!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şuqnan dili
Şuqnan dili — şuqnanlıların dili. İran dil qrupunun şərqi İran qrupuna aiddir. Tacikistanın Dağ Bədəxşan muxtar vilayətinin Şuqnan, Ruşan və Murqab rayonlarında (1990-cı il siyahıya alınmasına görə 90 min nəfərdirlər) və Əfqanıstanda yaşayırlar.
https://az.wikipedia.org/w/index.php?curid=360597
Şuqnanlılar
Şuqnanlılar (özünüadlandırma: xuqni, xununi) — Pamir xalqlarından biri. Yaşadıqları zona Şuqnanlılar Şuqnan dilində danışırlar. Şuqnanlılar müsəlmandırlar. İslam dininin şiə məzhəbinin İsmaili təriqətindədirlər.
https://az.wikipedia.org/w/index.php?curid=410537
Şur
Şur – 1) Azərbaycan musiqisində yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Etimologiya Şur sözünün farsca bir mənası "eşq, sevgi"dir, digər mənası "qalmaqal"dır . Bu keyfiyyətə görə də həmin dəstgah dinləyicini şura gətirərək, xəyala daldırır, onu düşünməyə sövq edir. Eyni zamanda Şur dinləyicidə, şən, lirik, əhval–ruhiyyə oyadır. Şur adlı muğama nə ərəb, nə türk, nə də Orta Asiya şifahi – peşəkar musiqisində təsadüf edilmir. Bu ada həmçinin orta əsrlər cədvəllərində də rast edilmir. Şur təkcə İran və Azərbaycanda şifahi-peşəkar musiqisinin bir dəstgahıdır. Şur Azərbaycanda əsas muğam dəstgahlarından ikincisidir. Muğam dəstgahları içərisində Şur ən sanballı, irihəcmli dəstgahdır. Tədqiqatçıların fikrincə, “Şur” muğamının özülünü Orta əsrlərdə 12 klassik muğamdan biri olan “Nəva” muğamı təşkil edir. Doğrudan da “Nəva”nın səs sırası “Şur” məqamının səs sırasına çox uyğundur. Bununla belə, digər bir fikir də var. Bu baxımdan, professor Məmmədsaleh İsmayılovun bəzi mənbələrə əsaslanan fikirləri də maraqlıdır. O, “Şur” adının XVI əsrdən sonra yaranmasını göstərərək, belə ehtimal edir ki, “Şur” muğamı müəyyən dövrdə “Dügah” adını daşımışdır və təsadüfi deyil ki, “Şur” məqamının səs sırası “Dügah”ın səs sırasına oxşardır. Üzeyir Hacıbəyli zaman keçdikcə həm muğamların, həm də onların şöbə və guşələrinin dəyişikliyə uğramasını göstərərək, “Bayatı-Şiraz” və “Şur” kimi yeni adların meydana gəlməsini bununla izah etmişdir . Şur muğam dəstgahı kimi Dəstgahlar içərisində şur ən böyük həcmli, ən sanballı dəstgah sayılır. Belə ki, özlüyündə müstəqil bir dəstgah mahiyyəti kəsb etmiş şur-şahnaz, Əbu-əta, dəşti, bayatı-türk kimi kiçik dəstgahlar da əslində şura mənsub muğamlardır. Başqa dəstgahlara nisbətən şurun zərbli muğamları da çoxdur (səmayi-şəms, ovşarı, osmanlı (maani), arasbarı və s.). Ən lakonik şəkildə verilmiş olsa, şur dəstgahı tərkibinə aşağıdakı şöbə və guşələr daxildir: mayə, səlmək, Hacı Yuni, şur-şahnaz, busəlik, bayatı-Qacar (bayatı-türk), şikəsteyi-fars, əşiran, səmayi-şəms, zəmin-xara, hicaz, sarənc, nəşib-fəraz.Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.Örnəklər Əhsən Dadaşov adına "Xatirə" xalq çalği alətləri ansamblı - Şur rəngi Fikrət Əmirov - Şur (Simfonik muğam) Şur muğamı İran musiqisində Iran musiqisində 7 əsas (dəstgah) muğamdan (makamdan) biridir. Şur musiqi ladı (məqamı) kimi Azərbaycan xalq musiqisində əsas məqamlardan biridir. Şur muğamının kökü aşıq musiqi yaradıcılığında da görkəmli yer tutur – aşıq mahnılarının çoxu məhz şur kökündə olur. Azərbaycan xalq mahnıları, oyun havaları və başqa instrumental formalar (cəngi, qəhrəmani, koroğlular və s.) da çox vaxt şur muğamı kökündə yaradılır. Quruluşu: 1 - 1/2 - 1 ton formullu üç tetraxordun qovuşuq üsulla (x1- intervalı məsafəsində) birləşməsindən ibarətdir; səssırası 10 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir. Məqamın səssırasının III, IV, VI, VII, VIII pillələri istinad-dayaq pilləsi kimi “Şur” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır. Re şur məqamının səssırası: Şur məqamında bəstələr Xalq mahnıları"Ağacdan alma dərrəm, sataram" "Gül açdı"RəqslərQızıl gül Bəstəkar mahnıları, instrumental parçalarıÜzeyir Hacıbəyov - Aşıqsayağı triosu Üzeyir Hacıbəyov - "Koroğlu" operasından "Çənlibel" xoru Üzeyir Hacıbəyov - "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası "Aşiq oldum" Üzeyir Hacıbəyov - "Şəfqət bacısı" mahnısı Üzeyir Hacıbəyov - "Yaxşı yol" mahnısı Cavanşir Quliyev - Skripka və saz üçün sonata Gülarə Əliyeva - Şur fantaziyası Filmoqrafiya Şur (film, 1967) Əfsanələr aləmində (film, 1975) Muğam (film, 1995) Xarici keçidlər "Ustad dərsi" verilişi - Şur muğamı (VİDEO) Muğam festivalı Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine Həmçinin bax Şur (balet) Simfonik muğam
https://az.wikipedia.org/w/index.php?curid=75442
Şur (1967)
Azərbaycan musiqisində yeddi əsas muğam vardır. Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyalarını ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır. "Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar. Festivallar və mükafatlar 1)1968-ci ildə Tbilisidə keçirilən "Prometey-68" kinofestivalıFilm mövzunun orijinal həllinə görə xüsusi Diploma layiq görülmüşdür. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Arif Qazıyev Quruluşçu rejissor: Arif Qazıyev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Səs rejissoru: Tofiq Mirzəyev Rejissor assistenti: Nurəddin Tağıyev Operator assistenti: B.Zamçinski, Fazil Hadıyev Montaj üzrə assistent: L.Sidorova Filmin direktoru: P.Mejlumbekov Konsertmeyster: Q.Bayramov Rəqs qrupu: Z.Camalova, Q.Qurbanov, T.Əliyev, V.Əsədov, R.Əzizov Filmdə iştirak edənlər Əhməd Bakıxanovun idarəsi ilə Xalq Çalğı Alətləri Ansamblı Əbülfət Əliyev Əlibaba Məmmədov İslam Rzayev Arif Babayev Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=248361
Şur (balet)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella. Azərbaycan balet tamaşaları xronologiyası Fikrət Əmirovun "Şur" xoreoqrafik novellası - "Əfsanələr aləmində" filmindən Həmçinin bax Əfsanələr aləmində (film, 1975) Şur (Simfonik muğam) Min bir gecə (balet) Nəsimi dastanı Azərbaycanda balet
https://az.wikipedia.org/w/index.php?curid=385849
Şur (dəqiqləşdirmə)
Şur — Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir. Şur (simfonik muğam) — 1948-ci ildə Fikrət Əmirovun orkestr üçün bəstələdiyi simfonik muğamlardan biri. Şur (balet) — 1968-ci ildə Fikrət Əmirovun bəstələdiyi xoreoqrafik novella.
https://az.wikipedia.org/w/index.php?curid=315772
Şur (film, 1967)
Azərbaycan musiqisində yeddi əsas muğam vardır. Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyalarını ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır. "Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar. Festivallar və mükafatlar 1)1968-ci ildə Tbilisidə keçirilən "Prometey-68" kinofestivalıFilm mövzunun orijinal həllinə görə xüsusi Diploma layiq görülmüşdür. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Arif Qazıyev Quruluşçu rejissor: Arif Qazıyev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Səs rejissoru: Tofiq Mirzəyev Rejissor assistenti: Nurəddin Tağıyev Operator assistenti: B.Zamçinski, Fazil Hadıyev Montaj üzrə assistent: L.Sidorova Filmin direktoru: P.Mejlumbekov Konsertmeyster: Q.Bayramov Rəqs qrupu: Z.Camalova, Q.Qurbanov, T.Əliyev, V.Əsədov, R.Əzizov Filmdə iştirak edənlər Əhməd Bakıxanovun idarəsi ilə Xalq Çalğı Alətləri Ansamblı Əbülfət Əliyev Əlibaba Məmmədov İslam Rzayev Arif Babayev Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=13209
Şur (simfonik muğam)
Şur — Fikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır. "Şur" simfonik muğamı aid olduğu janrda yazılmış ilk əsərdir. "Şur" və "Kürd Ovşarı" simfonik muğamları dulogiya xüsusiyyətinə malikdir. "Şur" simfonik muğamı Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms hissələrindən ibarətdir. F. Əmirovun "Şur" simfonik muğamı ilk dəfə Niyazinin idarəsilə 1948-ci ilin avqust ayında Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir. Yazılma tarixi F. Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazmışdır. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir.Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi. Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazması haqqında xatirələrində F. Əmirov qeyd edir: Bəstəkarın növbəti xatirəsində isə onun simfonik muğamlar üzərində işləyərkən ustad sənətkarlardan necə bəhrələnməsi əks olunur: "1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları üzərində çalışdığım zaman böyük sənətkar Bülbülün sayəsində mən Qurban Pirimov və Seyid Şuşinski ilə tez-tez görüşərək işləyirdim." S. Təhmiraqızı "Fikrət Əmirov" adlı tədqiqat əsərində qeyd edir ki, "Musiqi sənətində tamamilə yeni bir janr olan simfonik muğam janrını yaratmaqla, F. Əmirov çətin və cəsarətli yaradıcılıq məsələsinin öhdəsindən bacarıqla gəlmişdir. Çox məzmunlu və orijinal formalı bu əsərlərdə dərin musiqi təfəkkürü, koloritli tapıntılar, xalq musiqisinə yaradıcı münasibət öz təcəssümünü tapır." Musiqişünas F. Əliyeva isə yazır: "F. Əmirov Azərbaycan xalq musiqisinin zəngin melodiya, məqam, ritm qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratmışdır." F. Əmirovun "Şur" simfonik muğamı ilk dəfə Niyazinin idarəsilə 1948-ci ilin avqust ayında Azərbaycan Dövlət Filarmoniyası nda səslənmişdir. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir. Fransanın "Disk" jurnalında "Şur" simfonik muğamı haqqında yazılmış məqalədə deyilir: "Şur simfonik muğamı ifadəliyi və parlaq orkestr ustalığı ilə fransız dinləyicilərin böyük marağına səbəb olmuşdur. Şur simfonik muğamında musiqi sənətinin bütün böyük əhəmiyyət kəsb edən əsərlərinə xas olan əzəmət və həqiqət vardır." Azərbaycan drijorlarından Rauf Abdullayev, Fəxrəddin Kərimov və Yalçın Adıgözəlovun da interpretasiyasında "Şur" muğamı dəfələrlə müxtəlif səviyyəli konsert salonlarında səsləndirilmişdir. "Şur" simfonik muğaml bir neçə hissədən ibarətdir: Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms. Hər bir hissədən sonra qısa rəng və ya təsnif səslənir. Bəstəkarın istifadə etdiyi Əraq şöbəsi Şur dəstgahına daxil deyildir. Əraq Rast və onun ailəsinə daxil olan muğam dəstgahlarının zil şöbəsidir. F. Əmirovun eyniadlı muğam dəstgahından yaradıcılıq fantaziyası ilə istifadəsini musiqişünas Ramiz Zöhrabov belə əsaslandırır: "Şur dəstgahında Bayatı-Qacar adlı şöbə var ki, istər əsaslandığı məqam-lad, istərsə də melodiya etibarilə Əraqa çox uyğun gəlir. Məhz buna görə də müəllif Şur dəstgahında Bayatı-Qacarı əvəz edən bir şöbə kimi Əraqdan istifadə etmişdir. Simfonik muğamda Əraq əslində Şur dəstgahında Bayatı-Qacarın tutduğu funksiyanı daşıyır. Lakin, Əraqın Bayatı-Qacara nisbətən həm daxili musiqi inkişaf prinsipləri, həm də texniki cəhətdən imkanları daha genişdir. Əraqda orkestrləşdirmə fantaziyası üçün zəngin musiqi materialı var. Bu səbəbdən də, F. Əmirov "Şur" simfonik muğamında Bayatı-Qacar əvəzinə Əraqdan istifadə etmişdir." Bütövlükdə beş bölmədən ibarət olan "Şur" simfonik muğamı, eyni tematik material üzərində qurulan giriş və tamamlayıcı hissələrlə əhatə olunur. Əsər epik xarakterli mövzu ilə açılır. Mövzunu əvvəl baş klarnet, sonra qoboy, daha sonra isə simli alətlər ifa edir. Nəhayət mövzu bütün orkestrın ifasında səslənir. Giriş mövzusu Şur təsnifinə əsaslanır. Mövzu tədricən nisbətən zil registrləri əhatə edərək işıqlı orkestr tembrlərinə nail olur. Növbəti bölmə Mayeyi-Şur ladın mayəsini tədiq edir. Klarnetin solosu sanki xanəndənin partiyasını ifa edir. Bu epizod girişin ostinat bas üzərində keçən variantı ilə tamamlanır.Şur şahnaz bölməsi ladın üst kvartasına istinad edir. Onun mərkəzində sanki kiçik təsnif gizlənmişdir. Bu daha işıqlı bir mövzudur. Bəstəkar bu bölməni təsnif kimi qeyd etmir. Sırf şərq koloritli bu mövzunu fleyta-piccolo və bas-klarnet ifa edir. Şur-Şahnaz bölməsi rənglə tamamlanır. Rəng yumşaq və səlis qoboy solosu ilə başlanır. Burada "Ay qadası" xalq mahnısı istifadə olunmuşdur. Daha sonra mövzu klarnet və fleyta ilə ifa edilir. Özündə rəqsvari və mahnıvari başlanğıcı birləşdirən bu rəng incə və məlahətli səslənməklə səciyyəvi ritmə malikdir.Əsərin üçüncü böyük hissəsi Bayatıdır. Bəstəkar burada Şur muğamının Bayatı-Kürd şöbəsi ilə Çoban-bayatının intonasiyalarını birləşdirir. Bayatı muğam improvizasiyası ilə mahnıvari-rəqsvari epizodların növbələşməsi üzərində qurulur. Epik xarakterli bu şöbə möhtəşəm orkestr tuttisində səslənir. Bayatı daha zildə (re səsinə istinad etməklə) səslənir. Bütünlükdə bayatı özü bir neçə bölmədən ibarətdir. Birinci bölmə improvizasiya əsasındadır. Gümrah və həyatsevər ruhlu rəng dəqiq ritmə malik olub, enerjili intonasiyalardan qurulur. Bayatının yeni bölməsi qoboy solosu ilə başlanır. Bu, Çoban-bayatısıdır. Çoban tütəyinin çalğısını təqlid etmək məqsədilə burada qoby və fleyta alətlərinə geniş yer verilir. Sonra "Evləri var xana-xana" xalq mahnısının melodiyası üzərində təsnif səslənir. Epik xarakterli Əraq bölməsi reçitativ-deklamasiya ifadəliliyinə malikdir. Onun melodiyası simli və taxta nəfəsli alətlərin unisonunda səslənir. Əraq bölməsindən sonra təsnif və ya rəng verilmir və bir-başa Simayi-şəms bölməsinə keçilir. Burada maye bir oktava yuxarı təsdiq olunur, bu şöbə muğamın kulminasiyasıdır. Bu bölmənin əsasını Simayi-şəms zərbi muğamı təşkil edir. Giriş motivi ostinat ritm üzərində qurulur. Birinci mövzu simli alətlərin bu ostinat leytritmi fonunda kanon kimi səslənir. Kanonun mövzusunu ksilofon, cavabı isə kampanelli ifa edir. Xalq muğamında kanon mövzusu bir növ təkrar olunan nəzarət funksiyası daşıyır. Sonrakı epizodda muğam improvizasiyası ostinat ritmlə birləşir. Solo truba ostonat leytrirmin fonunda improvizasiya edir. Sonra melodiyanı fleyta, qboy və klarnet ifa edir, ritmik ostinato isə mis nəfəsli alətlərlə səslənir. Burada özünəməxsus tembrlər polifoniyası yaranır. Simayi-şəms bölməsi orkestr tuttisi ilə tamamlanır. "Şur" simfonik muğamı giriş mövzusu ilə tamamlanır (faqot solosu). Ən sonda isə yenə bas-klarnetdə mövzu səslənir. Diskoqrafiya Moskva Radio Simfonik Orkestri, drijor: Rauf Abdullayev, Olympia, 1996 Moskva Simfonik Orkestri, drijor: Antonio de Almeida, ASV,1998 Rusiya Filarmoniya Orkestri, drijor: Dmitri Yablonski, Naxos, 2010 Əliyev, A.S., Fikrət Əmirovun "Şur" simfonik muğamının dirijorluq təcrübəsində təfsir xüsusiyyətlərinə dair metodik tövsiyələr, Bakı: Azərb. Resp. Təhsil Problemləri İn-tu., Bakı Musiqi Akademiyası, 2007 Təhmiraqızı, S., Fikrət Əmirov, Bakı: Aspoliqraf, 2012 Əmirov, Fikrət, Simfonik muğamlar, Azərbaycan Sovet Musiqi Ədəbiyyatı, Bakı, 1984 Əzimli, T., Novator bəstəkar, simfonik muğam janrının - Şərq simfonizminin yaradıcısı, Bakı: Musiqi/Poeziya, 2012 Həmçinin bax Azərbaycan klassik musiqisi Xarici keçidlər Əsər Azərbaycan Dövlət Simfonik Orkestri ifasında, (drijor Silvio Barbato). Əsər Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında (drijor Niyazi). Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında (drijor Rauf Abdullayev)
https://az.wikipedia.org/w/index.php?curid=99378
Şur (xoreoqrafik novella)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella. Azərbaycan balet tamaşaları xronologiyası Fikrət Əmirovun "Şur" xoreoqrafik novellası - "Əfsanələr aləmində" filmindən Həmçinin bax Əfsanələr aləmində (film, 1975) Şur (Simfonik muğam) Min bir gecə (balet) Nəsimi dastanı Azərbaycanda balet
https://az.wikipedia.org/w/index.php?curid=315770
Şura kəndi (Sulduz)
Şura kəndi (fars. شوراكندي) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (33 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=475164
Şuraabad
Şuraabad (Xızı) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində qəsəbə. Şuraabad (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=124439
Şuraabad (Ağdam)
Şuraabad — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd.Kənd 1994-çü ilin aprelində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Şuraabad kəndi 20 noyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=124525
Şuraabad (Xızı)
Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Toponimikası XIV-XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır. Bu qəsəbənin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmışdır. Sovet hakimiyyəti illərində adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir. Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır. Qəsəbə müəyyən illər ərzində müxtəlif şəhər və rayonların tabeliyində olub (Altıağac, Binəqədi, Sumqayıt, Abşeron). 1991-ci ildən Xızı rayonunun tabeliyindədir. Tarixi abidələri Qəsəbədə 5 yerdə qədim qəbirstanlıqlar mövcuddur. Bu məzarlıqlarda bir çox sərdabələr, daş kitabələr müasir dövrə qədər gəlib çatmışdır. Bundan başqa, qəsəbədə XVII əsrə aid qədim hamam, Şah Abbas dövrünə aid Ovdan və Karvansara, Şurabad Cümə məscidi var. Çox təəssüflər olsun ki, Karvansara sökülüb daşlarından köhnə məktəb binası tikilib və bugünkü dövrə gəlib çatmamışdır. Coğrafiyası və iqlimi Şuraabad qəsəbəsi Xəzər dənizinin sahilində yerləşir. Ən yaxın kəndlərdən biri Yaşma kəndidir ki, hazırda da orada məskunlaşma var. 1935-1950-ci illərdə kənddə 35-40 evin olduğu yaşlı sakinlər tərəfindən söylənilir. Lakin İkinci Dünya müharibəsi illərindən sonra kəndin əhalisi azalmışdır. İqtisadiyyatı Əhalisi əsasən balıqçılıqla məşğuldur.
