!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şəkər tozu
Şəkər tozu (həmçinin kristalik şəkər, təmizlənmiş saxaroza ağ şəkər adlanır) nəzərdə tutulan ölçüləri 0,2-2,5 mm olan kristal şəklində şəkər olan geniş istifadə olunan qida məhsuludur. Şəkər tozunun istehsalı üçün xammal əsasən şəkər çuğunduru və şəkər qamışıdır. Şəkər tozunun əsas xüsusiyyətləri Kristal ölçüsü - 0,2-2,5 mm Kristal rəngi: ağ, sarımtıl rəngli ağ Saxaroza kütlə payı - 99,55-99,75% (quru maddə baxımından) Nəmin kütlə payı - 0,14-0,15%Əhali tərəfindən birbaşa qida kimi istifadə olunmaqla yanaşı, şəkər tozu qida sənayesində süd konservlərinin, uşaq qidalarının istehsalı, biofarmaseftika sənayesində və s. istifadə olunur. Təxminən eramızdan əvvəl 320-ci ildə Hindistanda beş müxtəlif şəkər növü rəsmi qeydiyyata alınmışdır ki, bunlar arasında bizim üçün vacib olan üç ad var: quda, kanda (müasir ingiliscə konfet sözü ing. candy buradan gəlir) və sarkara. e.ə. 200-cü ilə qədər şəkər qamışı Çində yaxşı tanınırdı, lakin bu bitki yalnız olduğu şəkildə çeynənib istifadə olunurdu. Müasir elmi məlumatlara görə, şəkər tozunu hazırlamaq üçün qamışın vətəni Yeni Qvineyadır. Sonradan tədricən Hindistan və Çinə doğru adalar boyunca şəkər qamışı yayılmağa başlayıb. Ərəb ölkələrinə ilk dəfə şəkər tozu Hindistandan, Avropaya isə ilk dəfə ərəb ölkələrindən şəkər tozunun daşındığı ehtimalı var. Orta əsrlərdə artıq Avropa şəkər tozu ilə tam tanış idi. Bu məhsul keçmiş Çar Rusiyası ərazisinə, o cümlədən Qafqaza təxminən 150 il əvvəl Avropadan gətirilib. O zamanlar şəkər tozu üçün külli miqdarda pul xərcləyərək ancaq apteklərdən əldə etmək mümkün idi. Mübahisələr Şəkər tozunun istifadə olunması ətrafında son onilliklər ərzində geniş mübahisələr gedir. Bir qrup alim şəkər tozu tərkibli məhsulların istifadəsini orqanizm üçün əsas enerji mənbəyi hesab edirsə, digər qrup isə bunun tamamilə əksini düşünür və şəkər tozundan tamamilə imtina edib qlukoza və saxarozaya olan ehtiyacı müxtəlif təzə və quru meyvələrdən almaq lazım olduğunu düşünürlər. Sutka ərzində qəbul edilən əksər qida məhsullarının tərkibində şəkər tozunun olduğunu nəzərə aldıqda müasir insanın gündəlik şəkər qəbulu 20 çay qaşığını keçir və bunun orqanizm üçün olduqca zərərli olduğunu bütün qrup həkimlər qəbul edirlər. Ona görə orta miqdarda kişilər üçün 5, qadınlar üçün isə 3 çay qaşığından artıq gündəlik şəkər tozundan istifadə etmək məsləhət görülmür.
https://az.wikipedia.org/w/index.php?curid=817552
Şəkər xəstəliyi
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Beynəlxalq Diabet Federasiyasının(IDF)məlumatına görə 187 milyondan çox insan isə hələdə diabet olmasından xəbərsizdir. Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il 14 noyabr Ümumdünya diabet günü kimi qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib. Orta əsr təbabətinə görə bu xəstəliyin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez tə"sir göstərir. Keçmiş həkimlər bu xəstəliyin səbəbini böyrək funksiyasının pozulmasında gördüklərindən, onlar müalicəni də böyrəyin qüvvətlənməsi və onun funksiyasının normallaşması istiqamətində aparmışlar. Əgər xəstələrin (xüsusilə cavan yaşlıların) ümumi vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr verirlər. Şəkər xəstəliyi olan şəxslərdə böyrəyin tənzimlənməsi üçün, soyuq və qəbizlik xüsusiyyəti olan yeməklər, turp yeməklər, qora, zirinc, limon, keşniş, düyü işlətmək, sərin havada olmaq tövsiyə olunur. Qədim təbabətdə xəstələri şəkərli maddələr, o cümlədən bal yeməkdən çəkindirməmiş, yalnız xəstəliyin şiddətli dövründə onlara həmin qidaları işlətməyi qadağan etmişlər. Keçmiş təbiblərin əqidəsincə, xəstələr yağlı yeməklərin üzərinə darçın səpsələr, onun zərərini xeyli azaltmış olarlar. Darçın yağların həll olunmasına yaxşı kömək göstərir. Bu xəstəliyə tutulanlara paxla, lobya və dənli bitkilər işlətmək məsləhət görülür. Onlar pəhriz məqsədilə çöl dovşanı və keçi əti yeməlidirlər. Meyvələrdən çiyələk, böyürtkən, əzgil, nar (narı içərisinin tumları ilə birlikdə yemək lazımdır), zirinc, zoğal axtası, qarağat, alma və armud daha faydalıdır. Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralmasıdır. Onlar kartofu kabab kimi və ya buxarda bişirib yeyə bilərlər. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir. Xəstələrin şəkərə olan ehtiyacını tə"min etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30q abqora içsələr, onların şəkəri aşağı düşər. Onlara çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görülür. Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər. Susuzluq. Xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər. Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir. Susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir.
https://az.wikipedia.org/w/index.php?curid=771045
Şəkər çuğunduru
Şəkər çuğunduru (lat. Beta vulgaris) – Tərəçiçəkkimilər fəsiləsindən bitki yarımnövü. Şəkərli bitki olan şəkər çuğundurunun vətəni Aralıq dənizi ölkələri (Yunanıstan) olmaqla sonradan toxumlarını Qafqaza da gətirmişlər. 1747-ci ildə bu bitkidə insan orqanizmi üçün faydalı olan saxaroza maddəsi tapılmışdır. Çuğundurun tərkibində 6-25 % şəkər olmaqla, kökümsov bitkinin yarpaqlarından heyvandarlıqda, kökündən isə şəkər sənayesində istifadə edirlər. Naxçıvan MR-da Şərur, Babək, və Kəngərli rayonlarındakı suvarılan torpaqlarda şəkər çuğunduru plantasiyaları əkilib becərilir. Hələlik Naxçıvanda emal zavodları olmadığından yığılmış məhsullar qonşu İran və Türkiyə dövlətlərinə göndərilir. Xalq təbabətində çuğundurun közdə bişirilmiş formasından daxili xəstəliklərin və tənəffüs yolları iltihabına qarşı istifadə olunur. Xalçaçılıq məmulatlarının boyadılmasında çuğundurun qırmızı aşxana növündən təbii boyaq kimi istifadə olunur Bioloji xüsusiyyətləri Xəstəlik və zərərvericiləri, onlarla mübarizə yolları Həmçinin bax Adi çuğundur Xörək çuğunduru Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=104849
Şəkər əsası dağları
Şəkər əsası dağları (ing. Candy Cane Mountains) — Xızı və Siyəzən rayonlarında şist dağlar. Dağlar adı ilk dəfə Britaniya səyahət yazarı Mark Elliottun "Azərbaycandan Gürcüstana ekskursiyalar" kitabçasında qeyd olunmuşdur. Dağların rənglərini yerdəki dəmir birləşmələrinin oksidləşmə vəziyyətini dəyişdirmiş qrunt sularının nəticəsində almışdır.Şəkər əsası dağlarının tərkibində Təbaşir dövründən qalma belemnitlər mövcuddur. Xarici keçidlər Candy Cane Mountains
https://az.wikipedia.org/w/index.php?curid=614049
Şəkərab (Germi)
Şəkərab (fars. شكراب) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 394 nəfər yaşayır (74 ailə). Şablon:Gərmi şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=766221
Şəkərabad
Şəkərabad — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndi Yarımca kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hacıvar kəndi mərkəz olmaqla, Hacıvar kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndi Hacıvar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkərabad kənd inzibati ərazi dairəsi yaradılmışdır. Toponimikası Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Coğrafiyası və iqlimi Tanınmış şəxsləri İslam Səfərli — şair-dramaturq, tərcüməçi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi. Ülviyyə Həmzəyeva — Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. Abbas Quliyev – Sovet İttifaqı Qəhrəmanı. İqtisadiyyatı 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır. Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Şəkərabad kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=107715
Şəkərbura
Şəkərbura — Azərbaycanda Novruz bayramının simvollarından sayılan şirniyyat növü. Azərbaycanda çox sevilən şirniyyat növüdür. Onun içi ləpə və şəkər tozundan ibarətdir. Onun qıraqlarını bağlamaq üçün burma formasından istifadə olunur. Onun üzərinə nəqqaş vasitəsilə ziq-zaq forma verilir. Şəkərbura— un, yağ, yumurta sarısı, xama, duz, vanil tozu, quru maya, şəkər və süddən hazırlanan xəmirin içinə fındıq, badam və ya qoz ləpəsinin (sürtgəcdən keçirilib xırdalanmış halda) şəkərlə qarışığı qoyulub, bükülməsi ilə əmələ gəlir. Həmin içliyə ədviyyat kimi hil qatılır. şəkərbura Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine Xarici keçidlər Şəkərburanın hazırlanması — Novruz dadı Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=75985
Şəkərbəy
Şəkərbəy — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Şəkərbəy Azərbaycanın qədim bölgələrindən olan Gədəbəyin ən böyük kəndlərindən biridir. Toponimikası Şəkərbəy oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Şəkərbəy dağının ətəyində salındığı üçün belə adlandırılmışdır. Oykonim Şəkərbəyli variantında da qeydə alınmışdır. Əhalisi Azərbaycan türklərinin ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 937 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Gədəbəy rayonu Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=97028
Şəkərbəy (Soyuqbulaq)
Şəkərbəy (fars. شكربگ) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (16 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=574996
Şəkərbəy bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=352584
Şəkərcik
Şəkərcik — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü il avqustun 23-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Toponimikası Kənd Şəkərciklər adı ilə də tanınır. Kəndin adı orta əsrlərdə Qarabağda yaşamış cavanşir tayfasına mənsub şəkərciklər tirəsinin adı ilə bağlıdır. Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan yeri olub. XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri pul ilə ondan alıbdır. O vaxtdan həmin ərazi Şəkər xanımın bostanı, Şəkərin yeri kimi adlandırılmışdır. "Şəkər" sözünə "cik" hissəciyinin artırılması görünür ki, ərazinin kiçik olması ilə əlaqələndirilir. 1593-cü ilə aid olan Osmanlı qaynağında Şəkər mülk, yurd, torpağının adı kimi çəkilir. Yaşayış məntəqəsinin əhalisi əsasən, Hacılı camaatından ibarət olmuşdur. Bəzi mənbələrdə Şəkərcik kəndi yerləşən ərazinin adına Qaraköpək formasında da rast gəlinir. Coğrafiyası və iqlimi Kənd rayon mərkəzinin 2 kilometrliyində, şəhərin şimal-şərqində, düzənlikdə yerləşir. Əhalisi 800 nəfərdir. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub. Mədəniyyəti Kənddə klub və kitabxana mövcud olub. Kənddə məktəb və uşaq bağçası fəaliyyət göstərib. Həmçinin bax Şəkərcik yaşayış yeri
https://az.wikipedia.org/w/index.php?curid=104995
Şəkərcik yaşayış yeri
Şəkərcik — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Şəkərcik kəndinin ərazisində yerləşir. Şəkərcik ərazisində tədqiqatlar zamanı söbut olunmuşdur ki, burada e.ə. I minilliyin əvvəllərində Son Tunc dövrünə aid yaşayış yerləri olub. Arxeoloji axtarış və kəşfiyyat qazıntısı zamanı bu ərazidən küpə, cam, çölmək, qazan, xeyrə və s. gil qab qırıqlarının nümunələri aşkar olunmuşdur ki, bunlar da əldə və dulus çarxında hazırlanmışdır. Buradan dəvəgözü (obsidian) qəlpələri, dəndaşı, daş toxalar da aşkar edilmişdir. Qabların bəzisinin səthi səliqə ilə cilalanmış, hamarlanmış, kəsmə naxışla bəzədilmişdir. Tədqiqatlar bunu deməyə əsas verir ki, qədim dövrlərdə bu ərazilər oturaq əkinçi-maldar tayfalarına məxsus olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=765781
Şəkərdərə (Sərab)
Şəkərdərə (fars. شكردرق) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (7 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=685454
Şəkərdərə Qızıl Yatağı
Şəkərdərə Qızıl Yatağı — Ordubad rayonunda qızıl yatağı Ordubad rayonu ərazisində, Ordubad şəhərindən 30 km, Kələki kəndindən 6 km şimal-qərb, dəniz səviyyəsindən 1500–2000 m hündündədir. Geoloji quruluşunda Orta Eosenin vulkanogen süxurları, həmçinin diorit-porfirit, diabaz daykaları iştirak edir. Mis-qızıl filizləşməsi damarı, damar zonaları və misli-qızıllı ştokverk tipli metasomatitlərdən ibarətdir. Filizli damar və damar zonaları 300–3300 şimaal-qərbdə pozulmalarilə əlaqədardır. Filizli damarlarda qızıl 1,4 q/t, mis 1,9%, qızıllı metasomatitlərdə isə qızıl 1,0 q/t, mis 0,24% -dir. Əsas filiz mineralları: pirit, xalkopirit, sfalerit. Misin törəmə mineralları, sərbəst qızıl. Tekstur əlamətlərinə görə filizlər brekçiya və konsentrik zona tiplidir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 539. ISBN 5-8066-1468-9.
https://az.wikipedia.org/w/index.php?curid=633120
Şəkərim Kudayberdiyev
Şəkərim qazax-qırğızlar arasında məşhur olan arqın tayfasının tobuktılar nəslindən Kudayberdinin oğlu, Kunanbayın nəvəsidir. 1858-ci il iyulun 11-də Rusiyanın işğal etdiyi bölgədə yaratdığı Semipalatinsk qəzası Çingiz nahiyyəsinin Genbulaq kəndində anadan olub. İndi bu kənd Şərqi Qazaxıstanın Abay rayonundadır. Atası Şəkərim 5 yaşında kənd mollasının yanına oxumağa göndərib. Özü isə oğlunun təlim-tərbiyəsiə diqqət yetirib. Lakin 7 yaşında atasını itirdiyindən babası Kunanbayın himayəsində qalıb. Ona görə də onun təhsili və tərbiyəsi ilə əmisi, qazaxıstanın böyük şairi və maarifçisi Abay Kunanbayev məşğul olub. Abay Kunanbayev ona yalnız valideynlik etməyib. Şəkərimə həm müəllimlik edib, həm də onun dünyagörüşünün formalaşmasına istiqamət verib. Formalaşmasında əmisi Abayın təsiri Abayın evi dövrün yalnız oxumuşlarının, ziyalılarının, müsiqicilərinin deyil, həm də ovçuların, pəhlivanların, necə deyərlər atıb-vuranların məskəni olub. Buna görə də Şəkərim kiçik yaşlarından at minməyi, at çapa-çapa sərrast hədəfi vurmağı, şahi quşunu əhilləşdirib onunla ov etməyi öyrənməklə yanaşı, dombrada, qarmonda, şarmankada, skripkada çalmağı, musiqi alətləri düzəltməyi, rəsm çəkməyi mağı, daşyon dəri aşılayıb ondan geyim hazırlamağı də öyrənib. Gənc yaşlarından ədəbiyyata, tarixə, fəlsəfəyə, xüsusən fizikaya böyük maraq göstərib. Mədrəsə, universitet təhsili görməsə də Abay ailəsinə gəlib- gedənlərdən öyrəndikləri onu bir alim, ictimai xadim kimi formalaşdırıb. Doğu filosoflarının, xüsusən sufilərin təsiri altında həqiqət axtarışlarına başlayıb. Bu axtarışlar onu ictimai işlərdə fəal iştirak etməyə haəvəsləndirib. Gəncliyində siyasətlə maraqlanıb, hüququ biliklərini artırıb. Hətta 20 yaşlarında qəza idarəsində işləmək üçün namizədliyini də irəli sürüb. Bölgənin idarəetmə orqanlarında işləyib. Lakin bu iş onu qane etməyib. O, açıq-aşkar görürdü ki, müstəmləkicilər əsarət altına aldıqlara ağır vergilər qoymaqla kifayətlənmir, həm də tayfalar arasında ziddiyət salır. Gəncliyində maarifçi demokratların təsir altında olan Şəkərim Kudayberdiyev türk, ərəb, fars, rus dillərini dərindən öyrənib. Semipalatinski, Omskdən, Orenburqdan kitablar, qəzet və jurnallar gətirdib oxuyan Şakərim görür ki, oxuduğu kitablar onu qane etmir. Odur ki, səyyahətə çıxır, savadlı və müdrik insanlarla görüşələr onlardan öyrənməyə çalışır. Təkmilləşməsi Hafizin, Fizulinin, Nəvainin, Bayronun, Puşkinin, Lermontovun, Nekrasovun, Tolstoyun əsərlərini təhlil edə-edə oxuyub. Sonra da Aleksandr Puşkinin "Dubroviski" haqqında hekayələrini, "Tufan" əsərini nəzmlə, Lev Tolustoyun "Asarxidon", "Üç sual", "Çar Krez" hekayələrini, Biçer-Stoyun "Tom dayının koması" povestini nəsrlə qazax dilinə çevirməklə ana dilinin zənginliyini göstərmiş olub. Qərbi Avropa filosoflarından Oqyust Kont və Artur Şopenqfuerin fəlsəfi əsərlərini dönə-dönə oxusa da sufi dümuagörüşü onu daha çox özünə çəkib. Qazax-qırğızların tarixini dərindən öyrənən, xalqının taleyi üçün narahat olan, xalqının azadlığı və xoşbəxtliyi yollarını axtaran gənc vətənpərvər bədii yaradıcılığa nisbətən geç başlayıb. 1891-ci ildə "Enlik-Kebek" və "Kalkaman-Mamır", 1908-ci ildə "Leyli-Məcnun" poemalarını tamamlayıb. Elm və marif sahəsindəki xidmətlərinə görən 1903-cü ildə Rusiya İmperator Coğrafiya Cəmiyyəti Batı Sibir şöbəsinin üzvlüyünə qəbul edilmişdir. 1906-cı ildə hac ziyarətinə yola düşən Şəkərim Kudayberdiyev uzun bir yolçuluq keçir. O, sadəcə Məkkəyə gedərək hac mərasimində iştirak edib geri qayıtmır. Qahirədəki, İstanbuldakı kitabxanalarda olur, onu maraqlandıran kitabları oxumaqla kifayətlənmir, diqqətini çəkən kitabları alaraq poçt vasitəsilə Semipalatinskiyə göndərir. Məkkədə və Doğunun mədəni mərkəzlərində islam aləmini nüfuzlu ziyalıları, alimləri ilə görüşərək müxtəlif mövzularda müzakirələr aparır. Stolipin irticası adlandırılan illərdə hökumətin baş nazirinin verdiyi qərarların əleyihinə çıxan Şəkərim Kudayberdiyev xüsusən Ruslyanın mərkəzi vilayətlərindəki aztorpaqlı rus kəndlilərinin Qazaxıstana göndərilməsi, qazaxların məhsuldar torpaqlarının alınaraq onlara verilməsi ilə heç cür barışa bilmir. Onun dünyagörüşünün formalaşmasında böyük rolu olmuş Abay və oğlanları Akılbayın, Maqayın ölümündən sarsılaraq tənhalığa çəkilir. Bir müddət zahidvari həyat sürür. Həyatında yeni səhifə Birinci Dünya Savaşı başladıqdan sonra qazaxların güzaranının gündən-günə ağırlaşması hümanist şair-filosofi bərk narahat edir. O, yenidən xalq işərisinə qayıdır, millətinə dar gündə yardım etməyə çalışır. 1916-cı ildə çar II Nikolayın orucluq ayında müsəlmanları cəbhə arxasında işələtmək üçün səfərbərlik elan etməsinin əleyihinə baş verən üsyanı alqışlarla qarşılayanlardan olur. Üsyanın pərakəndəliyi və qan içində boğulması onu çox bədbinləşdirir. 1912–1922-ci illərdə Kenkonda yaşayan Şəkərim Kudayberdiyev çar II Nikolayın taxtan salınıb Müvəqqəti hökumət qurulmasını da, milli qüvvələrin yaratdıqları "Alaş orda" hökumətini də alqışlarla qarşılamır. Vətənini azad və xoşbəxt görməyək istəyən şair-filosof mili qüvvələrin Rusiyanın tərkibində muxtariyyata nail olmaq istəkləri ilə barışa bilmir. Bolşeviklərin, ağqıvardiyaçıların, dutovçuların toqquşmalarını xalqların xeyiri üçün deyil zərər kimi qiymətləndirir. Böyük vətənpərvər filosofun dediyi kimi də olur. İnsanları xoşbəxtliyə çıxaracaqlarını vəd edənlərin apardıqları savaşlar xalqa bədbəxtlik gətirir. Minlərlə insan öldürülür, yüzlərlə kənd və qəsəbə xarabalığa çevrilir. 1913–1924-cü illərdə "Abay", "Aykap", "Şolpan" jurnalları və "Kazak" qəzeyi ilə əməkdaşlıq edən Şəkərim Kudayberdiyev yalnız tərcümələrini deyil, özünün bədii əsər lərini eləcəd də cəmiyyətin müxtəlif problemlərinə münasibətini əks etdirən məqalələrini də çap elətdirir. Din və fəlsəfə sahəsində uzun illər araşdırmalar apararaq "Qurani Kərim"in təfsirini verir, "Müsləmanlığın şərtləri" və "Üç hekayə" adlı kitablarını yazır. 1911-ci ildə nəşr etdirdiyi "Xanların şəcərəsi" kitabı sanki qazax-qırğız xalqının tarixidir. Filosof-şair, bəstəkar, rəssam Sovetlərin gəlişini də xoş qarşılamır. Onların yeritdiyi siyasət nəticəsində 1920–1921-ci illərdə Qazaxıstanı qıtlıq bürüyür. Minlərlə insan acından və yoluxucu xəstəlikdən məhv olur. Əsilzadələrin alçaldılması və təqibi başlayır. Şairin "Unudulmuşun həyatı" avtobioqrafik poeması sadəcə fəlsəfi baxışlarını deyil, həm də qazax xalqının sanki səlnaməsini özündə əks etdirib. Bütün bunlarda bədbinləşən şair-filosof 1922-ci ildə tənhalığa çəkilir. Çingiztaydayın Şapkan adlanan yerindəki ovçu evində yaşamağa başlayır. Onun bu hərəkatı Sovet məmurlarını olduqca rahatsız edir. "Ya bizdən ol, ya bizə qarşı ol!" süarı ilə yaşayan, sosialist inqilabını dünyanın hər yerinə yayacaqlarını, bununla insanları xoşbəxt gələcəyə-kommunizmə aparacaqlarını düşünənlər Şəkərim Kudayberdiyev kimi zəif saydıqları sufi-şairin onlara tabe olmamasını bağışlaya bilmirlər. Həyatın sonu 1928-ci ildə əhalinin malını-mülkünü əlindən alaraq,1930–1930-cu illərin kütləvi aclığını yaradan bolşeviklər Şəkərim Kudayberdiyevi yollarında bir əngəl kimi görürdülər. Fikirləşirdilər ki, tabe etmək istədikləri insanların bir çoxu Şəkərim Kudayberdiyev kimi hərəkət edə bilər. Odur ki, 1931-ci ilin oktyabrında onu öldürüb quyuya atmaqla kifayətlənmir, adının çəkilməsini, əsərlərinin oxunmasını da qadağan edirlər. 1958-ci ildə Şəkərim Kudayberdiyevə bəraət verildi. Lakin onu istintaqsız, məhkəməsiz güllələyənlərə, əsərlərini qadağan edənlərə heç bir cəza verilmədi. Əsərlərinin hamısının çapına isə içazə verilmədi. Neçə deyərlər Şəkərim Kudayberdiyevin əsərlərinə bəraət Sovet hökuməti yıxıldıqdan sonra verildi.
https://az.wikipedia.org/w/index.php?curid=356883
Şəkərli
Şəkərli (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Şəkərli (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Şəkərli-i Ülya (Germi) Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=447612
Şəkərli-i Ülya (Germi)
Şəkərli-i Ülya (fars. شكرلوي عليا) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (14 ailə). Şablon:Gərmi şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=766222
Şəkərli diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Beynəlxalq Diabet Federasiyasının(IDF)məlumatına görə 187 milyondan çox insan isə hələdə diabet olmasından xəbərsizdir. Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il 14 noyabr Ümumdünya diabet günü kimi qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib. Orta əsr təbabətinə görə bu xəstəliyin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez tə"sir göstərir. Keçmiş həkimlər bu xəstəliyin səbəbini böyrək funksiyasının pozulmasında gördüklərindən, onlar müalicəni də böyrəyin qüvvətlənməsi və onun funksiyasının normallaşması istiqamətində aparmışlar. Əgər xəstələrin (xüsusilə cavan yaşlıların) ümumi vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr verirlər. Şəkər xəstəliyi olan şəxslərdə böyrəyin tənzimlənməsi üçün, soyuq və qəbizlik xüsusiyyəti olan yeməklər, turp yeməklər, qora, zirinc, limon, keşniş, düyü işlətmək, sərin havada olmaq tövsiyə olunur. Qədim təbabətdə xəstələri şəkərli maddələr, o cümlədən bal yeməkdən çəkindirməmiş, yalnız xəstəliyin şiddətli dövründə onlara həmin qidaları işlətməyi qadağan etmişlər. Keçmiş təbiblərin əqidəsincə, xəstələr yağlı yeməklərin üzərinə darçın səpsələr, onun zərərini xeyli azaltmış olarlar. Darçın yağların həll olunmasına yaxşı kömək göstərir. Bu xəstəliyə tutulanlara paxla, lobya və dənli bitkilər işlətmək məsləhət görülür. Onlar pəhriz məqsədilə çöl dovşanı və keçi əti yeməlidirlər. Meyvələrdən çiyələk, böyürtkən, əzgil, nar (narı içərisinin tumları ilə birlikdə yemək lazımdır), zirinc, zoğal axtası, qarağat, alma və armud daha faydalıdır. Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralmasıdır. Onlar kartofu kabab kimi və ya buxarda bişirib yeyə bilərlər. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir. Xəstələrin şəkərə olan ehtiyacını tə"min etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30q abqora içsələr, onların şəkəri aşağı düşər. Onlara çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görülür. Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər. Susuzluq. Xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər. Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir. Susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir.
