!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Şırnak ili | Şırnak ili — Türkiyədə il. Əhalisi — 353 000 nəfərdir, (2000). Əhalinin əksəriyyəti — kürdlərdir. İri şəhərlərі — Şırnak, Cizre, Silopi. İnzibati bölgüsü Şırnak 7 ilçəyə bölünür. | https://az.wikipedia.org/w/index.php?curid=2593 |
Şırnaq axınları | Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər. Küləyin gücünü 12 ballıq Bofort şkalasına görə ölçürlər.Küləklər rejiminə görə təsnifləşdirilir. Şırnaq axınları Yuxarı tropesfer və aşağı stratosferdə sürəti 100 km/saatdan artıq olan külək sahəsi şırnaqlı axın adlanır. Şırnaqlı axın yüksək atmosfer cəbhəsi ilə əlaqədardır. Bundan başqa BTX-də də şırnaq axın müəyyən edilir. MT-də sürəti 30 m/san-dən artıq olan və üfüqi ox üzərində yerləşən uzunluğu bir neçə 100 km, bəzən 1000 km-dən artıq dar, ensiz külək sahəsi şırnaq axın sərbəst atmosferdə müşahidə edilir, bəzi hallarda bütün yer kürəsi boyunca yayılır.Troposfer axım (arktik, mülayim və subtropik). Coğrafi enliyi arktik 70- 90, mülayimdə 45-65, subtropik 25-35(qışda), 35-45(yayda). Troposfer axım müxtəlif enliklərdə fərqli hündürlüklərdə müşahidə edilir. Arktik enlikdə qışda 6-8 km, mülayimdə 8-12 km, subtropikdə 12-16 km-də müşahidə edilir. Troposfer axınının orta sürəti arktik enlikdə 40k/s, mülayimdə 50k/s, subtropikdə 40-50 m/san. Maksimum sürəti isə bütün enliklərdə 100 m/san-dən artıq ola bilər. Stratosfer şırnaq axını aşağı coğrafi enlikdə və ərazidə üstünlük təşkil edir. Stratosfer qərb qərb (qışda) coğrafi enliyi 50-80 km, statosfer şərq (yayda) 50-80 şimal enliyi. Axırım hündürlüyü müvafiq olaraq statosfer qərb üçün 20-25 km, startosfer şərq üçün 16-20 km, ekvator üçün isə 2-30 km. Stratosfer şırnaq axınının orta sürəti stratosfer qərb üçün 40-50, stratosfer şərq üçün yayda 30-40km/s, ekvator üçün 30-40. Stratosfer şırnaq axınının maksimal sürəti stratosfer qərb və şərq üçün 100 km/saniyədən artıq, ekvator üçün 50 m/san olur. Atmosferin yuxan təbəqəsində müşahidə olunan çıtnaq axım Qərb (qışda), şərq (yayda). Enlik yoxdur (bunlar üçün ayrılmır), hündürlük hər biri üçün 50-60km, sürətlər 50-60 m/san, maksimum sürət isə 100 m/saniyədən artıq. Şırnaq axımımı daxilində küləyin sürəti hündürlüyə görə əvvəlcə artır, sonra isə azalır. Şırnaq axım oxundan uzaqlaşdıqca küləyin maksimum sürəti azalır. Şırnaq zonalarında uçuşlar. Şırnaq axınları zonası uçuşlara müxtəlif təsir göstərir, mülki aviasiya uçuşlarının əksəriyyətinin yerinə yetirdiyi hündürlüyün tropopauzayadək olduğunu nəzərə alsaq, həmin hündürlük üçün ən çox xarakterik olan hal şırnaq axınlarıdır. Şırnaq axınları uçuşlara ekvivalent külək kimi təsir edir. Belə ki, uçuş istiqaməti boyunca yerləşən uçuşda vaxt itkisi, yanacaq itkisi az olur. Həmçinin bax Külək,Meteorologiya Xarici keçidlər Külək sürüşməsi | https://az.wikipedia.org/w/index.php?curid=522522 |
Şırnaq ili | Şırnak ili — Türkiyədə il. Əhalisi — 353 000 nəfərdir, (2000). Əhalinin əksəriyyəti — kürdlərdir. İri şəhərlərі — Şırnak, Cizre, Silopi. İnzibati bölgüsü Şırnak 7 ilçəyə bölünür. | https://az.wikipedia.org/w/index.php?curid=319661 |
Şırnaqlı printer | 1953-cü ildə ABŞ-də Remington Rand şirkəti tərəfindən Univac kompüteri üçün Uniprinter adlı ilk şırnaqlı printer yaradılmışdır. Bu printerin əsas elementi, üzərində hərf və rəqəmlərin qabarıq təsvirləri olan firlanan baraban idi. O, bir dəqiqədə hərəsində 130 simvol olmaqla 600 sətir çap edirdi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh. Həmçinin bax Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=495119 |
Şırranlıçay | Şırranlıçay — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində çay. Nəsirvazçayın (Gilançayın qolu) sol qoludur. Uzunluğu 5 km-dir. Yeraltı sular və qar suları ilə qidalanır. | https://az.wikipedia.org/w/index.php?curid=501993 |
Şırşır (Çaroymaq) | Şırşır (fars. شرشر) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=614401 |
Şıx Baba piri | Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır.Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. Arxitekturası Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır. Daş qalaqları arasında onun yazılı abidəsini araşdırmaq bir nəticə vermədi. Türbənin girişi Türbəyə daxil olarkən gözəl süls elementli nəsx xətilə yazılmış kitabəli məzar daşının (0,65×0,16×0,18m) üstündən adlayıb keçməli olursan. Başdaşı astanaya elə nəsb olunmuşdur ki, kandardakı daşlar həm rəng, həm də formasına görə bir-birini tamamlayır. Daş elə bil bina tikiləndə buraya qoyulmuşdur. Daş üzərindəki kitabədə ad yoxdur, ancaq tarix yazılmışdır. Ərəbcə mətnin tərcüməsi belədir: Belə güman etmək olar ki, abidə müqəddəs şeyxin məqbərəsinin astanasında dəfn olunmuş şəxsə aiddir. Ad yazılmadığına görə dəfn olunan şəxsin qadın olduğunu ehtimal etmək olar. Eyni mətni olan başdaşı (0.59×o.27 m) türbəni əhatə edən hasardan kənardakı qəbirlərdən birinin üzərində də var. Yuxarıdan çatma tağlı tamamlanan başdaşının iç haşiyəsinin çatması nəbati ornamentlərlə tamamlanır. Haşiyədən içəri, iri süls elementli nəsx xəttilə ərəbcə yazılmış kitabənin mətni belədir: Falas formada daşdan düzəldilmiş abidənin (0,50×0,16×0,16 m) aşağı hissəsi düzbucaqlı və dördtərəflidir. Tərəflərdən iki üzü boşdur. Görünür bu hissə qəbir üzərində baş tərəfdən hörgüdə qaldığı üçün kitabəsizdir. Digər iki tərəfində farsca yazılmış kitabənin tərcüməsi belədir: Türbəni vaxtilə bişmiş kərpicdən hörülmüş dördkünc hasar əhatə etmişdir. Hazırda bu hasarın giriş hissəsindən kiçik bir hissəsi qalmışdır. İçəridən sağ tərəfdə, yerdən təqribən bir metr hündürlükdə kərpic hörgüdəki taxça içərisində çox nəfis surətdə işlənmiş falas formalı mərmər başdaşı (0,45×0,15×0,12 m) qoyulmuşdur. Başdaşının yuxarı hissəsi səkkiztillidir. Üz tərəfdə süls elementli gözəl nəsx xəttilə ərəbcə yazılmış kitabənin tərcüməsi belədir: Ətrafındakı məzarlıq Hasardan içəri qoyulmuş digər bir başdaşında tarix yoxdur. Lakin abidənin formasına, ölçüsünə və kitabənin xətt xüsusiyyətinə görə onu da əvvəlkilərin dövrünə aid etmək olar. İri xətli kitabədə "Şeyx Məhiyəddinin vəfatı" sözləri yazılmışdır. Şeyxin məzarı üzərindəki daş qalaqları içərisində rast gəldiyimiz kiçik bir başdaşı parçasında (0,36×0,21 m) ərəbcə yazılmış — "Bu qəbir Şeyx Əkbərindir" sözləri oxunmuşdu. Ətrafdakı böyük qəbiristanlıqda XIV–XX əsrin əvvəllərinə aid şeyx və şeyx övliyalarının məzar daşlarına rast gəlmək mümkündür. Lakin orta əsr abidələrinin demək olar ki, hamısı torpaq altındadır. Onları qazıb çıxarmaq mümkün deyil. Torpaqdan açıb-çıxartdığımız bir başdaşı (0,57×0,32×0,11 m) yuxarıdan düzbucaqlı formadadır. Xətti bir o qədər də səliqəli deyil. Ərəbcə yazılmış kitabənin mətni belədir: XV əsrə aid daha üç başdaşı (0,60×0,30×0,7 m) qeydə alınmışdır. Bunlar qadınlara aid olub yuxarıdan üç pərli formada düzəldilmiş kiçik həcmli abidələrdir. Bunların böyük həcmlilərinə həm də XIV əsrin ortalarına aid vaxtilə Yardımlı rayonunun Köhnə Avaraq, Ünəc kəndi qəbirstanlığında rast gəlinmişdir. Hazırkı vəziyyəti 27 illik əsarətdən sonra erməni işğalçılarının əsarətindən azad olan Cəbrayıl rayonu Şıxlar kəndi ərazisindəki "Şıx Baba" türbəsi baxımsız vəziyyətdə olsa da dağıdılmamışdır. Nəsl şəcərəsi Şıxlarda fəaliyyət göstərmiş alim, şeyxlərin nəsli, müridləri son illərə qədər davam etmişdir. Hazırda qəbiristanda qalmış XX əsrin əvvəllərində dəfn olunmuş bir nəfərin məzar daşında ərəbcə yazılmış kitabədə bu sözləri oxumaq olur: və yaxud başqa bir abidədə: Şeyxin nəslindən olan Ağa Rüstəmin oğlu Şeyx Təhməz Şıxlar kəndində Şərq dillərini, xüsusilə ərəb ədəbiyyatını, İslam tarixini, bəşəriyyətin mədəniyyət abidəsi olan Qurani Kərimi yaxşı bilən axırıncı şəxs idi. 1937-ci ildə o da repressiyanın qurbanı olub 70 yaşında Sibirə sürgün edilmişdir. Şeyx Təhməz kimi Sibirə sürgün olunmuş Azərbaycan ziyalıları — şeyxlər çoxdur. Onların adına çar canişinlərinə məxsus arxiv sənədlərində rast gəlmək olur. Hazırda həmin şeyxlərin — alimlərin nəslindən Şıxlar kəndindən olan bəzi ziyalılar yaşayır. Hüququşünas, Ali Məhkəmənin təqaüddə olan hakimi Əli Rüstəmov Şıxlar kənd məktəbi müəllimlərindən — filoloq Ənvər Mehdiyev, jurnalist Məhəmməd Təhməzov, şair Xasay Mehdiyev və başqalarını göstərmək olar. Vaxtilə 750 evdən ibarət olmuş Şıxlar kəndi, 30–35 evdən ibarətdir. kəndin keçmiş əzəmətli görkəmi qalmamışdırsa da, onun zəngin tarixindən xəbər verən möhtəşəm abidələri qorunub saxlansa da, uzun müddət mənfur düşmənlərimiz ermənilər tərəfindən işğal altında olan abidələrimiz çox təəssüf ki, dağıdılmışdır. Cəbrayıllı yaşlı nəsillərin verdiyi məlumatlardan da öyrənirik ki, var olan yerli rəvayətlərə görə, o dövrdə vergi ödəyiciləri vergilərini Şıx baba nəslinə ödəyiblər. Çox güman edilir ki, bu vergilər çox zaman xeyriyyəçilik işlərinə sərf olunurdu və Xudafərin körpülərinin salınmasında da bu vəsaitlərdən istifadə olunmuşdur. Müzəffər Azərbaycan Ordusu 27 illik işğaldan sonra 22 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Qədiriyyə cəmiyyəti Şıx baba nəslindən Şeyx Vəliyəddin (vəfatı hicri tarixi ilə 1070-ci il) XVI əsrin sonlarında Cəbrayıl rayonunun Dağ Tumas kəndinə köçmüş, orada yaşamışdır. Deyilənə görə, Şıx baba Qədiriyyə cəmiyyətinin şeyxi olmuşdur. Qədiriyyə cəmiyyətinin Əbdülqadir Gilanidir (1077–1166). Əsli farsdır. O, 18 yaşında Bağdada gəlmiş, orada Hənbali hüquq elmləri kursunu bitirdikdən sonra, 25 il İraq səhralarını zahid kimi gəzib dolaşdıqdan sonra nəhayət 1127-ci ildə Bağdadda vaiz kimi şöhrət qazanmışdır. Əbdülqədirin sağlığında onun bir sıra övlad və müridləri Qədiriyyə təriqətini təbliğ etmək üçün Ərəb ölkələrinə, Afrika, Hindistan və Türküstana getmişlər. Qədiriyyənin mövqeyi Qərbi və Şimali Afrikada Sudan, İraq, Pakistanda güclüdür. Qədiriyyə mərkəzi 1300 ildə Suriyada, XV əsrin əvvəllərində Dəməşqdə təşkil olunmuşdur.Cəmiyyətin İstanbulda meydana çıxmasını Topxanada xanəgah bina etmiş İsmayıl Rumi ilə (vəfatı- 1041/1631–32-ci illər və ya 1053–1643-44) bağlayırlar. Bu cəmiyyətin Azərbaycanda olması haqqında məlumat verən yoxdur. Şıxlar kəndi öz adını da həmin mərkəzlə əlaqədar olaraq almışdır. Türbənin üzərində kitabə olmasa da, mərkəzin əsasını qoyan şeyxin adı müəyyənləşdirilməsə də, onun neçə-neçə mürid və övladlarının adları aşkar olunmuş və dövrü, yəni fəaliyyətinin ilk dövrləri XII–XIII əsrlərə aid edilmişdir. Mərkəz, yuxarıda deyildiyi kimi, Avropa ölkələrini İran və digər Yaxın Şərq ölkələri ilə istər Xəzər vasitəsilə su və quru karvan-ticarət yolu üzərində mövcud Pir Hüseyn, Sofi Həmid, Baba-Samit, Sarı Peyğəmbər, Babi Yəqub, Aza piri və s. sosial-mədəni-ideoloji, siyasi-iqtisadi mərkəzlərin silsiləsindən hesab edilə bilər. Məşədixanım Nemət Azərbaycanda pirlər.-B.: Azərdövlət Nəşriyyat-Poliqrafiya birliyi, 1992.-100 s Xarici keçidlər Məhəmməd NƏRİMANOĞLU, "Talan olunmuş sərvətlər" Memarlıq abidələrinin siyahısı Həmçinin bax Xudafərin körpüsü Cəbrayıl rayonu Mazan nənə türbəsi Xudayarlı türbələri Qız qalası (Cəbrayıl) | https://az.wikipedia.org/w/index.php?curid=675867 |
Şıx Baba piri (Qəbələ) | Şıx Baba piri — Qəbələnin Həmzəlli kəndi ərazisində yerləşəir. . Qəbələ rayonunun qədim tarixə malik kəndlərindən olan Həmzəlli kəndi özünün gözəl təbiəti, həm də tarixi abidələri ilə məşhurdur. Belə tarixi abidələrdən biri də el arasında Şıx baba kimi tanınan Seyyid Şeyx Molla Məhəmməd piridir. O, həm rayona gələn qonaqlar, həm də turistlərin diqqət mərkəzində olan abidələrdəndir. Abidənin əsas özəlliyi məhz bu abidədə olan ağacların "Qırmızı kitab"a düşməsi və abidənin cox qədim tarixə malik olmasıdır. El dilində İşıq baba kimi tanınan ən ağır ocaq Həmzəlli kəndindədir. Şıx Baba piri XVI əsrin abidəsidir. Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur. Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1–6. 11. 1867 ildə) yazılıb. Şəhadətnamədə Həmzəlli kənd sakinlərindən Seyyid Hacı Əli Əfəndi və Seyyid Lütfəli qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı kəndlərindən olan 33–dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə təsdiq edilmişdir. Sənəddə şeyxin adı — deyə qeyd edilib. Beləliklə, Şeyx Məhəmmədin sağlığında daşıdığı "ariflərin qütbü, "mövlana", "şeyx" ləqəb-lərinə, məqbərəsinin müqəddəs məkan kimi ziyarətgaha çevrilməsi və digər amillərə görə, onun ruhani-alim, ictimai-siyasi xadim kimi xalq kütlələri arasında böyük nüfuza malik olduğunu göstərir. Qəbiristanlıq Bu bir daha şeyxin məqbərəsi ətrafında böyük bir qəbiristanın meydana gəlməsi ilə izah edilə bilər. Ətrafda Şirvan-Abşeron bədii daşyonma sənəti və xəttatlıq məktəbi ustalarına məxsus XV–XVI əsrə aid sənduqə formalı xatirə abidələri mövcuddur. Məqbərənin şərq divarı önündə alim Mövlana Sədrəddin dəfn olunub. Onun qəbri üzərində mərmər başdaşı və sinə daşı qoyulub. Abidə çox nəfis işlənmiş nəbati naxışlarla və kitabə motivləri ilə bəzədilmişdir. Sinə daşının haşiyəsində Qurandan 2-ci surənin 39-cu ayəsi, 29-cu surənin 56-cı ayəsi yazılıb. Haşiyədən içəri xalça ornamentləri həkk olunub. Düzbucaqlı kitabə motivində ərəbcə mərhumun adı və vəfatı tarixi yazılıb. "Bu qəbir alim, fazil Mövlana Sədrəddinindir. 1012 il" (1603/1604). Başdaşında (0,95X0,41X0,5 m) Qurandan 97, 1–5; 29, 56 ayələr yazılıb. Alimlərin qənaətinə görə yüksək dərəcəli alimlərə məxsus ləqəblərlə qeyd edilmiş Şeyx Sədrəddin Mövlana Şeyx Məhəmmədin davamçılarındandır. Ətrafdakı abidələrə əsasən qeyd edilir ki, məqbərə sosial-siyasi və iqtisadi əhəmiyyəti olan bir mərkəz kimi XIV əsrin əvvəllərindən fəaliyyət göstərib (Müasir dövrdə bu ocağa göz xəstəliklərinə düçar olan insanlar daha çox niyyət olunurlar). Aparılan tədqiqatar Abidə Şirvan-Abşeron memarlıq məktəbinə aid türbədən və sənduqələrdən ibarətdir. Orada olan qəbirlərin üstündə və sənduqələrin üzərində nəfis işlənən kitabələr və yazılar həkk olunub. Burada çox nəfis surətdə müxtəlif mürəkkəb çiçək və həndəsi naxışlarla işlənən qəbir daşlarına və yazılı sənduqələrə rast gəlmək mümkündür. Bu abidələrin təqribən XV–XVI əsrlərə aid olması haqqında fikir söylənilir. Lakin türbələrin ətrafında aparılan arxeoloji qazıntılar və tədqiqatlar zamanı təxminən 2000 il bundan əvvəllərə aid edilən qəbirlər də aşkarlanıb. Həmzəlli kəndində dövlət tərəfindən qorunan bu tarixi abidə demək olar ki, dağılmaq üzrədir. Sonuncu dəfə 1976-cı ildə akademik Həsən Əliyev tərəfindən burada araşdırmalar aparılıb və abidənin həm yaşı, həm də onunla bağlı digər maraqlı nüanslar ortaya çıxıb. İnsanların inanc yeri olan bu tarixi abidə özünün 1200–1500 yaşlı iynəyarpaqlı ağacları ilə də diqqəti cəlb edir. Bu abidəni hər il Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Rusiya və ərəb ölkələrindən gələn minlərlə turist ziyarət edir. Burada bitən ağacları çoxaltmaq məqsədilə digər yerlərə əksələr də, onlar ya bitmir, ya da öz təbii strukturunu dəyişir. Xarici keçidlər "Abidənin əsas özəlliyi". sputnik.az. İstifadə tarixi: 28 sentyabr 2021. "İsmayıllı Regional Mədəniyyət İdarəsi". ismayilli.mctgov.az. 2021-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2021. Həmçinin bax Şıxbabalı türbəsi (Ağdam) Şıx Baba piri | https://az.wikipedia.org/w/index.php?curid=196635 |