https://az.wikipedia.org/w/index.php?curid=109658
Şurab
Şurab-i Hacı (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Şurab-i Hizarə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
https://az.wikipedia.org/w/index.php?curid=771862
Şurab-i Hacı (Qürvə)
Şurab-i Hacı (fars. شوراب حاجي) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 484 nəfər yaşayır (110 ailə). Əhalisini kürdlər təşkil edir. Şablon:Qürvə şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=771755
Şurab-i Hizarə (Qürvə)
Şurab-i Hizarə (fars. شوراب هزاره) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 309 nəfər yaşayır (61 ailə). Əhalisini kürdlər təşkil edir. Şablon:Qürvə şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=771596
Şurabxan (Qürvə)
Şurabxan (fars. شوراب خان) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 317 nəfər yaşayır (77 ailə). Əhalisini kürdlər təşkil edir. Şablon:Qürvə şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=771754
Şuragöl mahalı
Şörəyel mahalı – indiki Ermənistan Respublikası) ərazisində XX yüzilin sonlarına qədər əhalisinin əsas hissəsini Erməni təşkil etdiyi tarixi mahal. Coğrafiyası Şirak əyaləti Axuryan çayının orta və aşağı hövzəsini tutur. Gavar ərazisi 3730 km² -dir. Şirak yaylasının orta hündürlüyü dəniz səviyyəsindən 1530 metr yüksəkdir. Şirak tarixi Ermənistan Ayrarat vilayətinin əyalətlərindən biridir. Şirak yaylasının orta hündürlüyü dəniz səviyyəsindən 1530 m yüksəkdir. Yaylada qara torpaq örtüyü var. Şirakdan axan ən böyük çay Arpi gölündən başlanan və Şirak Yaylasını cənubdan iki yerə bölərək Araza qoşulan Axuryandır. Çayın dərəni suvaran bir neçə qolu var. Həmçinin bax Şörəyel sultanlığı Qərbi Azərbaycan mahalları Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
https://az.wikipedia.org/w/index.php?curid=262347
Şurahbil ibn Həsən
Şurahbil ibn Həsən (583, Ərəbistan yarımadası – 639, Bilad əş-Şam, ərəb. شُرَحبِيْل بن حَسَنَة) — ərəb hərbi lideri, İslamı ilk qəbul edənlərdən biri, Məhəmmədin səhabəsi, müsəlmanların Suriya və Fələstini ələ keçirməsi zamanı döyüşlərdə iştirak etmiş əsas komandirlərdən biri. Gələcək komandirin erkən həyatı, o cümlədən onun Məkkədə və ya Ərəbistanın başqa bir yerində doğulması haqqında çox az şey məlumdur. Atası Abdullah ibn Muta ibn Amr idi. Onun haqqında demək olar ki, heç nə məlum deyil. Lakin erkən ərəb mənbələrində onun hansı qəbilədən olması ilə bağlı müxtəlif fərziyyələr var. Məsələn: əl-Əsqəlani yazır ki, o, Bənu Təmimlə yaxın qohum olan şimal ailəsindəndir. Digər ərəb mənbələri onu Bənu Kinda, Əzditlər, Himyarilər və ya Bənu Mədhic, yəni Ərəbistan yarımadasının cənubunda olan qəbilələrlə əlaqələndirirlər. Şərqşünas Yar Perlmanın fikrincə, ikinci variant daha inandırıcı və məntiqlidir. O, xüsusilə qeyd edir ki, Şurahbil adına yarımadanın cənubunda daha çox rast gəlinir. Şurahbil nəsəb olaraq anası Həsənin adından istifadə edirdi. Onun vasitəsilə o, Məkkəli Qüreyş qəbilələri olan Zuhra və Cümmə ilə qohum oldu. Eyni zamanda, qadının özü də mənşəcə ya efiopiyalı, ya da Adulis şəhərinin (müasir Eritreya) yerlisi, ya da yəmənli, ehtimal ki, Himyarlı idi. Ərəb mənbələri onu Qureyşin azad edilmiş qulu Mamar ibn Həbib də adlandırır və əl-Bağdadi hətta onun Şurahbilin anası deyil, ögey anası olduğunu yazır. Bu və ya digər şəkildə ərəb mənbələri tez-tez bir-biri ilə ziddiyyət təşkil edir və Şurahbilin valideynlərinin mənşəyi və hətta əsl adları haqqında etibarlı məlumat yoxdur. Erkən illəri Şurahbil İslamı ilk qəbul edənlərdən biri olur. O, Məkkə bütpərəstləri tərəfindən təqib edilir, İbn İshaqın dediyinə görə, o, ögey qardaşları Cünada və Cabir, ögey atası Süfyan ilə birlikdə Efiopiyaya hicrət etmək məcburiyyətində qalır. Məhəmməd peyğəmbər Mədinəyə hicrət etdikdən sonra o, da (Əbu Talibin oğlu, Əlinin qardaşı və Peyğəmbərin əmisi oğlu Cəfər ibn Əbu Talib ilə birlikdə) şəhərə gələrək Süfyanın qohumlarının yanında məskunlaşır. Şurahbil savadlı olması ilə bilinirdi. O, Məhəmmədin katibi olmuş, Quran ayələrini və müxtəlif müqavilələrin mətnlərini yazırmışdır. Məhəmməd peyğəmbərin İslamı qəbul etməyən ərəblərə qarşı təşkil etdiyi döyüşlərdə fəal iştirak etmişdir. Məhəmməd peyğəmbər ölümündən az əvvəl Şurahbili Misirə səfir göndərir. Peyğəmbərin vəfatından sonra o, Mədinəyə qayıdır. Şurahbil peyğəmbərin ölümündən sonra da Əmr ibn As və Xalid ibn Vəlidin köməkçilərindən biri olaraq, Əhli-Xilafət müsəlmanlarının döyüşlərində, xüsusən mürtədlərlə qarşıdurmalarda iştirak etməyə davam edir. Yəmamə döyüşündə müsəlmanların qələbəsindən sonra xəlifə Əbu Bəkr ərəb qoşunlarını Bizans, Suriya və Fələstinə qarşı hücuma göndərir. Ərəblərin Livanı fəth etməsi Şurahbil bu yürüşdə ərəblərin dörd sərkərdəsindən biri (Xalid, Əmr və Müaviyənin böyük qardaşı Yezid ibn Əbu Süfyanla) İordaniyaya doğru irəliləyən qoşunlara başçılıq edirdi. Onunla birlikdə, əl-Bələdhuri və ət-Təbərinin məlumatına görə, 7000 döyüşçü var idi. Fələstinin fəthinin sonunda o, Yezidlə birlikdə bölgənin valisi vəzifəsini icra edir, lakin 639-cu ildə onların hər ikisi Amvasda vəba xəstəliyindən dünyasını dəyişir (onlardan başqa Məhəmməd peyğəmbərin bir çox səhabələri bu xəstəlikdən ölür). O, 67 (İbn əl-Əsirə görə) və ya 69 (əl-Bələdhuriyə görə) yaşında dünyasını dəyişir. Donner Fred M. The Early Islamic Conquests. — Princeton: Princeton University Press, 1981. — 512 p. — (Princeton Studies on the Near East, vol. 1017). — ISBN 0-691-63889-6. — ISBN 978-0-691-63889-8. — doi:10.1515/9781400847877. Kaegi Walter E.[en]. Byzantium and the early Islamic conquests. — Cambr.; N. Y.: Cambridge University Press, 1992. — xiii, 313 p. — ISBN 0-511-47061-4. — ISBN 978-0-511-47061-5. — doi:10.1017/CBO9780511470615. Perlman Yaara. The Tribal Affiliations of Shuraḥbīl ibn Ḥasana // Journal of Near Eastern Studies. — Chicago: University of Chicago Press, 2020. — April (vol. 79, no. 1). — P. 113—124. — ISSN 0022-2968. — doi:10.1086/707614. Shuraḥbīl b. Ḥaṣana / Bosworth C. Edmund // Encyclopaedia of Islam. 2 ed : : in 12 vol. / edited by C. E. Bosworth; E. van Donzel; W.P. Heinrichs & G. Lecomte. — Leiden : E.J. Brill, 1997. — Vol. 9. — P. 508.
https://az.wikipedia.org/w/index.php?curid=766421
Şurakənd
Şurakənd (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Şurakənd (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Şurakənd (Gədəbəy)Şurakənd (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. 1 sentyabr 2004-cü ildə Günəşli adlandırılmışdır. Şurakənd (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. 1 sentyabr 2004-cü ildə Şahdağ adlandırılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=448032
Şurakənd (Goranboy)
Abbasqulular (keçmiş adı Şurakənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi vahidi tərkibindəki Şurakənd kəndi Abbasqulular kəndi adlandırılmışdır. Gəncə-Qazax düzənliyində yerləşən yaşayış məntəqəsini 1928-ci ildə Cənubi Azərbaycandan rəncbərlik etmək üçün gələnlər salmışlar. Sonralar Sovet hökumətinin şərəfinə (rusca "sovet" sözünün azərbaycanca "şura" şəklində tərcümə edilməsi ilə) kənd Şurakənd adlandırılmışdı. 2002-ci ildən kənd Abbasqulular kimi rəsmiləşdirilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 537 nəfər əhali yaşayır. Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=106138
Şurakənd (Gədəbəy)
Şurakənd (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. 1 sentyabr 2004-cü ildə Günəşli adlandırılmışdır. Şurakənd (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. 1 sentyabr 2004-cü ildə Şahdağ adlandırılmışdır. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=624470
Şurakənd (Xızı)
Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Toponimikası XIV-XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır. Bu qəsəbənin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmışdır. Sovet hakimiyyəti illərində adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir. Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır. Qəsəbə müəyyən illər ərzində müxtəlif şəhər və rayonların tabeliyində olub (Altıağac, Binəqədi, Sumqayıt, Abşeron). 1991-ci ildən Xızı rayonunun tabeliyindədir. Tarixi abidələri Qəsəbədə 5 yerdə qədim qəbirstanlıqlar mövcuddur. Bu məzarlıqlarda bir çox sərdabələr, daş kitabələr müasir dövrə qədər gəlib çatmışdır. Bundan başqa, qəsəbədə XVII əsrə aid qədim hamam, Şah Abbas dövrünə aid Ovdan və Karvansara, Şurabad Cümə məscidi var. Çox təəssüflər olsun ki, Karvansara sökülüb daşlarından köhnə məktəb binası tikilib və bugünkü dövrə gəlib çatmamışdır. Coğrafiyası və iqlimi Şuraabad qəsəbəsi Xəzər dənizinin sahilində yerləşir. Ən yaxın kəndlərdən biri Yaşma kəndidir ki, hazırda da orada məskunlaşma var. 1935-1950-ci illərdə kənddə 35-40 evin olduğu yaşlı sakinlər tərəfindən söylənilir. Lakin İkinci Dünya müharibəsi illərindən sonra kəndin əhalisi azalmışdır. İqtisadiyyatı Əhalisi əsasən balıqçılıqla məşğuldur.
https://az.wikipedia.org/w/index.php?curid=550121
Şurbarik
Şurbarik (fars. شورباريك) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
https://az.wikipedia.org/w/index.php?curid=430546
Şurbarik (Həftkel)
Şurbarik (fars. شورباريك) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
https://az.wikipedia.org/w/index.php?curid=430544
Şuri qəsri
Şuri qəsri (首里城, Shuri-jō, okin. Sui Gushiku) – Yaponiyanın Okinava prefekturasının Naha şəhərinin Şuri rayonunda yerləşən Ryukyu qusukusu. Sanzan dövründə tikildiyi güman olunur. Okinava prefekturasının simvollarından biridir. 1429-1879-cu ildə Ryukyu krallığının sarayı olmuş, dövlətin siyasi, mədəni, hərbi və dini mərkəzi olmuşdur. Ryukyu krallığı ilə Çin münasibətlərinin inkişafında əhəmiyyəti olmuşdur. 1609-cu ildə yaponların əlinə keçsə də, 2 il sonra qaytarılmışdır. 1879-cu ildə Ryukyu krallığı Okinava prefekturası kimi Yaponiyaya daxil olandan sonra qəsr əhəmiyyətini itirməyə başlamışdır. Həmin tarixdən sonra uzun müddət baxımsız vəziyyətdə qalmışdır. 1945-ci ildə İkinci dünya müharibəsi zamanı baş tutan Okinava döyüşü zamanı qəsr ABŞ donanması tərəfindən 3 gün boyunca bombardman edilmiş və tamamilə dağılmışdır. Müharibədən sonra qəsr universitet korpusu kimi istifadə olunmuşdur. 1992-ci ildən başlayaraq mərkəzi iç qala və divarlar tarixi qeydlər, fotoşəkillər və memuarlar əsasında orijinal yerdə yenidən inşa olunmuşdur. 2000-ci ildə YUNEKO-nun Ümumdünya irsi siyahısına salınmışdır. 21 oktyabr 2019-cu ildə qəsrin əsas strukturları yanğın nəticəsində tamamilə yanmışdır. Qəsrin tikilmə tarixi naməlumdur, lakin Sanzan dövründə (1322-1429) istifadə olunduğu dəqiqdir. Çox güman ki, Okinavadakı bir çox qəsr kimi Şuri qəsri də Qusuku dövründə tikilib. Kral Şo Haşi Okinavanın 3 knyazlığını birləşdirib Ryukyu krallığını quranda qəsrdən iqamətgah kimi istifadə etməyə başlamışdır. Eyni zamanda Şuri paytaxt olaraq çiçələnməyə başlamışdır və İkinci Şo sülaləsinin dövründə də belə qalmağa davam etmişdir. 1429-cu ildən 450 il boyunca Ryukyu krallığının sarayı və inzibati mərkəzi olmuşdur. Ryukyu adalarının siyasət, iqtisadiyyat, mədəniyyət paytaxtı olmuşdur. Qeydlərə görə qəsr bir neçə də yanmış və hər dəfə yenidən tikilmişdir. Şo Neyin hakimiyyəti dövründə Yaponiyanın Satsuma feodal bölgəsindən olan samuraylar 6 may 1609-cu ildə Şuri qəsrini ələ keçirmişdirlər. Lakin 2 il sonra yaponlar Kral Şo Neyə taxtını, qəsri və şəhəri Ryukyu xalqına qaytarmışdılar. Əvəzində isə krallıq Satsumanın vassalına çevrilmiş və bu hal 250 il davam etmişdir. Amerikalı Metyü Perri 1850-ci illərdə Okinavaya gələndə iki dəfə Şuri qəsrinə daxil olmağa çalışmışdır, lakin kral tərəfindən 2 dəfə rədd edilmişdir. 1879-cu ildə Ryukyu krallığı Yaponiyanın tərkibinə daxil olmuşdur. Krallıq ləğv olunmuş və qəsr Yaponiya ordusu tərəfindən barrak kimi istifadə olunmağa başlamışdır. 1896-cı ildə Yaponiya garnizonu qəsri tərk etmişdir, lakin bundan öncə onun altında tunellər qazmışdır. 1908-ci ildə Şuri şəhəri qəsri Yaponiya hökumətindən satın almışdır, lakin onu yeniləmək üçün büdcəyə malik deyildi. 1925-ci ildə milli xəzinə elan edilmişdir. Əvvəlki əhəmiyyətini itirsə də, tarixçi Corc Kerr qəsri "dünyadakı ən möhtəşəm qəsrlərdən biri" adlandırmışdır. Müharibədən sonra İkinci dünya müharibəsi zamanı Yaponiya ordusu qəsrin altında hərbi qərargah qurmuşdur. 1945-ci ilin əvvəllərində Şuri və ətrafında kompleks müdafiə xətləri qurulmuşdur. 25 maydan başlayaraq Okinava hərakatının son hissəsi kimi ABŞ döyüş gəmisi Mississippi qəsri 3 gün boyunca bombalamış və sonda qəsr yanmışdır. 29 mayda qəsr ABŞ ordusunun nəzarəti altına keçmişdir. Müharibədən sonra 1950-ci ildə qəsrin ərazisində Ryukyu Universiteti qurulmuş və 1975-ci ilə kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə Şureymon yenidən inşa edilmiş, 1992-ci ildən başlayaraq əsas tikililər və mərkəzi qəsrin divarları bərpa olunmağa başlamışdır. Hazırda qəsr ərazisi Şuri Qəsr Parkı adı ilə mühafizə olunur. 2000-ci ildə digər qusuku və əlaqəli ərazilərlə birlikdə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. Lakin ancaq 1950-ci ildən öncəki daş divarlar və qədim sütunlar Dünya irsi kimi tanınmışdır. 