!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şəki-Zaqatala iqtisadi rayonunun faydalı qazıntıları
Şəki-Zaqatala iqtisadi rayonu — Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində — Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Şəki-Zaqatala iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şəkidir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min km² olmaqla ölkə ərazisinin 10,3 %-ni təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir. İqtisadi rayonun əhalisinin ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5 %-ni təşkil edir. Əhali əsasən dağətəyi hissədə yaşayır. Faydalı qazıntıları Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikasının mis ehtiyatlarının hamısı, kükürd kolçedanın 90 %-i, sinkin 99 %-i bu iqtisadi rayonun payına düşür. Qafqaz regionun iri polimetall yataqlarından olan Filizçay yatağı bu rayonun ərazisində yerləşir. Dağlıq və dağ ətəyi yerlərdə çınqıl, qum və digər tikinti materialları mövcüddür. Şəki-Zaqatala iqtisadi rayonu ərazisinin 27 %-ni meşə massivləri təşkil edir. Onların əsas hissəsi Balakən və Zaqatala rayonlarının ərazisindədir. İqtisadi rayon bol su ehtiyatlarına malikdir. Şəki-Zaqatala iqtisadi rayonu bir sıra faydalı qazıntılarla zəngindir. Qafqaz regionunda unikal hesab edilən Filizçay polimetal yataqları bu regiondadır. Sənaye əhəmiyyətli başqa təbii sərvətlərdən milyonlarla kubmetr ehtiyatları hesablanmış bir neçə daş-çınqıl yataqlarını, çoxlu tikinti materialı toplanmış çay gətirmə konuslarını göstərmək olar. Polimetal yataqları ilə təmsil olunan faydalı qazıntı həm xammalın tərkibinin zənginliyinə, həm də müəyyən edilmiş filiz ehtiyatlarının çoxluğuna görə böyük əhəmiyyətə malik yataqlardandır. Bu qazıntıların tərkibində xeyli miqdar nadir elementlər də vardır. Onların içərisində əsas yeri mis ehtiyatları tutur. Mütəxəsislərin ilkin hesablamalarına görə burada misin sənaye əhəmiyyəti daha böyükdür. Şəki-Zaqatala iqtisadi rayonunun kurort rekreasiya imkanları çox böyükdür. Bu iqtisadi rayonun gözəl təbiəti, əlverişli iqlim şəraiti, termik şəraiti, başı qarlı dağları, coğrafi mövqeyi, tarixi arxitektura abidələri onu respublikanın mühüm istirahət-turizm regionuna çevirmişdir. Burada ərazinin müxtəlif hissəslərindən bu sahənin artıq bir neçə mərkəzi fəaliyyət göstərmiş və demək olar ki, bu sahənin inkişafı üçün müəyyən təcrübə və maddi-texniki baza var. İstirahət ocaqlarının fəaliyyəti, onların imkanlarından səmərəli istifadə edilməsi burada iqtisadiyyatın inkişafının mühüm istiqamətlərindən birinə çevrilə bilər. İqtisadiyyatı Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkə üzrə kənd təsərrüfatı məhsullarının əmək bölgüsündə rayon tütünçülük, baramaçılıq, çayçılıq, gülçülük, çəltikçilik, meyvəçilik, taxılçılıq, üzümçülük, qoyunçuluqla təmsil olunur. Azərbaycanda istehsal olunan tütünün 75 faizdən çoxu, taxılın 17 faizi, baramanın 35 faizi, yaşıl çay yarpağının 2 faizi bu iqtisadi rayonun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonu heyvandarlıq məhsullarının tədakürü ölkə üzrə həmin məhsulların tədakürünün 10 faizdən çoxunu təşkil edir. Şəki-Zaqatala iqtisadi rayonunun sənayesi nisbətən zəif və birtərəfli inkişaf etmişdir. Ölkə üzrə sənaye məhsulunun 3 %-dən bir az çoxu bu rayonun payına düşür. İqtisadi rayonun sənayesi əsas etibarilə kənd təsərrüfatı məhsullarını emal edən yüngül və yeyinti sənaye sahələri üzrə ixtisaslaşmışdır. Bu sahələr iqtisadi rayonun sənaye məhsulunun 95%-dən çoxunu verir. Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Şəki yeyinti kombinatı və şərab zavodları, Qəbələ, Qax, Balakən, Nic meyvə-tərəvəz konserv zavodları, Zaqatala fındıq və gızıl gül yağı zavodu, çay fabriki, Şəki ət kombinatı yeyinti sənayesinin əsas müəssisələridir. Bundan başqa, yerli tələbatı ödəyən çörəkbişirmə, şərq şirniyyatı, spirtsiz içkilər istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Yüngül sənayenin əsasını ipəkçilik təşkil edir. Bütün rayon mərkəzlərində müxtəlif ölçülü tikiş sənayesi müəssisələri fəaliyyət göstərir. Şəkidə kustar üsulla bəzəkli toxumaları olan ipək parçalar, pərdələr, kəlağayılar, yaylıqlar toxunur. Tütünçülüyün inkişafı ilə əlaqədar Şəki, Qəbələ, Balakən və Zaqatala tütün fermentasiya zavodları fəaliyyət göstərir. Sənayenin digər sahələrinə yerli xammal bazasına əsaslanan Zaqatala mebel fabrikinı, kərpic zavodunu, Balakən tarla müəssisəsini aid etmək olar. Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti, onu Azərbaycanın mühüm istirahət-turizm reqionuna çevirmişdir. Qəbələdə, Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri fəaliyyət göstərir. Nəqliyyat şəbəkəsi Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun nəqliyyatı regionun nəqliyyat sistemi onun iqtisadiyyatının normal fəaliyyət göstərməsində, daxili və xarici yük, sərnişin daşımalarında mühüm yer tutur. Ərazinin nəqliyyat şəbəkəsi dəmir və avtomobil yolları, qismən hava və boru kəməri xətləri ilə təmsil olunmuşdur. İqtisadi-coğrafi rayon bütövlükdə Yevlax-Balakən dəmir və şose yollarının üzərində yerləşir. Bu dəmir yolu 1986-cı ildə istifadəyə verilmişdir. İqtisadi-coğrafi rayonda dəmir yolunun uzunluğu olmaqla, ərazidə daşınan yüklərin təqribən 50-100%-i, sərnişinlərin isə 12–15%-i onun payına düşür. Dəmir yolu xətti əsasən 4 inzibati rayon ərazisindən – Şəki, Zaqatala, Qax və Balakəndən keçir. İqtisadi-coğrafi rayon ərazisində formalaşan dəmir yol xəttinin 62 km-i və ya 38%-i Şəki, 38 km-i və ya 24%-i Zaqatala, 40 km-i və ya 24,5%-i Qax, 22 km-i və ya 13,5%-i Balakən rayonlarının payına düşür. Avtomobil yolları Regionda Bakı-Yevlax-Balakən və ona paralel olan Bakı-İsmayıllı-Qəbələ-Balakən avtomobil yolları mühüm yer tutur. İqtisadi-coğrafi rayonda avtomobil yollarının ümumi uzunluğu 1921 km-dir ki, bunun da 141 km-i və ya 7,3%-i respublika, 1780 km-i və ya 92,7%-i yerli əhəmiyyətli yolların payına düşür (cədvəl 3.25). Respublikamız müstəqillik qazandıqdan sonra Yevlax-Balakən şose yolunun davamı kimi Balakən-Loqodexi xəttinin beynəlxalq əhəmiyyəti artmışdır. İqtisadi-coğrafi rayon bu avtomobil yolu vasitəsilə Cənubi Qafqaz və TRACECA nəqliyyat şəbəkəsinə qoşulur. Cədvəl 3.25 İqtisadi-coğrafi rayonda respublika və yerli əhəmiyyətli yolların quruluşu, km [Z.S.Məmmədova (2002) görə] İqtisadi-coğrafi rayonun avtomobil yollarının quruluşunda asfalt yollar və ya 11%, qara örtüklü və ya 26%, çınqıl örtüklü və ya 55%, qrunt yollar və ya 8% təşkil edir (cədvəl 3.26). 2011-ci ilin göstəricilərinə görə, avtomobil nəqliyyatı ilə 6,1 mln ton yük və 48,3 mln nəfər sərnişin daşınmışdır ki, bu da 2000-ci ilə görə uyğun olaraq 3,6 mln ton və 18,3 mln nəfər artım deməkdir. Cədvəl 3.26 İqtisadi-coğrafi rayonda nəqliyyat və rabitə sistemi [Azərbaycan regionları – 2012]. Göstərilən dövrdə yük dövriyyəsi 803,6 mln ton/km, sərnişin dövriyyəsi 272,7 mln sərnişin/km olmuşdur. Yuxarıda göstərilən bir sıra iqtisadi göstəricilər iqtisadi-coğrafi rayonun nəqliyyat şəbəkəsinin mənfi və müsbət tərəflərini görməyə imkan verir. İlk növbədə iqtisadi-coğrafi rayonun ərazisini kəsib keçən Yevlax-Balakən və Balakən-Loqodexi şosesinin təmir olunması nəzərə alınmalıdır (cədvəl 3.27). Hava nəqliyyatı Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafında hava nəqliyyatının mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, keçmiş sovet dövründə Bakıdan mütəmadi olaraq Zaqatala və Şəkiyə sərnişin təyyarələri uçurdu. Eyni zamanda, bölgənin digər inzibati rayonlarında (Balakən, Qax, Qəbələ) sanitar aviasiyanın qəbul edilməsi üçün aeroportlar istifadə olunurdu. Cədvəl 3.27 İqtisadi-coğrafi rayonda avtomobil yollarının texniki vəziyyəti, km. [Z.S.Məmmədova (2002) görə] Son illər regionların inkişafına diqqətin artırılması Şəki-Zaqatala rayonunda hava nəqliyyatının bərpa edilməsinə imkan yaratmış və 2007-ci ildə Zaqatalada yeni aeroport istifadəyə verilmişdir. Qəbələdə dünya standartlarına cavab verən aeroport fəaliyyət göstərir. Onlar sərnişin daşımalarının artırılması ilə yanaşı, regiona turistlərin gəliş-gedişini asanlaşdıracaqdır. Dövlət səviyyəsində regionların davamlı inkişaf proqramı qəbul olunmuş, yerli bələdiyyələrin lokal səviyyədə səlahiyyətlərinin artırılması nəzərə alınmışdır. Regionda hər bir təsərrüfat sahəsinin inkişaf etdirilməsi üçün konkret proqramlar hazırlanmışdır. Sosial infrastrukturu İqtisadi rayonun sosial infrastrukturuna ümumtəhsil və orta ixtisas məktəbləri, ali məktəblərin filialları, mədəni-maarif və səhiyyə ocaqları, muzey və teatrlar daxildir. Coğrafiyası İl ərzindəki günəş parıltısının miqdarı 2200–2400 saatdır.Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün yumşaq (0;-5 °C), çox yumşaq (2.5–0 °C) və həddən çox yumşaq (5–2.5 °C) şəraitdə keçir.İsti dövrlərdəki (aprel-oktyabr)mümkün buxarlanma 400–1000 mm tərtibindədir.İyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5–25 günvə az, küləyin orta illik sürəti isə 2m/san və az olur.İqlim kontinentallığı zəif, mülayim və orta kotinentallıq intervalında səciyyələnir.İl ərzində şaxtasız dövrün davamiyyəti 150–250 gün və daha çox,havanın temperaturunun 0 °C-dən aşağı olan günlərin sayı 20–120 gün ətrafında tərəddüd edir.Dəniz səviyyəsindən 500–700 m yüksəkliklərə qədər sahələrdə subtropik, yuxarılarda isə mülayim, sərin və soyuq iqlim hakimdir.Düşən yağıntıların miqdarına görə Lənkəran-Astara zonasından sonra ikinci yeri tutur.Ərazinin ən quraq yeri Acınohur ətrafı (300–350 mm), ən rütubətli yerlər (1000–1300 mm) orta yüksək dağlıq ərazilərdir. Çayları və gölləri Ərazinin əsas çaylarının uzunluğu və mənbəyinin yüksəkliyi aşağıdakı kimidir:Mazım (30 km; 2720m), Kiş (33 km; 3680 m), Şin (39 km;2800 m), Balakənçay (39 km;1000 m) Əyriçay (46 km; 3200 m) Katex( 54 km; 2840 m), Qaraçay (56 km;2800 m), Kümrük(55 km; 3480 m), Dəmiraparan(69 km; 3400 m),Əlican (98 km; 3500 m), Türyan (180 km; 3680 m), Qanıx (413 km; 3500 m) və s. Bu çaylar ən gursulu və selli çaylar hesab edilir.Ərazi Oğlanbulaq, Qızbulaq, Hamambulaq, Budusşor, Ağbulaq, Xal-xal kimi termal-mineral su yataqları ilə çox zəngindir. Ərazidə Tufangöl, Turfangöl, Nohurgöl, (Qəbələ), Acınohur(Qax) gölləri vardır. Torpaq örtüyü və biomüxtəlifliyi Ərazidə dağ-çəmən, dağ-çəmən-meşə, qonur-dağ-meşə, qəhvəyi-dağ-meşə, çəmən-qəhvəyi, boz-dağ-qəhvəyi, dağ-şabalıdı, şabalıdı, boz, çəmən-meşə və çəmən torpaqlar geniş yayılmışdır.Ərazidə zəngin və özünəməxsus lanşafta malikdir.Region Azərbaycanın ən meşəli ərazilərdəndir.Ərazinin düzənlik sahələrindəqızılağac (Alnus sp.), qanadmeyvə yalan qoz(Pterocarya pterocarpa), hibrid qovaq (Populus hybrida), uzunsaplaq palıd(Quercus longipes) növlərindən ibarət düzən meşələri mövcuddur.Bozqır yayla ərazilərdə ardıc növləri (Juniperus sp.),saqqızağac (Pistacia mutica) və iberiya palıdı (quercus iberica) meşəlikləri mövcuddur.Alp qurşağında (2600–3200 m) alçaqboylu otlardan ibarət alp xalıları yayılmışdır. Onlardan alp zəngiçiçəyi (Campanula alpestris), çobanyastığı, alp ətirşahı (Geranium alpestre), alp mahmızlaləsi( Corydalis alpestris), qafqaz dovşankələmi (Sedum villosum), alp qayaotu (Sempervivum alpestre) alp unutması (Myosotis alpestres) və s.göstərmək olar. Nival qurşaq( 3600–4400 m) bitki örtüyü olmayan çılpaq qayalıqlardan və buzlaqlardan ibarətdir. Bölgənin mədəni irsi və etnik palitrası rəngarəng və zəngindir.Burada azərbaycanlılar ilə yanaşı avar, saxur, ləzgi, gürcü, yəhudi, udin, ingiloy, qaraçılar və s xalqlar və etnik qruplar əsrlər boyu qardaşlıq və mehriban dostluq şəraitində yaşayırlar. Burada qədim dövrlərə aid yaşayış məskənləri, arxeoloji materiallar, antik və orta əsrlər dövrlərinə aid qala və istehkamlar, tarixi-memarlıq abidələri, məbədlər və müqəddəs yerlər mövcuddur. Ərazi buzlaqlar, morenlər yüksək dağ gölləri, şəlalər, yaşı 500–1000 il olan veteran ağaxlar kimi təbiət abidələri ilə olduqca zəngindir. Turizm imkanları Qaxda Oğlanbulaq, Qızılbulaq, Mosku, Hamambulaq, Qəbələdə Bum, Oğuzda Xalxal, Buqusşor və Ağbulaq kimi çoxlu mineral bulaqlar vardır. Ərazidə bir neçə sanatoriya fəaliyyət göstərir. Şəki-Zaqatala iqtisadi rayonunda Qafqaz Albaniyasının memariyyə abidələri cəmlənmişdir. Bunun səbəbi indiki Qəbələnin Albaniyanın paytaxtı olmasıdır. Qaxda "İlisu" Dövlət Qoruğu yerləşir. Rayonun bəzi ərazilərində ovçuluq üçün münasib yerlər var. Qaxdakı "Sumuq" qalası, "Kürmük" məbədi taixi baxımdan çox əhəmiyyətlidir. "Zaqatala" Dövlət qoruğu, Zaqatala mərkəzi mədəniyyət və istirahət parki- "Heydər" parkı, "Zərifə Əliyeva" adına park, "Dədə Qorqud" meydanı Zaqatala əhalisinin sevimli istirahət yerləridir. Zaqatalada yerləşən "Pəri", "Şeytan" qalalarının tarix turizm baxımından əhəmiyyəti böyükdür. Oğuza meşə resurslarına görə "Azərbaycanın İsveçrəsi" deyirlər. Şəki rayonunda yerləşən Marxal turizm zonası xüsusilə fərqlənir. Qəbələdə Yeddi gözəl şəlaləsi məşhurdur. Şəkidə "Gələrsən-Görərsən" qalası, Xan sarayı tarixi əhəmiyyətə malikdir. Şəkinin Kiş kəndində inşa olunmuş alban məbədi Zaqafqaziyada tikilmiş ilk xristian kilsəsidir. ŞƏKİ-ZAQATALA İQTİSADİ-COĞRAFİ RAYONU
https://az.wikipedia.org/w/index.php?curid=494404
Şəki. Olduğu kimi (2011)
Ssenari müəllifi : Eldar İsgəndərzadə Quruluşçu rejissor : Elşən Zeynallı Quruluşçu operator : Ramin Bəşirov Səs rejissoru : Tariyel Babayev Montaj : Tariyel Firudinoğlu Redaktor : Azər Xəlilov Prodüser : Röya Əliyeva Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=286013
Şəki (1965)
"Respublikamızın şəhərləri" seriyasından olan bu film Azərbaycanın qədim şəhərlərindən biri-Şəkinin (Nuxa) tarixi-memarlıq abidələri haqqındadır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Gennadi Pastuşkov Ssenari müəllifi: M.Məlikov Operator: Gennadi Pastuşkov
https://az.wikipedia.org/w/index.php?curid=245320
Şəki (Zəngəzur)
Şəki — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim kimmerlərin tərkibində gələn sak əsasında əmələ gəlmişdir. Şəki sak // saka etnoniminin fonetik variantıdır. Albaniya dövründə Səhl ibn Sumbat Şəki hakimi deyə keçir . Q. Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 148 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 1191 nəfər, 1908-ci ildə 1605 nəfər, 1914 - cü ildə 1584 nəfər nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya, edilmişdir. Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 282 nəfər, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 557 nəfər azərbaycanlı, 510 nəfər erməni yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=483268
Şəki (dəqiqləşdirmə)
Yaşayış məntəqələriŞəki hakimliyi — Təxminən XIV əsrin 84-cü ilindən başlayaraq 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Şəki sancağı — Şirvan əyalətinin sancağı. Şəki xanlığı — XVIII əsrdə Azərbaycan ərazisində mövcud olmuş ən güclü xanlıqlardan biri. Şəki rayonu — Azərbaycan Respublikasında rayon. Şəki — Azərbaycan Respublikasında şəhər. Şəki (kənd) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd. Şəki (tarixi ərazi) — Şəki (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.FilmlərŞəki (film, 1977) — 1977-ci ildə yayımlanan qısametrajlı sənədli televiziya filmi. Şəki (film, 1965) — 1965-ci ildə yayımlanan qısametrajlı sənədli televiziya filmi.DigərŞəki (qəzet) — 1921-ci ildən nəşr edilən və nəşri davam edən qəzet. Şəki (rəqs) — Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=445347
Şəki (film, 1965)
"Respublikamızın şəhərləri" seriyasından olan bu film Azərbaycanın qədim şəhərlərindən biri-Şəkinin (Nuxa) tarixi-memarlıq abidələri haqqındadır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Gennadi Pastuşkov Ssenari müəllifi: M.Məlikov Operator: Gennadi Pastuşkov
https://az.wikipedia.org/w/index.php?curid=31927
Şəki (film, 1977)
Sənədli televiziya filmi Azərbaycanın ən gözəl bölgələrindən biri Şəki şəhəri, onun sakinləri, nailiyyətləri və özünəməxsus mədəniyyəti haqqında lirik hekayədir. Festivallar və mükafatlar 1) 1978-ci ildə Vladivostokda VI Ümumittifaq televiziya filmləri festivalı Sənədli film Naxodka şəhərinin Prizini almışdır. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Elşad Quliyev Rejissor: Vasif Babayev Operator: Seyfulla Bədəlov Səs rejissoru: Ramiz Bağırov ????: L.Obolenskaya ????: R.Babayev ????: O.Namazova Səs operatoru: Ş.Qalabəyov Mətni oxuyan: Rafiq Hüseynov (titrlərdə yoxdur) Musiqilərindən istifadə edilən bəstəkarlar: Polad Bülbüloğlu ("Ürək... Ürək..." filmindən), Mobil Babayev ("Mezozoy əhvalatı" filmindən), Ramiz Mirişli ("Alma almaya bənzər" filmindən) (titrlərdə yoxdur) Mahnı ifa edən: Şövkət Ələkbərova (titrlərdə yoxdur) Filmi səsləndirənlər Pərviz Bağırov — Əşrəf Rəsulov (titrlərdə yoxdur) Filmdə iştirak edənlər Əşrəf Rəsulov (şəbəkə ustası) (titrlərdə yoxdur) Əmanət Abbasova (toxucu) (titrlərdə yoxdur) Yunis Məmmədov (sosialist əməyi qəhrəmanı) (titrlərdə yoxdur) Baba Səmədov (sosialist əməyi qəhrəmanı) (titrlərdə yoxdur) Əhmədiyyə Cəbrayılov (Fransa müqaviməti hərəkatının iştirakçısı) (titrlərdə yoxdur) Nuru Abdullayev (Fransa müqaviməti hərəkatının iştirakçısı) (titrlərdə yoxdur) Süleyman Eldarov (Fransa müqaviməti hərəkatının iştirakçısı) (titrlərdə yoxdur) Səadət Zeynalova (kəlağayı örtən qız) (titrlərdə yoxdur) Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=31928
Şəki (köhnə)
Şəki şəhəri — Orta Əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür. 1968-ci ildən isə Nuxa şəhəri rəsmən Şəki adlanmaqdadır.
https://az.wikipedia.org/w/index.php?curid=399933
Şəki (kənd)
Şəki — Azərbaycan Respublikasının Şəki rayonunun Şəki kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 2457 nəfər təşkil edir ki, onun da 1227 nəfəri kişi, 1230 nəfəri isə qadındır.
https://az.wikipedia.org/w/index.php?curid=101262
Şəki (qədim)
Şəki şəhəri — Orta Əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür. 1968-ci ildən isə Nuxa şəhəri rəsmən Şəki adlanmaqdadır.
https://az.wikipedia.org/w/index.php?curid=400212
Şəki (qəzet)
"Şəki" — 1920-ci ildən nəşr edilən qəzet. İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. Qəzet "Nuxa fəhləsi" adı ilə 6 may 1962-ci ilə qədər Azərbaycan KP Nuxa şəhər komitəsi və rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin orqanı idi. 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi "Lenin bayrağı" adı ilə nəşr olunmuşdur. "Nuxa fəhləsi"nin həftədə 3 sayı çap olunmuşdusa (1961), "Lenin bayrağı" əvvəlcə bir müddət həftədə 4 dəfə çap edildi. Daha sonra "Lenin bayrağı" qəzetinin 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) qəzet Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. "Lenin bayrağı" qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, qəzet yenidən "Nuxa fəhləsi" adlandırılmışdır. Qəzet "Nuxa fəhləsi" adlananda da, "Lenin bayrağı" olanda da redaktoru Məhyəddin Abbasov idi. 2 iyul 1965-ci ildən "Nuxa fəhləsi" adı bərpa edilmişdir. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu. 18 mart 1968-ci ildə Nuxa şəhərinin və Nuxa rayonunun adları müvafiq olaraq “Şəki şəhəri” və “Şəki rayonu” olaraq dəyişdirildikdən sonra "Nuxa fəhləsi" qəzetinin adı da "Şəki fəhləsi" olaraq dəyişdirildi. 1991-ci ildən sonra isə qəzet "Şəki" adı ilə nəşr edilir. Həmçinin bax Qusar (qəzet) Şəfəq (Azərbaycan qəzeti) Zaqatala (qəzet) Şərq qapısı (qəzet) İlkin mənbə "Lenin bayrağı" və "Nuxa fəhləsi" qəzetlərinin 1961-1965-ci ildə çap edilmiş nüsxələrinin komplektləri (Salis Məmmədovun şəxsi arxivindən). Xarici keçidlər Qəzetin PDF-ləri
https://az.wikipedia.org/w/index.php?curid=105831
Şəki (tarixi ərazi)
Müxtəlif dövrlərdə hakimlik, xanlıq, vilayət, ölkə və s. adlandırılan bu tarixi ərazi əsasən İndiki Azərbaycan Respublikası ərazisinin şimal-qərb hisəsini, həmçinin, qismən, indiki Gürcüstan Respublikasının ərazisinin şərqini və indiki Rusiya Federasiyasındakı Dağıstan Respublikası ərazisinin cənubunu əhatə etmişdir. Şəki knyazlığı Şəki hakimliyi Şəki xanlığı Şəki əyaləti Nuxa qəzası Şəki rayonu Şəkinin hökmdarları, xanları və məlikləri Seyid Əli Orlat -1393 — 1399 Seyid Əhməd Orlat 1393 — +1423/24 Əli inaq -1435 — +1435 1444/45 — 1456/57 Əlican (Candar) xan (Qara keşişin oğlu) 1456/1457 — ? Qutul xan (Əlican xanın oğlu) Əbdülqafar -1447/1448 — +1468/1469 ___ — ____ Zəki (Şəki) xan (Qutul xanın oğlu) -1497 — 1497 Şahhüseyn -1519 — May,1524 Həsən sultan May,1524 — May, 1551 Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu) Şəkidə Səfəvi, Osmanlı və Nadir şah hakimiyyəti dövrü (1551-1746) Şəki hakimləri 1551 — ___1555 Toygün bəy Qacar 1555 — ? Şamxal sultan Çərkəz 1574 — 1580 İsa xan (Kaxetiya hakimi Levonun oğlu 12.12.1560-cı il tarixdə islamı qəbul edib, 25.12.1562-ci ildə Səfəvilər tərəfindən həbs edilib)1591 — ___ Əmir Osman ______ — ______Məhəmməd sultan ______ — ______Aslan sultan ______ — ______Abbasqulu sultan ______ — ______Şahmir xan 17-ci əsrin 90-cı illəri Allahqulu sultan1722 — ___ +1730 Əli sultan Şəki məlikləri +1642 — ____ Məlik Səfiqulu 1691 — ____ ; ____ — ____ Məlik Həsən 1691 — _____ Məlik Səfərqulu (Məlik Səfiqulunun oğlu) oktyabr, 1734 — may, 1737 Əlimərdan bəy (ibn Məhəmməd xan sultan, ibn Məlik Səfiqulu) may, 1737 — 1743 Məlik Nəcəfqulu (Məlik Səfərqulunun oğlu) 1743 — + sentyabr, 1746 Məlik Cəfər (Məlik Nəcəfqulunun qardaşı oğlu) Müstəqil xanlıq dövrü (1747-1819; 1826) 1747—1755 Hacı Çələbi xan (Sultan Qurban oğlu) 1755—1759 Ağakişi bəy (Hacı Çələbi xanın oğlu) 1759—1780 Məhəmməd Hüseyn xan (Həsən bəy oğlu) 1780—1783 Hacı Əbdülqadir xan (Hacı Çələbi xanın oğlu) 1783—1795; 1797—1802 Məhəmmədhəsən xan (Şəki xanı) ( Məhəmməd Hüseyn xanın oğlu) 1795—1797; 1805-1806 Səlim xan (Şəki xanı) (Məhəmməd Hüseyn xanın oğlu) 1806 Fətəli xan (Məhəmməd Hüseyn xanın oğlu) 1806—1814 Cəfərqulu xan 1814 —1819 İsmayıl xan (Cəfərqulu xanın oğlu) 1826—1826 Hüseyn xan (Səlim xanın oğlu) Həmçinin bax Azərbaycan (tarixi ərazi) Arran (tarixi ərazi) Şirvan (tarixi ərazi) Muğan (tarixi ərazi)
https://az.wikipedia.org/w/index.php?curid=237586
Şəki (şəhər)
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür. Etimologiyası Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və s. kimi adlandırılmışdır. 18-ci əsrin ortalarında Şəki şəhərinin yaxınlığındakı Nuxa şəhəri Şəki xanlığının mərkəzi olduqdan sonra köhnə Şəki şəhəri tarix səhnəsindən silinib getdi. Qədim müəlliflərdən Ptolomey, Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd edib. Abbasqulu Ağa Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayilirdi. A. Y. Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V. Dorn belə hesab edirdi ki, Niqa İberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. "Nuxa" sözünün antik dövürdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir. Mülahizələr var ki, "Şəki" adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi. Mənbələrin verdiyi məlumata görə, vaxtilə indiki Şəki şəhərindən 10–15 km cənubda olmuş köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad (480–531) tikdirmişdir. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz Şəki şəhəri yaxınlığında yerləşmişdi. Ərəb istilası ərəfəsində Qafqaz Albaniyasının 11 inzibati vilayətindən biri Şəki əyaləti idi. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat sülaləsi hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi. Şəkinin XVII əsr memarlığı da müəyyən əhəmiyyətə malik idi. Övliya Çələbinin verdiyi məlumata görə, daşdan tikilmiş gözəl Şəki qalası təpəlikdə yerləşirdi. Qalanın "Şirvan" və "Gəncə" adlanan iki darvazası vardı. Şəhərdə 3 min ev, 7 məscid vardı ki, bu məscidlərdən bazar meydanında yerləşən Mirzə Əli məscidi və qaladakı iki məscid daha çox diqqəti cəlb edirdi. Şəhərin karvansaraları, hamamları və kiçik bazarı var idi. XVII əsrdə Şəki şəhərində 20 min nəfərin yaşadığı ehtimal edilir. 1747-ci ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə İran — başqa sözlə Qacar dövləti, Şəki xanlığı ərazisinin Rusiya imperiyasına birləşdirilməsini rəsmən tanıdı. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildə Kaspi vilayətinin tərkibində Nuxa qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı. Ruslar Şəki xanlığını 1819-cu ildə ləğv etdikdən 5 il sonra sonra — 1824-cü ildə, onun keçmiş ərazisində, yəni Şəki əyalətində, əhalinin ilk siyahıyaalınmasını keçirdilər. Həmin siyahıyaalma nəticələrinə əsasən o vaxt Qışlaq və Çapağan kəndləri də inzibati cəhətdən Nuxa şəhərinin tərkibində idi və bu kəndlərlə birlikdə Nuxa şəhərinin əhalisi 13 min 351 nəfər idi. Kaptalizmin inkişafı dövründə şəhər inzibati cəhətdən məhəllələrə bölünürdü. 1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nın inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı. Müasir dövr Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir. 2012-ci ildə abadlıq, quruculuq və tikinti sahəsində görüləcək işlər müəyyənləşmişdir: Şəki Şəhər İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planı hazırlanmışdır. Baş Plana əsasən bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, həmçinin, şəhərin qərbə doğru genişlənməsi, Oxud, İnçə, Kİş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur.[2] Coğrafiyası Hal-hazırkı şəhərin sahib olduğu mənzərəli görünüşü, relyef müxtəlifliyi şəhərin tikiliş və quruluş sisteminə öz təsirini göstərmişdir. Şəhərin sol və sağ hissələri arasında 450 m məsafə vardır. 18 ci əsrdə qurulmuş şəhər 19 cu əsrin ortalarına qədər qorunub saxlanmış, strukturunda heç bir dəyişikliklər edilməmişdir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olub, burda yaradılan arxitektura əsərləri ilə bəzədilib. Bu yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanır. Bundan əlavə hər bir ev öz bağı və dəmir hasarı ilə əhatələnmişdir. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir biridən çəpər və hasarlar ayırır. Sakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapmışdı. O dövrdən qalma məhəllə, küçə adları indiyə qədər qorunub saxlanmaqdadır. Şəkinin planlaşdırılmasına təsir göstərən əsas amil isə ölkənin sahib olduğu relyef pozuntusu idi. Küçələrin istiqaməti Böyük Qafqaz silsilə dağlarının ətəyinə nisbətən istiqamətləndirilmiş və qurulmuşdu. Küçələrin bir çoxu şimaldakı yüksəkliyin relyefinə paralel olaraq düzəldilmişdi. Mərkəzi rayonun və əsas küçənin formalaşdırılmasında Gürcənçay və Dəyirman-arxı çaylarının istiqaməti nəzərə alınmışdır. Bu və şəhərin planlaşdırılmasına aid digər xüsusiyyətlər 1862 ci ildə həyata keçirilmiş planın tərkibində görmək olar. Bu plana əsasən Şəki aşağıdakı kvartal və məhəllələrə bölünmüşdü: Çaqqal dərəsi, Giləli, Dəmirçi bulağı, Gəncəli, Sarı torpaq, Otaq eşiyi, Ağvanlar, Duluzlar, Dodu, Bağbanlar, Sərkarlar, Dabaqxana, Təzə kənd, Köhnə kənd. Relyefin çox dağınıq olması burda süni suvarma kanalları sisteminin inkişafını əngəlləmişdir. İçməli su çaylardan götürülür. Şəkini içməli suyla Kiş çayı və Xıncalı-Baxlınnskiy hövzələri təmin edir. Təpəli və dağınıq relyefə sahib olan Şəki, şəhərin bir neçə ayrı hissəyə bölünməsinə və nəticə etibarıyla gözəl bir təbii mənzərənin yaranmasıyla nəticələnmişdir. Şəhərin sahib olduğu dağ mənzərəsi onu daha da cazibədar edir. Maddi-mədəni irsi Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Şəkinin dairəvi məbədi (XVII–XIX), Zəyzid məbədi (XI–XII), yaxınlıqdakı Kiş kəndinin Kiş alban məbədi, Şəki karvansarası mühafizə olunur. Qədim şəhərin planlaşdırılmasının spesifik xüsusiyyətlərini ayırd etmək üçün şəhər küçələrinin ümumi konstruksiyası və Şəki arxitekturasının incələnməsi vacibdir. Azərbaycanın tədricən tikilən küçələrinə sahib digər orta əsr şəhərlərindən fərqli olaraq Şəkidə bu iş qısa bir müddətdə, həm də planlı bir şəkildə həyata keçirilmişdir. Şəkinin Gürcənçaya paralel olan əsas və ən uzun küçəsi tərkibində şəhərin ən mühüm arxitektura abidələrini özündə cəmləşdirir. Şəkinin bir çox küçələri tarixi və arxitektura abidələrinin mövcudluğu ilə diqqəti cəlb edir. Birinci yerdə əlbəttə, şübhəsiz ki, əsas küçə olan Şəki küçəsi durur. Bu küçələrdən günümüzdə fəaliyyət göstərən Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə, Xoyski, Əfqanlar, Arxüstü, Gəncəlilər, Bağbanlar, Şərbabalar, Mirzə Fətəli Axundzadə, Mehdi Hüseyn küçələrini misal göstərmək olar. Qürcanaçay və Dəyirman-arxı çayları şəhərin su ehtiyaclarını ödəməsilə bərabər, həm də suvarmada istifadə olunurdu. Daha sonralar çayların birləşdiyi yerdə meydançası olan yeni mərkəz quruldu. Şəki şəhərinin bu ərazidə qurulma səbəblərindən ən vacibi Qurcanaçay faktorudur. Digər çay olan Dəyirman–arxı çayı isə şəhərin ikinci aparıcı vasitəsi kimi xidmət göstərməkdədir. Şəkinin sahib olduğu təbii gözəllik şəhərdə tikilmiş bütün tarixi abidələrdə öz əksini tapmışdır. Bütün bunlar Şəki arxitekturasının özəllikləridir. Demək olar ki, qədim şəhəri xatırladacaq heç bir arxitektura nümunəsi qalmayıb. Yalnız E. Çələbinin xatirələrində Şəki haqqında bəzi məlumat var. Onun sözlərinə əsaslanaraq, onda daşdan tikilmə Şəki qalası təpənin üstündə ucaldılmışdır. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var. Burda minlərlə ev, yeddi məscid, onların arasında Mirzə Əli məscidi bazar küçəsində yerləşməsiylə xüsusi diqqəti cəlb edir. Şəhərin həmçinin bir neçə karvansara-mehmanxanası, hamamı və balaca bazarı vardır. Bu məlumata əsasən qalaynan sərhədlənməyən Şəki qala divarlarının xaricində ipək istehsalı ilə məşğul olan müəssisələr və tayı bərabəri olmayan ipək istehsalı ilə məşğul olan geniş bağlar mövcud idi. Şəhərin Çələbinin qeyd etdiyinə görə 3000 evdə 20.000-ə yaxın əhalisi mövcud idi. Əsas küçələr yerli şəraitdən aslı olaraq bir az dar daha kiçik küçələrə, döngə və dalanlara bölünür. Qurulmuş plan, çay istiqamətində yönəlmiş əsas, aparıcı küçələrin rahat izlənilməsini təmin edir ki, bu da öz növbəsində əhalinin iqtisadi fəaliyyəti üçün zəruri olan amillərdən birini təşkil edir. Sənətkarlar rayonu da tədricən əsas ticarətin aparıldığı küçələrə yaxınlaşmışdır. Qeyd etmək lazımdır ki, orta əsrlərdə olan Şəki şəhəri öz əhatə etdiyi əraziyə görə yetərincə geniş bir şəhər olmuşdur. Şəkinin planlaşdırılmasında rol oynayan əsas amillərdən biri təbiət faktorudur. Buna misal olaraq şəkinin su təchizatını qeyd edə bilərik. Artıq bildiyimiz kimi su yer altında olan gil borular vasitəsilə, həm də ki axına əsaslanan sistemə əsasən fəaliyyət göstərir. Bu isə öz növbəsində Şəki şəhərinin təbiətlə vəhdət təşkil etdiyinin bariz nümunəsidir. Şəkini digər şəhərlərdən ayıran bir digər xüsusiyyət isə onun nisbətən daha təmiz olmasıdır. Buna biz 19 cu əsrdə öz xatirələrində Şəkini təsvir edən A. P. Ziissermanın yazılarında rast gələ bilərik. Onun yazdığına görə gözəl təbii mənzərəyə sahib olan Şəki kiçik dağ çayının mənsəbində yerləşmiş, yaşıllıqların içinə qərq olmuş evlər, qoz, fındıq, tut ağaclarıyla dolu bağlardan ibarət idi. Şəkinin küçələri həmişə təmiz saxlanılır və hətta bunun üçün xüsusi adamlar da ayrılmışdı. Ümumilikdə isə Şəki sahib olduğu cazibədar təbii mənzərəsi, təmizliyi, sərin havası, axşamları gələn bülbül oxuması səsləriylə insan üzərində təsvir edilməz təsir buraxır. Qala şəhərin daha yüksəkdə yerləşən hissəsində, şimal-şərqində yerləşir və Şəki xan sarayını əhatə edir. Qala təkcə hərbi-strateji cəhətdən deyil, həm də mikro iqlimi cəhətdən çox əlverişli şəraitə sahib yerdə yerləşib. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır. Hazırda 1958–1963 cü illərdə aparılan bərpa işlərinə baxmayaraq qala divarları və bürcləri dağılmış bir vəziyyətdir. 26 fevral 1853-cü ildə qeyd olunmuş plana əsasən qalanın tərkibindəki 40-a yaxın tarixi abidənin yenidən bərpası nəzərdə tutulurdu. Təbii bir hadisədir ki, Şəki Rusiyanın tərkibinə daxil olduqdan təxminən 50 ilə yaxın sürən bərpa işləri boyunca qalanın əvvəlki planına yetərincə dəyişikliklər edilmiş, lakin ümumilikdə qala öz əvvəlki görünüşünü qoruyub saxlaya bilmişdi. İlk öncə edilən dəyişikliklər buranı qoruyan qarnizonun tələbləri nəzərə alınırdısa, daha sonra həm də yaşayış şəraiti faktoru nəzərə alınmağa başlandı. Sonda belə bir nəticəyə gəlmək olar ki, edilən bəzi dəyişikliklərə baxmayaraq Şəki xan sarayı planlanmasında mühim dəyişikliklərə məruz qalmayıb. Həmçinin burda yəni qalanın içərisində düşmən hücumu zamanı Qurcanaçayın suyu kəsildiyi təqdirdə istifadə edə biləcəkləri reserv su ehtiyatı üçün nəzərdə tutulmuş su quyuları mövcuddur. Kullasovskinin yazdıqlarına görə Şəki su kəmərləri öz sadə strukturu, əlverişli olması və ucuz başa gəlməsiylə diqqəti cəlb edir. Su sistemi axına əsaslanır və yerə basdırılmış və böyük diametrli saxsı-gil borular vasitəsilə hərəkət edir. Bu borular içərisi qırmızı kərpicdən tikilmiş çənlərə tökülür. Çənə böyük bir su borusu gəlir, daha sonra isə çəndən iki-üç daha kiçik boru vasitəsilə su istifadəçilərə paylanır. Həmçinin burdan şəhərin bütün küçə və meydanları suyla təchiz olunur. Su təchizinin belə bir sadə mexanizmə uyğunluğu hər bir evin su ehtiyacını ödəməklə yanaşı istəyənlərə hətta evinin qarşısında fontan düzəldə bilməsinə imkan verir. Şəki şəhərinin tarixi məhəllələri Ağvanlar məhəlləsi Arxüstü məhəlləsi Bağbanlar məhəlləsi Çayqırağı məhəlləsi Qumbaralar məhəlləsi Dağdivi məhəlləsi Oxut yolu məhəlləsi Çaqqaldərəsi məhəlləsi Çökəkməhlə məhəlləsi Dardoqqaz məhəlləsi Daşlıpilləkən məhəlləsi Dırrar məhəlləsi Dolçalar məhəlləsi Doqquzpara məhəlləsi Ermənikənd məhəlləsi Gəncəli məhəlləsi Giləkli məhəlləsi (adı həmçinin "Külehli", "Gülehli", "Güleyli" və "Giləhli" şəkillərində də tələffüz edilir) Qullar və ya Dağdağanlar məhəlləsi Körpüqulağı məhəlləsi Mator məhəlləsi və ya Matorun aralığı Mədolar məhəlləsi Mənkərli və Sabunçu məhəlləsi Otaqeşiyi məhəlləsi Sarıtorpaq məhəlləsi Südlülər məhəlləsi Şərbablar məhəlləsi Topqarağac məhəlləsi Yuxarıbaş məhəlləsi Dodu məhəlləsi Dağdibi məhəlləsi Şəki mətbəxi Azərbaycanın bütün mətbəxləri kimi çox zəngindir. Bütün dünyaya səs salan Şəki pitisi, Şəki halvası(paxlavası) buna sübutdur. Şəki mətbəxinin şah yeməyi Şəki pitisidir. Şəki mətbəxinə aid olan başqa yeməklərdən Balva, Sürfüllü, Ballıbadı, Şəki oyması(Yerlilər arasında Oma kimi tanınır), Qırmabadam, Tel halva, Düyü halvası, Tutlu-Südlü plov, Cücəli plov və s.. kimi yeməklərin adını çəkmək olar. 01.01.2021-ci il tarixə Şəki rayonunun əhalisi 189.0 min nəfərdir. Onlardan 68.4 min nəfəri şəhər, 120.6 min nəfəri kənd ərazisində yaşayır. Rayonda 378 şəhid ailələri, 200 Qarabağ Müharibəsi əlilləri, 2 nəfər II Dünya Müharibəsi Veteranı var. Rayonun 21 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb, 5233 nəfər Prezident Təqaüdçüsüdir. Şəki rayonunda 1764 qaçqın və 5031 məcburi köçkün məskunlaşmışdır. Təhsil alanların sayı 27661, pensiyaçıların sayı 22527 nəfərdir. Təhsil müəssisələri Şəki şəhərində: Azərbaycan Pedoqoji Universitetinin Şəki filialı, Şəki Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Şəki Şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Lisey, Şəki Dövlət Regional Kolleci, Şəki Tibb kolleci, Şəki Dövlət Peşə Təhsil Mərkəzi, Şəki İnteqrasiya təlimli internat tipli gimnaziya, 29 məktəbəqədər təhsil müəssisəsi, 18 tam orta məktəb fəaliyyət göstərir. Səhiyyə müəssisələri Şəki şəhərində: Şəki MRX-sının yeni binası, Şəki MRX-sının əsas binası, Doğum evi, Birləşmiş uşaq x/x, Psixatriya x/x, Ağ ciyər xəstəlikləri x/x, MRX-nın poliklinika şöbəsi, M. Poliklinikanın 2 saylı terapiya şöbəsi, Uşaq poliklinikasının 1saylı pediatriya şöbəsi, Uşaq xəstəxanasının konsultativ poliklinikası, Uşaq poliklinikasının 2 saylı pediatriya şöbəsi, Təcili tibbi yardım stansiyası, Təcili təxirəsalınmaz tibbi yardım regional məntəqəsi fəaliyyət göstərir. Yerli mətbuat Şəki şəhərində "Şəki" (əvvəlki adı "Şəki fəhləsi"), "Şəkinin səsi", "İpəkçi", "Şəki bələdiyyəsi", "Region Şəki", "Şəki təhsili", "Şəffaf Biznes" qəzetləri nəşr olunur. Həmçinin peyk vasitəsilə dünyaya yayımlanan ARB televiziya kanalı " ARB ŞƏKİ " də Şəki şəhərində fəaliyyət göstərir. Tanınmış sakinləri Şirməmməd Hüseynov Əhmədiyyə Cəbrayılov, partizanCavanşir QuliyevHacı Çələbi xan, Şəki xanı Mirzə Fətəli Axundov, Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosofu və ictimai xadim Məhəmməd Pişnamazzadə, Axund Məhəmməd Mövlazadə, Şeyxülislam Rəşid bəy Əfəndiyev, Azərbaycan müəllimi, maarifçisi və yazıçısı Bəhram bəy Nəbibəyov, Çar Rusiyası zabiti Molla Cümə, aşıq Ələsgər Abdullayev, xanəndə Abdulla bəy Əfəndizadə, AXC Parlamenti deputatı Fətəli xan Xoyski, Azərbaycanın ictimai-siyasi xadimi Əbdüləli bəy Əmircanov, AXC Maliyyə Naziri Salman Mümtaz, Azərbaycan ədəbiyyatşünası Məmməd Əfəndiyev, Azərbaycan riyaziyyatçısı Əbdüləzəl Dəmirçizadə, Azərbaycan alimi İsmayıl Osmanlı, Azərbaycan kino və teatr aktyoru Mustafa Quliyev, həkim-şair Sabit Rəhman, Azərbaycan yazıçısı və dramaturq Lütfəli Abdullayev, Azərbaycan kino və teatr aktyoru Cövdət Hacıyev, Azərbaycan bəstəkarı Fuad Əbdürəhmanov, Azərbaycan heykəltaraşı Məcid Rəsulov, Azərbaycan riyaziyyatçısı Şəfiqə Axundova, Azərbaycan bəstəkarı Bəxtiyar Vahabzadə, Azərbaycan şair Aydın Məmmədov , Dilçi, türkoloq, tənqidçi, siyasətçi Niyazi Bədəlov, rejissor Hikmət Ziya, Azərbaycan şairi Rasim Ocaqov, Azərbaycan kinorejissoru Nuru Abdullayev, İkinci Dünya Müharibəsi Veteranı Şirməmməd Hüseynov Mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Əli Məsimli, ictimai-siyasi və dövlət xadimi Ziya Yusifzadə, dövlət adamı Cahangir Rüstəmov- rəssam Gülyanaq Məmmədova, müğənni Gülyaz Məmmədova, müğənni Salis Məmmədov, əməkdar jurnalist (1991) Akif Salamoğlu, mühəndis-yazıçı Elnur İsgəndərov, Şəhid Ayşən Əbdüləzimova, Azərbaycan voleybolçusu Qurban Məsimov, aktyor Məmməd Adilov, ədəbiyyatşünas alim Filmoqrafiya Azərbaycana səyahət (film, 1924) İpəkçilik (film, 1928) Şəki (film, 1965) Şəki sarayı (film, 1965) Şəki heyvandarları (film, 1975) Şəki heyvandarlıq kompleksi (film, 1975) Şəki (film, 1977) Yaşıl möcüzə (film, 1979) Təsərrüfatlararası birlik (film, 1981) Azərbaycana səyahət (film, 1988) Xan sarayı (film, 1993) Həm ziyarət, həm ticarət... (film, 1995) Tanrıya tapınan Kiş (film, 2001) Şəki teatrında (film, 2006) Şəki olduğu kimi (film, 2011) Evlənmək istəyirəm (film, 1983) Babamın babasının babası (film, 1981) Qardaş şəhərlər Türkiyə – Girəsun Bolqarıstan – Qabrovo Belarus – Slutsk Türkiyə – Lapseki Gürcüstan — Telavi Türkiyə — Bolu Ukrayna – Jmerinka Türkiyə – Konya Fransa- Kolmar Xarici keçidlər Şəkidə VII İpək Yolu Beynəlxalq Musiqi Festivalı start götürür Səda — Şəki "İpək yolu" 7 ci beynəlxalq musiqi festivalı
https://az.wikipedia.org/w/index.php?curid=308692
Şəki (əski)
Şəki şəhəri — Orta Əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür. 1968-ci ildən isə Nuxa şəhəri rəsmən Şəki adlanmaqdadır.
https://az.wikipedia.org/w/index.php?curid=816571
Şəki Dövlət Dram Teatrı
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı — Şəki Şəhərində fəaliyyət göstərən teatr. Təbii ki, teatrın bu uğurları bu gün yaradıcı heyətə rəhbərlik edən, respublikanın əməkdar incəsənət xadimi Mirbala Səlimlinin adı ilə bağlıdır. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyən M.Səlimli Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə quruluş vermişdir. 2009-cu ildə J.B.Molyerin “Xəsis” komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür. 2010-cu ildə Respublikada keçirilən “Milli Teatr Festivalı”nda iştirak edən Şəki Dövlət Dram Teatrı M.Səlimlinin quruluşunda iki tamaşa ilə: Ə.B.Haqverdiyevin “Pəri Cadu” və J.B.Molyerin “Xəsis” tamaşası ilə təmsil olunmuş və böyük tamaşaçı rəğbəti qazanmışdır. 2012-ci ildə Şəki Dövlət Dram Teatrı Türkiyənin Konya şəhərində keçirilən türkdilli xalqların V teatr teatr festivalında J.B.Molyerin “Aldadılmış ər” tamaşası ilə uğurlu çıxışı teatrın axırıncı illər qazandığı ən böyük naliyyətlərdən biri olmuşdur. 2013-cü ildə Şəkidə I Şəki Beynəlxalq Teatr Festivalı keçirilmiş və tearın festivalın açılışında M.Səlimlinin quruluşunda oynadığı İ.Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşası böyük teatr hadisəsinə çevrilmişdir. Tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Zirvə”mükafatı ilə təltif olunmuşdur.2015-ci ilin aprel ayında teatr yenidənKonya və Giresun şəhərlərində keçirilən teatr festivallarında J.B.Molyerin “Xəsis” tamaşası ilə çıxış etmiş və bu tamaşa türk tamaşaçılarını özünün səhnə yozumu ilə heyran qoymuşdur.2014 və 2016-cı illərdə beynəlxalq teatr festivallarına ev sahibliyi etmiş Şəki Dövlət Dram Teatrı 2018-ci ilin may ayının 12-dən 19-a dək keçirilən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq teatr festivalında türk dramaturqu Hidayət Sayının “Davul səsi” pyesi əsasında hazırlanmış çox uğurlu bir tamaşa ilə çıxış etmişdir. Məhz belə uğurların nəticəsidir ki, Azərbaycan Respublika Prezidentinin sərəncamı ilə teatrın baş rejissoru Mirbala Səlimli 2012-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına və Prezident mükafatlarına, aktyorlardan Xanlar Həşimzadə 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” döş nişanı, 2015-ci ildə “Sənətkar medalı”, 2015-ci ildə “Əməkdar artist” fəxri adına və Prezident mükafatlarına, Əbülfət Salahov2015-ci ildə “Əməkdar artist” fəxri adına və Prezident mükafatlarına, Akif Yusifov 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” döş nişanı, 2018-ci ildə “Əməkdar artist” fəxri adına, Rəhim Qocayev 2018-ci ildə“Əməkdar artist” fəxri adına,Aydın Əlibalayev və Brilyant Babayeva 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” döş nuşanına layiq görülmüşlər. Xarici keçidlər [2] Arxivləşdirilib 2009-03-01 at the Wayback Machine Şəki teatrının uğurları "Günə doğru". Şəki Dövlət Dram Teatrı qastrol səfərlərinə hazırlaşır "Günə doğru". Şəki Dövlət Dram Teatrının aktyorları səfərdən qayıdıb "Günə doğru". Şəki Dövlət Dram Teatrında "Tıq-Tıq xanım" əsəri tamaşaya qoyulub
https://az.wikipedia.org/w/index.php?curid=79622
Şəki Dövlət Regional Kolleci
Şəki Dövlət Regional Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci adlandırılmışdır.11 iyul 2020-ci ildə Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradıldı.