https://az.wikipedia.org/w/index.php?curid=69510
Şəkərparə
Şəkərparə — Türk mətbəxinin istehsalında yumurta istifadə edilən şərbətli bir şirini. Xəmiri hazırlandıqdan sonra, kiçik parçalara bölünüb, yumru formasında ayırılan şəkərparə sobaya qoymadan əvvəl, üstlərinə duzsuz fındıq,püstə, badam, qoz bir ədəd qoyular. Müxtəlif istehsal texnikaları olan şəkərparə, dəyişməyən tək xüsusiyyəti şərbətli olmasıdır; bu səbəblə bəzi bölgələrdə adı "Şərbətli kurabiyə" olaraq da keçər. Fərqli bir qoxu qatmaq məqsədiylə ümumiyyətlə şərbətinə az miqdarda limon suyu, limon qabığı rəndəsi ya da vanil əlavə olunar. Türkiyə də çox köhnə zamanlardan bəri ramazan bayramı üçün xüsusi olaraq bişirilər. Gələn qonaqlara ikram edilər. Xarici keçidlər Arxivləşdirilib 2009-03-10 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=90914
Şəkərqamışı
Şəkərqamışı (lat. Saccharum) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Şəkərqamışı:The Plant List saytında takson barədə məlumat. (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=142920
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər.Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər. Nefrogenik şəkərsiz diabet. Böyrəklər vazopressinə qarşı düzgün reaksiya vermədikdə baş verir. Dipsogen şəkərsiz diabet. Susuzluğun hipotalamik mexanizminin zədələnməsi səbəbindən həddindən artıq maye qəbulu nəticəsində baş verir. Psixi pozuntuları olan və ya müəyyən dərman qəbul edən insanlarda daha çox rast gəlinir. Gestational şəkərsiz diabet. Yalnız hamiləlik dövründə baş verir. Diaqnoz sidik, qan və maye çatışmazlığı analizlərinə əsaslanaraq qoyulur.Şəkərsiz diabetin şəkərli diabet ilə əlaqəsi yoxdur və şərtlərin fərqli bir mexanizmi var, baxmayaraq ki, hər iki halda böyük miqdarda sidik ifraz oluna bilər. Simptomları Həddindən artıq sidiyə getmə, güclü susuzluq və maye qəbulunun artması (xüsusilə soyuq su, buz və ya buzlu su) şəkərsiz diabet üçün xarakterikdir. Həddindən artıq sidiyə getmə və susuzluğun simptomları müalicə olunmamış şəkərli diabetdə müşahidə olunanlara bənzəyir, fərqi sidikdə qlükozanın olmamasıdır. Nadir hallarda bulanıq görmə olur. Bəzi insanlarda susuzlaşma əlamətləri özünü göstərir, çünki bədən istehlak etdiyi suyun çox hissəsini (əgər varsa) saxlaya bilmir. Bol sidik ifrazı gecə-gündüz davam edir. Uşaqlarda şəkərsiz diabet iştaha, qida qəbuluna, çəki artımına və boyuna da təsir edə bilər. Həmçinin şəkərsiz diabet uşaqlarda qızdırma, qusma və ya ishal ilə özünü göstərir. Yetkin insanlarda müalicə olunmamış şəkərsiz diabet sidik itkisini kompensasiya etmək üçün kifayət qədər su istehlak edildikdə, onilliklər ərzində sağlam qala bilərlər. Bununla belə, daimi susuzlaşma və kalium itkisi riski var ki, bu da hipokalemiyaya səbəb ola bilər. Mərkəzi (və ya neyrogen) şəkərsiz diabetin əsas səbəbləri və təxmini tezlikləri aşağıdakılardır: İdiopatik — 30% Bədxassəli və ya xoşxassəli beyin və ya hipofiz şişləri — 25% Kəllə cərrahiyyəsi — 20% Baş zədəsi — 16% Nefrogenik şəkərsiz diabet böyrəklər vazopressinə normal reaksiya vermədikdə baş verir. Dipsogenik şəkərsiz diabet və ya birincili polidipsiya — arginin vazopressin çatışmazlığından deyil, artıq maye qəbulundan qaynaqlanır. Bu, hipotalamusda yerləşən susuzluq mexanizminin qüsuru və ya zədələnməsi və ya ruhi xəstəliklə əlaqəli ola bilər. Desmopressin ilə müalicə su intoksikasiyasına səbəb ola bilər. Gestational Gestational şəkərsiz diabet yalnız hamiləlik və doğuşdan sonrakı dövrdə baş verir. Hamiləlik dövründə qadınlarda ciftdə antidiuretik hormonu parçalayan vazopressinaz istehsal edilir. Gestational şəkərsiz diabetnin vazopressinazanın həddindən artıq istehsalı və ya klirensinin pozulması ilə baş verdiyi düşünülür.Gestational şəkərsiz diabet əksər hallarda vazopressinlə deyil depropessinlə müalicə edilir. Şəkərsiz diabet həmçinin preeklampsiya, HELLP sindromu və hamiləlik dövründə qaraciyərin kəskin piylənməsi də daxil olmaqla bir sıra ciddi hamiləlik pozuntuları ilə əlaqələndirilir. Bir qadın hamiləlik dövründə şəkərsiz diabet diaqnozu ilə müraciət edərsə, bu xəstəliyi nəzərə almaq vacibdir, çünki şəkərsiz diabetin müalicəsi xəstəlik yaxşılaşmadan əvvəl körpənin doğulmasını tələb edir. Bu xəstəliyin vaxtında müalicəsinin olmaması ana və ya körpənin ölümünə səbəb ola bilər. Patofiziologiyası Elektrolit-həcm homeostazı orqanizmin qan təzyiqinə və natrium və kaliumun əsas elektrolitlərinə olan ehtiyaclarını tarazlayan mürəkkəb mexanizmdir. Ümumiyyətlə, elektrolit tənzimlənməsi həcmin tənzimlənməsindən əvvəldir. Bununla belə, həcm ciddi şəkildə tükəndikdə, bədən elektrolit səviyyəsini pozaraq suyu saxlayır.Sidik əmələ gəlməsinin tənzimlənməsi supraoptik və paraventrikulyar nüvələrdə ADH istehsal edən hipotalamusda baş verir. Sintezdən sonra hormon neyrosekretor qranullarda hipotalamus neyronunun aksonundan aşağı hipofiz vəzinin arxa hissəsinə daşınır və orada daha sonra ifraz olunmaq üçün saxlanılır. Nefrogen şəkərsiz diabet distal toplayıcı kanallarda aquaporin kanallarının olmaması (səth ifadəsinin və transkripsiyanın azalması) səbəbindən baş verir. Bu, litium toksikliyi, hiperkalsemiya, hipokalemiya və ya ureterik obstruksiya ilə müşahidə olunur. Buna görə də ADH çatışmazlığı suyun reabsorbsiyasına mane olur və qanın osmolyarlığı artır. Artan osmolyarlıq (böyrək funksiyasını yoxlamaq üçün istifadə olunan testlətdən biri) ilə hipotalamusdakı osmoreseptorlar bu dəyişikliyi aşkar edir və susuzluğu stimullaşdırır. Artan susuzluq zamanı insan polidipsiya (çox miqdarda maye qəbulu) və poliuriya (gündəlik sidik ifrazının artması) dövrlərini yaşayır. Şəkərsiz diabetin irsi formaları kliniki praktikada 10% -dən azını təşkil edir. Şəkərsiz diabeti həddindən artıq sidik ifrazının digər səbəblərindən ayırd etmək üçün qanda qlükoza səviyyəsi, bikarbonat səviyyələri və kalsium səviyyələri yoxlanılmalıdır. Qan elektrolitlərinin ölçülməsi yüksək natrium səviyyələrini aşkar edə bilər (dehidrasiya irəlilədikcə hipernatremiya). Sidikdə osmolyarlıq və elektrolit səviyyəsi adətən aşağı olur.Su çatışmazlığı testi şəkərsiz diabet zamanı bol sidik ifrazının digər səbəblərindən ayırmaq üçün başqa bir üsuldur. Maye itkisində heç bir dəyişiklik yoxdursa desmopressin verilməsi şəkərsiz diabetin səbəb olub olmadığını müəyyən edə bilər. ADH (vazopressin) istehsalının pozulması ADH-yə (vazopressin) qarşı böyrək reaksiyasının pozulmasıBu test bədən çəkisi, sidik ifrazı və sidiyin tərkibindəki dəyişiklikləri ölçür, dehidrasiyaya səbəb olmaq üçün maye qəbulu dayandırılır. Bədənin dehidrasiyaya normal reaksiyası sidiyi konsentrasiya edərək suya qənaət etməsidir. Şəkərsiz diabet olan insanlar su çatışmazlığına baxmayaraq, çox miqdarda qatılmış sidik ifraz etməyə davam edirlər. Bu testə əsasən stabilləşmə, xüsusilə sidik osmolyarlığının artmasının ən azı üç saat ərzində saatda 30 Osm/kq-dan az olması deməkdir. Bəzən bu testin sonuna yaxın qanda ADH-ni də ölçmək lazımdır, lakin bu proses daha uzun çəkir.Əsas formaları ayırd etmək üçün desmopressin stimullaşdırılması da istifadə olunur. Desmopressin inyeksiya, burun spreyi və ya tablet şəklində qəbul edilə bilər. Desmopressin qəbul edərkən insan maye və ya suyu yalnız susadıqda qəbul etməlidir, digər vaxtlarda deyil, çünki bu, mərkəzi sinir sistemində mayenin qəfil yığılmasına səbəb ola bilər. Desmopressin sidik ifrazını azaldırsa və sidiyin osmolyarlığını artırırsa, ADH-nin hipotalamik istehsalı çatışmazlığı yaranır və böyrək ekzogen vazopressinə (desmopressinə) normal cavab verir. Şəkərsiz diabet adətən polidipsiya ilə baş verir, lakin nadir hallarda həm də onun əksi olan adipsiya (və ya hipodipsiya) olduqda da baş verə bilər. "Şəkərsiz diabet" hətta hiperosmolallığa cavab olaraq nəzərəçarpacaq susuzluq kimi tanınır. Bəzi adipsik şəkərsiz diabet hallarında insan desmopressinə qarşı reaksiya verməyə bilər.Mərkəzi şəkərsiz diabetdən şübhələnilirsə, patoloji prosesi (məsələn, prolaktinoma və ya histiositoz, sifilis, vərəm, qranuloma və ya başqa şişlər) müəyyən etmək üçün digər hipofiz hormonlarının testi, həmçinin hipofizin MRT-sı görüntüləməsi lazımdır. Mərkəzi şəkərsiz diabet olan insanların çoxu keçmişdə baş travması alıb. Şəkərsiz diabetin müalicəsində susuzlaşmanın qarşısını almaq üçün kifayət qədər maye içmək tövsiyə olunur. Digər müalicələr xəstəliyin növündən asılıdır.Mərkəzi və gestational şəkərsiz diabet desmopressinlə müalicə olunur. Nefrogenik — əsas səbəbi aradan qaldırmaqla və ya tiazid, aspirin və ibuprofen istifadə etməklə müalicə edilə bilər. Hər il yeni şəkərsiz diabetin hallarının sayı 100.000:3 nəfərdir. Mərkəzi şəkərsiz diabet adətən 10–20 yaş arasında başlayır və kişilərdə və qadınlarda eyni şəkildə baş verir. Nefrogen şəkərsiz diabet hər yaşda başlaya bilər. Mərkəzi və gestational şəkərsiz diabet intranazal və ya oral tablet şəklində olan desmopressinlə və antikonvulsant karbamazepinlə müalicə olunur. Hamilə qadınlarda bu xəstəlik adətən doğuşdan 4–6 həftə sonra öz-özünə keçir, baxmayaraq ki, bəzi qadınlarda sonrakı hamiləliklərində yenidən inkişaf edə bilər. Desmopressin əsas səbəbi aradan qaldırmaq (mümkünsə) və sərbəst su çatışmazlığını əvəz etməklə müalicə edilən nefrogenik şəkərsiz diabetdə təsirsiz olacaq. Tiazid diuretikləri, məsələn, xlortalidon və ya hidroklorotiyazid, mülayim hipovolemiya yaratmaq üçün istifadə edilə bilər ki, bu da proksimal boruda duz və suyun udulmasını stimullaşdırır və bununla da nefrogen şəkərsiz diabetin gedişatını yaxşılaşdırır.Amiloridin əlavə faydası natriumun bloklanmasının qarşısını almaqdır. Tiazid diuretikləri bəzən tiazidlərin yaratdığı hipokalemiyanın qarşısını almaq üçün amiloridlə birləşdirilir. Həddindən artıq diurez (böyrəklərin çox bədən mayesini süzdüyü bir vəziyyət) olan zaman diuretiklərlə müalicə etmək paradoksal görünür və dəqiq təsir mexanizmi məlum deyil, lakin tiazid diuretikləri distal bükülmüş borularda natrium və suyun reabsorbsiyasını azaldır və bununla da diurez yaradır. Bu, plazma həcmini azaldıqdan sonra glomerular filtrasiya sürətini azaldır və proksimal nefronda natrium və suyun udulmasını artırır. Daha az maye distal nefrona çatır, beləliklə ümumi mayenin qorunmasına nail olunur.
https://az.wikipedia.org/w/index.php?curid=786119
Şəkəryazı (Salmas)
Şəkəryazı (fars. شكريازي) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,245 nəfər yaşayır (438 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=573557
Şəkərçeşmə (Əbhər)
Şəkərçeşmə (fars. شكرچشمه) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (9 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=772474
Şəkərçörək
Şəkərçörəyi — Azərbaycan mətbəxinə aid şirniyyat növüdür. Lazım olan məmulatlar Əla növ buğda unu — 350q, ərinmiş yağ — 260q, şəkər kirşanı — 300q, yumurta — 1əd, vanilin — 3q. 500 qr əla növ un, 200 qr ərinmiş yağ, 300 qr şəkər tozu, 15 qr maya, 1 yumurta, 0,3 qr vanilin. Hazırlanma qaydası Ərinmiş yağ şəkər kirşanı ilə 25–30 dəq.çalınır, bu zaman ona az-az yumurta ağı əlavə edilir. Çalıntıya vanilin və ələnmiş un qatılır, xəmir yoğrulur. Həmin xəmirdən 60–70 qramlıq girdə kündələr hazırlanır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175–180 °S istilikdə 25–30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir. Maya yumurta ağında əridilir, üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra şəkər tozu və vanilin əlavə edilib, 20 – 25 dəqiqə möhkəm çalınır. Daha sonra un əlavə edilir və möhkəm qarışıncayadək yoğrulur. Alınmış xəmir xırda – xırda kəsilib girdələnir və bir vərəqəyə düzülür. Sonra üzərinə yumurta sarısı çəkilib, fırında bişirilir. Xarici keçidlər Şəkərçörəyi hazırlanma qaydası Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=84256
Şəkərçörəyi
Şəkərçörəyi — Azərbaycan mətbəxinə aid şirniyyat növüdür. Lazım olan məmulatlar Əla növ buğda unu — 350q, ərinmiş yağ — 260q, şəkər kirşanı — 300q, yumurta — 1əd, vanilin — 3q. 500 qr əla növ un, 200 qr ərinmiş yağ, 300 qr şəkər tozu, 15 qr maya, 1 yumurta, 0,3 qr vanilin. Hazırlanma qaydası Ərinmiş yağ şəkər kirşanı ilə 25–30 dəq.çalınır, bu zaman ona az-az yumurta ağı əlavə edilir. Çalıntıya vanilin və ələnmiş un qatılır, xəmir yoğrulur. Həmin xəmirdən 60–70 qramlıq girdə kündələr hazırlanır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175–180 °S istilikdə 25–30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir. Maya yumurta ağında əridilir, üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra şəkər tozu və vanilin əlavə edilib, 20 – 25 dəqiqə möhkəm çalınır. Daha sonra un əlavə edilir və möhkəm qarışıncayadək yoğrulur. Alınmış xəmir xırda – xırda kəsilib girdələnir və bir vərəqəyə düzülür. Sonra üzərinə yumurta sarısı çəkilib, fırında bişirilir. Xarici keçidlər Şəkərçörəyi hazırlanma qaydası Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=76075
Şəkərəlikəndi (Kəleybər)
Şəkərəlikəndi (fars. شكرعلي كندي) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (20 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=686698
Şəkərəm
Şahkərəm, — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd. (Şəkərəm deyə kənd yoxdu, kəndin əsil adı Şahkərəmdir) 1993-cü ildə Ermənistan Respublikası Silahlı .Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kəlbəcər r-nunun Başhbel i.ə.v.-də kənd. Dəlidağın (Kiçik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini Laçın r-nunda vaxtilə mövcud olmuş Muncuqlu kəndindən köçüb gəlmiş ailələlr salmışlar. Şahkərəm bu ailələrin başçısının adıdır.
https://az.wikipedia.org/w/index.php?curid=674708
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür.Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
https://az.wikipedia.org/w/index.php?curid=134125
Şəlalə (1981)
Mənzərə filmi Azərbaycanın bir neçə mənzərəli guşələrində çəkilmişdir. Burada təbiətin qoynunda insanların necə istirahət etmələrindən danışılır. Filmin heyəti Filmin üzərində işləyənlər Rejissor: Çingiz Möhsünoğlu Ssenari müəllifi: Elçin Operator: Çingiz Möhsünoğlu Səs rejissoru: İsgəndər Qurbanov Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=245323
Şəlalə (film, 1981)
Mənzərə filmi Azərbaycanın bir neçə mənzərəli guşələrində çəkilmişdir. Burada təbiətin qoynunda insanların necə istirahət etmələrindən danışılır. Filmin heyəti Filmin üzərində işləyənlər Rejissor: Çingiz Möhsünoğlu Ssenari müəllifi: Elçin Operator: Çingiz Möhsünoğlu Səs rejissoru: İsgəndər Qurbanov Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=31934
Şəlalə (jurnal)
Şəlalə — Azərbaycanda nəşr olunan ədəbiyyat jurnalı. "Şəlalə" jurnalının ilk nömrəsi 1913-cü il yanvar ayının 19-da işıq üzü görüb. son sayısı isə 4 yanvar 1914-cü il tarixdə nəşr edilməklə cəmi 56 sayıda çıxmışdı.
https://az.wikipedia.org/w/index.php?curid=247595
Şəlalə Hüseynova
Hüseynova Şəlalə Məhərrəm qızı (19 iyul 1975) — Yer elmləri üzrə fəlsəfə doktoru, AMEA Neft və Qaz İnstitutunun elmi katib. Şəlalə Hüseynova 19 iyul 1975-ci ildə Qazaxıstan Respublikası nda anadan olmuşdur. 1992-1997-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsi, mühəndis-geoloq olaraq bitirmiş, 2003-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olmuş və 2008-ci ildə oranı bitirmişdir. 2008-ci ildə AMEA Geologiya və Geofizika İnstitutunun doktoranturası üzrə təhsil almışdır. Əsas elmi nailiyyətləri Müəllif tərəfindən yaradılmış geoloji, geofiziki, termobarik və geokimyəvi elektron məlumat bazası əsasında Bakı arxipelaqı neft və qaz rezervuarlarının 3D və karbohidrogen sistemlərinin 2D modellərinin qurulması və karbohidrogen potensialının qiymətləndirilməsi. Hövzə modelləşdirilməsinin nəticələri əsasında Bakı arxipelaqında flüid generaqsiya intervalının təyin olunması; Eosen, oliqosen-miosen və alt pliosen çöküntülərində karbohidrogenlərin genereğasiya ocaqlarının aşkar edilməsi və onların zaman və məkanca təkamülünün analizi; neft-qaz ana süxurlarının generasiya potensialının realizə dərəcəsinin qiymətləndirilməsi. 3D struktur, litofasial və petrofiziki modelləşdirilməsi əsasında Bakı arxipelaqında Məhsuldar Qatın kollektor süxurlarının xüsusiyyətlərinin dəyişmə qanunauyğunluqlarının aşkar olunması. 2D və 3D hövzə modelləşdirilməsi əsasında Bakı arxipelaqının dərinə gömülmüş çöküntülərinin neft-qazlılıq perspektivlərinin qiymətləndirilməsi və perspektivlik dərəcəsinə görə zonalara ayrılması. Pedaqoji fəaliyyəti Ş.Hüseynova 2013-2016-cı illərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsi Ümumi və tarixi geologiya kafedrasında saat hesabı qaydada müəllim, 2014-2016-ci illərdə Bakı Ali Neft Məktəbinin Neft və qaz mühəndisliyi kafedrasında müqavilə əsasında müəllim, 2017-ci ildən ADNSU-nun Neft-qaz geologiyası kafedrasında əvəzçi müəllim və AMEA Neft və Qaz İnstitutunun magistraturası vəzifələrində çalışmışdır. Ş.Hüseynova Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası üzrə “Hövzə modelləşdirilməsi texnologiyası əsasında Bakı arxipelaqının karbohidrogen potensialının qiymətləndirilməsi” mövzusunda dissertasiya müdafiə edərək Yer elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 38-dən çox elmi əsərinin, 20- dən çox xaricdə çıxmış elmi əsərlərinin müəllifi olan Ş.Hüseynova Avropada keçirilən beynəlxalq elmi konfranslarda dəfələrlə Azərbaycanı müvəffəqiyyətlə təmsil etmişdir. Təltif və mükafatları 2017 – EcoWorld Beynəlxalq Ekoloji Mükafat 2019 – AMEA-nın Yer elmləri Bölməsinin Fəxri fərmanı Ş.Hüseynova bir sıra elmi cəmiyyətlərin, o cümlədən Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Azərbaycan Neftçi Geoloqlar cəmiyyətinin (ASPG), Amerika Neftçi-Geoloqlar İttifaqının (AAPG) üzvüdür. Elmi əsərlərinin adları 1. Miri-zade S.A., Movsumova U.A., Huseynova Sh.M. 3D geological model of the Baku Archipelago, Azerbaijan / AAPG European Region Annual Conference “Exploration in the Black Sea and Caspian Regions”. Kiev, Ukraine, October 17-19, 2010 2. Mirizade S.A., Movsumova U.A., Huseynova S.M. The 3D Petrophysical Model of the onshore-to-offshore zone of the western flank of the South Caspian Basin / 73rd EAGE Conference & Exhibition incorporating SPE EUROPEC 2011. Vienna, Austria, 23-26 May 2011 3. Mirizade S.A., Huseynova Sh.M., Movsumova U.M. Investigation of the reservoir properties variation of productive series within the transition zone of the western flank of the south Caspian basin (Application of 3D modeling) // Azerbaijan geologist , 2013, №17, pp. 42-48 4. Huseynova Sh.M. Features of HC generation and migration in the northern part of Baku Archipelago (South Caspian Basin) based on the results of basin modeling / AAPG European Region International Conference “Exploration in the Black Sea and Caspian Regions. Tbilisi, Georgia, 26-27 September 2013, p. 23 8. Huseynov D.A., Huseynova Sh.M. HC Generation and Migration at the western flank of South Caspian Basin - results of basin modeling / 76th EAGE Conference & Exhibition 2014. Amsterdam RAI, The Netherlands, 16-19 June 2014 11. S.M.Huseynova, G.A.Huseynova. Hydrocarbon potential of the western flank of the South Caspian Basin. 79th EAGE Conference & Exhibition 2017, Paris, France, 12-15 June 2017 12. Sh.M.Huseynova Geochemical characteristics and hydrocarbon potential of the deep deposits in the western flank of the South Caspian basin. Azerbaijan Geologist, 2017, №21, pp. 116-121 14. Malahat Afandiyeva, Ibrahim Guliyev, Shalala Huseynova, Ulvi Vahabov. Biostratigraphy, Sedimentology and Paleogeography of the Miocene-Oligocene section, South-Eastern Edge of the Greater Caucasus. European Geosciences Union (EGU) General Assembly, 7-12 April, 2019, Vienna, Austria. Vol. 21, EGU2019-13122, 2019 15. S.M.Huseynova. Hydrocarbon source rocks within the western flank of the South Caspian basin (Azerbaijan): geochemical study and petroleum system modeling. In book: Advances in Petroleum Engineering and Petroleum Geochemistry (Proceedings of the 1st Springer Conference of the Arabian Journal of Geosciences, Tunisia 2018). Editors: Banerjee, Santanu, Barati, Reza, Patil, Shirish (Eds.). Springer, 2019 16. Shalala Huseynova, Malahat Afandiyeva. Geochemical study and modeling of petroleum systems within the western flank of the South Caspian basin. 81st EAGE Conference & Exhibition 2019, London, UK, 3-6 June 2019 17. N.R.Abdullayev, Sh.M.Huseynova. Distribution and volume of sedimentary rocks in World’s basins - unusual case of the South Caspian Basin. AAPG GTW: Exploration and Production in the Black Sea, Caucasus, and Caspian Region,18-19 September 2019, Batumi, Georgia, P. 76
https://az.wikipedia.org/w/index.php?curid=664972
Şəlalə Məmmədova
Şəlalə Ağakərim qızı Məmmədova — Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın sədri, "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" (2008). Məmmədova Şəlalə Ağakərim qızı 19 iyun 1952-ci ildə Salyan şəhərində anadan olmuşdur. 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1977-ci ildə bitirib. Ailəlidir, 1 övladı var. 1969—1970 Bakı şəhəri, Buzovna qəsəbəsi, Mədəniyyət sarayında uşaq sektorunun müdiri. 1970—1971 M.F.Axundov adına Respublikası kitabxanasında kitabxanaçı. 1972—1977 Respublika Prokurorluğunda ümumi şöbədə katibə. 1977—1982 Respublika Prokurorluğunda məhkəmədə baxılan mülki işlərin nəzarəti üzrə şöbəsində prokuror və böyük prokuror vəzifəsində işləmişdir. 1982—2000 Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuşdur. 2000-ci ilin iyul ayından Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. 2005 Məhkəmə-Hüquq Şurasının üzvüdür. 2006-cı ildən hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri. 2010-cu ilin dekabrın 29-dan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın sədri vəzifəsində çalışır. Mükafatları 1986-cı ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. 2008-ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar hüquqşünas” fəxri adı verilmişdir. 2013- ci ilin 19 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=535854
Şəlalə Quliyeva
Şəlalə Şahvələd qızı Quliyeva (23 yanvar 1977, Mingəçevir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir. 2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb. 2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudu. 9 may 2012-ci il tarixdə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Atası Şahvələd Quliyev Mingəçevir şəhərinin ilk qurucularındandır. Teatr səhnəsindəki rolları Elçin "Ah, Paris… Paris" – Gülbəniz B.Vahabzadə "Özümüzü kəsən qılınc" – Mələk Elçin "Mənim sevimli dəlim" -Şəfqət bacısı V.Rozov "Şadlıq sorağında" – Fira Elçin "Mənim ərim dəlidir" – Qız N.Xəzri "Burla Xatun" – Banuçiçək Ç.Aytmatov "Sokratın anma gecəsi" – Qız H.Həsənov "Brüsseldən məktublar" – Pianoçu X.Qoca "Hərənin öz payı" – Partiyaçı; Jurnalist J.Rasin "Fedra" – İsmena B.Vahabzadə "Rəqabət" – Səbinə A.Kamyu "Anlaşılmazlıq" – Mariya İ.Şıxlı "Ölüləri qəbristanlıqda bastırın" – Qəndab A.Şaiq "Eloğlu" – Telli Ə.Əmirli "Mesenat"- Sürəyya Xanim "Tülkü-tülkü-tünbəki"-İlan Elçin "Teleskop"-Xanım M.F.Axundov "Sərqüzəşti-vəziri-xani Lənkaran"-Şölə Sagarelli "Xanuma"-Tekle V.Hüqo "Qadının məhəbbəti"-Qız Elçin "Şekspir"-Ər-arvad M.Friş "Don Juan"-Selestina C.Məmmədquluzadə "Anamın kitabı"-Gülbahar R.Kuni "Zorən şorqöz"-Pomella B.Nuşiç "Nazirin xanımı" — Dara Yev.Şvarts "Kölgə"- Yuliya Juli E.E. Şmitt" Müsyö İbrahim və Quran çiçəyi"-Bricit Bardo N.Qoqol "Müfəttiş"- Anna Andreyevna Y.Polyakov"Sinif yoldaşları" — Anna Falikova A.Tolstoy "Buratino"-Tülkü Alisa Filmoqrafiya Dəvətnamə (film, 2003) Yanmış körpülər (film, 2007) Akademik Yusif Məmmədəliyev (film, 2005) Bir dəfə Qafqazda (film, 2007) Kuklalar (film, 2009) Qayınana (serial, 2011) — Pərvin Şəbəkə (film, 2011) Qardaşdan yaxşısı yox idi (film, 2010) — Lətifə Üç qız (film, 2005) — muzey bələdçisi Sənə inanıram (serial) — Gülgəz Səni ürəyim sevdi (serial) — Lalə İstəməsən, götürməzsən (Mozalan N 197) Vicdan haqqı (teleserial, 2016) — Zina Qarabağ. İkinci film. " Canım mənim ". — Salatın Əsgərova
https://az.wikipedia.org/w/index.php?curid=62304
Şəlalə Zeynalova
