueylərin komandanı Ma Çancanq, yerli hakimiyyət orqanları ilə gizli sövdələşmə bağladı və Ma Şaounun başçılıq etdiyi huey birlikləri xaincəsinə uyğurların üzərinə hücum etdi. Ma Şaou şəxsən uyğurların komandanı Timur Bəyi öldürdü.. Respublikanın elan edilməsi Eyni zamanda Tarım hövzəsinin cənubunda, Xotan şəhərində cədidçilik təhsili almış zəngin Buxra ailəsindən olan üç qardaş Keriya şəhəri yaxınlığındakı qızıl mədənlərində çalışanları üsyana qaldırdılar. Onlar Yurunkaş və Karakaş çaylarının vadilərin də yaşayanları da üsyana cəlb etdilər. 1933-cü il martın 16-da Çindən ayrılaraq, müstəqil Xotan Əmirliyini yaratdıqlarını və özlərini bu dövlətin əmiri elan etdilər. Yerli əyalət rəhbərliyi və hərbi birlikləri mədənçilər tərəfindən məhv edildi. Yerli çinli əhali yalnız İslamı qəbul etdikləri üçün məhv edilmədi. Xotan Əmirliyi, 1933-cü ilin iyulunda Xotan hökumətinin Qaşqar qolunu və qurumlarını yaratmaq məqsədi ilə Buğra qardaşlarından birini Şahmansur Əmin Buğranı bu şəhərə göndərdi. İlin sonunda Qaşqar qolu millətçilik və cədidçilik prinsiplərinə söykənən çox etnik, yarımillətçi Şərqi Türküstan İstiqlal Assosiasiyasına çevrilir. 1933-cü ilin sentyabrında Sabit Damolla, Niyazinin o vaxt Uyğurustanın şimalında və əslində Şen Şisai ilə koalisiyada olmasına baxmayaraq, Niyazi Xocanın rəhbərlik etdiyi Şərqi Türküstan Respublikasının qurulduğunu elan etdi. 1933-cü il noyabrın 12-də Şərqi Türküstan Türk İslam Respublikası (ŞTTİR) ya da Uyğurustan Respublikası elan edildi. Hər iki ad eyni anda istifadə edilmiş və hər ikisi eyni anda elan olunmuşdu. Daxili siyasət Bu dövlət quruluşu Xotan əmirliyindən asılı deyildi və ondan müstəqil idi. ŞTTİR-in hakimiyyəti Tarim hövzəsinin şimalındakı Aksudan cənubda Xotana qədər olan ərazini əhatə edirdi. Əslində Qaşqar hökumətinin böyük problemləri var idi: resurs çatışmazlığı, hiperinflyasiya və Ma Çjançanın qismində rəhbərlik etdiyi düşmən hueylər. Konstitusiyada "Şərqi Türküstan" adından istifadə olunmaqla yeni dövlət çoxmillətli bir respublika elan edilsə də, ilk sikkələr "Uyğurstan Respublikası" (Uyğurstan Jumhuriyiti) yazısı ilə zərb edilirdi. Bəzi mənbələrdə isə Şərqi Türküstan Türk İslam Cümhuriyyətinin adına rast gəlinir. Bu da dövlətdə İslamın və türkçülüyün əhəmiyyətini vurğulayırdı. Cümhuriyyətdə islamın təsiri şübhə doğurur. Belə ki, konstitusiya şəriəti təsdiq etsə də, cədidçilik təhsilə və iqtisadi islahata vurğu etməyi nəzərdə tutur. Beynəlxalq aləmdə tanınmaq cəhdi Şərqi Türküstan İslam Respublikasının beynəlxalq səviyyədə tanınma səyləri boşa çıxdı. SSRİ, Əfqanıstan, İran, Türkiyə və Britaniya Hindistanına elçilər göndərildi. Sovet İttifaqı islamçılar ilə işləməkdən imtina etdi. Əfqanıstanda Qaşqar elçiləri Əfqanıstan kralı Zahir Şah və Baş nazir Sərdar Məhəmməd Haşim Xan ilə görüşərək silah tədarükündə kömək istədilər. Ancaq hər ikisi də Çinin daxili işlərinə qarışmamağa qərar verdi. Bütün digər dövlətlər də eyni şəkildə reaksiya göstərdilər, separatçılarla münasibət qurmaq istəmədilər. Heç kim Çin və SSRİ-nin regionda siyasətinə qarşı çıxmaq və Sincanda 100.000 insanın öldüyü müharibəyə müdaxilə etmək istəmədi. Gənc Respublikanın adı çəkilən ölkələr tərəfindən tanınmaq cəhdi boşa çıxdığından Berlin-Roma-Tokio oxu dövlətləri ilə əlaqədar axtarmağa başladı. Bu ölkələrdə 1930-1937-ci illərdə panislamçı hisslərdən istifadə etməkdə maraqlı idilər. Şərqi Türküstan İslam Respublikası Almaniyanın Kabuldaki nümayəndəsi sayəsində onlarla bəzi diplomatik əlaqələr qura bildi. Ancaq Şərqi Türküstan İslam Respublikası Almaniya tərəfindən rəsmi tanınmağa müvəffəq ola bilmədi. Bunun əvəzinə Nasist Almaniyası Homindanı dəstəklədi. Beləliklə, yeni yaradılan respublika düşmənlərlərin əhatəsinə düşdü (Hueylər, SSRİ, Çin) və beynəlxalq aləmdə tək qaldı. Belə şəraitdə isə onun mövcudluğunu qorumaq şansı mümkün deyildi. Respublikanın süqutu SSRİ-nin hərbi müdaxiləsi 1933-cü ilin oktyabrında Şen Şitsai iqtisadi və hərbi məsələləri müzakirə etmək üçün Moskvaya səfər etdi. 1933-cü ilin dekabrında ikinci səfər zamanı onu Sovet Baş Konsulu Qaregin Apresov müşayiət etdi və birbaşa hərbi dəstək barədə razılıq əldə edildi. SSRİ-dən Baş Siyasi İdarənin 13-cü Alma-Ata və 10-cu Daşkənd alaylarının üzvlərindən və Qızıl Ordu əsgərlərindən təşkil olunan qoşun "Altay könüllü ordusu" adı altında bölgəyə yeridildi. Onlar bir neçə zirehli maşınla təchiz edilmiş və Ağ Qvardiyaçıların formasını geyinmişdilər. Heyətə SSRİ-yə mənsub olduqlarını inkar etmək barədə ciddi təlimat verildi və onlara 50 il müddətinə Sincanda baş verən hadisələrin təfərrüatlarını açıqlamamaq üçün sənədə imza atdırdılar. Sincan valisi adından polkovnik P.Pappenqut SSRİ tərəfindən maliyyələşdirilən bir süvari və iki piyada alayı qurdu. "Altay könüllü ordusu"nun hərəkətləri Baş Siyasi İdarənin Sərhəd Mühafizəsi Baş İdarəsinin xüsusi əməliyyatı kimi təqdim olundu. Əməliyyata əvvəlcə Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi M.P.Frinovski, daha sonra isə onu əvəz edən N.K.Kruçinkin rəhbərlik etmişdir. Sovet İttifaqı Sincan hökuməti tərəfindəki Ağ Qvardiya birləşmələrinin döyüşlərdə iştirakını maliyyələşdirirdi. Beləliklə, Şərqi Çin dağlarında və səhralarında "qırmızılar" və "ağlar" eyni tərəfdə vuruşurdular və hətta eyni hərbi forma geyindilər.Nəhayət şimalda Şen Şitsai 1934-cü il yanvarın 24-də SSRİ-dən Altay və Tarbaqatay adlı iki briqada kömək aldı. General Voloşinin (əslində Sovet ordusu generalı Pavel Rıbalko) rəhbərlik etdiyi sovet əsgərləri Altaydan qaçan rus kazakları kimi təqdim edildilər. Əslində isə bu SSRİ-nin Sincana hərbi müdaxiləsi idi. Yaponiyanın Mancuriyanı ilhaq etməsi və hueylərin lideri Ma Çjuna mümkün yapon dəstəyi SSRİ-nin narahatlığının səbəblərindən biri idi. İosif Stalinin narahatlığının başqa bir səbəbi Sincandakı üsyanın Sovet Orta Asiyasına yayıla bilməsi ilə yanaşı, basmaçların orada sığınacaq tapması mümkünlüyü idi. Sincan ilə SSRİ arasındakı ticarət əlaqələri də Şenin gələcəkdə dəstəklənməsinə səbəb oldu. Urumçiyə yeni təyin olunmuş Sovet Baş Konsulu Qaregin Apresov 1933-cü ilin mayında Şen Şitsaiyə açıq şəkildə deyirdi: "Əyaləti inkişaf etdirə və müxtəlif millətlərdən olan insanların yaşayış şərtlərini yaxşılaşdırmaq, mədəniyyətlərini inkişaf etdirmək olar. Ancaq onlara (müsəlman üsyançılarına) vilayətin cənubunda SSRİ-nin arxa qapısındakı İkinci Mancuriyaya çevrilərək Müstəqil Dövlət yaratmalarına icazə versəniz, biz buna seyrçi olmayacağıq, hərəkətə başlayacağıq". Şen Şirsai hərbi yardım və Qırmızı Ordu hərbi birləşmələrinin Sincan ərazisinə daxil olması üçün Sovet rejiminin barışmaz düşməni olan ağ qvardiyaçı Pavel Papenqut, Sincan vilayətinin silahlı qüvvələrinin komandanlığından çıxarıldı. O, Apresovun tələbi ilə həbs olundu 1933-cü il aprel sui-qəsdini hazırlamaqda günahlandırılaraq Urumçidə güllələndi. Ağ qvardiyaçı alayının baş komandanı general Bekterev təyin olundu. Beləliklə Sovet İttifaqının Sincana müdaxiləsi daha da genişləndi. 