!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Şərq Cəbhəsi Komandanlığı | Şərq Cəbhəsi Komandanlığı — 1918-ci ilin iyulun 16–18-də Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu (QİO) qüvvələrinin daha çevik və səmərəli idarəsinə nail olmaq məqsədilə yaradılmış taktiki qrup. QİO-nun hissə və bölmələri S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin bolşevik-daşnak qüvvələrinə qarşı Göyçay-Şamaxı-Bakı şose yolu və Gəncə-Bakı dəmir yolu xətti boyunca hücuma başlamışdı. Müsüslü-Qaraməryəm və Ağsu-Kürdəmir xəttindəki döyüşlər vahid plan əsasında həyata keçirilirdi. Lakin hücum istiqamətləri bir-birindən məsafəcə uzaqlaşdığından bu və ya digər hissənin qısa müddət ərzində Göyçay-Şamaxı-Bakı şose yolundan dəmir yolu ətrafına atılması və ya geri çəkilməsi çətinləşirdi. Ona görə QİO komandanlığının əmri ilə Bakıya gedən şose yolu ilə hərəket edəcək hissə və bölmələr bir taktiki qrupda birləşdirildi. 10-cu Qafqaz piyada alayının komandiri şimal qrupu adlandırılan bu taktiki qrupun komandiri təyin edildi. Dəmir yolu boyunca hərəkət edən qüvvələr isə Cənub qrupu adlandırıldı və polkovnik Həbib bəy Səlimov onun komandiri təyin edildi. Bu iki taktiki qrupa rəhbərlik isə xüsusi olaraq yaradılmış Şərq Cəbhəsi Komandanlığına tapşırıldı. Bu komandanlıq bəzən Bakı cəbhəsi komandanlığı da adlandırılırdı. 5-ci Qafqaz firqəsinin komandiri Mürsəl bəy Şərq Cəbhəsi komandanı təyin edildi. İstər Şimal Cəbhəsi Komandanlığının, istərsə də Şimal və Cənub qurplarının müstəqil qərargahları var idi. Ağsudan və Karrar stansiyasmdan başlayaraq, həlledici Bakı əməliyyatına qədər bütün döyüşləri Şərq Cəbhəsi Komandanlığı aparırdı. 1918-ci il avqustun son günlərində Şərq cəbhəsi komandanlığının tərkibində üç taktiki qrup — Şimal, Qərb ve Cənub qrupları yaradıldı. Şimal qrupunun komandiri yenidən Osman bəy təyin edildi. Bu qrup Xırdalan-Mərdəkan xəttində olan sahədə fəaliyyət göstərməli idi. Qərb qrupu isə Xırdalanla Puta arasında yerləşməli idi. Onun komandiri Cəmil Cahid bəy təyin edildi. Puta ilə Ələt stansiyası arasında yerləşən Cənub qrupu isə qayməqam Həlim Pərtov bəyin rəhbərliyi altın fəaliyyət göstərməliydi. Həlledici Bakı əməliyyatı ərəfəsində, yəni 1918-ci ilin sentyabrın 10-da QİO-nun komandanı Nuru paşanın əmri ilə Şərq Cəbhəsi komandanlığına daxil olan türk hissələri yenidən 5-ci Qafqaz fırqəsinin komandirinə tabe edildi və bununla Şərq Cəbhəsi Komandanlığının fəaliyyəti dayandırıldı. Cənub qrupu Cənub qrupu 1918-ci il iyulun 16-da Şərq cəbhəsi komandanlığının tərkibində təşkil edilmiş taktiki qrup olmuşdur. Onun bazasını Müsüslü dəstəsinə daxil olmuş Azərbaycan hissə və bölmələri təşkil edirdi. Bundan başqa, 10-cu türk alayının 26-cı taborunun bir bölüyü, 5-ci Qafqaz firqəsinin istehkam bölüyü, 2 ədəd top və bir zirehli qatar, Azərbaycana yenicə gəlmiş 38-ci türk piyada alayının bir taboru da Cənub qrupuna verilmişdi. Qrup Gəncə-Bakı dəmir yolu xətti boyunca Bakıya doğru hərəkət etməli idi. Onun komandiri vəzifəsinə Kürdəmir döyüşünün gedişində polkovnik rütbəsinə layiq görülmüş Həbib bəy Səlimov təyin edilmişdi.1918-ci il avqustun 13-də Qafqaz İslam Ordusu qüvvələri Bakı ətrafında olarkən H.Səlimov Gəncəyə çağırıldı və onun yerinə Cəmil Cahid bəy təyin edildi. 1918-ci il avqustun sonunda Şərq cəbhəsi komandanlığında yeni taktiki qruplaşma aparıldıqdan sonra Cənub qrupuna komandir qaim-məqam Həlim Pərtov bəy təyin edildi. Bakıya həlledici hücum ərəfəsində 1918-ci il sentyabrın 11-də Cəmil Cahid bəy yenidən Cənub qrupunun komandiri təyin edildi. Həmin vaxt qrupun tərkibində 4-cü Ağdam piyada alayının 1-ci və 2-ci taborları, iki süvari bölüyü, ayrıca bir Azərbaycan süvari bölüyü, 2 ədəd Krupp dağ topu və 2 ədəd rus səhra topu var idi. Bakıya həlledici hücum ərəfəsində qrup şəhərin cənub-qərbində (sahil boyunca) mövqe tutmuşdu. Həmçinin bax Qafqaz İslam Ordusu Həbib bəy Səlimov | https://az.wikipedia.org/w/index.php?curid=542541 |
Şərq Göytürk Xaqanlığı | Şərqi Göytürk xaqanlığı — Göytürk xaqanlığının parçalanmasından sonra yaranmış türk dövlətlərindən biri. 576-cı ildə İstəmi xaqan ölüncə yerinə oğulu Tardu keçərək yabgu olmuş və atası kimi dövlətin qərbini idarə etməyə başlamışdır. Dövlətin qərbini idarə edən Tardu, şərq qisimin rəhbərliyini də ələ alıb Göytürk Xaqanlığının başına keçmək istəyincə Taspar xaqan ilə qarşılaşmışdır. Tapo xaqan 581-ci ildə ölüncə yerinə qardaş oğlu İşbara xaqan keçmişdir. Beləcə Tardu ilə İşbara Xaqan arasında tam hakimiyyət uğrunda qarşıdurma başlamışdır. Ənənələrə görə şərq tərəf baş xaqan olmalı idi. Bu qarışıqlıqdan faydalanmaq istəyən Çin, Göytürk Xaqanlığındakı mövcud anlaşılmazlığı daha da qızışdırmışdır. Çin İmperatoru, qərbin yabgusu Tarduya elçi, hədiyyələr və qurd rəsmi olan bir bayraq göndərərək Tardunun hökmdarlığını tanıdığını ifadə etmişdir. Çinin qızışdırmalarının nəticəsində Tardu, İşbaranın xaqanlığını tanımadığını bildirmişdir. Nəticədə Göytürk Xaqanlığı ikiyə ayrılmış, Tardu qərbin rəhbərliyini tamamilə ələ almışdır. Bu hadisədən sonra İşbara Xaqanın əlində yalnız şərq qalmışdır. Göytürk Xaqanlığının ikiyə ayrılmasından sonra, Şərqi Göytürk dövləti gücünü itirməyə başlamışdır. İşbara Xaqanın Çinə təşkil etdiyi səfərlər müvəffəqiyyətsizliklə nəticələnmişdir. Çin ipək ticarətinə maneə törədirdi. Bu vəziyyət Şərqi Göytürkləri arasında aclıq və yoxsulluğun başlanmasına gətirib çıxarmışdır. Şərqi Göytürklərə bağlı bir çox türk boyu qıtlıq səbəbiylə Qərbi Göytürklərə sığınmışdır. Özünə bağlı boyların Qərbi Göytürk Xaqanlığına sığınması İşbara Xaqanı çətin vəziyyətə salmışdır. 585-ci ildə artan üsyanlar və xarici təzyiqlər nəticəsində İşbara Xaqan Çin hakimiyyətini qəbul etmiş və Çindən kömək istəmişdir. Şərq Göytürk Xaqanlığını hakimiyyəti altına alan Çinin əsl məqsədi, Çin üçün təhlükə olan, türklər də daxil olmaqla bütün Orta Asiya xalqlarını çinliləşdirmək idi. Bu səbəbdən Çin, Şərqi Göytürkləri çincə danışmağa, çinlilər kimi geyinməyə və çin adətlərini qəbul etməyə məcbur etmişdir. Bunun üzərinə İşbara Xaqan bu mövzu haqqında 585-ci ildə Çin İmperatoruna məktub yazmışdır. İşbara Xaqan Çin imperatoruna yazdığı məktubda belə demişdir: "Sizə bağlı qalacaq, xərac verəcək qiymətli atlar hədiyyə edəcəyəm, lakin dilimizi dəyişdirə bilməm, Xalqıma Çin geyimləri geydirə bilmərəm, Adətlərinizi, qanunlarınızı götürə bilmərəm imkanı yoxdur. Çünki bu istiqamətlərdən bütün millətim, həssaslıqla çarpan tək bir ürəkdir." Çin əsarətinə daha çox dözə bilməyən İşbara Xaqan 587-ci ildə ölmüşdür. İşbara Xaqandan sonra başa keçən Yehu və Tülan zamanlarında Çin təzyiqi artmışdır. Daha sonra başa Kimin Xaqan keçmişdir. Kimin Xaqandan sonra başa Şi-pi Xaqan keçmişdir. Şi-pi Xaqan dövründə Şərqi Göytürklər, qısa bir müddət üçün köhnə güclərinə qovuşmuşdurlar. Şi-pi Xaqan, qərbdə Tibetə, şərqdə Amur çayına qədər uzanan torpaqlarda suverenlik qurmuşdur. Çinə hər il verilməkdə olan xərac kəsilincə Çin ilə döyüş edilmişdir. Şərqi Göytürk Xaqanlığı bu döyüşdə qalib gəlmişdir. Çin imperatoru, Şərq Göytürklərə illik vergi vermək şərtiylə canını qurtara bilmişdir. Göytürklərə köhnə gücünü yaşadan Şi-Pi Xaqan 619-cu ildə ölmüşdür. Şi-Pi Xaqandan sonra başa keçən Çu-Lo Xaqan, Çinə hücumlara davam etdirmişdi. Ancaq bir müddət sonra Çu-Lo Xaqan, çinli Yicheng tərəfindən zəhərlənərək öldürülmüşdür. Çu-Lo Xaqandan sonra yerinə qardaşı Kieli keçmişdir. Kieli Xaqan zamanında, Çinə hücumlar davam etmişdir. Kieli Xaqanın Çin üzərinə çıxdığı son səfərində əsir düşməsi nəticəsində Şərq Göytürk Xaqanlığı Çinin hakimiyyəti altına girmişdir. Göytürklərin yenidən müstəqilliyi Orxon abidələrində rast gəlinən digər əhəmiyyətli məlumatlar da müstəqillik haqqındadır. Bilindiyi kimi I Göytürk Xaqanlığının suverenliyinə Çin son vermiş və Göytürkler Çin suverenliyi altına girmiş və müstəqilliyini itirmişdir. Bu hadisədən sonra türklər müstəqillik mübarizəsinə girişmiş və bu mübarizələrinin nəticəsində müstəqilliklərini qazanaraq II Göytürk xaqanlığını qurmuşdular. Şərqi Göytürk xaqanları İşbara xaqan (582–587) Bağa xaqan (587–589) Tulan xaqan (589–600) Yami xaqan (600–609) Şibi xaqan (609–619) Çula xaqan (619–621) İllig xaqan (621–630) Həmçinin bax Qərbi Göytürk xaqanlığı | https://az.wikipedia.org/w/index.php?curid=175315 |
Şərq Göytürk xaqanlığı | Şərqi Göytürk xaqanlığı — Göytürk xaqanlığının parçalanmasından sonra yaranmış türk dövlətlərindən biri. 576-cı ildə İstəmi xaqan ölüncə yerinə oğulu Tardu keçərək yabgu olmuş və atası kimi dövlətin qərbini idarə etməyə başlamışdır. Dövlətin qərbini idarə edən Tardu, şərq qisimin rəhbərliyini də ələ alıb Göytürk Xaqanlığının başına keçmək istəyincə Taspar xaqan ilə qarşılaşmışdır. Tapo xaqan 581-ci ildə ölüncə yerinə qardaş oğlu İşbara xaqan keçmişdir. Beləcə Tardu ilə İşbara Xaqan arasında tam hakimiyyət uğrunda qarşıdurma başlamışdır. Ənənələrə görə şərq tərəf baş xaqan olmalı idi. Bu qarışıqlıqdan faydalanmaq istəyən Çin, Göytürk Xaqanlığındakı mövcud anlaşılmazlığı daha da qızışdırmışdır. Çin İmperatoru, qərbin yabgusu Tarduya elçi, hədiyyələr və qurd rəsmi olan bir bayraq göndərərək Tardunun hökmdarlığını tanıdığını ifadə etmişdir. Çinin qızışdırmalarının nəticəsində Tardu, İşbaranın xaqanlığını tanımadığını bildirmişdir. Nəticədə Göytürk Xaqanlığı ikiyə ayrılmış, Tardu qərbin rəhbərliyini tamamilə ələ almışdır. Bu hadisədən sonra İşbara Xaqanın əlində yalnız şərq qalmışdır. Göytürk Xaqanlığının ikiyə ayrılmasından sonra, Şərqi Göytürk dövləti gücünü itirməyə başlamışdır. İşbara Xaqanın Çinə təşkil etdiyi səfərlər müvəffəqiyyətsizliklə nəticələnmişdir. Çin ipək ticarətinə maneə törədirdi. Bu vəziyyət Şərqi Göytürkləri arasında aclıq və yoxsulluğun başlanmasına gətirib çıxarmışdır. Şərqi Göytürklərə bağlı bir çox türk boyu qıtlıq səbəbiylə Qərbi Göytürklərə sığınmışdır. Özünə bağlı boyların Qərbi Göytürk Xaqanlığına sığınması İşbara Xaqanı çətin vəziyyətə salmışdır. 585-ci ildə artan üsyanlar və xarici təzyiqlər nəticəsində İşbara Xaqan Çin hakimiyyətini qəbul etmiş və Çindən kömək istəmişdir. Şərq Göytürk Xaqanlığını hakimiyyəti altına alan Çinin əsl məqsədi, Çin üçün təhlükə olan, türklər də daxil olmaqla bütün Orta Asiya xalqlarını çinliləşdirmək idi. Bu səbəbdən Çin, Şərqi Göytürkləri çincə danışmağa, çinlilər kimi geyinməyə və çin adətlərini qəbul etməyə məcbur etmişdir. Bunun üzərinə İşbara Xaqan bu mövzu haqqında 585-ci ildə Çin İmperatoruna məktub yazmışdır. İşbara Xaqan Çin imperatoruna yazdığı məktubda belə demişdir: "Sizə bağlı qalacaq, xərac verəcək qiymətli atlar hədiyyə edəcəyəm, lakin dilimizi dəyişdirə bilməm, Xalqıma Çin geyimləri geydirə bilmərəm, Adətlərinizi, qanunlarınızı götürə bilmərəm imkanı yoxdur. Çünki bu istiqamətlərdən bütün millətim, həssaslıqla çarpan tək bir ürəkdir." Çin əsarətinə daha çox dözə bilməyən İşbara Xaqan 587-ci ildə ölmüşdür. İşbara Xaqandan sonra başa keçən Yehu və Tülan zamanlarında Çin təzyiqi artmışdır. Daha sonra başa Kimin Xaqan keçmişdir. Kimin Xaqandan sonra başa Şi-pi Xaqan keçmişdir. Şi-pi Xaqan dövründə Şərqi Göytürklər, qısa bir müddət üçün köhnə güclərinə qovuşmuşdurlar. Şi-pi Xaqan, qərbdə Tibetə, şərqdə Amur çayına qədər uzanan torpaqlarda suverenlik qurmuşdur. Çinə hər il verilməkdə olan xərac kəsilincə Çin ilə döyüş edilmişdir. Şərqi Göytürk Xaqanlığı bu döyüşdə qalib gəlmişdir. Çin imperatoru, Şərq Göytürklərə illik vergi vermək şərtiylə canını qurtara bilmişdir. Göytürklərə köhnə gücünü yaşadan Şi-Pi Xaqan 619-cu ildə ölmüşdür. Şi-Pi Xaqandan sonra başa keçən Çu-Lo Xaqan, Çinə hücumlara davam etdirmişdi. Ancaq bir müddət sonra Çu-Lo Xaqan, çinli Yicheng tərəfindən zəhərlənərək öldürülmüşdür. Çu-Lo Xaqandan sonra yerinə qardaşı Kieli keçmişdir. Kieli Xaqan zamanında, Çinə hücumlar davam etmişdir. Kieli Xaqanın Çin üzərinə çıxdığı son səfərində əsir düşməsi nəticəsində Şərq Göytürk Xaqanlığı Çinin hakimiyyəti altına girmişdir. Göytürklərin yenidən müstəqilliyi Orxon abidələrində rast gəlinən digər əhəmiyyətli məlumatlar da müstəqillik haqqındadır. Bilindiyi kimi I Göytürk Xaqanlığının suverenliyinə Çin son vermiş və Göytürkler Çin suverenliyi altına girmiş və müstəqilliyini itirmişdir. Bu hadisədən sonra türklər müstəqillik mübarizəsinə girişmiş və bu mübarizələrinin nəticəsində müstəqilliklərini qazanaraq II Göytürk xaqanlığını qurmuşdular. Şərqi Göytürk xaqanları İşbara xaqan (582–587) Bağa xaqan (587–589) Tulan xaqan (589–600) Yami xaqan (600–609) Şibi xaqan (609–619) Çula xaqan (619–621) İllig xaqan (621–630) Həmçinin bax Qərbi Göytürk xaqanlığı | https://az.wikipedia.org/w/index.php?curid=282686 |
Şərq Konfransı (NBA) | Şərq Konfransı Amerika peşəkar basketbol liqası olan NBA-də yer alan iki konfransdan (bölgə) biridir. Konfransda 5 basketbol klubundan ibarət 3 qrup mövcuddur. Hər klub öz qrupundakı klublarla 4 dəfə qarşılaşır. Klublar, öz konfransında yer alan lakin öz qruplarında yer almayan klublarla ümumilikdə 36 oyuna çıxırlar ki, buda hər klubla bir öncəki mövsümdə sərgilədikləri güc göstəricisinə görə 3 və ya 4 oyun edir. Öz konfranslarında olmayan klublarla isə 2 oyuna çıxırlar və ümumilikdə hər klub normal mövsümdə 82 oyun keçirir. Normal mövsümün sonunda konfranslarındakı 15 klubdan ilk 8-ə girən klublar pleyofflara yüksəlir. Pleyoflarda cütləşən klublar ard-arda bir neçə oyun keçirirlər və 4 qalibiyyətə çatan tərəf bir üst tura yüksəlir. Bu formata görə ev sahibi üstünlüyünə sahib klub, seriyanın 7 oyuna uzandığını düşünərsək 1, 2, 5, və 7-ci oyunları, digər klub isə 3, 4, və 6-cı oyunları öz meydanında keçirir. Şərq və Qərb konfranslarında 30 klubun mübarizə apardığı NBA-də normal mövsümdə ümumilikdə 1230 oyun baş tutur. Hazırkı cədvər Həmçinin bax Qərb Konfransı (NBA) | https://az.wikipedia.org/w/index.php?curid=462549 |
Şərq Legionu | Şərq Legionu lahiyəsi Birinci Dünya Müharibəsinin ortalarında Fransız ordusunda mövcud olan əsgər çətinliyinə həll tapmaq məqsədi ilə yaradılmışdır. Xüsusilə döyüşün ilk iki ilinin sonunda Fransız ordusunun seçmə birliklərinin Fransa-Almaniya sərhədində edilən döyüşlərdə ciddi itkilərə uğraması nəticəsində Fransız hökuməti Orta şərqdəki döyüş siyasəti üçün Fransız birliklərini istifadə etmək yerinə, bölgədə yaşayan və ortaq nöqtəsi Osmanlı hakimiyyətinə qarşı çıxmaq olan ünsürləri istifadə etməyi seçmişdir. Bu səbəblə əvvəllər Cebel Musa Ermənilərindən mütəşəkkil olması planlanan Şərq Legionuna Ermənilərdən başqa həm də xristian Suriyalılar və Livanlılar da daxil edilmişdir. Bu birliklər ilk olaraq Misirdə Port Səiddə toplanmış, daha sonra buradan Kiprdə qurulan düşərgəyə daşınmışlar. Fransa yalnız Orta şərqdəki Erməni və Suriyalıları deyil, on doqquzuncu əsr boyunca və iyirminci əsrin başında Amerika qitəsinə köç edərək burada güclü diaspor təsis etmiş olan Erməni və Suriyalıları da qiymətləndirməyi nəzərdən keçirirdi. Bu səbəblə Amerikaya göndərilmək üzrə Erməni və Suriyalı nümayəndələri meydana gətirmiş, bunların bütün xərclərini qarşılayaraq Amerikada təbliğat fəaliyyətlərinə girişməsinə vəsilə olmuşdur. Şərq Legionu üçün Cənubi Amerikadan könüllü toplanması işləri Erməni və Suriyalı nümayəndələrinin işlərinə baxmayaraq Fransanın istədiyi səviyyədə reallaşmamışdır. Bunun ən əhəmiyyətli səbəbləri Şərq Legionunun hüquqi quruluşunun kifayət qədər oturdula bilməməsi, Legiona daxil olan əsgərlərin təqaüdçülük və təzminat haqqlarının digər Fransız əsgərlərinə görə daha alt səviyyədə olmasının yaratdığı problemlər və ən əhəmiyyətlisi Latın Amerikada olan Erməni və Suriyalı birliklərinin aralarındakı qarşıdurmalardır. Bu qarşıdurmalar yalnız Latın Amerikadakı birliklər arasında deyil, eyni zamanda Legionu meydana gətirən Erməni və Suriyalı əsgərlər arasında da mövcuddur. 1916-cı ildə təsis edilən Şərq Lejyonu 1918 ili sonlarında Mondros Sülhü hökmlərin tərəfindən Kilikya bölgəsini işğal etmək üzrə Fransız ordusu ilə birgə bölgəyə gətirilmişdir. Ancaq xüsusilə Erməni Lejyonuna mənsub legionerlər intizamsızlıqları və itaətsizlikləri ilə Fransız və İngilis zabitlərin reaksiyasını çəkmişdir. Bu legionerlər tez-tez birliklərindən fərarilik edərək ətraf kəndlərdəki Müsəlman xalqa istiqamətli hücumlar reallaşdırmışlar, qəsb, talan və qırğın kimi fəaliyyətlərə girişmişlərdir. Bütün bu hücumlar Osmanlı arxiv sənədlərində olduğu qədər Fransız arxiv sənədlərində də ifadə edilmişdir. Legionerlərin itaətsizliyi bəzən Fransız ordusuna qarşı üsyan etməyə qədər varmış, bu üsyançılar cəzalandırılaraq Port Səidə geri göndərilmişdir. 1918 sonlarında Adana və ətrafında başlayan Fransız işğalı 1919-cu ilin Sentyabr ayında İngiltərə və Fransa arasında imzalanan Suriya İtilafnamesi nəticəsində İngilis birliklərinin Antep, Urfa və Maraşdan çəkilmələri ilə bu bölgələrə qədər yayılmışdır. Ancaq Adananın işğalı əsnasında hələ milli şüur kifayət qədər oyanmadığından mütəşəkkil ola bilməyən Türk reaksiyası bu işğallar əsnasında olduqca sıxdır. Necə ki Adananın işğalından Antep, Urfa və Maraşın işğalına qədər keçən müddət ərzində Mustafa Kamal Samsuna keçərək milli müqaviməti təşkilatlandırmağa başlamış, 23 Aprel 1920də Böyük Millət Məclisini yığaraq müqavimət hərəkətini koordinasiyalı bir hala gətirməyə başlamışdır. Milli şüurun oyanışı Fransız işğalına qarşı şiddətli bir reaksiyaya səbəb olmuş, Kuvvanı Milliyə bu bölgələrdəki müqaviməti ilə Fransız ordusunu bir çox dəfələr püskürtməyi bacarmışdır. 20 Oktyabr 1921 tarixində Fransa ilə Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında imzalanan Ankara Andlaşması Şərq Legionunun varlıq səbəbini ortadan qaldırdığı üçün Legionun varlığına son verilmiş, Kiprdəki düşərgələr bağlanılaraq legionerlər Fransaya geri göndərilmişdir. Beləliklə Birinci Dünya Döyüşü və sonrasında Orta şərqin ən böyük muzdlu əsgər qruplarından biri olan Şərq Legionu tarixin qaranlıq səhifələrindəki yerini götürmüşdür. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=417025 |
Şərq London Universiteti | Şərqi London Universiteti (ing. University of East London) (UEL) — Londonda tanınmış dövlət ali məktəblərindən biri. Məşhur məzunları Sonam Kapur - Bollivud aktrisası Xarici keçidlər uel.ac.uk — Şərqi London Universitetinin rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=707972 |
Şərq Ortodoks Kilsəsi | Şərqi Ortodoks Kilsəsi — xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988-ci ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans İmperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərdə hər biri öz hökmdarına tabe olan avtokefal pravoslavlıq kilsələri yaranmışdır. Ona görə də pravoslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Şərqi pravoslav kilsəsi mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid tanrıya etiqad etməlidir. Azərbaycanda pravoslav kilsələri 1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralıının (1907-ci ildə inşa edilmişdir) binası Rus pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir. Avtokefal kilsələri Həmçinin bax Antixalkidon kilsələri | https://az.wikipedia.org/w/index.php?curid=428410 |
Şərq Pravoslav Kilsəsi | Şərqi Ortodoks Kilsəsi — xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988-ci ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans İmperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərdə hər biri öz hökmdarına tabe olan avtokefal pravoslavlıq kilsələri yaranmışdır. Ona görə də pravoslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Şərqi pravoslav kilsəsi mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid tanrıya etiqad etməlidir. Azərbaycanda pravoslav kilsələri 1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralıının (1907-ci ildə inşa edilmişdir) binası Rus pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir. Avtokefal kilsələri Həmçinin bax Antixalkidon kilsələri | https://az.wikipedia.org/w/index.php?curid=349424 |
Şərq Roma İmperatorluğu | Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi. Bizansın idarəçiləri özlərini Roma İmperatorluğunun gerçək mirasçıları olaraq qəbul edirdilər, lakin başqa tərəfdən də Roma ilə əlaqələrini də davam etdirdilər. Qərbi Roma İmperatorluğu kiçik dövlətlərə ayrılıb parçalanarkən, Bizans İmperatorluğu bütünlüyünü qorumağı bacardı. Beləliklə Bizans İmperatorluğu, klassik yunan və roma sivilizasiyalarının son mərkəzi oldu. Osmanlı İmperiyasının ərazilərinin genişlənməsindən sonra Bizans imperiyasının əlində demək olar ki, təkcə İstanbul qalmışdı. 1453-cü ildə II Mehmedin Konstantinopolu tutmasından sonra Bizans imperiyası süqut etdi. Bizans imperiyasının sahəsində ilk xaç yürüşü olmuşdur. Etimologiyası Sözün mənşəyi "Bizans imperiyası" adı tarixçilərin Şərqi Roma imperiyasına verdiyi addır və imperiyanın mövcud olduğu dövrdə heç bir mənbədə adı belə keçməmişdir. İmperiyanın yunanca adı "Basileia tön Romania" (Roma imperiyası) və ya sadəcə olaraq "Romania" idi. Şərqi Roma xalqı da özlərini romalı olaraq adlandırırdı. Türklər və ərəblər isə Rum sözünü istifadə edirdi. Qərbi Avropada imperiyanın adının ilk dəfə "Bizans" olaraq keçməyə başlanması alman tarixçi Hayronimus Volfun 1557-ci ildə "Corpus Historiae Byzantinæ" adlı əsəri ilə başlanmışdır. 1648-ci ildə "Byzantine du Louvre" ("Corpus Scriptorum Historiæ Byzantinæ") və 1680-ci ildə də Du Şarlın "Historia Byzantina" adlı əsərlərin yayımlanmasından sonra Şarl Lui Monteskyö kimi fransız maarifçilər arasında "Bizans" adı məşhurlaşmağa başladı. Daha əvvəllər Qərbi Avropada imperiya "Imperium Graecorum" (Yunanların İmperiyası) olaraq adlandırılırdı. Xüsusilə də 800-cü ildə Şarlmanın Papa III. Leo tərəfindən Müqəddəs Roma İmperatoru (Imperator Augustus) olaraq taclandırılmasından sonra Roma mirası mövzusunda rəqabət başlamışdı. Papalar ya da Qərbdəki idarəçilər Şərqi Roma imperatorlarından bəhs edən zaman "Imperator Romæorum" deyirdilər, çünki "Imperator Romanorum" adı Şarlman və onun xələflərinə aiddir. Bu səbəblərdən tarixçilər belə qənaətə gəlir ki, "Bizans" termininin istifadə olunmasında məqsəd, Müqəddəs Roma imperiyasının rəqibi Şərqi Roma imperiyasını tarix səhnəsindən silmək kimi düşünülür. Roma İmperatoru Mürtəd Yulianın dövründə (362–363) köhnə inancları geri qaytarmaq istənildi və xristianların fəaliyyətləri qadağan edildi. Yulianın ölümündən sonra xristianlıq yenidən güc qazandı. IV əsrdən başlayaraq Roma torpaqları barbar axınlarına məruz qaldı. I Feodosi (379–395) Romanı ələ keçirmək istəyən vestqotları Balkanlarda və Dunay çayının cənubuna doğru irəliləmələrinə mane oldu. Xristianlığı mənimsəyən I Feodosi Böyük Roma İmperatorluğunun Şərq və Qərb seqmentlərini idarə edən son imperator oldu. 395-ci ildə I Feodosi öldü və Roma İmperatorluğu iki hissəyə bölündü. Qərbi Roma İmperatorluğu torpaqlarına hücum edən vestqotlar 410-cu ildə Romanı ələ keçirdilər. Digər barbar qövmlərdən vandallar Şimal Afrikanı, İspaniyanı və İtaliyanı yağmaladılar. Barbar axınlarının ardı-arası kəsilmədi və V əsrin sonlarında germanlar Qərbi Roma İmperatorluğunu süquta uğratdılar. Bizans İmperatorluğu isə bu hücumlara müqavimət göstərə bildi. Balkanlarda slavyanları, şərqdə də sasaniləri məğlubiyyətə uğratdı. Bizans İmperatoru I Yustinian (527–565) uzun sürən iqtidarı dövründə Şimali Afrika, İtaliya və Şərqi İspaniyanı yenidən ələ keçirdi. Sasani şahıyla sülh bağlayaraq şərq sərhədlərini qorudu. Lakin ölkənin daxilindəki siyasi və dini münaqişələrin qarşısını ala bilmədi. Bu münaqişələr 532-ci ildə xalq üsyanına çevrildi. Tarixdə "Nika ayaqlanması" adıyla tanınan bu qiyam, komandir Velisariy tərəfindən paytaxtdakı Hippodromda (bugünkü Sultanahmet meydanı) yatırıldı və 30 min adam öldürüldü. Beləcə ölkə daxilində sabitliyi təmin edən I Yustinian müxtəlif sahələrdə islahatlara başladı. Onun ən uğurlu islahatlarından biri Roma hüququ mövzusunda komissiya yaratması oldu. Bu komissiyanın uzun çalışmalarının sonunda meydana gətirdiyi "Corpus luris Civilis" ("Mədəni Hüquq Qanunları") bugünkü müasir Avropa hüququnun inkişafında da əsas təşkil etmişdir. Bizans ərazisinə müsəlman axınları (610–867) Bizans imperiyası VII və VIII əsrlərdə şərqdə müsəlman və fars ordularının, qərbdə isə slavyanların hücumlarına məruz qaldı. 610-cu ildə Bizans taxtını ələ keçərən I İrakli farsların hücumlarını dayandırdı və paytaxtın müdafiəsini gücləndirdi. Dunay çayını keçərək Bizans torpaqlarına hücuma keçən avarları da məğlub etdi. Bu dövrdə ərəblər İslam dinini yaymaq üçün hücumlara başlamışdılar. Ərəb orduları 632-ci ildə Suriya və Fələstini ələ keçirdi. Aleksandriyanın təslim olmasından sonra ərəblər 642-ci ildə Misirin bütün ərazisini öz nəzarətləri altına aldılar. 674–678-ci illər arasında ərəblər bir neçə dəfə Konstantinopolu mühasirəyə alsalar da, ələ keçirə bilmədilər. Bu müharibə illərində Bizansda Roma mədəniyyətinin və latıncanın yerini yunan dili və mədəniyyəti əvəzlədi. Buna dini fərqlər də əlavə olunduqdan sonra isə imperatorluğun qərbi ilə şərqi arasında qəti fərqlər meydana gəldi. Bizans imperiyasının qızıl dövrü (867–1081) Bizans 867–1056 illər arasında imperatorluğu idarə edən Makedoniya xanədanı dövründə qızıl dövrünü yaşadı. Makedoniya xanədanının qurucusu I Vasili (867–886) daha əvvəl itirilmiş Anadoludakı torpaqları yenidən imperatorluğun sərhədlərinə qatdı. I Vasileos və ardıcılı VI Levin (886–912) hakimiyyətləri dövründə imperatorluğun hüquq sistemi yenidən təşkil edildi. II Nikifor Foka (963–969) Krit və Kipri yenidən imperatorluğa qatdı, Suriya və Balkanlarda yeni torpaqlar ələ keçirdi. II Vasili (976–1025) 1001-ci ildə Şimal Suriyanı dövlətin tərkibinə qatdı. 1018-ci ildə bolqar torpaqlarını və Anadoludakı köhnə Bizans torpaqlarını imperatorluğa qatdı. II Vasilidən sonra İtaliyada və Balkanlarda qiyamlar meydana gəldi. Şərqdə Böyük Səlcuqlular Anadoluya axınlar etməyə başladı. İmperator Roman Diyogen 1071-ci ildə Malazgird döyüşündə Böyük Səlcuqlu Sultanı Alp Arslana məğlub olaraq əsir düşdü. Böyük Səlcuqlu komandirləri Anadolu içlərinə doğru irəlidədikcə 3 il (1074 ilində) ərzində paytaxt Konstantinopolun sərhədlərinə qədər gəlib çıxdılar. 1074-cü ildə paytaxtı İznik (Nikéa) olan Anadolu Səlcuqlu Dövləti quruldu. Bu dövrdə Konstantinopolun güclü patrixi ilə papa arasındakı görüş ayrılıqları sərt mübahisələrə gətirib çıxardı və 1054-cü ildə Roma Katolik Kilsəsi ilə Şərq Ortodoks Kilsəsi müstəqil kilsələr halına gəldilər. Xaç yürüşləri (1081–1204) Latın İmperiyası (1204–1261) Süqutu (1261–1453) Mədəniyyəti Orta əsrlərin əvvəlində Bizansda mədəniyyət Qərbi Avropadakı kimi süquta uğramadı. Bizans bir çox ölkələrlə ticarət edir, əlaqə saxlayırdı. Bizans şəhərləri yalnız sənət və ticarət mərkəzləri deyil, eyni zamanda mədəniyyət ocağı idilər. VII–VIII əsrlərdə Bizans ərazisi kiçilərək Balkan yarımadası və Kiçik Asiyadan ibarət olduqda, yunan dili imperiyanın dövlət dilinə çevrildi. Bizansda savadlı adamlar Qərbi Avropadakına nisbətən daha çox idi. Hətta kəndlilər və sənətkarlar içərisində də savadlı adamlar vardı. Kilsə məktəbləri ilə yanaşı dövlət məktəbləri və xüsusi məktəblər də açılırdı. Varlı valideynlərin uşaqları bu məktəblərdə yazmağı və hesablamağı öyrənirdilər. Məktəblərdə dini kitablardan başqa qədim dövrün alimlərinin əsərlərini, Homerin poemalarını, Esxilin və Sofoklun tragikomediyalarını öyrənirdilər. Avropada ilk ali məktəb Konstantinopolda açılmışdı. Burada ali tibb məktəbi də yaradılmışdı. Bizansda riyaziyyat, xüsusilə həndəsə uğurla inkişaf edirdi. Hökmdar taxtı üçün avtomat qurğu düzəldilmişdi. Müxtəlif sənətlərin və təbabətin inkişafı kimyanın öyrənilməsinə kömək etdi. Şüşə və boya istehsalının qədim üsulları qalmaqda idi. Yunan odu adlanan yandırıcı maddə də Bizansda ixtira edildi. Neft və qatran qarışığından düzəldilən yunan odunu su ilə söndürmək olmurdu. Onu xüsusi olaraq düzəldilmiş borulardan düşmən gəmilərinə, qalalarına yönəldir və yandırırdılar. Bizanslılar yunan odunun köməyi ilə quruda və dənizdə bir çox qələbələr qazanmışdılar. Bizansda tarix və coğrafiya da çox inkişaf etmişdi. Coğrafiyaşünaslar xəritələr və şəhərlərin planlarını çəkə bilirdilər. Bu o zaman Qərbdə görünməmiş bir iş idi. Orta əsrlərin başlanğıcında Bizans Avropanın ən mədəni ölkəsi idi. Başqa ölkələrin kralları, knyazları, yepiskopları öz saraylarına Bizansdan rəssamlar, memarlar və zərgərlər çağırırdılar. Elmə həvəs göstərən gənclər Konstantinopolda riyaziyyat, təbabət, Roma qanunlarını öyrənməyə gəlirdilər. Bizans mədəniyyəti Cənub və şərq slavyanlarının mədəniyyətinə xüsusilə böyük təsir göstərmişdir. Bolqarıstan, Serbiya və Kiyev Rus dövləti xristian dinini Bizansdan qəbul etmişdir. Yunan dilindən slavyan dillərinə çoxlu kitab tərcümə olunmuşdu. Kiyev Rus dövlətində ilk daş məbədləri Bizans memarları tikmişlər. Bizansda antik yazıçıların və alimlərin çoxlu əlyazıları qalmışdı. Bunun sayəsində həmin əsərlər dövrümüzədək gəlib çatmışdır. Arxitektura Bizansda antik incəsənətin bir çox abidələri qalmışdı. Onları ölkənin hər yerindən axtarıb paytaxtı bəzəmək üçün gətirirdilər. Konstantinopol qeyri-adi təmtəraqla abadlaşdırılmışdı. Onun baş küçələrində onlarla möhtəşəm imarətlər və məbədlər ucalırdı. Əzəmətli binalar belə fikir oyatmalı idi ki, imperator hakimiyyəti qüdrətli və möhtəşəmdir. Xristian dini məbəd tikintisində də dəyişikliklər edildi. Məbəd tikilərkən qarşıya qoyulan məqsəd dəyişdi. Qədim yunan məbədləri içərisinə allahların heykəllərini qoyurdular. Dini mərasim isə meydanda keçirilirdi. Buna görə də yunan məbədini xarici görünüşcə xüsusilə yaraşıqlı tikməyə çalışırdılar. Xristianlar isə ümumi ibadət üçün kilsənin içərisinə toplaşırdılar. Buna görə də memarlar məbədin daxilindəki otaqların gözəl olması üçün xüsusi səy göstərirdilər. Bizans memarlığının ən gözəl nümunəsi Yustinian zamanında Konstantinopolda tikilmiş Müqəddəs Sofiya kilsəsidir. Bu kilsəni möcüzələr möcüzəsi adlandırır, şerlərdə tərənnüm edirdilər. Qədimdən bəri sənət möcüzəsi hesab olunan bu məbəd VI əsrdə iki memar — Tralı Anfim və Miletli İsidor tərəfindən ucaldılmışdır. İmperator bu məbədi paytaxtın və bütün imperiyanın baş kilsəsinə çevirmək istəyirdi. Məbədi 10 min adam beş il ərzində tikdi. O dövr üçün məbəd çox tez tikildi. Bayırdan o, çox da böyük görünmür, lakin içəridən çox genişdir. Nəhəng (30 metrlik diametrə malik) günbəzinin səmaya ucalır. Kilsə memarlığında iki memarlıq forması — bazilika və xaçlı günbəz üstünlük təşkil edirdi. Bazilika düzbucaqlı, uzunsov bina olub, üç, beş yaxud daha artıq aşırıma bölünürdü. Orta aşırım kənardakılardan nisbətən daha geniş və hündür olurdu. Bazilikanın şərq tərəfində mehrab, qərb hissədə isə giriş yerləşirdi. Xaçlı-günbəzli forma Şərq köklərinə malikdir. Bu binalar çox vaxt kvadratşəkilli olub, dörd daxili dayaq məkanı tağlarla əhatələnən doqquz hissəyə ayırır və mərkəzdə yerləşən günbəzi saxlayır. Günbəz göy qübbəsini təcəssüm etdirir. Günbəzə birləşən yarımdairəvi qübbələr kəsişərək düzbucaqlı xaç əmələ gətirir. Məbədlərin və sarayların divarlarını mozaikalar, müxtəlif rəngli xırda daşlarıdan və şəffaf olmayan rəngli şüşə qırıqlarından — smaltadan düzəldilmiş təsvirlər bəzəyirdi. Smaltanı təzə vurulmuş suvağın üstünə müxtəlif mailliklə düzürdülər. Tamaşaçı binanın içərisində hərəkət etdikdə mozaika işığı əks etdirərək müxtəlif rənglərə dəyişirdi. Kilsələrə ikonalar qoyulurdu. İkonalar Allahın, müqəddəslərin və müqəddəs kitablardan götürülmüş ayrı-ayrı səhnələrin təsvirlərindən ibarət idi. Rəssamlar ikonaları hamar taxta lövhələr üzərində boyaqla çəkirdilər. Təsvirlərdə nisbət gözlənilmirdi. İnsanın şəklini başqalarından daha böyük çəkir, qüllələri və ağacları isə onların yanında durmuş adamlardan kiçik göstərirdilər. İmperiyanın torpaqlarında müxtəlif tayfalar və xalqlar: yunanlar, frakiyalılar, illiriyalılar, dakiyalılar, ellinləşdirilmiş kiçik asiya tayfaları, qafqaz xalqları, suriyalılar, kəldanilər, qıbtilər yaşayırdılar. Onların arasında yunanlar hakim mövqedə dururdular və yunan dili imperiyanın rəsmi dili idi. Bizansda ordunun təşkili Roma imperiyasından alınma idi. Lakin IV–VI əsrlərdə bu işdə mühüm dəyişikliklər baş verdi. Əvvəllər torpaq sahibləri orduya silahlı əsgər vermək məcburiyyətində idisə, sonralar onlardan daha tez-tez pul alınmağa başlanırdı. Müxtəlif barbar tayfalarından olan muzdlu əsgərlər orduda getdikcə daha çox rol oynayırdılar. Bizansda bu proses davam edərkən xüsusilə donanma üzvləri hələ də azad əhali arasından seçilməkdə idi. Buna səbəb donanmanın ordu işində daha yüksək mövqedə durması idi. Ordunu piyada qoşun olan Limitaneilər, Komitatenseslər və ordunun əsas hissəsi olan süvari Katafraktlar təşkil edirdi. Hər bir bölməyə tribunlar başçılıq edirdi. İqtisadiyyat Çoxlu təbii limanlarının olması və əlverişli coğrafi şərait Bizansı qüdrətli dəniz dövlətinə çevirmişdi. Xüsusilə Qara Dəniz və Aralıq Dənizini birləşdirən boğazlar üzərində hökmranlıq etməsi Bizansda dənizçiliyin və dəniz ticarətinin inkişafına kömək edirdi. Bizans tacirləri şərqdə Hindistan, Taproban (Seylon) və Çinə, cənubda Aksum Krallığına (Efiopiya), habelə Ərəbistana gedib çıxırdılar. İran və Soqdiana ilə quruda ticarət yolları vardı. Bizans sikkələri — qızıl solid — beynəlxalq valyuta rolu oynayırdı. Bizans imperator sülalələrinin zaman xətti Həmçinin bax Xarici keçidlər Bizans imperiyası hakkında bilgi Ansiklopedika.org'da (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=282683 |