Şəlalə Kərəm qızı Zeynalova (Füzuli rayonu) — Azərbaycanlı baytar (veterinar), tədqiqatçı-alim, Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent. Az. BETİ 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyasının direktoru50-dən çox elmi məqalələrin və tezislərin müəlifidir. 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 elmi-metodiki təlimatın müəllifidir. Bir çox beynəlxalq və yerli layihələrin tərtibatçısı, beynəlxalq elmi-tədqiqat konfranslarının iştirakçısı və məruzəçisi, işçi qruplarının üzvü olmuşdur. Zeynalova Şəlalə Kərəm qızı 9 yanvar 1978-ci ildə Füzuli rayonunda anadan olmuşdur. Ailəlidir, iki övladı var. 2021-ci ilin dekabr ayında elmlər doktoru elmi dərəcəsi üçün Baytarlıq Elmi Tədqiqat İnstitutunda "Azərbaycanda heyvanların nodulyar dermatit, şmallenberq və quduzluq xəstəliklərinin epidemioloji xüsusiyyətləri və molekulyar tədqiqi" mövzusunda ilkin müdafiəni edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasıın qərarı ilə əsas müdafiənin günü təyin olunmalıdır. Tədqiqat işləri Böyük Britaniya, Fransa, BETİ və Respublika Baytarlıq Laboratoriyasında həyata keçirilmişdir. Elmi rəhbəri professor, əməkdar kənd təsərrüfatı işçisi İlham Əzimovdur.İşlədiyi dövrdə laborator müayinələrin təkmilləşdirilməsi, heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlərin yüksək səviyyədə təşkili üçün elmi tədqiqatların aparılması, ölkənin xarici konfrans və seminarlarda yüksək səviyyədə təmsil olunması üçün fəaliyyətdə olmuşdur. Müxtəlif ölkələrdə (Böyük Britaniya, İtaliya, Niderland, Türkiyə, Avstria, İspaniya, Rumıniya, Belçika və s.) təlimlər almış və tədqiqatlar aparmışdır. 2008-ci ildə ABŞ-nin Bioloji Təhlükələrin Azaldılması Proqramı (BTAP) çərçivəsində ilk dəfə olaraq Azərbaycanda xəstəliklərin alovlanma vaxtı, çöl şəraitində PZR müayinəsi aparmaq üçün çevik qrup yaradılır və bu dəstənin PZR müayinəsi üzrə eksperti təyin edilir (MORU). 2012-ci ildə xəstəliklərin elektron müşahidə sistemi – EİDSS proqramının tədbiqi məqsədilə Dövlət Baytarlıq Xidmətində yaradılmış işçi qrupunun üzvü və həmin proqramın təlimçisi olmuşdur. 2015-ci ildə Bioloji Təhlükələrin Azaldılması Proqramı (BTAP) çərçivəsində "Bərdə rayonunda quş qripi və nyukasl xəstəliklərinin bioloji müaşahidəsi" layihəsinin müəllifi və rəhbəri olmuşdur. 2018-ci ildən hal-hazıra kimi, "HORİZON 2020" Defend layihəsininin iştirakçısıdır.23 avqust 2021-ci ildə "International Register of Certificated Auditors" (IRCA — Böyük Britaniya) təşkilatının təlimini keçmiş və imtahan verərək FSSC 22000 standartı üzrə baş auditor sertifikatı almışdır və bu təşkilatın auditorlar siyahısına daxil edilmişdir. Elmi yaradıcılığı İlk dəfə olaraq Azərbaycanda quduzluq xəstəliyinin filogenetik tədqiqatını aparmışddır və ölkədə yayılmış ştamları təyin etmiş və quduzluq virusunun yayılmasında əsas rolu vəhşi heyvanlar deyil, sahibsiz itlər olduğunu müəyyənləşdirmişdir. İlk dəfə 10 nümunə "Azrabies" adı altında Milli Biotexnoloji Məlumat Mərkəzi (NCBİ) portalına yerləşdirilmişdir.Dünyada ilk dəfə qeydə alınmış Şmallenberq xəstəliyinin tədqiqatını aparmış və bu xəstəliyin öyrənilməsində yeni göstəricilər irəli sürmüşdür. Bu təcrübədən ha-hazırda dünya alimləri istifadə edir.İribuynuzlu heyvanların Nodulyar dermatit virus xəstəliklərini araşdırmış, tədqiqatlar aparmış və bu da öz əksini SCOPUS, PubMed kimi nəşrlərdə məqalə şəklində tapmışdır.İlk dəfə Azərbaycanda "quş qripi və nyukasl xəstəliyinin bioloji müşahidəsi" layihəsinin hazırlamış və tədqiqatını aparmışdır. Tədqiqat nəticəsində nümunələrin "heyvanların əziyyət edilməməsi" kimi yeni yanaşmadan istifadə etmişdir və effektiv metod təklif etmişdir. Nəticələr beynəlxalq konfranslarda təqdim edilmişdir.İşlədiyi tanınmış alimlər: 1. Quduzluq layihəsinin həyata keçirilməsində Böyük Britaniyadan olan dünyada tanınmış alimlərlə birgə çalışmışdır. Bunlardan Dr. Dan Horton, Surrey Universitetinin müəllimi. 2. Animal and Plant Health Agency (APHA), virusologiya departamentinin rəhbəri Tony Fooks, 3. Şmallenberq xəstəliyinin öyrənilməsində Christian E. Lange kimi məşhur virusoloqla araşdırma aparmışdır. 4. UCONN, Connecticut Universitetinin (ABŞ) professoru Guillermo Risatti Kitab və təlimatları 1. Kitab/Dərslik: Heyvanların infeksion xəstəlikləri və biotəhlükəsizlik qaydaları2. Kitab/dərs vəsaiti: Biotəhlükəsizlik və mikrobiologiya terminləri izahlı lüğəti.3. Təlimat: Polimeraza Zəncirvari reaksiya 4. Təlimat: Biotəhlükəsizlik qaydaları 5. Təlimat: Quş qripi və nyukasl xəstəliklərinin differensial diaqnostikası Elmi Məqalələri yüksək impakt faktorlu jurnallarda dərc edilmişdir: Biosurveillance study of Schmallenberg disease in Azerbaijan in 2012–2017 "Springer"jurnalı: Schmallenberg virus in Azerbaijan 2012–2018 ""Frontiers in Microbiology" Epizootology and Molecular Diagnosis of Lumpy Skin Disease among Livestock in Azerbaijan Biosurveillance of avian influenza and Newcastle disease viruses in the Barda region of Azerbaijan using real time RT-PCR and hemagglutination inhibition "Cambridge University Press 2017" Assessing the impact of public education on a preventable zoonotic disease: rabies "Zoonosis and Public Health" Epidemiological Characteristics of Human and Animal Rabies in Azerbaijan Elsevier, Working towards development of a sustainable brucellosis control programme, the Azerbaijan example, Research in Veterinary Science Xarici keçidlər Broyler toyuqlara iynə vurulur? — Mütəxəssis Şəlalə Zeynalovadan AÇIQLAMA + VİDEO Gənc Alim və Mütəxəssislər Şurasının ikinci elmi-praktik konfransı keçirilib
https://az.wikipedia.org/w/index.php?curid=759970
Şəlalə modeli
Şəlalə modeli — proqram yazılarkən bir layihənin ərsəyə gətiriliməsində istifadə olunan modeldir. Şəlalə modeli 4 hissədən ibarətdir. Təhlil (analiz) TestProqramların yazılmasında ən məşhur olan bu model digərlərinin təməlini təşkil edir. Mərtəbələr arası keçidlər tez-tez olan bu modeldə geriyə dönüş bahalı ola bilər. Buna görə hər bir mərhələ diqqətlə incələnməlidir. Bu modeldə hər bir mərhələdən sonra yoxlama məqsədi ilə, layihə gözdən keçirilir. Bu gözdən keçirmənin nəticəsində ya cari mərhələ yenidən işlənilir, ya da ki, növbəti mərhələyə keçilir. İşləmə prinsipi İlk olaraq Layihənin təhlili aparılır. Ediləcək olan bütün əməliyyatların siyahısı çıxarılır və SRS (Software requirements specifications , proqram ehtiyac özəllikləri) sənədi hazırlaır. Bu sənədlə birlikdə bir təhlil hesabatı çıxarılır. Sonra bu təhlillərin işığında proram dizayn edilir və proqramın SDD (Software Design Document, Proqram Dizayn Sənədi) hazırlanır. Bütün bunlardan sonra növbəti mərhələyə tətbiqə keçirilir. Bu mərhələdə proqram daha dolğun bir hal alır və bu vəziyyətdə səhvlikləri aşkarlamaq daha asan olur ki, bu da Test mərhələsində həyata keçirilir. Əgər xətalar varsa uyğun yerlərə qayıdıb səhvlər düzəldilir. Bu son mərhələdən sonra proqramın Test hesabatı hazırlanır və proqram istənən hala gətirilir. Üstünlükləri Şəlalə modeli ilk təklif edilən modeldir. Geniş istifadə olunması və müştəri istəklərinə paralel olması ən böyük üstünlüklərindəndir. Əsasən böyük risk tələb edən və müştəri ehtiyaclarının başlanğıcda açıqca bilindiyi layihələrdə istifadə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=329128
Şəlalə Şahvələdqızı
Şəlalə Şahvələd qızı Quliyeva (23 yanvar 1977, Mingəçevir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir. 2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb. 2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudu. 9 may 2012-ci il tarixdə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Atası Şahvələd Quliyev Mingəçevir şəhərinin ilk qurucularındandır. Teatr səhnəsindəki rolları Elçin "Ah, Paris… Paris" – Gülbəniz B.Vahabzadə "Özümüzü kəsən qılınc" – Mələk Elçin "Mənim sevimli dəlim" -Şəfqət bacısı V.Rozov "Şadlıq sorağında" – Fira Elçin "Mənim ərim dəlidir" – Qız N.Xəzri "Burla Xatun" – Banuçiçək Ç.Aytmatov "Sokratın anma gecəsi" – Qız H.Həsənov "Brüsseldən məktublar" – Pianoçu X.Qoca "Hərənin öz payı" – Partiyaçı; Jurnalist J.Rasin "Fedra" – İsmena B.Vahabzadə "Rəqabət" – Səbinə A.Kamyu "Anlaşılmazlıq" – Mariya İ.Şıxlı "Ölüləri qəbristanlıqda bastırın" – Qəndab A.Şaiq "Eloğlu" – Telli Ə.Əmirli "Mesenat"- Sürəyya Xanim "Tülkü-tülkü-tünbəki"-İlan Elçin "Teleskop"-Xanım M.F.Axundov "Sərqüzəşti-vəziri-xani Lənkaran"-Şölə Sagarelli "Xanuma"-Tekle V.Hüqo "Qadının məhəbbəti"-Qız Elçin "Şekspir"-Ər-arvad M.Friş "Don Juan"-Selestina C.Məmmədquluzadə "Anamın kitabı"-Gülbahar R.Kuni "Zorən şorqöz"-Pomella B.Nuşiç "Nazirin xanımı" — Dara Yev.Şvarts "Kölgə"- Yuliya Juli E.E. Şmitt" Müsyö İbrahim və Quran çiçəyi"-Bricit Bardo N.Qoqol "Müfəttiş"- Anna Andreyevna Y.Polyakov"Sinif yoldaşları" — Anna Falikova A.Tolstoy "Buratino"-Tülkü Alisa Filmoqrafiya Dəvətnamə (film, 2003) Yanmış körpülər (film, 2007) Akademik Yusif Məmmədəliyev (film, 2005) Bir dəfə Qafqazda (film, 2007) Kuklalar (film, 2009) Qayınana (serial, 2011) — Pərvin Şəbəkə (film, 2011) Qardaşdan yaxşısı yox idi (film, 2010) — Lətifə Üç qız (film, 2005) — muzey bələdçisi Sənə inanıram (serial) — Gülgəz Səni ürəyim sevdi (serial) — Lalə İstəməsən, götürməzsən (Mozalan N 197) Vicdan haqqı (teleserial, 2016) — Zina Qarabağ. İkinci film. " Canım mənim ". — Salatın Əsgərova
https://az.wikipedia.org/w/index.php?curid=32359
Şəlemtırş
Azərbaycan Respublikası Cənub-Şərq bölgəsi əhalisinin, xüsusən bölgədə yaşayan talışların öynəsində içkilərdən “şit”-süd, “mos”- qatıq, “ayran”- du, “avdux”- yəni qatıqla suyun qarışdırılmasından hazırlanan içki, “şərbətlər”- üzüm və ya başqa məhsullardan hazırlanan şirələr “şəlem tırş” və. sairləri mühüm yer tutur. Bumlardan ag turpa oxşar şalğam bitkisindən hazırlanan içki payız və qış fəsillərində daha önəmlidir. Spirtli içkilərə bölgə əhalisi arasında yer olmamış və bu cur içkilər əsasən XX əsrdən məişətə daxil olmuşdur. Yuxarıda adı qeyd olunan “şəlimtırş” içkisi bu gündə bölgə əhalisinə məxsus içki kimi spesifikliyini saxlayır. “Şəlemtırş” (Şalğamturş) bəhs olunan bölgə əhalisinin ənənəvi içkisi olmaqla əsasən ərazinin ovalıq hissəsi üçün xarakterikdir və qış mövsümündə hazırlanıb istifadə olunan içkidir . Bu içki soyuq və ilıq halda içilməsinə baxmayaraq bədənə quruluq və istilik gətirməklə yanaşı yüksək təzyiqli insanların təzyiqinin normallaşmasına müsbət təsir edir. Hazırlanması İçkinin effektli olması üçün onun hazırlanması qaydalarına tam riayət edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Şəlemtırş hazırlanarkən şalğam bitkisi (şalğam ağ turpa oxşayır, lakin ağ turp deyil və çiy halda yeyilmir) yuyulub təmizləndikdən sonra yarpaqları ayrıca doğranılıb vam odda müəyyən miqdar suyun içərisində qaynadılır. Sonra isə şalğamın kök hissəsinin yumrusu doğranılıb yarpaqları kimi ayrıca qaynadılır. Yumrudan ayrılmış kök (rişə) isə taxta tabaqda daş ilə döyülüb üstünə müəyyən qədər duz əlavə edildikdən sonra ayrıca qabda üzərinə ilıq qaynar su töküb qabın qapağı kip bağlanılmaqla yun parça ilə bükülüb bir neçə saat saxlanılır. Beləliklə, “Şəlemtırş” üçün maya hazırlanılmış olur. Bundan sonra qaynadılmış kök və yarpaqlar sudan çıxarılıb ayrıca qaba yığılır. Kök və yarpaqların qaynadılmış suyunu duruldub onların üzərinə əlavə edirlər. Rişələrdən hazırlanmış maya isə 3-4 saat bükülü halda saxlanıldıqdan sonra kök və yarpaqların üzərinə əlavə edilir və tərkibin olduğu qab yenidən yun parça ilə bükülüb 10-12 saat müddətində sərin havada saxlanılmaqla “Şəlemtırş” içkisi hazır olmuş olur . Bu içki içilərkən içkinin içində olan kök və yarpaqlar da yeyilir. İçki içilərkən nəfəs aldıqda insanın burnunu göynədir. Bu halda şəlemtırşın daha yaxşı hazırlandığı aydınlaşır. Bədənində soyuqluq və rütübət olan şəxslərin burun və bogazı daha çox göynəmiş olur. Bu hal həmin adamın sagalmaya dogru getdiyini aydınlaşdırır. Şəlemtırş içildikdə onun üzərinə müəyyən qədər heyva rübü əlavə olunur ki, burun göynədən acılığı nisbətən azalsın. İçkinin yüksək müalicəvi əhəmiyyəti bədəndən soyuqluğu, rütubəti çıxarmaqdır. Şəlemtırş içkisini soyuq havada 8-10 gün saxlamaq mümkün olur. Bu içki isti yerdə saxlanılarsa bir sutka ərzində qıcqırıb iylənmiş olur və istifadə üçün yararsızlaşır.Qırmızı və ağ turpdan fərqli olaraq şalğam çiy halda yeyilmir . Qara ciyər şişməsi zamanı şalğam içkisindən isdifadə etməklə yanaşı onun kök hissəsini isti ocaq külündə bişirilir və hər gün səhər ac qarına bişmiş şalğam kütləsindən 20-30 qram qəbul edilir (yeyilir) . Qış mövsümündə ağır yağlı xörəklər yeyilərkən şalğam içkisindən daha çox istifadə olunmuşdur. Bu içki iştaha açmaq, əsəbləri sakitləşdirmək, şəkərli diabet xəstəliyi üçün faydalı olmaqla yanaşı, mədə-bağırsaq yollarının, o cümlədən, qaraciyərin və dalağın təmizlənməsində də əhəmiyyətli rol oynayır. Şalğamın sümük və dişləri möhkəmləndirmək, ürək-damar və göz xəstəlikləri, böyrək daşının parçalanması və bədənin immunitetini qaldırmaq üçün faydalılığı qeyd olunmuşdur. Bölgədə bu bitki mədəni formada bitməklə yanaşı həm də yabanı formada bitir. Çox maraqlıdır ki, turp kimi bu bitki də qış mövsümündə, hətta qar altında da inkişaf edir. Müqayisə üçün qeyd edək ki, bu içki Türkiyədə istifadə edilən və şalğam suyu adlandırılan içkidən tamamilə fərqli içkidir. 1. Kəlbiyev H. Azərbaycan Respublikası Cənub-şərq bölgəsi əhalisinin ənənəvi içkisi - şalğamturşun xalq təbabəində yeri (çöl etnoqrafik tədqiqatı)//Ali təhsildə keyfiyyətin təminatı mövzusunda LDU-da keçirilən Respublika Elmi Konfransının materialları (23-24 dekabr 2016-cı il), s.131-132 Xarici keçidlər 1.
https://az.wikipedia.org/w/index.php?curid=536075
Şəlilvənd (Marağa)
Şəlilvənd (fars. شليلوند) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,036 nəfər yaşayır (241 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=612978
Şəlimcaran (Piranşəhr)
Şəlimcaran (fars. شليم جاران) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 300 nəfər yaşayır (50-60 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=577929
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=314761
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
https://az.wikipedia.org/w/index.php?curid=89656
Şəlvə (Laçın)
Şəlvə — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd. Etimologiyası Şəlvə kəndi Şəlvəçay sahilində, dağətəyi ərazidədir. Kəndin adı Şəlvə çayinin adından götürülmüşdür. Şəlvə kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.Şəlvə kəndi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, və işğalçılar tərəfindən yaşayış, sosial və təsərrüfat təyinatlı tikililərin əksəriyyəti yandırılmış və dağıdılmışdır. Kənd əhalisi evlərindən didərgin olunmuş, onların bir qismi Ağcabədi rayonuna yerləşdirilmişdir. Rayonda Laçın rayon Şəlvə kənd 7 illik uşaq musiqi məktəbi yerləşir. Şəlvə kəndi 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Bəzi mənbələrdə kənd əhalisinin kürd əsilli olması qeyd edilsə də aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır. Kənd sakinlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi. Kəndin binasını qoyan və sonralar da kənddə yaşayan əhali azərbaycan türkləri olmuşdur. 1740-cı illərin əvvəllində kənddə yenidən oturaq yaşayışı bərpa edən Qarabayramlı tayfasının Məmmədlər tirəsi olmuşdur. Sonra Tazılar, Abdullar, Nəcəfli, Abdinlər (Avdınlar) və Həsənalılar (etnik təmizləmə nəticəsində Dərələyəzi tərk edən Həsənalı adlı şəxsin törəmələri) tayfasıda bu kənddə məskunlaşır.
https://az.wikipedia.org/w/index.php?curid=89657
Şəlvə (Xocalı)
Şəlvə (əvvəlki adı: Rev) — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Rev kəndi Şəlvə kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şəlvə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Toponimikası Şəlvə kəndi Qarabağ xanı İbrahim xana məxsus mülklərdən biri olmuşdur. Laçın rayonunda Şəlvə kənd adı ilə eynidir. XVIII əsrin ortalarına aid mənbədə Yuxari Qarabagın Xaçın nahiyəsində Şəlvə kəndinin adı qeyd olunur.Kənd dağətəyi ərazidədir. Bu kənddə məskunlaşmış ermənilər zamanında kəndin adı Rev adlanmışdır. Rev türk dillərində “astana”, “sığınacaq” mənasında izah edilir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şəlvə kəndinin əhalisinin sayı 113 nəfər təşkil edirdi. Tanınmışları Vladimir Ohanesyan - Sovet İttifaqı qəhrəmanı Suren Petrosyan - Sovet İttifaqı qəhrəmanı Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=75517
Şəlvə sövməəsi
Şəlvə sovməəsi — Laçın rayonunun Şəlvə kəndinin ərazisində, Şəlvə kəndinin mərkəzində yerləşən və XV əsrdə tikildiyi güman edilən məbəd. Məbəd sovməə tipli alban məbədləri sırasına daxildir. Sovməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Məbəd hal-hazırda Azərbaycanın 27 sentyabrdan etibarən keçirdiyi uğurlu əməliyyat nəticəsində 10 noyabr 2020-ci il tarixində imzalanmış müqaviləyə əsasən 1 dekabr 2020-ci iltarixindən etibarən Azərbaycan Respublikasının nəzarətinə keçmiş qədim Alban məbədidir Şəlvə sövməəsi Laçın rayonunun Şəlvə kəndində XV əsrə aid edilən sövməə tipli alban məbədləri sırasına daxildir. Sövməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan mərkəz tipli bazilikası olan digər sovməələrlə səsləşir, memarlıq quruluşuna görə onlara daha çox bənzərliyi diqqəti cəlb edir. Onlar arasında əhəmiyyətli fərq yalnız qurbangahın qapısının hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlığının saxlandığı yerlərin mövcud olmasıdır. Sövməədə işıqlandırma məsələsi pəncərələrlə həyata keçirilir. Dörd pəncərənin üçü sövməənin şərq divarında, biri isə qərb divarındadır. Sövməəyə giriş tikilinin qərb tərəfindəndir. Yonulmamış yerli, eləcə də qəbirüstü abidə daşlarından və əhəng-qum qarışığından inşa edilən sövməə içəridən yaxşıca suvanmışdı. Şimal divarında yuxarıda ənənəvi qaydaya uyğun olaraq tarixçə yazılsada onu oxumaq mümkün deyil. Yerli şəraitə və materiallara uyğun olaraq divarlar yetərincə qalın şəkildə hörülmüşdür. Hətta qərb tərəfdə hörgünün qalınlığı bəzən 1,4 m-ə çatır. Sövməənin bir çox yerində oxunması mümkün olmayan yazılar aşkar edilmişdir. Sövməənin xaricdən uzunluğu 13,5, eni isə 8,5 metrdir. Sövmənin yenidən tikintisi üçün yerli təbii daşlarla yanaşı əvvəllər onun ətrafında salınmış qədim qəbiristanlıqda olan məzar daşlarından da tikinti materalı kimi istifadə edilməsi açıq aydın görünür. Memarlıq quruluşu Kəndin ərazisində XV əsrdə inşa edilməsi təxmin edilən Şəlvə sovməəsi daha çox diqqəti cəlb edir. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan bir nefli, mərkəz tipli bazilikası olan digər sovməələrlə səsləşir, memarlıq qruluşuna görə onlara daha çox bənzərliyi diqqəti cəlb edir. Onlar arasında əhəmiyyətli fərq yalnız qurbangahın apsisinin hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlığının saxlandığı yerlərin mövcud olmasıdır. Sovməədə işıqlandırma məsələsi pəncərələrlə həyata keçirilir. 4 pəncərənin üçü sovməənin şərq divarında, biri isə qərb divarındadır. Sovməəyə giriş tikilinin qərb tərəfindəndir. Yonulmamış yerli, eləcə də qəbirüstü abidə daşlarından və əhəng-qum qarışığından inşa edilən sovməə içəridən yaxşıca suvanmışdı. Şimal divarınıda yuxarıda ənənəvi qaydaya uyğun olaraq tarixçə yazılsada onu oxumaq mümkün deyil. Yerli şəraitə və materiallara uyğun olaraq divarlar yetərincə qalın şəkildə hörülmüşdür. Hətta qərb tərəfdə hörgünün qalınlığı bəzən 1,4 m-ə çatır. Sövməənin giriş qapısının üzərində timpanının üzərində olan yazı isə yoxdur. Daha doğrusu eroziyaya düçar olaraq müəyyən dəyişikliklərə uğramış və oxunmaz hala düşmüşdür. Həmçinin sövməənin şərq divarında, orta pəncərənin alt hissəsinə hörülmüş qəbirüstü daş üzərində də oxunması mümkün olmayan bir neçə yazı aşkar edilmişdir. Sövməənin xaricdən uzunluğu 13,5, eni isə 8,5 metrdir. Sövmənin yenidən tikintisi üçün yerli təbbi daşlarla yanaşı əvvəllər onun ətrafında salınmış qədim qəbiristanlıqda olan məzar daşlarından da tikinti materalı kimi istifadə edilməsi açıq aydın görünür. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarı hesab edilsə də, əslində bu tikililərin ilk inşa tarixi bizim eranın xristianlıqdan xeyli əvvəlki dövrünə aid olan uçub-dağılmış (uçurulmuş) hər hansı bir tikilinin təməli üzərində yenidən inşa edilməsi ilə nəticələnmişdir. Sovet hakimiyyəti illərində sovməədən müxtəlif vaxtlarda kolxoz və ya sovxoz üçün anbar kimi istifadə edilmişdir. Bu tarixi əhəmiyyətli sövməə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən dövlət tərəfindən 4741 №-li invetar kimi qeydiyyata alınmışdır. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına adı əlavə edilmiş Şəlvə sövməəsinin XV əsrdə inşa edilməsi qeyd edilir. Yetərincə dəyərli memarlıq abidələri sırasına daxil olan sovməənin ərazisində təəssüf ki, heç bir vaxt hansısa xırdaca bir arxeoloji qazıntı işləri aparılmamışdır. Tarixi məlumatlar Şəlvə sövməəsi və ona yaxın ərazilərdə inşa edilmiş bu tip digər sövmələrin nədən hər hansı yaşayış məskəninin ərazisində deyil, məhz qədim qəbristanlıqların ərazisində, həmçinin hər hansı qədim bir tikilinin özülü üzərində inşa edilməsi daha çox düşündürür. BU sövməələrin bu ərazilərdə tikilməsinin əsas səbəbi bu yerlərə çox da yaxın olmayan ərazilərdə baş verən amansız müharibələrdən canını qurtaran xristianların uca dağların əlçatmaz yamaclarının keçilməz sıx meşəlik hissəsinə sığınaraq türklərlə birgə yaşamaları oldu. Getdikcə sayı artan xristian əhali qədimdən qalma irili-xırdalı bütün qeyri-xristian məbəd və tikililəri xristianlaşdırdılar. Türk əhali isə həm yaylağa və arana edilən köçlər, həm də tez-tez baş verən müharibələr səbəbindən nə bu prosesə qarşı çıxırdı, nə də onlara maneəçilik törətmirdilər. Bu proses zamanı qəbristanlıqların ərazisinin seçilməsi isə tikintinin asan və ucuz başa gəlməsi ilə yanaşı din pərdəsi altında apaılan tikinti işlərinə haqq, bəraət qazandırmaq olmuşdur. Tikinti işlərində təkcə tikinti qalıqları deyil, ərazidə ki, məzar daşlarından da istifadə edilirdi. Bu cür tikinti işləri XVI əsrin sonu XVII əsrin əvvəllərində son həddə çatdı. Uzun sürən müharibə və qarətlərdən təngə gəlmiş yerli türklərin bir çoxu artıq qışı yaylaqda qalır, qışlağa dönmürdü. Bu səbəbdən də xristian əhali yavaş-yavaş bu əraziləri tərk etməyə başladı. XVIII əsrin ortalarında Qarabağ xanlığının yaranması bu ərazilərdə yaşayan xristian əhalinin (etnik mənşəcə albanlar) dağları tərk etməsi işini bir azda sürətləndirdi. Xanlığın tam möhkəmlənməsi və vergilərin toplanmasına başladıqdan sonra bu proses demək olar ki, başa çatdı. Və bundan sonra yerli türklərin islam dininə qulluq etməsindən məharətlə istifadə edən haylar bu sahibsiz qalmış kilsələri özününküləşdirərək, özləri üçün saxta tarix yaratmağa üstünlük verdilər. XVIII əsrin ortalarından başlayaraq Rusiyanın himayəsi altında ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi Azərbaycan torpaqlarına köçürülməsinə başlandı. Bu köçürmələrdən qaynaqlanan erməni dövlətinin yaradılması heç də təsadüfi hadisə deyildir. Əsrlərlə davam edən bu siyasət hal-hazırda da davam edir. 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonu, o cümlədən Şəlvə kənd ərazisində hayların qeyri-qanuni məskunlaşdırılması bugünkü yerli hay mətbuatında yetərincə etiraf edilir. Belə ki, Ermənistan KİV-nin verdiyi məlumata əsasən kənd ərazisinə yeni məskunlaşan hayların sayı həm köçürülmə, həm də doğum nəticəsində durmadan artır. Xarici keçidlər "XV əsrə aid edilən sövməə tipli alban məbədi". muzey-servetleri-ebm.az. İstifadə tarixi: 04.05.2021. ""QARABAĞ – MƏDƏNİYYƏTİMİZİN BEŞİYİ": ŞƏLVƏ SÖVMƏƏSİ - LAÇIN". www.youtube.com. İstifadə tarixi: 04.05.2021. ""Qarabag mədəniyyətimizin besiyi": Şəlvə sövməəsi". open.az. 2021-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 04.05.2021. Həmçinin bax Şəlvə (Laçın)
https://az.wikipedia.org/w/index.php?curid=571204
Şəlvəçay
Şəlvəçay — Azərbaycan Respublikasının Laçın rayonunun Şəlvə kəndinin ərazisində çay. Şəlvəçay adını ərazisindən axdığı Şəlvə kəndindən almışdır. Bol su ehtiyatlarına malik olan Şəlvə çayı Laçın rayonunun ərazisindən axır. Çay Minkənd çayı ilə birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur. Şəlvəçayın uzunluğu 42 km, hövzəsinin sahəsi 582 km²-dir, çay Mıxtökən silsiləsindən (2580 m hündürlükdən) başlanır. Hocazsu çayı ilə birləşərək Həkəri çayını əmələ gətirir. Axımı əsasən yeraltı (62%), qismən qar və yağış sulardan əmələ gəlir. İqlim şəraitindən asılı olaraq çayın suyunun həcmi fəsillər üzrə artıb azalır. Yaz və yay aylarının əvvəllərində qar suları və yağıntılar çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-may aylarında) çayın illik axımı maksimum həddə çatır. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.. İllik orta su sərfi (Pircahan kəndi yaxınlığında) 9,0 kub.m/saniyə həcmindədir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla minerallaşmaya və daimi axara malikdir. Şəlvə çayın suyundan yaxınlığından keçdiyi bütün kəndlərin ərazisində bağ-bostan suvarma işlərində, eləcə də başqa sahələrdə (əsasən su dəyirmanları işlətməkdə) geniş istifadə edilirdi
https://az.wikipedia.org/w/index.php?curid=299386
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
https://az.wikipedia.org/w/index.php?curid=156623
Şələ (nəqliyyat)
Şələ — ən qədim yükdaşıma qaydalarından biri. Ümumi məlumat Şələ - bağlama yük daşıması formasına oxşasa da ondan tamamilə fərqlənir. Şələ vasitəsilə odun, ot, dərz, təndir üçün corpə və s. daşıyırdılar. Şələni düzəltmək üçün muəyyən yükü üst-üstə yığıb bir necə yerindən ilgəkili və ya doğanaqlı irəşmə, çatı vasitəsilə sarıyır, sonra bellərinə qaldırırdılar. Kəndlərimizdə bu üsuldan hal- hazırda da geniş ə istifadə olunur. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=156613
Şələ papaq
Şələ papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar. Ənənəvi kişi baş geyiminin ən vacib elementi sayılan papaq keçmişdə əməli vəzifə daşımaqla yanaşı, həm də qeyrət, namus, şərəf və igidlik rəmzinə çevrilmişdi. Xüsusilə sür dəridən tikilmiş börk geyən kişilər nəinki ədalətsiz bir iş görməyi özlərinə rəva bilməz, hətta başqalarının haqsız əməlinə dözməyib, onu cəzasız buraxmağı öz qeyrətlərinə sığışdırmazdılar. Məhz bu səbəbdən də keçmiş məişətdə qeyrət və hünər rəmzi sayılan papaq (börk) səhər tezdən gecə yatana qədər kişilərin başında qalardı. Hətta süfrə ətrafında çörək yeyən zaman kişilər onu başlarından çıxarıb kənara qoymazmışlar. Tarix boyu davam edən ənənəyə görə, yalnız gecə yatağa girib yatan zaman papaq başdan çıxarılardı. Hətta ahıl və qoca kişilər gecələr yatan zaman başlarına papağı əvəz edən təsək və ya külah (şəbkülah) qoyardılar. Dəri papaqlar formasına və geyilmə tərzinə görə məhəlli və zümrə xüsusiyyəti daşıyırdı. Papağın formasına əsasən onun sahibinin hansı zümrəyə mənsub olmasını və hansı bölgədə yaşadığını bilmək olurdu. Dəri papaqlar habelə rənginə görə də fərqləndirilirdi.Əhali arasında dəri papağa tələbat böyük olduğuna görə Azərbaycanda papaqçılıq sənəti geniş yayılmışdı. Keçən yüzilin 50-ci illərində Bakı, Gəncə, Lənkəran, Quba, Şəki, Şamaxı, Şuşa, Naxçıvan şəhərlərində 650 nəfərədək papaqçı vardı. Təkcə Şəkidə 230-dan çox papaqçı fəaliyyət göstərirdi.
