!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şuşa həbsxanası
Şuşa həbsxanası — 1848-ci ildə, Çar Rusiyası dövründə Şuşa şəhərində inşa olunmuş cəzaçəkmə müəssisəsi. Xurşidbanu Natəvan tərəfindən tikdirilib. Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir və qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib. 1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olunan zaman həbsxana da Ermənistanın nəzarətinə keçmişdir. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri azad edilərkən həbsxana yenidən Azərbaycanın nəzarətinə qayıtmışdır. 1848-ci ildə Rusiya İmperiyası dövründə Şuşa şəhərində inşa edilmişdir. Həbsxana Şuşa qalasının aşağı tərəfində, şərq qapısı yaxınlığında tikilmişdir. Həbsxananın inşa edilməsi zamanı qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilmişdir. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılmışdır.Həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulmuşdu. Sonradan bu say min nəfər məhbusadək artırılıb. Sovet hakimiyyəti illərində qapalı tipli cəza çəkmə müəssisə kimi fəaliyyət göstərib. Əsasən ağır cinayət törətmiş məhbusların saxlanma yeri olub. Şuşa həbsxanasının 99 kamerası olub ki, bunların 96-da dustaqlar qalıb, 3-ü isə cərimə otağı kimi istifadə olunub. Məhbuslar həbs olunduqları maddələrə uyğun olaraq, kameralara bölüşdürülürdü. Buna uyğun bəzi kamerada 2, bəzilərində isə 30-40 məhbus saxlanılırdı.Kişilərlə yanaşı, türmənin qadın məhkumları da olub. Amma onların sayı həmişə az olub.Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunurdu. Burada cinayət aləminin məşhur nüfuzlu nümayəndələri - “Korzubı Vaqif”, “Razboynik Çingiz”, “Malış Söhbət”, Tengiz və "Lotu Hikmət" cəza çəkib.1992-ci il may ayının 8-i Şuşa şəhərinin işğal gününə qədər türmənin son rəisi Aydın Abbasov olub. O, şəhərin işğalından bir neçə saat əvvəl cəza çəkən 36 azərbaycanlı məhkumu sərbəst buraxaraq onları döyüşə çağırıb. Erməni məhbuslar isə bir müddət öncə Bakıya göndərilib. Azərbaycanlı məhbuslar əllərinə silah alaraq döyüşüblər, onların bir neçəsi fədakarlığına görə sonradan əfv olunub, bəzilərinin isə qanunun verdiyi imkanlar çərçivəsində cəzası azaldılıb. Döyüşlər zamanı türmənin iki zabiti şəhid olub.Şəhər işğal edildikdən sonra həbsxana 1995-ci ildən Qondarma Dağlıq Qarabağ Respublikasıda cinayət törədən şəxslərin saxlanıldığı islah-əmək düşərgəsinə çevrilib.Qondarma Dağlıq Qarabağ Respublikası zamanı həbsxana 3 rejimdə — qapalı, yarımqapalı və açıq fəaliyyət göstərirdi. Qapalı rejimdə cəza çəkənlərin sayı 33 nəfərdən ibarət olduğu bildirilirdi. Yarımqapalı rejimdə 41, açıq rejimdə isə daha 58 nəfər cəza çəkirdi. Müasir dövr 2020-ci il noyabrın 8-də Şuşa ordumuz tərəfindən azad edilənə qədər həbsxanadakı gizli hücrələrdə azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev də saxlanılırdı. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.Azərbaycan ordusunun əkshücum əməliyyatlarına görə 4 oktyabr 2020-ci ildə Dilgəm Əsgərov və Şahbaz Quliyev saxlanıldıqları Şuşa həbsxanasından Ermənistana aparıblar. Onlarla bərabər digər məhbuslarda şəhər azad edilməmişdən öncə Ermənistana aparılıblar. Həmçinin bax Şuşa qalası Bayıl həbsxanası Qobustan həbsxanası Xarici keçidlər Əsarətdən azad olunan Şuşa həbsxanası Şuşa həbsxanasından, Üzeyir bəy Hacıbəyovun Şuşada ermənilərin dağıtdığı ev muzeyindən REPORTAJ Lotu Hikmətin cəza çəkdiyi Şuşa həbsxanasından VİDEO
https://az.wikipedia.org/w/index.php?curid=683413
Şuşa ili
Şuşa İli — Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Sərəncamın mahiyyəti 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsindən sonra sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılması, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilməsi məqsədi ilə tədbirlərin təşkil edilməsi məqsədi ilə verilmiş sərəncam.. Sərəncamın əhəmiyyəti Keçiriləcək tədbirlərlə 270 il öncə inşa edilən Şuşa qalası şəhər mədəniyyəti, tarixi, yerləşdiyi coğrafiyası, bəşər mədəniyyətinə verdiyi töhfəsi ilə dünyada tanınacaq, erməni yalanı və revanşistləri bir daha ifşa ediləcək. Keçiriləcək toplantılar, forumlar, konfranslar dünya ictimaiyyətinə bir daha çatdıracaq ki, Şuşa Azərbaycan xalqı tərəfindən əsası qoyulan məskəndir. Şuşa Qarabağın inzibati, iqtisadi mərkəzi, inkişaf etmiş şəhəri, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. "Şuşa İli" çərçivəsində görülmüş işlər "Xarıbülbül" Musiqi Festivalı. Şuşa! 12.05.2022 Şuşada ilk beynəlxalq şahmat turniri 21 – 24 sentyabr 2022. "Vikipediya Şuşanı Sevir" layihəsi "Şuşaya salam" Beynəlxalq Poeziya layihəsi
https://az.wikipedia.org/w/index.php?curid=767653
Şuşa kurort və istirahət mərkəzidir (film, 1937)
Filmdə qədim Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir. Film haqqında Film saxlanılmayıb. Filmin heyəti Filmin üzərində işləyənlər Rejissor: Əbdül Həsənov Operator: Vladimir Yeremeyev
https://az.wikipedia.org/w/index.php?curid=31960
Şuşa kurqanı
Şuşa kurqanı — Azərbaycanın Şuşa şəhərinin şimal-qərbində yerləşən və tunc dövrünə aid arxeoloji abidə. Ölkə əhəmiyyətli arxeoloji abidə statusunu daşıyır. Kurqanda 1892-1893-cü illərdə E. Resler tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı tapılmış eksponatlar Sankt-Peterburqun Ermitaj muzeyində sərgilənir. № 1770. Şuşa ətrafında Daşaltı, Çanaxçı, Mehdikənd, Ağdam rayonunun Gülablı kəndi yaxınlığında, Xaçınçay hövzəsinin orta axarında, Dovşanlı, Ballıqaya-Sırxavənd, Axmaxı, Xocalı nekropolunda qazıntı işləri aparmışdır. Zerti, Səngər və Kətti-təpə kurqanlarını da tədqiq edilmişdir. Sadalanan bu abidələrin böyük əksəriyyəti son tunc və ilk dəmir dövrünə aiddir. Xarici keçidlər Erməni vandalizmi Arxivləşdirilib 2016-10-19 at the Wayback Machine Şuşa memarlıq abidələri
https://az.wikipedia.org/w/index.php?curid=429536
Şuşa mağara düşərgəsi
Şuşa mağara düşərgəsi — Şuşadakı tarixi abidələr sırasında özünə layiqli yer alan Daş dövrünə aid Şuşa mağarası şəhərin yaxınlığında, I Zarıslı (Daşaltı) çayının dərəsində dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Daş dövründə yaşamış insanların məskəni. Şuşa şəhərindən cənubda, Daşaltı çayının sol sahilində yerləşir. 1971-ci ilin iyul ayında M. M. Hüseynovun rəhbərliyi altında Mil-Qarabağ arxeoloji ekspedisiyası Qarabağın dağlıq ərazilərində paleolit düşərgələrini aşkar etmək məqsədilə kəşfiyyat işləri aparmışdır. Bu mağaranın uzunluğu 120 metr, eni 20 metrə qədərdir. Şuşa mağarasının ağzında orta əsrlərə aid olan daşdan qalın istehkamlar, qala divarlarının qalığı vardır. Arxeoloji qazıntılar zamanı buradan Paleolitə aid iki ədəd kobud çapacaq, Mezolitə aid mikrolit bıçaqlar və s. aşkar olunmuşdur. Oradakı qarışıq torpaqdan isə miladdan öncə V–IV minilliklərə aid Enolit gil qab nümunələri, Tunc və Dəmir dövrlərinə və orta əsrlərə aid saxsı məmulatlarının qırıqları tapılmışdır. Arxeoloji qazıntılar Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid Şuşa mağara düşərgəsi qeydə alınmışdır. Şuşa mağara düşərgəsində aparılan kəşfiyyat qazıntı işləri zamanı Paleolit dövrünə aid 4 ədəd daş məmulatı tapılmışdır. Arxeoloji qazıntılar zamanı buradan Paleolitə aid iki ədəd kobud çapacaq, Mezolitə aid mikrolit bıçaqlar və s. aşkar olunmuşdur. Oradakı qarışıq torpaqdan isə miladdan öncə V–IV minilliklərə aid Enolit gil qab nümunələri, Tunc və Dəmir dövrlərinə və orta əsrlərə aid saxsı məmulatlarının qırıqları tapılmışdır. Şuşa mağarasında eramızdan əvvəl III–II minilliklərə aid əşyalar tapılmışdır ki, bu əşyalar misə qalay, arsen qatmaqla yaranmışdır. Qədim və Orta tunc dövrünə aid olan əmək alətləri, silah və bəzək əşyaları eynilə I Kültəpədə, Babadərvişdəki əşyalara oxşayırdı. Şuşa mağarasındakı əşyalar üzərində gözəl əl işləri var idi ki, həmin şəkilləri "addımlayan möhürlər" və ya "oyulmuş qıfıl yerləri" adlandırırdılar. Bütün bunlar isə qədim Şuşa sakinlərində şüurun inkişafını, incəsənətin və mədəniyyətin tərəqqisini göstərən amillər idi. Ağdamın Üzərliktəpə adlanan ərazisindəki əşyalar üzərindəki şəkillərlə Şuşa mağarasındakı əşyalar arasında tamamilə bir uyğunluq vardır. Eyni zamanda Şuşa mağarasındakı əşyalara bütün Quruçay və Köndələnçay arasındakı ərazilərdə də rast gəlinmişdir. Ərazidə eramızdan əvvələ aid əşyalar tapılmışdır ki, bu əşyalar dəmir dövrünə aid idi. Beləliklə, aparılan tədqiqatlar nəticəsində məlum olur ki, gözəl Qarabağımızm cənnət yaylağı, Oğuz-Türk diyarımız olan barlı-bərəkətli, min bir nemətli Şuşanın dünyada ilk insanların yaşadığı ərazilərdən biri olmuşdur. Elmi-tədqiqat işləri Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının əməkdaşları M. M. Hüseynovun rəhbərliyi altında 1971-ci ildən başlayaraq Şuşa ərazisindəki mağaralarda elmi tədqiqat işlərinə başlamışdılar. Mağaralarda iş aparmaq həm çətin, həm də təhlükəli idi. Çünki ulu babalarımızın yaşayış məskəni olmuş mağaralarımız yüz illər boyu insan ayağı dəyməyən daşlı-kəsəkli bir səhraya çevrilmişdi. Uzun müddət Şuşa mağarasının sirri insanlardan gizli qalmışdır. Bəziləri mağaranın ucsuz-bucaqsız olması, digərləri isə buranın müqəddəs yer olduğunu söyləyirdilər. Mil-Qarabağ ekspedisiyası 1971-ci ilin iyulunda Cıdır düzündəki Zarışlı (Daşaltı) çayının dərəsindən işə başlamışdılar. Həmin mağara "Şuşa mağarası" dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşirdi "Şuşa mağarası"nın girəcəyində çoxlu daş yığılmışdı. Bu da onu deməyə imkan verir ki, qədim insanlar qonşu tayfaların hücumlarından müdafiə olunmaq üçün mağaraya girir və həmin daşlarla özlərini müdafiə edirmişlər. Maraq doğuran cəhətlərdən biri də ondan ibarətdir ki, mağaranın kənarında içməli su da olmuşdur. Şuşa mağarasının uzunluğu 120 metr, eni 20 metr idi. Mağaranın başlanğıcında qədim və orta əsrlərə aid qalın daş istehkamlar, qala və bina divarlarmın qalıqları var idi Şuşada aparılan arxeoloji qazıntı tədqiqat işləri nəticəsində mağaranın içərisində 2 metr dərinlikdən Paleolit (qədim daş) dövrünə aid 2 ədəd kobud çapacaq aşkar edilmişdir. Həmin alətlərdəri biri Şuşa muzeyinə verilmiş, ikincisi isə Azərbaycan Milli Elmlər Akademiyasının "Daş əsri" şöbəsində saxlanılır. Bundan əlavə, Şuşa mağarasındakı qazıntı işləri nəticəsində burada bizim eradan əvvəl V–IV minilliklərə aid torpaq və gil qarışığından hazırlanmış qab məmulatları, enolit, tunc və dəmir dövrlərinə aid saxsı məmulat qırıqları, mezolitə aid mikrolit bıçaqlar aşkar edilmişdir. Mağarada tapılmış əmək alətlərinin zəngin tarixə malik olduğu sübut edilmişdir. Şuşa mağarasında tapılmış maddi mədəniyyət qalıqları Azıx mağarasının və Quruçay dərəsində yaranan daha qədim mədəniyyətin davamı idi. Burada tapılmış alətlərlə Azıx mağarasındakı kobud daş alətlər arasında bir uyğunluq, oxşarlıq vardır. 240 kvadrat metrlik Şuşa mağarasında müasir insanlarm əcdadları uzun illər boyu ömür sürmüşlər. Paleolitin erkən və orta dövrlərində Azərbaycan ərazisində insanlar kollektiv əməyə əsaslanmış və kiçik qruplar şəklində yaşamışlar. Onların əsas məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Şuşa mağarasında yuxarı paleolitə aid çaxmaq daşmdan bıçaqvari lövhələr və habelə kəsicilər tapılmışdır. Dağlıq Qarabağ ərazisində mis yataqları olduğu üçün ulu əcdadlarımızm hazırladığı alətlərin çoxu misdən idi. Burada metal məmulatlar — bıçaqlar, bizlər, iynələr, ox ucluqları tapılmışdır. Bu alətlər döymə üsulu ilə hazırlanmışdır. Şuşa mağarasında azacıq cilalanmış, naxışlarla bəzədilmiş kobud və saxsı qablara da təsadüf edilirdi. Qabların rəngli boyalarla naxışlanması Azərbaycanda eneolit dövrünün başlandığını sübut edirdi. Eyni zamanda qablara naxışvurma Azərbaycanın Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrinin olmasını da göstərirdi. Şuşada tapılmış mikrolit alətlərdən bıçaqlara, bizlərə Qobustanda da rast gəlmək mümkün idi. Həmin alətlər daş dövrünün firuz mərhələsinə aiddir. Xüsusiyyətləri Bu mağaranın uzunluğu 120 metr, eni 20 metrə qədərdir. Şuşa mağarasının ağzında orta əsrlərə aid olan daşdan qalın istehkamlar, qala divarlarının qalığı vardır "Tarixi abidələr". /www.azerbaijans.com. İstifadə tarixi: 10 may 2022. Xarici keçidlər "Şuşanın tarixi abidələri". İstifadə tarixi: 10 may 2022. "Şuşa tarixi abidələri". İstifadə tarixi: 10 may 2022. "Əsədulla Cəfərov, Quruçay dərəsində. Bakı-1990" (PDF). elibrary.bsu.edu.az. İstifadə tarixi: 10 may 2022.
https://az.wikipedia.org/w/index.php?curid=124618
Şuşa mağarası

https://az.wikipedia.org/w/index.php?curid=439715
Şuşa müsəlman məktəbi
Şuşa müəsəlman məktəbi — 1849-cu ildə fəaliyyətə başlamış Şuşa şəhərində yerləşən məktəb. Məktəb Azərbaycanda ilk müsəlman şiə məktəbi hesab olunur. Bu tədris mərkəzini yaratmaqda məqsəd şiə təriqətinə mənsub müsəlman uşaqlarına şəriət dərsi keçmək və rus dilində müvafiq bilik vermək idi. Məktəbdə təhsil alan şagirdlərin əksəriyyətini bəy, xan və ruhani ailələrin övladları təşkil edirdi. Məktəbdə azərbaycan, ərəb, fars dilləri, hesab, coğrafiya, tarix, hüsnxət, rus qanunşünaslığı, ərəb dilinin qrammatikası ilə bərabər bu dildə olan kitablar əsasında məntiq, kosmoqrafiya və metafizika öyrədilirdi. Hüquq etibarilə qəza məktəblərinə yaxın və tip etibari ilə yeganə olan məktəbdə şagirdlər yaş və bilik dərəcələrinə görə dərəcələrə bölünürdülər. Tədrisin ilk ilində şagirlər azərbaycan dili qrammatikası və ərəb əlifbası ilə tanış olub quranın təfsirini öyrənirdilər. Məktəbin ilk buraxılışı 1852-ci ildəolmuş və 6 nəfər məzun olmuşdur. Məktəb öz fəaliyyətini 1861-ci ildə dayandırmışdır. Çingizoğlu Ənvər, Qarabağda maarif: 1750–1950, Zərdabi LTD MMC,2013
https://az.wikipedia.org/w/index.php?curid=767780
Şuşa mədəniyyəti
Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılmışdır. Şuşa və ona yaxın kəndlərin yaşayış tikililərinin memarlığı üçün plan həllinə tabelik və ondan irəli gələn aydınlıq və kompozisiya lakonikliyi xarakterikdir. Evlərin küçəyə baxan fasadı xüsusi işlənmiş giriş və ya darvazaya malikdir. Bu cür giriş əsasən fasadın ümumi memarlıq həcminə daxil edilir, həyət evin arxasında yox, yanında yerləşdikdə isə evdən ayrı yerləşən darvaza inşa olunurdu.Birinci mərtəbəsinə dükan və anbarlar yerləşən ticarət evlərinin küçəyə baxan fasadları adətən vitrin xarakteri daşıyan geniş pəncərələr və mağazaya giriş üçün nəzərdə tutulmuş geniş qapı şəklində işlənirdi. Daha erkən ev nümunələrində isə fasadlar daha qapalı görünüşə malik olmaqla, pəncərələr aralı yerləşdirilmiş, daha kiçik ölçülərə malik olmuş və bəzi hallarda kor nişlərlə əvəzlənmişdir. Daha sonrakı dövrün evlərinin fasadlarnda isə açıqlıq, plastiklik müşahidə edilir, pəncərələr daha böyük ölçü alır, bir çox evlərdə isə adi şüşə yerinə şəbəkə pəncərələr istifadə olunmuşdur. Küçə fasadlarınn əksinə olaraq, Şuşa evlərinin həyət fasadlarının inşasına xüsusi diqqət yetirilir, fasadın mərkəsinə əksər hallarda daş hörgü ilə kontrast təşkil edən taxta eyvan və ya şəbəkəli pəncərələrdən yığılmış şüşəbənd quraşdırılırdı.
https://az.wikipedia.org/w/index.php?curid=488888
Şuşa məscidlərinin siyahısı
Şuşadakı məscidlərin siyahısı — Azərbaycan Respublikasının Şuşa şəhərində yerləşən, hal-hazırda mövcud olan və vaxtilə mövcud olmuş məscidlərin siyahısı. Bu, Şuşanın mədəni irsinin bir hissəsidir. Şəhərdəki ilk məscid Qarabağ xanlığının ilk hökmdarı Pənahəli xanın dövründə tikilmiş qamışdan tikilmiş ikiqapılı məscid olmuşdur. İndi Yuxarı Gövhər ağa məscidi kimi tanınan bu yerdə XVIII əsrin 60-cı illərinin axırlarında "Qamış məscid" tikilmişdir. XX əsrin əvvəllərində Şuşada 17 məscid var idi. Onlar şəhərin 17 məhəlləsinin hər birində bir dənə olmaqla şəhərin azərbaycanlı hissəsində yerləşirdi.2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə Şuşa şəhərində 15 məscid dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxil edilmişdir. Bunlardan Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Mehmandarovlar kompleksinin məscidi və Saatlı məscidi "ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri", daha 11 məscid isə "yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri" elan edilmişdir. Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=761238
Şuşa qalası
Şuşa qalası — Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırmışdır. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdür. Şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir: "Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi". Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Hazırda Şuşa şəhərinin ərazisi mərkəzində uzununa təpə yerləşən yayladan ibarətdir. Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması baxımından özünü büruzə verir. Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Tarixi-siyasi mühit XVIII əsrin ortalarında İranda və Azərbaycanda mərkəzləşdirilmiş dövlətin süqutundan sonra, Azərbaycan ərazisində bir-birinin ardınca müstəqil xanlıqlar yaranmağa başlayır ki, onlardan da biri Qarabağ xanlığıdır. Öz siyasətini yürüdən və iqtisadiyyatını inkişaf etdirən bu xanlıqların hər biri hakimiyyəti altında olan əraziləri idarə etdiyi mərkəzə malik idi. Bu dövr Cənubi Qafqazın hərbi-siyasi tarixində mürəkkəb hadisələrlə əlaqəlidir: Qırx illik müharibə (1709–1749) hələ başa çatmamışdı, tez-tez feodallar arası müharibələr, kəndli üsyanları baş verirdi, türklər və iranlıların hücumları davam edirdi. Belə bir şəraitdə xanlıqların ərazi bütövlüyü və siyasi müstəqilliyini qorumaq üçün əsas ehtiyacı olan yaxşı möhkəmləndirilmiş paytaxt şəhərin olması idi. Buna görə də möhkəmləndirilmiş şəhərlərin inşa edilməsi ilk növbədə hərbi-siyasi vəziyyətin tələbindən irəli gəlirdi.Möhkəmləndirilmiş şəhərlərin inşa edilməsi tələbi XVIII əsrin II yarısında Azərbaycan memarlığının inkişafına xüsusi təsir edərək, yerli hakim və onun ailəsinin yaşadığı mülklərin qorunmasını əsas alan xüsusi şəhər tipinin yaranmasına səbəb olmuşdur. Şuşa da şəhərsalma xüsusiyyətinə görə məhz belə şəhərlərdən biridir. E. Avalov həmin dövrdə xanlıqların paytaxtı seçilmiş şəhərləri iki qrupa ayırır. Birinci qrupa qədim dövrlərdə və ya erkən orta əsrlərdə formalaşmış Şamaxı, Bakı, Təbriz, Naxçıvan, Gəncə kimi şəhərlər daxildir. Xanlıqların paytaxtı seçilərkən həmin şəhərlər əsaslı yeidənqurma və inşaat işlərinə məruz qalmamış və tarixi-memarlıq simasını saxlamışdır. Az əhəmiyyətli yaşayış məntəqələri paytaxt seçildikdə isə əsaslı yenidənqurma, genişləndirmə və möhkəmləndirilmə işləri aparılırdı. Qısa müddətdə inşa edilmi bu cür şəhərlər ətraf ərazilərdən sənətkarlar, ruhanilər, xan əyanları, tacirləri cəlb edirdi. Köçəri Cavanşirlər sülaləsindən olan Pənahəli xanın saldırdığı Şuşa şəhəri də belə şəhər idi.1747-ci ildə Cavanşirlər və Otuzikilər sülalələrinin dəstəyi ilə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan, Araz çayından Göyçə gölünə, Tərtər çayından Mehri, Tatev və Sisiana kimi uzanaraq Qarabağ, Zəngəzur və Bərgüşad ərazilərini əhatə edən geniş ölkəsini idarə edə biləcəyi möhkəm qala inşa etməyə qərar verir. 1748-ci ildə onun sifarişi ilə Bərdə yaxınlığında Bayat qalasının inşasına başlanılır. Pənahəli xan "ailəsinin yaşaya biləcəyi və yadellilərin hücumu zamanı xalqı qoruyacaq bir qala" istəyirdi. Buna görə də Bayat qalası dərin xəndəklər və qalın xarici divarlarla əhatə edilir. Bişmiş kərpicdən inşa edilmiş Bayat qalasında Xan sarayı, məscid, bazar, hamam və evlər yerləşir. Xan ailəsinin Bayatda məskunlaşmasından sonra ətraf kəndlərin sənətkarları, o cümlədən Ərdəbil və Təbrizdən də bir qədər əhali buraya köçür. Lakin, Bayat uzun müddət xanın iqamətgahı olmur. Həyata keçirilmiş çoxsaylı möhkəmləndirmə işlərinə baxmayaraq, qala xarici hücumçulara qarşı zəiflik nümayiş etdirir. Buna görə də, Pənahəli xan yeni qala inşa etdirmək üçün strateji baxımdan daha əlverişli yer axtarır. Nəticədə sonradan Şahbulaq adlandırılan Tərnəküt adlı yerdə, Şah bulağı adlı bulağın yaxınlığında Ağdamdan 10 km aralıda yerləşən dağətəyi məkan seçilir. XIX əsr Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın göstərişi ilə burada qala, daş evlər, məscid, hamam və bazar inşa edilir. Şahbulağında mülki və dini binaların inşa edilməsi haqqında məlumatlara Mirzə Yusif Qarabaği və Mirzə Camal Cavanşirin əsərlərində rast gəlmək mümkündür. M.C.Cavanşir "Qarabağ tarixi" adlı əsərindəki "Rəhmətlik Pənah xan tərəfindən Qarabağda inşa edilmiş abidələr və binalar haqqında" adlı bölmədə qeyd edir: "Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir". İnşaat işləri 1165-ci ildə (1751–1752) tamamlanmışdır. Yeni qalaya köçən və mövqelərini möhkəmləndirən xan, əvvəlki qərargahını dağıtmağa göstəriş verir.Şahbulaq ərazisindəki inşaat işləri, xüsusilə qala və məscidin memarlığı sonradan Şuşada aparılan inşaat işlərinə əhəmiyyətli təsir göstərmişdir. Demək olar ki, Şuşanın bütün qaladaxili qəsrləri memarlıq-planlaşdırma və həcm-fəza strukturu baxımından Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayır. Lakin, bir müddət sonra yaxınları Pənahəli xana yeni qalanın inşası üçün daha təhlükəsiz yer seçməyi məsləhət görürlər və beləliklə Şuşa qalasının inşasına qərar verilir. Əhməd bəy Cavanşir qeyd edir ki, qalanın inası üçün seçilən "Əbədi keçilməz, əlçatmaz yer hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi". Yeni qalanın inşası üçün elə yer tələb olunurdu ki, dağlara çıxan elatlarla əlaqə üçün bir tərəfdən açıq olsun, həm də Pənahəli xanın hakimiyyətinə tabe olan mahallarla əlaqəyə imkan yaransın."Bütün Qarabağda yeganə belə yer, sərt, demək olar ki, əlçatmaz qayalarla əhatə olunmuş və təbii qala olan Şuşa ovalığıdır". Qarabağ tarixçisi Baharlının məlumatına görə, yeni qalanın inşası üçün inşa edilmiş məkan şərq tərəfi istisna olmaqla hər tərəfdən sıx meşələrlə əhatə edilmişdi. Qala ərazisi bir çox yerlərdə dərələrlə tamamlanan yarqanlarla parçalanmışdır. Yarğanların olması təbii suların qala ərazindən axıdılmasına imkan vermişdir ki, bu da tez-tez yağışlı və dumanlı havanın xarakterik olduğu Şuşada subasmanın olması imkanını sıfıra endirir.Bir neçə bulaq istisna olmaqla Şuşa yaylasında axar su mənbələrinin olmamasına görə, qala əhalisinin suya olan tələbatının ödənilməsi üçün çoxsaylı su quyuları qazılmışdı. Şuşa yaylasının ən mühüm xüsusiyyətlərindən biri də yaxşı yonulan inşaat daşları və meşələrlə zəngin olması idi. Bunlar qalanın inşası üçün yerli xammal rolu oynamaqla böyük dəyər kəsb edirdi.Fasiləsiz feodal müharibələri zamanı qala divarları şəhər üçün həyati əhəmiyyət daşısa da, onların inşası şəhər büdcəsinin böyük hissəsinin xərclənməsini tələb edirdi. Şuşa şəhərinin inşası zamanı dağlıq ərazinin seçilməsi həm də qala divarlarının inşasında qənaətə imkan vermişdir. Sərt qayalıqlar müdafiə sisteminin demək olar ki, 2/3 hissəsində əlçatmaz mühit yaratmışdır. Buna görə də, Şuşa şəhəri ərazi seçiminə strateji faktorun necə təsir etməsinin ən yaxşı nümunələrindən biridir.Qalanın inşası üçün seçilmiş yerin uğurlu olmasını bir çox şahidərin ifadələri də isbat edir. XIX əsrin əvvəllərində Qarabağa səfər etmiş məşhur ingilis səyyahı Q. Keppel Şuşa yaylasının uğurlu strateji yerləşməsini qeyd edir. O, yazır: "təbii üstün mövqe – yüksək təpənin demək olmar ki, əlaçatmaz zirvəsində yerləşmə süni müdafiəyə az ehtiyac yaradırdı." Qafqaz dağlarının yüksək zirvəzində inşa edilmiş Şuşa qalasını təsvir edən qraf Platon Zubov da onun təbii strateji üstünlüyünü qeyd edir. Üç tərəfdən – cənub, qərb və şərqdən – Şuşa yaylasını əhatə edən yüksək qayalıqlar müxtəlif istiqamətlərdə bir-birinin üstündə ucalaraq, şimal istiqamət istisna olmaqla, bütün tərəflərdən "tamamilə əlçatmazdır". Şuşa yaylasını əhatə edən qayaların hündürlüyü bəzi yerlərdə 400 metrə kimi çatır. Rusiya hərbi tarixçisi Vasili Potto Şuşanın Qacar şahzadəsi Abbas Mirzənin başçılıq etdiyi ordudan 48 günlük müdafiəsini təsvir edərkən, həm də Şuşa ərazisinin topoqrafik baxımdan əlverişçi şəraitini qeyd edir: "yarımdağılmış vəziyyətə düşmüş, lakin mövqeyinə görə alınmaz olan qalanın mürəkkəb müdafiə planına ehtiyacı yox idi". Qalanın inşası üçün seçilmiş yerin üstünlüklərindən biri də, buradan bütün ətraf ərazlərin yaxşı müşahidə olunması və nəzarət edilməsi idi ki, bu da düşmənin qəfil hücumunun qarşısını alırdı. P. Zubov yazır ki, "Şuşa yaylası tərəfdən ən uzaq prespektivdə yerləşən və vadi boyunca səpələnmiş kəndləri, gözəl üzüm bağlarını və meşələrlə örtülmüş dağları müşahidə etmək mümkündür."Şuşa qalasının təbiət tərəfindən yaradılmış alınmazlığından bəhs edərkən V. Potto və A. A. Kaspari şəhərin şimal şərq hissəsində xüsusilə zirvəyə ucalan, "qədim Fermopildəki kimi böyük bir ordunun qarşısının alınması üçün bir neçə nəfərin kifayət edəcəyi" qayalıqları qeyd edirlər. Şuşa qalasından Gəncə qalasına aparan yol dağın yamacında yerləşirdi. XIX əsrin 70-ci illərində şəhərin iqtisadiyyatının inkişafına mane olan sərt enişli yolu bir qədər düzləşdirmək üçün addımlar atılmışdır. Bu məqsədlə çətin keçilən qayalıqların bəziləri partladılaraq dağıdılmışdır. 1864–1865-ci illərdə Şuşada olmuş V. V. Vereşagin çətin keçilən, beş atın arabanı güclə dartdığı sərt maili yoldan bəhs etmişdir.Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırmışdır. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdür.Qalanın dəqiq inşa tarixi haqqında da dəqiq məlumat yoxdur. Qarabağnamələri readktə və nəşr etdirən A. Ələskərzadə və E. Şükürzadə qeyd edir ki, Şuşa qalasının təməlqoyma tarixinin hicri 1170-ci il kimi göstərilməsi şübhəlidir. Onların fikrincə Mirzə Camal Cavanşir qalanın təməlqoyma tarixini düz göstərməmiş, onun səhvini isə əsərlərində Əhməd bəy Cavanşir və Mirzə Adıgözəl bəy təkrarlamışlar. Onlar Şuşanın inşasının başlanma tarixini 1751-ci il və ya 1770-ci ilin ikinci yarısı kimi qeyd edirlər.E. Avalov qeyd edir ki, şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir ki, "Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi." Memarlıq xüsusiyyətləri Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Hazırda Şuşa şəhərinin ərazisi mərkəzində uzununa təpə yerləşən yayladan ibarətdir. Sərt şəkildə şərqə dönən yayla, qərbdə bütün ərazinin dominantı olan yüksəkliyə dirənir. Qırılma ilə tamamlanan bu təpə eyni zamanda böyük amfiteatrın mərkəzi olmaqla bir qanadı cənuba çataraq Cıdır düzünə keçir, buradan cənubda yuvarlaqlaşaraq şimala uzanır və yarğanla tamamlanır.Şuşa yaylasının bütün xarici kənarları iti şəkildə Daşaltıçay və Xəlfəliçaya enən sərt qayalıqlarla əhatələnmişdir. Bu qədər özünəməxsus yerin seçilməsinin əsas səbəbi kimi 1857-ci ilin "Qafqaz" qəzetində mürəkkəb dağlıq məkanın strateji əhəmiyyəti ilə izah edir.XVIII əsrin əvvəllərində Azərbaycan xanlıqlarının formalaşması ərəfəsində Naxçıvan, Gəncə, Şamaxı kimi böyük ənənəvi memarlıq məktəbi mərkəzləri tənəzzül dövrünü yaşayırdılar. Azərbaycanın kiçik ərazilərə parçalandığı həmin dövrdə bu memarlıq mərkəzləri öz təsir gücünü itirmişdi. Yeni paytaxt şəhərlərdə isə saraylar, qəsrlər və müdafiə qalalarının inşasına ehtiyac var idi. Buna görə də feodal hakimlər yerli kənd memarlarını şəhər inşaatına cəlb etməyə məcbur olurlar. Buna görə də, həmin memarların dəsti-xətti Azərbaycanda XVIII əsrin ortalarında inşa edilən yeni şəhərlərin memarlığına əhəmiyyətli təsir edir. Həmin şəhərlərin əsas tikililəri üçün orta əsrlərdə inşa edilmiş binalarda müşahidə edilən monumentallığın olmaması, inşaat materiallarının yaxşı yonulmamış daşlar olması xarakterikdir.Bununla yanaşı az məşhur olan memarların şəhər inşaatına cəlb edilməsinin böyük bir müsbət cəhəti var idi: onlar yeli inşaat materiallarına yaxşı bələd idilər və onları necə tikintidə tətbiq etməyi yaxşı bilirdilər. Yeni şəhərlərin memarlığında keçmiş memarlıq məktəblərinin ənənələrini xalq memarlarının yaradıcılığı ilə birləşdirirdi. Bu dövrün ən maraqlı sintezləri Şəki və Qarabağ xanlıqlarının memarlıqlarında müşahidə olunur.Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm dəq alanın xarici bədii siması baxımından özünü büruzə verir. Əhməd bəy Cavanşir deyir: Şuşa qalasının inşası zamanı memar yerli relyefi əsas götürmüşdür və bu, şəhərin XIX əsrdə çəkilmiş planlarında da aydın görünür. Buna görə də Şuşanın ladşaftı qala divarlarının xəttini diktə etmiş və bütün qala divarlarının sərhədlərini müəyyənləşdirmişdir. Şuşa qalasının döyüş qüllələri divarların səthindən xeyli qabağa çıxır, bəzi halda isə demək olar ki onlardan kənarda inşa edilib ki, bu da divarların yaxşı müdafiə olunmasını təmin edir. Məhdudlaşdırıcı atəşin açılması üçün Bakı, Çıraqqala və Buğurt qalalarında olduğu kimi, Şuşa qalasında da qüllələr arasında düz divarlar ucaldılmışdır. Şuşanın müdafiə divarları daş və əhəng məhlulundan inşa edilməklə 2.5 km uzunluğa malikdir. Mirzə Yusif Nersesov və Platon Zubov Şuşa qalasının xüsusi sərt görünüşlü mazğallarının olmasını qeyd edirlər. Şuşa qalasının memarlıq-konstruksiya həlli zamanı artilleriyadan istifadə də nəzərə alınmışdı ki, bu da böyük strateji üstünlük verirdi. Bu məlumat XVIII əsrin sonlarında Şuşa qalasının müdafiəsində iştirak etmiş tarixçi Yakov Zaxaryantsın sözləri ilə də təsdiqlənir: "Saat altıda, döyüşçülər Dövtələbdə toplaşdıqdan sonra isə bütün tərəflərdə yerləşdirilmiş 30 topdan atəş açılmağa başlandı."Təməlqoyma dövründə XIX əsrin ortalarına kimi Şuşa qalasında fasiləsiz yenidənqurma və genişləndirmə işləri aparılmışdır. Pənahəli xanın vəfatından sonra onun oğlu İbrahimxəlil xan atası tərəfindən başladılan inşaat işlərini davam etdirmişdir. Onun hakimiyyəti dövründə (1759–1806) və Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra da Şuşa qalasının möhkəmləndirilməsi davam etdirilmişdir.XIX əsrin əvvəllərində mürəkkəb tarixi şəraitdə Şuşa qalası mühüm müdafiə sistemi rolunu oynamağa davam etmişdir. Həmin dövrdə şəhərin Qacar ordusu tərəfindən ələ keçirilməsi təhlükəsi yaranmışdı. Buna görə də yeni rus administrasiyasıı müdafiə sisteminin möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. 1826-cı ildə Qacar ordusunun Şuşaya hücumu zamanı şəhərin müdafiə divarları ciddi yenidənqurmaya ehtiyac duyurdu: "Həmin dövrdə Şuşa qalası çox bərbad vəziyyətdə idi: bir çox yerlərdə onun müdafiə divarları dağılmışdı, bir hissəsi isə yerli sakinlər tərəfindən sökülmüş və ev inşası üçün daşları daşınmışdı; xəndəklər demək olar ki, dolmuşdu… Şuşanı müdafiəyə bacarıqlı vəziyyətə gətirmək lazım idi." Mühasirəyə alınmış şəhər 10 günlük sülh razılaşmasından istifadə edərək "qala divarlarını elə bərpa edir ki, perslərin çoxsaylı döyüşçülərinin hücumlarını asanlıqla dəf edir." Qala uğurla bərpa edildiyinə görə, onun divarlarını hətta bu mühasirə zamanı istifadə edilmiş ingilis topları da dağıda bilmir.XIX əsrdə qalanın yenidənqurulması və möhkəmləndirilməsi zamanı onun ilkin görünüşü qismən dəyişdirilmiş, ona yeni müdafiə qüllələri əlavə edilmişdir. V. V. Vereşaginin "Dramatik tamaşanın sonu" adlı rəsmində arxa fonda görünən Şuşa qalasının şimal divarlarının qüllələri şəhərin dövrümüzə çatmış bütün baş planlarında olduğu kimi dairəvi yox prizmatik formaya malikdir. Şuşa qalasının döyüş qüllələri haqqında Platon Zubov da bəhs edir: "Şimaldan şəhərin müdafiəsi üçün inşa edilmiş qala divarları köhnə üsulla ucaldılmış və Şuşa üçün yaxşı müdafiə rolu oynayan dairəvi qala bürclərinə malikdir." E. Avalov qeyd edir ki, Qarabağ xanlığının XVIII əsrə aid bütün müdafiə tikililəri – Şahbulaq, Şuşa və Əsgəran qalaları – dairəvi formalı bürclərə malikdir.1848-ci ilin payızından 1850-ci ilin dekbrına kimi Qafqazda olmuş rəssam B. F. Timm "Şuşa qalası" adlı rəsmində qalanın şimal divarlarını demək olar ki, V.V.Vereşaginin təsvir etdiyi yerdən təsvir etmişdir. Onun rəsmində şimal müdafiə divarları mazğallı dairəvi bürclərlə göstərilmişdir. Gəncə qapısı Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş qapı, artıq XVIII əsrdən etibarən Gəncə qapısı və ya Çiləbörd qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yolu Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Qarabağ xanlığının 1805-ci ildə Rusiya imperiyasına biləşdirilməsindən sonra Gəncənin Yelizavetpol adlandırılması (1804) ilə əlaqədar olaraq Gəncə qapısı da müvafiq olaraq Yelizavetpol qapısı adlandırılmağa başlayır.Şuşa qalasının Şimal qapısı qala divarlarının ortasında – Ağoğlan və İrəvan qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır.Şahmatvari və küknar düzülüşlü ağ və qara daşlardan toxunmuş hörgü, qalanın dərin oxvarı tağlı girişini effektiv şəkildə əhatə edir. Giriş üzərində dağılmış yalançı pəncərə çıcışlarının simmetrik izləri vardır. Onların arasında mazğallar və ya qala bacaları yerləşir. Yalançı və həqiqi pəncərə çıxışlarının sıralanması o dövr memarlığında ictimai binaların fasadlarının həll edilməsi üçün geniş istifadə edilən üsul olmaqla, memarlar tərəfindən mülki memarlıqdan mənimsənilmişdir. İrəvan qapısı İrəvan qapısı və ya Xəlfəli qapısı Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. İrəvan qapısı da Şuşa qalasının digər iki qapısı kimi Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilmişdir.Gəncə qapısından fərqli olaraq İrəvan qapısı daha ənənəvi tərzdə həll edilmişdir; oxvari tağa malik qapı iki tərəfdən simmetrik yerləşdirilmiş iki yaruslu döyüş qüllələri ilə möhkəmləndirilmişdir. Ağoğlan qapısı E. Avalov qeyd edir ki, Rusiya Dövlət Hərbi-Tarixi Arxivində saxlanan çertyoja əsasən qalanın şimal və qərb qapılarından fərqli olaraq şərqdə yerləşən Ağoğlan qapısı döyüş qüllələri ilə bərkidilməmiş və kifayət qədər sadə görünüşə malik olmuşdur. Giriş oxvari tağla həll olunmuşdur. Mənbələrin məlumatında görə Şuşa qalasının inşası ilə paralel qalanın içində Pənahəli xan üçün də qəsr inşa edilmişdir. E. Avalov qeyd edir ki, xan ailəsi üzvləri üçün inşa edilmiş sarayların hər biri üçün qəsr formalı qala divarlarının tikilməsi erkən dövrdə Şuşanın iç qalasının olmamasından xəbər verir. Bu baxımdan Şuşa qalası Şəki və Gəncə qalalarından fərqlənir. Müəllifin fikrincə inkişaf etmiş içqalanın olmamasını iki faktorla izah etmək mümkündür. Bunlardan birincisi Şuşa yaylasının təbii strateji yerləşməsi, ikincisi isə şəhər sərhədlərindən kənarda, çətin keçilən dərin meşələr arasındakı Daşaltı dərəsində qədim qaya-saray saxlancı onunla üzbəüz qaya mağarasında isə müdafiə qəsrinin yerləşməsidir. Əhməd bəy Cavanşirin məlumatına görə həmin mağara qəsri Şuşa qalası ilə gizli yeraltı yol vasitəsiylə əlaqələndirilmişdi.Şuşanın tarixi qeyd edilməmiş baş planına əsasən qalanın sonrakı inkişaf dövründə qalanın Gəncə qapısı yaxınlığında ucalan hündür təpə üzərində geniş tikililər kompleksinə malik, qala divarları və bürclərlə əhatə olunmuş qaladaxili içqala inşa edilir. Həmin qəsr daxilində Xan sarayları, o cümədən İbrahimxəlil xanın qızı Xurşidbanu Natəvanın sarayı yerləşir. E. Avalov qeyd edir ki, nə tarixsiz baş planda, nə də Şuşanın 1837-ci ilə aid planının dövrümüzə çatmış hissələrində içqalanın ayrı-ayrı tikililərinin dəqiq təyinatı göstərilmir. 1847-ci ilin çertyojunda isə bütün içqala kompleksi ümumi adla "Xanşi evi" adlandırılır. İçqalanın xarici görünüşü haqqında ümumi məlumatı 1865-ci ildə Şuşada olmuş V.V. Vereşaginin çəkdiyi "Dramatik tamaşanın sonu" adlı rəsm verir. Həmin rəsmin arxa planında İçqala və onun tikililəri təsvir edilmişdir. E. Avalov qeyd edir ki, rəsmin çəkildiyi dövrdə Şuşa içqalasının bir çox tikililəri dağılmışdı. İçqala divarlarından dövrümüzə divar hissələri və bir dairəvi bürc qalmışdır. Həmçinin bax Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu Azərbaycan qalalarının siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=66211
Şuşa qalasının açarı
Şuşa qalasının açarı- Qarabağ xanlığının inzibati mərkəzi Şuşa şəhərinin qala qapısının açarı Şuşa qalasının açarı gümüşdən hazırlanaraq qızılı və gümüşü saplarla toxunmuş qotazlarla işlənib. Açarlar Çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülmüşdür. Daha sonra 1924-cü ildə Tiflis şəhərindəki Qafqaz Hərb Tarixi Muzeyindən alınmışdır. Gümüşü saplı qotazları olan açar ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyası tərəfindən bərpa və konservasiya edilmişdir. Açar gümüşə xas qaralmadan və oksid təbəqəsindən təmizlənmiş, qoruyucu təbəqə ilə örtülmüşdür. Açarın qotazları isə təmizlənmiş, sökülmüş, itirilmiş hissələri, saçaqlarının zədələnmiş ipləri bərpa və konservasiya olunmuşdur. Gümüş açar laboratoriyanın əməkdaşı Tural Nəbiyev, qotazlar isə Nuridə Hüseynova tərəfindən bərpa və konservasiya olunmuş və fonda təhvil verilmişdir. Mühafizə yeri Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarları mühafizə olunur.
