!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şənol Günəş
Şənol Günəş (1 iyun 1952, Trabzon) — Türkiyəli köhnə futbolçu və məşqçi. Türkiyə yığmasının keçmiş baş məşqçisi Klub Karyerası Futbolçuluq karyerası Şenol Güneş futbol karyerasına "Erdoğdu Gençlik" komandasında başlayıb. Bundan sonra Trabzonspor komandasının həvəskar komandasına keçərək, buradan da "Sebat Gençlik" komandasına transfer olundu və peşəkar futbolçuluq həyatına başlayıb. 1972-ci ildə "Trabzonspor" komandasına transfer edildi. 15 ilə yaxın "Trabzonspor"da qapıçılıq edib. "Trabzonspor"un heyətində 1975–2011 arasında yeddi dəfə çempion olub, eyni zamanda milli yığma komandasında 31 dəfə (beş dəfə kapitan qismində) iştirak edib. Türk idmanının tarixində birinci liqada ən çox qol buraxmama rekordu ona məxsusdur. Məşqçilik karyerası Futbol klublarındakı karyerası Sonradan "Trabzonspor" komandasının məşqçisi vəzifəsinə təyin olunub, Corc Likens kibi məşqçilərin köməkçisi vəzifəsini tutmağa müvəffəq olub. 1987–1988 "Trabzonspor", 1988–1991 "Boluspor", 1991–1992 "İstanbulspor", 1992–1996 yenidən "Trabzonspor", 1996–1997 "Antalyaspor", 1997–1998 sezonunda isə "Sakaryaspor" komandalarını hazırlaşdırıb. "Trabzonspor" 2005-ci ilin yanvar ayında Şenol Güneş ilə üç il yarımlıq bir müqavilə imzalayaraq onu yenidən komandanın məşqçisi vəzifəsinə qaytardı. Daha sonra o, bu postdan istefa edib. Məşqçilik karyerası zamanı 1 Türkiyə kuboku, 1 Baş nazir kuboku, 1 Prezident kuboku əldə edib. Milli yığmadakı karyerası 16 avqust 2000-ci ildə Türkiyə milli futbol komandasının rəhbərliyinə təyin olunub və milli komandanın 48 illik fasilədən sonra FİFA Dünya Kuboku uğrunda mübarizəyə qatılmasında böyük rol oynayıb.
https://az.wikipedia.org/w/index.php?curid=8107
Şənər Şen
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur. Filmoqrafiya Yaşasın Həyat (film,1964) Sözdə Qızlar(film,1966) Davaro (film, 1981) Hababam Sinfi(film,1974) Hababam Sinfi Sinifdə Qaldı(film,1976) Mühsin bəy (film, 1987) Milyarder (film, 1986) Çöpçülər kralı(film,1977) Tosun Paşa (film, 1976) Bizim ailə (film, 1975) Adilə bibi (film, 1982) Çılpaq vətəndaş (film, 1985) Namuslu(film,1986) Quldur(film,1996) Ürək yarası(film,2005) Ov mövsümü(film,2010) Yol ayrıcı (film,2017) Həmçinin bax Türkiyə kinosu Xarici keçidlər Şənər Şən — IMDb səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=753423
Şənər Şən
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur. Filmoqrafiya Yaşasın Həyat (film,1964) Sözdə Qızlar(film,1966) Davaro (film, 1981) Hababam Sinfi(film,1974) Hababam Sinfi Sinifdə Qaldı(film,1976) Mühsin bəy (film, 1987) Milyarder (film, 1986) Çöpçülər kralı(film,1977) Tosun Paşa (film, 1976) Bizim ailə (film, 1975) Adilə bibi (film, 1982) Çılpaq vətəndaş (film, 1985) Namuslu(film,1986) Quldur(film,1996) Ürək yarası(film,2005) Ov mövsümü(film,2010) Yol ayrıcı (film,2017) Həmçinin bax Türkiyə kinosu Xarici keçidlər Şənər Şən — IMDb səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=355864
Şəqaqi
Şəqaqi və ya Şəqqaqi (kürd. Şikakî) — Türk əsilli tayfa. Şəqaqilər İranın Şərqi Azərbaycan (Sərab, Həştrud, Miyana), Ərdəbil (Xalxal), Rəzavi Xorasan (Qoçan) və Şimali Xorasan (Bocnurd) ostanlarında yaşayırlar. Şəqaqilər Türkiyədən tarixi Azərbaycan ərazilərinə köçürülüblər. Ərvanlu / Ərvanlı / İrəvanlı (?) Zəfranlu / Zəfəranlı (Ekranlu) Balkanlu / Balkanlı (Palkanlu) Pesiranlu (Pesyanlu / Püsyanlı) Badanlu (Badelanlu / Bədəlanlı), (Bahadori) Goranlu / Goranlı (Koranlu), (Gurkanlu) Yarəhmədlu / Yarəhmədli Mirsultanlu / Mirsultanlı Fəthəlixanlu / Fətəlixanlı Esperlu / İspirli Şatiranlu / Şatıranlı Tanınmış şəxsiyyətlər Sərabli Mehdi Beyq Şəqaqi: Şair Sərabli Mehdixan Mühəndis: Tarixçi Mirza Məhəmməd Hüseyn Balkanlu: Şair Kərbəlayı İmamyar Şəqaqi: Şair
https://az.wikipedia.org/w/index.php?curid=271564
Şəqaqi eli
Şəqaqi və ya Şəqqaqi (kürd. Şikakî) — Türk əsilli tayfa. Şəqaqilər İranın Şərqi Azərbaycan (Sərab, Həştrud, Miyana), Ərdəbil (Xalxal), Rəzavi Xorasan (Qoçan) və Şimali Xorasan (Bocnurd) ostanlarında yaşayırlar. Şəqaqilər Türkiyədən tarixi Azərbaycan ərazilərinə köçürülüblər. Ərvanlu / Ərvanlı / İrəvanlı (?) Zəfranlu / Zəfəranlı (Ekranlu) Balkanlu / Balkanlı (Palkanlu) Pesiranlu (Pesyanlu / Püsyanlı) Badanlu (Badelanlu / Bədəlanlı), (Bahadori) Goranlu / Goranlı (Koranlu), (Gurkanlu) Yarəhmədlu / Yarəhmədli Mirsultanlu / Mirsultanlı Fəthəlixanlu / Fətəlixanlı Esperlu / İspirli Şatiranlu / Şatıranlı Tanınmış şəxsiyyətlər Sərabli Mehdi Beyq Şəqaqi: Şair Sərabli Mehdixan Mühəndis: Tarixçi Mirza Məhəmməd Hüseyn Balkanlu: Şair Kərbəlayı İmamyar Şəqaqi: Şair
https://az.wikipedia.org/w/index.php?curid=241821
Şəqra (Livan)
Şəqra (ərəb. شقرا Şəqra) — Livanda yerləşən şəhər. Cənub əyalətinə inzibati dairəsində yerləşmişdir. Əhalisinin sayı 17 000 nəfərdir (2004-cü il məlumatlarına əsasən).
https://az.wikipedia.org/w/index.php?curid=818915
Şəqra (Səudiyyə Ərəbistanı)
Şəqra (ərəb. شقراء Şəqra ') — Səudiyyə Ərəbistanında yerləşən şəhər. Riyad əyalətinə inzibati dairəsində yerləşmişdir. Əhalisinin sayı 26 651 nəfərdir (2010-cu il məlumatlarına əsasən).
https://az.wikipedia.org/w/index.php?curid=818914
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. Ümumi məlumat İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir. Müqəddəs kitabda Rəbbin peyğəmbər həzrət Musaya (ə.s) yəhudilərin 7-ci ayın 10-cu gününü günahlardan təmizlənmə günü kimi qeyd etmələrini buyurduğu yazılır. Qeyd edilən gün məbədə iki keçi gətirilir, baş kahin hər iki keçi üçün taxta yeşikdən püşk çəkirdi. Bu kağızların birinin üzərində "Rəbb üçün", digərinin üzərində isə "Azazel üçün" yazılırdı. "Rəbb üçün" yazısı çıxmış keçini Tanrı üçün qurban gətirməli, "Azazel üçün" yazısı çıxmış keçini isə sağ saxlayıb Azazel üçün çölə buraxmalı idilər (Levililər 16/5–30). Azazel çöldə yaşayan və keçiyə bənzəyən cin hesab edilirdi. Azazel sözünün mənası keçi-tanrı deməkdir. Təsadüfi deyildir ki, şeytan keçi ayaqlı və buynuzlu təsvir edilir. Tövratın təfsiri olan Talmudda verilən məlumata görə, şeytanlar bəzi insan və mələk xüsusiyyətlərinə malikdirlər. Belə ki, onlar insanlar kimi yeyir, içir, çoxalır və ölürlər. Mələklər kimi isə qanadlara malikdirlər, uça bilirlər. Bundan əlavə, onların gözəgörünməz olmaq qabiliyyəti var. Şeytan haqqında daha bir məlumata VIII əsrdə yaşamış yəhudi kabbalist ədəbiyyatında ("kabbala" dini-mistik təlim) rast gəlmək olar. Adı çəkilən ədəbiyyatda hər insanı on bir min cin əhatə etdiyi yazılır. Bu cinlərin mini adamı sağ, on mini isə sol tərəfdən əhatə edir. Onların içində dişi cinlər də mövcuddur. Dişi cinlərin başçılarının adı Lilitdir. Ona tabe olan 480 dişi cin var. M. M. Şeynman "Dinlər tarixində iblisə inanc" adlı əsərində yəhudilərin şər qüvvələrdən qorunmaq üçün evlərindəki qapının çərçivəsinə içində Tövratdan ayələr yazılı olan kağız qoyulmuş balaca dəmir qutu bağladıqları barədə məlumat verir. Həmin qutunun üzərinə Şaday (Tanrı) sözü cızırdılar. Bu qutuların yəhudi evlərini qara qüvvələrdən hifz etdiyinə inanılırdı. Yəhudi ruhaniləri şeytanların insan bədəninə girərək onlarda xəstəliklərin meydan gəlməsinə səbəb olduqlarını və onlardan dualar vasitəsilə xilas olmanın mümkünlüyünü deyirdilər. Şeytanların yaranması ilə əlaqədar e.ə. II əsrdə yəhudilərin apokrif (qeyri-səhih) hesab etdikləri Yenoxun kitabında deyilir ki, bu şər qüvvələrin təmsilçiləri olan varlıqlar onların şahzadəsi Lilit ilə həzrət Adəmin (ə.s) əlaqəsindən meydana gəlmişlər. Şeytan, əcinnələrlə bağlı İncildə də bir sıra ayələr vardır. Məs: bu müqəddəs kitabda şeytanın insan bədənindən çıxdıqdan sonra quraqlıq yerlərdə gəzdiyi, lakin özünə yer tapmadığı bildirilir. Bundan sonra, şeytan özündən də qəzəbli və pis 7 şeytan ilə qayıdaraq həmin adamın bədəninə yenidən daxil olur. Bunun nəticəsində insan özünü əvvəlkindən də pis hiss edir (Matfey 12/43–45). Həmçinin İncildə peyğəmbər Həzrət İsanın (ə.s) insanların bədənindən cinləri qovduğu bəyan edilir. Belə ki, burada yazılır ki, Həzrət İsa (ə.s) bədəninə çox sayda cin girmiş adamın daxilindən bu şər qüvvələri çıxartdı. Cinlər də Həzrət İsadan (ə.s) oradakı dağın yanında otlayan donuzların içinə girmələri üçün izin istədilər. Peyğəmbər cinlərə icazə verdikdə onlar donuzların daxilinə girdilər. Donuzlar da özlərini sıldırım qayadan gölə ataraq boğuldular. (Luka 8/26–33). Neçə əsrlərdir ki, kilsə xadimləri də İncildə Həzrət İsanın (ə.s) və onun həvarilərinin cinli insanlardan bu şər qüvvələri qovduqları məlumatına istinad edərək ekzorsizmlə (insanın bədənindən cini qovmaqla) məşğuldurlar (Matfey 10/1). Qara qüvvələrlə mübarizə məqsədilə xristian kilsəsi tərəfindən XIII əsrdə inkvizisiya yaradıldı. İnkvizisiya tərəfindən XIII–XVIII əsrlərdə iblisə xidmət edərək cadugərliklə və küfrdə təqsirkar hesab edilən minlərlə adam tonqallarda yandırıldı. İslamda isə iblis və onun nəslindən gələnlər barədə məlumatlar aşağıdakılardan ibarətdir. Müfəssir Fəxrəddin Razinin təfsirində bildirilir ki, cinlər iki cür olur. Birinci qrupa daxil olanlar xeyirli olurlar, şər işlər görmürlər. Bunlara əməlisaleh cinlər deyilir. İkinci qrupa aid olan cinlər isə şərli və asi varlıqlardır ki, onlara şeytan deyilir. Cinlərin atası iblisdir. Onlar müxtəlif şəkillərə girə bilən, ağıla və insanlar üçün məşəqqətli işlərin öhdəsindən gələ bilmək qabiliyyətinə malik, maddi olmayan məxluqlardır. Cinin nə üçün bu adla adlanması haqqında iki görüş var. 1. "Cin" kəlməsi "örtünmək" mənasına gəlir. 2. İkinci versiyaya görə cinlər əvvəl cənnətin keşikçiləri idilər. Bununla əlaqədar olaraq onlara cin adı verilib. Fəxrəddin Razi birinci fərziyyəni daha məqbul sayır. Cinlər atəşdən yaradılmış məxluqlardır. Buna sübut olaraq Qurani-Kərimdə aşağıdakı ayələr mövcuddur: "Cannı (cinlərin atası iblisi) da daha öncə çox zəhərləyici atəşdən yaratdıq" (Hicr, 15/27). "Məni atəşdən yaratdın, onu (Adəmi) qalçıqdan yaratdın" (Araf, 7/12). Qurani-Kərimdə şeytanın insana etdiyi pisliklər belə sadalanır: Şeytan insanı düz yoldan azdırır, puç xülyalarla aldadır, onları Allaha şükür etməməyə çağırır, pisliyi əmr edir. Bununla yanaşı, şeytan bəşər övladına "Allah yolunda pulunu, malını xərcləsən kasıblaşarsan" vəsvəsəsini edərək insanları zəkat və sədəqə verməkdən uzaqlaşdırmaq istəyir. (Nisa, 4/119; Araf, 7/16, 17; Bəqərə, 2/169, 268). Tövratda mövcud İblisin Həzrət Adəmlə (ə.s) Həvvanı aldadaraq cənnətdən çıxarması rəvayəti Quranda da var. Bəs Həzrət Adəm (ə.s) və Həvvadan öncə cənnətdən qovulmuş İblis bu iki insanı necə öz vəsvəsəsinə inadıra bilib? Bu məsələyə dair Fəxrəddin Razi öz təfsirində aşağıdakı görüşləri təqdim etmişdir: 1) İblis cənnətə girmək istədikdə bu məkanın keşikçiləri ona izin vermədilər. O dövrdə ilan dörd ayaqlı gözəl heyvan idi. İblis hansı heyvandan ona cənnətə girməsinə yardım etməsini xahiş etsə də heç biri istəyi qəbul etmədi. Sonunda iblis ilandan xahiş etdi, o da iblisin istəyini qəbul edərək bu bəşəriyyət düşmənini uddu və bədəninin içində həmin şər qüvvənin cənnətə girməsinə kömək etdi. Cənnət girdikdən sonra İblis Həzrət Adəm (ə.s) ilə Həvvaya vəsvəsə edə bildi. İlanın bu əməlinə görə o, lənətləndi, ayaqlarından məhrum edilərək qarnı üzərində sürünməyə məhkum edildi. 2) İblis heyvan şəklinə girərək cənnətə daxil ola bilib. 3) Adəm (ə.s) ilə Həvva cənnətin qapısına yaxınlaşmış, İblis də qapıya xaricdən yaxınlaşaraq vəsvəsə edə bilib. 4) İblis yer üzündə olaraq öz vəsvəsəsini Adəm (Ə.s) ilə Həvvaya çatdıra bilib. Cinlərə aid məlumatlar İslam qaynaqlarında olan hədislər də mövcuddur. Malik ibn Ənəs "Muvatta" isimli əsəsrində bu hədisi qeyd etmişdir: "Peyğəmbər Həzrət Məhəmməd Merac hadisəsi zamanı gecə əlində məşəllə onu izləyən bir ifrit gördü". Mələk Cəbrail (ə.s) ona belə buyurdu: "Sənə bəzi kəlmələr öyrədim ki, sən onları söylədiyin zaman onun (ifritin) məşəli sönər və o, üzü üstə yerə düşər. Belə de: Ey Rəhman, xeyirlərlə gələn xaric, gecə və gündüz gələnlərin şərindən, gecə və gündüzün fitnələrinin şərindən, yerə enən və ondan çıxanın şərindən, göyə yüksələnin və ondan çıxanın şərindən, göyə yüksələnin və ondan enənin şərindən, özündən heç bir günahkarla itaətkarın imtina edə bilməyəcəyi tam olan kəlmələrinə və Kərim olan Allahın zatına sığınıram" (Malik, "Muvatta" c. II, s. 233). Xalidə İslamzadə. "İlahi dinlərdə iblis və şər qüvvələr" // Cəmiyyət və Din. İctimai fikir toplusu. dekabr 2008. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=422548
Şər problemi
Pislik və ya şər problemi — din fəlsəfəsində mütləq yaxşı olan bir Tanrı varlığının necə uyğunlaşması məsələsidir. Epikür əvvəlcə problemi məntiqi bir düsturla təqdim etmişdir və o vaxtdan bəri demək olar ki, hər kəsin, fəlsəfə ilə əlaqəsi olmayan insanlardan tutmuş filosoflara qədər düşüncələrini məşğul etməkdədir. Təqdimat və problemin versiyaları M. Ş. II. 18-ci əsrdə yaşamış bir kilsə atası Laktantyusun (e.ə 360) nəqlinə görə, Epikür pislik problemini bir dilemma şəklində ifadə etmişdir: Allah ya pisliyi aradan qaldırmaq istəyir, ya da yox; ya da ola bilər, amma istəmir; ya nə çıxarmaq istəmir, nə də çıxara bilmir; ya da hər ikisini də çıxarmaq istəyir və çıxara bilər. Əgər məhv etmək istəyirsə və edə bilmirsə, O, hər şeyə qadir deyil; bu, Allahın xarakterinə ziddir; ləğv edə bilər, amma ləğv etmək istəmirsə, zərərlidir; bu da Allaha uyğun deyil; nə aradan qaldırmaq istəsə, nə də edə bilməzsə, o da zərərli və hər şeyə qadir deyil; bu vəziyyətdə o Allah deyil; əgər hər ikisi aradan qaldırmaq istəyirsə və yalnız Allaha uyğun olanı edə bilərsə, pisliyin mənbəyi nədir? Yoxsa onları niyə aradan qaldırmır? Epikür problemin başqa bir təqdimatı əsrlər sonra Devid Yum tərəfindən Dinlə Dialoqlarında Filonun dili ilə edildi: Allah pisliyin qarşısını almaq istəyir və buna qadir deyil? Sonra zəifdir. Yoxsa pisliyi dayandıra bilmir? Buna görə də yaxşı niyyətdə deyil. Həm güclü, həm də yaxşı olsaydı, bu qədər pislik necə mövcud idi? Problem müxtəlif versiyalarla bir neçə dəfə təkrarlandı. Pis probleminin məşhur bir versiyasını çağdaş filosof John L. Mackie təklif etmişdir: 1. Allah var. 2. Allah mütləq yaxşıdır. 3. Allah hər şeyə qadirdir. 4. Pislik var. Yuxarıda göstərilənlərdən hər hansı birini qəbul edən şəxs dördüncüsünü rədd etməlidir. yəni: Əgər Allah var (sənət. 1) və mütləq xeyir istəsə (sənət. 2) və istədiyi şeyi edə biləcək qədər güclüdürsə (mad. 3), pislik olmamalıdır. Əgər Allah varsa (sənət. 1) və yalnız yaxşılıq istəyir (sənət 2), lakin yer üzündə pislik varsa (sənət. 4), onda Allah istədiyini edə bilməz. Allah hər şeyə qadir deyil. Əgər Allah varsa (sənət. 1) və hər şeyə qadirdir (sənət. 3) və şər (sənət 4), Allah pisliyi yaradıb və mütləq yaxşı deyil. Nəhayət, əgər Allah da mütləq yaxşıdır (sənət. 2) və qüvvət (sənət. 3) və pislik hələ də mövcuddursa (mad. 4), belə bir Allah ola bilməz. Din fəlsəfəsində bu suallara cavab tapmaq cəhdi ümumilikdə teodis adlanırdı və problem burada həll olunmağa çalışılırdı. Pislik problemi bir sıra teoloji problemlər yaratdığından, bir çox filosof əvvəlcə "pis" anlayışını təsnif etməyə çalışdılar. Leybnizə qədər, xüsusən xristian mütəfəkkirləri iki növ pislikdən danışdılar: Təbii pislik və ya fiziki pislik: Müasir xristian ilahiyyatçısı John Hick'in dediyinə görə, "xəstəlik törədən bakteriya, zəlzələ, fırtına, qasırğa, quraqlıq və sair" halında insan hərəkətlərindən asılı olaraq baş verən pislik bu qrupdan sayılır. Mənəvi pislik: qəddarlıq, ədalətsizlik, aldatma, qısqanclıq, müharibə, soyqırım, yalan, zülm və s. onlar texnoloji pisliklərdir. Bu təsnifatda insan və azad iradəsi mənəvi pisliyə görə cavabdeh kimi göstərilir və müzakirə "təbii pislik" hissəsində davam edir. Leybniz daha sonra "metafizik pislik" anlayışını əlavə edəcəkdir. Müasir ilahiyyatçılar günümüzdəki mənbələrə görə pislikləri oxşar şəkildə təsnif etməyə davam edirlər. Platondakı teodis Platonun teodizdə ilk cəhdi fəlsəfə tarixində məlum idi. Sonrakı teodis edilmiş fikirlərin izlərini Platonun teodis edilmiş fikirlərində tapmaq olar. Platon Allahı Kainatda pisliyin mənbəyi kimi görmür, digər şeylər də pisliyin mənbəyi olmalıdır: İnsanlarda baş verən bəzi hadisələrə görə cavabdehdir; lakin O, çoxlarına cavabdeh deyil. O, hər şeyin səbəbi deyil, yaxşıların səbəbkarıdır. Bunun pis şeylərlə heç bir əlaqəsi yoxdur. Allah yaxşı olduğuna görə, insanların başına gələn hər şey, əksəriyyətimizin düşündüyü kimi, Ondan gəlmir. Yalnız yaxşı şeylər Allahdan gəlir … Və yaxşı şeylər pisdən daha az gəlir və Allahdan o qədər də deyil, daha azdır. Buna görə pis şeylər üçün başqa səbəblər axtarılmalıdır. Bunların Allah tərəfindən gəldiyini söyləmək lazım deyil. Platon, Dövlət Platon maddəni pisliyin mənbəyi kimi görmür, əksinə pis ruhlara cavabdeh olan pis ruhları tutur. Məsələn, Timaeusda Tanrı Tanrının dünyanı mümkün qədər gözəl və hər cəhətdən mükəmməl hala gətirmək istədiyini söylədi. Lakin, Neo-Platonizmin banisi Plotindən başlayaraq, Platon mütəfəkkirləri maddi şərin mənbəyi kimi görürdülər. İriney teodis Iriney (e.ə. 130–202) xristian kilsəsinin yaradılışla məşğul olan atalarından ilk idi. İrineyə görə Tanrının insan yaratması təkamül yolu ilə iki mərhələdən ibarətdir. Birinci mərhələ Tanrı obrazıdır. İkinci mərhələ, hələ başa çatmamış Tanrıya bənzərlikdir. İrineyə görə, Tanrı insanı qüsursuz və mükəmməldən uzaq bir Allaha aparan bir ruhani yolun başlanğıcında yaratmışdır. İnsana mükəmməl olmaq potensialı verilmişdir, ancaq eşitmə, müayinə, düşünmə, anlama və şərh mərhələlərindən keçərək mənəvi və müdrik olmaq lazımdır. Allah ilə insan arasında bir epistemik məsafə qoyulmuşdur, çünki yaxşılıq qazanmaq üçün pis və problemli vəziyyətlərlə üzləşməlidir. İnsan əvvəlcə yaradılmamış bir Tanrı obrazı kimi ortaya çıxdı — Ata hər şeyi yaxşı planlaşdırdı və əmrlərini verdi, Oğul bunu həyata keçirdi və yaradılış işlərini etdi və ruh onu gücləndirdi və çoxaltdı ki, insan istəsin. O, daha az dərəcədə irəliləmiş və yaradılan olmayana yaxın kamilliyə doğru getmişdir. Yaradılmayan şey mükəmməldir, bu Allahdır İriney, Heresisə qarşı İran teologiyası bu gün yayılan xristian ilahiyyatından fərqlənir. Augustine teologiyasında üstünlük təşkil edən "insanın yıxılması", "ilk günah" və "kəffarə" kimi anlayışlar İran teologiyasında təsirli deyildir. İriney, mənəvi təkamül üçün sərbəst iradə anlayışında Augustine'dən o qədər də fərqli düşünmür, lakin bu sərbəstliyi irəliyə doğru hədəf kimi qurduğundan, Avqustinin günah ideyasından (keçmişə doğru) fərqlənir və daha optimist bir xəttə yaxınlaşır. Avqustindən xeyli əvvəl inkişaf etdirilən bu teodisyanın İranın anlayışı, XX-ci əsrin xristian ilahiyyatçısı Con Qik tərəfindən yenidən işlənmiş və müdafiə edilmişdir. Augustinus'a görə insanın etdiyi günahlar pisliklərin səbəbkarıdır. Orta əsr xristian düşüncəsinə dərindən təsir göstərən filosoflardan biri olan Augustinusa (e.ə. 354–430) görə, Allah insanları günahsız yaratdı və onu şərdən uzaq bir dünyaya yerləşdirdi. Lakin insan Allahın azadlığından qəsdən sui-istifadə etdi və günah işlətdi. Adəmin günahı üzündən bütün insanlar lənətə gəlirlər, Allah hamımızı səfalətə sala bilər, ancaq bəzilərini yaxşı olduğu üçün xilas edir. Buna görə bəzi insanlar yalnız Allahın lütfü ilə bağışlanacaq, digərləri cəzalandırılacaqlar. Göründüyü kimi, Augustine'nin teodisya fəlsəfəsində insanın xristianlığa düşməsi, ilk günah və kəffarə kimi mövzular üstünlük təşkil edir. Bundan əlavə, Agustinusun fikrincə, varlığın pis funksiyası nəticəsində yaranan pislik və günaha uyğun cəza nəticəsində yaranan pislik, Kainatda uyğunlaşmaya və uyğunlaşmaya səbəb olur. O qədər ki, bu dünya pis olmayan bir dünya qədər yaxşı və gözəldir. Augustinus Plotinus kimi, pisliyi maddə ilə izah etməyə çalışır. Onun sözlərinə görə, pislik yaxşılığın olmamasıdır. Allah saf və son yaxşı, mütləq və dəyişməzdir. Lakin Tanrının yaratdığı Kainat "yoxluqdan" yaranır, dəyişkəndir və maddənin meydana gəlməsi Tanrıdakı qədər saf və mütləq deyil, yaxşılığın olmaması ilə əlaqədardır. Kainatın özü də Tanrı kimi yaxşılıqlarla doludur, amma hər şey eyni dərəcədə yaxşı deyil. Varlıqların bir iyerarxiyası var və bu iyerarxiyanın başında ən yaxşısı var. Günəş, ay, ulduzlar, mələklər, insanlar, quşlar, balıqlar, işıq və qaranlıq həmişə yaxşıdır. Ancaq heç biri Tanrı qədər mükəmməl deyil, fərqli səviyyələrdə dayanırlar. Ayın günəş qədər parlaq olmasını istəmək düzgün deyilsə, hər bir varlığın tamamilə yaxşı olmasını istəmək düzgün deyil. Avqustinaya görə, zəlzələ, fırtına və epidemiya kimi təbii pisliklər insan günahlarının cinayət nəticəsidir. Lakin bu cəzalar ədalətli olduğuna görə Kainatın kamilliyini korlamazlar. Damağı bütöv olan birinə ləzzətli olan çörək, dad qönçələri korlanmış birinə ləzzətli ola bilməz; gözlər sağlam bir insana yüngül, xəstə gözlərə ağrılı ola bilər. Eyni şəkildə, ədalətliliyiniz şərəfsiz insanlara müraciət etmir: yaxşı və yaxşı olmayan bəzi canlılarla ahəngdar olaraq yaratdığınız bir ilan və kiçik bir torpaq qurduna icazə verməyək. Bu aşağı bölgələrə daha çox uyğunlaşmaqla pisliklər sizə daha çox bənzərliyini itirir; əksinə, daha çox sizə bənzəməyə çalışanlar üstün varlıqlarınızla daha yaxından tanış olurlar. Pis olanı axtardım və bunun bir maddə olmadığını, ancaq pisliyin səndən üz döndərən, bu səmimi zənginliyi rədd edən, qürurdan daha aşağı olan və kənarda qürur hissi ilə dolu bir iradənin mənəvi pozğunluğu olduğunu bildim. Augustine, etiraflar Leybnitsdə teodiseya Leybnizə görə, bu dünya mümkün olan bütün dünyaların ən mükəmməlidir. Leibniz pislik probleminin həllini "mümkün dünyaların nəzəriyyəsi" adlı bir nəzəriyyə ilə izah edir. Buna əsasən, Allah mümkün olan dünyanın ən yaxşısını yaratmışdır. Mümkün olan ən yaxşısını yaratmaq üçün pisliyə göz yummalıdır. Leybnizdə Tanrının yaradılması Avqustin kimi "yoxdan yaradılış" kimi deyil, Platonistlərdəki "mövcud maddə" dəndir. Ancaq Leybnizdə "maddə" yox, "monadlar" var. Allah əbədi, sonsuz sayda bölünməz monadlar arasında uyğun gördüyünü aktivləşdirir. Başqa sözlə, yaradılış ideal idealların həyata keçirilməsidir. Bu işdə Allahın sonsuz sayda aləm yaratmaq imkanı var. Allah anlaya bilmədiyimiz çox detalları nəzərə alaraq, mümkün olan bu aləmləri çox incə hesablamış və nəticədə mümkün olan ən mükəmməl dünyaları yaratmağa qərar vermişdir. Ancaq varlıqlar əskikdir, tək olan şey Allahdır. Varlıqlar tam olsaydı, Allah olardı. Buna görə itkinlərdən yaranan bir dünyada pisliyin olması təbiidir. Bunun səbəbi Allah deyil; Başqa sözlə, "varlıq almak öz səlahiyyətlərini Tanrıdan və bacarıqsızlıqlarını öz təbiətlərindən alır. Bu, sərhədsizdir." Gördüyünüz kimi, Leibnizdə bir şey yaxşı deyil, çünki onu Allah yaratmışdır, amma Allah onu yaxşı olduğuna görə yaratmışdır (Euthyphro-nun bu müzakirə üçün dilemmasına baxın). Yəni yaxşılıq və ya əxlaq Allahdan asılı olaraq mövcuddur. Leybniz özünə bir sual verir ki, əgər mümkün olan ən yaxşı dünyada da pislik olarsa, onda niyə Allah bu dünyanı yaratdı və mövcudluğun yox olmaqdan daha yaxşı olduğunu cavab verdi. Leybnizin fikrincə, Tanrı bu Yer kürəsini yaratmalı deyildi, amma olmasaydı heç bir şey olmazdı. Yaradarkən ən yaxşısını tapmaq mənəvi bir borcdur, çünki bütün monadlar varlıq uğrunda yarışır. Leybnizin dediyinə görə Kainatın nizamını bir az anlaya bilsəydik, bunun hətta ən ağıllı insanların istədiklərindən də artıq olduğunu görərdik və bunu ondan yaxşı etmək üçün bir yol yoxdur. Bundan əlavə, Kainatın yaradıcısının heç bir pisliyi olmadığına inanmaq və Onu sevmək hər bir insanın haqqıdır. Əhəmiyyətli olanı Allahı pisliklərlə sevməkdir. Maarifçilik dövrü və teodisin tənqidi 18-ci əsrdə maarifçilik əsri, teodik anlayışa qarşı sərt tənqidin ortaya çıxmasına səbəb oldu. Voltaire, Leibniz'in "mümkün olan ən yaxşısı" fəlsəfəsini vuran məşhur satirik Candide'i nəşr etdi. Əsərdə Leybniz fəlsəfəsini müdafiə edən Pangloss, iki dostu ilə Yer kürəsini gəzdi və saysız-hesabsız bəlalar oldu. 1755-ci ildə Lissabon zəlzələsi Avropa ziyalılarını dərin sarsıtdı. Dini Təbiət Tarixində Devid Hume, dinlərin yaranma səbəbləri haqqında ilk sosioloji açıqlamalar verdi və dedi: "Din və Tanrı mövzusu bir tapmacadır, izah edilməyən bir sirrdir. Diderot və d'Holbach kimi maarif mütəfəkkirləri də Volter və Humun skeptik münasibətlərindən təsirlənmiş və Orta əsrlərdən sonrakı dövrdə üstünlük təşkil edən xristian inancının təsirini silməyə çalışmışlar. Yumun teodiseyaya dair tənqidi David Yum bu barədə "Təbii din haqqında söhbətlər" kitabında danışır. Pislik problemini fiziki, mənəvi və psixoloji ölçüləri ilə əlaqələndirir və iki təklifdə israr edir. Birincisi, Kainatın düşünülən qədər nizamlı olmaması, ikincisi, bir nizamın olduğu qəbul edilsə belə, Tanrı fikri bu nizamdan götürülə bilməyəcəyidir. Hume yalnız teodize cəhdlərini təkzib etmir, əksinə onları tamamilə lağ edir: Kainatın bir anda bir qanun layihəsi kimi bir şeydən yarandığını söyləmək və ya söyləmək mümkün olacaq. Ancaq bu nöqtədən kənarda bir şey söyləməyəcək və ilahiyyatının hər bir nöqtəsi geniş bir təxəyyül və fərziyyə ilə müəyyən ediləcək. Belə bir insanın biləcəyi qədər, bu Yer üstün bir meyarla müqayisə edildikdə çox qüsurlu və səlahiyyətlidir. Uşaq Allahın ilk cəhdi ola bilər. Məkrli sənətkarlıqdan xəcalət çəkdim, bəlkə də bundan sonra onu tərk etdi. Kainat yalnız asılı, aşağı bir İlahi varlığın işi ola bilər. Bəlkə yuxarılarınızın lağ etməsi. Və ya çox köhnə bir tanrının köhnə demansının məhsuludur və ilk sürətlə və təsirli bir irəliləyişlə ölümündən bəri öz macərasını yaşamışdır. Hume, Kainatın bir maşına bənzədilməsini və maşının yaradıcısının Tanrı tərəfindən yaradıldığını məntiqsiz sayır. Hume görə, bu arqumentdə iki iç içə səhv var. Kainatın maşınla bənzətməsi deyil, həm də maşının olduğu kimi Kainatın yaradıcısı olduğu qənaətidir. Kantın teodiseyanı tənqid etməsi David Yum istisna olmaqla, Kant bütün teodetik yanaşmaların, xüsusən Leibnizin teodislərinin ən diqqətəlayiq tənqidini etdi və hətta birbaşa teodetik tənqidə dair bir məqalə dərc etdi. Məqalə "Bütün fəlsəfi nəzəriyyələrin cəhdlərinin uğursuzluğu haqqında" başlığıdır. Xristianlığın fərqli bir mənasına sahib olan Kant, ilk olaraq teodiyaları "Nəzəri nəzəriyyələr" və "Həqiqi Teoriyalar" qruplarına qruplaşdırdı. Müqəddəs Kitabdakı uydurma Eyüp, filosofların nəzəri teodislərə nümunə kimi təqdim etdikləri orijinal teodiyalara və teodiyalara aiddir. Teodisin müdafiəçiləri özlərini Allahın davası və müdafiə tərəfi dava davası olaraq təyin edirlər ". Kant'a görə, bu iş bir məhkəmə səbəbi ilə qaldırıldı (İng. Məhkəmə od fəlsəfəsi). Kant deyir ki, bu qondarma hüquqşünaslar müəyyən məsələlərə aydınlıq gətirməlidirlər. Aydınlaşdırılması tələb olunan üç məqam bunlardır: Yaxud dünyanın yaxşılığına zidd olan şeylərin olmadığını sübut etməlidir. Ya əksinə olduğunu etiraf etməli, amma bunun səbəbini izah etməlidir. Və ya nəhayət, Allahın mütləq güc olduğunu, ancaq bu cür pis hadisələrin səbəblərinin Allahdan olmadığını, ancaq insan və ya fövqəlinsan ruhlar kimi yaxşı və pis bir məsuliyyətli bir varlığın olduğunu sübut etməlidir. Nəticədə, Kantın fikrincə, Allahın vəkilləri bu "işi" "fəlsəfə məhkəməsində" itirirlər. Kant, ilahi hikmətlə pisliyin barışa bilməyəcəyinə inanır. Tanrı fikrinə sadiq qalan Kant, bu nəticəni insan ağlının belə bir transsendental problemi həll etməyə qadir olmadığını izah edir. Kant-a görə, insan transsendental olan bir ali varlığa təslim olmalı və insan ağlının hüdudlarından kənarda olan məsələləri həll edə bilməyəcəyini bilməlidir. Kant o zamana qədər özünün teodik müdafiəsinin fəlsəfi cəhətdən yetərli olmadığını göstərdi, onları sərt şəkildə tənqid etdi, ancaq özü də problemi həll etmək üçün bir ifadə vermədi və problemin həll olunmadığını iddia etdi. Şopenhauerin teodiseyanı tənqidi Şopenhauer, müəllimi Kant kimi, pisliyin problemini teodik cəhdlə həll etmək mümkün olmadığını bildirir. Çünki, onun sözlərinə görə, hər an, hər yerdə məruz qaldığımız bu problemin heç bir fundamental həlli yoxdur. Bu problemi teodis ilə izah etmək bizi bir addım daha irəli aparmır. Çünki mövcud olan pisliyin Allah tərəfindən edildiyini və ya edilmədiyini düşünmək pisliyin varlığına mane olmur. Şopenhauer, teodis tərəfindən həll edilə bilməyəcəyini düşündüyü pisliyin əsla tamamilə aradan qaldırılmayacağını, ancaq yaşamaq istəyi ilə dözülə biləcəyini və bunun sənət, mənəviyyat və sevgi yolu ilə olacağını söylədi. Problemin deformasiyası Şopenhauer ilə birlikdə pislik problemi ilkin müalicə formasından ayrılmağa başlayır. Problem əvvəlcə "pis" və "Allah" arasında problem olsa da, tədricən "pis" və ayrı-ayrı insanlar arasında problemə çevrildi. Şopenhauer, Kierkegaard və Nietşe üçün problem pisliyin varlığını, səbəbini və mənbəyini izah etmək və yeni bir həll yolu göstərmək oldu. Nietsche və Kierkegaardın XIX əsrdə məşğul olduğu Nihilizm, bu transformativ problemi həll etmək cəhdi kimidir. Nietşe bu təşəbbüsü izah edir: Nihilizmin preformu pessimizmdir. Pesizm məntiqin gücü ilə ziddiyyətləri ortaya qoyur; gərginlik yaradır. Yüksək dəyərlərin altında bir əxlaq sistemi var və sistem etibarsız olduqda, dəyərlər idarəetmə həyatı yerinə ondan üz döndərməyə başlayır; Pessimizmi gərginlik vəziyyətinin nihilizmi dəyərlərin əsaslı şəkildə rədd edilməsinə hazırlayır. Maarifçilik əsri ilə birlikdə, teodiz cəhdləri güclü bir hücum altında qaldı və böyük filosofların ağır zərbələri aldı. Bununla birlikdə, bu gün teodislərin müxtəlif cəhdlərinin olduğu görülür. Alvin Plantinga və John Hick müasir teodiya cəhdlərinin nümunəsidir.
