!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Şəhidlər Xiyabanında dəfn olunanlar (Hacıqabul) | Hacıqabul Şəhidlər Xiyabanı — Hacıqabul şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Hacıqabul şəhərində yaradılıb. Baxışlı Allahverdi Əbülfəz oğlu (18.02.1991 – 27.09.2014) Baladov Ruslan Allahyar oğlu (1997 – 2020) Əsədov Əzizağa Mirzağa oğlu (1973 – 1993) Həmçinin bax Şəhidlər Xiyabanı | https://az.wikipedia.org/w/index.php?curid=679081 |
Şəhidlər Xiyabanında dəfn olunanlar (Mingəçevir) | Mingəçevir Şəhidlər Xiyabanı — Mingəçevir şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Mingəçevir şəhərində yaradılıb. Ağayev Fərid Rüfət oğlu (31.12.1994 - 06.02.2015) Ağakişiyev Vaqif Yaqub oğlu (1968-1992) Adil Adilzadə Allahverdi Babayev Cəfərli Ruslan Nəcəf oğlu (1995-2020) Cəfərov Alış Zeynalxan oğlu (1960-1994) Cüməzadə Təbriz İldırım oğlu (2000—2020) Elçin Əliyev (gizir) Elman Əliyev (baş əsgər) Emin Rüstəmzadə Əli Əhmədov (kiçik çavuş) Əli Rzayev (kiçik çavuş) Ərzuman Osmanov Əzim Həsənov Əhmədov Rüstəm Oruc oğlu (1983-2016) Əhmədov Əli İlqar oğlu (-2020) İslam Əhmədov İlqar oğlu (-2020) Əbdurrəhmanov Əfrail Əbdurrəhman oğlu (1976-1995) Əhmədov Yasən Yelmar oğlu (1974- 2020) Əliyev Firuz Qaraş oğlu (1974-1993) Əliyev Fuad Xeyrulla Oglu(1975-1994) Əliyev Qias Fikrət Oğlu (1981 - 1999) Fuad Xankişiyev Həmzəyev İlqar Əli oğlu (1968-1993) Xankişiyev Fuad Şöhrət oğlu (1996-2020) İmranov İmran Şahmar oğlu (1946-1993) İsgəndərov Niyazi Şahvələd oğlu (1982-2020) İlkin Ağakişiyev İslam Əhmədov Quliyev Elçin Hətəm Oğlu (1971-1992) Məmmədov Amil Hümbət oğlu (1975-1994) Mustafayev Hamlet Fəxrəddin oğlu (1966-1994) Məmmədov İlqar Şövkət oglu (1959-1996) Mirabov Rəşad Akif oğlu (1975-1995) Mirzəyev Şahin Zabit oğlu Müşfiq Mustafa oğlu Mirzəyev (1970-1993) Muradov Ruslan Həmid oğlu (1973-1992) Məmmədov Asif Əliş oğlu (1975-1996) Məhəmməd Məmmədli Murad oğlu (21.08.1994-01.12.2020) Məmişov Nurlan İlqar oğlu (2000-2020) Məhyəddin Məmmədov Yaşar oğlu (1998-2020) Nağıyev Dilqəm Heydər oğlu (1975-1995) Qəhrəman Nəsirov Fərman oğlu (2000-2020) Nahid İbrahimzadə Nicat Hacıyev Niftəliyev Azər Bayram oğlu (1957-1994) Niyazi İsgəndərov Nurlan Məmişov Oruc Nəcəfli Pərviz Tağıyev Rahim Tağıyev Rəşad Mirabov Ruslan Cəfərli Seyidov Şahmar Fikrət oğlu (1997-2020) Yunusov Namaz Yunus oğlu (1966-1993) Həmçinin bax Şəhidlər Xiyabanı | https://az.wikipedia.org/w/index.php?curid=679076 |
Şəhidlər Xiyabanında dəfn olunanlar (Sumqayıt) | Sumqayıt Şəhidlər Xiyabanı — Sumqayıt şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Sumqayıt şəhərində yaradılıb. 1992-ci il fevralın 4-də Rəhman Sadiq oğlu Qəhrəmanov xiyabanda dəfn olunan ilk şəhiddir. Abbasov Faiq Yaqub oğlu (1970–1994) Abbasov Mustafa Babalar oğlu (1953–1995) Abbasov Şəmşir Şahmar oğlu (1967–1992) Abdullayev Eynur Sahib oğlu (1966–1993) Abdullayev Faiq Mehdi oğlu (1972–1992) Ağayev Cavanşir Cəmil oğlu (1965–1992) Ağayev Fazil Cəlil oğlu (1969–1992) Axundov Əbdülməcid Nadirşah oğlu (1993–2016) Aslanov İslam Xanış oğlu (1973–1994) Atakişiyev Şahin Şiraslan oğlu (1970–1994) Abbaslı Elgin Ağayar oğlu (1991–2020) Allahverdizadə Elnur Əli oğlu (1995–2020) Allahverdiyev Vüsal Tahir oğlu (1988–2020) Babayev Rahib Bəxtiyar oğlu (1985–2020)Baxşəliyev Rəşid Əliağa oğlu (1996–2016) Baxışov Seymur Qulamhüseyn oğlu (1987–2016) Bayramov Ruslan Bayram oğlu (1996–2016) Bayramov Şulan Bayram oğlu (1996–2016) Cabbarov Cavanşir Hacif oğlu (1967–1992) Cabbarov Elnur Zakir oğlu (1973–1994) Cabbarov Taleh Cəmil oğlu (1971–1994) Camalzadə Asim Knyaz oğlu (1994–2023) Cəfərov Şirin Allahverdi oğlu (1962–1994) Dadaşov Rəhim Möhübbət oğlu (2003–2021) Eyvazov Qorxmaz Abış oğlu (1967–1994) Əbibov Əli İlham oğlu (1994–2013) Əliyev Əlövsət Əbülfət oğlu (1957–1992) Əhmədov Yaqub Aqali oğlu (1966–1992) Əhmədov Nəcəf Hikmət oğlu (1967–1994) Əliyev Millət Söhbətəli oğlu (1961–1994) Ələsgərli Zaur Mübariz oğlu (1995–2020) Əhmədzadə Rüfət Əbülfət oğlu (2001–2020) Əbdürəhmanlı Sabir Faiq oğlu (1998–2020) Əliyev Səmid Xoşbəxt oğlu (1998–2020) Əliyev Eltun Elnur oğlu (2001–2020) Əliyev Emil Əziz oğlu (1993–2020) Əliyev Fərhad İlham oğlu (1993–2020) Fərəcov Ceyhun. Fətullayev Tərlan Amanşah oğlu (1989–2020) Hacıyev Bəxtiyar Oqtay oğlu (1974–1993) Haqverdiyev Şahin Nüslət oğlu (1959–1994) Hümbətov Azər Rəsul oğlu (1971–1994) Hümbətov Əhməd Məhəmməd oğlu (1965–1994) Hümbətov Rizvan Humay oğlu (1954–1992) Hüseynov Ehtiram Aydın oğlu (1970–1992) Hüseynov Elçin Zamin oğlu (1992–2020) Hüseynov Məcid Məmməd oglu (1969–1993) Həmidov İzzət Rövşən oğlu (2000–2020) Həsənzadə Məhəmmədəli Hörmət oğlu (1999–2020) İmanov Ənvər Emil oğlu (1999–2020) İsmayılov Məzahir Sədi oğlu (1961–1994) İsfəndiyarov Müşfiq Kamil oğlu (1976–1995) İsmayılov Yavər İsmayıl oğlu (1969–1994) Kərimov Müşfiq Bəhmən oğlu (1971–1994) Kərimov Taleh Adil oğlu (1985–2020) Qorçuyev Əfqan Xanış oğlu (1970–1994) Qəhrəmanov Rəhman Sadiq oğlu (1966–1992) Quliyev Namiq Natiq oğlu (2001–2020) Quliyev Şəhriyar Nəsib oğlu (1990–2020) Mahmudov Mehman Paşa oğlu (1963–1994) Məhərrəmov Əli Səməd oğlu (1957–1992) Məmmədov Eylaz Əli oğlu (1968–1992) Məmmədov Əfqan Əhməd oğlu (1967–1994) Məmmədov Faiq Nəriman oğlu (1973–1994) Məmmədov Gəray Azad oğlu (1969–1993) Məmmədov Murad Vaqif oğlu (1989–2016) Məmmədov Şərif Tahir oğlu (1970–1994) Mərdanlı Alay Bayram oğlu (1969–1994) Mirzəyev Teymur İsmayıl oğlu (1967–1996) Mustafayev Rüfət Zöhrab oğlu (1996–2020) Məmmədov Murad Yusif oğlu (1995–2020) Məmmədov Rəhman Natiq oğlu Natiq (1997–2020) Məmmədov Ruslan Ramiz oğlu (1997–2020) Məmmədzadə İlkin Əzizağa oğlu (1991–2020) Mütəllimov Qəzənfər Ədalət oğlu (1992–2020) Mərdanov Rəhman Ramiz oğlu (1975–1994) Nəzərov İlham Allahverdi oğlu (1963–1994) Niftəliyev Mehrab Söhrab oğlu (1985–2020) Orucov Raquf Cahangir oğlu (1972–2016) Piriyev Faiq Həbib oğlu Rüstəmov Etibar Cavanşir oğlu (1968–1992) Rzayev Zahid Canəli oğlu Rəhimli Orxan Elxan oğlu (1992–2021) Rzayev Məhəmməd-Nadir İlqar oğlu (1994–2020) Şərifov Səxavət Əsəd oğlu (1965–1994) Şahhüseynov Mirzə Telman oğlu (1973–1994) Şirinov Ramil Arif oğlu (1987–2023) Vahabov Ceyhun Sabir oğlu (1973–1993) Veysov Rövşən Saməddin oğlu (1971–1992) Vəliyev Əhməd Vəli oğlu (1968–1992) Vəliyev Elxan Səməd oğlu (1958–1995) Yusifov Elman Qüdrət oğlu (1970–1994) Yusifov Sahib Əli oğlu (1975–1994) Zeynalov Kərəm Əyyub oğlu (1967–1992) Zeynalov Salman Əyyub oğlu (1965–1994) Zeynalov Şeyda Qaçaq oğlu (1970–1994) Zeynalov Ramiz Nağı oğlu (1975–1994) Zeynallı Coşqun Çingiz oğlu (1993–2021) İtkin düşənlər Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərdən başqa, Qarabağ müharibəsində itkin düşmüş şəxslərin adlarının yazıldığı xatirə lövhəsi də ucaldılıb. Bu lövhələrdə biri qadın (Qarayeva Mehriban Arif qızı) olmaqla itkin düşmüş 127 Sumqayıt sakininin adı yazılıb: Həmçinin bax Şəhidlər Xiyabanı | https://az.wikipedia.org/w/index.php?curid=678951 |
Şəhidlər Xiyabanında dəfn olunanlar (Tovuz) | Tovuz Şəhidlər Xiyabanı — Tovuz şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq.Xiyaban 1992-ci ildə Tovuz şəhərində yaradılıb. Abbasov Qoşqar Asim oğlu 1975 Yuxarı Öysüzlü, Çənlibel bölgəsi Abbasov Kərim Musa oğlu 1971 Yuxarı Öysüzlü, Çənlibel bölgəsi Abdullayev Ayaz İsmayıl oğlu 1972 Bozalqanı kəndi, Kəlbəcər rayonu Abdullayev Nəriman Abdulla oğlu 1969 Abulbəyli kəndi, Ağdərə rayonu Abulov Rəfael Qəzənfər oğlu 1972 Bayramlı kənd, Ağdərə kəndi Axundov Zaur Valeh Oğlu 1971 Tovuz şəhəri, Sulutəpə zirvəsi Bayramov Eyvaz Cəmşid oğlu 1971 Tovuz şəhəri, Füzuli bölgəsi Bədəlov Oktay Ələddin oğlu 27.10.1984 Tovuz şəhəri, Qubadlı bölgəsində şəhid olmuşdur Cəfərov Akif Vəli oğlu 1954 Aşağı öysüzlü kəndi, Sulutəpə zirvəsi Eminov Emin Qəzənfər oğlu 1971 Azaflı kəndi, Füzuli rayonu Əliyev Həmid Fərhad oğlu 1971 Azaflı kəndi, Muncuqlu kəndi Əliyev Müşviq Abbas oğlu 1974 Yuxarı Öysüzlü, Ağdam rayonu Əliyev Elman Nəriman oğlu 1969 Bozalqanlı, Ağdam rayonu Əliyev Ceyhun Ramiz oğlu 1967 Tovuz Şəhəri, Ağdam rayonu Əliyev Hafiz Mustafa oğlu 1973 Bozalqanlı kəndi, Kəlbəcər rayonu Əliyev İlham Cəbrayıl oğlu 1955 Tovuz şəhəri, Kəlbəcər rayonu Əmiraslanov Nağı Həsən oğlu (1973-1993) Həsənov Hafiz Əsgər oğlu 1972 Tovuz Şəhəri, Ağdərə rayonu Hüseynov Fariz Əsəd oğlu 1974 Tovuz rayonu, Qaraxanlı kəndi. Ağdərə rayonu Qasımov İlham Qurban oğlu 1975 Tovuz şəhəri, Tərtər rayonu Musayev İsə Tofiq oğlu 1969 Aşağı öysüzlü kəndi, Tovuz Ağdam kəndi Məmmədov Vüqar Allahverdi oğlu 1970 Tovuz şəhəri, Goranboy rayonu Məmmədov Rövşən Əjdər oğlu 1966 Tovuz Şəhəri, Ağdam rayonu Məmmədov Zəki Ibrahim oğlu 1965 Tovuz şəhəri, Əlibəyli kəndi Novruzov Mais Məmməd oğlu 1962 Tovuz şəhəri, Tərtər rayonu Həmçinin bax Şəhidlər Xiyabanı | https://az.wikipedia.org/w/index.php?curid=678975 |
Şəhidlər meydanı | Şəhidlər meydanı (ərəb. ميدان الشهداء Meydan eş Şüheda, ya da Müəmmər əl-Qəddafi dövründəki adı Yaşıl meydan (ərəb. الساحة الخضراء As Sāḥah āl Ḥaḍrā) — Liviyanın Tripoli şəhərinin ən böyük meydanı. Meydanı şəhərin əsas ticarət mərkəzi sayılan binalar əhatə edir. Meydan italyan müstəmləkəçiləri tərəfindən tikdirilmişdir. İki uzun sütun ilə sahil yoluna qədər geniş prospekti olan meydan, o vaxt Qızıl qala ilə əhatə olunmuşdur. Sütunların birinin üst hissəsində bir dəmir tökmə miniatür taxta gəmi, digərində isə at üzərində bir atlı vardır. Liviyada vətəndaş müharibəsi (2011) 15 fevral 2011-ci ildə baş verən vətəndaş müharibəsinin mühüm mərkəzlərindən biri də Yaşıl meydan olmuşdur. Müəmmər əl-Qəddafi əleyhdarlarının mərkəzi halına gələn meydanda zaman-zaman Qəddafi tərəfdarlarının da aksiyaları olmuşdur. 21-22 avqust 2011-ci il gecə Tripoli döyüşü nəticəsində Milli Keçid Şurası qüvvələrinin meydanı ələ keçirməsindən sonra yenidən "Şəhidlər Meydanı" olaraq adlandırılmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=393870 |
Şəhidlər məscidi | Şəhidlər Məscidi türk məscidi olaraq da bilinir, Şəhidlər Xiyabanının yaxınlığında, Bakı şəhərində məsciddir. Məscid 1990-cı illərin əvvəllərində Türkiyə hökumətinin dəstəyi ilə tikilmişdir.Türk məscidinin fasadında ərəb və türk dillərində Quranın "əl-Bəqərə" surəsinin 154-cü ayəsi yazılmışdır: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” | https://az.wikipedia.org/w/index.php?curid=522305 |
Şəhidlər və qazilər (film, 1991) | Film Bakıda 1990-cı il yanvarın 20-də sovet ordusu əsgərləri tərəfindən gülləbaran edilmiş şəhər sakinlərinin şəhid olmaları və əlil qalmaları barədə danışır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev Ssenari müəllifi: Xamiz Muradov Operator: Köçəri Məmmədov, Sərdar Vəliyev, Elxan Əliyev Səs operatoru: Şamil Kərimov | https://az.wikipedia.org/w/index.php?curid=31924 |
Şəhidlər xiyabanı | Şəhidlər Xiyabanı — Bakı şəhərində əsasən Qara Yanvar və Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu kütləvi məzarlıq. Şəhidlər Xiyabanı müxtəlif dövrlər ərzində Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan Xalq Cümhuriyyəti dövründən 1939-cu ilə qədər Şəhidlər Xiyabanı Çəmbərəkənd qəbiristanlığı olub. Qəbiristanlıqda bir sıra şəxslər, o cümlədən Azərbaycan tarixində görkəmli olan şəxslərdən Əlirza Rasizadə, Səməd bəy Mehmandarov, Cəlil Məmmədquluzadə, Midhət Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Ağa Musa Nağıyev, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev və digərləri dəfn edilmişdi.Bakının baş memarı vəzifəsində çalışan Zivər bəy Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət Sentrokaspi Diktaturasından azad olunması zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında ucaldılacaq abidə kompleksinin layihəsini hazırlamışdı. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunmuşdu. Azərbaycan SSR dövrü 1934-cü ildə Sergey Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün qəbiristanlıq yerlə-yeksan edilib və Çəmbərəkənd qəbiristanlığının yerində istirahət parkı salındı və Kirovun abidəsi ucaldıldı. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən baş daşlarından da istifadə etməli olublar. Azərbaycan Respublikası dövrü Azərbaycan SSRİ-dən müstəqillikdən qazandıqdan sonra isə Kirovun Şəhidlər Xiyabanında ucalan abidəsi uçuruldu.1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların indiki Şəhidlər Xiyabanında dəfn olunması üçün ictimaiyyət tərəfindən yaradılmış dəfn komissyasının adından çıxış edən elmlər doktoru Azər Nəbiyevin Respublika və şəhər rəhbərliyinə etdiyi müraciətə müsbət cavab verilməmişdir. Bundan sonra Azər Nəbiyev o vaxtkı 26 Bakı Komissarları adına rayonun xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əli Məmmədova müraciət etmişdir. Əli Məmmədov Azər Nəbiyevlə birlikdə Dağüstü parka gəlmiş və orada olan bir çox insanların iştirakı ilə bir sıra yerə baxış keçirilmiş və sonda şəhidlərin hazırda dəfn olunduğu yer məqsədəuyğun hesab edilmiş, şəhidlərin dəfn edilməsi üçün icazə verilmişdir. Yerin seçilməsində arxitektor Nəriman Əliyevin məsləhətləri nəzərə alınmışdır.Yanvarın 20-21-də xiyabanda məzarlar qazıldı. 120-dən artıq qəbir qazıb hazırlandı. Yanvarın 21-də Azərbaycan SSR Ali Sovetinin iclası keçirildi. İclas çox gərgin şəraitdə, qızğın mübarizələrlə keçdi. İclasda Dəfn Komissiyasının üzvləri də çıxış etdilər. Dəfn Komissiyası aşağıdakı heyətdən ibarət komissiya üzvləri təşkil olundu: Qüdrət Əbdülsəlimzadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Rəhim Qasımov, İbrahim Əliyev, Nəriman Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev, Xalid Muxtarov. Sonradan təklif olundu ki, Şeyxülislam Allahşükür Paşazadə də komissiyaya daxil edilsin. Qüdrət Əbdülsəlimzadə komissiyanın sədri seçilmişdi.Səhər saat 6.00-a qədər müzakirələr aparıldı. Saat 12.00-da şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından izdihamla paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər Xiyabanına gətirildi. Dəfn mərasimi 5 saat çəkdi. Yanvarın 22-də 51 nəfər dəfn olundu. Bunlardan 3 nəfəri 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Onları İlhamla Fərizədən sonra dəfn etdilər. Hər üç məzarın üstündə 1918-ci il şəhidləri sözləri yazıldı. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların üstündə "Naməlum" sözü yazdılar. Qara Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı naməlum gənc var idi və o, ən sonda dəfn olundu.Hazırda Şəhidlər Xiyabanında 159 məzar vardır. Bu məzarlardan 97-nin sinə daşı var (o cümlədən, 4 naməlum məzar, 1 şəkilsiz məzar), 62 məzarın sinə daşı yoxdur, şəhidlərin yalnız şəkilləri və adları yazılıb. Qeyd olunan 62 şəhid digər ərazilərdə dəfn olunub. Ziyarətgahlar Şəhidlər məscidi Şəhidlər məscidi 1996-cı ildə Türkiyənin Dəyanət Vəqfi adlanan qurumu tərəfindən inşa etdirilib. 2009-cu ildən 2017-ci ilə kimi məscid təmirə bağlanıb. Əbədi məşəl "Əbədi məşəl" abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Prezident Heydər Əliyevin 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılması haqqında sərəncam verir. Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə "Əbədi məşəl" abidə kompleksinin tikintisinin təmin edilməsi, Nazirlər Kabinetinə isə abidə kompleksinin tikintisinə 2 mlrd. manat məbləğində vəsaitin ayrılması barədə təklif verməsi tapşırılır. Beləliklə, abidə kompleksinin tikintisinə başlanılır. Kompleksin tikilməsinə aid keçirilən müsabiqədə memar Elbay Qasımzadənin rəhbərlik etdiyi layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir.Abidə kompleksinin 9 oktyabr 1998-ci il tarixində açılışı olmuşdur. Şəhidlər Xiyabanı ərazisində yer almış bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. Sərdabənin divarlarını bəzəyən zərif şəbəkə monumental tikiliyə müəyyən xəfifliyi, hava kimi şəffaflığı bağışlayır.2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən "Əbədi məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir. Mədəniyyətdə Ədəbiyyatda Şəhidlər Xiyabanına həsr olunmuş şeirlərdən Kəmalə Abiyevanın "Şəhidlər xiyabanı" lirik poemasını, Fikrət Qocanın "Şəhidlər xiyabanı" şeirini qeyd etmək olar. Həmçinin bax Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı) | https://az.wikipedia.org/w/index.php?curid=82007 |
Şəhidlərdən şəhidlərə | Şəhidlərdən şəhidlərə — Rejissoru Xamiz Muradov, Bəstəkarı Faiq Nağıyev olan Azərbaycan filmi. Filmdə 1989-cu il aprelin 9-da Tbilisidə "şanlı" Sovet Ordusu hissələrinin dinc əhalinin başına gətirdiyi fəlakətin birinci ildönümü münasibətilə etiraz əlaməti olaraq üç azərbaycanlı vətəndaşın-üç ziyalının Bakıdan Tiflisə yürüş etməsindən və qardaş xalqın dərdinə şərik olmalarından danışılır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Ramiz Rövşən (Ramiz Əliyev kimi) Operator: Köçəri Məmmədov Bəstəkar: Faiq Nağıyev Səs operatoru: Şamil Kərimov | https://az.wikipedia.org/w/index.php?curid=31925 |
Şəhidlərdən şəhidlərə (film, 1990) | Şəhidlərdən şəhidlərə — Rejissoru Xamiz Muradov, Bəstəkarı Faiq Nağıyev olan Azərbaycan filmi. Filmdə 1989-cu il aprelin 9-da Tbilisidə "şanlı" Sovet Ordusu hissələrinin dinc əhalinin başına gətirdiyi fəlakətin birinci ildönümü münasibətilə etiraz əlaməti olaraq üç azərbaycanlı vətəndaşın-üç ziyalının Bakıdan Tiflisə yürüş etməsindən və qardaş xalqın dərdinə şərik olmalarından danışılır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Ramiz Rövşən (Ramiz Əliyev kimi) Operator: Köçəri Məmmədov Bəstəkar: Faiq Nağıyev Səs operatoru: Şamil Kərimov | https://az.wikipedia.org/w/index.php?curid=811092 |
Şəhidlərin Xatirəsi Muzeyi | Şəhidlərin Xatirəsi Muzeyi - Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsini əbədiləşdirmək üçün yaradılmış muzey. Muzey haqqında Muzey 20 yanvar 1997–ci il tarixində istifadəyə verilmişdir, Şəhidlər xiyabanının ərazisində yerləşən sahəsi 105 m2 olan Şəhidlərin Xatirə Muzeyi Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsini əbədiləşdirmək üçün yaradılmışdır. Muzeydə Şəhidlərin şəxsi əşyaları, geyimləri, şəkilləri, sənədləri və digər tarixi məlumatları nümayiş olunur. Həmçinin bax Şəhidlər Xiyabanı Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı) Şəhidlər (mahnı) Xarici keçidlər "Qubada Vətən müharibəsində şəhid olanların xatirəsi anılıb". apa.az. İstifadə tarixi: 27.01.2021. "Qubada 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib". culture.gov.az. İstifadə tarixi: 27.01.2021. | https://az.wikipedia.org/w/index.php?curid=687574 |
Şəhidçomani (Xudabəndə) | Şəhidçomani (fars. شهيدچمني) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (92 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=777197 |
Şəhindoxt Molaverdi | Şəhindoxt Molaverdi- İranlı akademik, feminist, Hüquqşünas, alim və Həsən Ruhani Kabinetində Qadın və Ailə işlər bölməsinin vitse-prezidenti. | https://az.wikipedia.org/w/index.php?curid=482118 |
Şəhla | Şəhla (ərəb. شهلاء) — qadınlara verilmiş bir ərəbcə addır. Şəhla Ağapur Şəhla Əliqızı Şəhla Əmirli Şəhla Gündüz Şəhla Hümbətova Şəhla İbrahimova Şəhla Nağıyeva Şəhla Riyahi | https://az.wikipedia.org/w/index.php?curid=769936 |
Şəhla (ad) | Şəhla (ərəb. شهلاء) — qadınlara verilmiş bir ərəbcə addır. Şəhla Ağapur Şəhla Əliqızı Şəhla Əmirli Şəhla Gündüz Şəhla Hümbətova Şəhla İbrahimova Şəhla Nağıyeva Şəhla Riyahi | https://az.wikipedia.org/w/index.php?curid=770046 |
Şəhla Ağapur | Şəhla Ağapur və ya Şəhla Ağapur-Benakohell (1976, Tehran) — Almaniyada yaşayan azərbaycanlı rəssam, yazıçı və qalereya direktoru. O, həmçinin yazıçılıq və şairlikdən əlavə heykəltaraşlıqla da məşğuldur. Şəhla Ağapur Tehran şəhərində azərbaycanlı ailədə anadan olmuşdur. O, erkən yaşlarından incəsənət və ədəbiyyatla maraqlanmağa başlamışdır. O, həmçinin jurnalistika ilə də məşğul olmuşdur. İran İslam inqilabından sonra Ayandegan qəzetində çalışmışdır. Dissident jurnalist fəaliyyətinə görə İrandan Almaniyaya miqrasiya etməyə əcbur olmuşdur. Berlinə köçdükdən sonra sərbəst iş formasında çalışmış və Almaniyada və başqa ölkələrdə öz əsərləri nümayiş etdirilən sərgilər təşkil etmişdir. and other countries. 2003-cü ildə Berlin İncəsənət Universitetində İncəsənət ixtisası üzrə magistr təhsilini başa vurmuşdur. Bundan sonra incəsənət müəllimi və rəssamlıq layihələrinin rəhbəri kimi çalışmışdır.Şəhla Ağapur Almaniya Federal Rəssamlar İttifaqının üzvüdür. Həmçinin Almandilli ölkələrdə yaşayan sürgündəki yazıçıların PEN Mərkəzinin üzvüdür. Sürgündəki iranlı yazıçıların təşkilatı olan İranlı Yazıçılar İttifaqının 2007-ci ildən 2009-cu ilə qədər sədri olmuşdur. Milli Qalereya (İran) Ay Qalereyası (İstanbul) Azad Berlin İncəsənət Sərgisi (Almaniya) Küləyin oyuncaqları, Berlin-Hamburq-Münster-Zaqreb-Split-Vrqorak (səyahət sərgisi) Kulturministerium Brandenburq (Potsdam, Almaniya) Spandau Mədəniyyət Mərkəzi (Almaniya) Brandenburq Mədəniyyət Nazirliyi (Almaniya) Oppenheim Mədəniyyət Qalereyası forumu (Almaniya) Saviour kilsəsi (Almaniya) İncəsənət marketi (Almaniya) Brext-Haus (Almaniya) Rathaus Şöneberq (Almaniya) Qədim Od Stansiyası (Almaniya) Delft Mədəniyyət Mərkəzi (Niderland) Zürix Mədəniyyət Klubu (İsveçrə) Luqano Mədəniyyət İttifaqı (İsveçrə) Prussiya Landtaqı (Almaniya) "İran gecəsi" sərgisi (Almaniya. Almaniyanın o dövrki və ondan əvvəlki prezidentlərinin həyat yoldaşları da sərgiyə qatılmışdır) Hyuston Hilton oteli (ABŞ) Fars Mədəniyyət Mərkəzi (ABŞ) Sürgün salonu (Almaniya) Benakohell Qalereyası (Almaniya) Andishaje hessi ( azərb. Ruhi düşüncələr ), (farsca), Tehran, İran Sarate garme hes ( azərb. Emosiyanın hissələri ), (farsca), Bohum, Almaniya Ashovtegieh Djahan ( azərb. Kosmosun xaosu ), (farsca), Bohum, Almaniya Parvaze sorkhe tan ( azərb. Uçan qırmızı bədənlər ) (farsca), Almaniya Oliver Tvist Tehranda, Almaniya Morvarid-e Siah ( azərb. Qara mirvari ), (farsca), Bohum, Almaniya Həmçinin bax Cənubi Azərbaycan | https://az.wikipedia.org/w/index.php?curid=599882 |
