!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şəbnəm Cəbrayılova
Şəbnəm Şükür qızı Cəbrayılova (23 mart 1990, Mingəçevir) — İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası. Şəbnəm Cəbrayılova 23 mart 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1997-ci ildə 10 saylı orta məktəbə daxil olmuş və 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və kino aktyoru" ixtisasına qəbul olmuşdur. Kurs rəhbərləri Ötkəm İsgəndərov və Zenfira Nərimanova olmuşdur. 2013-cü ildə universiteti bitirdikdən sonra 2014-cü ildə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamışdır. Filmoqrafiya Həyat varsa İzi itməyən cinayətlər Teatr səhnəsindəki rolları Xaqani Əliyev "Xanbəzəmə oyunu" 2014-cü il Xeyrəddin Qoca "Vəzifə dəlisi" 2014-cü il Kamal Abdulla "Səsimdən yapış…" Hidayət "Burdan minatlı keçdi" 2014-cü il Nodar Dumbadze "Didro" 2015-ci il Demet Çizmeli və Barış Pinar "Cumhuriyyətin ilk sədası" 2015-ci il Xaqani Əliyev "Nəsrəddin evlənir" 2015-ci il Marat Haqverdiyev "Ağ ölüm" 2015-ci il Çingiz Ələsgərli "Nağıl" 2015-ci il İftixar "Qalx ayağa, Azərbaycan!" 2014-cü il İftixar "Çəpişlər və canavar" 2016-cı il Fridrix Şiller "Məkr və məhəbbət" 2015-ci il Hidayət "İrəvanda xal qalmadı" 2015-ci il İftixar "Qurtuluş" 2013-cü il Elçin "O da aşiq ola…" 2016-cı il İftixar "Qanlı "Qızıl" toy" 2017-ci il Xalid Hüseyni "Min möhtəşəm günəş" 2017-ci il Cəfər Cabbarlı "Vəfalı Səriyyə" 2017-ci il Mar Baciyev "Ömür qatarı" 2018-ci il Hidayət "Ömürdən uzun gecə" 2018-ci il
https://az.wikipedia.org/w/index.php?curid=538087
Şəbnəm Fərah
Şəbnəm Fərah – (d. 12 aprel 1972, Yalova), türk musiqiçisi. Şəbnəm Fərah 12 aprel 1972 də Üsküpdən Yalovaya gələn ailənin 3 qızından ən balacası olaraq Yalovada dünyaya gəldi. Balaca yaşda musiqi ilə tanış olmasında ailəsinin rolu böyük olmuşdur. Məktəbdə ikən mandolin və solfecio dərsləri almağa başladı. İlk dəfə məktəb illərindəykən məktəb orkestralarında və balaca topluluqlar qabağında səhnə aldı. Pegasus adlı qrup il əbir müddət işlədikdən sonra 80-ci illərin başında Bursada bir studiyanın köməyi ilə xəyalını qurduğu qız qrupu Volvox u qurdu. 1988-ci ildə Volvox ilə bir çox yerdə səhnə alan sənətçinin instituta girməsi ilə qrup yoldaşlarından bir müddət ayrı qaldı. Qrup üzvləri arasında Özləm Tekin kimi adlarından olduğu Volvox 1994 ilində dağılmasından sonra Şebnem Ferah solo karyerasına üstünlük verdi. Onno Tunc və Sezen Aksunun köməyi ilə ilk albomu "Kadın" çıxdı. Həmin albomda olan "Vazgeçtim Dünyadan" adlı mahnı qısa müddətdə çox böyük uğur qazandı. İlk klipini albomun çıxış mahnısı olan "Vazgeçtim Dünyadan" a çəkdikdən sonra,albomda olan "Yağmurlar","Bu aşk fazla sana" və "Fırtına adlı mahnılarına da klip çəkdirdi. 1997-ci ilin aprelində İzmir Ege İnstitutunda verdiyi ilk konsertdə çox böyük maraqla qarşılandı. Albom çalışmasından sonra yurdiçi turneyə çıxan sənətçi bir yandan da bar proqramlarına davam etdi. 1998-də bacısının vəfatı ilə bir müddət aktiv musiqi həyatından uzaq qaldı.Bu uzun səssizliyin sonrasından 1999-cu ildə "Artık kısa cümleler kuruyorum"adlı akbomunu çıxartdı. "Bugün" adlı çıxış mahnısını itirdiyi bacısına həsr etdi.İskəndər Paydaş və Pentagram üzvləri ilə işləyən sənətçi bu albomdan ikinci klipini "Artık kısa cümleler kuruyorum"a çəkdi. Bir sonrakı albom çalışması zamanı 17 avqust 1999-cu il zəlzələsində atasını itirən sənətçi, albom çalışmalarına qısa bir müddət verdikdən sonra 2001-ci ildə "Perdeler" adlı üçüncü albomunu çıxartdı. Ozan Tügen,Buket Doran,Metin Türkcan,Aykan İlkan və Ceren Tügen dən ibarət olan öz qrupu ilə işləməyə başlayan sənətçi bu albomda yer alan "Perdeler" adlı mahnısını Apocalyptica ilə ifa etdi. 2003-cü ildə "Kelimeler Yetse" adlı albomunu çıxardan sənətçi çıxış mahnısı olaraq "Ben şarkımı söylerken" i seçdi. Albom çalışmalarının yanında duetlərə də yer verdi və Müzeyyen Senar, Polad Bülbüloğlu, Kargo, Teoman, İlgi Özdikmenli, Sezen Aksu, Ogün Şalısoy, Haluk Levent və Bülent Ortaçgil kimi sənətçilərlə işlədi. 2 il hazırlıq müddətindən sonra 2005-ci ildə "Can Kırıkları" adlı 5-ci studiya albomunu çıxartdı. İlk klipi "Can kırıkları" adlı mahnıya çəktikdən sonra "Çakıl Taşları"adlı klipi bütün musiqi kanallarında göstərilməyə başladı. 10 mart 2007-ci il tarixində Bostancı Gösteri Mərkəzində Orhan Şallıel başcılığı altında olan İstanbul Senfoni Projesi Orkestrası ilə verdiyi konsertin DVD-si və Cd-si sənətçinin ilk konsert albomu olaraq çıxdı və konsert albomu 500 min nüsxə ilə satıldı. 1996: — "Kadın" 1999: — "Artık Kısa Cümleler Kuruyorum" 2001: — "Perdeler" 2003: — "Kelimeler Yetse" 2005: — "Can Kırıkları" 2007: — "10 Mart 2007 İstanbul Konseri" 2009: — "Benim Adım Orman"
https://az.wikipedia.org/w/index.php?curid=55431
Şəbnəm Həsənli-Qəribova
Şəbnəm Həsənli-Qəribova — Azərbaycanlı gənc alim, Filologiya üzrə elmlər doktoru, dosent[mənbə göstərin] Filologiya elmləri doktoru Şəbnəm Rasim qızı Həsənli-Qəribova 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. Birinci kurs tələbəsi ikən AMEA Nəsimi adına Dilçilik İnstitutu Bakı dilçilik məktəbinin keçirdiyi "Gənc dilçilərin müsabiqəsi"ndə "Türk dünyasının ilk ensiklopediyası" adlı məruzə ilə çıxış edərək birinci dərəcəli Fəxri diploma layiq görülmüşdür. 2008-ci ildə Türk dili və ədəbiyyatı ixtisasının bakalavr pilləsini Mirzə Kazımbəy adına təqaüdlə bitirmişdir. 2008–2010-cu illərdə BDU Şərqşünaslıq fakültəsində Türk dili ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. Magistr dövründə Bakı Dövlət Universitetində 90 illiyinə həsr olunmuş "50+50" qrant layihəsinin qalibi olmuş və 2 il müddətinə bu layihəni həyata keçirmişdir. 2009-cu ildə "M. Kaşğarinin Divanü-luğat-it-türk" əsərində feilin zamanları" mövzusunda məruzəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Ən yaxşı tələbə elmi-tədqiqat işi" müsabiqəsinin qalibi olmuşdur. 2009-cu ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi fəaliyyətə başlamış, laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2012-ci illərdə BDU Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2011–2014-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktoru pilləsi üzrə doktoranturada təhsili almış, "XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası" mövzusunda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2017-ci ildə gənc alim kimi uğurlu fəaliyyətinə görə Azərbaycan Gənc alimlərinin I Qurultayına nümayəndə olaraq seçilmişdir. 2018-ci ildə AAK-ın qərarı ilə Türk dilləri ixtisası üzrə dosentlik elmi adına layiq görülmüşdür. 2019-cu ildə AMEA Rəyasət Heyətində keçirilən "Gənc qadınlar elmdə" müsabiqəsində göstərdiyi elmi fəaliyyətə görə ikinci yerə layiq görülmüş və Fəxri diplom ilə təltif olunmuşdur.. 2019–2021-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Dilçilik araşdırmaları" elmi jurnalının məsul redaktoru olmuşdur. 2017-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin elmlər doktorluğu üzrə dissertantı olmuşdur. 2022-ci ildə "XIII-XVI əsrlər Türk dillərində elmi üslubu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2023-cü ildə Türk dilləri ixtisası üzrə filologiya elmlər doktoru elmi dərəcəsi almışdır. Dilçiliyin müxtəlif sahələrinə, xüsusilə, türkologiya, türk dillərinin tarixi-müqayisəli tədqiqi, leksikologiya, dil tarixi, dil nəzəriyyəsi və dil əlaqələri ilə bağlı 6 monoqrafiyanın, 6 lüğətin, 3 kitabın, 140-a yaxın məqalənin müəllifidir. Tədqiqatlarında XI–XII əsrlər türk dillərinin etnoqrafik leksikası, orta əsrlərdə elmi üslubun formalaşması, türk dillərində söz yaradıcılığı prosesi, müasir türk dillərinin leksik-qrammatik xüsusiyyətləri araşdırılmışdır. O, Türkiyə, Qazaxıstan, İtaliya, Almaniya, Rumıniya, Əfqanıstan, Polşa və s. ölkələrdə beynəlxalq konfranslarda iştirak etmişdir. 1. "XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası", Bakı, Avropa, 2015, 328 səh. 2. "Oğuz qrupu türk dillərində isimlərdə söz yaradıcılığı", Bakı, Avropa, 2017 190 səh. 3. "Azərbaycan xalq cümhuriyyəti və milli ədəbi dilin inkişafı tarixi" (1918–2018), həmmüəllif, Bakı, Avropa, 2018, 488 səh. 4. "Türk dillərin elmi üslubun tarixi qaynaqları" , Bakı, Elm, 2019, 200 səh. 5. "Orta esrler türk dillerinde elmi üslubun inkişafı", Türkiye, Akçağ yayınları,2021,218 səh. 6. "Türk dillərində elmi üslubun leksik-qrammatik xüsusiyyətləri", Bakı, Elm,2022, 270 səh. 7. "Ulduzlar sönmür, şəhidlər ölmür", Bakı, Nurlan, 2009, 200 səh. 8. "Ömrün zirvəsində", Bakı, Savad, 2021, 408 səh. 9. "Elmin zirvələrində" , Bakı, Avropa, 2016, 176 səh. 10. "Biobiblioqrafik göstərici", Bakı, Elm, 2020, 156 səh. 11. "XI-XII əsrlər türk etnoqrafizmlərinin izahlı lüğəti", Bakı, Xəzər, 2015, 282 səh. 12. " Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti" (həmmüəllif), Bakı, Elm, 2016, 232 səh. 13. "İzahlı yeni terminlər lüğəti" II cild. (həmmüəllif), Bakı, Elm, 2018, 240 səh. 14. "İzahlı dilçilik terminləri lüğəti", (həmmüəllif), Bakı, Elm, 2019, 1198 səh. 15. "Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti"nin (həmmüəllif), Bakı, Elm, 2020, 416 səh .
https://az.wikipedia.org/w/index.php?curid=796115
Şəbnəm Paker
Şəbnəm Paker (türk. Şebnem Paker; 4 sentyabr 1977, İstanbul) — türk müğənni, gitaraçı və musiqi müəllimi. 1992–1996-cı illərdə İstanbul Universiteti Konservatoriyasının klassik gitara bölməsində təhsil alıb. Daha sonra Mərmərə Universitetinin musiqi fakültəsində vokal təhsili alıb. Paker 1996 və 1997-ci illərdə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və müvafiq olaraq 12-ci və 3-cü yerləri tutmuşdur. 1997-ci ilin avqust ayında "Dinle" adlı ilk və yeganə albomunu buraxıb.Hazırda Türkiyənin İstanbul şəhərində orta məktəb müəllimidir. O, həmçinin hazırda Türkiyənin incəsənət universitetlərində istifadə olunan dərsliyin həmmüəllifidir. Xarici keçidlər Şimdilerde — Şebnem Paker (29.03.2020) (türk.)
https://az.wikipedia.org/w/index.php?curid=781187
Şəbnəm Tapdıq
Şəbnəm Tapdıq (19 yanvar 1962-ci il) — müğənni, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti, Şəbnəm Tapdıqova 1962-ci il yanvarın 19-da Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdıqın ailəsində anadan olub 190 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin tələbəsi olub. Elə o vaxt Dövlət Televiziya və Radio verilişləri komitəsinin mahnı müsabiqəsindən başlayıb. Ş.Tapdıqova həmin müsabiqələrin dəfələrlə qalibi olub. Rəşid Behbudov, Şövkət ələkbərova, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa görkəmli sənət adamları onun çıxışlarını təqdir etmişlər. Televiziyanın “Xatirə”, “Dan Ulduzu” ansambllarının müşayiəti ilə oxuduğu bəstəkar xalq, estrada mahnıları və həmçinin fransız, ərəb mahnılarının ifa edib. 7 il Azərbaycan Konsert Birliyində, 5 il R.Behbutov adına Mahnı teatrında solist kimi işləmişdir. Onun ifası bədii film və tamaşalarda istifadə olunmuşdur. Ş.Tapdıqova Dövlət Televiziya və Radionun geniş proqramlı konsertlərində çıxışlar etmişdir. Şəfiqə Axundovanın “Bəyaz Çiçəklər” ansamblı ilə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anşlaq konsertlər vermişdir. Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Lənkəran, Saatlı şəhərlərində uğurla solo konsertlər vermişdir. Moskvada Azərbaycan tədbirlərində iştirak etmişdir. 1989 ildə Türkiyə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Ş.Tapdıqova Ankarada Atatürk adına “türk musiqisi” ocağının qonağı olmuş məşhur musiqiçi Mehmet Özbəyin rəhbərlik etdiyi ansamblı ilə geniş proqramla solo konsertlər vermişdir. Samsunda keçirilən mahnı festivalında da çıxış etmişdir. Onun ifaçılığı bir çox əmək kollektivlərinin, rəsmi təşkilatların fəxri fərmanları, təşəkkür məktubları ilə qeyd edilmişdir. Ş.Tapdıqova “İrs” ansamblı ilə 1985-ci ildən əməkdaşlıq edir. 2002-ci ildən müntəzəm olaraq “İrs”lə yeni mahnılar, konsert proqramları hazırlayır. 7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına layiq görülüb
https://az.wikipedia.org/w/index.php?curid=695148
Şəbnəm Tapdıqova

https://az.wikipedia.org/w/index.php?curid=695033
Şəbnəm Xeyrulla
Xeyrullayeva Şəbnəm Ceyhun qızı 1987-ci il noyabrın 4-ü Bakının Sabunçu rayonunda anadan olmuşdur. 1994-2005-ci illərdə Balaxanı qəsəbəsində yerləşən M.ƏSabir adına orta məktəbdə təhsil almışdır. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr, 2009-2011-ci illərdə isə həmin fakültənin magistr pilləsində təhsil almışdır. ANS Telekanalında çalışmağa başlamazdan öncə, digər telekanallarda fərqli vəzifələrdə çalışmışdır. 2012-ci ildən ANS TV-nin "Alın Yazısı" verilişinin müəllifi və aparıcısıdır. 2013-cü ildən isə "Keçmişə Salam" verilişində də aparıcı kimi çalışır.
https://az.wikipedia.org/w/index.php?curid=428953
Şəbnəm Şükür qızı Cəbrayılova
Şəbnəm Şükür qızı Cəbrayılova (23 mart 1990, Mingəçevir) — İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası. Şəbnəm Cəbrayılova 23 mart 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1997-ci ildə 10 saylı orta məktəbə daxil olmuş və 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və kino aktyoru" ixtisasına qəbul olmuşdur. Kurs rəhbərləri Ötkəm İsgəndərov və Zenfira Nərimanova olmuşdur. 2013-cü ildə universiteti bitirdikdən sonra 2014-cü ildə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamışdır. Filmoqrafiya Həyat varsa İzi itməyən cinayətlər Teatr səhnəsindəki rolları Xaqani Əliyev "Xanbəzəmə oyunu" 2014-cü il Xeyrəddin Qoca "Vəzifə dəlisi" 2014-cü il Kamal Abdulla "Səsimdən yapış…" Hidayət "Burdan minatlı keçdi" 2014-cü il Nodar Dumbadze "Didro" 2015-ci il Demet Çizmeli və Barış Pinar "Cumhuriyyətin ilk sədası" 2015-ci il Xaqani Əliyev "Nəsrəddin evlənir" 2015-ci il Marat Haqverdiyev "Ağ ölüm" 2015-ci il Çingiz Ələsgərli "Nağıl" 2015-ci il İftixar "Qalx ayağa, Azərbaycan!" 2014-cü il İftixar "Çəpişlər və canavar" 2016-cı il Fridrix Şiller "Məkr və məhəbbət" 2015-ci il Hidayət "İrəvanda xal qalmadı" 2015-ci il İftixar "Qurtuluş" 2013-cü il Elçin "O da aşiq ola…" 2016-cı il İftixar "Qanlı "Qızıl" toy" 2017-ci il Xalid Hüseyni "Min möhtəşəm günəş" 2017-ci il Cəfər Cabbarlı "Vəfalı Səriyyə" 2017-ci il Mar Baciyev "Ömür qatarı" 2018-ci il Hidayət "Ömürdən uzun gecə" 2018-ci il
https://az.wikipedia.org/w/index.php?curid=538088
Şəbpərə
Şəbpərə (lat. Myotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi. Ölçüləri xırdadan iriyə qədərdir. Qanadları enli və kütdür. Mahmızın əsasında epiblema adətən olmur və ya zəif ikişaf etmişdir. Quyruğun ucu omaarası pərdədən 1–3 mm kənara çıxır. Qulaqları zərif dərili, zirvəyə doğru daralmış, hündürlüyü enindən xeyli çoxdur. Düz və ensiz traqus aşağı 1/3 hissəsində daha enlidir. Sıx və hündür xəzin rəngi çox vaxt tutqun olub qonur, qəhvəyi və boz çalarlar üstünlük təşkil edir. Dişlərinin sayı dəstədə maksimal olub 38 –dir. Bu cins hamarburunlar fəsiləsində ən ibtidai hesab edilir. Şimalda qütb dairəsinə qədər bütün materiklərdə yayılmışdır. Ekoloji plastik qrup olub müxtəlif təbii şəraitlərə uyğunlaşmışdir. Tam qaranlıq düşəndən sonra gec, yavaş və sakit uçması səciyyəvidir. 100-ə yaxın növü təsvir edilmişdir ki, bunlardan Qafqazda 8, Azərbaycanda 5 növ aşkar edilmişdir. Yarımcins: Myotis Yarımcins: Chrysopteron Yarımcins: Selysius Yarımcins: Isotus Yarımcins: Leuconoe Yarımcins: Pizonyx Yarımcins: Cistugo
https://az.wikipedia.org/w/index.php?curid=490870
Şəbxana (Kəleybər)
Şəbxana (fars. شبخانه) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (10 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=686311
Şəbüstər
Şəbüstər (həmçinin Şəbistər və yerli əhalinin ləhcəsində Çəvistər olaraq adlanır) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Şəbüstər şəhristanının inzibati mərkəzi. Təbrizin yaxınlığında yerləşir. Şəbüstər keçmişdə Təbriz xanlığının Ərvənəq (və ya Güney) mahalının mərkəzi idi.
https://az.wikipedia.org/w/index.php?curid=53787
Şəbüstər şəhristanı
Şəbüstər şəhristanı (fars. شهرستان شبستر) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri. İnzibati mərkəzi Şəbüstər şəhəridir. Şəbüstər şəhristanının şəhərləri Şəbüstər şəhristanının bəxşləri Mərkəzi bəxşi İnzibati mərkəzi: Şəbüstər: digər şəhərləri: Xamənə, Kuzəkonan, Şərəfxana, Şindabad, Sis, Vəyqan DEHİSTANLARI: Güney-i Mərkəzi dehistanı KƏNDLƏRİ: Əlibəyli, Dəryan, Kafi-ül Mülk, Köşk, Məşnəq, Şəngülabad, Yusifabad Güney-i Şərqi dehistanı KƏNDLƏRİ: Bənis, Dizac Xəlil, Novcadeh (Nüvədi), Şanican Sis dehistanı KƏNDLƏRİ: Əlişah, Əmir Zəkəriyyə, Ağkəhriz, Bəycəxatun, Dərvişbaqqal, Qulamlı, Məlikzadə, Saribanqulu, Zəngi, Zinab Sufiyan bəxşi İnzibati mərkəzi: Sufiyan DEHİSTANLARI: Çilləxana dehistanı KƏNDLƏRİ: Əndəbil, Çilləxana-i Ülya (Yuxarı Çilləxana), Çilləxana-i Süfla (Aşağı Çilləxana), Gərrus, Heydərabad, Kələş, Xacə Mərcan, Mərv Dizac, Qaraağac, Qumtəpə, Təzəkənd Mişov-i Cənubi dehistanı KƏNDLƏRİ: Əliəkbərli, Bağ-i Vəzir, Gülabad, Haruniyə, Kündrud, Mehtərəhməd, Nəzərli, Nemətullah, Sərkənd-i Dizac / Sərkənd Dizə (Sərkəndizə) / Başkənd Dizac, Səfidkəmər Rudqat dehistanı KƏNDLƏRİ: Alçaməlik, Ammnad, Çıraqlı, Hərzənəq, İvənd, Kəlankəş, Köhül, Lər, Məzrayə, Münəvvər, Mücümbar, Pərdül, Sər, Sührul, Təzəkənd, Torp, Vərkəş, Zabarlı, Zeynabad Təsuc bəxşi İnzibatı mərkəzi: Təsuc DEHİSTANLARI: Çöhrəqan dehistanı KƏNDLƏRİ: Əmistican, Əngüştcan, Çöhrəqan, Çeşməkonan, Qılmansaray, Qızılca, Topçu Güney-i Qərbi dehistanı KƏNDLƏRİ: Almaz, Həftçeşmə, Heris, Heydərabad, Qala-i Mərağuş, Qaratəpə, Şeyxvəli, Til Xarici keçidlər Şərqi Azərbaycan ostanının rəsmi saytı Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine Tanınmış Şəxsiyyətləri Aqşin Ağkəmərli Şeyx Mahmud Şəbüstəri Mirzə Əli Möcüz Hüseyin Məhəmmədxani güneyli Əbdüləli Mücazi Məhəmməd Tağı Zehtabi Məhəmmədəli Neqabi Əkbər Salehi
https://az.wikipedia.org/w/index.php?curid=78605
Şəbədə
Şəbədə — mövzu etibarilə məzəmmət, lağ, yüngül istehza xarakteri daşıyan şeir parçaları. Folklorda və aşıq poeziyasında xüsusilə geniş yayılmışdır. Şəbədədə hər hansı şəxsin davranışındakı, məişətindəki, xarakterindəki bu və ya digər naqis, qüsurlu cəhəti götürülərək məzəmmət və lağ etməklə daha da qabarıqlaşdırılır. Aşıq Ələsgərin aşağıdakı gəraylısı şəbədəyə nümunə ola bilər: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
https://az.wikipedia.org/w/index.php?curid=673704
Şəbəklər
Şəbəklər – İraqın şimalında yaşayan kürdlərin subetnik qrupu. Hazırda İraqın şimalında Kərkük və Mosul şəhərləri arasında 72 kənddə təxminən 400 min nəfər şəbək yaşadığı ehtimal olunur. Şəbəklərin təxminən 70%-i islamın şiə təriqətinə etiqad edir. Xarici keçidlər alshabak.net Arxivləşdirilib 2020-07-15 at the Wayback Machine Shabak News Arxivləşdirilib 2009-02-02 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=84274
Şəbəkə
Şəbəkə (zərgərlik) — Zərgərlikdə üsul. Şəbəkə (bürc) — Göyün cənub yarımkürəsində bürc. Şəbəkə (film, 2011) — Qısametrajlı bədii film. Şəbəkə (memarlıq) — Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətində bədii konstruktiv forma olan qeyri-maddi mədəni irs nümunəsi. Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemi.
https://az.wikipedia.org/w/index.php?curid=759768
Şəbəkə (dəqiqləşdirmə)
Şəbəkə (zərgərlik) — Zərgərlikdə üsul. Şəbəkə (bürc) — Göyün cənub yarımkürəsində bürc. Şəbəkə (film, 2011) — Qısametrajlı bədii film. Şəbəkə (memarlıq) — Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətində bədii konstruktiv forma olan qeyri-maddi mədəni irs nümunəsi. Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemi.
https://az.wikipedia.org/w/index.php?curid=371504
Şəbəkə (film, 2011)
Filmdə ruhi xəstəxanadakı xəstələrin taleyi işıqlandırılır. Fəridə (Həcər Ağayeva) adlı həkimin gəldiyi qənaətə görə, onun xəstəsi Gülzar (Nargilə Qəribova) heç də ruhi xəstə deyil. Fəridə bunu Gülzara sübut etməyə çalışır. Onunla birlikdə palataları gəzir və Gülzara əsl xəstələrlə onun arasında olan fərqi göstərməyə çalışır. Lakin Gülzar buna fikir vermək istəmir. Psixoterapiyadan əlacı kəsilən Fəridə qızın atası (Əbdül Mahmudov) ilə görüşməyə qərar verir. Bu görüşdən sonra Gülzarın psixi pozğunluğunun onun uşaqlıq xatirələri və şəbəkə ilə bağlı olduğu məlum olur. Film haqqında Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində çəkilmiş və bu müsabiqənin 2010-cu ildəki qalibi olmuşdur. Filmin istehsalat konsepsiyası Gənc Film İstehsalçıları Assosiasiyasınındır. Filmin texniki təchizat və post-prodakşn məsələlərini Butafilm kino şirkəti həll etmişdir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Səbinə Hüseynli Quruluşçu rejissor: Kəmalə Rzayeva Quruluşçu operator: Rövşən Quliyev Quruluşçu rəssam: Törə Ağabəyova Bəstəkar: Firudin Allahverdi Rejissor: Ənvər Həsənov Redaktor: Ramiz Fətəliyev Qrim rəssamı: Cəmilə Məmmədova Səs rejissoru: Orxan Ağalarov Səs operatoru: Zaur Məmmədov Operator assistenti: İlham Babayev İşıq ustası: Tahir Bağırov Montaj rejissoru: İrakli Lomsadze Titrlər: Gülçin Axundlu Post-prodakşn üzrə koordinator: Ceyhun İbrahimoğlu Çəkiliş məkanları üzrə koordinator: Atamalı Həsənov Prodüser assistenti: Səbinə Abdullayeva Nəqliyyat üzrə koordinator: Tofiq Hüseynov Mətbuat üzrə katib: Lalə Əliyeva Çəkiliş texnikası üzrə icraçı prodüser: Vidadi Rüstəmov Filmin direktoru: Rövşən Ağayev Xətti prodüser: Olqa Şabanova Baş prodüser: Zemfira Babayeva Nargilə Qəribova — Gülzar Həcər Ağayeva — Fəridə Əhməd Salahov — Rüfət Əbdül Mahmudov — Gülzarın atası (Şeyx Əbdül kimi) Mehriban Xanlarova — Gülzarın xalası Aliyə Mikayılova — Qətibə Ramil Zeynalov — Fəridənin nişanlısı Rəna Axundova — 1-ci xəstə Zemfira Əbdülsəmədova — 2-ci xəstə Şəlalə Şahvələdqızı — 3-cü xəstə Məsumə Babayeva — 4-cü xəstə Küşvər Şərifova — 5-ci xəstə İmran Quliyev — 6-cı xəstə Nurbəniz Niftəliyeva — sanitar Əli Həsənov — sanitar Filmi səsləndirənlər Elşən Rüstəmov — Rüfət (Əhməd Salahov) (titrlərdə yoxdur) Çəkilişə köməklik edən qurumlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Dəmir Yolları Çəkilişə kömək edənlər Arif Əsgərov (Azərbaycan Dəmir Yolları) İlqar Nəcəf (Butafilm) Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=325251
Şəbəkə (memarlıq)
Şəbəkə sənəti — Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətində bədii konstruktiv forma olan qeyri-maddi mədəni irs nümunəsi. Azərbaycan ustalarının yapışqan və ya mismarsız kiçik odun parçalarını rəngli şüşələrlə tamamlayaraq, hazırladığı pəncərə.XI əsr-XII əsrlərdən etibarən Azərbaycan memarlığında tətbiq edilir. Dekorativ sənət növlərindən olan şəbəkə incəsənət əsəri sənətkarın yığdığı rəngli kiçik şüşə parçalarını yapışqan və mıx olmadan bir-birinə bənd edən ağac elementlərindən ibarət müstəvidir. Şəbəkə sənətinin əsas "sirri" balaca alətlərin – arasına kiçik şüşə parçalarının qoyulduğu çıxıntısı və girintisi olan ağac hissələrin bir-birinə keçirilməsidir. Ağac hissələr bərk oduncaqlı ağac növlərindən – şümşad, qoz, fıstıq və palıd ağacından hazırlanır. Tor və ya barmaqlıq mənasını verən şəbəkənin naxışları Günəşi, həyat enerjisini, zamanın əbədi axarını və kainatın sonsuzluğunu simvolizə edir. Şəbəkənin quruluşu Şəbəkə səthinin ölçüləri əşyaların funksional təyinatından asılı olaraq bir neçə kvadrat santimetrdən bir neçə kvadrat metrədək dəyişilə bilər. Şəbəkə sənəti əsərlərini memarlıqla əlaqəsindən asılı olaraq memarlıq qurğusunun hissəsi – qapı, pəncərə, pilləkən məhəccəri və şirma, çıraq, sandıq, dolab kimi interyerdə istifadə edilən ayrı-ayrı əşyalar olmaqla iki istiqamətdə təsnif etmək mümkündür. Şəbəkə ornamentinin əsasını daha çox düzgün formalı həndəsi fiqurlar təşkil etdiyi üçün şəbəkə kompozisiyalarının həmin fiqurların bucaqlarının sayına görə — "səkkiz", "on iki", "on altı" və s. təsnifatlaşdırılması da qəbul edilmişdi. Azərbaycanda şəbəkə sənəti Bədii sənətkarlığın şəhər növü kimi şəbəkə sənəti və rəmzlərinin yayıldığı ərazilər Azərbaycanın tarixi şəhərləri – Şəki, Şuşa, Ordubad, Bakı, Gəncə, Lənkəran, Naxçıvan, həmçinin Rusiya Federasiyası ərazisində yerləşən, azərbaycanlıların yığcam yaşadığı Dərbənd şəhəri olmuşdu. Şəbəkə sənətinin əsas mərkəzi bu ənənənin bu gün də daha artıq xalis, klassik görünüşdə təmsil olunduğu Şəki şəhəridir. Burada həmin sənət növünün XVIII-XIX əsrlərə aid edilən qiymətli inciləri cəmləşmiş, şəbəkə ənənəsi XX əsrin ortalarında bərpa edilərkən öz ikinci nəfəsini məhz buradan almışdı. Şəbəkə sənətinin klassik nümunəsi Şəkidə yerləşən Şəki xanlarının sarayıdır (1762). Sarayın məhz naxışları şəbəkənin canlı ənənəsini və onun vizual dilini tam həcmdə dövrümüzədək gətirib çatdırmışdı. Şəbəkə sənəti və rəmzi özündə Azərbaycan xalqının, kiçik bölgə fərqləri nəzərə alınmazsa, vahid bədii ənənəsini əks etdirir. Misal üçün, hazırlanma texnologiyası baxımından Ordubad şəbəkələri ağac hissələrin bərkidilməsi zamanı bəzən kiçik mismarlardan istifadə olunması ilə fərqlənir. Vizual dil sahəsində Şuşanın bəzi kompozisiyaları xüsusi görünüşə malikdir: burada Zöhrabbəyovların evinin pəncərə şəbəkəsi həndəsi formaların sadəliyi və asketik rəng həlli ilə seçilir. Şəbəkə sənətkarları Şəbəkə sənəti və rəmzlərinin daşıyıcıları xalq sənətkarlarıdır. Tanınmış xalq şəbəkə ustalarından naxçıvanlı Mehdi Mehdiyevin (XIX əsr), Şahbuzlu Abuzər Bədəlovun (XVIII-XIX əsrlər), şəkili Abbasqulunun (XIX əsr) adlarını çəkmək olar. Bu sənətin bilavasitə ötürücüsü, canlı şəbəkə ənənəsini XX əsrə gətirib çatdıran Azərbaycan SSR əməkdar incəsənət xadimi Əbdülhüseyn Babayev (1877–1961) olmuşdu. Şəbəkə ənənəsinin yenidən canlanması daha çox usta Əşrəf kimi tanınan Əşrəf Rəsulovun (1928–1997) adı ilə bağlıdır. Bu gün həmin ənənəni onun oğlu Tofiq (1961-) və nəvəsi İlqar (1990-) davam etdirir. Onlardan başqa bu sahədə Soltan İsmayılov (Şəki), Hüseyn Mustafazadə (Şəki), Cabir Cabbarov (Ordubad), Rafiq Allahverdiyev (Şuşa) geniş fəaliyyət göstərirlər. Bu sənətkarlar tərəfindən bir sıra maraqlı əsərlər yaradılmış və keçmişin bəzi kompozisiyalarının bərpa işləri yerinə yetirilmişdi. Məsələn, Hüseyn Mustafazadə 2002–2004-cü illərdə Almaniyanın "Denkmalpflege Mecklenburg GmbH" (Şirkətin yeni adı: Neumühler Bauhütte GmbH) şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Şəki xanlarının sarayının bərpasında yaxından iştirak etmiş, sarayın qapı və pəncərələrini, tavanın böyük bir hissəsini yüksək bədii ustalıqla bərpa etmişdi. Ərtegin Salamzadə — Tofiq Rəsulov "Şəbəkə". İstanbul-2009;
https://az.wikipedia.org/w/index.php?curid=435378
Şəbəkə (zərgərlik)
Şəbəkə — zərgərlikdə üsul. VIII əsrdə Azərbaycanda qızıl və gümüşdən hazırlanmış zinət şeyləri əsas etibarı şəbəkə üsulu ilə hazırlanırdı. Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur: qızıl və gümüş tellərlə zərgərlik əşyasının özü hazırlanır, qızıl və gümüş tellərlə zərgərlik əşyasının üzəri bəzənir. Həmçinin bax Basma (zərgərlik)
https://az.wikipedia.org/w/index.php?curid=141578
Şəbəkə administratoru
Şəbəkə administratoru (ing. Network administrator) — paylaşdırılmış və ya lokal hesablama şəbəkəsində əməliyyatlara cavabdeh olan şəxs. Şəbəkə administratorunun iş rejimi çox çeşidli ola bilər: yeni avtomatlaşdırılmış işçi yerləri və başqa qurğuların quraşdırılması, istifadəçilərin şəbəkəyə erişiminin (çıxışının) açılması və qapadılması, arxivləşdirmə, mühafizə sisteminin qurulması, ortaq (ümumi) resurslara cari nəzarət, nasaz avadanlıqların təmiri və s. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər Şəbəkə administratoru Arxivləşdirilib 2017-09-27 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=492132
Şəbəkə arxitekturası
Şəbəkə arxitekturası (ing. Network architecture) – aparat vasitələri, funksional səviyyələr, interfeyslər və rabitə protokolları da daxil olmaqla kompüter şəbəkəsinin iç quruluşu. Şəbəkə arxitekturaları etibarlı rabitənin qurulması və informasiyanın ötürülməsinə zəmanət verməklə, həm terminoloji, həm də fiziki standartların təmin olunması üçün hazırlanıb. Şəbəkə arxitekturaları arasında bütün dünyada qəbul olunmuş yeddi səviyyəli ISO/OSI modeli və IBM firmasının Systems Network Architecture (SNA) arxitekturası seçilir; Bu və ya başqa şəbəkə arxitekturalarının son məqsədi çeşidli kompüterlərin sərbəst informasiya mübadiləsinə imkan verən rabitə standartlarının yaradılmasıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər Computer Network Architects at the US Department of Labor.
https://az.wikipedia.org/w/index.php?curid=492137
Şəbəkə avadanlığı
Şəbəkə avadanlığı kompüter şəbəkəsindəki cihazlar arasında rabitə və qarşılıqlı əlaqə üçün tələb olunan elektron cihazlar. Xüsusilə, onlar kompüter şəbəkəsində məlumat ötürülməsinə vasitəçilik edirlər. Məlumatı qəbul edən və ya yaradan bölmələrə hostlar, son sistemlər və ya məlumat terminalı avadanlığı deyilir.
