!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şəms Təbrizi
Şeyx Şəms Təbrizi (d. 1185 – ö. 1248) — mənşəcə Azərbaycan türklərindən olan böyük filosof, şair və yazıçı. O, İranın ən sirli personajlarından biridir.Şəms Təbrizinin türbəsi.Məqalət-e Şəms-i Təbrizi (Şəms-i Təbrizinin söhbəti) Şəms tərəfindən yazılmış farsca nəsr kitabıdır.[11]Bütövlükdə, İslamın mistik şərhini daşıyır və ruhani tövsiyələri ehtiva edir:Fars dili haqqında dedi: və fars dili, necə oldu? O qədər zəriflik və xeyirxahlıqla ki, fars dilində olan məna və zəriflik ərəb dilində yoxdur.[12]Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır.Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr etmişlər. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o, kamil ilahiyyat təhsili almışdır. Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını almışdır. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə seçilmişdir. İran alimi Məhəmmədəli Tərbiyət onun haqqında yazır ki, Şəmsəddin Təbrizi ruh qədər incə idi. O, dinin və həqiqətin günəşi idi. Şəmsin müridləri çox olub. Onların arasında Əbu Bəkr Sələbaf Təbrizi, Rüknəddin Səcasi və başqaları da vardı. O, həmişə qara rəngli keçə libas geyinərmiş. Çoxlu səyahətlərə çıxmış, əsasən, karvansaralarda yaşamışdır. 1244-cü il 26 noyabrda Türkiyənin Konya şəhərində Düyüsatanların karvansarasında Şəms sonralar ən məşhur şairlərdən olan Cəlaləddin Rumi ilə görüşür və bu tanışlıq möhkəm dostluğa çevrilir. Onların bu görüşünü müasirləri iki dənizin qovuşması kimi qiymətləndirir, bu görüşü "Mərc əl Bəhreyn" adlandırırlar. Şəmsin yüksək insani keyfiyyətləri, sufi ideyalarına dərindən sədaqəti Rumini özünə cəlb edir. Rumi onu özünün mürşidi elan edərək, elmi fəaliyyətini dayandırır, mədrəsədəki işini buraxır. Onlar vaxtlarını Şəmsin digər müridləri ilə birlikdə sufi məclislərində keçirirlər. Bu məclislərin əsasını musiqi və xüsusi dərviş rəqsləri tuturdu. Şəmsin varlığı Rumiyə Allaha qovuşmaqda bir yardımçı olur. Rumi Şəmsə sevgilərini izhar edən şerlər də həsr edir: Ruminin doğmaları və xüsusilə də müridləri onun bu halından təşvişə düşüb, bu ruh qardaşlarını hər vəchlə ayırmaq istəyirlər. Şəmsəddin 1246-cı ildə Rumidən xəbərsiz Konyanı tərk etməli olur. O, Dəməşqə köçərək, özü barədə Rumiyə heç bir xəbər vermir. Lakin Şəmsin bu gedişi vəziyyəti düzəltmir. Rumi ayrılığı çox ağır keçirir. O, cəmiyyətdən üz çevirib, özünə qapılır. Hicran dərdi onun şeirlərinə xüsusi bir qüvvə bəxş edir. Nəhayət, Rumi Şəmsin harada olduğunu öyrənir və sanki bu xəbər onu yenidən həyata qaytarır. Bunu görən dostları Ruminin oğlu Sultan Vələddən Şəmsəddin Təbrizinin ardınca Dəməşqə yola düşməsini rica edirlər. Rumi oğlu vasitəsilə ona bu şeri göndərir: Şeiri oxuyan Şəms Konyaya qayıdır. Burada onu böyük şərəflə qarşılayır və onun şəninə təntənəli ziyafətlər verirlər. Şəmslə Ruminin dostluq münasibətləri əvvəlki qaydasına düşür. Rumi yenə də bütün vaxtını Şəmslə keçirərək, ondan bir an belə ayrılmır. Şəmsəddin Təbrizi Ruminin bacısı Kimiya ilə ailə həyatı qurur. Bütün bunlara baxmayaraq, bədxahları yenə də Şəmsi rahat buraxmırlar. Və o, yenidən, bu dəfə isə həmişəlik, Konyanı tərk edir. Onun birdən-birə yoxa çıxması indiyə qədər də müəmmalıdır. Ola bilər ki, Şəmsi Ruminin müridləri aradan götürmüş, ya quyuya atmış, ya da öldürüb, atasının yanında basdırmışlar. Səhər tezdən mədrəsəyə gələn Rumi orada heç kəsi tapmır. Uzun zaman inadla onu axtarır. Hüznü ölçüyəgəlməzdir, Günəşi (farsca Şəms) biryolluq batmışdır. Şairin ruhi sarsıntıları hüdudsuz olsa da, birdən-birə möcüzə baş verir. Rumi Şəmsi özündə yenidən yaratmaq üçün güc və qüvvə tapır. O, dünya məhəbbət lirikasının ən heyrətamiz nümunələrindən birini yaradır və "Şəms Təbrizinin divanı" adlanan bu toplunu öz mürşidinin adına bağlayır. Gənc alim sufi axtarışlarını biryolluq tullayaraq, özünü tamamilə Şəmsəddin Təbrizi adlı bir şairə çevirir. M. İ. Zənd yazır ki, "Divan"ın və bura daxil olan hər bir şeirin Şəmsəddin Təbrizinin adından yaradılması heç vəchlə Cəlaləddin Rumi üçün poetik fənd, yaxud itkin düşmüş dostunun xatirəsinə hörmət kimi qəbul edilə bilməz: Şəmsi gerçək dünyanın makrokosmunda itirmiş mütəfəkkir onu öz qəlbinin mikrokosmunda tapmış olur. Və şairin özündə, könlündə duyduğu bu mürşid həmin nəğmələri ona diqtə edir, Rumi isə bu məqamda onları qələmə alandan (katib), oxuyandan, rəvayət edəndən (ravi) başqa heç bir rol oynamır. Ancaq eyni zamanda bu nəğmələr həm də onun öz şeirləridir. Çünki bunlar onun qəlbində yaranmışdır. Beləliklə, Cəlaləddini onun dili ilə danışan Şəmsəddinlə həm eyniləşdirmək olar, həm də olmaz. Buna görə də bu divanın subyekti, müəllifi, lirik qəhrəmanı kimi çıxış edən Şəms eyni zamanda bunların intim-lirik anlamda obyekti də sayıla bilər. Ancaq bu "obyekt"in yalnız mürəkkəb rəmzi qavrayış planında anlaşılması mümkündür. Şəmsəddin Təbrizi ilə ünsiyyəti Rumiyə mistik idrakın yeni bir yolunu tapmaqda kömək etmişdi. Buna baxmayaraq, onun təriqəti yalnız Rumi öldükdən sonra Mövləvilik adı ilə formalaşır. Mövlana ("bizim müəllim") onun titullarından biri idi. Rumi yaradıcılığı və mövləvilik təriqəti Şərq xalqlarının dini-fəlsəfi və poetik düşüncə tərzinin inkişafına böyük təkan vermişdir. Bu deyilənlərdən başqa, həmin təriqət həm də hələ Şəmsəddinin yaratdığı dərviş rəqsləri ilə məşhurdur. Avropalılar bu təriqətin dərviş rəqslərinə böyük maraq göstərmişlər. Şəms Təbrizinin şagird və müridləri onun söhbətlərini yazıya alıb "Məqalat" adlı kitab halına salmışlar. Əsərindən nümunələr Təbrizi: Hekayətlər Şəms Təbrizi: Qısa kəlamlar Şəms Təbrizi: Hikmətlər Həmçinin bax Yusif və Züleyxa (Şəms Təbrizi)
https://az.wikipedia.org/w/index.php?curid=29791
Şəms əl-maarif
Şəms əl-maarif və ya Şəms əl-Məarif və Lətaif əl-Avarif (ərəb. كتاب شمس المعارف ولطائف العوارف ) — XIII əsr aiddir. ruhları çağırmaq üçün sehrli prosedurların və sehrlərin təsviri özündə əks etdirən kitab. ( ərəb dilində Qrimuar), Misirin sufi şeyxi Əhməd əl-Buni (1225) tərəfindən tərtib edilmişdir. Şəms əl-maarif kitabı ümumiyyətlə ərəb və müsəlman dünyasında öz janrının ən təsirli dərsliyi kimi qəbul edili. Müasir formada kitab iki variantdan ibarətdir; Şəmsül-məarif əl-Kubra və Şəmsül-məarif əl-Suğra , birinci hissə daha böyükdür. İlk bir neçə fəsil oxucunu sehrli kvadratlar və əlifbanın rəqəm və hərf birləşmələri ilə tanış edir ki, bu da sehrli təsir göstərir və müəllifin fikrincə, cinlər , mələklər və ruhlarla ünsiyyət qurmağın yeganə yoludur. Sonrakı çap nəşrlərində çıxan məzmun cədvəli nömrələnməmiş qırx fəsildən ibarətdir ( fasl). Çap nəşrinin yaranmasına qədər hər birinin uzunluğuna görə fərqlənən üç siyahı mövcud idi. Kitab İslam dünyasında məşhur idi, lakin eyni zamanda İslam tarixinin çox hissəsi boyunca qadağan edildi. Nəqşbəndi kimi həqiqi sufi tarikatları şəriətdən kənara çıxan hər şeyi haram hesab edirdi.
https://az.wikipedia.org/w/index.php?curid=808176
Şəmsabad
Şəmsabad (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Şəmsabad (Meşkinşəhr) Şəmsabad (Nir) Şəmsabad (Səreyn)
https://az.wikipedia.org/w/index.php?curid=753993
Şəmsabad (Ağdaş)
Şəmsabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Şəmsabad kənd Muxtar Əfəndizadə adına tam orta məktəb fəaliyyət göstərir. Görkəmli şəxsiyyətləri və ziyalıları Əfəndizadə Muxtar İsmayıl oğlu - şərqşünas, alim. Azərbaycanda, Krımda, Zaqafqaziyada, Türkiyədə və ərəb ölkələrində Muxtar Əfəndi adı ilə tanınıb. Birinci Qarabağ müharibəsində həlak olanlar Baxışov Neman Nəriman oğlu (1969-1994) Əlyəddin Həşimov Qürbət Abbasov Sabir İbrahimzadə Bəşir Lətifovİkinci Qarabağ müharibəsində həlak olanlar Əlibəy Samir oğlu Feyruzlu (14 sentyabr 1998; Şəmsabad, Ağdaş rayonu, Azərbaycan — 25 oktyabr 2020 (dəfn tarixi); Suqovuşan, Tərtər rayonu, Azərbaycan)
https://az.wikipedia.org/w/index.php?curid=87254
Şəmsabad (Meşkinşəhr)
Şəmsabad (fars. شمس اباد) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (16 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=763109
Şəmsabad (Nir)
Şəmsabad (fars. شمس اباد) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 35 nəfər yaşayır (10 ailə). Şablon:Nir şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=757909
Şəmsabad (Səreyn)
Şəmsabad (fars. شمس اباد) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (63 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=753871
Şəmsabad (Xalxal)
Şəmsabad (fars. شمس اباد) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 156 nəfər yaşayır (57 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=753692
Şəmsabad (Əsədabad)
Şəmsabad (fars. شمس‌آباد) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 595 nəfər yaşayır (166 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=685943
Şəmsabad bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115009
Şəmsi Bədəlbəyli
Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23 fevral 1911, Şuşa – 23 may 1987, Bakı) — tanınmış Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1964). 23 fevral 1911-ci ildə – Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin (1875–1932) və Rəhimə xanım Qacarın (1880–1966) ailəsində dünyaya gəlmişdir. Bakıda orta məktəbdə ibtidai təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır. 1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olur. 1927–1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur. Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C.Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi. Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərir. Bu da onun rejissorluq sənətinə marağını artırır və o, C.Cabbarlının əsərlərinin tamaşalarında rejissor assistenti kimi çalışmağa başlayır. 1930–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında "İncəsənət və ədəbiyyat" şöbəsinin müdiri vəzifəsində çalışır, həmin qəzetin səhifələrində bir sıra tamaşalar haqqında məqalələri dərc olunur. 1932-ci ildən (may ayından başlayaraq) 1942-ci ilə kimi – Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor kimi fəaliyyət göstərir. 1933-cü ildə Ş.Bədəlbəyli Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya rejissorluq üzrə təcrübə işinə göndərilir. Moskvada Malı Teatrda Şillerin "Don Karlos" əsərinin hazırlığında görkəmli rejissor K.Marcanaşvilinin rəhbərliyi altında rejissor assistenti kimi təcrübə keçir. Həmçinin, İnqilab teatrında rejissor A.Popovun yaradıcılıq emalatxanasında öz təcrübəsini zənginləşdirir, dramaturq N.Poqodinin "Mənim dostum" əsərinin tamaşasının hazırlanmasında iştirak edir. 1936-cı ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirir. Bir sıra səhnə əsərlərinin tamaşalarına quruluş verir. Onlardan C.Cabbarlının "1905-ci ildə", "Od gəlini" əsərlərinin tamaşalarının hazırlanmasında Ş.Bədəlbəyli rejissor assistenti kimi iştirak edir. Xüsusilə onun M.F.Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" komediyasının səhnələşdirilməsi üzrə (rejissor M.Zeynalovla birgə) yaradıcılıq işi klassik komediyanın müasir təfsiri kimi qeyd olunur. 1939-cu il, 23 oktyabr — Azərbaycan Dövlət Dram Teatrında Ş.Bədəlbəylinin rejissor kimi ilk müstəqil işi olaraq, C.Məmmədquluzadənin "Ölülər" əsəri tamaşaya qoyulur. Bu, onun yaradıcılığında yeni mərhələnin başlanğıcı olur. 1941-ci il, 19 yanvar — həmin teatrda Ş.Bədəlbəylinin rejissorluğu ilə S.Rəhmanın "Xoşbəxtlər" əsərinin premyerası olur. 1941-ci ildə, iyunun 16-da – V.Şekspirin "Kral Lir", iyulun 8-də Lermontovun "İki qardaş" əsərləri Ş.Bədəlbəylinin rəhbərliyi ilə səhnədə oynanılır. Sonrakı illərdə Ş.Bədəlbəyli digər teatrlarda çalışsa da Azərbaycan Dövlət Dram Teatrı ilə yaradıcılıq əlaqələrini davam etdirmiş, bu səhnədə yeni əsərləri tamaşaya qoymuşdur: o cümlədən, 1945-ci il, noyabrın 17-də Azərbaycan Dövlət Dram Teatrında Ş.Bədəlbəylinin rejissorluğu ilə S.Rəhmanın "Aşnalar" əsərinin premyerası olmuşdur. 1941–1942-ci illərdə Ş.Bədəlbəyli sovet ordusunun hissələri tərkibində İrana göndərilir, "Qırmızı Şərq", "Vətən uğrunda" qəzetlərinin müxbiri kimi Təbrizdə fəaliyyət göstərir. Burada Ş.Bədəlbəylinin rəhbərliyi altında həvəskar aktyorların iştirakı ilə Ü.Hacıbəylinin "Arşın mal alan", Z.Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan" musiqili komediyaları tamaşaya qoyulur. 1943-cü ildə Ş.Bədəlbəyliyə Azərbaycan incəsənətinin inkişafında böyük nailiyyətlərinə görə Azərbaycan Ali Soveti Pəyasət Heyəti tərəfindən əməkdar incəsənət xadimi fəxri adı verilir. Ş.Bədəlbəyli bundan sonrakı illərdə də bir sıra hökumət mükafatlarına layiq görülmüş, fəxri fərmanlarla, orden və medallarla təltif olunmuşdur. 1943–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər vəzifəsinə təyin olunur. Həmin illərdə Ş.Bədəlbəylinin rejissorluğu ilə bu teatrın səhnəsində bir sıra Azərbaycan və xarici ölkə bəstəkarlarının musiqili komediyalarının premyerası olur. 1946-cı il, 17 iyul — Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində F.Əmirovun "Gözün aydın" musiqili komediyası Ş.Bədəlbəyli tərəfindən tamaşaya qoyulur. 1948-ci il, 31 dekabr — Ş.Bədəlbəyli həmin səhnədə S.Ələsgərovun "Ulduz" musiqili komediyasına quruluş verir. Sonrakı illərdə də Ş.Bədəlbəyli fasilələrlə bu teatrda işini davam etdirmiş, bir sıra əsərlərin səhnələşdirilməsinə rəhbərlik etmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Ş.Bədəlbəyli 1947-ci ildə Ü.Hacıbəylinin "O olmasın, bu olsun", 1956-cı ildə "Arşın mal alan" musiqili komediyalarına yeni quruluş vermişdir. 1947, 1956 və 1959-cu illərdə S.Rüstəmovun "Durna" musiqili komediyasının tamaşalarını hazırlamışdır. 1949–1956-cı illərdə Ş.Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışır. 1950-ci il və sonrakı illərdə müxtəlif bayramlar və dövlət tədbirləri çərçivəsində konsertlərə quruluşlar verir: o cümlədən, 1950 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin konsertləri, 1967-ci ildə Azərbaycan İncəsənət ustalarının konsertləri, 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi, 1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi, 1975-ci ildə Üzeyir Hacıbəylinin 90 illiyi münasibətilə yubiley konsertləri, 1974-cü ildə Fransada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən konsertlər, həmçinin, Bakıda təşkil olunan bir sıra konsertlər qeyd oluna bilər. Həmin dövrdən o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına da rejissor kimi dəvət olunur və bir sıra opera tamaşalarını səhnələşdirir: 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin "Koroğlu" operasına yeni quruluş verir. 1956-cı ildə bu səhnədə Z.Paliaşvilinin "Daisi" operasını tamaşaya qoyur. 1958-ci ildə Ü.Hacıbəylinin "Əsli və Kərəm" operasının yeni səhnə quruluşunu hazırlayır. 1951-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində İncəsənət işləri idarəsi tərəfindən Ş.Bədəlbəyli Azərbaycan Dövlət Mahnı və rəqs ansamblının yaradıcı heyətinin ifaçılıq məharətini peşəkar səviyyəyə yüksəltmək üçün Komissiyanın sədri təyin olunur. 1953-cü il 15 noyabr – 1954-cü il 15 may – A.N.Ostrovski adına Leninqrad Dövlət Teatr İnstitutunda ixtisasartırma təlimi keçir və peşəkar rejissor kimi təcrübəsini artırır. 1956–1959-cu illərdə — yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər və direktor vəzifəsində çalışır. Bu illərdə Ş.Bədəlbəylinin rejissorluğu ilə səhnəyə qoyulan yeni əsərlərdən: 1958-ci il, 11 iyul – V.Adıgözəlov və R.Mustafayevin "Hacı Qara" musiqili komediyasının; 1961-ci il 24 yanvar – S.Rüstəmovun "Rəisin arvadı" musiqili komediyasının premyerası olur. 1957-ci ildə — Aşqabada dəvət olunaraq, Türkmənistan Opera və Balet Teatrında Ü.Hacıbəylinin "Koroğlu" operasını tamaşaya qoyur. 1959–1965-ci illərdə — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru təyin olunur. Ş.Bədəlbəyli bu teatrda çalışdığı zaman dünya musiqi klassikasına müraciət edərək, 1962-ci ildə C.Rossininin "Sevilya bərbəri" operasını, 1964-cü ildə A.Borodinin "Knyaz İqor" operasını tamaşaya qoyur. Bu dövrdə həmin səhnədə Azərbaycan bəstəkarlarının yeni operaları da Ş.Bədəlbəylinin rəhbərliyi altında tamaşaya hazırlanır: 1961-ci il, 22 noyabr – S.Ələsgərovun "Bahadır və Sona" operasının; 1963-cü il, 19 aprel –V.Adıgözəlovun "Ölülər" operasının; 1971-ci il 14 mart – Ə.Bədəlbəylinin "Söyüdlər ağlamaz" operasının premyerası olur. 1964-cü il, 29 iyul – Ş.Bədəlbəyli Azərbaycanın xalq artisti fəxri adına layiq görülür. 1965–1974-cü illərdə Ş.Bədəlbəyli təkrarən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və bədii rəhbəri vəzifəsində çalışmışdır. Bu illər ərzində Ş.Bədəlbəyli bu teatrda V.Dolidzenin "Keto və Kote" əsərini iki dəfə yeni quruluşda tamaşaya qoyur. Ş.Bədəlbəyli tərəfindən Azərbaycan bəstəkarlarının yeni musiqili komediyaları səhnələşdirilir: 1967-ci il, 28 dekabr — həmin səhnədə A.Məlikovun "Ləpələr" operettası tamaşaya qoyulur. Operetta 1968-ci ildə teatr tamaşalarına Beynəlxalq baxışda I dərəcəli diplomla təltif edilir. 1970-ci il, 7 mart – S.Ələsgərovun "Sevindik qız axtarır" musiqili komediyasının; 1971-ci il, 30 sentyabr – S.Ələsgərovun "Həmişəxanım" musiqili komediyasının; 1971-ci il, 27 mart – V.Adıgözəlovun "Nənəmin şahlıq quşu" musiqili komediyasının; 1973-cü il, 31 mart – E.Sabitoğlunun "Hicran" musiqili komediyasının premyerası olur. 1974–1976-cı illərdə Ş.Bədəlbəyli yenidən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri təyin olunur. 1976, 28 oktyabr – Ş.Bədəlbəyli Azərbaycan Teatr Cəmiyyəti İdarə Heyətinin sədri seçilir. 1978-ci il — Ş. Bədəlbəylinin təşəbbüsü ilə Bakıda Azərbaycan Teatr Cəmiyyətinin nəzdində "Dostluq" teatrı yaradılır – burada müxtəlif respublikaların tanınmış teatr kollektivlərinin qastrol tamaşaları təşkil olunur. 1987-ci il, 23 may — Şəmsi Bədəlbəyli vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. Filmoqrafiya O qızı tapın (film, 1970) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: Şabanzadə Xatirələr sahili (film, 1972) Ömrün səhifələri (film, 1974) Tikdim ki, izim qala. III film (film, 1998) Maestro Niyazi (film, 2007) Nəsil şəcərəsi Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=32743
Şəmsi Bədəlbəyli küçəsi
Şəmsi Bədəlbəyli küçəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində cənub-qərbdən şimal-şərqə qədər uzanan bir küçədir. Şəhərin mərkəzi küçələrindən biridir. Tanınmış azərbaycanlı aktyor Şəmsi Bədəlbəylinin adını daşıyır. Şərqdən Azadlıq prospekti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, qərbdən - Füzuli meydanına, şimaldan - yeni qoyulmuş Qış bulvarına, cənubdan Mirzə Ağa Əliyev küçəsi ilə kəsişməsində yerləşir. Küçədə Bakı Musiqi Akademiyasının binası var. Küçənin tarixi Manaf Süleymanovun xatirələrinə görə, neft bumu XIX əsrdə Bakıda başlamış və yataqlarda böyük miqdarda neft hasil olunduqda, şəhərə qədər neft böyük miqdarda - zavodlara nəql etməyə başlamışdır. Bunun üçün böyük miqdarda barel istehsal etməyə ehtiyac vardı. Sabunçu Stansiyasından Kubinsakaya meydanına qədər hər iki tərəfdə kooperativ atelye olan küçə uzanmışdı. Bu baxımdan, küçənin adı Bondarnaya oldu. Nəticədə, yerli hakimiyyət orqanları şəhər xaricindəki bütün kooperativ seminarları götürməyə qərar verdilər və sahiblərinə iki həftəlik müddət verildi. XX əsrin əvvəllərində Bakıda basılı təbliğat işi Bolşevizm ilə başladı. 1903-cü ilin dekabrında Bakı İnqilab Komitəsinin ilk nəşriyyatı Bondarnaya küçəsi, 42 nömrəli ərazidə yaradılmışdır. Sovet dövründə küçə Bolqarıstan kommunist hərəkatı aktivisti Georgi Dimitrovun şərəfinə dəyişdirildi. Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından və Azərbaycanın müstəqillik elan edildikdən sonra Azərbaycan Xalq Artisti Şəmsi Bədəlbəylinin şərəfinə dəyişdirildi. 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarixi və mədəni abidələr haqqında sərəncamına əsasən Azərbaycan Dövlət Musiqi Akademiyasının binası (98 saylı mənzil) milli əhəmiyyətli tarixi və mədəniyyət memarlığı abidələri elan edilmiş və şəhərin tarixi və mədəniyyətinin memarlıq abidələri olan küçə - dəyərlər: bunlar 5 saylı bina (1883-cü ildə tikilmiş), 7, 8 (1904-cü ildə tikilmiş), 15 (1890-cı ildə tikilmiş), 16 (1915-ci ildə tikilmiş), 18 (1900-cü ildə tikilmiş), 20 (1890-cı ildə tikilmiş), 21 (1910-da tikilmiş ), 23 (1900-cü ildə tikilmiş), 25 (1900-cü ildə tikilmiş), 30 (1898-ci ildə tikilmiş), 37 (1898-ci ildə tikilmiş), 51, 54, 58 (1902-ci ildə tikilmiş), 67 (1900-cü ildə tikilmiş), 69 (1898-ci ildə tikilmiş), 75 (1894-cü ildə tikilmiş), 77 (1900-cü ildə tikilmiş), 80 (1910-cu ildə tikilmiş), 81 (1898-ci ildə tikilmiş), 82 (1900-cü ildə tikilmi), 83 (1892 tikilişi) və 104. "Qış bulvarının yenidən qurulması və tikintisi" 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Sarayından Füzuli meydanına qədər ərazini əhatə edən park kompleksinin inşasına əmr etdi. 2010-cu ilin fevralında Şamsi Bədəlbəyli küçəsində köhnə evlərin sökülməsi başladı. Yıxılmış evlərin sakinlərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya verildi. Dissentlər, ödənişlərin böyüklüyünə görə, evlər sökülməsinə qarşı çıxdılar və bu sakinlər və işçilər arasında etiraz və qarşıdurmalara səbəb oldu. Evlərin sakinlərinə görə, onlar icra hakimiyyətinin nümayəndələrindən təzyiq altında qaldılar, kompensasiya ilə razı olmayanlara evlərini çıxarmaq üçün mənzillər kommunal xidmətlərdən kəsildi. Xüsusilə, 2012-ci ilin fevralında tarix və mədəniyyətin memarlıq abidəsi olan 8 saylı evin sökülməsi başladı və eyni ilin aprelində 20 saylı evin son kirəciləri də tarixi və mədəniyyət memarlıq abidəsindən zorla evakuasiya edilmiş, sonra binanın biri ekskavator tərəfindən yıxıldı. Mayın 10-da Bakı şəhərinin Füzuli və Mirzə ağa Əliyev küçələri arasında tikilmiş "Qış bulvarının" açılışı, Şəmsi Bədəlbəyli küçəsinin böyük hissəsində oldu. Açılış mərasimində Prezident İlham Əliyev, həyat yoldaşı Mehriban Əliyeva və ailəsinin üzvləri iştirak ediblər. 7 hektar ərazini əhatə edən "Qış bulvarı", 1 km uzunluğunda və 150 metr genişliyi Bakı şəhərində ən böyük park olmuşdur. Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
https://az.wikipedia.org/w/index.php?curid=555431
Şəmsi Cəfərov
Şəmsi Mahir oğlu Cəfərov (27 avqust 2001; Boşçalılar, İmişli rayonu, Azərbaycan — 29 sentyabr 2020; Şıxarx, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəmsi Cəfərov 27 avqust 2001-ci ildə İmişli rayonunun Boşçalılar kəndində Mahir Cəfərovun ailəsində anadan olmuşdur. Əslən Füzuli rayonunun Aşağı Veysəlli kəndindəndir. 2008-2019-cu illər ərzində əvvəlcə, Bakı şəhər Sabunçu rayon 213 nömrəli liseydə, sonra isə Füzuli rayon 6 saylı Qayıdış qəsəbə tam orta məktəbində orta təhsil almışdır. Subay idi. Hərbi xidməti Şəmsi Cəfərov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şəmsi Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şəmsi Cəfərov 29 sentyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Tərtər rayonunun Şıxarx qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmsi Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəmsi Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəmsi Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=750367
Şəmsi Fəxri
Şəmsi Fəxri — XIV əsr İran lüğətçisi və filoloqu. O, ən çox 1344-cü ildə Fars vilayətinin son incuid hakimi Əbu İşaq İncuya (hak. 1343–1357) həsr olunmuş "Miyar-i Cəmali və-miftə-yi Bu İşaki" nin ("Camala təklif olunan quş tələsi və Əbu İshaqa həvalə edilən açar") əsərinin müəllifi kimi tanınır.Şəmsi Fəxri gəncliyi dövründə Luristanda hökmranlıq sürən həzarəspilər sülaləsinin sarayında xidmət etmişdir. O, 1313-cü ildə hökmdar Nüsrətəddin Əhmədə (hak. 1296–1330) həsr etdiyi "Miyar-i nüsrəti" şeirini ərsəyə gətirmişdir. Monqol Elxanilərin fars əsilli vəziri olan Qiyasəddin ibn Rəşidəddinin sarayına qoşulmuş, ondan sonra incuidlərin sarayına qatılmışdır. Boroujerdi, Mehrzad. Mirror For the Muslim Prince: Islam and the Theory of Statecraft (ingilis). Syracuse University Press. 2013. ISBN 978-0815632894. JSTOR 10.3366/j.ctt1j1w04g. Massé, H. Fak̲h̲rī // Lewis, J.; Pellat; Schacht (redaktorlar ). The Encyclopaedia of Islam (ingilis). Volume II: C–G (New Edition).
https://az.wikipedia.org/w/index.php?curid=699401
Şəmsi Pənahoğlu
Şəmsi Pənah oğlu Əhmədov (1959, Kərki, Sədərək rayonu) — Azərbaycan şərqşünası, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru. Şəmsi Pənahoğlu 1959-cu ildə Naxçıvan MR-in Kərki kəndində doğulub. I sinfi Sədərəkdə, II–IV sinifləri Naxçıvanda, V–X sinifləri Ordubad internat məktəbində oxuyub. 1981-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib. Orta, orta-ixtisas, ali məktəblərdə dərs deyib. Əfqanıstanda müşavir aparatında işləyib, İran, Türkiyə, Rusiyada yaşayıb, Avropanın bir neçə ölkəsində olub. Müxtəlif vəzifələrdə, o cümlədən, dövlət qulluğunda və ictimai işlərdə çalışıb: 1986–1989 — Naxçıvan ş. 1 saylı orta-məktəbdə dərs hissə müdiri; 1987–1991-Naxçıvan MR Beynəlmiləl Hərbçilər Şurasının sədri; 1987–1991-Naxçıvan Vilayət Komsomol Komitəsində büro üzvü; 1988–1990-OADKYC Naxçıvan Şəhər Komitəsinin sədri; 1990–1990-"Şəfqət" xeyriyyə cəmiyyətində işlər müdiri; 1991–2004-"Səfəvi" assosiasiyasının sədri; 1991–1996-Naxçıvan MR Nazirlər Kabinetində Hərbi Səfərbərlik şöbəsinin rəisi; 1997–1998-Naxçıvan MR Turizm İdarəsində tərcüməçi; 1998–1998-Naxçıvan MR Antiinhisar Komitəsi KOSİA-nın direktoru; 2001–2003-İİR Naxçıvan Baş Konsulluğunda tərcüməçi; 2005–2008-AMEA Naxçıvan Bölməsində elmi işçi; 2006–2008-Naxçıvan Özəl Universitetində müəllim; 2007–2010-"Kanal 35", "ANS" və "Space" televiziyalarında tərcüməçi; 2008–2009-"Qlobal Biznes Servis"də tərcüməçi. 2009-cu ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda işləyir. Müharibə iştirakçısı, ehtiyatda olan zabitdir. "Qırmızı ulduz" ordeni və medallarla təltif olunub. Ailəlidir. 3 övladı, 2 nəvəsi var. Elmi fəaliyyəti Elmi yaradıcılığının əsas istiqaməti klassik Azərbaycan və farsdilli ədəbiyyat, səfərnamə və xatirə ədəbiyyatının ilkin mənbədən-əlyazmasından tədqiqi, tərcüməsi, transliterasiyası, nəşri, sağlamlıq nəzəriyyələri və filmlərin tərcüməsidir. 5718.01-Dünya ədəbiyyatı (fars ədəbiyyatı) və 5716.01-Azərbaycan ədəbiyyatı ixtisasları üzrə "Mirzə Müslüm Qüdsi "Divan"ının filoloji tədqiqi" mövzusunda müdafiə etdiyi dissertasiya işini, ədəbiyyat və mədəniyyət tariximizə düşməmiş M. M. Q. İrəvaninin Təbriz Milli Kitabxanasında saxlanılan "Divan"ının yeganə əlyazma nüsxəsi əsasında işləyib. "XIX əsr İrəvan ədəbi mühiti (farsdilli mənbələr əsasında)" elmlər doktorluğu işinin mövzusudur. Azərbaycan, rus, türk, fars, tacik, dəri və qismən ingilis dillərini bilir. 80-dən artıq elmi və publisistik məqaləsi, o cümlədən, 20 kitabı çap olunub, 100-ə qədər filmi rus və fars dillərindən Azərbaycan dilinə tərcümə edib. "Urmu: dünyanı yandıran müharibədə" tərcüməsi əsasında film çəkilişi nəzərdə tutulub. Süleyman xan Dərgah. Səfərnamə (tərcümə) Kitab Zərdabi. Bakı. 2014 8,5 ç.v. M. M. Qüdsi İrəvani. Tousifi-İrəvan. Tərcüməçi Ş. Əhmədov. / Səməd Sərdariniya. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Tərcüməçi İ. Quliyev. Kitab Zərdabi. Bakı. 2014 s. 197–216 Azərbaycan mətbəxi (tərcümə) Kitab AR Mədəniyyət və Turizm Nazirliyi. Qolden Book. Bakı. 2016 8 ç.v. Rəhmətulla xan. Urmu dünyanı yandıran müharibədə (tərcümə) Kitab Nurlar NPM. Bakı. 2017 24 ç.v. Xocalı (kollektiv, tərcümə) Kitab AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı. 2018 3 ç.v. Cemelli Kareri. Səfərnamə (tərcümə) Kitab Avropa. Bakı. 2019 11 ç.v. Rudolf Broys. Sağalmaz hesab olunan xəstəliklərin təbii vasitələrlə müalicəsi (tərcümə) Kitab Avropa. Bakı. 115 s. 2019 7,21 ç.v. Cemelli Kareri. Səfərnamə (tərcümə). II nəşr Kitab Elm. Bakı. 176 s. 2021 11 ç.v. Kneyp Sebastian. Mənim su ilə müalicəm (tərcümə) Kitab Elm və təhsil. Bakı. 2019 14,25 ç.v. Avqust Benton. Səfərnamə (tərcümə) Kitab Elm. Bakı. 120 s. 2021 8 ç.v. Rudolf Broys. Sağalmaz hesab olunan xəstəliklərin təbii vasitələrlə müalicəsi (tərcümə). II nəşr Kitab Elm və təhsil. Bakı. 104 s. 2020 6,5 ç.v. Leons Karliye. Şəfalı göyərti, tərəvəz və meyvələr (tərcümə) Kitab Elm və təhsil. Bakı. 168 s. 2020 10 ç.v. M. Yusifli Mirzə Müslüm Qüdsi İrəvaninin "İrəvanın vəsfi" məsnəvisi. II nəşr Kitab Zərdabi. Bakı. 2021 3,5 ç.v. Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri. II nəşr Kitab Zərdabi. Bakı. 2021 6,25 ç.v. Kneyp Sebastian. Mənim su ilə müalicəm (tərcümə). II nəşr Kitab Elm və təhsil. Bakı. 228 s. 2021 14,25 ç.v. Səməd Sərdariniya. Qarabağ tarixin gedişində (fars dilindən tərcümə) Əlyazması hüququnda. 400 s. 2021 25 ç.v.