Şəhla Bürcəliyeva | Əmirli Şəhla Yapon qızı - Kinoşünas, Radio-Televiziya redaktoru. Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994-1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997-2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir. Şəhla Əmirli Respublikada çapdan çıxan dövrü mətbuatda 100-dən artıq məqalə, resenziya və oçerklərin müəllifi kimi də tanınıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Belə ki, "Varlığına daima ehtiyac duyulan sənətkar", "Boz məkanın qaranlıq üzü", "Zəfər istəkdən güc alır", "Tarixin qan yaddaşı", "Seriallar: Baxaq, Baxmayaq?", "Onu çoxdandır görmürük", "Azərbaycan filmlərində musiqinin rolu", "Seriallar niyə yaranır", "Poetik üslublu rejissor", "Düşünərək güldürməyi bacaran aktyor", "Kino onun daxilinin əksi idi", "Ekrandan ucalan musiqi", "Lentlərə hopmuş ömür", "Rənglər dünyasının sakini", "Kino onu ana kimi qəbul etdi", "Sənətin gətirdiyi ucalıq", "Aktyor sənətinin ölməzliyi", "Kiçik açarla böyük qapı açmaq arzusu...", "Bir daha dublyaj barədə" və başqa bir-birindən maraqlı məqalə və resenziyaları Şəhla Əmirli qələminin məhsuludur. Həmçinin Şəhla Əmirli "Səhnə həyat nurumdur", "Azərbaycan kinosunun tarixi və inkişafı", "Azərbaycan kinematoqrafçıları - Portretlər."-silislə buraxılış olan kitabların redaktorudur. İki övladı var. Varlığına daima ehtiyac duyulan sənətkar (Xalq artisti Sədayə Mustafayeva haqqında). Mədəniyyət qəzeti, 30.08.2008. №70 (586), səh. 12. Boz məkanın qaranlıq üzü. Mədəniyyət qəzeti, 31.05.2008. №48 (564), səh. 13. Zəfər istəkdən güc alır. (müğənni Ruhi) Mədəniyyət qəzeti, 29.01.2009. №5 (622) sayında, səh 11. Tarixin qan yaddaşı. Mədəniyyət qəzeti, 03.07.2008. №56 (572) sayında, səh 13. Seriallar: Baxaq, Baxmayaq? Məbəniyyət qəzeti, 10.07.2008. №58 (574) sayında, səh 6. Onu çoxdandır görmürük (xalq artisti Həmidə Ömərova). Mədəniyyət qəzeti, 04.12.2008. №95 (611) sayında, səh 7. Azərbaycan filmlərində musiqinin rolu. Kino qəzeti, 26.05-02.06.2004. №17 (1396) sayında, səh 3. Seriallar niyə yaranır. Cinema jurnalı, iyul-avqust 2008. №2 sayında, səh 54-55. Poetik üslublu rejissor. (kinorejissor Arif Babayev "MƏDƏNİYYƏT" Qəzeti 09.10.2008.№80 /596/ sayında, səh 9) Düşünərək güldürməyi bacaran aktyor. (xalq artisti Fazil Salayev "MƏDƏNİYYƏT" Qəzeti 18.12.2008.№98 /614/ sayında, səh 10) Kino onun daxilinin əksi idi. (kinorejissor Həsən Seyidbəyli "MƏDƏNİYYƏT" Qəzeti 13.12.2008.№97 /613/ sayında, səh 8) Ekrandan ucalan musiqi.(xalq artisti,bəstəkar Emin Sabitoqlu "MƏDƏNİYYƏT" Qəzeti 22.11.2008.№92 /608/ sayında, səh 10) Lentlərə hopmuş ömür.(kinorejissor Rasim İsmayılov "MƏDƏNİYYƏT" Qəzeti 13.11.2008.№89 /605/ sayında, səh 13) Rənglər dünyasının sakini.(rəssam Qafar Sarıvəlli "MƏDƏNİYYƏT" Qəzeti 07.08.2008.№64 /580/ sayında, səh 14) Kino onu ana kimi qəbul etdi.(xalq artisti Sədayə Mustafayeva "KİNO" Qəzeti 06-13.10.2004.№33 /1412/ sayında, səh 9) Sənətin gətirdiyi ucalıq .(xalq artisti Məhəmməd Bürcəliyev "MƏDƏNİYYƏT" Qəzeti 08.04.2009.№23 /640/ sayında, səh 10) Aktyor sənətinin ölməzliyi.(xalq artisti Məhəmməd Bürcəliyev "AZƏRBAYCAN" Qəzeti 22.04.2009.№85 /5189/ sayında, səh 7) Həyatı gözəlləşdirməyə calışan sənətkar (xalq artisti Məhəmməd Bürcəliyev "XALQ" Qəzeti 03.05.2009.№95 /26153/ sayında, səh 8) Kiçik açarla böyük qapı açmaq arzusu...(əməkdar artist Səməndər Rzayev "MƏDƏNİYYƏT" Qəzeti 12.06.2009.№41 /658/ sayında, səh 5) Bir daha dublyaj barədə. ("MƏDƏNİYYƏT" Qəzeti 03.07.2009.№38 /655/ sayında, səh 11) Ərəb rejissorun "Susuzluq"u. Mərakeş filmləri kino və fotoqrafiyanın əyləncə növü olmadığını bir daha sübut etdi. ("MƏDƏNİYYƏT" Qəzeti 21.10.2009.№76 /693/ sayında, səh 10) Hadisələri canlandıran operator. (kino operator Xan Babayev 90 "MƏDƏNİYYƏT" Qəzeti 04.11.2009.№80 /697/ sayında, səh 3) "Niyyət"in qələbəsi (kinorejissor Samir Kərimoğlunun tammetrajlı bədii filmi haqqında "MƏDƏNİYYƏT" Qəzeti 23.12.2009.№89 /706/ sayında, səh 10) Kino onun həyatıdır (kinoşünas Aydın Kazımzadə-70 "RESPUBLİKA" Qəzeti 14.01.2010.№008 /3723/ sayında, səh 6) "Bədbəxtlərin bəxt üzüyü" ("MƏDƏNİYYƏT" Qəzeti 26.02.2010.№15 /722/ sayında, səh 11) "40-cı qapının sirri" Rejissor Elçin Musaoğlunun " 40-cı qapı " filmi haqqında. ("MƏDƏNİYYƏT" Qəzeti 19.05.2010.№32 /739/ sayında, səh 10) Uşaq dünyasından bəhs edən filmlər. ("MƏDƏNİYYƏT" Qəzeti 02.06.2010.№36 /743/ sayında, səh 10) "İstanbul reysi"ndə gördüklərim. Eldar Quliyevin eyni adlı filmi haqda. ("MƏDƏNİYYƏT" Qəzeti 09.06.2010.№38 /745/ sayında, səh 10) "Bəxtsiz kuklalar" Çingiz Rəsulzadənin "Kuklalar" filmi haqqında.("MƏDƏNİYYƏT" Qəzeti 23.06.2010.№41 /748/ sayında, səh 10) "Tamaşaçı sevgisi sənətkar üçün ən böyük qiymətdir"("MƏDƏNİYYƏT" Qəzeti 13.08.2010.№54-55 /762/sayında, səh 11) "Şahmarın sənət dünyası" ("MƏDƏNİYYƏT" Qəzeti 20.08.2010.№57 /764/ sayında, səh ) "Kinonun ruhunu duyan bəstəkar"("MƏDƏNİYYƏT" Qəzeti 03.11.2010.№ / / sayında, səh 13) "Müasirlərini düşünən sənətkar" ("MƏDƏNİYYƏT" Qəzeti 24.11.2010.№82 /789/ sayında, səh 10)Mükafatları: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı-02.08.2018 | https://az.wikipedia.org/w/index.php?curid=685414 |
Şəhla Gündüz | Şəhla Gündüz qızı Abbasova-Mövsumova (12 noyabr 1957-ci il) Bakı şəhəri ,şair-publisist. "Mikayıl Müşviq" və "Xan qızı Natavan" mükafatları laureatı. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdcüsü, müəllim. 1957-ci il 12 noyabr tarixində Bakı şəhərində yazıçı-jurnalist, ictimai xadim,Azərbaycan nasiri, dramaturq Şəmsəddin Abbasov -un ilk nəvəsi olaraq dünyaya gəlmişdir. Atası yazıçı-jurnalist, rəssam və məşhur kino aktyoru Gündüz Abbasov , anası Respublikanın Əməkdar Artisti Ofeliya Məmmədzadə -dir. 1973-cü ildə Bakı şəhəri 190 №li tam orta məktəbi, 1978-ci ildə isə o zamankı Azərbaycan Dövlət Universitetinin "Filologiya" fakultəsini əla qiymətlərlə bitirmişdir. Ailəlidir, 2 oğlu, 5 nəvəsi var. Yaradıcılığı Uzun illər müəllim işləmiş Şəhla Gündüz, eyni zamanda, yaradıcılıqla da məşğul olmuş, neçə-neçə şeiri, məqaləsi,hekayəsi müxtəlif qəzet və jurnallarda dərc edilmiş, ekran və efirdən səslənmiş, sözlərinə mahnılar bəstələnmişdir. Şəxsi layihəsi əsasında yaratdığı özünün də mətnmüəllifi, aparıcısı və rejissoru olduğu "VƏTƏN DƏRSİ" adlı, tarixi-bədii-musiqili tədbirlər artıq iyirmi ildir ki, Azərbaycan məktəbliləri,müəllimləri və ziyalıları tərəfindən böyük maraq və alqışla qarşılanır. "QANAD" və "PÖHRƏ" məktəbli teatrları isə Şəhla Gündüzün fəaliyyətində xüsusi yer tutur. Bu teatrlarının şagird truppalarının səhnə geyimlərini də Şəhla Gündüz öz şəxsi hesabına özü tikir. "TAR" , XARIBÜLBÜL", "SAVAB", "XALQ DÜŞMƏNİNİN BACISI" və s.i. məktəb tamaşalarınında rejissoru,rəssamı və dərzisi Şəhla Gündüz özüdür. Şəhla Gündüzün öz səsində üç musiqili şeirlər diski işıq üzü görmüşdür. Hal-hazırda Uşaq Gənclər İnkişaf Mərkəzində işləyən Şəhla Gündüz yaradıcılığını davam etdirir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=696578 |
Şəhla Hümbətova | Şəhla Knyaz qızı Hümbətova (XX əsr, Dmanisi, Kvemo-Kartli) — Azərbaycan vəkili. 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərir.2019-cu il noyabrın 28-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. 2019-cu il dekabrın 19-da Şəhla Hümbətova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ifadə verməkdən imtina edib.2020-ci il martın 4-də ABŞ-nin Dövlət Katibi Mayk Pompeo Dövlət Departamentində Şəhla Hümbətovanı Beynəlxalq Cəsarətli Qadınlar mükafatına layiq görülüb. | https://az.wikipedia.org/w/index.php?curid=621196 |
Şəhla Nağıyeva | Şəhla Bədir qızı Nağıyeva (1960, Şiştəpə, Şamxor rayonu) — Azərbaycan Dillər Universietinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru. Şəhla Nağıyeva 1960-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuşdur. 1978–1982-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitunda təhsul almış və tələbəlik illərində poeziya və tərcümə ilə yaxından maraqlanmışdır. 1997-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda namizədlik dissertsiyasını müdafiə etmişdir. 2006–2011-ci illərdə Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti olmuşdur. 2011-ci ildən ADU-nun Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professorudur. ABŞ Dövlət Departamentinin ali məktəb müəllimləri üçün təşkil etdiyi Fulbrayt proqramının qalibi kimi 2003–2004-cü tədris ilində Şimali Karolina ştatındakı Şərqi Karolina Universitetində 6 ay və 2010–2011-ci tədris ilində Vircinya ştatındakı Corc Meyson Universitetində 4 ay bədii tərcümə problemləri üzrə tədqiqat aparmışdır. Jurnalist Müsəllim Həsənovla evlidir, 3 övladı var. İctimai-Elmi Fəaliyyəti 2004-cü ildən etibarən Şəhla Nağıyeva "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədridir. www. sonmazmashal.org və www.translit.az virtual layihələrin təşəbbüskarı və rəhbəridir. Gerçəkləşdirdiyi layihələrdən bəziləri. 1. 2004-cü ilin iyul-oktyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Səngəçal Terminalı Genişləndirmə Proqramının (ACG Project STEP) maliyyə dəstəyi ilə Qaradağ rayonunda yerləşən məktəblərdə "Ədəbiyyat proqrammı" layihəsini həyata keçirmişdir 2. 2005-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin maliyyə dəstəyi ilə Qaradağ rayonunda yerləşən məktəblərdə "Ədəbiyyat proqramının genişləndirilməsi" layihəsini həyata keçirmişdir. 3. 2007-ci ilin dekabrından 2008-ci il martın 31-nə qədər YUNESKO-nun maliyyə dəstəyi ilə "Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının yaradılması" layihəsini həyata keçirmişdir. 4. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2009-cu il mayın 1-dən 2009-cu il avqustun 31-dək "Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının genişləndirilməsi" layihəsini həyata keçirmişdir. 5. Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə 2010-cu il aprelin 1-dən 2010-cu il oktyabrın 31-dək "Qadınlar, Ədəbiyyat və Cəmiyyət" layihəsini həyata keçirmişdir. Əsərləri və Məqalələri Bədii Tərcümə: Nəzəriyyı və Praktika, Bakı 2009 — ISBN 978-9952-8009-4-4 Nağıyeva Şəhla. Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli koloritin saxlanması. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiya. Bakı, 1997. Nağıyeva Ş. Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində realiyaların saxlanması / Ş. Nağıyeva // "Xarici Dil Tədrisinin Nəzəri və Praktik Məsələləri" Konfransı, Bakı, 20 may, 1995. — Bakı: Elm, 1995. — s. 96 Nağıyeva Ş. "Hamletin monoloqu" Azərbaycan tərcümələrində. Müasir dilsiliyin problemləri (dil əlaqələri). II Beynəlxalq elmi konfrans (22–23 noyabr 2007-ci il. Bakı, Azərbaycan). Bakı, "Kitab aləmi", 2007, s. 136–140 Nağıyeva Ş. Qəzəl janrının ingilis dilinə tərcüməsi barədə bir neçə söz "Filologiya məsələləri" toplusu, AMEA-nın Əlyazmalar İnstitutu, 2007–1 Nağıyeva Ş. Şeir tərcüməsində məzmun formaya, yoxsa forma məzmuna xidmət etməlidir? "Tədqiqlər" toplusu, AMEA-nın Dilçilik İnstitutu, 2008–1 Nağıyeva Ş. Tərcüməçi məsuliyyəti və tərcümə seçimi. Elmi Xəbərlər, ADU. yanvar, 2008. Nağıyeva Ş. Azərbycan və ingilis poeziyalarının qarşılıqlı tərcüməsində vəzn problemi. "Filologiya məsələləri" toplusu, AMEA-nın Əlyazmalar İnstitutu, 2007 — № 2 Nağıyeva Ş. Poeziya tərcüməsi: kəsişən nöqtələr, ayrılan fikirlər. Dilçiliyin və dillərin tədrisinin aktual problemləri. Beynəlxalq elmi konfransın maierialları (9–10 noyabr 2007). Bakı, "ADU nəşriyyatı" MMC, 2007, s. 303–305. Nağıyeva Ş. B. Bədii tərcümə tarixinə bir nəzər. Filologiya məsələləri. Bakı, 2007, № 6, s. 316–323. Nağıyeva Ş. B. Bədii tərcümə xüsusi tərcümə növü kimi. Müasir dilsiliyin problemləri (dil əlaqələri). II Beynəlxalq elmi konfrans (22–23 noyabr 2007-ci il. Bakı, Azərbaycan). Bakı, "Kitab aləmi", 2007, s. 213–215. Nağıyeva Şəhla. Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli koloritin saxlanması. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiya. Bakı, 1997. Nağıyeva Şəhla. Xüsusi adlar milli koloritin daşıyıcısı kimi ("Kitabi-Dədə Qorqud" dastanının ingilis dilinə tərcümə variantları əsasında). Bakı, "Çinar-Çap", 2003, 77 s. | https://az.wikipedia.org/w/index.php?curid=566901 |
Şəhla Riyahi | Şəhla Riyahi (fars. شهلا ریاحی Şəhla Riyaḥī; 7 fevral 1927, Tehran – 31 dekabr 2019, Tehran) — iranlı aktrisa və ilk iranlı rejissor qadın. 110 dəqiqəlik "Mərcan" (1956) filmin müəllifidir. | https://az.wikipedia.org/w/index.php?curid=777867 |
Şəhla Səmədova | Şəhla Səmədova (11 dekabr 1959, Bakı, Azərbaycan) (tam adı: Şəhla Tofiq qızı Səmədova) — azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini (2014 - 2019), Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri (2019 - h/h.). Şəhla Səmədova 1967-1977-ci illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil almış, ali təhsilini 1978-1984-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində tamamlamışdır. Ailəlidir və 2 övladı var. Tədqiqat sahəsi Cinayət hüququ Transmilli cinayət hüququ Müqayisəli cinayət hüququ Müsəlman cinayət hüququ Əmək fəaliyyəti Şəhla Səmədova 2011 - 2014-cü illərdə Hüquq fakültəsinin Qiyabi şöbə üzrə dekan müavini, 2014 - 2019-cu illərdə Hüquq fakültəsinin Elmi işlər üzrə dekan müavini vəzifələrində çalışmışdır. O, 2019-cu ildən etibarən Cinayət hüququ və kriminologiya kafedrasının müdiri vəzifəsində çalışır. Pedaqoji fəaliyyəti Şəhla Səmədova 2001-2004-cü illərdə BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasında müəllimi (fənlər: “Beynəlxalq ümumi hüquq”, “Beynəlxalq cinayət hüququ”, “Müqayisəli hüquqşünaslıq”) kimi fəaliyyət göstərmişdir. O, 2004-cü ildən indiyənək, BDU-nun Hüquq fakültəsinnin Cinayət hüququ və kriminologiya kafedrasında baş müəllim, dosent, professor (fənlər: “Cinayət hüququ. Xüsusi hissə”, “Şəxsiyyət əleyhinə cinayətlər (hüquqi klinika) ”, “Cinayət hüququnda cəzanın nəzəri problemləri”, “Transmilli cinayət hüququnun nəzəri və praktiki problemləri”, “Transmilli cinayət hüququnda cəzanın nəzəri problemləri”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırılması ilə mübarizə”) olaraq fəaliyyət göstərir. Elmi fəaliyyəti Şəhla Səmədova 17.01.2004-cü ildə “Azərbaycan Respublikasının cinayət hüququnda cinayətlərin təsnifatı: problemlər və təkliflər” mövzusunda namizədlik dissertasiyasının müdafiəsini etmişdir. O, 01.04.2015-ci ildə “Cinayətlərin kateqoriyalarının cinayət məsuliyyətinin diferensiasiyasında və sanksiyaların qurulmasında rolu və əhəmiyyəti” adlı doktorluq dissertasiyasının müdafiəsini etmişdir. 2019, Bakı. Cinayət hüququ. Xüsusi hissə. Dərslik, iki cilddə. 2018, Vaşinqton. Qadın, Biznes və Hüquq: Almanax (həmmüəllif). World Bank Group,180 s. (ingilis dilində) 2017, Bakı. Cinayət hüququnun problemləri: cinayətlərin kateqoriyaları, cinayət məsuliyyətinin diferensiasiyası və sanksiyaların qurulması. Monoqrafiya. “Ekoprint” nəşriy., 746 s. (rus dilində) 2016, Vaşinqton. Qadın, Biznes və Hüquq: Almanax (həmmüəllif). International Bank for Rekonstruktion and Development / The World Bank, 264 s. (ingilis dilində) 2013, Bakı. Azərbaycan Respublikasının cinayət hüququnda beynəlxalq cinayətlərə və beynəlxalq xarakterli cinayətlərə görə cinayət məsuliyyətinin diferensiasiyası: Monoqrafiya. “Qanun” nəşriy., 264 s. (rus dilində) 2008, Bakı. Azərbaycan Respublikasının cinayət hüququ. Xüsusi hissə. Dərs vəsaiti. “Adioğlu” nəşriy., 182 s. (rus dilində) 2007, Bakı. Cinayətlərin kateqoriyaları: Dərs vəsaiti. “Adiloğlu” nəşriy., 314 s. 2006, Bakı. Adam oğurluğu və adamları girov götürməyə görə cinayət məsuliyyətinin diferensiasiyası: Monoqrafiya. “Adiloğlu” nəşriy., 172 s. (rus dilində) 2006, Bakı. Müasir beynəlxalq cinayət hüququnun problemləri: Dərs vəsaiti. “Adiloğlu” nəşriy., 128 s. (rus dilində) Seçilmiş əsərləri 2018, Sankt Peterburq, London, Bakı. Prof. İ.M.Rəhimovun “Ölməz ölüm cəzası” adlı monoqrafiyasına müqəddimə. “Şərq-Qərb” nəşriy., s.4-12 (rus, ingilis və azərbaycan dillərində) 2018, Bakı. Cinayət-hüquqi sanksiyaların qurulmasının prinsipləri haqqında. Məqalə. AR-nın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, prof.M.Ələsgərovun anadan olmasının 90 illiyinə həsr edilmiş “Azərbaycanda hüquq elminin müasir inkişaf istiqamətləri və tendensiyalari” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. (rus dilində) 2018, Xantı-Mansiysk. Azərbaycan Respublikasının cinayət hüququnda cəza növü kimi cərimənin reqlamentasiyası. Məqalə. “Uqorsk Dövlət Universitetinin xəbərləri”, № 2, s. 25-35 (rus dilində) 2018, Bakı. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaiti və digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə üzrə beynəlxalq standartların implementasiyası. Məqalə. Beynəlxalq hüquq və inteqrasiya məsələləri, № 2, s.14-22 (ingilis dilində) 2017, Kiyev. Kütləvi iğtişaş ictimai təhlükəsizlik əleyhinə olan cinayət kimi. Məqalə. “Ukraynanın müdafiə və təhlükəsizlik sektorunun reformasiyasının vəziyyəti və perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları, T.Şevçenko adına Kiyev Milli Universiteti, s.365-372 (rus dilində). 2017, Bakı, Müsəlman hüququnda cinayətin anlayışı. Tezis. “İslam həmrəyliyi ili - 2017: reallıqlar və perspektivlər” mövzusunda Respublika elmi-metodik konfransın materialları, s. (rus dilində) 2017, Kiyev. Təqsirin qarışıq forması: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələlərinin problemləri. Tezis. “Qloballaşma dövründə insanın təhlükəsizliyi: müasir hüquqi paradiqmlər” mövzusundaVII Beynəlxalq elmi-praktiki konfransın materialları, s. 221-223 (rus dilində) 2016, Bakı. Azərbaycan Respublikasının CM-də ehtiyatsızlıqdan törədilən cinayətlərin sistemi. Məqalə. Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi seriyası. Bakı, 2016, № 4, s.5-20 (rus dilində) 2016, Bakı. Cəza sisteminin təkmilləşdirilməsi sahəsində cinayət-hüqiqi siyasət. Məqalə. Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. Cild 2, s.79-87 (rus dilində). 2015, Bakı. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin təkmilləşdirilməsi haqqında. Məqalə. DİN-nin Polis Akademiyasının xəbərləri, s. 100-110 (rus dilində). 2014, İrkutsk. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin reformasının zərurəti haqqında. Məqalə. Criminology Journal of Baikal National University of Economics and Law (SCOPUS b.). № 1, s.125-134 (rus dilində). 2014, Bakı. Cinayətlərin cinayəti: soyqırıma görə cinayət məsuliyyətinin problemləri. Məqalə. Beynəlxalq hüquq və inteqrasiya məsələləri, № 1, s.290-306 (rus dilində). 2014, Vaşinqton. Beynəlxalq cinayətlərə görə məsuliyyətin diferensiasiyası. Məqalə. Middle-East Journal of Scientific Research ISSN 1990-9233© IDOSI Publications, (ingilis dilində). 2014, Bakı. Transmilli cinayətlərə görə cinayət məsuliyyətinin diferensiasiyası. Məqalə. “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları, s.63-75 (rus dilində). 2014, Bakı. Azərbaycan Respublikasının CM-in Xüsusi hissəsində cinayət məsuliyyətinin diferensiasiyası. Məqalə. Journal of Qafqaz University - History, Law and Political Sciences, 2014. Volume 2, Number 1, s. 64-77 (rus dilində). 2014, Bakı. CM-nin Ümumi hissəsində cinayətlərin kateqoriyaları hüquqi-texniki üsül kimi. Məqalə. Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri, ƏN Məhkəmə Ekspertizası Mərkəzinin elmi əsərlər məcmuəsi. № 60, s.155-166 (rus dilində). 2013, Bakı. Azərbaycan Respublikasının CM-in Ümumi hissəsində cinayət məsuliyyətinin diferensiasiyası. Məqalə. Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi seriyası. № 2, s.25-36 (rus dilində). 2013, Kişinöv. Dəniz quldurluğu: beynəlxalq hüquqda və Azərbaycan Respublikasının cinayət hüququnda tövsif və məsuliyyət problemləri. Məqalə. Law and Politology. International Scientific Journal. № 23, s.12-17 (rus dilində). 2013, Bakı. Azərbaycan Respublikasının cinayət qanunvericiliyində sanksiyaların sisteminin təkmilləşdirilməsi haqqında. Məqalə. Polis Akademiyasının Elmi Xəbərləri, № 2 (7), s. 30-36 (rus dilində). 2013, Odessa. Cinayət hüququnun prinsiplərinin anlayışı və təsnifatı. Tezis. “The Role and Place of the Police in Democratic State Formation”. V International Scientific Conference, s.193-195 (rus dilində) 2013, Bakı. Cinayət hüququnda həvəsləndirici normalar cinayət məsuliyyətinin diferensiasiya vasitəsi kimi. Məqalə. Beynəlxalq hüquq və inteqrasiya məsələləri, № 1, s.69-74 (rus dilində). 2011, Bakı. Korrupsiya cinayətlərinin anlayışı və Azərbaycan Respublikasının CM-də onlara görə məsuliyyət məsələləri. Məqalə. Ulu öndər H.Əliyevin ad gününə və AR-nın dövlətçiliyinin bərpasının 20 iliyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir problemləri və həlli yolları” adlı beynəlxalq konfransın materalları.1 hissə. AMEA,s.458-465 (rus dilində). 2011, Bakı. Cinayətlərin kateqoriyalarının cinayət məsuliyyətinin yaş həddinin müəyyən edilməsində əhəmiyyəti. Məqalə. Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi seriyası, № 4 (rus dilində). 2010, Bakı. Azərbaycan Respublikasının cinayət hüququnda “yetkinlik yaşına çatmayanlar” anlayışı. Məqalə. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, № 30, s. 138-144 (rus dilində). 2010, Bakı. Beynəlxalq dəniz quldurluğu ilə mübarizənin hüquqi, təşkili və kriminalistik üsulları. Məqalə. Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi seriyası. № 3, s.14-22 (rus dilində). 2010, Bakı. Azərbaycan Respublikasının cinayət qanunvericiliyində ekstradisiyanın anlayışı və yeri. Məqalə. Qanun. İctimai-siyasi, elmi-təcrübi hüquq jurnalı, № 9, s. 61-66 (rus dilində). 2009, Bakı. Yetkinlik yaşına çatmayanların məsuliyyəti və cəzanın fərdiləşdirilməsinin əsas meyarları haqqında. Məqalə. Hüquqi dövlət və qanun. Elmi-kütləvi aylıq jurnal, № 12, s.17-22. 2009, Bakı. Azərbaycanın cinayət hüququnda xuliqanlığın anlayışı və məsuliyyət problemləri. Məqalə. “AR-da dövlət və hüquq quruculuğunun aktual problemləri”: AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun elmi məqalələr məcmuəsi. 4-cü buraxılış., s.155-159 (rus dilində). 2009, Bakı. Ananın yeni doğduğu uşağı qəsdən öldürülməsinə görə məsuliyyət məsələləri. Məqalə. Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi seriyası. № 4, s.34-47 (rus dilində). 2008, Bakı. Azərbaycan Respublikasının CM-də müharibə cinayətlərinə görə məsuliyyətin diferensiasiyası məsələləri. Məqalə. Beynəlxalq hüquq və inteqrasiya məsələləri. № 3, s.35-40 (rus dilində). 2008, Bakı. CM-nin Ümumi hissəsində cinayət törədilməsinin cinayət-hüquqi nəticələrini müəyyən edən normaları təkmilləşdirilməsi haqqında. Məqalə. AR-da dövlət və hüquq quruculuğunun aktual problemləri. AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun elmi məqalələr məcmuəsi. 21-ci buraxılış. s.326-330 (rus dilində). 2008, Bakı. Cinayətlərin kateqoriyalaşdırılması və CM-in təkmilləşdirilməsinin problemləri. Məqalə. Qanunçuluq. İctimai-siyasi, elmi-təcrübi hüquq jurnalı. № 4, s.35-40 Yetirmələri Şəhla Səmədova hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə 8 doktorant və dissertantın elmi rəhbəri, hüquq üzrı elmlər doktoru proqramı üzrə 2 doktorantın elmi məsləhətçisidir. Xarici keçidlər Şəhla Səmədova: BDU-nun Hüquq fakültəsinin dekan müavini: “Heç vaxt təslim olmaq haqqında düşünməmişəm” | https://az.wikipedia.org/w/index.php?curid=806008 |