https://az.wikipedia.org/w/index.php?curid=607435
Şər qarışanda (film, 2016)
Şər qarışanda — rejissor Samir Kərimoğlu tərəfindən 2016-cı ildə çəkilən Azərbaycan tammetrajlı bədii qorxu janrlı filmi. Filmdə əhvalat rayonlardan birində baş verir. Əsas personajlardan biri Aidə (Oksana Rəsulova) müəllimdir və 11-ci sinfin şagirdlərinin sinif rəhbəridir. Günlərin birində məktəbə yeni tarix müəllimi Seyran (Ramiz Novruz) gəlir. Aidə onunla ilk görüşdə həyəcanlanır. O, Aidənin rəhbərlik etdiyi sinfin uşaqlarını ələ alır, onlarla gəzintiyə aparır, yaxından ünsiyyət qurmağa çalışır. Hadisələrin gedişatında aydınlaşır ki, Seyranın həqiqi adı Fərruxdur. Aidənin əsl adi isə Günel... Fərrux, 1990-cı illərin əvvəllərində Günelə orta məktəbdə dərs deyib və onun gözü qarşısında sinif yoldaşlarını qətlə yetirib. Güneli isə azad edib. Fərrux 20 il həbs həyatı sürəndən sonra çıxır və Güneli tapır. Onun məqsədi yeni şagirdlərini və Güneli öldürməkdir. O da aydın olur ki, rayon təhsil şöbəsi Fərruxu tarix müəllimi kimi məktəbə göndərməyib. Finalda Günelin sayıqlığı nəticəsində uşaqlar xilas olur... Film heyəti Film üzərində işləyənlər İdea və ssenari müəllifi: Fariz Əliyev, Rəşad Süleymanoğlu Quruluşçu rejissor:Samir Kərimoğlu Quruluşçu operator: Nadir Mehdiyev Qurluşçu rəssam: Cavid Hüseynov Bəstəkar: Sevic Ağasıyeva Səs operatoru: Orxan Ağalarov Səs rejissoru: Azad Vəliyev 2-ci rejissor: Azər Aydəmir Bum operatoru: Rüstəm Rüstəmov Qurluşçu rəssam: Janna Kruçinina Qrim ustası: Polina Tkacenko Qrim assistenti: Liya Quliyeva Musiqi tərtibatı və montaj: Samir Kərimoğlu Montaj təhcizatı: Elçin Şükür Səs rejissoru assistentləri: Əli Əliyev, Xumar Qulu-zadə Rejissor assistenti: Fərid Məhərrəmov 2-ci operator: Asif Şirəliyev Rəng korreksiyası: Nicat Zeynallı İşıqçılar: Novruz Novruzov, Ülvi Bayramov Kamera texnik: Anar Nəsrullayev Fotoqraf: Məhəmməd Ağa Plyback: Teymur Teymurov Dolly: V.Mustafayev, V.Rzayev, O.Rzayev, T.Ağayev Sürücülər: Rəvan Bəşirov, Namiq Abdullayev İnzibatçılar: Rahib Musayev, Elmar Musayev Baş prodüser: Oksana Rəsulova Soundtrack: “Bir gün gələr” bəstəkar: Jhonas Thander, söz: Ülviyyə Alovlu, ifa: İlhamə Qasımova Filmdə iştirak edənlər Ramiz Novruz Oksana Rəsulova Qurban İsmayılov İlhamə Qasımova Anar Seyfullayev Ülvi Həsənov Mələk Kazımova Cövdət Şükürov Günəş Mehdizadə Kəmalə Piriyeva Sənan Əlləz Rasim Məmmədov Əlibəy Məmmədli Şəhriyar Əbilov Murad İsmayıl Ramail Bayramov Cavid Aydınov Samir Arazxanov Zemfira Əbdülsəmədova Məsumə Babayeva Nəsibə Eldarova Ləman Məmmədova Rəsul Rəsulov Müslüm Kərimli Səbinə Qaragözlü Nicat Əskərzadə Vaqif Hüseynov Leyla Qasımova Zəhra Bədəlbəyli Əhməd Sədətdinov Rəhnumə Rəsulova Fəyyaz Rəsulov Xüsusi təşəkkürlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xaçmaz rayonu Samur-Yalama Milli Parkı Şabran rayonu İcra Hakimiyyəti Şabran rayonu Pirəmsən və Leyti kənd sakinlərinə Pirəmsən kənd orta məktəbinə Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=614342
Şər yuvası: Qiyamət (film)
Şər yuvası: Qiyamət (ing. Resident Evil: Apocalypse) — 2004-cü il istehsallı amerikan qorxu və macəra filmi. Şər yuvası-nın davam filmidir. Aleksander Vitt tərəfindən çəkilən, Paul Anderson tərəfindən yazılmışdır. Şər yuvası oyununun filmləşdirilmiş versiyasıdır. 10 Sentyabr 2004 tarixində kinoteatrlarda göstərilmiş və 130 milyon dollar gəlir əldə edilmişdir. Film seriyasının birinci filmi Şər yuvasının son anlarında Alisin Racoon City küçələrində olduğu görünür. Bu filmdə isə Umbrella şirkəti təkrar "Hive"ı açmaq qərarına gəlir lakin bu virusun daha da yayılmasına səbəb olur və şirkət şəhərdən bütün professorlarını köçürmək qərarına gəlir. Ancaq professorlardan biri olan Şarl Aşford qızının itməsinə görə getməyəcəyini bildirir və qızını tapılması üçün şəhərdə sağ qalan insanları axtarır. Əvvəlki seriyada Umbrella işçiləri Alis ilə Mettyu Eddison-u saxlayırlar və Alisi "Alis proyekti", Mett-i isə "Nemesis proyekti" üçün özləriylə götürürlər. Umbrella virusun yayılmaması üçün insanları Raccoon City-dən təxliyə edir lakin çıxış qapısı önündə bir virusa yoluxmuş birini görüncə darvazaları bağlayır və insanları oradan uzaqlaşdırıb, səhərə yaxın isə şəhəri məhv etmək qərarına gəlir. Bu sırada isə qrup halında irəliləyən Jill Velentayn, Serjant Peyton Vells və sinoptik Terri Morales bir kilisədə sığınmaq qərarına gəlirlər. Bu anda qəribə məxluqlar onları sıxışdırır ancaq bu anda Alis gələrək onları xilas edir və Alis də onların qrupuna daxil olur. Umbrella şirkətinin nümayəndələri helikopter ilə köməyə getdikləri anda onlardan biri Karlos Olivera bir qadınının zombilərdən xilas olmaq üçün qaçdığını görür və pilota helikopteri endirməsini söyləyir. Lakin pilot buna əməl etmir, o da helikopterdən atlayır və 2 yoldaşı Nikolay Cenovyov və Yuri də ona köməyə gedir lakin qadın da intihar edir və helikopter də gedir nəticədə onlar da həyatta qalmaq üçün mübarizə aparmalı olurlar. Professor Aşford, Alis və qrupu ilə kömək üçün əlaqə saxlayır və onlara şəhərdən çıxmaq üçün kömək edəcəyini deyir. Onlar irəliləyərkən Umbrella-nın yetişdirdiyi məxluq olan Nemesis ilə qarşılaşırlar. Nəticədə Peyton Vells öldürülür, digərləri qaçır və Alis də Nemesisi özünə doğru çəkir və ondan qaçmağı bacarır. Jill Velentayn və Terri Morales, professor Aşfordun qızını axtarmaq üçün onun oxuduğu məktəbə gedərkən yolda sağ qalan Lloyd Ceferson Veyd (L.J.) ilə tanış olurlar və o da onlara qoşulur. Karlos Olivera və dostları sağ qalmaq istəyərkən Yuri zombilər tərəfindən dişlənir və virusa yoluxur sonra isə o virusu Karlosa yoluxdurur. Karlos və Nikolay sağ qalmaq üçün mübarizə apararkən professor Aşford onlara da zəng edir və kömək istəyir. Jill Velentayn, Terri və L.J. məktəbi axtararkən Terri zombilər tərəfindən öldürülür. L.J. isə Karlos ilə rastlaşır birlikdə işlədiklərini anlayırlar. Jill isə professorun qızı Ancela Aşfordu tapır lakin zombiləşmiş itlər hücumunə məruz qalarkən Nikolay onları xilas etsə də özü ölür. Alisin gəlməsi ilə Ancelanın əslində t-virusuna yoluxmuş biri olduğunu və atasının ona davamlı anti-virus verdiyini öyrənir. Bu anda Karlos və L.J. gəlir və anti-virus ilə Karlos xilas edilir. Sonra onlar bələdiyyə binasına şəhəri tərk edən helikopterə minmək və professora qızını geri vermək üçün gedirlər. Ancaq Umrella mayoru Timoti Keyn tərəfindən o saxlanılır. Alis və dostları da Umbrella adamları tərəfindən saxlanılırlar. Timoti Keyn, Alisə Nemesis ilə savaşmasını əmr edir ancaq Alis rədd edincə, o professoru öldürür. Alis məcburi Nemesis ilə döyüşür və onu yaralayır. Timoti Keyn, onu öldürməsini isəsə də Alis rədd edir və Timoti, Nemesisə Alisi öldürməsini əmr etsə də o da bunu etmir. Bu məqamda Karlos, Jill və L.J. bağlı əllərini xilas edib Umbrella adamlarını öldürməyə başlayırlar. Helikopter ilə Alisə atəş açılması anında Nemesis onu xilas etsə də özü ölür. Alis keçmiş dostu Metti itirdiyinə üzülsə də onlar helikopterə minirlər və mayor Timoti Keyni helikopterdən yerə atırlar və ayağı sınır sonra isə zombilər onu öldürürlər. Bu sırada isə Raccoon City şəhəri məhv edilməyə başlayır. Alis və dostları helikopterdə ikən partlayış baş verir və helikopter qəzaya uğrayır. Sonra isə Umbrellanın bir başqa professoru Sem Ayzek hadisə yerinə gəlir və Alisin ölü bədənini müşahidə üçün Umbrellanın Detroitdəki mərkəzinə aparır və orada onun qanını və DNA-sını götürür və təkrar həyata geri qaytarır. Artıq Alis tamamilə peykdən idarə edilmək üzərədir. Lakin o buna rəğmən mərkəzdən qaçır və dostları onu oradan aparırlar. Sonraki hadisələr isə Şər yuvası: İnsanlığın Sonu filmində davam edir. Xarici keçidlər Şər yuvası: Qiyamət — IMDB-də səhifəsi Şər yuvası:Qiyamət — Allmovie-də səhifəsi Şər yuvası: Qiyamət — Rotten Tomatoes-də səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=476460
Şər yuvası: Qiyamət (film, 2004)
Şər yuvası: Qiyamət (ing. Resident Evil: Apocalypse) — 2004-cü il istehsallı amerikan qorxu və macəra filmi. Şər yuvası-nın davam filmidir. Aleksander Vitt tərəfindən çəkilən, Paul Anderson tərəfindən yazılmışdır. Şər yuvası oyununun filmləşdirilmiş versiyasıdır. 10 Sentyabr 2004 tarixində kinoteatrlarda göstərilmiş və 130 milyon dollar gəlir əldə edilmişdir. Film seriyasının birinci filmi Şər yuvasının son anlarında Alisin Racoon City küçələrində olduğu görünür. Bu filmdə isə Umbrella şirkəti təkrar "Hive"ı açmaq qərarına gəlir lakin bu virusun daha da yayılmasına səbəb olur və şirkət şəhərdən bütün professorlarını köçürmək qərarına gəlir. Ancaq professorlardan biri olan Şarl Aşford qızının itməsinə görə getməyəcəyini bildirir və qızını tapılması üçün şəhərdə sağ qalan insanları axtarır. Əvvəlki seriyada Umbrella işçiləri Alis ilə Mettyu Eddison-u saxlayırlar və Alisi "Alis proyekti", Mett-i isə "Nemesis proyekti" üçün özləriylə götürürlər. Umbrella virusun yayılmaması üçün insanları Raccoon City-dən təxliyə edir lakin çıxış qapısı önündə bir virusa yoluxmuş birini görüncə darvazaları bağlayır və insanları oradan uzaqlaşdırıb, səhərə yaxın isə şəhəri məhv etmək qərarına gəlir. Bu sırada isə qrup halında irəliləyən Jill Velentayn, Serjant Peyton Vells və sinoptik Terri Morales bir kilisədə sığınmaq qərarına gəlirlər. Bu anda qəribə məxluqlar onları sıxışdırır ancaq bu anda Alis gələrək onları xilas edir və Alis də onların qrupuna daxil olur. Umbrella şirkətinin nümayəndələri helikopter ilə köməyə getdikləri anda onlardan biri Karlos Olivera bir qadınının zombilərdən xilas olmaq üçün qaçdığını görür və pilota helikopteri endirməsini söyləyir. Lakin pilot buna əməl etmir, o da helikopterdən atlayır və 2 yoldaşı Nikolay Cenovyov və Yuri də ona köməyə gedir lakin qadın da intihar edir və helikopter də gedir nəticədə onlar da həyatta qalmaq üçün mübarizə aparmalı olurlar. Professor Aşford, Alis və qrupu ilə kömək üçün əlaqə saxlayır və onlara şəhərdən çıxmaq üçün kömək edəcəyini deyir. Onlar irəliləyərkən Umbrella-nın yetişdirdiyi məxluq olan Nemesis ilə qarşılaşırlar. Nəticədə Peyton Vells öldürülür, digərləri qaçır və Alis də Nemesisi özünə doğru çəkir və ondan qaçmağı bacarır. Jill Velentayn və Terri Morales, professor Aşfordun qızını axtarmaq üçün onun oxuduğu məktəbə gedərkən yolda sağ qalan Lloyd Ceferson Veyd (L.J.) ilə tanış olurlar və o da onlara qoşulur. Karlos Olivera və dostları sağ qalmaq istəyərkən Yuri zombilər tərəfindən dişlənir və virusa yoluxur sonra isə o virusu Karlosa yoluxdurur. Karlos və Nikolay sağ qalmaq üçün mübarizə apararkən professor Aşford onlara da zəng edir və kömək istəyir. Jill Velentayn, Terri və L.J. məktəbi axtararkən Terri zombilər tərəfindən öldürülür. L.J. isə Karlos ilə rastlaşır birlikdə işlədiklərini anlayırlar. Jill isə professorun qızı Ancela Aşfordu tapır lakin zombiləşmiş itlər hücumunə məruz qalarkən Nikolay onları xilas etsə də özü ölür. Alisin gəlməsi ilə Ancelanın əslində t-virusuna yoluxmuş biri olduğunu və atasının ona davamlı anti-virus verdiyini öyrənir. Bu anda Karlos və L.J. gəlir və anti-virus ilə Karlos xilas edilir. Sonra onlar bələdiyyə binasına şəhəri tərk edən helikopterə minmək və professora qızını geri vermək üçün gedirlər. Ancaq Umrella mayoru Timoti Keyn tərəfindən o saxlanılır. Alis və dostları da Umbrella adamları tərəfindən saxlanılırlar. Timoti Keyn, Alisə Nemesis ilə savaşmasını əmr edir ancaq Alis rədd edincə, o professoru öldürür. Alis məcburi Nemesis ilə döyüşür və onu yaralayır. Timoti Keyn, onu öldürməsini isəsə də Alis rədd edir və Timoti, Nemesisə Alisi öldürməsini əmr etsə də o da bunu etmir. Bu məqamda Karlos, Jill və L.J. bağlı əllərini xilas edib Umbrella adamlarını öldürməyə başlayırlar. Helikopter ilə Alisə atəş açılması anında Nemesis onu xilas etsə də özü ölür. Alis keçmiş dostu Metti itirdiyinə üzülsə də onlar helikopterə minirlər və mayor Timoti Keyni helikopterdən yerə atırlar və ayağı sınır sonra isə zombilər onu öldürürlər. Bu sırada isə Raccoon City şəhəri məhv edilməyə başlayır. Alis və dostları helikopterdə ikən partlayış baş verir və helikopter qəzaya uğrayır. Sonra isə Umbrellanın bir başqa professoru Sem Ayzek hadisə yerinə gəlir və Alisin ölü bədənini müşahidə üçün Umbrellanın Detroitdəki mərkəzinə aparır və orada onun qanını və DNA-sını götürür və təkrar həyata geri qaytarır. Artıq Alis tamamilə peykdən idarə edilmək üzərədir. Lakin o buna rəğmən mərkəzdən qaçır və dostları onu oradan aparırlar. Sonraki hadisələr isə Şər yuvası: İnsanlığın Sonu filmində davam edir. Xarici keçidlər Şər yuvası: Qiyamət — IMDB-də səhifəsi Şər yuvası:Qiyamət — Allmovie-də səhifəsi Şər yuvası: Qiyamət — Rotten Tomatoes-də səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=430661
Şər yuvası (film, 2002)
Şər Yuvası (Əsl adı: Resident Evil) 2002-ci ildə çıxmış bir qorxu filmi. Rejissor Paul Anderson, Capcom'un Resident Evil adlı video oyunundan ilhamlanaraq hazırlanmışdır. Umbrella (Çətir) şirkətinin dünyanın bir çox yerində qurumları vardır. Amma əsas mərkəz şimali Amerikadaki Raccoon City-dir. Şirkət bir çox tekniki avadanlıqların istehsalı ilə dünyada məşhurdur. Amma Umbrellanın əsas gəlir məmbəsi istehsal etdiyi virus silahlarıdır. Bu viruslardan ən təhlükəli olanı T-virusudur. Umbrella şirkətinin virus istehsalı ilə məşğul olduğu sahə, yer altı Hive-də T-virusu yayılmağa başlar. Bunu izləyən şirkətin bütün gücünü əlində saxlayan Qızıl-Şahzadə adlı super kopyuter, virusun yayılmasının qarşısını almaq üçün, şirkətin bütün işçilərinin həyatı bahasına olsa belə, şirkətdəki bütün giriş və çıxış qapılarını bağlayır. Alis və dostları şirkət işçilərinə nə olduğunu öyrənmək üçün xüsusi təyinatlı S.T.A.R.S adlı hərbi komanda ilə birlikdə Umbrella şirkətinə gedərlər. Və onlar burada həqiqəti görəcəklər. Öldü deyə bilinə şikət işçiləri şuurlarını itirmiş və qan axtarışına düşmüş ZOMBİLƏRƏ çevrilmişlər. Zombilərin dişləməyi və ya onlardan insana düşmüş balaca bir çızıq belə həmin insanın T-virusuna yoluxaraq zombiyə çevrilməsinə səbəb olur. Umbrella-dakı alimlərin burada yaratdıqları bir yırtıcı məxluqda azad olur. Bundan sonra Alis və dostlarının başı sadəcə Zombilərlə deyil bu yırtıcı məxluqlada dərddədir. Milla Yovoviç (Elis) Mişel Rodriges (Reyn Okampo) Erik Mabius (Mett Eddison) Ceyms Pyurfoy (Spens Parks) Martin Kryuis (Kaplan) Kolin Salmon (Van) Rayan MakKluski (cənab Qrey) İndra Ove (Missis Blək) Anna Bolt (Doktor Qrin) Cozef Mey (Doktor Blu) Robert Tannion (Doktor Braun) Hayke Makatç (Doktor Liza Eddison) Ceyms Batler (təhlükəsizlik əməkdaşı) Onlayn izləmə linkləri
https://az.wikipedia.org/w/index.php?curid=285315
Şərab
Şərab və ya çaxır — spirtli içki. Şərab bitkilərin şirələrindən düzəldilmiş və tərkibində alkoqol olan içkidir. Alkoqol qıcqırma adlandırılan proses zamanı əmələ gəlir. Şarab növlərinin əksəriyyətini üzümdən düzəldirlər, amma onu hazırlamaq üçün başqa meyvələrdən də istifadə etmək olar. Şərab növləri Qırmızı şərab Çəhrayi şərab Desert şərabı Qazlı şərab Şərabın yaranma tarixi Şərabın yaranma tarixi eramızın I əsrinə aid edilir ki, bu da imperator Probusun dövrünə təsadüf edir. Həmin vaxt kəndçilər müasir Fransanın ərazisinə üzüm gətirdilər və onu becərməyə başladılar. Üzüm sahələri olduqca genişləndi və isti iqlimlə əlaqədar daha çox məhsul verməyə başladı. Tezlikə üzüm bağları yalnız Ron çayının ətrafında deyil, eyni zamanda mərkəzi hissələrdə də yetişdirilməyə başlandı. Lakin V əsrdə bütün Fransa üzümçülüklə məşğul olurdu. XII əsrdə hersoq X Hiens Vilyamın rəhbərliyi dövründə Vignoble de Poitou adı altında üzüm bağları salınmışdı. İçki sənayesi öz işinə XV – XVI əsrdə başladı. Əsas daşımanı hollandlar edirdilər, həmin şəxslər Fransaya gəmilərlə duz gətirir, əvəzində isə çoxsaylı içki aparırdılar. XVI əsrdən etibarən içkinin keyfiyyəti o qədər qalxdı ki, artıq gəmilərdə içkilərin daşınması sərf etmirdi. Çünki bu zaman ərzində içki öz keyfiyyətini və dadını qismən itirirdi. Nəticədə içki düzəldən şəxslər içkini yandıraraq ondan spirt əldə etdilər, bu məhlulu çəlləklərdə saxlamağa başladılar. Sonralar məlum oldu ki, çəlləklərdə uzun müddət saxlanılar içkilər özünün ən yüksək keyfiyyətinə və dadına malik olur. Bu tipli içkilərin də xüsusi qoxusu olur. Bu tipli spirt dəniz nəqliyyatlarında daha çox daşınılırdı. Daha sonra bunları su ilə qarışdırırdılar və içkini əvəz edə biləcək Brandjivin adlanan maye əldə edilirdi. Lakin indiyə kimi müasir dövrümüzdə olan şərabın hansı vəziyyətdə və necə düzəldildiyi məlum deyildir. Bütün içkilərə qismən aid edilən içki növlərinə aid bir çox əfsanələr vardır. Bunlardan biri destillə (qaynatmaqla, qızdırmaqla maddələrin tərkib hissələrinə ayrılması) edilmiş Chevalier de la Croix – dır. Bir dəfə qorxulu yuxusundan ayılan zadəgan qərara alır ki, iki stəkan güclü təsirə malik olan şərab spirti qəbul etsin. Bu proses şərabın keyfiyyətinin yüksəldilməsində də əvəzsiz rol oynadı. Bu növdə olan iki çəllək şərabın hazırlanmışdı və bunlardanm biri tam içilmiş, digər çəllək isə bayramlardan biri üçün xüsusən ayrılmışdı. 15 – dən artıq yaşı olmayan zadəgan çəlləyi açdı və həmin dəqiqə də çox təəccübləndi. Çünki onun gördüyü dad və xüsusi qoxu mühüm əhəmiyyətə malik idi. Digər fikirlərə görə XVII əsrin başlanğıcında fransızların sərhədlərindən birində şərab anbarı var imiş və burada çoxlu sayda üzüm içkiləri saxlanırmış. Palıddan olan çəlləklərə ingilislər tərəfindən doldurulmuş şərabların pis vəziyyətə düşməsi gözlənildiyi halda həmin şərablar heç də öz dadını itirməmişdi. Bunun əksinə olaraq daha da gözəl dada malik idi, xüsusi tərkibə malik olması, mütəxəssiz səviyyəsində çəlləklərdə şərabların saxlanılmasına gətirib çıxartdı. Bu şərabların saxlanılması qədim dövrülədən təcrübədən keçirilmişdir. Hər halda şərab sözü fransız mənalıdır və məhz fransızlar xüsusi qoxuya və sərt dada malik olan içki yaratdılar, buna da şərab adı verdilər. Bu cür və yaxud başqa cür nəticə etibarı ilə XVII əsrdxə şərab hazırlanması adi işə çevrildi. Çünki içkilər müxtəlif ölkələrdə xüsusi dada malik oldu və məşhurluğu əldə etdi. Şərabı İngiltərə, Hollandiya, Şimali Avropa və daha sonralar Amerika və Rusiyada da satmağa başladılar. XIX əsrdən etibarən çatdırılmada çəlləklərin yerinə şüşə butulkalardan istifadə etməyə başladılar. Bu zaman içki özünə məxsus olan ən yüksək keyfiyyətə malik olurdu. Beləliklə tanınmış markalar meydada çıxır, butulkaların keyfiyyəti genişlənir, etiket, ağız hissələrin qapaqları da dəyişilməyə başlanırdı. Hətta qablaşdırmanın da estetikası meydana çıxır. Şərabın hazırlanma prinsipi adi qaydadadır. Bu içkinin hazırlanması zamanı iki dəfə qaynadılır və palıddan hazırlanmış çəlləklərə yığılırdı. Lakin bu şərablara daha sonradan xüsusi nüanslar əlavə edildi və etiketlər meydana gəldi. Əgər öz texnologiyanızı əvvəldən sona qədər düz qurursunuzsa bu zaman sizin yüksək səviyyəli qiymətiniz də olacaqdır, hansı ki, şərabın butulkasının üzərində bunlar da göstərilir. Yaxud da bunun əksi ola bilər yəni ucuz olan markalar. Beləliklə bu növdə olan şərab hazırlanma qaydası nəsildən nəsilə keçməyə başladı, nəticədə onlara məlum olan sirlər, ustalıq bacarığı da gizli saxlanılır və yalnız öz işlərində istifadə edilir. Şərab üçün nəzərdə tutulan üzümün tərkibi də dəyişik olmalıdır, yəni xüsusi sorta malik olan üzümdən ibarət olub bir – birindən 3 metr aralıda əkilməlidir. Məhsulu ildə bir dəfə yığırlar – oktyabrın birinci yarısında. Bir çoxları bu zaman əl əməyindən istifadə edirlər, lakin çox vaxt maşınlardan yararlanırlar. Bundan sonra preslərə verilir və əldə edilən şirələr şəkər qatılmadan hazırlanır. Təxminən 3 həftədən sonra gənc içki Blanc de Blanc özünün 8% alkoqol tərkibi ilə iki dəfə sərt hesab olunur. Bu formada şərab spirti meydana gəlir. Bundan sonra spirtləri palıddan olan çəlləklərə yığılır, 270 – 450 litrə kimi yığmaq mümkündür. Həmçinin diqqət yetirmək lazımdır ki, 15 dərəcəyə malik olan dəyişilməz temperaturda qalsın. Spirt tam öz formasını almalıdır, bu hal 2 ildən 50 ilə qədər davam edə bilər. Çünki bu meyvənin növündən asılı olaraq dəyişir. Yalnız bundan sonra həmin içkini şərab adlandırmaq olar. Palıddan olan çəlləklərdə saxlanılan spirt müəyyən müddət sonra öz həcmini itirir və palıd məmulatı içkiyə spesefik qoxu, rəng və dad qazandırır. Uzun müddət saxlandıqca şərab da öz keyfiyyətini daha da artırır. Fransada palıddan olan çəlləklərin hazırlanması üçün yalnız Tronçais meşəsinin ağaclarından istifadə olunur, hansı ki, burada yerli Allier böyüyür. Bu meşənin palıdları xırda dənəlidir və nəticədə çox saxlanılması üçün uyğundur. Bu növdə olan çəlləklərə tələbat çoxdur, çünki onlar bərk olmalıdır, yaşlı palıd olması nəticəsində isə şəraba daha yaxşı dad və qoxu verir. Deməli çəlləklər yalnız qədim və yaşlı palıddan hazırlanmalıdır, xüsusən həmin ağacların nazik hissələrindən. Şaranta vilayəti şərabçılığın ən yaxşı inkişaf etdiyi şəhərdir və bura özünün ən gözəl iqlimi ilə seçilir. İllik orta temperatur təxminən 13,5 dərəcə olur. Həmçinin günəşli günlərin sayı il ərzində içkinin hazırlanması üçün mühüm əhəmiyyət daşıyır. Brendinin də hazırlanması eyni ilə şətrabda olduğöu kimdir, yəni palıddan hazırlanmış çəllkələrdən istifadə olunur. Saxlanması isə yarım il sayılır, lakin istənilən ölkə ərazisində bu içkini düzəltmək mümkündür. Müasir zamanımızda hansı içkini şərab adlandırmaq olar sualları da olduqca geniş yayılmışdır. Bunlarla əlaqədar xüsusi firmalar fəaliyyət göstərir ki, həmin mütəxəssizlər əsl şərabı və onun qədimliyini tezliklə tanıya bilirlər. Əsl şərablar iki regionda geniş şəkildə hazırlanır; bunlardan biri Şaranta bölgəsidir, hansı ki, Fransanın əsas hissəsinə çevrilmişdir. Onun daxilindəki şəhərlərə Cognac, Jarnac, Segonzac aid edilir. Bu növdə olan şərabın hazırlanması üçün həmin ölkəyə xas olan sertifikat verilməlidir, əks təqdirdə istehla olunan bütün şərablar brendi adlandırılır. Hətta keçmiş SSRİ – də də şərabçılıq əhəmiyyətli rol oyanyırdı. Orijinal şərablar Fransanın bir neçə hissəsində hazırlanır, yalnız buradan əldə edilmiş məhsullardan istifadə edilir. Həmçinin həmin şərablar ən azı 30 ay müddətinə palıddan düzldilmiş çəlləklərdə saxlanılır. Şərab da digər xüsusi qoxuya sahib olan içkilər kimi özünəməxsus tarixə malikdir və içilən zaman müəyyən ritualların yerinə yetirilməsi maraqlıdır. Birinci növbədə həmin yerin hara olması vacib rol oynayır. Ən ideal yerlərdən biri isə sizin özünüzü tam rahat hiss edəcəyiniz yerlərdir, məsələn elə eviniz də ola bilər. Burada bakaldan istifadə xüsusi rol oynamır, xüsusi mütəxəssilər həmişə şərabı zambağabgənzər rumkalarda içməyi məsləhət görürlər. Enmli nazik hissəsi ilə yuxarı tərəfi çox ensiz olan qablar burada əhəmiyyətli rol oynayır. Amma şar formasında olan bakallardan da istifadə etmək olar. Şərab üçün yuxarısı geniş olan bakalların seçilməsi çox da düzgün sayılmır. Əlbəttə siz belə bakalda da içə bilərsiniz, yalnız bu zaman içkinin sizə verəcəyi gözəl qoxunu hiss etməyəcəksiniz. Bir az şərabı təxminən 20 – 30 ml bakalınıza yaxud rumkanıza əlavə edin. İçkinin rənginə baxın. Məhz içkiknin rəngi onun qədimliyindən sizə xəbər verəcəkdir. Açıq – küləş rəngində olan içki sizə şərabın çox cavan olmasından və az saxlanılmasından xəbər verir. Küləş sarısı və yaxud qızılı şərablar orta ölçülü saxlanılmanın göstərircidir. Yantar, alov qırmızısı rəngində olanlar çox vaxt saxlanılmış və köhnə şərab olduğunu xəbər verir. Həmçinin şərabın saxlanılmasından asılı olaraq onun qoxusunu da hiss etmək mümkündür. İlk olaraq şərabın keyfiyyətini hiss etmək istəyirsinizsə bu zaman burnunuzu rumkanın yaxud bakalın içilən hissəsinə yaxınlaşdırın və qoxlayın. Bu zaman sizin hiss etdiyiniz qoxu montant adlandırılır. İlk olaraq siz meyvələrin və güllərin ətrini hiss edə bilərsiniz, bənövşə, qızılgül, jasmın, əncir, ərik, meşə qozu, gavalı, albalı və bir çoxlarını hiss edəcəksiniz. Əla şərab həmişə öz qoxusunu durmadan dəyişir və incə qoxudan ən dərin və sərt qoxuya qədər irəliləyə bilir. Bir məsləhətimiz də budur ki, şərabı içərkən heç vaxt tələsməyin, onu qurtum – qurtum dadını, qoxusunu hiss edərək için, Çünki elə şərabın yaradılması da bununla əlaqədardır, çünki onun həyatı hardasa saxlanılmaqla keçmişdir. Siqaret, şokolad və kofe bəzən qoxusuna görə şəraba bənzədilir. Şərabların hazırlanması Şərab yalnız üzümdən deyil, meyvə, bal, çiçək və bitkilərdən də əldə edilə bilər. Şərab fermentasiyası şəkər, maya və maya yemi tələb edir. Maya şəkər və maya yemi yedikdə alkoqol və karbon qazı istehsal olunur. Şəkər az olduqda və ya alkoqol çox olduqda fermentasiya prosesi dayanır. Şərab və poeziya Şərab və onun yaranma tarixi Həmçinin bax Kaberne-sovinyon Ən çox alkoqol qəbul edən ölkələr
https://az.wikipedia.org/w/index.php?curid=36638
Şərab ölkəsi
"Şərab ölkəsi" (ing. The Republic of Wine) — Çinli yazar Mo Yan tərəfindən satirik üslubda yazılmış əsər. Çin. XX əsrin 90-cı illərinin əvvəlləri. Çzyüqo adlı şəhərə detektiv Din Qouer təşrif buyurur ki, yayılmış bəzi xəbərlərin doğru olub olmadığını araşdırsın. Belə ki, deyilənə görə yerli məmurlar aşbazlara balaca uşaqları bişirtdirərək yeyirlər. Bununla əlaqədar Çzyüqoda artıq "ətlik körpə" sənayesi əməlli başlı inkişaf etməkdədir. Din Qouerlə paralel olaraq yazıçı Mo Yan Çzyüqonun yerli yazıçısı və şərabçı Li İdou adlı bir nəfərlə yazışır. Li İdou da öz növbəsində yazıçıya poçt vasitəsiylə Mo Yanın personajı olan Din Qouerlə əlaqəli, lakin reallığı qeyri-müəyyən, absurd və mistik olan müxtəlif kiçikhəcmli hekayələr göndərir. Nəticədə romanda müxtəlif maraqlı obrazlar və hadisələr yaranır. Romanda ifrat dərəcədə yemək, şərab içmək və bütün bunları icra etmək üçün sərf olunan qəddarlıqdan bəhs olunur. Bütün bunların vəhdəti bizə absurd və hallüsinasiyalı əbədiyyət təqdim edir. Bu elə bir əbədiyyətdir ki, hər dəqiqə müxtəlif obrazlar yaranır və məhv olur. Hər şey sehrli folklor, romantik inqilab, mistik maostizm fonunda baş verir. Romanı satirik adlandırmaq mümkündür, lakin bu satira Qoqolun və Pelevinin satirasından fərqli olub, göz yaşları ilə gülmək kimi üslubda deyil. Ümumiyyətlə isə onu qeyd etmək lazımdır ki, Mo Yanın "Şərab ölkəsi"ndə yaratdığı kimi ədəbi konstruksiya yaradıb sona qədər onun tamlığımı qorumaq çox böyük istedad və bacarıq tələb edir. Ümumi olaraq roman iki yazıçı arasında olan yazışmanı nümayiş etdirir. "Li" çin dilində 10 litrlik deməkdir. Bu baxımdan əslində Li İdou yazıçı Mo Yan tərəfindən uydurulmuş insan obrazı deyil, əslində şərabın özüdür. Başqa sözlə, yazıçı əslində şərabla danışır. Romanın sonlarına doğru yazıçı özünü də romanın personajı kimi romana daxil edir və beləliklə də biz əslində romanın yazılış üslubu haqqında daha dolğun təsəvvürlərə yiyələnirik. Roman şəraba olan eşqdən ilhamlanan insanın məhsuludur. O, şərabı o qədər çox sevir ki, onun təfəkkürünün bir hissəsinə çevirərək, onun haqqında hər şeyi öyrənərək, roman vasitəsiylə obraz miqyasınadək kiçildərək müəyyən yaradıcıllıq nümunəsi ortaya qoymuşdur. Bu nümunə öz növbəsinə inqilabi romantizm və inqilabi realizm kimi dəyərləndirilər bilər. Əslində konkret janr baxımından tam və dolğun fikir söyləmək mümkün deyil. Din Qouer isə bir obraz kimi təmiz ideologiyanın hakim olduğu ölkənin vicdanlı, təmiz və şəffaf üzvü - işçisidir. Din Qouer obrazı mükəmməl deyil. Doğrudur o, insan təbiətinin zəifliklərinə sahib olsa da, tərkib hissəsi olduğu sistemə sadiqdir və vəzifəsinin öhdəsindən layiqincə gələcək, amma sistemin özü elə onu ləkələmək qərarına gəlir. Yazıçı bu ssenari ilə satirik fikirlərini ortaya qoyur. Ümumiyyətlə "Şərab ölkəsi" adı çox simvolikdir. Yazıçı əslində birbaşa Çin haqqında yazır. N.İbrahimin bloqu - Şərab ölkəsi.