1933-cü il dekabrın 23-də Pravda qəzeti, Sincan hökumətinin 1933-cü ilin dekabrına qədər 46 min süngü və qılıncla silahlanmış bir ordu qurduğunu bildirən TASS hesabatı yayımlamışdı. İli çayının ətrafında dayanan han Çin birliklərinə komandanlıq edən han çinli general Zanq Peiyuan, Ma Çjan ilə danışıqlar apardı və 1934-cü ilin yanvarında onunla birlikdə Urumçi üzərinə hücumu planlaşdırdı. Sentyabrın ortalarında Şen Şitsai Ma Çonqun Turfan bölgəsini təmizləməsini və geriyə evinə dönməsini tələb etdi. Əvvəlcə Ma Çonq Taçenq və Urumçi arasındakı yolu ələ keçirdi, lakin Sovetlərin "Altay Könüllü Ordusu" tərəfindən şəhərin tutulduğu barədə xəbərlər alındıqdan sonra (sovet hərbi birləşməsi əslində şəhərə daxil olmuşdu) Külçəyə dönməyə qərar verdi. Zanq Külçəyə yaxınlaşanda dağ yolunda mühasirəyə düşdü və qoşunları qismən məhv edildi. O, ordusunun qalıqları ilə Tyan-Şan dağlarındakı Muzart aşırımına və oradan Cənubi Sincana Aksu yaxınlığına qaçdı. Buna dözməyən Zang Peiyuan intihar etdi. Oktyabr ayında Çin hökumət qoşunları Davançenq keçidinə hücum etdilər, lakin məğlub oldular. Ma Çonq Urumçiyə planlaşdırıldığı kimi hücum etdi. O, Şeni qəflət yaxaladı, şəhərə qərb tərəfindən təpələrdən gizlicə yaxınlaşdı və əvvəlcə teleqraf stansiyasını, sonra aerodromu ələ keçirdi. Bu zaman Urumçidə panika başladı. Bəzi hökumət üzvləri hökumətin Külçəyə təxliyəsindəisrar etdilər, lakin təhlükəli vəziyyəti Ma Çonqun bölmələrinə arxadan zərbə vuran Niyazi Xoca aradan qaldırdı. Bu, Şen Şitsaiyə Turfan istiqamətindəki gərginliyi aradan qaldırmasına və döyüş əməliyyatlarına qarışmadan yeni möhkəmlənmənin gəlməsini gözləməsini təmin etdi. Çonq şəhər ətrafını tamamilə təcrid edərək onu mühasirəyə aldı. Sovet-Sincan qoşunları İli bölgəsində Zanqı Peiyanı məğlub etdikdən sonra, Çan Kayşi SSRİ ilə birbaşa silahlı qarşıdurmaya cəlb olunacağından qorxduğu üçün Maya tam dəstək göstərə bilmədi.Tatun çayı üzərində həlledici döyüşdə Ma Çonq məğlub oldu. Sovet hərbi briqadaları aviasiya dəstəyi ilə Ma Çonqu cənubda geri çəkilməyə məcbur etdi. 1934-cü il fevralın 16-da Urumçinin mühasirəsi qaldırıldı. Paytaxt üzərinə hücum 36-cı diviziya generalı Ma Fuyuan 6 fevral 1934-cü ildə Qaşqara hücum etmək üçün huey ordusuna rəhbər təyin edildi. Ma Fuyuan Şərqi Türküstan İslam Respublikası, uyğur və qırğız üsyançılar üzərinə yerimək üçün hazırlığlara başladı. 36-cı diviziyanın başqa bir generalı Ma Çonqu mühasirədən çıxmağa kömək etdi. Çonq 22 may 1933-cü ildə Qaşqarda özünün huey Çin qoşunları ilə birlikdə uyğurlar və qırğızlar tərəfindən tələyə düşmüşdü. 1934-cü il yanvarın 13-də şəhərə gələn Niyazi Xocanın uğursuz əks hücumlar cəhdi uyğur qüvvələrinin böyük itkiləri ilə nəticələndi. 1934-cü ilin fevralında Qaşqarın qədim hissəsində 2000-dən 8000-ə qədər uyğur mülki vətəndaşı hueylər tərəfindən qətlə yetirildi. Bu uyğur qüvvələrinin 1933-cü ildə Qaşqardan Yenihisara çəkilməsi zamanı törətdikləri Qızıldakı qətliamının qisası kimi təqdim edildi. 1934-cü il aprelin 7-də Qaşqara gələn huey 36-cı Diviziya baş komandanı general Ma Çonq aprel ayında İd Kah məscidində çıxış edərək uyğurları Nankindəki Çin Respublikası hökumətinə sadiq qalmalarını tələb etdi. Hueylər Qaşqardakı Britaniya konsulluğuna hücum edib onu dağıtdılar. Bir neçə ingilis vətəndaşı 36-cı Diviziya qoşunları tərəfindən qətlə yetirildi. Ma Çonq Şərqi Türküstan İslam Cümhuriyyətinin (ŞTİR) varlığına son qoydu.Mahmud Muhiti ordunun qalıqları ilə Yarkənd və Xotana çəkildi. Respublikanın prezidenti Niyazi Xoca Artuşdan Sovet-Çin sərhədinə doğru geri çəkildi. Hacı Niyazi Xoca SSRİ-də sığınacaq tapdı. Sovet hökuməti ŞTİR-nın ləğvinə razılıq veriləcəyi təqdirdə ona hərbi yardım və böyük imkanlar vəd etdi. Şərqi Türküstan İslam Cümhuriyyətinin ləğvi və hərbi dəstələrin buraxılması barədə sənədlərin imzalanmasından sonra Niyazi Xoca Sincanın cənubunda (Xotan, Yarkənd) hakimiyyət səlahiyəti verildiyi Şərqi Türküstana qayıtdı. ŞTİR-nın süqutundan sonra didərgin düşən digər cümhuriyyət xadimləri Hindistan və Əfqanıstanda sığınacaq tapdılar. James A. Millward and Nabijan Tursun, "Political History and Strategies of Control, 1884–1978" in Xinjiang: China's Muslim Borderland (ISBN 0-7656-1318-2). Michael Zrazhevsky, "Russian Cossacks in Sinkiang". Almanach "The Third Rome", Russia, Moscow, 2001 Sven Hedin, "The flight of Big Horse". New York, 1936. Burhan Shahidi 包尔汗, Xinjiang wushi nian 新疆五十年 [Fifty Years in Xinjiang], (Beijing, Wenshi ziliao, 1984). Clubb, O. E., China and Russia: The "Great Game". (NY, Columbia, 1971). Forbes, Andrew D. W. Warlords and Muslims in Chinese Central Asia: A Political History of Republican Sinkiang 1911–1949. Cambridge, England: Cambridge University Press. 1986. ISBN 9780521255141. Hasiotis, A. C. Jr. Soviet Political, Economic and Military Involvement in Sinkiang from 1928 to 1949 (NY, Garland, 1987). Khakimbaev A. A., "Nekotorye Osobennosti Natsional’no-Osvoboditel’nogo Dvizheniya Narodov Sin’tszyana v 30-kh i 40-kh godakh XX veka" [Some Characters of the National-Liberation Movement of the Xinjiang Peoples in 1930s and 1940s], in Materialy Mezhdunarodnoi Konferentsii po Problemam Istorii Kitaya v Noveishchee Vremya, Aprel’ 1977, Problemy Kitaya (Moscow, 1978) pp. 113–118. Lattimore, O., Pivot of Asia: Sinkiang and the Inner Asian Frontiers of China (Boston, Little, Brown & Co., 1950). Rakhimov, T. R. "Mesto Bostochno-Turkestanskoi Respubliki (VTR) v Natsional’no-Osvoboditel’noi Bor’be Narodov Kitaya" [Role of the Eastern Turkestan Republic (ETR) in the National Liberation Struggle of the Peoples in China], A paper presented at 2-ya Nauchnaya Konferentsiya po Problemam Istorii Kitaya v Noveishchee Vremya, (Moscow, 1977), pp. 68–70. Wang, D., "The USSR and the Establishment of the Eastern Turkestan Republic in Xinjiang", Journal of Institute of Modern History, Academia Sinica, Taipei, vol. 25 (1996) pp. 337–378. Whiting, A. S., and Sheng Shih-ts’ai, Sinkiang: Pawn or Pivot? (Michigan, East Lansing, 1958). Xarici keçidlər The Soviet in Xinjiang 1911-1949 Həmçinin bax Kumul üsyanı Niyazi Xoca Sabit Damolla Şərqi Türküstan İstiqlaliyyət hərəkatı | https://az.wikipedia.org/w/index.php?curid=768709 |
Şərqi Türkistan İstiqlaliyyət hərəkatı | Şərqi Türkistan İstiqlaliyyət hərəkatı (uyğ. شەرقىي تۈركىستان مۇستەقىللىق ھەرىكىتى, çin. {{{1}}}) — 1757-1759-cu illərdə Tzin imperiyası tərəfindən Şərqi Türkistanın (Uyğurustan) işğalı ilə əlaqədar yaranan milli azadlıq hərəkatı. Uyğurların teokratik dövləti ləğv edildi. Dövlət idarə edən iki hakim Xocalar qəbiləsinin üzvlərinin çoxu - Aktaqlıq və Karataqlıq qətlə yetirildi. Aktaqlıq nəslindən sağ qalan Samsak Xoca əvvəl Buxaraya, daha sonra isə Kokanda mühacirət etdi. Bölgənin hazırda ÇXR-in bir hissəsi olmasına baxmayaraq, hərəkat bu günə qədər fəallığını davam etdirir. 1757-ci ildə Tsin dövləti Çin Cunqar xanlığının varlığına son qoydu. 1759-cu ildə bütün Qaşqar fəth edildi və bu ərazidə Sincan adlı yeni əyalət yaradıldı. Tsin rejiminin əleyhdarları buraya sürgün edilirdi. Burada Qansu vilayətindən Mancur və Çin qoşunları yerləşdirildi. Mancuriyadan solon və dahur dəstələri buraya yerləşdirilməyə başlandı. 1764-cü ildə bir neçə min sibo İli vadisinə köçürüldü.Burada mancur hərbi-əkinçilik qəsəbələri və Çin hərbi yaşayış məskənləri salındı. Həmçinin, buraya Mancur işğallarına müqavimət göstərən sürgün edilmiş uyğurlardan (tarançılar) əkinçilik yaşayış məntəqələri təşkil olundu. Çinlilər və dunqanlar da buraya köçürüldülər. XIX əsrin I yarısı XIX əsrin əvvəllərində Qaşqarda ictimai-siyasi vəziyyət kəskin şəkildə pisləşdi. Sincan qubernatorunun zəif idarəçiliyindən faydalanaraq, Mancur və Çin rəsmiləri şəxsi zənginləşmələri üçün mövqelərindən istifadə edərək özbaşınalıq edirdilər. Bundan əlavə, Çin tacirləri yerli məhsulları ucuz qiymətə alır, öz mallarını isə xüsusilə də çayı hədsiz baha satmaqla yerli əhalni amansızlıqla talan edirdilər. Bütün bunlar Tsin imperiyasının qonşu Kokand xanlığı ilə mürəkkəb münasibətləri fonunda baş verirdi. Mancur işğalçılarına qarşı çıxış edənlərə sığınacaq verən Kokand xanları onlardan Tsin hökumətinə qarşı təzyiq etmək üçün məharətlə istifadə edirdilər. Onlar bununla bölgədə mürəkkəb siyasət aparırdılar. XIX əsrin əvvəllərində Kokandda yaşayan Qaşqarın keçmiş hökmdarlarının varisləri olan Samsak Xocanın oğulları - Cahangir və Yusif-Xoca bölgənin müstəqilliyini bərpa etmək üçün hərəkatın başında dayanmışdılar. 1820-ci ilin yayında Cahangir Kokanddan qırğızların yanına "qaçdı". O, burada bir neçə yüz atlıdan ibarət dəstə yığdı və payızda Tsin səddlərini aşdı. 1820-1827-ci illərin uyğur üsyanının yatırılması və Cahangirlə sonrakı mübarizə Tsin hökumətinə 10 milyon lyana başa gəldi. Bu üsyan Qaşqardakı Tsin hökmranlığının əsasını sarsıtdı və cəza dəstələrinin vəhşilikləri yeni bir müsəlman çıxışlarının başlamasına zəmin yaratdı. 