https://az.wikipedia.org/w/index.php?curid=759225
Şəbəkə etiketi
Şəbəkə etiketi (network etiquette) – elektron yazışmalarda, şəbəkə konfranslarında, İnternetdə və texnika ilə iş zamanı (yazılmamış) davranış qaydaları. Hər bir şəbəkə ünsiyyəti üsulunun öz qaydaları vardır. Gənclər arasında çox geniş yayılmış gap (CHAT) xidməti ən demokratik şəbəkə ünsiyyət üsulu olsa da, orada da müəyyən qaydalara əməl etmək məsləhətdir: İştirakçıların əksəriyyətinin ünsiyyətdə olduğu dildən istifadə edin. Bu, həm xarici dillərə, həm də slenqə aiddir. Özünüzü ağıllı göstərməyə çalışmayan. Bu, həmsöhbətinizi sizin əleyhinizə çevirə bilər. Sadə və aydın məlumatlar göndərin. Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirsə, gapdan uzaqlaşmağınız daha yaxşı olar. Müəyyən mövzu üzrə ixtisaslaşan gap-serverdəsinizsə, söhbətin mövzusundan kənara çıxmayın. Sözün həqiqi mənasında gap etmək istəyənlər üçün xüsusi serverlər mövcuddur. Qeyri-normativ leksikadan istifadə etməyin. Gapların əksəriyyəti izlənilir və xuliqanlar, “ağzıyavalar” serverdən uzaqlaşdırılır. Qondarma addan (NICKNAME) istifadə edin, çünki gaplar qeyri-rəsmi ünsiyyət üçündür. Bu növ ünsiyyətdən tez-tez istifadə edirsinizsə, qondarma adınızı dəyişməyin. Gapa daxil olanda salamlaşın. Replikanıza cavab verilmirsə, onu bir neçə dəfə təkrarlamayın, çünki haqqınızda hövsələsiz, yaxud zəhlətökən təəssüratı yarana bilər. Ola bilsin, cavab bir az gec verilsin. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər RFC1855 The historical 1995 document at IETF, listing Netiquette guidelines. ToastMasters on Social Media Etiquette
https://az.wikipedia.org/w/index.php?curid=491756
Şəbəkə gərginliyi
Şəbəkə gərginliyi — dəyişən cərəyanın elektrik şəbəkəsində gərginliyin orta kvadrat qiyməti. Elektrik enerji təchizatının iki prinsipial xüsusiyyəti var: gərginlik və tezlik. Cənubi Amerika və Avstraliyanın, Asiyanın, Afrikanın böyük hissəsində , Avropada 230 V gərginlik və 50 Hs tezlik istifadə edilir. Şimali Amerikada isə 120 V gərginlik və 60 Hs tezlik istifadə olunur. Digər gərginliklər də mövcuddur və bəzi ölkələrdə 230 V gərginlik və ancaq 60 Hs tezlik istifadə olunur.
https://az.wikipedia.org/w/index.php?curid=436088
Şəbəkə interfeys kartı
Şəbəkə interfeys kartı (network interface card) – lokal şəbəkədə iş zamanı verilənləri qəbul etmək və ötürmək üçün nəzərdə tutulmuş xüsusi genişləndirmə lövhəsi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər Physical Network Interface, Microsoft Predictable Network Interface Names, Freedesktop.org Multi-queue network interfaces with SMP on Linux
https://az.wikipedia.org/w/index.php?curid=494594
Şəbəkə keçidi
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
https://az.wikipedia.org/w/index.php?curid=493954
Şəbəkə qurğuları
Birdən çox kompüterin məlumat mübadiləsi, proqram təminatı və avadanlıq mübadiləsi, mərkəzi idarəetmə və dəstək asanlığı kimi çox müxtəlif səbəblərdən ötəri bir-birinə bağlandığı quruluşa şəbəkə (network) deyilir. Şəbəkə strukturlarını yaratmaq üçün çox müxtəlif şəbəkə cihazları istifadə edilə bilər. Ağ yapılarında kullanılan başlıca cihazlar: 2).Açar (Switch) 3).Təkrarlayıcı (Repeater) 5).Yönləndirici (Router) 6).Firewall 7).Access point 8).NİC-Şəbəkə interfeys kartı 1).Hablar-Ən sadə şəbəkə cihazlarından biridir. Özünə aid bir güc qaynağından qidalanaraq çalışır. Şəbəkə sistemlərində siqnalların yenidən meydana gətirməsini və yenidən zamanlanmasını təmin edər. Özünə bağlı olan kompüterlərə paylaşılan bir yol təqdim edir. (Özünə gələn datayı bütün portlara göndərirlər.) Buna görə eyni anda xəbərləşmək istəyən şəbəkəyə bağlı cihazların, xəttin boşalmasını gözləmələri lazımdır. 8 ilə 24 arasında dəyişən port sayına sahib cihazlardır. Bu cihazlar şəbəkə strukturlarında ümumiyyətlə mərkəzi bir nöqtə yaratmaq və ya şəbəkənin təhlükəsizliyini artırmaq kimi məqsədlərlə istifadə edilir və yalnız bit səviyyəsində əməliyyat etmələrindən ötəri OSI modelində 1. lay cihazlarıdır. Göbək cihazları üçün iki fərqli təsnif edilə bilər. Bu cihazlar ümumiyyətlə aktiv ya da passiv olmaq üzrə 2 qrupda araşdırıla bilər. Aktiv göbəkdən, gələn siqnalı gücləndirərək çoxlu istifadəçi mühiti üçün bölerken, passiv göbəkdən isə gələn siqnalı gücləndirmək yalnız çoxlu istifadəçi mühiti üçün bölərlər. Bundan ötəri passiv göbəkdən kabel uzunluğunu artırmaq məqsədli istifadə edilməzlər. 2).Açar (Switch)-Kommutasiya cihazları da hab kimi özünə bağlı kompüterlərə yol təqdim edir. Ancaq hab cihazlarından fərqli olaraq anahtarlamalı olaraq yol təqdim edərlər. Şəbəkə quruluşuna daxil iki kompüter bir-biri ilə xəbərləşərkən kommutasiya xüsusiyyətindən ötəri digər kompüterlər da aralarında ünsiyyət qura bilərlər. Bundan ötəri hab cihazlarına görə daha yüksək performans göstərirlər. 8 ilə 48 arasında dəyişən port sayına sahib və Şaxəli modelləri vardır. Şaxəli açarlardan lazım olduqda port əlavə oluna bilər. OSI modelində 2. lay cihazlarıdır. Paketləri MAC ünvanlarına görə istiqamətləndirirlər və MAC ünvanlarına bağlı toqquşma sahələri ayırırlar. Şəbəkələri bir-birindən səpilmiş kanallara bölərlər və xüsusi bir vəziyyət olmadığı müddətcə göndərilən paket digər kanallara qarışmadığından tıxacı pozmaz. 3).Təkrarlayıcı (Repearter)-Təkrarlayıcılar, bir ethernet segmentindən aldığı elektrik məlumatı yeniləyərək və ikili koda çevirərək digər seqmentə çatdıran şəbəkə cihazlarıdır. Bu istiqamətiylə təkrarlayıcı (repeater), həm siqnal gücünün artırılmasını, həm də elektrik olaraq pozulmuş siqnalların təkmilləşdirilməsini təmin edər. Tekrarlayıcılar, telefon, teleqraf, mikrodalğalı, optik rabitə kimi bir çox sistemdə istifadə edilməkdədir. Tekrarlayıcılar da hab kimi yalnız bit səviyyəsində əməliyyat etdiklərindən OSI modelində 1. lay cihazlarıdır. 4).Bridge-Körpülər eyni protokolu istifadə iki və ya daha çox müstəqil şəbəkəsi bir-birinə bağlamaq üçün istifadə olunan şəbəkə cihazlarıdır. İki müstəqil şəbəkə arasına qoyularaq hər iki tərəfə də köçürülmə istənən məlumatları araşdırır. Əgər məlumatların ünvanı şəbəkədəki bir ünvan ilə uyğundursa məlumatın o şəbəkəyə keçməsinə icazə verir; əks halda isə məlumatın şəbəkəyə keçməsinə icazə verməz. 5).Yönləndirici (Router)-Programlanabilir və lazımlı ayarlar edildiyində uzaq bir şəbəkəyə daxil olmaq üçün mövcud birdən çox yol arasında istifadə edilə biləcək ən yaxşı yol (Best Determination Path) seçimini edə bilən şəbəkə cihazlarıdır. Yönləndiricilər, bütün şəbəkələri ya da şəbəkə hissələrini bir-birinə bağlaya bilər. OSI modelində 3. lay cihazı olan marşrutlaşdırıcıları lazımlı interfeys modulları istifadə OSI modelində 2. layda çalışan bir-birindən fərqli iki şəbəkə cihazını bir-birinə bağlaya bilər. Yalnız şəbəkə ünvanı bilinən məlumatların köçürülməsinə icazə verərək şəbəkə trafikini azaldır. Ümumi olaraq dinamik marşrutlaşdırıcıları və statik marşrutlaşdırıcıları olaraq ikiyə ayrılarlar. Dinamik yönləndiricilərdə, marşrutları avtomatik olaraq biçimlendirilir və məlumatların üçün ən yaxşı marşrutu istiqamətləndirici tərəfindən seçilə bilər. Statik marşrutlaşdırıcıları isə marşrutları əllə formatlanır və həmişə eyni marşrutu istifadə edilir. Statik yönləndiricilər, dinamik marşrutlaşdırıcıları görə daha etibarlıdır. Dinamik marşrutlaşdırıcıları təhlükəsizliyi artırmaq üçün əllə formalandırma seçim edilə bilər. 6).Firewall-Xüsusi şəbəkələr ilə İnternet arasında hər iki istiqamətdə də istənməyən trafiki önləmək məqsədi ilə istifadə şəbəkə cihazlarıdır. Məhsuldar olaraq istifadə edilə üçün İnternet ilə xüsusi şəbəkə arasındakı bütün yol cihaz üzərindən keçməli və lazımlı giriş siyahıları uyğun bir strategiyada hazırlanmış olmalıdır. 7).Access point-Giriş nöqtəsi cihazları kabelli bir şəbəkəyə simsiz giriş edilməsini təmin edən cihazlardır. Göbək, açarlayıcı ya da kabelli marşrutlaşdırıcıları ilişərək kabelsiz ünsiyyətin təmin edilməsi üçün lazımlı siqnalların yaradılmasını təmin edərlər. Bununla birlikdə giriş nöqtələri, kabelsiz şəbəkə siqnallarının güçləndirərək kabelsiz şəbəkənin təsirli olduğu məsafənin artırılması məqsədiylə da istifadə edilə bilər. Simsiz xüsusiyyəti olan marşrutlaşdırıcıları istifadə edildiyi sistemlərdə, access point (giriş nöqtəsi) istifadəsinə gərək yoxdur. 8).NİC (Şəbəkə interfeys kartı)-Kompüterin bir şəbəkəyə bağlanmasını təmin edən cihazdır. Ümumi olaraq məlumatların elektrik siqnallara və ya elektrik siqnalların məlumatlara emalını təmin edərlər. Kompüterin xüsusiyyətlərinə görə platala inteqrasiya halda ola bilər ya da anakart üzərindəki hər hansı bir ekoloji yuvaya taxılı ola bilər. Şəbəkə interfeys kartı, şəbəkədə istifadə protokol növü, sistem məlumatyolu və fiziki əlaqə növünə uyğun olacaq şəkildə seçilməlidir. Şəbəkə ara vahid kartları kabel vasitəsi ilə ya da kabelsiz modem ilə əlaqə qurarlar. OSI modelində 1. və 2. layda işləyirlər. Şəbəkə interfeys kartları ümumiyyətlə 2 qrupda araşdırıla bilər. Ethernet interfeys kartları istifadə kabelin xüsusiyyətinə görə aldıqları elektrik siqnalları ya da işıq dalğalarını ədədi məlumat çevirir. Kabelsiz (Wireless) interfeys kartları isə aldıqları elektromaqnit dalğaları sayısal çevirir. 9).Modem-Kompüterin telefon xəttləri ilə əlaqəsini təmin edərək kompüterin şəbəkəyə bağlanmasını təmin edən cihazlardır. Kompüterdən aldıqları digital məlumatları analoq siqnallara çevirərək telefon xəttlərinə köçürülməsini təmin edərlər. Xarici olaraq kompüterə ilişərək istifadə edilərlər. Modemlər ümumi olaraq 4 qrupda araşdırıla bilər. 1).Analoq modemlər, ethernet kartından gələn rəqəmsal məlumatları telefon xəttlərində ötürülən analoq işarələrə və ya telefon xətlərindən gələn analoq məlumatları ədədi məlumat çevirirlər. İndiki vaxtda masaüstü və dizüstü kompüterlərin İnternet qəbulunu təmin edilməsi üçün tez-tez istifadə edilir. 2).Rəqəmsal modemlər isə məlumatın ədədi quruluşu pozulmadan çatması istənilən nöqtəyə çatdırarlar. 3).ADSL modemlər isə quruluş etibarı ilə rəqəmsal və analoq modemlərdən bir az daha fərqlidir. ADSL sistemində, bilinən mis məftil alt quruluşu istifadə edilər. Telefon xəttinin hər ucuna bir ADSL modem əlavə məlumatların alma (download), məlumatların göndərilməsi (upload) və POTS (Plain Old Telephone Service - Düz Köhnə Telefon xidməti) olaraq adlandırılan ənənəvi telefon xidmət kanalı olmaq üzrə 3 fərqli kanal yaradılmışdır. Normal telefon danışıqlarınızı edərkən 0 kHz ilə 4 kHz arasında dəyişən tezlik aralığı istifadə edilərkən, ADSL data ötürülməsi üçün 4 kHz ilə 1100 kHz aralığını istifadə edildiyindən üçün İnternetə bağlıykən eyni anda telefon görüşməsi etməyə imkan sağlar.ADSL modemlər sayısal analoq məlumatlara çevirmədən birbaşa olduğu kimi çatdırır. Sistem asimmetrik olaraq işlədiyindən məlumatların alma və məlumatların göndərilməsi üçün istifadə bant genişlikləri bir-birindən fərqlidir. 4).CSU / DSU modemlər isə yerli sahədə şəbəkələrində istifadə məlumatların çərçivələri (data frame) geniş sahə şəbəkəsi çərçivələrinə və ya geniş sahə şəbəkəsi çərçivələrinini yerli sahə şəbəkəsi çərçivələrinə çevirmək üçün istifadə edilər. Ayrıca geniş sahədə şəbəkələrində məlumatın ötürülməsinin təmin edilməsi üçün məlumatların ötürülməsi ediləcəyi xəttin iki ucunda saat zərbəsi (clock rate) dəyərlərinin eyni olması lazımdır. Geniş sahə şəbəkəsi sistemlərində saat zərbəsi dəyəri bu cihazlar tərəfindən müəyyən edilir.
https://az.wikipedia.org/w/index.php?curid=447102
Şəbəkə skaneri
Brauzer,Internet brauzeri,Şəbəkə skaneri və yaVeb göz atıcısı (İngilis dili:Web Browser) istifadəçilərin şəbəkə serverləri də iştirak edən HTML və ya daha inkişaf etmiş səhifələrin açılmasını təmin edən bir proqramdır. Standart bir veb skaneri; mətn və ya çoxlu əhatə fayllarını aça bilər, yadda saxlaya bilir, HTML-dən HTTP 'yə bütün protokolları və standartları dəstəkləyir, açılan səhifədə axtarılan obyekti tapa bilər, tez istifadə edilənlər və keçmiş siyahısı edə bilər, ümumi serverə fayl yükləmə və ümumi şəbəkədən fayl yükləmə edə bilər, e-poçt və mətn redaktorları lə inteqrasiya edə bilər. Şəkil sistemləri ni oxuya bilər, bağlaya, saxlaya bilər. Multimedia fayllarını oynada və ya yaza bilər, səhifənin çıxışını ala bilər. Bir veb skaneri əməliyyat sistemi nin ən əsas hissəsidir. HTML kod larını istifadəçilərə təqdim edir. Skaner xidmətləri sürət, görünüş, sistemlə inteqrasiya, təhlükəsizlik, əlavələr, çərəzlər, təhlükəsiz CSS və RSS xüsusiyyətləri, JavaScript xüsusiyyəti ilə bir yarış halındadır. Ən çox istifadə edilən veb skanerlər Çıxış tarixinə görə: WorldWideWeb, 26 Fevral 1991 Mosaic, 22 Aprel 1993 Netscape Navigator və Netscape Communicator, 13 Oktyabr 1994 Internet Explorer, 16 Ağusyos 1995 Opera, 1996 Mozilla Navigator, 5 İyun 2002 Safari, 7 yanvar 2003 Mozilla Firefox, 9 noyabr 2004 Google Chrome, 2 Sentyabr 2008 Test vasitələri Şəbəkə skanerlərin standartlara uyğun olub olmadığını nəzarət edən analizlər vardır. Bunlar, brauzerin, verilən kodu düzgün işlədib işləmədiyinə nəzarət edər. Acid2[mənbə göstərin]
https://az.wikipedia.org/w/index.php?curid=175946
Şəbəkə soxulcanları
Soxulcan proqramlar və ya Kompüter soxulcanları (Worms) — virus proqramlarının növlərindən biri. Soxulcan proqram digər viruslardan fərqli olaraq müstəqil proqramdır. Bu proqram virus proqramı kimi öz-özünə çoxalır və lokal və qlobal şəbəkələrdə yayılaraq bir kompüterdən digərinə köçürülür. 2009-cu ilin yanvar ayında "Conficker" adlı şəbəkə soxulcanı Microsoft Windows əməliyyat sistemi ilə işləyən 15 milyon şəxsi kompüteri zədələmişdir. Virus-soxulcanlar bir neçə katerqoriyaya bölmək olar: Poçt "soxulcanları" (email-worms), IM-Worm – internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar, IRC-Worm(IRC-kanal "soxulcanları"), P2P-Worm (faylmübadilə şəbəkələrinin virusları), Net-Worm (digər şəbəkə "soxulcanları") kimi qruplaşdırılan soxulcan viruslar mövcuddur. Poçt "soxulcanları" Poçt "soxulcanları"-email-worm- bu növ virus-soxulcanaları bir qayda olaraq elektron poçt vasirtəsi ilə yayılır. Bu zaman virus oz kodunu elektron məktuba əlavə kimi yaxud hansısa şəbəkə resursuna muraciət formasında yayır. Birinci halda virus məktubu açarkənç ikinci halda şəbəkə resursunda yerləşən faylı açarkən aktivləşir. IM-Worm — internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar- belə viruslar peydjerlərin (MSN, İCQ və sair) kontak siyahısındakı ünvünları əldə etmək və bu ünvanlara yoluxmuş məktublar yollamaqla çoxalırlar. Həmçinin bax İnformasiya təhlükəsizliyi Kompüter şəbəkələri Kompüter proqramları Antivirus (proqram)
https://az.wikipedia.org/w/index.php?curid=89111
Şəbəkə suverenliyi
Şəbəkə suverenliyi, həmçinin rəqəmsal suverenlik və ya kibersuverenlik — internet idarəçiliyində dövlət kimi idarəedici qurumun şəbəkə üzərində sərhədlər yaratmaq və daha sonra bir çox hallarda belə sərhədlərdən kənarda hüquq-mühafizə olaraq nəzarət formasını tətbiq etmək səyi.Şəbəkə suverenliyi dövlət təhlükəsizliyinə, internet idarəçiliyinə, internetin milli və beynəlxalq şəbəkələrinin istifadəçilərinə təsir göstərir. Dövlət təhlükəsizliyinə təsiri Şəbəkələr dövlətlərin suveren nəzarətini genişləndirmək üçün çətin yerlərdir. Kommunikasiya sahəsi üzrə professor Ellison Kavanaq özünün "İnternet əsrində sosiologiya" kitabında dövlət suverenliyinin şəbəkələr tərəfindən kəskin şəkildə azaldığını iddia etmişdir. ÜƏMT-nin rolu Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Birləşmiş Millətlər Təşkilatının orqanıdır və bütün üzv dövlətlərdə əqli mülkiyyəti qorumaq üçün nəzərdə tutulmuşdur. ÜƏMT məzmuna Patent Əməkdaşlıq Müqaviləsi (PƏM) vasitəsilə müxtəlif şəbəkələri keçməyə icazə verir. PƏM dövlət sərhədləri boyunca məzmun təminatçılarının təhlükəsizliyini təmin etməklə beynəlxalq patentlərə imkan verir. Bu patentlər üzərində öz şəbəkə suverenliyini tətbiq etmək dövlətlərdən asılıdır. Müəllif hüququ və şifrələmə üçün qlobal standartlar hökumətlərin əməkdaşlıq edə biləcəyi üsullardan biri kimi nəzərdən keçirilir. Qlobal standartlarla şəbəkə suverenliyini tətbiq etmək daha asandır, çünki o, əqli mülkiyyətə hörmət yaradır və məzmun yaradıcılarının və provayderlərin hüquqlarını qoruyur. Təklif edilən alternativlərdən biri rəqəmsal imzanın tətbiqi idi. Bu, məzmun provayderləri və hökumətlərin rəqəmsal zərf kimi məzmunu imzalaması ilə şəbəkə suverenliyini qorumaq üçün istifadə edilə bilər. Həmçinin bax Kibertəhlükəsizlik Verilənlər idarəçiliyi Verilənlərin lokallaşdırılması Verilənlər suverenliyi Rəqəmsal inklüzivlik Rəqəmsal öz müqəddəratını təyin etmə İnformasiya məxfiliyi
https://az.wikipedia.org/w/index.php?curid=817845
Şəbəkə sviçi
Şəbəkə sviçi - (ing. Network Switch) - hədəf qurğuya məlumatın alınması, işlənməsi və ötürülməsi üçün paketin köməyi ilə cihazları kompüter şəbəkəsini birləşdirən bir kompüter şəbəkəsi cihazıdır. Sviçin şəbəkədə rolu Sviç OSI modelinin məlumatın əlaqə qatında (qat 2) məlumatların emal və ötürülməsi üçün hardware ünvanlarından istifadə edən multiport şəbəkə körpüsüdür. Bəzi switchlər əlavə olaraq marşrutlaşdırma funksiyasını birləşdirərək şəbəkə qatında (qat 3) məlumatları işlədə bilər. Bu növlər əsasən layer 3 switch və ya multi sviç kimi tanınırlar. Spesifik xüsusiyyətlər Ethernet üçün sviçlər şəbəkə sviçinin ən yaygın formasıdır. İlk Ethernet switch 1990-cı ildə Kalpana tərəfindən təqdim edilmişdir. sviç həmçinin Fiber Kanal, Asynchronous Transfer Modu və InfiniBand kimi digər şəbəkə növləri üçün də mövcuddur. Portların hər birindən eyni məlumatı yayımlayan və cihazlara lazım olan məlumatlara qərar verən daha az inkişaf etmiş təkrarlama mərkəzlərindən fərqli olaraq, şəbəkə sviç məlumatları yalnız qəbul etməsi lazım olan cihazlara ötürür. Bir sviç digər qurğuları birləşdirən bir kompüter şəbəkəsindəki bir cihazdır. Birdən çox məlumat kabeli, müxtəlif şəbəkə qurğuları arasında ünsiyyət qurmaq üçün switchdə yerləşdirilir. switch qəbul edilmiş şəbəkə paketini yalnız paketin nəzərdə tutulduğu bir və ya daha çox cihazlara ötürməklə bir şəbəkə üzrə məlumat axını idarə edir. Şəbəkəyə qoşulmuş hər bir şəbəkə qurğu şəbəkənin təhlükəsizliyi və səmərəliliyinin maksimum səviyyəsini artırmaq üçün trafik axını istiqamətləndirməsinə imkan verən şəbəkə ünvanı ilə müəyyən edilə bilər. Bir sviç Ethernet mərkəzindən daha ağıllıdır ki, paket yalnız paketin alındığı liman xaricindəki hər bir limanın xaricindəki paketləri tədarük edir, müxtəlif alıcıları ayırmaq iqtidarında deyil və daha aşağı bir şəbəkə səmərəliliyinə nail olur. Hər bir sviç portu üçün ayrı bir toqquşma sahəsi yaratmaq üçün OSI modelinin məlumat bağlantısı qatında (qat 2) bir Ethernet sviçi fəaliyyət göstərir. Bir sviç limanına qoşulan hər bir qurğu məlumatı digər limanlardan istənilən vaxt ötürə bilər və ötürülmələr müdaxilə etməyəcək. Yayınlar hələ də bütün bağlı qurğulara ötürülür, çünki yeni qurulmuş şəbəkə seqmenti bir yayım sahəsi ol. Sviç həmçinin şəbəkə qatını və yuxarıdakı OSI modelinin daha yüksək qatında fəaliyyət göstərə bilər. Bu yüksək qatlamlarda da fəaliyyət göstərən qurğu çoxqatlı sviç kimi tanınır. Ethernet üzərindən enerji Müasir bir sviç Ethernet (PoE) üzərində güc tətbiq edə bilər ki, bu da ayrı bir enerji təchizatı üçün VoIP telefonu və ya simsiz giriş nöqtəsi kimi əlavə qurğulara ehtiyacın qarşısını alır. Şalterlər fasiləsiz elektrik enerjisi təchizatına qoşulan zəif elektrik sxemlərinə malik ola bildiklərinə görə, bağlı qurğu daimi ofis işləməməsi halında da işə davam edə bilər. Konfiqurasiya variantları Parametrləri dəyişdirmək üçün bir və ya bir neçə üsul vardır. Ümumi idarəetmə metodları aşağıdakılardan ibarətdir: serial konsol, telnet və ya Secure Shell vasitəsilə uzaqdan idarə olunan bir Simple Network Management Protocol (SNMP) agenti vasitəsilə uzaq bir konsol və ya idarəetmə stansiyasından idarəetmə imkanı verən bir komanda-line interfeysi (CLI) bir web browser. Virtual şəbəkə Sviç daxilində eyni zamanda bir-birindən müstəqil şəkildə olan bir neçə şəbəkə yaratmaq olar. Bunlar vlan adlanır. Məsələn, bir müəssisədə müxtəlif avadanlıqlar varsa, sviç daxilində nizamlılıq yaratmaq üçün hər avadanlıq növü üçün virtual şəbəkə yaradıb idarə etmək olar.
https://az.wikipedia.org/w/index.php?curid=562220
Şəbəkə sənəti
Şəbəkə sənəti — Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətində bədii konstruktiv forma olan qeyri-maddi mədəni irs nümunəsi. Azərbaycan ustalarının yapışqan və ya mismarsız kiçik odun parçalarını rəngli şüşələrlə tamamlayaraq, hazırladığı pəncərə.XI əsr-XII əsrlərdən etibarən Azərbaycan memarlığında tətbiq edilir. Dekorativ sənət növlərindən olan şəbəkə incəsənət əsəri sənətkarın yığdığı rəngli kiçik şüşə parçalarını yapışqan və mıx olmadan bir-birinə bənd edən ağac elementlərindən ibarət müstəvidir. Şəbəkə sənətinin əsas "sirri" balaca alətlərin – arasına kiçik şüşə parçalarının qoyulduğu çıxıntısı və girintisi olan ağac hissələrin bir-birinə keçirilməsidir. Ağac hissələr bərk oduncaqlı ağac növlərindən – şümşad, qoz, fıstıq və palıd ağacından hazırlanır. Tor və ya barmaqlıq mənasını verən şəbəkənin naxışları Günəşi, həyat enerjisini, zamanın əbədi axarını və kainatın sonsuzluğunu simvolizə edir. Şəbəkənin quruluşu Şəbəkə səthinin ölçüləri əşyaların funksional təyinatından asılı olaraq bir neçə kvadrat santimetrdən bir neçə kvadrat metrədək dəyişilə bilər. Şəbəkə sənəti əsərlərini memarlıqla əlaqəsindən asılı olaraq memarlıq qurğusunun hissəsi – qapı, pəncərə, pilləkən məhəccəri və şirma, çıraq, sandıq, dolab kimi interyerdə istifadə edilən ayrı-ayrı əşyalar olmaqla iki istiqamətdə təsnif etmək mümkündür. Şəbəkə ornamentinin əsasını daha çox düzgün formalı həndəsi fiqurlar təşkil etdiyi üçün şəbəkə kompozisiyalarının həmin fiqurların bucaqlarının sayına görə — "səkkiz", "on iki", "on altı" və s. təsnifatlaşdırılması da qəbul edilmişdi. Azərbaycanda şəbəkə sənəti Bədii sənətkarlığın şəhər növü kimi şəbəkə sənəti və rəmzlərinin yayıldığı ərazilər Azərbaycanın tarixi şəhərləri – Şəki, Şuşa, Ordubad, Bakı, Gəncə, Lənkəran, Naxçıvan, həmçinin Rusiya Federasiyası ərazisində yerləşən, azərbaycanlıların yığcam yaşadığı Dərbənd şəhəri olmuşdu. Şəbəkə sənətinin əsas mərkəzi bu ənənənin bu gün də daha artıq xalis, klassik görünüşdə təmsil olunduğu Şəki şəhəridir. Burada həmin sənət növünün XVIII-XIX əsrlərə aid edilən qiymətli inciləri cəmləşmiş, şəbəkə ənənəsi XX əsrin ortalarında bərpa edilərkən öz ikinci nəfəsini məhz buradan almışdı. Şəbəkə sənətinin klassik nümunəsi Şəkidə yerləşən Şəki xanlarının sarayıdır (1762). Sarayın məhz naxışları şəbəkənin canlı ənənəsini və onun vizual dilini tam həcmdə dövrümüzədək gətirib çatdırmışdı. Şəbəkə sənəti və rəmzi özündə Azərbaycan xalqının, kiçik bölgə fərqləri nəzərə alınmazsa, vahid bədii ənənəsini əks etdirir. Misal üçün, hazırlanma texnologiyası baxımından Ordubad şəbəkələri ağac hissələrin bərkidilməsi zamanı bəzən kiçik mismarlardan istifadə olunması ilə fərqlənir. Vizual dil sahəsində Şuşanın bəzi kompozisiyaları xüsusi görünüşə malikdir: burada Zöhrabbəyovların evinin pəncərə şəbəkəsi həndəsi formaların sadəliyi və asketik rəng həlli ilə seçilir. Şəbəkə sənətkarları Şəbəkə sənəti və rəmzlərinin daşıyıcıları xalq sənətkarlarıdır. Tanınmış xalq şəbəkə ustalarından naxçıvanlı Mehdi Mehdiyevin (XIX əsr), Şahbuzlu Abuzər Bədəlovun (XVIII-XIX əsrlər), şəkili Abbasqulunun (XIX əsr) adlarını çəkmək olar. Bu sənətin bilavasitə ötürücüsü, canlı şəbəkə ənənəsini XX əsrə gətirib çatdıran Azərbaycan SSR əməkdar incəsənət xadimi Əbdülhüseyn Babayev (1877–1961) olmuşdu. Şəbəkə ənənəsinin yenidən canlanması daha çox usta Əşrəf kimi tanınan Əşrəf Rəsulovun (1928–1997) adı ilə bağlıdır. Bu gün həmin ənənəni onun oğlu Tofiq (1961-) və nəvəsi İlqar (1990-) davam etdirir. Onlardan başqa bu sahədə Soltan İsmayılov (Şəki), Hüseyn Mustafazadə (Şəki), Cabir Cabbarov (Ordubad), Rafiq Allahverdiyev (Şuşa) geniş fəaliyyət göstərirlər. Bu sənətkarlar tərəfindən bir sıra maraqlı əsərlər yaradılmış və keçmişin bəzi kompozisiyalarının bərpa işləri yerinə yetirilmişdi. Məsələn, Hüseyn Mustafazadə 2002–2004-cü illərdə Almaniyanın "Denkmalpflege Mecklenburg GmbH" (Şirkətin yeni adı: Neumühler Bauhütte GmbH) şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Şəki xanlarının sarayının bərpasında yaxından iştirak etmiş, sarayın qapı və pəncərələrini, tavanın böyük bir hissəsini yüksək bədii ustalıqla bərpa etmişdi. Ərtegin Salamzadə — Tofiq Rəsulov "Şəbəkə". İstanbul-2009;
https://az.wikipedia.org/w/index.php?curid=584490
Şəbəkə səviyyəsi
Şəbəkə səviyyəsi (ing. network layer) – kompüter-kompüter rabitəsini standartlaşdıran ISO/OSI modelinin yeddi səviyyəsindən üçüncüsü. Məlumdur ki, informasiya göndərəndən alana həmişə birbaşa marşrutla ötürülmür, yolda o, bir sxemdən başqasına yönələ bilər və ya bir adresata müxtəlif marşrutlarla göndərilən paketlərə bölünə bilər. Şəbəkə səviyyəsinin məqsədi informasiyanın verilməsi üçün marşrutu qurmaq, dəstəkləmək və açıq saxlamaq, eləcə də digər səviyyələrin aktiv marşrutuna çıxışı qapamaqdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər OSI Reference Model—The ISO Model of Architecture for Open Systems Interconnection
https://az.wikipedia.org/w/index.php?curid=493637
Şəbəkə təhlükəsizliyi
Şəbəkə təhlükəsizliyi kompüter şəbəkələrindən və şəbəkə resurslarından icazəsiz girişlərin, sui-istifadənin və s. halların qarşısını almaq üçün tərtib edilmiş təhlükəsizlik siyasətlərindən ibarətdir. Şəbəkə administratoru tərəfindən idarə olunan şəbəkə təhlükəsizliyi məlumatları icazə ilə əldə etməyi təmin edir. İstifadəçilər icazə verilən məlumatlaraı İD, şifrə və ya başqa icazə məlumatları daxil edərək əldə edir. Şəbəkə təhlükəsizliyi həm ictimai həm şəxsi müxtəlif kompüter şəbəkələrini (gündəlik işlərdə, biznes təşkilatlar arası tranzaksiyalarda, dövlət strukturlarının məlumat ötürülməsində və s.) əhatə edir. Şəbəkələr həm şirkətlərdəki kimi şəxsi, həm də ictimai istifadəyə açıq ola bilər . Şəbəkə təhlükəsizliyi təşkilatlara, müəssisələrə və başqa qurumlarda təsis edilmişdir. Adından da bəlli olduğu kimi: o şəbəkəni qoruyur və baş verən əməliyyatlara nəzarət edir. Şəbəkə resursunun qorunmasının sadə və ümumi bilinən yolu həmin resursa unikal ad və uyğun şifrə təyin etməkdir . Şəbəkə təhlükəsizliyi anlayışları Şəbəkə təhlükəsizliyi istifadəçi adı və şifrənin yoxlanması ilə başlayır. Bu üsulda sadəcə bir detala ehtiyac olduğu üçün (istifadəçi adı və şifrə) bir faktorlu təsdiqləmə adlanır. iki-faktorlu təsdiqləmədə isə yalnız həmin istifadəçiyə aid olan vasitədən (bankomat karti, təhlükəsizlik nişanı və ya mobil telefona); üç-faktorlu təsdiqləmədə isə istifadəçidə istifadəçidə olan vasitədən (məsələn barmaq izi və ya göz taraması) istifadə edilir. İstifadəçi tərəfindən şəbəkəyə giriş olduqda firewall tərəfindən istiadəçi giriş siyasəti (access policy) tətbiq edilir ki, bu da hansı servislərdən istifadə edə biləcəyini göstərir. Bu üsul icazəsiz girişlərin qarşısını almaqda effektiv olsa da, worm və Trojanlar kimi zərərli virusların şəbəkədə ötürülməsinin qarçısını ala bilmir. Anti-virus software və ya intrusion prevention system (IPS) bu cür zərərli proqramların hərəkətlərini aşkar edir və mane olur. anomaly-based intrusion detection system həmçinin şəbəkə trafikinin monitorinqində, bu cür trafiklərin loqlanmasında və analizində istifadə edilir. İki istifadəçi arasındakı rabitə gizliliyin təmin olunması üçün şifrələnmiş ola bilər. Honeypots, şəbəkədə yem kimi istifadə edilən resurslar, şəbəkəyə nəzarət və öncədən xəbərdarlıq üçün şəbəkədə yerləşdirilə bilər, ancaq bu cür yemlər qanuni məqsədlər üçün istifadə olunmur. Hücumçular tərəfindən işlədilən tenikalar hücum zamanı və hücumdan sonra yeni texnikaların öyrənilməsi üçün istifadə edilir. Bu cür analizlər honeypot vasitəsilə qorunan şəbəkələrdə şəbəkə qorunmasında sonrakı sərtləşdirmə üçün istifadə edilə bilər. Honeypot (və ya yem) hücumçunun diqqətini əsas serverlərdən uzaqlaşdırır. Honeypot hücumçunun vaxtını və enerjisini yem serverə yönəldərək, diqqətini əsas serverdəki informasiyalardan uzaq tutur. Yemlərə oxşar olaraq, təhlükəsizlik açıqları olan yem şəbəkələr də təsis edilir . Belə şəbəkələrin məqsədi hücumların edilməsi və hücumçuların hücum metodlarını öyrənərək şəbəkə təhlükəsizliyinin artırılmasıdır. Yem şəbəkə bir və ya daha çox yemlərdən ibarət olur. Təhlükəsizlik idarə etməsi Şəbəkələr üçün təhlükəsizlik idarə etməsi müxtəlif vəziyyətlər üçün fərqli ola bilər. Kiçik ofislərdə ilkin təhlükəsizlik tədbirləri bəs etsə də, böyük bizneslərdə yüksək səviyyəli qoruma və iləri səviyyəli proqram təminatı və cihazlar zərərli hücumların qarşısını alır . Hücum Növləri Şəbəkələr zərərli mənbələrdən hücumlara məruz qalır. Hücumlar 2 kateqoriyadan ola bilər: "Passiv" nə vaxt ki, hücumçu şəbəkədəki data axınını ələ keçirir və "Aktiv" nə vaxt ki, hücumçu şəbəkənin normal əməliyyatını korlamaq üçün əmrlərdən istifadə edir.Hücumların növləri: Wiretapping Port scanner Denial-of-service attack DNS spoofing Man in the middle ARP poisoning VLAN hopping Smurf attack Buffer overflow Heap overflow Format string attack SQL injection Cross-site scripting Cyber-attack Həmçinin bax Cloud computing security Cyber security standards Data Loss Prevention Identity Based Security Information Leak Prevention Metasploit Project Mobile security Network Security Toolkit TCP Gender Changer TCP sequence prediction attack Timeline of hacker history Wireless LAN Security Dynamic secrets Low Orbit Ion Cannon High Orbit Ion Cannon Həmçinin oxu Case Study: Network Clarity Arxivləşdirilib 2016-05-27 at the Wayback Machine, SC Magazine 2014 Cisco. (2011). What is network security?. Retrieved from cisco.com Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine pcmag.com Arxivləşdirilib 2012-10-13 at the Wayback Machine Security of the Internet (The Froehlich/Kent Encyclopedia of Telecommunications vol. 15. Marcel Dekker, New York, 1997, pp. 231–255.) Introduction to Network Security Arxivləşdirilib 2014-12-02 at the Wayback Machine, Matt Curtin. Security Monitoring with Cisco Security MARS, Gary Halleen/Greg Kellogg, Cisco Press, Jul. 6, 2007. Self-Defending Networks: The Next Generation of Network Security, Duane DeCapite, Cisco Press, Sep. 8, 2006. Security Threat Mitigation and Response: Understanding CS-MARS, Dale Tesch/Greg Abelar, Cisco Press, Sep. 26, 2006. Securing Your Business with Cisco ASA and PIX Firewalls, Greg Abelar, Cisco Press, may 27, 2005. Deploying Zone-Based Firewalls, Ivan Pepelnjak, Cisco Press, Oct. 5, 2006. Network Security: PRIVATE Communication in a PUBLIC World, Charlie Kaufman | Radia Perlman | Mike Speciner, Prentice-Hall, 2002. ISBN . Network Infrastructure Security, Angus Wong and Alan Yeung, Springer, 2009.
