!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şəfiqə Əliyeva
Şəfiqə Əliyeva (1 dekabr 1930, Naxçıvan MSSR – 24 noyabr 2008, Bakı) — Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Heydər Əliyevin bacısı. Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində davam etdirib. Respublikanın Əməkdar müəllimi olan Şəfiqə Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, "Canlı aləm haqqında əhvalatlar", "Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları" adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş "Mənim anam", qardaşı, mərhum akademik Aqil Əliyev haqqında "Xatirəyə dönən illərin işığında" kitablarını da qələmə alıb.Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, "Ziyalı" qəzetinin və "Elm və mədəniyyət" jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatına layiq görülüb. Şəfiqə Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Mirzə Əbdül Mirzə Əli Alagöz Məhəmməd Məşədi Əli Kərbəlayı Cəfər Əlirza Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev və Cəlal Əliyev, Rəfiqə Əliyevanın bacısıdır. İlham Əliyev, Sevil Əliyevanın bibisidir.
https://az.wikipedia.org/w/index.php?curid=832589
Şəfiyevlər
Şəfiyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. Soyun yaranması Məşədi Şəfinin törəmələri Şəfiyev soyadını daşıyırdılar Məşədi Şəfi Həlimə ilə ailə qurmuşdu. Mirzə, Hacı, Kazım, Fərəc, Şükür adlı oğlanları, Mələk və Zəri adlı qızları vardı. Soyun tanınmış nümayəndələri Sabir Şəfiyev — ictimai-siyasi xadim; Nərgiz Şəfiyeva — Azərbaycan Bəstəkarlar İttifaqının üzvü; Sənubər Şəfiyeva — geoloq-mineroloq; Dr Şəfiyev Bəşir - Dəri zöhrəvi həkimi Ənvər Çingizoğlu, Şəfiyevlər, "Soy" dərgisi, 1 (1), Bakı, 2003.
https://az.wikipedia.org/w/index.php?curid=267557
Şəfizadə Mehdixan
Şəfizadə Mehdixan (1873 Tufarqan, İran -1943 Təbriz, İran) — Cənubi Azərbaycan teatr xadimi, rejissor, İran sosial-demokrat ictimaiyyun-amiyyun("Mücahid")partiyasının Təbriz təşkilatının yaradıcılarından biri olmuşdu. 1909-cu ildə Azərbaycan artistləri dəstəsi teatr truppasını təşkil etmişdi. Polis tərəfindən təqib olunduğuna görə Tiflisə köçmüş, burada Cəlil Məmmədquluzadə, Azərbaycan və gürcü səhnə xadimləri ilə, sosial- demokratlarla əlaqə saxlamış, aktyorluqla məşğul olmuşdur. Şəfizadə 1919-cu ildə Təbrizə qayıtdıqdan sonra "Xeyriyyə teatrı" təşkilatçılarından biri olmuş, "Azərbaycan maarifinin islah və tərəqqisi uğrunda" teatr cəmiyyətində rejissorluq etmişdir (1922) "Ağa Məhəmməd şah Qacar" (Ə B Haqverdiyev)," Leyli və Məcnun"," Arşın mal alan", "Məşədi İbad"(Ü Hacıbəyov) və s əsərləri tamaşaya qoymuşdur. Səfizadənin təşəbbüsü ilə "Şir-e xorşid"( "Şir və Günəş") teatrı yaradılmışdı. Şəfizadə Cənubi Azərbaycan teatrının təşkili və inkişafında əhəmiyyətli rol oynamışdır.
https://az.wikipedia.org/w/index.php?curid=607387
Şəfqət
Şəfqət — lüğətlərdə "acıyaraq və ya qoruyaraq sevmə, mehribanlıq" olaraq qeyd olunur. Kökündə sevgi, mərhəmət və kömək duyğularının olduğu şəfqət müxtəlif fəlsəfi görüşlərdə və inanc sistemlərində fərqli anlayışlarla dilə gətirilsə də hamısında da müsbət bir duyğu və davranış forması olaraq dilə gətirilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=326651
Şəfqət Təpə (teleserial, 2010)
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi. 5-ci mövsüm eyni heyətlə davam etti. Serialın yeni adı isə Sungurlar oldu. Xarici keçidlər IMDb-də – Şefkat Tepe
https://az.wikipedia.org/w/index.php?curid=429573
Şəfqət təpə (teleserial, 2010)

https://az.wikipedia.org/w/index.php?curid=723546
Şəft
Şəft — İranın Gilan ostanında yerləşən şəhər. Rəşt şəhərindən 20 kilometr cənub-qərbdə yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Şəftdə 1700 ailədə 6158 əhali yaşayır. Şəft əhalisinin əksəriyyətini giləklər və talışlar təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=314554
Şəft şəhristanı
Şəft şəhristanı və ya Şəft bölgəsi — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. Milli tərkib Şəhristan əhalisi əsasən giləklərdən, qismən talışlardan ibarətdir. Dehestanlar Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=284372
Şəftəhal
Şəftəhal — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şəftəhal kəndi Şahhüseynli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şəftəhal kənd inzibati ərazi vahidi yaradılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=13058
Şəfəq
Şəfəq — Göyün günəş çıxan və batan tərəfədə işıqlanması. Günəş şüalarının atmosferin üst qatlarında əks olunması nəticəsində yaranır.
https://az.wikipedia.org/w/index.php?curid=145175
Şəfəq (Abşeron)
Şəfəq — Azərbaycan Respublikasının Abşeron rayonunda yaşayış məntəqəsi. 23 oktyabr 2023-cü ildə Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsi "Şəfəq" adlandırılıb.
https://az.wikipedia.org/w/index.php?curid=817827
Şəfəq (Azərbaycan qəzeti)
"Şəfəq" — Qubada nəşr olunmuş qəzet. "Şəfəq" qəzeti 1921-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Sovet dövründə Azərbaycan bölgələrindəki ilk mətbu orqanı olub. Qəzetin ilk adı "Əxbar" olub. Sonralar isə adı dəyişərək "Xəbər", daha sonra isə "Şəfəq" adlanıb. Redaksiyanın nəzdində “Gülüstan”, “Ay işığı” ədəbi məclisləri fəaliyyət göstərib. Durğunluq dövründə “Qızıl Quba” bölgə qəzetləri içərisində ədəbiyyat nümunələri dərc edən mətbu orqan olub. Leninin bağışladığı çap maşını sonralar muzeyə təhvil verilib, mətbəə ləğv edilib. Əvəzində redaksiyaya kompüter, “Niva” markalı avtomobil bağışlanılıb. Sovet dövründə həftədə 3 dəfə 10 min tirajla çıxan qəzet, sonralar ayda 2-3 dəfə əsasən 1000 nüsxə ilə çap olunur. 1920-ci ildə Moskvada keçirilən VIII Ümumrusiya Sovetlər Qurultayına nümayəndə kimi gedən o vaxt Quba Qəza İnqilab Komitəsinin sədri olan Qasım İsmayılov Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninə bir xurcun Quba almasını sovqat aparıb və bu payı Leninin köməkçisi Qarbunova verib. Sonralar “Pravda” qəzetində RSFSR Xalq Komissarları Sovetinin işlər müdiri N. P. Qorbunovun “Kubinskie nastroeniya” (Quba əhval-ruhiyyəsi) adlı məqaləsi dərc olunur: “Bu almalar adi almalar deyillər. Bu almalar Şərqin azadlığa çıxarılmasını istəyən Quba qəzası kəndlilərinin arzusunu ifadə edir” . Quba almasından dadan Lenin də qubalıların hədiyyəsinə bu rayona bir çap maşını göndərməklə cavab verib. Rayona çatan çap maşını mətbəədə yerləşdirilib və mətbəəyə Leninin adı verilib. 1921-ci ilin aprel ayının 21-də Qubada ilk rayon qəzeti “Əxbar” adı ilə nəşrə başlayıb. Qəzetin əldə olan ilk sayı 23 noyabr 1922-ci ilə aiddir. Üzərindəki qeyddən məlum olur ki, bunadək 43 sayı işıq üzü görüb və onlardan 22-si 1921-ci ildə çap olunub. Kiril əlifbasına keçid və yeni qeydiyyatdan sonra “Qızıl Quba”nın nəşrə başlama tarixi 1931-ci il göstərilib. Amma bu yanlışlıq elə sovet hakimiyyəti illərində də aradan qaldırılıb. Qəzet sovet ideologiyasına uyğun olaraq "Yeni dirilik", "Kollektivləşmə yolu", "Quba", "Qızıl Quba" adları ilə nəşr olunub və 1995-ci ildən isə "Şəfəq"adı ilə çap olunub. 1996-cı il iyul ayının 27-də o dövrdəki prezident Heydər Əliyev qəzetin 75 illik yubileyini təbrik edib. 2021-ci ilin aprel ayında "Şəfəq" qəzetinin 100 illiyi rayon icra hakimiyyətinin o vaxtki rəhbəri Ziyəddin Əliyevin təşəbbüsü ilə qeyd edilib. 2022-ci il avqust ayının 25-də Azərbaycan Prezidenti İlham Əliyev "Media haqqında" yeni qanunu təsdiq edib və yeni qanunla rayon icra hakimiyyətinin hər hansı mətbu orqana təsisçilik etməsi qadağan edilib. Beləliklə, Azərbaycanın əksər rayon qəzetləri kimi, "Şəfəq" qəzeti də 2022-ci ilin oktyabr ayından icra hakimiyyətlərinin təsisçiliyinin ləğvindən sonra fəaliyyətini dayandırıb. Həmçinin bax Qusar (qəzet) Şəki (qəzet) Zaqatala (qəzet) Şərq qapısı (qəzet) Aytəkin Alxaslı. "Qubanın 102 yaşlı rayon QƏZETİ: Onun faəliyyəti niyə DAYANDIRILIB? - FOTO". bizim.media (az.). 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28. Ayaz Yaşılyarpaq. "Bir xurcun alma hesabına çıxan qəzet..." Sputnik Azərbaycan (az.). 2016-07-23. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28. Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 Xarici keçidlər "Kölgədə qalan "Şəfəq" - İlk nüsxəsi tapılmayan bölgə qəzeti - SÖHBƏT". modern.az (az.). 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
https://az.wikipedia.org/w/index.php?curid=105754
Şəfəq (Beyləqan)
Şəfəq — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Şəfəq qəsəbəsi Komsomol kənd Sovetindən Beyləqan şəhər Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Şəfəq qəsəbəsi Beyləqan şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Şəfəq qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. Qəsəbədə "Həzrəti Cərciz Peyğəmbər" məscidi dini icması fəaliyyət göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=344821
Şəfəq (Goranboy)
Şəfəq, Mollavələdli — Azərbaycan Respublikasının Goranboy rayonunun Şəfəq kənd inzibati ərazi dairəsində kənd. Gəncə-Qarabağ əyalətinin 1727-ci il tarixli müfəssəl dəftərində Gəncə qəzasının Şuturbasan nahiyəsində Mollavələdli kəndinin olduğu göstərilir. 1804-cü il Gəncəbasarın kameral təsvirində 6 ev olmaqla Mollavələdli kimi qeydə alınmışdır. Toponimikası Kəndin keçmiş adı Mollavələdli olmuşdur. Yaşayış məntəqəsini mollavələdli (mollauşağı) nəslinə mənsub ailələr salmışlar. 1930-cu ildə kəndin adı dəyişdirilmiş və rəsmi olaraq Şəfəq adlandırılmışdır. Oykonim "işıqlı" həyata, gələcəyə inamı əks etdirir.Kənd Murovdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində, dəniz səviyyəsindən 678 metr hündürlükdə yerləşir. Qərbdən Qaraçinar, şərqdən Zeyvə kəndləri ilə qonşudur. Tarixi abidə Goranboy rayonu Şəfəq kənd qəbiristanlığının ərazisində yerləşən, XII–XIII əsrlərə aid memarlıq abidəsidir. Kəsik dairə formalı türbə qırmızı kərpic və çay daşından Arran memarlıq üslubunda hörülmüşdür. Hündürlüyü 1.2 m, divarın eni 40 sm, giriş qapısının hündürlüyü 0.5 metrdir. Eni 1 metr olan səkkiz guşədən ibarətdir. Guşələr arasında kərpiclər 7 sm kənara çıxmışdır. Yarı uçuq vəziyyətdədir. Arxeoloq A. Məmmədov tərəfindən tədqiq olunmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 745 nəfər yaşayır. Həmçinin bax Goranboy rayonu Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=106132
Şəfəq (Göyçə)
Kərkibaş, Şəfəq — Göyçə mahalının Basarkeçər rayonuda kənd. İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. XIX əsrin əvvəllərində yaşamış Kərkibaş tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd rayon mərkəzi Basarkeçərdən (Vardenis) 13 km məsafədə yerləşir. 25 may 1967-ci ildə kəndin adı Şəfəq, 19 aprel 1991-ci ildə kəndin adı Vanevan qoyulmuşdur. Mədəniyyəti Kərkibaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir. Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şəfəq, Ermənistan prezidentinin 19. IV.1991-ci il tarixli formanı ilə yenidən dəyişdirilib Vanevan qoyulmuşdur. Kənddə 1873-cü ildə 183 nəfər, 1886-cı ildə 255 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 306 nəfər, 1914-cü il nəfər, 1916-cı ildə 369 nəfər azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşdur. 1920-ci ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ qalanları öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 166 nəfər, 1926-cı ildə 174 nəfər, 1931-ci ildə 224 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır. Görkəmli şəxsiyyətləri Ağ Aşıq — ustad aşıq Elbrus Cəfərov — İstanbul Texniki Universitetinin Aero-Kosmik fakültəsinin kafedra müdiri (1996 – indi), professor (1987). "Ən yaxşı ixtiraçı" (1981), Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü (1988), İqtisadiyyatı Əkinçilik və heyvandalıq
https://az.wikipedia.org/w/index.php?curid=695634
Şəfəq (dəqiqləşdirmə)
Şəfəq — Göyün günəş çıxan və batan ərəfədə işıqlanması.QəzetlərŞəfəq (Azərbaycan qəzeti) — Sovet dövründə Qubada nəşr olunmuş qəzet. Şəfəq (İran qəzeti) — Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan qeyri-leqal qəzet. Şəfəq (qəzet, İraq)Yaşayış məntəqələriŞəfəq (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonu inzibati ərazi vahidində kənd. Şəfəq (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Şəfəq (Göyçə) — Göyçədə kənd. Şəfəq (Abşeron)
https://az.wikipedia.org/w/index.php?curid=123206
Şəfəq (qəzet, İran)
Şəfəq qəzeti — 1910-cu ildə Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan demokrat təşkilatının qeyri-leqal mətbuat orqanı. Bu qəzet öz kəsərli yazıları ilə xüsusilə fərqlənir, milli istiqlaliyyət və demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi. «Şəfəq» qəzetinin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdu. Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu. 1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılara və dinc əhaliyə qarşı azğınlıq və soyğunçuluq əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetində, habelə mühcir mətbuatında dərc olunub yayılırdı . Həmçinin bax Cənubi Azərbaycan mətbuatı
https://az.wikipedia.org/w/index.php?curid=570325
Şəfəq (qəzet, İraq)
"Şəfəq" (qəzet) — ədəbi, elmi, ictimai dərgi. Şəfəq qəzetinin ilk səhifəsində "On beş gündə bir çıxan ədəbi, elmi, ictimai ərəb və kürd dillərində dərgidir… Hələlik ayda bir dəfə çap edilir" ifadəsinin olduğu dərginin sahibi Süleymaniyyəli istefada olan polkovnik-leytenant Abdulqadir Bərzənci, maliyyə işləri müdirü Süleymaniyyəli Əli Bapir idi. Dərginin redaksiyası sahibinin qaldığı Umeyra otelində bir otaqda idi. İlk sayı 1958-ci il yanvarın 15-də çap edilmiş dərgi Kərkükdə "Şimal" mətbəəsində çap edilirdi. Nüsxəsi 70 filisə satılan "Şəfəq"in illik abunəsi bir dinar idi. Dərginin ilk sayındə mətbu orqanın məqsədini bildirən baş məqalədə kürd və ərəb xalqlarının fikirlərinin yaxınlaşdırılması, bunu yerli türkmanların anlayış göstərərək dəstəkləmələri bildirilirdi. Dərgi sanki başqa şəhərdə çap edilirmiş kimi, Kərkük toplumunun mədəniyyəti və ədəbiyyatından bəhs etmirdi. Buna görə də rəğbət görməyib boykot edilən "Şəfəq"in ikinci il həcmi kiçildilib və "Beh yan", yəni, "Bəyan" adı ilə ancaq kürd dilində çap edilməyə başlanıb. 1959-cu il may ayında dərginin 4-cü sayındən sonra onu izləmək mümkün olmayıb. Həmçinin bax İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=617161
Şəfəq (roman)
Sübh (ing. Breaking Dawn) — Alatoran romanlar seriyasın dördüncü cildi. 2011-2012-ci illərdə kitabın əsasında iki film ekranlara çıxdı.
https://az.wikipedia.org/w/index.php?curid=366527
Şəfəq (İran qəzeti)
Şəfəq qəzeti — 1910-cu ildə Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan demokrat təşkilatının qeyri-leqal mətbuat orqanı. Bu qəzet öz kəsərli yazıları ilə xüsusilə fərqlənir, milli istiqlaliyyət və demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi. «Şəfəq» qəzetinin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdu. Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu. 1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılara və dinc əhaliyə qarşı azğınlıq və soyğunçuluq əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetində, habelə mühcir mətbuatında dərc olunub yayılırdı . Həmçinin bax Cənubi Azərbaycan mətbuatı
https://az.wikipedia.org/w/index.php?curid=706504
Şəfəq Hüseynli
Şəfəq Hüseynli — Azərbaycan Milli Antidopinq Agentliyininen (AMADA) direktoru, Avropa Şurası Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi, Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun "İdmançıların ədalət mühakiməsinə və ədalətli dinləmələrə çıxışı" üzrə Ad Hoc Ekspertlər Qrupunun (T-DO HR) sədr müavini, Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun (WADA EAG) üzvü. Hüseynli Şəfəq Tofiq qızı 31 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rus və İngilis dillərini bilir, 2 övladı var. 2007–2016-ci illərdə idman və sağlamlıq üzrə konsaltinq sahəsində fərdi sahibkarlıqla məşğul olaraq şirkət idarə edirdi. 2016-cı ildən etibarən Şəfəq Hüseynli Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru vəzifəsinə təyin edilmiş və ölkə ərazisində ona həvalə edilmiş dopinqlə mübarizə siyasətinin həyata keçirilməsinə başlamışdır. Fəaliyyəti zamanı AMADA-da dürüstlük, şəffaflıq, qərəzsizlik və hesabatlılıq prinsiplərinə əsaslanan Ümumi Keyfiyyət İdarəçiliyini tətbiq etmişdir. 2018-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya Gündəliyi 2020" Komissiyasına antidopinq üzrə ekspert qismində cəlb edilmişdir. Dopinqlə mübarizə fəaliyyətinə başladıqdan sonra, Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2019-cu ildən etibarən Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun üzvü seçilmiş və Ümumdünya Antidopinq Agentliyinin milli antidoping qurumları üzrə təlimatların və strategiyaların hazırlanmasında iştirak etməyə başlamışdır. Həmin ildə Belarusiyanın Minsk şəhərində keçirilən 2-ci Avropa Oyunlarına Ümumdünya Antidopinq Agentliyi tərəfindən müstəqil müşahidəçi kimi seçilmiş və həmin Oyunların Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara əsasən keçməsinin monitorinqini həyata keçirmişdir. Avropa Şurası Antidopinq Konvensiyasının Monitorinq Qrupu və YUNESKO-nun "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyasının Tərəflərin Konfransında Azərbaycanın nümayəndə heyəti qismində iştirak edən Şəfəq Hüseynli, beynəlxalq müstəvidə antidopinq üzrə qurumların fəaliyyətində aktiv işitrak edərək AMADA-nı peşəkar və qabaqcıl təşkilatlardan biri kimi tanıtmışdır. Məhz bu səbəbdən, 8 may 2019-cu ildə Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun iclası zamanı "İdmançıların ədalət mühakiməsinə və ədalətli dinləmələrə çıxışı" üzrə Ad Hoc Ekspertlər Qrupunun (T-DO HR) sədr muavini və 24 oktyabr 2019-cu ildə Avropa Şurası Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) iclasında CAHAMA-nın gender bərabərliyi üzrə məruzəçisi seçilmişdir. 2019-cu ilin dekabr ayında Avropa Şurası tərəfindən Antidopinq Konvensiyasına uygunluğun yoxlanılması məqsədilə qiymətləndirmə qrupunun üzvü seçilmişdir və Avropa ölkəsinin monitorinqində iştirak etmişdir. 23 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin "Tədris-Metodiki Şurası"nın üzvü seçilmişdir. 2020-ci il ərzində Ümumdünya Antidopinq Agentliyinin Təhsil Komitəsinin üzvü seçilmiş və Agentliyin təhsil üzrə inkişaf istiqamətlərinin hazırlanmasında iştirak etmişdir. Beynəlxalq layihələri İnsan hüquqları üzrə Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun "İdmançıların ədalət mühakiməsinə və ədalətli dinləmələrə çıxışı" üzrə Ad Hoc Ekspertlər Qrupunun (T-DO HR) sədr müavini seçildikdən sonra, Şəfəq Hüseynli dünyada antidopinq icraatları zamanı idmançı hüquqlarının qorunmasının hansı dərəcədə təmin edilməsinin araşdırılması və bu istiqamətdə tədqiqatların aparılması üçün ilk irimiqyaslı beynəlxalq layihənin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmiştir. Həmin layihə Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun 17–18 dekabr 2020-ci il tarixində keçirilən 52-ci iclasında təqdim edilmiş və bütün iştirakçı dövlətlər bu təşəbbüsü müsbət qarşılamışdır. Öz növbəsində Avropa Şurası layihəni dəstəkləyərək, Şuranın əsas dəyərlərindən olan insan hüquqlarının qorunması istiqamətində bu layihənin gələcəkdə atılacaq addımlara mühüm töhfə olmasını vurğulamış və bütün ölkələri layihədə iştirak etməyə çağırmışdır. Şəfəq Hüseynlinin rəhbərlik etdiyi bu layihənin nəticəsində bütün dünyada idmançıların ədalətli dinləmələrə çıxışının və qərarların qərəzsiz və müstəqil qaydada qəbul edilməsinin hansı dərəcədə olması müəyyən edilərək antidopinq icraatlarının boşluqları və uyğunsuzluqlarını müəyyən ediləcək və Avropa Şurasının bu sahədə dövriyyə etdiyi ədalətli dinləmə üzrə tövsiyəvi sənədin tətbiqinin həyata keçirilməsini monitorinqi aparılacaqdır. Layihə Avropa, Asiya, Amerika, Afrika qitələrindən və Okeaniyadan olan 60-dan çox Milli Antidopinq Təşkilatlarını, habelə Ümumdünya Antidopinq Agentliyi, Beynəlxalq Olimpiya Komitəsi və Avropa İttifaqının idmançı təşkilatları, və müxtəlif ölkələrdən olan idmançılar əhatə edir. Tədqiqat üzrə yekun hesabat Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun 2021-ci ilin sonunda keçiriləcək icrasında təqdim ediləcəkdir. Gender bərabərliyi üzrə Avropa Şurası Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi seçildikdən sonra, Şəfəq Hüseynli antidopinq sahəsində bu istiqamətdə fəaliyyətə başlayıb. 2021-ci ilin mayın 10–11-də CAHAMA-nın 53-cü iclasında Şəfəq Hüseynli dünya üzrə antidopinq sahəsində gender bərabərliyi barədə məlumatsızlığın mövcud olması, gender balansının dopinqlə mübarizənin idarə edilməsində xüsusi əhəmiyyətini qeyd edərək hazırda Avropa Şurasının prioritetlərindən biri və BMT-nin dayanıqlı inkişaf məqsədi olan gender bərabərliyinə nail olmaq üçün bu sahədə vacib addımlar atılmasını vurğulayıb. Bununla bağlı, Şəfəq Hüseynli Avropa Şurası ölkələrinin və Ümumdünya Antidopinq Agentliyinin nümayəndə heyətinə antidopinqdə gender bərabərliyin inkişaf etdirilməsi layihəsinə başlayacağını elan edib. Layihənin məqsədi Ümumdünya Antidopinq Agentliyi, Avropa Şurasının müxtəlif dövlətlərarası qurumların və milli və beynəlxalq antidopinq təşkilatları arasında gender balansı haqqında məlumatın və daxili qaydaların təhlil edilməsi və Avropa Şurasının strateji prioritetlərindən hesab edilən gender bərabərliyin antidopinq sahəsində gücləndirilməsidir. Layihənin əhəmiyyətli və vacib olduğunu nəzərə alaraq, Avropa Şurası həmin layihənin birgə həyata keçirilməsini təklif edərək layihəyə qoşulmuşdur. Üzv olduğu beynəlxalq cəmiyyətlər New York Academy of Sciences World Wide Fund for Nature International Solar Energy Society
https://az.wikipedia.org/w/index.php?curid=708666
Şəfəq Türküsü
Şəfəq Türküsü Nevzat Çelikin eyni adlı şeir kitabı da olan şeiridir. Kitab 1984-cü ildə Akademiya Kitabevi Uğur Mükafatını qazanmışdır. Şeirin mövzusu Şeir bütövlükdə 280 misradan ibarətdir. Bir edam məhbusunun anası ilə vidalaşması mövzusuna yönəlib. Nevzat Çelik, 12 sentyabr çevrilişindən sonra həbslər nəticəsində bir çoxları ilə birlikdə edam cəzası ilə mühakimə olundu. Onun sözlərinə görə, bu, çox yaxın, tanış insanların edamlarının baş verdiyi bir mühitdə, verdiyi psixologiya ilə yazılmışdır. 1985-ci ildə 95 misrası Əhməd Qaya tərəfindən bəstələnmiş və mahnısı ifa olunmuşdur. O, 1986-cı ildə təqdim olunan bir albomuna bu adı verib.
https://az.wikipedia.org/w/index.php?curid=795531
Şəfəq bələdiyyəsi
Şəfəq bələdiyyəsi (Beyləqan) — Beyləqan rayonunda bələdiyyə. Şəfəq bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə.
https://az.wikipedia.org/w/index.php?curid=353250
Şəfəq bələdiyyəsi (Beyləqan)
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115451
Şəfəq bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=353731
Şəfəq quşu
Erithacus rubecula (lat. Erithacus rubecula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin erithacus cinsinə aid heyvan növü. Döşü şəfəq rəngində olduğuna görə ona şəfəq quşu deyirlər. Bu quş çox soyuq iqlimdə yaşaya bilir. Ona görə də qışda başqa ölkələrə uçmur. Balaları uçmaq öyrənənə kimi onlara yem daşıyır. Şəfəq quşu cəld quşdur, onun gözəl səsi var. Ən çox Avropada, Qərbi Asiya, Şimali Afrikada və Şərqdə məskunlaşır. Ormanlar və hər cür parklarda, çox vaxt insanın sığınacaq yerində yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=731118
Şəfəq vaxtı
Şəfəq vaxtı və ya Dan — günəş doğmazdan əvvəl görülən alatoranlığın vaxtıdır. Bu zaman günəşin şüaları zəifdir, günəş hələ qalxmayıb və üfüqün altındadır. Sübh və günəş doğuşu arasındakı alatoranlıq müddəti bölgənin eninə görə dəyişir. Məsələn, bu fərq tropiklərdə bir neçə dəqiqədir, ancaq qütblərdə saatlarca ola bilər.