https://az.wikipedia.org/w/index.php?curid=730299
Şəmsi Qoca
Şəmsi Adilxan oğlu Qocayev (27 aprel 1961, İlanlı, Amasiya rayonu) — Azərbaycanlı şair, publisist, pedaqoq. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Həyatı və fəaliyyəti Şəmsi Qoca 27 aprel 1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Çaybasar (İlanlı) kəndində anadan olub. 1982-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982–2005-ci illərdə Saatlı rayonunun məktəblərində müəllim, direktor müavini, məktəb inspektoru, RTŞ-nin müdir müavini vəzifələrində işləyib. 2006-cı ildən 30 yanvar 2013-cü ilə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdılrma və kadrların idarəolunması sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Müntəzəm olaraq dövri mətbuatda elmi-metodik, publisistik, ədəbi-tənqidi və pedaqoji məqalələrlə çıxış edir. "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatıdır. 2011-ci ildə "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. Bir sıra dərs vəsaitlərinin, tarix proqramlarının dərsliklərin və şeir kitablarının müəllifidir. Onlarla kitabın, "Azərbaycan tarixi" elektron dərsliklərinin redaktoru, "Bakı təhsili" qəzetinin yaradıcısı və ilk baş redaktoru olmuşdur. 2013-2017-ci illərdə Binəqədi rayonundakı 126 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Hal-hazırda 166 nömrəli məktəb-liseyin direktorudur. Ailəlidir. Bir oğlu, iki qızı var. 1."Gecə nəğmələri" (şeirlər), Bakı, 1999. 2."Könlüm bənövşə yarpağı" ( şeirlər), Bakı, 2006. 3."Ruhuma yağış yağır") şeirlər), Bakı, 2012. 4."İxtiralar və kəşflər", Bakı, 2005. 5."Həyati Bacarıqlara Əsaslanan Təhsil", Bakı, 2006. 6. "Dünyanın gözü yol çəkir" (şeirlər və poemalar) Bakı, 2011. 7."Hələ sevgi yaşayır" (seçilmiş şeirlər) Bakı, 2021. Xarici keçidlər İl kasad gələndə düşər qar tala… Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=281675
Şəmsi Ruhsar Xatun
Şəmsi Ruhsar Xatun (Osmanlı türkcəsi: شمسى روحار هاتون) (v. ən geci 1613, Konstantinopol) — Osmanlı imperiyasının 12. padşahı və 91. İslam xəlifəsi III Muradın hasəkilərindən biri. Şəmsi Ruhsar Xatunun əsli haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə yunan, bəzilərinə görə isə Qafqaz əsilli zadəgan ailəsinə mənsubdur. Hərəmxana dəftərlərində Hātun binti Abd-ül-Gaffar (yəni, Əbdül Qaffaq qızı) olaraq qeyd olunur. Erkən yaşda hərəmxanaya alınaraq III Murada təqdim olunmuş, ardından onun ən sevimli hasəkilərindən biri olmuşdur. Çox keçmədən yeganə qızı Ruqiyə Sultanı dünyaya gətirmişdir.Saray ənənələrinə görə, yalnız şahzadə anaları hasəki hesab olunurdu. Bu səbəbdən tarixi mənbələrdə və saray dəftərlərində Şəmsi Ruhsar Sultan yox, Xatun rütbəsilə anılır. 1595-ci ildə III Muradın vəfatı, ardından onun Safiyə Sultandan doğulan digər oğlu III Mehmedin taxta çıxması ilə mərhum padşahın bütün hərəmxanası Köhnə Saraya köçürülmüş, ancaq Şəmsi Ruhsar Xatun və qızı sarayda qalmışdır. Bunun səbəbi kimi onun hasəki sultan olmaması və dövlət işləri ilə maraqlanmaması olaraq göstərilir. Bu illərdə xeyriyyə işləri ilə məşğul olan Şəmsi Ruhsar Xatunun Mədinə şəhərindəki Quran oxuyucularına vəqf etdiyi bir külliyyəsinin olduğu bilinir.Şəmsi Ruhsar Xatun haqqındakı son məlumat isə 1613-cü ildəki ölümü ilə bağlıdır. "…Merhum Hazret-i Murad Han tabe serahu evlâd-ı emcadından Rukiye Sultan Hazretlarinin valide-î macideleri olub bundan akdem takdir-î rabbanî birle veda-î âlem-î fânî eden merhum ve mebrure sahibetü'l-hayrat ve'l hasenet ve rağibatü's-sadaqat ve'l-meberrat Şemsiruhsar Hatun ibn Abdülgaffar nam müteveffiyenin…"
https://az.wikipedia.org/w/index.php?curid=524191
Şəmsi Rəhimov
Rəhimov Şəmsi Nuru oğlu (1924, Qafan, Zəngəzur qəzası – 29 sentyabr 1994, Bakı) — Azərbaycanın dövlət xadimi, polkovnik. Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi (8 yanvar — 29 sentyabr 1994). Rəhimov Şəmsi Nuru oğlu 1924-cü ildə Ermənistan SSR-in Qafan rayonunun Gövdəkli kəndində müəllim ailəsində anadan olub. 1942-ci ildə kənd orta məktəbinin 10-cu sinfindən Sovet Ordusu sıralarına çağrılıb. 1943–1945-ci illərdə ordu sıralarında vzvod komandiri, 1946–1949-cu illərdə Bakı və Gəncə hərbi hissələrində Dövlət Təhlükəsizlik Komitəsininin əməliyyat işçisi, sonra rəhbər işçilərindən olub. 1962-ci ildə BDU-nun hüquq fakültəsini qiyabi yolla bitirmişdir. Birinci dərəcəli Vətən Müharibəsi ordeni və 14 medalla təltif edilmişdi. 1985-ci ildə istefaya çıxır və 1990-cı ilədək mülki vəzifələrdə işləyir. 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilir. 29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdir. Həmçinin bax Xarici keçidlər "MTN-nin sabiq müstəntiqi «bomba partlatdı»" ( (az.)). azadliq.info. 2011-08-06. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16. "Heydər Əliyev Surət Hüseynovu 1 milyard dollara aldı" ( (az.)). azadliq.info. 2011-08-07. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16. Mehri Hüseynova. "Gecə yarısı qətl "Nağıllar Evi"nin məhsuludur" ( (az.)). azadliq.info. 2011-08-16. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17. Sevda Əsgərova. "Şəmsi öldürülən gün Rəsul Quliyev zəng vurmuşdu…" ( (az.)). azadliq.info. 2011-08-18. İstifadə tarixi: 2017-01-24. Aytən Məmmədova. "Şəmsi Rəhimovun qətlində kaset müəmması" ( (az.)). azadliq.info. 2011-08-15. İstifadə tarixi: 2017-01-24. Aytən. "Şəmsi Rəhimovun qətlilə bağlı müstəqil komissiya tələbi" ( (az.)). azadliq.info. 2011-08-17. İstifadə tarixi: 2017-01-24.
https://az.wikipedia.org/w/index.php?curid=265802
Şəmsi Təbrizi
Şeyx Şəms Təbrizi (d. 1185 – ö. 1248) — mənşəcə Azərbaycan türklərindən olan böyük filosof, şair və yazıçı. O, İranın ən sirli personajlarından biridir.Şəms Təbrizinin türbəsi.Məqalət-e Şəms-i Təbrizi (Şəms-i Təbrizinin söhbəti) Şəms tərəfindən yazılmış farsca nəsr kitabıdır.[11]Bütövlükdə, İslamın mistik şərhini daşıyır və ruhani tövsiyələri ehtiva edir:Fars dili haqqında dedi: və fars dili, necə oldu? O qədər zəriflik və xeyirxahlıqla ki, fars dilində olan məna və zəriflik ərəb dilində yoxdur.[12]Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır.Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr etmişlər. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o, kamil ilahiyyat təhsili almışdır. Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını almışdır. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə seçilmişdir. İran alimi Məhəmmədəli Tərbiyət onun haqqında yazır ki, Şəmsəddin Təbrizi ruh qədər incə idi. O, dinin və həqiqətin günəşi idi. Şəmsin müridləri çox olub. Onların arasında Əbu Bəkr Sələbaf Təbrizi, Rüknəddin Səcasi və başqaları da vardı. O, həmişə qara rəngli keçə libas geyinərmiş. Çoxlu səyahətlərə çıxmış, əsasən, karvansaralarda yaşamışdır. 1244-cü il 26 noyabrda Türkiyənin Konya şəhərində Düyüsatanların karvansarasında Şəms sonralar ən məşhur şairlərdən olan Cəlaləddin Rumi ilə görüşür və bu tanışlıq möhkəm dostluğa çevrilir. Onların bu görüşünü müasirləri iki dənizin qovuşması kimi qiymətləndirir, bu görüşü "Mərc əl Bəhreyn" adlandırırlar. Şəmsin yüksək insani keyfiyyətləri, sufi ideyalarına dərindən sədaqəti Rumini özünə cəlb edir. Rumi onu özünün mürşidi elan edərək, elmi fəaliyyətini dayandırır, mədrəsədəki işini buraxır. Onlar vaxtlarını Şəmsin digər müridləri ilə birlikdə sufi məclislərində keçirirlər. Bu məclislərin əsasını musiqi və xüsusi dərviş rəqsləri tuturdu. Şəmsin varlığı Rumiyə Allaha qovuşmaqda bir yardımçı olur. Rumi Şəmsə sevgilərini izhar edən şerlər də həsr edir: Ruminin doğmaları və xüsusilə də müridləri onun bu halından təşvişə düşüb, bu ruh qardaşlarını hər vəchlə ayırmaq istəyirlər. Şəmsəddin 1246-cı ildə Rumidən xəbərsiz Konyanı tərk etməli olur. O, Dəməşqə köçərək, özü barədə Rumiyə heç bir xəbər vermir. Lakin Şəmsin bu gedişi vəziyyəti düzəltmir. Rumi ayrılığı çox ağır keçirir. O, cəmiyyətdən üz çevirib, özünə qapılır. Hicran dərdi onun şeirlərinə xüsusi bir qüvvə bəxş edir. Nəhayət, Rumi Şəmsin harada olduğunu öyrənir və sanki bu xəbər onu yenidən həyata qaytarır. Bunu görən dostları Ruminin oğlu Sultan Vələddən Şəmsəddin Təbrizinin ardınca Dəməşqə yola düşməsini rica edirlər. Rumi oğlu vasitəsilə ona bu şeri göndərir: Şeiri oxuyan Şəms Konyaya qayıdır. Burada onu böyük şərəflə qarşılayır və onun şəninə təntənəli ziyafətlər verirlər. Şəmslə Ruminin dostluq münasibətləri əvvəlki qaydasına düşür. Rumi yenə də bütün vaxtını Şəmslə keçirərək, ondan bir an belə ayrılmır. Şəmsəddin Təbrizi Ruminin bacısı Kimiya ilə ailə həyatı qurur. Bütün bunlara baxmayaraq, bədxahları yenə də Şəmsi rahat buraxmırlar. Və o, yenidən, bu dəfə isə həmişəlik, Konyanı tərk edir. Onun birdən-birə yoxa çıxması indiyə qədər də müəmmalıdır. Ola bilər ki, Şəmsi Ruminin müridləri aradan götürmüş, ya quyuya atmış, ya da öldürüb, atasının yanında basdırmışlar. Səhər tezdən mədrəsəyə gələn Rumi orada heç kəsi tapmır. Uzun zaman inadla onu axtarır. Hüznü ölçüyəgəlməzdir, Günəşi (farsca Şəms) biryolluq batmışdır. Şairin ruhi sarsıntıları hüdudsuz olsa da, birdən-birə möcüzə baş verir. Rumi Şəmsi özündə yenidən yaratmaq üçün güc və qüvvə tapır. O, dünya məhəbbət lirikasının ən heyrətamiz nümunələrindən birini yaradır və "Şəms Təbrizinin divanı" adlanan bu toplunu öz mürşidinin adına bağlayır. Gənc alim sufi axtarışlarını biryolluq tullayaraq, özünü tamamilə Şəmsəddin Təbrizi adlı bir şairə çevirir. M. İ. Zənd yazır ki, "Divan"ın və bura daxil olan hər bir şeirin Şəmsəddin Təbrizinin adından yaradılması heç vəchlə Cəlaləddin Rumi üçün poetik fənd, yaxud itkin düşmüş dostunun xatirəsinə hörmət kimi qəbul edilə bilməz: Şəmsi gerçək dünyanın makrokosmunda itirmiş mütəfəkkir onu öz qəlbinin mikrokosmunda tapmış olur. Və şairin özündə, könlündə duyduğu bu mürşid həmin nəğmələri ona diqtə edir, Rumi isə bu məqamda onları qələmə alandan (katib), oxuyandan, rəvayət edəndən (ravi) başqa heç bir rol oynamır. Ancaq eyni zamanda bu nəğmələr həm də onun öz şeirləridir. Çünki bunlar onun qəlbində yaranmışdır. Beləliklə, Cəlaləddini onun dili ilə danışan Şəmsəddinlə həm eyniləşdirmək olar, həm də olmaz. Buna görə də bu divanın subyekti, müəllifi, lirik qəhrəmanı kimi çıxış edən Şəms eyni zamanda bunların intim-lirik anlamda obyekti də sayıla bilər. Ancaq bu "obyekt"in yalnız mürəkkəb rəmzi qavrayış planında anlaşılması mümkündür. Şəmsəddin Təbrizi ilə ünsiyyəti Rumiyə mistik idrakın yeni bir yolunu tapmaqda kömək etmişdi. Buna baxmayaraq, onun təriqəti yalnız Rumi öldükdən sonra Mövləvilik adı ilə formalaşır. Mövlana ("bizim müəllim") onun titullarından biri idi. Rumi yaradıcılığı və mövləvilik təriqəti Şərq xalqlarının dini-fəlsəfi və poetik düşüncə tərzinin inkişafına böyük təkan vermişdir. Bu deyilənlərdən başqa, həmin təriqət həm də hələ Şəmsəddinin yaratdığı dərviş rəqsləri ilə məşhurdur. Avropalılar bu təriqətin dərviş rəqslərinə böyük maraq göstərmişlər. Şəms Təbrizinin şagird və müridləri onun söhbətlərini yazıya alıb "Məqalat" adlı kitab halına salmışlar. Əsərindən nümunələr Təbrizi: Hekayətlər Şəms Təbrizi: Qısa kəlamlar Şəms Təbrizi: Hikmətlər Həmçinin bax Yusif və Züleyxa (Şəms Təbrizi)
https://az.wikipedia.org/w/index.php?curid=77295
Şəmsi Təbrizi minarəsi
Şəmsi Təbrizi minarəsi (fars. مناره شمس تبریزی) və ya Səfəvi sarayı minarəsi - İran Azərbaycanının Xoy şəhərində yerləşən Səfəvi dövrü memarlıq abidəsi. Əsər İranın Milli irs siyahısına 966 nömrəsi ilə qeydə alınmışdır. Minarə günümüzdə Xoyun turstik mərkəzlərindən biridir. Şəmsi Təbrizinin həyatı Şəmsi Təbrizi 1186-cı ildə Təbrizdə anadan olmuşdur. Adı Məhəmməd, ləqəbləri Şəmsəddin, Şəms, Şəms-i Təbrizi və Şəmsü'l-hak ve'd-dindir. Atası Əli bin Məlikdəd Xorasanın Bəzer vilayətindən ticarət məqsədilə Təbrizə gələrək Təbrizdə məskunlaşan tacir idi. Əhməd Əflakinin “Mənakıbü'l Arifin” və “Məkalat-ı Şəms-i Təbrizi” əsərlərində onun gənclik illərində mədrəsə təhsili almadığı səma və zahidlik etdiyi bildirilir. Müxtəlif mənbələrdə onun Təbrizli Əbubəkir Sələf adlı şeyxə bağlı olduğu bildirilir. Səhih Əhməd Dədə əsərində qeyd edir ki, o, 22 yaşında şeyxinə xidmətinə bağlanıb və burada 14 il xidmət edib.Şəmsi Təbrizinin mistik sözləri, fikirləri, rəvayətləri, Mövlana və digər sufilərlə söhbətləri və həyatına dair lhekayələr “Xirqə-i Şəms” və “Əsrar-ı Şəmsəddin” kimi əsərdə toplanılıb. Əsərin Sultan Vələd tərəfindən və ya onunla birlikdə bir çox adam tərəfindən tərtib edildiyi iddia edilir. İsmail Ankaravi və Məhəmməd Əli Müvəhhid onun Mövlana tərəfindən tərtib edildiyi qənaətindədirlər. Onun harada öldüyünə dair fikirlər müxtəlif olsa da Qərbi Azərbaycan ostanının ən böyük şəhəri olan Xoy şəhərində dəfn edildiyi bilinən məlumatlardandır. İranın Xoy şəhərinin şimal-qərbində, Şəmsi Təbrizi küçəsində yerləşən minarə haqqında mənbələrdə ətraflı məlumat yoxdur. Bəzi qaynaqlara görə Şah İsmayılın Şəmsi Təbriziyə olan bağlılığına görə Şəmsi Təbrizi türbəsinin yanında tikilmiş üç minarəli qış sarayı varimiş. Ovçuluqda mahir olan Şah İsmayıl ovladığı heyvanların buynuzlarını bu sarayın minarəsinə yerləşdiribmiş. Osmanlı şahı Sultan Süleyman Azərbaycana 2-ci səfəri zamanı türbə və minarəni ziyarət etmişdir. Sonrada saray Osmanlı İmperiyası ilə müharibədə dağıdılsa da günümüzə qədər yalnız bir minarəsi gəlib çata bilmişdir. Dövrün miniatür və şəkillərindən anlaşılır ki, bu minarə Şəmsi Təbrizi türbəsinin ətrafındakı 3 minarədən biri imiş. Sözü gedən 3 minarənin şəklinə Sultan Süleymanın Xoy səfərini təsvir edən "İraq səfərlərinin təyinat nöqtələrinin təsviri" kitabında rast gəlinir. Bundan başqa Qacar dövrü səyyahlarının və Cahangir Mirzənin Xoy haqqında qeydlərində , o cümlədən Əxbar əl Qəzvinin əsərlərində türbənin yanında yerləşən 2 minarədən bəhs olunur.Şəms Təbrizinin məzarının Xoydakı Şəms minarəsi yaxınlığında olduğunu ilk dəfə elmi şəkildə əsaslandıran "Xoy tarixi" adlı kitabın müəllifi Məhəmməd Əmin Riyahi olmuşdur. O, qeyd edir ki, Şəmsin Xoyda dəfn olunduğunu Fəsihi Herəvi hicri 698-ci (1299-cu) ilin hadisələrindən bəhs edərkən vurğulayır. Fəsihi Herəvi "Mücməli-Fəsihi" əsərində yazır:"Xoyda dəfn olunmuş Mövlana Şəmsəddin Təbrizinin vəfatı – Mövlanayi-Rum adı ilə məşhur olan Mövlana Cəlaləddin Bəlxi öz divanını onun adına bağlayıb."Riyahinin əsaslandığı digər bir mənbə Firudin bəyin "Münşəatüs-səlatin" əsəridir. Orada deyilir ki, Osmanlı hökmdarı I Süleyman 1526-cı ilin yayında Təbrizə növbəti yürüşdən qayıdarkən üç gün Xoyda qaldı və "rəbiül-əvvəl ayının 4-də cümə axşamı günü qoşunun komandanı İbrahim Paşa ilə birlikdə Həzrət Şəms Təbrizinin mübarək məzarını ziyarət etmək şərəfinə nail oldu". Bir digər mütəxəssislərin fikrincə isə, Xoydakı minarə Səlcuqlar (ən azı erkən monqol) dövrünə aid bir abidədir. Səfəvilər dönəmində yenidən qurulan bu minarənin XV yüzillikdən etibarən Şəmsin adı ilə əlaqələndirildiyi dəqiq məlumdur. Bütün bunları nəzərə almaqla, 2007-ci ilin sonlarında Mövlananın 800 illiyi çərçivəsində Xoyda İran parlamenti sədrinin də iştirak etdiyi böyük tədbir keçirildi. Şəmsin məzar daşı yeniləndi, büstü qoyuldu, ərazidə qazıntı işləri aparılmağa başladı. Memarlıq xüsusiyyətləri Bina bu gün düzbucaqlı bir ərazidə yerləşir. Minarə postament, gövdə, eyvan və pətək hissələrdən ibarətdir. Onlardan bəziləri dağılmışdır. Minarənin təxmini hündürlüyü 18.00 m, diametri 3.00 m-dir. Minarə yerdən pətək hissəsinin sonuna qədər silindrik formada tikilmişdir. Əsası üç sıra yonma daşlardan ibarətdir. Lakin yuxarı sıradakı daşların bəziləri günümüzə qədər gəlib çatmamışdır. Daşların ikinci cərgəsindəki hissə giriş açılışının qarşısındakı eniş hissəsi ilə birləşdirilib. Birləşmə xətlərindən də göründüyü kimi üçbucaqlı hissə binaya giriş açıqlığını qorumaq məqsədilə sonradan əlavə edilmişdir. Abidəyə giriş tək 0,35 m pillə ilə təmin edilir. Minarə qapısının eniş hissəsinin eni 0,60 m-dir. Minarəyə kürsü üzərindən eni 0,85 m olan qapıdan daxil olunur. Abidə bünövrəsindəki yonma daş hissəsi istisna olmaqla, kərpicdən tikilib.Qoç buynuzları minarənin gövdəsindən eyvanın aşağı hissəsinə qədər olan bissəyə yerləşdirilmişdir. Abidənin pətək hissəsi günümüzdə təmirdədir. Bundan əlavə, minarənin yanında Şəmsi Təbrizi ilə yanaşı onun tələbəsi olan bir şəxsin də dəfn edildiyi bilinir. İstinad siyahısı Həmçinin bax Xatun körpüsü Daş qapı (Xoy) M.Y.Kıanı. Iranian Arcitecture of The Islamic Period vol. 2 a List of Monuments. Tehran. 1989. səh. 296. Resul Yelen. İran-Hoydaki Mimari Eserler. Van. T.C. YÜZÜNCÜ YIL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ SANAT TARİHİ ANABİLİM DALI. 2014. Məhəmməd Əmin Riyahi. Tarixi Xoy. Tehran. 1958.
https://az.wikipedia.org/w/index.php?curid=800863
Şəmsi İmanov
Şəmsəddin (Şəmsi) İbad oğlu İmanov — Azərbaycan mahir klarnet ifaçısı Şəmsi İmanov 1930-cu il iyulun 2-də Şuşada anadan olmuşdur. Kiçik yaşlarından musiqiyə həvəs göstərən Şəmsəddinin ailəsində musiqi ilə məşğul olan olmasa da, İbad kişinin muğam sənətinə xüsusi rəğbəti vardı. Bəlkə elə bu səbəbdən də, şəhərin bir çox tanınmış musiqiçiləri onunla dostluq etmiş, evinin qonağı olmuşlar. Görünür, musiqi əhlinə olan belə doğma münasibət balaca Şəmsəddinə də sirayət etmişdi. Şəmsi beş yaşındaykən ailəsi ilə birlikdə Bakının Xilə (Əmircan) kəndinə köçür. Atası ona musiqi təhsili verə bilməsə də, bu yoldan çəkindirməyə də bir o qədər səy göstərmir. Evdə hər dəfə sənətdən söz düşəndə İbad kişi həmişə - "Əgər uşağın həvəsi və qabiliyyəti varsa, gec-tez özünü büruzə verəcək, o özünə yol aça biləcək" - deyərdi. Elə də oldu. Əmircanın musiqi mühiti, kənd mədəniyyət evində tez-tez düzənlənən teatr tamaşaları balaca Şəmsəddinin musiqi zövqünü, sənət təxəyyülünü formalaşdırır. Mahir ifaçı kimi ad çıxarmış kəndin və ətraf qəsəbə toylarının aparıcı klarnetçalanı olan Kərim Şərifin kiçik qardaşı Tofiqlə dostluq edir. Hər iki dostun ilk sənət müəllimi də elə Kərim Şərifin özü olur. Klarnet, balaban ifaçılığına olan sonsuz maraq hər iki dostu bir-birinə daha sıx bağlayır. Dostlar müntəzəm olaraq bir-birinin evinə gedər, yorulmaq bilmədən məşq edərdilər. Çox qısa zamanda öz fitri istedadı və qabiliyyəti sayəsində gənc Şəmsəddin bir ifaçı kimi özünü təsdiqləyir. Ara-sıra kənd camaatı onu da toy-nişan şənliklərinə dəvət edir. Yenicə tanınmaqda olan gənc sənətçi çox çəkmir ki, 1950-ci ildə hərbi xdmətə çağırılır. Lakin hərbi hissədə də sevimli alətindən əl çəkmir. Hərbi hissənin nəfəsli alətlər orkestrində çalışır. Not savadı olmasa da, orkestr rəhbəri gəncin fitri istedad və qavrama qabiliyyətini, eləcə də peşəkar ifaçılığını nəzərə alaraq bir çox əsərlərin solo ifaçısını Şəmsəddinə tapşırır. Zaqafqaziya ümumqoşun hərbi hissə musiqi kollektivləri arasında keçirilən bir çox müsabiqə və festivallarda Şəmsəddin İmanov uğur qazanaraq hərbi hissə komandanlığının fəxri fərman və təşəkkürnamələrini alır. Notlu əsərlərlə yanaşı, ona ən çox populyarlıq gətirən milli musiqi, xalq mahnıları ifaçılığı olur. 1952-ci ildə hərbi xidməti uğurla başa vuran Şəmsi o dövrdə bir çox ustad klarnet ifaçıları ilə tanış olur. Suliddin İsmayılov, Nəsrulla Səmədov, Nadir Axundov, Bəhruz Zeynalov və digər tanınmış klarnet ifaçılarının lent yazılarına dönə-dönə qulaq asıb. Hər xırda xalı, nəfəsi öyrənməyə cəhd edir. Günü-gündən sənətdə püxtələşən Şəmsəddin İmanov sənətdə arxayınçılığa yol vermir. Musiqi təhsili olmasa da, tanınmış sənətkarların ifaları onun üçün əsl məktəb, örnək olur. "İzlə gedənin izi qalmaz" - deyə düşünən gənc ifaçı bu ifalardan çox şeyi əxz etsə də, həyatda öz yolunu, öz çalğı üslubunu tapmağa çalışır. Gənc ifaçının xoş əks-sədası tezliklə Bakıya da gəlib çatır. Və o, ilk dəfə olaraq 1956-cı ildə radionun fondu üçün səs yazılışına dəvət alır. O günü onun ifa etdiyi "Kolxoz rəqsi" və "Xançobanı" oyun havaları bədii şura tərəfindən razılıqla qarşılanaraq radionun qızıl fonduna daxil edilir. Sənətinə verilən belə yüksək dəyər gənc ifaçını daha da ruhlandırır. Tez-tez radioda səsləndirilən bu ifalar onu bütün respublikaya tanıdır. Bu ifalar çeviklik və oynaqlığı ilə digər çalğılardan seçilir. Və ilk dəfə olaraq xalq ona Şəmsi, çaldığı üsluba isə "Şəmi yolu" adını verir. Bu yolun davamçıları günü-gündən artır. Onlardan biri də aramızdan vaxtsız getmiş, sağlığında elə Şəmsi qədər hörmət və şöhrət qazanmış xalq tərəfindən sevilən Əşrəf Əşrəfzadə olur. Sonralar bu yolun davamçıları İsrafil Əzimov, Məmmədağa Umudov, Hacı Həmidoğlu və bir çox digər ifaçılar olur. Təkcə bənzərsiz ifasıyla deyil, ailəyə, sənət dostlarına olan sədaqəti ilə də ad qazanmış Şəmsi İmanov uzun illər Hacıbaba Hüseynov, Əlibaba Məmmədov və digər sənətkarlarla yaradıcılıq əlaqələri saxlasa da, özünü təsdiq edən gündən daha çox Abbas Abbasov (qarmon), Mübariz Atayev (balaban) Məmməd və Hüseynağa Mirzəyev qardaşları (nağara) ilə sənət dostluğu saxlamış və ömrünün sonuna kimi bu dəstəyə rəhbərlik etmişdir. Az müddət - cəmi bir il sonra, 1957-ci ildə ikinci dəfə radioya dəvət olunan Şəmsi İmanov "Bayatı-Şiraz" muğamı və "Vağzalı" havasıyla hamını heyran edir. Bu gün radionun fondunda şöhrətli sənətkarın müxtəlif illərdə lentə alınmış "Tiflisi", "Bakı", "Qazağı", "Tərəkəmə", "Dostluq", "Sülh" rəqsləri və digər oyun havalarıyla yanaşı özünün bəstələdiyi "Bəxtiyarı", "Şəbnəmi", "Mərdəkanı", "Sabirabadı", eləcə də əziz qardaşı Arifin xatirəsinə həsr etdiyi "Arifi" kimi rəqslərilə bərabər çoxsaylı bəstəkar və xalq mahnıları, ulu muğam sənətinın nümunələri - "Cahargah", "Segah", "Bayatı-Şiraz" hörmətlə qorunub saxlanılır. Şəmsi sənətinin fanatları tərəfindən radionun fonduna 220 dəqiqəlik toy ifaları da təqdim edilmişdir. Şəmsi İmanovun yaradıcılığında önəmli yer tutan illərdən biri də 1960-cı il olur. Həmin ildə ailə qurur, elə həmin ildə Bakıya köçür, Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdində Ağası Məşədibəyovun rəhbərlik etdiyi "Azərbaycan təranələri" ansamblına solist-ifaçı kimi işə qəbul edilir. Dövrün ən ustad ifaçıları Xan Şuşinski, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Şövkət Ələkbərova, Rübabə Muradova, Aşıq Pənah, Aşıq Şakir, İldırım Həsənov, Əlibaba Məmmədov, Canəli Əkbərov, Tələt Qasımov və digər xanəndələrin tərəf-müqabili olaraq konsert və qastrol səfərlərində onları müşayət edir. 60-cı illərin sonunda ustad sənətkar radioda olan lent yazılarını bir daha yeni nəfəs və üslub çalğısıyla daha da təkmilləşdirərək tam yeni ifa tərzində lentə aldırır. 1965-ci il xüsusilə yadda qalır. Radio komitənin sədri İsrafil Nəzərov görkəmli xanəndə pedaqoq Seyid Şuşinskini son mənzilə yola salarkən ondan bir muğam parçası çalmağı xahiş edir. Sədrin sözündən çıxa bilməyən Şəmsinin göz yaşlarıyla ifa etdiyi yanıqlı "Segah"ın o günün iştirakçısı olmuş sənət dostları indi də xatırlayırlar. Daim tar-kamanla oxuyan Xan Şuşinski o gün bu ifaya dözə bilməyib yanıqlı bir "Qarabağ şikəstəsi" oxuyur. 1973-cü ildə Ümumittifaq "Melodiya" səsyazma studiyası Şəmsi İmanovun ifasında on iki musiqi nömrəsini vala köçürərək böyük tirajla SSRİ məkanında satışa çıxarır. Əl-əl gəzən bu valları çox qısa zamanda yayılaraq sağlığında özü gəzə bilmədiyi ölkələri dolaşır, İttifaq sərhədlərini aşır. Şəmsi İmanov sənətinə çox böyük dəyər verən Ərəbistan mətbuatı onun sənətini ölkənin ən hündür Şəmistan dağına bənzədir. O, öz bənzərsiz ifasıyla milli musiqimizin və ölkəmizin adını elə dağlar qədər də ucaldır. Barmaqların yaratdığı möcüzələr, şirin çalğısı qəlblərə hakim kəsilir. Ustad sənətkarın ecazkar musiqisi təkcə toy və konsert salonlarında deyil, şəhərin park və xiyabanlarında da tez-tez səslənir. 1978-ci ildə Azərbaycan Konsert Birliyi yaradılarkən Filarmoniyanın əksər musiqi kollektivləri kimi Şəmsi İmanovun çalışdığı "Azərbaycan təranələri" ansamblı da birliyin tabeçiliyinə verildi, - deyə o günləri yada salan uzun illər "Azkonsert" Birliyinə rəhbərlik etmiş İldırım Qasımov Şəmsinin bütün konsertlərininin daim anşlaqla keçdiyini dedi. Adı ansambl tərkibində olsa da, konsertlərdə o daim solist kimi çıxış edərdi - deyə sözünə davam etdi. Təbiəti kimi musiqisi də çevik və oynaq idi. Belə adamlar daha çox sərbəstliyə meyl edirlər. Ansambl isə, özü demiş, onun üçün bir qəlib idi. O isə heç bir qəlibə sığan sənətkar deyildi. Bu gün ustad xanəndələrin çoxu gənclik illərində Şəmsi İmanovla birgə konsertlərdə çıxış etmələrini özlərinə şərəf bilirdilər. Şöhrətli sənətkar haqqında, təəssüf ki, əlimizdə kifayət qədər çap olunmuş material yoxdur. Görünür, bu da onun ya həddən ziyadə təvazökar olmasından, ya da biz yazarların laqeydlik və biganəliyindən irəli gəlir. Nə yaxşı ki, dünya yaxşı insanlardan xali deyil. Şəxsiyyətinə və qələminə dərin hörmət bəslədiyim yazıçı, tanınmış publisist, AMEA-nın müxbir üzvü, professor Rəfael Hüseynovun radio üçün görkəmli sənətkarın ölümündən az əvvəl lentə aldığı müsahibəsi çox gərəyimizə gəldi. O, Şəmsi İmanovun həyat və yaradıcılığı ilə bağlı bəzi məqamları açıqlamağa çalışıb. Digər az əhəmiyyət kəsb etməyən məlumatları isə istedadlı klarnet ifaçısı, vaxtilə Şəmsi İmanov sənətindən bəhrələnmiş Hacı Həmidoğlundan öyrəndik. 1987-ci ildən başlayaraq, Şəmsi İmanovun səhhətində müəyyən fəsadlar müşahidə olunur. Barmaqları fəaliyyətindən qalmağa başlayır. Ölkənin ən tanınmış təbibləri müalicə üçün Almaniyaya getməyi məsləhət görsələr də, çox təəssüf ki, irəli düşüb bu işi öhdəsinə götürən nə imkanlı şəxslər, nə də aidiyyatı olan qurumular tapılır. Daim sənət meydanında üzdə olan sənətkara daxilində çağlayan melodiyaları ifa edə bilməməsi çox əzab verir. Lakin o, nə zəmanəni, nə də həkimləri qınayır. - "Bu mənim alın yazımdır, bunu belə yaşamalıyam" - deyə taleyi ilə barışır. Onun daxilində qəmli bir ney çalınırdı. Barmaqlarının hərəkətsiz qalması onu həm fiziki, həm də ruhən sarsıdırdı. Tanınmış alim Rəfael Hüseynovun müsahibəsinin sonunda: - Əgər bir daha imkan olsaydı, son dəfə hansı havanı ifa edərdiniz? - sualına Şəmsi bir an fikirləşmədən - "Sabah gəlin köçəcək qız-gəlinlərimizə - "Vağzalı çalardım" - demişdi. Nə yazıq ki, sənətkarın bu arzusunun reallaşması üçün Tanrı ona həyat sevgisi ilə dolu ürək versə də, onu ifa edə biləcək barmaqları vermədi. 1995-ci ildə sentyabarın 29-da, yaxın qohum-əqrəbası və sənət dostlarının iştirakı ilə sevimli sənətkarın anadan olmasının 65 illik yubiley tədbiri keçirirlər. Yubiley tədbirində respublikanın tanınmış elm, sənət adamları iştirak edir. Tədbir həvəskarlar tərəfindən lentə alınsa da, təəssüf ki, bu gönümüzə gəlib çatmayıb. İki dəfə infarkt keçirən sənətkar möhtəşəm yubiley tədbirindən iki il sonra elə özünün növbəti ad gününün səhəri 1997-ci il iyul ayının 3-də dünyasını dəyişir. Əslində bizdən ayrılan onun yalnız cismi oldu. Özü isə əfsanəyə dönüb qəlblərdə əbədi məskən saldı. Haqqında deyilənlər Xalq artisti Əlibaba Məmmədov: - Şəmsi İmanov öz ifasıyla musiqimizə bir şuxluq gətirdi. Görünür, bu da onun həyatda çevik və nikbin olmasından irəli gəlirdi. Onunla çox toylarda bir yerdə çıxış etmişəm. Bəzən xanəndə səsi yerində olmayanda, o, tar çalandan simi yarım ton bəm kökləməyi xahiş edir. Həmin tonallıqda çalmaq naşı klarnetçalan üçün çətinliklər yaradır. Lakin Şəmsi üçün bu, heç vaxt çətinlik yaratmırdı. Güclü nəfəsi olduğu qədər də güclü dodaq sıxmaları vardı. Məhz bu sıxmaların sayəsində ifaçı istədiyi notu və tonallığı ala bilirdi. Onun çalğısında heç vaxt falş not olmazdı. Şəmsi novator sənətçi kimi də tarixdə qalacaq. O, klarnet ifaçılığına yeni səs, tembr və ifa tərzi gətirib. Yol çəkmək nə qədər savabdırsa sənətədə iz qoymaq bir o qədər çətin və şərəflidir. Xalq artisti Canəli Əkbərov: - Şəmsi İmanovun sənətinə qiymət vermək üçün tək bir "Vağzalı"sına qulaq asmaq kifayətdir. Onun çalğısında qeyri-adi nəfəs çalarları, ifa mədəniyyəti vardı. Sənətdə çox az adam olardı ki, onun adı toy dəvətnaməsinə yazılsın. Şəmsi də belə sənətkarlardan idi. Bu, ilk növbədə xalqın sənətkara olan rəğbətindən irəli gəlirdi. Onunla çox toylarda olmuşam. Sevinirəm ki, belə bir sənətçi ilə bir dövrdə yaşayıb, bir səhnədə çıxış etmişəm. Ruhu şad olsun. Həmçinin bax Azərbaycanın klarnet ifaçıları
https://az.wikipedia.org/w/index.php?curid=371845