https://az.wikipedia.org/w/index.php?curid=437882
Şəki Dövlət Rəsm Qalereyası
Şəki Dövlət Rəsm Qalereyası — 1982-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş rəsm qalereyasıdır. Bina 1895-ci ildə çar Rusiyasının hərbi hissələri üçün kazarma kimi tikilib. Birmərtəbəlidir, dörd zaldan və dörd otaqdan ibarətdir. Divarları yerli çay daşı və kərpicdən hörülüb. Çardağı taxta konstruksiyalıdır, üstü dəmirlə örtülüb. Bina qərbdən və cənubdan Qala divarları ilə əhatə olunub. 1982-ci ildən Şəki Dövlət Rəsm Qalereyası kimi fəaliyyət göstərir. 1982-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Şəki Dövlət Rəsm Qalereyası Şəki şəhərinin Yuxarıbaş məhəlləsində, "Dövlət Tarix Memarlıq Qoruğu"nda qala divarları arasında yerləşən keçmiş Çar Rusiyasının kazarması olmuş binada yerləşir. Binanın tikilmə tarixi 100 ildən çoxdur. Şəki Dövlət Rəsm Qalereyası üç zaldan: Emalatxana zalı, Fond Otağı və İdarəetmə (Direktor və digər köməkçi otaqlar) otaqlarından ibarətdir. Rəsm qalereyasının fondunda 327 əsər vardır. Bu əsərlərdən 244-ü rəngkarlıq, 68-i sulu boya, qrafika, 15-i heykəltaraşlıq işləridir. Fond əsərlərinin əksəriyyəti Azərbaycan SSR-ı tərəfindən 1982, 1984 və 1986-cı illərdə Qalereyaya verilmişdir. Fondun əsərləri içərisində tanınmış heykəltaraş Sapsayın, tannınmış rəssamlardan Toğrul Nərimanbəyovun, Mehdiyevin, Sadıqzadənin, Sakitin və digərlərinin əsərləri vardır. Xarici keçidlər "Şəki Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. İstifadə tarixi: 10.03.2021. "Şəki və Lahıcdakı muzeylər Dövlət Turizm Agentliyinin tabeliyinə verilib". apa.az. İstifadə tarixi: 10.03.2021. Həmçinin bax Azərbaycan Dövlət Rəsm Qalereyaları
https://az.wikipedia.org/w/index.php?curid=453095
Şəki Dövlət Təbiət Yasaqlığı
Şəki Dövlət Təbiət Yasaqlığı – 26 fevral 1964-cü ildə Şəki rayonunda yaradılan təbiət yasaqlığı. Əyriçayın hövzəsində, Yevlax-Şəki və Şəki-Oğuz şose yollarının arasında yerləşir. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə, qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Sahəsi 10350 hektardır. Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça kolları keçilməz cəngəlliklər əmələ gətirir. Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab kimi məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək kimi quşlar məskunlaşmışdır. Həmçinin bax Dövlət Təbiət Yasaqlığı Azərbaycan qoruqları
https://az.wikipedia.org/w/index.php?curid=114405
Şəki Hava Limanı
Şəki Hava Limanı - Azərbaycanın Şəki şəhərində yerləşir. 1932-ci ildə fəaliyyətə başlamışdır. 1997-ci ildən bəri normal vəziyyətdə olsa da fəaliyyət göstərmir. 132 hektar sahəni əhatə edir və 4 təyyarəni eyni vaxtda qəbul etmək imkanı var. Aeroportun radiotexniki avadanlıqları saz vəziyyətdədir, uçuş-enmə zolağı demək olar ki, 1600 metrdir. Şəki hava limanının fəaliyyətinin yenidən bərpası isə 2015-2018-ci ilin Dövlət Proqramında nəzərdə tutulmuşdu.“Azərbaycan Hava Yolları” QSC-nin 2018-2025-ci illər üçün strateji planında Şəki Hava Limanının tikintisi 2022-2023-cü illərdə proqnozlaşdırılıb. Həmçinin bax Quba Hava Limanı Xarici keçidlər Bu il Azərbaycanın Şəki rayonunda hava limanının yenidən qurulması planlaşdırılır
https://az.wikipedia.org/w/index.php?curid=418041
Şəki Siti FK
Şəki Siti FK və ya keçmiş adı ilə Marxal Şəki Futbol Klubu — Azərbaycan İkinci Liqasında mübarizə aparan Şəki klubu. Klubun tarixi 18 avqust 2018-ci ildən başlayır. Klubun drektoru Elgün Hüseynovun böyük əzmi ilə, fədəkarlığı ilə "Marxal Futbol Klubu" adı altında fəaliyyətə başlayır. İlk dönəmlərdə klub qadın futbol klubu idi. Klub Azərbaycan Yüksək Dəstəsinə güclü başlasa da bir müddət sonra dünyanı cənginə alan Covid-19 pandemiyası səbəbiylə liqaya bir müddətlik ara verildi. 2019–2020 illərində Azərbaycanda alınan qərarlar yekununda oyunlar keçirilmədi. 2022/2023 sezonlarında klub artıq kişi futbol klubu şəklində Azərbaycanın ən nüfuzlu həvəskar liqası olan, Region Liqasına vəsiqə qazandı. Yeni mövsüm üçün artıq Marxal ilə tərəfdaşlığı olmayan klub, ad dəyişmə prosesində geçikdiyi üçün bir sezon da əlavə bu adla çıxış etməli oldu. Klub 13 noyabr 2022-ci ildən liqa oyunlarına start verdi. İlk oyunun "Qala" futbol klubuna qarşı oynadı, qonaq getdiyi stadionda qələbə qazandı. Ardından öz stadionunda 4-1 hesabı ilə "Göyəzən" klubunu məğlub etdi. Karyerasının ən fərqli və böyük məğlubiyyətini "Şəki" futbol klubuna qarşı aldı. Şəki derbisindən 13 cavabsız qolla ayrılan klub öz rekordunu qırdı. "Göygöl" klubunu 1-0, "Ağstafa" futbol klubunu 8-1 hesabı ilə məğlub etdi. Klubun oynadığı oyunların sadəcə 2-də Karvan İdman Klubuna məğlub olub. 2022/2023 Region Liqası playy-off oyunları Region Liqası play-off oyunlarında klubun ilk rəqibi Qobustan FK oldu. İlk oyunu Qaradağlı stadionunda keçirən Şəki klubu, rəqibi ilə heç-heçəyə razı oldu. İkinci qarşılaşma isə 24 aprel tarixində oldu. Bu oyun isə klubun öz doğma meydanında baş tutdu. Klub 4–1 hesabı ilə növbəti mərhələyə vəsiqə qazandı.Bu dönəm artıq rəqib klubda bəlli idi - Xəzər Lənkaran. İlk oyun Şəki təmsilçinin öz meydanında baş tutdu. 30 aprel 2023-cü ildə başlayan oyunu Şəki klubu 3–1 hesabı ilə qazandı.Lakin oyunun başa çatmasından çox keçmədən Xəzər klubu ilə Şəki klubu arasında narazılıqlar özünü brüzə verdi. AFFA-ya edilən şikayətdən sonra 3–1 hesablıq nəticə ləğv olaraq 3:0 hesablı texniki məğlubiyyət verildi Lənkaran təmsilçisinə.Səbəb kimi isə turnir qaydalarının 5.3-cü bəndinin pozulması göstərildi. Növbəti oyun isə Şəki Siti klubu üçün 2-0 məğlubiyyətlə bitsə də, 1 qol fərqi ilə növbəti mərhələyə keçdi. Klubun ilk loqosu mor rəngdə olan butaların üzərində top şəkili yer almışdır. Buda öz növbəsində klubun qadın futbol klubu olmasını bildirirdi. 2020-ci ildə isə klub emblemi tamamiylə dəyişib. Bu loqonun istifadəyə verilməsinə səbəb isə, Şəkidə baş verən ayı olayı ilə bağlıdır. Belə ki, o bölgədə tez-tez ayıların şəhərə enmələri hadisələri müşahidə olunur. Bəzən isə Kütləvi İnformasıya Vasitələri tam əksindən, insanların ayı ovlamağında bəhs edir. Elgin Hüseynov loqo dəyişikliyinin səbəbinin qonur ayıların nəslinin tükənməsi olduğunu açıqlayıb. Yeni loqo dairəvi formadadır, loqonun mərkəzində kükrəyən ayı təsvirinə yer verilmişdir. Başında şah tacı olan bu ayının tacının üzərinə Şəki adı yazılmışdır. 2022-ci ildə isə klub 3-cü loqosunu istifadəyə verdi. Bu loqoda isə, loqonun formatı biraz daha fərqlidir. Bozqurd şəklindədir. Loqonun mərkəzində klubun adına, alt tərəfində isə Şəki xan sarayının şəkilinə yer verilmişdir. Üst tərəfində isə Şəkinin dağının rəsmi verilmişdir. Həmçinin Siti sözündə yer alan "İ" hərfi qüllə şəlində yazılmışdır. Klub 14 oyuna 49 qol vurmuşdur. Bu isə yer aldığı liqanın bu sahədə ən böyük göstəricidir. 14 oyunun 11-də qalib olaraq liqada yeni ən yaxşı göstəriciyə sahib olmuşdur.Klubda həmçinin U10-dan U14-də qədər bir çox komanda fəaliyyət göstərir. Xarici Keçidlər Şəki Siti FK — Instagram səhifəsi Fan Səhifə — Instagram səhifəsi Həmçinin Bax Azərbaycan futbol klublarının siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=790554
Şəki Tarix-Diyarşünaslıq Muzeyi
Şəki Tarix-Diyarşünaslıq Muzeyi — Şəki rayonunda fəaliyyət göstərən muzey. Muzey Rəşid bəy Əfəndiyevin adını daşıyır. 1925 –ci ildən fəaliyyət göstərir. Binanın ümümi sahəsi 924 km ²-dır. Bunun 724 m2-də ekspozisiya zalları yerləşir. Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. Muzeyin 1980-ci ildən bəri fəaliyyət göstərdiyi hazırkı binası 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş tarixi abidədir. Muzeyin ümumi sahəsi 924 m²-dir. Bunun 724 m²-də ekspozisiya zalları yerləşir. Muzeydə Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.Eyni zamanda Böyük vətən müharibəsi (1941-1945-ci illər), Əfqanıstan və Qarabağ müharibələrində şəkililərin şücaətini dair stendlər quraşdırılmışdır. Müxtəlif illərdə müxtəlif binalarda yerləşən R.Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi hazırda Şəkinin səfalı bir guşəsində - Qala Divarları arasında olan binada yerləşib. 1895-ci ildə kazarma məqsədilə tikilmiş bu tarixi binaya muzey 1980-ci ildən köçürülüb. Əvvəllər 2 otağa yerləşən muzeyin indi 10 ekspozisiya, 1 lektoriya zallarından ibarətdir. Muzeyin şöbələri Muzey aşağıdakı şöbələrdən ibarətdir: Etnoqrafiya Cumhuriyyət Elm,mədəniyyət,səhiyyə xadimləri Döyüş şöhrəti Kənd təsərrüfatı Şəkinin süfrə və mətbəx mədəniyyəti Muzeyin maraqlı eksponatları Muzeyidə qorunan faytonda 1920-ci ildə N.Nərimanov Yevlaxdan Şəkiyə gəlib. Muzeyizdəki samovar qəhvə dəmləmək üçündür. Müxtəlif sənət nümunələri Muzeydəki hamam sandığı (seyfi) o vaxtlar qız-gəlinlərin hamama gedərkən üzərilərində daşıdıqları bəzək əşyalarını saxlamaq üçün istifadə olunub. Sandığın üzərində Sədi Şirazinin hamam şeiri həkk olunub. Muzeyidə açılmış Süfrə və mətbəx mədəniyyəti şöbəsində işin qurulmasına məşhur kulinarlardan olan Hacı Cabir Xəlifzadənin rolu olmuşdur. Xarici keçidlər "Şəki şəhər Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi". kataloq.gomap.az. İstifadə tarixi: 22.02.2021.
https://az.wikipedia.org/w/index.php?curid=522025
Şəki Tibb Kolleci
Şəki Tibb Kolleci (əvvəlki adı: Şəki Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Şəki Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Tibb bacısı işi.
https://az.wikipedia.org/w/index.php?curid=295376
Şəki Tibb Məktəbi
Şəki Tibb Kolleci (əvvəlki adı: Şəki Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Şəki Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Tibb bacısı işi.
https://az.wikipedia.org/w/index.php?curid=295384
Şəki Xalq Tətbiqi Sənəti Muzeyi
Şəki Xalq Tətbiqi Sənəti Muzeyi Şəki Xalq Tətbiqi Sənəti Muzeyi 1985-ci il iyun ayının 9-da açılmış və tarixi memarlıq abidəsinin binasında yerləşir. Bu muzey qədim Alban məbədində yerləşir ki, buna da el arasında "Dairəvi məbəd" deyilir. Muzeyin tarixi Bu bina Azərbaycanın Qafqaz Albaniyası dövrunə məxsus alban məbədidir. Muzeyin yerləşdiyi bina V-VI əsrlərdə inşa edilən alban məbədi olub.XVIII əsrdə çarizmin Azərbaycana hücumu ilə əlaqədar olaraq, abidə rus əsgərlərinin kilsəsinə çevrilib.Onlar binanın konstruksiyasını da dəyişərək, onu kilsə üslubuna - xaç formasına uyğunlaşdırıblar.Muzey Şəkinin “Yuxarı Baş” dövlət Tarix Memarlıq qoruğunda yerləşir. Muzey binası Muzeydə antik dövrdən başlayarq bu günümüzə qədər sənətkarların 600-ə yaxın xalq sənəti və dekorativ sənət əsərləri dört zaldanümayiş olunur. Muzeydə 18 növ sənətkarlıq və sənət nümunələri nümayiş olunur. Xalq Tətbiqi Sənəti Muzeyi kimi fəaliyyət göstərən maddi mədəniyyət nümunəsi həm yerli əhalinin və ətraf rayonlardan gələnlərin, həm də turistlərin marağını cəlb edir. Burda bir sıra məişət əşyaları və Xalq tətbiqi sənətinə uyğun nümunələr sərgilənir. Muzeyin yerləşdiyi binanın tarixi haqqında mülahizələr müxtəlifdir. Bu Azərbaycan Qafqaz Albaniyası dövrünə məxsus xristiyan memarlıq abidəsidir. Məbədin ilkin formasının VIII əsrə qədər tikildiyi güman edilir. Bu dövr Albaniyada xiristianlığın daha geniş yayılmasının II mərhələsinə təsadüf edilir. Məbəddə dəfələrlə təmir-bərpa işləri aparılmışdır. Bəzi tarixi mənbələrə görə hətta Dərviş Məhəmməd, Çələbi xan dövründə də təmir işləri aparıldığı məlumdur. Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra (XIX əsr) isə vilayətin mərkəzi şəhəri olan Nuxada Dairəvi Məbədə konstruktiv dəyişikliklər edilərək, rus əsgərlərinin kilsəsi kimi istifadə olunmuşdur. Muzey eksponatları Şəki şəhərində məşhur olan, qədimdən bu zamana kimi gəlib çatan sənətlər haqqında və şəhərdə tanınmış sənətkarlar haqqında Xalq Tətbiqi Sənəti muzeyi məlumat verilir. 4 ekspozisiya zalından ibarət olan muzeyin birinci zalında Şəki ərazisindən tapılmış arxeoloji qazıntılar nümayiş etdirilir.Tətbiqi sənət nümunələri nümayiş etdirilir. Burada müxtəlif tipli gül qablar və qadın, kişi qəbirlərindən tapılmış zinət əşyaları, nizə ucluqları var. ikinci zalda ümumi sənətkarlıq bölməsində duluzçuluq, xarratlıq, təkəldüz, misgərlik, şəbəkə, memarlıq, papaqçılıq sənət nümunələri nümayiş etdirilir. Bu sənətlərdə məşğul olan ustalar haqqında geniş məlumatlar verilir. Üçüncü zalda əsasən milli musiqi alətləri, milli qadın və kişi geyimləri, ipəkçiliyə aid olan nümunələr nümayiş etdirilir. Dördüncü zalda isə "Şəki otağı" adlanır. Qədim Şəki evlərinin interyeri nümayiş etdirilir. Milli adətlərə uyğun olaraq evlərimizdə olan rəflər, yun darağı, döşəklər, taxçalar, cəhrə, sandıq, və s. nümunələr ekspozisiyani təşkil edir. Muzeyin ekspozisiyasında 500-dən çox eksponat nümayiş etdirilir. Həmçinin bax Xarici keçidlər Şəki Xalq Tətbiqi Sənəti Muzeyi
https://az.wikipedia.org/w/index.php?curid=675803
Şəki Xan məscidi
Şəki Xan məscidi — XVIII əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Şəki Xan məscidi də Ümumdünya İrsinə daxildir. İlk dövrlər Məscid hicri təqvimi ilə 1183-cü ildə Şəki xanı Məhəmmədhüseyn xanın sifarişi ilə tikilib. Məscidin tikintisi başa çatdıqdan sonra bu münasibətlə o dövrdə yaşamış şair Hacı Məhəmməd Çələbi Əfəndi Zari 9 beytdən ibarət bir qəzəl yazıb. Və bu qəzəlin içində qapalı maddeyi-tarixlə məscidin tikilmə tarixini göstərib. Bu qəzəllə yanaşı ədəbiyyatşünas Salman Mümtaz "Riyazül-üləma" sözünün də əbcəd hesabı ilə bu məscidin tikilmə tarixi olduğunu bildirib. Hər iki maddeyi-tarix əbcəd hesabı ilə 1183-ə bərabərdir ki, bu da miladi 1769–1770-ci ilə uyğundur.Salman Mümtazın qeydlərinə görə, məscid əvvəlcə I Cümə məscidi adlandırılıb, 1780-ci ildə Məhəmmədhüseyn xan Hacı Əbdülqadirlə olan döyüşdə yaralanaraq təslim olmağa məcbur olub. Bir həftə əsirlikdə qaldıqdan sonra isə boğdurmaq yolu ilə edam edilib. Onun nəşi isə özünün tikdirdiyi məscidin mehrabının içində dəfn edilib. Bundan sonra məscid Xan məscidi adlanıb. 1853-cü il aprelin 14-də (bir çox mənbələrdə – maddeyi-tarixlərdə: 1842/43) Şəki Xan məscidi Nuxa bazarı ilə birlidə yanıb. Mustafa ağa Şəkixanovnun yazdığına görə o vaxt bazar və Cümə məscidi ilə yanaşı, məscidin ətrafındakı evlər də yanğına məruz qalıblar. Yanğından sonra, Mustafa ağanın atası Kərim ağa Şəkixanov, bu məscidi bərpa etdirməyə başlayıb, lakin dünyasını dəyişdiyinə görə bu işi sona çatdıra bilməyib. Sovet işğalında Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.Şəki Xan məscidi də işğaldan sonra barama anbarı, "Ziyalılar evi" kimi istifadə edilib.1968-ci il martın 6-da Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Şəkinin tarixi Yuxarı baş məhəlləsində "Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu" yaradılıb. Burada yerləşən Şəki Xan məscidi də qoruğun ərazisinə aiddir.Məscidin bərpası layihəsi 1981-ci ildə hazırlansa da, sonrakı illərdə heç bir iş görülməyib. Müstəqillikdən sonra Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.2001-ci ildən Şəki şəhərinin tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Şəki Xan məscidi də Ümumdünya İrsinə daxildir. 1992-ci ildə məscid "Yeni Azəri İslam Cəmiyyəti" dini icmasının sərəncamına verilib. Onlar məscidi daima bağlı saxladıqlarına görə və eləcə də icmalarına üzv olmayan digər dindarları ibadətə qoymadıqlarına görə məscid ətrafında mübahisələr baş verib. Bundan başqa icma rəsmi dövlət qeydiyyatından keçməkdən də boyun qaçırıb. 2010-cu ildə Şəki məhkəməsi "Xan məscidi"nin boşaldılaraq mədəniyyət şöbəsinə verilməsi barədə qətnamə çıxarıb. Bir neçə il davam etmiş məhkəmə çəkişmələrindən sonra məscid geri alınaraq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin balansına daxil edilib. Şəki Xan məscidində 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlayıblar. Bərpadan əvvəl burada AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işləri aparılıb. Arxeoloji Ekspedisiyaya Zaur Həsənov başçılıq edib. 2021-ci il iyunun 3-də mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşlar aşkar edilib. Burada bərpa işləri dayandırılıb və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparıldıqdan sonra həmin hissədə qəbir aşkar olunub. Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını təsdiqləyirdi. Salman Mümtazın öz əsərində Şəki xanı Məhəmmədhüseyn xan Müştağın Xan məscidinin mehrabının altında dəfn edilməsini qeyd etməsi eləcə də digər faktlar aşkarlanan qalıqların üzərində yoxlamaların aparılmasına səbəb oldu. Aşkar olunan skeletdən nümunələr götürülüb, radiokarbon və genetik analizlər aparmaq üçün Oksford Universitetinin laboratoriyasına göndərilib. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar, genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbirin Şəki xanı Məhəmmədhüseyn xana aid olduğu təsdiqlənib.Məscid kompleksi ərazisindəki bərpa işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında aparılıb. Məscid kompleksinin ilkin görüntüsünü əldə etmək üçün kompleksdə 3D ölçmə işləri aparılıb. Bərpa işləri zamanı iqlim təsirinə görə yararsız hala düşən kərpiclər yeniləri ilə əvəzlənib, yeri bişmiş kərpiclə yenidən döşənib. Minarədə olan kərpicləri eroziyadan mühafizə etmək üçün xüsusi materiallarla izolyasiya qatı yaradılıb. Məscidin ilkin tikintisi zamanı olan pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib. Memarların rəyi əsasında şəbəkədən istifadə edilməklə pəncərələrdən ikisinin əvvəlki görüntüsü bərpa edilib.Məscid tavanının fotosu olmadığından Dövlət Turizm Agentliyinin və layihəçilərin birgə qərarı əsasında Gödək minarə məscidi və Şəki Xan Sarayının tavanında olan şəbəkə quruluşunda yeni tavan yığılıb. Binanın daxili və xarici divarları 1961-ci ilin fotoları əsas götürülərək bərpa olunub.Məscidin həyətindəki köhnə su hovuzunun əvəzinə yeni hovuz inşa olunub, xeyir-şər evi, dəstəmazxana, inzibati otaqlar tikilib. Həyətdəki Xan çinarları və digər ağaclar ətrafında mühafizə zonası yaradılıb. Məscidin qədim giriş darvazası və pilləkənləri, cənubunda yerləşən Xan qəbiristanlığındakı qəbir daşları bərpa edilib.Məscidlə yanaşı ətrafdakı bir neçə bina da təmir edilib və burada muzey yaradılıb. Burada Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur. Muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, adət-ənənəyə uyğun olaraq onların qarşısına qoyulan mücrülər, kəlağayı sənətinə aid nümunələr sərgilənir. İkinci mərtəbədə isə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin "Şəki xanlarının tarixi" kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII–XIX əsrə aid silah nümunələri nümayiş olunur.İkinci mərtəbədə xan otağı yerləşir. Bu hissədə Şəki xanı Məhəmmədhüseyn xan Müştağın təşkil etdiyi ədəbi məclislərdə istifadə olunan ud musiqi aləti, Məhəmmədhüseyn xanın şahmat taxtası, Şəki xanı Məhəmmədhüseyn xanın taxtının tarixi mənbələrdə olan təsvirləri əsasında 2014–2015-ci illərdə hazırlanmış replikası, Şəki Xan Sarayındakı miniatür təsvirlər əsasında hazırlanmış xanın geyimi, XVIII əsrdə istifadə olunmuş Şəki xanlığının və Şəki xanı Səlim xanın döyüş bayrağı təqdim olunur.2022-ci il dekabrın 2-də Şəki Xan məscidi kompleksinin bərpadan sonra açılışı olub. Elə həmin gün məscid həm də dindarlar üçün ibadətə açılıb. Məscidin uzunluğu 45, eni 10 metrdir. Məscidin 21 metrlik minarəsi bişmiş kərpic və əhəng məhlulundan istifadə edilməklə inşa olunub. Tikintisində çay daşı, bişmiş kərpic, əhəng, kirəmit, palıd, fıstıq, qovaq ağacları kimi yerli inşaat materillarından istifadə olunub. Məscidin xarici tağlı qalereyası və minarəsi var. Məscidin yanında Xan qəbiristanlığı yerləşir. Burada Şəki xanları, onların ailə üzvləri və yaxın adamları dəfn olunub. Həmçinin bax Xan qəbiristanlığı Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr Xarici keçidlər Prezident ailəsi ilə Şəki Xan məscidi kompleksində — Fotolar Prezident və birinci xanım Şəki Xan məscidi kompleksi ərazisindəki muzeydə olublar / AzTV 110 ildən sonra Şəki Xan Məscidi / Real TV Hər daşında tarix yatan Şəkidə xan qəbri tapıldı / Kanal S Şəkinin ən böyük və qədim məscidi sayılan "Xan Məscidi" / Şəki Media Agentliyi Bərpa olunan Şəki Xan məscidində namaz qılınıb / AzTV Tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqlənib… / Kanal S Şəki yurdum mənim 20-ci hissə. Xan məscidi / ElbirTv Şəkidə Xan məscidində bərpa işləri davam edir / Heydar Aliyev Foundation
https://az.wikipedia.org/w/index.php?curid=779122
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və bir yazılı qəbirüstü abidədən ibarətdir. Ümumi məlumat Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda orada cəmi 10 yazılı başdaşı və bir yazılı qəbirüstü abidə var. Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində, bir neçə başdaşı haqqında isə 1984-cü və 2001-ci ildə çap olunmuş kitablarında məlumat vermişdir. Bir başdaşı hissəsi üzərindəki kitabəni 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir. 2018-ci ilin sonlarında isə AMEA Şəki Regional Elmi Mərkəzi qəbristanlıqdakı epiqrafik abidələrin kompleks tədqiqinə başlayıb. Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda dünyasını dəyişmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda torpağa tapşırılması, atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi məlum olsa da başdaşıları aşkar edilməmişdir. Heç bir şübhə yoxdur ki, gəncəli Cavad xanın arvadının da qəbri buradadır; mənbədə göstərilir ki, Cavad xan ruslarla döyüşdə öldürüldükdən sonra onun arvadı Nuxaya qayıtmış (Məhəmmədhəsən xanın bacısı idi) və 1830-cu ildə burada dünyasını dəyişmişdir. 2022-ci ildə aparılmış "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun apardığı elmi tədqiqat işlərinin nəticəsində məlum olmuşdur ki, Şəki Tarix-Diyarşünaslıq muzeyinin topladığı və fondunda saxlanılan və dövlət mühafizəsinə götürülmüş dekorativ-tətbiqi sənət nümunəsi olan baş daşlarından bəziləri Şəki Xan qəbirstanlığında vaxtı ilə mövcud olmuş qəbirüstü abidələrdir. Qoruğun apardığı elmi təqdiqat işləri nəticəsində məlum olmuşdur ki, bu baş daşlarından biri Məhəmmədhüseyn xanın Xanlar adlı gənc yaşında vəfat etmiş oğluna məxsus olmuşdur. Bu fakt Şəki xan qəbirstanlığını tədqiq edən əvvəlki dövr mütəxəssislərinə məlum olmayan bir faktdır. Bəzi müəlliflərin fikrincə 2010-cu ilin əvvəllərində salamat vəziyyətdə olan bir bütöv başdaşı və bir neçə başdaşı hissəsi qəbristanlıqdan götürülmüş və muzeyə aparılmışdır. Xan qəbristanlığından götürülmüş bütöv başdaşı Azərbaycanın görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir bacısı Səltənət bəyimə, başdaşı qəlpələrindən biri isə Səltənət bəyimin anası Səadət bəyimə (İsmayıl xan Xoyskinin qızı) aid idi. İstifadə edilmiş mənbələr Nemətova M.S. Nuxa "Xan qəbiristanlığı"ndakı başdaşıların kitabələri haqqında // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri (İctimai elmlər seriyası). № 6. Bakı. 1961. Məmmədov A.S. F. x. Xoyskinin bacısının baş daşı Şəki Xan qəbristanlığından "yığışdırılmış"dır!. (“İpəkçi” qəzetinin saytı). 2010. Məmmədov A.S. Ədalət Tahirzadənin "Şəkinin tarixi qaynaqlarda" kitabı. (“İpəkçi” qəzetinin saytı). 2006. Məmmədov A.S. Şəki Xan qəbiristanlığı. (“Şəkinin səsi” qəzeti). № 3 (436). 2009. Məhəmmədhüseyn xan Müştaq (Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti). Bakı. Salman Mümtazın redaktəsi ilə. 1925. Həmçinin bax Xan məscidi (Şəki)
https://az.wikipedia.org/w/index.php?curid=489055
Şəki Xan sarayı
Şəki xan sarayı (həmçinin Şəki xanları sarayı) — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars üslubunda inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. 30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray Ümumdünya irsidir. Qafqaz Komandanı Aleksey Yermolovun göstərişi ilə general-mayor Fyodr Axverdov və dövlət şurasının müşaviri Mogilevski tərəfindən hazırlanmış "Şəki əyalətinin təsviri"ndə (Tiflis, 1866) bütövlükdə saray kompleksinin təsviri verilmişdir. Həmin hesabata əsasən kompleksə daxil olmuş bir çox tikililərin ilkin təyinatını müəyyənləşdirmək mümkündür. Həmin diyarda olmuş general N.N.Rayevskiy 1826-cı ildə yazır: "…Orada yerləşən həmin diyarın keçmiş xanlarının sarayı haqqında Baxçasaray sarayı yalnız zəif təsəvvür yaradır…"1834-cü il avqustun əvvəllərində Şəkidə olmuş dekabrist A. Korniloviç Qubadan qardaşına məktub yazmışdı. Məktubunda 1828-ci ilə kimi Şəki əyalətinin özünün hakimi olduğunu qeyd edən Korniloviç sarayı belə təsvir edir: 1846-cı ildən Zaqafqaziya diyarında xidmət etmiş Andrey Fadeyev xatirələrində şəhəri təsvir edərkən, sarayın xarici göünüşü, daxili bölgüsü, naxışları, barelyeflər və "fars atlıları və asiya döyüşlərinin təsvirlərinin mükəmməl saxlandığı" şərq rəssamlığından da yazır. 1849-cu ildə yazıçı A. Zisserman Nuxa şəhərinə (Şəki şəhərinin 1968-ci ilə kimi rəsmi adı) səfər edir. Şəhər haqqında danışarkən, o, sarayı da xatırlayır. O, qeyd edir ki, ağlayan söyüdlərlə əhatələnmiş mərmər fəvvarələr, rəngarəng şüşələr, otaq sobaları üzərindəki yapma bəzəklə, qapı və pəncərələrdəki taxta oymaları "xan dəbdəbəsi və sarayın keçmiş möhtəşəmliyini xatırladır."Saray İlya Berezinin 1850-ci ildə nəşr olunmuş "Dağıstan və Zaqafqaziyaya səyahət" adlı kitabında da xatırlanır. "Qafqaz" qəzetinin 1852-ci ildə çıxarılmış 22-ci nömrəsində Divan bəy tərəfindən sarayın təsviri çap edilmişdir. 1858-ci illərin sonlarında Şəkidə olmuş Aleksandr Düma da saray haqqında bəzi məlumatlar verir. "Bu sarayda dünyaya göz açmış", "sonuncu Nuxa xanının" nəvəsi olan və "böyük knyazların köçməsindən sonra burada yaşamağa başlamış" mayor Məhəmməd xanla görüşündən danışan Düma, həm də "yalnız 1827-ci ildən…rusların hakimiyyəti altına keçmiş" saray binasının özünü də təsvir edir: Hərb tarixçisi Vasili Potto XIX əsrin sonlarında yazdığı "Qafqaz müharibəsi" adlı kitabında Şəki xanlığının paytaxtının ruslar tərəfindən işğalını təsvir edərkən, xan sarayını da qeyd edir. O, sarayı "şərq sibaritinin nümunəvi yaşayış yeri" adlandıraraq yazır ki, burada hər şey "qəribə, orijinal fars zövqü ilə işlənmişdir: ağlayan söyüdlərlə əhatə olunmuş mərmər hovuz, incə pəncərələrdəki rəngarəng şüşələr, güzgü hissələrindən yığılmış tavanlar, qapılar, karnizlər, pəncərə və otaq sobalarını bəzəyən mükəmməl yapma naxışlar".Britannika Ensiklopediyasının 1890-cı ildə çıxarılmış doqquzuncu nəşrindəki "Nukha" adlı məqalədə xan sarayından da bəhs olunur. XIX əsrin sonu – XX əsrin əvvəllərində nəşr olunmuş Brokhauz və Efronun ensiklopedik lüğətində saray haqqında yazılır: "Qala divarları və fars üslubunda xan sarayı şəki xanları tərəfindən 1765-ci ildə inşa etdirilmişdir." Şəki xan sarayı Lev Tolstoyun "Hacı Murad" povestində də xatırlanır. Saray, fransız tarixçi və coğrafiyaşünas Elize Reklünün 1878-ci ildə nəşr olunmuş "The Earth and Its Inhabitants: Asiatic Russia: Caucasia, Aralo-Caspian Basin, Siberia" adlı kitabında da xatırlanır. Britaniya jurnalisti Henri Norman "Russia of To-Day" adlı məqaləsində Tiflisin "xalçalarla dolu" bazarını təsvir edərkən "keçmiş Persiya vassalı olan xanların Nuxadakı sarayından" gətirilmiş parçadan da yazır. Rusiya diyarşünası İ.L.Seqal yazır ki, 1797-ci ildə Məhəmmədhəsən xan "o zaman üçün möhtəşəm olan xan sarayı" inşa etdirmiş və 32.000 çervona başa gələn saraya görə xan xəzinəsi boşalmışdır. O, həm də qeyd edir ki, sarayın memarı məşhur Şiraz memarı Hacı Zeynal-Abdul olmuş və saray fars şahlarının yay saraylarının birindən kopyalanmışdır. Məlumdur ki, saray, XVIII əsrdə inşa edilmişdir. Şandor Rado qeyd edir ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən inşa etdirilmiş, qısa müddət sonra isə yenidənqurma işləri aparılmışdır. Bədii Ensiklopediyada sarayın inşa tarixi 1791/92-ci illər kimi göstərilir. Azərbaycan Sovet Ensiklopediyasında sarayın XVIII əsrin 60-cı illərində Hüseyn xan Müştaqın sifarişi ilə inşa edildiyi göstərilir.Brokhauz və Efronun Ensiklopedik Lüğətində saray və qala divarlarının eyni vaxtda – 1765-ci ildə inşa edildiyi göstərilir. Britannika Ensiklopediyasının 1890-cı il nəşrində qeyd edilir ki, qala divarları 1765-ci ildə, saray isə həmin tarixdən bir müddət sonra inşa edilmişdir. Britannikanın 1911-ci il nəşrində isə sarayın 1790-cı ildə inşa edilməsi yazılır. Konstantinov da "Nuxa" adlı məqaləsində sarayın 1790-cı ildə inşa edildiyini yazır. Lakin, elə həmin il, başqa bir məqaləsində o, sarayın 1797-ci ildə kor Məhəmmədhəsən xan tərəfindən inşa edildiyini yazır. Rusiya diyarşünası İ.L. Seqal isə sarayın 1797-ci ildə Məhəmmədhəsən xanın sifarişi ilə inşa edildiyini, inşaat işlərinin 32.000 çervondan baha başa gəlməsi və xanlıq büdcəsini boşaltması, saray binasının isə fars şahlarının yay saraylaının birindən kopyalanmasını qeyd edir. O, həm də vurğulayır ki, inşaatın tamamlanmasından sonra Məhəmmədhəsən xan görmə qabiliyyətini itirmişdir, lakin Məhəmmədhəsən xanın gözləri Ağa Məhəmməd şah Qacarın göstərişi ilə onun Tərkeşdə olan sərkərdəsi Dəvəli Mustafa ağa tərəfindən 1795/96-cı illlərdə (hicri 1206) çıxarılmışdır.Sonrakı tədqiqatlar əsasında müəyyən edilmişdir ki, saray, 1797-ci ildə memar Hadali Zeynalabdin Şirazi tərəfindən (Konstantinova görə "Hacı Zeynalabdin", İ. S. Seqala görə Hacı Zeynalabdul) inşa edilmişdir. Memarlıq tarixçisi M. A. Hüseynovun sözlərinə görə, sarayın inşaat tarixi 1762–1797-ci illər arasında dəyişir. O, həm də, sarayın Şəki xanlığının banisi Hacı Çələbi xanın nəticəsi Məhəmmədhəsən xan tərəfindən inşa etdirildiyini yazır. M. A. Hüseynovun fikrincə bu xan sarayında "XVIII əsr sarayları üçün xaraketerik olan parlaq xüsusiyyətləri əks etdirir."AMEA Əlyazmalar İnstitutu tərəfindən 1979-cu ildə yığılaraq nəşr olunmuş "Maddeyi-tarix" adlı farsdilli əlyazmada (xəttə əsasən müəllifin Salman Mümtaz olması ehtimal edilir) verilən məlumata görə, sarayın inşası hicri 1204-cü ildə (miladi 1789–1790) başlamışdır. Həmin əlyazmadaca 1240-cı ilin ramazan ayında (aprel-may 1825) sarayda yanğın baş verməsi haqqında məlumat verilir. Əlyazmada saray həm də "Divanxana", yəni şəhər məhkəməsi binası kimi qeyd edilir. Xanın yaşadığı saray binasının həm də şəhər məhkəməsi kimi fəaliyyət göstərməsi haqqında XIX əsr rus müxbir Nikolay Bersenov da məlumat verir. Bəzən saray, xanın yay iqamətgahı kimi də qeyd edilir. Sonrakı tarixi Qalanın 1853-cü ildə tərtib edilmiş planına əsasən orada xan ailəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar yerləşirdi. Qalada saray kompleksindən başqa xəzinə, baraklar, həbsxana və 1828-ci ildə xan məscidinə çevrilmiş ortodoks kilsəsi yerləşirdi. Sarayın ilkin təsvirləri izləyicilərdə böyük təəccübə səbəb olurdu. Aleksandr Düma, Aleksandr Korniloviç, Andrey Fadeyev və Arnold Zisserman sarayı təsvir etmiş, Lev Tolstoy, Nikolay Rayevskiy, İlya Berezin, Elize Reklü və başqaları onun haqqında məlumat vermişlər. Azərbaycan SSR dövründə saray muzey statusu almışdır. 1945-ci ildə şərqşünas və sənətşünas L.S.Bretanitskiy saray haqqında namizədlik dissertasiyası yazır. İşini tamamladıqdan sonra, o, bu mövzuya həsr edilmiş məqalə nəşr etdirmiş və sarayı "Azərbaycanın XVIII əsrgörkəmli memarlıq-incəsənət nümunəsi" adlandıran incəsənət tarixçisi B.V.Veymarna müraciət edir. 1946-cı ildə Konstantinov "Nuxa" adlı məqaləsində yazır: "Fars memarlarının zövq və dəbdəbə zirvəsi olan bu möhtəşəm saray 1790-cı ildə Şiraz sakini Hacı Zeynal Abdin tərəfindən inşa edilmişdir."1947-ci ildə sarayı ziyarət etmiş şair Nikolay Tixonov "Yollar-cığırlar" adlı avtobioqrafik hekayəsində yazır: "Xan sarayının mahiranə və müxtəlif naxışları ilə heyranedici divar rəsmləri yaxşı saxlanmışdır, onlar bizi əmin edir ki, qədim Nuxada incəsənət inkişaf etmiş, poeziya və fəlsəfə yüksək qiymətləndirilmişdi."1968-ci ildə Şəkinin saray da yerləşən Yuxarı-Baş adlı tarixi hissəsi tarix-memarlıq qoruğu elan edilmişdir. 24 oktyabr 2001-ci ildə Şəkinin tarixi hissəsi ilə birlikdə xan sarayı da UNESCO Ümumdünya irsi siyahısına salınmağa namizəd göstərilmişdir. 1 avqust 2010-cu ildə UNESCO-nun Baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfəri çərçivəsində Şəkidə olarkən Xan sarayını da ziyarət etmişdir. 2019-cu ildən etibarən saray Şəkinin tarixi mərkəzi ilə birlikdə Ümumdünya irsidir.4 iyul 2012-ci ildə Şəki şəhərində sarayın 250 illiyi təntənəli tədbirlə qeyd edilmişdir. Mərasimdə 30-a yaxın ölkənin və beynəlxalq təşkilatların Azərbaycandakı səfirləri, o cümlədən ölkənin nüfuzlu elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin, Milli Məclisin deputatları iştirak etmişlər.2019-cu il iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid çinar ağacının təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri bir gün sonra həyatını itirib. Ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də, çardaq hissəsində bir neçə kirəmit qırılıb. Restavrasiyalar Şəki qalasında ucaldılmış və bir neçə binadan ibarət olan saray kompleksindən dövrümüzə yalnız iki mərtəbəli saray binası çatmışdır. İnşa edildiyi dövrdən sonra bina dəfələrlə təmir və yenidənqurma işlərinə məruz qalsa da, bütün bu işlər onun xarici görünüşünə ciddi təsir etməmişdir. Şəki xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra, saray yerli idarənin tabeliyində olmuş və dəfələrlə təmir edilmişdir. 1848–1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi, şair Kərim ağa Fateh tərəfindən sarayda bərpa işləri aparılmışdır.25 aprel 1921-ci ildə Averkom plenumunda "xan sarayının düzəldilməsi" məsələsi müzakirə olunmuş və aşağıdakı qərar qəbul edilmişdir: "Xan sarayının düzəldilməsi Azverkomun əvvəlki qərarına əsasən Narkomprosomun öhdəsinə düşür. Şuşa və Şəkidəki xan saraylarının düzəldilməsi üçün Narkomprosomun büdcəsindən 25 milyon rubl ayrılmışdır." Ümumbirlik Memarlıq Akademiyası kommisiyasının 13 mart 1939-cu ildə keçirilmiş iclasına memar Pyotr Baranovski tərəfindən bərpa layihəsinə baxışa əsaslanmış hesabat təqdim edilmişdi.1950-ci illərdə sarayda bərpa işləri aparılmışdır. Bərpaçı-rəssam İ. Baranovun işi haqqında sənətşünas Valentina Antonova yazır ki, "Nuxadakı XVIII əsrə aid xan sarayının divar rəsmlərinin səs-küylü şərq baarını xatırladan şıltaq və şux rəngli döyüş səhnələri canlanmışdır." 1955–1965-ci illərdə sarayda memar Niyazi Rzayevin layihəsi və rəhbərliyi ilə bərpa işləri aparılmış, həmin dövrdə sarayda rəssam F. Hacıyev və şəbəkəçi A. Rəsulov çalşmışlar.2002-ci ildə "Mədəni irsin mühafizəsi" layihəsi çərçivəsində sarayda bərpa işlərinə başlanmışdır. Memarlıq xüsusiyyətləri Planlaşdırma və daxili tərtibat Bina 31.7 metr uzunluğa, 8.5 metr enə və 10 metr hündürlüyə malikdir. Hər mərtəbənin hündürlüyü 3.35 metrdir. Həm fasad, həm də plan həlli xüsusiyyətlərinə görə saray binası simmetrikdir. Vertikal olaraq binanın ikinci mərtəbəsi birinci mərtəbənin planını təkrarlayır. Otaqlar uzun ox üzrə bir cərgədə yerləşir. Hər iki mərtəbənin mərkəzində alkovlu otaq yerləşir ki, tədqiqatçılar həmin otaqların qəbul üçün istifadə olunduğunu düşünürlər. Zalın kənarlarında dəhlizlə ayrılmış daha kiçik otaqlar yerləşir. Həmin otaqların ikinci dərəcəli qonaqlar üçün nəzərdə tutulduğu düşünlür.Sarayın hər iki mərtəbəsinin əsas zalı oxşar planlaşdırma xüsusiyyətinə malikdir: onların şimal tərəfində küncdə vitrajlı cənub pəncərələrinə açılan kiçik otaqlar yerləşir. Bunun sayəsində hər iki zal iki müstqil plafona malikdir: şimal divarı tərəfdə dərin nişin və zalın əsas hissəsinin plafonu. Sarayın divarları rəf adlanan dərin frizlə iki yarusa bölünmüşdür. Aşağı yarus nişləri adətən düzbucaqlı olmaqla stalaktitlətlə tamamlanır, yuxarı yarus nişləri isə stalaktitsiz oxvari tamalanmaya malikdir. Birinci mərtəbənin zal və yan otaqlarının şimal divarlarında otaq sobası – buxarı yerləşir. İkinci mərtəbənin zalı isə buxarıya malik deyildir. Sarayın dörd otağının divarları və plafonları rəsmlərlə örtülmüşdür. Birinci mərtəbənin iki yan otağının divarlarında rəsmlər yoxdur, lakin onların divarları rəsm çəkilməsi üçün hazırlanmışdır: interyerlərdə rəngli kontur izləri vardır. Yalnız birinci mərtəbənin zalı taxta plafona malik olmaqla rəsmlərlə örtülmüşdür. Plafon və divarların birləşmə yerləri bütün otaqlarda stalaktitlərlə bəzədilmişdir. Sonrakı dövrlərdə binaya edilmiş dəyişik və əlavələr onun ilkin görünüşünə ciddi xələl gətirməmişdir. İnşa texnikası və xüsusiyyətləri Şəki qalasının 6 hektar olan kifayət qədər böyük ərazisində məscid istisna olmaqla saray xidmətçiləri üçün nəzərdə tutulmuş heç bir bina dövrümüzə çatmamışdır. Saray və onu əhatə edən daş divarların eyni dövrdə inşa edilməsinə şübhə edənlər də vardır. Sarayın divarları 40–60 sm enə malik, kobud çaydaşı və əhəng məhlulu qarışığından hörülmüş təməl üzərində ucaldılmışdır. Divarlar 20 x20 x4 sm ölçülərə malik bişmiş kərpiclərdən hörülmüşdür.Divar hörgüsünün xarakteri, birinci və ikinci mərtəbə divarlarının materiallarındakı fərqlər və mərtəbələr arasındakı tamamilə yaramaz əlaqəyə əsasən demək olar ki, sarayın əvvəlcə bir mərtəbəli olması nəzərdə tutulmuş, lakin, sonradan ikinci mərtəbə də inşa edilmişdir. Lakin, həm də qeyd edilir ki, binanın fasadı əlavə inşa işlərindən xələl görməmiş, tam və yekunlaşdırılmış görünüşə malikdir. Əsas (cənub) fasadda memar binanın mərtəbəlik və daxili planlaşdırmasını dəqiq müəyyən etmişdir. Girişlər stalaktitli tağlara malik nişlərlə vurğulanmışdır. İkinci mərtəbədə girişlər üzərində stalaktitli tağla tamamlanmış locciyalar vardır. Onlar hər iki girişi vurğulamaq üçün əlavə variant kimi istifadə olunmuşdur. Girişlərin nişi incə naxış kəməri ilə bir-biri ilə əlaqələndirilmişdir. Onlar böyük zalların şəbəkə-pəncərələrinin yerləşdiyi sarayın mərkəzi hissəsini müəyyən edir. Sarayın əsas fasadının memarlıq həlli daxili planlaşdırma strukturunu dəqiq şəkildə əks etdirir. Cənub fasadında orta zallar, yan otaqlar və girişlər ayrılmışdır.Memarlıq baxımından saray, bir neçə yaxın analoqlara malikdir. Bu memarlıq-bədii dairə üslub baxımından İrəvanda olmuş Sərdar sarayı və son Səfəvilər dövrünün bağ-park pavilyonları, genetik baxımdan isə Şəkinin mülki memarlıq abidələri, o cümlədən bir qədər aralıda yerləşən Şəkixanovların evi ilə yaxındır.Saray sadə kompozisiyaya malikdir – bir sırada yerləşmiş üç otaq bir-birindən dəhlizlərlə ayrılmışdır. Hər iki mərtəbədə dərin nişlərə (bir böyük iki kiçik olmaqla) malik parad otağı xarakterli zal yerləşir. Birinci mərtəbənin böyük zalı rəsmi qəbullar üçün istifadə edilmişdir. Aşağı yarusun tağ timpanları sqraffito texnikası ilə işlənmiş mürəkkəb təsvirli nəbati naxışlar və rəsmlərlə doldurulmuşdur. Birinci mərtəbənin zalının plafonu müxtəlif həndəsi fiquru taxta hissələrindən yığılmışdır. Saray binasında divarlar, zallar və otaqların pəncərə çərçivələri vitraj xarakterli şəbəkə-pəncərələrlə tamamlanmışdır. Şəbəkə-əncərələrin rəngarəng şüşələrlə tamamlanmış həndəsi naxışları sarayln əsas fasadının ümumi kompozisiyasını tamamlayır. Zallar və otaqların bütov şəbəkə pəncərələri əsas fasada açılır, onlar arasında isə girişlər və eyvanların güzgülü stalaktitlərlə tamamlanan dərin nişləri yerləşir. Şəbəkələrin naxışları xalq rəssamları tərəfindən kiçik taxta detallarından yapışqan və mismar istifadə edilmədən, keçirmə üsulu ilə yığılmışdır. Hər iki mərtəbənin əsas zalları və yuxarı mərtəbənin yan otaqlarının xarici divarlarının tam vitraj pəncərələrlə əvəzlənməsi bu sarayın əsas memarlıq xüsusiyyəti hesab edilir. Divar rəsmləri Sarayın hər iki mərtəbəsinin mərkəzi zalları və ikinci mərtəbənin yan otaqlarının bütün divar səthləri, nişlər, divarlardan plafonlara stalaktit formalı keçidlər və plafonlar rəsmlərlə örtülmüşdür. Saray rəsmləri dörd qrupa bölünür: həndəsi və nəbati naxışlardan ibarət rəsmlər, süjetli rəsmlər, heyvan rəsmləri və bitki və heyvanların birgə təsvir edildiyi rəsmlər. Xan sarayının rəsmləri üçün həm də qızılı rəngin geniş istifadəsi xarakterikdir. Rəsmlər gips levkası üzərində o dövrün bütün divar rəsmləri kimi yumurta temperası ilə yerli tonlarla işlənmişdir. Rəssamlar qızılı, firuzəyi, qırmızı, bənövşəyi və sarı rənglərə üstünlük vermişlər.. Əsas fasad zəngin bəzədilmişdir. Sqrafitto üsullu və relyefli rəngli üzlüklə işlənmiş həndəsi və nəbati naxışlar, stalaktitli tağlar və rəngarəng yığma şəbəkəli vitrajlar sarayın fasadına qeyri-adi bayram əhvalı verir. Aşağı mərtəbənin pannolarında həyat ağacına üzünü tutmuş, bir zamanlar Azərbaycanda müqəddəs hesab edilən tovuzquşuları təsvir edilmişdir.Sarayın daxili də divar rəsmləri və naxışlarla bəzədilmişdir; nişlər (taxça), buxarı, tavanlar, stalaktitli karnizlər, işıqlandırma naxışlı şəbəkə-pəncərələrin rənglü şüşələri vasitəsiylə həyata keçirilir – bütün bunlar birlikdə dəbdəbəli saray mühiti yaradır. Mərtəbələr elə böyük hündürlüyə malik olmasa da (cəmi 3.35 m) memar ustalıqla illüziya vasitəsiylə hündür təəssürat yarada bilmişdir.İnteryerləri bəzəyən rəsmlər müxtəlif dövrlərdə və müxtəlif rəssamlar tərəfindən işlənmişdir; onlar arasında "firəng" rəssamları (Avropa rəssamları nəzərdə tutulur) tərəfindən işlənmiş və aşağı zalın plafonunun stalaktitlərində saxlanmış rəsmlər, Şuşadan olan məşhur rəssam Usta Qənbər, onun qardaşı Usta Səfər və oğlu Şükür tərəfindən işlənmiş rəsmlər, Şamaxıdan olan rəssamlar Əliqulu, Qurbanqulu və Cəfər tərəfindən işlənmiş rəsmlər, həmçinin Abbasəli tərəfindən işlənmiş rəsmlər vardır.İnteryerlərdəki ən qədim rəsmlər XVIII əsrə aiddir ki, onlar arasında Abbasqulu tərəfindən ikinci mərtəbədə əsas zalın tavanında işlənmiş rəsmlər də vardır. Sarayın divarlarında da adı saxlanmış Abbasqulunun həm də memar olması ehtimal edilir. Birinci mərtəbənin rəsmləri 1895–1896-cı illərdə Şamaxıdan olan Mirzə Cəfər tərəfindən, ikinci mərtəbənin rəsmləri isə 1902-ci ildə Şuşadan olan Usta Qənbər tərəfindən işlənmişdir. Şamaxıdan olan rəssamlar Əliqulu və Qurbanqulu əsasən yuxarı mərtəbədəki otaqlarda işləmişlər.Digər rəssamların işləri isə əsasən hər iki mərtəbənin əsas zallarında, o cümlədən ikinci mərtəbənin yan otaqlarının divarlarında yerləşir. Panel təsvirləri N.M. Miklaşevskaya sarayın panel təsvirlərini iki qrupa ayırır: birinci qrupa Usta Qənbər və onun köməkçiləri tərəfindən işlənmiş sarayın iki otağında işlənmiş panellər daxildir. Panellərin motivi eynidir: divar səthində realistik planda təsvir edilmiş güllərdən buketlər yerləşdirilib. Buketlər yaşıl sütunlar və tağdan formalaşdırılmış, aşağısı isə buta naxışlarından formalaşdırılmış səki ilə tamamlanan sektorlarla bir-birindən ayrılır. İkinci qrupa digər iki otağın panel rəsmləri daxildir. Onlar müxtəlif kompozisiya variantlarına malik olsa da, eyni prinsip – stilləşdirilmiş bitki və ya həndəsi naxışların bütün səth boyunca tərarlanan (şpaler rəsm) təsviri — əsasında işlənmişlər. Bu rəsmlərdəki bəzi gül və çiçək növləri rahat müəəyn olunur: qızılgül, itburnu, lalə, süsən,, qərənfil, fuksiya (XVIII əsrə aid təmizlənmiş rəsm hissəsində), pion, qıfotu və başqaları diqqət cəlb edir. Sadalanan güllərlə yanaşı sırf dekorativ xarakter daşıyan böyük və kiçik ölçülü çobanyastığı formalı mavi güllər də vardır. Bu cür güllər rəssamlar tərəfindən kompozisiyanın zənginləşdirilməsi üçün istifadə edilmişdir.Xarakter baxımından bu panellərin bir qədər həndəsiləşdirilmiş təsvirini əsas hesab etmək olar. Digər panellərdə isə sırf həndəsi və ya bitki elementləri ilə qarışıq təsvirlər verilmişdir. Onlar müxtəlif vaxta işlənsə də, eyni görünüşə malikdir. Düz cərgə ilə düzülmüş dördtərəfli xaçlar öz arasında naxışın yeni hissəsi olan səkkizguşəli ulduz yaradır. Ulduzlar oxra rəngində, xaçlar isə kərpic rəngindədir, qara sahə üzərində mavi və qırmızı nöqtələr səpələnmişdir. Ulduzların mərkəzində səkkizləçəkli gülün rozetkası yerləşdirilmişdir. Birinci mərtəbənin zalının panellərində təsvir edilmiş rəsmlərdə (XIX əsr) xaçların dəqiq forması ulduzun konturlarının kəskinliyini müəyyən edir, ikinci mərtəbənin şərq otağının oxşar panel təsvirində (XX əsr) isə xaçlar daya yayğın xəttlərlə çəkilmişdir. Niş və friz təsvirləri Şəki xan sarayının niş təsvirləri üçün əsas xarakterik cəhət onların stalaktitlərdə XVIII əsrdə çəkilmiş rəsmlər və frizlərdəki ov və döyüş səhnələrindən fərqli olaraq müstəqil süjet kompozisiyasına malik olmamalarıdır. Buradakı quş və heyvan rəsmləri güllərdən təşkil edilmiş rəsm kompozisiyaları ilə ümumi görünüş təşkil edir.Şəki xan sarayının friz təsvirlərinin kompozisiya və rəngləri stilləşdirilmiş bitki naxışlarını təkrarlayır. Bu rəsmlər Mehmandarovların Şuşadakı evinin frizlərində Usta Qənbər tərəfindən işlənmiş rəsmləri xatırladır. Şəki xan sarayınınn ornamentləri orijinal və mürəkkəb olsa da realistik işlənmiş təsvirlər rənglərinə görə kobud və harmonik deyildir. N.M. Miklaşevskaya Mehmandarovların evinin friz təsvirlərinin bədii baxımdan Şəki xan sarayının friz təsvirlərindən daha dəyərli olduğunu yazır. Buna əsasən də, tədqiqatçı Şəki xan sarayının friz təsvirlərinin Usta Qənbərin özü tərəfindən işlənmədiyini ehtimal edir. Kobud çəkilmiş parlaq çəhrayı qızılgül təsvirlərini Səfərbəyovların evinin plafonundakı demək olar eyni olan qızılgül təsvirləri ilə müqayisə edən Miklaşevskaya onların eyni rəssam – ehtimal ki, Usta Qənbərin qardaşı Usta Səfər tərəfindən işləndiyini qeyd edir. Həmin frizin təmizlənmiş kiçik hissəsi (4x4 sm) XVIII əsrin rəsmlərinin üzə çıxarılmasına səbəb olmuşdur. Burada yeni rəsmin naxışları təkrar olunsa da, başqa rənglər istifadə edilmişdir: fon ağ yox zeytun yaşılı, digər rənglər isə daha xoş çalardadır.Şəki xan sarayının ikinci mərtəbəsinin mərkəzi zalında ov və döyüş səhnələri təsvir edilmiş frizlər böyük bədii əhəmiyyətə malikdir. Zalın ümumi təsvirləri fonunda rəng və mövzu baxımından sərt fərqlənən friz təsvirlərdə baş verən hadisələr ilə izləyicinin diqqətini çəkir. Bu frizlər maraqlı panoramları ilə Azərbaycan təsviri sənət tarixində xüsusi inkişaf mərhələsi olmaqla yanaşı, həm də zəngin etnoqrafik və qismən tarixi material verir.25 sm enə malik olan bu friz şəbəkədən başlayaraq qapı və nişlərin üstü ilə keçərək kiçik otaqların divarını əhatə edir. Yuxarı hissədə friz bir qədər yumrulanaraq qabağa çıxır və on sm-lik rəf əmələ gətirir. Döyüş səhnələri zalın yuxarı başındakı frizdə (12.60 m), oc səhnələri isə şimal tərəfdəki nişdə təsvir edilmişdir (4.50 m).E.A.Dombrovskinin rəhbərlik etdiyi işçi heyət sarayda bərpa işləri zamanı frizin bəzi səhnələrinin fraqmentlərini təmizləyərək 50 sm ölçüdə döyüş, 2 m ölçüdə isə ov səhnələrinin orijinal görüntülərini meydana çıxarmışdır. Aparılan işlər nəticəsində XVIII əsrin sonlarından XX əsrə kimi müxtəlif dövrlərə aid rəsmləri öyrənmək mümkün olmuşdur. Yeni rəsmlərdə köhnə rəsmlərin kompozisiya və süjeti təkrarlansa da, onlar şəkil və kolorit baxımından bir-birindən fərqlənirlər. Köhnə rəsmlərin boyaları parlaq və işıqlıdır, yeni rəsmlərdə isə tünd tonlara üstünlük verilmişdir ki, bu da özünü əsasən səma təsvirlərində büruzə verir. Köhnə rəsmlərin stili miniatür rəssamlığına, yeni rəsmlər isə xalq yaradıcılığı nümunələrinə yaxın olsa da, hər iki variantdarəsmlərin dekorativliyinin vurğulanması diqqət cəlb edir.Yeni rəsmlərdə kərpic rəng, qırmızı, yaşıl, qara, cəhrayı və ağ ən çox təkrarlanan rənglərdir. Bütün friz boyu səma eyni şəkildə — aşağı horizontlu tünd göylə verilmişdir. Yer də o cür birnövlüdür: ümumi tünd yaşıl sahə üzərində vertikal kol və otlar verilir. Ön plan adətən bərabər ziqzaqlarla gedən qəhvəyi təpələrdən ibarətdir. Peyzaj nadir hallarda primitiv təsvir edilmiş ağaclarla zənginləşdirilib: ağaclar qalın dirək üzərində dairəvi yaşıl papaq kimi təsvir olunub. Ağaclara ən çox ov səhnələrində rast gəlinir. Stalaktit təsvirləri Şəki xan sarayının stalaktitləri bədii təsvirləri baxımından ümumi kompozisiyanı tamamlayır. Belə ki, otaqların yuxarı stalaktitləri kiçik güzgü hissələri ilə üzlənmiş, aşağı stalaktitlərdə isə rəsmlər çəkilmişdir. N. Miklaşevskaya xan sarayının stalaktit rəsmlərini iki qrupa bölür: birinci qrupa mavi tonla işlənmiş rəsmlər, ikinci qrupa isə bütün digər rəsmlər aid edilir. XVIII əsrə aid mavi tonlu rəsmlər sarayın birinci mərtəbəsinin zalında yerləşir. Prof. B.P. Denike xan sarayındakı həmin təsvirləri Çin rəssamlığına aid Orta Asiya divar rəsmləri ilə müqayisə edir: "Bu rəsmlərdə Çin incəsənəti ilə, xüsusən Ağ-mavi (White-blue) farfor təsvirləri ilə əlaqəni görməmək mümkün deyil."Digər zallardakı bütün stalaktitlərin rəsmləri tarix və motivlərinə görə bir-birindən fərqlənir. Onların bəzilərində kiçik süjetlər verilsə də, bəziləri adi çiçək motivləri ilə bəzədilmişdir. İkinci qrupdan olan stalaktit təsvirləri solğun oxra rəngli fon üzərində realistik təqdim edilmiş güllərdən ibarətdir. Onlar tünd medalyonlar şəklində stilləşdirilmişdir. İkinci mərtəbənin yan otaqlarının stalaktitlərində də həmin variantlar təkrarlanmışdır, lakin, onların keyfiyyəti daha aşağıdır. Plafon təsvirləri Sarayın birinci mərtəbəsinin əsas zalının taxtadan hazırlanmış yığma plafonu bu tipdə yeganə əsər olmaqla, həm rəsmləri, həm də XVIII əsr xalq sənətkarları tərəfindən işlənmiş taxta oyma nümunələrinə görə mühüm bədii əhəmiyyətə malikdir. Plafonun dekorunun əsasında duran ornament motivinə Azərbaycanın bir çox orta əsrlər memarlıq abidələrində (xüsusən Naxçıvan türbələrində) də rast gəlinir. Bu taxta plafon yapışqan və mismar istifadə edilmədən kiçik taxta parçalarından yığılmış mükəmməl sənət nümunəsidir. Plafon üç əsas naxış formasına malikdir: plafonun öz sahəsi və onu əhatə edən səkilərin (40 sm enində) naxışları. Üçüncü növ naxış isə lent şəklində səkini əhatə edir və beləcə birinci naxışı ikinci naxışdan ayırır. Naxışların mürəkkəb ornametləri çoxguşəli ulduzlar və çoxbucaqlıların birləşməsindən yaradılmışdır. Əsas fiqurların xəttləri onları formalaşdıran taxta hissələrinə qara konturla çəkilmişdir. Q. M. Skubçenko yazır ki, "Həmin ornamentlərin xarakterik xüsusiyyətləri ondadır ki, bütün təsvir düz xətlərin müxtəlif künclərdə kəsişməsindən yaranan beş müxtəlif element formasından yaranmışdır. Həmin elementlərdən biri olan beşguşəli ulduzun ölçüləri isə digər elementlər arasında həmişə eyni ölçüdə olması ilə seçilir." Əsas sahənin hər detlının ortasında yaşıl yarpaqlı açıq sarı çiçəklər çəkilmişdir. Geniş səkidə isə (ikinci naxış) yalnız hər ulduzun ortasında rozetka formalı çiçək çəkilmişdir. Ortalama hesabla bütöv plafon təxminən 11.000 kiçik taxta detallardan ibarətdir.Şəki xan sarayının iki əsas zalı hər biri iki, ikinci mərtəbənin yan otaqları isə hər biri bir plafona malikdir. Sarayın ikinci mərtəbəsinin zalının şimal plafonunun əsas sahəsini böyük və işıqlı medalyon tutur. Onun ortasında daha kiçik medalyon yerləşir. Medalyonun sahəsi naxışlarla bəzədilmişdir. Miklaşevskaya Usta Qənbər tərəfindən işlənmiş həmin plafonun rəssamın Mehmandarovların evinin kiçik otağının və ev məscidinin plafonları ilə müqayisə edir. Q. M. Skubçenko isə həmin plafonu XVIII əsrin sonlarına aid edir.İkinci mərtəbənin yan otaqlarının plafonları Şəkixanovların evinin zalının plafonu kimi mərkəzi oval plafona malikdir. Plafonların ağ fonu mavi budaqlarla bəzədilmiş, budaqlar arasında realistik təsvir edilmiş quş və heyvan rəsmləri vardır. Bu plafonlar naxışlarının mürəkkəbliyi və ya rəng zənginliyi ilə əsas zalların plafonlarından geri qalır. Salamzadə Ə.R., Məmmədzadə K.M. Şəkinin memarlıq abidələri. Bakı: Elm, 1987, 140 s. Məmmədli Z. Şəki Xan Sarayı. Bakı: Tutu, 2006, 183 s. Xarici keçidlər "Sheki, the Khan's Palace" (ingilis). Rəsmi sayt YUNESKO. 2001. 2015-03-03 tarixində arxivləşdirilib. “Muzey və tarixi abidələrə virtual səyahət” layihəsi - Şəki Xan Sarayı (Regional İnkişaf İctimai Birliyi)
https://az.wikipedia.org/w/index.php?curid=102864
Şəki Xanlığı
Şəki xanlığı — XVIII əsrdə Azərbaycan ərazisində mövcud olmuş ən güclü xanlıqlardan biri. Ümumi məlumat Şəki xanlığı XVIII əsrin 40-cı illərinin sonlarına yaxın güclü siyasi qüvvəyə çevrilmişdir. Nəticədə Qəbələ və Ərəş sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi. Hacı Çələbinin hakimiyyəti dövründə Şəki xanlığı yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxeti çarlığı ilə fasiləsiz müharibələr aparırdı. Tərəflərin növbə ilə qələbə çaldığı bu müharibələr hər iki ölkənin məhsuldar qüvvələrinin vəziyyətinə dağıdıcı təsir göstərirdi.Hacı Çələbinin ölümündən sonra (1755) hakimiyyət oğlu Ağakişi bəyə, onun öldürülməsindən 30–40 gün sonra isə Hüseyn xana keçdi. Bu dövrdə Şəki xanlığı artıq xeyli zəifləmişdi. 1768-ci ildə bir-biri ilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Bir neçə ildən sonra Şəki xanlarının qohumları arasında baş verən çəkişmələr ona gətirib çıxardı ki, 1780-ci ildə Hüseyn ölümündən sonra hakimiyyət Əbdülqadirə, 1783-cü ildə Məhəmmədhəsən xana, 1795-ci ilin dekabrında isə Səlim xana keçdi. Səlim xan iki dəfə − birinci dəfə 1795–1797, ikinci dəfə isə 1805–1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuşdu. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, 1806-cı ilin yayında bacısının — Qarabağ xanı İbrahimxəlil xanın arvadının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, lakin sonda məğlub olaraq İrana mühacirət etmişdi. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kənd təsərrüfatının aparıcı sahəsi əkinçilik və maldarlıq xüsusi yer tuturdu. İqtisadiyyatda isə ipəkçilik mühüm yer tuturdu. Demək olar ki, hər bir həyətdə tut ağacları vardı. Kəndlərin əhalisi ipək salımaqla məşğul olurdu. Şəki ipəyi Azərbaycanın hüdudlarından kənarda da məşhur olub, Rusiya, İtaliya, Türkiyə və İrana ixrac edilirdi. Kənd təsərrüfatı ilə bərabər sənətkarlıq və ticarət də inkişaf etmişdi. Şəki xanlığında ipək parçalar, mis qablar, silah, kənd təsərrüfatı alətləri, məişət əşyaları və s. hazırlanırdı. Müxtəlif sex təşkilatlarında – əsnaflarda dəmirçilər, misgərlər, toxucular, dulusçular, boyaqçılar, dabbağlar, bənnalar, dülgərlər, pinəçilər, sabunbişirənlər, dərzilər, zərgərlər, silahsazlar və b. birləşirdi. Sənətkarlıq istehsalı bəzi kəndlərdə çox inkişaf etmişdi. Bütün sənətkarlıq məhsullarına vergilər qoyulurdu. Şəhər əhalisi isə əsasən ticarətlə məşğul olurdu. Şəki xanlığı qonşu Azərbaycan xanlıqları, Gürcüstan, Dağıstan, İran və digər dövlətlərlə geniş ticarət aparırdı. Bu dövrdə Rusiya ilə ticarət durmadan artırdı. Şəki xanlığı Rusiya ilə iki yolla – Dərbənd vasitəsilə quru yolla və Bakı vasitəsilə Xəzər dənizi ilə ticarət əlaqələri saxlayırdılar. Çoxsaylı gömrük növləri ticarətin inkişafına böyük maneə törədirdi. Xanlığa gətirilən və oradan aparılan bütün mallardan gömrük toplanırdı. Məhəmməd Həsən xanın dövründə xanlıqda vergilərin toplanmasını hüquqi cəhətdən möhkəmləndirən və hakim sinfın mənafelərini təmin edən "Dəsrur ül-amal" (azərb. "Qanunlar məcmuəsi") hazırlanmışdı. İltizam sistemi, pul, ölçü və çəki vahidlərinin müxtəlifliyi, gömrük maneələri, həmçinin natural təsərrüfatın hökmranlığı ticarət və sənətkarlığının inkişafına mane olur, əmtəə-pul münasibətlərinin artımını ləngidirdi. Şəki xanlığında aşağıdakı torpaq mülkiyyəti formaları – dövlət torpaqları, mülklər, məhsul və icma torpaqları mövcud idi. Şəki xanlığının sosial əsasını feodallar və kəndlilər təşkil edirdilər. Nuxa şəhərinin əhalisi isə əsasən ticarətlə məşğul olurdu. Nuxa şəhəri xanlığın inzibati mərkəzi sayılırdı. Nuxa şəhərində feodal uşaqlarının oxuduqları məktəblər – mədrəsələr fəaliyyət göstərirdi. Azərbaycan ədəbiyyatında realist istiqamət daha da inkişaf edirdi. Yaradıcılığını şifahi xalq ədəbiyyatından götürən şairlər – Nəbi Süleyman, Razi poeziyanın görkəmli nümayəndələri sayılırdılar. Şəki şairləri arasında Şəkililərin Nadir şaha qarşı qəhrəmanlıq mübarizəsini tərənnüm edən Nəbi önəmli yer tuturdu. Tətbiqi incəsənət və memarlıq yüksək səviyyəyə çatmıŞdı. Ağac üzərində bədii oyma, qızıl, gümüş və misdən hazırlanmış məmulat, tikmələr sənətkarların yaradıcılığında mühüm yer tuturdu. XVIII əsrdə Azərbaycanın qiymətli memarlıq abidələrindən biri əsrin sonunda şirazlı memar Hacı Zeynalabdin tərəfindən tikilmiş Şəki xanlarının sarayı idi. Sarayın divarları bu günə qədər öz təravətini saxlayan rəsmlərlə bəzədilmişdir. Azərbaycanın XVIII əsr və XIX əsrin əvvəllərinə aid olan digər gözəl memarlıq abidələri – Şəkixanovların evi, Cümə məscidi və s. əsasında xalq istedadlarının yaradıcılığına dair fikir yürütmək mümkündür. İnzibati bölgü 1819-cu ildə tərtib olunmuş sənədə görə Şəki xanlığının ərazisi 10 inzibati vahidə bölünürdü: Şəki mahalı Göynük mahalı Ağdaş mahalı Ərəş mahalı Alpaut mahalı Xaçmaz mahalı Padar mahalı Qutqaşın mahalı Nuxa şəhəri. Sinfi tərkib 1. Bəylər-bəyimlər və ağalar (onlar əsasən şəhərdə və mahalların inzibati mərkəzləri olan kəndlərdə yaşayırdılar. Onların özlərinə məxsus 5–10 ailəlik kiçik kəndləri də ola bilirdi və bu halda həmin kəndlərin vergisi və töycüsü onlara çatırdı; 1824-cü il siyahıyaalınmasında bəylərin sayı 276 nəfər olmuşdur. Ən çox bəy isə Bum kəndində (61 nəfər)və Nuxa şəhərində (50 nəfər) qeydə alınmışdı. Bəyimlərin sayı barədə məlumat yoxdur. "Ağa" — xanzadələrin, yəni xan övladlarının daşıdığı titul idi. Məsələn, Kərim ağa Fətəli xanın oğlu olub, Tuti ağa isə Məhəmmədhəsən xanın qızı idi. 2. Ruhanilər (mollalar, əfəndilər, keşişlər – onlar vergi və töycüdən azad idilər). 3. Maaflar (onların torpağı var idi, əkib-becərirdilər, vergi və töycüdən azad idilər, onlar öz pulları ilə silah almalı və müharibə zamanı xanın ordusunda olmalı idilər; Şəki xanlığında maafların sayı 500-dən çox idi, ən çox maaf isə Bum kəndində (149), Qutqaşın kəndində (133) və Xaçmaz kəndində (65) yaşayırdı). 4. Ticarət əhli (onlar iki kateqoriyaya ayrılırdı: tacirlərə və dəllallara, onların ailələri şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Məslən, Nuxa şəhərində 150-dən çox tacir və 1300-dən çox dəllal yaşayırdı). 5. Sənətkarlar (onlar yalnız kəndlərdə yaşayırdılar və istehsal elədikləri məhsulu şəhərdə satırdılar). 6. Rəncbərlər (onların torpağı olmurdu, əsasən xana, yaxud hansısa feodala məxsus torpaqlarda işləyirdilər. Toxum və əmək alətləri torpaq sahibi tərəfindən verilirdi, yetişdirdikləri məhsulun 50% isə onlara qalırdı). 7. Torpağı olan azad kəndlilər (onlar nağd pul şəklində olan töycü ilə birlikdə, yetişdirdikləri məhsulun bir hissəsini də xana verirdilər). 8. Sərhədçilər (Şin, Daşağıl, Filfili və bəzi sərhəd kəndlərində yaşayan ləzgilər vaxtilə Şəki xanı tərəfindən Dağıstandan, yaxud Qubadan köçürülmüşdür, onların məskulaşdıqları kəndlər Dağıstana gedən dağ yollarının üstündə idi, onlar həmin yolları qorumalı, həmin yolarla Dağıstandan edilən basqınların qarşısını almalı idilər, buna görə də vergi və töycüdən azad edilmişdilər. İsmayıl xanın dövründə Şəki xanlığında pul islahatı keçirilmişdi, lakin 1819-cu ilə aid sənəddən məlum olur ki, dövriyyədə əsasən Məhəmmədhəsən xanın pulları işlənib (Şəki xanlığının ləğv edilməsindən xeyli sonra da Məhəmmədhəsən xanın pulları dövriyyədə qalıb!) Xanlığın sikkələrindən nümunə Sikkəlarin üzərində yazılırdı: "Zərb Noxu" (yəni Noxuda (Nuxada) zərb olunub. 1805-ci ilin mayında Qarabağ və Şəki xanlıqları ilə Rusiya imperiyası arasında imzalanmış Kürəkçay müqavilələrinə görə Şəki xanlığı da Rusiya təbəəliyini qəbul etdi, lakin bir il sonra Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi, o cümlədən , Şəki xanı Səlim xanın bacısı olan arvadı ilə birlikdə qətlə yetirildikdə, Səlim xan itaətdən çıxaraq, Şəkidə yerləşdirilmiş rus qarnizonunu xanlığın hüdudlarından çıxara bildi. 1806-cı il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın qoşunu məğlub edildi. Rus general-mayoru Nebolsinin başçılıq etdiyi dəstənin ələ keçirdiyi qənimətlər içərisində xanlığın altı bayrağı da olmuşdur. Onlardan üçü hal-hazırda Azərbaycan Tarixi Muzeyində saxlanılır. Bayraqlardan biri vaxtilə Nadir şahın bayrağı olub, lakin Nadir şahdan 100 il əvvəl Hindistanda hazırlanmışdır. Şəki xanları Həmçinin bax Azərbaycan xanlıqları Şəki (tarixi ərazi) Şəki xanlarının siyahısı Şəki xan sarayı Xarici keçidlər ŞƏKİ TARİXİ (Elmi-tarixi veb-sayt) Qədim ipək yolunun mərkəzində dayanan Şəki xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=62683
Şəki bələdiyyələri
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=628975
Şəki bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=114832
Şəki bəyləri
Şəki bəyləri—Azərbaycanın Şəki bölgəsinə mənsub zadəganlar: Rus məmurlarının 1860-cı ildə tərtib etdiyi, professor Ədalət Tahirzadənin Azərbaycan Respublikası Tarix Arxivindən üzə çıxardığı Şəki şəhərinin müsəlman məmur və bəylərinin 82 səhifəlik siyahə olmuşdur. Əlicanbəyovlar Hüseynbəyovlar Qazıyevlər (Şəki) Nəbibəyovlar Sədrəddinbəyovlar Şəkixanovlar Şıxəlibəyovlar
https://az.wikipedia.org/w/index.php?curid=545234
Şəki dairəsi
Nuxa dairəsi və ya Nuxa mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1930-cu ilin yanvar–avqust aylarında mövcud olmuş inzibati-ərazi vahidi. Şəki dairəsi və ya Şəki mahalı kimi də anlandırılmışdır. Nuxa dairəsi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsinin iki yerə (Zaqatala və Şəki dairələrinə) bölünməsi nəticəsində müstəqil inzibati vahid kimi yaradılmışdır.SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Nuxa dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir. Həmçinin bax Nuxa qəzası
https://az.wikipedia.org/w/index.php?curid=809661
Şəki dialekti
Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialekti — Azərbaycan dilinin dialektlərindən biri. Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır.Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır. Klassifikasiya Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir: Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir: İsveçli dilçi və türkoloq Lars Yohanson Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir: Gürcü dilindən keçmiş sözlər cincar — kicitkən, gürcü dilində eyni mənada işlənir; məngəl — oraq, qədim gürcü dilində orağa manqal deyilirdi; axşebı — yer adı, gürcü dilində axo — əkin yeri, eb — cəm şəkilçisidir.