https://az.wikipedia.org/w/index.php?curid=767659
Şuşa qrupu
"Şuşa qrupu" (az-əbcəd. شوشا قروپو) və ya RSDFP-nin Şuşa qrupu — Rusiya imperiyası dövründə RSDFP-nin tərkibində mövcud olmuş və Şuşa ərazisində, həmçinin yaxın kəndlərdə fəaliyyət göstərmiş yeraltı siyasi bolşevik təşkilat. RSDFP-nin "Şuşa qrupu" 1905-ci ilin iyununda RSDFP Qafqaz İttifaq Komitəsi və Bakı Komitəsinin köməyi ilə yaradılmışdır. Qrupun üzvləri 3 həftə ərzində şəhərdə usta köməkçiləri və prikazçiklərindən ibarət 4, həmçinin yaxın kəndlilərin birində azərbaycanlılardan ibarət 3 dərnək təşkil etmişdilər. Onlar toxucular, əyiricilər, sənətkarlar, şəhər real məktəbinin şagirdləri və kəndlilər arasında inqilabi iş aparmışdılar. 1905-ci ilin yayında ayaradılan gizli mətbəədə intibahnamələr, vərəqələr və s. inqilabi ədəbiyyat çap edilmiş, zəhmətkeşlər arasında yayılmışdır. Şuşa bolşevikləri "Proletari" qəzetinin redaksiyası ilə məktublaşmış, vərəqə, intibahnamə və s. nəşrlərini onlara göndərirdilər. Şuşaya "Proletari" qəzeti və digər bolşevik ədəbiyyatı da gətirilirdi. Rusiyada 1905–1907-ci illər inqilabı dövründə "Şuşa qrupu"nun rəhbərliyi ilə tətillər, nümayiş və mitinqlər keçirilmişdir. "Şuşa qrupu" Pyotr Stolıpinın səyləri ilə əlaqədar öz fəaliyyətini dayandırmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=767647
Şuşa qətliamı
Şuşada erməni üsyanının yatırılması və ya Şuşada ermənilərə qarşı qətliam (erm. Շուշիի ջարդեր – Shushii charder) — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərində 1920-ci ilin mart ayında yerli erməni əhalisinə qarşı törədilmiş poqrom aktı. Hadisələrin baş verməsinin əsas səbəbi kimi Qarabağ ermənilərinin Azərbaycan Xalq Cümhuriyyətinə bağlı ordu birləşmələrinə tabe olmaması və bunun nəticəsində, ərazidəki erməni silahlıların tərki-silah edilməsi göstərilmişdi.Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş Xosrov bəy Sultanovun 1919-cu ilin 15 yanvar tarixində Dağlıq Qarabağa general-qubernator təyin edilməsi bölgədə yaşayan etnik ermənilərin etirazı ilə qarşılanmışdır. Qarabağ erməniləri, Xosrov bəy Sultanovun əsas məqsədini bölgənin Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatmaq olduğunu və bölgənin Azərbaycan əsilli bir şəxs tərəfindən idarə edilməsinin doğru olmadığı iddia etdilər. Xosrov bəy Sultanov Kürdhacıdan olmaqla türk (azərbaycanlı) kökənli idi. 1918-ci ildə Müsavat partiyasından İttihada keçmişdi.1920-ci ilin 22 – 26 mart tarixlərində baş vermiş hadisələr nəticəsində 500, bəzi mənbələrdə isə 30 min nəfər şəxsin öldürüldüyü təxmin edilməkdədir. Bu hadisə Dağlıq Qarabağ probleminə görə Azərbaycan və İlk Ermənistan Respublikası (1918-1920) tərəfləri arasındakı ilk əsaslı döyüş sayılır. Qətliam nəticəsində şəhərdə yaşayan erməni əhalisinin sayı əhəmiyyətli dərəcədə azalmış və bu azlıq SSRİ-nin dağılmasına qədər bu şəkildə davam etmişdir. Birinci Dünya müharibəsinin başa çatmasından sonra Cənubi Qafqazda yaranmış Azərbaycan Xalq Cümhuriyyəti və İlk Ermənistan Respublikası (1918-1920) adlı yeni dövlətlər Dağlıq Qarabağ bölgəsində üstünlük əldə etməyə çalışırdı. XX əsrin əvvəllərində, Şuşa şəhəri, Dağlıq Qarabağ bölgəsinin əsas adminstrativ mərkəzi sayılırdı şəhər əhalisi əsasən etnik azərbaycan türklərindən və ermənilərdən ibarət olmuşdur. Bu iki etnik qrupun heç biri say baxımından digəri qarşısında əhəmiyyətli dərəcədə üstünlüyə malik olmasa da, hər biri özlərinə məxsus məhəllə və səmtlərdə məskunlaşmışdılar. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş Xosrov bəy Sultanovun 1919-cu ilin 15 yanvar tarixində Dağlıq Qarabağa general-qubernator təyin edilməsi bölgədə yaşayan etnik ermənilərin etirazı ilə qarşılanmışdır. Qarabağ erməniləri, Xosrov bəy Sultanovun əsas məqsədini bölgənin Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatmaq olduğunu və bölgənin Azərbaycan əsilli bir şəxs tərəfindən idarə edilməsinin doğru olmadığı iddia etdilər. Xosrov bəy Sultanov Kürdhacıdan (Zəngəzur qəzası) olmaqla Azərbaycanlı və ya kürd mənşəli idi. 1918-ci ildə Müsavat partiyasından İttihada keçmişdi.Azərbaycan Xalq Cümhuriyyətinin Xosrov bəy Sultanovu Dağlıq Qarabağa general-qubernator təyin etməsindən sonra Şuşa şəhərində əsasən etnik ermənilərdən təşkil olunmuş Qarabağ komitəsinin təcili görüşü keçirildi və həmin görüşdə sözügedən təyinatın qərəzli olduğu və Dağlıq Qarabağın İlk Ermənistan Respublikasının (1918–1920) ayrılmaz bir parçası olduğu iddiaları müdafiə edildi.1919-cu ilin 23 aprel tarixində Qarabağ komitəsinin şəhərdə növbəti iclası keçirilmişdir. İclas zamanı Dağlıq Qarabağın Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən tək tərəfli ilhaq etmə cəhdləri pislənmiş və Qarabağ ermənilərinin buna qarşı olduğu vurğulanmışdır. Hadisələrin gedişatından narazı qalan Xosrov bəy Sultanov, Azərbaycan Xalq Cümhuriyyəti ordusuna bağlı kiçik birhərbi birləşmənin ermənilərin yaşadığı məhəllələrdən bir necəsini mühasirəyə almaları barədə əmr vermişdir. Lokal səviyyədə baş tutmuş müqavimətdən sonra, ingislər prosesə müdaxilə etmiş və nəticədə bir necə erməni silahlısı ingilis hərbiçilərinə təslim olmağı qəbul etmişdir.1919-cu ilin 4 və 5 iyun tarixlərində şəhərdə yaşayan iki etnik icma arasında növbəti qarşıdurma baş vermişdir. Hadisələrin qarşısını almağa çalışan Xosrov bəy Sultanov şəhərdə və ətraf ərazilərdə silahlı müqavimət göstərən bir necə dəstəni tərki-silah etməyi bacarmışdır. Şəhərdə Yaxın Şərq Yardım Fondu üçün çalışan ingilis tibb bacılarının xatirələrinə əsasən həmin tarixlərdə şəhərdə yaşayan 700 nəfərə yaxın xristian, müsəlman tatarlar tərəfindən qətlə yetirilmişdir. Xosrov bəy Sultanovun tələbinə əsasən Qarabağ komitəsinin üzvləri olan bir necə şəxsin şəhəri tərk etməsindən sonra tərəflər arasında yenidən atəşkəs təmin edilmişdir. Əldə edilmiş atəşkəs razılaşmalarına baxmayaraq, tərəflər arasında toqquşmalar 1920-ci ilin mart ayına qədər davam etmişdir. Xüsusi ilə Şuşa şəhərinin yaxınlığında yerləşən Qaybalı kəndinin ərazisində hər iki icma arasında ciddi toqquşmalar baş tutmuşdur. Qarabağ ermənilərinin 1918-ci ilin 13 avqust tarixində Şuşa şəhərində baş tutan sayca yeddinci qurultayı zamanı Dağlıq Qarabağın müvəqqəti olaraq Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qalması razılaşdırılmış, ancaq bölgənin yekun statusunun Paris Sülh Konfransında müzakirə edilməli olduğuna qərar verilmişdir. 1920-ci ilin 19 fevral tarixində Dağlıq Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov qarabağ ermənilərindən Dağlıq Qarabağ ətrafında yaradılmış problemin təcili şəkildə həll edilməsini tələb etdi. Tələb, bölgənin Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatılması və bölgədə yaşayan ermənilərində bununla razılaşması formasında olmalı idi. Bu məqsədlə, Qarabağ komitəsi tərəfindən 1919-cu ilin 23 fevral tarixində sayca səkkizinci qurultay baş tutdu və həmin qurultayda bölgənin kimə məxsus olduğu və yeni yaradılmış dövlət tərəfindən idarə olunmalı olduğu məsələlələri ciddi formada müzakirə edildi. Qarabağ erməniləri bölgənin qarşı tərəfin tam nəzarətinə keçə biləcəyini görüb, Azərbaycan ordusuna qarşı partizan mübarizəsinə başlamaq qərarı verdilər. Bu məqsədlə, xüsusi ilə Şuşa şəhərində yaşayan ermənilər səfərbər olunmuşdur və əli silah tutan kişilər qısa toqquşmalar üçün xüsusi şəkildə hazırlanmışdır. Baş vermiş hadisələr nəticəsində dəqiq necə nəfərin həlak olduğu məlum deyil. Bu baxımdan Qafqaz təqvimi daha etibarlı mənbə kimi çıxış etməkdədir. Bu təqvimin məlumatlarına əsasən Rusiya inqilabından əvvəl Şuşa şəhəri Dağlıq Qarabağın əsas siyasi-ictimai mərkəzi olaraq qəbul edilmişdir və şəhərdə 43.869 nəfər sakin yaşamaqda idi. Bu şəxslərdən 23.396 nəfəri etnik ermənilərdən (53%) , 19.121 nəfəri isə azərbaycan türkləri (44%) təşkil olunmuşdur. Qətliam nəticəsində həlak olanlarla bağlı rəqəmlər arasında ciddi fərqlər mövcuddur. Ən aşağı rəqəm kimi 500 nəfərin öldürüldüyü, ən yüksək rəqəm kimi isə 20–30 min şəxsin həlak olduğu göstərilmişdir. Əsas məlum olan faktlardan biri odur ki, hadisələrdən sonra Şuşa şəhərinin daxili infrastruktur sistemi tamamilə dağıdılmışdır. 1920-ci ilin mart ayında baş vermiş Şuşa qətliamı həmin tarixdən etibarən müxtəlif səviyyələrdə və platformalarda bir necə dəfə xatırlanmışdır. Bu xatırlanmalar əsasən hadisənin şahidi olmuş və ya şahidi olmuş şəxslərin dillərindən eşitmiş müxtəlif peşə sahiblərinin qeydlərindən və çıxışlarından ibarətdir. Həmin xatırlamaların biri məşhur rus şairi, akmeist cərəyanın banilərindən olan Osip Mandelştama məxsusdur. Şair tərəfindən 1931-ci ildə yazılmış Fayton sür ücüsü əsərində hadisələr bu formada yada salınır; Azərbaycan Sovet Sosialist Respublikasının komsomol rəhbərlərindən olmuş Olqa Şatunovskaya öz memuarlarında Şuşa şəhərində baş vermiş hadisələrlə bağlı bir necə qeyd yazmışdır. Olqa Şatunovskaya yazırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti strateji baxımından əhəmiyyətli bir bölgədə yerləşən Dağlıq Qarabağ üzərindəki nəzarətini əsla itirmək istəmirdi. Azərbaycan tərəfindən bölgəyə siyasi muxtariyyət verilsə də, ərazidə yaşayan etnik ermənilərə məxsus bir çox məktəb və seminariyaların fəaliyyəti məhdudlaşdırılmışdı və 1920-ci ilin mart ayında baş vermiş qətliamlardan sonra ərazidə böyük dağıntılar və qətliamlar baş verdi.SSRİ dövlət xadimi Anastas Mikoyan və sovet yazıçısı Marietta Şağinyanda öz xatirələrində baş vermiş hadisələrlə bağlı yazmışdır. Şuşa şəhərini ziyarət edən Anastas Mikoyan yazırdı ki, əldə edilmiş kəşfiyyat məlumatlarına görə Azərbaycan Xalq Cümhuriyyətini idarə edən müsavat hökumətinə bağlı 30 min nəfərlik hərbi birləşmə Şuşa şəhərinə hücum edərək, şəhərdə etnik ermənilərin yaşadığı məhəllə və səmtləri mühasirəyə almışdılar. Anastas Mikoyan hadisələr nəticəsində həlak olmuş insanların sayları barədə dəqiq məlumat verməmişdir. Gürcü əsilli rus yazıçısı Anaida Bestavaşli Şuşa qətliamını eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində kül altında qalmış Pompey şəhəri ilə müqayisə etmişdir.Britaniyalı jurnalist və yazar Tomas de Vaal 2003-cü ildə yazmış olduğu Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında adlı məşhur əsərində 1920-ci ilin mart ayında baş vermiş hadisələr haqqında aşağıdakı fikirləri bildirmişdir;
https://az.wikipedia.org/w/index.php?curid=624975
Şuşa qəza məktəbi
Qəza məktəbləri — 1829-cu il nizamnaməsinə əsasən XIX əsrin 30-cu illərində Azərbaycanda ilk dünyəvi təhsil verən məktəblər. Zaqafqaziyanın baş hakimi general A.P.Yermolov XMN-nə yazırdı ki, hal-hazırda Cənubi Qafqaz daxilindəki Azərbaycan xalqları ilə, həmçinin xarici qonşu hökumətlərlə saysız-hesabsız əlaqələr Azərbaycan dilini bilən bacarıqlı adamlar, təcrüməçilər olmadan mümkün deyil. Məhz bunun nəticəsi idi ki, hələ XIX əsrin əvvəllərində Tiflis Nücəba Məktəbində Azərbaycan dili də tədris edilməyə başlandı. Admiral Mordvinovun 1816-cı il iyunun 19-da mərkəzi hökumətə müraciəti bu cəhətdən xarakterikdir. O yazırdı: Cənubi Qafqazı gəzən general-adyutant Sipyagin yazırd: Tiflis hərbi qubernatoru, general-adyutant Sipyagin 1827-ci ildə Cənubi Qafqazın bir sıra şəhərlərində, o cümlədən, Nuxada (indiki Şəkidə), Qazax distansiyasında, Şamaxı, Şuşa, Bakı və Qubada qəza məktəbləri açmaq fikrini irəli sürdü. Sonralar həmçinin Naxçıvan və Ordubadda da belə məktəblər açmaq zərurəti meydana çıxdı. Bu məktəblərdə yerli dillərin tədrisi, həmçinin kənd təsərrüfatı kursu və bağçılıq peşəsi öyrədilməsi də lazım bilinirdi. Məktəblərin hər birinə 2 müəllim təyin edilməsi, bunlardan baş müəllimə ildə gümüş pulla 300 manat, kiçik müəllimə isə 250 manat maaş təyin edilməsi məsləhət görülürdü. Rusiya xalq maarif naziri Sişkov 1825-ci ilin aprelində general Yermolova göndərdiyi xüsusi məktubunda onu əmin edirdi ki, maarif və məktəb vasitəsilə yerli əhalidə Rusiyaya rəğbət oyatmaq üçün ondan asılı olan hər şeyi edəcəkdir. O, həmçinin Yermolovun məktəb üçün pul vəsaiti tələbini ödəməyi öhdəsinə götürürdü. Bununla da, 1830-cu illərdə xalq maarifi sahəsində irəliyə doğru daha bir addım atıldı. Belə ki, 13 yanvar 1828-ci ildə Tiflis Nücəba Məktəbi gimnaziyaya çevrildi. Hərbi qulluqçular hazırlamaq məqsədi ilə 150 nəfərin təhsil alacağı kadet korpusu təsis etmək qərara alındı (gimnaziyanı bitirənlər bura daxil ola bilərdilər). Sonralar burada rus və gürcülərlə bərabər, tək-tək azərbacanlılar da oxuyurdular. XIX əsrin 30-cu illərinə qədər xüsusi imtiyazlı məktəblərdən başqa Azərbycanda dövlət tərəfindən açılmış heç bir kütləvi xalq məktəbi yox idi. Yalnız Şuşada Bazel missionerləri tərəfindən 1827-ci ildə açılmış bir məktəb mövcud idi ki, burada əsasən alman dili tədris edilirdi. L.Modzalevski yazırdı ki, Şuşada Bazel missionerləri rus hökuməti nümayəndələrindən əvvəl özlərinin məktəblərini açmışdılar ki, burada hətta bir çox müsəlman uşaqları böyük həvəslə alman dilini öyrənirdilər. Nəhayət, 1829-cu ildə general Paskeviçin təşəbbüsü ilə Zaqafqaziya məktəblərinin ilk layihəsi hazırlandı. Qraf Paskeviç Rusiyanın maliyyə naziri knyaz Livenə göndərdiyi məktubunda yazırdı: Azərbaycanın bir sıra şəhərlərində olmuş Sipyagin, yerli əhalinin dünyəvi məktəblərə meyl göstərməsindən bəhs edərək yazırdı: Hökumətin məktəb açmaq niyyətini bilən yerli əhali məktəbə maddi vəsaitlə kömək etməyə hazır olduğunu bildirirdi. Hələ 1828-ci ildə şamaxılılar açılacaq məktəb üçün bina tikməyə 60 çervon və gümüş pulla 1125 manat vəsait toplamış, Cənubi Qafqazın baş hakiminə ərizə göndərərək məktəbin açılmasını sürətləndirməyi xahiş etmişdilər. Beləliklə də, 30-cu illərin ərəfəsində Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Avropa Rusiyasındakı məhəllə məktəbləri tipində qəza məktəbləri adı ilə tədris müəssisələri açmağın ilkin layihəsi meydana gəldi. Qafqaz Komitəsi tərəfindən tərtib edilən nizamnamə layihəsini nəzərdən keçirən Sipyagin ölkənin ehtiyaclarını nəzərə alaraq məhəllə məktəbləri deyil, birbaşa qəza məktəbi təsis etməyi lazım bildi. Bütün bunlar onunla nəticələndi ki, mərkəzi hökumət 1829-cu il avqustun 2-də Cənubi Qafqaz məktəblərinin ilk nizamnaməsini təsdiq etdi. Demək olar ki, Azərbaycanda xalq maarifı sisteminin tarixi bu nizamnamə ilə başlayır. Belə ki, bu vaxta qədər Azərbaycanda nə maarif nizamnaməsi, nə xalq maarifinin ümumi sistemi, nə müəyyən büdcəsi və nə də müvafıq orqanı vardı. Cənubi Qafqaz məktəbləri barədə 1829-cu il nizamnaməsi mahiyyət etibarilə Rusiya gimnaziyalarının 1828-ci il 8 dekabr tarixli nizamnaməsinə uyğun idi. Cənubi Qafqaz məktəblərinin 1829-cu il nizamnaməsi ilə Azərbaycanda qəza məktəbləri adı altında ilk dövlət məktəblərinin – təhsilin əsasən rus dilində verildiyi dünyəvi təhsil müəssisələrinin əsası qoyuldu. Nizamnaməyə görə, bu məktəblərin Gəncə, Şuşa, Nuxa (Şəki), Şamaxı, Quba, Bakı, Naxçıvan və Ordubad şəhərlərində, Qazax distansiyasında açılması təsdiq edildi. Qəza məktəblərinə hər cür azad ailəyə mənsub olanların uşaqları daxil ola bilərdilər. Bu məktəblərin məqsədi yerlərdə ibtidai savadı və rus dilini yaymaq idi. İki sinifdən ibarət olan qəza məktəblərinin tədris planına şəriət, qiraət, hüsnxət, hesab, rus dili və yerli dil — Azərbaycan dili daxil idi. Qəza məktəblərinin hər birinin illik xərci əskinas ilə 380 manat olub xəzinədən ödənilirdi. İkisinifli qəza məktəblərinın hər birinə iki müəllim nəzərdə tutulmuşdu. Bunlardan biri Zaqafqaziya məktəbləri direktorunun təyinatı ilə, həm də məktəbin nəzarətçisi (müdiri) vəzifəsini yerinə yetirirdi. Digəri şəriət və Azərbaycan dili müəllimi idi. Qəza məktəbləri 17 yanvar 1832-cü ildə yaradılmış, daha sonra Bakı Qəza Məktəbi şəhər məktəbinə çevrildi. 1833-cü il fevralın 18-də Gəncə şəhərində ilk dövlət məktəbinin əsası qoyuldu. Məktəbin tədris planına şəriət, qiraət, hüsnxətt, hesabdan ilk dörd əməliyyat, rus və Azərbaycan dilləri daxil idi. Məktəbə daxil olanlardan heç bir təxmini bilik və ya savad tələb edilmirdi. Məktəb öz hüququna görə Rusiyadakı müvafiq təhsil müəssisələrinə bərabər idi, Gəncə Qəza Məktəbi ilk dəfə 38 şagird ilə işə başlamışdı. Şagirdlərin milli tərkibi beynəlmiləl idi. Burada azərbaycanlılarla yanaşı, ruslar və digər millətlərin uşaqları da təhsil alırdılar. Yerli əhali məktəbə rəğbət bəsləyir, maddi vəsaitlə ona kömək edirdi. 1836-cı ildə məktəbə yardım üçün gümüş pulla 991 manat, əskinas ilə 165 manat 91 qəpik vəsait toplanmışdır. 1839-cu ildə isə məktəb ianədən və qənaətdən toplanmış gümüş pulla 1.398 manat 35 qəpik, əskinas ilə 226 manat 30 qəpik fonda malik idi. Bu vəsaitin miqdarına görə Gəncə Qəza Məktəbi digər məktəblərdən irəlidə idi. Gəncə Qəza Məktəbinin digər məktəblərdən bir fərqi və üstünlüyü də onun dövlət binasında yerləşməsi idi. 1836-cı ildə Gəncə Qəza Məktəbi üçün dövlət xəzinəsi hesabına xüsusi bina tikilməsi qərara alınmış və bu məqsədlə 7.434 manat 35 qəpik pul ayrılmışdır. Şəhərin mərkəzindəki açıqlıqda məktəb binası üçün müvafiq yer seçilmiş və 1840-cı il avqustun 20-də bina istifadəyə verilmişdir. Gəncə Qəza Məktəbi Azərbaycanda dövlət tərəfindən tikilib istifadəyə verilən ilk maarif müəssisəsi idi. Qəza rəisi məktəbin fəxri nəzarətçisi təsdiq edilmişdir. Məktəbin nəzdində kiçik kitabxana da var idi. Azərbaycan dili və şəriət müəllimi yerli ruhanilərdən olan Molla Abdulla molla Əliməmməd oğlu idi. O, 13 il həmin məktəbdə çalışmışdı. XIX əsrin ortalarında isə Gəncə Qəza Məktəbinin Azərbaycan dili və şəriət müəllimi vəzifəsində titulyar müşavir Mirzə Ələkbər Nəzərov işləmişdir. Gəncə Qəza Məktəbinin müəllimləri içərisində M.Ş.Vazeh xüsusilə fərqlənirdi. 1835-ci ildə Zaqafqaziya məktəblərinin yeni nizamnaməsinin təsdiqindən sonra Gəncə qəza məktəbi üç sinifli olmuş, burada Azərbaycan, rus dilləri, şəriət, hesab, hüsnxətt, tarix, ədəbiyyat, coğrafiya və həndəsə fənləri tədris edilmişdir. XIX əsrin ortalarında məktəbin tədris planı müəyyən dərəcədə dəyişildi, plana bəzi yeni fənlər əlavə edildi. Məktəblərdə əməli əhəmiyyəti olan bəzi peşə, o cümlədən, hesabdarlıq, məhkəmə qaydaları, dəftərxana işləri öyrədilirdi. Məktəbin ştatı və vəsaiti də artmışdı. Gəncə Qəza Məktəbində oxuyanların sayı get-gedə artırdı. 1843-cü ildə şagirdlərin ümumi sayı 95 nəfərə, 1844-cü ildə isə 109 nəfərə çatmışdı. 1869-cu ildə bütün Zaqafqaziyada mövcud olan 13 qəza məktəbini bitirənlərin ümumi sayı 44 nəfər idi ki, bunun da 18 nəfəri Gəncə Qəza Məktəbinin payına düşürdü. Gəncə Qəza Məktəbi 38 il fəaliyyət göstərdi. Gəncə quberniyasının təşkili və Gəncənin quberniya mərkəzi onması ilə əlaqədar Gəncə Qəza Məktəbi 1871-ci ildə gimnaziyanın təşkilinə də əsas verdi. 31 may 1872-ci il tarixli xüsusi nizamnamə ilə qəza məktəbləri şəhər məktəbi adlanan yeni tip məktəbə çevrildi. Nizamnaməyə görə, şəhər məktəbləri bir, iki, üç və dörd sinifdən ibarət ola bilərdi. Dərəcəsindən asılı olaraq, ayrı-ayrı siniflərdə təhsil müddəti müxtəlif idi. Şəhər məktəblərinin tədris planına şəriət, oxu, yazı, rus dili, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, təbiət tarixindən məlumat, fizika, rəsm, fransız dili, musiqi tədris edilir, kənd təsərrüfatı və sənət şöbələri təşkil olunurdu. XIX əsrin sonları və XX əsrin əvvəllərində təkcə Gəncə quberniyasında dünyəvi təhsil verən 159 məktəb fəaliyyət göstərirdi ki, burada 12878 şagird, o cümlədən, 2225 qız təhsil alırdı. 356 ənənəvi milli məktəbdə isə 3813 şagird təhsil alırdı. 1827-ci ilin oktyabr ayında xalq maarifi nazirliyinə müraciət edilərək Zaqafqaziyada qəza məktəblərinin açılması xahiş olunur və Peterburqda bu xahişin yerinə yetirilməsinə razılıq da verilir. Lakin həmin illərdə Lənkəranda məktəb açmaq üçün əlverişli bir bina tapılmır. 1850-ci ildə Nuxa (Şəki) və Salyanla yanaşı Lənkəranda da “Müsəlman məktəbi” açıldı. Lənkəran məktəbinin təşkilində Mir Əlibəy Talışxanovla Mirzə Məmmədəli Səfiyevin xüsusi xidməti olmuşdur. Onlar məktəb üçün mebel əldə etmiş, Səfiyev həm də rus dilini pulsuz tədris etməyi öhdəsinə götürmüşdü. 1853-cü ildə qəbul edilmiş yeni məktəb nizamnaməsinə əsasən Quba, Ordubad (1854) və Lənkəranda (1856) birsinifli ibtidai, Şamaxıda isə ali dördsinifli məktəb (1854) açıldı. 1856-cı il sentyabrın 21-də ibtidai məktəbin fəaliyyətə başlaması ilə Lənkəranda ümumi təhsil verən ilk dövlət məktəbinin əsası qoyuldu. 1870-ci ildə Lənkəran birsinifli ibtidai məktəbi ikisinifli ibtidai məktəbə çevrildi. Hazırda həmin məktəb Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəbdir Naxçıvan qəza məktəbi 25 mart 1837-ci ildə açılmışdır. Naxçıvan qəza məktəbi 1879-cu ilin 1 iyulundan Naxçıvan şəhər məktəbinə çevrilmişdir. Məktəbinin adı sonralar dəyişdirilmiş "Rüşdiyyə" məktəbi adlandırılmışdı. Məktəbin direktoru Xəlil ağa Hacılarov, müəllimləri Hüseyn Cavid və onun qardaşları Şeyx Məhəmməd Rasizadə və Əlirza Rasizadə, Əbdüləzim Rüstəmov, Həsən Səfərli, Ə.Qəmküsar və başqaları idilər ki, onlar da mənə "Rüşdiyyə"də dərs demişlər.Müdiri A. Sergeyev olmuşdur. Məzunları sırasında Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Ələsgər Şeyxhəsənov kimi şəxslər olmuşdur. Şəki şəhərində yerləşən 5 nömrəli tam orta məktəb 1831-ci il dekabrın 30-da Şəkidə (Nuxada) rus-tatar qəza məktəbi kimi açılmış və həmin ildən fəaliyyətə başlamışdır. Yerli əhali məktəb üçün müvafiq bina ayırmış və hətta bina kirayəsi üçün vəsait toplamışdı. Nuxa (Şəki) qəza məktəbi iki sinifdən ibarət idi və burada ilk vaxtlar üç müəllim işləyirdi. Onlardan biri məktəbin müdiri, ikincisi fənn müəllimi idi, digəri isə Azərbaycan dili və şəriəti tədris edirdi. Azərbaycan dili və şəriətdən başqa digər fənləri əsasən Rusiya universitetləri və ali pedaqoji institutlarının məzunları tədris edirdilər. 1835-ci ildə Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi təsdiq edildi. Bu nizamnamə ikisinifli mövcud qəza məktəblərini üçsinifli məktəbə çevirməyi nəzərdə tuturdu. Tədris edilən fənlərin dairəsi genişləndirilirdi, Zaqafqaziyada ən çox işlədilən Azərbycan dilinin tədrisinə xüsusi diqqət verilirdi. Müəllim heyətinin tərkibi artıq beş nəfər təsdiq edilmişdi. Onlardan üçü elmi fənn müəllimləri hesab olunurdu ki, həmin müəllimlərdən biri iki yuxarı sinifdə rus dili, coğrafiya və tarix, digəri isə hesab, hüsnxət, rəsm və rəsmxət fənlərini tədris etməli, üçüncüsü isə birinci sinifdə oxu və yazı, hesabdan ilk dörd əməli öyrətməli, iki müəllim isə şəriət və dilləri tədris etməli idi. Şəki qəza məktəbində ilk məktəb kitabxanası da yaradılmışdır. Kitabxanada (1845-ci ilin məlumatına görə) 360 adda kitab və tədris vəsaiti var idi. Bu o dövr üçün çox böyük rəqəm sayılırdı. 1867-ci ildə Qafqaz və Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi qəbul edildi. Bu nizamnamə ilə qəza məktəbləri yenidən təşkil edildi. Üç əsas sinifdən əlavə hazırlıq sinifləri açıldı. İlk dəfə olaraq təhsil haqqı tətbiq olundu. Tədris planına yeni fənlər, latın və Avropa dilləri daxil edildi. Bununla da Şəki qəza məktəbinin tədris planına fransız dili əlavə olunur və digər fənlərlə yanaşı müvəffəqiyyətlə tədris edilirdi. 1833-cü ildə Nuxa (Şəki) qəza məktəbində oxuyan şagirdlərin sayı 29 (21-i tacir uşaqları), 1844-cü ildə 70 (I sinifdə 40 şagird, II sinifdə 20, III sinifdə 10 şagird), 1890-cı ildə 136, 1895-ci ildə 167 şagird təhsil alırdı. 1890-cı ilədək məktəbin cəmi 12 buraxılışı olmuşdur ki, bu müddət ərzində məktəbi 125 nəfər bitirmişdir. 1890-cı ildə 16, 1895-ci ildə isə 23 nəfər şagird məktəbdə təhsilini başa vurmuşdur. 1925–1928-ci illərdə Şəki şəhər məktəbi 5 sinifli məktəbə çevrildi. 1933-cü ildən burada şagirdlər 7 illik, 1939-cu ildən isə 8 illik təhsil almağa başladılar. 1945-ci ildən məktəb 10 illik məktəbə çevrildi. O vaxt oğlanlarla qızların təhsili ayrı- ayrılıqda həyata keçirildiyindən məktəb qız məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbin məzunu Minayə Səmədova direktor təyin edilir. 1946–1947-ci dərs ilində qızlar məktəbi kimi fəaliyyət göstərən tədris ocağının birinci buraxılışı oldu. 17 nəfər gənc qız attestat alaraq ali məktəblərdə təhsillərini davam etdirdilər. 1953-cü ildən məktəbdə qızlarla birgə oğlanlar da oxumağa başladılar. Məktəbin onillik ümumtəhsil ocağı kimi fəaliyyət göstərdiyi illərdə şagirdlərin sayı 500–600 arasında dəyişirdi. Təhsil ocağı 8 illik məktəbə çevrildi. 1981-ci ildə məktəbin 150 illiyi respublika səviyyəsində qeyd edilmişdir. Bu münasibətlə Şəki şəhər 5 nömrəli ümumtəhsil məktəbi Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. 1983–84-cü dərs ilində təhsil müəssisəsi yenidən onillik məktəbə çevrilmişdir. 2011–2012-ci dərs ilində məktəbdə əsaslı təmir və tikinti işləri aparılmış, həyətində 320 şagird yerlik müasir tələblərə cavab verən idman zalı, fizika, kimya, informatika və xarici dil fənləri üçün kabinetləri olan yeni üçmərtəbəli tədris korpusu tikilmişdir.Məzunları sırasında Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Heydər Əfəndiyev, Cəlil Hüseynov, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə, Əliövsət Sadıqov, Şirməmməd Hüseynov, Salman Mümtaz kimi şəxslər olmuşdur. 12 may 1837-cü ildə yaranmışdır. Şamaxı Qəza Məktəbi 1874-cü ildə şəhər məktəbinə çevrildi. Məzunları sırasında Qasım bəy Hacıbababəyov da olmuşdur. Məktəb Zaqafqaziya məktəblərinin 1829-cu il 2 avqust tarixli Nizanaməsinə əsasən, 1830-cu il dekabrın 30-da fəaliyyətə başlamışdı. Şuşa qəza məktəbi dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılmışdı. Burda təhsil alanların böyük əksəriyyəti bəy və tacir balaları idi. Məktəb Şuşada olan Bazel alman missionerlərinin Yevageli cəmiyyəti tərəfindən pulsuz olaraq bir il müddətinə verilmiş binada yerləşirdi. İki sinif otağından əlavə, burda iki müəllimin yaşaması üçün də yaxşı şərait yaradılmışdı. Məktəbin illik xərci əskinas ilə 3800 manat idi və xəzinədən ödənilirdi. Yeni bina tikmək üçün yerli əhali gümüş pulla 5235 manat 16 qəpik pul toplamışdı. Şuşa qəza məktəbinin birinci sinfinə birinci il 19 şagird qəbul olunmuşdu. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatmış və ikinci sinif də açılmışdı. Rusiyadan Zaqafqaziya Məktəblər Direktorluğunun sərəncamına göndərilmiş titulyar müşavir Nikolay Mixaylovski məktəbin ilk müəllimi və ştat üzrə nəzarətçisi təyin edilmişdi. Tədris planına şəriət, qiraət, hüsnxətt, hesab, rus dili və Azərbaycan dili daxil idi. Bu fənlərlə yanaşı, kənd təsərrüfatı kursu keçilir və bağçılıq öyrədilməsi də nəzərdə tutulurdu. Açılış münasibətilə məktəbə ilk oxu üçün bəzi kitablar ianə edilmiş, bundan əlavə, Zaqafqaziya Məktəblər Direktoru Tiflis gimnaziyasından pulsuz olaraq bir sıra dərslik və tədris vəsaiti göndərmişdi. Məzunları Azərbaycan maarifinin, məktəb və mədəniyyətinin inkişafında mühüm və böyük rol oynamış Şuşa qəza məktəbi 1874-cü ilə qədər öz fəaliyyətini davam etdirmiş, yerini Şuşa şəhər məktəbinə vermişdir. Şuşa qəza məktəbində kitabxana yaradılmışdı. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi. Direktoru Nikolay Mixaylovski (1930-) olmuşdur. Həsənəli xan Qaradaği bu məktəbin məzunudur. Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. "Təhsil" nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s. 125 yaşlı məktəb. B., 1983 Hüseyn Əhmədov. XIX əsr Azərbaycan məktəbi. B., 1985
https://az.wikipedia.org/w/index.php?curid=101175
Şuşa qəzası
Qəzanın tarixi Çar hökumətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vilayətinin tərkibində yaradılmışdır. (1841, 1 yanvar). Azərbaycan Rusiyaya birləşdikdən sonra Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölündü. 1846-cı il 14 dekabr tarixli əsasnaməyə görə həmçinin, Azərbaycan ərazisində olan bəzi qəzaların adları da dəyişdirildi. Belə ki, Şirvan qəzasının adı dəyişdirilərək Şamaxı qəzası, Şəki qəzası Nuxa qəzası, Qarabağ qəzası Şuşa qəzası, Talış qəzası Lənkəran qəzası adlandırıldı. Şuşa qəzası Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa şəhəri idi. 1846-cı ildən ildən Şamaxı ( 1858-ci ildən Bakı) 1867-ci ildən isə Yelizavetpol quberniyasına na daxil edilmişdi. Şuşa qəzası Mehri, Kəbirli, Zəngəzur, Cavanşir, Çiləbörd, Vərəndə sahələrinə bölünürdü. 1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, sahə iclasçıları və şəhər polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı. Sahəsi 4911 km² , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərüfatında əkinçilik, maldarlıq, ipəkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. 1846-cı ildə qəzanın rəisi podpolkovnik, kavaler Mixail Petroviç Kolyubakin, köməkçisi rotmeystr Pyotr Pyotroviç Tarnovski, katibi titulyar müşavir Filosof Abdomeviç Vinoqradov idi. Muğru sahəsinin murovu Andrey Mirkoviç Mokrtski, Kəbirli sahəsinin murovu knyaz Anton Yeqoroviç Şalikov, Zəngəzur sahəsinin murovu kollej qeydyiyatçısı Cahangir İvanoviç Ağasərov,Cavanşir sahəsinin murovu əyalət katibi Dmitri Boqdanoviç Şahnəzərov,,Çiləbopd sahəsinin murovu prapoşik Yusif Bəhramoviç Şahnəzərov,Vərəndə sahəsinin murovu Avət Matveyeviç Mamikanov idi. Qəza məhkəməsinin hakimi kollej asessoru Qriqor Markoviç Sakvarelidze, dövlət ittihamçısı titulyar müşavir Makari Alekseyeviç Bardovski, İvan Markoviç Şulşevski, Şəhər əhəlisindən nümayəndə Avin Antonoviç Nazarov, Kənd camaatından nümayəndə Məşədi Məsih Qarabaği, katib İvan İvanoviç Lenuar idi. Qəza qazısı şiə camatına Mirzə Əbülqasım bəy Haqverdiyev, sünnü təriqətinə İsa əfəndi idi. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı.1872-ci ildə Moskva Politexnik sərgisində böyük müvəfəqiyyətlər nümayiş etdirilən Azərbaycan xalçaları, ipək malları və digər əl işləri ekspertler və Moskva universiteti nəzdindəki təbiətşünaslıq həvəskarlarının imperator cəmiyyəti şurası tərəfindən yüksək qiymətləndirildi. Sərgidə iştirak edən xalçaçıların böyük bir dəstəsi, o cümlədən Şuşa qəzasından Bayram Məşədi Qurban oğlu, Kərbəlayi Əhməd Dəmir oğlu, Cabbar Hacı Əhməd oğlu yüksək keyfiyyətli və çeşidli xalça nümayiş etdirdiklərinə görə sərginin qızıl medalı ilə təltif edildilər. Başqa qrup isə gümüş medala layiq görüldü. Qarabağın ipəkçilik müəssisələri əsasən Şuşa və Cəbrayıl qəzalarında yerləşirdi. XX əsrin əvvəllərində Şuşa qəzasında 12, Cəbrayıl qəzasında isə 5 ipəkəyirən fabrik var idi. Bu fabriklərin bəziləri maşınla, buxar qazanları ilə təchiz edilmiş iri fabriklər idi. Qarabağın ipəkçilik sənayesində hətta səhmdar cəmiyyətlər də fəaliyyət göstərirdi. Belə səhmdar cəmiyyətlərdən biri hələ XX əsrin başlanğıcında Şuşa qəzasında yaradılmışdı. Bu səhmdar cəmiyyətin 6 ipəkəyirən, 2 ipəkeşən və 3 baramaboğan fabriki var idi. Bu fabriklər əsas etibarilə Şuşa qəzası ərazisində yerləşmişdi. 1851-ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Bakı, Şamaxı, Lənkəran, Nuxa və Şuşa qəzalarını əhatə edən Şamaxı quberniyasının əhalisi 319.923 nəfəri kişilər, 283.083 nəfəri qadınlar olmaqla 603.006 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu. Beləliklə, həmin məlumatlara əsasən Şuşa qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 105.404 nəfər əhali yaşayırdı. İnzibati bölgü 1903-cü ilin məlumatına görə Şuşa qəzasında Şuşa şəhəri və dörd polis məntəqəsi olub. 1.Xankəndi, bu polis məntəqəsinin sahəsi 1024,89 verst, 106759 desyatin, 21,18 mil, 1166, 34 kvadrat kilometr olmuşdur. Bu polis məntəqəsinə 16 kənd cəmiyyəti daxil idi. 2. Qacar, bu polis məntəqəsinin sahəsi 726,2 verst, 75646 desyatin, 15,01 mil, 826,44 kvadrat kilometr olmuşdur. Bu polis məntəqəsinə 16 kənd cəmiyyəti daxil idi. 3. Ağdam, bu polis məntəqəsinin sahəsi 821,54 verst, 85577 desyatin, 16,98 mil, 934,93 kvadrat kilometr olmuşdur. Bu polis məntəqəsinə 15 kənd cəmiyyəti daxil idi. 4. Ağcabədi, bu polis məntəqəsinin sahəsi 1850,65 verst, 192776 desyatin, 38,24 mil, 2106,08 kvadrat kilometr olmuşdur. Bu polis məntəqəsinə 12 kəndcəmiyyəti daxil idi.Qafqaz təqviminin 1906-ci il buraxılışında isə Şuşa qəzasında olan kənd cəmiyyətlərinin adları aşağıdakı kimi verilib: Ağdam (Aqdamskoe), Ağcabədi (Aqdjabedinskoe), Hindarx (Qindarskoe), Gülanlı (Qyülanlinskoe), Camiat (Djamiatskoe), Qacar (Kadjarskoe), Keşişkənd (Keşişkendskoe), Ləmbəran (Lemboranskoe), Naxçıvan (Naxiçevaniskoe), Nikolayev (Nikolayevskoe), Siznik (Siznikskoe), Taqaver (Taqaverskoe), Tuğ (Tuqskoe), Xankəndi (Xankendinskoe), Xındırıstan (Xinziristanskoe), Xocavənd (Xodjavendskoe), Çəmənli (Çemenlinskoe), Çertaz (Çertazskoe), Şıxlar — Qərvənd (Şıxlyar-Korvendskoe) Malıbəyli nahiyəsi Malıbəyli və Əylisli Körpə Əfətli Qacar nahiyəsi Divanalılar Ağdam nahiyəsi Pərioğlular Sarıhacılı (Bozpapaqlarla birlikdə Əlimərdanlı Sarıcalı-İncirli Şərifli-Gövhərli Sarıcalı-Dərgahlı Daşbulaq (Xocalı) Xındırıstan Xıdırlı (Ağdam) Vərəndə nahiyəsi Əhatə etdiyi ərazilər Şuşa rayonu Xocalı rayonu Ağdam rayonu Ağcabədi rayonu Xocavənd rayonu Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=77864
Şuşa rayonu
Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır. Şuşa şəhəri İkinci Qarabağ müharibəsində 8 noyabr 2020-ci ildə və 9 noyabr 2020-ci ildə isə Daşaltı kəndi düşməndən azad edilmişdir.10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 25 mart 2023-cü il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində Zamanpəyəsi və Allahqulular kəndləri, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları'ndan sonra Turşsu qəsəbəsi, Ağbulaq, Armudlu, Aşağı Quşçular, Bayat, Böyük Qaladərəsi, Cəmillər, Çaykənd, Dükanlar, Əmillər, Göytala, Həsənabad, Həsənqulular, Xanalı, Xanlıqpəyə, Xəlfəli, Xudaverdilər, İmamqulular, İmanlar, Kiçik Qaladərəsi, Qarabulaq, Qaybalı, Laçınlar, Malıbəyli, Məmişlər, Mirzələr, Nağılar, Nəbilər, Onverst, Paşalar, Salatınkənd, Sarıbaba, Səfixanlar, Şırlan, Şuşulu, Turabxan, Yuxarı Quşçular, Zarıslı, Xan bağı kəndləri Azərbaycanın suverenliyinə keçmişdir. Coğrafi mövqeyi Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı 700–800 mm-dir. Ərazisindən Qarqarçay axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aiddirlər. Səthi dağlıqdır (Qarabağ silsiləsi). Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır. Geoloji quruluşu Yura və Təbaşir çöküntüləri. Hidrologiyası Mineral sular (Turşsu), bulaqlarla (İsa bulağı) zəngindir. Əsas çayları Qarqarçayın qolları olan Zarıslı, Xəlfəli çaylarıdır. Landşaftları və bioloji müxtəlifliyi Meşələrdə şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm , gərməşov, yemişan , əzgil , itburnu və s. bitir. Meşələrdə həmçinin vələs, ağcaqayın , gilas , göyrüş və palıd növləri yayılmışdır. Geoloji təbiət abidələri Daşaltı kəndində karst mağaraları. Şuşada Şahnəzər mağarası. Şuşa şəhəri yaxınlığında Daşaltı kanyonu. Böyük Kirs dağı, Keçəldağ aşrımı, Üçmıx dağı Arxeoloji abidələri Şuşa Şahnəzər mağarasının uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10 in-dir. Mağaradan Paleolitə aid ikikobud daş çapacaq, Mezolitə aid mikroiit bıçaqlar, m.ə. V — IV minilliyə aid Eneolit gil qablar, Tunc, Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, müsəlman qəbri tapılmışdır. Tarixi-mədəni abidələri Daşaltı kəndində müdafiə qalası, İbrahimxəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr), tövlə, hamam qalıqları. Şuşada Gövhər-ağa məscidi (1884), Aşağı Gövhör-ağa məscidi (1875). Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir. Burada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16–19 dərəcə, illik yağıntı isə 700–800 mm olur. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Daşaltı Dövlət Təbiət Yasaqlığı, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu Şuşanın ticarət mərkəzi Bazarbaşı (Şuşa), Rastabazar Şahlıq körpüsü, Təzə məhəllə məhəlləsi AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonun (de-yuri olaraq) 31.499 nəfər əhalisi var. Etnik tərkibi Şuşada doğulanlar Bax: Şuşada doğulanlar Rayon komitə sədrləri və icra başçıları Mikayıl Gözəlov Nizami Bəhmənov Tarixi abidələri Dini-tarixi abidələri Hacı Yusifli məscidi (XVIII) "Çöl Qala" məscidi (XVIII əsr) Xoca Mərcanlı məscidi (XVIII əsr) Quyuqluq məscidi (XVIII əsr) Seyidli məscidi (XVIII əsr) Məscid (XVIII əsr) Mərdinli məscidi (XIX əsr) Aşağı Gövhər Ağa məscidi (1874–1875) Culfalar məscidi (XIX əsr) Yuxarı Gövhər Ağa məscidi (XIX əsr) Mamay məscidi (XIX əsr) Köçərli məscidi (XIX əsr) Malıbəyli məscidi Alban kilsəsi Qaybalı məscidi Şırlan məscidi Rus kilsəsi Tarixi memarlıq abidələri Qala divarı (uzunluğu 8 kilometr) Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd) Qədim üslubda salınmış 17 məhəllə Turşsu Qalereyası Karvansara (4 ədəd) Gəncə qapısı Rasta bazar Torpaq meydan Üzeyir Hacıbəyovun heykəli Malıbəylidə Qızlar məktəbi Un dəyirmanı "Həzrət Əli" kahası "Qızıl qaya" Bəhmən Mirzə Qacarın hərəmxanası Bəhmən Mirzə Qacarın tikdirdiyi "Bab" hamamı Şeytan bazar Əfsanəvi Leyli qalası Çuxur məhəllədə 2 minarəli "Şəfa ocağı" "Həzrət Abbas Şəfa ocağı" Molla Pənah Vaqifin poeziya evi Molla Pənah Vaqifin məqbərəsi Molla Pənah Vaqifin müəllimlik etdiyi bina Molla Pənah Vaqifin evi Xan qızı Xurşudbanu Natəvanın sarayı Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi "Qarama" Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi həbsxana binası Qasım bəy Zakirin yaşadığı ev Qasım bəy Zakirin qəbirüstü abidəsi Azərbaycanda ilk "realnı uçiliş"in binası Yaşıl aptek Mədəniyyət evi Külli miqdarda gümüş və mis qablar İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscidini həyətində) Qarabağ xanlığının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi Tarixin yaddaşı olan Daş kitabələr Azərbaycanda ilk realnı məktəbin binası Malıbəylidə "Qızlar məktəbi" Küllü miqdarda gümüş və mis qablar Ağaböyük xanımın bürcü Karvansaralar İkimərtəbəli karvansara (1888–1889-cu illər) Zarıslıda Korun karvansarası Hacı Məhərrəm karvansarası Hacı Əmiraslan bəyin karvansarası Uğurlu bəyin karvansarası Mir Səyyaf oğlunun karvansarası Murad bəyin karvansarası Hacı Hüseynin karvansarası Gövhər Ağanın karvansarası Hacı Abbas bəyin karvansarası Cavad ağanın karvansarası Xanlıq Muxtarın karvansarası Ağabəyim Ağanın qəsri Sadıqcanın qəsri "Pənahabad" Şuşa qalası (1750–1757-ci illər) Leyli qayası Bayat qalası (1748-ci il) Şahbulaq qalası Bülbülün büstü Üzeyir Hacıbəyovun büstü Hüsü Hacıyevin büstü Molla Pənah Vaqifin büstü Xan qızı Xurşud Banu Natəvanın büstü İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi "Dəlik-daş" pilləkən kompleksi Qarabağ xanlığının divan kompleksi Qacarların məqbərə kompleksi Bəhmən Mirzə Qacarın saray kompleksi Mir Möhsün Nəvvabın abidə kompleksi Mehmandarovun ev kompleksi Qarabağ xanlığının Divan kompleksi Dəlik-daş pilləkən kompleksi Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi Üzeyir Hacıbəyovun ev-muzeyi Bülbülün ev-muzeyi Xalça muzeyi Tarix-diyarşünaslıq muzeyi Qarabağ dövlət tarixi muzeyi Rəsm qalereyası Məhəmməd Həsən Ağanın imarəti Səməd bəy Mehmandarovun Şuşadakı mülkü Hacı Şükürün imarəti Məmməd Həsən Ağanın imarəti Qarabağ qazisinin mülkü Qədimovların mülkü Qarabaş Qazisinin mülkü Mir Möhsün Nəvvabın mülkü Nəcəfqulu ağanın mülkü İbrahim xanın mülkü Hacı Bəşirin mülkü Cabbar Qaryağdı oğlunun mülkü Mirzə Hüseynin mülkü Mirəlibəyin mülkü Seyid Məcidin mülkü Hacı Qulamın mülkü Nəcəfqulu Ağanın mülkü Kəlba Şirinin mülkü Öpənnik Qara Zeynalın mülkü Fərzalı bəyin mülkü Allahverənli Kəlba Şirinin mülkü Nəcəf bəy Vəzirovun mülkü Firudin bəy Köçərlinin mülkü Süleyman Sani Axundovun mülkü Məşədi Qəhrəmanın mülkü Quyruq məhəlləsində Sadıq bəyin mülkü Yusif Vəzir Çəmənzəmənlinin mülkü Mir Həsən Vəzirovun mülkü Qaraşovların mülkü Hüseyn Qayıbovun mülkü Məşədi Şirinin mülkü Gəraf Əsgərovun mülkü Ağamirovların mülkü Hüsü Hacıyevin mülkü Hacı Dadaşın mülkü Hacı Quluların mülkü Malikanələr Qulam Şahın malikanəsi Əsəd bəyin malikanəsi - Şuşa şəhərində, Voroşilov küçəsində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Mamay bəyin malikanəsi - XVIII əsrə aid tarix-memarlıq abidəsi. Çuxur məhəllədə Kal Həsənin evi Təzə məhəllədə Xayatlılar Mehdinin evi Çuxur məhəllədə Kürd uşağının evi Quyruq məhəlləsində Məşədi Teymurun evi Ağa-Əbdürrəhim ağanın evi Uluq bəyin evi Zöhrabbəyovların evi Cəlal bəyin evi Kəlba Hüseynin evi İsmayıl bəyin evi Əbdülrəhim bəy Haqverdiyevin evi Kəlba Şəhriyarın bağı Şəmilin bağı Hacıyevlərin armud bağı Mirfəseh bağı Şahlıq körpüsü Təzə məhəllədə körpü Qəbristanlıqlar Mirzə Həsən qəbiristanlığı Mirfəseh qəbiristanlığı Meydan bulağı Saxsı bulaq Ovdan bulağı Səkili bulağı Qotur bulağı Hacı Salehin hamamı Uğurlu bəyin hamamı Xeyransa xanımın hamamı Ağa Mirzə Əli Qazinin hamamı Şahbaz bəyin hamamı Hacı Əbdürrrəhimin hamamı Rüstəm bəyin hamamı Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). "Azərbaycan" cildi (50 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Məsul katib: akademik T. M. Nağıyev. 2007. səh. 872. ISBN 978-9952-441-01-7. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. İnzibati-ərazi vahidləri" (PDF). İstifadə tarixi: 25 may 2022. Xarici keçidlər Virtual Qarabağ İKTM-də Şuşa rayonu Şuşanın işğalından 15 il keçir Yaddan çıxmaz qarabağ Erməni vəhşilikləri Şəkillər Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine Şuşanın şəkilləri, 2000–2005 ilə qədər 2007ci il Şuşa şəkilləri: vetennamine.com Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=2554
Şuşa real məktəbi
Şuşa real məktəbi — 1881-ci ildə Azərbaycanın Şuşa şəhərində yaranan 6 sinifli yeni tipli məktəb. XIX yüzilliyin sonlarında kapitalizmin inkişafı nəticəsində müxtəlif sahələrdə baş verən dəyişikliklər Azərbaycanın mədəniyyətinə də ciddi təsir göstərmiş və xalqın mədəni inkişaf sferasına istiqamətlənməsinə şərait yaranmışdı. Bu dövrdə çarizmin riyakar siyasətinə baxmayaraq, rus mədəniyyətinin nümayəndələrinin təsiri nəticəsində Azərbaycanda maarifçilik inkişaf edirdi. Maarifçiliyin inkişafı nəticəsində dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid gücləndi. XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər meydana gəldi və inkişaf yoluna qədəm qoydu. Məktəblərin təsiri və maarifin inkişafına cəhd baxımından Azərbaycanın Qarabağ bölgəsi, nəinki Azərbaycanda, eləcə də, Cənubi Qafqazda, demək olar ki, ən ilkin yeri tuturdu. Bu ənənə XIX əsrin sonlarında daha da güclənmişdi. XIX əsrin 80-ci illərində Azərbaycanda cəmi bir real məktəb (Bakıda) və bir klassik progimnaziya (Gəncədə) fəaliyyət göstərirdi. Bu isə bir tərəfdən əhalinin orta təhsilə olan ehtiyacını, digər tərəfdən isə sənayə və ticarətin artmaqda olan tələbini qətiyyən ödəmirdi. Bu tələb və ehtiyac Şuşada özünü xüsusilə büruzə verirdi. Burada orta məktəbə olan tələb get-gedə artırdı. Şuşada progimnaziya təsisi sahəsindəki tələbin nəticəsiz qalmasını görən şəhər əhalisi 1880-ci il iyunun 30-da Peterburqa-Qafqaz komitəsinə yazırdı. Beləliklə, 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsası qoyuldu. Digər məlumatlar 1886-cı ildə məktəbə 7.500 manat xərclənmişdi. Lakin Şuşa məktəbi dövrünün nümuməvi maarif ocağı sayılırdı və buna görə də Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmiş, onlar tədrislə maraqlanmış və aydın olmuşdur ki, məktəbdə üzürlü və üzürsüz dərs buraxanların faizi 7,64-dür. Ümumiyyətlə, bu faiz xalqın elmə-maarifə həvəsinin əvvəlki illərə nisbətən artdığını göstərirdi. Xalq dinin qadağan qanununa əhəmiyyət vermədən, başqa xalqların dillərini də öyrənir. Həmin dində danışmağa və oxumağa cəhd göstərirdilər. 1890-cı ildə Tiflis məktəblərində alman dili məcburi dil kimi öyrədilirdisə, Şuşa məktəbində bu könüllülük prinsipi ilə aparılırdı. Yeni açılan bu məktəblərdə ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Ona görə ki, ədəbiyyat əsas tərbiyə vasitəsi kimi yetişdirməkqüdrətinə malik idi. Bunu, Şuşa realnı məktəbinin müfəttişini əvəz edən Şimanovskinin Qafqaz maarif nazirinin sərəncamlar bülletinində çap etdirdiyi "Bizim orta məktəblərdə, ədəbiyyat şakirdlərin əxlaq tərbiyəsdində, söhbətlərin aparılmasında əsas silahdır". Məqaləsi bir daha təsdiq edir. O zaman ədəbiyyata xüsusi diqqət yetirilirdi. Şuşanın işğalından sonra 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılaraq xarabazara çevrilib. Halbuki, bu məktəb ilk açılanda 159 şagird təhsil almışdır. Məktəbin müəllimləri Mirzə Salah bəy Zöhrabbəyov Yusif bəy Məlikhaqnəzərov Haşım bəy Vəzirov Məktəbin şagirdləri İsmayıl bəy Şəfibəyov Əbdürrəhim bəy Haqverdiyev Yusif Vəzir Çəmənzəminli Cabbar bəy Vəlibəyov Qara bəy Əliverdilər Ələkbər bəy Əliyev Feyzulla Əliquluzadə Xudadat bəy Əzizbəyov Xudadat bəy Məlik-Aslanov (1892–1898) Cavad bəy Məlik-Yeqanov Əbdüləli Orucov (1914–1920) Rüstəm bəy Axundov Xan Şuşinski Əbdüləli bəy Muxtarov Həsən bəy Bağırbəyov Muxtar bəy Muradov Soltan bəy Vəlibəyov Binanın hazırkı dağıntıları Həmçinin bax Şuşa şəhər məktəbi Xarici keçidlər Böyük elm ocağı Şuşa Real Məktəbi (1881-ci il) Məktəblər və tədris mərkəzləri
https://az.wikipedia.org/w/index.php?curid=100467
Şuşa rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. Rus-Azərbaycan məktəbləri 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır.Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır. Rus-Azərbaycan məktəbinin açılışı ilə "Əkinçi"dən sonra Bakıda azərbaycanlıların ikinci ictimai qurumu yaradılmışdır. Məktəblərin sayı artdıqca Qori, İrəvan seminariyalarında, ali pedaqoji institutlarda və gimnaziyalarda təhsil alan gənclərin Bakıya toplaşması üçün geniş imkanlar yaranmış, 19 əsrin 90-cı illərində azərbaycanlılara məxsus "Müsəlman ziyalılarının özəyi" adlı ilk ictimai təşkilat təsis olunmuş, əyalət şəhərlərində, kənd və qəsəbələrdə milli-mədəni həyat dirçəlmişdi. Rus-Azərbaycan məktəbi müəllimlərinin təşəbbüsü ilə Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Tiflisdə, İrəvanda və s. şəhərlərdə ilk teatr truppaları təşkil olunmuş, səhnə vasitəsilə maarifçilik ideyaları təbliğ olunmuşdur. 19 əsrin sonu, 20 əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəaliyyət göstərənlər, əsasən, rus-Azərbaycan məktəbi müəllimlərindən və məzunlarından ibarət olmuşdur. Rus-müsəlman məktəbləri pedaqoji heyətinin Sultan Məcid Qənizadə, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla şaiq, Abdulla bəy Divanbəyoğlu, Əlisgəndər Cəfərzadə, Qafur Rəşad (Mirzəzadə), Fərhad Ağazadə (şərqli) və başqalarının istedadı sayəsində milli realist və romantik ədəbiyyat rövnəq tapmış, ilk dərsliklər yaradılmış, ilk uşaq jurnalları nəşr edilmiş və yüksək bədii təsir gücünə malik sağlam mündəricəli uşaq ədəbiyyatı təşəkkül tapmışdır.Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və fəaliyyətində rus-Azərbaycan məktəbinin xidmətləri xüsusilə əlamətdardır. Həmin məktəblərin məzunları 20 əsrin əvvəllərində siyasi mübarizədə, siyasi partiyaların təşkilində iştirak etmişlər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Milli şurasının sədri, Məmməd Yusif Cəfərov onun fəal liderlərindən biri olmuşdur. Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Seyid Hüseyn, Cəfər Cabbarlı və b. milli dövlet quruculuğunda fəal iştirak etmişlər. Rus-Azərbaycan məktəbinin müəllimlərindən Sultan-məcid Qənizadə və Mustafa Mahmudov Azərbaycanın parla-mentinin üzvü olmuşlar. Məktəbin direktoru Əhməd bəy Abbasov olmuşdur. Zəkəriyyə bəy Aslanov məktəbin müəllimi olmuşdur. Məzunları sırasında Qaflan Muradov, Bəhram bəy Kazımbəyov, Kərim bəy Yusifbəyov, Mahmud bəy Yusifbəyov, İbrahim bəy Yusifbəyov, Murtuza bəy Yusifbəyov kimi şəxslər olmuşdur. Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri də 25 oktyabr 1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. Süleyman Qayıbov müdürü olmuşdur. Birsinifli üçüncü dərəcəli xüsusi rus-tatar məktəbi. 1887-ci il oktyabrın 20 də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular. 1891-ci il sentyabrın 23-də açıldı.35 şagird qəbul edildi.1914-cü ildə Həbib bəy Mahmudbəyovun məktəbinin fəaliyyətinin 25 illik yubileyi qeyd olunmuş, bu münasibətlə o, çar hökuməti tərəfindən təşəkkürnamə ilə də təltif edilmişdir. Haşım bəy Vəzirov bu münasibətlə "Bakıdakı rusi-müsəlmani məktəblərin iyirmi beş illik yubileyi münasibətilə" adlı kitabçasını nəşr etdirmişdir. Burada əvvəl 42 nəfər şagird vardı.Məktəbdə ana dili, fars dili ilə yanaşı rus dili də təlim olunurdu. Buna görə də məktəb "Rus-tatar məktəbi" adlanırdı. Fars dili ona görə keçilirdi ki, ticarətlə əlaqədar bütün müəssisələrdə yazı-pozu fars dilində aparılırdı. Azərbaycanda və bütün Zaqafqaziyada şöhrət qazanan "rus-Azərbaycan" məktəbi keçmiş Spasski küçəsi ilə Kolyubakin küçələrinin tinində Hacı ağa Dadaşovun ayı 35 manata kirayə edilmiş xüsusi evində yerləşirdi. İlk illərdə məktəb təhsil haqqından toplanan vəsaitlə (ildə hər şagirddən 3 man.) idarə olunurdu. "Rus-Azərbaycan" məktəbinin rəsmən birsinifli (tədris müddəti 2 il) tədris ocağı kimi fəaliyyətə başlamasına baxmayaraq, sonralar 2 sinifli (tədris müddəti 4 il) oldu və təlimin məzmunu nisbətən genişləndirildi.Müdürləri müxtəlif illərdə Həbib bəy Mahmudbəyov və Mustafa Mahmudov olmuşdur. Müəllimləri Sultan Məcid Qənizadə, İbrahim bəy Musabəyov (1911), Abdulla Şaiq (1906), Mustafa Mahmudov, Abbas bəy Minasazov, Mehdi bəy Hacıbababəyov (1901), Məhəmməd Tağı Atakişiyev olmuşdur. Məzunları sırasında Tağı Şahbazi Simurğ (1912), Əbülqasım Hüseynzadə, Seyid Hüseyn, Mirpaşa Sadıqov kimi şəxslər olmuşdur. 1887-ci il oktyabrın 20-də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular.. Sultan Məcid Qənizadə müdürü olmuşdur. Məhəmməd Əmin Rəsulzadə və Mirzəağa Əliyev məzunlarından olmuşdur. Xalqın təkidi ilə hökumət tərəfindən üçüncü və dördüncü "rus-tatar" məktəbləri açılır. Mahmud bəy Mahmudbəyov müdürü olmuşdur. Müəllimləri sırasında Həbib bəy Mahmudbəyov və Mustafa Mahmudov da olmuşdur. Məktəbin məzunları sırasında Hüseyn Ərəblinski də olmuşdur. Süleyman Sani Axundov və Zəkəriyyə bəy Aslanov (1912–1915) kimi müəllimləri olmuşdur. 2 oktyabr 1898-ci ildən "5 nömrəli Rus-tatar məktəbi" kimi fəaliyyətə başlamışdır. Məktəb neft milyonçusu Murtuza Muxtarov tərəfindən iqtisadi məqsədlə tikilmiş binada yerləşmişdir. 1905–1907-ci illərdə Üzeyir Hacıbəyov Qori seminariyasını bitirdikdən sonra burada müəllim işləmiş, rus dili, riyaziyyat, musiqi və təbiət fənlərindən dərs demişdir. Hazırda 51 nömrəli tam orta məktəb olaraq fəaliyyət göstərir... Həbib bəy Mahmudbəyov müdürü olmuşdur. Məzunları sırasında Şirəli Məmmədov da olmuşdur. Süleyman Sani Axundov məktəbin müdürü olmuşdur. Müəllimləri sırasında Ağa Əli bəy Həsənov, Abdulla Şaiq , Əliməmməd bəy Mustafayev (1906–1920), Rəhim bəy Şıxlinski kimi şəxslər olmuşdur. Məzunları sırasında isə Süleyman Rüstəm, Hacıməmməd Qafqazlı, Cəfər Cabbarlı (1908) və Mirzə Bala Məmmədzadə kimi şəxslər kimi olmuşdur. Əbdüləli bəy Vəlibəyov məktəbin müdiri olmuşdur. Rəhim bəy Vəkilov (1916–1917) və Mirzə Muxtar Məhəmmədov bu məktəbdə müəllim olaraq fəaliyət göstərmişdir. XIX əsrin sonlarında Bərdə ərazisində üç rus məktəbi açılıb. Məktəblərdən biri Ləmbəran rus-tatar məktəbi, ikincisi Alpoud kəndində, üçüncüsü isə indiki Bərdə şəhərində fəaliyyət göstərib. Məktəb 25 oktyabr 1883-cü il dən fəaliyyət göstərməyə başlamışdır. Sərəncam Tiflis şəhərində verilib. İlk müəllimləri Qori Müəllimlər Seminariyasının məzunları olub. O vaxt qızları məktəbə götürmədiklərinə görə, bu məktəbin ilk şagirdləri 7 oğlan olub. Direktorlardan Pakizə Muxtarova bildirir ki, bu məktəbin açılmasında Nəcəf Bəy Vəzirovun böyük xidmətləri olub. Bütün metodik materiallar həmin dövrlərdə Bakıda ikinci rus qız gimnaziyasının müdiri olan Nəcəf bəyin qızı Sara xanım tərəfindən göndərilib. Məktəb əvvəlcə Rus-Tatar məktəbi, ötən əsrin yetmişinci illərində beynəlmiləl məktəb, sonralar yenidən rus məktəbi adlandırılıb.İndiki Nizami Gəncəvi adına 2 saylı tam orta məktəb. Məktəb 1883-cü il dən fəaliyyət göstərməyə başlamışdır. Rəsul bəy Tahirov müdüri olmuşdur. 1902-ci ildə əsası qoyulmuş rus-tatar məktəbi Dərbənd qazısı Hacı Molla Məmməd Sadıq Pişnamazın şəhər məclisinə göndərildiyi xahişnaməyə əsasən açılmışdı. O, xahişnaməsində göstərirdi ki, Dərbənddə başqa şəhərlərdə olan yaxşı təhciz edilmiş, müsəlman gənclərin əqli-mənəvi inkişafına imkan verən məktəblər yoxdur. Ona görə də Dərbənd şəhərinin müsəlman ictimaiyyəti şəhərdə rus-müsəlman məktəbinin açılmasını xahiş edir. Şəhər idarəsi müsəlmanların xahişini nəzərə alıb, Bakı quberniyasının və Dağıstan vilayətinin xalq məktəbləri direktorluqlarının razılığını aldı və 1902-ci ildə sentyabrın 1-də rus-tatar məktəbi fəaliyyətə başladı. Xalq məktəbləri direktoru məktəbin açılmasına razılıq verərkən şəhər başçısına bildirmişdi ki, məktəbin şagirdləri Çar hökumətinin bayramlarını və müsəlmanlar üçün əlamətdar olan aşağıdakı günləri qeyd etməlidirlər. Bunlar Novruz bayramı (19–21 mart), Məhərrəmlik ayı (3 gün), Səfər ayı (2 gün), Ramazan bayramı (1 gün), 1–3 Şəvval, 10, 11 və 18 Zilhiccə. 1902-ci ildə qoyulmuş rus-Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki, burada 72 oğlan təhsil alırdı. 10 müsəlman məktəbi var ki, bunlarda cəmi 284 şagird təhsil alırdı. Şagirdlərin 253-ü oğlan, 31-i qız idi. 1904-cü ildə realnı məktəbin şagirdləri üçün şəhərin meri Qasım bəy Heydərovun adına 150 manat məbləğində təqaüd təyin edilmişdi. Bu təqaüdü ilk dəfə 1904-cü ildə 3-cü sinif şagirdi Mehdi bəy Məmmədbəyov almışdı. 1905-ci ildə şəhər ictimaiyyəti idarəsi tərəfindən I Pyotr adına 3 mükafat müəyyən edildi. Realnı məktəbin şagird Cavad bəy Zeynalov və Qız gimnaziyasının şagirdi A.Aslanova bu mükafatı ilk dəfə alanlardan idi. Novruzəli bəyin açdığı dördsinifli rus-tatar məktəbidir. Şirin bəy Nuriyev məzunlarından olmuşdur. 1899-cı ilin oktyabrında Gəncə ziyalılarının təşəbbüsü ilə iki sinifdən ibarət rus-tatar məktəbi açılmışdı..Müəllimləri sırasında Mirzə Abbas Abbaszadə, Hacı Kərim Sanılı (1902–1904), məzunları sırasında isə Cahangir Nağıyev, Əli Nəzmi, Əli Razi Şəmçizadə, Əbülfət bəy Məşədi Süleyman oğlu kimi şəxslər olmuşdur. 1885-ci ildən fəaliyyət göstərmişdir.Firudin Şuşinski yazır ki, bu məktəb Əbdürrəhim bəy Haqverdiyev tərəfindən inşa olunumuşdur və həmin məktəbdə rus dili dərsini də özü demişdi. Bu məktəbə əksər bölgələrdən təhsil almağa gələrmişlər. 1920-ci ildə məktəb Ağdam şəhərinə köçürülmüşdür. Sonralar isə məktəb Ağdam 2 saylı beynəlmiləl şəhər məktəbi kimi fəaliyyət göstərmişdir. Son illər məktəbin direktoru Sadıqov Əlövsət olmuşdur.. Əbdülkərim bəy Vəlibəyov isə 1896–1904-cü illərdə məktəbin müdürü olmuşdur. Müəllimləri sırasında isə Əbdürrəhimbəy Haqverdiyev və Zəkəriyyə bəy Aslanov kimi şəxslər də olmuşdur. 1896-cı il oktyabrın 21-də İrəvanda rus-tatar (Azərbaycan) məktəbi açmışdır. İlk dəfə məktəbə nəzərdə tutulan 70 şagird əvəzinə 110 şagird qəbul edilmişdi. Rusiya Xalq Maarif Nazirliyi tərəfindən təsdiq edilən Məktəbin tədris planına Azərbaycan, rus, fars, ərəb dilləri, şəriət və hesab daxil idi. Ana dili səs üsulu ilə A.Çernyayevsakinin "Vətən dili", fars dili Sədi Şirazinin "Gülüstan", rus dili M.Volperin "Rus dili", hesab Yevtuşevskinin "Məsələlər kitabı", şəriət dərsləri isə Firudin bəy Köçərlinin tərtib etdiyi kitab üzrə tədris edilirdi. Rus-tatar (Azərbaycan) məktəbini təsis edən komissiyanın tərkibinə Abbasqulu xan İrəvanski (sədr), İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov və başqaları daxil idi. İrəvan ziyalıları məktəbə tez-tez kömək edirdilər.1909-cu ilin "Kavkazski kalendar" məcmuəsində Haşım bəy Nərimanbəyovun Rus-tatar məktəbinin müəllimi oldugu göstərilir.Məcmuənin 1904 cü il nömrəsində isə İrəvan rus-tatar məktəbində Abbasqulu xan İrəvanski fəxri nəzarətçi olmuşdur. Və o dövürdə 106 şagir təhsil alırdı Məcmuənnin 1906-ci il nömrəsində İrəvan rus-tatar məktəbinin həyətinin genişləndiyi aydınlaşir. Buradan bəlli olur ki, 1906–1907 ci il tədris ilində İrəvan rus-tatar məktəbində Haşım bəy Nərimanov nəzarətçi, Həmid bəy Şaxtaxtinski və Rəcəbov müəllim, Axund Abdulla bəy Qazıyev şəriət müəllimi, Məmməd Vəli Qəmərlinski Azərbaycan dili müəllimi işləmişdir. 1882-ci ildə Qubadlıda yaradılıb. Həmin məktəbin əsası Həsən bəy Sultanov tərəfindən qoyulmuşdur.Qubadlı məktəbi iki sinifli, dörd illik olduğu üçün 1-ci və 3-cü sinif şagirdlərini bir sinif otağına, 2-ci və 4-cü sinif şagirdlərini isə başqa bir sinif otağına yığıb bir yerdə dərs keçərmişlər. Belə çətinlik uzun müddət davam edib. Qubadlı məktəbi ilk dəfə Xanlar bəyin atasına məxsus evdə təşkil edilib. Sonra məktəb Həşim bəyin daha yaxşı şəraitli evinə köçürülüb. Sonra Teymur bəyin oğlu Həsən bəy Sultanovun təşəbbüsü və yerli hökumətin köməkliyi ilə qarşı tərəfdə üç otaqlı yeni məktəb binası tikilir.1883-cü ildən müdürü Rəhim bəy Novruzov olmuşdur. Müəllimləri sırasında Üzeyir Hacıbəyov, Həşim bəy Nərimanbəyov, Mehdi bəy Məlik-Aslanov kimi şəxslər olmuşdur. Məzunları arasında Çingiz İldırım, Cabbar bəy Sultanov, Abbas bəy Sultanov, Hüseynqulu Babayev, Həsən bəy Sultanov, İsmayıl Abışov və Qulam Sultanov kimi şəxslər olmuşdur. Taixitdin Mamleyev tərəfindən Qazax qəzasının Salahlı kəndində (1875-ci il) rus-tatar məktəbi açılmışdır. Səməd Vurğun bu məktəbin məzunu olmuşdur. Məmmədov X., ilk "Rus-müsəlman" məktəbi və onun tarixi rolu, "Azərbaycan məktəbi" jurnalı, 1964, № 5; Vəzirov H., "Rus-müsəlman" məktəblərinin iyirmi beş illik yubileyi münasibətilə. "Kefim gələndə" kitabında, B., 2001. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 220–229.