31 oktyabr 2019-cu ildə qəsrdə baş vermiş güclü yanğın nəticəsində Seyden, əsas zal, Hokuden və Nanden yanmışdır. Təhlükəsizlik alarmı saat 2:30-da işə düşmüş, saat 2:40-da yanğınsöndürənlər hadisə yerinə çatmışdırlar. Yanğınsöndürənlərdən biri yanğına qarşı mübarizə apararkən dehidratasiya səbəbindən xəstəxanaya aparılmışdır. Seyden, Hokuden, Nanden və Bandokoro tamamilə məhv olmuşdur. Yerli xəbərlərə görə "4200 kv. metr ərazini əhatə edən 6 qəsr tikilisi dağılmışdır". Yanğın saat 13:30-da tamamilə söndürülmüşdür. Bu, Şuri qəsrində baş verən sayca 5-ci yanğındır (1453, 1660, 1709 və 1945). Okinava qubernatoru Denni Tamaki yanğından sonra Şuri qəsrinin "Ryukyu krallığının simvolu, onun tarixinin və mədəniyyətinin ifadəsi olduğunu" bildirmiş, yenidən tikəcəyinə söz vermişdir. Yaponiya dövlət katibi Yoşihide Suqa Şuri qəsrinin "Okinavanın ən əhəmiyyətli simvolu" olduğunu ifadə etmişdir. Yaponiya hökuməti restorasiya işlərində kömək edəcəkdir. YUNESKO da Şuri qəsrinin bərpası üçün kömək edəcəyini bildirmişdir. Digər Yaponiya qəsrlərindən fərqli olaraq Şuri qəsri Çin memarlığından xeyli təsirlənmişdir. Funksional və dekorativ elementlər Qadağan olunmuş şəhərdəkilərlə bənzərlik təşkil edir. Darvazalar və digər tikililər qırmızı boya ilə rənglənmiş, divarlar rəngli dekorasiya olunmuş və dam kirəmitəri üçün əvvəlcə Qoryeo, daha sonra qırmızı Ryukyu kirəmitlərindən istifadə olunmuşdur. Hər hissənin dekorasiyasında kral əjdahasından istifadə olunub. Nanden və Bandokoro Satsuma klanının qəbul və əyləncəsi üçün istifadə olunduğundan, yapon stilini ancaq burada görmək olar. Ryukyu elementləri də üstünlük təşkil edir. Digər qusukular kimi bu qəsr də Ryukyu əhəngi ilə tikilmiş, İkinci Şo sülaləsinin dövründə (XV əsrin ikinci yarısından XVI əsrin birinci yarısına kimi) xarici tikili ilə təchiz olunmuşdur. Okuşoin-en Ryukyu adalarından salamat qalmış yeganə qusuku bağçasıdır. Hazırkı renovasiya hərbi məqsədlər yox, qəsrin mədəni və inzibati-siyasi mərkəz kimi roluna əsasən həyata keçirilmişdir. Orijinal taxta tikililər kimi bərpa olunan tikililər ancaq əsas daxili qəsrə aiddir. Seyden Tayvandan gətirilmiş taxta ilə tikilmişdir. Digər tikililər - Nanden və Hokudenin ancaq fasad hissəsi bərpa olunmuşdur, interyerləri üçünsə polad və beton kimi müasir materiallardan istifadə olunub. Ryukyunun siyasi və dini həyatında mərkəzi roluna görə Şuri qəsri müxtəlif tarixi tikililərdən ibarətdir, eləcə də, müxtəlif belə tikililərdə əhatə olunub. Qəsr kompleksi 3 əsas zonaya bölünə bilər: mərkəzi inzibati bölgə (Seydan və Ura daxil olmaqla), şərqi yaşayış və tədbir bölgəsi (Seydanın arxası; Oçibara adlanır) və Kyonouçi adlı cənub-qərbi tədbir bölgəsi. Şuri qəsri ancaq siyasi və hərbi məqsədlər üçün istifadə olunmurdu, həmçinin Ryukyu xalqı üçün dini məbəd idi. Keçmişdə qəsrdə 10 utaki (ibadətgah) var idi və iç qəsrin cənub-qərb hissəsində Kyonouçi adlı məbəd yerləşirdi. Həmin yerdə ağac və təbii əhəng qayaları kimi təbii elementlər var idi. Noro bir çox təbiət ritualı həyata keçirsə də, ritualların məzmunu hələ də dəqiq aydın deyil. Müharibədən sonra ərazidə az da olsa, dini rituallar keçirilməyə davam etmişdir. Əsasən tüstülü çubuqların yerləşdirilməsi həyata keçirildi. Lakin qəsrin bərpa işlərindən sonra qəsrə daxil olmaq məhdudlaşdırıldığından dini əhəmiyyətini tamamilə itirmişdir. Şuri qəsri Ryukyu krallığı ilə Çin arasındakı münasibətlərin inkişafında da rol oynamışdır. Ryukyu adaları ilə Çin arasındakı əlaqələr 1372-ci ildə başlamış və 5 əsr davam edərək 1879-cu ildə Okinava prefekturasının qurulması ilə başa çatmışdır. Yeni krallar hakimiyyətə gələndə Çin imperatoru qəsrdə keçirilən taxta çıxma mərasiminə öz rəsmilərini göndərirdi. Bu tədbir sayəsində Ryukyu krallığı Çinlə siyasi, iqtisadi və mədəni əlaqələr saxlayırdı. Adət həm də Ryukyu kralının şərqi Asiyada tanınmasına səbəb olurdu. Çin nümayəndəliyinə təxminən 500 insan daxil idi. Onlara imperatorun rəsmiləri tərəfindən təyin olunan sappoşi (səfir) və nümayəndə də daxil idi. Nümayəndə heyəti Pekindən yola düşür, Fuçjoda Ryukyu adalarına və ya Kumecimaya çatmaq üçün ukanşinə ("Tac gəmiləri") minirdilər. Çin nümayəndliyinin birinci vəzifələri arasında sonuncu kralın xatirəsinə yusa (dini mərasim) idi. İmperatorun baş sağlığı sözləri Nahadakı Soqen məbədində deyilirdi və daha sonra nümayəndələr Şiina bağında qəbul edilirdilər. Taxta çıxma mərasimi Una və Sendokudayda baş tuturdu. Unada Nanden ilə Seyden arasında Kettey adlı iki platforma salınmışdı və nümayəndələr üçün nəzərdə tutulmuşdu. Daha sonra iç qəsrdə payız banketi, daha sonra ziyafət təşkil olunurdu, mahnı və rəqs performansları baç tuturdu. Banket nümayəndlərin dayandığı Hokuden adlı platformasın qarşı tərəfində qurulmuş müvəqqəti platformada baş tuturdu. Ryutan sahilində və qəsrdə Çoyo banketi baş tuturdu. Nümayəndlərin iştirakı ilə qayıq yarışı və musiqili performanslar keçirilirdi. Hokudenin qarşı tərəfində iki ardıcıl vəda banketi təşkil olunurdu və ən sonuncu banket olan Tenşikan banketində kral nümayəndələrə qızıl hədiyyələr verirdi. Populyar mədəniyyətdə 2002-ci il istehsalı "Deadly Dozen: Pacific Theater" video oyununda sonuncu missiya Şuri qəsrinə hücum haqqındadır. 2008-ci il istehsalı "Call of Duty: World at War" oyununda sonuncu Amerika missiyası ("Breaking Point") Şuri qəsrində baş tutur. Belə ki, ABŞ donanması Okinavanı ələ keçirmək üçün sonuncu həmləsini edir. Oyunda əsas personajlar ölür, oyunçu isə minaatan və isti silahlarla qəsrin dağılmış həyətin olan, yapon qüvvələrinin toplandığı, ABŞ qüvvələri tərəfindən hədəf alınan Uraya irəliləyir. Xarici keçidlər Şuri Qəsr Parkı 4828423125 Şuri qəsri on OpenStreetMap
https://az.wikipedia.org/w/index.php?curid=607239
Şurik (Maku)
Şurik (fars. شوريك) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
https://az.wikipedia.org/w/index.php?curid=573041
Şurik (Salmas)
Şurik (fars. شوريك) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,182 nəfər yaşayır (222 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=590288
Şurik (Xoy)
Şurik (fars. شوريك) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (80 ailə)
https://az.wikipedia.org/w/index.php?curid=571581
Şurik (Çaypara)
Şurik (fars. شوريك) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (38 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=573309
Şuriken
Şuriken ( hərfi tərcümədə “əldə gizlədilmiş ülgüc”) – üzərində gizli şəkildə daşınılan yapon atma silahıdır. Əsasən, gündəlik əşyalardan: iynə, mismar, ulduzlar, bıçaq, sikkə və s.-dən hazırlanaraq tiyə formasındadır. Şurikenlərin xarici görünüşü yaponların mistisizmə marağını özündə əks etdirir. Çox vaxt silahın üz hissəsinə onu hazırlayan usta tərəfindən müxtəlif işarələr qoyulurdu. Belə olan halda onlar bununla öz tərəflərinə axirət güc qüvvələrinin cəlb edildiyinə inanırlar. Qaydaya uyğun olaraq, döyüşçünün arsenalında şurikenlər əlavə (köməkçi) silah sayılırdı, katana adlanan qılınca və ya yari adlanan nizəyə bərkidilirdi. Buna baxmayaraq, çox vaxt döyüşlərdə həlledici taktiki rolu elə şurikenlər oynayırdı. Şuriken-dzyuçu - şurikenlərdən istifadə sənəti yaqyu-ryu, katori-sinto-ryu, itto-ryu, kukisin-ryu, tokakure-ryu kimi bir çox məktəblərdə ikinci dərəcəli vərdiş kimi istifadə olunurdu.. Şurikenlərin bo-şuriken və syaken (syakenlər arasında xira-şuriken, semban-şuriken, tepan-şuriken) adlanan iki əsas növü vardır. Bo-şurikenlər Bo-şuriken – dəmir və ya poladdan hazırlanan dördbucaqlı, dairəvi və ya səkkizbucaqlı formasında hazırlanan atma metal silahdır. Qaydaya uyğun olaraq, birtərəfi itiləşdirilir. Lakin ikiuclu nümunələrinə rast gəlinir. Bo-şurikenlərin uzunluğu 12sm-dən 21 sm-ə qədər, 35qr-dan 150 qr-a qədər olur. Bu silah müxtəlif üsullarla başdan, arxadan, yandan atılır və hər variantda ülgüc barmaqların köməyilə lazımi istiqamətə atılır. Bo-şurikenlərvə kunay (zərbə üçün istifadə olunan dikinə qoyulan silah. Bəzən atma silah kimi istifadə olunurdu) adlı silahnan qarışdırmaq lazım deyil. “Bo” sözü yaponcadan “iynə” deməkdir. Bo-şurikenin iki əsas istifadə metodu vardır: dziki da-ho və xan-ten-da-xo. Birinci halda ülgüc nişana çatmamışdan əvvəl fırlanmır, lakin ikinci də isə fırlanır. Bo-şurikenlər gündəlik əşyalar nümunəsində hazırlanır, müxtəlif ölçü və formalara malikdir. Onlardan bəziləri yarandıqları əşyanın adı ilə adlandırılmışdır. Məsələn, kuqi-qata – mismar, ari-qata – iynə, tanqo-qata – bıçaq formasında mənalarını verirlər. Lakin bir qismi də vardır ki, onların bənzədikləri əşyala görə adlarını alıblar. Bunlara oko-qata (nizə formasında), maçuba-qatanı ( şam ağacı iynəsi formasında) misal göstərmək olar. Silah ustaları şurikenlərin üzərinə nindza döyüşçüsünün işini asanlaşdıran müxtəlif məlumatlar həkk edirdilər. Formasına görə, bo-şurikenlərə oxşayan bəzi silahlar da vardır: “koqay” (ipəzor), “koqata” (bıçaq) və xasi ( yemək çubuqları). Lakin bunlar şuriken-dzyuçu məktəblərilə assosiasiya olunmurdu və ancaq təcrübəli silah ustaları tərəfindən lazımi hallar üçün istifadə olunurdu. Yaponların ən erkən traktatı sayılan Kodzikidə ( e.ə 600-cü il) şahzadə Yamato-Takerunun ağ maralı öldürmək üçün gözünə silindrik formada tərəvəz atdığı xatırlanır. Nihon Soki ( təqribən e.ə 600-cu illər) isihaciki adlanan atılan daşlardan danışılır. Deyilənə görə, Tadamasa şuriken-dzyuçunun Tanqo-qato adlanan ilk stilini yaratmışdır. Bu stil öz adını qısa qılıncın adından almışdır.Hal-hazırda bo-şurikenlərin tarixi haqda çoxsaylı tədqiqatlar aparılsa da, onların mənşəyi hələ də sirr olaraq qalır. Bu onunla bağlıdır ki, şuriken-dzyuçu sənəti gizli saxlanılmışdır. Bununla yanaşı, Yaponiyada çoxlusayda atma silah hazırlayan ustaların olması idi. Şurikenlərin hazırlanması ilə məşğul olan xatırlanan məktəb – qanriçu-ryu (XVII) adlanır. Bu məktəbin saxlanılmış ülgüc nümunələri ox və iynəyə oxşar formadadır. Bununla yanaşı, “Osaka-qunki”də ( “Osaka qəsri” haqda hərbi povest) bıçaq və qılınclar haqda qeydlər vardır. Bunların atma silah kimi istifadə olunması, həmçinin məşhur samuray Miyamoto Musasinin təkbətək döyüşlərin birində rəqibini bununla dəqiq atışla öldürməsindən danışılır. Müasir şurikenlər paslanmayan poladdan hazırlanır. Onları Avropa və Şimali Amerikanın bir çox silah mağazalarında əldə etmək olar. Amma buna baxmayaraq, bir çox ştatlarda, məsələn, Kaliforniyada şurikenə sahib olma qeyri-qanuni sayılır. Xira-syaken Xira-şurikenlər adi əşyalardan əldə olunan nazik metal plastinlərdən hazırlanır: sikkələrdən hazırlanan xisi-qan, dülgər alətlərindən hazırlanan kuqi-nuqi və s. Formalarına görə, onları çox vaxt “nindza ulduzları” adlandırırlar. Xira-şurikenlərin mərkəzində çox vaxt dəlik qoyulur ki, bu, onların ip üzərində daşınmasında və atışdan sonra ağacdan rahatlıqla çıxarılmasına yardımçı olur. Bu cür şurikenlərin çoxlu sayda növləri olur, onları çox vaxt iti uclarının sayına görə fərqləndirirlər. Bo-şurikenlər kimi xira-şurikenlərin də müxtəlif formalı olmaları onların istifadə olunduğu məktəblərlə əlaqədardır. Yaranmış fikrin əksinə olaraq, şurikenlər nindzaların əsas yox, köməkçi silahı olmuşdur. Əsasən şurikenlər düşməni deorientasiya etmək üçün istifadə olunurdu. Bunların əsas hədəfi samurayların zirehdən qorunmayan bədən hissələri – sifəti, gözləri, əlləri və ayaqları idi. Şurikenləri kəmərin altında daşımaq olardı. Belə ki Qədim Yaponiyada onlar qadağan olunmuş silah hesab olunmurdu. Praktikda xira-şurikenlər 8-10 ədəd olurdu və pambıq parçasına bürünürdü. Onları paltarların ciblərində saxlayırdılar. Bəzən onları saç üçün ipəzor kimi istifadə edirdilər. Şurikenləri ya yerə basdırıb, ya da əlin içində tutaraq, hücum çəkən şəxsə zərbə vurmaq, yaxın döyüşdə istifadə etmək olardı. Bəzən onların uclarını zəhərləyib görünən yerə qoyurdular ki, onu götürən şəxs zəhərlənsin. Keçmişdə hazırlanmış şurikenlər aşağı keyfiyyətli metaldan hazırlandığı üçün pis qorunub saxlanmışdır və çox vaxt birdəfə istifadə olunan silah kimi işlədilirdi. Mədəniyyətdə təcəssümü Şurikenləri çox vaxt yapon nindzalarının silahı kimi hesab etmək olar. Bunlara bir çox kitablarda, filmlərdə və oyunlarda rast gəlmək olar. Onlardan həmçinin komiks qəhrəmanları (məsələn, Batman, Elektra, Nindza tısbağalar), oyun personajları ( “No One Lives Forever 2: A Spy in H.A.R.M. s way”, “Mortal Kombat: Deception”, “Shadow Warriors”, “Ninja Gaiden”, “Tenchu”, “Mini Ninjas”) animelərdə (" Naruto ”, “Soul Eater”, “ Şahzadə Mononoke”) və filmlərdə (“Beverli-Hillsdən olan nindzalar”, “Üç nindza”) istifadə olunmuşdur. Baxmayaraq ki, şurikenlər nindzalarla assosiasiya olunur, lakin onlardan oğru və qatillərin də istifadə etməsinə bir çox əsər və oyunlarda rast gəlinir. Darren Şenin romanlarının qəhrəmanı döyüşçü-vampir Vança Març ancaq bu silahla döyüşürdü. “Painkiller” oyununda şuriken və ildırım atan top vardır. Oxşar silahı “Tyrian” oyununda da görmək olar. Bundan başqa, oriqami-şurikendə vardır.