https://az.wikipedia.org/w/index.php?curid=487221
Şəki dövləti
Şəki dövləti; Şəki məlikliyi; Şəki şahlığı; Şəki çarlığı daha sonra Şəki hakimliyi və sonra Şəki xanlığı— indiki Azərbaycan Respublikası ərazisinin şimal-qərbində, Gürcüstan Respublikası ərazisinin şərqində və Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinin cənubunda ən geci VII əsrin ortalarından 1117-ci ilə qədər mövcud olmuş dövlət. XI əsrin birinci rübündə Şəki iki dəfə gürcü çarı III Baqrat (1008–1014/15) tərəfindən tutulmuş, onun ölümündən sonra (1014/15) isə müstəqilliyi bərpa olmuş, az sonra – XI əsrin otuzuncu illərinin əvvəllərindən geç olmayaraq Kaxeti ilə birləşmişdir. Bu gürcü mənbələrində “Hereti-Kaxeti”, yaxud “Kaxeti”, digər mənbələrdə isə əvvəlki kimi yenə də “Şəki” yaxud, “Albaniya”, adlanmış, hökmdarları isə artıq “ranların və kaxların çarı” titulunu daşımışdır. Birləşməyə qədər isə Şəki hökmdarlarının titulu “ranların çarı”, yəni “albanların çarı” olmuşdur. Birləşmə 1104-cü ilə qədər – gürcü çarı IV David tərəfindən Kaxetinin tutulmasına qədər davamlı olmuş, birləşmiş dövlətin birinci hökmdarı Böyük Kvirikedən sonra onun bacısının oğlu, nəvəsi, nəticəsi və ən nəhayətdə kötücəsi hakimiyyətdə bir-birlərini əvəz etmişlər. 1117-ci ildə isə IV David Şəkinin yerli knyazı Qriqolun Asat və Şot adlı iki oğlunun sığındığı Kiş qalasını da tutaraq Şəki dövlətinin müstəqilliyinə son qoydu. Bundan sonra gürcü çarlarının rəsmi, yaxud qeyri-rəsmi titulları sırasına “ranların çarı”, yaxud “Şəki çarı” titulu da əlavə olundu. 1117-ci ildə Şəkinin müstəqilliyi uğrunda Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat Qriqol oğlunun oğlu Qriqol Asat oğlu isə 61 il sonra 1178-ci ildə Şəkidə mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyanın rəhbərlərindən biri olmuş, onun oğlu Asat çariça Tamaranın (1184-1213) dövründə əvvəlcə Hereti eristavı, sonra ali orqanın üzvü olmuş, Asatın oğlu Qriqol isə atasından sonra Hereti eristavı vəzifəsini tutmuşdur. XIII əsrin birinci rübündə Şəki ərazisi Şirvanşahlar dövlətinin, daha sonra – XIV əsrin əvvəllərində isə ayrıca vilayət kimi Hülakülər dövlətinin Azərbaycan adlı bölgəsinin tərkibində idi. XIV əsrin son rübündə isə Şəkinin müstəqilliyi bərpa olunmuş, 1117-ci ildə ləğv edilmiş Şəki dövlətinin yerində Şəki hökmdarlığı meydana çıxmışdır. Müasir gürcü tarixçilərindən David Musxeleşvili hesab edir ki, ərəb mənbələrində adı çəkilən Şəki çarlığı, gürcü mənbələrində Hereti, erməni və Bizans mənbələrində isə Albaniya çarlığı kimi göstərilir. David Musxeleşviliyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan herlərin adı ilə, ərəblər bu dövləti paytaxtı Şəki şəhərinin adı ilə, ermənilər və bizanslılar isə onu bu yerdə daha əvvəl mövcud olmuş Albaniya çarlığının adı ilə tanıyırmışlar. David Musxeleşvili bununla yanaşı olaraq həm də qeyd edir ki, nədənsə, “Kartlis tsxovreba”da da «bəzən “Hereti” termininin əvəzinə “Şəki” termini işlədilir»; «gürcü mənbələrində X əsrə qədər Hereti knyazlığı barədə heç bir məlumat yoxdur». “Şəki” adı “Kartlis tsxovreba”da Şəki dövləti tarixinin öyrənilməsi üçün ən əhəmiyyətli ilkin mənbə rolunu oynayan və XIV əsrə qədərki tarixi hadisələrdən bəhs edən “Qədim Kartlis tsxovreba” müxtəlif dövrlərdə, ayrı-ayrı müəlliflər tərəfindən yazılmış, bir-birini tamamlayan 10 məqalədən ibarətdir; XV—XVII əsrlərə aid redaktə variantları var, son redaktəsi isə XVIII əsrdə edilib. “Qədim Kartlis tsxovreba”da yer adı kimi “Şəki” sözünə yalnız 1 dəfə – XI əsr müəllifi Cauanşer Cauanşerianinin qələmə aldığı “Vaxtanq Qorqasalın həyatı” adlı məqalədə, “Şakix” şəklində təsadüf edilir; 1 yerdə – XI əsr gürcü tarixçisi Sumbat Davitisdzenin(en) “Baqrationilərin tarixi və hekayəsi”ndə isə etnos adı kimi “şaklar” sözü işlədilir. Bunlar istisna olmaqla “Qədim Kartlis tsxovreba”da Şəki ərazisi “Hereti”, Şəki əhalisi isə “herlər” adı ilə təqdim olunur. Şəkinin adı çəkilən ilk tarixi hadisələr və Şəkidən çıxmış Albaniya katolikosları IX əsr ərəb tarixçisi əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) «Arran torpağında “Şəkkən”, Kəmibəran qapılarını və Dudaniyyə qapılarını saldırdı». Bu Şəkinin adı çəkilən ilk iki tarixi hadisələrdən biridir.Şəkinin adı çəkilən ikinci ilk tarixi hadisə isə erməni katolikosu II İovannesin öz katolikosluğu dövründə – 557-574-ci illərdə, Albaniya katolikosu Abbasa (551-595) ünvanladığı məktubunda Şəki yepiskopu Ambakumun da adını çəkməsidir. Məktubdan aydın olur ki, artıq 557-574-cü illər arasında Alban kilsəsinin tabeliyində olan 8 yepiskopluqdan birinin adı Şəki imiş və Şəki yepiskopun adı isə Ambakum imiş. Bundan sonra “Albaniya tarixi”ndə daha bir Şəki yepiskopunun – Yeliazarın, və bir də Şəkidə kiçik keşiş olmuş Mikayılın adları göstərilir. Bunlardan birincisi 683-689-cu illərdə, ikincisi isə 707-744-cü illərdə Albaniya katolikosu idi və hər ikisi katolikos kürsüsünə əyləşənə qədər Şəkidə dini fəaliyyətlə məşğul olmuşlar. Adları çəkilənlərdən sonra Albaniya katolikos kürsüsü hələ 1000 il mövcud olsa da bu kürsüdə Şəkidən bir nəfər belə oturmamışdır, o cümlədən, Albaniya katolikosuna tabe olan sonrakı Şəki yepiskop və keşişlərinin adları da məlum deyil. Şəkinin adının ilk dəfə vilayət kimi çəkilməsi “Albaniya tarixi”ndə Şəkinin vilayət, yaxud şəhər olması ilə bağlı heç bir qeyd yoxdur. Əvəzində isə VII əsr erməni müəllifi Ananiya Şiraklı “Aşxaratsuyts”da Şəkini Qafqaz Albaniyasının bir vilayəti olaraq göstərir. O cümlədən, VIII əsr erməni tarixçisi Gevond(ru) da Şəkinin adını vilayət adı kimi çəkir – o, VII əsrin sonlarında Cənubi Qafqazda xəzərlərin hücumuna məruz qalmış vilayətlərin adlarını sadalayarkən, Şəkinin adını da göstərir və bu vilayətin Albaniya vilayəti olduğunu qeyd edir. Hökmdarlığın meydana çıxması və anonim hakimlər Şəkinin Albaniyanın bir vilayətindən, müstəqil bir hökmdarlığa çevrilməsi mənbələrdə ilk olaraq VII əsrin ortalarında baş vermiş bəzi tarixi hadisələrin təsvirində göstərilir. Məsələn, Bəlazuri yazır ki, Osman ibn Əffanın xəlifəliyi zamanı (644–656) Salman ibn Rəbiənin komandanlığı altında Qafqaz Albaniyasına gələn ərəblər Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə “Şəkkən” və “Kəmibəran” hökmdarları ilə vergi ödəmələri şərti ilə müqavilə bağlamışdırlar.Gürcü mənbələrinə görə isə VIII əsrin ortalarında keçmiş gürcü eristavlığı Heretinin, yəni qədim alban kantonu Şəkinin yerində, Hereti knyazlığı formalaşmış, daha sonra bu çarlığa çevrilmişdir. Başqa sözlə, VI əsrdə Iberiya çarı Vaxtanq Qorqasali (440–502) öz çarlığının ərazisinə qatdığı qədim alban çarlığının bəzi kantonlarından ibarət Hereti eristavlığını təsis etmiş, Kaxeti çarı Arçilin(en) hakimiyyəti dövründə – 736–786-cı illərdə isə onun himayəsi altında Tarondan(ru) Şəki vilayətinə köçmüş üç qardaş Arçilin özünün (786) və oğlunun ölümündən (807) sonra vilayətin müstəqilliyinə nail olmuş və çar adlanmışdırlar. Şəkiyə köçmüş üç qardaşın, yaxud onların nəslindən olması ehtimal edilən sonrakı Şəki hökmdarlarının genealogiyası bir qədər mübahisəlidir; bir sıra tədqiqatçılar onları Baqratilərdən, digərləri isə Mehranilərdən, yaxud Mehranilərin sələflərindən hesab edirlər."Alban ölkəsinin tarixi"ndə isə Şəkidə hökmdarlığının mövcud olması faktı bir qədər də gec, yalnız IX əsrin ortaları üçün, özü də ötəri olaraq tanınır: təxminən, 820–853 arasında Albaniya katolikosu olan Davudun həmdövrü olmuş hansısa Şəki hökmdarından bəhs edilir, amma adı çəkilmir. Ərəblərə qarşı üsyan XI əsrin son rübünün əvvəlində naməlum müəllif tərəfindən yazılmış "Tarix-i əl-Bab"a görə xəlifə Məmun (813–833) Xalid ibn Yəzid əş-Şeybanini Azərbaycan, Arran və Ermənistana vali göndərdiyi zaman Şəki əhalisi üsyan qaldırmış və onun nümayəndəsini (amilini) öldürmüşdür. Hadisənin təsvirində Şəki hökmdarının adı çəkilməsə də, fəaliyyəti qabarıq şəkildə hiss edilir. Aydındır ki, Xalidlə sülh bağlayan və ona ildə 500 min dirhəm ödəməyə boyun olan Şəki ağsaqqalları yox, hansısa Şəki hökmdarı ola bilərdi. Səhl ibn Sunbat, yaxud Müaviyə ibn Səhl (?) Səhl ibn Sunbatın knyaz titulu daşıması; Səhl ibn Sunbatın "böyük knyaz" və "igid" olması; Səhl ibn Sunbatın Zərmihr padşah nəslindən olan knyaz Eranşahik Smbatın oğlu olması; Səhl ibn Sunbatın qardaşlarının olması və döyüşə qardaşları ilə birlikdə getməsi; Səhl ibn Sunbatın 821/22-ci ildə Bərdədən çıxıb Amaras vilayətini qarət edən, min nəfərə qədər əsir alıb Mets İranika yeparxiyasına aid Şikarkar məntəqəsində möhkəmlənən ərəblərə öz qardaşları və öz qoşunu ilə səhərçağı hücum edərək əsirləri azad etməsi, ərəblərdən çoxunu qılıncdan keçirərək qalanını qaçırtması; 837/838-ci ildə Bağdaddan Albaniyaya gələn onikiminlik ərəb süvari qoşununu məğlub etməsi; 837/838-ci ildə Babəyi tutub ərəblərə təslim etməsi, əvəzində isə xəlifə tərəfindən "Erməniyə, İberiya və Albaniya" üzərində ali hakimiyyətin ona verilməsi; Qelam havarını zəbt etmiş Sünik hakıminin Hayk (Haykazuni) nəslindən olması və onun da adının Səhl olması; Səhl ibn Sunbatın Babəyi ərəblərə təslim etməsindən cəmi 1 il sonra "Erməniyə, İberiya və Albaniya" hakiminin "hökmdarlar ağası" Hovannesin olması.Ərəb mənbələri Səhl ibn Sunbat haqqında "Alban ölkəsinin tarixi"ndəki məlumatları təsdiqlənməklə yanaşı, həm də Səhl haqqında daha ətraflı əlavə məlumatlar verir. Ən əhəmiyyətli məlumatlar aşağıdakılardır: Səhlin iştirak etdiyi Babəkin tutulma səhnəsi daha geniş təsvir edilir; Səhlin Kazac adlı şəhərin sahibi olması və Babəklə bu şəhərdə qarşılaşması; 837-ci ildə Araz boyunca uzanan torpaqların Səhl ibn Sunbata məxsus olması; Səhl ibn Sunbatın Babəyi təslim etməsi müqabilində xəlifədən "batriklərin başçısı" titulu və xeyli pul alması; O cümlədən, Səhlin oğlu Müaviyəyə Babəkin qardaşını ərəblərə təslim etdiyi üçün də mükafat verilməsi; Səhlin daha əvvəl – 835-ci ildə, həqiqətən də ərəblərə qarşı vuruşması və qalib gəlməsi; "Alban ölkəsinin tarixi"ndən fərqli olaraq, Səhl ibn Sunbatın həm də "əl-Ərməni" kimi təqdim edilməsi."Alban ölkəsinin tarixi"ndə Səhl ibn Sunbatın əcdadı kimi təqdim edilən Zərmihr bütün tədqiqatçılar tərəfindən vaxtilə, mehrani Vardanın arşak xanədanından 60 nəfəri nahara dəvət edərək, onlara "zəhərli çörək" verib hamısını məhv edərkən sağ buraxdığı yeganə nümayəndənin adı hesab edilir. Lakin unutmaq olmaz ki, "Alban ölkəsinin tarixi"ndə padşah nəslindən olan daha bir Zərmehrin də adı çəkilir: Deyləm hakiminin oğlu Zərmehr-e Varaz Kürdəkeyan, – o, qardaşı Məhəmməd-e Şiruyan ilə birlikdə Albaniyada Albaniya çarının bağışladığı torpaqlarda məskunlaşmışdı, 703–705-ci illər arasında baş tutmuş Bərdə kilsə qrultayında iştirak etmişdir. Səhl ibn Sunbata xəlifə tərəfindən "Erməniyyə, İberiya və Albaniya üzərində" ali hakimiyyətin verilməsini göstərən "Alban ölkəsinin tarixi"ndə, cəmi 1 il sonra adı çəkilən 3 ölkə hakiminin artıq "hökmdarlar ağası" Hovannesin olması qeyd edilir. Bundan sonra tarix səhnəsində uzun müddət Səhl ibn Sunbatın adına təsadüf olunmur. Yalnız X əsrin ikinci yarısı – X əvvəllərində yaşamış erməni tarixçisi Tovma Artsruni, 980-ci ildə yazmağa başladığı əsərində Səhl ibn Smbatın 854-cü ildə Xaçın hakimi Atrnerseh və Artsakdakı Ktiş hakimi Yesai əbu Musa ilə birlikdə ərəb sərkərdəsi Buğa əl-Kəbir tərəfindən tutularaq Xilafətin paytaxtına aparıldığını yazır. Lakin eyni hadisə barədə məlumat verən ərəb mənbəsi Samirəyə göndərilənlərin adları arasında Səhlin yox, oğlunun – Arran patriki Müəvviyə İbn Səhl, ibn Sunbatın adını çəkir. Mümkündüqr ki, Tovma Artsruni mətndə Müəvviyənin adını buraxmış, əvəzində mətndə yalnız Müəvviyənin atasının adı qalmışdır; əgər belədirsə, deməli, Tovma Artsruninin Şəki hakimi kimi təqdim etdiyi şəxs, İbn əl-Əsirdə Arran batriki kimi göstərilir; Səhl ibn Sunbat isə Babəyi ərəblərə təslim edəndən 1 il sonra artıq həyatda olmamışdır. Tarixi mənbələrdə Səhl ibn Sunbat haqqında olan məlumatlar yalnız onun Araz çayı ətrafındaki fəaliyyəti ilə bağlı olmaqla məhdudlaşsa da, Tovma Artsruninin Səhl ibn Sunbatı birdən-birə Şəki hakimi kimi təqdim etməsi həqiqətən də mübahisə doğurur. Lakin bir çox tədqiqatçılar bunu ciddi qəbul edirlər. O cümlədən, Vladimir Minorski də Şəki vilayəti hüdudlarının Sunbatman adlı qalada qurtarmasının və bu qalanın adının da "Sunbat evi" mənasını daşımasının birbaşa Səhl ibn Sunbatla əlaqəli ola biləcəyini əsas götürərək, Tovma Artsruninin yazdığını – yəni Səhl ibn Sunbatın Şəki hakimi olmasını ciddi qəbul edir. Mehranilər sülaləsinin hakimiyyət dövrü "Albaniya tarixi" görə isə 886-cı ildə "mömin knyaz Hammam" tənəzzül etmiş Albaniya çarlığını bərpa etmişdir. Qriqori Hammamın Mehranilər sülaləsinin davamçısı olması aşağıdakı nəsil şəcərəsindən aydın görünür: Qriqor Hammamın bərpa etdiyi Albaniya çarlığına Kürün sol sahilindəki ərazilərin, o cümlədən, Şəkinin də daxil olub-olmaması barədə mənbələrdə konkret heç nə deyilmir. Yalnız məlumdur ki, Hammamın əvvəlcə oğlu, sonra isə nəvəsi X əsrdə Şəkidə hakimiyyətdə olmuşdur. 906/907-ci il tarixli Tatev monastırının mülki haqqında sənəddə adının çəkilməsi. Stepanos Orbelyanın "Sünik vilayətinin tarixi"ndə Atrnersehin Albaniya knyazları Saak və Qriqor Yesaye ilə birlikdə və Albaniya katolikosu Simeonun (902–923) iştirakı ilə 906/907-ci ildə təsdiq etdiyi Tatev monastırının mülki haqqında sənəddən bəhs edilir. 906-cı il hadisələrində "heretilərin çarı", yaxud "patrik Adarnerse". 906-cı ildə Abxaz çarı III Konstantin(en) və Kaxeti xorepiskopu I Kvirike(en) Şəki ərazisinə daxil olaraq Vecini qalasını mühasirəyə aldılar. Vecini qalası Şəkinin Kaxeti ilə sərhəddəki ilk qalalarından biri hesab olunurdu; Eredvi kəndindəki kilsənin kitabəsində göstərilir ki, 906-cı ilin yayında abxaz çarı III Konstantin Bu hadisə "Kartli salnaməsi"ndə ("Matiane kartlisay"da) aşağıdakı şəkildə təsvir edilir: 909-cu il hadisələrində "Albaniya çarı Atrnerseh". Erməni katolikosu və tarixçisi Ovanes Drasxanakertli(ru) müəllifi olduğu "Ermənistan tarixi"ndə Albaniya çarı Atrnersehin adını çəkir; Ovanes Drasxanakertli 909-cu ilin yayında Ermənistandan baş götürüb "Qafqazın şimal-şərqinə" – Albaniya knyazı Saakın (Sevedanın) və Albaniya çarı Atrnersexin yanına qaçmışdır.Xayzan şəhərindəki "çar Adzarnarse". X əsr ərəb müəllifi İbn Rüstənin yazılma tarixi ən geci 930-cu il hesab olunan əsərində göstərilir ki, Adının "Albaniya tarixində" çəkilməməsi və bunun ehtimal olunan səbəbi. "Albaniya tarixi"nə görə Qriqor Hammamdan sonra hakimiyyətə oğlu Sahaq Sevada gəlmişdir: Yuxarıda 906/907-ci il tarixli Tatev monastırının mülki haqqında sənəddə və 909-cu il hadisələrində Sahak Sevedanın adının çəkilməsi, ikincidə "Albaniyanın böyük knyazı" kimi təqdim edilməsi barədə məlumat verildi. Onun həqiqətən, Girdimana hakim olması, Coraygeti tutması, erməni çarı ilə mübarizə etməsi erməni mənbələri tərəfindən də təsdiqlənir. Bununla yanaşı, erməni mənbələrində Saak barədə daha dəqiq və daha ətraflı məlumatlar var. Məsələn, Ovanes Drasxanakertli Saakın erməni çarı II Aşotun(ru) (914–928/929) qayınatası və müttəfiqi olduğunu göstərir. Bununla yanaşı Ovanes Drasxanakertli məlumat verir ki, Saakın Coraygetdəki (Ağstafaçay ətrafı) qalaları tutması, bu mahalı öz knyazlığının ərazisinə qatması kürəkəninin xoşuna gəlməmiş, qayınatasının üzərinə qoşun yeritmiş, sonda təslim olan Saakın və Saakın oğlu Qriqorun gözlərini çıxartdırmışdır."Albaniya tarixi"ndə Qriqor Hammamın 5 oğlunun olması göstərilsə də, onlardan yalnız 3-nün adı çəkilir; böyük oğlu Əbu Əlinin digər oğlu Smbat tərəfindən öldürülməsi qeyd edildikdən sonra, yalnız bir oğlunun – Saak Sevadanın evladlarının, nəvə-nəticələrinin adları açıqlanır, Atrnersex və 5-ci oğlu barədə isə heç nə deyilmir, nəinki, onların övladları barədə. Buna diqqət yetirməyən bəzi tədqiqatçılar, çox vaxt Şəki hakimi Atrnersexi və onun oğlu İşxan Əbu Əbdülmaliki müvafiq olaraq, "Albaniya tarixi"ndə adları çəkilən Saak Sevedanın nəvələri Atrnersex və Seveda İşxanla eyniləşdirməyə cəhd edirlər, bəzən isə Moisey Kalankatuklunun "qeyri-dəqiqliyə" yol verməkdə günahlandırmağa çalışırlar."Albaniya tarixi"ndə Qriqor Hammamın yalnız bir oğlunun – Saak Sevadanın, evlad və nəvə-nəticələrinin adlarının açıqlanmasının səbəbi isə bu ola bilər ki, kitabın son cildi yazılarkən, Saak Sevadanın nəticəsi İoan Senekerim hələ sağ idi və hansısa ərazinin hakimi idi. Məhz bu amil "Albaniya tarixi"ndə onun nəsil şəcərəsinə daha çox diqqət yetirilməsinə, özünün isə padşah kimi təqdim edilməsinə səbəb ola bilərdi. İşxan Əbu Əbdülmalik İşxanniki Stepannos Orbelean da "Albaniya hökmdarı" kimi tanıyır."Kartli salnaməsi"ə görə İşxanın həm də "Əbu Əbdülmalik" adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941–957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş.Müasir erməni tədqiqatçılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta pravoslav məzhəbindən imtina etmişdir.Bununla da tarixi mənbələrin və müasir tədqiqatçıların İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir. Lakin tarixi mənbələrdə İşxan Əbu Əbdülmalikdən sonra yalnız 1010-cu il üçün növbəti Şəki hökmdarının – onun anasının adı çəkilir. Bu nöqteyi-nəzərdən İşxan Əbu Əbdülmalikin hakimiyyət dövrü 1010-cu ilədək davam edə bilərdi. XI əsrin son rübünün əvvəlində naməlum müəllif tərəfindən yazılmış "Tarix-i əl-Bab"a görə 981/982-ci ildə şirvanşah Məhəmməd ibn Əhməd (881–991) Qəbələni ələ keçirmiş, Qəbələ hakimi Əbdülbar ibn Ənbası əsir götürmüşdür. Bu hadisədən düz 10 il sonra, 992-ci ildə – Məhəmməd ibn Əhmədin qardaşı Yəzid ibn Əhmədin hakimiyyəti dövründə (991–1027), Qəbələ mahalında şirvanlılarla şəkililər arasında böyük müharibə baş vermiş, döyüşlərdə şirvanşahın vəziri Həbəşi və Şirvanın adlı-sanlı sərkərdələrinin 400 süvarisi həlak olmuşdur. Çariça Dinar "Kartli salnaməsi"nə görə gürcü çarı III Baqrat (1008–1014/15) (abxaz çarı II Baqrat (975–1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976–1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur. Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) III Baqrat yenidən Heretini tutmuş və çariça Dinarı əsir götürürmüşdür.Yuxarıda qeyd edildiyi kimi, çariça Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi və o, oğlu İşxan Əbu Əbdülmalikə pravoslav məzhəbini qəbul etdirmişdi. Əsir götürüldüyü zaman isə onun 90-dan çox yaşı olmalı idi. XI əsr gürcü tarixçisi Sumbat Davitisdze(en) yazır ki, III Baqratın ölümündən sonra (1014, yaxud 1015), oğlu Burada adları çəkilməsə də çariça Dinarın və Kaxeti xorepiskopu III Kvirikenin (sonralar Böyük Kvirike adlandı) 4–5 ildən sonra müvafiq olaraq Şəkidə və Kaxetidə yenidən hakimiyyətə qayıtmalarına işarə olunur. "Kartli salnaməsi"ə görə III Baqrat çariça Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir götürmüş və özü ilə sarayına aparmışdı. Lakin bundan sonra tarixi mənbələrdə yalnız III Kvirikenin həyat və fəaliyyəti haqqında məlumatlar var, çariça Dinar haqqında isə heç bir məlumat yoxdur. Hesab edilir ki o, XV – XVI əsrin əvvəllərinə aid rus povestlərindən birinin – "İberiya çariçası Dinara haqqında povest"in baş qəhrəmanidir. Həmçinin iddia edilir ki, o, Qafan şəhəri yaxınlığında yerləşən Vahanvəng monastırında dəfn olunub və qəbri də indi orada durur. Şəkililər 1021/22-ci ildə Bizans-gürcü müharibəsində 1014-cü ildə başlamış və 1023-cü ilə qədər davam etmiş Bizans-gürcü müharibəsində Şəki ordusu 1021/22-ci ildə gürcü çarı I Georginin müttəfiqi kimi Bizans imperatoru II Vasiliyə qarşı iştirak etmişdir. Sumbat Davitisdzenin yazdığına görə Şəki ilə Kaxetinin birləşməsi və Arevmanel sülələsinin hakimiyyət dövrü Şəkinin qərbində yerləşən Sanariya/Kaxetinin hakimləri XI əsrin birinci rübünün ortalarına qədər "xorepiskop" titulu daşıyırdılar. Belə ki ilk dövrlərdə Sanariya xorepiskopları dini hakimiyyətlə yanaşı, dünyəvi hakimiyyəti də əllərinə almış, bundan sonra sanarlara rəhbərlik edərək Kaxetinin birləşdirilməsinə və erkənfeodal gürcü dövlətinin – Kaxeti knyazlığının yaranmasına nail olmuşdular. Nəticədə bu dövlətin başında duran knyazlar ənənəvi qaydada xorepiskop titulu qəbul edirdilər. Xorepiskop titulu artıq teokratik funksiyasını itirmiş, feodal dövlətinin dünyəvi başçısının tituluna çevrilmişdir.Yuxarıda məlumat verildi ki III Baqrat çariça Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir almış və özü ilə sarayına aparmışdır; hər ikisi III Baqratın ölümündən sonra sərbəstlik əldə edərək yenidən öz ölkələrinə sahib olmuşlar. Bundan təxminən, 20 il sonrakı hadisələri təsvir edən tarixi mənbələrdə isə III Kvirike artıq xorepiskop kimi yox "ranları və kaxların çarı" kimi təqdim edilir. Nəzərə alsaq ki "rani" gürcü dilində Qafqaz Albaniyasına verilən adlardan biridir və Şəki dövləti həm də "Albaniya", Şəki hökmdarları isə "Albaniya çarları" kimi tanınırdı, o zaman məlum olur ki, III Kvirike dövründə Şəki ilə Kaxeti birləşmişdir. David Musxeleşvili hesab edir ki, Şəki ilə Kaxeti konkret olaraq 1008-ci ildə birləşmiş, lakin bu birləşmə elə həmin il III Baqratın Heretini, sonra isə Kaxetini tutması nəticəsində davamlı olmamış, lakin XI əsrin iyirminci illərində bərpa olunmuşdur. Şirinbəy Hacıəli isə birləşmənin 1014-cü ildən sonra baş verdiyini ehtimal edir. İlk mənbələrdə isə 1008-ci ildə III Baqratın Heretini tutmasından sonra ta XI əsrin otuzuncu illərinədək Şəki ilə Kaxetinin birləşməsi ilə bağlı heç bir məlumat yoxdur. Şəki ilə Kaxetinin birləşməsindən sonra meydana çıxan yeni dövlət gürcü mənbələri istisna olmaqla, digər mənbələrdə "Şəki", yaxud "Albaniya" adlanıb. Bu birləşmə 1104-ci ilə qədər – gürcü çarı IV David tərəfindən Kaxetinin tutulmasına qədər davamlı olmuş, III Kvirikedən sonra onun bacısının oğlu, nəvəsi, nəticəsi və ən nəhayətdə kötücəsi hakimiyyətdə bir-birlərini əvəz etmişlər. Böyük Kvirike Tarixi mənbələrdə ilk dəfə olaraq 1032 – 1037/38-ci illər arasında baş vermiş hadisənin təsvirində Kvirike "ranların və kaxların çarı" və "Böyük Kvirike" kimi təqdim olunur. Erməni tarixçisi Vardan Arevelsi (Böyük Vardan) Böyük Kvirikeni Albaniya çarı kimi tanıyır. 1037/38-ci il Tiflisin mühasirəsi zamanı Böyük Kvirike artıq həyatda yox idi. "Kartli salnaməsi"nə görə o, ov zamanı hansısa osetin qul tərəfindən qətlə yetirilmişdir, səbəbi də bu imiş ki, hansısa döyüşdə osetin çarını öldürmüşdür. Nümuzmatikada Böyük Kvirikenin adı olan 3 dənə sikkə məlumdur: Böyük Kvirikenin övladı olmadığı üçün onun ölümündən sonra hakimiyyətə bacısı oğlu Qagik keçdi. Böyük Kvirikenin başqa bacısının əri Aşot Marileli – Alazan çayının mənbəyi yaxınlığında yerləşən Marelisi qalasının sahibi də hakimiyyətə iddialı idi.Yuxarıda qeyd edilən Tiflisin 1037/38-ci il mühasirəsi isə "Kartli salnaməsi"nə görə Kürün sağ sahili tərəfdən gürcü çarı IV Baqratın (1027–1072), solsahildən – İsani qalası tərəfdən, Kaxeti çarı Qagikin "kaxetilərin və heretilərin" ordusu ilə şəhərə yaxınlaşması ilə başlamış və iki il davam etmişdir. Sonda IV Baqrat Tiflis hakimi Cəfər ibn Əli ilə sülh bağlamış, bundan sonra bəzi Kaxeti əyanlarını, o cümlədən hakimiyyətə iddialı olan Aşot Marilelini də öz tərəfinə çəkərək Kaxetiyə hücum etmişdir. Mikel və Qabriel dağında baş vermiş toqquşmada IV Baqrat qalib gəlir, Tianetiyə qədər irəliləyir, burada Böyük Kvirikenin tikdirdiyi məşhur Bodoci sarayını yandırır. Lakin öz ölkəsində Kldekari eristavı Liparitin (1021–1059) qiyamından ehtiyatlanaraq geri dönməyə məcbur olur. Bundan sonra IV Baqrat Liparita qarşı illərlə mübarizə aparmış, Qagik isə canlı qüvvə sarıdan Liparita köməyini əsirgəməmişdir. 1046-cı ildə Tiflis əmiri Cəfər ibn Əlinin ölümündən sonra sağsahil Tiflis əhalisi şəhərin bu hissəsini IV Baqrata döyüşsüz təslim etdi. Sol sahildəki İsani qalası müdafiəçiləri isə Kür çayı üzərindəki körpünü dağıdaraq IV Baqratı şəhərin bu hissəsinə buraxmadılar. Bu zaman Qagik İsani qalasının müdafiəçilərinin köməyinə gəldi və IV Baqratla danışıqlara gedərək qalanın onun əlinə keçməsinə imkan vermədi."Tarix-i əl-Bab"da 1049-cu il hadisələrindən bəhs edilərkən Şəddadilər dövləti ərazisində "kafirlərə" qarşı tikilmiş sərhəd qalalarının adları bir-bir sadalanır və onlardan üçünün – Tatiyan, Muckank və al-Baydau qalasının təyinatının məhz Şəki hakimlərindən gözlənilən təhlükənin qarşını almaq olduğu qeyd olunur. Daha sonra göstərilir ki, 1053-cü ildə Şəddadi hakimi Əbüləsvar Şavur (1022–1067) gürcülərin hansısa "Bəsrə" adlanan qalasını tutmuş, qalanı "adamlarla, ərzaqla və silahla gücləndirmişdir". Eyni ildə Şirvanşah Sallar ibn Yəzid (1050–1063) isə Şəki ilə Şirvan arasına yerləşən "Maluq", yaxud "Baluq" adlı qalanı silah gücünə tutmuş, orada qarnizon, silah və ərzaq yerləşdirərək qalanın müdafiə qabiliyyətini gücləndirmiş, əlavə olaraq qalanın yaxınlığında qala kimi bir şəhər də saldırmış və həmin şəhəri məskunlaşdıraraq orada Cümə məscidi tikdirmişdir. Maluq qalası kimi Bəsrə qalasının da Şəki ərazisində olması ehtimal edilir və bu nöqteyi-nəzərdən 1053-cü ildə Şirvanşah Sallar ibn Yəzid ilə Şəddadi Əbüləsvar Şavurun eyni vaxtda Şəkiyə hücum etmələri inandırıcı görünür. Nümuzmatikada Qagikin adı olan sikkə məlumdur. IV Baqratın Şəki-Kaxeti qalalarını tutması. IV Baqratın əbədi rəqibi, Şəki-Kaxetinin isə müttəfiqi olan Liparitin 1059-cu ildə Konstantinopolda ölməsindən sonra IV Baqrat Şəki-Kaxeti qalalarını bir-bir ələ keçirməyə başladı. Alp Arslanın birinci Gürcüstan yürüşünə (1064–1065) qədər IV Baqrat Kvetera və Naxçivani qalaları istisna olmaqla, artıq bütün Hereti və Kaxeti qalalarını tutmuşdu.Tiflisi və açarlarını qəbul etməsi və satması. "Tarix-i əl-Bab"a görə 1062-ci ildə Tiflisin tanınmış adamlarından bir qrupu Şəddadi hökmdarı Əbüləsvar Şavurun yanına gedərək Tiflisin açarlarını ona təqdim edirlər və ondan xahiş edirlər ki, kim olur olsun, bir nəfəri göndərsin qalanı təslim edək. Çünki Tiflis hakimi Cəfər ibn Əli ölüb, özündən sonra iki oğlu qalıb – Mənsur və Əbul Xeyc; və onlar arasında qalada hakimiyyət üstündə dava gedir. Əhali onların hər ikisini qaladan qovub. Gələnlər Əbüləsvar Şavurdan Tiflisə adamlar, ərzaq və silah göndərməsini istəyirdilər. Əbüləsvar Şavur əvvəlcə onların təkliflərini qəbul etsə də onun vəziri onu bu fikrindən daşındırır. Bundan sonra Əbüləsvar Şavur Tiflisin açarlarını gələnlərə qaytarır. Tiflisdən gələnlər geri dönürlər və bu açarı və qalanı Şəki hökmdarı Axsartan ibn Qagikə verirlər, Axsartan onları qəbul etmiş, onlara yaxşı hədiyyələr vermiş və yola salmişdir. Bundan sonra Axsartan onu Rum hökmdarına çoxlu pula satır və Rum hökmdarı ləngimədən ora mühafizəçilər göndərir, oranın adamlarını ərzaq və silahla təchiz edir.Şəddadi hökmdarı Əbüləsvar Şavurun Vecinini tutması və buna cavab reaksiyası. Şəddadi hökmdarı Əbüləsvar Şavur 1062-ci ildə Tiflisdən imtina etsə də elə 1063–1067-ci illər arasında Şirvana qarşı dəfələrlə qarətçi yürüşlər etmiş, yalnız birinci yürüşü zamanı 50 mindən çox adamı əsir götürmüşdür. Daskarat əl-Hüseyn qalasına sahib olması. "Tarix-i əl-Bab"a görə 1067-ci ilin aprel ayında "C.rx.sri ibn Kurki" şirvanşaha qarşı açıq-aşkar çıxış edərək, yaxud şirvanşaha qarşı üsyan edərək qoşun ilə Şəkiyə getmiş, Daskarat əl-Hüseyn qalasını ələ keçirmiş, öz qoşununu ilə birlikdə qardaşını və oğlunu ora yerləşdirmiş, lakin sonda qalanı Şəki hökmdarı Axsartan ibn Qağikə vermişdir. Şirvanşah qoşun toplayıb bu qalanı geri almağa getsə də uğur qazana bilməyərək kor-peşman Yəzidiyəyə qayıtmışdır.Alp Arslanın yanına gedərək islamı qəbul etməsi. Sədrəddin əl Hüsayninin "Əxbar əd-daylat əs-selcuqiyyə" əsərindəki 1067/1068-ci il hadisələrindən bəhs edilən bölmədə Şəki hökmdarı Axsartinlə bağlı aşağıdakı məlumatlar var: Zeda-Zedeni (Zedazeni) qalası Tiflisin şimalında idi və "Kartlis tsxovreba"nın XVI əsr redaktəsində ("Çariça Annanın siyahısı") çar Davidin həmin qalanı 1003-cü ildə ələ keçirməsi göstərilir. II Axsartan "Çarlar-çarı Davidin həyatı"na görə, Gürcü çarı IV David Zeda-Zedeni qalasını II Kvirikenin əlindən aldıqdan bir il sonra (1104) II Kvirike vəfat etdi; 1117-ci ildə Şəkinin müstəqilliyinə son qoyulması və bundan sonra Qriqol oğullarının (qriqolisdzelərin) Gürcüstanın ictimai-siyasi həyatında yeri 1117-ci ildə IV David Şəkinin yerli knyazı Qriqolun Asat və Şot adlı iki oğlunun sığındığı Kiş qalasını da tutaraq Şəki dövlətinin müstəqilliyinə son qoyur. 1125–1223-cü illər arasında yazılmış "Hökmdarların tarixi və mədhi" adlı anonim gürcü mənbəsində 1178-ci ildə gürcü çarı III Georgiyə qarşı Heretidə baş vermiş üsyanın rəhbərlərindən biri kimi Qriqol Asat oğlunun da adı çəkilir; o, həlledici döyüşdə atının öldürülməsi səbəbindən yıxılaraq yaralanmışdır."Hökmdarların tarixi və mədhi"nə görə çariça Tamaranın (1184–1213) hakimiyyətə başladığı ilk illlərdə Hereti eristavı Asat Qriqol oğlu idi. Daha sonra o, ali orqanda vəzifə almış, oğlu Qriqolu isə öz yerinə Hereti eristavı qoymuşdur.Beləliklə, məlum olur ki, 1117-ci ildə Şəkinin müstəqilliyi uğrunda Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat Qriqol oğlunun oğlu Qriqol Asat oğlu 61 il sonra 1178-ci ildə Şəkidə mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyanın rəhbərlərindən biri olmuş, onun oğlu Asat isə çariça Tamaranın dövründə əvvəlcə Hereti eristavı, sonra ali orqanın üzvü, Asatın oğlu Qriqol isə atasından sonra Hereti eristavı olmuşdur. Gürcü çarlarının rəsmi, yaxud qeyri-rəsmi titulları sırasına "ranların çarı", yaxud "Şəki çarı" titulunun əlavə edilməsi 1117-ci ildə sonra gürcü çarlarının rəsmi, yaxud qeyri-rəsmi titulıarı sırasına "ranların çarı", yaxud "Şəki çarı" titulunu da əlavə olundu. Məsələn, IV David XII əsrin əvvəllərində verdiyi fərmanlarından birində özünü "abxazların və kartvellərin, ranların və kaxların çarı" adlandırır.Təbrizdə aşkar edilmiş Gürcüstanın tanınmış adamlarının rəsmi məktub nümunələrindən ibarət 1219-cu ilə aid "Məktublar məcmuəsi"ndəki bir nümunədə David (IV David?) "Abxaz, Şəki, Alan və Rus çarlar çarı"; digərində hansısa (anonim) gürcü çarı "Gürcü, Abxaz, Alan, Şəki və Xəzər çarlar çarı"; üçüncündə isə çariça Tamaranın oğlu çar Georgi-Laşa "Abxaz, Şəki və Alan çarlar çarı" kimi göstərilir. XII əsr Şirvan şairi Fələki Şirvani gürcü çarı I Demetrenin ölümünə yazdığı qəsidəsində onu "Abxaz və Şəki şahlar şahı" adlandırırdı. Nümuzmatika Nümuzmatikada Böyük Kvirikenin adı olan 3 dənə sikkə məlumdur. Bunlar 2012-2013-cü illərdə – ikisi Çuxur Qəbələdə, biri isə Sisianda (Ermənistan) tapılmışdır. İslam nümuzmatik ənənələrinə uyğun olaraq sikkələrdə kəlmeyi-şəhadət, xəlifənin adı da həkk olunub. Ermənistanda tapılan sikkənin metal təlkibi 60 % gümüş, 40 %-i isə misdən ibarətdir. Sikkələrin bir üzündə Kvirikenin adı, titulu, atasının adı ərəb hərfləri ilə ərəb dilində üç sətrdə belə həkk olunub: Böyük Kvirikenin xələfi olmuş Qagikin sikkələrinin də bir üzündə ad və titulları ərəb dilində həkk olunmuşdur. Tarixi coğrafiyası David Musxelişvili Orta əsr gürcü mənbələrinə əsəsən Şəki çarlığının tarixi sərhədlərini aşağıdakı şəkildə göstərir: Şirinbəy Hacıəliyə görə isə Orta əsr gürcü mənbələri Şəki/Heret çarlığının sabit sərhədlərini aşağıdakı şəkildə təsvir edir: 982/983-cü ildə yazılmış anonim mənbədə – “Hüdud əl-aləm”də, Şəki 70 fərsəx uzunluğu olan bir vilayət kimi təqdim edilir. Mənbədə Şəki ilə Tiflis arasında uzunluğu 20 fərsəx olan Sanar vilayətinin yerləşməsi, Qəbələnin isə Şəki-Şirvan-Bərdə arasında olması, Şəki vilayəti əhalisinin müsəlman olması, amma burada həm də “kafir”lərin yaşaması, vilayət hüdudlarının Arranın paytaxtı Bərdə şəhərinin qapısı qarşında yerləşən və nə vaxtsa rusların düşərgəsi olan Mübarəki adlı böyük kəndən başlamaqla (“əvvəli-həddi”) Sunbatman adlı möhtəşəm qala-şəhərdə bitməsi (“axiri-həddi Şəki”), vilayət ərazisində Bərdədən çox da uzaqda olmayan Suq əl-Cəbəl adlı şəhərin olması da qeyd edilib. Vladimir Minorski hesab edir ki, Sunbatman qala-şəhərinin adı “Sunbatın evi” mənasını daşıyır və birbaşa Səhl ibn Sunbatla bağlıdır. İnzibati ərazi vahidləri – eristavlıqlar Vaxuşti Baqrationi Böyük Kivirike dövründə Kaxetinin 3, Heretinin isə 4 eristavlıqdan ibarət olduğunu göstərir. Onun fikrincə, Şəki-Kaxeti ərazisində yerləşən 1-ci eristavlıq – inzibati mərkəzi Rustavi olmaqla bütün Kuxeti ərazisini (Kaxeti), 2-ci eristavlıq – inzibati mərkəzi Kvetera olmaqla Ucarmadan yuxarıdakı əraziləri (Kaxeti), 3-cü eristavlıq – inzibati mərkəzi Pankisi, yaxud Marili olmaqla Hereti sərhədlərindən başlayaraq Qafqaz dağlarınadək uzanan ərazləri əhatə edirdi (Kaxeti); 4-cü eristavlıq – inzibati mərkəzi Xornabuci, yəni Xoranta olmaqla Kisixlə birlikdə, Kuxeti hüdudlarına qədər Qanıxçay ilə Kür çayı və Hereti dağları arasındakı Qaret-Kaxeti (Daxili Kaxeti) ərazisini (Şəki/Hereti), 5-ci eristavlıq – inzibati mərkəzi Vecini olmaqla Kisix hüdudlarından yuxarıdakı Turdo çayı ilə Kür çayı və Hereti dağları arasındakı ərazini (Şəki/Hereti), 6-cı eristavlıq – inzibati mərkəzi Maçsi olmaqla Maçis-tsxali (Mazımçay) çayından aşağıdakı və Şakixi ilə Xunzaxi daxil olmaqla Qanıxçayın şərqindəki əraziləri (Şəki/Hereti), 7-ci eristavlıq – inzibati mərkəzi Ştori olmaqla, Ştori çayından Maçis-tsxaliyə qədər, Didoeti də daxil olmaqla Qanıxçayın şimal-şərqindəki əraziləri əhatə edib (Şəki/Hereti).Gürcü tədqiqatçılarından Mariam Lordkipanidze hesab edir ki, görünür bu məsələdə Vaxuştinin mənbəsi “Kartli salnaməsi” olmuşdur. Məsələn, orada XI əsrin 40-cı illərində IV Baqratın Kaxetiyə (Kaxetiyə və Heretiyə) hücum etməsindən bəhs edilərkən, həmin vaxt onun Pankisi eristavı Varcanisdzeni, Xornabuci eristavı – Vaçeni (Qurgen Berinin oğlu), Ştori və Maçeli eristavı – Cedini (Qoderzinin bacısı oğlu) əsir götürməsi barədə məlumat verilir, Alp Arslanın dövrünə aid bəhsdə isə Vecini eristavı Sirkvalelinin adı çəkilir. Vaxuşti eristavlıqlarının adlarını sadalayarkən yalnız həmin mənbədə adları çəkilən eristavların idarə etdikləri eristavlıqların adlarını göstərmişdir. Amma ehtimal etmək olar ki, digər eristavlıqlar da mövcud olmuşdur; məsələn, 8-ci eristavlıq – Arişi eristavlığı (Şəki/Hereti), 9-cu eristavlıq – Kiş eristavlığı (Şəki/Hereti) və s.“Tarix-i əl-Bab”da Kldekari eristavı İvan ibn Lifaritin (Liparitin) “Şəki-Curzan” batriki kimi təqdim edilməsinə görə isə 10-cu eristavlıq – Kldekari eristavlığının (Şəki/Hereti, yaxud Kaxeti) adını da bu siyahıya əlavə etmək olar. Şirinbəy Hacıəli isə Vaxuşti Baqrationinin Şəki ilə birlikdə Xunzaxı da Maçin eristavlığına aid etməsi ilə razılaşmır. Onun fikrincə, Etnik tərkib Tədqiqatçıların fikrincə, XI əsr gürcü tarixçisi Sumbat Davitisdze sanarlar ilə şakları eyni xalq kimi göstərir.Lakin, əgər sanarların etnik mənşəyi mübahisəli hesab olunursa və bir sıra tədqiqatçılar onları Qafqaz xalqlarının şərq qurupua aid edir, digər tədqiqatçılar isə onları gürcü hesab edirlərsə, Sumbat Davitisdzedə adı çəkilən şakların – yəni şəkililərin, alban tayfası olması üzərində heç bir mübahisə yoxdur. Gürcü tədqiqatçıları da hesab edirlər ki, David Musxeleşviliyə görə, Daha sonra David Musxeleşvili Şəkinin Şərqi Gürcüstanda adi bir gürcü vilayəti olmasının sübutu kimi erməni tarixçisi Vardanın “Şəki quqarlar vilayətidir” yazdığını əsas göstərərək monoqrafiyasını bitirir.Lakin, digər tədqiqatçı Quram Qumba, Vardanın “Aşxarasuys” əsərinin üç əlyazma nüsxəsində heç də “Şəki quqarlar vilayətidir” yox, əslində “Şəki qarqarlar vilayətidir” yazıldığını, erməni tarixi-ədəbiyyatında “qarqarlar” əvəzinə “quqarlar” yazılması ilə bağlı bunun yeganə fakt olmadığını, başqa belə faktlara da təsadüf edildiyini göstərir, daha sonra qeyd edir ki, “Aşxarasuys”da “Albaniya” və “Qarqarasik” sözləri “Şəki” sözünün ekvivalentidir; David Musxeleşvilinin Vardandan iqtibas gətirdiyi cümlənin ən doğru tərcüməsi isə “Şəki Qarqarsikdir”, yəni “Şəki Albaniyadır” mənasındadır. Şəki və Şəki-Kaxeti hökmdarları narrativ mənbələrdə necə təqdim edilirlər? Mehranilərin, o cümlədən, Qriqori Hammamın nəsil şəcərəsi Arevmanelilərin nəsil şəcərəsi Həmçinin bax Şəki (tarixi ərazi) Xarici keçidlər ENCYCLOPÆDIA IRANICA. ŠAKKI.