https://az.wikipedia.org/w/index.php?curid=540535
Şuşa tarix muzeyi
Şuşa Tarix-Diyarşünaslıq Muzeyi — Şuşada yerləşir. Muzey 1992-ci ilin may ayına qədər fəaliyyətini davam etdirmişdir. Muzeyin yaranma tarixi Şuşa Şəhər Tarix Muzeyinin yaradılması ideyası 1967-ci ilə təsadüf edir. Həmin dövrdə Şuşa Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Arif Ağakişiyev tərəfindən belə bir muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi qarşısında qaldırılır və ideya müsbət qarşılanır. Eksponatların toplanması Muzeyin yaradılması qərarından sonra, bu müddət ərzində paralel olaraq əhali arasında elan verilir və sakinlərdən könüllü şəkildə qədim əşyalar toplanılır. Şuşa yaxınlığındakı "Ağzıyastı kaha" mağarasında tədqiqatçı arxeoloqlar tərəfindən aşkarlanan və eramızdan əvvəl II minilliyə aid edilən eksponatlar öyrənildikdən sonra bir qismi yeni yaradılacaq muzeyə, bir qismi isə Azərbaycan Tarix Muzeyinə təhvil verilir. Muzeyin açılış tədbiri Eksponat yığımı ilə paralel olaraq Yuxarı Gövhər ağa məscidində təmir-bərpa işləri aparılmış və 1968-ci il ilin iyun ayında Molla Pənah Vaqifin yubileyi ilə əlaqədar Şuşada keçirilməsi planlaşdırılan tədbirlər çərçivəsində muzeyin açılışı həyata keçirilir. Açılışda hökumət rəhbərlərindən o vaxtkı Mədəniyyət Naziri Zakir Bağırov, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri və rayon rəhbərliyi iştirak etmişlər. 1981-ci ildə uzun fasilədən sonra Şuşa Tarix-Diyarşünaslıq Muzeyi kimi tamaşaçılarını qəbul etməyə başlayır. Muzeyin şöbələri Mədəniyyət ocağında yenidənqurma işləri Mədəniyyət Nazirliyinin Muzeyləri və Sərgiləri Layihələndirən və Tərtibat edən bədii-istehsalat emalatxanasının əməkdaşları tərəfindən həyata keçirimişdir. Yeni təmirdən sonra istifadəyə verilmiş muzeydə XVIII, XIX və XX əsrə aid üç şöbə yaradılır. Muzey rəhbərliyi Muzey əvvəlcə iki nəfərlik ştatla ilk direktor Novruz Həsənovun rəhbərliyi və Əli Allahverdiyevin muzey baxıcılığı ilə fəaliyyət göstərmişdir. Ştat vahidi cədvəlinə sonralar direktor, elmi işçi, nəzarətçi və fond mühafizəsi (fond müdiri) vəzifələri də salınmışdı. Bu ştat cədvəli ilə muzey işğaladək fəaliyyət göstərib. 1971-ci ildən etibarən muzeyə rəhbərlik Vaqif Əbilova tapşırılır. Muzeyin Yuxarı Gövhər Ağa məscidindəki fəaliyyəti 1989-cu ilədək davam etmişdi. Milli oyanış hərəkatının baş qaldırdığı bir vaxtda məscidlərin bərpasına göstəriş verilməsi ilə muzeyin məsciddən çıxarılması və ona fəaliyyəti üçün yeni binanın inşası nəzərdə tululurdu. Muzeyin eksponatları Muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX–XX əsrin əvvəllərinə aid sənədlər, Şuşada XVIII–XIX əsrlərdə inşa edilmiş, tarixi əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri və fotoşəkilləri nümayiş etdirilirdi. Burada Şuşa şəhərində doğulub böyümüş tanınmış Azərbaycan ziyalılarının, maarifçilərin xanəndələrin, musiqişünasların və yazıçıların haqqında maraqlı stendlər, eksponatlar var idi. Dekorativ-tətbiqi sənət bölməsində qiymətli incəsənət əşyaları, dolçalar, qazan dəstləri, dulusçuluq məmulatları, Şuşada və ətraf kəndlərdə toxunmuş xalçalar, gəbə]lər, bədii toxuculuq nümunələri saxlanılırdı. Muzeydə M.P.Vaqifin yubileyi ilə əlaqədar toplanılmış materiallar da sərgilənirdi. Muzeydə üstünlük Qarabağ xanlığının yaradılması ilə bağlı məqamlara verilir. 1981-cı ildə muzeyin eksponat fondunda 2792 eksponat saxlanılıb. 1980-ci ildə 53 min nəfərə xidmət göstərən muzeyə daha 500 eksponat yığılır. Sonradan ilbəil Mədəniyyət Nazirliyinin ayırdığı vəsait, habelə əhali tərəfindən könüllü olaraq muzeyə təqdim edilən eksponatların sayı artaraq üst-üstə 5.500 ədədə çatdırılmışdı. Bunun 3.500-ü əsas fonda, 2000-i isə yardımçı fonda aid edilən dəyərli eksponatlar idi. Muzeydə rus rəsssamı V.Vereşşaginin 1864-ci ildə Şuşada olarkən çəkdiyi rəsmlər, Ağa Məhəmməd şah Qacarın hücumu zaman partlamamış 43 kiloqarmlıq top mərmisi sərgilənirdi. İşğaldan sonra Erməni işğalı dövründə isə muzeyin mövcud eksponatları işğal altında qalması səbəbindən hazırda muzey hər hansı bir formada fəaliyyət göstərmir. Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin 6 mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanları isə daşınmışdır. Hazırda ermənilər talan etdikləri muzey əşyalarını dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edərək bır sıra ölkələrdə nümayiş edirirlər. Şuşa şəhəri işğalçı Ermənistan ordusu tərəfindən zəbt olunduqdan sonra fəaliyyətini dayandırmışdır. Eksponatların xeyli hissəsini xilas etmək mümkün olmamışdır. Xarici keçidlər Yurdlarımızda dağıdılmış muzeylərimiz Qarabağ media Arxivləşdirilib 2017-09-17 at the Wayback Machine Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ münaqişəsi Arxivləşdirilib 2020-08-11 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=553257
Şuşa tətilləri
Şuşa tətilləri — Şuşa qəzası fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912 və 1917-ci illərdə keçirilmişdir. 1903-cü il tətili Bakı proletarlarının iyul ümumi tətilinin təsiri ilə baş vermişdir və tezliklə bir neçə müəssisəni, real məktəbini bürümüşdür. Şuşaya gizli ədəbiyyat, "İskra"nın nömrələri, RSDFP Qafqaz Komitəsinin çap olunmuş vərəqələri göndərilmişdir. Tətilçilər polis dəstələrinə ciddi müqavimət göstərmişdilər. Rusiya imperator hökuməti polis idarəsini qüvvətləndirmişdir. "İskra", hökumətin bu tədbiri haqqında yazmışdır ki, "ölkəni ram etmək üçün hökumət Zaqafqaziyanın 4 şəhərində, o cümlədən Şuşada güclü polis nəzarəti həyata keçirmişdir. Tətilin yatırılmasına baxmayaraq, o fəhlələrin gələcək mütəşəkkil mübarizəsinə mühüm təsir göstərmişdir". 1905-ci il tətili Şuşada 1905-ci il tətili 9 yanvar hadisələri ilə əlaqədar başlanmışdır. 10 fevralda Şuşa real məktəbinin tələbələri tətil etmişdilər. Onlara şəhərin zəhmətkeşləri də qoşulmuşdur. 13 iyulda Şuşa yaxınlıqlarındakı ipək emalı fabrikləri və digər müəssisələrin fəhlələrinin ümumi tətili keçirilmişdir. Tətilçilər daxilində 8 saatlıq iş günü, şəxsiyyətin toxunulmazığı, vicdan, söz, mətbuat və s. azadlıqlar, bütün vətəndaşların hüquq bərabərliyi, silki qanunun ləğvi və s. olan 17 maddətən ibarət tələblər irəli sürmüşdülər. Tətilin genişlənməsində və bütün qəzaya yayılmasında RSDFP "Şuşa qrupu" böyük fəaliyyət göstərmiş, Şuşada partiya mətbəəsində "Çağırış", "Bütün zəhmətkeşlərə", "Tətil oyunu" başlığı altında bir sıra vərəqələr buraxmışdır. Buna baxmayaraq, hələ təzə yaradılmış "Şuşa qrupu" bütün fəhlələri öz tərəfinə çakə bilməmişdi. "Daşnaksütyun" partiyasının Şuşa komitəsinin üzvləri fəhlələrin xeyli hissəsini aldadaraq tətilin rəhbərliyinə soxulmuş, bu da tətilin zəifləməsinə və uğursuz qurtarmasına səbəb olmuşdur. Bu münasibətlə RSDFP "Şuşa qrupu"nun buraxdığı intibahnamədə deyilirdi ki, "yoldaşlar, daşnakların çox baha başa gələn dərsindən nətiçə çıxarın, hər yanda və hər yerdə şüurlara aşılayın ki, ançaq sosial-demokratlar fəhlələrin dostu və onların mənafelərinin müdafiəçisidir". Oktyabr və noyabr aylarında çar manifesti əleyhinə keçirilən tətil Şuşanın bütün ipək emalı müəssisələrini bürümüşdür. Tətil silah gücü ilə yatırılmışdır. 1907-ci il tətili Şuşada 1907-ci il tətili fevral ayında ipəkəyirmə və ipəksarıma müəssisələrində başlamış, bir həftədən çox davam etmişdir. Fəhlələr 8 saatlıq iş günü, əmək haqqının 20–25% artırılması, həmkarlar ittifaqlarının azad fəaliyyət göstərməsi və s. tələblər irəli sürmüşdülər. 10 iyunda ipək emalı müəssisələrində işlər dayandırılmış, 11 iyunda demək olar ki, Şuşanın bütün fəhlələri tətilə qoşulmuş və tətilçilərin sayı təqribən 2,000 nəfərə çatmışdır. Tətilin getdikcə ciddi xarakter aldığını və fəhlələrin qətiyyətliyini görən sahibkarlar 19 iyunda tətilçilərin tələblərini qəbul etməyə məcbur olmuşdular. İyun tətili fəhlələrin qələbəsi ilə qurtarmışdır.3 iyulda Şuşa qəzası ipək emalı müəssisələrini yenidən tətil hərəkatı bürümüşdür. Tətil Şuşa şəhərində, habelə Daşaltı, Kərkicahan, Ballıca, Seyidbəyli, Tuğ, Arakül, Xırmancıq və s. kəndlərdə daha ciddi şəkil almışdı. 28-dən artıq müəssisəni əhatə edən tətilçilərin sayı 14 iyulda 2,500 nəfərə çatmışdı və onların əksəriyyəti qadınlar idi. Tətilçilər daxilində iş gününün qısaldılması, əmək haqqının artırılması, cərimələrin ləğvi, həmkarlar ittifaqlarının fəhlələrin səlahiyyətli təşkilatı kimi tanınması və s. olan 31 maddədən ibarət tələblər irəli sürmüşdülər. Tətilin getdikcə genişlənməsindən qorxuya düşən sahibkarlar 6 avqustda fəhlələrin bəzi tələblərini yerinə yetirməyə məçbur olmuşdular. 7 avqustda fəhlələr işə başlamışdılar. 1912-ci il tətili Lena fəhlələrinin qətliama məruz qalmasından sonra Şuşada da ipək emalı sənayesi fəhlələrinin inqilabi hərəkatı geniş vüsət almışdır. 13 sentyabrda Şuşa fəhlələri işi dayandıraraq bir sıra iqtisadi tələblər irəli sürmüşdülər. Tətil 21 sentyabra qədər davam etmişdir. Fəhlələr yalnız tələblər qəbul edildikdən sonra işə başlamışdılar. 1917-ci il tətili Şuşada fəhlələrin və zəhmətkeşlərin ilk azad 1 May nümayişi keçirilmişdir. İyunun axırlarında Şuşa ipək fabriklərindən birində fəhlələrin tətili baş vermişdir. Onlar 8 saatlıq iş günü, əmək haqqının artırılmasını tələb etmişdilər. Sahibkardar tətili dayandırmaq məqsədilə fabrikləri bağlamışdılar. Buna çavab olaraq fəhlələr tətili davam etdirmişdilər. Şuşanın başqa ipək fabriklərin fəhlələri də tətətilçilərə qoşulmuşdur. Bu zaman Şuşanın hər yerində mitinqlər, iclaslar keçirilmiş, fəhlələr hakimiyyətin Şuşa fəhlə, əsgər və kəndli deputatları Sovetinə verilməsini təklif etmişdilər.
https://az.wikipedia.org/w/index.php?curid=767652
Şuşa uğrunda döyüşlər
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdir. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini təsdiqləmiş, fəqət sonradan Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymışdır. Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan, eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdır. Şuşa şəhəri Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Şəhər 1994-cü ildə Birinci Qarabağ müharibəsinin sona çatmasından bəri Qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olmasına baxmayaraq, de-yure Azərbaycan Respublikasının Şuşa rayonunun bir hissəsidir. Şuşa dəniz səviyyəsindən 1300–1600 metr yüksəklikdə, separatçıların paytaxt elan etdikləri Xankəndi şəhərindən təxminən 15 kilometr (9.3 mil) uzaqlıqda yerləşir. İki şəhəri bir vadi ayırır və dağlıq ərazidə yerləşən, Xankəndi üçün bufer zonası olan Şuşa "bütün Dağlıq Qarabağı nəzarətdə saxlamağa imkan yaradan strateji yüksəklik" olaraq xarakterizə edilmişdir. Strateji şəhər həm Azərbaycanda, həm də Ermənistanda xalq arasında "əlçatmaz" dağ qalası adlandırılır. Ermənistanın cənubundakı Sünik mərzində yerləşən Gorus şəhəri ilə Xankəndini birləşdirən açar yol – Laçın dəhlizi Şuşadan keçir. Ermənistanı Dağlıq Qarabağa bağlayan digər əsas yol şimaldan, Kəlbəcər rayonundakı Murovdağ silsiləsindən keçir.1923-cü ildə, sovet hakimiyyəti dövründə əhalisi əsasən ermənilərdən təşkil olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılmış, lakin vilayətin inzibati mərkəzi əsasən azərbaycanlıların yaşadığı Şuşa şəhəri seçilmişdir. 1988-ci ilin fevralında, əksəriyyəti ermənilərdən təşkil olan DQMV hökuməti Azərbaycan SSR-dən ayrılmaq və Ermənistan SSR ilə birləşmək üçün qərar qəbul etmişdir ki, bu da Sovet İttifaqında yaşayan azərbaycanlılarla ermənilər arasında daha geniş etnik və ərazi münaqişəsinə gətirib çıxarmışdır. Sovet İttifaqı 1991-ci ildə süquta uğradıqdan sonra azərbaycanlılar və ermənilər Qarabağ üzərində nəzarəti saxlamaq üçün mübarizə aparmış və döyüşlər 1992-ci ilin əvvəllərində Ermənistan Silahlı Qüvvələrinin iştirakı ilə genişmiqyaslı müharibəyə çevrilmişdir. Dağlıq anklav o vaxta qədər öz müstəqilliyini elan edir və qondarma bir hökumət qurmuşdur. 8 may 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələri Şuşa şəhərini işğal etmişdir və 1979-cu ildə şəhər əhalisinin 85,5 %-ni təşkil edən azərbaycanlılar məcburi köçkün olmuşdur.Şəhər həm azərbaycanlılar, həm də ermənilər üçün tarixi, siyasi və mədəni əhəmiyyətə malikdir. Azərbaycanlılar Şuşa şəhərini bölgənin tarixi paytaxtı hesab edirlər və şəhər onlar üçün xüsusi mədəni əhəmiyyət daşıyır. Eyni zamanda, şəhərdə yerləşən və 2020-ci ilə qədər Erməni Həvari kilsəsinin Artsax Yeparxiyasının mərkəzi olan Qazançı kilsəsi ermənilər üçün dini əhəmiyyətə malikdir. 2021-ci ildə Ermənistan Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtını Şuşaya köçürməyi və burada qanunsuz məskunlaşmanı başa vurmağı planlaşdırırdı. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında tez-tez şəhərin işğaldan azad edilməsinin müharibənin əsas məqsədlərindən biri kimi xarakterizə etmişdir. O, 16 oktyabrda Türkiyə televiziyasına verdiyi bir müsahibədə "Şuşa olmasa, işimiz yarımçıq qalacaq" demiş, Qondarma Dağlıq Qarabağ Respublikasının Prezidenti Arayik Harutyunyan isə Şuşanı "əcdadlarımızdan bizə miras qalan ən böyük irslərimizdən biri" adlandırmışdır. Şəhərin simvolik əhəmiyyətinə baxmayaraq, Beynəlxalq Böhran Qrupunun azərbaycanlı analitiki Zaur Şiriyev Şuşanın ələ keçirilməsinin hərbi və ya siyasi bir hədəf olub-olmadığının qaranlıq qaldığını qeyd etmişdir. Azərbaycanlı siyasi analitik Fuad Şahbazovun fikrincə, Azərbaycan qüvvələrinin Şuşada qələbə çalması "cəbhədə olan və olmayan azərbaycanlılar üçün mənəvi qələbə kimi qəbul ediləcək" və o güman edir ki, bu da erməni əsgərləri arasında "ciddi demoralizasiya"ya səbəb olacaq. Döyüşdən əvvəl 27 sentyabr 2020-ci il tarixində de-fakto Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən və Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə edilən, lakin de-yure Azərbaycanın bir hissəsi olan Qarabağ bölgəsində döyüşlər başlamışdır. Azərbaycan qüvvələri əvvəlcə müvafiq inzibati mərkəzlərini işğaldan azad edərək Füzuli və Cəbrayıl rayonlarında uğur əldə etmiş, oradan Hadrut qəsəbəsinə doğru irəliləmişdir. 15 oktyabrda Hadrutun ələ keçirilməsindən sonra Azərbaycan qoşunları daha intensiv irəliləməyə, ermənilər isə geri çəkilməyə başlayırlar. Azərbaycan qüvvələri daha sonra Zəngilan və Qubadlı şəhərlərini işğaldan azad etmişdir. Onlar, həmçinin, Laçına hücuma keçir, meşələri və dağ keçidlərini aşaraq Şuşa rayonuna daxil olurlar.Müharibənin əvvəlindən Şuşa şəhərinin ara-sıra top atəşinə məruz qalması barədə xəbərlər yayılırdı. Oktyabrın 4-də Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə Şuşada, müharibədən cəmi bir neçə ay əvvəl separatçı rejimin rəhbəri Araik Arutyunyanın öz “inauqurasiyasını” keçirdiyi Mədəniyyət Evi darmadağın edildi. Zərbə nəticəsində həmin vaxt orada cəmləşən erməni hərbçiləri məhv edilib. Belə ki, zərbə zamanı binada 300-ə yaxın erməni hərbçisinin (sonradan onların Ermənistandan Qarabağa döyüşlərə göndərilən polislər olduğu üzə çıxmışdı) cəmləşdiyi məlum idi. Onların əksəriyyətinin öldüyü və yaralandığı bildirilir. Rəsmi mənbələr orada 20-dən çox polisin öldüyünü, 200-ə yaxınının yaralandığını təsdiq edir. Partlayış nəticəsində binanın damı dağılıb və içəridəkilərin üstünə tökülüb. 8 oktyabrda Şuşadakı Qazançı kilsəsinin bombardman edildiyi və ciddi ziyan gördüyü bildirilmişdir. Azərbaycan tərəfi bu insidentdə hər hansı bir məsuliyyətdən imtina etmişdir. Oktyabr ayı boyunca Şuşanın və eləcə də yaxınlıqdakı kəndlərin Azərbaycan qüvvələri tərəfindən top və raket atəşinə tutulması barədə xəbərlər yayılmış, Azərbaycan tərəfi isə xüsusən də şəhəri atəşə tutması haqqında yayılan xəbərləri təkzib edib. 28 oktyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Şuşadan bir neçə kilometr cənub-şərqdə yerləşən Çanaqçı kəndində vəziyyətin "gərgin" olduğunu bildirdi. Ertəsi gün Ermənistan Müdafiə Nazirliyi kənddə toqquşmaların baş verdiyini açıqlamış, Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan isə Azərbaycan qüvvələrinin Şuşadan 5 kilometr (3.1 mil) uzaqlıqda olduğunu etiraf etmişdir. 30 oktyabrda Daşaltı başda olmaqla Şuşa yaxınlığında toqquşmalar baş verib. Elə həmin gün "Abkhazian Network News Agency"nin müxbiri şəhər yaxınlığında böyük partlayışların eşidildiyini qeyd etmişdir. Ertəsi gün Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Şuşanın yenidən bombardmana məruz qaldığını açıqladı. Noyabrın 2-də Ermənistanın Müdafiə Nazirliyi də yaydığı bəyanatda Şuşa yaxınlığında şiddətli toqquşmaların baş verdiyini bildirib.Döyüşdən əvvəl, oktyabrın sonları və noyabrın əvvəllərində həm Azərbaycan, həm də Ermənistan bir-birini Şuşa yaxınlığında ağ fosfordan istifadə etməkdə günahlandırmışdır. 30 oktyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Azərbaycan qüvvələrini Şuşa yaxınlığındakı meşələri yandırmaq üçün fosfor istifadə etməkdə günahlandırmış, lakin Azərbaycan tərəfi bu iddiaları təkzib etmişdir. Noyabrın 20-də Azərbaycan Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələrini Şuşa ətrafında kimyəvi sursat istifadə edərək "ətraf mühitə böyük və uzunmüddətli ziyan vurmaqda" ittiham etmiş, bu məsələ barədə cinayət işi açmışdır. Həmçinin, Azərbaycan rəsmiləri Ermənistan Silahlı Qüvvələrinin bölgəyə ağ fosfor daşıdığını bildirmişdir. Ağ fosforun istifadəsi həm Azərbaycanın, həm də Ermənistanın imzalamadığı beynəlxalq müqaviləyə əsasən qadağan olunmuşdur. Oktyabr ayında Dağlıq Qarabağın cənubunda yerləşən, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan quru qoşunları təmas xəttini keçərək qərbə doğru irəliləməyə başladı. Oktyabr ayının ortalarına qədər Azərbaycan hərbi qüvvələri Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas şəhərlərdən hesab edilən Hadrutu azad etdi. Oktyabrın 22-dək Azərbaycan hücumu ilə Laçın şəhərinə və həyati əhəmiyyət kəsb edən dəhlizə 10 kilometr məsafəyə qədər yaxınlaşdı. Laçın dəhlizini itirməklə Ermənistan Dağlıq Qarabağdakı qüvvələrini təchiz etməkdə çətinliklə üzləşə bilərdi. Cavab olaraq və təzyiqi Laçın dəhlizindən uzaqlaşdırmaq üçün erməni qüvvələri çətin keçilən meşə-dağlıq ərazilərdə hərbi qüvvələrdən istifadə edərək əks-hücumlara başladılar və Azərbaycan qoşunlarının əsas təminat yolları boyunca pusqular qurmağa başladılar. 28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan XTQ qüvvələrinin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar. Məlumata görə, xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.Azərbaycan hesablarına görə, həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açır. Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çanaxçı və Sığnax kəndlərinə doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yol açılır. Bununla mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Nəticədə Azərbaycan bölmələri artilleriya qurğularını Çanaxçı ətrafına çəkə bilmişdi. Elə burada da yeni artilleriya dueli başladı. Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı.Noyabrın 4-də Ermənistan rəsmiləri döyüşlərin Şuşa yaxınlığında davam etdiyini bildirilmişdir. Azərbaycan qüvvələri Şuşa–Laçın yolununun bir hissəsinin nəzarətini ələ keçirmiş və separatçı rejim sonradan yolu mülki vətəndaşlara bağlamışdır. Sərhədsiz reportyorların verdiyi məlumata görə, beləliklə, 80-ə qədər jurnalist mühasirədə qalmışdır. Ermənistan rəsmiləri 5 noyabr səhəri Şuşanın ağır atəşə tutulduğunu və döyüşlərin ertəsi gün davam etdiyini bildirdi. Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçdilər, onlar şəhərə qayalıqlara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Çünki əsas hücumu bu yollardan gözləyirdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxdılar və yarğanlardan keçdilər. Oktyabrın 30-da erməni tərəfi döyüşlərin Şuşadan cəmi beş kilometr şərqdə getdiyini açıqladı. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə tutulmuşdu və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Stepanakertə (Xankəndi) qaçmasına səbəb olmuşdu. Müharibənin bu mərhələsində Şuşanın nəhəng dağların əhatəsində - sıldırım qayalar üzərində yerləşməsi səbəbindən müdafiə olunan erməni qüvvələri hələ də taktiki üstünlüyə sahib idilər. Azərbaycan hərbçiləri şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər. Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan ordusunun konvensional piyada qüvvələrinin Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. O günə qədər Azərbaycan tərəfi Şuşanın cənubundakı dağ silsiləsinə və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrinə nəzarəti təmin etmişdi. Həmçinin Azərbaycan ordusu Ermənistanın Şuşanı əhatə edən müdafiə mövqelərini minaatanlardan atəşə tutmağa başlamışdı. Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya yardımın gəlməsi artıq mümkün deyildi. Yəni Həkəri çayı üzərindəki əsas körpü də dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı. Bölgədəki nəzarətin itirildiyini görən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki əhalinin üzünə bağladı – 80-ə yaxın xarici reportyor döyüş bölgəsində təcrid vəziyyətində qaldı. Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Argişti Kərəmyan Qarabağdakı vəzifələrinin tamamlandığını qeyd edərək 6 noyabr səhər vaxtlarında Şuşanı tərk etmişdir. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan tərəfi şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya əks-hücumların qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Azərbaycan ordusunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər. Ertəsi gün minlərlə erməni Şuşa və Xankəndi şəhərlərindən qaçmış, yollarda tıxac yaranmışdır. 7 noyabrda Ermənistan rəsmiləri Şuşa və Daşaltı yaxınlığında şiddətli döyüşlərin baş verdiyini bildirmiş, eyni zamanda Azərbaycan tərəfinin bir neçə hücumunun dəf edildiyini bildiriblər, lakin Azərbaycan tərəfi bunu təkzib etmişdir və prezident İlham Əliyev Azərbaycan qüvvələrinin şəhərin cənub-şərqində, Xocalı rayonu ərazisində yerləşən Qarabulaq və Baharlı kəndlərini işğaldan azad etdiklərini açıqlamışdır.Azərbaycan qüvvələri 7 noyabrda şəhərə daxil olmuşdur. Əlavə olaraq, bir dəstə, Ermənistan tərəfi şəhərə əlavə dəstək göndərməsin deyə, Laçın dəhlizinin qarşısını almış, başqa bir dəstə isə Daşaltını işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin etmişdir. Azərbaycanın xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar. Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – T-72 tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi. Noyabrın 7-də səhər 09.00-da Şuşaya Ermənistan tərəfindən İsgəndər ballistik raketi atılmışdı. Raketin hədəfi azərbaycanlı hərbçilər idi. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb.Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və ermənilərin üç əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan binaya, yaxın məsafədən aparılırdı. Ermənistan qüvvələri günortadan sonra şəhərdən çıxarılmış və 8 noyabr səhəri Azərbaycan qüvvələri şəhərin kənarında əməliyyatlara davam etmişdir. İlham Əliyev, noyabrın 24-də, rayonun Ermənistan tərəfinin atəşkəs razılaşması çərçivəsində Azərbaycana təhvil verilməsindən sonra Ağdam şəhərinə səfəri zamanı, Azərbaycan əsgərlərinin yüngül silahlarla təchiz edildiyini təsdiqləmiş, onların Şuşa şəhərində ermənilərlə "demək olar, əlbəyaxa döyüş"də olduğunu qeyd etmişdir. Azərbaycan hesablarına görə, ağır artilleriya ilə dəstəklənən Ermənistan qüvvələrinin sayı ən azı 2000 nəfər idi. Erməni mənbələri və rəsmiləri döyüş zamanı Şuşadakı erməni qüvvələrinin sayı barədə heç bir açıqlama verməsə də, Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Harutyunyan bölgəyə təxminən 6000 Azərbaycan əsgərinin cəlb olunduğunu irəli sürmüşdür. İlham Əliyev 8 noyabr tarixində, günortadan sonra Azərbaycan qüvvələrinin şəhəri işğaldan azad etdiyi elan etmiş, həmçinin, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Hikmət Mirzəyevi də bu münasibətlə təbrik etmişdir. Hadisə yerindəki "İzvestiya" müxbiri prezidentin açıqlamasını təsdiqləsə də, qondarma rejimin rəsmiləri 8 və 9 noyabr tarixlərində şəhərin içində və kənarında döyüşlərin davam etdiyini bildirərək bunu təkzib etmişdir. 8 noyabrda Argişti Kərəmyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri postundan azad edilmiş və Mikayıl Ambartsumyan tərəfindən əvəz olunmuşdur. 9 noyabrda Azərbaycan Daxili Qoşunları mayoru Zaur Rəhimovun məruzəsi ilə şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycan Milli Ordusunun nəzarətində olduğunu təsdiq etmişdir. Həmçinin İlham Əliyev Azərbaycan qüvvələrinin şəhərin cənub və şərqindəki Çanaqçı, Sığnaq, Şuşakənd və Daşaltı da daxil olmaqla bir neçə kəndi işğaldan azad etdiklərini açıqlamışdır. Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi daha sonra Şuşa şəhərinə nəzarəti itirdiklərini etiraf edərək Azərbaycan qüvvələrinin Xankəndinə yaxınlaşdığını vurğulamışdır. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan döyüşün davam etdiyini bildirərək qondarma rejimin bəyanatının əleyhinə mövqe qoymuşdur. Bu iddia daha sonra Ermənistan Müdafiə Nazirliyi və erməni ictimaiyyətini çaxnaşma yaratmamağa çağıran Ermənistan Parlamentinin millət vəkili Nikolay Bağdasaryan tərəfindən təkrar edilmişdir. Bəzi ermənilər qondarma rejimin rəsmilərinin sosial şəbəkə hesablarının hakerlər tərəfindən sındırıldığını və açıqlamalarının həqiqəti əks etdirmədiyini irəli sürmüşdür. Bəzi erməni rəsmiləri və analitikləri də Azərbaycan rəhbərliyini "öz xalqına yalan danışmaqda" günahlandırmışdır. Bununla birlikdə, 10 noyabrda Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərinə nəzarət etdiyini təsdiqləyən atəşkəs razılaşmasının imzalanmasından sonra Paşinyan və Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Harutyunyan işğalçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Noyabr ayının ortalarında Beynəlxalq Qırmızı Xaç Komitəsi Rusiya sülhməramlı qüvvələrinin köməyi ilə hər iki tərəfdən həlak olmuş əsgərlərin cəsədlərini tapmağa və əsirlərin təhvil verilməsi prosesinə başlamışdır. 25 noyabrda rus mənbələri BQXK-nin Şuşa şəhərində ümumilikdə 2,000-dən çox cəsəd tapdığını bildirmişdir. Azərbaycan müharibə dövründə hərbi itkilərini açıqlamamışdır. Dekabrın 3-də Azərbaycan Müdafiə Nazirliyi müharibə boyu şəhid olan Azərbaycan hərbçilərinin ümumi sayını açıqlamış və detalların sonradan veriləcəyini əlavə etmişdir. Bununla birlikdə, Ermənistan rəsmiləri Şuşa yaxınlığında ən azı 200 Azərbaycan əsgərinin öldürüldüyünü iddia etmişdir. Azərbaycan hesablarına görə, yaralanan Azərbaycan hərbçiləri 9 noyabrda təxliyə edilmişdir. Ermənistan üçtərəfli razılaşmadan əvvəl döyüşdəki hərbi itkiləri ilə bağlı heç bir məlumat verməmişdir. 6 noyabrda "Le Monde" qəzeti Şuşa uğrunda gedən döyüşlər zamanı yaralanan erməniləri Xankəndi şəhərindəki xəstəxanalara yerləşdirmək üçün daha yer olmadığını qeyd etmişdir. 7 noyabrda Şuşadakı erməni qoşunlarının komandiri Seyran Ohanyanın ağır yaralandığı iddiaları ortaya çıxmışdır, ancaq bu, Ermənistan rəhbərliyi tərəfindən təkzib edilmişdir. Azərbaycan mərkəzli "Azeri Daily" saytı hərbi mənbələrə istinadən 800-dən çox erməni əsgəri cəsədinin Ermənistan tərəfinə təhvil verilməyə hazır olduğunu və Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfindən bu cəsədləri götürməyi istədiyini iddia etmişdir. Lakin 16 noyabrda Qondarma Dağlıq Qarabağ Prezidenti Arayik Harutyunyan Şuşa şəhərinin kənarından Ermənistan Silahlı Qüvvələrinə məxsus 150 cəsədin tapıldığını və yüzlərlə əsgərin hələ itkin olduğunu, Ermənistan Baş naziri Nikol Paşinyan isə 14–16 noyabr tarixlərində Şuşa yaxınlıqlarından 300-dən çox erməni cəsədinin tapıldığını etiraf etmişdir. 21 noyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi şəhər yaxınlığında yaralı bir erməni polis məmuru tapdıqlarını açıqlamışdır. Ətraflı bax: Dağlıq Qarabağ atəşkəs bəyanatı (2020)Döyüş İkinci Qarabağ müharibəsində həlledici məqam olmuşdur və həm Ermənistan ordusu, həm də daha geniş mənada erməni cəmiyyəti tərəfindən böyük bir zərbə kimi qiymətləndirilir. Döyüşdən iki gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla atəşkəs müqaviləsi imzaladığını elan etmişdir. Ermənistan politoloqu Suren Sarkisyana görə, Şuşanın itirilməsinin nəticələrini dərk etmək ermənilər üçün çətin olmuşdur. Sarkisyan bunun Ermənistan müxalifətindən hakimiyyət dəyişikliyi tələb etməsinə səbəb olacağını da əlavə etmişdir. Müharibədən sonra bir çox erməni Paşinyana qarşı çıxmış, bütün ölkədə şiddətli etirazlar başlamış və Paşinyanın müxalifləri arasında onun Şuşanı "satması" ilə bağlı ümumi iddia yayılmış. Həmçinin, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Ermənistan hərbi rəhbərliyini Azərbaycan qüvvələrinin Şuşanın yaxınlıqlarına çatmasına mane ola bilməməsinə görə tənqid etmişdir. Köçəryanın iddiasına görə, separatçı qüvvələrin yeni müdafiə xətti qurmaq üçün təqribən iki həftə vaxtı var idi və o vaxtı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi olan Vitali Balasanyan Şuşadakı erməni qüvvələrinə komandanlıq etmək məsuliyyətini boynuna almağı təklif etsə də onun təklifi geri çevrilmişdir. Bir sıra erməni hərbi rəsmiləri Ermənistanın hərbi vəziyyətinin bir çoxunun inandığından daha dəhşətli olduğunu iddia edərək Paşinyanı dəstəkləmişdir. Paşinyan iddialara cavab olaraq, Azərbaycan qüvvələrinin Şuşaya nəzarəti ələ keçirməsindən sonra Xankəndi şəhərinin müdafiəsiz qaldığını, Xankəndiyə nəzarətin də itirilməsindən sonra Əsgəran və Xocavənd ərazilərində xidmət edən 20–30 min erməni əsgərinin mühasirədə qalacağını bildirmiş və erməni əsgərlərinin həyatının onun üçün daha vacib olduğunu vurğulamışdır. Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan da xəyanət iddialarına qarşı çıxaraq separatçı qüvvələrinin şəhəri qorumaq üçün yetərli canlı qüvvəyə malik olmadığını qeyd etmişdir. Daha sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan qüvvələrinin Şuşaya nəzarəti ələ keçirməsi nəticəsində ermənilər üçün kritik bir vəziyyət yarandığını və Azərbaycanın Xankəndi şəhərini ələ keçirərək daha da irəliləyə biləcəklərini söyləmiş, müharibənin dərhal dayandırılmasının Ermənistan tərəfinin marağında olduğunu bildirmişdir. 3 dekabrda Qondarma Dağlıq Qarabağ Respublikasının Şuşi mərzinin icra başçısı müavini Samvel Arutyunyan qeyd etmişdir ki, döyüş nəticəsində Şuşadan təqribən 4500 erməni məcburi köçkün olmuşdur.Ermənistandan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın azad edilməsi barədə verdiyi xəbəri bayraq dalğalandıraraq, mahnı oxuyaraq və avtomobil siqnalları ilə qarşılayan azərbaycanlılar arasında bayram əhval-ruhiyyəsi yaranmışdır. İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıdakı Birinci Fəxri Xiyabanda çələngqoyma mərasimi keçirilmişdir. Həmçinin, Bakı buxtasındakı gəmilər fit vermiş, Moskva şəhərində yaşayan azərbaycanlılar fişəng nümayişi keçirmiş, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobillər ABŞ-da, Nyu-Yorkun Bruklin borosunda yolları bəzəmişdir. Ermənilər Şuşanı işğal etmələrini "Dağlarda toy əməliyyatı" adlandırdığından Azərbaycanda bəzi siyasi xadimlər buna istinadən Şuşanın işğaldan azad edilməsini "Dağlarda boşanma" deyə qələmə vermişdir. 2016 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmiş azərbaycanlı müğənni Səmra Rəhimli 1 dekabrda "Şuşa, biz qayıtmışıq" adlı bir mahnı buraxmışdır. 27 sentyabr və 10 noyabr tarixləri Azərbaycanda müvafiq olaraq Anım Günü və Zəfər Günü elan edilmişdir, lakin Zəfər Gününün qeyd edilmə tarixi dəyişdirilərək 8 noyabr təyin edilmişdir, çünki əvvəlki tarix Türkiyədə Mustafa Kamal Atatürkün anım günü ilə üst-üstə düşürdü. 4 dekabr saat 12:00-da Azərbaycanda şəhidləri yad etmək üçün bir dəqiqəlik sükut keçirilmişdir. Bununla əlaqələr ölkədə dövlət bayraqları endirilmiş, gəmilər fit, maşınlar isə siqnal vermişdir. Azərbaycan əsgərləri də Şuşa qalasının qarşısında dayanaraq müharibədə şəhid olanların xatirələrini yad etmişdir.Atəşkəs razılaşmasının ardından, 13 noyabrda bölgəyə yerləşdirilən Rusiya Silahlı Qüvvələrinə tabe 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadası şəhərin kənarında müşahidə postu qurmuşdur. Rusiya sülhməramlı qüvvələri açıqlamaya əsasən Şuşa şəhərinin daxil olmadığı Laçın dəhlizini də nəzarətə götürmüşdür. Şuşanın şimal girişi olan Gəncə qapısından keçən yolda yerləşən digər bir nəzarət-buraxılış məntəqəsi Azərbaycan hərbçiləri tərəfindən qorunduğu görülmüşdür. Beynəlxalq reaksiyalar Noyabrın 8-də İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edildiyini açıqlamasından sonra, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli ilində kütləyə müraciət edərkən Azərbaycanı təbrik edərək bunun "işğal edilmiş torpaqların qalan hissəsinin də tezliklə azad ediləcəyinə işarə" olduğuna inandığını bildirmişdir. Türkiyə mühəndisi və müharibə zamanı Azərbaycan tərəfindən geniş şəkildə istifadə edilən "Bayraktar TB2" PUA-sının yaradıcısı olan Səlcuq Bayraqdar da Azərbaycan xalqına təbrik mesajı göndərmişdir. Həmçinin, Türkiyədə vitse-prezident Fuad Oqtay, Milli Müdafiə Nazirliyi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, iqtidardakı AK Partiyasının müşaviri Ömər Çelik və Prezident Administrasiyasının media və kommunikasiya rəhbəri Fəxrəddin Altun və prezidentin müşaviri İbrahim Kalın Şuşanın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişdilər. 9 noyabrda İran millət vəkili Əhməd Əlirzabeygi "Şuşa şəhərinin işğaldan azad edilməsinin ədalətin bərpa olunduğu"nu sübut etdiyini ifadə edərək buna görə "qürurlu və xoşbəxt" olduğunu söyləmişdir. Pakistanın Azərbaycandakı səfiri də azərbaycanlıları təbrik etmişdir. Bakı şəhərində yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa və Qırğızıstanın keçmiş baş naziri Coomart Otorbayev da İlham Əliyevi təbrik etmişdir. "Şuşanın azad olunmasına görə" medalı sində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Şuşanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Xarici keçidlər Şuşa, Sən Azadsan ! (sənədli film)
https://az.wikipedia.org/w/index.php?curid=679989
Şuşa uğrunda döyüşlər (1992)
Şuşanın işğalı və ya "Dağlarda toy" əməliyyatı (erm. "Հարսանիք լեռներում" ռազմագործողություն) — Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin qazandığı ilk əhəmiyyətli hərbi qələbə. Döyüş strateji cəhətdən əhəmiyyətli olan dağ şəhəri Şuşada 8 may 1992-ci il tarixində baş vermiş və erməni qüvvələrinin onu işğal edərək, azərbaycanlıları müdafiə mövqelərindən çıxartması ilə nəticələnmişdir. Döyüşlərin gedişi zamanı erməni silahlı birləşmələrinin qəsdən mülki obyektləri hədəf alması yerli sakinlərin ifadələri ilə təsdiqlənmişdir.Şuşa şəhərinin işğalı müharibənin gedişində həlledici rola malik oldu. Şəhər Azərbaycanın Dağlıq Qarabağda malik olduğu ən mühüm hərbi məntəqə idi. Onun itirilməsi nəticəsində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırıldı. Şuşanın işğal əməliyyatı 8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmiləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən–Kosalar istiqamətindəki Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Şuşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər. Bundan bir neçə dəqiqə sonra Su-25 təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərərgah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sarkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də "Ümumdünya xristian həmrəyliyi" və "Daşnaksütun" terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi. Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək bununla da Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar. Canhəsən – Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. İlk olaraq şəhəri "Sumqayıt OMONu" adlanan, birbaşa prezident Ayaz Mütəllibova tabe olan dəstə tərk etdi. Daha sonra Rövşən Əkbərovun komandanlığı altında olan əsgərlər və hərbi texnika Şuşnı tərk etdilər. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı. Bütün bu qeyri-bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi "qəhrəmanlıq" göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir "qəhrəman" kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu və ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 1800 erməni əsgərinə 500 azərbaycanlı əsgər müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. Şuşa uğrunda və ətrafında baş verən döyüşlər nəticəsində 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Rusiyanın rolu Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyilə Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb. Hər üç ölkə prezidentinin imzaladığı sənəddə 1 həftə ərzində Cənubi Qafqaz regionuna Rəfsəncaninin şəxsi nümayəndəsi Mahmud Vaezinin gəlməsi və aparılan danışıqlardan sonra atəşkəs rejiminin qüvvəyə minməsi, bütün kommunikasiyaların açılması və bütün tərəflərin iqtisadi ehtiyaclarının ödənilməsi nəzərdə tutulurdu. Lakin həmin razılaşma imzalandıqdan 1 gün sonra, mayın 8-də pozuldu. Qarabağdakı erməni qüvvələri Şuşanı ələ keçirərək, Tehranda əldə olunmuş razılaşmanın tamamilə qüvvədən düşməsinə səbəb oldu. Bəzi iddialara görə Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunub.[mənbə göstərin] Məqsəd Azərbaycanın Rusiyadan aralanmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər. 1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını "hərbi dövrün şıltaqlığı" adlandırmışdı və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxtda A. Mütəllibov devrildi. 289 kvadrat kilometr ərazisi olan Şuşa rayonunda həmin dövrdə 25.000 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Həmçinin bax Şuşanın azad edilməsi İkinci Qarabağ müharibəsi Xarici keçidlər Şuşanın İşğalı (video ANS) Hamının səhvi olur"- "Şuşanın məğlub generalı"nın 27 illik ETİRAFLARI (EKSKLÜZİV)
https://az.wikipedia.org/w/index.php?curid=692923
Şuşa uğrunda döyüşlər (2020)

https://az.wikipedia.org/w/index.php?curid=677842
Şuşa vələsi
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. Ümumi yayılması İranın şimal-qərb hissəsində yayılmışdır. Azərbaycanda yayılması Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. Bitdiyi yer Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. Təbii ehtiyatı Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. Bioloji xüsusiyyətləri Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir. Qısatüklü cavan budaqları qırmızımtıl qonur rəngdə olan alçaqboylu ağac və ya iri koldur. Yarpaqları yumurtavarı və ya oval-yumurtavarıdır, 3-7 sm uzunluqda, 2,5-4 sm enindədir, adətən dartılmış kimi görünən sivri, dib hissəsi az ürəkvaridir, kənarı qeyri-bərabər mişardişlidir. Saplaqlarının uzunluğu 10-15 mm-dir. Meyvə sırğaları kövrəkdir, təxminən 5 sm uzunluqda və 3-3,5 sm enindədir. Qozası (çanağı) 2-3 sm uzunluqda olub, çəpəki üçbucaqşəkilli, aydın görünməyən üçdilimlidir, təpəsi az və ya çox sivridir; qozasının orta dilimi simmetrik deyildir, arxa tərəfində yaxşı nəzərə çarpan 2-3 yan damar vardır, qozasınn daha ensiz tərəfi zəif dişlidir və ya bəzən demək olar ki, bütövdür, qatlanaraq fındıqcığı əhatə edən kiçik sivri dilimi vardır; daha enli tərəfi, adətən, iki cür sivri dişlidir, bəzən dişləri iridir və onlardan altda olanı yan dilimə keçir. Fındıqcığı ellipsvarı, yastı, tündqəhvəyi və nöqtəvarı vəzilidir, üzərində irəli çıxmış tillər vardır, bəzən qısatüklüdür. Mart-aprel ayında çiçəkləyir, meyvəsi (toxumu) iyun-iyul ayında yetişməyə başlayır. Toxumu və kök pöhrələri ilə çoxalır, kəsildikdə kötükdən çoxlu pöhrə verir. Təbii ehtiyatın dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi Məlumat yoxdur. Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=349070
Şuşa xan sarayı
Qarabağ xan sarayı və ya Pənahəli xan sarayı — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli xanın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə birlikdə bu sarayda yaşamışdır. Onun oğlu İbrahimxəlil xan ailəsi və əyanları ilə birlikdə Pənahəli xan sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş İbrahimxəlil xan sarayında yaşamışdır. İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən ağa Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmış Məhəmmədhəsən ağa sarayında yaşamışdır. Bu saraylardan başqa Şuşada xan ailəsi üzvlərinə məxsus Xan qızı Natəvanın sarayı və Qaraböyük xanım sarayı da vardır. Qarabağ xan sarayı adı müxtəlif mənbələrdə bu sarayların hər birinə aid edilsə də, Qarabağ xanlarının əsas siyasi iqamətgahı ilk Qarabağ xanı Pənahəli xanın saray-qəsri olmuşdur. Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır. Praktiki olaraq, təhlükəsizlik üçün Şuşa yaylasının yalnız şimalını qala divarları ilə möhkəmləndirmək kifayət edirdi. P. Zubov yazır ki, “Şuşa sanki, möcüzə nəticəsində yaradılmışdı: Gəncə yolu tərəfdən onu hündür daş divarlar, dar mazğallar və uca qüllələr əhatə edir, qalanın daxilindəki kiçik dördbucaqlı qəsrlərdə isə Pənahəli xan və onun ailəsi məskunlaşıb.” Qarabağ tarixçisi Baharlının məlumatına görə, Şuşa qalasının inşasına yaylanın aşağı olan şərq tərəfindən başlanılmışdır. E. Avalov qeyd edir ki, bu məlumatı Şuşanın tarixi qeyd edilməmiş planı da sübut edir. Onun fikrincə plan XIX əsrin I yarısında işlənmişdir. Plana əsasən içində saraylar yerləşən qəsrlər əsasən Şuşa qalasının şərq tərəfində, təbii təpələr üzərində və ya sıldırım qayaların küncündə yerləşdirilmişdir. Memarlıq dominantı rolunu oynayan bu qəsrlər şəhərin təbii landşaftı ilə harmonik uyğunluq təşkil edir.Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün “geniş binalar və hündür saraylar” inşa edilmişdi.Qarabağ tarixçisi Mir Mehdi Xəzani Şuşa qalasının inşa edilməsindən bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala daxilində sarayların inşa edilməsini də vurğulayır: Şuşa qalasında inşa edilmiş qəsrlərdən yalnız ikisi yaxşı vəziyyətdə dövrümüzə çatmışdır ki, onlar da biri qalanın cənub-şərq tərəfində yerləşən Qaraböyük xanım qəsri, digəri isə dərin yarğan yanındakı qaya kənarında ucalan Pənahəli xanın qəsridir. Memarlıq xüsusiyyətləri Foto qalereya Erməni işğalında dağıdılmış Xan sarayı Həmçinin bax Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
https://az.wikipedia.org/w/index.php?curid=554381
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən Stinger raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. Hadisədən əvvəl Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu. Həlak olanların siyahısı Abbasov Şahin Əli oğlu (d.01.06.1951, Ərikli, Laçın rayonu) — mülki Abbasova Səadət Şahin qızı (d.1980) — mülki Abbasova Sədaqət Kamran qızı (d.21.12.1959, Ağdam rayonu) — mülki Axundov Səfa Fətulla oğlu (d.1958, Masallı rayonu) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Cabbarov Xıdır Sədrəddin oğlu (d.5 fevral, 1969, Arduşlu, Laçın rayonu) — mülki Hüseynov Saleh Şahmar oğlu (d. 21 dekabr, 1936, Şuşa rayonu) — mülki. Mahmudov Ərəstun İspəndi oğlu (d.1957, Pirəbülqasım, İsmayıllı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlu (d.1966, Cəmilli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Seryogin Viktor Vasilyeviç (d.23 mart 1944, Tbilisi) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Sevindikov Qara Ərşad oğlu (d.1935, Ərikli, Laçın rayonu) — mülki Həmçinin bax Erməni terrorizmi Qarakənd faciəsi
https://az.wikipedia.org/w/index.php?curid=392711
Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması

https://az.wikipedia.org/w/index.php?curid=705267
Şuşa yaxınlığında terror (2021)
Şuşa yaxınlığında terror — 13 noyabr 2021-ci il tarixində Azərbaycanın Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbçilərinə əl qumbarasının atılması. Qumbaranın partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə İkinci Qarabağ müharibəsindən sonra ilk terror aktı kimi qeydə alınmışdır. 2021-ci il Noyabrın 13-ü saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan, "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə törədildikdən dərhal sonra Norayr Mirzoyan rus sülhməramlıları tərəfindən zərərsizləşdirilib və bir müddət sonra Ermənistan tərəfinə təhvil verib. Yayılan videomateriallardan dərhal sonra Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hadisəni təsdiqləmişdir. Bu barədə Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.Ermənistan tərəfi isə, hadisədən sonra, Norayr Mirzoyanı milli qəhrəman kimi qələmə verməyə çalışıb. Reaksiyalar Rusiya — Rusiyanin "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, səfəri zamanı Şuşa yaxınlığında törədilən terror aktının Azərbaycan və Rusiya hərbçilərinə qarşı yönəlmiş olduğunu qeyd edib. Əlavə olaraq bildirib ki, bu terror aktında əsas məqsəd Azərbaycan və Rusiya hərbçiləri arasında qarşıdurmaya səbəb olmaq idi. O: "Şükür ki, terrorçu qısa müddətdə saxlanıldı. Yaxşı olar ki, bu terrorçunun əməllərinə hüquqi qiymət verilməsi üçün ya Rusiyaya, ya Azərbaycan hüquq mühafizə orqanlarına verilsin. Ya da bu terror aktı Azərbaycan və Rusiya tərəfindən birgə araşdırılsın. Terror aktını törədən şəxs Ermənistan vətəndaşıdır və bu, beynəlxalq terror aktıdır" deyə fikirlərini bildirib.