1828-ci ildə Cahangirin tutulub edam olunmasından sonra, bütün ümidlər artıq Yusuf-Hocaya - Cahangirin qardaşına bağlandı. Xüsusilədə Kokand xanı onu intensiv şəkildə buna təhrik edirdi.1830-cu ilin payızında Yusif dəstəsi ilə sərhədi keçdi və yeli əhali tərəfindən sevinclə qarşılandı. Cahangirin hərəkətlərindən dərslər çıxaran Yusif insanlara səxavətlə vədlər verirdi. O, xalqın böyük dəstəyi ilə Qaşqara daxil oldu. Lakin Yarkənddəki türbəyə edilən hücum uğursuzluqla başa çatdı. Üsyançılar orada böyük bir məğlubiyyətə uğradılar və bu hərəkatda dönüş nöqtəsi oldu. Üsyan tədricən zəifləməyə başladı. Əhali üsyana 1826-1827-ci illərdəkindən daha az dəstək verdi. Yusif Hocanın qoşunlarının soyğunçuluq əməlləri ona qarşı yerli sakinlər qəzəbi ilə nəticələndi. Yerli din xadimləri də Hocanı çox soyuq qarşıladı. Tsin hakimiyyəti iki islam təriqətinin dini düşmənçiliyindən məharətlə istifadə etdi. 1830-cu ilin oktyabrında əyalət hakimi Çanlin üsyançılara qarşı hücum etdi. 1830-cu ilin sonlarında Yusif Hoca bir neçə min tərəfdarı və əsirlər ilə sərhədə qaçdı və Kokand ərazisinə sığındı. Dörd ay davam edən üsyanın yatırılması xəzinəyə 8 milyon lyam hesabına başa gəldi. 1847-ci ildə Cahangirin qardaşı oğlanlarının rəhbərliyi altında yeni bir hərəkat "Yeddi Hocanın üsyanı" olaraq bilinən çıxış oldu. Lakin o, elə həmin ildə yatırıldı. 1857-ci ildə Qaşqarda Vəlixan-tyurya (Cahangirin qardaşı oğlu) rəhbərliyi ilə üsyan başladı. Lakin üsyan 1858-ci ilin avqustunda vəhşicəsinə yatırıldı. Bir çox üsyançı Kokanda qaçmağa müvəffəq oldu. XIX əsrin II yarısı 1874-cü ildə imperator sarayında bu mövzuda müzakirə təşkil etmək təklif edildi. Çin aristokratiyası Şərqi Türkistanı yenidən itaət altına almağa çalışırdı. Beləliklə 1875-ci il martın 10-da Çzo Çzyntanqın Sincan barədə düşüncələrini öyrənmək üçün ona ayrıca gizli sənəd göndərildi. Çzo Çzyntanqdan Sincanda imperiyanın hakimiyyətini yenidən əlində olan qüvvələr ilə bərpa edə biləcəyi barədə dəqiq cavab verilməsi istənildi. Qeyd olunan sənədin əhəmiyyəti o qədər böyük idi ki, onu Pekindən Lançjouyaa çatdırmaq üçün cəmi 9 gün vaxt verilmişdi. Çzo Çzyntanq sənədi 1875-ci il martın 19-da aldı. O, demək olar ki, bir aydan sonra 1875-ci il aprelin 12-də ətraflı bir hesabatla cavab verdi (19 cüt səhifə). Onun göndərdiyi cavabda deyilirdi ki, Sincan kampaniyası hərbi-dəniz proqramının həyata keçirilməsi vəziyyətindən asılı olmayaraq tam qələbə qazanana qədər aparılmalıdı. Hökumət Çzo Çzyntanqın hesabatını aldıqdan bir qədər sonra, 1875-ci ilin aprelində imperator onu Sincanda hərbi işlər üzrə müvəkkil təyin etdi. Bununlada rəsmi olaraq Sincanda hərbi kampaniyaya start verildi.1875-ci ildə Çzo Çzyntanq 70 minlik ordusu ilə Cunqariyanı yenidən tabe etmək üçün səfərə çıxdı. O, məhərətlə Yaqub bəydə rəsmi Pekinin Tsin imperiyası tərkibində Qaşqara muxtariyyət verəcəyinə inam yaratdı. Buna görə də Cunqariya demək olar ki, döyüşsüz ələ keçirildi. Bundan sonra 1877-ci ilin aprel ayının ortalarında qəflətən Yettişara qarşı Lyu Çzuntanın komandanlığı altında yaxşı silahlanmış 180 batalyonu göndərdi. Biyanhunun dəstələrinin və digər dunqan komandirlərinin köməyinə baxmayaraq Yaqub bəyin qoşunları məğlub oldu. 1877-ci ilin mayında Yaqub bəyi zəhərləyərək öldürdülər. Onun ölümündən sonra Yettişar üç düşmən hissəyə parçalandı. Lyu Çzuntanın qoşunları Qaşqarı, Yarkəndi və Xotanı tutdu. Çzo Çzyntanq müharibədəki qələbənin əsas şərti kimi Urumçini ələ keçirmək hesab edirdi. O, bu işə böyük əhəmiyyət verirdi. Urumçi şəhəri Çin qoşunları tərəfindən 1876-cı ilin 17 avqusunda tutuldu.1877-ci ilin dekabrında bütün Şərqi Türkistan işğal edildi. Cəza dəstələri minlərlə müsəlman türklərini edam etdi, on minlərlə insan həbsxanaya atıldı. Biyanhu dunqan dəstələri ilə Rusiya ərazisində sığınacaq tapdı. Tsin sülaləsinin hakimiyyəti Sincan ərazisində quruldu. Sankt-Peterburq müqaviləsindən sonra isə Rusiya İli ərazisini Çinə qaytardı. 1884-cü ildə Urumçi inzibati mərkəz olmaqla Sincan əyaləti təşkil edildi. XX əsrin I yarısı Tzin sülaləsinin süqutundan sonra bölgə əsasən Çin Respublikası hökumətinin nəzarətindən çıxdı. Bölgədə geniş azadlıq hərəkatı vüssət almağa başladı. 1931-ci ildə Çin hakimiyyəti Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Üsyançılar tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Qaşqar şəhəri olmaqla Şərqi Türkistan Türk İslam Respublikası elan edildi. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçildi. Lakin respublikanın ömrü uzun olmadı SSRİ və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradı. Lakin əslində respublika 1937-ci ilə qədər yaşamışdı. Belə ki, 1937-ci ildə 1934-cü ildən sonra Qaşqar və ətrafına nəzarət edən Niyaz Kamal və Kiçik Axundun komandanı olduqları Altıncı Uyğur Diviziyası SSRİ və Çin qoşunları tərəfindən birlikdə məğlubiyyətə uğradıldı.Buna baxmayaraq, Çin bölgəni tam nəzarətə ala bilmədi. Şərqi Türkistan İstiqlaliyyət hərəkatı İkinci Şərqi Türkistan Respublikasının da yaradılması ilə nəticələndi. 1944-1949-cu illərdə Çin Respublikasının Sintszyan (tarixi Şərqi Türkistanın şimal hissəsi) əyalətinin üç (İli,Taçen, Altay) şimal dairəsinin ərazisində SSRİ yönümlü olsa da müstəqil respublika qurulmuşdu. Belə ki, 1946-cı il ərzində Şərqi Türkistan Respublikası Sincan Koalisiya Hökumətində təmsil olunsa da, müstəqilliyini qoruyurdu. 1947-ci ilin avqustunda Şərqi Türkistan Cümhuriyyəti rəsmiləri Koalisiyadan çıxdıqlarını bəyan etdilər. Onlar Şərqi Türkistanın bütün ərazilərinin Çin hakimiyyətindən azad edilməli olduğunu bildirərək müstəqilliklərini yenidən bəyan etdilər. Sincanın qalan hissəsi Homindanın nəzarəti altında idi. 1949-cu ilin sonlarında müstəqillik tərafdarı olan onun əsas rəhbərlərinin və yaradıcılarının çoxu Pekinə ÇXR ilə danışıqlarda iştirak etmək üçün gedərkən SSRİ ərazisində qəzaya düşərək həlak oldular. 1950-ci ilin sonlarında Çin Xalq Azadlıq Ordusu İkinci Şərqi Türkistan Respublikasının ərazisinin çox hissəsini ələ keçirmiş və onun müstəqiliyinə son qoymuşdu. Bütün bölgə Çin Xalq Respublikasının (ÇXR) tərkibində Sincan-Uyğur Muxtar Rayonu olaraq adlandırıldı. Şərqi Türkistan Respublikası tərəfindən nəzarət olunan ərazinin böyük hissəsi sonradan İli-Qazax Muxtar dairəsinin tərkibinə daxil edildi. XX əsrin II yarısı SSRİ Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Anatol Taras, 1970-ci illərin əvvəllərində, ÇXR ilə müharibə olacağı təqdirdə, BKİ-nin gizli uyğur şəbəkəsi yaratmağa çalışdığını və sonradan uyğurların bunun əsasında silahlı müqavimət başladı bir sıra "inqilabi təşkilatlar" yaratdıqlarını iddia edirdi. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra "Qərbi Türkistan"ın (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) azad edilməsindən sonra Uyğurustanın yaradılması və Şərqi Türkistanın Çindən azad edilməsi çağırışları bütün dünyada yenidən səslənməyə başladı. 1970 -ci illərin sonlarından etibarən Çin iqtisadi islahatı qeyri-bərabər bölgə inkişafını ağırlaşdırdığından, uyğurlar Sincan şəhərlərinə köçərkən, bəzi hanlar da müstəqil iqtisadi inkişaf naminə Sincan şəhərlərinə köçürdülər. Artan etnik təmas və işçi rəqabəti, 1990-cı illərdəki uyğur separatçı terrorizminə təsadüf etdi, məsələn 1997-ci ildə Ürümçi avtobusunun partlaması bunun nümunəsidir.Polisin Ramazan ayında separatçı şübhəlilərə etdiyi basqınlar, ən azı 9 adamın ölümünə səbəb olan Külçə hadisələri kimi bilinən bir epizodda 1997-ci ilin fevral ayında şiddətə çevrilən kütləvi nümayişlərə səbəb oldu. 25 fevral 1997-ci ildə Urumçidə avtobusun partladılması, ehtimal ki, Külçədəki hadisədən sonra repressiyaya cavab olaraq 9 nəfəri öldürüldü, 68 nəfəri yaralandı. Şərqi Türkistan Milli Konqresinin keçmiş sədri, tanınmış uyğur fəalı Erkin Alptəkin, separatçı şiddət mövzusunda danışarkən bunları demişdir: "Hərəkətimizi səlahiyyətsizləşdirdiyimiz üçün dialoqa xüsusi diqqət yetirməli və gənclərimizi şiddətdən xəbərdar etməliyik." 2007-ci ildə Akto uyezdində islamçılarla ÇXR polisi arasında döyüş baş verdi. Çin mətbuatı ümumiyyətlə uyğurların hökumət əleyhinə etirazlarından xəbərlər vermir və onları "terrorçu" və "ekstremist" adlandırır. Lakin 2008-ci ildə Şərqi Türkistanda baş verən iğtişaşlar barədə məlumatlar beynəlxalq mediaya sızmışdı. 2009-cu il 5-7 iyulda Urumçi iğtişaşları ən iri kütləvi şıxışlar sayılır. Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı. Həmin hadisə zamanı iki uyğur qətlə yetirilmişdi. Polis isə məsələ barədə araşdırma başlatmışdı. Hər halda, müşahidəçilər etirazların iğtişaşlara çevrilməsinin səbəbi məsələsində qəti fikrə sahib deyillər. Mərkəzi Çin hakimiyyəti iddia edir ki, iğtişaşlar xaricdən, daha dəqiq desək Dünya Uyğur Qurultayı və onun rəhbəri Rəbiyyə Qədir tərəfindən təşkil edilmişdir. Rəbiyyə Qədir iddiaları rədd edərək bildirmişdir ki, o, Çin uyğurlarının öz müqəddaratını təyin etmə yolunda şiddətə müraciəti qəbul etmir. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watchun bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Uyğur mühacirlərin isə dediyinə görə isə iğtişaşalar zamanı 600 nəfər qətlə yetirilmişdir.. Dünya Uyğur Konqresi 1992-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə Quru Qoşunları təqaüdçü general-mayor Rza Bekin (daha sonra Şərqi Türkistan Vəqfi başçısı ve Dünya Uyğur Qurultayı fəxri başçısı) və yandaşları tərəfindən qurulan Şərqi Türkistan Milli Qurultayından sonra İsmayıl Cengizin liderliyi ilə qurulan və Şərqi Türkistan Milli Mərkəzinin dəvəti ilə İstanbulda edilən müşavirə iclaslarından sonra qurulan Şərqi Türkistan Qurultayı ilə 1996-cı ildə Almaniyanın Münhen şəhərində Dolkun İsa ve yandaşları tərəfindan qurulan Dünya Uyğur Gənclər Qurultayı kimi kiçik təşkilatlar, 2004-cü ildə Erkin Alptəkinin başçılığında birləşdirilərək Dünya Uyğur Qurultayı yaradılmışdır. Daha sonra bu ad Şərqi Türkistan (Uyğurustan) Qurultayı olaraq dəyişdirildi. Bu dəyişikliyə görə Şərqi Türkistanın bütövlüyünü qoruyan bir qrup uyğur, qazax, qırğız və özbəklərlə birlikdə 2004-cü ildə ilində Sürgündəki Şərqi Türkistan Hökumətinin ətrafında birləşdilər. Hazırda Dünya Uyğur Qurultayına Rəbiyyə Qədir rəhbərlik edir. Təşkilatın qərargahı Münhendə yerləşir. Şərqi Türkistanın İslam hərəkatı Həsən Mahsuma tərəfindən 1996-cı ildə yaradılmışdır. Həsən Mahsuma 2003-cü ildə Pakistan xüsusi ximət orqanları tərəfindən öldürülmüşdür. İdeoloji cəhətdən təşkilat radikal sünni qruplara yaxındır, keçmiş lider Həsən Mahsum Qaşqarda tanınmış bir ilahiyyatçı idi. Siyasi inancına görə üç il Çinin cəzaçəkmə koloniyasında həbsdə yatmışdır. Çin mətbuatının yazdığına görə, hərəkatın Əfqanıstanda silahlılara təlim keçmək üçün düşərgələri var idi. Lakin onların varlığı ilə bağlı etibarlı məlumat yoxdur. Xarici keçidlər All News about Uyghurs(Uighurs) and East Turkistan The World Uyghur Congress London Uyghur EnsembleArxivləşdirilib 2019-11-20 at the Wayback Machine The Uyghur Human Rights Project | https://az.wikipedia.org/w/index.php?curid=769024 |
Şərqi Türkistanın emblemi | Şərqi Türkistanın emblemi (uyğ. شەرقىي تۈركىستان دۆلەت گېربى) — Şərqi Türkistan İslam Respublikasının müstəqilliyi elan edilərkən — 1933-cü ilin 12 noyabrında yaradılmışdır. Respublika süqut etdikdən sonra Şərqi Türkistan azadlıq hərəkatının simvollarından biri halına gəlmişdir. Bismillah ortada gözəl xəttatlıq üslubunda yazılır. Bismillahın altında isə aypara yerləşir. Emblemin yuxarı hissəsində isə 3 ulduz əks olunmuşdur. Bu 3 ulduz Şərqi Türkistan torpaqlarında yaranmış və inkişaf etmiş 3 türk xaqanlığını tərənnüm edir. Bu xaqanlıqlar bunlardır. Göytürk xaqanlığı Uyğur xaqanlığı Qaraxanilər dövlətiEmblemdə həmçinin müxtəlif ölçüdə 18 dairə vardır. Bu dairələr bu regionda yaşayan 18 yerli tayfanı tərənnüm edir. Bu tayfalar bunlardır: Həmçinin bax Şərqi Türkistan Şərqi Türkistan bayrağı | https://az.wikipedia.org/w/index.php?curid=601213 |
Şərqi Türküstan bayrağı | Şərqi Türküstan bayrağı (uyğ. شەرقىي تۈركىستان بايرىقى) və ya Kökbayraq (azərb. Göy bayraq - Birinci Şərqi Türküstan Respublikasının milli bayrağı. 1933-cü ilin 12 noyabr tarixində yaradılmışdır. Şərqi Türküstan azadlıq hərəkatının simvoludur.Bu bayraq Türkiyə və Azərbaycan respublikalarının bayraqlarına bənzəyir. Hər üçündə Tenqriçiliyin simvolları olan ay və ulduz vardır. Bayraqdakı göy rəng Göytürkləri tərənnüm edir. RGB rəngli bir məkanda Şərqi Türküstan bayrağının mavi hissəsi 101/183/255; altıbucaqlı rəng kodunda #65B7FF-dir. CMYK rəngli bir məkanda 58% siyan, 19% mavi, 0% sarı və 0% qara rəngdən ibarətdir. Həmçinin bax Şərqi Türküstan Sintszyan yenidən təhsil düşərgələri Gənc Qaşqar Partiyası Şərqi Türküstanın emblemi | https://az.wikipedia.org/w/index.php?curid=601074 |
Şərqi Türküstan milli futbol komandası | Şərqi Türküstan milli futbol komandası — Şərqi Türküstanı təmsil edən futbol komandasıdır. Əvvəllər "Uyğur" ("Uyghur") kod adı ilə qeydiyyatdan keçən komanda Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının (KONİFA) üzvüdür. Şərqi Türküstan milli futbol komandası yarandıqdan sonra ilk beynəlxalq oyununu 19 oktyabr 2019-cu ildə Haaqada Qərbi Papua milli futbol komandası ilə keçirdi. Komanda Qərbi Papua komandası üzərində 8-2 hesablı qalibiyyət əldə etdi. 14 dekabr 2019-cu ildə Şərqi Türküstan 2020 KONİFA Dünya Kubokunun seçmə mərhələsi Fransanın Serji şəhərində Tamil İlam milli futbol komandası ilə oyun keçirdi və komandaya 3:0 hesabı ilə uduzdu. Şərqi Türküstan Futbol Assosiasiyası Şərqi Türküstan Futbol Assosiasiyasının yaradılması fikri futbol komandası hələ qurulmazdan əvvəl, 2014-cü ildə irəli sürülmüşdür. Xarici keçidlər Şərqi Türküstan Futbol Federasiyasının saytı. | https://az.wikipedia.org/w/index.php?curid=796991 |
Şərqi Türküstan İslam Respublikası | Çin hakimiyyəti Şərqi Türküstandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmut Muxitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd İmin Boğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türküstanın digər bölgələrini: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Üsyançılar tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Kaşqar şəhəri olmaqla Şərqi Türküstan Türk İslam Respublikası elan edilir. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçilir. Sovet və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradı. Lakin əslində respublika 1937-ci ilə qədər yaşamışdı. Belə ki, 1937-ci ildə 1934-cü ildən sonra Qaşqar və ətrafına nəzarət edən Niyaz Kamal və Kiçik Axunun komandanı olduqları Altıncı Uyğur Diviziyası SSRİ və Çin qoşunları tərəfindən birlikdə məğlubiyyətə uğradıldı. İlk Uyğur respublikasının müstəqil mövcudluğu on il sonra İkinci Şərqi Türküstan Respublikasının yaradılması və müasir uyğurların müstəqil Şərqi Türküstan yaratmaq planlarında mənəvi dəstək üçün ən yaxşı nümunə olmuşdur. XX əsrin əvvəllərində Uyğurıstanın müstəqilliyini dəstəkləyənlər arasında, Pan-Türkçülük ideyalarına söykənən cədidçilik hərəkatı çox güclü təsirə malik idi. İlk əsas məktəb Qaşqardən kənarda yerləşirdi və mədrəsədəki ənənəvi tədrisdən fərqli olaraq tədris elm, riyaziyyat, tarix və müxtəlif dillər öyrənilməsinə əsaslanırdı. Cədidçilik fərdi və milli inkişaf üçün təhsilin mümkünlüyünü və Sincanın statusunun dəyişdirilməsinin mümkünlüyünü vurğulayırdı. SSRİ və sosialist Orta Asiya respublikalarının elan edilməsi separatçı hisslərin populyarlığının artmasına və kommunist fikirlərin yayılmasına da təsir etdi. Yerli Kommunist Təşkilatı 1921-ci ildə qurulsa da, Şərqi Türküstan həm də Türk millətçi hərəkatını quran SSRİ-dən olan qaçqınların sığınacaq tapdığı yer idi. Sincanda vəziyyət 1928-ci ildə Yan Szensinin öldürülməsi və özünü qubernator elan edən müavini Jin Şuzhen tərəfindən hakimiyyəti ələ keçirməsi ilə pisləşdi. Bölgənin inkişafını idarə etmək baxımından despotik, korrupsiyalaşmış və təsirsiz olan Jin, çinliləşdirmə prosesinə başlayaraq, vergiləri artırdı, həcc ziyarətinə getməyi qadağan etdi və yerli məmur vəzifələrinə yerli xalqın nümayəndələri əvəzinə xanlardan təyin edərək uyğurları daha qəzəbləndirdi. Müstəqilliyin elan edilməsi Vəziyyət 1930-cu ildə Şərqi Sincanda yerləşən Kumul xanı Şah Məsud xanın vəfat etməsi ilə böhran həddinə çatdı. Sin sülaləsinin qanunlarına görə, hakimiyyət onun nəslindən birinə keçməli idi. Kumul ərazisi Şərqi Çinə gedən aparıcı yolun üzərində strateji yerləşməsi və çoxlu sayda mənimsənilmiş kənd təsərrüfatı torpaqlarına malik olması ilə əhəmiyyətli yer sayılırdı. Bütün bunlar və hökumətin hakimiyyəti ələ keçirmək və feodal irsi hüququnu ləğv etmək istəyi