https://az.wikipedia.org/w/index.php?curid=435551
Şurnuxu
Şurnuxu — yarısı Azərbaycan Respublikasının Qubadlı rayonunda, digər yarısı isə Ermənistan Respublikasının Sünik mərzində olan kənd. 4 yanvar 2021-ci ildə Şurnux kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancıldı və həmin hissə Qubadlı rayonunun tərkibinə salındı. 1593-cü ildə Osmanlıların tərtib etdiyi müfəssəl dəftərdə Urud livası Muğancıq nahiyəsində qeydə alınan bu kəndin adı "Şornoxud"dur Ərazi 1604-cü ilə qədər Osmanlı idarəsində olub. Mədəniyyəti Toponimikası Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasında işlənən "çırnox" sözünün fonetik forması olan şumux//şırnıx sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin Qazax dialektində "sürətlə axın" mənasında "şırnoy" sözü də işlənir. Belə qənaətə gəlmək olar ki, çırnox, şırnoy, şurnux yaxın mənalı sözlərdir. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin toponimləri Kəpəz dağı, Qəhrəman çiməni, Armudluq, Almalıq, Acıqlı güney, Eşşək meydanı, Donuz damı, Qaramalıq, Üç ağac, Məscidli, Mərcimək yurdu, Xarab körpü, Anabat, Dəhnə, Göy bulaq, Həşim bəy bulağı, Ağ bulaq, Soyuq bulaq, Layış bulağı, Tas, Cəhənnəm dərəsi, Qaranlıq meşə və s. Coğrafiyası və iqlimi Kənd Gorus rayon mərkəzindən 17 km. cənub-şərqdə, Şurnuxu çayının sol sahilində, meşənin içərisində, Qafan-Gorus magistral yolunun sağ tərəfində, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşmişdi. Kənddə 1831-ci ildə 84 nəfər, 1904-cü ildə 117 nəfər, 1914]-cü ildə 104 nəfər azərbaycanlı yaşamışdır. 1920-ci illərdə Zəngəzurun Şurnux kəndində yalnız azərbaycanlılar yaşayırdı. Daha sonra kənd hərbi dəstələr tərəfindən etnik təmizliyə məruz qaldı. Ermənilər orada yaşamağa başladılar. Lakin sonrakı onilliklərdə bir çox azərbaycanlı Şurnuxa qayıtdı. 1947-ci il dekabrın 23 tarixində Sovet İttifaqı Nazirlər Soveti 4083 saylı qərar qəbul etdi. Qərara görə Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Azərbaycan SSR-nın Kür-Araz vadisinə yerləşdirildi. 1953-cü il Stalinin ölümündən sonra şurnuxlu türklər kəndə qayıtdılar. Azərbaycan mənbələrinə görə, 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayırdı. 1988-ci ildə "Artsax hərəkatı" zamanı, noyabr ayında onlar Şurnuxudan yenidən deportasiya edildilər". Şurnuxu kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi. Gorus rayon mərkəzindən 27 km cənubda, meşənin içərisində, Qafan-Gorus magistral yolunun kənarında, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşmişdi. 1988-ci ildə kənddə 100 ev, 800-ə yaxın əhali var idi. Kənddə ən qədim zamanlardan son illərə (1989) qədər yalnız azərbaycanlılar yaşamışdır. Şurnuxu kəndinin ətrafında qədim kilsənin və qəbiristanlığın qalıqlarının, Kəpəz dağı adlanan yerdəki ibadətgahın (pir) olması bu kəndin qədim tarixə malik olduğunu göstərən faktlardır. Şurnuxu kəndinin yaxınlığında vaxtilə Ağvanlı adlı azərbaycanlı kəndi olmuş, 1918-ci ildə həmin kənd dağıdılmış və sonra bərpa edilməmişdir. Ağvanlı toponimi də bu yerlərin qədim Albaniya ilə bağlılığını göstərən tarixi faktdır. 1918–1920-ci illərdə Şurnuxu kəndi dağıdılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə qaçqın düşərək Qubadlı və Cəbrayıl rayonuna pənah aparmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz tarixi-etnik torpaqlarına dönə bilmişdir. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Şurnuxu kəndində 92 nəfər (15 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 45 nəfəri kişi və 47 nəfəri qadın olub. Burada 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 123 nəfər, 1979-cu ildə 560 nəfər azərbaycanlı yaşamışdır. Onlar dağıdılmış təsərrüfatlarını bərpa etmişlər. 1930-cu ildə Şurnuxuda ibtidai məktəb açılmış, 1931-ci ildə kolxoz qurulmuşdur (qonşu Ağbulaq və Şamsız kəndləri ilə birlikdə). İkinci Dünya müharibəsi Şurnuxudan 70-dən çox adam iştirak etmiş, onlardan 25 nəfəri geri qayıtmamışdır. İkinci Dünya Müharibəsindən sonrakı illərdə Gorus rayonunda ermənilər azərbaycanlı əhaliyə qarşı təcavüzkar münasibətlərini daha da gücləndirdilər. 1948-1952-ci illərin deportasiyası zamanı digər azərbaycanlı kəndləri kimi, Şurnuxu camaatının da bir hissəsi köçüb Azərbaycana gəlmiş, Bakı, Sumqayıt, Ağdam, Mingəçevir və Bərdə şəhərlərində məskunlaşmışlar. Ermənilərin apardıqları milli ayrı-seçkiliyə baxmayaraq, 70–80-ci illərdə Şurnuxu kəndi xeyli inkişaf etmişdi. Kənddə müasir tipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür şəraiti olan xüsusi evlər tikilmişdi. 1988-ci il noyabrın sonlarında Gorus rayon partiya və hökumət rəhbərliyinin təşkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən, Şurnuxu kəndinin camaatı zorla deportasiya olunaraq, Azərbaycana qovuldular. Kənd camaatının böyük əksəriyyəti ev əşyalarını çıxarda bilmədilər. Evlərin çoxu dəyişilməmiş qaldı. Qarabağ uğrunda gedən döyüşlərdə Şurnuxudan 5 nəfər şəhid olmuşdu (Niftəliyev Azər Bayram oğlu — baş leytenant, ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdu; Ağayev Mehman Müseyib oğlu, Şükürov Seymur Şəmil oğlu, Adıgözəlov Elşən Telman oğlu, Muradov Elbariz Cənnət oğlu). Görkəmli alim, Azərbaycanda oftolmologiya elminin banilərindən biri, akademik Umnisə Musabəyova Şurnuxuda anadan olmuşdur. Musa Urud. Zəngəzur. Bakı: Nurlar, 2005. Xarici keçidlər Ermənilərin canına vəlvələ salan bayrağımız: Qubadlının Şurnuxu kəndindən FOTOREPORTAJ
https://az.wikipedia.org/w/index.php?curid=414752
Şurud
Şurud — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Toponimikası Dağətəyi ərazidədir. Kənd eyniadlı çayın adını daşıyır. Çayın adı "şor çay" çay kimi izah edilir. Şurud variantında da qeydə alınmışdır. Əhalisi 172 nəfərdir. Həmçinin bax Culfa rayonu
https://az.wikipedia.org/w/index.php?curid=109451
Şurud çayı
Şurudçay — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində çay. Qaradərəçayın sağ qoludur. Uzunluğu 16 km-dir. Hövzəsinin sahəsi 65 km²-dir. 1000 m-dən hündürlükdə Qaradərə çayına tökülür. Əsasən, yaz-yay və payız aylarında yağan yağışlar və yeraltı sularla (40%-ə qədər) qidalanır. Qar suları az rol oynayır (10%). Suvarmada istifadə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=769262
Şurudçay
Şurudçay — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində çay. Qaradərəçayın sağ qoludur. Uzunluğu 16 km-dir. Hövzəsinin sahəsi 65 km²-dir. 1000 m-dən hündürlükdə Qaradərə çayına tökülür. Əsasən, yaz-yay və payız aylarında yağan yağışlar və yeraltı sularla (40%-ə qədər) qidalanır. Qar suları az rol oynayır (10%). Suvarmada istifadə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=502000
Şuruppak
Şuruppak və ya Şuruppaq (Şumer dili: 𒋢𒆳𒊒𒆠 ŠuruppagKI, “Şəfa yeri”), bugünkü adı ilə Tell Fara, İraqın Əl-Qadisiyyə əyalətində, Fərat çayının sahilində yerləşən qədim Şumer şəhəridir. Həm də Nippurdan 56 km cənubdadır. Şəhər hava və taxıl tanriçası Sudanın şərəfinə adlandırılmışdır. 1900-cü ildə Hermann Volrath Hilprecht tərəfindən edilən ölçmə və müşahidə işlərindən sonra ilk qazıntı 1902-ci ildə Robert Koldewey və Friedrich Delitzsch tərəfindən edildi və qazıntı 8 ay davam etdi. Qazıntılar zamanı həmçinin, bu gün Berlin və İstanbul Muzeylərində qorunan Sarqon Akkadlıdan əvvəlki dövrə aid lövhələr də tapıldı. 1931-ci ilin mart ayında Amerika Şərqşünaslıq Məktəbi və Pensilvaniya Universitetinin əməkdaşlığı ilə bir araya gələn ortaq bir qrup, Schmidt və Samuel Kramerin rəhbərliyi altında 6 həftə qazıntı işləri aparmışdır. Qazıntılar nəticəsində bikonveks və 87 lövhə tapıldı ki, bunların əksəriyyəti də Sarqondan əvvəlki dövrə aid idi. 1973-cü ildə Harriet P. Martin üç günlük səthi tədqiqat işi həyata keçirmişdir. Bu araşdırma nəticəsində dulusçuluq tapıntıları göstərdi ki, Şruppak şəhərinin tarixi ən azı Cemdet Nasr dövrünə qədər gedib çıxır, şəhərin inkişafı isə erkən padşahlıq dövründən başlanmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=618945
Şurut körpüsü
Şurut körpüsü — Culfa rayonunun Şurud kəndində orta əsrlərə aid memarlıq abidəsi. Körpünün qalıqları kəndin cənubunda yerləşir. Körpünün yalnız bir dayaq sütununun qalıqları indiyədək salamat qalmışdır. Onun salamat qalan hissəsinin hündürlüyü 8 m, ön tərəfdən eni 1,5 m, yandan 2 m-dir. Körpü çay daşlarından və qaya parçalarından tikilərək əhəng məhlulu ilə bərkidilmişdir. Körpünün tikinti texnikası Azərbaycanın orta əsr memarlığı üçün xarakterikdir. Körpü XVII əsrə aid edilir.
https://az.wikipedia.org/w/index.php?curid=581766
Şurçeh döyüşü
19 may 1912-ci ildə Salarüddövlə və ya tam adı ilə Əbülfət mirzə Qovanlı-Qacar və Yeprem xan arasında baş vermiş döyüş. Döyüşdən əvvəl Yeprem xan zamanında Səttarxanı ağır yaralamış erməni idi, Qacarlara qarşı harada üsyan çıxsa onu yatırmaqla məşğul idi. Əbülfət Salarüddövlə isə keçmiş şahın qardaşı idi və 1911-ci ildə Kirmanşahda hakimiyyətə üsyan etmişdi. O, Sənəndəc şəhərini tutdu. Xəbəri alan mərkəzi hakimiyyət, bəxtiyariləri onu məğlub etməsi üçün bir ərazidə yerləşdirdi.1911-ci ilin sentyabr ayında hadisədən xəbər tutan Yeprem xan əraziyə gəldi. Yepremin polisləri, ermənilər və bəxtiyarilər Əbülfəti məğlub etdi. Beləliklə, ilk yürüş Yepremin qələbəsi ilə başa çatdı. 1912-ci ildə Şahrud ve Damğandakı köhnə Şahın qüvvələrinə və Kirmanşah sahəsindəki Əbülfət mirzə Qovanlı-Qacar qüvvələrinə qarşı ikinci bir yürüş hazırlandı. Yeprem xan tərəfindən köhnə şaha qarşı üç qrup döyüşçü göndərildi və Şah İranı tərk etməyə məcbur edildi. Lakin 19 may 1912-ci ildə, Əbülfətin qüvvələrinə qarşı qələbə qazanmışkən, Yeprem, dostunun cəsədini almaya çalışarkən öldürüldü. Döyüşdən sonra Əbülfət Salarüddövlə döyüşdən sonra üsyanına davam etdi və 1913-cü ildə üsyanı yatırıldı. Yeprem xanın ölümündən sonra dostu Arşak Qavafyan qısa müddətdə onun bütün qatillərini öldürdü. Daha sonra Rusiya imperiyasında Osmanlı qoşunlarına qarşı döyüşlərdə və Rəvandüz mühasirəsində iştirak etdi. O,1916-cı ildə mühasirəyi yarıb Mosula gedmək istəyib, lakin 15 mayda Rəvandüzdəki mühasirədə öldürülüb. Ölümündən sonra cənazəsi Tiflisə aparılaraq erməni Hocivank qəbiristanlığında dəfn edilib. Əbülfət Salarüddövlə 1913-cü ilin 8 iyununda Nəhavənd şəhərinin yaxınlığında qardaşların arasındakı döyüşdə yenildi. 18 iyunda Kirmanşah şəhərində İngilis konsulluğuna sığındı. İyulun 15-də o tutuldu,Tehrana göndərildi və həbs olundu. Əbülfət mirzə 1961-ci ildə vəfat etdi. Ēlmar, pp. 522–35; Kasrawī, Aḏarbāyjān, p. 518; Malekzāda, 3rd. ed., pp. 1480, 1518–21; Tēr Daniēlean, April 1925, pp. 89–93
https://az.wikipedia.org/w/index.php?curid=827662
Şurəddin Məmmədli
Şurəddin Bahəddin oğlu Məmmədov (28 fevral 1956, Kolagir, Bolnisi rayonu) — azərbaycanlı alim, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2002); filologiya elmləri doktoru (2004); professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstan Yazıçılar Birliyi Azərbaycanlı Yazarlar Qrupunun üzvü, Gürcüstan Jurnalistlər Federasiyasının üzvü. 1973–cü ildə daxil olduğu A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun(ka) Azərbaycan bölməsində Filologiya fakültəsini 1978–ci ildə fərqlənmə diplomu ilə bitirib. Elmlər namizədi: Azərbaycan Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "19-cu Yüzil Gürcü Mətbuatında Azərbaycan Ədəbiyyatı Məsələləri"; 1988 Elmlər doktoru: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "Borçalı Ədəbi Mühiti (1920-ci ilinə qədər)"; 2004 İş fəaliyyəti Tərcüməçi: Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 1978–1984 Müxbir, şöbə müdiri: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzeti 1984–2006 Gürcüstan təmsilçisi: "Azərbaycan" (Bakı) qəzeti 1994–1997 Ortaq (Association) Professor (Dosent): Tbilisi Humanitar Universiteti 1999–2004; Sertifikat: Cavaxişvili Tbilisi Dövlət Universiteti 2004 Tam (Full) Professor: Tbilisi Dövlət Universiteti Kvemo-Kartli Filialı 2004–2006; Tbilisi Dövlət Pedaqoji Universiteti (Marneuli) 2005–2006; Kafkas Üniversitesi (Türkiyə) 2007–2010; Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universiteti 2010; Ardahan Üniversitesi (Türkiyə) 2010–2011... Akademik üzvlüyü Gürcüstan Milli Akademiyası həqiqi üzvü, akademik, 2002-ci il. Bilim Kurulu üyesi (Elmi Şura üzvü) – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi uluslar arası hakemli dergisi, Konya / Türkiyə 2009–2011 Mükafatları "Qızıl Kitab": Elmi fəaliyyətindəki uğurlarına görə 2004 "Borçalı": Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə 2004 a- Monoqrafiyaları 2000 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, Təşəkkülü, İnkişafı – Elm; 224 s. / Bakı 2002 * Ədəbi Borçalı: Bədii Ədəbiyyatda Borçalı Mövzusu – Borçalı; 96 s. / Bakı 2003 * Azərbaycan Ədəbiyyatının Borçalı Qolu (1920-ci ilə qədər) – Kolori; 272 s. / Tbilisib- Elmi-publisistik-ədəbi kitabları 1991 * Paralanmış Borçalı vəya 1918-ci il Ermənistan–Gürcüstan Müharibəsinin Acı Nəticəsi. – Azərnəşr, 66 s. / Bakı 1995 * Paralanmış Borçalı. – Azərnəşr, 56 s. / Bakı 1997 * Gürcüstanın Xalq Artisti İbrahim İsfahanlı. – Ziya, 104 s. / Tbilisi 1997 * Alın Yazımız (Gürcüstan azərbaycanlılarının tarixi, mədəniyyəti). – Samşoblo, 104 s. / Tbilisi 1998 * Səhnə Ülfətimizdən. – Qarapapaq, 40 s. / Tbilisi 1998 * Borçalıda Sular Axar… (şeirlər) – Kolori, 64 s. / Tbilisi 2004 * Borçalı–Ahıska–Kars Ortaq Ədəbi Arealı. – Kolori, 64 s. / Tbilisi 2005 * Borçalı Aşıqları. – (ortaqlı müəllif), Nurlan, 364 s. / Bakı 2006 * Gürcüstan Azərbaycanlıları (statistik-bilgi kitabı). – Kolori, 112 s. /Tbilisi 2001 * Şair Zabit Kimdir? – Azərbaycan Milli Elmlər Akademiyası Xəbərləri, sayı 1–2, s. 87–92, Elm / Bakı 2001 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, İnkişafı. – Azərbaycan Araşdırmaları Jurnalı, Xəzər Universitəsi, il 4, sayı 3–4, s. 47–73 / Bakı 2002 * Azərbaycan Klassik Ədəbiyyatının Tiflis Nüsxələri. – Struktur-Semiotik Araşdırmalar, Azərbaycan Milli Elmlər Akademiyası, sayı 2, s. 11–18 / Bakı 2008 * 12. Yüzyıl Gürcü Şairi Şota Rustaveli ve Nevruz. – (ortaqlı müəllif), Sosyal Bilimler Enstitüsü Dergisi, Kafkas Üniversitesi, Sayı 1, s. 163–166 / Kars 2008 * Kars İslam Şurası'nın İlk Reisi Borçalılı Kepenekçi Emin Ağa – (ortaqlı müəllif), Sosyal Bilimler Enstitüsü Dergisi, Kafkas Üniversitesi, Sayı 2, s. 165–180 / Kars 2009 * Aşık Şenlik Baba ve Borçalı. – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi, Yıl 1, Sayı 1, s. 27–36 / Konya 2009 * Gürcistan'da Aşıklık Geleneğinin Birincilleri. – TuranSAM, Yıl 1, Sayı 3, s. 66–73 / Konya 2009 * Ziya Borçalı və Onun Cönk-Beyazı. – (ortaqlı müəllif), TuranSAM, Yıl 1, Sayı 4, s. 63–71 / Konya 2010 * Azerbaycan Şiirinde Nevruz. – TuranSAM, Yıl 2, Sayı 5, s. 5–15 / Konya 2000 * Borçalı Ədəbi Mühitində Dramaturgiya. – Azərbaycan–Avropa Ədəbi-Mədəni Əlaqələri Mərkəzi, Konfrans materialları, Tədqiqlər, s. 3–9 / Bakı 2005 * Borçalı Halk Şiirinde Milli Mücadele. – 1. Uluslar arası Halk Kültürü Sempozyumu / Erzurum 2007 * Sivas Terekemelerinin Ata Yurdu Borçalı Osmanlılar Yönetiminde. – Osmanlılar Döneminde Sivas Sempozyumu / Sivas 2008 * Gürcistan Türklerinin Kars'a ve Türkiye'nin Diğer Bölgelerine Göç Hereketleri. – (ortaqlı müəllif), 2. Uluslar arası Kafkasya Tarih Sempozyumu / Kars 2008 * Gürcistan Azeri Türkleri Ağzının Özelliklerine Dair. – 6. Uluslar arası Türk Dili Kurultayı / Ankara 2009 * 18. Yüzyıl Gürcü Yazarı S.-S. Orbeliani'nin Seyahatnamesinde İstanbul. – (ortaqlı müəllif), 7. Uluslar Arası Türk Kültürü Kongresi / Ankara 2010 * Leyli–Məcnun Süjeti Gürcü Ədəbiyyatında (Arxetip Konsepsiyası Baxımından). – Müqayisəli Ədəbiyyat və Mədəniyyət: Mədəniyyətlərdə və Ədəbiyyatlarda Arxetiplər Beynəlxalq Konfransı / Bakıe- Elmi-ədəbi-populyar jurnallarda və məcmuələrdə araşdırma məqalələri Azərbaycanda yayımlanan "Azərbaycan", "Ulduz", "Qobustan", "Prometey", "Çıraq", "Borçalı" vb, Gürcüstanda yayımlanan "Droşa" (Bayraq), "Qarapapaqlar", "Dədə Qorqud" vb, "Dan Ulduzu", "Çənlibel", "Ədəbi Gürcüstan" vb, Türkiyədə yayımlanan "Turansam", "Pirosmani", "Azerbaycan Kültür Dergisi", "Bizim Ahıska" vb jurnallarda və məcmuələrdə – toplam 47 məqalə.f- Elektron elmi jurnallarda və Web səhifələrində araşdırma məqalələri – 13 məqalə Qeyd: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzetində də məqalələri dərc edilmişdir – toplam 300-dən çox məqalə. Xarici keçidlər "Borçalıda tarixi məzarlıq məhv olmaqdadır" (az.). lent.az. 2014-05-03. 2016-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-26.