https://az.wikipedia.org/w/index.php?curid=729349
Şuşa yolu... (film, 2002)
Film Şuşa dərdimiz, Şuşa həsrətimizdən bəhs edir. Poemada deyildiyi kimi 50 milyon məğlub oldu 3 milyona 4 milyona.... Film haqqında Film Cabir Novruzun "Şuşa yolu" poeması əsasında çəkilmişdir. Filmdə Dövlət Foto və Kino Arxivinin materiallarından istifadə olunmuşdur. Film Şuşanın işğalının onilliyinə görə çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Əsərin müəllifi: Cabir Novruz Quruluşçu rejissor: Ələkbər Muradov Baş operator: Vüqar Vaqifoğlu (Vüqar Şıxəliyev kimi) Operator: Sahib Səfərov, İlyas Bəhmənoğlu]] Bəstəkar: Rauf Davudoğlu Montaj edən: Sədaqət Tağıyeva, İlqar Vəliyev Prodüser: Süleyman Mənsurov Redaktor: Vaqif Əlixanlı Əliabbas Qədirov — poemanı oxuyan Cabir Novruz — özü Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=21927
Şuşa Şəhidlər Xiyabanı
Şuşa Şəhidlər Xiyabanı — Şuşa şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Mir Faseh qəbiristanlığı ilə Vaqif türbəsinin yaxınlığında yerləşir. Xiyabanda 1991-1992-ci illərdə Şuşanın erməni terrorçularının hücumlarından müdafiə olunması zamanı şəhid olmuş şuşalı gənclər, 26 dekabr 1991-ci ildə Daşaltı yolu üstündə qətlə yetirilmiş Abbasovlar ailəsi, 26 yanvar 1992-ci ildə baş vermiş Daşaltı əməliyyatı zamanı şəhid olmuş şuşalı gənclər, 28.01.1992-ci il tarixdə Şuşa üzərində partladılmış vertolyotda qətlə yetirilmiş mülki azərbaycanlılar və başqaları dəfn edilib. Şuşa şəhəri işğal ediləndən sonra xiyaban erməni terrorçuları tərəfindən dağıdılmış, qəbirlə uçurulmuş, cəsədləri qalıqları qəbirlərdən çıxarılmışdır. Həmçinin bax Şuşa Şəhidlər Xiyabanında dəfn olunanların siyahısı Xarici keçidlər Vikianbarda Şuşa Şəhidlər Xiyabanı ilə əlaqəli mediafayllar var.
https://az.wikipedia.org/w/index.php?curid=747094
Şuşa Şəhidlər Xiyabanında dəfn olunanların siyahısı
Şuşa Şəhidlər Xiyabanı — Şuşa şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Abbasov Habil Umudvar oğlu Abbasov Pərviz Şəmsəddin oğlu Abutalıbov Eyvaz Cəmil oğlu Bəşirov Kamil Sabir oğlu Biliyev Azər Həsən oğlu Ələkbərov Arzu Bəhram oğlu Ələkbərov Famil Kamal oğlu Əzizov Fazil Xəzri oğlu Əliyeva Sara Asif qızı Ələkbərov Zahid Vəliş oğlu Həşimov Pərviz Varaşil oğlu İsmayılov Telman Qəhrəman oğlu İsmayılov Sərxan Dayandur oğlu Qarayev Asif Qarakişi oğlu Qənbərov Ramiz Bulud oğlu Quliyev Nəriman Şükür oğlu Quliyev Zaur Kamil oğlu Habil Qabil oğlu Məmmədov; Nazim Tofiq oğlu Məhərrəmov; Pənah Əsgər oğlu Muxtarov; Zahid Rəfael oğlu Nəsirov; Şahin Hüseyn oğlu Ləzgiyev; Şahverdi Bəhlul oğlu Səfərov; Rizvan Yusif oğlu Vəliyev; Rövşən Bulud oğlu Teymurov; Bahar İsa qızı Zalova; Əkrəm Xosrov oğlu Zalov; Namiq Əkrəm oğlu Zalov;
https://az.wikipedia.org/w/index.php?curid=765012
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi — Şuşa şəhərinin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs. Qoruq idarəsi Prezident İlham Əliyevin iyunun 22-də “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Fərmanına əsasən yaradılıb. 1988-ci ildə Şuşa şəhərində Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd Şuşa şəhərinn tarixi görkəminin qorunması idi. Belə ki şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Yaşayış evləri arasında xan və bəylərin saray tipli evləri daha zəngin bədii-memarlıq həlli ilə seçilirdi. Ancaq təəssüflər olsun ki, bu binaların əksəriyyəti dövrümüzə çatmayıb. Şuşa məhəllələrinin hər birində onu formalaşdıran yaşayış evlərindən başqa lokal ictimai-dini mərkəz vardır. Bu mərkəz məhəllə meydanı ətrafında qruplaşan binalar — məscid, mədrəsə, hamam, dükan və bulaqdan ibarətdir. Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilməsi nəticəsində şəhər ərazisində olan tarixi tikililər dağıdılmış və ya yararsız hala salınmışdır. 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildikdən sonra şəhərin genişmiqyaslı bərpasına başlanmışdır. Prezident İlham Əliyev 2021-ci il 31 may tarixində “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” fərman imzalamışdır. Yaradılması Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı Fərmanına əsasən yaradılıb. Fərmana əsasən Nazirlər Kabineti, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələrin, tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin, habelə şəhər avtomobil yollarının, şəhər mərkəzinin məhəllədaxili yollarının, küçələrin, keçidlərin, yol qurğularının və digər nəqliyyat infrastrukturunun üç ay müddətində İdarənin balansına verilməsini təmin etmişdir. Fərmanla, həmçinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilib. Nizamnaməyə əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.İdarənin fəaliyyət istiqamətlərinə Şuşa şəhərinin ərazisində yerləşən abidələrin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək; müvafiq ərazidə mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərini təşviq etmək; Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq və digər məsələlər daxildir. İdarənin vəzifələri aşağıdakılardır: abidələrin dövlət mühafizəsini və qorunmasını təşkil etmək; abidələrin funksional təyinatına uyğun istifadə edilməsini, habelə tarixi-memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığını və uzunömürlülüyünü təmin etmək; abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə abidələrin qorunmasına dair mühafizə müqavilələri bağlamaq; konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək və s. Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir. Prezident fərmanına əsasən qoruq publik hüquqi şəxsdir. Yaradıldığı vaxt Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə rəhbərliyi 3 üzvdən (sədr və iki müavin) ibarət İdarə Heyəti həyata keçirirdi. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi həyata keçirir. 2021-2022-ci illərdə Qoruq İdarəsinin İdarə Heyətinin sədri vəzifəsini Məftun Abbasov icra edib. 2022-ci ilin oktyabr ayında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindəki stuktur dəyişikliyindən sonra İdarənin İdarə Heyətinin sədri vəzifəsi ləğv edilib və əvəzində İdarənin İcraçı direktoru vəzifəsi yaradılıb. İdarənin İcraçı direktoru vəzifəsinə müvəqqəti rəhbərlik İcraçı direktorun müavini Tural Novruzova həvalə olunub. İdarə Heyətinin sədri vəzifəsi isə ləğv edilib.2022-ci ilin oktyabrın ayında dövlət başçısının imzaladığı fərmanla İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. İdarənin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir. Fəaliyyət istiqamətləri Şuşa şəhərinin ərazisində yerləşən abidələrin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin edilməsi; Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğinin təmin edilməsi; Müvafiq ərazidə mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərinin təşviq edilməsi; Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şəraitin yaradılması; Xarici keçidlər Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb Bu gün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılmasından bir il keçir “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin NİZAMNAMƏSİ
https://az.wikipedia.org/w/index.php?curid=754405
Şuşa şəhər məktəbi
Şuşa şəhər məktəbi — Azərbaycanda və Cənubi Qafqazda, ilk olaraq şəhər məktəbi 1874-cü ildə Şuşada yaradılımışdır. 1830-cu ildə əsası qoyulan Şuşa qəza məktəbi əvvəlcə üç sinifli, 1878-ci ildən isə dörd sinifli şəhər məktəbinə çevrildi. Üç sinifli şəhər məktəbində təhsil müddəti hər sinifdə 2 il idi. 1878/79-cu tədris ilindən (dörd sinifli olduqdan) sonra isə 3 və 4-cü siniflərdə bu müddət bir il oldu. Məzmununa görə qəza məktəblərini xeyli geridə qoymuş Şuşa şəhər məktəbində şəriət, oxu, yazı, rus dili, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, fizika, rəsm, rəsmxət, nəğmə, gimnastika və s. tədris edilirdi. Şuşa qəza məktəbində, əsasən, ana dili, rus dili və fransız dilinin tədrisi üstünlük təşkil edirdi. Şuşa sakinləri məktəblərdə ana dilinin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Bu baxımdan, Şuşa məktəbinin müəllimləri Mirzə Həsən bəy Əmirov və Mirzə Aslan bəy Əmirov ana dilinin müvəffəqiyyətli təlimi sahəsində çox məşhur idilər. Fransız dili bölgə tacirlərinin Fransa ilə ticarət əlaqələri yaratması üçün zəruri amil idi və əhalinin əlavə vəsaiti hesabına tədris olunurdu. Şəhər məktəbində təhsil pullu idi. Şuşada şəhər məktəbi açılarkən hər şagirddən alınan illik təhsil haqqı 5 manat idisə, bu məbləğ 1876-cı ildə 8, 1878-ci ildə isə 12 manat olmuşdu. Pedaqoji şuranın qərarı ilə kasıbların təhsil haqqından azad edilməsinə baxmayaraq, şagirdlərin böyük əksəriyyətindən təhsil haqqı alınırdı. Lakin buna baxmayaraq, şəhər məktəbində şagirdlərin sayı ilbəil artırdı. Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, Rusiyada dövrünün ən çox şagird kontingenti olan məktəbi idi. Şuşa şəhər məktəbində 1875-ci il mayın 6-da kasıb zadəgan övladlarının təhsil aldıqları konvinkt təşkil edildi. Onlar dövlət hesabına pansionda yaşayıb təhsil alırdılar. Şəhər məktəblərinin nəzdində kitabxanalar təşkil edilirdi. Şagird kitabxanasının zənginliyi ilə fərqlənən Şuşa məktəbi tədris vəsaiti və fənn kabinetləri ilə çox yaxşı təchiz olunmuşdu. 1880-ci ildə Şuşa şəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada peşəkar musiqi hazırlığı olan musiqiçilər nəsli yetişməsində rolu əhəmiyyətli və danılmazdır. Elə həmin il məktəbin tədris planında ipəkçilik peşəsi də yer aldı. Həm təhsilin, həm də peşə öyrədilməsinin köməyi ilə öz həyat səviyyəsini və siyasi dünya görüşlərini artıranlara qibtə ilə yanaşan tacir və sənətkarların da arzularını təmin etməkdən ötrü Şuşa şəhər məktəbinin nəzdində bazar günü məktəbləri təşkil edildi. Daim birinciliyinə görə diqqət mərkəzində duran Şuşa şəhər məktəbi əsrin sonlarına doğru mövqeyini itirməyə başladı. Təhsilin keyfiyyəti şəhər ictimaiyyətini razı salmadığından onların təkidi ilə 1881-ci il sentyabrın 20-də Şuşada 6-sinifli realnı məktəbin əsası qoyuldu. Müəllimləri Əbdüləli Muxtarov Mirzə Həsən bəy Əmirov Mirzə Aslan bəy Əmirov Əliş bəy Tahirov Firidun bəy Köçərli Səfərəli bəy Vəlibəyov Nəcəf bəy Vəzirov Əşrəf Abbasov Süleyman Ələsgərov (bəstəkar) Aftab Kazımova Həmçinin bax Şuşa real məktəbi
https://az.wikipedia.org/w/index.php?curid=82280
Şuşa şəhəri
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi.Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa şəhərini "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək, Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə, xanəndə və sazəndələr ustad-şagird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq, peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçüncü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.1991-ci ilin 7 fevral tarixində Şuşa rayonunun Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilmişdir. 1991-ci ilin 26 noyabr tarixində isə Şuşa şəhəri respublika tabeli şəhərlərin sırasına daxil edilib.Şuşa şəhəri 1992-ci ilin 8 may tarixində erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfər əlil olmuş, 552 körpə valideyinlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini; mədəni-maarif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi olan bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.Şuşa şəhəri və Daşaltı kəndi 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı işğaldan azad edilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 2023-cü ilin 19 sentyabr tarixində aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində bu ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Etimologiya Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci "ş" səsi sonrakı "s" səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınmışdır. Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344–334) Makedoniyalı İsgəndərlə vuruşan şəxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur. Şuşa şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Xəzər vilayətinin gerbindəki təsvirlərin eynisi idi: 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdu. Gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə yəhərli qızılı rəngli at təsvir olunmuşdu ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi. XVII–XIX əsrlər Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişdilər.Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır.1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir, lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara aldı. Yeni qala ilk illərdə öz banisinin adı ilə "Pənahabad", sonralar isə "Şuşa" adlandırılmağa başlandı. Şuşa qalasının təməli Pənahəli xan tərəfindən qoyulmuşdur. 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır.Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721–1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur. Onun hakimiyyəti illərində xanlıq daha da güclənmiş və inkişaf etmişdir. Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqif 1750-ci ildə bura köçüb saray şairi və İbrahimxəlil xanın baş vəziri oldu. Vaqif 1795–1797-ci illərdə İranla apanlan müharibənin sonunda öldürülmüşdür. İran şahı Ağa Məhəmməd şah Qacar da bu müharibə zamanı Şuşada qətlə yetirilmişdi. 1805-ci ilin mayında İbrahimxəlil xan Rusiya ilə kapitulyasiyanın şərtləri barədə danışıqlara başladı. O, öz hakimiyyətini saxladı, lakin digər dövlətlərlə münasibətlərə son qoymağı və hər il Rusiyaya səkkiz min qızıl sikkə xərac verməyi öhdəsinə götürdü. 1813 və 1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələri Rusiyanın Qarabağ xanlığı üzərindəki nəzarətini gücləndirdi. Sonuncu xan — Mehdiqulu xan Cavanşir 1822-ci ildə İrana qaçmağa məcbur oldu.Şuşada 17 məhəllə vardı. Hər məhəllədə hamam, məscid və bulaq vardı. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan 8 məhəllə isə yuxarı məhəllələr sayılırdı. Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763–1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan "Aşağı məhəllənin" yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan "Yuxarı məhəllə"də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.XIX əsrdə Şuşa ölçüsü və sərvətinə görə Bakı və İrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən biri idi. Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə on karvansara var idi. Şuşa öz ipəyi, döşənmiş küçələri, iri daş evləri, parlaq naxışlı xalıları və cins atları ilə tanınırdı. 1824-cü ildə Hindistandan İngiltərəyə qayıdan Albemarl qrafı Corc Keppel yolüstü İrandan bura gəlmiş, və Şuşa onda böyük təəssürat yaratmışdı: Keppelə görə, şəhərdə iki min ev var idi. Şəhər əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edirmiş: XIX əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış "Qazançalı" adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Adıgözəl bəy bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.Şuşa Rusiya imperatoru I Nikolay tərəfindən 10 aprel 1840-cı ildə təsdiq olunmuş inzibati islahat haqqında "Zaqafqaziya ölkəsinin idarəçiliyi üçün təsisat" adlı qanun əsasında yaradılan Kaspi vilayətinin tərkibinə daxil olmuşdur. XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının "Şəhər əsasnaməsi"nın (1785) 28–29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur.1887-ci ildə Şuşada tikilmiş Qazançı kilsəsi dünyada ən böyük erməni kilsələrindən biri idi və erməni burjuaziyasının Şuşada çiçəklənməsinin rəmzi idi. Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905–1906-cı illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü Daşnaksütun partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı böyük vəhşiliklər törətdilər. Ruslar ermənilərə böyük kömək göstərirdilər, lakin Şuşalıların qəhrəmanlıqları nəticəsində onlar törətdikləri vəhşiliklərə baxmayaraq öz istəklərinə tam çata bilmədilər. Şəhər özünü qoruya bildi. Avqust ayının 17-də "Difai" partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10-dək Şuşada atəş səsləri kəsilmədi. Rusiya hərbi xadimi İllarion Vorontsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu. 1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdı. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçünü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.İtaliyalı jurnalist və yazıçı Luici Villari bu savaşın bitməsini belə təsvir edir: 1918–20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri ermənilərə təhvil vermədilər. Şəhərin müdafiəsində Şuşanın Axundu Hacı Hacı Molla Şükür Məhərrəmzadənin böyük xidmətləri olmuşdur. 1918-ci il sentyabrın 26-da Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu böyük təntənə ilə qarşılayıb.1920-ci ildə iqtisadi böhranın və vətəndaş müharibəsinin başlanmasından sonra ruslar şəhəri tərk etdilər, bunun ardınca Şuşada dəhşətli basqınlar baş verdi. Bu vaxt Azərbaycan qoşunları şəhərin ermənilərin yaşadığı yuxarı məhəllələrində bütün küçələri yandırıb, yüzlərlə ermənini öldürmüşdülər. Şuşanın erməni məhəlləsinin xarabalıqları qırx ildən çox bir müddət ərzində kabus kimi toxunulmaz qalmışdı. 1930-cu ildə şair Osip Mandelştam şəhərə gəlib, onun boş sakit küçələrindən dəhşətə gəlmişdi. Şerlərinin birində o, onu basan "qırx min sakit pəncərənin" vahiməsindən yazır. 1961-ci ildə Bakıdakı kommunist rəhbərliyi bu xarabalıqların dağıdılmasına sərəncam verdi, baxmayaraq ki, bir çox köhnə binaları bərpa etmək mümkün idi.Buna baxmayaraq, 1920–1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Həyat keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. RK(b)P MK Qafqaz Bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi, lakin 1923-cü il iyulun 7-də vilayətinin mərkəzi Xankəndi seçildi. Şuşa şəhəri isə AK(b)P MK Rəyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşanın işğalı 13 fevral 1988-ci ildə ermənilər Xankəndiyə ilk hücumlarından birini edəndə azərbaycanlıların çoxu Şuşaya pənah gətirdi. 28 martda Azərbaycan qüvvələri Xankəndiyə hücum etmək üçün hazırlaşdı və Kərkicahandan yuxarıda yerləşən düşmən mövqelərinə Canqasan kəndindən hücum etməyə başladı. Növbəti gün günorta çağı Azərbaycan birlikləri şəhərə yaxın mövqelərə yerləşdilər, lakin ermənilər tərəfindən püskürdüldülər.Xocalının tutulmasından sonrakı aylarda regionun sonuncu Şuşa bürcündə təslim olmayan azərbaycanlı komandirlər GRAD raket buraxılış qurğularından istifadə edərək Xankəndiyə qarşı genişmiqyaslı artileriya bombardmanı başlatdılar. Aprelə qədər davam edən bombardman Xankəndidə yaşayan 50.000 nəfər əhalinin böyük hissəsinin bunker və zirzəmilərdə qalmasına məcbur etdi. Şəhərin ucqar nöqtələrinin yaxınlığında torpaq basqınçıları ilə üzləşən Dağlıq Qarabağdakı hərbi liderlər şəhəri tutmaq üçün hücum təşkil etdilər. 8 mayda yüzlərlə erməni əsgəri tanklarla və vertolyotlarla Şuşa istehkamına hücum etdi. Şəhərin küçələrində şiddətli döyüşlər baş verdi və hər iki tərəfdən yüzlərlə adam öldü. Sayca üstün olmalarına və daha yaxşı silahlanmalarına baxmayaraq, ermənilər ancaq 9 mayda şəhəri tutmağa və azərbaycanlıları geri çəkilməyə məcbur etməyə nail oldular.Şuşanın işğalı qonşu Türkiyədə böyük səs-küyə səbəb oldu. Ermənistan SSRİ-dən müstəqilliyini elan etdikdən sonra Türkiyə ilə münasibətləri yaxşılaşmışdı, lakin Dağlıq Qarabağ regionunu işğal etdikdən sonra pisləşdi. Türkiyənin baş naziri Süleyman Dəmirəl araya girmək və Azərbaycana kömək etməklə bağlı təzyiq altında olduğunu dedi. Buna baxmayaraq, Dəmirəl müharibəyə müdaxilə etməyə qarşı olduğunu, Türkiyənin müharibəyə daxil olmasının daha böyük xristian-müsəlman münaqişəsinə səbəb ola biləcəyini bildirdi. Türkiyə qüvvələrini Azərbaycana göndərmədi, lakin əhəmiyyətli hərbi köməklər etdi. 1992-ci ilin mayında MDB qüvvələrinin hərbi komandiri marşal Yevgeni Şapoşnikov Qərb dövlətlərinə, xüsusilə ABŞ-yə Qafqazdakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq etdi. Şapoşnikov "bu yerin Üçüncü dünya müharibəsinin başlanğıcı ola biləcəyini" bildirdi.Şamil Basayevin başçılıq etdiyi çeçen qüvvələri müharibədə iştirak edən birliklərdən biri idi. Azərbaycan polkovniki Azər Rüstəmova görə 1992-ci ildə Şamil Basayev və Salman Raduyevin başçılığı altında yüzlərlə çeçen döyüşlərdə azərbaycanlılara əhəmiyyətli kömək göstərmişdi. Deyilənlərə görə Basayev Şuşanı tərk edən sonuncu döyüşçülərdən biri idi. Rusiya xəbərlərinə görə Basayev o və batalyonunun bir dəfə itdiyini və Qarabağda Daşnaq batalyonuna qarşı döyüşərkən məğlub olduqlarını deyib. Basayev daha sonra dedi ki, müharibə dini yox, daha çox milliyyətçi xarakter daşıdığından qüvvələrini geri çəkib. Basayev Abxaziya müharibəsi (1992–1993) zamanı Rusiya Baş Kəşfiyyat İdarəsindən hərbi təlim almışdı, çünki Abxaziya Rusiya tərəfindən dəstəklənirdi. Digər çeçenlər də BKİ tərəfindən hərbi təlim almışdı. Abxaziyada Rusiya üçün Gürcüstana qarşı döyüşən bu çeçenlərin çoxu Qarabağ müharibəsində Azərbaycan üçün ermənilərə qarşı döyüşmüşdü.Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.1993-cü ildən başlayaraq hər il mayın 9-da ermənilər Şuşanın işğalı gününü Şuşada "Qələbə bayramı" kimi qeyd edirlər. Qarabağ müharibəsindən sonra Şuşada bərpa işlərini "Hayastan" ümumerməni fondu, qondarma "Dağlıq Qarabağ hökuməti" və erməni xeyriyyəçiləri maliyyələşdirir. Qarabağ müharibəsindən sonra, Şuşada tarixi abidələrin bərpası adı altında abidələrin erməniləşdirilməsi və saxtalaşdırılması prosesi gedir. Ermənistan hakimiyyəti Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün 2000-ci ildə İrəvan şəhərində "Şuşi" Mədəniyyət Fondu və "Şuşi" nəşriyyat evini yaradıb. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, "arxiv sənədlərinin" tədqiqi və təbliği nəzərdə tutulur. Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü. Belə ki, bu layihə çərçivəsində təmir, bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsini nəzərdə tuturlar. Birinci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası, eyni zamanda bu abidələrin bərpasından sonra içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməsi, maraqlı əyləncələrin təşkili turistlərin Şuşaya cəlb edilməsində müstəsna rol oynamalıdır. Adsız Qala divarları üzərinə isə "Jraberd divarı" adlı lövhələr yapışdırılmalıdır. İkinci mərhələdə, O. Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini təmir etmək, XİX əsrdə inşa edilmiş Şuşa bilik cəmiyyətinin binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın və "Artsaxkertin" patriarxının konfranslarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.Üçüncü mərhələdə yeni stadionun və yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilir. Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına erməni dili dərsi tədris ediləcək. XİX əsrin əvvəllərində inşa edilmiş Şuşa real məktəbi təmir edilərək, onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.Dördüncü mərhələdə İsa bulağında və Cıdır düzündə istirahət evləri və əyləncə yerlərinin inşa edilməsi nəzərdə tutulur. Beşinci mərhələdə Gəncəsər monastırı və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün dini məktəblərin də təşkil edilməsi vacib hesab edilir. Bütün bunlardan başqa Ermənistan hökuməti yaratdığı fondların vasitəsilə, Şuşada digər tarixi binaların və küçələrin bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək. Yuxarıda göstərilənlərlə yanaşı Şuşanın tarixi və mədəni varisliyini genişləndirilməsi üçün nəzərdə tutulan layihələrə üstünlük veriləcək. Öz fəaliyyətini daha da intensivləşdirmək və genişləndirmək üçün Ermənistan hökuməti aşağıdakı layihələrin də maliyələşdirilməsini də öz planlarına daxil edib: Qalanın və onu əhatə edən bütün ərazilərin xəritələrinin və fotoşəkillərinin çəkilməsi Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin çəkilməsi və ölçülərinin götürülməsi Memarlıq abidələrinin layihələşdirilməsi; Şuşa şəhərinin bərpası üçün beş mərhələdə nəzərdə tutulan layihələrin hamısını beynəlxalq səviyyədə tenderlərə çıxarılması Şuşanın Arxiv fondunu yaradılması Aşkar edilmiş qəbirlərin və digər arxeoloji tədqiqatların nəticələrinin nəşr etdirilməsi Litoqraf varisliyinin tədqiqi Qalada və onun ətrafında mağara tədqiqatının aparılması Şuşa şəhərində Milli Erməni Muzey fondunun yaradılması İran abidələrinin tədqiqi və nəşri (Burada Azərbaycan məscidləri və türbələri nəzərdə tutulur).Ermənistan hökuməti bu Konsepsiyanın reallaşmasına 2004-cü ildən başlanıb. Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilib. Son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evləri bərpa üçün hazırlanmasını təmin ediblər. Ermənistanın Marif və Elm Nazirliyində, daha sonra Nazirlər Kabinetində bu Konsepsiya və layihələrə baxılaraq bəyənilib, hökumət tərəfindən Şuşanın bərpasının reallaşması üçün bu layihələrə Ermənistanın dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılması nəzərdə tutulub. Şuşada bərpa işlərinin aparılmasına rəhbərlik Bakur Karapetyan adlı Ermənistan vətəndaşına həvalə edilib.2011-ci ildən başlayaraq Dağlıq Qarabağdakı separatçı rejimi xarici turistləri Şuşaya cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə verib. 2020-ci illər 8 noyabr 2020-ci ildə Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.27 sentyabr 2022-ci ildə İlham Əliyev və Mehriban Əliyeva şəhərə səfər ediblər.2023-cü ildə Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" olacaq. Şəhər Mədəniyyət Nazirləri Daimi Şurasının (TÜRKSOY) 40-cı iclasına ev sahibliyi edəcək. Relyef və geologiya Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr). Keçəldağ aşırımı da rayon ərazisindədir. Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. 1992-ci ildə Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, uzunluğu 114 m, əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" ermənilər tərəfindən dağıdılıb.Şəhərdə Şuşa vələsi və xarıbülbülə rast gəlmək olar. Şuşanın rəmzi sayılan xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim isti və soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4C-dən −1C-ə qədər, iyulda isə nisbətən 16–19 °C, illik yağıntının miqdarı 700–800 mm olur. Demoqrafiya və etnik tərkib 1823-cü ilə aid statistik məlumatına görə, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (alban mənşəli) ailələri təşkil edirdi.2000-ci ilin yazında Şuşada üç min nəfərdən az insan yaşayırdı. Bunların əksəriyyətini Azərbaycandan qaçqın düşmüş ermənilər təşkil edirdi. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Şuşa şəhərində memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərlərini qeyd etmək olar.Xristian dini abidələrindən Qazançı kilsəsi, Yaşıl kilsə və sovet dövründə sökülmüş rus pravoslav Qala kilsəsini qeyd etmək olar. İnzibati bölgü Şuşada "Bazarbaşı" deyilən yerdən Şeytanbazara qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırdı. Rastabazarın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan il boyu quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. İqtisadiyyat XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmış, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı. Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektardı (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41%-ə dənli və dənli–paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6%-ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məşğul olunurdu. 5,2 min qara-mal, 15,2 min davar vardı (1986). Quşçuluqla da məşğul olunurdu.Qarabağ müharibəsindən əvvəl Şuşada şərq musiqi alətləri fabrikiki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, rayon istehlak cəmiyyəti, kurort ticarəti idarəsi, Bakı "Radioqurma" istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3 №-li toxuculuq sexi, elektrik şəbəkəsi, rayon maddi-texniki təchizat bazası, abidələri bərpa idarəsi, Şuşa tikinti birliyi, təsərrüfatlar arası tikinti idarəsi, təmir tikinti idarəsi, təsərrüfatlar arası təmir tikinti müəssisəsi, yol istismar idarəsi və s. var idi. Şuşanın ən tanınmış turistik məkanı Cıdır düzüdür. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib.Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət yerinə "Şəmilin bağı" da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir. Heydər Əliyevin Şuşa şəhərinə qayğısı Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969–1982 illərdə bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu xəttinin istifadəyə verildiyi gün Şuşa şəhərinə də baş çəkən Heydər Əliyev şəhərdə aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş vermişdi. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980–1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında H. Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Səfər zamanı Heydər Əliyev Şuşada "Poeziya evi"ni açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, Ulu Öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. 1982-ci il iyulun 29-dan — avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Şuşa şəhərinin memarlığını və memarlıq abidələrini tədqiq edən Elturan Avalov şəhərin memarlıq-planlaşdırma inkişafını üç mərhələyə bölür. Birinci mərhələ Şuşa şəhərinin əsasının qoyulması dövründən (1753–1754) başlayır. Həmin dövrdə Şuşa qalası, qala daxili qəsrlər və xan sarayları inşa edilmiş, şərq sektorunun aşağı hissəsinin inşasına başlanılmış və 9 Aşağı məhəllə formalaşdırılmışdır. İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1759–1806) əhatə edir. Bu dövrdə şərq sektorunun yuxarı hissəsi inşa edilmiş və 8 Yuxarı məhəllə formalaşdırılmışdır. Üçüncü mərhələ Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra (1805) şəhərin intensiv genişləndirilməsi ilə əlamətdardır. Bu dövrdə şəhərin qərb və yuxarı hissələri inşa edilmiş və həmin ərazilərdə 12 məhəllə formalaşdırılıb.Şuşanın Qarabağ müharibəsində işğalından əvvəl şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin əksəri XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilmişdir. 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşada XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi və bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb. Kütləvi informasiya vasitələri "Şuşa" qəzeti fəaliyyətinə 1932-ci ildə başlamışdır. Həmin dövrdə qəzet Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə Komitəsinin orqanı olaraq "Kolxoz bayrağı" adı altında nəşr olunmuş, 1969-cu ildən isə "Şuşa" qəzeti adlanmışdır. Qəzet hal-hazırda Bakı şəhərində çap edilir.. Musiqi səhnəsi Muğam məclisləri XIX əsrin ikinci yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslər – görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri – mesenatlar, eləcə də zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında təşkil olunardı. Bunlar bəzən "musiqi dərnəyi" və ya "musiqi salonu" da adlandırılırdı.Şuşada "Nəvvabın məclisi", Şamaxıda "Mahmud ağanın dərnəyi", Bakıda isə "Məşədi Məlik Mənsurovun salonu" qeyd olunurdu. Bütün bu musiqi məclisləri əsl musiqi məktəbinə, sənətkarlıq məktəbinə çevrilmişdi. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılır, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunurdu.Kor Xəlifənin məktəbi 1883-cü ildən 1893-cü ilə qədər Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi idi. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən "Kor Xəlifə" ləqəbli Molla Əli Qarabaği tərəfindən açılmışdır. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilir, klassik musiqi əhali arasında geniş tətbiq olunur, şagirdlər kamil musiqişünas, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya və muğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi. Onillik fəaliyyəti dövründə Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınmışdı. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynamışdı.Ədəbi məclis olan Məclisi Fəramuşan — 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş və 1910-cu ilədək fəaliyyət göstərmişdir. Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Baxış bəy Səbur və b. şairlər məclisin fəal iştirakçıları idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. "Məclisi-fəramuşan" Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində mühüm rol oynamışdır.Ədəbi-musiqili məclis olan Məclisi-üns — 1864-cü ildə Şuşada, şair Hacı Abbas Agahın evində təşkil olunmuş, Xurşudbanu Natəvanın rəhbərliyi ilə 1897-ci ilədək fəaliyyət göstərmişdir. X. Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği, Məmo bəy Məmai, M. S. Piran və b. şairlər məclisin fəal iştirakçıları idilər. Məclisə Qarabağ xanəndələri də dəvət olunur və şairlərin qəzəlləri əsasında muğamlar ifa edirdilər. Tədris ocağı kimi "muğam məktəbi" ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılmışdır. XIX əsrin ortalarında fəaliyyət göstərən bu məktəb əsasən dini məqsədlərə xidmət etmişdir. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edir, onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi, lakin inkar olunmaz bir faktdır ki, bu məktəb sonradan muğam tədris edən musiqi məktəblərinin təşkilində nümunə olmuşdur.Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan həmin məktəbin yetirmələridir.Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi. Şuşa məktəblərində də poeziyanın və musiqinin sirrləri yeniyetmələrə gənc yaşlarından öyrədilirdi. Ona görə də muğamı və şeiri Qarabağın sənətkarları, xüsusən də xanəndələri və instrumental muğam ifaçıları hələ uşaq yaşlarından dərindən bilirdilər.XIX əsrin axırlarında Şuşada Molla İbrahim adlı bir şəxs musiqi məktəbi yaratmışdır. Bu məktəbdə özündən əvvəl fəaliyyət göstərən musiqi məktəbləri kimi dini xarakterli idi. Bura yalnız gözəl səsli, poeziyaya xüsusi həvəsi olan istedadlı gənclər seçilib götürülürdü. Məktəbdə gənclərə klassik muğamlardan dərs keçilir, fars, ərəb dilləri, dini mərasimlər öyrədilir, Hafiz Şirazi, Nizami Gəncəvi, Sədi Şirazi, Ömər Xəyyam, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi Şərq şairlərinin qəzəlləri tədris olunurdu. Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Bahadur Mehralı oğlu, Bülbül və başqa sənətkarlar musiqi təhsilini Molla İbrahimin musiqi məktəbində almışlar. Məktəb təxminən 1920-ci illərinə qədər fəaliyyətini davam etdirmişdir.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. 1930-cu ilin əvvəllərində Şuşada ilk musiqi texnikumu təşkil olunur. 1948-ci ildən həmin texnikum uşaq musiqi məktəbi kimi fəaliyyət gustərməyə başlayır.1989-cu ildən 1991-ci ilə qədər Cıdır düzündə "Xarı-bülbül" mahnı festivalı keçirilib. 2021-ci ildə festival 30 ildən sonra may ayının 12-də yenidən Şuşada keçirilib. Kino səhnəsi Şuşada çəkilən məşhur kinolardan "Koroğlu", "Gilan qızı", "Hacı Qara", "Oxuyur Şövkət Ələkbərova" və digərlərini qeyd etmək olar. Kitabxanalar 1897-ci ilin fevralında Şuşada ilk şəhər kitabxanası yaradılmışdır. Təməli Mir Möhsün Nəvvab tərəfindən qoyulan ilk kitabxana-qiraətxananın çoxlu sayda ziyalı üzvləri olub. Mir Möhsün Nəvvab özünün daş mətbəəsində Şuşa şairlərinin şerlərini çap etdirmişdir. Kitabxananın yaradılmasında hərbçi Mehdiqulu xan Vəfa və həkim Kərim bəy Mehmandarovun böyük xidmətləri vardır. SSRİ dövründə M. M. Nəvvabın yaratdığı kitabxananı oğlu Miriş Ağa işlətmişdir. Daha sonralar Şuşa şəhərində 2 kitabxana fəaliyyət göstərmişdir. Bunlar şəhər və uşaq kitabxanası olmuşdur. Mədəniyyət Nazirinin əmri ilə 1977-ci ilin may ayında kitabxananın fəaliyyəti genişləndirilərək Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir. 1992-ci il may ayının 8-də 200 min nüsxədən artıq kitab fondu olan Şuşa şəhər Mərkəzi kitabxanası Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir. 1848-ci ildən başlayaraq mütərəqqi rus teatrlarının təsiri sayəsində Şuşada ziyalılar arasında teatr tamaşaları nümayiş etdirilib. Şuşada XIX əsrin birinci yarısında müasir teatr tamaşalarının meydana gəlməsi bilavasitə Tbilisi mədəni mühitinin təsiri ilə bağlı idi. 1848-ci ildə Şuşada iki böyük tamaşa mərkəzi-teatr və sirk mövcud idi. 1870-ci illərdə isə bu sahəyə diqqət daha da gücləndi. 1882-ci ildən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır, nisbətən mütəşəkkil xarakter daşıyır. 1870–80-ci illərdə Şuşada teatra məxsus bir bina olmadığından tamaşalar kazarmada oynanılmışdır, lakin əsasən tamaşalar Cümşüd bəy Məlikhəqnəzərovun mülkündə teatr üçün əlverişli bir yerdə göstərilirdi. 1871-ci ildən isə Şuşadakı köhnə klub binası yenidən təmir edilib, istifadəyə verilmiş, burada yerli həvəskarlar tamaşalar göstərmişlər. 1890-cı ildən başlayaraq, Şuşada teatra həvəs göstərən müəllim-ziyalıların sayı azalır. Onların içərisindən səhnə əsəri yazmağa həvəs göstərənlər meydana çıxır. 1890-cı ilin aprel ayının 22-də Şuşa realnı məktəbində keçirilmiş musiqi şəhərciyi güclü təsirə malik olmuşdur. Burada müəllim aktyorların köməyi ilə uşaqlar Azərbaycan, fransız, alman dillərində hekayə, təmsil, şeir söyləmiş, xorda oxumuş, musiqi nömrələri ifa etmişlər. 1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın həvəskar artistləri-gənc müəllimlər 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər. 1896-cı ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin ilk tamaşası olmuşdur.1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Tamaşanın quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı. 1830-cu ildə isə Şuşada ilk mətbəə fəaliyyətə başlamışdır. 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsası qoyuldu. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edildi. Onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. 1886-cı ildə məktəbə 7.500 manat vəsait xərclənmişdi. Şuşa real məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Buna görə də, Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdir.2015-ci ildə Şuşa şəhərində Ermənistan Dövlət Aqrar Universitetinin Qarabağ filialının açılış mərasimi keçirilib. 2016-cı ildə Şuşa Texnoloji Universitetinin tələbələri üçün nəzərdə tutulan yataqxana kompleksi inşa edilib. 2013-cü ildə Ermənistanın futbol federasiyası Şuşada stadion inşa edib. 1923-cü ildə Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salındı. Rayonun ərazisindən 77 km uzunluğunda III dərəcəli, 34 km uzunluğunda IV dərəcəli yollar keçir. Tanınmış sakinləri Şəhərin tanınmış sakinlərdən şair Mirzə Rəhim Fəna, heykəltaraş Münəvvər Rzayeva, jurnalist Haşım bəy Vəzirov, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, futbol hakimi Eldar Əzimzadə, bəstəkar Süleyman Ələsgərov, dövlət xadimi İskəndər Əliyev, həkim Azad Əmirov, tarzən Məşədi Cəmil Əmirov, mühəndis Teymur bəy Aslanov, Sovet İttifaqı Qəhrəmanı və Azərbaycanın Daxili İşlər Naziri Xəlil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov, müğənni Sürəyya xanım Qacar, hərbçi Azad bəy Vəzirov, dramaturq Süleyman Sani Axundov, İnqilab Aslanov Vasif Quliyev (publisist) və digərlərini qeyd etmək olar. Qardaş şəhərləri Həmçinin bax "Şuşanın azad olunmasına görə" medalı Şuşa Bəyannaməsi
https://az.wikipedia.org/w/index.php?curid=339965
Şuşa şəhəri və Şuşa qəzasının oçerki
1873-cü ildə K.Nikitin tərəfindən tərtib edilərək nəşr edilən “Şuşa şəhəri və Şuşa qəzasının oçerki” adlı əsər Şuşa şəhərinin tarixi ilə bağlı dəyərli mənbədir. Oçerk Gürcüstanın Milli Parlament Kitabxanası, həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında da saxlanılır. Oçerk Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu sübut edən mənbələrdən biri hesab edilir. Cəmi 30 səhifəlik kitabçada Şuşa şəhərinin yaranma tarixi, şəhərin coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarət əlaqələri barədə maraqlı məlumatlar yer alıb. Kitabça rum rəqəmi ilə qeyd olunmuş 2 hissədən və ayrı-ayrı başlıqlar formasında təqdim edilən bölmələrdən ibarətdir. İlk hissə “Tarixi oçerk” adlanır və orada Şuşanın tarixinə qısaca nəzər salınır. İkinci hissə əsasən Şuşanın coğrafiyası və iqtisadiyyatına həsr olunub. Bu hissədə Şuşa dağlarının mənşəyinə dair Frederik Dübua de Monperyönün fikirləri, onun forma və hündürlüyü, şəhərin ərazisi və onun ətrafı, iqlimi, şəhərin əhalisi, şəhər sakinlərinin məşğuliyyəti, su çatışmamazlığı kimi maraqlı məlumatlar verilir. Daha sonra Şuşa qəzasının təsviri adlı xüsusi başlıq təqdim olunur. Bu hissədə Şuşa qəzasının yerləşmə yeri, hansı əraziləri əhatə etməsi, ərazisini suvaran çaylar, çay vadiləri, dağları, xüsusiyyətlərinə görə üç zolağa - Küryanı, Daxili və Arazyanı zolağa ayrılan düzən əraziləri, Mil düzünün qədim görünüşdə ideal təsviri kimi mövzulara toxunulur. Əsərin sonlarında isə Şuşa qəzasını əhalisi, daxili və xarici ticarəti, Qarabağ atları, Şuşanın mineral bulaqları barədə dəyərli materiallar oxuculara təqdim olunur. Əsər 2022-ci ildə Elnur Nəciyev və Günay Nəciyeva tərəfindən ruscadan Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir. Mənbənin tərcüməsinə edilən şərhlərin və tədqiqatın nəticələrini əks etdirən bölmənin müəllifi də E.Nəciyev və G.Nəciyevadır.