Jin Şuzenə xanlığı ləğv etməyə və birbaşa idarəetmə tətbiq etməyə sövq etdi. Jin Şuzen yerli uyğurlardan alınan kənd təsərrüfatı vergilərini iki qat artırdı, əkin sahələrini müsadirə etdi, onları Qansudan olan xan qaçqınlarına verdi və onlara subsidiya ayırdı. Uyğurları isə səhra kənarında əlverişsiz torpaqlara köçürdü. Kumula gətirilən yeni qarnizon yalnız yerli əhali arasında narazılığı artırdı və 1931-ci ildə bölgədə müqavimət dəstələri meydana gəlməyə başladı. Səbrləri daşıyan son damla 1931-ci ilin fevralında, etnik bir çinli zabitin uyğur qızla evlənməyə çalışdığı oldu. Uyğurlar, qızın təcavüzə uğradığını iddia edirdilər. Belə ki, İslam qanunları müsəlman qızların qeyri-müsəlmanlarla evlənməsini qadağan edirdi. Bu da uyğurların həm qorxmasına, həm də onların milli-dini hissiyatına toxunmuşdu. Kumul üsyanı 1931-ci il fevralın 20-də toyda Çinq və hökumətin 33 əsgərinin qətli ilə başladı. Ardınca Qansudan olan 120 xan qaçqını da öldürüldü. Üsyana qoşulanlar yalnız uyğurlarla məhdudlaşmadı, qazaxlar, qırğızlar, çinli xanlar və hueylər - Jin hakimiyyətini devirmək istəyənlərin hamısı onda iştirak edirdi. Homindan və Sovet İttifaqı Jin və komandanı Şen Şiçaiyə kömək üçün qoşun göndərməsi vəziyyəti daha da çətinləşdirdi. Üstəlik Jinin yanında İli çayı vadisində yaşayan vətəndaş müharibəsindən sonra SSRİ-dən qaçan mühacirlər də vardı. Tərəflər arasında əsas döyüş Urumçi yaxınlığında baş verdi, burada uyğurlar və hueylərin hərbi birləşmələri cəmləşmişdi, onları Şen Şitsai, ağ qvardiyaçılar və Çinin şimal-şərqindən Yapon işğalı zamanı geri çəkilən mancur əsgərləri mühasirəyə almışdılar. 1933-cü ilin aprelində Jin bu koalisiyanın rəhbəri tərəfindən vəzifəsinə təsdiq edildi. Sovet İttifaqından hərbi dəstək alan Şen uyğurların hərbi liderlərindən biri olan Hacı Niyazi Xocaya (Şah Məsudun keçmiş müşaviri), Ma Çjunun başçısı olduğu hueylərin dəstələrinə qarşı hərbi dəstək qarşılığında Cənubi Uyğurustanın bölgələrindən birində hakimiyyət təklif etdi. Bununla Şen Şitsai üsyançıları parçalamaq məqsədi güdürdü və istəyinə də müvəffəq ola bildi. Belə ki, Niyazi Xoca və Ma Çunq arasındakı əvvəlki ittifaq Jimsar döyüşündən sonra pozulmuşdu. Bu döyüşdə Niyazi Xoca qüvvələri ağır itki verdilər, lakin Jimsar qarnizonunu təslim olmağa məcbur etdilər. Döyüş zamanı Ma Çunqun qoşunları əsasən hücum qüvvələrinin cinahlarını və arxa hissəsini qoruyurdu, uyğur qoşunları isə Cimsar qalası üzərinə açıq hücuma atılmışdı. Niyazi Xoca qala arsenalının silahlarının təslim edilməsi müqabilində mühasirədə olan qarnizonun sərbəst geri çəkilməsini təmin etməyə razı oldu. Lakin gecə Ma Çunq qəfildən qalaya girir və bütün arsenalı (12,000 tüfəng, 6 pulemyot və 500,000 güllə) ələ keçirdir və çin qarnizonunu özünün Dunqan qoşunlarının tərkibinə daxil edir. O, ələ keçirilmiş silah arsenalını Niyazi Hoca ilə bölüşməkdən imtina edir və bununla da sonuncunu qəzəbləndirir. 1933-cü il mayın 28-də və sonrakı bir neçə gündə Niyazi Xoca artıq Şenq Şicai ilə sülh danışıqlarına başlamaq üçün Urumçidəki Sovet Baş Konsulu Apresov və nümayəndələri ilə görüşür. Şenq Şicai ilə Niyazi Xoca arasındakı ittifaq müqaviləsi 4 iyun 1933-cü ildə imzalanmışdı və bu zaman Sovet İttifaqı Niyazi Xocaya xeyli silah-sursat: təxminən bir neçə yüz bomba və üç pulemyotla təxminən 2000 tüfəng verdi. Danışıqları təşkil edən Urumçiyə yeni təyin olunmuş Sovet Konsulu Qaregin Apresov Niyazi Xocaya qoşunlarını dunqan (huey) qüvvələrinə qarşı çevirməyə məcbur etdi və bu da üsyanın fərqli milli qruplar arasında qırğınlara çevrilməsinə gətirib çıxardı.Hueylərin qoşunlarının başqa bir hissəsi isə uyğurlarla birlikdə (Teymur bəyin başçılığı ilə) Uyğurustanın cənubundakı Külçə şəhərinə hücum etdi və mart ayında Qaşqara yaxınlaşdı. Lakin tezliklə burda da müttəfiqlər arasında parçalanma baş verdi. Belə ki, şəhərin mühasirəsi zamanı hueylərin komandanı Ma Çancanq, yerli hakimiyyət orqanları ilə gizli sövdələşmə bağladı və Ma Şaounun başçılıq etdiyi huey birlikləri xaincəsinə uyğurların üzərinə hücum etdi. Ma Şaou şəxsən uyğurların komandanı Timur Bəyi öldürdü.. Respublikanın elan edilməsi Eyni zamanda Tarım hövzəsinin cənubunda, Xotan şəhərində cədidçilik təhsili almış zəngin Buxra ailəsindən olan üç qardaş Keriya şəhəri yaxınlığındakı qızıl mədənlərində çalışanları üsyana qaldırdılar. Onlar Yurunkaş və Karakaş çaylarının vadilərin də yaşayanları da üsyana cəlb etdilər. 1933-cü il martın 16-da Çindən ayrılaraq, müstəqil Xotan Əmirliyini yaratdıqlarını və özlərini bu dövlətin əmiri elan etdilər. Yerli əyalət rəhbərliyi və hərbi birlikləri mədənçilər tərəfindən məhv edildi. Yerli çinli əhali yalnız İslamı qəbul etdikləri üçün məhv edilmədi. Xotan Əmirliyi, 1933-cü ilin iyulunda Xotan hökumətinin Qaşqar qolunu və qurumlarını yaratmaq məqsədi ilə Buğra qardaşlarından birini Şahmansur Əmin Buğranı bu şəhərə göndərdi. İlin sonunda Qaşqar qolu millətçilik və cədidçilik prinsiplərinə söykənən çox etnik, yarımillətçi Şərqi Türküstan İstiqlal Assosiasiyasına çevrilir. 1933-cü ilin sentyabrında Sabit Damolla, Niyazinin o vaxt Uyğurustanın şimalında və əslində Şen Şisai ilə koalisiyada olmasına baxmayaraq, Niyazi Xocanın rəhbərlik etdiyi Şərqi Türküstan Respublikasının qurulduğunu elan etdi. 1933-cü il noyabrın 12-də Şərqi Türküstan Türk İslam Respublikası (ŞTTİR) ya da Uyğurustan Respublikası elan edildi. Hər iki ad eyni anda istifadə edilmiş və hər ikisi eyni anda elan olunmuşdu. Daxili siyasət Bu dövlət quruluşu Xotan əmirliyindən asılı deyildi və ondan müstəqil idi. ŞTTİR-in hakimiyyəti Tarim hövzəsinin şimalındakı Aksudan cənubda Xotana qədər olan ərazini əhatə edirdi. Əslində Qaşqar hökumətinin böyük problemləri var idi: resurs çatışmazlığı, hiperinflyasiya və Ma Çjançanın qismində rəhbərlik etdiyi düşmən hueylər. Konstitusiyada "Şərqi Türküstan" adından istifadə olunmaqla yeni dövlət çoxmillətli bir respublika elan edilsə də, ilk sikkələr "Uyğurstan Respublikası" (Uyğurstan Jumhuriyiti) yazısı ilə zərb edilirdi. Bəzi mənbələrdə isə Şərqi Türküstan Türk İslam Cümhuriyyətinin adına rast gəlinir. Bu da dövlətdə İslamın və türkçülüyün əhəmiyyətini vurğulayırdı. Cümhuriyyətdə islamın təsiri şübhə doğurur. Belə ki, konstitusiya şəriəti təsdiq etsə də, cədidçilik təhsilə və iqtisadi islahata vurğu etməyi nəzərdə tutur. Beynəlxalq aləmdə tanınmaq cəhdi Şərqi Türküstan İslam Respublikasının beynəlxalq səviyyədə tanınma səyləri boşa çıxdı. SSRİ, Əfqanıstan, İran, Türkiyə və Britaniya Hindistanına elçilər göndərildi. Sovet İttifaqı islamçılar ilə işləməkdən imtina etdi. Əfqanıstanda Qaşqar elçiləri Əfqanıstan kralı Zahir Şah və Baş nazir Sərdar Məhəmməd Haşim Xan ilə görüşərək silah tədarükündə kömək istədilər. Ancaq hər ikisi də Çinin daxili işlərinə qarışmamağa qərar verdi. Bütün digər dövlətlər də eyni şəkildə reaksiya göstərdilər, separatçılarla münasibət qurmaq istəmədilər. Heç kim Çin və SSRİ-nin regionda siyasətinə qarşı çıxmaq və Sincanda 100.000 insanın öldüyü müharibəyə müdaxilə etmək istəmədi. Gənc Respublikanın adı çəkilən ölkələr tərəfindən tanınmaq cəhdi boşa çıxdığından Berlin-Roma-Tokio oxu dövlətləri ilə əlaqədar axtarmağa başladı. Bu ölkələrdə 1930-1937-ci illərdə panislamçı hisslərdən istifadə etməkdə maraqlı idilər. Şərqi Türküstan İslam Respublikası Almaniyanın Kabuldaki nümayəndəsi sayəsində onlarla bəzi diplomatik əlaqələr qura bildi. Ancaq Şərqi Türküstan İslam Respublikası Almaniya tərəfindən rəsmi tanınmağa müvəffəq ola bilmədi. Bunun əvəzinə Nasist Almaniyası Homindanı dəstəklədi. Beləliklə, yeni yaradılan respublika düşmənlərlərin əhatəsinə düşdü (Hueylər, SSRİ, Çin) və beynəlxalq aləmdə tək qaldı. Belə şəraitdə isə onun mövcudluğunu qorumaq şansı mümkün deyildi. Respublikanın süqutu SSRİ-nin hərbi müdaxiləsi 1933-cü ilin oktyabrında Şen Şitsai iqtisadi və hərbi məsələləri müzakirə etmək üçün Moskvaya səfər etdi. 1933-cü ilin dekabrında ikinci səfər zamanı onu Sovet Baş Konsulu Qaregin Apresov müşayiət etdi və birbaşa hərbi dəstək barədə razılıq əldə edildi. SSRİ-dən Baş Siyasi İdarənin 13-cü Alma-Ata və 10-cu Daşkənd