Şıx Baba türbəsi (Cəbrayıl) | Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır.Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. Arxitekturası Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır. Daş qalaqları arasında onun yazılı abidəsini araşdırmaq bir nəticə vermədi. Türbənin girişi Türbəyə daxil olarkən gözəl süls elementli nəsx xətilə yazılmış kitabəli məzar daşının (0,65×0,16×0,18m) üstündən adlayıb keçməli olursan. Başdaşı astanaya elə nəsb olunmuşdur ki, kandardakı daşlar həm rəng, həm də formasına görə bir-birini tamamlayır. Daş elə bil bina tikiləndə buraya qoyulmuşdur. Daş üzərindəki kitabədə ad yoxdur, ancaq tarix yazılmışdır. Ərəbcə mətnin tərcüməsi belədir: Belə güman etmək olar ki, abidə müqəddəs şeyxin məqbərəsinin astanasında dəfn olunmuş şəxsə aiddir. Ad yazılmadığına görə dəfn olunan şəxsin qadın olduğunu ehtimal etmək olar. Eyni mətni olan başdaşı (0.59×o.27 m) türbəni əhatə edən hasardan kənardakı qəbirlərdən birinin üzərində də var. Yuxarıdan çatma tağlı tamamlanan başdaşının iç haşiyəsinin çatması nəbati ornamentlərlə tamamlanır. Haşiyədən içəri, iri süls elementli nəsx xəttilə ərəbcə yazılmış kitabənin mətni belədir: Falas formada daşdan düzəldilmiş abidənin (0,50×0,16×0,16 m) aşağı hissəsi düzbucaqlı və dördtərəflidir. Tərəflərdən iki üzü boşdur. Görünür bu hissə qəbir üzərində baş tərəfdən hörgüdə qaldığı üçün kitabəsizdir. Digər iki tərəfində farsca yazılmış kitabənin tərcüməsi belədir: Türbəni vaxtilə bişmiş kərpicdən hörülmüş dördkünc hasar əhatə etmişdir. Hazırda bu hasarın giriş hissəsindən kiçik bir hissəsi qalmışdır. İçəridən sağ tərəfdə, yerdən təqribən bir metr hündürlükdə kərpic hörgüdəki taxça içərisində çox nəfis surətdə işlənmiş falas formalı mərmər başdaşı (0,45×0,15×0,12 m) qoyulmuşdur. Başdaşının yuxarı hissəsi səkkiztillidir. Üz tərəfdə süls elementli gözəl nəsx xəttilə ərəbcə yazılmış kitabənin tərcüməsi belədir: Ətrafındakı məzarlıq Hasardan içəri qoyulmuş digər bir başdaşında tarix yoxdur. Lakin abidənin formasına, ölçüsünə və kitabənin xətt xüsusiyyətinə görə onu da əvvəlkilərin dövrünə aid etmək olar. İri xətli kitabədə "Şeyx Məhiyəddinin vəfatı" sözləri yazılmışdır. Şeyxin məzarı üzərindəki daş qalaqları içərisində rast gəldiyimiz kiçik bir başdaşı parçasında (0,36×0,21 m) ərəbcə yazılmış — "Bu qəbir Şeyx Əkbərindir" sözləri oxunmuşdu. Ətrafdakı böyük qəbiristanlıqda XIV–XX əsrin əvvəllərinə aid şeyx və şeyx övliyalarının məzar daşlarına rast gəlmək mümkündür. Lakin orta əsr abidələrinin demək olar ki, hamısı torpaq altındadır. Onları qazıb çıxarmaq mümkün deyil. Torpaqdan açıb-çıxartdığımız bir başdaşı (0,57×0,32×0,11 m) yuxarıdan düzbucaqlı formadadır. Xətti bir o qədər də səliqəli deyil. Ərəbcə yazılmış kitabənin mətni belədir: XV əsrə aid daha üç başdaşı (0,60×0,30×0,7 m) qeydə alınmışdır. Bunlar qadınlara aid olub yuxarıdan üç pərli formada düzəldilmiş kiçik həcmli abidələrdir. Bunların böyük həcmlilərinə həm də XIV əsrin ortalarına aid vaxtilə Yardımlı rayonunun Köhnə Avaraq, Ünəc kəndi qəbirstanlığında rast gəlinmişdir. Hazırkı vəziyyəti 27 illik əsarətdən sonra erməni işğalçılarının əsarətindən azad olan Cəbrayıl rayonu Şıxlar kəndi ərazisindəki "Şıx Baba" türbəsi baxımsız vəziyyətdə olsa da dağıdılmamışdır. Nəsl şəcərəsi Şıxlarda fəaliyyət göstərmiş alim, şeyxlərin nəsli, müridləri son illərə qədər davam etmişdir. Hazırda qəbiristanda qalmış XX əsrin əvvəllərində dəfn olunmuş bir nəfərin məzar daşında ərəbcə yazılmış kitabədə bu sözləri oxumaq olur: və yaxud başqa bir abidədə: Şeyxin nəslindən olan Ağa Rüstəmin oğlu Şeyx Təhməz Şıxlar kəndində Şərq dillərini, xüsusilə ərəb ədəbiyyatını, İslam tarixini, bəşəriyyətin mədəniyyət abidəsi olan Qurani Kərimi yaxşı bilən axırıncı şəxs idi. 1937-ci ildə o da repressiyanın qurbanı olub 70 yaşında Sibirə sürgün edilmişdir. Şeyx Təhməz kimi Sibirə sürgün olunmuş Azərbaycan ziyalıları — şeyxlər çoxdur. Onların adına çar canişinlərinə məxsus arxiv sənədlərində rast gəlmək olur. Hazırda həmin şeyxlərin — alimlərin nəslindən Şıxlar kəndindən olan bəzi ziyalılar yaşayır. Hüququşünas, Ali Məhkəmənin təqaüddə olan hakimi Əli Rüstəmov Şıxlar kənd məktəbi müəllimlərindən — filoloq Ənvər Mehdiyev, jurnalist Məhəmməd Təhməzov, şair Xasay Mehdiyev və başqalarını göstərmək olar. Vaxtilə 750 evdən ibarət olmuş Şıxlar kəndi, 30–35 evdən ibarətdir. kəndin keçmiş əzəmətli görkəmi qalmamışdırsa da, onun zəngin tarixindən xəbər verən möhtəşəm abidələri qorunub saxlansa da, uzun müddət mənfur düşmənlərimiz ermənilər tərəfindən işğal altında olan abidələrimiz çox təəssüf ki, dağıdılmışdır. Cəbrayıllı yaşlı nəsillərin verdiyi məlumatlardan da öyrənirik ki, var olan yerli rəvayətlərə görə, o dövrdə vergi ödəyiciləri vergilərini Şıx baba nəslinə ödəyiblər. Çox güman edilir ki, bu vergilər çox zaman xeyriyyəçilik işlərinə sərf olunurdu və Xudafərin körpülərinin salınmasında da bu vəsaitlərdən istifadə olunmuşdur. Müzəffər Azərbaycan Ordusu 27 illik işğaldan sonra 22 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Qədiriyyə cəmiyyəti Şıx baba nəslindən Şeyx Vəliyəddin (vəfatı hicri tarixi ilə 1070-ci il) XVI əsrin sonlarında Cəbrayıl rayonunun Dağ Tumas kəndinə köçmüş, orada yaşamışdır. Deyilənə görə, Şıx baba Qədiriyyə cəmiyyətinin şeyxi olmuşdur. Qədiriyyə cəmiyyətinin Əbdülqadir Gilanidir (1077–1166). Əsli farsdır. O, 18 yaşında Bağdada gəlmiş, orada Hənbali hüquq elmləri kursunu bitirdikdən sonra, 25 il İraq səhralarını zahid kimi gəzib dolaşdıqdan sonra nəhayət 1127-ci ildə Bağdadda vaiz kimi şöhrət qazanmışdır. Əbdülqədirin sağlığında onun bir sıra övlad və müridləri Qədiriyyə təriqətini təbliğ etmək üçün Ərəb ölkələrinə, Afrika, Hindistan və Türküstana getmişlər. Qədiriyyənin mövqeyi Qərbi və Şimali Afrikada Sudan, İraq, Pakistanda güclüdür. Qədiriyyə mərkəzi 1300 ildə Suriyada, XV əsrin əvvəllərində Dəməşqdə təşkil olunmuşdur.Cəmiyyətin İstanbulda meydana çıxmasını Topxanada xanəgah bina etmiş İsmayıl Rumi ilə (vəfatı- 1041/1631–32-ci illər və ya 1053–1643-44) bağlayırlar. Bu cəmiyyətin Azərbaycanda olması haqqında məlumat verən yoxdur. Şıxlar kəndi öz adını da həmin mərkəzlə əlaqədar olaraq almışdır. Türbənin üzərində kitabə olmasa da, mərkəzin əsasını qoyan şeyxin adı müəyyənləşdirilməsə də, onun neçə-neçə mürid və övladlarının adları aşkar olunmuş və dövrü, yəni fəaliyyətinin ilk dövrləri XII–XIII əsrlərə aid edilmişdir. Mərkəz, yuxarıda deyildiyi kimi, Avropa ölkələrini İran və digər Yaxın Şərq ölkələri ilə istər Xəzər vasitəsilə su və quru karvan-ticarət yolu üzərində mövcud Pir Hüseyn, Sofi Həmid, Baba-Samit, Sarı Peyğəmbər, Babi Yəqub, Aza piri və s. sosial-mədəni-ideoloji, siyasi-iqtisadi mərkəzlərin silsiləsindən hesab edilə bilər. Məşədixanım Nemət Azərbaycanda pirlər.-B.: Azərdövlət Nəşriyyat-Poliqrafiya birliyi, 1992.-100 s Xarici keçidlər Məhəmməd NƏRİMANOĞLU, "Talan olunmuş sərvətlər" Memarlıq abidələrinin siyahısı Həmçinin bax Xudafərin körpüsü Cəbrayıl rayonu Mazan nənə türbəsi Xudayarlı türbələri Qız qalası (Cəbrayıl) | https://az.wikipedia.org/w/index.php?curid=520721 |
Şıx Dursun | Şıx Dursun (əvvəlki adı: Sıxtoraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şıx Dursun kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıdıb. Toponimikası XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (erm. "sarımsaqlı kənd") adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır. Tarixi abidələri Şıx Dursun kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Coğrafiyası və iqlimi Kənd Köndələnçayın (Arazın qolu) sahilində yerləşir. İqtisadiyyatı Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=104925 |
Şıx Salahlı | Şıx Salahlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=108029 |
Şıx Salahlı bələdiyyəsi | Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=549736 |
Şıx burnu | Şıx burnu - burun olaraq Abşeron yarımadasının cənub-qərbində, Bakı buxtasının qərbində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Qaradağ rayonu, Bibiheybət qəsəbəsi ərazisinə daxildir. Buxtanın təbii sərhəddini təşkil edir. Salyan şossesindən qərbdə burunun daxilinə yol ayrılır. Ərazisində Bibiheybət Tarix və Diyarşünaslıq Muzeyi vardır. Burun sahilindən 160 m cənubda kiçik qaya çıxıntısını xatırladan Şıxov adası yerləşir. Həmçinin bax Sultan burnu | https://az.wikipedia.org/w/index.php?curid=559928 |
Şıx piri | Şıx piri — Ordubad rayonunun Biləv kəndində ziyarətgah. Dördkünc formalı daşdan tikilmiş binadan ibarətdir. İçərisində iki müsəlman qəbri var. Qəbirlərin üzərinə daş döşənmiş, ətrafı dördkünc formada daşlarla əhatə edilmişdir. Hazırda pirin içərisində sumax ağacları var. İnsanlar dilək tutaraq ağaclara müxtəlif rəngli parçalar bağlayırlar. Pirin ətrafında orta əsrlərə aid qəbiristanlıq var. Şıx pirini 16-18 əsrlərə aid etmək olar. | https://az.wikipedia.org/w/index.php?curid=582311 |
Şıx qalası | 16 metr hündürlüyündə inşa edilmiş qala sırf keşikçi məntəqəsi missiyasını daşıyıb. Silindr formalı qalanın qülləsinə qalxmaq üçün bir yolu, üç otağı var. Qalanın quruluşu elədir ki, otaqlardan və qüllədən giriş qapısını nəzarətdə saxlamaq mümkündür. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalanın daş kitabəsində onun Məsud oğlu Əbdülməcid tərəfindən inşa edildiyi göstərilib. Əvvəlki illərdən bircə fərq odur ki, qalanın ərazisi müəyyən edilib, ətrafı dəmir çənbərlə hasarlanıb. Qapısı isə bağlıdır. Yaxınlarda təmir edilib turistlərin ixtiyarına verilməsi gözlənilir. Qala bələdçisini və Mərdəkan əhlini, o cümlədən, qalaya yalnız kənardan tamaşa etmək imkanı olan xarici qonaqları gözləməkdə olsun. Həmçinin bax Mərdəkan qalası Xarici keçidlər Yazılı sevgi etiraflarının "hücum"una məruz qalan kiçik Mərdəkan qalası (FOTO) | https://az.wikipedia.org/w/index.php?curid=66649 |
Şıxak qəsəbəsi | Şıxarx (əvvəlki adları: Marağa; Marağaşen; Marquşavan; Leninavan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Şıxarx qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Leninavan qəsəbəsi Şıxarx qəsəbəsi adlandırılmışdır. 5 dekabr 2023-cü ildə Şıxarx qəsəbəsi Ağdərə rayonunun tərkibinə daxil edilib. Toponimikası 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Qacar dövləti ərazisindən, Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini gəldikləri yerlə bağlı olaraq "Marağa" adlandırdılar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen (ermənicə "Marağa kəndi" deməkdir) olmuşdur. 1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar kənd ərazisində abidə ucaldılmışdır. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstünü daşla hörmüşlər. 1992-ci ildə kəndə ərazidəki Şıx arxının adı verildi. Arxın adı isə Şıxlar nəsli ilə bağlıdır. 1990-cı illər 1992-ci il aprel ayının 10-da Tərtər batalyonu Qarabağ müharibəsi tarixinə "Marquşavan əməliyyatı" adı ilə daxil olan döyüşə başlamışdır. İki gün davam edən döyüşdə hərbçilərə rayonun polis şöbəsinin əməkdaşları və mülki vətəndaşları da kömək etmişdir. Bu əməliyyat nətiçəsində Tərtər batalyonu Marquşavan kəndini alsa da, qüvvələrin qeyri-bərabərliyi və hərbi texnikanın olmaması üzündən alınmış kəndi saxlamaq mümkün olmamış və 7 hərbçi, 4 polis əməkdaşı, 6 mülki vətəndaş qurban verərək geri çəkilməli olmuşdur. Şıxarx (Marquşavan) döyüşündə 400-ə yaxın əsir və girovlar götürüldü ki, onlar da daha sonra Xocalıdan olan sakinlərlə dəyişdirildi. Həmin ermənilər daha sonra keçmiş Ağdərə rayonu ərazisində Nor Marağa (Yeni Marağa) adlı qəsəbə salaraq Qarabağ ərazisində yaşamağa davam edirlər. Hal-hazırda Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Yeni qəsəbə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş Əlavələrin 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1170 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış məhəlləsi tikilib. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlıdır. Coğrafiyası və iqlimi Qəsəbə Tərtərçayın sahilində, Qarabağ düzündə, rayon mərkəzindən 5 kilometr qərbdə, Tərtər-İstisu magistral avtomobil yolunun sağ və sol tərəflərində yerləşir. Ərazisi 3 min 29 hektardır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Şıxarx qəsəbəsində əhali yaşamırdı.2013-cü ildə Şıxarx qəsəbə nümayəndəliyində 414 ailə qeydiyyatda idi. Burada 37 nəfərdən ibarət 11 yerli ailə və 673 nəfərdən ibarət 183 məcburi köçkün ailəsi yaşayırdı.2017-ci ildən Şıxarx qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün yeni salınmış qəsəbədə 1176 ailə yaşayır. Xarici keçidlər Marquşevan döyüşündən 23 il ötür… Həmçinin bax Marağa-150 abidəsi Marağa qətliamı | https://az.wikipedia.org/w/index.php?curid=53427 |
Şıxakəran | Şıxakəran — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şıxakəran kəndi Xolmili kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Şıxakəran kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Tanınmışları Fəxrəddin Teyyub — Tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010). | https://az.wikipedia.org/w/index.php?curid=91066 |
Şıxakəran bələdiyyəsi | Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=114781 |
Şıxalıağalı | Şıxalıağalı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 5 oktyabr 2020-ci ildə erməni işğalından azad edilib. Toponimikası Şıxalıağall Cəbrayıl rayonunun Şükürbəyli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağ xanı Mehdiqulu xanın Zangəzurdan (əsasən, indiki Zəngilan rayonunun Ağalı kəndindən) köçürdüyü ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Şıxalı ağa adlı şəxs bu ailələrin başçısı olmuşdur. Hazırda kənddə alıyarlı, əbilqasımlı, həsənalıbəyli nəsilləri ilə yanaşı şıxalıağalı nəsli də yaşayır. İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi. Həmçinin bax Cəbrayıl rayonu Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=105432 |
Şıxamir Qaflanov | Şixamir Oruc oğlu Qaflanov (7 dekabr 1986; Dombabinə, Zaqatala rayonu, Azərbaycan SSR — 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Şixamir Qaflanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Komandiri olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfər də şəhid olmamışdır. Tabeliyində olduğu şəxsi heyətlə qatıldığı 23 döyüşdə Ermənistan Ordusunun canlı qüvvəsini məhv edilməsində fərqlənmişdir. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində həlak olmuşdur. Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Dombabinə (hal-hazırda Üçüncü Tala) kəndində anadan olmuşdur. O, Oruc Qaflanov və Mominət Qaflanovanın dörd övladından sonuncu idi. Onun bir qardaşı — Asif Qaflanov 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşmışdır, bir qardaşı — Qurban Qaflanov isə Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin sıralarında xidmət edir. Şixamir Qaflanov 1993-cü ildə Zaqatala rayonunda Dombabinə Kənd tam orta mətəbin birinci sinfinə daxil olmuşdur və 2004-cü ildə oradan məzun olmuşdur. Şıxamir Qaflanov ailəli idi. Dörd aylıq Mədinə adında bir qızı yadigar qalmışdır. Hərbi xidməti Tam orta təhsilini başa vurduğdan sonra Şixamir Qaflanov, 2005-ci ilin yanvar ayında Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2005-ci ilin yanvar ayından 2006-cı ilin iyul ayına qədər Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin sıralarıda sıralarında xidmət eləmişdir. 2006-cı ilin iyul ayında Azərbaycan Ordusunun sıralarından tərxis olunan Şıxamir Qaflanov, bir müddət sonra — 2007-ci ilin aprel ayında Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət eləməyə başlamışdır. Şıxamir Qaflanovun əsas arzularından biri Daxili Qoşunlarının zabit olmaq idi. Buna görə də o, 2008-ci il ildə Daxili İşlər Nazirliyinin (DİN) nəzdində fəaliyyət göstərən Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə "leytenant" hərbi rütbəsi alaraq təhsilini başa vurmuşdur. Leytenant Şixamir Qaflanov 2010-cu ildə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam eləmişdir. Şıxamir Qaflanov 2012-ci ilin oktyabr ayından dekabr ayına qədər İzmir ilinin Foça ilçəsində Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Zabit Komando" Kurslarında təhsil almışdır.2019-cu ilin fevral ayından iyun ayına qədər isə Şıxamir Qaflanov, İzmir ilinin Foça ilçəsində Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Jandarma Komando" Kurslarında təhsil almışdır. İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.Sentyabrın 27-də "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri Şixamir Qaflanov və 40 nəfərdən ibarət olan şəxsi heyət Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmağa başlamışdır. Dəstənin birinci döyüşü Füzuli rayonunun Qaraxanbəyli istiqamətində olmuşdur. Səhər saatlarında başlanan döyüşlərin nəticəsi olaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında mövcud olan təmas xətti yarılmışdır və Qaraxanbəyli 27 il davam edən işğaldan azad edilmişdir. Həmin döyüşlərdə dəstənin şəxsi heyəti şəhid verməmişdir. Daha sonra "Bəbir" Xüsusi Təyinatlı Dəstəsi Cəbrayıl rayonunun Lələtəpə istiqamətindən başlayaraq Arazboyu əməliyyatlara qatılmışdır. Döyüşlərin nəticəsi olaraq Cəbrayıl istiqamətidə olan əlverilşli mövqelər, həmçinin yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfinən işğaldan azad edilmişdir. Cəbrayıl Füzuli Hadrut Xocavənd "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri Şixamir Qaflanovun son döyüşü oktyabrın 19-da saat 16:00 radələrində Xocavənd rayonu istiqamətində olmuşdur. Döyüş tapşırığına əsasən strateji əhəmiyyətə sahib olan mövqe ermənilərdən təmizlənməli idi. Həmin strateji mövqenin bir istiqaməti Laçın dəhlizinə, bir istiqaməti isə Füzuli rayonuna aparırdı. Həmin döyüşə qədər Şixamir Qaflanovun rəhbəri olduğu "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin şəxsi heyətində bir nəfər belə şəhid verilməmişdir. Həmin döyüşlərdə Şixamir Qaflanovdan başqa 3 nəfər hərbi qulluqçu da həlak olmuşdur — baş çavuş Sahib Yaşar oğlu Məmmədov, baş çavuş Surxay Zülfi oğlu Mehdiyev və çavuş Sənan Muxtar oğlu Ələsgərzadə. Bir çox döyüşlərdə Ermənistan Ordusunun mühasirəsində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərini xilas edib, Ermənistan Ordusunun canlı qüvvəsini məhv edib. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şixamir Qaflanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün isə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Şixamir Qaflanovun şəxsi əşyaları muzeyin əməkdaşı Aygün Quliyeva vasitəsilə Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir. — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (26.06.2018) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2020) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) İrsi və xatirəsi 2020-ci ildə Şıxamir Qaflanovun Zaqatala rayonunun Üçüncü Tala Kəndində yaşadığı evdə xatirəsi lövhəsi qoyulmuşdur.2021-ci il aprelin 16-da İctimai TV-də Şixamir Qaflanova həsr olunan "Bir "Bəbir" Kimi…" sənədli filmi təqdim olunmuşdur. 21 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.2021-ci ildə Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanovun adı verilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=681143 |