https://az.wikipedia.org/w/index.php?curid=829872
Şələmzar
Şələmzar-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Kiyar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,003 nəfər və 1,671 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
https://az.wikipedia.org/w/index.php?curid=293057
Şələquyruq qızıl balığı
Qızılı balıqcıq, Şələquyruq qızıl balığı?, Yapon balığı? (lat. Carassius auratus) Çəkikimilər dəstəsinin Çəkilər fəsiləsinin Daban balıqlar cinsinə aid balıq növü. Çarprazlama üsulu istehsal ilə fərqli rənglərdə və bədən quruluşunda çox növü çıxarılmışdır. Şələquyruq qızıl balığı soyuq suda da yaşaya bilərlər. Tapıldıqları akvariumlarda tək cins olaraq bəslənirlərsə isidiciyə ehtiyac yoxdur. Su istiliyinin 25 dərəcə üstündə olması sağlamlıqlarına mənfi təsir edər. Koi olaraq adlandırılan törəmələri hovuzlarda 59 sm boy, 4.5 kq ağırlığa çata bilərlər. Lazımlı şərtlər və damızlıklar təmin edilsə akvariumda çıxarılması mümkündür. Yumurta tökərək törəyərlər. Qəlsəmə qapaqlarının kənarı ağ olsa bu kişidir. Yumurtlamağa hazır olan dişinin qarını şişər, kişinin qəlsəmə qapaqlarında nöqtələr çıxar və davamlı dişini anüs bölgəsinə vuraraq qovalar. Yumurta tökən dişinin ardından kişi spermalarını boşaldar. Balıqlar izlənilməli yumurtlama bitdikdən sonra bərabər dərhal başqa akvariuma alınmalıdır . Lakin yapon balıqları artıma əsnasında suyu dümağ edər. Bu da törəmənin müşahidə edilməsi üçün mənfi bir istiqamətdir . Tankın dibinə misket döşəmək yumurtlamadan sonra cütlərin öz yumartalarını yeməməsi üçün tətbiq olunan bir üsuldur. Yumurtaların olduğu tanka uyğun miqdarda metilen mavisi əlavə olunaraq, ventilyasiya davamlı işlədilməli yumurtaların göbələkləşməsinə icazə verilməməlidir. Çox kiçik ölçülərdə yumurtadan çıxan bala balıqları böyütmək diqqət və təcrübə istər.
https://az.wikipedia.org/w/index.php?curid=111756
Şəmayı
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də prosses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı. Son illərdə müxtəlif antropogen təsirlər və ovun düzgün təşkil edilməməsi nəticəsində Şəmayı ehtiyatı kəskin azalmışdır.Lənkəran şəmayısının ovu ildə 30 sentnerdən çox olmur.Şəmayı ehtiyatını artırmaq məqsədilə Varvara balıqartırma zavodunda mütəxəssis - alimlər tərəfindən onun süni artırılması sahəsində xeyli iş görülmüşdür ki, bu da şəmayı balığı ehtiyatının bərpa olunmasına kömək edir. Cinsə 45 növ daxildir: Alburnus adanensis Battalgazi, 1944 (Adana şəmayısı) †Alburnus akili Battalgi, 1942 (Beyşehir şəmayısı) Alburnus albidus O. G. Costa, 1838 (İtaliya Şəmayısı) Alburnus alburnus Linnaeus, 1758 (Adi şəmayı) Alburnus amirkabiri Mousavi-Sabet, Vatandoust, Khataminejad, Eagderi, Abbasi, M. Nasri, Jouladeh & Vasil'eva, 2015 Alburnus arborella Bonaparte, 1841 Alburnus atropatenae L. S. Berg, 1925 Alburnus attalus Özuluğ & Freyhof, 2007 Alburnus baliki Bogutskaya, Küçük & Ünlü, 2000 (Antalya şəmayısı) Alburnus battalgilae Özuluğ & Freyhof, 2007 Alburnus belvica Karaman, 1924 Alburnus caeruleus Heckel, 1843 Alburnus carinatus Battalgil, 1941 Alburnus chalcoides Güldenstädt, 1772 †Alburnus danubicus Antipa, 1909 Alburnus demiri Özuluğ & Freyhof, 2008 Alburnus derjugini L. S. Berg, 1923 (Gürcüstan şəmayı) Alburnus doriae De Filippi, 1865 Alburnus escherichii Steindachner, 1897 (Sakarya şəmayısıs) Alburnus filippii Kessler, 1877 (Kür şəmayısı) Alburnus heckeli Battalgil, 1943 Alburnus hohenackeri Kessler, 1877 Alburnus istanbulensis Battalgil, 1941 Alburnus kotschyi Steindachner, 1863 Alburnus leobergi Freyhof & Kottelat, 2007 Alburnus macedonicus Karaman, 1928 Alburnus mandrensis Drensky, 1943 Alburnus mento Heckel, 1837 Alburnus mentoides Kessler, 1859 Alburnus mossulensis Heckel, 1843 (Mosul şəmayısı) Alburnus nasreddini Battalgil, 1943 Alburnus neretvae Buj, Šanda & Perea, 2010 †Alburnus nicaeensis Battalgil, 1941 (İznik şəmayısı) Alburnus orontis Sauvage, 1882 Alburnus qalilus Krupp, 1992 Alburnus sarmaticus Freyhof & Kottelat, 2007 Alburnus schischkovi Drensky, 1943 (Qaradəniz şəmayısı) Alburnus scoranza Heckel & Kner, 1858 Alburnus selcuklui M. Elp, F. Şen & Özuluğ, 2015 Alburnus sellal Heckel, 1843 Alburnus tarichi Güldenstädt, 1814 Alburnus thessalicus Stephanidis, 1950 Alburnus timarensis Kuru, 1980 Alburnus vistonicus Freyhof & Kottelat, 2007 Alburnus volviticus Freyhof & Kottelat, 2007 Alburnus zagrosensis Coad, 2009 Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.108. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.141.
https://az.wikipedia.org/w/index.php?curid=494671
Şəmayılar
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də prosses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı. Son illərdə müxtəlif antropogen təsirlər və ovun düzgün təşkil edilməməsi nəticəsində Şəmayı ehtiyatı kəskin azalmışdır.Lənkəran şəmayısının ovu ildə 30 sentnerdən çox olmur.Şəmayı ehtiyatını artırmaq məqsədilə Varvara balıqartırma zavodunda mütəxəssis - alimlər tərəfindən onun süni artırılması sahəsində xeyli iş görülmüşdür ki, bu da şəmayı balığı ehtiyatının bərpa olunmasına kömək edir. Cinsə 45 növ daxildir: Alburnus adanensis Battalgazi, 1944 (Adana şəmayısı) †Alburnus akili Battalgi, 1942 (Beyşehir şəmayısı) Alburnus albidus O. G. Costa, 1838 (İtaliya Şəmayısı) Alburnus alburnus Linnaeus, 1758 (Adi şəmayı) Alburnus amirkabiri Mousavi-Sabet, Vatandoust, Khataminejad, Eagderi, Abbasi, M. Nasri, Jouladeh & Vasil'eva, 2015 Alburnus arborella Bonaparte, 1841 Alburnus atropatenae L. S. Berg, 1925 Alburnus attalus Özuluğ & Freyhof, 2007 Alburnus baliki Bogutskaya, Küçük & Ünlü, 2000 (Antalya şəmayısı) Alburnus battalgilae Özuluğ & Freyhof, 2007 Alburnus belvica Karaman, 1924 Alburnus caeruleus Heckel, 1843 Alburnus carinatus Battalgil, 1941 Alburnus chalcoides Güldenstädt, 1772 †Alburnus danubicus Antipa, 1909 Alburnus demiri Özuluğ & Freyhof, 2008 Alburnus derjugini L. S. Berg, 1923 (Gürcüstan şəmayı) Alburnus doriae De Filippi, 1865 Alburnus escherichii Steindachner, 1897 (Sakarya şəmayısıs) Alburnus filippii Kessler, 1877 (Kür şəmayısı) Alburnus heckeli Battalgil, 1943 Alburnus hohenackeri Kessler, 1877 Alburnus istanbulensis Battalgil, 1941 Alburnus kotschyi Steindachner, 1863 Alburnus leobergi Freyhof & Kottelat, 2007 Alburnus macedonicus Karaman, 1928 Alburnus mandrensis Drensky, 1943 Alburnus mento Heckel, 1837 Alburnus mentoides Kessler, 1859 Alburnus mossulensis Heckel, 1843 (Mosul şəmayısı) Alburnus nasreddini Battalgil, 1943 Alburnus neretvae Buj, Šanda & Perea, 2010 †Alburnus nicaeensis Battalgil, 1941 (İznik şəmayısı) Alburnus orontis Sauvage, 1882 Alburnus qalilus Krupp, 1992 Alburnus sarmaticus Freyhof & Kottelat, 2007 Alburnus schischkovi Drensky, 1943 (Qaradəniz şəmayısı) Alburnus scoranza Heckel & Kner, 1858 Alburnus selcuklui M. Elp, F. Şen & Özuluğ, 2015 Alburnus sellal Heckel, 1843 Alburnus tarichi Güldenstädt, 1814 Alburnus thessalicus Stephanidis, 1950 Alburnus timarensis Kuru, 1980 Alburnus vistonicus Freyhof & Kottelat, 2007 Alburnus volviticus Freyhof & Kottelat, 2007 Alburnus zagrosensis Coad, 2009 Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.108. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.141.
https://az.wikipedia.org/w/index.php?curid=485198
Şəmbələ
Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü. Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir. Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır. Xüsusiyyətləri Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur. Yarpaqlarından və güldəfnəin cücərtilərindən göyərti kimi və ya qurudularaq istifadə olunur, xörəklərə isə ədviyyat kimi əlavə olunur. Qurudulmış yarpaqları acı dada və güclü səciyyəvi qoxuya malikdir. Hindistanda, güldəfnə toxumları qatıq ilə qarışdırılaraq və saç üçün kondisioner kimi istifadə edilir. Türkiyədə, güldəfnə (çemen ot) sarımsaq və qırmızı bibərlə pastırma deyilən xörəyin üzərinə əlavə olunur. İranda Şambəlilə adlanaraq Görmə Səbzi deyilən xörəkdə istifadə olunur. Ərəblər isə onu halvaya qatırlar. Güldəfnə toxumları qalaktomannan-polisaxaridin zəngin mənbəyidir. Tərkibində həmçinin yüksək nisbətdə saponinlərə (diosgenin, yamogenin, qitogenin, tiqogenin və neotiqogen) rast gəlmək olur. Güldəfnə digər bioloji aktiv elementləri - bitki mənşəli seliyi, efir yağlarını, xolin və triqonellin kimi alkaloidləri özündə saxlayır. Hətta kiçik miqdarda qəbul edilmiş güldəfnə orqanizmdə tər və sidiklə ixrac olunaraq spesifik qoxusunu büruzə verir. Qurudulmuş toxumları zirənin dadına yaxın, amma bir qədər xüsusi acılığa malik dad verir. Güldəfnə toxumu ana südünü artırmaq üçün geniş istifadə olunur. Tədqiqatlar göstərmişdir ki, güldəfnə ana südü istehsalının güclü stimulyatorudur və onun istifadəsi zamanı südün miqdarında artım 900% kimi yüksək nəticələr müşahidə olunmuşdur. Güldəfnə həmçinin həzmi asanlaşdırır, qanda xolsterinin və triqliseridlərin miqdarınnı azaldır. Tip-1 və tip-2 diabet xəstlərdə metabolik simptomları azaldır. Təcrübələr həmçinin süd vəzisi və bağırsaq xərçənginə qarşı və eləcə də qaraciyər qoruyucu effektinin olduğunu sübut edir. Hərarət salıcı təsirə malikdir.
https://az.wikipedia.org/w/index.php?curid=147194
Şəmil Sadiq
Şəmil Sadiq — Azərbaycanlı alim-filoloq, publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru-dosent. Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru; Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktorudur. 2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi" mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "İlin Ən Yaxşı müəllimi" seçilmişdir. 2008-ci ildən şəxsi təşəbbüsü və səyi nəticəsində "Hədəf Kursları"nın həmtəsisçisi və baş direktoru, 2009-cu ildə Hədəf Nəşrlərini təsis etmişdir. Hazırda Hüseyn Cavidin Ev Muzeyində Cavidşünaslıq şöbəsinin müdiri, Hədəf Kursları və Hədəf Liseyinin də baş direktoru vəzifəsində çalışır. "Ustad" aylıq ədəbiyyat və sənət jurnalını, hər il keçirilən təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında inteqrasiyaya fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayan Fənlərin Dostluğu Olimpiadasının (FDO), ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən "Senet.az" saytının, həmçinin, "Hədəf" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasında nəşr olunan kitabların da ideya rəhbəridir.“Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün "Azərbaycan dili", "Ədəbiyyat", xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün "Azərbaycan dilini öyrənirəm" dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün "Dədə Qorqud" və "Azərbaycanımızı tanıyaq" adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "Oxu Günü" layihəsinin təsisçisi, Xocalı faciəsinə həsr edilmiş "Ümidlərin izilə" tarixi romanının həmmüəllifidir. "Qana qan qarışdı" pyesi 2010-cu ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Həmin ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə "Anamın kitabı" ədəbi mükafatını təsis etmişdir. 2015-ci ildə “Odərlər” romanına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı ilə təltif edilmişdir.Ədəbiyyat, 525, Ağ yol, Kaspi kimi mətbu orqanlarda, "AzEdu.az", "muallim.edu.az" kimi saytlarda elmi, bədii və publisistik yazıları dərc edilir, əsərləri haqqında tənqidi məqalələr yazılmışdır. Müəllifin bədii əsərləri türk, rus, alman, fars, türkmən dillərində nəşr edilmişdir. Bir müddət “Vətən Övladı” qəzetinin redaktoru olmuş 33 elmi-metodik, 5 bədii kitabın, 50-yə qədər isə elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və rəyçisidir. Hədəf Kursları, Hədəf Liseyi, Hədəf Nəşrləri, XAN Nəşrləri, "Kitabevim.az" mağazalar şəbəkəsi, Hədəf Multimedia və Hədəf Global Xaricdə Təhsil Şirkəti və EDUHEK konsultinq MMC-nin daxil olduğu "Hədəf Şirkətlər Qrupu"nun qurucusu və baş direktorudur.2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.Ailəlidir, iki oğlu, iki qızı var. Şəmil Kamil oğlu Sadıqov 1978-ci il sentyabrın 3-də Azərbaycan SSR, Naxçıvan MSSR, Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavriaturasını, 2003-cü ildə isə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci il may ayında “Hüseyn Cavid yaradıcılığında qəhramanlıq konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Xətai Komissiyasının sədridir.2019-cu ildə XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin Bakıda keçirilən iclasında Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kitabı xüsusi diploma layiq görülüb.2021-ci ildən Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təsisçisi və sədridir. Elmi və pedaqoji əsərləri “Hüseyn Cavid yaradıcılığında sənətkarlıq məsələləri”, monoqrafiya, 2003, “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyasi”, monoqrfiya, 2011, “İsa Muğanna İdeal işığında”, monoqrafiya, 2017, Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər Orta məktəb şagirdləri üçün “Ədəbiyyat”, dərs vəsaiti, 2018, Orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, dərs vəsaiti, 2019, Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycandakı xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm”, 2012, 2019, dərs vəsaiti, “İnsan mühəndisi”, monoqrafiya, 2020, “Mən bir müəlliməm”, monoqrafiya, 2018. The concept of a common religion in Isa Mughanna’s novels Bədii yaradıcılığı Şəmil Sadiq bədii yaradıcılıqla hələ uşaq yaşlarında məşğul olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələri vaxtı ilk şeirini yazıb. İlk mətbu əsəri 2002-ci ildə Yeni Azərbaycan qəzetinin Ədəbiyyat əlavəsində işıq üzü görmüşdür. Əruzşünas alim Zülfəli Zülfəliyevlə tanışlığı onun əruz vəznində şeirlər yazmasına böyük təsir etmişdir. 2003-cü ildə Ağa Laçınlının ön sözü ilə çap edilən “Qəlbin Fəryadı” şeirlər kitabında əruz və heca vəznli şeirlərlə yanaşı “Türkün faciəsi” adlı bir pərdəli pyesi və Hüseyn Cavidin “Azər” poemasının təsiri ilə “Əsrimizin Azəri” adlı poeması da yer almışdır. Sonralar Dədə Qorqud dastanının motivləri əsasında yazılmış “Türkün faciəsi” bir pərdəli səhnəciyinin üzərində işləyərək 4 pərdəli “Qana qan qarışdı” pyesini yazmış və 2005-ci ildə çap edilən eyni adlı kitaba daxil edib. Həmin pyes isə 2010-cu ildə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında səhnələşdirilib. 2005-2012-ci illər arasında daha təhsillə məşğul olmuş, məktəb və universitetdə dərs dediyi və elmi fəaliyyətlə məşğul olduğu bədii yaradıcılığında bir durğunluq hiss edilir. Lakin 2013-cü ildə çap edilən “Bu türk daha o türk deyil” şeirlər kitabındakı nümunələr baxanda həmin dövrdə ara-sıra şeirlər yazdığı və mətbuatda çap etdirdiyi məlum olur. 2012-ci ildə Müşfiq Xanla birgə yazdığı Xocalı faciəsinə həsr edilmiş “Ümidlərin izi ilə” tarixi romanı 2016-cı ildə rus dilində çap edilmişdir. 2013-cü ildə müəllifin “Bu türk daha o türk deyil” şeirlər, “Qana qan qarışdı” adı ilə pyesləri və hekayələri çap edilmişdir. Elə həmin ilin sonunda çap edilən “Odərlər” romanı müəllifə ən çox şöhrət gətirən roman olub. İsa Muğanna ilə dostluğu “Odərlər“ romanında “Qana Qan qarışdı” pyesindəki xətti bir daha gücləndirib milli ideologiyanı daha qabarıq sərgiləyib. Sonra Türkiyədə türkcə çap edilən “Odərlər” romanı 2016-ci ildə Almaniyada çap edilib. "Odərlər" romanının ön sözünü müəllifin özünə ustad hesab etdiyi İsa Muğanna yazmışdır. 2015-ci ildə müəllifin “Arvadsız kişi” hekayələr kitabı çap edilib. 2016-ci ildə isə “Yuxu maşını” adlı uzun hekayəsi işıq üzü görmüşdür. Bu illərdə Ədəbiyyat, 525, Ağ yol, Kaspi kimi mətbu orqanlarda elmi, bədii və publisistik yazıları dərc edilir, əsərləri haqqında tənqidi məqalələr yazılmışdır. Müəllifin əsərləri türk, rus, alman, fars, türkmən dillərində nəşr edilmişdir. Bu Türk daha o türk deyil Ümidlərin izi ilə Qana qan qarışdı Arvadsız kişi Dövlət təltifləri, fəxri adlar və mükafatları Yasamal Rayon Təhsil Şöbəsi 2004-2005-ci tədris ilində “Təhsil sistemində müasir yanaşmaların təşəkkül ili" çərçivəsində keçirilən müsabiqələrdə iştirakına görə fəxri fərman. Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti. 2005-ci il. "İlin Ən Yaxşı müəllimi" müsabiqəsinin qalibi sertifikatı. 2005-ci ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsində iştirak etmiş, "Ədəbiyyatın İnternetlə Tədrisi" mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurrikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 24.07.2007-10.08.2007 tarixində Türkcə öyrənmək, Türk mədəniyyəti, Türkiyənin milli eğitim sistemi” seminarında iştirakına görə sertifikata layiq görülmüşdür. İQED 2010 I international conference. Certificate of attendance. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Elmi Şurasının qərarı ilə 2010-cu ildə “Ən yaxşı müəllim” nominasiyası üzrə diplom verilib. Ukrayna Azərbaycanlıları Konqresi - 2012. Azərbaycan dilinin inkişafı üçün göstərdiyi xidmətə görə Fəxri Fəman. 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazirliyinin tərəfindən “Odərlər” romanına görə "Nəsr nominasiyası" üzrə “Qızıl Kəlmə” mükafatının qalibi olub. Bakı şəhər üzrə Təhsil İdarəsi və "Vətəndaş Cəmiyyətində Debat" ictimai birliyi tərəfindən təşkil olunmuş XV Bakı Karl Popper Debat formatı üzrə keçirilən turnirin debat məşqçisi sertifikatı ilə təltif edilmişdir. 2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “İlin Gənc Alimi” adına layiq görülüb. “Yuxu maşını” kitabına görə Rusiya Yazıçılar Birliyinin təşkil etdiyi “İlin yazarı-2018” Ədəbiyyat Mükafatına layiq görülüb. “İlin ən yaxşı hekayəsi” nominasiyasına təqdim edilmiş fantastik-qurğu janrında yazılan “Yuxu maşını” 8 milyona yaxın əsər arasından seçilərək ilk pilləyə yüksələ bilib. Əsər Baş Münsiflərin tərtib etdiyi almanaxa salınıb və rusca çap edilib. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. İştirak etdiyi layihə və aldığı sertifikatlar Bakı şəhər üzrə Təhsil idarəsi və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyi tərəfindən təşkil olunmuş XV Bakı Karl Popper Debat formatı üzrə keçirilən turnirin debat məşqçisi sertifikatı ilə təltif edilmişdir. 2006-2007-ci illərdə AR Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurrikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. Milli Kurlturoloji Mükafat. “2009-cu ilin dərs kitabı”, Filoloq alim Şəmil Sadiqin “Ədəbiyyat” dərs vəsaiti. X-XI siniflərin tədris materiallarını əhatə etməklə, abituriyentlər və ədəbiyyat həvəskarlarına ünvanlanaraq “Hədəf” hazırlıq kurslarının silsilə dərs vəsaitlərindən biri kimi intellektual ədəbiyyat sahəsindəki populyarlığa, üslubi-metodoloji yeniliklərə görə layiq görülür. Yeni yazarlar və sənətçilər qurumu, Bakı, 27 may, 2010-cu il Sertifikat Sadıqov Şəmil Kamil oğluna ondan ötrü verilir ki, o, “İnsan alveri: Təhlükələr və Qabaqlayıcı Təşəbbüslər” üzrə Təlimçilər üçün Təlim kursunu bitirmişdir. İnternational Organization for Migration (İOM), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), 4.10.2011-6.10.2011 Fəxri Fərman. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma Azərbaycan dili və Ədəbiyyat kafedrasının dosenti Sadıqov Şəmil Kamil oğlu 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə və təhsil sahəsində əldə etdiyi uğurlara görə təltif olunur. Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Bakı 2014. Təşəkkürnamə. Azərbaycan Respublikası “HƏMRƏY” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi. “Region gənclərinin ictimai fəallığının artırılması” adlı Seminar-Təlimlərin həyata keçirilməsinə göstərdiyi köməyə görə verilir: Fil.f. d., dos., cənab Şəmil Sadiqə. Qəbələ, 27 sentyabr 2013-cü il Təbriknamə. Hörmətli Şəmil müəllim, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, sizə can sağlığı, xoşbəxtlik, daimi təbəssüm və gələcək həyatınızda uğurlar arzu edirəm. Vətənimizin inkişafı yolunda gördüyünüz bütün işlərdə müvəffəqiyyətlər diləyirəm!!! Tural Qədirxum, 2011-2012 Fəxri Fərman. 20 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sadıqov Şəmil Kamil oğlu “İlin ən yaxşı müəllimi” şəhər müsabiqəsində fərqləndiyinə görə təltif olunur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti, 8 sentyabr 2005-ci il Certificate of Attendance. This is to confirm that Şəmil Sadıqov has attended the İnternational Conference of “The Pathfinders of the Turkic World: Mehmet Akif Ersoy And Huseyn Cavid” between 16-18 May 2013. On behalf of the organizing committee, Prof. Dr. AhmetSanic Rector of Qafqaz University. 16-18 May, 2013. Fəxri Fərman. 20 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sadıqov Şəmil Kamil oğlu 2004-2005-ci dərs ilində “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili” çərçivəsində keçirilən müsabiqələrdə iştirakına görə təltif olunur. Yasamal Rayonu Təhsil Şöbəsi Bakı Dövlət Universitetinin rektorunun 29.06.2002-ci il tarixli 4/138 saylı qərarı ilə oxuduğu müddətdə yüksək təhsil göstəricilərinə, ictimai fəallığına görə və məzun günü münasibətilə Sadıqov Şəmil Kamil oğlu Fəxri Fərmanla təltif edilir. Rektor, prof. A.M.Məhərrəmov, 29 iyun 2002-ci il Certificate of Attendance. This is to certify that Shamil Sadigov has attended the İnternational Conference “İnnovation, Quality of Education and Development” held in Baku, November 9-11, 2010. İQED 2010. Co-chairman Organizing Committee, Rector of Baku İn Service Teachers Training and Re-training İnstitute professor Asaf Zamanov. 10.11.2010 Diplom. Bakı Dövlət Universiteti Filologiya fakültəsinin IV kurs tələbəsi Sadıqov Şəmil Kamil oğlu BDU Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi Tələbə Klubu tərəfindən keçirilən “Şahmat Çempionatı” uğrunda 1-ci yeri tutduğuna görə təltif olunur. BDU-nun ATHİK sədri N.Q.Şıxəliyev “Ustad” ədəbiyyat və mədəniyyət dərgisinin baş redaktorudur. Fənlərin Dostluğu Olimpiadasını (İnteqrativ tapşırıqlar) 2010-cu ildə təsis etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali məktəblərin dəstəyi ilə hər il keçirilir. Mütaliəyə dəstək məqsədi ilə 2015-ci ildən təsis etdiyi “OXU GÜNÜ” kitab festivalını Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və ASAN xidmətin dəstəyi ilə 2015 və 2016-cı ildə həyata keçirmişdir. 2019-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə 25 Aprel Azərbaycanda Oxu günü adı ilə təsis edilmişdir. “Anamın kitabı” pyes müsabiqəsini təsis etmiş, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2015-2016-cı illərdə keçirilmişdir. "Senet.az", "İnteqrasiya.az", "Seslikitab.az" saytlarının təsisçisi və baş redaktorudur. "Hədəf" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasında nəşr olunan kitabların ideya rəhbəridir. Həmçinin bax İsa Muğanna Rüstəm Behrudi Şəmil Sadiq kimdir? Xarici keçidlər shamilsadiq.az — Şəmil Sadiq rəsmi saytı Şəmil Sadiq — Facebook səhifəsi Şəmil Sadiq kanalı — YouTube goodreads–də Şəmil Sadiq AMEA sovetdən qalma sistem idi, dəyişikliklərə ehtiyac vardı - Şəmil Sadiq
https://az.wikipedia.org/w/index.php?curid=547316
Şəmil Əsgərov
Şəmil Mehbalı oğlu Əsgərov (d. 2 avqust 1973, Gədəbəy rayonu — ö. 7 yanvar 1994, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. Əsgərov Şəmil Mehbalı oğlu 1973-cü ildə avqustun 2-də Gədəbəy rayonu Qaraməmmədli kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1990-cı il-də Qaraməmmədli kənd orta məktəbini bitirib. Bakıda SPTU-nun 101 nömrəli məktəbinə daxil olub. 1991-ci ildə həmin məktəbi bitirib. İxtisası sürücü, çilingərdir. 1992-ci ildə aprelin 1-də Gədəbəy rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. İvanovkada yerləşən hərbi hissədə xidmətə başlamışdır. Başkəndin alınmasında, Mutudərə və Pereval döyüşlərində iştirak etmişdir. 1994-ci ilin yanvar ayının 7-də Pereval döyüşündə həlak olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=712710
Şəmistan Həsənli
Həsənli Şəmistan Mahmud oğlu (15 dekabr 1938, Yuxarı Qoşakilsə, Lüksemburq rayonu) — azərbaycanlı fizik, fizika-riyaziyyat elmləri doktoru. Şəmistan Həsənli 15 dekabr 1938-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. 1957-1962-ci illərdə Leninqrad Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. İlk əmək fəaliyyətini Leninqrad "Morfizpribor" İnstitutunda başlamış və orada sovet hərbi sualtı qayıqlarının idarəedici qurğularının yaradılmasında fəal iştirak etmişdir. Aspirant hazırlığını Leninqrad A.F.İoffe adına Fizika-Texnika İnstitutunun Dövlət və Lenin mükafatı laureatı prof. D.N. Nasledovun rəhbərlik etdiyi "Elektron yarımkeçiriciləri" laboratoriyasında keçmişdir. 1971-ci ildə dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1971-1990-cı illərdə Leninqrad Politexnik Universitetinin "Polimerlər və dielektriklər Fizikası" kafedrasında pedaqoji fəaliyyətlə bərabər elmi tədqiqat işləri ilə də məşğul olmuşdur. Hazırda AMEA-nın Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. Onun rəhbərliyi altında iki aspirant və iki dissertant fizika üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsi almışdırlar. 1997-2010-cu illərdə İran İslam Respublikasının Təbriz Universitetinin Fizika fakültəsinin əməkdaşları ilə birgə elmi tədqiqat işləri aparmışdır və bu günə qədər də həmin işlər davam edir. Ailəlidir, 2 övladı var. Elmi fəaliyyəti Metal-dielektrik (SiO2)- yarımkeçirici (Si)(MDY)- strukturlarının texnologiyası işlənmiş və n-p tipli MDY - strukturlarının inversiya kanallarında keçiricilik mexanizmi tədqiq edilmişdir. Göstərilmişdir ki, MDY - strukturlarının inversiya kanallarında (n-p-tip) yükdaşıyıcıların yürüklüyü Si monokristalındakı yükdaşıyıcıların yürüklüyündən 2-3 dəfə azdır. Metal oksidləri Cr2O3, SiO2, NiO2, Bi2O3 Sb2O3 və s. ilə aşqarlanmış ZnO keramikasının sintez texnologiyası işlənmiş və müxtəlif açılma gərginliyə (250-500) V malik qeyri-xətti müqavimətlər (varistorlar) sintez edilmişdir. Onların əsasında yüksək ifrat gərginlikdən qoruyucu qurğularda istifadə edilməsi təklif edilmişdir. Onların əsasında yüksək ifrat gərginliklərdən qoruyucu qurğularda istifadə edilməsi təklif edilmişdir. Varistorun sintez texnologiyası patentləşdirilmişdir. Aşqarlı ZnO keramikası, yarımkeçiricilər (Si, GaAs, İnAs) və polyar, qeyri polyar polimerlər əsaslı nazik təbəqəli kompozitlərin sintez texnlogiyası işlənmiş və qeyri-xətti müqavimətlər (varistorlar) sintez edilmişdir. Disperqatorların və polimerlərin həcmi faizini variasiya edərək açılma gərginlikləri (1-30) V intervalında dəyişən varistorlar sintez edilmişdir. Həmin varistorları energetikanın müxtəlif sahələrində tətbiq etmək olar. Həmçinin kompozitlərdə yükdaşınma mexanizmi də ətraflı tətqiq edilmişdir. O cümlədən, göstərilmişdir ki, yüksək temperatur oblastında tələlərdən yükdaşıyıcıların sıçrayış mexanizmidir. 2014-cü ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. 2016-cı ildə AMEA Fizika İnstitutunun Fəxri Fərmanı ilə təltif edilib.