Şərq Sahili hip-hop musiqisi | Şərq sahili hip-hop musiqisi (ing. East Coast hip hop) ― 1970-ci illərdə ABŞ-nin New York bölgəsində ortaya çıxan bir hip-hop trendidir. Müxtəlif bölgələrdən ABŞ-nin şərq hissəsini əhatə edən bölgəyə gələn rep sənətçilərinin zamanla yaratdığı bir üslubdur. Sadə qafiyə sxemindən və adi "köhnə məktəb" üslubundan fərqli olan və daha çox söz yazma bacarıqlarına söykənən bir üslubdur. Çox hecalı yanıltmaclar, qarmaşıq cinas, davamlı və sərbəst oxuma tərzi və axış, eləcə də kompleks metaforalar ilə xarakterizə olunur . Şərq sahili hip-hopunda sənətkarda yaxşı bir səs olmasa da aqressiv bir oxuyuş təzi və vurğu gərəklidir. Public Enemy və EPMD kimi qruplarda bu bir nümunədir. Bundan əlavə, söz yazma istedadı Eric B. & Rakim, Boogie Down Productions, Big Daddy Kane, Slick Rick kimi qruplarda və sənətkarlarda olduqca güclüdür. 1980-ci illərin ortalarında Şərq Sahili hip-hop mədəniyyəti alt mədəniyyətlərə ayrılmışdır. Sosial məsələlərə toxunan şüurlu bir üslubla icra olunan lyrical consciousness ya da şiddət məzmunlu məsələlərə toxunan və bandalardan bəhs olunan mafya növü də deyilən mafioso rap kimi alt növlər də olmuşdur. Raekwon və Kool G Rap kimi sənətkarlar mafioso rap janrına nümunə kimi göstərilə bilər. | https://az.wikipedia.org/w/index.php?curid=690402 |
Şərq Tərəfdaşlığı | Şərq Tərəfdaşlığı - Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna. "Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=84635 |
Şərq Xalqların Qurultayı | Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi. 1920-ci ilin sonlarında Ənzəlidə keçirilən təsis qurultayı "Ədalət" təşkilatlarını İran Kommunist Partiyasının bayrağı altında birləşdirdi. 1920-ci ildə Türkiyə xalqı öz vətəninin müstəqilliyi uğrunda, imperialist qəsbkarlara qarşı qəhrəmancasına mübarizə aparırdı. Mustafa Kamal Atatürk başda olmaqla Türkiyənin inqilabi hökuməti sovet Rusiyası ilə dostluq əlaqələri yaratmışdı. 1920-ci il aprelin 26-da Türkiyə Böyük Millət Məclisi, Mustafa Kamal Atatürkün imzası ilə V. İ.Leninə məktub göndərərək, imperialist qüvvələrə qarşı mübarizəyə yardım göstərilməsini xahiş etdi. Xüsusən Azərbaycan SSR elan olunduqdan sonra Sovet Rusiyasının yardımı gücləndi, hətta bəyan edildi ki, Azərbaycana gələn Qızıl Ordu Türkiyə xalqının milli-azadlıq hərəkatına yardım üçün gedir. Həmin dövrdə Bakıda öz orqanını — "Yeni dünya" qəzetini nəşr edən Türkiyə kommunistləri bu işdə xüsusi rol oynayırdılar. Onların 1920-ci il sentyabrın 10-da Bakıda keçirilən birinci qurultayı qətnamə qəbul edərək Türkiyə xalqının imperializmə qarşı milliazadlıq mübarizəsini gücləndirməyə çağırdı. Kamalçılar hökumətinin nümayəndələri, müxtəlif diplomatik missiyaları Moskvaya Bakıdan keçib gedirdilər. Onlar bir qayda olaraq burada Azərbaycanın hökumət başçısı, digər dövlət, ictimai-siyasi xadimləri ilə qardaşcasına görüşür, dövrün mürəkkəb coğrafı-siyasi şəraitində ikitərəfli münasibətlərə dair ümdə məsələlər barəsində məsləhətləşmələr, fikir mübadiləsi aparırdılar. Mustafa Kamal Atatürk Azərbaycan Respublikasının səfırini qəbul edərkən demişdi: "Rum eli və Anadolu xalqı azəri qardaşlarının qəlblərinin öz qəlbləri kimi çırpındığını bilirlər. Bunun üçün gətirdiyiniz salam töhfəsinin nə qədər dərin və ali hissdən xəlq olduğunu qiymətləndirir və bu salamı alarkən Azərbaycan türklərinin də bir daha əsarətə düşməmələri və hüquqlarının paymal edilməməsi istəyini və arzusunu izhar eyləyirlər. Azərbaycan türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevinclərimiz olduğu üçün, onların muradlarına nail olmaları, azad və müstəqil olaraq yaşamaları bizi artıq dərəcədə sevindirir.V. İ.Lenin Azərbaycanda sovet hakimiyyətinin qurulmasına böyük əhəmiyyət verirdi. O, ölkənin beynəlxalq və daxili vəziyyətinin möhkəmlənməsində, Şərqdə sosialist ideyalarının yayılmasında sovet Azərbaycanının rolunu dəfələrlə vurğulamışdı. Əlamətdar haldır ki, Azərbaycan SSR-in yaranmasından dərhal sonra Əfqanıstan, İran, Türkiyə və digər müsəlman ölkələrinin nümayəndələri Bakıya gəlməyə başlamışdı. Tezliklə Bakıda hind bölməsi təşkil edildi və o, yerli mətbəədə urdu dilində "Azad Hindistan Əxbarı" qəzetinin nəşrinə başladı. Qurultayın keçirilməsinə hazırlıq RK(b)P MK Şərq xalqlarının qurultayını çağırmaq barədə Kominternin icraiyyə komitəsinin təklifıni müzakirə edərək, şərq xalqlarının birinci qurultayını Bakıda — ilk müsəlman sovet respublikasının paytaxtında çağırmağı qərara aldı.1920-ci il iyunun 18-də RK(b)P MK Siyasi Bürosu III İnternasionalın Bakıda "Şərq xalqlarının qurultayını" keçirməsini prinsip etibarilə bəyəndi və qərara aldı ki, bu məsələ barədə Nəriman Nərimanovun və İ. V. Stalinin rəyləri soruşulsun. Müsbət cavab alan Siyasi Büro Bakıda qurultayın çağırılması haqqında məsələni iyunun 29-da müzakirə etdi və qurultayın təşkili üzrə büro yaratdı. Kominternin icraiyyə komitəsi II konqresdən sonra "İran, Ermənistan və Türkiyənin əsarətdə qalan xalq kütlələrinə" məktubla müraciət etdi'" Kominternin icraiyyə komitəsi ġərqin fəhlə və kəndlilərinə müraciətində bildirirdi ki, o, Bakıda qurultayı ümumi düşmənlə-imperializmlə mübarizədə şərq zəhmətkeşləri və Avropa proletariatının səylərinin birləşdirilməsi məsələlərini birlikdə müzakirə etmək üçün çağırır. Şərq ölkələrinin kommunist, demokratik və mütərəqqi təşkilatları III İnternasionalın icraiyyə komitəsinin müraciətinə cavab olaraq, Bakıda şərq xalqları qurultayının çağırılması uğrunda təşviqata başladılar. 1920-ci ilin avqustundan etibarən Azərbaycanda bütün əməkçi əhalinin iştirakı ilə şərq xalqlarının birinci qurultayına seçkilər başlanmışdı.Partiya işini gücləndirmək, əmək haqqının bir hissəsini Avropa və Sərq ölkələrində tətil edən proletariata yardım üçün köçürmək və müsəlman fəhlələri partiya sıralarına cəlb etmək məqsədilə Bakıda qurultay çağırılması münasibətilə "şərq İnternasionalı" təşkil etmək qərara alındı. Azərbaycanın partiya, sovet və ictimai təşkilatları şərq xalqlarının birinci qurultayının çağırılması, nümayəndələrin işinin təşkili ilə bağlı böyük hazırlıq görmüşdülər. 1920-ci il avqustun 30-da Dövlət opera teatrının binasında qurultay nümayəndələri üçün konsert-mitinq oldu, ertəsi gün isə Bakı fəhlə, qızıl əsgər və matros deputatları sovetinin və Azərbaycan həmkarlar ittifaqlarının qurultay nümayəndələrinin iştirakı ilə təntənəli iclası keçirildi. Həmin iclasda Nəriman Nərimanov, habelə Bela Kun (Macarıstan), Tomas Kvelç (İngiltərə), Con Rid (ABŞ), Q. Zinovyev, K. Radek və b. şərq xalqlarına təbriklə müraciət etdilər. Şərq xalqlarının I qurultayı V. İ. Leninin dediyi kimi, "Şərq xalqlarının Bakı qurultayı" 1920-ci il sentyabrın 1–7-də keçirildi. Bakıya, qurultaya 1891 nümayəndə — Qafqaz, Orta Asiya, Əfqanıstan, Misir, Hindistan, Çin, Koreya, Suriya, Türkiyə, Yaponiya və digər ölkələrdən 37 millətin nümayəndəsi gəlmişdi. Bakıya, qurultaya 1891 nümayəndə — Qafqaz, Orta Asiya, Əfqanıstan, Misir, Hindistan, Çin, Koreya, Suriya, Türkiyə, Yaponiya və digər ölkələrdən 37 millətin nümayəndəsi gəlmişdi. Qurultayda bir sıra Avropa ölkələrinin və Amerika kommunist partiyalarının nümayəndələri — Bela Kun, Tomas Kvelç, Con Rid və başqaları da iştirak edirdilər. Nümayəndələrin 55 nəfəri qadın idi. Şərq xalqlarının birinci qurultayı aşağıdakı məsələləri müzakirə etdi: beynəlxalq vəziyyət və ġərgin zəhmətkeş kütlələrinin vəzifələri, milli məsələ, müstəmləkə məsələsi, aqrar məsələ, şərq ölkələrində sovet quruculuğu haqqında və s. Qurultayı Kominternin icraiyyə komitəsi adından Nəriman Nərimanov açdı. 18 nəfərdən ibarət Rəyasət Heyətinə partiyanın və bitərəf fraksiyaların nümayəndələri seçildi, habelə katiblik təşkil olundu. Şərq qadınlarının azadlıq uğrunda mübarizə ilə həmrəylik timsalı kimi daha üç qadın, o cümlədən Azərbaycandan X. Ş. Şabanova da Rəyasət Heyətinə seçildi. İngiltərə, Fransa, ABŞ, Bolqarıstan, Avstriya, Macarıstan və b. ölkələrin nümayəndələri Rəyasət Heyətinin üzvü idilər. Qurultayda aqrar məsələyə, milli məsələyə və müstəmləkə məsələsinə, sovet quruculuğu məsələsinə və təşkilat məsələsinə dair bölmələr təşkil edildi. Azərbaycanın nümayəndəsi D. X. Bünyadzadə qurultayda beynəlxalq vəziyyət və şərqin zəhmətkeş kütlələrinin vəzifələri haqqında çıxış etdi. O, Azərbaycanı "Şərqdə sovet siyasətinin astanası" adlandırdı. Müzakirələrdə Dağıstan, Türkiyə, İran, Türküstan, İngiltərə, Fransa, Hindistan nümayəndələri və başqaları da çıxış etdilər. Amerika, Yaponiya, İspaniya, Hollandiya və Avstriya nümayəndələri öz nitqlərini dərc olunmaq üçün yazılı şəkildə təqdim etdilər. Con Rid (ABŞ) yazılı şəkildə təqdim olunmuş məruzəsində Şərq xalqlarına, xüsusən Amerika imperializminin hakimiyyətini hələ öz üzərində hiss etməyənlərə müraciətlə xəbərdarlıq edirdi ki, qoy düşünməsinlər ki, "Azad Amerika" ingilis, yaxud fransız imperialistlərindən yaxşıdır".Qurultay nümayəndələri Leninin milli məsələyə və müstəmləkə məsələsinə dair Kominternin II konqresində təsdiq olunmuş tezislərini müzakirə etdilər. Tezislərdə "millətləri zülmkar və məzlum millətlərə bölmək, onları fərqləndirmək", müstəmləkə ölkələrindəki milli-azadlıq hərəkatlarını dəstəkləmək ideyası əsas yer tuturdu. Qurultay tezislərlə həmrəy olduğunu bildirdi, lakin onlara dair xüsusi qətnamə qəbul etmədi. Milli məsələ və müstəmləkə məsələsi barədə məruzə edən M. Pavloviç demişdi:" III İnternasional məzlum xalqların inqilabi hərəkatı ilə sözdə deyil, işdə həmrəy olur və bütün ölkələrin, xüsusən əsarətdə olanların kommunist partiyalarının qarşısında vəzifə qoyur — milli-inqilabi hərəkata ən fəal yardım göstərsinlər".Bela Kun Şərqdə sovet quruculuğu haqqında məruzə etdi və Şərqdə sovet hakimiyyəti uğrunda mübarizəni dəstəklədi.Aqrar məsələyə dair məruzədə deyilirdi ki, "torpaq alınıb, heç bir ödəncsiz, keçmiş sahiblərinə heç bir haqq verilmədən, zəhmətkeş kəndlilərə paylanmalıdır".Şərq xalqlarının birinci qurultayı Kominternin II konqresinin qərarlarına qoşuldu və Şərqdə sovet hakimiyyəti və aqrar məsələ haqqında tezisləri təsdiq etdi. Qurultay iki müraciətnamə qəbul etdi: "Şərq xalqlarını müstəmləkəçilərə qarşı mübarizəyə çağırış" və "Şərq xalqlarının azadlıq hərəkatını dəstəkləmək" barədə Avropa, Amerika və Yaponiya zəhmətkeşlərinə müraciət. Qurultayda ilk dəfə belə bir şüar elan edildi: "Bütün ölkələrin proletarları və bütün dünyanın məzlum xalqları, birləşin!". Beləliklə, vurğulandı ki, kommunistlər "yalnız bütün ölkələrin proletarlarının nümayəndələri kimi deyil, həm də məzlum xalqların nümayəndələri kimi çıxış edirlər". Qurultayın son iclasında şərq qadınlarının nümayəndələri alovlu nitqlər söyləyərək öz tələblərini irəli sürdülər. Onlar bildirdilər ki, qadın hərəkatını bütün dünyanın məruz qaldığı inqilabi hərəkatın mühüm və zəruri nəticəsi kimi qiymətləndirmək lazımdır. Şərq xalqlarının qurultayı 48 nəfərdən ibarət (35 kommunist və 13 bitərəf) şərq xalqlarının "Təbliğat və Fəaliyyət şurasını" seçdi. Şura daimi fəaliyyət göstərən icra orqanı idi və "Kommunist İnternasionalı icraiyyə komitəsi"nin rəhbərliyi altında işləməli idi. Şura şərq xalqları arasında inqilabi təbliğat aparmağı, onların azadlıq hərəkatını dəstəkləməyi və birləşdirməyi qarşısına vəzifə qoydu. Şuranın daimi məkanı Bakı şəhəri idi. Qurultayın tarixi əhəmiyyəti Şübhəsiz, şərq xalqlarının birinci qurultayı şərq ölkələrində imperializmə və müstəmləkəçiliyə qarşı mübarizə aparan inqilabi qüvvələrin yüksəlişini, onların həmrəyliyinin artmasını nümayiş etdirdi. Təsadüfi deyil ki, şərq xalqlarının Bakıda keçirilən qurultayı Antanta imperialistlərini karıxdırmışdı. Onlar şərq ölkələrindən qurultaya nümayəndələr gəlməsinə hər vasitə ilə mane olmağa çalışırdılar. Nümayəndələri həbs etmək və Bakıya gəlmələrinə imkan verməmək üçün İngiltərə gəmiləri Trabzon sahillərində daim qarovul çəkirdilər. Onlar Hindistanın sərhədlərində və limanlarında da bu cür əngəllər yaratmışdılar. İrandakı ingilis müdaxiləçiləri Ənzəli limanına basqın edərək, qurultay nümayəndələrinin olduğu "Kursk" gəmisini bombardman etmişdilər. Nəticədə iki nəfər ölmüş və bir neçə adam yaralanmışdı. Onlarca nümayəndə imperialistlərin təşkil etdiyi blokadadan keçə bilməmişdi. İngiltərənin nüfuzlu burjua qəzeti "Mançester Qardian"ın aşağıdakı etirafı şərq xalqları qurultayının imperialistləri, müstəmləkəçiləri necə narahat etdiyini göstərir: "İndi Rusiya şərqdə həmişəkindən daha güclüdür…". Bolşeviklər Azərbaycanda möhkəmlənmişlər, onun paytaxtı Bakı İranda və Xəzər dənizindən şərqə doğru vilayətlərdə siyasi təbliğatın mərkəzi olmuşdur. Nəhayət, lap bu yaxınlarda Bakıda bolşeviklərin rəhbərliyi altında şərq xalqlarının birinci qurultayı keçirilmiş və o, Qərbi Avropaya müqəddəs müharibə elan etmişdir. Bütün şərq nartlayış ərəfəsindədir, İranda bolşevik hərəkatı inkişaf edir. Mesopotamiyada üsyan qalxmışdır, bütün şəhərlərdə qarşısı çətinliklə saxlanılan inqilabi hərəkat alovlanır".Hətta Gürcüstanın menşevik qəzetləri də Bakıda şərq xalqlarının birinci qurultayının işlədiyi vaxt Qərb mətbuatının avazı ilə qurultay barədə təhrif olunmuş hesabatlar dərc edirdi. Gürcüstanın menşevik hökuməti şərq xalqlarının qurultayında iştirak etmiş gürcü nümayəndələrinin Gürcüstana qayıtmasını qadağan etmişdi.Şərq xalqları qurultayının İrandan olan nümayəndələri sərhədi keçəndə həbs edilib jandarmlar tərəfindən öldürülmüşdülər.1920-ci il oktyabrın 9-da RK(b)P MK Siyasi Bürosu V. İ. Leninin iştirakı ilə şərq xalqları birinci qurultayı iştirakçılarının nümayəndə heyəti haqqında məsələ müzakirə etdi. 1920-ci il sentyabrın 17-də Şərq xalqları birinci qurultayının İran, Hindistan, Türküstan, Xivə, Buxara, Qafqaz və s. yerlərdən olan 27 nəfərlik nümayəndə heyəti Bakıdan Moskvaya yola düşdü. RK(b)P MK Siyasi Bürosunun iclasında məruzələr və məlumatlar şərq xalqlarının birinci qurultayının 27 nəfər nümayəndəsi ilə müzakirə olunduqdan sonra, V. İ. Lenin (oktyabrın 13 və ya 14-də) şərq xalqlarının yaşadıqları yerlərdə RK(b)P-nin vəzifələri haqqında partiya MK-sı Siyasi bürosunun qərar layihəsini yazdı. 1920-ci il oktyabrın 14-də RK(b)P MK Siyasi bürosu Leninin yazdığı qərar layihəsini əlavələrlə birlikdə qəbul etdi. Quliyev C. B. ġərq xalqlarının I qurultayının 40 illiyi. "Azərbaycan kommunisti", 1960, № 9. Qaffarov T. Azərbaycan tarixi (1920–1991). Bakı, 1999. Məmmədli Qulam. Xiyabani. Bakı, 1949 | https://az.wikipedia.org/w/index.php?curid=716871 |
Şərq acıyoncası | Şərq acıyoncası (lat. Coronilla orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=820649 |
Şərq adaları | Şərq adaları — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Arxipelaqın şərqində yerləşir. Qrupa bu adıda məhəs şərqdə yerləşməsi ilə əlaqədar verilmişdir. Şərq adalarından qərbdə Litke adaları, 15 km cənub-qərbdə Paxtusov adası yerləşir. Arrxipelaq ümumilikdə 15 adadan ibarətdir. Şimaldan cənuba 30 km məsafədə uzanır. Paxtusov adasından Lelin boğazı ilə ayrılır. Qrupa daxil olmayan və ondan cənubda yerləşən adalardan Matisen boğazı ilə ayrılır. Arrxipelaqa daxil olan Tırtov adasında 1940-1975-ci illər ərzində qütb stansiyası fəaliyyət göstərmişdir. Qrupa daxil olan bir çox adalar 1901-ci ildə Zarya şxununda Eduard Vasileviç Tollun rəhbərlik etdiyi eksoedisiya tərəfindən kəşf edilmişdir. Qrupa daxil olan adalar: Tırtov adası — qrupa daxil olan üç iri adadan biri olaraq qrupun ucqar cənub nöqtəsində yerləşir. Ensiz ada şimaldan cənuba 15 km məsafədə uzanır. Şimalında Bianki adası yerlışir. Şərqində iki elə də iri olmayan ada vardır: Jeleznyakov adası və Lovson adası. Qərbində yerləşən Paxtuson adasından Lelin boğazı ilə ayrılır. Cənubunda yerləşən adalardan isə Matisen boğazı ayırır. Lovsov adası — Tırtov adasından şərqdə yerləşın elə də iri olmayan ada. Jeleznyakov adası — Tırtov adasının mərkəzi hissəsinə yaxın yerdə mövcud olan kiçik qayalı ada.. Dejnyov adası — qrupun iki elədə iri olmayan ucqar qərbində yerləşən iki ada. Matros adası — qrupun şimalında yerləşən hündürlüyü 54 metr olan ada. Salome adası — Bianki və Matros adaları arasında, Spokoynı boğazında yerləşən ada. Volna adası — Spokoynı boğazında, Bianki ilə Yevgeni Fyodroviç adaları arasında yerləşən kiçik ada. Yevgeni Fyodorov adaları — qrupa daxil olan iki adadan ibarət ayrı adalar qrupu. Qrupun şimal vəqutaracağını təşkil edirlər. Nord adası — qrupa daxil olan üç iri adadan biri olaraq qrupun şimal-şərqində yerləşir. Şərqi istisna olaraq digər ərazilərdən arxipelaqın digər adaları ilə əhatələnmişdir: şimalında Kolomeysev adası, qərbində Evgeni Fyodrov adaları, cənub-qərbində Bianki adası və Kamenistı adası, bir qədər cənubda isə Dalnı adası adası yerləşir Bianki adası — qrupa daxil olan üç iri adadan biri. Burada qrupun ən hündür nöqtəsi yerləşir (97 m). Bu qrupun mərkəzində qərarlaşır. Şimaldan Salome adası, Tatris adası, Volna adası, Nord adası və Evqeni Fyodroviç adalarından Spokoynıy boğazı ilə ayrılır. Cənubunda Tırtov adası yerləşir. Şərq sahilində kiçik Kamenistı adası, qərbində isə Leskin adası qəralaşır. Kamenistı adası — Bianki adasının şərq sahilində yerləşən kiçik ada. Leskinen adası — Bianki adasının qərb sahilində yerləşən kiçik ada. Dalnıy adası — qrupun ucqar şərqində yerləşir. | https://az.wikipedia.org/w/index.php?curid=466698 |
Şərq adası (Havay) | Şərq adası (ing. East Island) — Frenç-Friqat-Şols arxipelaqı ərazisinə daxil olan, sahəsi 4.5 hektara bərabər ada. Ada arxipelaqın ən böyük ikinci adası hesab olunur və Şimal-qərbi Havay adaları qrupuna daxildir. O, Honolulu şəhərindən 890 km şimal-qərbdə yerləşir. 2018-ci ildə Valaka qasırğası zamanı ada yer üzündən tamamilə silinmişdir.Ada qum və çınqılla örtülüdür. Ada Papahanaumokuakea milli dəniz abidəsinin bir hissəsidir. Ərazisi nəsli kəsilməkdə olan növlər sırasına daxil olan Havay monax suitisinin və yaşıl tısbağanın yaşayış məskəni hesab olunur. Havay yaşıl dəniz tısbağalarının 96%-i Frenç-Friqat-Şols arxipelaqında, yarısından çoxu isə Şərq adasında məskunlaşmışdır.Milli Okean və Atmosfer Tədqiqatları idarəsinin sədri Çarlz Littnan adanı "yaşıl dəniz tısbağalarının məskunlaşdığı ən vacib ada" kimi təsvir etmişdir.1944-cü ilin noyabr ayından 1952-ci ilin oktyabr ayına kimi ABŞ Sahil Mühafizəsi təşkilatı adadan LORAN radio naviqasiya stansiyası kimi istifadə etmişdir. 1946-cı ilin aprel ayında adada sunami baş vermiş və ada ərazisinə xeyli ziyan dəymişdir. 1950-ci ilin avqust ayında isə ada tayfun qasırğası təhlükəsi ilə qarşılaşmış və əhalisi digər ərazilərə köçürülmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=565717 |
Şərq alkannası | Şərq alkannası (lat. Alkanna orientalis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=139526 |
Şərq andızı | Şərq andızı (lat. Inula orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. Qısa morfoloji təsviri Çoxillik, 20-50 (60) sm hündürlükdə, gövdəsi duz, şırımlı, sadə, tüklü bitkidir. Yarpaqları bütöv, yanlardan kirpikli, aşağıdakılar uzunsov-kürəkvari gövdədən dartılmış, sonrakılar oturaq ürəkvari və ya yumurtavari ucubizdir. Səbətləri iri, 20-30 mm enində, tək-tək yerləşirlər. Sarğısının yarpaqları çoxcərgəli, biz-lansetvari, sıx qaratəhər kirpiklidir. Dilcik çiçəkləri qızılı-sarı, sarğıdan iki dəfə uzundur. Toxumcaları 3 mm uzunda silindrvari, çılpaq, şırımlıdır; kəkili qonur, tükcüklü, toxumcalardan bir az uzundur. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Subalp və alp çəmənlərində, məşə kənarlarında və talalarında bitir. | https://az.wikipedia.org/w/index.php?curid=652453 |
Şərq ağəsməsi | Şərq ağəsməsi (lat. Clematis orientalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. Təbii yayılması Botaniki təsviri Ekologiyası Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında və Naxçıvan MR-da təbii halda rast gəlinir. | https://az.wikipedia.org/w/index.php?curid=572959 |
Şərq bazarı (Sumqayıt) | Şərq bazarı — Sumqayıt şəhərindəki ən böyük ticarət mərkəzlərindən biri. Şərq bazarı Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşirdi və təxminən 1 hektar ərazini əhatə edirdi. Uzun illər baxımsız vəziyyətdə olan bazarın yerində müasir ticarət mərkəzi tikilməsi məqsədilə 2017-ci ilin may ayından etibarən sökülmüşdür. Bazarda çalışanlar müvəqqəti olaraq şəhərdəki digər ticarət mərkəzlərinə köçürülmüşlər. Həmçinin bax Kolxoz bazarı (Sumqayıt) | https://az.wikipedia.org/w/index.php?curid=504685 |
Şərq başlıqotu | Şərq başlıqotu (lat. Scutellaria orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. Botaniki xarakteristikası Hündürlüyü 25–30 sm-ə qədər olan, gövdəsiçoxsaylı, əsasında qalxan və ya aşağı hissədən yayılmış, bəzən düzdür, qısa sıx tüklü yarımkol ot bitkisidir. Yarpaqları saplaqlıdır, uzunluğu 4–20 mm, eni 4–15 mm-dir, yumurtaşəkilli, yumurtaşəkilli-üçbucaq və ya uzunsovyumurtaşəkillidir, uzunsov formaya qədər dəyişir, qaidə hissəsində kəsilmiş və ya zəif ürəkşəkillidir, kənarları qismən dərin, bəzən çox dərin dairəvi dişlidir, oval, uzunsov bəzən demək olar ki, xətvari dişlidir, üst tərəfdən tündyaşıl rəngli, səpələnmiş qısa və basıq xırda tüklü və ya demək olar ki, çılpaqdır, alt tərəfdən nazik basıq ağ keçə tüklü və ya ağımtıldır. Çiçək qrupu 5–6 sm-ə qədər uzunluqdadır, sıx və yaxud seyrəkdir. Tac iridir, uzunluğu 2,5–3 sm-dir, parlaq-sarı rəngdədir, xaricdən tüklü, bəzən çılpaqdır. Fındıqcalar 1,5 mm uzunluqdadır, yumurtaşəkilli və ağımtıldır. Çiçəkləməsi (aprel) may-iyul aylarında baş verir. İyul-sentyabr aylarıda meyvə verir. Azərbaycanda yayılması BQ (Quba–cənub-şərqdə), BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kür düz. Aşağı dağ qurşağından, orta, bəzən yuxarı dağ qurşağına qədər. Yaşayış mühiti Quru gilli və daşlı yamaclarda, qayalarda və töküntü yerlərdə, meşələrdə və kolluqlarda, otlaqlarda, çayın quru yatağında, bəzən bağlarda və əkin sahələrinin kənarlarında rast gəlinir. Təsərrüfat əhəmiyyəti Quraqlığa davamlı dekorativ bitkidir. | https://az.wikipedia.org/w/index.php?curid=142975 |
Şərq başınağacı | Şərq başınağacı (lat. Viburnum orientale) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. Təbii yayılması Şərq başınağacı Qərbi və Şərqi Zaqafqaziyada, dağların orta və aşağı zolağında bitir. Botaniki xarakteristikası Hündürlüyü 2 m-dək, hamar, qonur qabıqlı koldur. Budaqların və gövdələrin qabığı hamar, qonur, bünövrəsində çatlar vardır. Yarpaqları yumru, uzunluğu 6-15 sm, yuxarı hissəsi 3 pərli, əlvari yayılmış, damarcıqlı, bünövrələri ürəkvari və ya uzunsovdur, kənarı iri və iti dişli, bəzən qeyri-bərabərdir. Yarpaq ayasının üstü tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıqdır. Tumurcuqları 2 cüt pulcuqlu, qısa ayaqlarda yerləşir. Saplaqları qısa, bünövrələrində sapvari yarpaq altlıqları yerləşmişdir. Çiçəkləri ikicinslidir, altı-səkkiz şüalı, çoxçiçəkli, diametri 4-7 sm olan, çətirvari süpürgələrə yığılmışdır. Çiçək saplaqları qısa tükcüklərlə sıx örtülmüşdür, zəngvari çiçək tacının uzunluğu təxminən 3 mm, ləçəklərin uzunluğu 4 mm-ə çatır. Erkəkcikləri çiçək tacından uzundur. İyun-iyulda çiçəkləyir. Meyvələri ellipsvari, əvvəlcə parlaq qırmızı, sonra qara-al qırmızı, lətlidir; çəyirdəkləri hamar, uzunluğu 8-9 mm-dir. Meyvələri sentyabrda yetişir. Şərq başınağacı toxumlarla çoxalır, gövdə qələmləri kötük və zoğları ilə bərpa olunur. Ekologiyası İstisevən, kölgəyədavamlıdır. Torpaqların zənginliyinə və nəmişliyinə tələbkardır. Azərbaycanda yayılması Kiçik Qafqaz meşələrində aşağı və orta yaruslarda bitir.. Yamacların eroziyadan, üst axının torpağın içərisinə keçməsindən qorunması üçün istifadə etmək daha perspektivlidir. | https://az.wikipedia.org/w/index.php?curid=560442 |
Şərq bloku | Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar. Vaxtı ilə mövcud olan | https://az.wikipedia.org/w/index.php?curid=547991 |
Şərq bölgəsi (Uqanda) | Şərq bölgəsi — Uqandanın 32 ərazi vahidindən ibarət inzibati ərazi vahidi. Ərazisi - 27 957 km² . Əhalisinin sayı - 6 301 677 nəfər (2002-ci il) İnzibati mərkəzi - Cinca şəhəri (80.000 nəfər) İnzibati bölgüsü 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 24 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Şərq bölgəsinə 32 ərazi vahidi daxil idi.. Böyük şəhərləri: Cinca — 86 520 nəfər (2002-ci il), 99 507 nəfər (2008-ci il) — Cinca dairəsi Mbale — 70 437 nəfər (2002-ci il), 82 351 nəfər (2008-ci il) — Mbale dairəsi Tororo — 42 473 nəfər (2002-ci il), 53 396 nəfər (2008-ci il) — Tororo dairəsi İqanqa — 38 009 nəfər (2002-ci il), 53 124 nəfər (2008-ci il) — İqanqa dairəsi Busia — 37 947 nəfər (2002-ci il), 47 207 nəfər (2008-ci il) — Busia dairəsi Soroti — 41 470 nəfər (2002-ci il), 44 553 nəfər (2008-ci il) — Soroti dairəsi Xarici keçidlər 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government. Latest Map of Uganda July 2010) | https://az.wikipedia.org/w/index.php?curid=592435 |