Şəhla İbrahimova | Şəhla İbrahim qızı İbrahimova (d. 2 noyabr 1961, Bakı) — professor, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş konsertmeysteri, Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının müdiri, Azərbaycan Respublikasının xalq artisti (2005). Şəhla İbrahimova 2 noyabr 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969–1980-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1995–1997-ci illərdə isə Bakı Musiqi Akademiyasının aspirantura şöbəsində təhsil almışdır. Şəhla İbrahimova 1983-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışır. 1997-ci ildən isə bu orkestrin baş konsertmeysteridir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının "Kamera ansamblı" və "Simli alətlər" kafedrasında işləyir. Hazırda "Simli alətlər" kafedrasının müdiri və professorudur.Şəhla İbrahimova Bakı Musiqi Akademiyasının Elmi Şurasının üzvüdür. O, "Orkestr repertuarı" adlı proqramın, "Skripka üçün orkestr çətinlikləri" adlı dərs vəsaitinin və bir sıra elmi-metodiki vəsaitlərin müəllifidir. Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 sentyabr 2005 Azərbaycan Respublikası Prezidentinin mükafatı — 10 may 2019, 7 may 2020-ci il, 7 may 2021-ci il, 10 may 2022-ci il, 6 may 2023-cü il | https://az.wikipedia.org/w/index.php?curid=587750 |
Şəhla İsmayıl | Şəhla İsmayıl 1976-cı ildə Bakı şəhərində anadan olub. İxtisasca ingilis dili filologiyası üzrə magistr təhsilli filoloqdur. 2005-ci ildə Birləşmiş Krallığın "İnsan Hüquqları, Demokratiya və Yaxşı İdarəçilik" mövzusunda Con Smit təqaüd proqramının Azərbaycandan olan ilk məzunlarındandır. 2011-ci ildə ABŞ-də yerləşən Avrasiya Fondunun "Avrasiyanın Gənc Liderləri" təqaüd proqramının Azərbaycan üzrə ilk mükafatçısıdır. Şəhla İsmayıl azərbaycan, rus və ingilis dillərində sərbəst danışır və yazır. Ailəlidir. İki övladı var. Şəhla İsmayıl, 1998-ci ildən qadınların cəmiyyətdə rolunun artırılması ilə bağlı fəaliyyət göstərir.O, 20 ildən artıqdır ki, gender bərabərliyi və qadın hüquqları sahəsində fəal şəkildə çalışır. İngiltərə (2005), ABŞ (2011), Belçika (2014) və Fransada (2018) həyata keçirilən təqaüd proqramlarının iştirakçısı olmuş Şəhla İsmayıl, dünyanın 50-dən artıq şəhərində məruzəçi qismində çıxış etmişdir.O, 2002-ci ildən etibarən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədrivə 2005-ci ildən başlayaraq Azərbaycanda Norveç İnsan Hüquqları Fondunun müvəkkilidir. Şəhla İsmayıl, həmçinin 2010-cu ildən biznes layihələri ilə də məşğul olmağa başlamışdır. O Azərbaycanda ilk İR şirkəti olan CONTRAST şirkətinin İdarə Heyətinin üzvüdür. Digər yandan qərargahları ABŞ-də yerləşən "Qadınlar üçün Qlobal Fond" və 2011-ci ildən də "Qadın Hüquqları üzrə Təcili Yardım Fondu" təşkilatlarının məsləhətçisidir. Şəhla İsmayıl 2013-cü ildən Almaniyanın Konrad Adenauer Fondunun "Qadın Gücünə Güc" adlı layihəsinin rəhbəri vəzifələrində çalışıb. O, həmçinin kommunikasiya bacarıqları, insan resursları və institusional potensialın artırılması üzrə mütəxəssis, həyat və biznes kouçu qismində fəaliyyət göstərir(b). O, 2013-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Təhsil Texnologiyaları Milli Mərkəzinin "Sağlam Təhsil — Sağlam Xalq" mega-layihəsinin Gender Blokuna rəhbərlik etmişdir. Layihənin əsas məqsədi yüksək səviyyədə öyrənmə vərdişlərinə nail olmaq üçün gender və sağlamlığın müdafiəsinə həsr olunmuş innovativ texnologiyalar vasitəsilə Azərbaycanın təhsil sistemində əsaslı islahatların həyata keçirilməsidir.2014-cü ildən etibarən Şəhla İsmayıl, yaratdığı Azərbaycanda ilk gender-profilli kommersiya təşkilatı olan "Gender Port" adlı MMC-nin təsisçisi və direktorudur. Bu təşkilatın missiyası və məqsədləri Azərbaycan qadınının inkişafına və bərabərliyinə xidmət etməkdən ibarətdir. O həmçinin 2016-cı ildən etibarən "NEST Group" adlı ailələrə dəstək mərkəzinin təsisçisidir.O, 100-dən çox milli və beynəlxalq layihənin, 120 nəşr, hesabat və siyasi sənədin, eləcə də Azərbaycanda ilk Analıq Məktəbi, ilk Gender Ekspert Qrupu, ilk Qadın Resurs Mərkəzi, ilk Qadın Parlamenti, Bələdiyyələr nəzdində ilk Qadın Palataları, ilk Gender Məktəbi layihələrinin və BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi üzrə ölkənin ilk Milli Fəaliyyət Planının müəllifidir. Şəhla İsmayıl Atlantik Müqavilə Assosiasiyasının Qadın, Sülh və Təhlükəsizlik mövzusunda fəaliyyət göstərən İşçi Qrupunun Azərbaycan üzrə nümayəndəsidir.Şəhla İsmayıl qadın hüquqları, insan hüquqları, gender bərabərliyi, təşkilatın idarə edilməsi və ünsiyyət bacarıqları sahələrində ixtisaslaşıb. O həmçinin 50-dən çox beynəlxalq və milli layihənin müəllifi və rəhbəri, eləcə də, 8 kitabın müəllifidir. Şəhla İsmayıl bir çox milli və beynəlxalq layihələrdə, o cümlədən, bir neçə biznes layihəsində genderə-həssas alətlərlə gender ekspertizasını həyata keçirir(b). Mükafatları Bob Hepple adına Bərabərlik Mükafatı 2018-ci ildə Şəhla İsmayıl gender bərabərliyi sahəsində verdiyi töhfələrə görə İngiltərədə Bob Hepple adına Bərabərlik Mükafatına layiq görülmüşdür. "Tərəqqi" medalı Prezident İlham Əliyev Azərbaycan qadınlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilən qadınlar arasında Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının əlaqələndiricisi Şəhla İsmayıl da olub. Şərəf Legionu Kavaleri Ordeni Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl gender bərabərliyinin inkişafına və sülhyaratmaya verdiyi töhfəyə görə Şərəf Legionu Kavaleri Ordenilə təltif edilib.2022-ci il, iyunun 2-də Fransa səfirliyində mükafatın təqdim edilməsi mərasimi keçirilib. Fransa səfiri Zakari Qross ordeni təqdim edərək Şəhla İsmayılın qadın hüquqlarının müdafiəsi, inklüziv cəmiyyətin inkişafı, Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasındakı xidmətlərindən danışıb. Şəhla İsmayıl cavab çıxışında onun fəaliyyətinə verilən belə yüksək qiymətə görə təşəkkürünü bildirib. Mükafatlandırma mərasimində bir sıra ölkələrin diplomatik korpusunun və Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Həmçinin bax Elm və Təhsil Nazirliyi (Azərbaycan) Birləşmiş Millətlər Təşkilatı "Tərəqqi" medalı "Fəxri legion" ordeni Xarici keçidlər Şəhla İsmayılın həyatı ŞƏHLA İSMAYIL FRANSANIN ALİ MÜKAFATINI ALDI APPEAL of Azerbaijani civil society activists and representatives to the UN Committee Against Torture and European Committee for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment on the cases of politically motivated torture in Azerbaijan Şəhla İsmayıl haqqına sahib çıx | https://az.wikipedia.org/w/index.php?curid=807587 |
Şəhla İsmayılova | İsmayılova Şəhla Əli qızı (Şəhla Əliqızı) (26 fevral 1980, Tovuz, Azərbaycan) — Azərbaycan teatr aktrisası. Şəhla Əliqızı 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir.Xalq artisti Cənnət Səlimovanın tələbəsidir. Həmçinin Elmira Məlikova və Vaqif İbrahimoğlundan dərs alıb.O, aktrisa kimi 02.12.2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlamışdır.Bir çox dövlət tədbirlərinə aparıcısı və həmçinin 2003-cü ildə İnnaqurasiya mərasimindən sonra Hökumət evinin qabağında təşkil edilmiş konsert proqramının aparıcısı olub. Mükafatları 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Teatr səhnəsində ifa etdiyi rollar X.Qoca "Hərənin öz payı"-Bağdagül Baxçayeca Bağban qızı S.S.Axundov "Eşq və intiqam"- Zöhrə J.Rasin "Fedra" -Panopa H.Cavid "Afət" - Alagöz B.Vahabzadə "Dar ağacı"- Qaravaş H.Həsənov "Brüsseldən məktublar"-Tələbə qız Ə.Əmirli "Varlı qadın" -Zaqs müdürü A.Şaiq "Eloğlu"-Ana torpaq J.B.Molyer "Skapenin kələkləri"- Quldurbaşı N.Hikmət "Kəllə"-Saqqallı qadın Xalq nağılı"Mərcan Gülcan-Gülcan B.Vahabzadə "Rəqabət"-Kəmalə,Səbinə İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın"- Kənd qızı X.Həsənova"Tülkü-tülkü -tünbəki"-Ana Dovşan B.Vahabzadə "İkinci səs" -Məlahət Mir Cəlal "Dirilən adam"- Qumru Elçin"Arılar arasında" Zulya A.Məsud "Qatar altına atılan qadın-rejissor asistenti Rəfiqə Elçin"Qatil"-Həsənzadənin anası İ.Əfəndiyev"Hökmüdar və qızı"--Sətənətbəyim C. Məmmədquluzadə "Anamın kitabı"-Gülbahar R.Kuni "Zorən Şorgöz" -Foster bacı Hüseyn Cavid "Əmir Teymur" Almas M.F.Axundovzadə" "Sərqüzəşti-vəziri-xani Lənkaran" -Ziba xanım Eduardo de Filippo "Silindr"-Rita M.S. Ordubadi "Qətibə İnanc"-Səba A.Tolstoy"Buratino"-Tortilla B.Nuşiç"Nazirin xanımı"- Anka İ.Əfəndiyev"Hökmüdar və qızı"-Ağabəyim ağa B.Brext"Kuraj Ana"-İvetta Filmoqrafiya İz film, -Qadın (2002 baş rol) Cavid ömrü, Mələk (2007) Böhtan (film, 2008) Susmuş vicdan(serial)-Emma Bir ovuc torpaq (2013) Qayınana (serial Xəzər tv)-Nigar Fədakar (film, 2015) - Ədilə əmidostu Dalan"(film)-Qonşu qadın Dolu (film, 2012) - film səsləndirən: erməni qızı (Vüsalə Məmmədova ) | https://az.wikipedia.org/w/index.php?curid=39589 |
Şəhla Əliqızı | İsmayılova Şəhla Əli qızı (Şəhla Əliqızı) (26 fevral 1980, Tovuz, Azərbaycan) — Azərbaycan teatr aktrisası. Şəhla Əliqızı 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir.Xalq artisti Cənnət Səlimovanın tələbəsidir. Həmçinin Elmira Məlikova və Vaqif İbrahimoğlundan dərs alıb.O, aktrisa kimi 02.12.2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlamışdır.Bir çox dövlət tədbirlərinə aparıcısı və həmçinin 2003-cü ildə İnnaqurasiya mərasimindən sonra Hökumət evinin qabağında təşkil edilmiş konsert proqramının aparıcısı olub. Mükafatları 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Teatr səhnəsində ifa etdiyi rollar X.Qoca "Hərənin öz payı"-Bağdagül Baxçayeca Bağban qızı S.S.Axundov "Eşq və intiqam"- Zöhrə J.Rasin "Fedra" -Panopa H.Cavid "Afət" - Alagöz B.Vahabzadə "Dar ağacı"- Qaravaş H.Həsənov "Brüsseldən məktublar"-Tələbə qız Ə.Əmirli "Varlı qadın" -Zaqs müdürü A.Şaiq "Eloğlu"-Ana torpaq J.B.Molyer "Skapenin kələkləri"- Quldurbaşı N.Hikmət "Kəllə"-Saqqallı qadın Xalq nağılı"Mərcan Gülcan-Gülcan B.Vahabzadə "Rəqabət"-Kəmalə,Səbinə İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın"- Kənd qızı X.Həsənova"Tülkü-tülkü -tünbəki"-Ana Dovşan B.Vahabzadə "İkinci səs" -Məlahət Mir Cəlal "Dirilən adam"- Qumru Elçin"Arılar arasında" Zulya A.Məsud "Qatar altına atılan qadın-rejissor asistenti Rəfiqə Elçin"Qatil"-Həsənzadənin anası İ.Əfəndiyev"Hökmüdar və qızı"--Sətənətbəyim C. Məmmədquluzadə "Anamın kitabı"-Gülbahar R.Kuni "Zorən Şorgöz" -Foster bacı Hüseyn Cavid "Əmir Teymur" Almas M.F.Axundovzadə" "Sərqüzəşti-vəziri-xani Lənkaran" -Ziba xanım Eduardo de Filippo "Silindr"-Rita M.S. Ordubadi "Qətibə İnanc"-Səba A.Tolstoy"Buratino"-Tortilla B.Nuşiç"Nazirin xanımı"- Anka İ.Əfəndiyev"Hökmüdar və qızı"-Ağabəyim ağa B.Brext"Kuraj Ana"-İvetta Filmoqrafiya İz film, -Qadın (2002 baş rol) Cavid ömrü, Mələk (2007) Böhtan (film, 2008) Susmuş vicdan(serial)-Emma Bir ovuc torpaq (2013) Qayınana (serial Xəzər tv)-Nigar Fədakar (film, 2015) - Ədilə əmidostu Dalan"(film)-Qonşu qadın Dolu (film, 2012) - film səsləndirən: erməni qızı (Vüsalə Məmmədova ) | https://az.wikipedia.org/w/index.php?curid=83562 |
Şəhla Əmirli | Əmirli Şəhla Yapon qızı - Kinoşünas, Radio-Televiziya redaktoru. Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994-1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997-2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir. Şəhla Əmirli Respublikada çapdan çıxan dövrü mətbuatda 100-dən artıq məqalə, resenziya və oçerklərin müəllifi kimi də tanınıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Belə ki, "Varlığına daima ehtiyac duyulan sənətkar", "Boz məkanın qaranlıq üzü", "Zəfər istəkdən güc alır", "Tarixin qan yaddaşı", "Seriallar: Baxaq, Baxmayaq?", "Onu çoxdandır görmürük", "Azərbaycan filmlərində musiqinin rolu", "Seriallar niyə yaranır", "Poetik üslublu rejissor", "Düşünərək güldürməyi bacaran aktyor", "Kino onun daxilinin əksi idi", "Ekrandan ucalan musiqi", "Lentlərə hopmuş ömür", "Rənglər dünyasının sakini", "Kino onu ana kimi qəbul etdi", "Sənətin gətirdiyi ucalıq", "Aktyor sənətinin ölməzliyi", "Kiçik açarla böyük qapı açmaq arzusu...", "Bir daha dublyaj barədə" və başqa bir-birindən maraqlı məqalə və resenziyaları Şəhla Əmirli qələminin məhsuludur. Həmçinin Şəhla Əmirli "Səhnə həyat nurumdur", "Azərbaycan kinosunun tarixi və inkişafı", "Azərbaycan kinematoqrafçıları - Portretlər."-silislə buraxılış olan kitabların redaktorudur. İki övladı var. Varlığına daima ehtiyac duyulan sənətkar (Xalq artisti Sədayə Mustafayeva haqqında). Mədəniyyət qəzeti, 30.08.2008. №70 (586), səh. 12. Boz məkanın qaranlıq üzü. Mədəniyyət qəzeti, 31.05.2008. №48 (564), səh. 13. Zəfər istəkdən güc alır. (müğənni Ruhi) Mədəniyyət qəzeti, 29.01.2009. №5 (622) sayında, səh 11. Tarixin qan yaddaşı. Mədəniyyət qəzeti, 03.07.2008. №56 (572) sayında, səh 13. Seriallar: Baxaq, Baxmayaq? Məbəniyyət qəzeti, 10.07.2008. №58 (574) sayında, səh 6. Onu çoxdandır görmürük (xalq artisti Həmidə Ömərova). Mədəniyyət qəzeti, 04.12.2008. №95 (611) sayında, səh 7. Azərbaycan filmlərində musiqinin rolu. Kino qəzeti, 26.05-02.06.2004. №17 (1396) sayında, səh 3. Seriallar niyə yaranır. Cinema jurnalı, iyul-avqust 2008. №2 sayında, səh 54-55. Poetik üslublu rejissor. (kinorejissor Arif Babayev "MƏDƏNİYYƏT" Qəzeti 09.10.2008.№80 /596/ sayında, səh 9) Düşünərək güldürməyi bacaran aktyor. (xalq artisti Fazil Salayev "MƏDƏNİYYƏT" Qəzeti 18.12.2008.№98 /614/ sayında, səh 10) Kino onun daxilinin əksi idi. (kinorejissor Həsən Seyidbəyli "MƏDƏNİYYƏT" Qəzeti 13.12.2008.№97 /613/ sayında, səh 8) Ekrandan ucalan musiqi.(xalq artisti,bəstəkar Emin Sabitoqlu "MƏDƏNİYYƏT" Qəzeti 22.11.2008.№92 /608/ sayında, səh 10) Lentlərə hopmuş ömür.(kinorejissor Rasim İsmayılov "MƏDƏNİYYƏT" Qəzeti 13.11.2008.№89 /605/ sayında, səh 13) Rənglər dünyasının sakini.(rəssam Qafar Sarıvəlli "MƏDƏNİYYƏT" Qəzeti 07.08.2008.№64 /580/ sayında, səh 14) Kino onu ana kimi qəbul etdi.(xalq artisti Sədayə Mustafayeva "KİNO" Qəzeti 06-13.10.2004.№33 /1412/ sayında, səh 9) Sənətin gətirdiyi ucalıq .(xalq artisti Məhəmməd Bürcəliyev "MƏDƏNİYYƏT" Qəzeti 08.04.2009.№23 /640/ sayında, səh 10) Aktyor sənətinin ölməzliyi.(xalq artisti Məhəmməd Bürcəliyev "AZƏRBAYCAN" Qəzeti 22.04.2009.№85 /5189/ sayında, səh 7) Həyatı gözəlləşdirməyə calışan sənətkar (xalq artisti Məhəmməd Bürcəliyev "XALQ" Qəzeti 03.05.2009.№95 /26153/ sayında, səh 8) Kiçik açarla böyük qapı açmaq arzusu...(əməkdar artist Səməndər Rzayev "MƏDƏNİYYƏT" Qəzeti 12.06.2009.№41 /658/ sayında, səh 5) Bir daha dublyaj barədə. ("MƏDƏNİYYƏT" Qəzeti 03.07.2009.№38 /655/ sayında, səh 11) Ərəb rejissorun "Susuzluq"u. Mərakeş filmləri kino və fotoqrafiyanın əyləncə növü olmadığını bir daha sübut etdi. ("MƏDƏNİYYƏT" Qəzeti 21.10.2009.№76 /693/ sayında, səh 10) Hadisələri canlandıran operator. (kino operator Xan Babayev 90 "MƏDƏNİYYƏT" Qəzeti 04.11.2009.№80 /697/ sayında, səh 3) "Niyyət"in qələbəsi (kinorejissor Samir Kərimoğlunun tammetrajlı bədii filmi haqqında "MƏDƏNİYYƏT" Qəzeti 23.12.2009.№89 /706/ sayında, səh 10) Kino onun həyatıdır (kinoşünas Aydın Kazımzadə-70 "RESPUBLİKA" Qəzeti 14.01.2010.№008 /3723/ sayında, səh 6) "Bədbəxtlərin bəxt üzüyü" ("MƏDƏNİYYƏT" Qəzeti 26.02.2010.№15 /722/ sayında, səh 11) "40-cı qapının sirri" Rejissor Elçin Musaoğlunun " 40-cı qapı " filmi haqqında. ("MƏDƏNİYYƏT" Qəzeti 19.05.2010.№32 /739/ sayında, səh 10) Uşaq dünyasından bəhs edən filmlər. ("MƏDƏNİYYƏT" Qəzeti 02.06.2010.№36 /743/ sayında, səh 10) "İstanbul reysi"ndə gördüklərim. Eldar Quliyevin eyni adlı filmi haqda. ("MƏDƏNİYYƏT" Qəzeti 09.06.2010.№38 /745/ sayında, səh 10) "Bəxtsiz kuklalar" Çingiz Rəsulzadənin "Kuklalar" filmi haqqında.("MƏDƏNİYYƏT" Qəzeti 23.06.2010.№41 /748/ sayında, səh 10) "Tamaşaçı sevgisi sənətkar üçün ən böyük qiymətdir"("MƏDƏNİYYƏT" Qəzeti 13.08.2010.№54-55 /762/sayında, səh 11) "Şahmarın sənət dünyası" ("MƏDƏNİYYƏT" Qəzeti 20.08.2010.№57 /764/ sayında, səh ) "Kinonun ruhunu duyan bəstəkar"("MƏDƏNİYYƏT" Qəzeti 03.11.2010.№ / / sayında, səh 13) "Müasirlərini düşünən sənətkar" ("MƏDƏNİYYƏT" Qəzeti 24.11.2010.№82 /789/ sayında, səh 10)Mükafatları: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı-02.08.2018 | https://az.wikipedia.org/w/index.php?curid=75973 |
Şəhmirzad | Şəhmirzad — İranın Simnan ostanının Mehdişəhr şəhristanının Şəhmirzad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,273 nəfər və 1,860 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Şəhmirzadilərdən ibarətdir və Şəhmirzad dilində danışırlar. | https://az.wikipedia.org/w/index.php?curid=288536 |
Şəhmirzad dili | Şəhmirzad dili və ya Şamerza dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindəndir ki İranın Simnan ostanında xüsusilə Şəhmirzadda danışılır. | https://az.wikipedia.org/w/index.php?curid=288543 |
Şəhnin Novruzov | Şəhnin Şahlar oğlu Novruzov (3 fevral 1998, Səncərədi, Astara rayonu – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Novruzov Şəhnin Şahlar oğlu 3 fevral 1998-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. 2004-cü ildə E. Ağayev adına məktəbdə təhsil almağa başlayır. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birgə Bakının Zirə qəsəbəsinə köçüb. Hərbi xidməti İkinci Qarabağ müharibəsində iştirakı 2016–2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şəhnin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhənin müxtəlif istiqamətlərində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=689038 |