https://az.wikipedia.org/w/index.php?curid=366879
Şəki fəhləsi (qəzet)
"Şəki" — 1920-ci ildən nəşr edilən qəzet. İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. Qəzet "Nuxa fəhləsi" adı ilə 6 may 1962-ci ilə qədər Azərbaycan KP Nuxa şəhər komitəsi və rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin orqanı idi. 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi "Lenin bayrağı" adı ilə nəşr olunmuşdur. "Nuxa fəhləsi"nin həftədə 3 sayı çap olunmuşdusa (1961), "Lenin bayrağı" əvvəlcə bir müddət həftədə 4 dəfə çap edildi. Daha sonra "Lenin bayrağı" qəzetinin 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) qəzet Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. "Lenin bayrağı" qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, qəzet yenidən "Nuxa fəhləsi" adlandırılmışdır. Qəzet "Nuxa fəhləsi" adlananda da, "Lenin bayrağı" olanda da redaktoru Məhyəddin Abbasov idi. 2 iyul 1965-ci ildən "Nuxa fəhləsi" adı bərpa edilmişdir. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu. 18 mart 1968-ci ildə Nuxa şəhərinin və Nuxa rayonunun adları müvafiq olaraq “Şəki şəhəri” və “Şəki rayonu” olaraq dəyişdirildikdən sonra "Nuxa fəhləsi" qəzetinin adı da "Şəki fəhləsi" olaraq dəyişdirildi. 1991-ci ildən sonra isə qəzet "Şəki" adı ilə nəşr edilir. Həmçinin bax Qusar (qəzet) Şəfəq (Azərbaycan qəzeti) Zaqatala (qəzet) Şərq qapısı (qəzet) İlkin mənbə "Lenin bayrağı" və "Nuxa fəhləsi" qəzetlərinin 1961-1965-ci ildə çap edilmiş nüsxələrinin komplektləri (Salis Məmmədovun şəxsi arxivindən). Xarici keçidlər Qəzetin PDF-ləri
https://az.wikipedia.org/w/index.php?curid=306982
Şəki gürzəsi
Qoyun əti – 217 q, Quyruq – 25 q, Baş soğan – 30 q, Şərab sirkəsi və ya Abqora – 10 q, Sarımsaq – 2 q, Keşniş – 15 q, İstiot – 0,1 q, Duz — zövqə görə. Hazırlanma qaydası Qoyun əti, quyruq və soğandan qiymə hazılanır. Undan bərk xəmir yoğrulub 1 mm qalınlığında yayılır və bundan diametri 5 sm ölçüdə dairələr kəsilir. Xəmir dairələrin içərisinə çiy qiymə qoyulub tikişi yuxarı və bir ucu açıq qalmaq şərtilə bükülür. Hazırlanmış gürzə suda və ya bulyonda bişirilir. Süfrəyə bulyonu ilə birlikdə verildikdə üstünə keşniş səpilir, yanına sarımsaqlı sirkə qoyulur. Xarici keçidlər Şəkisayağı gürzə Arxivləşdirilib 2011-03-19 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=179353
Şəki hakimliyi
Şəki hakimliyi — 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Əvvəl monqol mənşəli Orlat sülaləsi tərəfindən, sonra isə islam dinini qəbul etmiş Qara Keşiş oğlu və onun nəslindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi qərbdə Tiflis şəhəri yaxınlığından, şərqə – Qəbələ şəhəri yaxınlığına qədər, cənubda Kür çayından Böyük Qafqaz sıra dağlarına qədər, hətta bəzi məlumatlara görə daha şimala – Dərbənd şəhəri yaxınlığına qədər uzanmışdı. Mədəni mühit XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. Bu sülalənin ən azı iki nümayəndəsi elmə məlumdur (Seyid Əli Orlat və Seyid Əhməd Orlat). Orlat sülaləsindən olanlar Seyid Əli Orlat, təxminən 1393–1399 Seyid Əhməd Orlat, 1399 — təxminən 1423/1424 Sülaləsi dəqiq məlum olmayanlar Əli inaq, ən geci 1435 — ən azı 1435 Əbdülqafar, ən geci 1447/1448 — ən azı 1468/1469 Şahhüseyn , ən geci 1497–1497 Qara keşiş nəslindən olanlar Əlican xan/Candar Qara keşiş oğlu, 1444/45–1456/57 Qutul xan (Əlican xanın oğlu), 1456/57–1468 Zəki/Şəki xan(Qutul xanın oğlu), 1468–1488 Həsən sultan, ən geci 1519 — may, 1524 Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu), may, 1524 — may, 1551 Şəki xanlığının tarixindən, Bakı, 1993. Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538. Xarici keçidlər Mahmud İsmayıl."İki od arasında". Bakı. "Gənclik" nəşriyyatı. 1993 oxu Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)
https://az.wikipedia.org/w/index.php?curid=278858
Şəki halvası
Şəki halvası və ya Şəki paxlavası — Azərbaycan Respublikasının Şəki rayonuna xas şirniyyat məhsulu. Tərkibi düyü unu, su, fındıq və ya qoz, şəkər tozu və keşniş toxumundan ibarət olur. Həmçinin bax Quba paxlavası Quba bükməsi Gəncə paxlavası
https://az.wikipedia.org/w/index.php?curid=532026
Şəki heyvandarları
Film Azərbaycanda birinci olan iribuynuzlu cins mal-qara yetişdirilməsi üzrə kolxozlararası istehsalat birliyinin fəaliyyətindən, uğurlarından söhbət açır. Filmdə bu barədə komsomol-gənclər briqadasının rəhbəri, usta Sayalı Bəşirova danışır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Nurəddin Tağıyev Ssenari müəllifi: A. Nikolski Operator: Vaqif Behbudov Səs rejissoru: Bəxtiyar Dehniya
https://az.wikipedia.org/w/index.php?curid=31929
Şəki heyvandarları (film, 1975)
Film Azərbaycanda birinci olan iribuynuzlu cins mal-qara yetişdirilməsi üzrə kolxozlararası istehsalat birliyinin fəaliyyətindən, uğurlarından söhbət açır. Filmdə bu barədə komsomol-gənclər briqadasının rəhbəri, usta Sayalı Bəşirova danışır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Nurəddin Tağıyev Ssenari müəllifi: A. Nikolski Operator: Vaqif Behbudov Səs rejissoru: Bəxtiyar Dehniya
https://az.wikipedia.org/w/index.php?curid=808291
Şəki heyvandarlıq kompleksi (film, 1975)
Kinolent Azərbaycan SSR KP MK-nın I katibi Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış Şəki heyvandarlıq kompleksinin fəaliyyətindən, burada çalışan əmək adamlarından, qabaqcıl iş təcrübəsindən söhbət açır. Film haqqında Film "Azərkəndtəsərrüfattexnikası" Birliyinin sifarişi ilə çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Nuhbala Quliyev Baş operator: Əlibala Ələkbərov Operator: Rəfael Salamzadə "Azərkəndtəsərrüfattexnikası" Birliyi
https://az.wikipedia.org/w/index.php?curid=31930
Şəki hökmdarlığı
Şəki hakimliyi — 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Əvvəl monqol mənşəli Orlat sülaləsi tərəfindən, sonra isə islam dinini qəbul etmiş Qara Keşiş oğlu və onun nəslindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi qərbdə Tiflis şəhəri yaxınlığından, şərqə – Qəbələ şəhəri yaxınlığına qədər, cənubda Kür çayından Böyük Qafqaz sıra dağlarına qədər, hətta bəzi məlumatlara görə daha şimala – Dərbənd şəhəri yaxınlığına qədər uzanmışdı. Mədəni mühit XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. Bu sülalənin ən azı iki nümayəndəsi elmə məlumdur (Seyid Əli Orlat və Seyid Əhməd Orlat). Orlat sülaləsindən olanlar Seyid Əli Orlat, təxminən 1393–1399 Seyid Əhməd Orlat, 1399 — təxminən 1423/1424 Sülaləsi dəqiq məlum olmayanlar Əli inaq, ən geci 1435 — ən azı 1435 Əbdülqafar, ən geci 1447/1448 — ən azı 1468/1469 Şahhüseyn , ən geci 1497–1497 Qara keşiş nəslindən olanlar Əlican xan/Candar Qara keşiş oğlu, 1444/45–1456/57 Qutul xan (Əlican xanın oğlu), 1456/57–1468 Zəki/Şəki xan(Qutul xanın oğlu), 1468–1488 Həsən sultan, ən geci 1519 — may, 1524 Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu), may, 1524 — may, 1551 Şəki xanlığının tarixindən, Bakı, 1993. Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538. Xarici keçidlər Mahmud İsmayıl."İki od arasında". Bakı. "Gənclik" nəşriyyatı. 1993 oxu Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)
https://az.wikipedia.org/w/index.php?curid=407365
Şəki kilsəsi
Dairəvi məbədin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. Lakin XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir. Dairəvi məbəd XIX əsrin ən geci 1853-cü ildən XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi. Kilsə binası təmiz yonulmuş əhəngdaşı ilə əvvəl dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır. Bu iş 1853-cü ilə qədər baş vermişdir. Belə ki, Nuxa qalasının 1853-cü il planında artlq kilsə binası xaç şəklinə salınmış əlavələri ilə birlikdə göstərilir. Məlum olduğu kimi Nuxa qalasının divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda adı ərəb əlifbası ilə "Məhəmməd… (xan)" kimi oxunur. Deyilənə görə bu oxunuşda kilsə binası ilkin dairəvi görkəmi ilə "Nun" hərfinin nöqtəsi imiş. Kilsənin ilkin dairəvi hissəsi memarlıq üslubuna və tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Ya ruslar bunu 1819-cu ildən sonra dairəvi formada kilsə kimi tikmiş və bir müddət sonra, 1853-cü ilə qədər onu daha da genişləndirərək xaç şəklinə salmışlar? Ya da bu tikili 1819-cu ilə qədər Nuxa qalasında mövcud olmuşdur, ruslar 1853-cü ilə qədər onu xaç formasına salaraq pravoslav kilsəsinə çevirmişlər? Nuxa qalasının 1819-cu il təsvirində kilsə haqqında heç bir qeyd yoxdur. Lakin təsvirdə Nuxa qalasındakı bir çox tikililərin özləri və koordinatları barədə məlumat verildikdən sonra, həm də qeyd edilir ki, "qaladakı Şəkinin rəhbərlərinə aid olmuş digər tikililər əsgərlər və xoylular tərəfindən tutulmuşdur". Bu qeyddən isə məlum olur ki, həmin vaxt qalada mövcud olmuş tikililərin bəziləri təsvirdə göstərilməyə də bilər və bu səbəbdən də, kilsənin 1819-cu ildə Nuxa qalasında mövcud olub-olmamasını Təsvir əsasında dəqiqləşdirmək mümkün deyil. Hal-hazırda keçmiş pravoslav məbədi "Dairəvi məbəd" adı ilə dövlət qeydiyyatındadır və ölkə əhəmiyyətli memarlıq abidəsi statusuna malikdir. Keçmiş kilsə binasının içində isə Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. Aid olduğu yeparxiya Məbəd 1905-ci ildə Gürcüstan yeparxiyasına aid olmuşdur. Keşişləri və digər kilsə xidmətçiləri haqqında Kilsə binasının daha əvvəl məscid olması ilə bağlı iddialar XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir, baxmayaraq ki, 1853-cü ildən indiyə qədər qalada heç bir məscid yoxdur. Görünür, burada daha köhnə hesab edilmiş məscid deyildikdə Üçmüqəddəs kilsəsi nəzərdə tutulmuşdur. Səbəb isə bu ola bilər ki, məşhur rus səyyahı Seqalın və öz dövrünün görkəmli maarifçilərindən biri olan Rəşid bəy Əfəndiyevin, müvafiq olaraq, 1902-ci ildə və 1925-ci ildə çap olunmuş kitablarında iddia edilmişdir ki, ruslar 1828-ci ildə xanın ev məscidini pravoslav kilsəsinə çevirmişlər.Həqiqətən, Nuxa qalasının 1819-cu ildə tərtib edilmiş təsvirində Məhəmmədhəsən xanın evindən aşağıda, evə giriş qapısının solunda xanın şəxsi ibadətxanasının olması göstərilir. Amma 2X2 m ölçülü həmin kiçik kilsə, Məhəmmədhəsən xanın evinin içində olmuşdur və XX əsrin 90-cı illərinə qədər orada kiçik bir kilsə vardı. Üçmüqəddəs kilsəsi isə həmin kilsənin yerindən azı 50 metr cənubdadır. Kilsə binasının şərq tərəfindəki ərazi Rusiya imperiyası dövründə Nuxada vəfat etmiş bir-neçə yüksək çinli rus məmurunun qəbri hal-hazırda kilsənin şərq tərəfindəki torpaq sahəsindədir. Mümkündür ki, həmin ərazi ruslara məxsus qəbristanlıq olmuş və orada daha çox sayda rus məmuru, rus hərbi qulluqçusu dəfn edilmişdir. Həmçinin bax Kappadokiyalı kilsə ataları Kiş kilsəsi Nuxa qalası
https://az.wikipedia.org/w/index.php?curid=311493
Şəki knyazlığı
Şəki dövləti; Şəki məlikliyi; Şəki şahlığı; Şəki çarlığı daha sonra Şəki hakimliyi və sonra Şəki xanlığı— indiki Azərbaycan Respublikası ərazisinin şimal-qərbində, Gürcüstan Respublikası ərazisinin şərqində və Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinin cənubunda ən geci VII əsrin ortalarından 1117-ci ilə qədər mövcud olmuş dövlət. XI əsrin birinci rübündə Şəki iki dəfə gürcü çarı III Baqrat (1008–1014/15) tərəfindən tutulmuş, onun ölümündən sonra (1014/15) isə müstəqilliyi bərpa olmuş, az sonra – XI əsrin otuzuncu illərinin əvvəllərindən geç olmayaraq Kaxeti ilə birləşmişdir. Bu gürcü mənbələrində “Hereti-Kaxeti”, yaxud “Kaxeti”, digər mənbələrdə isə əvvəlki kimi yenə də “Şəki” yaxud, “Albaniya”, adlanmış, hökmdarları isə artıq “ranların və kaxların çarı” titulunu daşımışdır. Birləşməyə qədər isə Şəki hökmdarlarının titulu “ranların çarı”, yəni “albanların çarı” olmuşdur. Birləşmə 1104-cü ilə qədər – gürcü çarı IV David tərəfindən Kaxetinin tutulmasına qədər davamlı olmuş, birləşmiş dövlətin birinci hökmdarı Böyük Kvirikedən sonra onun bacısının oğlu, nəvəsi, nəticəsi və ən nəhayətdə kötücəsi hakimiyyətdə bir-birlərini əvəz etmişlər. 1117-ci ildə isə IV David Şəkinin yerli knyazı Qriqolun Asat və Şot adlı iki oğlunun sığındığı Kiş qalasını da tutaraq Şəki dövlətinin müstəqilliyinə son qoydu. Bundan sonra gürcü çarlarının rəsmi, yaxud qeyri-rəsmi titulları sırasına “ranların çarı”, yaxud “Şəki çarı” titulu da əlavə olundu. 1117-ci ildə Şəkinin müstəqilliyi uğrunda Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat Qriqol oğlunun oğlu Qriqol Asat oğlu isə 61 il sonra 1178-ci ildə Şəkidə mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyanın rəhbərlərindən biri olmuş, onun oğlu Asat çariça Tamaranın (1184-1213) dövründə əvvəlcə Hereti eristavı, sonra ali orqanın üzvü olmuş, Asatın oğlu Qriqol isə atasından sonra Hereti eristavı vəzifəsini tutmuşdur. XIII əsrin birinci rübündə Şəki ərazisi Şirvanşahlar dövlətinin, daha sonra – XIV əsrin əvvəllərində isə ayrıca vilayət kimi Hülakülər dövlətinin Azərbaycan adlı bölgəsinin tərkibində idi. XIV əsrin son rübündə isə Şəkinin müstəqilliyi bərpa olunmuş, 1117-ci ildə ləğv edilmiş Şəki dövlətinin yerində Şəki hökmdarlığı meydana çıxmışdır. Müasir gürcü tarixçilərindən David Musxeleşvili hesab edir ki, ərəb mənbələrində adı çəkilən Şəki çarlığı, gürcü mənbələrində Hereti, erməni və Bizans mənbələrində isə Albaniya çarlığı kimi göstərilir. David Musxeleşviliyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan herlərin adı ilə, ərəblər bu dövləti paytaxtı Şəki şəhərinin adı ilə, ermənilər və bizanslılar isə onu bu yerdə daha əvvəl mövcud olmuş Albaniya çarlığının adı ilə tanıyırmışlar. David Musxeleşvili bununla yanaşı olaraq həm də qeyd edir ki, nədənsə, “Kartlis tsxovreba”da da «bəzən “Hereti” termininin əvəzinə “Şəki” termini işlədilir»; «gürcü mənbələrində X əsrə qədər Hereti knyazlığı barədə heç bir məlumat yoxdur». “Şəki” adı “Kartlis tsxovreba”da Şəki dövləti tarixinin öyrənilməsi üçün ən əhəmiyyətli ilkin mənbə rolunu oynayan və XIV əsrə qədərki tarixi hadisələrdən bəhs edən “Qədim Kartlis tsxovreba” müxtəlif dövrlərdə, ayrı-ayrı müəlliflər tərəfindən yazılmış, bir-birini tamamlayan 10 məqalədən ibarətdir; XV—XVII əsrlərə aid redaktə variantları var, son redaktəsi isə XVIII əsrdə edilib. “Qədim Kartlis tsxovreba”da yer adı kimi “Şəki” sözünə yalnız 1 dəfə – XI əsr müəllifi Cauanşer Cauanşerianinin qələmə aldığı “Vaxtanq Qorqasalın həyatı” adlı məqalədə, “Şakix” şəklində təsadüf edilir; 1 yerdə – XI əsr gürcü tarixçisi Sumbat Davitisdzenin(en) “Baqrationilərin tarixi və hekayəsi”ndə isə etnos adı kimi “şaklar” sözü işlədilir. Bunlar istisna olmaqla “Qədim Kartlis tsxovreba”da Şəki ərazisi “Hereti”, Şəki əhalisi isə “herlər” adı ilə təqdim olunur. Şəkinin adı çəkilən ilk tarixi hadisələr və Şəkidən çıxmış Albaniya katolikosları IX əsr ərəb tarixçisi əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) «Arran torpağında “Şəkkən”, Kəmibəran qapılarını və Dudaniyyə qapılarını saldırdı». Bu Şəkinin adı çəkilən ilk iki tarixi hadisələrdən biridir.Şəkinin adı çəkilən ikinci ilk tarixi hadisə isə erməni katolikosu II İovannesin öz katolikosluğu dövründə – 557-574-ci illərdə, Albaniya katolikosu Abbasa (551-595) ünvanladığı məktubunda Şəki yepiskopu Ambakumun da adını çəkməsidir. Məktubdan aydın olur ki, artıq 557-574-cü illər arasında Alban kilsəsinin tabeliyində olan 8 yepiskopluqdan birinin adı Şəki imiş və Şəki yepiskopun adı isə Ambakum imiş. Bundan sonra “Albaniya tarixi”ndə daha bir Şəki yepiskopunun – Yeliazarın, və bir də Şəkidə kiçik keşiş olmuş Mikayılın adları göstərilir. Bunlardan birincisi 683-689-cu illərdə, ikincisi isə 707-744-cü illərdə Albaniya katolikosu idi və hər ikisi katolikos kürsüsünə əyləşənə qədər Şəkidə dini fəaliyyətlə məşğul olmuşlar. Adları çəkilənlərdən sonra Albaniya katolikos kürsüsü hələ 1000 il mövcud olsa da bu kürsüdə Şəkidən bir nəfər belə oturmamışdır, o cümlədən, Albaniya katolikosuna tabe olan sonrakı Şəki yepiskop və keşişlərinin adları da məlum deyil. Şəkinin adının ilk dəfə vilayət kimi çəkilməsi “Albaniya tarixi”ndə Şəkinin vilayət, yaxud şəhər olması ilə bağlı heç bir qeyd yoxdur. Əvəzində isə VII əsr erməni müəllifi Ananiya Şiraklı “Aşxaratsuyts”da Şəkini Qafqaz Albaniyasının bir vilayəti olaraq göstərir. O cümlədən, VIII əsr erməni tarixçisi Gevond(ru) da Şəkinin adını vilayət adı kimi çəkir – o, VII əsrin sonlarında Cənubi Qafqazda xəzərlərin hücumuna məruz qalmış vilayətlərin adlarını sadalayarkən, Şəkinin adını da göstərir və bu vilayətin Albaniya vilayəti olduğunu qeyd edir. Hökmdarlığın meydana çıxması və anonim hakimlər Şəkinin Albaniyanın bir vilayətindən, müstəqil bir hökmdarlığa çevrilməsi mənbələrdə ilk olaraq VII əsrin ortalarında baş vermiş bəzi tarixi hadisələrin təsvirində göstərilir. Məsələn, Bəlazuri yazır ki, Osman ibn Əffanın xəlifəliyi zamanı (644–656) Salman ibn Rəbiənin komandanlığı altında Qafqaz Albaniyasına gələn ərəblər Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə “Şəkkən” və “Kəmibəran” hökmdarları ilə vergi ödəmələri şərti ilə müqavilə bağlamışdırlar.Gürcü mənbələrinə görə isə VIII əsrin ortalarında keçmiş gürcü eristavlığı Heretinin, yəni qədim alban kantonu Şəkinin yerində, Hereti knyazlığı formalaşmış, daha sonra bu çarlığa çevrilmişdir. Başqa sözlə, VI əsrdə Iberiya çarı Vaxtanq Qorqasali (440–502) öz çarlığının ərazisinə qatdığı qədim alban çarlığının bəzi kantonlarından ibarət Hereti eristavlığını təsis etmiş, Kaxeti çarı Arçilin(en) hakimiyyəti dövründə – 736–786-cı illərdə isə onun himayəsi altında Tarondan(ru) Şəki vilayətinə köçmüş üç qardaş Arçilin özünün (786) və oğlunun ölümündən (807) sonra vilayətin müstəqilliyinə nail olmuş və çar adlanmışdırlar. Şəkiyə köçmüş üç qardaşın, yaxud onların nəslindən olması ehtimal edilən sonrakı Şəki hökmdarlarının genealogiyası bir qədər mübahisəlidir; bir sıra tədqiqatçılar onları Baqratilərdən, digərləri isə Mehranilərdən, yaxud Mehranilərin sələflərindən hesab edirlər."Alban ölkəsinin tarixi"ndə isə Şəkidə hökmdarlığının mövcud olması faktı bir qədər də gec, yalnız IX əsrin ortaları üçün, özü də ötəri olaraq tanınır: təxminən, 820–853 arasında Albaniya katolikosu olan Davudun həmdövrü olmuş hansısa Şəki hökmdarından bəhs edilir, amma adı çəkilmir. Ərəblərə qarşı üsyan XI əsrin son rübünün əvvəlində naməlum müəllif tərəfindən yazılmış "Tarix-i əl-Bab"a görə xəlifə Məmun (813–833) Xalid ibn Yəzid əş-Şeybanini Azərbaycan, Arran və Ermənistana vali göndərdiyi zaman Şəki əhalisi üsyan qaldırmış və onun nümayəndəsini (amilini) öldürmüşdür. Hadisənin təsvirində Şəki hökmdarının adı çəkilməsə də, fəaliyyəti qabarıq şəkildə hiss edilir. Aydındır ki, Xalidlə sülh bağlayan və ona ildə 500 min dirhəm ödəməyə boyun olan Şəki ağsaqqalları yox, hansısa Şəki hökmdarı ola bilərdi. Səhl ibn Sunbat, yaxud Müaviyə ibn Səhl (?) Səhl ibn Sunbatın knyaz titulu daşıması; Səhl ibn Sunbatın "böyük knyaz" və "igid" olması; Səhl ibn Sunbatın Zərmihr padşah nəslindən olan knyaz Eranşahik Smbatın oğlu olması; Səhl ibn Sunbatın qardaşlarının olması və döyüşə qardaşları ilə birlikdə getməsi; Səhl ibn Sunbatın 821/22-ci ildə Bərdədən çıxıb Amaras vilayətini qarət edən, min nəfərə qədər əsir alıb Mets İranika yeparxiyasına aid Şikarkar məntəqəsində möhkəmlənən ərəblərə öz qardaşları və öz qoşunu ilə səhərçağı hücum edərək əsirləri azad etməsi, ərəblərdən çoxunu qılıncdan keçirərək qalanını qaçırtması; 837/838-ci ildə Bağdaddan Albaniyaya gələn onikiminlik ərəb süvari qoşununu məğlub etməsi; 837/838-ci ildə Babəyi tutub ərəblərə təslim etməsi, əvəzində isə xəlifə tərəfindən "Erməniyə, İberiya və Albaniya" üzərində ali hakimiyyətin ona verilməsi; Qelam havarını zəbt etmiş Sünik hakıminin Hayk (Haykazuni) nəslindən olması və onun da adının Səhl olması; Səhl ibn Sunbatın Babəyi ərəblərə təslim etməsindən cəmi 1 il sonra "Erməniyə, İberiya və Albaniya" hakiminin "hökmdarlar ağası" Hovannesin olması.Ərəb mənbələri Səhl ibn Sunbat haqqında "Alban ölkəsinin tarixi"ndəki məlumatları təsdiqlənməklə yanaşı, həm də Səhl haqqında daha ətraflı əlavə məlumatlar verir. Ən əhəmiyyətli məlumatlar aşağıdakılardır: Səhlin iştirak etdiyi Babəkin tutulma səhnəsi daha geniş təsvir edilir; Səhlin Kazac adlı şəhərin sahibi olması və Babəklə bu şəhərdə qarşılaşması; 837-ci ildə Araz boyunca uzanan torpaqların Səhl ibn Sunbata məxsus olması; Səhl ibn Sunbatın Babəyi təslim etməsi müqabilində xəlifədən "batriklərin başçısı" titulu və xeyli pul alması; O cümlədən, Səhlin oğlu Müaviyəyə Babəkin qardaşını ərəblərə təslim etdiyi üçün də mükafat verilməsi; Səhlin daha əvvəl – 835-ci ildə, həqiqətən də ərəblərə qarşı vuruşması və qalib gəlməsi; "Alban ölkəsinin tarixi"ndən fərqli olaraq, Səhl ibn Sunbatın həm də "əl-Ərməni" kimi təqdim edilməsi."Alban ölkəsinin tarixi"ndə Səhl ibn Sunbatın əcdadı kimi təqdim edilən Zərmihr bütün tədqiqatçılar tərəfindən vaxtilə, mehrani Vardanın arşak xanədanından 60 nəfəri nahara dəvət edərək, onlara "zəhərli çörək" verib hamısını məhv edərkən sağ buraxdığı yeganə nümayəndənin adı hesab edilir. Lakin unutmaq olmaz ki, "Alban ölkəsinin tarixi"ndə padşah nəslindən olan daha bir Zərmehrin də adı çəkilir: Deyləm hakiminin oğlu Zərmehr-e Varaz Kürdəkeyan, – o, qardaşı Məhəmməd-e Şiruyan ilə birlikdə Albaniyada Albaniya çarının bağışladığı torpaqlarda məskunlaşmışdı, 703–705-ci illər arasında baş tutmuş Bərdə kilsə qrultayında iştirak etmişdir. Səhl ibn Sunbata xəlifə tərəfindən "Erməniyyə, İberiya və Albaniya üzərində" ali hakimiyyətin verilməsini göstərən "Alban ölkəsinin tarixi"ndə, cəmi 1 il sonra adı çəkilən 3 ölkə hakiminin artıq "hökmdarlar ağası" Hovannesin olması qeyd edilir. Bundan sonra tarix səhnəsində uzun müddət Səhl ibn Sunbatın adına təsadüf olunmur. Yalnız X əsrin ikinci yarısı – X əvvəllərində yaşamış erməni tarixçisi Tovma Artsruni, 980-ci ildə yazmağa başladığı əsərində Səhl ibn Smbatın 854-cü ildə Xaçın hakimi Atrnerseh və Artsakdakı Ktiş hakimi Yesai əbu Musa ilə birlikdə ərəb sərkərdəsi Buğa əl-Kəbir tərəfindən tutularaq Xilafətin paytaxtına aparıldığını yazır. Lakin eyni hadisə barədə məlumat verən ərəb mənbəsi Samirəyə göndərilənlərin adları arasında Səhlin yox, oğlunun – Arran patriki Müəvviyə İbn Səhl, ibn Sunbatın adını çəkir. Mümkündüqr ki, Tovma Artsruni mətndə Müəvviyənin adını buraxmış, əvəzində mətndə yalnız Müəvviyənin atasının adı qalmışdır; əgər belədirsə, deməli, Tovma Artsruninin Şəki hakimi kimi təqdim etdiyi şəxs, İbn əl-Əsirdə Arran batriki kimi göstərilir; Səhl ibn Sunbat isə Babəyi ərəblərə təslim edəndən 1 il sonra artıq həyatda olmamışdır. Tarixi mənbələrdə Səhl ibn Sunbat haqqında olan məlumatlar yalnız onun Araz çayı ətrafındaki fəaliyyəti ilə bağlı olmaqla məhdudlaşsa da, Tovma Artsruninin Səhl ibn Sunbatı birdən-birə Şəki hakimi kimi təqdim etməsi həqiqətən də mübahisə doğurur. Lakin bir çox tədqiqatçılar bunu ciddi qəbul edirlər. O cümlədən, Vladimir Minorski də Şəki vilayəti hüdudlarının Sunbatman adlı qalada qurtarmasının və bu qalanın adının da "Sunbat evi" mənasını daşımasının birbaşa Səhl ibn Sunbatla əlaqəli ola biləcəyini əsas götürərək, Tovma Artsruninin yazdığını – yəni Səhl ibn Sunbatın Şəki hakimi olmasını ciddi qəbul edir. Mehranilər sülaləsinin hakimiyyət dövrü "Albaniya tarixi" görə isə 886-cı ildə "mömin knyaz Hammam" tənəzzül etmiş Albaniya çarlığını bərpa etmişdir. Qriqori Hammamın Mehranilər sülaləsinin davamçısı olması aşağıdakı nəsil şəcərəsindən aydın görünür: Qriqor Hammamın bərpa etdiyi Albaniya çarlığına Kürün sol sahilindəki ərazilərin, o cümlədən, Şəkinin də daxil olub-olmaması barədə mənbələrdə konkret heç nə deyilmir. Yalnız məlumdur ki, Hammamın əvvəlcə oğlu, sonra isə nəvəsi X əsrdə Şəkidə hakimiyyətdə olmuşdur. 906/907-ci il tarixli Tatev monastırının mülki haqqında sənəddə adının çəkilməsi. Stepanos Orbelyanın "Sünik vilayətinin tarixi"ndə Atrnersehin Albaniya knyazları Saak və Qriqor Yesaye ilə birlikdə və Albaniya katolikosu Simeonun (902–923) iştirakı ilə 906/907-ci ildə təsdiq etdiyi Tatev monastırının mülki haqqında sənəddən bəhs edilir. 906-cı il hadisələrində "heretilərin çarı", yaxud "patrik Adarnerse". 906-cı ildə Abxaz çarı III Konstantin(en) və Kaxeti xorepiskopu I Kvirike(en) Şəki ərazisinə daxil olaraq Vecini qalasını mühasirəyə aldılar. Vecini qalası Şəkinin Kaxeti ilə sərhəddəki ilk qalalarından biri hesab olunurdu; Eredvi kəndindəki kilsənin kitabəsində göstərilir ki, 906-cı ilin yayında abxaz çarı III Konstantin Bu hadisə "Kartli salnaməsi"ndə ("Matiane kartlisay"da) aşağıdakı şəkildə təsvir edilir: 909-cu il hadisələrində "Albaniya çarı Atrnerseh". Erməni katolikosu və tarixçisi Ovanes Drasxanakertli(ru) müəllifi olduğu "Ermənistan tarixi"ndə Albaniya çarı Atrnersehin adını çəkir; Ovanes Drasxanakertli 909-cu ilin yayında Ermənistandan baş götürüb "Qafqazın şimal-şərqinə" – Albaniya knyazı Saakın (Sevedanın) və Albaniya çarı Atrnersexin yanına qaçmışdır.Xayzan şəhərindəki "çar Adzarnarse". X əsr ərəb müəllifi İbn Rüstənin yazılma tarixi ən geci 930-cu il hesab olunan əsərində göstərilir ki, Adının "Albaniya tarixində" çəkilməməsi və bunun ehtimal olunan səbəbi. "Albaniya tarixi"nə görə Qriqor Hammamdan sonra hakimiyyətə oğlu Sahaq Sevada gəlmişdir: Yuxarıda 906/907-ci il tarixli Tatev monastırının mülki haqqında sənəddə və 909-cu il hadisələrində Sahak Sevedanın adının çəkilməsi, ikincidə "Albaniyanın böyük knyazı" kimi təqdim edilməsi barədə məlumat verildi. Onun həqiqətən, Girdimana hakim olması, Coraygeti tutması, erməni çarı ilə mübarizə etməsi erməni mənbələri tərəfindən də təsdiqlənir. Bununla yanaşı, erməni mənbələrində Saak barədə daha dəqiq və daha ətraflı məlumatlar var. Məsələn, Ovanes Drasxanakertli Saakın erməni çarı II Aşotun(ru) (914–928/929) qayınatası və müttəfiqi olduğunu göstərir. Bununla yanaşı Ovanes Drasxanakertli məlumat verir ki, Saakın Coraygetdəki (Ağstafaçay ətrafı) qalaları tutması, bu mahalı öz knyazlığının ərazisinə qatması kürəkəninin xoşuna gəlməmiş, qayınatasının üzərinə qoşun yeritmiş, sonda təslim olan Saakın və Saakın oğlu Qriqorun gözlərini çıxartdırmışdır."Albaniya tarixi"ndə Qriqor Hammamın 5 oğlunun olması göstərilsə də, onlardan yalnız 3-nün adı çəkilir; böyük oğlu Əbu Əlinin digər oğlu Smbat tərəfindən öldürülməsi qeyd edildikdən sonra, yalnız bir oğlunun – Saak Sevadanın evladlarının, nəvə-nəticələrinin adları açıqlanır, Atrnersex və 5-ci oğlu barədə isə heç nə deyilmir, nəinki, onların övladları barədə. Buna diqqət yetirməyən bəzi tədqiqatçılar, çox vaxt Şəki hakimi Atrnersexi və onun oğlu İşxan Əbu Əbdülmaliki müvafiq olaraq, "Albaniya tarixi"ndə adları çəkilən Saak Sevedanın nəvələri Atrnersex və Seveda İşxanla eyniləşdirməyə cəhd edirlər, bəzən isə Moisey Kalankatuklunun "qeyri-dəqiqliyə" yol verməkdə günahlandırmağa çalışırlar."Albaniya tarixi"ndə Qriqor Hammamın yalnız bir oğlunun – Saak Sevadanın, evlad və nəvə-nəticələrinin adlarının açıqlanmasının səbəbi isə bu ola bilər ki, kitabın son cildi yazılarkən, Saak Sevadanın nəticəsi İoan Senekerim hələ sağ idi və hansısa ərazinin hakimi idi. Məhz bu amil "Albaniya tarixi"ndə onun nəsil şəcərəsinə daha çox diqqət yetirilməsinə, özünün isə padşah kimi təqdim edilməsinə səbəb ola bilərdi. İşxan Əbu Əbdülmalik İşxanniki Stepannos Orbelean da "Albaniya hökmdarı" kimi tanıyır."Kartli salnaməsi"ə görə İşxanın həm də "Əbu Əbdülmalik" adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941–957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş.Müasir erməni tədqiqatçılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta pravoslav məzhəbindən imtina etmişdir.Bununla da tarixi mənbələrin və müasir tədqiqatçıların İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir. Lakin tarixi mənbələrdə İşxan Əbu Əbdülmalikdən sonra yalnız 1010-cu il üçün növbəti Şəki hökmdarının – onun anasının adı çəkilir. Bu nöqteyi-nəzərdən İşxan Əbu Əbdülmalikin hakimiyyət dövrü 1010-cu ilədək davam edə bilərdi. XI əsrin son rübünün əvvəlində naməlum müəllif tərəfindən yazılmış "Tarix-i əl-Bab"a görə 981/982-ci ildə şirvanşah Məhəmməd ibn Əhməd (881–991) Qəbələni ələ keçirmiş, Qəbələ hakimi Əbdülbar ibn Ənbası əsir götürmüşdür. Bu hadisədən düz 10 il sonra, 992-ci ildə – Məhəmməd ibn Əhmədin qardaşı Yəzid ibn Əhmədin hakimiyyəti dövründə (991–1027), Qəbələ mahalında şirvanlılarla şəkililər arasında böyük müharibə baş vermiş, döyüşlərdə şirvanşahın vəziri Həbəşi və Şirvanın adlı-sanlı sərkərdələrinin 400 süvarisi həlak olmuşdur. Çariça Dinar "Kartli salnaməsi"nə görə gürcü çarı III Baqrat (1008–1014/15) (abxaz çarı II Baqrat (975–1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976–1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur. Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) III Baqrat yenidən Heretini tutmuş və çariça Dinarı əsir götürürmüşdür.Yuxarıda qeyd edildiyi kimi, çariça Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi və o, oğlu İşxan Əbu Əbdülmalikə pravoslav məzhəbini qəbul etdirmişdi. Əsir götürüldüyü zaman isə onun 90-dan çox yaşı olmalı idi. XI əsr gürcü tarixçisi Sumbat Davitisdze(en) yazır ki, III Baqratın ölümündən sonra (1014, yaxud 1015), oğlu Burada adları çəkilməsə də çariça Dinarın və Kaxeti xorepiskopu III Kvirikenin (sonralar Böyük Kvirike adlandı) 4–5 ildən sonra müvafiq olaraq Şəkidə və Kaxetidə yenidən hakimiyyətə qayıtmalarına işarə olunur. "Kartli salnaməsi"ə görə III Baqrat çariça Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir götürmüş və özü ilə sarayına aparmışdı. Lakin bundan sonra tarixi mənbələrdə yalnız III Kvirikenin həyat və fəaliyyəti haqqında məlumatlar var, çariça Dinar haqqında isə heç bir məlumat yoxdur. Hesab edilir ki o, XV – XVI əsrin əvvəllərinə aid rus povestlərindən birinin – "İberiya çariçası Dinara haqqında povest"in baş qəhrəmanidir. Həmçinin iddia edilir ki, o, Qafan şəhəri yaxınlığında yerləşən Vahanvəng monastırında dəfn olunub və qəbri də indi orada durur. Şəkililər 1021/22-ci ildə Bizans-gürcü müharibəsində 1014-cü ildə başlamış və 1023-cü ilə qədər davam etmiş Bizans-gürcü müharibəsində Şəki ordusu 1021/22-ci ildə gürcü çarı I Georginin müttəfiqi kimi Bizans imperatoru II Vasiliyə qarşı iştirak etmişdir. Sumbat Davitisdzenin yazdığına görə Şəki ilə Kaxetinin birləşməsi və Arevmanel sülələsinin hakimiyyət dövrü Şəkinin qərbində yerləşən Sanariya/Kaxetinin hakimləri XI əsrin birinci rübünün ortalarına qədər "xorepiskop" titulu daşıyırdılar. Belə ki ilk dövrlərdə Sanariya xorepiskopları dini hakimiyyətlə yanaşı, dünyəvi hakimiyyəti də əllərinə almış, bundan sonra sanarlara rəhbərlik edərək Kaxetinin birləşdirilməsinə və erkənfeodal gürcü dövlətinin – Kaxeti knyazlığının yaranmasına nail olmuşdular. Nəticədə bu dövlətin başında duran knyazlar ənənəvi qaydada xorepiskop titulu qəbul edirdilər. Xorepiskop titulu artıq teokratik funksiyasını itirmiş, feodal dövlətinin dünyəvi başçısının tituluna çevrilmişdir.Yuxarıda məlumat verildi ki III Baqrat çariça Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir almış və özü ilə sarayına aparmışdır; hər ikisi III Baqratın ölümündən sonra sərbəstlik əldə edərək yenidən öz ölkələrinə sahib olmuşlar. Bundan təxminən, 20 il sonrakı hadisələri təsvir edən tarixi mənbələrdə isə III Kvirike artıq xorepiskop kimi yox "ranları və kaxların çarı" kimi təqdim edilir. Nəzərə alsaq ki "rani" gürcü dilində Qafqaz Albaniyasına verilən adlardan biridir və Şəki dövləti həm də "Albaniya", Şəki hökmdarları isə "Albaniya çarları" kimi tanınırdı, o zaman məlum olur ki, III Kvirike dövründə Şəki ilə Kaxeti birləşmişdir. David Musxeleşvili hesab edir ki, Şəki ilə Kaxeti konkret olaraq 1008-ci ildə birləşmiş, lakin bu birləşmə elə həmin il III Baqratın Heretini, sonra isə Kaxetini tutması nəticəsində davamlı olmamış, lakin XI əsrin iyirminci illərində bərpa olunmuşdur. Şirinbəy Hacıəli isə birləşmənin 1014-cü ildən sonra baş verdiyini ehtimal edir. İlk mənbələrdə isə 1008-ci ildə III Baqratın Heretini tutmasından sonra ta XI əsrin otuzuncu illərinədək Şəki ilə Kaxetinin birləşməsi ilə bağlı heç bir məlumat yoxdur. Şəki ilə Kaxetinin birləşməsindən sonra meydana çıxan yeni dövlət gürcü mənbələri istisna olmaqla, digər mənbələrdə "Şəki", yaxud "Albaniya" adlanıb. Bu birləşmə 1104-ci ilə qədər – gürcü çarı IV David tərəfindən Kaxetinin tutulmasına qədər davamlı olmuş, III Kvirikedən sonra onun bacısının oğlu, nəvəsi, nəticəsi və ən nəhayətdə kötücəsi hakimiyyətdə bir-birlərini əvəz etmişlər. Böyük Kvirike Tarixi mənbələrdə ilk dəfə olaraq 1032 – 1037/38-ci illər arasında baş vermiş hadisənin təsvirində Kvirike "ranların və kaxların çarı" və "Böyük Kvirike" kimi təqdim olunur. Erməni tarixçisi Vardan Arevelsi (Böyük Vardan) Böyük Kvirikeni Albaniya çarı kimi tanıyır. 1037/38-ci il Tiflisin mühasirəsi zamanı Böyük Kvirike artıq həyatda yox idi. "Kartli salnaməsi"nə görə o, ov zamanı hansısa osetin qul tərəfindən qətlə yetirilmişdir, səbəbi də bu imiş ki, hansısa döyüşdə osetin çarını öldürmüşdür. Nümuzmatikada Böyük Kvirikenin adı olan 3 dənə sikkə məlumdur: Böyük Kvirikenin övladı olmadığı üçün onun ölümündən sonra hakimiyyətə bacısı oğlu Qagik keçdi. Böyük Kvirikenin başqa bacısının əri Aşot Marileli – Alazan çayının mənbəyi yaxınlığında yerləşən Marelisi qalasının sahibi də hakimiyyətə iddialı idi.Yuxarıda qeyd edilən Tiflisin 1037/38-ci il mühasirəsi isə "Kartli salnaməsi"nə görə Kürün sağ sahili tərəfdən gürcü çarı IV Baqratın (1027–1072), solsahildən – İsani qalası tərəfdən, Kaxeti çarı Qagikin "kaxetilərin və heretilərin" ordusu ilə şəhərə yaxınlaşması ilə başlamış və iki il davam etmişdir. Sonda IV Baqrat Tiflis hakimi Cəfər ibn Əli ilə sülh bağlamış, bundan sonra bəzi Kaxeti əyanlarını, o cümlədən hakimiyyətə iddialı olan Aşot Marilelini də öz tərəfinə çəkərək Kaxetiyə hücum etmişdir. Mikel və Qabriel dağında baş vermiş toqquşmada IV Baqrat qalib gəlir, Tianetiyə qədər irəliləyir, burada Böyük Kvirikenin tikdirdiyi məşhur Bodoci sarayını yandırır. Lakin öz ölkəsində Kldekari eristavı Liparitin (1021–1059) qiyamından ehtiyatlanaraq geri dönməyə məcbur olur. Bundan sonra IV Baqrat Liparita qarşı illərlə mübarizə aparmış, Qagik isə canlı qüvvə sarıdan Liparita köməyini əsirgəməmişdir. 1046-cı ildə Tiflis əmiri Cəfər ibn Əlinin ölümündən sonra sağsahil Tiflis əhalisi şəhərin bu hissəsini IV Baqrata döyüşsüz təslim etdi. Sol sahildəki İsani qalası müdafiəçiləri isə Kür çayı üzərindəki körpünü dağıdaraq IV Baqratı şəhərin bu hissəsinə buraxmadılar. Bu zaman Qagik İsani qalasının müdafiəçilərinin köməyinə gəldi və IV Baqratla danışıqlara gedərək qalanın onun əlinə keçməsinə imkan vermədi."Tarix-i əl-Bab"da 1049-cu il hadisələrindən bəhs edilərkən Şəddadilər dövləti ərazisində "kafirlərə" qarşı tikilmiş sərhəd qalalarının adları bir-bir sadalanır və onlardan üçünün – Tatiyan, Muckank və al-Baydau qalasının təyinatının məhz Şəki hakimlərindən gözlənilən təhlükənin qarşını almaq olduğu qeyd olunur. Daha sonra göstərilir ki, 1053-cü ildə Şəddadi hakimi Əbüləsvar Şavur (1022–1067) gürcülərin hansısa "Bəsrə" adlanan qalasını tutmuş, qalanı "adamlarla, ərzaqla və silahla gücləndirmişdir". Eyni ildə Şirvanşah Sallar ibn Yəzid (1050–1063) isə Şəki ilə Şirvan arasına yerləşən "Maluq", yaxud "Baluq" adlı qalanı silah gücünə tutmuş, orada qarnizon, silah və ərzaq yerləşdirərək qalanın müdafiə qabiliyyətini gücləndirmiş, əlavə olaraq qalanın yaxınlığında qala kimi bir şəhər də saldırmış və həmin şəhəri məskunlaşdıraraq orada Cümə məscidi tikdirmişdir. Maluq qalası kimi Bəsrə qalasının da Şəki ərazisində olması ehtimal edilir və bu nöqteyi-nəzərdən 1053-cü ildə Şirvanşah Sallar ibn Yəzid ilə Şəddadi Əbüləsvar Şavurun eyni vaxtda Şəkiyə hücum etmələri inandırıcı görünür. Nümuzmatikada Qagikin adı olan sikkə məlumdur. IV Baqratın Şəki-Kaxeti qalalarını tutması. IV Baqratın əbədi rəqibi, Şəki-Kaxetinin isə müttəfiqi olan Liparitin 1059-cu ildə Konstantinopolda ölməsindən sonra IV Baqrat Şəki-Kaxeti qalalarını bir-bir ələ keçirməyə başladı. Alp Arslanın birinci Gürcüstan yürüşünə (1064–1065) qədər IV Baqrat Kvetera və Naxçivani qalaları istisna olmaqla, artıq bütün Hereti və Kaxeti qalalarını tutmuşdu.Tiflisi və açarlarını qəbul etməsi və satması. "Tarix-i əl-Bab"a görə 1062-ci ildə Tiflisin tanınmış adamlarından bir qrupu Şəddadi hökmdarı Əbüləsvar Şavurun yanına gedərək Tiflisin açarlarını ona təqdim edirlər və ondan xahiş edirlər ki, kim olur olsun, bir nəfəri göndərsin qalanı təslim edək. Çünki Tiflis hakimi Cəfər ibn Əli ölüb, özündən sonra iki oğlu qalıb – Mənsur və Əbul Xeyc; və onlar arasında qalada hakimiyyət üstündə dava gedir. Əhali onların hər ikisini qaladan qovub. Gələnlər Əbüləsvar Şavurdan Tiflisə adamlar, ərzaq və silah göndərməsini istəyirdilər. Əbüləsvar Şavur əvvəlcə onların təkliflərini qəbul etsə də onun vəziri onu bu fikrindən daşındırır. Bundan sonra Əbüləsvar Şavur Tiflisin açarlarını gələnlərə qaytarır. Tiflisdən gələnlər geri dönürlər və bu açarı və qalanı Şəki hökmdarı Axsartan ibn Qagikə verirlər, Axsartan onları qəbul etmiş, onlara yaxşı hədiyyələr vermiş və yola salmişdir. Bundan sonra Axsartan onu Rum hökmdarına çoxlu pula satır və Rum hökmdarı ləngimədən ora mühafizəçilər göndərir, oranın adamlarını ərzaq və silahla təchiz edir.Şəddadi hökmdarı Əbüləsvar Şavurun Vecinini tutması və buna cavab reaksiyası. Şəddadi hökmdarı Əbüləsvar Şavur 1062-ci ildə Tiflisdən imtina etsə də elə 1063–1067-ci illər arasında Şirvana qarşı dəfələrlə qarətçi yürüşlər etmiş, yalnız birinci yürüşü zamanı 50 mindən çox adamı əsir götürmüşdür. Daskarat əl-Hüseyn qalasına sahib olması. "Tarix-i əl-Bab"a görə 1067-ci ilin aprel ayında "C.rx.sri ibn Kurki" şirvanşaha qarşı açıq-aşkar çıxış edərək, yaxud şirvanşaha qarşı üsyan edərək qoşun ilə Şəkiyə getmiş, Daskarat əl-Hüseyn qalasını ələ keçirmiş, öz qoşununu ilə birlikdə qardaşını və oğlunu ora yerləşdirmiş, lakin sonda qalanı Şəki hökmdarı Axsartan ibn Qağikə vermişdir. Şirvanşah qoşun toplayıb bu qalanı geri almağa getsə də uğur qazana bilməyərək kor-peşman Yəzidiyəyə qayıtmışdır.Alp Arslanın yanına gedərək islamı qəbul etməsi. Sədrəddin əl Hüsayninin "Əxbar əd-daylat əs-selcuqiyyə" əsərindəki 1067/1068-ci il hadisələrindən bəhs edilən bölmədə Şəki hökmdarı Axsartinlə bağlı aşağıdakı məlumatlar var: Zeda-Zedeni (Zedazeni) qalası Tiflisin şimalında idi və "Kartlis tsxovreba"nın XVI əsr redaktəsində ("Çariça Annanın siyahısı") çar Davidin həmin qalanı 1003-cü ildə ələ keçirməsi göstərilir. II Axsartan "Çarlar-çarı Davidin həyatı"na görə, Gürcü çarı IV David Zeda-Zedeni qalasını II Kvirikenin əlindən aldıqdan bir il sonra (1104) II Kvirike vəfat etdi; 1117-ci ildə Şəkinin müstəqilliyinə son qoyulması və bundan sonra Qriqol oğullarının (qriqolisdzelərin) Gürcüstanın ictimai-siyasi həyatında yeri 1117-ci ildə IV David Şəkinin yerli knyazı Qriqolun Asat və Şot adlı iki oğlunun sığındığı Kiş qalasını da tutaraq Şəki dövlətinin müstəqilliyinə son qoyur. 1125–1223-cü illər arasında yazılmış "Hökmdarların tarixi və mədhi" adlı anonim gürcü mənbəsində 1178-ci ildə gürcü çarı III Georgiyə qarşı Heretidə baş vermiş üsyanın rəhbərlərindən biri kimi Qriqol Asat oğlunun da adı çəkilir; o, həlledici döyüşdə atının öldürülməsi səbəbindən yıxılaraq yaralanmışdır."Hökmdarların tarixi və mədhi"nə görə çariça Tamaranın (1184–1213) hakimiyyətə başladığı ilk illlərdə Hereti eristavı Asat Qriqol oğlu idi. Daha sonra o, ali orqanda vəzifə almış, oğlu Qriqolu isə öz yerinə Hereti eristavı qoymuşdur.Beləliklə, məlum olur ki, 1117-ci ildə Şəkinin müstəqilliyi uğrunda Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat Qriqol oğlunun oğlu Qriqol Asat oğlu 61 il sonra 1178-ci ildə Şəkidə mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyanın rəhbərlərindən biri olmuş, onun oğlu Asat isə çariça Tamaranın dövründə əvvəlcə Hereti eristavı, sonra ali orqanın üzvü, Asatın oğlu Qriqol isə atasından sonra Hereti eristavı olmuşdur. Gürcü çarlarının rəsmi, yaxud qeyri-rəsmi titulları sırasına "ranların çarı", yaxud "Şəki çarı" titulunun əlavə edilməsi 1117-ci ildə sonra gürcü çarlarının rəsmi, yaxud qeyri-rəsmi titulıarı sırasına "ranların çarı", yaxud "Şəki çarı" titulunu da əlavə olundu. Məsələn, IV David XII əsrin əvvəllərində verdiyi fərmanlarından birində özünü "abxazların və kartvellərin, ranların və kaxların çarı" adlandırır.Təbrizdə aşkar edilmiş Gürcüstanın tanınmış adamlarının rəsmi məktub nümunələrindən ibarət 1219-cu ilə aid "Məktublar məcmuəsi"ndəki bir nümunədə David (IV David?) "Abxaz, Şəki, Alan və Rus çarlar çarı"; digərində hansısa (anonim) gürcü çarı "Gürcü, Abxaz, Alan, Şəki və Xəzər çarlar çarı"; üçüncündə isə çariça Tamaranın oğlu çar Georgi-Laşa "Abxaz, Şəki və Alan çarlar çarı" kimi göstərilir. XII əsr Şirvan şairi Fələki Şirvani gürcü çarı I Demetrenin ölümünə yazdığı qəsidəsində onu "Abxaz və Şəki şahlar şahı" adlandırırdı. Nümuzmatika Nümuzmatikada Böyük Kvirikenin adı olan 3 dənə sikkə məlumdur. Bunlar 2012-2013-cü illərdə – ikisi Çuxur Qəbələdə, biri isə Sisianda (Ermənistan) tapılmışdır. İslam nümuzmatik ənənələrinə uyğun olaraq sikkələrdə kəlmeyi-şəhadət, xəlifənin adı da həkk olunub. Ermənistanda tapılan sikkənin metal təlkibi 60 % gümüş, 40 %-i isə misdən ibarətdir. Sikkələrin bir üzündə Kvirikenin adı, titulu, atasının adı ərəb hərfləri ilə ərəb dilində üç sətrdə belə həkk olunub: Böyük Kvirikenin xələfi olmuş Qagikin sikkələrinin də bir üzündə ad və titulları ərəb dilində həkk olunmuşdur. Tarixi coğrafiyası David Musxelişvili Orta əsr gürcü mənbələrinə əsəsən Şəki çarlığının tarixi sərhədlərini aşağıdakı şəkildə göstərir: Şirinbəy Hacıəliyə görə isə Orta əsr gürcü mənbələri Şəki/Heret çarlığının sabit sərhədlərini aşağıdakı şəkildə təsvir edir: 982/983-cü ildə yazılmış anonim mənbədə – “Hüdud əl-aləm”də, Şəki 70 fərsəx uzunluğu olan bir vilayət kimi təqdim edilir. Mənbədə Şəki ilə Tiflis arasında uzunluğu 20 fərsəx olan Sanar vilayətinin yerləşməsi, Qəbələnin isə Şəki-Şirvan-Bərdə arasında olması, Şəki vilayəti əhalisinin müsəlman olması, amma burada həm də “kafir”lərin yaşaması, vilayət hüdudlarının Arranın paytaxtı Bərdə şəhərinin qapısı qarşında yerləşən və nə vaxtsa rusların düşərgəsi olan Mübarəki adlı böyük kəndən başlamaqla (“əvvəli-həddi”) Sunbatman adlı möhtəşəm qala-şəhərdə bitməsi (“axiri-həddi Şəki”), vilayət ərazisində Bərdədən çox da uzaqda olmayan Suq əl-Cəbəl adlı şəhərin olması da qeyd edilib. Vladimir Minorski hesab edir ki, Sunbatman qala-şəhərinin adı “Sunbatın evi” mənasını daşıyır və birbaşa Səhl ibn Sunbatla bağlıdır. İnzibati ərazi vahidləri – eristavlıqlar Vaxuşti Baqrationi Böyük Kivirike dövründə Kaxetinin 3, Heretinin isə 4 eristavlıqdan ibarət olduğunu göstərir. Onun fikrincə, Şəki-Kaxeti ərazisində yerləşən 1-ci eristavlıq – inzibati mərkəzi Rustavi olmaqla bütün Kuxeti ərazisini (Kaxeti), 2-ci eristavlıq – inzibati mərkəzi Kvetera olmaqla Ucarmadan yuxarıdakı əraziləri (Kaxeti), 3-cü eristavlıq – inzibati mərkəzi Pankisi, yaxud Marili olmaqla Hereti sərhədlərindən başlayaraq Qafqaz dağlarınadək uzanan ərazləri əhatə edirdi (Kaxeti); 4-cü eristavlıq – inzibati mərkəzi Xornabuci, yəni Xoranta olmaqla Kisixlə birlikdə, Kuxeti hüdudlarına qədər Qanıxçay ilə Kür çayı və Hereti dağları arasındakı Qaret-Kaxeti (Daxili Kaxeti) ərazisini (Şəki/Hereti), 5-ci eristavlıq – inzibati mərkəzi Vecini olmaqla Kisix hüdudlarından yuxarıdakı Turdo çayı ilə Kür çayı və Hereti dağları arasındakı ərazini (Şəki/Hereti), 6-cı eristavlıq – inzibati mərkəzi Maçsi olmaqla Maçis-tsxali (Mazımçay) çayından aşağıdakı və Şakixi ilə Xunzaxi daxil olmaqla Qanıxçayın şərqindəki əraziləri (Şəki/Hereti), 7-ci eristavlıq – inzibati mərkəzi Ştori olmaqla, Ştori çayından Maçis-tsxaliyə qədər, Didoeti də daxil olmaqla Qanıxçayın şimal-şərqindəki əraziləri əhatə edib (Şəki/Hereti).Gürcü tədqiqatçılarından Mariam Lordkipanidze hesab edir ki, görünür bu məsələdə Vaxuştinin mənbəsi “Kartli salnaməsi” olmuşdur. Məsələn, orada XI əsrin 40-cı illərində IV Baqratın Kaxetiyə (Kaxetiyə və Heretiyə) hücum etməsindən bəhs edilərkən, həmin vaxt onun Pankisi eristavı Varcanisdzeni, Xornabuci eristavı – Vaçeni (Qurgen Berinin oğlu), Ştori və Maçeli eristavı – Cedini (Qoderzinin bacısı oğlu) əsir götürməsi barədə məlumat verilir, Alp Arslanın dövrünə aid bəhsdə isə Vecini eristavı Sirkvalelinin adı çəkilir. Vaxuşti eristavlıqlarının adlarını sadalayarkən yalnız həmin mənbədə adları çəkilən eristavların idarə etdikləri eristavlıqların adlarını göstərmişdir. Amma ehtimal etmək olar ki, digər eristavlıqlar da mövcud olmuşdur; məsələn, 8-ci eristavlıq – Arişi eristavlığı (Şəki/Hereti), 9-cu eristavlıq – Kiş eristavlığı (Şəki/Hereti) və s.“Tarix-i əl-Bab”da Kldekari eristavı İvan ibn Lifaritin (Liparitin) “Şəki-Curzan” batriki kimi təqdim edilməsinə görə isə 10-cu eristavlıq – Kldekari eristavlığının (Şəki/Hereti, yaxud Kaxeti) adını da bu siyahıya əlavə etmək olar. Şirinbəy Hacıəli isə Vaxuşti Baqrationinin Şəki ilə birlikdə Xunzaxı da Maçin eristavlığına aid etməsi ilə razılaşmır. Onun fikrincə, Etnik tərkib Tədqiqatçıların fikrincə, XI əsr gürcü tarixçisi Sumbat Davitisdze sanarlar ilə şakları eyni xalq kimi göstərir.Lakin, əgər sanarların etnik mənşəyi mübahisəli hesab olunursa və bir sıra tədqiqatçılar onları Qafqaz xalqlarının şərq qurupua aid edir, digər tədqiqatçılar isə onları gürcü hesab edirlərsə, Sumbat Davitisdzedə adı çəkilən şakların – yəni şəkililərin, alban tayfası olması üzərində heç bir mübahisə yoxdur. Gürcü tədqiqatçıları da hesab edirlər ki, David Musxeleşviliyə görə, Daha sonra David Musxeleşvili Şəkinin Şərqi Gürcüstanda adi bir gürcü vilayəti olmasının sübutu kimi erməni tarixçisi Vardanın “Şəki quqarlar vilayətidir” yazdığını əsas göstərərək monoqrafiyasını bitirir.Lakin, digər tədqiqatçı Quram Qumba, Vardanın “Aşxarasuys” əsərinin üç əlyazma nüsxəsində heç də “Şəki quqarlar vilayətidir” yox, əslində “Şəki qarqarlar vilayətidir” yazıldığını, erməni tarixi-ədəbiyyatında “qarqarlar” əvəzinə “quqarlar” yazılması ilə bağlı bunun yeganə fakt olmadığını, başqa belə faktlara da təsadüf edildiyini göstərir, daha sonra qeyd edir ki, “Aşxarasuys”da “Albaniya” və “Qarqarasik” sözləri “Şəki” sözünün ekvivalentidir; David Musxeleşvilinin Vardandan iqtibas gətirdiyi cümlənin ən doğru tərcüməsi isə “Şəki Qarqarsikdir”, yəni “Şəki Albaniyadır” mənasındadır. Şəki və Şəki-Kaxeti hökmdarları narrativ mənbələrdə necə təqdim edilirlər? Mehranilərin, o cümlədən, Qriqori Hammamın nəsil şəcərəsi Arevmanelilərin nəsil şəcərəsi Həmçinin bax Şəki (tarixi ərazi) Xarici keçidlər ENCYCLOPÆDIA IRANICA. ŠAKKI.