https://az.wikipedia.org/w/index.php?curid=608245
Şəfəq və Asiman qaz yatağı
Şəfəq və Asiman — Xəzərin Azərbaycan sahilində, Bakının 125 kilometr cənub-şərqində yerləşən qaz-kondensat yatağı. Şəfəq və Asiman strukturları əvvəllər müvafiq olaraq D8 və D10 adlanırdı. Şəfəq və Asiman strukturlarının öyrənilməsi üçün qarşılıqlı anlaşma haqqında memorandum 13 iyul 2009 tarixində imzalanmışdır. İlkin razılığa görə, dəniz bloku BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (abr. SOCAR) tərəfindən birgə hazırlanacaqdı. Qarşılıqlı anlaşma haqqında memorandum SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Kəşfiyyat və Hasilat üzrə icraçı direktor Endi Aynqilis tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və keçmiş Böyük Britaniya Baş Naziri Qordon Braunun iştirakı ilə imzalanmışdır. Qarşılıqlı anlaşma memorandumundan sonra, BP-nin prezidenti Toni Heyvardın Azərbaycana səfəri zamanı Rövnəq Abdullayev və BP Azərbaycanın prezidenti Rəşid Cavanşirin 6 iyul 2010 tarixində imzalanması ilə əsas kommersiya prinsipləri haqqında razılığa gəliblər. Şəfəq və Asiman blokunun inkişafı BP tərəfindən idarə olunan Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin uzadılması kimi qiymətləndirilir. Kəşfiyyat işlərinin 2016-cı ilin ikinci yarısında başlaması və 2017-ci ilin ikinci yarısında davam etməsi gözlənilir. Həmçinin bax Azəri-Çıraq-Günəşli Ümid qaz yatağı
https://az.wikipedia.org/w/index.php?curid=519373
Şəfəq Əlibəyli
Əlibəyli Şəfəq Ənvər qızı — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümələr" şöbəsinin müdiri, filologiya elmləri doktoru. Şəfəq Əlibəyli 1949-cu ildə Bakı şəhərində şair Ənvər Əlibəylinin ailəsində anadan olmuşdur. Bakı şəhəri 190 saylı orta məktəbi bitirdikdən sonra BDU-nin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil almışdır. Oxuduğu müddətdə Lenin Təqaüdünə layiq görülmüş və 1971-ci ildə həmin fakültəni Fərqlənmə Diplomu ilə bitirmişdir. 1971-1973-cü illərdə Əfaqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işləmiş, həmin illərdəki yüksək səviyyəli tərcüməçilik fəaliyyətinə görə Ümumittifaq Gənclər İttifaqının Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1973-cü ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlamışdır. 1985-ci ildə Gürcüstan Dövlət Universitetində «Fars dilində antonimlərin struktur-semantik təsnifatı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə Azərbaycan KPMK nəzdində Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsinə daxil omuş, 1990-cı ildə həmin fakültəni Fərqləmə Diplomu ilə bitirərək ictimai-siyasi işçi ixtisasına yiyələnmişdir. Şəfəq Əlibəyli elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı müəllimi işləmişdir. 2004-cü ildən başlayaraq Ş.Əlibəyli həm də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümə" şöbəsinə rəhbərlik edir. O, hərbi- tərcüməçi ixtisası üzrə ehtiyatda olan zabitdir. Ş.Əlibəyli həm də yaradıcı insandır. Elmi-pedaqoji fəaliyəti ilə yanaşı poetik tərcümə ilə də məşğuldur. Onun farsdilli ədəbiyyatdan etdiyi tərcümələr bir sıra konfranslarda səslənmiş və müxtəlif məcmuələrdə dərc olunmuşdur. Bir sıra şeirlərinə nəğmələr bəstələnib. Elmi fəaliyyəti Şəfəq Əlibəyli 1985-ci ildə filologya elmləri namizədi (PhD), 2010-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Dilçilik üslubiyyatı, leksikologiya və leksikoqrafiya sahəsində farsdilli mənbələr əsasında apardığı tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. İki monoqrafiya və bir lüğət müəllifidir: «Fars dilində antonimlər» (rusca), «Füzulinin farsca divanı: linqvo-poetik özəllikər», “Farsca-rusca-azərbaycanca müxtəsər lüğət ”. Onun ikiyüzə qədər elmi məqaləsi vardır. Klassiklərimizin farsdilli əsərlərinin dil və üslub məsələlərini tədqiq edən alim, dəfələrlə xarici ölkələrdə Beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, Fəxri Fərmanlarla təltif olunmuşdur. Ölkəmizdə və xaricdə elmi ictimaiyyət tərəfindən tanınan müəlliflərdəndir. Onun elmi məqalələri İranda, Rusiyada, Türkiyədə, Qazaxıstanda, Gürcüstanda, Çexoslavakiyada dərc olunmuşdur. Ş. Əlibəyli Respublikamızın elmi həyatında fəal iştirak edən alimlərdəndir. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə Ekspert Şurasının üzvü,“Türkoloyiya” jurnalında Şərq ölkələri üzrə sahə redaktoru kimi fəaliyyət göstərmişdir. Ş.Əlibəyli 4 dissertanta elmi rəhbərlik edir. Beynəlxalq simpozium, konfrans və seminarlarda iştirak Fars dili və ədəbiyyatı müəllimlərinin IV Beynəlxalq konfrası. Tehran - 2004. «Türk dünyası, Azərbaycan və Türkiyə» mövzusunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq elmi-praktik simpozium. Bakı- 2004. Beynəlxalq İranologiya konfrans. Tehran- h.1383. Nəvai - Nizami yaradıcılığı və tarixi dövr. Beynəlxalq Konfrans. Səmərqənd - 2010. İran və Qafqaz (tarixi və mədəni əlaqələr). Beynəlxalq Konfrans. Tiflis - 2010. “Ölməz sufi şairlərinin - Sədi, Hafiz, Xəyyam və Mövlananın müdriklik və düşüncələrinin XXI əsrdə aktuallığı” mövzusunda Beynəlxalq elmi konfrans. Hinditan Gvahati Universiteti - 2015. Mükafatları Elmi fəaliyyətinə görə “Avropa Nəşr Mətbu Evi” tərəfindən Qızıl medalla təltif olunmuşdur.Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə Şəfəq Əlibəyli "İlin alimi" ali media mükafatına layiq görülmüşdür. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər. Bakı: «Nafta-press» nəşriyyatı, 2008. 353 s. Farsca-rusca-azərbaycanca müxtəsər lüğət. Bakı: “Nafta-Press” nəşriyyatı, 2012. 448 s. Tərcümələri Foruğ Fərruxzad. Şeirlər, «Şərq» tərcümə toplusu, AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, №1, Bakı: «Araz», 2004, s.190-210. «Şərq» tərcümə toplusu, AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, № 2, Bakı: «Araz», 2005, № 6, Bakı: «Araz», 2009. Əmir Xosrov Dəhləvi. Qəzəllər və tapmacalar, «Şərq» tərcümə toplusu, AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, №1, Bakı: «Nurlan», 2006, s.126-129. Həbibulla Sənayi Puya. Rübailər, «Şərq» tərcümə toplusu, AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, №1, Bakı: «Nurlan», 2006, s.328-330. Hafiz Şirazinin şeirləri , Böyük İran şairi Hafiz Şirazi, AMEA, Şərqşünaslıq İnstitutu, Bakı: 2002, s. 58-79. Şəhriyarın məsnəvisi “Mevlana xanəgahında”, “, Hikmət” 2012, №19, s.91- 99. Seçilmiş əsərləri Füzulinin farsca divanında diqlossiya. AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu, «Elmi araşdırmalar» elmi-nəzəri məqalələr toplusu. Bakı: «Nurlan» nəşriyyatı, 2000, №3-4. s.137-140 Nəsimi və Füzulinin farsca divanında ortaq məqamlar. «Azərbaycan» ədəbi-bədii jurnalı. Bakı: «Azərbaycan» nəşriyyatı, 2006, № 3. s.177-183 Mənzum lüğətlərin Şərqdə ikidilliliyin yayılmasında rolu. 2-ci Uluslararası Türk-İran dil ve Edebiyyat İlişkileri sempozyumu, Tehran 11-12 may 2014. s. 10-13 Əli Badikubinin mənzum lüğəti - «Təcridü-l-lüğət» əsəri haqqında. Azərb.EA Şərqşünaslıq İnstitutu, Şərqin aktual problemləri: tarix və müasirlik elmi konfransının materialları, Bakı, 1994 s. 71-73 Füzulinin təxəllüsünün avtoqraf epitetləri. AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu, «Elmi araşdırmalar» elmi-nəzəri məqalələr toplusu. Bakı: «Nurlan» nəşriyyatı, 2003, №1-2. s.180-184 Poetik təvazökarlıq və qürur vəhdəti (Füzulinin farsca divanını oxuyarkən). «Azərbaycan» ədəbi-bədii jurnalı. Bakı: «Azərbaycan» nəşriyyatı, 2003, № 6, s.197-201 Sadəlik-poetik üslubu məziyyət kimi (Sədi və Füzuli şeirində). Böyük İran şairi Sədi Şirazi, AMEA Şərqşünaslıq İnstitutu, 2003. s.180-192 Firdovsi və Füzuli nəzmində “nur və zülmət” əksliyi. «Risalə» araşdırmalar toplusu. Bakı: «Nurlan» nəşriyyatı, 2005, № 2, s.52-62 Bədən mülkü (Füzulinin farsca divanında somatik adlar). AMEA akad. Z.M. Bünyadov adına Sərqşünaslıq İnstitutu, «Şərq filologiyası məsələləri», I buraxılış. Bakı: «Nurlan» nəşriyyatı, 2005. s. 387-415 Xaqani rübailərində təkrar nəfisliyi. «Mizan» İslam araşdırmaları toplusu №8, Ərdəbil, 2006 s.16-25 Mevlana şeirində söz və sükutun poetik dialektikası. UNESKO mevlana yilinda Uluslararası VII. Dil, yazım, deyişbilim sempozyumu 02-05 Mayıs, Konya 2007 s.201-206 Füzulinin farsca divanında “sevgi” sözünün sinonim sırası. «Risalə» araşdırmalar toplusu. Bakı: «Nurlan» nəşriyyatı, 2006, № 3 s.52-62 Sükutun səsi... (Füzulinin farsca divanında “sükut” sözünün üslubi və semantik çalarları). «Risalə» araşdırmalar toplusu. Bakı: «Nurlan» nəşriyyatı, 2008, № 5. s.19-36 Nizami əsərlərində akustik obrazlar. Azərbaycan şərqşünaslığı jurnalı, №3 (9), 2012. s.18-21 Məhsəti rübailərinin üslubi özəllikləri (farsdilli ədəbiyyat kontekstdə). Gəncə Dövlət Universiteti, Elmi Xəbərlər № 3, Gəncə 2013. s.10-16 Nəvai və Füzulinin farsca divanlarında antroponimlərin struktur-semantik eyniliyi. Nəvai - Nizami yaradıcılığı və tarixi dövr adlı Beynəlxalq Konfransın materialları, Səmərqənd: 2010 s. 22-25 Füzulinin farsca divanında favorit sözlər. «Elmi araşdırmalar» toplusu. Bakı: «Nurlan» nəşriyyatı, 2011. s. 650-655 Füzulinin farsca divanında «kölgə» leytmotiv. “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans 1- 2 iyun 2011-ci il, Bakı. s. 284-286 Nizami “Xəmsə”sində “səs” semantikalı obrazlar. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Gəncəvivin 875 illik yubileyinə həsr olunmuş Respublika Konfransı, Bakı, 2016. s.234-237 Məhəmməd Füzuli yaradıcılığında akustik obrazlar və musiqi alətlərinin bədii funksiyaları. “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı. Bakı şəhəri, 9-19 mart 2013-cü il Fuzuli ve Baki Divanlarında “Ses” konsepti. Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar. Beynəlxalq Konfrans Bakı, 14-15 noyabr 2016. s.282
https://az.wikipedia.org/w/index.php?curid=488433
Şəfəq Əliyeva
Şəfəq Əliyeva (tam adı: Şəfəq Rəsul qızı Əliyeva; 6 noyabr 1956) — Azərbaycan teatr, televiziya, kino və dublyaj aktrisası, Azərbaycanın əməkdar artisti (2013). Şəfəq Rəsul qızı Əliyeva 1956-cı ildə anadan olmuşdur. Səhnədə 1976-cı ildən fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. "Sən nə üçün yaşayırsan?" tamaşasında Leyla ilk roludur. Adil İsgəndərovun yetirməsidir. Teatrda Viktoriya ("Yaddaş ağrısı"), Qətibə (Ə. Əmirli, "MMS"), Yasəmən ("Qaraca qız"), nağılçı (Əlibaba və qırx quldur) kimi obrazları yaratmışdır. Aktrisa dublyaj sahəsində də ixtisaslaşmış aktrisalardan biridir. Bir çox yerli filmi səsləndirmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. Bir neçə televiziya tamaşalarında, reklam filmlərində rol almışdır. Mükafatları Həyat yoldaşı Rafiq Əliyev də Gənc tamaşaçılar tetarında rejissor vəzifəsində çalışır. Bir oğlu, bir qızı var. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Dövlət Gənc Tamaşaçıları Teatrında əsas rolları: . Leyla - («Sən nə üçün yaşayırsan?», İmran Qasımov, Həsən Seyidbəyli) . Şahzadə xanım - («Danışan gəlincik», Abdulla Şaiq) . Lalə - («Ərizə», Əli Əmirli) . Bənövşə - («Açıl bənövşəm, açıl», İskəndər Coşğun) . Ceyran - («Mahmud və Məryəm», Elçin) . Çiçək – («Ana laylası», İskəndər Coşqun) . Nağılçı – («Əlibaba və qırx quldur», Ərəb xalq nağılı) . Yasəmən – («Qaraca qız», Süleyman Sani Axundov, Abdulla Şaiq) . Firuzə - («Ölüm hökmü», Elçin) . Fərqanə – («Yaddaş ağrısı», Hüseynbala Mirələmov) . Fatma xala – («Ağ dəvə», Elçin) . Ceyran – («Çal oyna», İskəndər Coşğun) . Ağbulaq – («Sarıköynək günəşi necə gətirdi?», Nəriman Qocaoğlu) . Güllü – («Mağara», Aygün Həsənoğlu) . Qonşu qadın («Viktoriya» K.Hamsun) . Missis Meyli («Oliver Tvistin macəraları» Ç.Dikkens) . Mariya («Əcəl atı» V.Əlixanlı) . Qətibə («Mən səni sevirəm- M.S.S» Ə.Əmirli) . Gövhər xanım («Məhv olmuş gündəliklər» İ.Əfəndiyev) . Ledi Montekki («Romeo və Cülyetta» U.Şekspir) . Meq Folan – («Lineyn vilayətinin Gözəllik kraliçası» M.Makdonax) . Qoca ördək - (“Çirkin ördək balası” H.X.Andersen) . Həqiqət - (“Miras” H.Mirələmov) .Anac toyuq, qarı- (“Çirkin ördək balası” H.X.Andersen) . Həqiqət - (“Miras” H.Mirələmov) Filmoqrafiya Anlamaq istəyirəm (film, 1980)(ikiseriyalı bədii film)-dublyaj: Fəridə (Zemfira Sadıqova) Sən nə üçün yaşayırsan?-Leyla Gəl qohum olaq (film, 2001) Cavanşir (film, 2002) Dənizin prelüdiyası (film, 2003) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) Sirr (serial, 2012) Muradına çatan Günəş Son hədd (teleserial, 2013) Ümid işığı (film, 2014) Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov (film, 2016) Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016) İmtahan (teleserial, 2017) - Hava Köhnə çamadanlar (film, 2022) Teatrdakı rolları Yaddaş ağrısı - Viktoriya MMS - Qətibə Qaraca qız - Yasəmən Əlibaba və qırx quldur - nağılçı
https://az.wikipedia.org/w/index.php?curid=37410
Şəfəqlər burada sakitdir (film, 1972)
Film Böyük Vətən müharibəsi illərində baş verən hadisələrdən bəhs edir. Starşina Fyodot Vaskovun (Andrey Martınov) komandalıq etdiyi beş zenitçi qızdan ibarət kəşfiyyat dəstəsi böyük qəhrəmanlıqlar göstərir, sonda Fyodot Vaskovdan başqa bütün kəşfiyyat dəstəsi faşistlərlə döyüşdə həlak olur. Film iki hissəlidir: Mükafatları Almatıda keçirilən Ümumittifaq kinofestivalının birincilik prizi — 1973 Venesiyada keçirilən Venesiya Film Festivalı birincilik prizi — 1972 "Sovet ekranı" jurnalında 1972-ci ilin ən yaxşı filmi sorğusunun qalibi — 1972 "Xarici dildə ən yaxşı film" kateqoriyasında Oskar mükafatı nominasiyası — 1973 SSRİ dövlət mükafatı — 1975 və Lenin komsomolu mükafatı — 1974 Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=539932
Şəfəqnur xanım
Şəfəqnur xanım (d. 1833 — ö. 17 mart 1884) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, Tofiq Paşanın anası, Misirin Validə Paşası. 1833-cü ildə dünyaya gələn Şəfəqnur xanımın əsli və saraya necə alındığı barədə məlumat yoxdur. Ancaq onun İsmayıl Paşanın anası Hoşyar xanımın xidmətçilərindən olduğu məlumdur. Cütlüyün yeganə övladı Mehmed Tofiq, İsmayıl Paşanın ən böyük oğlu olaraq 30 aprel 1852-ci ildə Qahirədəki Manial sarayında dünyaya gəldi. İsmayıl Paşanın daha öncə 3 ayrı xanımla nikah bağlamasına baxmayaraq, Şəfəqnur xanımın onun vəliəhdini dünyaya gətirməsi və vaxtilə anasının xidmətində olması ona digərlərindən daha üstün yer qazandırmışdı. Vəliəhd olan oğlunun doğumundan sonra rəsmi sənədlərdə "Validə qadın" olaraq anılmağa başlandı. Nəhayət 1866-cı ildə vəliəhd anasıyla evlənməylə bağlı Misir qanununa əsasən, İsmayıl Paşa Şəfəqnur xanımla rəsmi nikah bağladı. Nigahın ardından "dördüncü xanım" ünvanı alan Şəfəqnur xanım oğluyla birlikdə Əl-Qübbə sarayına daşındı. Bütün rəsmi mərasimlərdə İsmayıl Paşanın digər nikahlı xanımlarıyla birlikdə iştirak etdi. Validə Paşa illəri 1879-cu ildə İsmayıl Paşa Misirdə tüğyan edən iqtisadi böhran və xarici ölkələrin təzyiqi ilə Sultan Əbdülhəmid tərəfindən yazılan bir fərmanla vəzifədən alındı. Nəticədə onun ən böyük oğlu olan Tofiq Paşa xədiv, Şəfəqnur xanım isə Validə Paşa elan edildi. O əsnada davam edən və Misirdəki xarici qüvvələrə qarşı mübarizə aparan Urabi Paşa üsyanına dəstək verməyə başladı. Şəfəqnur xanım 17 mart 1884-cü ildə qaynanası Hoşyar xanımla birlikdə yaşadığı Qəsr-əl-Ali sarayında vəfat etdi və cənazəsi Əl-Rifai məscidindəki Xədiv türbəsinə dəfn edildi. Cuno, Kenneth M. (April 1, 2015). Modernizing Marriage: Family, Ideology, and Law in Nineteenth- and Early Twentieth-Century Egypt. Syracuse University Press. pp. 33–4. ISBN 978-0-815-65316-5 Doumani, Beshara (February 1, 2012). Family History in the Middle East: Household, Property, and Gender. SUNY Press. p. 258. ISBN 978-0-791-48707-5 Chennells, Ellen (November 20, 2014). Recollections of an Egyptian Princess by Her English Governess: (1871–1876, New Intro, Annotated) Hatem, Mervat F. (April 12, 2011). Literature, Gender, and Nation-Building in Nineteenth-Century Egypt: The Life and Works of `A'isha Taymur. Palgrave Macmillan. p. 88. ISBN 978-0-230-11860-7
https://az.wikipedia.org/w/index.php?curid=700119
Şəfəqsaçan
Şəfəqsaçan (lat. Anthocharis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin ağ kəpənəklər fəsiləsinə aid heyvan cinsi. Kiçik və orta ölçülü, işiqlı, bəzəkli kəpənəklədir. Erkəklərin ön qanadlarını yuxarı qutaraçağında narıncı ləkə vardır. Əsasən şimal yarımkürrəsinin tropik qurşaqdan şimalda yerləşən ərazilərində yayılmışlar. Ümumilikdə 10 növə malikdir: Anthocharis cardamines (Linnaeus, 1758) — Avropa, Çim və Yaponniya Anthocharis belia (Linnaeus, 1767) — Tunis, Əlcəzair, Mərakeş Anthocharis euphenoides Staudinger, 1869 — Cənubi Avropa Anthocharis bieti (Oberthür, 1884) — Tibet və Çin Anthocharis scolymus Butler, 1866 — Şərqi Çin, Koreya, Ussuri və Yaponiya Anthocharis damone Boisduval, 1836 — Cənubi Avropa Anthocharis gruneri Herrich-Schäffer, 1851 — Almaniya, Kiçik Asiya, Suriya, İran, İraq və Cənubi Qafqaz Anthocharis cethura C. & R. Felder, 1865 — ABŞ: Kaliforniya, Nevada, Arizona Anthocharis sara Lucas, 1852 — ABbŞ-ın bütün qərb hissəsi Anthocharis stella Edwards, 1879 — Anthocharis taipaichana Verity, 1911 — Anthocharis thibetana Oberthür, 1886 — Anthocharis bambusarum Oberthür — Çin Anthocharis midea (Hübner, 1809) — ABŞ-nin şərq hissəsi Anthocharis lanceolata Lucas, 1852 — Kaliforniya Anthocharis limonea (Butler, 1871) — Meksika
https://az.wikipedia.org/w/index.php?curid=423950
Şəfəqət Mahmudova
Şəfəqət Cəbrayıl qızı Mahmudova — texnika üzrə fəlsəfə doktoru, dosent. İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi. Fotoportretlər əsasında insan sifətinin tanınması tədqiqatları üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri Azərbaycanda informatika üzrə dərsliklərin və elmi kitabların müəllifidir. Onun "Proqramlaşdırma və onun inkişaf mərhələləri", "Proqramlaşdırmanın elmi-texnoloji əsasları" və s. kitabları universitet dərsliklərinə daxil edilib. Şəfəqət Cəbrayıl qızı Mahmudova 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda proqramçı vəzifəsində işə qəbul edilmiş və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur. Elmi fəaliyyəti 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə böyük proqramçı, bir müddətdən sonra aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. EHM-lər arasında müxtəlif təyinatlı sistemlərin informasiya mübadiləsinin proqram təminatlarını işləyib hazırlamış və müxtəlif AİS-lərin təşkilində iştirak etmişdir. Ş.Mahmudova Azərbaycanda olan ilk qadın proqramçılardan biridir. Müxtəlif təyinatlı “Poliklinika”, “Təhsil” verilənlər bazası idarəetmə sistemləri, “Kadrlar” və “Tədris-İnnovasiya Mərkəzi” korporativ informasiya sistemləri, "Tanınma" avtomatlaşdırılmış identifikasiya sistemi, “Layihələrin qeydiyyatı" informasiya axtarış sistemi, İnformasiya Texnologiyaları Problemləri və İnformasiya Cəmiyyəti Problemləri jurnalları üzrə “Qeydiyyat-Jurnal” informasiya axtarış sistemi hazırlamış və istismara vermişdir. Ş. Mahmudova “Fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə 3338.01 - "sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır, dosentdir. Hazırda "Fotoportretlər əsasında insan sifətinin irqi mənsubiyyətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi" mövzusu üzrə elmi tədqiqatlarla məşğuldur . 1998-ci ildən 2014-cü ilə qədər Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsində “İnformatika” fənnini tədris etmişdir. Hal-hazırda İnformasiya Texnologiyalar İnstitutunun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. Ş.C.Mahmudova “International Journal of Intelligent Information Prosessing (IJIIP)”, “Communications” , “International Journal of Advanced Engineering and Manecment”, “Biomedical Statistics and Informatics” jurnallarının və Gconference.NET portalının redaksiya heyətinin üzvü seçilmişdir. The International Association for Pattern Recognition (IAPR)-nın və American Association for Science and Technology (AASCIT) üzvüdür. Ş.C.Mahmudovanın rəyçi seçildiyi beynəlxalq elmi jurnalların siyahısı: "Pattern Recognition", "International Journal of Automation and Power Engineering (IJAPE)", "Journal of Control Engineering and Technology (JCET)", "Humanities and Social Sciences Letters" "British Journal of Applied Science & Technology". “Soft Computing”, “Pattern Recognition Letter”, “Journal of Big Data”, “International Journal of Intelligent Information Processing” (IJIIP), “Communications”, “International Journal of Advanced Engineering and Management”, “Biomedical Statistics and Informatics”, “International Journal of Media and Communication”, “International Journal of Engineering and Industries”, “Review of Computer Engineering Research”, “Scientific journal”, "Bionics of Intelligence”. Mükafatları Mahmudova Ş. Hindistanda VDGOOD Peşəkar Asossiasiyası tərəfindən nüfuzlu “Mühəndislik, Elm və Tibb üzrə Beynəlxalq Alim Mükafatları 2020” nominasiyası üzrə beynəlxalq alim adına və mükafatına və sertifikata layiq görülüb. Elmi əsərləri 68 elmi məqalə və 59 tezisin müəllifidir. Bunların 74-ü beynəlxalq elmi mətbuatda dərc olunub. 7 kitabın müəllifidir. Mahmudova Shafagat. “Development of a method for increasing the reliability of distributed software systems on cloud systems platform”, VIII International Scientific Conference, Dortmund. Germany, on 14th September and 15th September 2023,pp 96–102. Mahmudova Sh. Development of a method for processing log files using clustering Soft Computing, 2023, vol. 27, no. 3, pp. 1617–1628. Mahmudova Sh. Development of a Method for the Intelligent Interface Used in the Synthesis of Instrumental Software Systems. Book: “Advances in Intelligent Systems, Computer Science and Digital Economics IV”. Chapter: Lecture Notes on Data Engineering and Communications Technologiesvol., 2023, 158, no.3, pp. 531–545. Mahmudova Sh. About intelligent software system and development method for the intelligent interface. 2nd Internatıonal symposıum on Characterızatıon ISC’22 22-25 September 2022, Turkey, pp. 264–266. Mahmudova Sh. Development of a method for the intelligent interface used in the synthesis of instrumental software systems. The 4th International Symposium on Computer Science, Digital Economy and Intelligent Systems (CSDEIS2022) Wuhan, China, November 11-13, 2022, 1-15. Mahmudova Sh. Automatic generation of test cases for error detection using the extended Imperialist Competitive Algorithm / Shahrokh Jalilian // Problems of information society. 2022, vol. 13, no. 2. pp. 46–54. Mahmudova Sh. Development of a conceptual model for intelligent software system designing / Review of information engineering and applications. 2022, vol. 9, no. 1, pp. 12–22. Mahmudova Sh. Study and Comparative Analysis of Programming Languages Used for Big Data // Review of Information Engineering and Applications, USA, 2021, vol. 8, no. 1, pp. 1–9. DOI: 10.18488/journal.79.2021.81.1.9 Mahmudova Sh. Developing an Algorithm for the Application of Bayesian Method to Software Using Artificial Immune Systems // Soft Computing, 2021, vol. 25, no. 17, pp. 11837–11843 (Web of Science, IF 3.643) Mahmudova Sh. Intelligent systems for the Internet of things: essence, perspectives and problems // International Journal of Natural Sciences Research, USA, 2021, vol. 9, no. 1, pp. 17–25, DOI: 10.18488/journal.63.2021.91.17.25 Mahmudova Sh. Study and comparative analysis of log files /Implementation of modern science and practice XXV International Scientific and Practical Conference, Varna, Bulgaria May 11 – 14, 2021. pp. 572–578. Mahmudova Sh. Development of an intelligent software system to ensure cybersecurity through ontology. NATO ARW “Cybersecurity of Industrail Control Systems”. 27-29 October 2021 (ingilis məruzə edilmişdir). Mahmudova Sh. Study and Comparative Analysis of Programming Languages Used for Big Data. Review of information engineering and applications. 