Şəhr-i Suxte | Şəhr-i Suxte və ya Şəhr-e Suxt və Şəhr-i Soxta (fars. شهر سوخته, "Yanmış şəhər" deməkdir) e.ə.3200-2350-ci illər, Helmand mədəniyyəti ilə əlaqəli Tunc dövrünə aid böyük şəhər yaşayış məntəqəsinin arxeoloji ərazisi. İranın cənub-şərqində, Sistan və Bəlucistan ostanında, Helmand çayının sahilində, Zahidan-Zabul yolunun yaxınlığında yerləşir. 2014-cü ilin iyun ayından YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Şəhərin gözlənilməz yüksəlişinin və süqutunun səbəbləri hələ də sirr olaraq qalır. Şəhərdən tapılan artefaktlar o dövrün yaxınlıqdakı sivilizasiyaları ilə özünəməxsus uyğunsuzluq nümayiş etdirir. Arxeologiyası 151 hektar ərazini əhatə edən Şəhr-i Suxte şəhərsalma dövrünün başlanğıcında dünyanın ən böyük şəhərlərindən biri idi. O, Yer kürəsinin ən isti yerlərindən biri olan indiki Dəşti-Lüt səhrasının şərqinə yaxın yerdə yerləşir. Ancaq qədim dövrlərdə iqlim daha mülayim idi. O vaxtlar şəhərin yaxınlığında yerləşən Hamun gölünün sahəsi daha böyük idi və ərazidə çoxlu bataqlıqlar var idi. Həmçinin, Əhəmənilərin əsas mərkəzi və arxeoloji ərazisi olan Dahan-e Qulaman (e.ə. 550-330) şimal-şərqdə cəmi 35 km məsafədə yerləşir. Şəhr-i Suxtenin cənub-qərb hissəsində, 25 hektar geniş bir ərazini əhatə edən qəbiristanlıq var. Burada 25.000 ilə 40.000 arasında qədim məzarlar vardır. Yaşayış yeri təxminən eramızdan əvvəl 3200-cü ildə meydana gəlir. Şəhər dörd sivilizasiya mərhələsini keçərək, tərk edilməzdən əvvəl üç dəfə yandırılıb. İlk dəfə şəhəri tərk etmənin əvvəllər orada ekspedisiya aparan İtalyan arxeoloji komisiyası tərəfindən təxminən e.ə.1800-cü ildə baş verdiyi düşünülürdü. Lakin Barbara Helvinq və Həsən Fazeli Nəşlinin başçılıq etdiyi italyan və iranlı arxeoloqları tərəfindən yaxınlıqdakı Təppeh Qraziani ərazisində bu yaxınlarda kalibrlənmiş radiokarbon nümunələrinə əsaslanan yeni araşdırmalar göstərdi ki, bu ərazi əslində eramızdan əvvəl 2350-ci ildə tərk edilib. Arxeoloq Massimo Vidale tərəfindən şərh edilən Şəhr-i Soxtanın xronologiyası aşağıdakı kimidir: Ərazi 1900-cü illərin əvvəllərində Mark Avrel Steyn tərəfindən kəşf edilmiş və tədqiq edilmişdir.1967-ci ildən başlayaraq, ərazi Maurizio Tosinin rəhbərlik etdiyi Istituto italiano per l'Africa e l'Oriente (IsIAO) komandası tərəfindən qazıldı. Bu iş 1978-ci ilə qədər davam etdi. Bir fasilədən sonra Səccadinin başçılıq etdiyi İran Mədəni İrs və Turizm Təşkilatı qrupu tərəfindən ərazidə iş bərpa edilir. Yeni kəşflər zaman-zaman bildirilir.Aşkar edilmiş materialların çoxu e.ə. 2700-2350-ci illərə aiddir. Kəşflər göstərir ki, şəhər Mesopotamiya və İranı Orta Asiya və Hindistan sivilizasiyaları ilə birləşdirən ticarət yollarının mərkəzi olub. I dövrdə Şəhr-i Suxte artıq Türkmənistanın cənubundakı ərazilərlə, Əfqanıstanın Qəndəhar bölgəsi, Kvetta vadisi və İranın Bəmpur vadisinə qədər genişlənir. Həmçinin, Proto-Elam şəhərləri olan Xuzistan və Fars ilə əlaqələri var idi. Təxminən e.ə.3000-ci ildə Şəhr-i Soxtada dulusçular 750 km şimalda yerləşən uzaq Türkmənistandan keramikanı öyrənmişdilər və digər keramika məmulatları Pakistanın Keç-Makran-İranın Bəlucistan bölgəsindən, cənubdan, təxminən 400–500 km-dən gətirilirdi. Əfqanıstanın Mundiqak (Qəndəhar) bölgəsindən, təxminən 400 km şərqdən keramika da idxal edilirdi. Enriko Askalone tərəfindən Şəhr-i Soxtanın 33-cü ərazisində apardığı son qazıntılar göstərir ki, “Memar Evi” adlanan bina və Şərq binası e.ə.3000-2850-ci illərə aid radiokarbon təbəqəsinə aiddir.Bu dövrdə dulusçuluq, 10, 9 və 8-ci təbəqələrindən və zəngin bəzək əşyaları III Mandiqakdan və Bəlucistan Kvettadan tapılan keramika qablarla çox oxşardır. II dövrdə Şəhr-i Suxte Hind vadisinin Harappana qədərki mədəniyyət mərkəzləri ilə də əlaqə saxlamışdır. Bəmpur vadisi ilə əlaqələr davam etmişdi. "Məhkəmələr evi" adlanan binanın xarabalıqları arxeoloq Askaloun tərəfindən aşkarlanaraq e.ə.2850-2620-ci illərə aid edilib. Sonrakı 2 təbəqə onun tərəfindən 33-cü ərazidə qazılaraq e.ə. 2620-2600-cü illərə aid edilib. Lakin arxeoloq Səccadiyə görə, Şəhri Soxtanın bütün ərazisi bu dövrdə 80 hektara çatmışdı. Çox güman ki, bu dövrdə Mandiqak ilə təmaslar sıx olub və lapis lazuli Mandiqakdan keçən Bədəxşanın mədənlərindən Şəh-i Soxtaya gəlib çıxmış və hər iki yaşayış məntəqəsinin əlaqələri alimlərin Helmand sivilizasiyasından bəhs etməsinə imkan vermişdir.:21 Təxminən e.ə. 2700-cü ildə, şəhərin çox hissəsi yanğın nəticəsində məhv edilib. Lakin bu dövrün 6-cı mərhələsində yaşayış məntəqəsi yenidən qurulmuş, dağılmış bəzi evlər bərpa edilməmişdir.Bu dövrün 7, 6 və 5-ci mərhələləri həm şəhərin sahəsində, həm də keramika texnologiyasında əhəmiyyətli inkişaf dövrünü təmsil edirdi, çünki bu dövrdə istifadə edilən daha zərif xammal və qabaqcıl pişirmə texnikası keramika sənətində özünü büruzə verirdi. Bəmpurun III-IV təbəqələrindən tapılan saxsı qablar, bu dövrdə istehsal olunan və/yaxud idxal edilən keramika məmulatlarının əksəriyyəti qəhvəyi və qara rəngli bəzəklərlə bəzədilmiş baff və boz məmulatlar idi. III dövrün 4-cü, 3-cü və 2-ci təbəqələrindən tapılanlar böyük divarlarla əhatələnmiş iri şəhərdə dəyişikliklərin baş verdiyini göstərir. Saxsı qablar II dövrün boyalı ornamentasiyasını itirərək standartlaşdığını, dəfnlər isə əhali arasında sosial-iqtisadi fərqlərin olduğunu göstərirdi. Əvvəllər Mesopotamiya və Qərbi İrandan gətirilən mallar 4-cü mərhələnin sonunda itir, lakin Mandiqak, Bəmpur və Hind vadisi sivilzasiyasının şəhərləri ilə əlaqələr və ticarət davam edirdi. Şəhr-i Soxtanın 33-cü ərazisinə aid olan "Bina 33" (Mərkəzi məhəllə ilə Monumental sahə arasında yerləşir) Enriko Askalonun komandası tərəfindən e.ə.2600-2450-ci illərə aid olduğu müəyyən edilmişdir.Digər tərəfdən, Ciruft, Didye və Qivron mədəniyyətlərini aşkarlayan arxeoloqlar hesab edirdilər ki, Şəhr-i Soxtada I, II və III dövr mədəniyyətləri ilə Mandiqakdakı III və IV dövr mədəniyyətləri arasında sıx əlaqələri olmuşdur.III dövr 4-cü və 3-cü təbəqələrinin dulusçuluq istehsalı əvvəlki dövrlərin keramika məmulatlarından əhəmiyyətli dərəcədə fərqlənən formalara və təsvirlərə malik idi. Bu dövrün əvvəllərində ilkin olaraq keramika üzərində tapılan sadə bəzək motivləri IV Bəmpur və IV Təpə Yəhya dövründə tapılanlara bənzər qara bəzəkli boz rəngli saxsı qablar daha çox işlənmişdir. Bu dövrün sonunda həmçinin nazik gövdəli kiçik bəzəksiz kasalar da meydana çıxmışdır.Məzarlıqlarda çoxlu polixrom keramika tapılması, dini ayinlərin tətbiqini göstərir. Oxşar saxsı qablar Pakistanın Bəlucistan əyalətidəki Nal bölgəsində tapıldı və bu fakta əsaslanaraq bəzi alimlər Şəhr-i Suxtedəki polixrom keramikaların xaricdən gətirildiyi qənaətinə gəliblər. Lakin Muqavero (2008) kimi başqaları bu saxsı qabın yerli olduğunu irəli sürürlər, belə ki, bu tip istehsala Şəhri Soxtanın yaxınlıqdakı Təpə Daş və Şəhridən 3 km və 30 km cənubda yerləşən Təpə Rud-e Biyaban ərazilərində rast gəlmək olar. IV dövr qazıntıları “Yanmış saray” və ya “Yanmış bina”da aparılmışdır. Arxeoloqlar hesab edirlər ki, bu dövrdə Şəhr-i Suxte Bəmpur vadisi və Qəndəhar ərazisi ilə demək olar ki, yalnız əlaqə saxlamışdır, bu da Bəmpurun V və VI mərhələlərinə aid tapılan saxsı qablarla öz təsdiqini tapır. Emal emalatxanaları 1972-ci ildə şəhərin qərb məhəllələrində böyük miqdarda çaxmaq daşı, lapis lazuli və firuzə aşkar edilmişdir, bu sahələr ərazidə unikal hesab olunur. Digər tərəfdən, Enriko Askaloun son qazıntılarında Şəhr-i Soxtanın 33-cü sahəsində e.ə. 2450-2350-ci illərə aid edilən radiokarbon mərhələsini aşkar etdi. Lakin bu mərhələ arxeoloq Massimo Vidale tərəfindən bütün Şəhr-i Suxte ərazisi üçün inkişaf etmiş şəhər işğalının son dövrü kimi qəbul edilmişdir.İran arxeoloqları S.M.S. Səccadi və Hüseyn Moradi qazıntı mövsümündə (2014-2015) Şəhr-i Suxtenin IV dövrünün 26-cı sahəsində iki bina arasındakı uzun keçiddə yarım sütunlar sistemi tapırlar. Massimo Vidale hesab edir ki, bu, təxminən e.ə.2500-cü ilə aid olan Fransız arxeoloqları tərəfindən illər əvvəl Mehrqarhda aşkarlanmış çox oxşar yarım sütunları olan "tam saray" birləşməsinin bir hissəsidir.Digər tərəfdən, Askaloun mühazirəsində xronoloji qrafiklə etiraf edir ki, e.ə.2350-2200-cü illər arasında tərk edilmiş, bir müddətdən sonra Şəhr-i Suxtedəki “Yanmış bina” e.ə.2200-2000-ci illərdə məskunlaşmışdır.:min.11:34 Uzun illər əvvəl burada qazıntı aparan Tosi və Rafael Bişion bu "Yanmış bina"nın təxminən e.ə.2000-ci ildə "dağıdıcı atəş nəticəsində dağıdıldığını" hesab edirdilər. Şəhərin hissələri Şəhr-i Suxte ərazisi arxeoloq S.M.Səccadinin qeyd etdiyi kimi beş əsas hissəyə bölünür::21 Sahənin ən hündür nöqtəsində yerləşən Şərq Yaşayış sahəsi. Yanmış binanın şimalında bu Şərq yaşayış massivində aparılan qazıntılarda I dövrə aid saxsı məmulatların bir qismi tapılmışdır. Qərb, cənub və şərq ərazilərindən dərin çökəkliklərlə ayrılmış Böyük Mərkəzi bölgə və ya Mərkəzi məhəllə. Bu mərkəzi məhəllələrin içərisində "Saxsı qablar evi" kimi tanınan bir yer vardır ki, burada digər saxsı qablar arasından Kot Dijian küpü də tapılıb. Ərazinin şimal-qərb hissəsindən tapılmış Sənətkarlar məhəlləsi. Müxtəlif memarlıq binalarını təmsil edən bir neçə hündür təpə ilə Ustalar məhəlləsinin şərqində yerləşən Monumental sahə. Ərazinin şimal-qərb hissəsində Monumental ərazinin yaxınlığında və ətrafında bəzi saxsı sobalar aşkar edilmişdir. Lakin araşdırmalar göstərir ki, qabların əksəriyyəti şəhərdən kənarda istehsal edilmişdir.:45 Məzarlıq ərazisi, həmçinin Şəhr-i Soxta qəbiristanlığı adlanır və ərazinin təxminən 25 ha ərazisini əhatə edən cənub-qərb hissəsini tutur. Qəbirlərin təxmini sayı 25.000 ilə 40.000 arasında dəyişir və dəfnlərin əksəriyyətinin I və II dövrlərə aid edilməsinə baxmayaraq, bəzi dəfnlər sonrakı iki dövrə aiddir.:75 Helmand və Ciruft mədəniyyətləri Qərbi Əfqanıstanın Helmand mədəniyyəti e.ə. III minilliyə aid Tunc dövrü mədəniyyəti idi. Alimlər bunu Şəhr-i Soxta, Mandiqak və Bəmpur əraziləri ilə əlaqələndirirlər. Bu sivilizasiya e.ə. 3200 və 2350-ci illər arasında çiçəklənərək, Hind vadisi mədəniyyətinin birinci mərhələsinə təsadüf edirdi. Şəhr-i Soxtanın III və IV dövrləri və Mandiqak IV dövrünün sonuncu hissəsi Harappan 3A ilə müasir və Harappan 3B-nin bir hissəsidir.Beləliklə, Ciruft və Helmand mədəniyyətləri bir-biri ilə sıx bağlıdır. Ciruft mədəniyyəti İranın şərqində, Helmand mədəniyyəti isə Əfqanıstanın qərbində eyni vaxtda inkişaf etmişdir. Əslində, onlar eyni mədəniyyət sahəsini təmsil edirdilər. Mehrqarh mədəniyyəti isə daha tez inkişaf etmişdi. Şəhdad isə qazıntı işlərinin aparıldığı başqa böyük ərazidir. Əfqanıstan və Pakistan arasındakı səhra ərazisi olan Sistan hövzəsində 900-ə yaxın Tunc dövrünə aid ərazi sənədləşdirilib. Son kəşf 29 dekabr 2014-cü ildə tapılan unikal mərmər fincandır. 2015-ci ilin yanvarında rəsmlərlə bəzədilmiş tunc dövrünə aid dəri parçası aşkar edilib. 2006-cı ilin dekabrında arxeoloqlar dünyada məlum olan ən erkən süni göz protezini kəşf edirlər. Onun yarımkürə forması və diametri 2,5 sm-dən (1 düymdən) bir qədər artıq idi. Çox zərif materialdan, ehtimal ki, bitum pastasından hazırlanmışdı. Süni göz protezinin səthi nazik qızılı təbəqə ilə örtülmüş, ona mərkəzi dairə (irisi təmsil edir) və günəş şüaları kimi naxışlı qızılı xətlər həkk olunmuşdur. Qalıqları Süni göz protezi ilə yanaşı tapılan qadının boyu 1,82 m (6 fut) idi ki, bu da dövrünün qadınlarından xeyli hündür olduğunu göstərir. Qadın skeletinin e.ə.2900-2800-cü illərə aid olduğu müəyyən edilmişdir. Bu ərazidən arxeoloji qazıntılar zamanı aşkar edilmiş tapıntılar sırasında zər və 60 oyun parçası olan ən qədim süfrə oyunu, eləcə də zirə toxumu, çoxsaylı metallurgiya tapıntıları (məsələn, şlak və pota parçaları) var. Ərazidə tapılan digər tapıntılar arasında beyin cərrahiyyəsi təcrübəsini göstərən insan kəllə sümüyü və arxeoloqlara görə ilk animasiya təsvirlərinin həkk olunduğu qədəh də var idi. Paleoparazitoloji tədqiqatlar göstərir ki, sakinlər nadir xəstəlik olan Physaloptera cinsinin nematodları ilə yoluxmuşdur. Xarici keçidlər Elam gil lövhəsi sirli Yanmış şəhərdə tapıldı - Tehran Times - 24 dekabr 2021-ci il (ing.) Şəhr-i Suxte (ing.) Yandırılmış şəhər sakinləri səbət toxuması üçün dişlərdən istifadə edirdilər (ing.) Dünyanın ən qədim nərd dəsti Yanmış Şəhərdə tapıldı (ing.) | https://az.wikipedia.org/w/index.php?curid=766959 |
Şəhr-i Viran (Urmiya) | Şəhr-i Viran (fars. شهرويران) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (4 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=581664 |
Şəhr-i Zor sancağı | Şəhr-i Zor sancağı, Kərkük sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. İnzibati bölgü Sancaq 6 qəzaya bölünürdü, qəzalar isə 1.150 kəndi əhatə edən 12 nahiyyədən ibarət idi. Vilayet de Mossoul. — Sandjak de Chéhrizor, page 847–865. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page. | https://az.wikipedia.org/w/index.php?curid=409299 |
Şəhr-i Zor əyaləti | Şəhr-i Zor əyaləti — Osmanlı İmperiyası tərkibində, 1554–1862–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. | https://az.wikipedia.org/w/index.php?curid=409337 |
Şəhr-i Zov | Şəhr-i Zov — İranın Rəzəvi Xorasan ostanının Kəlat şəhristanının Zavin bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,053 nəfər və 959 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=325928 |
Şəhr-i Zur (Soyuqbulaq) | Şəhr-i Zur (fars. شهرزور) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (47 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=574820 |
Şəhr Babək | Şəhr Babək — İranın Kirman ostanının şəhərlərindən və Şəhr Babək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,916 nəfər və 10,401 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=291795 |
Şəhr Babək şəhristanı | Şəhr Babək şəhristanı — İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şəhr Babək şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 100,192 nəfər və 22,973 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=290489 |
Şəhrab (Əsədabad) | Şəhrab (fars. شهراب) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 107 nəfər yaşayır (37 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=685472 |
Şəhrdari Astara F.K. | Şəhrdari Astara F. K. — İranın Gilan ostanının Astara şəhərini təmsil edən futbol klubu. Klub Astara şəhərində Astara Bələdiyyəsi tərəfindən təsis edilmişdir. Hal hazırda İranın 1-ci Liqası hesab olunan, Azadegan Liqasında çıxış edir. Klub eyni zamanda Hazfi Kubokuna da qatılmışdır.2019–2020 mövsümündə Liqa 2-nin seçmə mərhələsində PAS Hamedan F. K. üzərində qələbə qazanaraq Azadegan Liqasına yüksəlib. | https://az.wikipedia.org/w/index.php?curid=707566 |
Şəhrdari Urmiya VK | Şəhrdari Urmiya VK ( fars. باشگاه والیبال شهرداری ارومیه) Urmiya şəhərini təmsil edən peşəkar voleybol klubudur. İranın voleybol üzrə Super Liqasında çıxış edir. Sponsorluq adları Müqavimət (1996-1999) Müqavimət İstiqlal (1999-2000) Müqavimət (2000-2001) Şəhid Bakəri (2001-2002) Samansu (2002-2003) Pegah (2003-2008) Fulad (2008-2009) Həyat Voleybol (2009-2011) Şəhrdari Urmiya (2011 - davam edir) Komandanın heyəti Baş məşqçi: İran Bəhruz Atayi Tanınmış keçmiş oyunçuları Braziliya Renato Adornelas Bolqarıstan Krasimir Stefanov Xorvatiya Toni Kovaçeviç İran Səid Maruf Kuba Yasser Portuondo Fransa Xavier Kapfer İran Milad İbadipur İran Əlirza Nadi Serbiya Slobodan Kovaç İtaliya Valerio Vermiqlio Bolqarıstan Nikolay Nikolov Mükafatları İran Super LiqasıFinalçı - 2005, 2015 Üçüncü yer - 2004, 2008, 2009, 2012, 2014, 2016, 2017 Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=603693 |
Şəhri-Gürkan | XIV əsrin əvvəllərində Xəzər dənizinin suları altında qalmış yaşayış məntəqələrindən biri də Şəhri-Gürkandır. Bu yaşayış yeri Abşeron yarımadasının Gürkan burnunda, hazırda Zirə qəsəbəsindən 5 km şərqdə yerləşir. 1958-ci ildə Şəhri-Gürkan yaşayış yerinin sahilboyu ərazisi, 1987-ci ildə isə həm sahilboyu ərazi, həm də sualtı ərazisi kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Sahilboyu ərazidə araba təkərlərinin izlərinin qalığı, yol qeydə alınmış, XI–XIII əsrlərə aid xeyli şirli və şirsiz saxsı qab qırıqları, aşkarlanmışdır. Əhəngdaşından hazırlanmış üzüməzən qurğu, ip keçirmək üçün dəliyi olan daş əşya və qurğunun fraqmenti toplanmışdır. Sualtı sahədən boyalı qab qırıqları, bir neçə güvəc fraqmentləri, az miqdarda şirli qab nümunələri tapılıb götürülmüşdür. 250 metr şimalda kirjim tipli batmış gəmi aşkarlanmışdır. Azərbaycan arxeologiyası. VI cild. Bakı, 2008. | https://az.wikipedia.org/w/index.php?curid=379303 |
Şəhrikürd | Şəhrikürd — İranın Çahar-Mahal və Bəxtiyari ostanının və Şəhrikürd şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 148,464 nəfərdən ibarət idi.Əhalisinin əksəriyyəti bəxtiyarilər, qaşqaylar və fars dillilərdən ibarətdir. Qardaş şəhərlər Düşənbə, Tacikistan | https://az.wikipedia.org/w/index.php?curid=292760 |
Şəhrikürd şəhristanı | Şəhrikürd şəhristanı- İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şəhrikürd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 318,273 nəfər və 80,672 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=292768 |
Şəhrikənd (Bükan) | Şəhrikənd (fars. شهري كند) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 694 nəfər yaşayır (117 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=575472 |
Şəhrisabz | Əvvəllər Keş və ya Kiş ("ürək xoşagələn") olaraq da tanınan Şəhrisəbz Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir. 2700 il əvvəl əsası qpyulmuş şəhər eramızdan əvvəl VI–IV əsrlərdə Əhəmənilər imperiyasının bir hissəsini təşkil etmişdir. Keş bu dövr ərzində imperiyanın tərkibindəki böyük bir əyalət olan Soqdianın əhəmiyyətli şəhər mərkəzi olaraq qalmışdır. Əhəmənilər dövrünə aid sənədlərdə şəhər divarlarının yenilənməsindən bəhs edilir. Şəhər Teymurilər dövründən bəri Şəhrisəbz olaraq tanınır.Makedoniyalı İskəndərin generalı Ptolemey, Baktriya satraplığını ələ keçirdi və Əhəmənilər imperiyasının varlığına son qoydu. Makedoniyalı İsgəndər qışı keçirmək üçün şəhəri seçdi və e.ə 328–327-ci illərdə ərazidə yoldaşı Roksana ilə görüşdü. 567–658-ci illər arasında Keş hökmdarları Türk və Qərbi Türk xaqanlıqlarının xaqanlarına vergi ödəyirdilər. Şəhər 710-cu ildə ərəblər tərəfindən fəth edildi və XIII əsrdə monqolların Xarəzmi fəth etməsindən sonra bölgə Barlas qəbiləsinin nəzarəti altına keçdi. Bu nəslin bütün üzvlərinin ərazi ilə əlaqəsi vardır. Teymurun doğulduğu yer Keş 1336-cı ildə kiçik bir yerli Barlas başçısının ailəsi üçün Teymurun doğulduğu yer idi və Teymurilər xanədanlığının hakimiyyətinin ilk illərində şəhər onun böyük himayəsindən istifadə edirdi. Teymur Keşi özünün "doğma şəhəri" kimi qəbul etmiş və məzarının yeri olaraq planlaşdırmışdı. Lakin, onun hakimiyyəti dövründə fəaliyyət mərkəzi Səmərqəndə köçürüldü. Teymurun dövründə dünya memarlığının şah əsərləri: Ak-Saray sarayı və Dorusiodat xatirə kompleksi tikildi. Şəhər Buxara əmitliyinin hakimiyyəti altında muxtariyyət uğrunda mübarizə aparırdı. 1870-ci ildə ruslar şəhəri fəth etmək üçün Buxara əmirinə kömək etmişdilər. Tarixi abidələr Teymurilər sülaləsindən qalan bir neçə təsir edici abidənin yerləşdiyi şəhərin köhnə hissəsi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir . Bununla birlikdə, park və turizm obyektləri yaratmaq üçün 2015-ci ildə orta əsr şəhər mənzərəsinin geniş ərazilərinin məhv edilməsi UNESCO-nun narahatlığına səbəb olmuşdur. Ərazinin statusunu itirməsi mümkündür. Teymurun yaz sarayı olan "Ağ saray" Teymurun bütün tikililəri arasında ən möhtəşəmi olaraq planlaşdırılmışdı. Sarayın tikintisi 1380-ci ildə, Teymurun yaxın zamanlarda fəth edilmiş Xarəzmdən deportasiya etdiyi sənətkarlar tərəfindən başladıldı. Təəssüf ki, onun 65 metrlik nəhəng qapı qüllələrinin yalnız mavi, ağ və qızılı mozaikalarla bəzədilmiş bəzi hissələri sağ qalır. Aksarayın girişinin üstündə böyük hərflərlə yazılıb: "Gücümüzə meydan oxuyursunuzsa — binalarımıza baxın!" Kok Günbəz məscidi "Mavi günbəz" mənasını verən Kok Günbəz məscidi 1437-ci ildə adı atası Şahruxun şərəfinə Uluqbəy tərəfindən tikilmiş cümə məscididir. Kok Günbəz məscidinin dərhal arxasında yerləşən "Meditasiya evi" 1438-ci ildə Uluqbəy tərəfindən tikdirilmiş, lakin heç kim dəf olunmadığı üçün istifadə olunmayan mavzoleydir. Həzrət-i İmam kompleksi Kok Günbəzin şərqində, Dorus-Saodat (Güc və qüdrət taxtı) adlı başqa bir məqbərə kompleksi var. Burada Teymurun böyük və sevimli oğlu Cahangir türbəsi yerləşir. Bitişik məsciddə 8-ci əsr imamı Əmir Kulalın türbəsinin yerləşdiyi deyilir. Teymur türbəsi Həzrət-i İmam kompleksinin arxasında arxeoloqlar tərəfindən 1943-cü ildə kəşf olunmuş yeraltı otağa aparan qapılı bunker var. Otaq demək olar ki, sadəcə daş tabutla doludur və üzərindəki yazılar buranın Teymur üçün nəzərdə tutulduğunu göstərir. Lakin fatih Şəhrisəbzda deyil, Səmərqənddə dəfn edilmişdi. Bununla birlikdə onun Şəhrisəbzdakı məzarında iki şəxsiyyəti bilinməyən cəsəd tapılmışdır. Ərazidəki orta əsr hamamları və 18-ci əsrə aid bazarı da maraq doğurur. Populyar mədəniyyətdə 1980-ci illərdə Özbəkistan Sovet qrupu Yalla Şəhrisəbz haqqında mahnı yazmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=709897 |
Şəhristan | Şəhristan (fars. شهرستان) — İranda ostan daxilində inzibati bölgü. Şəhristanlar öz növbəsində bəxşlərə, bəxşlər isə dehistanlara bölünür. Bütün İran ərazisində 30 ostana daxil 324 şəhristan var. Şəhristanların icra səlahiyyətləri fərmandar tərəfindən yerinə yetirilir. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=79699 |
Şəhristan (Piranşəhr) | Şəhristan (fars. شهرستن) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 501 nəfər yaşayır (57 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=577637 |