https://az.wikipedia.org/w/index.php?curid=448681
Şəbəkə verilənlər bazası
Şəbəkə verilənlər bazası (ing. network database) – yazıları bir neçə yolla quraşdırıla (bir-birilə əlaqələnə) bilən verilənlər bazası növü. Şəbəkə verilənlər bazasında, iyerarxik verilənlər bazasında olduğu kimi, bir yazıdan başqasına marşrut olur, ancaq onun strukturu o qədər də sərt olmur: hər hansı ayrıca yazı bir neçə başqa yazını göstərə bilər və ona bir neçə yazı istinad edə bilər. Şəbəkə verilənlər bazası faktiki olaraq istənilən iki yazı arasında çoxlu maşrutların olmasına imkan verir, iyerarxik verilənlər bazasında isə yalnız bir marşrut ola bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər CODASYL Systems Committee "Survey of Data Base Systems", 1968 (edited and annotated in 2007 by Ken North) Network (CODASYL) Data Model Arxivləşdirilib 2006-09-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=494057
Şəbəkə xidməti provayderi
Şəbəkə xidməti provayderi (ing. Network Service Provider; NSP) — Milli İnformasiya İnfrastrukturunda (Mİİ) planında müəyyən edilmiş rollardan biri. Bu qurum internetin ABŞ-nin federal nəzarətindən özəl sektorun idarəçiliyinə keçidini idarə edirdi. 1968–1992-ci illərdə bu sahədə tək ödəyici iqtisadiyyatdan rəqabətli bazar iqtisadiyyatına keçid baş tutmuşdur. Plan şəbəkə xidməti provayderlərini topdansatış təbəqəsi kimi nəzərdə tuturdu. Onlar şəbəkəyə giriş nöqtələrində (sonradan "internet mübadiləsi nöqtələri" adlanmışdır) istehsal olunan internet bant genişliyini internet xidmət provayderlərinə köçürməli idilər. İnternet xidmət provayderləri öz növbəsində onu son istifadəçi müəssisələrinə və ya evlərində fərdi son istifadəçilərə satacaq internet giriş provayderlərinə (IAPs) satırdılar. Əslində, orijinal şəbəkə xidməti provayderləri 1990-cı illərin ortalarına qədər internet xidmət provayderləri və internet provayderləri ilə şaquli şəkildə inteqrasiya etmişdir. Bunun nəticəsində konqlomeratlar yaranmış və rəqabət azalmışdır.İndiki dövrdə bu termin telekommunikasiya şirkətlərinə, məlumat daşıyıcılarına, simsiz rabitə provayderlərinə, internet xidmət provayderlərinə və internetə çıxış təklif edən kabel televiziyası operatorlarına aid edilir. Həmçinin bax İnternet provayderi İnternet məlumat mübadiləsi nöqtəsi
https://az.wikipedia.org/w/index.php?curid=815005
Şəbəkə ünvanlama texnologiyaları
Kompüter şəbəkələrində kompüterlərin bir birini birmənalı şəkildə identifikasiya etməsi üçün onlara ünvanlar verilir. Ünvanların əsas növləri aşağıdakılardır: Şəbəkə ünvanı (IP-ünvan) - mürəkkəb kompüter şəbəkələrində (altşəbəkələrdə) qovşaqların identifikasiyası üçün istiadə edilir; Domen adı – kompüter şəbəkəsində qovşaqların simvol identifikatorudur; Resursların universal identifikasiyası (URL - Uniform Resource Locator) - kompüter şəbəkəsində (İnternetdə) kompüterlərin, kataloqların və ya faylların birmənalı identifikasiyası sistemidir. Kanal səviyyəsinin əksər protokolları IEEE tərəfindən idarə olunan üç MAC-ünvanlar fəzasından birini istifadə edir: MAC-48, EUI-48 və EUI-64. Hər bir fəzadakı ünvanlar nəzəri olaraq qlobal şəkildə unikal olmalıdır. Heç də bütün protokollar MAC-ünvanı istitifadə etmir və heç də MAC-ünvanı istifadə edən bütün prtokolların ünvanların belə qlobal ünikallığına ehtiyacı yoxdur. Geniş yayımlı şəbəkələrdə (məsələn, Ethernet şəbəkələrində) MAC-ünvan şəbəkənin hər bir qovşağını unikal şəkildə identifikasiya etməyə və verilənlərin bu qovşağa şatdırılmasına imkan verir. Beləliklə, MAC-ünvanlar kanal səviyyəsində şəbəkənin əsasını yaradır. Bu zaman MAC-ünvanların şəbəkə ünvanına və əksinə çevrilməsi üçün xüsusi protokollar (məsələn, ARP və RARP) istifadə edilir. MAC-48 tipli ünvanlar daha çox yayılıb və Ethernet, Token Ring, FDDI və s. texnologiyalarda istifadə edilir. MAC-48 tipli ünvanlar 48 bitdən təşkil olunur və beləliklə onun ünvanlar fəzası 248 (və ya 281 474 976 710 656) ünvana malik olur. IEEE-nin hesablamalarına görə bu ünvanlar ehtiyatı heç olmasa 2100-cü ilə qədər bəs edər. EUI-48 tipli ünvanlar MAC-48 tipli ünvanlardan ancaq semantik fərqlənir, yəni MAC-48 şəbəkə avadanlıqlar; üçün istifadə edildiyi halda, EUI-48 digər növ aparat və proqram təminatları üçün istifadə edilir. EUI-64 identifikatoru 64 bitdən ibarət olur və FireWire-də istifadə edilir, həmçinin IPv6-da qovşağın şəbəkə ünvanın aşağı 64 biti keyfiyyətində istifadə edilir. MAC-ünvanın strukturu şəkil 23-də göstərilmişdir. MAC-ünvanın birinci biti I/G (Individual/Group) ünvanın tipini göstərir (0 - fərdi, 1 - qrup). Qrup ünvanına malik olan paketləri bu qrup ünanı olan bütn şəbəkə adapterləri alacaq. İkinci bit U/L (Universal/Local) ünvanın təyin olunma üsulunu müəyyən edir. Adətən 0 təyin olunub. 1 olduqda, ünvan istehsalçı tərəfindən deyil, lokal şəbəkənin inzibatçısı tərəfindən təyin olunduğunu göstərir. İstehsalçının unikal identifikatoru - OUI (Organizationally Unique Identifier). IEEE tərəfindən təyin olunur.İstehsalçının unikal ünvanı - OUA (Organizationally Unique Address). İstehsalçı tərəfindən təyin olunur. OUA və OUİ birlikdə UAA (Universally Administered Address) adlanır - universal idarə olunan və ya IEEE-ünvandır. IP-ünvanlama Kompüter şəbəkələrində verilənlərin ötürülməsinin təmin edilməsi üçün şəbəkəyə qoşulmuş hər bir qovşağın birmənalı şəkildə identifikasiya edilməsi imkanı olmalıdır. Bu IP-ünvanlamanın köməyi ilə mümkündür. Kompüter şəbəkəsinə qoşulmuş bütün kompüterlər, printerlər, marşrutlayıcılar və s. qovşaq sayılır və şəbəkədə qarşılıqlı əlaqədə olmaq üçün heç olmasa bir IP-ünvana malik olmalıdırlar. IP-ünvan şəbəkədə əsas ünvan olaraq paketlərin şəbəkə səviyyəsində şəbəkələr arasında ötürülməsini təmin edir. IP-ünvan 4 baytdan ibarətdir, məsələn, 109.26.17.100 və şəbəkə səviyəsində istifadə edilir. Yəni, IP-ünvan dörd ədədlər yığımından ibarətdir və hər biri 0-dan 255-ə qədər diapazonda yerləşir. IP-ünvan iki hissədən ibarət olur: şəbəkənin nömrəsindən və qovşağın nömrəsindən. IP protokolu qovşağın nömrəsini onun lokal ünvanından asılı olmayaraq təyin edir. IP-ünvanın şəbəkə nömrəsi və qovşaq nömrəsi sahələrinə bölünməsi dəyişkəndir və onlar arasında sərhəd çox sərbəst qoyula bilər. Qovşaq bir neçə IP-şəbəkəyə daxil ola bilər. Bu halda qovşaq şəbəkə birləşmələrinin sayına bərabər olan bir neçə IP-ünvana malik olmalıdır. Beləliklə, IP-ünvan ayrı kompüteri və ya marşrutlayıcını deyil, bir şəbəkə birləşməsini xarakterizə edir. Mənbə kompüterə görə təyinat qovşağının müəyyən edilməsi üçün IP-ünvanlar siniflərdə təşkil olunub. Bu sistem siniflər üzrə IP-ünvanlama üsulu adlanır IP-ünvanın komponentləri IP-ünvan iki komponentdən ibarətdir – şəbəkənin identifkatorudan və qovşağın identifikatorundan. IP-ünvanın birinci hissəsi şəbəkə identifikatorudur və kompüterin yerləşdiyi seqmenti müəyyən edir. Eyni bir seqmentin komponentləri eyni bir şəbəkə identifikatoruna malik olmalıdır. IP-ünvanın ikinci hissəsi qovşağın identifikatorudur və seqmentdə olan kompüteri, marşrutlayıcını və ya digər qurğuları müəyyən edir. Bir şəbəkə identifikatoru çərçivəsində hər bir qovşağın identifikatoru unikal olmalıdır. IP-ünvan kimi şəbəkə identifikatoru da dörd ədəddən təşkil olunur. Buna görə də, əgər IP-ünvanın birinci ədədi w şəbəkə identifikatorudurunu təmsil edirsə (əgər IP-ünvanı w.x.y.z şəklində təsvir etmiş olsaq  cədvəl 1-ə bax), onda bu identifikatorun strukturu w.0.0.0 şəklində olacaq və bu identifikatorda sonrakı üç ədəd sıfırdır. Bununla yanaşı, qovşaq identifikatorunun strukturu x.y.z şəklində olacaq və bu ədədlərdən əvvəl 0 gəlmir. Qeyd etmək lazımdır ki, müxtəlif şəbəkələrdə yerləşən iki kompüter eyni qovşaq identifikatoruna malik ola bilər. Lakin hər bir biri ilə qarşılıqlı əlaqədə olan hər bir kompüter üçün şəbəkə identifikatoru və qovşaq identifikatoru kombinasiyası unikal olmalıdır. IP-ünvan sinifləri Altşəbəkələrə ayırma Şəbəkənin işinin effektivliyinin artırılması üçün onun məntiqi hissələrə (seqmentlərə)  altşəbəkələrə bölünməsi lazım gəlir. Seqmentlər arasında verilənlərin ötürülməsinin təmin edilməsi üçün onlar marşrutlayıcılarla birləşdirilməli və hər bir altşəbəkə üçün identifikator müəyyən edilməlidir. Tutaq ki, müəyyən bir təşkilatın şəbəkəyə birləşmiş 2000 kompüteri var və İnternetə qoşulmaq üçün bu təşkilata, məsələn, 180.115.0.0 şəbəkə identifikatoru verilir. Təşkilatın şəbəkə inzibatçısı şəbəkənin effektivliyini artırmaq və idarəetməni yüngülləşdirmək üçün şəbəkəni daha kiçik altşəbəkələrə ayıra bilər (tutaq ki, onların sayı 10 olacaq). Hər bir altşəbəkəyə öz unikal şəbəkə identifikatoru təyin olunmalıdır. Bu zaman təşkilata verilmiş şəbəkə identifikatoru (180.115.0.0) İnternetə qoşulmaq üçün istifadə edilir. İnternetə qoşulmaq üçün istifadə edilən şəbəkə identifikatorunun kiçik altşəbəkələrin yaradılması üçün ortaq istifadəsi altşəbəkəyə ayırma adlanır. Altşəbəkələrə böldükdən və onlara şəbəkə identifikatorları təyin etdikdən sonra hər bir altşəbəkə öz şəbəkə identifikatoruna malik olacaq: 180.115.1.0, 180.115.2.0, …, 180.115.10.0. Qovşağın şəbəkə identifikatorunu müəyyən etməklə, digər kompüterin ona nisbətən lokal olub, olmamasını bilmək asandır. Bunun üçün sadəcə hər iki qovşağın şəbəkə identifikatorunu müqayisə etmək lazımdır. Əgər şəbəkə identifikatorları üst-üstə düşürsə, deməli hər iki qovşaq eyni bir altşəbəkədə yerləşir, əks halada isə müxtəlif altşəbəkələrdə yerləşir. Onlar arasında verilənlər mübadiləsini həyata keçirmək üçün marşrutlayı lazımdır. Altşəbəkə maskaları IP-ünvanda şəbəkə identifikatorunu ayırmaq üçün altşəbəkə maskası istifadə edilir. Altşəbəkə maskası IP-ünvanda şəbəkə identifikatorunu qovşaq identifikatorundan fərqləndirməyə imkan verən şablondur. IP-ünvan kimi altşəbəkə maskası da dörd ədəd toplusundan ibarətdir və bu ədədlərdən hər biri ancaq maksikal 255 qiymətini və ancaq minimal 0 qiymətini ala bilər. Əvvəldə ardıcıl olaraq maksimal, axırda isə ardıcıl minimal qiymətlər yazılır. Maksimal qiymət şəbəkə identifikatorunu, minimal qiymət isə qovşaq identifikatorunu təmsil edir. Məsələn, 255.255.0.0 altşəbəkənin yolverilən maskasıdır, 255.0.255.0 isə yox. Altşəbəkə maskası 255.255.0.0 şəbəkə identifikatorunu IP-ünvanın ilk iki ədədi kimi müəyyən edir. Susmaqla altşəbəkə maskaları Sinif metodunda hər bir ünvan sinifi susmaqla altşəbəkə maskasına malik olur. Domen adları sistemi DNS Domen adları - kompüterin simvol adıdır.Simvol identifikator - addır, məsələn, SERV1.IBM.COM. Bu ünvan inzibatçı tərəfindən təyin olunur və bir neçə hissədən ibarətdir, məsələn, maşının adından, təşkilatın adından və domen adından. Bu ünvan həmçinin DNS-ad da adlanır və tətbiq səviyyəsində istifadə edilir, məsələn, FTP və telnet protokollarında.TCP/IP stekində iyerarxik ağacvari struktura malik domen adları sistemi istifadə edilir. Bu struktur adda ixtiyari sayda tərkib hissəsinin istifadəsinə yol verir. Bir neçə yuxarı tərkib hissələri üst-üstə düşən adlar məcmusu domen (domain) adları yaradır. Təşkilatların domen adlarına misallar aşağıdakılardır: • com – komersiya təşkilatları; • edu – təhsil təşkilatları; • gov – dövlət təşkilatları; • org – qeyri-komersiya təşkilatı;• net – şəbəkə təşkilatları. Domen adlar və IP-ünvanlar arasında uyğuluq həm lokal qovşağın vasitələri, həm də domen adları sistemi tərəfindən mərkəzləşdirilmiş xidmətin vasitəsi ilə həyata keçirilir. Domen adlar sistemi (Domain Name System – DNS) ”dommen ad - IP-ünvan” inikası paylanmış bazasına əsaslanan mərkəzləşdirilmiş xidmətdir. DNS xidməti öz işində “kliyen-server” tipli protokol istifadə edir. Bu protkol DNS-server və DNS-kliyent anlayışlarını təyin edir. DNS server paylanmış inikas bazasını dəstəkləyir, DNS-kliyent isə DNS-serverə sorğularla müraciət edir. DNS-server “IP-ünvan  domen adı” formatlı mətn faylı istifadə edir. DNS xidməti paylanmış sistemdir. Hər bir DNS serveri iyerarxiyanın növbəti səviyyəsinin adlarını yadda saxlayır və adların inikası cədvəlindən başqa DNS-serverlərə istinadları saxlayır, bu da axtarış prosedurunu sadələşdirir. DNS serverlərdə IP-ünvanların axtarışını sürətləndirmək üçün onlardan keçən cavabların müəyyən müddətdə bir neçə saatdan bir neçə günə qədər keşləşdirilməsi proseduru tətbiq edilir. Resursların universal identifikasiyası (URL) URL (Uniform Resource Locator – resursların universal göstəricisi) – İnternetdə kompüterin, kataloqun və ya faylın birmənalı identifikasiyası üçün işarələmə sistemidir. URL sisteminə aşağıdakı prinsiplər daxil edilmişdir: Genişləndirilmə - yeni ünvanlar sxemləri URL-in möcud sintaksisinə asan uyğunlaşdırılmalıdır; genişləndirilmə ünvanların “ünvan sxemi” anlayışına əsaslanan təfsirinin müəyyən qaydasının seçilməsi hesabına nail olunur. Sxemin identifikatoru ünvan qalığının qarşısında yerləşir, ondan iki nöqtə ilə ayrılır və qalığın təfsiri qaydasını müəyyən edir. Dolğunluq – imkan dairəsində istənilən mövcud sxem URL vasitəsi ilə təsvir olunmalıdır. Oxunaqlıq – ünvan insan tərəfindən asan başa düşülməlidir, xüsusi ilə də WWW texnologiyaları üçün xarakterikdir  sənədlər istinadlarla birlikdə adi mətn redaktorunda yaradıla bilər URL formatına daxildir: ünvan sxemi (giriş protokolu tipi - http, gopher, wais, telnet, ftp və s.); IP- və ya domen ünvanı maşını; TCP-port nömrəsi; serverdəki resursun ünvanı (kataloq və ya fayl yolu); verilənlərin axtarış kriteriləri.Hər bir tətbiq protokolu üçün yuxarıda göstərilmiş siyahıdan öz sahələr alçoxluğu seçilir. Sadə URL ünvanına nümunə: Şıxəliyev R.H. "Şəbəkə texnologiyaları. Mühazirələr kursu" Dərslik. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2017, 143 səh.
https://az.wikipedia.org/w/index.php?curid=572840
Şəbəkə əlaqə kanallarına giriş metodları
Giriş metodu – lokal şəbəkənin əlaqə kanalını növbəti hansı işçi stansiyanın istifadə edəcəyini müəyyən edən metoddur. Əlaqə kanalına (kabelə) girişin idarə edilməsi metodu şəbəkənin xarakteristikalarına əhəmiyyətli dərəcədə təsir göstərir.Giriş metodları aşağıdakılardır:- daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş (Carrier Sense Multiple Access with Collision Detection – CSMA/CD); - səlahiyyətlərin ötürülməsi ilə çoxsaylı giriş və ya markerin ötürülməsi metodu (Token Passing Multiple Access – TPMA); - vaxtın bölünməsi ilə çoxsaylı giriş (Time Division Multiple Access – TDMA); - tezliyin bölünməsi ilə çoxsaylı giriş (Frequency Division Multiple Access – FDMA) və ya dalğa uzunluğunun bölünməsi ilə çoxsaylı giriş (Wavelength Division Multiple Access – WDMA). CSMA/CD metodu Daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş metodunun alqoritmi şəkil 19-da verilmişdir. Daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş metodu (CSMA/CD) növbəti alqoritm üzrə işləyir: əgər işçi stansiya verilənlərin ötürülməsi üçün şəbəkədən istifadə etmək istəyirsə, o, əvvəlcə kanalın vəziyyətini yoxlamalıdır və kanal boş olduqda ötürməyə başlaya bilər Ötürmə prosesində stansiya mümkün konfliktləri aşkarlamaq üçün şəbəkəni dinləməni davam etdirir. Əgər iki qovşağın kanalı tutmaq üçün etdikləri cəhdə görə konflikt yaranarsa, onda konflikti aşkarlayan şəbəkə platası şəbəkəyə xüsusi siqnal göndərir və hər iki stansiya eyni zamanda ötürməni dayandırır. Bu zaman, qəbul edən stansiya qismən qəbul edilmiş məlumatı atır və məlumat göndərmək istəyən bütün stansiyalar məlumatı göndərməzdən əvvəl təsədüfi seçilmiş zaman müddətində gözləyir. Bütün şəbəkə plataları müxtəlif psevdotəsadüfi zaman müddətinə proqramlaşdırılmışdır. Əgər təkrar məlumat göndərilməsi zamanı konflikt yaranarsa, onda bu zaman müddəti artırılır. Ethernet standartı rəqabətli şəbəkəni müəyyən edir, yəni işçi stansiyaları şəbəkəyə giriş hüququ əldə etmək üçün bir biri ilə rəqabət aparmalıdırlar. TPMA metodu Markerin ötürülməsi metodu – mühitə giriş metodudur və məlumatın ötürülməsinə icazə verilməsi üçün, bir işçi stansiyadan digər işçi stansiyasına marker ötürülür. Markeri alan işçi stasiya məlumat göndərə bilər və bunun üçün məlumat markerə qoşularaq şəbəkəyə ötürülür. Bu zaman marker məlumatı şəbəkədə daşıyır. Məlumatı göndərən və qəbul edən stansiyalar arasındakı bütün stansiyalar bu məlumatı görür, lakin onu ancaq təyinat stansiya qəbul edir. Bu zaman o yeni marker yaradır. Marker (token) və ya səlahiyyət – verilənlərin ötürülməsinə başlamağa imkan verən unikal bitlər kombinasiyasıdır. Hər bir qovşaq özündən əvvəlki qovşaqdan paketi qəbul edir, siqnalların səviyyəsini nominal səviyyəyə qədər bərpa edir və növbəti qovşağa göndərir. Göndərilən paket verilənlərə malik ola bilər və ya marker ola bilər. İşçi stansiyaya paket göndərmək lazım gəldikdə onun şəbəkə platası markerin daxil olmasını gözləyir, sonra onu müvafiq səviyyənin protokolu üzrə formatlaşdırılmış verilənlərdən ibarət olan paketə çevrir və sonra lokal şəbəkəyə göndərir, Paket lokal şəbəkədə ünvana çatana qədər işçi stansiyalarının şəbəkə plataları arasında yayılır. Alan işçi stansiya paketin alınmasını təsdiq etmək üçün ona müəyyən bitlər əlavə edir və lokal şəbəkəyə qaytarır. Bundan sonra paket göndərən tərəfə qayıdır və paketin səhvsiz göndərildiyini yoxladıqdan sonra, qovşaq lokal şəbəkəni boşaldır və yeni marker daxil edir. Beləliklə marker ötürməsi olan lokal şəbəkələrdə konfliklərin baş verməsi mümkün deyil. Markerin ötürülməsi metodu əsasən həlqəvari topolgiyalı lokal şəbəkələrdə istifadə edilir. Bu metodun üstün cəhətləri aşağıdakılardır: şəbəkədə verilənlər blokunun müəyyən vaxt ərzində çatdırılmasına zəmanət verir; verilənlərin ötürülməsinə müxtəlif prioritetlərin verilməsi imkanının olması.Bununla yanaşı çatışmazlıqları mövcuddur: şəbəkədə markerin itməsi, həmçinin bir neçə markerin yaranması mümkündür və bu zaman şəbəkə işini dayandırır; yeni işçi stansiyanın qoşulması və ləğv olunması bütün sistemin ünvanının dəyişməsinə səbəb olur. TDMA metodu TDMA giriş metodu takt generatoru adlanan xüsusi qurğunun istifadəsinə əsaslanır. Bu generator kanal vaxtını təkrar olunan dövrlərə bölür. Hər bir dövr ayırıcı siqnalla başlayır. Dövr n sayda nömrələnmiş, özək adlanan zaman intervallarından ibarət olur. İntervallar verilənlər bloklarını yükləməyə imkan verir. Bu üsul verilənlərin paketlərin kommutasiyası və kanalların kommutasiyası ilə ötürülməsini təşkil etməyə imkan verir. İntervalların istifadəsinin birinci (sadə) variantı ondan ibarətdir ki, onların sayı (n) baxılan kanala qoşulmuş abonent sistemlərinin sayına bərabər götürülür və dövr zamanı hər bir sistemə verilənlərin ötürülməsi üçün bir interval təqdim edilir. Əksər hallarda, baxılan metodun istiifadəsi zamanı eyni bir dövrdə bəzi sistemlərin göndərməyə informasiyası olmur, bəzilərinə isə ayrılmış vaxt kifayət etmir. Nəticədə, kanalın buraxma qabiliyyəti qeyri-effektiv istifadə olunur. İkinci, daha mürəkkəb və son dərəcə qənaətçil variant isə ondan ibarətdir ki, sistem ancaq verilənlərin ötürülməsi zərurəti yaranan zaman interval alır, məsələn, asinxron ötürmə zamanı. Verilənlərin ötürülməsi üçün sistem hər dövrdə eyni nömrəli interval ala bilər. Bu halda, sistemin göndərdiyi verilənlər blokları bərabər zaman intervalında gəlib çıxır və eyni gecikmə ilə gəlir. Bu rejim kanlların kommutasiyasının imitasiyası ilə verilənlərin ötürülməsidir. Bu üsul xüsusi ilə danışıqların ötürülməsi zamanə əlverişlidir. FDMA metodu Həmçinin dalğa uzunluğunun bölünməsi ilə çoxsaylı giriş – WDMA adlanan FDMA giriş metodu kanalın ötürmə zolağının məntiqi kanallar yaradan tezliklər zolaqları qrupuna bölünməsinə əsaslanır. Onun istifadəsi zamanı kanalın geniş buraxma zolağı qoruyucu zolaqlarla ayrılmış bir neçə ensiz zolaqlara bölünür. Hər bir ensiz zolaqda məntiqi kanal yaradılır və bu zolaqların ölçüləri müxtəlif ola bilər. Məntiqi kanallarla ötürülən siqnallar müxtəlif daşıyıcıların üzərinə qoyulur və buna görə də tezlik sahəsində kəsişmirlər. Bunula yanaşı, qoruyucu zolaqların olmasına baxmayaraq bəzi hallarda siqnalın spektral tərkibi məntiqi kanaldan kənara çıxa və qonşu məntiqi kanalda küylərin yaranmasına səbəb ola bilər Optik kanallarda tezliyin bölünməsi onların hər birinə müxtəlif tezlikli işıq süasının istiqamətləndirilməsi ilə həyata keçirilir. Bu yolla fiziki kanalın buraxma qabiliyyəti bir neçə dəfə artır. Bir işıqötürən bu cür multipleksləmə zamanı müxtəlif tezliklərdə daha çox sayda işıq buraxır. Onların işıqötürən vasitəsi ilə buraxılması bir birindən asılı olmayaraq baş verir. Qəbuledici tərəfdə fiziki kanaldan keçmiş siqnalların tezliklərinin ayrılması çıxış siqnallarının filtrasiya vasitəsi ilə həyata keçirilir. FDMA giriş metodu nisbətən sadədir, lakin onun istifadəsi üçün müxtəlif tezliklərdə işləyən ötürücü və qəbuledici lazımdır Şıxəliyev R.H. "Şəbəkə texnologiyaları. Mühazirələr kursu" Dərslik. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2017, 143 səh.
https://az.wikipedia.org/w/index.php?curid=572474
Şəbəkə əməliyyat sistemi
Şəbəkə əməliyyat sistemi (ing. network operating system NOS) – lokal hesablama şəbəkəsində olan bütün kompüterlərə və başqa qurğulara xidməti uzlaşdıran stansiyada quraşdırılmış əməliyyat sistemi. Yanlız kompüterin işləməsi üçün əsas məsələləri yerinə yetirən biristifadəçi əməliyyat sistemidən fərqli olaraq, şəbəkə əməliyyat sistemi şəbəkəyə çıxışı təmin etməkdə çoxlu sayda avtomatlaşdırılmış işçi yerlərinin sorğularını təsdiqləməli və cavablandırmalı, resursları paylaşdırmalı və onlardan birgə istifadəni təmin etməli, verilənlərin qorunmasını və xətalara nəzarəti həyata keçirməlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər PCmag's definition of network operating system Arxivləşdirilib 2012-10-13 at the Wayback Machine Chapter 6 of Dr. Roy Winkelman's guide to networks
https://az.wikipedia.org/w/index.php?curid=493614
Şəbəkəarası paket mübadiləsi
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər RFC 1132 - A Standard for the Transmission of 802.2 Packets over IPX Networks Ethernet Frame Types: Don Provan's Definitive Answer Arxivləşdirilib 2015-04-18 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=498800
Şəbəkədə interfeys səviyyə təhlükəsizliyi
Şəbəkə interfeys səviyyəsi (istifadəçi yönümlü) TCP/IP model-in ən aşağı səviyyəsidir. Bu səviyyənin özünə xas bir neçə təhlükəsizlik açıqları var ki, hücumçu tərəfindən istismar edilə bilər. Şəbəkə interfaz səviyyəsi Şəbəkə interfaz səviyyəsi (həmçinin data link səviyyə kimi adlanır), istifadəçinin sistemi ilə şəbəkə cihazı arasındakı fiziki interfazdır. Bu səviyyə data paketlərin ötürülmə üçün necə formatlanmasını və yönləndirilməsini müəyyənləşdirilir. Bəzi ümumi link səviyyə protokolları bunlardır, IEEE 802.2 and X.25. Data link səviyyə və onun protokolları istifadəçi cihazını və şəbəkə cihazını idarə edir. Bu səviyyənin məqsədi şəbəkəyə qoşulu istifadəçilər arası etibarlı əlaqə saxlamaqdır. Şəbəkənin bu səviyyəsi tərəfindən təmin olunan servislərə aşağıdakılar daxildir: Data bölünməsi — Data axınlarını müəyyən formalı fram və ya paket hissələri halına salır. Checksums — qəbul edicinin göndərilən dataları düz ardıcıllıqla toplaması və xəta olub olmamasını müəyyən etmək üçün checksum dataları göndərir. Bildiriş — Etibarlı data axını üçün qəbuledicinin data paketlərin qəbulu barədə müsbət və ya mənfi bildiriş göndərilməsidir. Məlumat axımı nəzarəti- Sürətli göndəricinin daha asta qəbuledici tərəfindən üstələnməməsini təmin etmək üçün məlumatların yaddaşlarda saxlanmasıdır. Açıqlar və onların təhlükələrinin azaldılması Kabelli şəbəkələrdə Fiziki Adres Yaddaşı(CAM və ya MAC) cədvəlinin doldurulması hücumu Data link səviyyənin adres paketləri hədəf adresin fiziki adreslərindən yəni MAC adreslərindən ibarət olur. Şəbəkədəki cihazların hansı port altında yerləşməsini bilmək üçün switchlər MAC adres cədvəllərindən istifadə edir. Bu cədvəl switchlərə axtarılan adresə məlumatların təhlükəsiz göndərilməsinə icazə verir. Təhlükəsizliyin əsas olduğu şəbəkələrdə hub şəbəkələrə nəzərən switch istifadəsi daha təhlükəsiz rabitəni təmin edir. MAC cədvəlinin doldurulması hücumu məntiqi olaraq switchi huba çevirir. Hücumçu MAC cədvəlin sabit yaddaşə dolana qədər MAC adresləri switchə göndərir. Bu halda switch məlumatı necə yönləndirəcəyini bilmir və gələn məlumatları bütün portlardan yayımlayır. Bu andan etibarən hücumçu bütün trafiki (şifrələri, mesajlaşma və s.-ni) əldə edə bilir.MAC cədvəlinin doldurulması hücumunun zərərlərinin azaldılması üçün switchdə port təhlükəsizliyini quraşdırmaq lazımdır. Bu üsulla porta xüsusi bir MAC adresi uyğunlaşdırmaq və ya yalnız təyin etdiyimiz sayda MAC adresin bir portdan istifadəsini tənzimləmək mümkündür . Əgər etibarsız MAC adres portdan istifadə etmək istəyərsə, switch həmin MAC adresi bloklaya bilər və ya portu tamamilə söndürə bilər. Address Routing Protocol (ARP) spoofing hücumu Dynamic Host Configuration Protocol (DHCP) starvation IP adresi olmayan istifadəçi cihazı şəbəkəyə daxil olanda DHCP server-ə İP adres almaq üçün sorğu göndəri. DHCP server həmin cihaz üçün İP adresi ayırır və cihaza İP adresini və adresin istifadə müddətini göndərir. Son olaraq cihaz İP adresini alması ilə bağlı DHCP server-ə müsbət bildiriş göndərir. DHCP starvation hücumunda, hücumçu DHCP server-dən İP adres və isifadə müddəti əldə etsə də, bu məlumatları əldə etdiyi ilə bağlı təsdiq cavabı yollamır. Əksinə DHCP serverdə ehtiyat İP adreslərin hamısı bitənə qədər davamlı olaraq İP sorğusu göndərir. Bu halda başqa istifadəçilər İP əldə olunması üçün müraciət etsə də, şəbəkəyə qoşulma istəkləri baş tutmur və denial of service ilə nəticələnir. Hücumçu bu halda özünü yanlış DHCP olaraq tanıdır və istifadəçilərə yanlış şəbəkə tənzimləmələri yollayır, və bununla da bütün trafik hücumçunun cihazına yönlənir.Bu hücumun təsirlərini azaltmaq üçün switchlərdə İP mənbəyi guard özəlliyini aktiv etməkdir. İP guard ilkin olaraq DHCP paketlərindən başqa bütün trafikləri bloklayır. Cihaz DHCP-dən İP adres aldıqdan sonra cihaz Access Control List (ACL)-də switchin müəyyən portu ilə limitlənir. Bundan sonra məlumat axınına ACL tərəfindən icazə verilir. Naqilsiz şəbəkələr Gizli düyün hücumu (hidden node attack) Naqilsiz şəbəkələrdə istifadıçilər və ya düyünlər eyni mühitdən istifadə edir. Əgər A və B istifadəçiləri eyni ofisdə öz notbukları ilə şəbəkədən istifadə edirlərsə,bu halda onlar bir wireless access point-ə bağlı olurlar. Ancaq eyni anda yalnız bir istifadəçi məlumat göndərə bilir ki, məlumat toqquşması baş verməsin. İlk olaraq A istifadəçisi RTS siqnalı (Ready-To-Send, göndərməyə hazıram) göndərir.Əgər Access Point başqa bir trafik qəbul etmirsə, CTS siqnalı(Clear to send) göndərir. A düyünü məlumatı göndərməyə başlayır və həmin zaman B düyün məlumat göndərməməli olduğunu bilir. Buna baxmayaraq, B düyünü A ilə birbaşa əlaqə saxlamır. Bu halda A düyünü gizli düyündür, və access pointlə əlaqə üçün nə vaxta kimi gözləməli olduğunu bilir. Hücumçu şəbəkəy CTS siqnalları göndərərək bu funkisonallığı istismar edə bilər. Bu halda bütün düyünlər gizli düyün olduğunu düşünərək öz məlumatlarını göndərmirlər və bu denial of service nəticələnir.Gizli düyün hücumunu reallaşdırmaq üçün NetEqualizer kimi proqramlardan istifadə etmək olar. Bu cür proqramlar access pointin trafikini gözdən keçirərək ona uyğun trafik yaradır. Əgər CTS/RTS siqnalları qəbul edilərsə, gizli düyün hücumu kimi qəbul edilir və bloklanır. Deidentifikasiya hücumu Hər hansı bir istifadəçi access pointə qoşulmaq istədikdə ilk olaraq identifikasiya olmalıdır. Nə vaxt ki, istifadəçi ayrılarsa(deidentifikasiya), access pointə ayrılmaq üçün mesaj göndərir. Hücumçu access pointə istifadəçini ayrılması ilə bağlı mesaj göndərə bilər və həmin İP ilə yenidən qoşulma üçün icazə istəyə bilər.Bu hücumun təsirini azaltmaq üçün access point ayrılma vaxtının gecikmələrini tənzimləyə bilər və bu access pointə sonradan göndərilən paketlərin analizi üçün əlverişli imkan yaradır. Əgər data hissəsi ayrılmadan sonra göndərilibsə, bu sorğu ləğv edilir, çünki normal istifadəçi belə bir sorğu göndərə bilməz.
https://az.wikipedia.org/w/index.php?curid=446407
Şəbəkədə tək
Şəbəkədə Tək (pol. «S@motność w Sieci») — məşhur polyak yazıçısı Yanuş Leon Vişnevskinin 2001-ci ildə nəşr edilmiş ilk romanıdır. Roman adsız və "@" işarəsi ilə qeyd edilmiş on fəsil və epiloqdan ibarətdir. Romanda hadisələr XX əsrin 90-cı illərinin ortalarında baş verir. Romanın əsas qəhrəmanları qlobal internet şəbəkəsi, elektron poçt və ICQ vasitəsiylə tanış olurlar. Onlar söhbət edirlər, bir-birinə vurulurlar və narahatlıq yaşayırlar. Müəllif həm də onların hər ikisinin "şəbəkədən kənar" həyatını dost, ailə, iş, musiqi zövqlərini təsvir edir. Uzun müddət davam edən virtual münasibətdən sonra qəhrəmanlar Parisdə görüşürlər, bu görüşdən sonra isə onların münasibətlərində və hər birinin həyatında mühüm rol oynayan sınaqlar başlayır. Romanın əsas hissəsi qəhrəmanların internetdə yazışmalarından ibarətdir. Müəllif yalnız əsas qəhrəmanlardan birinə — oğlana Yakub adını vermişdir. Qadın isə adsızdı. "Əbədi olanlar arasında ən qısa ömürlü sevgidir" – romanın məzmununu dəqiq çatdırmağa çalışanlar onu daha çox bu cümlə ilə ifadə edirlər. Roman oxucular tərəfindən birmənalı qarşılanmayıb və hələ də forumlarda insanlar tərəfindən aktiv müzakirə edilməkdədir. Romanın yazılma tarixi Romanın yazılması "uğurdan sonrakı depressiya" dövrünə təsadüf etmişdir – Yanuş Vişnevski kimya doktoru elmi rütbəsini əldə etdikdən sonra həyat yoldaşı ilə boşanmıışdı. Müəllif qeyd edir: "Mən sadəcə olaraq kədərli idim…Və qərara gəldim ki, belə bir tarixçəni yazmaq daha ucuz başa gələcək, nəinki psixoterapevtə müraciət etmək." Romanın genişləndirilmiş versiyası "Şəbəkədə tək. Triptix" — Vişnevskinin "Şəbəkədə tək" romanının uğur qazanmasından sonra yazdığı genişləndirilmiş versiyanın adıdır. Oxucuların məkrublarını nəzərə alan müəllif "Şəbəkədə tək. Triptix"i nəşr etdirmək qərarına gəlir və bu kitaba romanın orijinal versiyası, oxucu məktubları ilə yanaşı, romanın sonunu yeni traktovkada təqdim edən ikinci epiloq – "Postepiloq" da daxildir. Əlavə faktlar Romanda müxtəlif elmi faktlar qeyd edilir, məsələn Albert Eynşteynin beyninin oğurlanması təsvir olunur. Romanın doqquzuncu fəslində (@9) Boeing 747 təyyarəsinin qəzaya uğramasından bəhs edilir, bu hadisə həqiqətən də romanda qeyd edildiyi kimi 17 iyul 1996-cı ildə baş vermişdir. Müəllifin sözlərinə görə, romanın mövzu və ideyası hələ 1987-ci ildə onun ağlına gəlmişdi. Ekranlaşdırılması 2006-cı ildə Maqdalena Tseletska və Andjey Xıranın baş rolları ifası və Vitold Adamekin rejissorluğu ilə roman əsasında film çəkilmişdir. Xarici keçidlər Yanuş Vişnevskinin saytı (pol.)