2021, vol. 8, no.1, pp. 1–9. Mahmudova Shafagat & Jabrailova Zarifa. Development of an algorithm using the AHP method for selecting software according to its functionality, Soft Computing, 2020, vol. 24, no. 11, pp. 8495–8502 Mahmudova Sh. Application of Ant Algorithm for Software Optimization, Review of Information Engineering and Applications, USA, 2020, vol. 7, no. 1, pp. 6–17. Mahmudova Sh. Exploring the Personal Data Protection Methods through Programs, Transactions on Networks and Communications, United Kingdom, 2020, vol, 8, no 1, pp. 1–7. Mahmudova Sh. Exploration of intellectual software systems and development of conceptual model. Review of Computer Engineering Research, ABŞ, 2020, vol. 7, no. 1, pp. 1–11. Mahmudova Sh. Application of the TOPSİS method to improve software efficiency and to optimize its management //Soft Computing, 2020, vol. 24, no. 1, pp. 697–708. Mahmudova Ş. Fərdi məlumatların proqram vasitələri ilə qorunması üsullarının araşdırılması /“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı, Bakı, 2019, 29 noyabr, səh. 70-73. Mahmudova Sh. Biomimetics:notions, problems and technologies// Bionics of İntelligence, Kharkiv, 2019, 1(92), pp. 31–35. Mahmudova Sh. Machine learning for software / Participation in the international scientific conference on technique, technology and education (ICTTE 2019), Bulgaria, 16-18 October 2019. Mahmudova Sh. Exploring the methods for increasing software efficiency based on soft computing technology // Review of Computer Engineering Research, USA, 2019, vol. 6, no 1, pp. 45–56. Sh. Mahmudova, About Some Methods for Software Security // Transactions on Networks and Communications, United Kingdom, 2019, vol. 7, no. 2, pp. 14–19. Christophe Jouis, Hefri Yodiansyah Th., Shafagat Mahmudova, Human Phase Intelligence Communication // Conference: Human Phase Intelligence Communication Cyberspahe, Paris, France, 25.02.2019, pp. 1–30. Mahmudova Sh. J., Analysis of Software Performance Enhancement and Development of Algorithm // International Journal of Innovative Science and Research Technology, 2019, volume 4, pp. 219–229. Mahmudova Ş.C., Proqram təminatının təhlükəsizliyinin təmin olunmasının bəzi üsulları haqqında / “İnformasiy a təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı, 14 dekabr 2018-ci il. Mahmudova Sh. J., Features of Programming Languages and Algorithm for Calculating the Effectiveness, Journal of Information Sciences and Computing Technologies, USA, 2018, vol.8, issue 1, pp. 769–780. Mahmudova Ş.C., Proqram təminatının yaradilmasının texnoloji prosesinin təşkili üsulları // İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər mövzusunda beynəlxalq elmi konfrans, SDU, 15-16 noyabr 2018, səh. 412-415. Mahmudova, Sh. J. Methods of organizing the technological process of software development. Review of Information Engineering and Applications. 2018, vol.5, no.1, pp. 1–11. Mahmudova Sh. J., Development of the method of human recognition in biometric // electronic devices and devices in the system of recognition of images, processing of images and symbolic information "recognition - 2018" xiv international scientific and technical conference, Russia, Kursk, 2018. september 25-28,CTP.31-33. Mahmudova, Sh. J., Analysis of the consumer opinion for the personalization of apparel / Zlatin Zlatev, Tanya Dimitrova, Nely Ruseva // Journal for Textile, Clothing, Leather and Technology, 2018, vol. 4, pp. 100–106. Mahmudova, Sh. J., Development tendencies of programming languages // “Journal of Engineering and Technology (JET)”, 2018, vol. 9, No 1, pp. 111–121. Mahmudova, Sh. J., Analysis of biometric authentication methods of users in clouds // International Journal of Advanced Engineering and Technology, 2017, vol. 1, Issue 5, pp. 14–17. Mahmudova Ş.C., Hesablama buludlarında istifadəçilərin biometrik autentifikasiyası üsullarının analizi // “İnformasiya təhlükəsizliyinin aktual problemləri” III respublika elmi-praktiki seminarı, Bakı, 8 dekabr 2017, S. 46-50. Mahmudova Sh., The Ways of Increasing Quality of Human Recognition in Biometric Network Environment // International Journal of Intelligent Information Systems, 2017, vol. 6, Issue 5, pp. 56–61. Mahmudova Sh., On topical problems of programming // Scientific Light (Wroclaw, Poland), 2017, vol. 1, No 10, pp. s.5–9. Mahmudova Ş.C., Proqramlaşdırma dillərinin müqayisəli təhlili və inkişaf tendensiyaları // “Proqram mühəndisliyinin aktual elmi – praktiki problemləri” I respublika konfransı, 17 may 2017 ,s.236-240 Mahmudova Ş.C., Proqramlaşdırmanın aktual problemləri haqqında // “Proqram mühəndisliyinin aktual elmi – praktiki problemləri” I respublika konfransı, 17 may 2017,s.176-180. Mahmudova Sh., About the calculation method increasing the efficiency of recognition / Kazimov T. // Journal SAUSSUREA (Web of Science) , 2017, vol. 1, No 7, pp. s.45–55. Mahmudova, Sh. J., About the Calculation Method of the Coefficient that Shows Significance Extent of Geometric Characteristics In Determination of Racial and Ethnic Identity of Human / Kazimov T.H. // 18th International Scientific Conference on Food Engineering and Biotechnology, 5-6 december, 2016, Japon. Mahmudova, Sh. J., Application Issues of Biometric Technologies in Electronic Medicine / Kazimov T.H. // Advances in Bioscience and Bioengineering,December 2016, Volume 4, Issue 6, pp: 74-78. Mahmudova, Sh. J., About the Calculation Method of the Coefficient that Shows Significance Extent of Geometric Characteristics in Determination of Racial and Ethnic Identity of Human / Kazimov T.H. // Review of Computer Engineering Research, 2016, vol. 3, No. 3, pp. 47–54. Mahmudova, Sh. J., Big Data Challenges in Biometric Technology // International Journal of Education and Management Engineering, 2016, vol. 5, pp. 15–23. Mahmudova, Sh. J., Application Opportunities of Biometric Technology in Electron Libraries // Communications, USA, Vol. 4, Issue 2, 2016, pp. 8–11. Mahmudova, Ş.C., Elektron tibbdə biometrik texnologiyaların tətbiqi məsələləri / Kazimov T.H. // “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı. Bakı şəhəri, 2016, 24 may, səh. 156-160. Mahmudova, Ş.C., Elektron kitabxanalarda biometrik texnologiyaların tətbiqi imkanları // "E-kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransı. Bakı şəhəri, 2016, 15 aprel, səh. 49-52. Mahmudova, Ş.C., Biometrik Texnologiyalarda Big Data Problemləri // “Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I respublika elmi-praktiki konfransı. Bakı şəhəri, 2016, 25 fevral, səh. 106-108. Mahmudova, Ş. C., İnsanın irqi və etnik mənsubiyyətinin müəyyən olunması üçün metodlar // İnformasiya Texnologiyaları Problemləri jurnalı, 2016, №1, səh. 67–74. Mahmudova, Sh. J., Approaches for the Racial and Ethnic Determination of a Person // Advances in image and video processing, 2015, USA, Vol. 3, No. 5, pp. 10–16. Mahmudova, Sh. J., The Role of Biometric Networks in Recognition of Person // Communications, 2015, USA, Vol. 3, No. 5, pp. 81–85. Mahmudova, Sh. J., The Role of Biometric Technology in Information Security / Kazimov T.H.// International Research Journal of Engineering and Technology (IRJET), 2015, Vol.2, Issue: 03, pp. 1509–1513. Mahmudova, Sh. J., System of recognition of an accessory of persons to racial and an ethnic group on the basis of photographs / Kazimov T.H.,Tugrul Aktas // International Journal of Applied mathematics, Electronics and Computers, 2015, Vol. 3, No 3, pp. 161–164. Mahmudova, Sh. J., Statistical Analysis of the Characteristic Features of Standard Image for Racial and Ethnic Identity of a Person // Advances in image and video processing, 2015, Vol. 3, No 3, pp. 1–7. Mahmudova, Ş. C., İnformasiya təhlükəsizliyinin təmin olunmasında biometrik texnologiyaların rolu / Kazimov T.H. // Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri” üzrə II respublika elmi-praktiki konfransı.14 may 2015. Mahmudova, Sh. J., The role of biometric technology in ensuring information safety / Kazimov T.H. // The second Republican Conference on the scientific-practical multidisciplinary problems of Information security, Baku, Azerbaijan, 14.05.2015, pp. 218–221. Mahmudova, Ş. C., Fotoportretlər əsasında insanın irqi və etnik mənsubiyyətinin tanınması metodu haqqında / Kazimov T.H. // İnformasiya Texnologiyaları Problemləri. 2014, № 2, pp. 26–32. Mahmudova, Ş. C.,Təsvirlər əsasında insan sifətinin irqi və etnik mənsubiyyətinin müəyyən olunması / Kazimov T.H. // "Elektron dövlət quruculuğu problemləri" I Respublika elmi- praktiki konfransı, 4 dekabr 2014, səh. 86-88. Mahmudova, Ş. C., İnsanın tanınmasında biometrik şəbəkənin rolu // "Elektron dövlət quruculuğu problemləri" I Respublika elmi- praktiki konfransı, 4 dekabr 2014, səh. 148- 151. Mahmudova, Sh. J., About a Method Recognition of Race and Ethnicity of Individials Based on Portrait Photographs / Kazimov T.H. // Intelligent Control and Automation, 2014, Vol. 5, №3, pp. 120–125. Mahmudova, Sh. J.,Biometric network: problems, prospects, concepts / Kazimov T.H. // International Journal of Engineering and Innovative Technology (IJEIT) Vol. 4, Issue 4, October 2014 Mahmudova, Sh. J.,Program engineering in Azerbaijan / Bayramova T.A. // International Journal of Modern Communication Technologies & Research (IJMCTR) ISSN: 2321 0850, Vol. 2, October 2014 Mahmudova, Sh. J., System of Recognition of an Accessory of Persons to Racial and an Ethnic Group on the Basis of Photographs / Kazimov T.H.,Tugrul Aktas // International Conference on Advanced Technology & Sciences (ICAT’14), 12-15 August, 2014, Antalya, pp. 221–224. Mahmudova , Ş.C., İnformasiya kommunikasiya Texnologiyalarının inkişafında qadınların rolu / USAİD from the American People. İREX (International Research & Exchanges Board). İnternational conference Girls in İCT Day, 24.04.2014, Baku. Mahmudova, Sh. J. Increase of indicator values of identification systems quality on the recognition of human face on the basis of photo portraits / Kazimov T.H. // Intelligent Control and Automation, USA, Vol. 4, No.2, May 2013, pp. 191–198. Mahmudova , Ş.C. Fotoportretlər əsasında insan sifətinin identifikasiya sistemi / Kazımov T.H. // İnformasiya təhlükəsizliyi problemləri üzrə İ republika elmi-praktiki konfransı. - Bakı, 17 - 18 may 2013. - s. 149-150. Mahmudova, Sh. J. Research normal distribution, the trust interval and calculation of importance degree of geometrical characteristics a human face on the basis of photo portraits / Kazimov T.H. // Proceedings of the 2013 International Conference on Bioinformatics & Computational Biology, Las Veqas, Nevada, USA, 2013. - pp. 478–486. Mahmudova, Sh. J. “Estimation of the impact of geometrical characteristics on the recognition to identify a human face on the basis of photo portraits” / Kazimov T.H. // “Journal of Control Engineering and Technology (JCET) ” , Hong Kong, 2013, Vol.3, No. 3. pp. 116–120. Mahmudova Sh. J.Estimation of the impact of geometrical characteristics on the recognition to identifiy a human face on the basis of photo portraits. /Kazimov T.H.// Informasiya Texnologiyaları Problemləri. 2012. No 2. pp. 47–52. Mahmudova Sh. J. About a Method of Calculation of Importance Degree of Geometrical Characteristics to Identify a Human Face on the Basis of Photo Portraits /Kazimov T.H.// Computer Science and Engineering, USA - 2012. - No: 2 (5). - pp. 58–62. Mahmudova,Sh. J. Estimation of the Impact of Geometrical Characteristics on the Recognition to Identify a Human Face on the Basis of Photo Portraits / Kazımov T.H. // IV International Conference “Problems of Cybernetics and Informatics Vol. 1. - B., 2012. - pp. 246-248. Mahmudova, Sh.J. “About A Method of Calculation of Importance Degree of Geometrical Characteristics to Identify a Human Face On The Basis Of Photo Portraits” // Kazımov T.H. // The 7 th IAPR International Conference on Pattern Recognition in Bioinformatics, Tokyo, Japan, November 8-10, 2012. Mahmudova , Sh. J. Definition of weight coefficient of geometric characteristics used for identification of human face on the basis of photo-portrait // ICCIT 2011 Information. - 2011. - N: November 29- December 1. - p. 797-802. Mahmudova Sh. J. The Effectiveness Increase of a System of Automatic Biometrical Identification Based on Photo Portraits / Kazimov T.H. // Automatic Control and Computer Sciences. Amerika,USA - 2011. - No: 2. - pp. 61–69. Mahmudova, Ş.C. Fotoportret əsasında insan sifətinin tanınmasında istifadə olunan həndəsi xarakteristikaların inam intervalının təyin olunması /Kazımov T.H. // Bakı Universitetinin Xəbərləri. - 2010. - N: 2. - s. 107-113. Mahmudova, Sh. J. Methods of improvement of efficiency in recognition identifications systems / Kazımov T.H. // PCI'2010 The second International Conference Vol. 1. - B., 2010. - pp. 322–325. Mahmudova, Sh. J. Information identification system for identifying people by portrait photos / Kazımov T.H. // PCI'2008 The second International Conference "Problems of Cybernetics and Informatics" Dedicated to the 50th Anniversary of the ICT in Azerbaijan. - B., 2008 . - pp. 204–207. Mahmudova , Ş.C. İnsan sifətinin təsvirə əsasən tanınması // Bakı Universitetinin Xəbərləri. Fizika-riyaziyyat elmləri seriyası. - 2008. - N: 3. - s. 92-102. Mahmudova, Ş.C. İnformasiya cəmiyytində Azərbaycan dilinin problemləri / Kazımov T.H. // Biznes dünyası. - 2008. - N: 3. - s. 24-25. Mahmudova, Ş.C. Virtual məkanda Azərbaycan dilinin problemləri / Kazımov T.H. // Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları. Respublika elmi konfransının materialları. - S., 2007. - s. 207-208. Mahmudova , Ş.C. Elm-təhsil sahəsində informasiya texnologiyalarının inteqrasiya sistemi // 3-rd International Conference on Information Technologies and Telecommunication ITTC-2007. - G., 2007. - s. 275-277. Mahmudova, Ş.C. Təhsilin informasiyalaşdırılmasının müasir cəmiyyətin inkişafında rolu // "İnformatika, informasiya texnologiyalarının təhsildə tətbiqi məsələləri" Respublika elmi konfransının materialları. - ., 2007. - s. 101-104. Mahmudova, Ş.C. Biometriya - dinamik inkişaf edən elm sahəsi kimi /Kazımov T.H. // İt-Magazine. - 2007. - N: 06. - s. 5-6. Mahmudova, Ş.C. Təsvirlərin verilənlər bazasına daxil edilməsinin effektiv qaydqsı haqqında // Bakı Universitetinin Xəbərləri. - B., 2006. - s. 99-103. Mahmudova, Ş.C. Müasir elmin inkişafında informasiya texnologiyalarının rolu // Regionların sosial-iqtisadi inkişafında informasiya-kommunikasiya infrastrukturunun formalaşması və idarə edilməsi. Beynəlxalq elmi-praktik konfransın materialları. - L., 2006. - s. 23-24. Mahmudova, Ş.C. Kompüter qrafikası // Rabitə dünyası. - 2006. - N: 3, 1 fevral. - s. 14. Mahmudova, Ş.C. Təsvirlərin verilənlər bazasına daxil edilməsinin effektiv qaydası haqqında // Bakı Universitetinin Xəbərləri. Fizika-riyaziyyat elmlər seriyası. - 2006. - N: 1. - s. 99-103. Mahmudova, Sh. J. Corporate Information Systems "Educational Center" /Alguliyev R.M., Kazimov T.H. ,Mahmudova R.S. // International Conference Educational Technology, ICTE'2005, Hungary - B., 2005. - pp. 294–298. Mahmudova, Ş.C. Microsoft Access verilənlər bazasının mühafizəsi // "İnformasiyalaşdırma, kibernetika və informasiya texnologiyalarının müasir problemləri" II Respublika elmi konfransının əsərləri. I Cild. - ., 2004. - s. 75-77. Mahmudova Ş.C. Microsoft ACCESS verilənlər bazasının mühafizəsi / Qasımova R.T., Ələkbərova I.Y. // Fizika-riyaziyyat və informatika tədrisi. - 2003. - N: 4.- s. Mahmudova, Ş.C. Development of an algorithm using the Vikor method to increase software reliability. Book: Predictive Analytics in System Reliability. Book published in the Springer Series in Reliability Engineering, 2022, pp. 229 – 246. Mahmudova, Ş.C. Fotoportret əsasında insan sifətinin tanınması / Kazımov T.H. - B. :İnformasiya texnologiyaları, 2010. - 116 s. - ISBN 978-9952-434-26-2 Mahmudova, Ş.C. Proqramlaşdırma və onun inkişaf mərhələləri / Məmtiyev K.K. - B. : İnformasiya Texnologiyaları, 2011. - 141 s. - ISBN 978-9952-434-32-3 Mahmudova Ş.C. Proqram mühəndisliyi (elmi redaktor) /Kazımov T.H.,Bayramova T.A. . Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2014. 188 s. Mahmudova Ş.C. Antropologiya: mahiyyəti, problemləri və perspektivləri : Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2018. -110 s. -ISBN 978-9952-434-99-6 Mahmudova Ş. “Proqramlaşdırmanın elmi-texnoloji əsasları” mövzusu üzrə ekspress-informasiya. İnformasiya Texnologiyaları nəşiryatı. 171 s., 2018. Mahmudova Ş.C. İnformatika. 1111 test (elmi redaktor) / Mahmudova R., Həsənova R. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 430 s., 2019. Xarici keçidlər Şəfəqət Mahmudova — YouTube saytı Şəfəqət Mahmudova: “İnsan sifətinin tanınması üzrə Beynəlxalq Assosiasiya ilə əməkdaşlıq azərbaycanlı mütəxəssislərə geniş imkanlar yaradacaq” — Müsahibə (az.)
https://az.wikipedia.org/w/index.php?curid=347650
Şəgiqə Soltan
14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar. Gəncədə yaşadığı təəssüratları Şəfiqə xanım öz dərgisində oxucalara çatdırır. 1912-ci ilədək Nəsib bəyin təhsili ilə əlaqədar Krımda qalırlar, bu müddətdə onların iki övladı dünyaya gəlir. 1906-cı ildə imperiyada yaşayan türklərin ilk qadın jurnalı olan "Qadın dünyası" ("Aləmi-nisvan") dərgisini nəşr etdirir. Bu dövrdən etibarən artıq "Tərcüman" təkcə Qaspıralının deyil, Şəfiqə xanım və Nəsib bəyin də dəstəyi ilə çap olunur, sol düşüncəli Nəsib bəy Qaspıralı ilə fikir mübadiləsindən sonra millətçi görüşə sahiblənir. 1908-ci ildə Şəfiqə xanm Nəsib bəylə birlikdə "Tərcüm" qəzetinin 25 illiyini keçirirlər. Ancaq Nəsib bəyin həmin dövrdə şəriət olaraq normal, lakin azadlıq carçısı bir xanımın düşüncəsi baxımından bağışlanmaz olan səhvi ailənin dağılmasına səbəb olur. Belə ki, Nəsib bəyin Gəncədə ikən bir qadınla dini nikahda yaşaması üzə çıxır və Şəfiqə xanım bunu bağışlamır. Şəfiqə xanım Krıma qayıdır, 1914-cü ildə Qaspıralının dəfn mərasimində Nəsib bəylə görüşür, lakin onu yenə də bağışlamır, Yusifbəyli soyadından imtina edir. Şəfiqə xanımla Nəsib bəyin münasibətləri sonrakı dönəmlərdə Nəsib bəyin uşaqların adına ünvanladığı məktublar vasitəsilə davam edir. Bu məktubların mətni, həmçinin ümumiyyətlə Şəfiqə xanımla Nəsib bəyin gənclik illərindən məktublaşmaları haqqında maraqlı məlumatlar tədqiqatçı Vilayət Quliyevin "Baş nazirin xanımı" adlı geniş məqaləsində mövcuddur. Çar Rusiyasında baş verən dəyişikliklərdən sonra Şəfiqə xanım fəaliyyət sahəsini genişləndirir, daha böyük planlar üzərində çalışır. 1917-ci ilin aprelində o, Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilir. 1917-ci il mayın 1–11-nə qədər Moskvada Rusiya müsəlmanlarının I konqresində Krımı təmsil edir. 1917-ci ilin aprelindən Şəfiqə xanımın rəhbərliyi ilə Krımda "Qadın komitələri" yaradılır. 1917-ci ilin dekabrında o, Gözləvdən Tatar Milli Qurultayına, 1918–1919-cu illərdə isə iki dəfə Krım Millət Məclisinə üzv seçilir. Bağçasarayda İsmayıl Qaspıralı adına Darülmüəllimatın və Milli Muzeyin yaradılmasında, Gözəl Sənətlər Məktəbinin təsis edilməsində önəmli rol oynayır. Krımda milli qüvvələrin dövlətçilik uğrunda apardığı mücadiləyə dəstək verir. Fəqət Krım türklərinin bu fəaliyyəti çar Rusiyasının qəzəbinə düçar olur, 1918-ci il fevralın 23-də "Tərcüman" qəzeti qapadılır, mətbəə isə müsadirə edilir. 1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana qayıdır. Nəsib bəylə şəxsi münasibətləri düzəlməsə də, Şəfiqə xanım gənc Cumhuriyyətə öz töhfəsini verməyə başlayır. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir. Lakin Azərbaycan Demokratik Cumhuriyyəti devrilir, Nəsib bəy müəmmalı 31 may 1920-ci ildə şəkildə öldürülür. Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilir, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edir. Türkiyəniin Bakıdakı təmsilçisi Memduh Şövketin səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə gətirilir. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. Sonuncu isə "Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893–1920)" adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirir. 1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə vəfat edir.
https://az.wikipedia.org/w/index.php?curid=393576
Şəgəftik (Çaldıran)
Şəgəftik (fars. شگفتيك) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
https://az.wikipedia.org/w/index.php?curid=572521
Şəhab Hüseyni
Şəhab Hüseyni — İran aktyoru. Filmoqrafiya Yekun imtahan (1395) Lobbi (1395) Qardaşım Khosrow (1394) Çərşənbə (1394) Sun Midnight (1394) Paralel gölgeler (1394) Satıcı (film, 2016) Sevgi Çağı (1393) Qorxun Şirin ləzzəti (1393) Beş Ulduz (1392) ortada qalmaq (1392) Lovely Rubbish (1391) Rəsm rəsm (1391) Hey! Qızlar fəryad etmir (1391) Mən və Gözəl (1390) Biri sizinlə danışmaq istəyir (1390) Afrika (1389) Qışda Qışlar (2010) Nadirin Simindən ayrılması (2010) Paternal ev (1389) ci hicab (2010) May ayında gəzən (1388) Anahita (1387) Yolu yaxınlığında (1387) El haqqında (1387) Broken ürək (1387) Qorxu kölgəsi (1387) Superstar (1387) Nilofar (1387) Kaveh qalasının bayraqları (2007) Behesht Stansiyası (1385) Əbədi Uşaqlar (1385) Gözlənilməz (1385) Sevgi hekayəsi (1385) Çiçək bağ (1384) Təklif edilən 50 milyon (1384) Online Murder (2005) 20.8 dəqiqədə xilas (1383) Whirlpool (1383) The Ziggurat Goddess (1382) Küləkdə mum (1382) Bu qadın danışmır (1381) Zəhərli Bal (1381) Beşinci reaksiya (1381) The Man (1380) Fasiyələr (1380)TeleviziyaShahrzad 2 Köhnə torpaq Uçuş çılpaqlığı Sıfır dərəcə dövrü onun həyat yoldaşıdır Yağmurdan sonra Ən yaxşı aktyor Festival Cannes 2016 Xarici keçidlər İngilis dili Vikipediya İranlı aktyor dünyanın ən yaxşı kişi aktyoru seçildi Mənbə: Şəhab_Hüseyna Şəhab hüseyni və Əsğər fərhadı "Qızıl Xurma"-nı qazandılar Arxivləşdirilib 2017-09-08 at the Wayback Machine İRAN KİNOSUNDA QADIN MÖVZUSU
https://az.wikipedia.org/w/index.php?curid=533213
Şəhabəddin
Şəhabəddin — kişi adı. Şeyx Şəhabəddin Mahmud Əhəri — təsəvvüf alimi, "Şəhabilik" təriqətinin banisi. Xədim Şəhabəddin Paşa — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir. Şəhabəddin Abdulla Mirvarid — şair, musiqiçi, katib. Şəhabəddin Mərcani Şəhabəddin Əhməd bəy RamazanoğluDigərŞəhabəddin (Qürvə) Şəhabəddin (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Molla Şəhabəddin (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
https://az.wikipedia.org/w/index.php?curid=763892
Şəhabəddin (Meşkinşəhr)
Şəhabəddin (fars. شهاب الدين) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (11 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=763846
Şəhabəddin (Qürvə)
Şəhabəddin (fars. شهاب الدين) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 401 nəfər yaşayır (75 ailə). Əhalisini kürdlər təşkil edir. Şablon:Qürvə şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=771972
Şəhabəddin Abdulla Mirvarid
Mövlanə Şəhabəddin Abdulla Mirvarid (1461-1516)—şair, musiqiçi, katib. Mövlanə Şəhabəddin Abdulla Mirvarid 1461-ci ildə Herat şəhərində anadan olmuşdu. Xacə Şəmsəddin Məhəmməd Kirmaninin oğludur. Şair idi. Bəyani təxəllüsü ilə xoştəb şeir yazırdı. Mövlanə Şəhabəddin Abdulla Mirvarid Sultan Hüseyn Bayqaranın sarayında çalışmışdı.Mövlana Abdulla Mərvarid cavanlığında Sultan Hüseyn mirzənin xidmətində olmuş, hətta sədarət mərtəbəsinə çatmışdı. Axırda böyük əmirlər cərgəsinə daxil olmuş, Mir Əlişirin yerinə möhür vurmuşdu. Sultan Hüseyn mirzənin ölümündən sonra tənhalıq küncündə qərar tutmuşdu. Bu il o, dünyadan köçdü. Bu adda əsərləri var: “Divani-qəsaid və qəzəliyyat” (“Qəsidələr və qəzəllər divanı”), “Tarixi-şahi” (“Şahın tari-xi”), “Münşəat” (“Məktublar”), “Tarixi-mənzum” (“Mənzum tarix”), “Xosrov və Şirin”.Mövlanə Şəhabəddin Abdulla Mirvarid 1516-cı ildə Herat şəhərində vəfat edib.