Şıxarx | Şıxarx (əvvəlki adları: Marağa; Marağaşen; Marquşavan; Leninavan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Şıxarx qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Leninavan qəsəbəsi Şıxarx qəsəbəsi adlandırılmışdır. 5 dekabr 2023-cü ildə Şıxarx qəsəbəsi Ağdərə rayonunun tərkibinə daxil edilib. Toponimikası 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Qacar dövləti ərazisindən, Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini gəldikləri yerlə bağlı olaraq "Marağa" adlandırdılar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen (ermənicə "Marağa kəndi" deməkdir) olmuşdur. 1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar kənd ərazisində abidə ucaldılmışdır. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstünü daşla hörmüşlər. 1992-ci ildə kəndə ərazidəki Şıx arxının adı verildi. Arxın adı isə Şıxlar nəsli ilə bağlıdır. 1990-cı illər 1992-ci il aprel ayının 10-da Tərtər batalyonu Qarabağ müharibəsi tarixinə "Marquşavan əməliyyatı" adı ilə daxil olan döyüşə başlamışdır. İki gün davam edən döyüşdə hərbçilərə rayonun polis şöbəsinin əməkdaşları və mülki vətəndaşları da kömək etmişdir. Bu əməliyyat nətiçəsində Tərtər batalyonu Marquşavan kəndini alsa da, qüvvələrin qeyri-bərabərliyi və hərbi texnikanın olmaması üzündən alınmış kəndi saxlamaq mümkün olmamış və 7 hərbçi, 4 polis əməkdaşı, 6 mülki vətəndaş qurban verərək geri çəkilməli olmuşdur. Şıxarx (Marquşavan) döyüşündə 400-ə yaxın əsir və girovlar götürüldü ki, onlar da daha sonra Xocalıdan olan sakinlərlə dəyişdirildi. Həmin ermənilər daha sonra keçmiş Ağdərə rayonu ərazisində Nor Marağa (Yeni Marağa) adlı qəsəbə salaraq Qarabağ ərazisində yaşamağa davam edirlər. Hal-hazırda Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Yeni qəsəbə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş Əlavələrin 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1170 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış məhəlləsi tikilib. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlıdır. Coğrafiyası və iqlimi Qəsəbə Tərtərçayın sahilində, Qarabağ düzündə, rayon mərkəzindən 5 kilometr qərbdə, Tərtər-İstisu magistral avtomobil yolunun sağ və sol tərəflərində yerləşir. Ərazisi 3 min 29 hektardır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Şıxarx qəsəbəsində əhali yaşamırdı.2013-cü ildə Şıxarx qəsəbə nümayəndəliyində 414 ailə qeydiyyatda idi. Burada 37 nəfərdən ibarət 11 yerli ailə və 673 nəfərdən ibarət 183 məcburi köçkün ailəsi yaşayırdı.2017-ci ildən Şıxarx qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün yeni salınmış qəsəbədə 1176 ailə yaşayır. Xarici keçidlər Marquşevan döyüşündən 23 il ötür… Həmçinin bax Marağa-150 abidəsi Marağa qətliamı | https://az.wikipedia.org/w/index.php?curid=55652 |
Şıxarx kəndi | Şıxarx (əvvəlki adları: Marağa; Marağaşen; Marquşavan; Leninavan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Şıxarx qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Leninavan qəsəbəsi Şıxarx qəsəbəsi adlandırılmışdır. 5 dekabr 2023-cü ildə Şıxarx qəsəbəsi Ağdərə rayonunun tərkibinə daxil edilib. Toponimikası 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Qacar dövləti ərazisindən, Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini gəldikləri yerlə bağlı olaraq "Marağa" adlandırdılar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen (ermənicə "Marağa kəndi" deməkdir) olmuşdur. 1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar kənd ərazisində abidə ucaldılmışdır. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstünü daşla hörmüşlər. 1992-ci ildə kəndə ərazidəki Şıx arxının adı verildi. Arxın adı isə Şıxlar nəsli ilə bağlıdır. 1990-cı illər 1992-ci il aprel ayının 10-da Tərtər batalyonu Qarabağ müharibəsi tarixinə "Marquşavan əməliyyatı" adı ilə daxil olan döyüşə başlamışdır. İki gün davam edən döyüşdə hərbçilərə rayonun polis şöbəsinin əməkdaşları və mülki vətəndaşları da kömək etmişdir. Bu əməliyyat nətiçəsində Tərtər batalyonu Marquşavan kəndini alsa da, qüvvələrin qeyri-bərabərliyi və hərbi texnikanın olmaması üzündən alınmış kəndi saxlamaq mümkün olmamış və 7 hərbçi, 4 polis əməkdaşı, 6 mülki vətəndaş qurban verərək geri çəkilməli olmuşdur. Şıxarx (Marquşavan) döyüşündə 400-ə yaxın əsir və girovlar götürüldü ki, onlar da daha sonra Xocalıdan olan sakinlərlə dəyişdirildi. Həmin ermənilər daha sonra keçmiş Ağdərə rayonu ərazisində Nor Marağa (Yeni Marağa) adlı qəsəbə salaraq Qarabağ ərazisində yaşamağa davam edirlər. Hal-hazırda Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Yeni qəsəbə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş Əlavələrin 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1170 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış məhəlləsi tikilib. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlıdır. Coğrafiyası və iqlimi Qəsəbə Tərtərçayın sahilində, Qarabağ düzündə, rayon mərkəzindən 5 kilometr qərbdə, Tərtər-İstisu magistral avtomobil yolunun sağ və sol tərəflərində yerləşir. Ərazisi 3 min 29 hektardır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Şıxarx qəsəbəsində əhali yaşamırdı.2013-cü ildə Şıxarx qəsəbə nümayəndəliyində 414 ailə qeydiyyatda idi. Burada 37 nəfərdən ibarət 11 yerli ailə və 673 nəfərdən ibarət 183 məcburi köçkün ailəsi yaşayırdı.2017-ci ildən Şıxarx qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün yeni salınmış qəsəbədə 1176 ailə yaşayır. Xarici keçidlər Marquşevan döyüşündən 23 il ötür… Həmçinin bax Marağa-150 abidəsi Marağa qətliamı | https://az.wikipedia.org/w/index.php?curid=55654 |
Şıxbaba | Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır.Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. Arxitekturası Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır. Daş qalaqları arasında onun yazılı abidəsini araşdırmaq bir nəticə vermədi. Türbənin girişi Türbəyə daxil olarkən gözəl süls elementli nəsx xətilə yazılmış kitabəli məzar daşının (0,65×0,16×0,18m) üstündən adlayıb keçməli olursan. Başdaşı astanaya elə nəsb olunmuşdur ki, kandardakı daşlar həm rəng, həm də formasına görə bir-birini tamamlayır. Daş elə bil bina tikiləndə buraya qoyulmuşdur. Daş üzərindəki kitabədə ad yoxdur, ancaq tarix yazılmışdır. Ərəbcə mətnin tərcüməsi belədir: Belə güman etmək olar ki, abidə müqəddəs şeyxin məqbərəsinin astanasında dəfn olunmuş şəxsə aiddir. Ad yazılmadığına görə dəfn olunan şəxsin qadın olduğunu ehtimal etmək olar. Eyni mətni olan başdaşı (0.59×o.27 m) türbəni əhatə edən hasardan kənardakı qəbirlərdən birinin üzərində də var. Yuxarıdan çatma tağlı tamamlanan başdaşının iç haşiyəsinin çatması nəbati ornamentlərlə tamamlanır. Haşiyədən içəri, iri süls elementli nəsx xəttilə ərəbcə yazılmış kitabənin mətni belədir: Falas formada daşdan düzəldilmiş abidənin (0,50×0,16×0,16 m) aşağı hissəsi düzbucaqlı və dördtərəflidir. Tərəflərdən iki üzü boşdur. Görünür bu hissə qəbir üzərində baş tərəfdən hörgüdə qaldığı üçün kitabəsizdir. Digər iki tərəfində farsca yazılmış kitabənin tərcüməsi belədir: Türbəni vaxtilə bişmiş kərpicdən hörülmüş dördkünc hasar əhatə etmişdir. Hazırda bu hasarın giriş hissəsindən kiçik bir hissəsi qalmışdır. İçəridən sağ tərəfdə, yerdən təqribən bir metr hündürlükdə kərpic hörgüdəki taxça içərisində çox nəfis surətdə işlənmiş falas formalı mərmər başdaşı (0,45×0,15×0,12 m) qoyulmuşdur. Başdaşının yuxarı hissəsi səkkiztillidir. Üz tərəfdə süls elementli gözəl nəsx xəttilə ərəbcə yazılmış kitabənin tərcüməsi belədir: Ətrafındakı məzarlıq Hasardan içəri qoyulmuş digər bir başdaşında tarix yoxdur. Lakin abidənin formasına, ölçüsünə və kitabənin xətt xüsusiyyətinə görə onu da əvvəlkilərin dövrünə aid etmək olar. İri xətli kitabədə "Şeyx Məhiyəddinin vəfatı" sözləri yazılmışdır. Şeyxin məzarı üzərindəki daş qalaqları içərisində rast gəldiyimiz kiçik bir başdaşı parçasında (0,36×0,21 m) ərəbcə yazılmış — "Bu qəbir Şeyx Əkbərindir" sözləri oxunmuşdu. Ətrafdakı böyük qəbiristanlıqda XIV–XX əsrin əvvəllərinə aid şeyx və şeyx övliyalarının məzar daşlarına rast gəlmək mümkündür. Lakin orta əsr abidələrinin demək olar ki, hamısı torpaq altındadır. Onları qazıb çıxarmaq mümkün deyil. Torpaqdan açıb-çıxartdığımız bir başdaşı (0,57×0,32×0,11 m) yuxarıdan düzbucaqlı formadadır. Xətti bir o qədər də səliqəli deyil. Ərəbcə yazılmış kitabənin mətni belədir: XV əsrə aid daha üç başdaşı (0,60×0,30×0,7 m) qeydə alınmışdır. Bunlar qadınlara aid olub yuxarıdan üç pərli formada düzəldilmiş kiçik həcmli abidələrdir. Bunların böyük həcmlilərinə həm də XIV əsrin ortalarına aid vaxtilə Yardımlı rayonunun Köhnə Avaraq, Ünəc kəndi qəbirstanlığında rast gəlinmişdir. Hazırkı vəziyyəti 27 illik əsarətdən sonra erməni işğalçılarının əsarətindən azad olan Cəbrayıl rayonu Şıxlar kəndi ərazisindəki "Şıx Baba" türbəsi baxımsız vəziyyətdə olsa da dağıdılmamışdır. Nəsl şəcərəsi Şıxlarda fəaliyyət göstərmiş alim, şeyxlərin nəsli, müridləri son illərə qədər davam etmişdir. Hazırda qəbiristanda qalmış XX əsrin əvvəllərində dəfn olunmuş bir nəfərin məzar daşında ərəbcə yazılmış kitabədə bu sözləri oxumaq olur: və yaxud başqa bir abidədə: Şeyxin nəslindən olan Ağa Rüstəmin oğlu Şeyx Təhməz Şıxlar kəndində Şərq dillərini, xüsusilə ərəb ədəbiyyatını, İslam tarixini, bəşəriyyətin mədəniyyət abidəsi olan Qurani Kərimi yaxşı bilən axırıncı şəxs idi. 1937-ci ildə o da repressiyanın qurbanı olub 70 yaşında Sibirə sürgün edilmişdir. Şeyx Təhməz kimi Sibirə sürgün olunmuş Azərbaycan ziyalıları — şeyxlər çoxdur. Onların adına çar canişinlərinə məxsus arxiv sənədlərində rast gəlmək olur. Hazırda həmin şeyxlərin — alimlərin nəslindən Şıxlar kəndindən olan bəzi ziyalılar yaşayır. Hüququşünas, Ali Məhkəmənin təqaüddə olan hakimi Əli Rüstəmov Şıxlar kənd məktəbi müəllimlərindən — filoloq Ənvər Mehdiyev, jurnalist Məhəmməd Təhməzov, şair Xasay Mehdiyev və başqalarını göstərmək olar. Vaxtilə 750 evdən ibarət olmuş Şıxlar kəndi, 30–35 evdən ibarətdir. kəndin keçmiş əzəmətli görkəmi qalmamışdırsa da, onun zəngin tarixindən xəbər verən möhtəşəm abidələri qorunub saxlansa da, uzun müddət mənfur düşmənlərimiz ermənilər tərəfindən işğal altında olan abidələrimiz çox təəssüf ki, dağıdılmışdır. Cəbrayıllı yaşlı nəsillərin verdiyi məlumatlardan da öyrənirik ki, var olan yerli rəvayətlərə görə, o dövrdə vergi ödəyiciləri vergilərini Şıx baba nəslinə ödəyiblər. Çox güman edilir ki, bu vergilər çox zaman xeyriyyəçilik işlərinə sərf olunurdu və Xudafərin körpülərinin salınmasında da bu vəsaitlərdən istifadə olunmuşdur. Müzəffər Azərbaycan Ordusu 27 illik işğaldan sonra 22 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Qədiriyyə cəmiyyəti Şıx baba nəslindən Şeyx Vəliyəddin (vəfatı hicri tarixi ilə 1070-ci il) XVI əsrin sonlarında Cəbrayıl rayonunun Dağ Tumas kəndinə köçmüş, orada yaşamışdır. Deyilənə görə, Şıx baba Qədiriyyə cəmiyyətinin şeyxi olmuşdur. Qədiriyyə cəmiyyətinin Əbdülqadir Gilanidir (1077–1166). Əsli farsdır. O, 18 yaşında Bağdada gəlmiş, orada Hənbali hüquq elmləri kursunu bitirdikdən sonra, 25 il İraq səhralarını zahid kimi gəzib dolaşdıqdan sonra nəhayət 1127-ci ildə Bağdadda vaiz kimi şöhrət qazanmışdır. Əbdülqədirin sağlığında onun bir sıra övlad və müridləri Qədiriyyə təriqətini təbliğ etmək üçün Ərəb ölkələrinə, Afrika, Hindistan və Türküstana getmişlər. Qədiriyyənin mövqeyi Qərbi və Şimali Afrikada Sudan, İraq, Pakistanda güclüdür. Qədiriyyə mərkəzi 1300 ildə Suriyada, XV əsrin əvvəllərində Dəməşqdə təşkil olunmuşdur.Cəmiyyətin İstanbulda meydana çıxmasını Topxanada xanəgah bina etmiş İsmayıl Rumi ilə (vəfatı- 1041/1631–32-ci illər və ya 1053–1643-44) bağlayırlar. Bu cəmiyyətin Azərbaycanda olması haqqında məlumat verən yoxdur. Şıxlar kəndi öz adını da həmin mərkəzlə əlaqədar olaraq almışdır. Türbənin üzərində kitabə olmasa da, mərkəzin əsasını qoyan şeyxin adı müəyyənləşdirilməsə də, onun neçə-neçə mürid və övladlarının adları aşkar olunmuş və dövrü, yəni fəaliyyətinin ilk dövrləri XII–XIII əsrlərə aid edilmişdir. Mərkəz, yuxarıda deyildiyi kimi, Avropa ölkələrini İran və digər Yaxın Şərq ölkələri ilə istər Xəzər vasitəsilə su və quru karvan-ticarət yolu üzərində mövcud Pir Hüseyn, Sofi Həmid, Baba-Samit, Sarı Peyğəmbər, Babi Yəqub, Aza piri və s. sosial-mədəni-ideoloji, siyasi-iqtisadi mərkəzlərin silsiləsindən hesab edilə bilər. Məşədixanım Nemət Azərbaycanda pirlər.-B.: Azərdövlət Nəşriyyat-Poliqrafiya birliyi, 1992.-100 s Xarici keçidlər Məhəmməd NƏRİMANOĞLU, "Talan olunmuş sərvətlər" Memarlıq abidələrinin siyahısı Həmçinin bax Xudafərin körpüsü Cəbrayıl rayonu Mazan nənə türbəsi Xudayarlı türbələri Qız qalası (Cəbrayıl) | https://az.wikipedia.org/w/index.php?curid=675830 |
Şıxbaba (dəqiqləşdirmə) | Şıx Baba türbəsi (Cəbrayıl) - Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Şıx Baba piri (Qəbələ) - Qəbələnin Həmzəli kəndi ərazisində yerləşən pir. Şıxbabalı - Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd. Şıxbabalı türbəsi (Ağdam) - Ağdam bölgəsinin Şıxbabalı kəndində yerləşən türbə Şeyx Babı türbəsi - Füzuli rayonu Babı kəndində yerləşən tarixi abidə. Şıxbaba ocağı - Şərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah. | https://az.wikipedia.org/w/index.php?curid=721019 |
Şıxbaba ocağı | Şıxbaba ocağı — Şərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah. Pir son zamanlar bərpa olunmuş, lakin Araz çayının daşması ilə yenidən dağılmışdır. Pir binasının qalıqları dördkünc formalıdır. Binanın yaxınlığında bir-birinin üzərinə yığılmış qara daşlar var. Ziyarətçilər dilək tutaraq həmin daşların arasında şam yandırırlar. Xalq arasında olan rəvayətə görə Püsyan kəndinə gələn və özünü heç kəsə bəlli etməyən Şıxbaba burada qeyb olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatı tapılmışdır. Pirdə toplanan qara daşlar Erkən tunc dövrünə aid əmək alətləridir. Belə hesab etmək olar ki, pir qədim yaşayış yerinin ərazisində yaranmışdır. Piri e.ə. III minilliyə aid etmək olar. | https://az.wikipedia.org/w/index.php?curid=536045 |
Şıxbabalı | Şıxbabalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsinin mərkəzi olan, Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd.Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. Toponomiyası Ağdam rayonunun Şıxbabalı inzibati-ərazi vahidində Kəndin keçmiş adı Şeyxbaba olub. Kənddə Şıxbabalı türbəsi var. Kənd həmin türbənin adındandır" Antrtoponimi Yerli məlumata görə də, toponim üstünə "Məşhəd" yazılmış Şıxbabalı sərdabəsinin adından yaranıb. Şıxbabalı adının əsasında Şıx Baba antrtoponimi durur. Şıx şeyx sözünün təhrif olunmuş formasıdır. Yerli ləhcədə dini termin olan Şeyxə şıx deyilir. Bəzi dialektlərimizdə şıx seyid mənasında da işlənilir.Şeyx ərəb sözü olub, bir neçə mənada işlənir: 1) qoca, pir; 2) bir qəbilənin başçısı; 3) pir başçısı. Şeyx (titul) elmli savadlı şəxslərə də deyilirdi. S.Ataniyazov Türkmənistanda ərəb sözlərindən yaranan toponimlərdən bəhs edərkən qeyd edir ki, "ömər", "seyit", "xoca", "şıx" "maqtım", "müjevür" kimi sözlərdən toponimlər əvəz edilmişdir. Türkmənistanda "şıx" sözü ilə bağlı səkkiz coğrafi ad yaranmışdır. Onlardan Şıxoba, Şıxbulaq, Şıxtürkmənbulaq və s. misal göstərmək olar. Azərbaycanda Şıx adlı yerlərin bir neçəsi ocaqdır. Şıxbaba adının ikinci komponenti olan baba sözü qədim tarixə malikdir. Bu sözün türk dillərində geniş və müxtəlif mənada işləndiyinə rast gəlirik. Azərbaycan dilində "baba" atanın və ya ananın atasına deyilir. Bəzi 6 şivələrimizdə, əsasən, qərb qrupunda ataya da "baba" və ya "bava" deyirlər. Hazırda osmanlı türklərinin dilində "baba" ata mənasında işlənilir. Qədim türk lüğətində də "baba" yalnız "ata" mənasında verilir. A.Qurbanov "baba"nın Azərbaycan dilində xüsusi ad – kişi adı kimi işləndiyini və bu adın həm də geniş yayılmış adlardan olduğunu göstərir. Ə.Tanrıverdiyev Baba antroponimini yalnız qohumluq münasibətini ifadə edən sözlər əsasında yaranan şəxs adlarına aid edir. Azərbaycan toponimiyasında bu adla bağlı çoxlu toponimlər var. Məs.; Babalı (Səlilabad), Babaser (Masallı), Babasəfər (Şamaxı), Babacan (Gədəbəy), Babazənən (Salyan), Babayel (Goranboy), Babalı (Xaçmaz), Babaxanlı (Cəlilabad), Babaküçə (Masallı, Lerik), Babagil (Lerik), Ağbaba (Qərbi Azərbaycan), Heydərbaba (Cənubi Azərbaycan) və s. S.Ataniyazov haqlı olaraq bildirir ki, "baba", "ata" sözlərindən əmələ gələn coğrafi obyektlər müqəddəs yerlər sayılır . Buna Azərbaycanda Babadağ, Qırğızıstanda Çolpanata qəsəbəsini misal göstərmək olar. Mədəniyyəti Şıxbabalı türbəsi Tanınmışları Cahangir Gözəlov — Yazıçı, publisist, felyetonçu Rey Kərimoğlu -Qarabağ qazisi, jurnalist. Şirvani Ədilli — Şair, tədqiqatçı Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001 Həmçinin bax Ağdam abidələrinin siyahısı Xarici keçidlər "AĞDAMIN BƏZİ EL-OBA ADLARI" (PDF). sdf.gov.az. İstifadə tarixi: 23 sentyabr 2021. | https://az.wikipedia.org/w/index.php?curid=124520 |