Şərq bələdiyyəsi | Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=115482 |
Şərq cəbhəsi | Birinci dünya müharibəsi dövründə Şərq cəbhəsi Türkiyə İstiqlaliyyət müharibəsi dövründə Şərq cəbhəsi İkinci dünya müharibəsi dövründə Şərq cəbhəsi | https://az.wikipedia.org/w/index.php?curid=638642 |
Şərq dağ qorillası | Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865–1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir. Dağ qorillaları Mərkəsi Afrikanın Böyük Rift Dərəsi rayonunda yayılmışdır. Onlar 6 sönmüş vulkanın ətəklərində, 40 km uzunluğa və 3–19 km enə, 2200–4300 metr hündürlüyə malik ərazidə yayılmışlar. Cəmi iki iri olmayan populyasiya mövcuddur. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır. Xüsusiyyətləri Bu yarımnövün nümayəndələri ölçülərinə görə yalnız Şərq düzənlik qorillalarından geri qalır. Erkəklər ortalama 195 kq çəkiyə və 150 sm bouya malik olurlar. dişilər isə 100 kq çəkiyə və 130 sm boya malikdirlər. Qərb və şərq qorillaları arasında 29 morfoloji fərq mövcuddur. Bu yarımnövə daxil olan qorillaların xəzləri daha sıx və uzun olur. Bu isə onların yayılma arealı ilə əlaqədardır. Bütün qorillalar kimi onlar da tünd qəhvəyi gözlərə sahib olurlar. Həyat tərzi Onlar əsasən qorpaq üzərində dörd ətrafı üzərində hərəkət edirlər. Bununla belə onlar asanlıqla ağaclara dırmana bilirlər. Bu əsasən cavan fərdlər arasında daha çox müşahidə edilir. Dayan Rossinin hesabatına görə dağ qorillaları 58 növ bitkidən qida kimi istifadə edirlər. Bu bitkilər siyahısına Şeytanqanqalı, Gicitkən, yabanı kərəviz və qatıqotu (Galium) kimilər daxildir. Yarpaqlar, tumurcuqlar və köklər didasının 86 %-ni, meyvələr isə 2 %-ni təşkil edir. Onlar həmcinin ağac qabığ və kökləri, tırtılları və iblisləri belə yeyirlər. İri erkək fərdlər gün ərzində 34 kq istehlak etdiyi halda, dişilər isə 18 kq-dan artıq yarpaq yemirlər. Araşdırılma tarixi və qorunma 1902-ci ildə kapiytan Robert fon Beringe (1865–1940) Alman Qərbi Afrikasının sərhədlərini təyin edərkən 2 qorilla ovlayır. Onlardan birinin qalıqları Berlindəki muzeyə aparılır. Paul Maçı (1861–1926) təsnifata əsdasən bu qorillanın ayrı bir yarımnöv olmasını təyin edir və ona Gorilla beringei adını verir. 1925-ci ildə amerikalı naturalist Karl Eykli dağ qorillalarını tətqiq edərək, Belçika kralı I Albertə Virunqa dağları ətrafında heyvanların qorunması məqsədi ilə qoruğun yaradılması üçün müraciət edir. 1959-cu ildə Corc Şaller 20 aylıq müşahidədən sonra "Dağ qorillaları" və "Qorilla ili kitablarını yazmışdır. bu qorillalar haqqında yazılmış ilk ətraflı və müfəssəl əsərlər olmuşdur. 1967-ci ildən primatoloq primatoloq Dayan Rossi qorillaların 18 illik müşahidəsinə başlamışdır. 1983-cü ildə ilkj avtobioqrafik əsəri olan "Dumandakı qorillalar" kitabını yazmışdır. 1988-ci ildə eyni adlı kitab əsasında film çəkilmişdir. 2002-ci ildə Ruanda hökumət nümayəndəsi "The Wall Street Journal" qəzetində məktub dərc etdirərək Dayman Rossi üçün "Ağ irqçı, hansı ki, meymunlar Afrika xalqından üstündür" ifadəsini işlətmişdir. Onun tərəfindən təşkil edilən fond bu gündə qorillaların qorunması məsələsində olduqca effektivdir. Hal-hazırda qorillalar yaşadığı bütün ərazilər qoruma altındadır: Konqoda Virunqa Milli Parkı, Ruandada Vulkanlar Milli Parkı, Uqandada Bvindi keçilməz Milli Parkı və Mqaxinqa qorillaları Milli Parkı. Bununla belə onların yaşadığı bölgədə siyasi qeyri-sabitlik hələdə hökm sürməkdədir. | https://az.wikipedia.org/w/index.php?curid=562466 |
Şərq dinləri | Şərq dinləri — Şərqi, Cənubi və Cənub-Şərqi Asiyada yaranmış və beləliklə də Qərb, Afrika və İran dinləri ilə oxşarlıqları olmayan dinlər. Bura konfusiçilik, daoizm, Çin xalq dini, şintoizm və Koreya şamanizmi kimi Şərqi Asiya dinləri, hinduizm, buddizm, siqhizm və caynizm kimi Cənubi Asiya dinləri və Vyetnam xalq dini kimi Cənub-Şərqi Asiya dinləri, eləcə də animist yerli dinlər daxildir.Bir çox Qərb müşahidəçiləri Şərq fəlsəfələri ilə dinlər arasında fərq qoymağa çalışsalar da, bu, bəzi Şərq ənənələrində mövcud olmayan fərqdir. Əlavə ədəbiyyat De Bary, William Theodore & Tu, Weiming. Confucianism and Human Rights. Columbia University Press (1998). ISBN 0-231-10936-9 ISBN 0-231-10936-9. Fisher, Mary Pat. Living Religions: An Encyclopaedia of the World's Faiths. I.B. Tauris (1997). ISBN 1-86064-148-2 ISBN 1-86064-148-2. Flood, Gavin D. An Introduction to Hinduism. Cambridge University Press (1996). ISBN 0-521-43304-5 ISBN 0-521-43304-5. Huang, Siu-chi. Essentials of Neo-Confucianism: Eight Major Philosophers of the Song and Ming Periods. Greenwood Press (1999). ISBN 0-313-26449-X ISBN 0-313-26449-X. Leaman, Oliver. Key Concepts in Eastern Philosophy. Routledge (1999). ISBN 0-415-17362-0 ISBN 0-415-17362-0. LaFargue, Michael. Tao and Method: A Reasoned Approach to the Tao Te Ching. SUNY Press (1994). ISBN 0-7914-1601-1 ISBN 0-7914-1601-1. Markham, Ian S. & Ruparell, Tinu. Encountering Religion: an introduction to the religions of the world. Blackwell Publishing (2001). ISBN 0-631-20674-4 ISBN 0-631-20674-4. Maspero, Henri. Translated by Frank A. Kierman, Jr. Taoism and Chinese Religion. University of Massachusetts (1981). Ono, Sakyo. Shinto: The Kami Way. Tuttle Publishing (2004). ISBN 0-8048-3557-8 ISBN 0-8048-3557-8. Pilgrim, Richard B. Buddhism and the Arts of Japan. Columbia University Press (1999). ISBN 0-231-11347-1 ISBN 0-231-11347-1. Rausch, Thomas P. & Chapple, Christopher Key. The College Student's Introduction to Theology. Liturgical Press (1993). ISBN 0-8146-5841-5 ISBN 0-8146-5841-5. Segal, Robert Alan. The Blackwell Companion to the Study of Religion. Blackwell Publishing (2006). ISBN 0-631-23216-8 ISBN 0-631-23216-8. Sharot, Stephen. A Comparative Sociology of World Religions: virtuosos, priests, and popular religion. NYU Press (2001). ISBN 0-8147-9805-5 ISBN 0-8147-9805-5. Slingerland, Edward Gilman. Effortless Action: Wu-Wei as Conceptual Metaphor and Spiritual Ideal in Early China. Oxford University Press (2003). ISBN 0-19-513899-6 ISBN 0-19-513899-6. Smart, Ninian. World Philosophies. Routledge UK (2000). ISBN 0-415-22852-2 ISBN 0-415-22852-2. Swami Bhaskarananda. The Essentials of Hinduism. Viveka Press (1994). ISBN 1-884852-02-5 ISBN 1-884852-02-5. Weightman, Simon. Hinnells, John (ed). Handbook of Living Religions. Penguin Books (1997). ISBN 0-14-051480-5 ISBN 0-14-051480-5. Yao, Xinzhong. An Introduction to Confucianism. Cambridge University Press (2000). ISBN 0-521-64430-5 ISBN 0-521-64430-5. York, Michael. Pagan Theology: Paganism as a World Religion. NYU Press (2005). ISBN 0-8147-9708-3 ISBN 0-8147-9708-3. | https://az.wikipedia.org/w/index.php?curid=778515 |
Şərq dirçəyi | Şərq dirçəyi (lat. Ajuga orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. Siciliyadan İranın şimal-qərbinə qədər yayılmışdır. Botaniki xarakteristikası Hündürlüyü (7) 10-30 sm, gövdəsi düz və yaxud əyilib qalxan, sadə, yumşaq yuna oxşar tükü olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları bitkinin çiçəkləmə dövrünə qədər qalandır, uzunsov-ellipsvaridir, qısa saplağa pazşəkilli daralandır, kənarları dairəvi-dişlidir. Gövdə yarpaqları azdır, demək olar ki, oturaqdır; çiçək altlığı yarpaqları enlidir, oturaqdır, gövdə həcmini artırandır, yumurtaşəkilli, enli-ellipsvari və yaxud əksinə, yumurtaşəkillidir, iri dişli və ya bölünmüş formadadır, aşağı hissədə tam kənarlıdır, adətən çiçəkləri ötüb keçir. Çiçək köbəsi çoxçiçəklidir, çox vaxt gövdənin demək olar ki, əsasından başlayan sünbülşəkilli çiçək qrupunda yerləşmişdir. Tacın uzunluğu 13-16 mm-dir, mavi rəngdədir. Fındıqlar xırda olub, uzunluğu 2 mmdir, torvari-qırışlıdır. Aprel ayında çiçəkləyir, aprel-iyul (avqust) aylarında meyvə verir. Azərbaycanda yayılması Azərbaycanın bütün rayonlarında, ovalıqdan subalp qurşağına qədər yayılmışdır. Yaşayış mühiti Otlu yamaclarda, çəmənlərdə, meşə və kolluqlarda, əkinlərdə alaq kimi, sahələrdə, bağ və bostanlarda rast gəlinir. Sinonimləri Ajuga orientalis var. aenesia Heldr. Ajuga orientalis subsp. aenesia (Heldr.) Pithos & Damboldt Ajuga orientalis var. condensata Boiss. Ajuga orientalis var. orthosiphon K.Koch Bugula obliqua Moench Bugula orientalis (L.) Mill. Bulga orientalis (L.) Kuntze | https://az.wikipedia.org/w/index.php?curid=493069 |
Şərq dənizi problemi | Koreyanın Üç Krallığının Tarixi kimi fərqli mənbələrdə göstərildiyi kimi “Şərq Dənizi” adı Koreyada 2000 ildən çoxdurki istifadə olunur. (三國史記) "Yaponiya Dənizi" adı ilk dəfə 1602-ci ildə Mateo Ricci tərəfindən istifadə edilmişdir və müxtəlif tarixi qeydlər yaponların özlərinin dəniz sahəsini uzun müddət "Yapon Dənizi" adlandırmadıqlarını göstərir. Yaponiya, "Yapon Dənizi" adının 19-cu əsrdə köhnə qərb xəritələrində 19-cu əsrdə "Yaponiya Dənizi" adının daha çox istifadə edildiyini ifadə edərək geniş yayılmış olduğunu israr edir. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Yaponiyanın Asiyada güclü bir dövlət olaraq yüksəlməsi ilə dünya xəritələri indiki xəritələrə bənzər şəkildə tərtib edildiyi zaman, Koreya Yarımadası ilə Yapon Arxipelaqı arasındakı dəniz sahəsi geniş olaraq "Yaponiya dənizi" adı ilə məşhur oldu. "Yaponiya Dənizi" adının istifadəsi daha da artdı, Koreyanın Yapon müstəmləkəçilik dövründə, xüsusən də Beynəlxalq Hidrografik Təşkilatı (IHO) nəşr etdiyi dövrdə "Şərq Dənizi" adının beynəlxalq ictimaiyyətə qanuniliyini iddia etmək fürsəti tapmadı. Müharibə bitdikdən sonra və administrasiyasının bərpası ilə Koreya "Şərq Dənizi" adının qanuniliyini bərpa etmək üçün əzmlə səy göstərdi. Məsələn, Koreya ilə Yaponiya arasında 1965-ci ildə Balıqçılıq Müqaviləsi üzrə aparılan danışıqlar prosesi zamanı, iki ölkə dəniz sahəsinin adı ilə bağlı bir razılığa gələ bilmədikləri üçün Müqavilənin hər bir mətnində öz adlarını saxlamağa razı oldular. - yəni Koreya versiyasında "Şərq Dənizi" və Yapon versiyasında "Yapon Dənizi". Koreya özəl sektor da dünya xəritələrində "Şərqi dəniz" adını bərpa etmək üçün davamlı olaraq çalışdı. Bunun fonunda, Koreya hökuməti 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatına tam üzv qəbul edildikdən dərhal sonra 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adların Standartlaşdırılması Konfransında rəsmi olaraq məsələ qaldırdı. "Şərq Dənizi" adının qanuniliyi üçün beynəlxalq dəstəyin artması Koreyanın davamlı səyləri, dünyada artan media, kartoqraf və nəşriyyatda hər iki addan, yəni "Şərq Dənizi" və "Yapon Dənizi”-dən istifadə edilməsinə səbəb oldu. Müvafiq olaraq Yaponiya və Koreya tərəfindən aparılan araşdırmalar göstərir ki, hər iki adın eyni vaxtda istifadə edildiyi xəritələr artmaqdadır və 2000-ci ildə yüzdə 2,8-dən artaraq yüzdə 10,8-ə (ticarət xəritələrində yüzdə 18,1) 2005-ci ildə yüzdə 23,8-də 2007 sonra 2009-da yüzde 28.07-ə qədər artmışdır. 1. Xarici İşlər Nazirliyi, 2002, "Yapon Dənizi" (kitabça) 2. Xarici İşlər Nazirliyi, 2006, " Yaponiya Dənizi "adına Tarixi Baxış" (kitabça) 3. Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi, 2007 (sorğu) 4. Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi, 2009 (sorğu) Beləliklə, bir çox beynəlxalq miqyasda tanınmış kartoqraf və media tərəfindən hər iki adın istifadəsində davamlı artım açıq şəkildə beynəlxalq ictimaiyyət içərisində "Şərq Dənizi" adının qanuniliyinə dair artan bir şüur və anlayışa işarədir. | https://az.wikipedia.org/w/index.php?curid=682061 |
Şərq fıstığı | Yabanı halda Böyük və Kiçik Qafqazın orta və yuxarı dağ qurşaqlarında, Aralıq dənizi sahillərində yayılmışdır. Botaniki təsviri Hündürlüyü 50 m-ə qədər olan ağacdır. Gövdəsinin diametri 150 sm-ə çatır, qabığı bozumtul-kül rəngli, yaşlı nüsxələrində qabığı qəhvəyi rəngli və hamardır. Uzunömürlüdür, 500 ilə qədər yaşayır. Yarpaqları sadə, qalın və parlaqdır kənarları xırda mişardişli və ya dalğavaridir. Yarpaqların alt tərəfi seyrək tükcüklü, ellipsvari və ya yumurtavaridir. Çiçəkləməsi yarpaqların yaranması ilə birlikdə başlayır. Erkək çiçəkləri zoğun ucunda yerləşir, sırğavaridir. Dişi çiçəkləri yarpağın qoltuğunda yerləşir. Hər çiçəkdə 12 dişicik vardır. İqlim şəraitindən asılı olaraq aprel-may aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir. Meyvəsi üçkünc, sivri uclu, qabırğavari, qalın qabıqlı, qəhvəyi rəngli, odunlaşan qərzəklə örtülü, qərzəyin üstü tikanvari çıxıntılardan ibarətdir. Hər qərzəkdə 2 və bəzən 1 ədəd toxum olur. Toxumla çoxaldılır, kəsildikdə kötükdən güclü pöhrə verərək bərpa olunur. Ekologiyası Orta və yuxarı dağ qurşaqlarında 600-1800 m. hündürlükdə, münbit torpaqlarda bitir. Kölgəyədavamlı, istisevəndir, gillicə torpaqlarda yaxşı bitir. Azərbaycanda yayılması Alazan-Əyriçay vadisində, İsmayıllı və Balakən rayonları ərazisində, 250-500 m yüksəkliklərdə təsadüf edilir. Talışın yüksək dağlıq hissəsində qarışıq meşələr yaradır. Zaqatala, Gəncə, Tovuz, Lənkəran, Qusar, Daşkəsən və s. meşə təsərrüfatlarında təbii halda yayılmışdır. İstifadəsi: Dağ kəndlərinin yaşıllaşdırılmasında və meşəsalmada dekorativ bitki kimi istifadə olunur. Fıstıq toxumunda 30-40% yüksək keyfiyyətli texniki yağ vardır. Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov | https://az.wikipedia.org/w/index.php?curid=112571 |
Şərq fəlsəfəsi | Şərq fəlsəfəsi – dünya fəlsəfəsinin qiymətli tarixi səhifəsi, əsas bünövrələrindən biri. Qədim yunan fəlsəfəsi ilə eyni dövrdə yarandığı güman edilir. Şərq peripatetizmi Aristotelçilik ideyalarının Şərq dünyasında təməli qoyulduqdan sonra İslam bölgəsi fəlsəfəsi formalaşmağa başladı. Peripatetizimin hərfi mənası "gəzişərək öyrənənlər"dir. Aristotelin məktəbinin yerləşdiyi yerdə çox gözəl bağ vardı və Aristotel bu bağda gəzişərək mühazirələrini deyirdi . Elə buradan da Aristotelin ideya davamçıları gəzişərək öyrənənlər adlandırılmışdır. Bu fəlsəfi ideyalar Şərq dünyasında məşşailik adı ilə tanınırdı. Qədim dövrlərdə Qərb ölkələrinin fəlsəfəsindən fərqli olaraq Şərq fəlsəfəsi öz diqqətini insan probleminə və təbiət elmlərinə yönəltmişdi, həmçinin dinlə qarşılıqlı əlaqədə inkişaf etmişdir. Şərq fəlsəfəsində ənənəvi- liyə meyl daha güclü idi. Qərbdən fərqli olaraq Şərqdə fəlsəfə, poeziya və musiqi ayrılmaz vəhdət təşkil edir, “səma iradəsi” problemi xüsusi yer tutur, dünyada olan hər şeyin, o cümlədən insanın da “səma iradəsinə tabe olması fikri irəli sürülürdü. Şərq peripatetik filosofları Antik fəlsəfəsinin təsiri altınqa qalaraq bu fəlsəfi ideyaları İslam dinin ehkamları ilə uzlaşdırmağa çalışırdılar. Bu metodun təməlini qoyanlar və onu davam etdirənlər çox və ya az dərəcədə bu məsələlərlə məşğul olduğundan onlar fərqli cəbhələrə ayrılırdılar. Şərq peripatetiklərindən Əl-Kindinin, Fərabinin, İbn Sinanın, Bəhmənyarın, İbn Rüşdün və s.-lərinin adlarını çəkmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, bu dövrün xüsusiyyətinə uyğun olaraq bütün elmlər fəlsəfə ilə iç-içə öyrənildiyindən adlarını çəkdiyimiz filosoflar digər elm sahələrində böyük tədqiqatçı alimlər olmuşlar. Şərq peripatetik irsinin Azərbaycanda da böyük nümayəndələri yetişmişdir. Əbülhəsən Bəhmənyar Mərzban məşhur filosof İbn Sinanın sevimli tələbələrindən olmuş, həm də onun fəlsəfi irsinin bilavasitə davamçısı olmuşdur. Digər Azərbaycan filosofu Nəsrəddin Tusi də bu fəlsəfi məktəbin məşhur simalarındandır. Işraqilik fəlsəfi təliminin banisi azərbaycanlı filosof Şihabəddin Sührəvərdi əl-Məqtul hesab edilir (h.599/m.1155 – h.587/m.1191). Əsl adı Əbu-l Fütuh Yəhya b. Həbəş b. Əmirəkdir. Həyakilu-n Nur Pərtəvnamə (farsa dilində) Əlvah-i imadiyyə TəlvihatMahiyyəti etibarı ilə işraqilik məşşailikdən və yeni əflatunçuluqdan qaynaqlanır. işraqilərə görə həqiqətin bilgisi mənəvi kamillik, qəlbə gələn işraq yolu ilə əldə edilir. Bütün nurlar Nurlar nuru olan Nur əl-Ənvardan süzülür. Bu nur Tanrının özüdür. insan nura sahib ola bilirsə, o var olan hər şeyə və hətta əşyalara da hökm edə, onları dəyişdirə bilər. İnsan kəşf yolu ilə tədricən zülmətdən nura yüksəlir. İşraqilərə görə insanın bədəni maddidir və bütün maddi olanlar zülmətdir. ruh bədəndən fərqli olaraq mücərrəd bir varlıqdır. ruh Sührəvərdiyə görə nurdur. o nurani bir cövhərdir və ölümə məhkum deyil. Nurlar nuru olan Nur əl-Ənvar heç nəyə ehtiyacı olmayan ilkin səbəb, bütün nurların özündən ayrıldığı nur, Vacib olan varlıqdır. Şihabəddin Sührəvərdinin elm aləminə hələlik 52 əsriməlumdur ki, bunlardan 15-i sufizmə, 13-ü peripatetizmə, 8-i işraqiliyə və digər 16-ı müxtəlif mövzulara həsr olunmuşdur. Filosofun fəlsəfi görüşləri (İşraq fəlsəfəsi) sufizmlə peripatetizm arasında orta mövqedə dayanır. Əslində İşraqilik fəlsəfəsi bu iki təlimin müqayisəli təhlinindən doğan, son nəticə olaraq zühur edən , yalnız Sührəvərdiyə məxsus yeni fəlsəfi sistemdir. Hegel Şərq təfəkkürünü fəlsəfi fikrin aşağı səviyyəsi hesab edirdi. O göstərirdi ki. Şərq xalqlarının fəlsəfəsi müşahidə mərhələsindədir, ona görə də dünya fəlsəfəsinə layiqli bir şey verə bilməmişdir. Ərəb dilindən hərfi mənada təsəvvüf sözündən qaynaqlanaraq, "yun paltar geyinmək" deməkdir. İslamiyyətin ilk çağlarında Mədinədə kimsəsiz və toplu halda yaşayan, özünü ancaq dinə və Quran elmlərinə həsr edən və Məhəmməd peyğəmbərin də çox hörmət etdiyi camaata "Suffə əhli" deyilirdi. Təsəvvüfün ümumdünya mistisizmi ilə oxşar əlamətləri olsa da təsəvvüf özünün bütün tərəfləri ilə islamidir. İslamın yayılması ilə Xilafət ölkələrində daha çox mistik təlim kimi özünü büruzə verən sufizm bütün inanan möminləri "mənəvi kamillik" yoluna dəvət edirdi. Təsəvvüfün başlanğıcı şəriət, sonu həqiqətdir. Mənəvi kamillik yoluna qədəm qoyaraq təsəvvüfə baş vuran insan bir çox hal və məqamlardan keçməli, Tanrıya qovuşmaq yolunda ruhunu inkişaf etdirməli, maddi olan bədənini tərbiyə etməli, nəfsini və şəhvət hissini boğmalıdır. Ruhi inkişaf mərtəbəsində yüksələn sufi bütün mənfur xislətlərdən xilas olaraq Tanrı dərgahına ucalmaq kimi şərəfli bir məqama çataraq həqiqətin bilgisinə vaqif olur. Tanınmış sufilərdən Yunus Əmrə, Rəbiə əl-Ədəviyyə, Mövlana Cəlaləddin Rumi, Cüneyd əl-Bağdadi, Bəyazid Bistami Əbunəcib Sührəvərdi və s. ləri məşhurdur. Orta əsr Şərq fəlsəfəsi Fəlsəfi fikir orta əsrlərdə Şərq ölkələrində də geniş surətdə inkişaf etmişdir. Bizansda görkəmli filosof İoann Damaskin fəlsəfənin 6 mühüm tərifini vermişdir: fəlsəfə varlığın təbiəti haqqında bilikdir; fəlsəfə ilahi və bəşəri işlər, yəni bütün gözə görünən və görünməyənlər haqqında bilikdir; fəlsəfə ölümdə məşqlərdən ibarətdir; fəlsəfə Allaha oxşamaqdan ibarətdir; fəlsəfə bütün elm və incəsənətin başlanğıcıdır; fəlsəfə hikmətsevərlikdən ibarətdir.Həqiqi hikmət isə Allaha məhəbbət olduğundan, məhz o, əsil fəlsəfədən ibarətdir. Şərq fəlsəfəsində geniş şöhrət tapmış mütəfəkkirlərdən Farabini, İbn Sinanı, İbn Rüşdü xüsusilə qeyd etmək olar. Farabini ikinci Aristotel adlandırırdılar. O, idrak nəzəriyyəsi məsələlərindən danışarkən elmi ən böyük idrak vasitəsi adlandırmışdır. Onun fikrincə, elmlər nəzəri (məntiq və təbiət elmləri və metafizika) və əməli (etika və siyasət) elmlərə bölünürlər. O, məntiqi zəkanın əsası kimi qeyd etmişdir. Onun fikrincə, məntiq insan idrakının prinsiplərini izah etdiyi kimi, etika da insanın davranış qaydalarını göstərməlidir. Şərq aləmində Farabinin davamşısı, öz dövrünün ensklopediyası, filosof və həkimlərin "knyaz"ı adlandırılan Buxaralı İbn-Sina olmuşdur. Onun fikrincə, dünya əbədi və məhvedilməzdir, onun heç nədən yaradılması ideyası cəfəngiyyatdan başqa bir şey deyildir. Onun fəlsəfəsinin ən orijinal hissəsi varlıq haqqında təlimdən ibarətdir. İbn Sina iki varlığı nəzərdən keçirir: zəruri varlıq və mümkün varlıq. Zəruri varlıq şəksiz varlıq olmaq etibarı ilə mənəvi mahiyyətdir. Mümkün varlıq isə maddi dünyadır. Onların arasındakı daimi əlaqə, təbiətlə ruhun əlaqəsinə oxşayır. Azərbaycanda fəlsəfi fikrin inkişafı Azərbaycanda da fəlsəfi fikir şərq ideyasında meydana gəlib inkişaf etmişdir. Fəlsəfənin əsas sahəsi olan idealizm tuturdu. XI-əsrdə Azərbaycanda fəlsəfənin inkişafı Ə.Bəhmənyarın adı ilə bağlıdır. Onun bir sıra qiymətli əsərləri olmuşdur. Bunların içərisində "Təhsil kitabı" mühüm yer tutur. O, varlığı vacib və mümkün olmaqla iki yerə bölünür. O, əqli idrakı şeylərin mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü adlandırılmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş və onun vəzifələrinə geniş yer vermişdir. XII əsrdə Azərbaycanda fəlsəfi fikrin nümayəndələrindən biri Nizami Gəncəvi olmuşdur. O, idealist xarakterli olub, varlığın 4 ünsürdən ibarət olduğunu göstərmişdir (torpaq, su, hava, atəş). Onun fikrincə, Allah dünyanı ilahi hökm ilə yaratmışdır. Onun dediyinə görə kainat həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya doğru qurulmuşdur. Birinci hal Allahın yaradıcılıq işi ilə, ikinci hal isə peyğəmbərin meracı ilə əlaqədardır. XIII əsrdə yaşamış Azərbaycanın ən görkəmli ensiklopedik zəkalı alimi, filosofu Nəsrəddin Tusinin fəlsəfi görüşləri fikir tarixində mühüm yer tutur. Onun 30-dan çox əsəri olmuşdur. "Əxlaqi Nasiri" əsəri xüsusilə mühüm yer tutur. Nəsrəddin Tusi varlığa yüksək qiymət verərək onu zəruri və mümkün varlıq olmaqla iki yerə bölmüşdür. Onun fikrincə, zərurı varlıq Allah, mümkün varlıq isə gerçək aləmdir. O "Əxlaqi Nasiri" əsərində əxlaqın saflaşdırılmasına həsr etmişdir. O, cəmiyyətlə insan və insanla cəmiyyət arasındakı münasibətləri də qeyd etmişdir. Şərq fəlsəfəsi (IX-XII), (Tərtibçi Z.C. Məmmədov) // Bakı:Bakı Dövlət universiteti nəşriyyatı, 1999, 304 səh. Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s. Uill Dürant. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Azərbaycan dilinə tərcümə edən - fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2006. Gunnar Skirbekk, Nils Gilye. Fəlsəfə tarixi. Azərbaycan dilinə tərcümə edən - fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2007. Həmçinin bax İslam fəlsəfəsi Fəlsəfə tarixi Qədim yunan fəlsəfəsi Qədim Çin fəlsəfəsi Qədim Şərq fəlsəfəsi Azərbaycan fəlsəfəsi | https://az.wikipedia.org/w/index.php?curid=74186 |
Şərq fəlsəfəsi problemləri (jurnal) | "Şərq fəlsəfəsi problemləri" jurnalı — beynəlxalq elmi nəzəri jurnal. Şərq bölgəsinin fəlsəfi problemlərinə həsr olunmuşdur. Jurnal haqqında məlumat Şərq fəlsəfəsi problemləri jurnalı 1996-cı ildən iki dildə – rus və azərbaycan dillərində nəşr olunur. Jurnalın təsisçiləri Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Fəlsəfə və Hüquq İnstitutu, o cümlədən jurnalın Redaksiya heyətidir. Jurnalın ad və ideya müəllifi fəlsəfə elmləri doktoru Zümrüd Quluzadəyə məxsusdur. Jurnalı baş redaktoru fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi Zümrüd Quluzadə, məsul katibi və internet saytlarının rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfovdur. Jurnalda nəşr olunan məqalələrin 6 dildə - türk, ərəb, fars, alman, fransız və ingilis dillərində rezumələri verilir. Jurnalın redaksiya şurasına Əlcəzair, İran, Türkiyə, Qazaxıstan və digər ölkələrdən bir çox məşhur alimlər daxildir. Onlardan Dr. Cavad Heyət, professor Dr. Süleyman Hayri Bolay, professor İlham Məmmədzadə, Dr.Necati Öner, Dr. Ariz Gözəlov, Dr. Zaim Xanşelavi, Dr. Thierry Zarcone, Dr.Deni Qril f.ü.f.d. Solmaz Rzaquluzadə, professor Rəfiqə Əzimova, professor Mübahat Türker Küyel, professor Kenan Gürsoy, professor Könül Bünyadzadə və başqaları daxildir. Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən indiyə qədər humanitar elmlər sahəsində ən uzun ömürlü elmi jurnallardan biri olan “Şərq fəlsəfəsi problemləri” bu ad, məzmun və quruluşda fəlsəfəyə həsr edilmiş və dünya fəlsəfəsinin ayrılmaz hissəsi olan İslam bölgəsi xalqlarının tədqiq, tədris və təbliğinə istiqamətlənmiş ilk elmi-nəzəri beynəlxalq jurnaldır. Fəlsəfənin nəzəriyyə və tarixinin aktual və mübahisəli məsələlərinə və ilk növbədə Şərq və İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfəsi kontekstində tədqiq, tədris və təbliğinə xüsusi diqqət verən Jurnal 1996-cı ildən bu günədək Respublikanın elm aləmində yayılır və AMEA-nın Elmi kitabxanası tərəfindən Şərqin və Qərbin məşhur kitabxanalarına göndərilir. Jurnalın iki rəsmi veb səhifəsi www.orientalphilosophy.org və www.joph.org fəaliyyət göstərir. Eyni zamanda jurnalın elektron bazasında “İslam mədəni bölgəsi fəlsəfə tarixinin dünya fəlsəfə tarixində yeri və rolunun elmi dəyərləndirilməsi” adlı internet forumu feysbuk sosial şəbəkəsində qrupu fəaliyyət göstərir. Saytlarda İslam bölgəsi fəlsəfi konsepsiyaları, bölgə fəlsəfə tarixinin ayrı-ayrı problemləri, dünya fəlsəfə tarixi kontekstində bölgə fəlsəfə tarixinin tədrisi məsələləri haqqında məlumat verən elmi məqalələrlə yanaşı, bu problemlərə həsr olunmuş kitablar da yerləşdirilmişdir. Hazırda “Şərq fəlsəfəsi problemləri” jurnalının əsas rəsmi saytı “www.orientalphilosophy.com” 2010-cu ilin noyabrından fəaliyyətdədir və onun informasiya bazasına Jurnalın əvvəlki illərin nömrələrinin Azərbaycan və rus dillərindəki tam mətni, 1996-cı ildən etibarən jurnalın əldə olunan nömrələrinin mündəricatı, məqalələrin 6 dildə xülasələri, İslam bölgəsi fəlsəfəsinin problemlərinə, qlobal, bölgə və etno-milli fəlsəfə tarixləri tədqiqininin metodoloji problemlərinə həsr edilmiş müzakirələr haqqında müxtəlif dillərdə təqdim edilən bəzi kitabların və məqalələrin elektron nüsxələri, Jurnalın təşəbbüsü ilə həyata keçirilmiş bır sıra beynəlxalq elmi-nəzəri konfrans və seminarlardakı çıxışların elektron versiyaları, o cümlədən Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA Fəlsəfə və Hüquq İnstitutu tərəfindən təşkil olunan “Ümumvəhdət Fəlsəfəsi və Müasir Elm”, “Ümumvəhdət fəlsəfəsi və Lütfi Zadə konsepsiyaları” , habelə UNESKO-nun dəstəyi ilə keçirilən Dünya fəlsəfəsi kontekstində İslam bölgəsi fəlsəfəsinin tədqidi və tədrisi problemlərinə həsr edilmiş eyni adlı beynəlxalq elmi-nəzəri seminar və konfransların materialları daaxildir. Hər iki konfansın materillarına dünyanın 70-dən artıq ölkəsinin 550 mindən çox baxış olmuşdur. Materialların aktual və maraqlı elmi faktları əks etdirmələri ziyarətçilərin sayını artırır. Hazırda Jurnalın veb saytının səhifələrində Azərbaycan alimləri ilə yanaşı Şərq və Qərb ölkələrinin alimlərinin məqalələri dərc olunur və Jurnalın elmi əlaqələrinin arealı gündən-günə genişlənir. Jurnal haqqnda informasiya Vikipedia Beynəlxalq İnternet Ensiklopediyasının azərbaycan dili bölməsində əks etdirilmişdir. Jurnal və saytdakı nəşrlər peşəkar tədqiqatçılarla yanaşı, fəlsəfə problemləri ilə, xüsusilə də Şərqin İslam bölgəsi fəlsəfəsi və mədəniyyətinin fəlsəfi problemləri ilə maraqlanan oxucuların diqqətini cəlb etməyə yönəldilib. “Şərq fəlsəfəsi problemləri” elmi-nəzəri jurnalının www.orientalphilosophy.org internet saytı İslam mədəni bölgəsində bu növ müasir nəşrlər içində elmi-nəzəri istiqaməti və məlumat informasiya sisteminə görə analoqu olmayan saytlardan biridir və güman edirik ki, yaxın gələcəkdə o, oxşar konseptlərdə yaradılacaq elmi saytlara bir örnək təşkil edə bilər. Jurnalın elmi fəaliyyəti beynəlxalq elmi məkanda diqqəti cəlb edib. O, bir çox beynəlxalq elmi jurnalların indeksləmə mərkəzləri (OAJİ – Open Academic Journals İndex, CyteFactor – International Academic Journals İndex, İSAM – İslam Araştırmaları Merkezi Dergi Tarama İndeksi, İSİS – İnternational Publishing Center of academic journals) tərəfindən indekslənib. Bundan başqa Azərbaycandan yeganə jurnal kimi Thomson Reuters Scial Science Citation indeksləmə bazası tərəfindən qeydə alınmış və bu yüksək qurum tərəfindən nəzarətə götürülmüşdür. Jurnalın fəaliyyət sahəsinə İslam mədəni bölgəsinin vahhid fəlsəfə tarixinin yazılmasına həsr edilmiş "Forum" fəaliyyət göstərir. Jurnal həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının doktorant və dissertantlar üçün çapı tövsiyə edilən jurnallar sırasına daxildir. Jurnal AMEA-nın razılığı əsasında Təknur nəşriyyatında ildə bir dəfə nəşr olunur və dünyanın məşhur kitabxanalarına göndərilir. Xarici keçidlər "Şərq fəlsəfəsi problemləri" jurnalının rəsmi saytı Arxivləşdirilib 2020-10-26 at the Wayback Machine Ali attestasiya Komissiyası. Tövsiyə edilən elmi nəşrlər Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine İslam bölgəsi fəlsəfə tarixinin yazılmasına həsr edilmiş forum Amea dövri nəşrlər Arxivləşdirilib 2014-03-25 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=349313 |