https://az.wikipedia.org/w/index.php?curid=376498
Şəbəkəli livedo
Şəbəkəli livedo (ing. Livedo reticularis) – dərinin bənövşəyi rəngli, şəbəkəli eritematozudur. Solğun həlqələr qan cərəyanının azalması və periferiyada oksigenin aşağı gərginliyi ilə bağlıdır. Dəri biopsiyası dəyişikliksizdır. Tipləri: fizioloji ("mərmər" dəri, cavan qadınlarda aşağı ətraflarda, soyuqda güclənir, istidə itir), adəti (istidə itmir), idiopatik (daimi, "ağacşəkilll" livedonun erkən mərhələsi ola bilər), amantadin qəbulu ilə bağlı.
https://az.wikipedia.org/w/index.php?curid=832351
Şəbərti (Bicar)
Şəbərti (fars. شبرتو) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (35 ailə). Əhalisini kürdlər təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=770271
Şəcərə
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri. Həmçinin bax Geneologiya
https://az.wikipedia.org/w/index.php?curid=414742
Şəcərəddürr
Şəcərəddürr, Şecer-üd-Dürr, Şeceret-üd-Dürr, Şacar al-Durr ya da Şacarat al-Durr (Ərəbcə: شجر الدر Shajar al-Durr: "dürr ağacı"; d. ? - ö. 1257) — Misir Məmlük dövlətinin ilk və tək qadın hökmdarı. Hakimiyyətdə qadın. Orta əsrlərdə Şərqdə nadir hallarda rastlanacaq bir haldır. Qadın siyasi status qazanır və ölkənin idarəçiliyini öhdəsinə götürür. Şərqin saraylarında qadınları kəniz, cariyə, hərəm qadınları, şah əhli-əyalı kimi görməyə alışmışıq. Gəlin şərq həyatının, müsəlman dünyasının unudulmuş tale səhifələrindən birini vərəqləyək. Müsəlmanların unutduğu qadın (شجر الدر) Şəcər əd-Dürri (Mirvari ağacı) adlı Sultan (1249-1250). Tam adı əl-Məlikə İsmət əd-Din Umm-Xəlil Şəcər əd-Dürrdür. Ləqəbi Umm Xəlildir (Xəlilin anası). XIII əsr… Misirdə Sultan Şəcər hakimlik edirdi. Hərəmxananın hüdudlarından kənarda bütün ölkənin taleyi onun əlində idi.Sultanın milliyyəti haqqında dəqiq tədqiqatlar yoxdur. Əyyubilər sülaləsi sultanı əs-Saleh Əyyubinin vəfatından sonra (v.e. 1257, Misir) məmlüklər tərəfindən taxta çıxarılan Sultan Şəcər əd-Dürrün 7-ci Xaç yürüşləri vaxtı Misir üçün əhəmiyyətli hökmdarlıq dövrü başlayır. O dövrün tarixçi və etnoqrafları tərəfindən sultanın əslinin məmlük türklərindən gəldiyi bildirilirdi. Lakin bəzi mənbələr onun qıpçaq əsilli olduğunu vurğulayır.Şəcərin Əyyubi sultanının sarayına düşməsi haqqında da müxtəlif fikirlər var. Belə ki, ən doğru ehtimal olaraq 1230-cu ilə Sultan əs-Saleh Əyyubun onu Levant bazarından aldığı bildirilir. Bəzi ehtimallarda isə onun Bağdad xəlifəsi tərəfindən sultana bəxşiş-kəniz olaraq göndərilməsi vurğulanır. Həmin dövrlərdə saray hərəmxanasında qadınların sayı 300 nəfərdən çox idi. Və Şəcərin qarşısında seçim qalırdı: Ya əbədi cariyə qalacaq, ya da saray hərəmxanasının qanunlarına təsir edəcək gücə malik Xanım-Sultana çevriləcəkdi. Dəqiq tarixi məlumata istinadən, Kəniz Şəcər 1249-cu ildə artıq Sultan əs-Saleh Əyyubinin xanımı, şahzadə Xəlil əl-Malik əl-Mənsurun anası idi. “Məmlüklər-inamın xilaskarı” adlı kitabında Qazaxıstan tarixçisi Kayrat Beqalin yazır: “Şəcər əd-Dürrün yüksəlişinin əsas səbəblərindən biri o idi ki, o əs-Salehin uşaqlarının, Misir şəhzadələrinin anası idi. Ancaq müsəlmanların ciddi qanunlarına əsasən, Şəcər sadəcə kəniz sayılırdı. Buna baxmayaraq, bütün rəsmi sənədlərdə o, “Xəlilin anası”, xütbədə isə “Sultan əs-Salehin xanımı” kimi qeyd olunurdu”. 1249-cu ildə Fransa kralı IX Lüdovikin başçılığı ilə Xaç yürüşünə çıxanlar Sultan Əyyubinin ölkədə olmamasından (O Dəməşqdə idi) istifadə edərək Nilin sahilindəki Dəmyət şəhərində köç salırlarVII Xaç yürüşü idi. Ərinin ölkədə olmaması səbəbindən Sultan Şəcər ordu komandanlığını üzərinə götürür və yüksək təşkilatçılıq ilə hücum planı hazırladır. Səfərdən qayıdan Sultan Əyyubi hansısa qərar qəbul etməyə macal tapmır. Bir neçə gün sonra vəfat edir. Şəcər bu faktı hər kəsdən gizlədərək Sultanın ağır yataq xəstəsi olduğunu elan edir. Yaxın əyanlarının və vəzir Fəxrəddinin köməkliyi ilə Sultanın cənazəsi Nilin ortasındakı adada dəfn olunur. Vəfatından əvvəl Sultan öz imzası ilə xeyli sayda Şəcər üçün möhürlü boş kağızlar qoyur və məhz, qərarvermədə və imzalamada b kağızlardan istifadə edən Şəcər bir müddət Sultanın ölümünü gizlədə bilir. Ölkə müharibə şəraitində olduğuna görə Sultan Şəcər Saleh Əyyubinin ölümünü ilk növbədə düşmənlərdən gizlətmək istəyirdi. Sultanın Şəcərdən olan oğlunun vəfatından sonra yeganə mirasçı kimi Salehin I həyat yoldaşından olan oğlu Turanşaha Şəcər taxtı təhvil verir və Sultanın vəfat etdiyini bildirir. Ancaq Sultan Şəcər sakitçilik axtaran qadınlardan deyildi. O məmlüklər üzərində öz gücünü saxlamışdı. Məhz Turan şah və məmlüklərin gücü ilə düşmən məhv edilir IX Lüdovik əsir düşür, ölkə isə “ədalətsizlər”dən xilas olur. Bağdad mədrəsəsində təhsil alan Turanşah “vəhşi” məmlükləri qiymətləndirmirdi. Xaçlılar üzərində qələbə çaldıqdan sonra sadəcə öz pərəstişkarlarını mükafatlandıran Turanşahın bu hərəkəti sarsıdıcı səhv olur və məmlüklərin etiraz edir və Turanşaha qarşı sui-qəsd hazırlayaraq onu qətlə yetirirlər. 2 may 1250-ci ildə ordu Şəcər əd-Dürrü taxta çıxarır. Məmlüklər Şəcərin naminə təkcə sultan kimi yox, “müsəlmanların şəhzadəsi” kimi səs vermişdilər. Hakimiyyəti bütünlüklə əlinə alan sultan Şəcər bəxşişlər verir, məmlüklərin şərəfinə üzərində öz təsviri olan gümüş pullar basdırır, franklarla sülh sazişi bağlayır və IX Lüdovikin müəyyən məbləğ qarşısında azad olunaraq vətəninə qayıtmasını təmin edir. Bütün Sultan kişilərdə olduğu kimi, Sultan Şəcərin qadın olmasına baxmayaraq məscidlərdə də onun şərəfinə dualar edilməyə başlanılır. Sadəcə Misir sultanlığı Bağdad xəlifəliyinə tabe edildiyi vaxt Sultan Şəcərin xaçlılara qarşı apardığı mübbarizəni təqdir etməsinə baxmayaraq, xəlifə bir qadının ölkədə hökmranlıq etməsinə hec cür razı ola bilmir. Və Şəcərin hakimiyyətinin 80 günlüyündə Bağdad xəlifəsindən belə bir məktub gəlir: “Bir qadının taxtda olması absurddur. Əgər alternativ yoxdursa, öz adamımızı göndərək”. Əgər Şəcər əd – Dürr taxta bir az gec çıxsaydı, idarəetməni hansısa bir kişi ilə paylaşmaq ehtiyacı da olmayacaqdı. Ancaq 1250-ci ildə Bağdad xəlifəsinin səsi əsas qanunverici qüvvələrdən idi. Sultan Şəcər məqbərəsi-Qahirə Mövcud vəziyyəti analiz edən sultan ağıllı qərar verir- məmlük əmiri, türkmən əsilli Aybəklə ailə həyatı qurur. Orduda yüksək etimad və hörmət sahibi olan Aybək bu zaman ailəli idi və iki övladı var idi. Ancaq bu Sultan Şəcəri dayandırmır. Aybəki ailəsindən boşadaraq onu taxta çıxaran Sultan Şəcər əslində hakimiyyəti əlində saxlayır və Bağdadı razı salır. Və 7 il ölkəni demək olar ki, Şəcər özü idarə edir. O yenə də qərarları imzalamağa davam edirdi və bu zaman kəsilən pulların üzərində Sultan Aybəklə Şəcərin şəkilləri basılırdı. Ancaq bütün bunlara baxmayaraq, Şəcər əd-Dürrün Divanda iştirak etmə hüququ yox idi. Aybəki sırf siyasi motivlə həyat yoldaşı seçən Şəcər sonradan onu sevir və hakim cütlük 7 il bu sevgi ilə yaşayır. Lakin 1257-ci ildə Sultan Aybəkin ikinci dəfə evlənməsi vəziyyəti dəyişir. Belə ki, Əmir Bədir əd-Dinin gənc qızı ilə evlənməklə siyasi əlaqələri möhkəmlədəcəyini iddia edən Sultan Aybək əslində yatmış ilanı oyadır və qısqanclıq üzündən Şəcərin vasitəsilə göndəriləndər tərəfindən Sultan Aybək qətlə yetirilir. Cinayəti gizlətməyə çalışan Sultan Şəcərin cəhdlərinə baxmayaraq hadisəni törədənlərin vasitəsilə hadisə yayılır və bu ordunun iki hissəyə bölünməsinə, qarşıdurmalara, mübahisələrin yaranmasına gətirib çıxarır. Vəziyyətdən istifadə edən Sultan Aybəkin birinci həyat yoldaşı Şəcəri intiqam almaq məqsədilə hamama dəvət edir və xanımın kənizləri Kəb-kəb adlanan taxta başmaqlarla Şəcəri ölənə qədər döyməyə başlayırlar. Sultanın cəsədini yalnız bir neçə gündən sonra hələ sağlığında tikdirdiyi məqbərədə dəfn etmək mümkün olur. Qahirədə əl-Əşrəf küçəsinin sağ istiqamətində mozaikalarla bəzədilmiş məqbərə görə bilərsiniz. Bura turistlərlə dolu olur. Ekskursovantlar böyük həvəslə Şəcər əd-dürrü dramatik həyat hekayəsini turistlərə danışırlar. Ancaq çox az ada xatırlayır ki, qısqanclıq üzündən ərini öldürtdürən sultan-qadın əslində böyük dövlət rəsmisi idi. O VII xaç yürüşünün qarşısını almış, fransalı kralı əsir götürmüş, yeni əsrin başlanğıcını qoymuşdur- Məmlüklər adı ilə tarixə düşmüş türk imperiyasının ilk idarəedici qadın hökmdarı olmuşdur. Həmçinin bax Məmlük dövləti Əyyubilər sülaləsi
https://az.wikipedia.org/w/index.php?curid=311062
Şəcərəyi-türk
Əbülqazi Bahadır xan (1603–1663) — Xivə xanı, tarixçi, şair. Urgənc hökmdarı Ərəb Məhəmməd xanın oğlu, 1643-cü ildə Aral özbəklərinin, 1644-cü ildən isə Xivənin xanı olmuşdur. Əbülqazinin "Şəcərəyi tərakimə" (1659) və "Şəcərəyi türk" (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumat, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. verilmişdir. Həmçinin bax Xivə xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=703864
Şəcərəyi-tərakimə
Əbülqazi Bahadır xan (1603–1663) — Xivə xanı, tarixçi, şair. Urgənc hökmdarı Ərəb Məhəmməd xanın oğlu, 1643-cü ildə Aral özbəklərinin, 1644-cü ildən isə Xivənin xanı olmuşdur. Əbülqazinin "Şəcərəyi tərakimə" (1659) və "Şəcərəyi türk" (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumat, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. verilmişdir. Həmçinin bax Xivə xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=703863
Şəddad Cəfərov
Şəddad Cəfərov — Azərbaycan yazıçısı, ölkənin ilk poliqrafçı alimi. Milli poliqrafiyamızın inkişafında böyük xidmətləri olan Şəddat Cəfərov 1940-cı ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. O, 1955-ci ildə 44 saylı orta məktəbin yeddinci sinfini bitirərək 26 Bakı Komissarı adına (indiki 1 saylı) mətbəədə sinkoqrafiya sexində şagird kimi əmək fəaliyyətinə başlamış, təhsilini 57 saylı axşam fəhlə-gənclər məktəbində davam etdirmiş və 1959-cu ildə orta təhsilini başa vurmuşdur. Sonra hərbi xidməti borcunu yerinə yetirmişdir. Ordudan tərxis olunduqdan sonra yenə öz doğma kollektivində sinkoqrafçı işləmiş və 1966-cı ildə mühəndis vəzifəsinə keçmişdir. Şəddat öz işində yeniliklər axtarmağa başlamış, daha səmərəli üsullar taparaq, avtomatlaşdırılmış axın xəttini tətbiq etməklə mətbəədə böyük iqtisadi səmərə əldə edilməsinə nail olmuşdur. İstehsalatla bərabər elmi işlə də məşğul olan Şəddad namizədlik dissertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi adını almışdır. O öz istedadı və rəhbərlik bacarığına görə məsul vəzifələrə irəli çəkilmişdir. "Yeni kitab" mətbəəsində direktor, sonra isə "Kommunist" nəşriyyatında təsərrüfat işləri üzrə baş direktor müavini vəzifəsində işləmişdir. 1985-ci ildə Sov. İKP MK-nın göstərişi ilə Şəddat Cəfərov "Ulyanovskaya Pravda" nəşriyyatına baş direktor vəzifəsinə təyin olunmuş və bu müəssisəni ən qabaqcıl bir mətbəəyə çevirmişdir. Nəşriyyat direktoru olmaqla yanaşı, Ulyanovsk şəhərinin Lenin rayonunun deputatı seçilmiş və deputat qrupuna rəhbərlik etmişdir. O, həmçinin Vilayət Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü seçilmişdir. Ulyanovskda işlədiyi dövrdə bir alim kimi İqtisad Universitetində idarəetmədən mühazirələr də oxumuşdur. Ulyanovsk şəhərindəki məsul vəzifəsini, xüsusi hörmətə layiq olduğunu görərək onu Bakıda işləməyə dəvət edirlər, nəhayət, Şəddat müəllim 20 Yanvar hadisəsindən sonra Bakıya qayıdır, mətbuat və informasiya nazirinin köməkçisi işləməyə başlayır. O, nazirlikdə özünü istehsalatdan təcrid olunmuş kimi hiss edir və orada qərar tuta bilmir. 1991-1992-ci illərdə 3 saylı Bakı Kitab Mətbəəsində direktor, 1992-1993-cü illərdə "Azərbaycan" nəşriyyatının direktoru, 1993-cü ildə Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyində baş direktorun müavini, daha sonra "Göytürk" mətbəəsinin direktoru, 1994-cü ildən ofset çap kombinatında direktor, 1998-ci ildə "Şans" nəşriyyat-poliqrafiya mərkəzinin direktoru vəzifəsində çalışmış, 2002-ci ildən etibarən Bakı mətbəəsi ASC-nin direktoru vəzifəsində işləyir. Şəddat Cəfərov yaradıcı şəxs, mətbuat və informasiya mütəxəssisi, alim kimi ölkənin inkişaf etmiş dövlətlərin mətbuat sisteminə inteqrasiyasına səy göstərmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini dəstəkləmiş və onun dünyəvi şəxsiyyət kimi təqdim olunmasına çalışmışdır. 1992-ci ildə "Azərbaycan" nəşriyyatına rəhbərlik edən Şəddat Cəfərov o dövrdəki çətinlik və təzyiqlərə baxmayaraq, H.Əliyevin şəklinin "Naxçıvan yaşayır, döyüşür" kitabının üz qabığında dərc olunmasına nail olmuşdur. Həm də bədii yaradıcılıqla məşğul olan Ş.Cəfərovun "Balamirzə yazandı", "Mədəni adam", "Qovaq ağacı", "Yaxşısı budur dözək", "Həbib dayı və müdir bəy", "Arayış", "İmtahan", "Bəs təhqir olunmuş qalaq?", "Vəd" kimi hekayələri cəmiyyətdə baş verib reallıqları əks etdirir. Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov "Vətən" nəşriyyatının direktoru, "Əkinçi" mətbuat cəmiyyətinin vitse-prezidenti, "Qızıl qələm" mükafatı laureatıdır. Onun haqqında bir çox əsər və publisist yazılar dərc edilmişdir. Yazıçı-publisist Ağəddin Mənsurzadənin "Atalar üçdən deyib", Elşad Səfərlinin "Şəhərə tələsən qatar" kitabındakı poemalardan biri, Fatma xanım Həsənqızının "Acılı-şirinli günlər" kitabında, "Söz" jurnalı və "Nəbz" qəzetinin xüsusi buraxılışları və bu kimi dərgilərdə Şəddat Cəfərovun şəxsi, insani, humanist, siyasi vətənpərvərlik və s. keyfiyyətləri göstərilmişdir. "Söz" jurnalının baş redaktoru, tanınmış qələm ustası Sevda Əlibəyli Şəddat Cəfərovu "Peşəsinin akademiki" adlandırmışdır. Onu "Poliqrafiya elminin ilk qaranquşu" (Sabir Rüstəmxanlı - şair, publisist, Milli Məclisin üzvü), "Torpağına, kökünə bağlı" (Dilrubə Camalova) məqalələrində hərtərəfli fəaliyyətini xüsusi qiymətləndirmişlər. Şəddat müəllim müxtəlif dünya ölkələrində poliqrafiya təcrübəsinin öyrənilməsi üzrə keçirilən konfranslarda (İran, Rusiya, Fransa, Almaniya, Türkiyədə) elmi məruzələrlə çıxış etmişdir. Öz bilik, bacarıq və təcrübəsini gənclərə həvəslə öyrətməklə yeni nəsil poliqrafçılar yetişdirən Şəddat müəllim hazırda 3 saylı Bakı Mətbəəsində uğurla fəaliyyət göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=300660
Şəddadilər
Şəddadilər, Müsəlman sülalə olmuşdur, 951-1199-cu illərdə Ermənistan və Arrannın müxtəlif ərazilərini idarə etmişdir. Əsası indiki Ermənistan ərazisi olan Dvində qoyulmuşdur. Ermənistanda uzun müddət hakimiyyətdə olduqları üçün tez-tez erməni mənşəli Baqratuni sülaləsi ilə nikah diplomatiyası qururdular. Onlar hakimiyyətini Dvində qursalar da, daha sonra Bərdə və Gəncə kimi böyük şəhərlərə hakimiyyətini yaydılar. Şəddadi kadetlərinə vassalı olduqları Səlcuqlara xidmətinə görə Ani və Tiflis şəhərləri verildi. 1047-1057-ci illərdə Şəddadilər Bizansla bir neçə müharibə aparmışdır. Sonralar Şəddadilər Kür və Araz çaylarının arasındakı əraziləri (Kür-Araz ovalığı) idarə etmişdir. Dövlətin Güclənməsi 978-979-cu ildə Ləşkəri vəfat etdi. Özündən sonra Gəncə taxtında kiçik qardaşı Fəzli görmək istəyən Ləşkərinin istəyinə rəğmən hakimiyyət Məhəmməd ibn Şəddadın ortancıl oğlu Mərzbanın əlinə keçdi. Onun bacarıqsız siyasəti əvvəllər Şəddadilərin itaətində olan bir çox vilayətlərin itirilməsinə səbəb oldu. 982-983-cü ildə Şirvanşah Məhəmməd ibn Əhməd Bərdəni ələ keçirərək, Musa ibn Əlini şəhər hakimi təyin etdi. Elə həmin dövrdə Naxçıvan əmiri Əbu Düləf də Naxçıvan Dvində hakimiyyətini möhkəmlədə bilmişdi. 985-986-cı ildə Fəzl ov zamanı fürsətdən istifadə edərək qardaşı Mərzbanı öldürür, Mərzbanın oğlu Şirvini isə həbs etdirərək hakimiyyəti ələ keçirir. Fəzl ibn Məhəmmədin (985-1030) hakimiyyəti dövründə Şəddadilər dövləti gücləndi. O, Gəncə ətrafındakı bütün xırda mülkləri aradan qaldırıb mərkəzi hakimiyyəti gücləndirdi, Şəddadilərin ata-baba mülkləri olan Dəbili də öz dövlətinə birləşdirdi. Erməni hakimi Şəddadilər dövlətinə 3000 dinar məbləğində bac verməyə məcbur oldu. Bundan başqa Fəzl ibn Məhəmməd gürcülər və xəzərlərə qarşı uğurlu savaş apardı. Onun hakimlyyəti illərində hərbi məqsədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azərbaycanın Quzey və Güney bölgələri arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadı. Fəzl ibn Məhəmmədin hakimiyyəti illərində Şəddadilərlə Şirvanşahlar arasında da sıx əlaqə yaranmışdı. Hər iki sülalə arasında qohumluq münasibətləri vardı. Şəddadilər digər Azərbaycan hakimləri ilə Güneydə hökmdarlıq edən Rəvvadilərlə və Tiflis əmiri Əbülfəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxlayırdılar. XI əsrin 30-cu illərində Arazdan quzeydəki Azərbaycan torpaqlarında yeni-yeni Oğuz boylarının məskən salması Şəddadilərin hərbi qüdrətini daha da artırdı. Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vuruldu (1037). Bizans və Gürcüstanın birləşmiş qüvvələrinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də baş tutmadı (1038). Bütün bu mübarizələrdə oğuz döyüşçüləri fəal iştirak etdilər. Şəddadilər dövləti Əbu-I-Əsvar Şavurun (1049-1067) dövründə Gürcüstanla və onun müttəfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr apardı. Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxuya düşən və bu zaman Cəfərilər sülaləsinin idarə etdiyi Tiflis əmirliyini tutmağa çalışan gürcü çarı IV Baqrat alanlarla ittifaq bağladı, 1062-ci ildə alanların Dəryal keçidini aşıb Gürcüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Bu zaman Şavur Gəncənin yadellilərə qarşı müdafiəsini möhkəmləndirdi. Bu məqsədlə onun ətrafına hasar və xəndəklər çəkdirdi, şəhərə möhkəm qala qapıları düzəltdirdi (1063). Şəddadilər bu zaman Dəbili əldən verməmək, habelə onlardan asılı olan Ani əmirliyini müdafiə etmək üçün ermənilərə və onlara kömək edən Bizans imperiyasına qarşı da uğurla mübarizə apardılar. Kiçik Asiyanın şərqində Bizansa qarşı vuruşan Şəddadi qoşunlarının vurucu qüvvəsi oğuz türkləri idi. Bu mübarizədə Şəddadilərin daha qüdrətli müttəfiqi sonralar Səlcuq türkləri oldu. 1072-ci ildə II Fəzl xarici siyasət sahəsində yeni bir addım ataraq, Səlcuq hokmdarına hədiyyə şəklində təqdim etdiyi zər naxışlı parçaların müqabilində onlardan şəddadi əmirliyinin daha bir mərkəzinə çevrilən Ani şəhərini aldı. Şavurun kiçik oğlu, II Fəzlin qardaşı Mənuçehr Aniyə göndərildi. Aninin yenidən şəddadilərin tabeliyinə keçməsi vahid sülalənin nümayəndələri tərəfindən idarə olunan şəddadilər dövlətinin sərhədlərini bir qədər də genişləndirdi. Dövlətin Süqutu 1073-1074-cü illərdə Şəddadi hökmdarı II Fəzlin oğlu Fəzlun atasına qarşı çıxaraq, onu hakimiyyətdən uzaqlaşdırdı və ölkənin idarəsini əlinə aldı. Lakin 1075-ci ildə Səlcuqi sultanı Məlik şahın əmiri Savtəkin böyük bir qoşunla Arrana göndərilir. Göstərilən müqavimətə baxmayaraq, Fəzlun, nəhayət, Arranın idarəsini Savtəkinə təhvil verməli olur. Əmirliyin ərazisi atabəyliyə çevrilir. Məlikşahın oğlu, Səlcuq məliki Məhəmməd atabəyliyin ilk başçısı təyin edilir. O, Gəncədə qərarlaşaraq yerli əmirlərlə sıx əlaqələr yaradır, əhali arasında məşhurlaşır. Azərbaycanın tarixində nəzərə çarpacaq rol oynamış Məhəmməd sonralar böyük sultan taxtına çıxmış (1105-1118), İraq sultanlığının (1118-1194) əsasını qoymuşdu. Hakimiyyətdən kənar olunmuş Fəzlun, az sonra isə atası II Fəzl Səlcuqilər tərəfindən əsir alınırlar. Mənbələrdə Fəzlunun hakimiyyətinin son illəri haqqında çox ziddiyyətli məlumatlar vardır. XI yüzilin anonim gürcü mənbəyinə görə, Fəzlun 1088-ci ilədək Səlcuqilər əleyhinə mübarizə etmiş, nəhayət həbs olunaraq Bağdada aparılmış və 1091-ci ildə orada ölmüşdür. Fəzlunun Bağdadda əsirlikdə öldüyünü İbn əl-Əsir də təsdiq edir. Beləliklə, Şəddadilər dövlətinin ən mühüm əmirliyi olan Arran-Naxçıvan-Gəncə əmirliyi süqut edir. Yalnız Ani və Dvində Şəddadilər sülaləsinə mənsub əmirlər Səlcuqilərin vassalı kimi hələ də fəaliyyət göstərirdilər. Mənuçehrdən sonra onun nəsli təqribən hələ 130 il Anidə hakimiyyətdə qalmış və nəhayət, bu şəhər gürcülərin əlinə keçmişdi. Dvin Şəddadiləri isə 1130-cu ildə Səlcuqilərin zərbələri nəticəsində süqut etmişdilər. Həmçinin bax Şəddadilər sülaləsi Xarici keçidlər Peacock, Andrew. Shaddadids // Encyclopædia Iranica Online. 2011. İstifadə tarixi: 18 June 2015.
https://az.wikipedia.org/w/index.php?curid=26434
Şəddadilər dövləti

https://az.wikipedia.org/w/index.php?curid=411888
Şəddadilər sülaləsi
Məhəmməd ibn Şəddad (951-954) Sülalənin banisi Əli Ləşkəri ibn Məhəmməd (971-978) Dövlətin ilk hökmdarı Mərziban ibn Məhəmməd (978-985) Fəzl bin Məhəmməd (985-1031) Əbülfəth Musa (1031-1034) II Əli Ləşkəri (1034-1049) Ənuşirvan ibn Ləşkəri (1049) Əbüləsvar Şavur (1049-1067) II Fəzl ibn Şavur (1067-1073) III Fəzl ibn Fəzl (1073-1088) Həmçinin bax Şəddadilər dövləti
https://az.wikipedia.org/w/index.php?curid=108482
Şəddadilərin sikkələri
Şəddadilərin sikkələri — Şəddadilər dövlətində pul təsərrüfatında istifadə olunan sikkələr AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Şəddadilər (951–1174) dövrünə aid dirhəmlər "gümüş böhranı" adlandırılan uyğun dövrün Azərbaycan zərbxanarı və Yaxın Şərqin pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir. Səciyyəvi xüsusiyyətləri Aversin mərkəzi hissəsinə — "tovhid" ifadələri, Abbasi xəlifəsinin titulu, ətrafına hicri tarixinə müvafiq zərb ili və zərbxana; reversin mərkəzi hissəsinə -Muhəmməd rəsulullah, Şəddadi əmirinin titulu və adı, ətrafına — Quran ayəsinin ("Tövbə" surəsi, ayə 33) həkk edildiyi belə dirhəmlər Gəncə, Ani, Dəbil və d.zərbxanalarda istehsal edilmişdir. Belə tapıntılar Bərdə və Qəbələ rayonlarında aşkarlanmışdır. Həmçinin bax Elxanilər sikkələri
https://az.wikipedia.org/w/index.php?curid=676429
Şəddə
Şəddə – xovsuz xalçalar qrupuna aid olan xalça. Toxuma texnkiası baxımından şəddə zolaqlı palaz ilə oxşardır. Burada da zolaqlı palazda olduğu kimi əriş düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz tərzdə təkrarlanan müxtəlif rəngli iplərdən təşkil olunmuşdur. Şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət olurdu. Bu təqdirdə onun həm ərişi, həm də arğacı rəngli iplərdən təşkil edilirdi. Eyni rəngə malik əriş və arğac iplərini artırıb çoxaltmaqla toxucu həmin kvadratların ölçülərinin dəyişdirilməsinə nail olmağa imkan yaradırdı. Şəddələr üzərində ən çox yayılmış naxış növü və ya kompozisiyası ritmik üfüqi zolaqlar təşkil edən dəvə karvanı təsviri idi. Bədii analiz Şəddə müxtəlif növə, müvafiq olaraq bir neçə emal üsuluna malikdir. Şəddənin üç növü var: BirrəngliBirrəngli şəddə sadə naxış toxuma üsulu ilə hazırlanır. DamalıDama rəsmli şəddə palaz və cecim prinsipi ilə hazırlanır. SüjetliSüjetli şəddələr eyni prinsiplə hazırlanır. Süjetli şəddə olan "Dəvəli" bütün dünyada şöhrət qazanmışdır. Demək olar ki, onların süjeti eyni olaraq qalır, kompozisiyası isə dəyişilməyib. Karvan bir neçə üfiqi cərgə ilə sahədə soldan sağa hərəkət edir. Hər bir qatar gedən sarvana əsaslanır. İnsanlar və heyvanlar tünd-qırmızı fonda canlaınr, rəngi parlaq və hamardır. Şəddə iki variantda kompozisiyaya malikdir. Birinci variantBirinci variantda kompozisiya müxtəlif süjetlərdən ibarətdir. Əsas süjet – sıraya düzülmüş at və dəvə karvanıdır. Karvanların qarşısında yerləşən daşıyıcıların – sarvanların, dəvə minənlərin fiqurları süjetli şəddənin səciyyəvi cəhətidir. Atlıların sol əlində ov quşu – şahinin, sağ əlində isə ov itlərinin xaltasına keçirilmiş kəndirin təsviri verilmişdir. Bu, ov səhnəsidir. Maraqlısı bundadır ki, orta sahədə təsvir olunmuş bütün adam təsvirləri qabaqdan görünüşlə, heyvan təsvirləri isə profildən verilmişdir. Hər bir insan və heyvan fiqurunun öz rənginin olmasına baxmayaraq, bu, xalçanın ümumi rəng ahəngdarlığına xələl gətirmir. Süjetli təsvirə malik olan Şəddə nadir hallarda xüsusi sifarişlə toxunur. Cəbrayıl rayonunda ipəkdən toxunmuş belə xalçalara rast gəlmək mümkündür. İkinci variantİkinci variantda olan Şəddə ornamental naxışlı xalçalardır. Bu naxışların ümumi elementi qabaqdan görünüşlə verilmiş şanapipik quşunun təsviridir. Belə tipli kompozisiyalara Qarabağ zililərində də rast gəlmək mümkündür. Yaxın zamanlaradək orta sahəsi şahmata bənzər xanalardan ibarət olan Şəddə də istehsal edilirdi. Texniki xüsusiyyətlər Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=117731
Şəfa
Şəfa — Azərbaycanlı kişi və qadın adı; təxəllüs. Qadın adıŞəfa Hüseynova — azərbaycanlı müğənni.Kişi adıŞəfa Zikri İbrahim — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru.TəxəllüsŞərafət Şəfa — jurnalist, şairəDigərŞəfa FK — Bakıda futbol klubu Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Şəfa bulağı (film, 1981) — Kino Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=752954
Şəfa (müğənni)
Şəfa (28 mart 1975, Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR – 4 dekabr 2005) — azərbaycanlı müğənni. Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib.Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib. Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı. Şəfa mütamadi olaraq müxtəlif hərbi hissələrdə konsert proqramı ilə çıxış etmiş və hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlara layiq görülmüşdür. Qısa bir zamanda xalqın sevimlisinə çevrilən Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Ölə Bilərəm Sevgi Qatarı
https://az.wikipedia.org/w/index.php?curid=329685
Şəfa FK
Şəfa FK — və ya rəsmi adı ilə Şəfa Futbol Klubu. Azərbaycanın Bakı şəhərini təmsil edən, Şəfa klubu 1998-ci ildə fəaliyyətə başlamışdır. 2005-ci ildə maddi problemlər səbəbi ilə fəaliyyətini dayandırsa da, 2022-ci ildə yenidən fəaliyyətini bərpa etmişdir. Klubun bünövrəsi 1998-ci ildə qoyuldu. 1998/1999-cu il mövsümü. İlk mövsümün elə ilk oyunundan klub təcrübə toplamağa başladı. Təbii ki, Şəfa liqada yeni klub idi. 15 avqust 1998-ci ildə ilk oyunu Şəmkirə qarşı oldu, 2-0 məğlubiyyətlə üzləşdi. Klub ilk qolunun ikinci qarşılmasında, 9 sentyabr tarixində, Kəpəzin qapısından keçirdi. Daha sonra ard-arda məğlubiyyətlər almağa başladı. "Kəpəz"ə qarşı 2-6, "Dinamoya" qarşı 3-0 və s. Klub ilk qalibiyyətini 11 noyabrda "Dalğıc" klubuna qarşı 4-0-lıq darmadağınla aldı. Ardınca yenidən qalibiyyətsiz seriya davam etdi. Oyun növbəsi yenidən "Dalğıc" klubuna çatdıqda, 4-0-lıq növbəti qələbəsini aldı... Yekun olaraq klub çıxdığı elə ilk mövsümdə 14 xalla 12-ci yerdə qərarlaşdı. 1999/2000-ci il mövsümü. Oynadığı ikinci mövsümdə isə, rəqiblərinin qarşısında xeyli güclənən "Şəfa", "Xəzər Universiteti" klubunu ilk oyunda məğlub etdi. Lakin daha sonra yenidən məğlubiyyətlər seriyası başladı. Klub uzun bir müddət qələbə üzünə həstər qaldı. 20 may 2000-ci il tarixində isə artıq məğlub olduğu "Kəpəz"ə qarşı 3-2, "Qarabağ" klubuna qarşı isə 2-2 bərabərliklə son iki oyununu bitirdi. Amma ilk mövsümü ilə müqayisədə klub bu dəfə daha yüksək nəticə göstərmişdi. 7-ci yerdə qərarlaşan klub, 22 oyunun 8-ni qələbə ilə, 3-nü bərabərlik ilə, 11-ni məğlubiyyətlə bitirdi. 2000-2001-ci il mövsümü. Bu mövsüm klub üçün çox əhəmiyyətli idi. Məğlubiyyətlərlə üzləşsə də klub, böyük hesablı qələbələrlə diqqət mərkəzinə düşmüşdü. 20 avqust 2000-ci il tarixində "Qarabağ" klubuna qarşı 3-1 hesabıyla qalibiyyət aldı, 17 sentyabr 2000-ci ildə "Şahdağ" klubuna qarşı 4-1, 11 mart tarixində yenidən "Qarabağ" klubuna qarşı 2-1, Araz klubunu 4-0 hesabı ilə məğlub etdi. Sonuncu oyununda 3-2 hesabı ilə "Kəpəz"ə qarşı qalib gəldi.Bu sezonda toplam 20 oyunun 10-nu qalibiyyətlə, 1 bərabərlik və 9 məğlubiyyətlə başa vurur. Nəticə etibarilə 4-cü billədə bitirdi mövsümü. 2001-2002-ci il mövsümü. Bu mövsüm də, digər mövsümlərdən daha əhəmiyyətli idi. Liqanın başlanğıc oyununda 3-1 hesablı qələbəni "Kəpəz"ə qarşı aldı. Ardınca "Turan" klubuna qarşı 2-0 hesablı qələbəyə sevindi Şəfa. Sonrakı 4 oyun səssizliyini qoruyaraq 2 məğlubiyyət, 2 bərabərlik aldı. "Şəmkir"ə, "Araz" klubuna, "Turan" klubuna böyük hesablı məğlubiyyət yaşatdı klub. "Qarabağ"a qarşı 2-1 hesablı məğlubiyyətinin əvəzini yenə ənənəsinə sadiq olaraq 2-1 hesabı ilə, liqanın sonunda verdi. 2003/2004-cü il mövsümü. Bu mövsüm klub rəqiblərin gözündə sanki kabusa çevrildi, arda-arda aldığı 8 qələbə ilə diqqəti özünə cəlb etdi. "Şəfa" toplam olaraq 8 oyunda rəqibin qapısında 20 qol keçirdi. Ən böyük qalibiyyətini isə 7-1 Ədliyyə klubuna qarşı aldı. Lakin bu mövsüm də klub üçün çətin keçdi. Qarabağa qarşı aldıqları 1-0 məğlubiyyətdən sonra arda-arda məğlubiyyətlərlə, liqanın ikinci yarısında demək olar qalibiyyət üzünə həsrət qaldılar. 2004/2005-ci il mövsümü. Bu mövsümündə isə klub maliyyə problemləri səbəbi ilə artıq tam zəifləmiş vəziyyətdə idi, aldığı böyük hesablı məğlubiyyətlərlə artıq liqada geriyə doğru addımlayırdı. 2005-ci ilinin fevral ayında artıq məğlubiyyət öz yerini texiki məğlubiyyətlərə buraxdı. Kllub mövsümün son oyununa qədər heç bir oyunda çıxış edə bilmədi. Sponsor problemləri və s. klubun böhranının daha da dərinləşməsinə yol açırdı. Bunun nəticəsində liqanı 7 xalla sonuncu yeridə bitirdi. 2023/2024-cü il mövsümü. 2023-cü ilin 16 iyun tarixində AFFA İcraiyyə Komitəsinin iclası zamanı, "Şəfa" klubunun Azərbaycan İkinci Liqasında iştirak etməsi ilə bağlı qərar qəbul olunmuşdur. Baş məşqçi Əli Əliyevin yerini alan Elşad Məmmədov 19 futbolçunun müqaviləsinə xitam verərək öz yetirmələrini kluba cəlb etdi. Azərbaycan Kuboku Çempionluğu Şəfanın 2000-2001-ci il mövsümündə Azərbaycan Kubokunda ilk çıxışı 1/8 finalda İmişlini təmsil edən Lokomotiv klubuna qarşı idi. İki oyunda vurduğu qolların sayı toplam 10 olan Şəfanın, yarımfinal oyunu Şahdağa qarşı oldu. Bu oyun biraz daha gərgin səviyyədə keçsə də, 3-0, 2-1 hesablı ard-arda qalibiyyətlər səbəbi ilə, növbəti mərhələyə çıxmağa vəsiqə qazandı. Yarım final oyununda Dinamo-Bakılı klubuna qarşı mübarizə aparan Şəfa, ilk oyunda 0-0 hesabı ilə heç-heçə etsə də, növbəti oyunda bir qol fərqi ilə, 3-2 hesabı ilə kubokun bir addımlığına yetişdi. Finalda Neftçi klubuna qarşı mübariəzədə, 2-1 hesabı ilə qalib oldu. Beləcə ilk kubokunu əldə etmiş, Azərbaycan Çempionu adına layiq görülmüşdür. Loqoların anlamı 1998–2005-ci illərdə klubun istifadə etdiyi loqonun üzərində yaşıl meydança və yaşıl meydançanın üzərində top şəklinə yer verilmişdir. Topun üstünə isə qırmızı rənglə "Şəfa" adı yazılmışdır. Loqonun alt hissəsində klubun yaranma tarixi yazılmışdır. Klubun 2022-ci ildə yenidən fəaliyyətini bərpa etməsi ilə birlikdə, loqoda da dəyişikliklər edilmişdir. 5 bucaqlı formada olan yeni loqo açıq mavi və biraz daha tünd mavi rənglərdə qalın xəttlərlə bəzədilmişdir. Bu həmçinin klubun formasında da öz əksini tapır. Klubun simvolu ilan, tam ortada təsvir olunmuşdur. Belə ki, təsvirdə ilan ağzını açmışdır. Tam ortasında isə, klunun adının 3 hərfli qısa forması mövcüddur: "Ş. F. K". Azərbaycan Kuboku: Qalib (1) — 2000/2001 UEFA turnirlərindəki oyunlar Həmçinin bax Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Azərbaycan futbol klublarının siyahısı Xarici keçidlər Şəfa FK — Instagram səhifəsiŞəfa FK — Facebook səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=83418
Şəfa Hüseynova
Şəfa (28 mart 1975, Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR – 4 dekabr 2005) — azərbaycanlı müğənni. Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib.Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib. Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı. Şəfa mütamadi olaraq müxtəlif hərbi hissələrdə konsert proqramı ilə çıxış etmiş və hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlara layiq görülmüşdür. Qısa bir zamanda xalqın sevimlisinə çevrilən Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Ölə Bilərəm Sevgi Qatarı
https://az.wikipedia.org/w/index.php?curid=752952
Şəfa Məmmədova (müğənni)

https://az.wikipedia.org/w/index.php?curid=439368
Şəfa Zikri İbrahim
Şəfa Zikri İbrahim və ya Şəfa Zikri Gərdi (kürd. شیفا گەردی; 1 iyul 1986, İran – 25 fevral 2017, Mosul) — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Zikri İbrahim 1 iyul 1986-cı ildə İranın Rey şəhərində anadan olmuşdur. O, qərargahı Ərbildə yerləşən "Rudaw" telekanalında müxbir işləmişdir. Zikri İbrahim Mosul əməliyyatı zamanı müxbir kimi çalışmışdır. O, 25 fevral 2017-ci ildə, 30 yaşında, İraq müharibəsi haqqında xəbər hazırlayarkən yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=738167
Şəfa bulağı (film, 1981)
Kinolentdə bərəkətli torpağımızın əvəzsiz neməti olan şəfa qaynaqlarından, şərbət bulaqlarından söbət açılır. Filmin qəhrəmanı cövhərində sağlamlıq məlhəmi olan su-Darı Dağ suyudur. Qədim Naxçıvanın yenicə arayıb ərsəyə gətirdiyi şəfa qaynağı. Darı Dağın mərgümüşlü suyunun şəfaverici xüsusiyyəti ilə yanaşı xalq təsərrüfatında, yeyinti sənayesində istifadə edilməsi vacib olan bir sıra xassələri də aşkar edilmişdir. Film bu barədə söhbət açır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Sabir Əhmədov Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326; 330; 377. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=31899
Şəfa nəğməsi (film, 1944)
Film gənc həkim Hüsniyyə Diyarova haqqındadır. O, Abşeronda hərbi qospitalda işləyir və yüzlərlə cəbhəçinin sağlamlığını özünə qaytarırdı. Sonralar bu həkim cərrah-endokrinoloq, tibb elmləri doktoru, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərrahlıq kafedrasının professoru kimi məşhurlaşmışdır. Filmin heyəti Filmin üzərində işləyənlər Ssenari müəllifi: Qəmər Salamzadə Rejissor: Qəmər Salamzadə Bəstəkar: Tofiq Quliyev Operator: Seyfulla Bədəlov Səs operatoru: İlya Ozerski Mahnıların mətni: Məmməd Rahim Mahnı ifa edən: Bülbül Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 87-88. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=31900
Şəfa piri
Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Vaxtilə bu pirin binası möhrədən olmuşdur. Hazırda pirin binası bərpa edilmiş və daşdan inşa olunmuşdur. Bina dördkünc formalıdır. İçərisində uzunsov, dördkünc formalı qəbir daşı vardır. Daşın üzəri nəbati ornamentlə yüksək zövqlə naxışlanmışdır. Lakin bəzi qismlər aşındığından naxışlar pozulmuşdur. Müxtəlif xəstəliyə tutulan insanlar piri ziyarət edib şəfa tapdığı üçün yerli əhali pirə Şəfa piri adı vermişdir. İnama görə sarı yara xəstəliyi olanlar həftənin çərşənbə günləri o ocağın torpağından götürüb sürtəndə sağalarmışlar. Hazırda pirin içərisində müxtəlif vaxtlarda buraya gətirilmiş nəzirlər qalmaqdadır. Onların arasın da kağız pul, metal pul və parça qalıqları vardır.Sinə daşının forması və işlənmə texnikası inkişaf etmiş Orta əsrlər üçün xarakterikdir.