https://az.wikipedia.org/w/index.php?curid=758714
Şuşa əməliyyatı
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdir. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini təsdiqləmiş, fəqət sonradan Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymışdır. Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan, eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdır. Şuşa şəhəri Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Şəhər 1994-cü ildə Birinci Qarabağ müharibəsinin sona çatmasından bəri Qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olmasına baxmayaraq, de-yure Azərbaycan Respublikasının Şuşa rayonunun bir hissəsidir. Şuşa dəniz səviyyəsindən 1300–1600 metr yüksəklikdə, separatçıların paytaxt elan etdikləri Xankəndi şəhərindən təxminən 15 kilometr (9.3 mil) uzaqlıqda yerləşir. İki şəhəri bir vadi ayırır və dağlıq ərazidə yerləşən, Xankəndi üçün bufer zonası olan Şuşa "bütün Dağlıq Qarabağı nəzarətdə saxlamağa imkan yaradan strateji yüksəklik" olaraq xarakterizə edilmişdir. Strateji şəhər həm Azərbaycanda, həm də Ermənistanda xalq arasında "əlçatmaz" dağ qalası adlandırılır. Ermənistanın cənubundakı Sünik mərzində yerləşən Gorus şəhəri ilə Xankəndini birləşdirən açar yol – Laçın dəhlizi Şuşadan keçir. Ermənistanı Dağlıq Qarabağa bağlayan digər əsas yol şimaldan, Kəlbəcər rayonundakı Murovdağ silsiləsindən keçir.1923-cü ildə, sovet hakimiyyəti dövründə əhalisi əsasən ermənilərdən təşkil olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılmış, lakin vilayətin inzibati mərkəzi əsasən azərbaycanlıların yaşadığı Şuşa şəhəri seçilmişdir. 1988-ci ilin fevralında, əksəriyyəti ermənilərdən təşkil olan DQMV hökuməti Azərbaycan SSR-dən ayrılmaq və Ermənistan SSR ilə birləşmək üçün qərar qəbul etmişdir ki, bu da Sovet İttifaqında yaşayan azərbaycanlılarla ermənilər arasında daha geniş etnik və ərazi münaqişəsinə gətirib çıxarmışdır. Sovet İttifaqı 1991-ci ildə süquta uğradıqdan sonra azərbaycanlılar və ermənilər Qarabağ üzərində nəzarəti saxlamaq üçün mübarizə aparmış və döyüşlər 1992-ci ilin əvvəllərində Ermənistan Silahlı Qüvvələrinin iştirakı ilə genişmiqyaslı müharibəyə çevrilmişdir. Dağlıq anklav o vaxta qədər öz müstəqilliyini elan edir və qondarma bir hökumət qurmuşdur. 8 may 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələri Şuşa şəhərini işğal etmişdir və 1979-cu ildə şəhər əhalisinin 85,5 %-ni təşkil edən azərbaycanlılar məcburi köçkün olmuşdur.Şəhər həm azərbaycanlılar, həm də ermənilər üçün tarixi, siyasi və mədəni əhəmiyyətə malikdir. Azərbaycanlılar Şuşa şəhərini bölgənin tarixi paytaxtı hesab edirlər və şəhər onlar üçün xüsusi mədəni əhəmiyyət daşıyır. Eyni zamanda, şəhərdə yerləşən və 2020-ci ilə qədər Erməni Həvari kilsəsinin Artsax Yeparxiyasının mərkəzi olan Qazançı kilsəsi ermənilər üçün dini əhəmiyyətə malikdir. 2021-ci ildə Ermənistan Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtını Şuşaya köçürməyi və burada qanunsuz məskunlaşmanı başa vurmağı planlaşdırırdı. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında tez-tez şəhərin işğaldan azad edilməsinin müharibənin əsas məqsədlərindən biri kimi xarakterizə etmişdir. O, 16 oktyabrda Türkiyə televiziyasına verdiyi bir müsahibədə "Şuşa olmasa, işimiz yarımçıq qalacaq" demiş, Qondarma Dağlıq Qarabağ Respublikasının Prezidenti Arayik Harutyunyan isə Şuşanı "əcdadlarımızdan bizə miras qalan ən böyük irslərimizdən biri" adlandırmışdır. Şəhərin simvolik əhəmiyyətinə baxmayaraq, Beynəlxalq Böhran Qrupunun azərbaycanlı analitiki Zaur Şiriyev Şuşanın ələ keçirilməsinin hərbi və ya siyasi bir hədəf olub-olmadığının qaranlıq qaldığını qeyd etmişdir. Azərbaycanlı siyasi analitik Fuad Şahbazovun fikrincə, Azərbaycan qüvvələrinin Şuşada qələbə çalması "cəbhədə olan və olmayan azərbaycanlılar üçün mənəvi qələbə kimi qəbul ediləcək" və o güman edir ki, bu da erməni əsgərləri arasında "ciddi demoralizasiya"ya səbəb olacaq. Döyüşdən əvvəl 27 sentyabr 2020-ci il tarixində de-fakto Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən və Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə edilən, lakin de-yure Azərbaycanın bir hissəsi olan Qarabağ bölgəsində döyüşlər başlamışdır. Azərbaycan qüvvələri əvvəlcə müvafiq inzibati mərkəzlərini işğaldan azad edərək Füzuli və Cəbrayıl rayonlarında uğur əldə etmiş, oradan Hadrut qəsəbəsinə doğru irəliləmişdir. 15 oktyabrda Hadrutun ələ keçirilməsindən sonra Azərbaycan qoşunları daha intensiv irəliləməyə, ermənilər isə geri çəkilməyə başlayırlar. Azərbaycan qüvvələri daha sonra Zəngilan və Qubadlı şəhərlərini işğaldan azad etmişdir. Onlar, həmçinin, Laçına hücuma keçir, meşələri və dağ keçidlərini aşaraq Şuşa rayonuna daxil olurlar.Müharibənin əvvəlindən Şuşa şəhərinin ara-sıra top atəşinə məruz qalması barədə xəbərlər yayılırdı. Oktyabrın 4-də Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə Şuşada, müharibədən cəmi bir neçə ay əvvəl separatçı rejimin rəhbəri Araik Arutyunyanın öz “inauqurasiyasını” keçirdiyi Mədəniyyət Evi darmadağın edildi. Zərbə nəticəsində həmin vaxt orada cəmləşən erməni hərbçiləri məhv edilib. Belə ki, zərbə zamanı binada 300-ə yaxın erməni hərbçisinin (sonradan onların Ermənistandan Qarabağa döyüşlərə göndərilən polislər olduğu üzə çıxmışdı) cəmləşdiyi məlum idi. Onların əksəriyyətinin öldüyü və yaralandığı bildirilir. Rəsmi mənbələr orada 20-dən çox polisin öldüyünü, 200-ə yaxınının yaralandığını təsdiq edir. Partlayış nəticəsində binanın damı dağılıb və içəridəkilərin üstünə tökülüb. 8 oktyabrda Şuşadakı Qazançı kilsəsinin bombardman edildiyi və ciddi ziyan gördüyü bildirilmişdir. Azərbaycan tərəfi bu insidentdə hər hansı bir məsuliyyətdən imtina etmişdir. Oktyabr ayı boyunca Şuşanın və eləcə də yaxınlıqdakı kəndlərin Azərbaycan qüvvələri tərəfindən top və raket atəşinə tutulması barədə xəbərlər yayılmış, Azərbaycan tərəfi isə xüsusən də şəhəri atəşə tutması haqqında yayılan xəbərləri təkzib edib. 28 oktyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Şuşadan bir neçə kilometr cənub-şərqdə yerləşən Çanaqçı kəndində vəziyyətin "gərgin" olduğunu bildirdi. Ertəsi gün Ermənistan Müdafiə Nazirliyi kənddə toqquşmaların baş verdiyini açıqlamış, Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan isə Azərbaycan qüvvələrinin Şuşadan 5 kilometr (3.1 mil) uzaqlıqda olduğunu etiraf etmişdir. 30 oktyabrda Daşaltı başda olmaqla Şuşa yaxınlığında toqquşmalar baş verib. Elə həmin gün "Abkhazian Network News Agency"nin müxbiri şəhər yaxınlığında böyük partlayışların eşidildiyini qeyd etmişdir. Ertəsi gün Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Şuşanın yenidən bombardmana məruz qaldığını açıqladı. Noyabrın 2-də Ermənistanın Müdafiə Nazirliyi də yaydığı bəyanatda Şuşa yaxınlığında şiddətli toqquşmaların baş verdiyini bildirib.Döyüşdən əvvəl, oktyabrın sonları və noyabrın əvvəllərində həm Azərbaycan, həm də Ermənistan bir-birini Şuşa yaxınlığında ağ fosfordan istifadə etməkdə günahlandırmışdır. 30 oktyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Azərbaycan qüvvələrini Şuşa yaxınlığındakı meşələri yandırmaq üçün fosfor istifadə etməkdə günahlandırmış, lakin Azərbaycan tərəfi bu iddiaları təkzib etmişdir. Noyabrın 20-də Azərbaycan Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələrini Şuşa ətrafında kimyəvi sursat istifadə edərək "ətraf mühitə böyük və uzunmüddətli ziyan vurmaqda" ittiham etmiş, bu məsələ barədə cinayət işi açmışdır. Həmçinin, Azərbaycan rəsmiləri Ermənistan Silahlı Qüvvələrinin bölgəyə ağ fosfor daşıdığını bildirmişdir. Ağ fosforun istifadəsi həm Azərbaycanın, həm də Ermənistanın imzalamadığı beynəlxalq müqaviləyə əsasən qadağan olunmuşdur. Oktyabr ayında Dağlıq Qarabağın cənubunda yerləşən, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan quru qoşunları təmas xəttini keçərək qərbə doğru irəliləməyə başladı. Oktyabr ayının ortalarına qədər Azərbaycan hərbi qüvvələri Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas şəhərlərdən hesab edilən Hadrutu azad etdi. Oktyabrın 22-dək Azərbaycan hücumu ilə Laçın şəhərinə və həyati əhəmiyyət kəsb edən dəhlizə 10 kilometr məsafəyə qədər yaxınlaşdı. Laçın dəhlizini itirməklə Ermənistan Dağlıq Qarabağdakı qüvvələrini təchiz etməkdə çətinliklə üzləşə bilərdi. Cavab olaraq və təzyiqi Laçın dəhlizindən uzaqlaşdırmaq üçün erməni qüvvələri çətin keçilən meşə-dağlıq ərazilərdə hərbi qüvvələrdən istifadə edərək əks-hücumlara başladılar və Azərbaycan qoşunlarının əsas təminat yolları boyunca pusqular qurmağa başladılar. 28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan XTQ qüvvələrinin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar. Məlumata görə, xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.Azərbaycan hesablarına görə, həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açır. Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çanaxçı və Sığnax kəndlərinə doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yol açılır. Bununla mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Nəticədə Azərbaycan bölmələri artilleriya qurğularını Çanaxçı ətrafına çəkə bilmişdi. Elə burada da yeni artilleriya dueli başladı. Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı.Noyabrın 4-də Ermənistan rəsmiləri döyüşlərin Şuşa yaxınlığında davam etdiyini bildirilmişdir. Azərbaycan qüvvələri Şuşa–Laçın yolununun bir hissəsinin nəzarətini ələ keçirmiş və separatçı rejim sonradan yolu mülki vətəndaşlara bağlamışdır. Sərhədsiz reportyorların verdiyi məlumata görə, beləliklə, 80-ə qədər jurnalist mühasirədə qalmışdır. Ermənistan rəsmiləri 5 noyabr səhəri Şuşanın ağır atəşə tutulduğunu və döyüşlərin ertəsi gün davam etdiyini bildirdi. Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçdilər, onlar şəhərə qayalıqlara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Çünki əsas hücumu bu yollardan gözləyirdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxdılar və yarğanlardan keçdilər. Oktyabrın 30-da erməni tərəfi döyüşlərin Şuşadan cəmi beş kilometr şərqdə getdiyini açıqladı. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə tutulmuşdu və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Stepanakertə (Xankəndi) qaçmasına səbəb olmuşdu. Müharibənin bu mərhələsində Şuşanın nəhəng dağların əhatəsində - sıldırım qayalar üzərində yerləşməsi səbəbindən müdafiə olunan erməni qüvvələri hələ də taktiki üstünlüyə sahib idilər. Azərbaycan hərbçiləri şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər. Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan ordusunun konvensional piyada qüvvələrinin Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. O günə qədər Azərbaycan tərəfi Şuşanın cənubundakı dağ silsiləsinə və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrinə nəzarəti təmin etmişdi. Həmçinin Azərbaycan ordusu Ermənistanın Şuşanı əhatə edən müdafiə mövqelərini minaatanlardan atəşə tutmağa başlamışdı. Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya yardımın gəlməsi artıq mümkün deyildi. Yəni Həkəri çayı üzərindəki əsas körpü də dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı. Bölgədəki nəzarətin itirildiyini görən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki əhalinin üzünə bağladı – 80-ə yaxın xarici reportyor döyüş bölgəsində təcrid vəziyyətində qaldı. Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Argişti Kərəmyan Qarabağdakı vəzifələrinin tamamlandığını qeyd edərək 6 noyabr səhər vaxtlarında Şuşanı tərk etmişdir. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan tərəfi şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya əks-hücumların qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Azərbaycan ordusunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər. Ertəsi gün minlərlə erməni Şuşa və Xankəndi şəhərlərindən qaçmış, yollarda tıxac yaranmışdır. 7 noyabrda Ermənistan rəsmiləri Şuşa və Daşaltı yaxınlığında şiddətli döyüşlərin baş verdiyini bildirmiş, eyni zamanda Azərbaycan tərəfinin bir neçə hücumunun dəf edildiyini bildiriblər, lakin Azərbaycan tərəfi bunu təkzib etmişdir və prezident İlham Əliyev Azərbaycan qüvvələrinin şəhərin cənub-şərqində, Xocalı rayonu ərazisində yerləşən Qarabulaq və Baharlı kəndlərini işğaldan azad etdiklərini açıqlamışdır.Azərbaycan qüvvələri 7 noyabrda şəhərə daxil olmuşdur. Əlavə olaraq, bir dəstə, Ermənistan tərəfi şəhərə əlavə dəstək göndərməsin deyə, Laçın dəhlizinin qarşısını almış, başqa bir dəstə isə Daşaltını işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin etmişdir. Azərbaycanın xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar. Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – T-72 tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi. Noyabrın 7-də səhər 09.00-da Şuşaya Ermənistan tərəfindən İsgəndər ballistik raketi atılmışdı. Raketin hədəfi azərbaycanlı hərbçilər idi. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb.Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və ermənilərin üç əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan binaya, yaxın məsafədən aparılırdı. Ermənistan qüvvələri günortadan sonra şəhərdən çıxarılmış və 8 noyabr səhəri Azərbaycan qüvvələri şəhərin kənarında əməliyyatlara davam etmişdir. İlham Əliyev, noyabrın 24-də, rayonun Ermənistan tərəfinin atəşkəs razılaşması çərçivəsində Azərbaycana təhvil verilməsindən sonra Ağdam şəhərinə səfəri zamanı, Azərbaycan əsgərlərinin yüngül silahlarla təchiz edildiyini təsdiqləmiş, onların Şuşa şəhərində ermənilərlə "demək olar, əlbəyaxa döyüş"də olduğunu qeyd etmişdir. Azərbaycan hesablarına görə, ağır artilleriya ilə dəstəklənən Ermənistan qüvvələrinin sayı ən azı 2000 nəfər idi. Erməni mənbələri və rəsmiləri döyüş zamanı Şuşadakı erməni qüvvələrinin sayı barədə heç bir açıqlama verməsə də, Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Harutyunyan bölgəyə təxminən 6000 Azərbaycan əsgərinin cəlb olunduğunu irəli sürmüşdür. İlham Əliyev 8 noyabr tarixində, günortadan sonra Azərbaycan qüvvələrinin şəhəri işğaldan azad etdiyi elan etmiş, həmçinin, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Hikmət Mirzəyevi də bu münasibətlə təbrik etmişdir. Hadisə yerindəki "İzvestiya" müxbiri prezidentin açıqlamasını təsdiqləsə də, qondarma rejimin rəsmiləri 8 və 9 noyabr tarixlərində şəhərin içində və kənarında döyüşlərin davam etdiyini bildirərək bunu təkzib etmişdir. 8 noyabrda Argişti Kərəmyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri postundan azad edilmiş və Mikayıl Ambartsumyan tərəfindən əvəz olunmuşdur. 9 noyabrda Azərbaycan Daxili Qoşunları mayoru Zaur Rəhimovun məruzəsi ilə şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycan Milli Ordusunun nəzarətində olduğunu təsdiq etmişdir. Həmçinin İlham Əliyev Azərbaycan qüvvələrinin şəhərin cənub və şərqindəki Çanaqçı, Sığnaq, Şuşakənd və Daşaltı da daxil olmaqla bir neçə kəndi işğaldan azad etdiklərini açıqlamışdır. Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi daha sonra Şuşa şəhərinə nəzarəti itirdiklərini etiraf edərək Azərbaycan qüvvələrinin Xankəndinə yaxınlaşdığını vurğulamışdır. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan döyüşün davam etdiyini bildirərək qondarma rejimin bəyanatının əleyhinə mövqe qoymuşdur. Bu iddia daha sonra Ermənistan Müdafiə Nazirliyi və erməni ictimaiyyətini çaxnaşma yaratmamağa çağıran Ermənistan Parlamentinin millət vəkili Nikolay Bağdasaryan tərəfindən təkrar edilmişdir. Bəzi ermənilər qondarma rejimin rəsmilərinin sosial şəbəkə hesablarının hakerlər tərəfindən sındırıldığını və açıqlamalarının həqiqəti əks etdirmədiyini irəli sürmüşdür. Bəzi erməni rəsmiləri və analitikləri də Azərbaycan rəhbərliyini "öz xalqına yalan danışmaqda" günahlandırmışdır. Bununla birlikdə, 10 noyabrda Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərinə nəzarət etdiyini təsdiqləyən atəşkəs razılaşmasının imzalanmasından sonra Paşinyan və Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Harutyunyan işğalçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Noyabr ayının ortalarında Beynəlxalq Qırmızı Xaç Komitəsi Rusiya sülhməramlı qüvvələrinin köməyi ilə hər iki tərəfdən həlak olmuş əsgərlərin cəsədlərini tapmağa və əsirlərin təhvil verilməsi prosesinə başlamışdır. 25 noyabrda rus mənbələri BQXK-nin Şuşa şəhərində ümumilikdə 2,000-dən çox cəsəd tapdığını bildirmişdir. Azərbaycan müharibə dövründə hərbi itkilərini açıqlamamışdır. Dekabrın 3-də Azərbaycan Müdafiə Nazirliyi müharibə boyu şəhid olan Azərbaycan hərbçilərinin ümumi sayını açıqlamış və detalların sonradan veriləcəyini əlavə etmişdir. Bununla birlikdə, Ermənistan rəsmiləri Şuşa yaxınlığında ən azı 200 Azərbaycan əsgərinin öldürüldüyünü iddia etmişdir. Azərbaycan hesablarına görə, yaralanan Azərbaycan hərbçiləri 9 noyabrda təxliyə edilmişdir. Ermənistan üçtərəfli razılaşmadan əvvəl döyüşdəki hərbi itkiləri ilə bağlı heç bir məlumat verməmişdir. 6 noyabrda "Le Monde" qəzeti Şuşa uğrunda gedən döyüşlər zamanı yaralanan erməniləri Xankəndi şəhərindəki xəstəxanalara yerləşdirmək üçün daha yer olmadığını qeyd etmişdir. 7 noyabrda Şuşadakı erməni qoşunlarının komandiri Seyran Ohanyanın ağır yaralandığı iddiaları ortaya çıxmışdır, ancaq bu, Ermənistan rəhbərliyi tərəfindən təkzib edilmişdir. Azərbaycan mərkəzli "Azeri Daily" saytı hərbi mənbələrə istinadən 800-dən çox erməni əsgəri cəsədinin Ermənistan tərəfinə təhvil verilməyə hazır olduğunu və Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfindən bu cəsədləri götürməyi istədiyini iddia etmişdir. Lakin 16 noyabrda Qondarma Dağlıq Qarabağ Prezidenti Arayik Harutyunyan Şuşa şəhərinin kənarından Ermənistan Silahlı Qüvvələrinə məxsus 150 cəsədin tapıldığını və yüzlərlə əsgərin hələ itkin olduğunu, Ermənistan Baş naziri Nikol Paşinyan isə 14–16 noyabr tarixlərində Şuşa yaxınlıqlarından 300-dən çox erməni cəsədinin tapıldığını etiraf etmişdir. 21 noyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi şəhər yaxınlığında yaralı bir erməni polis məmuru tapdıqlarını açıqlamışdır. Ətraflı bax: Dağlıq Qarabağ atəşkəs bəyanatı (2020)Döyüş İkinci Qarabağ müharibəsində həlledici məqam olmuşdur və həm Ermənistan ordusu, həm də daha geniş mənada erməni cəmiyyəti tərəfindən böyük bir zərbə kimi qiymətləndirilir. Döyüşdən iki gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla atəşkəs müqaviləsi imzaladığını elan etmişdir. Ermənistan politoloqu Suren Sarkisyana görə, Şuşanın itirilməsinin nəticələrini dərk etmək ermənilər üçün çətin olmuşdur. Sarkisyan bunun Ermənistan müxalifətindən hakimiyyət dəyişikliyi tələb etməsinə səbəb olacağını da əlavə etmişdir. Müharibədən sonra bir çox erməni Paşinyana qarşı çıxmış, bütün ölkədə şiddətli etirazlar başlamış və Paşinyanın müxalifləri arasında onun Şuşanı "satması" ilə bağlı ümumi iddia yayılmış. Həmçinin, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Ermənistan hərbi rəhbərliyini Azərbaycan qüvvələrinin Şuşanın yaxınlıqlarına çatmasına mane ola bilməməsinə görə tənqid etmişdir. Köçəryanın iddiasına görə, separatçı qüvvələrin yeni müdafiə xətti qurmaq üçün təqribən iki həftə vaxtı var idi və o vaxtı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi olan Vitali Balasanyan Şuşadakı erməni qüvvələrinə komandanlıq etmək məsuliyyətini boynuna almağı təklif etsə də onun təklifi geri çevrilmişdir. Bir sıra erməni hərbi rəsmiləri Ermənistanın hərbi vəziyyətinin bir çoxunun inandığından daha dəhşətli olduğunu iddia edərək Paşinyanı dəstəkləmişdir. Paşinyan iddialara cavab olaraq, Azərbaycan qüvvələrinin Şuşaya nəzarəti ələ keçirməsindən sonra Xankəndi şəhərinin müdafiəsiz qaldığını, Xankəndiyə nəzarətin də itirilməsindən sonra Əsgəran və Xocavənd ərazilərində xidmət edən 20–30 min erməni əsgərinin mühasirədə qalacağını bildirmiş və erməni əsgərlərinin həyatının onun üçün daha vacib olduğunu vurğulamışdır. Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan da xəyanət iddialarına qarşı çıxaraq separatçı qüvvələrinin şəhəri qorumaq üçün yetərli canlı qüvvəyə malik olmadığını qeyd etmişdir. Daha sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan qüvvələrinin Şuşaya nəzarəti ələ keçirməsi nəticəsində ermənilər üçün kritik bir vəziyyət yarandığını və Azərbaycanın Xankəndi şəhərini ələ keçirərək daha da irəliləyə biləcəklərini söyləmiş, müharibənin dərhal dayandırılmasının Ermənistan tərəfinin marağında olduğunu bildirmişdir. 3 dekabrda Qondarma Dağlıq Qarabağ Respublikasının Şuşi mərzinin icra başçısı müavini Samvel Arutyunyan qeyd etmişdir ki, döyüş nəticəsində Şuşadan təqribən 4500 erməni məcburi köçkün olmuşdur.Ermənistandan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın azad edilməsi barədə verdiyi xəbəri bayraq dalğalandıraraq, mahnı oxuyaraq və avtomobil siqnalları ilə qarşılayan azərbaycanlılar arasında bayram əhval-ruhiyyəsi yaranmışdır. İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıdakı Birinci Fəxri Xiyabanda çələngqoyma mərasimi keçirilmişdir. Həmçinin, Bakı buxtasındakı gəmilər fit vermiş, Moskva şəhərində yaşayan azərbaycanlılar fişəng nümayişi keçirmiş, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobillər ABŞ-da, Nyu-Yorkun Bruklin borosunda yolları bəzəmişdir. Ermənilər Şuşanı işğal etmələrini "Dağlarda toy əməliyyatı" adlandırdığından Azərbaycanda bəzi siyasi xadimlər buna istinadən Şuşanın işğaldan azad edilməsini "Dağlarda boşanma" deyə qələmə vermişdir. 2016 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmiş azərbaycanlı müğənni Səmra Rəhimli 1 dekabrda "Şuşa, biz qayıtmışıq" adlı bir mahnı buraxmışdır. 27 sentyabr və 10 noyabr tarixləri Azərbaycanda müvafiq olaraq Anım Günü və Zəfər Günü elan edilmişdir, lakin Zəfər Gününün qeyd edilmə tarixi dəyişdirilərək 8 noyabr təyin edilmişdir, çünki əvvəlki tarix Türkiyədə Mustafa Kamal Atatürkün anım günü ilə üst-üstə düşürdü. 4 dekabr saat 12:00-da Azərbaycanda şəhidləri yad etmək üçün bir dəqiqəlik sükut keçirilmişdir. Bununla əlaqələr ölkədə dövlət bayraqları endirilmiş, gəmilər fit, maşınlar isə siqnal vermişdir. Azərbaycan əsgərləri də Şuşa qalasının qarşısında dayanaraq müharibədə şəhid olanların xatirələrini yad etmişdir.Atəşkəs razılaşmasının ardından, 13 noyabrda bölgəyə yerləşdirilən Rusiya Silahlı Qüvvələrinə tabe 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadası şəhərin kənarında müşahidə postu qurmuşdur. Rusiya sülhməramlı qüvvələri açıqlamaya əsasən Şuşa şəhərinin daxil olmadığı Laçın dəhlizini də nəzarətə götürmüşdür. Şuşanın şimal girişi olan Gəncə qapısından keçən yolda yerləşən digər bir nəzarət-buraxılış məntəqəsi Azərbaycan hərbçiləri tərəfindən qorunduğu görülmüşdür. Beynəlxalq reaksiyalar Noyabrın 8-də İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edildiyini açıqlamasından sonra, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli ilində kütləyə müraciət edərkən Azərbaycanı təbrik edərək bunun "işğal edilmiş torpaqların qalan hissəsinin də tezliklə azad ediləcəyinə işarə" olduğuna inandığını bildirmişdir. Türkiyə mühəndisi və müharibə zamanı Azərbaycan tərəfindən geniş şəkildə istifadə edilən "Bayraktar TB2" PUA-sının yaradıcısı olan Səlcuq Bayraqdar da Azərbaycan xalqına təbrik mesajı göndərmişdir. Həmçinin, Türkiyədə vitse-prezident Fuad Oqtay, Milli Müdafiə Nazirliyi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, iqtidardakı AK Partiyasının müşaviri Ömər Çelik və Prezident Administrasiyasının media və kommunikasiya rəhbəri Fəxrəddin Altun və prezidentin müşaviri İbrahim Kalın Şuşanın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişdilər. 9 noyabrda İran millət vəkili Əhməd Əlirzabeygi "Şuşa şəhərinin işğaldan azad edilməsinin ədalətin bərpa olunduğu"nu sübut etdiyini ifadə edərək buna görə "qürurlu və xoşbəxt" olduğunu söyləmişdir. Pakistanın Azərbaycandakı səfiri də azərbaycanlıları təbrik etmişdir. Bakı şəhərində yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa və Qırğızıstanın keçmiş baş naziri Coomart Otorbayev da İlham Əliyevi təbrik etmişdir. "Şuşanın azad olunmasına görə" medalı sində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Şuşanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Xarici keçidlər Şuşa, Sən Azadsan ! (sənədli film)
https://az.wikipedia.org/w/index.php?curid=679996
Şuşa ərazi özünümüdafiə batalyonu
816 nömrəli Şuşa batalyonu 19 noyabr 1991 yaranmışdır. Batalyonda müxtəlif zabitlərim var idi. Amil Əhmədov, Əvəz Məmmədov, Əvəz Nəsirov, Xudayar Mirzəyev, İlham Əşrəfov. Həmçinin bax Şuşa rayonu
https://az.wikipedia.org/w/index.php?curid=748617
Şuşa — Azərbaycan (film, 2010)
Şuşa — Azərbaycan — 2010-cu ildə çəkilmiş sənədli Azərbaycan filmi. Film Azərbaycanın mədəni mərkəzlərindən biri olan Şuşa şəhərinin işğalının ildönümü münasibətilə Şuşa şəhər İcra Hakimiyyətinin və Şuşa İcmasının sifarişi ilə çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Mübariz Nağıyev Ssenari müəllifi: Zahid Abbasov Prodüser: Rauf Əliyev Mətni oxudu: İlham Əsgərov Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=215747
Şuşada erməni üsyanının yatırılması
Şuşada erməni üsyanının yatırılması və ya Şuşada ermənilərə qarşı qətliam (erm. Շուշիի ջարդեր – Shushii charder) — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərində 1920-ci ilin mart ayında yerli erməni əhalisinə qarşı törədilmiş poqrom aktı. Hadisələrin baş verməsinin əsas səbəbi kimi Qarabağ ermənilərinin Azərbaycan Xalq Cümhuriyyətinə bağlı ordu birləşmələrinə tabe olmaması və bunun nəticəsində, ərazidəki erməni silahlıların tərki-silah edilməsi göstərilmişdi.Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş Xosrov bəy Sultanovun 1919-cu ilin 15 yanvar tarixində Dağlıq Qarabağa general-qubernator təyin edilməsi bölgədə yaşayan etnik ermənilərin etirazı ilə qarşılanmışdır. Qarabağ erməniləri, Xosrov bəy Sultanovun əsas məqsədini bölgənin Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatmaq olduğunu və bölgənin Azərbaycan əsilli bir şəxs tərəfindən idarə edilməsinin doğru olmadığı iddia etdilər. Xosrov bəy Sultanov Kürdhacıdan olmaqla türk (azərbaycanlı) kökənli idi. 1918-ci ildə Müsavat partiyasından İttihada keçmişdi.1920-ci ilin 22 – 26 mart tarixlərində baş vermiş hadisələr nəticəsində 500, bəzi mənbələrdə isə 30 min nəfər şəxsin öldürüldüyü təxmin edilməkdədir. Bu hadisə Dağlıq Qarabağ probleminə görə Azərbaycan və İlk Ermənistan Respublikası (1918-1920) tərəfləri arasındakı ilk əsaslı döyüş sayılır. Qətliam nəticəsində şəhərdə yaşayan erməni əhalisinin sayı əhəmiyyətli dərəcədə azalmış və bu azlıq SSRİ-nin dağılmasına qədər bu şəkildə davam etmişdir. Birinci Dünya müharibəsinin başa çatmasından sonra Cənubi Qafqazda yaranmış Azərbaycan Xalq Cümhuriyyəti və İlk Ermənistan Respublikası (1918-1920) adlı yeni dövlətlər Dağlıq Qarabağ bölgəsində üstünlük əldə etməyə çalışırdı. XX əsrin əvvəllərində, Şuşa şəhəri, Dağlıq Qarabağ bölgəsinin əsas adminstrativ mərkəzi sayılırdı şəhər əhalisi əsasən etnik azərbaycan türklərindən və ermənilərdən ibarət olmuşdur. Bu iki etnik qrupun heç biri say baxımından digəri qarşısında əhəmiyyətli dərəcədə üstünlüyə malik olmasa da, hər biri özlərinə məxsus məhəllə və səmtlərdə məskunlaşmışdılar. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş Xosrov bəy Sultanovun 1919-cu ilin 15 yanvar tarixində Dağlıq Qarabağa general-qubernator təyin edilməsi bölgədə yaşayan etnik ermənilərin etirazı ilə qarşılanmışdır. Qarabağ erməniləri, Xosrov bəy Sultanovun əsas məqsədini bölgənin Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatmaq olduğunu və bölgənin Azərbaycan əsilli bir şəxs tərəfindən idarə edilməsinin doğru olmadığı iddia etdilər. Xosrov bəy Sultanov Kürdhacıdan (Zəngəzur qəzası) olmaqla Azərbaycanlı və ya kürd mənşəli idi. 1918-ci ildə Müsavat partiyasından İttihada keçmişdi.Azərbaycan Xalq Cümhuriyyətinin Xosrov bəy Sultanovu Dağlıq Qarabağa general-qubernator təyin etməsindən sonra Şuşa şəhərində əsasən etnik ermənilərdən təşkil olunmuş Qarabağ komitəsinin təcili görüşü keçirildi və həmin görüşdə sözügedən təyinatın qərəzli olduğu və Dağlıq Qarabağın İlk Ermənistan Respublikasının (1918–1920) ayrılmaz bir parçası olduğu iddiaları müdafiə edildi.1919-cu ilin 23 aprel tarixində Qarabağ komitəsinin şəhərdə növbəti iclası keçirilmişdir. İclas zamanı Dağlıq Qarabağın Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən tək tərəfli ilhaq etmə cəhdləri pislənmiş və Qarabağ ermənilərinin buna qarşı olduğu vurğulanmışdır. Hadisələrin gedişatından narazı qalan Xosrov bəy Sultanov, Azərbaycan Xalq Cümhuriyyəti ordusuna bağlı kiçik birhərbi birləşmənin ermənilərin yaşadığı məhəllələrdən bir necəsini mühasirəyə almaları barədə əmr vermişdir. Lokal səviyyədə baş tutmuş müqavimətdən sonra, ingislər prosesə müdaxilə etmiş və nəticədə bir necə erməni silahlısı ingilis hərbiçilərinə təslim olmağı qəbul etmişdir.1919-cu ilin 4 və 5 iyun tarixlərində şəhərdə yaşayan iki etnik icma arasında növbəti qarşıdurma baş vermişdir. Hadisələrin qarşısını almağa çalışan Xosrov bəy Sultanov şəhərdə və ətraf ərazilərdə silahlı müqavimət göstərən bir necə dəstəni tərki-silah etməyi bacarmışdır. Şəhərdə Yaxın Şərq Yardım Fondu üçün çalışan ingilis tibb bacılarının xatirələrinə əsasən həmin tarixlərdə şəhərdə yaşayan 700 nəfərə yaxın xristian, müsəlman tatarlar tərəfindən qətlə yetirilmişdir. Xosrov bəy Sultanovun tələbinə əsasən Qarabağ komitəsinin üzvləri olan bir necə şəxsin şəhəri tərk etməsindən sonra tərəflər arasında yenidən atəşkəs təmin edilmişdir. Əldə edilmiş atəşkəs razılaşmalarına baxmayaraq, tərəflər arasında toqquşmalar 1920-ci ilin mart ayına qədər davam etmişdir. Xüsusi ilə Şuşa şəhərinin yaxınlığında yerləşən Qaybalı kəndinin ərazisində hər iki icma arasında ciddi toqquşmalar baş tutmuşdur. Qarabağ ermənilərinin 1918-ci ilin 13 avqust tarixində Şuşa şəhərində baş tutan sayca yeddinci qurultayı zamanı Dağlıq Qarabağın müvəqqəti olaraq Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qalması razılaşdırılmış, ancaq bölgənin yekun statusunun Paris Sülh Konfransında müzakirə edilməli olduğuna qərar verilmişdir. 1920-ci ilin 19 fevral tarixində Dağlıq Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov qarabağ ermənilərindən Dağlıq Qarabağ ətrafında yaradılmış problemin təcili şəkildə həll edilməsini tələb etdi. Tələb, bölgənin Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatılması və bölgədə yaşayan ermənilərində bununla razılaşması formasında olmalı idi. Bu məqsədlə, Qarabağ komitəsi tərəfindən 1919-cu ilin 23 fevral tarixində sayca səkkizinci qurultay baş tutdu və həmin qurultayda bölgənin kimə məxsus olduğu və yeni yaradılmış dövlət tərəfindən idarə olunmalı olduğu məsələlələri ciddi formada müzakirə edildi. Qarabağ erməniləri bölgənin qarşı tərəfin tam nəzarətinə keçə biləcəyini görüb, Azərbaycan ordusuna qarşı partizan mübarizəsinə başlamaq qərarı verdilər. Bu məqsədlə, xüsusi ilə Şuşa şəhərində yaşayan ermənilər səfərbər olunmuşdur və əli silah tutan kişilər qısa toqquşmalar üçün xüsusi şəkildə hazırlanmışdır. Baş vermiş hadisələr nəticəsində dəqiq necə nəfərin həlak olduğu məlum deyil. Bu baxımdan Qafqaz təqvimi daha etibarlı mənbə kimi çıxış etməkdədir. Bu təqvimin məlumatlarına əsasən Rusiya inqilabından əvvəl Şuşa şəhəri Dağlıq Qarabağın əsas siyasi-ictimai mərkəzi olaraq qəbul edilmişdir və şəhərdə 43.869 nəfər sakin yaşamaqda idi. Bu şəxslərdən 23.396 nəfəri etnik ermənilərdən (53%) , 19.121 nəfəri isə azərbaycan türkləri (44%) təşkil olunmuşdur. Qətliam nəticəsində həlak olanlarla bağlı rəqəmlər arasında ciddi fərqlər mövcuddur. Ən aşağı rəqəm kimi 500 nəfərin öldürüldüyü, ən yüksək rəqəm kimi isə 20–30 min şəxsin həlak olduğu göstərilmişdir. Əsas məlum olan faktlardan biri odur ki, hadisələrdən sonra Şuşa şəhərinin daxili infrastruktur sistemi tamamilə dağıdılmışdır. 1920-ci ilin mart ayında baş vermiş Şuşa qətliamı həmin tarixdən etibarən müxtəlif səviyyələrdə və platformalarda bir necə dəfə xatırlanmışdır. Bu xatırlanmalar əsasən hadisənin şahidi olmuş və ya şahidi olmuş şəxslərin dillərindən eşitmiş müxtəlif peşə sahiblərinin qeydlərindən və çıxışlarından ibarətdir. Həmin xatırlamaların biri məşhur rus şairi, akmeist cərəyanın banilərindən olan Osip Mandelştama məxsusdur. Şair tərəfindən 1931-ci ildə yazılmış Fayton sür ücüsü əsərində hadisələr bu formada yada salınır; Azərbaycan Sovet Sosialist Respublikasının komsomol rəhbərlərindən olmuş Olqa Şatunovskaya öz memuarlarında Şuşa şəhərində baş vermiş hadisələrlə bağlı bir necə qeyd yazmışdır. Olqa Şatunovskaya yazırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti strateji baxımından əhəmiyyətli bir bölgədə yerləşən Dağlıq Qarabağ üzərindəki nəzarətini əsla itirmək istəmirdi. Azərbaycan tərəfindən bölgəyə siyasi muxtariyyət verilsə də, ərazidə yaşayan etnik ermənilərə məxsus bir çox məktəb və seminariyaların fəaliyyəti məhdudlaşdırılmışdı və 1920-ci ilin mart ayında baş vermiş qətliamlardan sonra ərazidə böyük dağıntılar və qətliamlar baş verdi.SSRİ dövlət xadimi Anastas Mikoyan və sovet yazıçısı Marietta Şağinyanda öz xatirələrində baş vermiş hadisələrlə bağlı yazmışdır. Şuşa şəhərini ziyarət edən Anastas Mikoyan yazırdı ki, əldə edilmiş kəşfiyyat məlumatlarına görə Azərbaycan Xalq Cümhuriyyətini idarə edən müsavat hökumətinə bağlı 30 min nəfərlik hərbi birləşmə Şuşa şəhərinə hücum edərək, şəhərdə etnik ermənilərin yaşadığı məhəllə və səmtləri mühasirəyə almışdılar. Anastas Mikoyan hadisələr nəticəsində həlak olmuş insanların sayları barədə dəqiq məlumat verməmişdir. Gürcü əsilli rus yazıçısı Anaida Bestavaşli Şuşa qətliamını eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində kül altında qalmış Pompey şəhəri ilə müqayisə etmişdir.Britaniyalı jurnalist və yazar Tomas de Vaal 2003-cü ildə yazmış olduğu Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında adlı məşhur əsərində 1920-ci ilin mart ayında baş vermiş hadisələr haqqında aşağıdakı fikirləri bildirmişdir;
https://az.wikipedia.org/w/index.php?curid=596610
Şuşada mədəniyyət
Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılmışdır. Şuşa və ona yaxın kəndlərin yaşayış tikililərinin memarlığı üçün plan həllinə tabelik və ondan irəli gələn aydınlıq və kompozisiya lakonikliyi xarakterikdir. Evlərin küçəyə baxan fasadı xüsusi işlənmiş giriş və ya darvazaya malikdir. Bu cür giriş əsasən fasadın ümumi memarlıq həcminə daxil edilir, həyət evin arxasında yox, yanında yerləşdikdə isə evdən ayrı yerləşən darvaza inşa olunurdu.Birinci mərtəbəsinə dükan və anbarlar yerləşən ticarət evlərinin küçəyə baxan fasadları adətən vitrin xarakteri daşıyan geniş pəncərələr və mağazaya giriş üçün nəzərdə tutulmuş geniş qapı şəklində işlənirdi. Daha erkən ev nümunələrində isə fasadlar daha qapalı görünüşə malik olmaqla, pəncərələr aralı yerləşdirilmiş, daha kiçik ölçülərə malik olmuş və bəzi hallarda kor nişlərlə əvəzlənmişdir. Daha sonrakı dövrün evlərinin fasadlarnda isə açıqlıq, plastiklik müşahidə edilir, pəncərələr daha böyük ölçü alır, bir çox evlərdə isə adi şüşə yerinə şəbəkə pəncərələr istifadə olunmuşdur. Küçə fasadlarınn əksinə olaraq, Şuşa evlərinin həyət fasadlarının inşasına xüsusi diqqət yetirilir, fasadın mərkəsinə əksər hallarda daş hörgü ilə kontrast təşkil edən taxta eyvan və ya şəbəkəli pəncərələrdən yığılmış şüşəbənd quraşdırılırdı.
https://az.wikipedia.org/w/index.php?curid=720816
Şuşadakı məscidlərin siyahısı
Şuşadakı məscidlərin siyahısı — Azərbaycan Respublikasının Şuşa şəhərində yerləşən, hal-hazırda mövcud olan və vaxtilə mövcud olmuş məscidlərin siyahısı. Bu, Şuşanın mədəni irsinin bir hissəsidir. Şəhərdəki ilk məscid Qarabağ xanlığının ilk hökmdarı Pənahəli xanın dövründə tikilmiş qamışdan tikilmiş ikiqapılı məscid olmuşdur. İndi Yuxarı Gövhər ağa məscidi kimi tanınan bu yerdə XVIII əsrin 60-cı illərinin axırlarında "Qamış məscid" tikilmişdir. XX əsrin əvvəllərində Şuşada 17 məscid var idi. Onlar şəhərin 17 məhəlləsinin hər birində bir dənə olmaqla şəhərin azərbaycanlı hissəsində yerləşirdi.2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə Şuşa şəhərində 15 məscid dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxil edilmişdir. Bunlardan Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Mehmandarovlar kompleksinin məscidi və Saatlı məscidi "ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri", daha 11 məscid isə "yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri" elan edilmişdir. Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=761206
Şuşakənd
Şuşikənd və ya bəzən Şuşakənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşikənd kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilin noyabr ayının əvvəlinə gədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şuşikənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Toponimikası Şuşikənd kəndi Qarabağ silsiləsindədir. Tədqiqatçılara görə, oykonim eranın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfaların özləri ilə gətirdikləri addır. II əsr müəllifi Tatsit Şimali Qafqazda dondarların mərkəz şəhərinin şoşu (latın dilində ş səsi olmadiğına görə müəllif onu Sosu kimi qeyd etmişdir) adlandığını yazmışdır. III-IV əsrlərdə şərqdən Cənubi Avropa çöllərinə gəlmiş hunlar dondarları da özlərinə tabe etmişlər. Ehtimal ki, dondarlar hunlarla birlikdə Azərbaycana gəlib məskunlaşdıqda yaratdıqları bəzi yaşayış məntəqələrinə şoşu şəhərinin adını vermişlər. 1727-ci ilə aid bir mənbədə Qarabağ düzündə (indiki Ağcabədi rayonunun ərazisində) Şuşi, Zəngəzurun Çulundur mahalında Şoşu, dağlıq Qarabağda Şuşaluqışlaq, XIX əsrdə şimali Qafqazda Şuşi, Şuşanova və Şuşanay adlı kəndlər vardı. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şuşikənd kəndinin əhalisinin sayı 527 nəfər, daimi əhalinin sayı 544 nəfər təşkil edirdi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=720632
Şuşanik Kurqinyan
Şuşanik Kurqinyan (erm. Շուշանիկ Կուրղինյան; 18 (30) avqust 1876, Gümrü, Rusiya imperiyası – 24 noyabr 1927[…], İrəvan, Ermənistan SSR, SSRİ[…]) — erməni şairəsi. Erməni feminist və proletar ədəbiyyatının banilərindən biri. Şuşanik Popolyan 1876-cı il avqustun 18-də Aleksandropolda (indiki Gümrü) usta ailəsində anadan olmuşdur. Yerli bir monastırda qızlar üçün ibtidai məktəbdə təhsil alır, rus gimnaziyasında oxuyur. 21 yaşında atasının dükanında işləyən Arşak Kurqinyanla evlənir. 1903-cü ildə əri ilə birlikdə Naxçıvan-na-Donuya köçür və Arşak burada öz mağazasını açır. 1905-ci il inqilabını böyük ruh yüksəkliyi ilə qarşılanır, fəhlə sinfinin mübarizəsini dəstəklənir. 1920-ci ildə Vladiqafqaza köçür və burada S. Şaumyan adına Erməni işçi klubunu təsis edir. 1921-ci ildə Gümrüyə qayıdır. 1925-ci ildə səhhətindəki problemlərə görə Xarkov və Moskvada müalicə olunur. Lakin müalicə ciddi nəticə verməyir və o, evinə qayıdır. 1926-cı ildə Aleksandropoldakı zəlzələdən sonra İrəvana köçür. 24 noyabr 1927-ci ildə ağır xəstəlikdən sonra vəfat edir. Komitas Panteonunda dəfn edilir. Şair Avetik İsaakyan onun haqqında belə deyirdi: “Şuşanikdə sirli bir şey var idi - əsl Sibil, sehrbaz: hündürboy, arıq, əsəbi, gözlərində fosfor parıltısı olan, ailə qayğılarından tamamilə uzaqdır”. Yaradıcılığı 1899-cu ildə Taraz jurnalında (Moda, № 30) çap olunmağa başlayır. 1905-1907-ci illər inqilabı zamanı o, proletariatın mübarizəsini tərənnüm edən çoxlu əsərlər yazır (“Azadlıq cingiltisi”, “Cəsarətlə irəli”, “İşçilər”, “Oraya get”, “Fəhlə nəğməsi” və s.). İnqilabın məğlubiyyətindən sonra o, irtica və tənəzzülə qarşı yönəlmiş bir sıra əsərlər yazır, inqilabçıları tərənnüm edir (“Kütləvi məzarlıqda”, “Həbsxana önündə”, “Qırmızı yürüş”). Kəskin şəkildə avtokratiyaya qarşı çıxış edir (“Qanlı taxtın altında od yansın”). “Xaçını uzaqlaşdır” əsərində o, gücün dayağı kimi xristianlığa qarşı çıxır. “Biz də birləşirik” əsərində qadınların azad edilməsinə çağırır. Kurqinyanın bəzi şeirləri məhəbbət və vətən həsrəti ilə doludur (“Payız nəğmələrindən”, “Alaqyaz yoxdur”). Sovet mənbələrində Kurqinyanın 1917-ci il Oktyabr inqilabına münasibəti haqqında müxtəlif fikirlər söylənilir. Ədəbi Ensiklopediya (1931) iddia edir ki, o, bu inqilabı qəbul etməyib və buna görə də oktyabrdan sonrakı dövrdə nisbətən az yazıb. Eyni zamanda, Qısa Ədəbi Ensiklopediya (1966) iddia edir ki, o, 1920-ci illərdə Oktyabr inqilabının nailiyyətlərini tərənnüm edən bir sıra əsərlər yazıb.
https://az.wikipedia.org/w/index.php?curid=750975
Şuşanın azad edilməsi
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdir. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini təsdiqləmiş, fəqət sonradan Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymışdır. Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan, eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdır. Şuşa şəhəri Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Şəhər 1994-cü ildə Birinci Qarabağ müharibəsinin sona çatmasından bəri Qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olmasına baxmayaraq, de-yure Azərbaycan Respublikasının Şuşa rayonunun bir hissəsidir. Şuşa dəniz səviyyəsindən 1300–1600 metr yüksəklikdə, separatçıların paytaxt elan etdikləri Xankəndi şəhərindən təxminən 15 kilometr (9.3 mil) uzaqlıqda yerləşir. İki şəhəri bir vadi ayırır və dağlıq ərazidə yerləşən, Xankəndi üçün bufer zonası olan Şuşa "bütün Dağlıq Qarabağı nəzarətdə saxlamağa imkan yaradan strateji yüksəklik" olaraq xarakterizə edilmişdir. Strateji şəhər həm Azərbaycanda, həm də Ermənistanda xalq arasında "əlçatmaz" dağ qalası adlandırılır. Ermənistanın cənubundakı Sünik mərzində yerləşən Gorus şəhəri ilə Xankəndini birləşdirən açar yol – Laçın dəhlizi Şuşadan keçir. Ermənistanı Dağlıq Qarabağa bağlayan digər əsas yol şimaldan, Kəlbəcər rayonundakı Murovdağ silsiləsindən keçir.1923-cü ildə, sovet hakimiyyəti dövründə əhalisi əsasən ermənilərdən təşkil olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılmış, lakin vilayətin inzibati mərkəzi əsasən azərbaycanlıların yaşadığı Şuşa şəhəri seçilmişdir. 1988-ci ilin fevralında, əksəriyyəti ermənilərdən təşkil olan DQMV hökuməti Azərbaycan SSR-dən ayrılmaq və Ermənistan SSR ilə birləşmək üçün qərar qəbul etmişdir ki, bu da Sovet İttifaqında yaşayan azərbaycanlılarla ermənilər arasında daha geniş etnik və ərazi münaqişəsinə gətirib çıxarmışdır. Sovet İttifaqı 1991-ci ildə süquta uğradıqdan sonra azərbaycanlılar və ermənilər Qarabağ üzərində nəzarəti saxlamaq üçün mübarizə aparmış və döyüşlər 1992-ci ilin əvvəllərində Ermənistan Silahlı Qüvvələrinin iştirakı ilə genişmiqyaslı müharibəyə çevrilmişdir. Dağlıq anklav o vaxta qədər öz müstəqilliyini elan edir və qondarma bir hökumət qurmuşdur. 8 may 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələri Şuşa şəhərini işğal etmişdir və 1979-cu ildə şəhər əhalisinin 85,5 %-ni təşkil edən azərbaycanlılar məcburi köçkün olmuşdur.Şəhər həm azərbaycanlılar, həm də ermənilər üçün tarixi, siyasi və mədəni əhəmiyyətə malikdir. Azərbaycanlılar Şuşa şəhərini bölgənin tarixi paytaxtı hesab edirlər və şəhər onlar üçün xüsusi mədəni əhəmiyyət daşıyır. Eyni zamanda, şəhərdə yerləşən və 2020-ci ilə qədər Erməni Həvari kilsəsinin Artsax Yeparxiyasının mərkəzi olan Qazançı kilsəsi ermənilər üçün dini əhəmiyyətə malikdir. 2021-ci ildə Ermənistan Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtını Şuşaya köçürməyi və burada qanunsuz məskunlaşmanı başa vurmağı planlaşdırırdı. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında tez-tez şəhərin işğaldan azad edilməsinin müharibənin əsas məqsədlərindən biri kimi xarakterizə etmişdir. O, 16 oktyabrda Türkiyə televiziyasına verdiyi bir müsahibədə "Şuşa olmasa, işimiz yarımçıq qalacaq" demiş, Qondarma Dağlıq Qarabağ Respublikasının Prezidenti Arayik Harutyunyan isə Şuşanı "əcdadlarımızdan bizə miras qalan ən böyük irslərimizdən biri" adlandırmışdır. Şəhərin simvolik əhəmiyyətinə baxmayaraq, Beynəlxalq Böhran Qrupunun azərbaycanlı analitiki Zaur Şiriyev Şuşanın ələ keçirilməsinin hərbi və ya siyasi bir hədəf olub-olmadığının qaranlıq qaldığını qeyd etmişdir. Azərbaycanlı siyasi analitik Fuad Şahbazovun fikrincə, Azərbaycan qüvvələrinin Şuşada qələbə çalması "cəbhədə olan və olmayan azərbaycanlılar üçün mənəvi qələbə kimi qəbul ediləcək" və o güman edir ki, bu da erməni əsgərləri arasında "ciddi demoralizasiya"ya səbəb olacaq. Döyüşdən əvvəl 27 sentyabr 2020-ci il tarixində de-fakto Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən və Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə edilən, lakin de-yure Azərbaycanın bir hissəsi olan Qarabağ bölgəsində döyüşlər başlamışdır. Azərbaycan qüvvələri əvvəlcə müvafiq inzibati mərkəzlərini işğaldan azad edərək Füzuli və Cəbrayıl rayonlarında uğur əldə etmiş, oradan Hadrut qəsəbəsinə doğru irəliləmişdir. 15 oktyabrda Hadrutun ələ keçirilməsindən sonra Azərbaycan qoşunları daha intensiv irəliləməyə, ermənilər isə geri çəkilməyə başlayırlar. Azərbaycan qüvvələri daha sonra Zəngilan və Qubadlı şəhərlərini işğaldan azad etmişdir. Onlar, həmçinin, Laçına hücuma keçir, meşələri və dağ keçidlərini aşaraq Şuşa rayonuna daxil olurlar.Müharibənin əvvəlindən Şuşa şəhərinin ara-sıra top atəşinə məruz qalması barədə xəbərlər yayılırdı. Oktyabrın 4-də Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə Şuşada, müharibədən cəmi bir neçə ay əvvəl separatçı rejimin rəhbəri Araik Arutyunyanın öz “inauqurasiyasını” keçirdiyi Mədəniyyət Evi darmadağın edildi. Zərbə nəticəsində həmin vaxt orada cəmləşən erməni hərbçiləri məhv edilib. Belə ki, zərbə zamanı binada 300-ə yaxın erməni hərbçisinin (sonradan onların Ermənistandan Qarabağa döyüşlərə göndərilən polislər olduğu üzə çıxmışdı) cəmləşdiyi məlum idi. Onların əksəriyyətinin öldüyü və yaralandığı bildirilir. Rəsmi mənbələr orada 20-dən çox polisin öldüyünü, 200-ə yaxınının yaralandığını təsdiq edir. Partlayış nəticəsində binanın damı dağılıb və içəridəkilərin üstünə tökülüb. 8 oktyabrda Şuşadakı Qazançı kilsəsinin bombardman edildiyi və ciddi ziyan gördüyü bildirilmişdir. Azərbaycan tərəfi bu insidentdə hər hansı bir məsuliyyətdən imtina etmişdir. Oktyabr ayı boyunca Şuşanın və eləcə də yaxınlıqdakı kəndlərin Azərbaycan qüvvələri tərəfindən top və raket atəşinə tutulması barədə xəbərlər yayılmış, Azərbaycan tərəfi isə xüsusən də şəhəri atəşə tutması haqqında yayılan xəbərləri təkzib edib. 28 oktyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Şuşadan bir neçə kilometr cənub-şərqdə yerləşən Çanaqçı kəndində vəziyyətin "gərgin" olduğunu bildirdi. Ertəsi gün Ermənistan Müdafiə Nazirliyi kənddə toqquşmaların baş verdiyini açıqlamış, Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan isə Azərbaycan qüvvələrinin Şuşadan 5 kilometr (3.1 mil) uzaqlıqda olduğunu etiraf etmişdir. 30 oktyabrda Daşaltı başda olmaqla Şuşa yaxınlığında toqquşmalar baş verib. Elə həmin gün "Abkhazian Network News Agency"nin müxbiri şəhər yaxınlığında böyük partlayışların eşidildiyini qeyd etmişdir. Ertəsi gün Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Şuşanın yenidən bombardmana məruz qaldığını açıqladı. Noyabrın 2-də Ermənistanın Müdafiə Nazirliyi də yaydığı bəyanatda Şuşa yaxınlığında şiddətli toqquşmaların baş verdiyini bildirib.Döyüşdən əvvəl, oktyabrın sonları və noyabrın əvvəllərində həm Azərbaycan, həm də Ermənistan bir-birini Şuşa yaxınlığında ağ fosfordan istifadə etməkdə günahlandırmışdır. 30 oktyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Azərbaycan qüvvələrini Şuşa yaxınlığındakı meşələri yandırmaq üçün fosfor istifadə etməkdə günahlandırmış, lakin Azərbaycan tərəfi bu iddiaları təkzib etmişdir. Noyabrın 20-də Azərbaycan Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələrini Şuşa ətrafında kimyəvi sursat istifadə edərək "ətraf mühitə böyük və uzunmüddətli ziyan vurmaqda" ittiham etmiş, bu məsələ barədə cinayət işi açmışdır. Həmçinin, Azərbaycan rəsmiləri Ermənistan Silahlı Qüvvələrinin bölgəyə ağ fosfor daşıdığını bildirmişdir. Ağ fosforun istifadəsi həm Azərbaycanın, həm də Ermənistanın imzalamadığı beynəlxalq müqaviləyə əsasən qadağan olunmuşdur. Oktyabr ayında Dağlıq Qarabağın cənubunda yerləşən, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan quru qoşunları təmas xəttini keçərək qərbə doğru irəliləməyə başladı. Oktyabr ayının ortalarına qədər Azərbaycan hərbi qüvvələri Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas şəhərlərdən hesab edilən Hadrutu azad etdi. Oktyabrın 22-dək Azərbaycan hücumu ilə Laçın şəhərinə və həyati əhəmiyyət kəsb edən dəhlizə 10 kilometr məsafəyə qədər yaxınlaşdı. Laçın dəhlizini itirməklə Ermənistan Dağlıq Qarabağdakı qüvvələrini təchiz etməkdə çətinliklə üzləşə bilərdi. Cavab olaraq və təzyiqi Laçın dəhlizindən uzaqlaşdırmaq üçün erməni qüvvələri çətin keçilən meşə-dağlıq ərazilərdə hərbi qüvvələrdən istifadə edərək əks-hücumlara başladılar və Azərbaycan qoşunlarının əsas təminat yolları boyunca pusqular qurmağa başladılar. 28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan XTQ qüvvələrinin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar. Məlumata görə, xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.Azərbaycan hesablarına görə, həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açır. Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çanaxçı və Sığnax kəndlərinə doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yol açılır. Bununla mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Nəticədə Azərbaycan bölmələri artilleriya qurğularını Çanaxçı ətrafına çəkə bilmişdi. Elə burada da yeni artilleriya dueli başladı. Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı.Noyabrın 4-də Ermənistan rəsmiləri döyüşlərin Şuşa yaxınlığında davam etdiyini bildirilmişdir. Azərbaycan qüvvələri Şuşa–Laçın yolununun bir hissəsinin nəzarətini ələ keçirmiş və separatçı rejim sonradan yolu mülki vətəndaşlara bağlamışdır. Sərhədsiz reportyorların verdiyi məlumata görə, beləliklə, 80-ə qədər jurnalist mühasirədə qalmışdır. Ermənistan rəsmiləri 5 noyabr səhəri Şuşanın ağır atəşə tutulduğunu və döyüşlərin ertəsi gün davam etdiyini bildirdi. Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçdilər, onlar şəhərə qayalıqlara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Çünki əsas hücumu bu yollardan gözləyirdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxdılar və yarğanlardan keçdilər. Oktyabrın 30-da erməni tərəfi döyüşlərin Şuşadan cəmi beş kilometr şərqdə getdiyini açıqladı. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə tutulmuşdu və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Stepanakertə (Xankəndi) qaçmasına səbəb olmuşdu. Müharibənin bu mərhələsində Şuşanın nəhəng dağların əhatəsində - sıldırım qayalar üzərində yerləşməsi səbəbindən müdafiə olunan erməni qüvvələri hələ də taktiki üstünlüyə sahib idilər. Azərbaycan hərbçiləri şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər. Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan ordusunun konvensional piyada qüvvələrinin Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. O günə qədər Azərbaycan tərəfi Şuşanın cənubundakı dağ silsiləsinə və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrinə nəzarəti təmin etmişdi. Həmçinin Azərbaycan ordusu Ermənistanın Şuşanı əhatə edən müdafiə mövqelərini minaatanlardan atəşə tutmağa başlamışdı. Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya yardımın gəlməsi artıq mümkün deyildi. Yəni Həkəri çayı üzərindəki əsas körpü də dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı. Bölgədəki nəzarətin itirildiyini görən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki əhalinin üzünə bağladı – 80-ə yaxın xarici reportyor döyüş bölgəsində təcrid vəziyyətində qaldı. Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Argişti Kərəmyan Qarabağdakı vəzifələrinin tamamlandığını qeyd edərək 6 noyabr səhər vaxtlarında Şuşanı tərk etmişdir. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan tərəfi şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya əks-hücumların qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Azərbaycan ordusunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər. Ertəsi gün minlərlə erməni Şuşa və Xankəndi şəhərlərindən qaçmış, yollarda tıxac yaranmışdır. 7 noyabrda Ermənistan rəsmiləri Şuşa və Daşaltı yaxınlığında şiddətli döyüşlərin baş verdiyini bildirmiş, eyni zamanda Azərbaycan tərəfinin bir neçə hücumunun dəf edildiyini bildiriblər, lakin Azərbaycan tərəfi bunu təkzib etmişdir və prezident İlham Əliyev Azərbaycan qüvvələrinin şəhərin cənub-şərqində, Xocalı rayonu ərazisində yerləşən Qarabulaq və Baharlı kəndlərini işğaldan azad etdiklərini açıqlamışdır.Azərbaycan qüvvələri 7 noyabrda şəhərə daxil olmuşdur. Əlavə olaraq, bir dəstə, Ermənistan tərəfi şəhərə əlavə dəstək göndərməsin deyə, Laçın dəhlizinin qarşısını almış, başqa bir dəstə isə Daşaltını işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin etmişdir. Azərbaycanın xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar. Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – T-72 tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi. Noyabrın 7-də səhər 09.00-da Şuşaya Ermənistan tərəfindən İsgəndər ballistik raketi atılmışdı. Raketin hədəfi azərbaycanlı hərbçilər idi. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb.Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və ermənilərin üç əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan binaya, yaxın məsafədən aparılırdı. Ermənistan qüvvələri günortadan sonra şəhərdən çıxarılmış və 8 noyabr səhəri Azərbaycan qüvvələri şəhərin kənarında əməliyyatlara davam etmişdir. İlham Əliyev, noyabrın 24-də, rayonun Ermənistan tərəfinin atəşkəs razılaşması çərçivəsində Azərbaycana təhvil verilməsindən sonra Ağdam şəhərinə səfəri zamanı, Azərbaycan əsgərlərinin yüngül silahlarla təchiz edildiyini təsdiqləmiş, onların Şuşa şəhərində ermənilərlə "demək olar, əlbəyaxa döyüş"də olduğunu qeyd etmişdir. Azərbaycan hesablarına görə, ağır artilleriya ilə dəstəklənən Ermənistan qüvvələrinin sayı ən azı 2000 nəfər idi. Erməni mənbələri və rəsmiləri döyüş zamanı Şuşadakı erməni qüvvələrinin sayı barədə heç bir açıqlama verməsə də, Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Harutyunyan bölgəyə təxminən 6000 Azərbaycan əsgərinin cəlb olunduğunu irəli sürmüşdür. İlham Əliyev 8 noyabr tarixində, günortadan sonra Azərbaycan qüvvələrinin şəhəri işğaldan azad etdiyi elan etmiş, həmçinin, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Hikmət Mirzəyevi də bu münasibətlə təbrik etmişdir. Hadisə yerindəki "İzvestiya" müxbiri prezidentin açıqlamasını təsdiqləsə də, qondarma rejimin rəsmiləri 8 və 9 noyabr tarixlərində şəhərin içində və kənarında döyüşlərin davam etdiyini bildirərək bunu təkzib etmişdir. 8 noyabrda Argişti Kərəmyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri postundan azad edilmiş və Mikayıl Ambartsumyan tərəfindən əvəz olunmuşdur. 9 noyabrda Azərbaycan Daxili Qoşunları mayoru Zaur Rəhimovun məruzəsi ilə şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycan Milli Ordusunun nəzarətində olduğunu təsdiq etmişdir. Həmçinin İlham Əliyev Azərbaycan qüvvələrinin şəhərin cənub və şərqindəki Çanaqçı, Sığnaq, Şuşakənd və Daşaltı da daxil olmaqla bir neçə kəndi işğaldan azad etdiklərini açıqlamışdır. Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi daha sonra Şuşa şəhərinə nəzarəti itirdiklərini etiraf edərək Azərbaycan qüvvələrinin Xankəndinə yaxınlaşdığını vurğulamışdır. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan döyüşün davam etdiyini bildirərək qondarma rejimin bəyanatının əleyhinə mövqe qoymuşdur. Bu iddia daha sonra Ermənistan Müdafiə Nazirliyi və erməni ictimaiyyətini çaxnaşma yaratmamağa çağıran Ermənistan Parlamentinin millət vəkili Nikolay Bağdasaryan tərəfindən təkrar edilmişdir. Bəzi ermənilər qondarma rejimin rəsmilərinin sosial şəbəkə hesablarının hakerlər tərəfindən sındırıldığını və açıqlamalarının həqiqəti əks etdirmədiyini irəli sürmüşdür. Bəzi erməni rəsmiləri və analitikləri də Azərbaycan rəhbərliyini "öz xalqına yalan danışmaqda" günahlandırmışdır. Bununla birlikdə, 10 noyabrda Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərinə nəzarət etdiyini təsdiqləyən atəşkəs razılaşmasının imzalanmasından sonra Paşinyan və Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Harutyunyan işğalçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Noyabr ayının ortalarında Beynəlxalq Qırmızı Xaç Komitəsi Rusiya sülhməramlı qüvvələrinin köməyi ilə hər iki tərəfdən həlak olmuş əsgərlərin cəsədlərini tapmağa və əsirlərin təhvil verilməsi prosesinə başlamışdır. 25 noyabrda rus mənbələri BQXK-nin Şuşa şəhərində ümumilikdə 2,000-dən çox cəsəd tapdığını bildirmişdir. Azərbaycan müharibə dövründə hərbi itkilərini açıqlamamışdır. Dekabrın 3-də Azərbaycan Müdafiə Nazirliyi müharibə boyu şəhid olan Azərbaycan hərbçilərinin ümumi sayını açıqlamış və detalların sonradan veriləcəyini əlavə etmişdir. Bununla birlikdə, Ermənistan rəsmiləri Şuşa yaxınlığında ən azı 200 Azərbaycan əsgərinin öldürüldüyünü iddia etmişdir. Azərbaycan hesablarına görə, yaralanan Azərbaycan hərbçiləri 9 noyabrda təxliyə edilmişdir. Ermənistan üçtərəfli razılaşmadan əvvəl döyüşdəki hərbi itkiləri ilə bağlı heç bir məlumat verməmişdir. 6 noyabrda "Le Monde" qəzeti Şuşa uğrunda gedən döyüşlər zamanı yaralanan erməniləri Xankəndi şəhərindəki xəstəxanalara yerləşdirmək üçün daha yer olmadığını qeyd etmişdir. 7 noyabrda Şuşadakı erməni qoşunlarının komandiri Seyran Ohanyanın ağır yaralandığı iddiaları ortaya çıxmışdır, ancaq bu, Ermənistan rəhbərliyi tərəfindən təkzib edilmişdir. Azərbaycan mərkəzli "Azeri Daily" saytı hərbi mənbələrə istinadən 800-dən çox erməni əsgəri cəsədinin Ermənistan tərəfinə təhvil verilməyə hazır olduğunu və Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfindən bu cəsədləri götürməyi istədiyini iddia etmişdir. Lakin 16 noyabrda Qondarma Dağlıq Qarabağ Prezidenti Arayik Harutyunyan Şuşa şəhərinin kənarından Ermənistan Silahlı Qüvvələrinə məxsus 150 cəsədin tapıldığını və yüzlərlə əsgərin hələ itkin olduğunu, Ermənistan Baş naziri Nikol Paşinyan isə 14–16 noyabr tarixlərində Şuşa yaxınlıqlarından 300-dən çox erməni cəsədinin tapıldığını etiraf etmişdir. 21 noyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi şəhər yaxınlığında yaralı bir erməni polis məmuru tapdıqlarını açıqlamışdır. Ətraflı bax: Dağlıq Qarabağ atəşkəs bəyanatı (2020)Döyüş İkinci Qarabağ müharibəsində həlledici məqam olmuşdur və həm Ermənistan ordusu, həm də daha geniş mənada erməni cəmiyyəti tərəfindən böyük bir zərbə kimi qiymətləndirilir. Döyüşdən iki gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla atəşkəs müqaviləsi imzaladığını elan etmişdir. Ermənistan politoloqu Suren Sarkisyana görə, Şuşanın itirilməsinin nəticələrini dərk etmək ermənilər üçün çətin olmuşdur. Sarkisyan bunun Ermənistan müxalifətindən hakimiyyət dəyişikliyi tələb etməsinə səbəb olacağını da əlavə etmişdir. Müharibədən sonra bir çox erməni Paşinyana qarşı çıxmış, bütün ölkədə şiddətli etirazlar başlamış və Paşinyanın müxalifləri arasında onun Şuşanı "satması" ilə bağlı ümumi iddia yayılmış. Həmçinin, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Ermənistan hərbi rəhbərliyini Azərbaycan qüvvələrinin Şuşanın yaxınlıqlarına çatmasına mane ola bilməməsinə görə tənqid etmişdir. Köçəryanın iddiasına görə, separatçı qüvvələrin yeni müdafiə xətti qurmaq üçün təqribən iki həftə vaxtı var idi və o vaxtı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi olan Vitali Balasanyan Şuşadakı erməni qüvvələrinə komandanlıq etmək məsuliyyətini boynuna almağı təklif etsə də onun təklifi geri çevrilmişdir. Bir sıra erməni hərbi rəsmiləri Ermənistanın hərbi vəziyyətinin bir çoxunun inandığından daha dəhşətli olduğunu iddia edərək Paşinyanı dəstəkləmişdir. Paşinyan iddialara cavab olaraq, Azərbaycan qüvvələrinin Şuşaya nəzarəti ələ keçirməsindən sonra Xankəndi şəhərinin müdafiəsiz qaldığını, Xankəndiyə nəzarətin də itirilməsindən sonra Əsgəran və Xocavənd ərazilərində xidmət edən 20–30 min erməni əsgərinin mühasirədə qalacağını bildirmiş və erməni əsgərlərinin həyatının onun üçün daha vacib olduğunu vurğulamışdır. Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan da xəyanət iddialarına qarşı çıxaraq separatçı qüvvələrinin şəhəri qorumaq üçün yetərli canlı qüvvəyə malik olmadığını qeyd etmişdir. Daha sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan qüvvələrinin Şuşaya nəzarəti ələ keçirməsi nəticəsində ermənilər üçün kritik bir vəziyyət yarandığını və Azərbaycanın Xankəndi şəhərini ələ keçirərək daha da irəliləyə biləcəklərini söyləmiş, müharibənin dərhal dayandırılmasının Ermənistan tərəfinin marağında olduğunu bildirmişdir. 3 dekabrda Qondarma Dağlıq Qarabağ Respublikasının Şuşi mərzinin icra başçısı müavini Samvel Arutyunyan qeyd etmişdir ki, döyüş nəticəsində Şuşadan təqribən 4500 erməni məcburi köçkün olmuşdur.Ermənistandan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın azad edilməsi barədə verdiyi xəbəri bayraq dalğalandıraraq, mahnı oxuyaraq və avtomobil siqnalları ilə qarşılayan azərbaycanlılar arasında bayram əhval-ruhiyyəsi yaranmışdır. İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıdakı Birinci Fəxri Xiyabanda çələngqoyma mərasimi keçirilmişdir. Həmçinin, Bakı buxtasındakı gəmilər fit vermiş, Moskva şəhərində yaşayan azərbaycanlılar fişəng nümayişi keçirmiş, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobillər ABŞ-da, Nyu-Yorkun Bruklin borosunda yolları bəzəmişdir. Ermənilər Şuşanı işğal etmələrini "Dağlarda toy əməliyyatı" adlandırdığından Azərbaycanda bəzi siyasi xadimlər buna istinadən Şuşanın işğaldan azad edilməsini "Dağlarda boşanma" deyə qələmə vermişdir. 2016 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmiş azərbaycanlı müğənni Səmra Rəhimli 1 dekabrda "Şuşa, biz qayıtmışıq" adlı bir mahnı buraxmışdır. 27 sentyabr və 10 noyabr tarixləri Azərbaycanda müvafiq olaraq Anım Günü və Zəfər Günü elan edilmişdir, lakin Zəfər Gününün qeyd edilmə tarixi dəyişdirilərək 8 noyabr təyin edilmişdir, çünki əvvəlki tarix Türkiyədə Mustafa Kamal Atatürkün anım günü ilə üst-üstə düşürdü. 4 dekabr saat 12:00-da Azərbaycanda şəhidləri yad etmək üçün bir dəqiqəlik sükut keçirilmişdir. Bununla əlaqələr ölkədə dövlət bayraqları endirilmiş, gəmilər fit, maşınlar isə siqnal vermişdir. Azərbaycan əsgərləri də Şuşa qalasının qarşısında dayanaraq müharibədə şəhid olanların xatirələrini yad etmişdir.Atəşkəs razılaşmasının ardından, 13 noyabrda bölgəyə yerləşdirilən Rusiya Silahlı Qüvvələrinə tabe 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadası şəhərin kənarında müşahidə postu qurmuşdur. Rusiya sülhməramlı qüvvələri açıqlamaya əsasən Şuşa şəhərinin daxil olmadığı Laçın dəhlizini də nəzarətə götürmüşdür. Şuşanın şimal girişi olan Gəncə qapısından keçən yolda yerləşən digər bir nəzarət-buraxılış məntəqəsi Azərbaycan hərbçiləri tərəfindən qorunduğu görülmüşdür. Beynəlxalq reaksiyalar Noyabrın 8-də İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edildiyini açıqlamasından sonra, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli ilində kütləyə müraciət edərkən Azərbaycanı təbrik edərək bunun "işğal edilmiş torpaqların qalan hissəsinin də tezliklə azad ediləcəyinə işarə" olduğuna inandığını bildirmişdir. Türkiyə mühəndisi və müharibə zamanı Azərbaycan tərəfindən geniş şəkildə istifadə edilən "Bayraktar TB2" PUA-sının yaradıcısı olan Səlcuq Bayraqdar da Azərbaycan xalqına təbrik mesajı göndərmişdir. Həmçinin, Türkiyədə vitse-prezident Fuad Oqtay, Milli Müdafiə Nazirliyi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, iqtidardakı AK Partiyasının müşaviri Ömər Çelik və Prezident Administrasiyasının media və kommunikasiya rəhbəri Fəxrəddin Altun və prezidentin müşaviri İbrahim Kalın Şuşanın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişdilər. 9 noyabrda İran millət vəkili Əhməd Əlirzabeygi "Şuşa şəhərinin işğaldan azad edilməsinin ədalətin bərpa olunduğu"nu sübut etdiyini ifadə edərək buna görə "qürurlu və xoşbəxt" olduğunu söyləmişdir. Pakistanın Azərbaycandakı səfiri də azərbaycanlıları təbrik etmişdir. Bakı şəhərində yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa və Qırğızıstanın keçmiş baş naziri Coomart Otorbayev da İlham Əliyevi təbrik etmişdir. "Şuşanın azad olunmasına görə" medalı sində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Şuşanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Xarici keçidlər Şuşa, Sən Azadsan ! (sənədli film)
https://az.wikipedia.org/w/index.php?curid=677273
Şuşanın dağları başı dumanlı
Şuşanın dağları başı dumanlı — xanəndə Xan Şuşinskinin Şuşa şəhərinə həsr etdiyi vətənpərvər Azərbaycan xalq mahnısı, əsərdə şəhər gözəl qızla müqayisə edilir. Tar və kamançanın müşayiəti ilə muğam üslubunda ifa olunur. Mahnını XX əsrdə yaşamış azərbaycanlı xanəndə Xan Şuşinski yazıb. Mahnı qrammofon valına yazılarkən bildirilmişdi ki, mahnıda "duman" və "ölürəm" kimi çoxlu kədərli sözlər var, xanəndə cavabında Şuşanın dumanlı dağ zirvələrindən birinə işarə edərək, söylədi ki, dağların zirvələri elə dumanlı olmalıdır, "ölürəm" kəlməsi isə həqiqi ölmək mənasında deyilmir. Buna baxmayaraq, Şuşinskidən mahnı sözlərinin dəyişdirilməsini tələb edərək söylədilər ki, sovet Şuşa dağlarının başı "dumanlı" ola bilməz, Xanəndə ilk sətiri "Şuşanın dağları deyil dumanlı"ya dəyişdirərək mahnını yazdı. Lakin mahnı indiki günümüzdə də öz ilkin variantında ifa olunur. Sonradan bu mahnı şifahi ənənələrdə geniş yayılaraq, xalq mahnısına çevrildi. O, həmçinin "Azərbaycan xalq mahnıları" (1967) toplusunda yer almışdır.Mahnı muğam ifaçıların triosunun ifasında "Dərviş Parisi partladır" (1976) Azərbaycan sovet filminin epizodlarının birində səslənir, filmin süjeti elə Qarabağda baş verir. Müəllif Xan Şuşinskinin sözlərinə əsasən, mahnıda Şuşa şəhərinin təbiəti gözəl qızla müqayisə edilir. Şuşa dağlarının başı dumanla örtüldüyü kimi, qadın da yaylıqla örtülüb. Dağların orta hissəsi lalə çiçəkləri ilə bol olması qızın qırmızı köynəkli olmasına işarə edir, dağın alt hissəsi isə onun yaşıl ətəyi ilə müqayisə edilməsidir. Müəllifin dediyi kimi, əgər bu sözlər dəyişdirilərsə, mahnının mənası da itər. Bəzi mənbələrdə Şuşa dağlarının başı dumanla örtüldüyünü göy rəng,"qırmızı qoftalı yaşıl tumanlı" bəndində isə müvafiq olaraq qırmızı və yaşıl rəngi dinləyicilərə bildirmək istəmişdir, yəni "Azərbaycan Xalq Cümruhiyyətinin bayrağını gizli mesajla dinləyicilərə göndərmişdir". Onun gizli mesajına səbəb, o zaman Azərbaycanın Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olmasıdır. Xarici keçidlər Xan Şuşinskinin ifasında mahnının yazısı
https://az.wikipedia.org/w/index.php?curid=485179
Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu
Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu — Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Reynhard Hess tərəfindən Şuşa haqqında əcnəbi müəllif tərəfindən xarici dildə ölkədən kənarda çap olunmuş ilk elmi fundamental monoqrafiya Müəllifin kitabı yazıb çap etdirməkdə məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. Avropada Azərbaycan haqqında məlumatların daha geniş yayılmasının vacibliyini qeyd etməkdir. Kitabın bu sahədə növbəti addım, eyni zamanda, ölkəmizlə bağlı elmi araşdırmalar aparmaq istəyən şəxslər üçün etibarlı mənbədir. Müəllif kitabın təqdimatında kitabın yazılma məqsədini barədə bildirmişdir ki, kitabın əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. O, kitabda işğalçıların Şuşanın irsini silmək, təhrif və inkar etmək və bununla da, Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kitab almandilli auditoriyaya, həmçinin Avropa oxucularına ünvanlanıb."Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" kitabı alman dilindədir. Həmçinin bax Maykl Reynhard Hess Xarici keçidlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ceyhun Bayramovun alman alim Mixael Reynhard Hess ilə görüşünə dair məlumatı Şuşanın irsi haqqında alman dilində yazılmış kitabın təqdimatı keçirilib
https://az.wikipedia.org/w/index.php?curid=756389
Şuşanın işğalı
Şuşanın işğalı və ya "Dağlarda toy" əməliyyatı (erm. "Հարսանիք լեռներում" ռազմագործողություն) — Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin qazandığı ilk əhəmiyyətli hərbi qələbə. Döyüş strateji cəhətdən əhəmiyyətli olan dağ şəhəri Şuşada 8 may 1992-ci il tarixində baş vermiş və erməni qüvvələrinin onu işğal edərək, azərbaycanlıları müdafiə mövqelərindən çıxartması ilə nəticələnmişdir. Döyüşlərin gedişi zamanı erməni silahlı birləşmələrinin qəsdən mülki obyektləri hədəf alması yerli sakinlərin ifadələri ilə təsdiqlənmişdir.Şuşa şəhərinin işğalı müharibənin gedişində həlledici rola malik oldu. Şəhər Azərbaycanın Dağlıq Qarabağda malik olduğu ən mühüm hərbi məntəqə idi. Onun itirilməsi nəticəsində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırıldı. Şuşanın işğal əməliyyatı 8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmiləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən–Kosalar istiqamətindəki Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Şuşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər. Bundan bir neçə dəqiqə sonra Su-25 təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərərgah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sarkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də "Ümumdünya xristian həmrəyliyi" və "Daşnaksütun" terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi. Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək bununla da Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar. Canhəsən – Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. İlk olaraq şəhəri "Sumqayıt OMONu" adlanan, birbaşa prezident Ayaz Mütəllibova tabe olan dəstə tərk etdi. Daha sonra Rövşən Əkbərovun komandanlığı altında olan əsgərlər və hərbi texnika Şuşnı tərk etdilər. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı. Bütün bu qeyri-bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi "qəhrəmanlıq" göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir "qəhrəman" kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu və ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 1800 erməni əsgərinə 500 azərbaycanlı əsgər müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. Şuşa uğrunda və ətrafında baş verən döyüşlər nəticəsində 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Rusiyanın rolu Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyilə Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb. Hər üç ölkə prezidentinin imzaladığı sənəddə 1 həftə ərzində Cənubi Qafqaz regionuna Rəfsəncaninin şəxsi nümayəndəsi Mahmud Vaezinin gəlməsi və aparılan danışıqlardan sonra atəşkəs rejiminin qüvvəyə minməsi, bütün kommunikasiyaların açılması və bütün tərəflərin iqtisadi ehtiyaclarının ödənilməsi nəzərdə tutulurdu. Lakin həmin razılaşma imzalandıqdan 1 gün sonra, mayın 8-də pozuldu. Qarabağdakı erməni qüvvələri Şuşanı ələ keçirərək, Tehranda əldə olunmuş razılaşmanın tamamilə qüvvədən düşməsinə səbəb oldu. Bəzi iddialara görə Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunub.[mənbə göstərin] Məqsəd Azərbaycanın Rusiyadan aralanmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər. 1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını "hərbi dövrün şıltaqlığı" adlandırmışdı və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxtda A. Mütəllibov devrildi. 289 kvadrat kilometr ərazisi olan Şuşa rayonunda həmin dövrdə 25.000 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Həmçinin bax Şuşanın azad edilməsi İkinci Qarabağ müharibəsi Xarici keçidlər Şuşanın İşğalı (video ANS) Hamının səhvi olur"- "Şuşanın məğlub generalı"nın 27 illik ETİRAFLARI (EKSKLÜZİV)
https://az.wikipedia.org/w/index.php?curid=167833
Şuşanın əhalisi
Şuşanın əhalisi — Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin əhalisi. İlk sakinləri Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlıdır. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirdi. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi qərara aldı. Dəniz səviyyəsindən 1300–1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verirdi. Seçilmiş ərazinin çox əlverişli hərbi–strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan 1754-cü ildə yeni qalanın tikintisinə başlamaq haqqında əmr verdi. 1756-cı ildə təhlükəsiz yaşamaq üçün zəruri işlər başa çatdırıldıqdan sonra Qarabağ xanlığının paytaxtı buraya köçürüldü. Yeni qala ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı. Yeni yarandığı dövrdə Şuşa cəmisi 162 ailənin yaşadığı kiçik bir yaşayış məntəqəsi idi. Rus məmurlarının XIX əsrin əvvəllərində tərtib etdikləri arxiv sənədinin məlumatından aydın olur ki, bu ailələrin hamısı azərbaycanlılardan ibarət idi. Bu o deməkdir ki, Şuşanın əsasını azərbaycanlılar qoymuş v ə ilk dövrdə burada ancaq azərbaycanlılar yaşamışlar. Sonrakı dövrdə şəhərdə yaşayan əhalinin sayı Qarabağ xanlığının müxtəlif mahallarından köçüb gələnlərin hesabına surətlə artmışdı. Bir tərəfdən çox əlverişli mövqeyə malik olması, digər tərəfdən isə Qarabağ xanlığının mərkəzinə çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali üçün çox cəlbedici edirdi. Əldə olunan məlumatlar göstərir ki, artıq XVIII əsrin sonu –XIX əsrin əvvəllərində burada 2 mindən çox ailə yaşayırdı. Əgər hər ailənin, orta hesabla, 5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, göstərilən dövrdə Şuşada 10 min nəfərdən çox əhalinin yaşadığını müəyyənləşdirə bilərik. Bu əhalinin əsas hissəsini Qarabağ xanlığının Dəmirçihəsənli, Kəbirli, Dizaq Cavanşir, Otuziki, İyirmidörd və Xaçın mahallarından köçüb gələnlər təşkil edirdi. Etnik tərkib Şuşanın əhalisi Azərbaycan türklərindən ibarət idi. Bunu şəhərin bütün məhəllə adlannın (Təbrizli, Culfalar, Hacı Yusifli, Merdinli, Saatlı, Köçərli, Xoca Mərcanlı və s.) Azərbaycan türkcəsində olması da sübut edir. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Şuşaya köçüb gələnlər arasında mənşəcə alban olub orta əsrlər dövründə erməni kilsəsinin təsiri altında qriqoryanlaşmış və erməniləşmiş əhali də var idi. Onların əksəriyyətini Qarabağ xanlığının Tativ, Xaçın və Dizaq mahallarından gələnlər təşkil edirdi. Lakin "Qarabağ əyalətinin təsviri" adlı sənədin məlumatları əsasında apardığımız hesablamalardan məlum olur ki, bu əhali Şuşada yaşayan bütün əhalinin cəmisi 27 % -ni təşkil edirdi. XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi. Türkmənçay müqaviləsinin şəhərin etnik tərkibinə təsiri XIX əsrin əvvəllərinə qədər Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Türkmənçay müqaviləsinin imzalanmasından sonra Şimali Azərbaycanda yaranmış siyasi sabitlik Şuşada əhalinin artmasına müsbət təsir göstərdi. XIX əsrin 70-ci illərindən başlayaraq yeni sənaye müəssisələrinin işə salınması şəhərdə işçi qüvvəsinə tələbatı xeyli artırmışdı. Bu isə şəhərdə əhalinin sayımn xeyli artmasına gətirib çıxardı. XIX əsrin əvvəli ilə müqayisədə Şuşada əhalinin sayı 2,5 dəfə artaraq əsrin sonunda 25881 nəfərə çatdı. XX əsrin əvvəllərində isə bu artım daha sürətlə getmiş və 1917-ci ildə şəhər əhalisinin sayı 43869 nəfərə çatmışdı. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin sayının sürətlə artması da Türkmənçay və 1829-cu ildə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Rəsmi məlumatlara görə Rusiya təkcə 1828–1830-cu illərdə Cənubi Qafqaza 40 min nəfər İran ermənisi və 84 min nəfər Türkiyə ermənisi köçürmüşdü. Ermənilərin Cənubi Qafqaza köçürülmələri bundan sonra dönməz xarakter almış v ə getdikcə güclənmişdi. Məhz bu kütləvi köçürmələrin nəticəsi idi ki, Türkmənçay müqaviləsindən keçən 80 il ərzində Cənubi Qafqazda ermənilərin sayı, təxminən 4,5 dəfə artmışdı. Rus qafqazşünası N. Şavrov yazırdı ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu gəlmədir. Məlikliklərin əhalisi XVII əsrdə və XVIII əsrin əvvəlində Qa- rabağın dağlıq hissəsində beş alban xristian məlikliyi (Xaçın, Çiləbörd, Gülüstan, Və- rəndə və Dizaq) mövcud idi. Bu məlikliklər- dən Xaçın məlikliyinin tarixi daha qədim olub, vaxtilə Albaniyanı idarə etmiş Mehra- nilər sülaləsinə gedib çıxır. XIII əsrdə bu quruma başçıhq etmiş Həsən Calal özünü "Alban çarı", "Alban hüdudlarının hakimi", "Xaçın və Arsax ölkəsinin knyazı" adlandırırdı. Xaçın məlikliyi istisna olmaqla qalan dörd alban məlikliyi Qarabağa gəlmə idilər. Mirzə Adıgözəl bəy yazır ki, Dizaq hakimi olan Məlik Yeqan Qarabağa XVIII əsrin əvvəllərində gəlmiş və daşıdığı "məlik" tituluna Nadir şah tərəfındən layiq görülmüşdü. Vərəndə məlikliyinin Qarabağda yaranma tarixi 1603-cü ilə aiddir. Bu məlikliyin əsasını Göyçə əsilzadələrindən olan və yaşadığı yerdə məruz qaldığı təqiblərdən yaxa qurtar- maq üçün Qarabağa qaçmış Məlik Şahnəzər qoymuşdu. Mirzə Adıgözəl bəyin Talış ad- landırdığı Gülüstan məlikliyinin hakimləri Qarabağa Şirvandan gəlmişdilər.88 Çiləbörd məlikliyinə başçılıq etmiş Məlik Yesai 1687-ci ildə Sünik hakimini öldürdükdən sonra Qarabağa qaçmış və XVIII əsrin 30-cu illərində Nadir şahın Osmanlı Türkiyəsinə qarşı apardığı müharibələr zamanı "göstərdiyi xidmətə görə" sultan tituluna layiq görülmüşdü.89 Beləliklə, mənşəcə alban olan Qarabağ məlikliklərinin əhalisinin etnik mənşə ba- xımından müasir ermənilərlə heç bir əla- qəsi yoxdur. Və bu məlikliklərin dördünün(Çiləbörd, Gülüstan, Vərəndə və Dizaq) əhalisi Qarabağın yerli əhalisi deyildi. Qarabağa Azərbaycanın başqa yerlərin- dən köçüb gəlmişdilər. XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali Qarabağ xanlığınm əhalisinin olduqca az bir qismini təşkil edirdi. "Qarabağ əyalətinin təsviri"ndə verilmiş məlumatlardan aydın olur ki, 1823-cü ildə Qarabağ xanlığında yaşayan 20035 ailə- dən 15729-unu azərbaycanlı, 4366-smı isə mənbədə düzgün olmayaraq "erməni" kimi qələmə verilən alban-xristian ailələri təşkil edirdi. "Qarabağ əyalətinin təsviri" demoqrafık proseslərin heç də azərbaycanlılar üçün əlverişli olmayan bir dövrdə tərtib edildiyindən bölgədəki etnik mənzərəni olduğu kimi əks etdirmir. Belə ki, 1804–1813-cü illər Birinci Rusiya-İran müharibəsinin törətdiyi kütləvi aclıq, dağıntı və xəstəliklər, eləcə də müharibədən sonrakı illərdə Qarabağ xanlığında tətbiq edilən amansız işğal rejimi burada azərbaycanhlann sayının kəskin şəkildə azalmasına səbəb olmuşdu. Rus generalı P.S.Kotlyarevskinin bu dövrə aid raportlanndan birində göstərilirdi ki, Qarabağ xanlığının Rusiyanın tərkibinə qatıldığı 1805-ci ildən keçən 7 il ərzində bu xanlıqda yaşayan 4845 azərbaycanlı ailəsi öz yaşayış yerini tərk edərək İrana qaçmağa məcbur olmuşdur. Bu proses sonrakı illərdə də davam etmişdir. Rusiya işğal rejiminin amansız təqiblərinə tab gətirə bilməyən sonuncu Qarabağ xanı Mehdiqulu xan 1822-ci ildə İrana qaçmağa məcbur olmuş və bu zaman özü ilə xeyli azərbaycanlı ailəsini də aparmışdı. Oxşar proseslər Şuşa şəhərində də getmişdi. XVIII əsrin sonlarında 10 min nəfər əhalinin yaşadığı bu şəhərdə XIX əsrin əwəllərində əhalinin sayı, təxmi- nən, 2–3 min nəfər azalmışdı. Bunun səbəblərindən bəhs edən S.A.Yegiazarov yazırdı ki, Şuşa əhalisinin bir qismi Ağa Məhəmməd şah Qacarla müharibə zamanı qaçıb dağılmış, digər qismi isə Qarabağ xanlığı Rusiyaya qatıldıqdan sonra İrana köçmüşdü. Hətta bu ağır müstəmləkə və ayrı-seçkilik şəraitində belə, xristian əhali Qarabağ xanlığında, o cümlədən Şuşa şəhərində əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ildə Şuşada yaşayan 1532 ailənin 1000-dən çoxu azərbaycanlılardan, təxminən, 500-ü isə ermənilərdən (yəni erməniləşmiş albanlardan) ibarət idi. Şuşa şəhərində əhalinin etnik tərkibinin bu nisbəti, hətta çar hökumətinin erməniləri kütləvi surətdə İrandan və Osmanlı imperiyasmdan Qarabağa köçürdüyü dövrdə — XIX əsrin 30-cu illərində də dəyişməmişdi. Həmin dövrdə şəhərdə qeydə alınmış 1698 ailənin 936-sını azərbaycanlılar təşkil edirdi. Xristianlaşdırma siyasəti XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Şuşaya köçüb gələnlər arasında mənşəcə alban olub orta əsrlər dövründə erməni kilsəsinin təsiri altında qriqoryanlaşmış və erməniləşmiş əhali də var idi. Onların əksəriyyətini Qarabağ xanlığının Tativ, Xaçın və Dizaq mahallarından gələnlər təşkil edirdi. Lakin "Qarabağ əyalətinin təsviri" adlı sənədin məlumatları əsasında apardığımız hesablamalardan məlum olur ki, bu əhali Şuşada yaşayan bütün əhalinin cəmisi 27 % -ni təşkil edirdi. XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi. Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərdi. Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin, 1840-cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrildi. Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanda yaranmış siyasi sabitlik Şuşada da əhalinin sayının artmasına gətirib çıxardı. XIX əsrin 70-ci illərindən başlayaraq fabrik-zavod istehsalının yaranması ilə əlaqədar işçi qüvvəsinə tələbatın artması da şəhərdə əhali artımını xeyli sürətləndirdi. XIX əsrin əvvəli ilə müqayisədə Şuşada əhalinin sayı 2,5 dəfə artaraq əsrin sonunda 25.881 nəfər təşkil etmişdi. XX əsrin əvvəllərində isə bu artım daha sürətlə getmiş və 1917-ci ildə şəhər əhalisinin sayı 43.869 nəfərə çatmışdı. Lakin Şuşada müşahidə edilən bu artım heç də şəhərin köklü sakinləri olan azərbaycanlıların hesabına baş verməmişdi. Rus çarizminin həyata keçirdiyi köçürmə siyasəti burada indiyə q ədər mövcud olmuş etnik balansın pozulmasına, ermənilərin sayca surətlə artmasına gətirib çıxartdı. Təkcə onu göstərmək kifayətdir ki, Şuşada əhalinin ümumi sayı 1897-ci ildə 25.881 nəfərdən artıraraq 1913-cü ildə 42.568 nəfərə çatdığı halda, azərbaycanlıların sayı (10 min nəfər) faktiki olaraq dəyişməz qalmışdı. XIX əsrin sonu — XX əsrin əvvəllərində köçkün ermənilərin hesabına şəhərdə əhalinin mexaniki artımı təbii artımı bir neçə dəfə üstələmişdi. Sovet hakimiyyəti illəri 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin bərqərar edilməsi Qarabağın, o cümlədən, Şuşayanın əhalisinin etnik tərkibinə təsirsiz qalmadı. Həyata keçirilən repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu. Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə m əruz qaldı. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü il iyulun 7-də h əyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi. Görünür, ermənilər Azərbaycana qarşı hazırladıqları m əkrli palanları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa şəhəri isə AK(b)P MK Rəyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi. Sovet hakimiyyəti Şuşa şəhərində yaşayan əhalinin sayına və milli tərkibinə ciddi təsir göstərdi. Vaxtilə Azərbaycanın böyük və abad şəhərlərindən biri olmuş Şuşada, təxminən 50 il ərzində, əhalinin sayı 3 dəfədən də çox azalmışdı. Belə ki, 1917-ci ildə burada 43.869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı c əmisi 13.664 nəfər təşkil etmişdi. Sovet hakimiyyəti dövründə Şuşada yaşayan əhalinin milli tərkibi də ciddi dəyişikliyə məruz qaldı. Şuşanın Qarabağın mərkəzi statusundan məhrum edilməsi ona gətirib çıxardı ki, çar hökumətinin köçürmə siyasəti dövründə burada yerləşdirilmiş ermənilər tədricən onu tərk etdilər. 1970-ci ildə şəhərdə yaşayan 13.664 nəfər əhalinin yalnız 3577 nəfərini ermənilər təşkil edirdi. Sonrakı illərdə bu tendensiya daha da güclənmişdi. 1989-cu ildə Şuşada yaşayan 20.579 nəfər əhalinin cəmisi 1.377 nəfəri ermənilərdən ibarət idi. Demoqrafik vəziyyət 1823-cü ilə aid statistik məlumatına görə, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (alban mənşəli) ailələri təşkil edirdi. 2000-ci ilin yazında Şuşada üç min nəfərdən az insan yaşayırdı. Bunların əksəriyyətini Azərbaycandan qaçqın düşmüş kasıb ermənilər təşkil edirdi. Sosial tərkib Azərbaycanm digər şəhərləri kimi, Şuşada da əhalinin sosial tərkibi rəngarəng idi. Burada xan nəslinə mənsub ailələrlə yanaşı, bəylərin, dövlət məmurlarının, din xadimlərinin, tacirlərin, sənətkarların, maafların, hərbçilərin, müəllimlərin, tibb işçilərinin və başqalarının ailələri yaşayırdı. 1830-cu il məlumatına görə Şuşada 56 bəy, 64 müsəlman ruhanisi, 21 xristian din xadimi, dükanı olan 200 tacir və emalatxanası olan 266 sənətkar yaşayırdı. XIX əsrin ikinci yarısından başlayaraq, şəhərin iqtisadi həyatında müşahidə edilən canlanma və bununla əlaqədar əhalinin sayının sürətlə artması əhalinin sosial tərkibinə də ciddi təsir göstərmişdi. 1897-ci ildə keçirilmiş ümumrusiya siyahıyaalmasına görə Şuşada 2272 nəfər zadəgan, 270 nəfər din xadimi, 1416 nəfər tacir, 2738 nəfər sənətkar, 97 nəfər dövlət məmuru, 334 nəfər hərbçi və başqaları qeydə alınmışdı. Göründüyü kimi, Şuşada yaşayan əhali arasında imtiyazlı silkin nümayəndələri çox idi. Bu, hər şeydən əvvəl, şəhərin yaranıb formalaşdığı XVIII əsrin ikinci yarısı — XIX əsrin əwəllərində ara müharibələrinin və yadelli hücumların fasiləsiz davam etdiyi bir şəraitdə şəhərin etibarlı sığınacaq yeri olması ilə bağlı olmuşdur. Şuşanın kurort şəhəri kimi şöhrət qazanması da bu məsələdə az rol oynamamışdı. Şəhərin külli miqdarda süfrə və müalicəvi bulaqlara malik olması, dörd tərəfdən alp çəmənlikləri ilə əhatə olunması, büllur kimi təmiz havası onu bütün imkanlı adamlar üçün cəlbedici edirdi. Elə bu səbəblərdən idi ki, Qarabağ bəylərinin əksəriyyəti Şuşada yaşamağa üstünlük verir, burada özləri üçün təmtəraqlı imarətlər tikdirirdilər. Məşğuliyyət Şuşa şəhəri XVIII əsrin sonlarından başlayaraq bütün Cənubi Qafqazın mühüm ticarət mərkəzlərindən birinə çevrilmişdi. Şuşadan çıxan ticarət karvanları müxtəlif Azərbaycan xanlıqlarına gedir, geri qayıdarkən isə həmin xanlıqlarda istehsal olunmuş məhsulları Şuşa bazarlarına daşıyırdılar. XIX əsrin əvvəllərində Şuşaya Dərbənddən qızıl boya, Şəki xanlığından silah, ipək, mahud, yapıncı və xalça, Bakıdan neft və zəfəran, Naxçıvandan duz və bez parça, Gəncədən zəy və meyvə gətirilirdi. XIX əsrin ikinci yarısına aid mənbələrdən birində göstərilir. "Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adamlar axışıb gəlməkdədir". Şuşanın ticarət əlaqələrində Cənubi Azərbaycan və İran şəhərləri, xüsusilə Təbriz şəhəri mühüm yer tuturdu. Bu şəhərlərdən Şuşaya daha çox toxuculuq məhsulları gətirilirdi. 1830-cu ildə Təbrizdən Şuşaya 300 tay bürmet parça, 300 yük bez parça, 1000 arşın qanavuz parça, 200 ədəd qələmkar parça, 2000 ədəd ipək yaylıq, 1000 ədəd örtük və s. gətirilmişdi.117 Bu növ parçalar və digər toxuculuq məmulatları, həmçinin müxtəlif növ ədviyyat, qənd, xına, dəri və s. məh- sullar Şuşaya Xoy, Ərdəbil, Urmiya şəhərlərindən və İrandan da idxal edilirdi. Ümumiyyətlə, Cənubi Azərbaycandan və İrandan Şuşaya gətirilən məhsulların illik həcmi 140 min gümüş rubla bərabər idi.118 Şuşa tacirləri Osmanlı imperiyası, Rusiya, Hindistan və Avropa ölkələri ilə də qızğın ticarət əlaqələri saxlayırdılar. Şuşanın XIX əsrdə ticarət əlaqələrindən bəhs edən mənbələrdən birində göstərilirdi ki, bu şəhər "Qərbin və Şərqin bir çox ölkələri ilə ticarət edirdi. Həmin dövrdə Şuşaya Qafqazın, Osmanlı imperiyasının, Rusiyamn, İranın, İraqın və Hindistanm müxtəlif şəhərlərindən tez-tez tacirlər gəlirdilər. Şuşa tacirləri də həmin ölkələrdə olur, hətta Almaniyadakı məşhur Leypsiq yarmarkasında iştirak edirdilər. İpəklə ticarət edən şuşalı tacirlər Nijniy Novqorod yarmarkasına gedirdilər. Onlara Konstantinopol bazarlarında da rast gəlmək olardı". XIX əsrdə və XX əsrin əvvəllərində Şuşa Rusiya şəhərləri ilə geniş ticarət əlaqələri saxlayırdı. Moskvada və Novqorodda qızğın ipək ticarəti ilə məşğul olan şuşalı tacirlər Rusiyadan mahud, pambıq və ipək parçalar, çini və şüşə qablar, dəmir, mis və dəmir məmulatları, müxtəlif növ xəzlər, kağız və s. alıb gətirirdilər. Şuşa şəhəri özünün sənətkarlıq məhsulları ilə də şöhrət qazanmışdı. Şuşa sənətkarları həm daxili tələbatı ödəmək, həm də digər Azərbaycan xanlıqlarına və xarici ölkələrə ixrac etmək üçün müxtəlif növ sənətkarlıq məhsulları istehsal edirdilər. Şəhər əhalisinin sənətkarlıq məhsullanna olan tələbatının ödənilməsi də yerli sənətkarların üzərinə düşürdü. "Qarabağ əyalətinin təsviri"ndən aydın olur ki, XIX əsrin əvvəllərində Şuşada 50-dən artıq sənətkarlıq sahəsi üzrə ixtisaslaşmış sənətkarlar fəaliyyət göstərirdi. Onların arasında papaqçılar, çəkməçilər, dərzilər, dülgərlər, həllaclar çoxluq təşkil edirdilər. Bu dövrdə Şuşada ayrı-ayrı sənətkarlıq sahələri, xususlIə toxuculuq və xalçaçıhq getdikcə daha çox əmtəə xarakteri daşıyır, sifarişlə məhsul ıstehsalı ılə yanaşı, bazar üçün məhsul istehsalı da genişlənirdi. Sənətkarlıq məhsulları istehsalı şəhərin iqtisadi həyatın.n əsasını təşkil edirdi. Qeyd etmək lazımdır ki, Şuşada ev sənətkarlığı da yüksək inkişaf etmişdi. Şəhərdə ev şəraitində çoxsaylı toxucular və xalçaçılar fəaliyyət göstərirdi. Rusıya-Iran müharibələrinin başa çatmasından az sonra tərtib olunmuş rus mənbələrındən birindədə göstərilirdi: "Bütün İranda olduğu kimi, bizim müsəlman yılayətlənndə də ıpək və pambıq parçalar fabrikdə deyil, daha çox şəhər əhalisi tərəfındən evlərdə ıstehsal edilir" Bu, toxuculuq istehsalmda qadın əməyindən genış istifadə edilməsilə bağı idi. Şəriət qaydalanna görə müsəlman qadınların şəhərin ictimai yerlərində emalatxana açıb əmək fəaliyyəti ilə məşğul olmaları məqbul hesab edilmirdi. Azərbaycanda qadın toxucuların əmək və məişət şəraiti haqqında ətraflı məlumat verən müəlliflərdən biri yazırdı: "Ev qayğılarından başqa digər məşğuliyyəti olmayan qadınlar bütün sərbəst vaxtlarını yun, pambıq və ipək əyirilməsinə sərf edir, sonra isə parça toxuyurdular. Qadınlar əyiricilik və toxuculuqdan başqa, daha incə sənətlərlə — ipək üzərinə naxış vurmaq və digər zərif, zəhmət tələb edən işlərlə məşğul olurlar". Şuşada sənətkarlığın inkişafı və sənətkarların sayı digər mənbələrdə də öz əksini tapmışdır. Məsələn, Həştərxan gömrükxana idarəsinin direktoru N.İva- novun 1809-cu ilə aid olan məlumatından aydın olur ki, bu dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Əslində, 1500 toxucu dəzgahı ən azı 1500 sənətkar deməkdir. Əgər bu rəqəmin üzərinə digər sənət sahiblərini, habelə ev şəraitində fəaliyyət göstərən xalçaçıları və toxucuları da əlavə etsək, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Şuşada 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi aydın olar. Göründüyü kimi, toxuculuq Şuşada ən geniş yayılmış və inkişaf etmiş sənət sahələrindən biri idi. Qarabağ xanlığında pambıqçılığın yüksək inkişaf səviyyəsinə çatması burada müxtəlif növ pambıq parçaların istehsah üçün daha əlverişli şərait yaradırdı. XVIII əsrin sonlarında Şuşada və onun ətrafında yerləşən yaşayış məntəqələrində pambıq parça istehsal edən 1000-dək toxucu dəzgahı fəaliyyət göstərirdi. İstehsal edilən pambıq parçalar yerli əhalinin tələbatını ödəməklə yanaşı, Rusiya və İrana da ixrac edilirdi. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Şuşa şəhərində memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərlərini qeyd etmək olar. Tanınmış sakinləri Şəhərin tanınmış sakinlərdən şair Mirzə Rəhim Fəna, heykəltaraş Münəvvər Rzayeva, jurnalist Haşım bəy Vəzirov, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, futbol hakimi Eldar Əzimzadə, bəstəkar Süleyman Ələsgərov, dövlət xadimi İskəndər Əliyev, həkim Azad Əmirov, tarzən Məşədi Cəmil Əmirov, mühəndis Teymur bəy Aslanov, Sovet İttifaqı Qəhrəmanı və Azərbaycanın Daxili İşlər Naziri Xəlil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov, müğənni Sürəyya xanım Qacar, hərbçi Azad bəy Vəzirov, dramaturq Süleyman Sani Axundov və digərlərini qeyd etmək olar.
https://az.wikipedia.org/w/index.php?curid=543166
Şuşa–Xankəndi yolunda etiraz aksiyası
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. Xrolonogiya 12 dekabr, 1-ci gün Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı. Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır. Bundan sonra Azərbaycan tərəfi etirazçılar üçün qurulmuş çadırlara isti yemək çatdırılmasına başladı. Ermənistanın baş naziri Nikol Paşinyan isə öz növbəsində Azərbaycan ordusunun Xankəndiyə hücuma hazırlaşdığını iddia edərək, beynəlxalq ictimaiyyətin buna ciddi yanaşmalı olduğunu açıqladı. Bundan sonra erməni mətbuatı Xankəndidə yaşayan ermənilərin geniş aksiyaya hazırlaşdığı barədə məlumatlar yayımladı. Bir qədər sonra Rusiya prezidenti Vladimir Putin həm Azərbaycan prezidenti İlham Əliyevlə həm də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsinə çıxdığı, Xankəndi-Laçın yolunda baş verənləri müzakirə etdiyi bildirildi. Erməni mətbuatında, Xankəndidəki ermənilərin də əraziyə gəlmək istədiyi, lakin polis tərəfindən qarşılarının kəsildiyi məlumatları yer aldı. 13 dekabr, 2-ci gün Aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb etməyə davam etdilər. Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başladı. Aksiya iştirakçıları səsucaldıcılarla "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarlarını səsləndirməyə başladılar. Sülhməramlıların üzərindəki iriçaplı silahlar, xüsusilə RPQ-7 və pulemyot mülki aksiya keçirən etirazçıların narahatlığına səbəb oldu. Aksiya iştirakçılarının qarşısını kəsən Rusiya sülhməramlıları ərazidə modul tipli kazarmalar quraşdırmağa və əraziyə işıq generatorları gətirməyə başladı. Buna cavab olaraq, aksiyaçılar, "Əsgər Marşı" oxumağa başladılar. Axşam saatlarına yaxın, aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əraziyə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri ilə yanaşı, polislər də cəlb edildi. Aksiya iştirakçılar polislərin əraziyə gəlişini alqışlarla qarşıladı və "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Yaşasın Azərbaycan!" şüarları ilə aksiyanı davam etdirdilər. Gecə saatlarına doğru aksiya iştirakçılarının sayı bir qədər də artdı. 14 dekabr, 3-cü gün Havanın soyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam etdi. Etiraz aksiyasında səsgücləndiricilər vasitəsilə vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. Aksiyaçıların Rusiya sülhməramlılarının postlarında Azərbaycanın aidiyyəti qurumlarının əməkdaşlarının da xidmət aparmasını tələb ediblər. Etirazçılar Qarabağ ermənilərinə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazır olduqlarını bildiriblər. Rusiya sülhməramlısının aksiyasının iştirakçısı ilə qısa dialoqunda "İnşallah, Qarabağ Azərbaycandır!" cümləsi diqqət çəkib. Aksiya keçirilən ərazidən Rusiya sülhməramlılarına məxsus avtomobil maneəsiz hərəkət edib. Aksiyada "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ən böyük əsgər, bizim əsgər!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan oyaqdır, sərvətinə sahibdir!" şüarları səsləndirilib. Aksiya iştirakçıları tərəfindən havaya 44 ədəd göyərçin uçurulub. 15 dekabr, 4-cü gün Etirazçılar ərazidə quraşdırılan çadırlarda gecələyiblər. Əraziyə Rusiya sülhməramlıları tərəfindən üç ədəd səsgücləndirici gətirilib. Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 7 nəfərin yaralanması, bir nəfərin şəhid olması ilə bağlı aksiyada "Mina terroruna son!" şüarını səsləndirilib. Aksiya iştirakçıları növbəti dəfə humanitar mövqe nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar. 16 dekabr, 5-ci gün Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər. Onlar ərazidə şamlarla "Stop ekoterror" yazıblar. Dinc aksiyanın iştirakçıları "Stop ekoterror"yazısının ətrafında bayraqlarla durublar. Rusiya sülhməramlılarının və aksiya iştirakçılarının dünya çempionatı oyununu izləməsi üçün ərazidə iri monitor quraşdırılıb. 18 dekabr, 7-ci gün Etirazçılar və Rusiya sülhməramlıları Dünya Çempionatının Argentina və Fransa yığmaları arasındakı final oyununu monitordan izləyiblər. 19 dekabr, 8-ci gün Ekofəallara dəstək olmaq məqsədilə mina terrorundan əziyyət çəkən vətəndaşlarımız da bu gün əraziyə gəliblər. Rusiya sülhməramlılarına məxsus təchizat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb. Aksiyaya iştirakçıları "Azərbaycan oyaqdır, sərvəti də dayaqdır", "Ekoloji terrora son", "Ekoloji cinayətə son", "Stop terror", "Ekoloji terrora yox" şüarları səsləndiriblər. Etiraz aksiyasının iştirakçıları tar, kamança, skripka, qarmon və gitara ilə vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ" təsnifi, "Sarı gəlin" və digər mahnılar səsləndiriblər. 20 dekabr, 9-cu gün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus maşınlar və təcili yardım avtomobilinin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. Etiraz aksiyasının iştirakçıları fləş-mob təşkil ediblər. Aksiya iştirakçıları tərəfindən 884 ədəd Rubik kubundan ibarət olan "Save the ecology" yazılmış mozaik portret yığılıb. Hava şəraiti nəzərə alaraq, QHT fəalları fasiləsiz dinc aksiya iştirakçıları üçün yolun kənarına çəlləklər gətiriblər. Çəlləklərin içərisində isə tonqallar qalanıb. Ərazidə havanın mənfi dörd dərəcə olmasına baxmayaraq aksiya davam etdi. 21 dekabr, 10-cu gün Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqda davam etdi. Gün ərzində dinc aksiya iştirakçıları davamlı olaraq vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ", "Xudayar" təsnifləri və digər mahnılar ifa etdilər. 26 dekabr, 15-ci gün Etirazçılar günə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladılar. Qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri David Babayan bildirdi ki, yolun bağlı olması yerli əhali üçün "humanitar fəlakəti" yaxınlaşdırır. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu məsələyə münasibətində isə, Laçın yolunda etirazların, humanitar böhran təhdidi yaratması ilə bağlı iddiaların heç bir əsası olmadığını və Azərbaycan hökumətinin erməni sakinlərin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan etdi. 27 dekabr, 16-cı gün 28 dekabr, 17-ci gün Sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkov ekofəalların qarşısına çıxmasa da erməni seperatçılarla danışıqlara başlayıb. 30 dekabr, 19-cu gün Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Aksiya ərazisində Yeni il münasibətilə şam ağacı quraşdırılıb. 31 dekabr, 20-ci gün Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyasının ərazisində bayram konserti keçirilib. 7 yanvar, 27-ci gün Aksiya başlayandan 7 yanvar tarixinə qədər 330-u Rusiya sülhməramlı kontingentinə məxsus, 3-ü təcili tibbi yardım və 31-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin olmaqla cəmi 364-dü avtomobil yolun hər iki istiqaməti üzrə keçid həyata keçirib.Azərbaycan mediasında sülhməramlıların yerli əhali üçün ərzaq daşıdığı, ermənilərin verdiyi məlumata cavab olaraq 120 min yox, 15-20 min əhalinin Xankəndində olduğu iddiaları irəli sürüldü. 28 aprel, 138-ci gün Günün birinci yarısında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib. Görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib. Görüşdə iştirakçılara aksiyanın dayandırılması təklif olunub.Saat 16:00 radələrində iştirakçıların bəyanatı oxunub: Bununla da, Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası saat 18:00-dan müvəqqəti dayandırılır. Reaksiyalar Azərbaycan Xarici İşlər Nazirliyi "mülki nəqliyyatın hər iki istiqamətdə sərbəst hərəkət edə biləcəyini" deyərək blokadanı təkzib edib və "Qarabağda yaşayan etnik ermənilərin humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu" bildirib.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Rusiya sülhməramlılarının Xankəndi-Laçın yolunda azərbaycanlı fəalların keçirdikləri aksiyaya mane olmaq cəhdlərini pisləyib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev yolun azərbaycanlı etirazçılar tərəfindən deyil, sülhməramlı kontingenti tərəfindən bağlandığını qeyd edib. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edən Fransanın "Le Monde" qəzetini tənqid edib. Azərbaycandakı dini konfessiya rəhbərləri Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıblar. Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icma rəhbərləri bəyanat yayıblar. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə: “Çox təəssüf ki, ABŞ-nin ATƏT-dəki sədri “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb”. Dağlıq Qarabağ — Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı Arayik Harutyunyan bildirib ki, "Azərbaycanın aqressiv davranışı, onun vasitəsilə əhalimizi terrora salması son dərəcə qəbuledilməzdir." Ermənistan — Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanın təxribatçı hərəkətləri irimiqyaslı humanitar fəlakətə səbəb ola bilər. Braziliya — Səfir Filho dəhlizi açmağa çağırıb və bildirib ki, "hər hansı maneə Dağlıq Qarabağ xalqının rifahını təhlükə altına alır və Ermənistanla Azərbaycan arasında barışıq prosesini təhdid edir". Kanada — Kanada Xarici İşlər Nazirliyi Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb. Kipr — Kipr Azərbaycanı Laçın dəhlizinin blokadasını qaldırmağa və qaz təchizatını bərpa etməyə çağırıb. Estoniya — Estoniya Xarici İşlər Nazirliyi "Dağlıq Qarabağda yerli əhalinin ağır insan iztirablarına" səbəb olan blokadadan narahatlığını bildirib. Fransa — Fransa Xarici İşlər Nazirliyi heç bir şərt olmadan Laçın dəhlizinin blokunu açmağa və Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarına hörmət etməyə çağırıb. Almaniya — Almaniyanın İnsan Hüquqları və Humanitar Yardım üzrə Müvəkkili Dağlıq Qarabağda mülki şəxslər üçün ağır humanitar fəsadlar riskini qeyd edərək, insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizində sərbəst hərəkətinin mümkün qədər tez bərpa olunmasına çağırıb. Yunanıstan — Yunanıstan Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətini heç bir ilkin şərt olmadan hərəkət və nəqliyyat azadlığını və təhlükəsizliyini təmin etməyə, yerli əhalini məşəqqət və sıxıntıdan xilas etməyə çağırıb. İrlandiya — İrlandiya Azərbaycanı Laçın dəhlizində azadlığı və təhlükəsizliyi dərhal və qeyd-şərtsiz bərpa etməyə çağırıb. Litva — Litva Xarici İşlər Nazirliyi Laçın dəhlizinin davam edən blokadasından və bunun Dağlıq Qarabağ üçün ağır humanitar nəticələrindən narahatlığını bildirib. Niderland — Niderland Xarici İşlər Nazirliyi Laçın dəhlizinin blokunu açmağa, Ermənistan və Azərbaycanı sülh danışıqlarına yenidən başlamağa çağırıb. Norveç — Norveç xarici işlər naziri Mona Juul Azərbaycanı Laçın dəhlizi ilə təhlükəsiz hərəkəti təmin etməyə çağırıb. Rusiya — Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova bildirib ki, "Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti vəziyyətin gərginliyini azaltmaq üçün fəal işləyir və biz yaxın gələcəkdə tam nəqliyyat əlaqələrinin bərpasını gözləyirik". İspaniya — İspaniya Konqresi yekdilliklə Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə uyğun olaraq dəhliz boyu hərəkət azadlığını və təhlükəsizliyini təmin etməyə çağırıb. Türkiyə — Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Laçın dəhlizinin blokadasına şəxsən baş çəkərək Twitter səhifəsində "Qarabağ Azərbaycandır" yazıb. ABŞ — ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price dəhlizin bağlanmasının ciddi humanitar nəticələrə malik olduğunu bildirib və Azərbaycanı Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etməyə çağırıb. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel dekabrın 16-da Laçın dəhlizinin bağlanmasının potensial olaraq ağır humanitar nəticələrə malik olduğunu bildirib və dəhlizdə sərbəst hərəkətin mümkün qədər tez bərpa olunmasına çağırıb. Uruqvay — Uruqvay Senatı Azərbaycan tərəfindən Dağlıq Qarabağın blokadasına son qoyaraq mülki əhaliyə qarşı təzyiqlərə son qoymağa çağırıb və erməni xalqı ilə həmrəy olduğunu bildirib.
https://az.wikipedia.org/w/index.php?curid=778582
Şuşbulaq (Meşkinşəhr)
Şuşbulaq (fars. شوش بلاغ) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (23 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=763847
Şuşen Siau
Şuşen Siau (13 noyabr 1976, Taybey) — Çinli aktrisa, müğənni və teleaparıcı. AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine Xarici keçidlər Youtube-da Şuşen Siaunun Üfiq (ing. Horizon) adlı klipi
https://az.wikipedia.org/w/index.php?curid=323744
Şuşenski bor Milli Parkı
Şuşenski bor Milli Parkı - Rusiyanın Krasnoyarsk diyarının Şuşen rayonu ərazisindəki milli park. Milli park Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyi tərəfindən idarə olunur. Altay-Sayan ekoregion qoruqları və milli parkları birliyinin bir hissəsidir. Şuşenski bor Milli Parkı 3 noyabr 1995-ci ildə təşkil edilir. Lakin 1927-ci ildən bəri milli parka yaxın yerlərdə vəhşi təbiətin mühafizəsi uzun bir tarixə malikdir. 1940-cı ildə ərazi artıq V.İ.Lenin adına bir qoruğa çevrilmiş və 1956-cı ildə sərhədləri genişlənmişdir. 1968-ci ildə "Şuşenski bor" landşaft memorial meşə parkı, 1970-ci ildə xüsusi "Şuşenski bor" meşə təsərrüfatı, 1987-ci ildə 4,4 min hektar ərazisi olan "Şuşenski bor" eksperimental meşə təsərrüfatı və nəhayət 1995-ci ildən milli park statusu alır. Sahəsi isə artıq 39,2 min ha əraziyə sahibdir. Krasnoyarsk ərazisinin cənubunda bir milli parkın təşkili bölgənin bənzərsiz təbiətini qorumaq, insan fəaliyyəti və təbiəti idarəetmə arasında bir uzlaşma tapmaq ehtiyacından qaynaqlandı. Parkın ümumi sahəsi 39200 ha-dır. Park təkcə gözəlliyi ilə deyil, həm də tarixi və arxeoloji yerləri ilə zənginliyi ilə diqqət çəkir. Parkın ərazisi iki iqlim zonasının - meşə-çöl və tayqaların qovşağında yerləşir. Qərbi Sayan və Minusinsk çökəkliyinin bənzərsiz təbii-ərazi komplekslərini əhatə edir. Şuşenski bor iki hissəsən ibarətdir: Minusinsk çökəkliyindəki Perovski Meşə Təsərrüfatı (4.385 ha) və Qərbi Sayanın şimal yamacında yerləşən Dağ-meşə bölgə (35.817 ha). Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 2378 metrdir. Zirvə Poylova dağında Dağ-meşə zonasında yerləşir. Perovski meşə təsərrüfatında hazırda Perovo və Butakovo adlı bataqlıqlaşmış buzlaq mənşəli göllər vardır. Dağ-meşə zponmasında 7 buzlaq alp gölü var. Bunlardan ən maraqlıları Venesiya, Banzai və Bolşoydur. Bolşoye gölü ən yüksəkdə yerləni (dəniz səviyyəsindən 1850 metr yüksəkdir) və ən böyük (5.3 ha) gölüdür. Bundan əlavə parkda Koşurnikov zirvəsindən (dəniz səviyyəsindən 1200 metr yüksəklikdə) kaskad olaraq axan üç yüz metrlik «Katuşka» şəlaləsi var. Park demək olar ki, materikin mərkəzində, dənizlərdən və okeanlardan çox böyük bir məsafədə yerləşdiyindən, coğrafiya öz iqlim xüsusiyyətlərini, xüsusən də dağlarda kəskin kontinental xüsusiyyətləri və düz hissəsində mülayim dərəcədə yüksək temperaturu təyin ediR. Yaz aylarında havanın temperaturu +40 °C-yə qalxır, qışda −50 °C-yə enir. Az miqdarda yağıntı yağır. Qar örtüyü noyabr ayının ikinci ongünlüyünün əvvəlində formalaşır və təxminən 5 ay davam edir. Qar örtüyünün hündürlüyü 1,5 - 2 metrə çatır. Fauna və flora Parkın şimal hissəsi düz meşə-çəmən-çöl landşaftı ilə, cənub hissəsi isə şaquli zonallıqla dağ-tayqa landşaftlarını əhatə edir. Meşə zonalarının müxtəlifliyi öz növbəsində milli parkın biomüxtəlifliyini müəyyənləşdirir. Şuşenski bor da 750 növ damarlı bitki, 4 növ suda-quruda yaşayan, 5 növ sürünən, 47 növ məməli və 270 növ quş vardır Damar bitki florasının öyrənilməsinə 1995-ci ildə təbiətin salnamələri çərçivəsində başlandı. Tədqiqatçıların nadir növlərə, endemiklərə və reliktlərə xüsusi diqqət yetirir. Şuşenski bor nadir və nəsli kəsilməkdə olan bitkilərin 12 növünü, o cümlədən Sibir kandıkı və Sayan kandıkı, Bahar xoruzgülü, Sibir Brunnerası, Paeonia anomala, Erkək ayıdöşəyi kimi növləri özündə mühafizə edir. Heyvanlar aləmindən ən zəngini avifaunadır. 27 quş Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmişdir. Xüsusən: qara leylək, dağ qazı, çay qaraquşu, ağquyruq dəniz qartalı, ütəlgi qızılquş, adi qəşəng durna, şahin və başqaları. Məməlilər arasında üstünlük təşkil edir: boz dovşan, adi sincab, qonur ayı, adi tülkü, samur, nəcib maral, maral, müşk maralı, cüyür, qaban.