https://az.wikipedia.org/w/index.php?curid=502088
Şəmistan Nəzirli
Nəzirli Şəmistan Əmiraslan oğlu — Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Əsli Qazaxlıdır. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. Dəvəçi şəhərində orta məktəbi bitirmişdir (1960). 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1962-1965). ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1967-1972). Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir. Səməd Vurğun dünyası və azərbaycanlı sərkərdələrin taleyi onun ədəbi-publisist fəaliyyətinin əsas mövzusudur. Onun tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin "Xatirələrim" kitabı 1984-cü ildə Azərnəşr tərəfindən Azərbaycan və rus dillərində kütləvi tirajla buraxılmışdır. Əmək fəaliyyətinə APİ-nin "Gənc leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır (1972-1973). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri (1973-1991), Azərbaycan Dövlət Ensiklopediyasında "Xatirə" redaksiyasının şöbə müdiri (1991-1992), Respublika Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri (1992-1996). Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru (1996-1998) işləmişdir. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəzin hərb tarixi şöbəsində baş elmi işçidir. Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə Azərbaycan Jurnalist Həmkarlar İttifaqnının "Səməd Vurğun fəxri xatirə diplomu"na (1996), "Qacarlar" əsərinə görə İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına (1995), hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə "General Həzi Aslanov" və Qazax Xeyriyyə Cəmiyyətinin təsis etdiyi "General Əliağa Şıxlinski" mükafatlarına (1995) layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Filmoqrafiya Səmədbəy (film, 1995) Cümhuriyyət generalları (film, 2006) Vurğun keçib bu yerlərdən. Bakı: Gənclik, 1978, 120 səh. Vurğun ömrü. Bakı: Azərnəşr, 1982, 106 səh. Qəribə talelər. Bakı: Gənclik, 1982, 88 səh. Vurğun keçib bu yerlərdən. Bakı: Yazıçı, 1985, 167 səh. Əfsanəvi Mixaylo. Bakı: Gənclik, 1988, 88 səh. Azərbaycan generalları. Bakı: Gənclik, 1991, 129 səh. Arxivləşdirilib 2011-08-17 at the Wayback Machine və [1] Qoridən gələn qatar. Bakı: Azərnəşr, 1993, 207 səh. Qacarlar. Bakı: "Şur" nəşriyyatı, 1995, 64 səh. Cümhuriyyət generalları. Bakı: Hərbi nəşriyyat, 1995. 211 səh. Yaddaşlarda yaşayan Vurğun. Bakı: Şərq-Qərb nəşriyyatı, 1996, 292 səh. Ellər Vurğunu. Bakı: "Tural" nəşriyyatı, 1997, 290 səh. General Cəmşidxan Naxçıvanski. Bakı: Hərbi nəşriyyat, 1997, 110 səh. Daş Salahlı Məmməd Koxa. Bakı: "Şirvan" nəşriyyatı, 1977, Tam artilleriya generalı Səmədbəy Mehmandarov. Bakı: Hərbi nəşriyyat, 1997, 120 səh. Qarxunlu Əşrəf bəy. Bakı: "Elm və həyat" nəşriyyatı, 1998, 180 səh. Arxivlərin sirri açılır. Bakı: "Elm və həyat" nəşriyyat, 1999, 750 səh. Topoqraf general İbrahim ağa Vəkilov. Bakı: "Zaman" nəşriyyatı, 2002, 203 səh. Nəzirli ocağının üç şairi. Bakı: Azərbaycan Milli Ensiklopediyası, NPB, 2002, 249 səh. Abbas ağa Nazir. Əsərləri. Bakı: Ofset-nəşriyyat poliqrafiya şirkəti, 2003, 325 səh. Krım dəftəri. Bakı: Şirvannəşr, 2004, 32 səh. General Yadigarov qardaşları. Bakı: Şirvannəşr, 2004, 87 səh. Arxivləşdirilib 2012-04-17 at the Wayback Machine 1920-ci ildə Qarabağ döyüşləri. Bakı - 2009. Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine General Əliağa Şıxlinski və silahdaşları (hərb tarixindən araşdırmalar). Bakı - 2012. Azərbaycan ordusunun 100 illiyi. Bakı - 2018 Tərcümələri M.Məmmədov. Vaxtsız ölüm əbədiyyət gətirdi. Bakı: Gənclik, 1985, 73 səh. (ruscadan) Xarici keçidlər Şəmistan Nəzirliylə Azərbaycan generalları haqqında söhbət "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Güllələnmiş Azərbaycan generalı Məmməd bəy Sulkeviç "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Nargində güllələnmiş Azərbaycan generalı Feyzulla Mirzə Qacar Qovanlı "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Doğranmış general Əmir Kazım Mirzə Qacar "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Bolşeviklərin güllələdiyi 48 yaşlı Azərbaycan generalı (Şahzadə Məhəmməd Mirzə Qacar haqqda) "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Şairlər yurdunda doğuldu və… general oldu (İbrahim ağa Usubov haqqda) "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Güllələnmiş Azərbaycan generalı Tlexas "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Güllələnmiş Azərbaycan generalı Qaytabaşı "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Güllələnmiş generalları: Əlyar bəy Haşımbəyov "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Xankəndini və Şuşanı daşnaklardan geri almış Azərbaycan generalı (Həbib bəy Səlimov haqqda) "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Bir məktubun faciəli sonu... (Firudin bəy Vəzirov haqqda) "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Çar Nikolayın sədaqətli xanı Hüseyn xan Naxçıvanski "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı - Generalın 28 Apreldə qırılmış ömrü... "Azadlıq" radiosunda Ş. Nəzirliylə söhbət - Mixaylonun qızıl üzüyü hardadır? "Azadlıq" radiosunda Ş. Nəzirliylə söhbət - Qori seminariyasının arxivi niyə yandı?
https://az.wikipedia.org/w/index.php?curid=47272
Şəmistan Sadıxov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir.Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Təsnifləndirmə Həmçinin bax Aprel döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=766272
Şəmistan Əlizamanlı
Şəmistan Əlizamanlı — Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri. Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Ailəlidir, bir qızı və bir oğlu var. 1977-79-cu illərdə sovet ordusu sıralarında Moskva şəhərində yerləşən V. V. Kuybışev adına Hərbi Akademiyasında həqiqi xidmətdə olub.1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib. 1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmişdir.Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisasartırma kursuna göndərmişdilər. Moskvada keçirilən diktorluq kursunu fərqlənmə ilə bitirmişdir. Özü bu bəradə belə deyirdi : "Tale elə gətirdi ki, 1986-cı ildə Azərbaycan Dövlət Radiosundan Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə keçməyə göndərildim. Artıq Levitan dünyasını dəyişmişdi, mənim müəllimimsə Levitanın yaxın dostu İlya Prudovski di. Levitan haqqında çox şey öyrəndim."1992-ci ildə onu Azərbaycan Dövlət Televiziyasına keçirdilər. O zaman Müdafiə Nazirliyindən səsi xalqı səfərbərliyə səsləyən diktor axtarırdılar və onun səsi üzərində dayandılar. Sonradan 10 il müddətində Müdafiə Nazirliyində çalışmışdır, ehtiyatda olan zabitdir. Yaradıcılığı Şəmistan Əlizamanlı fəaliyyətinə hərbi diktor kimi başlamışdır. Onu zaman zaman səs tembrinə görə Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru Yuri Levitanla müqayisə etmişlər.Qarabağ müharibəsinin başlanması və Azərbaycanda hərbi-vətənpərvərlik mahnılarının qıtlığı fonunda, Şəmistan Əlizamanlı hərbi-vətənpərvərlik mahnılarını ifa etməyə başlayır. “Belə-belə işlər”in hazırladığı videoda bildirilir ki, Şəmistan Əlizamanlı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ilk ifa edəcəyi mahnısını həsr edəcəyinə söz verir. Şahin Musaoğlunun bəstələdiyi və şer yazdığı "İgid əsgər" mahnısı Yusif Mirzəyevin qəhrəmancasına vəfatından sonra ona həsr olunmuşdur.Sonradan Şəmistan Əlizamanlı "Cənab Leytenant","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", , "Vətən əmanəti", "Can Azərbaycan", "Birinci batalyon", , "And içirəm", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə", "Bir şarlısan sən", "Ağ ümid", "Qərib bir karvan gedir", "Qəlbin payızı", "Şahinlər" və s. mahnılarını da ifa etməyə başlayır. Onun ifa etdiyi tanınmış "Öncə vətəndir" mahnısı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına həsr olunmuşdur. Bu mahnı 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin yaranmasının 80 illiyinə həsr olunmuş tədbirdə dövlətin ali rəhbərliyinin qarşısında ilk dəfə səslənmişdir.Hal-hazırda onun ifa etdiyi mahnılar Azərbaycan Milli Ordusunun hərbi hissələrində səslənir. Şəmistan Əlizamanlı Azərbaycan hərbi musiqisini və hərb sənətini məşhurlaşdıranlardan biri kimi tanınmışdır. O uzun illər Azərbaycanın universitet, məktəb və bağçalarının qonağı olur, müəllim, tələbə və şagirdlərlə görüşur, onları vətənpərvərliyə, vətənini sevməyə, birlik və həmrəyliyə çağırır. Bu tədbirlərdən biri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının təşkil etdiyi müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbi “Azərbaycan – yurdum mənim!” adlı tədbirlər silsiləsində iştirakı olmuşdur. Şəmistan Əlizamanlı Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova ilə bir sıra mahnıları duet şəklində səsləndiriblər. İndiyə kimi Şəmistan Əlizamanlının mahnılardan ibarət olan aşağıdakı diskləri işıq üzü görmüşdür: "Çağırır vətən" "Vətən əmanəti" "Ana yurdum"O, həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir: "Qafqaz dağı yol ver bizə" "İgid əsgər möhkəm dayan" "Çırpınırdı Qara dəniz" "Ya Qarabağ, ya ölüm"Son illər Şəmistan Əlizamanlı yeni vətənpərvərlik mahnıları üzərində işləyir. Onun səsi ilə "Şəhidlər xiyabanı", "Əsgər Marşı", "İgid oğlum, leytenantım", "And", "Güllələrin mübarək" mahnıları da uğur qazanmışdır.Uzun illərdir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rayon İcra Hakimiyyətləri ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbirlər Azərbaycanın bütün bölgələrində keçirilir və Şəmistan Əlizamanlı tədbirləri aparmaqla yanaşı hərbi-vətənpərvərlik mahnıları ilə də çıxış edir. Şəmistan Əlizamanlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” və Müdafiə Nazirliyi tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının medalları ilə təltif edilmişdir. Fəaliyyətinin digər istiqaməti isə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Diaspor.FM-də "Qarabağ: gerçək tarix" adlı layihədir ki, Şəmistan Əlizamanlının təqdimatında aparılır.Bundan əlavə, Şəmistan Əlizamanlı Türkiyədə də geniş fəaliyyət göstərir. Onun bəstələdiyi və ifa etdiyi "Zafer Bismillah" mahnısı 2019-cu ildə Türkiyədə keçirilən bələdiyyə seçkilərində istifadə olunubdur. Mahnı AKP və MHP partiyalarının birlikdə qurduğu "Cumhur İttifaqı"nın seçim mahnısı seçilmişdir. "Tanrı Türkə yar olsun", "Zəfər Bismillah" mahnıları Şəmistan Əlizamanlının ifasında Türkiyənin "Ahaber" televiziyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa birlik və həmrəylik müraciətlərində tez-tez istifadə olunmuş və müəllifə təşəkkür bildirilmişdir.Şəmistan Əlizamanlının "Turan Ellər var olsun" mahnısı youtube kanalında rekord sayda (13 milyondan artıq baxış) insan tərəfindən izlənilmiş və Azərbaycanda ən çox dinlənilən mahnı kliplərindən biri kimi yadda qalmışdır. Bundan əlavə, onun bəstələdiyi və ifa etdiyi "Yürüyün Əsgər, yürüyün" mahnısı türk əsgəri "Mehmetciyə" həsr olunmuşdur və Türkiyə mediasında böyük rezonans doğurmuşdur.Maraqlı fakt ondan ibarətdir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəmistan Əlizamanlı ilə də görüşüb. Türkiyə Prezidenti Əlizamanlının AKP-nin seçki musiqisi olan "Zəfər, bismillah" mahnısının bəstəçisi və ifaçısı olduğunu biləndə bu görüşdən çox məmnun olduğunu deyərək onunla şəkil çəkdirib. Filmoqrafiya Şəmistan Əlizamanlı kinematoqrafçıların çəkdikləri "Bəd xəbərlər gətirən qəribə adamlar", "Qudyalçay", "Koroğlu" və s. onlarla sənədli filmlərinin səsləndirilməsində, "Dahi sərkərdələr" (Böyük Britaniya) filminin dublyajında iştirak edibdir. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aqil Quliyevin döyüş yolundan bəhs edən sənədli film (2011), "Qəhrəman kənd - Əlibəyli" (2013) adlı sənədli film onun iştirakı ilə ölkə ictimaiyyətinə təqdim edilibdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi Film Festivalının qaliblərinin mükafatlandırılması mərasimində Şəmistan Əlizamanlının rəhbəri olduğu "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin ərsəyə gətirdiyi “Əsgər atası” sənədli filmi ikinci yerə layiq görülmüşdür. Sənədli film Qarabağ döyüşlərində iştirak edən ata və onun üç oğlunun döyüş yolundan bəhs edir. Onun rəhbəri olduğu İctimai Birlik eyni zamanda "Səkkiz oğul istərəm", "Vətən sağ olsun", "Cənnət yolçusu" və digər sənədli filmləri ərsəyə gətirmişdir.Bundan əlavə aşağıdakı filmlər onun səsi ilə efirə verilmişdir: Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993) Qudyalçay (film, 2001) Koroğlu (film, 2003) Dönüş (film, 2018) Diriliş: Ərtoğrul (teleserial, 2014)Şəmistan Əlizamanlı Türkiyənin ən reytinqli tarixi seriallarından olan “Diriliş Ertuğrul”da rol alıb və serialda Ozan rolunu canlandırmışdır. O, serialın bir neçə bölümündə "Allah Türkə yar olsun" (122-ci bölüm), "Zafer Bismillah" (127-ci bölüm), "Yürüyün alplar" (136-ci bölüm) və "Süleyman şah Oğlu Yiğit Ertuğrul" (138-ci bölüm) mahnılarını ifa etmişdir. Dünyanın 85 ölkəsində 25 dildə yayımlanan, hər seriyası təxminən 2 milyard 600 milyon insanın sevərək izlədiyi serialda, onun ifa etdiyi "Allah Türke Yar Olsun" mahnısı və rol aldığı səhnə rekod sayda baxışla yadda qalmışdır. Xarici səfərlər və konsertlər 1998, 1999 və 2002-ci illərdə Almaniyada, Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində, Rusiyanın bir çox vilayətlərində, Qazaxıstanda, Ukraynada, Türkmənistanda səfərlərdə olub və konsert proqramları ilə çıxış edib. İsveçrədə "Beynəlxalq Musiqi Festivalı"nda, müxtəlif ölkələrdə keçirilən Türk Xalqlarının Qurultaylarında iştirak edib. Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin qurultayında konsert proqramı ilə çıxış edib. Macaristanda hər iki ildən bir keçirilən Hun - Türk Turan qurultayında (Böyük Qurultay) Azərbaycandan olan nümayəndə heyətinin tərkibində daim təmsil olunur. O, vətənpərvərlik mahnılarını tədbirin mədəni hissəsində ifa edir. Həsr olunan şerlər və filmlər 1997-ci ildə şair-publisist Rəşid Faxralının müəllifi olduğu "Diqqət! Diqqət!.." adlı kitab nəşr olunubdur. Kitabda hərbi diktor Şəmistan Əlizamanlının səsinin fonunda müharibənin görünən və görünməyən məqamları öz əksini tapmışdır. Azərbaycanın Məmməd Araz, Nizam Paşa Mutlutürk və digər tanınmış yazıçı və şairləri Şəmistan Əlizamanlıya şer və məqalə həsr etmişlər.Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunan "Dövrün səsi" sənədli filmi onun 60 illik yubileyinə hərs olunmuş tədbirdə ilk dəfə göstərilmişdir. Tədbirdə Azərbaycanın millət vəkilləri, Qarabağ qaziləri, müharibə veteranları, şəhid ailələri, generallar, zabitlər, şair və yazıçılar, Abşeron rayon ictimayiəti də iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Xalq qəzeti" onu 60 illik yubileyi münasibətilə əlaqədar olaraq "Azərbaycanın ilk hərbi diktoru" adlı məqaləsində təbrik etmiş və xoş arzularını çatdırmışdır. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=40063
Şəmistan Əyyubov
Şəmistan Mahmud oğlu Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur. Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. 1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb. Şəmistan Əyyubov 20-ci illərdə ölkədə hökm sürən dərəbəylik və cinayətkar quldur dəstələrə qarşı mübarizədə aktiv iştirak edib. Sarı Şəmistanın fəallığı və cinayət törədən şəxsləri kimliyindən asılı olmayaraq həbs elətdirməsi, partiya daxilində bir çoxlarını narahat edirdi. Xalq Komissarları Şurası tərəfindən daima təqib edilirdi. Nəhayət Şəmistan Əyyubov, Azərbaycan SSRİ Fövqəladə Komissiyası tərəfindən həbs edilib. 3 aylıq həbsdən sonra azad olunsada, "şübhəli ünsür" kimi partiyadan uzaqlaşdırılıb. Lakin 1937-ci ilin qara günləri komissar Şəmistan Əyyubovun da qapısını döyür. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyası onu əksinqilabçı-trotskiçi və millətçilik fəaliyyətlərində günahlandırır və birinci kateqoriya ilə güllələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubov güllələnir. Güllələndikdən sonra, SSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə, Pəri xanım Abdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır) "vətən xaini"nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə 8 il müddətində azadlıqdan məhrum edilir. Dörd uşaq anası Pəri xanım Mordoviyaya sürgün olunur. Böyük oğlu 15 yaşlı Mahmud həbs edilərək Bayıl həbsxanasına salınır. 11 yaşlı İsmayıl, 14 yaşlı Gülzar və 13 yaşlı Ədiləni isə Şüvəlandakı "bezprizorniklər" saxlanan koloniyaya göndərirlər. Həmçinin bax Böyük təmizləmə
https://az.wikipedia.org/w/index.php?curid=210758
Şəmistan Əzizov
Şəmistan Əzizov (tam adı: Şəmistan İlyas oğlu Əzizov; 6 dekabr 1993; Göyçay, Azərbaycan — 15 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəmistan Əzizov 1993-cü il dekabrın 6-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. Subay idi. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Şəmistan Əzizov oktyabrın 15-də şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmistan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=679627
Şəmkir
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. Toponimikası Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şəmkiri tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 –10 km aralıda məskunlaşmışdır. İndiki Şəmkir şəhərinin əsası 1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən qoyulub. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Xanlar(Göygöl) rayonu) və Annenfeld adlı iki koloniya saldılar. 9 Fevral 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı dəyişdirilərək "Annino" adı verilmişdi. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. 1939-cu ildə Şəmkir şəhər tipli qəsəbə statusunu alıb. Coğrafiyası və iqlimi Bakı ilə arasında məsafə 399 km-dir. 2019-cu ilin məlumatına görə əhalisi 43 400 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=72701
Şəmkir (şəhər)
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. Toponimikası Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şəmkiri tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 –10 km aralıda məskunlaşmışdır. İndiki Şəmkir şəhərinin əsası 1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən qoyulub. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Xanlar(Göygöl) rayonu) və Annenfeld adlı iki koloniya saldılar. 9 Fevral 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı dəyişdirilərək "Annino" adı verilmişdi. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. 1939-cu ildə Şəmkir şəhər tipli qəsəbə statusunu alıb. Coğrafiyası və iqlimi Bakı ilə arasında məsafə 399 km-dir. 2019-cu ilin məlumatına görə əhalisi 43 400 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=340200
Şəmkir Beynəlxalq Şahmat Turniri
Şəmkir Beynəlxalq Şahmat Turniri (ing. Shamkir Chess) Şəmkir şəhərində 2014-cü ildən etibarən Vüqar Həşimovun xatirəsinə təşkil edilməyə başlanılmış beynəlxalq şahmat turniri. Turnirdə əsasən FİDE sıralamasında ön pillələrdə qərar tutan şahmatçılar iştirak edirlər. Azərbaycan şahmat məktəbinin görkəmli simalarından biri olan Vüqar Həşimovun uzun sürən ağır xəstəlikdən 2014-cü ilin 11 yanvarında vəfat etməsindən sonra Vüqarın xatirəsinə beynəlxalq şahmat turnirinin keçirilməsi Synergy Group tərəfindən qərara alınmışdır. Aparılan müzakirələrin ardından ilk şahmat turnirinin 2014-cü ilin aprel ayında Şəmkir şəhərində keçirilməsi qərarlaşdırıldı. Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən beynəlxalq bir turnir olaraq qəbul edilən Şəmkir Beynəlxalq Şahmat Turnirinə Fide reytinqində ən üst sıralarda qərarlaşmış qrossmeysterin dəvət edilməsi nəzərdə tutulmuşdu. 2014-cü ildə ilki baş tutan turnirin qalibi FİDE reytinqində I yeri tutan norveçli şahmatçı Maqnus Karlsen olmuşdur. Şəmkir Beynəlxalq Şahmat Turnirinin mükafat fondu €100,000 təşkil etməkdədir. Şəmkir Şahmat turniri — 2014 2014-cü ildə təşkil edilmiş Şəmkir Beynəlxalq Şahmat Turniri sayca ilk turnir olmuşdur. Vüqar Həşimovun vəfatının 100-cü gününə təsadüf edən turnir 19–30 aprel tarixlərində Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilmişdir. A və B səbətləri üzrə qruplaşdıran şahmatçıların A qrupunun mükafat fondu 100 min avro, B qrupunun mükafat fondu isə 30 min avro olaraq müəyyənləşdirilmişdir. A qrupunda FİDE reytinqində ön sıraları tutan Maqnus Karlsen, Fabiano Kariana, Hikaru Nakamura, Teymur Rəcəbov, Sergey Karyakin və Şəhriyar Məmmədyarov kimi şahmatçılar qərarlaşmışdır. A qrupu üzrə keçirilən final görüşündə norveçli şahmatçı Maqnus Karlsen italiyalı rəqibi Fabiano Kariananı məğlub edərək turnirin ilk qalibi olmuşdur. B qrupu üzrə keçirilən yarışlarda isə ukraynalı şahmatçı Pavel Elyanov qələbə qazanmışdır. Şəmkir Şahmat turniri — 2015 2015-ci ilin 16 aprel tarixində Şəmkir şəhərində sayca ikinci Şəmkir Beynəlxalq Şahmat Turniri start götürmüşdür. 2015-ci ildə keçirilən turnirin iştirakçıları arasında ötən ilki turnirin qalibi Maqnus Karlsen və FİDE sıralamasında ön pillələri tutan şahmatçılar iştirak etməkdədir. Şəmkir Beynəlxalq Şahmat Turniri 2015 in iştirakçılarının tam tərkibi aşağıdakı kimidir: Şəmkir Şahmat turniri — 2016 2016-cı ilin mayın 25-dən iyunun 4-ə kimi 9 turdan ibarət üçüncü Şəmkir Beynəlxalq Şahmat Turniri keçirildi. Açılışda gənclər və idman naziri Azad Rəhimov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Şəmkir Beynəlxalq Şahmat Turniri 2016-ın iştirakçılarının tam tərkibi aşağıdakı kimidir: Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Şəhriyar Məmmədyarov oldu. Tay breklər Şəhriyar Məmmədyarov — Fabiano Kariana — 2,5:1,5 (1:1 iki partiya sürətli, 1,5:0,5 iki partiya blits) Şəmkir Şahmat turniri — 2017 2017-ci ilin aprelin 20-dən 30-na kimi 9 turdan ibarət dördüncü Şəmkir Beynəlxalq Şahmat Turniri keçirildi. Açılışda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Şəmkir Beynəlxalq Şahmat Turniri 2017-ın iştirakçılarının tam tərkibi aşağıdakı kimidir: Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Şəhriyar Məmmədyarov oldu. Xarici keçidlər gashimovchess.com — Şəmkir Beynəlxalq Şahmat Turnirinin rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=403261
Şəmkir Dövlət Təbiət Yasaqlığı
Şəmkir Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin fevrvalında Şəmkir rayonunun ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Ərazisi 10 000 hektardır. Yasaqlıqda tuqay və yarımsəhra bitki formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, ağyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. ibarətdir. Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə pişiyi, çaqqal, tülkü, turac, qırqovul, kəklik, turac və müxtəlif su quşları vardır. Xarici keçidlər Azərbaycanın Dövlət Təbiət Yasaqlıqları Həmçinin bax Dövlət Təbiət Yasaqlığı Azərbaycan qoruqları
https://az.wikipedia.org/w/index.php?curid=114413
Şəmkir FK
Şəmkir — eyni adlı şəhəri təmsil edən futbol klubudur. Klub bir vaxtlar aktiv olmuş vebsəhifəsinə əsasən 1954-cü ildə Şəmkirdə yaranmışdır. Müxtəlif vaxtlarda 9 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. İki dəfə qızıl, iki dəfə gümüş, bir dəfə də bürünc medal qazanmışdır. Futbol üzrə Azərbaycan Kubokunun finalında 2 dəfə oynamışdır. Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olan "Şəmkir" Latviyanın ən titullu klubu "Skonto"nu Bakıda 4:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. 2001/2002 mövsümü yarımçıq dayandırılan zaman Şəmkir FK 1-ci pillədə idi və 3-cü çempionluğuna çox yaxınlaşmışdı. 2003/2004 mövsümünün çempionu Neftçini məğlub edən yeganə komanda məhz Şəmkir FK olmuşdur (3:1). 2004/2005 mövsümünü 11-ci yerdə (18 klub arasında) bitirməsinə baxmayaraq, mövsümlərarası fasilədə maliyyə çatışmazlığı ucbatından fəaliyyətini dayandırmışdır. 2009-cu ilin sonlarında Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyevin təşəbbüsü ilə 4 illik fasilədən sonra yenidən bərpa olunmuş və komandanın baş məşqçisi postuna vaxtilə bu klubun şərəfini qorumuş sabiq müdafiəçi Faiq Cabbarov təyin olunmuşdur. 2010/2011 mövsümünün gedişində Anar Kələntərov baş məşqçi təyin olundu və klub I divizionda mövsümün sonunda 9-cu pillədə qərarlaşdı. Klubun rəngləri 2010/2011 dirçəliş mövsümü 4 illik fasilədən sonra, 19 avqust 2009-cu ildə klub yenidən bərpa olunmuşdur. Klub mövsüm ərzində 30 futbolçunun xidmətindən istifadə etmiş və turnir cədvəlini 9-cu pillədə başa vurmuşdur. Aktivində 5 qələbə, 7 heç-heçə və 14 məğlubiyyət olan "Şəmkir" FK mövsümü 22 xalla bitirmişdir. 2013/2014 mövsümü Bu mövsümda klubun heyəti dəyişdi. Anar Kələntərovun yerinə baş məşqçi Ruslan Abbasov oldu. Kluba yeni gənc və perspektivli oyunçular gəldi. 2014/2015 mövsümü Bir sıra uğursuzluqdan sonra Ruslan Abbasov istefaya göndərildi. Kluba sponsor tapıldı, yeni baş məşqçi və oyunçular gəldi. 2015-ci ilin yanvar ayından etibarən komandanın yeni baş məşqçisi Kamran Əlibabayev təyin olundu. 2014/2015 mövsümü üçün heyəti (1 mart 2015) Komandanın keçmişində əməyi olanlar Keçmişindəki məşhur futbolçular Rauf Mehdiyev Hüseyn Məhəmmədov Mehman Yunusov Nizami Ocaqverdiyev Xəqani Məmmədov Xaliq Mərdanov Faiq Cabbarov Əli Abıșov Vidadi Rzayev Mahmud Qurbanov Rövşən Əhmədov Azər Məmmədov Badri Kvaratsxeliya Aslan Kərimov İsmayıl Məmmədov Emin İmaməliyev Viktor Kulikov Kənan Kərimov Keçmişindəki baş məşqçilər Əfqan Talıbov Ağasəlim Mircavadov Qəhrəman Əliyev Faiq Cabbarov Anar Kələntərov Ruslan Abbasov Kamran Əlibabayev Əli Məmmədov Qəhrəman Əliyev Badri Kvaratsxeliya Keçmişindəki prezidentlər Şahbaz Süleymanov (1994—2005) Fərid Hüseynov (2015—2016) Elvin Səfərli (2016–2017) Azərbaycan çempionatı: Qızıl medal (2) - 1999/2000, 2000/2001 Gümüş medal (2) - 1998/1999, 2003/2004 Bürünc medal (1) - 1997/1998 Azərbaycan Kuboku: Finalçı (2) - 1998/1999, 2003/2004 Avropa kuboklarında iştirakı 4 dəfə Avropa kuboklarında iştirak etmişdir. Azərbaycanı 2 dəfə UEFA Kubokunda və 2 dəfə də UEFA Çempionlar Liqasında təmsil etmişdir. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 92,5 xal ilə Azərbaycan klubları arasında 10-cu, dünyada isə 790-cı pillədə başa vurmuşdur. Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu
https://az.wikipedia.org/w/index.php?curid=83448
Şəmkir Minarəsi
Şəmkir minarəsi — Azərbaycan memarlığının maraqlı nümunələrindən biri. XI-XIII yüzillərdə qaynaqlarda adı sıx-sıx hallanan Azərbaycan şəhərlərindən olan Şəmkir səyyahların yaddaşında hər şeydən öncə möhkəm qalası və uca və gözəl minarəsi ilə qalmışdır. Ərəb alimlərindən Yaqut əl-Həməvi Şəmkürün Arran ərazisində qala olduğunu qeyd edir, Əbülfida (1273-1331) isə "çox uca və görkəmli" Şəmkir minarəsini heyranlıqla öyür. Azərbaycan memarlıq tarixi üçün də bu əsgi şəhərdənbizə bəlli ən dəyərli abidələr Şəmkir qalası və Şəmkir minarəsidir. Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir. Əski şəhər yerində XIX yüzilin ikinci yarısınacan boy-buxunlu biçimi ilə səyyahları, mütəxəssisləri heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir. Şəmkir minarəsi hər şeydən öncə yetkin üslubu, incə nisbətləri və biçim gözəlliyi ilə diqqəti özünə çəkir. Onun tutum – məkan biçimi sadə həndəsi fiqurların – kub, prizma, silindr – üst-üstə ahəngdar düzümünə əsaslanırdı. Bu aydın sadə fiqurlar içərisində azançı artırması – şərəfə bir qədər mürəkkəb biçimi – daha dekorativ həlli ilə seçilirdi. Bütün bunları ötən yüzildə çəkilmiş gözəl realistik rəsmlərdən də aydın görmək olur. Minarənin quruluş və ölçülərini daha dolğun təsəvvür etmək üçün N. Florovski 1899-cu ildə Peterburqda çap etdirdiyi kitabdakı yazılı təsviri də dəyərlidir. Florovskinin yazdığına görə Gəncə vilayətinin ən dəyərli qədim abidəsi "...düzənliyin ortasında Şamxor çayının sol sahilində...yüksələn və demək olar 30 verstdən görünən Şamxor qülləsidir. Qüllənin əsası kub biçimlidir və onun eni yeddi arşın eni yeddi arşın, hündürlüyü beş arşındır. Onun üzərində diametri əsasda beş, yuxarıda dörd arşınacan olan dairəvi sütun yüksəlir. Onun üst hissəsi hər tərəfi beş arşın, yuxarıda dörd arşınacan olan dairəvi sütun yüksəlir. Onun st hissəsi hər tərəfi beş arşın olan dördbucaqlı karnizlə dövrələnib, karnizin altında...kufi xətti ilə yazılmış böyük kitabə var. Bu karnizin üstündə hündürlüyü altı sajen, yuxarıda artıq dağılan daa bir dairəvi sütun var. Onun diametri əsasda bir sajendən artıq deyil. Bütün qüllənin isə iyirmi səkkiz sajenəcən hündürlüyü var. Qüllənin ortasında 124 iri, demək olar ki dağılmış dolama pilləkən var ki, onunla qalxmaq xeyli çətindir. Yuxarı hissədə karniz altında da görünür pilləkən varmış...Qüllə kərpicdən qum və xırda daşla qarışdırılmış gəclə tikilib; iş olduqca gözəl və möhkəmdir; sement (məhlul) elə bərkdir ki, kərpiclə tamam birləşib. Zamanın artıq çox yerdən bu gözəl abidəni dağıtdığına heyifsilənmədən baxmaq olmur və hətta qüllənin əyilməsi də aydınca hiss olunur." Tanınmış alim – memar Cəfər Qiyasi qeyd edir ki, bu dolğun təsvirə görə Şəmkir minarəsinin hündürlüyü 60 m-ə yaxın olmuşdur. Onun kürsüsünün plan ölçüləri 5 X 5 metr, dairəvi gövdəsinin diametri aşağıda dörd metrə, yuxarıda 3 metrə yaxın imiş. Minarə yuxarıdan dövrələmə tağ sıralı fənərlərlə tamamlanmışdır. Bu ayrıntı içərisində çıraq yandırılmaqla minarə geniş Arran çöllərində gecələr mayaka çevrilir, on kilometrlərlə uzaqdan şəhərin, onun dini mərkəzinin yerini bəlliləşdirirdi.C. Qiyasi qeyd edir ki, Şəmkir minarəsinin tamamilə bənzərsiz olması, həm də ancaq gözətçi məntəqəsi kimi müdafiə tikilisi olaraq ucaldılması fikrinin elmi əsası yoxdur. Bu abidə bütün göstəriciləri ilə Böyük Səlcuq İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin – mil minarənin bitkin örnəklərindən biridir.Mil minarələr Səlcuqlu məscidlərinin bir bucağında, çox vaxt şimal bucağında qoyulurdu. Həm də ilk səlcuqlu minarələrinin altlığı kub şəklində olmuşdur. Kərpicdən tikilən və XI əsrdən başlayaraq böyük ərazidə, o sıradan Azərbaycanda geniş yayılan silindr gövdəli minarələr qabarıq kərpic naxışlarla sıx bəzədilirdi. Bu baxımdan Şəmkir minarəsi İsfahan, Savə və başqa şəhərlərdəki Səlcuq minarələrinə görə saya bəzəkli olmuşdur. Zirvəsinin fənər ilə tamamlanması bu çağın Güney Azərbaycan, İran, Anadolu və Orta Asiya minarələri üçün də səciyyəvidir. Savə minarəsinin, Atabəylər Memarlıq Kompleksi və Qarabağlar türbəsindəki minarələrində ilk halda bitməsi şübhə doğurmur. Tikilmə tarixi XI-XII yüzillərin qovşağına aid edilən Şəmkir minarəsi Səlcuqlar dövrünün mil minarələrindən idi. Sözsüz ki, özü kimi əzəmətli və bitkin memarlıq həlli olan cümə məscidinin, ya da dini kompleksin dominantı imiş. Hər halda orta əsr Şəmkir şəhərinin dini və hətta ola bilsin ki, ticarət mərkəzi də bu minarənin ətrafında olmuşdur. Xarici keçidlər Şəmkir Arxeologiyası Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=160518
Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1971-ci ildə fəaliyyət göstərir. Muzey eksponatlarının ən qədimi e.ə. VII–V minilliyə aid olan kiçik daş çıraqdır. Burada həmçinin keramika və mis qab-qacaq, səhənglər, bəzək əşyaları, silah, naxışlar, arxeoloji artefaktlar, qəpik və kağız pullar, musiqi alətlərinin qədim nümunələri və s. görmək olar. Muzey binası Tarix-Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb. Bu işlər ötən ilin noyabrında başa çatdırılıb. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlar var. Muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6146 eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII–XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var. Binanın həyətyanı sahəsində yaradılmış "Açıq muzey"də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb. Muzeyin eksponatları Muzeydə Şəmkirin və tarixini əks etdirən eksponatlar var. Muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir. Muzeydəki eksponatlar: İbtidai dövr – 9 Flora və fauna – 4 Arxeologiya – 521 Etnoqrafiya – 1457 Orta əsr qadın bəzək əşyaları – 39 Qədim döyüş silahları – 25 Numizmatika – 327 Yeni və müasir dövr – 4 İdeoloji şöbə — 2 Foto və tarixi sənədlər – 3758 Xarici keçidlər "Azərbaycan Prezidenti Şəmkirdə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub". salamnews.org/az. İstifadə tarixi: 25.01.2021. "Azərbaycan muzeyləri". www.anl.az. İstifadə tarixi: 25.01.2021. "Muizeyin yeni binasının açılışı". apa.az. İstifadə tarixi: 25.01.2021.