https://az.wikipedia.org/w/index.php?curid=428282
Şəfa stadionu
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək "İnter" (hazırkı "Şamaxı") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib. 2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib. ASK Arena FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 zamanı çempionat oyunları üçün istifadə olunmuşdur. Stadiondan hər il Amerika Birləşmiş Ştatlarının müstəqillik günü (4 iyul) münasibətilə Amerika Ticarət Palatasının (AMCHAM) keçirdiyi piknik üçün istifadə olunur və bu tədbirə yüzlərlə qonaq təşrif buyurur.
https://az.wikipedia.org/w/index.php?curid=376380
Şəfa Əliyev
Əliyev Şəfa Tiflis oğlu (30 sentyabr 1959, Birinci Mahmudlu, Füzuli rayonu) — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Şəfa Əliyev 30 sentyabr 1959-cu ildə Füzuli rayonunun Birinci Mahmudlu kəndində anadan olmuşdur. O, 1967-ci ildə Birinci Mahmudlu kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirmişdir. 1978-1980-ci illərdə Rusiyanın Murmansk vilayətində və Moskva şəhərində sovet ordusu sıralarında xidmət etmişdir. 1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutunun uçot-iqtisad fakültəsini bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir. Şəfa Əliyev ailəlidir. Üç övladı və 6 nəvəsi var. Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1978-ci ildə Füzuli rayonunun M.B.Qasımov adına kollektiv təsərrüfatında fəhlə kimi başlamışdır. 1981-1984-cü illərdə Sumqayıt “Sintezkauçuk” zavodunda aparatçı və mühasib vəzifələrində işləmişdir. 1984-1986-cı illərdə Sumqayıt 41 saylı Orta Texniki Peşə Məktəbin Komsomol Komitəsi katibi, 1986–1989-cu illərdə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin raykom hüquqlu Komsomol Komitəsi katibinin müavini və katibi vəzifələrində çalışmışdır. 1989-1995-ci illərdə Sumqayıt “Sintezkauçuk” İstehsalah Birliyinin maliyyə şöbəsi rəis müavini və rəisi vəzifələrində işləmişdir. 1995-ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin baş eksperti vəzifəsini tutmuşdur. 1995-1997-ci illərdə “Azərikimya” Dövlət Şirkətində baş mütəxəssis, Təçizat və Satış İdarəsinin MDB ilə əlaqələr şöbəsinin rəisi işləmişdir. 1997–2001-ci illərdə “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında (Moskva şəhəri) nümayəndəliyin başçısı vəzifəsində işləmiş və bu şirkətin dünya ölkələri ilə xarici iqtisadi əlaqələrinin yaradılması, inkişaf etdirilməsi ilə məşğul olmuşdur. 2001–2003-cü illərdə “Azərikimya” DŞ-nin “Etilen-Polietilen” zavodunun baş iqtisadçısı, 2003-cü ildə isə “Azərikimya” DŞ-nin Səthi Aktiv Maddələr zavodunun iqtisadi məsələlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2003–2005-ci illərdə “Azərikimya” Dövlət Şirkətinin Vitse-Prezidenti və 2005–2006-cı illərdə isə “Azərikimya” DŞ-nin “Sintezkauçuk” zavodunun direktoru vəzifələrində fəaliyyət göstərmişdir. 2006–2011-ci illərdə Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru və 2011–2013-cü illərdə Bakı şəhər Məşğulluq İdarəsinin direktoru vəzifələrində işləmişdir. Azərbaycanın 50 şəhər və rayonlarının Məşgulluq Mərkəzlərində İşçi qrupunun rəhbəri kimi ölkədə məşğulluq xidmətinin təkmilləşdirilməsi üzrə fəaliyyət göstərmişdir. 2013-cü ildə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 sayli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olmuşdur.. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür . Elmi fəaliyyəti Şəfa Əliyev 245-dən çox elmi əsərlərin, o cümlədən 4 monoqrafiyanın (biri həm müəllifliklə), 7 kitabın (ikisi həmmüəllifliklə), iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir. Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibidir. Sumqayıt Dövlət Universitetində iqtisadi məktəbin yaradılması və elmi dərəcəli kadrların hazırlanmasında təşəbbüskarlığı və səmərəli fəaliyyəti ilə fərqlənir. Hazırda iqtisad elmləri doktoru hazırlığı üzrə 3 nəfərin elmi məsləhətçisi və iqtisad üzrə fəlsəfə doktoru hazırlığı üzrə 5 nəfərin elmi rəhbəridir. 2007-ci ilin may ayının 30-da Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələrinin problemləri və perspektivləri” mövzusunda dissertasiya işinini (rus dilində) müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (İqtisad elmləri namizədi -15 yanvar 2008-ci il-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası - EN-№048-27-15.01.2008). 2013-cü il aprel ayının 22-də isə dosent elmi adını almışdır (dosent - 22 aprel 2013-cü il-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası-DS № 04328 – 22.04.2013). 2015-ci il noyabr ayının 15-də Azərbaycan Dövlət İqtisad Universitetində 5307.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə “Xüsusi iqtisadi zonaların təşkili və inkişaf perspektivləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdir (İqtisad elmləri doktoru - 25 noyabr 2016-cı il, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası-ED-01755-25.11.2016-cı il-Protokol № 10R) . Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 aprel 2017-ci il tarixli 135 nömrəli Əmri ilə “İqtisadiyyat” elmləri üzrə Ekspert Şurasının üzvü-Elmi katib təsdiq edilmiş və 2018-ci ilin sonuna kimi bu Şurada fəaliyyət göstərmişdir. Şəfa Əliyev Azərbaycanda nəşr olunan “Yer və insan” elmi jurnalının redaksiya heyətinə üzv seçilmişdir. Pedaqoji fəaliyyəti 2009-2017-ci illərdə Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının dosenti, 2017-ci ildən hazırkı günümüzə Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru vəzifəsində işləyir. “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi”, “Beynəlxalq nəqliyat əməliyyaltarı”, “İqtisadi diplomatiya”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azad İqtisadi Zonalar”, “Xarici iqtisadi siyasət”, “Marketinq” (rus dilində), “Azərbaycan iqtisadiyyatı” (Rus dilində), “Dünya iqtisadiyyatı” (Rus dilində), “Gömrük işi” (Rus dilində) fənlərindən mühazirələr oxuyur. Beynəlxalq fəaliyyət və elmi-iqtisadi əlaqələri 1997-2001-ci illərdə “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin başçısı işlədiyi illərdə Azərbaycanın neftkimya müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması, satış bazarlarının, iqtisadi əlaqələrin genişləndirilməsi üçün Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı ölkələrdə, Çexiya, Slovakiya, Polşa, Rumıniya, Moldova, Özbəkistan, Türkmənistan, Gürcüstan, ABŞ, Türkiyə, Hollandiya və s. ölkələrə səfərlər etmiş, işgüzar əlaqələrin təşkilinə nail olmuşdur. Dünyanın 50-dən çox ölkəsində konfrans və seminarlarda, elmi simpoziumlarda, o cümlədən, ABŞ, Fransa, İsveç, Norveç, Macarıstan, Baltikyanı dövlətlər, Çexiya, Hollandiya, Türkiyə, Polşa, Bolqarıstan, Slovakiya, Rusiya, Ukrayna, Belarus və s. ölkələrdə keçirilən tədbirlərdə iştirak etmiş, çıxışlar və məruzələr etmişdir. Beynəlxalq Əmək Təşkilatının xətti ilə İsveç, Macarıstan və Balikyanı ölkələrdə keçirilən tədbirlərdə iştirak və çıxışlar etmişdir. Rusiya və digər keçmiş SSRİ ölkələrinin 100-dən çox şəhərlərində, subyekt mərkəzlərində işgüzar ezamiyyətlərdə, xarici iqtisadi əlaqələrin qurulması üzrə tədbirlərdə, görüşlərdə olmuşdur. 2018-ci ildən Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “Maliyyə iqyisadiyyatı” (Moskva) elmi-analitik jurnalının redaksiya heyətinə üzv seçilib. Ukraynanın Odessa şəhərində nəşr olunan “Bazar İnfrastrukturu” elmi-praktiki jurnalın redaksiya heyətinə daxil edilmişdir. 2017-ci ilin yanvar ayında Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzinin və Kanadanın Hamilton şəhərində fəaliyyət göstərən “Accent Graphics Communications” nəşriyyatının redaksiya heyətinin, “Avropa-Amerika Elmi Kooperasiyası” junalının redaksiya heyətinin üzvü seçilmişdir. ABŞ-nin Filadelfiya şəhərində nəşr olunan və bir çox beynəlxalq reytinq təşkilatlarında impact-faktora malik “Theoretical & Applied Science” jurnalınını redaksiya heyətinin üzvüdir. Beynəlxalq Elmi Konferensiyaların keçirilməsi üzrə ixtisaslaşan Conferencii.com saytının redaksiya heyətinin üzvüdür. Mükafatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə ”Tərəqqi” medalı ilə təltif olunmuşdur Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir qrup şəxs mükafatlandırılıb . 2009-cu və 2019-cu ildə ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanlarına layiq görülmüşdür. Şəfa Əliyev Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Monoqrafiyalar və kitabları Əliyev Ş.T. Xüsusi iqtisadi zonaların təşkili problemləri və inkişaf perspektivləri (monoqrafiya). Bakı-Elm, 2008, 252 s,. Aliyev Sh.T. Actual Issues and Perspectives of the Economic Model Development of Azerbaijan in Present Conditions. Unibook Peleman Industries, Inc.11820 Wills Road, Suite 100. Alpharetta, Georgia, 30004, USA, April, 2010, 204 p Əliyev Ş.T. Xüsusi iqtisadi zonalar: konseptual əsaslar və strateji istiqamətlər. Bakı-Elm və Təhsil, 2012, 196 s. . Əliyev Ş.T. Sumqayıt sənaye mərkəzi: mövcud potensialdan istifadə, modernləşdirmə və müasirləşdirmə prioritetləri. Bakı - Elm və Təhsil, 2012, 196 s. . Əliyev Ş.T. Azərbaycanın kimya və neftkimya komleksinin qiymətləndirilməsi və yenidən qurulması istiqamətləri. Bakı-Elm və Təhsil, 2012, 156 s.. Əliyev Ş.T. Xüsusi iqtisadi zonaların tətbiqi problemləri (monoqrafiya). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci il I “Qrant” müsabiqəsinnin əsasında layihəsi hazırlanmışdır). Bakı, 2012, 360 s.. Əliyev Ş.T. “Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti”. (Monoqrafiya), Sumqayıt, “Azəri” nəşriyyatı, 2019, 368 s. Dərsliklər və dərs vəsaitləri Əliyev Ş.T. “İqtisadi diplomatiya”. Dərs vəsaiti. Sumqayıt Dövlət Universiteti, Elm və təhsil, 2012,196 s.. Əliyev Ş.T. “Azad iqtisadi zonalar”. Dərslik. Sumqayıt Dövlət Universiteti, Bilik, PM- 2013, 280 s [13]. Pənahəliyeva M.Ö., Əliyev Ş.T. “Beynəlxalq nəqliyyat əməliyyatları”. Dərs vəsaiti. Sumqayıt Dövlət Universitetinin Nəşriyyatı, 2015.-176 s ,. Əliyev Ş.T. “Azərbaycanın xarici iqtisadi siyasəti”. Dərs vəsaiti. Sumqayıt Dövlət Universitetinin Nəşriyyatı, 2015.-185 s.. Əliyev Ş.T. “Azərbaycan iqisadiyyatı”. Ali məktəb tələbələri üçün dərslik. Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-15 saylı 5 yanvar 2017-ci il tarixli əmri ilə nəşr hüququ qrif verilmişdir. Sumqayıt. SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2018.- 376 s.. Xarici keçidlər Elmə Bağlanan Ömürün Səhifələri-FOTOLAR Əsas məsələ - 17.09.2019 Sumqayıtlı alimin növbəti uğurları Azerbaijani scientist joins New Economic Association of Russia Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi S.Vurğun adına Mərkəzi Kitabxana Füzuli Ələkbərov Sumqayıta yeni rəis təyin edib STRATEJI İQTİSADİ TƏFƏKKÜRLÜ İQTİSADÇI - ALİM ŞƏFA ƏLİYEVİN HƏYAT YOLU SƏHİFƏLƏRİNİ VƏRƏQLƏYƏRKƏN... 02 09 2019 AKTUAL SOHBET Aktual söhbət DTV 13.07.2019 Aygün Zülfüqarlının Təqdimatında Üz-üzə DTV 14.10.2019 Könül Həbibqızının Təqdimatında
https://az.wikipedia.org/w/index.php?curid=609293
Şəfahət İmranov
Şəfahət İmranov — Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru. İmranov Şəfahət Aydın oğlu 1972-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildən Azərbaycan Respublikası Prokurorluğuna işə qəbul olunaraq, Bakı şəhəri Əzizbəyov rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru və müstəntiqi, 1999-cu ildən Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində çalışmışdır. 2004-cü ildən Bakı şəhər prokurorluğunun Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsində çalışmış, 2005-ci ilin mart-dekabr aylarında isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini vəzifəsini icra etmişdir. 2005-ci ilin dekabrında icrası həvalə olunmuş vəzifəyə, 2006-cı ildə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun 04 dekabr 2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilmişdir. Ədliyyə general-mayoru hərbi rütbəsindədir. Ölkə Prezidentinin 2018-ci il 28 sentyabr tarixli Sərəncamı ilə isə Ş.İmranov “Tərəqqi” medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.
https://az.wikipedia.org/w/index.php?curid=344599
Şəfalı Əllər (1968)
Film insanları yenidən həyata qaytaran əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zülfüqar Məmmədovdan, onun məharətindən, şəfalı əllərindən danışır. Filmdə əsas mövzu həkimin ümidinə verilmiş sağlamlıq, həyat və insan taleyidir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: A.Sadıqov Səs operatoru: Şamil Kərimov "Yeni sənədli filmlər" [Azərbaycanın sənədli kino ustalarının çəkdikləri "Şəfalı əllər" filmi haqqında] //Kino yenilikləri.- 1969.- 21 yanvar.
https://az.wikipedia.org/w/index.php?curid=245318
Şəfalı əllər (film, 1968)
Film insanları yenidən həyata qaytaran əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zülfüqar Məmmədovdan, onun məharətindən, şəfalı əllərindən danışır. Filmdə əsas mövzu həkimin ümidinə verilmiş sağlamlıq, həyat və insan taleyidir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: A.Sadıqov Səs operatoru: Şamil Kərimov "Yeni sənədli filmlər" [Azərbaycanın sənədli kino ustalarının çəkdikləri "Şəfalı əllər" filmi haqqında] //Kino yenilikləri.- 1969.- 21 yanvar.
https://az.wikipedia.org/w/index.php?curid=31902
Şəfayət Mehdiyev
Mehdiyev Şəfayət Fərhad oğlu (15 dekabr 1910, İran – 15 dekabr 1993, Bakı) — Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor. Şəfaət Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olmuşdur. Neftin mənşəyinə, Azərbaycan geologiyası, tektonikası və neftli – qazlığına dair çoxsaylı monoqrafiyaların, xəritələrin, ali məktəblər üçün sanballı dərsliklərin müəllifidir. Şəfaət Mehdiyev 1910-cu il dekabr ayının 15-də İranın Sərab vilayətinin Şalqun kəndində dünyaya göz açmışdır. 4 yaşında atasını itirmiş, uşaqlığı Bakının Sabunçu qəsəbəsində keçmiş və orada birinci dərəcəli məktəbi bitirmişdir. Ailəni saxlamaq üçün o, oxumaqla yanaşı, həm də işləyirdi. 1930-cu ildə Ş.Mehdiyev M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fəkültəsinə daxil olur. Çalışqanlığı və dərin biliyi ilə tezliklə tələbə yoldaşlarının və müəllimlərinin diqqətini cəlb edir. 1932-ci ildə onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor P.P.Suşinskinin "Kristalloqrafiya kursu" kitabı nəşr olunur. Bu kitab 20-25 il ərzində respublika institutlarının Azərbaycan bölmələrində dərslik kimi istifadə edilir. 1933-1941-ci illərdə müxtəlif geoloji təşkilatlarda işləmişdir. Ş.Mehdiyev hələ tələbəlik illərində elmi-tədqiqat işləri ilə ciddi məşğul olurdu. O illərdə Azərbaycanda milli mütəxəssislərin çox az olması ilə əlaqədar Şəfaət Mehdiyev oxuduğu institutda və Azərbaycan Pedaqoji İnstitutunda (indi Azərbaycan Pedaqoji Universitetində) kristalloqrafiya fənnindən Azərbaycan bölmələrində dərs deyirdi. O, 1938-ci ildə Pirsaat və Neftçala neft mədənlərində baş geoloq və Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunun direktor müavini vəzifələrində fəaliyyət göstərir. 1939-1941-ci illərdə Şəfaət müəllim Azərbaycan geoloji fondunun və Abşeron geoloji partiyasının rəisi vəzifələrində çalışır. Bu dövrdə o, Abşeron yarımadasının geoloji xəritələrinin tərtib edilməsində mühüm işlər görmüşdür. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Müharibənin ilk günlərindən Şəfaət Mehdiyev ordu sıralarına gedir. Hərbi xidmətdən sonra Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) elmi fəaliyyətə başlayır. Şəfaət Mehdiyev burada elmi işçidən institut direktoru vəzifəsinə kimi ucalır. O, 1945-ci ildə neft geologiyasında mühüm təcrübi əhəmiyyətə malik olan "Abşeron yarımadası neft yataqlarının geotermikası" mövzusunda namizədlik işini müdafiə edir. 1945-50-ci illərdə Azərbaycanın ən az öyrənilmiş geoloji rayonu olan Lənkəran rayonunun və Talış dağ silsiləsinin geoloji tədqiqat işləri ilə məşğul olur. Nəticədə Şəfaət Mehdiyev 1950-ci ildə "Lənkəran rayonunun geoloji quruluşu və neftlilik perspektivliyi" mövzusunda geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edir. Sonralar bu iş monoqrafiya şəklində çap olunur. 1954-1958-ci illərdə Geologiya İnstitutunun direktoru işləmişdir. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasına müxbir üzv, 1958-ci ildə isə həqiqi üzv seçilmişdir. Şəfaət müəllim 1958-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunur. 1965-ci ildən ömrünün axırına kimi isə Geologiya İnstitutunda "Neft və qaz geologiyası" şöbəsinə rəhbərlik edir. O, eyni zamanda, 1967-1970-ci illərdə Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri olmuşdur. Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kafedra müdiri işləmiş və uzun illər bu tədris ocaqlarında mühazirələr oxumuşdur. Elmi fəaliyyəti Neft və qazın geologiyası və geokimyası sahəsində böyük alim və neftçi-geoloqların Azərbaycan məktəbinin əsasını qoyanlardan biri olmuşdur. Ş.Mehdiyevin, demək olar ki, yarım əsrdən çox neft və qaz sahəsində apardığı çoxşaxəli elmi- tədqiqat işləri bu elmin nəzəri və təcrübi problemlərinin ən aktual sahələrini əhatə edir. Onun rəhbərliyi altında yüksək dərinliklərdə yatan çöküntü qatlarının neft-qazlılığının elmi əsaslandırılması və proqnozlaşdırılması üzrə apardığı tədqiqat işləri böyük elmi və praktiki əhəmiyyətə malikdir. Tədqiqatların nəticələri göstərdi ki, Cənubi Xəzər çökəkliyində 5-10 kilometr dərinliklərdəki çökmə süxurlar sənaye əhəmiyyətli neft və qaz yığımlarının əmələ gəlməsi üçün özünəməxsus struktur-tektonik, litoloji-fasial və termodinamik şəraitlərə malikdir. 10 kilometrə qədər dərinliklərdə yatan kollektor laylarının həcm tutumu və süzmə qabiliyyətini saxlama halları təcrübədə yoxlanılmışdır. Bu o deməkdir ki, böyük dərinliklərdəki laylarda xeyli miqdarda nəinki qaz, həm də o illərdə ümumi qəbul edilmiş fikrin əksinə olaraq, neft yığımları toplana bilər. Şəfaət müəllim Abşeron yarımadasından şimalda yerləşən akvatoriyanı diqqətlə öyrənməyi tövsiyə etmiş və bunu Xəzər dənizinin bu hissəsinin neft-qazlılıq perspektivliyi ilə əlaqələndirmişdi. Beləliklə, görkəmli alim Abşeron yarımadasına bitişik dəniz sahələrinin və bütövlükdə Abşeron arxipelaqının yeni zəngin neft və qaz yataqları aşkar etmək üçün ən yüksək perspektivliyə malik olduğunu qeyd etmişdir. Bir neçə il keçdikdən sonra Abşeron arxipelağının perspektivliyi barədə akademik Ş.Mehdiyevin proqnozları reallaşmağa başladı. Xəzər dənizinin 5-6,5 min metr dərinliklərində bir sıra iri neft və qaz ("Günəşli", "Kəpəz", "Bulla-dəniz", "Qum adası", "Bahar", "Cənub-2", "Şahdəniz" və s.) yataqlarının aşkar edilməsi Cənubi Xəzər çökəkliyinin zəngin neft və qaz ehtiyatlarına malik olması haqqında akademik Ş.Mehdiyevin böyük uzaqgörənliklə söylədiyi fikirlərin doğru olduğunu təsdiq etdi. Qeyd edilən yataqlarda sənaye əhəmiyyətli neft-qazlılıq əsasən məhsuldar qatın alt şöbəsinin horizontları ilə əlaqədardır. Aparılan çoxillik tədqiqatlara əsasən akademik Ş.Mehdiyev neftin mənşəyinin dərinlik-biogen nəzəriyyəsini irəli sürmüşdür. Bütün bunlarla respublika neft-qaz sənayesinin və neft geokimyası elminin gələcək inkişafı üçün möhkəm baza yaradılmışdır. Akademik Şəfaət Mehdiyev digər həmkarları ilə birgə ilk dəfə olaraq elmi-tədqiqat işləri nəticəsində "Vulkan püskürmələrinin fəza-zaman paylanmasının qanunauyğunluğu"nu da kəşf etmişdir. Ş.Mehdiyev bir sıra müxtəlif miqyaslı geoloji atlas və xəritələrin baş redaktoru olmuş və onların tərtib edilməsində yaxından iştirak etmişdir. Onu qeyd etmək kifayətdir ki, 1985-ci ildə onun elmi redaktəsi və bilavasitə iştirakı ilə ilk dəfə olaraq 1:500000 miqyaslı "Azərbaycan Respublikasının neft və qaz yataqlarının və perspektivli strukturlarının xəritəsi", altı çap vərəqi həcmində ətraflı məlumat kitabçaları çap olunmuşdur. Keçmiş SSRİ-də yeganə hesab edilən belə xəritə ölkənin elmi ictimaiyyəti və istehsalatçı mütəxəssisləri tərəfindən çox yüksək qiymətləndirilmişdir. Məhz bu xəritəyə görə o, Dövlət mükafatına layiq görülmüşdür. Akademik Ş.Mehdiyev geologiya elminin tarixçisi kimi, geologiya elminin tarixi üzrə beynəlxalq komissiyanın müxbir üzvü, SSRİ EA Neft və Qazın Geologiyası və Geokimyasına dair Qafqaz və Zaqafqaziya üzrə Regional Komissiyanın Elmi Şurasının sədri idi. Respublikanın əməkdar elm xadimi, SSRİ-nin fəxri neftçisi və SSRİ qaz sənayesinin fəxri işçisi adlarına layiq görülmüşdür. İki Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı, ikinci dərəcəli Vətən Müharibəsi ordenləri, bir sıra müxtəlif medallar, Ümumdünya Sülhü Müdafiə Komitəsinin və bir sıra digər rəsmi orqanların və cəmiyyətlərin mükafatları, akademik S.İ.Vavilov adına medalı, habelə Ümumittifaq "Bilik" Cəmiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. Şəfaət müəllim xarici ölkələrdə, o cümlədən ABŞ, Avstraliya, Almaniya, Hindistan, Kanada, Meksika, Fransa, Çexoslavakiya, Bolqarıstan, Macarıstan, İran, Türkiyə və digər ölkələrdə Azərbaycan elmini yüksək səviyyədə təmsil etmiş, xüsusən neft geologiyasının geniş təbliğatçısı olmuşdur. Onun 400-dən çox elmi əsəri ölkəmizin müxtəlif nəşriyyatlarında və xarici mətbuat sahifələrində çap olunmuşdur. Şəfaət müəllimin hər bir əsəri, o cümlədən elmi monoqrafiyaları, dərslik və dərs vəsaitləri mütəxəssislər və ali məktəb tələbələri tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanmışdır. Geologiya terminləri lüğətinin tərtibçi-müəlliflərindən birincisi Şəfaət müəllim olmuşdur. Həmin lüğət indi də geoloqların masaüstü kitabıdır. Şəfaət Mehdiyev 1967-ci ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiya heyətinin üzvü olmaqla çox faydalı işlər görmüşdür. Onun "Ümumi geologiya" dərsliyi indi də ali məktəblərdə istifadə olunur. Akademik Ş.Mehdiyev Azərbaycan, Gürcüstan, Qazağıstan, Türkmənistan, Dağıstan, Sibir, habelə bir sıra Asiya və Afrika ölkələri üzrə 70-dən çox elmlər doktoru və namizədi yetişdirmişdir. Dünya şöhrətli bu görkəmli neftçi-alim həm də incə qəlbli gözəl publisist qələminə malik idi. Onun bir sıra siyasi, ictimai və sosial məsələlərə dair bədii əsərləri oxucuların dərin rəğbətini qazanmışdır. Şəfaət Mehdiyevin ədəbi aləmi onun dörd pyesi, bir çox hekayələri, miniatürləri, publisistik məqalələri və şeirlərində öz əksini tapmışdır. Onun "Mirzə Fətəli", "Ərk qalası", "Vicdan yükü", "Sabir" kimi pyesləri, "Su pərisi", "Rüşvət ustası", "Keçi əhvalatı", "Falçının məsləhəti", "Dələduz" və s. onlarcla qiymətli hekayələri, habelə "Yorğa müfəttiş", "Timsahın qazancı", "Nəzəri müalicə" kimi miniatürləri, "Oxu gözəl", "Unudulmur ilk məhəbbət", "Ötən ötdü", "Nazənin olsa", "Dedim-dedi" kimi çoxsaylı şeirləri öz müəllifinə geniş oxucu rəğbəti qazandırmışdır. Böyük alim və gözəl publisist olan Şəfaət Mehdiyevin ilhamlı qəlbi daim yazıb-yaratmaq eşqiylə döyünürdü. Şəfaət müəllim 1993-cü il dekabrın 15-də - anadan olduğu gündə də dünyasını dəyişdi. İllər ötəcək, onun elmi və bədii qələminin bəhrələri hələ neçə-neçə nəsillərə sevinc gətirəcək, onun ölməz xatirəsi daim əzizlənəcəkdir. Akademik Şəfaət Fərhad oğlu Mehdiyevin xidmətlərini nəzərə alaraq ümummilli liderimiz HEYDƏR ƏLİYEVİN fərmanı ilə Bakı şəhərinin Yasamal rayonundakı küçələrindən birinə onun adı verilmiş, yaşadığı evin fasadına xatirə lövhəsi vurulmuş, Bakı Dövlət Universitetinin və Azərbaycan Neft Akademiyasının geoloji fakültələrində oxuyan tələbələrə "Akademik Ş.Mehdiyev adına təqaüd" ayrılmışdır. Şəfaət Mehdiyev,Əli Əliyev,Vəli Ələkbərov,Xoşbəxt Yusifzadə,Elmi Bilikləri Yayan Cəmiyyətin Ümumittifaq plenumunda akad.Yusif Məmmədəliyevlə birlikdə.Moskva,Kreml 1953 19 dekabr 1995-ci ildə Şəfaət Mehdiyevin xatirəsini əbədiləşdirmək məqsədilə qərar qəbul edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=83727
Şəfaül-əsrar
Şəfaül-əsrar — Seyid Yəhya Bakuvinin türk dilində yazılmış yeganə əsəridir. Bu əsər ehtiva etdiyi mövzular etibarilə mütəfəkkirin Əsaraüt-talibin və digər əsərlərinin şərhi mahiyyətindədir. Bir müridin mürşidliyə gedən yolda keçməsi lazım gələn 70 məqamdan söz açılaraq, bu məqamların nələr olduğu açıqlanır və bu məqamlara yetişmək üçün lazım gələn vəzifələr izah olunur. Əsərdə təsəvvüf yolunu izləyənlər üçün elmin vacib olduğu sıx-sıx vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin xüsusiyyətləri açıqlanaraq, həqiqi şeyxə tabe oladan bu yolla gedilə bilinməyəcəyi bildirilir. İbadətlərin batini mənaları, zikrin çeşidləri və hikmətləri şərh olunur. Əsərdə Quran ayələri, hədislər və bir sıra sufilərin sözlərinə dönə-dönə müraciət edilmişdir. "Ziyaül-Buyustəri" ləqəbli "Mahmud ibn Ömər bin Mövlana Süleyman Hocam" adlı katib Seyid Yəhyanın dağınıq və köhnəlmiş vəziyyətdə olan bu əsərini toplayaraq yenidən yazdığını əsərin sonunda ifadə etmişdir. Katib onu müəllif nüsxələrindən köçürmüşdür. Manisa Muradiyyə Kitabxanası kataloqunda bu ad ilə qeydli bir əsərə rast gəlinsə də bu tamam başqa bir kitabdır. Əsərin əldə edilən yeganə nüsxəsi Süleymaniyyə kitabxanasında (Hacı Mahmud,2283-cü nömrə) mühafizə olunur. Əsərin yazılma tarixi XV əsrin ortalarıdır. Köçürülmə tarixi isə bilinmir, ancaq XVI əsrin ortaları olacağı güman olunur. Nüsxənin xüsusiyyətləri Tək əsər olub, kitab şəklindədir. Ən iri həcmli əsəridir. 203 vərəqdən ibarətdir. Əsərin son qismlərində ağacda tutuquşular şəklində təsvir edilmiş beş miniatür və qəlb şəkli mövcuddur.