Şərq fəlsəfəsi problemləri jurnalı | "Şərq fəlsəfəsi problemləri" jurnalı — beynəlxalq elmi nəzəri jurnal. Şərq bölgəsinin fəlsəfi problemlərinə həsr olunmuşdur. Jurnal haqqında məlumat Şərq fəlsəfəsi problemləri jurnalı 1996-cı ildən iki dildə – rus və azərbaycan dillərində nəşr olunur. Jurnalın təsisçiləri Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Fəlsəfə və Hüquq İnstitutu, o cümlədən jurnalın Redaksiya heyətidir. Jurnalın ad və ideya müəllifi fəlsəfə elmləri doktoru Zümrüd Quluzadəyə məxsusdur. Jurnalı baş redaktoru fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi Zümrüd Quluzadə, məsul katibi və internet saytlarının rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfovdur. Jurnalda nəşr olunan məqalələrin 6 dildə - türk, ərəb, fars, alman, fransız və ingilis dillərində rezumələri verilir. Jurnalın redaksiya şurasına Əlcəzair, İran, Türkiyə, Qazaxıstan və digər ölkələrdən bir çox məşhur alimlər daxildir. Onlardan Dr. Cavad Heyət, professor Dr. Süleyman Hayri Bolay, professor İlham Məmmədzadə, Dr.Necati Öner, Dr. Ariz Gözəlov, Dr. Zaim Xanşelavi, Dr. Thierry Zarcone, Dr.Deni Qril f.ü.f.d. Solmaz Rzaquluzadə, professor Rəfiqə Əzimova, professor Mübahat Türker Küyel, professor Kenan Gürsoy, professor Könül Bünyadzadə və başqaları daxildir. Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən indiyə qədər humanitar elmlər sahəsində ən uzun ömürlü elmi jurnallardan biri olan “Şərq fəlsəfəsi problemləri” bu ad, məzmun və quruluşda fəlsəfəyə həsr edilmiş və dünya fəlsəfəsinin ayrılmaz hissəsi olan İslam bölgəsi xalqlarının tədqiq, tədris və təbliğinə istiqamətlənmiş ilk elmi-nəzəri beynəlxalq jurnaldır. Fəlsəfənin nəzəriyyə və tarixinin aktual və mübahisəli məsələlərinə və ilk növbədə Şərq və İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfəsi kontekstində tədqiq, tədris və təbliğinə xüsusi diqqət verən Jurnal 1996-cı ildən bu günədək Respublikanın elm aləmində yayılır və AMEA-nın Elmi kitabxanası tərəfindən Şərqin və Qərbin məşhur kitabxanalarına göndərilir. Jurnalın iki rəsmi veb səhifəsi www.orientalphilosophy.org və www.joph.org fəaliyyət göstərir. Eyni zamanda jurnalın elektron bazasında “İslam mədəni bölgəsi fəlsəfə tarixinin dünya fəlsəfə tarixində yeri və rolunun elmi dəyərləndirilməsi” adlı internet forumu feysbuk sosial şəbəkəsində qrupu fəaliyyət göstərir. Saytlarda İslam bölgəsi fəlsəfi konsepsiyaları, bölgə fəlsəfə tarixinin ayrı-ayrı problemləri, dünya fəlsəfə tarixi kontekstində bölgə fəlsəfə tarixinin tədrisi məsələləri haqqında məlumat verən elmi məqalələrlə yanaşı, bu problemlərə həsr olunmuş kitablar da yerləşdirilmişdir. Hazırda “Şərq fəlsəfəsi problemləri” jurnalının əsas rəsmi saytı “www.orientalphilosophy.com” 2010-cu ilin noyabrından fəaliyyətdədir və onun informasiya bazasına Jurnalın əvvəlki illərin nömrələrinin Azərbaycan və rus dillərindəki tam mətni, 1996-cı ildən etibarən jurnalın əldə olunan nömrələrinin mündəricatı, məqalələrin 6 dildə xülasələri, İslam bölgəsi fəlsəfəsinin problemlərinə, qlobal, bölgə və etno-milli fəlsəfə tarixləri tədqiqininin metodoloji problemlərinə həsr edilmiş müzakirələr haqqında müxtəlif dillərdə təqdim edilən bəzi kitabların və məqalələrin elektron nüsxələri, Jurnalın təşəbbüsü ilə həyata keçirilmiş bır sıra beynəlxalq elmi-nəzəri konfrans və seminarlardakı çıxışların elektron versiyaları, o cümlədən Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA Fəlsəfə və Hüquq İnstitutu tərəfindən təşkil olunan “Ümumvəhdət Fəlsəfəsi və Müasir Elm”, “Ümumvəhdət fəlsəfəsi və Lütfi Zadə konsepsiyaları” , habelə UNESKO-nun dəstəyi ilə keçirilən Dünya fəlsəfəsi kontekstində İslam bölgəsi fəlsəfəsinin tədqidi və tədrisi problemlərinə həsr edilmiş eyni adlı beynəlxalq elmi-nəzəri seminar və konfransların materialları daaxildir. Hər iki konfansın materillarına dünyanın 70-dən artıq ölkəsinin 550 mindən çox baxış olmuşdur. Materialların aktual və maraqlı elmi faktları əks etdirmələri ziyarətçilərin sayını artırır. Hazırda Jurnalın veb saytının səhifələrində Azərbaycan alimləri ilə yanaşı Şərq və Qərb ölkələrinin alimlərinin məqalələri dərc olunur və Jurnalın elmi əlaqələrinin arealı gündən-günə genişlənir. Jurnal haqqnda informasiya Vikipedia Beynəlxalq İnternet Ensiklopediyasının azərbaycan dili bölməsində əks etdirilmişdir. Jurnal və saytdakı nəşrlər peşəkar tədqiqatçılarla yanaşı, fəlsəfə problemləri ilə, xüsusilə də Şərqin İslam bölgəsi fəlsəfəsi və mədəniyyətinin fəlsəfi problemləri ilə maraqlanan oxucuların diqqətini cəlb etməyə yönəldilib. “Şərq fəlsəfəsi problemləri” elmi-nəzəri jurnalının www.orientalphilosophy.org internet saytı İslam mədəni bölgəsində bu növ müasir nəşrlər içində elmi-nəzəri istiqaməti və məlumat informasiya sisteminə görə analoqu olmayan saytlardan biridir və güman edirik ki, yaxın gələcəkdə o, oxşar konseptlərdə yaradılacaq elmi saytlara bir örnək təşkil edə bilər. Jurnalın elmi fəaliyyəti beynəlxalq elmi məkanda diqqəti cəlb edib. O, bir çox beynəlxalq elmi jurnalların indeksləmə mərkəzləri (OAJİ – Open Academic Journals İndex, CyteFactor – International Academic Journals İndex, İSAM – İslam Araştırmaları Merkezi Dergi Tarama İndeksi, İSİS – İnternational Publishing Center of academic journals) tərəfindən indekslənib. Bundan başqa Azərbaycandan yeganə jurnal kimi Thomson Reuters Scial Science Citation indeksləmə bazası tərəfindən qeydə alınmış və bu yüksək qurum tərəfindən nəzarətə götürülmüşdür. Jurnalın fəaliyyət sahəsinə İslam mədəni bölgəsinin vahhid fəlsəfə tarixinin yazılmasına həsr edilmiş "Forum" fəaliyyət göstərir. Jurnal həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının doktorant və dissertantlar üçün çapı tövsiyə edilən jurnallar sırasına daxildir. Jurnal AMEA-nın razılığı əsasında Təknur nəşriyyatında ildə bir dəfə nəşr olunur və dünyanın məşhur kitabxanalarına göndərilir. Xarici keçidlər "Şərq fəlsəfəsi problemləri" jurnalının rəsmi saytı Arxivləşdirilib 2020-10-26 at the Wayback Machine Ali attestasiya Komissiyası. Tövsiyə edilən elmi nəşrlər Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine İslam bölgəsi fəlsəfə tarixinin yazılmasına həsr edilmiş forum Amea dövri nəşrlər Arxivləşdirilib 2014-03-25 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=349402 |
Şərq itburnusu | Şərq itburnusu (lat. Rosa orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Təbii yayılması Şərqi Avropa, Şimali Albaniya, Yunanıstan, Kiçik Asiyada yayılmışdır. Botaniki təsviri Gövdələri iynələrlə və tükcüklərlə örtülmüşdür. Yarpaqları cüt olmayan, lələkvari, üstü parlaq yaşıl, alt tərəfi boz, hər tərəfdən tükcüklüdür. Çiçəklərin diametri 4 sm-dək, çəhrayı, meyvəsi qırmızı, ellipsvari, uzunluğu 1,2 sm-dir. Ekologiyası Günəşli, yarımkölgəli yerlərdə, quru, zəif rütubətli və gilli torpaqarda bitir. Azərbaycanda yayılması Naxçıvan MR-da təbii halda rast gəlinir. Dekorativ bitkidir. Yaşıllaşdırmada az istifadə olunur. Tərkibində efir yağı vardır. | https://az.wikipedia.org/w/index.php?curid=578101 |
Şərq iydəsi | Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir. Çiçəkləri ətirli olub, 1-3 ədəd yarpaq qoltuğunda açılır. Dördləçəklidirlər. Ləçəyin xarici hissəsi parlaq gümüşü, iç hissəsi sarıdır. 4 erkəkciyi və bir dişiciyi vardır. Iydənin meyvələri sentyabr-oktyabrda yetişir. Çəyirdəyinin üzərini meyvənin unlu ətliyi bürüyür. Çəyirdəyi uzunsov-oval şəklindədir, ətliyi şirin və azacıq turşumtuldur. Yabanı iydələrin meyvələri dadsız və gər olur. Meyvəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə olur. Unlu ətliyə yapışmır, yeyiləndə kənar edilir. Iydənin meyvəsi çox qidalı və uzun müddət saxlanılmağa davamlıdır. Ətliyi meyvəsinin 52%-ni təşkil edir. Tərkibində 40% şəkər, o cümlədən 20% fruktoza, 10% üzvi turşu, rəngləyici maddələr, kalium və fosfor duzları vardır. Yarpaqlarında 350 mq% C vitamini, oduncaq qabığında və çəyirdəyində isə alkaloid vardır. Meyvəsi təzə halda yeyilir, ondan hazırlanmış unu çörəyə, şorbaya və başqa yeməklərə qatırlar. Təzə meyvələrindən spirt alırlar. 100 kq iydədən 13 litr spirt almaq olar. Qarın xəstəlikləri üçün iydə unundan hazırlanmış horra olduqca xeyirlidir. Iydə həm də balverən bitkidir. Təbii yayılması İlk dəfə Azərbaycanda təsvir edilmişdir. Qafqaz endemikidir.Dağıstanda, İranda bitir. Botaniki təsviri Çox da iri olmayan ağac və ya koldur. Hündürlüyü 12 m-ə çatan ağac və ya koldur. Qabığı tünd-narıncı, cavan budaqları isə açıq-sarı-narıncı rəngdədir. Zoğları və budaqları tünd-qonur və ya qonur-parlaq qabıqlıdır. Birillik zoğları gümüşü rənglidir. Gövdəsi 3-9 sm uzunluğunda sərt, seyrək tikanlıdır. Yarpaqları sadə uzunsov olub, gümüşü rəngli tükcüklərlə örtülüdür. Yarpağın uzunluğu enindən 2-3 dəfə artıqdır. Çiçəkyanlığının yarpaqları 3 damarcıqlı, sarıdır. Martda çiçəkləyir, meyvəsi avqustda yetişir. Meyvələri xırda olub, uzunluğu 6-8 m, oval və şarşəkillidir. Toxumunun 100 ədədi 166 q olur. Bitki kök zoğları, qələm və toxumla çoxaldılır. Ekologiyası İşıqsevəndir, nektarlı və dekorativ bitkidir. Çay vadilərində, qumluqlarda, tək və qruplarla bitir. Torpağın duzlaşmasına dözür. Azərbaycanda yayılması Böyük və Kiçik Qafqaz, Samur-Dəvəçi düzənliyi, Kür-Araz ovalığında, Lənkəranda, Xəzər dənizinin qərb hissəsindən daxil olan çayların sahillərində təbii, Abşeron yarımadasında mədəni halda bitir. Yaxşı nektarlı və dekorativ bitkidir. Qumların və dağ yamaclarının bərkidilməsi və yaşıllaşdırılmasında geniş istifadə edilir. Sinonimləri Elaeagnus angustifolia var. angustifolia angustifolia Elaeagnus angustifolia var. caspica Sosn. Elaeagnus angustifolia var. iliensis Musch. Elaeagnus angustifolia var. orientalis (L.) Kuntze Elaeagnus angustifolia subsp. orientalis (L.) Soják Elaeagnus angustifolia var. spinosa Kuntze Elaeagnus argentea Moench [Illegitimate] Elaeagnus caspica (Sosn.) Grossh. Elaeagnus dactyliformis Schltdl. Elaeagnus erivanensis Fisch. ex Schltdl. Elaeagnus hortensis M.Bieb. Elaeagnus hortensis subsp. continentalis Servett. Elaeagnus hortensis var. igda Servett. Elaeagnus hortensis subsp. littoralis Servett. Elaeagnus hortensis var. microcarpa Servett. Elaeagnus hortensis subsp. moorcroftii (Wall. ex Schltdl.) Servett. Elaeagnus hortensis var. orientalis (L.) Loudon Elaeagnus hortensis var. songorica Bernh. ex Schltdl. Elaeagnus hortensis subsp. songorica (Bernh. ex Schltdl.) Servett. Elaeagnus igda (Servett.) Tzvelev Elaeagnus iliensis (Musch.) Musch. Elaeagnus incana Lam. Elaeagnus inermis Mill. Elaeagnus litoralis (Servett.) Kozlowsk. Elaeagnus longipes var. hortensis (M.Bieb.) Maxim. Elaeagnus moorcroftii Wall. ex Schltdl. Elaeagnus orientalis L. Elaeagnus oxycarpa Schltdl. Elaeagnus oxycarpa var. microcarpa (Servett.) Tzvelev Elaeagnus songarica var. kozlovskajae Tzvelev Elaeagnus songorica (Bernh. ex Schltdl.) Schltdl. Elaeagnus spinosa L. Elaeagnus tifliensis Vis. Elaeagnus tomentosa Moench [Illegitimate] Elaeagnus turcomanica Kozlowsk. | https://az.wikipedia.org/w/index.php?curid=570769 |
Şərq küknarı | Şərq küknarı (lat. Picea orientalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Botaniki xarakteristikası Şərq küknarı Tyan-Şan dağ silsiləsində dərələr boyunca rütubətli şimal yamaclarda bitir. Hündürlüyü 60 m-ə, dimateri 2 m-ə çatan nəhəng ağacdır. Piramidalvarı və ya konusvarı çətrə malikdir. İynəyarpaqları tünd-yaşıl və parlaq olur. Qozaları sentyabrda yetişir. Şərq küknarı tipik dəniz sahili iqliminə həssas, torpağın və havanın rütubətliyinə tələbkar bitkidir. Bununla belə dağlıq şəraitdə, sərt yamaclarda, qayalıqlarda dəniz səviyyəsindən 1000-1200 m, bəzən 2000-3000 m yüksəklikdə bitir və yaxşı inkişaf edir. Şərq küknarı gillicəli torpaqları xoşlayır, lakin əhəngli torpaqlarda, qayalıqlardakı qeyri-münbit və kasıb torpaqlarda da inkişaf edə bilər. Kök sistemi torpağın səthinə yaxın formalaşır və adi küknara nisbətən küləyə qarşı davamlıdır. Küknar növləri arasında şərq küknarı daha uzunömürlüdür və 600 ilədək yaşayır. Şərq küknarının arealı Qərbi Qafqazın dağlıq hissəsi hesab olunur. Şərq küknarının kürəşəkilli formaları vardır. Avropanın bir çox şəhərlərində yaşıllaşdırmada istifadə olunur. Ensiz çətiri, göyümtül-yaşıl iynəyarpaqları çox dekorativ olduğundan bəzək bağçılığında istifadə edilir. Bu küknar növünün oduncağından sənayenin müxtəlif sahələrində, inşaat işlərində və s. geniş istifadə olunur. Azərbaycanda Abşeronda, Gədəbəydə, Zaqatalada, Balakəndə, Qubada, Qusarda yaşıllıqlarda təsadüf edilir. Sinonimləri Homotipik sinonimləri Abies orientalis (L.) Poir. Pinus orientalis L. Heterotipik sinonimləri Abies wittmanniana Voss Picea orientalis f. atrovirens Schelle Picea orientalis var. aurea Ed.Otto Picea orientalis f. aurea (Otto) Beissn. Picea orientalis f. aureospicata Beissn. Picea orientalis f. nana (Carrière) Rehder Picea orientalis var. nana Carrière Picea orientalis f. nutans Schelle Picea withmanniana Carrière Picea wittmanniana Fisch. ex Gordon | https://az.wikipedia.org/w/index.php?curid=454819 |
Şərq küləyi (roman) | Şərq küləyi — Çingiz Abdullayev tərəfindən yazılmış roman. 2013-cü ildə Qanun nəşriyyatında nəşr edilib. Satqınlar bağışlanmır. Bu, Rusiyanın xüsusi xidmət orqanlarının ali zabitlərindən ibarət "Qalxan və qılınc" adlı məxfi təşkilatm şüarıdır. Keçmiş FTX polkovniki Timur Qarayev İtaliyada gizlənən qaçağı yox etmək əmri alır. Əməliyyat sanki uğurlu alınır: budur o — satqın İuda, Qarayevlə bir süfrədə əyləşib. Lakin polkovnik onu cəzalandırmağa tələsmir. Bunun üçün onun tutarlı səbəbləri var… Həmçinin bax Çingiz Abdullayev | https://az.wikipedia.org/w/index.php?curid=347163 |
Şərq kəpənəkçiçəyi | Şərq kəpənəkçiçəyi (lat. Aconitum orientale) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=138619 |
Şərq legionları | Şərq legionları (alm. Ostlegionen) — İkinci Dünya müharibəsi zamanı SSRİ işğalı altında olan xalqların nümayəndələri və hərbi əsirlərindən təşkil edilmiş və Nasist Almaniyası tərəfində vuruşan könüllü hərbi qruplaşmalardır. İngili-amerikan və alman təxminlərinə görə, Şərq legionlarına aşağıdakı qruplaşmalar daxildir: Erməni legionu — 11 batalyon (18 000 nəfər) Azərbaycan legionu — 14 batalyon (40 000 nəfər) Şimali Qafqaz legionu — 5 batalyon (həmçinin Bergmann xüsusi təyinatlı batalyon) (təxminən 5.000 nəfər) Gürcü legionu — 14 batalyon (30000 nəfər) Latış legionu (8000 nəfər) Türkistan legionu — 34 batalyon (450, 452, 781, 782, 783, 784, 785, 786, 787, 788, 789, 790, 791, 792, ?, ?) (11000 nəfər) İdil-Ural legionu (Volqa-tatar legionu) — 8 batalyon (825—834) (13000 nəfər)Ümumilikdə təxminən 130.000-150.000 nəfər. Legionerlərin geyim forması İlk vaxtlar legionerlərə xaki rəngli alman hərbi forması və dərəcə nişanları vermək nəzərdə tutulmuşdu. Ancaq 1942-ci il 24 aprel tarixli qərarda bu məsələyə yenidən qayıdıldı və seyimlərinin alman əsgərlərinin geyimi ilə fərqli olması xüsusı qeyd edildi. Beləcə legionerlər alman hərbi formasını qazandılar və ruslar, ukraynalılar, beloruslardan fərqli olaraq kazaklar kimi alman rütbə nişanları daşımaq hüququ əldə etdilər. Onların rütbə göstəricisi olan ənənəvi döş nişan və baftaların çiyin nişanları və ulduzları tamamilə fərqli idi. Legionlarda müvəqqəti qrup rəhbərləri, taqım və bölük rəhbərləri hərbi dərəcəsinə görə deyil, hərbi mövqeyinə görə seçilirdi. Hər hansı bir çatışmayan cəhətə görə vəzifədən uzaqlaşdırılanda onlar nişanlarını da təhvil verməli idilər. | https://az.wikipedia.org/w/index.php?curid=417028 |
Şərq maskalı alabayquşu | Şərq maskalı alabayquşu (lat. Phodilus badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin maskalı alabayquş cinsinə aid heyvan növü. | https://az.wikipedia.org/w/index.php?curid=150266 |
Şərq meyvəyeyəni | Şərq meyvəyeyəni (lat. Grapholita molesta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yarpaqbükənlər fəsiləsinin meyvəyeyən cinsinə aid heyvan növü. Xarici quruluşu Şərq meyvəyeyəninin kəpənəyinin qanadlarının açılmış halda ölçüsü 12-14 mm olmaqla rəngi bozumtul-qonurdur. Ön qanadlarının qabaq kənarlarında dırnaq şəkilli 7 cüt ağ ləkə, arxa kənarlarında isə 7 cüt qara ləkə vardır. Arxa qanadları bozumtul qonur olmaqla, bürünc kimi parlaqdır, saçaqlı haşiyələrlə örtülüdür. Bığcıqları sapvaridir, üzərində nazik nəzərə çarpacaq dərəcədə halqalar vardır. Qarıncığın alt tərəfi ağ rəngdə, üst tərəfi isə boz-qonur rəngdədir. Yumurtaları oval şəkildə olub, uzunluğu 0,4-0,5 mm, eni isə 0,15 mm-dir. İlk əvvəl ağ rəngdə olan yumurtalar 2-3 gündən sonra çəhrayı-narıncı rəngə çalır. Tırtılı birinci yaşda ağımtıl-süd rəngində, 4-5-ci yaşda isə çəhrayı ağımtıl rəngdə olmaqla uzunluğu 11 mm-dir. Pupu oval formada, qonur rəngdə olub, uzunluğu 6-8 mm-dir. Həyat tərzi Şərq meyvəyeyəni axırıncı yaş (4-5 yaş) tırtıl mərhələsində, ipək sapdan hazırlanmış barama içərisində, torpaqdan 30-40 sm hündürlükdə olan ağac gövdəsinin qabığı altında qışlayır. Bundan başqa yerə tökülmüş yarpaqlar və heyva meyvəsinin içərisində də qışlaması müşahidə edilmişdir. İsmayıllı, Qəbələ və Şəki rayonlarında aparılan tədqiqatlara əsasən, barama daxilində qışı keçirmiş tırtıllar, mart ayının axırı, aprel ayının əvvəli pup mərhələsinə keçirlər. Pupun inkişafı 10-12 gün çəkir. Aprel ayının ikinci yarısında puplardan kəpənəklər çıxmağa başlayır və uçuş may ayının axırınadək çəkir. Pupdan çıxan kəpənəklər elə həmin gündən cütləşməyə başlayırlar. Cütləşmədən 14-18 saat sonra yumurta qoyurlar. Yumurtalar tək-tək olmaqla, yarpağın üst və alt hissəsinə, tumurcuq yanlığına və meyvə saplağına qoyulur. Bir dişi kəpənək 50-250 ədəd yumurta qoya bilir. 8-10 gündən sonra yumurtalardan kiçik yaşlı tırtıllar çıxmağa başlayır. Onlar ağacların cavan zoğlarının içərisinə daxil olur, orada 10-25 gün qidalanaraq 4-5-ci yaş dövrünə çatır və puplaşırlar. 25-30 gündən sonra puplardan yeni nəslin kəpənəkləri çıxır. Şərq meyvəyeyəninin bir nəslinin inkişafı 30-45 gün çəkir. Aparılan hesablamalara əsasən, şərq meyvəyeyəninin tırtılları heyva və ərik ağaclarına 45-50%, tez yetişən şaftalı sortlarına 28-36%, gec yetişən şaftalı sortlarına 50-60%, bəzi illərdə heyva ağacına 80-90 % zərər verir. Şərq meyvəyeyəninin vətəni Şərqi Asiya ölkələri- Koreya, Çin və Yaponiyadır. Şərq meyvəyeyəni bu ölkələrdən Avropa ölkələrinə (Bolqarısrana, Macarıstana, Yunanıstana, İtaliyaya və Fransaya), Amerika ölkələrinə (Kanada, ABŞ, Argentina) və eləcə də Avstraliyaya yayılmışdır. Son illərə qədər keçmiş SSRİ-də xarici karantin obyekti sayılan şərq meyvəyeyəni ilk dəfə 1964-cü ilin sentyabr ayında Krasnodar diyarının Soçi şəhəri ətrafında, 1965-ci ildə isə Azərbaycanın Quba-Xaçmaz zonasında qeydə alınmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=489298 |
Şərq mirvarisi | "Şərq mirvarisi" televiziyaqülləsi -Asiyanın ən yüksək üçüncü (hündürlük 468 metr), dünyanın beşinci ən böyük teleqülləsidir,hansı ki Pudon Şanxayda yerləşir Qüllədə yerləşən məntəqələr: Fırlanan restoran, 267 metr yüksəklikdə; rəqs meydançası, bar və karaoke otaqları ilə birlikdə 20 otaq - 271 metr yüksəklikdə; 350 metr hündürlükdə bir görüntü platforması, konfrans salonu və qəhvə mağazası olan penhouseQüllənin dizaynı 11 külək elementinə istinad edilərək hazırlanıb. İki ən böyük sahənin 50 m (aşağı, "Space City") və 45 m (üst, "Space Modulu") diametri var. Bu sahələr hər biri 9 m diametrli üç silindrli sütunla bir-birinə bağlanır; sütunların daxili hissəsində Space Hotel otaqlarının yerləşdiyi beş kiçik sahə var. Yaxınlıqda Asiyanın ən uzun yaşayış məntəqələrindən olan olan 88 mərtəbəli Jin Mao göydələnidir. Xüsusilə bunun üçün üç ölçülü bir işıqlandırma işlənmişdir ki, bu da fantastik görünüş yaradır. . Populyar mədəniyyətdə " Transformerlər: Məğlubların qisası " - Filmin əvvəlində Şanxayda Şərq incisi fonda görünür " Godzilla: Son Döyüşlər " - Şanxayda ekranlaşdırılan film. Xarici keçidlər Skyscraperpage.com saytında Oriental İnci Shanghai Səyahət Kılavuzu (ing.) ) | https://az.wikipedia.org/w/index.php?curid=579635 |
Şərq mədəniyyəti | Şərq mədəniyyəti — ən qədim və eyni zamanda ən canlı mədəniyyətdir. Bunu bir sıra faktlar təsdiq edir. Şərq ölkələrində çox qədim buddizm və induizm məbədləri bu gün də fəaliyyət göstərir, çoxsaylı mədəni abidələr tanınır və öyrənilir.Eramızdan əvvəl birinci minillikdə yazılmış "Bhaqavat-Qita" əsəri xüsusilə qeyd olunmalıdır. Şərq mədəniyyəti daim zəka və biliyə müraciət etmişdir. O özü-özünü dərk etməyə, daxili etiqad zənginliyinə, intuitivizmə və irrasionalizmə istiqamətləndirilmişdir. Şərq mədəniyyətinin fenomenal sabitliyi dərinlik və daxili zənginliyi məhz bunlardan ibarətdir. Eyni zamanda, bu mədəniyyətdə təbiətə çox həssas münasibət formalaşmışdır: ruhların yenidən təzahür etməsi fikri bunun təsdiqidir. | https://az.wikipedia.org/w/index.php?curid=113668 |
Şərq məryəmnoxudu | Şərq məryəmnoxudu (lat. Teucrium orientale) — məryəmnoxudu cinsinə aid bitki növü. Xarici keçidlər Məryəmnoxudu bitkisi Arxivləşdirilib 2012-07-12 at the Wayback Machine (az.) | https://az.wikipedia.org/w/index.php?curid=143887 |
Şərq məsələsi | Şərq məsələsi — XVIII əsrin ikinci yarısında Rusiya və bir sıra Qərbi Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq cəhdi "Şərq məsələsi"nin yaranmasına səbəb oldu. "Şərq məsələsi"nin əsasını Osmanlı dövlətini parçalamaq və onun ərazilərini bölüşdürmək planı təşkil edirdi. Bu məsələnin həyata keçirilməsində Rusiya başlıca rol oynayırdı. Rusiyanın xarici siyasətinin ana xəttinə çevrilən "Şərq məsələsi" XVIII əsrin II yarısında rəsmən daxil edildi və beynəlxalq münasibətlər sisteminə bir problem kimi əlavə olundu. Beləliklə, XVIII əsrin sonlarından etibarən "Şərq məsələsi" rəsmi ideoloji və diplomatik bir problemə çevrilir. "Şərq məsələsi"ni Rusiya, İngiltərə, Fransa və Avstriya dövlətləri yaratmışdılar. Ancaq başlıca maraqlı tərəflər Rusiya və İngiltərə idi. Rusiya imperatoru I Pyotr xarici siyasət məsələlərini işləyib hazırlayarkən Boğazlar məsələsinə, isti dənizlər məsələsinə, İstanbulun ələ keçirilməsinə və bütövlükdə "Şərq məsələsi"nə xüsusi diqqət verirdi ki, bu məsələnin öz xeyrinə həllində erməniləri öz tərəfinə çəkmək üçün yollar axtarırdı. Bilirdi ki, erməniləri vədlər hesabına ələ almaq çox asandır. "Şərq məsələsi"nin əsas hədəfi orta əsrlərin ən qüdrətli dövləti olan Osmanlı imperatorluğuna qarşı çevrilmişdir. Xüsusilə XIX yüzilliyin ortalarında baş verən Krım müharibəsində Osmanlı dövlətinin tarixi qələbəsi həm Şərqdə, həm də Avropada qüvvələr nisbətini Türkiyənin xeyrinə xeyli dəyişdi və Vyana konqresindən sonra dövlətlər arasında yaranmış balansa ciddi təsir göstərdi. Bu nisbət Rusiyanın xarici siyasət nüfuzuna zərbə vurdu, beləliklə Balkanlarda üstün hüquqlarından məhrum edildi. "Yunan layihəsi" ilə "Şərq məsələsi"nin oxşar və fərqli cəhətləri Osmanlı imperiyasında siyasi və iqtisadi tənəzzülün güclənməsindən istifadə edən İngiltərə və Fransa onu asılı vəziyyətə salmaq üçün Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. Bu yolla onlar Osmanlı dövlətini tamamilə Avropadan çıxarmağa, Rusiyanı isə zəiflətməyə çalışırdılar. | https://az.wikipedia.org/w/index.php?curid=737239 |
Şərq ortodoks kilsəsi | Şərqi Ortodoks Kilsəsi — xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988-ci ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans İmperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərdə hər biri öz hökmdarına tabe olan avtokefal pravoslavlıq kilsələri yaranmışdır. Ona görə də pravoslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Şərqi pravoslav kilsəsi mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid tanrıya etiqad etməlidir. Azərbaycanda pravoslav kilsələri 1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralıının (1907-ci ildə inşa edilmişdir) binası Rus pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir. Avtokefal kilsələri Həmçinin bax Antixalkidon kilsələri | https://az.wikipedia.org/w/index.php?curid=583282 |
Şərq palıdı | Quercus macranthera (lat. Quercus macranthera) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Təbii yayılması: Botaniki təsviri: Ümumi yayılması: Rusiya (Dağıstan), İran və Türkiyədə təbii halda yayılmışdır. Azərbaycanda yayılması: Quba, Naxçıvan MR və Lənkəran dağlarında təbii arealı vardır. Azərbaycanın nadir bitkisidir. LC. Bitdiyi yer: Qarışıq meşələrdə, dərə, çay kənarlarında, dağ yamaclarında, 1400–1600 m yüksəkliklərdə rast gəlinir. Təbii ehtiyatı: Çoxda geniş ərazidə yayılmamışdır. Bioloji xüsusiyyətləri: Hündürlüyü 30 m-ə, diametri 60 sm-ə çatan ağacdır. Gövdələrinin qabığı qalın, bozumtul-qəhvəyi rəngdədir. Budaqları sarımtıl-boz tüklü, sıxdır. Yarpaqları 8-12 sm uzunluqda, 3-12 sm enində, tərs yumurtavarı və ya uzunsov, sıx, dərivarı, qaidəsi pazvarı və ya ürəkşəkilli, kənarları dalğavari, iri, 8-12 dilimlidir və qışda tökü-ləndir. Yarpaqaltlıqları 1,5 sm uzunduqda olub tüklü, tökülməyəndir, Uclardan qısa, küt dilimli, hər tərəfdən 8-12 ədəd dilimli olub, küt tamkənarlı dərin, uzunsov və ya iri oyuqlu dilimlərə malikdir. Ust tərəfdən tünd-yaşıl, çılpaq, alt tərəfdən boz və ya bozumtul sarı, sıx tüklüdür. Yarpaqların saplağı 1-2 sm uzunluqdadır. Dişicik çiçəkləri çiçək yanlığı dərin bölümlüdür. Erkəkcik çiçəkləri düzünə uzanan sütuncuqdan ibarətdir. Zoğları və tumurcuğu sıx tükcüklüdür və bu əlamətinə görə başqa palıd növlərindən fərqlənir. Qozalar 2-2,5 sm uzunluqda olub, 4 mm uzunluqda qısa, sıx tüklü meyvə saplağında yerləşir. Çanaqcıq yarımşar formalı olub, qozanı 1-3 sm-ə qədər əhatə edir. Çiçəklənməsi yar-paqlanması ilə bir vaxtda gedir, may ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir. Təbiətdə toxum vasitəsilə çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri: Başlıca olaraq insan fəaliyyətinin təsiridir. Becərilməsi: Mədəni şəraitdə becərilir. Qəbul edilmiş qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qirmızı Kitabı”na daxil edil-məsi tövsiyə olunur. Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov Məlumat mənbələri Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh. Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008; | https://az.wikipedia.org/w/index.php?curid=152241 |