alaylarının üzvlərindən və Qızıl Ordu əsgərlərindən təşkil olunan qoşun "Altay könüllü ordusu" adı altında bölgəyə yeridildi. Onlar bir neçə zirehli maşınla təchiz edilmiş və Ağ Qvardiyaçıların formasını geyinmişdilər. Heyətə SSRİ-yə mənsub olduqlarını inkar etmək barədə ciddi təlimat verildi və onlara 50 il müddətinə Sincanda baş verən hadisələrin təfərrüatlarını açıqlamamaq üçün sənədə imza atdırdılar. Sincan valisi adından polkovnik P.Pappenqut SSRİ tərəfindən maliyyələşdirilən bir süvari və iki piyada alayı qurdu. "Altay könüllü ordusu"nun hərəkətləri Baş Siyasi İdarənin Sərhəd Mühafizəsi Baş İdarəsinin xüsusi əməliyyatı kimi təqdim olundu. Əməliyyata əvvəlcə Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi M.P.Frinovski, daha sonra isə onu əvəz edən N.K.Kruçinkin rəhbərlik etmişdir. Sovet İttifaqı Sincan hökuməti tərəfindəki Ağ Qvardiya birləşmələrinin döyüşlərdə iştirakını maliyyələşdirirdi. Beləliklə, Şərqi Çin dağlarında və səhralarında "qırmızılar" və "ağlar" eyni tərəfdə vuruşurdular və hətta eyni hərbi forma geyindilər.Nəhayət şimalda Şen Şitsai 1934-cü il yanvarın 24-də SSRİ-dən Altay və Tarbaqatay adlı iki briqada kömək aldı. General Voloşinin (əslində Sovet ordusu generalı Pavel Rıbalko) rəhbərlik etdiyi sovet əsgərləri Altaydan qaçan rus kazakları kimi təqdim edildilər. Əslində isə bu SSRİ-nin Sincana hərbi müdaxiləsi idi. Yaponiyanın Mancuriyanı ilhaq etməsi və hueylərin lideri Ma Çjuna mümkün yapon dəstəyi SSRİ-nin narahatlığının səbəblərindən biri idi. İosif Stalinin narahatlığının başqa bir səbəbi Sincandakı üsyanın Sovet Orta Asiyasına yayıla bilməsi ilə yanaşı, basmaçların orada sığınacaq tapması mümkünlüyü idi. Sincan ilə SSRİ arasındakı ticarət əlaqələri də Şenin gələcəkdə dəstəklənməsinə səbəb oldu. Urumçiyə yeni təyin olunmuş Sovet Baş Konsulu Qaregin Apresov 1933-cü ilin mayında Şen Şitsaiyə açıq şəkildə deyirdi: "Əyaləti inkişaf etdirə və müxtəlif millətlərdən olan insanların yaşayış şərtlərini yaxşılaşdırmaq, mədəniyyətlərini inkişaf etdirmək olar. Ancaq onlara (müsəlman üsyançılarına) vilayətin cənubunda SSRİ-nin arxa qapısındakı İkinci Mancuriyaya çevrilərək Müstəqil Dövlət yaratmalarına icazə versəniz, biz buna seyrçi olmayacağıq, hərəkətə başlayacağıq". Şen Şirsai hərbi yardım və Qırmızı Ordu hərbi birləşmələrinin Sincan ərazisinə daxil olması üçün Sovet rejiminin barışmaz düşməni olan ağ qvardiyaçı Pavel Papenqut, Sincan vilayətinin silahlı qüvvələrinin komandanlığından çıxarıldı. O, Apresovun tələbi ilə həbs olundu 1933-cü il aprel sui-qəsdini hazırlamaqda günahlandırılaraq Urumçidə güllələndi. Ağ qvardiyaçı alayının baş komandanı general Bekterev təyin olundu. Beləliklə Sovet İttifaqının Sincana müdaxiləsi daha da genişləndi. 1933-cü il dekabrın 23-də Pravda qəzeti, Sincan hökumətinin 1933-cü ilin dekabrına qədər 46 min süngü və qılıncla silahlanmış bir ordu qurduğunu bildirən TASS hesabatı yayımlamışdı. İli çayının ətrafında dayanan han Çin birliklərinə komandanlıq edən han çinli general Zanq Peiyuan, Ma Çjan ilə danışıqlar apardı və 1934-cü ilin yanvarında onunla birlikdə Urumçi üzərinə hücumu planlaşdırdı. Sentyabrın ortalarında Şen Şitsai Ma Çonqun Turfan bölgəsini təmizləməsini və geriyə evinə dönməsini tələb etdi. Əvvəlcə Ma Çonq Taçenq və Urumçi arasındakı yolu ələ keçirdi, lakin Sovetlərin "Altay Könüllü Ordusu" tərəfindən şəhərin tutulduğu barədə xəbərlər alındıqdan sonra (sovet hərbi birləşməsi əslində şəhərə daxil olmuşdu) Külçəyə dönməyə qərar verdi. Zanq Külçəyə yaxınlaşanda dağ yolunda mühasirəyə düşdü və qoşunları qismən məhv edildi. O, ordusunun qalıqları ilə Tyan-Şan dağlarındakı Muzart aşırımına və oradan Cənubi Sincana Aksu yaxınlığına qaçdı. Buna dözməyən Zang Peiyuan intihar etdi. Oktyabr ayında Çin hökumət qoşunları Davançenq keçidinə hücum etdilər, lakin məğlub oldular. Ma Çonq Urumçiyə planlaşdırıldığı kimi hücum etdi. O, Şeni qəflət yaxaladı, şəhərə qərb tərəfindən təpələrdən gizlicə yaxınlaşdı və əvvəlcə teleqraf stansiyasını, sonra aerodromu ələ keçirdi. Bu zaman Urumçidə panika başladı. Bəzi hökumət üzvləri hökumətin Külçəyə təxliyəsindəisrar etdilər, lakin təhlükəli vəziyyəti Ma Çonqun bölmələrinə arxadan zərbə vuran Niyazi Xoca aradan qaldırdı. Bu, Şen Şitsaiyə Turfan istiqamətindəki gərginliyi aradan qaldırmasına və döyüş əməliyyatlarına qarışmadan yeni möhkəmlənmənin gəlməsini gözləməsini təmin etdi. Çonq şəhər ətrafını tamamilə təcrid edərək onu mühasirəyə aldı. Sovet-Sincan qoşunları İli bölgəsində Zanqı Peiyanı məğlub etdikdən sonra, Çan Kayşi SSRİ ilə birbaşa silahlı qarşıdurmaya cəlb olunacağından qorxduğu üçün Maya tam dəstək göstərə bilmədi.Tatun çayı üzərində həlledici döyüşdə Ma Çonq məğlub oldu. Sovet hərbi briqadaları aviasiya dəstəyi ilə Ma Çonqu cənubda geri çəkilməyə məcbur etdi. 1934-cü il fevralın 16-da Urumçinin mühasirəsi qaldırıldı. Paytaxt üzərinə hücum 36-cı diviziya generalı Ma Fuyuan 6 fevral 1934-cü ildə Qaşqara hücum etmək üçün huey ordusuna rəhbər təyin edildi. Ma Fuyuan Şərqi Türküstan İslam Respublikası, uyğur və qırğız üsyançılar üzərinə yerimək üçün hazırlığlara başladı. 36-cı diviziyanın başqa bir generalı Ma Çonqu mühasirədən çıxmağa kömək etdi. Çonq 22 may 1933-cü ildə Qaşqarda özünün huey Çin qoşunları ilə birlikdə uyğurlar və qırğızlar tərəfindən tələyə düşmüşdü. 1934-cü il yanvarın 13-də şəhərə gələn Niyazi Xocanın uğursuz əks hücumlar cəhdi uyğur qüvvələrinin böyük itkiləri ilə nəticələndi. 1934-cü ilin fevralında Qaşqarın qədim hissəsində 2000-dən 8000-ə qədər uyğur mülki vətəndaşı hueylər tərəfindən qətlə yetirildi. Bu uyğur qüvvələrinin 1933-cü ildə Qaşqardan Yenihisara çəkilməsi zamanı törətdikləri Qızıldakı qətliamının qisası kimi təqdim edildi. 1934-cü il aprelin 7-də Qaşqara gələn huey 36-cı Diviziya baş komandanı general Ma Çonq aprel ayında İd Kah məscidində çıxış edərək uyğurları Nankindəki Çin Respublikası hökumətinə sadiq qalmalarını tələb etdi. Hueylər Qaşqardakı Britaniya konsulluğuna hücum edib onu dağıtdılar. Bir neçə ingilis vətəndaşı 36-cı Diviziya qoşunları tərəfindən qətlə yetirildi. Ma Çonq Şərqi Türküstan İslam Cümhuriyyətinin (ŞTİR) varlığına son qoydu.Mahmud Muhiti ordunun qalıqları ilə Yarkənd və Xotana çəkildi. Respublikanın prezidenti Niyazi Xoca Artuşdan Sovet-Çin sərhədinə doğru geri çəkildi. Hacı Niyazi Xoca SSRİ-də sığınacaq tapdı. Sovet hökuməti ŞTİR-nın ləğvinə razılıq veriləcəyi təqdirdə ona hərbi yardım və böyük imkanlar vəd etdi. Şərqi Türküstan İslam Cümhuriyyətinin ləğvi və hərbi dəstələrin buraxılması barədə sənədlərin imzalanmasından sonra Niyazi Xoca Sincanın cənubunda (Xotan, Yarkənd) hakimiyyət səlahiyəti verildiyi Şərqi Türküstana qayıtdı. ŞTİR-nın süqutundan sonra didərgin düşən digər cümhuriyyət xadimləri Hindistan və Əfqanıstanda sığınacaq tapdılar. James A. Millward and Nabijan Tursun, "Political History and Strategies of Control, 1884–1978" in Xinjiang: China's Muslim Borderland (ISBN 0-7656-1318-2). Michael Zrazhevsky, "Russian Cossacks in Sinkiang". Almanach "The Third Rome", Russia, Moscow, 2001 Sven Hedin, "The flight of Big Horse". New York, 1936. Burhan Shahidi 包尔汗, Xinjiang wushi nian 新疆五十年 [Fifty Years in Xinjiang], (Beijing, Wenshi ziliao, 1984). Clubb, O. E., China and Russia: The "Great Game". (NY, Columbia, 1971). Forbes, Andrew D. W. Warlords and Muslims in Chinese Central Asia: A Political History of Republican Sinkiang 1911–1949. Cambridge, England: Cambridge University Press. 1986. ISBN 9780521255141. Hasiotis, A. C. Jr. Soviet Political, Economic and Military Involvement in Sinkiang from 1928 to 1949 (NY, Garland, 1987). Khakimbaev A. A., "Nekotorye Osobennosti Natsional’no-Osvoboditel’nogo Dvizheniya Narodov Sin’tszyana v 30-kh i 40-kh godakh XX veka" [Some Characters of the National-Liberation Movement of the Xinjiang Peoples in 1930s and 1940s], in Materialy Mezhdunarodnoi Konferentsii po Problemam Istorii Kitaya v Noveishchee Vremya, Aprel’ 1977, Problemy Kitaya (Moscow, 1978) pp. 113–118. Lattimore, O., Pivot of Asia: Sinkiang and the Inner Asian Frontiers of China (Boston, Little, Brown & Co., 1950). Rakhimov, T. R. "Mesto Bostochno-Turkestanskoi Respubliki (VTR) v Natsional’no-Osvoboditel’noi Bor’be Narodov Kitaya" [Role of the Eastern Turkestan Republic (ETR) in the National Liberation Struggle of the Peoples in China], A paper presented at 2-ya Nauchnaya Konferentsiya po Problemam Istorii Kitaya v Noveishchee Vremya, (Moscow, 1977), pp. 68–70. Wang, D., "The USSR and the Establishment of the Eastern Turkestan Republic in Xinjiang", Journal of Institute of Modern History, Academia Sinica, Taipei, vol. 25 (1996) pp. 337–378. Whiting, A. S., and Sheng Shih-ts’ai, Sinkiang: Pawn or Pivot? (Michigan, East Lansing, 1958). Xarici keçidlər The Soviet in Xinjiang 1911-1949 Həmçinin bax Kumul üsyanı Niyazi Xoca Sabit Damolla Şərqi Türküstan İstiqlaliyyət hərəkatı | https://az.wikipedia.org/w/index.php?curid=688543 |