https://az.wikipedia.org/w/index.php?curid=103204
Şəfaət
Şəfaət kəlməsinin kök mənası "bir şeyi digərinə yapışdırmaq"dır. Bu kəlmə qüvvətli fərdin zəif bir fərdə köməyi mənasında da işlədilmişdir. Bu sözün adi dildə və şəriətdə iki müxtəlif mənası vardır. 1. Ümumi dildə, şəfaət edən şəxs öz nüfuzundan istifadə edərək, qüdrət sahibinin cəza sahibinə qarşı fikrini dəyişir. Bəzən öz nüfuzundan istifadə edərək, bəzən də qorxudaraq bu işi görür. Bəzən isə insan səhvən cəzalandırılır. Burada şəfaət şəfaətçinin fikri və istəyi ilə baş tutur. Bu növ şəfaət heç bir məzhəbdə qəbul olunmur. Çünki Allah Təala heç kəsdən qorxmur, nə də səhvən birinə cəza vermir ki, kiminsə təsiri ilə öz səhvini başa düşə. 2. Şəfaət olunanın məqamının dəyişməsi şəfaətin baş tutmasına səbəb olur. Yəni şəfaət olunan şəxsdə baş verən dəyişkliklər nəticəsində o, pis mövqedən yaxşı bir mövqeyə keçir. Özünü elə bir vəziyyətə gətirir ki, bağışlanmağa şans yaranır. Bu vəziyyət şəfaət edənlə əlaqə nəticəsində əmələ gəlir. İslam məntiqində bu şəfaət qəbul olunmuş şəfaətdir. Çünki ikinci məna şəfaət məntiqi mənaya malikdir və insanı islah edən bir şəfaətdir. Şəfaət haqqında Qurani-Kərimdə İslam dinində Qiyamət günündə Allahın izin verdiyi bəzi insanların şəfaət məqamına sahib olması açıq-aşkar qeyd olunur: . "O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!", . "(Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar." (Ənbiya, 28), . "Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö’minə) izin verdikdən sonra (onun şəfaəti fayda verər). "şəfaət məsələsinişəfaət Bəzi Məkkə müşriklərinin bütlərin onlara şəfaətçi olacaqları haqda iddialarının əksinə olaraq, Qurani-Kərimdə dünyadan kafir olaraq köçən kəslər üçün şəfaətin qəbul olunmaması birqiymətli şəkildə qeyd olunur: "(Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər. Xeyr, (qiyamət günü tanrıları) onların ibadətini danacaq və onlara düşmən olacaqlar.". "Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?)""(Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə "la ilahə illallah" deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar)."Qiyamət günü şəfaət olunulması yasaq olmuş insanların halı bü cür bəyan olunur: "İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var!"
https://az.wikipedia.org/w/index.php?curid=142611
Şəfaət Mehdiyev
Mehdiyev Şəfayət Fərhad oğlu (15 dekabr 1910, İran – 15 dekabr 1993, Bakı) — Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor. Şəfaət Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olmuşdur. Neftin mənşəyinə, Azərbaycan geologiyası, tektonikası və neftli – qazlığına dair çoxsaylı monoqrafiyaların, xəritələrin, ali məktəblər üçün sanballı dərsliklərin müəllifidir. Şəfaət Mehdiyev 1910-cu il dekabr ayının 15-də İranın Sərab vilayətinin Şalqun kəndində dünyaya göz açmışdır. 4 yaşında atasını itirmiş, uşaqlığı Bakının Sabunçu qəsəbəsində keçmiş və orada birinci dərəcəli məktəbi bitirmişdir. Ailəni saxlamaq üçün o, oxumaqla yanaşı, həm də işləyirdi. 1930-cu ildə Ş.Mehdiyev M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fəkültəsinə daxil olur. Çalışqanlığı və dərin biliyi ilə tezliklə tələbə yoldaşlarının və müəllimlərinin diqqətini cəlb edir. 1932-ci ildə onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor P.P.Suşinskinin "Kristalloqrafiya kursu" kitabı nəşr olunur. Bu kitab 20-25 il ərzində respublika institutlarının Azərbaycan bölmələrində dərslik kimi istifadə edilir. 1933-1941-ci illərdə müxtəlif geoloji təşkilatlarda işləmişdir. Ş.Mehdiyev hələ tələbəlik illərində elmi-tədqiqat işləri ilə ciddi məşğul olurdu. O illərdə Azərbaycanda milli mütəxəssislərin çox az olması ilə əlaqədar Şəfaət Mehdiyev oxuduğu institutda və Azərbaycan Pedaqoji İnstitutunda (indi Azərbaycan Pedaqoji Universitetində) kristalloqrafiya fənnindən Azərbaycan bölmələrində dərs deyirdi. O, 1938-ci ildə Pirsaat və Neftçala neft mədənlərində baş geoloq və Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunun direktor müavini vəzifələrində fəaliyyət göstərir. 1939-1941-ci illərdə Şəfaət müəllim Azərbaycan geoloji fondunun və Abşeron geoloji partiyasının rəisi vəzifələrində çalışır. Bu dövrdə o, Abşeron yarımadasının geoloji xəritələrinin tərtib edilməsində mühüm işlər görmüşdür. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Müharibənin ilk günlərindən Şəfaət Mehdiyev ordu sıralarına gedir. Hərbi xidmətdən sonra Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) elmi fəaliyyətə başlayır. Şəfaət Mehdiyev burada elmi işçidən institut direktoru vəzifəsinə kimi ucalır. O, 1945-ci ildə neft geologiyasında mühüm təcrübi əhəmiyyətə malik olan "Abşeron yarımadası neft yataqlarının geotermikası" mövzusunda namizədlik işini müdafiə edir. 1945-50-ci illərdə Azərbaycanın ən az öyrənilmiş geoloji rayonu olan Lənkəran rayonunun və Talış dağ silsiləsinin geoloji tədqiqat işləri ilə məşğul olur. Nəticədə Şəfaət Mehdiyev 1950-ci ildə "Lənkəran rayonunun geoloji quruluşu və neftlilik perspektivliyi" mövzusunda geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edir. Sonralar bu iş monoqrafiya şəklində çap olunur. 1954-1958-ci illərdə Geologiya İnstitutunun direktoru işləmişdir. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasına müxbir üzv, 1958-ci ildə isə həqiqi üzv seçilmişdir. Şəfaət müəllim 1958-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunur. 1965-ci ildən ömrünün axırına kimi isə Geologiya İnstitutunda "Neft və qaz geologiyası" şöbəsinə rəhbərlik edir. O, eyni zamanda, 1967-1970-ci illərdə Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri olmuşdur. Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kafedra müdiri işləmiş və uzun illər bu tədris ocaqlarında mühazirələr oxumuşdur. Elmi fəaliyyəti Neft və qazın geologiyası və geokimyası sahəsində böyük alim və neftçi-geoloqların Azərbaycan məktəbinin əsasını qoyanlardan biri olmuşdur. Ş.Mehdiyevin, demək olar ki, yarım əsrdən çox neft və qaz sahəsində apardığı çoxşaxəli elmi- tədqiqat işləri bu elmin nəzəri və təcrübi problemlərinin ən aktual sahələrini əhatə edir. Onun rəhbərliyi altında yüksək dərinliklərdə yatan çöküntü qatlarının neft-qazlılığının elmi əsaslandırılması və proqnozlaşdırılması üzrə apardığı tədqiqat işləri böyük elmi və praktiki əhəmiyyətə malikdir. Tədqiqatların nəticələri göstərdi ki, Cənubi Xəzər çökəkliyində 5-10 kilometr dərinliklərdəki çökmə süxurlar sənaye əhəmiyyətli neft və qaz yığımlarının əmələ gəlməsi üçün özünəməxsus struktur-tektonik, litoloji-fasial və termodinamik şəraitlərə malikdir. 10 kilometrə qədər dərinliklərdə yatan kollektor laylarının həcm tutumu və süzmə qabiliyyətini saxlama halları təcrübədə yoxlanılmışdır. Bu o deməkdir ki, böyük dərinliklərdəki laylarda xeyli miqdarda nəinki qaz, həm də o illərdə ümumi qəbul edilmiş fikrin əksinə olaraq, neft yığımları toplana bilər. Şəfaət müəllim Abşeron yarımadasından şimalda yerləşən akvatoriyanı diqqətlə öyrənməyi tövsiyə etmiş və bunu Xəzər dənizinin bu hissəsinin neft-qazlılıq perspektivliyi ilə əlaqələndirmişdi. Beləliklə, görkəmli alim Abşeron yarımadasına bitişik dəniz sahələrinin və bütövlükdə Abşeron arxipelaqının yeni zəngin neft və qaz yataqları aşkar etmək üçün ən yüksək perspektivliyə malik olduğunu qeyd etmişdir. Bir neçə il keçdikdən sonra Abşeron arxipelağının perspektivliyi barədə akademik Ş.Mehdiyevin proqnozları reallaşmağa başladı. Xəzər dənizinin 5-6,5 min metr dərinliklərində bir sıra iri neft və qaz ("Günəşli", "Kəpəz", "Bulla-dəniz", "Qum adası", "Bahar", "Cənub-2", "Şahdəniz" və s.) yataqlarının aşkar edilməsi Cənubi Xəzər çökəkliyinin zəngin neft və qaz ehtiyatlarına malik olması haqqında akademik Ş.Mehdiyevin böyük uzaqgörənliklə söylədiyi fikirlərin doğru olduğunu təsdiq etdi. Qeyd edilən yataqlarda sənaye əhəmiyyətli neft-qazlılıq əsasən məhsuldar qatın alt şöbəsinin horizontları ilə əlaqədardır. Aparılan çoxillik tədqiqatlara əsasən akademik Ş.Mehdiyev neftin mənşəyinin dərinlik-biogen nəzəriyyəsini irəli sürmüşdür. Bütün bunlarla respublika neft-qaz sənayesinin və neft geokimyası elminin gələcək inkişafı üçün möhkəm baza yaradılmışdır. Akademik Şəfaət Mehdiyev digər həmkarları ilə birgə ilk dəfə olaraq elmi-tədqiqat işləri nəticəsində "Vulkan püskürmələrinin fəza-zaman paylanmasının qanunauyğunluğu"nu da kəşf etmişdir. Ş.Mehdiyev bir sıra müxtəlif miqyaslı geoloji atlas və xəritələrin baş redaktoru olmuş və onların tərtib edilməsində yaxından iştirak etmişdir. Onu qeyd etmək kifayətdir ki, 1985-ci ildə onun elmi redaktəsi və bilavasitə iştirakı ilə ilk dəfə olaraq 1:500000 miqyaslı "Azərbaycan Respublikasının neft və qaz yataqlarının və perspektivli strukturlarının xəritəsi", altı çap vərəqi həcmində ətraflı məlumat kitabçaları çap olunmuşdur. Keçmiş SSRİ-də yeganə hesab edilən belə xəritə ölkənin elmi ictimaiyyəti və istehsalatçı mütəxəssisləri tərəfindən çox yüksək qiymətləndirilmişdir. Məhz bu xəritəyə görə o, Dövlət mükafatına layiq görülmüşdür. Akademik Ş.Mehdiyev geologiya elminin tarixçisi kimi, geologiya elminin tarixi üzrə beynəlxalq komissiyanın müxbir üzvü, SSRİ EA Neft və Qazın Geologiyası və Geokimyasına dair Qafqaz və Zaqafqaziya üzrə Regional Komissiyanın Elmi Şurasının sədri idi. Respublikanın əməkdar elm xadimi, SSRİ-nin fəxri neftçisi və SSRİ qaz sənayesinin fəxri işçisi adlarına layiq görülmüşdür. İki Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı, ikinci dərəcəli Vətən Müharibəsi ordenləri, bir sıra müxtəlif medallar, Ümumdünya Sülhü Müdafiə Komitəsinin və bir sıra digər rəsmi orqanların və cəmiyyətlərin mükafatları, akademik S.İ.Vavilov adına medalı, habelə Ümumittifaq "Bilik" Cəmiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. Şəfaət müəllim xarici ölkələrdə, o cümlədən ABŞ, Avstraliya, Almaniya, Hindistan, Kanada, Meksika, Fransa, Çexoslavakiya, Bolqarıstan, Macarıstan, İran, Türkiyə və digər ölkələrdə Azərbaycan elmini yüksək səviyyədə təmsil etmiş, xüsusən neft geologiyasının geniş təbliğatçısı olmuşdur. Onun 400-dən çox elmi əsəri ölkəmizin müxtəlif nəşriyyatlarında və xarici mətbuat sahifələrində çap olunmuşdur. Şəfaət müəllimin hər bir əsəri, o cümlədən elmi monoqrafiyaları, dərslik və dərs vəsaitləri mütəxəssislər və ali məktəb tələbələri tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanmışdır. Geologiya terminləri lüğətinin tərtibçi-müəlliflərindən birincisi Şəfaət müəllim olmuşdur. Həmin lüğət indi də geoloqların masaüstü kitabıdır. Şəfaət Mehdiyev 1967-ci ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiya heyətinin üzvü olmaqla çox faydalı işlər görmüşdür. Onun "Ümumi geologiya" dərsliyi indi də ali məktəblərdə istifadə olunur. Akademik Ş.Mehdiyev Azərbaycan, Gürcüstan, Qazağıstan, Türkmənistan, Dağıstan, Sibir, habelə bir sıra Asiya və Afrika ölkələri üzrə 70-dən çox elmlər doktoru və namizədi yetişdirmişdir. Dünya şöhrətli bu görkəmli neftçi-alim həm də incə qəlbli gözəl publisist qələminə malik idi. Onun bir sıra siyasi, ictimai və sosial məsələlərə dair bədii əsərləri oxucuların dərin rəğbətini qazanmışdır. Şəfaət Mehdiyevin ədəbi aləmi onun dörd pyesi, bir çox hekayələri, miniatürləri, publisistik məqalələri və şeirlərində öz əksini tapmışdır. Onun "Mirzə Fətəli", "Ərk qalası", "Vicdan yükü", "Sabir" kimi pyesləri, "Su pərisi", "Rüşvət ustası", "Keçi əhvalatı", "Falçının məsləhəti", "Dələduz" və s. onlarcla qiymətli hekayələri, habelə "Yorğa müfəttiş", "Timsahın qazancı", "Nəzəri müalicə" kimi miniatürləri, "Oxu gözəl", "Unudulmur ilk məhəbbət", "Ötən ötdü", "Nazənin olsa", "Dedim-dedi" kimi çoxsaylı şeirləri öz müəllifinə geniş oxucu rəğbəti qazandırmışdır. Böyük alim və gözəl publisist olan Şəfaət Mehdiyevin ilhamlı qəlbi daim yazıb-yaratmaq eşqiylə döyünürdü. Şəfaət müəllim 1993-cü il dekabrın 15-də - anadan olduğu gündə də dünyasını dəyişdi. İllər ötəcək, onun elmi və bədii qələminin bəhrələri hələ neçə-neçə nəsillərə sevinc gətirəcək, onun ölməz xatirəsi daim əzizlənəcəkdir. Akademik Şəfaət Fərhad oğlu Mehdiyevin xidmətlərini nəzərə alaraq ümummilli liderimiz HEYDƏR ƏLİYEVİN fərmanı ilə Bakı şəhərinin Yasamal rayonundakı küçələrindən birinə onun adı verilmiş, yaşadığı evin fasadına xatirə lövhəsi vurulmuş, Bakı Dövlət Universitetinin və Azərbaycan Neft Akademiyasının geoloji fakültələrində oxuyan tələbələrə "Akademik Ş.Mehdiyev adına təqaüd" ayrılmışdır. Şəfaət Mehdiyev,Əli Əliyev,Vəli Ələkbərov,Xoşbəxt Yusifzadə,Elmi Bilikləri Yayan Cəmiyyətin Ümumittifaq plenumunda akad.Yusif Məmmədəliyevlə birlikdə.Moskva,Kreml 1953 19 dekabr 1995-ci ildə Şəfaət Mehdiyevin xatirəsini əbədiləşdirmək məqsədilə qərar qəbul edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=74902
Şəfaət kilsəsi (Qaqra)
Qaqra kilsəsi (gürc. გაგრის ეკლესია), Abaata, Müqəddəs Qaqralı İpati kilsəsi və ya Qaqra Müqəddəs Bakirənin himayəsi kilsəsi — Gürcüstanın Qaqra şəhərində erkən orta əsr xristian kilsəsi. Abxaziyadakı ən qədim kilsələrdən biridir. VI əsrdə inşa edilən və 1902-ci ildə yenidən qurulan sadə bazilikadır. Qaqra kilsəsi Abaata kimi tanınan müasir qala ərazisində yerləşir. Hal-hazırda xarabalıq halındadır. Tikintisində ağ daşdan istifadə olunmuşdur. Əsas giriş qərb tərəfdə yerləşir. Kilsədəki otaqlar qapılar ilə bir-birinə bağlanır. Əsas otaq cənub divarındakı üç pəncərə, qərb divarında və qurbangahda olan pəncərə ilə işıqlandırılır. Kilsə, 1902-ci ildə Rusiya imperatorluq ailəsinin üzvü olan Aleksandr Petroviçin həyat yoldaşı Yevqeniya Maksimilianovnanın əmri ilə yenidən quruldu. 9 yanvar 1903-cü ildə Müqəddəs Qaqralı İpati kilsəsi kilsəsi olaraq təqdis edildi. Eyni zamanda, köhnə Abaata qalası otel inşaatı üçün söküldü. Kilsə sovet dövründə köhnə silah muzeyi olaraq istifadə edildi. Kilsədə 2007-ci ildə kiçik yeniləmələr edildi. 2012-ci ildə xristianların istifadəsi üçün bərpa işləri aparıldı.Qaqra kilsəsi Gürcüstanın Milli Əhəmiyyətli Abidələr siyahısında yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=595280
Şəfaət kilsəsi (Rostov-na-Donu)
1762-ci ildə Çerkassk yaxınlığında (indiki — Starocherkasskaya kəndi) yerləşən Müqəddəs Anna qalasının sökülməsindən sonra, burada yerləşən Müqəddəs Mühafizə Kilsəsinin yeni tikilmiş Dimitri kilsəsinə daşınması qərara alındı. Kilsə söküldü, bütün qeydlər nömrələndi və seçilmiş yerə nəql edildi. Kahinlərin hamısı və camaatın əksəriyyəti əsgər idi. İlk kilsə binasının dəqiq yeri — Kirov ictimai bağının şimal-şərq çuxuru, 2003-cü ildə, arxeoloji tədqiqatlar zamanı aşkar edilmişdir. Zaman keçdikcə daha böyük bir kilsəyə ehtiyac artdı. 1781-ci ildə baş komendant general-mayor Simon Quryev yeni və daha böyük bir kilsənin təşkili və köhnəlmiş kilsənin yerini dəyişdirməyə görə icazə istəmək üçün Sloveniya və Xerson yeparxiyasının başçısı arxiyepiskop Nikiforova müraciət etdi. 1782-ci ildə icazə verildi. Köhnə kilsə binası söküldü və demək olar ki, eyni yerdə yeni bir bina tikildi. Kilsənin müqəddəsliyi 28 sentyabr 1784-cü ildə baş tutdu. 1796-cı ildə sağ cənub koridoru Şəfaət kilsəsinə birləşdirildi. Onun tikintisində Rostovdakı Müqəddəs Dimitri kilsəsinin materiallarından istifadə edilmişdir. Koridor da Müqəddəs Dimitriyə həsr olunmuşdu. 1818-ci ildə zəng qülləsində saatlar quraşdırıldı. Uzun müddət ərzində Şəfaət Kilsəsi yalnız Rostovdakı Müqəddəs Dimitri qalası üçün deyil, həm də yerli yaşayış məntəqələri üçün əsas kilsə kimi xidmət etmişdir. 18-ci əsrin sonundan etibarən Şəfaət Kilsəsi bir kafedral hesab edildi. 1822-ci ildə Müqəddəs Sinodun fərmanı ilə Müqəddəs Məryəmin Doğum Kilsəsi kafedral elan edildiyi zaman status dəyişdi. 2 Noyabr 1895-ci ildə vasitəçinin səhlənkarlığı üzündən zəng qülləsini yandıran və kilsənin özünə zərər verən yanğın baş verdi. Ancaq köhnə zədələnmiş kilsə hələ uzun müddət ayaqda durdu və yalnız 1917-ci ildə söküldü. 1909-cu ildə tikilmiş kilsənin təsviri Kilsə Rus İntibah üslubunda inşa edilmişdi. Binanın eni 34 metr, uzunluğu 53 metr, hündürlüyü isə 53 metr (xaç ilə birlikdə) idi. Zəng qülləsinin hündürlüyü 74,5 metr, əsas zəngin çəkisi isə 5100 kiloqram idi. Kilsədəki bütün mərmər işləri italyan rəssam ER Mintseoni tərəfindən hazırlanıb. Tağlar, qübbələr və məbəd divarları rəssamlar I. Lavrov və I. Smirnov tərəfindən bəzədilmişdir. Kilsə əvvəlcə elektrik işıqlandırmasına sahib idi. 1930-cu ildə kilsə söküldü. Sonrakı illərdə onun yerində fəvvarə tikildi. Daha sonra ictimai bir bağ yaradıldı və Sergey Kirovun abidəsi inşa edildi (deyilənə görə bu abidənin tikintisi üçün kilsədən qalan mərmər plitələrdən istifadə edilmişdir). Kilsənin bərpası Xarici keçidlər Virtual Tour, Rostov-on-Don
https://az.wikipedia.org/w/index.php?curid=631109
Şəffaf çömçəxul
Şəffaf çömçəxul (lat. Benthophilus ctenolepidus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Orta və Cənubi Xəzər regionunda yayılmışdır. Uzunluqları 38—65 mm, çəkisi isə 1,2 - 6,7 q arasında dəyişir. Xəzər dənizi: Abşeron yarımadasından Astaranın cənubuna qədərki sahil ərazisi.
https://az.wikipedia.org/w/index.php?curid=581964
Şəfi bəy Rüstəmbəyli
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini. Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir. 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir. İstanbulda 1923–1927-ci illərdə "Yeni Qafqaziyyə", 1928–1931-ci illərdə "Azəri türkü", 1928–1930-cu illərdə "Odlu yurd" və 1932-ci illərdə "Azərbaycan yurd bilgisi"ni nəşr etdirməyə başlayır. Onun burada dərc olunan məqalələrinin hər biri Azərbaycanın bir tarixi səhifəsidir. Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə nəşr olunan "Azərbaycan yurd bilgisi"nin bütün nömrələri S. Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunub saxlanılır. Xaricdə yaşayan mühacirlərin durumu çox ağır idi, Şəfi bəy də onlardan geri qalmırdı. Lakin öz güzəranını qura bilənlər də var idi. Ədalət Tahirzadənin bildirdiyə görə, Şəfi bəyi ağır durumdan da onlar çıxarıblar: Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə İstanbulda "Vətən", "Azərbaycan" deyərək dünyasını dəyişir. Harada dəfn olunması uzun müddət məlum olmamışdır. Araşdırılmalardan sonra məlum olmuşdur ki, Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə, İstanbulda yerləşən Feriköy məzarlığında dəfn edilmişdir. Siyasi fəaliyyəti 1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultaıynda Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri Şəfi bəy Rüstəmbəyli olmuşdur. Həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında da iştirak edir. Şəfi bəy 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığının və seyminin müsəlman fraksiyasının fəal üzvlərindən sayılırdı. Həmin dövrdə Şəfi bəy Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmışdır. Şəfi bəy Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin (rus dilində) redaktoru olmuşdur. Qəzetin səhifələrində onun Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb. Şəfi bəy Rüstəmbəyli "Azərbaycan"ın redaktoru olmaqla yanaşı, AXC-nin Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edir. Parlamentdə Şəfi bəy Rüstəmbəyli 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan parlamentinin deputatı seçilir. Şəfi bəy "Azərbaycan" qəzetinin parlament üzvü olan ilk baş redaktoru idi. O, hələ Azərbaycan Parlamentinin deputatı və "Azərbaycan" qəzetinin Baş redaktoru olduğu dövrdə – 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur. Aprel işğalı zamanı parlamentdə qızğın mübahisələr gedən zaman Şəfi bəy Rüstəmbəyli Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə qətiyyətlə mübarizə aparmağın tərəfdarı olur. Lakin Azərbaycan Xalq Cümhuriyyəti Rusiya tərəfindən işğal edilir. Parlamentin son iclaslarında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür: "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı".[mənbə göstərin] Siyasi partiyada 1911-ci ilin oktyabrında gizli şəkildə əsası qoyulmuş Müsəlman Demokratik Müsavat Partiyasının Kiyevdə oxuyan azərbaycanlı tələbələr arasında da şöbəsi yaradılır. Şöbəyə o vaxt tələbə olan yazıçı Yusif Vəzir Çəmənzəminli rəhbərlik edirdi. Partiyanın fəal üzvlərindən biri də Şəfi bəy Rüstəmbəyli idi. O, 1919-cu il dekabrın 2-dən 6-dək Bakıda keçirilən Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının ikinci qurultayında yenidən Mərkəzi Komitənin üzvü seçilir. Torlokyan məhkəməsi Türkiyənin tanınmış qəzet yazarı Murad Çulcunun 1990-cı ildə İstanbulda nəşr etdirdiyi "Erməni intriqalarının pərdə arxası: Torlokyan davası" adlı kitabında bildirilir ki, Şəfi bəy Rüstəmbəyli İstanbula daxil olduğu gündən qızğın fəaliyyətə başlayır. Tarixi əsər olan bu kitab XX əsrin məhkəməsi adını qazanmış Torlokyanın mühakiməsinə həsr olunmuşdur. 1921-ci il iyulun 18-də erməni qatil Torlokyan İstanbulun "Pera-Palas" hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatil Torlokyanın müdafiəsinə səfərbər olunurlar. Behbud xan Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüfdoğuracaq qədər az idi – cəmi 6 nəfər. Qəzet işçisi Qaraağazadə Əhməd Həmdi, tələbə Səməndər bəy, Ziba xanım, Yusif bəy Kazımov, məmur Asəf bəy, bir də Şəfi bəy Rüstəmbəyli. Lakin şahidlərin arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Məhkəmədə ittiham şahidi qismində ilk ifadə verən Şəfi bəy Rüstəmbəyli olur. Hüquqşünas ixtisası yenə də onun köməyinə gəlir. Şəfi bəy prokuror Qribbonun, məhkəmənin sədri Freezin, qatil Torlokyanın vəkilləri Xasruyan və Miçinin, mərhum Behbud xan Cavanşirin vəkili Rifat Heydər bəyin suallarını inandırıcı dəlillərlə, güclü məntiqlə, son dərəcə səbirlə, yeri gəldikcə də sərt şəkildə cavablandırır. Hətta qərəzlə verilmiş suallar da Şəfi bəyi çaşdırmır. Suallar qətl hadisəsi ilə bağlı cinayətkara deyil, daha çox Şəfi bəyə ünvanlandırılırdı: "1918-ci ildə Bakıda partiyalar varmıydı?", "Bu partiyaların birinə mənsub idinizmi?", "Azərbaycan" qəzetində fəaliyyətiniz nədən ibarət idi?", "Hansı mövzuda məqalələr yazırdınız?", "1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" Şəfi bəy soruşulan bütün suallara böyük ağıl-zəka və doğru-dürüst cavab verir, məhkəməni çaşdırırdı. Bilərəkdən qatilin cinayəti arxa plana keçirilir, vəkillərin sualları daha çox Şəfi bəyin Azərbaycandakı ictimai-siyasi mövqeyinə və "Azərbaycan" qəzetindəki redaktorluq fəaliyyətinə həsr olunurdu: "Azərbaycan"ın mətbəəsi Bakının harasında yerləşirdi?" və sair. Vəkil Xasruyanı Şəfi bəyin "İrəli" qəzetində dərc olunan məqalələri daha çox narahat edirdi. Odur ki, bu məqalə ilə bağlı suallara təkrar-təkrar qayıdır, niyə yazdın, necə yazdın, faktları haradan götürdün? Dalbadal suallar verir, fikri əsas məsələdən yayındırırdı. Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə kəskin etiraz edir və işin düzgün aparılmasını tələb edir. Şəfi bəyin üsyanı Xasruyanı çaşdırır və o, hazırladığı protokolda onu belə ifadə edir: Nəticədə cinayət sübut edilsə də, tribunalın qərarı ədalətsiz və sarsıdıcı olur, qatil bəraət alır, cəzasız qalır. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin prezidenti, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır: Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir. Atası Mustafa bəy Rüstəm bəy oğlu Rüstəmbəyov (d. Qəbələ, Çocuq Pirəli k. — ö. 1920, Bakı) Qəbələ bəyi olmuşdur.1920-də bolşeviklər onu oğlu Hacı bəylə birlikdə güllələyib. Məhəmmədəmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabının sonunda verdiyi "Azərbaycan qurbanlarından bir listə"dəki istiqlal şəhidləri sırasında "Ağdaş əyanından" Rüstəmbəyli Mustafa bəyin də adını çəkib. Qəbələnin Kiçik Pirəlli kəndindəki evi hal-hazırda da sağlam vəziyətdədir. Mustafa bəyin Qəbələnin Mamaylı kəndində doğulmuş Rüstəmbəyli Şəfi bəydən başqa, Cəfər bəy, Hacı bəy və Baxış bəy adlı oğulları da olub. Şəfi bəyin yaxın qohumu Əliağa Şahmalıyev uzun illər ailədə Şəfi bəyin adını çəkməyin yasaq olduğunu deyir: Qeyd edək ki, Şəfi bəy Rüstəmbəyovun qardaşı Cəfər bəy Rüstəmbəyli Azərbaycan Xalq Cümhuriyyətinin Kuban Xalq Respublikasındakı səfiri olmuşdur. Tarixçi Ədalət Tahirzadə bu barədə bunları demişdir: Ədalət Tahirzadə Şəfi bəyin atası Mustafa bəy Rüstəmbəyov haqqında bunları demişdir: Dağılan bütlər (türk. Yıkılan putlar: Mehmet Emin Resulzade'nin neşriyatına cevap). İstanbul: Milli Mecmua Matbaası, 1934; M.Ə.Rəsulzadənin faciəvi süqutu (türk. M. E. Resulzadenin feci sûkutu). İstanbul: Milli Mecmua Matbaası, 1935. Xarici keçidlər Şəfi bəy Rüstəmbəyli — Rəsulzadənin şikəst zehniyyəti Şəfi bəy Rüstəmbəyli — Rəsulzadənin maliyyə rəzaləti
https://az.wikipedia.org/w/index.php?curid=80317
Şəfi bəy Rüstəmbəyov

https://az.wikipedia.org/w/index.php?curid=708432
Şəfi bəy Xocahanlı
Şəfi bəy Xocahanlı (1785-1847) — Qarabağ bəylərindən, Bərgüşad mahalının naibi. Həmçinin bax Qarabağ xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=82100
Şəfi xan Qacar
Şəfi xan Qacar (19 aprel 1853, Şuşa – 2 yanvar 1909, Sankt-Peterburq) — Qacarlar sülaləsinə mənsub şahzadə, general-mayor rütbəsinə sahib Rusiya imperiyası zabiti, Azərbaycan Xalq Cümhuriyyətinin generalı olmuş Feyzulla Mirzə Qacarın atası. Həyatının erkən dövrü Şəfi xan 1853-cü ilin 19 martında Şuşa şəhərində Bəhmən Mirzə Qacarın ikinci oğlu Cəlaləddin Mirzə Qacarla Novbahar xanımın ailəsində dünyaya gəlmişdir. İlk təhsilini ailədə almış və sonra Süvari Zabit Məktəbində təhsilini davam etdirmişdir. 1874-cü ilin 12 aprelində hərbi sahədə işləməyə başlayan Şəfi xan elə həmin ilin iyul ayının 7-də vəzifədə yüksəlmiş və İrəvan Qranadyor Polkunun ikinci komandanı olmuşdur. Hərbi kareyerası 1877-ci il 12 aprel-17 noyabr aralığında Rus-Türk müharibəsində iştirak etmişdir. Müharibə zamanı müxtəlif döyüşlərdə və toqquşmalarda vuruşmuşdur. Bunlara misal olaraq Ərdahanın bombalanmasını, Gelaverdi təpəliklərinin alınmasını, Ərdahanın ələ keçirilməsini, türklərin Qarsda və Melin-Keydə məğlub edilməsini, Qarsın şimalındak türklərlə toqquşmaları, Qərs-Ərəbin, Qaradağın və Muxlisin bombardman edilməsini, Qızılgüldəki toqquşmanı və Alacada döyüşünü göstərmək olar. O, həmçinin Böyük və Kiçik Yahnı döyüşlərində, Hacıvəli və Subatan kəndlərindəki döyüşlərdə, İnahtəpəsindəki süvari döyüşlərində də iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaətə görə 1877-ci ilin 1 avqustunda poruçik rütbəsinə yüksəldilmişdir.1878-ci ilin iyul ayının 22-dən 1879-ci ilin 25 maya qədər Göytəpə döyüşündə iştirak etmişdir. Döyüşdə göstərdiyi igidliyə görə gümüş medalla mükafatlandırılmış və kapitan rütbəsinə yüksəldilmişdir. 1891-ci ilin 6 avqustunda rittmeister rütbəsinə yüksəldikdən sonra iki illik Hərbi Süvari Məktəbinə təhsil almağa göndərilmişdir. Şəfi xan həyatınnı geridə qalan hissəsində 49-cu Arxangelsk Fraqon alayında, 55-ci Finlandiya Draqon alayında və 46-cı Pereyaslavl Draqon alayında xidmət etmişdir. 1906-cı ilin 27 yanvar-11 fevralında Rusiya nümayəndəliyinin üzvü kimi Danimarkada olmuşdur. Rus nümayəndəliyi Danimarka kralı IX Kristianın dəfn mərasimində iştirak etmək üçün göndərilmişdi. Şəfi xan 1908-ci ildə general-mayor rütbəsi ilə təqaüdə ayrılmışdır. Şəfi xan 1909-cu ildə dövlət əmlakını mənimsəməkdə ittiham edilmiş və şərəfini təmizləmək üçün 2 yanvar 1909-cu ildə intihar etmişdir. O, Peterburqda yerləşən müsəlman qəbirstanlığında dəfn edilmişdir. Dəfn edildiyi yer hal-hazırda Novo-Volkoski adlanır. Onun dəfn mərasiminə Hüseyn xan Naxçıvanskı, Aleksandr Mirzə Qacar və İran səfirliyinin nümayəndələri də qatılmışdı. Onun həyat yoldaşının adı məlum deyil. Lakin hərbi qeydlərə əsasən başa düşmək olur ki, 1886-cı ildə o, artıq dul idi. Yalnız Feyzulla Mirzə Qacar adlı bir oğlu olmuşdur. Ali titulları Ali həzrətləri (1889 28 noyabr) Zatıaliləri (1908 22 yanvar) Mükafatları Üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni (1881 17 iyun) Üçüncü dərəcəli Müqəddəs Anna ordeni (1881 17 iyun) Üçüncü dərəcəli Şiri-Xurşid ordeni (1894 30 oktyabr) İmperator Aleksandrın hakimiyyətinin xatirəsinə həsr edilmiş gümüş medal (1897 4 yanvar) Mərkəzi Asiya kompaniyasının xatirəsinə həsr edilmiş gümüş medal (1897 10 noyabr) Dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (1899 22 sentyabr) İkinci dərəcəli Şiri-Xurşid ordeni (1902 12 yanvar) Üçüncü dərəcəli Müqəddəs Vladimir ordeni (1905 20 noyabr) Həmçinin bax Feyzulla Mirzə Qacar Bəhmən Mirzə Qacar
https://az.wikipedia.org/w/index.php?curid=612127
Şəfibəyli
Şəfibəyli (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Şəfibəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd.