Şərq peripatetizmi | Şərq peripatetizmi - İslam mədəni bölgəsində "məşşailik" adı ilə məşhurdur. Antik Yunan Roma fəlsəfəsinin islam dünyasına tərcümə edilərək yayılmasından sonra Şərq dünyasında doğan fəlsəfə məktəbinin adıdır. Şərqin ən böyük dahi filosofları məhz bu fəlsəfə məktəbinə məxsusdur. Onlardan Fərabi, İbn Sina, İbn Rüşd, İbn Misqəveyh Fəxrəddin Razi və s.-lərinin adlarını şəkmək mümkündür. Bəhmənyar adı ilə tanınan Azərbaycanlı məşhur filosof Əbülhəsən Mərzuban Bəhmənyar Azərbaycani İbn Sinanın şagirdi olmuş və Şərq peripatetizmini davam və inkişaf etdirmişdir. Cərəyan antik dünyanın filosofu, böyük zəka sahibi, elmlərin ilk təsnifatının müəllifi yunanlı Aristotelin Afrikada təşkil etdiyi fəlsəfi məktəbin adından götürülmüşdür. Bu termin Aristotelin təlim - tədris metodikası ilə bilavasitə bağlı olub, fərqli bir tədris üsulunu özündə əks etdirir. Belə ki, Aristotel öz tələbələrinə dərs keçərkən piyada gəzintiyə geniş yer verərmiş. Piyada gəzinti zamanı tələbələrinə dərs keçən filosofun tədris üsulu yunan dilində "peripatetikos" adlanırdı. Sonradan filosofun tələbələri və onun fəlsəfi irsini davam etdirən filosoflar bu nəzəri sistemi mənimsəyib daha da inkişaf etdirərək peripatetizm fəlsəfi məktəbini formalaşdırmış oldular. Bu fəlsəfi məktəbin baniləri birmənalı olaraq Platon və Aristotel hesab olunur. Daha sonralar dünya fəlsəfi aorasında öz yerini tutan bu zəngin fəlsəfə məktəbinə dünyanın hər yerindən filosoflar öz münasibətini bildirmiş, bu fəlsəfi üsulu və Aristotelin məşhur katerqoriyalar sistemini düzgün fəlsəfi metodika saymışlar. Eləcə də Şərq dünyasında Məşşailik adı altında tanınan Şərq peripatetizminin tərkib hissəsi olaraq azərbaycanlı filosoflar da bu zəngin fəlsəfə məktəbinə öz töhfələrini vermişlər. Şərq dünyasında İbn Sina, dünyada isə daha çox Avisenna adı ilə məşhur olan dahi alimin tələbəsi böyük Bəhmənyar Azərbaycani Şərq peripatetik filosofları cərgəsində özünəməxsus yerə və rola malik olan filosofdur. Şərq peripatetikləri Aristotelin elmlərin təsnifatı nəzəriyyəsinə əsaslanaraq öz sələflərindən aldıqları fəlsəfəni nəzəri və əməli olmaqla iki hissəyə bölürdülər. Birinci hissəyə metafizika, təbiiyyat və riyaziyyat, ikinci hissəyə isə etika, mənzil-məişət məsələləri və siyasət daxil adilirdi. Məntiqə gəldikdə, Şərq peripatetikləri onu gah fəlsəfənin nəzəri və əməli hissələrindən sonra üçüncü bir hissə zənn etmiş , gah da nəzəri hissənin tərkibinə salmışlar. Şərq peripatetizmi İbn Sinanın və onun şagirdlərinin əsərlərində özünün dolğun , mükəmməl ifadəsini tapmışdır. Metafizika peripatetizmin sistemində mühüm yer tutduğundan orta əsrlərdə filosofları qruplara bölərkən Şərq peripatetiklərini metafizik filosoflar kimi səciyyələndirmişlər. O dövr filosoflarının və fəlsəfə tarixçilərinin əsərlərində metafizika mütləq varlıq haqqında elm kimi təqdim edilir, İbn Sina metafizikanın ali elm adlandırıldığını qeyd edərkən göstərir ki, burada araşdırılan şeylərin mövcudluğu hissi onların materiyası ilə bağlı deyildir. Belə ki, onları materiyasız və harakətsiz təsəvvürə gətirirlər, məsələn , əql, varlıq, vəhdət , səbəbiyyət, səbəb əlaqəsi və s. İbn Sina öz fikrini aydınlaşdıraraq yazır ki, metafizika materiyaya və hərəkətə zəruri surətdə ehtiyac duymayan şeylərin xarakterini dərk edir. Həm də o şeylərdən bəziləri materiya ilə bağlı ola bilməz, məsələn , əql və mütləq gerçəklik , bəziləri isə materiya və hərəkət ilə birləşə bilər, ancaq bu, zəruri olaraq onların təbiətindən irəli gəlmir, məsələn, səbəbiyyət – cisimdə də ola bilər, əql keyfiyyətində də ola bilər. İbn Sinanın fikrincə, ali elmin mövzusu ayrı-ayrı şeylər deyil, məhz mütləq varlıqdır. Metafizikanın mövzusu özünün əhatə etdiyi məsələlərin ümumiliyinə görə digər elmlərin mövzusundan seçilir. Bəhmənyar bununla əlaqədar olaraq yazır ki, təbiiyyat və riyaziyyat elmlərində cismin və kəmiyyətin mövcudluğu məsələsi tədqiq edilmir. Belə məsələlər metafizikada araşdırılır. Digər elmlərin mövzuları bu elmin mövzusu üçün mahiyyətə məxsus aksidensiyalardır. Metafizika elminin mətləblərini təəşkil edən şərtsiz varlıqla əlaqədar şeylərə gəldikdə, Əbülhəsən Bəhmənyar göstərir ki, onlar mövcudat üçün ya növlər , ya da aksidensiyalar kimidir. Bəhmənyarın metafizikasında “varlıq”, “substansiya”, aksidensiya”, “cisim”, “materiya” və “bütün elmlərin möhtac olduğu müqəddimələr” araşdırılır. Şərq peripatetizmində “aşağı elm” – “təbiyyat” (“ət-təbiyyat”, yaxud “əl-elm ət-təbii”, yaxud da “ elm ət-təbiə”) termini Aristotel fəlsəfəsindəki “fizika” termininə mütabiqdir. Birinci müəllimin fizikası hərəkət edən varlıq haqqında və əsas etibarilə materiyadan ayrı mövcud olmayıb, tərif verilə bilən mahiyyət haqqında elmdir. İbn Sina buna uyğun olaraq “Bilik kitabı” əsərində yazır: “Fizika elə hallar haqqında elmdir ki, onların təsəvvürü materiyadan ayrılmazdır. Bu elmin mövzusu hissi cisimdir”. Aristotelin təlimində olduğu kimi , ərəbdilli peripatetiklərin yaradıcılığında da fizika sözün ən geniş mənasında bütün təbiət elmlərini, təbiətşünaslığın fəlsəfi məsələlərini ifadə edir. Şərq peripatetiklərinin sistemində varlıq haqqında təlim metafizika və təbiyyat qisimlərində , idrak nəzəriyyəsi təbiyyatın son hissələrində və məntiq qismində araşdırılır. Şərq peripatetiklərinin fikrincə, varlığa məntiqi tərif etmək mümkün deyildir. “Təhsil” kitabinda deyildiyi kimi , o, təsəvvürdə daha ilkindir, zira onun üçün nə cins, nə də fərqləndirici əlamət vardır. Bir sözlə, varlığı tanıdacaq daha ümumi bir şey yoxdur. Bu müddəa İbn sinanın varlıq təliminə uyğundur. “Bilik kitabi” əsərində deyilir ki, varlıq əqllə tərifsiz və təsvirsiz dərk edilir. Onun cinsi və növü olmadığından tərifsizdir, çünkiondan daha ümumi bir şey mövcud deyildir. O,təsvirə də gəlmir, çünki hər şeydən daha artıq məlumdur. Hər şeyin ilkin əsası , başlanğıcı hesab edilən varlıq öz-özlüyündə aşkar olduğundan Şərq peripatetiklərinin rəyincə, onu yalnız özünə görə anlamaq lazımdır. Şərq peripatetiklərinə görə, vacib varlıq , ilk səbəəb özünü analyan əqli varlıqdır. Onun öz-özlüyündə olan əqlindən zəruri surətdə ilk əql, yəni ilk nəticə hasil olur. “Bu nəticətək mahiyyətdir, bəsitdir, çünki yeganə səbəbdən zəruri surətdə meydana çıxmışdır. O, xalis, bəsit bir əql olmalıdır”. Bununla belə , peripatetik filosofların fikrincə , bu ilk nəticədə üç cəhətə görə - onun ilk səbəbə , öz mahiyyətinə və öz imkanına nisbətə görə çoxluq vardır. Bunun sayəsində ikinci əqldən üçüncü əql , göy sferasının nəfsi və göy sferasının cismi meydana çıxmış, emanasiya bu qayda üzrə onuncu əqlin (ay sferasının fəal əqlinin ), ünsürlər aləminin və insan nəfslərinin meydana çıxmasına qədər davam etmişdir. Şərq peripatetikləri, o cümlədən 11-12-ci əsrlərdə yaşamış azərbaycan peripatetikləri maddi aləmin dərk olunması məsələsinə müsbət yanaşmışlar . Həmin filosofların fikrincə, insan bütün bilikləri hissi və məntiqi idrak yolu ilə yalnız xarici aləmin təsiri altında əldə edir, zira xarici aləm idakın yeganə mənbəyidir. Şərq peripatetiklərinin idrak nəzəriyyəsi orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində spektisizmə və aqnostisizmə qarşı mübarizədə böyük rol oynamışdır. Şərq peripatetiklərinin əsərlərində məntiq həm elm , həm sənət , həm də alət kimi səciyyələndirilmişdir. Fikirləri ölçdüyü üçün onu tərəzi də adlandırmışlar. Bəhmənyar polemik məktublarından birində fəlsəfi fənlərin İbn sina tərəfindən verilmiş təsnifatına tənqidi yanaşmışdır. O yazırdı: Cənabımız Şeyx Rəis İbn Sinanın “Təbirincə,fəlsəfə nəzəri fəlsəfəni və əməli fəlsəfəni özündə birləşdirir.Onun fikrincə , əməli fəlsəfədə də nəzər və idrak vardır.Deməli, onların hər ikisininqayəsi idrakdir”. Filosof öz müəlliminə etiraz edərək bildirirdi ki, “əməli fəlsəfə əməldir, nəzər deyildir. Bu məsələdə əvvəlki və sonrakı filosoflar da həmrəydirlər. Əməli fəlsəfəni həm əxlaqi xeyirxahlıq, həm də onu öyrənən elm sayan İbn Sinadan fərqli olaraq bəhmənyar əməli fəlsəfəni yalnız əxlaqi xeyirxahlıq mənasında şərh edirdi. Təbiət elmləri ilə bilavasitə qaynayıb-qarışdığı üçün peripatetik fəlsəfə gerçək həyatla daha yaxından bağlı idi. Əbusəid Urməvi tərki-dünyalığa qəbahət kimi baxaraq yazırdı: “Zahid insanlıq surətindən çıxmış və insanlara nifrət bəsləyir”. Ərəbdilli peripatetiklərin əsərləri yalnız Yaxın və Orta Şərq ölkələrində deyil, eləcə də Qərb ölkələrində yayılmağa başlamışdır. Həmin əsərlərdən bəziləri Avropanın müxtəlif qərb dillərinə tərcümə olunmuş, orada fəlsəfi fikrin , habelə təbiət elmlərinin inkişafına təkan vermişdir. Həmçinin bax Peripatetizm | https://az.wikipedia.org/w/index.php?curid=75959 |
Şərq poeması (balet) | Şərq poeması — bəstəkar Tofiq Bakıxanovun şair Sergey Yeseninin eyniadlı əsəri əsasında yaratdığı birpərdəli, üçeskizli balet, plastik illüziya. Baletin librettosu Rəşid Əhmədovundur, rəssam Sərdar Piraeşi. Əsərin iştirakçıları – Şair, şairin sevgilisi, Qara adam, bağdakı qız Roza, Ana-Vətən, şairin ilham pərisi, bağban qızlar. I eskiz: Şairin anadan olması II eskiz: Sevgi bağı III eskiz: Son Azərbaycan balet tamaşaları xronologiyası Tofiq Bakıxanov C. Həsənova-İsmayılova -- Tofiq Bakıxanov 70 Xarici keçidlər "Şərq poeması" baleti - 1 "Şərq poeması" baleti - 2 Həmçinin bax "Xeyir və Şər (balet)" "Xəzər balladası (balet)" Puşkinin ölümünə Şərq poeması | https://az.wikipedia.org/w/index.php?curid=316008 |
Şərq poeması (dəqiqləşdirmə) | Şərq poeması - Mirzə Fətəli Axundov tərəfindən 1837-ci ildə Puşkinin ölümünə yazılmış poema. Şərq poeması - bəstəkar Tofiq Bakıxanovun şair Sergey Yeseninin eyniadlı əsəri əsasında yaratdığı birpərdəli, üçeskizli balet, plastik illüziya. | https://az.wikipedia.org/w/index.php?curid=316138 |
Şərq qadını (jurnal) | Azərbaycan qadını — ədəbi, ictimai və siyasi qadın jurnalı. Jurnalın əsası 1923-cü ildə qoyulmuş, 1938-ci ilə qədər “Şərq qadını” adlanmışdır. Bakıda nəşr olunur. Azərbaycanda ilk qadın jurnalıdır. Azərbaycanda ilk qadın jurnalı 1923-cü ilin noyabrında təsis olunub. "Şərq qadını" adlanan həmin jurnalın adı 1938-ci ildə dəyişdirilərək "Azərbaycan qadını" adlandırılıb.1920-ci illərdə onun redaktoru ilk azərbaycanlı inqilabçılardan biri olan Ayna Sultanova idi. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Xalidə Hasilova, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və başqaları ilk burada əsərlərini nəşr etdilər."Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. Gülarə Qədirbəyova (Köylüqızı) "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur.1934–1938-ci illərdə jurnalın məsul katibi Pəri (Əliyeva) Həsənova olmuşdur 1976–2010-cu illərdə "Azərbaycan qadını" jurnalının məsul katibi tarix elmləri doktoru, yazıçı jurnalist Sabir Gəncəli idi. Bu ad altında, müntəzəm olaraq bu günə qədər (1940-cı ildən 1951-ci ilə və 2001-ci ildən 2009-cu ilədək olan dövrlər istisna olmaqla) əsirlər boyu mövcud olan ən mühüm hadisələri əhatə edir və tarixi bir nəşr olur.14 may 1973-cü ildə jurnalın 50 illk yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Yubiley mərasimində dünyada ilk qadın kosmonavt Valentina Tereşkova da iştirak etmişdir.2009-cu ildən etibarən jurnal iki dəfə — Azərbaycan və rus dillərində nəşr olunur. Sovet dövründən sonra jurnalın dirilişi onun tərcümeyi-halında yeni bir səhifə açır. 1997-ci ildən etibarən onun baş redaktoru Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə idi.2009-cu ildən bəri jurnalın rəsmi saytı fəaliyyət göstərir. Bütün məsələlərin arxivi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında saxlanılır. Jurnalın yaradıldığı gündən etibarən, Azərbaycan ədəbiyyatının bir çox tanınmış şəxsləri onunla əməkdaşlıq edir, o cümlədən onun quruluşunun mənbəyində olan Məmməd Səid Ordubadi. Nəşrdə Mir Cəlal, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin, digər görkəmli Azərbaycan şairlərinin və yazıçılarının əsərləri yer alıb. Baş və məsul redaktorlar 1931 № 7-8 - 1936 məsul redaktor Gülarə Qədirbəyova (Köylüqızı təxəllüsü ilə yazırdı) (Gülarə Köylüqızı); 1937 № 1—12 məsul redaktor Gülər Qədirbəyova (Gülərə Qədirbəyova); 1937 № 13 məsul redaktor Həmidə Sultanova; 1937 № 15 - 1938 məsul redaktor Zəhra Kərimova; 1938 № 13 məsul redaktor Barat Kərimova; 1940-cı ildə məsul redaktor Züleyxa Əliyeva; 1951-1961-ci illərdə məsul redaktor R.Zeynalova; 1962-ci il № 7 məsul redaktor Ə.Babayeva; 1962 № 10 redaktor Şəfiqə Ağayeva; 1972-1996-cı illərdə baş redaktor Xalidə Hasilova; 1997 – hazırda baş redaktor Fatma Abdullazadə. Həmçinin bax Xarici keçidlər "Azərbaycan qadını "jurnalının yay buraxılışının təqdimatı olub Arxivləşdirilib 2012-10-04 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=289051 |
Şərq qadını jurnalı | Azərbaycan qadını — ədəbi, ictimai və siyasi qadın jurnalı. Jurnalın əsası 1923-cü ildə qoyulmuş, 1938-ci ilə qədər “Şərq qadını” adlanmışdır. Bakıda nəşr olunur. Azərbaycanda ilk qadın jurnalıdır. Azərbaycanda ilk qadın jurnalı 1923-cü ilin noyabrında təsis olunub. "Şərq qadını" adlanan həmin jurnalın adı 1938-ci ildə dəyişdirilərək "Azərbaycan qadını" adlandırılıb.1920-ci illərdə onun redaktoru ilk azərbaycanlı inqilabçılardan biri olan Ayna Sultanova idi. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Xalidə Hasilova, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və başqaları ilk burada əsərlərini nəşr etdilər."Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. Gülarə Qədirbəyova (Köylüqızı) "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur.1934–1938-ci illərdə jurnalın məsul katibi Pəri (Əliyeva) Həsənova olmuşdur 1976–2010-cu illərdə "Azərbaycan qadını" jurnalının məsul katibi tarix elmləri doktoru, yazıçı jurnalist Sabir Gəncəli idi. Bu ad altında, müntəzəm olaraq bu günə qədər (1940-cı ildən 1951-ci ilə və 2001-ci ildən 2009-cu ilədək olan dövrlər istisna olmaqla) əsirlər boyu mövcud olan ən mühüm hadisələri əhatə edir və tarixi bir nəşr olur.14 may 1973-cü ildə jurnalın 50 illk yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Yubiley mərasimində dünyada ilk qadın kosmonavt Valentina Tereşkova da iştirak etmişdir.2009-cu ildən etibarən jurnal iki dəfə — Azərbaycan və rus dillərində nəşr olunur. Sovet dövründən sonra jurnalın dirilişi onun tərcümeyi-halında yeni bir səhifə açır. 1997-ci ildən etibarən onun baş redaktoru Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə idi.2009-cu ildən bəri jurnalın rəsmi saytı fəaliyyət göstərir. Bütün məsələlərin arxivi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında saxlanılır. Jurnalın yaradıldığı gündən etibarən, Azərbaycan ədəbiyyatının bir çox tanınmış şəxsləri onunla əməkdaşlıq edir, o cümlədən onun quruluşunun mənbəyində olan Məmməd Səid Ordubadi. Nəşrdə Mir Cəlal, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin, digər görkəmli Azərbaycan şairlərinin və yazıçılarının əsərləri yer alıb. Baş və məsul redaktorlar 1931 № 7-8 - 1936 məsul redaktor Gülarə Qədirbəyova (Köylüqızı təxəllüsü ilə yazırdı) (Gülarə Köylüqızı); 1937 № 1—12 məsul redaktor Gülər Qədirbəyova (Gülərə Qədirbəyova); 1937 № 13 məsul redaktor Həmidə Sultanova; 1937 № 15 - 1938 məsul redaktor Zəhra Kərimova; 1938 № 13 məsul redaktor Barat Kərimova; 1940-cı ildə məsul redaktor Züleyxa Əliyeva; 1951-1961-ci illərdə məsul redaktor R.Zeynalova; 1962-ci il № 7 məsul redaktor Ə.Babayeva; 1962 № 10 redaktor Şəfiqə Ağayeva; 1972-1996-cı illərdə baş redaktor Xalidə Hasilova; 1997 – hazırda baş redaktor Fatma Abdullazadə. Həmçinin bax Xarici keçidlər "Azərbaycan qadını "jurnalının yay buraxılışının təqdimatı olub Arxivləşdirilib 2012-10-04 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=95849 |
Şərq qapısı | "Şərq qapısı" — ictimai-siyasi qəzet. Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin orqanı. İlkin dövrlər 1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqan. Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılmışdır. "Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları M. İbrahimov və Ə. Vəliyev səy göstərmişlər. Ə. Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olmuşdur. "Şərq qapısı" nəşrə başlayandan Naxçıvan MR-in ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının güzgüsü olmuş, onun tərəqqi və yüksəlişində fəal və mühüm rol oynamışdır. Qəzet 50 illik yubileyində "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. XX əsrin 70–80-ci illərində "Şərq qapısı" qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Müasir dövr Qəzet 1970-ci ildən sonra yeni mərhələyə qədəm qoymuşdur. Ötən XX əsrin 90-cı illərinin əvvəllərində "Şərq qapısı" qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra "Şərq qapısı"nın həyatında yeni dövr başlanmış, 1990–1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görmüş, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında" 2000-ci il 29 mart tarixli Sərəncamından sonra "Şərq qapısı" mətbuat orqanının normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılmışdır. 2001-ci ildə qəzet həftədə 2 dəfə, 8 səhifə həcmində çıxır, tirajı isə 2000 nüsxə olurdu. 2005-ci ildə qəzet gündəlik, 6 səhifə həcmində, tirajı isə 5600 nüsxəsi dərc edilirdi. M. Tarverdiyeva, H. İbrahimov, M. Bəktaşı, S. Kərimova və başqa görkəmli mədəniyyət, maarif və mətbuat xadimləri müxtəlif illərdə qəzetin redaktoru olmuşlar. 2010-cu il iyulun 22-də – milli mətbuatımızın yaranmasının 135-ci ildönümü günündə qəzet redaksiyası üçün yeni bina istifadəyə verilmiş, qəzetin rəngli nəşrinə başlanılmışdır. Hazırda qəzet həftədə beş dəfə çıxır. Təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir. Həmçinin bax Səda mətbəəsi Şərqi-Rus (qəzet) Molla Nəsrəddin (jurnal) Xarici keçidlər "Şərq qapısı" qəzeti ""Şərq qapısı" qəzeti Naxçıvanla bağlı dəqiq informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayır". Azərtac. | https://az.wikipedia.org/w/index.php?curid=356446 |
Şərq qapısı (qəzet) | "Şərq qapısı" — ictimai-siyasi qəzet. Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin orqanı. İlkin dövrlər 1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqan. Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılmışdır. "Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları M. İbrahimov və Ə. Vəliyev səy göstərmişlər. Ə. Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olmuşdur. "Şərq qapısı" nəşrə başlayandan Naxçıvan MR-in ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının güzgüsü olmuş, onun tərəqqi və yüksəlişində fəal və mühüm rol oynamışdır. Qəzet 50 illik yubileyində "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. XX əsrin 70–80-ci illərində "Şərq qapısı" qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Müasir dövr Qəzet 1970-ci ildən sonra yeni mərhələyə qədəm qoymuşdur. Ötən XX əsrin 90-cı illərinin əvvəllərində "Şərq qapısı" qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra "Şərq qapısı"nın həyatında yeni dövr başlanmış, 1990–1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görmüş, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında" 2000-ci il 29 mart tarixli Sərəncamından sonra "Şərq qapısı" mətbuat orqanının normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılmışdır. 2001-ci ildə qəzet həftədə 2 dəfə, 8 səhifə həcmində çıxır, tirajı isə 2000 nüsxə olurdu. 2005-ci ildə qəzet gündəlik, 6 səhifə həcmində, tirajı isə 5600 nüsxəsi dərc edilirdi. M. Tarverdiyeva, H. İbrahimov, M. Bəktaşı, S. Kərimova və başqa görkəmli mədəniyyət, maarif və mətbuat xadimləri müxtəlif illərdə qəzetin redaktoru olmuşlar. 2010-cu il iyulun 22-də – milli mətbuatımızın yaranmasının 135-ci ildönümü günündə qəzet redaksiyası üçün yeni bina istifadəyə verilmiş, qəzetin rəngli nəşrinə başlanılmışdır. Hazırda qəzet həftədə beş dəfə çıxır. Təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir. Həmçinin bax Səda mətbəəsi Şərqi-Rus (qəzet) Molla Nəsrəddin (jurnal) Xarici keçidlər "Şərq qapısı" qəzeti ""Şərq qapısı" qəzeti Naxçıvanla bağlı dəqiq informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayır". Azərtac. | https://az.wikipedia.org/w/index.php?curid=834528 |
Şərq qaraçöhrəsi | Şərq qaraçöhrəsi (lat. Taxus brevifolia) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=164286 |
Şərq qarağatı | Şərq qarağatı (lat. Ribes orientale) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Təbii yayılması Qafqazda, Şimali İranda, Türkiyədə yayılmışdır. Botaniki təsviri Hündürlüyü 1 m-ə çatan koldur. Zoğları hamar və ya tikanlıdır. Yaşlı budaqların qabığı uzun saplaq şəklində soyulur. Yarpaqları tökülən, neştərvari, saplaqlı, 3-5 dilimli, cərgə ilə düzülmüş, tünd yaşıl, hər iki tərəfdən zəif tüklərlə və çoxlu miqdarda vəziciklərlə örtülüdür. Yarpaq dilimlərinin kənarları dəyirmi-böyrəkvari dişlidir. Tumurcuqları az miqdarda dərivari və ya otlu pulcuqlara malikdir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ikicinsli və ya bircinsli, ağımtıl rəngdədir. Çiçək qrupu sıx salxımşəkilli, dəstə halında və ya tək-tək yerləşir. Yumurtalığı çılpaq və ya vəzicikli olub, tikansızdır. Sütuncuqları 2 ədəd olmaqla, yuxarıdan mərkəzə qədər bitişikdir. Çiçək saplağı çiçəkyanlığına malik olub, qaidəsindən yumurtalığa bitişmişdir. Ləçəkləri xırda, gözə çarpmayandır. Erkəkcikləri 5, çiçək salxımları 2-3 sm uzunluqdadır. Dişi çiçək salxımları xırdadır. Meyvəsi çoxtoxumlu giləmeyvə, qırmızı rəngli, çılpaq və ya seyrək ziyillərlə örtülüdür. Meyvəsi iyul ayında yetişir. Toxum və qələmlə çoxaldılır. Ekologiyası Orta dağ qurşaqlarında, daşlı yamaclarda, dağ ətəklərində, meşəliklərdə bitir. Azərbaycanda yayılması Quba, Oğuz, Naxçıvan və Lənkəranda yayılmışdır. Abşeronda bağ və parklarda rast gəlinir. Tək əkinlərdə istifadəsi məqsədyönlüdür. | https://az.wikipedia.org/w/index.php?curid=142879 |
Şərq qoralı | Şərq qoralı (lat. Naemorhedus caudatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Xüsusiyyətləri Şərq qoralı bozumtul rəngə malikdir. Boğazı parlaq rəngə malikdir. Bel nahiyyəsindən tünd zolaq keçir. Bu canlılar əsasən Rusiyanın cənub-şərq meşələri (Xabarovsk diyarı və Primorsk diyarı), Çinin şimal-şərqi (Heylunszyan və Qirin), üstəlik Koreya yarımadası ərazisində rast gəlinir Həyat tərzi Qorallar əsasən elə də böyük olamayan və sayları 4–6 baş olan qruplarda birləşirlər. Erkəklər yalquzaq olaraq yaşayırlar. Dişilər isə yay ayları balaları ilə birlikdə yaşayır. Qida arxasınca əsasən səhər və gecə saatlarında gedirlər. Əsasən ot, yarpaq və bitkilərin digər hissələri və növləri ilə qidalanır. Erkəklər zoopark şəraitində 17 il 8 ay müddətində yaşayır. Təbiətdə isə 5–6 il erkəklər, 8–10 il dişilər yaşayır. Uzun məsafəli qaçışa dözümlü deyil. Bununla belə 2–3 metr tullana bilirlər. Qalınlığı 25–30 sm olan qar sahələrində qaçırlar. Qış ayları əsasən şibyə, gölələk, mamır ilə qidalanırlar. Sixote-Alin qoruğunda onlar ümumilikdə 268 növ bitkilərlə qidalanır. Çütləşmə dövrü sentyabrdan noyabra qədər sürür. Bu zaman erkəklər adəti üzrə savaşırlar. Mayın sonları, iyunun əvvəlləri dişilər 1 və ya 2 bala verirlər. İlk bir ay balalar gizləndiyi yerdən heç yerə getmirlər, halbuki istəsələr istənilən yerə gedə bilərlər. Çoxalma potensialları olsa da, ovlananların böyük hissəsi 0,5–1,5 ilinə təsadüf edir. Bu idə papiəulyasiyaya mənfi təsir edir. Saylarının azalmasında insan faktoru böyük rol oynayır. Ümumi saylarının 3–18 % arası canavar, yerdə qalan hissələri isə vaşaq, bəbir tərəfinfən ovlanılır. Qorunma statusu Dəqiq sayları bilinmir. Rusiyanın şərqində saylarının cəmi 600–750 baş olması ehtimal edilir. Onların 90 % qoruq, yasaqlıq ərazilərində yaşayır. Nadir qorunan növdür. Beynəlxalq qırmızı kitaba daxil edilmişdir. 1924-cü ildən Rusiya ərazisində ovuna qadağa qoyulmuşdur. Ronald M. Nowak: Walker's Mammals of the World. Johns Hopkins University Press, 1999, ISBN 0-8018-5789-9 D. E. Wilson, D. M. Reeder: Mammal Species of the World. Johns Hopkins University Press, Baltimore 2005, ISBN 0-8018-8221-4 | https://az.wikipedia.org/w/index.php?curid=446117 |
Şərq qorillası | Şərq qorillası (lat. Gorilla beringei) — xullar fəsiləsinin qorilla cinsinə aid heyvan növü. Növ alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Şərq qorillası iki yarımnövə bölünür: Gorilla beringei beringei Matschie, 1903 — Şərq dağ qorillası. Populyasiyanın sayı 700 başdır. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır. Gorilla beringei graueri Matschie, 1914 — Şərq düzənlik qorillası. Az təhlükədə olan yarımnövdür. Populyasiyanın sayı 5 min baş olaraq qiymətləndirilir. Konqo və Uqandanın düzənlik ərazilərində yayılmışdır. Xarici görünüş Şərq qorillaları iri başa, enli sinəyə və uzun ayaqlara sahib olurlar. burunları hamar və böyük dəliklərə sahibdirlər. tükləri əsasən qara rəngdə olur. Yetkin erkəklərin bel nahiyyəsində gümüşü zolaq vardır. Xəz demək olar ki, üz, pəncə və sinə nahiyyələri istisna olaraq bütün bədəni örtür. Yaş artıqca boz rəng çalarları artır. Dağ qorillaları düzənlik qorillaların nisbətdə kiçik olurlar. Yetkin erkəyin çəkisi 160 kq, bəzən isə 220 kiloqrama çatır. Dişilər isə 70—114 kq rasında dəyişir. Bədənlərinin uzunluğu erkəklərdə 185 sm, dişilərdə isə 150 sm olur. Ailələr şəklində yaşayırlar və burada erkəklər dominantlıq edir. Qərb qorilılalarından fərqli olaraq ailələrdə daha çox heyvan olur (35 baş). Sərhədllər qorunmasa da, bəzən toqquşmalar baş verə bilir. Dişilər adətən cütləşmədən öncə öz ailə qrupunu tərk edərək digər qruplara qatılırlar. Onlar daha çox subay erkəklərlə birləşib yeni ailə qruplar əmələ gətirirlər. Bu hadisə onların 8 yaşında baş verir. Erkəklər isə ailəni 11 illiyində tərk edirlər. Onlar bir müddət tənha yaşayırlar. 15 və ya yuxarı yaşlarda yeni ailə qururlar. Köklər, yarpaqlar, oduncaqlar, güllər, meyvələr, onurğasız canlılar və göbələklərlə qidalanırlar. Şərq qorillalrında dəqiq çütləşmə dövrü deyilən bir anlayış yoxdur. Dişilər 3—4 ildən bir bala doğur. Bu müddəti baların bəsləməsinə və tərbiyəyə sərf edirlər. Boğazlıq 8.5 ay davam edir. yeni doğulan balalar boz-çəhrayı rəngdə olure. Artıq 9 həftəliyində dırmana bilirlər. Südlə bəslənmə 3,5 il davam edir. Yetkinliyə dişilər 10, erkəklər isə 15 yaşında çatırlar. Orta ömür müddəti 40—50 ildir. Şərq qorillaları Konqo Demokratik respublikasının düzənlik və subalp meşələrində, Uqanda və Ruandanın cənub-qərbində yayılmışlar. Otla zəngin meşələri üstün tuuturlar. Qurunma statusu Ruanda, Uqanda və Konqonun subalp ərazilərində sayıları 2003-cü ildə 380 baş olaraq qiymətlədirilirdi. 1989-cu ildən sayları cəmi 60 baş olaraq artmışdır. Bu artımlar ancaq qoruq ərazilərində müşahidə edilmişdir. Bvindi Milli Parkında isə sayları 1997—2003 illər ərazində 300-dən 320 qədər artmışdır. 2006-cı ildə isə məlum olur ki, parkda cəmi 300 baş qorilla vardır. Populyasiyanın ümümi sayı isə 680 başdır. Qorillalar insanların sıx yaşadığı ərazilərdə cəmləşmişlər. Bu isə insanlardan xəstəlik keçirmək və ev heyvanlarından zərər almaq ehtimalını artırır. Xüsusən Virunqa vulkanı rayonunda siyasi qeyri stabillik vəziyyəti daha da gərginləşdirmişdir. 1995-ci il məlumatına görə düzənlik qorillalarının sayı 16 900 baş olmuşdur. Ancaq son zamanlar onların sayında azalma müşahidəı edilmişdir. Yarımnövün yayılma arealı 21 600 km²-dir. Bu isə 1969-ci ilə nisbətdə 25% çoxdur. Mövcud siyasi qeyri stabillik və onların ətinin yeyilməsi faktları qoruma məsələsində problemlər doğurur. | https://az.wikipedia.org/w/index.php?curid=562239 |
Şərq quşəppəyi | Şərq quşəppəyi (lat. Capsella orientalis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=802862 |
Şərq qızılquşu | Şərq qızılquşu (lat. Falco severus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. | https://az.wikipedia.org/w/index.php?curid=150499 |
Şərq qərənfili | Şərq qərənfili (lat. Dianthus orientalis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. Təbii yayılması Botaniki təsviri Ekologiyası Azərbaycanda yayılması | https://az.wikipedia.org/w/index.php?curid=143368 |
Şərq süddəyəni | Şərq süddəyəni (lat. Lactuca orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Sinonimləri Scariola orientalis | https://az.wikipedia.org/w/index.php?curid=176387 |
Şərq süsənbəri | Şərq süsənbəri (lat. Alisma orientale) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü. Təbii yayılması Botaniki təsviri Ekologiyası Azərbaycanda yayılması | https://az.wikipedia.org/w/index.php?curid=139524 |
Şərq səlbi | Şərq səlbi (lat. Platycladus orientalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin səlb cinsinə aid bitki növü. Vətəni Şimali-Qərbi Çin, Mancuriya, Koreyadır. Cənubi və orta Avropada və bir çox başqa ölkələrdə təbii halda bitir. Hündürlüyü 10–18 m-ə çatan, çoxgövdəli ağacdır. Gövdəsi nazik qırmızımtıl-qəhvəyi qabıqlıdır. Çətiri yumurtavarı, enli və ya ensiz piramida formalıdır. Tumurcuqları növbəli yerləşir, oturaq olub, pulcuqsuzdur. Yarpaqları pulcuqvarı tünd-yaşıldır, qərb tuyasına oxşayır. İynəyarpaqların hər iki tərəfi eyni rəngdədir və əzdikdə qatran iyi verir. Qozaları qısa zoğlar üzərindədir, yuxarıya tərəf yönəlmiş, uzunluğu 10–15 mm olub, uzunsov0oval şəkillidir, üzərində budaqları tam örtən nazik mumabənzər təbəqə olur. Lətlidir, göyümtül-yaşıl rəngdədir, sonralar quruyub bərkiyərək, üzərində göyümtül xalları olan qırmızımtıl və ya qəhvəyi rəng alır, çarpaz qarşı-qarşıya yerləşmiş bərabər olmayan 6-8 pulcuğu vardır. Toxumlarda iki ləpə olur. Kök sistemi yaxşı inkişaf etmiş və ətrafa yayılmışdır, qüvvətli yan kökləri vardır. Torpağa az tələbkar, istisevən, kölgəyə, əhəngli torpaqlara davamlıdır. Azərbaycanda Abşeron yarımadasında, Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalığında rast gəlinir. Çin təbabətində toxum nüvəsi sakitləşdirici vasitə kimi bronxitdə və bronxial astmada, efir yağından göbələk xəstəliyinə qarşı, bağırsaq qanaxmasında, dizenteriyada qankəsici vasitə kimi istifadə olunur. Cavan zoğların spirtdə ekstraktı böyrək, qaraciyər xəstəliklərində, revmatizmdə, osteoxondrozda istifadə edilir. Bitki az miqdarda zəhərli olduğundan həkimin nəzarəti altında istifadə etmək lazımdır. | https://az.wikipedia.org/w/index.php?curid=141106 |
Şərq toppuztikanı | Echinops orientalis (lat. Echinops orientalis) və ya Şərq toppuztikanı — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Qısa morfoloji təsviri Çoxillik bitkidir. Gövdəsi sadə, düzdayanan, hündürlüyü 70-80 sm, bənövşəyi vəzili, ağ keçəvari tükcüklüdür. Yarpaqları lələkvari, uzunsov lansetvari və ya lansetvari-tikanlı, ucubiz hissələrə bölünmüşdür, yanları tikanlı-diş-dişli, üstdən yaşıl, zəif torlu və ya çılpaq, altdan ağ keçəvari tüklüdür. Başcıqları kürəvari, orta ölçülü, sarğısı təqribən 23 mm, yarpaqları çılpaq, enli deltavaridir. BQ Quba sahəsinin rayonlarında arandan aşağı, bəzən orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda, qurumuş çay yataqlarında, çöllüklərdə, bəzən bostanlarda bitir. Toppuztikan cinsinə aid növ, yarımnöv və variasiyalar The Plant List saytında | https://az.wikipedia.org/w/index.php?curid=616498 |
Şərq treması | Şərq treması (lat. Trema orientale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin trema cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=144485 |