https://az.wikipedia.org/w/index.php?curid=403964
Şərabçıyam, Şərabçı (1991)
Kinolentdə Göyçay bölgəsindəki konyak zavodunun fəaliyyətindən, burada çalışan əmək adamlarından və zavodun istehsal etdiyi məhsullardan söhbət açılır. Film haqqında Film Göyçay Konyak Zavodunun sifarişi ilə çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Ceyhun Mirzəyev Ssenari müəllifi: Mirzəağa Mirmövsümov Operator: Nemət Rzayev Səs operatoru: Əsəd Əsədov Göyçay Konyak Zavodu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
https://az.wikipedia.org/w/index.php?curid=214278
Şərabçıyam, şərabçı (film, 1991)
Kinolentdə Göyçay bölgəsindəki konyak zavodunun fəaliyyətindən, burada çalışan əmək adamlarından və zavodun istehsal etdiyi məhsullardan söhbət açılır. Film haqqında Film Göyçay Konyak Zavodunun sifarişi ilə çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Ceyhun Mirzəyev Ssenari müəllifi: Mirzəağa Mirmövsümov Operator: Nemət Rzayev Səs operatoru: Əsəd Əsədov Göyçay Konyak Zavodu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
https://az.wikipedia.org/w/index.php?curid=31937
Şərafəddin
Şərafəddin — ad. Şərafəddin Salahov — 20 Yanvar Şəhidi. Şərafəddin İlkin Şərafəddin İzmir Şərafəddin Kılıç — auditor, mühasib və siyasətçi; Şərafəddin Can Atalay — hüquqşünas və siyasətçi; Şərafəddin Elçi — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı.
https://az.wikipedia.org/w/index.php?curid=837962
Şərafəddin Can Atalay
Şərafəddin Can Atalay (24 mart 1976, İstanbul, Türkiyə) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.2014-cü ilin Soma faciəsi, 2014-cü ilin Karaman mədən qəzası, 2016-cı ilin Adana tələbə yataqxanası yanğını, 2018-ci ilin Çorlu qatar qəzası da daxil olmaqla bir çox ictimai işlərdə hüquq müdafiəçisi olaraq çalışıb. Gezi işi üzrə həbs edilib və 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən deputat seçilib. 30 yanvar 2024-cü ildə mandatı ləğv edilib.Hazırda Silivri həbsxanasında saxlanılır. Şərafəddin Can Atalay 24 mart 1976-cı ildə İstanbul şəhərində andan olub. İqtisadçı ananın və mühasib atanın yeganə uşağıdır. 1971-ci ildə siyasi sui-qəsd nəticəsində öldürülən İşçi Partiyasının (TİP) Amasiya il sədri Şərafəddin Atalayın qardaşı oğludur. “Şərafəddin” əmisinin şərəfinə adlandırılıb. Uşaqlığı və gəncliyi İstanbulda olub. Valideynlərinin çevrəsinə görə o, gənc yaşlarında ədəbiyyatın tanınan isimlərindən Əziz Nesin, Yaşar Kamal və Can Yücəllə söhbət edib. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. Təhsilini başa vurduqdan sonra bir müddət NTV-nin hüquq şöbəsində çalışıb. İstanbulda Sosial Hüquqlar Dərnəyinin İdarə Heyətinin üzvü olub. 2014-cü ilin mayında 300 mədənçinin ölümü ilə nəticələnən Soma faciəsində sonra açılan Soma işində, həmçinin həmin il Karaman ilində 18 işçinin ölümü ilə nəticələnən mədən qəzası üzrə açılan işdə hüquq müdafiəçisi olub. 2016-cı ilin noyabrında 11 nəfərin öldüyü, 24 nəfərin yaralandığı Adana tələbə yataqxanasında baş verən yanğında həyatını itirənlərin ailələrinin və 2018-ci ilin iyulunda 25 sərnişinin öldüyü Çorlu qatarı qəzasında həyatını itirənlərin ailələrinin hüquqlarını müdafiə edib. 2020-ci ildə yeddi işçinin ölümünə və 127 işçinin yaralanmasına səbəb olan atəşfəşanlıq zavodunda baş verən partlayışda həyatlarını itirən işçi ailələrinin də hüquq müdafiəçisi olaraq çıxış edib. Memarlar Palatasının üzvü olaraq İstanbulda Validebağ bağında inşaata qarşı mübarizə aparan "Validebağ Könüllüləri"ni müdafiə edib. 2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Gezi etirazları zamanı yaradılan Taksim Dayanışmasının hüquqşünası olub. Gezi işinə müttəhim olaraq daxil edilib və barəsində həbs qərarı verilib. İttiham olunduğu 2 iş üzrə ona bəraət verilib. 2022-ci il aprelin 25-də İstanbul 13-cü Ağır Cəza Məhkəməsində baş tutan iclasında "dövlət iqtidarını devirməyə cəhd" ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Ali Apellyasiya Məhkəməsi tərəfindən 28 sentyabr 2023-cü ildə təsdiq edilib.
https://az.wikipedia.org/w/index.php?curid=831008
Şərafəddin Elçi
Şərafəddin Elçi (14 mart 1938, Cizre, Şırnaq ili – 25 dekabr 2012, Ankara) — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı. O, 1938-ci il martın 14-də Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edib. Tələbəlik illərində "kürdlərin davasını" aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98 kürdlə birlikdə "kürdlərin haqqı və Azadlığı" vəqfini qurub. 1995-ci ildə "Kürd kültür və araşdırma vəqfi"nin təsisində iştirak edib. Qurduğu Demokratik Kütlə Partiyası ləğv edildikdən sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub. Türkiyə Böyük Millət Məclisinə keçirilən sonuncu seçkidə BDP –nin (Barış və Demokrat Partiyası) dəstəyi ilə deputat seçilib. O, Türkiyənin futbol üzrə tanınmış mütəxəssisi Mustafa Dənizlinin qayınatasıdır.
https://az.wikipedia.org/w/index.php?curid=306311
Şərafəddin Kılıç
Şərafəddin Kılıç (1959, Aydın ili) — auditor, mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Şərafəddin Kılıç 1959-cu ildə Aydın ilində anadan olub. Egey Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub.Uzun illər müstəqil auditor və mühasib olaraq çalıb.Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Konağ ilçə şöbəsinin sədri, Fəzilət Partiyasında isə İzmir il şöbəsinin sədri vəzifəsində çalışıb. Səadət Partiyasının qurucu İdarə Heyətinin üzvü olub. Bir müddət Səadət Partiyasında İzmir il şöbəsinin sədri olub. Hazırda Səadət Partiyası İdarə Heyətinin üzvüdür.2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.İngiliscə və ərəbcə bilir. Evli və 4 uşaq atasıdır.
https://az.wikipedia.org/w/index.php?curid=831919
Şərafəddin Salahov
Şərafəddin Salahov (tam adı; Şərafəddin Müzəffər oğlu Salahov; 11 sentyabr 1963, Bakı – 20 yanvar 1990, Azərbaycan SSR) — 20 Yanvar Şəhidi. 1963-cü ildə sentyabrın 11-i Bakıda anadan olub. 13 nömrəli məktəbi bitirmiş, sonradan sürücülük oxumuşdur. Əvvəlcə trikotaj fabrikində mexanik, sonra isə nəşriyyatda işləmişdir. Subay idi. Şəhid olması O qanlı gecə təxminən saat 00 radələrində atışma səsinə küçəyə çıxıb. Qohumları hadisəni belə xatırlayır: Qardaşı Şamilin xatirəsindən: Şəhidlər xiyabanında dəfn edilib. Bakı, 3-cü Yasamal, ev 134 v. Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar
https://az.wikipedia.org/w/index.php?curid=476007
Şərafəddin məscidi (Visoko)
Şərafəddin məscidi (bosn. Šerefudinova Bijela džamija) və ya Ağ məscid ― Bosniya və Herseqovinanın Visoko şəhərində yerləşən məscid. Tikilinin şəhər və ərazi üçün böyük memari əhəmiyyəti var. Məscidin memarı Zlatko Uqlyen, ustası İsmət İmamoviç, podratçısı isə Visokolu Zvezda olmuşdur. Orijinal məscid 1477-ci ildə tikilsə də, daha sonralar tamamilə yenidən qurulmuş və bu iş 1980-ci ildə bitirilmişdir. Məscidin layiq görüldüyü ən diqqətəlayiq mükafat 1983-cü ildə verilmiş Ağa Xan Memarlıq mükafatı olmuşdur. Münsiflər heyəti məscidi dayanıqlılığı, yaradıcılığı və parlaqlığı ilə yanaşı özünəməxsusluğu və yeniliyi üçün də yüksək qiymətləndirmişdi. Məscid 2007-ci ildə Macarıstan memarları tərəfindən Avropanın ən yaxşı dizayn edilmiş üç ibadətgahından biri olduğu üçün mükafat almışdır. Məscidin mərkəzi sahəsi həm namaz qılmaq, həm də mühazirələr və müzakirələr kimi digər dini fəaliyyətlər üçün nəzərdə tutulmuşdur. Ərazidə namaz qılmaq üçün qapalı sahənin olduğu əlavə bina da mövcuddur. Bina kiçik auditoriya və ofisdən ibarətdir. Ənənəvi olaraq Bosniya məscidlərində qəbiristanlıqlar məscidlə digər binalar arasında sərhəd rolunu oynayır, lakin bu vəziyyətdə qəbiristanlıq təcrid olunur. Memar Zlatko Uqlyen Bosniya məscidlərinin namaz qılınan sahəyə aparan və üstündə qübbənin ucaldığı həyətdən ibarət ənənəvi tərtibatını istifadə etmişdir. Məsciddəki beş panelli pəncərələr İslamın beş şərti simvolizə edir və eyni zamanda içərini işıqlandırır. Qübbənin cənub-şərq fasadı Kəbəyə tərəf yönəldilmişdir. Məscidin həm daxili, həm də xarici tərəfi ağ rəngə boyanmış, döşəmə üçün krem, çərçivələr və borular kimi bir neçə metal element üçün isə yaşıl rəng istifadə olunmuşdur. Mərtəbələr yaşıl xalça ilə örtülmüşdür. Həmçinin bax İslam memarlığı
https://az.wikipedia.org/w/index.php?curid=701514
Şərafəddin İlkin
Şərafəddin İlkin (Həsənov Şərafəddin Sudeyf oğlu) 29 oktyabr 1965-ci ildə Masallı rayonun Bədəlan kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft-Kimya texnikumuna daxil olub. 1983–1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1987-ci ildə texnikumu bitirdikdən sonra Masallı 1 nömrəli çay fabrikində əmək fəaliyyətinə başlamışdır. Qiyabi təhsilini Azərbaycan Pedaqoji Universitetində davam etmişdir. 1993-cü ildən mətbuatda çalışır. "Vaxt", "Həyat", "Ekologiya", "And", "Azərbaycan müəllimi" qəzetlərində, "Azərbaycan təbiəti" və "Orta təhsil" jurnallarında işləmişdir. Bədii yaradıcılıqla orta məktəb illərindən məşğuldur. "Göz gözə yalan deməz", "Gözlərinə de ki. . ." və "Mən səndən küsmədim ki" şeirlər kitabının, yüzdən çox populyar mahnının müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvüdür. 2020-ci ildə prezident təqaüdünə layiq görülmüşdür. Ailəlidir. Bir qızı, bir oğlu, bir nəvəsi var. Həyat yoldaşı və oğlu Ali təhsilli müəllim, qızı həkimdir.
https://az.wikipedia.org/w/index.php?curid=699003
Şərafəddin İzmir
Şərafəddin İzmir (1889, Konstantinopol – 6 noyabr 1951, İstanbul) Türk əsgəri. Türk Qurtuluş Savaşının son mərhələsi olan İzmirin qurtuluşu dövründə ilk dəfə bayrağı İzmir Hökumət Sarayına sancdı. Həyatı və hərbi xidməti Krımdan kapitan İbrahim bəyin və Maçkalı Zülüfoğullarından Bahriyə Xanımın oğlu olaraq dünyaya gəldi. 1906-cı ildə Hərbi Akademiyaya daxil oldu və 1909-cu ildə leytenant rütbəsi ilə məzun oldu. Məzun olduqdan sonra, 1909–1911 arasında 4. Nümunə Süvari Alayı 4. Bölməyə təyin edildi. 1912-ci ildə süvari qazma təlimatçısı oldu. 1912-ci ildə Balkan müharibələri dövründə Çatalca döyüşlərində iştirak etmişdir. 1913-cü ildə Gelibolu, Lüləburgaz və Bolayırda xidmət etmişdir. Elə həmin il baş leytenant rütbəsi aldı. Birinci Dünya Müharibəsi dövründə Çanaqqala Cəbhəsində Səddülbahir və Kirtədə xidmət etmişdir. 1916-cı ildə 15. Korpus əmrində Dobrucaya göndərildi. 1917-ci ildə Səna və Fələstin cəbhəsində Beer-Şevada vəzifələndirildi. Həmin il o, kapitan rütbəsinə yüksəlmişdir. 1918-ci ildə Tripolitaniyada xidmət edən 15. Piyada Diviziyası Komandiri Şahzadə Osman Fuad Əfəndinin köməkçisi idi. Bu vəzifə müddətində Şahzadə Osman Fuad Əfəndi tərəfindən hədiyyə olaraq bir saat hədiyyə edildi. 1921-ci ildə Anadoluya getdi və Türk Qurtuluş Savaşına qatıldı. Sakarya Döyüşü əsnasında Döyərdə rota komandiri vəzifəsini icra etdi. Böyük Hücumda. 4. Süvari Diviziyasında komandir müavini olaraq Belovada, Kulada, Dərəköydə, Sabuncubelində və Bornovada döyüşdü. Sabuncubeli döyüşlərində də böyük fayda göstərdi. Bornova və İzmirin azad edilməsi zamanı bir qarşıdurmada yaralanmasına baxmayaraq, İzmir Hökumət İdarəsinə getdi və ilk dəfə Türk bayrağını sancdı. 1921-ci ildə Buxara nümayəndə heyəti tərəfindən Mustafa Kamal Paşa və İsmət Paşaya verilən qılıncdan əlavə İzmirə girən ilk türk əsgərinə başqa bir qılınc verildi. Üçüncü Buxara qılıncı, 15 sentyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisinin Baş Komandanı Müşir Qazi Mustafa Kamal Paşa tərəfindən təşkil edilən mərasimlə Şərafəddin bəyə verildi. Müharibədəki üstün nailiyyətlərinə görə mayor rütbəsinə qədər yüksəldildi və "İstiqlaliyyət" medalı ilə təltif edildi. Qurtuluş Müharibəsi bitdikdən sonra süvari qazma məktəbi müəllimi təyin edildi. 1927-ci ildə Fransaya təhsil almaq üçün getdi və qayıdandan sonra eyni məktəbdə müəllim işləməyə davam etdi. 1930-cu ildə 1. Süvari Diviziyası ilə Şərqdə xidmət etdi. 1931-ci ildə podpolkovnik rütbəsinə yüksəldi. 1933-cü ildə Süvari Alayının Komandir müavini olaraq Ayvalıqda olmuş və 1936-cı ildə 4. Komandir olmuşdur. Alay komandirinin müavini olaraq Lüləburqazda idi. 1937-ci ildə polkovnik rütbəsinə yüksəldi. Polkovnik rütbəsindəki Lüləburqazdakı Motorlu Alay Komandanlığı və 1939-cu ildə Karakösədəki 2. Ordu Alayında Alay komandiri vəzifəsini icra etdi. 1940-a qədər müxtəlif hissələrdə və qərargahlarda xidmət etdi. 1940–1943-cü illər arasında Kuleli Hərbi Liseyində dərs demişdir. 1934-cü ildə qəbul edilmiş Soyad Qanunu ilə "İzmir" soyadı Mustafa Kamal Atatürk tərəfindən verilmişdir. 1942-ci ildə Parkinson xəstəliyinə tutuldu; həkimlər bu xəstəliyin səbəbini İzmirin azadlığı zamanı aldığı qəlpə yaraları ilə əlaqələndirdilər. 28 avqust 1944-cü ildə xəstəliyi səbəbiylə xidmət edə bilmədikdə, birinci dərəcəli əlilliyi olan bir polkovnik olaraq təqaüdə çıxdı. Fransızca bilməkdə olub Əmin Paşa və Binnaz Xanımın qızı Sirət Xanımla evləndi. Bu evlilikdən biri dörd aylığında vəfat edən iki uşaq dünyaya gəldi. Xəstəliyi dövründə sağ qalan yeganə övladı, qızı Könülə (Manioğlu) müasir bir təhsil vermək üçün çox səy göstərdi. Maddi çətinliklərlə qarşılaşdı, tez-tez İstanbul Qürəba Xəstəxanasında qalmalı oldu. Ölümündən əvvəl TRT Radio-nun İzmirlə bağlı verilişlərində adının çəkilmədiyinin və ya adı çəkilsə də ölüm şayiələrinin şahidi oldu. Silah yoldaşı və komandir Fəxrəddin Altay tərəfindən yazılmış xatirələrində mərhum kimi yazıldığını da oxudu. 1947-ci ildə həyat yoldaşı Sirət Xanımın ölümündən sonra daha da çətin günlərlə qarşılaşdı. 6 noyabr 1951-ci ildə İstanbulda vəfat etdi. İstanbulda Yəhya Əfəndi Lojasında ailə qəbiristanlığında həyat yoldaşının yanında dəfn edildi.
https://az.wikipedia.org/w/index.php?curid=711836
Şərafəddin Əli Yəzdi
Şərəfəddin Əli Yəzdi (XV əsr, Yəzd – 1454, Yəzd) – tarixçi, Əmir Teymurun yürüşlərindən bəhs edən "Zəfərnamə" əsərinin müəllifi. Şərəfəddin Əli Yəzdi Yəzd şəhəri yaxınlığında anadan olmuşdur. Təvəllüd ili bilinmir. Vəfatı 1454-cü ildir. Bir müddət Heratda Sultan Şahruxun, sonra isə Farsda İbrahim sultanın yanında xidmət etmişdir. O, poeziya, fəlsəfə, astronomiya sahəsində geniş biliyə malik idi, "Şərəf" təxəllüsü ilə şeirlər yazırdı. Sultan Şahruğun göstərişi ilə isə Moğolustanın gənc xanı Yunus xanın müəllimi olub. Yunus xan 1428/1429-cu ildə Uluq bəyin yürüşləri zamanı əsir götürülmüşdür. Şərəfəddin Əli Yəzdi bir müddət Yəzddə Yunus xan ilə birlikdə yaşamış, onun təlim-tərbiyəsi ilə məşğul olmuş, öz biliyini onunla bölüşmüşdür. Yunus xan gələcəkdə Hindistanı fəth edəcək Zahir əd-din Məhəmməd Baburun ana babası oldu. Bu sülalə – Böyük moğollar, üç əsr Hindistanda hökmranlıq etdi. Amma Şərəfəddin Əli Yəzdinin ən böyük işi "Zəfərnama"ni yazması idi. O, 1419-cu ildə Fars hakimi İbrahim sultanın (Əmir Teymurun oğul nəvəsi və Sultan Şahruxun oğlu) sarayında xidmət edərkən İbrahim sultan ona Əmir Teymur haqqında məxsusi kitab yazmaq tapşırığı vermişdir. İbrahim sultan lazım olan bütün sənəd və yazılı materialları bir yerə toplatdırmaqla yanaşı, bəzi hadisələrin sağ qalmış iştirakçılarını da sarayına dəvət edib onların şəhadətlərini də yazıya köçürtdürmüş və bütün işi ümumiləşdirməyi, yəni lazım olan əsəri tərtib etməyi Şərəfəddin Əli Yəzdinin öhdəsinə buraxmışdı. Kitabın yazılma prosesində hansısa hadisənin təsvir edilməci zamanı nəsə mübahisəli bir şey olsa idi, İbrahim sultan təcili surətdə böyük şəhərlərə çaparlar göndərib həmin məsələni dəqiqləşdirmək üçün Əmir Teymurun başqa zamandaşlarının da köməyindən faydalanar və həm də yazdırdığı kitab üçün əlavə məlumat toplatdırarmış. "Zəfərnamə"dəki bəzi şərhlər isə Şərəfəddin Əli Yəzdinin şəxsi müşahidələrinə əsaslanmışdır. Əsər 1424/25 (– h. 828) ci ildə tamamlansa da, müəllif tərəfindən redaktəsi sonrakı üç il ərzində davam etdirilmişdir. Şərəfəddin Əli Yəzdi sözgedən əsəri üç məqalədən – yəni üç cilddən ibarət olmasını planlaşdırmışdı; I cild – Əmir Teymura, II cild – Sultan Şahruxa, III cild isə – İbrahim sultan haqqında olmalı idi. Fəqət, sonrakı iki cild müəllif tərəfindən ya yazılmamış, ya da, yazılsa da onların orijinalları kimi, surətlərindən də heç biri zəmanəmizədək gəlib çatmamışdır. "Zəfərnamə" 1887 və 1888-ci illərdə, 1-ci və 2-ci hissələr olmaqla Kəlküttədə, daha sonra – 1958-ci ildə, Tehranda çap olunmuşdur. Lakin bu nəşrlər zamanı istifadə edilmiş əlyazma nüsxələrinin heç birində əsərin ümumi həcminin beşdən birini təşkil edən "Müqəddimə" olmadığına görə, təbii ki həmin hissə də çap edilməmişdir. "Zəfərnamə"nin başqa bir və daha mükəmməl nüsxəsinin faksimelisinin – Özbəkistan EA Şərqşünaslıq İnstitutundakı 4472 şifrə altında saxlanılan əlyazmanın 1972-ci il Daşkənd nəşrində (Ə. Urunbayev tərəfindən çapa hazırlanıb) isə söz gedən çatışmazlıq aradan qaldırılmışdır. Elə həmin nəşr əsasında da tarix elmləri doktoru Vaqif Piriyev "Zəfərnamə"dən Azərbaycana aid və digər bəzi maraqlı çıxarışlar edərək, onları dilimizə çevirmiş və bunlar 1996-cı ildə Bakıda kitabça şəklində nəşr olunmuşdur. 2008-ci ildə Daşkənddə "Zəfərnamə"nin rusca tərcüməsi nəşr olunmuşdur. İstifad edilən mənbələr Vaqif Piriyev, Bakı-1996. Aydın Məmmədov. Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə" əsərində Şəki haqqında məlumatlar
https://az.wikipedia.org/w/index.php?curid=162793
Şərahil Laçın
Məmmədov Şərahil Hüseyn oğlu (Şərahil Laçın; 12 noyabr 1963, Laçın) — Avrasya Yazarlar Birliyinin üzvü, şair. Şərahil Laçın 1963-cü il 12 noyabrda Azərbaycan Respublikası Laçın rayonununda anadan olmuşdur. 1986-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1987-ci ildə Respublika Mərkəzi Xəstəxanasında İnternatura kursunu tamamlamışdır. 1992-ci ildə Respublika Urologiya İnstitutunda urologiya kursunu bıtırmış, 1999-cu ildə Qazaxıstan Həkimləri Təkmilləşdirmə İnstitunda Alternativ Tibb (Çin Tibbi) təhsili almışdır. Sumqayıt və Bakı şəhərlərində həkim işləmişdir. Evlidir, 2 övladı var. Fəaliyyətləri 1993–1995-ci illərdə Xudu Məmmədov adına Xeyriyyə Cəmiyyətində və Azərbaycan Demokratik Gənclər Birliyində sədr müavini kimi çalışmışdır. Şeirləri və publisistik yazilari 1980-ci illərdə "Azərbaycan Gəncləri", "Ədəbiyyat və İncəsənət", "Qarabağ", "Tibb kadrlari uğrunda", "Dədəm Qorqud", "Ədalət", "Təzadlar", "Boz Qurd" (Moskva) qəzetlərində, "Ulduz", "Azərbaycan Təbiətı", "Xudafərin" (Praqa), "Bir Təbəssüm" (Türkiyə), "Andız" (Türkiyə) ədəbi jurnallarında, "Azərbaycan aşıqları və el şairləri" kimi almanaxlarda çap olunub. Yaradıcılığı barədə Məmməd Araz, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Kamal Abdulla və başqa tanınmış qələm adamları rəylər və ön sözlər yazıblar. Türkiyənin tanınmış şairlərindən Yavuz Bülənt Bakilərin təqdimatı ilə "Ömrümüz bilməcə qaldı" şeir kitabı Türkiyədə işıq üzü görüb. Vektor Beynəlxalq Elm Mərkəzinin təsis etdiyi "Şahmar Əkbərzadə" adına ədəbiyyat mükafatına 2010-cu ildə layiq görülüb. Avrasya Yazarlar Birliyinin üzvü olan şair Türkiyədə yaşamaqdadır. Dünyanın bir çox ölkələrində elmi konqreslərin iştirakçısı olmuşdur. "Ömrümüz bilməcə qaldı", Türkiyə. Xarici keçidlər Şərahil Laçın Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine Şərahil Laçın
https://az.wikipedia.org/w/index.php?curid=126398
Şərait (film, 2011)
"Şərait" (fars. شرایط, ing. Circumstance) — iranlı rejissor Məryəm Kişavərzin 2011-ci ildə, dram janrında çəkilmiş filmi. Filmdə baş rolları Nikol Buşehri, Sara Kazımi və Rza Sikso Səfayi ifa etmişdilər. Filmdə digər məsələlərlə yanaşı, İran İslam Respublikasında homoseksuallıq mövzusu araşdırılır. Atəfə (Nikol Buşehri) Tehranda yaşayan zəngin iranlı ailəsinin yeniyetmə qızıdır. O və onun ən yaxın dostu, yetim qalmış Şirin (Sara Kazımi) ilə birlikdə gizli qonaqlıqlarda iştirak edir və öz aralarında seks, spirtli içkilər və narkotik ilə təcrübələr keçirirlər. Atəfənin qardaşı Mehran əvvəllər narkotik maddələrdən asılı idi, lakin o tezliklə sağalaraq dinə itaət etməyə başlayır. O daha çox Şirinlə maraqlanmağa başlayır və bu hadisə bacısı ilə bir zamanlar güclü dost münasibətlərinin dağılması ilə üst-üstə düşür. Ailənin başçıları olan Firuz və Azər Həkimi, öz gənclik illərini xatırlayaraq, nə hala gəldiklərini və ailənin gələcəkdə hansı problemlərlə üzləşəcəyi barədə düşünməyə başlayırlar. Filmin istehsalı Filmin süjeti İranda baş verən hadisələr haqda bəhs edir, farsca dialoqları altyazı müşayiət edir. Filmin çəkilişləri Livanda həyata keçirilmişdi. Şərait filminin rəsmi posterində bir neçə ingilis və fransız ifadələri yazılmışdır. Filmin büdcəsi 1 milyon dollardan bir qədər az idi. Rejissor Məryəm Kişavərz ABŞ-də böyüsə də, öz yay tətillərini həmişə İranın Şiraz şəhərində keçirirdi. Şirazda yaşayan əmisi qızının əxlaq polisi tərəfindən çubuqla amansız şəkildə döyüldüyünü eşidir və çox məyus olur və daha sonra burada əldə etdiyi həyat təcrübəsini filmin süjetində istifadə etmək qərarına gəlir. Filmin süjetində iranlı gənclərin gizli partidə iştirak etmələri üçün hansı əziyyətlərdən keçməli olduqları təsvir olunur — bu, rejissor Məryəm Keşəvarzın əslində doğma vətənində baş verən rejimə qarşı bir mübarizəsi idi. Şərait M.Keşəvarzın rejissorluq etdiyi ilk tammetrajlı filmi idi. Kişavərz müsahibələrin birində "Şərait" filmini İranın təbii mədəniyyətinə mümkün qədər uyğun yaratmaq istədiyini bildirmişdi. O həmçinin filmin İranda qadağan olma ehtimalının yüksək olmasına baxmayaraq, sadə və azad vətəndaşların qanunsuz olaraq pirat nüsxələri vasitəsilə ona baxa biləcəyini söyləmişdir. Filmdə baş rolu oynayan aktyorların hamısı fars dilini mükəmməl bilirdilər. Bunun səbəbi onların inqilabdan öncə İranda yaşamaları idi. Filmin üç ən görkəmli aktyoru İran diasporunun üzvləridirlər, onların valideynləri inqilab zamanı İranı tərk etmişdilər. Aktyorların ikisi İranda qalmağa qərar verən ailənin bir neçə üzvünü ziyarət etmişdirlər. Öz uzaq qohumlarını heç bir zaman görməyən və doğulandan Britaniya Kolumbiyasının Vankuver şəhərində yaşayan Nikol Buşehri isə müsahibələrin birində, İranda danışılan müasir farscanı daha yaxşı anlamaq üçün son vaxtlar Kanadaya köçən iranlılarla daim ünsiyyətdə olduğunu bildirmişdi. Sara Kazımi Paris sakinidir; o filmdə çəkilməzdən öncə öz rolunu araşdırmaq məqsədilə Tehrandakı qohumlarını ziyarət etmişdi. O, İranı tərk etməzdən əvvəl qohumları ilə vidalaşmağı bacardı; onun filmdə oynadığı rola görə, İran hakimiyyəti yaxın gələcəkdə onun ölkəyə daxil olmasına mane olacağını bildirmişdi. Buşerinin sözlərinə görə, filmin çəkilişləri üçün Livanın paytaxtı Beyrut şəhərinin seçilməsi üçün əsas səbəb, "bu şəhərdə daim Yaxın Şərq abu-havasının qorunub saxlanılması" idi. Bununla belə filmə neqativ yanaşma qorxusu tək İrandan gəlmirdi. İran hökumətinin dəstəyi ilə Livanda fəaliyyət göstərən silahlı və şiə inanclı Hizbullah partiyası da çox təhlükəli idi. Buna görə də film istehsalçıları bir müddət, yəni hələlik çəkilişlərin aparıldığı zaman ictimaiyyət üçün çox yayılmamasına çalışırdılar. Onlar Livanın hakimiyyət orqanlarına saxta ssenarini göndərərək, Keşəvarzın filmi üçün yalnız tezis yaratdıqlarını bildirirlər, lakin əslində, onlar tam bir kommersiya filmi üzərində işlərinə davam edirlər. Livan hakimiyyətinin üzvləri çəkiliş meydançasına gələrək, oradakı aktyor və aktrisalarla görüşmüşdülər. Larri Rohter The New York Times qəzetinə verdiyi açıqlamasında bildirir ki, "Reza Sikso Səfai və digər aktyorların daim üzləşdiyi narahatlıq və qorxu hissi, sonda faktiki olaraq onların göstərdikləri performasın möhkəmlənməsinə çox kömək etmişdi". Tənqidçilərin mövqeyi Film, xüsusilə Nikol Buşehri ifası tənqidçilərin diqqətini cəlb etmiş və əsasən müsbət rəylər almışdır. Rotten Tomatoes vebsaytı 32 peşəkar tənqidçilərin rəylərini ümumiləşdirərək 72 rəy əsasında filmi 86% hesabıyla 7/10 bal səviyyəsində dəyərləndirir. Tənqidçilərin fikrincə film "Düşüncə üçün qida, İran gənclərinin mədəniyyətinə isə anlayışlı baxışdır". Film ABŞ-də seyircilərə təqdim olunduğundan İranda böyük rezonans yayılır və İran hakimiyyəti Keşəvarzın geri qayıtmağına qadağa qoymuşdu. Film həmçinin İranın geniş kütləsi tərəfindən gənclərin həyatının və cəmiyyətin "təhrif" olunduğu üçün tənqid olunmuşdu. Mükafat və nominasiyalar Şərait filmi 2011-ci ildə keçirilən Sundance Film Festivalında "Audience" mükafatına layiq görülmüşdü. Bundan başqa o, "Paste" jurnalı tərəfindən 2011-ci ilin 50 ən yaxşı film sırasına daxil edilmişdir. 2011-ci ildə keçirilən İranın Noor Film Festivalında isə film "ən yaxşı rejissor" və "ikincidərəcəli ən yaxşı aktyor işi" kateqoriyaları üzrə Xalq seçimi mükafatına layiq görülmüşdür. Xarici keçidlər takepart.com/circumstance — Şərait rəsmi saytı Circumstance — Internet Movie Database saytında.An interview with Maryam Keshavarz
https://az.wikipedia.org/w/index.php?curid=390336
Şərazul (Məlikan)
Şərazul (fars. شرازول) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (47 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=615561
Şərbət
Şərbət – içki Hazırlanması Şərbətlərin hazırlanmasında şəkər, ətirli-ədviyyəli bitkilər, meyvə-giləmeyvə, qaynadılıb soyudulmuş və ya buzdan istifadə edilir.Bəzi şərbətlərə boymadərən, bədmüşk və qızılgüldən çəkilmiş gülab əlavə edilir. Azərbaycanın müxtəlif rayonlarında qəndab, xoşab, səhləb, iskəncəbi, ovşala (oşara), xoşab, kimi sərinləşdirici içkilərdən də istifadə edilir. Əgər şərbət süfrəyə ağzı enli su qrafinlərdə və bardaqlarda verilirsə, onda şərbətə buz tikələri salmaq olar, butulka və ağzı dar qrafinlərdə verildikdə isə şərbəti əvvəlcədən soyuducuda saxlayıb soyudurlar. Şərbətlərin dadını yaxşılaşdırmaq üçün onlara limon turşusu və ya limon şirəsi əlavə edilir. Şərbətlərin tərkibində 60 %dən az olmayaraq şəkər olur. Meyvə-giləmeyvə şərbətləri təbii və süni olur. Şərbətləri hazırlamaq üçün meyvə-giləmeyvə ekstraktlarından da istifadə edilir. Şərbətlərdən albalı şərbəti, qızılgül şərbəti, ərik şərbəti, innab şərbəti, yubiley şərbəti, gül-nar şərbəti, limon şərbəti, meyvə şərbəti, nar şərbəti, nanəli şərbət, heyva şərbəti, reyhan şərbəti, sumaq şərbəti, turşəng şərbəti, çuğundur şərbəti, şəkər şərbəti və s.-ni göstərmək olar.