https://az.wikipedia.org/w/index.php?curid=378312
Şəfibəyli (Goranboy)
Şəfibəyli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qarqucaq kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Kənd Qaraçayın hər iki sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə şuşalı İsabəyin oğlu Şəfibəy salmışdır. Şəfibəyin köhnə qəbiristandakı qəbrinin kitabəsindən onun XVIII əsrdə yaşadığı məlum olur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 403 nəfər əhali yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=106133
Şəfibəyli (Zəngilan)
Şəfibəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şəfibəyli kənd inzibati ərazi dairəsində kənd.Şəfibəyli kəndi Bəsitçayın sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Cənubi Azərbaycandan gəlmiş ailələr bina etmişlər. Oykonim Şəfibəy şəxs adi ilə bağlıdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=89795
Şəfibəylilər
Şəfibəylilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Soyun ulu babası Şəfi bəydir. O, Qəbələ sultanlığının Aydınqışlaq kəndində anadan olub. Molla yanında təhsil alıb. Bəzi mənbələrə görə mahal naibi olub. Öz mülkünü idarə etməklə yaşayıb. Nəslin nümayəndələri Şəfibəylilər soyunun əsasını qoyan Şəfi bəydir. O, Qəbələ sultanlığının Aydınqışlaq kəndində anadan olub, molla yanında təhsil alıb. Bəzi mənbələrə görə mahal naibi olub. Cəfər bəy və Baxış bəy adlı oğulları olub.Cəfər bəy Şəfi bəy oğlu 1815-ci ildə Aydınqışlaq kəndində anadan olub. Molla yanında təhsil aldıqdan sonra rus ordusunda xidmət edib. Praporşik rütbəsini daşıyıb. Onun Hacı bəy, Şükür bəy və Rüstəm bəy adlı oğulları olub.Hacı bəy 1834-cü ildə, Şükür bəy 1836-cı ildə, Rüstəm bəy isə 1838-ci ildə Aydınqışlaq kəndində anadan olublar. Hər üçü molla yanında təhsil alıblar və öz mülklərini idarə etməklə yaşayıblar.Rüstəm bəyin nəslindən olanlar Rüstəmbəyli soyadını daşıyırdılar. Onun Ağa bəy və Mustafa bəy adlı oğulları olub.Rüstəm bəyin oğlu Mustafa bəy 1864-cü ildə Aydınqışlaq kəndində anadan olub. Azərbaycan Cümhuriyyəti dövründə Azərbaycan ordusunun təminatını yaxşılaşdırmaq üçün orduya 20.000 cüt çəkmə bağışlayıb. 1920-ci ildə Aprel işğalından sonra oğlu Hacı bəylə birlikdə güllələnib. Məhəmməd Əmin Rəsulzadənin yazdığı "Azərbaycan Cümhuriyyəti" kitabında işğaldan sonra bolşeviklər tərəfindən öldürülmüş şəxslər siyahısında adı qeyd olunub. Hazırda Mustafa bəyin Qəbələnin Kiçik Pirəlli kəndindəki evi qalıb. Onun Cəfər bəy, Şəfi bəy, Hacı bəy və Baxış bəy adlı oğulları olub.Cəfər bəy Rüstəmbəyli 1890-cı ildə Ərəş qəzasının Məmmədli kəndində anadan olub. 1909-cu ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olub, oranı bitirdikdən sonra hərbi həkim kimi səfərbər edilib. Əvvəlcə 58-ci piyada alayında, 1917-ci ildən isə Krımda həkim işləyib. F.X.Xoyskinin 1919-cu ilin aprelin 3-də imzaladığı əmrlə Cəfər bəy Rüstəmbəyli martın 19-dan etibarən Azərbaycanın Kuban bölgəsində və Krımda diplomatik nümayəndəsi, eyni zamanda Ticarət müvəkkili təyin edilmişdi. Sovet işağlından sonra güllələnib. Şəfi bəy Rüstəmbəyli 1893-cü ildə Aydınqışlaq kəndində anadan olub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən biri olub. 1916-cı ildə ali hüquqşünas diplomunu alaraq Gəncəyə qayıdaraq bir müddət dairə məhkəməsində işləyib.1918-ci ildə formalaşan Zaqafqaziya Seyminə üzv seçilib, Azərbaycan İstiqlal Bəyannaməsini imzalayan 8 nəfərdən biridir. Azərbaycan Cümhuriyyəti dövründə parlamentin üzvü, Daxili İşlər nazirinin müavini (1920-ci ilin martından), “Azərbaycan” qəzetinin (rus dilində) redaktoru, Qaçqınlara Yardım Heyətinin rəisi vəzifələrində çalışıb. 1920-ci ildə Azərbaycanı bolşeviklər işğal etdikdən sonra o, Gürcüstana, 1921-ci ildə Gürcüstan işğal edildikdən sonra isə Trabzona, həmin ilin avqust ayında İstanbula gedib. Burada ömrünün sonuna qədər siyasi fəaliyyətini davam etdirib. 1953-cü ildə dünyadan köçüb. Məzarı İstanbuldakı Feriköy qəbiristanlığındadır. Həmçinin bax İrəvanskilər Ziyadxanovlar Mehmandarovlar
https://az.wikipedia.org/w/index.php?curid=757388
Şəfili
Şəfili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Şəfili kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çarxana kəndi mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır. Toponimikası Yaşayış məntəqəsi şəfili nəslinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə şəfililər maldarlıqla məşğul olan kiçik elat kimi təsvir olunurlar. Coğrafiyası və iqlimi Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin mərkəzi yolla arası 3 km-dir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 206 nəfər əhali yaşayır. İqtisadiyyatı Kənddə 53 təsərrüfat var. Kəndə mavi yanacaq verilir. Yeni tikintilər aparılır. Ərazi nümayəndəliyi üçün yeni bina inşa olunub. Burada meyvə bağlarına, tərəvəz sahələrinə xüsusi qulluq olunur və heyvandarlıq inkişaf etdirilir.
https://az.wikipedia.org/w/index.php?curid=87145
Şəfili bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=359664
Şəfiq Akər
Mehmet Şefik Aker, (1877, Kesriye - 1964, İstanbul ), türk əsgəri. 28 may 1894-cü ildə daxil olduğu Hərbi Akademiyanı 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə bitirdi. 1897-ci il Osmanlı-Yunan müharibəsində iştirak etmişdir. 8 mart 1900-cu ildə kapitan, 18 iyul 1908-ci ildə mayor rütbəsinə yüksəldi.Mayor rütbəsi ilə Tripoli müharibəsinə və Balkan müharibələrinə qatıldı. 1914-cü ilin fevral ayında Çanaqqalada xidmət etmişdir. 9-cu Tümən, 25-ci Alay, 3-cü Tabor komandiri oldu. 1914-cü ilin oktyabrında eyni bölgünün 27-ci Alay komandiri təyin edildi. 29 noyabr 1914-cü ildə Qubernator rütbəsinə yüksəldi. 24 aprel 1915-cü ildə Gelibolu Yarımadasına enişlə başlayan Çanaqqala müharibələri zamanı, Arıburnu bölgəsində ANZAC qoşunlarını ilk qəbul edən komandanlığının komandanı kimi 27-ci Ordu ilə bir çox qarşıdurmaya qatıldı. Mustafa Kamal 8 avqust 1915-ci ildə Anafartalar Qrup Komandirliyinə təyin edildi. Bölmənin komandanlığını boynuna götürdü. 15-ci Ordu 1916-cı ilin avqust ayında Qalisiya Cəbhəsinə göndərildi. 19-cu Tümən komandirliyini etdi. Diviziya komandiri idi. 7 oktyabr 1916-cı ildə İzmir Bölməsinin Hərbi Xidmət İdarəsinin rəisi vəzifəsinə təyin edildi. 14 dekabr 1916-cı ildə Miralay rütbəsinə yüksəldi. 28 yanvar 1917-ci il tarixində 59-cu Bölməyə, 1917-ci il 19 iyul tarixində 49-cu diviziyaya köçürülmüşdür. 24 İyul 1917-ci ildə 57-ci Bölməyə təyin edildi. Diviziya Komandanlığı vəzifələrinə təyin edildi. 57-ci Diviziya komandiri vəzifəsinə əlavə olaraq 24 oktyabr 1917-ci ildə 21-ci ordu Korpus Komandirinin müavini vəzifəsinə təyin edildi. Sonra 57-ci Diviziya ilə birlikdə İzmir Cənub Cəbhəsinin (Menderes Qrupu) Komandiri təyin edildi. 19 may 1919-cu ildə 9-cu Ordu Müfəttişi Mustafa Kamal Paşanın əhatəsində Anadoluya getdi. 1920-ci ilin avqust ayında Konya üsyanı səbəbiylə qurulan İzləmə Dəstəyi Komandirliyinə təyin edildi. Eyni zamanda, İtaliyadan Antalyada silah və sursat təchizatı ilə əlaqədar Milli Müdafiə Nazirliyinin işlərinə təyin edildi. 6 Mart 1921-ci ildə Bölmə Komandanlığının, 14 iyun 1921-ci ildə Antalya və ətraf Komandanlığının, 24 noyabr 1921-ci ildə 7-ci Komandanlığın, Bölmə Komandanlığının, 9 May 1922 tarixində, Konya Hərbi Məhkəməsi Rəhbərliyinin, 11 sentyabr 1922-ci ildə Elazığda 11-ci Korpusun İşə Qəbulu Şurasının rəhbəri vəzifəsinə təyin edildi. 1923-cü ilin noyabrında işdən ayrıldı. 28 yanvar 1924-cü ildə MSB 2 saylı İstanbul Zabit Hərbi Məhkəməsinin üzvü olaraq təyin edildi. 25 fevral 1931-ci ildə təqaüdə çıxdı. 6 fevral 1964-cü ildə İstanbulda vəfat etdi. M. Şefik Aker, Qurtuluş Döyüşündə 57. Tümen və Aydın Milli Cidalı, Hərbi Mətbəə, 1937. Təqaüdçü Polkovnik Şefik Aker, 'Çanaqqala-Arıburnu Döyüşləri və 27. Alay ', Çanaqqala Xatirələri, Arma Yayınları, İstanbul, Kasım 2001 (ilk nəşr: Hərbi Jurnal, s. 40, 1935) ISBN 975-7336-26-2
https://az.wikipedia.org/w/index.php?curid=710906
Şəfiqə Axundova
Şəfiqə Qulam qızı Axundova (21 yanvar 1924, Nuxa – 26 iyul 2013, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordeni laureatı (2005). Şərqdə ilk opera yazan qadın bəstəkar hesab olunur. Şəfiqə Axundova 1924-cü ildə qədim Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı idi. Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışmışdı. Anası Züleyxa xanım isə evdar qadın idi. Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olur. Sənət taleyinin uğurlu olmasını Şəfiqə xanım bacısı Zümrüdün adı ilə bağlayırdı. Zümrüd xanım böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları yoldaşları ilə tez-tez qonaq olurdular və bacısı Şəfiqəyə qonaqlar üçün royalda musiqi ifa etməyi tapşırardı. Şəfiqə Axundova incəsənət idarəsinin rəisi, yazıçı Mirzə İbrahimov və həyat yoldaşı Sara xanımın vasitəçiliyi ilə Üzeyir Hacıbəyovla görüşür. Üzeyir Hacıbəyov ona musiqi təhsili almağı tövsiyə edir və Hacı Xanməmmədovun tar sinfinə göndərir. Bir ildən sonra o, Ağabacı Rzayevadan tarın sirrlərini öyrənir. Beləliklə, Şəfiqə Axundovanın uğurlu təhsil yolu Üzeyir bəyin xeyir-duası ilə 1941-ci ildən başlayır. O həmçinin Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsini öyrənir. 1943-1944-cü illərdə Şəfiqə xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirir. Üzeyir bəy gənc yetirməsinin yaradıcılığı, uğurları ilə daim maraqlanır. Konservatoriyanın nəzdində hazırlıq kursları açan Üzeyir bəy gənc bəstəkarlara Azərbaycan xalq musiqisinin əsaslarını öyrədir, fərdi olaraq onların əsərləriylə məşğul olur, birlikdə muğamları nota köçürürlər. Gənc Azərbaycan musiqiçilərinə bəstəkarlıq sənətinin klassik qayda-qanunlarını daha dərindən öyrətmək üçün Üzeyir bəy Leninqrad Konservatoriyasının görkəmli professoru Zeydmanı Bakıya dəvət edir və gənclər böyük ustaddan bəstəkarlığın sirlərini öyrənirlər.1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur. Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1972-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib. Ş.Axundova 26 il -1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışmışdır. 26 iyul 2013-cü ildə vəfat etmişdir. II Fəxri xiyabanda dəfn olunub. Şəfiqə Axundovanın oğlu Taleh Hacıyev istedadlı bəstəkar və pianoçu idi.Taleh Hacıyev 2008-ci ildə dünyasını dəyişib. Mükafatları "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 26 noyabr 1973 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Şöhrət" ordeni — 19 yanvar 2005 Şəfiqə xanım 600-ə qədər mahnının müəllifidir. İlk bəstəsi “Bala” mahnısıdır. "Bakı haqqında mahnı", "Sahil çıraqları", "Nəğməli Lənkəran", "Mənim respublikam", "Ana torpaq", " Bu torpağa borcluyam", “Sənin nəğmən”, “Gecələr yuxusuz qoymusan məni”, ”Şəki”, “Gözlərimin işığı sənsən”, “Həsrətindəyəm”, “Mehriban olaq”, "Beşik başında", "Zəfər marşı", "Zəfər bizimdir", "Ana Vətən" mahnıları. "Vicdan" pyesindən "Nədən oldu" mahnısı, «Gəlin qayası» radiopyesindən «Könül təranələri» mahnısı, «Natəvan» pyesindən «Neyçün gəlməz» mahnısı. Şərəf Rəşidovun «Kəşmir mahnıları» poeması əsasında yazdığı musiqi «Kəşmir mahnıları» məcmuəsinin yaranmasına səbəb olub. Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı "Gəlin qayası" operası Novruz Gəncəlinin librettosu əsasında yazdığı "Ev bizim, sirr bizim" operettasında simfonik orkestr üçün yazdığı suitalar, simli kvartet üçün pyesləri, xor üçün silsilələri Əyyub Abbasovun "Adil və Sərvinaz" tamaşasına musiqi bəstələmişdir. "Son məktub", "İliç buxtası", "Qaynana", "Böyük ürək", "Vicdan", "Sən nə üçün yaşayırsan?", "Qızıl Əjdaha", "Natəvan", "Yaşar", "Aydın", «Dost Əli», «Rübailər aləmində», "Əlvida, Hindistan" kimi tamaşalarına mahnılar bəstələmişdir Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romansları Simfonik orkestr üçün süita, solo kamança üçün “Ləpələrin pıçıltısı” əsəri, müxtəlif fortepiano pyesləri, xalq çalğı alətləri üçün “Bayram rəqsi”, “Xoş rəng” və s. kimi əsərlər. “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər. “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Gəl, ey səhər”, “Yaşatdın elləri”, “Sevgi ölmür” lirik mahnıları Filmoqrafiya Azərbaycan elləri (film, 1976) Mənim atam Əliövsət Sadıqov (film, 2007) Bəstəkar Şəfiqə Axundova (film, 2012) Cəfərov, N. Onun üçün nəğmə həyat idi: Şəfiqə Axundova – 90 //Azərbaycan.- 2014.- 10 aprel.- S.10. Musiqidə yaşanan ömür: Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 90 illiyi qeyd edilib: [Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2014.- 11 aprel.- S. 3. Şəfiqə Axundova – 90: [bəstəkar, Əməkdar incəsənət xadiminin yubileyi münasibətilə] //Mədəni həyat.- 2014.- № 2.- S.25. Tofiq, H. Şəfiqə Axundovanın 90 illik yubileyi qeyd edilib: [M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında] //Azad Azərbaycan.- 2014.- 11 aprel.- S.5.; Palitra.- 2014.-11 aprel.-S.13.; Şərq.- 2014.-11 aprel.-S.14. Xarici keçidlər Şəfiqə Axundova Azadlıq radiosu — Şəfiqə Axundova ilə vida mərasimi Azərbaycan tarixində iz qoyan qadınlar — SİYAHI Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine "Gəlin qaya"nın gəlini Baba Mahmudoğlu — Bulaqdan gələndə — sözləri: Gülhüseyn Kazım Elmira Rəhimova — Sənin nəğmən — sözləri: Mirzağa Atəş Flora Kərimova — Çinar və mən — sözləri: Nəbi Xəzri Flora Kərimova — Həyat, sən nə şirinsən?! — sözləri: Bəxtiyar Vahabzadə Flora Kərimova — "Sular qızı" romansı — sözləri: Mustafa Isgəndərzadə Flora Kərimova — Ötür illər — sözləri: Zivər Ağayeva Rübabə Muradova — Nədən oldu — sözləri: Bəxtiyar Vahabzadə Gülağa Məmmədov — Bu torpağa borcluyam — sözləri: Bəxtiyar Vahabzadə Zaur Rzayev — İlhamını alar aşiq — sözləri: Rüxsarə İbadova Zaur Rzayev — Doğma diyarım -sözləri: Məsum Əliyev Səkinə İsmayılova — Neyçün gəlməz — sözləri: Xurşidbanu Natəvan Şövkət Ələkbərova — Şəki — sözləri: Şıxəli Qurbanov Şövkət Ələkbərova — Yaşatdın elləri — sözləri: Nəriman Həsənzadə Anatollu Qəniyev — Qəşəngdir, bəh, bəh — sözləri: Salam Qədirzadə Almaz Orucova — Lay lay — sözləri: Süleyman Rüstəm Baloğlan Əşrəfov — Gözlərimin işığı sənsən — sözləri: Məsum Əliyev Gülyanaq Məmmədova — Gəl, ey səhər — sözləri: Paşa Qəlbinur Gülyaz və Gülyanaq Məmmədova bacıları — Mehriban olaq — sözləri: İsgəndər Coşqun Uşaq mahnısı "Pişik" — sözləri: Xanımana Əlibəyli
https://az.wikipedia.org/w/index.php?curid=24149
Şəfiqə Ağayeva
Ağayeva Şəfiqə Əli qızı (1918, Ağdamkənd, Ağdam rayonu – 1983) – Azərbaycan jurnalisti, tərcüməçi, nəşriyyat işçisi, pedaqoq. Yelizavetpol (Gəncə) quberniyası Cavanşir qəzasının Ağdam kəndində müəllim ailəsində doğulmuş. Kəndində orta, Ağdam pedaqoji texnikomunda və Azərbaycan Tibb İnstitutunda ali təhsil almışdır. İctimai Fəaliyyəti 1934–83-cü illərdə "Lenin yolu" qəzetində (Ağdam Şəhəri), " Qızıl əsgər", " Gənc işçi" qəzetlərinin," Azərbaycan qadını jurnalı"nın redaksiyalarında ədəbi işçi, şöbə müdiri, redaktor, Azərbaycan KP MK-da, respublika Baş Mətbuat idarəsində, "Uşaqgəncnəşr" və "Azərbaycan Pioneri" qəzeti redaksiyasında məsul vəzifələrdə işləmişdir. Əsasən rus ədəiyyatından tərcümələr etmişdir. Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. Həmçinin bax Fərhad Kərimov Fərman Eyvazlı Fərman Nəbiyev Xarici keçidlər Ağayeva Şəfiqə
https://az.wikipedia.org/w/index.php?curid=754414
Şəfiqə Eyvazova
Şəfiqə Alxas qızı Eyvazova (9 mart 1947, Bakı) — Azərbaycan kamançaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2000). Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963–1976-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olmuşdur. 1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına "Rast", "Cahargah", "Rahab", "Şur", "Şüştər" və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd), eləcə də YUNESKO xətti ilə ABŞ-də keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak etmişdir. 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s.) qastrolda olmuşdur. Şəfiqə Eyvazova Arxivləşdirilib 2019-04-12 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=269004
Şəfiqə Məmmədova
Şəfiqə Haşım qızı Məmmədova (30 mart 1945, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri (2012). Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb. Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam" (Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində cazibədar səhnə obrazları yaradıb. Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb. Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib.Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub (1995–2000). 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilmişdir. 2022-ci il dekabr ayında o, yekdilliklə yenidən İdarə Heyətinin sədri seçildi. Aktyor Məmməd Məmmədovun bacısıdır. Aktyor Ülvi Mehdinin anasıdır. Şəfiqə Məmmədova birinci dəfə Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Şəfiqə Məmmədovanın hazırkı həyat yoldaşı Rafiq Behbudov uzun müddət Heydər Əliyev adına İdman Konsert Kompleksinin direktoru vəzifəsində çalışıb. Rafiq Behbudov həm də Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvüdür. Mükafatları Azərbaycanın əməkdar artisti — 1 iyun 1974-cü il Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979 Azərbaycan SSR xalq artisti — 01.12.1982 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Şərəf" ordeni — 25 iyun 2013-cü il Cəfər Cabbarlı mükafatı — 22 may 2018 I dərəcəli "Əmək" ordeni — 29 mart 2020-ci il Filmoqrafiya 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Ad günü (film, 1977) (tammetrajlı bədii film) -rol: Fəridə Bizim Cəbiş müəllim (film, 1969) — Cəbişin arvadı Çarvadarların izi ilə (film, 1974) — Səriyyə Dədə Qorqud (film, 1975) — Burla xatın Xoşbəxtlik qayğıları (film, 1976) — Rüxsarə İstintaq (film, 1979) — Gülya Kinorejissor Həsən Seyidbəyli (film, 2002) Nehrəmli qız (film, 2002) Qaraca Qız (1966) — Pəricahan xanım Vulkana doğru (film, 1977) Yeni il gecəsində (film, 1958) Zəlimxan dastanı (film, 2007) Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. Xarici keçidlər Səda — Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür (30.03.2016) Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür
https://az.wikipedia.org/w/index.php?curid=32513
Şəfiqə Qaspiralı
14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar. Gəncədə yaşadığı təəssüratları Şəfiqə xanım öz dərgisində oxucalara çatdırır. 1912-ci ilədək Nəsib bəyin təhsili ilə əlaqədar Krımda qalırlar, bu müddətdə onların iki övladı dünyaya gəlir. 1906-cı ildə imperiyada yaşayan türklərin ilk qadın jurnalı olan "Qadın dünyası" ("Aləmi-nisvan") dərgisini nəşr etdirir. Bu dövrdən etibarən artıq "Tərcüman" təkcə Qaspıralının deyil, Şəfiqə xanım və Nəsib bəyin də dəstəyi ilə çap olunur, sol düşüncəli Nəsib bəy Qaspıralı ilə fikir mübadiləsindən sonra millətçi görüşə sahiblənir. 1908-ci ildə Şəfiqə xanm Nəsib bəylə birlikdə "Tərcüm" qəzetinin 25 illiyini keçirirlər. Ancaq Nəsib bəyin həmin dövrdə şəriət olaraq normal, lakin azadlıq carçısı bir xanımın düşüncəsi baxımından bağışlanmaz olan səhvi ailənin dağılmasına səbəb olur. Belə ki, Nəsib bəyin Gəncədə ikən bir qadınla dini nikahda yaşaması üzə çıxır və Şəfiqə xanım bunu bağışlamır. Şəfiqə xanım Krıma qayıdır, 1914-cü ildə Qaspıralının dəfn mərasimində Nəsib bəylə görüşür, lakin onu yenə də bağışlamır, Yusifbəyli soyadından imtina edir. Şəfiqə xanımla Nəsib bəyin münasibətləri sonrakı dönəmlərdə Nəsib bəyin uşaqların adına ünvanladığı məktublar vasitəsilə davam edir. Bu məktubların mətni, həmçinin ümumiyyətlə Şəfiqə xanımla Nəsib bəyin gənclik illərindən məktublaşmaları haqqında maraqlı məlumatlar tədqiqatçı Vilayət Quliyevin "Baş nazirin xanımı" adlı geniş məqaləsində mövcuddur. Çar Rusiyasında baş verən dəyişikliklərdən sonra Şəfiqə xanım fəaliyyət sahəsini genişləndirir, daha böyük planlar üzərində çalışır. 1917-ci ilin aprelində o, Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilir. 1917-ci il mayın 1–11-nə qədər Moskvada Rusiya müsəlmanlarının I konqresində Krımı təmsil edir. 1917-ci ilin aprelindən Şəfiqə xanımın rəhbərliyi ilə Krımda "Qadın komitələri" yaradılır. 1917-ci ilin dekabrında o, Gözləvdən Tatar Milli Qurultayına, 1918–1919-cu illərdə isə iki dəfə Krım Millət Məclisinə üzv seçilir. Bağçasarayda İsmayıl Qaspıralı adına Darülmüəllimatın və Milli Muzeyin yaradılmasında, Gözəl Sənətlər Məktəbinin təsis edilməsində önəmli rol oynayır. Krımda milli qüvvələrin dövlətçilik uğrunda apardığı mücadiləyə dəstək verir. Fəqət Krım türklərinin bu fəaliyyəti çar Rusiyasının qəzəbinə düçar olur, 1918-ci il fevralın 23-də "Tərcüman" qəzeti qapadılır, mətbəə isə müsadirə edilir. 1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana qayıdır. Nəsib bəylə şəxsi münasibətləri düzəlməsə də, Şəfiqə xanım gənc Cumhuriyyətə öz töhfəsini verməyə başlayır. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir. Lakin Azərbaycan Demokratik Cumhuriyyəti devrilir, Nəsib bəy müəmmalı 31 may 1920-ci ildə şəkildə öldürülür. Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilir, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edir. Türkiyəniin Bakıdakı təmsilçisi Memduh Şövketin səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə gətirilir. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. Sonuncu isə "Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893–1920)" adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirir. 1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə vəfat edir.
https://az.wikipedia.org/w/index.php?curid=393511
Şəfiqə Qasprinskaya

https://az.wikipedia.org/w/index.php?curid=611288
Şəfiqə Qaspıralı

https://az.wikipedia.org/w/index.php?curid=393335
Şəfiqə Qasımova
Şəfiqə Qasım qızı Qasımova (5 dekabr 1924, Bakı – 3 aprel 2008, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1960). Şəfiqə Qasımova 5 dekabr 1924-cü ildə Bakı şəhərində dünyaya qəlmişdir. Kommunist rejiminin siyasəti nəticəsində imkansızlaşmış Qasımbəyovlar ailəsində anadan olmuşdur. Balaca yaşlarında valideynlərini itirmiş və nənəsi tərəfindən böyüdülmüşdür. 14 yaşında, Maestro Niyazinin bədii rəhbəri, Həbib İsmayılovun baş rejissoru olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlamışdır (1939-1940). Həm Azərbaycan, həm də rus bölməsində oxumuşdur. Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət etmişdir. Cahangir Cahangirovun bədii rəhbəri olduğu Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, "Sazçı qızlar" ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləmişdir (1940-1942). İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunmuş və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilmişdir (1942-1949-cu illərdə xor truppasında işləmişdir). Opera səhnəsində (1953-1956-cı illərdə solist kimi) Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Asiya, "Koroğlu"da Xanəndə qız, Fikrət Əmirovun "Sevil"ində Gülüş və Tafta, bir çox rus operalarında bir cox partiyaları ifa etmiş, obrazlar yaratmışdır. Bülbül, Cavanşir Qafarov, Kamal Kərimov və digər görkəmli sənətkarlarla tərəf müqabili olmuşdur. 1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlamışdır. Şəmsi Bədəlbəylinin bədii rəhbəri olduğu və yenidən açılan teatra ilk gələn aktrisalardan olmuşdur. Teatrın yaradılması onun aktrisa kimi imkanlarını daha da genişləndirmişdir. Belə ki, bu teatr ilk açılışına məhz Şəfiqə xanımın baş rolu ifa etdiyi "Durna" operettası ilə başlamışdır. Uzun illər ərzində baş və xarakterik rolların ifaçısı olmuşdur. Oynadığı tamaşalar arasında "Gözün aydın", "Özümüz bilərik", "Səndən mənə yar olmaz", "Qızılaxtaranlar", "Toy kimindir", "Boşanib evlənərik", "Ulduz", "Qayınana", "Nazxanım naz eləyir", "Milyonçunun dilənçi oğlu", "Hicran", "Keto və Kote" və s. Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məmmədsadıq Nuriyev, Hacıbaba Bağırov, Səyavuş Aslan, Münəvvər Kələntərli, Əzizağa Qasımov, Mobil Əhmədov, Zemfira Quliyeva, Əlihuseyn Qafarlı, Lütfiyar İmanov, İbrahim Şünasi və s. kimi korifeylərlə səhnəni uzun illər paylaşmışdır. 1986-cı ildə təqaüdə çıxmışdır. Şəfiqə xanım həm də bir çox kinofilmlərdə yaratdığı obrazlarla yadda qalmışdır. Bu filmlər arasında rejissor Həbib İsmayılovun "Ögey ana" (Zeynəb), rejissor Tofiq İsmayılovun "Vulkana doğru" (Ana) və "Bizim məhəllənin uşaqları" (Ana) və s. filmlər vardır. 1994-cü ildən Mədəniyyət Fondunun "Solmayan ulduzlar" kollektivinə dəvət edilmişdir. Son illər bu teatrda oynanılan Səməd Vurğunun "Vaqif" tamaşasında Xuraman, Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Gülnisə obrazlarını yaratmışdır. Oynadığı Gülnisə roluna görə C.Cabbarlı adına mükafata layiq görülmüşdür. Son illərdə Vaqif Mustafayevin "Manifest", "Milli bomba" (Nənə), "20 Yanvar" (Ana), "Yoxlama" və Hüseyn Mehdiyevin "Məkanın melodiyası" filmlərində rol almışdır. 1960-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. Şəfiqə xanım Qasımova iki dəfə ailə həyatı qurmuşdur. Respublikanın xalq artisti Əşrəf Həsənovla uğursusluğla nəticələn evlilikdən sonra, aktrisa görkəmli pəhləvan, 4 dəfə SSRİ çempionu, əməkdar idman ustası Musa Babayev ilə evlənmişdir. 4 övladı, 8 nəvə və 6 nəticəsi var. 2 oktyabr 2002-ci ildən fəxri prezident təqaüdçüsü idi. Şəfiqə Qasımova 3 aprel 2008-ci ildə vəfat etmişdir. Filmoqrafiya Görüş (film, 1955) Ögey ana (film, 1958) Arşın mal alan (film, 1965) Bizim küçənin oğlanları (film, 1973) Vulkana doğru (film, 1977) Məkanın melodiyası (film, 2004) Milli bomba (film, 2004) Təlatüm (film, 2006) Yoxlama (film, 2006) Qafqaz (film, 2007) Heydər Əliyev (film)
https://az.wikipedia.org/w/index.php?curid=33847
Şəfiqə Qutluər
Şəfiqə Qutluər, Sehrli fleyta (Sihirli Flüt) ləqəbli Türkiyəli fleyta sənətkarıdır. Türkiyə Respublikası Dövlət Sənətkarıdır. 2010-cu ildən görə ki Şefika Kutluer adına Beynəlxalq Festivalı baş verir. Ankarada doğulmuşdur. Anası institut məzunu bir ev xanımıdır, atası Prizrəndən (bugünkü Kosovo) köçmüş bir mağaza sahibkarıdır. Atasının dostu Ulvi Cemal Erkin sayəsində instrumental musiqi təhsilinə başlayıb. 1979-cu ildə Ankara Dövlət Konservatoriyasını bitirib. Müxtəlif müfakatların və kompakt disklərin sahibidir. Şefika Kutluerin bioqrafiyası
https://az.wikipedia.org/w/index.php?curid=189003
Şəfiqə Topçiyeva
Şəfiqə Ənvərovna Topçiyeva (1 aprel 1951) — AMEA Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki (Rusiya). Topçiyeva Şəfiqə Ənvərovna 1 aprel 1951-ci ildə Tiflis şəhərində anadan olub. 1975-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirib. 1988-ci ildə "Erinitin, izosorbid dinitrat və izisorbid-5-mononitratın farmakokinetikası" mövzusunda namizədlik dissertasiyasını Moskva şəhərində Seçenov adına 1-ci Tibb İnstitutunda müvəffəqiyyətlə müdafiə etmişdi. 2003-cü ildə "Zaqafqaziya gürzəsi (Vipera lebetina obtusa) zəhərinin biokimyəvi və farmakokinetik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının A. İ. Qarayev adına Fiziologiya İnstitutunun nəzdindəki Dissertasiya Şurasında müdafiə etmışdir. Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki (Rusiya), AMEA İnnovasiya və Kommersializasiya Texnologiyaları Mərkəzinin direktor müavini. Kommersializasiya texnologiyaları üzrə baş mütəxəssis. Ş. Ə. Topçiyeva 1993-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda elmi işçi vəzifəsində işləyib. O, 1994–1995-ci tədris illərində Azərbaycan Tibb Universitetinin klinik farmakologiya kafedrasında molekulyar farmakologiyadan dərs demişdir. 2005-ci ildən Zoologiya İnstitutunda baş elmi işçi fəzifəsində işləyib. Şəfiqə Topçiyeva 2005-ci ildən AMEA-nın Zoologiya İnstitutunun Elmi Seminarın üzvüdür. O, 2006-cı ildən AMEA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunun nəzdində elmlər doktoru və elmlər namizıdi alimlik dərəcəsi adı almaq üçün fəaliyyət göstərən D.01.051 dissertasiya Şurasının üzvüdür. O,2009-cu ildən 26 aprel 2016-cı ilədək AMEA-nın Zoologiya İnstitutunun Elmi Şurasının üzvüdür. Ş. Ə. Topçiyeva 2007-ci ildən "Azərbaycan Əczaçılıq və Farmakoterapiya" jurnalının Redaksiya Şurasının üzvüdür. Ş. Ə. Topçiyeva Azərbaycan Tibb Universitetinin Əczaçiliq fakültəsinin bakalavr pilləsində buraxiliş işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasinin sədri (2006–2007 və 2007–2008-ci tədris illərində). Təhsil Nəzirliyinin əmri ilə Attestasiya və Akriditasiyya Komissiyasının üzvüidi (Azərbaycan Tibb Universitetində aparılan attestasiya və akriditasiyya işləri ilə əlaqədar). Azərbaycan Respublikası Təhsil və Səhiyyə Nazirlikləri arasında imzalanmış Sazişə əsasan hayata keçirilən BMT-nin Qlobal Fondunun birgə layihəsi olan "Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsinin həyata keçirməsi üçün işçi grupu yarandı. Həyati bacarıqlara əsaslanan təhsilin (HBƏT) ölkədə həyata keçirilməsi üçün HBƏT- proqramının hazırlanması və nəşrinə maddi və mənəvi dəstək vermiş BMT-nin Qlobal Fondunu, YUNİSEF-nin Azərbaycandakı nümayəndəliyinə həvalə olunmuşdu və "Həyati bacarıqlara əsaslanan təhsil" ı müəllimlər üçün tədris vəsaiti (V–IX siniflər) və programı hazırlanıb çap olunmuşdur. "Azərbaycan Əczaçılıq və Farmakoterapiya" Jurnalı, Scientific Journal of Riga Thenical University "Safeti of Technogenic Environment", "Nova Explore Journals" elmi jurnallarında redaksiya heyətinin üzvüdür. 2006-cı ildə AMEA-nın fəxri fərmanı ilə təltif edilib. Elmi fəaliyyəti Ş. Ə. Topçiyeva elmi fəaliyyətə 1993-cü ildə AMEA Zoologiya İnstitutunda Herpetologiya laboratoriyasında elmi işçi vəzifəsindən başlayıb və 2005-ci ildən hal-hazıra qədər baş elmi işçi kimi faəliyyətini davam edir. Hal-hazırda AMEA Zoologiya İnstitutunda Protozoologiya laboratoriyasının baş eimi işcisidir. Ş. Ə. Topçiyeva tərəfindən klinikada nitro qrupdan olan bəzi preparatların farmakokinetikası, biotransformasiyası, optimizasiyası və individualizasiyası tədqiq olunub. Stabil və nişanlanmış radioaktiv izotoplarlar ilə preparatların tədqiqi. YEMX, NQX, QX və digər analitik metodlar ilə narkotik maddələrin bioekvivalentliyi öyrənilib. Şəfiqə Topçiyeva AMEA Zoologiya İnstitutunda ilk tədqiqatları biologiya və farmakologiya üçün böyük əhəmiyyət kəsb edən problemlərin araşdırılmasına–ilan zəhərinin kimyəvi tərkibinin, biokimyəvi, farmakokinetik, toksikoloji xüsusiyyətlərinin öyrənməsinə aid elmi tədqiqat işləri aparmışdır. O, ilk dəfə olaraq ekoloji faktorların həmçinin radiasiyanın və ağır metalların ilan zəhərinin kimyəvi tərkibinə, toksikliyinə və farmakoloji aktivliyinə təsir etdirilməsini öyrənib. Ş. Ə. Topçiyeva tərəfindən impulslu azot lazeri ilə gürzə zəhərinin tərkibindəki zülalların və onların metabolitlərinin spektral-lüminessent xassələri və lüminessensiyanın kinetikası araşdırılmışdır ki, bu da zəhərin və onun toksinlərinin differensial təyini üçün ilk dəfə tədbiq edilmişdir. O, gürzə zəhəri ilə zəhərlənmiş heyvanların orqanizmində zəhərin yayılması və farmakokinetikasını öyrənmək üçün ilk dəfə flüoressent zondu tətbiq etmiş və onun diaqnostika və terapiyada tətbiqi elmi cəhətdən əsaslandırılmışdır. Ş. Ə. Topçiyeva gürzə zəhərinin müxtəlif dozaları ilə intoksikasiya zamanı təcrübə heyvanların üzərində qeyri-spesifik müalicə vasitələri sinaqdan keçirilmiş və Respublikanın Toksikoloji Mərkəzində ilan sancmış insanların müalicəsində tətbiqi tövsiyə olunmuşdur. Zaqafqaziya gürzəsi Macrovipera lebetina obtusa və bal arısı Apis mellifera L. caucasica zəhərinin toksikliyinə, farmakoloji və biokimyəvi xüsusiyyətlərinə qamma şüalarının kiçik dozalarının təsirinin öyrənilməsi. Heyvanların zəhəri əsasında detektorların tətbiqi imkanlarının öyrənilməsi. İlan zəhəri əsasında fotodetektorların tətbiqi. Gürzə zəhəri kristalları ilə p-tip keçiriciliyə malik indium monoselenidin heterokontaktı (zəhər-p-İnSe) yaradılmışdır və müəyyən edilmişdir ki, zootoksin özünü heterokontaktda p-tip keçiriciliyə malik yarımkemirici kimi aparır. İlan və arı zəhərinin radioaktiv strelizasiyası. İlan və arı zəhərinin elektrofiziki parametrlərinin təyinində toksikologiyanın, farmakologiyanın, biologiyanın, tibbin və digər elm sahələrinin metodlarının tətbiqi. Beynəlxalq Elmi Əməkdaşlıq çərçivəsində elmi təcrübənin mübadiləsi, genişləndirilməsi, və gücləndirilməsi məqsədilə biologiya sahəsində ən aktual tədqiqatların birgə inkişaf etdirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutu ilə Rusiya Elmlər Akademiyası akademiklər M. M. Şemyakina və Yu. A. Ovçinnikov adına Bioüzvü Kimya institutu arasında "Azərbaycanın zəhərli heyvanlarının zülal və peptidləri onların farmakoloji tətbiqinin perspektivliyi" mövzusunda elmi əməkdaşlıq haqqında müqavilə bağlanır. Topçiyeva Ş. Ə. tərəfindən gürzə zəhərinin bioloji aktiv komponentlərinin xərçəng xəstəliyinin müalicə və profilaktikasında tətbiqi həmçinin Azərbaycan ərazisində yaşayan gürzənin zəhərinin skrininqi, aktiv zülal/peptidlərin kimyəvi xarakteristikası, aminturşu ardıcıllığının, antiproliferativ və xərçəng əleyhinə aktivliyinin müəyyənləşdirilir. Ş. Ə. Topçiyeva 204 (9 Thomson Reuters) elmi məqalənin, 6 patentin və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında bir fəlsəfə doktoru və bir elmlər doktoru dissertasiyaları müdafiə edilib. Elmi qrantlar və sertifikatlar: NATO SCIENCE PROGRAMME Cooperative Science and Technology Sub-Programme. COLLABORATIVE LINKAGE GRANT, Partner-country. Project Coordinator (2002–2003) "Environmental factors and chemical composition of venom o Coordinator of project – Proposal Development Grant for the "Biotechnological Way of Reception and Cultivation of Non-polluting Venom of Vipera lebetina obtusa" USA (2006) Consultant of project "Az B1 −3119 – BA – 08, "Gysy Moth Natural Enemies and Host Plant Association in Azerbaijan " (a proposal to the BGP Fondation), Azerbaijan – U. S. BGP II, 2008–2009. Consultant of project, Grant Letter. STCU, Project Number 4523, "Bioecology and Natural Enemies of Sone Lepidopterons (Gypsy Moth and Lackey Moth) Outbrean in Azerbaijan. 