Şəmsi Şəmsizadə
Şəmsi Heydər oğlu Şəmsizadə — aktyor. 1975-ci ildən Azərbaycan kinosunda fəaliyyət göstərir. Epizodik rollar ifaçısıdır. 40-a qədər filmə çəkilmişdir. Filmoqrafiya 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: qonaq Alıcının sərgüzəşti (film, 1976) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: əksinqilabçı təşkilat üzvü Anlamaq istəyirəm (film, 1980)-rol: elmi işçi Bağçada Rahat Yer (1978) Bir ailəlik bağ evi (film, 1978) Birisigün, gecəyarısı... (film, 1981) Cəza (film, 1986) Cin mikrorayonda (film, 1985) Dad (film, 1984) Dantenin yubileyi (film, 1978) Dədə Qorqud (film, 1975) Defisit qliserin (film, 1975) Əgər bir yerdəyiksə (film, 1975) Gözlə məni (film, 1980) Gümüşgöl əfsanəsi (film, 1984) Gümüşü furqon (film, 1982) Hədiyyə (film, 1986) İstintaq (film, 1979) Küləyapardı (film, 1986) Qara gölün cəngavərləri (film, 1984) Qəzəlxan (film, 1991) Qızıl uçurum (film, 1980) Mastika (film, 1986) Musiqili sınaq (film, 1982) Mühazirə (film, 1986) Orijinal üsul (film, 1983) Özgə ömür (film, 1987) Pəncərə (film, 1991) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979) Sübut (film, 1982) Şahid qız (film, 1990) Şirbalanın məhəbbəti (film, 1991) Tələ (film, 1990) Tütək səsi (film, 1975) Tutuquşu (film, 1985) Üzeyir ömrü (film, 1981)
https://az.wikipedia.org/w/index.php?curid=32573
Şəmsi Əhməd Paşa
Şəmsi Paşa (Osmanlı türkcəsi: شمسي أحمد پاشا; Bolu, Anadolu əyaləti, Osmanlı imperiyası – 5 mart 1580, Konstantinopol, Osmanlı imperiyası), Dəməşq, Anadolu və Rumeli əyalətlərinin Osmanlı valisi olaraq müxtəlif mərhələlərdə xidmət edən bir neçə yüksək rütbəli postu işğal edən, bir neçə yüksək vəzifəli ismarıcını işğal edən möhtəşəm bir Osmanlı zadəgan və bəylərbəyi idi. Boluda, Anadolunun Osmanlı əyalətində anadan olub. Şəmsi Paşa Mirzə Mehmed Paşanın oğlu idi, Eflani, Kastamonu və Sinopun prinsipləri Candaroğulları sülaləsindən.Şəmsi Paşanın anası Osmanlı sultanı II Bəyəzidin oğlu Şahzadə Abdullahın böyük qızı olan imperator Osmanlı sülaləsindən Şahnisə Sultan idi. Bu, Şəmsi Paşanı Fateh Sultan Mehmedin nəvəsi etdi. Dövrün imperator iqamətgahı olan Topqapı sarayında böyüyən Şəmsi Paşa prestijli Osmanlı Enderun Məktəbində oxumuş, ailə ənənəsinə uyğun olaraq, Süleyman Qanuni ilə birlikdə 1566-cı ildə Sigetvarın mühasirəsi başda olmaqla müxtəlif Osmanlı hərbi yürüşlərində iştirak etmişdir. Avropada bir neçə qalaların fəthi. I Süleymanın dövründə Şəmsi Paşa bəylərbəyilik edirdi.Fərqli bir ovçu kimi məşhur olan Şəmsi Paşa Sultan III Muradın ov yoldaşı təyin edildi. Xidmətindən sonra o, görkəmli Osmanlı imperator memarı Memar Sinana, Konstaninopolda Bosfor boğaziçi sahilində, əsas oturacağı olan Şəmsi Paşa Sarayının yanında məscid və ona bitişik kompleks tikmək vəzifəsini tapşırdı. Şəmsi Paşa Məscidi paşa tərəfindən istifadəyə verilən ən kiçik məscidlərdən biridir, lakin miniatür ölçüləri və dəniz kənarında yerləşməsinə görə şəhərin ən məşhur məscidlərindən biridir. Memar Sinanın təbii mənzərə ilə arxitekturasını üzvi şəkildə qarışdırmaq bacarığının əsas nümunəsi kimi qeyd olunur. Şəmsi Paşanın bir qızı və iki oğlu olan üç övladı var idi: Fahrünnisâ HatunOğullar Mahmud PashaMustafa Bey
https://az.wikipedia.org/w/index.php?curid=468675
Şəmsi Əsədullayev
Şəmsi Əsədullayev — XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatı, multimilyonçu, ictimai xadim. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxuda. Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Gənclik illəri Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdır. O, gənc yaşlarında kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salırdı. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XX əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxanı və Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur olurlar. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə başlayır. Milyonçu kimi fəaliyyəti Əsədullayev 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra neft və duz podratçılığı ilə məşğul olur. O,15 il müddətində xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nahayət, 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir.1874-cü ildə azacıq kapitalla primitiv üsullarla işləyən neftçıxarma kontoru açır. Artıq 1893-cü ildə bu kiçik kontor "Şəmsi Əsədullayev" adına yeni texnoloji üsullarla işləyən neftçıxarma firmasına çevrilir. 1893-cü ildə cəmi 500 manat kapitala malik "Şəmsi Əsədullayev" firması 1913-cü ildə artıq 10 milyon manat vəsaitə malik idi. Şəmsi Əsədullayev Sabunçu, Suraxanı və Ramanada yerləşən 37 neft buruğunun, mexaniki emalatxanaların və neftayırma zavodlarının, Xəzər dənizində neft və neft məhsulları daşıyan gəminin sahibi idi. Moskvada böyük daşınmaz mülkiyyətin sahibi idi.1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fontanlardan biri idi.O həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanmasının sahibi olmuşdu. Şəhərin mərkəzində əsas fasadı Qoqol küçəsinə, digər iki yan fasadlarının biri Gimnaziya (Tolstoy) küçəsinə, digəri Karantin (Həzi Aslanov) küçəsinə baxan əzəmətli bina tikdirir.Hələ 1880-ci ildə Volqa çayında və Xəzər dənizində gəmiçiliklə məşğul olan gəmiçilik şirkəti- “Qafqaz və Merkuri”, Bakıda sərnişin limanında yeni elektrik fənərləri quraşdırmışdı. O, şəxsi elektrik stansiyasına sahib olmuş və ona xidmət üçün xaricdən mütəxəssislər dəvət etmişdi.Xarici sərmayə ilə yanaşı, yerli sərmayənin payı Şəmsi Əsədullayev və onun kimi digər Bakı milyonçularının sayəsində artırdı. Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindən biri Ş.Əsədullayev olmuşdur. Kəndə yatırım qoyan milyonçu yerli əhalini işə cəlb etmiş, neft biznesi ilə bir sıra işlər görmüş, kənddə müxtəlif səpkili tikililər inşa etdirmişdir. Onun bir zamanlar tikdirdiyi binalar bu gün də kənd camaatı arasında “Əsədullayevin evləri”, “Əsədullayevin uşaqlarının evləri” adlanan milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında mövcuddur.Şəmsi Əsədullayev, Musa Nağıyevlə birlikdə 1896-cı ildə “Böyük Puta” adlı yerdə Məşədi Əbdülrəhman Məşədi Əliqulu oğluna məxsus 242 desyatinlik torpaq sahəsini satın alıb, neft mədənlərini salmışdılar. Ş.Əsədullayev 1900-cü ildə, 7.3 milyon pud neft çıxarmış, 11.5 milyon pud neft məhsulları satmışdır.1904-cü ildə Ş.Əsədullayev və İbad bəy Tahirov Moskvada, Zakaspidə və İranda neft məhsulları satışı üzrə müqavilə bağlamışdır. 1907-ci ildə onun Ramanadakı mexaniki təmir emalatxanasında, qazan emalatxanasında, elektrik stansiyasında 466 nəfər, neft mədənində isə 16 nəfər fəhlə işləyirdi.Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Volqada naviqasiya açılan kimi Bakıya gələr və neçə ay müddətində anbarlarda toplanmış nefti Rusiyaya öz müştərilərinə göndərməyə başladı. Ş.Əsədullayev və Nobel qardaşları Əsədullayevin neft hasilatı artdıqca onun Volqaboyu şəhərlərdə - Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı. Şəmsi Əsədullayevin adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobellərin dükanı və kontoraları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satır və ona mane olurdu. Oktyabr ayının axırlarında Volaqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən Şəmsi də xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya açılanda Rusiyaya daşıtdırardı. Xeyriyyəçilik fəaliyyəti Şəmsi Əsədullayev XX-ci əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından biri olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə yanaşı çəkilib. Ş.Əsədullayev Rusiyaya neft daşımaq üçün buxarlı gəmidən istifadə edən ilk neft sahibkarıdır. Bakıdakı mülkləri ilə yanaşı Peterburqda Neva çayının sahilində, Qış Sarayının yanında möhtəşəm bina inşa edə bilib. Həyat yoldaşı Mariya üçün Moskvada hovuz və oranjereya ilə füsünkar imarət alıb. Bütün bunlarla yanaşı o, həmçinin xeyriyyəçilik ilə də sıx məşğul olub. Öz malikanələrindən birini Müsəlman mədəni mərkəzinə (Tatar evinə) bağışlayıb. Şəmsi Əsədullayev xeyriyyəçiliklə məşğul olmuş, elmə, mədəniyyətə xüsusi qayğı göstərmiş, onlarla azərbaycanlı gəncin Almaniyada, Fransada, Varşavada, Kazanda, Kiyevdə, Moskvada, Odessada, Peterburqda və Xarkovda oxumasına himayədarlıq etmişdir. Tiflisdə olan Aleksandr müəllimlər institutu onun şəxsi vəsaiti hesabına fəaliyyət göstərmişdir.O, Moskvaya köçdükdən sonra da maarifçilik və xeyriyyə işlərini genişləndirmiş, yoxsul uşaqlar üçün məktəblər açdırmışdı. Moskvadakı Kiçik Tatar döngəsində tikdirdiyi evi o zaman təzə yaradılmış Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamışdı.O, 1905-ci ilin avqust ayında Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş birinci qurultayının da iştirakçısı olmuşdur. Ümumrusiya müsəlmanlarının qurultayı da 1917-ci ilin may ayında Ş.Əsədullayevin müsəlmanlara bağışladığı binada keçirilmişdi. Həmçinin "Nəşri-maarif" cəmiyyətinin üzvü kimi fəaliyyət göstərmişdir. 1913-cü ildə isə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təsis etmişdir. Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onun meyiti Bakıya gətirilərək dəfn edilmişdir. Şəmsi Əsədullayevin Bakıda bir müsəlman arvadı, iki oğlu (Mirzə, Əli) və üç qızı (Sara, Xədicə və Ağabacı) vardı. İkinci dəfə Şəmsi Mariya Petrovna adlı bir rus qadınla ailə qurur və 1903-cü ildə Moskvaya köçür.Şəmsi Əsədullayev Peterburqda Neva çayı sahilində, “Qış sarayı” yaxınlığındakı məhəllədə əzəmətli bina ucaltmışdı. Moskvada həyat yoldaşı Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirib, xeyriyyə işləri ilə məşğul olmuşdu.Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızı, kiçik oğlu Əli isə H.Z.Tağıyevin Leyla adlı qızı ilə evlənmişdi. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun həyat yoldaşı olub.Paris şəhərində vəfat etmiş azərbaycanlı yazıçı Banin (Ümmülbanu) xanım Mirzə Əsədullayevin qızıdır. O, əsərlərini fransız dilində yazırdı. İki milyonçu babanın – Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir. Şəmsi Əsədullayevin nəsil davamçılar, xüsusən, oğlu və nəvələri Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, yazıb-yaratmış, elmi, ictimai işlərlə məşğul olmuşlar. Sovet rejimi 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra kommunist rejimi Əsədullayevin bütün mülkiyyətini milliləşdirdi. Həmçinin Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli tağvarı qapısı ilə fərqlənirdi. Bağ XIX əsrin axırlarında salınmışdı. Sovet hökuməti bu bağı da müsadirə edib, sanatoriyaya çevirdi. Həmçinin bax Mirzə Əsədullayev Xarici keçidlər NOBEL QARDAŞLARININ QƏNİMİ: ŞƏMSİ ƏSƏDULLAYEV Şəmsi Əsədullayev – məşhur neft maqnatımız
https://az.wikipedia.org/w/index.php?curid=41071
Şəmsi Əsədullayevin evi
Şəmsi Əsədullayevin evi — Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşən üç mərtəbəli saray tipli yaşayış binası. 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilmişdir. Qoqol 9 küçəsində, Gimnaziçeskaya, 183 və Karantinnaya, 84 ünvanlarının tinində ucaldılmış bina milyonçu Şəmsi Əsədullayevə məxsus saray üslubundadır. 1896-cı ildə memar İohan Edel tərəfindən inşa olunub. Bina üç küçəyə üz tutub və öz monumental fasadları və həcmi ilə tarixi mərkəzin şəhərqurma sistemində əhəmiyyətli yer tutub. Planda binanın günbəzlə tamamlanan yanmdairəvi küncləri xüsusi qeyd olunub. Binanın belə maraqlı künc həlli memar İ. Edelin yaradıcılığında rast gəlinən haldır. Binanın memarlığı klassik formalarda qurulub, həcmi plastika, və iri daş kronşteynləri olan çoxsaylı balkonlarla zənginləşdirilib.Yaşayış binasının birinci mərtəbəsi xidməti kontorlar və ofislərin ixtiyarına verilmişdir. Yan bloklarda ikisıralı sistem tətbiq edilmişdir, bu blokları uzun üç-sıralı sistem birləşdirir, Bakıda bu təcrübədən nadir hallarda istifadə olunub. Binanın künc hissəsi həmişə qaranlıq olur. Memar İ. Edel künc salonu diaqonal boyunca uzadıb və qismən də olsa faydalı sahəni artırıb. Hündür kürsülü və iri yarımçevrəvi pəncərə gözləri olan əzəmətli birinci mərtəbə təsirli monumentallığa və həlli kamilliyə malikdir, ikinci mərtəbə daxili planlaşdırmasına görə daha təmtəraqlıdır, fasad ionik orderli sütunlardan ibarət kiçik portiklər şəklində təqdim olunan pəncərə gözləri və qabarıq profillənmiş kronşteynli karnizlə təmsil olunub. Üçüncü mərtəbə nazik haşiyələrlə profillənmiş və qabarıq yonulmuş qıfıl daşları olan iri pəncərə gözləri ilə fasadın strukturuna fəal bir şəkildə daxil olub. Pəncərə gözləri korinf orderindən olan bəzəkli pilyastrlarla tamamlanıb. Daş kapitellər fasada təbii yaraşıq verir, onların üzərindən relyefli frizi və klassik arsenaldan olan ornamental motivli baş karniz keçir. Həmçinin bax Əsədullayevin villası Əsədullayevin evi (Moskva)
https://az.wikipedia.org/w/index.php?curid=631697
Şəmsir (Meşkinşəhr)
Şəmsir (fars. شمسير) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (53 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=764016
Şəmsiyyə Kərimova
Şəmsiyyə Kərimova (tam adı: Şəmsiyyə Musa qızı Kərimova; d. 24 noyabr 1955, Azərbaycan, Tovuz) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist. Şəmsiyyə Kərimova 24 noyabr, 1955-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olmuşdur. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirmiş, elə həmin ildə Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə göndərilmiş və sürücü-mexaniklik kursunu oxumuşdur. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Azərbaycan Respublikası Komsomolun Mərkəzi Komitəsini onu Bərdə rayonuna göndərmişdir. Orada “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışmışdır. 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutmuşdur. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında məktəbli olaraq tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. Azərbaycan mətbuatında ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi ilə birgə açdığı “Jurnalist... jurnalist? jurnalist!” müsabiqəsinə göndərdiyi “Çərkəz qızı Tellinin nağılı” oçerki ilə tanınmış, oçerk müsabiqənin qalibi olmuşdur. Uşaqlıqdan yazıya böyük marağı olan jurnalist 1979-cu ildə Bakıya gəlmiş, o vaxtki “Komunist” nəşriyyatında işə başlamışdır. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, 1980-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində radionun “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başlamışdır. Eyni zamanda ölkə mətbuatında mütəmadi olaraq çıxış etmiş, 1987-ci ildən isə “Azərbaycan gəncləri” qəzetində çalışmışdır. Respublikada baş verən ictimai-siyasi proseslər nəticəsində komsomolun orqanı olan həmin qəzet fəaliyyətini dayandırdıqdan sonra, 1996-cı ildən “İki sahil” qəzetində çalışmışdır. 2003-cü ildə “Naxçıvan” qəzetində şöbə müdiri vəzifəsinə təyin olunmuş, 2005-ci ildən isə “Yeni Təfəkkür” qəzetinin təsisçisi və baş redaktorudur. 2007-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktorudur. Mükafatları 2010-cu ildə Milli Mətbuatın 135 illiyində ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. “Qızıl qələm” media mükafatı laureatıdır. “Nailiyyət”, “Fəxri jurnalist” diplomu ilə mükafatlandırılmışdır. İşlədiyi 2 il yarım ərzində hər il “Ən yaxşı pambıqçı” döş nişanı ilə təltif olunmuşdur. Son illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vastələrinin inkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqələrində bir neçə dəfə qalib olmuş, KİVDF-nin Diplomları ilə mükafatlandırılmışdır. “Şəmsiyyənin kitabı”(2017) Həmçinin bax Yeni təfəkkür (qəzet) Hidayət Səfərli Xarici keçidlər Şəmsiyyə Kərimovanın 60 illik yubileyi keçirilib Arxivləşdirilib 2016-04-01 at the Wayback Machine “Şəmsiyyənin kitabı” təqdim olunub
https://az.wikipedia.org/w/index.php?curid=552560
Şəmsizadələr
Şəmsizadələr — Azərbaycan xalqının tanınmış soylarından biri. Soyun yaranması Bu soy öz başlanığıcını Şəmşi bəy Yağləvəndli-Cavanşirdən götürüb. Bu soy Cavanşir elinin Yağləvənd oymağına bağlıdır. Yağləvənd obasından köçüb Şuşa şəhərində məskunlaşmışdılar. Şəmşi bəyin oğulları İsmayıl bəy, Səfi bəy, Səfəralı bəy İbrahimxəlil xan Cavanşirə xidmət etmişdi. Soyun tanınmış nümayəndələri Şəmşi bəy Yağləvəndli-Cavanşir — Qarabağ xanlığının atlı dəstəsinin sərkərdəsi, məaf. Heydər Şəmsizadə — Azərbaycanın əməkdar artisti, aktyor, rejissor. Şəmsi Şəmsizadə — aktyor. Əhəd Şəmsizadə — DTK polkovniki, pedaqoq. Azad Şəmsiyev — Texnika elmləri doktoru, professor Siyavuş Qarayev — üzvi kimya sahəsində alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor. Ənvər Çingizoğlu, Şəmşi bəyin şəcərəsindən bir şaxə, "Soy" dərgisi, №1 (3), 2004, səh.3–7. Ənvər Çingizoğlu, Şəmsi bəyin şəcərəsindən daha bir şaxə, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.3–15. Həmçinin bax Xarici keçidlər Hacı Həsən bəy Şəmşibəyov: Xeyrxah və xeyriyyəçi Azad Şəmsiyev: tələbkar, təvazökar və karlı adam..
https://az.wikipedia.org/w/index.php?curid=82413
Şəmsmülk Nəsr xan
Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1068. ildə atası İbrahim Tamğaç xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Şəmsmülkün Türkistan səfəri zamanında Alp Arslanın oğlu Ayaz xan Buxara və Səmərqəndu talan etdi. Bu hadisələrdən xəbər tutan Şəmsmülk geri qayıdır və Ayazın ordusuna qalib gəlir, çoxlu əsir alır. Arvadı Ayşə Bibi xatunu ayağındakı ayaqqabı ilə vura vura öldürür və deyir: "Sən mənim arvadım deyilmişsən, mənim sarayımda mənə qarşı olan bir casusmuşsan’’. Qızının öldürüldüyünü eşidən Alp Arslan 465. il Məhərrəm ayının (1072 Sentyabr) sonlarında iki yüz minlik ordu ilə Mavəraünnəhr səfərinə çıxdı. Şəmsmülk arvadının öz əcəli öldüyünü bu danışılanların yalan olduğunu Alp Arslan bildirdi. Şəmsmülk Nəsr xan hakimiyyəti ilərində Ömər Xəyyam Səmərqendə gəlmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=509146
Şəmsulla Əliyev
Əliyev Şəmsulla Feyzulla oğlu (4 (17) aprel 1915, Dərbənd, Dağıstan vilayəti – 19 noyabr 1943, Kerç, Krım MSSR) — Sovet İttifaqı Qəhrəmanı. Dərbənd şəhərində anadan olmuş və Almaniya faşizmi ordusuna qarşı müharibənin fəal iştirakçısıdır. Batalyon komandirinin siyasi hissə üzrə müavini kapitan Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak etmişdir. Şəmsulla Əliyev 1943-cü ilin payızında 309-cü atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini idi. 1943-cü ilin noyabrında Kerç şəhərinin girəcəyində, iki zavodun ətrafında gedən döyüşlərdə "İrəli, Qafqazın qartalları!" çağırışı ilə döyüşün önündə gedirdi. Noyabrın 11-də batalyon beş dəfə hücuma qalxaraq düşmənin iki müdafiə xəttini yarmışdı. Belə ağır döyüşlərin biri də noyabrın 19-da oldu və kapitan Ş.Əliyev bu döyüşdə qəhrəmancasına həlak oldu. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir. 9may.az. Qəhrəmanlar. Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=93655
Şəmsülməali Qabus ibn Vəşmgir
Qabus Şəms əl — Məali (X əsr – 1012, Qorqan)— Ziyarilərin hökmdarlarından biri. Onun hakimiyyət illəri 978–1012-ci illəri əhatə edir . Onun atası Vuşmagir (935–967) Samanilər dövlətindən vassal asılılığını qəbul etmişdir . 967-ci ildə Vuşmagirin ölümündən sonra hakimiyyətə böyük oğlu Bisitun gəlmişdir . Bisitun dövləti 978-ci ilə qədər idarə etmişdir . Onun ölümündən sonra hakimiyyətə özündən yaşca kiçik olan qardaşı Qabus Şəms əl — Məali gəlmişdir . Bacarıqlı sərkərdə , çevik siyasətçi , mahir diplomat və dövlət xadimi olan Qabus Şəms əl — Məali əsas diqqəti Ziyarilər dövlətinin iqtisadi inkişafına və tam müstəqillik əldə etməsinə yönəltmişdir . Qabus Şəms əl — Məali Samanilər dövlətinin hökmdarlarının vassalı sayılsa da , fürsət düşdükcə onlara qarşı çıxırdı . Qabus Şəms əl — Məali Ziyarilər dövlətinin gəlirlə-rini artırmaq məqsədi ilə kənd təsərrüfatını , sənətkarlığı və ticarəti canlandırırdı . Eyni zamanda Samanilər dövlətinin hökmdarı II Nuha (976–997) Ziyarilər dövlətinin ərazisində təbii fəlakətlərin baş verdiyini yazan Qabus Şəms əl — Məali ödədiyi xəracı ixtisara saldırır . Onun əmri ilə çayların qarşısını kəsib , suyu əkin sahələrinə yö-nəltmək üçün bəndlər ucaldılıb , kanallar çəkilmişdi . İbn əl — Əsirin qeydlərindən məlum olur ki , 979-cu ildə Cənubi Azərbaycanın və İraqın müxtəlif yerlərində dağın-tılara və insan tələfatına səbəb olan zəlzələlər baş vermişdir . Qabus Şəms əl — Məali dağıntı olan yerlərdə əhalini bir il müddətinə vergidən azad etmişdir . O , əyalət hakimlərinin üzərinə ciddi nəzarət qoyaraq məmurların özbaşınalıqlarının qarşısını ala bilmişdir . Ziyarilər dövlətinin güclənməsindən qorxuya düşən Samanilər dövləti-nin hökmdarı II Nuh Ziyarilər dövlətinin ərazisinə hücum etdi . 983-cü ildə Ziyarilər dövlətinin paytaxtı Deyləm şəhərinin yaxınlığında baş verən həlledici qanlı döyüşdə Samanilər dövlətinin hökmdarı II Nuh Qabus Şəms əl — Məalini məğlubiyyətə uğratdı . Nəticədə , II Nuh Deyləm şəhərini ələ keçirdi və Qabus Şəms əl — Məalini Ziyarilər dövlətinin ərazisindən qovdu . II Nuh öz nümayəndəsini Ziyarilər dövlətinin taxtında otuzduraraq Orta Asiyaya qayıtdı . Bundan xəbər tutan Qabus Şəms əl — Məali elə həmin ildə böyük bir ordu ilə Ziyarilər dövlətinin ərazisinə daxil oldu . O , 983-cü ildə Ziyarilər dövlətinin paytaxtı Deyləm şəhərini ələ keçirərək Samanilər dövlətinin hökmdarı II Nuhun nümayəndəsini Ziyarilər dövlətinin ərazisindən qovdu . Nəticədə , Qabus Şəms əl — Məali öz hakimiyyətini Ziyarilər dövlətinin ərazisində yenidən bərpa etdi . Qabus Şəms əl — Məalinin hakimiyyətdə olduğu dövrdə , yəni 983-cü ildə baş vermiş hadisələrdən biri də göydə nəhəng quyruqlu ulduzun — kometanın görünüb , əhalini qorxutması idi . Bunu nəzərə alan Qabus Şəms əl — Məali 984-cü ildə Deyləmdə rəsətxana tikdirmişdir . Bu rəsətxanada dünyanın bir çox alimləri fəaliyyət göstərirdi . Ədəbiyyat və incəsənət həvəskarı olan Qabus Şəms əl — Məali öz sarayında kitabxana yaratmışdı . Bundan başqa o , tez — tez şairləri sarayına dəvət edib poeziya məclisləri düzəldirdi . Tarixdən məlumdur ki , Qabus Şəms əl — Məalinin özü də gözəl qəzəllər yazmışdır . O , həmçinin məşhur " Qabusnamə " əsərinin də müəllifidir . O , bu əsəri 1002-ci ildə yazmışdır . 999-cu ildə Samanilər dözləti süquta uğradıqdan sonra Qabus Şəms əl — Məali Qəznəlilər dövlətinin hökmdarı Sultan Mahmuddan vassal ası-lılığı qəbul etdi . Ziyarilər dövlətinin daha da qüvvətlənməsindən qorxuya düşən Qəznəli hökmdarı Sultan Mahmud 1012-ci ildə Deyləmdə qiyam təşkil edir . Məhz həmin ildə baş vermiş qiyam nəticəsində Qabus Şəms əl — Məali qətlə yetirilir . Onun ölümündən sonra Ziyarilər dövləti tənəzzülə uğramağa başladı . Nəhayət Ziyarilər dövləti 1090-cı ildə süqut etdi . Həmçinin bax Ziyarilər xanədanı
https://az.wikipedia.org/w/index.php?curid=279494
Şəmsəddin
Şəmsəddin — kişi adı. Şəmsəddin Balapour Şəmsəddin Bağırov Şəmsəddin Cəfərov — Azərbaycanlı alim, fəlsəfə elmlər doktoru, professor. Şəmsəddin Günaltay — Türkiyə Respublikasının 8-ci baş naziri Şəmsəddin Sami — Alban əsilli Türk yazarı və tədqiqatçısı. Şəmsəddin əd-Dəməşqi — Ərəb coğrafiyaşünası. Şəmsəddin Qasımov — Bəstəkar, Naxçıvan MR əməkdar incəsənət xadimi (2005)
https://az.wikipedia.org/w/index.php?curid=837960
Şəmsəddin Abbasov
Şəmsəddin Bəhlul oğlu Abbasov (27 may 1906, Abşeron rayonu – 20 sentyabr 1975, Bakı) — Azərbaycan nasiri, dramaturq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1906-cı ilin mayın 27-də Bakı qəzasının Sayadlar kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Bakıda rus-tatar məktəbində, sonra politexnikumda təhsil almış, 1926 – 1927-ci illərdə Politexnik İnstitutunda oxumuşdur. 1923-cü ildən "Yeni fikir", "Kommunist" və "Gənc işçi" qəzetlərində əməkdaşlıq etmişdir. Bu dövrdə "Məhşər günü" hekayəsi ilə ədəbi aləmə daxil olmuşdur. Yaradıcılığı 1926-cı ilin iyun ayından "Gənc işçi" qəzeti redaksiyasında məsul katib vəzifəsində işləmiş, eyni zamanda "Komsomol" jurnalının redaksiya heyətinin tərkibinə daxil edilmişdir. Gənc yazıçılar birliyinin – "gənc qızıl qələmlər"in yaradıcılarından biri olmuşdur. 1929-cu ildən "Kommunist" qəzetinin məsul katibi işləmişdir. 1938 – 1939-cu illərdə M. F. Axundov adına Opera və Balet Teatrının direktoru kimi Moskvada Azərbaycan incəsənəti dekadasında iştirak etmişdir. "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1939-cu ilin sentyabrında Bakı kinostudiyasının direktoru işləmişdir. O, ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Rus dilindən ədəbi ssenarilər ("Stalinqrad döyüşü", "Musoqorski"), pyeslər ("Ulduzcuğaz", "Xmelnitski", "Saatsaz və toyuq"), roman və hekayələr (S. Babayevski "Yer üzərində işıq", A. P. Çexovun vodevilləri) tərcümə etmişdir. Özu də ssenari və pyeslər yazmışdır: "Babək" (1940), "Qələbə" (1931), "Qana qan" (1944), "Əsgər və Simuzər" (1945), "Fərhadın ailəsi" (1950), "Mister Uoll-trit" (1951). 1942-ci ilin avqust ayından Azərbaycan KP MK aparatına işə dəyişdirilmişdir. Burada təlimatçı, eyni zamanda Azərbaycanın İkinci Dünya müharibəsində iştirak etməsi ilə məşğul olan komissiyanın məsul katibi işləmişdir. Azərbaycan nümayəndələri ilə dəfələrlə ön cəbhədə olmuşdur. Şimali Qafqaz və Uzaq Şərq cəbhələri hərbi şuraları ona yaxşı işinə görə təşəkkür etmişdir. O, "Qafqaz müdafiəsi uğrunda" və "1941 – 1945-ci illər İkinci Dünya müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif edilmişdir. 1944-cü ilin yanvarında Azərbaycan SSR Nazirlər Soveti Yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsinə sədr təyin olunmuşdur. 1946-cı ildə "Qırmızı Əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Dəfələrlə Bakı zəhmətkeş deputatları Sovetinin deputatı olmuşdur. 1951-ci ilin oktyabrından Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir. 1975-ci il sentyabrın 20-də vəfat etmişdir. Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Şəmsəddin Abbasovun rəsmi saytı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 61–66.
https://az.wikipedia.org/w/index.php?curid=350556
Şəmsəddin Abışov
Şəmsəddin Qocabəy oğlu Abışov (14 sentyabr 1963, Köryədi, Yardımlı rayonu – 18 oktyabr 2023, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, gömrük xidməti polkovniki. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin keçmiş rəisi. Şəmsəddin Abışov 14 sentyabr 1963-cü ildə Yardımlı rayonunun Köryədi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə Şimali Osetiyada Orconikidze (vladiqafqaz) Ali Hərbi Ümumqoşun Komandirlər məktəbini, 1998-ci ildə isə Azərbaycan Respublikası Hərbi Akademiyasını bitirmişdir. 1986–1992-ci illərdə keçmiş Sovet Ordusunda müxtəlif vəzifələrdə, 1992-ci ildən 2016-cı ilə qədər Azərbaycan Ordusunda zabit kimi xidmət etmişdir. Xidmət etdiyi dövrlərdə döyüş bölgələrində böyük həcmli hərbi hissə komandiri, birliyin qərargah rəisi vəzifələrinə qədər yüksəlmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilmişdir. 2014–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparıcı kafedraların rəisi vəzifələrində xidmət etmişdir. 2016-cı ilin sonunda təyin edilmiş yaş həddinə görə Silahlı Qüvvələrdən "Polkovnik" rütbəsi ilə ehtiyata buraxılmışdır. 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini vəzifəsinə, Gömrük xidməti polkovniki rütbəsi verilməklə təyin edilmişdir. Ailəlidir, 4 övladı var. 1992–1994-cü illərdə Dağlıq Qarabağ bölgəsində aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. Beyləqan-Füzuli-Xocavənd rayonları istiqamətində bir çox ərazilərin və əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsində tabor komandiri vəzifəsində uğurlu döyüş əməliyyatları aparmışdır. 2002–2003-cü illərdə Qazax bölgəsində hərbi hissə komandiri vəzifəsində xidmət edərkən neytralda olan bir sıra strateji cəhətdən vacib əraziləri ələ keçirməklə Məzəm, Quşçu-Ayrum, Fərəhli kəndlərinin təhlükəsizliyini təmin etmişdir. 2003–2013-cü illərdə Beyləqan bölgəsində Birliyin Qərargah rəisi kimi döyüş yolunu davam etdirmişdir. Mükafatları Hərbi xidmətdə göstərdiyi yüksək nəticələrə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2007-ci ildə "Vətən Uğrunda", 2012-ci ildə "Hərbi xidmətlərinə görə" medalları ilə təltif edilmişdir. Müdafiə nazirliyi tərəfindən bir çox medallarla təltif olunmuşdur Müharibə və Silahlı Qüvvələr veteranıdır.