https://az.wikipedia.org/w/index.php?curid=110978
Şərbət Güla
Şərbət Güla (puşt. شربت ګله, tərcümədə "Şirin su, şərbət" deməkdir. 20 mart 1972, Nəngərhar) — Əfqanıstanlı qadın, 1972-ci ildə doğulub, başqa bir soyadı Bibidir — Şərbət Bibi. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçıb, qaçqın kimi ora sığınıbmış. Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu şərhlərə səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib. Fotonu bir çox cəhətlərinə görə, Leonardo da Vincinin "Mona Liza"sına bənzədirlər və "Birinci Dünyanın Üçüncü Dünyalı Mona Lizası" adlandırırlar. Bu foto günümüzdə Şərq ölkəsində yaşayan, Qərbdə mərhəmət doğuran qaçqın qızların simasına çevrilib. Foto "Əfqan qızı" adıyla 1985-ci ilin iyun ayında National Geographic jurnalının üz qabığında çıxıb. Fotonun tarixçəsi Stiv Makkurinin bir çox məşhur fotoları mövcuddur. Stiv öz fotoları ilə dünyada yetərincə tanınmışdır, ancaq ona ən böyük şöhrəti məhz Şərbət Gülanın fotosu bəxş etdi. 1984-cü ilin sonunda Stiv əfqan qaçqınlarının yerləşdiyi Nazır-Baqx (Pakistan) düşərgəsində olur. Düşərgədə ona qızlar üçün məktəbdə şəkil çəkməyə icazə verilir və o bir neçə şəkillə yanaşı Şərbət Gülanın da fotosunu çəkir. Bu zaman Stivin heç ağlına da gəlmir ki, qızın adını soruşsun. Stiv təsəvvür belə etmirdi ki, bu şəkil sonradan ona nə qədər məşhurluq gətirəcək. 1985-ci ilin iyununda "National Geographic" jurnalının üz qabığında bu şəkil çap olunur. Tezliklə şəkil zamanının ən populyar fotosuna və əfqan xalqının azadlıq mücadiləsinin simvoluna çevrildi. Foto bir çox jurnallarda, açıqcalarda, lövhələrdə və tatularda özünə yer tapır. ABŞ Milli Coğrafiya Cəmiyyətinin rəyinə görə ən yaxşı 100 foto, 2005-ci ildə isə son 40 ilin ən yaxşı 10 jurnal üz qabığı siyahısına daxil oldu. Əfqan qızının axtarışında 1990-cı illərdə jurnalist Stiv Makkuri əfqan qızını tapmaq üçün bir neçə dəfə cəhd etdi, amma bu cəhdlər səmərəsiz oldu. Fotodakı qızın öz şəxsiyyətilə isə ciddi şəkildə 2002-ci ildə maraqlanıblar. 2002-ci ilin yanvar ayında "National Geographic" jurnalından bir komanda Əfqanıstana səfər etdi. O zaman Stiv Nazir-Baqx qaçqın düşərgəsinin tezliklə bağlanacağını öyrənir, oranın sağ qalan sakinlərinin kimliyi haqda araşdırma aparır, sakinlərdən biri Şərbət Gülanın qardaşını tanıyır, onun şəhərinə xəbər göndərməyə nail olur. Bundan sonra bir neçə qadın özlərini məşhur Əfqan qızı kimi təqdim edir. 1984-cü ildə çəkilmiş fotonu görən bir neçə cavan oğlan hətta qızın öz arvadları olduğunu deyirlər. Nəhayət, jurnalın heyəti 30 yaşlarında Şərbət Gülanı Əfqanıstanın ucqar əyalətlərnin birində tapır; o, Pakistandakı qaçqın düşərgəsindən öz doğma ölkəsinə 1992-ci ildə qayıtmışdı. Con Dauqman göz bülluru testi ilə onun kimliyini təsdiq etdi. Güla Əfqanıstanın Cəlalabad və Pakistannın Pişəvər şəhərləri arasında yerləşən bir bölgədə yaşayır. Onun dəqiq yerini Güla və ərinin xahişi ilə Stiv və "National Geographic" gizlin saxlayır.. Şəxsi həyatı Gülanın valideynləri Sovet İttifaqı Əfqanıstanı bombalayanda öldürülüb. O zaman Şərbətin 6 yaşı varmış. Nənəsi, qardaşı, üç bacısıyla birlikdə dağları keçərək Pakistana sığınıb. O, 13 yaşı olanda Rahmat Gül ilə evlənib və 1990-cı illərin ortalarında Əfqanıstandakı kəndinə qayıdıb. Gülanın üç qızı var. Dördüncü qızı uşaq ikən ölüb. Uşaqlarının təhsil alacağına ümid etdiyini deyib. Güla özünü səmimi qəlbdən müsəlman hesab edir. Burka geyinir və naməhrəm jurnalist Stiv ilə görüşməkdən çəkinib. Ondan özünü təhlükəsiz hiss edib-etmədiyini soruşanda cavab verib: "Yox, amma Taliban dövründə həyat daha yaxşı idi. Ən azı sülh və nizam-intizam vardı." Ondan necə sağ qaldığını soruşduqda, "Allahın iradəsilə" — cavabını verib. Şərbətin axtarışı haqda sənədli film çəkilib. "National Geographic" onun şərəfinə Əfqan qızı Fondu yaradıb. Bu fond xeyriyyə təşkilatıdır, məqsədi əfqan qızları və gənc qadınlarının təhsilinə yardımçı olmaqdır. 2008-ci ildə fondun məqsədləri genişlənib və onun adı dəyişilərək Əfqan Uşaq Fondu adlandırılıb. Gülanı tapandan sonra "National Geographic" onun ailəsinin tibbi xərclərini ödəyib. Daha nə arzusu varsa, onun üçün maliyyə ayıra biləcəklərini deyiblər. Şərbət Məkkəyə Həcc ziyarəti səfərinin pulunu istəyib və "National Geographic" onun ziyarət xərclərini ödəyib. Həmçinin bax Stiv Makkari Xarici keçidlər Əfqan qızı – Şərbət Güla Arxivləşdirilib 2015-09-13 at the Wayback Machine Afghan Girl 'Afghan Girl': Taking National Geographic's Most Famous Photo Bir fotonun tarixçəsi – "Əfqan qız"
https://az.wikipedia.org/w/index.php?curid=425793
Şərf
Şərf — geyim növü və aksessuarı Şərfin yaranma tarixi çox qədimdir. Arxeoloqlar belə hesab edirlər ki, şərfdən ilk dəfə 2.000 il bundan əvvəl bəzək əşyası kimi istifadə edirmişlər. 1974-cü ildə Çində böyük bir qəbiristanlıq aşkar edilmişdir. Bura - hərbçi qəbiristanlığı imiş. Burada dəfn olunanların qəbirlərindən 7.000-dən çox boynuna şarf dolanmış hərbçi fiqurları tapılmışdır. Bu səbəbdən də tarixçilər hesab edirlər ki, şərfın vətəni - Çindir. Neçə əsrlər bundan əvvəl Çin imperatoru Çen döyüşçülərin hansı səviyyəyə aid olduğunu ayırd etmək üçün döyüşçülərin boynuna şərflar bağlatdırırdı. İmperator Çenin yüksək səviyyəyə məxsus döyüşçüləri boyunlarına – ipək şarf, adi döyüşçülər isə boyunlarına – pambıq şərflar dolayırdılar. Müxtəlif mədəniyyətlərdə Qədim Misirdə ipək şarflar - sosial status və avtoritet əlaməti hesab edilirdi. Qədim şəkillərdən məlum olur ki, çariça Nefertitinin şarfları ipəkdən hazırlanırmış. Roma imperiyası dövründə bir zamanlar “ipək şərf” dövrü olmuşdur. O zamanlar ipək şərfdan sosial status kimi istifadə olunurmuş və şərfı boyunlarına, ya da bellərinə bağlayırmışlar. Qədim Roma da isə şarfdan - məşqlər zamanı boyun-boğazlarının, üzlərinin tərini silmək üçün istifadə edirdilər. Qədim romalılar şarfı ya bellərinə bağlayar, ya da çiyinlərindən asarmışlar. XVII əsrdə Avropaya nifrət edən muzdlu xorvat döyüşçüləri öz məharətlərini nümayiş etdirmək və döyüş zamanı digərlərindən seçilmək üçün boyunlarına şarf dolayırdılar. Tarixi məlumatlara əsasən, elə həmin dövrlərdə - yəni, XVII əsrdə Napoleon Bonapart daim boynuna ipəkdən toxunmuş Hindistan şarfı bağlayarmış. Məşhur alman bəstəkarı Lüdviq van Bethoven də daim boynunda ipək şarf gəzdirərmiş. XVII əsrin sonlarında xorvat döyüşçüləri Parisə daxil olarkən, öz qələbələrini bildirmək üçün parlaq rəngli şarflardan bir aksessuar kimi istifadə etmişlər. Bunu görən kral XIV Lüdovik həmin an əmr verir ki, sarayında yeni vəzifə yaradılsın. Bu vəzifəyə təyin olunan şəxs isə yalnız kral üçün şərflar almalı və şərflərə qulluq etməli imiş. Fransa inqilabı zamanı XVIII əsrdə “incroyables” adlı şərflərdan kütləvi surətdə istifadə olunurmuş. Bu şərflar ölçüsünə görə çox iri idi və xüsusi toxunma texnikası vardı. Tarixdə şərflərə əks münasibətdə olanlar da olmuşdur. Məsələn: Rus imperatoru I Pavelin, ümumiyyətlə, şərfdən zəhləsi gedirmiş və imperator olduğu illərdə şərfdan istifadəyə qəti qadağalar qoyubmuş. Paradoksal olan bir şey də budur ki, imperator I Pavel bir zabit tərəfindən elə şarfla boğularaq qətlə yetirilmişdir. Müasir dövrdə XIX – XX əsrlərdə ipək şarfların populyarlığı sürətlə artmışdır. Artıq ipək şarflardan tək statuslular deyil, əksəriyyət istifadə edirdi. Hal-hazırda şarflar həm kişi, həm qadınlar tərəfindən istifadə edilir. Arxivləşdirilib 2014-08-29 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=379565
Şərfə (Xudafərin)
Şərfə (fars. شرفه) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 697 nəfər yaşayır (219 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=642867
Şərh (proqramlaşdırma)
Şərh — proqramlaşdırmada kompüter proqramının mənbə kodunda proqramçı tərəfindən oxuna bilən izahatı və ya annotasiyası. Onlar mənbə kodunu insanların başa düşməsini asanlaşdırmaq məqsədi ilə əlavə edilir və ümumiyyətlə tərtibçilər və tərcüməçilər tərəfindən nəzərə alınmır. Müxtəlif proqramlaşdırma dillərində şərhlərin sintaksisi xeyli fərqlənir.Şərhlər bəzən sənədləşdirmə generatorları tərəfindən mənbə kodundan kənarda sənədlər yaratmaq üçün müxtəlif yollarla işlənir və ya mənbə kodu idarəetmə sistemləri və digər xarici proqramlaşdırma alətləri ilə inteqrasiya üçün istifadə olunur. Şərhlərin təmin etdiyi çeviklik geniş dərəcədə dəyişkənliyə imkan verir, lakin onların istifadəsi ilə bağlı rəsmi konvensiyalar adətən proqramlaşdırma üslubu təlimatlarının bir hissəsidir. Şərhlər ümumiyyətlə blok (həmçinin proloq şərhləri deyilir) və ya sətir şərhləri (həmçinin daxili şərhlər adlanır) kimi formatlanır.Blok şərhləri mənbə kodunun bir neçə sətrini və ya bir sətrin bir hissəsini əhatə edə bilən bölgəsini limitləşdirir. Bu bölgə başlanğıc və son ayırıcı simvolu ilə müəyyən edilir. Bəzi proqramlaşdırma dilləri (məsələn MATLAB) blok şərhlərini bir-birinin içərisində rekursiv şəkildə yerləşdirməyə imkan verir, digərləri isə (məsələn Java) bunu etmir.Sətir şərhləri ya şərh ayırıcısı ilə başlayır və sətrin sonuna qədər davam edir, ya da bəzi hallarda mənbə kodundakı xüsusi sütundan (simvol xətti sürüşməsi) başlayır və sətrin sonuna qədər davam edir.Bəzi proqramlaşdırma dilləri həm blok, həm də sətir şərhlərini müxtəlif şərh ayırıcıları ilə istifadə edir. Məsələn, C++ dilində // ilə ayrılmış sətir şərhləri və /* və */ ilə ayrılmış blok şərhləri mövcuddur. Digər dillər yalnız bir şərh növünü dəstəkləyir. Məsələn, Ada dilinin şərhləri sətir şərhləridir, onlar -- ilə başlayır və sətrin sonuna qədər davam edir. Əlavə ədəbiyyat Movshovitz-Attias, Dana and Cohen, William W. (2013) Natural Language Models for Predicting Programming Comments. In Association for Computational Linguistics (ACL), 2013. Xarici keçidlər How to Write Comments by Denis Krukovsky Source Code Documentation as a Live User Manual by PTLogica How to Write Comments for the Javadoc Tool
https://az.wikipedia.org/w/index.php?curid=820442
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir. Əlyazma nüsxələri İstanbul Universiteti Mərkəz Kitabxanası Fy,954/HE.8194/8 Nurusomaniyyə 4904/7 Millət, AE. Fars.1044/5 Manisa Muradiyyə,2906/7 Bakı, B-6960/9
https://az.wikipedia.org/w/index.php?curid=103205
Şərhçi
Şərhçi — kütləvi informasiya vasitələrində vəzifə. Bu vəzifə daşıyıcısı konkret sahə üzrə şərhlərin müəllifi olur. Həmçinin bax Jurnalistika
https://az.wikipedia.org/w/index.php?curid=179657
Şərif
Şərif — Kişi adı. Şərif Vəlizadə — Qafqaz müsəlmanlarının VIII Müftisi. Şərif Qurbanəliyev — Rejissor. Ssenari müəllifi. Prodüser. Aktyor. Şərif Şərifov — Azərbaycanlı güləşçi. Şərif Şərifov (operator) — Azərbaycan operatoru. Ömər Şərif — Hollivud aktyoru. Həmçinin bax Şərif (dəqiqləşdirmə)
https://az.wikipedia.org/w/index.php?curid=145179
Şərif (Balakən)
Şərif — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Mədəniyyəti Şərif 1 saylı orta məktəbi rayonun seçilən məktəblərindəndir. Bu məktəb bir kənddə bir çox ziyalıları yetişdirib. AMEA-nın üzvü İqtisad elmləri doktoru, professor Əli Hüseynov da bu məktəbin məzunu olmuşdur. Bütün avarlarda olduğu kimi Şərifin əhalisində də yüksək rəqs mədəniyyəti var. Oynamaq – rəqs mədəniyyəti daha çox cavanlar arasında yayılıb. Coğrafiyası və iqlimi Qabaqçölün 6 kəndindən biridir. Şərqdən Xalatala, qərbdən Yeni Şərif, cənubdan Qabaqçöl qəsəbəsi, şimaldan isə Gürcüstan respublikasının Laqodexi rayonu ilə həmsərhəddir. Şərif Azərbaycanın nisbətən kontinental ərazisində yerləşdiyinə görə burada iqlim bir qədər sərtdir. Qışda nisbətən çox soyuq, yayda isə nisbətən çox isti. Yağıntı əsasən yaz aylarında aprel – iyun arası düşür. Əhalisi əsasən Avarlardan ibarətdir.[mənbə göstərin] Şərifin əhalisinin böyük əksəriyyəti avar dilində danışır.[mənbə göstərin] Kənddə azərbaycanlılar (Tərəkəmələr – Gürcüstandan köçmüş azərbaycanlılar) da yaşayırlar.[mənbə göstərin] Əhalinin məşğuliyyəti əsasən əkinçilik və maldarlıqdır. Şərifdə oxumuş, ali təhsilli adamlar da az deyil. Şərif kənd orta məktəbinin bir çox məzunu son beş ildə Azərbaycan və Rusiyanın Ali müxtəlif Ali məktəblərinə qəbul olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=75830
Şərif (din)
Şərif (ərəbcə: شريف, xeyirxah deməkdir) — Məhəmmədin nəslindən olan, orta əsrlərdə müsəlman dövlətlərinin aristokratiyasının təbəqələrindən birini təşkil edən adamların fəxri təxəllüsüdür. Daha məhdud mənada peyğəmbərin nəvəsi Həsənin xələflərinə şərif deyilir. Onun digər nəvəsi Hüseynin xələfləri seyid adlandırılır. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
https://az.wikipedia.org/w/index.php?curid=60209
Şərif (dəqiqləşdirmə)
Şərif (din) — İmam Həsənin xələfləri. Şərif (Balakən) — Azərbaycanın Balakən rayonunda kənd. Yeni Şərif — Azərbaycanın Balakən rayonunda kənd.
https://az.wikipedia.org/w/index.php?curid=75832
Şərif Abdullayev
Şərif İsaq oğlu Abdullayev (1 yanvar 1970 – 1994, Qarabağ) — Azərbaycanlı şəhid. Abdullayev Şərif İsaq oğlu 1 yanvar 1970-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. 1977-ci ildə Qoşabulaq kənd orta məktəbinin birinci sinfinə getmiş və həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 1994-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=636964
Şərif Ağayar
Şərif Ağayar (tam adı: Ağayarov Şərif Ziyadxan oğlu; 1 yanvar 1976, Ağbulaq, Laçın rayonu) — Azərbaycan yazıçısı. Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub.1980–1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və "Panarama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb. 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi "Xəlil Rza Ulutürk" mükafatına, 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı"na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub. 23 noyabr 2015-ci ildə maarifçi fəaliyyəti və son bir ildəki fəal yaradıcılığına görə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb.2019-cu ilin mayında Azərbaycan Yaradıcılıq Fondu tərəfindən "İlin ədəbiyyat adamı" seçilib. Həmin il "Arzulardan sonrakı şəhər" romanına görə Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" Ədəbi Mükafatının nəsr nominasiyası üzrə qalibi olub. "Xəlil Rza Ulutürk" və "Gənclər mükafatı" ilə də təltif olunub. 22 iyul 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəcamı ilə "Tərəqqi" medalına layiq görülüb. 2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunub. 2000-ci ildə mədəniyyət və ədəbiyyat sahəsində yazılar yazmaq və xüsusi buraxılışlar hazırlamaq üçün "Yeni Azərbaycan" qəzetindən dəvət alıb. 2003-cü ilin sonlarına qədər burada fəaliyyətini davam etdirib. Çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub. 2003-cü il 20 noyabrda "Kino+" qəzetinin baş redaktoru təyin olunub. 2002-ci il 21–28 oktyabr tarixində TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Malatya şəhərində keçirilən türkdilli ölkələrin və xalqların III Şairlər Buluşmasında Azərbaycanı təmsil edib.2003-cü ildə "Vektor" Elm Mərkəzinin təşəbbüsü ilə "Səhra məsnəvisi" adlı şeirlər kitabı, 2010-cu ildə isə Milli Kitab Mükafatı layihəsi çərçivəsində ilk onluğa düşən "Kərpickəsən kişinin dastanı" povesti və "EL" nəşriyyatında "Aftafalı antrakt" proza kitabı, 2011-ci ildə "Qanun" nəşriyyatının "Ən yeni ədəbiyyat" seriyasından "Haramı" romanı, 2013-cü ildə "Zero" nəşriyyatının "Cib kitabları" seriyasından "Pozuq fotoşəkillər" şeirlər kitabı və "Yazıçı" nəşriyyatında "Xanım T." hekayətlər kitabı, 2015-ci ildə "Qanun" nəşriyyatında "Gülüstan" romanı, 2016-cı ildə "Arzulardan sonrakı şəhər" romanı çap edilib.Yazıçılar birliyinin rəhbərliyi haqqında işlətdiyi ironik ifadələrə görə 2013-cü ildə birliyin üzvlüyündən xaric edilib.2008–2013-cü ilədək Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2017–2021-ci illərdə Kulis.az mədəniyyət portalının baş redaktor çalışıb. Yaradıcılığı Yazdığı xalq şeirləri və epik şeirlər ("Namaz", "92-nin mayı", "Palata", "Qardaş", "Mizrab dırnaqları boyasız", "Sivilizasiyon", "Küləklərə qarışır ahım", "Pişikgöz Anar", "Modern şeirlər" və s.) oxucuların və tənqidçilərin böyük marağına səbəb olub, haqqında onlarla yazı dərc edilib.Eyni zamanda "Daxal", "Dimanın qeydləri", "Evimiz", "Balabəy", "Corcinin evi", "Anaxanım", "Laçınsız ilk gün", "Mənə elə gəldi ki, gülməli əhvalat danışır", "Hərbi-siyasi məsələ", "Şeqlov üsulu", "Şəkil", "Qumru", "Babaş" hekayələri, "Kərpickəsən kişinin dastanı" və "Xürrəm" povestləri, "Haramı", "Gülüstan", "Arzulardan sonrakı şəhər", "Ağ göl" və "Komandir" romanları yeni nəsil yazarlar arasında ona özünəməxsus yer qazandıra bilib.Yaradıcılığı barədə Ələviyyə Babayeva, Elçin Əfəndiyev, Vaqif Yusifli, Rəşad Məcid, Adil Mirseyid, Mahir Qarayev, Əsəd Cahangir, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Tofiq Abdin, Akif Əli, Vurğun Əyyub, Elnarə Akimova, İradə Musayeva, Mətanət Vahid, Qismət Rüstəmov, Ülvi Babasoy, Mehman Qaraxanoğlu, Kənan Hacı, Cəlil Cavanşir, Ayxan Ayvaz və başqa tanınmış qələm adamları maraqlı məqalələr yazıblar.Yazıları və əsərləri kulis.az, qafqazinfo.az, qaynar.info, oxuzali.az və digər saytlarda yayımlanıb. Elektron kitabxanalarda hekayələri yerləşdirilib.2020-ci ildə "Arzulalardan sonrakı şəhər" romanı Fransanın nüfuzlu "Kapaz" nəşriyyatı tərəfindən fransız dilində çap olunub. "Səhra məsnəvisi" (şeirlər), Bakı, "Vektor", 2003 #"Kərpickəsən kişinin dastanı" (povest), Qanun nəşriyyatı, 2010 # "Aftafalı antrakt" (proza), Bakı, "EL" nəşriyyatı, 2010 # "Haramı" (roman), Bakı, Qanun nəşriyyatı, 2011 # "Pozuq fotoşəkillər" (şeirlər), Bakı, "Zero", 2013. 88 səh. "Xanım T." (hekayə), Bakı, "Yazıçı", 2013. 174 səh. "Gülüstan" (roman), Bakı, Qanun nəşriyyatı, 2015. "Arzulardan sonrakı şəhər" (roman), Bakı, Qanun nəşriyyatı, 2017 # "Ağ göl" (roman), Bakı, Qanun nəşriyyatı, 2018 # "Arıların səssizliyi" (20 ilin 20 hekayəsi), Bakı, Qanun nəşriyyatı, 2020 #"Arzulalardan sonrakı şəhər" romanı fransız dilində, Strasburq, "Kapaz" nəşriyyatı, 2020 Şərif Ağayar: "Şeqlov üsulu" — azadliq.org saytı Şərif Ağayar. "Şəkil". Kulis.az * Şərif Ağayar. "İtmiş dünyanın balladası". Sim-sim.az * Şərif Ağayar. "Qumru". Kulis.az * Şərif Ağayar. "Hərbi-siyasi məsələ". Kulis.az * Şərif Ağayar. "Anaxanım". azadliq.org * Şərif Ağayar. "Sonsuz". Kulis.az Şərif Ağayar "KƏRPİCKƏSƏN KİŞİNİN DASTANI" (Povest) — azadliq.org Şərif Ağayar. Xürrəm. azadliq.org Şərif Ağayar. "Gözəllik haqqında düşüncələr". Kulis.az * Şərif Ağayar. "Yeni əsrin peyğəmbəri". Kulis.az * Şərif Ağayar. Tanrı da kitabı seçdi". Kulis.az Şərif AĞAYAR."Lirik xalqımız" (Məqalə). — edebiyyat-az.com saytı Xarici keçidlər edebiyyat-az.com saytında Şərif Ağayar haqqında haqqinda.az saytında Şərif Ağayar haqqında
https://az.wikipedia.org/w/index.php?curid=49553
Şərif Hüseyn
Hüseyn ibn Əli əl-Haşimi (ərəb. حسين بن علي الهاشمي; d.1854, İstanbul, Osmanlı İmperiyası - ö.6.3.1931, Amman, İordaniya) - 1908-1916-cı illərdə sonuncu Məkkə şərifi, 1916-1924-cü illərdə Haşimilər sülaləsindən birinci Hicaz kralı Hüseyn ibn Əli əl-Haşimi 1852-ci ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olub. 1908-ci ildə əmisioğlu Əli ibn Abdullah əl-Haşimidən sonra Məkkə şərifi təyin edildi. Osmanlı İmperiyasına qarşı ərəb millətçiləri və ingilislərlə əməkdaşlıq qurdu. 1914-cü ildə onun oğlu Feysəl ibn Hüseyn ərəblərlə və Dəməşq islahatçıları ilə əlaqəyə girdi. Digər oğlu Abdullah isə Misirdə olan İngiltərə nümayəndələri ilə əlaqə qurdu. Əvvəllər dayandırılan Avropa ilə əlaqlələr Birinci dünya müharibəsi zamanı təkrar canlandı. İngilislər Məkkə şərifinə vəziyyətdən istifadə edib Türklərə qarşı üsyan qaldırmağı məsləhət gördü. O, 1916-cı ilin iyununda ərəbləri türklərə qarşı üsyana çağırmağa başladı. Hüseynin oğlanları Əli, Abdullah, Feysəl və Zeydin komandanlığında ayağa qalxmış üsyançı dəstələr tezliklə Ciddəni tutdular və Yanbu və Üm-Lədc limanına tərəf istiqamətləndilər. Məkkədə yerləşən türk qarnizonu ərəblərə təslim oldu. 2 noyabr 1916-cı ildə Ərəb əmirlərinin toplantısında Hüseyn ərəb xalqının kralı elan olundu. Yaradılmış hökumətdə əsas vəzifələri kralın oğulları tuturdu. Belə ki, Əli ibn Hüseyn baş nazir, Abdullah ibn Hüseyn xarici işlər naziri, Feysəl ibn Hüseyn isə daxil işlər naziri idi. Böyük Britaniya və Fransa Hüseyni yalnız Hicaz kralı kimi tanıdı. 1917-ci ildə Feysəl ibn Hüseyn Qırmızı dənizindən şimala üzərək Akaba limanını tutdu. 1918-ci ildə isə Osmanlılar Fələstində ağır məğlubiyyətə uğradıldı. 1918-ci ildə Feysəl Məanı işğal etdi və ingilislərlə birgə Suriya torpaqlarına daxil oldu. 30 sentyabrda Dəməşq işğal edildi. Feysəl ibn Hüseyn Şərqi Suriya istisna olmaqla ələ keçirdiyi bütün torpaqları öz hakimiyyəti altına aldı. Digər torpaqlar isə müttəfiq orduların əlinə keçdi. Hüseynə vəd edilmiş, Fələstin və İraq İngilislər, Suriya və Livan isə fransızlar tərəfindən işğal edildi. Hicaz kralı Hüseyn ibn Əli bütün Ərəbistan yarımadasını öz hakimiyyəti altında birləşdirmək qərarını aldı. Onun əsas rəqibi Nəcd əmiri II Əbdüləziz ibn Səud idi. 1917-ci ildə Hicaz kralı ilə Nəcd əmiri arasında müharibə başladı.1919-cu ildə Abdullah ibn Hüseyn Turabunu tutdu, ancaq bir neçə gün sonra Nəcd ordusunun hücumu ilə geri çəkilmək məcburiyyətində qaldı. 1921-ci ildə ingilislər Hüseynin oğullarından Feysəli İraq kralı, Abdullahı isə Transiordaniya kralı elan etdilər. Hüseyn bununla razılaşmadı. Suriyada Fransız hakimiyyətinə və Fələstindəki İngilis hakimiyyətinə etiraz edirdi. O, ingilislərin dəstəyinə ehtiyac duymasına baxmayaraq Versal müqaviləsini təsdiqləmədi. 1923-cü ildə Hüseyn ibn Əli özünü bütün müsəlmanların xəlifəsi elan etdi. 1924-cü ildə Nəcd əmiri Əbdüləziz ibn Səud Hicaza qarşı yeni hərbi əməliyyatlara başladı. Vəhhabilərin silahlı dəstələri Hicaza daxil oldu. İngilislər bu dəfə Hüseynin məğlub olması üçün bitərəf mövqedə durdular. 6 oktyabr 1924-cü ildə Hicaz əmirləri Ciddədə toplaşdı və Hüseyn oğlu Əlinin xeyrinə taxtdan əl çəkdi. Bir müddət sonra İxvan təşkilatı tərəfindən Taif yaxınlığında ələ keçirildi və İngilislər tərəfindən Kipr adasına sürgün edildi. Daha sonra Kiprdan ayrılaraq Transiordaniya kralı olan oğlu Abdullah ibn Hüseynin yanına getdi və 1931-ci ildə orda öldü. Əli ibn Hüseyn, 1924-1925-ci illərdə Hicaz kralı Abdullah ibn Hüseyn, 1946-1951-ci illərdə Transiordaniya kralı Feysəl ibn Hüseyn, 1920-ci ildə Suriya kralı, 1921-1933-cü illərdə İraq kralı Zeyd ibn Hüseyn, 1958-1970-ci illərdə İraq Kral evinin başçısı Həmçinin bax Hicaz krallığı Məkkə Şərifliyi
https://az.wikipedia.org/w/index.php?curid=514495
Şərif Kamal
Bioqrafiyası Şərif Kamal 16 mart 1884-cü ildə Tatarskaya Pişlya kəndində (indiki Mordoviyanın Ruzayevski rayonu.) molla ailəsində anadan olub. İlk təhsilini mədrəsədə almışdır. Sonra dəmir yolunun tikintisində çalışmış, Uralda mədənçi, Xəzər dənizində balıqçı olmuşdur. 1905-ci ildə Sankt-Peterburqa köçür və burada tatar məktəbində müəllim olur. Kamalın ilk şeirləri 1905-ci ildə Nur qəzetində dərc edilmişdir. Bir il sonra "Səda" (Səs) şeirlər toplusu ayrıca bir nəşr olaraq çıxır. 1909–1912-ci illərdə işçilərin ağır həyatını təsvir edən "Qarğa yuvası" hekayəsini və "Səadət axtaran", "Xarici ölkədə", "Avara" hekayələrini yazır. "Qağayılar" hekayəsi balıqçıların istismarına həsr edilmişdir. Həmin dövrdə Kamal tacirlərə və burjua millətçilərinə qarşı yönəlmiş bir sıra satirik əsərlər də yazır. "Solmuş çiçək" və "Sıxıntı" əsərləri qadınların bərabər hüquqları məsələsinə həsr edilmişdir. Oktyabr inqilabından sonra Kamal inqilabdan bəhs edən "Tak atkanda" (Şəfəqdə) romanını, 1920-ci illərin kəndi haqqında "Mathur tuqanda" (Gözəllik doğanda) romanını yazır. Ayrıca "Ut" (Atəş), "Kozqinnar oyasında" ("Qarğa yuvası"), "Taular" (Dağlar), "Toman artı" (dumanın arxasında) dram əsərlərini yazır. Kamal Mixail Şoloxovun "Oyandırılmış topraq" əsərini tatar dilinə çevirən ilk şəxs olur. Bunma görə Lenin ordeni ilə təltif edilmişdir (1940). "Səda" ("Səs") şeirlər toplusu (1906); "Akçarlaklar" ("Qağayılar") povesti (1914); "Ut" ("Atəş") pyesi (1928); "Kozqinnar oyasinda" ("Qarğa yuvasında") pyesi (1929); "Mathur tuqanda" ("Gözəllik doğanda") romanı (1937); "Qabbas Qalin" pyesi (1942). Qazandakı Tatar qəbiristanlığında dəfn edilmişdir. Kamalın Qazanda ev muzeyi vardır. Qazanın Vahidov rayonunda küçə, Tat kəndindəki bir küçə və bir məktəb Kamalın adını daşıyır.