https://az.wikipedia.org/w/index.php?curid=179118
Şurəddin Məmmədli Qarapapaq

https://az.wikipedia.org/w/index.php?curid=179522
Şurəddin Qarapapaq

https://az.wikipedia.org/w/index.php?curid=179141
Şurəvi
1956-cı ildən Əfqanıstanda çoxlu sayda işləyən sovet mülki və hərbi mütəxəssislərinin əfqan adından götürülüb. Əvvəlcə 1950-ci illərin ikinci yarısında sovet-əfqanıstan əməkdaşlığının intensivləşməsi ilə bu söz neytral mənada işlənmiş və heç bir təhqiramiz məna daşımamışdır. Üstəlik Əfqanıstanın Sovet İttifaqı ilə əməkdaşlığının vacibliyini vurğulamaq üçün hətta rəsmi səviyyədə də istifadə olunmuşdur: xüsusən sovet qonaqlarına ünvanlanan ümumi istifadə edilən "Şuravi — xub astı" qarşılanması və digər qarşılanmalar. Bu söz 1970–1980-ci illərin sonunda mənfi məna kəsb etməyə başlayır. Sovet qoşunlarının Əfqanıstana daxil olmasından sonra vətəndaş müharibəsi vəziyyətinə çevrilən uzunmüddətli daxili siyasi böhran zamanı bu söz əvvəlcə əfqanlar arasında, sonralar isə Əfqanıstan müharibəsi veteranları arasında avtoetnonim kimi ("Biz Şuraviyik") geniş yayılmışdır. Mədəniyyətdə Şurəvilər, Əfqanıstanda döyüşmüş sovet əsgərləri haqqında filmlər çəkilmiş, mahnılar, kitablar yazılmış, vətənpərvərlik klubları tərəfindən muzeylər qurulmuşdur. Yuri Şkitun, "Kaskad" qrupu — "Vivat, şuravi!"Aleksandr Rosenbaum — "Karvan" (Karvan… Mushat onlara şuravini öldürməyi buyurur).Artur Sayanov — "Hərbi Pilot (Helikopter Pilotu)" (Yalnız burada məni federal adlandırırlar, çayın o tayında mənə şuravi deyirdilər…)."Şuravi" 1988-ci ildə Sergey Nilov tərəfindən çəkilmiş sovet filmidir. "Mavi Berelilər" qrupu — "Müharibə bitdi" albomu, "Mavi çay" mahnısı (Yaxşı, şuravi, sən bizə ələ keçdin!) Toponimikada Penza vilayətinin Bessonovski rayonunun Çemodanovka kəndində Şurəvi küçəsi var. Bu ad Əfqanıstandakı döyüş əməliyyatlarının Penza veteranlarının təşəbbüsü ilə ortaya çıxıb.
https://az.wikipedia.org/w/index.php?curid=834419
Şusaku Hirasava
Şusaku Hirasava (d. 5 mart 1949) — keçmiş Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
https://az.wikipedia.org/w/index.php?curid=455503
Şusaku Nişikava
Şusaku Nişikava (d. 18 iyun 1986) — Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 23 oyun keçirib.
https://az.wikipedia.org/w/index.php?curid=454863
Şusef
Şusef — İranın Cənubi Xorasan ostanının Nehbəndan şəhristanının Şusef bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,338 nəfər və 572 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=428241
Şusif
Şusef — İranın Cənubi Xorasan ostanının Nehbəndan şəhristanının Şusef bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,338 nəfər və 572 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=323900
Şusuke Vatanabe
Şusuke Vatanabe (渡邉修介, Vatanabe Şusuke, Hokkaydo) — Yaponiya diplomatı. 2010–2013-cü illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=409809
Şuto Yamamoto
Şuto Yamamoto (1 iyun 1985, Morioka) — Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
https://az.wikipedia.org/w/index.php?curid=596557
Şutsmanşaft
Schutzmannschaft, Köməkçi polis (sözün həqiqi mənasında: "qoruyucu" və ya "mühafizə dəstələri"; və ya qısaca, Schuma) Henrix Himmler tərəfindən 25 iyul 1941-ci ildə Sovet İttifaqı və Baltikyanı ölkələrin işğalı zamanı Ordnungspolizeiyə bağlı olan kollaborsionist köməkçi polis dəstələridir. 1941-ci ilin sonlarında təxminən 45.000 nəfər Schutzmannschaft birliklərində xidmət etmişdir. 1942-ci ildə Schutzmannschafte təşkilatı təxminən 300.000 nəfərlik üzvü ilə müharibədə döyüşlərin sayının təxminən yarısına çatdı. Schutzmannschaften köməkçi polis batalyonları (Schutzmannschaft-Bataillonen) üçün bir nüfuza sahib idi. Xüsusilə Nasistlərə qarşı müqavimətlərlə mübarizə aparmaq və nasist hücumuna dəstək vermək üçün yaradılan bu batalyonların bir çoxu Holokosta qatıldı və minlərlə yəhudini öldürdü. Ümumiyyətlə, batalyonlar könüllü birliklər idi və birbaşa müharibəyə qarışmırdılar. Ümumilikdə təxminən 200 batalyon yaradılmışdır. Hər bir batalyonun təxminən 500 nəfərlik qüvvəsi var idi, lakin faktiki quvvəlei çox dəyişirdi. Faşistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox insanın ölümünə görə məsuliyyət daşıyırlar.
https://az.wikipedia.org/w/index.php?curid=628753
Şuvi
Şuvi — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. Etimologiyası Keçmiş adı Kəndıvan olmuşdur. Toponim Şüvi şəxs adı və kənd sözlərinin birləşməsindən yaranmışdır. Tanınmış şəxslər Məhəmmədsəfa (1925–2021) — falçı. Seymur Nəsirov (1976–) — tədqiqatçı-alim. Azad İbrahimov (1974–1993).
https://az.wikipedia.org/w/index.php?curid=109284
Şuvi bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115381
Şuvinyi
Şuvinyi (fr. Chouvigny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03078. 2008-ci ildə əhalinin sayı 239 nəfər təşkil edirdi. İqtisadiyyatı 2007-ci ildə əmək qabiliyyətli 135 nəfər (15-64 yaş arasında) 84 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,2%, 1999-cu ildə 60.0%). Fəal olan 84 nəfərdən 74 nəfər (47 kişi və 27 qadın), 10 nəfər işsiz (4 kişi və 6 qadın) idi. 51 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir. Həmçinin bax Fransa rayonlarının siyahısı Xarici keçidlər Vikianbarda Şuvinyi ilə əlaqəli mediafayllar var. "Milli Statistika İnstitutu — Şuvinyi" (fransız). 2012-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-7-22. "Şuvinyi" (fransız). cassini.ehess.fr. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-31.
https://az.wikipedia.org/w/index.php?curid=609007
Şuxov qülləsi
Şuxov qülləsi hiperboloid quruluşa malik olub (hiperbolik polad torşəkilli örtük) konusşəkillidir. Qüllə diaqrid quruluşa malikdir və onun polad örtüyü küləyə davamlı olması üçündür (hündür binalar üçün əhəmiyyətli dizayn faktoru). Orijinal plana əsasən qüllənin hündürlüyü 350 metr olmalı idi. Lakin tikildiyi dörvrdə Rusiyada polad ehtiyatları az olduğundan 160 metr hündürlüyündə tikilmişdir. Şuxov qülləsi Moskvada, Kremlın bir neçə kilometr cənubunda yerləşir, amma turistlərin bura daxil olmasına icazə verilmir. Qüllə Şabolovka küçəsi, 37 ünvanında yerləşir. 2014-cü ilin əvvəllərində qüllənin Rusiya Telelviziya və Radio Yayımı üzrə Dövlət Komitəsi tərəfindən sökülməsi planlaşdırılmışdır, amma daha sonra onun bərpası üçün müraciətlər olmuşdur. Qüllənin qorunması üçün keçirilmiş kampaniyadan sonra 2014-cü ilin sentyabrında Moskva Şəhər Şurası qüllənin təhlükəsizliyini təmin etmək məqsədi ilə onu qorumağa aldığını açıqlamışdır. Amma hələ də nəzərdə tutulmuş bərpa işləri üçün heç bir iş görülməyib. Şuxov qülləsinin Londonda yerləşən Elmlər muzeyinin İnformasiyalar dövrü qalereyasında bir modeli nümayiş etdirilir. Model 1:30 miqyasındadır və 2014-cü ilin oktyabrında qalereyada quraşdırılmışdır. Xarici keçidlər Qüllənin 3D modeli Arxivləşdirilib 2007-05-19 at the Wayback Machine Hiperbolid qüllənin mənzərərləri Arxivləşdirilib 2011-07-09 at the Wayback Machine Şuxov Qüllə Fondu
https://az.wikipedia.org/w/index.php?curid=430863
Şuxrat Barlas
Şuxrat Salamov və ya Şuxrat Barlas (tam adı Salamov Şuxrat Nasıroviç) — məşhur özbək tarixçisi və tədqiqatçısı. Azərbaycanın dostu və təəssübkeşi olan Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. O, erməni məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, Xocalı faciəsi, ermənilərin bütövlükdə türk xalqlarına qarşı törətdikləri soyqırım siyasətini arxiv materialları, sənədlər və tarixi faktlara istinad edərək ifşa etmişdir. "Qarabağ: ideyalar müharibəsi" "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" (2015) Mükafatları AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru (2016)
https://az.wikipedia.org/w/index.php?curid=477012
Şuxrat Salamov

https://az.wikipedia.org/w/index.php?curid=477011
Şuyak adası
Suyak adası (ing. Shuyak Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasından cənubda yerləşən ada. Kadyak arxipelaqına daxildir. Afoqnak adasının şimalında (ondan ensiz Şuyak boğazı ilə ayrılır) yerləşir. Kuk körfəzi Stivenson keçidi Şuyakı Barren adalarını şimaldan ayırır. Adaya ilk dəfə 1785-ci ildə rus səyyahı Qriqori Şelixov tərəfindən ad verilmişdir. Adanın sahəsi 168,3 km²-dir. 2000-ci il siyahıyaalınmasına əsasən, əhalisi 4 nəfərdir. Ərazinin böyük hissəsini Şuyak adası Dövlət Parkı tutur. Adanın iqtisadiyyatı turizmə əsaslanır. Əvvəllər Şuyakda böyük balıq emalı zavodu yerləşirdi.
https://az.wikipedia.org/w/index.php?curid=730928
Şuymogu rayonu
Şuymogu rayonu (Uyğurca: شۇيموگۇ رايونى, Şuymogu Rayoni, Xuymogu Rayoni, Çincə: 水磨沟区/水磨溝區; Pinyin: Shǔimógōu Qū) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonunun şimalında, Urumçiyə bağlı bir rayondur.
https://az.wikipedia.org/w/index.php?curid=84611
Şuyçi Qonda
Şuyçi Qonda (d. 3 mart 1989) — Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
https://az.wikipedia.org/w/index.php?curid=454865
Şuyəşə
Şöşə- İranın Kürdüstan ostanının Sənəndəc şəhristanının Kəlatrazan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,136 nəfər və 280 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=389942
Şuçi dağları
Şuçi dağları - Tatarıstanın Tetyuşkom rayonunda yüksəklik cənub və şərqdən Volqa çayı ilə (Volqa çayının saı tərəfi) və şimal və qərbdən Kilna çayını hövzəsi ilə əhatələnir. Şuçi dağnın cənub-şərq kənarında Kuybişev su anbarı və Zoy mağarası yerləşir. Dolinovka - Şuçi dağının ən ucqar yarğanında yerləşir. Massivin ən dərinliyində isə eyni adlı Labay yarğanı yerləşir. Şuçi dağları tamamilə meşə ilə örtülüb və ölkənin ən keçilməz hissəsidir. Burada ağcaqayın, şam, çökə və tozağacına rast gəlinir.
https://az.wikipedia.org/w/index.php?curid=514394
Şuçinsk
Şuçinsk — regional tabedə olan şəhər, Qazaxıstanın Akmola vilayətinin Burabay rayonunun mərkəzi. Şimali Qazaxıstanda, Şçuçye gölündə, bölgənin inzibati mərkəzi olan Kokshetau şəhərindən 70 km cənub-şərqdə yerləşir. Petropavlovsk — Astana xəttindəki "Kurort-Borovoye" dəmir yolu stansiyası. Şəhərdə dəmir yolu və avtomobil nəqliyyatı müəssisələri var. Bitkilər: qeyri-metal tikinti materialları, dəmir-beton məhsulları, süd zavodu, ət emalı zavodu, geyim fabriki və qazan mexaniki fabrikası. Şuçinsko-Borovsk kurort ərazisindəki ən böyük yaşayış məntəqəsi. Şuçinskin yaranma tarixi XIX əsrdə başlayır. 1850-ci ildə, Koturkulskaya (Kotyrkolskaya) kəndindən (1849-cu ildə qurulmuş) 15 kilometr məsafədə, Omskdakı inzibati mərkəzi olan Sibir kazaklarının dayaqlarından birinə çevrilən Şçuçinski qəsəbəsi yaradıldı. Şçuchinskaya kəndinin ilk məskunlaşanları XIX əsrin ortalarındakı kəndli islahatından sonra kazaklar və kəndlilər idi. Xarkov vilayətindən (kənd Starobelskaya) kəndli-köçkünlər də kəndə gəldilər. İnzibati olaraq yaşayış məntəqəsi Koturkulskaya kəndində idi. 1850-ci ildə ilk evlər chuchinskaya stanitsa-da tikildi. Atamanskaya küçəsi, atamanın yaşadığı, kilsənin dayandığı küçə idi — kilsə. 21 oktyabr 1868-ci ildə, Rusiya İmperatorluğunun İmperator Əlahəzrətinin Omskdakı inzibati mərkəzi ilə Akmola vilayətinin təməlində İmperator Fərmanı imzalandı. Akmola bölgəsi, Qərbi Sibir general qubernatorluğunun tərkibində quruldu, Şçuchinskaya kəndi bu bölgənin Kokçetav bölgəsinə təyin edildi. Kənddə yaşayan kazaklar Sibir Xətti Kazak Ordusunun Yermak Timofeev adına 1-ci kazak alayının 2-ci yüzünü təşkil edirdilər. Kazaklar xətt (sərhəd) xidməti həyata keçirdi, Osmanlı ilə müharibə apardı. 1880 - 1890-cı illərdə Çebaçye Gölləri ərazisində qızıl mədəni ilə məşğul olur. Vətəndaş müharibəsi illərində şəhərin yaxınlığında döyüşlər oldu, kazak kəndi Qızıl Orduya müqavimət göstərdi, lakin 1919-cu ilin payızında ərazini işğal etdi və Sovet hakimiyyətini qurdu. Şəhərin ərazisində bir neçə kütləvi məzar var və ən mərkəzində Vətəndaş müharibəsində həlak olan qəhrəmanların abidəsi var. Sovet hakimiyyətinin gəlişində kənddə təxminən 3000 nəfər yaşayırdı.
https://az.wikipedia.org/w/index.php?curid=713228
Şuçmanşaft
Schutzmannschaft, Köməkçi polis (sözün həqiqi mənasında: "qoruyucu" və ya "mühafizə dəstələri"; və ya qısaca, Schuma) Henrix Himmler tərəfindən 25 iyul 1941-ci ildə Sovet İttifaqı və Baltikyanı ölkələrin işğalı zamanı Ordnungspolizeiyə bağlı olan kollaborsionist köməkçi polis dəstələridir. 1941-ci ilin sonlarında təxminən 45.000 nəfər Schutzmannschaft birliklərində xidmət etmişdir. 1942-ci ildə Schutzmannschafte təşkilatı təxminən 300.000 nəfərlik üzvü ilə müharibədə döyüşlərin sayının təxminən yarısına çatdı. Schutzmannschaften köməkçi polis batalyonları (Schutzmannschaft-Bataillonen) üçün bir nüfuza sahib idi. Xüsusilə Nasistlərə qarşı müqavimətlərlə mübarizə aparmaq və nasist hücumuna dəstək vermək üçün yaradılan bu batalyonların bir çoxu Holokosta qatıldı və minlərlə yəhudini öldürdü. Ümumiyyətlə, batalyonlar könüllü birliklər idi və birbaşa müharibəyə qarışmırdılar. Ümumilikdə təxminən 200 batalyon yaradılmışdır. Hər bir batalyonun təxminən 500 nəfərlik qüvvəsi var idi, lakin faktiki quvvəlei çox dəyişirdi. Faşistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox insanın ölümünə görə məsuliyyət daşıyırlar.