https://az.wikipedia.org/w/index.php?curid=608750
Şuşi
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi.Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa şəhərini "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək, Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə, xanəndə və sazəndələr ustad-şagird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq, peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçüncü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.1991-ci ilin 7 fevral tarixində Şuşa rayonunun Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilmişdir. 1991-ci ilin 26 noyabr tarixində isə Şuşa şəhəri respublika tabeli şəhərlərin sırasına daxil edilib.Şuşa şəhəri 1992-ci ilin 8 may tarixində erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfər əlil olmuş, 552 körpə valideyinlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini; mədəni-maarif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi olan bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.Şuşa şəhəri və Daşaltı kəndi 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı işğaldan azad edilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 2023-cü ilin 19 sentyabr tarixində aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində bu ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Etimologiya Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci "ş" səsi sonrakı "s" səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınmışdır. Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344–334) Makedoniyalı İsgəndərlə vuruşan şəxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur. Şuşa şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Xəzər vilayətinin gerbindəki təsvirlərin eynisi idi: 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdu. Gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə yəhərli qızılı rəngli at təsvir olunmuşdu ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi. XVII–XIX əsrlər Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişdilər.Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır.1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir, lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara aldı. Yeni qala ilk illərdə öz banisinin adı ilə "Pənahabad", sonralar isə "Şuşa" adlandırılmağa başlandı. Şuşa qalasının təməli Pənahəli xan tərəfindən qoyulmuşdur. 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır.Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721–1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur. Onun hakimiyyəti illərində xanlıq daha da güclənmiş və inkişaf etmişdir. Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqif 1750-ci ildə bura köçüb saray şairi və İbrahimxəlil xanın baş vəziri oldu. Vaqif 1795–1797-ci illərdə İranla apanlan müharibənin sonunda öldürülmüşdür. İran şahı Ağa Məhəmməd şah Qacar da bu müharibə zamanı Şuşada qətlə yetirilmişdi. 1805-ci ilin mayında İbrahimxəlil xan Rusiya ilə kapitulyasiyanın şərtləri barədə danışıqlara başladı. O, öz hakimiyyətini saxladı, lakin digər dövlətlərlə münasibətlərə son qoymağı və hər il Rusiyaya səkkiz min qızıl sikkə xərac verməyi öhdəsinə götürdü. 1813 və 1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələri Rusiyanın Qarabağ xanlığı üzərindəki nəzarətini gücləndirdi. Sonuncu xan — Mehdiqulu xan Cavanşir 1822-ci ildə İrana qaçmağa məcbur oldu.Şuşada 17 məhəllə vardı. Hər məhəllədə hamam, məscid və bulaq vardı. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan 8 məhəllə isə yuxarı məhəllələr sayılırdı. Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763–1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan "Aşağı məhəllənin" yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan "Yuxarı məhəllə"də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.XIX əsrdə Şuşa ölçüsü və sərvətinə görə Bakı və İrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən biri idi. Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə on karvansara var idi. Şuşa öz ipəyi, döşənmiş küçələri, iri daş evləri, parlaq naxışlı xalıları və cins atları ilə tanınırdı. 1824-cü ildə Hindistandan İngiltərəyə qayıdan Albemarl qrafı Corc Keppel yolüstü İrandan bura gəlmiş, və Şuşa onda böyük təəssürat yaratmışdı: Keppelə görə, şəhərdə iki min ev var idi. Şəhər əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edirmiş: XIX əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış "Qazançalı" adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Adıgözəl bəy bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.Şuşa Rusiya imperatoru I Nikolay tərəfindən 10 aprel 1840-cı ildə təsdiq olunmuş inzibati islahat haqqında "Zaqafqaziya ölkəsinin idarəçiliyi üçün təsisat" adlı qanun əsasında yaradılan Kaspi vilayətinin tərkibinə daxil olmuşdur. XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının "Şəhər əsasnaməsi"nın (1785) 28–29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur.1887-ci ildə Şuşada tikilmiş Qazançı kilsəsi dünyada ən böyük erməni kilsələrindən biri idi və erməni burjuaziyasının Şuşada çiçəklənməsinin rəmzi idi. Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905–1906-cı illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü Daşnaksütun partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı böyük vəhşiliklər törətdilər. Ruslar ermənilərə böyük kömək göstərirdilər, lakin Şuşalıların qəhrəmanlıqları nəticəsində onlar törətdikləri vəhşiliklərə baxmayaraq öz istəklərinə tam çata bilmədilər. Şəhər özünü qoruya bildi. Avqust ayının 17-də "Difai" partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10-dək Şuşada atəş səsləri kəsilmədi. Rusiya hərbi xadimi İllarion Vorontsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu. 1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdı. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçünü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.İtaliyalı jurnalist və yazıçı Luici Villari bu savaşın bitməsini belə təsvir edir: 1918–20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri ermənilərə təhvil vermədilər. Şəhərin müdafiəsində Şuşanın Axundu Hacı Hacı Molla Şükür Məhərrəmzadənin böyük xidmətləri olmuşdur. 1918-ci il sentyabrın 26-da Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu böyük təntənə ilə qarşılayıb.1920-ci ildə iqtisadi böhranın və vətəndaş müharibəsinin başlanmasından sonra ruslar şəhəri tərk etdilər, bunun ardınca Şuşada dəhşətli basqınlar baş verdi. Bu vaxt Azərbaycan qoşunları şəhərin ermənilərin yaşadığı yuxarı məhəllələrində bütün küçələri yandırıb, yüzlərlə ermənini öldürmüşdülər. Şuşanın erməni məhəlləsinin xarabalıqları qırx ildən çox bir müddət ərzində kabus kimi toxunulmaz qalmışdı. 1930-cu ildə şair Osip Mandelştam şəhərə gəlib, onun boş sakit küçələrindən dəhşətə gəlmişdi. Şerlərinin birində o, onu basan "qırx min sakit pəncərənin" vahiməsindən yazır. 1961-ci ildə Bakıdakı kommunist rəhbərliyi bu xarabalıqların dağıdılmasına sərəncam verdi, baxmayaraq ki, bir çox köhnə binaları bərpa etmək mümkün idi.Buna baxmayaraq, 1920–1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Həyat keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. RK(b)P MK Qafqaz Bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi, lakin 1923-cü il iyulun 7-də vilayətinin mərkəzi Xankəndi seçildi. Şuşa şəhəri isə AK(b)P MK Rəyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşanın işğalı 13 fevral 1988-ci ildə ermənilər Xankəndiyə ilk hücumlarından birini edəndə azərbaycanlıların çoxu Şuşaya pənah gətirdi. 28 martda Azərbaycan qüvvələri Xankəndiyə hücum etmək üçün hazırlaşdı və Kərkicahandan yuxarıda yerləşən düşmən mövqelərinə Canqasan kəndindən hücum etməyə başladı. Növbəti gün günorta çağı Azərbaycan birlikləri şəhərə yaxın mövqelərə yerləşdilər, lakin ermənilər tərəfindən püskürdüldülər.Xocalının tutulmasından sonrakı aylarda regionun sonuncu Şuşa bürcündə təslim olmayan azərbaycanlı komandirlər GRAD raket buraxılış qurğularından istifadə edərək Xankəndiyə qarşı genişmiqyaslı artileriya bombardmanı başlatdılar. Aprelə qədər davam edən bombardman Xankəndidə yaşayan 50.000 nəfər əhalinin böyük hissəsinin bunker və zirzəmilərdə qalmasına məcbur etdi. Şəhərin ucqar nöqtələrinin yaxınlığında torpaq basqınçıları ilə üzləşən Dağlıq Qarabağdakı hərbi liderlər şəhəri tutmaq üçün hücum təşkil etdilər. 8 mayda yüzlərlə erməni əsgəri tanklarla və vertolyotlarla Şuşa istehkamına hücum etdi. Şəhərin küçələrində şiddətli döyüşlər baş verdi və hər iki tərəfdən yüzlərlə adam öldü. Sayca üstün olmalarına və daha yaxşı silahlanmalarına baxmayaraq, ermənilər ancaq 9 mayda şəhəri tutmağa və azərbaycanlıları geri çəkilməyə məcbur etməyə nail oldular.Şuşanın işğalı qonşu Türkiyədə böyük səs-küyə səbəb oldu. Ermənistan SSRİ-dən müstəqilliyini elan etdikdən sonra Türkiyə ilə münasibətləri yaxşılaşmışdı, lakin Dağlıq Qarabağ regionunu işğal etdikdən sonra pisləşdi. Türkiyənin baş naziri Süleyman Dəmirəl araya girmək və Azərbaycana kömək etməklə bağlı təzyiq altında olduğunu dedi. Buna baxmayaraq, Dəmirəl müharibəyə müdaxilə etməyə qarşı olduğunu, Türkiyənin müharibəyə daxil olmasının daha böyük xristian-müsəlman münaqişəsinə səbəb ola biləcəyini bildirdi. Türkiyə qüvvələrini Azərbaycana göndərmədi, lakin əhəmiyyətli hərbi köməklər etdi. 1992-ci ilin mayında MDB qüvvələrinin hərbi komandiri marşal Yevgeni Şapoşnikov Qərb dövlətlərinə, xüsusilə ABŞ-yə Qafqazdakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq etdi. Şapoşnikov "bu yerin Üçüncü dünya müharibəsinin başlanğıcı ola biləcəyini" bildirdi.Şamil Basayevin başçılıq etdiyi çeçen qüvvələri müharibədə iştirak edən birliklərdən biri idi. Azərbaycan polkovniki Azər Rüstəmova görə 1992-ci ildə Şamil Basayev və Salman Raduyevin başçılığı altında yüzlərlə çeçen döyüşlərdə azərbaycanlılara əhəmiyyətli kömək göstərmişdi. Deyilənlərə görə Basayev Şuşanı tərk edən sonuncu döyüşçülərdən biri idi. Rusiya xəbərlərinə görə Basayev o və batalyonunun bir dəfə itdiyini və Qarabağda Daşnaq batalyonuna qarşı döyüşərkən məğlub olduqlarını deyib. Basayev daha sonra dedi ki, müharibə dini yox, daha çox milliyyətçi xarakter daşıdığından qüvvələrini geri çəkib. Basayev Abxaziya müharibəsi (1992–1993) zamanı Rusiya Baş Kəşfiyyat İdarəsindən hərbi təlim almışdı, çünki Abxaziya Rusiya tərəfindən dəstəklənirdi. Digər çeçenlər də BKİ tərəfindən hərbi təlim almışdı. Abxaziyada Rusiya üçün Gürcüstana qarşı döyüşən bu çeçenlərin çoxu Qarabağ müharibəsində Azərbaycan üçün ermənilərə qarşı döyüşmüşdü.Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.1993-cü ildən başlayaraq hər il mayın 9-da ermənilər Şuşanın işğalı gününü Şuşada "Qələbə bayramı" kimi qeyd edirlər. Qarabağ müharibəsindən sonra Şuşada bərpa işlərini "Hayastan" ümumerməni fondu, qondarma "Dağlıq Qarabağ hökuməti" və erməni xeyriyyəçiləri maliyyələşdirir. Qarabağ müharibəsindən sonra, Şuşada tarixi abidələrin bərpası adı altında abidələrin erməniləşdirilməsi və saxtalaşdırılması prosesi gedir. Ermənistan hakimiyyəti Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün 2000-ci ildə İrəvan şəhərində "Şuşi" Mədəniyyət Fondu və "Şuşi" nəşriyyat evini yaradıb. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, "arxiv sənədlərinin" tədqiqi və təbliği nəzərdə tutulur. Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü. Belə ki, bu layihə çərçivəsində təmir, bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsini nəzərdə tuturlar. Birinci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası, eyni zamanda bu abidələrin bərpasından sonra içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməsi, maraqlı əyləncələrin təşkili turistlərin Şuşaya cəlb edilməsində müstəsna rol oynamalıdır. Adsız Qala divarları üzərinə isə "Jraberd divarı" adlı lövhələr yapışdırılmalıdır. İkinci mərhələdə, O. Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini təmir etmək, XİX əsrdə inşa edilmiş Şuşa bilik cəmiyyətinin binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın və "Artsaxkertin" patriarxının konfranslarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.Üçüncü mərhələdə yeni stadionun və yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilir. Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına erməni dili dərsi tədris ediləcək. XİX əsrin əvvəllərində inşa edilmiş Şuşa real məktəbi təmir edilərək, onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.Dördüncü mərhələdə İsa bulağında və Cıdır düzündə istirahət evləri və əyləncə yerlərinin inşa edilməsi nəzərdə tutulur. Beşinci mərhələdə Gəncəsər monastırı və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün dini məktəblərin də təşkil edilməsi vacib hesab edilir. Bütün bunlardan başqa Ermənistan hökuməti yaratdığı fondların vasitəsilə, Şuşada digər tarixi binaların və küçələrin bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək. Yuxarıda göstərilənlərlə yanaşı Şuşanın tarixi və mədəni varisliyini genişləndirilməsi üçün nəzərdə tutulan layihələrə üstünlük veriləcək. Öz fəaliyyətini daha da intensivləşdirmək və genişləndirmək üçün Ermənistan hökuməti aşağıdakı layihələrin də maliyələşdirilməsini də öz planlarına daxil edib: Qalanın və onu əhatə edən bütün ərazilərin xəritələrinin və fotoşəkillərinin çəkilməsi Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin çəkilməsi və ölçülərinin götürülməsi Memarlıq abidələrinin layihələşdirilməsi; Şuşa şəhərinin bərpası üçün beş mərhələdə nəzərdə tutulan layihələrin hamısını beynəlxalq səviyyədə tenderlərə çıxarılması Şuşanın Arxiv fondunu yaradılması Aşkar edilmiş qəbirlərin və digər arxeoloji tədqiqatların nəticələrinin nəşr etdirilməsi Litoqraf varisliyinin tədqiqi Qalada və onun ətrafında mağara tədqiqatının aparılması Şuşa şəhərində Milli Erməni Muzey fondunun yaradılması İran abidələrinin tədqiqi və nəşri (Burada Azərbaycan məscidləri və türbələri nəzərdə tutulur).Ermənistan hökuməti bu Konsepsiyanın reallaşmasına 2004-cü ildən başlanıb. Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilib. Son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evləri bərpa üçün hazırlanmasını təmin ediblər. Ermənistanın Marif və Elm Nazirliyində, daha sonra Nazirlər Kabinetində bu Konsepsiya və layihələrə baxılaraq bəyənilib, hökumət tərəfindən Şuşanın bərpasının reallaşması üçün bu layihələrə Ermənistanın dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılması nəzərdə tutulub. Şuşada bərpa işlərinin aparılmasına rəhbərlik Bakur Karapetyan adlı Ermənistan vətəndaşına həvalə edilib.2011-ci ildən başlayaraq Dağlıq Qarabağdakı separatçı rejimi xarici turistləri Şuşaya cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə verib. 2020-ci illər 8 noyabr 2020-ci ildə Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.27 sentyabr 2022-ci ildə İlham Əliyev və Mehriban Əliyeva şəhərə səfər ediblər.2023-cü ildə Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" olacaq. Şəhər Mədəniyyət Nazirləri Daimi Şurasının (TÜRKSOY) 40-cı iclasına ev sahibliyi edəcək. Relyef və geologiya Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr). Keçəldağ aşırımı da rayon ərazisindədir. Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. 1992-ci ildə Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, uzunluğu 114 m, əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" ermənilər tərəfindən dağıdılıb.Şəhərdə Şuşa vələsi və xarıbülbülə rast gəlmək olar. Şuşanın rəmzi sayılan xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim isti və soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4C-dən −1C-ə qədər, iyulda isə nisbətən 16–19 °C, illik yağıntının miqdarı 700–800 mm olur. Demoqrafiya və etnik tərkib 1823-cü ilə aid statistik məlumatına görə, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (alban mənşəli) ailələri təşkil edirdi.2000-ci ilin yazında Şuşada üç min nəfərdən az insan yaşayırdı. Bunların əksəriyyətini Azərbaycandan qaçqın düşmüş ermənilər təşkil edirdi. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Şuşa şəhərində memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərlərini qeyd etmək olar.Xristian dini abidələrindən Qazançı kilsəsi, Yaşıl kilsə və sovet dövründə sökülmüş rus pravoslav Qala kilsəsini qeyd etmək olar. İnzibati bölgü Şuşada "Bazarbaşı" deyilən yerdən Şeytanbazara qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırdı. Rastabazarın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan il boyu quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. İqtisadiyyat XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmış, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı. Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektardı (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41%-ə dənli və dənli–paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6%-ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məşğul olunurdu. 5,2 min qara-mal, 15,2 min davar vardı (1986). Quşçuluqla da məşğul olunurdu.Qarabağ müharibəsindən əvvəl Şuşada şərq musiqi alətləri fabrikiki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, rayon istehlak cəmiyyəti, kurort ticarəti idarəsi, Bakı "Radioqurma" istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3 №-li toxuculuq sexi, elektrik şəbəkəsi, rayon maddi-texniki təchizat bazası, abidələri bərpa idarəsi, Şuşa tikinti birliyi, təsərrüfatlar arası tikinti idarəsi, təmir tikinti idarəsi, təsərrüfatlar arası təmir tikinti müəssisəsi, yol istismar idarəsi və s. var idi. Şuşanın ən tanınmış turistik məkanı Cıdır düzüdür. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib.Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət yerinə "Şəmilin bağı" da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir. Heydər Əliyevin Şuşa şəhərinə qayğısı Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969–1982 illərdə bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu xəttinin istifadəyə verildiyi gün Şuşa şəhərinə də baş çəkən Heydər Əliyev şəhərdə aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş vermişdi. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980–1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında H. Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Səfər zamanı Heydər Əliyev Şuşada "Poeziya evi"ni açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, Ulu Öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. 1982-ci il iyulun 29-dan — avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Şuşa şəhərinin memarlığını və memarlıq abidələrini tədqiq edən Elturan Avalov şəhərin memarlıq-planlaşdırma inkişafını üç mərhələyə bölür. Birinci mərhələ Şuşa şəhərinin əsasının qoyulması dövründən (1753–1754) başlayır. Həmin dövrdə Şuşa qalası, qala daxili qəsrlər və xan sarayları inşa edilmiş, şərq sektorunun aşağı hissəsinin inşasına başlanılmış və 9 Aşağı məhəllə formalaşdırılmışdır. İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1759–1806) əhatə edir. Bu dövrdə şərq sektorunun yuxarı hissəsi inşa edilmiş və 8 Yuxarı məhəllə formalaşdırılmışdır. Üçüncü mərhələ Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra (1805) şəhərin intensiv genişləndirilməsi ilə əlamətdardır. Bu dövrdə şəhərin qərb və yuxarı hissələri inşa edilmiş və həmin ərazilərdə 12 məhəllə formalaşdırılıb.Şuşanın Qarabağ müharibəsində işğalından əvvəl şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin əksəri XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilmişdir. 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşada XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi və bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb. Kütləvi informasiya vasitələri "Şuşa" qəzeti fəaliyyətinə 1932-ci ildə başlamışdır. Həmin dövrdə qəzet Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə Komitəsinin orqanı olaraq "Kolxoz bayrağı" adı altında nəşr olunmuş, 1969-cu ildən isə "Şuşa" qəzeti adlanmışdır. Qəzet hal-hazırda Bakı şəhərində çap edilir.. Musiqi səhnəsi Muğam məclisləri XIX əsrin ikinci yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslər – görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri – mesenatlar, eləcə də zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında təşkil olunardı. Bunlar bəzən "musiqi dərnəyi" və ya "musiqi salonu" da adlandırılırdı.Şuşada "Nəvvabın məclisi", Şamaxıda "Mahmud ağanın dərnəyi", Bakıda isə "Məşədi Məlik Mənsurovun salonu" qeyd olunurdu. Bütün bu musiqi məclisləri əsl musiqi məktəbinə, sənətkarlıq məktəbinə çevrilmişdi. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılır, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunurdu.Kor Xəlifənin məktəbi 1883-cü ildən 1893-cü ilə qədər Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi idi. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən "Kor Xəlifə" ləqəbli Molla Əli Qarabaği tərəfindən açılmışdır. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilir, klassik musiqi əhali arasında geniş tətbiq olunur, şagirdlər kamil musiqişünas, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya və muğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi. Onillik fəaliyyəti dövründə Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınmışdı. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynamışdı.Ədəbi məclis olan Məclisi Fəramuşan — 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş və 1910-cu ilədək fəaliyyət göstərmişdir. Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Baxış bəy Səbur və b. şairlər məclisin fəal iştirakçıları idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. "Məclisi-fəramuşan" Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində mühüm rol oynamışdır.Ədəbi-musiqili məclis olan Məclisi-üns — 1864-cü ildə Şuşada, şair Hacı Abbas Agahın evində təşkil olunmuş, Xurşudbanu Natəvanın rəhbərliyi ilə 1897-ci ilədək fəaliyyət göstərmişdir. X. Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği, Məmo bəy Məmai, M. S. Piran və b. şairlər məclisin fəal iştirakçıları idilər. Məclisə Qarabağ xanəndələri də dəvət olunur və şairlərin qəzəlləri əsasında muğamlar ifa edirdilər. Tədris ocağı kimi "muğam məktəbi" ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılmışdır. XIX əsrin ortalarında fəaliyyət göstərən bu məktəb əsasən dini məqsədlərə xidmət etmişdir. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edir, onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi, lakin inkar olunmaz bir faktdır ki, bu məktəb sonradan muğam tədris edən musiqi məktəblərinin təşkilində nümunə olmuşdur.Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan həmin məktəbin yetirmələridir.Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi. Şuşa məktəblərində də poeziyanın və musiqinin sirrləri yeniyetmələrə gənc yaşlarından öyrədilirdi. Ona görə də muğamı və şeiri Qarabağın sənətkarları, xüsusən də xanəndələri və instrumental muğam ifaçıları hələ uşaq yaşlarından dərindən bilirdilər.XIX əsrin axırlarında Şuşada Molla İbrahim adlı bir şəxs musiqi məktəbi yaratmışdır. Bu məktəbdə özündən əvvəl fəaliyyət göstərən musiqi məktəbləri kimi dini xarakterli idi. Bura yalnız gözəl səsli, poeziyaya xüsusi həvəsi olan istedadlı gənclər seçilib götürülürdü. Məktəbdə gənclərə klassik muğamlardan dərs keçilir, fars, ərəb dilləri, dini mərasimlər öyrədilir, Hafiz Şirazi, Nizami Gəncəvi, Sədi Şirazi, Ömər Xəyyam, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi Şərq şairlərinin qəzəlləri tədris olunurdu. Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Bahadur Mehralı oğlu, Bülbül və başqa sənətkarlar musiqi təhsilini Molla İbrahimin musiqi məktəbində almışlar. Məktəb təxminən 1920-ci illərinə qədər fəaliyyətini davam etdirmişdir.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. 1930-cu ilin əvvəllərində Şuşada ilk musiqi texnikumu təşkil olunur. 1948-ci ildən həmin texnikum uşaq musiqi məktəbi kimi fəaliyyət gustərməyə başlayır.1989-cu ildən 1991-ci ilə qədər Cıdır düzündə "Xarı-bülbül" mahnı festivalı keçirilib. 2021-ci ildə festival 30 ildən sonra may ayının 12-də yenidən Şuşada keçirilib. Kino səhnəsi Şuşada çəkilən məşhur kinolardan "Koroğlu", "Gilan qızı", "Hacı Qara", "Oxuyur Şövkət Ələkbərova" və digərlərini qeyd etmək olar. Kitabxanalar 1897-ci ilin fevralında Şuşada ilk şəhər kitabxanası yaradılmışdır. Təməli Mir Möhsün Nəvvab tərəfindən qoyulan ilk kitabxana-qiraətxananın çoxlu sayda ziyalı üzvləri olub. Mir Möhsün Nəvvab özünün daş mətbəəsində Şuşa şairlərinin şerlərini çap etdirmişdir. Kitabxananın yaradılmasında hərbçi Mehdiqulu xan Vəfa və həkim Kərim bəy Mehmandarovun böyük xidmətləri vardır. SSRİ dövründə M. M. Nəvvabın yaratdığı kitabxananı oğlu Miriş Ağa işlətmişdir. Daha sonralar Şuşa şəhərində 2 kitabxana fəaliyyət göstərmişdir. Bunlar şəhər və uşaq kitabxanası olmuşdur. Mədəniyyət Nazirinin əmri ilə 1977-ci ilin may ayında kitabxananın fəaliyyəti genişləndirilərək Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir. 1992-ci il may ayının 8-də 200 min nüsxədən artıq kitab fondu olan Şuşa şəhər Mərkəzi kitabxanası Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir. 1848-ci ildən başlayaraq mütərəqqi rus teatrlarının təsiri sayəsində Şuşada ziyalılar arasında teatr tamaşaları nümayiş etdirilib. Şuşada XIX əsrin birinci yarısında müasir teatr tamaşalarının meydana gəlməsi bilavasitə Tbilisi mədəni mühitinin təsiri ilə bağlı idi. 1848-ci ildə Şuşada iki böyük tamaşa mərkəzi-teatr və sirk mövcud idi. 1870-ci illərdə isə bu sahəyə diqqət daha da gücləndi. 1882-ci ildən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır, nisbətən mütəşəkkil xarakter daşıyır. 1870–80-ci illərdə Şuşada teatra məxsus bir bina olmadığından tamaşalar kazarmada oynanılmışdır, lakin əsasən tamaşalar Cümşüd bəy Məlikhəqnəzərovun mülkündə teatr üçün əlverişli bir yerdə göstərilirdi. 1871-ci ildən isə Şuşadakı köhnə klub binası yenidən təmir edilib, istifadəyə verilmiş, burada yerli həvəskarlar tamaşalar göstərmişlər. 1890-cı ildən başlayaraq, Şuşada teatra həvəs göstərən müəllim-ziyalıların sayı azalır. Onların içərisindən səhnə əsəri yazmağa həvəs göstərənlər meydana çıxır. 1890-cı ilin aprel ayının 22-də Şuşa realnı məktəbində keçirilmiş musiqi şəhərciyi güclü təsirə malik olmuşdur. Burada müəllim aktyorların köməyi ilə uşaqlar Azərbaycan, fransız, alman dillərində hekayə, təmsil, şeir söyləmiş, xorda oxumuş, musiqi nömrələri ifa etmişlər. 1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın həvəskar artistləri-gənc müəllimlər 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər. 1896-cı ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin ilk tamaşası olmuşdur.1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Tamaşanın quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı. 1830-cu ildə isə Şuşada ilk mətbəə fəaliyyətə başlamışdır. 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsası qoyuldu. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edildi. Onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. 1886-cı ildə məktəbə 7.500 manat vəsait xərclənmişdi. Şuşa real məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Buna görə də, Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdir.2015-ci ildə Şuşa şəhərində Ermənistan Dövlət Aqrar Universitetinin Qarabağ filialının açılış mərasimi keçirilib. 2016-cı ildə Şuşa Texnoloji Universitetinin tələbələri üçün nəzərdə tutulan yataqxana kompleksi inşa edilib. 2013-cü ildə Ermənistanın futbol federasiyası Şuşada stadion inşa edib. 1923-cü ildə Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salındı. Rayonun ərazisindən 77 km uzunluğunda III dərəcəli, 34 km uzunluğunda IV dərəcəli yollar keçir. Tanınmış sakinləri Şəhərin tanınmış sakinlərdən şair Mirzə Rəhim Fəna, heykəltaraş Münəvvər Rzayeva, jurnalist Haşım bəy Vəzirov, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, futbol hakimi Eldar Əzimzadə, bəstəkar Süleyman Ələsgərov, dövlət xadimi İskəndər Əliyev, həkim Azad Əmirov, tarzən Məşədi Cəmil Əmirov, mühəndis Teymur bəy Aslanov, Sovet İttifaqı Qəhrəmanı və Azərbaycanın Daxili İşlər Naziri Xəlil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov, müğənni Sürəyya xanım Qacar, hərbçi Azad bəy Vəzirov, dramaturq Süleyman Sani Axundov, İnqilab Aslanov Vasif Quliyev (publisist) və digərlərini qeyd etmək olar. Qardaş şəhərləri Həmçinin bax "Şuşanın azad olunmasına görə" medalı Şuşa Bəyannaməsi
https://az.wikipedia.org/w/index.php?curid=729399
Şuşikənd
Şuşikənd və ya bəzən Şuşakənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşikənd kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilin noyabr ayının əvvəlinə gədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şuşikənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Toponimikası Şuşikənd kəndi Qarabağ silsiləsindədir. Tədqiqatçılara görə, oykonim eranın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfaların özləri ilə gətirdikləri addır. II əsr müəllifi Tatsit Şimali Qafqazda dondarların mərkəz şəhərinin şoşu (latın dilində ş səsi olmadiğına görə müəllif onu Sosu kimi qeyd etmişdir) adlandığını yazmışdır. III-IV əsrlərdə şərqdən Cənubi Avropa çöllərinə gəlmiş hunlar dondarları da özlərinə tabe etmişlər. Ehtimal ki, dondarlar hunlarla birlikdə Azərbaycana gəlib məskunlaşdıqda yaratdıqları bəzi yaşayış məntəqələrinə şoşu şəhərinin adını vermişlər. 1727-ci ilə aid bir mənbədə Qarabağ düzündə (indiki Ağcabədi rayonunun ərazisində) Şuşi, Zəngəzurun Çulundur mahalında Şoşu, dağlıq Qarabağda Şuşaluqışlaq, XIX əsrdə şimali Qafqazda Şuşi, Şuşanova və Şuşanay adlı kəndlər vardı. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şuşikənd kəndinin əhalisinin sayı 527 nəfər, daimi əhalinin sayı 544 nəfər təşkil edirdi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=75529
Şuşinski listok
1911-ci ilin iyunundan 1914-cü ilin avqustuna qədər Şuşada həftədə 2–4 dəfə çıxmışdır. Tam olmayan məlumata görə, 63 nömrə çıxmışdır. Redaktoru və naşiri Ş. A. Melik-Qaraközov idi.
https://az.wikipedia.org/w/index.php?curid=767662
Şuştari (Bicar)
Şuştari (fars. شوشتري) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (20 ailə). Əhalisini kürdlər təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=770272
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi. Həmçinin bax Gündüzlü oymağı
https://az.wikipedia.org/w/index.php?curid=290293
Şuştər şəhristanı
Şuştər şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Şuştər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 182,282 nəfər və 37,656 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=290052
Şuşulu
Şuşulu — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şuşulu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Toponimikası 1933-cü ildə kəndin adı Şüşülu kimi qeyd olunmuş, bundan əlavə dağlıq Qarabağda Şüşukənd adlı yaşayış məntəqəsi də qeydə alınmişdir. Çox gümanki, Şuşülu oykonimi Şuşükanddən çıxmış ailələrin saldığı yaşayış məntəqəsinin adıdır. Şüşükənd isə "dik kənd, zirvədəki kənd" mənasındadır. Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsində yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=18547
Şuşve çayı
Şuşve (lit. Šušvė) — Litvanın mərkəzi hissəsində çay. Nevejis çayının sağ qolu. Kelmes rayonunu ərazisindən, Tituvenay şəhərindən 6 km cənub-şərqdən öz başlanğıcını götürür. İlk öncə Tituvenay dərəsi ilə cənub-şərq istiqamətində axır, daha sonra şərq istiqamətdə istiqamətlənib Tituven və Sulin bataqlıqlarından keçir. Kedayn rayonu ərazisində Nevejis çayına birləşir. Çayın birləşdiyi yerdı Qraujay kəndi yerləşir. Ümumi məlumat Şuşve çayı dərəsi yuxarı axarlarda 2-3 km, aşağı axarlarda isə 350—450 metr arasında dəyişir. Çayın eni yuxarı axarlarda 8–10 metr, orta və aşağı axarlarda isə 10–16 metrdir. Su basarın eni 40-80 metr arasında dəyişir. Uzunluğu 135 km-dir. Çayın orta sürrəti 0,1–0,4 m/s-dir. İllik su səviyyəsinin dəyişməsi 2,9-3,4 metrdir. Ortalama su sərfi 1,3-6 m³/s-dir. Ən aşağı səviyyə qış və yay aylarında olur - 0,01-0,1m³/s. Su toplayıcı sahəsi 1165,4 km²-dir. Çay dərəsi yamaclarının hündürlüyü 6—15 metrdir. Qış aylarında çay donur. Əsasən dekabrda donur. Ümumi donuşlu günlərin ortalama sayı 91-99 gündür. Buz qatının qalınlığı 83-100 sm olur. Yazın əvvələrində, mart ayında dondan azad olur. Çayın əsas qolları: Berje, Jiedupe, Srautas, Sarva (sol), Homerta, Jadike, Ajite, Liedas, Lapskoy, Vikşrupis, Putnutis (sağ). Çay kənarında olan yaşayış məntəqələri: Şyaulenay, Paşuşvis, Qrinkişkis, Vaytekunay, Anqirya, Yosvaynyai. Çayın yuxarı axarlarında iki hidrometeoroloji müşahidə məntəqəsi var. Suvarma və digər məqsədlər üçün çay üzərində iki su anbarı mövcuddur: Vaytiekunay və Anqiri su anbarları. 1992-ci ildə çayın aşağı axarlarında Şuşve hidro-geoloji qoruğu yaradılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=628382
Şvabax
Şvabax (alm. Schwabach) — Almaniyanın Bavariya torpağında şəhər. Nürnberq yaxınlığında yerləşən şəhərin əhalisi 40 minə yaxın, sahəsi 40,71 km²-dir. Şəhər XIX əsrin sonlarında iri tikiş ləvazimatları mərkəzi kimi seçilirdi. Həmçinin, qızıl, gümüş, mis və dəmir simlərin, sabun, şam və saxsı qabların istehsalı ilə məşhur idi. XIX əsr bəstəkarı Adolf Genzelt və XV–XVI əsrlər alman heykəltəraşı Adam Kraft burada doğulmuşlar. Şvabax, həmçinin Adolf Hitlerin buranın fəxri vətəndaşı olması ilə tanınır. XV əsrin sonu XVI əsrin əvvəllərinədək Almaniyada geniş istifadə edilən şrift növü olan "Şvabaxer" öz adını Şvabax şəhərinin adından almışdır. Qardaşlaşmış şəhərlər Le-Sabl-d'Olon, Fransa Kemer, Türkiyə Kalambaka, Yunanıstan
https://az.wikipedia.org/w/index.php?curid=349842
Şvabiya
Şvabiya (alm. Schwaben, bav. Schwobm) — Bavariya vilayətinin yeddi inzibati dairəsindən biri. Auqsburq şəhəri Şvabiyanın inzibati mərkəzidir. Bavariyanın cənub-qərb hissəsində yerləşir və Avstriya, İsveçrə, Baden-Vürtemberq torpaqları ilə, habelə Bavariya hökumət dairələri olan Yuxarı Bavariya və Mərkəzi Frankoniya ilə həmsərhəddir. 31 dekabr 2015-ci il tarixinin məlumatlarına görə: ərazi — 999 335,75 ha; əhali — 1 846 020 nəfər; əhalinin sıxlığı — 184,72 nəfər / km2; daxili sular nəzərə alınmaqla torpaq təchizatı — 5413,46 m2 / nəfər. İnzibati-ərazi bölgüsü
https://az.wikipedia.org/w/index.php?curid=631568
Şvabiya (dairə)
Şvabiya (alm. Schwaben, bav. Schwobm) — Bavariya vilayətinin yeddi inzibati dairəsindən biri. Auqsburq şəhəri Şvabiyanın inzibati mərkəzidir. Bavariyanın cənub-qərb hissəsində yerləşir və Avstriya, İsveçrə, Baden-Vürtemberq torpaqları ilə, habelə Bavariya hökumət dairələri olan Yuxarı Bavariya və Mərkəzi Frankoniya ilə həmsərhəddir. 31 dekabr 2015-ci il tarixinin məlumatlarına görə: ərazi — 999 335,75 ha; əhali — 1 846 020 nəfər; əhalinin sıxlığı — 184,72 nəfər / km2; daxili sular nəzərə alınmaqla torpaq təchizatı — 5413,46 m2 / nəfər. İnzibati-ərazi bölgüsü
https://az.wikipedia.org/w/index.php?curid=268581
Şvann Teodor
Teodor Şvann (alm. Theodor Schwann, 7 dekabr 1810, Neys - 14 yanvar 1882, Köln) — alman sitoloqu, histoloqu, fiyioloqu və Hüceyrə nəzəriyyəsinin həmmüəllifi Həyat və fəaliyyəti Teodor zərgər Leonard Şvanın ailəsində, dünyaya gəlmişdir. İbtidai sinifdən sonra Teodor Şvann əvvəlcə Neys, sonra Kölndə "Üç kral" - Marçel gimnaziyasına gedərək, 1829-cu ildə kamal attestatını alır. Yohannes Peter Müllerin rəhbərlik etdiyi və XIX əsrin bir çox görkəmli alman fizioloqlarının dərs dediyi Berlin universitetində tibb təhsili alır. Sonra o təhsilini Bonn, daha sonra isə Vürzburq və yenidən Berlində davam etdirmiş olur. Würzburqda oxuyarkən tələbə cəmiyyəti "Amicita"nın üzvü olur. 1836-cı ildə hələ Berlin universitetinin tələbəsi olarkən mədə şirəsində həzm enzimi pepsini aşkar edir. 1837-ci ildə Teodor Şvan işıq, hava və istinin təsirindən çürümənin və maya göbələklərinin təsirindən qıcqırmanın baş verməsini, izah etmişdir. Teodor Şvan 1838-ci ildə Katolik Löven universitetinin və 1848-ci ildə Lüttix universitetinin professoru seçilir. Teodor aşkar edir ki, şəkər və nişastanın qıcqırması həyati - bioloji bir prosesdir. O, eyni zamanda əzələ təqəllüsünü və sinir keçiriciliyini tədqiq edərək saya əzələsini və sonradan Şvan hüceyrəsi adlandırılan miyelin lifli akson çıxıntılarını aşkar etmişdir. Teodor Şvan ilk olaraq maddələr mübadiləsi haqqında mülahizələr yürüdərək, bunun əsasında embriologiyanın əsas: yumurta bir hüceyrə olub və ondan orqanizm inkişaf edir prinsiplərini formalaşdırmış olur. Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir. Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər. Şvann Teodor bitki və heyvan hüceyrələrini müqayisə etmək üçün düzgün mövqe seçərək homologiya yaratmış olaraq sübut etmişdir ki, bitki və heyvan mənşəyli hüceyrə strukturları oxşardırlar. Mattias Yakob Şleydenın tədqiqatları nüvənin hüceyrə üçün əhəmiyyətini müəyyənləşdirmək baxımından çox qiymətli olmuşdur. Buna görə də onu əbəs yerə hüceyrə nəzəriyyəsinin həmmüəllifi saymırlar. Lakin onun hüceyrənin bölünməsində növənin funksiyasının səhv şərhi yanlış faktlara əsaslanırdı. 1838-ci ildə Şvann 3 tezisi, 1839-cu ildə "Heyvan və bitkilərin inkişaf və qurluşlarında oxşarlığın mikroskopik tədqiqatları" əsərində hüceyrə nəzəriyyəsi prinsiplərini göstərmişdir: Birinci hissədə o, xorda və qığırdaqın elementar strukturlarının - hüceyrələrinin qurluşu arasındakı inkişaf oxşarlığı göstərmiş. Sonra o, sübut edir ki, digər toxuma və orqanların mikroskopik strukturları - hüceyrələri xorda və qığırdaqda olduğu kimidir. İkinci hissədə heyvan və bitki hüceyrələrinin oxşarlıqları göstərilir. Üçüncü hissədə isə nəzəriyyənin nəzəri prinsipləri göstərilmiş və dövrünün elmi səviyyəsinə uyğun heyvan və bitkinin eyni qurluşlu struktur vahidinə - hüceyrəyə malik olduqları sübuta yetirilmişdir. Şvann və Şleydon səhv olaraq hüceyrənin struktursuz hüceyrə olmayan maddədən yarandığını göstərmişlər. Ernst Julius Gurlt: Schwann, Theodor. In: Allgemeine Deutsche Biographie (ADB). Bd. 33, Duncker & Humblot, Leipzig 1891, S. 188–190. Xarici keçidlər Biographie (alm.) & Foto Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine Biographie (ing.) & Foto Kurzbiografie und Verweise auf digitale Quellen (ing) Həmçinin bax Hüceyrə nəzəriyyəsi
https://az.wikipedia.org/w/index.php?curid=131682
Şvars prinsipi
Fərz edək ki, {\displaystyle \sigma } oblastı konturu üzərində düzgün {\displaystyle \gamma } analitik xətti saxlayır. {\displaystyle \sigma } oblastında analitik və {\displaystyle \gamma } üzrə sərhəd qiymətləri analitik funksiya olan {\displaystyle f(z)} funksiyasını {\displaystyle \gamma } xəttindən analitik davam etdirmək olar. {\displaystyle f(z)} {\displaystyle \gamma } üzrə qiymətləri {\displaystyle z\rightarrow t} olduqda {\displaystyle f(z)} {\displaystyle f(t)} limit qiyməti başa düşülür. Əvvəlcə teormi xüsusi hal üçün isbat edək. Fərz edək ki, {\displaystyle \gamma } həqiqi oxun {\displaystyle [a,b]} parçasıdır. Onda {\displaystyle \gamma } -nın tənliyi { x t y 0 {\displaystyle \alpha \leq t\leq \beta } olar. Şərtə görə {\displaystyle f(t)} funksiyası {\displaystyle [a,b]} üzərində analitik olduğundan bu parçanın x o {\displaystyle x_{o}} nöqtəsi ətrafında ∑ k 0 ∞ C k x 0 ) k olar. Burada {\displaystyle t} evazine kompleks {\displaystyle z} dəyişənini yazsaq ∑ k 0 ∞ C k x 0 ) k funksiyasrı x o nöqtasinin müəyyən ətratında analitik funksiya olar. ile işarə edək. Aydındır ki, ω x 0 σ x 0 {\displaystyle \omega _{x_{0}},\sigma _{x_{0}}} oblastında analitik funksiya olmaqla γ x 0 {\displaystyle \gamma _{x_{0}}} lim z → t lim z → t lim z → t γ x 0 {\displaystyle \gamma _{x_{0}}} olduğundan Şvarsın simmetriya prinsipinə görə {\displaystyle \omega (z)} {\displaystyle \gamma } xəttindən analtik davam etdirmək olar, Beləliklə, göstərmiş oluruq ki, {\displaystyle \omega (z)} funksiyası mərkəzi x 0 {\displaystyle x_{0}} γ x 0 {\displaystyle \gamma _{x_{0}}} parçası öz daxilinə alan müəyyən bir σ x 0 {\displaystyle \sigma _{x_{0}}} ətrafında analitik olmaqla γ x 0 {\displaystyle \gamma _{x_{0}}} üzrə sıfra çevrilir. Onda analitik funksiyaların yeganəlik teoreminə görə həmin ətrafda {\displaystyle \omega (z)\equiv o} və yaxud da olar. Başqa sözlə, {\displaystyle f(z)} funksiyasını γ x 0 {\displaystyle \gamma _{x_{0}}} xəttindən analitik davam etdirmsk olar. x 0 {\displaystyle x_{0}} nöqtəsi {\displaystyle [\alpha ,\beta ]} parçasının ixtiyari nöqtəsi olduğundan {\displaystyle f(z)} {\displaystyle \gamma } xəttindən analitik davam etdirmək olar. Bu üsuldan göründüyü kimi {\displaystyle \varphi (z)} funksiyası {\displaystyle f(z)} -in analitik davamıdır. İndi ümumi halı tədqiq edək. Fərz edək ki, {\displaystyle (\alpha \leq t\leq \beta )} {\displaystyle \gamma } analitik xəttinin tənliyidir. Şərtə görə {\displaystyle f(z)} {\displaystyle \gamma } üzrə analitik funksiya olduğundan funksiyasını hər hansı t 0 nöqtəsi ətrafında sıraya ayırmaq olar: ∑ k 0 ∞ β k t 0 ) k Şərtə görə z ′ t 0 {\displaystyle z^{\prime }(t_{0})\neq 0} olduğundan t 0 δ t 0 ′ {\displaystyle \delta _{t_{0}}^{\prime }} ətrafını tapmaq olar ki, həmin ətraf funksiyası vasitəsilə ilə mərkəzi {\displaystyle \gamma } üzərində olan δ t 0 ′ {\displaystyle \delta _{t_{0}}^{\prime }} ətrafına qarşılıqlı birqiymətli inikas olunsun. {\displaystyle \Phi (t)} mərkəzi t 0 {\displaystyle t_{0}} nöqtəsində olan müəyyən K t 0 {\displaystyle K_{t_{0}}} parçasında analitik funksiya olduğundan bundan əvvəlki hala görə həmin funksiyanı K t 0 {\displaystyle K_{t_{0}}} parçasından analitik davam etdirmək olar. Bu funksiyanın aralitik davamını Φ 0 {\displaystyle \Phi _{0}(t)} ilə işarə edək. funksiyası vasitəsilə δ t 0 {\displaystyle \delta _{t_{0}}} δ t 0 ′ {\displaystyle \delta _{t_{0}}^{\prime }} δ t 0 {\displaystyle \delta _{t_{0}}} ətrafına qarşılıqlı birqiymətli inikas olduğundan {\displaystyle t} -in istənilən ətrafında z ′ {\displaystyle z^{\prime }(t)\neq 0} olar. Ona görə də -nin tərs funksiyasə kimi təyin etmək olar. Onda φ 1 Φ 0 funksiyası {\displaystyle z} nöqtəsini daxilinə alan və {\displaystyle \gamma } -nın hissəsi olan müəyyən bir γ z 0 {\displaystyle \gamma _{z_{0}}} qövsündən {\displaystyle f(z)} -in analitik davamı olar. z 0 {\displaystyle z_{0},\gamma } qövsünün ixtiyari nöqtəsi olduğundan aydındır ki, {\displaystyle f(z)} {\displaystyle \gamma } xəttindan analtik davam etdirmək olar. Bununla da analitik davam üçün Şvars teoremi tamamilə isbat olunur. 1. Ə.H.Əhmədov. Xətti analizin üç prinsipi. Dərs vəsaiti. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 112 s. 2. Elşar Qurban oğlu Orucov. Tətbiqi funksional analizin elementləri: Bakı “BDU nəşriyyatı”, 2008, 234 səh. Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine 8.Ə.Həbibzadə. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi. Bakı, 1962 Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=497333
Şvarsvald (tort)
Şvarsvald tortu (alm. Schwarzwälder Kirschtorte) — alman mətbəxinə aid tort. Şvarsvald tortu 1930-cu illərdə Almaniyada meydana gəlmişdir və hazırda bütün dünyada məşhurdur. Şvarsvald albalılı tortuna şokoladlı biskvitinə kirşvasser hopdurulmuş, içliyi albalıdan hazırlanmışdır. Bəzək üçün tortda albalı və şokolad yonqarından da istifadə edilir. Tortun mənşəyi dürüst məlum deyil və çox güman ki Almaniyanın eyniadlı regionu ilə əlaqəlidir. İsveç şvarsvald tortu Almaniya mətbəxi ilə yanaşı İsveç mətbəxində də şvarsvald tortu vardır. İsveç şvarsvaldı kremlə örtülmüş və şokoladla bəzədilmiş formada olur.
https://az.wikipedia.org/w/index.php?curid=535965
Şved-Mayaktax-Arıta
Şved-Mayaktax-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Cənub sahillərini Oqonnyor-Kubata körfəzinin suları yuyur. Materiklə arasında məsafə 9 km-dir. Qonşu adalar: İlin-Qolub-Tyoryur-Arıta və Qolub-Tyoryur-Arıta. Ən hündür nöqtədi 3 metrdir.
https://az.wikipedia.org/w/index.php?curid=495042
Şvenskoya adası
Şvenskoya (norv. Svenskøya) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Kral Karl Torpağının bir hissəsini təşkil edir. Daxil olduğu qrupun Konqsoya adasından sonra sahəsinə görə ikinci böyük adasıdır. Edj və Barens adasından Olqa boğazı, Şimal-Şərq Torpağı adasından isə Erik-Eriksen boğazı ilə ayrılır. Ada Nordaust-Svalbard qoruğu ərazisinə daxildir. Adaya giriş qadağandır. Place names in Norwegian polar areas Arxivləşdirilib 2016-05-06 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=533972
Şverin
Şverin (alm. Schwerin) — Almaniyada şəhər, Meklenburq-Ön Pomeraniya əyalətinin paytaxtı. 95,740 nəfər əhalisi ilə Şverin Almaniyada əyalət mərkəzi şəhərləri arasında ən az əhaliyə malik şəhər, həmçinin Meklenburq-Ön Pomeraniya əyalətində Rostokdan sonra ikinci ən böyük şəhərdir. Qardaş şəhərlər Vaasa, Finlandiya Recco nel Emiliya, İtaliya Vuppertal, Almaniya Tallinn, Estoniya Pila, Polşa Odense, Danimarka Miluoki, Fransa Oliver Ridel — Rammstein adlı alman musiqi qrupunun bas gitaristi. Xarici keçidlər VikiSəyahətdə Şverin haqqında səyahət məlumatları var. Schwerin's official website (ing.) Tourism portal of Schwerin (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=503383
Şveriner SC QVK
"Şveriner"(alm. Schweriner SC) qadın voleybol klubu — Almaniyanın eyniadlı qəsəbəsini təmsil edir. Komanda voleybolda kifayət qədər adından söz etdirib. Hətta klub 1978-ci ildə CEV Qadınlar Çempionlar Liqasını qazanmışdır. Bu isə Almaniya voleybolunda ilk belə uğur olduğu üçün komanda alman voleybolunun flaqmanı sayılır. 2013-14 mövsümü üçün Baş məşqçi : Feliks KoslovskiTexniki heyət Köməkçi məşqçi : Davide Karli Fiziki məşqçi : Mixael Döring Komanda həkimi : Dr.Peter Jokisch Fizioterapist : Yens Ziqler Xarici keçidlər Rəsmi Sayt (alm.)
https://az.wikipedia.org/w/index.php?curid=353333
Şveriner SC VK
"Şveriner"(alm. Schweriner SC) qadın voleybol klubu — Almaniyanın eyniadlı qəsəbəsini təmsil edir. Komanda voleybolda kifayət qədər adından söz etdirib. Hətta klub 1978-ci ildə CEV Qadınlar Çempionlar Liqasını qazanmışdır. Bu isə Almaniya voleybolunda ilk belə uğur olduğu üçün komanda alman voleybolunun flaqmanı sayılır. 2013-14 mövsümü üçün Baş məşqçi : Feliks KoslovskiTexniki heyət Köməkçi məşqçi : Davide Karli Fiziki məşqçi : Mixael Döring Komanda həkimi : Dr.Peter Jokisch Fizioterapist : Yens Ziqler Xarici keçidlər Rəsmi Sayt (alm.)
https://az.wikipedia.org/w/index.php?curid=362461
Şvis (kanton)
Şvis (alm. Schwyz [ʃviːts], fr. Schwy(t)z, it. Svitto, romanş Sviz) — İsveçrənin mərkəzində alman dilli kanton. Paytaxtı — Şvis şəhəri. Əhalisi — 147 min nəfər (kantonlar arasında 17-ci yer; 2012-ci il məlumatı). Coğrafiyası Şvis kantonu İsveçrənin mərkəzi hissəsində yerləşir. Kanton ərazisindən Zil çayı axır; ona həmçinin Sürix gölünün, Firvaldşetet gölü və Tsuq gölünün bir hissəsi aiddir. Şvis kantonunun ərazisi — 908,2 km²-dir (İsveçrə kantonları arasında 13-cü yer). Torpaqların 41,0% kənd təsərrüfatı üçün istifadə edilir, 33,7% meşədir, 5,4% bina və yol tikintisi üçün ayrılıb, 20,0% torpaq istifadə edilmir. Xarici keçidlər Şvis kantonu turist təşkilatının saytı (alm.)
https://az.wikipedia.org/w/index.php?curid=326406
Şvis kantonu

https://az.wikipedia.org/w/index.php?curid=746757
Şxara dağı
Svaneti rayonu dağın cənubunda, şimalında isə Kabarda-Balkariyanın Bezenqi rayonu yerləşir. Rusiya və Gürcüstan sərhəddində yerləşən bu dağ Kutaisi şəhərindən 90 km şimalda yerləşir. Şxara dağı 13 km-lik Bezenqiy divarı adlı dağ silsiləsinin tərkibindədir. Şxara dağı qranit və kristallik şistlərdən təşkil olunmuş. Dağ yamacları buzlaqlarla örtülüdür. Ən böyükləri şimal yamacında - Bezenqi, cənubda isə - Şxara və Xalde buzlağıdır. Bu buzlaqlardan əsasən İnquri çayı qidalanır. Şxara dağı alpinizm üçün əlverilşli məkandır. İlk dəfə sovet alpinistləri zirvəni 1933-cü ildə fəth etmişlər. Şxara çətinlik dərəcəsi yüksək olan dağlar sırasına aid edilir. Şxara dağının cənub ətəyində, 2 200 metr hüdürlükdə Uşquli kəndi yerləşir. Uşquli Avropanın ikinci ən hündür dağ kəndidir. Kənd ərazisindən bir çox turist marşurutları keçir. Bu kənd UNESCO-nun Ümumdünya irsinə daxil edilmiş. Xarici keçidlər Peakware.com Arxivləşdirilib 2013-05-12 at the Wayback Machine Summitpost.org
https://az.wikipedia.org/w/index.php?curid=485936
Şxun
Şxun — iki və daha artıq dor ağacı olan yelkənli gəmi. Ümumi məlumat Şxun ingilscə “Schonner” sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı. Sonrakı dovrdə şxun daxili yanma muhərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=142298
Şyaulyay
Şyaulyay — Litvada şəhər. Şyaulyay əhalinin sayına görə Litvanın dördüncü şəhəridir (2001-ci ilin məlumatlarına görə, demək olar ki, 134 min), Şimali Litvanın paytaxtı adlandırılır. XIX əsrin ikinci yarısında Şyaulyayın Litva əyalətinin həyatının mədəni mərkəzi kimi əhəmiyyəti artdı. Şəhərdə milli dirçəlişin fəaliyyətini inkişaf etdirən, təhsil və mədəniyyəti bəsləyən Litva ziyalıları toplaşmışdı. Şyaulyayda birinci Litva tamaşası qoyulub. 31 oktyabr 1904-cü ildə Şyaulyayda A. Keturakisin "Amerika hamamda" komediyası oynanılıb, 1931-ci ildə isə Şyaulyay Dram Teatrı açılıb, 1939-cu ildə Şyaulyaya Klaypeda Dövlət Teatr köçürülüb, yarım əsrdən artıq keçəndən sonra, 2004-cü ildə isə, "Avilis" kukla teatrı yaradılıb. 1908–1914-cü illərdə mədəni-maarif fəaliyyətlə "Varpas" məşhur Şyaulyay Litva dram, musiqi və mahnı cəmiyyəti məşğul olurdu. 1920-ci ildə "Mədəniyyət" kitab nəşriyyatı cəmiyyəti yaradıldı, həmin il Şyaulyay Ümumi Kitabxanası açılmışdı. 1925-ci ildə M. Valançyus adına Xalq Universiteti, 1927-ci ildə – P. Vişinskis adına Xalq Universiteti, 1928-ci ildə – Y. Basanaviçyus adına Xalq Universiteti, elə həmin il şəhər gimnaziyası oğlan və qız gimnaziyalarına çevrilmişdi, icbari ibtidai təhsil tətbiq edilib. Siyasi səbəblərlə tez-tez dəyişən hadisələrə görə (Vilnüsün və Klaypedanın itirilməsi) Şyaulyay məmləkətin mühüm siyasi, iqtisadi və mədəniyyət mərkəzi oldu. XIX əsrin ikinci yarısında kapitalizm dövrünün əvvəlində bütün Litva kimi Şyaulyay da sənaye inqilabı və urbanistikanın inkişafı meydanına qədəm atdı. Çar Rusiyası 1836–1858-ci illərdə şəhərdən Riqa-Tilji şosesini keçirtdi. 1871-ci ildə dəmir yolu xətti Lepaya-Romnay Şyaulyayı kəsdi. Avropa və Rusiya ilə rabitə imkanı kiçik şəhərin mühüm bir sənaye mərkəzinə çevrilməsi üçün zəmin yaratdı. 1897-ci ildə Şyaulyay əhalisinin sayına görə (16128 sakin) ikinci şəhər (Kaunasdan sonra) olub, 1909-cu ildə əhalinin 56,4 faizi yəhudilər təşkil edirdi. Yəhudi sənayeçilərini şəhərə rahat rabitə cəlb etmişdi. O dövr üçün çox tərəqqili olan X.Frenkel, Nurokov qardaşlarının, Roqalin qardaşlarının dəri zavodu Rusiya imperiyasında ən iri zavod oldu. 1908-ci ildə X.Frenkel zavodun yanında modern (retsessiya) tərzində yaşayış evi – X.Frenkelin sarayını tikib, bu ev günümüzə qədər qalmış və indi burada Auşros muzeyinin bölməsi yerləşir. Şyaulyayda indiyə qədər 1913-cü ildə əsası qoyulmuş "Ruta" ən köhnə qənnadı məmulatları fabriki və adı ilk dəfə 1786-cı ildə Kral ekonomiyasının inventar siyahılarında çəkilmiş "Quberniya" – Litvanın ən köhnə pivə zavodu işləyir. Birinci dünya müharibəsi zamanı Şyaulyayda binaların 65 faizi dağılmışdı. 1919-cu ildə müstəqillik uğrunda döyüşlərdən sonra şəhəri bərpa etməyə başladılar. Mərkəzi küçələr yonulmamış daşlarla döşənmiş, onlara Baçyunskaya, daha sonra isə – Rekivskaya elektrik stansiyasından işıqlandırma qoşulmuşdu. 1925-ci ildə su kəmərinin birləşdirilməsi və kanalizasiyanın buraxılması başlandı. Kommunikasiya üçün şyaulyaylılar təkcə poçt və teleqrafdan başqa, telefondan da istifadə edə bilirdi. 1936-cı ildə şəhərdə avtomat-telefonlar quraşdırılmış, 1937-ci ildə isə telefon abunəçilərinin sayı 700 qədər artmışdı. Litvanın müstəqilliyi dövründə iki dünya müharibəsi arasında Şyaulyay XX əsrin əvvəlində yaradılmış sənaye şəhərinin simasını qoruyub saxlamışdı. 1938-ci ildə Litvada buraxılan dərinin 85 faizi, ayaqqabının – 69 faizi, kətan lifinin – 75 faizi, konfet sənayesinin – 35 faizi Şyaulyayda istehsal olunub. Bu gün Şyaulyay şəhərinin ən parlaq vurğusu – Renessans dövrünün memarlıq abidəsi olan Müq. Pyotr və Pavel kafedral kilsəsidir (1997-ci ilə qədər – kostyol). Gələnlərə o, sanki, şəhərin mərkəzinin, onun ürəyinin harada olduğunu göstərir. Kostyolun qülləsində şəhər sakinlərinin hesabına mexaniki saatlar quraşdırılıb. 1880-ci il yanğınından sonra onlar bərpa edilməyib. Təkcə kostyolun cənub fasadındakı günəş saatı qalıb. Bizim günümüzə qədər XVII-ci əsr memarlıq abidəsinin görünüşü xeyli dəyişib, çünki müharibə və təbii fəlakətlər onu dəfələrlə dağıtmışdır. Şəhərin mərkəzində Zubov knyazına hədiyyə verilmiş Şyaulyay ekonomiyasının Zubovların (Didjdvaryo) keçmiş malikanəsinin fraqmentləri qalır. 1954-cü ildən burada tədricən Şyaulyay Pedaqoji İnstitutu (indi – Şyaulyay Universiteti) yerləşdi. 1975-ci ildə Şyaulyayın mərkəzində Sovet İttifaqında birinci olan Piyadalar bulvarı salınıb. İndi o kiçik memarlıq formaları: fəvvarələr, heykəltəraşlıq əsərləri ilə bəzədilib. Şəhərin çoxlu muzeyi: dəmir yolu, su kəməri, universitet tarixi, pişiklər, velosipedlər, fotoqrafiya, radio və televiziya muzeyi var. Pişiklər Muzeyi – Litvada yeganə və dünyada ikinci belə muzeydir. Kolleksiyanın böyük hissəsini 30 il ərzində Şyaulyay sakini Vanda Kavalyauskene toplamışdır. 2006-cı ildə muzeydə pişik mövzusunda 14 min eksponat olub. Litvanın şəhərləri arasında Şyaulyay Litva rekordlar kitabında ən çox: adıçəkilən pişiklər muzeyi, Elvira Balçyunaytenin topladığı ən böyük kuklalar kolleksiyası, Rimantas Vinsent Vaytekunasın topladığı məşhur insanların imzalarının ən zəngin kolleksiyası ilə qeyd olunub. "Yuone Pastuoge" ("Juonė Pastuogė") musiqili aşxana-mehmanxana klubunda təkcə Litvada ən böyük kovboy papağını deyil, həmçinin 121 kq çəkisində olan velosipedi (dəmirçi Simas Mazelyauskas düzəldib) də görmək olar. Litvada ən böyük prof. Kazis Morkunasın "Saules döyüşü" vitrajı (onun sahəsi – 200 kv. metrə qədərdir), 1995-ci ildə 33 saata müxtəlif yaşlarda və incəsənətin müxtəlif istiqamətlərindən olan altmış rəssamın yaratdığı ən böyük rəsm – "Politsest" başqa yerdə deyil, məhz Şyaulyayda yerləşir. 1999-cu ildə Paulyüs Arlauskas Litvada ən kiçik ekslibrisi (hündürlüyü 5,2 mm və eni 4,8 mm) yaradıb. Unutmaq lazım deyil ki, Zoknyaydakı Şyaulyay hava limanında – sahəsinə görə (təxminən 10 kvadrat kilometr) Litvada ən böyükdür. Bu Sovet İttifaqının Silahlı Qüvvələrinin təyyarələrin təmiri üzrə müəssisəsi olan keçmiş gizli aerodromudur. Şyaulyaydan 7 km məsafədə Xaçlar Dağıdır. O, dünyada yeganə belə dağ olmaqla yanaşı həm də öz rekordları ilə də məşhurdur. Məsələn, Xaçlar Dağının yanında ən çox sayda zəvvarın (300 min) toplandığı gün papa II İoann Pavelin messası keçirilən 7 sentyabr 1993-cü il tarixi olmuşdur. Ehtimal olunur ki, ilk xaçlar burada XIV əsrin sonunda – XIV əsrin əvvəlində qoyulmağa başlanmışdır. 1850-ci ildə 20-ə yaxın xaç, 1960-cı ildə- 5000-ə yaxın xaç var idi. Hazırda olan xaçlardan 13 mindən çoxu – taxtadan, 2 mindən çoxu – metaldan, yüzdən çoxu – daşdandır. Bundan əlavə dağda 300-dən çox rəsm əsəri, övliyaların təsviri ilə yüzdən çox sovməə var. Şyaulyayda su yataqlarının ümumi sahəsi – 1280 ha, yəni şəhər ərazisinin 15,7 faizini təşkil edir. Bu Rekivos, Qinkunu, Talşos gölləri, Şvyantupis, Kulpe, Rude, Viyole, Şvede, Şimşa, Tilje, Qinupis kiçik çayları, Banko, Medinupyalis kanallarıdır. 16 park, Talkşay ekoloji cığırı, Şyaulyay Universitetinin Botanika bağı gəzintiyə dəvət edir. Litva adının çəkilməsinin minilliyinin bayram edilməsi münasibətilə 23 dekabr 2009-cu ildə gecə Talkşos gölü yanında Şyaulyaydan olan dizayner Vilüs Puronasın əsəri olan dəmir tülkünün iri bir heykəli qoyulmuşdur. O gündən Vilnüsün dəmir canavarı, Şyaulyayın isə – hikmət və bacarıq rəmzi – dəmir tülküsü var.