Şərq və Qərb kilsələrinin aralanması | Şərq və Qərb kilsələrinin aralanması (Skizma/Schisma) - Bizans-Ortodoks və Roma-Katolik kilisələrinin birbirindən 1054-cü ildə ayrılmasıdır. Ona Böyük skizma (q. yun. σχίσμα - parçılanma, ayrılma) deyilir. İxtilafların başlanması 858-ci ildə Konstantinopol kilsəsinin patriarxı (şərq kilsənin başçısı) vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. Ancaq onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolda yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir. Ancaq, onlar Roma papasına müraciət edərək, 861-cı ildə daha bir Kilsə Məclisinin yığılmasına nail oldular. Bu dəfə də onların mövqeyi pislənmişdi. Roma papazı Nikolas isə 863-cü ildə hər iki Kilsə Məclislərinin qərarlarını etibarsız elan etdi. İxtilafın dərinləşməsi Bundan sonra Qərb və Şərq Kilsələri arasında ilk dəfə olaraq, və sonda kilsənin parçalanmasına gətirən, bir ixtilaf baş vermiş oldu. Papa Nikolas bu addımı Bolqarıstan Kilsəsinin üzərində hakimiyyəti əldə etmək və bu Kilsəni bizans patriarxlarının hakmiyyətindən almaq üçün atmışdı. Əslində isə, xristian Kilsəsinin bölünməsi artıq bir zərurətə çevrilmişdi. Məsələ bundadır ki, həm Roma papaları, həm də Konstantinopol patriarxları bütün xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi. Papa Nikolasın bu aadımına cavab olaraq, patriarx Fotiusun tərəfdarları 867-ci ildə Konstantinopolda daha bir Kilsə Məclisi çağırdılar. Orada papa Nikolasın vəzifəsindən azad olunması haqqında qərar qəbul edildi. Ancaq bundan sonra Bizansda saray çevrilişi baş verdi və bunun nəticəsində Fotiusun özü vəzifəsindən devrildi. Daha sonra 869 - 870-ci illərdə Romanın təkidi ilə Konstantinopolda daha bir Kilsə Məclisi yığılmışdı. Bu məclisi Qərb (katolik) kilsəsi VIII Ekumenik Kilsə Məclisi kimi tanıyır. Şərq (ortodoks, və ya pravoslav) kilsəsi isə, onu Ekumenik Kilsə Məclisi kimi tanımır. Məclisin qərarı ilə, Fotius kəskin surətdə pislənib, vəzifəsindən azad edilmişdi. Onun yerinə Konstantinopolis patriarxı vəzifəsinə İqnatius bərpa edildi. Buna baxmayaraq, Fotius Konstantinopolisdə böyük nüfuza malik idi. 877-ci ildə, İqnatiusun ölümündən sonra, o yenidən patriarx oldu. Bundan sonra, 879 - 880-ci illərdə daha bir Kilsə Məclisi yığıldı. Bu məclisdə papa Nikolasın nümayəndələri, onun taxtdan salınmasına görə Fotiusdan üzr istəməsini tələb etdilər. Ancaq Fotius üzr istəmədi. Bu Məclisdə Şərq kilsəsinin nümayəndələri Qərbdə yayılmış bəzi inancları və ayinləri də pisləmişdirlər. “Filioque” adlanan inanc xüsusilə pislənmişdi. Məsələ bundadır ki, Şərqdə və Qərbdə Kilsə ənənələri, bəzi ayinlər, bir-birindən fərqlənirdi. Bu amil də Kilsənin parçalanmasında müəyyən rol oynamışdı. Bu Kilsə Məclisi Qərbdə əvvəlcə Ekumenik Kilsə Məclisi elan olunmuşdur. Ancaq sonra, bu keyfiyyətdə, Fotiusun əvəzinə İqnatiusu patriarx kimi yenidən tanıyan, 869 - 870- ci illərdə keçirilən, Məclis tanınmışdı. İlahiyyat problemləri Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Xristianlığın ehkamları və inanclarının əsasları da Qərb və Şərq Kilsələrinin mübahisə obyektinə çevrilmişdir. Məlum olduğu kimi, xristianlar Tanrının üç sifətdən ibarət olduğunu iddia edirlər. Bu sifətlərin üçüncüsü olan Müqəddəs Ruh, həyatverici keyfiyyətlərinə malik olan sifətdir. Onun Atadan və ya Oğuldan çıxması haqqında gərgin mübahisələr, Kilsənin əqidə baxımından parçalanmasına gətirib çıxarmışdı. Qərbdə Ambrosius, Yeronim, Avqustin kimi kilsə ataları, Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də Oğuldan çıxmasını (latınca "filioque") iddia edirdilər. VII əsrdə İspaniyanın Toledo şəhərində keçirilən Kilsə Məclisində filioque xristian əqidəsinin əsaslarına (simvoluna) daxil edilmişdir. Buna dələl olaraq İsanın sözləri gətirilirdi: "Bunu dediyi zaman, onlara üfürdü və: «“Müqəddəs ruhu qəbul edin”, – dedi". Şərq Kilsəsi isə "filioqueni" qəbul etməmişdi. Onların fikrincə Müqəddəs Ruh yalnız Atadan çıxır, Oğuldan çıxmaz. Qərb atalarının "filioque" haqqında dediklərini isə, Kilsənin deyil, onların şəxsi fikirləri olduğunu deyirdilər. "Filioque"nin ətrafındakı olaylar Bu mübahisələrin sonu olaraq Qüdsdə 807-ci ildə Şərqi və Qərbi təmsil edən keşişlərin arasında ixtilaf baş vermişdi. Buna cavab olaraq, Qərbi Roma imperatoru Böyük Karl (Carolus Magnus) 809-cu ildə daha bir Kilsə Məclisini çağıraraq "filioqueni" bir daha təsdiq etdirdi və şərqlilərin ifadəsini (yəni Müqəddəs Ruhun Oğuldan deyil, yalnız Atadan çıxmasını) rədd etdi. Kilsə Məclisinin qərarları, öz növbəsində, Şərqlilər tərəfindən rədd edilmişdi. Patriarx Fotiusun fikrincə filioquenin simvola əlavə edilməsi xristian dinini məzmunca dəyişmək deməkdir . Fotiusa görə Oğlunun Atadan doğulması kimi, Müqəddəs Ruh da Atadan çıxır. Əgər Ata Ruhu harasa yönəltmək istəsə, Ona Oğul lazım deyil. Daha sonra Fotius yazırdı ki, İsanın Əhdi-Cədiddəki sözləri yalnız onun dünyada yaşadığı dövrə aiddir, əbədiyyata yox. Yəni, İsa dünyada yaşayarkən, Ata, Müqəddəs Ruhu onun vasitəsi ilə dünyaya endirirdi. İsa dünyadan gedəndən sonra isə, Ata, Müqəddəs Ruhu dünyaya vasitəsiz endirir. Bolqarıstan üzərində Qərb və Şərq Kilsələri arasında gedən mübahisələr isə, sonda, Şərq Kilsəsinin xeyrinə həll olundu. Bolqarıstan kilsəsi Konstantinopolisin nəzarəti altına keçdi. Kilsələrin ayrılması X yüzillikdə də Qərb və Şərq Kilsələri arasında barış əldə edilməmişdi. Konstantinopol keşişləri Roma papasına yalnız müstəsna hallarda müraciətlər edirdilər. Bu amil isə Kilsələri biri-birindən daha da uzaqlaşdırırdı. XI yüzillikdə Qərb və Şərq kilsələri arasında münasibətlər bir qədər fəallaşdırmışdır, lakin bu fəallaşma sonda onların parçalanması ilə nəticələnmişdir. O dövrdə Roma papası olan IX Leo Cənubi İtaliyada Konstantinopol patriarxının tabeçiliyində olan kilsələrdə Qərb (latın) ayinlərinin icra olunmasını tələb etmişdir (qeyd olunduğu kimi Qərb kilsələrin bəzi dini ayinləri Şərq ortodoks ayinlərindən fərqlənirdi). Öz növbəsində Konstantinopol patriarxı Mixael Kelluarios (Michael Cerullarios) Konstantinopolda papanın tabeliyində olan kilsə və monastırların bağlanması haqqında sərancam vermişdir. Vəziyyətin gərginləşməsini görən Bizans imperatoru Konstantine Monomaxus (Constantine Monomachus) Qərblə münasibətlərini pozmaq istəmirdi. O, papaz ilə danışıqlar apararaq, Konstantinopolisə papaz tərəfindən göndərilmiş nümayəndələri qəbul etməyə hazır olduğunu bildirmişdi. Ancaq nümayəndələrin gəlişindən sonra, onların Şərq (yunan) keşişləri ilə şiddətli ixtilafı baş vermişdir. Bu ixtilaf nəticəsində papanın nümayəndələri Konstantinopolis patriarxını və ona tabe olan bütün Şərq Kilsələrini heresdə və dinsizlikdə ittiham edərək, onların xristian kilsəsindən xaric edilməsi haqqında məktub yazaraq onu rəsmi ibadət zamanı Konstantinopolisin Müqəddəs Sofiya (Aya Sofya) kilsəsində yunan keşişlərinə təqdim etdilər. Öz növbəsində patriarx Mixael Kelluarios 1054-cü ildə Kilsə Məclisi yığaraq papazın nümayəndələrini lənətləmiş, Roma kilsəsi ilə bütün əlaqələrin kəsilməsi haqqında sərəncam vermişdir. Bu hadisələrdən sonra Xristian kilsəsi parçalanmışdır. Şərq (yunan) kilsəsi ortodoks (pravoslav), Qərb (latın) kilsəsi isə katolik adlandırılmışdır. Aydın Əlizadə (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 131-134. ISBN 5-87459-013-7. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub. Aydın Əlizadə (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 131-134. ISBN 5-87459-013-7. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub. Ware, Bp. Kallistos, Byzantium: The Great Schism, Father Alexander. Catholic Encyclopedia: The Eastern Schism Encyclopaedia Britannica: Schism of 1054 Joint Catholic-Orthodox Declaration of Pope Paul VI and Ecumenical Patriarch Athenagoras I, 7 December 1965 BBC Radio 4 round table: In Our Time: Schism (16 October 2003) (audio) East–West Schism, Orthodox Church in the Philippines, 2012-09-05 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2014-11-10. Xristianlıqda bölünmə | https://az.wikipedia.org/w/index.php?curid=482937 |
Şərq və Qərb kilsələrinin ayrılması | Şərq və Qərb kilsələrinin aralanması (Skizma/Schisma) - Bizans-Ortodoks və Roma-Katolik kilisələrinin birbirindən 1054-cü ildə ayrılmasıdır. Ona Böyük skizma (q. yun. σχίσμα - parçılanma, ayrılma) deyilir. İxtilafların başlanması 858-ci ildə Konstantinopol kilsəsinin patriarxı (şərq kilsənin başçısı) vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. Ancaq onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolda yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir. Ancaq, onlar Roma papasına müraciət edərək, 861-cı ildə daha bir Kilsə Məclisinin yığılmasına nail oldular. Bu dəfə də onların mövqeyi pislənmişdi. Roma papazı Nikolas isə 863-cü ildə hər iki Kilsə Məclislərinin qərarlarını etibarsız elan etdi. İxtilafın dərinləşməsi Bundan sonra Qərb və Şərq Kilsələri arasında ilk dəfə olaraq, və sonda kilsənin parçalanmasına gətirən, bir ixtilaf baş vermiş oldu. Papa Nikolas bu addımı Bolqarıstan Kilsəsinin üzərində hakimiyyəti əldə etmək və bu Kilsəni bizans patriarxlarının hakmiyyətindən almaq üçün atmışdı. Əslində isə, xristian Kilsəsinin bölünməsi artıq bir zərurətə çevrilmişdi. Məsələ bundadır ki, həm Roma papaları, həm də Konstantinopol patriarxları bütün xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi. Papa Nikolasın bu aadımına cavab olaraq, patriarx Fotiusun tərəfdarları 867-ci ildə Konstantinopolda daha bir Kilsə Məclisi çağırdılar. Orada papa Nikolasın vəzifəsindən azad olunması haqqında qərar qəbul edildi. Ancaq bundan sonra Bizansda saray çevrilişi baş verdi və bunun nəticəsində Fotiusun özü vəzifəsindən devrildi. Daha sonra 869 - 870-ci illərdə Romanın təkidi ilə Konstantinopolda daha bir Kilsə Məclisi yığılmışdı. Bu məclisi Qərb (katolik) kilsəsi VIII Ekumenik Kilsə Məclisi kimi tanıyır. Şərq (ortodoks, və ya pravoslav) kilsəsi isə, onu Ekumenik Kilsə Məclisi kimi tanımır. Məclisin qərarı ilə, Fotius kəskin surətdə pislənib, vəzifəsindən azad edilmişdi. Onun yerinə Konstantinopolis patriarxı vəzifəsinə İqnatius bərpa edildi. Buna baxmayaraq, Fotius Konstantinopolisdə böyük nüfuza malik idi. 877-ci ildə, İqnatiusun ölümündən sonra, o yenidən patriarx oldu. Bundan sonra, 879 - 880-ci illərdə daha bir Kilsə Məclisi yığıldı. Bu məclisdə papa Nikolasın nümayəndələri, onun taxtdan salınmasına görə Fotiusdan üzr istəməsini tələb etdilər. Ancaq Fotius üzr istəmədi. Bu Məclisdə Şərq kilsəsinin nümayəndələri Qərbdə yayılmış bəzi inancları və ayinləri də pisləmişdirlər. “Filioque” adlanan inanc xüsusilə pislənmişdi. Məsələ bundadır ki, Şərqdə və Qərbdə Kilsə ənənələri, bəzi ayinlər, bir-birindən fərqlənirdi. Bu amil də Kilsənin parçalanmasında müəyyən rol oynamışdı. Bu Kilsə Məclisi Qərbdə əvvəlcə Ekumenik Kilsə Məclisi elan olunmuşdur. Ancaq sonra, bu keyfiyyətdə, Fotiusun əvəzinə İqnatiusu patriarx kimi yenidən tanıyan, 869 - 870- ci illərdə keçirilən, Məclis tanınmışdı. İlahiyyat problemləri Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Xristianlığın ehkamları və inanclarının əsasları da Qərb və Şərq Kilsələrinin mübahisə obyektinə çevrilmişdir. Məlum olduğu kimi, xristianlar Tanrının üç sifətdən ibarət olduğunu iddia edirlər. Bu sifətlərin üçüncüsü olan Müqəddəs Ruh, həyatverici keyfiyyətlərinə malik olan sifətdir. Onun Atadan və ya Oğuldan çıxması haqqında gərgin mübahisələr, Kilsənin əqidə baxımından parçalanmasına gətirib çıxarmışdı. Qərbdə Ambrosius, Yeronim, Avqustin kimi kilsə ataları, Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də Oğuldan çıxmasını (latınca "filioque") iddia edirdilər. VII əsrdə İspaniyanın Toledo şəhərində keçirilən Kilsə Məclisində filioque xristian əqidəsinin əsaslarına (simvoluna) daxil edilmişdir. Buna dələl olaraq İsanın sözləri gətirilirdi: "Bunu dediyi zaman, onlara üfürdü və: «“Müqəddəs ruhu qəbul edin”, – dedi". Şərq Kilsəsi isə "filioqueni" qəbul etməmişdi. Onların fikrincə Müqəddəs Ruh yalnız Atadan çıxır, Oğuldan çıxmaz. Qərb atalarının "filioque" haqqında dediklərini isə, Kilsənin deyil, onların şəxsi fikirləri olduğunu deyirdilər. "Filioque"nin ətrafındakı olaylar Bu mübahisələrin sonu olaraq Qüdsdə 807-ci ildə Şərqi və Qərbi təmsil edən keşişlərin arasında ixtilaf baş vermişdi. Buna cavab olaraq, Qərbi Roma imperatoru Böyük Karl (Carolus Magnus) 809-cu ildə daha bir Kilsə Məclisini çağıraraq "filioqueni" bir daha təsdiq etdirdi və şərqlilərin ifadəsini (yəni Müqəddəs Ruhun Oğuldan deyil, yalnız Atadan çıxmasını) rədd etdi. Kilsə Məclisinin qərarları, öz növbəsində, Şərqlilər tərəfindən rədd edilmişdi. Patriarx Fotiusun fikrincə filioquenin simvola əlavə edilməsi xristian dinini məzmunca dəyişmək deməkdir . Fotiusa görə Oğlunun Atadan doğulması kimi, Müqəddəs Ruh da Atadan çıxır. Əgər Ata Ruhu harasa yönəltmək istəsə, Ona Oğul lazım deyil. Daha sonra Fotius yazırdı ki, İsanın Əhdi-Cədiddəki sözləri yalnız onun dünyada yaşadığı dövrə aiddir, əbədiyyata yox. Yəni, İsa dünyada yaşayarkən, Ata, Müqəddəs Ruhu onun vasitəsi ilə dünyaya endirirdi. İsa dünyadan gedəndən sonra isə, Ata, Müqəddəs Ruhu dünyaya vasitəsiz endirir. Bolqarıstan üzərində Qərb və Şərq Kilsələri arasında gedən mübahisələr isə, sonda, Şərq Kilsəsinin xeyrinə həll olundu. Bolqarıstan kilsəsi Konstantinopolisin nəzarəti altına keçdi. Kilsələrin ayrılması X yüzillikdə də Qərb və Şərq Kilsələri arasında barış əldə edilməmişdi. Konstantinopol keşişləri Roma papasına yalnız müstəsna hallarda müraciətlər edirdilər. Bu amil isə Kilsələri biri-birindən daha da uzaqlaşdırırdı. XI yüzillikdə Qərb və Şərq kilsələri arasında münasibətlər bir qədər fəallaşdırmışdır, lakin bu fəallaşma sonda onların parçalanması ilə nəticələnmişdir. O dövrdə Roma papası olan IX Leo Cənubi İtaliyada Konstantinopol patriarxının tabeçiliyində olan kilsələrdə Qərb (latın) ayinlərinin icra olunmasını tələb etmişdir (qeyd olunduğu kimi Qərb kilsələrin bəzi dini ayinləri Şərq ortodoks ayinlərindən fərqlənirdi). Öz növbəsində Konstantinopol patriarxı Mixael Kelluarios (Michael Cerullarios) Konstantinopolda papanın tabeliyində olan kilsə və monastırların bağlanması haqqında sərancam vermişdir. Vəziyyətin gərginləşməsini görən Bizans imperatoru Konstantine Monomaxus (Constantine Monomachus) Qərblə münasibətlərini pozmaq istəmirdi. O, papaz ilə danışıqlar apararaq, Konstantinopolisə papaz tərəfindən göndərilmiş nümayəndələri qəbul etməyə hazır olduğunu bildirmişdi. Ancaq nümayəndələrin gəlişindən sonra, onların Şərq (yunan) keşişləri ilə şiddətli ixtilafı baş vermişdir. Bu ixtilaf nəticəsində papanın nümayəndələri Konstantinopolis patriarxını və ona tabe olan bütün Şərq Kilsələrini heresdə və dinsizlikdə ittiham edərək, onların xristian kilsəsindən xaric edilməsi haqqında məktub yazaraq onu rəsmi ibadət zamanı Konstantinopolisin Müqəddəs Sofiya (Aya Sofya) kilsəsində yunan keşişlərinə təqdim etdilər. Öz növbəsində patriarx Mixael Kelluarios 1054-cü ildə Kilsə Məclisi yığaraq papazın nümayəndələrini lənətləmiş, Roma kilsəsi ilə bütün əlaqələrin kəsilməsi haqqında sərəncam vermişdir. Bu hadisələrdən sonra Xristian kilsəsi parçalanmışdır. Şərq (yunan) kilsəsi ortodoks (pravoslav), Qərb (latın) kilsəsi isə katolik adlandırılmışdır. Aydın Əlizadə (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 131-134. ISBN 5-87459-013-7. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub. Aydın Əlizadə (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 131-134. ISBN 5-87459-013-7. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub. Ware, Bp. Kallistos, Byzantium: The Great Schism, Father Alexander. Catholic Encyclopedia: The Eastern Schism Encyclopaedia Britannica: Schism of 1054 Joint Catholic-Orthodox Declaration of Pope Paul VI and Ecumenical Patriarch Athenagoras I, 7 December 1965 BBC Radio 4 round table: In Our Time: Schism (16 October 2003) (audio) East–West Schism, Orthodox Church in the Philippines, 2012-09-05 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2014-11-10. Xristianlıqda bölünmə | https://az.wikipedia.org/w/index.php?curid=383531 |
Şərq vələsi | Şərq vələsi (lat. Carpinus orientalis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. Macarıstan, cənub-şərqi Avropadan Krıma, eləcə də Türkiyədən İrana qədər yayılmışdır. Qısa morfoloji təsviri Hündürlüyü 15-20 m-ə qədər olan boz qabıqlı balaca ağac və ya koldur. Yarpaqları uzunluğu 1 sm-ə qədər olan saplaq üzərində olub, oval-ellipsvaridir və uzunluğu 2-5 sm, eni 1,5-3 sm-dir. Qədəh 1,5-2,3 sm uzunluğunda, eni 7-18 mm-dir, bütövdür, bölümsüzdür, kənarları qeyri-bərabər dişlidir və arxa tərəfdən 5-8 ədəd nəzərə çarpan damarları vardır.Fındıqcalar oval-yumurtavari və biraz yastıtəhərdir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ., Lənk. oval. Təsərrüfat əhəmiyyəti Oduncağı möhkəm olduğu üçün yaxşı kömürü alınır. Bundan başqa oduncaq xarrat alətlərinin hazırlanması üçün yararlıdır. Sıx budaqlandığı üçün canlı hasarların yaradılmasında yararlıdır. Qabıq və yarpaqlarında aşı maddəsi vardır. Sinonimləri Carpinus duinensis Scop. Carpinus macrocarpa Browicz Carpinus minor Pall. Carpinus nigra Moench Carpinus orientalis subsp. orientalis Yarımnövləri Carpinus orientalis subsp. macrocarpa (Willk.) Browicz | https://az.wikipedia.org/w/index.php?curid=489995 |
Şərq xalçaları | İnsanlar hələ qədim dövrlərdən xalça toxumağı bacarırdılar. Bizim günlərə qədər qorunub-saxlanmış ən qədim şərq xalçasının yaşı, ekspertlər tərəfindən belə müəyyənləşdirilib. Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 4,5×6,5 m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan xalçanın yaşı təxminən 2500 ildir.Bu gün toxunan müasir xalçalarda tək qədim dövrün motivləri deyil, eyni zamanda müasir dövrün motivləri və çağdaş tərzlər də öz yerini tapır. Şərq xalçasının əllə toxunmuş naxışları heç vaxt təsadüfi olmur. Hər ornamentin arxasında sirli-sehrli bir məna durur. Əllə toxunulmuş şərq xalçalarının büsatının sirri xammalın seçimində, rənglərin ahəngində, dizaynın gözəlliyində və məhsulun mükəmməl keyfiyyətindədir. Əllə toxunmuş xalça sırf məişət əşyasından başqa, həm də incəsənət əsəri sayılır. Şərq xalçaları Avropada XIV–XVI əsrlərdə Avropanın Şərqlə ticarət əlaqələri Şərq xalçalarının və müxtəlif toxuculuq məmulatlarının ixracına səbəb olmuşdur. Xalçalar Avropaya Bizansdan, Türkiyədən, Azərbaycandan, Türkmənistandan, Levantdan, Misirdən və Şimali Afrikadan gətirilirdi. Avropada bu xalçalar olduqca populyar idi və məişətdə geniş istifadə olunurdu: onları saraylara döşəyib, kilsədə mehrabın altına sərib, ictimai bayramlar zamanı eyvandan və divarlardan asırdılar. Həmçinin bax Azərbaycan xalçaları | https://az.wikipedia.org/w/index.php?curid=275360 |
Şərq xardal yarpaqyeyəni | Şərq xardal yarpaqyeyəni (lat. Phyllotreta nigripes) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ. Xarici quruluşu Bu həşəratın üst qanadları qabarıq şəkildə, başı, qabaq kürəyi və üst qanadları göy və ya yaşıl, ayaqları və bığcıqları isə sarı rəngli olur. Həyat tərzi Böcəklərin qışlaması tarla və bostanların kənarındakı bitki qalıqlarının altında başa çatır. Onlar yazda adətən martın sonunda görünürlər. İlk dövrdə müxtəlif kələmkimilər və alaq otları ilə qidalanırlar, daha sonra kələm, turp, xardal, şalğam və s. bitkilərə zərər vururlar. Qidalandıqdan sonra onlarda cütləşmə və yumurtaqoyma prosesi başlayır. Aran rayonlarında kütləvi cütləşmə aprelin sonu, yumurtaqoyma isə may və iyunun başlanğıcında müşahidə edilir. Dişilər yumurtaları çox vaxt səthə yaxın qatlarında olan bitki gövdələrinin əsasına, bəzən isə yarpaqların alt tərəfinə qoyurlar. Yumurtalar topa halında 10-15 ədəd olur. Yumurtanın inkişafı 5 günə qədər vaxt tələb edir. Sürfələr kələmkimilərin yarpaqları ilə qidalanır və iki həftə müddətində inkişaf edirlər. Onlar bəzən yarpaqlar üzərində qrup halında yaşayırlar. Pupun inkişafı 7-8 gün davam edir. Beləliklə həmin zərərvericinin inkişaf tsikli yazda 1 aya qədər davam edir. Iyunun sonunda və ya iyulun əvvəllərində isə, yeni nəslin cavan böcəkləri əmələ gəlir. Nəinki yarpaqları, həm də mədəni kələmkimilərin çiçəklərini də zədələyirlər. Sürfələrin əmələ gətirdiyi zədələnmələr daha təhlükəlidir. Abşeron, Lənkəran, Quba və Xaçmaz rayonlarında daha geniş yayılmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=493760 |
Şərq xaşxaşı | Şərq xaşxaşı (lat. Papaver orientale) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=141891 |
Şərq xortumçiçəyi | Rhynchocorys orientalis L. Qısa morfoloji xüsusiyyətləri Hündürlüyü 15-50 (70) sm olan, gövdəsi zəif, düz, sadə və ya budaqlanmış olan az tükcüklü birillik ot bitkisidir. Yarpaqları oturaqdır, yumurtrşəkilliuzunsov və yaxud yumurtaşəkilli-neştərvaridir. Qaidə hissəsi demək olar ki, ürəkşəkilli, küt və ya sivridir, kənarları küt-mişarvaridir. Çiçəkləri təkdir, qarşı-qarşıya düzülmüş yarpaqların künclərində yerləşmişdir. Çiçək saplağı yarpaqlardan qısadır. Çiçək tacı sarı rənglidir, üst dodağı qaidə hissəsində iki ədəd qısa, dəyirmi yan bölümlüdür. Alt dodağı iridir, xaricdən tükcüklü, üç bölümlüdür. Qutucuq meyvənin uzunluğu 8 mm, dəyirmi, yumulmuş və tüklüdür. Toxumları uzunsov və dərin şırımlı olub, uzunluğu 3 mm-dir. Çiçəkləməsi İyun-Avqust Meyvə verməsi İyul-Avqust Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta dağ qurşağından subalp qurşağına qədər. Dağ çəmənlərində, meşə talalarında, əkin sahələrində alaq kimi bitir. Yaşayış mühiti Dağ çəmənliklərində və meşə talalarında, tez-tez əkin sahələrində alaq kimi rast gəlinir. | https://az.wikipedia.org/w/index.php?curid=493056 |
Şərq xurması | Trabzon xurması (lat. Diospyros kaki ) - xurma cinsinə aid bitki növü. Xirnik qədim tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır. Xirnik , Ebanaceae Vent. fəsiləsinə aiddir. Bu fəsilənin 7 cinsi və 290 növü məlumdur . Bu cins və növlər əsasən Cənub- Şərqi Asiya, Hindistan, Malay arxipelaqının tropik və subtropik rayonlarında yayılmışdır. MDB ərazisində bir cins – Diospyros L. cinsi geniş yayılmışdır. Bu cinsin yer kürəsində 200-ə qədər növü vardır. Bunların əksəriyyəti həmişəyaşıl bitkilər olmaqla, tropik ölkələrdə yayılmışdır. Cinsin yalnız az bir qismi subtropik bölgədə yayılıb. Bunlardan Şərq xirniyi (D. kaki L.) , Qafqaz xirniyi (D. Lotus L.) , Virgin xirniyi (D.virginiona L.)Çin xirniyi ( D. sinensis L.) və s. göstərmək olar. Ölkəmizdə az və ya çox miqdarda bu növlərdən qeyd edilən dördü - Qafqaz xirniyi, Virgin xirniyi, Şərq xirniyi və Çin xirniyi becərilir. Geniş yayılan və təsərrüfat əhəmiyyətli olanları isə ilk üç növdür. Xirnik meyvələrindən həm təzə ,həm qurudulmuş ,həm də emal olunmuş halda istifadə edilir. Xirnik meyvələrindən müxtəlif cemlər, mürəbbə ,povidla, Pastila, unlu çörəklər üçün naçinka və həmçinin spirtli içkilər hazırlanır. Qurudulmuş meyvələrində 84,2% quru maddə, 62% şəkərlər, 0,38% üzvi turşular, 0,12% dabbaq maddələri və s. vardır. Xirnik meyvələri böyük diyetik və müalicəvi əhəmiyyətə malikdir. Tibbdə xirnik meyvələrindən hipertoniya və ateroskleroz, qalxanabənzər vəzin müalicəsində və triotoksikoz (zobdan əmələ gəlmiş zəhərlənmələr) xəstəliyi zamanı istifadə olunur. Azərbaycan əczaçılarılarının (Orucov İ.M., Əliyev R.K., və s. ) xirnik meyvələrindən aldıqları şirə (Sukdioskakil) yüngül və orta dərəcədə zəhərlənmələrə qarşı geniş istifadə edilir .Meyvələrindən başqa digər hissələri – gövdəsi, qabığı, çiçəkləri, yarpaqları balıqçılıq və toxuculuq sanayesində, mebel hazırlığında, musiqi alətlərinin hazırlanmasında istifadə olunur. Xirnik bitkisi həm də gözəl bəzək bitkisidir. Şərq xirniyi təsərrüfat üçün yüksək rentabelli bitkidir. Becərilmə texnologiyası nisbətən asan , xəstəlik və ziyanvericiləri az , böyümə və inkişafı üçün yüksək qulluq tələb etməyən bitki yüksək məhsuldar olduğundan (potensial məhsuldarlığı 90-120 t) , təsərrüfatın rentabelli işləməsini təmin edir. Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=154136 |
Şərq yarmarkası | Şərq yarmarkası— (alm. Deutsche Ostmesse Königsberg)Königsberqdə keçirilən ticarət və sənaye sərgisi (1920-ci ildən II Dünya Müharibəsinə qədər. Şərq Sərgisi Almaniyadakı ikinci ən əhəmiyyətli sərgi idi, yalnız Leipzig Ticarət Sərgisindən sonra. Şərq Sərgisi, Almaniya ilə SSRİ arasındakı ticarət əlaqələri üçün əhəmiyyətli idi. Şərq Sərgisinin təşkil edilməsində məqsəd, Birinci Dünya Müharibəsindən sonra Şərqi Prussiya ilə Almaniyanın qalan hissəsi arasında şəhərin və bölgənin iqtisadiyyatına böyük ziyan vurmuş ticarət və iqtisadi əlaqələri bərpa etmək idi. İlk dəfə Şərq Yarmarkası 1920-ci ilin sentyabrında Königsberg Zooparkının ərazisində keçirildi. Sərgi uğurlu keçdiyindən müntəzəm olaraq keçirilməsinə qərar verildi. Sərginin ehtiyacları üçün bir sərgi kompleksi tikildi | https://az.wikipedia.org/w/index.php?curid=707954 |
Şərq yarımkürəsi | Şərq yarımkürəsi - Yer kürəsinin tən yarısı. Qrinviçdən şərqdəki əraziləri əhatə edir. Şərq yarımkürəsində London şəhərindən şərqə tərəf Çukotka yarımadasının bir hissəsi olmaqla, Afrikanın böyük bir hissəsi, Hind okeanı, Avstraliya və Atlantik və Sakit okeanın bir hissəsi aiddir. Bu yarımkürədə dünyanın ən hündür (Everest 8848m) və ən alçaq (Ölü dəniz -406m) nöqtələri yerləşir. Şərq yarımkürəsi 0o və 180o dərəcə arasında yerləşir. | https://az.wikipedia.org/w/index.php?curid=82697 |
Şərq yemişanı | Şərq yemişanı (lat. Crataegus orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbii yayılması Türkiyə, Azərbycan, Gürcüstan, Ukrayna, Albaniya, Siciliya, İspaniya və Şimali Qafqazda daşlı-qayalıq ərazilərdə bitir. Botaniki təsviri Ekologiyası Bitki soyuğa, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir, qayalıqlarda daha yaxşı bitir. Azərbaycanda yayılması Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir. Yarpaqları qalıntəhərdir, hər iki tərəfdən sıx məxməri boz yumşaq tüklü olub, uzunsov-əksinə yumurtaşəkillidir, qaidə hissəsində pazşəkillidir, 3-5 bölümlüdür; yarpağın bölümləriensizdir, onların uzunluğu 3-3,5 dəfə enindən artıqdır, təpə hissədə 1-4 ədəd dişli və yaxud dərin bölükşəkilli kəsiklidir; saplaq qısadır və yayarpaqlar demək olar ki, oturaqdır. Çiçəkləri sıx azçiçəkli qalxanvari çicək qrupunda yerləşir. Çiçək qrupunun budaqları, saplağı və kasa yarpağı sıx ağ rəngli keçə tüklüdür. Sütuncuğu 5 ədəd, nadir halda 4 ədəd olur. Meyvələri 10-12 mm uzunluğundadır, qırmızımtıl-narıncı rəngdə olub, qismən tükcüklü yaxud çılpaqdır, yastılaşmış şarşəkillidir, təpə hissədə qurumuş, bükülmüş kasa yarpaqları vardır. Toxumları 5, nadir hallarda 4 ədəd olub, üçtillidir. Çiçəkləməsi (May) İyun-iyul. Meyvə verməsi Sentyabr-oktyabr. | https://az.wikipedia.org/w/index.php?curid=158575 |
Şərq zanbaqcası | Şərq zanbaqcası (lat. Fritillaria orientalis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=164235 |
Şərq çinarı | Botaniki təsviri: Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov Məlumat mənbələri Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh. Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh | https://az.wikipedia.org/w/index.php?curid=141965 |
Şərq çöl gürzəsi | Şərq çölgürzəsi (lat. Vipera renardi) — Əsl gürzələr fəsiləsinə aid gürzə növü. Uzunluğu 550 mm, quyruğu isə 70–90 mm olur. Başı üstdən, yəni gözlərin ön kənarlarını birləşdirən xətdən qabaq düzgün olmayan formalı xırda qalxancıqlarla örtülmüşdür. Burun dəlikləri bir qayda olaraq burun qalxancığının alt hissəsindədir. Bədəni üst tərəfdən qonurumtul – boz rəngdə olub, bel boyunca bir qədər açıq rəngdə olur. Belində tünd ziqzaqşəkilli ayrı – ayrı xallardan ibarət zolaq vardır. Bədənin yanlarında tünd seyrək xallar yerləşir. Növün arealı Avropanın cənub və cənub – şərqini, Krım, Cənubi Ukrayna, Ön Qafqaz, Böyük Qafqaz, Orta Asiyanın mərkəz, şimal – qərb və şimal – şərq, Qazaxıstan və Cənubi Sibiri əhatə edir. Azərbaycanda P.r.renardi Christoph, 1811 nominativ yarımnövü yayılmışdır. Böyük Qafqaz silsiləsinin şərq yamaclarında Şəki – Şamaxı rayonları ərazisində yarımnövün təcridedilmiş populyasiyası mövcuddur. Həyat tərzi Dağətəyi və hündür dağ çöllərdə, quru ot və kol bitki örtüyü olan daşlı dağ yamaclarında, dərələrdə, şoran otlu yarımsəhralarda və bərkimiş qumlarda yaşayır. Şamaxı ətrafında dəniz səviyyəsindən 700 m yüksəkliklərdə rast gəlinir. Yazda bütün gün, yayda isə axşam – gecə fəal olur. Aprelin əvvəllərindən sentyabra və ya oktyabrın əvvəllərinə qədər fəaldır. Qidasını gəmiricilər, kərtənkələlər, quş balaları və çəyirtkələr təşkil edir. Cavan fərdləri cücülər, nadir hallarda isə kərtənkələlərlə qidalanır. Cinsi yetkinliyə 3 yaşında çatır. Boğazlıq 100 – 110 gün davam edir. Adətən 6 – 12 bala iyulun sonları – avqustada doğulur. Arxivləşdirilib 2010-01-05 at the Wayback Machine Ukrayna qırmızı kitabı | https://az.wikipedia.org/w/index.php?curid=422817 |
Şərq üsgüyotu | Şərq üsgüyotu (lat. Consolida orientalis) — birillik bitki. Qısa morfoloji təsviri Birillik bitkidir. Gövdəsi düz, sadə və ya budaqlanan, hündürlüyü (10) 30-50 (70) sm, qısa sıx tükcüklü bitkidir. Aşağı gövdə yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar demək olar ki, oturaq, çoxdəfəli dar barmaqvari xətti hissələr bölümlü, hissələri iti, çılpaq və ya sıx qısa tükcüklüdür. Çiçəkqrupu uzun salxım, olduqca sıx, çiçək saplaqları qısa, 5-20 sm uzunluqdadır. Çiçəkləri fırfır-bənövşəyi, bənövşəyi və ya tündqırmızı rənglidir. Aşağı və yan çiçəkyanlığının yarpaqcıqları yumurtavarilansetvari və uzunsov-yumurtavari, yuxarı kənardakılar demək olar ki, dəyirmi, az ürəkvaridir; mahmızı düz və ya bir az əyridir. Çalov (meyvə) qısa tükcüklü, silindrvaridir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Əkin sahələrində, çöldə, bağ və bostanlarda, meşə kənarlarında, çay kənarlarında, quru çınqıllı daşlarda bitir. | https://az.wikipedia.org/w/index.php?curid=616900 |
Şərq Şimali Mərkəz ştatları | Şərq Şimali Mərkəz ştatları — ABŞ Siyahıyaalma Bürosu tərəfindən qəbul edilən 9 coğrafi bölgədən biri. | https://az.wikipedia.org/w/index.php?curid=450565 |