https://az.wikipedia.org/w/index.php?curid=628805
Şuçye
Şuçye — Rusiya Federasiyasında yerləşən şəhər Kurqan vilayətinə daxildir Coğrafiyası və iqlimi İqtisadiyyatı
https://az.wikipedia.org/w/index.php?curid=166314
Şuğayıb
Şuğayıb — İrəvan quberniyasının İrəvan qəzasında, kənd. Sonralar Qarabağlar rayonununda kənd. Kənd 1930-cu illərdə ləğv edilmişdir. Tanınmışları Nəcəfov Adil Ali oğlu (1920-1987) Dilçi alim Nizami Cəfərov Tanınmış seyid Mirəli ağa Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=506788
Şuş
Şuş — İranın Xuzistan ostanınında şəhər və Şuş şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 53,897 nəfər və 10,689 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
https://az.wikipedia.org/w/index.php?curid=290287
Şuş şəhristanı
Şuş şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Şuş şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 189,793 nəfər və 33,313 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=290048
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi.Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa şəhərini "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək, Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə, xanəndə və sazəndələr ustad-şagird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq, peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçüncü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.1991-ci ilin 7 fevral tarixində Şuşa rayonunun Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilmişdir. 1991-ci ilin 26 noyabr tarixində isə Şuşa şəhəri respublika tabeli şəhərlərin sırasına daxil edilib.Şuşa şəhəri 1992-ci ilin 8 may tarixində erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfər əlil olmuş, 552 körpə valideyinlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini; mədəni-maarif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi olan bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.Şuşa şəhəri və Daşaltı kəndi 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı işğaldan azad edilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 2023-cü ilin 19 sentyabr tarixində aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində bu ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Etimologiya Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci "ş" səsi sonrakı "s" səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınmışdır. Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344–334) Makedoniyalı İsgəndərlə vuruşan şəxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur. Şuşa şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Xəzər vilayətinin gerbindəki təsvirlərin eynisi idi: 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdu. Gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə yəhərli qızılı rəngli at təsvir olunmuşdu ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi. XVII–XIX əsrlər Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişdilər.Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır.1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir, lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara aldı. Yeni qala ilk illərdə öz banisinin adı ilə "Pənahabad", sonralar isə "Şuşa" adlandırılmağa başlandı. Şuşa qalasının təməli Pənahəli xan tərəfindən qoyulmuşdur. 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır.Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721–1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur. Onun hakimiyyəti illərində xanlıq daha da güclənmiş və inkişaf etmişdir. Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqif 1750-ci ildə bura köçüb saray şairi və İbrahimxəlil xanın baş vəziri oldu. Vaqif 1795–1797-ci illərdə İranla apanlan müharibənin sonunda öldürülmüşdür. İran şahı Ağa Məhəmməd şah Qacar da bu müharibə zamanı Şuşada qətlə yetirilmişdi. 1805-ci ilin mayında İbrahimxəlil xan Rusiya ilə kapitulyasiyanın şərtləri barədə danışıqlara başladı. O, öz hakimiyyətini saxladı, lakin digər dövlətlərlə münasibətlərə son qoymağı və hər il Rusiyaya səkkiz min qızıl sikkə xərac verməyi öhdəsinə götürdü. 1813 və 1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələri Rusiyanın Qarabağ xanlığı üzərindəki nəzarətini gücləndirdi. Sonuncu xan — Mehdiqulu xan Cavanşir 1822-ci ildə İrana qaçmağa məcbur oldu.Şuşada 17 məhəllə vardı. Hər məhəllədə hamam, məscid və bulaq vardı. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan 8 məhəllə isə yuxarı məhəllələr sayılırdı. Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763–1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan "Aşağı məhəllənin" yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan "Yuxarı məhəllə"də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.XIX əsrdə Şuşa ölçüsü və sərvətinə görə Bakı və İrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən biri idi. Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə on karvansara var idi. Şuşa öz ipəyi, döşənmiş küçələri, iri daş evləri, parlaq naxışlı xalıları və cins atları ilə tanınırdı. 1824-cü ildə Hindistandan İngiltərəyə qayıdan Albemarl qrafı Corc Keppel yolüstü İrandan bura gəlmiş, və Şuşa onda böyük təəssürat yaratmışdı: Keppelə görə, şəhərdə iki min ev var idi. Şəhər əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edirmiş: XIX əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış "Qazançalı" adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Adıgözəl bəy bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.Şuşa Rusiya imperatoru I Nikolay tərəfindən 10 aprel 1840-cı ildə təsdiq olunmuş inzibati islahat haqqında "Zaqafqaziya ölkəsinin idarəçiliyi üçün təsisat" adlı qanun əsasında yaradılan Kaspi vilayətinin tərkibinə daxil olmuşdur. XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının "Şəhər əsasnaməsi"nın (1785) 28–29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur.1887-ci ildə Şuşada tikilmiş Qazançı kilsəsi dünyada ən böyük erməni kilsələrindən biri idi və erməni burjuaziyasının Şuşada çiçəklənməsinin rəmzi idi. Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905–1906-cı illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü Daşnaksütun partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı böyük vəhşiliklər törətdilər. Ruslar ermənilərə böyük kömək göstərirdilər, lakin Şuşalıların qəhrəmanlıqları nəticəsində onlar törətdikləri vəhşiliklərə baxmayaraq öz istəklərinə tam çata bilmədilər. Şəhər özünü qoruya bildi. Avqust ayının 17-də "Difai" partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10-dək Şuşada atəş səsləri kəsilmədi. Rusiya hərbi xadimi İllarion Vorontsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu. 1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdı. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçünü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.İtaliyalı jurnalist və yazıçı Luici Villari bu savaşın bitməsini belə təsvir edir: 1918–20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri ermənilərə təhvil vermədilər. Şəhərin müdafiəsində Şuşanın Axundu Hacı Hacı Molla Şükür Məhərrəmzadənin böyük xidmətləri olmuşdur. 1918-ci il sentyabrın 26-da Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu böyük təntənə ilə qarşılayıb.1920-ci ildə iqtisadi böhranın və vətəndaş müharibəsinin başlanmasından sonra ruslar şəhəri tərk etdilər, bunun ardınca Şuşada dəhşətli basqınlar baş verdi. Bu vaxt Azərbaycan qoşunları şəhərin ermənilərin yaşadığı yuxarı məhəllələrində bütün küçələri yandırıb, yüzlərlə ermənini öldürmüşdülər. Şuşanın erməni məhəlləsinin xarabalıqları qırx ildən çox bir müddət ərzində kabus kimi toxunulmaz qalmışdı. 1930-cu ildə şair Osip Mandelştam şəhərə gəlib, onun boş sakit küçələrindən dəhşətə gəlmişdi. Şerlərinin birində o, onu basan "qırx min sakit pəncərənin" vahiməsindən yazır. 1961-ci ildə Bakıdakı kommunist rəhbərliyi bu xarabalıqların dağıdılmasına sərəncam verdi, baxmayaraq ki, bir çox köhnə binaları bərpa etmək mümkün idi.Buna baxmayaraq, 1920–1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Həyat keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. RK(b)P MK Qafqaz Bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi, lakin 1923-cü il iyulun 7-də vilayətinin mərkəzi Xankəndi seçildi. Şuşa şəhəri isə AK(b)P MK Rəyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşanın işğalı 13 fevral 1988-ci ildə ermənilər Xankəndiyə ilk hücumlarından birini edəndə azərbaycanlıların çoxu Şuşaya pənah gətirdi. 28 martda Azərbaycan qüvvələri Xankəndiyə hücum etmək üçün hazırlaşdı və Kərkicahandan yuxarıda yerləşən düşmən mövqelərinə Canqasan kəndindən hücum etməyə başladı. Növbəti gün günorta çağı Azərbaycan birlikləri şəhərə yaxın mövqelərə yerləşdilər, lakin ermənilər tərəfindən püskürdüldülər.Xocalının tutulmasından sonrakı aylarda regionun sonuncu Şuşa bürcündə təslim olmayan azərbaycanlı komandirlər GRAD raket buraxılış qurğularından istifadə edərək Xankəndiyə qarşı genişmiqyaslı artileriya bombardmanı başlatdılar. Aprelə qədər davam edən bombardman Xankəndidə yaşayan 50.000 nəfər əhalinin böyük hissəsinin bunker və zirzəmilərdə qalmasına məcbur etdi. Şəhərin ucqar nöqtələrinin yaxınlığında torpaq basqınçıları ilə üzləşən Dağlıq Qarabağdakı hərbi liderlər şəhəri tutmaq üçün hücum təşkil etdilər. 8 mayda yüzlərlə erməni əsgəri tanklarla və vertolyotlarla Şuşa istehkamına hücum etdi. Şəhərin küçələrində şiddətli döyüşlər baş verdi və hər iki tərəfdən yüzlərlə adam öldü. Sayca üstün olmalarına və daha yaxşı silahlanmalarına baxmayaraq, ermənilər ancaq 9 mayda şəhəri tutmağa və azərbaycanlıları geri çəkilməyə məcbur etməyə nail oldular.Şuşanın işğalı qonşu Türkiyədə böyük səs-küyə səbəb oldu. Ermənistan SSRİ-dən müstəqilliyini elan etdikdən sonra Türkiyə ilə münasibətləri yaxşılaşmışdı, lakin Dağlıq Qarabağ regionunu işğal etdikdən sonra pisləşdi. Türkiyənin baş naziri Süleyman Dəmirəl araya girmək və Azərbaycana kömək etməklə bağlı təzyiq altında olduğunu dedi. Buna baxmayaraq, Dəmirəl müharibəyə müdaxilə etməyə qarşı olduğunu, Türkiyənin müharibəyə daxil olmasının daha böyük xristian-müsəlman münaqişəsinə səbəb ola biləcəyini bildirdi. Türkiyə qüvvələrini Azərbaycana göndərmədi, lakin əhəmiyyətli hərbi köməklər etdi. 1992-ci ilin mayında MDB qüvvələrinin hərbi komandiri marşal Yevgeni Şapoşnikov Qərb dövlətlərinə, xüsusilə ABŞ-yə Qafqazdakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq etdi. Şapoşnikov "bu yerin Üçüncü dünya müharibəsinin başlanğıcı ola biləcəyini" bildirdi.Şamil Basayevin başçılıq etdiyi çeçen qüvvələri müharibədə iştirak edən birliklərdən biri idi. Azərbaycan polkovniki Azər Rüstəmova görə 1992-ci ildə Şamil Basayev və Salman Raduyevin başçılığı altında yüzlərlə çeçen döyüşlərdə azərbaycanlılara əhəmiyyətli kömək göstərmişdi. Deyilənlərə görə Basayev Şuşanı tərk edən sonuncu döyüşçülərdən biri idi. Rusiya xəbərlərinə görə Basayev o və batalyonunun bir dəfə itdiyini və Qarabağda Daşnaq batalyonuna qarşı döyüşərkən məğlub olduqlarını deyib. Basayev daha sonra dedi ki, müharibə dini yox, daha çox milliyyətçi xarakter daşıdığından qüvvələrini geri çəkib. Basayev Abxaziya müharibəsi (1992–1993) zamanı Rusiya Baş Kəşfiyyat İdarəsindən hərbi təlim almışdı, çünki Abxaziya Rusiya tərəfindən dəstəklənirdi. Digər çeçenlər də BKİ tərəfindən hərbi təlim almışdı. Abxaziyada Rusiya üçün Gürcüstana qarşı döyüşən bu çeçenlərin çoxu Qarabağ müharibəsində Azərbaycan üçün ermənilərə qarşı döyüşmüşdü.Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.1993-cü ildən başlayaraq hər il mayın 9-da ermənilər Şuşanın işğalı gününü Şuşada "Qələbə bayramı" kimi qeyd edirlər. Qarabağ müharibəsindən sonra Şuşada bərpa işlərini "Hayastan" ümumerməni fondu, qondarma "Dağlıq Qarabağ hökuməti" və erməni xeyriyyəçiləri maliyyələşdirir. Qarabağ müharibəsindən sonra, Şuşada tarixi abidələrin bərpası adı altında abidələrin erməniləşdirilməsi və saxtalaşdırılması prosesi gedir. Ermənistan hakimiyyəti Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün 2000-ci ildə İrəvan şəhərində "Şuşi" Mədəniyyət Fondu və "Şuşi" nəşriyyat evini yaradıb. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, "arxiv sənədlərinin" tədqiqi və təbliği nəzərdə tutulur. Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü. Belə ki, bu layihə çərçivəsində təmir, bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsini nəzərdə tuturlar. Birinci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası, eyni zamanda bu abidələrin bərpasından sonra içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməsi, maraqlı əyləncələrin təşkili turistlərin Şuşaya cəlb edilməsində müstəsna rol oynamalıdır. Adsız Qala divarları üzərinə isə "Jraberd divarı" adlı lövhələr yapışdırılmalıdır. İkinci mərhələdə, O. Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini təmir etmək, XİX əsrdə inşa edilmiş Şuşa bilik cəmiyyətinin binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın və "Artsaxkertin" patriarxının konfranslarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.Üçüncü mərhələdə yeni stadionun və yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilir. Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına erməni dili dərsi tədris ediləcək. XİX əsrin əvvəllərində inşa edilmiş Şuşa real məktəbi təmir edilərək, onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.Dördüncü mərhələdə İsa bulağında və Cıdır düzündə istirahət evləri və əyləncə yerlərinin inşa edilməsi nəzərdə tutulur. Beşinci mərhələdə Gəncəsər monastırı və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün dini məktəblərin də təşkil edilməsi vacib hesab edilir. Bütün bunlardan başqa Ermənistan hökuməti yaratdığı fondların vasitəsilə, Şuşada digər tarixi binaların və küçələrin bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək. Yuxarıda göstərilənlərlə yanaşı Şuşanın tarixi və mədəni varisliyini genişləndirilməsi üçün nəzərdə tutulan layihələrə üstünlük veriləcək. Öz fəaliyyətini daha da intensivləşdirmək və genişləndirmək üçün Ermənistan hökuməti aşağıdakı layihələrin də maliyələşdirilməsini də öz planlarına daxil edib: Qalanın və onu əhatə edən bütün ərazilərin xəritələrinin və fotoşəkillərinin çəkilməsi Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin çəkilməsi və ölçülərinin götürülməsi Memarlıq abidələrinin layihələşdirilməsi; Şuşa şəhərinin bərpası üçün beş mərhələdə nəzərdə tutulan layihələrin hamısını beynəlxalq səviyyədə tenderlərə çıxarılması Şuşanın Arxiv fondunu yaradılması Aşkar edilmiş qəbirlərin və digər arxeoloji tədqiqatların nəticələrinin nəşr etdirilməsi Litoqraf varisliyinin tədqiqi Qalada və onun ətrafında mağara tədqiqatının aparılması Şuşa şəhərində Milli Erməni Muzey fondunun yaradılması İran abidələrinin tədqiqi və nəşri (Burada Azərbaycan məscidləri və türbələri nəzərdə tutulur).Ermənistan hökuməti bu Konsepsiyanın reallaşmasına 2004-cü ildən başlanıb. Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilib. Son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evləri bərpa üçün hazırlanmasını təmin ediblər. Ermənistanın Marif və Elm Nazirliyində, daha sonra Nazirlər Kabinetində bu Konsepsiya və layihələrə baxılaraq bəyənilib, hökumət tərəfindən Şuşanın bərpasının reallaşması üçün bu layihələrə Ermənistanın dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılması nəzərdə tutulub. Şuşada bərpa işlərinin aparılmasına rəhbərlik Bakur Karapetyan adlı Ermənistan vətəndaşına həvalə edilib.2011-ci ildən başlayaraq Dağlıq Qarabağdakı separatçı rejimi xarici turistləri Şuşaya cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə verib. 2020-ci illər 8 noyabr 2020-ci ildə Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.27 sentyabr 2022-ci ildə İlham Əliyev və Mehriban Əliyeva şəhərə səfər ediblər.2023-cü ildə Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" olacaq. Şəhər Mədəniyyət Nazirləri Daimi Şurasının (TÜRKSOY) 40-cı iclasına ev sahibliyi edəcək. Relyef və geologiya Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr). Keçəldağ aşırımı da rayon ərazisindədir. Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. 1992-ci ildə Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, uzunluğu 114 m, əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" ermənilər tərəfindən dağıdılıb.Şəhərdə Şuşa vələsi və xarıbülbülə rast gəlmək olar. Şuşanın rəmzi sayılan xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim isti və soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4C-dən −1C-ə qədər, iyulda isə nisbətən 16–19 °C, illik yağıntının miqdarı 700–800 mm olur. Demoqrafiya və etnik tərkib 1823-cü ilə aid statistik məlumatına görə, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (alban mənşəli) ailələri təşkil edirdi.2000-ci ilin yazında Şuşada üç min nəfərdən az insan yaşayırdı. Bunların əksəriyyətini Azərbaycandan qaçqın düşmüş ermənilər təşkil edirdi. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Şuşa şəhərində memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərlərini qeyd etmək olar.Xristian dini abidələrindən Qazançı kilsəsi, Yaşıl kilsə və sovet dövründə sökülmüş rus pravoslav Qala kilsəsini qeyd etmək olar. İnzibati bölgü Şuşada "Bazarbaşı" deyilən yerdən Şeytanbazara qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırdı. Rastabazarın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan il boyu quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. İqtisadiyyat XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmış, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı. Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektardı (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41%-ə dənli və dənli–paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6%-ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məşğul olunurdu. 