https://az.wikipedia.org/w/index.php?curid=574435
Şəmsəddin Aslanov
Aslanov Şəmsəddin Həmdulla oğlu (17 mart 1960, Anzolu, Lerik rayonu) — "SNT" İnşaat Şirkətinin direktoru, Əməkdar Mühəndis. Şəmsəddin Aslanov 17 mart 1960-cı ildə Lerik rayonunun Anzolu kəndində anadan olmuşdur. 1967-ci ildə Anzolu kənd 8 illik məktəbinin birinci sinfinə getmiş və 1975-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. Şəmsəddin Aslanov həmin il Bakı Politexnik Texnikumunun inşaat fakültəsinə qəbul olunmuşdur. 1979-cu ildə həmin texnikumu fərqlənmə diplomu ilə bitirib gənc mütəxəssis kimi təyinatla Bakı Baş Tikinti İdarəsinə göndərilmiş və 21 nömrəli Tikinti İdarəsində 2-ci dərəcəli bənna kimi ilk əmək fəaliyyətinə başlamışdır. Ş. H. Aslanov 1979–1981-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1981-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra 21 nömrəli Tikinti İdarəsində işini davam etdirməklə yanaşı Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun axşam şöbəsinə qəbul olunmuş və işləyə-işləyə təhsilini davam etdirmişdir. Ş. H. Aslanov 1982-ci ildən "Bakıbaştikinti" İdarəsinin "Bakışəhərtikinti" trestinin 21 nömrəli Tikinti İdarəsində tikinti ustası vəzifəsinə irəli çəkilmiş, az sonra isə iş icraçısı vəzifəsinə keçirilmişdir. Şəmsəddin Aslanov 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda sənaye və mülki tikinti ixtisası üzrə tam kursu bitirərək ali təhsilli inşaat mühəndisi kimi həmin idarədə baş iş icraçısı vəzifəsinə təyin olunmuşdur. 1989-cu ildə köçürmə yolu ilə "Aqrarsənayetikinti" trestinin Bakı ixtisaslaşdırılmış təsərrüfat hesablı Təmir Tikinti İdarəsinə baş mühəndis vəzifəsinə təyin olunmuşdur. Ş. H. Aslanov 1993-cü ildə "Bakışəhərtikinti" tresti 22 nömrəli Tikinti İdarəsinin baş mühəndisi, 1994-cü ildə isə həmin trestin 22 nömrəli Tikinti İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildə ölkə başçısı cənab Heydər Əliyevin dövlət özəlləşdirmə proqramı ilə əlaqədar imzaladığı Sərəncama əsasən 22 nömrəli Tikinti İdarəsi də özəlləşdirilmiş və onun bazasında "SNT" İnşaat Şirkəti yaradılmışdır. Ş. H. Aslanov həmin vaxtdan bu günə kimi "SNT" İnşaat Şirkətinin təsisçisi və direktorudur. Ailəlidir. Üç övladı – iki oğlu, bir qızı var. Oğlu Elçin və qızı Könül Azərbaycan Tibb Universitetini, oğlu Süleyman isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tikintisinə rəhbərlik elədiyi obyektlər Şəmsəddin Aslanovun rəhbərlik etdiyi SNT İnşaat Şirkətinin inşaatçıları 2010-cu ilə kimi respublikanın ayrı-ayrı regionlarında 50-dən artıq müasir tipli məktəb binasının, Dövlət Reyester Xidmətinin bir sıra rayonlarda inzibati binalarının, Qubada əlil və şəhid ailələri üçün 5 mərtəbəli yaşayış binasının, Xalq Təhsili Muzeyinin yeni binasının və digər obyektlərin inşasına imza atmışlar. 2010 – 2020-ci illərdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə respublikamızın bölgələrində və paytaxt Bakı şəhərində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəllələrində 10-a yaxın çoxmərtəbəli yaşayış binasının, fərdi evlərin, çoxlu sayda uşaq bağçasının, inzibati və poçt binalarının, klub-icma mərkəzlərinin, həkim məntəqələrinin, yanğın depolarının və s. tikintiləri həyata keçirilmişdir. Bu illər ərzində onlar həmçinin paytaxtda və bölgələrimizdə onlarla məktəbin tikintisini, əsaslı və cari təmirini və Bakı şəhərində uşaq bağçalarının əsaslı təmiri işlərini yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəsəbələrin açılışları zamanı "SNT" İnşaat Şirkətinin Goranboy şəhəri ərazisində 688 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində inşa edib təhvilə hazırladığı 60 mənzilli, Binəqədi rayonu 2 saylı ETK-nın ərazisində 369 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 63 mənzilli 9 mərtəbəli yaşayış binasının, Bakı şəhəri, Sabunçu rayonu Ramanı qəsəbəsində məcburi köçkünlər üçün 450 ailəlik yeni yaşayış qəsəbəsində 80 mənzilli 5 mərtəbəli yaşayış binasının, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 758 məcburi köçkün ailələri üçün salınan yeni yaşayış məhəlləsində Zəngilan rayon İcra Hakimiyyətinin inzibati binasının tikintiləri ilə də tanış olmuşdur. SNT inşaat şirkətinin inşaatçıları bu gün MİDA-nın sifarişi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 7 mərtəbəli, 81 mənzilli sosial yaşayış binasının və MKSİF-in sifarişi ilə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli binanın tikintisində çalışırlar. Mükafatları 30 sentyabr 2009-cu il tarixdə Aslanov Şəmsəddin Həmdulla oğlu Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı ilə təltif edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=622046
Şəmsəddin Axundov
Şəmsəddin Əşrəf oğlu Axundov () — Milli Aviasiya Akademiyasında ictimaiyyətlə əlaqə üzrə prorektor, mədəniyyət nazirinin sabiq müavini. Şəmsəddin Axundov 1956-cı ildə Azərbaycan Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib. Mədəniyyət Nazirliyində metodist-inspektor, baş metodist, şöbə müdiri vəzifələrində çalışıb (1956-1965). İctimai-siyasi fəaliyyəti Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, sədr (1965-1969) olmuş, Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri vəzifəsində işləmişdir (1969-1981). 1981-1987-ci illərdə M.F.Axundov adına Respublika Kitabxanasında elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1988-2001-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyində mədəni-maarif müəssisələri idarəsində rəis, mədəni-maarif, kitabxana və muzey işləri baş idarəsində rəis, 1991-ci ildən nazir müavini vəzifələrində çalışmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Şurasının qərarı ilə Mədəniyyət Nazirliyinin Kollegiya üzvü kimi fəaliyyət göstərmişdir. 0, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 7 sentyabr 2001-ci il tarixli 802 nömrəli sərəcanmı ilə mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilmişdir.2005-2011-ci illərdə Milli Aviasiya Akademiyasında yaradılmış “Aviasiya tarixi muzeyi”nin direktoru olmuşdur. 2001-ci ildən dövlət qulluğu təqaüdünə çıxmışdır. “Şərəf nişanı” və “Qırmızı əmək bayrağı” ordenləri, “Əmək rəşadətinə görə”, “Əmək igidliyinə görə”, “Uzunmüddətli fədakar əməyə görə” medalları, “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalı, “Əla mədəniyyət işçisi” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “100 illik” medalları ilə təltif olunmuşdr. 1978-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Həyətinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
https://az.wikipedia.org/w/index.php?curid=568554
Şəmsəddin Aydoğmuş
Şəmsəddin Aydoğmuş — Atabəy Cahan Pəhləvanın məmlüklərindən olmuşdur. Mərkəzi və Şərqi İranı ələ keçirərək Atabəy Özbəyi sultan elan etmişdir. Özünü Özbəyin atabəyi elan edən Aydoğmüş bir müddət Əcəm İraqında faktiki hakimiyyəti ələ keçirmişdi. 1196-cı ildə Əcəm İraqını tamamilə işğal edən xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı.Çox keçmədən Atabəy Əbu Bəkrin tərəfdarlarının və ordusunun çox hissəsi Gökcənin tərəfinə keçdi. Əbu Bəkr İsfahana çəkildi, Gökcə isə təntənəli surətdə Həmədana daxil oldu. Bu zaman onunla qalan digər əmirlərin də xəyanəti nəticəsində Əbu Bəkrə tamamilə Azərbaycana çəkildi. Lakin 1203-1204-cü illərdə Gökcəyə qarşı Cahan Pəhləvanın keçmiş vassallarından Şəmsəddin Aydoğmuş çıxış etdi. Baş vermiş döyüşdə Gökcə öldürüldü və bütün torpaqları Aydoğmuşun əlinə keçdi. Aydoğmuş hakimiyyətini qanuniləşdirmək üçün onunla birgə üsyana qalxan Eldəniz şahzadəsi Özbəyi sultan elan etsə də bütün hakimiyyəti öz əlində cəmləmişdi.Azərbaycanda isə Marağa hakimi Körpə Arslan, Ərbil atabəyi Göy-Börü ilə müqavilə bağlayıb Təbrizi ələ keçirməyə hazırlaşırdı. Atabəy Əbu Bəkr qorxuya düşərək Aydoğmuşdan kömək istədi. Əbu Bəkrin bu istəyini qəbul edən Aydoğmuş öz ordusu ilə Əbu Bəkrin düşərgəsinə gələrək, onunla qüvvəsini birləşdirdi. Bunu eşidən Göy-Börü təcili Azərbaycanı tərk etdi. Aydoğmuş ilə Əbu Bəkr Marağanı mühasirəyə aldılar. Ancaq Əlaəddin Körpə Arslan sülh təklif etməsi ilə mühasirə dayandırıldı və müqaviləyə əsasən Marağa qalalarından biri Əbu Bəkrə, Uşnu ilə Urmiyə də Körpə Arslana verildi.1210-cu ilə qədər İraqi Əcəmi tək başına idarə edən Aydoğmuşa qarşı Cahan Pəhləvanın bir başqa məmlükü Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və İraqi Əcəm torpaqlarını əlinə keçirərək Rey, İsfahan, Həmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub, "sultan" adıyla sikkələr zərb etdirdi. Xəlifə ən-Nasir, Azərbaycan atabəyi Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Menglinin əlindəki İraqi Əcəm torpaqlarını da bölüşdürdülər. Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). Bakı, "Şərq-Qərb", 2007. 312 səh. Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər). Bakı, "Qanun", 2010. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=511552
Şəmsəddin Balapour
Şəmsəddin İmamqulu oğlu Balapour (20 fevral 1981, Şərqi Azərbaycan ostanı) — Dendrologiya İnstitutunda elmi işçi. Şəmsəddin Balapour 20 fevral 1981-ci ildə İran İslam Respublikasında Şərqi Azərbycan Vilayətində Parsabad rayonunda dünyaya göz açmış, ibtidai və orta məktəbi Parsabad Rayonun Aslanduz qəsəbəsində bitirmişdir. Məktəbdə fars dilində təhsil alaraq və orta məktəbdə ingilis və ərəb dillərində də təhsil alıb. 2002-ci ildə test üsülü ilə Mazandaran Dövlət Universitetinin Təbii Sərvətlər fakültəsinə daxil olmuş, 2006-cı ildə həmin universitetin meşə mühəndisliyi ixtisasının bakolavr pilləsini bitirərək, test üsulu ilə həmin universitetin həmin fakültəsi üzrə magistratura pilləsində təhsilini davam etmişdir. Magistr mövzusu "İqlim dəyişikliklərinin Fagus orientalis və Quercus castanifolia bitkilərinin illik artımına təsiri" olub. 2010-cu ildən Kaspian Ekosistemlər Tədqiqat İnstitutunda elmi işçi kimi işə başlayıb. 2011-ci ildən Əllamə Mühəddisi Nuri ali təhsil mərkəzində ekologiya ixtisasından dərs keçir. Hal-hazırda Azərbaycanda Dendrologiya İnstitutunda "Dendraxronologiya" laboratoriyasında elmi işçi vəzifəsində çalışır. Elmi fəaliyyəti Elmi əsərləri Fagus orientalis Dendrochronology in Darabkola Forest Regional Conference on Natural Resources and Sustainable Development in the Southern Caspian Sea- 2007 — Islamic Azad University Investigation of climate variables effects on Quercus castanaifolia growth in Neka Choob Company Forest District The First International Symposium on Climate Change and Dendrochronology in Caspian Ecosystems- 2009, Iran- Sari- Caspian Ecosystems Research Institute Study of climate variables effect on populous caspica tree ring The Second International Symposium on Climate Change and Dendrochronology in Caspian Ecosystems- 2011, Iran- Sari- Caspian Ecosystems Research Institute Study the effect of climate variables (temperature and precipitation) on annual growth of Zelkova carpinifoliaThe Second International Symposium on Climate Change and Dendrochronology in Caspian Ecosystems- 2011, Iran- Sari- Caspian Ecosystems Research Institute Study of relationship between tree rings of Cupressus sempervirens var.horizontalis and Climatic variables The Second International Symposium on Climate Change and Dendrochronology in Caspian Ecosystems-2011, Iran- Sari- Caspian Ecosystems Research Institute Study Climatic events by using Beech and Oak tree rings in Sari forest area The Second International Symposium on Climate Change and Dendrochronology in Caspian Ecosystems-2011, Iran- Sari- Caspian Ecosystems Research Institute Relationship between Tree Rings of Beech (Fagus orientalis) with some climatic Variables in Experimental Forest of Natural Resources Faculty (Darabcola)PAJOUHESH-VA-SAZANDEGI-2011 Dendrochronology of Fagus orientalis for Darabkola Forest in Mazandaran province The first Asia Dendrochronology Conference and workshop- Thailand: September 9–15, 2007 The role of longitudinal gradients in surface-level revolt in the Forest Road Regional Conference on Natural Resources and Sustainable Development in the Southern Caspian Sea-2007, Iran – Noor — Islamic Azad University Study of Relationship between Climate-Growth of Fagus orientalis in East Hyrcanin Forest (Case Study area: Sari Distric Forest) Natural preservation of Botanical Gardens at Modern Times-2010 — Baku- National Academy of Sciences of Azerbaijan Fagus orientalis Dendrochronology in Darabkola Forest Regional Conference on Natural Resources and Sustainable Development in the Southern Caspian Sea-2007, Iran – Noor — Islamic Azad University Investigation of climate variables effects on Quercus castanaifolia growth in Neka Choob Company Forest District The First International Symposium on Climate Change and Dendrochronology in Caspian Ecosystems-2009, Iran- Sari- Caspian Ecosystems Research Institute Study the effect of climate variables (temperature and precipitation) on annual growth of Zelkova carpinifolia Iranian Journal of Wood and Paper Science Research-2011 Balapour sh. And Kazemi S. M. 2012. Effects of climate variables (temperature and precipitation) on annual growth of Zelkova carpinifolia. Iranian Journal of Wood and Paper Science Research. Vol. 27, No. 1. Balapour sh., and Kazemi, S. M. 2011. Study of dry and wet years on tree ring of fagus orientalis and Quercus castaneifolia. Second International Symposium on Climate Change and Dendrochronology in Caspian Ecosystems. Sari, Iran. Balapour Sh., Asadpour H,. 2010. Study of relationship between climate-growth of fagus orientalis in East Hyrcanian Forest. International Botanical Conference "Nature protection value of botanical gardens at the modern stage". Baku, Azerbaijan. Balapour sh., Asadpour h., Djalilvand h., Raeini, M. 2009. Investigate of Climate Variables on Tree Ring Growth of Quercus castaneifolia in Neka Forest District. First International Symposium on Climate Change and Dendrochronology in Caspian Ecosystems. Sari, Iran. Balapour Sh., Djalilvand H., Raeini M., Asadpour H. 2011. Relationship between tree ring of Beech (fagus oreintalis) with some climate variables in experimental forest of Natural Resources Faculty. Watershed Management Research Journal (Pajouhesh & Sazandegi) No 88 pp: 1–10. Balapour Sh., Jalilvand H., Raeini M., Asadpour H. 2007. Dendrochronology of Fagus orientalis in Darabkola Forest Distirct. Regional Symposium of Natural Resource and Sustainable Development in South of Caspian Sea. Islamic Azad University of Noor, Iran. Kazemi S. M., Asadpour H. and Balapour Sh. 2012. Investigation on relationship between tree ring of Cupressus sempervirens l. var horizontalis and climate variables. Iranian Journal of Wood and Paper Science Research. Vol. 27, No. 2. Kazemi S. M., Balapour Sh., Rezaei F. 2012. Investigation of Climate Variables (Temperature and Precipitation) Effects on Populus alba Annual Growth. J. of Wood & Forest Science and Technology, Vol. 19 (2). Raeini, M., Balapour Sh., Djalilvand H,. Chalavi V. 2007. Dendrochronology of Fagus orientalis for Darabkola Forest in Mazandaran province. The first Asia Dendrochronology Conference and workshop, Thailand. Xarici keçidlər www.dendrochronology.ir
https://az.wikipedia.org/w/index.php?curid=401410
Şəmsəddin Bağırov
Bağırov Şəmsəddin Mirzəli oğlu — texnika elmləri doktoru (1970), professor (1982). Bağırov Şəmsəddin Mirzəli oğlu 25 may 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1950-ci ildə Moskva Avtomobil Yolu İnstitutunu bitirmişdir. Ş. Bağırov 1954–1982-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) assisent), dosent, dekan, 1982–1994-cü illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) işləmiş, 1994-cü ildən professor vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti Şəmsəddin Bağırovun tədqiqatları maşın və mexanizmlərin mexanika və nəzəriyyəsinə dair məsələlərin həlli sahəsidir. Alim 100-ədək elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. Elmi kadrların hazırlanmasında xüsusi xidmətləri vardır. Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. III cild. səh.30 Bakı,2011
https://az.wikipedia.org/w/index.php?curid=555369
Şəmsəddin Cüveyni
Sahib Şəmsəddin Məhəmməd Cüveyni (XIII əsr – 16 oktyabr 1284) — Elxanlılar sülaləsi hökmdarı Abaqa xan zamanında yaşamış zamanının ünlü vəzirlərindən birisi. Bəzı qaynaqlara görə baş vəzir olub. Ayrıca Elxanlılar dövlətinin qurucusu Hülaku xan zamanında da maliyyə vəziri olmuşdu. Zamanının müəlliflərindən olan və onun kimi vəzir olmuş Əlaəddin Ataməlik Cüveyninin qardaşıdır. Abaqa xan, bəzi qaynaqlara görə Anadoluda əsayişi pozan Pərvanə Muinəddin Süleymanın öldürülməsiylə yəni bir düzən ortamı bərpa etmək üzrə ünlü vəzir Sahib Şəmsəddin Məhəmməd Cüvəynini Rum Səlcuqlu dövləti ölkəsinə göndərdi. Sahib Şəmsəddin Məhəmməd Cüvəyni, Anadoluda ilk olaraq pozulan siyasi istiqrarı düzəltdi və yetişdiyində hələ davam etməkdə olan olan üsyanları yatırdı. İqtisadi sahədə yeniliklər aparmağa çalışdı. Öncə xalqa yük olan bir çok vergini ortadan qaldırdı. Xalqdan gəlişi gözəl pul və mal istənməsini yasaqladı. Ardından Şəmsəddin Tuğrai tərəfindən alınan və heç cür ödənə bilməyən iqrazla, Səlcuqluların ödəyəmədiyi illik xəracların borcunu silərək yerinə Elxanlı hökmdarları divanına Ərzincan yörəsi və başqa yerlərin gəlirlərini incu vergisi (xüsusi gəlir) olaraq təhsis etdi. Bu şəkildə Elxanlılar dövləti, Anadoluda özəl mülklər əldə edilib gəlirlərini doğrudan özlərinə yönəltmişdilər. Sahib Şəmsəddin Məhəmməd Cüvəyninin gətirdiyi bir başqa dəyişiklik eynən incu kimi Elxanlı ölkəsinin başqa bölgələrində uyğulanıb da Anadoluda olmayan tamğa vergisidir. Tarixi mənbələr şair Hümam Təbrizinin də 1277–1278-ci illərdə Kiçik Asiyada baş verən qarışıqlıq zamanı oradakı hadisələri nizama salmaq üçün Abaqa xanın göstərişi ilə Osmanlı ölkəsinə gedən Sahib Divan Şəmsəddin Cüveyni ilə birlikdə olduğunu xəbər verir. Bu məlumatın həqiqiliyini şairin şeirləri də təsdiq edir. Şair divanındakı şeirlərində həmin səfərdən danışır və Ş. Cüveyniyə müraciətlə belə bir səmimi misra da işlədir: "Lütf edərək, Azərbaycandan Ruma gəldin". Sahib Şəmsəddin Məhəmməd Cüveyninin Anadoluda qurmuş olduğu iqtisadi vəziyyət 1278-ci ildən Səlcuqlu vəzirinin yerinə İrandan Fəxrəddin Qəzvininin göndərildiyi 1288-ci ilə qədər sürdü. V. Barthold, "Ilhanlılar Dəvrində Mali Vaziyət", Türk Hukuk və Iktisat Tarihi lvhl.:muası, 1(1931), s.ıSO vd. Alaaddin Ata Məlik Cüvəyni, Tarix-i Cihan Güşa, Çəvirən, Mürsəl Öztürk, Ankara 1999 Səlçuklu-İlhanlı İktisadi, Ticari İlişkiləri və Sonuçları — Doç. Dr. İlhan ƏRDƏM Xarici keçidlər makaleler (türk.) Alaaddin Ata Melik Cüveynî (türk.) Həmçinin bax Əlaəddin Ataməlik Cüveyni
https://az.wikipedia.org/w/index.php?curid=311218
Şəmsəddin Cəfərov
Şəmsəddin Cəfərov (Şəmsəddin Məmməd oğlu Cəfərov; d. 1925 – v. 1976) — Azərbaycanlı alim, fəlsəfə elmlər doktoru, professor. İkinci dünya müharibəsi zamanı göstərdiyi xidmətlərə görə "Qafqazın müdafiəsinə görə" medalı laureatı. Azərbaycan Ali və Orta İxtisas Təhsil Nazirliyinin Elmi-tədqiqat şöbəsinin rəisi. Azərbaycan Dövlət İncəsənət İnstitutunun yeni yaradılmış fəlsəfə kafedrasının ilk müdiri olmuşdur. Şəmsəddin Cəfərov 1925-ci ildə Qazax mahalının Mollacəfərli kəndində anadan olmuşdur. Atası Məmməd Mollacəfər oğlu Azərbaycanın bu regionunda sovet hakimiyyəti qurulanadək mahalın tanınmış şəxsiyyətlərdən olmuşdur. Qazax mahalının bir necə kəndlərinin əhalisini tərəfindən seçilən və bu kəndlərin inzibati işlərini idarə edən bu şəxs Koxa Məmməd kimi tanınırdı. 1939-cu ildə Düzqışlaq natamam orta, 1942-ci ildə isə Ağstafa dəmiryolu orta məktəbini əla qiymətlərlə bitirmişdir. 17 yaşında Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılmış, İkinci dünya müharibəsində iştirak etmişdir. 1942-1943-cü illərdə Qafqaz cəbhəsində döyüşmüş, 1 aprel 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. 1943-cü ilin may ayının 5-də Krım istiqamətində gedən döyüşlərdə yaralanmış və həmin ilin sentyabrında ordudan tərxis edilərək Azərbaycana qayıtmışdır. 1950-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elmi Şuranın qərarı ilə universitetin Fəlsəfə tarixi kafedrasının aspiranturasında saxlanılmışdır. Aspiranturada oxuyarkən Sovetlər Birliyinin müxtəlif regionlarından, həmçinin xarici ölkələrdən Moskva şəhərinə gəlmiş gənc alimlər arasında SSRİ xalqlarının fəlsəfə tarixini öyrənən Mərkəzin rəhbəri seçilmişdir. 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetidə Mirzə Fətəli Axundovun sosial-siyasi və fəlsəfi baxışları mövzusunda dissertisiya müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Yüksək biliyə malik olmasını nəzərə alan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rəhbərliyi ona Moskva şəhərində qalmağı və universitetin Fəlsəfə tarixi kafedrasında elmi-pedaqoji fəaliyyətlə məşğul olmağı təklif etmişdir. Ancaq o, Bakıya qayıdaraq, Azərbaycanda çalışmağı üstün tutmuşdur. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəsmi dəvəti ilə 1 yanvar 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. 1965-1966-cı illərdə Azərbaycan Ali və Orta İxtisas Təhsil Nazirliyinin Elmi-tədqiqat şöbəsinin rəisi, 1966-1967-ci illərdə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun yeni yaradılmış fəlsəfə kafedrasının ilk müdiri olmuşdur. 1967-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasında çalışmışdır. Azərbaycan Dövlət Universitetində işlədiyi zaman tarix fakültəsinin Elmi Şurasının katibi, ADU-nun Tələbə Elmi Cəmiyyətinin Mərkəzi Şurasının sədri və digər ictimai vəzifələrə seçilmişdir. Ömrünü fəlsəfə elminə həsr edən Şəmsəddin Cəfərov 1973-cü ildə Mirzə Fətəli Axundov və Müsəlman Şərqində ictimai-siyasi və fəlsəfi fikir tarixi mövzusunda müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi adına layiq görülmüşdür. Fəlsəfə elmləri doktoru Şəmsəddin Məmməd oğlu Cəfərov 1976-cı ildə dünyasını dəyişmiş, öz vəsiyyətinə əsasən ata-baba yurdu Qazax mahalında dəfn edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=487090
Şəmsəddin Eldəgəz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز, fars. اتابک شمس‌الدین ایلدگز; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi.Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir.Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir. Həmin gündən Şəmsəddin Eldəniz "Böyük Atabəy" adlanır. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin böyüyü (əmir hacib), kiçik oğlu Qızıl Arslan isə, ordunun ali baş komandanı təyin edilir. Eldəniz özünün bütün əmirlərini mühüm dövlət vəzifələrinə təyin etdirir. Eldənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə Eldənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər.Şəmsəddin Eldəniz fəal mərkəzləşdirmə siyasəti aparmış və bu siyasətin nəticəsində bütün İraq Səlcuq Sultanlığındakı Səlcuqlu şahzadələrini və onların atabəylərini özünə tabe edə bilmişdir. Hakimiyyətinin ilk illərində Marağa, Rey və Mosul kimi yerlərin atabəyləri Bağdad xəlifəsinin istəyilə ona tabe olmaq istəməsələr də, Şəmsəddin Eldənizin uğurlu hərbi əməliyyatlarından sonra mərkəzi hakimiyyətə tabe olmuşdurlar. Mərkəzdənqaçma siyasəti yürüdən bəzi əmirlərin mülkləri isə müsadirə edilərək birbaşa özünə tabe etdirilmişdi. Şəmsəddin Eldənizin fəal xarici siyasəti nəticəsində Gürcüstandan Azərbaycan ərazisinə olan aramsız talançı yürüşlərin qarşısı alınmışdır. Qısa müddət sonra gürcülərin belə yürüşləri yenidən bərpa edilsə də, Şəmsəddin Eldəniz güclü ordu təşkil etmiş və Gürcüstanın daxili bölgələrinə qədər uğurlu hərbi əməliyyat keçirmişdir. Bu dövrdə Atabəylər dövləti ilə rəqabət aparan digər dövlət isə Xarəzmşahlar dövləti idi. Bu rəqabətin sonunda Xarəzmşah İl-Arslan məğlub edilmiş və Nişapur atabəyi Ay-Aba Şəmsəddin Eldənizin hakimiyyətini qəbul etmişdi. Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddaratının həlledicisi və əsl hakimi idi.Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir və xütbə oxunurdu. Əvvəllər ona tabe bütün ərazilərə tam nəzarət etməsə də, güclü dövlət hakimiyyətinin varlığı ilk növbədə iri əyalətlərin hakimlərini və Səlcuqilərin rəqibi Bağdad xəlifəsini qane etmirdi. Azərbaycan Atabəyləri dövlətinin hakimiyyət dövrü mədəni həyatın yüksəlməsi ilə səciyyələnir. Bu zaman dünya mədəniyyətinə görkəmli dahilər bəxş etmiş Azərbaycan poetik məktəbi yaranır və ən yüksək çiçəklənmə dövrünə çatır. Parlaq poetik məktəbin inkişafı, şübhəsiz, ümumi mədəni yüksəlişlə əlaqədar idi. Bu baxımdan haqqında danışdığımız dövrü Azərbaycan intibahı (renessansı) adlandırmaq olar. Şəmsəddin Eldəniz 1175-cı ildə həyat yoldaşı Möminə Xatunun ölümündən sonra onun adına türbə inşa etdirilməsi barədə əmr vermiş, lakin özü də qısa müddət sonra vəfat etdiyinə görə türbə oğlu Məhəmməd Cahan Pəhləvanın hakimiyyət illəri zamanı hazır olmuşdur. Yusif ibn Küseyir abidəsi də onun hakimiyyət illərində hazırlanmışdır. Ümumiyyətlə Şəmsəddin Eldənizin hakimiyyəti illərində mədəniyyətin və elmin bütün sahələrində inkişaf olmuşdur. Naxçıvan-Marağa memarlıq məktəbi güclü inkişaf etmiş, bu memarlıq məktəbinin nümayəndəsi Əcəmi Naxçıvani bir çox memarlıq abidələri inşa etmişdir.Onun dövründə Ərdəbil, Naxçıvan, Təbriz, Beyləqan və Gəncə şəhərləri yüksək inkişaf etmişdi. Eldənizlərin sikkə sarayında adına bir çox dirhəmlər zərb olunmuşdur. Dirhəmlərdən bir neçəsi Azərbaycan Tarix Muzeyində yerləşir. 1175-ci ilin oktyabr-noyabr aylarında Şəmsəddin Eldəniz və dekabr-yanvar aylarında isə Arslan şah vəfat etdi. Ondan sonra hakimiyyətə böyük oğlu Məhəmməd Cahan Pəhləvan keçmişdir. Erkən illəri Orta əsr mənbələrinin çoxu Şəmsəddin Eldənizin gənclik illərinə aid yalnız cüzi məlumatlar verir, həm də bu məlumatlar bir-birinin eynidir. Yalnız daha sonrakı müəlliflərlərdən Mirxond (1433–1498) "Rövzət əs-səfa" və onun nəvəsi Xondəmir (1475–1536) "Həbib əs-siyar" əsərində Eldənizin gəncliyi haqqında bir qədər ətraflı məlumat vermişlər.Mirxond yazır: Mirxondun rəvayətinə görə, İraqda bu qulları sultanın vəziri Əbu Hamid Əli ibn Əhməd əs-Sümeyrəmi tacirdən satın alır. Ancaq Eldənizi almaqdan imtina edir. Eldəniz ağlayır və vəzirdən xahiş edir ki, onu da götürsün. Vəzir razılaşır, Eldəniz diribaşlığı və fərasəti ilə tezliklə ağasının rəğbətini qazanır. Hicri 516-cı ilin səfər ayında (may, 1122) İsmaililər vəzir Sümeyrəmini Həmədanda öldürürlər. Onun bütün var-dövlətini sultan müsadirə etdirir. Eldəniz də sultanın xidmətinə keçir. Sultan onun bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Bir müddətdən sonra Eldəniz heç bir sahədə öz tay-tuşlarından geridə qalmırdı, əksinə, at çapmaqda, ox atmaqda onlan arxada qoyurdu. Tezliklə onu sultan mətbəxinə başçı (əlhivan salar) qoydular. Burada Eldəniz öz qabiliyyətini və iş aparmaq bacarığını göstərdi. O, bu vəzifəsində ikən Sultan Mahmud vəfat etdi. Atabəy olması Sultan II Toğrulun hakimiyyəti dövründə (1132–1135) Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi və o, vəzifə pillələrində sürətlə irəli getdi. Sultanın bütün ömrü boyu məsləhətçisinə çevrilən qadını Mömünə xatun ona xüsusi iltifat göstərirdi. Eldəniz onun göstərişlərinə əməl edərək heç bir vaxt saray münaqişələrinə qarışmır və bir-birilə kəskin ədavət aparan əmirlərin hər hansı bir dəstəsinin tərəfini saxlamırdı. Sultan, Eldənizin sadiqliyini qiymətləndirdi və onu əmir rütbəsinədək qaldırdı. Bir qədər keçməmiş sultan II Toğrul Eldənizi azyaşlı oğlu Arslan şaha atabəy təyin etdi. Cüzcani bu hadisəni belə təsvir edir: Mömünə xatunla evlənməsi Sultan II Toğrul öləndə isə yeni Sultan Məsud (1135–1152) Şəmsəddin Eldənizi II Toğrulun dul qadını ilə evləndirdi. Mömünə xatundan onun iki oğlu – Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Osman Qızıl Arslan və bir qızı oldu. Qızının adı və taleyi məlum deyildir. Hakimiyyəti Canişinliyi Azərbaycana canişin təyin edildikdən sonra Arranın müsəlmanlar yaşayan əksər ərazisi ona tabe idi. Mxitar Qoşun yazdığına görə Şəmsəddin Eldəniz ilk əvvəllər Gəncənin hakimiyyətini əlinə keçirənə qədər yalnız Naxçıvanın idarəçiliyi ilə məşğul olmuşdur. Dövrün mənbələrində də Eldənizlər ailəsinin bu zaman mərkəzinin Naxçıvan olduğu göstərilmişdir. Həyatının bu illərində Şəmsəddin Eldənizin əsas vəzifəsi Araz-Axhuren koridorunun yuxarıdakı Ani şəhərinə qədər təhlükəsizliyini təmin etmək, həmçinin də, Kür çayı boyunca Beyləqandan Şəmkirə qədərki ərazilərdə olan qalalara nəzarət edərək bu torpaqları gürcülərdən qorumaq olmuşdur. Bu illərdə öz ərazisinin müdafiəsini təşkil etməklə yanaşı, İraq Səlcuq Sultanlığı mərkəzi hakimiyyətinin nəzəriə çarpmadan öz ərazilərini genişlətməyə çalışırdı. o Azərbaycanın xeyli hissəsi üzərində hakimiyyətini yalnız Sultan Məsudun sevimli canişini Kass bəy Arslanın 1153-cü ildəki ölümündən sonra təmin edə bildi. Sultan Məsudun ölümündən əvvəl belə Şəmsəddin Eldəniz saray münaqişələrinə qarışmışdı. O, Suleymanşah ibn Məhəmmədi Sultan Məhəmməd ibn Mahmuda qarşı dəstəkləyən koalisiyaya qoşulmuşdu. Uğursuzluğa düçar olduqdan sonra belə o, Sultan Məhəmməd ibn Mahmuda qarşı mübarizə aparmış və zərb etdirdiyi sikkələrdə yalnız Böyük Səlcuq imperatoru Sultan Səncərin adını qeyd etdirmişdir. 1154–1155-ci illərdə yenidən oğulluğu Arslanın atabəyi təyin edilmiş və bundan sonra zərb etdirdiyi sikkələrə özünün Atabəy titulunu da əlavə etdirmişdir. Şəmsəddin Eldənizin istəkləri İraq Səlcuq Sultanları Süleyman şah və Məhəmməd şahın ölümündən sonra reallaşdı. Süleyman şahın onun əmri ilə öldürülməsi ehtimalı da vardır. Sultanın ölümündən qısa müddət sonra bir qrup əmir Şəmsəddin Eldənizi Həmədana dəvət etdi. Beləliklə, 1169–1161-ci ildə Şəmsəddin Eldəniz oğulluğu Arslan şahı İraq Səlcuq Sultanlığının hökmdarı elan etdi. İraq Səlcuq Sultanlığı uğrunda mübarizə Şəmsəddin Eldəniz İraq Səlcuq Sultanlığı taxtı uğrunda gedən mübarizə nəticəsində baş verən çoxlu ara müharibələrində iştirak edirdi. Azərbaycana göndəriləndən sonra isə o, taxt-tacın hər hansı bir iddiaçısının fəal tərəfdarı olmamışdır. Mxitar Qoş onun haqqında ayzırdı: Bu mürəkkəb dövrü qələmə alan naməlum erməni müəllifi qeyd edir ki, tarixin bu dövrü "qorxunc və müharibələrdə qələbə çalan, çox dolaşıq qəsdlərin mahir bilicisi, onların rəhmsiz peyğəmbəri böyük xəlifə Eldənizin" hakimiyyəti ilə əlamətdardır: Sultan Məsudun ölümündən sonra onun varisləri arasında hakimiyyət uğrunda mübarizə qızışır. Hakimiyyətə gəlmiş Sultan Məhəmməd müttəfiqlərinin böyük ordusu ilə birgə qəflətən Azərbaycan üzərinə hücuma keçir. Şəms əd-Din onu Araz vadisində qarşılayır. Bir neçə gün davam edən döyüş Eldənizin məğlubiyyəti ilə başa çatır. O, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla kifayətlənməli olur. Yalnız bir neçə il sonra, zəif iradəli Sultan Süleymanın dövründə Eldəniz yenidən Azərbaycana sahib ola bilir. Əmirlərin çıxışları nəticəsində Süleyman şah taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslan şahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin. Bu barədə məktubla müraciət edən əmirlərin ittifaqının başında qüdrətli və nüfuzlu Şərafəddin Müvəffəq Qord-Boz dururdu. O və Eldəniz hələ sultan Məsudun məmlükü olduğu vaxtlardan yaxın dost idilər və hər ikisinin nisbəsi əl-Məsudi idi. Hicri 555-ci ilin zülqədə ayında (noyabr, 1160) atabəy Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana gəldi. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslan şaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu. Bu gündən Şəmsəddin Eldəniz " Böyük atabəy" (atabəy əl-əzəm) adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nüsrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu', ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipəhsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bürün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən on un bütün vassalları Sultan Arslan şaha və Böyük atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə, xalq "haqq — ədalət və sakitlik içərisində yaşamağa başladı".Dövlətin faktiki hakimi Şəmsəddin Eldəniz idi, sultanın yalnız quru adı var idi və onun adına xütbələr oxunurdu.Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. O, həm də qardaşı oğulları Əbu Bəkrin və Özbəyin atabəyi idi. İqamətgahı Təbrizdə idi. Daxili siyasəti Şəmsəddin Eldənizin öz oğulluğunu İraq Səlcuq Sultanlığının taxtına oturtması bəzi Səlcuq şahzadələrinə atabəylik edən hərbi əyanları narazı salmışdı. Bağdad xəlifəsinin də onları dəstəkləməsi və Şəmsəddin Eldənizin oğulluğu Arslan şahın adına xütbə oxutdurmaması onları daha da ürəkləndirirdi. Səlcuqlu əmirləri ilə mübarizə Elə ki Arslan şah sultan taxtına çıxarıldı, bundan sonra Eldəniz Bağdada elçi heyəti göndərib, xəlifə Müstənciddən orada yeni sultanın adına xütbə oxunmasını tələb etdi. Ancaq Xəlifə Arslan şahı sultan kimi tanımaqdan imtina edib, yeni mübarizənin qızışdırılması üçün əlverişli vaxtı gözləməyə başladı. Belə ki, Səlcuqilər arasında Sultan taxtına Reyin nüfuzlu əmiri İnancın başçılığı altında bir qrup əmirin müdafiə etdiyi başqa iddiaçılar da var idi. Xəlifənin vəziri İbn Hübeyrə narazı hakimlərə müraciət edib, onlan Sultan Arslan şaha və Böyük atabəy Eldənizə qarşı çıxmağa təhrik edirdi. O, Rey hakimi İnanca, Marağa hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur Əhmədiliyə (1133–1174), Fars hakimi atabəy Sunqur ibn Mədud Salquriyə (1148–1161), Qum hakimi Sökmən ibn Qaymaza, Ərdəbil hakimi Ağ Quşa, Qəzvin hakimi Alp Arquna bu cür çağırışla məktub göndərdi. Sultan taxtına iddiaçılardan biri – Mahmud şah, Məhəmməd ibn Mahmudun oğlu , Marağada, oranın hakiminin yanında olurdu, başqa bir iddiaçı isə — o da, Mahmud şah adlanırdı, ancaq Məlik şah ibn Mahmudun oğlu idi, Fars hakiminin yanında İstəxrdə yaşayırdı. İbn Hübeyrə hər iki əmirə təklif etdi ki, xütbəni öz qəyyumluqlarında olan iddiaçıların adına oxutdursunlar və Eldənizin üzərində qələbə çaldıqdan sonra Bağdadda da yeni sultanın adına xütbə oxutduracağına söz verdi. Nüsrətəddin Arslan-Aba və Sunqur da qəyyumluqlarında olan iddiaçıların şərəfinə beş dəfə sultan növbəsi çaldırıb, onlann adına xütbə oxutdurmağa başladılar.