Şərq şaqqıldağı | Şərq şaqqıldağı (lat. Colutea orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. Təbii yayılması Yabanı halda Şərqi və Cənubi Qafqazda yayılmışdır. Botaniki təsviri Hündürlüyü 1–3 m-ə çatan koldur. Yarpaqları 5-7 sm uzunluğunda, 4-5 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları dəyirmi və enli, tərs-yumurtavaridir. Qaidəsi pazvari, çılpaq, uzunluğu 15–20 mm, eni 11–13 mm-ə yaxındır. Göyümsov, yaşıldır. May-iyun aylarında çiçəkləyir. Hər salxımda 2-4 ədəd çiçək yerləşir. Kasa yarpaqları enli, zəngvari, iti dişicikli, borucuqdan 3-4 dəfə qısadır. Tacı narıncı, 20 mm-ə qədər uzunluqdadır. Kürəkləri qayıqcıqdan qısa, oraqvaridir. Meyvəsi paxlaşəkilli, şişkin, nazik divarlı, uzunluğu 4-5 sm, eni 2 sm-ə qədərdir. Qısa saplaqlı olub, çılpaq, bənövşəyi rəngdədir, avqust ayında yetişir. Yetişdikdə uc hissədən açılandır. Ekologiyası Quraqlığa davamlı, işıqsevən, torpağa az tələbkar, dekorativ koldur. Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazın aşağı və orta dağ qurşaqlarında, daşlı yamaclarda, seyrək meşəliklərdə təsadüf edilir. Park və bağlarda qrup əkinlərində istifadəsi məqsədyönlüdür. | https://az.wikipedia.org/w/index.php?curid=523466 |
Şərq şaxtagülü | Şərq şaxtagülü (lat. Helleborus orientalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=781883 |
Şərq şorangəsi | Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. Bioloji xüsusiyyətləri Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir. Toxumla və vegetativ yolla çoxalır. Aşağı dağ qurşağında gilli-daşlı yamaclarda bitir. Naxçıvan MR-in Ordubad rayonunda (Dəstə, Kotam kəndləri) yayılmışdır. Azərbaycanda təbii ehtiyatı azdır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq antropogen faktordur. Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur. Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə olunur. | https://az.wikipedia.org/w/index.php?curid=349241 |
Şərqdə birinci (film, 1970) | Film Şərq xalqlarının I qurultayının 50 illik yubileyinə həsr olunmuşdur. Filmdə əsas yeri 1920-ci ildə Bakıda qurultay vaxtı çəkilmiş tarixi kinoxronika tutur və materialı qurultayın nümayəndəsi şərh edir. Ekranda Şərq ölkələri — Azərbaycan, İran, Suriya, Türkiyə, Misir, Çin və Yaponiya xalqlarının nümayəndələrinin opera teatrına, qurultayın təntənəli açılışına necə getdikləri, burada Nəriman Nərimanovun məruzə etməsi öz əksini tapmışdır. Filmin sonunda Şərq xalqlarının I qurultayının 50 illiyinə həsr olunmuş iclas, Azərbaycan nümayəndələrinin bu gün Yaxın Şərq ölkələrində beynəlxalq vəziyyət barədə çıxışları da verilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Cəmil Quliyev, Teymur Bəkirzadə Operator: Tofiq Sultanov Səs operatoru: Şamil Kərimov | https://az.wikipedia.org/w/index.php?curid=31940 |
Şərqdə həyati məkan | Şərqdə həyati məkan (alm. Lebensraum im Osten) — Şərqi Avropada german xalqlarının (nasist rəhbərlərinin anlayışına görə "arilər") ərazilərinin məskunlaşdırılması planlarını əks etdirən nasional-sosialist təbliğat termini. İlk dəfə bu termin Vilhelm dövründə meydana gəlsə də, sonradan nasistlər ona irqi və bioloji bir kontekst vermişdir. "Məkansız insanlar" (alm. Volk ohne Raum) üçün geniş ərazilər əldə etmək istəyi Henrix Himmler tərəfindən hazırlanan "Ost" Baş Planının ideoloji əsaslarından biri olaraq xidmət etdi. "İrqi baxımdan arzuolunmaz" əhalinin genişmiqyaslı deportasiyasını, əsarətini və iqtisadi istismarını təmin edirdi. Fridrix Ratsel (1844-1904) bu termini "Siyasi coğrafiya" (1897) və "Həyati məkan" (1901) adlı elmi əsərlərində irəli sürmüşdür. Eyni zamanda o, Çarlz Darvinin heyvanlar aləmində yaşamaq uğrunda mübarizəyə dair nəzəriyyələrini xalqlar arasındakı münasibətlərə köçürmüş və dövlətləri davamlı olaraq yaşayış sahəsi uğrunda mübarizə aparan, mövcudluğunun varlığından asılı olan canlılar kimi təsvir etmişdir. Bu termin Xalq hərəkatı (Völkische beewegung) və Ümumalman ittifaqı (Alman Alldeutscher Verband) tərəfindən götürülmüş və Şərqi Avropada o zaman çoxsaylı Alman azlıqları (Volksdeutsche) və onların genişlənmə planları ilə əlaqədar istifadə edilmişdir. Hesab olunurdu ki, onların sahib olduğu torpaqlar itirilməməli, məqsəd yeni qəsəbələr salmaq olmalıdır. Eyni zamanda Almaniya imperatorluğunun xaricdəki koloniyalarına münasibət mənfi idi. Həmçinin bax Nasist irqi siyasəti | https://az.wikipedia.org/w/index.php?curid=725103 |
Şərqdə neft və qan | Şərqdə neft və qan — Məhəmməd Əsəd bəy tərəfindən 1929-cu ildə almanca yazılan avtobioqrafiya məzmunlu tarixi-publisistik roman. Əsər Rusiya imperiyasının dağılışını, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışı və Bolşeviklər tərəfindən ələ keçirilməsini neft maqnatının yeniyetmə oğlunun gözündən oxuculara çatdırır. Əsərin ilk hissələrində Azərbaycan hələ Rusiya imperiyasının tərkibindədir. Yazıçı neftin Bakını və mərkəzin Bakıya olan münasibətini necə dəyişdirməsindən, Bakıda xaricilərin tələblərinə cavab verə bilmək üçün teatr, kafe, çimərgə, klub və parkların salınmasından söz açır. Anası ilə atasının necə tanış olmasından bəhs edir. O, neft işçilərinin ağır vəziyyətindən, onların həyatının necə ucuz tutulmasından aşağıdakı cümlələrlə söz açır: Fəhlələr, əsasən Azərbaycanlı, Dağıstanlı, Fars və Ruslardan təşkil olunsa da, sonuncular işçi qüvvəsi kimi yararlı hesab olunmayıb. Kommunist düşüncələrin Rus işçilər arasında daha geniş yayılması qeyd olunur. Dağıstanlıların isə Bakıya gəlməkdə əsas məqsədləri Azərbaycan dilini öyrənmək olub. Onlarla yerli dilə yiyələnmiş Dağıstanda Azərbaycan dili öz asanlığına görə millətlərarası əlaqə dili hesab olunub. Yazıçı neft işçilərinin ağır iş şəraitini katorqa məhbuslarınınkı ilə müqayisə edir və neft işçilərinin daha ağır vəziyyətdə olduğu qənaətinə gəlir. Gənc kommunist Stalinin "Bakı fəhləsi" qəzetini neft mədənlərinin yaxınlığındakı xoralılar, oğru və səfillərin özünə məskən bildiyi qəsəbədə nəşr etməsindən söz açılır. Neft mədənlərində tətillərin aparıcı qüvvəsi kimi Ruslar göstərilir. Hindistan atəşpərəstlərinin Suraxanıdakı məbədə baş çəkməsi və bu məbədin tarixi barədə də məlumat verir. Əsərdə neft maqnatlarının da asılı olduğu bir qrupdan — qoçulardan geniş bəhs olunur. Zəngin neft maqnatlarının dəyib-dolaşmasın deyə qoçulara və yeni-yeni qoçuluğa başlamış keçmiş bəylərə xərac ödəmək məcburiyyətində qalmasından, əsasən, bu adamlar arasında Ağa Musa Nağıyevdən söz açılır. Etnik qruplar haqda da məlumat verən yazıçı,onlar arasında Yasailər, Yəhudilər, Osetinlər və digər Qafqaz xalqlarından söz açır. Xoralıların qiyamı və Yasailər yazıçıdan başqa heç kimin qələmə almadığı, doğruluğu şübhə altında olan mövzulardır. Nəşr və tərcümə Roman ilk dəfə 1929-cu ildə almanca nəşr olunmuşdur. Əsər daha sonra Çərkəz Qurbanlı tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Bakıda 2005-ci ildə Nurlan nəşriyyatında 313 səhifədə, 2015-ci ildə isə Bakı Kitab Klubu nəşriyyatı tərəfindən 304 səhifədə nəşr olunmuşdur. Xarici keçidlər "Şərqdə neft və qan" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01. "Şərqdə neft və qan: tarixi-publisistik roman" ( (az.)). ebooks.az. 2017-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01. "Şərqdə neft və qan. Məhəmməd Əsəd bəy (PDF yüklə)" ( (az.)). | https://az.wikipedia.org/w/index.php?curid=785945 |
Şərqdə neft və qan (roman) | Şərqdə neft və qan — Məhəmməd Əsəd bəy tərəfindən 1929-cu ildə almanca yazılan avtobioqrafiya məzmunlu tarixi-publisistik roman. Əsər Rusiya imperiyasının dağılışını, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışı və Bolşeviklər tərəfindən ələ keçirilməsini neft maqnatının yeniyetmə oğlunun gözündən oxuculara çatdırır. Əsərin ilk hissələrində Azərbaycan hələ Rusiya imperiyasının tərkibindədir. Yazıçı neftin Bakını və mərkəzin Bakıya olan münasibətini necə dəyişdirməsindən, Bakıda xaricilərin tələblərinə cavab verə bilmək üçün teatr, kafe, çimərgə, klub və parkların salınmasından söz açır. Anası ilə atasının necə tanış olmasından bəhs edir. O, neft işçilərinin ağır vəziyyətindən, onların həyatının necə ucuz tutulmasından aşağıdakı cümlələrlə söz açır: Fəhlələr, əsasən Azərbaycanlı, Dağıstanlı, Fars və Ruslardan təşkil olunsa da, sonuncular işçi qüvvəsi kimi yararlı hesab olunmayıb. Kommunist düşüncələrin Rus işçilər arasında daha geniş yayılması qeyd olunur. Dağıstanlıların isə Bakıya gəlməkdə əsas məqsədləri Azərbaycan dilini öyrənmək olub. Onlarla yerli dilə yiyələnmiş Dağıstanda Azərbaycan dili öz asanlığına görə millətlərarası əlaqə dili hesab olunub. Yazıçı neft işçilərinin ağır iş şəraitini katorqa məhbuslarınınkı ilə müqayisə edir və neft işçilərinin daha ağır vəziyyətdə olduğu qənaətinə gəlir. Gənc kommunist Stalinin "Bakı fəhləsi" qəzetini neft mədənlərinin yaxınlığındakı xoralılar, oğru və səfillərin özünə məskən bildiyi qəsəbədə nəşr etməsindən söz açılır. Neft mədənlərində tətillərin aparıcı qüvvəsi kimi Ruslar göstərilir. Hindistan atəşpərəstlərinin Suraxanıdakı məbədə baş çəkməsi və bu məbədin tarixi barədə də məlumat verir. Əsərdə neft maqnatlarının da asılı olduğu bir qrupdan — qoçulardan geniş bəhs olunur. Zəngin neft maqnatlarının dəyib-dolaşmasın deyə qoçulara və yeni-yeni qoçuluğa başlamış keçmiş bəylərə xərac ödəmək məcburiyyətində qalmasından, əsasən, bu adamlar arasında Ağa Musa Nağıyevdən söz açılır. Etnik qruplar haqda da məlumat verən yazıçı,onlar arasında Yasailər, Yəhudilər, Osetinlər və digər Qafqaz xalqlarından söz açır. Xoralıların qiyamı və Yasailər yazıçıdan başqa heç kimin qələmə almadığı, doğruluğu şübhə altında olan mövzulardır. Nəşr və tərcümə Roman ilk dəfə 1929-cu ildə almanca nəşr olunmuşdur. Əsər daha sonra Çərkəz Qurbanlı tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Bakıda 2005-ci ildə Nurlan nəşriyyatında 313 səhifədə, 2015-ci ildə isə Bakı Kitab Klubu nəşriyyatı tərəfindən 304 səhifədə nəşr olunmuşdur. Xarici keçidlər "Şərqdə neft və qan" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01. "Şərqdə neft və qan: tarixi-publisistik roman" ( (az.)). ebooks.az. 2017-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01. "Şərqdə neft və qan. Məhəmməd Əsəd bəy (PDF yüklə)" ( (az.)). | https://az.wikipedia.org/w/index.php?curid=470343 |
Şərqi | Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır. Türkiyədə Əndərunlu Vasif şərqi ustalarından biri kimi tanınır: | https://az.wikipedia.org/w/index.php?curid=160762 |
Şərqi-Hind silsiləsi | Şərqi-Hind silsiləsi — Hind okeanının daxili boyunca uzanır. Sualtı silsilə 5000 km məsafədə 90° meridian üzrə 10° ş.e-dən 34 °C. e arasında yerləşir. Okean dibindən hündürlüyü 1000—2000 metrdir. Silsilədən su səthinə olan məsafə 2000—4000 metr, ən az dərinlik 549 m təşkil edir. | https://az.wikipedia.org/w/index.php?curid=432180 |
Şərqi-Koreya körfəzi | Şərqi-Koreya körfəzi — Yapon dənizinin şimal-şərq hissəsində Koreya yarımadası sahillərində, KXDR ərazisi sərhəddində yerləşir. Dərinliyi açıq akvatoriyada 1800–2000 m, sahil hissədə 60 m təşkil edir. Axınlar qündəlik xüsusiyyət daşıyır. İri limanları: Şimalda Xinnam, cənubda isə Vonsan Həmçinin bax Qərbi Koreya körfəzi Koreya yarımadası Şərqi-Koreya körfəzi | https://az.wikipedia.org/w/index.php?curid=407475 |
Şərqi-Rus (qəzet) | "Şərqi-rus" qəzeti (az-əbcəd. شرق روس) — 1903-cü ildən Tiflisdə Azərbaycan dilində həftədə üç dəfə çıxmış ictmai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet. "Şərqi-rus" 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə nəşr olunan ilk azərbaycandilli qəzet idi. Qəzetin nəşrinə qədərki dövr 1891-ci ilin oktyabrında "Kəşkül" qəzeti bağlandıqdan 12 il müddətində Azərbaycan türkcəsində qəzet və jurnal nəşri mümkün olmadı, milli ruhlu ziyalıların təşəbbüsləri fayda vermədi. Kamal Ünsizadənin, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin, Məhəmməd ağa Şahtaxtlının Qafqaz Canişinliyinə etdiyi müraciətlərə "yox" cavabı verildi.Qafqazda ruslaşdırma siyasətini həyata keçirən missioner İlimskinin hələ 1870-ci ildə rus olmayan əhalini ruslaşdırmaq planları anadilli mətbuat orqanlarının yaradılması ideyasının həyata keçirilməsinə sədd idi. Lakin Çar Rusiyasının yerli ləhcələri ədəbi dilə çevirmək yolu ilə əhalini ruslaşdırmaq siyasəti nəticəsiz qaldı. Xalqa ana dilində mətbuat orqanı bəxş etmək üçün mübarizə aparan ziyalılardan biri Kamal Ünsizadə 1900-cü ildə "Daniş", Məhəmməd ağa Şahtaxtlı isə 1896-cı ildə "Tiflis" adlı qəzet çıxarmaq istəsələr də, təşəbbüsləri nəticəsiz qaldı.1889-cu ildə Fransaya gedən Məhəmməd ağa 1902-ci ildə Rusiyaya qayıtdıqdan sonra yenidən qəzet çıxarmaq istədi. O, öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçdü və orada mətbəə təşkil etdi. Tiflisdə fəaliyyət göstərdiyi müddətdə M.Şahtaxtlı növbəti dəfə cəhd edərək doğma Azərbaycan dilində qəzet açmaq niyyətilə Rusiya hökumətinə ərizə ilə müraciət etdi.Tapılan qovluqda onun yazdığı geniş əhatəli ərizələr vardır. Yazdığı ərizələrdə elmi, maraqlı dəlil və sübutlarla Qafqazın canişinini inandırmağa çalışmış və uzun-uzadı müraciətlərdən sonra onların müqavimətini qıra bilmişdir. Məsələn, onun general-adyutant knyaz G.S.Qolitsinə yazdığı ərizə çox əhatəlidir. Burada Məhəmməd ağanın nəşr üçün tərtib etdiyi proqram da vardır. O, burada maraqlı izahatlar verərək çar hökumətini inandırmağa çalışır ki, "Şərqi-rus" qəzeti nəşri ilə Rusiya hökumətinə xeyir verə bilər və sair. Ərizədə 50 yaşında olduğunu da qeyd edir. (Amma bu vaxtlar onun 56 yaşı vardı). Tiflisdə yaşadığı ünvanı (Olqinski küçəsi, Qoqniyevlərin evi № 16) göstərən Məhəmməd ağa ərizənin axırında qeyd edib: Hətta o bu ərizədə qeyd etmişdi ki, qəzet Libermanın mətbəəsində çap ediləcək. Görünür ki, bu mətbəə çar hökumətinin inandığı yer imiş. Amma sonralar o, Tiflisə köçüb müasir avadanlıqlı mətbəə açmışdı. M. Şaxtaxtinski bu haqda belə demişdir: Beləliklə, Məhəmməd ağa Şahtaxtinskinin təşəbbüsü müsbət nəticələnir və çar Rusiyasının Qafqaz canişinliyi 1903-cü ilin əvvəllərində "Şərqi-rus" qəzetinin çapına razılıq verir. Məhəmməd ağa Şahtaxtinskinin "Şərqi-rus" adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da nəşr olundu. Qəzet əvvəllər həftədə üç dəfə çap olunurdu. 1904-cü il iyunun 8-dən etibarən isə gündəlik qəzetə çevrildi. "Şərqi-rus" qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutur. O, XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir. Bu qəzetin səhifələrində müxtəlif xalqların nümayəndələri iştirak etmişlər. Onu "Əqsayi şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı ziyalıların qabaqcıl fikirlərinin "vıstavkası" adlandırırdılar. "Şərqi-rus" 1903-cü il 16 aprel tarixli 7-ci sayında öz ideya istiqamətini, məramnaməsini belə bəyan etmişdi: Qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtinski idi. O, qəzetdə "Qəzetnəvis" imzası ilə öz dövrünün ən aktual məsələlərindən bəhs edən məqalələr yazmışdır.Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və s. məsələlər qaldırılmış və həmin məsələlər barəsində çoxlu yazı dərc olunmuşdur. "Şərqi – rus"un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. Lev Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində çıxmışdı."Şərqi-rus" xalqın ağır vəziyyətini görərək yazırdı: Qəzetin fəaliyyəti ilə bağlı yaranan fikir ayrılıqları Məhəmməd ağa Şahtaxtlının rus təəbəçiliyini qəbul etməsi, bir çox ciddi məsələlərin qəzet səhifələrinə çıxarılmasının əleyhinə olması, hökumətlə kompromiss siyasəti dövrün bəzi ziyalıları tərəfindən birmənalı qarşılanmır, "Şərqi-rus" tənqid atəşinə tutulurdu. Türk dünyasının milli-mənəvi birliyini, "Dildə, fikirdə, işdə birlik" düsturunu sahibi olduğu "Tərcüman" qəzetinin ana tezisinə çevirmiş İsmayıl bəy Qaspıralı da Məhəmməd ağa Şahtaxtlının tutduğu yolu bəyənmirdi. "Tərcüman"ın "Şərqi-rus" adlı xəbərində qəzetin Cəlil Məmmədquluzadənin redaktəsinə keçəndən sonra istiqamətinin müsbət məcraya yönəldiyi, bu mətbu orqanın doğru, düz yola qədəm qoyduğu əksini tapmışdı. Qəzet getdikcə müəyyən məsələləri dolaşıq, dumanlı şəkildə oxucuya çatdırmaq yoluna qədəm qoymuşdu. Məsələn, milli bərabərlik və azadlıq, dil birliyi, söz və fikir azadlığı kimi məsələlər barəsində mücərrəd yazılar verirdi. "Şərqi-rus"un ilk saylarında dərc olunan məqalələri Ömər Faiq Nemanzadə "camaatın məlumatını artırmağa, fikirlərini işıqlandırmağa xidmət edən" publisist nümunələr adlandırır, qəzetin çatışmayan cəhətlərini, xüsusən "barışdırıcı" missiyasını tənqid edirdi. Bir neçə əcnəbi dil bilən M.Şahtaxtlının fəaliyyətinin bir hissəsi də əlifba islahatı ilə bağlıdır. O, əlifba layihələri üzərində mütəmadi çalışmış, bu barədə yalnız Azərbaycan dilində deyil, rus və fransız dillərində də kitablar çap etdirmiş, özünə tərəfdar toplamağa çalışmışdı. Ərəb əlifbasını islah etməkdə Mirzə Fətəli Axundovun işini davam etdirməyə çalışması M.Şahtaxtinskinin müsbət təşəbbüsü olsa da, özünün təklif etdiyi layihənin ciddi nöqsanları onu bu sahədə müvəffəqiyyətsizliyə uğratdı. "Tərcüman" qəzetinin redaktoru İ.Qasprinskinin əlifba məsələsi üstündə M.Şahtaxtinskinin kəskin tənqid etməsi də "Şərqi-rus"u xeyli nüfuzdan saldı.Qəzet bəzi hallarda liberal mövqe tuturdu. Bunu hər şeydən əvvəl dövrlə əlaqələndirmək lazımdır. "Şərqi–rus" həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim təbəqələrin təzyiqinin artdığı bir zamanda buraxılırdı. Qəzetin ümummilli məsələlərdə prinsipial deyil, liberal mövqe sərgiləməsi də çarizmin mürtəce rejimindən qorunmaq mahiyyəti daşıyırdı. Aydındır ki, belə bir şəraitdə qəzet ardıcıl demokratik mövqe tuta bilməzdi. M.Şahtaxtlı təzyiqlərdən, təhdidlərdən qəzeti qorumaq üçün manevrlər edir, onu mövqesizlikdə, prinsipsizlikdə qınayan qələm dostlarına qəzet səhifəsində cavablar verirdi. Belə yazılardan biri "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşova ünvanlanmışdı. M.Şahtaxtlı bu məqalədə deyirdi: Çar Rusiyasına qarşı bu cür münasibətə Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kəskin reaksiya verərək "bu yolun, bu əhvalın cürətsizlik, barışdırıcılıq, gözqapamaq" olduğunu söyləyir, M.Şahtaxtlıya qarşı açıq yazılarla çıxış edirdilər. Tənqiddə liberallıq "Şərqi-rus"a çox baha başa gəlirdi. Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun "Şərqi-rus"a qarşı kəskin münasibətinə səbəb mesenant Hacı Zeynalabdin Tağıyevin "Şərqi-rus"un ilk sayında tənqidi olmuşdu. Belə ki qəzetin birinci nömrəsində qəzetin əməkdaşları böyük cəsarətlə millət atası hesab olunan Hacı Zeynalabdin Tağıyevin Tiflisdə müsəlman məktəbini hamiliyə götürüb lakin heç bir kömək göstərməməsini tənqid etmişdilər. Bunun üstündə Bakıdakı jurnalistlər, o cümlədən Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov qəzetin üzərinə hücumlar edirdilər. İlk vaxtlarda qəzet onlara qarşı kəskin münasibət bəsləyib, sərt cavablar verir, onları "Hacı Zeynalabdinin qələm qoçuları" adlandırırdı. Məqalələrinin birində qəzet yazırdı: Çarizm bir tərəfdən pantürkizmi və panislamizmi pisləyir, digər tərəfdən onlarla ittifaq bağlayırdı. O dövrdə hər bir ictimai cərəyan mətbuat orqanını öz tərəfinə çəkməyə çalışırdı. "Şərqi-rus" da gah mütərəqqi-demokratik, gah mürtəce istiqamətə yuvarlanırdı. Qəzetin məsləki haqqında C.Məmmədquluzadə "Xatiratım" əsərində yazmışdır: Azərbaycanda milli oyanış getdikcə açıq-aşkar özünü büruzə verirdi. Çar hökuməti günü-gündən mübarizləşən azərbaycanlı aydınlar və ziyalılar arasında – xüsusilə də Tiflisdə məskunlaşıb fəaliyyət göstərən ziyalılarla Bakıda fəaliyyət göstərənləri qarşı-qarşıya qoymağa, milli aydınlar və fəal azərbaycanlılar arasında nifaq salmağa çalışırdılar. Lakin bu çəkişmələrin sonunda tərəflər bir araya gəlib ittihamlara son qoyaraq əməkdaşlıq yolu tutdular. Cəlil Məmmədquluzadə "Xatiratım" əsərində bu olaylara toxunaraq yazır: Yaradıcı heyət Qəzetin işində C.Məmmədquluzadədən başqa Ömər Faiq Nemanzadə və Səməd ağa Qaibov da yaxından iştirak edirdilər. "Şərqi-rus"un Azərbaycan mətbuatı tarixində ən böyük xidmətləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Ə.Nəzmi, M.S.Ordubadi kimi dövrün böyük publisist və şairlərinin mətbu tribunasına çevrilməsi, onları ictimaiyyətə yaxından tanıtmasıdır. Qəzetdə Sultan Məcid Qənizadənin, Firidun bəy Köçərlinin yazısı, Mirzə Ələkbər Sabirin şeiri, Ömər Faiq Nemanzadənin, Rəşid bəy Əfəndiyevin publisist məqaləsi, Mirzə Cəlilin felyetonu, Məmməd Səid Ordubadinin hekayəsi, Abbas Səhhətin əsərləri dərc olunmuşdu. Cəlil Məmmədquluzadə "Şərqi-rus" qəzetinin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də odur ki, Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetirmişdi. Cəlil Məmmədquluzadənin "Şərqi-rus"da əməkdaşlığının maraqlı tarixçəsi vardır. 1903-cü ildə xəstə arvadını Tiflisə aparan Cəlil Məmmədquluzadə təsadüfən Şahtaxtinski ilə görüşmüş və onu "Poçt qutusu" hekayəsi ilə tanış etmişdir. Şahtaxtinski həmin hekayəni qəzetdə çap etməklə C.Məmmədquluzadəyə də Tiflisdə qalıb "Şərqi-rus" qəzetində iştirakını təklif etmişdir. O vaxtdan etibarən Mirzə Cəlil Tiflisdə yaşamış və jurnalistlik fəaliyyətini "Şərqi-rus"da davam etdirmişdir. O, qəzetdə "Poçt qutusu"ndan başqa "Kişmiş oyunu" adlı hekayə, L.N.Tolstoydan etdiyi "Zəhmət, ölüm və naxoşluq" adlı tərcümə əsəri, "Arvad" adlı ruscadan tərcümə hekayəsini dərc etdirmiş, Naxçıvan müəllimlərindən Sidqinin vəfatına aid nekroloq yazmış, habelə çoxlu tərcümələr etmişdir. Mirzə Cəlilin rus və başqa xalqların ədəbiyyatı ilə əlaqəsi məhz "Şərqi-rus" qəzetində möhkəmlənmişdir.C.Məmmədquluzadənin "Şərqi-rus"da fəaliyyətə başlaması Mirzə Cəlilin ideya-yaradıcılıq axtarışlarını bir səmtə yönəltməkdə, daha doğrusu, onun bundan sonra ədəbiyyata və jurnalistikaya üstün yer verməsində müəyyən təkan rolu oynadı. Məmmədquluzadə və onun müasiri olan publisistlərin "Şərqi-rus"da ən çox bəyəndikləri xüsusiyyət qəzetin müstəqil, demokratik yol tutacağını vəd etməsi və imkan daxilində buna müəyyən dərəcədə əməl olunması idi. C.Məmmədquluzadə bu mətbu orqanda 1904-cü ilin yanvar ayından 1905-ci ilin elə həmin ayına qədər fəaliyyət göstərdi. O, ilk dəfə azərbaycanca publisist və ədəbi-tənqidi məqalələr yazdı, tərcümə sahəsində qələmini sınadı. 1904-cü ilin noyabr ayının 26-dan 1905-ci ilin yanvarın 15-dək qəzetin müvəqqəti redaktoru oldu. O, bu vəzifədə redaktorluq peşəsinin çətinliklərinə, həmçinin sirlərinə bələd oldu. Qəzetçilik işinin tərtibat və poliqrafik cəhətlərini, habelə senzura və rabitə orqanları ilə əlaqə yollarını öyrəndi, "Molla Nəsrəddin"in nəşrinə qədər hazırlıq keçdi. Mirzə Cəlil gələcək dostlarını da "Şərqi-rus"da tapdı. Ömər Faiq, Firudin Köçərli, Üzeyir Hacıbəyovla təmas qurdu, dostluq etdi. "Şərqi-rus"un çapını dərhal alqışlayıb, şeir həsr edən M.Ə.Sabirlə qiyabi tanış oldu. M.Cəlilin "Şərqi-rus"a vaxtında gəldi, qəzet hələ nəşrə başlamadığı vaxtda rus və Azərbaycan dillərini bilən mütərcimə ehtiyac olduğu barədə elan vermişdi. O, qəzetdə dərc olunan mətbuat xülasəsini, teleqramları ruscadan ana dilinə tərcümə edirdi. "Şərqi-rus"da çalışması C.Məmmədquluzadənin gələcək yaradıcılığı üçün bir məktəb rolu oynadı və o, 1905-ci ilin əvvəlindən bəzi fikir ixtilaflarına görə redaksiyadan uzaqlaşdı. Mirzə Ələkbər Sabir də "Şərqi-rus" qəzetini, onun ideya istiqamətini izləmiş və bəyənirdi. Bunun nəticəsi olaraq "Şərqi-rus"a şeir həsr etmişdi. Sabirin bu şeiri 1903-cü il iyun ayının 27-də "Ədəbiyyat" başlığı altında Ələkbər Tahirov imzası ilə işıq üzü görmüşdür. Fəaliyyətinin dayandırılması Sonralar Hacı Zeynalabdin Tağıyev Bakıda Azərbaycan dilində "Həyat" adlı qəzetin nəşrinə icazə aldı, Əhməd bəy Ağayevlə Əli bəy Hüseynzadə redaktor vəzifəsinə sahib oldular. M.Şahtaxtinski isə çıxılmaz vəziyyətdə qaldı. Qəzetin axırıncı nömrəsi 1905-ci il yanvarın 15-də buraxılmışdır. Azərbaycan mətbuat tarixində mühüm yer tutan "Şərqi-rus" qəzetinin 110 illik yubileyi 2013-cü ildə təmtəraqlı şəkildə qeyd olunmuşdur. Xarici keçidlər "Şərqi-rus" N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009, 172 səh. Sona Vəliyeva "İşığa gedən yol". Bakı, "Zərdabi LTD", MMC, 2016, 768 səh. Azərbaycan tarixi 7 cilddə, V cild. Bakı, 1998. | https://az.wikipedia.org/w/index.php?curid=561181 |
Şərqi-Rus qəzeti | "Şərqi-rus" qəzeti (az-əbcəd. شرق روس) — 1903-cü ildən Tiflisdə Azərbaycan dilində həftədə üç dəfə çıxmış ictmai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet. "Şərqi-rus" 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə nəşr olunan ilk azərbaycandilli qəzet idi. Qəzetin nəşrinə qədərki dövr 1891-ci ilin oktyabrında "Kəşkül" qəzeti bağlandıqdan 12 il müddətində Azərbaycan türkcəsində qəzet və jurnal nəşri mümkün olmadı, milli ruhlu ziyalıların təşəbbüsləri fayda vermədi. Kamal Ünsizadənin, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin, Məhəmməd ağa Şahtaxtlının Qafqaz Canişinliyinə etdiyi müraciətlərə "yox" cavabı verildi.Qafqazda ruslaşdırma siyasətini həyata keçirən missioner İlimskinin hələ 1870-ci ildə rus olmayan əhalini ruslaşdırmaq planları anadilli mətbuat orqanlarının yaradılması ideyasının həyata keçirilməsinə sədd idi. Lakin Çar Rusiyasının yerli ləhcələri ədəbi dilə çevirmək yolu ilə əhalini ruslaşdırmaq siyasəti nəticəsiz qaldı. Xalqa ana dilində mətbuat orqanı bəxş etmək üçün mübarizə aparan ziyalılardan biri Kamal Ünsizadə 1900-cü ildə "Daniş", Məhəmməd ağa Şahtaxtlı isə 1896-cı ildə "Tiflis" adlı qəzet çıxarmaq istəsələr də, təşəbbüsləri nəticəsiz qaldı.1889-cu ildə Fransaya gedən Məhəmməd ağa 1902-ci ildə Rusiyaya qayıtdıqdan sonra yenidən qəzet çıxarmaq istədi. O, öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçdü və orada mətbəə təşkil etdi. Tiflisdə fəaliyyət göstərdiyi müddətdə M.Şahtaxtlı növbəti dəfə cəhd edərək doğma Azərbaycan dilində qəzet açmaq niyyətilə Rusiya hökumətinə ərizə ilə müraciət etdi.Tapılan qovluqda onun yazdığı geniş əhatəli ərizələr vardır. Yazdığı ərizələrdə elmi, maraqlı dəlil və sübutlarla Qafqazın canişinini inandırmağa çalışmış və uzun-uzadı müraciətlərdən sonra onların müqavimətini qıra bilmişdir. Məsələn, onun general-adyutant knyaz G.S.Qolitsinə yazdığı ərizə çox əhatəlidir. Burada Məhəmməd ağanın nəşr üçün tərtib etdiyi proqram da vardır. O, burada maraqlı izahatlar verərək çar hökumətini inandırmağa çalışır ki, "Şərqi-rus" qəzeti nəşri ilə Rusiya hökumətinə xeyir verə bilər və sair. Ərizədə 50 yaşında olduğunu da qeyd edir. (Amma bu vaxtlar onun 56 yaşı vardı). Tiflisdə yaşadığı ünvanı (Olqinski küçəsi, Qoqniyevlərin evi № 16) göstərən Məhəmməd ağa ərizənin axırında qeyd edib: Hətta o bu ərizədə qeyd etmişdi ki, qəzet Libermanın mətbəəsində çap ediləcək. Görünür ki, bu mətbəə çar hökumətinin inandığı yer imiş. Amma sonralar o, Tiflisə köçüb müasir avadanlıqlı mətbəə açmışdı. M. Şaxtaxtinski bu haqda belə demişdir: Beləliklə, Məhəmməd ağa Şahtaxtinskinin təşəbbüsü müsbət nəticələnir və çar Rusiyasının Qafqaz canişinliyi 1903-cü ilin əvvəllərində "Şərqi-rus" qəzetinin çapına razılıq verir. Məhəmməd ağa Şahtaxtinskinin "Şərqi-rus" adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da nəşr olundu. Qəzet əvvəllər həftədə üç dəfə çap olunurdu. 1904-cü il iyunun 8-dən etibarən isə gündəlik qəzetə çevrildi. "Şərqi-rus" qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutur. O, XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir. Bu qəzetin səhifələrində müxtəlif xalqların nümayəndələri iştirak etmişlər. Onu "Əqsayi şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı ziyalıların qabaqcıl fikirlərinin "vıstavkası" adlandırırdılar. "Şərqi-rus" 1903-cü il 16 aprel tarixli 7-ci sayında öz ideya istiqamətini, məramnaməsini belə bəyan etmişdi: Qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtinski idi. O, qəzetdə "Qəzetnəvis" imzası ilə öz dövrünün ən aktual məsələlərindən bəhs edən məqalələr yazmışdır.Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və s. məsələlər qaldırılmış və həmin məsələlər barəsində çoxlu yazı dərc olunmuşdur. "Şərqi – rus"un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. Lev Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində çıxmışdı."Şərqi-rus" xalqın ağır vəziyyətini görərək yazırdı: Qəzetin fəaliyyəti ilə bağlı yaranan fikir ayrılıqları Məhəmməd ağa Şahtaxtlının rus təəbəçiliyini qəbul etməsi, bir çox ciddi məsələlərin qəzet səhifələrinə çıxarılmasının əleyhinə olması, hökumətlə kompromiss siyasəti dövrün bəzi ziyalıları tərəfindən birmənalı qarşılanmır, "Şərqi-rus" tənqid atəşinə tutulurdu. Türk dünyasının milli-mənəvi birliyini, "Dildə, fikirdə, işdə birlik" düsturunu sahibi olduğu "Tərcüman" qəzetinin ana tezisinə çevirmiş İsmayıl bəy Qaspıralı da Məhəmməd ağa Şahtaxtlının tutduğu yolu bəyənmirdi. "Tərcüman"ın "Şərqi-rus" adlı xəbərində qəzetin Cəlil Məmmədquluzadənin redaktəsinə keçəndən sonra istiqamətinin müsbət məcraya yönəldiyi, bu mətbu orqanın doğru, düz yola qədəm qoyduğu əksini tapmışdı. Qəzet getdikcə müəyyən məsələləri dolaşıq, dumanlı şəkildə oxucuya çatdırmaq yoluna qədəm qoymuşdu. Məsələn, milli bərabərlik və azadlıq, dil birliyi, söz və fikir azadlığı kimi məsələlər barəsində mücərrəd yazılar verirdi. "Şərqi-rus"un ilk saylarında dərc olunan məqalələri Ömər Faiq Nemanzadə "camaatın məlumatını artırmağa, fikirlərini işıqlandırmağa xidmət edən" publisist nümunələr adlandırır, qəzetin çatışmayan cəhətlərini, xüsusən "barışdırıcı" missiyasını tənqid edirdi. Bir neçə əcnəbi dil bilən M.Şahtaxtlının fəaliyyətinin bir hissəsi də əlifba islahatı ilə bağlıdır. O, əlifba layihələri üzərində mütəmadi çalışmış, bu barədə yalnız Azərbaycan dilində deyil, rus və fransız dillərində də kitablar çap etdirmiş, özünə tərəfdar toplamağa çalışmışdı. Ərəb əlifbasını islah etməkdə Mirzə Fətəli Axundovun işini davam etdirməyə çalışması M.