5,2 min qara-mal, 15,2 min davar vardı (1986). Quşçuluqla da məşğul olunurdu.Qarabağ müharibəsindən əvvəl Şuşada şərq musiqi alətləri fabrikiki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, rayon istehlak cəmiyyəti, kurort ticarəti idarəsi, Bakı "Radioqurma" istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3 №-li toxuculuq sexi, elektrik şəbəkəsi, rayon maddi-texniki təchizat bazası, abidələri bərpa idarəsi, Şuşa tikinti birliyi, təsərrüfatlar arası tikinti idarəsi, təmir tikinti idarəsi, təsərrüfatlar arası təmir tikinti müəssisəsi, yol istismar idarəsi və s. var idi. Şuşanın ən tanınmış turistik məkanı Cıdır düzüdür. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib.Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət yerinə "Şəmilin bağı" da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir. Heydər Əliyevin Şuşa şəhərinə qayğısı Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969–1982 illərdə bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu xəttinin istifadəyə verildiyi gün Şuşa şəhərinə də baş çəkən Heydər Əliyev şəhərdə aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş vermişdi. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980–1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında H. Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Səfər zamanı Heydər Əliyev Şuşada "Poeziya evi"ni açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, Ulu Öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. 1982-ci il iyulun 29-dan — avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Şuşa şəhərinin memarlığını və memarlıq abidələrini tədqiq edən Elturan Avalov şəhərin memarlıq-planlaşdırma inkişafını üç mərhələyə bölür. Birinci mərhələ Şuşa şəhərinin əsasının qoyulması dövründən (1753–1754) başlayır. Həmin dövrdə Şuşa qalası, qala daxili qəsrlər və xan sarayları inşa edilmiş, şərq sektorunun aşağı hissəsinin inşasına başlanılmış və 9 Aşağı məhəllə formalaşdırılmışdır. İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1759–1806) əhatə edir. Bu dövrdə şərq sektorunun yuxarı hissəsi inşa edilmiş və 8 Yuxarı məhəllə formalaşdırılmışdır. Üçüncü mərhələ Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra (1805) şəhərin intensiv genişləndirilməsi ilə əlamətdardır. Bu dövrdə şəhərin qərb və yuxarı hissələri inşa edilmiş və həmin ərazilərdə 12 məhəllə formalaşdırılıb.Şuşanın Qarabağ müharibəsində işğalından əvvəl şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin əksəri XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilmişdir. 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşada XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi və bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb. Kütləvi informasiya vasitələri "Şuşa" qəzeti fəaliyyətinə 1932-ci ildə başlamışdır. Həmin dövrdə qəzet Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə Komitəsinin orqanı olaraq "Kolxoz bayrağı" adı altında nəşr olunmuş, 1969-cu ildən isə "Şuşa" qəzeti adlanmışdır. Qəzet hal-hazırda Bakı şəhərində çap edilir.. Musiqi səhnəsi Muğam məclisləri XIX əsrin ikinci yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslər – görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri – mesenatlar, eləcə də zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında təşkil olunardı. Bunlar bəzən "musiqi dərnəyi" və ya "musiqi salonu" da adlandırılırdı.Şuşada "Nəvvabın məclisi", Şamaxıda "Mahmud ağanın dərnəyi", Bakıda isə "Məşədi Məlik Mənsurovun salonu" qeyd olunurdu. Bütün bu musiqi məclisləri əsl musiqi məktəbinə, sənətkarlıq məktəbinə çevrilmişdi. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılır, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunurdu.Kor Xəlifənin məktəbi 1883-cü ildən 1893-cü ilə qədər Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi idi. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən "Kor Xəlifə" ləqəbli Molla Əli Qarabaği tərəfindən açılmışdır. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilir, klassik musiqi əhali arasında geniş tətbiq olunur, şagirdlər kamil musiqişünas, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya və muğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi. Onillik fəaliyyəti dövründə Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınmışdı. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynamışdı.Ədəbi məclis olan Məclisi Fəramuşan — 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş və 1910-cu ilədək fəaliyyət göstərmişdir. Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Baxış bəy Səbur və b. şairlər məclisin fəal iştirakçıları idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. "Məclisi-fəramuşan" Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində mühüm rol oynamışdır.Ədəbi-musiqili məclis olan Məclisi-üns — 1864-cü ildə Şuşada, şair Hacı Abbas Agahın evində təşkil olunmuş, Xurşudbanu Natəvanın rəhbərliyi ilə 1897-ci ilədək fəaliyyət göstərmişdir. X. Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği, Məmo bəy Məmai, M. S. Piran və b. şairlər məclisin fəal iştirakçıları idilər. Məclisə Qarabağ xanəndələri də dəvət olunur və şairlərin qəzəlləri əsasında muğamlar ifa edirdilər. Tədris ocağı kimi "muğam məktəbi" ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılmışdır. XIX əsrin ortalarında fəaliyyət göstərən bu məktəb əsasən dini məqsədlərə xidmət etmişdir. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edir, onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi, lakin inkar olunmaz bir faktdır ki, bu məktəb sonradan muğam tədris edən musiqi məktəblərinin təşkilində nümunə olmuşdur.Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan həmin məktəbin yetirmələridir.Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi. Şuşa məktəblərində də poeziyanın və musiqinin sirrləri yeniyetmələrə gənc yaşlarından öyrədilirdi. Ona görə də muğamı və şeiri Qarabağın sənətkarları, xüsusən də xanəndələri və instrumental muğam ifaçıları hələ uşaq yaşlarından dərindən bilirdilər.XIX əsrin axırlarında Şuşada Molla İbrahim adlı bir şəxs musiqi məktəbi yaratmışdır. Bu məktəbdə özündən əvvəl fəaliyyət göstərən musiqi məktəbləri kimi dini xarakterli idi. Bura yalnız gözəl səsli, poeziyaya xüsusi həvəsi olan istedadlı gənclər seçilib götürülürdü. Məktəbdə gənclərə klassik muğamlardan dərs keçilir, fars, ərəb dilləri, dini mərasimlər öyrədilir, Hafiz Şirazi, Nizami Gəncəvi, Sədi Şirazi, Ömər Xəyyam, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi Şərq şairlərinin qəzəlləri tədris olunurdu. Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Bahadur Mehralı oğlu, Bülbül və başqa sənətkarlar musiqi təhsilini Molla İbrahimin musiqi məktəbində almışlar. Məktəb təxminən 1920-ci illərinə qədər fəaliyyətini davam etdirmişdir.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. 1930-cu ilin əvvəllərində Şuşada ilk musiqi texnikumu təşkil olunur. 1948-ci ildən həmin texnikum uşaq musiqi məktəbi kimi fəaliyyət gustərməyə başlayır.1989-cu ildən 1991-ci ilə qədər Cıdır düzündə "Xarı-bülbül" mahnı festivalı keçirilib. 2021-ci ildə festival 30 ildən sonra may ayının 12-də yenidən Şuşada keçirilib. Kino səhnəsi Şuşada çəkilən məşhur kinolardan "Koroğlu", "Gilan qızı", "Hacı Qara", "Oxuyur Şövkət Ələkbərova" və digərlərini qeyd etmək olar. Kitabxanalar 1897-ci ilin fevralında Şuşada ilk şəhər kitabxanası yaradılmışdır. Təməli Mir Möhsün Nəvvab tərəfindən qoyulan ilk kitabxana-qiraətxananın çoxlu sayda ziyalı üzvləri olub. Mir Möhsün Nəvvab özünün daş mətbəəsində Şuşa şairlərinin şerlərini çap etdirmişdir. Kitabxananın yaradılmasında hərbçi Mehdiqulu xan Vəfa və həkim Kərim bəy Mehmandarovun böyük xidmətləri vardır. SSRİ dövründə M. M. Nəvvabın yaratdığı kitabxananı oğlu Miriş Ağa işlətmişdir. Daha sonralar Şuşa şəhərində 2 kitabxana fəaliyyət göstərmişdir. Bunlar şəhər və uşaq kitabxanası olmuşdur. Mədəniyyət Nazirinin əmri ilə 1977-ci ilin may ayında kitabxananın fəaliyyəti genişləndirilərək Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir. 1992-ci il may ayının 8-də 200 min nüsxədən artıq kitab fondu olan Şuşa şəhər Mərkəzi kitabxanası Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir. 1848-ci ildən başlayaraq mütərəqqi rus teatrlarının təsiri sayəsində Şuşada ziyalılar arasında teatr tamaşaları nümayiş etdirilib. Şuşada XIX əsrin birinci yarısında müasir teatr tamaşalarının meydana gəlməsi bilavasitə Tbilisi mədəni mühitinin təsiri ilə bağlı idi. 1848-ci ildə Şuşada iki böyük tamaşa mərkəzi-teatr və sirk mövcud idi. 1870-ci illərdə isə bu sahəyə diqqət daha da gücləndi. 1882-ci ildən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır, nisbətən mütəşəkkil xarakter daşıyır. 1870–80-ci illərdə Şuşada teatra məxsus bir bina olmadığından tamaşalar kazarmada oynanılmışdır, lakin əsasən tamaşalar Cümşüd bəy Məlikhəqnəzərovun mülkündə teatr üçün əlverişli bir yerdə göstərilirdi. 1871-ci ildən isə Şuşadakı köhnə klub binası yenidən təmir edilib, istifadəyə verilmiş, burada yerli həvəskarlar tamaşalar göstərmişlər. 1890-cı ildən başlayaraq, Şuşada teatra həvəs göstərən müəllim-ziyalıların sayı azalır. Onların içərisindən səhnə əsəri yazmağa həvəs göstərənlər meydana çıxır. 1890-cı ilin aprel ayının 22-də Şuşa realnı məktəbində keçirilmiş musiqi şəhərciyi güclü təsirə malik olmuşdur. Burada müəllim aktyorların köməyi ilə uşaqlar Azərbaycan, fransız, alman dillərində hekayə, təmsil, şeir söyləmiş, xorda oxumuş, musiqi nömrələri ifa etmişlər. 1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın həvəskar artistləri-gənc müəllimlər 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər. 1896-cı ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin ilk tamaşası olmuşdur.1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Tamaşanın quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı. 1830-cu ildə isə Şuşada ilk mətbəə fəaliyyətə başlamışdır. 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsası qoyuldu. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edildi. Onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. 1886-cı ildə məktəbə 7.500 manat vəsait xərclənmişdi. Şuşa real məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Buna görə də, Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdir.2015-ci ildə Şuşa şəhərində Ermənistan Dövlət Aqrar Universitetinin Qarabağ filialının açılış mərasimi keçirilib. 2016-cı ildə Şuşa Texnoloji Universitetinin tələbələri üçün nəzərdə tutulan yataqxana kompleksi inşa edilib. 2013-cü ildə Ermənistanın futbol federasiyası Şuşada stadion inşa edib. 1923-cü ildə Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salındı. Rayonun ərazisindən 77 km uzunluğunda III dərəcəli, 34 km uzunluğunda IV dərəcəli yollar keçir. Tanınmış sakinləri Şəhərin tanınmış sakinlərdən şair Mirzə Rəhim Fəna, heykəltaraş Münəvvər Rzayeva, jurnalist Haşım bəy Vəzirov, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, futbol hakimi Eldar Əzimzadə, bəstəkar Süleyman Ələsgərov, dövlət xadimi İskəndər Əliyev, həkim Azad Əmirov, tarzən Məşədi Cəmil Əmirov, mühəndis Teymur bəy Aslanov, Sovet İttifaqı Qəhrəmanı və Azərbaycanın Daxili İşlər Naziri Xəlil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov, müğənni Sürəyya xanım Qacar, hərbçi Azad bəy Vəzirov, dramaturq Süleyman Sani Axundov, İnqilab Aslanov Vasif Quliyev (publisist) və digərlərini qeyd etmək olar. Qardaş şəhərləri Həmçinin bax "Şuşanın azad olunmasına görə" medalı Şuşa Bəyannaməsi
https://az.wikipedia.org/w/index.php?curid=85277
Şuşa, Peterburq və Paris xatirələri
Şuşa, Peterburq və Paris xatirələri — türkçülük ideologiyasının banilərindən biri, müsəlman şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun xatirələrini, yazılarını, Atatürkə məktublarını, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər, sənədləri özündə toplayan kitab. Kitab 2019-cu ildə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin şərəfinə Dilqəm Əhməd tərəfindən tərtib edilib, Çapar Nəşriyyat evi tərəfindən nəşr olunub. Kitabda Azərbaycan və Türkiyənin böyük mütəfəkkiri, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun xatirələri, yazıları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər, sənədlər dərc edilib. Kitaba həmçinin Mustafa Kamal Atatürkə yazdığı iki məktubu da əlavə edilib. Həmçinin bax Üç mədəniyyət Sərbəst insanlar ölkəsində Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu Xarici keçidlər Kitabı oxumaq üçün keçid
https://az.wikipedia.org/w/index.php?curid=587074
Şuşa, sən azadsan!
Şuşa, sən azadsan! — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində çəkilib. II Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilmişdir. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır. Filmin heyəti Film üzərində işləyənlər Baş prodüser: Arzu Əliyeva Quruluşçu rejissor: Cavidan Şərifov Prodüserlər: Nazim Hüseynov, Orman Əliyev Ssenari müəllifi: Rasim İsmayılov Xarici keçidlər "Şuşa, sən azadsan!" sənədli filmi təqdim olundu - Baku TV
https://az.wikipedia.org/w/index.php?curid=736497
Şuşa, sən azadsan! (film, 2021)

https://az.wikipedia.org/w/index.php?curid=808795
Şuşa-Azərbaycan (film, 2010)
Şuşa — Azərbaycan — 2010-cu ildə çəkilmiş sənədli Azərbaycan filmi. Film Azərbaycanın mədəni mərkəzlərindən biri olan Şuşa şəhərinin işğalının ildönümü münasibətilə Şuşa şəhər İcra Hakimiyyətinin və Şuşa İcmasının sifarişi ilə çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Mübariz Nağıyev Ssenari müəllifi: Zahid Abbasov Prodüser: Rauf Əliyev Mətni oxudu: İlham Əsgərov Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=700594
Şuşa-Qarabağ PFK
Şuşa-Qarabağ PFK - və ya rəsmi adı ilə Şuşa-Qarabağ Peşəkar Futbol Klubu. Azərbaycanın Şuşa şəhərini təmsil edən futbol klubudur. 2009-cu ildə fəaliyyətə başlayan klub, 2015-ci ildə maliyyə problemləri səbəbi ilə fəaliyyətini dayandırdı. Müxtəlif dövrlərdə "Şuşa 09", "Şuşa" və "Şuşa-Qarabağ" adı altında fəaliyyət göstəmişdir. Klub ilk olaraq "Şuşa 09" adı altında 2009-cu ilin iyununda təsis olunub və elə həmin ildən Azərbaycan Birinci Liqasıda oynamaq hüququ qazanıb. Həmin il klubun adını şuşalıların, futbol ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təkliflərini nəzərə alaraq dəyişdilər- Şuşa PFK.Mövsümün ilk oyunlarını məğlubiyyətlə başladı klub. Andaş Petrol a qarşı 5-0, MKT-Araz klubuna qarşı 1-0 hesablı məğlubiyyətlərlə yadda qaldı. Həmin dönəm klubun bazası Ədliyyə stadionunda idi. . İlk yoldaşlıq görüşünü isə Azal klubuna qarşı keçiriblər. Klub 2015-ci ildə maliyyə problemləri səbəbiylə çətin vəziyyətə düşmüşdü. BU səbəblə mövsüm bitdikdən sonra elə o il fəaliyyətini dayandırmaq qərarı aldı. 2016-cı ildə isə klub bu dəfə Şuşa-Qarabağ adı altında yenidən fəaliyyətini bərpa etdi. . Yeni prezident olaraq Güləli Bağırov ictimaiyyətə təqdim olundu. Nadir Qasımov isə klubun baş məşçisi oldu. Elə onun baş məşqçiliyi altında klub, liqa oyunlarına hazırlıqlara başlayıb. Məşqlər Əlincə Stadionunda keçirilirdi. . Klub yenidən Azərbaycan Birinci Divizionunda iştirak etmək istədiyini açıqlayıb. Hazırda yenidən fəaliyyətini bərpa etmək istəyən klub, 2023/2024-cü il mövsümünə yeni adı, Şuşa Qalası adı ilə fəaliyyətə başlamaq istədiyi açıqlayıb. Loqoların anlamı Şuşa 09- Bu loqo qırmızı rəngdədir. Loqonun üst tərəfində klubun yaranma ili olan 2009, ondan aşağıda Şuşa qalasının rəsmi, onunda altında isə klubun adı qeyd olunmuşdur. Həmçinin loqonun aşağısında top, topun üstündə isə Xarıbülbülün şəkilinə yer verilmişdir. Şuşa - bu loqonun rəngi isə mavi, forma olaraq isə qalaya bənzər dzayn edilmişdir. Üst tərəfində sanki pəncərələrin üstündə Şuşanın adı, altında isə sürətlə irəlləyən top şəklinə yer verilmişdir. Bu sürətli topun keçdiyi yolda isə, Orxon əlifbası ilə soldan sağa doğru oxuduqda "Şuşa" yazısını görmək mümkündür. Ən aşağısında isə, klubun yaranma tarixi 2009-cu il yer almışdır. Şuşa-Qarabağ - bu loqo isə, daha çox Şuşa adı altında fəaliyyət göstərən zaman istifadə olunan loqoya bənzərliyi ilə diqqəti cəlb edir. Yeni mavi rəngdə ola loqoda edilən dəyişikliklər isə bunlardır: Top artıq qərb tərəfdən sürətlə hərəkət etməkdədir. Azərbaycan xəritəsinə nəzər saldıqda topun gəldiyi bölgənin Qərb olduğunu, Şuşa bölgəsinə işarə olma ehtimaını da gündəmə gətirir. Topun üstündə isə sarı günəş vardır. Bu isə klubun güclü olduğuna bir işarədir. Liqa və daxili kubok tarixi 16 Mart 2012- ci ilə kimi: Həmçinin Bax Azərbaycan futbol klublarının siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=816587
Şuşa (dəqiqləşdirmə)
Şuşa şəhəri - Azərbaycanda, keçmiş DQMV ərazisində şəhər. Şuşa rayonu - Azərbaycanda 1930-cu ildə təşkil edilmiş rayon. Şuşa qəzası - Azərbaycanın Rusiya tərəfindən işğalından sonra mərkəzi Şuşa şəhəri olmaqla yaradılmış ərazi bölgüsü. Şuşa qalası - Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Şuşa (qəzet) - Sovet dövründə Şuşada nəşr olunmuş qəzet. Şuşa (kənd) — Əfqanıstanda kənd Şuşa (film, 1973) - sənədli film. Şuşa (film, 1978) - sənədli film. Şuşa (film, 2001) - sənədli film. Şuşa (mahnı) — Azərbaycanlı bəstəkar-müğənni AISELin mahnısı.
https://az.wikipedia.org/w/index.php?curid=176708
Şuşa (film, 1978)
Bu film "SSRİ-yə 10 dəqiqə səyahət" silsiləsindəndir. Filmdə Azərbaycan torpağının ən gözəl guşələrindən olan Şuşa şəhərinin qədim tarixindən, onun bu günündən,şəhərə fəxarət gətirən insanlardan, dağlar diyarının təkrarolunmaz təbiətindən danışılır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifləri: Məmməd İsmayıl Operatorlar: Ələsgər Ələkbərov, Vladimir Dmitriyevski (V.Dmitriyevski kimi) Səs operatoru: Akif Nuriyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
https://az.wikipedia.org/w/index.php?curid=31959
Şuşa (kənd)
Şuşa — Əfqanıstanda kənd Şuşa kəndi 1797-ci ildə Qacarın zülmündən baş götürüb, Əfqanıstana pənah aparan şuşalılar tərəfindən salınmışdır. Xarici keçidlər Seymur Verdizadə. Doğma dildə söyüş. Arxivləşdirilib 2012-04-18 at the Wayback Machine (az.)