https://az.wikipedia.org/w/index.php?curid=497940
Şəhabəddin Mərcani
"Tərcüman" fikirlərinin təsiri altında 1885-ci illərə doğru Kazan türklüyünün mərkəzi olan Kazan şəhərində milliyyət fikrinin tarix və etnoqrafiya sahəsində göründüyünə şahid oluruq. O zamana qədər özlərini sırf müsəlman sayan və şüursuz bir şəkildə dillərinə "türk dili" deyən kazanlılar içində yenilikçi elm adamlarından Şəhabəddin Mərcani, tarixi əsərlərindən birisini, "Kitabu-Müstəfadil-əxbar fi Ahval-i Kazan" adlı Kazan tarixini Kazan türkcəsi ilə yazır və o əsərində ilk dəfə kazanlı müsəlmanlara dindən başqa bir də milliyyətin varlığını acı bir dillə, sərt və açıq ifadələrlə xatırladır və elan edir. "Mustafadül-əxbar"ın bu barədəki məşhur cümlələri bunlardır: "Bəziləri tatar olmağı əskiklik sayıb o ismdən nifrət edib "biz tatar deyil, müsəlmanıq!" deyə qovğa və mücadilə edirlər… Ey miskin! Deyək ki, sənin müsəlmandan başqa bir adını dinin və millətin düşmənləri bilməsəydi, əlbəttə, səni "müsəlman" deyə ayırd edərdi. Tatar olmasan, ərəb və tacik və noğay deyil, hatay və rus və fransız, prussiyalı və alman daha deyil, indi kim olursan?"Şəhabəddin həzrətin millətinə bu hiddətli xitabı, kazanlıların öz tarixlərinə, öz soy və köklərinə dəyər və önəm vermədiklərini tənqid etmək üçündür: "…Tarix elminin böyüklüyü və insanların yaşayışına ilgilərinin azlığından qismətsiz və verimsiz olub, heç bir zaman olayların baş verməsini, macəralarını bəyan və zəbt edilməyərək cahan alimləri, hökmdarlar və böyük hakimlər kimi babalarımız, atalarımız və xalqımız tərəfindən bilinməyərək büsbütün bilinməzlik örtüyü altında qalmış, hətta qövmümüzün əksəriyyəti, əzəldən bəri bu yolda Rusiya hökumətinin idarəsi altında yaşayırıq -zənnindədir və Bolqar və Kazan əhvalından "Şəhri-Bolqar övliyaları" və ya "Əzizlər qəbri" və "Xan məscidi" və bir şeyi köhnəlikdə mübaliğə məqamında "Hao Xan zamanındakı iş" deməkdən başqa heç bir şey bilmirlər və bu sözün anlamını belə sağlam təsəvvür və dərk edə bilmirlər. Öz qəbilələrindən nə qədər şöhrətli hökmdarların gəlib keçdiyi haqqında bilgiləri yox "İstər yuxarıdakı xitab, istərsə də bu müşahidə yazarın milli şüur sahibi olduğunu açıq göstərməkdədir. Tuna bolqarlarının ilk milliyyətçi tarixçilərindən Paisi də 1762-ci ildə yazdığı "Slav bolqar tarixi" adlı əsərində bolqarları kəndi milliyyətlərinin adını tələffüz etməkdən çəkindikləri üçün çox acı sözlərlə qınayır və onlara "Ey ağılsızlar! Nə üçün öz milliyyətinizdən çəkinir, nə üçün bolqar deyə adlandırılmanızdan utanır və rumların hiyləgər siyasətlərinə tabe olursunuz?" -deyə xitab edirdi."Əhvali-Kazan" və "Bolqar tarixi" yazarı ilə "Slavyan və bolqar tarixi" yazarının yüz ilə yaxın bir müddətdən sonra, ancaq eyni sözlərlə xitab edərək millətlərinə milli şüur və duyğu aşılamağa çalışmaları yalnız təsadüfdürmü? Yoxsa, Şəhab həzrət, rusca vasitəsilə Paisinin əsərini oxumuşdurmu? Bu məsələni Şəhab həzrətin həyatı və əsərləri üzərində dərin araşdırmalar aparan kazanlı gənc alimlər həll etsinlər. Şəhab həzrətin tarixi və müəyyən dərəcəyə qədər siyasi milliyyətçiliyi, bütün türklük fikrinə qədər yüksəlməmişdir: həzrətin Quzey türklərindən kazanlıları çox açıq və qəti olaraq "tatar" deyə adlandırması bunun açıq bir əlaməti sayıla bilər.Şəhab həzrətin milliyyətçilik baxımından türk dil və ədəbiyyatı ilə ciddi olaraq məşğul olduğu da iddia edilə bilməz. Baxmayaraq ki, həzrətin şəxsi söhbətlərində "söz arasına rusca qarışdırmaqdan çəkinmək, mümkün olduğu qədər ana dilini qorumağa çalışmaq" tövsiyələrini irəli sürdüyünü, Şəhri Şərəf Əfəndi nəql edir, və bu deyilənlərin doğruluğuna şübhələnməli heç bir səbəb yoxdur. Quzey alimləri və mütəfəkkirləri, xalqın rus assimilyasiyasından qorunması üçün daima bu görüşü müdafiə etmişlər. Ancaq ruscaya qarşı müstəqilliyini qorumaq istədiyi Quzey türkcəsinin Doğu dillərinə, ərəbcə və əcəmcəyə qarşı müstəqilliyini müdafiə etmək meyli Mərcaninin yazılarından çıxarıla bilməz. "Türkcə" deyə yazdığı əsərləri, məsələn, indi gözümün qabağında olan "Mustəfadül əxbar"ı ərəb və əcəm kəlmələri ilə başdan-başa doludur. Şəhabəddin Mərcaninin üslubu, bəlkə Buxarada çox qalmış olmasındandır; Cığatay ləhcəsini andırır. Türkcəyə etinasızlığı zamanında bəzi tənqidçilərin, xüsusən Quzey türkcəsini elm və ədəbiyyat dilinə çevirməyə çox çalışan Qəyyum Nasirinin haqlı tənqidinə məruz qalmışdır. Bununla bərabər, o zamana qədər bütün islam aləmində qüvvətli bir ənənə olan elmi və ciddi əsərləri ərəbcə yazmaq qaydasını qıraraq "Mustafadül-əxbar"ı türkcə yazmış olması və dostlarından Kısxanoğlu Hüseyn Əfəndinin tatarca qramerə aid əsərinə çox önəm verməsi, Mərcaninin milli dilin qiymətini qavramış olduğunu göstərir. Şəhab həzrət, o zamanlar, "Rus tatar Darülmüəllimin" müdiri kimi Kazanda yaşayan məşhur şərqşünas Radlovun dostu və Darülmüəllimində ilahiyyat müəllimi idi. Radlov vasitəsilə rus tarixi, qədimiyyat (əski çağlar tarixi) və qövmiyyət (etnoqrafiya) alimləri ilə tanış oldu. Radlovun türk tatar dil və ləhcələri haqqındakı araşdırma və incələmələrindən xəbərdar olmaması mümkün deyildi. Həzrətin Avropa alimi ilə təmasından görüş dairəsini genişlətmiş, çalışma tərzini kamilləşdirmiş olmasına hökm etmək xəta olmaz. Milliyyətçilk şüurunun Quzey türklüyü içində meydana gəlməsinə "Tərcüman" qəzetindən sonra ilk xidmət edən əsərin "Mustəfadül-əxbar" və ilk xidmət edən böyük adamın Şəhabəddin Mərcani olduğu üzərində bütün qənaətlər birləşməkdədir. Şəhabəddin Mərcaninin millətdaşlarına acı-acı xitabı çöldə bir nida kimi qeyb olub getmədi; şagirdləri ustadın yalnız dini sahədə yenilik fikirlərini deyil, tarixə dayanan milliyyətçiliyini də davam etdirdilər və inkişaf etdirdilər. Bu şəkildə Quzey türklüyündə XIX yüzilin son rübündən etibarən milliyyətçilik, türklük fikir və hərəkatları başlanmış oldu. Həmçinin bax Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=179647
Şəhabəddin Yəhya Sührəverdi
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır. Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır. Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir. Bu məsələ ilə xüsusi maraqlanan ibn Xəllikan onun haqqında yazır: "Deyilmişdir: onun adı Əhməddir, deyilmişdir onun künyəsi, yəni Əbülfütuh elə onun adıdır." Həkim Əbülabbas Əhməd ibn Əbi Useybiə Xəzrəci "Təbiblərin təbəqələri" kitabında qeyd etmişdir ki, həmin Sührəvərdinin adı Ömərdir, atasının adını isə qeyd etməmişdir.Zəkəriyyə Qəzvini və onun kitabının şərhçisi Əbdürrəşid Bakuvi, həmçinin Səlahəddin Səfədi Şihabəddin Sührəvərdinin adının Məhəmməd olduğunu yazmışlar. Qütbəddin Şirazi filosofun adının Ömər olduğunu qeyd etmişdir. AMEA-nın müxbir üzvü Z. C. Məmmədov filosofun öz şagirdi Şəmsəddin Şəhrəzuri və Yaqut Həməviyə istinad edərək filosofun ləqəbi, künyəsi, adı, atasının və babasının adı və nisbəsini Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olduğunu qeyd edir. Etnik mənşəyi Sührəvərdi (əs-Sührəvərdi) nisbəsi filosofun Sührəvərdə mənsubluğunu bildirir. Mənbələrdə göstərilir ki, Sührəvərd Zəncan şəhəri yaxınlığında kiçik yerdir, Zəncan isə Azərbaycanda, Cibal (əl-Cibal) nahiyyəsindədir. Tədqiqatçılardan Hilmi Ziya Ülkən Sührəvərdinin Azərbaycanda doğulduğunu, V. A. Qordlevski isə onun etnik mənşəcə azərbaycanlı olduğunu yazmışlar. Zakir Məmmədov və Malik Mahmudov da filosofun etnik mənşəcə azərbaycanlı olduğunu qeyd etmişlər. Eyni zamanda, müxtəlif tədqiqatçıların əsərlərində filosofun fars və kürd mənşəli olması da göstərilmişdir. Doğum tarixi Şihabəddin Sührəvərdinin doğum tarixi haqqında müxtəlif məlumatlar vardır. Tədqiqatçılar filosofun doğum ilinin müəyyənləşdirilməsi məsələsində onun ölüm tarixinə istinad edirlər. Lakin alimin ölüm tarixi müxtəlif illərə istinad verildiyi kimi, onun yaşının da hicri hesabı ilə 36, 38, 40 və 50 il olduğu ehtimal edilmişdir. AMEA-nın müxbir üzvü Z. C. Məmmədov yazır: "Şihabəddin Sührəvərdinin yalnız gənc (əş-şəbb) adlandırılması faktı göstərir ki, o, ən çox 38 il yaşamışdır. 587-ci hicri ilindən 38 il çıxdıqda mütəfəkkirin təqribən 549-cu (1154-cü il) ildə doğulduğu müəyyənləşdirilmiş olar." Gəncliyi və təhsili Filosofun həyatının Sührəvərd dövrü haqqında tarixi mənbələrdə məlumat az olsa da Z. Məmmədov onun imkanlı ailədə böyüdüyünü qeyd edir. Şihabəddin Sührəvərdi "kiçik yaşlarında elm və fəlsəfə öyrənmək üçün Marağaya getmiş, orada Məcdəddin Cilidən təhsil almışdır." İbn Xəllikan Şəmsəddin Şəhrəzuri və Yaqut Həməvinin bu məlumatlarına əlavə edərək yazır ki, Şihabəddin Sührəvərdi "fəlsəfənin və fiqhin əsaslarını hər iki sahədə məşhur olana qədər Azərbaycan əyalətlərindən Marağa şəhərində Şeyx Məcdəddin Cilinin yanında oxumuşdu." Şihabəddin Sührəvərdi sonra İsfahan şəhərinə səfər etmiş, orada Zəhirəddin Farisinin yanında peripatetik filosof İbn Səhlan Savinin "Bəsirətlər" (əl-Bəsair) kitabını oxumuşdur. Şəmsəddin Şəhrəzuri öz müəlliminin "çoxlu yerlərə səfər etdiyini" xəbər verir. Şihabəddin Sührəvərdi Azərbaycanın, ümuniyyətlə Yaxın və Orta Şərq ölkələrinin mühüm şəhərlərini, o cümlədən Ərdəbil, Miyanə, Diyarbəkir, Harput, Konya, Sivas, Mardin, Bağdad, Dəməşq və Hələbi gəzmişdir. Sührəvərdi öz elmi-fəlsəfi fikirlərini ən çox Kiçik Asiyada yaya bilmişdi. O, Rum Səlcuqlu dövlətinin hökmdarı İzzəddin Qılıc Arslanın (1156–1188) rəğbətini qazanmış və onun uşaqlarına (Süleyman, Börküyarıq və Məlikşaha) dərs demişdir.İlk mənbələr Şihabəddin Sührəvərdinin sufilərlə əlaqəsinə də diqqət yönəldir, onun gəzib-dolaşdığı müxtəlif ölkələrdə sufi mütəfəkkirlərlə görüşdüyünü təsbit edir. Şəmsəddin Şəhrəzuri müəllimini təsəvvüfdə Əbuyəzid Bistami və Hüseyn ibn Mənsur Həllac ilə həmməslək saymışdır. Bəzi müəlliflər filosofun qələndəri sufi ordeninə mənsubluğunu söyləmişlər. Şihabəddin Sührəvərdinin tərcümeyi-halından söhbət açan müəlliflər bir qayda olaraq onun dünya işlərinə laqeydliyini, ətrafda baş verən hadisələrə etinasızlığını xüsusi hal kimi qeyd edirlər. Zəkəriyyə Qəzvini yazır ki, Şihabəddin Sührəvərdi "dünyanı tərk edən filosof, alim, möcüzələr və qərib işlər sahibi idi. O, adamlardan ayrılıb riyazətlə məşğul olardı." Filosof eyni zamanda dünyəvi elmlərlə ciddi məşğul olan alim kimi təqdim edilir. İbn əl-İmad Hənbəli yazır: "Sührəvərdi Şihabəddin Yəhya ibn Həbəş ibn Əmirək Adəm övladlarının zəkalılarından biridir. Dəqiq elmləri bilməkdə başçı, kəlam elmində mahir, mühakiməli disputçu, zühdlə məşğul, alimləri saymayan, dinin qullarına istehza edəndir."Şihabəddin Sührəvərdinin orta əsrlərdə Şərq ölkələrində geniş yayılmış sehrkarlıq, sehr elmi (elm əs-simya) ilə məşğul olduğunu iddia edənlər də vardır. İbn Əbi Üseybiə yazır: "Şihabəddin Sührəvərdi haqqında nəql edilir ki, o sehr elmini bilirdi. Bu fəndən onda müşahidə olunmuş qeyri-adi əhvalatlar mövcuddur."Şihabəddin Sührəvərdi azadfikirlilik meyllərinə, yüksək fəlsəfi ideyalarına görə müsəlman şərqi ölkələrində, habelə Əndəlüsdə tanınmış, böyük şöhrət tapmışdır. Onun əsərlərinin şöhrəti yayıldıqca özünə həm dostlar, həm də düşmənlər qazanmışdır. Şəmsəddin Şəhrəzuri alimlərin Şihabəddin Sührəvərdiyə mənfi münasibətini onların onu dürüst dərk edə bilməmələri ilə izah etmişdir. O, yazır ki, Şihabəddin Sührəvərdinin "kəlamını anlamaqda çətinlik çəkdikdə ona tənə etmişlər." Şihabəddin Sührəvərdi Mardində öz dostlarından Fəxrəddin Mardini və onun şagirdlərindən ayrıldıqdan sonra Hələbə yollanmışdı. Filosof 1183-cü (579) ildə şəhərə daxil olub Hələviyyə mədrəsəsinə gəlmişdi. O, mədrəsənin şeyxi Şərif İftixarəddinin dərslərində oturur, fəqihlərlə və başqa ixtisas sahibləri ilə görüşürdü. Filosof burada disput məclislərində, diskussiyalarda iştirak edirdi.Orta əsr ərəb mənbələrində qeyd edilir ki, Şihabəddin Sührəvərdi Hələviyyə mədrəsəsində fiqh, kəlam və fəlsəfəyə dair məsələlər ətrafında keçirilən müzakirələrdə yüksək fəallıq göstərmişdir. Şeyx İftixarəddin filosofun qeyri adi istedadını, geniş elmi qabiliyyətini yüksək qiymətləndirmiş, dərin rəğbətini gizlətmədən onu başqalarından fərqləndirmişdir. Həmin vaxtdan etibarən bəzi hüquqşünas sxolastlar ona zidd çıxmış, düşmən münasibətində olmuşlar. Həmin dövrdə Hələb şəhərinin hakimi Misir, Yəmən və Suriyanın hökmdarı sultan Səlahəddin Əyyubinin (1169–1193) oğlu əl-Məlik əz-Zahir Ğazi (1186–1215) idi. Şihabəddin Sührəvərdinin şöhrətini eşidən hakim filosofu dəvət edib, onun şərəfinə böyük şəxslərdən – fəqihlərdən, mütəkəllimlərdən, müxtəlif sahələr üzrə adlı-sanlı alimlərdən ibarət məclis düzəldir. Mənənbələrdə deyilir ki, aparılan disputun nəticəsi olaraq Sührəvərdi öz dərin mühakimələri və inandırıcı sübutları ilə fəqihlərə, mütəkəllimlərə qalib gəlir.Yaqut Həməvi yazır: "Şihabəddin Sührəvərdi öz məntiqi mühakimələri, sübutları, dəlilləri ilə onlara qalib gəldi. Fəziləti Məlik Zahirə bəyan oldu. Hakim onu özünə yaxınlaşdırdı, qəbul etdi, başqalarından fərqləndirdi. Rəqiblərinin Şihabəddin Sührəvərdiyə qarşı qeyzi artdı, onu dinsizlikdə və zındıqlıqda ittiham etdilər." İbn Xəllikan da bu faktı təsdiq edərək yazır: "O, əqidə pozğunluğu və dinsizlik üstündə ittiham olunmuşdu. Onun haqqında deyilmişdi ki, o, şəriət qanunlarına zidd getmişdi."Mütəfəkkirin bu qədər nüfuz qazanması onun əlehdarlarının hiddətinin daha da artmasına və edamının tələb edilməsinə səbəb olmuşdu. Fəqihlər əl-Məlik əz-Zahirdən onun edam edilməsini tələb etdilər. Hakim razı olmadı, atası Səlahəddinə üz tutdular: "Onlar onun küfrlərini təsdiq edən hökmlər hazırlayıb Dəməşqə, Məlik Nasir Səlahəddinə göndərdilər. Dedilər əgər bu gənc sağ qalarsa əl-Məlik əz-Zahirin etiqadını korlayar. Eləcə də, o, azad edilərsə, ölkədə hər-hansı nahiyyəni korlayar. Səlahəddin Əyyubi Hələbə Qazi Fazilin xətti ilə Şihabəddin Sührəvərdi haqqında oğlu əl-Məlik əz-Zahirə məktub göndərdi. Orada deyirdi: "Bu Şihab Sührəvərdinin öldürülməsi labüddür. Onu heç vəchlə azad buraxmaq və sağ saxlamaq olmaz."Əl-Məlik əz-Zahir filosofu öldürtmədi. "Bundan sonra Səlahəddin bir daha ona yazıb, Şihabəddin Sührəvərdini öldürtməyi əmr etdi, filosofu öldürtməzsə Hələbi onun əlindən almaqla hədələdi. Bu xəbər Sührəvərdiyə çatdıqda hakim əz-Zahirdən bir yerdə həbs edilib, ölənə qədər yemək-içmək verilməməsini xahiş etdi." Professor Z. C. Məmmədov filosofun ölüm tarixinin 1191-ci il (587) olduğunu qeyd edir. Yaradıcılığı Bədii yaradıcılığı Bütün Şərq poeziyasında olduğu kimi, Şihabəddin Sührəvərdinin bədii yaradıcılığında da, məhəbbət mövzusu mərkəzi yerdə durur. Bu mövzu onun işraqi, qismən də sufi doktrinaları ilə fəlsəfi şeirlərində bəzən eyni məzmun daşımasına baxmayaraq, müxtəlif şəkildə izah edilmişdir. Mütəfəkkirin şeirlərində sufi-işraqi fikir aşiqlər arasındakı həyati məhəbbətlə, gerçək həyat zövqü ilə çulğaşır. Burada ilahi varlığa, mütləq işığa yaxınlaşmaq meyli olsa da, pak, ülvi və atəşin məhəbbətlə sevən nikbin aşiqlərin, habelə canlı həyat həqiqətlərinin surəti yaradılmışdır.Şairin qəhrəmanları məğrur və narahat təbiətli sevgililərdir. Onlar ürək sirlərini yalnız lazım gəldikdə bir-birinə açmağı rəva bilir, ətrafdakılardan hər vəchlə gizlətməyə çalışırlar. Hicranı gecəyə və vüsalı səhərə bənzədən şair qürub çağı qaranlığın pərdə-pərdə enməsindən kədərlənərək, aşiqləri vəslin nurunu zülmətin pəncəsindən almağa çağırır: Şihabəddin Sührəvərdinin şeirlərində ifadə olunan eşqin onun fəlsəfəsindəki mənanı göstərməsini zahirən iddia etmək olduqca çətindir. Çünki şairin yaratdığı səhnələr o qədər dolğun və obrazlıdır ki, mistika görünməz olmuşdur. Bu xüsusiyyət şairin şərabla əlaqədar təsvirlərində də özünü göstərir. Lakin AMEA-nın müxbir üzvü Zakir Məmmədov qeyd edir ki, şair, burada heç də həqiqi içki məclisinin vəsfini vermir, şərabı sufilər kimi, qeyri-maddi mənada tərənnüm edir. Elə həmin şeirin sonunda o, kəndlinin meyvədən düzəltdiyi meydən deyil, din qabındakı meydən söz açdığını bildirir: Şihabəddin Sührəvərdinin şeirləri ideya dərinliyi və fikir zənginliyi cəhətdən elmi-fəlsəfi əsərləri xatırladır. İnsan ruhunun təbiəti, onun haqqa münasibəti və bu kimi məsələlər sırf nəzəri səciyyə daşıyır. Bununla belə, həmin şeirlərdə gözəl, rəngarəng lövhələr, təbiət təsvirləri, canlı obrazlar, sənətkarlıqla işlədilmiş təşbihlər onun yetkin və istedadlı şair olduğunu sübut edir. Fəlsəfi yaradıcılığı Şihabəddin Yəhya Sührəvərdi yaradıcılığa çox erkən başlamış, az müddət içərisində elmi-fəlsəfi və bədii əsərləri ilə bütün müsəlman ölkələrində tanınmışdır. Filosofun zəngin və çoxcəhətli irsi haqqında öz müasirləri və sonrakı müəlliflər söz açmış, onun orijinallığı və dəyəri barədə maraqlı mülahizələr söyləmişlər. Şihabəddin Sührəvərdinin əsərlərinin ən geniş siyahısını Şəmsəddin Şəhrəzuri "Ruhlar əyləncəsi və sevinclər bağı" kitabında vermişdir. Şagirdi filosofun əlliyə yaxın əsərinin adını sadaladıqdan sonra yazır: "Bu onun bizə çatan əsərlərinin və xəbərdar olduğumuz yazılarının adlarıdır. Bizə gəlib çatmayan şeylərin olması da mümkündür."Orta əsr müəlliflərindən Yaqut Həməvi, İbn Əbi Üseybiə, İbn Xəllikan, Əfifəddin Yafii, İbn Həcar Əsqəlani, Əhməd Taşköprizadə və başqaları, xüsusən Hacı Xəlifə Şihabəddin Sührəvərdinin həyatı və yaradıcılığından söhbət açarkən müxtəlif əsərləri üzərində ayrıca dayanmışdır. Şihabəddin Sührəvərdi gənclik illərində peripatetizm məsələləri ilə maraqlanmış, məntiq, metafizika, təbiətşünaslıq elmlərini dərindən öyrənmişdir. Sonrakı dövrdə fəaliyyətini daha da genişləndirən filosof tam yeni bir fəlsəfi məktəbin – İşraqilik fəlsəfəsinin əsasını qoymuşdur. Varlıq təlimi Varlığın əsasları Sührəvərdi "Varlıq" anlayışını "Yoxluq" anlayışı ilə müqayisəli şəkildə nəzərdən keçirmişdir. "Girişlər və qarşıya qoyulmuş məsələlər" kitabında "Varlıq və yoxluq haqqında" adlı xüsusi bir fəsil vardır. Filosof yoxluğu varlığa nisbətdə aydınlaşdıraraq yazır: "Yoxluq yalnız varlığa görə təsəvvür edilir və əqlə gətirilir." Bu baxımdan əsas diqqət varlıq anlayışına yönləndirilmişdir. Varlıq peripatetik təbirlə vacib və mümkünə bölünür. Filosof yazır: "Bil ki, hər bir mövcud olan ya vacib, varlıq ya da mümkün varlıqdır. Vacib varlığın mövcud olmaması mümkün deyildir."Öz peripatetik sələfləri kimi Şihabəddin Sührəvərdi də varlığın qismlərini bir-biri ilə qarşılıqlı surətdə nəzərdən keçirmişdir: "Vacib yaxud zəruri varlığın mövcudluğu onun özünə görədir, mümkün varlığın mövcudluğu isə başqasının sayəsindədir." Əbunəsr Farabi, İbn Sina, Bəhmənyar Azərbaycani və başqa peripatetik filosoflar kimi Şihabəddi Sührəvərdi də vacibliyi özünə və başqasına görə olmaq baxımından qiymətləndirmiş, ikinci halı mümkün varlığa aid etmişdir: Şihabəddin Sührəvərdinin peripatetik və sufi-fəlsəfi əsərlərində emansiya nəzəriyyəsi özünəməxsus şəkildə ifadə edilmişdir. İşraqiliyə dair traktatlarında isə filosof bu nəzəriyyənin yeni bir formasını işləyib hazırlamışdır. Kreatsionizmə görə, mövcudat Allah tərəfindən bilavasitə xəlq edildiyi halda, emanasiya nəzəriyyəsinə görə, yaranışda səbəb və nəticə silsiləsindən ibarət vasitələr, ara mərhələlər vardır. Şihabəddin Sührəvərdi "Ürəklər bağı" əsərində mövcudatın mərtəbəli quruluşunu Şərq peripatetiklərinin üsulu ilə əsaslandıraraq yazır: Şihabəddin Sührəvərdinin varlıq təlimində varlığın vacib və mümkünə bölünməsi, bölgülərin səbəb və nəticə, qabaq və sonra, ümumi və ayrıca, vahid və çox baxımından nəzərdən keçirilməsi, habelə kreatsionizm təliminə münasibəti Şərq peripatetiklərinin fəlsəfəsi ilə səsləşir, onun mündəricəsini genişləndirir. Mövcudatın mərtəbələri Şihabəddin Sührəvərdi mövcudatın mənbəyi və mənşəyi məsələsinin peripatetik məzmununu, onun emansiya nəzəriyyəsini gözdən keçirmiş, bu sırada bir sıra yeni, İşraqilik fəlsəfəsinə uyğun fikirlər irəli sürmüşdür. Filosofun varlıq təlimində bütün mövcud şeylər öz başlanğıcını Vacib varlıqdan, yaxud İşıqlar işığından almışdır. Şihabəddin Sührəvərdi ilk başlanğıcı Vacib varlıq kimi götürəndə əsas etibarı ilə ənənəvi baxışları, mülahizələri təbliğ etsə də, onu İşıqlar işığı kimi səciyyələndirəndə daha çox orijinal mövqe tutmuşdur. Filosof Şərq peripatetiklərinin yolu ilə gedərək göstərir ki, "Vacib varlıq, yəni ilk səbəbdən törənmiş mümkün varlıq, yəni ilk nəticə də vahiddir." Filosof qeyd edir ki, "Vacib varlıqdan çıxan ilk nəticə nəfs də ola bilməz, çünki nəfs cismə malik olmalıdır ki, onu idarə edə. Deməli ondan çıxan varlıq hər cəhətdən materiyadan təcrid olunmuş bir substansiyadır ki, nə maddidir, nə də maddəni idarə edən. Bu cür olanı biz əql adlandırırıq."Şihabəddin Sührəvərdi İşıqlar işığından vahid, mücərrəd işığın çıxdığını sübut edən müddəa üzərində geniş dayanmışdır. Filosof "İşıq heykəlləri" traktatında "ilk yaradılan işıq" deyə təqdim etdiyi ilk nəticəni "İşraq fəlsəfəsi" kitabında bir sıra başqa adlarla ifadə etmişdir. Şihabəddin Sührəvərdi göstərir ki, "varlıqdakı əvvəlinci nisbət mövcud olan substansiyanın əbədi mövcud Birinciyə nisbətidir. O, bütün nisbətlərin anası və ən şərəflisidir. Həmin substansiya Birinciyə aşiqdir. Birinci isə onun itaətetdiricisidir, öz əbədi mövcud işığı ilə onun üzərində itaətetdiriciliklə qalibdir. Birinci onu əhatə etməklə, öz işığı ilə mahiyyətini açmaqla onu acizləşdirir." İşıq və cisim Şihabəddin Sührəvərdinin işraqiliyə dair əsərlərində substansiya və aksidensiyaya baxış orijinal şəkildə ifadə edilmişdir. Burada qeyri-maddi substansiyalar mücərrəd işıqlar, maddi substansiyalar isə kölgələr, qaranlıqlar – kəsif substansiyalar və zülmani heyətlər – cisimlər timsalında verilmişdir. Hissi işıqlar isə aksidensiyalar kimi səciyyələndirilmişdir. "Anlağa yaxın budur ki, aksidensiyalar cisimlərdə olur. Aksidensiya başqasından asılı olduğu üçün mümkün varlıqdır. Əgər onun varlığı vacib olsaydı, başqasından asılı olmazdı."İşraq fəlsəfəsi kitabında deyilir: "Aksident işıq özü-özlüyündə olan işıq deyildir. Onun varlığı başqasına məxsusdur. O, ancaq başqasının işığıdır. Mücərrəd xalis işıq özü-özlüyündə olan işıqdır. Hər bir özü-özlüyündə olan işıq mücərrəd xalis işıqdır." Aksident işığı mücərrəd xalis işıqdan fərqləndirən bir cəhət də onun cisimlərdə vaqe olması, ona hissi işarə edilməsidir. Şihabəddin Sührəvərdi "cismin materiya və formadan ibarətdir" müddəasını qəbul etmiş, bu mövzu ilə əlaqədar özünəməxsus mülahizələr irəli sürmüşdür. Filosofun varlıq təlimində "materiya" anlayışının şərhi də fərqlidir. O, "İmadəddin lövhələri" traktatında yazır: İşraqilik fəlsəfəsində cisim kəsif substansiya, zülmani heyət kimi səciyyələndirilir. Ümumilikdə ona bərzəx deyilir. Bütə və tilsimə bənzədilən bərzəxlər onları idarə edən "sahib" adlandırılmış işıqların səbəbinə mövcud olur. İnsan cismi və insan nəfsi Şihabəddin Sührəvərdi insanın maddi və mənəvi varlığı, onun mücərrəd işıqla əlaqəsi məsələsinə xüsusi diqqət yetirmişdir. İnsanın heyvan, bitki və minerallardan yuxarı pillədə dayandığını söyləyən mütəfəkkir insan təbiətini yüksək qiymətləndirmişdir. O, "İşraq fəlsəfəsi" kitabında yazır: "Ən bitkin məzac insandır. O, ətaedicidən kamal diləyir." Filosof başqa əsərlərində də bu fikir üzərində dayanmışdır. "Filosofların görüşləri" kitabında deyilir: "İnsan canlı varlıqların ən şərəflisidir. O, materiyadan təcrid olunmuş bir şeylə düşüncəli nəfslə səciyyələnir."Düşüncəli nəfs (ən-nəfs ən-natiqə) işraqilik fəlsəfəsində əsas etibariləidarəedici işıq (ən-nur əl-mütəbbir) termini ilə verilir. İşraqiliyə dair traktatlarda ona bəzən isfəhbud işıq (ən-nur əl-isfəhbud) da deyilir. İsfəhbud (sepəhbod) pəhləvi dilində baçşı, ordu başçısı deməkdir. Şihabəddin Sührəvərdi "İşraq fəlsəfəsi" kitabında yazır ki, "bəzi qəhredici işıqlardan, daha doğrusu, düşüncəli növün tilsim sahibindən ən bitkin insani məzac üzərində mücərrəd bir işıq hasil olur. O, insan cismini küll-ixtiyarla idarə edən işıqdır. O, insan təbiətinin isfəhbudu olan mücərrəd işıqdır, özünü mənlik göstərir." "İşıqnamə" kitabında bu barədə deyilir: "Düşüncəli nəfsin tərifi odur ki, o, nə cisimdir, nədə cisimdədir, əksinə cismi idarə edir, anlayışları dərk edə bilir."