2008–2009. PROJECT Manager of project STCU 4798 — "Biochemicals indicators of venom of Vipera lebetina obtusa (biotic and abiotic factors" (2008–2010) PROJECT Manager of project STCU 3913 "Influence of mineral oil, heavy metals and radiation on biodiversity of spiders"(2009–2012)" Certificate. Practical Business Training & Agricultural Workshop (US Civillian Research and Development Foundation-Azerbaijan National Science Foudation) Baku 6–7 June 2005. Certificate. The Science and Technology center in Ukraine Hereby Presents. Workshop on international property rights and science. Bulding a business on your ideas. STCU. Baku., Azerbaijan, September 27–28, 2005. Certificate FROM IDEA TO MARKET. A Workshop series for technology entrepreneurs. September 29–30, 2008. CRDF. Workshop on "Intellectual Property Rights and Science: Building and Business on your Ideas" Baku 27–28 September 2005. (Science and Technology Center in Ukraine), Certificate of Achievement has completed the Training of Trainers Workshop on Life Skiff Based Education, Baku, Azerbaijan, 31 August-7 September, 2006. The Global Fund UNICEF and Minister of Education Certificate of Participation. ICSAM-2007. International Conference on structural analysis of advanced materials. 2–6 september 2007. Certificate of participation, Successfully completed, Grant Solicitation and Proposal Development Workshop, Azerbaijan National Academy of Sciences, February 2007, Baku, Azerbaijan. Certificate STCU. Technological Management: commercialization of R&D results in scientific research institutes. Baku, December,2007. Certificate ABTC. Technology Transfer Management. Trening. 5 December-20 December , 2007, Baku. Certificate. The fifth Eurasian conference Nuclear science and its application. Turkish Atomic Energy Autority (TAEA), National Academy of Science of Kyrgyzstan. Turkey, October 14–17, 2008. Certificate. Attestation. Congress ICSAAM 2009, 7–10 September. Tarbes, France. Certificate of Acceptance. Congress ICSAAM 2009, 7–10 September. Tarbes, France. A Workshop series for technology entrepreneurs CERTIFICATE "From Idea to Market" STEP Workshop, Kharkov, Ukraine on September 29–30, 2008. GRBS SERTIFICATE in English pacticipated in Beginner level English language coukse held from February 02, 2009 to April 04, 2009. GRBS SERTIFICATE in English pacticipated in Elementary level English language coukse held from April 14, 2009 to Yuly 07, 2009. SERTIFICATE International Centre for Sciennific and Technical information. Sciennific Innovations Centre of NASA."Information and innovations: international experience and modern approaches". Baku, 2010. Ukrainian Scientific-Technology Center – "Technological Management: commercialization of R & D results in scientific research institutes" Azerbaijan Bank Training Centre – " Technology Transfer Management" Ukrainian Scientific-Technology Center – "Technological Management: commercialization of R & D results in scientific research institutes" Azerbaijan Bank Training Centre – " Technology Transfer Management" Mükafatları AMEA-nın fəxri fərmanı Kitabları və monoqrafiyaları Elmi əsərləri Sh. A. Topchiyeva. Pharmacokinetics and metabolism of isosorbide dinitrate and isosorbide-5-mononitrate. / T. B. Chumburidze, B. I. Chumburidze // Materials of "Problems of clinical and expe-rimental pharmacology and side effects of drugs", Tbilisi,1983, November,28–30, pp.61–63. Sh. A. Topchiyeva Biotransformation of venom Transcaucasian snake in bodies and tissues of white mice. // – "Zdorovie", 1996, No 6, p.37–40. Sh. A. Topchiyeva. Azerbaycanda Koca Engerek (Vipera Lebetina obtusa) Yilaninin Ekoloji ve ulkemizde yilan zeheri uretimine dair bazi kayramlar. // XIII Ulusal Biyoloji kongresi, Istanbul 1996, p.22. Sh. A. Topchiyev. Yilan zeherinin degisik organlarin protein terkibine etkisinin incelenmesi. / Teymur Agridag // XIII Ulusal Biyoloji kongresi, Istanbul 1996, p. 56. Teymur Agridag, Sh. A. Topchiyeva. Azerbaycanda Koca Engerek (Vipera Lebetina obtusa) Yilaninin Ekoloji ve ozelliklerislar ve yilan zeheri uretimine konucunda bazi anlayislar. // XIII Ulusal Biyoloji kongresi, Istanbul, 1997, pp. 113–120. Sh. A. Topchiyeva. Yilan zeherinin degisik organlarin protein terkibine etkisinin incelenmesi. / Teymur Agridag // XIII Ulusal Biyoloji kongresi, Istanbul, 1997, s. 250–260. Sh. A. Topchiyeva. On the dinamics of the changes of commen protein in the organs and tissues of Experimental animals under the transcancasian viper. // Pharmakeftiki volume 11, number III, 1998, Athens-Greece, p.109. Sh. A. Topchiyeva. Isolation Characteristic And Study Proteins of Vipera Lebetina Venom And Products Their Metabolism. // The First International Postgraduate Research Symposium on Pharmaceutics, Istanbul, 1998, p. 54. Sh. A. Topchiyeva. On the dinamics of the changes of commen protein in the organs and tissues of Experimental animals under the transcancasian viper. // 9 th Panhellenic Pharmaceutical Congress 1998, november 7–9, p. 513–516 Athens –Greece. Sh. A. Topchiyeva. Laser spectroscopy in the investigations on spectral-luminescent properties of Vipera lebetina venom metabolites. // Baku, Journal Physigs, 1999, № 4, p.15–17. Sh. A. Topchiyeva. Laser spectroscopy method in the studing of vipera lebetina obtusa venom. // Journal "Physigs", Baku, 2000, № 2, p.p.36–38. Sh. A. Topchiyeva. Influence of a venom of transcancasian adder (Vipera lebetina obtusa) on metabolic conversion of Hepatic and renal proteins of white mice. // Journal "Bilgi", Baku, 2000, № 1, p.p. 41–45. Sh. A. Topchiyeva. To the physics-chemical properties, application and some ecological aspects of changability of venom properties. // Journal "Bilgi", Baku, 2000, № 2, p.p. 48–52. Sh. A. Topchiyeva. Influence of a venom transcancasian ad-der (Vipera lebetina obtusa) on metabolic conversions of proteins of tissues of white mices heart lungs and spleen. Journal "Bilgi", Baku, 2000, № 4, p.p. 33–38. Ş. Ə. Topçiyeva, F. Sh. Aliyev, Achmedov E. I. To the principal aspects of experimental venom studyng. // Journal "Bilgi", Bakı, 2001, № 2, p.p. 38–42. Ş. Ə. Topçiyeva. İlan zəhərinin farmakoloji xüsusiyyətləri, insan və heyvanların maddələr mübadiləsinə təsiri. / Y. Y. Yolçiyev // Azərbaycan MEA-nın Xəbərləri, 2001, № 4–6, s. 100–108. Sh. A. Topchiyeva. The influence of the environmental factors on chemical composition of Vipera’s / Yolciev Y. Y., Tagiev B. G., Jabbarov H. B., Tagiev O. B., Mamedov O. G. // venom7th International Interdisciplinary Conference on the Environment, San Francisco/California, USA, 2001, p. 25. Ş. Ə. Topçiyeva. lan zəhəri və onun zülallarının təyin edilməsi üsulu. // I 20020020. Bakı, 02.12.2002 №a 2000 0002. Ş. Ə. Topçiyeva. Qanda ilan zəhəri və onun metabolism məhsullarının təyin edilməsi üsulu. // I 20020021. Bakı, 02.12.2002 № 99/001415. Ş. Ə. Topçiyeva. İlan zəhərinin toksiki təsirini zərərsizləşdirmək üçün antitoksin. // I 20020034, Bakı, 07.12.2002, № 99/001596. Ş. Ə. Topçiyeva. lan zəhərininin toksik təsirini neytrallaşdırılmaq üçün antitoksin. // I 20020035. Bakı, 02.12.2002 № 99/001595. Topciyeva Sh. A. Fluorescent probes in snake venom investigation // Journal "Farmakom", Xarkov, 2002, № 3, p.174–179. Topciyeva Sh. A. Chromatographic and spectral characteristics of snake venom, proteins and products of metabolism of ones. // Journal "Farmakom", Xarkov, 2002, № 4, p.p.75–81. . E. Abilova, Topciyeva Sh. A. Thin laver chromatograpy and paper chromatograpy in studies on chemical composition of Rubus caesius roots. // "Bilgi"dərgisi, Bakı, 2002, № 1, p.p.53–56. Topciyeva Sh. A Chromatographical division of biologically active components of leaves and fruits of Berberis vulgaris L. / Abilova I. E. // "Bilgi"dərgisi, Bakı, 2002, № 3, p.p.92–95. Topciyeva Sh. A. The influence of temperature to EPR spectra of Vipera lebetina obtuse’s venom. / F. Sh. Aliyev, G. I. Ibrahimov, N. N. Musaeva, F. R. Babayev // "Bilgi"dərgisi, Bakı, 2002, № 4, p.p.56–58. Sh. A. Topchiyeva. Ecological factor and chemical composition of poison of Apis mellifera caucasica. / N. N. Musayeva, F. M. Musayev // Ecology, Baku, 33 buraxılış, 2002, p.276–277. Sh. A. Topchiyeva. Fluorescent probes in snake venom investigation. // Journal "Farmakom", Xarkov, 2002, № 3, pp.174–179. Sh. A. Topchiyeva. Chromatographic and spectral characteristics of snake venom, proteins and products of metabolism of ones. // Journal "Farmakom", Xarkov, 2002, № 4, pp.75–81. Sh. A. Topchiyeva. Thin laver chromatograpy and paper chromatograpy in studies on chemical composition of Rubus caesius roots. // Journal "Bilgi", Baku, 2002, № 1, pp.53–56. Sh. A. Topchiyeva. Chromatographical division of biologically active components of leaves and fruits of Berberis vulgaris L. / I. E. Abilova //Journal "Bilgi", Baku, 2002, № 3, pp.92–95. Sh. A. Topchiyeva. The influence of temperature to EPR spectra of Vipera lebetina obtuse’s venom. / F. Sh. Aliyev, G. I. Ibrahimov, N. N. Musaeva, F. R. Babayev // Journal "Bilgi", Baku, 2002, № 4, pp.56–58. Sh. A. Topchiyeva. Ecological factor and chemical composition of poison of Apis mellifera caucasica. / N. N. Musayeva, F. M. Musayev // "Ecology", Baku, 2002, pp. 276–277. Sh. A. Topchiyeva. Influence of the ecological factors to number Vipera lebetina obtusaand chemical composition of venom / T. M., Iskenderov, R. B., Jabbarov, N. N. Musayeva // Proceedings of the First International Conference on Enviromental Research and Assessment, Bucharest, Romaniya, march 23–27, 2003, p.34–37. Sh. A. Topchiyeva. The Influence of biospher pollution on chemical content of the Vipera venom in Azerbaijan. / T. M. Isgenderov, O. G. Mamedov //Azerbaijanda tibb elmi ve praktik seyyiyenin muasir nailiyetleri (elmi eserler toplusu), Baku, 2003, t.1, pp. 219–223. Sh. A. Topchiyeva. Effect of soil pollution in Absheron peninsular on chemical structure of transcaucasian vipera venom. // Azerbaijanda tibb elmi ve praktik seyyiyenin muasir nailiyetleri (elmi eserler toplusu), Baku, 2003, t.1, pp. 223–229. Sh. A. Topchiyeva. Technogen pollution the level of soil and plauds of Absheron peninsula with heavy methals and element of cauasion viperas venom.//J."Bilgi" "Education"Society of Azerbaijan Republic (Chemistry, Biology, Medicine), Baku, 2003, № 2, p.52–55. Topchiyeva Sh. A. On protection of rale and economically important species of Azerbaijan herpetofauna. / Aliyev T. R. // Materials of the 1th Congress of Azerbaijan society of zoologists Baku, 2003,, pp. 414–417. Topchiyeva Sh. A. Some data the distribution of amphibia and reptiles in south-eastern Azerbaijan. / Ganiyev F. R., Aliyev T. R.// Materials of the 1th Congress of Azerbaijan society of zoologists, Baku, 2003, pp. 445–450. Topchiyeva Sh. A. Comprative aspects of venom of amphibies and reptilies. / Ganiyev F. R., Aliyev T. R. // Materials of the 1th Congress of Azerbaijan society of zoologists, Baku, .2003, pp. 493–497. Sh. A. Topchiyeva. The influence of ecologicfl factors on chemical composition of venom and adaptation of Caucasian viper to the captivity conditions. /T. M. Iskenderov // J."Knowledge" "Education"Society of Azerbaijan Republic (Chemistry, Biology, Medicine), Baku, 2003, № 4, pp. 62–66. Sh. A. Topchiyeva. Biochemical and pharmacjkinetical characteristics of Vipera(Vipera lebetina obtusa) venom. // Avtoreferat doc. Diser., Baku, 2003,.38 p. Sh. A. Topchiyeva. Extraction and identification of protein of Vipera venom and products of its biotransformation by the methods of gel- and ionexchance chromatography. // Baku, 2003, J. "Izvestiya, № 3–4, pp.103–111. Topchiyeva Sh. A. Study of the effect of phynoptine on meiotic maturing of oocytes in vitro. / Baramidze K. N, Berozashvili Z. G // "Bilgi"dərgisi, Bakı, 2004, № 2, p.p.70–72. Topchiyeva Sh. A. Study of severe toxicity of ascorbic Acid. / Baramidze K. N, Berozashvili Z. G. // "Bilgi"dərgisi, Bakı, 2004, № 3, p.p16–18. Sh. A. Topchiyeva. Influence of small dozes g- radiations on molecular mobility, spectral characteristics and pharmacological properties of poison of melliferous bee -Apis mellifera caucasica , 40th IUPOC International Symposium on Macromol, WORLD POLYMER CONGRESS MACRO, / Huseynova, A. M. Mageramov, N. N. Musayeva, L. Z. Allaxveryeva, R. Z. Allaxverdyeva // Paris-France, Juli 4–9, 2004, P.5.3.-119. Sh. A. Topchiyeva. Influence of small dozes g- radiations on molecular mobility and pharmacological properties of venom of Vipera Lebetina Obtusa, 40th IUPOC International Symposium on Macromol, WORLD POLYMER CONGRESS MACRO, / A. M. Magerramov, N. N. Musayeva, L. Z. Allaxverdiyeva, R. Z. Allaxverdiyeva, Abiyev H. A. // Paris-France,. Juli 4–9, 2004, P.5.3.-120. Sh. A. Topchiyeva. Influence of antropogenous factors on transcaucasin snake (Vipera lebetina obtusa) population. / T. M. Isgəndərov // "Bilgi"dərgisi, Bakı, 2004, № 5, s. 80–86. Sh. A. Topchiyeva. Ecological factors and chemical structure of venom of Vipera lebetina obtusa. / H. A. Abiyev // Bilgi"dərgisi, Bakı, 2004, № 6, s.44–48. Sh. A. Topchiyeva. Influence of radiation on structure of venom Vipera lebetina obtuse. / H. A. Abiyev, A. Magerramov // Dördüncü Avroasiya Konfransı Nüva Elmi və onun Tədbiqi, Bakı, 2006, s.115. Sh. A. Topchiyeva. Radiating sterilization of the venom of snake. / H. A. Abiyev, , V. R. Rustamov // Dördüncü Avroasiya Konfransı Nüva Elmi və onun Tədbiqi, Bakı, 2006, s.178. Sh. A. Topchiyeva. Radiation sterilization of Vipera lebetina obtuse and its spectral characteristics. / H. A. Abiyev // The fourth Eurasian conference nuclear science and its application/ 31EKIM-KASIM 2006, BAKU, Azerbaycan, p.368–373. Ş. Ə. Topçiyeva. Radiation drying and spectral characteristics of alcaloids of the Barberry ordinary Berberis vulgaris L. / İ. E. Abilova // The fourth Eurasian conference nuclear science and its application/ 31EKIM-KASIM 2006, BAKU, Azerbaycan, p.318–322. Ş. Ə. Topçiyeva. Adi zirincin Berberis vulgaris L. Budaq və yarpaqlarını qurutma üsulu. / İ. E. Abilova // Patent, Bakı,, 2006, № 2004 0253, ilkinlik tarixi: 02.12.2004, dövlət reyesterində qeyd olunub: 25.12.2006. Ş. Topchiyeva. Həyatı bacarıqlara əsaslanan təsil. / A. Haciyeva // Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin V–IX sinifləri üçün fakültativ kursun proqramı, Bakı, 2006, 53s. Ş. Topchiyeva. Həyatı bacarıqlara əsaslanan təsil. / R. Qəndilov, A. Haciyeva // Müəllimlər üçün tədris vəsaiti (V–IX siniflər), Bakı, 2006, 606 s. Topchiyeva Sh. Radiating and temperature ohf-drying QF a ordinary barberry Berberis vulgaris L. / Abilova I., Dzhafarov E. // Europen radiation research 2006, The 35 th Annual Meeting of the European Radiation Research Society and The 4 th Annual Meeting of the Ukrainian Society for Radiation Biology., Kiyev, Ukraine, 2006, p.98. Sh. A. Topchiyeva. Influence to small dozes radiation on spectral characteristics and pharmacological properties of venom tranmscaucasian viper Vipera lebetina obtusa. / H. A. Abiyev // Europen radiation research 2006, The 35 th Annual Meeting of the European Radiation Research Society and The 4 th Annual Meeting of the Ukrainian Society for Radiation Biology., Kiyev, Ukraine, 2006, p.223. Sh. Topchiyeva. Ecology factor and physico-chemical properties of Vipera lebetina obtusas. ICSAM-2007./ E. Ahmadov, H. Abiyev, L. Allahverdiyeva, R. Allahverdiyeva, R. Heydarov // International Conference on Structural Analisis of Advanced Materials. September 2–6, 2007, Patras (Greece) p.189. Sh. Topchiyeva. Ecological geochemical aspects of variation of the elementary ingredients of the Vipera lebetina obtusa’s venom. / E. Ahmadov, H. Abiyev, L. Allahverdiyeva, R. Allahverdiyeva, R. Heydarov // ICSAM-2007. International Conference on Structural Analisis of Advanced Materials. September 2–6, 2007, Patras (Greece) p.190. Topchiyeva Sh. A. Perspectives of microbial ferments use as the vaccine preparations Plant microbioal enzymes: isolation, characterization biotechnology applications, Workshop, / Kurbanov A. I., Karayev Z. O., Bayramov R. B. // Tbilisi, Georgia, 2–5Yuly 2007, p.66–67 Topchiyeva Sh. A. To ecology and distribution of rare kinds of amphibious of Azerbaijan. / Dzhafarov A. R., Ganiev F. R., Aliyeva A. J. Gasimova G. H.//Ninth Baku International Congress Baku, Azerbaijan Republic, 7–9 June, 2007, pp.273–276. Topchiyeva Sh. A. Mikroorganisms ferments in pathogenesis Plant microbioal enzymes: isolation, characterization biotechnology applications, / Karayev Z. O., Kurbanov A. I., Bayramov R. B. // Workshop, Tbilisi, Georgia, 2–5Yuly 2007, p 66–68. Sh. A. Topchiyeva. Electronic paramagnetic resonance in studying venom of Vipera lebetina obtuse, / Abiyev H. A., Babayev E. T. // Baku J. Health 2008 Sh. A. Topchiyeva. Comparative studying influence of ecological factors on venom Vipera lebetina obtusa living in various biotops of Apsheron of Azerbaijan, / Abiyev H. A., Babayev E. T. // Baku J. Health 2008 Sh. A. Topchiyeva. Abiotik, biotik factors and venom of snake Vipera lebetina obtusa. / Abiyev H. A., Babayev E. T. // Baku J. Health 2008 Sh. A. Topchiyeva Influence of ecological factor of the concentration of heavy metals and spectral characteristics of venom of Vipera lebetina obtusa. / Abiyev H. A., Babayev E. T. // Azerbaycanda tibb elmi ve praktik sehiyyenin muasir nailiyyetleri (elmi eserler toplusu), Bakı, 2008 Sh. A. Topchiyeva. Enviromental factors and venom of Vipera lebetina obtusa. / Abiyev H. A., Babayev E. T. // Azerbaycanda tibb elmi ve praktik sehiyyenin muasir nailiyyetleri (elmi eserler toplusu), Bakı, 2008 Topchiyeva Sh. A. To a level of scrutiny of application, an ionising radiation for sterilisation of preparations on the basis of venom of snake. /Abiyev H. A., Babayev E. T., Meyrabova M. // Turkiye, Ankara, 14–17 oktyabr ,2008, The Eurasian Conference Nuclear Science and its application. Topchiyeva Sh. A. Influence of electromagnetic radiation on venom of Vipera lebetina obtuse. / Abiyev H. A., Babayev E. T., Meyrabova M.//Turkiye, Ankara, 14–17 oktyabr ,2008, The Eurasian Conference Nuclear Science and its application Topchiyeva Shafiga. Macrovipera lebetina obtusa venom as a biological indicator of environmental pollution. / Abiyev Huseyn // Journal of Applied Environmental and Biological Sciences (JAEBS) (Thomson Reuters ISI indexed) It will be published on the Vol. 3, No. 10, October, 2013, p.33–40. Topchiyeva Shafiga. Influence of ionizing radiation on the physical and chemical properties of venom of snake Macrovipera lebetina obtusa. / Abiyev Huseyn // Journal of Basic and Applied Scientific Research (JBASR) (Thomson Reuters ISI indexed), Vol. 3, No. 10, October, 2013.p.265–269. Topchiyeva Shafiga. The study of the physical properties of Macrovipera lebetina obtusa venom. / Abiyev Huseyn // Journal of Basic and Applied Scientific Research (JBASR) (Thomson Reuters ISI indexed), Vol. 3, No. 11, November, 2013.p.373–377. Həmçinin bax Zoologiya İnstitutu Topçiyeva Şəfiqə Ənvərovna Topçiyeva Şəfiqə Ənvərovna Arxivləşdirilib 2017-10-18 at the Wayback Machine Şəfiqə Ənvərovna Topçiyeva Arxivləşdirilib 2017-10-04 at the Wayback Machine Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatı dinlənildi Arxivləşdirilib 2017-07-05 at the Wayback Machine AMEA Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər AMEA Zoologiya İnstitutunun əməkdaşları Beynəlxalq konqresdə iştirak etmişlər Patentlər Arxivləşdirilib 2017-06-22 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=504506
Şəfiqə Yusifbəyli
14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar. Gəncədə yaşadığı təəssüratları Şəfiqə xanım öz dərgisində oxucalara çatdırır. 1912-ci ilədək Nəsib bəyin təhsili ilə əlaqədar Krımda qalırlar, bu müddətdə onların iki övladı dünyaya gəlir. 1906-cı ildə imperiyada yaşayan türklərin ilk qadın jurnalı olan "Qadın dünyası" ("Aləmi-nisvan") dərgisini nəşr etdirir. Bu dövrdən etibarən artıq "Tərcüman" təkcə Qaspıralının deyil, Şəfiqə xanım və Nəsib bəyin də dəstəyi ilə çap olunur, sol düşüncəli Nəsib bəy Qaspıralı ilə fikir mübadiləsindən sonra millətçi görüşə sahiblənir. 1908-ci ildə Şəfiqə xanm Nəsib bəylə birlikdə "Tərcüm" qəzetinin 25 illiyini keçirirlər. Ancaq Nəsib bəyin həmin dövrdə şəriət olaraq normal, lakin azadlıq carçısı bir xanımın düşüncəsi baxımından bağışlanmaz olan səhvi ailənin dağılmasına səbəb olur. Belə ki, Nəsib bəyin Gəncədə ikən bir qadınla dini nikahda yaşaması üzə çıxır və Şəfiqə xanım bunu bağışlamır. Şəfiqə xanım Krıma qayıdır, 1914-cü ildə Qaspıralının dəfn mərasimində Nəsib bəylə görüşür, lakin onu yenə də bağışlamır, Yusifbəyli soyadından imtina edir. Şəfiqə xanımla Nəsib bəyin münasibətləri sonrakı dönəmlərdə Nəsib bəyin uşaqların adına ünvanladığı məktublar vasitəsilə davam edir. Bu məktubların mətni, həmçinin ümumiyyətlə Şəfiqə xanımla Nəsib bəyin gənclik illərindən məktublaşmaları haqqında maraqlı məlumatlar tədqiqatçı Vilayət Quliyevin "Baş nazirin xanımı" adlı geniş məqaləsində mövcuddur. Çar Rusiyasında baş verən dəyişikliklərdən sonra Şəfiqə xanım fəaliyyət sahəsini genişləndirir, daha böyük planlar üzərində çalışır. 1917-ci ilin aprelində o, Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilir. 1917-ci il mayın 1–11-nə qədər Moskvada Rusiya müsəlmanlarının I konqresində Krımı təmsil edir. 1917-ci ilin aprelindən Şəfiqə xanımın rəhbərliyi ilə Krımda "Qadın komitələri" yaradılır. 1917-ci ilin dekabrında o, Gözləvdən Tatar Milli Qurultayına, 1918–1919-cu illərdə isə iki dəfə Krım Millət Məclisinə üzv seçilir. Bağçasarayda İsmayıl Qaspıralı adına Darülmüəllimatın və Milli Muzeyin yaradılmasında, Gözəl Sənətlər Məktəbinin təsis edilməsində önəmli rol oynayır. Krımda milli qüvvələrin dövlətçilik uğrunda apardığı mücadiləyə dəstək verir. Fəqət Krım türklərinin bu fəaliyyəti çar Rusiyasının qəzəbinə düçar olur, 1918-ci il fevralın 23-də "Tərcüman" qəzeti qapadılır, mətbəə isə müsadirə edilir. 1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana qayıdır. Nəsib bəylə şəxsi münasibətləri düzəlməsə də, Şəfiqə xanım gənc Cumhuriyyətə öz töhfəsini verməyə başlayır. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir. Lakin Azərbaycan Demokratik Cumhuriyyəti devrilir, Nəsib bəy müəmmalı 31 may 1920-ci ildə şəkildə öldürülür. Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilir, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edir. Türkiyəniin Bakıdakı təmsilçisi Memduh Şövketin səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə gətirilir. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. Sonuncu isə "Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893–1920)" adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirir. 1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə vəfat edir.
https://az.wikipedia.org/w/index.php?curid=405615
Şəfiqə Zeynalova
Zeynalova Şəfiqə Mikayıl qızı (26 iyun 1922, Bakı – 1 may 1979, Bakı) — Azərbaycan SSR əməkdar memarı (1976); Moskva Memarlıq İnstitutunu bitirmiş ilk azərbaycanlı qadın. Şəfiqə Zeynalova 26 iyun 1922-ci ildə Bakıda anadan olub. 1949-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitunu bitirmişdir. Şəfiqə Zeynalova 11 may 1979-cu ildə Bakıda vəfat edib. 1942–1943-cü illərdə orta məktəbdə riyaziyyat müəllimi işləyən Şəfiqənin memar olmasını M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmasını məhz o məsləhət görmüşdü. Şəfiqə Zeynalova ali məktəbi bitirəndən sonra əmək fəaliyyətinə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında memar kimi başladı. 1946–1948-ci illərdə tikilmiş Uşaq dəmir yolu ("Gənclik" metrosu rayonunda, Zooparkın yanında yerləşirdi, indi sökülüb) memarın sevdiyi işlərdən biri idi. Şəfiqə Zeynalova 1945–1949-cu illərdə "Azərdövlətlayihə" institutunda fəaliyyətini davam etdirdi. O, 1946-cı ildə SSRİ Memarlar İttifaqı üzvlüyünə qəbul edildi. Şəfiqə Zeynalova 1949–1952-ci illərdə Moskva Memarlıq İnstitutu Memarlıq təkmilləşdiilməsi fakültəsinin dinləyicisi oldu. O, Moskva Memarlıq İnstitutunu bitirmiş ilk azərbaycanlıdır. O, Moskvada təhsilini başa vurandan sonra 1952-ci ildə "Azərdövlətlayihə" institutundakı işinə qayıtdı və ömrünün axırınacan orada çalışdı. Əsas işləri "Bakı Soveti" (indi yenidən qurulmuş və "İçərişəhər" adlandırılmışdır) metrostansiyasının, Tarix arxivinin, Sənaye nazirliyinin binaları, Bakı, Sumqayıt, Mingəçevir, Lənkəranda yaşayış binalarının, eyni zamanda Sevil Qazıyeva, Mikayıl Müşfiq, Həzi Aslanovun heykəllərinin müəllifi olmuşdur. Dəmirdən və şüşədən ucaldılmış ilk 17 mərtəbəli göydələnlərdən biri məhz Lüdviq Mis Van Der Roenin yaradıcılığından ilham alan Şəfiqə Zeynalova tərəfindən düşünülmüşdür. Bina "Nizami" metro stansiyasının yaxınlığında, "Azad qadın" heykəlinin arxa tərəfində yerləşir. Memar Şəfiqə Zeynalova Şıx çimərliyi yaxınlığında ucaldılmış Xəzər bioloji stansiyası binasının layihə müəllifidir. Layihə bəyənilsə də, gerçəkləşdirilməmişdir. Bu təkcə Cənubi Qafqazda deyil, bütün SSRİ-də balıq və digər dəniz heyvanları yetişdirmək üçün ən böyük və müasir stansiya olmalı idi. Memarın ideyasına görə binalar kompleksinə laboratoriya, istehsalat korpusu, hətta delfinlərin buraxılması nəzərdə tutulmuş nəhəng hovuz və akvarium daxil olmalı idi. Bundan başqa orada dəniz faunası muzeyi açmaq və mehmanxana tikmək də planlaşdırılmışdı. Memar Şəfiqə Zeynalovanın son əsərləri indi Azərbaycan Republikası Xarici İşlər Nazirliyinin yerləşdiyi binanın və Bakı Dəmiryol Vağzalının binasının layihəsidir. 28 Aprel (indi 28 May) küçəsi onun peşəkar karyerasının zirvəsi olmalı idi. Memar həmin küçədə çoxmərtəbəli binaların tikilməsi üçün layihələr hazırlamaq barədə düşünürdü, amma ağır xəstəlik onu düşündüklərini həyata keçirməsinə imkan vermədi.Onun müəllifi olduğu əsərlər içərisində Daşkəsənin Mədənçilər qəsəbəsində kotteclər (1948), Bilgəh qəsəbəsində yaylaq evləri (1955), Bakıda Xalq Təsərrüfatı Şurasının binası (1953, Möhsün Rəfili ilə birgə), metropolitenin "Bakı Soveti" stansiyası (1967, Tələt Xanlarov və b. ilə birgə), dəmir yolu vağzalının (1977, Y. Kozlov ilə birgə), Azərbaycan Sənaye Tikintisi Nazirliyinin (1977), Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun (1978, Y. Qədimov ilə birgə) yeni binası və başqa tikililər də var. Bir sıra xatirə abidələrinin (Bakıda S. Qazıyevanın, Gəncədə Q. Hüseynlinin) layihə müəllifidir.
https://az.wikipedia.org/w/index.php?curid=604536
Şəfiqə İsmayılzadə
Şəfiqə İsa qızı İsmayılzadə (1918-2004) - Tibb elmləri doktoru 1939-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1952-ci ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna qəbul olunmuşdur. 1958-1989-cu illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun gözün zədə şö’bəsinin müdiri vəzifəsində çalışırdı. O, müxtəlif zədələr nəticəsində baş verən görmə üzvünün dəyişiklikləri üzrə, sənaye və kənd təsərrüfatı şəraitində əmələ gələn gözün peşə patologiyası üzrə tədqiqatlara rəhbəri olmuşdur, bu mövzularda 70-dən artıq elmi əsər yaratmışdır, oftalmotravmatoloq kadrlarının hazırlanmasında iştirak etmişdir, onun rəhbərliyi ilə 2 namizədlik dissertasiya müdafiə olunmuşdur. Xarici keçidlər Tibb elmləri doktoru Şəfiqə İsa qızı İsmayılzadə
https://az.wikipedia.org/w/index.php?curid=306069
Şəfiqə Əfəndizadə
Şəfiqə Əfəndizadə (tam adı: Şəfiqə Məmmədəmin qızı Əfəndizadə; (Əsma Sultan Şeyxzadə); 1883, Azğur, Tiflis quberniyası – 1959, Bakı) — Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, maarif xadimi, yazıçı, publisist. Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, pedaqoq, publisist və yazıçı Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1883-cü il, may ayının 19-da Axaltsixe rayonunun Azğur kəndində tanınmış pedaqoq Hafiz Məmmədəmin Şeyxzadənin ailəsində anadan olmuşdur. İlk təhsilini evdə öz atasından almışdır. 1918-ci ilin martında bolşevik-daşnak quldurları tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımdan sonra qaçqın düşmüş Qubada, Azqurda, İstanbulda yaşamışdır. Şəfiqə Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir. Hələ 1896-cı ildə 14 yaşında ikən Şəfiqə Əfəndizadə Nuxa şəhərində şəxsi qadın məktəbində dərs demişdir. Qafqaz Müsəlmanları Ruhani İdarəsində və Bakıda III Aleksandr kişi gimnaziyasında imtahan verərək ibtidai məktəbdə türk dili və şəriət müəllimi vəsiqəsi almışdır. 1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani idarəsində müəllimlik attestatı almış və həmin ildən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycan qadın təhsili tarixində ilk dəfə olaraq Bakı şəhərində yenicə yaradılmış rus-müsəlman qadın məktəbində ana dilindən dərs deməyə başlamışdır. Həmin məktəbdə 1910-cu ilə kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə o Azərbaycan müəllimlərinin I qurultayının iştirakçısı olmuşdur. 1910-cu ildən 1920-ci ilədək o, şəhər rus-tatar (azərbaycan) qadın məktəbinin müəllimi olmuşdur. 1915-ci ildən həmçinin qadın pedaqoji məktəbindəki pedaqoji kurslarda da dərs demişdir. 1917-ci ildə Cənubi Qafqaz müsəlman qadın müəllimlərinin Kazan şəhərində çağırılmış qurultayına nümayəndə seçilmiş, qurultayda iştirak edərək söylədiyi nitqində Şərq qadınlarının hüquqsuzluğundan danışmış, yeni məktəblərin, teatrların açılmasını tələb etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1919-cu ilin aprelində Bakıya dönmüş, pedaqoji işə bərpa olunmuş, 1920-ci ilin fevralında ərizə verərək istefaya çıxmışdır. Şəfiqə Əfəndizadə 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak etmiş və orada yaradılmış savadsızlığın aradan qaldırılması kurslarında dərs demişdir. 1920-ci ildən sonrakı dövrlərdə dəfələrlə Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilmiş qadınlar konfransında və qurultaylarında nümayəndə kimi iştirak etmişdir. Sovet hakimiyyəti illərində mədəni quruculuq işlərinə cəlb olunmuş, 1920–1926-cı illərdə darülmüəllimatda (qadın müəllim kadrları hazırlayan pedaqoji məktəb) dərs demiş, 1923-cü ildə "Şərq qadını" jurnalı fəaliyyət göstərməyə başlayan andan Şəfiqə Əfəndizadə jurnalla fəal əməkdaşlıq etməyə başlamış, redaksiya heyətinin üzvü seçilmiş, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur. Şəfiqə Əfəndizadə həmçinin 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Bədii yaradıcılığı Şəfiqə Əfəndizadə bədii-publisistik yaradıcılıqla məşğul olmuş, ilk dəfə 1903-cü ildə "Şərqi-rus" qəzetində (1903-cü il, № 7) başlamışdır. Sonralar o "Dəbistan", "Məktəb", "Füqara füyüzatı", "Dirilik" jurnalları və "Açıq söz" qəzeti ilə əməkdaşlıq etmiş, təlim-tərbiyə mövzularına dair məqalələr, uşaqlar üçün hekayələr dərc etdirmişdir. Eyni zamanda mətbuatda yazıçı kimi də çıxış etmiş, adları çəkilən nəşriyyatlarda bədii əsərlərini çap etdirmişdir. 1914-cü ildə onun yazdığı "İki yetim" yaxud "Kərimin himməti" povesti isə ayrıca kitab şəklində "Kaspiy" tipoqrafiyasında ("Azərbaycan kitabı", Bakı, 1963., s.139) nəşr olunmuşdur. 1916-cı ildə o "Açıq söz" qəzetində (№ 187, 17 may 1916-cı il) Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinə ilk rəyi dərc etdirmişdir. Haqqında yazılar "Şərq qadını" onun haqqında belə yazmışdı: "Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı ilk Azərbaycan qadın jurnalisti və yazıçısı olmuşdur" (1924-cü il, № 1) Şəfiqə Əfəndizadənin şagirdləri içərisində respublikamızın görkəmli dövlət xadimi olan Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanova və Azərbaycan xalq şairi Mirvarid Dilbazi və başqalarını qeyd etmək olar. Hazırda Bakı şəhəri Yasamal rayonunun 13 saylı orta məktəbi Şəfiqə Əfəndizadənin adını daşıyır. Həmçinin bax Şərq qadını (jurnal) Xədicə Əlibəyova Səkinə Axundzadə Qəribsoltan Məlikova Xarici keçidlər Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı — Fotolar Cümhuriyyət parlamentinin yeganə qadını — Mollaların təhdid etdiyi xanım kim idi?.. Şəfiqə xanım Əfəndizadə kim idi? Əfəndizadə Şəfiqə Məmmədəmin qızı — yazıçı, publisist, müəllim Həyatı ""Analar! Qızlarınızı oxudun!" Cənubi Qafqazın ilk qadın jurnalisti FƏDAKAR MAARİFPƏRVƏR QADIN — ŞƏFİQƏ XANIM ƏFƏNDİZADƏ Arxivləşdirilib 2018-05-01 at the Wayback Machine Məmmədov S.Sabir Gəncəli, Azərbaycan maarifpərvər qadınları, B., 1960.
https://az.wikipedia.org/w/index.php?curid=80306