https://az.wikipedia.org/w/index.php?curid=407363
Şəki kənd bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=114934
Şəki mahalı
Nuxa dairəsi və ya Nuxa mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1930-cu ilin yanvar–avqust aylarında mövcud olmuş inzibati-ərazi vahidi. Şəki dairəsi və ya Şəki mahalı kimi də anlandırılmışdır. Nuxa dairəsi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsinin iki yerə (Zaqatala və Şəki dairələrinə) bölünməsi nəticəsində müstəqil inzibati vahid kimi yaradılmışdır.SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Nuxa dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir. Həmçinin bax Nuxa qəzası
https://az.wikipedia.org/w/index.php?curid=809662
Şəki mədəniyyəti
Şəkinin əsası VIII əsrdə qoyulmuşdur. Zəngin mədəni irsə məxsus olan Şəki şəhəri qırmızı damları, sakinlərinin yumor hissi və Hacı dayı lətifələri ilə məşhurdur. Şəkinin ən məşhur memarlıq abidələri Nuxa qalası, Şəki xan sarayı, Şəkixanovların evi, Dairəvi məbəddir. Şəki memarlığının spesifik xüsusiyyəti Azərbaycan ustalarının yapışqan və ya mismarsız kiçik odun parçalarını rəngli şüşələrlə tamamlayaraq, hazırladığı pəncərə — şəbəkədir. Şəkinin məşhur yeməkləri Şəki halvası və pitidir. Şəkidə Azərbaycan dilinin xüsusi bir dialekti danışılır. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır.Şəki şəhərində "Şəki" (əvvəlki adı "Şəki fəhləsi"), "Şəkinin səsi", "İpəkçi", "Şəki bələdiyyəsi", "Region Şəki", "Şəki təhsili", "Şəffaf Biznes" qəzetləri nəşr olunur. Həmçinin peyk vasitəsilə dünyaya yayımlanan ARB televiziya kanalı " ARB ŞƏKİ " də Şəki şəhərində fəaliyyət göstərir. Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib.
https://az.wikipedia.org/w/index.php?curid=490264
Şəki məlikliyi

https://az.wikipedia.org/w/index.php?curid=477206
Şəki olduğu kimi (film, 2011)
Ssenari müəllifi : Eldar İsgəndərzadə Quruluşçu rejissor : Elşən Zeynallı Quruluşçu operator : Ramin Bəşirov Səs rejissoru : Tariyel Babayev Montaj : Tariyel Firudinoğlu Redaktor : Azər Xəlilov Prodüser : Röya Əliyeva Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=279329
Şəki oyması
Şəki oyması — Birinci növ buğda unu – 617q, şəkər – 195q, kərə yağı – 74q, süd və ya qatıq – 150q, yumurta – 2ədəd, maya – 10q, ədviyyat qarışığı (hil, zəncəfil, keşniş toxumu, muskat qozu, c.vüz, darçın) – 5q, zəfəran – 0,1q, xaşxaş – 3q, duz. Hazırlanma qaydası Opara üsulu ilə mayalı yağlı şirin xəmir yoğrulur. Xaşxaş, yumurta sarısı və zəfəran şirəsinin bir hissəsi ovmanın üzərinin bəzənməsi üçün saxlanılır. Xəmir gəldikdən sonra 700–800 qramlıq paylar kəsilir, 15–20 mm qalınlıqda 180–190 mm diametrdə yayılır, üzərinə naxış vurulur, 25–30 dəqiqə saxlanıldıqdan sonra üzərinə zəfəranlı yumurta sürtülür. Xaşxaş səpilir, 30–35 dəqiqə ərzində 190–200 °S temperaturda bişirilir. Xarici keçidlər Şəki oyması
https://az.wikipedia.org/w/index.php?curid=125547
Şəki paxlavası
Şəki halvası və ya Şəki paxlavası — Azərbaycan Respublikasının Şəki rayonuna xas şirniyyat məhsulu. Tərkibi düyü unu, su, fındıq və ya qoz, şəkər tozu və keşniş toxumundan ibarət olur. Həmçinin bax Quba paxlavası Quba bükməsi Gəncə paxlavası
https://az.wikipedia.org/w/index.php?curid=532028
Şəki pitisi
Şəki pitisi - Azərbaycanın milli yeməyi. Ləvazimatlar Sümüksüz qoyun əti - 163 q. Noxud - 30 q. Quyruq - 20 q. Baş soğan - 18 q. Şabalıd - 30 q. Quru gavalı - 20 q. Zəfəran - 0,1 q. Duz – zövqə görə. Sumaq – zövqə görə. Hazırlanışı Adi piti kimi hazırlanılır. Lakin kartof əvəzinə şabalıd götürülür. Şabalıd ayrıca bişirilir və təmizlənilir. Payız vaxtı hər paya 30 q heyva qatılır. Pitinin yanında sumaq və təmizlənmiş baş soğan verilir. Azərbaycanın sulu xörəkləri Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=15538
Şəki qalası
Şəki qalası − əski Şəki şəhəri, yaxud Şəki şəhər-qalası. Barəsində Övliya Çələbinin (1611–1682) "Səyahətmamə" əsərində məlumat verilir. Övliya Çələbi 1647-ci ildə gördüyü Şəki şəhər-qalasını belə təsvir etmişdir: Həmçinin bax Nuxa qalası
https://az.wikipedia.org/w/index.php?curid=399827
Şəki qalası (Sünik)
Şəki qalası – Qərbi Azərbaycan (indiki Ermənistan respublikası) ərazisində qala-şəhər. Qala Qarakilsə rayonu (dəyişdirilmiş adı Sisiyan) ərazisində, Bazarçayın sahilində, Darvaztəpə dağının zirvəsində yerləşir. Şəki qalası Azərbaycanda eramızdan əvvəl VII-V əsrlərdə məskunlaşan Saka (Şaka, Saklar) adlı türk tayfasının adını qoruyub saxlayıb və qalanın da əsasının saklar tərəfindən qoyulması faktını da sübut edir. Son tədqiqatlar göstərmişdir ki, vaxtilə həmin ərazidə mərkəzi Şəki qalası olan vilayət mövcud olmuşdur. Şəki qalası Qafqaz albanlarından olan knyaz Səhl ibn Sunbatın əsas iqamətgahı kimi, Babək Xürrəmidinin də süqutunun şahididir. Şəki qalası həm də Qızıl Arslanla Nizami Gəncəvinin görüş yeridir.
https://az.wikipedia.org/w/index.php?curid=77252
Şəki qalası (Zəngəzur)

https://az.wikipedia.org/w/index.php?curid=304991
Şəki qəzası
Qəza 1840–1846-cı illərdə "Şəki qəzası", 1846–1918-ci illərdə isə "Nuxa qəzası" adlanmışdır. 1918–1929-cu illərdə qəza həm "Nuxa qəzası" və həm də "Şəki qəzası" adlanıb. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) dövründə parlament müzakirələrində qəzanın adı "Şəki qəzası" olaraq çəkilir. 1925-ci ildən 1929-cu ilə qədər – qəzanın ləğv edilməsinə qədər, qəzanın rəsmi qəzeti olan "Şəki fəhləsi" qəzetində qəzanın adı "Şəki qəzası" olaraq göstərilir. Lakin paralel olaraq eyni dövrə aid rusca statistik mənbələrdə qəzanın adı "Nuxa qəzası" kimi yazılmaqda davam edirdi. Tarixi coğrafiyası Qəzanın hüdudları Məlum olduğu kimi, 1819-cu ildə Şəki xanlığı ləğv edilərkən və yerində Şəki əyaləti yaradılarkən, xanlıq dövründə olduğu kimi, əyalətin də ərazisi şimalda Qafqaz sıra dağlarına, qərbdə Bləcik kəndindən sonra Alazan çayına, cənubda Kür çayına, Zərdab kəndinə, şərqdə Göyçay çayına qədər uzanırdı. 1858-ci ilə aid xəritədən görünür ki, onun qərb sərhədi artıq heç də Alazan çayına çatmır, Acınohur gölünün ortasındah keçir. 1883-cü ildə qəza ərazisində Ərəş qəzası təşkil edildikdə isə Nuxa qəzasının ərazisi 2 dəfəyə yaxın kiçildi. Nuxa qəzasının Ərəş qəzası ilə sərhəddi sabit olmamışdır. Məsələn, 1902-ci il xəritəsində Nuxa qəzasının ərazisində göstərilən Böyük Dəhnə, Kiçik Dəhnə və onların ətrafındakı bəzi kəndlər 1903-cü il xəritəsində Ərəş qəzası ərazisində göstərilir. Ərəş qəzası Azərbaycan SSR dövründə əvvəl inzibati mərkəzin adına uyğun olaraq Ağdaş qəzası adlandırıldı, sonra, 1926-cı ildə isə ləğv edildi. 1926-cı ilə aid statistik məlumatlardan aydın olur ki, həmin vaxt keçmiş Ağdaş qəzası ərazisinin bir hissəsi (Xaldan dairəsi) Nuxa qəzasında, bir hissəsi isə (Ağdaş dairəsi, Ağdaş şəhəri və s.) Göyçay qəzasında idi. Daxili inzibati bölgü 1913-cü ildə qəzada 30 kənd icması vardı: Statistik məlumatlar 1897-ci il ensiklopediyasında Nuxa qəzası haqqında məlumat (ixtisarla) "Nuxa qəzasının sahəsi 3346.7 verst², başqa sözlə 3808,7 km²-dir. Əhalisi 1 yanvar 1896-cı il tarixdə 94767 nəfər (51552 kişi; 43215 qadın) idi. Nuxa qəzası nisbətən varlı, sənayenin və ticarətin inkişaf etdiyi qəzalardandır. Qəzanın xarakterik cəhətlərindən biri də burada əhalisi çox olan kənlərin olmasıdır. Məsələn, Xaçmazda 4557, Baş Göynükdə 5084, Vəndamda 4323 nəfər adam yaşayır. Əhalinin məşğuliyyətində taxılçılıq, xüsusilə çəltik əkib-becərmək, bağçılıq, ipəkçilik əsas yer tutur. Qəzanın əhalisi çox olan kəndlərindən biri — Nic kəndi, hansı ki bu kənddə 5084 nəfər adam yaşayır, bağçılıq, ipəkçilik və əkinçilik sahəsində nəinki Nuxa qəzasında, hətta bütün quberniyada ən irəlidədir. Qəzada 1894-cü ildə 89,5 desyatin sahədə tütün əkilmiş və 1128 pud məhsul götürülmüşdür. Barama becərilməsi işində isə Nuxa qəzası Zaqafqaziyada birinci yerdədir. Qəzada 1893-cü ildə 81740 pud, 1894-cü ildə isə 89900 pud barama istehsal edilmişdir. Nic kəndində fındıq bağlarının sahəsi 9 desyatinə çatır. Vəndam kəndi isə alması ilə məşhurdur. Qəzada 1894-cü ildə 44930 vedrə çaxır istehsal olunmuşdur. 1891-ci ildə qəzada, Nuxa şəhəri istisna olmaqla, 5676 at, 938 eşək və qatır, 23500 baş inək, 7650 baş camış, 47850 qoyun, 3250 keçi, 660 donuz vardı. Qəzada 8 ibtidai kənd məktəbi, 5 erməni-qriqoryan kilsə məktəbi, 1 pravoslav kilsəsi, 44 erməni-qriqorian kilsəsi, 2 monastır, 261 məscid, 3 sinaqoq fəaliyyət göstərirdi. Qəza əhalisinin 69,6%-i azərbaycanlılar, 15,7%-i ermənilər, 7,8 %-i udinlər, 4,6-i kürəlilər (Samur çayı hövzəsinin ləzgiləri), 1,9%-i yəhudilərdir, yerdə qalan hissə isə gürcülərdən və qaputlilərdən(?) ibarətdir. Əhalinin 74,5% müsəlmandır. Əhalinin 73,5% sünni məzhəblidir. Əhalinin 22,7% erməni-qriqorian məzhəblidir. Nuxa şəhərində 25 min nəfər adam yaşayır. Onların 81%-i azərbaycanlı, 18%-i isə ermənilərdir. Şəhərdə barama emalı işi çox inkişaf etmişdir. Şəhərdə 45 baramaaçan zavod, 4 kərpic zavodu, 8 dulusçuluq emalatxanası, 4 dabbağxana və 3 sabunbişirmə sexi var. Şəhərdə həmçinin, dördillik şəhər məktəbi, 2 erməni kilsə məktəbi, 1 pravoslav kilsəsi, 3 erməni-qriqorian kilsəsi, 28 məscid, xəstəxana, həkim və aptek də fəaliyyət göstərir". Nuxa qəzası 1917-ci idə 1917 ilin "Qafqaz təqvimi"nə görə, Nuxa qəzasının ərazisi 3685 verst² (4201 km²) idi. Qəzanın əhalisi 133505 nəfər idi. Əhalinin 73819 nəfəri (55,3%) kişi, 59686 nəfəri (44,7%) qadın, 131132 nəfəri yerli sakin, 2373 nəfəri müvəqqəti yaşayanlar idi. Qəzanın əsas əhalisi azərbaycanlılar (93557 nəfər və ya 70,1%) idi. Bundan başqa, qəzada 17751 (13,3%) erməni, 7861 müsəlman dağlı əhalisi (5,9%), 1831 (1,4%) rus qeydiyyata alınmışdı. Qəzanın mərkəzi Nuxa şəhəri (əhalisi 52243 nəfər) idi. 20 əsrin əvvəllində qəzada yüzdən çox ipəkəyirmə müəssisəsi vardı. 1926-cı ilə aid statistik məlumatlarda Nuxa qəzası əhalisinin sayı və etnik tərkibi Həmçinin bax Şəki əyaləti Yelizavetpol quberniyası Xarici keçidlər Rəşid bəy Əfəndiyev. Nuxa qəzasındakı asarü-ətiqələr haqqında, Bakı-1925.
https://az.wikipedia.org/w/index.php?curid=317953
Şəki rayonu
Şəki rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılmışdır. Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd etmişdir. A.Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı. A.Y.Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V.Dorn belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. "Nuxa" sözünün antik dövrdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir. Şəki adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi. I əsrdə Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz bu ərazidə yerləşirdi. İnzibati cəhətdən Qafqaz Albaniyası 11 vilayətə bölünürdü. Bunlardan biri də Albaniyanın şimal-qərbində yerləşən Şəki vilayəti idi. Ərəb istilası ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi əhəmiyyətə malik olan şəhərlərindən biri oldu. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat nəsli hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi. 1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. 1772-ci ildə Kiş çayınin daşması nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə məhv olmuş, şəhər əhalisinin bir qismi tələfata uğramış, bir qismi başqa yerlərə köçüb getmiş, bir qismi indiki şəhərin yerləşdiyi ərazidə məskən salmışdı. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə ərazi qəti şəkildə Rusiyaya birləşdirildi. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı. XIX əsrin II yarısında çar hökumət orqanları şəhəri idarə etmək üçün onu iki məhəlləyə Şəki və Qışlaq məhəllələrinə böldü. Bu dövrdə Qışlağın ərazisi hələ şəhər ərazisi ilə birləşməmişdi. Qala, qala ətrafı, ticarət və sənaye müəssisələri olan hissəsi şəhərin mərkəzi hesab olunur və iki hissəyə bölünürdü: yuxarı və ya ticarət hissəsi, aşağı və ya erməni hissəsi. Şəhər ətraflı hissələri Yuxarıbaş, Gəncəlibaşı və Nuxa -Qışlaq hesab edilirdi. Yuxarıbaş hələ XVIII əsrin sonu XIX əsrin əvvəllərində, Qaladan şərqə doğru salınmışdı. Şəki ərazisi getdikcə böyüdüyü üçün çar hökumət orqanları şəhərdə əlavə iki inzibati məhəllə yaratdı və 1860–1865-ci illərdə şəhər artıq iki məhəlləyə deyil, 4 məhəlləyə bölünürdü. Birinci məhəlləyə Qala və onun ətraf yerləri, ikinci məhəlləyə şəhər ətrafları daxil edilmişdi və buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul idi. Üçüncü məhəlləyə dabbaqxana daxil idi. Buraya başqa sənətkarlıq sahələri, o cümlədən boyaqçılıq daxil idi. Dördüncü məhəllə haqqında sənədlər məlumat vermir. Görünür bu məhəlləyə tacir və sənətkarların yerləşdiyi baş küçə və onun ətrafları daxil idi. 1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. 1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı. Tarixi abidələri Şəki şəhəri Azərbaycan tarixində mühüm yer tutur. Şəhərdə XVIII əsrə aid Şəki xanlarının evi, Qala divarları, Gileyli məscidinin minarəsi; XVIII–XIX əsrlərə aid Aşağı karvansara, Yuxarı karvansara; XIX əsrdən qalan Ağvanlar hamamı vardır. Rayonda VI əsrə aid "Gavur" qalası; orta əsrlərə aid Qudula qala yeri; Aydınbulaqda Ağcaqala qülləsi; Kiş kəndi yaxınlığında orta əsrlərə aid Kiş məbədi, XV əsrdən qalan "Gələrsən görərsən" qalası qorunur. Coğrafi mövqeyi Böyük Qafqazın cənub yamacında yerləşir. Mərkəzi Şəki şəhəridir. Şəki rayonunun şimalı Baş Qafqaz silsiləsinin cənub yamaclarına, mərkəzi hissəsi Qanıx-Əyriçay vadisinə, cənubu Acınohur alçaq dağlığına daxildir. Baş Qafqaz silsiləsindən cənuba doğru Qaflan, Layski, Qaraquzey, Qızılçay köndələn tirələri ayrılır. Dağlar arasında Şəki rayonunda Acınohur çökəkliyi (100–200 m) və Şəki yaylası (200–400 m) ayrılır. Mütləq hündürlük Baş Qafqaz silsiləsinin suayrıcısında 3683 m-ə qədər yüksəlir. Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir. Şəki rayonu ərazisində olan Baş Qafqaz silsilə sıra dağları Rusiya ilə həmsərhəd təşkil edir. Burada Seyidyurd (3690 m), Qaraqaya (3466 m), Nohur dağı (3625 m), Çaylaxan (3548m) zirvələri və Salavat aşırımı (2852 m) yerləşir. Baş Qafqaz silsiləsindən cəhuba doğru Qaraqaya, Layski, Çaxıl (3470 m), İncədağ, Burundağ, Qoçumırıx, Şüvətər, Qızılqaya ( 2274 m) və Xanyaylağı (2186 m) qol silsilələri uzanır. Rayon ərazisində Daşüz ( 828m), Gəmiqaya (729 m) və Axarbaxar (376 m) alçaq dağ silsilələri, Acınohur yaylası, Qanıx-Əyriçay vadisi, Trud, Acınohur, Turan, Sarıca, Qaratorpaq və Bolludərə düzləri vardır. Şəki dəniz səviyyəsindən 500–850 m hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000–3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır. Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, zəngin meşə örtüyünə malikdir. Çay sistemi Şəki rayonunun çay sistemi içərisində Əlicançay (Kür çayının sol qolu), Əyriçay (Qanıx çayının sol qolu) və onun qolları olan Şin, Kiş, Zəyzid və Güngüt çayları mühüm yer tutur. Şəki şəhəri Kiş çayının gətirmə konusunda yerləşir. Dağıdıcı sel hadisələri ilə Şin çayı ilə birgə bütün dünyada tanınan Kiş çayı (uzunluğu –34 km ) bir sıra qollara malikdir – Damarçın -10 km, Nohurçay – 5 km, Çuxadurmaz – 13 km, Qaynar – 10 km, Sarıgüney – 8 km, Duruca (Qurcana) 7 km, Göytəpə – 5 km, Duluzdərə ( Quruçay) –5 km, Təkəçuxur – 3 km, Donuzca –3 km, Oxuddərə – 3 km, Dodu (doludərə) –3 km , Qaraquzey – 3 km , Qızılqaya – 2,5 km, Qaranlıq dərə – 2,5 km və s. Şin çayının qolları isə – Qaraqayaçay, Babaçay, Seyidyurdçay, Qaflançay, Çaxılçay, Mehdilidərəçay, Baş Göynükçay, Quruçay, Şabalıdçay, Zunutçay qolları vardır. Şəki rayonu ərazisində Əyriçay süni dəryaçası və şor sulu Acınohur gölü də yerləşir. Şəkinin təbiəti çox rəngarəngdir. Burada çoxlu heyvan və bitki növləri mövcuddur. Qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə, boz qonur torpaqlar geniş yayılmışdır. Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir. Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilmişdir. Günəşli saatların illik miqdarı 2350 saatdır. Günəşli saatların 40 %-i yay aylarının payına düşür. İl ərzində 1 kvadrat santimetr yer səthinə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon və antisiklonlar, müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 °C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20–25 °C arasında dəyişir. Güclü küləklər (sürəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir, il ərzində cəmi 10–12 gün güclü külək olur. Sürəti saniyədə 1 metrdən az olan külək Şəkidə tez-tez müşahidə olunur. Yağıntının miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən azı yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və onu əhatə edən dağ və düzənliklər üçün səciyyəvidir. Sel hadisəsi daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsində yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biri sayılır. Quruçay adlanan yerdə Kiş çayının gətirmə konusuna uzun illər boyu dağlardan qum, daş, palçıq toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin Dodu məhəlləsinə nisbətən hündürdür.Tufan və dolu atmosfer hadisələrinin burada sıx əlaqəsi vardır. Dağlıq relyef, yay aylarında güclü qızma və yüksək buxarlanma Şəkidə dolu hadisələrinin əsas amilləridir. Şəkidə dolu olan günlərin orta illik sayı 1,4-dür, yəni 10 ildə 14 dəfə dolu yağır. Dəniz səviyyəsindən 500–850 m hündürlük, ətrafında olan dağ meşələri şəhərin qızmasının qarşısını alır. Dağ meşələri şəhərin sellərdən qorunmasına imkan verir, şəhərin mənzərəsini daha da gözəlləşdirir. Çimli dağ-çəmən, qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən-meşə, boz qonur torpaqlar yayılmışdır. Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Heyvanat aləmi zəngindir. Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır Landşaft xüsusiyyətləri 1. Çay dərələrinin allüvial çəmən torpaqlarında çəmən, çəmən-bataqlıq və kol bitkiləri. 2. Qabarıq, tirəli-axmazlı və delta düzənliklərində boz-çəmən və tuqay meşələrində meşə-kol və kollar. 3. Alçaq dağların çox parçalanmış dik yamaclarının (bedlend) boz və şabalıd dağ torpaqlarında qaratikan kolluğu və müxtəlif otlar. 4. Zəif və orta dərəcə parçalanmış dağətəyi maili düzənlik və çökəkliklərin boz- qonur şorakətli, boz –çəmən , ibtidai açıq şabalıdı dağ torpaqlarında yovşan, efemer və şoranotu. 5. Zəif parçalanmış alçaqdağlığın yayla və çökəkliklərində şabalıdı dağ torpaqlarında və meşədən sonrakı qəhvəyi dağ torpaqlarında arid meşə kolluğu, ağot, yovşan və daşdayan. 6. Parçalanmış alçaq dağ və yaylanın tünd şabalıdı və meşədən sonrakı boz-qəhvəyi dağ torpaqlarında kolluqlar (palıdın üstün olduğu palıd-vələs, qaratikan və Pallas murdarçası) 7. Dalğalı, az maili düzənliyin çəmən-meşə allüvial çəmən torpaqlarında çəmən –kolluq. 8. Maili dalğalı düzənliyin çəmən-meşə torpaqlarında lianlı qızılağac, yalanqoz meşələri. 9. Parçalanmış qabarıq düzənliyin daşlı allüvial meşə torpaqlarında palıd-vələs,qızılağac-yalanqoz meşə və ardıc-sarağan meşə kolluqları. 10. Parçalanmış alçaq və orta dağlığın tipik qonur dağ-meşə və meşədən sonrakı qonur torpaqlarında palıd-vələs və fıstıq (şabalıd ağacları ilə) meşələri. 11. Şiddətli parçalanmış orta və yüksək dağlığın çimli dağ-çəmən torpaqlarında subalp çəmənləri. 12. Şiddətli parçalanmış yüksək dağlığın torflu dağ-çəmən torpaqlarında alp çəmənləri. Şin çayı hövzəsində yerli əhali tərəfindən tanınan Danaveç, Qara Quzey, Çaxıl Kiçik və Böyük qoruq, Bırdaş, Salavat, Dəvəçi, Qaraarxac, Taxtalı, Tilkovur, Haney, Uzun sırt, Şiqaflan və s . kimi adlandırılan yaylaq, dağ və dərə landşaft mərzləri vardır. Kişçay hövzəsində Qızılbərə, Göytəpə, Çuxadurmaz, Donuzca, Şüvətər, Damarçın, Qoçumırıx, Kəm, Xurcunlar, Çalbayır, Törə, Tövlə qapısı və s. mərzləri vardır. Zəyzidçay hövzəsində Novbulaq, Çadırlı, Kiçik bitlicə, Böyük bitlicə, Kiçik və Böyük Çələncəz, Xərəndə mərzləri və Küngüt dərəsində isə Pirtala, Şaqa, Şanşan, Göyqoşan, Qoşan, Bibik, Qaz yaylası, Daşlıbərə, Vahab və s. yaylaq, dağ və dərə mərzləri mövcuddur. Şin, Kiş, Zəyzit və Küngüt çaylarının orta və aşağı axınlarına aid çay dərələrinin yamaclarında sağlam landşafta malik torpaq və bitki örtüyü mövcuddur. Burada qəhvəyi, tünd qonur və qonur torpaqlar daha çox vələs – palıd – fıstıq assosiasiyası ağaclarının yaratdıqları meşələrlə əlaqədardır. Burada bir qədər az miqdarda şabalıd, cökə, qoz, fındıq və ağcaqayın ağacları ilə yanaşı cır alma, armud, alça, zoğal, əzgil, yemişan və həmişəyaşıl ardıc kollarına da rast gəlinir. Meşə örtüyü sıx və sağlamdır, cüyür, qonur ayı, çöl donuzu, vaşaq və s. yaşayır. Dağ dərələrində, çay yataqları kənarı boyunca yerləşən çəmənlik sahələrdə çoxlu miqdarda semihumid tipli ot bitkiləri – adi gəndəlaş, gicitkən, dəvədabanı, yarpız, baldırğan, əvəlik, yonca və s. bitir. Dağətəyi və Qarasov düzənlik ərazilərin bitki örtüyü çox müxtəlif olub qovaq, söyüd, akasiya, sarağan, sumax və s. ağacları; börütkən, itburnu, nar, ardıc kolları; sığırquyruğu, dazıotu, sürvə, çobanyastığı, qaraqınıq (tatar çayı), boymadərən, çayır, südləyən, yovşan, qanqal və s. kimi semiarid ot bitkilərindən ibarətdir. Mineral-xammal ehtiyatları Şəki rayonunnun Təbaşir yaşlı süxurlarına aid karbonatlı gil-qum layları içərisində 15–20 m qalınlıqlı əhəngdaşı təbəqələri Daşbulaq, Qoxmuq, Oxud, Zəyzit kəndləri yaxınlığında yerləşir. Onlardan qədim zamanlardan başlayaraq kirəc alınmasında istifadə olunur. Rayonun Baş Layskı kəndi yaxınlığında XX əsrin 70–80 cı illərində polimetal yataq təzahürlərinin axtarış-kəşfiyyat işləri aparılmışdır. Rayonun Dəhnə və Cəfərabad kəndləri yaxınlığında , Acınohur alçaqdağlığı ərazisində XX əsrin 60-70 ci illərində neft-qaz axtarış kəşfiyyat işləri aparılmışdır. Şəki şəhərinin "Kərpic zavodu" məhəlləsində XX əsrin əvvəllərindən sənaye əhəmiyyətli gil yatağı istismar olunmuşdur. Allüvial-dellüvial mənşəli çöküntülərdən təşkil olunan gil layının ümumi qalınlığı 5 – 6 m-dir. Gil layı sarımtıl və qonur-qəhvəyi rənglidir. Gillərin üzərini, qalınlığı 1 m-ə qədər olan torpaq qatı örtür. İstehsal üçün yararlı olan xammal ehtiyatının həcmi təxminən 38 min kub metrdir. Şəki rayonunda sənaye əhəmiyyətli gil yataqları Daşüz və Qayabaşı kəndləri ərazilərində də mövcuddur. Yerli əhəmiyyətli gil yataqlarına Oxud, Baş Şabalıd və Baş Göynük kəndlərində yerləşən yataqları qeyd etmək olar. Çay Qaraqoyunlu kəndindən 1 km-ə qədər şimal hissədə yanar şist ( bəzən onu qonur kömür kimi də təqdim edirlər) təzahürləri mövcuddur. Ümumi qalınlığı 5 m-ə qədər olan gil layı içərisində 5 – 25 sm-lik tünd boz, boz və qonur yanar şist təbəqəsi yerləşir. Şəki rayonunun Şin və Kiş çaylarının gətirmə konuslarında Baş Göynük və Oxud kəndləri yaxınlığında tikinti işlərində yerli xammal kimi istifadə olunan çay daşları ehtiyatları vardır. Həmin ərazilərdə eyni zamanda qum, çınqıl, Əyriçay hövzəsində isə narın qum ehtiyatları var. Şəki rayonu ərazisində içməli su ehtiyatarı çoxdur. Bunlar içərisində Qaynar, Xan talası, Marxal, Söyüdlübulaq, Qaratoyuqbulaq, Soyuqbulaq ( Kiş çayı hövzəsində), İsitmə (Qurcana çayı), Göybulaq, Cəfərabad, Daşbulaq, Qozlubulaq, Baş Göynük (eyni adlı kəndlərdə), Muradbulaq (Zəyzid kəndi) və s. bulaqlar vardır. Qurcana çayı sahilində yerləşən " İsitmə " bulağının orta temperaturu 16o C-dir. Onun debiti bir dəqiqədə təxminən 5- litrdir. İri yaşayış məntəqələri Rayonda 1 şəhər, 2 şəhər tipli qəsəbə və 68 kənd vardır. Şəki rayonunun əhalisi 184172 nəfərdir. Onlardan 68360 nəfəri şəhər, 115812 nəfəri kənd ərazisində yaşayır. Rayonda 309 şəhid ailələri, 183 Qarabağ Müharibəsi əlilləri, 12 nəfər II Dünya Müharibəsi Veteranı var. Rayonun 13 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb, 1142 nəfər Prezident Təqaüdçüsüdir. Şəki rayonunda 1764 qaçqın və 4949 məcburi köçkün məskunlaşmışdır. Əmək fəaliyyəti ilə məşğul olanlar 86115 nəfər təşkil edir. Təhsil alanların sayı 29694, təqaüdçülərin sayı 25957 nəfərdir. Etnik tərkibi Görkəmli şəxsləri Ələfsər Məmmədov — kimya elmləri doktoru, professor Mirzə Fətəli Axundzadə — yazıçı-dramaturq, ictimai xadim, maarifçi Bəxtiyar Vahabzadə — şair Molla Cümə — şair Əhmədiyyə Cəbrayılov — II Dünya Müharibəsi iştirakçısı, partizan Gülyanaq Məmmədova — Azərbaycanın Xalq artisti Gülyaz Məmmədova — Azərbaycanın Xalq artisti Mikayıl Cəbrayılov — Azərbaycanın Milli Qəhrəmanı Yaqub Mahmudov — AMEA-nın Tarix İnstitutunun sabiq direktoru, Azərbaycanın və Dağıstanın əməkdar elm xadimi, sabiq millət vəkili Yaşar Qarayev — XX əsr Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, professor Emin Sabitoğlu — bəstəkar Salman Mümtaz — ədəbiyyatşünas-alim Rəşid bəy Əfəndiyev — maarifçi, yazıçı Sabit Rəhman — yazıçı-dramaturq Şəfiqə Axundova — bəstəkar Rasim Ocaqov — kinorejissor, kinooperator Cavanşir Quliyev — bəstəkar İsmayıl Osmanlı — aktyor Lütfəli Abdullayev — aktyor Cövdət Hacıyev — bəstəkar Fuad Əbdürəhmanov — heykəltaraş Könül Xasıyeva — Azərbaycanın Xalq artisti Məhəmmədhüseyn xan Müştaq — şair İqtisadiyyat Respublikanın iri kənd təsərrüfatı və sənaye rayonlarından biri olan Şəki rayonunun ərazisi 2.43 min kvadrat km, əhalisi 184172 nəfərdir. Ondan şəhər əhalisi Turan və Çələbixan qəsəbələri ilə birlikdə 68360 nəfər, kənd əhalisi 115812 nəfərdir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. 37,0 faizi şəhərdə, 63,0 faizi isə kənddə yaşayır. Əhalinin sıxlığı bir kvadrat kilometrdə 76 nəfərdir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 86115 nəfərdir ki, bunların da 47200 nəfəri kənd təsərrüfatında, 2100 nəfəri sənayedə, 750 nəfəri tikintidə, 7853 nəfəri təhsildə, 2391 nəfəri səhiyyədə, 1900 nəfəri mədəniyyətdə, 23921 nəfəri digər sahələrdə fəaliyyət göstərir. 2016-cı il ərzində istehsalın əsas sahələrində ilkin hesabatlara görə adambaşına faktiki qiymətlərlə 1758 manat olmaqla 323823,4 min manatlıq məhsul buraxılmışdır. 2016-cı ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 107,9 faiz təşkil edir. O cümlədən, sənayedə məhsul buraxılışı 21547,0 min manat, kənd təsərrüfatında 152319,4 min manat, tikintidə 17081,2 min manat, nəqliyyat və anbar təsərrüfatında 6544,0 min manat, informasiya və rabitədə 1762,7 min manat, topdan və pərakəndə satış, avtomobillərin, motosikiletlərin, məişət əşyalarının satışı və təmiri sahəsində 124569,1 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 347958,3 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 81524,6 min manat olmuşdur. Ümumi məhsul buraxılışı 2003-cü il illə müqayisədə 2016-cı ildə 6 dəfə, sənaye məhsulunun həcmi 7 dəfə və kənd təsərrüfatının ümumi məhsulu 4.5 dəfə artmışdır. Əsas kapitala yönəldilmiş investisiya 10 dəfə artaraq 31282,3 min manat, o cümlədən tikinti-quraşdırma işləri 6,9 dəfə artaraq 17081,2 min manat təşkil etmişdir; Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Şəki rayonu üzrə 459 sahibkarlıq subyektinə 28,03 mln manat, o cümlədən 2016-cı il ərzində 33 sahibkarlıq subyekti üzrə 339,5 min manat güzəştli kretit verilmişdir. Rayonda 2016-cı il ərzində 2978 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir. Ümumiyyətlə, 2003–2016-cı illər ərzində rayonda 18834 yeni iş yeri açılmışdır ki, bunun da 94,4 faizi daimi iş yerləridir. Rayon üzrə orta aylıq əmək haqqı 256 manat olmuşdur. 2003–2016-cı illər ərzində rayonda 30 yeni məktəb binası tikilmişdir. Hazırda rayonda 29 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 21-i kiçik müəssisələrdir. Əhaliyə 38 elektron sistemli ATS və 38 poçt şöbəsi xidmət göstərir ki, bunlardan da 9 ATS və 8 poçt şöbəsi şəhərdə, 29 ATS və 30 poçt şöbəsi kəndlərdədir. Maddi-mədəni irsi Rayonda Zəyzit məbədi (XI–XII), Kiş kilsəsi, Aydınbulaq qülləsi və s. abidələr var. Şəkini Azərbaycanın digər rayonları ilə inkişaf etmiş nəqliyyat şəbəkəsi- dəmir yolu və avtomobil yolları birləşdirir. Şəkidən Bakı şəhərinədək olan məsafə 305 km-dir. İnzibati ərazi vahidlərinin sayı 1 şəhər, 2 qəsəbə, 68 kəndi vardır. Rayonda 2 qəsəbə və 31 kənd icra nümayəndəliyi, 1 şəhər bələdiyyəsi, 39 kənd bələdiyyəsi mövcuddur. Rayonda 343 idarə və təşkilat, 17 bank filialı, 14 mehmanxana, 1 rabitə və 1 poçt müəssisəsi fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisə "Şəki-İpək" ASC-dir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 88000 nəfərdir ki, bunların da 43600 nəfəri kənd təsərrüfatında, 2900 nəfəri sənayedə, 8840 nəfəri tikintidə, 7946 nəfəri təhsildə, 2436 nəfəri səhiyyədə, 22278 nəfəri digər sahələrdə fəaliyyət göstərir. Şəki özünün çox zəngin mətbəxi, ilk növbədə Şəki pitisi, Şəki halvası, Dum-Dum halvası, bamiyəsi, qırma-badamı, Şəki paxlavası və şirniyyatları ilə məşhurdur. Həmçinin döyməci, çığırtmalı plovu, Cousu, gülabı,balvası, alalı qutabı ilə də tanınır. Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 871–872. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017 H.L. Mustafabəyli, E.K. Lətifov, Y.R. Rəhimov, Q.M. Ağabalayev, U.S. Süleymanov. Azərbaycanın Şəki-Zaqatala bölgəsinin təbii resurslarının landşaft-diaqnostik və iqtisadi xüsusiyyətləri. 14 avqust 2020. səh. 44-52. İSBN: 978-9952-37-007-2 Həmçinin bax Azərbaycanın inzibati bölgüsü Xarici keçidlər Şəki şəhər İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=4812
Şəki sarayı (film, 1965)
Film XVIII əsrin 60-cı illərinə aid Azərbaycan memarlıq abidəsi olan Şəki xanlarının sarayı ilə tamaşaçıları tanış edir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Rəşid Atamalıbəyov Ssenari müəllifi: Rəşid Atamalıbəyov Operator: Zaur Məhərrəmov Səs operatoru: Vladimir Savin
https://az.wikipedia.org/w/index.php?curid=31931
Şəki tətilləri
Şəki tətilləri və ya Nuxa tətilləri — Şəki (o vaxtlar Nuxa) fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912, 1915 və 1917-ci illərdə keçirilmişdir. Tətillərin səbəbləri müxtəlif olmuşdur. 1903-cü il tətili Bakı tətili ilə həmrəylik, 1905-ci il tətili Qanlı bazar hadisəsinə etiraz, 1907-ci il tətili Lena gülləbaranına etiraz, digər tətillər isə iqtisadi və siyasi problemlərə etiraz üçün keçirilmişdi. Yerli bolşevik rəhbərliyinin iştirakı ilə keçirilən tətillərin əksəriyyəti fəhlələrin qələbəsi ilə nəticələnmişdir. 1903-cü il tətili Bakı proletariatının iyul ümumi tətili ilə həmrəylik əlaməti olaraq Nuxa (indiki Şəki) ipək emalı müəssisələrində baş vermişdir. Fəhlələr iş və mənzil şəraitlərinin yaxşılaşdırılması, əmək haqqının artırılması və s. tələblər irəli sürmüşdür. Fəhlələrin inqilabi çıxışından narahat olan Çar Rusiyası hökuməti polis nəzarətini qüvvətləndirmişdir. "İskra" hökumətin bu tədbiri haqqında yazmışdır ki, ölkəni ram etmək üçün hökumət Cənubi Qafqazın 4 şəhərində, o cümlədən Nuxada polis nəzarəti tətbiq etmişdir. Tətilin iqtisadi xarakter daşımasına baxmayaraq, onun fəhlələrin gələcək mütəşəkkil mübarizəsinin hazırlanmasında böyük əhəmiyyəti olmuşdur. 1905-ci il tətili 9 yanvarda baş verən Qanlı bazar hadisəsindən sonra başlamışdır. Tətil bolşeviklərin rəhbərliyi ilə keçmiş, siyasi xarakter daşımışdır. Fevralın 17-də Bakıdan Peterburqa polis departamentinə vurulmuş teleqramda yazılmışdır: "Bu gün ...Nuxada sosial-demokratlara məxsus mətbəə tapılmışıdr. Həbs edilənlər vardır". Nuxaya Rusiya SDFP Qafqaz Komitəsinin çap olunmuş vərəqləri göndərilmişdir. İyulun sonunda başlanan Nuxa fəhlələrinin tətilində iş gününün qısaldılması, əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması və s. tələblə irəli sürülmüşdür. Tətil fəhlələrin qələbəsi ilə nəticələnmişdir. Oktyabr-noyabr aylarında keçirilən tətil Nuxanın bütün müəssisələrini əhatə etmişdir. Tətil dekabrın əvvəlində qoşun gücü ilə yatırılmışdır. 1907-ci il tətili Fevral ayında ipək emalı müəssisələrində başlamış və bir həftədən çox davam etmişdir. Fəhlələr səkkiz saatlıq iş günü, əmək haqqının 20–25% artırılması və s. irəli sürmüşdür. Mayın 5-də on dörddən çox fabrikdə iş dayandırılmışdır. Təqribən 1,150 nəfər fəhlə tətil etmişdir. Sahibkarlar fəhlələrin tələblərini yerinə yetirməyə məcbur olmuşdur. 1912-ci il tətili Lena gülləbaranına etiraz əlaməti olaraq "Qafqaz Lionu" adlandırılan Nuxada güclü tətil başlamışdır. Tətilə rəhbərlik edən yerli bolşevik qrupu fəhlələri inqilabi mübarizəyə çağıran intibahnamələr buraxmışdır. Mayın 7-də tətilçilər işi dayandıraraq iqtisadi və siyasi tələblərini bildirmiş və fabriklərn sahibləri ilə danışıq aparmaq üçün nümayəndə seçmişdir. Lakin danışıqlar nəticə verməmişdir. Mayın 12-də tətil daha da genişlənmişdir və təqribən 6 min fəhləni əhatə etmişdir Tətilin qüvvətlənməsini görən qəza rəisi tələbləri müzakirə üçün 11 nəfər fəhlə müvəkkili və sahibkakarla müşavirə keçirmişdir. Tətil mayın 16-dək davam etmişdir. Mütəşəkkil keçirilən bu tətildə fəhlələr bəzi tələblərinin yerinə yetirilməsinə nail olmuşdur. May tətili Rusiyada ipək sənayesi fəhlələrinin ən böyük tətili idi. Sentyabrın 1-də sahibkarlar may müqaviləsinə əsasən fəhlələrə edilən güzəştləri ləğv etmişdir. Buna cavab olaraq sentyabr 2-də səkkiz, 11-də isə altmışa qədər müəssisədə iş dayanmışdır. Tətil ümumi xarakter almışdır və təqribən 3 min fəhləni əhatə etmişdir. Sahibkarlar may müqaviləsinin şərtlərini qəbul etdikdən sonra sentyabrın 15-də tətil yatırılmışdır. Cəza tədbirləri olaraq 45 nəfər fəal fəhlənin həbs edilməsinə baxmayaraq, tətil qələbə ilə nəticələnmişdir. 1917-ci il tətili Nuxada fəhlə və əsgərlərin, zəhmətkeşlərin ilk azad Bir May nümayişi keçirilmişdir.Mayın ortalarında Nuxanın ən böyük baramaaçma fabrikinin fəhlələri tətilə başlamışdır. Onlar səkkiz saatlıq iş günü, əmək haqqının artırılmasının və s. tələb etdilər. İyunun 8-də Nuxa Fəhlə Deputatları Soveti şəhərin müəssisələrində səkkiz saatlıq iş günü tətbiq edilməsi haqqında qərar qəbul etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=713954
Şəki xan qəbiristanlığı
Xan qəbiristanlığı — Şəkidə yerləşən və xanları ilə onların nəslindən olan şəxslərin dəfn edildiyi qəbiristanlıq. Ümumi məlumat Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15 –20-yə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda cəmi 10 yazılı başdaşı və cəmi bir digər təyinatlı epiqrafik abidə var. Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində məlumat vermişdir. Bir başdaşı hissəsi üzərindəki kitabəni isə 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir. Qəbiristanlıqdakı bir başdaşı kitabəsinin oxunub-oxunmaması isə hələlik mübahisəlidir. İstifadə edilmiş mənbələr Nemətova M.S. Xan qəbiristanlığı"ndakı başdaşıların kitabələri haqqında // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri (İctimai elmlər seriyası). № 6. Bakı. 1961. Məmmədov A.S. Şəki Xan qəbiristanlığı. ("Şəkinin səsi" qəzeti). № 3 (436). 2009. Həmçinin bax Xan məscidi (Şəki) Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr Xarici keçidlər Şəki Xan məscidi-qəbiristanlıq kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub - FOTO/YENİLƏNİB Şəkidə tapılan qəbrin xana aid olduğu təsdiqləndi
https://az.wikipedia.org/w/index.php?curid=401565
Şəki xan sarayı