Əmirlər birləşənə kimi Eldəniz onların hiylələrini başa düşdü. İlk növbədə hicri 556-cı il şaban ayının 9-da (3. avqust 1161) şahzadə Mahmud şah ibn Məhəmmədin tərəfdarları Həmədan yaxınlığında darmadağın edildi. Eldəniz Reyi tutdu və oranı Cahan Pəhləvana iqta kimi verdi. Rey hakimi İnanc, Sultan Arslan şahdan vassal asılılığını qəbul etməyə və öz qızı İnanc xatını Cahan Pəhləvana ərə verməyə məcbur oldu. Bunun ardınca Qum və Ərdəbil hakimləri sultanın tərəfinə keçdilər. Dövrün tarixçiləri əl-Hüseyni və əl-Bundari hadisələri belə təsvir edir: Bundan sonra Qəzvin hakimi Alp Arqun məğlub edildi və Qəzvin sultanın mülklərinə qatıldı. Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: "Sultan mənim yanımda yaşayır!" Onda atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Marağa hakimi Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Xilat hakimi şah-ərmən Seyfəddin Bək-Teymur ibn II Sökmənə (1128–1183) müraciət etdi və o da ordusunu köməyə göndərdi.Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan uduzdu və Həmədana qaçdı. Eldəniz və onun xələflərinin Marağa hakimi ilə münasibətləri uzun illər gərgin qalmış, yalnız Qızıl Arslan Marağa hakimini özünə tabe etdirə bilmişdi. Burası da qeyd edilməlidir ki, Marağa hakimi yalnız və yalnız vassal asılılığını qəbul etməklə öz borcunu bitmiş hesab edirdi.Eldənizin bir düşməni də — Fars hakimi Sunqur ibn Mədud qalırdı. Eldəniz İraq sultanlarının bir vassalı kimi ondan tələb etdi ki, Sultan Arslan şahın adına pul kəsilsin və xütbə oxunsun. Sunqur bu tələbi yerinə yetirməkdən imtina etdi və bildirdi: Eldəniz Farsın üzərinə yürümək üçün artıq qoşuna əmr vermişdi, ancaq 1161-ci ildə Sunqur ibn Mədud vəfat etdi və qardaşı Zəngi ibn Mədud (1162–1175) onun yerinə Fars əyalətinin hakimi oldu. Müəlliflərdən birində Zəngi ibn Mədudun sultandan və atabəy Eldənizdən vassal asılılığı qəbul etməsinin ətraflı təsviri qalmışdır: Fars əyalətinin hakimi əvvəllərdə olduğu kimi, vergini ödəməyi davam etdirdi, Sultan Arslan şahın və atabəy Eldənizin adı ilə pul kəsdirməyə başladı.Çox çəkmədi ki, Ərdəbil hakimi Nüsrətəddin Ağ Quş öldü. Eldəniz onun oğlu Məhəmməddən Ərdəbili və onun ətraf əyalətlərini aldı, onları öz vəliəhdi Cahan Pəhləvanın mülklərinə qatdı, Məhəmməd ibn Ağ Quşa onun əvəzində Həmədanın Bərucird əyaləti verildi. Atabəylər dövlətinin ən böyük tədqiqatçılarından olan Ziya Bünyadova görə, bu addım Atabəylər dövlətinin Azərbaycana verdiyi dəyərin göstəricisidir. Belə ki, Azərbaycanda bir bölgənin birbaşa özlərinə tabe olması üçün paytaxtın bir bölgəsini vassala vermişdilər.1167-ci ildə atabəy Eldəniz Mosula elçi göndərib, sultanın adına xütbə oxutdurmağı, pul kəsdirməyi, əvvəllər Səlcuq sultanlarına nə göndərilirdisə, onları sultana göndərməyi tələb etdi. Onlar tabe olduqlarını bildirdilər: Hicri 563 (17.10.1167–4.10.1168)-cü ildə Kirmanın hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Toğrul şahın ortancıl oğlu II Arslan şah qaçıb Həmədana -Sultan Arslan şah və atabəy Eldənizin qulluğuna gəldi. Onlar onun xahişini qəbul etdilər. Bu haqda əl-Hüseyni belə yazır: Beləliklə, atabəy Şəmsəddin Eldəniz Qafqaz dağlarından İran körfəzinə qədər uzanan nəhəng bir ərazini öz hakimiyyətinə tabe etdirdi. İbn əl-Əsir onun hökm etdiyi torpaqları belə ifadə edirdi: Mosul, Kirman və Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzənər-Rum və Marağa hakimləri Eldənizin adına (xəlifə və sultanın adından sonra) pul kəsdirib, xütbə oxutduran vassallar idilər. Əl-Hüseyni belə yazır: Şəmsəddin Eldənizin adları çəkilən nüfuzlu şəxslərdən, o cümlədən atabəylərin üzərində sultandan sonra ikinci siyasi hakimiyyət mövqeyi onun fəxri "Böyük atabəy" (atabəy əl-əzəm) adında da öz əksini tapmışdı. Beləliklə, öyrənilən dövrün ən böyük dövlət xadimi atabəy Eldənizin fəaliyyəti, birliyi, nisbi də olsa, ara mübarizələrinin zəiflədilməsi yalnız atabəyin sərəncamındakı hərbi qüdrətə, ehtiyat mənbələrinə və onun nüfuzuna görə əldə edilə bilən dövlətin – İraq sultanlığının mərkəzi hakimiyyətinin möhkəmlənməsinə imkan yaratdı. Eldəniz bir növ ikili hakimiyyətin yaradıcısı oldu: hicri 555 (1160)-ci ildə o, İraq Səlcuq Sultanlığında hakimiyyəti öz əlinə aldığı vaxtdan etibarən Sultan dövlət başçısı rolunu formal ifa etməklə səlahiyyəti bitmiş bir şəxsə çevrildi. Qoşunların başçısı, vəsaitlərin sərəncamçısı, nəhayət, vassalların əsil süzerini Atabəy idi. Xarici siyasəti Gürcüstanla münasibətlər Eldənizin yaratdığı dövlətin ən güclü rəqibləri monqol hücumlarınadək Azərbaycan hökmdarı ilə daim münaqişədə olan gürcü hökmdarları idilər. Şəmsəddin Eldəniz o zaman xeyli qüvvətlənən və tez-tez Azərbaycanın sərhədlərini pozan Gürcüstana qarşı dəfələriə hərbi yürüşlərə çıxdı. Onun hakimiyyətinin ük iiiərində baş vermiş zəlzələdən sonra gürcü çarı I Demetre Gəncəyə basqın edərək şəhəri qarət etmiş, məşhur Gəncə qapılarını hərbi qənimət kimi Gürcüstana aparmışdı.Hicri 556-cı ilin şaban ayında (avqust, 1161) gürcü qoşunları çar III Georginin (1156–1184) başçılığı altında Azərbaycana hücum edib, "Arran ölkəsindəki Ani şəhərini tutaraq, burada çoxlu əhali qırdılar. Sultanın vassalı – Xilatın hakimi şah-ərman Seyfəddin Bəy-Teymur mühasirəyə alınmış şəhərə kömək göstərmək istədi, ancaq gürcülər tərəfindən məğlub edildi və güc-bəla ilə əsir düşməkdən yaxasını qurtardı'. Gürcülər "o qədər düşmən qoşununu qılıncdan keçirtdilər ki, onun sayını kimsə müəyyənləşdirə bilmədi, əsir alınanlar isə 41 min idi."Şaban ayında 30 minlik gürcü qoşunu "yenidən islam ölkəsinə soxuldu və Dvini tutdu, bu, Azərbaycan ölkəsinin ucqarında, Rum ölkəsi yaxınlığında bir şəhərdir. Onlar 10 minə yaxın sakini qarət edib öldürdülər, çoxlu qadın və uşağı soyundurub, çılpaq və ayaq-yalın qovub əsir apardılar. Ancaq öz ölkələrinə qayıdanda, gürcü qadınları onların müsəlman qadınları ilə davranışlarına qarşı çıxdılar və öz döyüşçülərinə dedilər: "Siz müsəlmanları məcbur edirsiniz ki, sizin onların qadınları ilə etdiyiniz rəftarı onlar da bizimlə etsinlər. " Yalnız bundan sonra qadınların paltarlarını özlərinə qaytardılar.Bir müddətdən sonra gürcü qoşunları yenidən Azərbaycana soxuldu, Gəncə şəhərini tutdular, onu talan etdilər, əhalidən çoxlu əsir ahb, çoxlu hərbi qənimətlə birlikdə apardılar. Bundan xəbər tutan atabəy Eldəniz öz qoşunlarını gürcü feodallarına qarşı yürüşə hazırladı. Xilatın hakimi Seyfəddin Bəy-Teymur, Marağa hakimi Nüsrətəddin Arslan-Aba, Ərzən ər-Rum hakimi Fəxrəddin, əmir Səltuq və başqa əmirlər də öz qoşunları ilə ona qoşuldular. Eldənizin qoşununun sayı 50 minə çatdı və 558-ci ilin səfər ayında (yanvar, 1163) əmirlərin birləşmiş qüwələri Gürcüstana hücum etdi. Eldənizin qoşunları ilə gürcü ordulan arasında hərbi əməliyyat bir ay uzandı. Hicri 558-ci ilin şabanında (iyul, 1163) müsəlman əmirlərinin birləşmiş qüvvələri Eldənizin başçılığı altında yenidən gürcülərə qarşı yürüşə başladı. Eldəniz yandırılmış (kül edilmiş) Dvini gürcülərdən geri aldı və III Georgini ağır məğlubiyyətə uğratdı. Bu yürüşdə iştirak edən ibn əl-Əzraq əl-Fariqi yazır: Belə bir məğlubiyyətə baxmayaraq, gürcü qoşunu hicri 559-cu il cumadi ələla ayında (aprel, 1164) yenidən Ani şəhərinə basqın etdilər və onu taladılar. Özünü yetirən atabəy Eldəniz onları şəhərdən qovdu və düşməni izləməyi Sürməri hakimi İbrahimə həvalə etdi. Eldəniz özü isə şəhərin bərpası haqqında göstəriş verdi və hicri 559 I (1164)-cu ilin sonunda Anini əmirlərdən Şəddad və Fəzlunun qardaşı Əmir Şahənşaha (1164–1174) verdi. 561 (1166)-ci ildə böyük bir gürcü qoşunu Azərbaycana soxuldu. Gəncəyədək gəlib çatdı, orada qətlə və talanlara başladı.Hicri 569-cu ilədək nə gürcülər, nə də atabəy Eldəniz heç bir fəal fəaliyyət göstərmədi. 569-cu il qışın ortalarında (yanvar, 1174) Atabəyin qadını Mömünə xatın Naxçıvandan Həmədana gəlib, gürcü qoşununun yeni hücumu haqqında xəbər gətirdi. Baharın gəlişi ərəfəsində, Atabəy və onun oğulları başda olmaqla ordu Naxçıvana yollandı, Qurban bayramı günü (yanvar, 1174) yürüş üçün hər şey hazır idi. Bir neçə gündən sonra ordu "torpaqları Naxçıvandan üç mənzil məsafədə olan" gürcülərə qarşı hücuma keçdi. Ancaq baş qaldıran taun xəstəliyi Atabəyin ordusuna böyük tələfat verdi: Atabəyin qoşunu Ağşəhər qalasını tutdu və ətraf nahiyələri talayıb Naxçıvana qayıtdı.Hicri tarixi ilə 570-ci il rəbiüləvvəl ayında (oktyabr, 1174) gürcü qoşunları bir neçə gün içində Anini mühasirəyə aldılar, şəhəri ələ keçirib taladılar və oraya öz canişinlərini təyin etdilər 7 . Atabəy Eldəniz öz qoşunlarını Aninin hakimi Şahənşahın köməyinə göndərdi, ancaq "böyük döyüşdən" sonra gürcülər tərəfindən məğlub oldu. Bir müddətdən sonra Eldəniz yeni qüvvə toplayaraq bir daha gürcülərə qarşı çıxdı. Düşmən tərəflər Dvin yaxınlığındakı düzdə qarşılaşdılar, ancaq döyüş baş vermədi, Eldəniz qoşunlarını Naxçıvana qaytardı.Hicri 571-ci il məhərrəm ayında (avqust, 1175) atabəy Eldəniz, Sultan Arslan şah, Xilat hakimi Şahərman və Diyarbəkir hakiminin qoşunu Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş təşkil etdilər. İbn Kalanisi bu hadisəni belə təsvir edir: Atabəy Eldəniz və onun xələfləri Gürcüstan ilə arasıkəsilməz mübarizədə Azərbaycan və qonşu vilayətlərin xristian əhalisini öz tərəflərinə çəkməyə ümid bəsləyirdilər. Azərbaycan Atabəyləri bu məqsədlə yerli ruhaniləri himayə edirdilər. Erməni salnaməçisinin məlumatına görə, atabəy Eldəniz "xristianları sevir və ölkənin abadlığına qayğı göstərirdi" və "xeyirxah xasiyyəti və sülhsevərliyi ilə fərqlənirdi. Onun hakimiyyəti illərində çox ölkələrdə əminamanlıq hökm sürürdü". Xarəzmşahlarla münasibətlər Sultan Arslan şahın və atabəy Eldənizin torpaqlarının uzaq şərqində Nişapur hakimi Müəyyid Ay-Aba onların vassalı idi. Böyük Sultan Səncərin ölümündən sonra, 1157-ci ildə Ay-Aba güclənməkdə olan Xarəzmşah İl-Arslan (1156–1172) tərəfindən gözlənilən təhlükənin qarşısını almaqda Şəmsəddin Eldənizin dəstəyini ala bilmək üçün Sultan Arslan şahın adına xütbə oxutdurdu. Atabəyin köməyinə arxalanan Ay-Aba hicri 558 (1163)-ci ildə Kumis vilayətinə hücum etdi, Bistam və Dəmqan şəhərlərini tutdu, vilayətə öz canişini Tengizi təyin etdi, o isə Mazandaran şahı Rüstəmlə münaqişəyə girdi. 1163-cü ilin oktyabrında Rüstəm şahın ordusu əzildi və onun torpaqları Ay-Aba torpaqlarına birləşdirildi. Sultan Arslan şah və atabəy Eldəniz Ay-Abaya fəxri geyim, bayraq və hədiyyələr göndərdilər və onun İraq sultanlığının şərqində canişinlik rütbəsini təsdiqlədilər. Atabəyin təklifi ilə Ay-Aba hakimiyyəti altında olan bütün torpaqlarda Sultan Arslan şahın adına xütbə oxutdurmağa başladı.Hicri 562 (28.10.1166–16.10.1167)-ci ildə Ay-Aba Həmədana gəldi və atabəy Eldənizə bildirdi ki, Xarəzmşah İl-Arslan öz qoşunlarını Nişapuru tutmağa yönəltmişdir. O, Atabəyi qabaqcadan xəbərdar etdi: Atabəy Eldənizin məktubu Xarəzmşahı qəzəbləndirdi və o öz qoşununu Nişapurun mühasirəsinə yönəltdi. Şəhərin mühasirəsi iki ay sürdü, ancaq Nişapur dayanıb tab gətirdi. Xarəzmşah Eldənizin qoşunlarının Bistama hücumunu eşidəndə, öz qoşununu Nişapurdan geri çəkdi və Bistamın divarları önündə Atabəylə üz-üzə gəldi. Onların arasındakı döyüş bir nəticə vermədi, ancaq yaxın bir vaxtda Müəyyid Ay-Aba özü Xarəzmşahın tərəfinə keçdiyindən, Nişapur İraq səlcuqiləri üçün itirilmiş oldu.564 (05.10.1168–24.09.1169)-cü ildə atabəy Eldəniz Rey şəhərini və nahiyəsini yenidən ələ keçirtdi. Buna səbəb Rey hakimi Əmir İnancın dövlət xəzinəsinə illik vergini ödəməkdən boyun qaçırması idi. Eldəniz vergini almağa öz adamlarını göndərəndə, İnanc rəsmən imtina etdi. Bu zaman Atabəy İraqdan bir məktub aldı. Ona sadiq adamlar bildirirdilər ki, Əmir İnanc İl-Arslanla sazişə gəlib, Atabəydən imtina etmək və Reyi ətrafı ilə birlikdə Xarəzmşahın hakimiyyətinə vermək qərarına gəlmişdir. Xarəzmşah da Reyi öz torpaqlarına birləşdirdikdən sonra, daha qərbə doğru hərəkət etməyə ümid bəsləyərək, İnancın köməyinə böyük bir ordu ayırdı. Xarəzmşah qoşunları ilə Eldəniz arasındakı döyüş Xarəzmilərin və Rey qalasında gizlənən İnancın məğlubiyyəti ilə başa çatdı. İnanc yenidən Eldənizlə sülh bağlamağa çalışdı və vəziri Sədəddin Aşallanı Atabəylə danışığa göndərdi. Danışıqlar zamanı Atabəy Sədəddinə aşağıdakıları bildirdi: Vəzirin özünə isə dedi: Vəzir qərara gəldi ki, ən yaxşısı Eldənizin təklifıni qəbul etməkdir. Onun hiyləsi ilə üç qulam İnancı öldürdü və atabəy Eldəniz bunun müqabilində Sədəddini "şəhərin hakimi və Pəhləvanın demək olar ki, bütün işləri üzrə müvəkkil" qoymaqla mükafatlandırdı. Sultan Arslan şahla münasibətləri Sultan Arslan şah İraq Səlcuq Sultanlığının qanuni hökmdarı olsa da, dövləti onun adından faktiki olaraq Atabəy Eldəniz idarə edirdi. Arslan şahın adı, bir sultan kimi, yalnız xütbələrdə çəkilir, pullarda həkk olunurdu. Salnaməçi Sədrəddin əl-Hüseyni dövlətdə sultanın asılı vəziyyətini, atabəy Eldənizin tam hökmranlığını və sultanın anası Mömünə xatunun mövqeyini aydın təsvir etmişdir. O yazırdı: Arslan şahla Atabəy Eldəniz arasında heç vaxt açıq münaqişə yaşanmamışdır. Sədrəddin əl-Hüseyninin məlumatlarına görə Sultan Arslan şah Atabəy Eldənizin ölümündən təxminən bir ay sonra vəfat etmişdir. Böyük atabəy Şəmsəddin Eldəniz öz arvadından bir ay sonra 571-ci ilin rəbiəssani ayında (19.10.-16.11.1175) öldü. Bu, onun ölümünün daha dəqiq tarixidir və rəsmi saray dairələrinə daxil olan Ravəndinin məlumatlarına əsaslanır. Ravəndi yazır ki, Sultan Arslan şah 571-ci il cumadəssani ayının ortalarında (17. dekabr 1175 – 14. yanvar 1176) öldü və əl-Hüseyni də bunu təsdiq edir. O yazır ki, sultan "Atabəy Eldənizin ölümündən iki ay sonra" öldü. 571-ci il Nişapuri, əl-Bundari, Yəzidi və Rəşidəddinin əsərlərində də Atabəy Eldənizin ölüm ili kimi qeyd edilmişdir. Vardan isə atabəyin ölüm tarixi kimi 1174-cü ili göstərir. İbn Xəllikan yazır ki, Atabəyin 570-ci il rəbiəssani ayının sonunda (noyabr, 1174) vəfat etdiyini yazmışdır. Fəaliyyətləri İqtisadi fəaliyyəti Şəmsəddin Eldənizin hakimiyyətə gəlməsinə qədər Azərbaycan şəhərləri və iqtisadiyyatı ara müharibələrindən və gürcülərin talançı yürüşlərindən xeyli ziyan görmüşdü. Böyük Səlcuq imperiyasının, ondan sonra isə İraq Səlcuq Sultanlığının zəifləməsi qonşu ölkələrə talançı yürüşlər etmək üçün əlverişli şərait yaratmışdı. Azərbaycanda Atabəylər dövlətinin yaranması ərəfəsində maliyyə işlərində, gümüş böhranına görə, bütün Şərqdə sikkə-pul sistemi misə əsaslanırdı, yəni əsas tədiyyə vasitəsi kimi mis sikkələr kəsilir və işlənilirdi. Ümumi alıcılıq vasitəsi kimi isə qızıl tətbiq edilirdi. Şəmsəddin Eldəniz hakimiyyətə gəldikdən sonra sikkə zərbi məsələsinə dəqiqik və qayda-qanun gətirdi. Tapılan numizmatik materiallar da sübut edir ki, Eldənizlərlə digər ölkələrin sikkə zərbində fərqlər var idi. Şəmsəddin Eldəniz torpaq mülkiyyət məsələsində özündən əvvəlki torpaq mülkiyyət formasını olduğu kimi saxlamışdı. Lakin torpaq mülkiyyət formalarının sayını və fərqlərini qəti olaraq müəyyən etmək hələ də münkün olmamışdır. Bunun əsas səbəbi bu çatışmazlığın əsas səbəbi yazılı mənbələrdəki materialların müxtəlifliyində, rəqəmi məlumatların, yer adları siyahısının və s. olmamasındadır. Bu dövrdə ən çox yayılmış torpaq mülkiyyət formaları İqta, Xass, Mülk, Vəqf, İcma torpaqları olmuşdur.Şəmsəddin Eldəniz ölkənin vergi sistemini də özündən əvvəlki sitemi əsasən saxlayaraq formalaşdırmışdı. Vergilərin dəqiq sayı və yığılma forması, həcmi tam olaraq məlum deyildir. Saray tarixçisi Ravəndi bu barədə bəzi məlumatlar versə də, tam dolğun məlumat vermir. Dövrün tarixçilərinin məlumatına əsasən, Şəmsəddin Eldənizin hakimiyyəti illərindən başlayaraq Qızıl Arslanın ölümünə qədərki dövrdə vergi yığımı sahəsində ümumi sabitlik olsa da, 1191-ci ildən özbaşınalıq başlamışdır. Ən əsas vergilər isə Xərac, Uşr, Aləf, Nuzl, Məunə, İnam, Mənəl, Təyyarət və s. idi.Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan gərqin ən inkişaf etmiş əkinçilik ölkələrindən biri idi. Şəmsəddin Eldənizin hakimiyyəti illərində dölkənin əsas kənd təsərrüfatı sahəsi taxılçılıq idi. Buğda və arpa bütün ölkə vilayətlərində becərilirdi. Onun hakimiyyəti illərində Azərbaycan demək olar ki, bütün Sultanlığın taxıl anbarına çevrilmişdi. Şəki, Naxçıvan, Muğan, Təbriz, Xoy, Əhər, Urmiya, Beyləqan və digər iri şəhərlər taxılçılıq vilayətləri idi.Şəmsəddin Eldənizin əsas dayağı köçəri maldar tayfalar olmuşdur. Buna görə də, Şəmsəddin Eldəniz hakimiyyəti boyunca onu dəstəkləyən tayfalara və hərbi başçılara iri otlaq sahələrini iqta olaraq vermişdir. Bunun nəticəsində də bu dövrdə təsərrüfatda mühüm yerlərdən birini də maldarlıq, ilk növbədə, qoyunçuluq, sonra isə iri buynuzlu mal-qara saxlanılması və atçılıq tuturdu. Şəmsəddin Eldənizin hakimiyyət dövrü ölkədə şəhər həyatının çiçəklənməsi əsridir. Bu dövrdə Azərbaycanın bir çox şəhərləri orta əsr sənətlərinin bütün növlərini özündə toplamış iri yaşayış məntəqələri idi. Şəhərlər həm daxili, həm də xarici ticarətin mərkəzi rolunu oynayırdı. Əgər Naxçıvan, Beyləqan, Təbriz və Şamaxıda 100 min və daha artıq, Gəncədə isə yarım milyona qədər əhali yaşadığını nəzərə alsaq, onda aydındır ki, bu inkişaf kənd yerlərindən şəhərlərə əhali axınını tələb edən yüksək inkişaf etmiş çoxsahəli kustar sənayedə çalışan adamların sayının artması hesabına yaranırdı. Bunun kənd təsərrüfatının inkişafına nə dərəcədə təsir etdiyi haqqında əlimizdə məlumat çox azdır. Bu dövrün ən iri şəhəri təkcə Qafqaz miqyasında deyil, həmçinin bütün Yaxın və Orta Şərqdə ən mühüm ticarət-sənət mərkəzi olan Gəncə idi.Gəncə əvvəlcə Səlcuq sultanlarının canişinlərinin paytaxtı, Atabəy Eldənizin hakimiyyəti dövründə isə Eldənizlərin paytaxtlarından biri olmuşdur. Əhalisinin sayına görə Gəncə o dövr Şərqinin bir çox şəhərlərini ötüb keçmiş və onun şöhrəti bir çox ölkələrə yayılmışdı. Şəmsəddin Eldənizin hakimiyyəti dövründə Gəncə həmçinin Arran əyalətinin paytaxtı taxtı idi. Şəmsəddin Eldənizin dövründə Azərbaycanın ən möhkəmləndirilmiş şəhərlərindən biri Naxçıvan idi. Ətrafında möhkəm divar çəkilmiş bu şəhər hərbi istehkama malik idi. Şəhər atabəy Şəmsəddin Eldənizin hakimiyyəti dövründə, Azərbaycan Atabəyləri dövlətinin paytaxtlarından biri olarkən, özünün ən böyük çiçəklənmə dövrünə çatmışdı. Naxçıvan meyvələri və məhsulları isə orta əsrlərdə hər yerdə şöhrət qazanmışdı.Azərbaycanın ən iri şəhərlərindən biri – Beyləqan ticarət və hərbi-strateji yolların kəsişdiyi yerdə yerləşmişdi. Bu şəhərin orta əsr tarixi "nəinki orta əsr Azərbaycan şəhərinin, həmçinin, ümumiyyətlə, feodal Şərqi şəhərinin tarixi problemlərini öyrənərkən bir çox baxımdan etalon ola bilər.Təbriz möhkəmləndirilmiş şəhər idi və demək olar ki, Azərbaycanın başqa şəhərlərinə nisbətən daha güclü müdafıə sisteminə malik idi. XIII əsrin naməlum müəllifı yazır: Şəmsəddin Eldənizin hakimiyyəti illərində çiçəklənmə dövrünü keçirən şəhərlərə misal olaraq Ərdəbil, Urmiya, Uşnu, Sürməri, Xoy və Marağanı göstərmək olar. Ümumiyyətlə Şəmsəddin Eldənizin mərkəzi hakimiyyəti gücləndirməsi ölkənin iqtisadi potensialının artmasına və şəhər həyatının dirçəlməsinə səbəb olmuşdu. Mədəni fəaliyyəti Azərbaycan Atabəyləri dövlətinin hakimiyyət dövrü mədəni həyatın yüksəlməsi ilə səciyyələnir. Bu zaman dünya mədəniyyətinə görkəmli dahilər bəxş etmiş Azərbaycan poetik məktəbi yaranır və ən yüksək çiçəklənmə dövrünə çatır. Parlaq poetik məktəbin inkişafı, şübhəsiz, əlamətləri hələ də lazımi səviyyədə öyrənilməmiş ümumi mədəni yüksəlişlə əlaqədar idi. Bu baxımdan haqqında danışdığımız dövrü Azərbaycan intibahı (renessansı) adlandırmaq olar. Naxçıvan – Marağa memarlıq məktəbi daha əvvəllər yaransa da, Şəmsəddin Eldənizin hakimiyyəti illərində daha da inkişaf etmiş, bu məktəbin üzvləri Şəmsəddin Eldənizin qayğısı nəticəsində xeyli memarlıq nümunələri ərsəyə gətirmişdirlər. Naxçıvan – Marağa memarlıq məktəbinin üslub xüsusiyyətlərinin müəyyənləşməsində və nüfuzunun artmasında XII əsrdə Azərbaycanın mədəni həyatındakı ümumi yüksəliş, yerli dövlət hakimiyyətinin möhkəmlənməsi, şəhərlərin iqtisadi vəziyyətinin yaxşılaşması, ölkədə ədəbiyyatın və fəlsəfi fikrin inkişafı, humanizm ideyalarının yayılması mühüm rol oynamışdır. Bütün bu proseslərin inkişafına Atabəy Şəmsəddin Eldənizin danılmaz rolu olmuşdur.O dövrün ən böyük memarlıq komplekslərindən biri Atabəylər Memarlıq Kompleksidir. Bu kompleksinin əsası Atabəy Şəmsəddin Eldənizin hakimiyyəti illərində qoyulmuşdur. Kompleksə Atabəy hökmdarlarının sarayı, Divanxana, Naxçıvan Cümə Məscidi, Mömünə Xatun türbəsi, Mədrəsə, giriş baştağı və digər yardımçı binalar daxil olmuşdur. Dövrümüzə kompleksdən yalnız Mömünə Xatun türbəsi çatmışdır.1175-ci ildə Eldənizlər dövlətinin I böyük atabəyi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə Xatunun ölümündən sonra Eldəniz Möminə Xatunun şərəfinə bir türbə tikdirməyi qərara alır. Lakin Şəmsəddin Eldənizin 1175-ci ilin oktyabr-noyabr aylarında vəfatından sonra onun bu istəyi yarımçıq qalır. Məhəmməd Cahan Pəhləvan bu istək üzərinə Eldəniz dövrünün memarlığına daxil olan, ən böyük mədəniyyət nümunələrindən biri, Əcəmi Əbubəkr oğlu tərəfindən 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində ucaldılan Mömünə Xatun türbəsini inşa etdirir.Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində bu yazı həkk olunmuşdur: Memar türbənin şimal üzünə baştağ kompozisiyası vermiş, onda yerüstü qülləyə giriş qapısı yerləşdirmişdir. Qapı gözü daha dərin tağça içərisinə salınıb üstü böyük kitabə lövhəsi ilə bəzədilmişdir. Ayrıntıları, biçimləri daha incə işləməklə memar bu üzü heykəl kimi hər yandan baxılan tutumun baş elementinə çevirmişdir. Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla – keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin saya, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları,bol kölgə — işıq effektləri abidənin koloritini daha da zənginləşdirir. Yusif Küseyir oğlu türbəsinin kürsülüyündən 7,2 m hündürlükdə, xarici perimetr üzrə düzəldilmiş frizdəki yazılarda abidənin kim tərəfindən tikilməsi haqqında məlumat vardır. Yazının hərfləri 20 x 20 x 4 sm ölçülü kərpiclərdən düzəldilərək, onun fonunu əmələ gətirən friz müstəvisindən 2 sm irəli çıxır. Frizin əsas müstəvisini isə kiçik ölçülü kərpiclər təşkil edir. Bu kərpiclərin şaquli tikişləri ensiz, üfüqi tikişləri isə enlidir. Cümə məscidi və ya Atabəylər məscidi – Naxçıvandakı Atabəylər memarlıq ansamblının ən monumental tikililərindən biridir. XX əsrin əvvəllərində uçularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır. Abidənin dəqiq olaraq nə vaxt tikilməsi bəlli olmasa da, ümumi qəbul edilmiş fikrə görə abidənin tikilməsinə Atabəy Eldənizin hakimiyyəti illərində başlanmışdır. Mərənd və Urmiya məscidləri kimi Naxçıvan cümə məscidinin də günbəzlə örtülən kubvari gövdəsinin güney üzündən başqa, qalan üzlərinin hər birində iki sivri açırım olmuşdur. Bu fakt göstərir ki, Mərkəzi Azərbaycanda XII əsrdə yerli monumental cümə məscidi tipi işlənib hazırlanmışdı. Foto sənədlərə əsasən Naxçıvan cümə məscidinin məqsurəsinin üç yandan yerləşgələrlə dövrələndiyi bəlli olur. Ancaq bu yerləşgələrin necəliyini daydınlaşdıran dəlillər yox dərəcəsindədir. Bu baxımdan V. A. Engelqardın XIX yüzildəki məlumatı maraq doğurur. Onun yazdığına görə: "Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı sə uçmaq təhlükəsindədir. Ondan 50 sajen (təqribən 107 m) aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen ( təqribən 42 m) ucalıqda qoşa minarəli qapı var. Məscidlə qapı arasındakı məkanı əvvəllər məscidə aid olan yardımçı tikililər tutrmuş, indi isə bu tikililər artıq olmayanda elə təsəvvür yaranır ki, qapı ona çox yaxın olan xüsusi qülləyə (Mömünəxatun türbəsi) məxsusdur."Bu yazılı təsvirə əsasən qoşa minarəli baştağın müxtəlif tikililərlə, yəqin ki, mədrəsə hücrələri və sütunlu qalereyalarla, cümə məscidinə birləşdiyini və bu baştağın məscid həyətinə açıldığını güman etmək olar. Tarixi mənbələrdən Atabəylər Memarlıq Kompleksinə mədrəsənin daxil olması bəllidir. Şübhəsiz ki, həmin mədrəsə cümə məscidi ilə birbaşa bağlı imiş. Qoşa minarəli baştağın Atabəylər kompleksi tərkibindəki dini-xatirə tikililərinin (məscid, türbə, mədrəsə) toplandığı iri həyətin alaqapısı olması ehtimal edilir. Atabəylər memarlıq kompleksinin ilk tikililəri saray binası və dövlətxana olmuşsa, son tikilisi dövrümüzə ancaq təsvirləri çatmış giriş baştağı olmuşdur. Şərqşünas N. Xanıkov XIX yüzildə bu baştağı görmüş və qapısı üstündəki kitabədən onun "1187-ci ildə Azərbaycan Atabəylər dövlətinin atlı qoşununun başçısı və vergi yığanı əmir Nurəddin" tərəfindən tikdirildiyini oxumuşdur. Həmin kitabə "memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli" ifadəsi ilə bitirmiş. İri giriş tağı yanlardan dayaz və uca tağçalarla, yuxarıdan yazı qurşağı ilə qapanan mütənasib biçimli baştağın künclərindən silindrik gövdəli minarələr ucalırmış. İslam memarlığı tarixində belə quruluşlu ilk baştağlardan biri olan bu Naxçıvan abidəsi Azərbaycan dini memarlığının orta XI–XII əsrlərdə necə yüksək mərhələyə çatdığının göstərgəsidir. Belə baştağ kompozisiyası sonrakı yüzillərdə İslam ölkələrinin çoxunda aparıcı bədii memarlıq fəndinə çevrildi. Mənbələr Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycandan çıxmış çoxlu alimin adını mühafizə edib saxlamışdır. Həmin alimlər nəinki Azərbaycan şəhərlərində, bugünkü təbirlə desək, Bağdadda, Qahirədə, Dəməşqdə və başqa şəhərlərdə də fəaliyyət göstərmişlər. Adlarını müəyyənləşdirmək bizə nəsib olan bir neçə alim haqqında məlumat verərək qeyd edək ki, mənbələr əsasən ilahiyyat, hüquq və ənənə mütəxəssislərinin adlarını çəkir. Belə alimlərin sayı çox olsa da, biz fəaliyyət illəri Şəmsəddin Eldənizin hakimiyyət illəri ilə üst-üstə düşən alimlərin bəziləri haqqında yazacağıq. Fəxrəddin Əbülfəzl İs mayıl ibn əl-Müsənna ət-Təbrizi Bağdadın "ən-Nizamiyyə" mədrəsəsində mühazirələr oxumuşdur. O, "Azərbaycan tarixi" əsərinin müəllifidir. Lakin çox təəssüf ki, bu əsər bizə qədər gəlib çatmamışdır. İbn əl-Müsənna hicri 580 (1185)-ci ildə Təbrizdə vəfat etmişdir. Görkəmli şəxsiyyətlərin kartotekasını tərtib edən İbn əl-Fuvati yazır: Əbu Həfs Ömər ibn Osman ibn Şüəyb əl-Cənzi – ədəbiyyatçı alim olmuşdur. Bağdadda "ən-Nizamiyyə" mədrəsəsində Əbül Müzəffər əl-Əbivərdiyə mühazirələr oxumuşdur. Həmədanda və dövlətin başlıca şəhərlərində müəllimlik etmişdir. Hicri 555 (1160)-ci ildə Mərvdə vəfat etmişdir. Şəmsəddin Eldənizin hakimiyyəti dövründə ölkədə bir çox görkəmli həkimlər fəaliyyət göstərirdi. Bunların bəziləri barəsində mənbələr çox maraqlı məlumatlar mühafızə edib saxlamışdır. Onlardan biri, islam dinini qəbul etmiş Samuil ibn Yəhya ibn Abbas əl-Məqribi əl-Əndəlusidir. onu o dövrün tarixçisi əl-Kifti belə təsvir edir: Müəllif Samuil ibn Yəhya ibn Abbas əl-Məqribi əl-Əndəlusinin Məhəmməd Cahan Pəhləvanın sarayında xidmət göstərməsini qeyd etsə də, ölüm tarixinə əsasən demək olar ki, o, Şəmsəddin Eldənizin hakimiyyəti illərində fəaliyyət göstərmişdir.Nizami Gəncəvi, Xaqani Şirvani kimi dahi şairlərin yaradıcılıq dövrünün bir qismi Şəmsəddin Eldənizin hakimiyyət illəri ilə üst-üstə düşür. Şəmsəddin Eldənizin sarayında Seyyid Zülfüqar Şirvani, Qivami Mütərrizi, Fərrux Şirvani, Cövhəri, Yusif Füzuli, Kəmaləddin Naxçıvani, Seyyid İzzədin əl-Ələvi və başqa bu kimi şairlər yaşayırdı ki, onlar haqqında da hələlik heç bir məlumat yoxdur. Şəmsəddin Eldənizin həyat yoldaşının adı Möminə Xatun olmuşdur. Möminə Xatun Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Eldənizin Möminə Xatunun ikinci evlilikdən iki oğlu – Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan və Fulana adlı qızı olmuşdur. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" ("Səlcuqilə dövləti haqqında məlumat") əsərində Möminə Xatun haqqında qeyd edirdi: Möminə Xatun 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır.Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Şəmsəddin Eldənizdən sonra Atabəylər dövlətinin hökmdarları olmuşdurlar. Qızı Fulana isə Marağa hakimi ilə evlənmişdir. Filmoqrafiya Atabəylər: Şəmsəddin Eldəniz (film, 2022) Həmçinin bax Azərbaycan Atabəylər dövləti Məhəmməd Cahan Pəhləvan Möminə Xatun türbəsi
https://az.wikipedia.org/w/index.php?curid=80837
Şəmsəddin Eldəniz

https://az.wikipedia.org/w/index.php?curid=14113
Şəmsəddin Eltutmuş
Şəmsəddin Eltutmuş (bilinmir – 28 aprel 1236, Mehrauli[d]) — Dehli Türk sultanlığı sultanı. dekabr 1210-cu ildən 27 aprel 1236-cı ilədək hökm sürdü. Türk mənşəli olan Sultan Şəmsəddin Eltutmuş, Sultan Qütbəddin Aybəkin ölümündən sonra qısa müddət taxtda qalan Sultan Ərəm şahdan sonra hakimiyyətə keçdi. 1229-cu ildə Xəlifə Müntəsirdən Nasırü-l-Əmir-ül-Möminin unvanını aldı. Çingiz xan başçılığında qərbə doğru yayılan Monqol imperiyasının hücumlarına müqavimət göstərdi. Dalbadal səfərlərlə Sind, Moltan və Benqal bölgələrini hakimiyəti altına aldı. Eltutmuş, Qucaratı ələ keçirməyi bacarmadısa da, racputları məğlubiyyətə uğradaraq torpaqlarını cənuba doğru genişlətdi, həmçinin yavaş-yavaş Dehli Türk sultanlığının Qanq vadisinə hakim olmasını da bacardı. Həmçinin bax Müəzzilər dövləti
https://az.wikipedia.org/w/index.php?curid=260305
Şəmsəddin Günaltay
Mehmet Şəmsəddin Günaltay (17 iyul 1883, Kəmaliyə, Mamurətül-əziz vilayəti – 19 oktyabr 1961, İstanbul) — Türkiyə Respublikasının 8-ci baş naziri, tarixçi və keçmiş Türk Tarix Qurumunun başçısı.
https://az.wikipedia.org/w/index.php?curid=374134
Şəmsəddin Hacıyev
Şəmsəddin Hümmət oğlu Hacıyev (8 noyabr 1950, Lək, Ucar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor. Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (2004–2014), Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri. 1950-ci il noyabr ayının 8-də Ucar rayonunda anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilmişdir. 1971-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1974-cü ildə təhsilini başa vurmuşdur. 1974-cü ilin noyabr ayından 1976-cı ilin fevral ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifələrində çalışmışdır. 1981-ci ildə müsabiqədən keçərək D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunmuşdur. 1993–1996-cı illərdə "Marketinq və xarici iqtisadi əlaqələr", 1996–2000-ci illərdə "Marketinq və beynəlxalq iqtisadi münasibətlər", 2001-ci ildən isə "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasına rəhbərlik edir. 1980-ci ilin yanvarında "Azərbaycan SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiya işini Q. V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1999–2001-ci illərdə T. Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olmuşdur. 2001-ci ilin iyun ayında həmin institutda "Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildə də 08.00.2014. — "Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə respublikada ilk və indiyə qədər yeganə iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır. 1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını almışdır. 110-dan çox elmi əsərin müəllifidir. Bunların sırasında 2 monoqrafiya, 10-a qədər kitab, 4 dərslik və dərs vəsaiti, 60-dan çox elmi məqalə, məruzə, tezislər və s. vardır ki, onların da əksəriyyəti yaxın və uzaq xarici ölkələrdə çap edilmişdir. İndiyə qədər onun elmi rəhbərliyi ilə 15 iqtisad elmləri namizədi, 1 elmlər doktoru hazırlanmışdır. Hazırda 7-dən çox aspirant və dissertantın elmi rəhbəri və 3 doktorluq dissertasiya işinin elmi məsləhətçisidir. Universitet fəaliyyəti dövründə bir sıra ictimai işlərdə çalışmışdır. İnstitutun Həmkarlar Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərbaycan Marketinq Assossiasiyasının vitse-prezidenti olmuşdur. 3 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunmuşdur və 5 mart 2014-cü il tarixinə kimi bu vəzifədə çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının sədri, Avropa Rektorlar Klubunun üzvü, Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) və Avstriya Beynəlxalq Universitetinin fəxri doktorudur. 2010-cu ilin noyabr ayında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir. Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İran, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Evlidir, 1 övladı var.