https://az.wikipedia.org/w/index.php?curid=687269
Şəmkir SES
Şəmkir SES (tam adı: Şəmkir Su Elektrik Stansiyası) — Cənubi Qafqazda Azərbaycana məxsus 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş, Yenikənd SES ilə birlikdə kaskad yaradan ölkənin ikinci böyük su elektrik stansiyası. Şəmkir SES Kür çayının üzərində, Şəmkir şəhərinin yaxınlığında yerləşir. Şəmkir SES-in tikintisi SSRİ respublika rəhbərləri sırasında öz işgüzarlığı və siyasi uzaqgörənliyi ilə seçilən Heydər Əliyevin dəstəyi ilə reallaşmağa başlayıb. 1982-ci il dekabr ayının 22-də Heydər Əliyevin xeyir-duası ilə SES-in ilk bloku işə salınıb. Bir müddət sonra ikinci blok da işə düşüb. Beləliklə, ölkənin enerji sisteminə 380 meqavatlıq dəyərli bir obyekt qoşulmuş oldu.Kür çayının üstündə əzəmətlə ucalan Şəmkir SES-də ötən illər ərzində təxminən 25 milyard kilovat-saat ucuz və keyfiyyətli elektrik enerjisi istehsal edilərək Azərbaycan energetika sisteminə ötürülmüşdür ki, bu da azı 700 milyon manat civarında əmtəə məhsulu deməkdir. Ümummilli Lider Heydər Əliyevin stansiyanın inzibati binasının həyətində mərmər lövhəyə həkk olunan "Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su Elektrik Stansiyasının təməlini qoydum və onu qurub-yaratdım" kəlamı burada çalışan hər bir energetikin qürur mənbəyinə çevrilib. Texniki göstəriciləri 2 hidroaqreqata (hər biri 190 Mvt) malik olan Şəmkir SES-in müəyyən olunmuş gücü 380 Mvt, orta illik elektrik enerjisi istehsalı 56 milyon kvt/saat-dır. Bəndinin hündürlüyü 70 m, uzunluğu 4500 m-dir. Bənd Şəmkir su anbarını əmələ gətirmişdir. 40 il əvvəl tikilən Şəmkir SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqatın ehtiyat hissələri dəyişdirilib, 330 kilovoltluq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla “itirilmiş” güc bərpa olunaraq dayanıqlılıq və etibarlılıq artırılıb. Hazırda əsas diqqət Şəmkir SES-in su tullayıcı qurğusuna yönəlib. Çünki 1983-cü ildə stansiya istismara veriləndən sonra su tullayıcı qurğuda heç bir təmir işləri aparılmayıb. Ona görə də bu qurğunun döşəməsində, tavanında, orta aşrımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlsə də, qurğuda su sızmalarının qarşısını almaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanıb və əsaslı təmir işləri aparılır. Planlaşdırılan işlər çərçivəsində Şəmkir SES-in açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin, o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması planlaşdırılıb. Həmçinin bax Şəmkir su anbarı Xarici keçidlər ""Şəmkir" və "Yenikənd" su elektrik stansiyaları üzrə istehsal artmışdır" (az.). 06.02.2023 tarixində arxivləşdirilib. "Yenikənd su elektrik stansiyasının açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 23 may 2000-ci il" (az.). 07.02.2023 tarixində arxivləşdirilib.
https://az.wikipedia.org/w/index.php?curid=374604
Şəmkir bələdiyyələri
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Yeni Azərbaycan Partiyası "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=628917
Şəmkir bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Yeni Azərbaycan Partiyası "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=354521
Şəmkir döyüşü
19 iyul 1826-cı ildə Azərbaycan valisi, İran taxt-tacının vəliəhdi Abbas Mirzənin başçılıq etdiyi 60 minlik qoşun Xudafərin körpüsünü keçərək Qarabağ və Gəncə üzərinə yeridi. Bundan ruhlanan Gəncə əhalisi iyulun 27-də Rusiya əleyhinə üsyana qalxdı. Bakı, Şamaxı və Şəki xanlıqlarının əhalisi də Rusiya əleyhinə üsyanlara başladılar. Sarı Aslanın başçılıq etdiyi İrəvan xanlığının ordusu Dağ Borçalısında və Şirəkdə yerləşdirilmiş rusları geri oturtdu. Bolus-Kəpənəkçi əhalisi ruslar tərəfindən onların torpaqlarına yerləşdirilmiş alman kolonistlərini qovdular. Rusiyanın Qafqazdakı baş hakimi Yermolovun Borçalının sünnü əhalisini şiələrə qarşı qaldırmaq cəhdi uğursuzluqla nəticələndi. Abbas Mirzə Qarabağın xeyli hissəsini ruslardan azad edərək, 60 minlik ordunun 40 minlik əsas hissəsi ilə rusların Təbriz-Tiflis yolu üstündəki əsas dayaq məntəqəsi olan Şuşa qalasını mühasirəyə aldı və qalan 20 minlik qoşunla Tiflisə tərəf hərəkət etdi. Artıq vaxt itkisinə səbəb olan 48 günlük mühasirə rus qüvvələrinin birləşərək əks hücuma keçməsi üçün şərait yaratdı. Ruslar dekabristlər üsyanında iştirak etdiklərinə görə cərimə batalyonlarına qulluğa göndərilənləri də döyüşlərə cəlb etdilər və yaxşı döyüşəcəkləri halda "əfv olunacaqları" haqda vəd verildi. Tiflis üzərinə yeriyən Abbas Mirzənin qoşunlarının avanqardı — 10 min əsgər, 4 top, 20 falkonetlə avqustun əvvəlində Şamxoru tutdu. Əlahiddə Rusiya Qafqaz korpusunun komandiri general Yermolovun başçılığı altında olan 12 minlik nizami qoşun (2 draqun alayı, 150 kazak) və 2 minlik kazak süvari dəstəsi, Abbas Mirzəni məğlub etmək, onun Tiflisə yürüşünün qarşısını almaq və Şuşanın mühasirəsinin qaldırılması üçün hərəkətə keçdi. 1826-cı ilin 3(15) sentyabrında müasir Şəmkir şəhərinin yaxınlığında, Şəmkir çayının sahilində tərəflər qarşı-qarşıya gəldilər. Rus ordusunun 4300 nəfərlik əlahiddə dəstəsi 12 topla və 2 min kazak süvarisi ilə Madatovun komandanlığı altında, Tiflisdən hərəkət edərək, Şamxor yaxınlığındakı qarşı döyüşdə Abbas Mirzənin avanqardını məğlub etdi. Süvarilərin təqib etdiyi Abbas Mirzənin qoşunları Şəmkir çayının, Tiflisin üzərinə yeriyən əsas qüvvələrin cəmləşdiyi sağ tərəfinə keçdilər. Abbas Mirzənin qoşunları cinahlarında qeyri-nizami süvarilər (qulamlar) olmaqla, düşmənə qarşı qabaran aypara formasında düzülmüşdü. Arxada toplar və falkonetlər yer alırdı. Ruslar, rəqibin say üstünlüyünə baxmayaraq, dayanmadan onun mövqelərinə hucum etdilər. Topların dəstəyi ilə süvarilər cinahlarda döyüşə girişdilər, piyadalar isə süngü hücumu ilə Abbas Mirzənin qoşunlarının mərkəzini vurub keçdilər. Süvarilər Abbas Mirzənin qoşunlarını təqib etməyə başladılar. Döyüşdə Abbas Mirzə 2 minə yaxın, ruslar isə 27 əsgər itirdilər. Döyüşün taleyini piyadaların, süvarilərin və topların hərəkətlərinin uzlaşması həll etdi. 5(17) sentyabrda Abbas Mirzə Şuşa qalasının mühasirəsini götürdü. Sentyabrın 13(25)-də Yelizavetpol yaxınlığındakı döyüşdə ruslar yenə qələbə qazandılar. Döyüşün iştirakçıları Abbas mirzə Qovanlı-Qacar Məhəmməd Qovanlı-Qacar Əmir xan Dəvəli-Qacar Valerian Madatov
https://az.wikipedia.org/w/index.php?curid=399890
Şəmkir döyüşü (1826)
19 iyul 1826-cı ildə Azərbaycan valisi, İran taxt-tacının vəliəhdi Abbas Mirzənin başçılıq etdiyi 60 minlik qoşun Xudafərin körpüsünü keçərək Qarabağ və Gəncə üzərinə yeridi. Bundan ruhlanan Gəncə əhalisi iyulun 27-də Rusiya əleyhinə üsyana qalxdı. Bakı, Şamaxı və Şəki xanlıqlarının əhalisi də Rusiya əleyhinə üsyanlara başladılar. Sarı Aslanın başçılıq etdiyi İrəvan xanlığının ordusu Dağ Borçalısında və Şirəkdə yerləşdirilmiş rusları geri oturtdu. Bolus-Kəpənəkçi əhalisi ruslar tərəfindən onların torpaqlarına yerləşdirilmiş alman kolonistlərini qovdular. Rusiyanın Qafqazdakı baş hakimi Yermolovun Borçalının sünnü əhalisini şiələrə qarşı qaldırmaq cəhdi uğursuzluqla nəticələndi. Abbas Mirzə Qarabağın xeyli hissəsini ruslardan azad edərək, 60 minlik ordunun 40 minlik əsas hissəsi ilə rusların Təbriz-Tiflis yolu üstündəki əsas dayaq məntəqəsi olan Şuşa qalasını mühasirəyə aldı və qalan 20 minlik qoşunla Tiflisə tərəf hərəkət etdi. Artıq vaxt itkisinə səbəb olan 48 günlük mühasirə rus qüvvələrinin birləşərək əks hücuma keçməsi üçün şərait yaratdı. Ruslar dekabristlər üsyanında iştirak etdiklərinə görə cərimə batalyonlarına qulluğa göndərilənləri də döyüşlərə cəlb etdilər və yaxşı döyüşəcəkləri halda "əfv olunacaqları" haqda vəd verildi. Tiflis üzərinə yeriyən Abbas Mirzənin qoşunlarının avanqardı — 10 min əsgər, 4 top, 20 falkonetlə avqustun əvvəlində Şamxoru tutdu. Əlahiddə Rusiya Qafqaz korpusunun komandiri general Yermolovun başçılığı altında olan 12 minlik nizami qoşun (2 draqun alayı, 150 kazak) və 2 minlik kazak süvari dəstəsi, Abbas Mirzəni məğlub etmək, onun Tiflisə yürüşünün qarşısını almaq və Şuşanın mühasirəsinin qaldırılması üçün hərəkətə keçdi. 1826-cı ilin 3(15) sentyabrında müasir Şəmkir şəhərinin yaxınlığında, Şəmkir çayının sahilində tərəflər qarşı-qarşıya gəldilər. Rus ordusunun 4300 nəfərlik əlahiddə dəstəsi 12 topla və 2 min kazak süvarisi ilə Madatovun komandanlığı altında, Tiflisdən hərəkət edərək, Şamxor yaxınlığındakı qarşı döyüşdə Abbas Mirzənin avanqardını məğlub etdi. Süvarilərin təqib etdiyi Abbas Mirzənin qoşunları Şəmkir çayının, Tiflisin üzərinə yeriyən əsas qüvvələrin cəmləşdiyi sağ tərəfinə keçdilər. Abbas Mirzənin qoşunları cinahlarında qeyri-nizami süvarilər (qulamlar) olmaqla, düşmənə qarşı qabaran aypara formasında düzülmüşdü. Arxada toplar və falkonetlər yer alırdı. Ruslar, rəqibin say üstünlüyünə baxmayaraq, dayanmadan onun mövqelərinə hucum etdilər. Topların dəstəyi ilə süvarilər cinahlarda döyüşə girişdilər, piyadalar isə süngü hücumu ilə Abbas Mirzənin qoşunlarının mərkəzini vurub keçdilər. Süvarilər Abbas Mirzənin qoşunlarını təqib etməyə başladılar. Döyüşdə Abbas Mirzə 2 minə yaxın, ruslar isə 27 əsgər itirdilər. Döyüşün taleyini piyadaların, süvarilərin və topların hərəkətlərinin uzlaşması həll etdi. 5(17) sentyabrda Abbas Mirzə Şuşa qalasının mühasirəsini götürdü. Sentyabrın 13(25)-də Yelizavetpol yaxınlığındakı döyüşdə ruslar yenə qələbə qazandılar. Döyüşün iştirakçıları Abbas mirzə Qovanlı-Qacar Məhəmməd Qovanlı-Qacar Əmir xan Dəvəli-Qacar Valerian Madatov
https://az.wikipedia.org/w/index.php?curid=399856
Şəmkir mahalı
Şamxor mahalı — Gəncə xanlığının mahallarından biri. Mahal haqqında qısa bilgi Yaranması — 1747-ci il Mərkəzi — Dəllər kəndi Sərhədləri — Qərbdən Ayrım mahalı, şimaldan Şəmşəddil mahalı, şərqdən Şəki xanlığı, cənubdan Gəncə mahalı. Mahalın tarixi Xanlıqlar dövründə Şamxor mahalı Gəncə xanlığının tərkibində olmuşdur. Qazax sultanlığından başlayaraq Kür çayı boyunca cənuba doğru uzanan Gəncə xanlığı İrəvan və Qarabağ xanlıqları əhatəsində yerləşirdi. Samux, Kürəkbasan, Gəncə, Şamxor (Şəmkir) və Ayrım mahallarından ibarət idi. Ərazisi 5000 kv. verst idi. Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır. 1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir. 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir: 1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir; 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı; 3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı; 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı; 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı; 6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır. Mahalın oba və kəndləri Şamxor mahalı 1804-cü ildə Ənvər Çingizoğlu, Şamxor mahalı, Bakı: Mütərcim, 2013, 152,-səh. Həmçinin bax Gəncə xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=538131
Şəmkir minarəsi
Şəmkir minarəsi — Azərbaycan memarlığının maraqlı nümunələrindən biri. XI-XIII yüzillərdə qaynaqlarda adı sıx-sıx hallanan Azərbaycan şəhərlərindən olan Şəmkir səyyahların yaddaşında hər şeydən öncə möhkəm qalası və uca və gözəl minarəsi ilə qalmışdır. Ərəb alimlərindən Yaqut əl-Həməvi Şəmkürün Arran ərazisində qala olduğunu qeyd edir, Əbülfida (1273-1331) isə "çox uca və görkəmli" Şəmkir minarəsini heyranlıqla öyür. Azərbaycan memarlıq tarixi üçün də bu əsgi şəhərdənbizə bəlli ən dəyərli abidələr Şəmkir qalası və Şəmkir minarəsidir. Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir. Əski şəhər yerində XIX yüzilin ikinci yarısınacan boy-buxunlu biçimi ilə səyyahları, mütəxəssisləri heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir. Şəmkir minarəsi hər şeydən öncə yetkin üslubu, incə nisbətləri və biçim gözəlliyi ilə diqqəti özünə çəkir. Onun tutum – məkan biçimi sadə həndəsi fiqurların – kub, prizma, silindr – üst-üstə ahəngdar düzümünə əsaslanırdı. Bu aydın sadə fiqurlar içərisində azançı artırması – şərəfə bir qədər mürəkkəb biçimi – daha dekorativ həlli ilə seçilirdi. Bütün bunları ötən yüzildə çəkilmiş gözəl realistik rəsmlərdən də aydın görmək olur. Minarənin quruluş və ölçülərini daha dolğun təsəvvür etmək üçün N. Florovski 1899-cu ildə Peterburqda çap etdirdiyi kitabdakı yazılı təsviri də dəyərlidir. Florovskinin yazdığına görə Gəncə vilayətinin ən dəyərli qədim abidəsi "...düzənliyin ortasında Şamxor çayının sol sahilində...yüksələn və demək olar 30 verstdən görünən Şamxor qülləsidir. Qüllənin əsası kub biçimlidir və onun eni yeddi arşın eni yeddi arşın, hündürlüyü beş arşındır. Onun üzərində diametri əsasda beş, yuxarıda dörd arşınacan olan dairəvi sütun yüksəlir. Onun üst hissəsi hər tərəfi beş arşın, yuxarıda dörd arşınacan olan dairəvi sütun yüksəlir. Onun st hissəsi hər tərəfi beş arşın olan dördbucaqlı karnizlə dövrələnib, karnizin altında...kufi xətti ilə yazılmış böyük kitabə var. Bu karnizin üstündə hündürlüyü altı sajen, yuxarıda artıq dağılan daa bir dairəvi sütun var. Onun diametri əsasda bir sajendən artıq deyil. Bütün qüllənin isə iyirmi səkkiz sajenəcən hündürlüyü var. Qüllənin ortasında 124 iri, demək olar ki dağılmış dolama pilləkən var ki, onunla qalxmaq xeyli çətindir. Yuxarı hissədə karniz altında da görünür pilləkən varmış...Qüllə kərpicdən qum və xırda daşla qarışdırılmış gəclə tikilib; iş olduqca gözəl və möhkəmdir; sement (məhlul) elə bərkdir ki, kərpiclə tamam birləşib. Zamanın artıq çox yerdən bu gözəl abidəni dağıtdığına heyifsilənmədən baxmaq olmur və hətta qüllənin əyilməsi də aydınca hiss olunur." Tanınmış alim – memar Cəfər Qiyasi qeyd edir ki, bu dolğun təsvirə görə Şəmkir minarəsinin hündürlüyü 60 m-ə yaxın olmuşdur. Onun kürsüsünün plan ölçüləri 5 X 5 metr, dairəvi gövdəsinin diametri aşağıda dörd metrə, yuxarıda 3 metrə yaxın imiş. Minarə yuxarıdan dövrələmə tağ sıralı fənərlərlə tamamlanmışdır. Bu ayrıntı içərisində çıraq yandırılmaqla minarə geniş Arran çöllərində gecələr mayaka çevrilir, on kilometrlərlə uzaqdan şəhərin, onun dini mərkəzinin yerini bəlliləşdirirdi.C. Qiyasi qeyd edir ki, Şəmkir minarəsinin tamamilə bənzərsiz olması, həm də ancaq gözətçi məntəqəsi kimi müdafiə tikilisi olaraq ucaldılması fikrinin elmi əsası yoxdur. Bu abidə bütün göstəriciləri ilə Böyük Səlcuq İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin – mil minarənin bitkin örnəklərindən biridir.Mil minarələr Səlcuqlu məscidlərinin bir bucağında, çox vaxt şimal bucağında qoyulurdu. Həm də ilk səlcuqlu minarələrinin altlığı kub şəklində olmuşdur. Kərpicdən tikilən və XI əsrdən başlayaraq böyük ərazidə, o sıradan Azərbaycanda geniş yayılan silindr gövdəli minarələr qabarıq kərpic naxışlarla sıx bəzədilirdi. Bu baxımdan Şəmkir minarəsi İsfahan, Savə və başqa şəhərlərdəki Səlcuq minarələrinə görə saya bəzəkli olmuşdur. Zirvəsinin fənər ilə tamamlanması bu çağın Güney Azərbaycan, İran, Anadolu və Orta Asiya minarələri üçün də səciyyəvidir. Savə minarəsinin, Atabəylər Memarlıq Kompleksi və Qarabağlar türbəsindəki minarələrində ilk halda bitməsi şübhə doğurmur. Tikilmə tarixi XI-XII yüzillərin qovşağına aid edilən Şəmkir minarəsi Səlcuqlar dövrünün mil minarələrindən idi. Sözsüz ki, özü kimi əzəmətli və bitkin memarlıq həlli olan cümə məscidinin, ya da dini kompleksin dominantı imiş. Hər halda orta əsr Şəmkir şəhərinin dini və hətta ola bilsin ki, ticarət mərkəzi də bu minarənin ətrafında olmuşdur. Xarici keçidlər Şəmkir Arxeologiyası Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=95003
Şəmkir qalası
Qalanın antik dövrdə tikildiyi güman olunur. Böyük ipək yolu üzərində yerləşən Şəmkir şəhərini kənar basqınlardan qorumaq üçün tikilib. Qalanın xarabalıqları indiki Şəmkir şəhəri Qədimqala kəndi ərazisində yerləşir. XIII əsr ərəb səyyahı Yaqut əl Həməvi "Mücam əl buldan"əsərində Şəmkir qalasını təsvir edib. Qalanın xarabalıqlarında son dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı burada Əhəmənilər dövləti dövrünə aid saray aşkarlanıb. Şəmkir rayonunun Qədimqala kəndində yerləşən VI əsrdə böyük şəhərə çevrilən “Orta Əsr Qədim Şəmkir Qala Şəhəri” 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ərazidə apardığı arxeoloji qazıntılar zamanı tapılıb. Şəhər qalıqları 30 hektar ərazini əhatə edir. Qalanın düşməndən qorunmaq üçün 8 qülləsi və 4 qapısı olub. Məlumata görə saray Əhəməni dövlətinin vaxtında inşa olunub. Qədim qala divarları aran memarlıq üslubunda işlənib. Divarın hündürlüyü 7 metr, eni isə təxminən 2 metrdir. Divarın tikintisində istifadə olunan qırmızı kərpiclər elə bu yerdəcə kustar üsulla hazırlanıb. Digər ağ daşlar və çay daşları Şəmkir ərazindən və Şəmkir çayından toplanıb. Arxeoloji qazıntılar artıq 7 ildir ki, davam etdirilir. 2013-cü ilin birinci rübünün sonlarında ərazidə yeni "Şəhristan" adlanan qədim inzibati bina, su kəhrizi və ətrafında şəhərin digər qalıq hissələri aşkar olunub. Ekspedisiya rəhbəri Rəşid Bəşirovun verdiyi məlumata görə keçmişdə "İpək Yolu" da məhz bu ərazidən keçib. Təxminən XI əsrə aid olan köhnə körpü də bunu bir daha sübut edir. Ərəb, Bizans, Hülakü və Atabəylərdən sonra ərazi Rusların hücumuna məruz qalıb. Qazıntılar zamanı rusların burada yaratdığı “Hərbi Qarnizon”un qalıqları, yaşayış evləri və onlara məxsus pul vahidləri də aşkarlanıb. Hazırda ərazidə qalanın digər qalıqlarını aşkarlamaq məqsədilə qazıntılar davam etdirilir. Həmçinin bax Arran memarlıq məktəbi Azərbaycan memarlığı
https://az.wikipedia.org/w/index.php?curid=66365
Şəmkir qülləsi