Şahtaxtinskinin müsbət təşəbbüsü olsa da, özünün təklif etdiyi layihənin ciddi nöqsanları onu bu sahədə müvəffəqiyyətsizliyə uğratdı. "Tərcüman" qəzetinin redaktoru İ.Qasprinskinin əlifba məsələsi üstündə M.Şahtaxtinskinin kəskin tənqid etməsi də "Şərqi-rus"u xeyli nüfuzdan saldı.Qəzet bəzi hallarda liberal mövqe tuturdu. Bunu hər şeydən əvvəl dövrlə əlaqələndirmək lazımdır. "Şərqi–rus" həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim təbəqələrin təzyiqinin artdığı bir zamanda buraxılırdı. Qəzetin ümummilli məsələlərdə prinsipial deyil, liberal mövqe sərgiləməsi də çarizmin mürtəce rejimindən qorunmaq mahiyyəti daşıyırdı. Aydındır ki, belə bir şəraitdə qəzet ardıcıl demokratik mövqe tuta bilməzdi. M.Şahtaxtlı təzyiqlərdən, təhdidlərdən qəzeti qorumaq üçün manevrlər edir, onu mövqesizlikdə, prinsipsizlikdə qınayan qələm dostlarına qəzet səhifəsində cavablar verirdi. Belə yazılardan biri "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşova ünvanlanmışdı. M.Şahtaxtlı bu məqalədə deyirdi: Çar Rusiyasına qarşı bu cür münasibətə Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kəskin reaksiya verərək "bu yolun, bu əhvalın cürətsizlik, barışdırıcılıq, gözqapamaq" olduğunu söyləyir, M.Şahtaxtlıya qarşı açıq yazılarla çıxış edirdilər. Tənqiddə liberallıq "Şərqi-rus"a çox baha başa gəlirdi. Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun "Şərqi-rus"a qarşı kəskin münasibətinə səbəb mesenant Hacı Zeynalabdin Tağıyevin "Şərqi-rus"un ilk sayında tənqidi olmuşdu. Belə ki qəzetin birinci nömrəsində qəzetin əməkdaşları böyük cəsarətlə millət atası hesab olunan Hacı Zeynalabdin Tağıyevin Tiflisdə müsəlman məktəbini hamiliyə götürüb lakin heç bir kömək göstərməməsini tənqid etmişdilər. Bunun üstündə Bakıdakı jurnalistlər, o cümlədən Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov qəzetin üzərinə hücumlar edirdilər. İlk vaxtlarda qəzet onlara qarşı kəskin münasibət bəsləyib, sərt cavablar verir, onları "Hacı Zeynalabdinin qələm qoçuları" adlandırırdı. Məqalələrinin birində qəzet yazırdı: Çarizm bir tərəfdən pantürkizmi və panislamizmi pisləyir, digər tərəfdən onlarla ittifaq bağlayırdı. O dövrdə hər bir ictimai cərəyan mətbuat orqanını öz tərəfinə çəkməyə çalışırdı. "Şərqi-rus" da gah mütərəqqi-demokratik, gah mürtəce istiqamətə yuvarlanırdı. Qəzetin məsləki haqqında C.Məmmədquluzadə "Xatiratım" əsərində yazmışdır: Azərbaycanda milli oyanış getdikcə açıq-aşkar özünü büruzə verirdi. Çar hökuməti günü-gündən mübarizləşən azərbaycanlı aydınlar və ziyalılar arasında – xüsusilə də Tiflisdə məskunlaşıb fəaliyyət göstərən ziyalılarla Bakıda fəaliyyət göstərənləri qarşı-qarşıya qoymağa, milli aydınlar və fəal azərbaycanlılar arasında nifaq salmağa çalışırdılar. Lakin bu çəkişmələrin sonunda tərəflər bir araya gəlib ittihamlara son qoyaraq əməkdaşlıq yolu tutdular. Cəlil Məmmədquluzadə "Xatiratım" əsərində bu olaylara toxunaraq yazır: Yaradıcı heyət Qəzetin işində C.Məmmədquluzadədən başqa Ömər Faiq Nemanzadə və Səməd ağa Qaibov da yaxından iştirak edirdilər. "Şərqi-rus"un Azərbaycan mətbuatı tarixində ən böyük xidmətləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Ə.Nəzmi, M.S.Ordubadi kimi dövrün böyük publisist və şairlərinin mətbu tribunasına çevrilməsi, onları ictimaiyyətə yaxından tanıtmasıdır. Qəzetdə Sultan Məcid Qənizadənin, Firidun bəy Köçərlinin yazısı, Mirzə Ələkbər Sabirin şeiri, Ömər Faiq Nemanzadənin, Rəşid bəy Əfəndiyevin publisist məqaləsi, Mirzə Cəlilin felyetonu, Məmməd Səid Ordubadinin hekayəsi, Abbas Səhhətin əsərləri dərc olunmuşdu. Cəlil Məmmədquluzadə "Şərqi-rus" qəzetinin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də odur ki, Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetirmişdi. Cəlil Məmmədquluzadənin "Şərqi-rus"da əməkdaşlığının maraqlı tarixçəsi vardır. 1903-cü ildə xəstə arvadını Tiflisə aparan Cəlil Məmmədquluzadə təsadüfən Şahtaxtinski ilə görüşmüş və onu "Poçt qutusu" hekayəsi ilə tanış etmişdir. Şahtaxtinski həmin hekayəni qəzetdə çap etməklə C.Məmmədquluzadəyə də Tiflisdə qalıb "Şərqi-rus" qəzetində iştirakını təklif etmişdir. O vaxtdan etibarən Mirzə Cəlil Tiflisdə yaşamış və jurnalistlik fəaliyyətini "Şərqi-rus"da davam etdirmişdir. O, qəzetdə "Poçt qutusu"ndan başqa "Kişmiş oyunu" adlı hekayə, L.N.Tolstoydan etdiyi "Zəhmət, ölüm və naxoşluq" adlı tərcümə əsəri, "Arvad" adlı ruscadan tərcümə hekayəsini dərc etdirmiş, Naxçıvan müəllimlərindən Sidqinin vəfatına aid nekroloq yazmış, habelə çoxlu tərcümələr etmişdir. Mirzə Cəlilin rus və başqa xalqların ədəbiyyatı ilə əlaqəsi məhz "Şərqi-rus" qəzetində möhkəmlənmişdir.C.Məmmədquluzadənin "Şərqi-rus"da fəaliyyətə başlaması Mirzə Cəlilin ideya-yaradıcılıq axtarışlarını bir səmtə yönəltməkdə, daha doğrusu, onun bundan sonra ədəbiyyata və jurnalistikaya üstün yer verməsində müəyyən təkan rolu oynadı. Məmmədquluzadə və onun müasiri olan publisistlərin "Şərqi-rus"da ən çox bəyəndikləri xüsusiyyət qəzetin müstəqil, demokratik yol tutacağını vəd etməsi və imkan daxilində buna müəyyən dərəcədə əməl olunması idi. C.Məmmədquluzadə bu mətbu orqanda 1904-cü ilin yanvar ayından 1905-ci ilin elə həmin ayına qədər fəaliyyət göstərdi. O, ilk dəfə azərbaycanca publisist və ədəbi-tənqidi məqalələr yazdı, tərcümə sahəsində qələmini sınadı. 1904-cü ilin noyabr ayının 26-dan 1905-ci ilin yanvarın 15-dək qəzetin müvəqqəti redaktoru oldu. O, bu vəzifədə redaktorluq peşəsinin çətinliklərinə, həmçinin sirlərinə bələd oldu. Qəzetçilik işinin tərtibat və poliqrafik cəhətlərini, habelə senzura və rabitə orqanları ilə əlaqə yollarını öyrəndi, "Molla Nəsrəddin"in nəşrinə qədər hazırlıq keçdi. Mirzə Cəlil gələcək dostlarını da "Şərqi-rus"da tapdı. Ömər Faiq, Firudin Köçərli, Üzeyir Hacıbəyovla təmas qurdu, dostluq etdi. "Şərqi-rus"un çapını dərhal alqışlayıb, şeir həsr edən M.Ə.Sabirlə qiyabi tanış oldu. M.Cəlilin "Şərqi-rus"a vaxtında gəldi, qəzet hələ nəşrə başlamadığı vaxtda rus və Azərbaycan dillərini bilən mütərcimə ehtiyac olduğu barədə elan vermişdi. O, qəzetdə dərc olunan mətbuat xülasəsini, teleqramları ruscadan ana dilinə tərcümə edirdi. "Şərqi-rus"da çalışması C.Məmmədquluzadənin gələcək yaradıcılığı üçün bir məktəb rolu oynadı və o, 1905-ci ilin əvvəlindən bəzi fikir ixtilaflarına görə redaksiyadan uzaqlaşdı. Mirzə Ələkbər Sabir də "Şərqi-rus" qəzetini, onun ideya istiqamətini izləmiş və bəyənirdi. Bunun nəticəsi olaraq "Şərqi-rus"a şeir həsr etmişdi. Sabirin bu şeiri 1903-cü il iyun ayının 27-də "Ədəbiyyat" başlığı altında Ələkbər Tahirov imzası ilə işıq üzü görmüşdür. Fəaliyyətinin dayandırılması Sonralar Hacı Zeynalabdin Tağıyev Bakıda Azərbaycan dilində "Həyat" adlı qəzetin nəşrinə icazə aldı, Əhməd bəy Ağayevlə Əli bəy Hüseynzadə redaktor vəzifəsinə sahib oldular. M.Şahtaxtinski isə çıxılmaz vəziyyətdə qaldı. Qəzetin axırıncı nömrəsi 1905-ci il yanvarın 15-də buraxılmışdır. Azərbaycan mətbuat tarixində mühüm yer tutan "Şərqi-rus" qəzetinin 110 illik yubileyi 2013-cü ildə təmtəraqlı şəkildə qeyd olunmuşdur. Xarici keçidlər "Şərqi-rus" N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009, 172 səh. Sona Vəliyeva "İşığa gedən yol". Bakı, "Zərdabi LTD", MMC, 2016, 768 səh. Azərbaycan tarixi 7 cilddə, V cild. Bakı, 1998. | https://az.wikipedia.org/w/index.php?curid=499955 |
Şərqi-Yapon dəmir yolu şirkəti | Şərqi-Yapon dəmir yolu şirkəti (yap. 東日本旅客鉄道株式会社, Hiqasi-Nihon Ryokaku Tetsudo Kabusiki-qaysa) — Yaponiyada yerləşən dəmir yolu şirkəti. Şirkət 1 aprel 1987-ci ildə yaradılıb və yeddi Yaponiya Dəmir yolu şirkətlərindən biridir. Şirkətin mənzil-qərargahı Tokioda Sibuya rayonunda yerləşir.Şərq Yaponiya Dəmir yolu şirkəti digər şirkətlərlə birlikdə-kiçik, Mərkəzi Yaponiya Dəmir yolu şirkəti və Qərb Yaponiya Dəmir yolu şirkəti, Tokio Fond Birjasında ticarət edir və Nikkei 225 mübadilə indeksinin tərkib hissəsidir. 1 aprel 1987-ci ildə Yaponiyanın milli dəmir yolunun özəlləşdirilməsi nəticəsində yaranmışdır. Jr Şərqinin özəlləşdirilməsindən sonra, böyük Tokio metropoliteninddə, Tohoku rayonunda və ətraf ərazilərdə köhnə Jnr xətlərində xidmətlər göstərir. | https://az.wikipedia.org/w/index.php?curid=757344 |
Şərqi-rus (qəzet) | "Şərqi-rus" qəzeti (az-əbcəd. شرق روس) — 1903-cü ildən Tiflisdə Azərbaycan dilində həftədə üç dəfə çıxmış ictmai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet. "Şərqi-rus" 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə nəşr olunan ilk azərbaycandilli qəzet idi. Qəzetin nəşrinə qədərki dövr 1891-ci ilin oktyabrında "Kəşkül" qəzeti bağlandıqdan 12 il müddətində Azərbaycan türkcəsində qəzet və jurnal nəşri mümkün olmadı, milli ruhlu ziyalıların təşəbbüsləri fayda vermədi. Kamal Ünsizadənin, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin, Məhəmməd ağa Şahtaxtlının Qafqaz Canişinliyinə etdiyi müraciətlərə "yox" cavabı verildi.Qafqazda ruslaşdırma siyasətini həyata keçirən missioner İlimskinin hələ 1870-ci ildə rus olmayan əhalini ruslaşdırmaq planları anadilli mətbuat orqanlarının yaradılması ideyasının həyata keçirilməsinə sədd idi. Lakin Çar Rusiyasının yerli ləhcələri ədəbi dilə çevirmək yolu ilə əhalini ruslaşdırmaq siyasəti nəticəsiz qaldı. Xalqa ana dilində mətbuat orqanı bəxş etmək üçün mübarizə aparan ziyalılardan biri Kamal Ünsizadə 1900-cü ildə "Daniş", Məhəmməd ağa Şahtaxtlı isə 1896-cı ildə "Tiflis" adlı qəzet çıxarmaq istəsələr də, təşəbbüsləri nəticəsiz qaldı.1889-cu ildə Fransaya gedən Məhəmməd ağa 1902-ci ildə Rusiyaya qayıtdıqdan sonra yenidən qəzet çıxarmaq istədi. O, öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçdü və orada mətbəə təşkil etdi. Tiflisdə fəaliyyət göstərdiyi müddətdə M.Şahtaxtlı növbəti dəfə cəhd edərək doğma Azərbaycan dilində qəzet açmaq niyyətilə Rusiya hökumətinə ərizə ilə müraciət etdi.Tapılan qovluqda onun yazdığı geniş əhatəli ərizələr vardır. Yazdığı ərizələrdə elmi, maraqlı dəlil və sübutlarla Qafqazın canişinini inandırmağa çalışmış və uzun-uzadı müraciətlərdən sonra onların müqavimətini qıra bilmişdir. Məsələn, onun general-adyutant knyaz G.S.Qolitsinə yazdığı ərizə çox əhatəlidir. Burada Məhəmməd ağanın nəşr üçün tərtib etdiyi proqram da vardır. O, burada maraqlı izahatlar verərək çar hökumətini inandırmağa çalışır ki, "Şərqi-rus" qəzeti nəşri ilə Rusiya hökumətinə xeyir verə bilər və sair. Ərizədə 50 yaşında olduğunu da qeyd edir. (Amma bu vaxtlar onun 56 yaşı vardı). Tiflisdə yaşadığı ünvanı (Olqinski küçəsi, Qoqniyevlərin evi № 16) göstərən Məhəmməd ağa ərizənin axırında qeyd edib: Hətta o bu ərizədə qeyd etmişdi ki, qəzet Libermanın mətbəəsində çap ediləcək. Görünür ki, bu mətbəə çar hökumətinin inandığı yer imiş. Amma sonralar o, Tiflisə köçüb müasir avadanlıqlı mətbəə açmışdı. M. Şaxtaxtinski bu haqda belə demişdir: Beləliklə, Məhəmməd ağa Şahtaxtinskinin təşəbbüsü müsbət nəticələnir və çar Rusiyasının Qafqaz canişinliyi 1903-cü ilin əvvəllərində "Şərqi-rus" qəzetinin çapına razılıq verir. Məhəmməd ağa Şahtaxtinskinin "Şərqi-rus" adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da nəşr olundu. Qəzet əvvəllər həftədə üç dəfə çap olunurdu. 1904-cü il iyunun 8-dən etibarən isə gündəlik qəzetə çevrildi. "Şərqi-rus" qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutur. O, XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir. Bu qəzetin səhifələrində müxtəlif xalqların nümayəndələri iştirak etmişlər. Onu "Əqsayi şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı ziyalıların qabaqcıl fikirlərinin "vıstavkası" adlandırırdılar. "Şərqi-rus" 1903-cü il 16 aprel tarixli 7-ci sayında öz ideya istiqamətini, məramnaməsini belə bəyan etmişdi: Qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtinski idi. O, qəzetdə "Qəzetnəvis" imzası ilə öz dövrünün ən aktual məsələlərindən bəhs edən məqalələr yazmışdır.Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və s. məsələlər qaldırılmış və həmin məsələlər barəsində çoxlu yazı dərc olunmuşdur. "Şərqi – rus"un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. Lev Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində çıxmışdı."Şərqi-rus" xalqın ağır vəziyyətini görərək yazırdı: Qəzetin fəaliyyəti ilə bağlı yaranan fikir ayrılıqları Məhəmməd ağa Şahtaxtlının rus təəbəçiliyini qəbul etməsi, bir çox ciddi məsələlərin qəzet səhifələrinə çıxarılmasının əleyhinə olması, hökumətlə kompromiss siyasəti dövrün bəzi ziyalıları tərəfindən birmənalı qarşılanmır, "Şərqi-rus" tənqid atəşinə tutulurdu. Türk dünyasının milli-mənəvi birliyini, "Dildə, fikirdə, işdə birlik" düsturunu sahibi olduğu "Tərcüman" qəzetinin ana tezisinə çevirmiş İsmayıl bəy Qaspıralı da Məhəmməd ağa Şahtaxtlının tutduğu yolu bəyənmirdi. "Tərcüman"ın "Şərqi-rus" adlı xəbərində qəzetin Cəlil Məmmədquluzadənin redaktəsinə keçəndən sonra istiqamətinin müsbət məcraya yönəldiyi, bu mətbu orqanın doğru, düz yola qədəm qoyduğu əksini tapmışdı. Qəzet getdikcə müəyyən məsələləri dolaşıq, dumanlı şəkildə oxucuya çatdırmaq yoluna qədəm qoymuşdu. Məsələn, milli bərabərlik və azadlıq, dil birliyi, söz və fikir azadlığı kimi məsələlər barəsində mücərrəd yazılar verirdi. "Şərqi-rus"un ilk saylarında dərc olunan məqalələri Ömər Faiq Nemanzadə "camaatın məlumatını artırmağa, fikirlərini işıqlandırmağa xidmət edən" publisist nümunələr adlandırır, qəzetin çatışmayan cəhətlərini, xüsusən "barışdırıcı" missiyasını tənqid edirdi. Bir neçə əcnəbi dil bilən M.Şahtaxtlının fəaliyyətinin bir hissəsi də əlifba islahatı ilə bağlıdır. O, əlifba layihələri üzərində mütəmadi çalışmış, bu barədə yalnız Azərbaycan dilində deyil, rus və fransız dillərində də kitablar çap etdirmiş, özünə tərəfdar toplamağa çalışmışdı. Ərəb əlifbasını islah etməkdə Mirzə Fətəli Axundovun işini davam etdirməyə çalışması M.Şahtaxtinskinin müsbət təşəbbüsü olsa da, özünün təklif etdiyi layihənin ciddi nöqsanları onu bu sahədə müvəffəqiyyətsizliyə uğratdı. "Tərcüman" qəzetinin redaktoru İ.Qasprinskinin əlifba məsələsi üstündə M.Şahtaxtinskinin kəskin tənqid etməsi də "Şərqi-rus"u xeyli nüfuzdan saldı.Qəzet bəzi hallarda liberal mövqe tuturdu. Bunu hər şeydən əvvəl dövrlə əlaqələndirmək lazımdır. "Şərqi–rus" həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim təbəqələrin təzyiqinin artdığı bir zamanda buraxılırdı. Qəzetin ümummilli məsələlərdə prinsipial deyil, liberal mövqe sərgiləməsi də çarizmin mürtəce rejimindən qorunmaq mahiyyəti daşıyırdı. Aydındır ki, belə bir şəraitdə qəzet ardıcıl demokratik mövqe tuta bilməzdi. M.Şahtaxtlı təzyiqlərdən, təhdidlərdən qəzeti qorumaq üçün manevrlər edir, onu mövqesizlikdə, prinsipsizlikdə qınayan qələm dostlarına qəzet səhifəsində cavablar verirdi. Belə yazılardan biri "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşova ünvanlanmışdı. M.Şahtaxtlı bu məqalədə deyirdi: Çar Rusiyasına qarşı bu cür münasibətə Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kəskin reaksiya verərək "bu yolun, bu əhvalın cürətsizlik, barışdırıcılıq, gözqapamaq" olduğunu söyləyir, M.Şahtaxtlıya qarşı açıq yazılarla çıxış edirdilər. Tənqiddə liberallıq "Şərqi-rus"a çox baha başa gəlirdi. Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun "Şərqi-rus"a qarşı kəskin münasibətinə səbəb mesenant Hacı Zeynalabdin Tağıyevin "Şərqi-rus"un ilk sayında tənqidi olmuşdu. Belə ki qəzetin birinci nömrəsində qəzetin əməkdaşları böyük cəsarətlə millət atası hesab olunan Hacı Zeynalabdin Tağıyevin Tiflisdə müsəlman məktəbini hamiliyə götürüb lakin heç bir kömək göstərməməsini tənqid etmişdilər. Bunun üstündə Bakıdakı jurnalistlər, o cümlədən Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov qəzetin üzərinə hücumlar edirdilər. İlk vaxtlarda qəzet onlara qarşı kəskin münasibət bəsləyib, sərt cavablar verir, onları "Hacı Zeynalabdinin qələm qoçuları" adlandırırdı. Məqalələrinin birində qəzet yazırdı: Çarizm bir tərəfdən pantürkizmi və panislamizmi pisləyir, digər tərəfdən onlarla ittifaq bağlayırdı. O dövrdə hər bir ictimai cərəyan mətbuat orqanını öz tərəfinə çəkməyə çalışırdı. "Şərqi-rus" da gah mütərəqqi-demokratik, gah mürtəce istiqamətə yuvarlanırdı. Qəzetin məsləki haqqında C.Məmmədquluzadə "Xatiratım" əsərində yazmışdır: Azərbaycanda milli oyanış getdikcə açıq-aşkar özünü büruzə verirdi. Çar hökuməti günü-gündən mübarizləşən azərbaycanlı aydınlar və ziyalılar arasında – xüsusilə də Tiflisdə məskunlaşıb fəaliyyət göstərən ziyalılarla Bakıda fəaliyyət göstərənləri qarşı-qarşıya qoymağa, milli aydınlar və fəal azərbaycanlılar arasında nifaq salmağa çalışırdılar. Lakin bu çəkişmələrin sonunda tərəflər bir araya gəlib ittihamlara son qoyaraq əməkdaşlıq yolu tutdular. Cəlil Məmmədquluzadə "Xatiratım" əsərində bu olaylara toxunaraq yazır: Yaradıcı heyət Qəzetin işində C.Məmmədquluzadədən başqa Ömər Faiq Nemanzadə və Səməd ağa Qaibov da yaxından iştirak edirdilər. "Şərqi-rus"un Azərbaycan mətbuatı tarixində ən böyük xidmətləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Ə.Nəzmi, M.S.Ordubadi kimi dövrün böyük publisist və şairlərinin mətbu tribunasına çevrilməsi, onları ictimaiyyətə yaxından tanıtmasıdır. Qəzetdə Sultan Məcid Qənizadənin, Firidun bəy Köçərlinin yazısı, Mirzə Ələkbər Sabirin şeiri, Ömər Faiq Nemanzadənin, Rəşid bəy Əfəndiyevin publisist məqaləsi, Mirzə Cəlilin felyetonu, Məmməd Səid Ordubadinin hekayəsi, Abbas Səhhətin əsərləri dərc olunmuşdu. Cəlil Məmmədquluzadə "Şərqi-rus" qəzetinin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də odur ki, Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetirmişdi. Cəlil Məmmədquluzadənin "Şərqi-rus"da əməkdaşlığının maraqlı tarixçəsi vardır. 1903-cü ildə xəstə arvadını Tiflisə aparan Cəlil Məmmədquluzadə təsadüfən Şahtaxtinski ilə görüşmüş və onu "Poçt qutusu" hekayəsi ilə tanış etmişdir. Şahtaxtinski həmin hekayəni qəzetdə çap etməklə C.Məmmədquluzadəyə də Tiflisdə qalıb "Şərqi-rus" qəzetində iştirakını təklif etmişdir. O vaxtdan etibarən Mirzə Cəlil Tiflisdə yaşamış və jurnalistlik fəaliyyətini "Şərqi-rus"da davam etdirmişdir. O, qəzetdə "Poçt qutusu"ndan başqa "Kişmiş oyunu" adlı hekayə, L.N.Tolstoydan etdiyi "Zəhmət, ölüm və naxoşluq" adlı tərcümə əsəri, "Arvad" adlı ruscadan tərcümə hekayəsini dərc etdirmiş, Naxçıvan müəllimlərindən Sidqinin vəfatına aid nekroloq yazmış, habelə çoxlu tərcümələr etmişdir. Mirzə Cəlilin rus və başqa xalqların ədəbiyyatı ilə əlaqəsi məhz "Şərqi-rus" qəzetində möhkəmlənmişdir.C.Məmmədquluzadənin "Şərqi-rus"da fəaliyyətə başlaması Mirzə Cəlilin ideya-yaradıcılıq axtarışlarını bir səmtə yönəltməkdə, daha doğrusu, onun bundan sonra ədəbiyyata və jurnalistikaya üstün yer verməsində müəyyən təkan rolu oynadı. Məmmədquluzadə və onun müasiri olan publisistlərin "Şərqi-rus"da ən çox bəyəndikləri xüsusiyyət qəzetin müstəqil, demokratik yol tutacağını vəd etməsi və imkan daxilində buna müəyyən dərəcədə əməl olunması idi. C.Məmmədquluzadə bu mətbu orqanda 1904-cü ilin yanvar ayından 1905-ci ilin elə həmin ayına qədər fəaliyyət göstərdi. O, ilk dəfə azərbaycanca publisist və ədəbi-tənqidi məqalələr yazdı, tərcümə sahəsində qələmini sınadı. 1904-cü ilin noyabr ayının 26-dan 1905-ci ilin yanvarın 15-dək qəzetin müvəqqəti redaktoru oldu. O, bu vəzifədə redaktorluq peşəsinin çətinliklərinə, həmçinin sirlərinə bələd oldu. Qəzetçilik işinin tərtibat və poliqrafik cəhətlərini, habelə senzura və rabitə orqanları ilə əlaqə yollarını öyrəndi, "Molla Nəsrəddin"in nəşrinə qədər hazırlıq keçdi. Mirzə Cəlil gələcək dostlarını da "Şərqi-rus"da tapdı. Ömər Faiq, Firudin Köçərli, Üzeyir Hacıbəyovla təmas qurdu, dostluq etdi. "Şərqi-rus"un çapını dərhal alqışlayıb, şeir həsr edən M.Ə.Sabirlə qiyabi tanış oldu. M.Cəlilin "Şərqi-rus"a vaxtında gəldi, qəzet hələ nəşrə başlamadığı vaxtda rus və Azərbaycan dillərini bilən mütərcimə ehtiyac olduğu barədə elan vermişdi. O, qəzetdə dərc olunan mətbuat xülasəsini, teleqramları ruscadan ana dilinə tərcümə edirdi. "Şərqi-rus"da çalışması C.Məmmədquluzadənin gələcək yaradıcılığı üçün bir məktəb rolu oynadı və o, 1905-ci ilin əvvəlindən bəzi fikir ixtilaflarına görə redaksiyadan uzaqlaşdı. Mirzə Ələkbər Sabir də "Şərqi-rus" qəzetini, onun ideya istiqamətini izləmiş və bəyənirdi. Bunun nəticəsi olaraq "Şərqi-rus"a şeir həsr etmişdi. Sabirin bu şeiri 1903-cü il iyun ayının 27-də "Ədəbiyyat" başlığı altında Ələkbər Tahirov imzası ilə işıq üzü görmüşdür. Fəaliyyətinin dayandırılması Sonralar Hacı Zeynalabdin Tağıyev Bakıda Azərbaycan dilində "Həyat" adlı qəzetin nəşrinə icazə aldı, Əhməd bəy Ağayevlə Əli bəy Hüseynzadə redaktor vəzifəsinə sahib oldular. M.Şahtaxtinski isə çıxılmaz vəziyyətdə qaldı. Qəzetin axırıncı nömrəsi 1905-ci il yanvarın 15-də buraxılmışdır. Azərbaycan mətbuat tarixində mühüm yer tutan "Şərqi-rus" qəzetinin 110 illik yubileyi 2013-cü ildə təmtəraqlı şəkildə qeyd olunmuşdur. Xarici keçidlər "Şərqi-rus" N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009, 172 səh. Sona Vəliyeva "İşığa gedən yol". Bakı, "Zərdabi LTD", MMC, 2016, 768 səh. Azərbaycan tarixi 7 cilddə, V cild. Bakı, 1998. | https://az.wikipedia.org/w/index.php?curid=173163 |
Şərqi Afrika | Şərqi Afrika — Afrikanın Nil çayından şərqə olan ərazisi (Misir ora daxil edilmir). Bölgəyə aid edilir: Qəmər adaları Seyşel adaları Cənubi Sudan Şərqi Afrika. Ölkələr və ərazilər | https://az.wikipedia.org/w/index.php?curid=401329 |
Şərqi Afrika Ali Komissiyası | Şərqi Afrika Ali Komissiyası (ŞAAK; ing. East Africa High Commission, EAHC) — 1 yanvar 1948-ci il və 9 dekabr 1961-ci il tarixləri arasında Britaniyanın idarə etdiyi Uqanda, Keniya və Tanqanika koloniyalarına ümumi xidmətlər göstərmək məqsədi üçün mövcud olan beynəlxalq təşkilat. Bu, Şərqi Afrika Qubernatorlar Konfransını əvəz etmiş və daha sonra Şərqi Afrika Ümumi Xidmətlər Təşkilatı (ŞAÜXT) ilə əvəz olunmuşdur. ŞAÜXT öz növbəsində 1967-ci ildə ilk Şərqi Afrika Cəmiyyəti ilə əvəz olunmuşdur. Mərkəzi Qanunvericilik Məclisi 1947-ci ildə Şərqi Afrika (Ali Komissiya) Ordeni Şərqi Afrika Mərkəzi Qanunvericilik Assambleyasını da yaratmışdır. Assambleya Ali Komissiyanın əsas icraçı məmurlarından, Keniya, Uqanda və Tanqanikanın qanunvericilik orqanlarını təmsil edən bir sıra irəli sürülən və qeyri-rəsmi üzvlərdən ibarət idi. Assambleyanın qəbul etdiyi qanunvericilik bilavasitə üç əraziyə şamil edilirdi. Xarici keçidlər Şərqi Afrika Ali Komissiyasının İllik Hesabatı (1953) Şərqi Afrika Ali Komissiyasının İllik Hesabatı (1954) Şərqi Afrika Ali Komissiyasının İllik Hesabatı (1955) Şərqi Afrika Ali Komissiyasının İllik Hesabatı (1956) Şərqi Afrika Ali Komissiyasının İllik Hesabatı (1957) Şərqi Afrika Ali Komissiyasının İllik Hesabatı (1958) Şərqi Afrika Ali Komissiyasının İllik Hesabatı (1959) Şərqi Afrika Ali Komissiyasının İllik Hesabatı (1960) | https://az.wikipedia.org/w/index.php?curid=819442 |
Şərqi Afrika Cəmiyyəti | Şərqi Afrika Cəmiyyəti (ŞAC) (ing. The East African Community (EAC)) — altı Şərqi Afrika ölkəsini (Burundi, Keniya, Ruanda, Tanzaniya, Uqanda və Cənubi Sudan) daxil edən hökumətlərarası bir təşkilat . Şərqi Afrika Birliyinin hazırkı sədri Burundi Respublikasının Prezidenti Pyer Nkurunzizadır. ŞAC 1967-ci ildə təsis edilmiş, 1977-ci ildə fəaliyyətini dayandırmış və 7 iyul 2000-ci ildə rəsmi olaraq canlandırılmışdır. 2008-ci ildə Cənubi Afrika İnkişaf Birliyi (CAİB) və Şərqi və Cənubi Afrikanın İqtisadi Birliyi (ŞCAİB) ilə danışıqlardan sonra, sərbəst ticarət sahəsini genişləndirməyə və hər üç icmanın üzvü olan dövlətləri daxil etməyə razılıq verdi. ŞAC Afrika İqtisadi Birliyinin dayaqlarından biridir. ŞAC, Şərqi Afrika Federasiyasının yaradılmasının potensial xəbərçisidir. 2010-cu ildə ŞAC, 2014-cü ilədək vahid valyuta və 2015-ci ilədək tam bir siyasi federasiya məqsədi ilə bölgədəki mallar, işçi qüvvəsi və kapital üçün ümumi bazarını açdılar. 2014-cü ilin aprelində Şərqi Afrika Birliyinin sammitində Cənubi Sudan inteqrasiya blokunun altıncı üzvü olan dövlət kimi rəsmi qəbul edilməsi məsələsinə qərar verildi. 30 aprel 2014-cü il Cənubi Sudan, ŞAC-nə daxil olma müddətini 2014-cü ilin sentyabrına qədər təxirə salmağı xahiş etdi . 2016-cı ilin mart ayında Cənubi Sudan sonda ŞAC-nə qəbul edildi. 2023-cü ilin yanvarında Şərqi Afrika Birliyi (EAC) növbəti dörd il ərzində vahid valyuta buraxmağı planlaşdırır. Təşkilatın Nazirlər Şurası Şərqi Afrika Valyuta İnstitutunun yeri və vahid valyutanın dövriyyəyə buraxılması üçün yol xəritəsinin yaradılması barədə qərar verməlidir.[1]. Üzv ölkələr Keniya (2001-ci ilin yanvarından) Tanzaniya (2001-ci ilin yanvarından) Uqanda (2001-ci ilin yanvarından) Burundi (2007-ci ilin noyabrından) Ruanda (2007-ci ilin noyabrından) Cənubi Sudan (2016-cı ilin martından)Şərqi Afrika bölgəsi təqribən 150 milyon əhalisi olan (2014-cü ilə kimi) 1.8 milyon km² ərazini əhatə edir və əhəmiyyətli təbii sərvətlərə malikdir. Keniya və Tanzaniyada, Ruanda, Burundi və Uqanda baş verən müharibələr və vətəndaş iğtişaşlarından fərqli olaraq müstəqillik nisbətən sülh yolu ilə əldə edildi. Bu gün Şərqi Afrika Konqo və Afrika Burundi davam edən qarşıdurmalar qarşısında sabitlik və rifahın qorunmasına can atır. Şərqi Afrikanın ən çox yayılmış dilləri suahili, ingilis, kirundi və kinyaruanda, baxmayaraq ki, Burundi və Ruanda da fransızca danışılır. Şərqi Afrika Baş Assambleyası (The East African Legislative Assembly) Şərqi Afrika Ali Məhkəməsi (East African Court of Justice) Dövlət başçılarının sammiti (Summit of Heads of State and or Government) Nazirlər Şurası (Council of Ministers) Rəhbər Komitə (Co-ordination Committee) Sənaye komitəsi (Sectoral Committees) Katiblik (The Secretariat) Yaradılma tarixi Cəmiyyətin formalaşması Şərq ölkələri dövründə üç ölkə arasındakı davamlı iqtisadi və siyasi əlaqələr Şərqi Afrika Birliyinin (ŞAC) formalaşmasında mühüm rol oynadı. Keniya, Uqanda və Tanzaniya (o vaxt Tanqanyika) İngilis tacının koloniyaları idi. İlk əlaqələndirilmiş idarəetmə orqanları 1930-cu illərin əvvəllərində yaradıldı: Şərqi Afrika Valyuta Şurası, Poçt İttifaqı və bu sahələrdə iqtisadi siyasəti əlaqələndirən Birləşmiş Dəmiryolu. 1940-cı ildə Birgə Vergi Şurası və Üç Koloniyanın İşləri üzrə Birgə İqtisadi Komitə yaradıldı. İngilis funtuna paritet olan ortaq bir pul vahidi - Şərqi Afrika şillinqi də var idi; aşağı gömrük rüsumları ilə xarici tarif; qarşılıqlı çərçivədə ticarət maneələri olmadı, valyuta nəzarəti və lisenziyalaşdırma sistemi tətbiq edilmədi. 1948-ci ildən bu yana Keniya, Uqanda və Tanqanyika qubernatorlarından, eləcə də Şərqi Afrika Baş Assambleyasından ibarət Şərqi Afrika Yüksək Nümayəndələr Komissiyası fəaliyyət göstərirdi. Ali Nümayəndələr Komissiyasının qəbul etdiyi qanunvericilik aktları və qaydalar hər 3 koloniyanın ərazisində məcburi idi. Müəyyən sahələrdə fəaliyyətlərin əlaqələndirilməsi üçün nəqliyyat, rabitə, gömrük və sənaye sahələrində əraziarası şöbələrin işinə rəhbərlik edən Şərqi Afrika Xidmət Komitəsi yaradıldı. Beləliklə, Keniya, Uqanda və Tanzaniya arasındakı müstəmləkə dövründə də siyasəti əlaqələndirmək üçün institusional bir quruluş yaradıldı, gömrük birliyi fəaliyyət göstərdi və ortaq bir valyuta dövriyyədə oldu. 1963-cü ildə siyasi müstəqillik əldə etdikdən sonra mümkün bir siyasi federasiya haqqında sual yarandı, lakin Keniya rəhbərliyinin mövqeyi üzündən bu ideya reallaşmadı. Qarşılıqlı ticarəti artırmaq üzərində cəmləşmək qərara alındı. 1967-1977-ci illər arasındakı dövr Şərqi Afrika Cəmiyyəti — ŞAC (Eastern Africa Community — EAC) 1967-ci ildə Keniya, Uqanda və Tanzaniya tərəfindən yaradıldı. Əsas məqsədlər ŞAC çərçivəsində əməkdaşlıq haqqında Sazişlə müəyyənləşdirilir və bunlara daxildir: qarşılıqlı ticarət və sənaye əməkdaşlığının artırılması: ahəngdar və davamlı inkişafa kömək etmək; iqtisadi siyasətin uyğunlaşdırılmasına, birgə istehsal müəssisələrinin inşasına, kənd təsərrüfatı, təhsil, kadrların inkişafı, elektrik enerjisi, sənaye, turizm, nəqliyyat və rabitə sahələrində planların hazırlanması və həyata keçirilməsinə dair məsləhətləşmələrə əsaslanan ölkələr arasında iqtisadi fəaliyyətin üstünlüklərinin bərabər paylanması. Birliyin üzvü olan ölkələrin strateji vəzifəsi ortaq gömrük tarifinin tətbiqi, malların sərbəst hərəkətinə nail olmaq, tranzit rüsumlarının aradan qaldırılması və üzv olmayan ölkələrdən malların idxalına nəzarət əsasında Şərqi Afrika ortaq bazarının tədricən formalaşdırılmasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=618765 |
Şərqi Afrika Federasiyası | Şərqi Afrika Federasiyası (ing. East African Federation, suah. Shirikisho la Afrika Mashariki ) — Şərqi Afrika Cəmiyyətinə üzv ölkələrin (Burundi, Keniya, Ruanda, Tanzaniya, Uqanda, Cənubi Sudan, Konqo Demokratik Respublikası) vahid suveren dövlətdə siyasi birləşməsi təklifi. İqtisadiyyatı ŞAF-nin rəsmi saytına görə, 2021-ci ildə federasiyanın ÜDM-i 305,3 milyard ABŞ dolları təşkil etmişdir.Adambaşına düşən ÜDM 1,500 ABŞ dolları təşkil edir.. | https://az.wikipedia.org/w/index.php?curid=819441 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.