https://az.wikipedia.org/w/index.php?curid=188521
Şəmsəddin Kuzəçi
Şəmsəddin Kuzəçi (türk. Şemsettin Küzeci 1965, Kərkük)- Tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük qəzetinin baş redaktoru, 2022-ci ildə türk dünyası Akademiyasının "fəxri professoru" adına da layiq görülüb. 1965-ci ildə Kərkükdə anadan olub. 1984-cü ildə Mosul Universitetinə qəbul olub və 1989-cu ildə Universiteti bitirib. 1992–1996-cı illərdə Kərkük Liseyində dərs keçib. 1992–1995-ci illərdə Kərkük televiziyası və Bağdad Türkmənistan radiosunda "Gənclik və idman" proqramlarını hazırlayaraq təqdim edib. 1993-cü ildə İraq rejimi tərəfindən həbs edilib Üç ay həbsdə qaldıqdan sonra sərbəst buraxılıb. 1996-cı ildə siyasi səbəblərdən İraqdan Türkiyəyə köçüb. 2015-ci ildə öz istəyi ilə təqaüdə çıxıb. Kərkük, Burada Musalla liseyində müəllim olaraq çalışır. 1999-cu ildə İraq-Türkmənistan Cəbhəsinin Türk nümayəndəliyində nəşrlər və mətbuat məlumatları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2005–2009-cu illərdə Kirkük Gazette və Türkmeneli TV-nin Türk nümayəndəliyinin müxbiri, proqramçısı və xəbər direktoru vəzifəsində çalışıb. 2008-ci ildə Qazi Universitetinin Rabitə fakültəsinin Radio, Televiziya və kino fakültəsində "İraq mətbuatı tarixi" ixtisası üzrə "Osmanlıdan bu günə qədər İraqda mətbuat tarixi" ixtisası üzrə magistr dərəcəsi almış və 2010-cu ildə Hollandiyanın Haaqa qlobal Universitetində "İraq televiziyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2009–2019-cu illərdə Türkməneli Vəqfi Mədəniyyət Mərkəzində mətbuat və mədəniyyət direktoru, 2019–2020-ci il tarixlərində Orta Şərq Araşdırmaları Mərkəzində (ORSAM) Türkmən dili və media mütəxəssisi olaraq çalışıb. Mətbuat kartının daimi sahibi olan kuzeci eyni zamanda "Kərkük" qəzetinin baş redaktorudur və Türkiyə təmsilçisi vəzifəsini tutur. 16 iyul 2020-ci ildən etibarən Türkməneli Fondunun prezidentinin mətbuat müşaviridir. 400-ə yaxın beynəlxalq mükafat, tanınma, təşəkkür, fəxri fərman, lövhə və mükafat alıb. 2006-cı ildə İraq, Azərbaycan və Türkiyə ilə bağlı elmi və ədəbi işinə görə Azərbaycanda "VEKTOR" Beynəlxalq Elmi Mərkəzinin "fəxri doktoru" adına layiq görülüb. 2022-ci ildə türk dünyası Akademiyasının "fəxri professoru" adına da layiq görülüb. Mükafatları Türk Dünyası Günleri, Kastamonu Belediyesi, Kastamonu 1997-1998-2000-2001 Avrasya Türk Dernekleri Federasyonu, İstanbul 1999 Türkiye Öğrenci Birliği’nin Şiir Yarışması "Suçum Türk Olmaktır" adlı şiir, birincilik ödülü, Ankara,1999 Ahmet Yesevi Vakfı, İstanbul 2000 Yüce Erek Birliği; 1. Fuzuli Şiir Yarışması, Ankara 2000 Türk Ocakları Gebze Şubesi, Gebze 2000 Irak Türkleri Kültür ve Yardımlaşma Derneği, Ankara 2000 Türkiye Kamu Çalışanları Vakfı "TÜRKAV", Boyabat 2000 Irak Sporuna Hizmet Ödülü, Türkmeneli Spor Kulübü. Erbil 2000 Irak Türkmen Edebiyatına Hizmet Ödülü, Anadolu İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği "ANASAM" 1. Kerkük Şiir Günü-Ankara 2000 Dünya Genç Türk Yazarlar Birliği (Azerbaycan), Ankara 2000–2001-2002 Dünya Türk Gençleri Birliği Azerbaycan 2000–2001 Kütahya Şiir Yarışması, Domaniç-Kütahya 2001 Simav 6. Şairler Şöleni, Simav-Kütahya 2001 Türk Dünyası Kültür Merkezi; Ankara 2001 Irak Türkmen Cephesi; Ankara 2001 Isparta Göller Bölgesi Şair ve Yazarlar Derneği; Şiir Yarışması. Isparta 2001 ANASAM Ödül Belgesi. 2. Erciyes Şiir Şöleni. Kayseri 2001 Türk Edebiyatı ve Gençliğine Hizmet Ödülü; DGTYB-DTGB, Azerbaycan 2001 Kütahya Şairler Derneği’nin Şiir Yarışması "Yurt Sevgisi" adlı şiir Jüri özel ödülü, Kütahya, 2001 Türk Dünyasına Hizmet Ödülü, Türk Dünyası Kültür Merkezi, Ankara 2002 ITC Hizmet Ödülü, Ankara 2002 Isparta Göller Bölgesi Şair ve Yazarlar Derneği, Şiir Yarışması. Yalvaç/Isparta 2002 ITC’ ne Hizmet Ödülü. Güvenlik Kuvvetleri Komutanlığı-Kıbrıs 2002 KKTC Meclis Başkanı. Onurluk 2002 9. Şiir Şöleni, Rabia Gölbaşı- Ankara 2002 MESAM özel ödülü, "Sus" adlı Şiir. Isparta, 2002 Isparta Güller Bölgesi Şairler ve Yazarlar Derneği’nin Şiir Yarışması. " Sus" adlı Şiir Üçüncülüğü kazandı. Isparta 2002 3. Uluslararası Sapanca Şiir Akşamları, Sapanca 2003 Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği (İLESAM)Ankara 2003 Şair, Ozan ve Yazarlar Kültür Derneği, Ankara 2004 3. Uluslararası Tokat Yeşilırmak Şiir Şöleni, Tokat 2004 Üstat Necip Fazıl 100 yaşında; Gebze Belediyesi, Gebze 2004 Kamu-Sen Alanya Şubesi, Alanya 2004 Dünya Genç Türk Yazarlar Birliği (Azerbaycan) Ankara 2004 Uluslararası Avrasya Eğitimcileri Derneği, Alanya 2004 Ustad Necip Fazıl Kısakürek’in doğumunun 100. yılı münasebetiyle düzenlenen panel ve uluslararası Eskişehir şiir gecesi, Gebze 14 Ağustos 2004 Türk Dünyasına Hizmet Ödülü; "VEKTÖR" Uluslararası İlim Merkezi (Azerbaycan) Ankara 2004 Türk Dünyası Kültür Merkezi, Ankara 2004 Türk Edebiyatı ve Topluluklarına Hizmet Ödülü, DGTYB. Romanya 2004 Isparta Belediye Başkanı Hasan Balaman, Ocak 2005 Isparta Göller Bölgesi Şairler ve Yazarlar Derneği, Ocak 2005 Eskişehir Valiliği, Yesevi’den Yunus Avrasya Şairler Şöleni. Mayıs 2005 Balkan Aydınları ve Yazarları Dergisi (BAY), Mayıs 2005 Türkçe’nin 6.uluslararası Şiir Şöleni Simferopol, Kırım, Ukrayna11–13 Kasım 2005 Antalya 2. Şairler Buluşması "Yılın Şiir Kitabı" Özel ödülü, 9–11 Eylül 2005 "Yunus Emre Kültür ve Sanat Haftası" Eskişehir 6–10 Mayıs 2005 Birinci İnsuyu Şiir Akşamları, Burdur 10–13 Ağustos 2005 İkinci Şair Şeyhi Şiir Şöleni, Kütahya 24 Ağustos 2005 14. Uluslar arası Hazar Şiir Akşamları 20–22 Eylül 2006 Elâzığ 10 Aralık Dünya İnsan Hakları Günü Sempozyumu, Ankara 10 Aralık 2006 Prof. Dr. İsa Kayacan’ın 50. Hizmet yılı, Burdur Gazeteciler Cemiyeti 13 Mayıs 2006 "Türkmen Elinden Türküler" Keçiören Belediyesi, 26 Ocak 2006 Türk Dünyası Günleri; Kastamonu Belediyesi, Kastamonu, 2006 Irak Türkmen Cephesi 11. Kuruluş Yıldönümü Anısı 24 Nisan 2006 Vektör Uluslararası İlim Merkezi, Fahri Doktora Payesi, Azerbaycan 1 Temmuz 2006 Azerbaycan Yazarlar Birliği, Fahri Ferman, Azerbaycan 1 Temmuz 2006 Dünya Genç Türk Yazarlar Birliği, Fahri Ferman, Azerbaycan 1 Temmuz 2006 "Türkmeneli Edebiyatı" kitabından dolayı, Sabit İnce Edebiyat Ödülü, Kayseri, 2006 Şair Rabia Gölbaşı,14. Şiir Şöleni, 12 Mayıs 2007 Hür Demokratlar Fikir Kulübü Derneği, 13 Nisan 2007 1. Uluslararası Türk Şöleni, Erzurum 3–5 Mayıs 2007 1. Uluslar arası Türk Dünyası Tiyatro Günleri Onur Belgesi, Tarsus 2007 10. Türk Boyları Kültür Şöleni, 1. Türk Dünyası Basın Mensupları Buluşması Yalova 15–16 Temmuz 2007 Musul Milli Meclisi, Onur Plaketi, Irak 2007 Makedonya Türk Demokrat Partisi Onur Belgesi, Makedonya 2007 1. Uluslar arası Türk Dünyası Tiyatro Günleri Plaketi, Tarsus 2007 21. Alman-Türk Gazetecilik Seminerleri, Antalya, 23–26 Mayıs 2007 Türk Dünyası Sanatçıları 1. Gaziantep Buluşması, 29–30 Kasım–1 Aralık 2007 1. Türk Dünyası Edebiyat Dergileri Kongresi Avrasya Yazarlar Birliği, İstanbul 15–16 Aralık 2007 Gebze Belediyesi 9. Geleneksel Uluslar arası Eskihisar Şiir Şöleni, 2007 Avrasya Yazarlar Birliği ve Milli Kütüphane Başkanlığı, 9 Şubat 2008 Ankara Türkmeneli Vakfı Şükran Belgesi 9 Şubat 2008 Ankara Türkmen Meclisi Başkanlığı, Kerkük 2008 Kapadokya Üniversitesi, Aşık Sanatı Sempozyumu. 2021 Qız Qalası Ödülü. Qafqaz Media. Azerbaycan 2017 Kamu-Sen ve Türk Eğitim- Sen. Ankara 2015 Türkmen Öğretmenler Birliği. Kerkük 2015 Türkiye Dergiler Birliği (TURBED). İstanbul 2022 Ankara Sanat Platformu, Ankara 2017 İLESAM, Ankara 2014 Türkçem Dergisi. Kosova 2015 Uluslararası Kültür ve Edebiyat Derneği. Ankara 2017 Uluslararası Merbid Şiir Festivali. Basra-Irak 2019 Ankara Kültür Sanat ve Edebiyat Derneği. Ankara 2023 Oetaasya ve Güney Qafqas söz azadlığı Şebekesi. Bakü 2015 Dünya Genç Türk Yazarlar Birliği, Azerbaycan 2015 Türkmeneli Vakfı Başkanlığı. Ankara 2013 Türkçem Dergisi. Kazan-Tataristan 2015 Dünya Türk Gençleri Birliği. İstanbul 2012 Başkent Edebiyat. Ankara 2014 Seferli Hisar Belediyesi. İzmir 2015 Mersin Büyükşehir Belediyesi. Mersin 2015 Türkiye Sanat Birliği. Ankara 2014 Maturidi Yesevi Otağı. Safranbolu 2015 Türk Dünyası Çalışmaları Kurumu Başkanı Ankara 2016 KIBATEK. 38. Edebiyat Şöleni. TİRE 2015 TATMEDİA. Tataristan-Kazan. 2015 Çanakkale Şiir Akşamları. Çanakkale 2015 Türkiye Edebiyat Dergileri Kongresi. Çanakkale 2016 Elmi əsərləri Türk, Ərəb, Azərbaycan, İngilis, Rus, Özbək, Qazax dillərində bəzi əsərləri və həmçinin əsərlərinə tərcümələri mövcuddur. Şehit Şair Kemal Ömer Beg. Kerkük 1992 İki Gönül. Sami Yusuf Tütüncü ile Ortaklaşa. İstanbul 1997 Tek Suçum Türk Olmaktır. Ankara 2000 Kerkük Soykırımları. Ankara 2004 Horyatlarım. Bakü 2004. Azerbaycan Türkçesi Türkün Sesi. Ekber Qoşalı ile Ortaklaşa. Bakü 2004 Fuzuli Festivali. Ankara 2004 Türkmeneli Edebiyatı. Ankara 2005 Kerkük Şairleri. Birinci Cilt. Ankara 2006 Kerkük Şairleri. İkinci Cilt. Ankara 2007 Şehit Muazzam Kasapoğlu. Kerkük 2007 Beşinci Büyük Türkmen Kurultayı. Kerkük 2008 İçimizdeki Kerkük. İsa Kayacan ile Ortaklaşa. Ankara 2009 Irak Basın Tarihi. Ankara 2009 Rubailer. Abdülaziz Semin Bayatlı. Ankara 2010 Biz Güneş Değiliz. Ankara 2010 Solmayan Papatyalar. Ankara 2010 Telafer Şairleri. Ankara 2010 Mahpus Duygularım. Sami Yusuf Tütüncü. Ankara 2010 Şehit Şair Kemal Ömer Beg. Ankara 2010 Yeni Türkçe Türk Halkları Kongresi. Gaguzyeri 2010 Dünya Türk Gençleri Birliği 20. Yılında. Ankara 2010 Kerkük’ün Milli Futbolcusu Adil Abdullah. Ankara 2010. Arapça Irak’ta Televizyonculuk Tarihi. Doktora Tezi, 2010 Türkmeneli Takvimi. 2011. Kerkük 2011 Türkmeneli Takvimi. 2012. Kerkük 2012 Kerkük’ten Kargıpınara. Ankara 2013 Kerkük’ün Efsane Sesi Abdülvahit Küzeci. Ankara-Kerkük 2012 Poets of KIRKUK. Iraq Turkman Poets. Ankara 2014 Kerkük’ten Eskişehir’e. Eskişehir 2014 Irak Türkmen Edebiyatı. Feyyaz Sağlam ile Ortaklaşa. Ankara 2015 Nevruz Çiçekleri. Türk Dünyası Kadın Şairleri. Ankara 2015 Mehmet Merdan. Hayatı ve Şiirleri. Ankara 2016 Kerkük’ün Milli Şairi Mehmet İzzet Hattat. Ankara ve Kerkük. 2017, 2018 Ortadoğu’da Türk Katliamları. İstanbul 2017 Kerkük Sevdalısı Gazanfer Paşayev. Kerkük ve Ankara 2017, 2018 Sarmaşık Duygular. Ankara 2017 Kerkük’ten Avrupa’ya. Ankara 2018 Kerkük’ten Sesleniş. Bakü 2018. Azerbaycan Türkçesi Ata Terzibaşı’nın Edebi Makaleleri. Mustafa Ziya ile Ortaklaşa. Ankara 2018 Müziğin İzinde 3 Kardeş Şehir. (Elâzığ-Urfa-Kerkük) Ortaklaşa. İstanbul 2018 Türkmen Mücadeleci Hidayet Arslan. Ankara 2018 Müziğinde İzinde 4 Kardeş Şehir. (Elâzığ-Urfa-Kerkük- Bakü) Ortaklaşa. İstanbul 2019 Kerkük’ten Azerbaycan’a. Ankara 2019 Türkmeneli Kültür Ajandası. Kerkük 2019 60. Yılında Kerkük Katliamı. Ankara 2019 Irak’ta Basın ve Medya Tarihi. Ankara 2019 Arapça, Telaferli Şair Felekoğlu (Açıl dilim Açıl). TÜRKSOY, Ankara 2019 İraq Matbuat Tarixi. Azerbaycan Türkçesi Bakü 2019. Musalladan Şaturluya Sinan Sait. Ankara 2021 64 Türkmen Şairi, Kerkük 2021 Türkmen Milli Takımı. Ankara 2021 İraq Türkman Poeziya Antolojisyası.2. Bölüm. Bakü 2021. (G. Paşayev) Azerbaycan Türkçesi Şehit Hüseyin Demirci (Tembel Abbas). Ankara 2022 Osmanlı’dan Günümüze Irak’ta Yayınlanan Türk Dergileri. Ankara 2022 Kerkük’te Türk Katliamları. Ankara 2023. Azerbaycan Türkçesi Kerkük Horyatlarım. Ankara 2023 Iraqı Press Hıstory, Ankara 2023 Şiirlerim. Ankara 2023 Telafer Türkmen Şairleri. Ankara 2023 Azerbaycan Sevdalısı. Ankara 2023 Azerbaycan Makalelerim. Ankara 2023 Şairler Vicdanında Doğramacı. Ankara 2023 Yazar Okulu Güldestesi. Ankara 2023 Kerkük Şairleri. Azerbaycan Türkçesinde. Ankara 2023 Uzak Ellerin Yakın Tuhfeleri. Resul Rıza, Ankara 2023 Makalelerim. Ankara 2023 Türkmeneli’ni Ağlatan adam Sami Yusuf Tütüncü. Ankara 2023 Kerkükname. Ankara 2023 Balavatan’dan Yavru Vatan’a. Ankara 2023.
https://az.wikipedia.org/w/index.php?curid=815798
Şəmsəddin Məhəmməd Sahib-Divan
Şəmsəddin Məhəmməd Sahib-Divan — Hülakular (Elxanilər) dövründə (13 əsr) vəzir. Hülakulər dövrünə aid “Təqriri-tədrisi-mədrəseyi Naxçıvan əz inşa mərhum Şəmsəddin Sahib-divan” adlı fərmanda (1284) onun Naxçıvan mədrəsəsini tikdirərək, Mömünə xatun türbəsi kompleksinə daxil etdiyi qeyd olunur. Kompleksdən əldə olunan vəqflər hesabına fəaliyyət göstərən mədrəsədə təkcə yerli deyil, bütün Yaxın Şərq ölkələrindən gəlmiş tələbələr də təhsil alırdı. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 541. ISBN 5-8066-1468-9.
https://az.wikipedia.org/w/index.php?curid=633115
Şəmsəddin Orucov
Şəmsəddin Orucov (tam adı: Şəmsəddin Əbilhəsən oğlu Orucov; 2 avqust 1950, Cavad, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. 1950-ci avqustun 2-də Sabirabad rayonun Cavad kəndində anadan olmuş, orta məktəbə Əlibayramlı rayonunun Qazıməmməd kəndində getmişdir. 1961-ci ildə ailəsi ilə birlikdə Neftçalaya köçmüş, təhsilini şəhər yeddiillik internat məktəbində davam etdirmişdir.. 1968-ci ildə Çingiz İldırım adına APİ-na daxil olmuş, 1973-ci ildə oranı bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Bir müddət Sumqayıtın, daha sonra Bakının trikotaj fabrikində mühəndis vəzifələrində çalışmışdır. Son iş yeri Bakı İdman Malları Fabriki olmuşdur.Ailəli olmuş, oğlu Cavad və qızı Kəmalə yadigar qalmışdır. Qanlı Yanvar faciəsi Yanvarın 23-də gündüz saat 14:00-14:20[1] radələrində hərbiçilər tərəfindən evinin pəncərəsindən atılan güllə nəticəsində həlak olmuşdur. Həyat yoldaşı Ruvella xanımın dediklərindən: Neftçala rayonunun Sovetabad kənd qəbiristanlığında dəfn edilmişdir. Bakı, İnqilab küçəsi, 1008-ci kvartal, mənzil 66. ^ Neftçala rayon Mərkəzi Kitabxanasının saytı təxmini vaxtı 14:20, Rafiq Səməndər öz kitabında 14:00, Qulu Kəngərli isə öz kitabında 14:10 vermişdir. Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=196980
Şəmsəddin Qasımov
Şəmsəddin Qasımov (azərb. Şəmsəddin Mustafa oğlu Qasımov; 27 iyun 1955, Naxçıvan) — Bəstəkar, Naxçıvan MR əməkdar incəsənət xadimi (2005) Şəmsəddin Qasımov 27 iyun 1955-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Naxçıvan Şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin tar sinfində almış, 1971–75-ci illərdə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbində təhsilini davam etdirmiş və istedadlı tarzən kimi Naxçıvana qayıdaraq Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbində müəllim işləmişdir. Şəmsəddin Qasımov 1980-ci ildə Azərbaycan İncəsənət Universitetinə daxil olmuş və 1985-ci ildə universitetin mədəni-maarif fakültəsini bitirməklə özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasına yiyələnmişdir. 1981-ci ildə Nehrəm və Cavidabad kənd uşaq musiqi məktəblərində, sonralar Naxçıvan şəhər 1 və 2 saylı uşaq musiqi məktəblərində direktor, müəllim, dərs hissə müdiri işləmişdir. Şəmsəddin Qasımov 1970-ci illərdən həm də bəstəkar kimi fəaliyyətə başlamışdır. Tanınmış bəstəkar Boris Kabakovdan bəstəkarlıq dərsi almaqla bu illərdə özünün bir sıra əsərlərini bəstələmişdir. Azərbaycanda Bayraq haqqında və 1990-cı ildə İlk dəfə şəhid şəxslər haqqında yazılan ilk mahnıların müəllifi olmuşdur. İlk dəfə musiqisi və sözləri özünə məxsus olan orta məktəb məzunları üçün yazmış Əlvida doğma məktəb və Son zəng mahnılarının bəstəkarıdır. Son illərdə Azərbaycanda demək olar ki, tam unudulmaqda olan 6-yeni duet mahnısı yazmış və bu gün də dinləyicilər arasında çox populyardir. Naxçıvan Bəstəkarlarının uşaq mahnıları adli kitabında 6-uşaq mahnısı çap edilib və s. Şəmsəddin Qasımov fəal bəstəkarlıq işi ilə bərabər pedaqoji fəaliyyətini Naxçıvan Dövlət Universitetindəki İncəsənət fakültəsində baş müəllim kimi davam etdirir. Muxtar Respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə Şəmsəddin Qasımovun mahnıları məktəblilərin, xor kollektivlərinin, vokal qrupların və müğənnilərin ifasında tez-tez səslənir və kollektivlərin repertuarına daxil edilir. Eyni zamanda Şəmsəddin Qasımov 2000-ci ildən 2016-cı ilədək Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan MR Bəstəkarlar Təşkilatının sədri vəzifəsində işləmişdir. Tələbəlik illərinin məhsulu olan mahnıları o dövrdə istedadlı müğənni Kəmalə Rəhimli tərəfindən ifa olunmuşdur. Övladları: Rəşadət Şəmsəddin oğlu Qasimov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Prezident Aparati yaninda İdarəetmə Akademiyasını bitirib, SOKARDA İşləyir. Ramin Şəmsəddin oğlu Qasımov Naxçıvan MR Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.Qubada Cinayət Axtarişi İdarəsində işləyir. Sadiqə Şəmsəddin qızı Həmzəyeva Naxçıvan Universitetinin İbtidai Metodika fakültəsini bitirib. Yaradıcılığı Əsasən mahnı janrında məhsuldar çalışan Şəmsəddin Qasımov 40-dan artıq mahnının müəllifidir. M. Araz, B. Vahabzadə, H. Arif, İ. Oruc, A. Yadigar, M. Qasımzadə, Z. Vedili, A. Mirzəyev və s. şairlərin sözlərinə yazılmış mahnılarında bəstəkar doğma Vətənin, onun gözəlliklərini, bu yurdun şəhid övladlarını, əməksevər insanları vəsf etməklə yanaşı lirik məhəbbət mövzularına da geniş yer vermişdir. Azərbaycanın milli qəhrəmanları-İbrahim Məmmədova həsr olunmuş Altı bacı, Yusif Mirzəyevə həsr edilmiş Yusifim, polis mayoru Məhərrəm Seyidova həsr edilmiş Məhərrəm Sədərəyin ən kiçik şəhidləri Malik və Elvin qardaşları haqqında Malikim, Elvinim mənim, Sədərəklilər, Mənim Azərbaycanım, Marş irəli kimi mahnıların müəllifin Vətənə, onun şəhidlik zirvəsinə ucalmış oğullarına həsr olunmuş musiqi nümunələridir. Romans janrında yazdığı Ay üzlü nigarım kimə mehman olacaqsan,(söz: N. Gəncəvinin), Dəyişmərəm və Sənsiz (söz: E. Həbibin), lirik səpkili Unut bu sevdanı, Nə deyim, Unutsam dözəcəkmi?, Xatirələr, Sənin sevgin, mənim sevgim, İndən belə, Dedin məhəbbət hanı?, Anlamadın məni və s. Onun instrumental əsərləri sırasına fortepiano üçün 2 pyesini, skripka və fortepiano üçün pyesini aid etmək olar. Şəmsəddin Qasımovun şair-jurnalist Rövşən Hüseynovla birlikdə işlədikləri mahnıları son illərin ən uğurlu mahnılarından hesab etmək olar. Heydərim var ol, Sən həmişə bizimləsən, Zərifə həkim, Vətən oğlu Bayraq mahnıları bu əsərlərdəndir. Şairə Rasimə Könülün sözlərinə yazdığı,Azərbaycanın Milli Qəhrəmanı Mübarız İbrahiova həsr olunmuş Mübariz və Yağışmahnıları da bəstəkarın son uğurlu əsərlərindəndir. Şəmsəddin Qasımov uşaqları da yaddan çıxarmamış, onlar üçün bir-birindən maraqlı mahnılar yazmışdır. Biz xoşbəxt uşaqlarıq, Baxçamız, Can gülüm, can can, Azadlıq nəğməsi, Şahinlərini marşı, Şən nəğməmiz belə mahnılardandır. Şəmsəddin Qasımovun Kamera Orkestri üçün yazdığı 3 hissəli Naxçıvan lövhələri əsəri" Təşkilatın Naxçıvanda keçirilən hesabat konsertində və 2007-ci ildə Bakıda keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında dinləyicilərə təqdim edilərək, uğurla ifa olunmuşdur. Şəmsəddin Qasımov xor janrında bir çox uğurlu əsərlərin müəllifidir. Onun xor üçün yazdığı əsərləri bu gün Naxçıvan Muxtar Respublikanın bir çox musiqi məktəblərində, orta və ali məktəblərdə müvəffəqiyyətlə ifa edilir. Bu janrda bəstəkarın şair Hüseyn Razinin sözlərinə yazdığı Mirzə Cəlilin xatirəsinə kantatası xüsusilə diqqətəlayiqdir. Şəmsəddin Qasımov bu əsərlə Mirzə Cəlil dünyasının musiqi ilə dinləyicilərə çatdırılmasına çox gözəl nail olmuşdur. Şəmsəddin Qasımov yaradıcılığını teatr sahəsində də uğurla davam etdirmiş və bu gün də etdirməkdədir. Hələ 70-ci illərdə fəaliyyət göstərən Gənclik Xalq Teatrında o, Fiqeyredonun Ezop, Ə.Haqverdiyevin Bəxtsiz Cavan, Hüseyn Cavidin Ana, B. Vahabzadənin Yollara iz düşür, Şeyx Rəhmətulla, Məhəbbət nişanəsi kimi 10-a yaxın tamaşaya orijinal musiqilər bəstələmişdir.Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə sıx yaradıcılıq əlaqələri saxlayan Şəmsəddin Qasımov bu illər ərzində Bir gün də insan ömrüdür, Hacı Qara, Sizi deyib gəlmişəm, Qarğanın iflası, Ərsizlər və arsızlar, Topal Teymur və s. kimi 20-dən artıq tamaşaların bəstəkarı və musiqi tərtibatçısı olmuşdur. Bəstəkarın son illərdə Hökmdar və qızı, Araz sahilində doğan günəş, Koroğlunun Çənlibelə qayıdışı, Mirzə Fətəli kimi dram tamaşalarına yazdığı orijinal musiqilər və verdiyi musiqi tərtibatları tamaşaçıların zövqünü oxşamış və əsərlərin ideyasının açılmasında böyük rol oynamışdır. Maraqlı bir cəhədi də qeyd etmək yerinə düşər ki, Şəfahət Mehdiyevin müəllifi olduğu Mirzə Fətəli tamaşasının ilk premyerasında Naxçıvan MR Ali Məclis Sədrinin şəxsən iştirakı ilə bərabər Bakıdan dəvət olunmuş 20-yə yaxın ziyalı da bu tamaşaya baxmış, tamaşanın quruluşu və musiqisi haqqında öz müsbət fikirlərini bildirmişlər. Müəllifin oğlu Arif Mehdiyev əsərin ən yüksək səviyyədə hazırlandığını qeyd etmiş, musiqinin bu tamaşadakı rolunu xüsusi vurğulamışdır. Şəmsəddin Qasımovun Naxçıvan Dövlət Kukla Teatrındakı fəaliyyəti xüsusi ilə təqdirəlayiqdir. Belə ki, teatrın repertuarında özünə möhkəm yer tutan Məlikməmməd, Cik-cik xanım, Tənbəl Əhməd, Sirli sözlər, Cəsur dovşan, Dursunəli və ballıbadı və s. kimi onlarla əsərə yazılan musiqi gənc nəslin, xüsusi ilə məktəblilərin zövqünü oxşayır. Əsərlərinin adı 2003 — " Naxçıvan lövhələri" 3 hissəli-Kamera orkestri üçün 2004 — " Naxçıvanım" Xor və orkestr üçün-Söz: İlyas Fərəməzoğlu 2010 — " Mirzə Cəlilin xatirəsinə " F-no və qarışıq xor üçün. Söz: Hüseyn Razinin 2001 — " Baxsayağı " –F-no və skripka üçün- 2002 — " Xatirə " –F-no üçün pyes 2002 — "Fikirli" F-no üçün pyes 2003 -Zərifə həkim — söz: Rövşən Hüseynovun 2000-Sönməyən günəşim -söz: R. Hüseynov 2003-Vətən oğlu -söz: R. Hüseynov- 2005- Sən həmişə bizimləsən -söz: Həmid Arzulunun 2005 — Xalqımın İlhamı -söz: Ələkbər Qasımovun 2011 — Həmrəylik günü –söz: Ə. Qasımov- 2011 — Müstəqil Respublikam –söz: Ə. Qasımov 201 - Azərbaycan gəncləri -söz: İ. Fərəməzoğlu 2003 — Azərbaycan -söz: Zaur Vedili 2006 - Şahbuzum -söz: Əbülfəz Muxtaroğlunun 2002 -Mən əsgərəm -söz: Mirfazil Seyidovun 2010 — Biz xoşbəxt uşaqlarıq 2009 — Şən nəğməmiz –söz: İlyas Fərəməzoğlu 2016 — Bayraq -söz : Rövşən Hüseynov 2016 — Mübariz -söz : Rasimə Könül Ata -söz :Elbəyi Maqsudovun. Ana -söz: Zaur Vedilinin Təbriz -söz :Zaur Vedilinin Sirab suyu -söz :Asim Yadigar. Şəhidlər -söz :Zaur Vedili. Sənli günlərim 2003-Olacaqsan – söz: N. Gəncəvi 2007-Dəyişmərəm — söz: Elman Həbib 2007 — Sənsiz — söz: Elman Həbib Dram Teatrına yazılan musiqilər 2003-H. Cavid -İblis 2003-Həmid Arzulu — Mərhəmət məhəbbət deyil 2003-A. Şaiq -Yazıya pozu yoxdur 2003-İ. Əfəndiyev- Hökmdar və qızı 2004-E. Sultanov — Sənəm 2004-Ə. Əylisli- Vəzifə 2004-H. Cavid- Afət 2005-E. Həbib — Sahilsiz çaylar 2007-H. Arzulu- Əlincə qalası 2008 — Həsənalı Eyvazlı- Araz sahilində doğan günəş 2008 -Adil Babayev- Koroğlunun Çənlibelə qayıdışı 2009 -Elçin -Ah, Paris, Paris 2009 -Şəmil Sadiq- Qana qan qarışdı 2011-Şəfaət Mehdiyev- Mirzə Fətəli Kukla teatrına yazılan musiqilər 2011-S. M. Qənizadə- Dursunəli və Ballıbadı 2001-C. Məmmədquluzadə- Çay dəsgahı 2001-A. Şaiq- Danışan kukla 2001-K. Ağayeva- Tıq-tıq xanım 2005-K. Ağayeva -Məlikməmməd 2006-Şirməmməd Qüdrətoğlu -Ağ atlı oğlan 2006-A. Şaiq- Gözəl bahar 2011-Aybəniz Ağaqızı- Daşdəmir 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin mükafatı. 2005-ci ildə Naxçıvan MR əməkdar incəsənət xadimi Həmçinin bax Naxçıvan MR Azərbaycan Dövlət İncəsənət Universiteti Azərbaycan Bəstəkarlar İttifaqı
https://az.wikipedia.org/w/index.php?curid=389225
Şəmsəddin Sami
Şəmsəddin Sami (1 iyun 1850 – 18 iyun 1904, Konstantinopol) — Alban əsilli Türk yazarı və tədqiqatçısı, ensiklopedist şəxsiyyət, dilçi və filosof. Avropayönəmli ilk türk romanı nümunəsi hesab olunan "Təəşşüqi-Tələt və Fitnət"in (1872), ilk Türk ensiklopediyası "Qamusul-Elam"ın (1889–1898) və ilk Türk sözlüyü olan "Qamusi-Türki"nin (1901) yazarı; fransızca "Qamusi-Fransavi", ərəbcə isə "Qamusi-Arabi" adlı sözlükləri qələmə almışdır. 1897-ci ildə böyük qardaşı Fraşıri Abdül Beylə birlikdə Latın və Yunan hərflərindən istifadə etməklə ilk Alban əlifbasını inkişaf etdirmiş və Alban dilində qrammatika kitabı yazmışdı. Qardaşı Naim Fraşıri Alban milli şeirinin yaradıcısı hesab olunur. 1850-ci il, 1 iyun tarixində Fraşerdə — Albaniyanın cənubundakı Gjirokastër qəsəbəsindəki bir kənddə anadan olmuşdur. Fraşeri ailəsindən Xalid Bəyin 5 oğlundan 3-cüsü idi. Digər iki oğlu — Naim və Abdülün Alban tarixinin inkişafında böyük rolu olmuşdur. İlk təhsilini Bektaşi təriqətindən olan Fraşıri Nasıbi Tahir Baba Təkkəsində almış. Orta təhsilini İoannina şəhərində məşhur yunan gimnaziyası "Zosimea" liseyində bitirmişdir. Burada o, Qərb fəlsəfəsi ilə tanış olmaqla əvvəlcə yunan, fransız, italyan, daha sonralar isə müəllim köməyi ilə ərəb, fars, eləcədə türk dillərini öyrənmişdi. 1872-ci ildə o, mətbuat bürosunda fəaliyyət göstərdiyi İstanbul şəhərinə köçmüşdü. Digər ölkə iştrakçıları kimi Şəmsəddin Saminində əsas məqsədi Alban mədəniyyətinin inkişafı və müstəqilliyi idi. Şəmsəddin Sami 18 iyun 1904-cü ildə, İstanbul şəhərində ağır xəstəlikdən dünyasını dəyişmişdir. Yaradıcılığı XIX əsr Türk ədəbiyyatının ən önəmli simalarından olan Şəmsəddin Sami müxtəlif elm sahələrinə dəyərli əsərlər bəxş etmiş alimdir. Sadə jurnalistik fəaliyyəti ilə başlanan müəllifin yaradıcılığı bədii əsərlər, tərcümələr, ensiklopedik nəşriyyatlar və dilçilik sahələrinə qədər şaxələnmişdir. Ömrünün son 23 ilini alim yalnız ensiklopedik və dilçilik əsərlərinə həsr etmişdir. Onun "Qamusi-Fransavi", "Qamusi-Türki", "Qamusul-Elam", "Qamusul-Arabi" kimi mühüm əsərləri nəinki Türk dünyasının, o cümlədən Qərb mütəxəssislərin və alimlərin diqqətini cəlb etmişdir. Ədəbi əsərlər siyahısında olan "Təəşşüqi-Tələt və Fitnət" romanı o dövr üçün çox aktual bir məqama toxunaraq məcburi izdivaclardan və onların törədəcəyi fəlakətlərdən bəhs edən ilk türk romanıdır. 1873-cü ilin ilk günlərində tamamlanan bu roman Avropayönəmli tərzdə yazılmış ilk türk əsəridir. Daha sonra müəllif qələmini pyes sahəsində sınayaraq ədəbiyyat dünyasına bir sıra dəyərli dram əsərləri bəxş etmişdir. Eşq, əxlaq, adət-ənənələr, Vətənə sevgi kimi mövzuları tərənnüm edən bu əsərlər dəfələrlə səhnədə oynanılaraq Samiyə böyük rəğbət qazandırmışdır. Müəllifin "Besa, yaxud əhdə vəfa" pyesi öz məmləkətindən, Alban adət-ənəsindən bəhs edən əsərdir. "Seydi Yəhya" pyesinin məzmunu Əndəlus tarixidir. "Gavə" əsərinin ideyası isə "Şahnamə" əfsanəsindən qaynaqlanmışdır. Saminin romanı və pyesləri ilə baglı tədqiqat geniş şəkildə dərc olunmuşdur. Onun yaradıcılığının ilk 12 ili tərcümə fəaliyəti ilə bağlıdır. Onun "Tarixi mücmeli Fransa", "İxtiyar onbaşı", "Qalatee", "Şeytanın yadigarları", "Səfillər", "Robinzon" adlı tərcümələrin hamısı fransız dilində olan əsərlərdəndir. O, orijinallığı qorumaq üçün mütərcim kitabı olduğu kimi tərcümə edərək bir çox yerlərdə türk qrammatik qaydalarını pozmuş, fransız cümlə quruluşunu mühafizə etmişdir. Şəmsəddin Sami bunlardan savayı İslamiyyətin təbliğatına xidmət edən "Himmat al-himam finaşr al-İslam" adlı ərəb dilində yazılmış daha kiçik bir kitab qələmə almışdır. Dil kitabları : "Taaşşuk-ı Talat ve Fitnat" (1872-ci il, Avropayönəmli tərzdə yazılmış ilk türk romanı) "Qamusi-Fransavi" (1882–1905-ci il, Fransız dilindən Türk dilinə sözlük) "Qamusi-Fransavi" (1885-ci il, Türk dilindən Fransız dilinə sözlük) "Qamusi-Türki" (2 cild, 1899–1900-cü il) "Qamusul-Elam" (6 cild, 1889–1898-ci il, tarix və coğrafiya ensiklopediyası) "Qamusul-Arabi"Pyesləri : "Besa, yaxud əhdə vəfa" "Seydi Yəhya" Tərcümə əsərləri (Fransız dilindən) “Tarixi mücmeli Fransa”. İstanbul: Camlı Hanı. 1872. səh. 163. “İxtiyar onbaşı”. İstanbul. 1873. səh. 62. “Qalatee”. İstanbul. 1873. səh. 40. “Şeytanın yadigarları”. İstanbul: Mihran. 1878. səh. 595. “Səfillər”. İstanbul: Mihran. 1880. səh. 899. “Robinzon”. İstanbul: Mihran. 1885. səh. 136. Nəşr olunmuş kitabları “Mədəniyyət-i İslamiyyə”. 1878-1879; 2-ci dəfə (1884-1885). səh. 126. “Əsatir”. 1878-1879; 2-ci dəfə (1893-1894). səh. 117. “Qadınlar”. 1878-1879; 2-ci dəfə (1893-1894). “Göy”. 1878–1879. səh. 112. “Yer”. 1878–1879. səh. 119. “İnsan”. 1878–1879. səh. 115. “Əmsal”. 1878–1879. səh. 511. “Lətaif”. 1882–1883. səh. 224. “Yenə İnsan”. 1885–1886. səh. 144. “Lisan”. 1885–1886. səh. 128. “Üsuli tənqid və tərtib”. 1885–1886. səh. 130. “Himmat al-himam finaşr al-İslam”. 1887–1888. Bilgin Azmi. Şemseddin Saminin edebiyatla ilgili eserleri ve görüşleri. Türk Araştırmaları Dergisi. Doğramacıoglu Hüseyin. Şemseddin Saminin kaleminden dil ve edebiyat meseleleri. Uluslararası Sosial Araştırmalar Dergisi. 2010. “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik”. Bakı: Elm. 2014. səh. 722. Halid Ziya. Qırx Yıl. İstanbul. 1936. Levend Agah Sirri. Şemsettin Sami. Ankara Universiteti Basımevi. 1969. İslam Ansiklopedisi. İstanbul: Türkiye Diyanet Vaqfı. 2010. Xarici keçidlər ŞEMSETTİN SAMİ FRAŞERİ Arxivləşdirilib 2011-08-09 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=9136
Şəmsəddin Sultanov
Şəmsəddin Qurban oğlu Sultanov (1917, Pirquluoba, Quba qəzası – 20 oktyabr 1976, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1954), "Azərittifaq"ın sədri (1974–1976). Şəmsəddin Qurban oğlu Sultanov 1917-ci ildə hazırkı Xaçmaz rayonunun Pirquluoba kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 16 yaşında kolxozun hesabdarı kimi başlamışdır.1938-ci ildə Bakı Xalq Təsərrüfatı Uçotu Texnikumunu bitirdikdən sonra Voronej Dövlət Universitetinə daxil olan Şəmsəddin Sultanov Böyük Vətən müharibəsi başlandığı üçün təhsilini bitirə bilməmişdir. 1941-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Ordudan tərxis edildikdən sonra o, təhsilini və əmək fəaliyyətini davam etdirmiş, 1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Rayon partiya komitəsinin təbliğatçısı, şöbə müdiri, katibi, Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin şöbə müdiri, "Azərneft" Birliyi rəisinin müavini vəzifələrində çalışmışdır.Şəmsəddin Sultanov 1952-ci ildən ömrünün axırınadək təsərrüfat və sovet orqanlarında rəhbər vəzifələrdə olmuşdur. O, istehsal kooperasiyası, Azərbaycan SSR Ticarət Nazirliyi və Dövlət Plan Komitəsi sistemlərində çalışmışdır. Azərbaycan SSR ticarət nazirinin müavini, ticarət naziri, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı idarə heyəti sədrinin müavini, Bakı Şəhər Ticarət İdarəsinin rəisi, Dövlət Plan Komitəsində şöbə rəisi, nazirin birinci müavini vəzifələrini daşımışdır. 1968-ci ildən "Vostokintorq" Birliyi sədrinin müavini, Azərbaycan SSR Nazirlər Sovetinin şöbə müdiri vəzifələrində işləmişdir. 1974-cü ildən "Azərittifaq"ın idarə heyətinin sədri olmuşdur.Şəmsəddin Sultanov Azərbaycan KP MK üzvlüyünə namizəd olmuş, Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış deputatı seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar ticarət işçisi" fəxri adı verilmişdir. "Qırmızı ulduz", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif edilmişdir.Şəmsəddin Sultanov 20 oktyabr 1976-cı ildə vəfat etmişdir. I Fəxri Xiyabanda dəfn edilmişdir. Xarici keçidlər "Shamsaddin G Sultanov" (ingilis). Find a Grave. İstifadə tarixi: 20 mart 2022. Xarici keçidlər Azərbaycan SSR hökuməti (1953–1955)
https://az.wikipedia.org/w/index.php?curid=545454
Şəmsəddin Təhməzov
Şəmsəddin Sərvər oğlu Təhməzov (3 mart 2001; Masallı rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəmsəddin Təhməzov 2001-ci il martın 3-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. Subay idi. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Şəmsəddin Təhməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Şəmsəddin Təhməzov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmsəddin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=692675
Şəmsəddin Vəliyev
Şəmsəddin Aqil oğlu Vəliyev (22 yanvar 2001, Dadaşbəyli, Sabirabad rayonu – 24 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Həyatı və hərbi xidməti Şəmsəddin Vəliyev 22 yanvar 2001-ci ildə Sabirabad rayonunun Dadaşbəyli kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirmişdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Şəmsəddin Vəliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 24 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmsəddin Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmsəddin Vəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmsəddin Vəliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəmsəddin Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şəmsəddin Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=692886
Şəmsəddin Xanbabayev
Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev (1 aprel 1939, Aşağı Əndəmic, Ordubad rayonu) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi. Şəmsəddin Xan-Babayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikomunu bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990–1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni, 28 mart 2019-cu il tarixli sərəncaml ilə "1-ci dərəcəli əmək" ordeni ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var. "Azərbaycanda Kim Kimdir" Ensiklopedik məlumat kitabı.