Şıxbabalı türbəsi | Şıx Baba piri Yaradılma tarixi etibarı ilə ən qədim binalardan biri olan Ağdam bölgəsinin Şıxbabalı kəndində yerləşən türbə. Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi aydınlaşır. Memarlıq quruluşu Bu türbə səkkizbucaqlı, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülmüş abidədir. Türbənin yeraltı sərdabə hissəsi də vardır.Şıxbabalı türbəsi özünəməxsus səciyyəvi memarlıq cəhətinə malik olmaqla bərabər, çox az memarlıq abidəsi məlum olan dövrə aid olması cəhətdən də diqqəti cəlb edir.Türbənin günbəzinin quruluşu xüsusilə maraqlıdır. Azərbaycan türbələrində günbəzlər ikiqat olduğu halda Babı günbəzi bir qatdır və özü də yalnız bir sıra daşdan düzülmüşdür. Nəticədə də Şıxbabalı türbəsinin günbəzi olduqca yüngül, adətən müasir konstruksiyaları xatırladan şəkildədir.İkiqatlı və çox sadə şəkildə qurulmuş bir çox türbələrin günbəzləri bizim zamana qədər tamamilə dağıldığı halda Şıxbabalı türbəsinin bu yüngül quruluşlu günbəzi dövrümüzə qədər öz quruluşunu mühafizə edə bilmişdir. Türbənin xarici səthlərində memarlıq bölgüləri tətbiq edilmişdir. Bu səthlərdə düzbucaqların yuxarı hissəsi stalaktitli taxçaların kənar cizgisini xatırladan bir boğaz şəklində verilmişdir. Bu forma ancaq Möminə Xatun türbəsinin səthində olan stalaktitli batıqların kənar xəttinə oxşadılması yolu ilə meydana çıxmışdır. Şıxbabalı türbəsinin xarici görünüşündə kərpic memarlığının təsiri görünür. Türbənin oturacaq hissəsindəki bəzi daşların hörgüdə yerləşdirilməsi kərpicdə quraşdırılan naxışlı hörgünü xatırladır. Xarici keçidlər "Ağdam rayonun tarixi". www.agdam-ih.gov.az. İstifadə tarixi: 28 sentyabr 2021. "Qarabağ müharibəsi dövründə" (PDF). ryl.az. İstifadə tarixi: 28 sentyabr 2021. "Ağdam rayonunun vandalizmə məruz qalmış abidələri". scwra.gov.az. İstifadə tarixi: 28 sentyabr 2021. "Ağdam ərazisi". anl.az. İstifadə tarixi: 28 sentyabr 2021. Həmçinin bax Ağdam rayonu Ağdam abidələrinin siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=721015 |
Şıxbabalı türbəsi (Ağdam) | Şıx Baba piri Yaradılma tarixi etibarı ilə ən qədim binalardan biri olan Ağdam bölgəsinin Şıxbabalı kəndində yerləşən türbə. Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi aydınlaşır. Memarlıq quruluşu Bu türbə səkkizbucaqlı, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülmüş abidədir. Türbənin yeraltı sərdabə hissəsi də vardır.Şıxbabalı türbəsi özünəməxsus səciyyəvi memarlıq cəhətinə malik olmaqla bərabər, çox az memarlıq abidəsi məlum olan dövrə aid olması cəhətdən də diqqəti cəlb edir.Türbənin günbəzinin quruluşu xüsusilə maraqlıdır. Azərbaycan türbələrində günbəzlər ikiqat olduğu halda Babı günbəzi bir qatdır və özü də yalnız bir sıra daşdan düzülmüşdür. Nəticədə də Şıxbabalı türbəsinin günbəzi olduqca yüngül, adətən müasir konstruksiyaları xatırladan şəkildədir.İkiqatlı və çox sadə şəkildə qurulmuş bir çox türbələrin günbəzləri bizim zamana qədər tamamilə dağıldığı halda Şıxbabalı türbəsinin bu yüngül quruluşlu günbəzi dövrümüzə qədər öz quruluşunu mühafizə edə bilmişdir. Türbənin xarici səthlərində memarlıq bölgüləri tətbiq edilmişdir. Bu səthlərdə düzbucaqların yuxarı hissəsi stalaktitli taxçaların kənar cizgisini xatırladan bir boğaz şəklində verilmişdir. Bu forma ancaq Möminə Xatun türbəsinin səthində olan stalaktitli batıqların kənar xəttinə oxşadılması yolu ilə meydana çıxmışdır. Şıxbabalı türbəsinin xarici görünüşündə kərpic memarlığının təsiri görünür. Türbənin oturacaq hissəsindəki bəzi daşların hörgüdə yerləşdirilməsi kərpicdə quraşdırılan naxışlı hörgünü xatırladır. Xarici keçidlər "Ağdam rayonun tarixi". www.agdam-ih.gov.az. İstifadə tarixi: 28 sentyabr 2021. "Qarabağ müharibəsi dövründə" (PDF). ryl.az. İstifadə tarixi: 28 sentyabr 2021. "Ağdam rayonunun vandalizmə məruz qalmış abidələri". scwra.gov.az. İstifadə tarixi: 28 sentyabr 2021. "Ağdam ərazisi". anl.az. İstifadə tarixi: 28 sentyabr 2021. Həmçinin bax Ağdam rayonu Ağdam abidələrinin siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=78496 |
Şıxbala Əliyev | Şixbala Əbülfəz oğlu Əliyev (28 mart 1910, Bakı – 9 iyul 1960, Bakı) — Azərbaycan-sovet alimi. Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk kimya elmləri doktoru, professor. 1931-1934-cü illərdə Leninqrad Dövlət Universitetinin aspirantı olmuş, 1934-cü ildə həmin institutun Elmi Şurasında elmlər namizədi elmi dərəcəsi alaraq, 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim olmuşdur. 1942-ci ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun Elmi Şurasında Ş. Əliyev "Krekinqin buxar fazasında toluolun və stirolun yaranma mexanizmi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 32 yaşında kimya elmləri doktoru olmuşdur. 1946-cı ildə respublikada "üzvi kimya" sahəsində ilk olaraq professor adını almışdır. Əliyev Şixbala Əbulfəz oğlu 1910-cu ildə mart ayinin 28-də Bakinin Binəqədi kəndində anadan olmuşdur. O, 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1934-cü ildə isə Leninqrad Dövlət Universitetinin Elmi Şurasinda kimya elmləri üzrə elmlər namizədi adını almaq ücün dissertasiyanı uğurla müdafiə edib, Azərbaycan elmi tarixində kimya elmləri üzrə ilk elmlər namizədi alimlik dərəcəsini qazandı Elmi fəaliyyəti Şıxbala Əbülfəz oğlu Əliyevin elmi fəaliyyəti nəzəri, təcrübi, tədbiqi xarakter daşıdığı kimi, həm də onun elmi fəaliyyəti tarixi baxımdan böyük mənası vardır. Onun kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft senayesində inqilabi irəliləyişlərə səbəb olmuşdur. 1941-ci ildə Ş.Əliyev Kimya İnstitutuna direktor vəzifəsinə təyin edilir. Ona bir sira müdafiə əhəmiyyətli elmi işlərin yerinə yetirilməsi və institutun tematik planının hərbi məqsədlərə uyğunlaşdırılması kimi mühüm və məhsuliyyətli vəzifə tapşırılır. Böyük Vətən Müharibəsi dövründə Şıxbala Əbülfəz oğlu Əliyev neft kimyası sahəsində böyük müdafiə və təcrubi mənalı bir sıra vacib işlər görmüşdür. Onun gördüyü ən vacib məsələlərə aşağıdakıları aid etmək olar: 1941-1943-cü illərdə Kimya İnstitutunda kömür məmulatlarının və yerli materialların, elektroizolyasiya olunmuş lakların istehsalı, yangından qorunma rənglərin istehsalı, kobaltın turşlaşması, sulfat turşusunun qalıqlarından istehsal olunan vanadium katalizatorunun alınması, yeraltı sulardan yeyici natrium, yod, bromun alınması, lüminoforların, stirolun və polistirolun alınması, sabun emalı ücün suiti piyinin təmizlənməsi və müharibə dövrünün bir çox vacib layihələri. Şıxbala Əliyev neft və neft məhsullarından üzvi maddələrin alınmasının perspektiv metodlarını işləyib hazırlamışdır, bunun nəticəsində Azərbaycan mədənlərində buruqların neft və axın xətlərinin deparafinizasiya metodu istifadə olunmağa başlamışdır, bu da bu buruqların məhsuldarlığını artırmışdır. Onun tərəfindən xlorlu alyuminiumla krekinq prosessi nəticəsində və krekinqin buxar fazasında toluol və stirolun əmələ gəlmə mexanizmlərini işləmişdir. Ölkənin müdafiə sənayesinin sifarişi ilə Ş. Əliyevin yerli neft məhsullarından stirolun və polistirolun alınması ilə bağlı unikal elmi iş öz praktiki tədbiqini tapmışdır. Bununla bərabər kerosinlərin qrup tərkibinin müəyyən edilməsi üçün ekspres üsulun tədbiqi üçün çox mühüm elmi tədqiqat həyata keçirilmişdir. Professor Şıxbala Əliyev Azərbaycanda neft kimyası sahəsində məşhur və vacib olan bir çox elmi tədqiqatları həyata keçirmişdir.Müharibə dövründə Ş. Əliyevin elmi fəaliyyətində yüksək kolorili və yüksək sıxlığa malik yanacaq məhsullarına, yeni, istiliyə dözümlü polimer məhsullarına, kerosinin xlorlu alyuminiumla krekinqinə, Azərbaycanda yanan suxurların öyrənilməsinə və bir çox başqa məsələlərə xüsusi diqqət yetirilirdi. Kimyəvi zəhərləyici turş maddələrin yerli palçıq növləri ilə əvəz edilməsi, Quba rayonunda yanan suxurların tədqiqi, toluol fraksiyasının yerli palçıq növləri ilə təmizlənməsi, B-70 benzinin xlorlu alyuminiumla buxar formasındakı katalitik reforminqini, benzolun təkəvəzedicilərinin parçalanma mexanizminin araşdırılması, toluolun və metilstirolun yaranması kimi düşmən üzərində qələbəyə xidmət edən vacib dövlət tapşırıqlarını Ş. Əliyev qısa vaxt ərzində yerinə yetirmişdir. Onun elmi fəaliyyətinin səciyyəvi cəhəti onun bütün elmi yaradıcılığında nəzəri və təcrübi ideyalarla zəngin mövzulara üstünlük verməsində idi. Bun tipli yeni növ süni kauçukun əsas komponenti olan stirolun neftdən alınması ilə bağlı professorun elmi tədqiqatı böyük elmi-təcrübi maraq doğurmuşdur. Professor Ş. Əliyev tərəfindən həmçinin Azərbaycanın yanan suxurları da tədqiq edilmişdir. Onun hazırladığı monoqrafiyada Azərbaycanın yanan suxurlarının fiziki və kimyəvi təbiətini və onlardan yanma mühərrikləri üçün yüksək keyfiyyətli yanacağın və digər müxtəlif assortimentli kimyəvi maddələrin alınması üçün emal üsülları da ətraflı araşdırılmışdır. 1942-ci ildə, Ş. Əliyev SSRİ Elmlər Akademiyasının Elmi Şurasında dünya şöhrətli alim, akademik A. E. Favorskinin rəhbərliyi ilə "Krekinqin buxar fazasında toluolun və stirolun yaranma mexanizmi" mövzusunda böyük uğurla doktorluq dissertasiyasinı müdafiə etmişdir və Azərbaycanın kimya elmləri üzrə ilk elmlər doktoru olmuşdur. Gənc alimin toluolun sintezi ilə bağlı elmi tədqiqatlarının əhəmiyyəti müharibə illərində xüsusi olaraq artmışdır. Bu illərdə həmin kimyəvi birləşmələrə tələbat çox yüksək idi. Ş. Əliyevin ixtirasının tədbiqi ölkə üzrə toluolun istehsalının artmasına şərait yaratmışdır. SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1944-cü ildə Ş. Əliyev "Ümumi kimya" ixtisası üzrə Azərbaycanın ilk professoru yüksək adına layiq görülmüşdür. Ş. Əliyev SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Prezidiumu və müxtəlif hərbi təşkilatlar tərəfindən Kimya İnstitutunun elmi tematik planının hərbi məqsədlərə uyğunlaşdırılmasına görə çoxsaylı təşəkkürlər almışdır. Qiymətli elmi işlərinə görə, o cümlədən müasir aviasiya texnikası üçün yüksək sıxlıga malik və yüksək kolloidli yanacağın və turş qudronların tullantılarından briketləşdirilmiş. Onun elmi fəaliyyətinin əsasını kimya sahəsində çalışa biləcək istedadlı və savadlı gənc nəslin tərbiyələndirilməsi və yetişdirilməsi kimi mühüm tezis təşkil etmişdir. Müharibə illərində də alim pedaqoji fəaliyyətini davam etmişdir. Pedoqoji fəaliyyəti O, eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunun kafedra müdiri və M. Əzizbəyov adına Azərbaycan İndustrial İnstitutunun (indi ADNA) kimya və neft texnoloqiyası kafedrasının professor vəzifələrində çalışmışdır. 1950-ci ildə Ş. Əliyev yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunda "ümumi kimya" kafedrasını təşkil etmişdir. Şıxbala Əbülfəz oğlu Əliyevin geniş elmi və pedaqoji fəaliyyəti layiqincə qiymətləndirilmişdir. 1945-ci ildə o, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Həmin ildə Azərbaycanın Ali Soveti tərəfindən ona "Qafqazın müdafiəsinə görə" medalı verilmişdir. Şıxbala Əliyev müharibə illərində göstərdiyi əmək fədakarlığına görə Dövlət və Elmlər Akademiyasının Prezidiumu tərəfindən bir sıra təşəkür və mükafatlar almışdır. Kimya İnstitutunun elmi tematik planının hərbi məqsədlərə uyğunlaşdırılmasına görə və müdafiə əhəmiyyətli mövzuların yerinə yetirilməsinə görə Ş. Əliyev Azərbaycanın Ali Soveti tərəfindən "1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədakar əməyinə görə" medalla təltif edilmişdir. 1946-cı ildə Azərbaycan Respublikasının yaranmasının 25-ci ildönümü münasibətilə Ş. Əliyev "Fədakar əməyinə görə" medalla təltif edilmişdir. Ölkə ictimayəti tərəfindən Ş. Əliyevin fəaliyyəti xüsusi olaraq qiymətləndirilmişdir. Onu tanıyan insanlar Ş. Əliyevin xeyirhaqlığını ətrafdakılara qarşı diqətcil olduğunu qeyd edirdilər. O, hər zaman ölkənin digər Respublika və şəhərlərindən olan mütəxəssislərdən öz elmi məsləhətlərini və yardımını əsirgəmirdi. Ş. Əliyev 1950-1960-cı illərdə yorulmaz ictimai xadim olmuşdur. D.İ. Mendeleyev adına Ümumittifaq Cəmiyyətinin sədr müavini olmuş və bu vəzifədə fəal ictimai işlər aparmışdır. O, bir çox beynəlxalq konfransların iştirakçısı olmuşdur. 1960-cı il iyulun 9-da onun həyatı gözlənilmədən faciəvi şəkildə qırıldı: rəhbərlik etdiyi laboratoriyada elmi-tədqiqat işləri üzrə eksperimentlər aparkən baş vermiş bədbəxt hadisə nəticəsində alim həlak olmuşdur. 2010-cu il, aprelin 15-də Milli Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycanda neft-kimya elminin inkişafında böyük xidmətləri olmuş kimya elmləri doktoru, professor Ş. Əliyevin 100 illiyinə həsr edilmiş tədbir kecirilmişdir. Tədbiri açan İnstitunun direktoru akademik Musa Rüstəmov alimin elmi fəaliyyəyindən bəhs edərək onun vəzifə borcunu yerinə yetirərkən faciəli şəkildə həlak olduğu qeyd etdi və alimi "elmin şəhidi". Ş. Əliyevin həyat və elmi fəaliyyəti haqqında professor Arif Həsənov geniş məruzə ilə çıxış etdi. Qısa, lakin mənalı və zəngin elmi həyat yaşamış alim 1935-ci ildən Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda işə başlamış və ömrünün axırına qədər orada işləmişdir. Xarici keçidlər Arxivləşdirilib 2010-04-20 at the Wayback Machine; Arxivləşdirilib 2010-04-20 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=220561 |
Şıxbağı | Şıxbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Coğrafiyası Şıxbağı kəndi Zərdab şəhərindən 14 km cənub-şərqdə Zərdab-Çöl Ərəb yolunun yaxınlığında, Kür çayının sahilində yerləşir. Kəndin tarixi haqqında dəqiq məlumat yoxdur. Lakin yaşlı nəslin nümayəndələrinin əhvalatlarından məlum olur ki, kəndin tarixi ən azından 1700-cü ildən də əvvələ aiddir. Kəndin adı "Şıx" və "bağ" sözlərinin birləşməsindən yaranmışdır. "Şıx" sözü "Şeyx" sözünün təhrif olunmuş formasıdır. "Şeyx" ərəb sözü və dini tituldur. "Şeyxbağı" formasından "Şıxbağı" formasına keçərək tarixə düşmüşdür. Kənddə yaşayanlar dövrünün adlı-sanlı nəsillərinə aid insanlarıdır. Kənddə Azamanlı, Əbdürəhmanlı, Mərdkətdi, Məmmədli, Cavadlı, Marallı kimi nəslin nümayəndələri yaşayır. Əvvəllər böyük olan Şıxbağı kəndində bu gün 400-ə yaxın əhali yaşayır. Kəndin böyüklüyünü kəndə aid iki (böyük və kiçik) qəbristanlıq sübut edir. Dövrünün böyük ağaları, bəyləri, hacıları, övliyaları ilə məşhur olan bu kənddə həmin insanların məzarlari durmaqdadır. Bu kənddən Hacı Manaf Əfəndi (qəbri qonşu kənddədir), Molla Şəmi Əfəndi (əsl adı Şəmsəddin-bölgənin ən imkanlı Əfəndisi olmuşdur), Molla Mustafa Əfəndi, Molla Sarı Əfəndi (Əfəndi-islam dini Sünni məzhəbində din başçısı, Azamanlı nəslindəndir), Abdulla Əfəndi (ilan ovsunçusu-ilan vuran şəxs bu pirə tapınar, Mərkətdi nəslindəndir), İslam baba(məşhur baxıcı və cindar olmuşdur, Əbdürəhmanlı nəslindəndir), Ədil Bəy (varlı bəy olmuşdur, Məmmədli nəslindəndir) və s. Vaxtilə kənddə balıq vətəgəsi olmuş 1920-ci illərdə fəaliyyəti dayandırılmışdır. Ateizmi təbliğ edən SSRİ hökuməti kənddə taxtadan tikilmiş Məscidi qurd saxlamaq üçün istifadəyə vermişdir. Hazırda kənddə İcra Nümayəndəliyi, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt və s. xidmət obyektləri fəaliyyət göstərir.Admin Camal.Kəndim üçün... | https://az.wikipedia.org/w/index.php?curid=15445 |
Şıxbəy | Şıxbəy — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Göyçay rayonunun Məlikkənd inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsli Şıxbəydir. Şıxbəy kəndin əsasını qoymuş ailələrin başçısının adı olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır. Həmçinin bax Göyçay rayonu Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=109334 |
Şıxheybət | Şıxheybət — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Kəndi Heybət adlı şeyx saldığı üçün belə adlandırılmışdır. Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir. Nəbiyev Cilingir Azad oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. İqtisadiyyatı Mədəniyyəti Kənddə Şıxheybət kənd kitabxana filialı, Şıxheybət kənd klubu fəaliyyət göstərir. Kənddə Şıxheybət kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Şıxheybət kənd tibb məntəqəsi yerləşir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=17245 |
Şıxlar | AzərbaycandaŞıxlar (Göyçay) — Göyçay rayonunda kənd. Şıxlar (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Şıxlar (Qax) — Qax rayonunda kənd. Şıxlar (Qaradağ) — Qaradağ rayonunda kənd. Şıxlar (Masallı) — Masallı rayonunda kənd. Şıxlar (Sabirabad) — Sabirabad rayonunda kənd. Şıxlar (Yardımlı) — Yardımlı rayonunda kənd. Şıxlar (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Şıxlar (Xaçmaz) — Xaçmaz rayonunda kənd. Şıxlar (Ağdam) — Ağdam rayonunda kənd. Şıxlar (Qobustan) — Qobustan rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.ErmənistandaŞıxlar (Qarakilsə) — Qərbi Azərbaycanın Qarakilsə rayonunda kənd. Şıxlar (Vedibasar) — Vedibasar mahalında kənd. Həmçinin bax Honuba Şıxlar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. | https://az.wikipedia.org/w/index.php?curid=20885 |
Şıxlar (Ağdam) | Şıxlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. Kənd 1994-cü il aprelin 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020 tarixində rəşadətli Azərbaycan ordusu tərəfindən bütün Ağdam rayonu ilə bərabər Şıxlar kəndi də işğaldan azad olundu. | https://az.wikipedia.org/w/index.php?curid=124521 |