Şərqi Türküstan İstiqlaliyyət hərəkatı | Şərqi Türkistan İstiqlaliyyət hərəkatı (uyğ. شەرقىي تۈركىستان مۇستەقىللىق ھەرىكىتى, çin. {{{1}}}) — 1757-1759-cu illərdə Tzin imperiyası tərəfindən Şərqi Türkistanın (Uyğurustan) işğalı ilə əlaqədar yaranan milli azadlıq hərəkatı. Uyğurların teokratik dövləti ləğv edildi. Dövlət idarə edən iki hakim Xocalar qəbiləsinin üzvlərinin çoxu - Aktaqlıq və Karataqlıq qətlə yetirildi. Aktaqlıq nəslindən sağ qalan Samsak Xoca əvvəl Buxaraya, daha sonra isə Kokanda mühacirət etdi. Bölgənin hazırda ÇXR-in bir hissəsi olmasına baxmayaraq, hərəkat bu günə qədər fəallığını davam etdirir. 1757-ci ildə Tsin dövləti Çin Cunqar xanlığının varlığına son qoydu. 1759-cu ildə bütün Qaşqar fəth edildi və bu ərazidə Sincan adlı yeni əyalət yaradıldı. Tsin rejiminin əleyhdarları buraya sürgün edilirdi. Burada Qansu vilayətindən Mancur və Çin qoşunları yerləşdirildi. Mancuriyadan solon və dahur dəstələri buraya yerləşdirilməyə başlandı. 1764-cü ildə bir neçə min sibo İli vadisinə köçürüldü.Burada mancur hərbi-əkinçilik qəsəbələri və Çin hərbi yaşayış məskənləri salındı. Həmçinin, buraya Mancur işğallarına müqavimət göstərən sürgün edilmiş uyğurlardan (tarançılar) əkinçilik yaşayış məntəqələri təşkil olundu. Çinlilər və dunqanlar da buraya köçürüldülər. XIX əsrin I yarısı XIX əsrin əvvəllərində Qaşqarda ictimai-siyasi vəziyyət kəskin şəkildə pisləşdi. Sincan qubernatorunun zəif idarəçiliyindən faydalanaraq, Mancur və Çin rəsmiləri şəxsi zənginləşmələri üçün mövqelərindən istifadə edərək özbaşınalıq edirdilər. Bundan əlavə, Çin tacirləri yerli məhsulları ucuz qiymətə alır, öz mallarını isə xüsusilə də çayı hədsiz baha satmaqla yerli əhalni amansızlıqla talan edirdilər. Bütün bunlar Tsin imperiyasının qonşu Kokand xanlığı ilə mürəkkəb münasibətləri fonunda baş verirdi. Mancur işğalçılarına qarşı çıxış edənlərə sığınacaq verən Kokand xanları onlardan Tsin hökumətinə qarşı təzyiq etmək üçün məharətlə istifadə edirdilər. Onlar bununla bölgədə mürəkkəb siyasət aparırdılar. XIX əsrin əvvəllərində Kokandda yaşayan Qaşqarın keçmiş hökmdarlarının varisləri olan Samsak Xocanın oğulları - Cahangir və Yusif-Xoca bölgənin müstəqilliyini bərpa etmək üçün hərəkatın başında dayanmışdılar. 1820-ci ilin yayında Cahangir Kokanddan qırğızların yanına "qaçdı". O, burada bir neçə yüz atlıdan ibarət dəstə yığdı və payızda Tsin səddlərini aşdı. 1820-1827-ci illərin uyğur üsyanının yatırılması və Cahangirlə sonrakı mübarizə Tsin hökumətinə 10 milyon lyana başa gəldi. Bu üsyan Qaşqardakı Tsin hökmranlığının əsasını sarsıtdı və cəza dəstələrinin vəhşilikləri yeni bir müsəlman çıxışlarının başlamasına zəmin yaratdı. 1828-ci ildə Cahangirin tutulub edam olunmasından sonra, bütün ümidlər artıq Yusuf-Hocaya - Cahangirin qardaşına bağlandı. Xüsusilədə Kokand xanı onu intensiv şəkildə buna təhrik edirdi.1830-cu ilin payızında Yusif dəstəsi ilə sərhədi keçdi və yeli əhali tərəfindən sevinclə qarşılandı. Cahangirin hərəkətlərindən dərslər çıxaran Yusif insanlara səxavətlə vədlər verirdi. O, xalqın böyük dəstəyi ilə Qaşqara daxil oldu. Lakin Yarkənddəki türbəyə edilən hücum uğursuzluqla başa çatdı. Üsyançılar orada böyük bir məğlubiyyətə uğradılar və bu hərəkatda dönüş nöqtəsi oldu. Üsyan tədricən zəifləməyə başladı. Əhali üsyana 1826-1827-ci illərdəkindən daha az dəstək verdi. Yusif Hocanın qoşunlarının soyğunçuluq əməlləri ona qarşı yerli sakinlər qəzəbi ilə nəticələndi. Yerli din xadimləri də Hocanı çox soyuq qarşıladı. Tsin hakimiyyəti iki islam təriqətinin dini düşmənçiliyindən məharətlə istifadə etdi. 1830-cu ilin oktyabrında əyalət hakimi Çanlin üsyançılara qarşı hücum etdi. 1830-cu ilin sonlarında Yusif Hoca bir neçə min tərəfdarı və əsirlər ilə sərhədə qaçdı və Kokand ərazisinə sığındı. Dörd ay davam edən üsyanın yatırılması xəzinəyə 8 milyon lyam hesabına başa gəldi. 1847-ci ildə Cahangirin qardaşı oğlanlarının rəhbərliyi altında yeni bir hərəkat "Yeddi Hocanın üsyanı" olaraq bilinən çıxış oldu. Lakin o, elə həmin ildə yatırıldı. 1857-ci ildə Qaşqarda Vəlixan-tyurya (Cahangirin qardaşı oğlu) rəhbərliyi ilə üsyan başladı. Lakin üsyan 1858-ci ilin avqustunda vəhşicəsinə yatırıldı. Bir çox üsyançı Kokanda qaçmağa müvəffəq oldu. XIX əsrin II yarısı 1874-cü ildə imperator sarayında bu mövzuda müzakirə təşkil etmək təklif edildi. Çin aristokratiyası Şərqi Türkistanı yenidən itaət altına almağa çalışırdı. Beləliklə 1875-ci il martın 10-da Çzo Çzyntanqın Sincan barədə düşüncələrini öyrənmək üçün ona ayrıca gizli sənəd göndərildi. Çzo Çzyntanqdan Sincanda imperiyanın hakimiyyətini yenidən əlində olan qüvvələr ilə bərpa edə biləcəyi barədə dəqiq cavab verilməsi istənildi. Qeyd olunan sənədin əhəmiyyəti o qədər böyük idi ki, onu Pekindən Lançjouyaa çatdırmaq üçün cəmi 9 gün vaxt verilmişdi. Çzo Çzyntanq sənədi 1875-ci il martın 19-da aldı. O, demək olar ki, bir aydan sonra 1875-ci il aprelin 12-də ətraflı bir hesabatla cavab verdi (19 cüt səhifə). Onun göndərdiyi cavabda deyilirdi ki, Sincan kampaniyası hərbi-dəniz proqramının həyata keçirilməsi vəziyyətindən asılı olmayaraq tam qələbə qazanana qədər aparılmalıdı. Hökumət Çzo Çzyntanqın hesabatını aldıqdan bir qədər sonra, 1875-ci ilin aprelində imperator onu Sincanda hərbi işlər üzrə müvəkkil təyin etdi. Bununlada rəsmi olaraq Sincanda hərbi kampaniyaya start verildi.1875-ci ildə Çzo Çzyntanq 70 minlik ordusu ilə Cunqariyanı yenidən tabe etmək üçün səfərə çıxdı. O, məhərətlə Yaqub bəydə rəsmi Pekinin Tsin imperiyası tərkibində Qaşqara muxtariyyət verəcəyinə inam yaratdı. Buna görə də Cunqariya demək olar ki, döyüşsüz ələ keçirildi. Bundan sonra 1877-ci ilin aprel ayının ortalarında qəflətən Yettişara qarşı Lyu Çzuntanın komandanlığı altında yaxşı silahlanmış 180 batalyonu göndərdi. Biyanhunun dəstələrinin və digər dunqan komandirlərinin köməyinə baxmayaraq Yaqub bəyin qoşunları məğlub oldu. 1877-ci ilin mayında Yaqub bəyi zəhərləyərək öldürdülər. Onun ölümündən sonra Yettişar üç düşmən hissəyə parçalandı. Lyu Çzuntanın qoşunları Qaşqarı, Yarkəndi və Xotanı tutdu. Çzo Çzyntanq müharibədəki qələbənin əsas şərti kimi Urumçini ələ keçirmək hesab edirdi. O, bu işə böyük əhəmiyyət verirdi. Urumçi şəhəri Çin qoşunları tərəfindən 1876-cı ilin 17 avqusunda tutuldu.1877-ci ilin dekabrında bütün Şərqi Türkistan işğal edildi. Cəza dəstələri minlərlə müsəlman türklərini edam etdi, on minlərlə insan həbsxanaya atıldı. Biyanhu dunqan dəstələri ilə Rusiya ərazisində sığınacaq tapdı. Tsin sülaləsinin hakimiyyəti Sincan ərazisində quruldu. Sankt-Peterburq müqaviləsindən sonra isə Rusiya İli ərazisini Çinə qaytardı. 1884-cü ildə Urumçi inzibati mərkəz olmaqla Sincan əyaləti təşkil edildi. XX əsrin I yarısı Tzin sülaləsinin süqutundan sonra bölgə əsasən Çin Respublikası hökumətinin nəzarətindən çıxdı. Bölgədə geniş azadlıq hərəkatı vüssət almağa başladı. 1931-ci ildə Çin hakimiyyəti Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Üsyançılar tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Qaşqar şəhəri olmaqla Şərqi Türkistan Türk İslam Respublikası elan edildi. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçildi. Lakin respublikanın ömrü uzun olmadı SSRİ və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradı. Lakin əslində respublika 1937-ci ilə qədər yaşamışdı. Belə ki, 1937-ci ildə 1934-cü ildən sonra Qaşqar və ətrafına nəzarət edən Niyaz Kamal və Kiçik Axundun komandanı olduqları Altıncı Uyğur Diviziyası SSRİ və Çin qoşunları tərəfindən birlikdə məğlubiyyətə uğradıldı.Buna baxmayaraq, Çin bölgəni tam nəzarətə ala bilmədi. Şərqi Türkistan İstiqlaliyyət hərəkatı İkinci Şərqi Türkistan Respublikasının da yaradılması ilə nəticələndi. 1944-1949-cu illərdə Çin Respublikasının Sintszyan (tarixi Şərqi Türkistanın şimal hissəsi) əyalətinin üç (İli,Taçen, Altay) şimal dairəsinin ərazisində SSRİ yönümlü olsa da müstəqil respublika qurulmuşdu. Belə ki, 1946-cı il ərzində Şərqi Türkistan Respublikası Sincan Koalisiya Hökumətində təmsil olunsa da, müstəqilliyini qoruyurdu. 1947-ci ilin avqustunda Şərqi Türkistan Cümhuriyyəti rəsmiləri Koalisiyadan çıxdıqlarını bəyan etdilər. Onlar Şərqi Türkistanın bütün ərazilərinin Çin hakimiyyətindən azad edilməli olduğunu bildirərək müstəqilliklərini yenidən bəyan etdilər. Sincanın qalan hissəsi Homindanın nəzarəti altında idi. 1949-cu ilin sonlarında müstəqillik tərafdarı olan onun əsas rəhbərlərinin və yaradıcılarının çoxu Pekinə ÇXR ilə danışıqlarda iştirak etmək üçün gedərkən SSRİ ərazisində qəzaya düşərək həlak oldular. 1950-ci ilin sonlarında Çin Xalq Azadlıq Ordusu İkinci Şərqi Türkistan Respublikasının ərazisinin çox hissəsini ələ keçirmiş və onun müstəqiliyinə son qoymuşdu. Bütün bölgə Çin Xalq Respublikasının (ÇXR) tərkibində Sincan-Uyğur Muxtar Rayonu olaraq adlandırıldı. Şərqi Türkistan Respublikası tərəfindən nəzarət olunan ərazinin böyük hissəsi sonradan İli-Qazax Muxtar dairəsinin tərkibinə daxil edildi. XX əsrin II yarısı SSRİ Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Anatol Taras, 1970-ci illərin əvvəllərində, ÇXR ilə müharibə olacağı təqdirdə, BKİ-nin gizli uyğur şəbəkəsi yaratmağa çalışdığını və sonradan uyğurların bunun əsasında silahlı müqavimət başladı bir sıra "inqilabi təşkilatlar" yaratdıqlarını iddia edirdi. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra "Qərbi Türkistan"ın (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) azad edilməsindən sonra Uyğurustanın yaradılması və Şərqi Türkistanın Çindən azad edilməsi çağırışları bütün dünyada yenidən səslənməyə başladı. 1970 -ci illərin sonlarından etibarən Çin iqtisadi islahatı qeyri-bərabər bölgə inkişafını ağırlaşdırdığından, uyğurlar Sincan şəhərlərinə köçərkən, bəzi hanlar da müstəqil iqtisadi inkişaf naminə Sincan şəhərlərinə köçürdülər. Artan etnik təmas və işçi rəqabəti, 1990-cı illərdəki uyğur separatçı terrorizminə təsadüf etdi, məsələn 1997-ci ildə Ürümçi avtobusunun partlaması bunun nümunəsidir.Polisin Ramazan ayında separatçı şübhəlilərə etdiyi basqınlar, ən azı 9 adamın ölümünə səbəb olan Külçə hadisələri kimi bilinən bir epizodda 1997-ci ilin fevral ayında şiddətə çevrilən kütləvi nümayişlərə səbəb oldu. 25 fevral 1997-ci ildə Urumçidə avtobusun partladılması, ehtimal ki, Külçədəki hadisədən sonra repressiyaya cavab olaraq 9 nəfəri öldürüldü, 68 nəfəri yaralandı. Şərqi Türkistan Milli Konqresinin keçmiş sədri, tanınmış uyğur fəalı Erkin Alptəkin, separatçı şiddət mövzusunda danışarkən bunları demişdir: "Hərəkətimizi səlahiyyətsizləşdirdiyimiz üçün dialoqa xüsusi diqqət yetirməli və gənclərimizi şiddətdən xəbərdar etməliyik." 2007-ci ildə Akto uyezdində islamçılarla ÇXR polisi arasında döyüş baş verdi. Çin mətbuatı ümumiyyətlə uyğurların hökumət əleyhinə etirazlarından xəbərlər vermir və onları "terrorçu" və "ekstremist" adlandırır. Lakin 2008-ci ildə Şərqi Türkistanda baş verən iğtişaşlar barədə məlumatlar beynəlxalq mediaya sızmışdı. 2009-cu il 5-7 iyulda Urumçi iğtişaşları ən iri kütləvi şıxışlar sayılır. Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı. Həmin hadisə zamanı iki uyğur qətlə yetirilmişdi. Polis isə məsələ barədə araşdırma başlatmışdı. Hər halda, müşahidəçilər etirazların iğtişaşlara çevrilməsinin səbəbi məsələsində qəti fikrə sahib deyillər. Mərkəzi Çin hakimiyyəti iddia edir ki, iğtişaşlar xaricdən, daha dəqiq desək Dünya Uyğur Qurultayı və onun rəhbəri Rəbiyyə Qədir tərəfindən təşkil edilmişdir. Rəbiyyə Qədir iddiaları rədd edərək bildirmişdir ki, o, Çin uyğurlarının öz müqəddaratını təyin etmə yolunda şiddətə müraciəti qəbul etmir. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watchun bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Uyğur mühacirlərin isə dediyinə görə isə iğtişaşalar zamanı 600 nəfər qətlə yetirilmişdir.. Dünya Uyğur Konqresi 1992-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə Quru Qoşunları təqaüdçü general-mayor Rza Bekin (daha sonra Şərqi Türkistan Vəqfi başçısı ve Dünya Uyğur Qurultayı fəxri başçısı) və yandaşları tərəfindən qurulan Şərqi Türkistan Milli Qurultayından sonra İsmayıl Cengizin liderliyi ilə qurulan və Şərqi Türkistan Milli Mərkəzinin dəvəti ilə İstanbulda edilən müşavirə iclaslarından sonra qurulan Şərqi Türkistan Qurultayı ilə 1996-cı ildə Almaniyanın Münhen şəhərində Dolkun İsa ve yandaşları tərəfindan qurulan Dünya Uyğur Gənclər Qurultayı kimi kiçik təşkilatlar, 2004-cü ildə Erkin Alptəkinin başçılığında birləşdirilərək Dünya Uyğur Qurultayı yaradılmışdır. Daha sonra bu ad Şərqi Türkistan (Uyğurustan) Qurultayı olaraq dəyişdirildi. Bu dəyişikliyə görə Şərqi Türkistanın bütövlüyünü qoruyan bir qrup uyğur, qazax, qırğız və özbəklərlə birlikdə 2004-cü ildə ilində Sürgündəki Şərqi Türkistan Hökumətinin ətrafında birləşdilər. Hazırda Dünya Uyğur Qurultayına Rəbiyyə Qədir rəhbərlik edir. Təşkilatın qərargahı Münhendə yerləşir. Şərqi Türkistanın İslam hərəkatı Həsən Mahsuma tərəfindən 1996-cı ildə yaradılmışdır. Həsən Mahsuma 2003-cü ildə Pakistan xüsusi ximət orqanları tərəfindən öldürülmüşdür. İdeoloji cəhətdən təşkilat radikal sünni qruplara yaxındır, keçmiş lider Həsən Mahsum Qaşqarda tanınmış bir ilahiyyatçı idi. Siyasi inancına görə üç il Çinin cəzaçəkmə koloniyasında həbsdə yatmışdır. Çin mətbuatının yazdığına görə, hərəkatın Əfqanıstanda silahlılara təlim keçmək üçün düşərgələri var idi. Lakin onların varlığı ilə bağlı etibarlı məlumat yoxdur. Xarici keçidlər All News about Uyghurs(Uighurs) and East Turkistan The World Uyghur Congress London Uyghur EnsembleArxivləşdirilib 2019-11-20 at the Wayback Machine The Uyghur Human Rights Project | https://az.wikipedia.org/w/index.php?curid=714219 |
Şərqi Yaponiya dəmir yolu şirkəti | Şərqi-Yapon dəmir yolu şirkəti (yap. 東日本旅客鉄道株式会社, Hiqasi-Nihon Ryokaku Tetsudo Kabusiki-qaysa) — Yaponiyada yerləşən dəmir yolu şirkəti. Şirkət 1 aprel 1987-ci ildə yaradılıb və yeddi Yaponiya Dəmir yolu şirkətlərindən biridir. Şirkətin mənzil-qərargahı Tokioda Sibuya rayonunda yerləşir.Şərq Yaponiya Dəmir yolu şirkəti digər şirkətlərlə birlikdə-kiçik, Mərkəzi Yaponiya Dəmir yolu şirkəti və Qərb Yaponiya Dəmir yolu şirkəti, Tokio Fond Birjasında ticarət edir və Nikkei 225 mübadilə indeksinin tərkib hissəsidir. 1 aprel 1987-ci ildə Yaponiyanın milli dəmir yolunun özəlləşdirilməsi nəticəsində yaranmışdır. Jr Şərqinin özəlləşdirilməsindən sonra, böyük Tokio metropoliteninddə, Tohoku rayonunda və ətraf ərazilərdə köhnə Jnr xətlərində xidmətlər göstərir. | https://az.wikipedia.org/w/index.php?curid=732471 |
Şərqi Yava | Şərqi Yava (ind. Jawa Timur ("Jatim"), yav. ꧋ꦗꦮꦮꦺꦠꦤ꧀ (Jåwå Wétan)) — İndoneziya əyalətidir. Yalnız qərbdən Mərkəzi Yava əyaləti ilə quru sərhədi var; Yava dənizi və Hind Okeanı ilə müvafiq olaraq şimal və cənub sahilləri ilə uzanır, şərqdə dar Bali boğazı Yavanı Balidən ayırır. Şərqi Yava bölgəsində yerləşən İndoneziyadakı ən uzun körpü olan Yava ilə bağlanan Madura adası, Suramadu körpüsü,həmçinin daha da şərq və şimalda yerləsən Kanqean və Masalembu arxipelaqlarından ibarətdir. Paytaxtı İndoneziyanın ən böyük şəhəri və böyük bir sənaye mərkəzi olan Surabayadır. Banyuvanqi Şərqi Yavanın ən böyük reqensidir. Xarici linklər (indon.) Official website Arxivləşdirilib 2019-08-06 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=598904 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.