https://az.wikipedia.org/w/index.php?curid=697698
Şərif Mahalov
Şərif Mahalov (1939, İlisu, Qax rayonu – 18 dekabr 2020)— həkim, professor. O, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş nevroloqu Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti olmuşdur. Şərif İslam oğlu Mahalov 15 sentyabr 1939-cu ildə anadan olub. 1964-cü idə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Mahalov 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda "Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1989-1991-ci illərdə kafedranın professoru vəzifəsində çalışıb. Professor Ş. Mahalovun elmi maraq dairəsi çoxşaxəlidir və onun fəaliyyətinin elmi istiqamətinin əsasını neyrogenetika, baş beynin damar xəstəlikləri və epilepsiya təşkil edir. O, Azərbaycanda sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin klinikasını, epidemiologiyasını, genetikasını, biokimyasını və neyrofiziologiyasını hərtərəfli öyrənmişdir.Professor Şərif Mahalov 10 mindən çox insan haqqında məlumat toplamışdır. O, həmçinin unikal xəstələr üzərində müşahidələr aparılmasına nail olub. Belə ki, o, bir ailənin 6 nəslində spino-serebellyar ataksiyası olan 37 xəstənin, başqa bir ailənin 6 nəslində isə Hantinqton xoreyası olan 43 xəstənin şəxsən müayinəsini aparmış və təsvirini vermişdir. Həcminə və dərinliyinə görə professor Ş.Mahalovun elmi-tədqiqat işinin materiallarının keçmiş SSRİ-də analoqu olmamışdır. Mütəxəssislər etiraf edirlər ki, çox nadir hallarda dünyada bir tədqiqatçının əlində bu qədər tutarlı material olur. Professor Ş.Mahalovun Hantinqton xoreyasının, irsi ataksiyaların və Tomsen miotoniyasının patogenezinin öyrənilməsi üzrə işləri böyük maraq doğurur. O, Hantinqton xoreyası zamanı hiperkinetik pozğunluqların artması ilə dofaminin ekskresiya səviyyəsi arasında mənfi korrelyasiyanı izah etmiş və bu haqda ilk dəfə hipotez irəli sürmüşdür. Professor Ş.Mahalov dünya praktikasında ilk dəfə olaraq Hantinqton xoreyası və spino-cerebellyar ataksiyası olan xəstələrin qohumlarını müayinədən keçirərək sübut etmişdir ki, elektromioqrafiya və elektroneyromioqrafiyada alınan dəyişikliklər xəstəliyin kliniki təzahürlərinin üzə çıxmasını qabaqlayır. O, həmin xəstəliyin erkən diaqnostikasının kriteriyasını işləyib hazırlamışdır. Professor Ş.Mahalov Azərbaycanda tibbi - genetic xidmətin strukturunu müəyyənləşdirmiş və irsi sinir xəstəliklərinin azalmasına yönəlmiş konkret tövsiyələr vermişdir. Bunlara əsaslanaraq hazırlanmış model SSRİ-də analoji tədbirlər üçün tövsiyə olmuşdur. Professor Ş.Mahalov Azərbaycanda angionevrologiyanın da inkişafına xüsusi diqqət yetirmişdir. O, Bakıda neyro-damar 30 çarpayı şöbəsinin təşkilini tövsiyə edib və bu şöbənin funksional strukturunu verib.[mənbə göstərin]Ş.Mahalovun rəhbərliyi altında 1 doktorluq , 8 namizədlik dissertasiya işi yerinə yetirilmişdir; o, tibb elmləri ixtisası üzrə 1 fəlsəfə doktoru dissertasiyasının elmi məsələhətçisi olmuşdur. Hazırda onun rəhbərliyi altında nevrologiyanın actual problemlərinə həsr edilmiş 7 tibb elmləri ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasına rəhbərlik edib və 1 tibb elmləri ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasının elmi məsləhətçisi olmuşdur. Alim 130 çap olunmuş elmi əsərin müəllifidir.[mənbə göstərin]Professor Ş.Mahalov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nevroloqu olmuşdur. O, həmçinin Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti, ATU-nin № 03015 dissertasiya şurasının da sədri idi. Ş.Mahalov 250-dən çox elmi metodik işin, 2 monoqrafiyanın müəllifi olmuş, 2000-ci ildə “Əməkdar həkim”, 2009-cu ildə isə “Əməkdar Elm Xadimi” adlarına layiq görülmüşdür.Şərif Mahalov 18 dekabr 2020-ci ildə vəfat edib.
https://az.wikipedia.org/w/index.php?curid=123907
Şərif Manafov
Birinci Türkoloji Qurultayda iştirak etmişdir“Məktəb məcmuəsi” jurnalının məsul müdiri (redaktoru - N.N. ) Sürix şəhərində mühacirət həyatı yaşayarkən V.İ.Leninlə tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi altında işləyən, Başqırdıstanın Türkiyədə nümayəndəsi olmuş, daha sonralar Bakıya Xalq Maarif Komissarlığında işləməyə dəvət olunmuş Şərif Manatov idi. Şərif Manatov milliyyətcə başqırd idi. Soyadındakı “manat” sözü doğulduğu başqırd kəndinin adı ilə ilgilidir (bu soyad bəzən redaktə olunaraq, oxuculara səhvən Manafov kimi təqdim olunub). Şərif Manatov bir müddət Azərbaycan Ali Pedaqoji İnstitutunda rektor işləyib.
https://az.wikipedia.org/w/index.php?curid=516780
Şərif Mehmed Paşa
Şərif Mehmed Paşa — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əslən fars olub, Osmanlı tabeliyinə necə girdiyi məlum deyil. Saray dəftərxanasına alınaraq burada xidmət etmiş, 1591-ci ildə baş dəftərdar olmuşdur. 1593-cü ildə vəzifədən alınsa da, 1595-ci ilin iyulunda ikinci dəfə bu vəzifəyə gətirildi. Ancaq həmin il yenidən vəzifədən alındı və Misir bəylərbəyi oldu. 1598-ci ilin iyulunda vəzifədən alındı. 1600-cü ildə vəzir rütbəsilə divana daxil oldu. 1601-ci ildə İrəvan bəylərbəyi olsa da, ertəsi il qala Səfəvilər tərəfindən mühasirəyə alındı. Bir il boyunca mühasirədə qalsa da, qalanı təslim etməyərək məşhurlaşdı. 1604-cü ildə baş verən çatışmaların birində əsir düşdü. Bəzi mənbələrdə şəhid düşdüyü göstərilsə də, bəzi mənbələrdə də İran əhalisi tərəfindən seyidliyi səbəbilə hörmət qazandığı və burada öz əcəliylə vəfat etdiyi qeyd edilir. Ölüm tarixi məlum deyil. Sicill-i Osmani IV, səh. 24
https://az.wikipedia.org/w/index.php?curid=693683
Şərif Məcbur
Şərif Qurbanəliyev — azərbaycanlı rejissor, ssenarist, prodüser, aktyor. Rejissor Şərif Qurbanəliyev Aztv, Space kimi telekanallarda bir neçə filmin və telelayihənin müəllifidir. Bunlardan "Afaq, gülür-güldürür" telelayihəsinin misal çəkmək olar. Əsas rolları Akademik Milli Dram Teatrında Laləli düzən (2015) (Rəhman Əlizadə) Filmoqrafiya Ac həriflər (film, 1993) — ssenari müəllifi, ikinci rejissor Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Mükafat (film, 2004) Akademik Heydər Hüseynov (film, 2005) Kişiləri qoruyun (film, 2006) Şəki teatrında (film, 2006) Bəylik dərsi (film, 2007) Qaragülün nağılı (film, 2007) Tanrıverdinin nağılı (film, 2008) Bir ovuc torpaq (film, 2009) Bədəlbəylilər (film)
https://az.wikipedia.org/w/index.php?curid=37218
Şərif Məhəmməd paşa
Şərif Məhəmməd paşa - Axıska paşası idi. Şərif Məmməd Paşa, Yanvar 1797-ci ildə bu vəzifəsindən kənarlaşdırıldısa da qısa bir müddət sonra Maraş və Rakka valiliyinə təyin edildi. 1797 ili sonlarında Hələb və sonra Adana valisi oldu. 1802-ci ildə vəzifədən çıxarıldı. 1807-ci ildə Qars və Diyarbəkir və ikinci dəfə Adana valiliyinə gətirildi. 1808-ci ildə Afyon valisi oldu. Ləyaqətli və qabiliyyətli bir adam olan Şərif Məmməd Paşa, 1809-cu ildə əvvəl Ərzurum əyalətinə təyin edildi və burada bir ay valilik etdi. Şərif Məmməd Paşa, bir müddət sonra 1812-ci ildə Qars valiliyinə, 1816-cı ildə də Hələb valiliyinə təyin edildi. Paşa, Moreyada başlayan Yunan üsyanının Kritə də keçməsindən sonra, 1821-ci ildə Krit ordusu komandanlığına təyin edildi. Bu vəzifəsindəykən 1823 ilinin yazında orda vəfat etdi.
https://az.wikipedia.org/w/index.php?curid=318484
Şərif Məmmədov
Şərif Məmmədov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şərif Tahir oğlu Məmmədov 5 yanvar 1970-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1978–1988-ci illərdə Hoçaz kənd orta məktəbində təhsil alıb. 1988–1990-cı illərdə Çita şəhərində həqiqi hərbi xidmət çəkib. Hərbi xidmətini başa vurduqdan sonra Laçına qayıdıb və 3 aylıq milis kurslarına göndərilib. Sonra Laçın rayon DİŞ-nin polis bataliyonundamilis serjantı kimi fəaliyyətə başlayıb. Şərif Laçın rayonunun Suarası, Cicimli, Güləbird, Vağazin, Mirik, Qoşasu, Hoçaz kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1994-cü il martın 24-də Füzuli rayonu ərazisində gedən ağır döyüşlərdə həlak olub. Subay idi. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
https://az.wikipedia.org/w/index.php?curid=312355
Şərif Qurbanəliyev
Şərif Qurbanəliyev — azərbaycanlı rejissor, ssenarist, prodüser, aktyor. Rejissor Şərif Qurbanəliyev Aztv, Space kimi telekanallarda bir neçə filmin və telelayihənin müəllifidir. Bunlardan "Afaq, gülür-güldürür" telelayihəsinin misal çəkmək olar. Əsas rolları Akademik Milli Dram Teatrında Laləli düzən (2015) (Rəhman Əlizadə) Filmoqrafiya Ac həriflər (film, 1993) — ssenari müəllifi, ikinci rejissor Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Mükafat (film, 2004) Akademik Heydər Hüseynov (film, 2005) Kişiləri qoruyun (film, 2006) Şəki teatrında (film, 2006) Bəylik dərsi (film, 2007) Qaragülün nağılı (film, 2007) Tanrıverdinin nağılı (film, 2008) Bir ovuc torpaq (film, 2009) Bədəlbəylilər (film)
https://az.wikipedia.org/w/index.php?curid=35044
Şərif Razi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”. Şeyx ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır. Bundan sonra Şeyx Müfid həmin iki uşağın tərbiyəsini öhdəsinə götürür. Seyid Rəzi 359 h.q. ilində Bağdadda dünyaya gəlib və 404 və ya 406 h.q. ilinin məhərrəm ayının altısı, bazar günü səhər tezdən dünyadan köçüb. Onun məzarı Bağdadın Kərx mələlləsində yerləşir və hamı tərəfindən ziyarət edilir. Seyid Rəzinin «Nəhcül-Bəlağə»dən başqa əldə on üç kitabı var ki, «Təlxisul-bəyan ən məcazatil-Quran» da onlardan biridir. Həmçinin bax Nəhcül-bəlağə Seyid Mürtəza Ələmül-hüda
https://az.wikipedia.org/w/index.php?curid=535598
Şərif Rəzi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”. Şeyx ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır. Bundan sonra Şeyx Müfid həmin iki uşağın tərbiyəsini öhdəsinə götürür. Seyid Rəzi 359 h.q. ilində Bağdadda dünyaya gəlib və 404 və ya 406 h.q. ilinin məhərrəm ayının altısı, bazar günü səhər tezdən dünyadan köçüb. Onun məzarı Bağdadın Kərx mələlləsində yerləşir və hamı tərəfindən ziyarət edilir. Seyid Rəzinin «Nəhcül-Bəlağə»dən başqa əldə on üç kitabı var ki, «Təlxisul-bəyan ən məcazatil-Quran» da onlardan biridir. Həmçinin bax Nəhcül-bəlağə Seyid Mürtəza Ələmül-hüda
https://az.wikipedia.org/w/index.php?curid=675138
Şərif Sönçələyev
Şərif Sönçələyev (1885—1959) — pedaqoq, xalq təhsilinin təşkilatçılarından biri. Başqırdıstan Dövlət Universitetinin ilk direktoru. Bioqrafiyası Şərif Sönçələyev 3 noyabr 1885-ci ildə Rusiya imperiyası, Saratov quberniyası, Starı Mostyak kəndində anadan olmuşdur. Rusiyada 1905-1907-ci illər inqilabında fəal iştirak etmişdir. 1907-ci ildə Kazan müəllimlər məktəbini bitirmişdir. 1907—1915-ci illər rus-başqırd dilindən Perm quberniyası, Osinski qəzası, Saraşı kəndində dərs demişdir. 1915-1917-ci illərdə Ufa quberniyası, Bələbəy qəzası Novo-Karqala rayonunda məktəbdənkənar təhsil sahəsində müəllim işləmişdir. 1916-cı ildə A. L. Şanyavski adına Moskva Şəhər Xalq Universitetində məktəbdənkənar təhsil üzrə üç aylıq kurs keçmişdir. 1917-ci ildə Ufaya köçmüşdür. Ufa Şəhər Şurasının işləri üzrə nümayəndəsi, Ufa quberniyası üzrə Ümum Rusiya Qurucu Məclisinin üzvü seçilmişdir. Xalq təhsil müəssisələrində işləmişdir - Milli azlıqlar bürosunun sədri (Natsmen), Birləşmiş İş Məktəb vahidinin rəhbəri, Başnarkompros Kollegiyasının üzvü. 1922-ci ildən Başqırdıstan MSSR Xalq Təhsil Komissarlığı müavini vəzifəsində çalışmışdır. Akademik Mərkəzdə Tədris və Metodoloji Komissiyasına rəhbərlik etmiş, 1925-ci ildən isə Akademik Mərkəzin sədri təyin edilmişdir. 1927-ci ilin sentyabrında Ufa Xalq Təhsili İnstitutunun rəhbəri olmuşdur. Sonradan bu instut 1929-cu ildə K. A. Timiryazev adına Başqırd Dövlət Pedaqoji İnstitutuna çevrilmişdir. "Baqırt Aymağı" regional jurnalını redaktə etdirmişdir. 13 iyun 1929-cu ildə K. A. Timiryazev adına Başqırd Dövlət Pedaqoji İnstitutu birinci direktoru təyin edilmişdir. 1930-cu ildən Moskvada yaşamış, A. N. Koşqin adına Moskva Dövlət Tekstil Universitetində dərs demşdir. 9 noyabr 1959-cu ildə Moskvada vəfat etmişdir. Moskvada Danilovski müsəlman qəbiristanlığında dəfn edilmışdir. Onun adına Ufada küçə vardır. Elmi fəaliyyəti Şərif Sönçələyevin müəllifi olduğu bir çox məqalələr Parisdə buraxılan«Müsəlman» jurnalında rus dilində dərc edlmişdir. 1947-ci ildə onun Moskvada «Başqırdların etnik xüsusiyyətləri» adı braşuru çıxmışdır. Tatar yazıçısı Lyəbibi İxsanovanın (1923-2010) hekayələrini tərcümə etmişdir. Həyatının son illərini qardaşı Saqit Sönçələyevin nəşr üçün seçilmiş əsərlərinin toplusunu hazırlamağa sərf etmişdir. Qardaşı — Saqit Sönçələyev (1889-1937) — tanınmış tatar şairi . Məqalə Başkordostan: qısa ebsiklopediya
https://az.wikipedia.org/w/index.php?curid=541875
Şərif Texnologiya Universiteti
Şərif Texnologiya Universiteti (fars. دانشگاه صنعتی شریف) — İranın ən nüfuzlu texnoloji ali təhsil müəssisələrindən biri. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=194500
Şərif Vəlizadə
Vəlizadə Şərif Əfəndi Hacı-Veysal oğlu — Qafqaz müsəlmanlarının VIII Müftisi. 1881-ci ildə Göyçay qəzasının Martı kəndində anadan olub.Qafqaz (Zaqafqaziya) müsəlmanlarının V qurultayında (1960-ci il) Göyçay məscidinin imamı Şərif Əfəndi Vəlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti seçilir. Yaxşı dini məlumata və nitq qabiliyyətinə malik olan Şərif Əfəndi daim müasirləşmənin tərəfdarı olub. O, deyib: "Köhnəlmiş dini tələbləri təzələməsək dinimiz əldən gedər, dindarlar bizdən üz döndərər". Ateizm təbliğatına müqavimət göstərməyin tərəfdarı olub. O, ateizmi "məscidin günbəzinə dəyib kənara düşən" qoza bənzədib.Şərif Əfəndi 1966-ci ildə vəfat edib. Onun vəfatından sonra Ruhani İdarəsində müfti vəzifəsi iki il boş qalıb.O bir müddət əlyazmalar institutunda kiçik elmi işci işləyib, N.Gəncəvinin xəmsələrinin tərcüməsi ilə məşğul olub.
https://az.wikipedia.org/w/index.php?curid=377388
Şərif Yaçağaz
Şərif Yaçağaz (türk. Şerif Yaçağaz; 1876, Bazarcıq[d] – 5 oktyabr 1938, İstanbul) — Türk əsgəri. Hərbi fəaliyyəti 1899-cu ildə hərbi məktəbi bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə mükafatlandırıldı. 17 iyul 1923-cü ildə təqaüdə çıxdı. 5 oktyabr 1938-ci ildə İstanbulda vəfat etdi. Mükafatları "Osmaniyyə" ordeni Məcidiyyə ordeni "İmtiyaz" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) Həmçinin bax Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 96.
https://az.wikipedia.org/w/index.php?curid=569843
Şərif bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115426
Şərif kəndi (Şot)
Şərif kəndi (fars. شريف كندي) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (53 ailə)
https://az.wikipedia.org/w/index.php?curid=475659
Şərif İsaq oğlu Abdullayev
Şərif İsaq oğlu Abdullayev (1 yanvar 1970 – 1994, Qarabağ) — Azərbaycanlı şəhid. Abdullayev Şərif İsaq oğlu 1 yanvar 1970-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. 1977-ci ildə Qoşabulaq kənd orta məktəbinin birinci sinfinə getmiş və həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 1994-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=703981
Şərif Şikəstə
Şərif Şikəstə Əfəndizadə — şair "Şahnamə"ni ilk dəfə dilimizə qazaxlı Şərif Şikəstə (şair Eldar Nəsiblinin babası) tərcümə etmişdir.Şərif Şikəstə klassik şair olub. Firdovsidən tərcümələr edib. " Şahnamə "ni tərcümə edib. Şərif Şikəstəni 1937-ci ildə güllələyiblər. Ona görə də qorxularından onun şeirlərini heç bir mətbu orqanda çap etməyiblər. Babam Səməd Vurğunla çox yaxın olub. S. Vurğun gənc olub. Bütün şeirlərini, dərdini, sözünü, giley-güzarını hamısını Şərif Şikəstə ilə bölüşüb. Ona müəyyən şeirlər də ünvanlayıb. " Başına döndüyüm əziz Şikəstə, Dinlə məni hali yaman olmuşam… " O zaman Vurğunun Dürrəni sevən vaxtları olub. 1924-cü ildə babam da ona şeir ünvanlayıb; " Yığvalından küsmə ay Vurğun Səməd, Dürrələr qarşında qul olacaqdır, Sinən bir millətə yol olacaqdır. " Babam uzaq görən kişi olub. Doğrudan da Vurğunun poeziyası bir millətə yol oldu. Yaradıcılıq genetik koddur. Bizim ədəbiyyata bağlılığımız kökdən gəlir.Şərif Şikəstə Səməd Vurğunun ustadı olub. Onun oğlu Cavad, Azərbaycanın böyük şairi Hüseyn Cavidlə sürgündə bir yerdə olub.
https://az.wikipedia.org/w/index.php?curid=546962
Şərif Şərifov
Şərif İsmayıl oğlu Şərifov (1938—2007) — operator. Şərif Hacı oğlu Şərifov (1945) — rəssam. Şərif Naidhacav oğlu Şərifov (1988) — güləşçi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=703950
Şərif Şərifov (güləşçi)
Şərif Naidhacav oğlu Şərifov (11 noyabr 1988; Çaroda rayonu, Dağıstan MSSR, Rusiya SFSR) — 2008-2021-ci illərdə Azərbaycanı təmsil edən sərbəst güləşçi. Şərif Şərifov 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medal, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə qızıl medala sahib olub.2011-ci ildə İstanbul şəhərində baş tutan Dünya Çempionatının qalibi olan Şərif Şərifov, 2019-cu ildə Avropa Çempionatının qızıl medalını da qazanıb.Şərif Şərifov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə "Tərəqqi" medalı ilə təltif edilib. Şərif Şərifov 1988-ci il noyabrın 11-də Dağıstanın Çaroda rayonunun Qunux qəsəbəsində anadan olub. Milliyyətcə avardır. Güləşlə Qızılyar şəhərində məşğul olmağa başladı. 2000-ci ildən isə Mahaçqala şəhərində məşhur güləş mütəxəssisi Ənvər Məhəmmədhacıyevin rəhbərliyi altında məşq edirdi. Rusiya yığmasının heyətində ciddi rəqabət olduğuna görə məşqçilərin məsləhətilə 2008-ci ildə Azərbaycan yığmasına transfer oldu.Şərif Şərifov 2012-ci ildə Əminə Şərifova ilə evlədi. 2016-cı ildə cütlüyün oğlu dünyaya gəldi. 2006—2007-ci illər: Beynəlxalq turnirlə debüt 18 yaşlı Şərif Şərifov 2006-cı ildə sərbəst güləş üzrə Dağıstan Çempionatının qalibi oldu. Şərif Şərifovun birinci beynəlxalq turniri 2007-ci ilin iyununda Serbiyanın Zrenyanin şəhərində baş tutan gənclər arasında Avropa Çempionatı oldu. Nəticədə Şərif Şərifov həmin turniri 12-ci pillədə başa vurdu. 2008-ci il: Azərbaycan çempionluğu və yığmaya gəlişi Şərif Şərifov Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən 2008-ci ilin yanvarında baş tutan Azərbaycan Çempionatına dəvət edildi. Həmin turnirin final görüşündə Şərif Şərifov sərbəst güləş üzrə Azərbaycan yığmasının "bir nömrəsi" Novruz Təmrəzov üzərində qələbə qazandı və Azərbaycan Çempionatının qalibi oldu. Bu qələbədən sonra sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Məhəmmədxan Araçilov gənc Şərif Şərifovu Azərbaycan yığmasının heyətinə dəvət eləsə də, o, bu dəvətdən imtina elədi. Sonradan isə Məhəmmədxan Araçilov müsahibəsində onu yığmaya dəvət eləmədiyini bildirdi.Daha sonra Şərif Şərifov həmin ilin aprelində baş tutan Azerbaijan Wrestling Federation Cup beynəlxalq turnirində mübarizə apardı. Həmin turnirdə də Şərif Şərifov qızıl medalın sahibi oldu. Bu qələbədən sonra isə onun Azərbaycan yığmasına gəlişi rəsmləşdi. Şərif Şərifovun Azərbaycan yığmasının heyətində birinci turniri iyunda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu. Turnirin nəticələrinə əsasən o, bürünc medalın sahibi oldu.Şərif Şərifov 2008-ci ilin sonlarında baş tutan Azərbaycan Çempionatının da qalibi oldu. 2009-cu il: Dünya Çempionatında bürünc 2009-cu ilin birinci nüfuzlu turniri 31 mart-5 apreldə Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatı oldu. Komandanın məşqçiləri turnirdən əvvəl Avropa Çempionatında mübarizə aparacaq heyəti formalaşdıran zaman, Şərif Şərifov və Novruz Təmrəzov arasında seçim eləməli oldular. Nəticədə məşqçilər Novruz Təmrəzovun turnirdə çıxış eləməsini məqbul hesab elədi. Avropa Çempionatının nəticələrinə əsasən isə Novruz Təmrəzov turnirin bürünc medalına sahib oldu. Həmin ilin mayında Dağıstanın Mahaçqala şəhərində baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə aparan Şərif Şərifov, turnirdə bütün rəqiblərinə qalib gəldi və qızıl medalın sahibi oldu.Daha sonra Şərif Şərifov 16-20 iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı. Turnirin bürünc medal uğrunda görüşündə Çin Si Requlenq üzərində qələbə qazanan Şərif Şərifov, turnirin bürünc medalına sahib oldu.Avqustda isə Şərif Şərifov Polşada baş tutan Poland Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Avqustun ortalarında isə sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçiləri son bir ay ərzində beynəlxalq turnirlərdə medallara sahib olan 20 yaşlı Şərif Şərifovu sentyabrda baş tutacaq Dünya Çempionatında mübarizə aparacaq heyətə daxil elədilər.Dünya Çempionatı 20-28 sentyabrda Herninq şəhərində baş tutdu. Dünya Çempionatlarında debüt edən Şərif Şərifov sentyabrın 22-də mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Şərif Şərifov 1/16 final mərhələsində Belarus nümayəndəsi Alexey İsayev ilə üz-üzə gəldi. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:0 (2:1, 4:0) hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi ABŞ nümayəndəsi Co Herbert oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 4:2 hesabı ilə Herbert, növbəti hissəsində isə 4:0 hesabı ilə Şərifov qalib gəldi. Həlledici hissədə isə üstün tərəf Co Herbert oldu. Bununla da Şərif Şərifov final uğrunda mübarizəsini dayandırdı. Rəqibi final görüşünə vəsiqə qazandığına görə Şərif Şərifov təsəlliverici qrupda mübarizə apardı. Həmin qrupun birinci görüşündə onun rəqibi Almaniya nümayəndəsi David Biçinaşvili idi. Amma David Biçinaşvili turnirin birinci mərhələsində zədələnmişdi və buna görə də bu görüşdə mübarizə apara bilmədi. Şərif Şərifovun növbəti rəqibi Türkiyə nümayəndəsi Göyhan Yavaşer oldu. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:0 (2:0, 4:0) hesabı ilə qalib gəldi və turnirin bürünc medal uğrunda görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Rusiya nümayəndəsi Abdulsalam Qadisov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 1:0 hesabı ilə qalib gələn Şərif Şərifov, növbəti hissədə də rəqibi üzərində qələbə qazandı (2:0) və Dünya Çempionatının bürünc medalına sahib oldu. Bu 20 yaşlı Şərif Şərifovun mübarizə apardığı birinci nüfuzlu turnirində birinci medalı idi. 2009-cu ilin sonlarında isə Şərif Şərifov güləş üzrə Azərbaycan Kubounun sahibi oldu. 2010-cu il: Avropa Çempionatında final Şərif Şərifovun 2010-cu ildə birinci turniri 12-14 fevralda İstanbul şəhərində baş tutan Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir idi. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Şərif Şərifov, həlledici görüşdə Rusiya nümayəndəsi Albert Satirov üzərində qələbə qazandı və turnirin qalibi oldu.Komanda daxili rəqabətdə Novruz Təmrəzovdan üstün olan gənc Şərif Şərifov, tədricən sərbəst güləş üzrə Azərbaycan yığmasının "bir nömrəsi" olurdu. 2010-cu ilin birinci nüfuzlu turniri 12-18 apreldə Azərbaycanda baş tutan Avropa Çempionatı oldu. Komandanın məşqçiləri ötən il Avropa Çempionatında mübarizə aparmayan Şərif Şərifova bu səfər şans verdilər. Şərif Şərifovun turnirin 1/8 final mərhələsində rəqibi KYRM nümayəndəsi Dejan Boqdanov idi. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Fransa nümayəndəsi Səid İtayev oldu. Bu görüşdə də Şərif Şərifov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rumıniya nümayəndəsi Georgita Stefa oldu. Həmin görüşdə Şərif Şərifov rəqibi üzərində 24 saniyə ərzində təmiz qələbə qazandı və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Anzor Urişev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şərif Şərifov rəqibinə məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu.Avropa Çempionatından sonra Şərif Şərifov iyunda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı. Həmin turnirdə o, bürünc medalın sahibi oldu.2010-cu ilin əsas turniri isə sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı oldu. Şərif Şərifov həmin Dünya Çempionatında mübarizə aparmadı. Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Saypulla Absaidov Dünya Çempionatından əvvəl müsahibəsində "turnirdə Şərif Şərifovun mübarizə aparmasını istədiyin, amma onun turnirə psixoloji cəhətdən hazır olmadığına görə Novruz Təmrəzovun turnirdə çıxış edəcəyini" bildirdi.Avropa Çempionatından sonra Şərif Şərifovun birinci turniri Rusiyanın Xasavyurt şəhərində baş tutan Komandalararası Alrosa Cup beynəlxalq turniri oldu. Nəticələrinə əsasən Azərbaycan yığması turniri dördüncü pillədə başa vurdu.2010-cu ilin sonlarında isə Şərif Şərifov güləş üzrə Azərbaycan Kubounun sahibi oldu. 2011-ci il: İstanbulda qazanılan Dünya çempionluğu Şərif Şərifovun 2011-ci ildə birinci turniri 28 mart-4 apreldə Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatı oldu. Şərif Şərifov Avropa Çempionatında martın 30-da mübarizə apardı. Şərif Şərifovun təsnifat mərhələsində rəqibi Almaniya nümayəndəsi David Biçinaşvili oldu. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Ukrayna nümayəndəsi İbrahim Aldatov oldu. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Yunanıstan nümayəndəsi Emzarios Bentinidis oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şərif Şərifov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və çempionatın yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Anzor Urişev oldu. Keçən il Avropa Çempionatının final görüşündə məğlub olduğu rəqibinə Şərif Şərifov bu səfər də məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə isə onun rəqibi Polşa nümayəndəsi Maciej Balavender oldu. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:0 (2:0, 4:1) hesabı ilə qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.Avropa Çempionatından sonra Şərif Şərifov Dağıstanın Mahaçqala şəhərində baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Məhəmməd İbrahimov üzərində qələbə qazanan Şərif Şərifov, turnirin qalibi oldu.Daha sonra Şərif Şərifov 8-10 iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirdə mübarizə apardı. Finala gedən yolda Moldova nümayəndəsi Petro Yanulova, Bolqarıstan nümayəndəsi Mixail Qaneva və Gürcüstan nümayəndəsi Laçixo Qitiaşviliyə qalib gələn Şərif Şərifov, final görüşündə Türkiyə nümayəndəsi Sərdar Böge üzərində qələbə qazandı və Qızıl Qran-Pri beynəlxalq turnirin qalibi oldu. Bu turnirdən sonra bütün diqqətlər sentyabrda baş tutacaq Dünya Çempionatında oldu.Dünya Çempionatı 12-18 sentyabrda İstanbul şəhərində baş tutdu. Şərif Şərifov təsnifat mərhələsində Cənubi Koreya nümayəndəsi Yon Can-U ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində 6:0, növbəti hissəsində isə 2:0 hesabı ilə qalib gələn Şərif Şərifov 1/16 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi ABŞ nümayəndəsi Kel Sanderson oldu. Kal Sanderson 2004-cü il Afina Olimpiadasının qalibi olan təcrübəli güləşçi idi. Həmin görüşün birinci hissəsində 4:1 hesabı ilə qalib gələn Şərif Şərifov, növbəti hissədə də rəqibinə 4:1 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Yerme Bayduaşov oldu. Bu görüşdə də Şərif Şərifov rəqibi üzərində qələbə qazandı (4:0, 4:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İran nümayəndəsi Alireza Qudarzi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 2:1 hesabı ilə qalib gələn Şərif Şərifov, növbəti hissədə rəqibinə 4:1 hesabı ilə qalib gəldi və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Albert Saritov oldu. Görüşün birinci hissəsində Şərif Şərifov rəqibinə 4:1 hesabı ilə qalib gəldi. Görüşün növbəti hissəsi isə gərgin idman mübarizəsi şəraitində baş tutdu və 4:4 hesabı ilə başa çatdı. Nəticədə Şərif Şərifov Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Ukrayna nümayəndəsi İbrahim Aldatov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində rəqibinə 2:0 hesabı ilə qalib gələn Şərif Şərifov, növbəti hissədə də rəqibinə 2:0 hesabı ilə qalib gəldi və Dünya Çempionatının qızıl medalına sahib oldu. Bununla da o, Dünya Çempionatının qalibi olan üçüncü azərbaycanlı sərbəst güləşçi oldu. Təltifetmə mərasimindən sonra Şərif Şərifov müsahibəsində əsas məqsədinin 2012-ci ildə baş tutacaq Olimpiya Oyunları olduğunu bildirdi.2011-ci ilin sonralarında isə Şərif Şərifov London şəhərində (Birləşmiş Krallıq) baş tutan beynəlxalq turnirin qalibi oldu.2011-ci ildə Dünya Çempionatının qalibi olan Şərif Şərifova Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən yeni mənziln orderini təqdim edildi. Həmçinin Gənclər və İdman Nazirliyinin və Azerisport.com idman portalının versiyasına görə Şərif Şərifov 2011-ci ilin ən yaxşı on idmançısından biri seçildi. 