Şəhristani | Əbülfəth Məhəmməd Şəhristani (1086 – 1153[…]) – üləma. Əbülfəth Məhəmməd ibn Əbülqasım Əbdülkərim ibn Əbu Bəkr Əhməd Şəhristani hicri 469-cu (miladi 1076) ildə Xorasanın şimalında yerləşən Şəhristanda anadan olmuşdur. Bəzi mənbələr isə Şəhristaninin hicri 479-cu ildə doğulduğunu qeyd edir. Doğulduğu şəhərə görə Şəhristani adıyla tanınan alimin əl-Əfzəl, Əlamət, Tac əl-Miləl vəd-Din kimi ləqəbləri də vardır. Şəhristani elmlə məşğul olmağa ilk dəfə atası vasitəsilə Qurani-Kərimi öyrənməklə başladı. Daha sonra Ərəb dili və ədəbiyyatı, riyaziyyat və məntiq fənləri üzrə müxtəlif müəllimlərdən dərs aldı. Bundan sonra təhsilini davam etdirmək üçün Xarəzm şəhərinə yollandı. Burada bir müddət qalaraq dövrün məşhur hədis alimlərindən Əli ibn Əhməd Mədəninin hədis dərslərində iştirak etdi. Şəhristaninin bu səfəri haqqında mənbələrdə müxtəlif məlumatlara rast gəlinir. Bir məlumata görə, Şəhristani doğma şəhərini tərk edərək əvvəlcə Nişapura səyahət etmişdir. Digər bir məlumata əsasən Şəhristani Xarəzmə Nişapur səfərindən sonra gedib. Mənbənin qeyd etdiyinə görə, Şəhristani Xarəzm şəhərini tərk edərək Nişapura yollandı. Orada İmam Qəzalinin müasirlərindən olan Şafii məzhəbinə mənsub Əhməd Həvəfi və Əbu Nasir Kuşeyridən fiqh (islam hüququ) dərsləri aldı. Bundan sonra Əbu Nasir əl-Ənsaridən kəlam, cədəl (polemika) üsulu və ilahiyyat fəlsəfəsini öyrəndi. Şəhristani Nihayət əl-İqdam adlı əsərində bu müəllimini xatırlamışdır. Şəhristaninin Nişapurda nə qədər yaşadığı haqda dəqiq məlumat olmasa da onun məhz bu şəhərdə yaşayarkən elminin yüksək pilləsinə ucaldığı məlumdur. Belə ki, Nişapuru tərk etdikdən sonra ona verilən "Əfzəl" ləqəbi bunun sübutudur. Şəhristani Nişapurdan sonra Xarəzmə qayıtdı və dövrünün bəzi məşhur alimləriylə tanış oldu. Əsəd Müheyni (ö.h/527, m/1133), fars tarixçisi Məhəmməd ibn Mahmud ibn Aslan Xarəzmiylə görüşərək müxtəlif mövzularda elmi diskussiyalar apardı. Şəhristani bir müddət Xarəzmdə qaldıqdan sonra h.516-cı ildə həcc ibadətini yerinə yetirmək üçün Hicaza yola düşdü. Oradan qayıtdıqdan sonra köhnə dostu Əsəd Müheyninin köməyilə Bağdaddakı Nizamiyyə mədrəsəsində dərs deməyə başladı. Dediyi dərslər və verdiyi moizələr nəticəsində xalqın etibarını qazandı və üç il burada qaldı. Bağdadda üç il qaldıqdan sonra Xorasana gedərək Səlcuqilərin sultanı Əhməd Səncərin vəziri Əbülqasım Məhəmməd ibn əl-Müzəffərin yanında xidmət göstərdi. Onun "əl-Miləl vən-Nihal" adlı məşhur əsərini də bu vəzirə ithaf etdiyi məlumdur. Bundan sonra Şəhristaninin Tirmiz şəhərinə getdiyi məlumdur. Orada dövrünün müxtəlif elmlərinə maraq göstərən Naqib əl-Əşrəf Əbülqasım Əli ibn Cəfər əl-Musəvinin yanında fəaliyyət göstərərək "əl-Miləl vən-Nihal" adlı əsərinin bir nüsxəsini ona təqdim etdi. Şəhristaninin Əbülqasım əl-Musəvinin yanında nə qədər qaldığı məlum deyildir. Onun "Musaraa" adlı əsərini Tirmiz şəhərində yazdığı ehtimal olunur. Mənbələr Şəhristaninin doğma şəhəri olan Şəhristanda vəfat etdiyini qeyd edir. Tələbəsi əl-Səmani onun h.548/m.1153-cü ildə Şəhristanda vəfat etdiyini bildirmişdir. Şəhristaninin evlənib evlənmədiyinə və övladlarının olub-olmaması haqda mənbələrdə heç bir məlumata rast gəlinmir. Elmi şəxsiyyəti: Müxtəlif təfəkkür formalarının İslam dünyasına girməsindən sonra eyni mədəniyyət və mühitlərin kəlam və fəlsəfi mirası islam mütəfəkkirləri tərəfindən öyrənilməyə başlanmışdır. Bu fəlsəfi mübahisələr və mədəni müxtəlifliklər kəlam elmi vasitəsilə gündəmə daxil olmuşdur. Əvvəllər daxili məsələlər kimi hesab edilən bu mövzular (böyük günah və s.), sonralar hind və yunan fəlsəfələri ilə tanışlıqdan sonra yerli kəlami və fəlsəfi istiqamətlər əmələ gəlmişdir. Bu çərçivədə islam fəlsəfəsi və kəlamı öz problemlərini (məsələlərini) meydana gətirərək islam düşüncəsi və mirasına böyük töhfələr verdi. Fəlsəfi düşüncənin Əhli-Sünnət düşüncəsində ilk təzahürü İmam Əşarinin şəxsində otraya çıxmışdır. O, mötəzilənin dəlillərinin əsassız olmasını isbat etmək üçün fəlsəfəyə müraciət etmişdir. Bu mənada Qəzali də filosofları tənqid edərkən fəlsəfəyə baş vurmuşdur. Kəlamın öndərləri olan Əşari və Qəzalidən sonra bu cərəyanın ən ciddi davamçılarından biri Şəhristani idi. Şəhristani Qəzalinin kəlam sisteminin ilk ardıcılı da hesab edilə bilər. İslam elm dünyasının öndə gələn simalarından olan Şəhristrani dinlər tarixi, fəlsəfə, kəlam və ədəbiyyata dair əsərlər yazmışdır. Öz əsərlərində dəfələrlə Əhli-Sünnətdən olduğunu vurğulayan Şəhristani özünü "bir Əhli-Sünnət kəlamçısı" olaraq təqdim etmişdir. O, müxtəlif əsərlərində Əbülhəsən əl-Əşari haqqında "ustadımız" ifadəsini işlədərək Əhli-Sünnət çərçivəsində hərəkət etdiyini göstərməyə çalışmışdır. Əşari sisteminin məfhum və metodlarının inkişaf etdirilməsində Şəhristaninin təsiri açıq-aydın müşahidə edilir. Bütün bunlara rəğmən bəzi fikirlərində Şiə və İsmaili meylli olduğu iddia edilmişdir. Ancaq əsərlərində Şiə və ya İsmaili meyllərə dair hər hansı bir fakta rast gəlinməmişdir. Şəhristaninin fəlsəfi terminologiyadan istifadə üslubu hər kəs tərəfindən qəbul edilmişdir. Şəhristani fikirlərini ifadə edərkən son dərəcə analitik bir düşüncə sistemi izləməyə səy göstərmiş, tənqid edərkən də qələmini kəskin istifadə etməkdən çəkinməmişdir. Əşari ilə başlayan kəlam mübahisələri Qəzali ilə birlikdə fəlsəfi bir ruha bürünmüşdür. Şəhristani də sələflərinin yolunu davam edərək filosofları ciddi şəkildə tənqid etmiş, Əhli-Sünnət işığında fikirlərini bildirmişdir. Şəhristaninin İbn Sinanı kifayət qədər anlamadığı da iddia edilmişdir. Burada əhəmiyyətli bir məsələ onun İbn Sinaya yönəlmiş tənqidinin çıxış nöqtəsidir. Burada müşahidə edilir ki, Şəhristani İbn Sinanı tənqid edərkən kəlamçı həssaslığı göstərməkdədir və çıxış nöqtəsi Qəzalinin çıxış nöqtəsi ilə eynidir. Şəhristani müxtəlif sahələrə aid dərin və əhatəli əsərlər yazmış bir alim olaraq islam düşüncəsi tarixində yüksək yer tutmuşdur. Yuxarıda qeyd edildiyi kimi, geniş biliyə malik olan Şəhristani bir çox sahələrə aid əsərlər yazmışdır. Təəssüflə qeyd etməliyik ki, Şəhristaninin əsərlərinin böyük bir qismi günümüzədək gəlib çıxmamışdır. Əsərlərinin bir qismi çap edilmiş, digər bir qismi isə əlyazması şəklində günümüzə qədər qorunub saxlanmışdır. Şəhristaninin diqqəti ən çox cəlb edən əsərləri fəlsəfə və kəlam aid olan əsərlərdir. O, əsərlərində dini və fəlsəfi nöqteyi-nəzərdən çıxış etməyə çalışmışdır. "Musaraa" adlı əsərini Əbülqasım Əli ibn Cəfər Musəvinin istəyi ilə qələmə aldığını, məqsədinin İbn Sinanı tutduğu yüksək mövqedən endirmək olduğunu bildirərək öz-özünə inad etməmək, müştərək həqiqətləri qəbul etmək barəsində cədəlci və sofistik üslub istifadə etməyəcəyini qeyd etmişdir. Şəhristaninin "Musaraa" adlı əsərindən başqa digər əsərlərini üç qismə ayıra bilərik: əlyazması əsərləri, çap olunmuş əsərləri və günümüzədək gəlib çıxmayan əsərləri. Əlyazması əsərləri Şəhristaninin əlyazması əsərlərindən bəzilərinin bütöv adlarına qaynaqlarda rast gəlinmir. Burada risalə olaraq adı çəkilən bəzi əsərlər misal kimi göstərilə bilər. Şəhristaniyə aid olduğu bildirilən risalələr aşagıda göstərilən üç risalədir: Qazi Ömər ibn Səhlə göndərilən və İbn Sinanın sözlərinə Şəhristaninin etirazlarını ehtiva edən risalə. Bu əsərin adı barəsində qaynaqlarda hər hansı bir məlumata rast gəlinmir. "Elmi İlahi" – Şəhristani bu əsərini məşhur təbib Məhəmməd İylaqi üçün yazmışdır. "Elmi İlahi" adındakı risalədə Məhəmməd İylaqinin metafizikaya dair suallarına cavab axtarılır. Məhəmməd Səhlaniyə yazılan risalə. Şəhristaninin bu risaləsinin adı qaynaqlarda bildirilməmiş, sadəcə Məhəmməd Səhlaniyə yazdığı bildirilmişdir. Qissatu Seyyidinə Yusuf, Məfatih əl-Əsrar və Məsabih əl-Əbrar, Mənahic fi ilm əl-Kəlam Çap olunmuş əsərləri "Məclis əl-Xalq və əl-Əmr". İranda Məhəmməd Cəlali tərəfindən farscaya tərcümə edilmişdir. "Əl-Miləl vən-Nihal". Şəhristaninin bu əsəri dinlər və məzhəblər tarixinə aiddir. Əsərdə din və fəlsəfənin eyni qaynaqdan meydana gəldiyi ifadə edilməklə yanaşı fəlsəfəyə aid məlumatlar da qeyd edilmişdir. "Nihayə əl-İqdam fi ilm əl-kəlam". Şəhristaninin bu əsəri kəlam sahəsinə aiddir. Kəlam sahəsinə dair ən çox mübahisə mövzusu olan və ixtilafa səbəb olan məsələləri araşdırılan əsər Alfred Güllam tərəfindən Londonda 1934-cü ildə nəşr edilmişdir. Həsən ibn Səbbaha aid farsca dörd fəsilin tərcüməsi. Şəhristaninin bu əsəri də "Əl-Miləl vən-Nihal" adlı əsərin ilk fəslində 437-ci səhifədən etibarən Məhəmməd Fəthullah Berdan tərəfindən təhqiq edilib nəşr edilmişdir. Cövhəri fərdin isbatı. Alfred Güllam Şəhristaninin "Nihayə əl-qdam" adlı əsərinin sonuna əlavə edərək nəşr etmişdir. İtmiş kitabları Şəhristaninin bu əsərləri qaynaqlarda itmiş əsərlər olaqraq göstərilmişdir. Əl-İrşad ilə Əqaid əl-İbad Əsrar əl-İbadət Əl-Əqtar fil Üsul Tarix əl-Hükəma Təlxis əl-Əqsam li Məzəhib əl-Ənam Dəqaiq əl-Əvham Risalə fi məbdə və Məad Sibhat, Procles, Aristo və İbn Sina Əş-Şəcərə əl-İləhiyyə Əl-Uyun vəl-Ənhar Qayə əl-Məram fi ilmi əl-Kəlam Qissə Musa və Xızır Məclisi fi Usuli hikmət Məclisi fi hasri və Ənva ət-Təqaddumat Məclisi fi qıssatu seyyidinə Musa Mənazirat məal-İslamiyyət Nihayə Əvham əl-Hukəma əl-İlahiyyun. | https://az.wikipedia.org/w/index.php?curid=65658 |
Şəhristanək (Xudabəndə) | Şəhristanək (fars. شهرستانك) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (28 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=778029 |
Şəhrisəbz | Əvvəllər Keş və ya Kiş ("ürək xoşagələn") olaraq da tanınan Şəhrisəbz Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir. 2700 il əvvəl əsası qpyulmuş şəhər eramızdan əvvəl VI–IV əsrlərdə Əhəmənilər imperiyasının bir hissəsini təşkil etmişdir. Keş bu dövr ərzində imperiyanın tərkibindəki böyük bir əyalət olan Soqdianın əhəmiyyətli şəhər mərkəzi olaraq qalmışdır. Əhəmənilər dövrünə aid sənədlərdə şəhər divarlarının yenilənməsindən bəhs edilir. Şəhər Teymurilər dövründən bəri Şəhrisəbz olaraq tanınır.Makedoniyalı İskəndərin generalı Ptolemey, Baktriya satraplığını ələ keçirdi və Əhəmənilər imperiyasının varlığına son qoydu. Makedoniyalı İsgəndər qışı keçirmək üçün şəhəri seçdi və e.ə 328–327-ci illərdə ərazidə yoldaşı Roksana ilə görüşdü. 567–658-ci illər arasında Keş hökmdarları Türk və Qərbi Türk xaqanlıqlarının xaqanlarına vergi ödəyirdilər. Şəhər 710-cu ildə ərəblər tərəfindən fəth edildi və XIII əsrdə monqolların Xarəzmi fəth etməsindən sonra bölgə Barlas qəbiləsinin nəzarəti altına keçdi. Bu nəslin bütün üzvlərinin ərazi ilə əlaqəsi vardır. Teymurun doğulduğu yer Keş 1336-cı ildə kiçik bir yerli Barlas başçısının ailəsi üçün Teymurun doğulduğu yer idi və Teymurilər xanədanlığının hakimiyyətinin ilk illərində şəhər onun böyük himayəsindən istifadə edirdi. Teymur Keşi özünün "doğma şəhəri" kimi qəbul etmiş və məzarının yeri olaraq planlaşdırmışdı. Lakin, onun hakimiyyəti dövründə fəaliyyət mərkəzi Səmərqəndə köçürüldü. Teymurun dövründə dünya memarlığının şah əsərləri: Ak-Saray sarayı və Dorusiodat xatirə kompleksi tikildi. Şəhər Buxara əmitliyinin hakimiyyəti altında muxtariyyət uğrunda mübarizə aparırdı. 1870-ci ildə ruslar şəhəri fəth etmək üçün Buxara əmirinə kömək etmişdilər. Tarixi abidələr Teymurilər sülaləsindən qalan bir neçə təsir edici abidənin yerləşdiyi şəhərin köhnə hissəsi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir . Bununla birlikdə, park və turizm obyektləri yaratmaq üçün 2015-ci ildə orta əsr şəhər mənzərəsinin geniş ərazilərinin məhv edilməsi UNESCO-nun narahatlığına səbəb olmuşdur. Ərazinin statusunu itirməsi mümkündür. Teymurun yaz sarayı olan "Ağ saray" Teymurun bütün tikililəri arasında ən möhtəşəmi olaraq planlaşdırılmışdı. Sarayın tikintisi 1380-ci ildə, Teymurun yaxın zamanlarda fəth edilmiş Xarəzmdən deportasiya etdiyi sənətkarlar tərəfindən başladıldı. Təəssüf ki, onun 65 metrlik nəhəng qapı qüllələrinin yalnız mavi, ağ və qızılı mozaikalarla bəzədilmiş bəzi hissələri sağ qalır. Aksarayın girişinin üstündə böyük hərflərlə yazılıb: "Gücümüzə meydan oxuyursunuzsa — binalarımıza baxın!" Kok Günbəz məscidi "Mavi günbəz" mənasını verən Kok Günbəz məscidi 1437-ci ildə adı atası Şahruxun şərəfinə Uluqbəy tərəfindən tikilmiş cümə məscididir. Kok Günbəz məscidinin dərhal arxasında yerləşən "Meditasiya evi" 1438-ci ildə Uluqbəy tərəfindən tikdirilmiş, lakin heç kim dəf olunmadığı üçün istifadə olunmayan mavzoleydir. Həzrət-i İmam kompleksi Kok Günbəzin şərqində, Dorus-Saodat (Güc və qüdrət taxtı) adlı başqa bir məqbərə kompleksi var. Burada Teymurun böyük və sevimli oğlu Cahangir türbəsi yerləşir. Bitişik məsciddə 8-ci əsr imamı Əmir Kulalın türbəsinin yerləşdiyi deyilir. Teymur türbəsi Həzrət-i İmam kompleksinin arxasında arxeoloqlar tərəfindən 1943-cü ildə kəşf olunmuş yeraltı otağa aparan qapılı bunker var. Otaq demək olar ki, sadəcə daş tabutla doludur və üzərindəki yazılar buranın Teymur üçün nəzərdə tutulduğunu göstərir. Lakin fatih Şəhrisəbzda deyil, Səmərqənddə dəfn edilmişdi. Bununla birlikdə onun Şəhrisəbzdakı məzarında iki şəxsiyyəti bilinməyən cəsəd tapılmışdır. Ərazidəki orta əsr hamamları və 18-ci əsrə aid bazarı da maraq doğurur. Populyar mədəniyyətdə 1980-ci illərdə Özbəkistan Sovet qrupu Yalla Şəhrisəbz haqqında mahnı yazmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=709876 |
Şəhrivar (Ərdəbil) | Şəhrivar (fars. شهريور) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 474 nəfər yaşayır (118 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=765069 |
Şəhrivər | Şəhrivər (fars. شهریور) — İran və Əfqanıstanın rəsmi təqviminin altıncı ayı. Şəhrivər ayında 31 gün var. Bu ay avqust ayında başlayıb sentyabr ayında sona çatır. Şəhrivər yayın üçüncü ayıdır. تقویم رسمی سالانه کشور ایران (سال ۱۳۸۹)، استخراج و تنظیم: شورای مرکز تقویم دانشگاه تهران ـ مؤسسهٔ ژئوفیزیک.(İranın rəsmi illik təqvimi (1389/2010–2011), hasilatı və tənzimlənməsi: Tehran Universitetinin Təqvim Mərkəzinin Şurası- Geofizika İnstitutu.) | https://az.wikipedia.org/w/index.php?curid=276101 |
Şəhriyar | Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. Yaradıcılığı Türkün dili tək sevgili, istəkli dil olmaz, Türkün dili tək sevgili, istəkli dil olmaz, Özgə dilə qatsan, bu əsil dil əsil olmaz. Öz şeirini farsa, ərəbə qatmasa şair, Şeiri eşidənlər, oxuyanlar kəsil olmaz. M. Şəhriyarın ana dilində yazmış olduğu şeirlərə misal olaraq "Behcətabad xatirəsi", "Qaranlıq gecələr", "El bülbülü", "O taydan gələnə", "Pərvanə və şəm", "Dan ulduzu da batdı", "Alnımın yazısı" və s. kimi bədii nümunələri göstərmək olar. Şəhriyarın ana dilində yazdığı şeirləri arasında Bakıdakı qələm dostlarına həsr etdiyi şeirlər, yazdığı mənzum məktubları böyük maraq kəsb edir. Xalq şairləri Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Səməd Vurğun, Balaş Azəroğlu, Hökumə Billuri, Söhrab Tahir, şərqşünas alim, professor Rüstəm Əliyevə ünvanlanmış şeirləri buna parlaq misaldır: " Məmməd Rahim həzrətlərinə cavab", "Qardaşım Süleyman Rüstəmə ithaf", " Can Rüstəm", "El bülbülü", " Döyünmə, söyünmə", "Gözün aydın" əsərlərində Bakı həsrəti çox güclü ifadəsini tapmışdır. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M. Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü: Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram, Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan… Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan! Şəhriyarın ürəyi də səninki tək yaralıdır, Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!. "Heydərbabaya salam" poeması Məhəmmədhüseyn Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydərbabaya salam" poeması olmuşdur.. Dahi Şəhriyarın Azərbaycan dili qarşısında ən böyük xidməti "Heydərbabaya salam" poeması və Cənubi Azərbaycanda bu dilin sadə ədəbi dil formasını yaratması, eyni zamanda ana dildə yazıb-yaratmaq ənənəsini bərpa etməsidir. Poema iki hissədən ibarətdir. Şəhriyar poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazmışdır. Birinci hissədə 77, ikinci hissədə isə 48 bənd vardır. Poemanın birinci hissəsində təbiət təsvirləri, ilin fəsilləri, camaatın əkin-biçinlə məşğul olması, sadə insanların sevinci, kədəri, toyu, matəmi, adət-ənənələri öz əksini tapır. "Heydərbabaya salam" poeması haqqında ilk elmi məqalə hesab edilən, 1955-ci ildə "Azərbaycan" dərgisində çap olunmuş "Ədəbi bir hadisə" adlı məqalənin müəllifi Məmməd Əmin Rəsulzadədir. Şair əsərdə "Heydərbaba səni Vətən bilmişdim, Vətən deyib baş götürüb gəlmişdim" — deməklə Heydərbaba dağının onun üçün müqəddəs ana vətənin rəmzinə çevrildiyini etiraf etmişdir Bütövlükdə "Heydərbabaya salam" poeması Vətən haqqında qüvvətli poetik manifestir. "Heydərbabaya salam" poemasında şair özünün də bədii obrazı canlandırılmışdır. Akademik Bəkir Nəbiyev bu haqda qeyd etmişdir ki, lirik qəhrəmanla müəllif arasında tam eyniyyət olmasa da yaxınlıqlar, səsləşmələr müşahidə edilir. Ustad Məhəmmədhüseyn Şəhriyar 18 sentyabr 1988-ci ildə Tehranın Mehr xəstəxanasında dünyasını dəyişmiş, 20 sentybar Təbrizdəki Surxab qəbiristanlığında "Məqbərətüş-şüəra"da ("Şairlərin məqbərəsi"ndə) dəfn olunmuşdur. Həmən gün Cənubi Azərbaycanda milli matəm günü elan edilmişdir. Bədii irsinin tərcüməsi Ədibin irsi tərcümə edilmişdir. Şairin tərcüməçilərindən Mirmehdi Seyidzadə, Məmməd Mübariz Əlizadə, Hökumə Billuri, Fikrət Sadıq, Q. Beqdeli, Ə. Hüseyni, Mədinə Gülgün, Balaş Azəroğlu, Hüseyn Kürdoğlu, N. Rizvan, X. Rza, M. Sultanov və b. göstərmək olar. M. Sultanovun tərcüməsində "Gülsatan qızcığaza", " Vəhşi gül", " Sənturun məzarı", H. Billurinin tərcüməsində " Maarifimiz", "Mənim eybim", "Təbin quyusu", " Cavanlıq şərbəti" və başqa qitələri böyük maraq kəsb edir, azərbaycanlı oxucular tərəfindən sevə — sevə oxunurlar. Şairin tərcümə olunmuş əsərləri arasında məşhur qəzəlləri (" Cənnət quşu", "Hidayət çırağı", "Hafiz əbədidir", "İnsan ol", "Həzin nalələr" və s.), məsnəviləri (" Gecənin əfsanəsi", " Haqqın səsi", " Dağın simfoniyası", " Şeir və hikmət" və s.), qəsidələri ("Həyat", " Əziz Azərbaycanıma xitab", "Sədinin barigahında", "Milli ideal", "Səba ölərmi?" və s.), mütəfərriqələri ("Bilik", "Behişt və cəhənnəm", "Bədbəxtlik", "Təbriz şəhəri", "Camal və Kamal", "Yetim uşaq" və s.) də sevilərək oxunur. Məhəmmədhüseyn Şəhriyarın zəngin yaradıcılıq irsi özünün mövzu dairəsinə, əhatə imkanlarına görə olduqca genişdir. Ədibin yaradıcılığı həm İranda, həm də Azərbaycanda daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Ə. Atəş, Q. Beqdeli, H. Billuri, Böyük Nikəndiş, Ə. Əbülfəzl, C. Əlizadə, H. Məmmədzadə, K. Məşrutəçi Sönməz, İ. Həbibbəyli, T. Əhmədov, H. Məhəmmədi, Ə. Kaviyanpur, G. Baxşəliyeva, İ. Qəribli, E. Fuad, E. Quliyev, M. Məhəmmədi, N. Əlizadə, M. Məhəmmədhüseyn, Z. Mənuçöhr, H. Münzəvi, B. Nəbiyev, F. Nüsrətullah, N. Rizvan, S. Əmirov, Y. Şeyda, Ə. Bije, S. Bayramzadə, A. Həsənova və b. şairin həyat və yaradıcılığı haqqında tədqiqatlar araşdırmalar aparmış, monoqrafiya, kitab və məqalələr yazmışlar. Azərbaycanda milli şəhriyarşünaslıq məktəbi formalaşmaqdadır. 2023-cü il, mayın 21-də Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan vebsaytın təqdimatı keçirilib 13 mart 1996-cı ildə Azərbaycan və İran ədəbiyyatlarının inkişafında böyük xidmətləri olan Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsinin Azərbaycanın ədəbi-mədəni həyatı üçün müstəsna əhəmiyyətini nəzərə alaraq qərar qəbul edilmişdir. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyarın vəfat etdiyi gün — sentyabrın 18-i 2002-ci ildən İran milli şeir və ədəbiyyat günü kimi Parlamentdə təsdiq olunub. 2021-ci il mayın 21-də Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan vebsaytın təqdimatı keçirilib 1 İsa Həbibbəyli. Şəhriyar dünyası. Tehran: Zufa yayınları, 2002, 31 s. Bəkir Nəbiyev. Şəhriyar kəlamının vüsəti. Bakı, 1998. 18s. Yusif Gədikli. Şəhriyar və bütün türkçə şeirləri. Türkiyə, İstanbul. Ötükən nəşriyyatı. 1997, 25s. Esmira Fuad. Muhammed Hüseyin Şəhriyar [Metn]: Hayatı, edebi çevresi, eserleri. İstanbul: Peon kitap. 2014, 357 s. Esmira Fuad. Məhəmmədhüseyn Şəhriyar (həyatı, mühiti və yaradıcılığı). Bakı, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat və Poliqrafiya mərkəzi, 1998, 144 s; Esmira Fuad. Şəhriyar poeziyasında xalq həyatı, Bakı, "Qızıl Şərq", 1996. Fuad, Esmira. "Poetry Customs and Traditions of Shahriyar: Shahriyar and "Sahandim"." (2017). Məhəmmədhüseyn Şəhriyar [Mətn] : biblioqrafiya Bakı, 2017, 473 s. Abdullayev Ə. Şəhriyar və ana dili, "Azərbaycan türkləri", Ankara, 1990, № 1. Aslanov V. Şəhriyarın farsca şe’rlərində türkizmlər, "Varlıq" jurnalı, № 15, 1372, (bahar-zemistan), səh. 39–50. Hökumə Billuri. Məhəmmədhüseyn Şəhriyar, Bakı, "Elm" nəşriyyatı, 1984. Əliqızı A. Cənubi Azərbaycan şe’rinin inkişaf mərhələləri, Bakı, "BDU nəşriyyatı" mətbəəsi, 1992. Qarayev Y. Şəhriyar tariximizdə və taleyimizdə, "Varlıq" jurnalı, 1371, say 14, səh. 23–30. Qasımov H. Şəhriyarın lirikası və e’tiqadı, Bakı, "Elm", 1999. Lətifə Mirzəyeva. Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi. Bakı: [Nurlar NPM]. 2017, 231 s. Qulamhüseyn Beqdeli. Məhəmmədhüseyn Şəhriyar. Bakı: Azərnəşr. 1963, 39 s. Xarici keçidlər Şəhriyar və zəmanəmiz Şəhriyar və XX əsr İran ədəbi mühiti Ölümündən 24 saat əvvəl — Şəhriyar Məhəmmədhüseyn Şəhriyar | https://az.wikipedia.org/w/index.php?curid=473779 |