Şəki xan sarayı (həmçinin Şəki xanları sarayı) — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars üslubunda inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. 30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray Ümumdünya irsidir. Qafqaz Komandanı Aleksey Yermolovun göstərişi ilə general-mayor Fyodr Axverdov və dövlət şurasının müşaviri Mogilevski tərəfindən hazırlanmış "Şəki əyalətinin təsviri"ndə (Tiflis, 1866) bütövlükdə saray kompleksinin təsviri verilmişdir. Həmin hesabata əsasən kompleksə daxil olmuş bir çox tikililərin ilkin təyinatını müəyyənləşdirmək mümkündür. Həmin diyarda olmuş general N.N.Rayevskiy 1826-cı ildə yazır: "…Orada yerləşən həmin diyarın keçmiş xanlarının sarayı haqqında Baxçasaray sarayı yalnız zəif təsəvvür yaradır…"1834-cü il avqustun əvvəllərində Şəkidə olmuş dekabrist A. Korniloviç Qubadan qardaşına məktub yazmışdı. Məktubunda 1828-ci ilə kimi Şəki əyalətinin özünün hakimi olduğunu qeyd edən Korniloviç sarayı belə təsvir edir: 1846-cı ildən Zaqafqaziya diyarında xidmət etmiş Andrey Fadeyev xatirələrində şəhəri təsvir edərkən, sarayın xarici göünüşü, daxili bölgüsü, naxışları, barelyeflər və "fars atlıları və asiya döyüşlərinin təsvirlərinin mükəmməl saxlandığı" şərq rəssamlığından da yazır. 1849-cu ildə yazıçı A. Zisserman Nuxa şəhərinə (Şəki şəhərinin 1968-ci ilə kimi rəsmi adı) səfər edir. Şəhər haqqında danışarkən, o, sarayı da xatırlayır. O, qeyd edir ki, ağlayan söyüdlərlə əhatələnmiş mərmər fəvvarələr, rəngarəng şüşələr, otaq sobaları üzərindəki yapma bəzəklə, qapı və pəncərələrdəki taxta oymaları "xan dəbdəbəsi və sarayın keçmiş möhtəşəmliyini xatırladır."Saray İlya Berezinin 1850-ci ildə nəşr olunmuş "Dağıstan və Zaqafqaziyaya səyahət" adlı kitabında da xatırlanır. "Qafqaz" qəzetinin 1852-ci ildə çıxarılmış 22-ci nömrəsində Divan bəy tərəfindən sarayın təsviri çap edilmişdir. 1858-ci illərin sonlarında Şəkidə olmuş Aleksandr Düma da saray haqqında bəzi məlumatlar verir. "Bu sarayda dünyaya göz açmış", "sonuncu Nuxa xanının" nəvəsi olan və "böyük knyazların köçməsindən sonra burada yaşamağa başlamış" mayor Məhəmməd xanla görüşündən danışan Düma, həm də "yalnız 1827-ci ildən…rusların hakimiyyəti altına keçmiş" saray binasının özünü də təsvir edir: Hərb tarixçisi Vasili Potto XIX əsrin sonlarında yazdığı "Qafqaz müharibəsi" adlı kitabında Şəki xanlığının paytaxtının ruslar tərəfindən işğalını təsvir edərkən, xan sarayını da qeyd edir. O, sarayı "şərq sibaritinin nümunəvi yaşayış yeri" adlandıraraq yazır ki, burada hər şey "qəribə, orijinal fars zövqü ilə işlənmişdir: ağlayan söyüdlərlə əhatə olunmuş mərmər hovuz, incə pəncərələrdəki rəngarəng şüşələr, güzgü hissələrindən yığılmış tavanlar, qapılar, karnizlər, pəncərə və otaq sobalarını bəzəyən mükəmməl yapma naxışlar".Britannika Ensiklopediyasının 1890-cı ildə çıxarılmış doqquzuncu nəşrindəki "Nukha" adlı məqalədə xan sarayından da bəhs olunur. XIX əsrin sonu – XX əsrin əvvəllərində nəşr olunmuş Brokhauz və Efronun ensiklopedik lüğətində saray haqqında yazılır: "Qala divarları və fars üslubunda xan sarayı şəki xanları tərəfindən 1765-ci ildə inşa etdirilmişdir." Şəki xan sarayı Lev Tolstoyun "Hacı Murad" povestində də xatırlanır. Saray, fransız tarixçi və coğrafiyaşünas Elize Reklünün 1878-ci ildə nəşr olunmuş "The Earth and Its Inhabitants: Asiatic Russia: Caucasia, Aralo-Caspian Basin, Siberia" adlı kitabında da xatırlanır. Britaniya jurnalisti Henri Norman "Russia of To-Day" adlı məqaləsində Tiflisin "xalçalarla dolu" bazarını təsvir edərkən "keçmiş Persiya vassalı olan xanların Nuxadakı sarayından" gətirilmiş parçadan da yazır. Rusiya diyarşünası İ.L.Seqal yazır ki, 1797-ci ildə Məhəmmədhəsən xan "o zaman üçün möhtəşəm olan xan sarayı" inşa etdirmiş və 32.000 çervona başa gələn saraya görə xan xəzinəsi boşalmışdır. O, həm də qeyd edir ki, sarayın memarı məşhur Şiraz memarı Hacı Zeynal-Abdul olmuş və saray fars şahlarının yay saraylarının birindən kopyalanmışdır. Məlumdur ki, saray, XVIII əsrdə inşa edilmişdir. Şandor Rado qeyd edir ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən inşa etdirilmiş, qısa müddət sonra isə yenidənqurma işləri aparılmışdır. Bədii Ensiklopediyada sarayın inşa tarixi 1791/92-ci illər kimi göstərilir. Azərbaycan Sovet Ensiklopediyasında sarayın XVIII əsrin 60-cı illərində Hüseyn xan Müştaqın sifarişi ilə inşa edildiyi göstərilir.Brokhauz və Efronun Ensiklopedik Lüğətində saray və qala divarlarının eyni vaxtda – 1765-ci ildə inşa edildiyi göstərilir. Britannika Ensiklopediyasının 1890-cı il nəşrində qeyd edilir ki, qala divarları 1765-ci ildə, saray isə həmin tarixdən bir müddət sonra inşa edilmişdir. Britannikanın 1911-ci il nəşrində isə sarayın 1790-cı ildə inşa edilməsi yazılır. Konstantinov da "Nuxa" adlı məqaləsində sarayın 1790-cı ildə inşa edildiyini yazır. Lakin, elə həmin il, başqa bir məqaləsində o, sarayın 1797-ci ildə kor Məhəmmədhəsən xan tərəfindən inşa edildiyini yazır. Rusiya diyarşünası İ.L. Seqal isə sarayın 1797-ci ildə Məhəmmədhəsən xanın sifarişi ilə inşa edildiyini, inşaat işlərinin 32.000 çervondan baha başa gəlməsi və xanlıq büdcəsini boşaltması, saray binasının isə fars şahlarının yay saraylaının birindən kopyalanmasını qeyd edir. O, həm də vurğulayır ki, inşaatın tamamlanmasından sonra Məhəmmədhəsən xan görmə qabiliyyətini itirmişdir, lakin Məhəmmədhəsən xanın gözləri Ağa Məhəmməd şah Qacarın göstərişi ilə onun Tərkeşdə olan sərkərdəsi Dəvəli Mustafa ağa tərəfindən 1795/96-cı illlərdə (hicri 1206) çıxarılmışdır.Sonrakı tədqiqatlar əsasında müəyyən edilmişdir ki, saray, 1797-ci ildə memar Hadali Zeynalabdin Şirazi tərəfindən (Konstantinova görə "Hacı Zeynalabdin", İ. S. Seqala görə Hacı Zeynalabdul) inşa edilmişdir. Memarlıq tarixçisi M. A. Hüseynovun sözlərinə görə, sarayın inşaat tarixi 1762–1797-ci illər arasında dəyişir. O, həm də, sarayın Şəki xanlığının banisi Hacı Çələbi xanın nəticəsi Məhəmmədhəsən xan tərəfindən inşa etdirildiyini yazır. M. A. Hüseynovun fikrincə bu xan sarayında "XVIII əsr sarayları üçün xaraketerik olan parlaq xüsusiyyətləri əks etdirir."AMEA Əlyazmalar İnstitutu tərəfindən 1979-cu ildə yığılaraq nəşr olunmuş "Maddeyi-tarix" adlı farsdilli əlyazmada (xəttə əsasən müəllifin Salman Mümtaz olması ehtimal edilir) verilən məlumata görə, sarayın inşası hicri 1204-cü ildə (miladi 1789–1790) başlamışdır. Həmin əlyazmadaca 1240-cı ilin ramazan ayında (aprel-may 1825) sarayda yanğın baş verməsi haqqında məlumat verilir. Əlyazmada saray həm də "Divanxana", yəni şəhər məhkəməsi binası kimi qeyd edilir. Xanın yaşadığı saray binasının həm də şəhər məhkəməsi kimi fəaliyyət göstərməsi haqqında XIX əsr rus müxbir Nikolay Bersenov da məlumat verir. Bəzən saray, xanın yay iqamətgahı kimi də qeyd edilir. Sonrakı tarixi Qalanın 1853-cü ildə tərtib edilmiş planına əsasən orada xan ailəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar yerləşirdi. Qalada saray kompleksindən başqa xəzinə, baraklar, həbsxana və 1828-ci ildə xan məscidinə çevrilmiş ortodoks kilsəsi yerləşirdi. Sarayın ilkin təsvirləri izləyicilərdə böyük təəccübə səbəb olurdu. Aleksandr Düma, Aleksandr Korniloviç, Andrey Fadeyev və Arnold Zisserman sarayı təsvir etmiş, Lev Tolstoy, Nikolay Rayevskiy, İlya Berezin, Elize Reklü və başqaları onun haqqında məlumat vermişlər. Azərbaycan SSR dövründə saray muzey statusu almışdır. 1945-ci ildə şərqşünas və sənətşünas L.S.Bretanitskiy saray haqqında namizədlik dissertasiyası yazır. İşini tamamladıqdan sonra, o, bu mövzuya həsr edilmiş məqalə nəşr etdirmiş və sarayı "Azərbaycanın XVIII əsrgörkəmli memarlıq-incəsənət nümunəsi" adlandıran incəsənət tarixçisi B.V.Veymarna müraciət edir. 1946-cı ildə Konstantinov "Nuxa" adlı məqaləsində yazır: "Fars memarlarının zövq və dəbdəbə zirvəsi olan bu möhtəşəm saray 1790-cı ildə Şiraz sakini Hacı Zeynal Abdin tərəfindən inşa edilmişdir."1947-ci ildə sarayı ziyarət etmiş şair Nikolay Tixonov "Yollar-cığırlar" adlı avtobioqrafik hekayəsində yazır: "Xan sarayının mahiranə və müxtəlif naxışları ilə heyranedici divar rəsmləri yaxşı saxlanmışdır, onlar bizi əmin edir ki, qədim Nuxada incəsənət inkişaf etmiş, poeziya və fəlsəfə yüksək qiymətləndirilmişdi."1968-ci ildə Şəkinin saray da yerləşən Yuxarı-Baş adlı tarixi hissəsi tarix-memarlıq qoruğu elan edilmişdir. 24 oktyabr 2001-ci ildə Şəkinin tarixi hissəsi ilə birlikdə xan sarayı da UNESCO Ümumdünya irsi siyahısına salınmağa namizəd göstərilmişdir. 1 avqust 2010-cu ildə UNESCO-nun Baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfəri çərçivəsində Şəkidə olarkən Xan sarayını da ziyarət etmişdir. 2019-cu ildən etibarən saray Şəkinin tarixi mərkəzi ilə birlikdə Ümumdünya irsidir.4 iyul 2012-ci ildə Şəki şəhərində sarayın 250 illiyi təntənəli tədbirlə qeyd edilmişdir. Mərasimdə 30-a yaxın ölkənin və beynəlxalq təşkilatların Azərbaycandakı səfirləri, o cümlədən ölkənin nüfuzlu elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin, Milli Məclisin deputatları iştirak etmişlər.2019-cu il iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid çinar ağacının təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri bir gün sonra həyatını itirib. Ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də, çardaq hissəsində bir neçə kirəmit qırılıb. Restavrasiyalar Şəki qalasında ucaldılmış və bir neçə binadan ibarət olan saray kompleksindən dövrümüzə yalnız iki mərtəbəli saray binası çatmışdır. İnşa edildiyi dövrdən sonra bina dəfələrlə təmir və yenidənqurma işlərinə məruz qalsa da, bütün bu işlər onun xarici görünüşünə ciddi təsir etməmişdir. Şəki xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra, saray yerli idarənin tabeliyində olmuş və dəfələrlə təmir edilmişdir. 1848–1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi, şair Kərim ağa Fateh tərəfindən sarayda bərpa işləri aparılmışdır.25 aprel 1921-ci ildə Averkom plenumunda "xan sarayının düzəldilməsi" məsələsi müzakirə olunmuş və aşağıdakı qərar qəbul edilmişdir: "Xan sarayının düzəldilməsi Azverkomun əvvəlki qərarına əsasən Narkomprosomun öhdəsinə düşür. Şuşa və Şəkidəki xan saraylarının düzəldilməsi üçün Narkomprosomun büdcəsindən 25 milyon rubl ayrılmışdır." Ümumbirlik Memarlıq Akademiyası kommisiyasının 13 mart 1939-cu ildə keçirilmiş iclasına memar Pyotr Baranovski tərəfindən bərpa layihəsinə baxışa əsaslanmış hesabat təqdim edilmişdi.1950-ci illərdə sarayda bərpa işləri aparılmışdır. Bərpaçı-rəssam İ. Baranovun işi haqqında sənətşünas Valentina Antonova yazır ki, "Nuxadakı XVIII əsrə aid xan sarayının divar rəsmlərinin səs-küylü şərq baarını xatırladan şıltaq və şux rəngli döyüş səhnələri canlanmışdır." 1955–1965-ci illərdə sarayda memar Niyazi Rzayevin layihəsi və rəhbərliyi ilə bərpa işləri aparılmış, həmin dövrdə sarayda rəssam F. Hacıyev və şəbəkəçi A. Rəsulov çalşmışlar.2002-ci ildə "Mədəni irsin mühafizəsi" layihəsi çərçivəsində sarayda bərpa işlərinə başlanmışdır. Memarlıq xüsusiyyətləri Planlaşdırma və daxili tərtibat Bina 31.7 metr uzunluğa, 8.5 metr enə və 10 metr hündürlüyə malikdir. Hər mərtəbənin hündürlüyü 3.35 metrdir. Həm fasad, həm də plan həlli xüsusiyyətlərinə görə saray binası simmetrikdir. Vertikal olaraq binanın ikinci mərtəbəsi birinci mərtəbənin planını təkrarlayır. Otaqlar uzun ox üzrə bir cərgədə yerləşir. Hər iki mərtəbənin mərkəzində alkovlu otaq yerləşir ki, tədqiqatçılar həmin otaqların qəbul üçün istifadə olunduğunu düşünürlər. Zalın kənarlarında dəhlizlə ayrılmış daha kiçik otaqlar yerləşir. Həmin otaqların ikinci dərəcəli qonaqlar üçün nəzərdə tutulduğu düşünlür.Sarayın hər iki mərtəbəsinin əsas zalı oxşar planlaşdırma xüsusiyyətinə malikdir: onların şimal tərəfində küncdə vitrajlı cənub pəncərələrinə açılan kiçik otaqlar yerləşir. Bunun sayəsində hər iki zal iki müstqil plafona malikdir: şimal divarı tərəfdə dərin nişin və zalın əsas hissəsinin plafonu. Sarayın divarları rəf adlanan dərin frizlə iki yarusa bölünmüşdür. Aşağı yarus nişləri adətən düzbucaqlı olmaqla stalaktitlətlə tamamlanır, yuxarı yarus nişləri isə stalaktitsiz oxvari tamalanmaya malikdir. Birinci mərtəbənin zal və yan otaqlarının şimal divarlarında otaq sobası – buxarı yerləşir. İkinci mərtəbənin zalı isə buxarıya malik deyildir. Sarayın dörd otağının divarları və plafonları rəsmlərlə örtülmüşdür. Birinci mərtəbənin iki yan otağının divarlarında rəsmlər yoxdur, lakin onların divarları rəsm çəkilməsi üçün hazırlanmışdır: interyerlərdə rəngli kontur izləri vardır. Yalnız birinci mərtəbənin zalı taxta plafona malik olmaqla rəsmlərlə örtülmüşdür. Plafon və divarların birləşmə yerləri bütün otaqlarda stalaktitlərlə bəzədilmişdir. Sonrakı dövrlərdə binaya edilmiş dəyişik və əlavələr onun ilkin görünüşünə ciddi xələl gətirməmişdir. İnşa texnikası və xüsusiyyətləri Şəki qalasının 6 hektar olan kifayət qədər böyük ərazisində məscid istisna olmaqla saray xidmətçiləri üçün nəzərdə tutulmuş heç bir bina dövrümüzə çatmamışdır. Saray və onu əhatə edən daş divarların eyni dövrdə inşa edilməsinə şübhə edənlər də vardır. Sarayın divarları 40–60 sm enə malik, kobud çaydaşı və əhəng məhlulu qarışığından hörülmüş təməl üzərində ucaldılmışdır. Divarlar 20 x20 x4 sm ölçülərə malik bişmiş kərpiclərdən hörülmüşdür.Divar hörgüsünün xarakteri, birinci və ikinci mərtəbə divarlarının materiallarındakı fərqlər və mərtəbələr arasındakı tamamilə yaramaz əlaqəyə əsasən demək olar ki, sarayın əvvəlcə bir mərtəbəli olması nəzərdə tutulmuş, lakin, sonradan ikinci mərtəbə də inşa edilmişdir. Lakin, həm də qeyd edilir ki, binanın fasadı əlavə inşa işlərindən xələl görməmiş, tam və yekunlaşdırılmış görünüşə malikdir. Əsas (cənub) fasadda memar binanın mərtəbəlik və daxili planlaşdırmasını dəqiq müəyyən etmişdir. Girişlər stalaktitli tağlara malik nişlərlə vurğulanmışdır. İkinci mərtəbədə girişlər üzərində stalaktitli tağla tamamlanmış locciyalar vardır. Onlar hər iki girişi vurğulamaq üçün əlavə variant kimi istifadə olunmuşdur. Girişlərin nişi incə naxış kəməri ilə bir-biri ilə əlaqələndirilmişdir. Onlar böyük zalların şəbəkə-pəncərələrinin yerləşdiyi sarayın mərkəzi hissəsini müəyyən edir. Sarayın əsas fasadının memarlıq həlli daxili planlaşdırma strukturunu dəqiq şəkildə əks etdirir. Cənub fasadında orta zallar, yan otaqlar və girişlər ayrılmışdır.Memarlıq baxımından saray, bir neçə yaxın analoqlara malikdir. Bu memarlıq-bədii dairə üslub baxımından İrəvanda olmuş Sərdar sarayı və son Səfəvilər dövrünün bağ-park pavilyonları, genetik baxımdan isə Şəkinin mülki memarlıq abidələri, o cümlədən bir qədər aralıda yerləşən Şəkixanovların evi ilə yaxındır.Saray sadə kompozisiyaya malikdir – bir sırada yerləşmiş üç otaq bir-birindən dəhlizlərlə ayrılmışdır. Hər iki mərtəbədə dərin nişlərə (bir böyük iki kiçik olmaqla) malik parad otağı xarakterli zal yerləşir. Birinci mərtəbənin böyük zalı rəsmi qəbullar üçün istifadə edilmişdir. Aşağı yarusun tağ timpanları sqraffito texnikası ilə işlənmiş mürəkkəb təsvirli nəbati naxışlar və rəsmlərlə doldurulmuşdur. Birinci mərtəbənin zalının plafonu müxtəlif həndəsi fiquru taxta hissələrindən yığılmışdır. Saray binasında divarlar, zallar və otaqların pəncərə çərçivələri vitraj xarakterli şəbəkə-pəncərələrlə tamamlanmışdır. Şəbəkə-əncərələrin rəngarəng şüşələrlə tamamlanmış həndəsi naxışları sarayln əsas fasadının ümumi kompozisiyasını tamamlayır. Zallar və otaqların bütov şəbəkə pəncərələri əsas fasada açılır, onlar arasında isə girişlər və eyvanların güzgülü stalaktitlərlə tamamlanan dərin nişləri yerləşir. Şəbəkələrin naxışları xalq rəssamları tərəfindən kiçik taxta detallarından yapışqan və mismar istifadə edilmədən, keçirmə üsulu ilə yığılmışdır. Hər iki mərtəbənin əsas zalları və yuxarı mərtəbənin yan otaqlarının xarici divarlarının tam vitraj pəncərələrlə əvəzlənməsi bu sarayın əsas memarlıq xüsusiyyəti hesab edilir. Divar rəsmləri Sarayın hər iki mərtəbəsinin mərkəzi zalları və ikinci mərtəbənin yan otaqlarının bütün divar səthləri, nişlər, divarlardan plafonlara stalaktit formalı keçidlər və plafonlar rəsmlərlə örtülmüşdür. Saray rəsmləri dörd qrupa bölünür: həndəsi və nəbati naxışlardan ibarət rəsmlər, süjetli rəsmlər, heyvan rəsmləri və bitki və heyvanların birgə təsvir edildiyi rəsmlər. Xan sarayının rəsmləri üçün həm də qızılı rəngin geniş istifadəsi xarakterikdir. Rəsmlər gips levkası üzərində o dövrün bütün divar rəsmləri kimi yumurta temperası ilə yerli tonlarla işlənmişdir. Rəssamlar qızılı, firuzəyi, qırmızı, bənövşəyi və sarı rənglərə üstünlük vermişlər.. Əsas fasad zəngin bəzədilmişdir. Sqrafitto üsullu və relyefli rəngli üzlüklə işlənmiş həndəsi və nəbati naxışlar, stalaktitli tağlar və rəngarəng yığma şəbəkəli vitrajlar sarayın fasadına qeyri-adi bayram əhvalı verir. Aşağı mərtəbənin pannolarında həyat ağacına üzünü tutmuş, bir zamanlar Azərbaycanda müqəddəs hesab edilən tovuzquşuları təsvir edilmişdir.Sarayın daxili də divar rəsmləri və naxışlarla bəzədilmişdir; nişlər (taxça), buxarı, tavanlar, stalaktitli karnizlər, işıqlandırma naxışlı şəbəkə-pəncərələrin rənglü şüşələri vasitəsiylə həyata keçirilir – bütün bunlar birlikdə dəbdəbəli saray mühiti yaradır. Mərtəbələr elə böyük hündürlüyə malik olmasa da (cəmi 3.35 m) memar ustalıqla illüziya vasitəsiylə hündür təəssürat yarada bilmişdir.İnteryerləri bəzəyən rəsmlər müxtəlif dövrlərdə və müxtəlif rəssamlar tərəfindən işlənmişdir; onlar arasında "firəng" rəssamları (Avropa rəssamları nəzərdə tutulur) tərəfindən işlənmiş və aşağı zalın plafonunun stalaktitlərində saxlanmış rəsmlər, Şuşadan olan məşhur rəssam Usta Qənbər, onun qardaşı Usta Səfər və oğlu Şükür tərəfindən işlənmiş rəsmlər, Şamaxıdan olan rəssamlar Əliqulu, Qurbanqulu və Cəfər tərəfindən işlənmiş rəsmlər, həmçinin Abbasəli tərəfindən işlənmiş rəsmlər vardır.İnteryerlərdəki ən qədim rəsmlər XVIII əsrə aiddir ki, onlar arasında Abbasqulu tərəfindən ikinci mərtəbədə əsas zalın tavanında işlənmiş rəsmlər də vardır. Sarayın divarlarında da adı saxlanmış Abbasqulunun həm də memar olması ehtimal edilir. Birinci mərtəbənin rəsmləri 1895–1896-cı illərdə Şamaxıdan olan Mirzə Cəfər tərəfindən, ikinci mərtəbənin rəsmləri isə 1902-ci ildə Şuşadan olan Usta Qənbər tərəfindən işlənmişdir. Şamaxıdan olan rəssamlar Əliqulu və Qurbanqulu əsasən yuxarı mərtəbədəki otaqlarda işləmişlər.Digər rəssamların işləri isə əsasən hər iki mərtəbənin əsas zallarında, o cümlədən ikinci mərtəbənin yan otaqlarının divarlarında yerləşir. Panel təsvirləri N.M. Miklaşevskaya sarayın panel təsvirlərini iki qrupa ayırır: birinci qrupa Usta Qənbər və onun köməkçiləri tərəfindən işlənmiş sarayın iki otağında işlənmiş panellər daxildir. Panellərin motivi eynidir: divar səthində realistik planda təsvir edilmiş güllərdən buketlər yerləşdirilib. Buketlər yaşıl sütunlar və tağdan formalaşdırılmış, aşağısı isə buta naxışlarından formalaşdırılmış səki ilə tamamlanan sektorlarla bir-birindən ayrılır. İkinci qrupa digər iki otağın panel rəsmləri daxildir. Onlar müxtəlif kompozisiya variantlarına malik olsa da, eyni prinsip – stilləşdirilmiş bitki və ya həndəsi naxışların bütün səth boyunca tərarlanan (şpaler rəsm) təsviri — əsasında işlənmişlər. Bu rəsmlərdəki bəzi gül və çiçək növləri rahat müəəyn olunur: qızılgül, itburnu, lalə, süsən,, qərənfil, fuksiya (XVIII əsrə aid təmizlənmiş rəsm hissəsində), pion, qıfotu və başqaları diqqət cəlb edir. Sadalanan güllərlə yanaşı sırf dekorativ xarakter daşıyan böyük və kiçik ölçülü çobanyastığı formalı mavi güllər də vardır. Bu cür güllər rəssamlar tərəfindən kompozisiyanın zənginləşdirilməsi üçün istifadə edilmişdir.Xarakter baxımından bu panellərin bir qədər həndəsiləşdirilmiş təsvirini əsas hesab etmək olar. Digər panellərdə isə sırf həndəsi və ya bitki elementləri ilə qarışıq təsvirlər verilmişdir. Onlar müxtəlif vaxta işlənsə də, eyni görünüşə malikdir. Düz cərgə ilə düzülmüş dördtərəfli xaçlar öz arasında naxışın yeni hissəsi olan səkkizguşəli ulduz yaradır. Ulduzlar oxra rəngində, xaçlar isə kərpic rəngindədir, qara sahə üzərində mavi və qırmızı nöqtələr səpələnmişdir. Ulduzların mərkəzində səkkizləçəkli gülün rozetkası yerləşdirilmişdir. Birinci mərtəbənin zalının panellərində təsvir edilmiş rəsmlərdə (XIX əsr) xaçların dəqiq forması ulduzun konturlarının kəskinliyini müəyyən edir, ikinci mərtəbənin şərq otağının oxşar panel təsvirində (XX əsr) isə xaçlar daya yayğın xəttlərlə çəkilmişdir. Niş və friz təsvirləri Şəki xan sarayının niş təsvirləri üçün əsas xarakterik cəhət onların stalaktitlərdə XVIII əsrdə çəkilmiş rəsmlər və frizlərdəki ov və döyüş səhnələrindən fərqli olaraq müstəqil süjet kompozisiyasına malik olmamalarıdır. Buradakı quş və heyvan rəsmləri güllərdən təşkil edilmiş rəsm kompozisiyaları ilə ümumi görünüş təşkil edir.Şəki xan sarayının friz təsvirlərinin kompozisiya və rəngləri stilləşdirilmiş bitki naxışlarını təkrarlayır. Bu rəsmlər Mehmandarovların Şuşadakı evinin frizlərində Usta Qənbər tərəfindən işlənmiş rəsmləri xatırladır. Şəki xan sarayınınn ornamentləri orijinal və mürəkkəb olsa da realistik işlənmiş təsvirlər rənglərinə görə kobud və harmonik deyildir. N.M. Miklaşevskaya Mehmandarovların evinin friz təsvirlərinin bədii baxımdan Şəki xan sarayının friz təsvirlərindən daha dəyərli olduğunu yazır. Buna əsasən də, tədqiqatçı Şəki xan sarayının friz təsvirlərinin Usta Qənbərin özü tərəfindən işlənmədiyini ehtimal edir. Kobud çəkilmiş parlaq çəhrayı qızılgül təsvirlərini Səfərbəyovların evinin plafonundakı demək olar eyni olan qızılgül təsvirləri ilə müqayisə edən Miklaşevskaya onların eyni rəssam – ehtimal ki, Usta Qənbərin qardaşı Usta Səfər tərəfindən işləndiyini qeyd edir. Həmin frizin təmizlənmiş kiçik hissəsi (4x4 sm) XVIII əsrin rəsmlərinin üzə çıxarılmasına səbəb olmuşdur. Burada yeni rəsmin naxışları təkrar olunsa da, başqa rənglər istifadə edilmişdir: fon ağ yox zeytun yaşılı, digər rənglər isə daha xoş çalardadır.Şəki xan sarayının ikinci mərtəbəsinin mərkəzi zalında ov və döyüş səhnələri təsvir edilmiş frizlər böyük bədii əhəmiyyətə malikdir. Zalın ümumi təsvirləri fonunda rəng və mövzu baxımından sərt fərqlənən friz təsvirlərdə baş verən hadisələr ilə izləyicinin diqqətini çəkir. Bu frizlər maraqlı panoramları ilə Azərbaycan təsviri sənət tarixində xüsusi inkişaf mərhələsi olmaqla yanaşı, həm də zəngin etnoqrafik və qismən tarixi material verir.25 sm enə malik olan bu friz şəbəkədən başlayaraq qapı və nişlərin üstü ilə keçərək kiçik otaqların divarını əhatə edir. Yuxarı hissədə friz bir qədər yumrulanaraq qabağa çıxır və on sm-lik rəf əmələ gətirir. Döyüş səhnələri zalın yuxarı başındakı frizdə (12.60 m), oc səhnələri isə şimal tərəfdəki nişdə təsvir edilmişdir (4.50 m).E.A.Dombrovskinin rəhbərlik etdiyi işçi heyət sarayda bərpa işləri zamanı frizin bəzi səhnələrinin fraqmentlərini təmizləyərək 50 sm ölçüdə döyüş, 2 m ölçüdə isə ov səhnələrinin orijinal görüntülərini meydana çıxarmışdır. Aparılan işlər nəticəsində XVIII əsrin sonlarından XX əsrə kimi müxtəlif dövrlərə aid rəsmləri öyrənmək mümkün olmuşdur. Yeni rəsmlərdə köhnə rəsmlərin kompozisiya və süjeti təkrarlansa da, onlar şəkil və kolorit baxımından bir-birindən fərqlənirlər. Köhnə rəsmlərin boyaları parlaq və işıqlıdır, yeni rəsmlərdə isə tünd tonlara üstünlük verilmişdir ki, bu da özünü əsasən səma təsvirlərində büruzə verir. Köhnə rəsmlərin stili miniatür rəssamlığına, yeni rəsmlər isə xalq yaradıcılığı nümunələrinə yaxın olsa da, hər iki variantdarəsmlərin dekorativliyinin vurğulanması diqqət cəlb edir.Yeni rəsmlərdə kərpic rəng, qırmızı, yaşıl, qara, cəhrayı və ağ ən çox təkrarlanan rənglərdir. Bütün friz boyu səma eyni şəkildə — aşağı horizontlu tünd göylə verilmişdir. Yer də o cür birnövlüdür: ümumi tünd yaşıl sahə üzərində vertikal kol və otlar verilir. Ön plan adətən bərabər ziqzaqlarla gedən qəhvəyi təpələrdən ibarətdir. Peyzaj nadir hallarda primitiv təsvir edilmiş ağaclarla zənginləşdirilib: ağaclar qalın dirək üzərində dairəvi yaşıl papaq kimi təsvir olunub. Ağaclara ən çox ov səhnələrində rast gəlinir. Stalaktit təsvirləri Şəki xan sarayının stalaktitləri bədii təsvirləri baxımından ümumi kompozisiyanı tamamlayır. Belə ki, otaqların yuxarı stalaktitləri kiçik güzgü hissələri ilə üzlənmiş, aşağı stalaktitlərdə isə rəsmlər çəkilmişdir. N. Miklaşevskaya xan sarayının stalaktit rəsmlərini iki qrupa bölür: birinci qrupa mavi tonla işlənmiş rəsmlər, ikinci qrupa isə bütün digər rəsmlər aid edilir. XVIII əsrə aid mavi tonlu rəsmlər sarayın birinci mərtəbəsinin zalında yerləşir. Prof. B.P. Denike xan sarayındakı həmin təsvirləri Çin rəssamlığına aid Orta Asiya divar rəsmləri ilə müqayisə edir: "Bu rəsmlərdə Çin incəsənəti ilə, xüsusən Ağ-mavi (White-blue) farfor təsvirləri ilə əlaqəni görməmək mümkün deyil."Digər zallardakı bütün stalaktitlərin rəsmləri tarix və motivlərinə görə bir-birindən fərqlənir. Onların bəzilərində kiçik süjetlər verilsə də, bəziləri adi çiçək motivləri ilə bəzədilmişdir. İkinci qrupdan olan stalaktit təsvirləri solğun oxra rəngli fon üzərində realistik təqdim edilmiş güllərdən ibarətdir. Onlar tünd medalyonlar şəklində stilləşdirilmişdir. İkinci mərtəbənin yan otaqlarının stalaktitlərində də həmin variantlar təkrarlanmışdır, lakin, onların keyfiyyəti daha aşağıdır. Plafon təsvirləri Sarayın birinci mərtəbəsinin əsas zalının taxtadan hazırlanmış yığma plafonu bu tipdə yeganə əsər olmaqla, həm rəsmləri, həm də XVIII əsr xalq sənətkarları tərəfindən işlənmiş taxta oyma nümunələrinə görə mühüm bədii əhəmiyyətə malikdir. Plafonun dekorunun əsasında duran ornament motivinə Azərbaycanın bir çox orta əsrlər memarlıq abidələrində (xüsusən Naxçıvan türbələrində) də rast gəlinir. Bu taxta plafon yapışqan və mismar istifadə edilmədən kiçik taxta parçalarından yığılmış mükəmməl sənət nümunəsidir. Plafon üç əsas naxış formasına malikdir: plafonun öz sahəsi və onu əhatə edən səkilərin (40 sm enində) naxışları. Üçüncü növ naxış isə lent şəklində səkini əhatə edir və beləcə birinci naxışı ikinci naxışdan ayırır. Naxışların mürəkkəb ornametləri çoxguşəli ulduzlar və çoxbucaqlıların birləşməsindən yaradılmışdır. Əsas fiqurların xəttləri onları formalaşdıran taxta hissələrinə qara konturla çəkilmişdir. Q. M. Skubçenko yazır ki, "Həmin ornamentlərin xarakterik xüsusiyyətləri ondadır ki, bütün təsvir düz xətlərin müxtəlif künclərdə kəsişməsindən yaranan beş müxtəlif element formasından yaranmışdır. Həmin elementlərdən biri olan beşguşəli ulduzun ölçüləri isə digər elementlər arasında həmişə eyni ölçüdə olması ilə seçilir." Əsas sahənin hər detlının ortasında yaşıl yarpaqlı açıq sarı çiçəklər çəkilmişdir. Geniş səkidə isə (ikinci naxış) yalnız hər ulduzun ortasında rozetka formalı çiçək çəkilmişdir. Ortalama hesabla bütöv plafon təxminən 11.000 kiçik taxta detallardan ibarətdir.Şəki xan sarayının iki əsas zalı hər biri iki, ikinci mərtəbənin yan otaqları isə hər biri bir plafona malikdir. Sarayın ikinci mərtəbəsinin zalının şimal plafonunun əsas sahəsini böyük və işıqlı medalyon tutur. Onun ortasında daha kiçik medalyon yerləşir. Medalyonun sahəsi naxışlarla bəzədilmişdir. Miklaşevskaya Usta Qənbər tərəfindən işlənmiş həmin plafonun rəssamın Mehmandarovların evinin kiçik otağının və ev məscidinin plafonları ilə müqayisə edir. Q. M. Skubçenko isə həmin plafonu XVIII əsrin sonlarına aid edir.İkinci mərtəbənin yan otaqlarının plafonları Şəkixanovların evinin zalının plafonu kimi mərkəzi oval plafona malikdir. Plafonların ağ fonu mavi budaqlarla bəzədilmiş, budaqlar arasında realistik təsvir edilmiş quş və heyvan rəsmləri vardır. Bu plafonlar naxışlarının mürəkkəbliyi və ya rəng zənginliyi ilə əsas zalların plafonlarından geri qalır. Salamzadə Ə.R., Məmmədzadə K.M. Şəkinin memarlıq abidələri. Bakı: Elm, 1987, 140 s. Məmmədli Z. Şəki Xan Sarayı. Bakı: Tutu, 2006, 183 s. Xarici keçidlər "Sheki, the Khan's Palace" (ingilis). Rəsmi sayt YUNESKO. 2001. 2015-03-03 tarixində arxivləşdirilib. “Muzey və tarixi abidələrə virtual səyahət” layihəsi - Şəki Xan Sarayı (Regional İnkişaf İctimai Birliyi)
https://az.wikipedia.org/w/index.php?curid=21907
Şəki xanlarının müxtəsər tarixi (kitab)
Şəki xanlarının müxtəsər tarixi (əsil adı: Şəki xanlarının ixtisar üzrə tarixi) — Kərim ağa Fatehin Şəki xanlığından bəhs edən tarixi əsəri Bu əsər Şəkinin XVIII-XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir. “Şəki xanlarının müxtəsər tarixi” elm aləminə 1858-ci ildən məlumdur. Həmin ildə akademik B.Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini “Əl-İntixabətul-Bəhiyyə” adlı külliyatda topladığı tarixi əsərlər sırasında Sankt-Peterburqda nəşr etdirib. 1924-cü ildə həmin əsərin əsli və ruscaya tərcüməsi Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti tərəfindən nəşr etdirilib. Lakin hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdiriblər. B.Dorn "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatın 13-cü səhifəsində əsərin müəllifi haqqında belə deyir: “1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdır: “Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz. Bu şərqşünasların ardınca prof. N. İ. Aşmarin və əsərin 1926-cı il nəşri üçün tərcümə edən A. Dadaşov eyni səhvi təkrar etmişlər. Aşmarin kitabın müqəddiməsi əvəzinə yazdığı 24 sətirlik məqalədə N. Xanıkovun B. Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə etməyib. Bu səhv ilk dəfə Salman Mümtazın “Maarif işçisi” jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi “Tənqid və mülahizələr” adlı məqaləsində aşkara çıxarıb. S.Mümtaz bir sıra dəlillərlə qeyd etmişdir ki, bu əsərin müəllifi Hacı Çələbi nəslindən olub, Şəkinin son xanı - Fətəli xanın oğlu, Fateh təxəllüsü ilə şeir yazan Kərim ağadır. Mümtaz həmin əsəri tədqiq və başqa məxəzlərə müraciət edərək belə bir nəticəyə gəlir: “Fətəli xan, məşhur Hacı Çələbi xanın nəticəsi, Həsən ağanın nəvəsi və Məhəmmədhüseyn xan Müştaq təxəllüslünün oğludur. Məhəmmədhüseyn xanın üç oğlu var idi ki, onlar da Məhəmmədhəsən xan, Fətəli xan və Səlim xandan ibarət idi. Məhəmmədhəsən xan ilə Səlim xanın hər birinin üç oğlu olduğu halda, Fətəli xanın yalnız bir oğlu var idi ki, o da türki və farsi şerləri ilə məşhur olan Kərim ağa Fatehdir”.Müəllif Şərq adətinin əksinə olaraq, istər əsərin əvvəlində, istərsə də sonunda öz adını çəkməyib. Əbdüllətif Əfəndi. “Şəki xanlarının müxtəsər tarixi”. Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti. Bakı, 1926. Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyat, 1958. Kərim Ağa Fateh, Şəki xanlarının müxtəsər tarixi; Hacı Seyid Əbdülhəmid, Şəki xanları və onların nəsilləri. [1], 2-ci, təkrar nəşri. “Azərbaycan Ensiklopediyası” NPB. Bakı. 1993, səh. 8-15. ISBN: 89600-007-4 Məmməd Adilov, “Şəki xanlarının əslü nəcabəti haqqında”, “Tarix” qəzeti, 1997-ci il, № 18 Kərim Ağa Fateh, Şəki xanlarının müxtəsər tarixi; Hacı Seyid Əbdülhəmid, Şəki xanları və onların nəsilləri. 2-ci, təkrar nəşri. F. Babayev. Ön söz. “Azərbaycan Ensiklopediyası” NPB. Bakı. 1993, səh. 3-5. ISBN: 89600-007-4 Həmçinin bax Şəki xanları və onların nəsilləri
https://az.wikipedia.org/w/index.php?curid=624165
Şəki xanlarının sarayı
Şəki xan sarayı (həmçinin Şəki xanları sarayı) — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars üslubunda inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. 30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray Ümumdünya irsidir. Qafqaz Komandanı Aleksey Yermolovun göstərişi ilə general-mayor Fyodr Axverdov və dövlət şurasının müşaviri Mogilevski tərəfindən hazırlanmış "Şəki əyalətinin təsviri"ndə (Tiflis, 1866) bütövlükdə saray kompleksinin təsviri verilmişdir. Həmin hesabata əsasən kompleksə daxil olmuş bir çox tikililərin ilkin təyinatını müəyyənləşdirmək mümkündür. Həmin diyarda olmuş general N.N.Rayevskiy 1826-cı ildə yazır: "…Orada yerləşən həmin diyarın keçmiş xanlarının sarayı haqqında Baxçasaray sarayı yalnız zəif təsəvvür yaradır…"1834-cü il avqustun əvvəllərində Şəkidə olmuş dekabrist A. Korniloviç Qubadan qardaşına məktub yazmışdı. Məktubunda 1828-ci ilə kimi Şəki əyalətinin özünün hakimi olduğunu qeyd edən Korniloviç sarayı belə təsvir edir: 1846-cı ildən Zaqafqaziya diyarında xidmət etmiş Andrey Fadeyev xatirələrində şəhəri təsvir edərkən, sarayın xarici göünüşü, daxili bölgüsü, naxışları, barelyeflər və "fars atlıları və asiya döyüşlərinin təsvirlərinin mükəmməl saxlandığı" şərq rəssamlığından da yazır. 1849-cu ildə yazıçı A. Zisserman Nuxa şəhərinə (Şəki şəhərinin 1968-ci ilə kimi rəsmi adı) səfər edir. Şəhər haqqında danışarkən, o, sarayı da xatırlayır. O, qeyd edir ki, ağlayan söyüdlərlə əhatələnmiş mərmər fəvvarələr, rəngarəng şüşələr, otaq sobaları üzərindəki yapma bəzəklə, qapı və pəncərələrdəki taxta oymaları "xan dəbdəbəsi və sarayın keçmiş möhtəşəmliyini xatırladır."Saray İlya Berezinin 1850-ci ildə nəşr olunmuş "Dağıstan və Zaqafqaziyaya səyahət" adlı kitabında da xatırlanır. "Qafqaz" qəzetinin 1852-ci ildə çıxarılmış 22-ci nömrəsində Divan bəy tərəfindən sarayın təsviri çap edilmişdir. 1858-ci illərin sonlarında Şəkidə olmuş Aleksandr Düma da saray haqqında bəzi məlumatlar verir. "Bu sarayda dünyaya göz açmış", "sonuncu Nuxa xanının" nəvəsi olan və "böyük knyazların köçməsindən sonra burada yaşamağa başlamış" mayor Məhəmməd xanla görüşündən danışan Düma, həm də "yalnız 1827-ci ildən…rusların hakimiyyəti altına keçmiş" saray binasının özünü də təsvir edir: Hərb tarixçisi Vasili Potto XIX əsrin sonlarında yazdığı "Qafqaz müharibəsi" adlı kitabında Şəki xanlığının paytaxtının ruslar tərəfindən işğalını təsvir edərkən, xan sarayını da qeyd edir. O, sarayı "şərq sibaritinin nümunəvi yaşayış yeri" adlandıraraq yazır ki, burada hər şey "qəribə, orijinal fars zövqü ilə işlənmişdir: ağlayan söyüdlərlə əhatə olunmuş mərmər hovuz, incə pəncərələrdəki rəngarəng şüşələr, güzgü hissələrindən yığılmış tavanlar, qapılar, karnizlər, pəncərə və otaq sobalarını bəzəyən mükəmməl yapma naxışlar".Britannika Ensiklopediyasının 1890-cı ildə çıxarılmış doqquzuncu nəşrindəki "Nukha" adlı məqalədə xan sarayından da bəhs olunur. XIX əsrin sonu – XX əsrin əvvəllərində nəşr olunmuş Brokhauz və Efronun ensiklopedik lüğətində saray haqqında yazılır: "Qala divarları və fars üslubunda xan sarayı şəki xanları tərəfindən 1765-ci ildə inşa etdirilmişdir." Şəki xan sarayı Lev Tolstoyun "Hacı Murad" povestində də xatırlanır. Saray, fransız tarixçi və coğrafiyaşünas Elize Reklünün 1878-ci ildə nəşr olunmuş "The Earth and Its Inhabitants: Asiatic Russia: Caucasia, Aralo-Caspian Basin, Siberia" adlı kitabında da xatırlanır. Britaniya jurnalisti Henri Norman "Russia of To-Day" adlı məqaləsində Tiflisin "xalçalarla dolu" bazarını təsvir edərkən "keçmiş Persiya vassalı olan xanların Nuxadakı sarayından" gətirilmiş parçadan da yazır. Rusiya diyarşünası İ.L.Seqal yazır ki, 1797-ci ildə Məhəmmədhəsən xan "o zaman üçün möhtəşəm olan xan sarayı" inşa etdirmiş və 32.000 çervona başa gələn saraya görə xan xəzinəsi boşalmışdır. O, həm də qeyd edir ki, sarayın memarı məşhur Şiraz memarı Hacı Zeynal-Abdul olmuş və saray fars şahlarının yay saraylarının birindən kopyalanmışdır. Məlumdur ki, saray, XVIII əsrdə inşa edilmişdir. Şandor Rado qeyd edir ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən inşa etdirilmiş, qısa müddət sonra isə yenidənqurma işləri aparılmışdır. Bədii Ensiklopediyada sarayın inşa tarixi 1791/92-ci illər kimi göstərilir. Azərbaycan Sovet Ensiklopediyasında sarayın XVIII əsrin 60-cı illərində Hüseyn xan Müştaqın sifarişi ilə inşa edildiyi göstərilir.Brokhauz və Efronun Ensiklopedik Lüğətində saray və qala divarlarının eyni vaxtda – 1765-ci ildə inşa edildiyi göstərilir. Britannika Ensiklopediyasının 1890-cı il nəşrində qeyd edilir ki, qala divarları 1765-ci ildə, saray isə həmin tarixdən bir müddət sonra inşa edilmişdir. Britannikanın 1911-ci il nəşrində isə sarayın 1790-cı ildə inşa edilməsi yazılır. Konstantinov da "Nuxa" adlı məqaləsində sarayın 1790-cı ildə inşa edildiyini yazır. Lakin, elə həmin il, başqa bir məqaləsində o, sarayın 1797-ci ildə kor Məhəmmədhəsən xan tərəfindən inşa edildiyini yazır. Rusiya diyarşünası İ.L. Seqal isə sarayın 1797-ci ildə Məhəmmədhəsən xanın sifarişi ilə inşa edildiyini, inşaat işlərinin 32.000 çervondan baha başa gəlməsi və xanlıq büdcəsini boşaltması, saray binasının isə fars şahlarının yay saraylaının birindən kopyalanmasını qeyd edir. O, həm də vurğulayır ki, inşaatın tamamlanmasından sonra Məhəmmədhəsən xan görmə qabiliyyətini itirmişdir, lakin Məhəmmədhəsən xanın gözləri Ağa Məhəmməd şah Qacarın göstərişi ilə onun Tərkeşdə olan sərkərdəsi Dəvəli Mustafa ağa tərəfindən 1795/96-cı illlərdə (hicri 1206) çıxarılmışdır.Sonrakı tədqiqatlar əsasında müəyyən edilmişdir ki, saray, 1797-ci ildə memar Hadali Zeynalabdin Şirazi tərəfindən (Konstantinova görə "Hacı Zeynalabdin", İ. S. Seqala görə Hacı Zeynalabdul) inşa edilmişdir. Memarlıq tarixçisi M. A. Hüseynovun sözlərinə görə, sarayın inşaat tarixi 1762–1797-ci illər arasında dəyişir. O, həm də, sarayın Şəki xanlığının banisi Hacı Çələbi xanın nəticəsi Məhəmmədhəsən xan tərəfindən inşa etdirildiyini yazır. M. A. Hüseynovun fikrincə bu xan sarayında "XVIII əsr sarayları üçün xaraketerik olan parlaq xüsusiyyətləri əks etdirir."AMEA Əlyazmalar İnstitutu tərəfindən 1979-cu ildə yığılaraq nəşr olunmuş "Maddeyi-tarix" adlı farsdilli əlyazmada (xəttə əsasən müəllifin Salman Mümtaz olması ehtimal edilir) verilən məlumata görə, sarayın inşası hicri 1204-cü ildə (miladi 1789–1790) başlamışdır. Həmin əlyazmadaca 1240-cı ilin ramazan ayında (aprel-may 1825) sarayda yanğın baş verməsi haqqında məlumat verilir. Əlyazmada saray həm də "Divanxana", yəni şəhər məhkəməsi binası kimi qeyd edilir. Xanın yaşadığı saray binasının həm də şəhər məhkəməsi kimi fəaliyyət göstərməsi haqqında XIX əsr rus müxbir Nikolay Bersenov da məlumat verir. Bəzən saray, xanın yay iqamətgahı kimi də qeyd edilir. Sonrakı tarixi Qalanın 1853-cü ildə tərtib edilmiş planına əsasən orada xan ailəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar yerləşirdi. Qalada saray kompleksindən başqa xəzinə, baraklar, həbsxana və 1828-ci ildə xan məscidinə çevrilmiş ortodoks kilsəsi yerləşirdi. Sarayın ilkin təsvirləri izləyicilərdə böyük təəccübə səbəb olurdu. Aleksandr Düma, Aleksandr Korniloviç, Andrey Fadeyev və Arnold Zisserman sarayı təsvir etmiş, Lev Tolstoy, Nikolay Rayevskiy, İlya Berezin, Elize Reklü və başqaları onun haqqında məlumat vermişlər. Azərbaycan SSR dövründə saray muzey statusu almışdır. 1945-ci ildə şərqşünas və sənətşünas L.S.Bretanitskiy saray haqqında namizədlik dissertasiyası yazır. İşini tamamladıqdan sonra, o, bu mövzuya həsr edilmiş məqalə nəşr etdirmiş və sarayı "Azərbaycanın XVIII əsrgörkəmli memarlıq-incəsənət nümunəsi" adlandıran incəsənət tarixçisi B.V.Veymarna müraciət edir. 1946-cı ildə Konstantinov "Nuxa" adlı məqaləsində yazır: "Fars memarlarının zövq və dəbdəbə zirvəsi olan bu möhtəşəm saray 1790-cı ildə Şiraz sakini Hacı Zeynal Abdin tərəfindən inşa edilmişdir."1947-ci ildə sarayı ziyarət etmiş şair Nikolay Tixonov "Yollar-cığırlar" adlı avtobioqrafik hekayəsində yazır: "Xan sarayının mahiranə və müxtəlif naxışları ilə heyranedici divar rəsmləri yaxşı saxlanmışdır, onlar bizi əmin edir ki, qədim Nuxada incəsənət inkişaf etmiş, poeziya və fəlsəfə yüksək qiymətləndirilmişdi."1968-ci ildə Şəkinin saray da yerləşən Yuxarı-Baş adlı tarixi hissəsi tarix-memarlıq qoruğu elan edilmişdir. 24 oktyabr 2001-ci ildə Şəkinin tarixi hissəsi ilə birlikdə xan sarayı da UNESCO Ümumdünya irsi siyahısına salınmağa namizəd göstərilmişdir. 1 avqust 2010-cu ildə UNESCO-nun Baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfəri çərçivəsində Şəkidə olarkən Xan sarayını da ziyarət etmişdir. 2019-cu ildən etibarən saray Şəkinin tarixi mərkəzi ilə birlikdə Ümumdünya irsidir.4 iyul 2012-ci ildə Şəki şəhərində sarayın 250 illiyi təntənəli tədbirlə qeyd edilmişdir. Mərasimdə 30-a yaxın ölkənin və beynəlxalq təşkilatların Azərbaycandakı səfirləri, o cümlədən ölkənin nüfuzlu elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin, Milli Məclisin deputatları iştirak etmişlər.2019-cu il iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid çinar ağacının təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri bir gün sonra həyatını itirib. Ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də, çardaq hissəsində bir neçə kirəmit qırılıb. Restavrasiyalar Şəki qalasında ucaldılmış və bir neçə binadan ibarət olan saray kompleksindən dövrümüzə yalnız iki mərtəbəli saray binası çatmışdır. İnşa edildiyi dövrdən sonra bina dəfələrlə təmir və yenidənqurma işlərinə məruz qalsa da, bütün bu işlər onun xarici görünüşünə ciddi təsir etməmişdir. Şəki xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra, saray yerli idarənin tabeliyində olmuş və dəfələrlə təmir edilmişdir. 1848–1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi, şair Kərim ağa Fateh tərəfindən sarayda bərpa işləri aparılmışdır.25 aprel 1921-ci ildə Averkom plenumunda "xan sarayının düzəldilməsi" məsələsi müzakirə olunmuş və aşağıdakı qərar qəbul edilmişdir: "Xan sarayının düzəldilməsi Azverkomun əvvəlki qərarına əsasən Narkomprosomun öhdəsinə düşür. Şuşa və Şəkidəki xan saraylarının düzəldilməsi üçün Narkomprosomun büdcəsindən 25 milyon rubl ayrılmışdır." Ümumbirlik Memarlıq Akademiyası kommisiyasının 13 mart 1939-cu ildə keçirilmiş iclasına memar Pyotr Baranovski tərəfindən bərpa layihəsinə baxışa əsaslanmış hesabat təqdim edilmişdi.1950-ci illərdə sarayda bərpa işləri aparılmışdır. Bərpaçı-rəssam İ. Baranovun işi haqqında sənətşünas Valentina Antonova yazır ki, "Nuxadakı XVIII əsrə aid xan sarayının divar rəsmlərinin səs-küylü şərq baarını xatırladan şıltaq və şux rəngli döyüş səhnələri canlanmışdır." 1955–1965-ci illərdə sarayda memar Niyazi Rzayevin layihəsi və rəhbərliyi ilə bərpa işləri aparılmış, həmin dövrdə sarayda rəssam F. Hacıyev və şəbəkəçi A. Rəsulov çalşmışlar.2002-ci ildə "Mədəni irsin mühafizəsi" layihəsi çərçivəsində sarayda bərpa işlərinə başlanmışdır. Memarlıq xüsusiyyətləri Planlaşdırma və daxili tərtibat Bina 31.7 metr uzunluğa, 8.5 metr enə və 10 metr hündürlüyə malikdir. Hər mərtəbənin hündürlüyü 3.35 metrdir. Həm fasad, həm də plan həlli xüsusiyyətlərinə görə saray binası simmetrikdir. Vertikal olaraq binanın ikinci mərtəbəsi birinci mərtəbənin planını təkrarlayır. Otaqlar uzun ox üzrə bir cərgədə yerləşir. Hər iki mərtəbənin mərkəzində alkovlu otaq yerləşir ki, tədqiqatçılar həmin otaqların qəbul üçün istifadə olunduğunu düşünürlər. Zalın kənarlarında dəhlizlə ayrılmış daha kiçik otaqlar yerləşir. Həmin otaqların ikinci dərəcəli qonaqlar üçün nəzərdə tutulduğu düşünlür.Sarayın hər iki mərtəbəsinin əsas zalı oxşar planlaşdırma xüsusiyyətinə malikdir: onların şimal tərəfində küncdə vitrajlı cənub pəncərələrinə açılan kiçik otaqlar yerləşir. Bunun sayəsində hər iki zal iki müstqil plafona malikdir: şimal divarı tərəfdə dərin nişin və zalın əsas hissəsinin plafonu. Sarayın divarları rəf adlanan dərin frizlə iki yarusa bölünmüşdür. Aşağı yarus nişləri adətən düzbucaqlı olmaqla stalaktitlətlə tamamlanır, yuxarı yarus nişləri isə stalaktitsiz oxvari tamalanmaya malikdir. Birinci mərtəbənin zal və yan otaqlarının şimal divarlarında otaq sobası – buxarı yerləşir. İkinci mərtəbənin zalı isə buxarıya malik deyildir. Sarayın dörd otağının divarları və plafonları rəsmlərlə örtülmüşdür. Birinci mərtəbənin iki yan otağının divarlarında rəsmlər yoxdur, lakin onların divarları rəsm çəkilməsi üçün hazırlanmışdır: interyerlərdə rəngli kontur izləri vardır. Yalnız birinci mərtəbənin zalı taxta plafona malik olmaqla rəsmlərlə örtülmüşdür. Plafon və divarların birləşmə yerləri bütün otaqlarda stalaktitlərlə bəzədilmişdir. Sonrakı dövrlərdə binaya edilmiş dəyişik və əlavələr onun ilkin görünüşünə ciddi xələl gətirməmişdir. İnşa texnikası və xüsusiyyətləri Şəki qalasının 6 hektar olan kifayət qədər böyük ərazisində məscid istisna olmaqla saray xidmətçiləri üçün nəzərdə tutulmuş heç bir bina dövrümüzə çatmamışdır. Saray və onu əhatə edən daş divarların eyni dövrdə inşa edilməsinə şübhə edənlər də vardır. Sarayın divarları 40–60 sm enə malik, kobud çaydaşı və əhəng məhlulu qarışığından hörülmüş təməl üzərində ucaldılmışdır. Divarlar 20 x20 x4 sm ölçülərə malik bişmiş kərpiclərdən hörülmüşdür.Divar hörgüsünün xarakteri, birinci və ikinci mərtəbə divarlarının materiallarındakı fərqlər və mərtəbələr arasındakı tamamilə yaramaz əlaqəyə əsasən demək olar ki, sarayın əvvəlcə bir mərtəbəli olması nəzərdə tutulmuş, lakin, sonradan ikinci mərtəbə də inşa edilmişdir. Lakin, həm də qeyd edilir ki, binanın fasadı əlavə inşa işlərindən xələl görməmiş, tam və yekunlaşdırılmış görünüşə malikdir. Əsas (cənub) fasadda memar binanın mərtəbəlik və daxili planlaşdırmasını dəqiq müəyyən etmişdir. Girişlər stalaktitli tağlara malik nişlərlə vurğulanmışdır. İkinci mərtəbədə girişlər üzərində stalaktitli tağla tamamlanmış locciyalar vardır. Onlar hər iki girişi vurğulamaq üçün əlavə variant kimi istifadə olunmuşdur. Girişlərin nişi incə naxış kəməri ilə bir-biri ilə əlaqələndirilmişdir. Onlar böyük zalların şəbəkə-pəncərələrinin yerləşdiyi sarayın mərkəzi hissəsini müəyyən edir. Sarayın əsas fasadının memarlıq həlli daxili planlaşdırma strukturunu dəqiq şəkildə əks etdirir. Cənub fasadında orta zallar, yan otaqlar və girişlər ayrılmışdır.Memarlıq baxımından saray, bir neçə yaxın analoqlara malikdir. Bu memarlıq-bədii dairə üslub baxımından İrəvanda olmuş Sərdar sarayı və son Səfəvilər dövrünün bağ-park pavilyonları, genetik baxımdan isə Şəkinin mülki memarlıq abidələri, o cümlədən bir qədər aralıda yerləşən Şəkixanovların evi ilə yaxındır.Saray sadə kompozisiyaya malikdir – bir sırada yerləşmiş üç otaq bir-birindən dəhlizlərlə ayrılmışdır. Hər iki mərtəbədə dərin nişlərə (bir böyük iki kiçik olmaqla) malik parad otağı xarakterli zal yerləşir. Birinci mərtəbənin böyük zalı rəsmi qəbullar üçün istifadə edilmişdir. Aşağı yarusun tağ timpanları sqraffito texnikası ilə işlənmiş mürəkkəb təsvirli nəbati naxışlar və rəsmlərlə doldurulmuşdur. Birinci mərtəbənin zalının plafonu müxtəlif həndəsi fiquru taxta hissələrindən yığılmışdır. Saray binasında divarlar, zallar və otaqların pəncərə çərçivələri vitraj xarakterli şəbəkə-pəncərələrlə tamamlanmışdır. Şəbəkə-əncərələrin rəngarəng şüşələrlə tamamlanmış həndəsi naxışları sarayln əsas fasadının ümumi kompozisiyasını tamamlayır. Zallar və otaqların bütov şəbəkə pəncərələri əsas fasada açılır, onlar arasında isə girişlər və eyvanların güzgülü stalaktitlərlə tamamlanan dərin nişləri yerləşir. Şəbəkələrin naxışları xalq rəssamları tərəfindən kiçik taxta detallarından yapışqan və mismar istifadə edilmədən, keçirmə üsulu ilə yığılmışdır. Hər iki mərtəbənin əsas zalları və yuxarı mərtəbənin yan otaqlarının xarici divarlarının tam vitraj pəncərələrlə əvəzlənməsi bu sarayın əsas memarlıq xüsusiyyəti hesab edilir. Divar rəsmləri Sarayın hər iki mərtəbəsinin mərkəzi zalları və ikinci mərtəbənin yan otaqlarının bütün divar səthləri, nişlər, divarlardan plafonlara stalaktit formalı keçidlər və plafonlar rəsmlərlə örtülmüşdür. Saray rəsmləri dörd qrupa bölünür: həndəsi və nəbati naxışlardan ibarət rəsmlər, süjetli rəsmlər, heyvan rəsmləri və bitki və heyvanların birgə təsvir edildiyi rəsmlər. Xan sarayının rəsmləri üçün həm də qızılı rəngin geniş istifadəsi xarakterikdir. Rəsmlər gips levkası üzərində o dövrün bütün divar rəsmləri kimi yumurta temperası ilə yerli tonlarla işlənmişdir. Rəssamlar qızılı, firuzəyi, qırmızı, bənövşəyi və sarı rənglərə üstünlük vermişlər.. Əsas fasad zəngin bəzədilmişdir. Sqrafitto üsullu və relyefli rəngli üzlüklə işlənmiş həndəsi və nəbati naxışlar, stalaktitli tağlar və rəngarəng yığma şəbəkəli vitrajlar sarayın fasadına qeyri-adi bayram əhvalı verir. Aşağı mərtəbənin pannolarında həyat ağacına üzünü tutmuş, bir zamanlar Azərbaycanda müqəddəs hesab edilən tovuzquşuları təsvir edilmişdir.Sarayın daxili də divar rəsmləri və naxışlarla bəzədilmişdir; nişlər (taxça), buxarı, tavanlar, stalaktitli karnizlər, işıqlandırma naxışlı şəbəkə-pəncərələrin rənglü şüşələri vasitəsiylə həyata keçirilir – bütün bunlar birlikdə dəbdəbəli saray mühiti yaradır. Mərtəbələr elə böyük hündürlüyə malik olmasa da (cəmi 3.35 m) memar ustalıqla illüziya vasitəsiylə hündür təəssürat yarada bilmişdir.