https://az.wikipedia.org/w/index.php?curid=264956
Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi
Əmir Şəmsəddin Məhəmməd Zəkəriyya Keçəçi (Təbriz – 1513, Təbriz) — dövlət xadimi. Təbrizin Keçəçilər ailəsindən olub Ağqoyunlu vəziri kimi fəaliyyət göstərmişdir. 1501-ci Şah İsmayılın tərəfinə keçərək onu Əlvəndə hücum etməyə təşviq etmişdi. Təbrizin alınmasından sonra Səfəvilər dövlətinin ilk vəziri təyin olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=482431
Şəmsəddin xan Tarkovski
Şəmsəddin xan Tarkovski (1818, Kafır-Kumuq[d], Dağıstan MSSR – 1874, Buynaksk, Dağıstan MSSR) — 1818-ci ildə Kafır-Qumuk kəndində anadan olmuşdur. Əbumüslüm xan Tarkovskinin oğlu, 1862-ci ildən süvari qoşunları general-mayoru, 1868-ci ildən İmperator Əlahəzrətlərinin fleqel-adyutantı. Tərki şamxallığının son Şamxalı (1860-1867). Beləliklə tarixdə son "Şamxal" (Dağıstanda krallıq titulu) statusu daşıyan şəxs kimi qalmışdır. 1863-cü ildən Rusiya imperiyasının knyazı. 1874-cü ildə vəfat etmişdir. Kafır-Qumuk kəndində dəfn olunub. Şəmsəddin xan 1818-ci ildə Kafır-Qumuk kəndində gələcək Tərki şamxalı Əbumüslüm xan Tarkovskinin ailəsində anadan olmuşdur. O, da bütün nəslindəki, kişilər kimi hərbçi sənətini seçmişdir. Şəmsəddin xan hərbi karyerasına 1853-cü ildə, Leb Qvardiya kazak alayına kornet kimi qəbul etdikdə başlamışdır. 1863-cü ildə atası Əbumüslüm xan Tarkovski vəfat etdikdən sonra böyük oğul kimi Şamxal titulunun əsas varisi olmuşdur. Həmən il İmperator II Aleksandrın investisiya məktubu ilə papağına lələk keçirmək icazəsi ilə Buynaksk və Dağıstan valisi olaraq Tarku Şamxalı titulunu qəbul etdi. Həmçinin varis hüququ ilə, əsilzadə kimi Rusiya imperiyasının knyaz tituluna da sahib çıxdı. Atası Əbumüslüm xan kimi Şəmsəddin xan da Rusiya çarına sədaqətlə xidmət etmişdir. O, Qafqaz müharibəsində aktiv şəkildə döyüşlərə qoşulmuşdur. Belə ki, 1854-1859-cu illərdə dağlılara qarşı bir çox hərbi yürüşlərdə iştirak etmişdir. 1866-cı ildən Temir-Xan-şura da (hazırkı Buynaksk) məskunlaşmışdır. 1 Avqust 1867-ci ildə könüllü olaraq tarixi Şamxal titulu hüquqlarından imtina etmişdir. Lakin buna baxmayaraq, Şamxal titulu Şəmsəddin xan Tarkovskidə saxlanılmışdır. Bu hadisədən bir gün əvvəl Şəmsəddin xan Tarkovski Dağıstan bölgəsinin rəhbərinə aşağıdakı məzmunda məktub göndərmişdir: "...Tərki, Böyük Kazanşi, Halimbəyaul, Buğlen, Urma kəndlərini, kəndin mənə məxsus dördüncü hissəsini azad etməyə qərar verdim. Qəli, Tərkidə yaşayan nökərlərdən və tam olaraq Şamxala aid noqaylardan və bu günə qədər mənə verdikləri birbaşa və dolayı bütün rüsum və vergilərdən azad edirəm..." 1868-ci ildə ən yüksək sərəncamla Qafqaz Ordusunun tərkibində olmaqla. Şəmsəddin xan Tarkovski Rusiya ilə yaxınlaşma siyasəti yürüdür və onun sadiq müttəfiqlərindən biri idi. 1853-cü ildə dağlılara qarşı müharibədə fərqləndiyinə görə kornet vəzifəsinə yüksəldi 1860-cı ildə -ştabs-rotmistr 1861-ci ildə - rotmistr 1862-ci ildə Süvari ordusuna qəbul edilməklə general-mayor 1868-ci ildə İmperator Əlahəzrətinin fliqel-adyutantı təyin edildi "Müqəddəs Stanislav" ordeni III dərəcə, qılınc və lentlə 1859 "Müqəddəs Anna" ordeni III dərəcə, qılınc və lentlə 1860 Müharibənin xatirəsinə bürünc medal (1853-1856) Çeçenistan və Dağıstanın fəthinə görə gümüş medal (1857-1859) General-mayor Əhməd xan Mehtulinskinin qızı Ummu-Küsumun ilə evli ailəli olmuşdur. 1862-ci il təvəllüdlü bir oğlu Mehti xan və Soltanat Bike (Yekaterina) adlı bir qızı var idi.
https://az.wikipedia.org/w/index.php?curid=713119
Şəmsəddin Əhməd
Şəmsəddin Əhməd (benq. শামসুদ্দিন আহমদ; 1 avqust 1920 – 9 aprel 1971) — Banqladeş istiqlal müharibəsində öldürülən və Banqladeşdə şəhid hesab olunan Şərqi Pakistan həkimi. Əhməd 1 avqust 1920-ci ildə Britaniya Racının Silhet əyalətinin Ambarxana şəhərində benqal müsəlman ailəsində anadan olub. Atası İmanəddin Əhməd Dəmir Yolları Nazirliyində işləyib, anasının adı isə Rəşidə Begüm olub. O, 1939-cu ildə Silhet Hökumət Liseyində təhsilini başa vurmuş, 1941-ci ildə isə Murari Çand Kollecində İncəsənət ixtisasına yiyələnmişdir. O, 1946-cı ildə Kəlküttə Tibb Kollecini MBBS (Tibb üzrə cərrahiyyə bakalavrı) dərəcəsi ilə bitirmiş və Birləşmiş Krallıqdakı Kral Həkimlər və Cərrahlar Kollecindən Kral Cərrahlar Kollecinin Təqaüdünü qazanmışdır. Silhet Tibb Kollecinin yataqxanası olan Doktor Şəmsəddin Hall, onun adını daşıyır. 14 dekabr 1997-ci ildə Banqladeş Poçt İdarəsi onun xatirə markalarını buraxmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=812906
Şəmsəddin Əsədov
Şəmsəddin Əsədov (tam adı: Şəmsəddin İsrafil oğlu Əsədov) — kənd təsərrüfatı elmləri doktoru, professor. Şəmsəddin İsrafil oğlu Əsədov 20 iyun 1949-cu ildə Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, 1966-cı ildə Ağdamın Əlimədədli kənd orta məktəbini bitirib, 1968-1972-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Biologiya fakültəsində ali təhsil almışdır. Tələbəlik illərində ictimai fəaliyyətinə görə Respublika LKHT MK-nın fəxri fərmanı ilə təltif edilmişdir. İnstitutu bitirib, təyinatla Bərdədə müəllim işlədikdən sonra Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Genetika və Seleksiya İnstitutunun aspiranturasına qəbul olunmuş (1975), "Pambıqda fiziki-kimyəvi mutagenlərin təsiri ilə dəyişkənliyin və viltədavamlılığın öyrənilməsi" mövzusunda dissertasiya müdafiə edib (1981), biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, K.A.Timiryaziyev ad. Kənd Təsərrüfatı Akademiyasında "Eksperimental mutagenez və hibridləşdirmə ilə orta lifli pambıq sortlarında yeni formaların yaradılması" mövzusunda dissertasiya müdafiə edərək (1994, Moskva), kənd təsərrüfat elmlər doktoru alimlik dərəcəsi almışdır. Şəmsəddin Əsədov 1996-1997 illərdə Rusiya Federasiyası Aqrar Universitetində işləmişdir. Hazırda o, Azərbaycan Milli Elmlər Akademiyasının Genetika Ehtiyatları İnstitutunun texniki-yem və dərman bitkiləri laboratoriyasının müdiridir. Şəmsəddin Əsədov 1979 ildən 1991 ilə qədər kimyəvi mutagentlərin kənd təsərrüfatı bitkilərinə təsirinin öyrənilməsi sahəsində Moskvada keçirilən Ümumittifaq müşavirələrinin iştirakçısı, bəzi illərdə isə təşkilat komitəsinin üzvü olmuşdur. Şəmsəddin Əsədov Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Genetika və Seleksiya İnstitutunda işlədiyi müddətdə institutun ictimai işlərində fəal iştirak edib; uzun müddət institutun xalq nəzarəti komitəsinin sədri olmuş, hazırda isə institutda fəaliyyət göstərən metodkomissiyanın və müsabiqələr komissiyasının üzvüdür. Elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan Şəmsəddin Əsədov 2001 ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsilin humanistləşdirilməsi və yeni təfəkkür" mövzusunda keçirdiyi respublika müsabiqəsinin qalibi olaraq nazirliyin ikinci dərəcəli diplomuna layiq görülmüşdür. Elmi fəaliyyəti Şəmsəddin Əsədov xarici jurnallarda və kitablarda dərc olunmuş 60-a qədər elmi iş və 1 monoqrafiyanın müəllifidir. Pambıqda mutagenlərin təsiri ilə əmələ gələn dəyişkənliklərin, xüsusilə də təsərrüfatca qiymətli əlamətlərin irsi xüsusiyyətlərinin öyrənilməsi daima onun diqqət mərkəzində olmuşdur. Keçmiş Sovetlər ölkəsində ilk dəfə olaraq o, pambıqda alınmış mutant formalarından qiymətli əlamətlərin donoru kimi istifadə edərək, mutant-sort hibridləşdirmə sxemini işləyib hazırlamışdır. Bu metod pambıqda qiymətli genstik əlamətlərin öyrənilməsini xeyli genişləndirmişdir. Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001. Həmçinin bax Ağdamın Kürdlər kəndi
https://az.wikipedia.org/w/index.php?curid=449124
Şəmsəddin əd-Dəməşqi
Şəmsəddin Məhəmməd ibn Əbutalib əd-Dəməşqi (ərəb. شمس الدين محمد بن أبي طالب الدمشقي; 1256, Dəməşq — 1327) — Ərəb coğrafiyaşünası. Şəmsəddin Məhəmməd ibn Əbutalib əd-Dəməşqi 1256-cı ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdu. Onun əsas əsəri 1300-cü ildə «Nühbatu-d-dəhr fi əcaibi-l-bərr və-l-bəhr»dir. Şəmsəddin əd-Dəməşqi 1327-ci ildə Safed şəhərində vəfat edib. Xarici keçidlər Syrien og Palestina, Studie efter en arabisk Geograph Cosmographie de Chems-ed-Din Abou Abdallah Mohammed ed-Dimichqui
https://az.wikipedia.org/w/index.php?curid=440682
Şəmusilabi
Şəmusilabi (fars. شموسيلابي) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (55 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=573243
Şəmşi bəy Yağləvəndli-Cavanşir
Şəmşi bəy Yağləvəndli-Cavanşir (1731, Yağləvənd oymağı, Qarabağ bəylərbəyliyi) — Qarabağ xanlığının sərkərdəsi, məaf. Əhəd Şəmsizadənin, Şəmsi Şəmsizadənin, Murad Şəmsizadənin, Heydər Şəmsizadənin, Fəxrəddin Səfərovun ulu babaları. Şəmşi bəy 1731-ci ildə Cavanşir elinin Yağləvənd oymağında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Qarabağ hakimi Pənahəli xana, sonra İbrahimxəlil xana xidmət etmişdi. Xanlığın apardığı əksər savaşların iştirakçısı olmuşdu. Kirs dağında onun adı ilə bağlı "Güney Şəmşi", "Quzey Şəmşi" isimli yaylaqlar, Yağlıvənd kəndində isə "Şəmşi dərəsi" adlı yurd yeri var. Şəmşi bəyin törəmələri Şuşa şəhərində və Füzuli bölgəsinin Araz Yağlıvənd kəndində yaşayırdılar. Şəmşi bəyin İsmayıl bəy, Səfi bəy və Səfəralı bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu. Şəmşi bəyin şəcərəsindən bir şaxə. "Soy" dərgisi, № 1(3), Bakı, 2004; Ənvər Çingizoğlu, Şəmsi bəyin şəcərəsindən daha bir şaxə, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, № 1, səh.3–15. Həmçinin bax Cavanşir eli
https://az.wikipedia.org/w/index.php?curid=77403
Şəmşioğlu
Şəmşioğlu və ya Şəmşiöyü — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Fiziki-coğrafi mövqeyi Görkəmli şəxsiyyətləri Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=296480
Şəmşir Həziyev
Şəmşir Həziyev — polkovnik-leytenant, Bioqrafiyası Həziyev Şəmşir Bəxtiyar oğlu 1978-ci il fevral ayının 27-də Cəbrayıl rayonunun Xələfli kəndində anadan olub. 1985-ci ildə Cəbrayıl rayonunun Xələfli kənd orta məktəbinə daxil olub, 1993-cü ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü ildən 1995-ci illə qədər təhsilini C. Naxcıvanski adına Hərbi Liseydə davam etdirib. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1999-cu ildə həmin məktəbi tank taqım komandiri ixtisası üzrə bitirib. 1999-cu il sentyabr ayından 2001-ci il oktyabr ayına qədər 888 saylı hərbi hissədə tank taqım komandiri, 2001-ci ilin oktyabr ayından tarixdən 052 saylı hərbi hissədə ezam olub. Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirdikdən sonra Müdafiə Nazirinin əmrinə əsasən 052 saylı hərbi hissədə 2002-ci ilin noyabr ayından 2003-cü il noyabr ayına qədər qrup komandirinin müavini vəzifəsində, 2003-cü il noyabr ayından 2008-ci ilin iyul ayına qədər qrup komandiri vəzifəsində, 2008-ci ilin iyul ayından Xüsusi Təyinatlı Alayın Əməliyyat Bölmə Rəisinin Baş köməkçisi vəzifəsində, 2014-cü ilin mart ayından 2014-cü ilin dekabr ayınadək kəşfiyyat bölmə rəisinin məlumatların toplanması və analizi üzrə köməkçisi vəzifəsində, 4 dekabr 2014-cü il tarixdən kəşfiyyat bölmə rəisi-kəşfiyyat rəisi vəzifəsinə, xidmət edir. 44 günlük vətən müharibəsində hərbi hissənin kəşfiyyar rəisi kimi Kəlbəcər, Cəbrayıl, Xocavən və Şuşa uğurunda döyüşlərdə aktiv iştirak edib. 7 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması zamanı gedən döyüşlərdə ağır yaralanmışam. İki gün yaralı vəxiyyətdə Şuşa şhərində yaralıqaldıqdan sonra 9 noyabr 2020-ci il tarixində təxliyyə olunaraq Fizuli rayonunun Qaradiz qəsəbəsində ilkin tibbi yardım aldıqdan sonra Bakı Mərkəzi hərbi hospitalına təxliyyə olub. Qeyd olunmuş rayonların azad olunmasına görə medalı ilə təltif olunub və eyni zamanda "Qarabağ ordeni" ilədə təltif olub. Mükafatları "Vətən müharibəsi iştirakşısı medalı", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalı, Qüursuz xidmətlərə görə 1-ci,2-ci və 3-cü dərəcəli medallar, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi meadlı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi meadlı, Azərbaycan Respublikası Silahlı 95 illiyi meadlı, Azərbaycan Respublikası Silahlı 100 illiyi meadlı
https://az.wikipedia.org/w/index.php?curid=832602
Şəmşirxana (Ərdəbil)
Şəmşirxana (fars. شمشيرخانه) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (7 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=765167
Şəmşiöyü
Şəmşioğlu və ya Şəmşiöyü — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Fiziki-coğrafi mövqeyi Görkəmli şəxsiyyətləri Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=90793
Şəmşoy
Şəmşioğlu və ya Şəmşiöyü — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Fiziki-coğrafi mövqeyi Görkəmli şəxsiyyətləri Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=746809
Şəmşəddil
Tarixi yaşayış məntəqələri Zəyəm mahalı Şəmşəddil mahalı Şəmşəddil sultanlığı Şəmşəddil sultanlığı (kitab) Şəmşəddil distansiyası Şəmşəddil rayonu (Şəmşəddin rayonu) Nəsib sultan Şəmsəddinli
https://az.wikipedia.org/w/index.php?curid=503603
Şəmşəddil mahalı
Şəmşəddil mahalı — Gəncə xanlığının mahallarından biri. 1747-ci ildə yaranmışdır. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal adı. 1789-cu ilin əvvəllərində Fətəli xanın təklifi ilə Şamxorda (indiki Şəmkir) gürcü çarı II Irakli ilə görüş keçirilir. Quba xanlığı tərəfindən Gəncə və Şəki xanlarının da iştirak etdiyi bu görüşdə bir sıra mühüm siyasi və strateji məsələlər müzakirə olunur. Fətəli xan Iraklidən Şəmşəddil mahalının həmişəlik Gəncə xanlığına qatılmasına razılıq alır. Toponimiyası Erməni mənbələrində Şəmsəddin formasında 1587-ci ildən məlumdur. Qızılbaşların Zülqədər tayfasının qollarından (Hacılar, Koruqlu, Mosul, Xəzərli və Şəmsəddinlu) Şəmsəddinlu elinin adını əks etdirir. Bu el 1515-ci ildə indiki Şəmşədil r-nu ərazisində məskunlaşmışdır. 1593-cü ilə aid mənbədə “Nahiyeye arani nehri Hasan” (“Həsən adlı şəxsin aranı, yəni qışlağı”) və “Nəhri Qazax”da Şəmşədilu tayfasının yaşadığı qeyd olunmuşdur . Tovuz r-nunda Göycəli kəndinin əvvəlki adı Şəmşədil olmuşdur. Erkən orta əsrlərdə bu mahal Albaniyanın Parisos əyaləti olmuşdur. Musa Kalankatlının “Alban tarixin”də Parisos (Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Pərisuz adı) çəkilir. XIX əsrə aid məlumata görə Şamxorçay Pərisuz şəhər xarabalığı içərisindən axır və sonra Paris çayının qolu ilə birləşir. Həmçinin bax Gəncə xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=503009
Şəmşəddil sultanlığı
Şəmşəddil sultanlığı — bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Şəmşəddil 18-ci əsrin ortalarında (1747) yaranmış sultanlıq idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əhalisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi Öksüzlü (Tovuz ərazisində) obasıydı. Şəmşəddil sultanlığına Zülqədərovlar başçılıq edirdilər. Zülqədərovlar əsasən Xılxına kəndində yaşayırdılar. Şəmşəddil sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli Çarlığına tabe olsa da, daim müstəqillik uğrunda çarpışmışdı. Tarixdə Şəmsəddin sultanlığı (mahalı) da adlandırılan Şəmşəddil sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmışdı. Şəmşəddilin ilk sultanı Sultan Allahverdi Zülqədər olub. O, 1747-1761-ci illərdə sultanlıq etmişdi. Şəmsəddilin ən qüdrətli sultanı Nəsib sultan olmuşdur (1797-1819). Sultan Allahverdi Zülqədər (1747—1761) Əli sultan Şəmsəddinli (1761—1797) Nəsib sultan Şəmsəddinli (1797—1819) Həmçinin bax Şəmşəddil mahalı Qazax sultanlığı
https://az.wikipedia.org/w/index.php?curid=127492
Şəmşəddin
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.1946-cı ildə kənd ermənicə Berd adlandırılmışdır.,
https://az.wikipedia.org/w/index.php?curid=351026
Şəmşəddin rayonu
Şəmşəddin rayonu — Ermənistan Respublikasında rayon. Mərkəzi Berd şəhəridir. Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. 1930-cu il sentyabrın 9 da yaradılıb. Rayon mərkəzi Tovuzqala (Tavusqala dəyişdirilmiş adı Berd) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 211 km-dir. Şəmşəddin rayonunun ərazisi 824 kv km-dir. Rayonu Çəmbərək rayonu tərəfdən Murğuz dağları əhatə edir. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Həmçinin bax Dərələyəz mahalı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası
https://az.wikipedia.org/w/index.php?curid=100299
Şəmşədil (mahal)
Şəmşəddil mahalı — Gəncə xanlığının mahallarından biri. 1747-ci ildə yaranmışdır. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal adı. 1789-cu ilin əvvəllərində Fətəli xanın təklifi ilə Şamxorda (indiki Şəmkir) gürcü çarı II Irakli ilə görüş keçirilir. Quba xanlığı tərəfindən Gəncə və Şəki xanlarının da iştirak etdiyi bu görüşdə bir sıra mühüm siyasi və strateji məsələlər müzakirə olunur. Fətəli xan Iraklidən Şəmşəddil mahalının həmişəlik Gəncə xanlığına qatılmasına razılıq alır. Toponimiyası Erməni mənbələrində Şəmsəddin formasında 1587-ci ildən məlumdur. Qızılbaşların Zülqədər tayfasının qollarından (Hacılar, Koruqlu, Mosul, Xəzərli və Şəmsəddinlu) Şəmsəddinlu elinin adını əks etdirir. Bu el 1515-ci ildə indiki Şəmşədil r-nu ərazisində məskunlaşmışdır. 1593-cü ilə aid mənbədə “Nahiyeye arani nehri Hasan” (“Həsən adlı şəxsin aranı, yəni qışlağı”) və “Nəhri Qazax”da Şəmşədilu tayfasının yaşadığı qeyd olunmuşdur . Tovuz r-nunda Göycəli kəndinin əvvəlki adı Şəmşədil olmuşdur. Erkən orta əsrlərdə bu mahal Albaniyanın Parisos əyaləti olmuşdur. Musa Kalankatlının “Alban tarixin”də Parisos (Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Pərisuz adı) çəkilir. XIX əsrə aid məlumata görə Şamxorçay Pərisuz şəhər xarabalığı içərisindən axır və sonra Paris çayının qolu ilə birləşir. Həmçinin bax Gəncə xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=515312
Şəmşədil sultanlığı
Şəmşəddil sultanlığı — bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Şəmşəddil 18-ci əsrin ortalarında (1747) yaranmış sultanlıq idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əhalisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi Öksüzlü (Tovuz ərazisində) obasıydı. Şəmşəddil sultanlığına Zülqədərovlar başçılıq edirdilər. Zülqədərovlar əsasən Xılxına kəndində yaşayırdılar. Şəmşəddil sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli Çarlığına tabe olsa da, daim müstəqillik uğrunda çarpışmışdı. Tarixdə Şəmsəddin sultanlığı (mahalı) da adlandırılan Şəmşəddil sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmışdı. Şəmşəddilin ilk sultanı Sultan Allahverdi Zülqədər olub. O, 1747-1761-ci illərdə sultanlıq etmişdi. Şəmsəddilin ən qüdrətli sultanı Nəsib sultan olmuşdur (1797-1819). Sultan Allahverdi Zülqədər (1747—1761) Əli sultan Şəmsəddinli (1761—1797) Nəsib sultan Şəmsəddinli (1797—1819) Həmçinin bax Şəmşəddil mahalı Qazax sultanlığı
https://az.wikipedia.org/w/index.php?curid=490686
Şəməsi döyüşü
Şəməsi döyüşü — 1494-cü ildə Şeyx Heydərin oğlu, Şah İsmayılın böyük qardaşı Şeyx Sultan Əli ilə Ağqoyunlu hökmdarı Rüstəm Mirzə arasında baş vermiş döyüş. Yalnız bu döyüşdə Rüstəm Mirzə özü şəxsən iştirak etməmiş, Ebih Sultanı bu tapşırığa göndərmişdi. Döyüşdən əvvəl Şeyx Heydərin öldürülməsindən sonra onun ailəsi İstəxr qalasında əsir kimi saxlanılırdı. Rüstəm Mirzə Ağqoyunlu hökmdarı olduqdan sonra onları həbsdən azad etdirir və Təbrizə gətirdir. Bundan sonra Şeyx Heydərin oğlu Şeyx Sultan Əli Rüstəm Mirzənin tərəfində vuruşmağa başlayır. 1493-cü ildə Ağqoyunlu taxtı uğrunda baş vermiş Rüstəm Mirzə ilə Baysunqur Mirzə arasındakı Əhər yaxınlığında baş vermiş döyüşdə Sultanəli tərəfdarları ilə birlikdə Rüstəm Mirzə tərəfdə vuruşurdu. Döyüş Rüstəm Mirzənin qələbəsiylə başa çatdı və bu qələbədə Sultanəli və tərəfdarlarının da rolu oldu. Döyüşün baş verməsi Ərdəbildəki Səfəvi tərəfdarlarının güclənməsindən qorxan Rüstəm ona və ailəsinə qəsd təşkil etdi. Lakin qəsdin üstü açıldı. Sultanəli ailəsilə birlikdə Ərdəbilə doğru yola çıxdı. Rüstəm Mirzə onların ardınca 5000 süvari yolladı. Döyüşün qaçılmaz olduğunu görən Sultanəli sufi əmirlərinin iclasında "Səfəviyyə" ordeninin başçısı təyin etdi, ailəsini Ərdəbilə yola saldı, özü isə döyüşmək üçün geri döndü. 1494-cü ildə Şəməsi adlanan yerdə baş vermiş döyüşdə qızılbaşlar məğlub oldu. Döyüşün gedişində Sultanəli üstünlük qazansa da, qızılbaşların arxayınlaşması, Əbih Sultanın ordunu yenidən bir yerə yığması nəticəsində o, bu döyüşdə həlak oldu. Döyüşdən sonra Şəməsi döyüşündən sonra Rüstəm Mirzə və sərkərdə Əbih Sultanın səyi nəticəsində 1494-95-ci illərdə Ərdəbildə bir çox Səfəvi müridləri, o cümlədən, Şeyx Heydərin bütün ailə üzvləri öldürüldü. Müridlər yalnız sonralar şah olaraq ailəsinin intiqamını alacaq İsmayılı xilas edə bildilər. İsmayıl Gilana gətirildi, o, burada 1499-cu ilə qədər Gilanın Biyəpiş vilayətinin hakimi Mirzə Əlinin yanında qaldı.
https://az.wikipedia.org/w/index.php?curid=274944
Şəmətük
Şəmətük — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. Etimologiyası Şəm talış dilində "çay sahilində ağacsız çəmənlik", "ə" birləşdirici sait və tük talışca "çəltik əkilən yer", "çəltik tarlası" deməkdir. Tanınmış şəxslər Samrad Eynəliyev (2005–2023).
https://az.wikipedia.org/w/index.php?curid=109281
Şəmətük bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115351
Şən Azərbaycan
Şən Azərbaycan — Azərbaycan bəstəkarı Polad Bülbüloğlunun şair Məstan Günərin şeirinə bəstələdiyi mahnı. Mahnı Rast muğamı əsasında dəyişkən 6/8 (3/4) xanə ölçüsü ilə yazılmışdır. Şən rəqs xarakterlidir. Sovetlər dönəmində vətənpərvərlik mövzusunda yazılmış mahnı Azərbaycan Sovet Sosialist Respublikasına həsr olunmuşdur və müasir Azərbaycanda da olduqca məşhurdur. Mahnı 1970-ci ildə ərsəyə gəlmişdir. Həm rus, həm də Azərbaycan dillərində səsləndirilib. Mahnının sözləri Azərbaycan dilində Qoy mən yenə söhbət açım ilk baharımdan, Nəğməm ilə bir də keçim öz diyarımdan.Nəqərat: Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü, Gəl-gəl deyir şən Azərbaycan. Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır, Hər yanı gülşən Azərbaycan!El qızları düzüm-düzüm Kür qırağında, Min gül açır Gəncəmizin hər budağında. Dost elləri Qarabağın dağ vüqarlıdır, Gen çölləri bu torpağın xoş baharlıdır.Nəqərat: Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü, Gəl-gəl deyir şən Azərbaycan. Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır, Hər yanı gülşən Azərbaycan.Hər damlası layla çalan göy Xəzərin var, Hər ulduzu nəğmə olan min şəhərin var. Keçdim yenə çiçək-çiçək hər mahalından, Öz yurdumun doymaz ürək yüz vüsalından.Nəqərat: Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü, Gəl-gəl deyir şən Azərbaycan. Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır, Hər yanı gülşən Azərbaycan. Rus dili Sovet dövlətinin de-fakto rəsmi dili olduğundan mahnı həm də rus dilində yazılmışdır. Rus dilində olan versiyanın müəllifi Onegin Hacıqasımovdur. SSRİ-nin süqutundan sonra bu versiya Azərbaycanda o qədər də geniş istifadə edilməmişdir. Xarici keçidlər Polad Bül-Bül oğlu - Şən Azərbaycan
https://az.wikipedia.org/w/index.php?curid=578815
Şən Rocer
Şən Rocer (ing. Jolly Roger) — ingilis dilində ənənəvi olaraq XVIII əsrdə dəniz quldurlarının bayrağına deyilən ad. Bayraqda adətən kəllə sümüyü və iki çarpazlaşmış sümükdən ibarət olan simvol əks olunurdu.
https://az.wikipedia.org/w/index.php?curid=434925
Şən və Hazırcavablar Klubu
Klubun çempionları (1961—1972) Klubun çempionları (1986—) Tanınmış KVN-çilər 1960-cı və 1970-ci illər 1980-ci illər 1990-cı illər 2000-ci illər 2010-cu illər
https://az.wikipedia.org/w/index.php?curid=664755
Şən və hazırcavablar klubu
Klubun çempionları (1961—1972) Klubun çempionları (1986—) Tanınmış KVN-çilər 1960-cı və 1970-ci illər 1980-ci illər 1990-cı illər 2000-ci illər 2010-cu illər
https://az.wikipedia.org/w/index.php?curid=532818
Şən Əhvalatlar (1963)
Film heyvanları həddən çox sevən bir ailədən bəs edir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Arif Babayev Ssenari müəllifi: V.Valerov Operator: Seyfulla Bədəlov
https://az.wikipedia.org/w/index.php?curid=272626
Şən əhvalatlar (film, 1963)
Film heyvanları həddən çox sevən bir ailədən bəs edir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Arif Babayev Ssenari müəllifi: V.Valerov Operator: Seyfulla Bədəlov
https://az.wikipedia.org/w/index.php?curid=31935
Şənay (müğənni)
Şənay Yüzbaşıoğlu (türk. Şenay Yüzbaşıoğlu; 19 yanvar 1947, İstanbul – 4 yanvar 2013, İstanbul) — Türkiyə müğənnisi. "Sev Kardeşim" və "Hayat Bayram Olsa" mahnıları ilə tanınmışdır. Həyatı və karyerası 19 yanvar 1947-ci ildə İstanbulda doğulmuş Şənay müğənni karyerasına 1969-cu ildə Erkan Özermanın Ankaradakı "Anaştarlı Bulvar" adlı gecə klubunda başlamışdı. Daha sonra Şənay İstanbul Orkestrində Şerif Yüzbaşıoğlu, Salim Ağırbaş, Atilla Özdemiroğlu, Selçuk Başar, Uğur Başar, Garo Mafyan, Asım Erkendən ibarət orkestrdə İlhan Kayralla birlikdə solist oldu. 1971-ci ildə isə o, orkestrin rəhbəri Şerif Yüzbaşıoğlu ilə ailə qurmuşdu. 1971-ci ildə Şənay Yüzbaşıoğlunun "Benim Olursan/Sev Kardeşim" adlı albomu satışa çıxdı. O, türk pop-musiqisinin ən məşhur ifaçılarından biri idi. Ş.Yüzbaşıoğlunun "Sev Kardeşim", "Hayat Bayram Olsa", "Beyaz Ülke", "Gerçek Nerde?", "Açıl Susam Açıl", "Ve Ağlıyorum", "Varlar Yoklar", "Dön Artık", "Sev Yeter ki", "Dünden Bugüne", "Sessiz Bir Yer" kimi məşhur mahnıları vardı.
https://az.wikipedia.org/w/index.php?curid=310939
Şənay Aybükə Yalçın
Şenay Aybüke Yalçın (1994, Çorum – 9 iyun 2017) — musiqi müəlliməsi. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində musiqi müəllimi təyin olunan Yalçın 2017-ci ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) bələdiyyə sədrinə hücumu zamanı güllənin bədəninə dəyməsi nəticəsində dünyasını dəyişmişdir. Ölümü ciddi rezonans doğurmuş, xatirəsinə müxtəlif təhsil müəssisələrinə onun adı verilmiş, onun həyatından bəhs edən film 2023-cü ildə işıq üzü gördü. Həyatı və öldürülməsi 3 sentyabr 1994-cü ildə Çorum ilinin Osmancıq ilçəsində anadan olub. Valideynləri Xocalı soyqırımından bəhs edən cizgi filmində bir qızın ölümündən təsirlənmiş, həmin obrazının adı olan Aybükəyə, nənəsinin adı Şənayı əlavə edib, qızlarını Aybükə Şənay adlandırılmışdır. Körfez Anadolu Liseyini bitirmişdir. Bu müddət ərzində Edremit Mədəniyyət İncəsənət Dərnəyində musiqi təhsili almışdır. Daha sonra Nəcməddin Ərbakan Universitetinin Musiqi müəllimliyi Bölməsindən məzun olmişdur. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində Anadolu Liseyinə müəllim olaraq təyin olunmuşdur. 9 sentyabr 2017-ci il tarixində uşaqlara qiymətləndirmə şəhadətnamələrini payladıqdan sonra dostları ilə birgə maşına əyləşmiş və yola düşmüşdür. Şəhərdə yan yolda qaçırdığı avtomobildə gözləyən PKK-lı terrorçu Kozluğ ilçə bələdiyyə sədri Veysi İşığa məxsus avtomobil yolun qarşısında olan zaman uzun lüləli silahla avtomobilə atəş açmışdır. Bələdiyyə sədrinin avtomobili manevr edib qaçsa da, terrorçu atəşi dayandırmamış və maşının arxasınca dəfələrlə atəş açmışdır. Bu hücum zamanı Yalçın hadisə yerinə yaxın olmuş, nəticədə güllələrin bir hissəsi ona dəymişdir. Yalçın hadisədə ağır yaralanmış, aparıldığı dövlət xəstəxanasında dünyasını dəyişmişdir. Doğulduğu Osmancıq ilçəsində dəfn edilmişdir. Onun ölümü ciddi rezonansa səbəb olmuşdur. Hadisədən sonra hücumu edən şəxs ərazidən qaçmışdır. Qaçam zaman Jandarma bölməsinin qarşısına gələndə jandarm "dayan!" xəbərdarlığına əməl etməmiş və içində olduğu nəqliyyat vasitəsini partlatmışdır. 22 mart 2018-ci il tarixində bomba qurğusunu hazırlayan "Agit" ləqəbi ilə tanınan PKK üzvünün Batman ilinin Sason ilçəsində çöl bölgəsində jandarma əməliyyatı zamanı öldürüldüyü açıqlanmışdır. Bundan əlavə, Batman 3-cü Ağır Cəza Məhkəməsində baş verən hücumla bağlı işdə 5 nəfər "terror qrupununun silahla təmin edilməsi" ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzaları almışdır. Ölümündən sonra çalışdığı Kozluğ Anadolu Liseyi, məzun olduğu Körfez Anadolu Liseyi, hücumun baş verdiyi Hastane məhəlləsi, məzun olduğu Necmettin Erbakan Universitetində zal, Osmancıq ilçəsində təhsil müəssisəsinə, Kozluğ ilçəsində isə qonaq evinə onun adı verilmişdir. 2 may 2023-cü ildə Rəcəb Tayyib Ərdoğan Gabar dağında yeni neft quyusuna müəllimin adının verildiyini açıqlamışdır. 24 noyabr 2023-cü ildə onun həyatından bəhs edən Aybüke: Öğretmen Oldum Ben filmi nümayiş olundu.
https://az.wikipedia.org/w/index.php?curid=831912
Şənay Yüzbaşıoğlu
Şənay Yüzbaşıoğlu (türk. Şenay Yüzbaşıoğlu; 19 yanvar 1947, İstanbul – 4 yanvar 2013, İstanbul) — Türkiyə müğənnisi. "Sev Kardeşim" və "Hayat Bayram Olsa" mahnıları ilə tanınmışdır. Həyatı və karyerası 19 yanvar 1947-ci ildə İstanbulda doğulmuş Şənay müğənni karyerasına 1969-cu ildə Erkan Özermanın Ankaradakı "Anaştarlı Bulvar" adlı gecə klubunda başlamışdı. Daha sonra Şənay İstanbul Orkestrində Şerif Yüzbaşıoğlu, Salim Ağırbaş, Atilla Özdemiroğlu, Selçuk Başar, Uğur Başar, Garo Mafyan, Asım Erkendən ibarət orkestrdə İlhan Kayralla birlikdə solist oldu. 1971-ci ildə isə o, orkestrin rəhbəri Şerif Yüzbaşıoğlu ilə ailə qurmuşdu. 1971-ci ildə Şənay Yüzbaşıoğlunun "Benim Olursan/Sev Kardeşim" adlı albomu satışa çıxdı. O, türk pop-musiqisinin ən məşhur ifaçılarından biri idi. Ş.Yüzbaşıoğlunun "Sev Kardeşim", "Hayat Bayram Olsa", "Beyaz Ülke", "Gerçek Nerde?", "Açıl Susam Açıl", "Ve Ağlıyorum", "Varlar Yoklar", "Dön Artık", "Sev Yeter ki", "Dünden Bugüne", "Sessiz Bir Yer" kimi məşhur mahnıları vardı.