Şəmkir minarəsi — Azərbaycan memarlığının maraqlı nümunələrindən biri. XI-XIII yüzillərdə qaynaqlarda adı sıx-sıx hallanan Azərbaycan şəhərlərindən olan Şəmkir səyyahların yaddaşında hər şeydən öncə möhkəm qalası və uca və gözəl minarəsi ilə qalmışdır. Ərəb alimlərindən Yaqut əl-Həməvi Şəmkürün Arran ərazisində qala olduğunu qeyd edir, Əbülfida (1273-1331) isə "çox uca və görkəmli" Şəmkir minarəsini heyranlıqla öyür. Azərbaycan memarlıq tarixi üçün də bu əsgi şəhərdənbizə bəlli ən dəyərli abidələr Şəmkir qalası və Şəmkir minarəsidir. Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir. Əski şəhər yerində XIX yüzilin ikinci yarısınacan boy-buxunlu biçimi ilə səyyahları, mütəxəssisləri heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir. Şəmkir minarəsi hər şeydən öncə yetkin üslubu, incə nisbətləri və biçim gözəlliyi ilə diqqəti özünə çəkir. Onun tutum – məkan biçimi sadə həndəsi fiqurların – kub, prizma, silindr – üst-üstə ahəngdar düzümünə əsaslanırdı. Bu aydın sadə fiqurlar içərisində azançı artırması – şərəfə bir qədər mürəkkəb biçimi – daha dekorativ həlli ilə seçilirdi. Bütün bunları ötən yüzildə çəkilmiş gözəl realistik rəsmlərdən də aydın görmək olur. Minarənin quruluş və ölçülərini daha dolğun təsəvvür etmək üçün N. Florovski 1899-cu ildə Peterburqda çap etdirdiyi kitabdakı yazılı təsviri də dəyərlidir. Florovskinin yazdığına görə Gəncə vilayətinin ən dəyərli qədim abidəsi "...düzənliyin ortasında Şamxor çayının sol sahilində...yüksələn və demək olar 30 verstdən görünən Şamxor qülləsidir. Qüllənin əsası kub biçimlidir və onun eni yeddi arşın eni yeddi arşın, hündürlüyü beş arşındır. Onun üzərində diametri əsasda beş, yuxarıda dörd arşınacan olan dairəvi sütun yüksəlir. Onun üst hissəsi hər tərəfi beş arşın, yuxarıda dörd arşınacan olan dairəvi sütun yüksəlir. Onun st hissəsi hər tərəfi beş arşın olan dördbucaqlı karnizlə dövrələnib, karnizin altında...kufi xətti ilə yazılmış böyük kitabə var. Bu karnizin üstündə hündürlüyü altı sajen, yuxarıda artıq dağılan daa bir dairəvi sütun var. Onun diametri əsasda bir sajendən artıq deyil. Bütün qüllənin isə iyirmi səkkiz sajenəcən hündürlüyü var. Qüllənin ortasında 124 iri, demək olar ki dağılmış dolama pilləkən var ki, onunla qalxmaq xeyli çətindir. Yuxarı hissədə karniz altında da görünür pilləkən varmış...Qüllə kərpicdən qum və xırda daşla qarışdırılmış gəclə tikilib; iş olduqca gözəl və möhkəmdir; sement (məhlul) elə bərkdir ki, kərpiclə tamam birləşib. Zamanın artıq çox yerdən bu gözəl abidəni dağıtdığına heyifsilənmədən baxmaq olmur və hətta qüllənin əyilməsi də aydınca hiss olunur." Tanınmış alim – memar Cəfər Qiyasi qeyd edir ki, bu dolğun təsvirə görə Şəmkir minarəsinin hündürlüyü 60 m-ə yaxın olmuşdur. Onun kürsüsünün plan ölçüləri 5 X 5 metr, dairəvi gövdəsinin diametri aşağıda dörd metrə, yuxarıda 3 metrə yaxın imiş. Minarə yuxarıdan dövrələmə tağ sıralı fənərlərlə tamamlanmışdır. Bu ayrıntı içərisində çıraq yandırılmaqla minarə geniş Arran çöllərində gecələr mayaka çevrilir, on kilometrlərlə uzaqdan şəhərin, onun dini mərkəzinin yerini bəlliləşdirirdi.C. Qiyasi qeyd edir ki, Şəmkir minarəsinin tamamilə bənzərsiz olması, həm də ancaq gözətçi məntəqəsi kimi müdafiə tikilisi olaraq ucaldılması fikrinin elmi əsası yoxdur. Bu abidə bütün göstəriciləri ilə Böyük Səlcuq İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin – mil minarənin bitkin örnəklərindən biridir.Mil minarələr Səlcuqlu məscidlərinin bir bucağında, çox vaxt şimal bucağında qoyulurdu. Həm də ilk səlcuqlu minarələrinin altlığı kub şəklində olmuşdur. Kərpicdən tikilən və XI əsrdən başlayaraq böyük ərazidə, o sıradan Azərbaycanda geniş yayılan silindr gövdəli minarələr qabarıq kərpic naxışlarla sıx bəzədilirdi. Bu baxımdan Şəmkir minarəsi İsfahan, Savə və başqa şəhərlərdəki Səlcuq minarələrinə görə saya bəzəkli olmuşdur. Zirvəsinin fənər ilə tamamlanması bu çağın Güney Azərbaycan, İran, Anadolu və Orta Asiya minarələri üçün də səciyyəvidir. Savə minarəsinin, Atabəylər Memarlıq Kompleksi və Qarabağlar türbəsindəki minarələrində ilk halda bitməsi şübhə doğurmur. Tikilmə tarixi XI-XII yüzillərin qovşağına aid edilən Şəmkir minarəsi Səlcuqlar dövrünün mil minarələrindən idi. Sözsüz ki, özü kimi əzəmətli və bitkin memarlıq həlli olan cümə məscidinin, ya da dini kompleksin dominantı imiş. Hər halda orta əsr Şəmkir şəhərinin dini və hətta ola bilsin ki, ticarət mərkəzi də bu minarənin ətrafında olmuşdur. Xarici keçidlər Şəmkir Arxeologiyası Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=133569
Şəmkir qəzası
Şamxor qəzası — 22 aprel 1920-ci ildə Gəncə qəzasından ayrılmış qəza. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 22 aprel 1920-ci il tarixli iclasında qəbul olunan 5 maddəli xüsusu qanina əsazən Şamxor qəzası yaradılmışdır. Qanunun birinci maddəsində Şamxor qəzasının Gəncə qəzasının qərb hissəsinin və keçmiş Novobayazid qəzasının ona bitişik hissələrinin hesabına yaradıldığı və qəza idarəsinin isə Zəyəm stansiyasında yerləşməli olduğu göstərilirdi. İkinci maddəyə görə isə yeni təsis edilmiş Şamxor qəzasına 34 kənd icmasının verilməsi nəzərdə tutulurdu. Bunlar Qaracəmirli, Georgiyevsk, Alabaşlı, Seyfəli, Annino, Dəllər, Keçili, Morul, Quşçu, Zəylik, Bolçalı, Damcılı, Xinnalı, Kovlar, Bayramlı, Aşağı Əyyublu, Yuxarı Ayıblı, Düyərli, İrmaşlı, Klixli, Çardaqlı, Barsum, Slavyanka, Gədəbəy, Novosaratovka, Novoivanovka, Miskanlı, Qaramurad, Cil, Məzri, Zad, Basarkeçər, Sarıyaqub, Aşağı Alçalı daxil idi. Üçüncü maddədə qəza polis idarəsinin yaradılması, 4-cü maddədən Gəncə Qəza Polis İdarəsinin heyətindən 4 nəfərini Şamxor Qəza Polis İdarəsinə təyin edilməsi, 5-ci maddədə isə Şəmkir Qəza İdarəsinə pul ayrılması qeyd olunmuşdu. 8 avqust 1929-cu ildə Şamxor qəzası ləğv edilmişdir. [1] Arxivləşdirilib 2017-07-06 at the Wayback Machine Həmçinin bax Şamxor mahalı Şəmkir rayonu
https://az.wikipedia.org/w/index.php?curid=707720
Şəmkir rayonu
Şəmkir rayonu — Azərbaycanın Qərbində yerləşir. "Şəmkir" adı ərazidə yerləşən Şəmkir adlı qala ilə bağlıdır. Bu qala V-VI əsrlərdə Əhəmənilər tərəfindən inşa edildiyi söylənilir. Bu qalanın qalıntılarını Muxtariyyat kəndindədir. Muxtariyyat kəndinin adı keçmişdə "Qala kəndi" idi. İndi isə Qədimqaladır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunu Şəmkir rayonu adlandırılmışdır. Ümumi məlumat Şəhər və iri qəsəbələrin adları Şəmkir rayonunda 1 şəhər, 7 şəhər tipli qəsəbə, 60 kənd vardır. Sərhəd rayonlar Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir. Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda "Müxtəsər Azərbaycan tarixi" kitabını çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms-Günəş-Kür-Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adı "Şamkür", yəni "Kür qırağı" kimi izah etmişdir. Şəmkir erkən orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilindədir. Şəhərin qala yerinin sahəsi 20 hektar olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsilə birləşmişdir. Bu körpünün qalıqları indi də qalmaqdadır. VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olundu. Ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırıldı. Şəhərin adı sonralar özünə qaytarıldı. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX–XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olundu. X–XII əsrlərdə Şəmkir özünün yüksəliş dövrünü keçirirdi. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirildi. XIII əsrdə monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olmuşdur. Şəhər əhalisi Bəhram hakimiyyətindən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb etmişdir. XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədəz tayfa başçısının irsi hakimiyyətinə keçdi. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olmuşdur. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirildi. 1826–1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olmuşdur. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında baş vermiş döyüşdə çar qoşunları İran ordusunu məğlub etdi. XIX əsrin I yarısında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşdı. Həmin dövrdən Şamxor Anino adlandırıldı. 1918-ci il yanvarın 8–10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələri tərk-silah edilmiş və bir çoxu güllələnmişdir. Bu hadisə tarixdə Şamxor hadisəsi kimi yadda qalıb. 1938-ci ildə şəhərin köhnə adı bərpa edildi. 1991-ci ildə isə yenidən Şəmkir şəhəri adlandırılmışdır. Memarlıq abidələri Şəmkir rayonu ərazisində IX–XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX–XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Qədimqala kəndi), XI–XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi), XI–XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI–XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI–XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni Həyat kəndi), XVI–XVII əsrlərə aid Koroğlu qalası (Şəmkir (şəhər)), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə aid Pir (Kilsə) (Dağ-Daşbulaq), 1909-cu ildə tikilmiş Alman kilsəsi (Şəmkir), XI–XII əsrlərə aid oğuz qəbiristanlığı (Yeni Seyfəli kəndi), XVI–XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) mövcuddur. Şəmkir şəhərində 1975-ci ildə inşa edilmiş Qələbə kompleksi, Düyərli kəndində 1975-ci ildə tikilmiş məscid binası, Çinarlı qəsəbəsində 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, Şəmkir şəhərində, şəhərin Sərxan hissəsində və Naxırçılar hissəsində 1990-cı ildə qoyulmuş "20 Yanvar" abidələri, 1991-ci ildə şəhərdə ucaldılmış Aşıq Hüseyn Şəmkirlinin heykəli, Əliağa Şıxlinskinin büstü, Keçili kəndində 1992-ci ildə tikilmiş məscid, Qədimqala kəndində 1993-cü ildə ucaldılmış Koroğlunun abidəsi, Azərbaycanın Milli Qəhrəmanı Zaur Sarıyevin büstü, Şəhidlər parkı, İrmaşlı kəndində 1998-ci ildə inşa edilmiş məscid, Şəmkir şəhərində 1998-ci ildə inşa edilmiş Heydər Əliyev bulağı, 2001-ci ildə qoyulmuş 31 mart soyqırım abidəsi və Qurtuluş bulağı, Əliyaqublu kəndində 1998-ci ildə tikilmiş məscid, Qapanlı kəndində 2001-ci ildə inşa edilmiş 31 mart soyqırım abidəsi, Dəllər-Cırdaxan kəndində 2001-ci ildə ucaldılmış Yəhyabəy Dilqəmin abidəsi, Çənlibeldə 1997-ci ildə ucaldılmış Aşıq Ələsgərin heykəli kimi memarlıq abidələri var. Şəmkir rayonunda 2007–2008-ci tədris ilinin əvvəlinə 81 dövlət gündüz ümumtəhsil məktəblərində 35488 nəfər təhsil alan şagird olmuş, onların 29,1 faizi II və III növbədə oxuyanlardır. Ümumtəhsil məktəblərini 2883 nəfər bitirmiş və 2877 ümumi orta təhsil haqqında attestat almışdır. Dövlət ümumtəhsil məktəblərində şagirdlərin təlim tərbiyəsi ilə 4664 nəfər müəllim məşğul olur. Dövlət məktəbəqədər müəssisələrin sayı 53, bunlarda uşaqların sayı 2875 nəfər olmuşdur. Məktəbəqədər müəssisələrdə yerlərin sayı 3254, hər 100 yerə düşən uşaqların sayı 88 nəfər olmuşdur.. Şəmkir rayonunda 2007-ci il ərzində rayonda əhalinin sağlamlığını qorumaq məqsədilə 350 həkim və 1109 orta tibb işçisi çalışır. 22 xəsətəxana, 48 ambulator poliklinika müəssisələri fəaliyyət göstərmiş rayon əhalisinin hər 10000 nəfərinə 18,9 həkim, 60 orta tibb işçisi 89 xəstəxana çarpayısı düşür. Əhalinin xəstələnmə halları arasında ötən il tənəffüs orqanlarının, ürək qan dövranı sisteminin, həzm orqanları, şiş və endokirin xəstəlikləri üstünlük təşkil etmişdir. Şəmkir rayonunda 2007-ci ildə Şəmkir rayonunda kütləvi kitabxanaların sayı 96 ədəd, onlarda olan kitab fondu 513,4 min nüsxə, orta hesabla hər 1000 sakinə 2738 nüsxə, klub müəssisələrinin sayı 68 ədəd, muzeylərin sayı 3 ədəd onlara gələnlərin sayı 8,4 min nəfər, əhalinin hər 1000 nəfərinə 44,8 nəfər olmuşdur. Bələdiyyələr Şəmkir rayonunda bələdiyyələr ilk dəfə 1999-cu ildə yaranmışdır. Rayonun 64 yaşayış məntəqəsində 57 bələdiyyə fəaliyyət göstərir. 1 şəhər, 4 qəsəbə, 52 kənd bələdiyyələri yerli özünüidarəetmə orqanı kimi şəhər, qəsəbə və kəndlərin idarə olunmasında iştirak edir. İqtisadiyyat Şəmkir rayonu əsasən üzümçülük rayonudur. İqtisadiyyatında heyvandarlıq, quşçuluq və baramaçılıq da mühüm yer tutur. Burada kənd təsərrüfatı maşınqayırması, üzüm e'malı müəssisələri, yerli istehsalat kombinatı, tikinti materialları kombinatı, SES və başqa müəssisələr vardır. Şəmkir rayonu əsasən aqrar sektorda inkişaf etmişdir. Cari ilin 1-ci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 12 faiz artaraq, 85.246 min manat olmuşdur. Orta hesabla rayonun hər bir sakini üzrə ümumi məhsul buraxılışının 45 faizdən çoxunu kənd təsərrüfatında, məhsul istehsalının həcmi (38423 min manat) təşkil etmişdir. Əsas kənd təsərrüfatı bitkiləri buğda, arpa, qarğıdalı, üzüm, soğan, kələm, pomidor, xiyar, badımcan, günəbaxan, kartof. Şəmkir rayonu xüsusi potensiala malik olmaqla kənd təsərrüfatı dinamik olaraq inkişaf etmişdir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahələri aparıcı rol oynayır. Eyni zamanda təsərrüfatlarda bostan və günəbaxan məhsullarıda istehsal edilir. Torpaq islahatı nəticəsində 36.545 ailə 48,2 min hektar torpaq payına sahib olmuşdur. Orta hesabla bir ailəyə 1,2 hektar torpaq sahəsi verilmişdir. Ötən 6 ay ərzində rayonun təsərrüfatlarında 14.471 ton taxıl, 37.110 ton kartof, 35.336 ton tərəvəz və 3.471 ton meyvə istehsal olunmuşdur. Şəmkir rayonunda quşçuluq sahəsi də inkişaf etmişdir. Şəmkir quşçuluq fabriki rayonun Yeni həyat kəndi ərazsində yerləşməklə qərb bölgəsində ən iri istehsal müəssisəsidir. 300 min baş quş tutumu olan Şəmkir quşçuluq fabriki ildə 50 milyon yumurta və 1000 ton ət istehsalı gücünə malikdir. Sahəsi 12 hektar olan Quşçuluq fabrikində 4 istehsal sexi mövcuddur. Yem istehsal sexi ildə 50 ton yem estehsal edir. Bundan başqa fabrikdə yumurta çeşidləyən kəsim və inkubasiya sexləridə fəaliyyət göstərir. Cari ilin 6 ayı ərzində on iki milyon iki yüz otuz beş min ədəd yumurta, 12600 kq quş əti istehsal olunaraq satılmışdır. Fabrikdə 132.834 baş quşun 49.105 başı yumurta verəndir. Fabrik Şəmkir rayonunu və qərb bölgəsini yumurta və quş əti ilə təmin edir. Dövlət və şəxsi müəssisələr Şəmkir rayonun iqtisadi inkişafında, iri dövlət və şəxsi müəssisələrin xüsusi rolu vardır. Cari ilin 1-ci yarısında sənaye məhsullarının həcmi 25266 min manat olmuşdur ki, bu 2007-ci ilin müvafiq dövrünə nisbətən 106%-i təşkil edir. Hal-hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir. 87 fərdi sahibkar hüquqi şəxs yaratmadan sənaye fəaliyyəti ilə məşğul olur. Rayon sənayesinin ümumi məhsul buraxılışında qeyri dövlət bölməsinin xüsusi çəkisi 12,5 faizi təşkil edir. Rayonda fəaliyyət göstərən Şəmkir SES silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyət, işçilərin sayı 212 nəfər, Şəmkir Paylayıcı Elektrik Şəbəkəsi işçilərinin sayı 207 nəfər, Şəmkir RET Məhdud Məsuliyyətli Cəmiyyət işçilərin sayı 90 nəfər, Şəmkir " Sukanal" istismar idarəsi, işçilərin sayı 48 nəfər, Şəmkir 23 saylı Yol İstismar idarəsi, işçilərin sayı 70 nəfər, Çınqıl Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 64 nəfər, "Arzu-99" Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 18 nəfər, "Zəyəm Texnologiyalar Parkı" Açıq səhmdar Cəmiyyəti, işçilərin sayı 180 nəfər, "Vitamin VIO" Açıq səhmdar Cəmiyyəti, işçilərin sayı 600 nəfər, "Şərq Ulduzu" firması, işçilərin sayı 56 nəfər, "Seymur" Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 23 nəfər və s. müəssisələr rayonun iqtisadiyyatında xüsusi potensiala malikdirlər. Şəmkir Regional Enerji Təchizat MMC 2006-ci ilin İyul ayından fəaliyyətə başlamışdır. Cəmiyyət 5 rayon- Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy Paylayıcı Elektrik Şəbəkələrinin mərkəzi idarəetmə orqanıdır. Cəmiyyət yarandıqdan sonra regionda enerji təchizatı xeyli dərəcədə yaxşılaşmışdır. Belə ki istehlakçı qruplar arasında elektrik enerjisindən istifadə qaydaları haqqında kütləvi şəkildə maarifləndirmə işi aparılmış, həmin qaydaları pozan şəxslər barəsində ciddi tədbirlər görülmüş, ümumilikdə, elektrik enerjisindən qənaətli və səmərəli istifadə edilməsi üçün kompleks tədbirlər görülmüşdür. 2 saylı Şəmkir şərab zavodunun əsası 1860–1896-cı illərdə Alman Xristo Forer qardaşları tərəfindən təsis edilmişdir. Alman şərabçıları tərəfindən əsası qoyulmuş şərabçılıq ənənələrini hal-hazırda 2 saylı Şəmkir şərabçılıq davam etdirir. Əvvəllər olduğu kimi şərab yaşı 1 əsrdən çox olan palıd çəlləklərdə saxlanılır. Şəmkir rayonunda "Şəmkir" və "Qərb xəbərləri" qəzetləri nəşr olunur. "Şəmkir" qəzetinin təsisçisi Şəmkir Rayon İcra Hakimiyyəti və qəzetin jurnalist kollektividir. Qəzet 1931-ci ildən işıq üzü görür. "Qərb xəbərləri" ictimai siyasi həftəlik qəzet 19 mart 2004-cü ildən nəşr olunur. Hər iki qəzet rayonda görülən işlər, keçirilən ictimai-siyasi tədbirlər haqqında öz səhifələrində müntəzəm olaraq məlumatlar verir. İstirahət və turizm zonaları, idman kompleksləri Şəmkir rayonunda 1 ədəd idman güləş məktəbi fəaliyyət göstərir. Bakı-Tbilisi şosesinin kənarında Şəmkir Olimpiya İdman Kompleksi yerləşir. Şəmkir şəhərində müasir standartlara cavab verən və 7 mindən çox tamaşaçı tutan futbol stadionu fəaliyyət göstərir. Rayonun dağlıq hissəsində "Yasamal" istirahət zonasında koteclər tikilmişdir. Kür qəsəbəsində, Kür çayının sağ sahilində Naftalan nefti ilə müalicə olunan kompleks sanatoriya müəssisəsi tikilmişdir. İkimərtəbəli memarlıq üslubunda tikilmiş bu binada insanların müalicəsi və hər cür sağlamlıq tədbirlərinin görülməsi üçün şərait yaradılmışdır. Rayonda "Excelsior Hotel Shamkir" mehmanxanası fəaliyyət göstərir. Avtomobil və dəmir yolları Bakı-Tbilisi dəmir yolunun 42 km Şəmkir rayonun ərazisindən keçir. Şəmkir, Dəllər və Zəyəm dəmir yolu stansiyaları vardır. Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 42 km 2-ci dərəcə, Şəmkir Gədəbəy yolunun Şəmkir rayonu ərazisindən keçən 21 km-i 3-cü dərəcə yoldan ibarətdir. Görkəmli şəxsləri Mübariz Qurbanlı — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Əhməd Cavad — Şair, Azərbaycan himninin sözlərinin müəllifi. Fərman Salmanov — Geologiya-minerologiya elmləri doktoru. Yaqub Hacıyev — Azərbaycan Milli Elmlər Akademiyasının Kənd təsərrüfatı İnstitutunun akademiki. Rüstəm Əliyev — Şərqşünas alim. Leyla Bədirbəyli — Azərbaycan SSR xalq artisti. Teymur Əhmədov — jurnalist, "Respublika" qəzetinin baş redaktoru. Gülxar Həsənova — Azərbaycan SSR xalq artisti. Zülfüqar Abdullayev — təhsil işçisi, "Tərəqqi" medalı laureatı (2005). Davud Hacıyev — Gəncə Dövlət Universitetinin rektoru. Mübariz Qurbanlı — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın icra katibinin müavinidir. Tacəddin Mehdiyev — general-mayor, Azərbaycan Respublikasının müdafiə naziri (1991–1992). Aslan Aslanov — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Biologiya elmləri doktoru, dosent, Tbilisinin fəxri vətəndaşı, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü, Polkovnik. Paşa Qəlbinur — Tibb elmləri doktoru, ATU-nun Oftolmologiya kafedrasının müdiri. Sabir Məmmədov (1944–1994) — Şəmkir rayon İcraiyyə Komitəsinin sədri və Azərbaycan Ali Sovetinin deputatı. Vüqar Namazov — pauerliftinq üzrə dünya və Avropa çempionu. Bəxtiyar Aslanbəyli 1976-cı il avqustun 7-də Bakıda anadan olub. Yasin Qarayev — Azərbaycan Respublikasının xalq artisti. Molla Vəli Vidadi — 18-ci əsr Azərbaycan şairi. Yəhya bəy Dilqəm — 19-cu əsr Azərbaycan aşığı İsrafil Məmmədov- Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı Xarici keçidlər Azərbaycan haqqında ətraflı məlumat Şəmkir Rayon İcra Hakimiyyəti Azərbaycan haqqında ətraflı məlumat Şəmkir Rayon İcra Hakimiyyəti Bələdiyyə informasiya sistemi Arxivləşdirilib 2008-12-06 at the Wayback Machine Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 872. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017 Şəmkir Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=4815
Şəmkir rayonu Tarix-Diyarşünaslıq Muzeyi
Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1971-ci ildə fəaliyyət göstərir. Muzey eksponatlarının ən qədimi e.ə. VII–V minilliyə aid olan kiçik daş çıraqdır. Burada həmçinin keramika və mis qab-qacaq, səhənglər, bəzək əşyaları, silah, naxışlar, arxeoloji artefaktlar, qəpik və kağız pullar, musiqi alətlərinin qədim nümunələri və s. görmək olar. Muzey binası Tarix-Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb. Bu işlər ötən ilin noyabrında başa çatdırılıb. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlar var. Muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6146 eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII–XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var. Binanın həyətyanı sahəsində yaradılmış "Açıq muzey"də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb. Muzeyin eksponatları Muzeydə Şəmkirin və tarixini əks etdirən eksponatlar var. Muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir. Muzeydəki eksponatlar: İbtidai dövr – 9 Flora və fauna – 4 Arxeologiya – 521 Etnoqrafiya – 1457 Orta əsr qadın bəzək əşyaları – 39 Qədim döyüş silahları – 25 Numizmatika – 327 Yeni və müasir dövr – 4 İdeoloji şöbə — 2 Foto və tarixi sənədlər – 3758 Xarici keçidlər "Azərbaycan Prezidenti Şəmkirdə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub". salamnews.org/az. İstifadə tarixi: 25.01.2021. "Azərbaycan muzeyləri". www.anl.az. İstifadə tarixi: 25.01.2021. "Muizeyin yeni binasının açılışı". apa.az. İstifadə tarixi: 25.01.2021.