2012-ci il: London Olimpiadasında qələbə 2012-ci ilin fevralında Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən Şərif Şərifov 2011-ci ilin sərbəst güləşçisi seçildi.Şərif Şərifov 10-12 fevralda baş tutan Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin final görüşündə Azərbaycan nümayəndəsi Xetaq Qazyumova məğlub olan Şərif Şərifov, turniri gümüş medalla başa vurdu. Şərif Şərifov 2012-ci ilin martında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparmadı. Şərif Şərifov London Olimpiadasına hazırlığı fərdi proqramda davam edirdi. London Olimpiadasından əvvəl Şərif Şərifov mayda Azərbaycanda baş tutan sərbəst güləş üzrə Dünya Kubounda mübarizə apardı. Azərbaycan yığması turnirin qrup mərhələsində Belarus, Bolqarıstan, Qazaxıstan və Rusiya yığmaları ilə birgə "A" qrupunda mübarizə apardı. Qrup mərhələsinin birinci görüşündə Azərbaycan güləşçiləri Bolqarıstan yığmasına 7:0 hesabı ilə qalib gəldi. Komandanın heyətində Şərif Şərifov, rəqibi mübarizə aparmadığına görə qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə Azərbaycan güləşçiləri Qazaxıstan yığması ilə üz-üzə gəldi. Bu görüşdə də Azərbaycan yığması rəqibi üzərində 7:0 hesabı ilə inamlı qələbə qazandı. Komandanın heyətində Şərif Şərifov Semyon Semyonova qalib gəldi və qələbədə pay sahibi oldu. Qrup mərhələsinin üçüncü görüşündə Azərbaycan güləşiləri Rusiya yığması ilə üz-üzə gəldi və bu səfər də inamlı qələbə qazandı — 7:0. Komandanın heyətində Şərif Şərifov Məhəmməd İbrahimov üzərində qələbə qazandı və növbəti dəfə qələbədə pay sahibi oldu. Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan yığması Belarus güləşçiləri ilə üz-üzə gəldi və 6:1 hesabı ilə qalib gəldi. Komandanın heyətində bu səfər Şərif Şərifov Ömərhacı Məmmədov üzərind qələbə qazandı və dördüncü dəfə qələbədə pay sahibi oldu. Qrup mərhələsində dörd görüşün hamısında qalib gələn Azərbaycan yığması, turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə rəqib — İran güləşçiləri oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə Azərbaycan yığması İran güləşçilərinə 3:4 hesabı ilə məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Həlledici görüşdə Şərif Şərifov Nəsir Laşqariya qalib gəlsə də, ümumi nəticədə Azərbaycan yığması məğlub oldu. Şərif Şərifov turnirdə beş görüşün hamısında qalib gəldi.XXX Yay Olimpiya Oyunları 2012-ci ilin əsas turniri 25 iyul-12 avqustda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunları idi. Ötən il İstanbulda Dünya Çempionatının qalibi olan Şərif Şərifov olimpiadanın favoritlərindən biri idi. Şərif Şərifov olimpiadada avqustun 11-də mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Şərif Şərifovun 1/8 final mərhələsində rəqibi Türkiyə nümayəndəsi İbrahim Bölübaşı oldu. Görüşün birinci hissəsində rəqibinə 4:1 hesabı ilə qalib gələn Şərif Şərifov, növbəti hissədə 5:4 hesabı ilə rəqibin üstün oldu və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi ABŞ nümayəndəsi Co Herbert oldu. Şərif Şərifov Co Herbert ilə 2009-cu ildə baş tutan Dünya Çempionatında üz-üzə gəlmişdi və həmin görüşdə rəqibinə məğlub olmuşdu. Bu səfər isə Şərif Şərifov rəqibi üzərində asan qələbə qazandı. Görüşün birinci hissəsində rəqibinə 4:1 hesabı ilə qalib gələn Şərif Şərifov, növbəti hissədə rəqibindən 6:0 hesabı ilə üstün oldu və olimpiadanın yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi İran nümayəndəsi Ehsan Laşqari oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 1:0 hesabı ilə Şərifov, növbəti hissəsində isə 2:0 hesabı ilə Laşqari qalib gəldi. Görüşün üçüncü hissəsi isə gərgin idman mübarizəsi şəraitində baş tutan və nəticədə Şərif Şərifov rəqibinə 2:1 hesabı ilə qalib gəldi. Bununla da Şərif Şərifov London Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Puerto-Riko nümayəndəsi Cayme Espinal oldu. Görüşün birinci hissəsində Şərif Şərifov rəqibi üzərində inamlı qələbə qazandı — 6:0. Görüşün növbəti hissəsində də Şərif Şərifov rəqibindən üstün oldu — 2:0. Bununla da Şərif Şərifov XXX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu. Final görüşündən sonra Şərif Şərifovun müsahibəsində bunları bildirdi: "Rəqibim barədə heç bir məlumata sahib deyildim. Bundan əvvəl qarşılaşmamışdım. Buna görə də məşqçilərin mənə ehtiyyatlı güləşməyi tapşırdı". Şərif Şərifov həmdə Azərbaycanın Olimpiya Oyunları tarixində qızıl medala sahib olan birinci milliləşdirilən idmançı oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 31 sentyabr 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən XXX Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Şərif Naidhacav oğlu Şərifov "Şöhrət" ordeni ilə təltif edildi.Şərif Şərifov həmdə Gənclər və İdman Nazirliyinin versiyasına görə 2012-ci ilin ən yaxşı on idmançısından biri seçildi. 2013-cü il: Olimpiadadan sonra Xetaq Qazyumovla rəqabət Şərif Şərifov 2013-cü ilin altı ayı ərzində beynəlxalq turnirlərdə, o cümlədən fevralda İranda baş tutan Dünya Kubounda və martda Gürcüstanda baş tutan Avropa Çempionatında mübarizə apardı. Komandanın məşqçiləri martda Olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifovun hələ beynəlxalq turnirlərdə mübarizə aparmayacağlarını bildirdi.Şərif Şərifovun olimpiadadan sonra birinci turniri iyunda İspaniyanın Madrid şəhərində baş tutan İspaniya Qran-Prisi beynəlxalq turniri oldu. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Şərif Şərifov, həlledici görüşdə Azərbaycan nümayəndəsi Xetaq Qazyumova məğlub oldu və turnirin gümüş medalın sahibi oldu. Olimpiadadan sonra idman formasını tam bərpa edə bilməyən və rəqabətdə Xetaq Qazyumova məğlub olan Şərif Şərifov, 2013-cü ildə Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatında çıxış eləmədi.Şərif Şərifovun 2013-cü ildə birinci nüfuzlu turniri 22-24 noyabrda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu. Turnirin final görüşündə Azərbaycan yığmasının liderləri — Şərif Şərifov və Xetaq Qazyumov üz-üzə gəldi. Bu səfər də qalib gələn tərəf Xetaq Qazyumov oldu və Şərif Şərifov turnirin gümüş medalına sahib oldu. 2014-cü il: Uğursuz mövsüm 2014-cü ilin yanvarında Şərif Şərifov sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətində Dubay şəhərində baş tutan təlim-məşq toplanışlarında oldu. 20-24 fevralda isə o, Bolqarıstanın Sofiya şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Şərif Şərifov turnirdə bütün rəqiblərinə qalib gəldi və qızıl medalın sahibi oldu.Komanda daxili rəqabətdə Xetaq Qazyumova məğlub olan Şərif Şərifov, apreldə Finlandiyanın Vantaa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.Mayda isə Şərif Şərifov Dağıstanın Mahaçqala şəhərində baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirində mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Yuri Belonovsiyə məğlub olan Şərif Şərifov, turniri gümüş medalla başa vurdu.Rəqabətdə Xetaq Qazyumova məğlub olan Şərif Şərifov sentyabrda baş tutan Dünya Çempionatında da mübarizə apara bilmədi. Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Saypulla Absaidov isə noyabrda müsahibəsində Şərif Şərifovun məşqlərinə ciddi yanaşdığını və yığmanın lideri olmağa çalışdığını bildirdi. 2015-ci il: İdman formasını bərpa eləməsi Şərif Şərifovun 2015-ci ildə birinci turniri 31 yanvar-1 fevralda Fransanın Paris şəhərində baş tutan Paris Qran-Prisi oldu. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Şərif Şərifov, həlledici görüşdə İran nümayəndəsi Məhəmmədhüseyn Məhəmmədiyan üzərində qələbə qazandı və turnirin qalibi oldu.Şərif Şərifovun növbəti turniri 6-8 martda Belarusda baş tutan Alexander Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnir oldu. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Şərif Şərifov, həlledici görüşdə Azərbaycan nümayəndəsi Xetaq Qazyumova məğlub oldu və turniri gümüş medalla başa vurdu.Aprel ayında isə Şərif Şərifov Birləşmiş Ştatların Los-Anceles şəhərinin ev sahibliyində baş tutan sərbəst güləş üzrə Dünya Kubounda mübarizə aparacaq Azərbaycan yığmasının heyətində yer aldı. Saypulla Absaidovun rəhbərliyi altında Azərbaycan yığması "A" qrupunda Belarus, İran və Türkiyə yığmaları ilə mübarizə apardı. Azərbaycan yığması birinci görüşdə Türkiyə güləşçiləri ilə üz-üzə gəldi və 7:1 hesabı ilə inamlı qələbə qazandı. Komandanın heyətində Şərif Şərifov İbrahim Bölübaşını 2:0 hesabı ilə məğlub elədi və qələbədə pay sahibi oldu. Növbəti görüşdə Azərbaycan güləşçiləri Belarus yığması ilə qarşılaşdı. Bu görüşdə də Azərbaycan yığması rəqibi üzərində 6:2 hesabı ilə inamlı qələbə qazandı. Komandanın heyətində Şərif Şərifov İvan Yanusini 11:1 hesabı ilə məğlub elədi və qələbədə pay sahibi oldu. Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan güləşçiləri İran yığması ilə üz-üzə gəldi. Bu görüşdə İran yığması tam üstün nəticə göstərdi və Azərbaycan güləşçiləri üzərində 7:1 hesabı ilə inamlı qələbə qazandı. Komandanın heyətində Şərif Şərifov Reza Yazdaniya 10:1 hesabı ilə qalib gəlsə də, ümumi nəticədə Azərbaycan yığması məğlub oldu. Qrup mərhələsinin nəticələrinə əsasən İran yığması final görüşünə, Azərbaycan yığması üçün bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bürünc medal uğrunda görüşdə Azərbaycan yığması Rusiya güləşçiləri ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 4:4 hesabı ilə başa çatsa da, görüşlərdə toplanan hesablara əsasən Azərbaycan güləşçiləri qalib gəldi. Komandanın heyətində Şərif Şərifov Yuni Belonosiya qalib gəldi və bürünc medalda pay sahibi oldu. Bununla da Azərbaycan yığması sərbəst güləş üzrə Dünya Kubounun bürünc medalına sahib oldu. Ümumi olaraq isə turnir ərzində Azərbaycan yığmasının heyətində fərqlənin güləşçilər, mübarizə apardığı bütün görüşlərdə qalib gələn Şərif Şərifov oldu. 2015-ci ilin əsas turnirlərindən biri 12-28 iyunda baş tutan I Avropa Oyunları oldu. Komanda daxili rəqabətdə Şərif Şərifov Xetaq Qazyumova məğlub olduğuna görə həmin turnirdə mübarizə aparmadı. Şərif Şərifov həmçinin sentyabrda Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatında da mübarizə aparmadı. Şərif Şərifov 26-30 noyabrda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı. Finala gedən yolda Ukrayna nümayəndəsi Vladimir Andreytseva 8:2, Azərbaycan nümayəndəsi Aslanbəy Alborova 4:2 və ABŞ nümayəndəsi Co Berqmana 2:2 hesabı ilə qalib gələn Şərif Şərifov, həlledici görüşdə Gürcüstan nümayəndəsi Elizbar Odixadzeya 2:4 hesabı ilə məğlub oldu və Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu.2015-ci ilin sonlarında Şərif Şərifov Azərbaycan Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Nurməhəmməd Hacıyev üzərində qələbə qazanan Şərif Şərifov, Azərbaycan Çempionatının qalibi oldu. 2016-cı il: Rio-de-Janeyro Olimpiadasında bürünc Şərif Şərifovun 2016-cı ildə birinci turniri 5-8 fevralda İstanbul şəhərində baş tutan Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir oldu. Həmin turnirdə Şərif Şərifov uğursuz mübarizə apardı və nəticədə turniri 20-ci pillədə başa vurdu. Daha sonra Şərif Şərifov 8-14 martda Latviyanın Riqa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Amma turnirin məşqində zədə alan Şərif Şərifov, çempionatda mübarizə apara bilmədi.Şərif Şərifov 2012-ci il London Olimpiadasında qələbədən sonra heç bir nüfuzlu beynəlxalq turnirdə uğur qazana bilməsə də, avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunlarında mübarizə aparmağa iddialı idi.XXXI Yay Olimpiya Oyunları 2016-cı ilin əsas turniri 5-22 avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunları idi. Sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçiləri tərəfindən oon dörd il ərzində heç bir ciddi uğura imza atmayan London Olimpiadasının qalibi Şərif Şərifovun təcrübəsi nəzərə alındı və onun da Azərbaycan Milli Olimpiya Komandasının heyətində Rio-de-Janeyro Olimpiadasında mübarizə aparmasına qərar verildi.Avqustun 20-də mübarizə aparan Şərif Şərifovun 1/8 final mərhələsində rəqibi Çin nümayəndəsi Bi Şenqfenq oldu. Həmin görüşdə Şərif Şərifov rəqibi üzərində 10:0 hesabı ilə inamlı qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Polşa nümayəndəsi Zbiqniev Baranovsxi oldu. Bu görüşdə də Şərif Şərifov rəqibi üzərində inamlı qələbə qazandı (8:0) və olimpiadanın yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Abdulrəşid Sadulayev oldu. Karyerası ərzində cəmi bir dəfə məğlub olan Abdulrəşid Sadulayev Avropa və Dünya Çempinonatlarının qalibi idi. Həmin görüşdə Şərif Şərifov rəqibinə 1:8 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Venesuela nümayəndəsi Pedro Keballos oldu. Həmin görüşdə Şərif Şərifov rəqibi üzərində 5:1 hesabı ilə qələbə qazandı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu. Şərif Şərifov turnirdən sonra müsahibəsində bunları bildirdi: "Rio-de-Janeyroya qızıl medal üçün gəlmişdim. Növbəti dəfə olimpiadanın qalibi olmaq istəyirdim. Amma alınmadı. Bürünc medalla razıyam".Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Şərif Naidhacav oğlu Şərifov "Tərəqqi" medalı ilə təltif edildi. 2017-ci il: İslam Həmrəyliyi Oyunlarında bürünc XXXI Yay Olimpiya Oyunlarından sonra Şərif Şərifovun birinci beynəlxalq turniri 2017-ci ilin fevralında oldu. O, sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətində İranın Kirmanşah şəhərinin ev sahibliyində baş tutan sərbəst güləş üzrə Dünya Kubounda çıxış elədi. Azərbaycan yığması "A" qrupunda ABŞ, Gürcüstan və Rusiya yığmaları ilə mübarizə apardı. Azərbaycan yığması birinci görüşdə Rusiya güləşçiləri ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 4:4 hesabı ilə başa çatsa da, görüşlərdə toplanan hesablara əsasən Azərbaycan güləşçiləri qalib gəldi. Komandanın heyətində Şərif Şərifov Vladislav Vəliyevə 1:2 hesabı ilə məğlub oldu. Növbəti görüşdə Azərbaycan güləşçiləri Gürcüstan yığması ilə qarşılaşdı. Bu görüşdə də Azərbaycan yığması rəqibi üzərində qələbə qazandı — 5:3. Komandanın heyətində Şərif Şərifov David Xuçişviliyə 2:2 hesabı ilə məğlub oldu. Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan güləşçiləri ABŞ yığması ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 4:4 hesabı ilə başa çatsa da, görüşlərdə toplanan hesablara əsasən ABŞ təmsilçiləri qalib gəldi. Qrup mərhələsinin nəticələrinə əsasən ABŞ yığması final görüşünə, Azərbaycan yığması üçün bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bürünc medal uğrunda görüşdə Azərbaycan yığması Türkiyə güləşçiləri ilə üz-üzə gəldi və 7:1 hesabı ilə inamlı qələbə qazandı. Qələbədə pay sahibi olanlardan biri də Səlim Yaşara üzərində 2:1 hesabı ilə qələbə qazanan Şərif Şərifov oldu. Bununla da Azərbaycan yığması sərbəst güləş üzrə Dünya Kubounun bürünc medalına sahib oldu. Turnir ərzində Şərif Şərifov dörd görüşün cəmi birində qalib gələ bildi.2-5 mayda Serbiyada baş tutan Avropa Çempionatında mübarizə aparmayan Şərif Şərifov, 12-22 mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. 1/8 final mərhələsində İraq nümayəndəsi Nəzər Al Muşattata 10:1, 1/4 final mərhələsində isə Pakistan nümayəndəs Məhəmməd İnama 11:1 hesabı ilə qalib gələn Şərif Şərifov, yarım-final mərhələsində İran nümayəndəsi Həsən Yazdaniyə 0:11 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə isə Şərif Şərifov Tacikistan nümayəndəsi Bahadur Kodirov üzərində vaxtından əvvəl 11:0 hesabı ilə qələbə qazandı və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.Sentyabrda Fransada baş tutan Dünya Çempionatında da mübarizə aparmayan Şərif Şərifovun növbəti turniri 11-12 noyabrda Rusiyada baş tutan Komandalararası Alroca Sup beynəlxalq turniri oldu. Turnirin final görüşündə Rusiya güləşçilərinə məğlub olan Azərbaycan yığması, turniri gümüş medalla başa vurdu.Daha sonra Şərif Şərifov 18-20 noyabrda Cənubi Osetiyanın Vladiqafqaz şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin final görüşündə məğlub olan Şərif Şərifov, gümüş medalın sahibi oldu.Şərif Şərifov 2017-ci ilin sonlarında Azərbaycan Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Məhəmmədhacı Xatiyev üzərində qələbə qazanan Şərif Şərifov, Azərbaycan Çempionatının qalibi oldu. 2018-ci il: Avropa Çempionatında gümüş Şərif Şərifovun 2018-ci ildə birinci turniri 22-25 fevralda Kiyev şəhərində baş tutan beynəlxalq turnir oldu. Turnirdə bütün rəqiblərinə qalib gələn Şərif Şərifov, qızıl medalın sahibi oldu.Bu turnirdən sonra Şərif Şərifov zədələndi və aprelə qədər beynəlxalq turnirlərdə mübarizə apara bilmədi. Şərif Şərifov 30 aprel-6 mayda Rusiyanın Xəzərli şəhərində baş tutan Avropa Çeçmpionatında mübarizə apardı. Yeddi ildən sonra Avropa Çempionatlarında çıxış edən Şərif Şərifov, mayın 5-də mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Şərif Şərifov 1/4 final mərhələsində Moldova nümayəndəsi Nicolae Çeban ilə üz-üzə gəldi. Həmin görüşdə Şərif Şərifov rəqibi üzərində 10:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Türkiyə nümayəndəsi Sərdar Böge oldu. Bu görüşdə də Şərif Şərifov rəqibi üzərində inamlı qələbə qazandı (10:0) və 8 ildən sonra Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Mayın 6-da həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Abdulrəşid Sadulayev oldu. Abdulrəşid Sadulayev 2016-cı il Rio-de-Janeyro Olimpiadasının, Dünya və Avropa Çempionatlarının qalibi olan titullu güləşçi idi. Həmin görüşdə Şərif Şərifov rəqibinə 1:2 hesabı ilə məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu. Şərif Şərifov müsahibəsində bunları bildirdi: "Abdulrəşid Sadulayev lider güləşçidir. Onun üzərində qələbə qazanmaq üçün ideal forman və əzmin olmalıdır. Mən qələbə əzmi var idi. Qələbəyə hazır idim. Amma alınmadı".Avropa Çempionatından sona Şərif Şərifov 14-16 sentyabrda Belarusda baş tutan Alexander Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Əlixan Cəbrayılova qalib gələn Şərif Şərifov, qızıl medalın sahibi oldu.2018-ci ilin əsas turniri Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatı oldu. Mayda Avropa Çempionatının gümüş medalına sahib olan Şərif Şərifov yeddi ildən sonra birinci dəfə Dünya Çempionatında mübarizə aparırdı. Təsnifat mərhələsindən azad olan Şərif Şərifovun birinci rəqibi 1/8 final mərhələsində İran nümayəndəsi Əlireza Kərimi oldu. Həmin görüşdə Şərif Şərifov rəqibinə 0:8 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı.Dünya Çempionatından sonra Şərif Şərifov Çeçenistanın Qroznı şəhərində baş tutan Əhməd Kadırovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Komandalararası beynəlxalq turnirin nəticələrinə əsasən Azərbaycan yığması bürünc medalın sahibi oldu.2018-ci ilin sonlarında isə Şərif Şərifov Cənubi Osetiyanın Vladiqafqaz şəhərində baş tutan Alany Open beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində məğlub olan Şərif Şərifov, bürünc medal uğrunda görüşdə Rusiya nümayəndəsi Əhməd Batayeva qalib gəldi və turnirin bürünc medalına sahib oldu. 2019-cu il: Buxarestdə Avropa çempionluğu Şərif Şərifovun 2019-cu ildə birinci turniri 6-8 fevralda İranın Tehran şəhərində baş tutan Taxti Cup beynəlxalq turniri oldu. Nəticədə Şərif Şərifov turnirin bürünc medalına sahib oldu.2019-cu ilin birinci nüfuzlu turniri 8-14 apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatı oldu. Təsnifat mərhələsindən azad olan Şərif Şərifovun birinci rəqibi 1/4 final mərhələsində Rusiya nümayəndəsi Məhəmməd Qurbanov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şərif Şərifov rəqibinə 6:2 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Gürcüstan nüayəndəsi İraxli Mtsituri oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Şərif Şərifov rəqibinə 8:2 hesabı ilə qalib gəldi və növbəti dəfə Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Polşa nümayəndəsi Zbiqniev Baranovsxi oldu. Bu görüşdə Şərif Şərifov rəqibi üzərində 10:1 hesabı ilə inamlı qələbə qazandı və Avropa Çempionatının qalibi oldu. Bununla da Şərif Şərifov üç nüfuzlu turnirin — Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının qalibi olmağı bacaran birinci azərbaycanlı güləşçi, ümumi olaraq isə üçüncü azərbaycanlı idmançı oldu. Şərif Şərifov Avropa Çempionatından sonra müsahibəsində bunları bildirdi: "mən Avropa Çempionatlarında 2010-cu ildə debüt eləmişdim. Dördüncü cəhddən sonra nəhayət çempion ola bildim. Uzun fasilədən sonrai deal formamı bərpa edə bildim. Buna görə bütün məşqçilərimə minnətdaram."Avropa Çempionatından sonra Şərif Şərifov 1-4 mayda Dağıstanda baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin final görüşündə Şərif Şərifov qalib gəldi və qızıl medalın sahibi oldu.2019-cu ilin əsas turniri 14-22 sentyabrda Qazaxıstanın Nur-Sultan şəhərində baş tutan Dünya Çempionatı oldu. Bu turnir 2020-ci ildə Yaponiyada baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına lisenziya verirdi. Şərif Şərifovun təsnifat mərhələsində rəqibi Cənubi Koreya nümayəndəsi Son Min-Von oldu. Həmin görüşdə Şərif Şərifov rəqibinə 11:4 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Ukrayna nümayəndəsi Valeri Andreytsev oldu. Bu görüşdə də Şərif Şərifov rəqibinə qalib gəldi (4:0) və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Elizbar Odixadze oldu. Bu görüşdə Şərif Şərifov rəqibi üzərində 6:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi ABŞ nümayəndəsi Keli Sneyder oldu. 2015 və 2017-ci illərdə Dünya Çempionatlarının qalibi olan Keli Sneyer, 2016-cı il Rio-de-Janeyro Olimpiadasının da qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şərif Şərifov rəqibinə 5:2 hesabı ilə qalib gəldi və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Bu qələdə güləş aləmində sensassiya olaraq qəbul edildi. Həmin görüşdə sonra Şərif Şərifov müsahibəsində "Onun görüşlərini təhlil eləmişdim. Strategiyam onun hücumlarından müdafiə olunmaq idi." bildirdi. Sentyabrın 22-də baş tutan final görüşündə isə Şərif Şərifovun rəqibi Rusiya nümayəndəsi Abdulrəşid Sadulayev oldu. Bundan əvvəl 2016 və 2018-ci illərdə Abdulrəşid Sadulayeva məğlub olan Şərif Şərifov, bu səfər də rəqibinə məğlub oldu (0:4) və Dünya Çempionatını gümüş medalla başa vurdu. Şərif Şərifov final görüşündə sonra müsahibəsində "Əla formada idim. Abdulrəşid Sadulayevə qalib gələ bilərdim. Buna inanırdım. Amma alınmadı." bildirdi.Dünya Çempionatından sonra Şərif Şərifov 28-30 noyabrda Rusiyada baş tutan Alrosa Cup beynəlxalq turnirində mübarizə apardı. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Şərif Şərifov, həlledici görüşdə Rusiya nümayəndəsi Əlixan Cəbrayılova məğlub oldu (2:5) və turniri gümüş medalla başa vurdu. 2020-ci il: COVID-19 pandemiyası səbəbilə fasilə 2020-ci ilin əsas turniri avqustda Yaponiyada baş tutacaq XXXII Yay Olimpiya Oyunları idi. Şərif Şərifov olimpiadaya hazırlıq prosesi fevralda Rusiyada başladı.2020-ci ilin əvvəlindən etibarən bütün dünyanı cənginə alan COVID-19 pandemiyası ilə bağlı bir sıra turnirlər təxirə salındı. Əvvəlcə mart ayında baş tutmalı olan Avropa Olimpiya Təsnifat Turniri, sonra isə may ayında baş tutmalı olan Dünya Olimpiya Təsnifat Turniri Ümumdünya Güləş Birliyinin (UWW) qərarına əsasən təxirə salındı. Nəhayət 2020-ci il martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2020-ci ilin iyul-avqust aylarında baş tutması nəzərdə tutulan XXXII Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması barədə qərar qəbul edildi. 2021-ci il: Olimpiadada uğursuzluq və idmanla vidalaşması Şərif Şərifovun 2021-ci ildə birinci turniri 14-18 yanvarda Fransanın Nitsa şəhərində baş tutan Fransa Qran-Prisi oldu. Şərif Şərifov qrup mərhələsinin birinci görüşündə Gürcüstan nümayəndəsi Qiti Matsaraşviliyə 4:8 hesabı ilə məğlub olsa da, növbəti görüşdə Rumıniya nümayəndəsi Mixael Manyaya 11:0 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi ABŞ nümayəndəsi Keli Sneyder oldu. Amma Şərif Şərifov zədə səbəbindən nə yarım-final mərhələsində, nə də bürünc medal uğrunda görüşdə mübarizə apara bilmədi və turniri dördüncü pillədə başa vurdu.2021-ci ilin fevralında Şərif Şərifov sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətində Mahaçqala şəhərində təlim-məşq toplanışlarında oldu. Təlim-məşq toplanışlarından sonra Azərbaycan yığması 26-28 fevralda Kiyev şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Şərif Şərifov da turnirdə mübarizə aparacaq yığmanın heyətinə daxil edilsə də, sonda zədə səbəbindən turnirdə çıxış edə bilmədi.Mahaçqala şəhərində təlim-məşq toplanışlarına davam edən Şərif Şərifov, 8-14 iyunda Polşanın Varşava şəhərində baş tutan Poland Open beynəlxalq turnirində mübarizə apardı. Şərif Şərifov təsnifat mərhələsindəcə İtaliya nümayəndəsi Abraham de Xesus Ruanoya məğlub oldu (2:0) və turnirdə mübarizəsinə dayandırdı.Şərif Şərifovun olimpiadadan əvvəl sonuncu turniri iyunda İstanbul şəhərində baş tutan Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir oldu. Turnirin 1/4 final mərhələsində Tunis nümayəndəsi Məhəməd Sadauya 12:0 hesabı ilə qalib gələn Şərif Şərifov, yarım-final mərhələsində Gürcüstan nümayəndəsi Qivi Matçaraşvilidən üstün oldu (4:0) və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Şərif Şərifov Türkiyə nümayəndəsi Mustafa Səssiz üzərində qələbə qazandı (4:0) və Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibi oldu. Bundan sonra bütün diqqətlər iyulda Yaponiyada baş tutacaq olimpiada da oldu.XXXII Yay Olimpiya Oyunları 2021-ci ilin əsas turniri 22 iyul-8 avqustunda Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunları idi. Şərif Şərifov olimpiadada avqustun 6-da mübarizə apardı. Onun 1/8 final mərhələsində rəqibi turnirin "bir nömrəli" favoriti olan Rusiya Olimpiya Komitəsinin nümayəndəsi Abdulrəşid Sadulayev idi. Həmin görüşdə Şərif Şərifov rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Abdulrəşid Sadulayev final görüşünə vəsiqə qazandığına görə Şərif Şərifov təsəlliverici qrupda mübarizə apardı. Avqustun 7-də isə Şərif Şərifov təsəlliverici qrupun birinci görüşündə Gürcüstan nümayəndəsi Elizbar Odixadze ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində Şərif Şərifov rəqibinə 8:5 hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə isə onun rəqibi Kuba nümayəndəsi Reyneris Salas oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə isə görüş 3:3 hesabı ilə başa çatdı və son balı Kuba nümayəndəsi Reyneris Salas qazandığına görə görüşün qalibi oldu. Şərif Şərifov isə XXXII Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu.Olimpiya Oyunlarından sonra 32 yaşlı Şərif Şərifov idmanla vidalaşdı. Dövlət təltifləri "Şöhrət" ordeni — Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən XXX Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Şərif Naidhacav oğlu Şərifov "Şöhrət" ordeni ilə təltif edildi. "Tərəqqi" medalı — Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli 2292 nömrəli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Şərif Naidhacav oğlu Şərifov "Tərəqqi" medalı ilə təltif edildi. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanın ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Şərif Naidhacav oğlu Şərifov "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edildi. Fərdi uğurları Gənclər və İdman Nazirliyinin versiyasına görə 2011-ci ilin ən yaxşı on idmançısından biri. Azerisport.com idman portalının versiyasına görə 2011-ci ilin ən yaxşı on idmançısından biri. Beynəlxalq Güləş Federasiyasının (FILA) versiyasına görə 2011-ci ilin sərbəst güləşçisi. Gənclər və İdman Nazirliyinin versiyasına görə 2012-ci ilin ən yaxşı on idmançısından biri. Azerisport.com portalının oxucularına görə 2015-ci ilin yanvar ayının ən yaxşı iinci idmançı (24% səslə). Gənclər və İdman Nazirliyinin versiyasına görə 2016-cı ilin ən yaxşı 20 idmançısından biri. Azerisport.com idman portalının versiyasına görə 2019-cu ilin ən yaxşı on idmançısından biri. Nailiyyətləri Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının qalibi olan birinci Azərbaycan güləşçisi (2019). İctimai mövqeyi Şərif Şərifov 2020-ci ilin sentyabr-noyabr aylarında Dağlıq Qarabağ və ətraf rayonlarda aparılan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfinin işğalçılıq siyasəti apardığını bildirdi. Həmçinin bax Azərbaycan 2012 Yay Olimpiya Oyunlarında Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında Azərbaycan 2020 Yay Olimpiya Oyunlarında