Şıxlar (Cəbrayıl) | Şıxlar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin qərb tərəfində sıldırım qayalarla əhatə olunmuş "Qala yeri" adlanan qədim qalanın qalıqları və qalanın arxasındakı qayalarda yonulmuş "Küfüllər" adlanan mağaralar bu ərazilərdə qədim insanların ən azı IX əsrdən əvvəl yaşadıqlarını göstərir. Qalanın qalıqlarına diqqətlə baxdıqda, burada müxtəlif 2 qalanın nə vaxtsa mövcud olduğuna asanlıqla əmin oluruq ki, bu da qala tarixinin daha qədim olduğuna işarədir Şıxlar kəndində XIII əsrdə inşa olunmuş Şıx Baba türbəsi 1993-cü il erməni işğalına qədər qorunub saxlanmışdı. Bəzi mənbələrdə kəndin XVII əsrdə ermənilər tərəfindən yandırıldığı bildirilir. [mənbə göstərin] 2 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Şıxlar kəndini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar. 1919-cu ilin qışında Dalanlar kəndinin erməniləri yenidən Şıxlar kəndini yandırmış və əhalinin əmlakını qarət etmişlər2020-ci ilin 22 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Toponimikası Şıxlar Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqr. 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur. Mədəniyyəti Kəndin ərazisində eramızdan əvvəlki dövrə aid mağaralar, eramızın ilk dövrlərinə aid qala və orta əsrlərə aid şəhər ("şəhərgə") xarabalıqları mövcuddur. 1972-ci ildə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyasında Şıxlar kəndinin tarixi abidələrindən Şıx Baba türbəsi, Xudafərin körpüləri və İmanqazan təpələri göstərilmişdi. Kəndin şimalında "Dulusxana" karxanasının xarabalığı mövcuddur. Coğrafiyası və iqlimi Şıxlar kəndi Cəbrayıl rayonunun Sirik kədinin inzibati ərazi vahidində yerləşir. Qarabağ silsiləsinin ətəyindədir. Kənd Cəbrayıl rayonunun şimal-qərb sərhəddində, dağlıq ərazidə yerləşir. Quru mülayim iqlimə malik olub, vulkanik mənşəli təpələrlə əhatə olunmuşdur. Ərazisində endemik bitkilərdən ağ yemişan, mərmərik (qaragilə), çağala (yabanı ərik) və bir çox ot bitkiləri yetişir 1993-cü ilin avqustunda kənd əhalisinin sayı 360 nəfərə yaxın olmuşdu. İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, dulusçuluq, toxuculuq və əkinçilik olmuş, son dövrlərdə üzümçülük inkişaf etmişdi. Həmçinin bax Cəbrayıl rayonu Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=105469 |
Şıxlar (Cəlilabad) | Şıxlar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Şıxlar oyk., sadə. Ağdam rayonunun Qərvənd i.ə.v.-də kənd. Qarabağ düzündədir; Bakı şəhəri Qaradağ r-nunun Ələt qəsəbə i.ə.v.-də köçəbə; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqribən 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur; Cəlilabad r-nunun Komanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir; Goranboy r-nunun Xınalı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Qarağaclar olmuşdur; Xaçmaz r-nunun Qımılqışlaq i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Qax r-nunun Almalı i.ə.v.-də kənd. Meşəlikdədir; Masallı r-nunun Qodman i.ə.v.-də kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nu- nun Ulacalı i.ə.v.-də kənd. Muğan düzündədir. Kənddə Soltan Hacı Bəkdaşinin oğlu Baba Samitin türbəsi (1585-ci ildə tikilmiş və şeyxlərin ibadət yeri olmuşdur) var. Kənd bu türbə və onun ətrafındakı şeyx qəbirləri ilə əlaqədar olaraq belə adlandırılmışdır; Şamaxı r-nunun Xilmilli i.ə.v.-də kənd. Çigilçay və Qozluçaym arasında, dağətəyi ərazidədir. Kənd Şirvan şeyxlərinə məxsus olduğuna görə belə adlandırılmışdır; Yardımlı r-nunun Bərcan i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır. Oykonimin əsli Şeyxlər olub, həmin kəndlərdəki xanəgah, pir, türbə, şeyxlərə məxsus tikililər, qəbirlər, sərdabalarla bağlıdır. Bu tipli coğrafi adlar “şeyxlərə məxsus”, “şeyxlər yaşayan yer”, “şeyxlərin nəsli”, “şeyxlərin dəfn olunduğu yer” və s. mənasmdadır. Keçən əsrdə Krımda Şeyxlər adlı yaşayış məntəqəsi qeydə alınmışdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 517 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Cəlilabad rayonu Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=109811 |
Şıxlar (Goranboy) | Şıxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xınalı kənd inzibati-ərazi vahidinin Şıxlar kəndi Kələk kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Toponimikası Kəndin keçmiş adı Qarağaclar olmuşdur. Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 237 nəfər əhali yaşayır. Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=106137 |
Şıxlar (Göyçay) | Şıxlar, Cəyirli (?-2005) — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Çərəkə kənd inzibati ərazi dairəsi tərkibindəki Cəyirli kəndi Şıxlar kəndi adlandırılmışdır. Coğrafiyası Məşğuliyyəti Kənd əhalisi əsasən heyvandarlıq, üzümçülük, taxılçılıq, pambıqçılıq və bağçılıqla məşğul olur. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=626273 |
Şıxlar (Masallı) | Şıxlar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Şıxlar kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kəndi mərkəz olmaqla Şıxlar kənd Soveti yaradılmışdır. Toponimiyası Şıx sözü şeyx sözü ilə eynidir. Şeyx sözünün ərəbcə mənası qoca, ağsaqqal deməkdir. Bu ad orta əsrlərdə qəbilə, tayfa, təriqət başçılarına, görkəmli ilahiyyatçılara, hörmətli adamlara deyilir. Şıxlar — ərəbcə şeyxlər olub, mənası başçı, rəhbər deməkdir. Bu tipli coğrafi adlar "şeyxlərə məxsus", "şeyxlər yaşayan yer", "şeyxlərin nəsli", "şeyxlərin dəfn olunduğu yer" və s. mənasındadır. Əvvəllər Nəzər deyilən şeyx yaşadığından buranın adı Nəzərkənd olub. Tarixi abidələri Burada Pirzadə ziyarətgahı yerləşir. Coğrafiyası və iqlimi Kənd yüksək dağlıq ərazidə yerləşir. Burdan Viləşçay dəryaçası və Masallıya gözəl panorama açılır. İqtisadiyyatı Kənd əhalisi əsasən arıçılıqla məşğul olur. Bundan başqa kənd meyvəçilik, xüsusilə də payızda yetişən heyvasıyla tanınır. Masallıya gedən içməli suyun tamamı bu kənddən təmin olunur. Əhalisi 3211 nəfərdir. | https://az.wikipedia.org/w/index.php?curid=86598 |
Şıxlar (Naxçıvan) | Şıxlar— Babək rayonun Cəhri kəndində yaxınlığında orta əsrlərə aid yaşayır yeri. Naxçıvan Muxtar Respublikası Babək rayonun Cəhri kəndində yaxınlığında orta əsrlərə aid yaşayış yeridir. 1974-cü ildə tədqiqat işləri aparılmışdır. Sahəsi təqribən 7 ha. Qalınlığı 1,5 m olan mədəni təbəqədən kül, osteoloji (heyvan sümükləri) qalıqlar, keramika məmulatı, orta əsrlər, orta həcmli çaydaşlar, həmçinin yandırılmış gil qalıqları aşkarlanmışdır. Arxeoloji materiallar şirli və şirsiz gil qab qalıqlarından, həvəng və dəstələrdən, habelə bəzək əşyalarından ibarətdir. Əldə olunmuş materiallar Cəhri kənd orta məktəbinin diyarşünaslıq muzeyində saxlanılır. Tapıntılara əsasən Şıxlar yaşayır yeri 3-15 əsrlərə aid edilir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 548. ISBN 5-8066-1468-9. | https://az.wikipedia.org/w/index.php?curid=631400 |
Şıxlar (Qaradağ) | Şıxlar — Azərbaycan Respublikası Bakı şəhərinin Qaradağ rayonunda qəsəbə. Kənd əhalisinin boyük əksəriyyəti Şamaxı şəhərindən köçən ailələrdən ibarətdir. | https://az.wikipedia.org/w/index.php?curid=110856 |
Şıxlar (Qarakilsə) | Şıxlar — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. Toponim türk tayfasından olan şeyxlər (şıxlar) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıl Şəfəq qoyulmuşdur. Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Şeyxler, Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasında qeyd edilmişdir. 1918-ci ildə kənd əhalisi ermənilər tərəfindən vandalizmə, habelə etnik təmizləməyə məruz qalmışdır.. Mədəniyyəti Coğrafiyası və iqlimi İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 36 km şimal-qərbdə yerləşir. Kənddə 1831-ci ildə 44 nəfər, 1873 – cü ildə 312 nəfər, 1886-cı ildə 306 nəfər, 1897-ci ildə 544 nəfər, 1908-ci ildə 590 nəfər, 1914 – cü ildə 585 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 326 nəfər, 1926-cı ildə 391 nəfər, 1931-ci ildə 411 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 1988-ci ildə kəndin əhalisi Ermənistan SSR tərəfindən deportasiya edilmişdir. Tanınmış şəxsiyyətləri Bəhman Hacıyev — texnika elmləri doktoru, professor, Azərbaycanın Əməkdar mühəndisi. | https://az.wikipedia.org/w/index.php?curid=201631 |
Şıxlar (Qax) | Şıxlar — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Toponimikası Şıxlar oyk., sadə. Ağdam r-nunun Qərvənd i.ə.v.-də kənd. Qarabağ düzündədir; Bakı şəhəri Qaradağ r-nunun Ələt qəsəbə i.ə.v.-də köçəbə; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqribən 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur; Cəlilabad r-nunun Komanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir; Goranboy r-nunun Xınalı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Qarağaclar olmuşdur; Xaçmaz r-nunun Qımılqışlaq i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Qax r-nunun Almalı i.ə.v.-də kənd. Meşəlikdədir; Masallı r-nunun Qodman i.ə.v.-də kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nu- nun Ulacalı i.ə.v.-də kənd. Muğan düzündədir. Kənddə Soltan Hacı Bəkdaşinin oğlu Baba Samitin türbəsi (1585-ci ildə tikilmiş və şeyxlərin ibadət yeri olmuşdur) var. Kənd bu türbə və onun ətrafındakı şeyx qəbirləri ilə əlaqədar olaraq belə adlandırılmışdır; Şamaxı r-nunun Xilmilli i.ə.v.-də kənd. Çigilçay və Qozluçaym arasında, dağətəyi ərazidədir. Kənd Şirvan şeyxlərinə məxsus olduğuna görə belə adlandırılmışdır; Yardımlı r-nunun Bərcan i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır. Oykonimin əsli Şeyxlər olub, həmin kəndlərdəki xanəgah, pir, türbə, şeyxlərə məxsus tikililər, qəbirlər, sərdabalarla bağlıdır. Bu tipli coğrafi adlar “şeyxlərə məxsus”, “şeyxlər yaşayan yer”, “şeyxlərin nəsli”, “şeyxlərin dəfn olunduğu yer” və s. mənasmdadır. Keçən əsrdə Krımda Şeyxlər adlı yaşayış məntəqəsi qeydə alınmışdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 70 təsərrüfatda hər iki cinsdən toplam 253 nəfər əhali yaşamaqdadır. Həmçinin bax Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin | https://az.wikipedia.org/w/index.php?curid=73624 |
Şıxlar (Qobustan) | Şıxlar — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 0 nəfər əhali yaşayır. Həmçinin bax Qobustan rayonu Xarici keçidlər Azərbaycan Respublikasi Qobustan Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=476352 |
Şıxlar (Vedibasar) | Şıxlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 19 km cənub-qərbdə, Vedi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xərtisində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasının bir qolunu təşkil edən şıxlar etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26. XII. 1968-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lusarat qoyulmuşdur. Kənddə 1831-ci ildə 141 nəfər, 1873-cü ildə 649 nəfər, 1886-cı ildə 714 nəfər, 1897-ci ildə 790 nəfər, 1904-cü ildə 802 nəfər, 1914-cü ildə 882 nəfər, 1916-cı ildə 723 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran yə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 102 nəfər azərbaycanlı, 110 erməni, 1926-cı ildə 115 nəfər azərbaycanlı, 48 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 94 erməni, 1972-ci ildə 1500 nəfər azərbaycanlı, 220 erməni yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşdur. İndi burada yalnız ermənilər məskunlaşıb. | https://az.wikipedia.org/w/index.php?curid=426027 |
Şıxlar (Yardımlı) | Şıxlar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Şıxlar kəndi Bərcan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şıxlar kənd Soveti yaradılmışdır. Kənddə Şıxlar kənd məscidi dini icması fəaliyyət göstərir. | https://az.wikipedia.org/w/index.php?curid=108454 |
Şıxlar bələdiyyəsi | Şıxlar bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Şıxlar bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə. Şıxlar bələdiyyəsi (Yardımlı) — Yardımlı rayonunda bələdiyyə. | https://az.wikipedia.org/w/index.php?curid=361556 |
Şıxlar bələdiyyəsi (Qax) | Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=116231 |
Şıxlar sənəti | Şıxlar sənəti – XX əsrin sonlarında Siyəzən rayonunda yarandığı qeyd olunan dekorativ sənət növüdür. Bu sənətin yaradıcısı Siyəzən rayonunun sakini Yusif Hacıyev hesab olunur. Bu sənət haqqında danışmamışdan əvvəl onun adlandırılması ilə bağlı məsləyə aydınlıq gətirmək lazımdır. Sənətin belə adlandırılmasını Y.Hacıyev özünün anadan olduğu qədim Şıxlar kəndinin adı ilə bağlıdır. “Şıxlar” toponimi haqqında onu qeyd etmək lazımdır ki, ümumiyyətlə bu adda Azərbaycan Respublikası ərazisində Qobustan, Qax, Qaradağ, Masallı, Ağdam, Ağdaş, Cəlilabad, Sabirabad, Xaçmaz, Goranboy, Yardımlı və Cəbrayıl rayonlarında eyni adlı yaşayış məskənləri mövcuddur. Qeyd olunmalıdır ki, əvvəllər Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) və Vedi rayonlarında “Şıxlar” adlı qədim Azərbaycan kəndləri mövcud olmuşdur. Lakin sonralar həmin yer adları ermənilər tərəfindən dəyişdirilmişdir (“Qızıl Şəfəq” və “Lusarat”). "Şıxlar" toponiminin etimologiyası “Şıxlar” adının toponomikasına gəldikdə qeyd olunmalıdır ki, Qərbi Azərbaycandakı bu adda olan kəndlər daha çox türk tayfalarından olan qazax tayfalarının bir qolu olan “şıx” tayfasının adı ilə bağlı etnonim kimi izah olunur. Bəzən “şıx” tayfası “şeyx” kimi də oxunur. Azərbaycan Republikası ərazisindəki “Şıxlar” adlı kəndlərə gəldikdə isə daha çox dini məzmunlu adlarla əlqələndirilir. Şıx sözü-Şeyx sözü ilə eynidir. “Şeyx” sözü ərəb sözü olub mənası “qoca,ağsaqqal” deməkdir. Orta əsrlər dövründə Şərq aləmində bu ad qəbilə,tayfa başçılarına, görkəmli ilahiyyatçılara-din xadimlərinə, hörmətli adamlara deyilirdi. Ona görə də “Şıxlar” tipli coğrafi adlar “şeyxlərə məxsus”,”şeyxlər yaşayan yer”, “şeyxlərin nəsli”, “şeyxlərin dəfn olunduğu yer” və s. mənasındadır. Misal üçün qeyd etmək olar ki, Xaçmaz rayonundakı Şıxlar kəndi burada yaşamış və dəfn olunmuş Mövlanə Şeyx Yusif əl-Şirvaninin adı ilə adlandırılmışdır. XIV-XV əsrlərdə yaşamış Şeyx Yusif məşhur Xəlvətilik dini cərəyanının ikinci qurucusu olan Seyid Yəhya Bakuvinin tələbəsi olmuşdur. Bununla yanaşı Sabirabaddakı Şıxlar kəndi Soltan Hacı Bektaşinin oğlu Baba Samitin türbəsinin kənddəki türbəsini şeyxlərin ziyarət etməsi və türbə ətrafındakı şeyx qəbirlərinin olması ilə əlaqədar belə adlandırılmışdır. Siyəzən rayonu ərazisində də qədim Şıxlar kəndi mövcud olmuşdur. Xalq rəvayətlərinə görə bu kəndin tarixi XV əsrin sonlarından başlayır. Kəndin yaranması Ərdəbil Səfəvi ordeninin başçısı olmuş Şeyx Heydərin ölümü hadisəsi ilə əlaqələndirilir. Tarixi məlumatlara görə Şeyx Heydər Ağqoyunlu hökmdarı olan qaynı Sultan Yaqubun icazəsi ilə “kafir” adlandırdığı çərkəzlər üzərinə 1483 və 1487-ci illərdə uğurlu yürüşlər təşkil edərək böyük qənimətlə Ərdəbilə qayıtmışdı. 1488-ci ildə Şeyx Heydər Şirvanşahlar üzərinə gözlənilmədən yürüş təşkil etdi. Bunun səbəbi 1460-cı ildə Şeyx Cüneydin atasının Samur sahilində döyüşdə Fərrux Yasar və Qaraqoyunlu Cahanşahın birləşmiş qüvvələri tərəfindən öldürülməsi idi. Bununla Ş.Heydər atasının ölümünün qisasını almaq niyyətində idi. Şirvanşah Fərrux Yasar səfəvilərin hücumunu dəf edə bilmədiyi üçün Gülüstan qalasına çəkilməli oldu. Mühasirə 7 ay davam etdi. Ağqoyunlu hökmdarı Sultan Yaqub həm Səfəvi ordeninin güclənməsindən ehtiyat etdiyi üçün,həm də qayınatası Fərrux Yasara kömək etmək üçün ən güclü sərkərdəsi Süleyman bəy Bicanoğlunu şirvanşahların köməyinə göndərdi. Şahdağ yaxınlığında (bəzi mənbələrə görə Tabasaran ərazisində) baş vermiş döyüşdə Şeyx Heydər öldürülür. O dövrün bəzi müəlliflərinə görə Şeyx Heydərin cəsədi Tabasaranda dəfn olunur və başı kəsilərək Təbrizə gətirilib ibrəti-aləm üçün nümayiş etdirilir. Sultan Yaqub bir neçə gündən sonra onun kəsilmiş başının ailəsinə verilməsinə icazə verir. Azərbaycan tarixşunaslığında Şeyx Heydərin Şahdağ yaxında öldürüldüyü qeyd olunur. Lakin bəzi yerli rəvayətlərə görə o döyüşdən yaralı qayıdarkən Beşbarmaq yaxınlığında vəfat etmiş və vəfat etdiyi yerdə də dəfn olunmuşdur. Məhz dəfn olunduğu yerdə sonralar onun müridlərindən 7 ailə məskən salmış və şeyxin məzarı üzərində inşa edilmiş türbədə xidmətlərini davam etdirmişlər. Qədimdə bu ərazidə mövcud olmuş Təkəli və Şıxlar kəndləri məhz həmin ailələr tərəfindən salınmış hesab olunur. Şeyx Heydərin məqbərəsi Xızı rayonunun Tıxlı kəndindən 3-4-km şimal-şərqdə, Beşbarmaq dağının arxasındadır. Türbə üzərində aşkar edilmiş daş lövhədəki üçsətirlik farsca kitabə (1,21x0,67m) süls elementli nəsx xətti ilə həkk olunmuşdur. Kitabənin birinci sətri iri, aydın nəsx xətti ilə, ikinci, üçüncü sətirdəki sözlər 5-6 cərgədə, yuxarı qaldırılaraq üst-üstə süls elementli xırda nəsx xətti ilə yazılmışdır. Mətnin tərcüməsi belədir: 1 "Böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolunun yolçusunun qəbri, hikmətli Quran dininin həqiqət axtaran şeyxi, Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir. 2. Şirvan, Ruman, İran (Red.-Ağqoyunlu dövləti nəzərdə tutulur) müharibəsində öldürülmüşdür. (Məqbərə) o ildən min otuz birinci ilə kimi xarab (vəziyyətdə idi). Etibarlı imam Əmir əl-möminin Əli ibin Əbu Talib (ə) Şeyx Cüneydin oğlu Şeyx Heydərin başına gələn hadisənin doğruluğunu (bilib) qəbrin parlaqlığını və möhkəmləndirilməsi üçün həqiqi nökəri Şah Ismayılın yanına gəlib buyurdu ki, uzun müddət bu bərəkətli, böyük qəbir Şirvan dağlarında bir dağın ortasında gizli qalıb 3. Fərman (verdi ki) onu bu cəfa dolu quyudan və alçaqlıq zülmündən qurtarıb, aşkar edib, qəbir üzərində bina tiksinlər. Mərhəmətlə o ali və yüksək cavanın dəfn olduğu dağın ətəyini 50 zər (1 zər 107 sm) eninə çapıb, dərinliyə getdilər. Qədim qəbrin yerini aşkara çıxarıb, ona təzim etdilər. Şah Səfi Bahadur xan əl-Hüseynin hakimiyyəti vaxtında bu qəbir üzərindəki bina yenidən təmir və bərpa olundu. Uzun müddət məlayikələr astanası olan bu dərgahda çoxları şəfa tapdı. Rəcəb ayı min qırx doqquzuncu il tarixdə"(Red.- təxminən 1638-1639-cu illər). Kitabənin mətnindən məlum olur ki, Səfəvi şeyxlərindən Şah İsmayıl Xətainın atası olan Şeyx Heydər "Şirvan dağlarından birində gizlicə dəfn olunmuş və onun məzarı uzun müddət gizli qalmışdır". Sonralar Qızılbaşların Şirvan ərazisinə yürüşləri zamanı Şah İsmayıl Səfəvi atası Şeyx Heydərin qəbrini axtarıb tapmış, üzərində türbə binası tikdirib orada müridləri tərəfindən Təkəli və Şıxlar kəndlərini saldırmış və məqbərəni müqəddəs ziyarətgah elan etmişdir. Hazırda kəndLərin xarabalıqları qalmışdır. Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur. Şıxlar sənətinin xarakterik xüsusiyyələri Bu dekoraativ incəsənət növü onun yaradıcısı Y.Hacıyevin qeyd etdiyi kimi “Yaradanın yaratdığı gözəlliklərin aşkarlanması sənətidir”. Bu sənətə ail əl işləri ölkə daxilində,eləcə də Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzinin dəstəyi ilə Türkiyə,Böyük Britaniya və Rusiyada keçirilmiş sərgilərdə nümayiş etdirilib. Sənətşunasların araşdırılmasından sonra Şıxlar sənəti dekorativ tətqibi xalq sənətkarlığının yeni bir sahəsi kimi təsdiq olunub. Buna görə də sənətin yaradıcısı Y.Hacıyevə müəlliflik şəhadətnaməsi verilib. Sənət nümunələri hazırlanarkən material olaraq adi çay daşlarından,ağacların kötük hissəsi və ya gövdəsinin müxtəlif hissələrindən və s. kimi materiallardan istifadə olunur. Sənətin xarakterik xüsusiyyəti ondadır ki, çox zaman tamamilə yararsız məmulatlar, xüsusilə tullantı kimi vasitələrdən istifadə olunmaqla yeni bir dekorativ sənət əsəri yaratmaq mümkündür. Sınmış ağac budaqlarından, ağac köklərinin yararsız hissələrindən, adı çay daşlarında istifadə etməklə asılqan, şamdan, şəkil çərçivəsi, masa və s. əsərlər yaratmaq mümkündür. Bu əsəslər hazırlanarkən alət olaraq bıçaq, mişar və s. alətlərdən istifadə etmək kifayət edir. Şıxlar sənətinə aid Y.Hacıyevin hazırladığı 4 ədəd əl işi Dünya mədəniyyəti kataloquna daxil edilmişdir. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən Yusif Hacıyevə № 7455 saylı qeydiyyat nömrəsi ilə müəlliflik şəhadətnaməsi verilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=599820 |