https://az.wikipedia.org/w/index.php?curid=254186
Şyaulyay FA
Šiaulių futbolo akademija – Litvanın Šiauliai şəhərini təmsil edən futbol klubu. Litvanın "A liqası"nda çıxış edir. Litvanin çempionatı: Çempion (0) 2 Gümüş medal (0) - 3 Bürünc medal (1) - 2023.Litvanin Pirma lyga (D2): Çempion (1) - 2021Litvanin Kuboku: 1 Qızıl medal (0) - 2 Finalçı (0) Mövsümlər (2010–...) 26 II 2024 tarixində yenilənib Rəsmi saytı lietuvosfutbolas.lt (FA Šiauliai) Globalsportsarchive
https://az.wikipedia.org/w/index.php?curid=739922
Şyolkovo
Şyolkovo — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir Coğrafiyası və iqlimi İqtisadiyyatı Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=166398
Şyonau adası
Şyonau adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Şyonau adası arxipelaqın cənub-şərqində yerləşir. Ada Koldevey adasında yerləşən burnundan şimaldadır. 100 metr uzunluğa malik qayadır. Ada Çexiyanın şimalında yerləşən şəhərin şərəfinə adlandırılmışdır. Şəhər Frans-İosif Torpağını kəşf edən Yulius Paymerin doğa şəhəridir.
https://az.wikipedia.org/w/index.php?curid=502511
Şçeçin
Şetsin (polyakca: Szczecin) Polşanın şimal-qərbində Baltik dənizi sahilində yerləşən bir şəhər. 2013-cü ilin statistikasına əsasən əhalisinin sayı 409000 nəfərdir.Polşanın ərazisinə görə 7-ci ən böyük şəhəridir. Qəsəbənin əsasını VIII əsrdə qərbi-slavyan tayfalarından biri hesab edilən pomeraniyan tayfaları qoymuşdur. IX əsrdə Odeya çayı ətrafında artıq qala divarları tikilməyə başladı.Qəsəbədə artıq slavyanların tanrısı hesab edilən Triqlavın məbədi yerləşirdi. X əsrin 2-ci yarısında lyutiçlərlə gedən döyüşlər nəticəsində polşa knyazı I Meşko Pomeriyan ərazisini(indiki Şetsin şəhərinin yerləşdiyi ərazini) işğal etdi. Lakin işğal edilmiş ərazini I Meşko öz bölgəsinə qatmadığından,Şetsin Qərbi Pomeriyan bölgəsinin inzibati və iqdisadi mərkəzi şəhərinə çevrildi. Ikinci dünya müharibəsi zamanı şəhərin demək olar ki 2/3 hissəsi faktiki olaraq dağılmışdı. 26 aprel 1945-ci ildə sovet ordusu tərəfindən işğal olundu. Və beləliklə şəhərdə yaşayan alman əhalisinin sayı 20000 nəfərə qədər azaldı(müharibədən əvvəl alman əhalisinin sayı 275000 nəfər təşkil edirdi).May ayında isə artıq evakuasiya olunmuş əhali tədricən şəhərə geri qayıtmağa başladı və beləliklə iyul ayının əvvəllərində atıq Şetsin şəhərində yaşayan almanların sayı 100000 nəfərə çatdı. İqdisadiyyatı Şetsin şəhəri Polşanın ən böyük port şəhəri hesab edilir. Şəhərdə maşınqayırma, gəmiqayırma, neft-kimya sahələri inkişaf etmişdir. Şetsin Universiteti Qərbi Pomeriyan texnoloji Universiteti Şetsin Dənizçilik Universiteti Şetsin İncəsənət AkademiyasıŞçeçin/Szczecin
https://az.wikipedia.org/w/index.php?curid=339626
Şöco
Şoco (Shoujo (少女) və ya Shōjo ( Şooco)) - gənc qız və ya kiçik qız kimi tərcümə olan yapon söz. 12-dən 18 yaşına qədər qızlar üçün nəzərdə tutulan anime və manqa növü. Adətən sevgi hekayəsi olur, personajların obrazlarına da diqqət verilir. Xüsusiyyətləri: çizmə ya qroteskli-yumoristik, ya da incə-romantik olur ("Weiss Kreuz"). Janraltıları: maho-şoco - sehrbaz qızlar haqqında (məsələn, "Seylor Mun"). Hərdən qadın harem janrı olur ("Ouran High School Host Club"). Yaponiyadakı şoco jurnalları "Şoco" əsərlər şoco mövzulu olan jurnallarda və ya ayrıca çap olunurlar. Aşağıda köhnə və davam edən Yapon şoco manqa jurnallarının nəşriyyatçılarına görə ayrılmış siyahısı göstərilir. Bunlar fərqli təqvimlərdə verilir, ən məşhur olanlar 15 günlük (Margaret, Hana to Yume, Sho-Comi) və aylıq periodlardır (Ribon, Betsuma, Betsu Fure, Lala). Ribon (りぼん) Ribon Original (リボンオリジナル) Margaret (マーガレット) Bessatsu Margaret (Betsuma) (別冊マーガレット) The Margaret (ザマーガレット) Deluxe Margaret (デラックスマーガレット) Nakayoshi (なかよし) Shōjo Friend (少女フレンド) Bessatsu Friend (Betsu Fure) (別冊フレンド) Dessert (デザート) Shōjo Comic (Şo-Comi) (少女コミック) Bessatsu Shōjo Comic (Betsu Comi) Petit Comic (プチコミック) Pochette (ポシェット) Şüca döyüşçüləri Kadokava sote WEB Jurnalı MANGA AIRPORT (漫画えあぽーと)
https://az.wikipedia.org/w/index.php?curid=420699
Şöhlət Əfşar
Şöhlət Əfşar (d.1949 - ö.2022) — Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü. Şöhlət Əfşar (Axundov Şöhlət Əşrəf oğlu) 1949-cu ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1967-ci ildə Ağcabədi rayonun Avşar kəndində yerləşən Nizami adına orta məktəbin XI sinfini bitirmişdir. 1968–ci ildə Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinin qiyabi şöbəsinə daxil omuşdur. 1971—1973 – cü illərdə Belarusiya SSR, Mogilyov vilayəti, Bobruysk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur.1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnsititunun aqronomluq fakültəsini müvəffəqiyyətlə bitirib alim-aqronom ixtisası almışdır. 1998-ci ildə göndərişlə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ikinci təhsil, qiyabi şöbə) İnzibati İdarəetmə fakültəsinə daxil olub, 2002-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1973—2006-cı illərdə Ağcabədi rayonunda dövlət orqanlarında və təsərrüfat sahəsində bir sıra rəhbər vəzifələrdə işləmişdir. III dərəcəli Dövlət qulluqçusudur. 2022-ci il 6 fevral tarixində vəfat edib. Yaradıcılığı May 2006-cı il tarixdən noyabr 2011-ci il tarixə kimi “Vəfa” jurnalında əməkdaş və redaksiya heyətinin üzvü, “Zamanın nəbzi” İctimai-siyasi qəzetinin Baş redaktoru, fevral 2011-ci il tarixdən həmin qəzetin Təsisçisi və Baş redaktoru, noyabr 2014-cü il tarixdən hal-hazıra kimi “Uvertüra” ictimai-siyasi və ədəbi qəzetinin Təsisçisi və Baş redaktoru kimi fəaliyyət göstərir. 1973-cü ildən etibarən Ağcabədi rayonunda nəşr olunan “Aran” (Əvvəllər “Sürət” adlanırdı) qəzetində vaxtaşırı (“İqtisadiyyat, intensivlik və...”, “Kəmiyyət keyfiyyətin düşmənidir”, “Soya qiymətli yem bitgisidir”, “Alın təri ilə qazanılmış şöhrət” və s.) publisistik məqalələrlə çıxış etmişdir. 1994-cü ildən başlayaraq respublikada nəşr olunan “Səs”, “Vətən səsi”, “Yeni Azərbaycan ”, “Sahil”, “Kredo”, “Zamanın nəbzi”, “Ədəbiyyat”, “525-ci qəzet”, “Bütöv Azərbaycan”, “Yeni Təfəkkür”, “Şuşa”, “Uvertüra” qəzetlərində “Vəfa”, “Ulduz”, “Folklor” jurnallarında və s. mətbu orqanlarda müxtəlif publisistik yazıları, hekayələri, novellaları, şeirləri və poemaları çap olunmuşdur. 19—23 iyun 2017-ci ildə Türkiyənin Kayseri şəhərində Türk Birliyi Kurultayı Aksakkallı Heyeti Danışma Kuruluna üzv seçilmişdir. 1. “Sükutdan asılmışam” ,şeirlər(“Nurlan” nəşriyyatı—2007) 2. “Dodaqdan könüllərə” ,şeirlər ( “Nurlan” nəşriyyatı—2008) 3. “Muğamın sədası” ,publisistika, Həmmüəllif, ("Şur" nəşriyyatı—2008) 4. “Həyat sən öyrədən deyil, müəllim!” , poema , (“Apostrof” cap evi—2011) 5. “Bu dünyanın havasına oynama”, şeirlər, poemalar, ( “Nurlar” nəşriyyatı—2013) 6. “Poema-Trilogiya” – (“Nurlar” nəşriyyatı—2015) Sözlərinə yazılan mahnılar 1. “Şuşanın şikəstəsi” (bəstəkar – Əməkdar incəsənət xadimi Tahir Əkbər, ifa — Xalq artisti Nəzakət Teymurova), 2. “Ey Vətən” (Bəstəkar – Zümrüd Tağıyeva, ifa — Xalq artisti Azərin), 3. “Üçrəngli Bayrağım” (musiqisi və ifa — Əməkdar artist Teyyub Aslanov), 4. “Ağcabədim” (musiqisi və ifa — Əməkdar artist Teyyub Aslanov), 5. “Biləcəksənmi” (musiqisi — Aida Vəfa, ifa – Aynur Dadaşova) və s. mahnılar yazılmış, həmin mahnılar müxtəlif televiziya kanallarında və radio dalğalarında yayımlanırlar. Çəkilmiş kliplər (Kliplər vaxtaşırı AzTV1, İctimaiTV, Lider və Space TV kanallarında yayımlanmaqdadır) : 1. “Şuşanın şikəstəsi” mahnısına (layihənin rəhbəri Bəxtiyar Qaraca, rejissor Kəmalə Mirzəyeva ), 2. “Ey nər igidlər” (İctimai TV kanalının layihəsi əsasında, qiraətçilər — Zülfiyyə Eldarqızı, Samir Əlizadə, Vüqar Nəcəfov ) 3. “Üçrəngli Byarağım” (İctimai TV kanalının layihəsi əsasında qiraətçi Əməkdar incəsənət xadimi Ağalar Bayramov ) , 4. “Vətən, başın sağ olsun!” şeirinə ( Layihənin rəhbəri Bəxtiyar Qaraca, Baş məsləhətçi Əflatun Amaşov, qiraət edir Xalq artisti Məleykə Əsədova, rejissor Günel Firuz, operator Mətləb Yaquboğlu) Müxtəlif vaxtlarda Az. TV1 kanalında yayımlanan “Səhər” və “Yurd yeri” , İTV kanalında yayımlanan “Ovqat”, “Səhər sovqatı”, “Yeni gün” səhər poqramlarının qonağı olmuşdur. 2009-cu ildə “STS MMC” prodakşın studiyası şeirlərimə (qiraətçilər – Xalq artisti İlham Əsgərov, Aşıq Zülfiyyə, ifa — xalq artisti Könül Xasıyeva, instrumental alətlərlə — xalq artisti Möhlət Müslümov—tar , xalq artisti Fəxrəddin Dadaşov-kamança, əməkdar artist Şirzad Fətəliyev— balaban, Şəfa—ud, Elçin-qarmon) hər biri 80 dəqiqə olan iki disk—albom buraxmışdır. 2014-cü ildə Təbrizdə, Təbriz və Qaradağ aşıqlar birliyinin rəhbəri Böyükbəy Ələkbəroğlunun layihəsi və rəhbərliyi ilə Təbriz, Qaradağ aşıqları Çingiz Biriya, Novruz Çəməni, Cavad Məhərrəmi, İbrahim Qaradağlı, Ələsgər Vənyarlı, Əsgər Məhərrəmi, Böyükağa Əlizadə, Davud Əbbasi, Məhəmməd Xirədməndi, Cəfər Xakpur, Məhərrəm Abdullahzadə, Həsən Məhəmmədi və Həsən Babayinin ifalarında sözləri Şöhlət Əfşarın şeirlərindən ibarət olan 3000 tirajla disk—albom buraxılmışdır. Buraxılmış disk—albomda aşıqlarla bərabər Təbriz radiosunun diktoru Ruqiyyə xanım onun şeirlərini qiraət etmişdir. Ailəlidir, 4 övladı var. 1. 4.
https://az.wikipedia.org/w/index.php?curid=481100
Şöhrə Ağdaşlı
Şöhrə Ağdaşlı (ing. Shohreh Aghdashloo, fars. شهره آغداشلو, d. 11 may 1952) — İran-ABŞ aktrisası. Soyadını ilk yoldaşı olan Aydın Ağdaşlıdan götürmüşdür. Filmoqrafiya Qum və dumandan ev (film, 2003) Sürəyyanın daşqalaq edilməsi (film, 2008)
https://az.wikipedia.org/w/index.php?curid=186529
Şöhrət-fəza xanım
Şöhrət-fəza xanım (d. 1829 - ö. 1895) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı. Əslən şimali Qafqaz əsilli olan Şöhrət-fəza xanım 1829-cu ildə Soçidə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ almadan öncə təqdim edildiyi bilinir. Cütlüyün Tövhidə və Fatimə İsmayıl adlı 2 qızı dünyaya gəldi. İsmayıl Paşanın Misir hakimi təyin edilməsinin ardından Şöhrət-fəza xanım paşanın ilk xanımı olması səbəbilə "Birinci Şahzadə" ünvanı aldı. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Şöhrət-fəza xanım Misirdə Böyük xanım olaraq anılmağa başlandı. Qərb mədəniyyətinin Misirdə geniş vüsət aldığı illərdə o, Osmanlı motivli geyimlər geyinirdi. 1876-cı ildə İsmayıl Paşanın digər xanımı olan Camalnur Qadınəfəndinin ölümünün ardından, onun oğlu Əli Camalı da övladlığa götürən Şöhrət-fəza xanım 1895-ci ildə vəfat etdi və cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. Kal (1997). İstanbul su külliyât (in Turkish). İstanbul: İstanbul Aras̨tırmaları Merkezi. p. 98. ISBN 978-975-8215-04-1 Bulent Rauf (1995). The Last Sultans. Meral Arim. p. 232. ISBN 978-0-9525173-0-6 Cuno, Kenneth M. (April 1, 2015). Modernizing Marriage: Family, Ideology, and Law in Nineteenth- and Early Twentieth-Century Egypt. Syracuse University Press. p. 33. ISBN 978-0-815-65316-5 Chennells, E. (1893). Recollections of an Egyptian Princess. William Blackwood. p. 7 Tugay, Emine Foat (1963). Three Centuries: Family Chronicles of Turkey and Egypt. Oxford University Press. pp. 166, 198. "His Highness Hidiv Ismail Pasa". www.oocities.org
https://az.wikipedia.org/w/index.php?curid=700058
Şöhrət (film seriyası)
Şöhrət (Hanqıl: 더 글로리) — Kim Eun-sook tərəfindən yazılmış və Netflix üçün Ahn Gil-ho tərəfindən idarə olunan Cənubi Koreya yayımlanan televiziya serialıdır. Song Hye-kyo, Lee Do-hyun, Lim Ji-yeon, Yeom Hye-ran, Park Sung-hoon və Jung Sung-il ansamblın heyətini tamamlayırlar. Birinci hissə 30 dekabr 2022-ci ildə buraxıldı, ikinci hissə isə 10 mart 2023-cü ildə premyerası oldu, həm tənqidi bəyənmə, həm də tamaşaçıların uğuru. O , 59-cu Baeksang İncəsənət Mükafatında səkkiz nominasiya qazandı və üç qalib oldu — Ən Yaxşı Dram, Song Hye-kyo üçün ən yaxşı aktrisa və Lim Ji-yeon üçün ən yaxşı köməkçi qadın rolu oldu.
https://az.wikipedia.org/w/index.php?curid=812056
Şöhrət Abbasov
Şöhrət Salihoviç Abbasov (özb. Shuhrat Abbosov; 16 yanvar 1931, Kokand – 25 aprel 2018, Daşkənd) — Özbəkistan kinorejissoru, ssenaristi, pedaqoqu. SSRİ xalq artisti (1981). Şöhrət Salihoviç Abbasov 16 yanvar 1931-ci ildə Özbəkistanın Kokand şəhərində anadan olub.1949-cu ildə Daşkənd tibb texnikumunu bitirib.1954-cü ildə A. N. Ostrovski adına dövlət teatr sənəti institutunu tamamlayıb. 1958-ci ildə "Mosfilm"də ali rejissor kursunu keçib. 1954–1956-cı illərdə Yangiyolda M. Uyğur adına Daşkənd vilayəti musiqili-dram teatrının baş rejissoru vəzifəsində çalışmışdı. 1958-ci ildən 1991-ci ilədək — "Özbəkfilm" kinostudiyasında rejissor, 1982–1986-cı illərdə isə direktor kimi işləmişdi. Filmoqrafiya Sən yetim deyilsən Əbu Reyhan Biruni Xarici keçidlər Şöhrət Abbasov — IMDb səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=436637
Şöhrət Abdulrəhmanov
Şöhrət Böyükbəy oğlu Abdulrəhmanov (14 fevral 1991; Hacıqabul rayonu, Azərbaycan SSR — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Şöhrət Abdulrəhmanov 1991-ci il fevralın 14-də Hacıqabul rayonunun Şorbaçı kəndində anadan olub. Hərbi xidməti Azərbaycan Ordusunun giziri olan Şöhrət Abdulrəhmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şöhrət Abdulrəhmanov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Abdulrəhmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Abdulrəhmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=701028
Şöhrət Cabbarov
Şöhrət Əli oğlu Cabbarov (28 aprel 1995; Ölcələr, İmişli rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Şöhrət Cabbarov 28 aprel 1995-ci ildə İmişli rayonunun Ölcələr kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Ölcələr kənd tam orta məktəbində almışdır. Hərbi xidməti Əvvəlcə, müddətli həqiqi hərbi xidmət qulluqçusu olan Şöhrət hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Şöhrət Cabbarov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şöhrət Cabbarov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=693268
Şöhrət Cəlilov
Şöhrət Cəfər oğlu Cəlilov (11 yanvar 1998, Gəncəli, Xaçmaz rayonu – 24 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şöhrət Cəfər oğlu Cəlilov 11 yanvar 1998-ci ildə Xaçmaz rayonu Gəncəli kəndində anadan olub. Hərbi xidməti Şöhrət Cəlilov İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 24 oktyabrda Xocavənd rayonunun Zoğalbulaq və Düdükçü kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=732011
Şöhrət Həsənov
Şöhrət Usub oğlu Həsənov (d. 23 dekabr 1944, Xocalı rayonu, Azərbaycan SSR, SSRİ – ö. 25 fevral 1992, Xocalı rayonu, Azərbaycan) — "İgidliyə görə" medalı ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi. Erkən illəri Şöhrət Həsənov uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Xocalı soyqırımı baş verən zaman rayon icra hakimiyyəti başçısının birinci müavini olub. Qarabağ müharibəsi və döyüşlərdə iştirakı O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə son nəfəsinə və son gülləsinədək vuruşdu. Avtomat silahının darağında olan 30 güllənin hamısı artıq qurtarmışdı. O, insanların sağ-salamat çayı keçməsinə kömək edib, sonra isə erməni snayperinə tuş gəlib, iki ayağından vuruldu. Onu işgəncə verərək öldürüblər. Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və bu cür işgəncələri davam etdirərək onu qətlə yetiriblər.Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir. Şəxsi həyatı Şöhrət Həsənov Mehriban Əliyeva ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Aygün, Almaz, Gülnarə, Ruhiyyə və Bəyaz adlı qızları və oğlu Babək yadigar qalıb. Bir neçə xarici dil bilirdi.Jurnalizmlə məşqul olurdu. O, "Xocalının səsi" qəzetinin nəşr edilməsinə də böyük dəstək göstərirdi və hətta qəzetin adını da seçmişdi. Təltif və mükafatları 19?? — "İgidliyə görə" medalı
https://az.wikipedia.org/w/index.php?curid=480180
Şöhrət Mikayılov
Şöhrət İkram oğlu Mikayılov (26 fevral 2002; Zərgərli, Qəbələ rayonu, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Şöhrət Mikayılov 26 fevral 2002-ci ildə Qəbələ rayonunun Zərgərli kəndində İkram Mikayılovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. Hərbi xidməti Şöhrət Mikayılov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şöhrət Mikayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şöhrət Mikayılov 31 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Mikayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Mikayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şöhrət Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (05.11.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=748183
Şöhrət Məmmədov
Şöhrət Elçin oğlu Məmmədov (1 iyul 1995, Fərəhli, Qazax rayonu) — Azərbaycan müğənnisi, bəstəkar. Həyatı və karyerası 1 iyul 1995-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2001–2009-cu illərdə Fərəhli kəndində Kamran Kərimov adına orta məktəbində təhsil almışdır. 2009-cu ildə Qazax rayonu Səməd Vurğun adına 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi akademiyasının 1-ci kursuna daxil olmuş, peşəkar hərb təhsilini aldıqdan sonra 2016-cı ildə həmin akademiyanın məzunu olmuş, leytenant kimi ilkin hərbi rütbə ilə hərbi xidmətinə davam etmişdir. 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi sıralarından ayrılmış və xidmətini dayandırmışdır. Uşaq yaşlarından musiqiyə böyük həvəsi olan müğənni hərbi xidmətindən ayrılandan sonra musiqi karyerasına başlamışdır. İlk mahnısının sözləri və bəstəsi özünə aid olan "Ay Ömrüm" mahnısı olmuşdur və bu mahnı ilə də qısa müddət ərzində populyarlıq qazanmışdır. Bundan sonra da bir neçə hitlər ərsəyə gətirmişdir. Sənətçi "Öpüm Nəfəsindən" adlı mahnısı ilə də geniş səs gətirmişdir. Bu mahnısı bir neçə ölkədə səsləndirilmişdir. Mahnı Türkiyə sənətçiləri Mustafa Ceceli və Ekin Uzunlar tərəfindən səsləndirilmişdir. Sənətçinin daha sonra təqdim etdiyi "Olarmı" mahnısı da qısa bir zamanda böyük diqqət görmüşdür. Daha sonra təqdim etdiyi "O Sənsən" mahnısı da qısa bir müddət ərzində YouTube platformasında trenddə birinci yerə çıxmışdır. Diskoqrafiyası
https://az.wikipedia.org/w/index.php?curid=690575
Şöhrət Qasımov
Şöhrət Şakir oğlu Qasımov (16 avqust 1992; Gədəbəy rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Tibb xidməti rəisi, İkinci Qarabağ müharibəsinin şəhidi. Şöhrət Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhəri 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olmuşdur. 2016-cı ildə Türkan Qasımzadə ilə ailə həyatı qurub. Murad və İlayda adlı 2 övladı yadigar qalıb. Hərbi xidməti Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. 3 ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirmişdir. Hərbi tibb qulluqçusu olmuş və qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlmişdir. 2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilmişdir. Qısa zamanda tibb xidməti rəisi vəzifəsinə təyin olunub. Xidməti dövründə nümunəvi zabit və savadlı həkim kimi hər kəsin rəğbətini qazanmışdır. Hərbi xidməti dövründə bir çox fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Şöhrət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabrda hərbi həkim baş leytenant Şöhrət Qasımov həlak olmuşdur. Baş leytenant tibb xidməti rəisi Qasımov Şöhrət Şakir oğlu .16.08.1992 ici ildə Gədəbəy rayonunda anadan olub. 1998ci ildə Sumqayıt şəhərində 18 saylı orta məktəbin 1 ci sinifinə daxil olub.2004 cu ildə Cəbrayıl rayonun 5 saylı məktəbində təhsilini davam etdirir.Həmin məktəbi təmsilən keçirilən kimya fənni üzrə respublika olimpiyadasini 3 culukle başa vurur. Əlaçı şagird olduğu üçün dəfələrlə Fəxri fərmanlarala təltif edilir. Müəllimlərinin sevimlisinə çevrilir. Hərbi üslubda çəkilmiş filmlərə baxmağı çox sevirdi. Boş zamanlarında tibbi kitablarla yanaşı detektiv romanları mütaliəyə etməyi çox sevirdi. 2009 ci ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirir. Hərbçi olmaq arzusu idi. Ancaq insanların həyatını xilas etmək də onun arzuları arasında idi. Və o Həmin ili yüksək balla Azərbaycan Tibb Universitetinin Hərbi tibba fakültəsinə qəbul olur. Qrup nümayəndəsi seçilir. Qısa zamanda universitetində də hər kəsin sevimlisinə çevrilir. Şöhretin qrup numaydesi olduğu qrupu müəllimləri 'Generallar qrupu' adlandırırdı. Imtahanlarda yüksək nəticələr əldə edir. Həftə sonları tibbi biliklərini təkmilləşdirilmek üçün praktikakar keçirdi. Savadlı həkim olmağa çalışırdı. Bundan başqa idmanının güləş növünü də çox sevirdi, boş vaxtlarında güləşlə məşğul olurdu. 2015 ci ildə Universiteti müvəffəqiyyətlə bitirib Tibb xidməti leytenanti ali rütbəsini alıb. Həmin ili Müdafiə nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 3 ay sonra Tərtər rayonunun ön xəttində yerləşən hərbi hissəninde xidmət etməyə başlayıb. O tez tez Mübariz İbrahimovun keçib getdiyi postdan onu şəhid olduğu yerlərə baxıb döyüş yoldaşlarina məhz ora Üçrəngli bayrağımızı sancmaği arzu etdiyini deyirdi. Aprel döyüşləri zamanı döyüşlərində iştirak edib. Döyüşlərdən sonra yaradılmış' Həmlə taboru'nun yaradılmasında müstəsna rol oynamış həmin taborun məntəqə rəisi təyin olunur. Taborun keçirdiyi bütün təlimlərdə yaxından iştirak edir, dağ təlimi səhra təlimi və digər çətin relyeflədə bütün tapşırıqları yerinə yetirir. Normativləri xüsusi dərəcələrlə tamamlayır. Komandirləri tərəfindən dəfələrlə Fəxri fərmanlarala təltif olunur. O xidmət dövründə hamının rəğbətini qazanır. O əsgərlərinə hər zaman xüsusi münasibəti ilə seçilirdi. Əsgərlərinin sevimli komandirinə çevrilmişdir. Həm həkim həm də hərbçi kimi iki müqəddəs peşənin də öhdəsindən layiqincə gəlirdi. Hər zaman ön xəttə xidmətə can atan Qasımov 2017 ci ildə SAT ( Su Altı Taaruz) xüsusi təyinatlıların kursuna qatılmaq istəyir lakın səhhətində yaramış problemə görə həkim komissiyasınindan keçə bilmir. Bu hadisə onu daxildən sarsır. Elə həmin ay yenidən Tərtər rayonunun ön xəttə yerləşən N saylı hərbi hissəsində yenidən xidmət etməyə başlayır. 2018 ci ildə baş leytenant hərbi rütbəsi verilib. Həmin ili Azərbaycan ordusunun yaradılması 100 illiyinə həsr olunmuş ' Azərbaycan ordusunun 100 illiyi yubiley medalı' ilə təltif olunub. Qısa zamanda Tibb xidməti rəisi Vəzifəsinə qədər yüksəlir. 2019 cu ildə o ilk xidmət etdiyini Yevlax rayondakı N saylı hərbi hisssinədə yenidən xidmətini davam etdirir. Torpaqlarımızı işğal altında olmağı onu çox narahat edirdi. İyul döyüşləri zamanı o artıq başa düşür ki vaxt gəlib çatıb. Müharibə qaçılmazdır, biz torpaqlarımızı işğaldan azad etməliyik. O şəxsi heyətin mənəvi-psixoloji hazırlığına xüsusi diqqət yetirir. Bütün əsgər zabiti heyətinə hər gün tapşırıq verir ki hamı bir nəfər kimi hazır olmalıdır. Onun bir çıxışı isə bütün şəxsi heyətin yaddaşlarına həkk olunur ' Bu vətən bu torpaq bizimdir. Biz necə doğmalarimizi övladlarımızı sevirik vətəni də elə sevib lazim olan zaman canımız bahasına olsa da onu qorumalıyıq. Bu gün biz torpaqlarımızı işğaldan azad etməliyik ki o gələcək nəsillərə qalmasın. Lazım olsa Şəhid olmalıyıq ki bizim övladlarımız Şəhid olmasın. Bu bizim vicdan borcumuzdur.' ‌Sentyabrın 27 si İkinci Qarabağ müharibəsinə öz şəxsi heyətini aparmağıni onun son dəfəki çıxışını əsgərlərindən biri belə xatırlayır. ' Cənab baş leytenant bizi qürurla sevinc hissi ilə sıraya düzülüb artıq vaxtın çatdığını vətənin müdafiəsinə qalmağın lazım olduğunu söylədi. Hər kəsdə elə bir inanc ruh yüksəkliyi yaratdı ki biz vətən uğrunda ölməyə belə hazır idik. Hamıdan öndə döyüşə yollandı.' Vətəni sevən vətənpərvər həkiminiz Milli qəhrəman Murad Mirzəyevin şərəfinə oğluna Murad adını qoymuşdur. Həmişə deyirdi ki bu məsələ məhz indi həll olunmalıdır onu gələcək nəsillərə qoymaq olmaz. Son sözü isə belə olur. Mən indi şəhid olmasam sabah oğlum olacaq ona göre də üzərimə düşən hər şeyi edəcəm. Elə də oldu. Ilk şəhid həkim tibb xidmeti reisi baş leytenant Qasımov Şöhrət 29.09.2020 tarixinde Suqovuşanda şehid oldu. O yüzlərlə yaralı əsgər və zabitlərə yardım göstərir. Yaralı şəhid fərqi olmadan neçə neçə insanları döyüş meydanında çıxarır. Qorxmaz cəsur Həkim Qasımov Neytral ərazilərə qədər gedib çıxır. Yüzlərlə yaralıları döyüş meydanından çıxarır. Həmin günü 3 defe xüsusi tapşırıq yerinə yetirir, sonucu dəfə yaralı təxliyə etməyə gedərək erməni tankı ilə üz üzə gəlir. O qəhrəmancasına döyüşərək şəhid olur. Həmin vaxt zirehli maşında olan 4 nəfəri xilas edir. maşının üstündə olmağına baxmayaraq qaçmır əksinə üzərində olan xidməti silahla sona qədər vuruşur. Hətta düşmənin 2 nəfər canlı qüvvəsini məhv edərək Şəhidlik zirvəsinə ucalır. DNT analizi ile müəyyən olunaraq 09.10.2020 tarixində Sumqayıt şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Ali baş komandanının sərəncamına ilə Azərbaycan respublikasına sadiqliyine görə vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan respublikasının 3 cü dərəcəli Vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı, Suqovuşanin azad olması medalı ilə təltif olunub. Ailəli idi vətənə əmanət 2 övladı var. Oğlu 4, qızı isə 1 yaşındadır. Ən böyük arzusu oğlu Muradın idmançı olmağı idi. Onun bir gün dünya səviyyəli yarışda bayrağımızı dalgalandirmagini görmək istəyirdi. Ancaq Vətən sevgisinə peşə andına sadiq qalaraq Vətən uğrunda Şəhid oldu. 9 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) (25.06.2021) - "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=685585
Şöhrət Vəkilov
Şöhrət Musa oğlu Vəkilov (8 may 1957, Qazax) — azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi (1994-1999), Azərbaycan Respublikası maliyyə nazirinin müavini (1992-1994). Şöhrət Musa oğlu Vəkilov 8 may 1957-ci ildə Azərbaycan SSR Qazax şəhərində doğulmuşdur. İlk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə təhsil almışdır. İlk təhsil aldığı 4 saylı məktəb səkkizillik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbində başa vurub. 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsində təhsil alıb. 1978-1980-ci illərdə Rusiya SFSR-də həqiqi-hərbi xidmət keçib. Vəkilovlar ailəsinin üzvüdür. Ali təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirib. Ardınca Dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı, şöbə müdiri kimi çalışıb. Maliyyə nazirliyində 1992-1994-cü illərdə Azərbaycan Respublikasının maliyyə nazirinin müavini vəzifəsində çalışıb. Vergi orqanlarında 1990-1992-ci illərdə Yasamal rayon Vergi İdarəsinin rəisi vəzifəsində çalışıb. 1994-1999-cu illərdə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifəsində işləyib. Sözügedən vəzifədə olduğu müddətdə vergi qanunvericiliyinə dair bir sıra qanunların hazırlanmasında yaxından iştirak edib. Sonrakı fəaliyyəti 2000-2016-cı illərdə bank sektorunda çalışıb. Hazırda Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviridir. Xarici keçidlər Bərdədə “Pambıq əkini üçün dondurma şumunun və aratın əhəmiyyəti” mövzusunda tarla müşavirəsi keçirilib Pambıqçılığın innovativ inkişafı sürətlənir
https://az.wikipedia.org/w/index.php?curid=748629
Şöhrət Vəkilov (dövlət xadimi)

https://az.wikipedia.org/w/index.php?curid=748634
Şöhrət Xiyabanı (Qroznı)
Şöhrət Xiyabanı və ya Axmat Kadırov adına Şöhrət Memorial Kompleksi — Qroznı şəhərində Böyük Vətən müharibəsində Qələbəyə, eləcə də Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırova həsr olunmuş xatirə abidəsi. Kompleks Qroznının mərkəzində, Mayakovski küçəsində yerləşir. Memorialda muzey, park və bir sıra abidələr var. Memorialın sahəsi 5 hektardır, Rusiyada Sovet xalqının Böyük Vətən müharibəsində Qələbəsinin xatirəsinə tikilmiş üçüncü ən böyük obyektdir. Bayram günlərində kompleks 15 min nəfəri qəbul edə bilir. Memorial kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanılıb və təxminən 6 aya yaxın davam edib. Kompleksin təntənəli açılışı 2010-cu il mayın 8-də Qələbənin 65-ci ildönümü ərəfəsində olmuşdur. Kompleksin memarlıq ansamblı Memorial kompleksdə əsas yeri Əhməd Hacı Kadırov Muzeyinin iki mərtəbəli binası tutur. İnteryerin zənginliyi və gözəlliyi baxımından muzey dünya memarlığının məşhur abidələri ilə rəqabət apara bilər. Muzeyin mərkəzi zalında bədii pannonun yaradılması üçün mərmər İspaniyadan, ən yüksək standart-999 qızılla örtülmüş çilçıraq İrandan gətirilib. Çilçırağın çəkisi bir ton yarıma qədərdir, çilçıraqda 750-dən çox lampa var. Əhməd Kadırov Muzeyinin əsası 2004-cü ildə qoyulmuş, 2010-cu ildə müasir binaya köçürülmüşdür. Muzeydə bir neçə daimi sərgi nümayiş etdirilir - Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırov haqqında, Çeçen-İnquşetiyadan olan əsgər və zabitlərin Böyük Vətən müharibəsində iştirakı haqqında, rəsm qalereyası var. Həmçinin burada müvəqqəti sərgilər də keçirilir. Memorial kompleksin ətrafında park - Şöhrət Xiyabanı yerləşir. Park tam abadlaşdırılıb - yollar kafellə döşənib, fənərlər (döşəmə lampaları) və skamyalar quraşdırılıb, gül qabları düzülüb, qazon və bitkilər üçün avtomatik suvarma sistemləri quraşdırılıb. Əbədi Şöhrət Alovu Əbədi Şöhrət məşəlini Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov və Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin alovlandırıblar. Binanın ikinci mərtəbəsi şüşə günbəzlə örtüləcək, onun qarşısında Əbədi məşəl yerləşəcək. Mövlid Visaitovun abidəsi 2005-ci ilin fevralında Çeçenistan Respublikası Hökuməti heykəltəraşlıq kompozisiyasına müsabiqə elan etdi, onun mərkəzi hissəsində Böyük Vətən müharibəsi illərində süvari alayına komandirlik etmiş və Sovet İttifaqı Qəhrəmanı Mövlud Visaitovun at üzərində abidəsi olmalı idi. Visaitov 1945-ci ildə Elba çayında müttəfiq qüvvələrin nümayəndələri ilə əl sıxan ilk sovet zabiti olub. Memorial abidə haqqında videoları yayımlayan iki ekranla təchiz olunub. Memorial Kompleks binasının mərkəzi hissəsinin üzərində 39 metrlik stel qülləsi quraşdırılacaq. Çeçenistan-İnquşetiyadan olan Sovet İttifaqı Qəhrəmanlarının adı olan barelyeflər Muzeyin binasında Sovet İttifaqı Qəhrəmanlarının - Çeçenistan Respublikasından olan 40 nəfərin portret barelyefləri var. Böyük Vətən müharibəsi epizodlarını əks etdirən barelyeflər Burda tematik retrospektiv - “Xanbaba Nurədilov - "Stalinqradın müdafiəçisi", "28-ci qvardiya süvari alayı M. Visaitov", "Brest qalasının müdafiəçiləri", "Reyxstaqın alınması" və s. yerləşdirilib. Axmat Kadırovun abidəsi İki daş plitə. Mataş Mazayevin və Böyük Vətən Müharibəsi tankçılarının abidəsi Mataş Mazayevin şərəfinə qoyulmuş abidə 9 may 2012-ci ildə açılmışdır. Abidə Mazayevin müharibə zamanı idarə etdiyi tankın sürətidir. Tank Krasnodar diyarının Veteranlar Şurası tərəfindən bağışlanmışdır. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=725563
Şöhrət ordeni
"Şöhrət" ordeni (Azərbaycan) — Azərbaycanın dövlət təltifi "Şöhrət" ordeni (SSRİ) — SSRİ-nin dövlət təltifi Şöhrət ordeni (Əfqanıstan) — Əfqanıstanın dövlət təltifi Şöhrət ordeni (Tacikistan) — Tacikistanın dövlət təltifi Şöhrət ordeni (Qazaxıstan) — Qazaxıstanın dövlət təltifi
https://az.wikipedia.org/w/index.php?curid=436899
Şöhrət ordeni (Azərbaycan)
"Şöhrət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri. 1. Azərbaycan Respublikasının "Şöhrət" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə; sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə; sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə. 2. "Şöhrət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şərəf" ordenindən sonra taxılır. "Şöhrət" ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir. Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir. Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərində "Şöhrət" sözü yazılmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Orden paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçüdə göy-ağ çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. Poçt markası üzərində 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şöhrət" ordeninə həsr olunmuşdur. Həmçinin bax "Şöhrət" ordeni ilə təltif edilənlərin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=436891
Şöhrət xiyabanı (Hollivud)
Hollivudun "Şöhrət xiyabanı" (ing. Hollywood Walk of Fame) — Hollivud bulvarında və Vayn küçəsinin üç məhəlləsində küçənin hər iki trotuarı boyunca 15 məhəllədə yerləşən əyləncə sənayesinin nailiyyətlərinin daimi və ictimai abidəsi kimi çıxış edir. 2500-dən çox beşbucaqlı mis Ulduz trotuarın 6 futluq (1,8 m) plitələrində həkk edilmişdir. Burada aktyorlar, musiqiçilər, prodüserlər, musiqi və teatr turppalarının rəhbərlərinin, real və uydurulmuş personajların əyləncə və incəsənət sənayesinə verdikləri töhvələrinə görə ulduzları həkk olunmuşdur. "Şöhrət xiyabanını" Hollivud ticarət palatası idarə eləyir, Hollywood Historic Trust isə onu maliyyələşdirir. Aparılan tədqiqatlara görə, hər il Hollivudda yerləşən "Şöhrət xiyabanına" 10 milyondan çox insan baş çəkir. Bu həmçinin turizmin inkişafında çox böyük rol oynayır. Hər monument mərcan-çəhrayı rəngdə olan beşbucaqlı ulduzdan ibarətdir. Ulduzun yuxarı hissəsində misdən çap hərfləri ilə yazılmış laureatın adı göstərilir. Ulduzun aşağı hissəsində dairəvi mis emblem laureatın hansı sənət üzrə töhfə aldğını göstərir. Emblemlər əyləncə sənayesinin beş kateqoriyasını simvolizə edir. — klassik plyonkalı kinokamera kinosənayesinin inkişafındakı töhfələrə görə — köhnə televizor televiziyanın inkişafındakı töhfələrə görə — fonoqraf səsyazma və musiqi sənayesindəki töhfələrə görə — radio-mikrofon radio sənayesindəki töhfələrə görə — komediya/ tragediya maskaları – teatrın inkişafındakı töhfələrə görə (1984-cü ildən mövcuddur)Hal-hazırda ulduzların 47%-i kino sənayesinin inkişafı kateqoriyası, 24%-i televiziyanın inkişafı, 17%-i səsyazma, 10%-i radio, 2%-i teatrın inkişafı kateqoriyalarına aiddir. Hər il orta hesabla 23 Ulduz Xiyabanlığında peyda olur. Lakin 19 Ulduz başqa emblemlərlə olmuşdur. Məsələn, "Los-Anceles Polis bölməsinin" ulduzu LAPB-nin işarəsi nüsxəsi kimi olmuşdur. Keçmiş siyasətçi Tom Bredlinin ulduzunda Los-Ancelesin möhürü olmuşdur. Həmçinin ulduzun formasının başqa bir variantı olmuşdur. "Apollon 11"-in Aya missiyasına görə, "Ulduzlar" Ay formasında olmuş və astronavtların adı (Nil Armstronq, Maykl Kollinz, Edvin Oldrin), Aya enmələrinin tarixi (20 iyul 1969-cu il) və Apollo XI sözü yazılmışdır. 1950-ci illərin əvvəllərində Hollivud ticarət palatasının prezidenti M. Stüart "Şərəf xiyabanlığı"nın yaradılması üçün kredit ayırır. Palatanın 1953-cü ildə verdiyi rəsmi xəbərə görə, Stüart Xiyabanlığı "bütün dünyada hamının tanıdığı və sevdiyi artistlərin ictimai şöhrətinə dəstək" məqsədilə bu ideyanı irəli sürmüşdür. Palatanın digər üzvü Harri Saqermen bir neçə müstəqil bankdan da kredit ala bilmişdi. Həmin vaxt ideyanı detalları ilə yaratmaq üçün memarlardan ibarət komitet yaradılır. Ulduzun formasının yaradılmasının əsasını 50 ildən artıq Hollivud bulvarında dayanan "Hollivud mehmanxana"sının mətbəxinin tavanını bəzəyən ulduzlar olmuşdur. İndi həmin yerdə məşhur "Kodak" teatrı yerləşir. Digər bir verisyaya görə isə məşhur "Tropiki" restoranının menyusunda qızıl ulduzlarlar bəzədilmiş məşhurların şəkillərinin təsvir olunması bunun yaradılmasına səbəb olmuşdur. 1955-ci ilə qədər onun konstruksiyasının ümumi layihəsi tam razılaşdırılmış və onun planı Los-Anceles bələdiyyəsinə təqdim edilmişdir. 1956-cı ilin fevralında lauret Con Ueynin karikaturasını nümunə kimi nümayiş etdirirlər. Lakin karikaturalar onu latundan mərcan-mavi rəngdə etmək üçün çox baha başa gəlirdi. Ona görə bu daşınmaz əmlakların əfsanəvi istehsalıçısı Çarlz Toberman tərəfindən etiraza səbəb oldu. Çünki karikaturanın edildiyi rəng artıq Hollivud bulvarında yerləşən "El Capitan" kinoteatrının yeni binasına istifadə olunmuşdu. Yaradılması 1956-cı ilin martında son layihə və rəng konstruksiyası bəyənilmişdir. 1956–1957-ci illərdə komitet tərəfindən əyləncə sənyesinin 4 qolunu (kinosənayesi, televiziya, səsyazma və radio) təmsil edən 1550 məşhur seçilmişdir. Komitə onlar arasında Sesil Demill, Samuel Qoldvin, Cessi Laski, Volt Disney, Hel Roaç, Mak Sennet və Volter Lanç kimi məşhurları özündə birləşdirmişdir. Xiyabanlığın tikintisinə 1958-ci ildə başlanılmış, lakin iki məhkəmə prosesi tikintini bitirməyə icazə verməmişdir. Birinci dəfə yerli mülk sahibləri məhkəməyə vermişdilər. Belə ki onlar xiyabanlığıa görə və həmçinin onunla birgə yeni küçə işıqlandırılması və ağaclara görə 1,25 mln $ həcmində olan vergini ödəməyi tələb etmişdilər. İkincisi isə Çarli Çaplinin oğlu olmuşdur. 1959-cu ildə məhkəm iddiası rədd edilmiş, bundan sonra Xiyabanlığın tikintisi bitirilmişdir. Coan Vudvard mifi Həmin dövrdə belə bir şayiə yayılmışdır ki, Coan Vudvard adı Şöhrət Xiyabanına düşən və Ulduz alan ilk məşhur olmuşdur. Lakin həqiqətdə Ulduzun ilk təltifçiləri yox idi. Bütün orijinal Ulduzların hamısı eyni vaxtda individual mərasimlər olmadan qoyulmuşdur. 1550 nəfərdən səkkizinin ulduzu ilk əvvəl nümunə üçün qoyulmuşdur. Çünki sonradan məhkəmə prosesi tikintini dayandırmışdır. Hollivud təpələrinin şimal-qərb nöqtəsində müəyyən vaxt ərzində qoyulmuşdur. Belə ki, son nəticədə xiyabanlığın necə görsənəcəyini bildirmək üçün onlar Hollivud bulvarının və Hollivud təpələrinin şimal-qərb nöqtəsində müəyyən vaxt ərzində qoyulmuşdur. İnnovasiyadan sonra, 1960-cı il 8 fevral tarixində Oliviya , Borden, Ronald Kolman, Luis Fazenda, Preston Foster, Bert Lankaster, Edvard Sedvic və Ernest Torrensin 8 ulduzu qalanları bir sırada qoyulmuşdur. Özünün daimi yerində qoyulan ilk ulduz Stenli Kramerin ulduzu olmuşdur. Onu 1960-cı il 8 mart tarixində qoymuşdular. Coan Vudvard haqqında əfsanənin dəqiq mənşəyi məlum deyil. Ola bilsin ki, Coan öz Ulduzu ilə fotoqrafların onun şəklini çəkməsinə razı olan ilk ulduz olmasına görə bu əfsanə peyda olmuşdur. 1960–1970-ci illər Hollivudda və onun sahələrində uzun müddət böhran dövrü olmuşdur. Belə ki, pul çətinliyi ucbatından 8 il ərzində "Şöhrət Xiyabanının Seçki Komitəsi" heç bir yeni Ulduz əlavə etməmişdilər. 2 dəfə Xiyabanda Ulduz alan və Palatanın üzvü olan Conni Qrant (radi sənayesi və televiziya sahəsindəki töhfələrə görə) əsaslı dəyişikliklər edərək onu görməli bir yerə çevirməyi bacardı. 1968-ci ildə onlar tərəfindən yaradılan seçim prosesinin dirçəlişi üçün yeni Ulduzun elanı mərasiminin təşkili yolu ilə ictimaiyyətin bilgisini möhkəmləndirməyə başladı. Sonra o beynəlxalq mətbuatı cəlb etmək üçün hər bir yeni Ulduza sahib olan məşhurun açılış mərasimində şəxsən özünün iştirakının olmasını bildirdi. Hollivudun sahəsi hələ bərpa olunmağa başlamamış 1980-ci illər böhranından sonra Qrant xatırlayır: Bundan sonra çoxlu məşhur şəxslər böhrandan sonra Hollivudun bərpası üçün öz töhfələrini verməyə başladılar. 1978-ci ildə Los-Anceles şəhərinin icra başçısı Hollivudun Şöhrət xiyabanlığını Los-Ancelesin tarixi mədəniyyət abidəsi adlandırmışdır. 1980-ci ildə Qrant televiziya sənayesindəki töhfələrə görə öz Ulduzunu almışdır. 2002-ci ildə isə o Xiyabanlığın yaxşılaşması və inkişafındakı roluna görə ikinci "Ulduz"unu almışdır. Onun unikal Ulduzu Kodak teatrının girişində "Hollivudun Böyük möhürünü" təsvir edən emblemə malikdir. 1984-cü ildə əyləncə sənayesinə daha bir kateqoriya "Canlı teatr" kateqoriyası əlavə olunmuşdur. Bu həmin sahə üzrə çalışan artistlərin töhfəsini təsdiqlətmək üçün əlavə edilmişdir. 1994-cü ildə Hollivud bulvarının qərb hissəsi tərəfdən Şöhrət Xiyabanı bir məhəllə də genişləndirilmişdir. Həmin vaxt Sofi Loren Xiyabanlıqda 2000-ci Ulduza sahib olmuşdur. 2008-ci ildə 4,2 mln $-a başa gələn Xiyabanlığın bərpa işləri aparılmışdır. 778 ulduz bu illər ərzində onların üzərində gəzən insanlar tərəfindən yetirilən zədələr üzündən təmir edilmişdir. Eyni zamanda bir sıra şirkətlər xiyabanlığın bərpası üçün maddi yardım göstərmişdir. Belə ki, İsveçin araq istehsalı üzrə məşhur brendi "Absolut Vodka" şirkəti 1 mln $ dəyərində maddi yardım etmişdir. Məşhur kosmetika firması L’Oréal isə etdiyi maddi yardımın məbləğini açıqlamamışdır. Bu şirkətlə "Kodak" teatrının girişindəki fəxri Ulduzlara layiq görülmüşdür. Layihə həmin vaxt Xiyabanlıqda olan 2365 ulduzun qiymətləndirilməsi ilə başlamışdır. Belə ki, hər bir Ulduz ona dəyən zərərə görə "A", "B", "C", "D" və "F" kateqoriyalarına bölünmüşdür. Sonuncu kateqoriyada olanlar başqalarından daha çox zərərə məruz qalanlar idi. Bunlar Coan Kollin, Riçard Boleslavsk, Bobbi Şervud və başqalarının ulduzu idi. 50-yə yaxın Ulduz isə D kateqoriyasına aid idi. Çoxsaylı ulduza malik olanlar İlk əvvəl seçki komitəsi bir sıra məşhurların çoxlu kateqoriyalardakı töhfələrini bildirmək qərarına gəlir. Belə ki, Cin Otri 5 kateqoriya üzrə Ulduzları olan yeganə şəxsdir. Bob Hou, Mikki Runi, Roy Rocers və Toni Martini 4 kateqoriya üzrə ulduzu olan məşhurlardır. Frenk Sinatra, Corc Barns, Denni Key kimi məşhurlar isə 3 kateqoriya üzrə ulduza sahibdirlər. Altı musiqi xadimi musiqi sənayesindəki töhfələrə görə iki Ulduza sahibdir. Onlardan Maykl Cekson özünün The Jackson 5 qrupundakı və solo karyerasında verdiyi töhfələrə görə Ulduzlara sahib olmuşdur. Sonra Dayana Ross The Supremes qrupunun solisti və solo müğənni kimi, Smoki Robinson The Miracles qrupunun solisti və solo mügənni kimi, həmçinin Con Lennon, Rinqo Starr və Corc Harrison The Beatles qrupunun üzvləri və solist kimi Ulduzlara sahib olmuşdular. Mübahisəli hadisələr Çarli Çaplin eyni kateqoriya üzrə iki dəfə seçilən yeganə məşhurdur. İlk əvvəl o, 1956-cı ildə seçilmiş 500 nəfərdən ibarət qrupa salınmaq istənilsə də, sonrada seçim komitəsi onu sonda həmin siyahıdan çıxartmışdır. Buna səbəb kimi Mann qanunu pozması və 1940-cı illərdəki Ağ köləliyin bərpasına çalışması göstərilsə də, ən əsası onun sol düşüncələrə və siyasi baxışlara sahib olması buna səbəb olmuşdur. Onun həmin siyahıdan çıxarılması onun oğlunun uğursuz məhkəməsinə səbəb oldu. Onun ulduzu nəhayət 1972-ci ildə Çarlinin Oskar mükafatını aldığı ildə Xiyabanlığa həkk edilmişdir. Lakin 16 il sonra Ticarət Palatası dünyanın hər bir nöqtəsindən Çaplinin Ulduzunun qoyulması qərarına etiraz olaraq məktub almışdır. Siyasətçilərin Ulduzu Ronald Reyqan – Ulduza sahib olan 2 ABŞ prezidentindən (digəri Donald Tramp) və Kaliforniyanın iki qubernatorundan (digəri Arnold Şvartseneggerdi) biri olmuşdur. Corc Mörfi – keçmişdə aktyor və rəqqas kimi xidmətlərinə görə Ulduzu olan yeganə ABŞ senatorudur. İqnatiy Panderevski Şöhrət Xiyabanlığında ulduzu olan yeganə Avropa hökumət başçısıdır. (O, 1919-cu ildə Polşanın baş naziri olmuşdur) Qaydaların dəyişilməsi Şöhrət Xiyabanının qaydalarına əsasən, beş əsas kateqoriyadan kənar sahədə verilən töhfələrə görə namizədlərin müzakirəsi qadağan edilir. Lakin seçki komitəsi bəzi seçimlərinə haqq qazandırmaq üçün bir sıra dəyişikliklə etmişdilər. Məsələn, Apollon 11 kosmik gəmisinin astronavtlarının televiziya sahəsindəki töhfələrini bildirmişdilər. Belə ki, 2005-ci ildə Conni Qrant etiraf etmişdir ki, Aya ilk dəfə enmə çoxlu sayda tamaşaçını televiziya qarşısına gətirmişdir. Komitə məşhur basketbolçu Medcik Consona Ulduz vermək istəsə də, onun məşğul olduğu iş heç bir kateqoriyaya uyğun gəlmirdi. Nəhayət, onlar basketbolçunun şəxsi "Medcik Conson Teatr"ını nəzərə alaraq ona "kinosənayesinin inkişafı"ndakı töhfələrə görə Ulduzunun qoyulmasını qərara almışdır. 2005-ci ildə verilən intervuların birində insanların Orvil Redenbakerin də Ulduzunun qoyulmasını istədiyi bildirilmişdir. Belə ki, onun hazırladığı popkornlar bütün kinoteatrlarda satılır. Məşhur boksçu Məhəmməd Əlinin Ulduzu qaydaların dəyişdirilməsinin daha bir nümunəsidir. Komitə qərara almışdır ki, boks teatrın peyda olmasının formalarından biridir. Onun Ulduzu birinci və yeganə ulduzdur ki, şaquli istiqamətdə qoyulmuşdur. Onun Ulduzu Kodak teatrının divarında qoyulmuşdur. Uydurulmuş personajlar (onların yaradıcıları) 1978-ci ildə Mikki Mausun yaradılmasının 50 illik yubileyi münasibətilə ona Xiyabanlıqda Ulduz qoyulmuşdur. Bu uydurulmuş qəhrəmana qoyulan ilk Ulduz olmuşdur. Digər uydurulmuş personajlar – Baqz Banni, Donald Dak (personaj), Vudi Vudpeker, Ağbəniz və yeddi cırtdan, Tinker Bell, Vinni-Pux, Şrek və Simpsonlar olmuşdur. Radio aparıcı Çarli Tana isə həmişə uydurulmuş personajların reklamını apardığına görə Ulduz qoyulmuşdur. Həmçinin Mappetlərdən qurbağa Kermitə də Ulduz qoyulmuşdur. Cəmi yeddi multipliaktorlara və animatora Ulduz qoyulmuşdur: Volt Disney, Çak Cons, Frits Frilinq, Volter Lanç, Alan Menken. Üç kukla düzəldənə də Ulduz qoyulmuşdur. Bunlar Frans Ellison, Cim Henson ("Mappet-şou"nun yaradıcısı) və Şeri Lyuisdir.
https://az.wikipedia.org/w/index.php?curid=376470
Şöhrət yumruğu (film, 1991)
Şöhrətin yumruğu (ing. Fist of Glory) — 1991-ci ildə Co Mari Avellana tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. Vyetnam müharibəsi ABŞ ordusunun məğlubiyyəti ilə başa çatır. Bu səbəbdən ABŞ ordusunun əsgərləri buranı tərk edirlər. Lakin Ceyms Li qanlı rinqdə vuruşmağı davam etdirir. Dostu Reynoldsu mafiya qrupundan xilas etmək üçün onunla rinqdə görüşməyə məcbur olur... Xarici keçidlər Şöhrətin yumruğu — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=413159