İnteryerləri bəzəyən rəsmlər müxtəlif dövrlərdə və müxtəlif rəssamlar tərəfindən işlənmişdir; onlar arasında "firəng" rəssamları (Avropa rəssamları nəzərdə tutulur) tərəfindən işlənmiş və aşağı zalın plafonunun stalaktitlərində saxlanmış rəsmlər, Şuşadan olan məşhur rəssam Usta Qənbər, onun qardaşı Usta Səfər və oğlu Şükür tərəfindən işlənmiş rəsmlər, Şamaxıdan olan rəssamlar Əliqulu, Qurbanqulu və Cəfər tərəfindən işlənmiş rəsmlər, həmçinin Abbasəli tərəfindən işlənmiş rəsmlər vardır.İnteryerlərdəki ən qədim rəsmlər XVIII əsrə aiddir ki, onlar arasında Abbasqulu tərəfindən ikinci mərtəbədə əsas zalın tavanında işlənmiş rəsmlər də vardır. Sarayın divarlarında da adı saxlanmış Abbasqulunun həm də memar olması ehtimal edilir. Birinci mərtəbənin rəsmləri 1895–1896-cı illərdə Şamaxıdan olan Mirzə Cəfər tərəfindən, ikinci mərtəbənin rəsmləri isə 1902-ci ildə Şuşadan olan Usta Qənbər tərəfindən işlənmişdir. Şamaxıdan olan rəssamlar Əliqulu və Qurbanqulu əsasən yuxarı mərtəbədəki otaqlarda işləmişlər.Digər rəssamların işləri isə əsasən hər iki mərtəbənin əsas zallarında, o cümlədən ikinci mərtəbənin yan otaqlarının divarlarında yerləşir. Panel təsvirləri N.M. Miklaşevskaya sarayın panel təsvirlərini iki qrupa ayırır: birinci qrupa Usta Qənbər və onun köməkçiləri tərəfindən işlənmiş sarayın iki otağında işlənmiş panellər daxildir. Panellərin motivi eynidir: divar səthində realistik planda təsvir edilmiş güllərdən buketlər yerləşdirilib. Buketlər yaşıl sütunlar və tağdan formalaşdırılmış, aşağısı isə buta naxışlarından formalaşdırılmış səki ilə tamamlanan sektorlarla bir-birindən ayrılır. İkinci qrupa digər iki otağın panel rəsmləri daxildir. Onlar müxtəlif kompozisiya variantlarına malik olsa da, eyni prinsip – stilləşdirilmiş bitki və ya həndəsi naxışların bütün səth boyunca tərarlanan (şpaler rəsm) təsviri — əsasında işlənmişlər. Bu rəsmlərdəki bəzi gül və çiçək növləri rahat müəəyn olunur: qızılgül, itburnu, lalə, süsən,, qərənfil, fuksiya (XVIII əsrə aid təmizlənmiş rəsm hissəsində), pion, qıfotu və başqaları diqqət cəlb edir. Sadalanan güllərlə yanaşı sırf dekorativ xarakter daşıyan böyük və kiçik ölçülü çobanyastığı formalı mavi güllər də vardır. Bu cür güllər rəssamlar tərəfindən kompozisiyanın zənginləşdirilməsi üçün istifadə edilmişdir.Xarakter baxımından bu panellərin bir qədər həndəsiləşdirilmiş təsvirini əsas hesab etmək olar. Digər panellərdə isə sırf həndəsi və ya bitki elementləri ilə qarışıq təsvirlər verilmişdir. Onlar müxtəlif vaxta işlənsə də, eyni görünüşə malikdir. Düz cərgə ilə düzülmüş dördtərəfli xaçlar öz arasında naxışın yeni hissəsi olan səkkizguşəli ulduz yaradır. Ulduzlar oxra rəngində, xaçlar isə kərpic rəngindədir, qara sahə üzərində mavi və qırmızı nöqtələr səpələnmişdir. Ulduzların mərkəzində səkkizləçəkli gülün rozetkası yerləşdirilmişdir. Birinci mərtəbənin zalının panellərində təsvir edilmiş rəsmlərdə (XIX əsr) xaçların dəqiq forması ulduzun konturlarının kəskinliyini müəyyən edir, ikinci mərtəbənin şərq otağının oxşar panel təsvirində (XX əsr) isə xaçlar daya yayğın xəttlərlə çəkilmişdir. Niş və friz təsvirləri Şəki xan sarayının niş təsvirləri üçün əsas xarakterik cəhət onların stalaktitlərdə XVIII əsrdə çəkilmiş rəsmlər və frizlərdəki ov və döyüş səhnələrindən fərqli olaraq müstəqil süjet kompozisiyasına malik olmamalarıdır. Buradakı quş və heyvan rəsmləri güllərdən təşkil edilmiş rəsm kompozisiyaları ilə ümumi görünüş təşkil edir.Şəki xan sarayının friz təsvirlərinin kompozisiya və rəngləri stilləşdirilmiş bitki naxışlarını təkrarlayır. Bu rəsmlər Mehmandarovların Şuşadakı evinin frizlərində Usta Qənbər tərəfindən işlənmiş rəsmləri xatırladır. Şəki xan sarayınınn ornamentləri orijinal və mürəkkəb olsa da realistik işlənmiş təsvirlər rənglərinə görə kobud və harmonik deyildir. N.M. Miklaşevskaya Mehmandarovların evinin friz təsvirlərinin bədii baxımdan Şəki xan sarayının friz təsvirlərindən daha dəyərli olduğunu yazır. Buna əsasən də, tədqiqatçı Şəki xan sarayının friz təsvirlərinin Usta Qənbərin özü tərəfindən işlənmədiyini ehtimal edir. Kobud çəkilmiş parlaq çəhrayı qızılgül təsvirlərini Səfərbəyovların evinin plafonundakı demək olar eyni olan qızılgül təsvirləri ilə müqayisə edən Miklaşevskaya onların eyni rəssam – ehtimal ki, Usta Qənbərin qardaşı Usta Səfər tərəfindən işləndiyini qeyd edir. Həmin frizin təmizlənmiş kiçik hissəsi (4x4 sm) XVIII əsrin rəsmlərinin üzə çıxarılmasına səbəb olmuşdur. Burada yeni rəsmin naxışları təkrar olunsa da, başqa rənglər istifadə edilmişdir: fon ağ yox zeytun yaşılı, digər rənglər isə daha xoş çalardadır.Şəki xan sarayının ikinci mərtəbəsinin mərkəzi zalında ov və döyüş səhnələri təsvir edilmiş frizlər böyük bədii əhəmiyyətə malikdir. Zalın ümumi təsvirləri fonunda rəng və mövzu baxımından sərt fərqlənən friz təsvirlərdə baş verən hadisələr ilə izləyicinin diqqətini çəkir. Bu frizlər maraqlı panoramları ilə Azərbaycan təsviri sənət tarixində xüsusi inkişaf mərhələsi olmaqla yanaşı, həm də zəngin etnoqrafik və qismən tarixi material verir.25 sm enə malik olan bu friz şəbəkədən başlayaraq qapı və nişlərin üstü ilə keçərək kiçik otaqların divarını əhatə edir. Yuxarı hissədə friz bir qədər yumrulanaraq qabağa çıxır və on sm-lik rəf əmələ gətirir. Döyüş səhnələri zalın yuxarı başındakı frizdə (12.60 m), oc səhnələri isə şimal tərəfdəki nişdə təsvir edilmişdir (4.50 m).E.A.Dombrovskinin rəhbərlik etdiyi işçi heyət sarayda bərpa işləri zamanı frizin bəzi səhnələrinin fraqmentlərini təmizləyərək 50 sm ölçüdə döyüş, 2 m ölçüdə isə ov səhnələrinin orijinal görüntülərini meydana çıxarmışdır. Aparılan işlər nəticəsində XVIII əsrin sonlarından XX əsrə kimi müxtəlif dövrlərə aid rəsmləri öyrənmək mümkün olmuşdur. Yeni rəsmlərdə köhnə rəsmlərin kompozisiya və süjeti təkrarlansa da, onlar şəkil və kolorit baxımından bir-birindən fərqlənirlər. Köhnə rəsmlərin boyaları parlaq və işıqlıdır, yeni rəsmlərdə isə tünd tonlara üstünlük verilmişdir ki, bu da özünü əsasən səma təsvirlərində büruzə verir. Köhnə rəsmlərin stili miniatür rəssamlığına, yeni rəsmlər isə xalq yaradıcılığı nümunələrinə yaxın olsa da, hər iki variantdarəsmlərin dekorativliyinin vurğulanması diqqət cəlb edir.Yeni rəsmlərdə kərpic rəng, qırmızı, yaşıl, qara, cəhrayı və ağ ən çox təkrarlanan rənglərdir. Bütün friz boyu səma eyni şəkildə — aşağı horizontlu tünd göylə verilmişdir. Yer də o cür birnövlüdür: ümumi tünd yaşıl sahə üzərində vertikal kol və otlar verilir. Ön plan adətən bərabər ziqzaqlarla gedən qəhvəyi təpələrdən ibarətdir. Peyzaj nadir hallarda primitiv təsvir edilmiş ağaclarla zənginləşdirilib: ağaclar qalın dirək üzərində dairəvi yaşıl papaq kimi təsvir olunub. Ağaclara ən çox ov səhnələrində rast gəlinir. Stalaktit təsvirləri Şəki xan sarayının stalaktitləri bədii təsvirləri baxımından ümumi kompozisiyanı tamamlayır. Belə ki, otaqların yuxarı stalaktitləri kiçik güzgü hissələri ilə üzlənmiş, aşağı stalaktitlərdə isə rəsmlər çəkilmişdir. N. Miklaşevskaya xan sarayının stalaktit rəsmlərini iki qrupa bölür: birinci qrupa mavi tonla işlənmiş rəsmlər, ikinci qrupa isə bütün digər rəsmlər aid edilir. XVIII əsrə aid mavi tonlu rəsmlər sarayın birinci mərtəbəsinin zalında yerləşir. Prof. B.P. Denike xan sarayındakı həmin təsvirləri Çin rəssamlığına aid Orta Asiya divar rəsmləri ilə müqayisə edir: "Bu rəsmlərdə Çin incəsənəti ilə, xüsusən Ağ-mavi (White-blue) farfor təsvirləri ilə əlaqəni görməmək mümkün deyil."Digər zallardakı bütün stalaktitlərin rəsmləri tarix və motivlərinə görə bir-birindən fərqlənir. Onların bəzilərində kiçik süjetlər verilsə də, bəziləri adi çiçək motivləri ilə bəzədilmişdir. İkinci qrupdan olan stalaktit təsvirləri solğun oxra rəngli fon üzərində realistik təqdim edilmiş güllərdən ibarətdir. Onlar tünd medalyonlar şəklində stilləşdirilmişdir. İkinci mərtəbənin yan otaqlarının stalaktitlərində də həmin variantlar təkrarlanmışdır, lakin, onların keyfiyyəti daha aşağıdır. Plafon təsvirləri Sarayın birinci mərtəbəsinin əsas zalının taxtadan hazırlanmış yığma plafonu bu tipdə yeganə əsər olmaqla, həm rəsmləri, həm də XVIII əsr xalq sənətkarları tərəfindən işlənmiş taxta oyma nümunələrinə görə mühüm bədii əhəmiyyətə malikdir. Plafonun dekorunun əsasında duran ornament motivinə Azərbaycanın bir çox orta əsrlər memarlıq abidələrində (xüsusən Naxçıvan türbələrində) də rast gəlinir. Bu taxta plafon yapışqan və mismar istifadə edilmədən kiçik taxta parçalarından yığılmış mükəmməl sənət nümunəsidir. Plafon üç əsas naxış formasına malikdir: plafonun öz sahəsi və onu əhatə edən səkilərin (40 sm enində) naxışları. Üçüncü növ naxış isə lent şəklində səkini əhatə edir və beləcə birinci naxışı ikinci naxışdan ayırır. Naxışların mürəkkəb ornametləri çoxguşəli ulduzlar və çoxbucaqlıların birləşməsindən yaradılmışdır. Əsas fiqurların xəttləri onları formalaşdıran taxta hissələrinə qara konturla çəkilmişdir. Q. M. Skubçenko yazır ki, "Həmin ornamentlərin xarakterik xüsusiyyətləri ondadır ki, bütün təsvir düz xətlərin müxtəlif künclərdə kəsişməsindən yaranan beş müxtəlif element formasından yaranmışdır. Həmin elementlərdən biri olan beşguşəli ulduzun ölçüləri isə digər elementlər arasında həmişə eyni ölçüdə olması ilə seçilir." Əsas sahənin hər detlının ortasında yaşıl yarpaqlı açıq sarı çiçəklər çəkilmişdir. Geniş səkidə isə (ikinci naxış) yalnız hər ulduzun ortasında rozetka formalı çiçək çəkilmişdir. Ortalama hesabla bütöv plafon təxminən 11.000 kiçik taxta detallardan ibarətdir.Şəki xan sarayının iki əsas zalı hər biri iki, ikinci mərtəbənin yan otaqları isə hər biri bir plafona malikdir. Sarayın ikinci mərtəbəsinin zalının şimal plafonunun əsas sahəsini böyük və işıqlı medalyon tutur. Onun ortasında daha kiçik medalyon yerləşir. Medalyonun sahəsi naxışlarla bəzədilmişdir. Miklaşevskaya Usta Qənbər tərəfindən işlənmiş həmin plafonun rəssamın Mehmandarovların evinin kiçik otağının və ev məscidinin plafonları ilə müqayisə edir. Q. M. Skubçenko isə həmin plafonu XVIII əsrin sonlarına aid edir.İkinci mərtəbənin yan otaqlarının plafonları Şəkixanovların evinin zalının plafonu kimi mərkəzi oval plafona malikdir. Plafonların ağ fonu mavi budaqlarla bəzədilmiş, budaqlar arasında realistik təsvir edilmiş quş və heyvan rəsmləri vardır. Bu plafonlar naxışlarının mürəkkəbliyi və ya rəng zənginliyi ilə əsas zalların plafonlarından geri qalır. Salamzadə Ə.R., Məmmədzadə K.M. Şəkinin memarlıq abidələri. Bakı: Elm, 1987, 140 s. Məmmədli Z. Şəki Xan Sarayı. Bakı: Tutu, 2006, 183 s. Xarici keçidlər "Sheki, the Khan's Palace" (ingilis). Rəsmi sayt YUNESKO. 2001. 2015-03-03 tarixində arxivləşdirilib. “Muzey və tarixi abidələrə virtual səyahət” layihəsi - Şəki Xan Sarayı (Regional İnkişaf İctimai Birliyi)
https://az.wikipedia.org/w/index.php?curid=93054
Şəki xanlığı
Şəki xanlığı — XVIII əsrdə Azərbaycan ərazisində mövcud olmuş ən güclü xanlıqlardan biri. Ümumi məlumat Şəki xanlığı XVIII əsrin 40-cı illərinin sonlarına yaxın güclü siyasi qüvvəyə çevrilmişdir. Nəticədə Qəbələ və Ərəş sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi. Hacı Çələbinin hakimiyyəti dövründə Şəki xanlığı yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxeti çarlığı ilə fasiləsiz müharibələr aparırdı. Tərəflərin növbə ilə qələbə çaldığı bu müharibələr hər iki ölkənin məhsuldar qüvvələrinin vəziyyətinə dağıdıcı təsir göstərirdi.Hacı Çələbinin ölümündən sonra (1755) hakimiyyət oğlu Ağakişi bəyə, onun öldürülməsindən 30–40 gün sonra isə Hüseyn xana keçdi. Bu dövrdə Şəki xanlığı artıq xeyli zəifləmişdi. 1768-ci ildə bir-biri ilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Bir neçə ildən sonra Şəki xanlarının qohumları arasında baş verən çəkişmələr ona gətirib çıxardı ki, 1780-ci ildə Hüseyn ölümündən sonra hakimiyyət Əbdülqadirə, 1783-cü ildə Məhəmmədhəsən xana, 1795-ci ilin dekabrında isə Səlim xana keçdi. Səlim xan iki dəfə − birinci dəfə 1795–1797, ikinci dəfə isə 1805–1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuşdu. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, 1806-cı ilin yayında bacısının — Qarabağ xanı İbrahimxəlil xanın arvadının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, lakin sonda məğlub olaraq İrana mühacirət etmişdi. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kənd təsərrüfatının aparıcı sahəsi əkinçilik və maldarlıq xüsusi yer tuturdu. İqtisadiyyatda isə ipəkçilik mühüm yer tuturdu. Demək olar ki, hər bir həyətdə tut ağacları vardı. Kəndlərin əhalisi ipək salımaqla məşğul olurdu. Şəki ipəyi Azərbaycanın hüdudlarından kənarda da məşhur olub, Rusiya, İtaliya, Türkiyə və İrana ixrac edilirdi. Kənd təsərrüfatı ilə bərabər sənətkarlıq və ticarət də inkişaf etmişdi. Şəki xanlığında ipək parçalar, mis qablar, silah, kənd təsərrüfatı alətləri, məişət əşyaları və s. hazırlanırdı. Müxtəlif sex təşkilatlarında – əsnaflarda dəmirçilər, misgərlər, toxucular, dulusçular, boyaqçılar, dabbağlar, bənnalar, dülgərlər, pinəçilər, sabunbişirənlər, dərzilər, zərgərlər, silahsazlar və b. birləşirdi. Sənətkarlıq istehsalı bəzi kəndlərdə çox inkişaf etmişdi. Bütün sənətkarlıq məhsullarına vergilər qoyulurdu. Şəhər əhalisi isə əsasən ticarətlə məşğul olurdu. Şəki xanlığı qonşu Azərbaycan xanlıqları, Gürcüstan, Dağıstan, İran və digər dövlətlərlə geniş ticarət aparırdı. Bu dövrdə Rusiya ilə ticarət durmadan artırdı. Şəki xanlığı Rusiya ilə iki yolla – Dərbənd vasitəsilə quru yolla və Bakı vasitəsilə Xəzər dənizi ilə ticarət əlaqələri saxlayırdılar. Çoxsaylı gömrük növləri ticarətin inkişafına böyük maneə törədirdi. Xanlığa gətirilən və oradan aparılan bütün mallardan gömrük toplanırdı. Məhəmməd Həsən xanın dövründə xanlıqda vergilərin toplanmasını hüquqi cəhətdən möhkəmləndirən və hakim sinfın mənafelərini təmin edən "Dəsrur ül-amal" (azərb. "Qanunlar məcmuəsi") hazırlanmışdı. İltizam sistemi, pul, ölçü və çəki vahidlərinin müxtəlifliyi, gömrük maneələri, həmçinin natural təsərrüfatın hökmranlığı ticarət və sənətkarlığının inkişafına mane olur, əmtəə-pul münasibətlərinin artımını ləngidirdi. Şəki xanlığında aşağıdakı torpaq mülkiyyəti formaları – dövlət torpaqları, mülklər, məhsul və icma torpaqları mövcud idi. Şəki xanlığının sosial əsasını feodallar və kəndlilər təşkil edirdilər. Nuxa şəhərinin əhalisi isə əsasən ticarətlə məşğul olurdu. Nuxa şəhəri xanlığın inzibati mərkəzi sayılırdı. Nuxa şəhərində feodal uşaqlarının oxuduqları məktəblər – mədrəsələr fəaliyyət göstərirdi. Azərbaycan ədəbiyyatında realist istiqamət daha da inkişaf edirdi. Yaradıcılığını şifahi xalq ədəbiyyatından götürən şairlər – Nəbi Süleyman, Razi poeziyanın görkəmli nümayəndələri sayılırdılar. Şəki şairləri arasında Şəkililərin Nadir şaha qarşı qəhrəmanlıq mübarizəsini tərənnüm edən Nəbi önəmli yer tuturdu. Tətbiqi incəsənət və memarlıq yüksək səviyyəyə çatmıŞdı. Ağac üzərində bədii oyma, qızıl, gümüş və misdən hazırlanmış məmulat, tikmələr sənətkarların yaradıcılığında mühüm yer tuturdu. XVIII əsrdə Azərbaycanın qiymətli memarlıq abidələrindən biri əsrin sonunda şirazlı memar Hacı Zeynalabdin tərəfindən tikilmiş Şəki xanlarının sarayı idi. Sarayın divarları bu günə qədər öz təravətini saxlayan rəsmlərlə bəzədilmişdir. Azərbaycanın XVIII əsr və XIX əsrin əvvəllərinə aid olan digər gözəl memarlıq abidələri – Şəkixanovların evi, Cümə məscidi və s. əsasında xalq istedadlarının yaradıcılığına dair fikir yürütmək mümkündür. İnzibati bölgü 1819-cu ildə tərtib olunmuş sənədə görə Şəki xanlığının ərazisi 10 inzibati vahidə bölünürdü: Şəki mahalı Göynük mahalı Ağdaş mahalı Ərəş mahalı Alpaut mahalı Xaçmaz mahalı Padar mahalı Qutqaşın mahalı Nuxa şəhəri. Sinfi tərkib 1. Bəylər-bəyimlər və ağalar (onlar əsasən şəhərdə və mahalların inzibati mərkəzləri olan kəndlərdə yaşayırdılar. Onların özlərinə məxsus 5–10 ailəlik kiçik kəndləri də ola bilirdi və bu halda həmin kəndlərin vergisi və töycüsü onlara çatırdı; 1824-cü il siyahıyaalınmasında bəylərin sayı 276 nəfər olmuşdur. Ən çox bəy isə Bum kəndində (61 nəfər)və Nuxa şəhərində (50 nəfər) qeydə alınmışdı. Bəyimlərin sayı barədə məlumat yoxdur. "Ağa" — xanzadələrin, yəni xan övladlarının daşıdığı titul idi. Məsələn, Kərim ağa Fətəli xanın oğlu olub, Tuti ağa isə Məhəmmədhəsən xanın qızı idi. 2. Ruhanilər (mollalar, əfəndilər, keşişlər – onlar vergi və töycüdən azad idilər). 3. Maaflar (onların torpağı var idi, əkib-becərirdilər, vergi və töycüdən azad idilər, onlar öz pulları ilə silah almalı və müharibə zamanı xanın ordusunda olmalı idilər; Şəki xanlığında maafların sayı 500-dən çox idi, ən çox maaf isə Bum kəndində (149), Qutqaşın kəndində (133) və Xaçmaz kəndində (65) yaşayırdı). 4. Ticarət əhli (onlar iki kateqoriyaya ayrılırdı: tacirlərə və dəllallara, onların ailələri şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Məslən, Nuxa şəhərində 150-dən çox tacir və 1300-dən çox dəllal yaşayırdı). 5. Sənətkarlar (onlar yalnız kəndlərdə yaşayırdılar və istehsal elədikləri məhsulu şəhərdə satırdılar). 6. Rəncbərlər (onların torpağı olmurdu, əsasən xana, yaxud hansısa feodala məxsus torpaqlarda işləyirdilər. Toxum və əmək alətləri torpaq sahibi tərəfindən verilirdi, yetişdirdikləri məhsulun 50% isə onlara qalırdı). 7. Torpağı olan azad kəndlilər (onlar nağd pul şəklində olan töycü ilə birlikdə, yetişdirdikləri məhsulun bir hissəsini də xana verirdilər). 8. Sərhədçilər (Şin, Daşağıl, Filfili və bəzi sərhəd kəndlərində yaşayan ləzgilər vaxtilə Şəki xanı tərəfindən Dağıstandan, yaxud Qubadan köçürülmüşdür, onların məskulaşdıqları kəndlər Dağıstana gedən dağ yollarının üstündə idi, onlar həmin yolları qorumalı, həmin yolarla Dağıstandan edilən basqınların qarşısını almalı idilər, buna görə də vergi və töycüdən azad edilmişdilər. İsmayıl xanın dövründə Şəki xanlığında pul islahatı keçirilmişdi, lakin 1819-cu ilə aid sənəddən məlum olur ki, dövriyyədə əsasən Məhəmmədhəsən xanın pulları işlənib (Şəki xanlığının ləğv edilməsindən xeyli sonra da Məhəmmədhəsən xanın pulları dövriyyədə qalıb!) Xanlığın sikkələrindən nümunə Sikkəlarin üzərində yazılırdı: "Zərb Noxu" (yəni Noxuda (Nuxada) zərb olunub. 1805-ci ilin mayında Qarabağ və Şəki xanlıqları ilə Rusiya imperiyası arasında imzalanmış Kürəkçay müqavilələrinə görə Şəki xanlığı da Rusiya təbəəliyini qəbul etdi, lakin bir il sonra Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi, o cümlədən , Şəki xanı Səlim xanın bacısı olan arvadı ilə birlikdə qətlə yetirildikdə, Səlim xan itaətdən çıxaraq, Şəkidə yerləşdirilmiş rus qarnizonunu xanlığın hüdudlarından çıxara bildi. 1806-cı il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın qoşunu məğlub edildi. Rus general-mayoru Nebolsinin başçılıq etdiyi dəstənin ələ keçirdiyi qənimətlər içərisində xanlığın altı bayrağı da olmuşdur. Onlardan üçü hal-hazırda Azərbaycan Tarixi Muzeyində saxlanılır. Bayraqlardan biri vaxtilə Nadir şahın bayrağı olub, lakin Nadir şahdan 100 il əvvəl Hindistanda hazırlanmışdır. Şəki xanları Həmçinin bax Azərbaycan xanlıqları Şəki (tarixi ərazi) Şəki xanlarının siyahısı Şəki xan sarayı Xarici keçidlər ŞƏKİ TARİXİ (Elmi-tarixi veb-sayt) Qədim ipək yolunun mərkəzində dayanan Şəki xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=50886
Şəki ölkəsi
Müxtəlif dövrlərdə hakimlik, xanlıq, vilayət, ölkə və s. adlandırılan bu tarixi ərazi əsasən İndiki Azərbaycan Respublikası ərazisinin şimal-qərb hisəsini, həmçinin, qismən, indiki Gürcüstan Respublikasının ərazisinin şərqini və indiki Rusiya Federasiyasındakı Dağıstan Respublikası ərazisinin cənubunu əhatə etmişdir. Şəki knyazlığı Şəki hakimliyi Şəki xanlığı Şəki əyaləti Nuxa qəzası Şəki rayonu Şəkinin hökmdarları, xanları və məlikləri Seyid Əli Orlat -1393 — 1399 Seyid Əhməd Orlat 1393 — +1423/24 Əli inaq -1435 — +1435 1444/45 — 1456/57 Əlican (Candar) xan (Qara keşişin oğlu) 1456/1457 — ? Qutul xan (Əlican xanın oğlu) Əbdülqafar -1447/1448 — +1468/1469 ___ — ____ Zəki (Şəki) xan (Qutul xanın oğlu) -1497 — 1497 Şahhüseyn -1519 — May,1524 Həsən sultan May,1524 — May, 1551 Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu) Şəkidə Səfəvi, Osmanlı və Nadir şah hakimiyyəti dövrü (1551-1746) Şəki hakimləri 1551 — ___1555 Toygün bəy Qacar 1555 — ? Şamxal sultan Çərkəz 1574 — 1580 İsa xan (Kaxetiya hakimi Levonun oğlu 12.12.1560-cı il tarixdə islamı qəbul edib, 25.12.1562-ci ildə Səfəvilər tərəfindən həbs edilib)1591 — ___ Əmir Osman ______ — ______Məhəmməd sultan ______ — ______Aslan sultan ______ — ______Abbasqulu sultan ______ — ______Şahmir xan 17-ci əsrin 90-cı illəri Allahqulu sultan1722 — ___ +1730 Əli sultan Şəki məlikləri +1642 — ____ Məlik Səfiqulu 1691 — ____ ; ____ — ____ Məlik Həsən 1691 — _____ Məlik Səfərqulu (Məlik Səfiqulunun oğlu) oktyabr, 1734 — may, 1737 Əlimərdan bəy (ibn Məhəmməd xan sultan, ibn Məlik Səfiqulu) may, 1737 — 1743 Məlik Nəcəfqulu (Məlik Səfərqulunun oğlu) 1743 — + sentyabr, 1746 Məlik Cəfər (Məlik Nəcəfqulunun qardaşı oğlu) Müstəqil xanlıq dövrü (1747-1819; 1826) 1747—1755 Hacı Çələbi xan (Sultan Qurban oğlu) 1755—1759 Ağakişi bəy (Hacı Çələbi xanın oğlu) 1759—1780 Məhəmməd Hüseyn xan (Həsən bəy oğlu) 1780—1783 Hacı Əbdülqadir xan (Hacı Çələbi xanın oğlu) 1783—1795; 1797—1802 Məhəmmədhəsən xan (Şəki xanı) ( Məhəmməd Hüseyn xanın oğlu) 1795—1797; 1805-1806 Səlim xan (Şəki xanı) (Məhəmməd Hüseyn xanın oğlu) 1806 Fətəli xan (Məhəmməd Hüseyn xanın oğlu) 1806—1814 Cəfərqulu xan 1814 —1819 İsmayıl xan (Cəfərqulu xanın oğlu) 1826—1826 Hüseyn xan (Səlim xanın oğlu) Həmçinin bax Azərbaycan (tarixi ərazi) Arran (tarixi ərazi) Şirvan (tarixi ərazi) Muğan (tarixi ərazi)
https://az.wikipedia.org/w/index.php?curid=237587
Şəki üsyanı (1814)
Göynük üsyanı yatırıldıqdan sonra da Şəkidə mövcud üsul idarəyə qarşı xalqın ümumi narazılığına son qoymaq mümkün olmadı. 1814-cü il 8 noyabrda Qafqazdakı rus qoşunlarının baş komandanı general N.F.Rtişşevin imperatora göndərdiyi raportdan aydın olur ki, Cəfərqulu xanın ölümündən sonra Şəkiyə yeni xanın-İsmayıl xanın təyin edilməsi yerli əhalinin kəskin müqaviməti ilə qarşılandı.Cəfərqulu xanın sağlığında Rusiyaya sədaqəti ilə diqqəti cəlb edən və buna görə də xanın varisi kimi tanınan İsmayıl xanın Şəki xanı elan edilməsi Şəkidə üsyanın başlanılmasına səbəb oldu. Yerli əhali yaxşı başa düşürdü ki, İsmayıl xan da öz atası Cəfərqulu xan kimi Rusiyanın müstəmləkə siyasətini can-başla yerinə yetirəcək. Yeni xanın hakimiyyətini rəsmi şəkildə elan etmək üçün general-mayor Axverdov Şəkiyə gəldi. Bu xəbəri eşidən xalq qalanın ətrafına yığılaraq öz narazılığını bildirdi. Xalq Rusiyadan asılı olmaq istəmir və İsmayıl xanın hakimiyyətini tanımayacaqlarını bildirirdilər. Başlanan üsyana əhəmiyyətsiz yanaşan Axverdov mahalları idarə edən bəylərin və məliklərin yığıncağında İsmayıl xanı Şəki xanı elan edərək bu ərazidən Şamaxı xanlığına getdi. Məqsəd, vaxtilə Cəfərqulu xanla-Şamaxı xanlığı arasında yaranmış ümumi narazılığa son qoymaq və yeni xanla-İsmayıl xanla Mustafa xan arasında rus imperiyasının mənafeyi naminə xoş münasibət yaratmaq idi. General-mayor Axverdovun getməsindən sonra xalqın ümumi narazılığı daha da artdı. Üsyan genişlənərək yaxın kəndlərə və xanın bütün iqamətgahına yayıldı.Üsyançılar Rusiyapərəst İsmayıl xanın divanının bağlanmasını tələb edir və yeni xanın hakimiyyətini tanımayacaqlarını bildirirdilər. Üsyanın başlanması və gedişi Üsyanın başlanması və getdikcə genişlənməsi təhlükəsi Nuxada yerləşdirilmiş Sevastopol piyada polkunun kapitanı Denibekovu cəld bir sıra tədbirlər həyata keçirməyə məcbur etdi. O, İsmayıl xanın və Şəkinin bir sıra nüfuzlu bəylərinin məsləhəti ilə üsyan başçıları ilə danışığa girdi. Lakin kapitan Denibekov xəyanət edərək danışığa gələn 4 nəfər üsyan başçısının həbs olunması haqqında əmr verdi. Öz tərcüməçisini 2 nəfər kazakla üsyançıların yanına göndərən Denibekov onlara evlərinə dağılışmağı məsləhət gördü, əks halda silahlı divan tutulacağı ilə hədələdi. Üsyançılar şəhər ətrafına çəkildi və möhkəmlənməyə başladı. Kapitan Denibekov üsyançıların güclənməsinə yol verməmək üçün vaxt itirmədən özü ilə 70 əsgər və bir top götürərək qaladan çıxıb üsyançıların üzərinə yeridi. Silahsız xalq müqavimət göstərməyin çətin olduğunu görərək əz yaşayış yerinə qayıtdı: Şəkidə üsyan əhval-ruhiyəsini isə uzun müddət yatırmaq mümkün olmadı. Məhz bu qorxu Şəki qalasında yerləşdirilmiş qarnizonun yeni hərbi qüvvələr hesabına möhkəmləndirilməsinə səbəb oldu. Vəziyyətin ağırlığını görən general-mayor Axverdov yenidən Şamaxı xanlığından Şəkiyə qayıtmağa məcbur oldu. O general N.F.Rtişşevə göndərdiyi məlumatda artıq sakitliyin yaranması haqqında xəbər verirdi. Şəkidə yaranmış sakitlik isə yalnız zahiri xarakter daşıyırdı. Mübarizəni axıra qədər davam etdirmək istəyən 250 nəfər Car ərazisindən keçərək Kaxetiya vasitəsilə Tiflisə, general N.F.Rtişşevin yanına getdi. Bundan xəbər tutan general üsyançıları şəhərə buraxmamaq haqqında əmr verdi. N.F.Rtişşev tərəfindən üsyançıların yanına göndərilən Gürcüstan qubernotoru general-mayor Simonoviç və Tiflisin hərbi komendantı 16 nəfərlə Tiflisə qayıtdı. Onlar əsasən üsyan başçıları və Şəki xanlığında əhalinin daha çox inandığı, hörmət etdiyi din xadimləri idi. General-mayor N.F.Rtişşev nəinki üsyan başçılarının şikayətinə qulaq asdı, hətta hiylə ilə onları bu işdən çəkindirməyə çalışdı. Üsyanın məğlubiyyəti Üsyançıların möhkəm dayandığını və geri çəkilmədiyini görən N.F.Rtişşev onları hərbi məhkəməyə verdi. Üsyançıların bir hissəsi Sibirə və Orenburqa sürgün edildi, bir hissəsinə kötəklə döyülmə cəzası verildi, qalanları isə cəzalandırmaq üçün İsmayıl xanın ixtiyarına göndərildi. Tiflisə gedən üsyançılar İsmayıl xanın məmuru Maqsud ağanın başçılığı altında bir rotanın müşayəti ilə Şəkiyə qaytarıldı. Onlar yeni xana və Rusiya imperiyasına sadiq qalacaqlarına and içdi. Sonralar Şəki əhalisinin Qafqazda rus qoşunlarının yeni baş komandanı A.P.Yermolova yazdığı məktubdan aydın olur ki, Sibirə sürkün olunanlardan 8 nəfəri orada ölmüşdü. Əhali sağ qalanların, o cümlədən Mahmud ağa Hacıxanovun, Molla Hacının, Hacı Əli oğlunun, Məmmədyusif Səfərovun və b. geri qaytarılmasını xahiş edirdi. 1814-cü il üsyanı yatırıldı. Təpədən-dırnağadək silahlanmış rus ordusuna qarşı müqavimət göstərmək olduqca çətin idi. Buna baxmayaraq xalq yadelli əsarətinə-ağalığına qarşı öz qəzəb və nifrətini bildirməkdən çəkinmirdi. Şəki xanlığına yeni hərbi qüvvələr gətirilir, üsyan baş verməməsi üçün bütün tədbirlər görülürdü. Görülən tədbirlərə baxmayaraq Azərbaycanın şimal-qərb ərazisi müstəmləkə əsarətinə qarşı çevrilmiş ən qüvvətli mübarizə mərkəzi olaraq qalırdı. Z.Ə.Cavadova. Şimal-Qərbi Azərbaycan. (tarixi-demoqrafik araşdırma). Bakı,1999.
https://az.wikipedia.org/w/index.php?curid=399169
Şəki üsyanı (1838)
Şəki üsyanı (1838) - XIX əsrdə çar Rusiyasının Azərbaycanda yeritdiyi müstəmləkəçilik əsarətinə qarşı çevrilmiş ümumxalq üsyanı. Üsyanın səbəbləri XIX əsrin 30- cu illərində Azərbaycanda çarizmin müstəmləkə əsarətinə qarşı baş vermiş üsyanları doğuran ümumi amillər 1838-ci ildə Şəkidə baş vermiş üsyan üçün də xarakterik idi. Lakin xanlıqlar dövründə mövcud olan vergi və mükəlləfiyyətlər heç bir əyalətdə Şəkidəki qədər deyildi. "Cənubi Qafqazda ipəkçiliyi və ticarət sənayeçiliyini yayan" Cəmiyyətin tut ağacları plantasiyalarında və müəssisələrdə çalışan rəncbərlərin vəziyyəti xüsusilə dözülməz idi. Kiçik qüsur üstündə rəncbərə bədən cəzası verilirdi. Əyalətin inzibati mərkəzi olan Şəki şəhərində sənətkarlara tətbiq edilən ağır vergilər, rüsumlar, zorakılıqlar, qanunla nəzərdə tutulmayan mükəlləfiyyətlər onları müflisləşdirir və cana doydururdu. Şəhərdə yaşayan ağalar, bəylər və ruhanilər də komendantdan narazı idi. Çoxları doğma yurdunu tərk edib dağlara, meşəllərə çəkilirdi. Bu narazı qüvvələr hər an üsyana başlamağa hazır idilər. Vaxtilə çarizmin zülmü üzündən Şəkini tərk etməyə məcbur olmuş Səlim xan da ailəsi ilə birlikdə İranın sərhəd kəndi Zeyvə məskunlaşmışdı. Üsyanın başlanması və gedişi Bəzi mənbələrə görə Şəki üsyanının başçısı Məşədi Məhəmməd adlı şəxs Səlim xanın oğlu Hacı xanın tapşırığı ilə hələ 1837-ci ildə Şəkiyə gəlmişdi. Tədqiqatçı alim Z.Ə.Cavadova isə "Şimal- Qərbi Azərbaycan" (tarixi-demoqrafik araşdırma) əsərində mənbələrə əsaslanaraq qeyd edir ki, üsyana İranda vəfat edən Şəki xanı Hüseyn xanın oğlu Məmməd bəy başçılıq edirdi. 1837-ci ildə öz vətəninə qayıdan Məmməd bəy tərəfdarları ilə birlikdə müstəmləkə əsarətinə qarşı mübarizəyə başladı. Lakin tezliklə həbs olunaraq hərbi məhkəməyə verildi. 1838-ci ilin avqustun 8-də o, həbsxanadan qaçaraq Quba mahalının yuxarı hissəsində gizləndi. 1838-ci ilin avqustunda Quba mahalının yuxarı hissəsində 5 minədək atlı və piyada qoşun toplayan Məmməd bəy Rutuldan olan Ağa bəylə birlikdə Şəki üzərində hücuma hazırlaşmağa başladı. Avqustun 30-da çoxsaylı dağlı qoşunu Xaçmaz mahalı yaxınlığında dağı aşaraq Şəki əyalətinə girdi. 400 evdən ibarət Xaçmaz kəndinin sakinləri dağılara qoşuldu. Mahal naibinin kənd əhalisindən yaxınlaşan dağlı qoşununa qarşı müqavimət göstərmək üçün dəstə toplamaq cəhdi baş tutmadı. 1838-ci ildə Şəkidə baş vermiş üsyanın xarakterik xüsusiyyəti müstəmləkə əsarətinə qarşı çevrilmiş bu azadlıq mübarizəsində Şəki əhalisi ilə yanaşı dağlı tayfalarının da iştirak etməsi idi. Məmməd bəy Şəki əhalisinə göndərdiyi müraciətdə bildirirdi ki, o şəkililəri öz dindaşları və dostları hesab edir. Onlara qarşı heç bir pis niyyəti yoxdur. Yürüşdə əsas məqsəd onları xristianların zülmündən azad etmək, bütün işğalçıları məhv etməkdir. Məmməd bəyin bu müraciəti Şəkidə üsyanın başlaması üçün bir işarə oldu. Şəki komendantı podpolkovnik Minçenko yaxınlaşan təhlükəni dəf etmək üçün silahlı əhali toplamağa başladı. Lakin tələb olunan 1000 nəfər yerinə cəmi 200 atlı yığıldı. Çətinliklə yığılan bu silahlı dəstə Vartaşın kəndinə gəldi. Onlar isə nəinki müqavimət göstərdilər, hətta mahal naibini hədələyərək onun bu ərazidən çıxmasını tələb etdilər. Qısa müddətdə üsyan bütün Şəki əyalətini bürüdü. Avqustun 31-də köməyə gələn dağlı qoşunu sürətlə hərəkət edərək demək olar ki, heç bir müqavimətə rast gəlmədən Şəkiyə yaxınlaşdılar. Şəki komendantı kömək üçün Nijeqorodsk draqun polkunun komandiri polkovnik S.D.Bezobrazova müraciət etdi. Çar quyuları istehkamından Şəkiyə top artilleriyası ilə birlikdə 2 diviziya və Zaqatala qalasından 2 rota göndərildi. Bu hərbi qüvvəyə İlisu sultanının yüzədək atlısı da qoşuldu. Polkovnik S. D. Bezobrazov Şəkiyə gələn zaman üsyançılarla birləşməyə cəhd göstərən dağlı qoşunu artıq şəhərə yaxınlaşmışdı. Qışlaq adlanan ərazidə köməyə gələn dağlı qoşunu ilə, Şəkidə yerləşdirilmiş rus qoşunu arasında şiddətli döyüş başladı. Şəhər yarğanlar və sıx bağlarla əhatə olunduğu üçün az saylı qoşunla üsyançılara qarşı vuruşmaq və şəhəri əldə saxlamaq çətinlik yaradırdı. Ona görə də polk Bezobrazov öhdəsində olan az saylı qoşunla şəhərdən 4 verst aralı olan Qışlaq ərazisində həlledici döyüşə girməyi qərara aldı. Nijeqorodsk draqun polkunun kapitanı knyaz Çavçavadze milis dəstələri ilə birlikdə Qışlaq və Zəyzid yolu ilə hərəkətə başladı. Bu dəstəni Gürcüstan xətt batalyonunun 2 rotasından təşkil edilmiş dəstə müşayət edirdi. Zəyzid kəndi yaxınlığında milis dəstələri ilə üsyançılar arasında atışma başladı. Piyada qoşunlarına başçılıq edən polkovnik Bezobrazov milis dəstələrinə kömək etmək üçün Zəyzid yoluna çıxdığı an üsyançılar onların üstünə atıldı. Lakin piyadalar süngü zərbələri ilə bu kütləni geri oturtdu və qaçmağa məcbur etdi. Üsyançıların digər hissəsi isə Qışlaq yolunda dayanan rotaya hücum edərək burada olan bir topu ələ keçirməyə cəhd göstərdilər. Bu döyüşdən sonra Məmməd bəy Şəkiyə yaxın olan yüksəklikləri ələ keçirərək şəhərə daxil oldu. Qısa müddətdə üsyançılar şəhərin bütün şimal hissəsini ələ keçirdi. Ələ keçirilmiş yerlərdə öz mövqelərini möhkəmləndirmək istəyən üsyançılarla ruslar arasında şiddətli atışma başladı. Polkovnik Bezobrazovun həyata keçirdiyi tədbirlər nəticəsində köməyə gələn dağlıların hücumu dayandırılsa da, onlar hər dəfə böyük səylə öz hücumlarını yenidən bərpa edir və güclü müqavimət göstərirdilər. Döyüş zamanı hər iki tərəf ağır itki verdi. Tezliklə üsyançılar qaladan 15 sajen aralıda yerləşən karvansaranı, ona yaxın olan bütün tikililəri və bağları ələ keçirdilər. Şəhərdə olan 320 nəfərlik rus qarnizonu qalada gizləndi. Qalanın bir hissəsini dağıdan üsyançılar komendant idarəsini, əyalət xəzinəsini ələ keçirdilər. Karvansaradakı tacirlər və şəhərdə yaşayan ermənilər qaçıb qalada gizləndi. Burada onlar silahlandırıldı və qalanı müdafiə edən rus əsgərlərinə qoşuldu. Müstəmləkə əsarətinə qarşı ayağa qalxan xalqın apardığı azadlıq mübarizəsi işğalçıları qorxuya saldı. Bu mübarizə Qafqaz xalqlarının öz azadlığı uğrunda birgə apardıqları qəhrəmanlıq mübarizəsinin şanlı səhifəsi idi. Köməyə gələn dağlı qoşunu ilə birləşən üsyançıların birgə mübarizəsi istilaçılara amansız zərbə vurdu. Üsyanın məğlub olması Polkovnik Bezobrazov üsyanı yatırmaq, əhalini sakitləşdirmək və dağıları şəhərdən qovmaq üçün qətiyyətli hərbi əməliyyat keçirmək qərarına gəldi. Lakin Şəkinin tanınmış adamları öz evlərinin, tut və meyvə bağlarının məhv olacağından ehtiyat edərək bu hücumun dayandırılmasını xahiş edirdi. Podpolkovnik Minçenkonun təklifinə əsasən karvansaranı yandırmaq qərara alındı. Bu iş qalada qaçıb gizlənən gürcü taciri İsaak Kuzinova tapşırıldı. O kəndirlə qaladan aşağı enərək əlində tutduğu yanan məşəli tez-tələsik karvansaranın damına etdi. Üsyançılar yanan karvansaranı söndürməyə çalışdılar. Bu zaman ruslar onlara atəş açdı. Sentyabrın 2-də üsyançılar bütün evlərdən nərdivanları yığaraq qalaya hücuma hazırlaşmağa başladı. Onlar qalanın lap yaxınlığına gələrək güclü atəş açdılar. Sentyabrın 2-də bütün gecə atışma davam etdi. Polkovnik Bezobrazovun göstərişi ilə üsyançıların qalaya atəş açdıqları evlər yandırıldı. Səhərə yaxın atışma səngidi. Köməyə gələn Tiflis yeger polkunun batalyonu ilə birləşən polkovnik Bezobrazovun hərbi qüvvələri xeyli artdı. Sentyabrın 3-də üsyançıların köməyinə gələn dağlı qoşunu şəhəri tərk etməyə başladı. Rus qoşunu şəhərə daxil oldu. Üsyan amansızlıqla yatırıldı. Geri çəkilən dağlı qoşununu təqib edən rus əsgərləri onların bir neçəsini əsir götürdü. Üsyan başçısı Məmməd bəy isə yenidən İrana qayıtdı. Rutullu Ağa bəy də Dağıstana geri döndü. Üsyan yatırıldıqdan sonra Şəkidə kütləvi həbslər başladı. Varlıların bir çoxu öz əmlaklarını qoyaraq şəhərdən qaçdı. 100 nəfər həbs olundu. 1838-ci il hadisəsi həmin il Qafqazda baş verən hadisələr içərisində işğalçıları qorxuya salan ən dəhşətli hadisə idi. Sakitliyi bərpa etmək üçün Tiflis yeger polkunun bir batalyonu və 6 topla birlikdə 2 draqun diviziyası bir müddət Şəkidə saxlandı. Həmçinin bax Şəki üsyanı Z.Ə.Cavadova. Şimal-Qərbi Azərbaycan. (tarixi-demoqrafik araşdırma). Bakı,1999.
https://az.wikipedia.org/w/index.php?curid=399153
Şəki üsyanı (1930)
1930-cu ilin aprelində Şəkinin Baş Göynük kəndində baş vermiş üsyana Molla Mustafa Şeyxzadə başçılıq edirdi. Şəki üsyanı 1930-cu il aprelin 13-də Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda Sovet hakimiyyətinə qarşı mülkədarların, burjua ünsürlərinin iştirakı ilə baş vermiş silahlı üsyanın ümumiləşdirilmış adıdır. Əksəriyyəti süvarilərdən ibarət olan yaxşı silahlanmış 200 nəfər üsyançı 1930-cu il aprelin 13-də Göynük (şimal-qərb) və Zəyzid-Bideyiz (cənub-şərq) istiqamətlərindən şəhərə hücum etdilər. Hücum üçün əsas obyektlər həbsxana və rayon partiya komitəsinin binaları seçilmişdi. 20-30-cu illərdə Sovet hökumətinin kollektivləşmə siyasəti “xalqın kəskin narazılğına səbəb oldu”, beləliklə də 1930-cu ildə Şəkidə antisovet üsyan baş verdi. 1930-cu ildə baş vermiş Şəki üsyanı Azərbaycanda sovet hakimiyyətinə qarşı ən yaddaqalan üsyan hesab olunur. Hətta üsyan Moskvanı da ciddi narahat etmişdi.Üsyan nəticəsində polis binası,Şəkidə yerləşən rus hərbi qarnizonu,komsomol binası,mərkəzi komitə binası və digər dövlət əhəmiyyətli binalar üsyançıların əlinə keçmişdir.Yalnız poçt binasına əhəmiyyətsiz bina kimi baxan üsyançılar buranı tutmamış və Bayramov soyadlı birisinin həmin poçtdan Mir Cəfər Bağırova vurduğu teleqramla Yevlaxdan,Bakıdan,Gəncədən və Zaqataladan Avram Yerqinyanın başçılığı ilə nizami ordu hissələri göndərilərək üsyan yatırılmışdır. 214 nəfər öldürülmüş,865 nəfər həbs edilmişdir.Qondarma məhkəmədə 865 nəfərdən 850 nəfəri sürgün edilmiş,15 nəfəri Qax rayon polis şöbəsində güllələnmişdir. Güllələnlər arasında İlisulu Danyal sultanın nəslindən olan Əhədxan Cəfər bəy oğlu Sultanov da var idi , o 1930-cu ildə Şəkidə Sovet imperiyasına qarşı başlanmış üsyanın rəhbərlərindən biri olmuşdur . Əhədxan Sultanov Akademik Əzəl Sultanovun böyük qardaşıdır .