Şıxlinskilər | Şıxlinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Soyadın tarixi Soyun tanınmış nümayəndələri Əliağa Şıxlinski — Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı. Mədinə xanım Əmiraslan ağa qızı Şıxlinskaya — Məmməd ağa Vəkilov həyat yoldaşı. Məcid ağa Şıxlinski — 1920-ci ildə Bakı Polismeysterinin köməkçisi. Kazım ağa Şıxlinski — Azərbaycan şairi. Mustafa ağa Arif — şair, Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri. Arif Şıxlinski — neftçi-geoloq, Azərbaycan SSR əməkdar mühəndisi. Cavad bəy Şıxlinski — Rusiya, Azərbaycan və İran ordusunda xidmət etmiş Cümhuriyyət ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından biri. Müqəddəs Georgi" və "Müqəddəs Vladimir" ordenli. Əliağa Şıxlinskinin qardaşı oğlu, Rüstəm Şıxlinskinin qardaşıdır, Hüseyn Əfəndi Qayıbovun nəvəsi, yazıçı İsmayıl Şıxlının dayısıdır. Rüstəm Şıxlinski — hərbçi. "Müqəddəs georgi" və "Müqəddəs Vladimir" ordenləri ilə təltif edilmişdir. General Əliağa Şıxlinskinin qardaşı oğlu, Cavad bəy Şıxlinskinin qardaşı, Hüseyn Əfəndi Qayıbovun nəvəsi, yazıçı İsmayıl Şıxlının dayısıdır. Qəhrəman ağa Şıxlinski — Lenin ordeni ilə təltif edilmiş maarifçi-pedaqoq.(1887–1956) İsmayıl Şıxlı — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991). Fərrux Şıxlinski — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi. Elçin Şıxlı — "Ayna" — "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru (2001–2014), 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri. Qiyas bəy Şıxlinski (1887–1972) — Azərbaycan Xalq Cümhuriyyətinin pristavı, Gəncə və Şəki üsyanının iştirakçısı, siyasi mühacir. Çingiz Alqazax — Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəçisi, polkovnik. Gəncə, və Şəki üsyanlarının iştirakçısı Qiyas bəy Şıxlinskinin oğlu. Mamay bəy Şıxlinski — Gəncə quberniya katibi (1915), Ənvər Şıxlinskinin atası.Peterburq Universitetinin hüquq fakultəsini oxuyub, Moskva univiversitetini bitirib (1914). 1878-ci ildə Qazax qəzasında doğulub, 1939-cu ildə vəfat etmişdir. Ənvər Şıxlinski — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsinin iqlim şöbəsinin rəisi, Azərbaycan Dövlət Mükafatı laureatı. Ənvər Şıxlinski — SSRİ-nin fəxri rabitəçisi. 1914-cü ildə Qazax qəzasının İkinci Şıxlı kəndində anadan olmuşdur. 1937-ci ildə Tiflisdə Dəmiryol İnstitutunun rabitə fakültəsini bitirmişdir. Azərbaycan Rabitə Nazirliyində elektrik rabitəsi üzrə baş mühəndis işləmişdir. İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədən sonra Rabitə Nazirliyində idarə rəisi təyin edilmişdir. 1956-cı ildə televiziyanın işə düşməsi ilə bağlı olaraq yaradılan və birbaşa mərkəzə tabe olan teleradio təmir idarəsinin rəisi təyin edilmiş və 1976-cı ilədək bu vəzifədə çalışmışdır. Əmisi general Əli ağa Şıxlinskinin qocalıq çağlarında ona hamilik etmiş, generalın vəfatından sonra onun yaşadığı mənzil ən yaxın qohum kimi Ənvər bəyə verilmişdir. O, 1945-47-ci illərdə Əli ağanın qanuni varisi kimi bu mənzildə yaşamışdır. Ənvər Şıxlinski rabitə sahəsində xidmətlərinə görə bir sıra orden və medallarla təltif edilmişdir. Moskvadan radiorabitəni Azərbaycanda ilk dəfə o, qəbul etmiş, bu münasibətlə “SSRİ fəxri rabitəçisi” adına layiq görülmüşdür. 1979-cu ildə Bakı şəhərində dünyadan köçmüşdür.[mənbə göstərin] Ziya Şıxlinski — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının "Əməkdar incənət xadimi". Hüseyn bəy Şıxlinski (1886–1920) — Şərif bəy oğlu 1886-cı ildə Qazax qəzasının İkinci Şıxlı kəndində anadan olmuşdur Kariyerasına Tiflisdə başlamış, polis idarəsində işləmiş, sonra Gəncə quberniyasına dəyişdirilmişdir. Ərəş qəza idarəsində çalışmış, 1914–16-cı illərdə Nuxa qəza idarəsində tərcüməçi olmuşdur. 1916–18-ci illərdə isə Nuxa şəhərinin pristavı işləmişdir. Azərbaycan istiqlal hərəkatının fəal iştirakçılarından olan Hüseyn bəy 1918-ci ildə milli hökumət tərəfindən paytaxtın polis orqanlarında yüksək vəzifəyə gətirilmişdir. 1918–20-ci illərdə əvvəlcə Bakıda 6-cı sahə pristavı, sonra isə 7-ci sahənin komissarı olmuşdur. 1920-ci il Gəncədəki may üsyanı yatırıldıqdan sonra Hüseyn bəy Şıxlinski də həbs edilərək güllələnmişdir. Şahin Şıxlinski — Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü. Sübhi Şıxlinski — fəlsəfə elmləri namizədi, Rusiya Federasiya Şurasının Dövlət Duması və Rusiya Hökumətinin məhkəmə-icra orqanları ilə əlaqələr üzrə şöbəsinin rəisi. Leyla Şıxlinskaya — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycanın xalq artisti, sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü. [1] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Həmçinin bax Qazax sultanlığı | https://az.wikipedia.org/w/index.php?curid=164524 |
Şıxlı | Şıxlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar İsmayıl Şıxlı — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist. Elçin Şıxlı — "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru. Afaq Şıxlı — həkim, şairə, publisist, tərcüməçi. Nilufər Abdullayeva-Şıxlı — yazıçı, tərcüməçi, publisist.Kəndlər Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Gürcüstan Respublikasının Tetritskaro bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Qubadlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Mallı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Ulaşlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.Bələdiyyələr Şıxlı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdaş rayonunda bələdiyyə. Birinci Şıxlı bələdiyyəsi — Azərbaycan Respublikasının Qazax rayonunda bələdiyyə. İkinci Şıxlı bələdiyyəsi — Azərbaycan Respublikasının Qazax rayonunda bələdiyyə.Digər Şıxlı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid xalçalar. | https://az.wikipedia.org/w/index.php?curid=262966 |
Şıxlı (Ağdaş) | Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. XVI əsrin sonundan başlayaraq kəndlilərin bir qismi yaşadığı kəndlərdən daha münasib yer axtarmağa gedirdilər. Həmin kəndlilərdən bir qrupu Ağdaşın qərbində olan bu torpaqlara gəlib çıxdılar. Burada bol su, geniş torpaq sahəsi, mal-qara otarmaq və saxlamaq üçün örüş, nohur onların diqqətini cəlb etmişdir. XVII əsrin əvvəllərində Göyçayın Mallı Şıxlı kəndindən gələn ailələrin başçıları bu yerləri müəyyənləşdirdikdən sonra köçüb bu əraziyə - boş sahəyə gəlib məskunlaşmağa başlamışlar. Mallı Şıxlı kəndindən 3-4 ailə, əsasən qohum olanlar köçüb gəlib. Yeni gəlmiş ailələr bir-birindən 300-400 metr aralı yaşamağa başlayıblar. XVIII əsrin birinci yarısından başlayaraq bu əraziyə köçüb gələnlərin sayı çoxalır. Kəndə əvəllər gəlmiş babalarının Mallı-Şıxlı kəndində olan qohumlarından bir neçəsi köçüb gəliblər. Kənddə ailələrin sayı çoxalmağa başlamışdır. Coğrafiyası və iqlimi Ağdaşdan 10 km qərbdə yerləşir. 1941-1945-ci illərdə Sovet İttifaqı ilə Almaniya arasında gedən müharibədə şəhid olmuşlarː 1. Aslanov Fərhad Əzim oğlu 2. Aslanov Əsgər Hacalı oğlu 3. Aslanov Mahmud Məhəmməd oğlu 4. Alışov Baxış Emin oğlu 5. Alışov Nəcməddin Baxış oğlu 6. Babayev Məhəmmədiyyə Həmzə oğlu 7. Babayev Məhərrəm Mahmud oğlu 8. Qurbanov Qurban Qurbanəli oğlu 9. Əzimov Əzim Hacı oğlu 10. Əliyev Yunis Mustafa oğlu 11. Zakirov Çərkəz Əhməd oğlu 12. Yusifov Yusif Mustafa oğlu 13. Kərimov Əşrəf Rəhim oğlu 14. Kazımov İsfəndiyar Məhəmmədəli oğlu 15. Məmmədov Müslüm Məhəmməd oğlu (leytenant) 16. Məmmədov Bilal İbrahim oğlu 17. Məmmədov Əhməd Məhyəddin oğlu 18. Məmmədov İlyas Abdürrəhman oğlu 19. Məmmədov Rəhim Abdürrəhman oğlu 20. Məmmədov Əhmədiyyə Mehdi oğlu 21. Məmmədov Yaqub Saleh oğlu 22. Mustafayev İbad Yusif oğlu 23. Nəsibov Məcnun Nəsib oğlu 24. Nəbiyev Hacıbala Əhməd oğlu 25. Nəbiyev Hüseyn Əhməd oğlu 26. Nəbiyev Əkbər Əhməd oğlu 27. Rəhimov Həşim Kərim oğlu 28. Süleymanov Səftər Alı oğlu 29. Səfəralıyev Məbud Mahmud oğlu ( 819-cu atıcı polkun baş hərbi həkimi) 30. Səfiyev İsmayıl Kərim oğlu 31. Hüseynov Şamil Molla oğlu 32. Hacıyev Şiralı Saleh oğlu, baş leytenant 33. Hacıyev İdris Əhməd oğlu, leytenant 34. Hacıyev Yusif Əhməd oğlu 35. Hacıyev Məcid Hacı oğlu 36. Həmidov İlyas Əhməd oğlu, baş leytenant 37. Cəfərov Ömər Məhəmməd oğlu 38. Cəfərov Soltan Məhəmməd oğlu, leytenant 39. Cəfərov Həmdiyyə Məhəmməd oğlu 40. Cəfərov Əliyusif Sarı oğlu 41. Cəfərov Ağababa Osman oğluBirinci Qarabağ müharibəsində həlak olanlar Cəfərov Faiq Ağəli oğlu (1973-1994)İkinci Qarabağ müharibəsində həlak olanlar Osmanov Əyyub Azər oğlu Məmmədov Ərziman :ŞIXLI KƏNDİNİN TARİXİ HAQQINDA | https://az.wikipedia.org/w/index.php?curid=127112 |
Şıxlı (Füzuli) | Şıxılı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Şıxılı kəndi Hacılı obasına aid olan yaşayış məskənlərdəndir. 1823-cü ildə Cavanşir qəzasının Yağləvənd, Gecəgözlü, Seyidəhmədli ərazilərinə bağlı olan ailələr tərəfindən salınıb. 1842-ci ildə kənd 15 evdən ibarət idi. 1848-ci ildə kəndə artıq 19 ailə yaşayırdı. 1863-cü ildə evlərin sayı 21 idi.1886-cı ildə kənddə 27 ev qeydə alınmışdı. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Toponimikası Şıxlı oyk., sadə. Ağdaş r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir; Füzuli r-nunnun Aybasanlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim qazax tayfasınm şıxlı tirəsinin adı ilə bağlıdır. Qazax r-nunda da Birinci Şıxlı və İkinci Şıxlı kəndləri var. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub. Həmçinin bax Füzuli rayonu Şıxılı kənd icması Hacılı camaatı Cavanşir eli Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh. | https://az.wikipedia.org/w/index.php?curid=103224 |
Şıxlı (Xaçmaz) | Şıxlı (əvvəlki adı: Krasnı Xutor) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi adlandırılmışdır. Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2020-10-25 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=110335 |
Şıxlı bələdiyyəsi | Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=115027 |
Şıxlı insan düşərgəsi | Şıxlı insan düşərgəsi — Birinci Şıxlı kəndinin yaxınlığında aşkar olunmuşdur. Aparılmış qazıntılar zamanı 1023 məmulat tapılmışdır. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri də aşkar edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=469193 |
Şıxlı xalçaları | Şıxlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. Ümumi məlumat Xalçanın adı Qazaxdan 30–40 km məsafədə yerləşən Birinci Şıxlı, İkinci Şıxlı və Üçüncü Şıxlı kəndlərinin adı ilə bağlıdır. Bədii analiz "Şıxlı" adı ilə tanınan üç əsas kompozisiya mövcuddur. Onlar özlərinin sxeminə və formatına görə müxtəlif olub, Qazax qrupundan olan qədim xalçalara aiddir. I üsul.Ara sahənin kompozisiyası "Bəndi-rumi" şəkli əsasında yaradılmışdır. Xətlərin kəsişmə nöqtəsində sürməyi rəngli səkkizbucaqlı ulduzlar yerləşir. Tarazlıq məqsədilə kvadrat formalar şəbəkənin əyri xətlərində simmetrik şəkildə yerləşdirilir. Toxucular təzadlı rəngli naxışlardan istifadə edərək naxışın həm diaqonal, həm də şaquli istiqamətdə sərbəst oxunmasına nail olurlar. Qocaman sənətkarlar onun "yurd" olduğunu bildirirlər. Göllərin ətrafındakı sahə "val" (taxıldöyən lövhə) adlanan elementin təsviri ilə doldurulur. II üsul.İkinci üsulla toxunmuş xalçalar qocaman ustaların "Bağça" adlandırdıqları xalçalarla və uzunsov gəbələrlə təmsil olunur. Qırmızı fonlu ara sahədə ensiz mədahil haşiyəsi şaquli və üfiqi istiqamətdə uzanaraq gətəbə və kvadrat formasında naxışlar əmələ gətirir. Xalçanın ara sahəsinin kompozisiyası Quba qrupuna daxil olan "Qədim minarə" və "Orduc" xalçalarını xatırladır. III üsul."Şıxlı" adı ilə birləşmiş xalçaların üçüncü kompozisiyası yerli xalça ustalarının "Ağaclı" və ya "Çinar" adlandırdıqları xalçalarla təmsil olunur. Xalçanın mərkəzində səkkizbucaqlı göl yerləşir. Onun şişbucaq (çatma) çıxıntıları şaquli ox boyunca uzanır. Sərbəst sahədə aşağıdan və yuxarıdan, soldan və sağdan sərv ağacını xatırladan naxışlar simmetrik şəkildə yerləşdirilir. Sərbəst qalan yerlər kiçik çiçək naxışları ilə doldurulur. Toxucuların fikrincə, ara sahənin mərkəzində yerləşən rombşəkilli medalyon çarhovuzdur. Onun üzərində təsvir edilmiş ördəklər də bunu təsdiq edir. Xalçanın dörd küncündə uzunsov formalı böyük elementlər yerləşir. Bu, "doqqaz" təsviridir. Doqqazı olmayan "Şıxlı xalçaları"na da rast gəlinir. Bu üsulla toxunmuş xalçaların köbə zolağı ənənəvi olaraq, ensiz zolaqlardan — mədahil və zəncirədən ibarətdir. Texniki xüsusiyyətlər "Şıxlı xalçaları" müxtəlf ölçüdə olur. Bəzən uzunsov formatda xalçalar da istehsal olunur. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 26x26 ilmədən 32x32 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 60 min ilmədən 100 min ilməyə qədər). Xovun hündürlüyü 8–10 mm-dir. | https://az.wikipedia.org/w/index.php?curid=102863 |
Şıxlı xalçası | Şıxlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. Ümumi məlumat Xalçanın adı Qazaxdan 30–40 km məsafədə yerləşən Birinci Şıxlı, İkinci Şıxlı və Üçüncü Şıxlı kəndlərinin adı ilə bağlıdır. Bədii analiz "Şıxlı" adı ilə tanınan üç əsas kompozisiya mövcuddur. Onlar özlərinin sxeminə və formatına görə müxtəlif olub, Qazax qrupundan olan qədim xalçalara aiddir. I üsul.Ara sahənin kompozisiyası "Bəndi-rumi" şəkli əsasında yaradılmışdır. Xətlərin kəsişmə nöqtəsində sürməyi rəngli səkkizbucaqlı ulduzlar yerləşir. Tarazlıq məqsədilə kvadrat formalar şəbəkənin əyri xətlərində simmetrik şəkildə yerləşdirilir. Toxucular təzadlı rəngli naxışlardan istifadə edərək naxışın həm diaqonal, həm də şaquli istiqamətdə sərbəst oxunmasına nail olurlar. Qocaman sənətkarlar onun "yurd" olduğunu bildirirlər. Göllərin ətrafındakı sahə "val" (taxıldöyən lövhə) adlanan elementin təsviri ilə doldurulur. II üsul.İkinci üsulla toxunmuş xalçalar qocaman ustaların "Bağça" adlandırdıqları xalçalarla və uzunsov gəbələrlə təmsil olunur. Qırmızı fonlu ara sahədə ensiz mədahil haşiyəsi şaquli və üfiqi istiqamətdə uzanaraq gətəbə və kvadrat formasında naxışlar əmələ gətirir. Xalçanın ara sahəsinin kompozisiyası Quba qrupuna daxil olan "Qədim minarə" və "Orduc" xalçalarını xatırladır. III üsul."Şıxlı" adı ilə birləşmiş xalçaların üçüncü kompozisiyası yerli xalça ustalarının "Ağaclı" və ya "Çinar" adlandırdıqları xalçalarla təmsil olunur. Xalçanın mərkəzində səkkizbucaqlı göl yerləşir. Onun şişbucaq (çatma) çıxıntıları şaquli ox boyunca uzanır. Sərbəst sahədə aşağıdan və yuxarıdan, soldan və sağdan sərv ağacını xatırladan naxışlar simmetrik şəkildə yerləşdirilir. Sərbəst qalan yerlər kiçik çiçək naxışları ilə doldurulur. Toxucuların fikrincə, ara sahənin mərkəzində yerləşən rombşəkilli medalyon çarhovuzdur. Onun üzərində təsvir edilmiş ördəklər də bunu təsdiq edir. Xalçanın dörd küncündə uzunsov formalı böyük elementlər yerləşir. Bu, "doqqaz" təsviridir. Doqqazı olmayan "Şıxlı xalçaları"na da rast gəlinir. Bu üsulla toxunmuş xalçaların köbə zolağı ənənəvi olaraq, ensiz zolaqlardan — mədahil və zəncirədən ibarətdir. Texniki xüsusiyyətlər "Şıxlı xalçaları" müxtəlf ölçüdə olur. Bəzən uzunsov formatda xalçalar da istehsal olunur. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 26x26 ilmədən 32x32 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 60 min ilmədən 100 min ilməyə qədər). Xovun hündürlüyü 8–10 mm-dir. | https://az.wikipedia.org/w/index.php?curid=358443 |