Şəhriyar (Göygöl) | Şəhriyar (əvvəlki adı: Mirzik) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Mirzik kənd inzibati-ərazi vahidi tərkibindəki Mirzik kəndi Şəhriyar kəndi, Mirzik kənd inzibati-ərazi vahidi Şəhriyar kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Toponimikası 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1074 nəfər əhali yaşayır. Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=108530 |
Şəhriyar (Masallı) | Şəhriyar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 45 nəfərdir. Toponimiyası Kəndin adı çox güman ki, Biləsuvar şəhərindən 9 km aralı erkən orta əsr abidəsi Şəhriyar yaşayış yerinin adı ilə bağlı yaranmışdır. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=86446 |
Şəhriyar (Ordubad) | Şəhriyar (əvvəlki adı: Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ordubad qəsəbəsi Şəhriyar qəsəbəsi adlandırılmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Ordubad rayonunun Şəhriyar qəsəbəsinin 0,3 min nəfər əhalisi vardır. | https://az.wikipedia.org/w/index.php?curid=92494 |
Şəhriyar (Sabirabad) | Şəhriyar (əvvəlki adı: Aleksandrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Aleksandrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Aleksandrovka kəndi Şəhriyar kəndi, Aleksandrovka kənd inzibati ərazi dairəsi Şəhriyar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=108031 |
Şəhriyar (ad) | Şəhriyar — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Şəhriyar — Azərbaycan və İran şairi. Şəhriyar Məmmədyarov — Azərbaycan qrossmeysteri. Şəhriyar Sədiq Əfşar — ABŞ azərbaycanlılarından olan fizik Şəhriyar Cəfərov — Xoreoqraf Şəhriyar Məcidzadə — Etatist qəzetinin təsisçisi, Milli Fikir Mərkəzinin sədri. Şəhriyar Şirvani — XIX əsr Azərbaycan şairi. Həmçinin bax Şəhriyar (dəqiqləşdirmə) | https://az.wikipedia.org/w/index.php?curid=27840 |
Şəhriyar (dəqiqləşdirmə) | ŞəhərlərŞəhriyar (şəhər) Şəhriyar (Tehran ostanı)QəsəbələrŞəhriyar (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda qəsəbə.KəndlərŞəhriyar (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Şəhriyar (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Şəhriyar (Ordubad) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Şəhriyar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Şəhriyar (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Böyük Şəhriyar — Ermənistanda kənd. Kiçik Şəhriyar — Ermənistanda kənd.DigərŞəhriyarçay Həmçinin bax Şəhriyar (ad) Şəhriyar bələdiyyəsi | https://az.wikipedia.org/w/index.php?curid=102814 |
Şəhriyar (Şamaxı) | Şəhriyar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şəhriyar qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Şəhriyar qəsəbəsi Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Şəhriyar qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. Toponimikası Kənd 1931-ci ildə Lenin adına sovxoz adı ilə yaranmışdır. İqtisadiyyatı Həmin ildən təsərrüfatda sürətlə üzümçülük inkişaf etmişdir. Üzümlüklərin ümumi sahəsi 2422 ha. çatdırılmışdır. Dünya şöhrətli "Mədrəsə", "Şirvanşahı", "Şamaxı mərəndisi", "Qara mərəndi", "Qızılı mərəndi" sortları bu torpaqda yaranmışdır. Sovxozun üçümçülərindən 4 nəfərinə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 18 nəfəri isə Lenin ordeni ilə təltif olunmuşlar. Yerli üzüm sortlarından hazırlanan "Kaqor", "Şamaxı" şərabları 2 dəfə ümumdünya və ümumittifaq sərgilərinin qızıl, 3 dəfə gümüş medalına layiq görülmüzdür. "Mədrəsə", "Mədrəsəli", "Qarayeri", "Qırmız Azərbaycan", "Dəllər" şərabları sovxoz şərabçılarının məhsulu idi. Lenin adına sovxoz 1992-ci ildə Nadir Məmmədov (vaxtilə sovxozun direktoru olub) adına sovxoz, 1999-cu ildən isə Şəhriyar qəsəbəsi adlandırıldı. İki uşaq bağçası, məktəb, klub, kitabxana, mədəniyyət evi, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı, FHN-in Mülkü-Müdafiə Qoşunlarının Şamaxı taboru var. Əhalisi 4271 nəfərdir (2009), 2566 təsərrüfatı var. Ələkbərov Xosrov Mürsəl oğlu Rəhmanov Vidadi Lütvi oğlu Babaşov Anar Əlibala oğlu | https://az.wikipedia.org/w/index.php?curid=110870 |
Şəhriyar (Şərur) | Şəhriyar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Toponimikası Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Şəhriyar çayının sahilindədir. Bütün hallarda Şəhriyar şəxs adıdır. Əhalisi 2235 nəfərdir.(2009 - cu il) | https://az.wikipedia.org/w/index.php?curid=110661 |
Şəhriyar (şəhər) | Şəhriyar (fars. شهریار) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında tikilən yeni şəhər. Şəhərin tikinti sahəsi Təbriz—Əhər yolunun 5 kilometrliyində yerləşir. Şəhər əhalisinin tikintinin yekunlaşdırılmasından sonra 170,000 nəfərdən ibarət olacağı, şəhər ərazisinin isə 1,500 hektarı əhatə edəcəyi gözlənilir. Şəhərsalma layihəsinin reallaşdırılması üçün İranın İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Şirkəti Cihad Xanəsaziyi Azərbaycani Şərqi" (Şərqi Azərbaycan Cihad Tikinti Şirkəti) tərəfindən 13,000 milyard rial sərmayə ayrılıb. Şəhriyar şəhəri, özəl sektor tərəfindən Cihad Tikinti Şirkəti ilə əməkdaşlıqda inşa ediləcək ilk şəhərdir. Yeni salınacaq şəhərdə torpaq sahələrinin bir hissəsi birbaşa dövlətə məxsus olacaq. Sözügedən şirkət, şəhərsalma layihəsinin icrası üçün təxminən 1,500 hektar ərazi əldə edib. Şəhriyar şəhərinin tikinti planı 4 mərhələdən ibarətdir. Şəhərdə 60,000 yaşayış sahəsinin (villa və mənzilin) tikilməsi planlaşdırılır. Onların tikintisi yeni şəhərin baş planına əsasən, köməkçi bina və qurğuların tikintisiylə birlikdə həmin dörd mərhələnin çərçivəsində tətbiq olunacaqdır. 2015-ci ildə başlanılmış birinci mərhələnin 2016-cı ilin sonunda istifadəyə hazır olacağı, qalan mərhələlərin 2028-ci ilədək istifadəyə veriləcəkləri, habelə ilk məskunların yeni şəhərə 2019—2020-ci illər arası yerləşdiriləcəyi proqnozlaşdırılmışdır. "طرح هایی که رئیس جمهوری در آذربایجان شرقی افتتاح کرد". Rouhani Dolat news. May 2015. İstifadə tarixi: 31 May 2015. "جزئیات تاسیس شهر جدید «شهریار» توسط بخش خصوصی". Aharabnews. May 2015. 29 May 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 May 2015. | https://az.wikipedia.org/w/index.php?curid=574735 |
Şəhriyar Abbasov | Şəhriyar Abbasov (14 dekabr 1981, Qaradağlı, Xocavənd rayonu) — Azərbaycanlı MMA döyüşçüsü, "Azerbaijan Fight Club" klubun prezidenti, MMA idman növləri üzrə MMA Vitse-Prezidenti, həmçinin GEFC Qarışıq Təkbətək Döyüşlər Beynəlxalq Liqasının Vitse-Prezidentidir. 1981-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuş idmançı uşağlığı doğulduğu kənddə keçirən idmançı sonralar atasının işi ilə əlaqədar Rusiyanın Saratov şəhərinə köçmüş və bir müddət orada yaşamışdır.1989-cu ildə Bakıya köçən Abbasovlar ailə başçısını itirdikdən sonra ailəyə başçılığı məhz Şəhriyar Abbasov etmişdir.10 yaşından Bəxtiyar Məmmədovun rəhbərliyi altında cüdo ilə məşğul olmağa başlamışdır. Şəhriyar Abbasov cüdo və sambo üzrə idman ustası, pankration üzrə beynəlxalq dərəcəli idman ustası, cüdo və sambo üzrə Azərbaycan üzrə çempionu pankration üzrə Avropa çempionatının finalçısı (2007), pankration üzrə Asiya açıq çempionatının çempionu, pankration üzrə dünya çempionu (2008), döyüş sambosu üzrə dünya çempionu (2011), döyüş sambosu üzrə dünya çempionudur (2011). 25 qarşılaşmada 1 dəfə məğlub olmuşdur. MMA siyahısında bu qədər şərəfli əmək yoluna baxmayaraq, Şəhriyar Abbasov 10 aprel tarixdə Moskvada keçirilən M-1 Selection Eastern Europe 2010 qarışıq təkbətək döyüşləri üzrə Şərqi Avropa Çempionatının ikinci mərhələsində alternativ döyüş üzrə debüt etmişdir. Turnir çərçivəsində Azərbaycan idmançısı Anapa komandasını təmsil edən İşhan Zakaryana qalib gəlmişdir. 2010-cu ilin avqustunda idmançı 84 kq çəki dərəcəsində dünya səviyyəli "M-1 FIGHTER" unikal idman realiti-şousunun çəkilişlərində iştirak etmişdir. Layihə çərçivəsində Şəhriyar Abbasov bir neçə reytinq döyüşü keçirmiş və böyük üstünlüklə finala qədər gələ bilmişdir. Finalda Azərbaycan idmançısı Rostovun "Legion" idman klubunun təmsilçisi Ruslan Xasxan üzərində qələbə çalmış və 84 kq-a qədər çəki dərəcəsində "M-1 FIGHTER" layihəsinin absolyut çempionu olmuşdur. Məşhur Azərbaycanlı döyüşçü Bəxtiyar Abbasov (idmançı)un qardaşıdır Pankration üzrə Dünya çempionu Döyüş Sambosu üzrə Dünya çempionu Sambo üzrə Azərbaycan çempionu Cüdo üzrə Azərbaycan çempionu Beynəlxalq dərəcəli idman ustası Peşəkar döyüşlərin tarixi Qələbə – məğlubiyyət – heç-heçə: 26–1–0 Qələbə Vladimir Katıxin PROFC – Union Nation Final 2 iyul 2011 Hakimlərin yekdil qərarı 3 5:0 Qələbə Ruslan Xasxanov M-1 Fighter (Stage 2) Middleweight Grand Prix Final 19 avqust 2010 Rəqibin təslimi (arxadan boğma) 2 3:05 Qələbə İşxan Zakaryan M-1 Selection 2010 — Eastern Europe Round 2 10 aprel 2010 Rəqibin təslimi (ələ ağrılı) 2 3:31 Məğlubiyyət Kozo Urita GCM — Cage Force 11 27 iyun 2009 TKO (həkim tərəfindən dayandırılma) 2 1:11 Qələbə Darxan Kucanov "Jeleznaya qora" Turniri 2008 Nakaut 1 2:03 Qələbə Dalqat Maqomedov "Jeleznaya qora" Turniri 2008 Rəqibin təslimi (ələ ağrılı) 1 2:07 Qələbə Meqbay Maqobetov Beynəlxalq Turnir 2007 TKO 1 3:05 Qələbə Ruslan Maqomedov "COLISEUM" Beynəlxalq Turniri Rəqibin təslimi (ələ ağrılı) 1 3:05 Qələbə Vitali Savuçkov "COLISEUM" Beynəlxalq Turniri 2007 Rəqibin təslimi (arxadan boğma) 1 3:05 Qələbə Eynur Akikamarov "Jeleznaya qora" Turniri 2007 Rəqibin təslimi (arxadan boğma) 1 1:15 Qələbə Akla sedakov "Jeleznaya qora" Turniri 2007 Nakaut 1 2:02 Qələbə Marat Surtubayev "Jeleznaya qora" Turniri 2007 Rəqibin kapitulasiyası 1 1:15 Qələbə Etiqat Atakişiyev "Jeleznaya qora" Turniri 2007 TKO 1 3:08 Xarici keçid Azərbaycanlı idmançı ermənini məğlub etdi Şəhriyar Abbasovla müsahibə | https://az.wikipedia.org/w/index.php?curid=387512 |
Şəhriyar Abdullayev | Şəhriyar Kamil oğlu Abdullayev (2 mart 1987; Tərtər rayon Cəmilli kəndi, Azərbaycan SSR — 13 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhriyar Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. Hərbi xidməti Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Abdullayev oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=680826 |
Şəhriyar Atababayev | Xpert (tam adı: Şəhriyar Zahid oğlu Atababayev; 30 sentyabr 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı repçi.2019-cu ildən "Xpert" ləqəbi ilə yanaşı XXXpert ləqəbindən də istifadə edir. Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir. Ailəlidir və Məryəm adlı qızı var. Erkən illəri 2009-cu illər 2009-cu ildə A4 ləqəbli repçi ilə tanış olmuşdur. A4-ün köməyi və digər iki repçinin iştirakı ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirib. İlk vaxtlarda replərinin sözləri türkcə olmuşdur. Daha sonra Naqan, SertOzan, A4 adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır. 2010-cu illər 2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib. Bu Xpertin Azərbaycan dilində yazdığı ilk musiqi parçası olmuşdur. 2010-cu ilin ortalarında bütün musiqi parçaları Qanun Beatz "Maddə 1 The Mixtape" adlı albomda yayımlanmışdır. Daha sonra Ramires adlı repçi ilə "Yorğun Döyüşçü" adlı musiqi parçasısını yazmışdır. 2010-cu ilinin sonlarında tərkibində yer aldığı Synaps Production adlı label yaradılmışdır. 2010-cu ilin dekabr ayında o günə kimi yazılmış və yayımlanmış bütün musiqi parçalarını bir yerə toplamaq məqsədilə "Rapsychology bootleg" adlı albomu internetdə yayımlamışdır. Alboma yeni musiqi parçası yerləşdirmişdir.2011-ci ilin yayında Synaps Production-un "Təcili Yardım" adlı konsertindən bir gün sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətə yollanmamışdan əvvəl səsyazmasını etmiş olduğu musiqi parçaları 11 noyabr 2011-ci ildə Synaps Production tərəfindən Makar10 adlı albomda toplanaraq 100 nüsxə tirajla satışa buraxılmışdır. Bu zaman Xpert hərbi xidmətdə olmuşdur. 2012-ci ildə hərbi xidməti bitirmişdir. Qısa müddətdə bir neçə "single track" (tək musiqi parçası) çıxarmışdır. Synaps Productionda çalışan digər bir repçi Ramires ilə olan bütün duetlərini bir araya toplayaraq Sarkoma EP adı ilə yayımlamışdır. 2013-cü ilin yanvar ayında Paster və A4 ilə olan "TTM"adlı musiqi parçası yayımlanıb. 2013-cü ilin mart ayında öz evində qardaşı Səbuhi Atababayevlə birlikdə büdcəsi 11 manat 50 qəpik olan ilk klipini çəkmişdir. "Şaman" adlı musiqi parçası 24 saat ərzində YouTube-da 12 000 baxış sayı toplayaraq şəxsi rekorda imza atmışdır. Mart ayının sonu La Poax adlı EP albom internet vasitəsilə yayımlanmışdır. 10 avqustda "Guerrilla" adlı ikinci klip təqdim olunmuşdur. 2 noyabr 2013 tarixində solo konserti baş tutmuş və satış üçün nəzərdə tutduğu ikinci albomu — Akulanı yayımlanmışdır.5 aprel 2014-cü ildə "Sarışan Hallar" və 15 avqust 2014-cü ildə isə "Bataqlıq Donuzu" klipləri yayımlanmışdır. 2015-ci ilin əvvəlində sayca 6-cı, satış üçün isə nəzərdə tutulmuş 3-cü albomunun təqdimat videosunu təqdim etmişdir. 9 mart 2015-ci ildə musiqisi Rino Rhodes-ə aid olan "İntiharıma gülməsinlər" adlı repinin Səbuhi Atababayev tərəfindən çəkilmiş 2500 şəkildən ibarət videoçarxı YouTube-da "Synaps Production" kanalında yayımlanıb.9 may 2015-ci il tarixində ikinci solo konsertini vermişdir. Paralel olaraq yeni Qassab albomundan "single" parçaları yayımlamışdır. 30 sentyabr tarixində Xpertin növbəti klipi — "Və bir də" yayımlanmışdır.Xpert 2015-ci ilin senytabr ayında "Synaps Production" layihəsi çərçivəsində "Synaps Library" layihəsinə başlayıb.2019-cu ildə Rüzgar və Paster-lə birlikdə "Phenom" trekində iştirak etmişdir. Elə həmin il "Synaps Production"-dan ayrılmışdır. 2019-cu ildə Türkiyədə "Epidem1k" kanalında "Limuzin" və "Hər şey yaxşılığa doğru" treklerini buraxmışdır. 2020-ci illər 2020-ci ildə YouTube-da "İkiqat" kanalında "Yerli Dalğa" adı altında 3 sinql yayımlamışdır. 2021-ci ildə sahib olduğu "101MoonAve" leybli altında "7EDDİ" albomunu buraxdı. Daha sonra Okaber ilə iş birliyi edərək Okaberin "Mercury" adlı albomunun prodüseri olmuşdur. Diskoqrafiya Sudan (2014) Və bir də (2015) Xənnas (2017) MALCOM (2017) RAFAEL AGAYEV (2018) ESHELEME (2018 PHENOM (2019) Limuzin (2019) 100K (2020) AYDIN (2020) CHEKDERD (2020) TAPOR (2020) TRASHMAN (2020) NARSOCU (2020) SKUSKU RAAT (2020) A4TB (2020) LOREM IPSUM (2020) ROLEX (2020) MAUPASSANT (2020) HEAVEN (2020) Just Business (2020) FAKFREYMZ (2020) MNML (2021) GZLN (2021) COSMO (2021) CAPUNA (2021) HUEMAY (2021) PUSUVAR (2022) 1990 (2022) Mantral Dua (2023) Gedib O (2023) Solo albomlar Makar10 (2011) Akula (2013) Qassab (2016) Sunset Riders (2023) Yığma albomlar Qanun Beatz "Maddə 1 The Mixtape" Rapsychology bootleg One More Chance EP İnternet sinqlları Video kliplər Həmçinin bax Səbuhi Atababayev Xarici keçidlər iTunesdə — XPert Xpert — Facebook səhifəsi Xpert — Twitter səhifəsi Xpert — Instagram səhifəsi Sabiq rəsmi saytı xxxpermedia.com: YouTube Xpert — Sabiq Vkontakte səhifəsi Orxan. "Müsahibə: Xpert" ( (az.)). raprock.az. 2012-08-01. 2015-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09. "Sosial şəbəkələrdə məşhurlaşan reperlər- (Video)" ( (az.)). azadliq.org. 2013-12-22. 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06. Xpert vs Paster- Canlı efir! Kanal 13. "Xpert və A4dən müsahibə" ( (az.)). youtube.com. 2013-04-03. İstifadə tarixi: 2016-02-21. | https://az.wikipedia.org/w/index.php?curid=504913 |
Şəhriyar Ağagülov | Şəhriyar Etibar oğlu Ağagülov (20 dekabr 1977; Quba, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik, "Azərbaycan Bayrağı" ordeni kovaleri. Şəhriyar Ağagülov 20 dekabr 1977 - ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. Alpan kənd orta məktəbini əla qiymətlərlə bitirib. Hələ orta məktəbdə oxuyan zaman hərbçi olmağı qarşısına məqsəd qoyub. Bu sənəti seçməkdə atasının da tövsiyəsi əhəmiyyətli rol oynayıb. 1995 - ci ildə sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verir və həmin il də qəbul olub və 1999 - cu ildə məktəbi əla qiymətlərlə bitirərək zabit kimi xidmətə başlayır. Şəhriyarın Eldəniz adlı qardaşı Birinci Qarabağ müharibəsində Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və 1996-cı ildə haqq dünyasına qovuşub. Kiçik qardaşı Elşən Ağagülov isə qəhrəmanlıqda ondan heç geri qalmır. Azərbaycan Ordusununun zabitidir. Hərbi xidməti Azərbaycan Ordusunun polkovniki olan Şəhriyar Ağagülov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən sona qədər döyüşlərin komandanlarından biri olub. Hərbi hissənin qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Ağagülov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı. (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı. (25.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı | https://az.wikipedia.org/w/index.php?curid=684357 |
Şəhriyar Ağamalıyev | Şəhriyar Əvəz oğlu Ağamalıyev (28 sentyabr 1989; Hacıqabul, Azərbaycan SSR — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhriyar Ağamalıyev 1989-cu il sentyabrın 28-də Hacıqabul şəhərində anadan olub. Hərbi xidməti Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şəhriyar Ağamalıyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Ağamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şəhriyar Ağamalıyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2021) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=685491 |
Şəhriyar Cəfərov | Şəhriyar Cəfərov (1986, Bakı) — baletmeyster-xoreoqraf, balet artisti, rəqqas, "Rəqs sultanları" qrupunun bədii rəhbəri. Şəhriyar Aydın oğlu Cəfərov 1976-cı ildə Bakı şəhərində anadan olub. 1984-1986-cı illərdə Moskva şəhərində məşhur çeçen rəqqası,SSRİ-nin balet artisti, xoreoqraf,SSRİ Xalq Artisti Mahmud Esambayevin rəqs məktəbində təhsil alıb və Mahmud Esambayevin Azərbaycanda yeganə tələbəsi olmuşdur.1986-1994-cü illərdə Bakı Xoreoqrafiya məktəbində balet artisti ixtisası üzrə təhsil almışdır. Oranı bitirdikdən sonra 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil almışdır. Daha sonra 2003-2007-ci illərdə isə ikinci təhsil olaraq xoreoqraf-baletmeyster ixtisası üzrə təhsil almışdır. İstanbuldan qayıtdıqdan sonra 2003-2010 A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında klassik rəqs fənni üzrə dərs deyib. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.2013-cü ildən 2019-cu ilə kimi Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evində məşqçi xoreoqraf-pedaqoq kimi çalışmışdır. 2020-ci ildən etibarən İstanbulda yaşayır və Memar Sinan İncəsənət Universitetində müəllim vəzifəsində çalışır. 1993-cü ildən 1999-cu ilə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində balet solisti kimi çalışmışdır.İşlədiyi illər ərzində aşağdakı balet və opera tamaşalarında ifa etmişdir. .Pero və Çin kuklası-P.Çaykovski ("Şelkunçik" balet) .Təlxək-P.Çaykovski("Qu gölü" baleti.) . Mənfi qüvvəli təlxək- Çaykovski ("Romeo və Cülyetta" baleti) Sehirbaz Droselmeyr- P. Çaykovski ("Şelkuncik" baleti.) Baş quldur-F.Əmirov ("Min bir gecə" baleti Qaraçı rəqsi solo-L.Minkus ("Don kixot" baleti) Özbək rəqsi solo,şələqov rəqsi solo-Ə.Bədəlbəyli ("Qız qalası" baleti) Varlı Leonardo-R.Driqo ("Arlekinado" baleti) Solo balero-J.Bize,R.Şidren ("Karmen suita" baleti) Solo balero-(J.Bize "Karmen" opera) Toy rəqs solo-M.Maqomayev ("Şah İsmayıl" opera)Bir müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet məşqçi-pedaqoq vəzifəsində çalışıb.Çalışdığı illərdə F.Liqar "Şən dul qadın"(1999), M.Fətəli Axundzadənin "Kimyagər"(2012) musiqili komediyalarında xoreoqraf-baletmeyster kimi çalışmışdır. 2000-2003-cü illərdinə Türkiyə Cumhuriyyəti İstanbul Dövlət Opera və Balet Teatrında balet solisti çalışmışdır. Baş zabit-( "Çanaqqala" baleti) Təlxək--(A.Məlikov "Məhəbbət əfsanəsi" baleti) Pa-de-trua-( P.Çaykovski "Fındıqqıran") Sarayın baş rəqqası-( "Hürrəm sultan" baleti) Qartal-("Salome" baleti) Şəhriyar Cəfərov 2001-ci ildə Azərbaycanda ilk dəfə "Uzundərə " xalq rəqsinə duet rəqsi olaraq quruluş vermiş və İstanbulda Show tv-də yayımlanan "Hülya show" proqramında Ebru Önal ilə birlikdə ifa etmişdir. 2003-cü ildə Qırğızıstanda keçirilən – ''Issık göl-2003'' beynəlxalq müsabiqəsində birincilik qazanmışdır. 2009-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən 2-ci beynəlxalq Antalya rəqs müsabiqəsində "müasir rəqs" kateqoriyası üzrə qalib adını qazanmışdır. Quruluş verdiyi xoreoqrafik kompozisiyalar və rəqslər "İspan" rəqsi (1998) "Rubikon - F.Sinatra mahnısına (1998) "Uzundərə" – xalq rəqsi (2001) "İlan" rəqsi (solo) (2001) "Arşın mal alan" - Ü.Hacıbəyli (2004) "Sertaki" yunan rəqsi (2005) "İki qərənfil" (bir pərdəli balet tamaşası) - 20 yanvar şəhidləri İlham və Fərizəyə ithaf (2006) "Min bir gecə" - xoreoqrafik kompozisiya (Fikrət Əmirov) (2006) "Şərq aləmi" - xoreoqrafik kompozisiya (2008) Libertanqo (2009) "Şələ qoy" solo rəqsi (2009) "Kütləvi" vals və "Duet fransız vals” (2009) "Gedirsən get "- Ələkbər Tağıyevin musiqi əsasında (2010) "Şələ qoy" kütləvi rəqsi (2012) Sarı Gəlin (xalq mahnısı) solo rəqsi (2012) "Görüş" duet rəqsi (2012) "Mirzəyi-Vağzalı" xalq rəqsi (2013) 20 yanvar şəhidlər xoreoqrafik kompozisiya (2015) "Qazağı" kütləvi rəqsi (2015) "Odlar yurdu" – (Elşad ritm qrupu) (2015) "Türk" rəqsi (2015) "Şən rəqs" – Vasif Adıgözəlovun musiqisi əsasında (2016) "İnnabı" – xalq rəqsi (2016) Xocalı - xoreoqrafik kompozisiya (2016) "Külək "- Ələkbər Tağıyevin musiqi əsasında (2016) "Kalinka" rus rəqsi (2016) "Yeni Bakı" - xoreoqrafik kompozisiya (Rövşən ritm qrupu) (2017) "Odlar Yurdu" - Eldar Mansurovun musiqi əsasında (2017) "Azərbaycan qızıyam "- Ələkbər Tağıyevin musiqi əsasında (2020) "Küçələrə su səpmişəm" qızlar rəqsi (2021) "Sarı Gəlin" qızlar rəqsi (2021) "Novruz" rəqsi (musiqi Məmmədbağır Bağırzadə) (2021) "Ayrılıq" (musiqi Əli Səlimi) (2021) "Çırpınırdı Qara Dəniz" (Ü.Hacıbəyli) (2021) "Leyli və Məcnun duet rəqsi (musiqi Taner Demiralp) (2021) "Xarıbülbül" rəqsi (2021) "Xarıbülbül" suitası (musiqi Emin Sabitoğlu) (2021) Tarantella qızlar rəqsi (2022) Karmen qızlar rəqsi (2023) Xoreoqraf Şəhriyar Cəfərov: "Milli folklor rəqslərimiz uçurum astanasındadır" Şəhriyar Cəfərov Azadlıq Radiosunda: "Bu ölkədə vətənpərvərlik yad janra çevrilib" Şəhriyar Cəfərov və "Rəqsin sultanları" qrupu - "Şərq aləmi" xoreoqrafik kompozisiyası Şəhriyar Cəfərov və "Rəqsin Sultanları" qrupu - Bayram rəqsi Şəhriyar Cəfərov - "O olmasın, bu olsun" tamaşasından rəqs Beynəlxalq rəqs yarışmasında Modern üslubunda I yer qazanmış İlan rəqsi Şəhriyar Cəfərov "Rəqsin dili" verilişində Azərbaycan rəqsləri tarixi haqqda Şəhriyar Cəfərovun ANS TV-də müsahibəsi | https://az.wikipedia.org/w/index.php?curid=316308 |