https://az.wikipedia.org/w/index.php?curid=701906
Şəmkir su anbarı
Şəmkir su anbarı — Kür çayının üzərində su anbarı, 1982-ci ildə istifadəyə verilmişdir. Anbarın ümumi sututumu 2677 mln m³, faydalı həcmi isə 1425 mln m³-dir. Anbarın normal dolma səviyyəsi 158 m, su güzgüsünün sahəsi 115,0 km², bəndinin üstdən uzunluğu 4500 m, hündürlüyü isə 70 m-dir. Anbardan Şəmkir,Samux,Göygöl,Goranboy rayonlarının 46 min. hektar torpaq sahələrini suvarmaq üçün Şəmkir maşın kanalına ikipilləli nasos stansiyası vasitəsilə su götürülür. Su anbarı kompleksinə daxil olan Şəmkir su-elektrik stansiyasında hər birinin gücü 190 min kvt olan 2 ədəd turbin quraşdırılmışdır. İlk başlarda barajda 20 növ balıq növü yaşadığı halda, hal hazırda 17 növ balığın yaşadığı müəyyən olunmuşdur. Su anbarının ixtiofaunası Şəmkir su anbarının balıq faunası Kür çayının və su anbarının altında qalmış su hövzəsinin balıqları əsasında formalaşmışdır. Su anbarının yaradıldığı ilk dövrlərdə oradan cəmi 20 növ balıq və bir külmə x çapaq hibridi qeydə alınmışdır. Balıqların 13 növü (çəki, çapaq, külmə, poru, şəmayı, həşəm, sıf, naxa, xramulya, zərdəpər, kür şirbiti, qalınalın, dabanbalığı) vətəgə əhəmiyyətli, 7 növü isə (yastıqarın, zaqafqaziya gümüşcəsi, enlibaş, çılpaqça, iriboğaz xul) vətəgə əhəmiyyəti olamayan balıqlar olmuşdur. Qalınalın və dabanbalığından başqa digər balıqlar yerli faunaya məxsus balıqlardır. Son illərin tədqiqatına əsasən su anbarının ixtiofaunasında müəyyən dəyişikliklər baş vermişdir. Belə ki, hal – hazırda su anbarında 17 növ balığın olduğu müəyyən edilmişdir. Külmə, kür xramulyası, zərdəpər, çəki, yastıqarın, çılpaqça kimi balıq növlərinin miqdarı azalmış, şəmayı, dabanbalığı, zaqafqaziya gümüşcəsi kimi balıqların miqdarı isə əksinə artmışdır. Su anbarının ilk illərində rast gəlmə intensivliyinə görə əsas yeri çapaq, külmə, çəki və kür xramulyası tutduğu halda, son illərdə bu yeri çapaq, dabanbalığı, sıf və şəmayı balıqları tutur. Digər balıqların miqdarı isə xeyli azalmışdır. Kür xramulyasına su anbarında təsadüfi hallarda rast gəlinir, poru balığına isə son vaxtlarda təsadüf edilməmişdir. Kür silsilə su anbarlarının biologiyası. Bakı, Elm,2010,
https://az.wikipedia.org/w/index.php?curid=120598
Şəmkir çayı
Şəmkirçay - Kürün sağ qoludur. Gədəbəy və Şəmkir rayonları ərazisindən axır. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq yamacından götürür və Kür çayına qovuşur. Ümumi məlumat Uzunluğu 95 km, hövzəsinin sahəsi 1170 kvadrat km-dir. Sarısu və Ağdaşsu çaylarının birləşməsindən əmələ gəlir. Şamxorçay adını bu qollar qovuşandan sonra alır. Sarısu qolunun başlandığı sahə (Hindaldağın cənub ətəyi, hündürlüyü 3200 m) çayın mənbəyi hesab edilir. Başlıca qolları, sağdan Sarısu (uzunluğu 12 km), Qoşqar (uzunluğu 18 km), Şəmkir (uzunluğu 25 km), Əmiravan (uzunluğu 19 km), soldan isə Ağdaşsu (uzunluğu 11 km), Murquz (uzunluğu, 11 km) çaylarıdır. Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz, yay fəsillərində qar suları çayda daşqınlar əmələ gətirir. Daşqın mart ayından başlayaraq iyun, iyul aylarına qədər (100-120 gün) davam edir. Bu dövrdə keçən axım orta illik axımdan 40-50 dəfə artıq.olur. Şamxorçay, Tərtərçay və Ağstafaçay müstəsna olmaqla, Kiçik Qafqazın şimal-şərq hissəsinin ən sulu çayıdır. Çayın orta illik su sərfi 8,37 kub m/san-dir. Bunun da. 40%-i yaz, 35%-i yay, 15%-i payız, 10%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 2,0 kq/san, lillənməsi isə 250 q/kub m-dir. Çayın suyu orta mineral-laşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur. Çaydan suvarma işlərində istifadə. edilir. Həmçinin bax Azərbaycan çayları
https://az.wikipedia.org/w/index.php?curid=263968
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu - 2009-cu il mayın 25-də istifadəyə verilmiş Şəmkir Olimpiya İdman Kompleksində stadion. 2 minlik tamaşaçı tutumuna malikdir. 2009-cu ilin avqust ayından yenidən bərpaolunmuş Şəmkir FK ev oyunlarını bu stadionda keçirir.
https://az.wikipedia.org/w/index.php?curid=338360
Şəmkir şəhər stadionu
Şəmkir şəhər stadionu — Şəmkir şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 11,500 nəfərdir. "Şəmkir" FK ev oyunlarını bu stadionda keçirirdi. Regionlar arasında UEFA tərəfindən ilk lisenziyanı məhz bu arena alıb. Maliyyə problemləri üzündən ötən mövsümün əvvəlində fəaliyyətini dayandıran ikiqat Azərbaycan çempionu "Şəmkir" komandasının ev arenası kimi yararlandığı Şəmkir şəhər stadionu isə hazırda istifadəsiz qalıb. Baxımsızlıqdan ot örtüyü yararsız vəziyyətə düşməkdədir. Stadiondakı tribunanın tavanı çöküb.
https://az.wikipedia.org/w/index.php?curid=424181
Şəmkir şəhəri
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. Toponimikası Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şəmkiri tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 –10 km aralıda məskunlaşmışdır. İndiki Şəmkir şəhərinin əsası 1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən qoyulub. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Xanlar(Göygöl) rayonu) və Annenfeld adlı iki koloniya saldılar. 9 Fevral 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı dəyişdirilərək "Annino" adı verilmişdi. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. 1939-cu ildə Şəmkir şəhər tipli qəsəbə statusunu alıb. Coğrafiyası və iqlimi Bakı ilə arasında məsafə 399 km-dir. 2019-cu ilin məlumatına görə əhalisi 43 400 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=72703
Şəmkirdə Su-25 qəzası
Şəmkirdə Su-25 qəzası — 3 mart 2010-cu ildə Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı qəza. Azərbaycan Hərbi Hava Qüvvələrinə aid "Su-25" təyyarəsi 3 mart 2010-cu ildə saat 17.00 radələrində qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Təlim məqsədilə havaya qalxsa da, qanadında yaranmış nasazlıq səbəbindən qəzaya uğrayıb.Qəzaya uğramış "Su-25" son illərdə alınıb. Təyyarə Gürcüstandakı Tbilisi Aviasiya Zavodunda istehsal olunub. Həlak olanların siyahısı Famil Elman oğlu Məmmədli — pilot
https://az.wikipedia.org/w/index.php?curid=449697
Şəmkirli Aşıq Hüseyn
Aşıq Hüseyn Şəmkirli (1811, Şəmkir – 1891) — aşıq, şair. Aşıq Hüseyn Şəmkirli 1811-ci ildə Şəmkirin Qapanlı kəndində anadan olmuşdur. Daha sonradan köçərək Qaracəmirli kəndində məskunlaşmışdır. Yaradıcılığı Aşıq Hüseyn mollalara zidd getməyi və "Dinmə ver" adlı şeiri və "Reyhan" nağılı ilə məşhurdur. Mollalar haqqında olan şeirlərini və "Reyhan" nağılını Çardaxlıdan olan erməni Aşıq Avakın dilindən Vəli Xuluflu qeyd alarak folklor nümunəsi kimi yaymışdır. "Dinmə ver" şeirini çar hakimiyyəti dövründə kəndlilərdən, yoxsullardan haqsız yerə yığılan vergiləri tənqid edən əsər olmuşdur. Lakin bu şeirin sözləri günümüzə qədər çatmamışdır. Aşıq Hüseynin azərbaycanlı şagirdlərindən başqa bir neçə də erməni şagirdləri olmuşdur: Çardaxlı Aşıq Mikiş, Aşı Avak vs. Aşıq Mikiş bütün ömrüncə Aşıq Hüseyndən aynlmayıb onun ilə gəzərmiş. Erməni və azərbaycanlı aşıqlar arasında Aşıq Hüseyni Mikişdən başqa yaxşı bilən yox idi. Aşıq Hüseynin "Reyhan" nağılının mollalar haqqında olan şeirlərindən biri çardaxlı Aşıq Avakdan eşidilərək yazılıb, o biri "Mollalar" və "Sənə nə" şeiri Bozalqanlı Hüseynin dilindən eşidilərək yazılmışdır.Aşıq Hüseyn Şəmkir 1891-ci ildə vəfat etmişdir. Oğlu Aşıq Çoban da öz dövrünün məşhur aşıqlarından olmuşdur. Aşıq Hüseyn Şəmkirli. (tərtib edəni Ə.Axundov). Bakı: Gənclik, 1971, 92 s.
https://az.wikipedia.org/w/index.php?curid=50654
Şəmkirçay
Şəmkirçay - Kürün sağ qoludur. Gədəbəy və Şəmkir rayonları ərazisindən axır. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq yamacından götürür və Kür çayına qovuşur. Ümumi məlumat Uzunluğu 95 km, hövzəsinin sahəsi 1170 kvadrat km-dir. Sarısu və Ağdaşsu çaylarının birləşməsindən əmələ gəlir. Şamxorçay adını bu qollar qovuşandan sonra alır. Sarısu qolunun başlandığı sahə (Hindaldağın cənub ətəyi, hündürlüyü 3200 m) çayın mənbəyi hesab edilir. Başlıca qolları, sağdan Sarısu (uzunluğu 12 km), Qoşqar (uzunluğu 18 km), Şəmkir (uzunluğu 25 km), Əmiravan (uzunluğu 19 km), soldan isə Ağdaşsu (uzunluğu 11 km), Murquz (uzunluğu, 11 km) çaylarıdır. Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz, yay fəsillərində qar suları çayda daşqınlar əmələ gətirir. Daşqın mart ayından başlayaraq iyun, iyul aylarına qədər (100-120 gün) davam edir. Bu dövrdə keçən axım orta illik axımdan 40-50 dəfə artıq.olur. Şamxorçay, Tərtərçay və Ağstafaçay müstəsna olmaqla, Kiçik Qafqazın şimal-şərq hissəsinin ən sulu çayıdır. Çayın orta illik su sərfi 8,37 kub m/san-dir. Bunun da. 40%-i yaz, 35%-i yay, 15%-i payız, 10%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 2,0 kq/san, lillənməsi isə 250 q/kub m-dir. Çayın suyu orta mineral-laşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur. Çaydan suvarma işlərində istifadə. edilir. Həmçinin bax Azərbaycan çayları
https://az.wikipedia.org/w/index.php?curid=119021
Şəmkirçay su anbarı
Şəmkirçay su anbarı — Şəmkirçay çayının üzərində tikilən Şəmkirçay su anbarı 2014-cü ildə istifadəyə verilmişdir. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq. Rəhman Salmanlı, "Şəmkirçay dəryaçası iqtisadi tərəqqi, yeni həyat rəmzidir", Azərbaycan.- 2011. - 19 iyun. - Səh.1. Xarici keçidlər Rəhman Salmanlı. "Şəmkirçay dəryaçası iqtisadi tərəqqi, yeni həyat rəmzidir" (az.). anl.az. 19 iyun 2011. İstifadə tarixi: 2015-01-28. "Şəmkirçay su anbarı istismara verilmişdir". Azərsu ASC (az.). azersu.az. 2014-11-17. İstifadə tarixi: 2015-01-28.
https://az.wikipedia.org/w/index.php?curid=392683
Şəmləkan (Urmiya)
Şəmləkan (fars. شملكان) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (79 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=578500
Şəmmar
Şəmmar (ərəb. شمر) — ərəb qəhtani qəbilə konfederasiyası. Bəni Tay ərəb qəbilə birliyinə mənsubdur. Şəmmar qəbiləsinin Bəni Tay qəbiləsindən olan əcdadları II əsrdə Yəməndən köçüb Nəcd yaylasının şimalında məskunlaşaraq Bənu Əsəd və Bənu Təmim qəbilələrini oradan sıxışdırıb çıxarmışdılar. 630-cu ilin iyulunda Bəni Tay qəbiləsi Məhəmməd peyğəmbərin tərəfdarları tərəfindən tabe edilmiş və islamlaşdırılmışdır. Şəmmar etnonimi tarixi mənbələrdə XIV əsrdən tapılmış və tayfanın şərəfinə Əcə və Səlma əkiz dağları yeni ad almışdır – Cəbəl-Şəmmar. XII əsrdə Şammar qəbiləsinin əhəmiyyətli bir hissəsi Ərəbistandan İraqa köçərək onun Mosula qədərşimal bölgələrini işğal etmiş, qəbilənin Ərəbistanda qalan hissəsi isə Həil ərazisində yaşayırdı. Şəmmar qəbiləsinə uzun müddət əl-Əli qəbiləsindən olan şeyxlər və əmirlər rəhbərlik edirdi. XIX əsrin əvvəllərində mərkəzi Həil şəhərində olan Cəbəl-Şəmmar əmirliyi qurulmuşdur. 1835-ci ildə Ər-Rəşid sülaləsi əmirliyi və qəbiləni ələ keçirmişdi. 1921-ci ildə Cəbəl-Şəmmar əmirliyiSəud dövlətinin bir hissəsi olmuşdur. Əlavə ədəbiyyat Aladhadh, Amer; A comprehensive history of Shammar Alazzawi, Abbas; The Tribes of Iraq (Arabic) AlfudailyThe Days of the Arabs before Islam (Arabic) Hassan, Hussein D.; Tribal Structure, Social, and Political Activities Information Research Specialist Foreign Affairs, Defense, and Trade Consultancy Knowledge Services Group (re Iraq) Madawi Al Rasheed: Politics in an Arabian oasis. The Rashidi Tribal Dynasty. I. B. Tauris & Co Ltd, London & New York 1991 (based on a Ph. D. thesis presented to Cambridge University, 1988). ISBN 1-85043-320-8 (English) Xarici keçidlər Web site for Shammar (Tayy) tribe. A member of the shammar tribe
https://az.wikipedia.org/w/index.php?curid=805695
Şəmmas ibn Osman
Şəmmas ibn Osman (591, Məkkə – Uhud döyüşü, ərəb. شمّاس بن عثمان) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. O, Məkkənin Beni Məhzum qəbiləsindəndir. 591-ci ildə bu şəhərdə anadan olmuşdur. Onun atası qəbiləsinin böyüklərindən olan Osman bin Şəriddir. İslamın ilk illərində müsəlman olmuşdur. İkinci Həbəş köçündə iştirak edir. Oradan Məkkəyə qayıtsa da, Məkkədə davam edən zülmə görə bu dəfə Mədinəyə hicrət edir. O, Bədrdən sonra Uhud döyüşündə iştirak etmiş və bu döyüşdə həlak olmuşdur. Bu döyüşdə ordu məkkəlilərin cəbhəsindən geri çəkildikdə geri çəkilməyən və Məhəmmədi qoruyan azsaylı əsgərlərdən biri olmuşdur. Şəmmas ad deyil, ləqəbdir, amma gözəl və işıqlı simasına görə bu ləqəbi alır. Daha çox ləqəbi ilə tanınmışdır. Xəlifə Ömər onu “Ümmətin Yusifi” adı ilə anır.
https://az.wikipedia.org/w/index.php?curid=738871
Şəmmədli
Şəmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Şəmmədli Goranboy rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. Həmçinin bax Goranboy rayonu Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=100053
Şəmrin (Salmas)
Şəmrin (fars. شمرين) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 213 nəfər. yaşayır (36 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=573775
Şəms-i Hacıyan (Urmiya)
Şəms-i Hacıyan (fars. شمس حاجيان) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 511 nəfər yaşayır (129 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=579139
Şəms Kəsmai
Şəms Kəsmai (1883, Yəzd – 1961, Tehran) — İran şairi. Şəms Xəlil qızı Yəzddə anadan olmuşdu. Babası Hacı Məhəmmədsadiq Tiflislidir. Əcdadı Gilanın Sövməə-Səra şəhristanının Kəsma kəndindən idilər və Gürcüstana muhacirət etmişlər və sonra yenə İrana qayıdıblar. O, azərbaycan, fars və rus dillərini bilirdi. XX əsrin 50-ci illərinə qədər yazıb-raratmışdı. Şəms ilk qadındır ki, Təbrizdə azad və çarşabsız gəzmiş və buna görə cürbəcür təhqirlərlə üzləşmişdir. Təbrizdə çıxan "Təcəddüd" qəzeti ilə yaxından əməkdaşlıq edib, yazdıqları şeirlərlə müntəzəm çıxış edən Cəfər Xamneyi, Şəms xanım Kəsmai və başqaları idi. C.Xamneyi ali təhsilini Fransada, Şəms xanım isə Rusiyada almışdı. Sözsüz ki, onların təhsil aldığı ölkələrdəki ədəbi mühit bu iki istedadlı gəncin sonrakı yaradıcılığında dərin iz qoymuşdu. İstər Təqi Rifətin, istərsə də Cəfər Xamneyi və Şəms Kəsmainin yazdıqları şeirlərin forması ancaq İran poeziya üçün yeni idi. Cənubi Azərbaycan şairlərinin fars poeziyasına gətirdikləri bu yeniliklər söz yox ki, əlaqəsiz və mücərrəd deyildi və bu yeniliklər Avropa ölkələrində XIX əsrdən başlayaraq davam edib gələn ədəbi yeniləşmə prosesinin nəticəsi idi. Beləliklə, İranda yeni şeirin təməli "Təcəddüd" qəzetin ətrafına toplaşan Təqı Rifətlə yanaşı Cəfər Xamneyi, Şəms Kəsmai kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Həmçinin bax Azərbaycan ədəbiyyatı
https://az.wikipedia.org/w/index.php?curid=189858
Şəms Mustafayeva
Şəms (Şəmsiyyə) Mustafayeva — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınını rektorunun müşaviri və strateji inkişaf şöbəsinin müdiri Şəms Mustafayeva, “Hamımız üçün yaxşı dünya yaradan Qadın İkonası” mükafatına layiq görülən ilk azərbaycanlı. Şəms Mustafayeva Mingəçevir şəhərində doğulub. Ş. Mustafayeva orta məktəbi Mingəçevirdə bitirib. Azərbaycan Dillər Universitetinin ingilis-alman dili fakültəsinə daxil olmuşdur.Bu arada da magistr dərəcəsi almaq üçün Xarici Dillər Universitetinə qayıdıb. Tədris metodikası üzrə həm beynəlxalq sertifikat, həm də magistr dərəcəsinə malikdir.2008-ci ildə yenidən Amerikaya təhsil almağa yollanıb. Bu dəfə İREX təşkilatının Edmund S.Muskie proqramının mükafatçısı kimi. Üstəlik, Amerikanın idarəetmə üzrə bir nömrəli məktəbi Siraküzda Universitetində İdarəetmə və Beynəlxalq Əlaqələr üzrə iki magistr dərəcəsinə yiyələnib. Əmək fəaliyyəti Təhsilini bitirib Mingəçevirə qayıdıb və 4 il orada müəllimə işləyib. Karyerası da məhz buradan başlayıb. Müəllimə işləyərkən British Consulun təlimlərinə qatılıb, proqramlarında iştirak edib və müxtəlif beynəlxalq QHT-lərdə çalışıb. 2002-ci ildə Azərbaycandan ACCELS TEA proqramına seçilən 6 müəllimdən biri olub və bir ay Kaliforniya Universitetində təcrübə mübadiləsində iştirak edib. Daha sonra Amerikanın Sülh Korpusu könüllüsü kimi Mingəçevirə gələn amerikan müəllimlə birlikdə çalışıb. Bir il sonra Sülh Korpusu təşkilatında təlim koordinatoru vəzifəsinə qəbul olunub və Bakıya gəlib. O,3 il ADA Universitetində elmi işlər üzrə prorektorun müavini işləmişdir. 2013-cü ildən müstəqil ekspert kimi işləmişdir.Müxtəlif dövlət təşkilatlarında və biznes qurumlarında idarəetmənin aşağı, orta və yüksək pillələrində çalışan əməkdaşlara təlimlər keçmişdir. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı əməkdaşı kimi rayonlarda təlimlər keçmişdir. Almaniyanın GİZ təşkilatıyla da çalışmışdır. Onların həyata keçirdikləri layihələrdə bələdiyyədə işləyən qadınlara təlimlər keçmişdir. Türkiyənin Ankara şəhərində Türkiyənin dövlət məmurlarına təlimlər keçmişdir. İdarəetmə üzrə konsultantdır.Almaniya, Belçika və Litvaya universitet müəllimlərinə müəyyən təlim metodikasını öyrətmək üçün ekspert kimi dəvət edilmişdir. İştirak etdiyi beynəlxalq forumlar və tədbirlər Hindistanın Yeni Dehli şəhərində ənənəvi olaraq keçirilən Dünya Qadınlarının İqtisadi Forumunda Həmçinin bax Şirin Məlikova Xarici keçidlər Azərbaycanlı xanım beynəlxalq mükafata layiq görülüb
https://az.wikipedia.org/w/index.php?curid=552957
Şəms Pəhləvi
Şəms Pəhləvi (fars. شمس پهلوی; 28 oktyabr 1917, Tehran – 29 fevral 1996, Santa-Barbara, Kaliforniya) – İranın Şahənşahı Məhəmməd Rza Pəhləvinin bacısı, Rza şah Pəhləvi övladı. Qardaşının hakimiyyəti illərində Qırmızı Aslan və Günəş Cəmiyyətinin prezidenti olmuşdur. Şəms Pəhləvi 1917-ci ilin 28 oktyabr tarixində Tehran şəhərində Rza şah Pəhləvi və Tacülmülukün böyük qızları olaraq anadan olmuşdur. Şəms Pəhləvi atasının təziqi ilə İranın 1935–1939-cu illərdə baş nazir olmuş Mahmud Cəmin oğlu Firudin Cəmlə evləndirilmişdir.Rza şah Pəhləvinin ölümündən sonra məcburi evləndirilən Şəms Pəhləvi boşanmışdır. 1941-ci ildə İranda anqlo-sovet işğalının başlamasından sonra Rza şah Pəhləvi hakimiyyəti təhvil vermək məcburiyyətində qalmış və sürgünə yollanmışdır. Rza şah Pəhləvinin sürgündə olduğu Mavriki Respublikasının Port-Luiz və daha sonra gedəcəkləri CAR-ın Yohannesburq şəhərlərində Şəms atası ilə birlikdə olmuş və bu dövrdə İranda çap edilən günlük Ettela'at qəzetində öz xatirələrini çap etdirmişdir. Şəms Pəhləvi 1945-ci ildə ölkənin bir müddət Mədəniyyət Naziri olmuş Mehrdad Pahlbod adlı iranlı ilə evlənərək Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına köçmüşdür. Bu dövrdə ailənin Tehranla olan əlaqələri hələ də, qalmaqda idi və 1951–1954-cü illəri əhatə edən Abadan böhranından sonra Şəms Pəhləvi İranı yenidən tərk etmək məcburiyyətində qalmışdır. 1940-cı ildə Şəms Roma-Katolik kilsəsinin inancı olan katolikliyi qəbul edərək dinini dəyişdirlmişdir. Fərziyyələrə görə Şəmsin belə qərar verməsində Şah olan qardaşı Rza şah Pəhləvinin yaxın dostu avropalı Ernst Perronun əhəmiyyətli təsiri olmuşdur. Daha sonra Şəmsin həyat yoldaşı və övladlarıda xristianlığı qəbul etmişdir. 1953-cü ildə böhranın başa çatmasından sonra Pəhləvi ailəsi yenidən ölkə üzərindəki hakimiyyətini bərpa etmişdir. Bu zaman Şəms Pəhləvi bacısı və Rza şah Pəhləvinin əkiz tayı olan Əşrəf Pəhləvidən fərqli olaraq ön planda olmağı yox, ictimai işlərdə və cəmiyyət arasında görünməməyə üstünlük vermişdir. Buna baxmayaraq Şəms atasından ona saxlanılan mirası qorumağa davam etmişdir. 1979-cu ildə İranda baş vermiş İslam İnqilabından sonra Şəms ölkəni birdəfəlik tərk etmək yenidən Amerika Birləşmiş Ştatlarına yollanmaq məcburiyyətində qalmışdır. 1996-cı ilin 29 fevral tarixində Şəms Pəhləvi Kaliforniya ştatının Santa-Barbara şəhərində yerləşən evində 78 yaşında vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=584421
Şəms Qeys Razi
Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi (XII əsr, Rey – XIII əsr) — XIII əsr İran şairi. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi əvvəlcə Xarəzmşahlardan Əlaəddin Məhəmməd bin Tekişin dövründə, sonra isə onun oğlu Cəlaləddin Manqburnunun dövründə yaşayıb-yaratmışdır. Qeys ər-Razinin anadan olduğu il məlum deyildir, lakin Razi nisbəsi onun Tehranın yaxınlığındakı Rey şəhərindən olduğunu bildirir. Ümumiyyətlə orta əsr mənbələrində , məsələn, Hacı Xəlifənin "Kəşf əz-zünun" XIX əsrdə yaranmış Şəmsəddin Saminin "Qamusül-əlam" və digər əsərlərdə Şəms Qeys Razi haqqında demək olar ki, məlumata rast gəlmirik. Qeys Razinin həyat və yaradıcılığı haqqında biz yenə də ən çox məlumata onun "əl-Möcəm fi məayiri əşar əl-Əcəm" əsərinin dibaçəsində təsadüf edirik. Buradan məlum olur ki, Qeys Razi uzun müddət Mavərənnəhr və Xorasanda yaşamışdır. O, təqribən hicri-qəməri 601-ci il, miladi təqvimlə 1204-cü ildən sonra beş-altı il Buxarada, hicri- qəməri 614, miladi tarixlə 1217-ci ildə isə Mərvdə yaşamışdır. O, ümumiyyətlə Xarəzmşah Əlaəddin Məhəmməd bin Tekişin yaxın adamlarından olmuş, hətta 1217-ci ildə Xarəzmşah Bağdada yürüş edərkən Qeys Razi də onunla olmuşdur. Sonralar monqollar Xarəzmşahı təqib edərkən də Qeys Razi şahın dəstəsində olmuşdur. İraq yürüşünün uğurla nəticələnməməsindən sonra Şəms Qeys bir neçə il İraq və İraqi-Əcəm torpaqlarında yaşamışdır. Çingiz xanın oğlanları Sabutay və Cəbə 1220-ci ildə Xarəmşahı təqib edərkən Xarəzmşahla monqol qoşunları arasında Həmədan və İsfahan şəhərləri arasında yerləşən Fərrəzin qalası yaxınlığında döyüşdə Qeys Razi də olmuş və həmin qarmaqarışıqlıqların nəticəsində əsərlərini itirmişdir ki, sonradan bir qədər pul müqabilində həmin əsərlərin bəzi səhifələrini əldə etmişdir. Ümumiyyətlə Qeys Razi monqol hücumlarının bütün dəhşətlərini öz gözlərilə görmüş və hətta iki dəfə monqollara əsir düşmüşdür ki, ancaq təsadüf nəticəsində onların əlindən xilas ola bilmişdir. Hicri-qəməri tarixlə 624, miladi tarixlə isə 1226-cı ildə Şəms Qeys Şiraza gəlmiş, burada fasr vilayətinin hakimi Səd ibn Zəngiyə (1195–1230) sığınmış və onun vəfatından sonra onun oğlu məşhur fars şairi Sədi Şirazinin himayəçisi olan Əbubəkr ibn Səd ibn Zənginin (1230–1258) yanında-yaşayıb yaratmışdır. Yaradıcılığı Qeys Razi bir əsərini — "Tibyanül lüğət ət-Türki ələ lisanül Qanqlı"nı 1223–1231-ci illərdə Azərbaycanda hakimiyyət sürmüş Xarəzmşah Cəlaləddin Manqburnıya ithaf etmişdir. Onun 1226-cı ildə Şirazda olduğunu nəzərə alsaq, deməli o, bu əsəri 1223–1226-cı illər arasında yazmışdır ki, Qeys Razinin də təqribən bu illərdə Azərbaycanda yaşadığını güman etmək olar. Mənbələr və Şəms Qeys ər-Razinin həyat və yaradıcılığı ilə məşğul olan tədqiqatçılar onun qələminə aid bir neçə əsərin adını çəkirlər: "Kitabül kafi fil əruzeyn vəl qəvafi", "əl- Mörəb fi məayir əşarül Ərəb", "əl- Möcəm fi məayir əşarül Əcəm", "Hədayiqül Əcəm" və bir də "Tibyanül lüğət ət-Türki ələ lisanül Qanqlı". Qeyd edək bu əsərlərdən bizim dövrümüzə yalnız "əl- Möcəm fi məayir əşarül Əcəm" əsəri gəlib çatmışdır. Tədqiqatçılara görə Qeys Razi "Kitabül kafi fil əruzeyn vəl qəvafi" əsərini hələ 1217-ci ildə Mərvdə olarkən yazmağa başlamışdır. Adından məlum olur ki, bu kitab ərəb və fars əruzlarından danışan, onların birgə nəzəri əsaslarından bəhs edən bir əsərdir. Görünür, Fərrəzin qalası yaxınlığında da bu əsərin əlyazmaları dağılıb və itib-batmışdır. Sonralar Şiraza gələn Qeys Razi 1232-ci ildə bu əsəri tamamlamış, sonra isə yerli alimlərin, fars şeirinin bilicilərinin xahişi ilə bu əsəri iki yerə bölmüş, ərəb əruz və qafiyəsindən bəhs edən hissəni "əl- Mörəb fi məayir əşarül ərəb", fars əruz və qafiyəsinin nəzəri əsaslarından bəhs edən hissəni isə "əl- Möcəm fi məayir əşarül Əcəm" adlandırmışdır. Beləliklə, Qeys Razi "əl- Möcəm fi məayir əşarül Əcəm" əsərini təqribən 1235-ci ildə Şirazda tamamlamışdır. Tədqiqatçıların qeydinə görə Qeys Razinin 1235-ci ildən sonrakı taleyi isə məlum deyildir. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi . Əl-Möcəm fi məayir əşar əl-Əcəm. Tehran, 1387. Məhəmməd bin Əbdülvəhhab Qəzvini. Müqəddimeye mosəhheh. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi . Əl-Möcəm fi məayir əşar əl-Əcəm. Tehran, 1387. Şemseddin Muhammed b. Kays er-Râzî, el-Mucem fî meâyîri eşâri’l-Acem (Muhammed Kazvînî neşrinin Müderris Rezavî tarafından tekrar gözden geçirilmiş metni ve her iki nâşirin önsözleriyle, Tehran, 1338 hş. den ofset suretiyle) Modərres Rəzəvi. Müqəddimeye mosəhheh. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi . Əl-Möcəm fi məayir əşar əl-Əcəm. Tehran, 1387 M. Fuad Köprülü, "Hârezmşahlar Devrinde Bir Türk Lisancısı Muhammed b. Kays ve Eseri", TY, V/26 (1927), s. 97–100; J. W. Clinton, "Shams-i Qays on the Nature of Poetry", Edebiyāt: The Journal of Middle Eastern Literatures, I/2, Philadelphia 1989, s. 101–127; W. E. Smyth, "What is a Name? The Issue of Language in Early Persian Works on Poetics", a.e., V/2 (1994), s. 291–302; J. T. P. de Bruijn, "Shams-i Ķays", EI² (İng.), IX, 297–298; Nihad M. Çetin, "Arûz", DİA, III, 431–432, 433.
https://az.wikipedia.org/w/index.php?curid=483962