Şıxmahmud | Şıxmahmud — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Şıxmahmud kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Naxçıvan çayının sahilində yerləşən kənd öz adını oradakı Şıxmahmud pirinin adından almışdır. Yerli əhalinin söylədiyinə görə kəndin adı bu ərazidə məskunlaşan ilk tayfanın başçısının adından götürülmüşdür. Həmin tayfa başçısının adı Şeyx Mahmud olmuşdur. Tarixən bu ərazi Şeyx Mahmudun adı ilə adlandırılmış və zamanla bu müəyyən tələffüz deformasiyalarına uğramış və Şıxmahmud formasını almışdır. Tarixi abidələri Şıxmahmud kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Coğrafiyası və iqlimi Kənd Naxçıvan şəhərindən 5 km şimal-şərqdə, Naxçıvan-Şahbuz yolunun üzərində yerləşir. İqtisadiyyatı Kənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur. Naxçıvan şəhəri ilə coğrafi yaxınlığı kənd əhalisinin sənaye və xidmət sahəsində də çalışmağına şərait yaratmışdır. Kənd təsərrüfatında əsasən əkinçilik — taxıl və bostan əkinçiliyi inkişaf etmişdir. Bununla yanaşı kənd əhalisi irbuynuzlu və xırdabuynuzlu mal-qaranın saxlanılması ilə də məşğuldur. Lakin təbii otlaq sahəsinin az olması maldarlıq sahəsinin inkişafının qarşısını alır. Kənddə yetişdirilən sarımsaq öz unikallığı ilə fərqlənir, Belə ki kənddə yetişdirilən sarımsağın bu növü Azərbaycanın digər bölgələrində "Şıxmahmud sarımsağı" adı ilə məşhurdur. Kənddə bu tərəvəz geniş bir şəkildə əkilir. Mədəniyyəti Kənddə poçt, avtomatlaşdırılmış telefon yarımstansiyası fəliyyət göstərir. Kənddə Şıxmahmud kənd tam orta məktəbi fəaliyyət göstərir.Musiqi məktəbi fəliyyət göstərir. Kənddə fəaliyyət göstərmiş məşhur təhsil ocaqlarından biri N.Rəfiyev adına Naxçıvan Sovxoz Texnikumu olmuşdur. Naxçıvan Sovxoz Texnikumu 1925-ci ildə yaradılmışdır. 1972-ci ildə Şıxmahmud kənd toxumçuluq təsərrüfatı ilə birləşdirilərək sovxoz-texnikum adlandırılmış və Şıxmahmud kəndinə köçürülmüşdür. Akademiklər Həsən Əliyev, Həsən Abdullayev, professorlar Yunis Səfərov, Hacı Hacıyev, Paşa Zamanov, Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərov, Sosialist Əməyi qəhrəmanları Məmməd Əsgərov, Narı Quliyeva orta ixtisas məktəbinin məzunlarındandır. Təhsil müəsissəsi 2002-ci ildən Naxçıvan Dövlət Texniki Kolleci adlanır. Hazırda Naxçıvan şəhərində fəaliyyət göstərir. Kənddə iki məscid mövcuddur. Kənddə tibb məntəqəsi mövcuddur. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=107745 |
Şıxmir Ağamirov | Şixmir Qabil oğlu Ağamirov (5 aprel 1990, Qusar rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Şixmir Ağamirov 1990-cı il aprelin 5-də Qusar rayonunun Gican kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ailəli idi. Bir qızı yadigar qaldı. Hərbi xidməti Azərbaycan Ordusunun baş giziri olan Şıxmir Ağamirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şıxmir Ağamirov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda Gican kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (26.06.2020) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=679808 |
Şıxməzid | İndiki Ağsu rayonunun ərazisində, Ağsu şəhərinin qərb hissəsində, Ağsuçayın sağ sahilində vaxtilə mövcud olmuşdur.Getdikcə böyüyən Ağsu şəhərinə qarışmışdır.Əhalinin bir hissəsi isə yaxınlıqdakı Pirhəsənli kəndinə köçmüşdür. Şıxməzid oykonimi şeyx Məcid antroponimindən yaranmışdır.Kənddə XVI əsrə aid Şeyx Məzid türbəsi (Şıxməzid xanəgahı) var. Kənd Şirvan xanlığının Bölükət mahalının kəndi olmuşdur. Şıxməzid məscidi XVI əsrin ikinci yarısında inşa edilib, ötən əsrin 30-cu illərində sovet rejimi tərəfindən həyata keçirilən “mədəni inqilab” tədbirləri çərçivəsində dağıdılıb.Şıxməzid xanəgahıda bu kənddəmpvcud olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=747865 |
Şıxməzid xanəgahı | Şıxməzid xanəgahı– Ağsu rayonunun Şıxməzid kəndi ərazisində yerləşən XIV-XVII əsrlərə aid sufi xanəgahı. Ehtimal edilir ki, Şıxməzid xanəgahı xəlvəti şeyxlərindən Şeyx İzzəddin Türkmaniyə aiddir. Şıxməzid türbəsi yerli sakinlər tərəfindən “Narlı pir” adlandırılır. Şirvan xanlarının şəcərəsində ailənin bəzi üzvlərinin məhz Şıxməzid kəndində “Narlı pir” qəbiristanlığında dəfn edildiyi yazılır. Mənbələrdə Şeyx İzzəddinin qəbrinin üzərində narın bitdiyi və onun meyvələrindən, tikanlarından xəstəliklərin müalicəsində istifadə edildiyi qeyd olunur. Tarixi mənbələrdən Şeyx İzzəddinin Əmir Teymurla görüşdüyü də bəllidir. Şıxməzid xanəgahının qalıqları 2012-ci ildə Ağsu ekspedisiyası tərəfindən üzə çıxarılıb. Buradakı səhəng örtüklü müsəlman qəbirləri nadir rast gəlinən qəbir tiplərindəndir. Həmçinin bax Şıxməzid məscidi Şıxməzid türbəsi | https://az.wikipedia.org/w/index.php?curid=747870 |
Şıxov adası | Şıxov adası - Xəzər dənizində Bakı arxipelaqı daxil olan Azərbaycana məxsus ada. Şıx burnu sahilindən 160 m cənubda kiçik qaya çıxıntısını xatırladan ada. Uzunluğu 65 metr, eni isə ən enli hissədə 30 metrdir. | https://az.wikipedia.org/w/index.php?curid=559947 |
Şıxov çimərliyi | Şıxov çimərliyi — Bakı şəhərinın cənub-qərbində Şıxov burnu yaxınlığında yerləşir. İnzibati cəhətdən Bakı şəhəri ərazisinə daxildir. Xüsusi ilə Bakı sakinləri arasında məşhurdur. Əsasən dəniz qumu və balıqqulağından təşkil olunmuşdur. Su kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş olmasına baxmayaraq, insanları özünə cəlb edir. Sahilə yaxın ərazilərdə neft qurğularını görmək mümkündür. Mavi bayraq standartlarından olduqca uzaqdır. | https://az.wikipedia.org/w/index.php?curid=459501 |
Şıxovuz | Şıxovuz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şixauz, erməni mənbələrində Şikahoğ, Şxavuz formalarında qeyd edilmişdir. Toponim şeyx sözünün xalq danışıq dilində işlənən şıx sözü ilə oğuz Türk tayfasının adını əks etdirən ovuz etnonimi (oğuz etnoniminin dialekt formasıdır) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şikaxox qoyulmuşdur. Burada 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. | https://az.wikipedia.org/w/index.php?curid=415391 |
Şıxyurdu dağı | Şıxyurdu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3575,7 m). Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı siyenitdiorit, qranosiyenit və qranodioritlərindən təşkil olunmuş yamacları sıldırımlı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Həmçinin bax: Abdal (dağ) Bağırsaq dağı | https://az.wikipedia.org/w/index.php?curid=507404 |
Şıxzahırlı | Şıxzahırlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Qobustan rayonunun Şıxzahırlı kəndi Dərəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şıxzahırlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Toponimikası Kəndin adını Şeyx Zahir şəxs adı ilə bağlılığı güman edilir. 1917-ci il kəndin adı Şıxcəyirli kimi qeydə alınmışdır. Şamaxı rayonunda Cəyirli kəndinin olması bu variantın doğruluğunu göstərir.Digər bir iddiaya görə kəndin adı Şeyx Zahir adlı şəxsin adı ilə bağlansa da buna heç bir sübut yoxdur. Kənd sakinləri söyləyirlər ki şəcərələrində və keçmişlərində belə adda şəxs olmamışdır. Kənd müxtəlif tayfaların birləşib elatlaşması nəticəsində bundan 150 il əvvəl yaranıb. Şıxzərli adında Şamaxıda bir küçə də olmuşdur. Həmçinin Qobustan rayonu Sündü kəndi yaxınlığında yerləşən Şıxzərli yurdu var. Arxivlərdə Şirvan xanlığı dağılanda Qəbristan mahalında Şıx zahirli çul və Şıx zahirli şəkər adlı obaların adları çəkilir. Tarixi abidələri Şıxzərli kurqanı kəndin yaxınlığında yerləşir. Tarixi ilk orta əsrlərə gedib çıxır. Kurqanın albanlara aid olduğu güman edilir. Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. Şıxzərli palçıq vulkanı Bakıdan 120 km şimal-qərbdə, Şıxzahırlı kəndinin əsas girişində yerləşir. Ardıcıl olaraq 6—7 ildən bir aktivləşir və püskürmə baş verir. Kənd əhalisi vaxtilə köçəri və yarım köçəri həyat tərzi keçirib. İndi də bu ənənəni davam etdirənlər var. Etnik olaraq azərbaycanlılardır. Kəndin bir çox adlı sanlı aşıq, muğam üzrə ustad yetirmələri vardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1658 nəfər əhali yaşayır. Tanınmış şəxsləri Musaxan Güləliyev Aşıq Abbas Musaxanoğlu Aşıq Mahmud Ələsgəroğlu Aşıq Əvəzxan Xankişiyev Altay Niftaliyev—Tarzən. Zabit Nəbizadə Abuzər Güləliyev Aşıq Əvəz Fərmanoğlu Aşıq Vüqar Mahmudoğlu Aşıq Rza Qobustanlı Aşıq İslam Rza oğlu Abgül Mirzəliyev Aşıq Ağaxan Talışxan oğlu Mirağa Niftəliyev Elbrus Niftəliyev Anar Niftəliyev Kənddə Şıxzahırlı kənd məscidi dini icması fəaliyyət göstərir. | https://az.wikipedia.org/w/index.php?curid=108061 |
Şıxzahırlı bələdiyyəsi | Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=348708 |
Şıxzamanlı | Şıxzamanlı — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Şıxzamanlı yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Şıxzamanlı qəsəbəsi mərkəz olmaqla Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Qəsəbədə uşaq bağçası, 3 nömrəli və 40 nömrəli tam orta məktəblər fəaliyyət göstərir. Qəsəbədə poliklinika mövcuddur. | https://az.wikipedia.org/w/index.php?curid=340219 |
Şıxzərli | Şıxzahırlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Qobustan rayonunun Şıxzahırlı kəndi Dərəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şıxzahırlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Toponimikası Kəndin adını Şeyx Zahir şəxs adı ilə bağlılığı güman edilir. 1917-ci il kəndin adı Şıxcəyirli kimi qeydə alınmışdır. Şamaxı rayonunda Cəyirli kəndinin olması bu variantın doğruluğunu göstərir.Digər bir iddiaya görə kəndin adı Şeyx Zahir adlı şəxsin adı ilə bağlansa da buna heç bir sübut yoxdur. Kənd sakinləri söyləyirlər ki şəcərələrində və keçmişlərində belə adda şəxs olmamışdır. Kənd müxtəlif tayfaların birləşib elatlaşması nəticəsində bundan 150 il əvvəl yaranıb. Şıxzərli adında Şamaxıda bir küçə də olmuşdur. Həmçinin Qobustan rayonu Sündü kəndi yaxınlığında yerləşən Şıxzərli yurdu var. Arxivlərdə Şirvan xanlığı dağılanda Qəbristan mahalında Şıx zahirli çul və Şıx zahirli şəkər adlı obaların adları çəkilir. Tarixi abidələri Şıxzərli kurqanı kəndin yaxınlığında yerləşir. Tarixi ilk orta əsrlərə gedib çıxır. Kurqanın albanlara aid olduğu güman edilir. Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. Şıxzərli palçıq vulkanı Bakıdan 120 km şimal-qərbdə, Şıxzahırlı kəndinin əsas girişində yerləşir. Ardıcıl olaraq 6—7 ildən bir aktivləşir və püskürmə baş verir. Kənd əhalisi vaxtilə köçəri və yarım köçəri həyat tərzi keçirib. İndi də bu ənənəni davam etdirənlər var. Etnik olaraq azərbaycanlılardır. Kəndin bir çox adlı sanlı aşıq, muğam üzrə ustad yetirmələri vardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1658 nəfər əhali yaşayır. Tanınmış şəxsləri Musaxan Güləliyev Aşıq Abbas Musaxanoğlu Aşıq Mahmud Ələsgəroğlu Aşıq Əvəzxan Xankişiyev Altay Niftaliyev—Tarzən. Zabit Nəbizadə Abuzər Güləliyev Aşıq Əvəz Fərmanoğlu Aşıq Vüqar Mahmudoğlu Aşıq Rza Qobustanlı Aşıq İslam Rza oğlu Abgül Mirzəliyev Aşıq Ağaxan Talışxan oğlu Mirağa Niftəliyev Elbrus Niftəliyev Anar Niftəliyev Kənddə Şıxzahırlı kənd məscidi dini icması fəaliyyət göstərir. | https://az.wikipedia.org/w/index.php?curid=460855 |
Şıxçiçəkli qulançar | Şıxçiçəkli qulançar (lat. Asparagus aethiopicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. Təbii yayılması Vətəni Cənubi Afrikadır. Botaniki təsviri Hündürlüyü 1,5 m-dək, həmişəyaşıl yarımkoldur. Gövdəsinin uzunluğu 150 sm-ə qədər vardır. Yastılanmış, yarpaqşəkilli, nazik, biz gövdələrin uzunluğu 3 sm-ə qədər, eni 1-3 mm-dir. Çılpaq, parlaq, hamar və ya şırımlı, sallaqdır. Parlaq yaşıl yarpaqları uzunluğu 2-4 mm-dək pulçuqlara qədər reduksiyaya uğramışdır. Yan zoğları-filokladiləri isə onlara bənzəyir. Bu növdə onlar yaşıl, uzunluğu 2-3 sm, düz və ya bir az əyilmiş, tək və ya dəstələrdə toplanmış 2-4 ədəddir. Çiçəyi xırdadır və yumşaq çiçək qrupu – salxım əmələ gətirir. Çiçəkləri ağ və ya çəhrayı, ətirlidir. Meyvələri qırmızı, çılpaq, parlaq, hamar və ya şırımlı sallaqdır. Toxumlarla və kolun bölünməsi ilə çoxaldılır. Ekologiyası İşıq çatışmadıqda və torpaq quruduqda "yarpaqları" tökülür, zoğları zəif inkişaf edir. Onunla mübarizə üçün sabun məhluluna intektisid əlavə edilir. Azərbaycanda yayılması Mərdəkan dendrarisində 1972-ci ildə introduksiya edilmişdir. Abşeronda mədəni şəraitda becərilir. Dekorativ məqsədlər üçün istifadə edilir. | https://az.wikipedia.org/w/index.php?curid=459307 |
Şıxı Yaqubov | Şıxı Miriş oğlu Yaqubov ̈(d.3 fevral 1951, Ağdaş r., Pirəzə k) — Teatr Xadimləri İttifaqı üzvü, aktyor, ”Əməkdar Artist”. Həyat və fəaliyyəti Yaqubov Şıxı Miriş oğlu 1951-ci ilin fevral ayının 3-də Ağdaş rayonunun Pirəzə kəndində anadan olub. 1967-ci ildə Pirəzə kənd orta məktəbini bitirib təhsilini davam etdirmək üçün Bakı şəhərinə getmişdir. 1970-1972-ci illərdə Hərbi xidmətdə olmuşdur. 1972-ci ildə Azərbaycanfilm kinostudiyasının aktyorluq məktəbinə daxil olmuş, elə həmin ilin noyabr ayının 16-da Mingəçevir Dövlət Dram teatrına işə qəbul olunmuşdur. Bu illər ərzində 200-ə yaxın rol oynamış, bir çox teatr festivallarında iştirak etmişdir. 1990-cı ildən Teatr Xadimləri İttifaqı üzvüdür. Mükafatları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 10 mart 2014-cü il tarixində “Fəxri Mədəniyyət İşçisi” döş nişanı; 2015-ci il 30 dekabr Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ”Əməkdar Artist” fəxri adına; 2017-2018-ci illərdə və 10 may 2019-cu ildə Prezident mükafatına layiq görülmüşdür. Filmoqrafiya Həmçinin bax Anar Heybətov Ədalət Əbubəkirov Aqil Ağacanov Xarici keçidlər “Əməkdar artist” adına layiq görülənlərdən biri | https://az.wikipedia.org/w/index.php?curid=578708 |
Şıxılı kənd icması | Şıxılı kənd icması — Cəbrayıl qəzasının tərkibindəki kənd cəmiyyətlərindən biri idi. İcmanın tarixi Şıxılı (şiə) kənd dairəsi 1.Yağləvənd obası 2.Mirzəcamallı obası 3.Aybasanlı obası 4.II Mahmudlu obası 5.Gecəgözlü obası 6.Şıxılı obası 7.Comərdli obası 8.Dilağarda obası 9.Zərgər obası Şıxlı icması 1.Aybasanlı obası 2.Dilağarda obası 3.Comərdli obası 4.Qorqan kəndi 5.Gecəgözlü obası 6.II Mahmudlu obası 7.Mirzəcamallı obası 8.Şıxılı obası Şıxlı icması 1.Şıxılı obası 82 kişi 61 qadın 2.Aybasanlı obası 201 kişi 107 qadın 3.Dilağarda obası 452 kişi 330 qadın 4.Qorqan kəndi 32 kişi 24 qadın 5.Gecəgözlü obası 147 kişi 97 qadın 6.II Mahmudlu obası 240 kişi 190 qadın 7.Mirzəcamallı obası 248 kişi 174 qadın Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh. Həmçinin bax Cəbrayıl qəzası | https://az.wikipedia.org/w/index.php?curid=78362 |
Şıxımlı (Füzuli) | Şıxımlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Üçbulaq kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub. Toponimikası İqtisadiyyatı Həmçinin bax Füzuli rayonu Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=674131 |
Şıxımlı (Kürdəmir) | Şıxımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Şıxımlı oyk. Kürdəmir rayonunun Atakişili i.ə.v.-də kənd. Şirvan düzündədir. əsl adı Şıxümmülüdür. Oykonim Şıxiimmü (qəbir pirin adı) va -lü (mənsub. bildirir) komponəntlarindən düzəlib, kənddəki eyniadlı pirin adı ilə adlandırılıb. Pirin adı isə şıx (şəyx) və ümmii (ər. "ana”) sözlərindən düzəlib, "şeyxin anası” deməkdir. Dəyilənə görə, bu pir keçmişdə mömin və ara həkimi olmuş aslan səyid hesab olunan bir qadının məzarıdır. Coğrafiyası və iqlimi Şıxımlı kəndi rayon mərkəzindən 2 km aralida Kürdəmir-Axsu yolunun ustundə yerləşir. Kürdəmirin digər Atakişili, Şahsevən, Qaraqocallı, Mürtülü və Xırdapay kəndləri ilə qonşudur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2031 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə 1 məktəb, 1 məscid, tibb məntəqəsi, poçt, ATS, çörəkbişirmə sexi, daş sexi, dəyirman, 2 şadlıq sarayı, restoran və s. iaşə obyektləri yerləşir. ETSN tərəfindən kəndi təmiz içməli su ilə təmin etmək üçün təmizləyici qurğu tikilmişdir. Kənd əhalisi əsasən təsərrüfat və ticarətlə məşğul olur. Kəndin qaz təminati vardir. Həmçinin bax Kürdəmir rayonu Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=110168 |
Şıxımlı bələdiyyəsi | Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=358886 |
Şıxımpeştə | Şıxımpeştə — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Etimologiyası Oykonim şıx (Şeyx) və talış dilində peştə "təpə", "yüksək yer" sözlərindən ibarətdir. | https://az.wikipedia.org/w/index.php?curid=109279 |