https://az.wikipedia.org/w/index.php?curid=289703
Şərif Şərifov (heykəltaraş)
Şərif Hacı oğlu Şərifov (1945, Kirovabad) — Azərbaycanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Dünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar və Memarlar İttifaqlarının üzvü, Gəncə şəhərinin baş rəssamı. Nəriman Nərimanovun və Heydər Əliyevin Gəncədə ucaldılmış abidələrinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüş Şərif Şərifov 2012-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Onun Moskva Şərq Xalqları Muzeyində, Rusiya Rəssamlıq Akademiyasının Sərgi salonunda, Rusiyanın bir sıra muzey və qalereyalarında, həmçinin Türkiyə, İsveçrə, Meksika, Çexiya, Macarıstan, Polşa, Fransa və bir sıra xarici ölkələrin muzey və qalereyalarında 50-dən artıq əsəri nümayiş etdirilib. Bioqrafiyası Şərif Şərifov 1945-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə M. Ə. Sabir adına 5 nömrəli orta məktəbi bitirmişdir. 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltərəşlıq fakültəsində təhsil almışdır. Elə həmin il Moskva Ali Rəssamlıq-sənaye məktəbinin (əvvəllər Stroqonov adına olmuşdur) memarlıq-dekorativ plastika fakültəsinə qəbul olmuş və 1971-ci ildə təhsilini bitirərək Azərbaycana qayıtmışdır. İlk əmək fəaliyyətinə Respublika Rəssamlar İttifaqı Yaradıcılıq Kombinatının Gəncə filialında rəssam-heykəltaraş kimi başlamışdır. Bir ildən sonra SSRİ Rəssamlar İttifaqının üzvü seçilmiş, 1978-ci ildə SSRİ Rəssamlar Akademiyasının həvəsləndirici mükafatına və diplomuna layiq görülmüşdür. 1980-ci ildə SSRİ mədəniyyət nazirliyi, Rəssamlar İttifaqı və ÜİLKGİ-nin ikinci dərəcəli mükafatı və diplomu ilə təltif olunmuşdur. Eyni zamanda Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı olmuşdur. 2006-cı ildən Azərbaycan Respublikasının əməkdar rəssamıdır. 2012-ci ildə Rusiya Rəssamlar Akademiyasının fəxri üzvü seçilmişdir. Şərif Şərifovun Moskva şərq xalqları muzeyində, Rusiya Rəssamlıq Akademiyasında, Rusiya mədəniyyət nazirliyinin muzey və qalareyalarında, eləcə də Amerika, Türkiyə, İsveçrə, Meksika, Çexiya, Macarıstan, Polşa, Fransa və müstəqil ölkəmizin muzey, qalareya və ayrı-ayrı bölgələrində 50-yə yaxın heykəltaraşlıq əsər nümayiş etdirilir. Filmoqrafiya 1981. Kirovabadlı gənc rəssam: Şərif Şərifov
https://az.wikipedia.org/w/index.php?curid=634713
Şərif Şərifov (heykəltəraş)
Şərif Hacı oğlu Şərifov (1945, Kirovabad) — Azərbaycanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Dünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar və Memarlar İttifaqlarının üzvü, Gəncə şəhərinin baş rəssamı. Nəriman Nərimanovun və Heydər Əliyevin Gəncədə ucaldılmış abidələrinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüş Şərif Şərifov 2012-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Onun Moskva Şərq Xalqları Muzeyində, Rusiya Rəssamlıq Akademiyasının Sərgi salonunda, Rusiyanın bir sıra muzey və qalereyalarında, həmçinin Türkiyə, İsveçrə, Meksika, Çexiya, Macarıstan, Polşa, Fransa və bir sıra xarici ölkələrin muzey və qalereyalarında 50-dən artıq əsəri nümayiş etdirilib. Bioqrafiyası Şərif Şərifov 1945-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə M. Ə. Sabir adına 5 nömrəli orta məktəbi bitirmişdir. 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltərəşlıq fakültəsində təhsil almışdır. Elə həmin il Moskva Ali Rəssamlıq-sənaye məktəbinin (əvvəllər Stroqonov adına olmuşdur) memarlıq-dekorativ plastika fakültəsinə qəbul olmuş və 1971-ci ildə təhsilini bitirərək Azərbaycana qayıtmışdır. İlk əmək fəaliyyətinə Respublika Rəssamlar İttifaqı Yaradıcılıq Kombinatının Gəncə filialında rəssam-heykəltaraş kimi başlamışdır. Bir ildən sonra SSRİ Rəssamlar İttifaqının üzvü seçilmiş, 1978-ci ildə SSRİ Rəssamlar Akademiyasının həvəsləndirici mükafatına və diplomuna layiq görülmüşdür. 1980-ci ildə SSRİ mədəniyyət nazirliyi, Rəssamlar İttifaqı və ÜİLKGİ-nin ikinci dərəcəli mükafatı və diplomu ilə təltif olunmuşdur. Eyni zamanda Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı olmuşdur. 2006-cı ildən Azərbaycan Respublikasının əməkdar rəssamıdır. 2012-ci ildə Rusiya Rəssamlar Akademiyasının fəxri üzvü seçilmişdir. Şərif Şərifovun Moskva şərq xalqları muzeyində, Rusiya Rəssamlıq Akademiyasında, Rusiya mədəniyyət nazirliyinin muzey və qalareyalarında, eləcə də Amerika, Türkiyə, İsveçrə, Meksika, Çexiya, Macarıstan, Polşa, Fransa və müstəqil ölkəmizin muzey, qalareya və ayrı-ayrı bölgələrində 50-yə yaxın heykəltaraşlıq əsər nümayiş etdirilir. Filmoqrafiya 1981. Kirovabadlı gənc rəssam: Şərif Şərifov
https://az.wikipedia.org/w/index.php?curid=796324
Şərif Şərifov (operator)
Şərif İsmayıl oğlu Şərifov (12 oktyabr 1938, Bakı – 26 sentyabr 2007) — Azərbaycan operatoru. Şərif Şərifov 13 oktyabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun hələ uşaqlıq illərindən foto sənətinə böyük marağı var idi. 1964–1970-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil almışdır. Orada oxuduğu müddət ərzində tanış olduğu məşhur kinooperatorlar onun kamil bir sənətçi kimi püxtələşməsinə, gələcək həyat yolunu müəyyənləşdirməsinə güclü təsir etmişlər.Şərif Şərifov həm də gözəl ailə başçısı idi. O, ömür-gün yoldaşı Məhinbanu xanım, qızı Nəcibə və nəvəsi Rəsul ilə birlikdə özünü xoşbəxt hesab edirdi. Lakin vaxtsız əcəl onun arzularını yarımçıq qoydu. Şərif İsmayıl oğlu Şərifov 2007-ci il sentyabrın 26-da gözlərini əbədi olaraq yumdu. Şərif Şərifov ömrünün 42 ilini Azərbaycan kinosunun inkişafına həsr etmişdir. O, Əlisəttar Atakişiyev, Rasim Ocaqov, Hüseyn Seyidzadə, Şamil Mahmudbəyov, Rasim İsmayılov, Teymur Bəkirzadə və başqa rejissorlarla birlikdə çalışmış, yaradıcılığı Azərbaycan kinosunda canlı salnaməyə çevrilmişdir.1958-ci ildən başlayaraq "Azərbaycanfilm" kinostudiyasında operator assistenti, operator, 1973-cü ildən isə quruluşçu operator kimi işləmişdir. Bir neçə bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur.Onun ilk işi rejissor Muxtar Dadaşovla birgə çəkdikləri "Bizim Azərbaycan" sənədli filmi olmuşdur. Sonralar "Koroğlu" (rej. Hüseyn Seyidzadə), "Leyli və Məcnun" (rej. Lətif Səfərov), "Böyük dayaq" (rej. Həbib İsmayılov), "Yenilməz batalyon" (rej. Hüseyn Seyidzadə) filmlərinin çəkilişlərində ikinci operator kimi işləmişdir.Şərif Şərifov işlədiyi müddət ərzində müxtəlif janrlarda 50-yə yaxın sənədli film də çəkmişdi ki, onlardan "Solmaz bir bahar kimi" filmi respublika Lenin komsomolu mükafatına, "Ana Kür" filmi akademik Həsən Əliyev adına mükafata, "Əsrin müqaviləsi" filmi "Humay" mükafatına layiq görülmüşdür.Şərif Şərifov həm də 10 ildən artıq müddət ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinooperatorluq sənətindən dərs demişdi. Burada o, kinofilmlərin istehsalında özünün çoxillik bilik və təcrübəsini, sənətin incəliklərini tələbə-kinooperatorlara həvəslə öyrətmiş, 30-a yaxın peşəkar kinooperatorun hazırlanmasında böyük xidmətlər göstərmişdir. Hazırda tələbələri müxtəlif studiya və telekanallarda səmərəli fəaliyyət göstərirlər.O, öz sənəti ilə həmişə fəxr edirdi. Dərs dediyi müddətdə kinooperatorluq sənətinə aid bir neçə kitabın, metodik vəsaitin, məqalənin, proqramın müəllifi olan Şərif müəllim həmişə tədrisin elmi əsaslar üzərində qurulmasına ciddi fikir verirdi. Onun müəllifi olduğu "Kino çəkilişi texnikası" (2001), "Televiziya və onun texnologiyası" (2002), "Kinofilm və televiziya proqramlarının istehsalında kompüter texnologiyasının tətbiqi" (2003) adlı dərs vəsaitləri tələbələrin və kino mütəxəssislərinin böyük marağına səbəb olmuşdur.O, həmçinin, bir müddər Türkiyədə müəllim kimi fəaliyyət göstərmişdir. "Anam Kür" filminə görə 1994–1995-ci illər ərzində Azərbaycan Respublikasının ekologiya sahəsindəki aktual məsələlərinin, problemlərinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasına və fəal təbliğinə görə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin akademik Həsən Əliyev adına Mükafatı (1996) Filmoqrafiya Operator assistenti kimi Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Bizim Azərbaycan (film, 1959) (qısametrajlı sənədli film) Koroğlu (film, 1960) (tammetrajlı bədii film) Böyük dayaq (film, 1962) (tammetrajlı bədii film) Yenilməz batalyon (film, 1965) (tammetrajlı bədii film)Operator kimi Azadlıq məşəli (film, 1967) (qısametrajlı sənədli film) Foto "Fantaziya" (film, 1970) (qısametrajlı bədii film) Qatır Məmməd (film, 1974) (tammetrajlı bədii film) Şənlik bizə yaraşır (film, 1974) (qısametrajlı sənədli film) Bakı kondisionerləri (film, 1975) (qısametrajlı sənədli film) Qələbənin yolları (film, 1976) (qısametrajlı sənədli film) Cənub buxtası (film, 1977) (qısametrajlı sənədli film) Qərib cinlər diyarında (film, 1977) (tammetrajlı bədii film) Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) Həyatımızın himni (film, 1978) (qısametrajlı sənədli film) Sirk mənim həyatımdır (film, 1978) (qısametrajlı sənədli film) Bizim günlərin mahnıları (film, 1979) (qısametrajlı sənədli film) Solmaz bir bahar kimi (film, 1979) (qısametrajlı sənədli film) Yol əhvalatı (film, 1980) (tammetrajlı bədii film) Ay alan! (film, 1981) Son söz (film, 1981) (qısametrajlı sənədli film) Əzablı yollar (film, 1982) (tammetrajlı bədii film) Arzuya doğru (film, 1983) (qısametrajlı sənədli film) Nar haqqında hər şey (film, 1983) (qısametrajlı sənədli film) Respublikaya üçüncü Lenin ordeni (film, 1983) (tammetrajlı sənədli film) Gürzə ilə əlbəyaxa (film, 1984) (qısametrajlı sənədli film) Əbədi iz (film, 1985) (qısametrajlı sənədli film) Fikrət Əmirov (film, 1985) (qısametrajlı sənədli film) Geriyə baxmağa dəyər (film, 1985) (qısametrajlı sənədli film) Xalça haqqında dastan (film, 1985) (qısametrajlı sənədli film) Kür – dostluq çayıdır (film, 1985) (qısametrajlı sənədli film) Neft-kimya maddələri layların neft hasilatını yüksəldir (film, 1985) (qısametrajlı sənədli film) Taca doğru addım (film, 1985) (qısametrajlı sənədli film) İstək olarsa (film, 1986) (qısametrajlı sənədli film) Məişət elektrik cihazlarından yanğın baş verməsi (film, 1986) (qısametrajlı sənədli film) Yataqda siqaret çəkməyin (film, 1986) (qısametrajlı sənədli film) Harri Qasparov (film, 1987) (tammetrajlı sənədli film) Koqalımdan xəbərlər (film, 1987) (qısametrajlı sənədli film) Xəzər gəmiçiliyi (film, 1988) (qısametrajlı sənədli film) Aşkarlıq aynasında (film, 1989) (qısametrajlı sənədli film) Ağrı (film, 1989) (qısametrajlı sənədli film) Kross (film, 1989) (qısametrajlı sənədli film) Külək haraya əsir? (film, 1989) (qısametrajlı sənədli film) Novruzun çələngi (film, 1989) (qısametrajlı sənədli film) Matəm (film, 1990) (qısametrajlı sənədli film) Bizim Bakı teatrı (film, 1991) (qısametrajlı sənədli film) İlk tamaşa (film, 1991) (qısametrajlı sənədli film) Qobustan (film, 1991) (qısametrajlı sənədli film) Ordubad (film, 1991) (qısametrajlı sənədli film) Veteran (film, 1991) (qısametrajlı sənədli film) 100 ilin astanasında (film, 1992)(I) (qısametrajlı sənədli film) Anam Kür (film, 1993) (qısametrajlı sənədli film) Əsrin kontraktı (film, 1996) (qısametrajlı sənədli film) Sifarişçi (film, 2000) (qısametrajlı bədii film)İkinci operator kimi Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) Şərikli çörək (film, 1969) (tammetrajlı bədii film) O qızı tapın (film, 1970) (tammetrajlı bədii film) Ən vacib müsahibə (film, 1971) (tammetrajlı bədii film) Azərbaycanın xoşbəxt torpağı (film, 1980) (qısametrajlı sənədli film)Quraşdırılmış səhnələrin operatoru kimi Var olun, qızlar... (film, 1972) (tammetrajlı bədii film)Rejissor kimi Anam Kür (film, 1993) (qısametrajlı sənədli film)
https://az.wikipedia.org/w/index.php?curid=33389
Şərif Əfəndiyev
Şərif Mürsəl oğlu Əfəndiyev — alim, fizika-riyaziyyat elmləri doktoru, professor, qeyri-xətti kristallar və seqnetoelektriklər sahəsində elmi məktəbin yaradıcısı, Azərbaycan Respublikasının Elm və Texnika üzrə Dövlət Mükafatı laureatı. 1993-cü ildə Beynəlxalq Soros Fondunun (ABŞ) mükafatını almış, 1995-ci ildə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Həyatı və elmi fəaliyyəti Şərif Əfəndiyev 1940-cı ildə Gürcüstan Respublikasının Qarayazı rayonunun (Borçalının Qardabani bələdiyyəsi) Qaratəpə kəndində anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndindəndir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirmiş, 1965-ci ildə məqsədli aspiranturaya qəbul edilmişdir. A.F.İoffe adına Leninqrad Fizika İnstitutuna ezamiyyətə göndərilmiş və orada 1970-ci ildə iki dəfə SSRİ Dövlət Mükafatı laureatı professor Kolomiyesin rəhbərliyi altında "Amorf keçiricilərdə mo-dulyasiya spektroskopiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi vəzifələrində işləmişdir. Şərif Əfəndiyevin elmi marağı bərk cisimlər fizikası, qeyri-xətti kristalların optikası, kristalların spektroskopiyası, lazer texnikası və texnologiyası sahələrinə aiddir. Təqiqatları xarici alimlərin geniş marağına səbəb olmuş, 1973-1974 və 1984-1985-ci illərdə İtaliyada elmi ezamiyyətdə olmuşdur. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin Fizika kafedrasına keçmiş və ömrünün sonuna qədər həmin kafedranın professoru olmuşdur. 1992-ci ildə dissertasiya müdafiə edərək fizika riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. 1995-ci ildə professor elmi rütbəsi verilmişdir. 150-dən çox elmi məqalənin, bir neçə ixtiranın və metodiki vəsaitin müəllifidir. 33 beynəlxalq konfransın iştirakçısıdır. Onun rəhbərliyi ilə 10 elmlər namizədi yetişmiş, qeyri-xətti kristallar və seqnetoelektriklər sahəsində elmi məktəb yaratmışdır. 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir. Təltif və mükafatları 1988-ci ildə "Halogenid və oksid yarımkeçiricilərin elektron rəqs hallarının elektroskopiya. Elektrik və deformasiya sahələrinin təsiri” işlər silsiləsinə görə Azərbaycan Respublikasının Elm və Texnika üzrə Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. 1993-cü ildə Beynəlxalq Soros Fondunun (ABŞ) mükafatını almış, 1995-ci ildə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.
https://az.wikipedia.org/w/index.php?curid=598958
Şərifabad
Şərifabad (Əbhər) Şərifabad (Bicar) Şərifabad (Urmiya) Şərifabad (Şot) Şərifabad (Xoy) Təzəkənd-i Şərifabad (Ərdəbil)
https://az.wikipedia.org/w/index.php?curid=476150
Şərifabad (Bicar)
Şərifabad (fars. شريف آباد) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 44 nəfər yaşayır (15 ailə). Əhalisini kürdlər təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=768929
Şərifabad (Urmiya)
Şərifabad (fars. شريفاباد) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (27 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=474582
Şərifabad (Xoy)
Şərifabad (fars. شريفاباد) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (17 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=473871
Şərifabad (Şot)
Şərifabad (fars. شريف اباد) və ya Qabanbasan - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 382 nəfər yaşayır (94 ailə)
https://az.wikipedia.org/w/index.php?curid=475677
Şərifabad (Əbhər)
Şərifabad (fars. شريف اباد) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 5,521 nəfər yaşayır (1,467 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=772817
Şərifabad dehistanı
Şərifabad dehistanı — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan dehistan. 2016-cı ilin məlumatına görə dehistanda 321 nəfər yaşayır (109 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=618890
Şərifan
Şərifan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. Şərifan kəndi Həkəri çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, kənd Şəhri-Şərifan (şərəflilər şəhəri) adlı qədim yaşayış yerinin ərazisində salındiği üçün belə adlandirılmişdir. Kəndin yaxınlığında erkən orta əsrlərə aid şəhər yeri aşkar edilmişdir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Həmçinin bax Şərifan (arxeoloji abidə)
https://az.wikipedia.org/w/index.php?curid=108751
Şərifan (arxeoloji abidə)
Şərifan yaşayış yer — Zəngilan rayonu ərazisində qədim şəhər xarabalığı. Şərifan şəhər yeri Həkəri çayının sağ sahilində, onun Araz çayına töküldüyü yerin yaxınlığında, Zəngilan rayonunun Şərifan kəndindən şimal-qərbdə yerləşir. Düzbucaqlıya yaxın plan quruluşuna malik ş əhər yeri təxminən 9 hektar sahəni əhatə edir. Şəhər xarabalıqları bir tərəfdən dağla, digər tərəfdən isə çay ilə hüdudlanır. Abidənin ərazisinin şimal-qərb sərhədində, təpə üzərində XIV əsrə aid türbənin qalıqları vardır. 1974-cü ildə Şərifan şəhər yerinin mərkəzində iki sahədə aparılan arxeoloji qazıntılar orada mədəni təbəqə yatımının qalınlığının 3 m-ə çatdığını göstərmişdir. Üzə çıxarılan tikili qalıqları arasında bişmiş kərpicdən inşa olunmuş hamam kompleksi diqqətəlayiqdir. 1979-cu ildə şəhər yerində daha iki sahədə geniş qazıntılar aparılmış və abidə ərazisində 6 yerdə yoxlama qazıntıları qoyulmuşdur. Şimal yamacda 144 kv.m-lik ərazini əhatə edən, şərti olaraq III qazıntı adlanan sahədə mədəni təbəqə yatımının qalınlığının 2-2,75 m olduğu müəyyənləşdirilmişdir. Aparılmış qazıntılar nəticəsində yaşayış evlərinin bünövrələri, çəltik anbarı, təndirlər və külli miqdarda məişət əşyaları aşkara çıxarılmış, metalişləmə istehsalı ilə bağlı qalıqlar qeydə alınmışdır. Tapıntılar əsasən saxsı qab qırıqları, İran 216 və Çindən gətirilmə fayans və seladon qab parçaları, şüşə məmulat və bir neçə sikkədən ibarətdir. Arxeoloji materiallar XIII-XVII yüzilliklər üçün səciyyəvi olduğundan Şərifan şəhər yeri də həmin dövrə aid edilir. Azərbaycan tarixi. Yeddi cilddə. II c, Bakı, 1998.
https://az.wikipedia.org/w/index.php?curid=395392
Şərifbəyli (Ərdəbil)
Şərifbəyli (fars. شريف بيگلو) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 470 nəfər yaşayır (86 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=764711
Şərifkəndi (Bicar)
Şərifkəndi (fars. شريف كندي) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 302 nəfər yaşayır (58 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=771035
Şərifli (Məlikan)
Şərifli (fars. شريفلو) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 963 nəfər yaşayır (234 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=615880
Şərifli nəsli
Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri. Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş.Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur. Şərif bəy dövrünün qoçaq, cəsarətli insanlarından idi. O, Seyidli oymağının hörmətli bəylərindən sayılırdı. Şərif bəyin Qasım bəy, Xurşud bəy adlı övladları olmuşdur. Şərif bəyin böyük oğlu Qasım bəy də sələfləri kimi Seyidli oymağının sayılıb-seçilən bəylərindən idi. Qısa ömür yaşamış Qasım bəy Seyidli oymağının Qazılı soyundən olan Məhəmmədalı bəy Qazılının ortancıl qızı Mənzər xanımla ailə həyatı qurmuş, İldırım, Çərkəz, Ildız adlı üç ovladı olmuşdur. Azərbaycanın qəhrəmanlıq tarixində silinməz iz qoymuş İldırım xan və Çərkəz bəy qardaşları Mənzər xanımla Qasım bəyin övladlarıdırlar. Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən olan İldırım xan və Çərkəz bəy qardaşları öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Qasım bəyin qızı Ildız xanım qardaşları İldırım xan və Çərkəz bəy kimi Qarabağda qeyrətli, qoçaq, cəsarətli, savadlı şəxs kimi tanınmış, Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. Ildız xanım qardaşlarına kömək edərək bir neçə tarixi şəxsiyyətin həyatının xilasında əhəmiyyətli rol oynamışdır. Ildız xanım 1945-ci ildə faciəli şəkildə həlak olmuşdur. Şərif bəyin kiçik oğlunun adı Xurşud bəydir. Xurşud bəyin oğlu Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. O, əmisi oğlanları İldırım xan və Çərkəz bəy qardaşlarının silahdaşı kimi ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Fərhad bəy 1931-ci ildə Seyidlidə vəfat etmişdir. Ildız xanım Fərhad bəylə ailə həyatı qurmuş, Yelmar adlı yeganə övladı olmuşdur. Meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi Yelmar Şərifov Ildız xanımla Fərhad bəyin övladıdır. Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il, № 42(174) Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Şərifli nəslinin görkəmli övladları. "Təzadlar" qəzeti, 18 dekabr, 2012-ci il, № 189 (1732) Xarici keçidlər Arxivləşdirilib 2012-12-21 at the Wayback Machine Həmçinin bax Seyidli oymağı Ağdam rayonunun Seyidli kəndi Arxivləşdirilib 2012-12-21 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=306308
Şərifli soyu
Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri. Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş.Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur. Şərif bəy dövrünün qoçaq, cəsarətli insanlarından idi. O, Seyidli oymağının hörmətli bəylərindən sayılırdı. Şərif bəyin Qasım bəy, Xurşud bəy adlı övladları olmuşdur. Şərif bəyin böyük oğlu Qasım bəy də sələfləri kimi Seyidli oymağının sayılıb-seçilən bəylərindən idi. Qısa ömür yaşamış Qasım bəy Seyidli oymağının Qazılı soyundən olan Məhəmmədalı bəy Qazılının ortancıl qızı Mənzər xanımla ailə həyatı qurmuş, İldırım, Çərkəz, Ildız adlı üç ovladı olmuşdur. Azərbaycanın qəhrəmanlıq tarixində silinməz iz qoymuş İldırım xan və Çərkəz bəy qardaşları Mənzər xanımla Qasım bəyin övladlarıdırlar. Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən olan İldırım xan və Çərkəz bəy qardaşları öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Qasım bəyin qızı Ildız xanım qardaşları İldırım xan və Çərkəz bəy kimi Qarabağda qeyrətli, qoçaq, cəsarətli, savadlı şəxs kimi tanınmış, Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. Ildız xanım qardaşlarına kömək edərək bir neçə tarixi şəxsiyyətin həyatının xilasında əhəmiyyətli rol oynamışdır. Ildız xanım 1945-ci ildə faciəli şəkildə həlak olmuşdur. Şərif bəyin kiçik oğlunun adı Xurşud bəydir. Xurşud bəyin oğlu Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. O, əmisi oğlanları İldırım xan və Çərkəz bəy qardaşlarının silahdaşı kimi ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Fərhad bəy 1931-ci ildə Seyidlidə vəfat etmişdir. Ildız xanım Fərhad bəylə ailə həyatı qurmuş, Yelmar adlı yeganə övladı olmuşdur. Meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi Yelmar Şərifov Ildız xanımla Fərhad bəyin övladıdır. Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il, № 42(174) Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Şərifli nəslinin görkəmli övladları. "Təzadlar" qəzeti, 18 dekabr, 2012-ci il, № 189 (1732) Xarici keçidlər Arxivləşdirilib 2012-12-21 at the Wayback Machine Həmçinin bax Seyidli oymağı Ağdam rayonunun Seyidli kəndi Arxivləşdirilib 2012-12-21 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=704726
Şəriflilər
Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri. Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş.Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur. Şərif bəy dövrünün qoçaq, cəsarətli insanlarından idi. O, Seyidli oymağının hörmətli bəylərindən sayılırdı. Şərif bəyin Qasım bəy, Xurşud bəy adlı övladları olmuşdur. Şərif bəyin böyük oğlu Qasım bəy də sələfləri kimi Seyidli oymağının sayılıb-seçilən bəylərindən idi. Qısa ömür yaşamış Qasım bəy Seyidli oymağının Qazılı soyundən olan Məhəmmədalı bəy Qazılının ortancıl qızı Mənzər xanımla ailə həyatı qurmuş, İldırım, Çərkəz, Ildız adlı üç ovladı olmuşdur. Azərbaycanın qəhrəmanlıq tarixində silinməz iz qoymuş İldırım xan və Çərkəz bəy qardaşları Mənzər xanımla Qasım bəyin övladlarıdırlar. Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən olan İldırım xan və Çərkəz bəy qardaşları öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Qasım bəyin qızı Ildız xanım qardaşları İldırım xan və Çərkəz bəy kimi Qarabağda qeyrətli, qoçaq, cəsarətli, savadlı şəxs kimi tanınmış, Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. Ildız xanım qardaşlarına kömək edərək bir neçə tarixi şəxsiyyətin həyatının xilasında əhəmiyyətli rol oynamışdır. Ildız xanım 1945-ci ildə faciəli şəkildə həlak olmuşdur. Şərif bəyin kiçik oğlunun adı Xurşud bəydir. Xurşud bəyin oğlu Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. O, əmisi oğlanları İldırım xan və Çərkəz bəy qardaşlarının silahdaşı kimi ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Fərhad bəy 1931-ci ildə Seyidlidə vəfat etmişdir. Ildız xanım Fərhad bəylə ailə həyatı qurmuş, Yelmar adlı yeganə övladı olmuşdur. Meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi Yelmar Şərifov Ildız xanımla Fərhad bəyin övladıdır. Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il, № 42(174) Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Şərifli nəslinin görkəmli övladları. "Təzadlar" qəzeti, 18 dekabr, 2012-ci il, № 189 (1732) Xarici keçidlər Arxivləşdirilib 2012-12-21 at the Wayback Machine Həmçinin bax Seyidli oymağı Ağdam rayonunun Seyidli kəndi Arxivləşdirilib 2012-12-21 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=305998
Şərifzadə Ataullah Mehmed Əfəndi
Şərifzadə Ataullah Mehmed Əfəndi (1760, Konstantinopol – 14 oktyabr 1811, Aydın) — Osmanlı alimi və şeyxülislamı. Atası Mehmed Şərif Əfəndi özü kimi şeyxülislam olmuşdur. Atasına istinadən "Şərifzadə", axsaqlığı səbəbilə isə "Topal" ləqəbiylə tanınan Ataullah Əfəndi 1760-cı ildə İstanbulda dünyaya gəlmişdir. Atası Mehmed Şərif Əfəndi I Əbdülhəmid və III Səlim səltənətlərində şeyxülislam olmuşdur. Atasının və ətrafındakı digər alimlərin yanında başlayan təhsilini daha sonra Tokatlı Mustafa Əfəndidən tamamlayaraq gənc yaşda müdərris oldu. Qısa zamanda yüksələrək 1782-ci ildə Qalata, 1792-ci ildə Məkkə qazılığına təyin edildi. 2 il sonra İstanbul qazılığına və naqibüləşraflığa yüksəldi. 1801-ci ildə payə olaraq aldığı Rumeli başqazılığı vəzifəsində yalnız 1804-cü ildə fəaliyyətə başlaya bildi. Siyasi vəziyyətin gərgin olduğu bu illərdə köklü bir ailəyə mənsub olması, mükəmməl təhsil alması və mühafizəkar yönümlü olması səbəb göstərilərək Sultan Səlim tərəfindən şeyxülislamlığa gətirildi (14 noyabr 1806). Bu ilk şeyxülislamlığı dönəmində baş verən siyasi hadisələrin mərkəzində yer aldı. Sultan Səlimin taxtdan endirilməsi və ardından Sultan Mustafanın cülusunda söz sahibi olmuş, Kösə Musa Paşa ilə birlikdə üsyançı birliklərlə müzakirələr aparmışdır. Bu hərəkətləri isə sonrakı illərdə tənqid olunmasına səbəb olmuşdur. Bu əsnada Qabaqçı Mustafa Paşanın tərəfdarı olan müdərris Seyyida Əfəndi kimi bəzi müxalifləri onu Sultan Səlim tərəfdarı olaarq göstərmiş, bu səbəblə 13 iyul 1807-ci ildə vəzifədən alınmışdır. Yerinə Ömər Hulusi Əfəndi təyin edilsə də, üsyançıların təzyiqi səbəbilə bir gün sonra vəzifəsinə geri qaytarılmışdır.Ataulah Əfəndi bu ikinci şeyxülislamlığı dönəmində dövlətin ən nüfuzlu şəxslərindən biri oldu, hətta üst səviyyədəki vəzifələrə təyinatlarda söz sahibi oldu. O əsnada Ruscuq bölgəsindən ordu toplayıb İstanbula gələn Ələmdar Mustafa Paşa üsyançıların və şeyxülislamın özbaşınalıqlarından bezən Sultan Mustafaya, üsyançıların başçısı Qabaqçı Mustafanı aradan qaldırmağı və şeyxülislamı vəzifədən uzaqlaşdırmağı məsləhət gördü. İstanbula daxil olduqdan sonra Qabaqçı Mustafa Paşanı zərərsizləşdirən Ələmdar Mustafa Paşa 21 iyul 1807-ci ildə Ataullah Əfəndini vəzifədən aldı və Sultan Səlimin devrilməsində iştirak edən üləmaları sürgün etdi. Ataullah Əfəndi isə bir müddət şəxsi mülkündə yaşadıqdan sonra 31 iyul 1808-ci ildə indiki Bolqarıstan ərazisinə sürgün edildi. 1810-cu ildə isə Aydına köçürüldü və 14 oktyabr 1811-ci ildə burada vəfat etdi. Şânîzâde, Târih, II, 66–69. Devhatü’l-meşâyih, s. 120. Sicill-i Osmânî, III, 479. Osmanlı Müellifleri, I, 377. Danişmend, Kronoloji, IV, 85–87. Karal, Osmanlı Tarihi, V, 81–84.