Şihabəddin Sührəvərdi insani nəfsin mənşəyini araşdırarkən ərəbdilli peripatetiklərlə həmfikir olub, onun əzəli və bədəndən qabaq deyil, sonradan vücuda gəldiyini söyləmişdir. Şihabəddin Sührəvərdi insan nəfsinin əzəli olmasına şübhə doğuran amilləri sadalayaraq yazır: İnsan cismi öldükdən sonra onun nəfsinin aqibəti filosofların və mütəfəkkirlərin əsərlərində müxtəlif məzmunda şərh edilmişdir. Şihabəddin Sührəvərdi tənasüxə inanan qədim Şərq filosoflarının fikirlərini yad edərək yazır: Şihabəddin Sührəvərdi mövcudatın – göylərin və onlardakı planetlərin, ulduzların fövqünə yüksələ bilmək istedadını bütün kamil insan nəfsləri üçün səciyyəvi hal saymışlar. Bu keyfiyyət "Qarışqaların dili" sufi-fəlsəfi traktatında sufi haqqında da deyilir: "Sufi iki oluşun arxasındadır, iki aləmin fövqündədir." Cismin hərəkəti Şihabəddin Sührəvərdinin fəlsəfəsində hərəkət özünəməxsus şəkildə şərh edilmişdir. Onun fikirləri bu mövzuya geniş yer vermiş Şərq peripatetiklərinin doktrinalarından çox məqamlarda seçilir. Aristotelçi filosoflar, o cümlədən Bəhmənyar Azərbaycani və Siracəddin Urməvi hərəkətin növlərini on kateqoriyadan dördünə uyğun olaraq müəyyənləşdirmişlər. Hərəkəti mühüm fəlsəfi kateqoriyalardan biri kimi nəzərdən keçirən Şihabəddin Sührəvərdi "İşıqnamə" əsərində yazır: "Bil ki, özündəə sabitlik təsəvvür edilməyən hər bir aksidensiya hərəkətdir." Hərəkət "İşraq fəlsəfəsi", "İmadəddin lövhələri", "Girişlər və qarşıya qoyulmuş məsələlər" kitablarında "sabitliyi təsəvvür edilməyən heyət", "İşıq heykəlləri" traktatında "özü-özlüyündə təzələşən vacib bir şey" adlandırılır.Filosof hərəkəti materiyadan ayrılıqda təsəvvür etmir, hər bir hərəkətin yalnız cisimlərdə mövcud olduğunu qeyd edir. Bununla belə, o, hərəkəti nəfsə malik olmayan bərzəxlər, başqa sözlə cansız cisimlər – ünsürlər üçün ayrılmaz xassə bilməmişdir. Sührəvərdi hərəkət növlərinin yalnız cisimlərdə mövcud olduğunu elan edərkən peripatetik filosoflarla həmfikir idi. Şərq peripatetikləri maddi varlıqların bütünlükdə ehtivaedicisinin hərəkətini vəziyyətdəki hərəkət adlandırmışlar, zira hər bir cəhət, hər bir maddi ölçü ona nisbətdədir, o, mütləq bütövdür. Şihabəddin Sührəvərdi də bu konsepsiyanı müdafiə etmişdir.Şihabəddin Sührəvərdi hərəkətin istiqamətə görə üç növünü qəbul etmişdir: ortada hərəkət, ortadan hərəkət və ortaya hərəkət. Birinci mərkəz kürəsi ətrafında vaqe olan göylərin hərəkətləridir. İkincisi və üçüncüsü isə ünsürlərə məxsus hesab edilən düzxətli hərəkətdir. Peripatetizmdə, eləcə də işraqilikdə cisimlər aləminin hərəkətvericisi ondan kənarda axtarılır. Sührəvərdi yazır: "Cisimlər üçün hərəkət başlanğıcı olan başqa bir şey labüddür. Əgər o, Vacib varlıqdırsa, məqsəd hasildir, əgər mümkün varlıqdırsa, özü-özlüyündə Vacib varlığa çatmalıdır." Məkan və zaman Şihabəddin Sührəvərdinin varlıq təlimində məkan və zaman anlayışlarının şərhi, onların hərəkət kateqoriyası ilə bağlı araşdırılması xüsusi əhəmiyyət daşıyır. Cisimlərin hissi işarə ilə nəzərdə tutulduğunu söyləyən filosof qeyd edir ki, adamlar yuxarı və aşağı cəhətlərə işarə edirlər. Müxtəlif hərəkətlər yuxarıda və aşağıda vaqe olur. Əgər bir şeyin cəhətləri olmasaydı, ona işarə edilə bilməzdi. Qeyri şeyə tərəf işarə və ya hərəkət qeyri-mümkündür. Hərəkət və işarələr maddi varlıqlarda müxtəlif cəhətlərin olmasına görə mümkündür. Ölçüyə — uzunluq, en və dərinliyə (hündürlüyə) – həcmə malik olmayan cisim yoxdur. Şihabəddin Sührəvərdi "məkan" anlayışını "heyət" və "məhəl" anlayışları ilə müqayisə edir. Heyət, məsələn, müəyyən şeylərdən ağlıq, yaxud qaralıqdır. Məhəl özündə ağlıq, yaxud qaranlıq olandır. Heyət bir məhəldən başqa məhələ nəql edilmir, çünki o, nəql edilsəydi özü-özlüyündə mövcud, özü hərəkət edən olmalı idi. Məhəl də həll edilə bilmir, çünki heyət kimi o da cismə əlavə edilmişdir. Şihabəddin Sührəvərdi cismin üç ölçülüyü məsələsi üzərində konkret dayanmışdır. Filosof yazır: "Altı cəhətə malik hər bir şeyin üç ölçüsü – uzunluq en və dərinliyi (hündürlüyü) olması lazım gəlir." Şihabəddin Sührəvərdinin təlimində zaman daimidir. Bu xüsusiyyət onun əzəli və əbədi olmasında öz əksini tapmışdır. Bu xüsusiyyət onun əzəli və əbədi olmasında öz əksini tapmışdır. "İmadəddin lövhələri" kitabında deyilir: "Keçmişin mövcudluğunun davamını əzəl, gələcəkdəki mövcudluğun davamını əbəd adlandırmışlar." Filosof zamanın məhdud başlanğıca malik olduğunu iddia edən ilahiyyatçı sxolastlara əks mövqe tuturdu. "İşraq fəlsəfəsi" kitabında deyilir: İdrak nəzəriyyəsi İnsanın idrak qabiliyyəti Şihabəddin Sührəvərdi idrak qabiliyyəti baxımından insan cismi və təbiətini yüksək qiymətləndirmişdir. İnsan cisminin isfəhbud işığa yiyələnməsi böyük şən hesab edilir. "İşraq fəlsəfəsi" kitabında deyilir: Filosof dərkedicilik qabiliyyətini insani işıq (nəfs) üzərində təsdiq etdikdən sonra onu bütün mücərrəd işıqlara şamil edir. O yazır: "Müəyyən olduqda ki, sənin mənliyin mücərrəd işıqdıröz sayəsində dərkedicidir və mücərrəd işıqlar müxtəlif gerçəkliklər deyildir, onda, tamın (küllün) öz sayəsində dərkedici olması lazım gəlir. Çünki bir növdə vacib olan, gerçəklikdə onunla şərik olmada vacib olar."Şihabəddin Sührəvərdi göstərir ki, insani nəfs bütün digər canlıların nəfsindən daha kamil olmaqla bərabər, onların daşıdığı funksiyaları da özünəməxsus şəkildə üstün keyfiyyətlərlə ehtiva edir. "İşıqnamə" əsərində deyilir ki, heyvanda hiss və hərəkətin əlavə edilməsi ilə nəbati qüvvələr hasildir. İnsanın məzacı isə heyvani qüvvələrin hamısını icra edir. Məntiqi idrak Şihabəddin Sührəvərdi peripatetizmə dair əsərlərində — "Həqiqətə dair baxışlar", "Lövhi və ərşi qeydlər", "Qarşıya qoyulmuş məsələlər", "Müqavimətlər" və başqa traktatlarında birinci hissəni məntiqə həsr etmişdir. Peripatetik təlimdə məntiqin ənənəvi olaraq əvvəldə verilməsi təsadüfi deyildir, bu onun sistemi və metodu ilə üzvi surətdə bağlıdır. Belə ki, Şərq filosofları məntiqi sənət, elm və metod (alət-orqanon) kimi səciyyələndirmişlər. Məntiqin əqli kamilləşdirməsi sənət, məlumdan məchula keçməsi tollarını araşdırması elm, tədqiqatın gedişini hazırlaması metod sayılmışdır. Şihabəddin Sührəvərdi dünyagörüşünün müxtəlif sahələrində olduğu kimi, məntiqin ayrı-ayrı məsələlərinə yanaşmasında və onların həllində də işraqilik fəlsəfəsi mövqeyindən yeni, orijinal fikirlər, mülahizələr söyləmişdir. Öz sələflərini sadəcə təkrarlamamaq, araşdırmalarında incəliklərə varmaqla kifayətlənməmək keyfiyyəti Şihabəddin Sührəvərdinin "İşraq hikməti" kitabında daha qabarıq şəkildə diqqəti cəlb edir.Filosofun məntiqi Aristotelin məntiqi səpkisindədir. Burada Şərq peripatetiklərinin – Əbunəsr Fərabi, İbn Sina, Bəhmənyar Azərbaycani və başqalarının işləyib hazırladıqları məntiq doktrinaları zəminində fikir yürüdülür. Başqa məntiqçilər kimi Şihabəddin Sührəvərdi də mövzuya Stagiritin "Kateqoriyalar" kitabına neoplatonçu Plotinin yazdığı "Giriş" adlı şərhin təhlili ilə başlayır. "Lövhi və ərşi qeydlər" kitabında bu məsələyə on qeyd ayrılmışdır. Şihabəddin Yəhya Sührəvərdinin həyatı və yaradıcılığından söz açmış tarixçilər və tərcümeyi-hal müəllifləri onun dünyagörüşü və fəlsəfəsinə dair də az çoxlu məlumat vermiş, mütəfəkkirin ideyalarının Şərq ölkələrində yayılmasına müəyyən dərəcədə kömək göstərmişlər. İmadəddin İsfahani, İbn əl-Cauzi, Yaqut Həməvi, İbn Əbi Useybiə, Zəkəriya Qəzvini, İbn Xəllikan, Səlahəddin Səfədi, Əfifəddin Yafii Yəməni, Əbdürrəhman Cami, Əbdürrəşid Bakuvi, İbn Həcər Əsqəlani, ibn əl-İmad Hənbəli və başqa müəlliflərin Şihabəddin Yəhya Sührəvərdi haqqında verdikləri məlumat müxtəlif dövrlərdə və müxtəlif iqlimlərdə ona bəslənən münasibəti əks etdirir. Şəmsəddin Şəhrəzuri "Ruhlar əyləncəsi və sevinclər bağı" kitabında Şihabəddin Sührəvərdinin tərcümeyi-halını geniş işıqlandırmaqla bərabər işraqilik fəlsəfi məktəbinin fəal nümayəndəsi kimi də çıxış etmişdir. Müəllif öz müəllimi haqqında yazırdı ki, "o, ilahi mükaşifələrdə və ruhi müşahidələrdə idi. Onun nihayətinin dərinliyini yalnız az adam bilər, hüduduna yalnız dərin biliklilər yetişər." Şəmsəddin Şəhrəzurinin ""İşraq fəlsəfəsi"nin şərhində rəmzlərin həlli və xəzinələrin kəşfi" (Həll ər-rümuz va kəşf əl-künuz fi şərh Hikmət əl-işraq) kitabı işraqilik fəlsəfəsini təbliğ edən ilk elmi-fəlsəfi əsərlərdən biridir. "Lövhi və əşri qeydlər" əsasında Şəmsəddin Şəhrəzurinin yazdığı "Düzəlişlər" (ət-Tənqihat) adlı şərh filosofun peripatetizmə dair doktrinaları ilə bərabər onun işraqi fikirlərini də işıqlandırmışdır.Varlığın qisimlərinin Siracəddin Urməvi (1198–1283) tərəfindən şərhində Şihabəddin Sührəvərdinin təsiri aydın nəzərə çarpır. Filosof "Hikmət incəlikləri" (Lətaif əl-hikmə) kitabında Vacib varlığı mütləq işıq deyə səciyyələndirir. Onun şərhində Vacib varlığın qarşılığı qeyri-mümkün varlıqdır, deməli, mütləq qaranlıqdır. İşraqilik fəlsəfəsi Nəsirəddin Tusinin (1201–1274) və onun şagirdlərinin yaradıcılığına daha böyük təsir göstərmişdir. Marağa rəsədxanasından çalışan alimlərdən bir çoxu işraqi filosofun kitablarını tədris və təbliğ etməklə kifayətlənməmiş, onlara şərhlər də yazmışdır. Səd ibn Mənsur ibn Kəmmunə İsrailinin (…-1284) Şihabəddin Sührəvərdinin "Lövhi və ərşi qeydlər" kitabına yazdığı şərh də "Düzəlişlər" adlanır. 1268-ci (667) qələmə alınmış bu əsərin Bağdadda 1296-cı (696) və 1304-cü (704) ildə köçürülmüş nüsxələri Dəməşqdə, Zahiriyyə kitabxanasında saxlanılır. Sührəvərdinin əsərləri, xüsusən onun işraqilik fəlsəfəsi Nəsirəddin Tusinin digər istedadlı şagirdi Qütbəddin Mahmud ibn Məsud Şirazi (1236–1311) tərəfindən də müfəssəl araşdırılmışdır. Onun "İşraq fəlsəfəsi" kitabına yazdığı şərh mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.XV–XVI əsrlərdə işraqilik fəlsəfəsi Cəlaləddin Dəvvani, Qiyasəddin Daştəki, İsmayıl Anqavari, Vədud Təbrizi və başqaları tərəfindən öyrənilmiş və təbliğ edilmişdir. Cəlaləddin Dəvvani Sührəvərdinin "İşıq heykəlləri" kitabına həsr etdiyi şərhə görə böyük şöhrət tapmışdır. Traktat "İşıq heykəllərinin şərhində çatışmayan cəhətlər" (Şəvakil əl-hur fi şərh Həyakil ən-nur) adlanır. Şərhin Misir müftisi Şeyx Məhəmməd Əbduh (1849–1905) tərəfindən köçürülmüş bir nüsxəsində əsərin yazıldığı dövrlə əlaqədar siyasi hadisələrə də toxunulur."İşıq heykəlləri" traktatına Məhəmməd Ələvi Hirəvinin, Yəhya ibn Nüsuh Növizadənin və bir çox başqalarının ərəbcə yazdıqları şərhlərdən fərqli olaraq Şeyx İsmayıl Mövləvi Anqavarinin "Hikmətlərin izahı" (İdah əl-hikəm) adlı şərhi türk dilindədi. Vədud ibn Məhəmməd Təbrizinin (…-1524) ""İmadəddin lövhələri" həqiqətlərini açmaqda ruhlar çırağı" (Misbah əl-ərvah fi kəşf hüquq ə-Əlvah) traktatı işraqi ədəbiyyatın maraqlı nümunələrindən sayılır. "Bürclər traktatı"na Müsənnəfək Əli Bistaminin şərhi, "Həqiqətlərə dair baxışlar"a və "Minacat kitabı"na Əbu Müzəffər Məhəmməd İsfəraninin şərhləri dəxi məlumdur.Şeyx Əhməd Əhsai işraqilik təliminin bəzi doktrinalarını şiə ideologiyası səmtinə yönəltməklə özünəməxsus bir dünyagörüşü yaratmış, bəzən İslam dini ilə bir araya sığmayan müddəalar irəli sürmüşdür. Mütəfəkkirin kəşf və ilham (intuisiya) üzərində qurulan kəşfiyyə təlimini öz tərəfdarları "Şeyxiyyə" (Şeyxlik) adlandırmışlar. Şihabəddin Yəhya Sührəvərdinin əsərləri və fəlsəfi təlimi müxtəlif tədqiqatçılar tərəfindən dünya mədəni irsinin qiymətli nümunəsi kimi araşdırılmışdır. Müsəlman şərqi ölkələrinin müxtəlif guşələrində aparılan tədqiqatlar ərəb, fars və türk dillərində yazılmışdır. Cürci Zeydan, Əhməd Əmin, Abbas İqbal, Əbdürrəhman Bədəvi və başqa alimlər orta şərq fəlsəfəsi tarixinə dair əsərlərində ərəbdilli mədəniyyətin tanınmış nümayəndəsi kimi Şihabəddin Yəhya Sührəvərdidən söz açmışlar. Əbdülqadir Mahmudun "Sufi fəlsəfəsi-mənbələri, nəzəriyyələri, dində və həyatda yeri", Məhəmmədrza Şəbibinin "Fəlsəfi irsimiz" kitablarında filosofun irsinə və dünyagörüşünə xeyli yer verilmişdir. Məhəmmədəli Əbu Rəyyan Şihabəddin Sührəvərdi irsinin tədqiqi və təbliği işində xeyli səy göstərmişdir. O, "İşıq heykəlləri" traktatının tənqidi mətnini hazırlayıb, 1957-ci ildə Qahirədə geniş məqalələri və izahları ilə birlikdə çap etdirmişdir. Onun "Şihabəddin Yəhya Sührəvərdinin işraqilik fəlsəfəsinin əsasları" monoqrafiyası isə Qahirədə iki dəfə nəşr edilmişdir. Sami Knyali "Sührəvərdi" adlı kitabında filosofun həyatı, yaradıcılığı və fəlsəfəsinə dair materiallarla birlikdə onun öz əsərlərindən nümunələr də vermişdir. Musa Musəvi isə "Sührəvərdidən Şiraziyə qədər" kitabında işraqilik fəlsəfəsinin inkişaf yolunu nəzərdən keçirmişdir. Əsərdə Şihabəddin Sührəvərdidən başlamış Sədrəddin Şiraziyə qədər beş əsr ərzində yaşamış işraqi filosoflar haqqında məlumat verilir. Filosofun vəfatının hicri tarixi ilə 800 illiyi münasibətilə Qahirədə "Şihabəddin Sührəvərdi – vəfatının 800 illik yubileyi" adlı kitab nəşr edilmişdir. Kitab Misir, Suriya, Fransa, İspaniya və İran alimlərinin məruzələri əsasında tərtib edilmişdir. Anri Korbinin "İşraq fəlsəfəsinin əlaqələri (İşraqilik fəlsəfəsində zərdüştilik motivləri)", "Üç Azərbaycan filosofu – Sührəvərdi, Vədud Təbrici, Rəcəbəli Təbrizi" məqalələri fransız dilindən tərcümə olunaraq fars dilində də nəşr olunmuşdur. İran alimlərindən Zəbihulla Səfa, Səid Nəfisi, Əli Əsgər Hələbi, Ehsan Təbəri və başqaları öz əsərlərində Sührəvərdi və onun işraqilik fəlsəfəsinə xüsusi yer vermişlər. Anri Korbin, Seyid Hüseyn Nəsr və Ağa Seyyid Məhəmməd Baqir Səbzəvari filosofun əsərlərinin çap edilib yayılmasına da çalışmışlar. Türkiyə alimi Hilmi Ziya Ülkən Şihabəddin Sührəvərdinin həyatı, yaradıcılığı və dünyagörüşünü geniş tədqiq etmiş, "İşraq məktəbi" haqqında geniş fikir bildirmişdir. Onun tədqiqatları işraqilik təliminin müddəalarının ancaq qədim və orta əsr fəlsəfi fikri ilə deyil, yeri gəldikcə yeni dövrün, çağdaş müəlliflərin nəzəriyyələri və doktrinaları ilə müqayisə edilməsinə əsaslanmışdır. Çoxcildli "İslam Ensiklopediyası", Xeyrəddin Ziriklinin "Görkəmli şəxsiyyətlər", Orxan Xəncərlioğlunun "Fəlsəfə sözlüyü" və bir çox ensiklopedik nəşrlərdə də Sührəvərinin yaradıcılığına xüsusi diqqət yetirilmişdir. Başqa şərq filosofları ilə yanaşı Şihabəddin Sührəvərdinin də əsərlərinin İntibah mədəniyyətinin ideya mənbələrindən sayan Əbu Rəyyan həmin dövr ədəbiyyatının banilərindən Dante Aligyerinin (1269–1321) "İlahi komediya" əsərinə işraqiliyin təsirini xüsusi qeyd etmişdir.XIX əsrin ortalarında Avropa şərqşünaslarından Fon Ferdinand Vüstenfeld "Ərəb elm və təbiətşünaslıq tarixi", Fon Hammer-Purqştal "Ərəb ədəbiyyatı tarixi", Alfred fon Kremer "İslam fəlsəfi ideyalar tarixi" kitablarında Sührəvərdinin həyat yolu və fəlsəfəsi haqqında məlumatlar verilmişdir. Marks Horten "Die philosophie der Erluchtung nach Suravardi" əsərini Şihabəddin Yəhya Sührəvərdinin həyatı, yaradıcılığı və fəlsəfi təliminə həsr etmişdir.Fon Den Berc "işıq heykəlləri" traktatını ərəb dilindən holland dilinə tərcümə edərək 1916-cı ildə çap etdirmişdir. "Aşiqlərin munisi" (The Loves Friend) 1934-cü ildə Ştutqartda və Dehlidə, "Quş haqqında traktat" 1935-ci ildə Ştutqartda O. Spis tərəfindən çap edilmişdir. "Cəbrail qanadlarının səsi" əsəri A. Korbin və P. Kravusun müqəddimə və izahları ilə 1935-ci ildə "Journal Asiatique" jurnalında dərc olunmuşdur. "Qarışqaların dili" əsərini O. Spis, "Təsəvvüfə dair üç traktat" məcmuəsində, A. Korbin "Hermis" jurnalında dərc etdirmişdir. A. Korbin Şihabəddin Sührəvərdinin əsərlərinin üç cildlik toplusunu nəşr etdirmişdir. Seyid Hüseyn Nəsrin ingilis dilində yazdığı "Üç müsəlman filosofu – İbn Sina-Sührəvərdi-İbn Ərəbi" kitabı 1964-cü ildə ABŞ-da, Ağayi Əhməd Aram tərəfindən edilmiş tərcüməsi isə 1966-cı ildə İranda çap edilmişdir. Məhəmməd Şərifin redaktorluğu ilə Almaniyada, Visbadendə nəşr olunmuş iki cildlik "Müsəlman fəlsəfəsi tarixi" , Məcid Fəxri tərəfindən nəşr olunmuş "İslam fəlsəfəsi tarixi" toplularında Sührəvərdi yaradıcılığına xüsusi yer ayırılmışdır. Azərbaycanda Sührəvərdinin həyatı, yaradıcılığı, fəlsəfi irsi ilə bağlı ilk tədqiqatlar AMEA-nın müxbir üzvü Zakir Məmmədov tərəfindən aparılmışdır. Alim "Şihabəddin Sührəvərdinin fəlsəfi şeirləri", "Şihabəddin Yəhya Sührəvərdinin həyat yolu", "İşraqilik fəlsəfəsinin ontologiyası" və başqa məqalələrində, eyni zamanda "Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir", "Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri" "Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat)", "Azərbaycan fəlsəfəsi tarixi" əsərlərində Sührəvərdinin irsinə xüsusi diqqət yetirmişdir. 2009-cu ildə nəşr edilmiş "Şihabəddin Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü" əsəri isə Sührəvərdi irsinin tədqiqinə həsr olunmu geniş və hərtərəfli araşdırmadır.Zakir Məmmədov filosofun iki traktatını Azərbaycan dilinə tərcümə edərək Bakıda nəşr etdirmişdir. Tədqiqatçı Şihabəddin Sührəvərdinin "Filosofların görüşləri" traktatını ərəbşünas alim Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu tərcümə əsəri ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə çap olunmuşdur. Filosofun "İşıq heykəlləri" traktatı isə ilk dəfə 1989-cu ildə, ikinci dəfə 1999-cu ildə nəşr etdirmişdir.Professor Malik Mahmudov 1972-ci ildə çap edilmiş "Şihabəddin Sührəvərdinin poetik dünyası" məqaləsində və 1983-cü ildə nəşr edilmiş "Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər" adlı monoqrafiyasında Sührəvərdinin bədii yaradıcılığının tədqiqinə yer vermişdir. 2010-cu ildə Bakıda Ülkər Zakirqızının (Məmmədova) "Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı)" kitabında işraqi filosofun ədəbi-bədii yaradıcılığı geniş tədqiq olunur. AMEA-nın Rəyasət Heyəti Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar qəbul etmişdır. Həmin qərara əsasən 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə İnstitutu) filosofun yubileyi keçirilmişdir.İranın Sənəndəc şəhərində Şihabəddin Yəhya Sührəvərdinin heykəli ucaldılmışdır. Max Horten – Die Philosophie der Erleuchtung nach Suhrawardi (1191), Georg Olms Verlag, 1912 Z. Məmmədov – Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü), Bakı, Elm, 2009 Z. Məmmədov – Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat), Bakı, 1991 Z. Məmmədov – Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir, Bakı, 1978 Z. Məmmədov – Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994; təkrar nəşr: 2006 Z. Məmmədov – Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri, Bakı, 1986 Ü. Zakirqızı (Məmmədova) – Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı), Bakı, 2010 M. Mahmudov – Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər, Bakı, 1993 Amin Razavi – Suhrawardi and the School of Illumination, Richmond: Curzon, 1997 Corbin, H. — En Islam iranien: aspects spirituels et philosophiques, vol. II: Sohrawardi et les Platoniciens de Perse, Paris: Gallimard, 1971 Jad Hatem – Suhrawardî et Gibran, prophètes de la Terre astrale, Beyrouth, Albouraq, 2003 Ha'iri Yazdi, M. — The Principles of Epistemology in Islamic Philosophy: Knowledge by Presence, Albany, NY: State University of New York Press, 1992 Nasr, S. H. — Shihab al-Din Suhrawardi Maqtul, in M. M. Sharif (ed.), 1983 Walbridge, J. — The Leaven of the Ancients: Suhrawardi and the Heritage of the Greeks, Albany, New York: State University of New York Press, 1999 Walbridge, J. — The Wisdom of the Mystic East: Suhrawardi and Platonic Orientalism, Albany, New York: State University of New York Press, 2001 Ziai, H. — Knowledge and Illumination: a Study of Suhrawardi's Hikmat al-ishraq, Atlanta, GA: Scholars Press, 1990 Həmçinin bax Azərbaycan ədəbiyyatı Azərbaycan Atabəylər dövləti Xarici keçidlər Stenford Fəlsəfə Ensiklopediyası, Şihabəddin Sührəvərdi Şihabeddin Sühreverdî'nin Eserleri, Yrd. Doç. Dr. Ahmet Kamil Cihan, Erciyes Üniversitesi İlâhiyat Fakültesi Arxivləşdirilib 2004-08-07 at the Wayback Machine Şeyx Əl-İşraq və onun fəlsəfi təlimi
https://az.wikipedia.org/w/index.php?curid=98356
Şəhabəddin Yəhya Sührəvərdi

https://az.wikipedia.org/w/index.php?curid=183503
Şəhabəddin Əhməd bəy Ramazanoğlu
Şəhabəddin Əhməd bəy Ramazanoğlu (türk. Sihabeddin Ahmed bey Ramazan-oglu; ? - 1416) - Ramazanoğulları bəyliyinin hökmdarı İbrahim bəyin ölümündən sonra hakimiyyətə qardaşı Şəhabəddin Əhməd bəy keçdi. İbrahim bəyin hakimiyyəti dövründə Birecik bölgəsinin hakimi idi. O hakimiyyəti dövründə bəzən Məmlük sultanına kömək edir, bəzən də ona qarşı döyüşürdü. Əhməd bəy hakimiyyətə gəldikdən sonra Xəlil bəy Zülqədər ilə ittifaq bağlayaraq Maraşı işğal edir. Hələb hakimi Yelboga vəziyyəti dəyişmək üçün müdaxilə etmək istəsə də Sultan Bərkukun ölümü ona mane oldu. 1401-ci ildə Əmir Teymurun Suriyadan getməsindən sonra Hələb şəhərinin azad edilməsində Məmlük ordusuna kömək etdi. Eyni zamanda Suriya ərəblərinin şəhəri mühasirəyə aldığı zamanda Hələb hakimi Dəmirdaşa köməklik göstərdi. Sultan Fərəc Əhməd bəyin xidmətlərinə görə ona müxtəlif hədiyyələr göndərdi. Ancaq 1402-ci ildə Hələb hakimi Dəmirdaşla Şam hakimi Tanrıverdinin sultana qarşı üsyanı zamanı Əhməd bəydə onlara kömək etdi. Ancaq yeni Hələb hakimi Tokmak üsyançıları məğlub etdi. Üsyan rəhbərləri Adanada gizləndilər. Sonradan Dəmirdaş bağışlanmasını istədi və təkrar Hələb hakimliyinə təyin edildi. Sonralar Antakya əmiri Doğancıoğlunun üsyanı zamanı Hələb hakiminə köməklik göstərdi. Hələb hakiminin köməyi ilə Qaramanoğulları və Zülqədəroğulları ilə barışdı. Məmlük əmirlərindən Şeyx və Novruzun arasındakı mübarizədə Şeyxi dəstəklədi. 1410-cu ildə Sultan Fərəc əmirlər arasında ixtilafa son qoymaq məqsədilə Hələb şəhərinə gəldi. Əhməd bəy Hələbə gələrək sultanla görüşdü. Bir müddət sonra isə sultanla görüşmək üçün Qahirəyə getdi. Qahirədən döndükdən sonra Tarsusu Qaramanoğullarından aldı. Burada Sultan Məlikmüəyyəd Şeyxin adına xütbə oxutdurduqdan sonra şəhərin idarəsini oğlu İbrahim bəyə buraxaraq Adanaya döndü. 1416-cı ildə vəfat etdi. Şəhabəddin Əhməd bəy barədə qeydlərdə 3 oğlu (II İbrahim bəy, İzzəddin Həmzə bəy və Məhəmməd bəy) və 1 qızı olduğu məlumdur. Digər övladları barədə heç bir məlumat yoxdur. Övladları növbə ilə bəyliyi idarə etmişlər. Adı məlum olmayan qızı isə Məmlük sultanı Sultan Fərəc ilə evlənmişdi. Sonradan Baş xanım (türk. Hunda Kübra - Baş Hatun) adına layiq görülmüşdür Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=423748
Şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. Kәlmeyi-şəhadətin mətni Ərəbcə tələffüzü: Azərbaycanca: İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128. Həmçinin bax La ilahə illəllah
https://az.wikipedia.org/w/index.php?curid=759611
Şəhadət (Göyçay)
Şəhadət — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonimin Şəhadət şəxs adı ilə bağlılığı güman edilir. Şəhadət eyni zamanda ər.”şahidlik” və ya “şəhidlik” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 900 nəfər əhali yaşayır. Əsasən azərbaycanlılardan ibarətdir. Kənddə 11 türk ailəsi məskunlaşmışdır. Həmçinin bax Göyçay rayonu Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=109330
Şəhadət (dəqiqləşdirmə)
Kəlmeyi-şəhadət — İslamın iki əsas ehkamını ifadə edən formuldur. Şəhadət (Göyçay) — Göyçay rayonunda kənd. Şəhadət bələdiyyəsi — Göyçay rayonunda bələdiyyə.
https://az.wikipedia.org/w/index.php?curid=412204
Şəhadət (film, 2017)
Şəhadət — 2017-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmişdir. Film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Nadir Bədəlov Quruluşçu rejissor: Böyükağa Məmmədov Məsləhətçilər: Səyavuş Heydərov, Gündüz İsmayılov; 22 sentyabr 2017-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində filmin təqdimatı keçirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəal gəncləri, həmçinin dini icma nümayəndələri iştirak ediblər. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=516173
Şəhadət Usubov
Şahadət Qalib oğlu Üsüfov (13 dekabr 2000, Göylər, Şamaxı rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmətçisi (əsgər), İkinci Qarabağ müharibəsinin şəhidi. Şahadət Üsüfov 2000-ci ilin dekabr 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2006-2017-cı illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. Hərbi xidməti Şahadət Üsüfov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahadət Üsüfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (05.11.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=685883
Şəhadət barmağı
Şəhadət barmağı-ikinci barmaqdır, baş barmaqla orta barmaq arasında yerləşir. Bu barmaqdan daha çox işarə məqsədilə istifadə olunur. Jestlərlə danışanda çox istifadə olunur. Məsələn, kimisə işarə etdikdə, diqqəti nəyəsə çəkmək istədikdə bu barmaqdan geniş istifadə olunur. Bununla yanaşı, bütün barmaqlar kimi, şəhadət barmağının da tiblə əlaqəsi vardır. Bu barmaq böyrək və sidik kisəsi ilə əlaqəlidir. Fiziki simptonlaraşağıdakılardır: qarın sancısı, dəri problemləri, baş ağrısı, əsəbilik.
https://az.wikipedia.org/w/index.php?curid=775335
Şəhadət bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=355692
Şəhbərgan
Şibirğan (puşt. شبرغان Şibarğan) — Əfqanıstanının Cövzcan vilayətində şəhər. Əhalisi 175 min nəfərdir (2006). Məzari-Şərifdən 130 km (81 mil) uzaqlıqdadır. Kabul, Məzari-Şərif və s. Şəhərlərlə əhatələnib.