Şıxəli Dadaşov | Şixəli Dadaşov (tam adı: Dadaşov Şixəli Ələsgər oğlu;10 (23) yanvar 1913, Bakı – 1995, Aşqabad) — neftçi, SSRİ dövlət mükafatı laueratı Həyatı və təhsili Dadaşov Şixəli Ələsgər oğlu 10 yanvar 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Əmək fəaliyyətinə 1934-cü ildə Bakıda "Əzizbəyovneft"in qazıma kontorunda başlamışdır. 1942-ci ildə Türkmənistan SSR-in neft sənayesində çalışmışdır. 1942-48-ci illərdə "Türkmənneft" tresti qazıma kontorunun baş mühəndisi, 1948-60-cı illərdə "Türkmənneft" birliyinin rəis müavini, 1960-76-cı illərdə rəisi olmuşdur. 1976-78-ci illərdə "Türkmənneft" istehsalat birliyinin baş direktoru vəzifəsində işləmişdir. Təltif və fəxri adları 1951 — SSRİ dövlət mükafatı laueratı 1965 — Sosialist Əməyi Qəhrəmanı İki dəfə Lenin ordeni Oktyabr İnqilabi ordeni İki dəfə Qırmızı Əmək Bayrağı | https://az.wikipedia.org/w/index.php?curid=635307 |
Şıxəli Qurbanov | Şıxəli Qurban oğlu Qurbanov (16 avqust 1925, Bakı – 24 may 1967, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Ş. Qurbanov Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan Ali Sovet İttifaqına deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulmuşdur. Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil. 1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar". Mükafatları Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967 "Lenin" ordeni "İgidliyə görə" medalı "Köniqsberqin alınmasına görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı Şixəli Qurbanovun bioqrafiyası — www.adam.az Arxivləşdirilib 2014-07-01 at the Wayback Machine "Bu günədək onun ailəsi təqib olunur, incidilir" (Azadlıq Radiosunun Şixəli Qurbanov haqqında xüsusi reportajı) | https://az.wikipedia.org/w/index.php?curid=49099 |
Şıxəliyev | Şıxəliyev — Azərbaycan soyadı. Elşən Şıxəliyev (d. 1974) — Azərbaycan aktyorı. Elşən Şıxəliyev (şəhid) (1973—1992) — Qarabağ müharibəsinin iştirakçı. Nəriman Şıxəliyev (d. 1934) — Azərbaycan operatoru və rejissoru. Oqtay Şıxəliyev (1931—2012) — Azərbaycan Respublikasının xalq rəssamı. Şakir Şıxəliyev (d. 1990) — azərbaycanlı idman gimnastı. | https://az.wikipedia.org/w/index.php?curid=515460 |
Şıxəmir | Şıxəmir — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Göyçay rayonunun Məlikkənd inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi öz adını ərazisindəki Şıx Əmir (Şeyx Əmir) pirinin adından almışdır. Əvvəllər eyniadlı qışlaq olmuş, sonralar kəndə çevrilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 252 nəfər əhali yaşayır. Həmçinin bax Göyçay rayonu Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=109335 |
Şıxəməhlə | Şıxəməhlə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Etimologiyası Coğrafi ad Əmir Şeyx şəxs adı və məhəllə termininin birləşməsindəndir. | https://az.wikipedia.org/w/index.php?curid=109257 |
Şəbankarə | Şəbankarə (Kürdcə:Şivankaran və ya Şiwankaran) - Cənubi Zaqrosda kürdlərin qədim qəbilə federasiyasının adı.Bu gün eyni adlı kürd qəbilə Kirmanşahın şimal-qərbində və Fars ostanında mövcuddur:Şəbankarə (Kirmanşah) , Şəbankarə (Fars) | https://az.wikipedia.org/w/index.php?curid=294726 |
Şəbankarə (şəhər) | Şəbankarə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Şəbankarə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,975 nəfər və 1,459 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=294702 |
Şəbbugülü | Şəbbugülü (lat. Matthiola) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. | https://az.wikipedia.org/w/index.php?curid=580752 |
Şəbbuyabənzər sarılıqotu | Şəbbuyabənzər sarılıqotu (lat. Erysimum cheiranthoides) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=138997 |
Şəbdeh (Həştrud) | Şəbdeh (fars. شبده) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (11 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=688952 |
Şəbi-hicran (film, 1993) | Film şərqin böyük dühası, şair-filosof Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuşdur. Kinolent böyük şairin anadan olmasının 500 ilik yubileyi münasibətilə lentə alınmışdır. Film haqqında Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Ramiz Rövşən Operator: Rafiq Əliyev, Rəfael Salamzadə Səs operatoru: Marat İsgəndərov "Azərkinovideo" İB | https://az.wikipedia.org/w/index.php?curid=31898 |
Şəbib ibn Abdullah ən-Nəhşəli | Şəbib ibn Abdullah ən-Nəhşəli (ərəb. شَبیب بن عَبدِ الله النَّهشَلی) — Kərbəla döyüşündə şəhid. Şəbib ibn Abdullah əl-Nəhşəli əl-Bəsri Bəni-Teymin bir qolu olan Bəni-Nəhşal qəbiləsindən olan bir ailədə anadan olmuşdur. Bəzi fars mənbələrində o, Seyf ibn əl-Haris əl-Həmdani və Malik ibn Abdullah ibn Sari ilə birlikdə Kərbəlaya gedən Haris ibn Sari əl-Həmədaninin qulu kimi qeyd edilmişdir. Lakin bu, onun Mədinədən Hüseyn ibn Əli ilə birlikdə olduğunu göstərən məlumatlarla uyğun gəlmir. Lakin Mamaqani onun Şəbib ibn Abdullah Haris ibn Sari əl-Kufidən başqa biri olduğuna inanırdı.Məhəmməd Mehdi Şəmsəddin Həbib ibn Abdullahın Kərbəla şəhidlərindən biri olduğunu qeyd etmişdir. Həmçinin Həbib ibn Əbd olaraq da xatırlanan Şəbib ibn Abdullah ən-Nəhşəli, Həbib ibn Abdullah və ya Əbu Əmr ən-Nəhşəli kimi olması ehtimalını da qeyd etmişdir. Tərcümeyi-hal Şəbib Peyğəmbərin ardıcıllarından və Əli ibn Əbu Talibin səhabələrindən idi və Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdi. Əlinin şəhadətindən sonra Həsənin səhabələrindən olmuş və onunla birlikdə qalmışdır. Hüseynin zamanında isə onun səhabələri arasında idi. Kərbəla döyüşündə Şəbib Mədinədən Məkkəyə, oradan da Kərbəlaya doğru yolda Hüseynlə birlikdə idi. Aşura günü Şəbib onlarla vuruşarkən düşmənin ilk hücumunda şəhid oldu.“Ziyarə-ş-Şühəda”da o, “Salam olsun Şəbib ibn Abdullah ən-Nəhşəliyə” kimi qeyd edilmişdir. Həmçinin bax Kərbəla döyüşündə Hüseynin ordusunda həlak olanların siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=809440 |
Şəbih | Şəbih — meydan tamaşalarının bir növüdür. "Şəbih" sözünün tərcüməsi "oxşar, bənzər" deməkdir. Şəbih həm formaca, həm də mənaca dini xarakter daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bu teatrın özünəməxsus dramaturgiyası və teatr poetikası vardır ki, burada əsas münaqişə xətti Xəlifə Əlinin oğlu Hüseynin və ona qarşı fitnə-fəsadlar hazırlayan Yezidin tərəfdarları arasında gedən mübarizə əsasında inkişaf edir. Tarixdə "Kərbəla müsibəti" adı ilə yadda qalan bu qətliam (72 nəfər Hüseynin yaxınları) islam tarixində ibrət dərsi olaraq bu gün də belə unudulmur. VIII əsrdən üzübəri şiələr Peyğəmbərin nəvəsi Hüseynə ağılar deyib ağlayır, təziyələr keçirirlər. XV əsrdən etibarən Azərbaycanda geniş qeyd olunan şəbih tamaşaları məhərrəmlik ritualının tərkib hissəsidir. Şəbih bir sıra ərəb ölkələrində, eləcə də "Əhli-beyt"ə bağlılığı ilə seçilən və şiələrin sıx yaşadığı Azərbaycan, İran, Əfqanıstan, Türkiyə və Hindistanda geniş keçirilmişdi. Şəbih sadəcə mərasimdən ibarət olmayan otuzdan artıq müxtəlif məzmunlu və janrlı tamaşanın ümumi adıdır. Onları birləşdirən əsas cəhət isə Kərbəlanın timsalında zalıma, zülmə qarşı Allahın zəfərini, İslamın təntənəsini əks etdirməsidir. Belə meydan tamaşalarının Səfəvilər dövründən etibarən daha geniş yayıldığını tarixi faktlar da sübut edir. Şəbih tamaşalarının əsas mövzusunu Həzrət Əlinin oğlu, üçüncü imam Həzrət Hüseyn və tərəfdarlarının 680-ci ildə Yəzid və onun çoxsaylı ordusuna qarşı apardığı mübarizə təşkil edir. Bu mübarizə məhərrəm ayının ilk on günündən başlayaraq Kərbəla şəhidlərinin qırxı çıxanadək düzənlənən şəbihlərlə keçirilirdi. Kərbəla hadisələri teatr formasında yalnız İran, Anadolu, Azərbaycan və Hindistanda göstərilir, şiə məzhəbinin yayıldığı İraq, Liviya və Yəməndə qeyd olunsa da, teatrlaşdırılmış hissəyə yer verilmir. Teatr ünsürləri yalnız yas törənlərində, bəzi rituallarda özünü göstərir. Azərbaycanda tarixən ən çox oynanan şəbihlər Əliəkbərin şəbihi, Əbülfəzl Abbasın şəbihi, Qasımın şəbihi, Hürrün şəbihi, Həzrət Hüseynin şəbihidir. Şəbih tamaşalarının təşkili ilə xalq arasında şəbihgərdan adlandırılan peşəkar şəxslər məşğul olurdu. Şəbih tamaşaları Məhərrəm ayının ilk günü rövzəxanların (mərsiyə deyən) çıxışları ilə başlayırdı. Onlar Kərbəla hadisələrini yad edir, dini qanunların göylərə bağlılığından, Hüseynin doğulduğu gün Cəbrayılın gəlib Məhəmmədi təbrik etməsindən və Müaviyənin yaxın adamlarının Hüseyni öldürəcəyini xəbər verməsindən bəhs edən hədislər danışırdı. İmam Hüseynin qətlinin səhnələşdirildiyi şəbih tamaşası isə aşura günü oynanırdı. Şəbih tamaşaları Azərbaycanın müxtəlif bölgələrində oynansa da, Təbriz və Ərdəbildə oynanan şəbihlər mütəşəkkilliyi, dramatikliyi ilə diqqəti cəlb edirdi. Kommunist ideologiyasının hakim olduğu sovet dövründə Kərbəla hadisələrinin qeyd edilməsi qadağan olunmuş, hətta hökumət rəsmilərinin insanları bundan uzaqlaşdırmaq üçün mərasimin keçirildiyi ələm ağacının dibinə it bağladığı, oranı mundarladığına dair faktlar mövcuddur. Nəticədə Azərbaycanda XX əsrin əvvəllərinə qədər mütəmadi şəkildə keçirilən şəbih tamaşaları unudulmuş, haqqında ancaq o dövrün mətbuatından və bir sıra müəlliflərin əsərlərindən məlumat almaq mümkündür. Yazılı qaynaqlara görə, sayları otuzdan çox olan şəbihlərin ("Əliəkbərin şəbihi", "Həzrət Abbasın şəbihi", "İmam Hüseynin şəbihi", "Səkinənin vəfatı", "Qasımın otağı", "Qasımın şəbihi", "Əsirlərin qayıtması", "Hürrün şəhadəti", "Fatimənin qətli", "Kərbəla davası", "Mədinə səfəri", "Müslümün qətli", "Kərbəla müsibəti", "Əlinin qətli" və s.) əksəriyyətinin məzmunu dramatikdir. Bunlar həm Kərbəla hadisələrini, həm Kərbəla faciəsindən əvvəlki hadisələri (məsələn, Həzrət Əlinin Məhəmməd (s) peyğəmbərin qızı Fatimeyi-Zəhra ilə evlənməsi, İmam Hüseynin uşaqlıq çağları, Məhəmməd peyğəmbərin və Fatimənin vəfatı və s.), həm də Aşuradan sonra baş verənləri ("Vəfati-Səkinə", "Musanın şəbihi", "Muxtarın şəbihi" və s.) göstərməyə xidmət edir. "Ömər cəhənnəmdə", "Tərs toy" kimi bəzi şəbihlər isə parodiya janrındadır, burada ikinci xəlifə Ömər, Şümür, Yezid, İbn Ziyad, bir sözlə Kərbəla müsibətini törədənlər və ya Kərbəla faciəsinin baş verməsində günahkar olanlar lağa qoyulur, gülünc vəziyyətdə təqdim edilirlər. Şəbih tamaşaları Azərbaycanda professional teatrın inkişafına da öz təsirini göstərmişdi. Azərbaycan teatrının H. Ərəblinski, S. Ruhulla, M. A. Əliyev, A. M. Şərifzadə, İ. İsfahanlı kimi görkəmli aktyorları professional səhnəyə qədəm qoymamışdan əvvəl şəbih tamaşalarında bir aktyor kimi yetişmişlər. Azərbaycan səhnəsinin qocaman xadimlərindən biri Rüstəm Kazımov on beş ildən artıq şəbih tamaşalarında rejissorluq etmiş, istedadlı gəncləri öz ətrafına toplamışdı. | https://az.wikipedia.org/w/index.php?curid=621342 |
Şəbikəndi (Biləsuvar) | Şəbikəndi (fars. شابي كندي) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (27 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=751961 |
Şəbistər | Şəbüstər (həmçinin Şəbistər və yerli əhalinin ləhcəsində Çəvistər olaraq adlanır) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Şəbüstər şəhristanının inzibati mərkəzi. Təbrizin yaxınlığında yerləşir. Şəbüstər keçmişdə Təbriz xanlığının Ərvənəq (və ya Güney) mahalının mərkəzi idi. | https://az.wikipedia.org/w/index.php?curid=535324 |
Şəbistər Şəhristanı | Şəbüstər şəhristanı (fars. شهرستان شبستر) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri. İnzibati mərkəzi Şəbüstər şəhəridir. Şəbüstər şəhristanının şəhərləri Şəbüstər şəhristanının bəxşləri Mərkəzi bəxşi İnzibati mərkəzi: Şəbüstər: digər şəhərləri: Xamənə, Kuzəkonan, Şərəfxana, Şindabad, Sis, Vəyqan DEHİSTANLARI: Güney-i Mərkəzi dehistanı KƏNDLƏRİ: Əlibəyli, Dəryan, Kafi-ül Mülk, Köşk, Məşnəq, Şəngülabad, Yusifabad Güney-i Şərqi dehistanı KƏNDLƏRİ: Bənis, Dizac Xəlil, Novcadeh (Nüvədi), Şanican Sis dehistanı KƏNDLƏRİ: Əlişah, Əmir Zəkəriyyə, Ağkəhriz, Bəycəxatun, Dərvişbaqqal, Qulamlı, Məlikzadə, Saribanqulu, Zəngi, Zinab Sufiyan bəxşi İnzibati mərkəzi: Sufiyan DEHİSTANLARI: Çilləxana dehistanı KƏNDLƏRİ: Əndəbil, Çilləxana-i Ülya (Yuxarı Çilləxana), Çilləxana-i Süfla (Aşağı Çilləxana), Gərrus, Heydərabad, Kələş, Xacə Mərcan, Mərv Dizac, Qaraağac, Qumtəpə, Təzəkənd Mişov-i Cənubi dehistanı KƏNDLƏRİ: Əliəkbərli, Bağ-i Vəzir, Gülabad, Haruniyə, Kündrud, Mehtərəhməd, Nəzərli, Nemətullah, Sərkənd-i Dizac / Sərkənd Dizə (Sərkəndizə) / Başkənd Dizac, Səfidkəmər Rudqat dehistanı KƏNDLƏRİ: Alçaməlik, Ammnad, Çıraqlı, Hərzənəq, İvənd, Kəlankəş, Köhül, Lər, Məzrayə, Münəvvər, Mücümbar, Pərdül, Sər, Sührul, Təzəkənd, Torp, Vərkəş, Zabarlı, Zeynabad Təsuc bəxşi İnzibatı mərkəzi: Təsuc DEHİSTANLARI: Çöhrəqan dehistanı KƏNDLƏRİ: Əmistican, Əngüştcan, Çöhrəqan, Çeşməkonan, Qılmansaray, Qızılca, Topçu Güney-i Qərbi dehistanı KƏNDLƏRİ: Almaz, Həftçeşmə, Heris, Heydərabad, Qala-i Mərağuş, Qaratəpə, Şeyxvəli, Til Xarici keçidlər Şərqi Azərbaycan ostanının rəsmi saytı Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine Tanınmış Şəxsiyyətləri Aqşin Ağkəmərli Şeyx Mahmud Şəbüstəri Mirzə Əli Möcüz Hüseyin Məhəmmədxani güneyli Əbdüləli Mücazi Məhəmməd Tağı Zehtabi Məhəmmədəli Neqabi Əkbər Salehi | https://az.wikipedia.org/w/index.php?curid=94920 |
Şəbistər şəhristanı | Şəbüstər şəhristanı (fars. شهرستان شبستر) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri. İnzibati mərkəzi Şəbüstər şəhəridir. Şəbüstər şəhristanının şəhərləri Şəbüstər şəhristanının bəxşləri Mərkəzi bəxşi İnzibati mərkəzi: Şəbüstər: digər şəhərləri: Xamənə, Kuzəkonan, Şərəfxana, Şindabad, Sis, Vəyqan DEHİSTANLARI: Güney-i Mərkəzi dehistanı KƏNDLƏRİ: Əlibəyli, Dəryan, Kafi-ül Mülk, Köşk, Məşnəq, Şəngülabad, Yusifabad Güney-i Şərqi dehistanı KƏNDLƏRİ: Bənis, Dizac Xəlil, Novcadeh (Nüvədi), Şanican Sis dehistanı KƏNDLƏRİ: Əlişah, Əmir Zəkəriyyə, Ağkəhriz, Bəycəxatun, Dərvişbaqqal, Qulamlı, Məlikzadə, Saribanqulu, Zəngi, Zinab Sufiyan bəxşi İnzibati mərkəzi: Sufiyan DEHİSTANLARI: Çilləxana dehistanı KƏNDLƏRİ: Əndəbil, Çilləxana-i Ülya (Yuxarı Çilləxana), Çilləxana-i Süfla (Aşağı Çilləxana), Gərrus, Heydərabad, Kələş, Xacə Mərcan, Mərv Dizac, Qaraağac, Qumtəpə, Təzəkənd Mişov-i Cənubi dehistanı KƏNDLƏRİ: Əliəkbərli, Bağ-i Vəzir, Gülabad, Haruniyə, Kündrud, Mehtərəhməd, Nəzərli, Nemətullah, Sərkənd-i Dizac / Sərkənd Dizə (Sərkəndizə) / Başkənd Dizac, Səfidkəmər Rudqat dehistanı KƏNDLƏRİ: Alçaməlik, Ammnad, Çıraqlı, Hərzənəq, İvənd, Kəlankəş, Köhül, Lər, Məzrayə, Münəvvər, Mücümbar, Pərdül, Sər, Sührul, Təzəkənd, Torp, Vərkəş, Zabarlı, Zeynabad Təsuc bəxşi İnzibatı mərkəzi: Təsuc DEHİSTANLARI: Çöhrəqan dehistanı KƏNDLƏRİ: Əmistican, Əngüştcan, Çöhrəqan, Çeşməkonan, Qılmansaray, Qızılca, Topçu Güney-i Qərbi dehistanı KƏNDLƏRİ: Almaz, Həftçeşmə, Heris, Heydərabad, Qala-i Mərağuş, Qaratəpə, Şeyxvəli, Til Xarici keçidlər Şərqi Azərbaycan ostanının rəsmi saytı Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine Tanınmış Şəxsiyyətləri Aqşin Ağkəmərli Şeyx Mahmud Şəbüstəri Mirzə Əli Möcüz Hüseyin Məhəmmədxani güneyli Əbdüləli Mücazi Məhəmməd Tağı Zehtabi Məhəmmədəli Neqabi Əkbər Salehi | https://az.wikipedia.org/w/index.php?curid=535325 |
Şəbiyan | Şəbiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 224 nəfərdir ki onunda 111 nəfəri kişi, 113 nəfəri qadındır. | https://az.wikipedia.org/w/index.php?curid=88104 |
Şəbiyev Alim | Şəbiyev Alim Böyükağa oğlu (31 mart 1968, Yardımlı rayonu – 9 aprel 1993, Kəlbəcər rayonu) — 1-ci Qarabağ müharibəsinin şəhidi Alim Şəbiyev 1968-ci il martın 31-də Yardımlı rayonunda anadan olub. Hərbi xidməti Şəbiyev Alim Böyükağa oğlu orta məktəbi bitirdikdən sonra 1986-1988 -ci illərdə Belarusiyanın Qrodni şəhərində N saylı hərbi hissədə Tank qosşunları diviziyasında qulluq etmişdir. 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Şəbiyev Alim 09.04.1993-cü il tarixdə Kəlbəcər istiqamətində, məşhur "Murov əməliyyatında" iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. 01.05.1993 tarixində Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində adına küçə verilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=725849 |
Şəbiyev Alim Böyükağa | Şəbiyev Alim Böyükağa oğlu (31 mart 1968, Yardımlı rayonu – 9 aprel 1993, Kəlbəcər rayonu) — 1-ci Qarabağ müharibəsinin şəhidi Alim Şəbiyev 1968-ci il martın 31-də Yardımlı rayonunda anadan olub. Hərbi xidməti Şəbiyev Alim Böyükağa oğlu orta məktəbi bitirdikdən sonra 1986-1988 -ci illərdə Belarusiyanın Qrodni şəhərində N saylı hərbi hissədə Tank qosşunları diviziyasında qulluq etmişdir. 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Şəbiyev Alim 09.04.1993-cü il tarixdə Kəlbəcər istiqamətində, məşhur "Murov əməliyyatında" iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. 01.05.1993 tarixində Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində adına küçə verilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=722593 |
Şəbli | Şəbli (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Şəbli (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Şəbli (Puldəşt) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şəbli (Puldəşt) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. | https://az.wikipedia.org/w/index.php?curid=765536 |
Şəbli (Bostanabad) | Şəbli (fars. شبلي) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 160 nəfər yaşayır (20 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=687339 |
Şəbli (Ərdəbil) | Şəbli (fars. شبلو) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 617 nəfər yaşayır (130 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=765523 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.