Şəhriyar Hacıyev | Şəhriyar Şahlar oğlu Hacıyev (2 avqust 1999, Novoivanovka, Gədəbəy rayonu – 26 oktyabr 2020, Ballıqaya, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhriyar Hacıyev 2 avqust 1999-cu il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olub. 2005-2016-cı illərdə Abşeron rayonu, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə həqiqi hərbi xidməti başa vurub. Hərbi xidməti Şəhriyar Hacıyev İkinci Qarabağ müharibəsində torpaqların işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 26 oktyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsi döyüşlərində qəhrəmancasına Şəhid olub.Şəhriyar Hacıyevin atası Şahlar Hacıyev I Qarabağ müharibəsində iştirak edib, yaralanıb. Şəhriyar atasının yaralandığı yerdə, Ballıqayada şəhidlik zirvəsinə yüksəlib. Novoivanovka kənd qəbirstanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) Həmçinin bax Nicat Tarıverdiyev Hüseyn Rzayev Yasin Məmmədov Azər Hüseynov Məmməd Əliyev Fərid Məmmədov Hüseyin Əsgərov Amin Rzayev Bayram Qasımov Eldar Fətəliyev Elfaq Nağıyev Vüsal Hüseynov Nəcəf Hüseynov | https://az.wikipedia.org/w/index.php?curid=746183 |
Şəhriyar Həbibi | Şəhriyar Vidadi oğlu Həbibi (d. 19 yanvar 1993; Osaküçə, Lənkəran rayonu – ö. 6 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olmuşdur. Kənd orta məktəbdə orta təhsil almışdır. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Hərbi xidməti 2016-cı ildə hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, noyabrın 6-da Qubadlının azad edilməsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=692069 |
Şəhriyar Həmizəyev | Şəhriyar Elman oğlu Həmizəyev (1 mart 2001; Yevlax, Azərbaycan — 29 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhriyar Həmizəyev 1 mart 2001-ci ildə Yevlax şəhərində Elman Həmizəyevin ailəsində anadan olmuşdur. Əslən Kəlbəcərdəndir. 2008-2018-ci illərdə orta təhsil almışdır. Subay idi. Hərbi xidməti Şəhriyar Həmizəyev 2019-cu ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şəhriyar Həmizəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şəhriyar Həmizəyev 29 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Göygöl rayonunun Murovdağ qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həmizəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həmizəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şəhriyar Həmizəyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=747604 |
Şəhriyar Mirişli | Şəhriyar Bəxtiyar oğlu Mirişli (d. 1 mart 2002; Biləsuvar rayonu — ö. 23 oktyabr 2020; Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. Şəhriyar Mirişli 1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Hərbi xidməti Şəhriyar Mirişli 2020-ci ildə hərbi xidmətə başlamışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və Laçın rayonu uğrunda gedəb döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Şəhriyar Mirişli 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=684846 |
Şəhriyar Musayev | Şəhriyar Musayev (tam adı: Şəhriyar Vahid oğlu Musayev; 2 noyabr 1988, Sumqayıt) — Azərbaycanlı kamança ifaçısı. Musayev Şəhriyar Vahid oğlu 1988-ci il noyabrın 2-də Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Mətləb Quliyev adına Sumqayıt şəhər 3 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib.2004-cü ildə Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbinin kamança ixtisasını bitirib, 2004-cü ildə Sumqayıt Musiqi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci) "Xalq Çalğı Alətləri" şöbəsinin kamança sinfinə qəbul olmuş, 2008-ci ildə oranı bitirmişdir. 2008–2009-cu illərdə hərbi xidmətdə olmuşdur.2010-cu ildə Konservatoriyanın "Xalq Çalğı Alətləri İfaçılığı" fakültəsinin kamança ixtisasına qəbul olmuşdur. 2014-cü ildə AMK-ni bitirmi, həmin ildə dövlət hesabına müsabiqədənkənar magistr təhsil pilləsinə qəbul olmuş və 2016-cı ildə magistr təhsilini bitirmişdir.Ailəlidir iki övladı var. Həyat yoldaşı Zülfiyyə Musayeva psixoloqdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya fakültəsinin doktorantıdır. Böyük oğlunun adı Murad (01.08.2015), kiçik oğlunun adı isə Amindir (07.07.2017). Yaradıcılığı Şəhriyar Musayev 2009–2012-ci illərdə Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində dərnək rəhbəri kimi fəaliyyət göstərmişdir. 2013-cü ilin fevralında Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Təhsil Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilən III Respublika Muğam Müsabiqəsinin laureatı (3-cü yer) olmuş və III Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanıb.2013-cü il martında "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən Beynəlxalq muğam müsabiqəsində Azərbaycanı təmsil edib. Martın 18-də Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Üçüncü Beynəlxalq muğam müsabiqəsi başa çatmışdır. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən tədbirdə instrumental muğam ifaçılığı üzrə Azərbaycandan Şəhriyar Musayev də qalib gəlib.2013-cü ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Muğamsevərlər" Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıt şəhərində Nəriman Nərimanov adına mədəniyyət evində baş tutan Muğam Festivalında gənc muğam ifaçılarını kamançada müşayiət edib.2017-ci ildə Türk dövlətlərinin musiqiçi və ifaçılarından ibarət yaranmış "TÜRKCAN" beynəlxalq layihənin general meneceridir.2017-ci ildə “Modern muzik” qrupu olaraq həbsdə olan müğənni Fədayə Laçının "Ayrılırıq" mahnısı fərqli tərzdə ifa edilib. 2019-cu ildə müğənni Elnarə Xəlilovanın "Səndən sonra..." mahnısına çəkilən klipdə kamançada ifa edib.2020-ci il avqust ayında Xalq Artisti Alim Qasımov ilə birgə "Xatirədir" adlı layihədə iştirak etmişdir. YouTube kanalı üzərindən yayımlanan "KamanTV" adlı layihənin müəllifidir.Yaradıcılığı ilə yanaşı müəllimlik fəaliyyətini də davam etdirərək hal-hazırda Xocavənd rayonu Tuğ kənd uşaq musiqi məktəbində və eyni zamanda Sumqayıt Musiqi Kollecində Kamança ixtisası üzrə tədris aparır.2020-ci ildə "Aler Kamancha" tərəfindən "Stay Home, Stay With Music" şüarı ilə təşkil edilən "Online Music Festival"-ında "Over 25 age group" üzrə 1-ci yer olub. Qalib olaraq 4500 ABŞ dolları dəyərində Aler Kamanchah şirkətinin təsis etdiyi kamança aləti qazanıb.13 mart 2023-cü ildə The Ritz-Carlton hoteldə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı tədbir ilə ilin ilk "Azerbaijan Best Awards" mükafatlandırma layihəsində mükafat qazanıb. "Xatirə" (2019) (Albom, Təbriz şəhərində işıq üzü görüb, alboma 10 instrumental musiqi və bəstəkar mahnıları ilə yanaşı eyni zamanda muğamlar da daxildir.) 2007-ci il Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalı. 2011-ci il İran İslam Respublikasının Təbriz, Ərdəbil, Əhər və Meşkin şəhərlərində keçirilən muğam konsertləri. 2011-ci il Macarıstanın paytaxtı Budapeşt və Buqac, Balatonendred şəhərlərində keçirilən Turan Kurultayı. 2012-ci il Rusiyada Tatarıstanın paytaxtı Kazan və Çuvaşıstanın paytaxtı Çeboksarı şəhərlərində "Qədim Musiqi Alətləri" ansamblı ilə bayram konsertləri. 2013-cü ildə Azərbaycanda keçirilmiş III Respublika və Beynəlxalq Muğam müsabiqəsinin Laureatı (3-cü yer).2013-cü ilin mayında tarzən Humay Qədimovanın Beynəlxalq Muğam Mərkəzində "Oxu tar" adlı solo konserti.2013-cü il Türkiyədə İstanbul şəhərində millət vəkili Qənirə Paşayeva ilə Xocalı Soyqırımına həsr edilmiş tədbir. 2015-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində "Jas Star" (Gənc Ulduz) festivalı (fəxri musiqiçi qismində). 2016-cı ildə Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin təşkil etdiyi Yel çərşənbəsinə və 8 mart Beynəlxalq qadınlar Gününə həsr edilmiş muğam gecəsi.2016-cı ildə TÜRKSOY-un təşkil etdiyi Novruz bayramına həsr edilmiş silsilə konsertlər; Türkiyə — Ankara, İstanbul, Bolu, Amerika Birləşmiş Ştatlarında — Nyu-York və Vaşinqton. 2016-cı ildə "TÜRKSOY"-un təşkil etdiyi Qazaxıstan — Alma-Ata, Qırğızıstanda — Bişkek, Türkiyə — İzmir və Kiprdə silsilə konsert proqramları. 2017-ci ildə Türkiyə — Ankara, Bolu, Bursa, Ədirnə, Rumıniya — Buxarest, Moldova — Kişinyov və Komrat şəhərlərində "TÜRKSOY"-un yaranmasının 25 illiyinə həsr edilmiş konsert proqramları. 2017-ci il Avstriyanın paytaxtında Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində Xan Şuşinski Fondunun keçirtdiyi "Könlüm Keçir Qarabağdan" adlı konsert proqramı. 2017-ci ildə Türkiyə, Qazaxıstan, Azərbaycan səfirliklərinin Braziliyanın Brazilia və San Paulo şəhərlərində birgə təşkil etdiyi konsert proqramı.2018-ci ildə Bəstəkar Qara Qarayevin 100-illik yubileyi, "TÜRKSOY"-un yaranmasının 25 illiyi ilə əlaqədar Türkiyə — İstanbul, Yaponiya — Tokio, Kavasaki, Hamamatsu və Akasaka şəhərlərində silsilə konsert proqramları.2023-cü ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi, Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində (Konqres) Azərbaycan nümayəndə heyətinin birgə təşkilatçılığı ilə Konqresin 44-cü sessiyası çərçivəsində Novruz bayramı münasibətilə keçirilmiş mədəni tədbir. Həmçinin bax Habil Əliyev Elşən Mansurov Xarici keçidlər Shahriyar Musayev — YouTube kanalı Shahriyar Musayev — Spotify səhifəsi Shahriyar Musayev — iTunes səhifəsi Shahriyar Musayev — Instagram səhifəsi Shahriyar Musayev — Deezer səhifəsi | https://az.wikipedia.org/w/index.php?curid=683693 |
Şəhriyar Məcidzadə | Şəhriyar Məcidzadə (azərb. Şəhriyar Sərdar oğlu Məcidzadə d. 10 sentyabr 1986, Tərtər rayonu, Azərbaycan SSR) – Etatist qəzetinin təsisçisi, Milli Fikir Mərkəzinin sədri. Şəhriyar Məcidzadənin atası – Sərdar Məcid oğlu Həmidov, 1992-ci ildən 1994-cü ilə qədər Dağlıq Qarabağla təmas xəttində yerləşən Tərtər rayon İcra Hakimiyyətinin başçısı və Tərtər Özünümüdafiə Batalyonunun komandiri olmuşdur. 15 may 1994-cü ildə Bişkekdə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından 10 gün sonra vəzifəsindən azad edilib. Şəhriyar Məcidzadə 10 sentyabr 1986-cı ildə Tərtər rayonunda anadan olub. Müharibə bitənə qədər Tərtər rayonunda 1 saylı orta məktəbdə təhsil alıb. 1994-cü ildə Bakı şəhəri, Nərimanov rayon 77 saylı orta məktəbdə təhsilini davam etdirib. 1997-ci ildə atası həbs edildikdən sonra Nəsimi rayonunda Elitar Gimnaziyaya daxil olub və 2003-cü ildə həmin gimnaziyanı bitirib. 2005-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitunun Beynəlxalq Hüquq fakültəsinə daxil olub və 2009-cu ildə həmin universiteti fərqlənməylə bitirib. Universitetdə nizam-intizam qaydalarına ciddi yanaşmasına və fəaliyyətinə görə universitet rəhbərliyi tərəfindən xasiyyətnamə alan yeganə xarici tələbə olub.2009-cu ildə universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə daxil olub. 2010-cu ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən leytenant rütbəsi alaraq taqım komandiri vəzifəsinə təyin edilib və cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəyə göndərilib. 2011-ci ilin iyul ayından ordu sıralarından ehtiyata buraxılır və elə həmin ilin oktyabr ayında özünün fikir müəllifliyi ilə həftəlik “Etatist” qəzetinin nəşrinə başlanılır. 2012-ci ilin may ayının 5-də bir qrup gənc Milli Fikir Mərkəzini təsis edir və 15 iyun tarixdə Şəhriyar Məcidzadə Milli Fikir Mərkəzinin sədri seçilir.2012-ci ilin oktyabrın 6-da həbs olunan siyasi məhbusların azad edilməsi tələbi ilə təşkil olunan Müsavat Gənclər Təşkilatının gənclərlə bağlı forumunda iştirak edib.2012-ci ilin noyabr ayında Şəhriyar Məcidzadənin təşəbbüsü ilə, Milli Fikir Mərkəzinin üzvlərindən ibarət, könüllülük əsasında fəaliyyət göstərən redaksiya heyəti yaradılır və “Etatist” internet qəzeti təsis edilir.Şəhriyar Məcidzadənin Milli Fikir Mərkəzinə rəhbərlik etdiyi dövrdə mərkəz, müxtəlif ictimai-siyasi simaların, şair və yazarların, professorların, tarixçilərin iştirakı ilə 60-dan çox seminar, müxtəlif tədbirlər və gənclərin müzakirələrini təşkil edib. Həmçinin onun rəhbərliyi ilə Tərtərdə radikal dini qruplaşmaların da fəaliyyəti ilə bağlı geniş araşdırma aparaq ictimaiyyətə və dövlət qurumlarına məlumat verilib.2012-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinin Sosial-siyasət komitəsi tərəfindən irəli sürülən “cinsi tərbiyyə” fənninin keçirilməsinə qarşı geniş araşdırılma aparılıb və cəmiyyətə təqdim edilib. Araşdırmada dünya ölkələrində bu fənn keçirildikdən sonra qeyri-effektiv olmasına dair və uşaq psixologiyasın mənfi təsir göstərdiyi ilə bağlı məlumatlar yer almışdı. Şəhriyar Məcidzadənin əsas arqumentlərindən biri 1960-cı ildə İran şahı Rza Şah Pəhləvinin apardığı “Ağ inqilab”a qarşı olaraq dini müxalifət yaranması və qütbə çevrilməsi idi. “Cinsi tərbiyə” məktəblərdə keçiriləcəyi təqdirdə mühafizəkar ailələr qız övladlarını məktəbə buraxmaya bilərdi bilərdi.Şəhriyar Məcidzadə Azərbaycanda dünyəvi dövlət quruluşuna qarşı olan dini cərəyanların fəaliyyətinin gündəmə gətirilməsində rol oynayıb.2015-ci ilin noyabr ayında keçirilən AR Parlament seçkilərində Şəhriyar Məcidzadə 95 saylı Tərtər seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Lakin onun namizədliyi qeydə alınmayıb, daha sonra Mərkəzi Seçki Komissiyasına etdiyi şikayətdən sonra namizədliyi təkrar qeydə alınmışdır. Həbs olunması Şəhriyar Məcidzadə 2014-cü ilin fevralın 19-u rəhbəri olduğu Milli Fikir Mərkəzinin üzvləri ilə birgə Bakıda Nəsimi heykəlinin önündə aksiya keçirib. Aksiyaya səbəb fevralın 16-ı Bakıda “Vətən” kinoteatrında gənc repçi “Kabus”un planlaşdıran konsertinin baş tutmaması olub. Polis konsertin qeyri-qanuni olduğunu bildirib və tədbirin keçirilməsinə icazə verməyib. Qərara etiraz edən Şəhriyar Məcidzadə və bir qrup gənc baş verənlərin qanunsuz olduğunu əsas gətirərək etiraz aksiyası təşkil ediblər. Lakin polisin müdaxiləsi nəticəsində aksiya baş tutmayıb. Şəhriyar Məcidzadə 4 nəfər mülki geyimli şəxs tərəfindən həbs edilərək, Mütəşəkkil Cinayətkarlara Qarşı Baş Mübarizə İdarəsinə aparılıb. 5 saat sonra, təxminən saat 19:00-da Şəhriyar Məcidzadə sərbəst buraxılıb. Şəhriyar Məcidzadə cəmiyyətdə hüquqi dövlətçilik ideyalarını təbliğ etmək üçün Respublika Günündə Sahil bağında (keçmiş "26-lar Bağı") Sovet imperializminin repressiyasını ifadə etmək məqsədilə 28 may aksiyası keçirib.1993-cü ildə Gəncədə Surət Hüseynovun dövlətə qiyamı, qeyri-konstitusion yolla hakimiyyətə gəlməsini dövlətə xəyanət kimi qiymətləndirən MFM ilə birlikdə 2012-ci ilin 4 iyun tarixində bununla bağlı aksiya keçirib.2012-ci ildə cəmiyyətdə oxumaq və maariflənmək ideyasını təbliğ etmək məqsədilə “Oxu! Özünü dərk et” aksiyası keçirilib.2014-cü ildə 283 saylı məktəbin direktoru Etatist internet qəzetinə qarşı məhkəmə iddiası qaldırır və 50 min manat tələb edir. Bundan sonra Şəhriyar Məcidzadə “Ölü təhsil-ölü nəsil” adlı tədbir keçirir, Milli Fikir Mərkəzi Təhsil Nazirliyi qarşısında aksiya təyin edir və gənclər virtual aksiya keçirib iddianın geri götürülməsini tələb edir. Oktyabr ayının 24-də iddia edənin tələbini geri götürməsi ilə bağlı mətbuata açıqlama verir və buna görə də aksiya təxirə salınır. | https://az.wikipedia.org/w/index.php?curid=445534 |
Şəhriyar Məmmədov | Şəhriyar Məmmədov (leytenant, 1988) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, 2013-cü ildə şəhid olub. Şəhriyar Məmmədov (leytenant, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, 2020-ci il Vətən müharibəsi şəhidi. | https://az.wikipedia.org/w/index.php?curid=686218 |
Şəhriyar Məmmədov (leytenant, 1988) | Şəhriyar Bayramqulu oğlu Məmmədov (28 dekabr 1988, Babək rayonu – 8 aprel 2013, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. Şəhriyar Məmmədov 1988-ci il dekabrın 28-də Babək rayonunun Qahab kəndində anadan olub. 1995–2003-cü illərdə Qahab kənd tam orta məktəbdə, 2003–2006-cı illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Hərbi xidməti 2013-cü il aprelin 8-də saat 20:00 radələrində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonunun Kəngərli istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təxtibatı nəticəsində Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Məmmədov şəhid olub. Bir gün sonra Şəhriyar Məmmədov doğulduğu Babək rayonunda dəfn olunub.. (18.12.2020) — "İgidliyə görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=480327 |
Şəhriyar Məmmədov (leytenant, 1999) | Şəhriyar Müzəffər oğlu Məmmədov (22 fevral 1999, Kalbaoruc Dizə, Naxçıvan Muxtar Respublikası – 11 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhriyar Məmmədov 1999-cu il fevralın 22-də Babək rayon Kəlbəoruc Dizə kəndində anadan olub. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Hərbi xidməti Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Məmmədov oktyabrın 11-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Babək rayon Kəlbəoruc Dizə kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamın a əsasən Şəhriyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şəhriyar Məmmədov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=686243 |