https://az.wikipedia.org/w/index.php?curid=819183
Şəhdad
Şəhdad — İranın Kirman ostanının Kirman şəhristanının Şəhdad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,097 nəfər və 1,010 ailədən ibarət idi. Virtual tur
https://az.wikipedia.org/w/index.php?curid=291793
Şəhid
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. İslam dinində şəhidlər İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə).Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar". Həmçinin bax Azərbaycanın Milli Qəhrəmanları
https://az.wikipedia.org/w/index.php?curid=54293
Şəhid (dəqiqləşdirmə)
Şəhid — Yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən canını fəda edən şəxs. Şəhidçomani (Xudabəndə) —
https://az.wikipedia.org/w/index.php?curid=779735
Şəhid Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə rəğmən dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı. Son dərəcə çalışqanlığı və dərin zəkası ilə bu iki dərsləri eyni zamanda təkmilləşdirdi. Belə ki, o, 1948-ci ildə orta məktəbi bitirib İlahiyyat institutunun fəlsəfə fakültəsinə daxil oldu. O, 1951-ci ildə institutu bitirib bakalavr diplomunu əldə etdi. Seyid Məhəmməd institutu bitirdikdən sonra yenidən Qum dini hövzəsinə qayıdır və ali fiqh və üsul dərslərində iştirak edir. Həmçinin onun fəlsəfəyə xüsusi marağı olduğu üçün Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbainin fəlsəfə dərslərində də iştirak edirdi. Tez bir zamanda ustadın daimi şagirdlərindən birinə çevrilən Seyid Məhəmməd Behişti Şəhid Mutəhhəri ilə birlikdə Əllamə Təbatəbainin iştirakı ilə həftədə iki dəfə səmimi və şövqlü elmi məclis təşkil edirdi ki, bu yığıncaqların nəticəsi olaraq "Fəlsəfənin əsasları və realizm metodları" adlı kitab Şəhid Mütəhhərinin şərhi ilə ərsəyə gəlmişdir. Müqəddəs Qum şəhərində beş il təhsil və tədrisdən sonra Behişti 1956-cı ildə yenidən İlahiyyat İnstitutuna daxil olur və 1959-cu ilə qədər həmin institutda doktorluq pilləsinin dərslərini oxuyur. Lakin dərslərini bitirdikdən sonra daxildə və xaricdə çoxsaylı elmi, mədəni, siyasi və təbliği fəaliyyətlər səbəbindən doktorluq dissertasiyasını müdafiə edə bilmir və bu iş bir müddət təxirə düşür. Nəhayət 1975-ci ildə doktorluq dissertasiyasını "Quranda metafizik məsələlər" mövzusunda Ustad Şəhid Mütəhhərinin elmi rəhbərliyi ilə müdafiə edir və fəlsəfə elmləri doktoru dərəcəsini alır. İctimai-mədəni fəaliyyətləri O zaman ki, Qərbə bağlı olan hakimlər İranın İslam cəmiyyətini maddi bir cəmiyyətə çevirmək və zaman keçdikcə dini unutdurmaq əzmində idilər, Şəhid Behişti Qum orta məktəblərində tədrisə başladı. O, 1954-cü ildə Qumda "Din və Elm" mədrəsəsini təsis etdi ki, məktəb şagirdləri dinlə elmi iki fərqli şey bilməsin və onları birlikdə öyrənsinlər, çünki dinlə elm bir-birindən ayrılmırlar. Şəhid Behişti gənc nəslin iman və inqilab ruhunda tərbiyə olunmasına çox böyük diqqət yetirirdi. Onun elmi-mədəni fəaliyyətlərindən biri də Qum dini hövzə alimləri və tələbələri üçün xarici dil və dünyəvi elmlərin tədrisi mərkəzini yaratması idi. Elə bununla əlaqədar "Qum tələbələri və ziyalılarının İslam mərkəzi"ni təsis etdi. Şəhid Behişti 1963-cü ildə Həqqani Elmi Mədrəsəsini təsis etdi və bir qrup dini hövzə alimlərinin köməyi ilə "İslamda hökumət" məsələsini araşdıran tədqiqat qrupu yaratdı. Bu dövrdə təhlükəsizlik komitəsi (SAVAK) tərəfindən Qum şəhərini tərk edib Tehranda məskunlaşmağa məcbur edildi və 1964-cü ildə Doktor Bahonərin əməkdaşlığı ilə Təhsil nazirliyinin dərslik hazırlanması şöbəsində orta məktəblər üçün dini dərslik kitablarını hazırlamağa başladı. Ayətullah Behişti alman və ingilis dillərindən əlavə, fars və ərəb ədəbiyyatlarına, məntiq, fəlsəfə və təfsir elmlərinə də dərindən yiyələnmişdi. Həmçinin o, Ayətullah-əl-üzma Burucerdinin, İmam Xomeyninin (r.ə) və Ayətullah Damadın ali fiqh və üsul dərslərindən də bəhrələnmişdi və bu elmlərdə nəzər sahibinə çevrilmişdi. Nəzər sahibləri onu görkəmli müasir İslamşünaslardan biri hesab edirlər. Almaniyaya səfər Bir il sonra, yəni 1965-ci ildə Şəhid Behişti din təbliği üçün Almaniyaya səfər edir. Orada o, məscid imamı, məscidin tikintisinin başa çatdırılmasına nəzarət, farsdilli müsəlmanların və orada yaşayan tələbələrin işlərinin idarəsi vəzifələrini öz öhdəsinə götürür. Ayətullah Burucerdinin müsəlmanlar üçün tikdirdiyi məsciddə dini və mədəni fəaliyyətə başlayan Behişti farsdilli tələbələrin İslami birliyini və "Hamburq İslam Mərkəzini" təsis etdi. O, 1965-70-ci illər ərzində müxtəlif elmi və akademik dairələrdə, eləcə də kilsələrdə çıxışlar edirdi. Almaniyada olduğu 5 il müddət ərzində onun fəaliyyətləri təkcə bununla bitmir, Avropa miqyasında dini və mədəni fəaliyyətlər göstərirdi. Siyasi və inqilabi fəaliyyətləri Doktor Behiştinin həyatı İslam düşmənlərinə qarşı mübarizə ilə doludur. Misal üçün o zaman ki, Tudə partiyası güclü təşkilatçılığı ilə ölkənin siyasi səhnəsində fəaliyyət göstərirdi, Şəhid Behişti dini-ideoloji fəaliyyətlərdən əlavə, gənclərdə ruh yüksəkliyi yaratmaq üçün çıxışlar edir, Tudəçilik təfəkkürü ilə mübarizə aparırdı. Behişti 1950-53-cü illərdə Doktor Məhəmməd Mosəddeqin milli hakimiyyətini müdafiə etmək üçün İsfahanda rejim əleyhinə nümayişlər təşkil etməkdə mühüm rol oynamış mübariz ruhanilərdən biri idi. Ayətullah Behiştinin mübarizəsi hər növ cəncəl və təbliğatdan uzaq idi. Behişti yalnız elm, söz və qələm sahibi deyildi, o , mübarizə meydanlarında da mərdanə vuruşurdu. Xüsusilə İmam Xomeyninin 1962-ci ildən başladığı mübarizəsindən sonra "Birləşmiş İslam birlikləri" təşkilatı ilə əməkdaşlığa başladı və bu təşkilatın ruhanilər şurasına üzv seçildi. "Birləşmiş İslam birlikləri" təşkilatı əyalət və vilayət cəmiyyətlərinin içindən çıxmış və 1971-ci ilə qədər mübarizəni idarə etmiş bir təşkilat idi. Bu təşkilat müxtəlif dini münasibətlərdə böyük nümayişlərin təşkil edilməsində mühüm rol oynamışdır. Bu nümayışlərdə Ayətullah Behiştinin həyəcanlı çıxışları insanları hərəkətə gətirirdi. İnqilab şurası İmam Xomeyni Parisdə olduğu zaman Ayətullah Behişti ora getdi və sonra imamın əmri ilə İran İslam inqilabı şurasına üzv qəbul edildi. O dövrdə Behiştinin təsirli rolu tam şəkildə hiss olunurdu. Ayətullah Behişti bir müddətdən sonra bu şuranın katibi seçildi. Şura inqilabın çox həssas və müqəddəratı təyin edən dövrlərində mühüm vəzifə daşıyırdı və İslama və inqilaba çoxlu xidmətlər göstərirdi. Xüsusilə də həmin dövrdə - vəziyyətin iztirablı və həyəcanlı olması qanunvericilik orqanının yoxluğu səbəbindən – bu şura qanunvericilik roluna malik idi və iki mühüm vəzifə daşıyırdı: Birincisi ölkədə ehtiyac duyulan qanunların qəbul edilməsi, ikincisi həmin qanunların icra edilməsi. Bu vəzifələr də şura üzvləri və ya şuranın seçdiyi şəxslər tərəfindən yerinə yetirilirdi. Doktor Behişti bir müddət İnqilab şurası tərəfindən məhkəmə orqanlarında islahatların aparılması, yeni inqilabçı və vicdanlı kadrların cəlb edilməsi üçün həmin orqana təyin edildi və bu sahədə də təsirli işlər gördü. Cümhuri-İslami (İslam Respublikası) partiyasının təsis edilməsi İnqilabın həssas və taleyüklü günlərində yolunu azmış partiya və qrupların müqabilində dini və mənəvi dəyərlərin qorunması üçün İmam Xomeyni yolunun tərəfdarı olan bir İslami təşkilatın yaranmasına zərurət yaranmışdı. Daim nizam-intizam və təşkilatçılıq tərəfdarı olan Doktor Behişti İmam Xomeyninin məsləhəti və indiki dini rəhbər Ayətullah Xamneyinin və digər fəalların köməyi ilə 1979-cu ilin mart ayının sonlarında Cümhuri-İslami partiyasını təsis etdi. Bu partiya müsəlman, vicdanlı və vilayəti-fəqih tərəfdarı olan qüvvələrin mərkəzinə çevrildi. Ayətullah Behişti şəhid olana qədər Cümhuri-İslami partiyasının baş katibi vəzifəsində çalışdı. Tehran Mübariz Ruhanilər Birliyi 1978-ci ilin noyabr ayında Doktor Behişti Şəhid Ayətullah Mütəhhəri, Şəhid Ayətullah Doktor Müfəttih, Ayətullah Məhdəvi Kəni və Ayətullah İmami Kaşani ilə birlikdə Tehran Mübariz Ruhanilər Birliyini yaratdı. Çox keçmədən bütün İrandan ruhanilər bu təşkilatı dəstəkləməyə başladılar və Ayətullah Seyid Əli Xamneyi, Ayətullah Meşkini, Ayətullah Rəbbani Əmləşi, Ayətullah Təbəsi və Şəhid Haşiminejad kimi şəxsiyyətlər həmin bu birliyə qoşuldular. Konstitusiyanın tərtib edilməsi Xalqın seçdiyi nümayəndələr tərəfindən Xübrəqan Məclisi təşkil edildikdən sonra Doktor Behişti bu məclisin sədr müavini seçildi. Demək olar ki, Xübrəqan Məclisinin əksər iclasları onun sədrliyi ilə keçirilirdi. Nizamın bu qayğıkeş icraçısı çoxlu işlərinin olmasına rəğmən davamlı çalışqanlığı və inqilabın ürəyi yanan dostlarının həmfikirliyi ilə İslam Respublikasının konstitusiyasını tərtib etdi. İslam inqilabının qan bahası sayılan bu konstitusiya referendum vasitəsilə xalq tərəfindən təsdiq edildi. Şəhid Behiştinin gördüyü işlərdən biri də filayəti-fəqih (fəqih - din aliminin hakimiyyəti) prinsipinin rolunu bu müqəddəs strukturda aydınlaşdırması idi. Belə ki, bəzi liberal və millətçi qüvvələr bu məsələ ilə müxalif olsalar və etiraz etsələr də Ayətullah Behişti dəlil-sübutlarla onlara cavab verirdi. Nəhayət vilayəti-fəqih məsələsi İslami Şura Məclisində qəbul edildi. Ali Məhkəmənin sədri İslam Respublikası qurulduqdan sonra İmam Xomeyni 1979-cu ilin mart ayında Ali Məhkəmənin sədrliyini Ayətullah Behiştiyə tapşırdı. Ayətullah Behişti ədalətli və alim hakimləri işə götürməklə bu ali orqanda dərin islahatlar apardı. O, özünün işi və verdiyi hökmləri ilə xalqın gözündə ədalət nümunəsi kimi qalmaqdadır. Ayətullah Behişti şəhid edildikdə Cümhuri-İslami partiyasının sədri və İnqilab şurasının üzvü olmaqdan əlavə həm də Ali Məhkəmənin də sədri idi. Şəhid Behiştinin şəxsiyyəti və ictimai-siyasi cəhətləri Şəhid Ayətullah Behiştinin müxtəlif cəhətlərini bir və ya bir neçə məqalə və kitabda bəyan etmək mümkün deyil. Lakin bunu demək olar ki: Doktor Behişti İslam inqilabını İslam tarixinə bəxş edən parlaq fikri və siyasi şəxsiyyətlərdən biri idi. Onun böyüklüyü bundadır ki, bir tərəfdən təşkilatlanmanın vacibliyinə təkid etmiş və onun meydana gəlməsi üçün çalışmışdır. Çünki əsrlərdir ki, İslami qüvvələr vahid təşkilata malik olmadıqları üçün ağır və öldürücü zərbələrə məruz qalmışlar, digər tərəfdən o, inqilabı başqa səmtə yönəlməkdən və durğunluğa düçar olmaqdan qorumuşdur. Şəhid Behişti siyasi uzaqgörənliyi ilə maneələri vaxtında təyin etmək və onları aradan qaldırmaq üçün lazımi tədbirlər görmək bacarığına malik idi. O, siyasət elmində ensiklopedik biliyə və məlumata malik idi. Behişti müxtəlif qrupların ikiüzlü hədəflərini vaxtında və tez təyin edir, onları zərərsizləşdirmək üçün çalışırdı. Bir sözlə demək olar ki, Doktor Behişti yalnız danışan deyil, həm də əməl edən idi, yaxşı danışırdı, lakin sözlə kifayətlənmirdi. Onun güclü məntiqi var idi və məsələlərin kökünə agah idi. Problemləri təhlil edir və onların həlli yollarını dəlil-sübutla bəyan edirdi. Doktor Behişti həm də çox tədbirli və müdrik insan idi. O, qarşı tərəfi inandırmaq, qane etmək və ya məğlub etmək üçün hansı sözü nə vaxt və necə deməyi çax yaxşı bilirdi. Ayətullah Behişti Xübrəqan məclisinin təsis edilməsində böyük rol oynamışdır. Onun ictimai-siyasi təfəkkürü İslam ideologiyasından qaynaqlanırdı. Onu İslamşünas alim və islahatçı ruhani hesab etmək lazımdır. Çünki Qərbi təqlid etməklə və ya İslamla qərb metodlarının tərkibindən deyil, məhz sırf İslam yolu ilə cəmiyyətdə dini və dindarlığı bərpa etmək istəyirdi. Onun fikrincə İslam həm dindir, həm də dövlət, həm ideologiyadır, həm də dövlətçilik metodu. Beləliklə o, İslamı bütün sahələrdə, o cümlədən siyasi sahədə İslam cəmiyyətlərində və dünyada yenidən bərqərar etmək arzusunda olan Əbuzər Ğəffari və Əmmar Yasir nəslindən olan bir alim idi. Arzu edirdi ki, İslam qərb və şərq bloklarından uzaq, müstəqil şəkildə və tək bir qüvvə olaraq dünyada bərqərar olsun. İslam inqilabı İmam Xomeyninin rəhbərliyi ilə qələbə çaldıqdan sonra Şəhid Behiştinin siyasi-ideoloji mübarizəsi rəsmi və daha intizamlı müxtəlif sahələrdə davam edirdi. Belə ki, o, bir tərəfdən İslami məsələlər barəsində yeni fikirlər söylədiyinə görə mühafizəkar ruhanilər tərəfindən tənqid, töhmət və böhtana məruz qalır, digər tərəfdən, materialistlər və çoxüzlü münafiqlər tərəfindən endirilən ağır zərbələrə tuş gəlirdi və nəhayət 27 iyun 1981-ci il tarixində cahiliyyət kin-küdurəti və nifrəti partlayışla nəticələndi. Şəhid Behişti Cümhuri-İslami partiyasının qərargahında 72 nəfərlə birlikdə terror qurbanı oldu və uca şəhidlik zirvəsinə qalxdı. Doktor Behiştinin əsərləri “Quran aynasında Tövhid" “Namaz nədir?” “Bankçılıq və İslamın maliyyə qanunları” “Cəmiyyətdə yeni bir təbəqə” “İslamda və müsəlmanlar arasında ruhaniyyət” “Qalib mübarizə” “Dini tanımaq” “İnsan həyatında dinin rolu” “Hansı məslək?” “Mülkiyyət” [1] Arxivləşdirilib 2014-04-07 at the Wayback Machine Ayətullah Behişti
https://az.wikipedia.org/w/index.php?curid=182144
Şəhid Elçin Poladov
Elçin Adil oğlu Poladov (27 noyabr 2001, Aşağı Quşçu, Tovuz rayonu – 6 noyabr 2020, Qırmızı Bazar, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Poladov 2001-ci noyabrın 27-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Hərbi xidməti Elçin Poladov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. İkinci Qarabağ müharibəsində iştirakı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Poladov noyabrın 6-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.06.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=682835
Şəhid Eşqin Axundov
Eşqin İntiqam oğlu Axundov (3 yanvar 2000, Gəncə – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Eşqin Axundov 2000-ci il 3 yanvar tarixində Gəncə şəhərində anadan olub. Gəncədə yaşamışdır. 2007-ci ildə Gəncə şəhər 44 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu müddətdə həmişə öz təlim-tərbiyəsi ilə digər şagirdlərdən seçilmişdir. 2017-ci ildə həmin məktəbi bitirərək Peşə Liseyinə qəbul olmuşdur. 2019-cu ildə Peşə liseyini müvəffəqiyyətlə bitirmişdir. 2019-cu ilin İyul ayında Hərbi xidmətə yollanmışdır. Hərbi xidməti 2019-cu ildə Hərbi xidmətə yollanmışdır. Öz Hərbi xidmətində daim fərqlənmiş, özünün cəsurluq, vətənpərvərliyi ilə seçilmişdir. 2020-ci il Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə cəsurcasına iştrak etmişdir. Hərbi xidmətdə olduğu kimi iştirak etdiyi döyüşlərdə də öz cəsurluq, igidliyi, vətənpərvərliyi ilə seçilmişdir. 2020-ci il 3 Noyabr Xocavənd uğrunda gedən döyüşlərdə öz döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına Şəhid olmuşdur. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.06.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=731959
Şəhid Həsən Həsənov
Həsənov Həsən Səfər oğlu (3 iyun 1996, Quruzma, Sabirabad rayonu – 20 oktyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. 3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Həsənov Həsən, 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir.Həsən ,hərbi xidməti başa vurduqdan sonra doğulub , boya-başa çatdığı kəndə qayıdır və ailə həyatı qurur. 30 ilə yaxındır ki,Azərbaycan torpaqları düşmən tapdağında idi. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. İkinci Qarabağ müharibəsinin ilk günlərində ön cəbhədə döyüşür.Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında cəsurluqla döyüşür.100 dən çox düşməni zərərsizləşdirib,neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib.Yaralı əsgərlərimizi düşməndən xilas edib.Dostlarının dediyinə görə qəhrəmancasına döyüşüb. 20 oktyabr Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Balaca körpəsi və anası Kifayət xanımın qarşısında baş əyirik. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=730080
Şəhid Həşimov Bəxtiyar Əjdər oğlu
Bəxtiyar Əjdər oğlu Həşimov (iyul 1975, Həsənli, Sabirabad rayonu – 3 fevral 1994, Füzuli rayonu) — şəhid. Bəxtiyar Həşimov 1975-ci ilin iyul ayında Sabirabad rayonunun Həsənalı kəndində anadan olub. 1982-1992-ci illərdə Balvar kənd tam orta məktəbində oxumuşdu. Subay idi. Ailənin ilk övladı idi. Hərbi xidməti 1993 cü ilin iyul ayının 20-də Hərbi komisarlığ tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 1993-1994-cü illərdə Bəxtiyar müxtəlif döyüş bölgələrində xidmət etmişdir. Döyüş dostlarının dediyinə görə Bəxtiyar çox çəsur döyüşçü idi. Bütün döyüş əməliyyatlarında həmişə öndə getmişdir. 1994-cü ilin fevralın 3-də Füzuli rayonu bölgəsində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=725449
Şəhid Mirmöhsüm Mirdamət oğlu Əhmədov
Mirmöhsüm Mirdaməd oğlu Əhmədov (21 yanvar 2002, Neftçala rayonu – 28 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ Müharibəsi şəhidi. Mirmöhsüm Əhmədov 21 yanvar 2002-ci ildə Neftçala rayonuda anadan olmuşdur. Orta təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbdə başa vurmuşdur. Ardınca, Bakı Biznes və Kooperasiya kollecində təhsilini davam etdirmişdir. İkinci Qarabağ Müharibəsində iştirakı Mirmöhsüm 13 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmış və 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. O, Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, öz yaralı döyüş yoldaşını çiyinləri üzərində ərazidən uzaqlaşdıran zaman ermənilər tərəfindən snayper vasitəsilə vurularaq, 28 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə qəhərmancasına həlak olmuşdur. Şəhid Mirmöhsüm Əhmədov doğulub boya-başa çatdığı Neftçala rayonunda torpağa tapşırılmışdır. (20.11.2020) — "Vətən uğrunda" medalı (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (25.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı
https://az.wikipedia.org/w/index.php?curid=682683
Şəhid Mürtəza Mütəhhəri
Mürtəza Mütəhhəri (fars. مرتضی مطهری; 31 yanvar 1919-1 may 1979) — İranlı ilahiyyatçı, fəqih, kəlamçı, fəlsəfəçi, ayətullah, siyasətçi. İslam fəlsəfəsinin inkişafında müstəsna rolu olan fəlsəfəçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri. Uşaqlıq və gənclik dövrü Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də İranın Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmməd Hüseyn dövrünün ruhanisi olub. Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 1931-ci ildə, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. Məşhəddə təhsil aldıqdan sonra 1937-ci ildə İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır. M. Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, Ayətullah Təbatəbai Burucerdi, Ruhullah Xomeyni, Əllamə Təbatəbai Təbrizi, Seyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Xansari kimi alimlərdən dərs alır. Onun təhsil aldığı elmlərin siyahısı isə çox zəngin idi. Ayətullah Xomeynidən fiqh və üsul, Burucerdidən Molla Sədra fəlsəfəsini, əxlaq, üsul və ilahiyyat, ibn Sina təbabətini və digər mühüm İslam elmlərini isə Məhəmmədhüseyn Təbatəbaidən öyrəndi. Bundan başqa, dövrün böyük irfan ustadı Ayətullah Mirzə Əli Şirazidən irfan dərslərini aldı. M.Mütəhhəri Qumda təhsillə yanaşı, ictimai işlərdə də fəallıq göstərir, şah Məhəmməd Rza Pəhləvinin əleyhinə fəaliyyət göstərən təşkilatla əməkdaşlıq edirdi.1952-ci ildə ustad Mürtəza Mütəhhəri təhsilini başa vuraraq Tehrana gəlir. Bu zaman o, artıq dövrünün savadlı ruhanilərindən biri idi. Tehranda olduğu müddətdə M.Mütəhhəri həm elmi tədqiqatla məşğul olur, fəlsəfi, elmi mövzuda əsərlər yazır, həm də müsəlmanlar qarşısında müxtəlif dini, elmi mövzularda çıxışlar edirdi. Həmin dövrdə müəllimi Məhəmməd Hüseyn Təbatəbainin qələmə aldığı “Fəlsəfə prinsipləri və realizm metodu” kitabına giriş yazır və 5 cilddə şərh edir. O bu işi 1953-cü ildə sona çatdırır.1955-ci ildən başlayaraq "Tələbə İslam Cəmiyyəti"ndə təfsir dərsləri verir, daha sonra isə Tehran Universitetinin İlahiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlayır. 1959-cu ildə isə Mütəhhəri "Müsəlman Təbiblər Cəmiyyəti"nə spiker kimi dəvət olunur. Orada o günə kimi müzakirə olunmayan “İslam və zamanın ehtiyacları”, “Teizm” mövzusu kimi bir çox elmi əhəmiyyətli çıxışlar edir. Qumda Ayətullah Xomeynidən dərs alan Mürtəza Mütəhhəri ondan həm də inqilab ideyalarını öyrənmişdi. Hələ gəncliyindən ictimai-siyasi proseslərə fəal şəkildə qatılan Xomeyninin bu tələbəsi 1962-ci ildən sonra inqilabi proseslərə qoşulur. "15 xordad" (xordad İranda ay adıdır, xordadın 15-də şah hökumətinə qarşı İranda ciddi etiraz aksiyası keçirilir) hadisələrinin əsas təşkilatçısı olur. Eyni zamanda Tehranda müsəlmanlar qarşısında etdiyi çıxışlarda şah hakimiyyətini sərt şəkildə tənqid edir, insanlar arasında İslam inqilabı ideyalarını yayırdı. Məhz sərt çıxışlarına görə 1963-cü ildə həbs olunur. Ancaq az sonra azad edilərək yenidən inqilabi fəaliyyətini davam etdirir. İctimai-siyasi fəaliyyəti Bu dövrdə İranda həm də islam inqilabının nəzəri əsasları hazırlanırdı. Əgər İmam Xomeyni Nəcəfdə xaric dərslərində ruhanilərə siyasi İslam hakimiyyətinin nəzəri əsaslarını işləyib hazırlayır və tədris edirdisə, Mürtəza Mütəhhəri Tehranda sadə xalq kütlələri arasında İslam inqilabının ideya və dəyərlərini açıqlayır, cəmiyyəti yeni dövrə hazırlayır, inqilabı xalqın daxilində yaradırdı. Bu həm də dövrün sərt qanunlarına qarşı ideoloji savaş idi. Mütəhhəri bu savaşdan qalibiyyətlə ayrıldı. 1967-ci ildə onun rəhbərliyi ilə Tehranda "İrşad Hüseyniyyəsi" yaradıldı. Bu mərkəz İslam inqilabının ideya bazası oldu.1967-ci ildə o dövrün elmi müzakirə mərkəzi sayılan “İrşad” İslam Mədəniyyət Mərkəzi təsis edilərkən Mütəhhəri oranın əsas üzvlərindən biri olur. “İrşad”da Mütəhhəri ilə yanaşı, Dr. Əli Şəriəti kimi dövrün digər ziyalıları da çıxış etməyə başlayır.Bir neçə il sonra “İrşad” İslam Mədəniyyət Mərkəzindən ayrılsa da, fəaliyyətini, çıxışlarını müxtəlif yerlərdə davam etdirir. Elmi-ictimai fəaliyyəti ilə yanaşı, dövrün problemlərini ələ alan əsərlər üzərində də işləyir.Ustad Mütəhhəri həm də İslami vəhdət ideyasının ən fəal təbliğatçılarından biri idi. Onun Fələstin və Qüdsün azad olunması mövzusundakı çıxışları bu gün də aktuallığını qoruyub saxlayır. Məhz İsrail əleyhinə sərt çıxışlarına görə şah hökuməti M.Mütəhhərini həbs etdirdi. Amma bütün bu təzyiq və təqiblər Mütəhhərini başladığı mübarizədən kənarlaşdıra bilmədi. Nəhayət şah hökuməti ən sonuncu vasitəyə əl atdı: Mütəhhərinin insanlar qarşısında çıxış etməsi yasaqlandı. Bundan sonrakı dövrdə o, kütlə qarşısında çıxış edə bilmirdi.1976-cı ildə Mütəhhəri İraqa gedərək burada sürgün həyatı yaşayan İmam Xomeyni ilə görüşür. Bu həm də inqilabın yeni dönəminin başlanğıcı idi. Bu tarixdən ömrünün sonuna qədər Mürtəza Mütəhhəri İslam inqilabının əsas təşkilatçılarından biri olur. Tehranda şahın devrilməsi ilə sonlanan böyük xalq üsyanının, İmam Xomeyninin İrana qayıtması hadisəsinin əsas təşkilatçılarından biri Mütəhhəri idi.1979-cu il mayın 1-i, axşam saat 22:20 radələrində Tehran şəhərində «İrşad Hüseyniyyəsi»nin qarşısında Xalqın Mücahidləri təşkilatının üzvləri tərəfindən öldürülmüşdür. Mürtəza Mütəhhərinin vəfatından sonra alimin çıxışları onun varisləri tərəfindən (“Sədra” Nəşriyyatı) kağız üzərinə köçürülərək kitab formasına salınmağa başlandı. 30 ildən artıq aparılan işlər nəticəsində alimin kitabları ərsəyə gəldi. Hazırda bu işlər yekunlaşmaq üzrədir. Çıxışlardan hazırlanan və alimin öz sağlığında yazdığı kitabların məcmusu təxminən 60 adda kitabın meydana çıxmasına səbəb oldu. Bu kitabların bəzisi 2-14 arasında dəyişən cildlərdən ibarətdir ki, bunlar da nəzərə alınsa, alimin külliyyatı 100 cildi keçir. Bu kitabların əksər hissəsi şifahi nitqin məhsulu olduğuna, həmçinin keyfiyyətsiz lent yazılarından köçürülməsinə görə əsərlərdə səthi pərakəndəlik nəzərə çarpır. Mütəhhəri sağlığında yaşadığı ölkədə, onu dinləyə bilənlər tərəfindən, həmçinin azsaylı çap olunmuş əsərlərinin oxucuları tərəfindən tanınırdısa, ölümündən sonra çıxışlarının kitab halına salınması və bu kitabların müxtəlif dünya dillərinə tərcümə olunması nəticəsində artıq müsəlman dünyasında tanınmağa başladı. Azərbaycan dilində Mürtəza Mütəhhərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri: 22.Örtünmə a layışı Həmçinin bax İran İslam İnqilabı Əli Şəriəti Xarici keçidlər Online books by Murtaza Mutahhari Mürtəza Mütəhhəri haqqında azərbaycanca facebook səhifəsi Hacı İlqar İbrahimoğlu. "Hacı İlqar İbrahimoğlu Ustad Şəhid Mütəhhəri haqqında(mp3+video)" (az.). deyerler.org. 2013-05-03. 2011-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02. video Arxivləşdirilib 2017-10-07 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=190802
Şəhid Müşfiq Nəsirov
Şəhid Nəsirov Müşfiq (4 sentyabr 2002, Quba Azərbaycan -21 dekabr 2021 Qubadlı rayonu, Azərbaycan ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Şəhid. Həyatı və Təhsili Müşfiq Nəsirov 4 sentyabr 2002-ci ildə Quba rayonunun Suxtakələ kəndində müəllim ailəsində anadan olmuşdur. 2008-ci ildə Quba rayon Suxtakələ kənd ümumi orta məktəbinin birinci sinifinə daxil olan Müşfiq 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirir. Bundan sonra təhsilini Quba rayon Aşağı Tüləkəran kənd tam orta məktəbində davam etdirir. Müşfiq Nəsirov 2019-cu ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisasına qəbul olur. 1 il burada təhsil aldıqdan sonra Müşfiq Nəsirov hərbi xidmətə yollanır. Hərbi xidməti Müşfiq kollecdəki təhsilini yarımçıq qoyaraq 1 oktyabr 2020-ci ildə müharibə şəraitində hərbi xidmətə gedir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşfiq Nəsirov Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmət etdirmişdir. Müşfiq ailəsi ilə danışanda tez-tez hərbi xidməti başa vurduqdan sonra orda qalıb hərbçi olacağından bəhs edirdi.Hərbi xidməti dövründə daim öz komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanmışdır. Daim vətənin keşiyində durmaq eşqiylə yanan Müşfiq 21 dekabr 2021-ci ildə Qubadlı rayonunun Hal kəndi ərazisində komandirinin döyüş təminatı ilə bağlı tapşırığını icra edərkən qəhrəmancasına şəhadətə yüksəlir. Ona ölümündən 1 ay sonra şəhid statusu verilmişdir. Şəhid Müşfiq Nəsirov 22 dekabr 2021-ci ildə böyüyüb boya başa çatdığı Quba rayonunun Suxtakələ kəndində dəfn edilir. 4 sentyabr 2022-ci ildə Quba rayonunun Suxtakələ kəndində şəhid Müşfiq Nəsirovun adına tikilmiş xatirə bulağının açılışı olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=744860
Şəhid Müşviq Rəhimov
Rəhimov Müşviq Əyyub oğlu (25 iyul 1970, Ağdam rayonu – 20 avqust 1992, Abdal, Ağdam rayonu) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhidi. Rəhimov Müşviq Əyyub oğlu 1970-ci il iyulun 25-də Ağdam rayonu Şıxbabalı kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsində iştirakı Müşviq Rəhimov Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq vuruşurdu. Müsviq Rəhimov 1992-ci il avqustun 20-də Ağdam rayonu Abdal kəndində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Məzarı Ağdam rayonu Şıxbabalı kəndindədir.