https://az.wikipedia.org/w/index.php?curid=724674
Şəki şəhər bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=328794
Şəki şəhəri
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür. Etimologiyası Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və s. kimi adlandırılmışdır. 18-ci əsrin ortalarında Şəki şəhərinin yaxınlığındakı Nuxa şəhəri Şəki xanlığının mərkəzi olduqdan sonra köhnə Şəki şəhəri tarix səhnəsindən silinib getdi. Qədim müəlliflərdən Ptolomey, Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd edib. Abbasqulu Ağa Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayilirdi. A. Y. Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V. Dorn belə hesab edirdi ki, Niqa İberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. "Nuxa" sözünün antik dövürdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir. Mülahizələr var ki, "Şəki" adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi. Mənbələrin verdiyi məlumata görə, vaxtilə indiki Şəki şəhərindən 10–15 km cənubda olmuş köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad (480–531) tikdirmişdir. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz Şəki şəhəri yaxınlığında yerləşmişdi. Ərəb istilası ərəfəsində Qafqaz Albaniyasının 11 inzibati vilayətindən biri Şəki əyaləti idi. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat sülaləsi hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi. Şəkinin XVII əsr memarlığı da müəyyən əhəmiyyətə malik idi. Övliya Çələbinin verdiyi məlumata görə, daşdan tikilmiş gözəl Şəki qalası təpəlikdə yerləşirdi. Qalanın "Şirvan" və "Gəncə" adlanan iki darvazası vardı. Şəhərdə 3 min ev, 7 məscid vardı ki, bu məscidlərdən bazar meydanında yerləşən Mirzə Əli məscidi və qaladakı iki məscid daha çox diqqəti cəlb edirdi. Şəhərin karvansaraları, hamamları və kiçik bazarı var idi. XVII əsrdə Şəki şəhərində 20 min nəfərin yaşadığı ehtimal edilir. 1747-ci ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə İran — başqa sözlə Qacar dövləti, Şəki xanlığı ərazisinin Rusiya imperiyasına birləşdirilməsini rəsmən tanıdı. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildə Kaspi vilayətinin tərkibində Nuxa qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı. Ruslar Şəki xanlığını 1819-cu ildə ləğv etdikdən 5 il sonra sonra — 1824-cü ildə, onun keçmiş ərazisində, yəni Şəki əyalətində, əhalinin ilk siyahıyaalınmasını keçirdilər. Həmin siyahıyaalma nəticələrinə əsasən o vaxt Qışlaq və Çapağan kəndləri də inzibati cəhətdən Nuxa şəhərinin tərkibində idi və bu kəndlərlə birlikdə Nuxa şəhərinin əhalisi 13 min 351 nəfər idi. Kaptalizmin inkişafı dövründə şəhər inzibati cəhətdən məhəllələrə bölünürdü. 1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nın inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı. Müasir dövr Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir. 2012-ci ildə abadlıq, quruculuq və tikinti sahəsində görüləcək işlər müəyyənləşmişdir: Şəki Şəhər İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planı hazırlanmışdır. Baş Plana əsasən bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, həmçinin, şəhərin qərbə doğru genişlənməsi, Oxud, İnçə, Kİş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur.[2] Coğrafiyası Hal-hazırkı şəhərin sahib olduğu mənzərəli görünüşü, relyef müxtəlifliyi şəhərin tikiliş və quruluş sisteminə öz təsirini göstərmişdir. Şəhərin sol və sağ hissələri arasında 450 m məsafə vardır. 18 ci əsrdə qurulmuş şəhər 19 cu əsrin ortalarına qədər qorunub saxlanmış, strukturunda heç bir dəyişikliklər edilməmişdir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olub, burda yaradılan arxitektura əsərləri ilə bəzədilib. Bu yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanır. Bundan əlavə hər bir ev öz bağı və dəmir hasarı ilə əhatələnmişdir. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir biridən çəpər və hasarlar ayırır. Sakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapmışdı. O dövrdən qalma məhəllə, küçə adları indiyə qədər qorunub saxlanmaqdadır. Şəkinin planlaşdırılmasına təsir göstərən əsas amil isə ölkənin sahib olduğu relyef pozuntusu idi. Küçələrin istiqaməti Böyük Qafqaz silsilə dağlarının ətəyinə nisbətən istiqamətləndirilmiş və qurulmuşdu. Küçələrin bir çoxu şimaldakı yüksəkliyin relyefinə paralel olaraq düzəldilmişdi. Mərkəzi rayonun və əsas küçənin formalaşdırılmasında Gürcənçay və Dəyirman-arxı çaylarının istiqaməti nəzərə alınmışdır. Bu və şəhərin planlaşdırılmasına aid digər xüsusiyyətlər 1862 ci ildə həyata keçirilmiş planın tərkibində görmək olar. Bu plana əsasən Şəki aşağıdakı kvartal və məhəllələrə bölünmüşdü: Çaqqal dərəsi, Giləli, Dəmirçi bulağı, Gəncəli, Sarı torpaq, Otaq eşiyi, Ağvanlar, Duluzlar, Dodu, Bağbanlar, Sərkarlar, Dabaqxana, Təzə kənd, Köhnə kənd. Relyefin çox dağınıq olması burda süni suvarma kanalları sisteminin inkişafını əngəlləmişdir. İçməli su çaylardan götürülür. Şəkini içməli suyla Kiş çayı və Xıncalı-Baxlınnskiy hövzələri təmin edir. Təpəli və dağınıq relyefə sahib olan Şəki, şəhərin bir neçə ayrı hissəyə bölünməsinə və nəticə etibarıyla gözəl bir təbii mənzərənin yaranmasıyla nəticələnmişdir. Şəhərin sahib olduğu dağ mənzərəsi onu daha da cazibədar edir. Maddi-mədəni irsi Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Şəkinin dairəvi məbədi (XVII–XIX), Zəyzid məbədi (XI–XII), yaxınlıqdakı Kiş kəndinin Kiş alban məbədi, Şəki karvansarası mühafizə olunur. Qədim şəhərin planlaşdırılmasının spesifik xüsusiyyətlərini ayırd etmək üçün şəhər küçələrinin ümumi konstruksiyası və Şəki arxitekturasının incələnməsi vacibdir. Azərbaycanın tədricən tikilən küçələrinə sahib digər orta əsr şəhərlərindən fərqli olaraq Şəkidə bu iş qısa bir müddətdə, həm də planlı bir şəkildə həyata keçirilmişdir. Şəkinin Gürcənçaya paralel olan əsas və ən uzun küçəsi tərkibində şəhərin ən mühüm arxitektura abidələrini özündə cəmləşdirir. Şəkinin bir çox küçələri tarixi və arxitektura abidələrinin mövcudluğu ilə diqqəti cəlb edir. Birinci yerdə əlbəttə, şübhəsiz ki, əsas küçə olan Şəki küçəsi durur. Bu küçələrdən günümüzdə fəaliyyət göstərən Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə, Xoyski, Əfqanlar, Arxüstü, Gəncəlilər, Bağbanlar, Şərbabalar, Mirzə Fətəli Axundzadə, Mehdi Hüseyn küçələrini misal göstərmək olar. Qürcanaçay və Dəyirman-arxı çayları şəhərin su ehtiyaclarını ödəməsilə bərabər, həm də suvarmada istifadə olunurdu. Daha sonralar çayların birləşdiyi yerdə meydançası olan yeni mərkəz quruldu. Şəki şəhərinin bu ərazidə qurulma səbəblərindən ən vacibi Qurcanaçay faktorudur. Digər çay olan Dəyirman–arxı çayı isə şəhərin ikinci aparıcı vasitəsi kimi xidmət göstərməkdədir. Şəkinin sahib olduğu təbii gözəllik şəhərdə tikilmiş bütün tarixi abidələrdə öz əksini tapmışdır. Bütün bunlar Şəki arxitekturasının özəllikləridir. Demək olar ki, qədim şəhəri xatırladacaq heç bir arxitektura nümunəsi qalmayıb. Yalnız E. Çələbinin xatirələrində Şəki haqqında bəzi məlumat var. Onun sözlərinə əsaslanaraq, onda daşdan tikilmə Şəki qalası təpənin üstündə ucaldılmışdır. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var. Burda minlərlə ev, yeddi məscid, onların arasında Mirzə Əli məscidi bazar küçəsində yerləşməsiylə xüsusi diqqəti cəlb edir. Şəhərin həmçinin bir neçə karvansara-mehmanxanası, hamamı və balaca bazarı vardır. Bu məlumata əsasən qalaynan sərhədlənməyən Şəki qala divarlarının xaricində ipək istehsalı ilə məşğul olan müəssisələr və tayı bərabəri olmayan ipək istehsalı ilə məşğul olan geniş bağlar mövcud idi. Şəhərin Çələbinin qeyd etdiyinə görə 3000 evdə 20.000-ə yaxın əhalisi mövcud idi. Əsas küçələr yerli şəraitdən aslı olaraq bir az dar daha kiçik küçələrə, döngə və dalanlara bölünür. Qurulmuş plan, çay istiqamətində yönəlmiş əsas, aparıcı küçələrin rahat izlənilməsini təmin edir ki, bu da öz növbəsində əhalinin iqtisadi fəaliyyəti üçün zəruri olan amillərdən birini təşkil edir. Sənətkarlar rayonu da tədricən əsas ticarətin aparıldığı küçələrə yaxınlaşmışdır. Qeyd etmək lazımdır ki, orta əsrlərdə olan Şəki şəhəri öz əhatə etdiyi əraziyə görə yetərincə geniş bir şəhər olmuşdur. Şəkinin planlaşdırılmasında rol oynayan əsas amillərdən biri təbiət faktorudur. Buna misal olaraq şəkinin su təchizatını qeyd edə bilərik. Artıq bildiyimiz kimi su yer altında olan gil borular vasitəsilə, həm də ki axına əsaslanan sistemə əsasən fəaliyyət göstərir. Bu isə öz növbəsində Şəki şəhərinin təbiətlə vəhdət təşkil etdiyinin bariz nümunəsidir. Şəkini digər şəhərlərdən ayıran bir digər xüsusiyyət isə onun nisbətən daha təmiz olmasıdır. Buna biz 19 cu əsrdə öz xatirələrində Şəkini təsvir edən A. P. Ziissermanın yazılarında rast gələ bilərik. Onun yazdığına görə gözəl təbii mənzərəyə sahib olan Şəki kiçik dağ çayının mənsəbində yerləşmiş, yaşıllıqların içinə qərq olmuş evlər, qoz, fındıq, tut ağaclarıyla dolu bağlardan ibarət idi. Şəkinin küçələri həmişə təmiz saxlanılır və hətta bunun üçün xüsusi adamlar da ayrılmışdı. Ümumilikdə isə Şəki sahib olduğu cazibədar təbii mənzərəsi, təmizliyi, sərin havası, axşamları gələn bülbül oxuması səsləriylə insan üzərində təsvir edilməz təsir buraxır. Qala şəhərin daha yüksəkdə yerləşən hissəsində, şimal-şərqində yerləşir və Şəki xan sarayını əhatə edir. Qala təkcə hərbi-strateji cəhətdən deyil, həm də mikro iqlimi cəhətdən çox əlverişli şəraitə sahib yerdə yerləşib. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır. Hazırda 1958–1963 cü illərdə aparılan bərpa işlərinə baxmayaraq qala divarları və bürcləri dağılmış bir vəziyyətdir. 26 fevral 1853-cü ildə qeyd olunmuş plana əsasən qalanın tərkibindəki 40-a yaxın tarixi abidənin yenidən bərpası nəzərdə tutulurdu. Təbii bir hadisədir ki, Şəki Rusiyanın tərkibinə daxil olduqdan təxminən 50 ilə yaxın sürən bərpa işləri boyunca qalanın əvvəlki planına yetərincə dəyişikliklər edilmiş, lakin ümumilikdə qala öz əvvəlki görünüşünü qoruyub saxlaya bilmişdi. İlk öncə edilən dəyişikliklər buranı qoruyan qarnizonun tələbləri nəzərə alınırdısa, daha sonra həm də yaşayış şəraiti faktoru nəzərə alınmağa başlandı. Sonda belə bir nəticəyə gəlmək olar ki, edilən bəzi dəyişikliklərə baxmayaraq Şəki xan sarayı planlanmasında mühim dəyişikliklərə məruz qalmayıb. Həmçinin burda yəni qalanın içərisində düşmən hücumu zamanı Qurcanaçayın suyu kəsildiyi təqdirdə istifadə edə biləcəkləri reserv su ehtiyatı üçün nəzərdə tutulmuş su quyuları mövcuddur. Kullasovskinin yazdıqlarına görə Şəki su kəmərləri öz sadə strukturu, əlverişli olması və ucuz başa gəlməsiylə diqqəti cəlb edir. Su sistemi axına əsaslanır və yerə basdırılmış və böyük diametrli saxsı-gil borular vasitəsilə hərəkət edir. Bu borular içərisi qırmızı kərpicdən tikilmiş çənlərə tökülür. Çənə böyük bir su borusu gəlir, daha sonra isə çəndən iki-üç daha kiçik boru vasitəsilə su istifadəçilərə paylanır. Həmçinin burdan şəhərin bütün küçə və meydanları suyla təchiz olunur. Su təchizinin belə bir sadə mexanizmə uyğunluğu hər bir evin su ehtiyacını ödəməklə yanaşı istəyənlərə hətta evinin qarşısında fontan düzəldə bilməsinə imkan verir. Şəki şəhərinin tarixi məhəllələri Ağvanlar məhəlləsi Arxüstü məhəlləsi Bağbanlar məhəlləsi Çayqırağı məhəlləsi Qumbaralar məhəlləsi Dağdivi məhəlləsi Oxut yolu məhəlləsi Çaqqaldərəsi məhəlləsi Çökəkməhlə məhəlləsi Dardoqqaz məhəlləsi Daşlıpilləkən məhəlləsi Dırrar məhəlləsi Dolçalar məhəlləsi Doqquzpara məhəlləsi Ermənikənd məhəlləsi Gəncəli məhəlləsi Giləkli məhəlləsi (adı həmçinin "Külehli", "Gülehli", "Güleyli" və "Giləhli" şəkillərində də tələffüz edilir) Qullar və ya Dağdağanlar məhəlləsi Körpüqulağı məhəlləsi Mator məhəlləsi və ya Matorun aralığı Mədolar məhəlləsi Mənkərli və Sabunçu məhəlləsi Otaqeşiyi məhəlləsi Sarıtorpaq məhəlləsi Südlülər məhəlləsi Şərbablar məhəlləsi Topqarağac məhəlləsi Yuxarıbaş məhəlləsi Dodu məhəlləsi Dağdibi məhəlləsi Şəki mətbəxi Azərbaycanın bütün mətbəxləri kimi çox zəngindir. Bütün dünyaya səs salan Şəki pitisi, Şəki halvası(paxlavası) buna sübutdur. Şəki mətbəxinin şah yeməyi Şəki pitisidir. Şəki mətbəxinə aid olan başqa yeməklərdən Balva, Sürfüllü, Ballıbadı, Şəki oyması(Yerlilər arasında Oma kimi tanınır), Qırmabadam, Tel halva, Düyü halvası, Tutlu-Südlü plov, Cücəli plov və s.. kimi yeməklərin adını çəkmək olar. 01.01.2021-ci il tarixə Şəki rayonunun əhalisi 189.0 min nəfərdir. Onlardan 68.4 min nəfəri şəhər, 120.6 min nəfəri kənd ərazisində yaşayır. Rayonda 378 şəhid ailələri, 200 Qarabağ Müharibəsi əlilləri, 2 nəfər II Dünya Müharibəsi Veteranı var. Rayonun 21 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb, 5233 nəfər Prezident Təqaüdçüsüdir. Şəki rayonunda 1764 qaçqın və 5031 məcburi köçkün məskunlaşmışdır. Təhsil alanların sayı 27661, pensiyaçıların sayı 22527 nəfərdir. Təhsil müəssisələri Şəki şəhərində: Azərbaycan Pedoqoji Universitetinin Şəki filialı, Şəki Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Şəki Şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Lisey, Şəki Dövlət Regional Kolleci, Şəki Tibb kolleci, Şəki Dövlət Peşə Təhsil Mərkəzi, Şəki İnteqrasiya təlimli internat tipli gimnaziya, 29 məktəbəqədər təhsil müəssisəsi, 18 tam orta məktəb fəaliyyət göstərir. Səhiyyə müəssisələri Şəki şəhərində: Şəki MRX-sının yeni binası, Şəki MRX-sının əsas binası, Doğum evi, Birləşmiş uşaq x/x, Psixatriya x/x, Ağ ciyər xəstəlikləri x/x, MRX-nın poliklinika şöbəsi, M. Poliklinikanın 2 saylı terapiya şöbəsi, Uşaq poliklinikasının 1saylı pediatriya şöbəsi, Uşaq xəstəxanasının konsultativ poliklinikası, Uşaq poliklinikasının 2 saylı pediatriya şöbəsi, Təcili tibbi yardım stansiyası, Təcili təxirəsalınmaz tibbi yardım regional məntəqəsi fəaliyyət göstərir. Yerli mətbuat Şəki şəhərində "Şəki" (əvvəlki adı "Şəki fəhləsi"), "Şəkinin səsi", "İpəkçi", "Şəki bələdiyyəsi", "Region Şəki", "Şəki təhsili", "Şəffaf Biznes" qəzetləri nəşr olunur. Həmçinin peyk vasitəsilə dünyaya yayımlanan ARB televiziya kanalı " ARB ŞƏKİ " də Şəki şəhərində fəaliyyət göstərir. Tanınmış sakinləri Şirməmməd Hüseynov Əhmədiyyə Cəbrayılov, partizanCavanşir QuliyevHacı Çələbi xan, Şəki xanı Mirzə Fətəli Axundov, Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosofu və ictimai xadim Məhəmməd Pişnamazzadə, Axund Məhəmməd Mövlazadə, Şeyxülislam Rəşid bəy Əfəndiyev, Azərbaycan müəllimi, maarifçisi və yazıçısı Bəhram bəy Nəbibəyov, Çar Rusiyası zabiti Molla Cümə, aşıq Ələsgər Abdullayev, xanəndə Abdulla bəy Əfəndizadə, AXC Parlamenti deputatı Fətəli xan Xoyski, Azərbaycanın ictimai-siyasi xadimi Əbdüləli bəy Əmircanov, AXC Maliyyə Naziri Salman Mümtaz, Azərbaycan ədəbiyyatşünası Məmməd Əfəndiyev, Azərbaycan riyaziyyatçısı Əbdüləzəl Dəmirçizadə, Azərbaycan alimi İsmayıl Osmanlı, Azərbaycan kino və teatr aktyoru Mustafa Quliyev, həkim-şair Sabit Rəhman, Azərbaycan yazıçısı və dramaturq Lütfəli Abdullayev, Azərbaycan kino və teatr aktyoru Cövdət Hacıyev, Azərbaycan bəstəkarı Fuad Əbdürəhmanov, Azərbaycan heykəltaraşı Məcid Rəsulov, Azərbaycan riyaziyyatçısı Şəfiqə Axundova, Azərbaycan bəstəkarı Bəxtiyar Vahabzadə, Azərbaycan şair Aydın Məmmədov , Dilçi, türkoloq, tənqidçi, siyasətçi Niyazi Bədəlov, rejissor Hikmət Ziya, Azərbaycan şairi Rasim Ocaqov, Azərbaycan kinorejissoru Nuru Abdullayev, İkinci Dünya Müharibəsi Veteranı Şirməmməd Hüseynov Mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Əli Məsimli, ictimai-siyasi və dövlət xadimi Ziya Yusifzadə, dövlət adamı Cahangir Rüstəmov- rəssam Gülyanaq Məmmədova, müğənni Gülyaz Məmmədova, müğənni Salis Məmmədov, əməkdar jurnalist (1991) Akif Salamoğlu, mühəndis-yazıçı Elnur İsgəndərov, Şəhid Ayşən Əbdüləzimova, Azərbaycan voleybolçusu Qurban Məsimov, aktyor Məmməd Adilov, ədəbiyyatşünas alim Filmoqrafiya Azərbaycana səyahət (film, 1924) İpəkçilik (film, 1928) Şəki (film, 1965) Şəki sarayı (film, 1965) Şəki heyvandarları (film, 1975) Şəki heyvandarlıq kompleksi (film, 1975) Şəki (film, 1977) Yaşıl möcüzə (film, 1979) Təsərrüfatlararası birlik (film, 1981) Azərbaycana səyahət (film, 1988) Xan sarayı (film, 1993) Həm ziyarət, həm ticarət... (film, 1995) Tanrıya tapınan Kiş (film, 2001) Şəki teatrında (film, 2006) Şəki olduğu kimi (film, 2011) Evlənmək istəyirəm (film, 1983) Babamın babasının babası (film, 1981) Qardaş şəhərlər Türkiyə – Girəsun Bolqarıstan – Qabrovo Belarus – Slutsk Türkiyə – Lapseki Gürcüstan — Telavi Türkiyə — Bolu Ukrayna – Jmerinka Türkiyə – Konya Fransa- Kolmar Xarici keçidlər Şəkidə VII İpək Yolu Beynəlxalq Musiqi Festivalı start götürür Səda — Şəki "İpək yolu" 7 ci beynəlxalq musiqi festivalı
https://az.wikipedia.org/w/index.php?curid=83306
Şəki şəlaləsi
Şəki şəlaləsi (erm. Շաքիի ջրվեժ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində, keçmiş Qarakilsə rayonunun Şəki kəndi yaxınlığında yerləşən şəlalə. Sisiyan rayonu mərkəzindən 6 km şimalda yerləşən şəlalənin hündürlüyü 18 metr olmaqla Ermənistanın ən hündür şəlaləsi statusunu daşıyır. Şəlalə Bazarçayın 18 km uzunluqlu kiçik qolu Şəkiçay üzərində yerləşir. Həmçinin bax Sünik mərzi Qarakilsə rayonu
https://az.wikipedia.org/w/index.php?curid=366058
Şəki əyaləti
Şəki əyaləti; Nuxa əyaləti — 1819–1840-cı illər arasında Rusiya imperiyasının Cənubi Qafqazdakı bir inzibati ərazisi. 1819-cu ildə Şəki xanı İsmayıl xanın ölümündən sonra Şəki xanlığının yerində yaradılmışdı. 22 aprel (10 aprel Yuli təqvimi) 1840-cı il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən yeni yaradılmış Kaspi vilayətinin tərkibinə daxil edilmiş və bundan sonra Şəki qəzası adlanmışdı. Şəki əyaləti xan üsul-idarəsinin davamı demək idi, sadəcə, burada xan yox idi. Məsələn, Şəki xanlığında olduğu kimi Şəki əyalətindən də Rusiya İmperiyasına ildə 7 min çervon bac verilməliydi. Şəki xanlığı kimi, Şəki əyalətinin də öz hərbi qüvvələri vardı və bu qüvvələr bəzən əyalət ərazisindən kənarda hərbi əməliyyatlar keçirirdi. 1826-cı ildə – II Rus — İran müharibəsinin əvvəllərində, İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən o, Şəkinin yerli xanlarının nəslindən olan Hüseyn xana qoşun verib Nuxaya göndərmiş, Hüseyn xan isə öz növbəsində 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olmuşdu. Hüseyn xanın Nuxaya gəlməsi, 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası demək idi. Lakin Qafqazdakı rus qoşunlarının baş komandanı knyaz Yermolov 31 oktyabr tarixdə böyük bir ordu ilə Nuxaya yaxınlaşarkən, Hüseyn xan ruslarla qarşıdurmaya getməyərək İrana qaçdı. Beləliklə, Hüseyn xanın xanlıq dövrü heç 3 ay davam etmədi. 1838-ci ilin 13 sentyabr tarixində isə Hüseyn xanın oğlu Məşədi Məmməd/İsgəndər xan ləzgi qoşunu ilə Dağıstandan hərəkətə keçib Nuxanı tutdu və Nuxa qalasını mühasirəyə aldı. Hansı ki bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə yerləşirdi. Həmçinin şəhər əhalisinin bir qismi — əsasən tacirlər və ermənilər də buraya sığınmışdılar. Lakin ruslar tərəfindən şəhərə digər yerlərdən əlavə hərbi qüvvələrin yeridilməsindən və 2 günlük şiddətli döyüşlərdən sonra Məşədi Məmməd/İsgəndər xan 16 sentyabr tarixində, gecə vaxtı gətirdiyiləzgilərlə Nuxadan geri çəkilməyə məcbur oldu. Əhalinin sayı və milli tərkib 1824-cü ildə Şəki əyalətində əhalinin ilk siyahıyaalınması zamanı əhalinin sayı 97338 nəfərdən ibarət olmuşdu. Nəzərə alınmalıdır ki, siyahıyaalma zamanı Vartaşen kəndində yaşayan provoslav udinlər, gürcü kimi, orada və başqa kəndlərdə yaşayan qriqoryan məzhəbli udinlər isə erməni kimi qeydə alınıb. O cümlədən Qutqaşın mahalının Sultan Nuxa kəndinin nə erməni və nə də udin dilini bilməyən, ana dilləri azərbaycan türkcəsi olan qriqoryan məzhəbli xristian əhalisi də erməni kimi qeydə alınmışdır. Yəhudilərin yaşadığı yeganə kənd isə yenə Vartaşen kəndi idi. Ləzgilər də siyahıyaalmada "tatar" kimi qeydə alınıb, amma 3–4 kəndin ləzgi kəndi olması və hətta onların neçənci ildə Dağıstandan, yaxud Qubadan həmin yerə kim tərəfindən köçürülməsi də göstərilmişdir. Ermənilər isə 2 kateqoriyaya ayrılırdı: yerli ermənilər və Xoy erməniləri. Məsələn, Cəfərabad kəndində yalnız Xoy ermənilərinin 100 ailəsi məskunlaşmışdı, onlar Cəfərqulu xanla birlikdə Xoydan gəlmişdilər. Nuxa şəhərində isə Xoy ermənilərinin 65 ailəsi yaşayırdı. Cədvəldən göründüyü kimi Şəki əyaləti əhalisinin az qala yarısı Nuxa şəhəri və Şəki mahalında yaşamışdı və yerdə qalan hər bir mahalın əhalisinin sayı Şəki mahalının əhalisinin sayı ilə müqaisədə dəfələrlə az imiş. Nəzərə alınmalıdır ki hələ 15-ci əsrdə, Şirvanşahlar dövlətinin vaxtında, həmin 7 mahalın ərazisi Şəki – Şirvan arasında mübahisəli ərazilər idi və son nəhayətdə, Hacı Çələbi xan tərəfindən Ərəş və Qəbələ sultanlıqlarının Şəki xanlığına birləşdirilməsi nəticəsində bu ərazilər Şəki xanlığının oldu. Yəni sözgedən 7 mahal əslində Ərəş və Qəbələ sultanlıqlarının mahalları idilər. Mahalların böyük kəndləri; və əhalısı 1000 nəfərə yaxın, yaxud daha çox olan kəndlər Şəki mahalı Göynük 8433 nəfər Vartaşen 3203 (müsəlmanlar: 282; qriqoryan udinlər: 1067; provoslav udinlər: 706; yəhudilər: 1148) Küngüt 1787 nəfər Biləcik 1576 Zəyzit 1382 nəfər Cəlut 1048 (müsəlmanlar: 218; qriqoryan udinlər: 830) Daşağıl 1002 nəfər (kəndə yaşayan 227 ailədən 45-i ləzgi ailəsidir) Layski 987 nəfər Baş Dəhnə 927 nəfər Aşağı Şabalud 808 nəfər Kiçik Dəhnə 794 nəfər Ərəş mahalı Xaldan 632 nəfər (102 nəfər erməni) Ağdaş mahalı Kolukatı 433 nəfər Ağciazi 333 nəfər Padar mahalı Qaradağlı Padar 630 nəfər Ləki 604 nəfər Alpout mahalı Alpout Ağcibali 488 Qutqaşın mahalı Qutqaşın 3126 nəfər Vəndam 2162 nəfər Xaçmaz mahalı Xaçmaz 3466 nəfər Filfili (Ləzgi kəndidir, Doqquzpara mahalından köçüblər) 1001 nəfər Xalxal 987 nəfər Padar 726 nəfər (erməni: 161 nəfər) Nic 1997 nəfər (müsəlmanlar: 341 nəfər; qriqoryan udinlər: 1656 nəfər) Bum 1470 nəfər Qəmzəli 734 nəfər Şəki əyalətinin qəzaya çevrilməsindən sonra onun ərazisi ən azı 6176,3 verst² idi.
https://az.wikipedia.org/w/index.php?curid=317815
Şəkibəyovlar
Şəkibəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. XVIII-ci əsrin sonu XIX-cu əsrin əvvəllərində Zaqafqaziyada Rusiyanın hərbi-siyasi fəaliyyəti nəticəsində çoxsaylı dəyişikliklər meydana çıxmağa başladı. Azərbaycanın xanlıqlardan ibarət olması vahid bir qüvvə kimi rus işğalına qarşı uğurlu mübarizəni faktiki olaraq mümkünsüz etdi, həm də ermənilərin xəyanətkarlığı və gürcülərlə bağlanan “Georgiyevsk traktatı”ümumilikdə regionda hərbi balansı rusların və xristian qüvvələrinin xeyrinə dəyişdi. Buna görə də elə XIX-cu əsrin ilk illərindən gürcü çarı II İrakli vəziyyətdən istifadə edərək Qazax-Borçalı ellərinə qarşı amansız hücumlar təşkil etməyə başladı. Bu hadisədən sonra həmin torpaqlarda qərarlaşan aborigen türk tayfaları Azərbaycanın müxtəlif hissələrində məskunlaşmaq məcburiyyətində qaldılar, köç edən tayfaların sırasında kəsəmənlilər və s. tayfaların adı da var idi. Tarixi mənbələrdən məlum olur ki, Qazax mahalından köç edən tayfalardan birinə mənsub olan Yaqub ağa o zamanlar Gəncə xanlığı ilə Qarabağ xanlığı arasında yerləşən və bir yanı isə Göyçə mahalına söykənən el arasında “Şah Talası” kimi tanınan ərazidə məskən salır, günümüzdə bu ərazi Gədəbəy rayonunun ərazisinə aiddir və Kiçik Qafqaz dağları ilə tamamlanır. XIX-cu əsrdən etibarən Yaqub ağanın nəsil-şəcərəsi Yaqublular kimi tanınmağa başlayır, Yaqublular o Yaqublular idi ki, sonralar Azərbaycanın bu bir parçasında qəhrəmanlıq tarixinin şanlı səhifələrini yazacaqlardı, bu nəsil, o nəsil idi ki, Əsgər ağa, Qara Musa, Məcid ağa, Qurd İsmayıl kimi tarixi şəxsiyyətləri yaradacaqdı və erməni-türk, eləcə də bolşevik rejiminə qarşı mübarizənin avanqardına çevriləcəkdilər.Məşhur antisovet qaçağı Məcid ağa Şəkibəyov isə tək qaldığı qayada tüfənginin üstünə “Məcidi Məcid vurdu” yazaraq son gülləsini də ürəyinə vuraraq son nəfəsini də azad insan kimi verir. Novruz bayramına az qalırdı. 8 mart 1930-cu il idi... Meyit nümayiş üçün qoyulan yerdən oğurlanır və bir daha yerini müəyyən etmək mümkün olmur. Məcid ağanın evi top atəşi ilə dağıdılır. Ailəsi sürgün edilir. Böyük oğlu, kürəkənləri güllələnir. Kiçik oğlu Ənvər internata atılır. Digər oğulları İsay və İbrahim isə çox körpə olduqları üçün hesabları gələcəyə saxlanılır. Soyun tanınmış nümayəndələri Məcid ağa Şəkibəyov — Azərbaycanın el qəhrəmanı.
https://az.wikipedia.org/w/index.php?curid=544361
Şəkil
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
https://az.wikipedia.org/w/index.php?curid=697696
Şəkil Etüdləri, Op. 33
Şəkil Etüdləri (fra. Études-Tableaux) böyük rus bəstəkarı Sergey Raxmaninov tərəfindən yazılmış iki etüdlər toplusundan birincisidir. Raxmaninov Op. 33 etüdlər toplusunu 1911-ci ilin sentyabr və avqust aylarında, Op. 32 prelüdlər toplusunu tamamladıqdan bir il sonra yazmışdır.Prelüdlərlə bəzi stilistik oxşarlıqları olsa da, bir-birlərindən kəskin fərqlənirlər.O, prelüdlərində, əsasən, melodiya və duyğular üzrə çalışmışdı.Bundan əlavə, onun Op. 32 prelüdlərində 24 major və minor açarların hamısından istifadə etmişdir. Raxmaninovun bioqrafiyaçısı Maks Harrisona görə bu etüdlər "müəyyən duyğuların piano və səslərin ahəngdarlığı ilə dəyişimini araşdırır.Prelüdlərindən fərqli olaraq, musiqinin gedişatını təxmin etmək çətindir və quruluşca daha mürəkkəbdir".Raxmaninov bu etüdlər toplusu üçün əvvəlcə 9 etüd yazsa da, 1914-cü ildə bunların yalnız 6 dənəsini yayımlamışdır.A (La) minorda yazılan etüdü bir qədər dəyişdirilmiş və Op. 39 etüdlər toplusunda istifadə olunmuşdur.Digər ikisi isə bəstəkarın vəfatından sonra yayımlanmışdır və günümüzdə digər 6 etüdlə birlikdə ifa olunur.8 etüdü birlikdə ifa etmək, əslində bəstəkarın istəklərinə qarşı gəlmək hesab olunur, çünki iki etüdü bu topludan məhz bəstəkarın özü çıxartmışdı.Bundan əlavə, 6 etüd bir-biriləri ilə melodik əlaqələrə malikdirlər, ikisi isə bu altısından bir qədər fərqlənir. Nömrələmə və xarakter Raxmaninov 9 etüdünü də 1911-ci ildə, İvanovka malikanəsində yazmışdır.Onlardan altısı (No. 1, 2, 6, 7, 8, 9) elə həmin il yayımlanmışdı.No. 4 etüdü isə itmişdir; sonralar üzərində düzəlişlər aparılaraq No. 6 adı ilə yayımlanmışdır.No. 3 və 5 etüdləri isə bəstəkarın vəfatından sonra yayımlanmışdır.Etüdlər bu şəkildə nömrələnir (sonralar Op. 39 üçün istifadə etdiyi etüd daxil deyil): Allegro non troppo F (fa) minor - No. 1Bu etüd mübariz xarakterə malikdir.Raxmaninov Şopenin musiqisinə vurğun idi, buna görə onların əsərləri arasında müəyyən oxşarlıqlar görmək mümkün idi.Bu etüd Şopenin No. 4, Op. 25 etüdü ilə bir çox oxşar xassələrə malikdir. Allegro C (do) major - No. 2Lirik və təsirli melodiyası olan bu etüd, bəstəkarın, bir il əvvəl yayımladığı Op. 32 No.12 prelüdünə oxşayır. Grave C (do) minor - No. 3 (Op. posth.)Bu etüd bəstəkarın dördüncü piano konçertosunda istifadə olunmuşdur. Moderato D (re) minor - No. 4 (vəfatından sonra yayımlanmışdır, əslində No. 5-dir)Bəstəkarın Op. 23 No. 3 prelüdü ilə bir çox oxşar xassələrə malikdir. Non allegro - presto E♭ (mi bemol) minor - No.5 (No. 3 adı ilə yayımlansa da, əslində No. 6-dır)Op. 33 toplusu içində texniki baxımdan ən çətini sayılır.Şopenin prelüd Op. 28 No. 16 və etüd Op. 25 No. 6 əsərləri ilə oxşardır.Rusiyada bu əsəri "Qar Fırtınası" adlandırırlar. Allegro con fuoco E♭ (mi bemol) major - No. 6 (No. 4 adı ilə yayımlansa da, əslində No. 7-dir)Əsər, əsasən, hərbi aspektə malikdir.Virtuozik qabiliyyətlər tələb edən sonluğu vardır. Moderato G (sol) minor - No. 7 (No. 5 adı ilə yayımlansa da, əslində No. 8-dir)Əsər Şopenin ilk balladasının sonluğu ilə oxşarlıqlara malikdir. Grave C♯ (do diyez) minor - No. 8 (No. 6 adı ilə yayımlansa da, əslində No. 9-dur)Bu etüd Svyatoslav Rixter tərəfindən ifa edilmiş ən məşhur etüdlərdəndir.
https://az.wikipedia.org/w/index.php?curid=584495
Şəkil gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır. Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir. Evliliklər ailənin sağlamlığını, vəziyyətini, nəslini, təhsilini qiymətləndirən əlaqələndirici şəxslər vasitəsilə təşkil olunurdu. Əgər şərtlər qane edirdirsə, ailə başçıları görüşür və evliliyi müzakirə edirdilər. Gəlin və bəy evliliyə qədər bir-biriləri ilə, demək olar ki, görüşmürdülər.ABŞ-də məskunlaşan kişilər üçün Yaponiyaya gedib gəlin tapmaq əlavə xərclər tələb edirdi. Bundan əlavə, Yaponiyaya qayıtmaq riskli idi, çünki məcburi hərbi xidmətə cəlb oluna bilərdilər. Ona görə də foto vasitəsilə Yaponiyadan gəlin tapmaq standart praktikaya çevrilmişdir. Bu cür evliliyin Yaponiyada leqal sayılması üçün mərasimdə gəlinlə bəy ailəsinin üzvlərinin iştirakı kifayət edirdi, buna görə də evlilik mərasimləri bəysiz keçirdi. 1905–1924-cü illərdə ABŞ-də gəlmiş yapon fotogəlinlərin sayı barədə dəqiq statistika mövcud deyil. Lakin təxminlərə görə bu dövrdə ABŞ-yə miqrasiya etmiş evli yapon qadınların yarısından çoxu fotogəlin olmuşdur. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə ABŞ-dəki evli yapon qadınların sayı 1900-cü ildə 410, 1910-cu ildə 5.581, 1920-ci ildə 22.193, 1930-cu ildə isə 23.930 olmuşdur.Fotogəlinlərin çoxu ABŞ-yə çatanda ərlərinin şəkildəkindən daha fərqli kişi olduğunu görmüşdür. Digərləri isə ərlərinin iqtisadi vəziyyətlərini şişirtdiklərini başa düşmüş, ferma və ya mağazada işləməyə məcbur olmuşdurlar.Yaponiya hökuməti əvvəlcə fotogəlinlərin ABŞ-yə miqrasiyasını dəstəkləmişdir. Meyci hökuməti ABŞ-yə miqrasiya etmiş çinlilər arasında yayılmış qumar, içki, fahişəlik hallarının yaponlar arasında yaşanmasını və Yaponiyanın reputasiyasının korlanmasını istəmirdi. Lakin 1907–08-ci illərdə imzalanmış Centlmenlər razılaşmasından sonra Yaponiya hökuməti ABŞ-yə miqrasiya edən şəxslərin sayını məhdudlaşdırmış və ancaq iqtisadi vəziyyəti yaxşı olan kişilərin fotogəlin praktikasından istifadəsinə icazə vermişdir. Əvvəlcə bu imtiyaz peşəkar işlərdə işləyən kişilərə verilsə də, 1915-ci ildən etibarən azı 800 dollar pulu olan kişilər də bu hüquqdan yararlanmağa başlamışdır.Fotogəlinlər üçün də məhdudiyyətlər qoyulmuş və gəlinin bəydən maksimum 13 yaş kiçik ola bilməsi barədə qərar qəbul edilmişdir. ABŞ-yə miqrasiya edən qadınlar ciddi fiziki baxışdan keçirilirdi ki, xəstəliyə görə ABŞ-nin miqrasiya rəsmiləri tərəfindən ölkədən çıxarılmasın. 1921-ci ildə qəbul edilən Leydilər razılaşmasından sonra Yaponiya hökuməti fotogəlinlərin ABŞ-yə miqrasiyasına icazə verməmişdir. Ling, Huping; Austin, Allan. Asian American: History and Culture - An Encyclopedia (ingiliscə). Routledge. 2010. səh. 451–452. ISBN 978-0-7656-8077-8. İstifadə tarixi: 10 noyabr 2022.
https://az.wikipedia.org/w/index.php?curid=774291
Şəkildəki ruh (2008)
Şəkildəki ruh (ing. Shutter) — amerikan qorxu filmi. 2004-cü ildə çəkilmiş eyniadlı tayland filmi əsasında çəkilmişdir. Gələcək vəd edən iş fürsəti üçün Yaponiyaya yenicə köçmüş yeni evli cütlük — Ben və Ceyndən bəhs edilir. İlk öncə elə görünür ki, Ceyn bilmədən gənc bir qızı maşını ilə öldürür. Maşın ağaca çırpılır, Ben və Ceyn huşlarını itirir. Ayılandan sonra isə yolda heç kəsi görmürlər. Sonrakı gedişatda çəkilən bir çox şəkillərdə ağ ləkə düşür. Ceyn elə düşünür ki, bu, ölən qızın ruhudur. Ancaq Ben buna inanmaq istəmir. Sonrakı gedişatda şəkillərdə görünən adi ağ ləkə yerini fiziki təsirlərə, gözəgörünmələrə verir. İki ölüm hadisəsi ilə işlər daha da qarmaşıq hal alır. Ancaq məsələ göründüyündən daha sirlidir və gizlənən böyük sirr yalnız filmin sonunda açıqlığa qovuşur.
https://az.wikipedia.org/w/index.php?curid=689476
Şəkildəki ruh (film, 2008)

https://az.wikipedia.org/w/index.php?curid=689468
Şəkili
Şəkili (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Şəkili (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Həmçinin bax Şəki (dəqiqləşdirmə)
https://az.wikipedia.org/w/index.php?curid=109156
Şəkili (Ağdaş)
Şəkili — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkili kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd Şəkidən köçən ailələr tərəfindən yaradılıb. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Qoşaqovaq bələdiyyəsi təsis edilmişdir. 2007-ci ildə Şəkili bələdiyyəsi təsis edilmiş, lakin 2014-cü ildə bələdiyyə ləğv edilmiş və kənd yenidən Qoşaqovaq bələdiyyəsinin tərkibinə daxil edilmişdir. Coğrafiyası və iqlimi Şəkili kəndi Şəkili kanalı və Neymətabad kanalı sahilində yerləşir, kəndin yaxınlığında Türyançay çayı axır. Kənd Qoşaqovaq bələdiyyəsinin mərkəzindən 4 km, Ağdaş rayon mərkəzindən 10 km, Bakıdan 243 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır. Kənd dəniz səviyyəsindən 55 metr yüksəklikdə yerləşir. Kənddə havanın orta illik temperaturu +15,0 C-dir. Kənddə semiarid iqlimi mövcuddur. 1886-cı ildə kənddə 459 nəfər yaşayırdı, hamısı azərbaycanlı, dini etiqadına görə 372 müsəlman sünni, 87 müsəlman şiə idi. 2009-cu il üçün əhalisi 1069 nəfərdir. Nəsirov Şükür Yolçu oğlu (1974–1994) Nəsirov Əlisahib Oruc oğlu (1975–1994) Məmmədov Kamil Zaman oğlu (1974–1994) Cəbrayılov Ömər Məzahir oğlu (1997–2016) İqtisadiyyatı Kənddə orta məktəb yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=87263
Şəkili (Göyçay)
Şəkili — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Əsl adı Molla Şəkilidir. Yaşayış məntəqəsini Şəkidən köçüb gələn ailələr salmışlar. Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 353 nəfər əhali yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=109332
Şəkili bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115017
Şəkili Ələsgər
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub.Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib.1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır. Ələsgər Abdullayev 1913–1914-cü illərdə "Sport-Rekord" və "Ekstrafon" səhmdarlar cəmiyyətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuşdur. O, tarzənlərdən Qurban Pirimovun, Tevosun, kamançada isə Saşa Oqanezaşvili və Moses Quliyansın müşayiətləri ilə "Çahargah", "Rast", "Mahur–Hindi", "Zabul-Segah", "Rahab", "Şüştər", "Hasar" və s. muğamları, bir sıra Azərbaycan, gürcü və erməni mahnılarını vala yazdırır. Uzun illər tarzən Şirin Axundovun müşayiəti ilə çıxış etmişdir. Ələsgər "Rahab" oxumaqda xüsusilə məşhur idi. Azərbaycan musiqi tarixində xanəndə Dəli İsmayıldan sonra Ələsgər "Rahab" oxumaqda birinci sayılırdı. Ə. Abdullayev Cabbar Qaryağdıoğlu ilə birlikdə həkim İoanesyanın təşkil etdiyi birinci Şərq orkestrinin tərkibində Bakı zəhmətkeşləri qarşısında çıxış etmişdi. Bundan əlavə o, tarzən Qurban Pirimov və kamançaçı Armenak Şuşinski ilə birlikdə Bakının yay klublarında, "Şərq musiqisi gecələri"-ndə ifa edib. Xanəndə Azərbaycan radiosunun musiqi verilişlərində də yaxından iştirak etmişdi. Şəkili Ələsgər 1 aprel 1929-cu ildə Bakıda vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=504120
Şəkilli kitab
Şəkilli kitab — vizual və şifahi hekayəni birləşdirən kitab növüdür. Əsasən mətn vasitəsilə izah edilən povestlə, bunu ilk növbədə ardıcıl şəkillər vasitəsilə edən komikslərdən fərqlənirlər və əsasən uşaqlara hədəflidirlər. Şəkilli kitablardakı təsvirlər yağlı boyalar, akril, akvarel və karandaş kimi müxtəlif vasitələrdə hazırlana bilər. Şəkilli kitablar çox vaxt uşaqlara dil inkişaf etdirməyə və ya dünyanı anlamağa kömək edən pedaqoji resurslar rolunu oynayır. Hədəf auditoriyası Şəkilli kitablar gənc uşaqlar üçün nəzərdə tutulub. Çoxları uşağın başa düşə biləcəyi, lakin mütləq oxuya bilməyəcəyi lüğətlə yazılmışdır. Bu səbəbdən, şəkilli kitabların uşaqların həyatında iki funksiyası var: böyüklər onları əvvəlcə kiçik uşaqlara oxuyur, sonra isə oxumağı öyrənməyə başlayan kimi uşaqlar özləri oxuyurlar. Kateqoriyalar Şəkilli kitabları bir sıra xüsusi növləri var: Stol kitabları — kitablarla daha az diqqətli olmağa meyilli olan gənc uşaqlar üçün möhkəm kartonda çap olunmuş şəkilli kitablardır. Həm üzlük, həm də daxili səhifələr üçün kartondan istifadə olunur. Səhifələr xüsusi olaraq qatlanır və bir-birinə bağlanır. Yumşaq kitablar — parça və yumşaq plastikdən hazırlanır. Pop-up kitablar — belə kitablarda sehifələr açıldıqcca ayağa qalxan kağız mühəndisliyindən istifadə olunmuşdur. "Avtobusdakı təkərlər" Paul O. Zelinsky tərəfindən ən çox satılan pop-up kitabın nümunəsidir. Toxunma və hissi kiatblar — Doroti Kunhardt tərəfindən yazılmış "Dovşan Pat" məşhur toxunma və hiss kitabıdır. Konsepsiya kitabları — uşaqlara əlifba və ya formalar kimi xüsusi mövzular haqqında öyrədir.Asan oxucu kitabları — oxumağı öyrənməyə başlayan və sadə mətn, təsviri illüstrasiyalar daxil edən uşaqlar üçündür. Qeyri-bədii uşaq kitabları — Uşaqlara oxumağı sadə və əlçatan bir şəkildə öyrətmək üçün istifadə olunur. Sözsüz şəkilli kitablar — hekayəni yalnız təsvirlər vasitəsilə izah edir. Onlar yaradıcılığı təşviq edir və hələ oxuya bilməyən uşaqlar tərəfindən qiymətləndirilə bilər. Sözsüz şəkilli kitabın məşhur nümunəsi Raymond Briqqsin "Qar adamıdır". Həmçinin bax Xarici keçidlər Əyyub Qiyas — "Şəkilli kitab"
https://az.wikipedia.org/w/index.php?curid=803259
Şəkilçi
Şəkilçi — lüğəvi mənası olmayan, sözün ayrılıqda işlənə bilməyən və kökə qoşulduqdan sonra leksik və ya qrammatik məna yaradan hissəsidir. Azərbaycan dilində, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir, lakin bəzi şəkilçilər sözün kökündən əvvələ də qoşula bilir. Məsələn: comərd, nakişi. Şəkilçilər 2 cür olur: leksik şəkilçilər və qrammatik şəkilçilər. Leksik şəkilçilər İkinci adı sözdüzəldici şəkilçilərdir. Azərbaycan dili qrammatikasında leksik şəkilçilər ∧ işarəsi ilə göstərilir.Bu şəkilçilər sözlərin kökünə yaxud başlanğıc formasına qoşularaq yeni mənalı söz yaradır. Yeni yaranan sözlə kök arasında məna yaxınlığı olur. Leksik şəkilçilər həm milli, həm də alınma ola bilər. Alınma leksik şəkilçilər, əsasən, isim, sifət və zərflərin yaranmasında istifadə olunur. Azərbaycan dilində leksik şəkilçilər əsasən sözün sonuna artırılır. Sözlərin önünə artırılan şəkilçilər alınma şəkilçilərdir. Məsələn, na- (nakişi), la- (laməkan), ba- (baməzə), bi- (binamus) və s. Söz önünə artırılan şəkilçilər əsasən inkarlıq, əks məna yaratmaq üçün istifadə olunur və əksər hallarda -sız mili şəkilçisi ilə əvəzlənə bilir. Leksik şəkilçilər qrammatik şəkilçilərdən əvvəl işlənir. Ancaq bəzi leksik şəkilçilər var ki, qrammatik şəkilçidən sonra işlənə bilir: -kı, -sız, -gil, -dakı. Bu hal Azərbaycan dilinin iltisaqiliyini pozur. Həmçinin, leksik şəkilçilər ahəng qanununa uyğun olaraq, əsasən, iki və dörd cür yazılır, lakin belə şəkilçilər sırasında bir cür yazılanları da var. -daş, -kar, -keş, -dar.Hesabdar, bayraqdar, vətəndaş, zəhmətkeş, sənətkar.Vətən-daş, tələb-kar, zəhmət-keş, anbar-dar. İkinci adı sözdəyişdirici şəkilçilərdir. Qrammatik şəkilçilər Azərbaycan dili qrammatikasında ∩ işarəsi ilə göstərilir. Ahəng qanununa uyğun olaraq həmişə iki və dörd cür yazılır. Bu şəkilçilər sözün kökünə qoşularaq yalnız sözün formasını dəyişir, heç bir məna fərqliliyi yaratmır (yeni söz yaratmır). Qrammatik şəkilçilər söz birləşmələri və cümlələrdə sözlər arasında qrammatik əlaqə yaradır. Onlar əsasən lar lər şəkilçiləri ilə bilinir Qramatik şəkilçilər sözün leksik mənasını dəyişmir, Sözlər arasında əlaqə yaratmağa xidmət edir məsələn :Bakının küçələri
https://az.wikipedia.org/w/index.php?curid=589164
Şəkixanovlar evi
Şəkixanovların evi və ya Şəkixanovlar sarayı — Azərbaycanın Şəki şəhərində Şəki xan sarayından bir neçə məhəllə aralıda yerləşən XVIII əsrə aid iki mərtəbəli tarixi abidə. Şəkixanovlar evi xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır. İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir. Şəkixanovlar evi iki mərtəbədən ibarətdir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilib. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub. İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycan şairi Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənib və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülüb. Kəllə divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də stalaktit karniz üzərində yerləşib. Güzgü stalaktitinin mürəkkəb quruluşunu salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerləşir. Bu taxçalar vazalarda gül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə işlənib. Divar rəsmləri Həmçinin bax Şəki xanlığı Xarici keçidlər Şəkidə turistlərin ən çox ziyarət etdikləri tarixi abidə təmirə dayandı (VİDEO) Arxivləşdirilib 2012-06-11 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=328263
Şəkixanovlar sarayı

https://az.wikipedia.org/w/index.php?curid=322027
Şəkixanovların evi

https://az.wikipedia.org/w/index.php?curid=322026
Şəkki qalası
Şəki qalası – Qərbi Azərbaycan (indiki Ermənistan respublikası) ərazisində qala-şəhər. Qala Qarakilsə rayonu (dəyişdirilmiş adı Sisiyan) ərazisində, Bazarçayın sahilində, Darvaztəpə dağının zirvəsində yerləşir. Şəki qalası Azərbaycanda eramızdan əvvəl VII-V əsrlərdə məskunlaşan Saka (Şaka, Saklar) adlı türk tayfasının adını qoruyub saxlayıb və qalanın da əsasının saklar tərəfindən qoyulması faktını da sübut edir. Son tədqiqatlar göstərmişdir ki, vaxtilə həmin ərazidə mərkəzi Şəki qalası olan vilayət mövcud olmuşdur. Şəki qalası Qafqaz albanlarından olan knyaz Səhl ibn Sunbatın əsas iqamətgahı kimi, Babək Xürrəmidinin də süqutunun şahididir. Şəki qalası həm də Qızıl Arslanla Nizami Gəncəvinin görüş yeridir.
https://az.wikipedia.org/w/index.php?curid=85119
Şəklabad (Urmiya)
Şəklabad (fars. شكل اباد) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 437 nəfər yaşayır (68 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=581532
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü. Misir Avropa üçün əsas şəkər tədarükçüsü oldu. Amerikanı kəşf edəndən sonra Kolumb şəkər qamışını San-Dominqo adasına apardı. Əlverişli torpaq-iqlim şəraitləri bu bitkinin Antil adalarına yayılmasına da imkan verdi. XVIII əsrdə şəkərlə ticarət ingilislərin əlində cəmlənmişdir. Avropa yalnız idxal olunmuş qamış şəkərini alırdı. Bu bitkinin Avropanın cənub hissələrində becərilməsi uğursuz olurdu, çünki onun becərilməsi üçün tropik iqlim lazımdır. Kimyəvi tərkibi Şəkər çuğundurundan alınan şəkər tozunun təmizliyi 99,75% təşkil edir; qarışıqlar yalnız 0,25% qəbul olunur. Rafinadın təmizliyi isə 99,9%-dən aşağı olmamalıdır (uyğun olaraq qarışıqlar 0,1% qəbul edilir). Şəkər-toz ilə müqayisədə şəkər-rafinadda qarışıqlar 2,5 dəfə azdır. Lakin şəkər tozunda qarışıqların 0,25% olması şəkərin dad və xüsusən də qidalılıq xüsusiyyətlərində əks olunmur. Şəkərin təmizliyi onun xarici görünüşü ilə sıx bağlıdır ki, bu da mühüm əhəmiyyətə malikdir. Şəkərin (xüsusən də tozun) cəlbedici görkəmi bəzi ölkələrdə, hətta onun sortunun (növünün) həlledici amili kimi qəbul edilir. Şəkərlərdən ən çox təsadüf ediləni saxaroza, fruktoza və qlükozadır. Meyvətərəvəz şəkərin miqdarına görə bir-birindən fərqlənirlər. Meyvələr şəkərliliyinə görə üstünlük təşkil edir. Meyvələrdə şəkərin miqdarı 2%-dən (limonda) 25%-ə (üzümdə) qədər olur. Tərəvəzlərdə isə 0,8%-dən (xiyarda) 12%-ə (qarpız, qovun, soğan) qədərdir. Tərəvəzlərdən bəziləri şəkərin miqdarına görə zəngin hesab olunurlar. Çuğundurda 16%, qarpızda 12%, yerkökündə 7% olur. Saxarozanın miqdarı şəkər çuğundurunda 15–25% və şəkər qamışında 15–26% olur. Meyvətərəvəzdə saxaroza qismən hidroliz olunur. Bu proses saxaraza (invertaza) fermentinin iştirakı ilə başa çatır və bərabər miqdarda qlükoza və fruktoza alınır. Sənayə istehsalı Hal-hazırda qamış şəkəri ən çox Kuba, Braziliya, Hindistan, Puerto-Riko, Meksikad və Filippinlərdə istehsal olunur. Çuğundur şəkəri isə Avropanın bütün ölkələri, Şimali Amerikada, Türkiyəd, İran, İrak və Suriyada istehsal olunur. 1747-ci ildə alman kimyaçısı Andreas Siqizmund Marqqraf Prussiyanın Elmlər Akademiyasında çıxış edərək məlumat vermişdir ki, ağ şəkər çuğundurunda, şəkər qamışında mövcud olan şəkərin analoqu müşahidə olunmuşdur. Ancaq çuğundurun şəkərliliyinin (1,5%) kifayət qədər az olması və o zamankı istehsalat gücünün inkişafının aşağı səviyyədə olması, bu ixtiranın praktiki tətbiqinə maneə törətmişdir. Marqqrafın ölümündən sonra onun tələbəsi Frans Karl Axard 1784-cü ildə yem kimi istifadə olunan ağ şəkər çuğundurunu becərməyə başladı, 1799-cu ildə isə ondan ilk şəkəri aldı. O, 11 yanvar 1799-cu ildə şəkərin nümunəsini "Çuğundurdan şəkərin alınması haqda" məruzə ilə kral III Vilhelm Fridrixə təqdim etmişdir. Kralın verdiyi ssudaya (borca) Axard Aşağı Sileziyada (Kunern rayonu) yer alıb dünyada ilk şəkər çuğunduru zavodunu tikdi. 1802-ci ilin martında 1801-ci ilin məhsulundan 250 t çuğundur emal etməyə başladı. Çuğunduru ilk olaraq ağacdan hazırlanmış qəfəsli yeşiklərdə yuyub, sürtgəclərdə xırdalayırdılar. Sıyıqdan silindrik pressdə şirə alıb, kükürd turşusu ilə təmizlədikdən sonra ağac külü ilə, təbaşirlə və ya söndürülmüş əhənglə işləyirdilər. Təmizlənmiş şirəni yun parçadan keçirib, dəmir tavalarda buxarlandırmaqla qatılaşdırdıqdan sonra konik formalara keçirirlərmiş. Kristalların əmələ gəlməsindən və böyüməsindən sonra kristallararası məhlulu formalardan süzüb, alınmış şəkər "başlarını" qurudurlarmış. Emal etməmişdən qabaq çuğundur uzun müddət saxlanıldığından aşağı keyfiyyətli olurdu. Bu və texnologiyanın qeyri-mükəmməl olması ilə əlaqədar olaraq ilkin istehsal ilində şəkər çıxımı çuğundurun kütləsinə görə 2,8% təşkil etmişdir. 1807-ci ildə zavodda baş vermiş yanğın istehsala son qoydu. Bu gün şəkər sənayesi inkişaf etmiş sahələrdən biri sayılır. Xaricdə mütərəqqi texnologiyanın tətbiqi şəkər çuğundurunun becərilməsində və ondan stabil məhsul alınmasında mühüm irəliləyişlər etmişdir. Belə ki, şəkər zavodlarının vahid gücü sutkada 6…12 min t çuğundur emal etmək imkanı vermişdir. Dünyada ən nəhəng şəkər çuğunduru zavodu Fransada yerləşir ("Connatre") və sutkada 25 min t çuğundur emal edir. Almaniya Federativ Respublikasında "Plattling" zavodunun gücü sutkada 15 min t çuğundur emalına çatdırılıb. 1992-ci ildə Taylandda "Super Fabrik" adlı şəkər zavodu istismara verilmişdir. Bu zavod qamış şəkərindən sutkada 26 min t şəkər xammalı istehsal edir. Zavodda 12 min insan iki növbədə 10 saatlıq iş rejimi ilə çalışır. Azərbaycanda istehsal Azərbaycan ən çox şəkər istehlak edən ölkələrdən biri olsa da[mənbə göstərin], şəkər yalnız başqa ölkələrdən gətirilir. Azərbaycanın torpaq-iqlim şəraiti şəkər istehsalı üçün uyğun sayılır. Azərbaycanın torpaq-iqlim şəraiti şəkərliyi 17–19% olan çuğundur yetişdirməyə imkan verir. [mənbə göstərin]Azərbaycanda 2003-cü ildə açılmış İmişli şəkər zavodu əhalinin şəkərə olan tələbatını tam ödəyir[mənbə göstərin]. Şəkərin zərərləri Gündə 150 qram fruktoza insulin həssaslığını aşağı salır, nəticədə qan təzyiqi və ya xolestirin səviyyəsinin artması kimi problemlər yaranır. 1960-cı illərdə fruktozanın sənaye üsulu ilə alınması fruktoza və qlükoza konsentratından ibarət karamel siropunun istehsalına yol açdı. Sağlam həyat tərzi kampaniyaların fəalları şəkərin "ağ ölüm" olduğunu deyəndə, məhz qlükoza ilə fruktozanın qarışığını nəzərdə tuturlar. Formalar və istifadə Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlana şəffaf kristallik şirni növü. Şəkər çuğunduru və ya şəkər qamışından hasil edilən ağ kristal şəklində şirin qida maddəsi; şəkər. Parça qənd. kələ qənd, 19-cu əsrin sonlarına qədər saf şəkərin istehsal edildiyi və satıldığı adi bir konus forması idi. Qəhvəyi şəkərlər Maye şəkərlər Həmçinin bax Şəkərli diabet Şəkər çuğunduru Şəkər qamışı
https://az.wikipedia.org/w/index.php?curid=115592
Şəkər (Göyçay)
Şəkər — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Şəkər. oyk. Göyçay rayonunun Mırtı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Şəkərarxı olmuşdur. Kənd Göyçay çayından çəkilmiş Şəkərarxın sahilində yerləşdiyinə görə belə adlandırılmışdır. Yaşayış məntəqəsi bu arxı çəkdirən Şəkərbəyin adı ilə Şəkərbəy də adlanır. Xocavənd rayonunun Qırmızı Bazar inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1419 nəfər əhali yaşayır. Kənddə Şəkər kənd məscidi dini icması fəaliyyət göstərir. Həmçinin bax Göyçay rayonu Musayev Vüqar Vahid oğlu Musayev Vahid Vüqar oğlu Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=109331
Şəkər (Xocavənd)
Şexer — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şexer kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Toponimikası Kənd Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. İqtisadiyyatı Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=675539
Şəkər (dəqiqləşdirmə)
Şəkər — qida məhsulu. Şəkər (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Şəkər (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=109155
Şəkər Aslan
Şəkər Aslan (10 oktyabr 1937, Lənkəran – 12 iyun 1995, Lənkəran) — şair, dramaturq, jurnalist. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatının laureatı (1978). Şəkər Aslan 1937-ci il oktyabr ayının 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlamışdır. 1964–1968-ci illərdə "Leninçi", Lənkəran rayon qəzetində, ədəbi işçi, 1968–1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970–1992-ci illərdə "Leninçi" (sonralar "Lənkəran") qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1993-cü ildə "Söz" ədəbi-bədii jurnalını təsis etmişdir. 1994–1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1981) və "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 1995-ci il iyunun 12-də vəfat etmişdir. Yaradıcılığı Ədəbi fəaliyyətə "Sosialist subtropikası" Lənkəran rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan "Koreyalı bacıma" adlı şeiri ilə başlamışdır. Çap etdirdiyi şeir kitablarında vətənə məhəbbət, doğma təbiətin gözəllikləri, müasir insanların zəngin mənəvi dünyası, istək və arzuları, sevgiləri öz əksini tapmışdır. Şeirləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. Publisistik məqalələrin, Lənkəran çayının tarixinə, xüsusiyyətlərinə həsr olunmuş "Samovara od salmişam" bədii-publisistik kitabın müəllifidir. "Sən kimsən, Ata?" (1982), "Birtərəfli hərəkət" (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Şeirlərinə musiqi bəstələnmışdir (Tofiq Quliyev, Tofiq Əhmədov, Ramiz Mustafayev, Rauf Hacıyev, Nəriman Məmmədov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Ə. Əzimov, H. Adıgözəlzadə, Oktay Kazımov, Emin Sabitoğlu və s.). 1. Bahar yağışı. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı. 1964. 56 səh. 2. Ürəyimi açıram. Gənclik, Bakı. 1967.52 səh. 3. Sənə nəğmə deyirəm. Gənclik, Bakı. 1969. 104 səh. 4. Məhəbbət fəsli. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı. 1973. 82 səh. 6. Sevgi günü. Gənclik, Bakı. 1977. 104 səh. 7. Səni sevdiyim gündən. Gənclik, Bakı. 1980. 120 səh. 8. Bu günlərdən iz qalacaq. Yazıçı, Bakı. 1982. 144 səh. 9. Döy mənim qapımı. Yazıçı, Bakı. 1986. 136 səh. 11. Dünyanın sevincləri. Gənclik, Bakı. 1987. 96 səh. 12. Samovara od salmışam. İşıq, Bakı. 1989. 13. Evə məktub. Yazıçı, Bakı. 1991. 208 səh. 14. Payıma düşən ömür. Avrasiya Press. Bakı. 2012.
https://az.wikipedia.org/w/index.php?curid=46054
Şəkər Məmmədova
Məmmədova Şəkər İdayət qızı (10 yanvar 1964, Saral, Hamamlı rayonu) — Coğrafiya elmləri namizədi, dosent, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı 1964-cü il 10 yanvar Ermənistan Respublikası Hamamlı rayonunun Saral kəndində anadan olub. 1972–1982-ci illərdə orta məktəbdə oxuyub. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsində təhsil alıb. 1996-cı ildən BDU-da çalışır. 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində işləyir. 2000-ci ildən Coğrafiya fakültəsinin magistratura üzrə dekan müavini. 2017-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı vəzifəsinə təyin edilib. Elmi fəaliyyəti 1990-cı ildən Azərbaycan Dövlət Hidrometeorologiya komitəsində aparıcı mühəndis, 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. Biocoğrafiya, Ekologiya və ətraf mühiti mühafizə, Şəhərlərin ekologiyası, Ətraf mühitə nəzarət sistemi, Suların və Xəzərin ekologiyası fənlərini tədris edir. 1998-ci ildə coğrafiya elmləri namizəfi, 2003-cü ildə dosent elmi dərəcəsi alıb.
https://az.wikipedia.org/w/index.php?curid=506814
Şəkər bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=355693
Şəkər pendir
Şəkər-pendir — şəkər tozu, patka və vanilindən hazırlanan, Azərbaycanda geniş istifadə olunan şirniyyat. Hazırlanma qaydası Bİr porsiya üçün 830 qram şəkər tozu, 250 q patka, 0,25 q vanilin istifadə olunur. Bir qazana şəkər tozu və su tökülüb 8–10 dəqiqə ərzində 105–110 °C temperaturda qaynadılır. Patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3–3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70–80 °C temperatura qədər soyudulur, vanil əlavə edilir. Karamel kütləsi övkələnir və tamamilə ağarınca əldə dartılır. Sonrakı əməliyyat şəkər kirşanı səpilmiş taxta massa üzərində aparılır. Burada karamel kütləsi baton şəklində yayılır və batonun ucu qayçı vasitəsilə əyri yastıq formasında tikəciklərə doğranılır. Xarici keçidlər Şəkər pendir
https://az.wikipedia.org/w/index.php?curid=125533
Şəkər portağalı
Şirin portağal ağacım və ya Şəkər portağalı (Portuqalca orijinal adı: Meu Pé de Laranja Lima) — Braziliyalı yazıçı Joze Mauru di Vaskonselosun 1968-ci ildə yazdığı dram və uşaq romanıdır. Roman Braziliyanın Minas-Jerays bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan Zezenin yaşadıqlarından bəhs edir. Orijinal dili portuqalca olan əsər 16 dilə tərcümə olunub. Müəllif öz uşaqlığının izlərini daşıyan bu kitabı düz 12 günə yazdığını demişdir. Roman 2012-ci ildə braziliyalı rejissor Markos Bernşteyn tərəfindən kinoya uyğunlaşdırılıb. Azərbaycan dilinə tərcüməsi Əsərin Azərbaycan dilində tərcüməsi ilk dəfə 2018-ci ildə "Parlaq İmzalar" tərəfindən portuqalca əslindən birbaşa tərcümə edilərək nəşr edilmişdir. 2021-ci ildə "Qanun" nəşriyyatı əsəri türk dilindən Azərbaycan dilinə tərcümə etdirərək nəşr etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=751516
Şəkər qamışı
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var. fragile Cuzent & Pancher ex Drake Saccharum officinarum var. giganteum Kunth Saccharum officinarum var. glabrum Cuzent & Pancher ex Drake Saccharum officinarum var. jamaicense Sickenb. Saccharum officinarum var. litteratum Hassk. Saccharum officinarum var. litteratum Hack. Saccharum officinarum var. litteratum-breve Hassk. Saccharum officinarum var. luridum Hassk. Saccharum officinarum var. luteum-durum Hassk. Saccharum officinarum var. luzonicum Cuzent & Pancher ex Drake Saccharum officinarum var. obscurum Cuzent & Pancher ex Drake Saccharum officinarum var. officinarum Saccharum officinarum var. otaheitense Roem. & Schult. Saccharum officinarum var. purpureum Kunth Saccharum officinarum var. rubicundum Cuzent & Pancher ex Drake Saccharum officinarum var. rubrum-altum Hassk. Saccharum officinarum var. rubrum-humile Hassk. Saccharum officinarum var. tahitense Kunth Saccharum officinarum var. violaceum Pers. Saccharum rubicundum Cuzent & Pancher ex Drake Saccharum spontaneum subsp. luzonicum Hack. Saccharum violaceum Tussac
https://az.wikipedia.org/w/index.php?curid=142919