https://az.wikipedia.org/w/index.php?curid=685331
Şərifzadə küçəsi
Abbas Mirzə Şərifzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin adını daşıyır. Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinə kimi uzanır. Abbas Mirzə Şərifzadə küçəsi "Azərbaycan" nəşriyyatının sol cinahından başlayıb, Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsinə paralel Respublika Kliniki Xəstəxanasına qədər uzanır. Yenidən qurulduqdan sonra eninə, hərəkət zolaqlarının sayına görə adı çəkilən prospektləri üstələyir, uzunluğu isə onların ikisi qədərdir. Kəsişdiyi küçələr Abbas Mirzə Şərifzadə küçəsi Mətbuat prospektindən başlayır və Müzəffər Həsənov küçəsi ilə kəsişmədə bitir. İsfəndiyar Zülalov küçəsi İsmayıl Mürsəgülov küçəsi Yaşar Abdullayev küçəsi Mirzə Mehdiyev küçəsi Nazim Hikmət küçəsi 6-cı Salaxani küçəsi 7-ci Salaxani küçəsi Akim Abbasov küçəsi Kamal Rəhimov küçəsi Əsəd Əhmədov küçəsi Həmidov küçəsi Məhəmməd Xiyabani küçəsi Heydər Hüseynov küçəsi Mühüm ünvanlar № 10 — Azad Azərbaycan TV № ? — AMEA Fiziologiya İnstitutu № 20 — Kaktus restoranı № 39 — ASAN xidmətin 3 saylı mərkəzi № 138 — CONNECT TV № 154a — "Bizim Market" № 158 — "Metro ticarət" № ? — Günəş petrol № 196 — Akademik M.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi № 202 — "Zəngin süfrə" restoranı № 203 — Capsella pərdə-tül mərkəzi № 204 — 2 nömrəli Bakı Baza Tibb Kolleci № ? — AZPETROL № 241 — İctimai Televiziya № ? — Respublika kliniki xəstəxanası № ? — Bakı Rabitə Kolleci Elxan Qənbərli, "Görməzlik, biganəlik, yoxsa...", "Azərbaycan" qəzeti, 16 iyul 2013-cü il. Xarici keçidlər Abbas Mirzə Şərifzadə küçəsi, Bakı
https://az.wikipedia.org/w/index.php?curid=493458
Şərifəddin (Sulduz)
Şərifəddin (fars. شريف الدين) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (20 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=571814
Şərikan
Şərikan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd.Şərikan qəsəbəsi Mincivan-Qafan dəmiryolu stansiyası əsasında yaranmışdır. Keçmiş adı Kazarma olmuşdur. Yaşayış məntəqəsi vaxtilə mövcud olmuş Şərikan kəndindən köçüb gəlmiş ailələrin Bakı-Yerevan dəmiryolunun 32-ci km.-liyində salındığına görə Otuzikinci də adlanmışdır. Yaşayış məntəqəsi sonralar qədim Şərikan kəndinin adı ilə adlanmışdır. Güman etmək olar ki, oykonim "Karıklı yer" mənasındadır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
https://az.wikipedia.org/w/index.php?curid=675828
Şərikli çörək
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. Festivallar və mükafatlar 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. Film haqqında Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı. Vaqifin İsmayıl baba ilə bazara gəlməsi, Genanın orada toyuq satması, həmçinin Vaqifin su satan uşaqla davası məhz burada olmuşdu. Filmdəki məscid İçərişəhərin girəcəyindəki məscid idi. 1970-ci ildə digərləri ilə birgə aktyor Fazil Salayevə də Azərbaycan Respublikasının Dövlət Mükafatı veriləcəkdi. Lakin son məqamda ədalətsizcəsinə onun adı siyahıdan çıxarılmışdı. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Alla Axundova Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Vasif Adıgözəlov Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Nadir Zeynalov Rejissor: Xamis Muradov Operator: Şərif Şərifov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: Mirzəbala Məlikov, M. Məmmədov Operator assistenti: Elxan Əliyev, Amin Novruzov Rəssam assistenti: T. Məlikzadə, N. Viçina Qrim rəssamı: T. Devdariani Montaj edən: A. Kolmaqorova, Reyhan Mustafayeva (R. Mustafayeva kimi) Redaktor: İntiqam Qasımzadə, Nataliya Şneyer Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Filmin direktoru: Yusif Yusifzadə Mahnı ifa edən: Oqtay Ağayev Fotoqraf-rəssam : Pərviz Quliyev Kamran Rəcəbli — Vaqif Tuna Namazova — Leyla Firuz Əliyev — Tofiq Xosrov Mamayev — Əşrəf Mirzəağa Mirzəyev — Genka Çingiz Quliyev — Mişka Cəmilə Məmmədova — Cəmilə Adilə Məmmədova — Adilə Yelena İnyakina — Lina Sədayə Mustafayeva — Şamama Fazil Salayev — Məhəmməd Ağahüseyn Cavadov — İsmayıl baba Əliheydər Həsənzadə — Novruz Sofa Bəsirzadə — Roza Əminə Yusifqızı — Südabə Hüseynağa Sadıqov -Paşa Əhməd Əhmədov — alverçi Mixail Lezgişvili - elektrik qatarındakı zabit Yevgeniya Ustinoviç - Tanya Qalina Koltunova - həkim Aleksey Lejnyov (A. Lejnyov kimi) Əbdül Mahmudov — bazardakı alıcı Yusif Yulduz — məhəllə sakini Azad Dadaşov — məhəllə sakini Süsən Məcidova (Susanna Məcidova kimi) — məhəllə sakini Hacıməmməd Qafqazlı (H.A. Qafqazlı kimi) - məsciddəki axund Törəxanım Zeynalova — Sona nənə Artur Osipov Yuliya Maşina (Y. Maşina kimi) İlham Məmmədov - bazardakı uşaq Sona İbrahimova Fərhad İsrafilov — Fərhad Eldar Həsənov Dadaş Kazımov — qırçı Oqtay Ağayev Vladimir Basov — alman əsir (titrlərdə yoxdur)Əhməd Mahmudoğlu (Ə. Mahmudoğlu kimi) - çörək satan Davud Qədimov - "fokusçu" Zirəddin Tağıyev - bazardakı alverçi Cəmil Quliyev (rejissor) - məhəllə uşağı Bikəxanım Rzazadə - məhəllə sakini Şamil Mahmudbəyov (rejissor) - çörəyi götürən əl Sevil Rəsulova - məhəllə sakini Filmi səsləndirənlər Pərviz Bağırov (aktyor) - Genka (Mirzəağa Mirzəyev)(titrlərdə yoxdur) Ofeliya Sənani - Şamama (Sədayə Mustafayeva)(titrlərdə yoxdur) Eldəniz Zeynalov - Məhəmməd (Fazil Salayev(rus versiyasında))(titrlərdə yoxdur) Məlik Dadaşov - Paşa Balayeviç (Hüseynağa Sadıqov (aktyor)(rus versiyasında))(titrlərdə yoxdur) Şahmar Ələkbərov — elektrik qatarındakı zabit (Mixail Lezgişvili)(titrlərdə yoxdur) Yusif Vəliyev — çörək satan (Əhməd Mahmudoğlu) (titrlərdə yoxdur) Hökümə Qasımova — Mariya İvanovna;qonşu (titrlərdə yoxdur) Əliağa Ağayev - "fokusçu" (Davud Qədimov)(titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - çörək dükanındakı adam (titrlərdə yoxdur) Bahadur Əliyev - Məhəmmədin tanışı (titrlərdə yoxdur) Rafiq Əzimov - bazardakı əsgər (titrlərdə yoxdur) Nəsibə Zeynalova - məhəllə sakini (titrlərdə yoxdur) "Ədəbiyyat və incəsənət" qəzeti, 1 may 1971-ci il. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 160-162. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. Xarici keçid Filmin posteri
https://az.wikipedia.org/w/index.php?curid=10956
Şərikli çörək (film, 1969)
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. Festivallar və mükafatlar 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. Film haqqında Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı. Vaqifin İsmayıl baba ilə bazara gəlməsi, Genanın orada toyuq satması, həmçinin Vaqifin su satan uşaqla davası məhz burada olmuşdu. Filmdəki məscid İçərişəhərin girəcəyindəki məscid idi. 1970-ci ildə digərləri ilə birgə aktyor Fazil Salayevə də Azərbaycan Respublikasının Dövlət Mükafatı veriləcəkdi. Lakin son məqamda ədalətsizcəsinə onun adı siyahıdan çıxarılmışdı. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Alla Axundova Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Vasif Adıgözəlov Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Nadir Zeynalov Rejissor: Xamis Muradov Operator: Şərif Şərifov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: Mirzəbala Məlikov, M. Məmmədov Operator assistenti: Elxan Əliyev, Amin Novruzov Rəssam assistenti: T. Məlikzadə, N. Viçina Qrim rəssamı: T. Devdariani Montaj edən: A. Kolmaqorova, Reyhan Mustafayeva (R. Mustafayeva kimi) Redaktor: İntiqam Qasımzadə, Nataliya Şneyer Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Filmin direktoru: Yusif Yusifzadə Mahnı ifa edən: Oqtay Ağayev Fotoqraf-rəssam : Pərviz Quliyev Kamran Rəcəbli — Vaqif Tuna Namazova — Leyla Firuz Əliyev — Tofiq Xosrov Mamayev — Əşrəf Mirzəağa Mirzəyev — Genka Çingiz Quliyev — Mişka Cəmilə Məmmədova — Cəmilə Adilə Məmmədova — Adilə Yelena İnyakina — Lina Sədayə Mustafayeva — Şamama Fazil Salayev — Məhəmməd Ağahüseyn Cavadov — İsmayıl baba Əliheydər Həsənzadə — Novruz Sofa Bəsirzadə — Roza Əminə Yusifqızı — Südabə Hüseynağa Sadıqov -Paşa Əhməd Əhmədov — alverçi Mixail Lezgişvili - elektrik qatarındakı zabit Yevgeniya Ustinoviç - Tanya Qalina Koltunova - həkim Aleksey Lejnyov (A. Lejnyov kimi) Əbdül Mahmudov — bazardakı alıcı Yusif Yulduz — məhəllə sakini Azad Dadaşov — məhəllə sakini Süsən Məcidova (Susanna Məcidova kimi) — məhəllə sakini Hacıməmməd Qafqazlı (H.A. Qafqazlı kimi) - məsciddəki axund Törəxanım Zeynalova — Sona nənə Artur Osipov Yuliya Maşina (Y. Maşina kimi) İlham Məmmədov - bazardakı uşaq Sona İbrahimova Fərhad İsrafilov — Fərhad Eldar Həsənov Dadaş Kazımov — qırçı Oqtay Ağayev Vladimir Basov — alman əsir (titrlərdə yoxdur)Əhməd Mahmudoğlu (Ə. Mahmudoğlu kimi) - çörək satan Davud Qədimov - "fokusçu" Zirəddin Tağıyev - bazardakı alverçi Cəmil Quliyev (rejissor) - məhəllə uşağı Bikəxanım Rzazadə - məhəllə sakini Şamil Mahmudbəyov (rejissor) - çörəyi götürən əl Sevil Rəsulova - məhəllə sakini Filmi səsləndirənlər Pərviz Bağırov (aktyor) - Genka (Mirzəağa Mirzəyev)(titrlərdə yoxdur) Ofeliya Sənani - Şamama (Sədayə Mustafayeva)(titrlərdə yoxdur) Eldəniz Zeynalov - Məhəmməd (Fazil Salayev(rus versiyasında))(titrlərdə yoxdur) Məlik Dadaşov - Paşa Balayeviç (Hüseynağa Sadıqov (aktyor)(rus versiyasında))(titrlərdə yoxdur) Şahmar Ələkbərov — elektrik qatarındakı zabit (Mixail Lezgişvili)(titrlərdə yoxdur) Yusif Vəliyev — çörək satan (Əhməd Mahmudoğlu) (titrlərdə yoxdur) Hökümə Qasımova — Mariya İvanovna;qonşu (titrlərdə yoxdur) Əliağa Ağayev - "fokusçu" (Davud Qədimov)(titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - çörək dükanındakı adam (titrlərdə yoxdur) Bahadur Əliyev - Məhəmmədin tanışı (titrlərdə yoxdur) Rafiq Əzimov - bazardakı əsgər (titrlərdə yoxdur) Nəsibə Zeynalova - məhəllə sakini (titrlərdə yoxdur) "Ədəbiyyat və incəsənət" qəzeti, 1 may 1971-ci il. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 160-162. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. Xarici keçid Filmin posteri
https://az.wikipedia.org/w/index.php?curid=807455
Şərili
Şərili — aşıq havası. Naxçıvan Muxtar Respublikası Şərur rayonun adı (Şərur,-Şərir,Şəril) ilə bağlıdır. "Ağır şərili", "Ora şərili","Yüngül şərili", "Qarabağ şərili" adlı havalar mövcuddur. Şərili havalarının məqam əsası segah, musiqi ölçüsü 6/8-dir. Sazda "Şah pərdə" kökündə çalınır. İnstrumenatal variantları da var. Xarici keçidlər Aşıq Əkbər — Şərili
https://az.wikipedia.org/w/index.php?curid=633084
Şərip (Uçalı)
Coğrafi yerləşməsi rayon mərkəzindən (Uçalı): 72 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 24 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=562585
Şərip (Əbyəlil)
2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Şərip kəndinin milli tərkibi: başqırdlar 100%. Coğrafi yerləşməsi rayon mərkəzindən (Askar): 63 km., kənd sovetliyindən (Xəmit): 17 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 110 km.
https://az.wikipedia.org/w/index.php?curid=517740
Şəriq (Kəleybər)
Şəriq (fars. شريق) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 47 nəfər yaşayır (10 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=686345
Şəriət
Şəriət (ərəb. الشريعة) — İslamda qəbul edilən ibadət, davranış və cəzalarla əlaqəli bütün dini qanun anlayışlarına və qaydalarına verilən ad. Fiqh, digər tərəfdən, şəriətdə bu qanun və qaydaların nəzəri və praktiki tətbiqi araşdırmaları ilə əlaqəli və şəriətin nə mənada olduğunu müəyyənləşdirən fəaliyyətlərə verilən addır. Dini terminologiyada şəriət ayələr və hədislər kimi dinin mənbəyi kimi qəbul edilən Allah və Məhəmməd peyğəmbərin kəlamlarına, fiqh isə dini rəhbərlərin sözləri və hərəkətlərinə və onların şərhlərinə istinad edir. Qurana əsaslanan şəriət qanunları əsas mənbə kimi əsrlər boyu islam cəmiyyətlərini və bir çox məsələlərdə kişi və qadınlar arasında münasibətlər, müharibə, nikah, boşanma, irs mübadiləsi, şəhadətnamə kimi müəyyən edilmiş qaydalarla sosial həyatı tənzimləmişdir. Qadın geyimləri ilə bağlı dəqiq çərçivənin olmaması, Qadın geyimləri haqqında əmrin rejimi ilə Qurani-Kərimdə ifadə edilmiş cümlələrdə, ideyaların yaranmasına gətirib çıxarmışdır, hansılar ki, İslamda əsrlər boyu müzakirə edilmişdir, hansılar ki, bir sonunda qadın geyimlərini yalnız qadının cinsiyyət orqanlarını əhatə etmək üçün kifayətdir, digər tərəfdən və şəxslər də daxil olmaqla, bütün bədəni örtməyə qadını məcbur edirdilər.İslam fiqhinin məzhəbləri Quranı dinin əsas mənbəyi hesab edirlər. Vacib (fərz, vəcib və sünnət) əməllərdən əl çəkmək və pis (məkruh və haram) olaraq təyin olunan işləri etmək cəzaya səbəb olur. (hadd və ya tazir cəzaları) Klassik şəriət tətbiqlərindən bəzilərinə ciddi insan haqları pozuntuları daxildir. 'Müharibələrdə əsir götürülmüş' qadınların vəziyyəti insan hüquqları baxımından kritik bir mövzudur. Quranın ənənəvi təfsirlərinə görə, bu qadınlar müharibə talanları kimi qəbul edilir. Bu qadınların evli olub-olmaması nəzərə alınmır və digər kölə qadınlar kimi, haq sahibləri (döyüşçülər və ya alıcıları) onların razılığı olmadan bədənləri üzərində cinsi əlaqədə ola bilərlər. (Əl-Möminun; 5- 6) (bax: Müharibə cinayətləri) İnsanların və insan davranışlarının təsnifatı (Etiket, Mühakimə) Dini vacibatlar da fərz, vacib və müstəhəb kimi dərəcələrə bölünür. Bundan əlavə, haram və ya məkruh şəklində çəkinilməsi vacib olan mənfi öhdəliklər var və onlara əməl etməməyə görə cinayət-ictimai sanksiyalar var. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür: Fərz (mütləq zərurət ifadə edən hərəkət və ibadətlər), Vacip (zərurət, zərurətin aşağı dərəcəsi), sünnə, müstəhəb (sevilən əməllər), halal, məkruh (çox çirkin; təhrimen məkruh, az çirkin; tənzihən məkruh) haram (tamamilə qadağandır). Bu hərəkətlərin şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməllərin tərk edilməsi, məkruh və haram sayılan əməllərin icrası hədd və ya təzir cəzası kimi cəzalandırılır. Məsələn, namaz qılmayanları döyüb həbs etmək, israr edənləri öldürmək bu çərçivəyə alına bilər. Şəriət anlayışında insanlar inanclarına, mənsubiyyətinə və ya davranışlarına görə müsəlman-zimmi, saleh, fasiq, mulhid, mürtəd kimi təbəqələrə, eləcə də azad qul, qadın-kişi kimi fərqlərə bölünür və onlar bu siniflər üçün müəyyən edilmiş hüquqlara, vəzifələrə və ya cəzalara məruz qalırlar. Bu ayrı-seçkiliyin şəhadətin rədd edilməsi kimi yüngül nəticələri, mürtəd və dönüklərin yandırılması kimi ağır nəticələri ola bilər və miras, ölüm təzminatı, qisas, idarəçi və ya hakim təyinatları kimi bir çox sahədə özünü göstərir. Zina cəzalarında evli və subay arasında da fərq var. Qanuni hüquq və vəzifələr insanın müdrik olması ilə başlayır. Qurana görə əsas cinayət və cəza formaları Günahın sübutu / Şahid qaydaları; Qanunun bərqərar olmasında ən mühüm təyinedicilərdən biri, kimin şəhadətinin qəbul edilib, kimin şəhadətinin qəbul olunmayacağı məsələsi şəriətdə ən mühüm mövzulardan biridir: Qadının şəhadət haqqı hədd cəzası tələb edən cinayətlərin isbatında, vəsiyyət və boşanma işlərində və digər məsələlərdə kişilərdən fərqlidir. 1 kişi + 2 qadın şəklində olan qadınların şahidliyi bu cür işlərə şahidlik edən ən azı bir kişi olmaq şərti ilə qəbul edildi. Zina: Quran görə, 100 çubuqla vurmaq. Əgər zinakar qadın cariyə isə Onun yarısıdır. Lakin, bir hədisə görə, evli olanlar üçün recm (daşlarla öldürmək) tətbiq edilir. Şəriət qanunlarında təcavüz kimi bir cinayət yoxdur.Oğurluq: Oğurluq aktında sağ tərəfdən başlayaraq, əllərindən biri kəsilir.Kazf: Zinanın ismətli qadına aid edilməsi 80 çubuqlarla cəzalandırılır və onun ifadələri qəbul edilmir.Yol kəsilməsi: Hərəkətlərinin növünə və ağırlığına görə sağ əl və sol ayaqların çarpaz kəsilməsi, həbs vəya sürgün cəzaları verilir.Qisas: Tarixi praktikada qisas iki şəkildə görünür. Onlardan biri, bədən bütövlüyünə qarşı cinayətlərdə, törədilən cinayətlə eyni olan "əks hərəkət" ilə şəxsin cəzalandırılmasıdır; Bir həyat üçün bir həyat, bir göz üçün göz, bir diş üçün diş ... və s.Başqa bir tətbiq, cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən, oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir.İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : 'Ey iman gətirənlər! Öldürülən insanlarla əlaqədar sizə qisas qərarı verildi. Azad ilə azad, əsirlə əsir, qadınla qadın. Ölənin qardaşı (qatil) bir qiymətə bağışlanarsa, adətinə əməl etsin və qiyməti yaxşı ödəsin. " Ancaq ayədəki "qadın üçün qadın" sözünün ləğv edilməsi və ayədə adı çəkilməməsinə baxmayaraq, bir müsəlman qeyri-müsəlmanı öldürdüyü zaman qisasın tətbiq ediləcəyi mübahisəli olaraq qalır.Şəriət qanunlarına görə, kölə azad adam öldürəndə qisas alınır, azad adam qul öldürəndə isə qisas almaq olmaz.İslamda cinayətlərlə əlaqəli olaraq qisas institutu mövcuddur. Qisas qaydasına görə, əbəs (günahsız) yerə öldürülmüş şəxsin qəyyumu (qardaşı, atası...) qatili cəzalandırmaq hüququna sahibdir. Eyni zamanda onun qatili bağışlamaq hüququ da var.Qisas haqqında Maidə surəsinin 45-ci ayəsində bu cür qeyd edilir: "Onlara (Yəhudi) belə hökm etdik ki, can canın müqabilində, göz gözün müqabilində, burun burunun müqabilində, qulaq qulağın müqabilində, diş dişin müqabilində olsun, hər bir yaranın da qisası vardır. Əgər bir şəxs onu (qatili, canini) bağışlasa, onun kəffarəsi hesab olunar, hər kəs Allahın nazil etdiyi əsasda hökm etməsə, zalımdır."Abdülaziz Bayındır'a görə, diş üçün diş, göz üçün göz, qulaq üçün qulaq, burun üçün burun və yaralanmalara görə qisas kimi müddəalar əlaqədar ayə ilə ləğv edildi.
https://az.wikipedia.org/w/index.php?curid=373135
Şərm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ) — Misirin kurort şəhərdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=171415
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
https://az.wikipedia.org/w/index.php?curid=10026
Şərq-Qərb Tədqiqat Mərkəzi
"Şərq-Qərb" Tədqiqat Mərkəzi — 1994-cü ildə vaxtilə Aida xanım İmanquliyeva tərəfindən əsası qoyulan Şərq-Qərb problematikası üzrə tədqiqatları davam etdirmək məqsədi ilə Azərbaycan Universitetinin nəzdində yaradılmışdır. Azərbaycan öz coğrafi mövqeyinə görə Asiya ilə Avropanın, Şərq ilə Qərbin qovşağında yerləşdiyi kimi öz mədəni inkişaf xüsusiyyətlərinə görə də həm Şərq, həm də Qərb mahiyyətini ehtiva edir və bu iki müxtəlif sivilizasiyanın əməli vəhdətinin parlaq nümunəsidir. Azərbaycanda Şərq-Qərb problematikasının bir tədqiqat predmeti kimi seçilməsi zamanın tələbidir. Bu tələbatı ilk dəfə olaraq Aida xanım İmanquliyeva hiss etmiş və hələ ötən əsrin 70-ci illərindən başlayaraq Şərqlə-Qərb arasında inteqrasiyanın ədəbi-bədii təcəssümü olan bir sıra görkəmli ərəb mütəfəkkirlərinin dünyagörüşünü və yaradıcılığını özünün tədqiqat obyekti kimi seçmişdir. Bu problem üzrə müstəqil bir elmi tədqiqat mərkəzinin açılması və «Şərq-Qərb» cunralının nəşr edilməsi Aida xanımın yaradıcılıq və təşkilatçılıq planlarının mühüm tərkib hissəsi idi. Lakin onun sağlığında bu planın reallaşması mümkün olmasa da, bu ideyanı öz fəaliyyətlərində əsas tutan bir neçə tədqiqatçı 1994-cü ildən başlayaraq Azərbaycan Universiteti nəzdində Şərq-Qərb Tədqiqat Mərkəzini yaratdılar. Azərbaycan Universitetinin rektoru fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun rəhbərliyi ilə fəaliyyətə başlayan bu Mərkəzin ilk üzvləri sırasında Şərqşünaslıq İnstitutundan işləmək üçün bu Universitetə keçmiş tarix elmləri doktorları Nailə Vəlixanlı və Həsən Əlibəylini, iqtisad elmləri namizədi Dünyamalı Vəliyevi, habelə görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevi və tanınmış ərəbşünaslar Ələsgər Məmmədov və Zahid Hüseynovu göstərmək olar. Sonralar bu Mərkəzin fəaliyyətində digər elm sahələrinin də görkəmli nümayəndələrinin iştirak etməsi Şərq-Qərb probleminin bütün aspektlərini araşdırmağa və bu sahədə elmi müzakirələr keçirməyə geniş imkanlar açırdı. Azərbaycan EA-nın həqiqi üzvləri sırasından riyaziyyatçı Fəraməz Maqsudovun, iqtisadçı Asəf Nadirovun, coğrafiyaşünas Budaq Budaqovun Mərkəzin fəaliyyətində iştirakı Şərqlə-Qərb arasında elmi və iqtisadi əlaqələrin müzakirəsi və gənclərin bu sahələrdə tədqiqata cəlb olunması üçün əlavə imkanlar açdı. Tarixçi alimlər akademik Teymur Bünyadovun, AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun, tarix elmləri doktorları İlyas Babayevin, Qiyasəddin Qeybullayevin, Adil Məmmədovun, Tamilla Məmmədovanın və s. Mərkəzə üzv seçilməsi də təsadüfi deyildir. Çünki Mərkəzdə Şərq və Qərb sivilizasiyaları arasında əlaqənin tarixi kökləri, qədim ipək yolunun bu prosesdə oynadığı rol, ellinizm və Qafqaz, İslam və Xristianlıq və s. problemlər üzrə məqsədyönlü araşdırmalar aparılması tarixçilərin iştirakını zəruri edirdi. Kulturoloq Fuad Məmmədovun, fizik Şahlar Əsgərovun, psixoloq Əbdül Əlizadənin, həkim Nurəddin Rzayevin iştirakı Mərkəzdə qoyulan problemlərin rəngarəngliyini və əhatə dairəsini genişləndirməyə, Şərq-Qərb probleminin bütün aspektlərini əhatə etməyə şərait yaratdı. Xüsusən dünya şöhrətli cərrah, habelə tarixçi və ədəbiyyatşünas, «Varlıq» dərgisinin naşiri professor Cavad Heyətin müntəzəm surətdə Bakıya gələrək müzakirələrdə iştirak etməsi keçirilən tədbirləri daha da canlandırır, Mərkəzin gənc üzvlərinin dünyagörüşünün daha da genişlənməsinə, bu problemlər üzrə daha hərtərəfli biliklər əldə etmələrinə imkan verirdi. Şərq ilə Qərb arasında ədəbi-bədii əlaqələrin öyrənilməsi bu Mərkəzin ideya müəllifi olan Aida xanım İmanquliyevanın yaradıcı irsinin bilavasitə davam etdirilməsinə yönəldilmişdir. Akademik Kamal Talıbzadənin, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin və professor Əmirxan Xəlilovun ədəbi əlaqələr sahəsində çıxışları Mərkəzin əsas mövzuları sırasında olmuşdur. Bütün bu müxtəlif ixtisas sahiblərinin bir araya gəlməsi və sinkretik səciyyəli problemlərin müzakirəsində, habelə bu mövzular üzrə aparılan tədqiqatlarda fəal iştirak etməsi ən çox filosofların inteqrativ funksiyası sayəsində mümkün olmuşdur. Mərkəzin rəhbəri professor S.Xəlilovla yanaşı müzakirələrdə akademik Fuad Qasımzadə, fəlsəfə elmləri doktorları Camal Mustafayev, Yusif Rüstəmov, Zümrüd Quluzadə, Rəbiyyət Aslanova, Aydın Şirinov və s.-in fəal iştirakı təkcə Şərq və Qərb təfəkkür üsulları arasında deyil, həm də müxtəlif elm və ixtisas sahələri arasında əlaqənin təmin olunmasına və bu istiqamətdə tədqiqatlar aparılmasına rəvac vermişdir. 1997-ci ildən başlayaraq tədqiqat mərkəzi özünün jurnalını dərc etməyə başlamışdır ki, bu da aparılan müzakirələrin və görülən tədbirlərin mətbuatda operativ surətdə işıqlandırılmasına imkan vermişdir. «İpək yolu» jurnalı ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi aspektləri əhatə etməklə Şərqlə Qərb arasında dialoqun hərtərəfli işıqlandırılmasına xidmət edir. Jurnalda ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi kurs müntəzəm surətdə işıqlandırılır. Qloballaşmanın iqtisadi aspektləri, tarixi ipək yolunun bərpası, Avrasiya dəhlizinin, TRASEKA proqramının iqtisadi problemlərinin araşdırılması, neft strategiyası, «Əsrin müqaviləsi» və s. problemlər jurnalın aparıcı mövzularından olmuşdur. Bu mövzularla əlaqədar Mərkəzin üzvləri olan iqtisadçı alimlər akademik Asəf Nadirov, AMEA-nın müxbir üzvü Akif Musayev, jurnalın indiki redaktoru, Mərkəzin sədr müavini Dünyamalı Vəliyev, professor Əbülfəz Qasımov, professor Əli Əhmədov, iqtisad elmləri namizədi Mayıl Rəhimov və başqaları müntəzəm surətdə jurnalın səhifələrində çıxış etmiş və Tədqiqat Mərkəzindəki müzakirələrin elmi ümumiləşdirmələrini vermişlər. Təəssüflər olsun ki, Mərkəzin fəaliyyət dövründə onun ən fəal üzvlərindən akademik Fəraməz Maqsudov, professor Ələsgər Məmmədov, AMEA-nın müxbir üzvləri Mahmud İsmayılov və Yaşar Qarayev, professor Qiyasəddin Qeybullayev dünyasını dəyişmişlər. Onların çıxışları və tədqiqatları indi də Mərkəzin üzvləri tərəfindən istifadə olunur və Mərkəzin ideya müəllifi Aida İmanquliyeva ilə yanaşı, onların da xatirəsi müntəzəm surətdə yad edilir. Fəaliyyət dövründə tədqiqat mərkəzində həm Şərqin, həm də Qərbin görkəmli mütəfəkkirlərinin yubileyləri qeyd olunmuşdur. Dədə Qorqudun 1300 illik, Füzulinin 500 illik, Kantın vəfatının və Feyerbaxın anadan olmasının 200 illik yubileyləri təntənə ilə qeyd edilmişdir. Şərq-Qərb problematikasına öz yaradıcılığında geniş yer vermiş Hüseyn Cavidin və Abdulla Şaiqin 120 illik yubileyləri, habelə Cəfər Cabbarlının və Karl Popperin 100 illik yubileyləri keçirilmiş və onlara həsr olunmuş kitablar buraxılmışdır. «Şərq-Qərb» Tədqiqat Mərkəzinin fəaliyyəti çərçivəsində bu Mərkəzin üzvlərinin də yubileyləri keçirilmiş, onların ixtisaslarına və tədqiqat problemlərinə uyğun elmi konfranslarla qeyd edilmiş, gənc tədqiqatçılar da bu konfranslara qatılmışlar. Ümumiyyətlə nəsillərin əlaqəsini daha mütəşəkkil səviyyədə təmin etmək üçün Tədqiqat Mərkəzinin üzvləri Universitetdə fəaliyyət göstərən «İstedad klubu»nun üzvləri ilə vaxtaşırı görüşlər keçirmiş, aktual problemlərin müzakirəsinə gənclər də cəlb olunmuşlar. Yazıçılardan Anarla, Məmməd Arazla, Zəlimxan Yaqubla keçirilən görüşlər həm də çağdaş Azərbaycan ədəbiyyatının aktual problemlərinin müzakirəsinə çevrilmiş və gənclər bu müzakirələrdə fəal iştirak etmişlər. Tələbələrin, aspirantların dəyirmi masa ətrafında dünya şöhrətli alimlərlə, akademiklərlə eynihüquqlu üzvlər kimi əyləşməsi və polemikaya girməsi Mərkəzin fəaliyyətində ən əlamətdar məqamlardan biridir. Tədqiqat Mərkəzinin əsas fəaliyyət formalarından biri də Şərq-Qərb problemləri üzrə görkəmli mütəxəssislər və ya bu problematika baxımından maraq doğuran şəxsiyyətlərlə görüşlərin təşkili olmuşdur. Fəaliyyət dövründə Amerikadan, Avropadan, İran, Türkiyə və digər Şərq ölkələrindən gəlmiş qonaqlarla görüşlər keirilmişdir. Onların arasında professor Həmid Nitqi (İngiltərə), professor Tadeuş Svətaçovski (ABŞ), professor Barri Sanders (ABŞ), professor İren Melikov (Fransa), professor Audri Alstadt (ABŞ), professor Rəhim Rəisniya (İran), professor Rəşad Gənc (Türkiyə), professor Masayuki Yamauchi (Yaponiya), professor Aleksandr Çumakov (Rusiya), professor Kənan Gursel (Türkiyə), professor Naidə Tovhidi (ABŞ) və s.-i xüsusi qeyd etmək istərdik. Bu görüşlərdə Şərq-Qərb əlaqələri ilə bağlı müxtəlif elmi problemlərin müzakirələri keçirilmişdir. Professor Cavad Heyətin (İran), professor Qulamrza Səbri Təbrizinin (İngiltərə) Mərkəzin daimi üzvləri kimi müntəzəm çıxışları da müzakirələrin daha canlı keçməsinə səbəb olmuşdur. ABŞ-nin, Almaniyanın, Yaponiyanın, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, habelə digər ölkələrin səlahiyyətli nümayəndələri ilə görüşlər də böyük maraq doğurmuşdur. Şərq və Qərb arasında dialoq ideyasının təbliğinə xidmət edən və bu məqsədlə iki ölkədə: Türkiyə və Rusiyada nəşr olunan «Dialoq Avrasiya (DA)» jurnalının baş məsləhətçisi Mustafa Armağan və redaktoru Nevval Sevindiklə, ABŞ-də nəşr olunan «Reforma» jurnalının baş redaktoru Feyruz Heyətlə, habelə rusiyalı jurnalist və tarixçi Murad Adca ilə görüşlər də tədqiqat mərkəzi üzvlərinin böyük marağına səbəb olmuşdur. Mərkəzdə gənc tədqiqatçıların və jurnalistlərin iştirakı elmi nəticələrin daha geniş miqyasda yayılmasına və publisistik janrda ifadə olunmasına imkan yaratmışdır. Jurnalist Həmid Vəliyevin, Şərəf Cəlilinin mətbuatda və radiodakı reportajlar «Şərq»-Qərb» Tədqiqat Mərkəzinin əsas ideyalarının kütləviləşməsinə xidmət etmişdir. Aspirant və dissertantlardan bu problematika üzrə tədqiqat aparan Nərman Qocatürk, Tofiq Əhmədov, Könül Yusifova, Südabə Zeynalova, Gülşən Məmmədova və s.-in bu problem üzrə ilk tədqiqat əsərləri çap olunmuşdur. Hazırda tədqiqatlar uğurla davam etdirilməkdədir. Lakin Şərq-Qərb problematikasının genişliyini, siyasi və mədəni-mənəvi əhəmiyyətini nəzərə alaraq bu sahədə fəaliyyətin daha geniş bir qurum çərçivəsi daxilində davam etdirilməsinə və ölkəmizdəki bu səpkidə müxtəlif təşəbbüslərin Aida İmanquliyevanın adını daşıyan vahid elm və mədəniyyət kompleksində birləşdirilməsinə ehtiyac duyulmaqdadır.
https://az.wikipedia.org/w/index.php?curid=327223
Şərq-Qərb hip hop qarşıdurması
Şərq-Qərb hip hop qarşıdurması — xüsusilə 1990-cı illərin ortalarından etibarən ABŞ-də Şərq hip hopu və Qərb hip hopu səhnələrinin sənətkarları ilə pərəstişkarları arasında qan davası idi. Qan davasının diqqət nöqtəsi Şərqli repçi The Notorious B. I. G (və Nyu-York mərkəzli Bad Boy Records) ilə Qərbli repçi Tupac Şakur (və Los-Anceles mərkzəli şirkəti Death Row Records) idi. Hər ikisi də avtomobildən açılan atəş nəticəsində öldürüldü. Orlando Anderson (aka Baby Lane) Şakur qətlində günahlandırıldı, lakin 1998-ci ilin yazında vurularaq öldürüldü. The Notorious B. I. G qətlindən məsul olan şəxs hələ bilinmir.
https://az.wikipedia.org/w/index.php?curid=689543
Şərq (Beyləqan)
Şərq — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. İsmayılov Hüsaməddin Qurban oğlu (17.04.1974-21.08.1993) Allahverdiyev Rafiq Allahverdi oğlu (23.10.1974-06.01.1994) Babayev Məhərrəm əvəz oğlu (06.05.1964-17.04.1993) Canlarov Rasim Əkbər oğlu (01.01.1971-10.03.1992) Hüseynov Baxış Fərrux oğlu (19.10.1973-23.09.1993) Hüseynov Kamal Baba oğlu (26.11.1974-01.04.1993)Elnur Novruz oğlu Qənbərov (8 iyun 1990; Beyləqan rayonu, Azərbaycan – 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) - Şərq kəndi Mikayıl Vidadi oğlu Mikayılzadə (4 yanvar 1992; Beyləqan rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) Tural Ədil oğlu Bayramlı (10 fevral 1996; Şərq, Beyləqan rayonu, Azərbaycan — 4 noyabr 2020; Şuşa rayonu, Azərbaycan)
https://az.wikipedia.org/w/index.php?curid=89369
Şərq (dəqiqləşdirmə)
Şərq — cəhət. Şərq (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
https://az.wikipedia.org/w/index.php?curid=752535
Şərq Bazarı (Bakı)
"Şərq Bazarı" ticarət kompleksi 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir Layihələndirilməsinə 1978-ci ildən başlanılmış kompleksin tikintisinə 1980-ci ildə start verilib və 1982-ci ildə bazarın rəsmi açılışı olub. İlkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib. “Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. Nadir memarlıq üslubuna görə, “Şərq Bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, 2017-ci ildə aparılmış əsaslı müayinə işləri nəticəsində aşkar edilmişdi ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kor-təbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq binada ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əsaslı müayinədən sonra dərhal detallı layihələndirmə prosesinə başlanılıb və 2020-ci ildə bərpa işlərinə start verilib. Yenidənqurma 06 iyun 2022-ci ildə “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar. “Şərq Bazarı”nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub. Bildirilib ki, bazarda 78 icarədar fəaliyyət göstərəcək. Bu isə 300 yeni iş yerinin yaranması deməkdir. Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, “Sandıqca” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa”, qəlyanaltılar, kafe və restoranlar, “Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.
https://az.wikipedia.org/w/index.php?curid=768981