https://az.wikipedia.org/w/index.php?curid=799187
Şəhid Məhəmməd Bağırov
Məhəmməd Gülhəsən oğlu Bağırov (1975-1994) Məhəmməd Bağırov 2 sentyabr 1975-ci ildə Lənkəran rayonunun, Girdəni kəndində dünyaya gəlmişdir. 1993-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır. Eməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Bağırov 1993-cü ildə könüllü şəkildə Qarabağ uğrunda gedən döyüşlərə qoşularaq, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun komandanlığı altında Vətənin müdafiəsinə qalxmışdı. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən Məhəmməd Bağırov 1994-cü il 15 aprel tarixində düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Məhəmməd Bağırovun cənazəsi doğulub boya-başa çatdığı Lənkəran rayonunun, Girdəni kəndində dəfn edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=575275
Şəhid Məhəmməd Rauf (Sulduz)
Şəhid Məhəmməd Rauf (fars. شهيدمحمدرئوف) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 410 nəfər yaşayır (71 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=571813
Şəhid Məhəmmədpur (Germi)
Şəhid Məhəmmədpur (fars. شهيدمحمدپور) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (85 ailə). Şablon:Gərmi şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=766711
Şəhid Orxan Alıyev
Orxan Şirazi oğlu Alıyev — Azərbaycan Milli Ordusunun çavuşu, şəhid Orxan Şirazi oğlu Alıyev 1994-cü il noyabr ayının 25-də Bakı şəhərində Alıyevlər ailəsinin son övladı olaraq dünyaya gəlmişdir. Əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan Orxan uşaqlıq illərindən idmana böyük maraq göstərmişdir. İdmanın cüdo və qaydasız döyüş növləri ilə məşğul olmuşdur. Alıyev Orxan 4 yanvar 2013-cü il də həqiqi hərbi xidmətə yollanmışdır, Orxan Alıyev 3 ay Bakıda xidmət etdikdən sonra ona çavuş rütbəsi verilir və cəbhə bölgəsinə göndərilir. Milli ordunun artileriya qoşunlarında kəşfiyyatçı olaraq xidmətini davam etdirir. 19 yaşlı Orxan Alıyev xidməti zamanı Mübariz postuna getmək istədiyini dəfələrlə ailəsinə demişdir və sosial şəbəkədə öz şəxsi hesabında da status şəklində yazmışdır: "İnşallah ayın axırı gedirəm Mübariz İbrahimovun postuna…" Xidmətinin 12-ci ayını tamam edərkən və xidməti bitirməyinə 6 ay qalmış Orxan Şirazi oğlu Alıyev 11 dekabr 2013-cü il şəhid edilmişdir. Haqqında komandirlərindən biri belə deyir:[mənbə göstərin]
https://az.wikipedia.org/w/index.php?curid=481434
Şəhid Pərviz Novruzov
Novruzov Pərviz Natiq oğlu (2 fevral 2002, Ərəbxana, Kürdəmir rayonu – 3 oktyabr 2020, Horadiz, Füzuli rayonu) — II Qarabağ müharibəsi şəhidi. Pərviz Novruzov 2 fevral 2002-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Ərəbxana kənd Şəhid Mərdan Quliyev adına tam orta məktəbində təhsil almışdır. 2019-ci ildə Şamaxı Dövlət Regional Kollecinə daxil olmuş, 1-ci kursun 1-ci yarısını bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Kürdəmir rayonunun Ərəbxana kəndində dəfn olunub. Hərbi xidməti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=683628
Şəhid Qənbərli Mehdi (baş əsgər)
Qənbərli Mehdi Sübhi oğlu (27 avqust 2001, Osakücə, Lənkəran rayonu – 3 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin Şəhidi. 27 avqust 2001-ci ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olmuşdur.2018-ci ildə Lənkəran rayonunun Tatoba kənd tam orta məktəbinin məzunu olmuş və 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətdə yola düşmüşdür. İkinci Qarabağ müharibəsində 3 noyabrda Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Mehdi Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
https://az.wikipedia.org/w/index.php?curid=683179
Şəhid Rauf Əliyev
Rauf Səxavət oğlu Əliyev (4 iyun 1994, Əbrəqunis, Naxçıvan Muxtar Respublikası – 22 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi. Rauf Əliyev 1994-cü il iyun ayının 4-də Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açmışdır. Orta təhsilini Nəsimi rayonu 19 nömrəli məktəbdə almışdır. 2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya və Texnologiya fakültəsini bitirmişdir. Aprel döyüşləri 2015-ci ildə hərbi xidmətə yollanmış və Aprel döyüşlərinin fəal iştirakçısı olmuşdur. Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir İş fəaliyyəti Hərbi xidmətdən sonra əmək fəaliyyətinə Celt Colleges hazırlıq kurslarında ingilis dili müəllimi olaraq başlamış, daha sonra nüfuzlu İKT şirkətlərində aparıcı vəzifələrdə çalışmışdır. Sonuncu iş yeri və və çalışdığı vəzifə Azər-Türk Bankda proqramist vəzifəsi olmuşdur. Proqramlaşdırma üzrə bir çox beynəlxalq sertfikartları qazanmış, bir neçə xarici ölkədə proqramlaşdırma üzrə təlimlərdə iştirak etmişdir. İngilis, rus dillərini mükəmməl bilməklə yanaşı, həvəskar qitara ifaçısı olmuşdur. Hərbi xidməti 2015-ci ildə vətənə olan vəzifə borcunu yerinə yetirməyə getmişdir.Hərbi xidmətdən qayıtdıqdan sonra iş həyatında daha mükəmməl olması üçün dünya miqyaslı kurslarda iştirak etmiş və beynəlxalq proqramist sertifikatı almışdır. Azərbaycan Ordusunun əsgəri olan Rauf Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Əliyev oktyabrın 22-də Hadrut döyüşləri (Ərgünəş kəndində) zamanı şəhid olub. Füzuli istiqamətində, Lələtəpə yüksəkliyinin alınmasında fəallıq göstərmiş, Müdafiə Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür. İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=682837
Şəhid Sabir İsmayılov
İsmayılov Sabir Ədalət oğlu (16 iyun 1998, Sabirabad – 8 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Sabir İsmayılov 16 iyun 1998-ci ildə Sabirabad rayonunda dünyaya gəlmişdir. O, İlk təhsilini Sabirabad şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbində almışdır. Sabir İsmayılov ailədə 4 bacının bir qardaşı idi. Hərbi xidmətini döyüş bölgəsi olan Tərtərdə “N”saylı hərbi hissədə keçərək, pulemyotçu vəzifəsinə qədər yüksəlir. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ,o, yenidən geri dönmək, müddətdən artıq xidmətini davam etdirmək haqqında düşünüb. Sabir müharibə başlayanda ailədən xəbərsiz Sabirabad rayon Səfərbərlik Xidmətinə rəsmi müraciət edib, könüllü olaraq döyüşə getmək istədiyini bildirib. Sabir İsmayılov 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Suqovşan kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İsmayılov Sabir Ədalət oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=730078
Şəhid Sani
Şeyx Zeynuddin ibn Əli Amili— (ərəb. زين الدين بن علي الجبعي العاملي; 1506–1559) Şəhidi Sani (ikinci şəhid) ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, digər islam məzhəblərinin fiqhi barəsində də kamil biliyə malik olmuşdur, Konstantinopolda sair məzhəblərin fiqhindən dərs demişdir. Şəhid Sani Məkkədə tutularaq Osmanlı hökumətinin mərkəzinə aparılanda 965 və ya 966-cı (h.q.) ildə yol əsnasında şəhid edilmişdir. İmamiyyə alimlərindən bir neçəsi "şəhid" ləqəbi ilə tanınır və sıralanır. Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Əli Şami Amili 911-ci hicri qəməri ili şəvval ayının 13-də Livanın Cəbəl-Amil məntəqəsinin kəndlərindən biri olan Cəbə’də elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası “Nurəddin Əli” Cəbəl Amil alimlərindən olmuşdur. Onun altıncı əcdadı (Saleh) Əllamə Hillinin tələbəsi olub. Görünür, o, əslən Tus şəhərinə mənsub olub. Bəlkə bu səbəbdəndir ki, Şəhid Sani bəzən “Əl-Tusi Əl-Şami” imzası ilə də qeydlər aparmışdır. Şəhid Saninin bir çox əcdadları görkəmli alimlər sırasındadır. Şəhid Sani ailəsinin qızıl zəncirlər mənasını verən “Silsilətuz-zəhəb (سلسلة الذهب)” kimi tanınmasının da səbəbi budur. Təhsil və tədrisi Ömrünün əvvəlində həm sünnü həm də imamiyyə alimlərindən təhsil almışdır. Şeyx Əli bin Əbdül Ali Misi (hicri 938-ci il) və fiqhdə əl-Məhcəul-beyda kitabının müəllifi Seyid Cəfər Kərəki və Şeyx Məhəmməd ibn Məkki, onun müəllimləri arasında olmuşdur. Sonra elm öyrənmək və kamilliyə çatmaq üçün Misir, Suriya, Hicaz, Fələstin, İraq və İstanbula səfər etmişdir. O vaxtlar monqolların və Əmir Teymurun işğalından və qəbiləçilik və anarxiyanın yayılmasından sonra Bağdad və İran və Türküstan bölgəsi əvvəlki vəziyyətindən düşmüş, əvəzinə Suriya və Misir bölgəsi elm və təhsil mərkəzinə çevrilmişdi. O məmləkətlərdə şeyx otuz üç yaşında ictihad dərəcəsinə çatana qədər müxtəlif alimlərdən dərs alır. Sonda Misirdən vətəninə qayıdaraq müəllimlik və tədris etməyə başlamışdır. Qazəsgər onun elmini görüb, ona Bəəlbək məktəbini öyrətməyi və Sultan Birinci Süleyman tərəfindən vəqf olunmuş vəqflərə nəzarət etməyi ona tapşırdı. On iki sünni alimi onun haqqında müsbət fikirlər yazmışdır. O, beş Cəfəri, Hənəfi, Şafii, Maliki və hənbəli məzhəbində mahir olmuş və O ilk şəxsdir ki, ilk dəfə İslam dünyasında müqayisəli fiqhi tədris etmişdir. Şəhidi Sanının əsərləri, tarixləri baxımından Ravz'ul-Cinan'dan başlar, ər-Ravzat'ul-Behiyye'de də sona çatar. Həqiqətən də Ravzat'ul-Behiyye, adında da ifadə edildiyi kimi alim və araşdırmaçıların ruhlarını təzələyən, itirdiklərini orada tapmalarını təmin edən, iman və inanc baharı əsdirən mükəmməl bir bağçadır. Emel'ul-Amul kitabında yazılanlara görə, Şəhidi Sani şəhid olduğunda iki mindən çox kitabı vardı. Bunlardan iki yüz nüsxəsi Şəhidin öz xəttiylə, digərləri də başqa alimlər tərəfindən qələmə alınmışdı. Qısaca, Şəhid (r.ə)ın bəzi əsərləri bunlardır: Ravz'ul-Cinan fi Şərhi İrşad'il-Ezhan Mesalik'ul-Efham fi Şərhi Şerai'il-Ahkam əl-Fevaid'ul-Amelliyye fi Şərhin-Nefliyye əl-Mekasid'ul-İlliyye fi Şerh'il-Elfiyye Menasik'ul-Hacc'il-Kebir və Menasik'ul-Hacc'is-Sagir ər-Ravzat'ul-Behiyye fi Şərhi Lümat'id-Dımeşkiyye əl-Bidayeti fi İlm'id-Diraye (Şəhidi Sani, bu sahədə beləsinə mühüm bir kitab yazan bəlkə də ilk alimdir.) Temhid'ul-Kavaid'il-Usuliyye li Tefri'il-Ahkam'iş-Şer'iyye Gunyet'ul-Kasidin fi Istılahat'il-Muhaddisin Kitabın fil-Ahadis (Həsən b. Mahbubun Meşiyhasından seçilən bir çox hədis ehtiva edər.) Risalətin fil-Ediyye və Risalətin fi Adabil cumə Hakaik'ul-İman Manzumeti fin-Nahv (Şərhiylə birlikdə) Munyet'ul-Murid fi Edeb'il-Mufid (Adabutdalım və Mutaallim, təhsil və təhsil haqqında fövqəladə faydalı bir kitabdır.) Mesken'ul-Fuad İnde Fıkhıl-Ehibbe vəl-Övlad (Xülasəsiylə birlikdə) Keşf'ur-Raybet an-Ahkam'il-Gıybet Bəla və səbir Qətl və şəhid edilməsi Şeyx Bəhainin atası Şeyx Hüseyn ibn Əbdussəməd Hərisi belə deyir: Bir gün Şəhidi Sanının yanına vardım. Çox düşüncəli idi. Nə üçün düşüncəli olduğunu soruşdum, belə cavab verdi: "Qardaşım, elə sanıram ki mən ikinci şəhid (şəhidi sani) olacağam. Yuxumda Ələmül-Huda Seyid Mürtəzanı gördüm. Bir ziyafət süfrəsi açmış, İmamiyyə alimlərini başına yığmış, birlikdə yemək yeyirdilər. Mən də onlara qatıldığımda Seyid Mürtəza ayağa qalxdı və mənə xoş gəldin deyib Şəhidi Əvvəlin yanına oturmamı istədi." Fəzilət sahibi Şəhidi Sani də digər şəhidlər kimi gözünü dünya malı və ehtirası bürümüş, şəxsi mənfəətləri arxasında olan bir dünyapərəstin qurbanı olmuşdur. Hadisə, qısaca olaraq belə reallaşmışdır: Cəbə əhalisindən iki adam, aralarındakı bir anlaşılmazlığı həll etməsi üçün Şəhidi Saniyə müraciət edərlər. Şəhid (r.ə.) də şəri üsullara görə aralarında hökm edər. Əleyhinə hökm edilən şəxs, bu hökmə qarşı gələrək Sayda Şəhəri qazisinə sığınar və onun yanında Şəhidi Sanini Rafiziliklə günahlandırar. Qazi, dərhal hərəkətə keçərək vəziyyəti Osmanlı padşahı Sultan Səlimə bildirər. O da Şəhidi həbsi üçün birini vəzifələndirər. Ancaq bu kimsə, Şəhidi tapa bilməz. Sultan Səlim, bir müddət sonra vəziri Rüstəm Paşanı vəzifələndirər və ondan Şəhidi tapmasını, məzhəbi haqqında məlumat almasını, İmamiyyə olması halında dərhal həbs edib sarayına gətirməsini istər. Dərhal hərəkətə keçən Rüstəm Paşa, onun həccə getdiyini öyrənər-öyrənməz arxasına düşər. Hələ Məkkəyə çatmadan onu tutar. Şəhid (rəhmətullah), həcc ziyarətinin sonuna qədər ondan möhlət istər. Rüstəm Paşa ilk öncə bunu qəbul edər ancaq, daha sonra başqalarının qızışdırması nəticəsində o uca şəxsiyyəti şəhid edərək kəsik başını sultana aparar. Sultan Səlim, vəzirinin bu işinə çox hirslənər və onu bu əməlinə görə qınayıb danlayar. Sonra, Şəhidin qanı yerdə qalmaz və Seyid Əbdurrahim Əbbasinin təlaşlarıyla Rüstəm Paşa, reallaşdırdığı bu cinayətə görə ölumə məhkum edilir. İmamiyyə məzhəbinin ən öndə gedən fəqihlərindən sayılan Şəhid Sani 966 hicri qəməri ilində qətl edilmişdir.Başqa bir rəvayətə görə isə, Cəbə əhalisindən iki adam, aralarındakı bir anlaşılmazlığı həll etməsi üçün Şəhid Saniyə müraciət edərlər. Şəhid də, şəri üsullara görə aralarında hökm edər. Əleyhinə hökm edilən kəs, bu hökmə qarşı gələrək Sayda Şəhəri qazısına sığınar və onun yanında Şəhid Sanini Rafiziliklə günahlandırar. Qazi, dərhal hərəkətə keçərək vəziyyəti Osmanlı padşahı Sultan Səlimə bildirər. O da Şəhidin həbsi üçün birini vəzifələndirər. Və ondan Şəhidi tapmasını, təriqəti haqqında məlumat almasını, Rafizi olması halında dərhal həbs edib sarayına gətirməsini istər. Vəzifəli şəxs, Şəhidin həccə getdiyini öyrənər-öyrənməz yola düşər və hələ Məkkəyə çatmadan onu yaxalayar. Şəhid, həcc vacibatını yerinə yetirmək üçün ondan möhlət istər, otaq icazə verdikdən sonra, həccini bitirər. Daha sonra Şəhidi həbs edərək İstanbula doğru yola qoyular. İstanbula yaxınlaşdıqlarında biriylə qarşılaşarlar, bu adam Şəhidi həbs edənə belə deyər: Sən bunun kim olduğunu bilirsənmi? Bu adamın İstanbulda çox sevəni var, sarayda belə bunu sevənlər var. Padşaha yol boyunca mənə zülm və əziyyət etdi deyərsə, bil ki padşah səni çox pis cəzalandırar. Yaxşısı sən bunu buradaca öldür və başını saraya apar. Rüstəm Paşa Allahdan qorxmadan 1558 (h: 966) ilində, bu böyük alimin mübarək başını orada kəsdi və başını götürərək yola qoyuldu, bədəni də eləcə yerdə qaldı. Sultan Səlim, göndərdiyi adamın etdiyi bu işə çox hirslənmişdir. Sarayda tapılan Seyid Əbdurrahim Əbbasi, Şəhidin çox köhnə dostlarından idi və kəsik başını görüncə çox kədərlənər, padşahdan qatilin mütləq cəzalandırılmasını və qisas edilməsini istər. Padşahda Şəhidi Sanini qətl edənin, dərhal öldürülməsini əmr edər. Əllamə Məclisinin şagirdlərindən və o dövrün alimlərində Nemətullah Cəzairi, Şəhidi Sanının başsız qalan bədəni haqqında bunları yazmışdır: "Acımazsızca başı kəsıldi və bədəni eləcə yerdə qaldı. Gecələri davamlı bədəninə səmadan nur əks olunmaqda idi. Bunu görən ətrafdakı kəndlilər dərhal oraya gəldilər, böyük bir alim və övliya olduğunu anladılar. Dərhal bir qəbir qazıb, oraya basdırdılar və Şəhid üçün böyük də bir türbə inşa etdilər. İndi İstanbulda Zeynuddin Vəli Türbəsi olaraq tanınmaqdadır və qəbri başına gələrək dua edənlər çoxdur." Allah ruhunu şad etsin! Həmçinin bax Şəhid Əvvəl
https://az.wikipedia.org/w/index.php?curid=831227
Şəhid Soltanbəyli Tamerlan
Antiterror tədbirləri zamanı şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin 205 hərbi qulluqçusu barədə məlumat verilmişdir.Silahlı toqquşma zamanı Quru Qoşunlarının N hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi qulluqçusu, Komando Briqadalarının N hərbi qulluqçusu, Daxili Qoşunlarının 12 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin isə 3 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 203-ü hərbi əməliyyatlar zamanı, 2-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 39-u zabit, 23-ü gizir, 23-ü çavuş, N-i müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgərlər, N-i isə sıravi əsgər (çağırışçı) idilər. Təsnifləndirmə
https://az.wikipedia.org/w/index.php?curid=819008
Şəhid arzuları
Şəhid arzuları — Şəhidlərə həsr edilmiş mahnı. Mahnının sözləri və bəstəsi gitara ifaçısı və müğənni Çingiz Mustafayevə məxsusdur. O, bu mahnını 2014-cü ildə baş vermiş Azərbaycan-Ermənistan atışması zamanı şəhid olmuş Azərbaycan əsgərlərinə həsr etmişdir. Müğənni mahnını ifa edərək sosial şəbəkədəki səhifəsində paylaşmışdır. Həmçinin bax Ya Qarabağ, Ya Ölüm Kaş ki mən dəniz olaydım Cənab Leytenant
https://az.wikipedia.org/w/index.php?curid=444025
Şəhid İsrafil İbrahimov
İsrafil Zülfüqar oğlu İbrahimov (16 oktyabr 1997; Bakı, Azərbaycan — 26 oktyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. Onun əmisi — xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur. Hərbi xidməti Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=688877
Şəhid Şahid Hüseynov
Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq – 24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid. 10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub. 1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib 101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib. İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib 1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub. 1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib. 21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=781434
Şəhid Şəhriyar Abdullayev
Şəhriyar Kamil oğlu Abdullayev (2 mart 1987; Tərtər rayon Cəmilli kəndi, Azərbaycan SSR — 13 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhriyar Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. Hərbi xidməti Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Abdullayev oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=680840
Şəhid Əhmədov Bəhruz
Bəhruz Səttar oğlu Əhmədov (27 iyun 1997, Balakənd, Sabirabad rayonu – 20 oktyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. Bəhruz Əhmədov 27 iyun 1997-ci ildə Sabirabad rayonun Balakənd kəndində anadan olmuşdur. 2003-cü ildə Sabirabad rayonu H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuş, orta məktəbi bitirdikdən sonra Sabirabad rayon Peşə Liseyinə daxil oluşdur. Bəhruz Əhmədov 2015- ci ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılır. Bəhruz, Tovuz rayonu “N”saylı hərbi hissəsində xidmət keçir. Özünün yüksək peşə hazırlığı, şəxsi keyfiyyətləri, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməsi ilə seçilib, komandanlığın dərin hörmətini qazanıb. Bəhruzun uşaqlıqdan idmana böyük həvəsi vardı. Cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynamışdı. Bəhruz böyük arenalarda özünü sınadı, həmişə də qələbə ilə evə döndü. Əsgəri xidmətini Tovuz bölgəsində başa vurub, 2017-ci ildə ordu sıralarından tərxis olunub. Bundan sonra öz üzərində ciddi çalışmaqla bir sıra uğurlara imza atıb. O,müxtəlif çəki dərəcələri üzrə Respublika Çempionatı və və Birinciliyində iştirak edib, diplomlarla mükafatlandırılıb. Tanınmış idmançı idmana həvəsi olan uşaqlara və gənclərə bu qədim döyüş növünün sirlərini öyrətməyə başlayıb. Bəhruz müəllimliklə yanaşı, öz üzərində ciddi çalışmaqda davam edib və 2019- cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika birinciliyində birinci yeri tutub, ”qara kəmər”ustası adına layiq görülüb. 2020-ci il sentyabrın 27- də başlanan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün sentyabrın 28-də Sabirabad rayon Hərbi Komissarlığına gələrək könüllü olaraq ordu sıralarına yazılır. Əhmədov Bəhruz oktyabrın 20-də Qubadlı uğrunda gedən şiddətli döyüşlərində ağır yaralanıb və şəhidlik məqamına yüksəlib. Doğulduğu Balakənd kəndində torpağa tapşırılan Əhmədov Bəhruz Səttar oğlu ölümündən sonar ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ”Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=726640
Şəhid Əkbər Hüseynli
Əkbər Hüseynli (15 oktyabr 2001, Alar, Cəlilabad rayonu – 27 sentyabr 2020, Murovdağ) — İkinci Qarabağ müharibəsi şəhidi. 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olmuşdur. Əkbər Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil almışdır. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirmişdir. Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanmışdır. Hərbi xidməti 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Döyüşün ilk günlərində (27 sentyabrda) Murov istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı qolundan yaralanmış, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam etmişdir. 27-29 sentyabr tarixlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş yoldaşları ilə xeyli irəliəyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv etmişdir. Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Təltifləri: Vətən uğrunda medalı (24.06.2021) Suqovuşanın azad olunmasına görə medalı (24.06.2021)
https://az.wikipedia.org/w/index.php?curid=699888
Şəhid Əli Paşa
Şəhid Əli Paşa (1667, İznik – 5 avqust 1716, Petrovaradin müharibəsi) — III Əhməd səltənətində 3 il 3 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. a.mlf., Fetihnâme-i Cezîre-i Mora, Süleymaniye Ktp., Esad Efendi, nr. 3655/4; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ (Hadîkatü’l-vüzerâ içinde), s. 19-24; Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 113-114; a.mlf., Vefeyât-ı Selâtîn, s. 72-73, 113; a.mlf., Mecmûa-i Tevârih (haz. Fahri Ç. Derin – Vahid Çabuk), İstanbul 1985, s. 24, 32, 82, 135; Hammer, HEO, XIII, 262-314; Zinkeisen, Geschichte, V, 321 vd.; Tayyarzâde Atâ Bey, Târih, İstanbul 1293, II, 84-100; Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 300-305; Ahmed Refik [Altınay], Hicrî On İkinci Asırda İstanbul Hayatı (1100-1200), İstanbul 1988, s. 56-59; N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, IV, 271-285, 303, 308; Mehmed Galib, “Ta‘lîmât-ı Şehîd Ali Paşa”, TOEM, I/3 (1326), s. 137-149; Remzi, “Belgrad’da Damad Ali Paşa Türbesi”, a.e., VII/39 (1332), s. 189-192; M. Cavid Baysun, “Ali Paşa”, İA, I, 328-330; R. Mantran, “ʿAlī Pas̲h̲a Dāmād”, EI2 (İng.), I, 395; Nihat Azamat, “La‘lîzâde Âbdülbâkī”, DİA, XXVII, 90-91.