https://az.wikipedia.org/w/index.php?curid=735278
Şənbi-Qazan
Şənbi-Qazan, Şam Qazan və ya Qazaniyyə (fars. شنب غازان) — Təbriz şəhəri yaxınlığında yerləşən qədim yaşayış məskəni. Günümüzdə Şənbi-Qazan Təbrizin qərbində yerləşən məhəllərdən biridir və şimaldan Axoni meydanı, cənubdan Rahahan, qərbdən isə Qarqar küçəsi ilə əhatələnir. Elxanilər döründə Şənbi-Qazan Təbrizdən 6–10 km məsafədə yerləşən kənd idi. Arqun xan dövründə burada müxtəlif binalar, memarlıq abidələri tikilmişdi. Buna görə də şəhərin ilk adı Arquniyyə olmuşdur, lakin daha sonra Qazan xan dövründə Şənbi-Qazan türbəsinin inşaası ilə bura Qazaniyyə və ya Şənbi-Qazan adlandırılmağa başlandı. Qazan xanın vəfatında sonra cənazəsi Təbrizə gətirilərəj Qazaniyyə qübbəsinə dəfn edilmişdir. Şənbi-Qazan İran, Azərbaycan ,Osmanlı tarixində mühüm rola malik şəhərlərdən biridir. Etimologiyası Qaynaqların verdiyi məlumata əsasən şəhərin ilk adının Arquniyyə olduğu bizə məlumdur, lakin ehtimal olunur ki, şəhər hələ salınmazdan əvvəl bu ərazi Şam Qazan adlanırdı. Şam sözünün mənası isə hamar və bərəkətli yer deməkdir. Burdan da anlaşıldığı kimi Şam Qazan — Qazan xana aid bərəkətli torpaq mənasını daşıyır.Şəhərin bir digər adı olan Şənbi-Qazan sözünün mənası ilə bağlı isə bir neçə variant mövcuddur. Bunlardan ilki Şənb sözünün gümbəz və qübbə kimi tərcüməsidir. Bu zaman Şənbi-Qazan Qazan xanın türbəsi kimi tərcümə edilir, lakin bəzi tarixçilər bu fikrə qarşı çıxaraq, sözügedən ərazinin hələ türbənin tikintisindən əvvəl Şənbi-Qazan adlandırıldığı fikrini irəli sürürlər. Bir digər variant isə professor Məhəmməd Roşana aiddir. Onun fikrincə "Şənb" sözü monqol dilində "cənnət" mənasını verən "Şomb" sözünün abbreviaturasıdır. Şam-Şomb-Şənb sözləri hər üçü monqol dilində "cənnət" deməkdir. Belə ki, Şam Qazan və Şənbi-Qazan "Qazan xanın cənnəti" mənasını daşıyır. 1284-cü ildə (hicri 683) Arqun xan taxta çıxdıqdan sonra Təbrizin Şam bölgəsində Arquniyyə adlı şəhərin tikilməsini əmr etdi. Şəhərin mərkəzində isə görkəmli bir Buddist məbədi inşa edildi. Məbədin ətrafında aristokrat evləri o cümlədən qalıqları günümüzə qədər gəlib çatmış Köşk-i Ədliyyə tikdirildi. Lakin qaynaqların verdiyi məlumata görə Arqun xanın əmri ilə 1290-cı ilin sentyabr ayında tikintisinə başlanan Arquniyyə və ya Kök-i ədliyyə adlandırdığı bu şəhərin inşaası yarımçıq qalmışdır.1295-ci ildə Sultan Mahmud Qazan xanın taxta çıxması ilə Elxani tarixində yeni bir dövr başlayır. İslam dinini qəbul edən Qazan xan Təbrizə gələrək şəhər ətrafındaki bütün qeyri-islami abidələrin dağıdılmasını əmr edir. Bu məbədlərin arasında atası tərəfindən tikdirilən Arquniyyə məbədi də var idi. İnkişaf və tərəqqi ilə yaxından maraqlanan Qazan xan bu abidələrin yerində məscid və xeyirxah işlər görmək məqsədilə Əbuab əl-Bərr adlanan xeyriyyə binası tikdirdi. Yeni şəhərin böyüməsi üçün isə Anadolu və Avropadan gələn səyyahlara mallarını burada açmaları tapşırıldı. Çıxa biləcək çaxnaşamaların qarşısını almaq məqsədi ilə isə Şənbi-Qazan Təbriz tamğacısına tabe etdirildi.Daha sonra Qazan xan buradakı digər imarətləri nümunə alaraq içərisində özünün də dəfn ediləcəyi yeni bir kompleks tikilməsi əmrini verdi. Kompleksin tikintisinə 1297-ci ilin oktyabr ayında başlanıldı. Qaynaqlarda Qazan xanın usta və köməkçilərinin işinə şəxsən nəzarət etdiyi barədə məlumatlar var. Şənbi-Qazan kompleksi Şənbi-Qazanın tikintisi təxmini 7 il davam etdi və tikintidə 14 minə yaxın işçi çalışdı. Rəşidəddinin verdiyi məlumatlara görə "Tarixi mübarəki Qazan" əsərini qələmə alarkən türbənin çöl qisimlərinin tikintisi artıq başa çatmışdı. 1303-cü ildə imarətin böyük bir hissəsinin tikintisi sona çatdı. Vassafın qeydlərinə görə istifadə edilən alət və avadanlıqların əsas hissəsi Anadoludan gətirilmişdi. Yenə bu müəllifə görə divarlar 3 kərpiç qalınlığında idi. Bu kərpiçlərin isə hər birinin ağırlığı 8 kq-a yaxın idi. Kompleksin ən vacib tikintilərindən biri olan qübbənin uzunluğu 32 m eni isə 20 metrə çatırdı. Türbənin forması Olcaytu xanın Sultaniyyə şəhərindəki türbəsi ilə oxşarlıq təşkil edir. Vassafın qeydlərində yazılır ki, kompleksin divarlarından 4300 kq ağırlığında lampalar asılmışdı və bu divarların qalınlığı 3,75 m, hündürlüyü isə 32,5 m idi. Nadir Mirzənin məlumatlarına görə Qazan xan türbəsi kompleksin mərkəzində yerləşirdi. Tarixçi və səyyahların qeydlərinə görə qübbənin divarlarına Qurandan ayələr yazılmışdı. Bundan başqa "Qazan xan" və "Halledellahu mulkehu" kəlimələri və kufi hərfləri ilə Allahın adı da divarlara işlənmişdi.Lakin kompleksin və türbənin inşaası tamamlanmadan Qazan xan vəfat etdi. 17 may 1304-cü ildə Qəzvində vəfat edən xanın cənazəsi kompleksə gətirilərək burada dəfn edildi. Dəfndən 3 il sonra baş verən bie qəzada qübbənin inşaası üçün nəzərdə tutulan taxtaların çökməsi nəticəsində bir çox gürcü, erməni və müsəlman işçilər vəfat etmişdi, lakin Abdullah Kaşaninin qeydlərindən anlaşılır ki, Qazan xanın dəfn edildiyi hissəyə heç bir ziyan dəyməmişdi.Elxani qaynaqları və səyyahların verdiyi məlumatlardan başqa 1318-ci ilə aid Cəmi ət-Təvarix nüsxəsində Şənbi-Qazanın miniatürlərinə rast gəlinir. Miniatürdəgiriş qapısı, geniş həyəti və yüksək divarları ilə kompleks açıq şəkildə təsvir edilmişdi. Həyətin 3 tərəfi binalarla əhatə olmuşdu. Bu binalardan sağda yerləşən binanın kitabəsində "Sultan Mahmud Qazan Xan halledellahu mulkehu və dövlətehu", soldaki binanın kitabəsində isə " La ilahə illa Allah və Muhammədun Rəsul Allah" sözlərinə rast gəlinir. Həyətin mərkəzində türbə yerləşir. Bu "Künbəti Əli" adlandırılan Qazan xan türbəsidir. Miniatürün müəllifi məlum deyil.Şənbi-Qazanın hissələri. Böyük bir mədəniyyət və təhsil müəssisəsi olan Şənbi-Qazan aşağıdakı hissələrdən ibarət idi:1. Kumbed-i Ali (böyük günbəz, Qazan türbəsi), 2. Məscidül-Cami (məscid),3. Mədaris (Hənəfi və Şafililər üçün mədrəsələr),4. Dərvişlər üçün xanəgah (hankah, təkkə)5. Darus-Siyadə (seyidlər üçün mehmanxana),6. Rəsədxana,7. Daruş-Şəfa (xəstəxana)8. Beytül-Qutub (kitabxana)9. Beytül-Qanun (qanunların toplandığı yer, dövlət arxivi), 10. Beytül-Mütəvəlli (mütəvəlli və məmurların qaldığı yer), 11. Hovuzxana (hovuz, dəstəmaz yeri)12. Gərmabə-yi Sebil (isti su-hamam).Komleksdə bu hissələrlə yanaşı "həkimə", "bustan" və "köşk-i ədliyyə" adlanan qisimlər də mövcud idi. Kompleksdə xeyir işləri üçün aşağıdakı məsələlərə də vəsait ayrılırdı: Ziyarət üçün bura gələcək monqol komandirləri və digərləri üçün Köşk — i Ədiliyyədə veriləcək ziyafət yeməyi o cümlədən günlük yeməkləri üçün ərzaqların alınması. Yemək hazırlayan şəxslərin maaşları Hər il Qazan xanın vəfat ildönümündə türbəni ziyarət edən imamların və qonaqların xərcləri, Quran xətimləri zamanı veriləcək sədəqələr. Cümə günlərində məscid, xanəgah, mədrəsə əhli üçün paylanılan şirniyyat üçün vəsait Aşura, Mövlüd bayramı və digər dini günlərdəki xərclər İllik 100 kimsəsiz uşağın təhsili ilə məşğul olan məktəblərin xərcləri Hər il kasıb və ehtiyac sahibi şəxslərə paylanılan paltarların xərcləri 100 uşağın bayram geyimləri, illik xərcləri, sünnət edilməsi və bunlarla məşğul olan təhsil işçilərinin xərcləri Hər il 100 cild Quran alınması üçün çəkilən xərclər Küçəyə atılan uşaqların toplanılması, onların gündəlik xərcləri, peşəyə yiyələnmələri üçün çəkilən xərclər. Bundan başqa bu uşaqlarla məşğul olan işçilərin maaşları 6 aylıq qış mövsümü zamanı qarlı günlərdə quşların yemlənməsi üçün çəkilən yem xərcləri Dul, kimsəsiz qadınlardan 500 nəfərə illik 4 menn(3,5 kq) təmizlənmiş pambıq verilməsi Qul, xidmətçi və balaca uşaqların su daşıyarkən qırdıqları su qabılarının sahiblərinə söylənilmədən yeniləri ilə dəyişdirilməsi üçün çəkilən xərclər və bu işlə məşğul olan şəxslərin maaşı. Təbriz şəhərinin yollarının 8 fərsənglik məsafəyə qədər daşdan təmizlənməsi, su kanallarının və arxların təmizlənməsi üçün çəkilən xərclər. Bəzi qaynaqlara görə Qazan xan Fəzlullah Rəşidəddini Şənbi-Qazana mütəvəlli kimi təyin etmişdi. Lakin Rəşidəddinin Cəmi ət-Təvarix əsərində bu məlumatlara rast gəlinmir. Buna baxmayaraq Rəşidəddinin əsərində Şənbi-Qazan vəqfiyyəsi haqqında verdiyi ətraflı məlumatlar onun vəqfiyyənin əslini gördüyü barədə şüphəyə yer buraxmır. Şəhərin və kompleksin aqibəti Şənbi-Qazanın taleyi də banisi Qazan xan kimi parlaq və qısa oldu. Qazan xanın ölümündən əvvəl verdiyi fərmanda Əbvabul-Birrdəki vəqflərin qorunmasını və xeyriyyə işlərinin davam etdirilərək diqqətdən kənar qalmamasını özündən sonrakı varislərinə vəsiyyət edir. Lakin şəhərin inşaasından 50 il belə keçmədən Qazan xanın ölümü ilə başlayan çaxnaşma və Cəlarilər, Müzəffərilər, Çobanilər arasında hakimiyyət savaşları, eləcə də Elxani dövlətinin süqutu şəhərin də köhnəlib, dağılmasına səbəb olmuşdur. Buna baxmayaraq elmi fəaliyyətlərin davam etdirilməsi burada yetişdirilən alimlərin istifadə etdiyi nisbələrdən bizə məlumdur. Şənbi-Qazan ilk qurulduğu vaxtdan etibarən Təbrizin bir məhəlləsi olmaqla yanaşı, bu şəhərlə bağçalar vasitəsilə birləşən müstəqil bir kənd idi.XIV–XV əsrdə baş verən hadisələrdə şəhərdən orduların düşərgə saldığı yer kimi bəhs olunur. Əmir Teymurun Sultan Əhməd Cəlairi ilə mübarizəsində qonaqladığı Şənbi-Qazan həmçinin Qaraqoyunlu hökmdarı Qara Yusiflə Miranşah arasında baş verən döyüşün də baş verdiyi ərazi idi. Şənbi-Qazan adlanan bu döyüş 1408-ci ildə baş vermişdi. Yenə mənbələrdə Səfəvi və Osmanlı ordularının da burada qaldıqları haqqında məlumatlar qarşımıza çıxır. Şənbi-Qazanın hərbi məqsədlər üçün istifadəsi buranın stratejik əhəmiyyəti ilə yanaşı güclü divarlar ilə əhatə olunması ilə də bağlı idi.Səfəvi hakimiyyətinin ilk illərində Əmir Əbu əl-Vəli və qardaşı Mir Əbu əl-Məhəmmədin Qazan xanın vəqflərində mütəvəlli vəzifəsini yerinə yetirməsi bizə məlumdur. Hafiz Hüseyn Kərbalayinin verdiyi məlumatlara görə bu dövrdə şəhər xalqın ümumi istfadəsinə və ziyarətinə açıq hala gətirilmiş bir məhəllə idi. Müəllifin qeydlərindən aydın olur ki, sözü gedən dövrdə imarət hələ də öz ehtişamını qoruyub saxlamışdı.Rus şərqşünas alim Vladimr Minorski Təbriz və ətrafındaki şəhərlərin dağılmasını iki başlıca hadisəyə əsaslandırır. Bunlardan birincisi şəhərdə baş verən zəlzələlər, digəri isə sünnilər tərəfindən tikilən abidələrə göstərilən münasibətdir. Bu iki səbəblə yanaşı Osmanlı və Səfəvi dövlətləri arasında tez-tez baş verən müharibələri də qeyd etmək olar. Belə ki, XVI əsrin sonu XVII əsrin əvvəllərində baş verən döyüşlər, Təbrizin bir neçə dəfə Osmanlı hücumuna məruz qalması Şənbi-Qazandakı kompleks və divarlara da ciddi ziyanlar vurmuşdu, lakin buna baxmayaraq anonim bir Osmanlı tarixçisinin şəhərin təsviri ilə bağlı qeydlərinə rast gəlirik. Çağdaş mənbələri də təsdiq edən bu təsvirdə XVI əsrin sonunda şəhərin hələ də mövcud olması faktı bizə məlumdur.Türkiyənin Osmanlı arxivlərində Şənbi-Qazanın mahiyyəti ilə birbaşa bağlı olmasa da, adının keçdiyi bəzi arxiv sənədlərinə rast gəlmək mümkündür. Bunlardan Təbriz şəhərinin nüfus və hasilatı ilə bağlı III Murad dövrünə aid bir sənəddə Şənbi-Qazanın adı "Nahiyyə-i Küçəy-i Bağat-ı Təbriz" daxilində "Küçə-yi Bağ-ı Şənb-i Qazan" formasında qarşımıza çıxır.Bu dövrdə kompleksin qübbəsində böyük çatlar meydana gəlsə də tavan hələ də çökməmişdi. Qaynaqlarda Səfəvi şahı I Təhmasibin qübbəni təmir etdirməsi ilə bağlı məlumatlar öz əksini tapır. 1610-cu ildə I Şah Abbas tərəfindən Rəşidiyyə məhəlləsində inşa edilən bir qüllənin tikintisində Şənbi-Qazandan gətirilən materiallardan istifadə edilmişdi. XVII əsrin ilk yarısında Səfəvi ölkəsini ziyarət edən səyyah Adam Oleari Şənbi-Qazanı İstanbuldakı Qalata qülləsinə bənzədir. XVII–XVIII əsrdə Təbrizdə meydana gələn güclü zəlzələlər şəhərə böyük ölçüdə ziyan vurur. 1641-ci ildə baş verən zəlzələdə şəhər ətrafı demək olarki dağılmışdı. 1636-cı ildə Tavernyenin qeydlərində kompleksin dağıntılara baxmayaraq nə qədər hündür olması ilə bağlı məlumatlar var. XIX əsrdə imarətin taleyi ilə bağlı məlumatları Nadir Mirzənin qeydlərindən almaq mümkündür. Müəllif iki dəfə buranı ziyarət etmiş (1869–1870,1883–1884) və son 15 il ərzində kompleksin qalıqlarının xeyli miqdarda azaldığı, müxtəlif çuxurların meydana gəldiyi, qazıntılar nəticəsində aşkar edilən kərpiclərin bir çox alimə pul qarşılığında satılması ilə bağlı məlumatlar verir.1935–1937-ci illərdə burada tədqiqatlar aparan sənət tarixçisi Donald Vilber imarətin qalıqlarının belə təsbit edilməyəcək vəziyyətdə olduğunu bildirir. Hac Hüseyn Naxçıvani də Şənbi-Qazanın aqibəti ilə bağlı verdiyi məlumatlarda buranın böyük bir torpaq yığınına çevrildiyini, yerlərdə kərpiclərdən başqa bir şey qalmadığını qeyd edir.1995,1997, 1998-ci ildə türk tarixçi, professor Osman Özgüdənli Şənbi-Qazana olan ziyarətindən burada Qazan xanın türbə və imarətindən geriyə heç nə qalmadığını, Şam-Qazan adının məhəllə adına çevrildiyini bildirir. O həmçinin qeyd edir ki, türbənin yerləşdiyi yerdə hal-hazırda "İmam Hüseyn" meydanı yerləşir. Burada kompleksə aid daş və kərpiclər isə əhali tərəfindən evlərin tikintisində istifadə edilmişdir. Professor 1998-ci ildə etdiyi 3-cü səfərində üzərində kompleksə aid naxışların olduğu daşların tapılması xəbərini verir. Günümüzdə Təbrizdə "İdarə-i Kull-i Miras-i Ferhengi-yi Azərbaycan-i Şərqi" adlanan yerdə olan daşlar komleksdən günümüzə qədər gəlib çatmış yeganə qalıqlardır. Burada doğulan məşhurlar Husaməddin Salar Şami Mövlanə Bəkşaiş Şami Mövlanə Nizaməddin Şənb Qazani Həmiduddin Şami Cəlaləddin Əmir Çakmak Şami Mövlanə Əmir İsmayıl Şənb Qazani Mirzə Məhəmməd Hüseyni Professor Yəhya Ədl Hüseyn Ağa Şənb Qazani Məhəmməd Sahibnəzər Məhəmməd Rza Zonuzi Rəhim Şəhriyari Məhəmməd Hüseyn Əfşari Tarixi abidələr Şənbi-Qazan hamamı — hicri 1345-ci ildə Mirzə Abbas Əli Şənb Qazani tərəfindən tikdirilmiş tarixi hamam. Eyni yerdə inşa edilən Hammam Sabel adlı qədim hamamın Təbrizdə baş verən zəlzələlər nəticəsində dağılması ilə Şənb Qazan əhalisinin səyləri və köməyi vasitəsi ilə Ağa Mirzə Abbas və Məşhədi Həsən tərəfindən yeni hamam tikilmişdir. Binada Qacar memarlığının xüsusiyyətləri gözə çarpır. Hamamın sahəsi 300 m² dir . Hamam 2013-cü ildə Şərqi Azərbaycan ostanının Tarix və Mədəniyyət abidələrinin qeydiyyatı şurası tərəfindən 29526 nömrəsi ilə milli abidələr siyahısına daxil edilib. Əzəm-əl Mehdiyyə məscidi- Qazan xanın dövründə tikilən sonradan zəlzələ nəticəsində dağılan Böyük Məscidin yerində inşa edilmişdir. Yenə yerli əhalini səyləri ilə inşa edilən məscid köhnə məscidin yerləşdiyi yerin bir neçə metr şərqindədir. Binada islam memarlığı və azəri üslubu diqqətə çarpır. Şənbi-Qazanda yerləşən mərkəzlər Dini mərkəzlər Əzəm-əl Mehdiyyə məscidi Rəzəvi məscidi İmam Səccad məscidi Həsən Bakal məscidi Bab əl-Həvayc məscidi Hz. Əbülfəz Xeyriyyə Evi Tibb mərkəzləri Şahid Taleqani xəstəxanası Şənb Qazan xəstəxanası Təhsil mərkəzləri Şənb Qazan məktəbi Nəbi Əkrəm Universiteti Asveh Universiteti O.G. Özgüdenli. “Reşidüddin Fazlullah-ı Hemedani”. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 2008. 19–21. O.G. Özgüdenli. XIV YÜZYILDA TEBRİZDE BİR HAYIR VE KÜLTÜR KURUMU : ŞENBİ-GAZAN. İstanbul. 2002. 253–290. O.G. Özgüdenli. Gazan Han ve Reformları (1295-1304) & Moğol İranında Gelenek ve Değişim. İstanbul: KAKNÜS YAYINLARI. 2009. səh. 524. ISBN 9789752562127. M.Şemseddin Günaltay. Türk tarihinin ana kaynaklarından Camiüttevarih ve Fazlullah Reşiduddin. 1937. 165–179. Amitai-Preiss, Reuven. Ghazan, Islam and Mongol Tradition: A Vıew from the Maml𝑢̅k Sultanate. 59. London: Oxford University Press. 1996. 23–37. Boyle,John Andrew. Juvaynî and Râshîd al-din as Sources on the History of the Mongols. London: Oxford University Press. 1962. 133–137. Sheila S. Blair. Ilkhanid Architecture and Society: An Analysis of the Endowment Deed of the Rabʿ-i Rashīdī. 1984. 67–90. Donald.N. Wilber. Mimari-i Islami-yi der-dovre-yi Ilhanan. 1967. səh. 136. Nadir Mirzə. Tarix-i coğrafi-yi Daru-s-Saltana Tebriz. 1994. səh. 132. Abdullah Kaşani. Tarix-i Olcaytu Sultan. 1969. A.Sayılı. Gazan han turbesi hakkında bir manzume. İstanbul. 1971. 385–395. Həmçinin bax Fəzlullah Rəşidəddin Elxanilər dövləti
https://az.wikipedia.org/w/index.php?curid=788193
Şənbi-Qazan döyüşü
Şənbi-Qazan döyüşü — 1410-cu ildə Təbriz yaxınlığında baş verən ikinci Şənbi-Qazan döyüşündə Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları Cəlairilər dövlətinin başçısı Sultan Əhmədin ordusunu məğlub edib. Bu döyüşdən sonra Cəlairilər dövlətinin (Cənubi Azərbaycan 1359–1410-cu illərdə bu dövlətin tərkibində olub) mövcudluğuna son qoyulub. Bölgədə siyasi arenaya yeni Azərbaycan-türk dövləti — Qaraqoyunlu dövləti (1410–1468) çıxıb. Teymuriləri məğlub etdikdən sonra Qara Yusif 1409-cu ilin yayını Aladağda keçirmişdi. Payızın əvvəllərində isə Təbrizə qayıdaraq Pir-Ömər və İlyasi Dögərin rəhbərliyi altında Şəkiyə ordu göndərmiş və Şəki hakimi Seyid Əhmədi məğlub edərək Təbrizə qayıtmışdı. Həmin ilin dekabr ayının 10-da Sultan Əhmədöz elçisini Təbrizə Qara Yusifin sarayına göndərərək, Həmədan ərazisinin ona verilməsini tələb edir, lakin Qara Yusif köhnə dostunun istəyini rədd edir və elçisini geri göndərir. Qara Yusifin bu addımı Sultan Əhmədi hiddətləndirir və onun Şeyx Həsəni məğlub etmək üçün Ərzincana getdiyindən xəbər tutub, may ayının 17-də Təbriz üzərinə yürüş edir. Yürüş zamanı Həmədan ətrafı kürd tayfalarını da öz tərəfinə çəkir. Qara Yusifin böyük oğlu Şah Məhəmmədin Xoyda olmasından istifadə edərək 29 iyulda Təbrizə daxil olur. Təbriz əhalisi onu böyük bir coşqu ilə qarşlayırlar. Bundan sonra Sultan Əhmədin Azərbaycanı işğal etməsi və Ərzincanı fəth etməsi ilə bağlı xəbəri eşidən Qara Yusif öz əmirlərini yanına çağıraraq döyüşə girib-girməmək barədə onlardan məsləhət alır. Ertəsi gün Qara Yusif böyük bir ordu ilə Təbrizə doğru yola düşür. Qara-Yusifin gəlişindən xəbər tutan Sultan Əhməd şəhərdən çıxaraq, Təbrizə 2 fərsəx (təqirbi) məsafədə yerləşən Əsəd kəndinə yola düşür. Buranı döyüş üçün uyğun vəziyyətə gətirərək Qara Yusifi gözləməyə başlayır. II Şənbi-Qazan döyüşü 1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş başlandı. Qaraqoyunlu ordusu döyüş meydanına yenə hər zamankı düzülüşlə çıxır. Sağ cinahda Pir Hüseyn bəyin rəhbərliyi ilə Sadlu tayfası, Pir Hüseyn bəyin qardaşı Əmir Pir Məhəmməd bəy və Türkmən bəyləri, Tornaçı boyu başçısı Musa bəy, Qara Yusifin qardaşı oğlu Qazan Sultan, solda isə Məhəmməd Cəngi, Yadigarşah, Seyid Əhməd, Dizək, Əmir Nizaməddin Bistan bəy, Əmir Qara, Bİtlis əmiri Şəmsəddin və başqa bəylərdən ibarət ordu varidi. Mərkəzdə isə Qara Yusif özü və oğulları, Van-Hakkari hakimi Məlik İzzəddin Şir və onun oğlu Məhmməd yer alırdı. Döyüş Əsəd kəndi yaxınlığındakı Şənbi-Qazan adlanan ərazidə baş tutur və türkmən ordusunun böyük zəfəri ilə nəticələnir. Cəlari qoşunu darmadağın edildi, Sultan Əhməd Qara Yusifin əlinə keçdi. Azərbaycanda və İraqda hakimiyyətdən əl çəkməsi haqqında ondan yazılı iltizam alındı və ertəsi gün öldürüldü. Bununla da Cəlarilərin Azərbaycandakı hakimiyyətinə son qoyuldu. Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin göndərdi. Beləliklə, 1410-cu ildə paytaxtı Təbriz şəhəri olan, Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqlarını, indiki Türkiyə Cümhuriyyətinin şərq əyalətlərini, indiki Gürcüstanın şərqini (Borçalı), indiki Ermənistanı, Qərbi İran və İraqı əhatə edən Azərbaycan — Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri seçildi.
https://az.wikipedia.org/w/index.php?curid=311853
Şənbə
Şənbə — dünyanın bir çox ölkələrində həftənin sayca altıncı (bəzilərində yeddinci) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin altıncı günüdür. Şənbə həftədə cümə günü ilə bazar günü arasında yerləşir. Rəsmi sənədlərdə şənbə bəzən qısaldılmış şəkildə ş.- da yazılır. Qədim Romada romalılar bu ğünü Saturna həsr edirdilər. Ona görə də bəzi dillərdə bu gün Saturn sözündən götürülür. Məsələn , ingiliscə Saturday. Azərbaycanca şənbə sözü yəhudi sğzü olan «şabbat» dan götürülüb. Bu söz xristianlıqla birlikdə Avropaya yayılıb. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə şənbə günü axırıncı iş günündən sonrakı ilk istirahət günüdür. Bu gün azərbaycan dilində qeyri-rəsmi şəkildə altıncı gün adlanır. Maraqlı faktlar Slavyanlarda şənbə günü «altılıq» adlanır.7 mart 1967-ci ildə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və ÜİHİMŞ «Müəssisə, idarə və təşkilatların fəhlə və qulluçularının iki istirahət günü olan beşgünlük iş həftəsinə keçməsi haqqında» birgə qərar qəbul etdilər. Bununla da şənbə günü istirahət günü oldu.
https://az.wikipedia.org/w/index.php?curid=50091
Şənbə (roman)
Şənbə - İngiltərə yazıçısı İan MakEvan tərəfindən 2005-ci ilə yazılan və beyin cərrahı Henri Perovnın başına gələn hadisələrdən bəhs edən roman. Əsər 2005-ci ildə Ceyms Tayt Blək Xatirə mükafatını qazandı. Romanda hadisələr şənbəyə təsadüf edən gündə Londonda kütlənin İraqın işğalına etiraz bildirmək üçün mitinqə toplaşdıqları 15 fevral 2005-ci ildə baş verir. Romanın qəhramanının həmin gün işləri vardır, amma bu səbəblər üzündən günü sakit keçmir. Pulitzer mükafatını qazanmış tənqidçi Miçiko Kakutani kitabla bağlı Nyu-Yorkda müsbət fikirlərini yazdı. Yazısında bunları vurğuladı: " MakEvan sadəcə 11 sentyabr hadisələrindən sonra ən təsiredici romanı ortaya çıxarmamış, həmçinin bu gün niyə yaşadığımız üçün nə qədər üstün olduğumuzu xatırladır. Bu romanın əsasını təşkil edir".
https://az.wikipedia.org/w/index.php?curid=384010
Şənbə Gecəsi (film, 1977)
Şənbə Gecəsi Qızdırması (Saturday Night Fever) — John Badhamın çəkdiyi musiqili dram filmidir. Filmin əsas qəhrəmanı, John Travolta tərəfindən canlandırılan Tony Manero həftəiçi ərzində yerli inşaat malları mağazasında işləyir, həftəsonlarını isə diskotekada içmək və rəqs etməklə keçirir. Brooklynda yerləşən bu diskotekada ondan yaxşı rəqs edən yoxdu. Tonynin həyatında həftəsonları rəqs etmək və dostlarından başqa heçnə yolunda getmir, valideynlər bir yandan, çətin iş o biri yandan onu bezdirir. Filmin hekayəsi 1976-cı ildə New York jurnalında Britaniyalı yazıçı Nik Cohnin yazdığı məqaləyə əsaslanır, "Tribal Rites of the New Saturday Night". Təxminən 20 ildən sonra Cohn o məqalənin reallığı əks etdirmədiyini bildirdi. Amerikaya təzə gəldiyinə görə o, burdakı disko həyatı ilə tanış deyildi. Buna görə də Cohn İngiltərədəki mod mədəniyyətinin üzvü olan bir tanışının həyat tərzinə əsaslanıb Tony Monero xarakterini yaratdı.Filmin çox uğurlu alınması disco musiqisinin dünyaca məşhurlaşmasına səbəb oldu. John Travolta isə əvvəldən Welcome Back, Kotter TV şousundan tanınsa da, bu film ilə çox məşhurlaşdı. Filmin Bee Gees tərəfindən ifa olunan soundtrack albumu indiyə kimi ən çox satılan kino musiqisi albumlarından biridir. Film, musiqi, rəqs və disko dövrünü əhatə edən 70-ci illər mədəniyyətinin xüsusiyyətlərini nümayiş etdirir: simfonik orkestralı melodiyalar; bu dövrə xas olan geyim üslubları; cinsi yolla yoluxdurulan xəstəliklərdən müdafiə; və zərif xoreoqrafiya. Filmin davamı kimi Silvestr Stallone tərəfindən çəkilən Staying Alive (1983) filmində də John Travolta baş rol oynayır və Bee Gees qrupu mahnıları onu müşahidə edir. Anthony "Tony" Manero Brooklyn, Nyu-Yorkun Bay Ridge məhəlləsində yaşayan 19 yaşlı İtalyan Amerikandır. O, valideynləri, nənəsi və kiçik bacısı ilə birlikdə yaşayır və kiçik inşaat malları mağazasında perspektivi olmayan işlə məşğul olur. Bu cür həyatdan dincəlmək üçün Tony yaxınlıqdakı 2001 Odyssey disko klubuna gedir. Burda o rəqs meydanının padşahıdı, rəqs bacarıqlarına görə hamı ona heyranlıq və ehtiram göstərir. Tonynin dörd yaxın dostu var: Joey, Double J, Gus və Bobby C. Birdə onu seven Annette adında bir qız var, amma Tony onu sevmir. Tony Annette ilə rəqs yarışmasına qoşulmağa razılaşır. Amma elə birinci məşqdən sonra Tony clubda gördüyü daha yaxşı rəqs eləyən Stephanie Mangano ilə rəqs eləmək qərarına gəlir. Stephanie əvvəlcə razı olmasa da sonra o şərtlə razılaşır ki, onların arasında rəqsdən başqa heç nə olmayacaq. Tonynin böyük qardaşı, kilsədə keşiş olduğuna görə ailənin fəxri sayılan Frank Jr. kilsəni tərk eləmək qərarı ilə bütün ailəni qüssələndirir. Tony qardaşın çox istəsə də indi daha hər kəsin qardaşını ona örnək göstərə bilməyəcəyinə görə biraz şadlanır. Frank Tony-ə deyir ki, o, əslində heç vaxt keşiş olmaq istəməyib, yalnız valideynlərini xoşbəxt eləmək üçün bu qərara gəlib. Buna görə də ona deyir ki, rəqs bacarıqlarından istifadə eləməlidi. Dükandan evə qayıdanda Gus-ı döyürlər. O da dostlarına deyir ki, Barracudas-ın işidir. Elə bu vaxtlar da Bobby C. hamilə olan qatı katolik sevgilisindən canını qurtarmaq yolunu axtarır. Ailəsi ona evlenmək üçün təzyiq göstərir. Frank Bobby-ə deyir ki, çətin Papa ona abort üçün icazə versin, bu da Bobby-nin çarəsizliyini artırır. Dostlar Barracudas-a hücum edib intiqam alırlar. Sonra onlar xəstəxanaya Gus-in yanina gedib bunu deyendə Gus deyirki deyəsən o kimin hücum elədiyini qarışdırıb. Tony dostuna əsəbləşir. Sonra Tony və Stephanie rəqs yarışmasının qalibi seçilirlər, amma Tony elə fikirləşir ki, Puerto Rikalı cütlük daha yaxşı rəqs elədi və hakimlər irqçilik etdilər. O kuboku və pul mükafatını cütlüyə verir və Stephanie ilə gedir. Amma onlar arasında mübahisə yaranır və Stephanie gedir. Tony dostları və Annette ilə getməyə məcbur olur. Kefli dostları yolda onu biraz da əsəbləşdirirlər. Bobby körpüdə maşını saxlayır və körpünün kənarında ehtiyatsızlıq edir. Tony onu dayandırmaq istəsə də, Bobby Tony-nin ona zəng edəcəyini deyib sözünə əməl etmədiyini deyib ona tərəf gəlmir və sonra körpüdən düşür. Dostlarından, ailəsindən və həyatından bezar olan Tony bütün gecəni Manhattana geden metroda keçirir. Səhər o Stephanienin evinə gəlib ondan üzr istəyir və deyir ki, o Manhattana köçmək və yeni həyata başlamaq istəyir. Film Stephanienin Tony ilə dost olmağa razılaşması ilə bitir.
https://az.wikipedia.org/w/index.php?curid=571372
Şəndərşami (Ərdəbil)
Şəndərşami (fars. شندرشامي) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 176 nəfər yaşayır (33 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=764838
Şəngülabad (Bostanabad)
Şəngülabad (fars. شنگل اباد) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 393 nəfər yaşayır (81 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687671
Şəngülabad (dəqiqləşdirmə)
Şəngülabad (Şəbüstər) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. Şəngülabad (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd.
https://az.wikipedia.org/w/index.php?curid=698410
Şəngülabad (Şəbüstər)
Şəngülabad (fars. شنگل اباد) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 426 nəfər yaşayır (124 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=617777
Şənlik
Şənlik (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Şənlik (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şənlik bələdiyyəsi — Azərbaycan Respublikasının Ağcabədi rayonunda bələdiyyə.
https://az.wikipedia.org/w/index.php?curid=71146
Şənlik (Kəlbəcər)
Şeyinli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Şeyinli kəndi Qarabağ yaylasının ətəyindədir. Keçmiş adı Təkdam olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Şeyin adlı şəxs salmışdır. Hazırda oradakı nəsil də şeyinoğlular adlanır. Kəndin ərazisində bu nğsilin adi ilə bağlı bir neçə obyekt qeydə alınmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
https://az.wikipedia.org/w/index.php?curid=91940
Şənlik bizə yaraşır (film, 1974)
Film Lənkəran rayonunun son illərdəki mədəni yüksəlişinə həsr olunmuşdur. Kinolent Lənkəranın sosial-iqtisadi inkişafı, problemləri, mədəniyyəti, ziyalıları və zəhmət adamları haqqında söhbət açır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Əhmədağa Qurbanov Operator: Şərif Şərifov Səs operatoru: Şamil Kərimov
https://az.wikipedia.org/w/index.php?curid=31936
Şənlik bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115346
Şənlik Əliyev
Şənlik Müslüm oğlu Əliyev (1935, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1985–1988), Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1979–1985). Şənlik Müslüm oğlu Əliyev 1935-ci ildə Bakıda anadan olmuşdur.1959-cu ildən Leytenant Şmidt adına zavodda mühəndis, laboratoriya müdiri, baş konstruktorun müavini, zavodun baş mühəndisi işləmişdir. Daha sonra partiya işinə keçirilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur. 20 yanvar 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş və 1985-ci ilədək bu vəzifədə çalışmışdır. 1985–1988-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri olmuşdur. Şənlik Əliyev 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 10-cu və 11-ci çağırış SSRİ Ali Sovetinin deputatı, eləcə də Sov.İKP XXVI və XXVII qurultaylarının nümayəndəsi seçilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=795680