Şəhriyar Məmmədyarov | Şəhriyar Həmid oğlu Məmmədyarov (12 aprel 1985[…], Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın şahmat qrosmeysteri. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır.2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb. Erkən illəri Şəhriyar Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıtda anadan olub. Sumqayıtda 23 nömrəli məktəbi bitirib. Sinif yoldaşları ilə hər zaman yaxşı münasibəti olub. Şahmat karyerası 1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar, onun ilk şahmat məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb. O, 1996-cı ildə Şirvan şəhərində keçirilən turnirdə iştirak edərək, turnirin qalibi olmuşdur. Həmin ildə Şəhriyar Məmmədyarov Beynəlxalq açıq turnirin C qrupunda birinci yerin sahibi olmuşdur. 1997-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Milli Şahmat Çempionatında ilk dəfə iştirak edərək, 2-ci yer sahibi oldu. 1998-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Çempionatında 2-ci yerə sahib olaraq, Avstriyada keçirilən Avropa Çempionatlarında iştirak hüququ qazandı. O, həm də Azərbaycanın Zaqatala şəhərində keçirilən uşaqlar arasında Dünya Olimpiadasında 2-ci yerin sahibi olaraq Azərbaycan Milli Komandası tərkibində iştirak hüququnu qazanmışdı. Şəhriyar Məmmədyarov Türkiyədə keçirilən uşaqlar arasında Dünya Olimpiadasında öz lövhəsində gümüş medalın sahibi olmuş və bununla beynəlxalq turnirlərdə birinci müvəffəqiyyətini qeyd etmişdi. 2000-ci ildə Şəhriyar Məmmədyarov 16–18 yaşadək Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur. 2001-ci ildə Məmmədyarov 16 yaşadək Avropa Şahmat Çempionatında gümüş medalın sahibi olmuşdur. 2001-ci ildə Məmmədyarov Bakıda keçirilən gənclər arasında Avropa Şahmat Çempionatında gümüş medalın sahibi oldu. O, həmin ildə 18 yaşadək Avropa Şahmat Çempionatında 11 xaldan 10-u udaraq rekord yazmışdır. 2003-cü ildə Məmmədyarov Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilən U20 Dünya Çempionatında qızıl medalın sahibi oldu. O, həmin ildə 18 yaşadək Dünya Çempionatında qızıl medal qazanmışdır. O, 2004-cü ildə Türkiyədə keçirilən Klublar arası Avropa Çempionatında 1-ci lövhədə 1-ci yerin sahibi və "Dubay Open" turnirinin qalibi olmuşdur. 2005-ci ildə Məmmədyarov İstanbulda 20 yaşadək gənclər arasında keçirilən Dünya Çempionatında yenidən çempion titulu qazanaraq, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçı oldu. 2017-ci ildə Məmmədyarov Azərbaycanın şahmat tarixində ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. O, dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb. 2018-ci il ərzində Şəhriyar Məmmədyarov şəxsi yarışlarda Tata Stil Maters (13 – 28 yanvar, Veyk an Zee, Niderland), FİDE Namizədlər (10 – 28 mart, Berlin, Almaniya), Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şəmkir Şahmat (19 – 28 aprel Şəmkir, Azərbaycan), Altiboks Norveç Şahmat (27 may – 8 iyun, Stavanger, Norveç) turnirləri, Bil Beynəxalq Şahmat Festivalı (22 iyul – 1 avqust, Bil, İsveçrə), Sinquefield Kubokunda (18 – 27 avqust, Sent-Luis, ABŞ), komanda yarışlarında isə Azərbaycan Milli Komandasının tərkibində 43-cü Dünya Şahmat Olipmiyadası (Batumi, Gürcüstan) və Odlar Yurdu klubunun tərkibində 34-cü Avropa Klup Kubokunda (Çaldikidi, Yunanıstan) (ümumilikdə 8 beynəxalq turnir) iştirak etdi. Şəhriyar Tata Still Mastersi 8.5 xalla 4-cü bitirdi. Bu yarışdakı nəticələrindən sonra dünya reytinq sıralamasında 2-ci yerə yüksəldi.Namizədlər turnirində isə o 3 qələbə (Segey Karyakin (qara fiqurlarla), Vladimir Kramnik (ağ fiqurlarla) və Aleksandr Grişuk (ağ fiqurlarla) üzərində qələbələr), 10 heç-heçə və 1 məğlubiyyətlə (Dinq Liren (ağ fiqurlarla)) turnirin qalibi Amerika şahmatçısı Fabiano Karuanadan 1 xal az toplayaraq 8/14 xalla turniri ikinci yerdə bitirdi. Nəticədə Şəhriyar dünya çempionluğu maçına gedə bilmədi.Şəmkir Şahmat turnirində 4.5/9 xalla 4-cü oldu.Şəhriyar Altiboks Norveç Şahmat turnirində 3.5/8 xal toplayaraq 7-ci oldu.Bil Beynəxalq Şahmat Festivalı Şəhriyarın 2018-ci ildə ən uğurlu yarışı oldu. Burada o 9-cu turda dünya çempionu Maqnus Karlsenə ağ fiqurlarla 57-ci gedişdə qalib gələrək 7.5/10 xalla (ümumlikdə 5 qələbə, 5 heç-heçə) turnirin qalibi oldu həm də şəxsi canlı reytinq rekordunu yenilədi.Şəhriyar Sinquefield Kubokunda 5/9 xalla 4-cü oldu. Bu turnində Amerika şahmatçısı Uesli So üzərindəki qələbəsi diqqət çəkmişdir.Şahmat Olimpiyadası da Şəhriyar Məmmədyarov üçün şəxsi baxımdan yaddaqalan oldu. O burada Mixayıl Adams (İngiltərə), Levon Aronyan (Ermənistan), David Navara (Çexiya), üzərində qələbələr qazandı. Levon Aronyana qarşı qara fiqurlarla keçirdiyi oyun isə xüsusilə diqqət çəkdi. Bu oyunda etdiyi "fil g2" gedişi chess24.com şahmat saytında "ŞAH hücumu" başlığı ilə yerləşdirilmişdir. Ardından David Navara üzərindəki qələbə ilə öz canlı ELO reytinqini 2826.2-ə çatdıraraq şahmat tarixinin 6-cı ən güclü şahmatçısı olmuşdur. Avropa Klub Kuboku Şəhriyarın 2018-ci ildə iştirak etdiyi sonuncu klassik şahmat turniri oldu. Odlar Yurdu komandasının tərkibində 5 oyundan 3.5 xal topladı. Odlar Yurdu komandası isə yarışı 9-cu sırada bitirdi. Rapid və Blits Şəhriyar Məmmədyarov 2018-ci il ərzində Tal Memorialı (2 – 4 mart, Moskva, Rusiya), Sənin Növbəti Gedişin – Böyük Şahmat Turu 2018 birinci hadisə (Your Next Move Grand Chess Tour) (12 – 16 iyun, Leven, Belkçika), Paris – Böyük Şahmat Turu 2018 ikinci hadisə (20 – 24 iyun, Paris, Fransa), Sent-Luis – Böyük Şahmat Turu 2018 üçüncü hadisə (11 – 15 avqust, Sent-Luis, ABŞ), Tata Stil Hindistan (9 – 14 noyabr, Kolkata, Hindistan) və Dünya Çempionatı (26 – 30 dekabr, Sankt-Peterburq, Rusiya) daxil olmaqla 6 turnirdə iştirak etdi. Şəhriyar Sent-Luis turnirini 21/36 xal toplayaraq üçüncü yerdə tamamaladı. 2018-ci ildə iştirak etdiyi turnirlərdən ən uğurlusu Dünya Çempionatı oldu. Belə ki, Dünya Çempinatının rapid yarışarında Şəhriyar 10.5/15 xalla Rusiya şahmatçısı Danil Dubovdan 0.5 xal az toplayaraq dünya ikincisi oldu. Blitz yarışarında isə 13.5/21 xalla 13 oldu. Statistika və mükafatlar Şəhriyar Məmmədyarov 2018-ci ildə ümumilikdə 272 oyun keçirib: 79 oyun klassik (20 qələbə, 54 heç-heçə, 5 məğlubiyyət), 60 oyun rapid, 133 oyun blitz. Klassik oyunlarda Dinq Liren (Namizədlər Turniri), Veselin Topalov (Şəmkir Şahmat), Levon Aronyan (Altiboks Norveç Şahmat) və Fabiano Karuanaya (Şahmat Olimpiyadası) məğlub olub. 43-cü Şahmat Olmpiyadasındakı nətcələri ilə özünün canlı ELO reytinqini yeniləyərək 2826.2-ə çatdraraq şahmat tarixinin 6-cı ən güclü şahmatçısı olub. Bu nəticələrlə o, o 2018-ci ili dünya reytinq sıralaması 3-cü yerdə bitirib.Şəhriyar 2018-ci ildə "İlin İdmançısı" nominasiyasına laiq görülüb. O, həmçinin "chess.az" saytının facebook istifadəçiləri arasında keçirdiyi səsvermədə Azərbaycanda "İlin Şahmatçısı" seçilib. Şəhriyarın 2019-cu ildə ilk turniri "Tata Stil Masters" oldu. Burada çıxışı uğursuz oldu və 5/13 xal toplayaraq turniri 12-ci yerdə bitirdi. FİDE Qrand Priks seriyası 17 – 29 may Moskvada keçirilinən Qrand Priks seriyasının ilk etapında birinci turda Radoslav Voytayşekə məğlub olaraq mübarizəni dayandırdı.12 – 24 iyul Latviyanın paytaxtı Riqada keçirililən Qrand Priks seriyasının ikininci etapında finalda Maksim Vaşer Laqravı armagedon partiyasında məğlub edərək ikinci etapın qalibi oldu.10 – 24 dekabr Yerusəlimdə Qrand Priks seriyasının sonuncu — dördüncü mərhələsində səkkizdə bir finalın tay-brek qarşılaşmasında Dimitri Yakovenkoya məğlub oldu. Bununla da 2020-ci il Namizədlər Turnirində iştirak etmək şansını itirdi. Rapid və Blits Şəhriyarın ilk yarışı Cəbəli-Tariq Ustaları açıq turniri oldu. Ancaq xəstəliyi səbəbindən yarışı 8-ci turda tərk etməli oldu. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən və "Grand Chess Tour"un etaplarından biri olan "Superbet Chess Classic 2021"in 6/9 xalla qalibi olmuşdur. 30 may-10 iyun tarixlərində Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess 2022"ə qatıldı və ilk gündə keçirilən blitz mərhələsini 3-cü yerdə bitirdi. Sonrakı günlərdə keçirilən klassik mərhələni 15.5 xalla 2-ci yerdə başa vurdu. Şəxsi həyatı Şahmat icmasında "Şah" ləqəbi ilə tanınır. Futbol həvəskarıdır, Barselona klubunun azarkeşidir.Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki üç qrosmeysterdən ibarətdir: Şəhriyar Məmmədyarov, böyük bacısı Zeynəb Məmmədyarova və kiçik bacısı Türkan Məmmədyarova.Şəhriyar Məmmədyarov 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qursa da, cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb. 2017-ci ildə ikinci dəfə evlənib. Bu evlilikdən Raul və Həmid adlı iki oğlu var. Şəhriyar Məmmədyarovun oyun tərzi taktiki və aqressiv olduğu üçün, vəzirlə oynamağı daha üstünlük verir. Qrossmeyster Qriqori Serper Məmmədyarovun oyunda yaradıcı və klassik hücum tərzi, onun Azərbaycan şahmat üsulu ilə əlaqələndirir. FİDE-nin may ayının 1-nə olan reytinq sıralamasında 2770 ELO xalı ilə 7-ci sırada qərarlaşıb. Ən yüksək canlı reytinqi 30 sentyabr 2018-ci ildə 2826.2 olub. Bu nəticə ilə o şahmat tarixinin 6-cı ən güclü şahmatçısı olub. Xarici keçidlər Chess24 profili 2700chess profili | https://az.wikipedia.org/w/index.php?curid=23991 |
Şəhriyar Qasımov | Şəhriyar Vəzir oğlu Qasımov (7 noyabr 1995, Hüseynbəyli, Bərdə rayonu – 26 oktyabr 2020, Qubadlı rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhriyar Qasımov 7 noyabr 1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Bərdə rayonu Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində və Bakı şəhər Binəqədi rayonu Şəhid Rövşən İmanov adına 205 saylı orta məktəbdə təhsil almışdır. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Binəqədi rayonu filialında çalışıb. Hərbi xidməti 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətə Tovuz rayonunda yerləşən N saylı hərbi hissələrdən birində başlamışdır. Xidmət dövründə fərqləndiyinə görə ona kiçik çavuş rütbəsi verilmişdir. 2015-ci ildə hərbi xidmətini uğurla başa vurmuşdur. İkinci Qarabağ müharibəsində iştirakı Azərbaycan Ordusunun kiçik çavuşu olan Şəhriyar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanıFüzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Şəhriyar Qasımov oktyabrın 26-da Qubadlının azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=694272 |
Şəhriyar Quliyev | Şəhriyar Nəsib oğlu Quliyev (25 may 1990; Ağdam rayonu, Azərbaycan SSR — 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1997–2008-ci illərdə Sumqayıt şəhərində M. Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı. Hərbi xidməti Şəhriyar Quliyev 2008–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2016-cı ilin 2–6 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun giziri olan Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=688231 |
Şəhriyar Rəhimov | Şəhriyar Ağalı oğlu Rəhimov (6 aprel 1989, Bakı – 25 avqust 2023, Türkiyə) — müdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. Şəhriyar Rəhimov 6 aprel 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Futbol karyerasında müdafiəçi kimi oynamağa başlamışdır. 2012-ci ildə "Şüvəlan" FK-yə transfer olmuş, həmin ilin ara transferində "Rəvan Bakı" komandasında müdafiəçi mövqeyində çıxış etməyə başlayıb. 2013-il də yenidən "Şüvəlan" komandasına geri dönüb. 2015-in transfer mövsümündən "Kəpəz"də oynamağa başlamışdır. 2018-ci ildən öz peşəkar fəaliyyətini "Səbail" futbol komandasında davam etdirmişdir. 2020-ci ildə "Zirə" FK-yə transfer olmuşdur .2021-ci ildə yenidən "Səbail"ə dönmüş və 2022-ci ildə peşəkar karyerasını sonlandırmışdır. Milli yığma 2009–2010-cu illərdə Azərbaycan U-21 milli futbol komandasında oynamışdır. 2018-ci ildə Azərbaycan milli futbol komandasına çağrılmış və 2022-ci ilə kimi oynamışdır. Şəhriyar Rəhimov 25 avqust 2023-cü ildə müalicə üçün getdiyi Türkiyədə vəfat etmişdir. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. Şəhriyar Rəhimov Xırdalan qəbiristanlığında dəfn olunub. | https://az.wikipedia.org/w/index.php?curid=806182 |
Şəhriyar Sədiq Əfşar | Şəhriyar Sədiq Əfşar (1971, Takab, Qərbi Azərbaycan ostanı) — ABŞ azərbaycanlılarından olan fizik və bir çox mükafat qazanan ixtiraçı.O,2004-cü ildə Harvard Universitetində Əfşar təcrübəsinin hazırlanması və həyata keçirilməsi ilə tanınır. Xarici keçidlər Şəhriyar Əfşarın vebsaytı Arxivləşdirilib 2007-12-01 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=301636 |
Şəhriyar adına uşaq kitabxanası | Şəhriyar adına uşaq kitabxanası- Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı. Əsası 1904-cü ildə qoyulub. O zamanlar kitabxana "Neft sənayeçiləri" qurultaylar şurasının kitabxanası adlanırdı. 30 minə yaxın fəhlə yaşayan Balaxanıda yerləşirdi. Bu kitabxananın yaradılmasında maarifpərvər L.N.Barxatovanın böyük xidmətləri olmuşdur. Lidiya Nikolayevna Barxatova (1874- 1966) 1904-cü ildə Balaxanıda ilk fəhlə kitabxanasının müdiri olmuşdur. Kitabxana açılarkən onun cəmi 200 nüsxə kitabı olmuşdur. L. Barxatovanın fəaliyyəti sayəsində 4 ilin ərzində kitabxananın fondu artıq 4500 nüsxəyə çatır. 1921- ci ildə bu mədəniyyət ocağı uşaq kitabxanası kimi fəaliyyət göstərməyə başlayır və ona Bakı komissarlarından biri olan Y.Zevinin adı verilir. Y.Zevin adına uşaq kitabxanası 1972-ci ildən 400 kv metr sahəsi olan yeni binaya köçürülmüşdür. Kitabxananın 3 hissədən ibarət ayrıca kitabsaxlayıcısı, Azərbaycan dilində ədəbiyyat, rus dilində məktəbəqədər aşağı siniflər və yuxarı siniflər üçün ədəbiyyat bölmələri var idi. 1992-ci ildən bu kitabxana böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın adını daşıyır. Nadir kitabları Kitabxana azərbaycan, rus abonement, səyyar, oxu zalı və fonoteka şöbələrindən ibarətdir. O zamandan bu günümüzə kimi nadir kitabların bir hissəsi indi də kitabxananın fondunda mühafizə olunur. Məsələn: 1912-ci il Sank-Peterburqda çap edilmiş "Komediy", A.Puşkinin, Dobrolyubovun, N.Akuşinin 1914-cü ildə Moskvada çap olunmuş "Dekobristı", D.İ.Fonvizinin "Briqadir", "Nedorosl" əsərlərini, M. Qorkinin və başqa yazıçıların əsərlərini misal göstərə bilərik. XX əsrin əvvəllərində çap olunmuş dünya klassiklərinin əsərlərinə və digər nəşrlərə də rast gəlmək mümkündür. Məsələn: Alman klassiki İ.Hötenin "Faust" əsərinin 1902-ci il Sank-Peterburq nəşri, görkəmli naşir B.B.Bitnerin redaktorluğu ilə çap olunmuş "Vestnik znaniy" məcmuəsinin 1913-cü il komplekti (№ 1- 12) və b. bu qəbildəndir. Təmirdən öncə Həmçinin bax Arxivləşdirilib 2017-09-05 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=522604 |
Şəhriyar bələdiyyəsi | Şəhriyar bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə. Şəhriyar bələdiyyəsi (Sabirabad) — Sabirabad rayonunda bələdiyyə. Şəhriyar bələdiyyəsi (Şamaxı) — Şamaxı rayonunda bələdiyyə. Həmçinin bax Şəhriyar (dəqiqləşdirmə) | https://az.wikipedia.org/w/index.php?curid=362164 |
Şəhriyar bələdiyyəsi (Göygöl) | Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=356036 |
Şəhriyar bələdiyyəsi (Sabirabad) | Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=549741 |
Şəhriyar qalası | Şəhriyar qalası — orta əsrlərə aid qala. Qala Biləsuvar şəhərindən 9 km qərbdə yerləşir. Hal-hazırda qalanın yerində təpəciklər mövcuddur. Qalanın tədqiqata ehtiyacı vardır. | https://az.wikipedia.org/w/index.php?curid=391828 |
Şəhriyar İmanov | Şəhriyar İmanov (21 aprel 1989, Bakı, Azərbaycan SSR) — azərbaycanlı tarzən, Azərbaycan Respublikasının əməkdar artisti Şəhriyar Ayaz oğlu İmanov 21 aprel 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini 1994-cü ildə 4 №li musiqi məktəbində almışdır. 2002-ci ildə Bülbül adına orta ixtisas məktəbinə daxil olmuşdur. Azərbaycan Milli Konservatoriyasında bakalavr və magistr təhsili almışdır. 2013-cü ildə Azərbaycanda keçirilən III Beynəlxalq muğam aləmi festivalının I yerinə layiq görülmüşdür. Bundan sonra onun yaradıcılığında xarici səfərlərin sayı artmaqla yanaşı, muğam ifaçısı Qoçaq Əsgərov, caz ifaçısı İsfar Sarabski ilə yaradıcılıq əlaqələri yaranır. ABŞ-də "Sxsw music festival"ında, İsraildə "Oud festival"ında, Çində "Shanxai world music festival"ında, Fransada "Midem" festivalında, İsveçrə "Montreux jazz festival"ında, Almaniyada "Rudolshtat folk music" festivalında iştirak etmişdir. Bundan başqa Yunanıstanda, İtaliyada, Çexiyada, Avstriyada, Ukraynada, Moskvada, İsveçrədə, Kiprdə, Hindistanda müxtəlif konsert proqramları ilə çıxış etmişdir. Xarici keçidlər Rəsmi Video və Audio kanalları Youtube kanalı Apple Music Sosial media hesabları Instagram hesabı Facebook səhifəsi | https://az.wikipedia.org/w/index.php?curid=725402 |
Şəhriyar İsmayılzadə | Şəhriyar Əkbər oğlu İsmayılzadə (7 iyul 1994; Şirvan, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhriyar İsmayılzadə 7 iyul 1994-cü ildə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində dünyaya göz açıb. 12 №-li tam orta məktəbdə oxumuşdur. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şəhriyar İsmayılzadə Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 10 noyabr 2020-ci il tarixdə Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (05.11.2021) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=767628 |
Şəhriyar Şirvani | Məşədi Mirzə Qəni Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani (1852-?) — XIX əsr Azərbaycan şairi. Məşədi Mirzə Qəni Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani 1852-ci ildə Şamaxıda anadan olmuşdur. Köhnə üsul ilə mükəmməl təhsil almışdır. Cavan vaxtlarında altı il Teymurxanşurada yaşamış, sonra İrana getmiş, Raşt, Qum, Qəzvin şəhərlərinə səyahət etdikdən sonra Tehrana qayıdaraq orada tibb elmini öyrənmişdir. Mirzə Qəni on səkkiz il İranda qalmışdır. Vətəninə qayıtdıqda Şamaxıya getməyib, əvvəl Gəncədə, sonra isə Ağdaş va Göyçayda "Hacı Həkim" ləqəbilə təbiblik etmişdir. 1915-ci ildə Göyçayda vəfat etmiş, vaxtilə Göyçay- Ucar yolunun üstündə olan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ağdaş ədəbi dərnəyinin iştirakçılarındandır. Bəzi cünglərdə bir neçə şeiri qalmışdır. Həmçinin bax Azərbaycan ədəbiyyatı | https://az.wikipedia.org/w/index.php?curid=179404 |
Şəhriyar şəhristanı | Şəhriyar şəhristanı — İranın Tehran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şəhriyar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 516,022 nəfər və 134,378 ailədən ibarət idi. Milli tərkibi Bölgənin yerliləri sırf Azərbaycan türkləri olsa da, burada çox sayda gəlmə yaşayır ki onlar da əsasən Şərqi Azərbaycan, Zəncan, Qəzvin, Həmədan və Ərdəbil kimi bölgələrdən buraya işləmək üçün miqrasiya edən Azərbaycan türkləridir. Habelə bölgədə çox az sayda başqa etink quruplarda yaşamaqdadırlar. | https://az.wikipedia.org/w/index.php?curid=449754 |
Şəhriyar şəhəri | Şəhriyar şəhəri — Şəhriyar qalası, indiki Biləsuvar rayonu ərazisində yerləşirdi. Həmçinin bax Cəlilabad rayonu [1] Arxivləşdirilib 2016-06-24 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=493932 |
Şəhriyar Əbilov | Şəhriyar Əbilov — Tanınmış aktyor, aparıcı Əbilov Şəhriyar İbrahim oğlu 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə məktəbi birdiyi il Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsinə daxil olub. Ali təhsili iə yanaşı aktyor dərnəyində fəaliyyət göstərib. 2002-ci İldə Neft şirkətinin Günəşli Neft Yatağında neftçi (operator) işləyib, 2006-cı ildə "Qəfəs" Realiti şousunda iştirak edib və qaliblərdən biri olub. Uzun müddət restoranlarda, toylarda, konsertlərdə aparıcı kimi fəaliyyət göstərib. 2010-cu ildən bu günə kimi mütəmadi olaraq filmlərdə iştirak edir. 2011–2012-ci ildə 101 Anten FM radio kanalında DJ fəaliyyəti göstərib. 2012–2017-ci illərdə "Azad Azərbaycan TV" telekanalında Səhər proqramı ilə aparıcılığ fəaliyyətinə başlayıb, ardından Fort Boyard yarışmasında iştrakçı kimi iştrakçısı olub. "Böyük Səhnə", "Big Show", "Oyuncaq" kimi layihələrinin aprıcısı olub. 2021 ildə Aztv televiziyasında çalışır "Evimizdə" verlişinin aparıcısıdı. Filmoqrafiya Xoxan (film, 2014) Şər qarışanda (film, 2016) Zaman adlı qatar (film, 2016) Mələyin öpüşü (film, 2017) 3 badam 1 qoz (film, 2017) Lal yuxu (teleserial, 2017) Mən klounam (film, 2018) Məşhur Gəlin (film, 2018) Sevgi romanı (film, 2020) Evdə qalmış (film, 2023) Xarici keçidlər Şəhriyar Əbilov: Karyerama görə ailədən vaz keçdim — MÜSAHİBƏ Şəhriyar Əbilov: "Futbol pula görə inkişaf etdirilməməlidir" Şəhriyar Əbilov: "Ailəli qadına heç vaxt yaxın durmaram, çünki…" Şəhriyar Əbilov: "Həyat hərəkətdən ibarətdir" FOTOLAR Şəhriyar Əbilov: arzum məni həmişə irəli aparırdı Şəhriyar Əbilov: Filmlərdə ehtiraslı səhnələrə çəkilərəm, amma pornoya yox | https://az.wikipedia.org/w/index.php?curid=667098 |
Şəhriyar Əlibəyli | İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir. Təsnifləndirmə Həmçinin bax Aprel döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı Sentyabr döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=788914 |
Şəhriyar Əsgərov | Şəhriyar İsa oğlu Əsgərov (17 aprel 1991, Prişib, Cəlilabad rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhriyar Əsgərov 1991-ci il aprelin 17-də Göytəpə şəhərində anadan olub. Hərbi xidməti Azərbaycan Ordusunun çavuşu olan Şəhriyar Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Əsgərov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.06.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=696567 |
Şəhriyartəpə yaşayış yeri | Şəhriyartəpə yaşayış yeri — Biləsuvar rayonunun Nərimankənd kəndində yerləşən orta əsrlərə aid yaşayış yeri. Mənbələrdə "batmış şəhər" kimi xatırlanır. Yaşayış yerində araşdırmalar aparılmayıb. | https://az.wikipedia.org/w/index.php?curid=391827 |
Şəhriyarçay | Şəhriyarçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində çay. Arpaçayın deltasında ondan ayrılan axar. 849 m hündürlükdə Arpaçayın sağ sahilindən ayrılaraq 786 m hündürlükdə Araza tökülür. Uzunluğu 29 km.-dir. Axını boyunca Sərxanlı, Babək, Şəhriyar, Muğan və s. yaşayış məntəqələrinin təsərrüfat sahələrinin suvarılmasında istifadə edilir. | https://az.wikipedia.org/w/index.php?curid=506560 |
Şəhriz | Şəhriz — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd Rayon mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında, İrəvan - Sevan yolunun üstündə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, XIX əsr rus mənbələrində qeyd edilmişdir. Kəndin digər adı «Kərimkənd» olmuşdur. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur. Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=412535 |
Şəhrizad (roman) | Şəhrizad — Vahid Məmmədlinin bolşevik işğalından sonra vətənpərvər azərbaycanlıların üzləşdikləri faciələr, repressiya illərində məruz qaldıqları əzablı sürgün həyatlarının bədii təcəssümü olan romanı.Roman müəllifin öz (rus dilinə) tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır. Stalinin bolşevik rejimindən öncəki Bakıda təşkil etdiyi bank soyğunları, milyonçu Musa Nağıyevin oğurlanması, qarətlər, Şuşa əsilzadələri Şəhrizad və Talıbın əzablı sevgi hekayətləri və sürgün həyatı, şair Məlik Məftunun, bəy oğlu Məmmədrəsulun, mərd el ağsaqqalı Sibir Qəzənfər və digər obrazların timsalında bolşevik işğalı dövrünün təsirli hekayətində xalqın öz kökündən dönməməsi, namus və milli kimliyin qələbəsindən söhbət açılır. “Gözəlliyə olan sevgi zövq işidirsə, gözəllik yaratmaq incəsənətdir” fəlsəfəsini romanın əsas ideya xəttinə çevirən müəllif Şəhrizadın və xalçaçılıq sənətinin, sevgi və ədəbiyyatın timsalında, qadın və incəsənətin böyük bir qüvvə olduğunu, bu qüvvənin qarşısında Stalinin simasında ən güclü diktatorların da aciz olduğunu təsvir edir. Həmçinin bax Palıda sarılmış üzüm Leyli və Məcnun (roman) Xarici keçidlər Vahid Məmmədlinin Əsərlərində Real Hadisə Və Folklor Ənənələri Türkay Dergi Vahid Məmmədlinin “Şəhrizad” romanında Xalqın və Çağın obrazı - Aqşin Yenisey yazır | https://az.wikipedia.org/w/index.php?curid=790242 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.