https://az.wikipedia.org/w/index.php?curid=622732
Şəhid Ənvər Paşa (roman)
Şəhid Ənvər Paşa (türk. Şehit Enver Paşa) — Nevzat Kösoğlunun Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim Ənvər Paşadan bəhs edən son kitabı.Nevzat Kösoğlunun son kitabı olan “Şəhid Ənvər Paşa” ilk dəfə 2008-ci ildə “Ötükən” nəşriyyatında işıq üzü görüb. 2019-cu ilə qədər 7 dəfə təkrar nəşr olunub. Əsər Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış türk hərbçisi və siyasi xadim Ənvər Paşanın həyat və fəaliyyətinə həsr olunub. Kitab müəllifin uzun müddət davam edən araşdırmaları nəticəsində ərsəyə gəlib, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Osmanlının tənəzzülü də təşəkkülü kimi bir dastandır. Tənəzzülün qəhrəmanları olan nəslin bayraqdarı Ənvər Paşadır. Onların varlığı ilə imperiyanın tənəzzülünü birlikdə düşünmək çaşdırıcıdır və haqsızlıq kimi görünər. Onların ürəkləri dağ kimi idi; xəyalları da həmçinin... Əsla kiçik düşünmürdülər. Uca Dövləti, ölkəsi və millətiylə qurtarmaq üçün özlərini atəşlərə atarkən, hər biri imperiyanın bir uzaq küncündə, bütün Müsəlman dünyasını xilas etməyi arzulayır və bunun həyəcanı ilə sarsılırdılar. Böyük düşünmək, böyük yuxular görmək böyük zamanların görüntüləridir. Halbuki onlar çökürdülər və çökərkən belə ürəklərindəki və fikirlərindəki böyüklükləri tərk etmirdilər. Sonra Anadoluya çəkildik. Artıq onları anlamaq çətinləşdi. İnsanlarımızda ürəklər daraldı, üfüqlər bağlandı; araya mənasız siyasi narahatlıqlar girdi. Ərzurumu, Sarıqamışı "Turan" zənn edib Ənvər Paşanı, "əsgərlərimizi Turan yolunda qırdırmaqla" günahlandırdıq. Halbuki, babalarımız İraqda, Fələstində, Qafqazlarda, Çanaqqalada vətən torpaqlarını müdafiə edirdilər. İngilis ordularının buralarda nə axtardıqlarını soruşmaq yerinə, onların uca mövqelərini mübahisəyə, müzakirəyə açdıq... Ənvər Paşa o mübarək nəsilin rəhbəri idi. Mustafa Kamal Atatürk deyir ki: "Ənvər bir Günəş kimi çıxmış, bir qürub ehtişamıyla batmışdır; arasını tarixə buraxaq." İsmət İnönü deyir ki: "Ənver Paşa qiyamdan əvvəl əxlaq, cəsarət və qəhrəmanlıq nümunəsi olaraq tanınmışdır. Ənvərə ən çətin qitə xidmətləri tam və etimadla əmanət edilib. Ənvər Paşa şəxsi üstünlükləriylə yaxşı bir əsgər, yaxşı bir zabit olaraq, cəmiyyətin qüsur olaraq bildiyi ünsürlərdən, insanın təsəvvür belə edə bilməyəcəyi qədər nəsibi olmayan bir tipdir." Zəki Vəlidi Toğan deyir ki: "Ənvər Paşa son Türk tarixinin ən böyük şəxsiyyətlərindən biridir. Bu şəxs türk və dünya siyasi həyatındakı mövqeyini, şübhəsiz ki, təsadüfən, yaxud kiminsə müdafiəsində əldə etməyib." Ziya Nur deyir ki: "Ənvərin Rövzeyi-Mütəhhərəyə girişini canlandıran cümlələr; tüklər ürpərdici bir inanc və ədəb yüksəkliyinin möhtəşəm portretidir." Bu kitabda, Osmanlı son dövrlərimizin böyük qəhrəmanının həyatını və təmiz şəxsiyyətini yaxından tanıyacaqsınız. Roman Cəlil Cavanşir tərəfindən Azərbaycan dilinə tərcümə edilib, "XAN" nəşriyyatının “XAN” tərcümə ədəbiyyatı silsiləsində 580 səhifədə nəşr edilib. Nəşr Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Türk ədəbiyyatının xaricdə tanıdılması” layihəsinin dəstəyi ilə çapa hazırlanmışdır. Nəşrin tərcüməsinə nazirliyin əməkdaşları, Türkiyənin sabiq dövlət naziri Sədi Somunçuoğlu və Orta Şərq mütəxəssisi Rəhim Cavadbəyli köməklik göstərib və dəstək olub. Hədəf Nəşrləri və “XAN” nəşriyyatının ən çox satılan 15 yerli və xarici müəllifin kitablarının siyahısında "Xarici müəlliflər (Tərcümə ədəbiyyatı silsiləsi)" kateqoriyasında 2018-ci ilin noyabr ayında 6-cı, 2019-cu ilin fevral ayı ərzində 12-ci 2019-cu ilin may ayı ərzində 7-ci olub. Xarici keçidlər "Nevzat Kösoğlu – "Şəhid Ənvər Paşa"" ( (az.)). hedefnesrleri.az. 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15. Google Books-da Şehit Enver Paşa - Nevzat Kösoğlu
https://az.wikipedia.org/w/index.php?curid=632808
Şəhid Əvvəl
Şəhid Əvvəl — (ərəb. الشيخ شمس الدين أبو عبد الله محمد بن جمال الدين مكي العاملي المعروف بالشهيد الأول; 1334–1385) Şəhid Əvvəl (birinci şəhid) ləqəbi ilə tanınan Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü hicri qəməri ilində Livanın Cəbəl Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə dünyaya gəlmişdir. Onun fiqh elmində ən mühüm kitabı “əl-Lümət əl-Diməşqiyyə” kitabıdır ki, onun haqqında çoxlu şərhlər yazılmışdır. Şəhid Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Öz zamanında "Fəqihlər fəqihi" və "İmam əl-Əzəm" kimi məşhur olmuşdur. O, hicri 8-ci əsrdə imamiyyənin məşhur fəqihlərindəndir. Şəhid Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır. Müəllimləri Şəhid Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir. Onun elmi və mənəvi şəxsiyyətinin formalaşmasında mühüm rol ifa edən alimlərdən bəziləri: Fəxrul-Mühəqqiqin Seyid Əmiduddin Əbdül-Müttəlib ibn Ərəc Hüseyni İbni Məiyyə Dibaci Hilli kimi tanınan Seyid Tacuddin Məhəmməd ibni Qasim Məhəmməd ibni Məhəmməd Qutbuddin Razı Buveyhi Əli ibni Əhməd Tərrad Mətarabadi İbni Məzidi kimi məşhur olan Əli ibni Cəmaləddin Əhməd Hilli Seyid Əhməd ibni Əbi İbrahim Məhəmməd ibni Zöhrə Hələbi Hüseyni Seyid Məhəmməd ibni Əhməd ibni Əbi Məali Musəvi İbrahim ibni Cəmaət Qazil-quzat Əbdül-Əziz ibni Cəmaət Əbdüs-Səməd ibni Xəlil Bağdadi İmamiyyənin böyük alimlərindən bir çoxu bu məşhur fəqihin elmindən bəhrələnmişlər ki, bəzilərinin adını qeyd edirik: Miqdad ibni Əbdullah Seyvəri Məhəmməd ibni Əbdül-Əli ibni Nəcdə Kərki Əli ibni Həsən ibni Məhəmməd Xazin Hairi Sitti məşayıx adı ilə məşhur olan Ümmül-Həsən Fatimə binti Şəhid Qətl və şəhid edilməsi Ömrünün axırında bir il müddətində nəzarət altında olmuş, sonra hicri qəməri 786-cı ilin cəmadi əl-ula ayının doqquzunda şəhid edilmişdir. Dəməşq hakiminin Misir padşahlarından birinə verdiyi göstərişə əsasən onun mübarək cəsədini dar ağacından endirib sonra yandırmışlar. Şəhid Əvvəl Dəməşqdə əhli sünnə və onların elmi mərkəzlərinin məclislərində iştirak edirdi. Əllamə Əmini “əl-Lölö” kitabından Şəhid Əvvəl Məhəmməd bin Məkkinin şəhadətini belə nəql edir: Seyfəddin Bərquq dövründə (hicri 801-ci ildə vəfat edib) Yusif bin Yəhya və Təqiyəddin Cəbəli ona böhtan ataraq, onu şərlədilər və onun əleyhinə xəbərlər yazaraq onun əqidəsini fitnə-fəsad kimi tanıtdırdılar. İclasda ona kin bəsləyən 70 nəfər də onun əleyhinə ifadə verdi. Beyrut hakiminin hüzurunda daha minə yaxın adam Şəhid Əvvəlin əleyhinə ifadə verdi. Məhəmməd bin Məkki bu səbəbdən bir il həbsdə qalmalı oldu. Şəhadətlər Şama və hakim İbad İbn Cəmaəyə göndərildi. Və o, Şam qazısı Bürhanəddin Malikiyə təhqiqat aparmağı tapşırdı. Hakim Maliki Şəhid Əvvələ hesabatı məruzə və O, bunu rədd etdi. Şəhid Əvvəl özünü müdafiə etdi. Lakin şah onun sözlərini qəbul etmədi və hökmü hakim Malikiyə verdi. Maliki qalxıb dəstəmaz alıb iki rükət namaz qıldı və sonra edam olunacağını bildirdi. O zaman Şəhid Əvvəlin 52 yaşı var idi. Beləliklə Şəhid Əvvəl Hicri 786-cı ilin 9 Cəmadiül-əvvəl ayında cümə axşamı günü Şam qalasında edam edildi. Şeyx Hürr Amili onun necə şəhadətə çatması barədə yazır: Şəhid Əvvəli qılıncla öldürdülər. Sonra dardan asdılar. Daha sonra daşqalaq etdilər. Son olaraq onun cənazəsini yandırdılar. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=832736
Şəhid Əziz Cəfərov
Cəfərov Əziz Novruz oğlu (2 fevral 1971, Əlibəyli, Tovuz rayonu – 31 mart 1994, Əsrik Cırdaxan, Tovuz rayonu) — 2 fevral 1971-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuş və orta məktəbi həmin kənddə tamamlamışdır. Daha sonra isə, o, Sovet İqttifaqı N saylı hərbi hissəsində 2 il hərbi xidmət keçmiş. Hərbi xidmət dövrünü bitirdikdən sonra Əziz 1991-ci ildə 8 Nömrəli İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində işə başlayıb. Həmin dövrə təsadüf edən erməni hücumları zamanı o, öz rayonunun müdafiəsi üçün geri qayıdaraq könüllü şəkildə döyüşlərə qoşulur. 1993-cü il 16 apreldə Ağstafa uğrunda gedən döyüşlərdə iştirak etmiş və rəqibin geri oturdulmasında xüsusi cəsurluq nümayiş etdirmişdir. 1994-cü ildə Tovuz rayonunun Əsrik kəndində yerləşən "Sulu Təpə" adlı strateji mövqeyin erməni silahlılarından geri alınması əməliyyatında iştirak etmiş, bu əmliyyatı uğurla tamamladıqdan sonra 31 mart 1994-cü ildə Əziz həmin mövqedə qəhrəmancasına həlak olmuşdur. Həmin strateji mövqe isə elə o gündən Azərbaycan əsgərinin nəzarətindədir.
https://az.wikipedia.org/w/index.php?curid=791842
Şəhidabad (Xudabəndə)
Şəhidabad (fars. شهيداباد) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 735 nəfər yaşayır (142 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=780598
Şəhidi İsrafil İbrahimov
İsrafil Zülfüqar oğlu İbrahimov (16 oktyabr 1997; Bakı, Azərbaycan — 26 oktyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. Onun əmisi — xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur. Hərbi xidməti Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=688797
Şəhidin məktubu (film)
Şəhidin Məktubu — Ramin Eyyubovun çəkdiyi 20 Yanvar faciəsinə həsr olunmuş filmi.Film 17 yanvar 2015-ci ildə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin dəstəyi ilə keçirilən mərasimdə ictimaiyyətə təqdim edilmişdir. Təqdimat mərasimində ictimai xadimlər, QHT rəsmiləri iştirak etmişdir.Filmdə baş rollarda Şəbnəm Rəhimova, Zeynəb Aslanova, Bətul Vəlizadə, Hüseyn Aslanov, Riyad Aslanov və gənc aktyor Nicat çəkilmişdir. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=391549
Şəhidin məktubu (film, 2015)
Şəhidin Məktubu — Ramin Eyyubovun çəkdiyi 20 Yanvar faciəsinə həsr olunmuş filmi.Film 17 yanvar 2015-ci ildə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin dəstəyi ilə keçirilən mərasimdə ictimaiyyətə təqdim edilmişdir. Təqdimat mərasimində ictimai xadimlər, QHT rəsmiləri iştirak etmişdir.Filmdə baş rollarda Şəbnəm Rəhimova, Zeynəb Aslanova, Bətul Vəlizadə, Hüseyn Aslanov, Riyad Aslanov və gənc aktyor Nicat çəkilmişdir. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=807910
Şəhidlik Fatima
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibətilə mərasimlərin keçirilməsi. Həmçinin bax The Life of Fatimah Arxivləşdirilib 2013-03-27 at the Wayback Machine Fatimah al-Ma`sumah (as): a role model for men and women by Mohammad Hussein Fadlallah The world’s most outstanding Lady: Fatima az-Zahra’ by Naser Makarem Shirazi Fatima is Fatima by Ali Shariati Fatima (S.A) The Gracious Arxivləşdirilib 2008-05-28 at the Wayback Machine by Abu Muhammad Ordoni
https://az.wikipedia.org/w/index.php?curid=284913
Şəhidlik zirvəsi (film, 2001)
Film Azərbaycanın 1990-cı il 20 Yanvar şəhidlərinə həsr olumuşdur. Burada müxtəlif dövrlərdə ölkəmizin azadlığı uğrunda mübarizə aparıb şəhid olan xalqımızın oğul və qızlarından söhbət açılır. Filmdə 1828-ci ildən bizim günlərə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz geniş əksini tapmışdır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Xamiz Muradov, Eldar Quliyev, Oqtay Mirqasımov Operator: Sərdar Vəliyev, Nizami Abbas, Rəfael Salamzadə Musiqi tərtibatı : Rauf Əliyev Səs operatoru: Kamal Seyidov Məsləhətçi: Fatma Abdullazadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
https://az.wikipedia.org/w/index.php?curid=31926
Şəhidlər
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. İslam dinində şəhidlər İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə).Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar". Həmçinin bax Azərbaycanın Milli Qəhrəmanları
https://az.wikipedia.org/w/index.php?curid=54395
Şəhidlər Muzeyi
Şəhidlər Muzeyi — Naxçıvan şəhərində yaradılan muzey 1990-ci ildə Azərbycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək üçün yaradılmışdır.Muzey Naxçıvan – Şərur yolunun kənarında, uca təpə üzərində tikilmişdir. Qarşısında rəmzi Ana heykəli ucaldılmışdır. Muzey dairəvi formalı olub, 400 m2 sahəni əhatə edir. Burada şəhidlərin fotoşəkilli, şəxsi sənədləri, döyüş yollarına aid materiallar və s. toplanmışdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 538. ISBN 5-8066-1468-9.
https://az.wikipedia.org/w/index.php?curid=633117
Şəhidlər Xiyabanı
Şəhidlər Xiyabanı — Bakı şəhərində əsasən Qara Yanvar və Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu kütləvi məzarlıq. Şəhidlər Xiyabanı müxtəlif dövrlər ərzində Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan Xalq Cümhuriyyəti dövründən 1939-cu ilə qədər Şəhidlər Xiyabanı Çəmbərəkənd qəbiristanlığı olub. Qəbiristanlıqda bir sıra şəxslər, o cümlədən Azərbaycan tarixində görkəmli olan şəxslərdən Əlirza Rasizadə, Səməd bəy Mehmandarov, Cəlil Məmmədquluzadə, Midhət Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Ağa Musa Nağıyev, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev və digərləri dəfn edilmişdi.Bakının baş memarı vəzifəsində çalışan Zivər bəy Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət Sentrokaspi Diktaturasından azad olunması zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında ucaldılacaq abidə kompleksinin layihəsini hazırlamışdı. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunmuşdu. Azərbaycan SSR dövrü 1934-cü ildə Sergey Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün qəbiristanlıq yerlə-yeksan edilib və Çəmbərəkənd qəbiristanlığının yerində istirahət parkı salındı və Kirovun abidəsi ucaldıldı. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən baş daşlarından da istifadə etməli olublar. Azərbaycan Respublikası dövrü Azərbaycan SSRİ-dən müstəqillikdən qazandıqdan sonra isə Kirovun Şəhidlər Xiyabanında ucalan abidəsi uçuruldu.1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların indiki Şəhidlər Xiyabanında dəfn olunması üçün ictimaiyyət tərəfindən yaradılmış dəfn komissyasının adından çıxış edən elmlər doktoru Azər Nəbiyevin Respublika və şəhər rəhbərliyinə etdiyi müraciətə müsbət cavab verilməmişdir. Bundan sonra Azər Nəbiyev o vaxtkı 26 Bakı Komissarları adına rayonun xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əli Məmmədova müraciət etmişdir. Əli Məmmədov Azər Nəbiyevlə birlikdə Dağüstü parka gəlmiş və orada olan bir çox insanların iştirakı ilə bir sıra yerə baxış keçirilmiş və sonda şəhidlərin hazırda dəfn olunduğu yer məqsədəuyğun hesab edilmiş, şəhidlərin dəfn edilməsi üçün icazə verilmişdir. Yerin seçilməsində arxitektor Nəriman Əliyevin məsləhətləri nəzərə alınmışdır.Yanvarın 20-21-də xiyabanda məzarlar qazıldı. 120-dən artıq qəbir qazıb hazırlandı. Yanvarın 21-də Azərbaycan SSR Ali Sovetinin iclası keçirildi. İclas çox gərgin şəraitdə, qızğın mübarizələrlə keçdi. İclasda Dəfn Komissiyasının üzvləri də çıxış etdilər. Dəfn Komissiyası aşağıdakı heyətdən ibarət komissiya üzvləri təşkil olundu: Qüdrət Əbdülsəlimzadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Rəhim Qasımov, İbrahim Əliyev, Nəriman Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev, Xalid Muxtarov. Sonradan təklif olundu ki, Şeyxülislam Allahşükür Paşazadə də komissiyaya daxil edilsin. Qüdrət Əbdülsəlimzadə komissiyanın sədri seçilmişdi.Səhər saat 6.00-a qədər müzakirələr aparıldı. Saat 12.00-da şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından izdihamla paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər Xiyabanına gətirildi. Dəfn mərasimi 5 saat çəkdi. Yanvarın 22-də 51 nəfər dəfn olundu. Bunlardan 3 nəfəri 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Onları İlhamla Fərizədən sonra dəfn etdilər. Hər üç məzarın üstündə 1918-ci il şəhidləri sözləri yazıldı. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların üstündə "Naməlum" sözü yazdılar. Qara Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı naməlum gənc var idi və o, ən sonda dəfn olundu.Hazırda Şəhidlər Xiyabanında 159 məzar vardır. Bu məzarlardan 97-nin sinə daşı var (o cümlədən, 4 naməlum məzar, 1 şəkilsiz məzar), 62 məzarın sinə daşı yoxdur, şəhidlərin yalnız şəkilləri və adları yazılıb. Qeyd olunan 62 şəhid digər ərazilərdə dəfn olunub. Ziyarətgahlar Şəhidlər məscidi Şəhidlər məscidi 1996-cı ildə Türkiyənin Dəyanət Vəqfi adlanan qurumu tərəfindən inşa etdirilib. 2009-cu ildən 2017-ci ilə kimi məscid təmirə bağlanıb. Əbədi məşəl "Əbədi məşəl" abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Prezident Heydər Əliyevin 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılması haqqında sərəncam verir. Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə "Əbədi məşəl" abidə kompleksinin tikintisinin təmin edilməsi, Nazirlər Kabinetinə isə abidə kompleksinin tikintisinə 2 mlrd. manat məbləğində vəsaitin ayrılması barədə təklif verməsi tapşırılır. Beləliklə, abidə kompleksinin tikintisinə başlanılır. Kompleksin tikilməsinə aid keçirilən müsabiqədə memar Elbay Qasımzadənin rəhbərlik etdiyi layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir.Abidə kompleksinin 9 oktyabr 1998-ci il tarixində açılışı olmuşdur. Şəhidlər Xiyabanı ərazisində yer almış bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. Sərdabənin divarlarını bəzəyən zərif şəbəkə monumental tikiliyə müəyyən xəfifliyi, hava kimi şəffaflığı bağışlayır.2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən "Əbədi məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir. Mədəniyyətdə Ədəbiyyatda Şəhidlər Xiyabanına həsr olunmuş şeirlərdən Kəmalə Abiyevanın "Şəhidlər xiyabanı" lirik poemasını, Fikrət Qocanın "Şəhidlər xiyabanı" şeirini qeyd etmək olar. Həmçinin bax Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)
https://az.wikipedia.org/w/index.php?curid=74362
Şəhidlər Xiyabanı stansiyası
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. Stansiyaları "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi. Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir. 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi. 2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılmışdır. 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər. 2018-ci lin noyabr ayında bir müddət profilaktika işləri ilə əlaqədar fəaliyyətini dayandırıb. 2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar fəaliyyətini 21 ay müddətinə dayandırmışdır. Xarici keçidlər Sökdülər, yenidən tikmək üçün — Fotosessiya. Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine (az.) Bakı funikulyoru
https://az.wikipedia.org/w/index.php?curid=274517
Şəhidlər Xiyabanında dəfn olunanlar (Ağcabədi)
Ağcabədi Şəhidlər Xiyabanı — Ağcabədi şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Ağcabədi şəhərində yaradılıb. Abbasov Akif Elşən oğlu Abbasov Cəsarət Abdullayev Vüqar Sədrəddin oğlu (1969-1994) Balakişiyev Rövşən Cəfərov Anar Hüseynov Elşən Məmmədov Sahil Orucov Rafiq Həsən oğlu (1973-1992) Orucov Rafiq Miryusif oğlu (1972-1994) Şükürov Vüsal Həmçinin bax Şəhidlər Xiyabanı
https://az.wikipedia.org/w/index.php?curid=679050
Şəhidlər Xiyabanında dəfn olunanlar (Ağdam)
Ağdam Şəhidlər Xiyabanı — Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Ağdam şəhərində yaradılıb. Bağırov Allahverdi Teymur oğlu (1946–1992) Cəbrayılova Səmayə Sarı qızı (1950–1992) Əmirov Təvəkkül Baxış oğlu (1954–1992) Əmirova Yeganə Təvəkkül qızı (1986–1992) Əzimov Həsənbala Şahmar oğlu (1935–1992) Əzimova Pərvanə Hüseyn qızı (1947–1992) İsgəndərov Əlabbas Qara oğlu (1958–1992) Mahmudova Roza Səfər qızı (1930–1992) Məmişov Talış Hüseyn oğlu (1921–1992) Orucov Fazil Ənvər oğlu (1961–1992) Orucov Telman Ənvər oğlu (1957–1992) Orucova Xəyalə Telman qızı (1986–1992) (6 yaş) Paşayev Baxşeyiş Xanəhməd oğlu (1936–1992) Rəhimova Raya Əli qızı (1966–1992) Rüstəmov Hidayət Eldar oğlu (1970–1991) Rzayev Canpolad Yaqub oğlu (1968–1992) Rzayev Yaqub Ələsgər oğlu (1944–1993) Rzayev Qərib Talış oğlu (1969–1992) Səfərova Pəri Muxtar qızı (1930–1992) Səlimov Araz Bahadır oğlu (1960–1992) Zeynalov Tahir Bahadur Oglu (1963–1992) Həmçinin bax Şəhidlər Xiyabanı
https://az.wikipedia.org/w/index.php?curid=679052
Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)
Şəhidlər Xiyabanında dəfn olunanlar — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Abdullayev Əyyub Mahmud oğlu (1967–1990) Abdullayev Namiq Şamil oğlu (1962–1992) Abdullayev Nazim Xanlar oğlu (1967–1994) Abdullayev Şövqiyar Cəmil oğlu (1969–1992) Allahyarov İlqar Nurəddin oğlu (1968–1994) Axundov Xəqani Həsən oğlu (1950–1993) Axundov Səfa Fətulla oğlu (1958–1992) Aqarunov Albert Aqarunoviç (1969–1992) Alxasov Qasım Ayaz oğlu (1968–1992) Alışov Elnur Alış oğlu (1980–1999) Allahyarov İlqar Nurəddin oğlu (1968–1994) Aslanov Vüqar Qəmbər oğlu (1970–1994) Aznaurov İsgəndər Söhrab oğlu (1956–1993) Babaverdiyev Vüqar Xasay oğlu (1969–1992) Babayev Natiq Rafiq oğlu (1972–1992) İsabala Əli oğlu Bayramov (1967–1990) Bayramov Yusif Əli oğlu (1966–1994) Bəylərov Polad Hətəm oğlu (1970–1992) Cabbarov Kamal Bəbəş oğlu (1968–1993) Camalov Rövşən Saleh oğlu (1973–1993) Cəfərov Bahadur Bulud oğlu (1968–1994) Eyvazov Ələkbər Almaxan oğlu (1973–1993) Əbdüləliyev Oqtay Asif oğlu (1975–1994) Əhmədov Məmməd Tahir oğlu (1969–1992) Ələkbərov Bəbir Bəşir oğlu (1969–1992) Əliyev Etibar Cabbar oğlu (1969–1993) Əliyev Qəzənfər Nuruş oğlu (1962–1993) Əliyev Rəhman Əli oğlu (1970–1994) Əliyev Hidayət Məcid oğlu (1957–1992) Əliyev Yavər Yaqub oğlu (1956–1992) Əliyev Zahid Bayram oğlu (1963–1990) Ələkbərov Azər Meydan oğlu (1967–1992) Ələkbərov Abbas Rafiq oğlu (1971–1993) Güləliyev Oqtay Güləli oğlu (1962–1992) Hacıyev Əlif Lətif oğlu (1953–1992) Hacıyev Tahir Firuz oğlu (1971–1992) Həsənov Tahir Tofiq oğlu (1970–1992) Həşimov Araz Ələsgər oğlu (1975–1994) Hüseynov Əfqan Qaraxan oğlu (1963–1992) Hüseynov Nizami Polad oğlu (1957–1990) Hacıyev Murad Hüseyn oğlu (1960–1994) Xəlilbəyli Təbriz Xəlil Rza oğlu (1964–1992) İbrahimov İbrahim İsmayıl oğlu (1928–1990) İbrahimov Rasim Səxavət oğlu (1962–1992) Kərimov Oqtay Eyvaz oğlu (1964–1990) Kovalyov Yuri Petroviç (1965–1991) Rzayev Kamil Fərhad oğlu (1957–1992) Qasımov Abbas Şəmməd oğlu (1966–1990) Qasımov Yusif Telman oğlu (1968–1992) Qayıbov Ələsgər Yusif oğlu (1968–1990) Qocamanov Tofiq Əsədxan oğlu (1971–1993) Quliyev İslam İdris oğlu (1957–1992) Quliyev Vaqif Rzaqulu oğlu (1956–1992) Mehralıyev Bakir Rəşid oğlu (1966–1992) Məcidov Zakir Nüsrət oğlu (1956–1992) Məmmədov Bayram Məhəmməd oğlu (1970–1992) Məmmədov Eldəniz Fabir oğlu (1970–1993) Məmmədov Əşrəf Rəhbər oğlu (1972–1992) Məmmədov İbiş Behbud oğlu (1961–1990) Məmmədov Niyazi Əyyub oğlu (1968–1994) Məmmədov Sərvan Məmməd oğlu (1967–1992) Məmmədova Svetlana (1939–1990) Mərdanov Bəbir Əvəz oğlu (1969–1994) Mirzəyev Rizvan Sabir oğlu(1957–1992) Mirzəyev Rüstəm Jora oğlu (1963–1993) Muradov Mətləb Museyib oğlu (1966–1993) Mursaqulov İsmayıl Həsən oğlu (1939–1990) Mürsəlov Vüqar Mirəzbər oğlu (1963–1992) Müseyibov Müseyib Yusif oğlu (1974–1993) Nağıyev Cavanşir İsmayıl oğlu (1960–1992) Nağıyev Vaqif Qubad oğlu (1973–1993) Nəsibov Allahyar İsgəndər oğlu (1952–1990) Rəcəbov Şamil Kamil oğlu (1970–1994) Rüstəmov Mehdi Həmdəm oğlu (1956–1992) Rüstəmov Məzahir İzzət oğlu (1960–1992) Sadıqov Azad Əli oğlu (1968–1991) Sadıqov Yusif Allahverdi oğlu (1964–1990) Salmanov Vaqif Məhəmməd oğlu (1948–1993) Seyidov Şahin Abdulhəmid oğlu (1968–1992) Səfərəliyev Bəhman Çərkəz oğlu (1961–1992) Süleymanov Ələddin Süleyman oğlu (1958–1993) Şahmuradov Natiq Əmirxan oğlu (1963–1992) Şahverdiyev İsrafil Şahverdi oğlu (1952–1994) Şahverdiyev Rəsul Şahverdi oğlu (1950–1995) Şərifov Mürvət Rəhim oğlu (1932–1990) Şikarov Şikar Şükür oğlu (1953–1992) Şükurov Hafiz Yaqub oglu (1971–1994) Şükurov Pənah Salah oglu (1964–1992) Şükurov Teymur Salah oglu (1951–1993) Tağıyev Raqif Cəmil oglu (1970–1992) Tağızadə Eldar Abdulla oğlu (1963–1992) Xarici keçidlər Həmçinin bax Şəhidlər Xiyabanı Qarabağ Müharibəsi
https://az.wikipedia.org/w/index.php?curid=314027
Şəhidlər Xiyabanında dəfn olunanlar (Bərdə)
Bərdə Şəhidlər Xiyabanı — Bərdə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Bərdə şəhərində yaradılıb. Abbasov Adil Abbas oğlu Abdullayev Fazil Azay oğlu (1958–1992) Abışov Əsgərxan İsmayıl oğlu (1960–1994) Ağayev Abbas Sovet oğlu Ağayev Müşfiq Uğur oğlu Ağayev Seymur Əvəz oğlu Babayev Yavər Əvəz oğlu Bəylərov Xalid Soltan oğlu Cabbarov Kamil Qurbanbala oğlu Cahangirov Şaiq Rüstəm oğlu Cəfərov Əvəz Baxşeyiş oğlu (1968–1993) Cəfərov Cahid Yaqub oğlu Cəfərov Mahir Cəmaləddin oğlu Cəlilov Məmməd Murtuza oğlu Ədilov Ədilxan Göygöz oğlu Əhmədov Aydın Akif oğlu Əhmədov Tural Məhərrəm oğlu (1990 – 09.10.2014) Əsədov Elçin Səlim oğlu Əsədov Elsevər Hüseyn oğlu Əsgərov Samir Camal oğlu Fətayev Fazil Cəmil oğlu (1969–1994) Fətəliyev Elşən Qaraş oğlu Həsənov Etibar Məmişoğlu Həsənov OrucYusif oğlu Həsənov Ziya Niyazi oğlu (?–6 aprel 2016) Hümbətov Elşən Elman oğlu Hüseynov Adil Haqverdi oğlu Hüseynov Zöhrab İdris oğlu İlyasov Müslüm İsbəndiyar oğlu İmanov Bəhmən Hümbətalı oğlu İsbərov Mehman Əhməd oğlu İsgəndərov Adil Qəzənfər oğlu İsgəndərov Məhəmməd Ömər oğlu İsmayılov Asiman Məhəmməd oğlu İsmayılov Bəhrəm Mətləb oğlu İsmayılov Rafiq Yelmar oğlu İsmayılov Rüstəm Nəsib oğlu İsmayılov Sərdar Urman oğlu Kərimov Elgiz Kərim oğlu (05.01.1971 – 12.03.1992) Quliyev İlqar Aydın oğlu Quliyev Qulu Aslan oğlu Quliyev Namiq Raqub oğlu Quliyev Rafael Hamayıl oğlu Quliyev Rövşən Bulis oğlu Quliyev Sərvaz Xasay oğlu Quliyev Yusif Kərbalayıoğlu Malıyev Nemət Qaraca oğlu Mehdiyev Cavanşir İsaq oğlu Mehdiyev Fikrət Burzu oğlu Məmmədov Azər Əziz oğlu Məmmədov Əhməd Məmməd oğlu Məmmədov Hafiz Süleyman oğlu Məmmədov İlqar Aslan oğlu Məmmədov Sahib İslam oğlu Mirturabov Faiq Rəfael oğlu Muradov Fəxrəddin Məişoğlu Muradov Sahib İmran oğlu Musayev Ramiz Müsrəm oğlu Nəsirov Vüqar Bayram oğlu Orucov Adil İsa oğlu (1974–1996) Orucov Qafar Hüseyn oğlu (1975–1994) Paşayev Niyazi Vaqf oğlu Rzayev Xudaverdi Hidayət oğlu Sadıqov Feruz Telman oğlu (04.12.1966 – 24.08.1992) Salahov Şakir Şamil oğlu (15.06.1966 – 28.01.1992) Seyidov Ələkbər Mirkərim oğlu Süleymanov Adil Məlik oğlu Süleymanov İlqar Talıb oğlu Süleymanov Ravi Şərif oğlu Şahverdiyev Ənvər Şahverdi oğlu (1968–1992) Şahvələdov İlyas Nəriman oğlu (1975–1994) Tahirov Sərxan Akif oğlu Tursov Mixail Sabir oğlu Yusifzadə Xudayar Müslüm oğlu (1998–2020) Zahidov Kamal Sabir oğlu Zeynalov Hafiz Tahir oğlu Həmçinin bax Şəhidlər Xiyabanı Xarici keçidlər Şəhidlər xiyabanı 4K Bərdə şəhəri
https://az.wikipedia.org/w/index.php?curid=679063
Şəhidlər Xiyabanında dəfn olunanlar (Gəncə)
Gəncə Şəhidlər Xiyabanı — Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Gəncənin 4 saylı qəbiristanlığında yerləşir. 2012-ci ilə qədər Gəncə şəhəri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda 468 şəhid verib və 367 şəhid burda dəfn olunub. Xiyabanın 1000 kvadratmetrə yaxın ərazisində Gəncə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksinin hündürlüyü 18 metrdir2020-ci il əvvəində Şəhidlər Xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var. Məzarlardan 49-u isə naməlumdur Dəfn olunanlar Həmçinin bax Şəhidlər Xiyabanı
https://az.wikipedia.org/w/index.php?curid=679060