https://az.wikipedia.org/w/index.php?curid=267369
Şuşa (mahnı)
Şuşa — azərbaycanlı bəstəkar-müğənni Aysel Məmmədovanın mahnısıdır. Mahnı 7 noyabr 2022-ci ildə təqdim edilmişdir. Mahnının musiqisi ifaçının özünə, sözləri isə Kübra Kərimliyə aiddir. Mahnının musiqi prodüseri Emin Kərim, layihənin baş prodüseri isə Aysel Rəcəblidir. Fon və yazılma AISEL bu layihədə SS Production şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. Müğənninin SS Production ilə ilk layihəsi olan Şuşa mahnısının sözləri Kübra Kərimliyə, aranjimanı isə Emin Kərimə aiddir. Aisel təqdim etdiyi layihələrində hər dəfə milli musiqi alətlərimizdən istifadə edərək, pop musiqisi ilə milli musiqi alətlərimizin sintezini dinləyicilərə təqdim etmişdir. İfaçı ənənəsinə sadiq qalaraq, bu dəfə də, milli musiqi aləti olan balaban və tütəyə müraciət etmişdir. Onu balaban və tütəkdə Coşqun Sadıqov müşayət etmişdir. Tanıtımı və musiqi videosu Layihə ilk dəfə olaraq, ITV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" proqramında təqdim olunmuşdur. İfaçı proqramda qonaq olan zaman yeni layihəsi haqqında bu fikirləri bildirmişdir: Klip ilk olaraq, ITV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" proqramında təqdim olunduqdan sonra, bütün video izlənmə platformalarında yayımlanmağa başlamışdır. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə hazırlanan layihə 8 Noyabr - Zəfər Günü ərəfəsində İqtisadiyyat Nazirliyinin inzibati binası üzərində vizual yayımlanmışdır. İfaçı mahnının tanıtımı üçün 20 dekabr 2022-ci ildə ADA Universitetində təqdim olunan “Qarabağın səsini dinlə” audiokitab layihəsində mahnını canlı olaraq səsləndirmişdir. Klip məşhur rəssam, Əməkdar incəsənət xadimi Elturan Avalovun "Şuşa şəhərinin memarlığı" adlı qrafik rəsmlər silsiləsi əsasında hazırlanmışdır. Rəssamın təsvirlərində Şuşanın qədim memarlığını özündə əks etdirən tarixi abidələr və tikililər təqdim olunub ki, onların da bir çoxu işğal dövründə dağıdılmış və ya tamamilə məhv edilmişdir. Klipin rejissorluğunu qrafik rəsmlər rejissoru Teymur Nəcəfzadə həyata keçirmişdir. Klipdə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin, ölkənin musiqi və yaradıcılıq irsində xüsusi dəyər kəsb edən, parlaq iz qoyan şuşalıların obrazlarından istifadə olunmuşdur. Bu virtual gəzintidə Pənahəli xan, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Üzeyir Hacıbəyli, Bülbül və Xan Şuşinski kimi görkəmli şəxsiyyətlər yer almışdır. Yaradıcı heyət Söz: Kübra Kərimli Bəstəkar: AISEL Aranjiman: Emin Kərim Səs uzlaşması: Emin Karim (STKHA) Balaban/Tütək: Coşqun Sadıqov Qrafik rəsmlər: Elturan Avalov «Şuşa şəhərinin memarlığı» Rəssam: Dilbər Miriyeva CGI və animasiya: Teymur Nəcəfzadə Musiqi leyblı: BEAT Music İstehsalçı şirkət: SS Production Baş prodüser : Aysel Rəcəbli Mahnının çıxış tarixi Xarici keçidlər Şuşa (Rəsmi Musiqi Videosu)
https://az.wikipedia.org/w/index.php?curid=775225
Şuşa (qəzet)
Şuşa — Azərbaycan SSR dövründə Şuşada nəşr olunmuş qəzet. Qəzet 1932-ci ildən "Sosializm maldarçılığı" adı ilə nəşr olunmağa başlamış, rayon partiya komitəsi tərəfindən təsis edilmişdir. Sonrakı illərdə qəzet "Sosialist maldarlığı", "Kolxoz bayrağı", "Şuşa kurortu" adları altında fəaliyyət göstərmişdir. 1930-cu illərində qəzetin səhifələrində bir sıra maraqlı rubrikalar ("Müxbirlərin səsi", "Müxbirlərimiz yazırlar", "Müxbir siqnalları", "Xarici ölkələrdə", "Cəbhədə xəbərlər" və s.) yer almışdır. 1965-ci ildən başlayaraq qəzet "Şuşa" adı ilə nəşr edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Şuşanın erməni işğalına məruz qalması "Şuşa" qəzetinin fəaliyyətinə təsir etmişdir. Bundan sonra qəzet düz 13 il fəaliyyətini dayandırmışdır. Yalnız 2005-ci ildən başlayaraq "Şuşa" qəzeti fəaliyyətini Bakıda davam etdirməyə başlamışdır. Qəzetə təxminən 20 nəfər redaktorluq etmişdir. Onlar Camal Ələsgərov, Həsənqulu Abbasov, İkinci Dünya müharibəsi dövründə Hüseyn Kərimov, daha sonra isə Səfər Quliyev, İdris Hacıyev, İdris Məhərrəmov, Əyyub Kazımov, Fərrux Tağıyev, İsrafil Əbilov, Rəfiqə Tağıyeva olmuşlar. 2005-ci ildən bu günədək isə qəzetin redaktoru Vasif Quliyevdir. Qəzetdə daha çox ədəbiyyatla, incəsənətlə bağlı yazıların dərc olunmasında özünü göstərmişdir. Qəzetdə mədəniyyətlə, ədəbiyyatla, musiqi ilə bağlı yazılara daha çox üstünlük verilmişdir. "Şuşa" qəzetində müxtəlif Azərbaycan şair və yazıçılarının, o cümlədən Səməd Vurğun, Məmməd Rahim, Cəfər Xəndan, Süleyman Rüstəm, Yusif Vəzir Çəmənzəminli kimi şəxslərin əsərləri vaxtaşırı çap olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=105753
Şuşa (rayon)
Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır. Şuşa şəhəri İkinci Qarabağ müharibəsində 8 noyabr 2020-ci ildə və 9 noyabr 2020-ci ildə isə Daşaltı kəndi düşməndən azad edilmişdir.10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 25 mart 2023-cü il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində Zamanpəyəsi və Allahqulular kəndləri, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları'ndan sonra Turşsu qəsəbəsi, Ağbulaq, Armudlu, Aşağı Quşçular, Bayat, Böyük Qaladərəsi, Cəmillər, Çaykənd, Dükanlar, Əmillər, Göytala, Həsənabad, Həsənqulular, Xanalı, Xanlıqpəyə, Xəlfəli, Xudaverdilər, İmamqulular, İmanlar, Kiçik Qaladərəsi, Qarabulaq, Qaybalı, Laçınlar, Malıbəyli, Məmişlər, Mirzələr, Nağılar, Nəbilər, Onverst, Paşalar, Salatınkənd, Sarıbaba, Səfixanlar, Şırlan, Şuşulu, Turabxan, Yuxarı Quşçular, Zarıslı, Xan bağı kəndləri Azərbaycanın suverenliyinə keçmişdir. Coğrafi mövqeyi Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı 700–800 mm-dir. Ərazisindən Qarqarçay axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aiddirlər. Səthi dağlıqdır (Qarabağ silsiləsi). Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır. Geoloji quruluşu Yura və Təbaşir çöküntüləri. Hidrologiyası Mineral sular (Turşsu), bulaqlarla (İsa bulağı) zəngindir. Əsas çayları Qarqarçayın qolları olan Zarıslı, Xəlfəli çaylarıdır. Landşaftları və bioloji müxtəlifliyi Meşələrdə şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm , gərməşov, yemişan , əzgil , itburnu və s. bitir. Meşələrdə həmçinin vələs, ağcaqayın , gilas , göyrüş və palıd növləri yayılmışdır. Geoloji təbiət abidələri Daşaltı kəndində karst mağaraları. Şuşada Şahnəzər mağarası. Şuşa şəhəri yaxınlığında Daşaltı kanyonu. Böyük Kirs dağı, Keçəldağ aşrımı, Üçmıx dağı Arxeoloji abidələri Şuşa Şahnəzər mağarasının uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10 in-dir. Mağaradan Paleolitə aid ikikobud daş çapacaq, Mezolitə aid mikroiit bıçaqlar, m.ə. V — IV minilliyə aid Eneolit gil qablar, Tunc, Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, müsəlman qəbri tapılmışdır. Tarixi-mədəni abidələri Daşaltı kəndində müdafiə qalası, İbrahimxəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr), tövlə, hamam qalıqları. Şuşada Gövhər-ağa məscidi (1884), Aşağı Gövhör-ağa məscidi (1875). Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir. Burada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16–19 dərəcə, illik yağıntı isə 700–800 mm olur. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Daşaltı Dövlət Təbiət Yasaqlığı, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu Şuşanın ticarət mərkəzi Bazarbaşı (Şuşa), Rastabazar Şahlıq körpüsü, Təzə məhəllə məhəlləsi AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonun (de-yuri olaraq) 31.499 nəfər əhalisi var. Etnik tərkibi Şuşada doğulanlar Bax: Şuşada doğulanlar Rayon komitə sədrləri və icra başçıları Mikayıl Gözəlov Nizami Bəhmənov Tarixi abidələri Dini-tarixi abidələri Hacı Yusifli məscidi (XVIII) "Çöl Qala" məscidi (XVIII əsr) Xoca Mərcanlı məscidi (XVIII əsr) Quyuqluq məscidi (XVIII əsr) Seyidli məscidi (XVIII əsr) Məscid (XVIII əsr) Mərdinli məscidi (XIX əsr) Aşağı Gövhər Ağa məscidi (1874–1875) Culfalar məscidi (XIX əsr) Yuxarı Gövhər Ağa məscidi (XIX əsr) Mamay məscidi (XIX əsr) Köçərli məscidi (XIX əsr) Malıbəyli məscidi Alban kilsəsi Qaybalı məscidi Şırlan məscidi Rus kilsəsi Tarixi memarlıq abidələri Qala divarı (uzunluğu 8 kilometr) Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd) Qədim üslubda salınmış 17 məhəllə Turşsu Qalereyası Karvansara (4 ədəd) Gəncə qapısı Rasta bazar Torpaq meydan Üzeyir Hacıbəyovun heykəli Malıbəylidə Qızlar məktəbi Un dəyirmanı "Həzrət Əli" kahası "Qızıl qaya" Bəhmən Mirzə Qacarın hərəmxanası Bəhmən Mirzə Qacarın tikdirdiyi "Bab" hamamı Şeytan bazar Əfsanəvi Leyli qalası Çuxur məhəllədə 2 minarəli "Şəfa ocağı" "Həzrət Abbas Şəfa ocağı" Molla Pənah Vaqifin poeziya evi Molla Pənah Vaqifin məqbərəsi Molla Pənah Vaqifin müəllimlik etdiyi bina Molla Pənah Vaqifin evi Xan qızı Xurşudbanu Natəvanın sarayı Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi "Qarama" Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi həbsxana binası Qasım bəy Zakirin yaşadığı ev Qasım bəy Zakirin qəbirüstü abidəsi Azərbaycanda ilk "realnı uçiliş"in binası Yaşıl aptek Mədəniyyət evi Külli miqdarda gümüş və mis qablar İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscidini həyətində) Qarabağ xanlığının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi Tarixin yaddaşı olan Daş kitabələr Azərbaycanda ilk realnı məktəbin binası Malıbəylidə "Qızlar məktəbi" Küllü miqdarda gümüş və mis qablar Ağaböyük xanımın bürcü Karvansaralar İkimərtəbəli karvansara (1888–1889-cu illər) Zarıslıda Korun karvansarası Hacı Məhərrəm karvansarası Hacı Əmiraslan bəyin karvansarası Uğurlu bəyin karvansarası Mir Səyyaf oğlunun karvansarası Murad bəyin karvansarası Hacı Hüseynin karvansarası Gövhər Ağanın karvansarası Hacı Abbas bəyin karvansarası Cavad ağanın karvansarası Xanlıq Muxtarın karvansarası Ağabəyim Ağanın qəsri Sadıqcanın qəsri "Pənahabad" Şuşa qalası (1750–1757-ci illər) Leyli qayası Bayat qalası (1748-ci il) Şahbulaq qalası Bülbülün büstü Üzeyir Hacıbəyovun büstü Hüsü Hacıyevin büstü Molla Pənah Vaqifin büstü Xan qızı Xurşud Banu Natəvanın büstü İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi "Dəlik-daş" pilləkən kompleksi Qarabağ xanlığının divan kompleksi Qacarların məqbərə kompleksi Bəhmən Mirzə Qacarın saray kompleksi Mir Möhsün Nəvvabın abidə kompleksi Mehmandarovun ev kompleksi Qarabağ xanlığının Divan kompleksi Dəlik-daş pilləkən kompleksi Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi Üzeyir Hacıbəyovun ev-muzeyi Bülbülün ev-muzeyi Xalça muzeyi Tarix-diyarşünaslıq muzeyi Qarabağ dövlət tarixi muzeyi Rəsm qalereyası Məhəmməd Həsən Ağanın imarəti Səməd bəy Mehmandarovun Şuşadakı mülkü Hacı Şükürün imarəti Məmməd Həsən Ağanın imarəti Qarabağ qazisinin mülkü Qədimovların mülkü Qarabaş Qazisinin mülkü Mir Möhsün Nəvvabın mülkü Nəcəfqulu ağanın mülkü İbrahim xanın mülkü Hacı Bəşirin mülkü Cabbar Qaryağdı oğlunun mülkü Mirzə Hüseynin mülkü Mirəlibəyin mülkü Seyid Məcidin mülkü Hacı Qulamın mülkü Nəcəfqulu Ağanın mülkü Kəlba Şirinin mülkü Öpənnik Qara Zeynalın mülkü Fərzalı bəyin mülkü Allahverənli Kəlba Şirinin mülkü Nəcəf bəy Vəzirovun mülkü Firudin bəy Köçərlinin mülkü Süleyman Sani Axundovun mülkü Məşədi Qəhrəmanın mülkü Quyruq məhəlləsində Sadıq bəyin mülkü Yusif Vəzir Çəmənzəmənlinin mülkü Mir Həsən Vəzirovun mülkü Qaraşovların mülkü Hüseyn Qayıbovun mülkü Məşədi Şirinin mülkü Gəraf Əsgərovun mülkü Ağamirovların mülkü Hüsü Hacıyevin mülkü Hacı Dadaşın mülkü Hacı Quluların mülkü Malikanələr Qulam Şahın malikanəsi Əsəd bəyin malikanəsi - Şuşa şəhərində, Voroşilov küçəsində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Mamay bəyin malikanəsi - XVIII əsrə aid tarix-memarlıq abidəsi. Çuxur məhəllədə Kal Həsənin evi Təzə məhəllədə Xayatlılar Mehdinin evi Çuxur məhəllədə Kürd uşağının evi Quyruq məhəlləsində Məşədi Teymurun evi Ağa-Əbdürrəhim ağanın evi Uluq bəyin evi Zöhrabbəyovların evi Cəlal bəyin evi Kəlba Hüseynin evi İsmayıl bəyin evi Əbdülrəhim bəy Haqverdiyevin evi Kəlba Şəhriyarın bağı Şəmilin bağı Hacıyevlərin armud bağı Mirfəseh bağı Şahlıq körpüsü Təzə məhəllədə körpü Qəbristanlıqlar Mirzə Həsən qəbiristanlığı Mirfəseh qəbiristanlığı Meydan bulağı Saxsı bulaq Ovdan bulağı Səkili bulağı Qotur bulağı Hacı Salehin hamamı Uğurlu bəyin hamamı Xeyransa xanımın hamamı Ağa Mirzə Əli Qazinin hamamı Şahbaz bəyin hamamı Hacı Əbdürrrəhimin hamamı Rüstəm bəyin hamamı Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). "Azərbaycan" cildi (50 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Məsul katib: akademik T. M. Nağıyev. 2007. səh. 872. ISBN 978-9952-441-01-7. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. İnzibati-ərazi vahidləri" (PDF). İstifadə tarixi: 25 may 2022. Xarici keçidlər Virtual Qarabağ İKTM-də Şuşa rayonu Şuşanın işğalından 15 il keçir Yaddan çıxmaz qarabağ Erməni vəhşilikləri Şəkillər Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine Şuşanın şəkilləri, 2000–2005 ilə qədər 2007ci il Şuşa şəkilləri: vetennamine.com Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=729132
Şuşa (şəhər)
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi.Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa şəhərini "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək, Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə, xanəndə və sazəndələr ustad-şagird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq, peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçüncü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.1991-ci ilin 7 fevral tarixində Şuşa rayonunun Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilmişdir. 1991-ci ilin 26 noyabr tarixində isə Şuşa şəhəri respublika tabeli şəhərlərin sırasına daxil edilib.Şuşa şəhəri 1992-ci ilin 8 may tarixində erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfər əlil olmuş, 552 körpə valideyinlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini; mədəni-maarif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi olan bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.Şuşa şəhəri və Daşaltı kəndi 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı işğaldan azad edilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 2023-cü ilin 19 sentyabr tarixində aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində bu ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Etimologiya Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci "ş" səsi sonrakı "s" səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınmışdır. Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344–334) Makedoniyalı İsgəndərlə vuruşan şəxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur. Şuşa şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Xəzər vilayətinin gerbindəki təsvirlərin eynisi idi: 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdu. Gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə yəhərli qızılı rəngli at təsvir olunmuşdu ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi. XVII–XIX əsrlər Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişdilər.Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır.1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir, lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara aldı. Yeni qala ilk illərdə öz banisinin adı ilə "Pənahabad", sonralar isə "Şuşa" adlandırılmağa başlandı. Şuşa qalasının təməli Pənahəli xan tərəfindən qoyulmuşdur. 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır.Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721–1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur. Onun hakimiyyəti illərində xanlıq daha da güclənmiş və inkişaf etmişdir. Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqif 1750-ci ildə bura köçüb saray şairi və İbrahimxəlil xanın baş vəziri oldu. Vaqif 1795–1797-ci illərdə İranla apanlan müharibənin sonunda öldürülmüşdür. İran şahı Ağa Məhəmməd şah Qacar da bu müharibə zamanı Şuşada qətlə yetirilmişdi. 1805-ci ilin mayında İbrahimxəlil xan Rusiya ilə kapitulyasiyanın şərtləri barədə danışıqlara başladı. O, öz hakimiyyətini saxladı, lakin digər dövlətlərlə münasibətlərə son qoymağı və hər il Rusiyaya səkkiz min qızıl sikkə xərac verməyi öhdəsinə götürdü. 1813 və 1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələri Rusiyanın Qarabağ xanlığı üzərindəki nəzarətini gücləndirdi. Sonuncu xan — Mehdiqulu xan Cavanşir 1822-ci ildə İrana qaçmağa məcbur oldu.Şuşada 17 məhəllə vardı. Hər məhəllədə hamam, məscid və bulaq vardı. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan 8 məhəllə isə yuxarı məhəllələr sayılırdı. Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763–1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan "Aşağı məhəllənin" yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan "Yuxarı məhəllə"də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.XIX əsrdə Şuşa ölçüsü və sərvətinə görə Bakı və İrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən biri idi. Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə on karvansara var idi. Şuşa öz ipəyi, döşənmiş küçələri, iri daş evləri, parlaq naxışlı xalıları və cins atları ilə tanınırdı. 1824-cü ildə Hindistandan İngiltərəyə qayıdan Albemarl qrafı Corc Keppel yolüstü İrandan bura gəlmiş, və Şuşa onda böyük təəssürat yaratmışdı: Keppelə görə, şəhərdə iki min ev var idi. Şəhər əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edirmiş: XIX əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış "Qazançalı" adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Adıgözəl bəy bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.Şuşa Rusiya imperatoru I Nikolay tərəfindən 10 aprel 1840-cı ildə təsdiq olunmuş inzibati islahat haqqında "Zaqafqaziya ölkəsinin idarəçiliyi üçün təsisat" adlı qanun əsasında yaradılan Kaspi vilayətinin tərkibinə daxil olmuşdur. XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının "Şəhər əsasnaməsi"nın (1785) 28–29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur.1887-ci ildə Şuşada tikilmiş Qazançı kilsəsi dünyada ən böyük erməni kilsələrindən biri idi və erməni burjuaziyasının Şuşada çiçəklənməsinin rəmzi idi. Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905–1906-cı illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü Daşnaksütun partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı böyük vəhşiliklər törətdilər. Ruslar ermənilərə böyük kömək göstərirdilər, lakin Şuşalıların qəhrəmanlıqları nəticəsində onlar törətdikləri vəhşiliklərə baxmayaraq öz istəklərinə tam çata bilmədilər. Şəhər özünü qoruya bildi. Avqust ayının 17-də "Difai" partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10-dək Şuşada atəş səsləri kəsilmədi. Rusiya hərbi xadimi İllarion Vorontsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu. 1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdı. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçünü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.İtaliyalı jurnalist və yazıçı Luici Villari bu savaşın bitməsini belə təsvir edir: 1918–20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri ermənilərə təhvil vermədilər. Şəhərin müdafiəsində Şuşanın Axundu Hacı Hacı Molla Şükür Məhərrəmzadənin böyük xidmətləri olmuşdur. 1918-ci il sentyabrın 26-da Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu böyük təntənə ilə qarşılayıb.1920-ci ildə iqtisadi böhranın və vətəndaş müharibəsinin başlanmasından sonra ruslar şəhəri tərk etdilər, bunun ardınca Şuşada dəhşətli basqınlar baş verdi. Bu vaxt Azərbaycan qoşunları şəhərin ermənilərin yaşadığı yuxarı məhəllələrində bütün küçələri yandırıb, yüzlərlə ermənini öldürmüşdülər. Şuşanın erməni məhəlləsinin xarabalıqları qırx ildən çox bir müddət ərzində kabus kimi toxunulmaz qalmışdı. 1930-cu ildə şair Osip Mandelştam şəhərə gəlib, onun boş sakit küçələrindən dəhşətə gəlmişdi. Şerlərinin birində o, onu basan "qırx min sakit pəncərənin" vahiməsindən yazır. 1961-ci ildə Bakıdakı kommunist rəhbərliyi bu xarabalıqların dağıdılmasına sərəncam verdi, baxmayaraq ki, bir çox köhnə binaları bərpa etmək mümkün idi.Buna baxmayaraq, 1920–1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Həyat keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. RK(b)P MK Qafqaz Bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi, lakin 1923-cü il iyulun 7-də vilayətinin mərkəzi Xankəndi seçildi. Şuşa şəhəri isə AK(b)P MK Rəyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşanın işğalı 13 fevral 1988-ci ildə ermənilər Xankəndiyə ilk hücumlarından birini edəndə azərbaycanlıların çoxu Şuşaya pənah gətirdi. 28 martda Azərbaycan qüvvələri Xankəndiyə hücum etmək üçün hazırlaşdı və Kərkicahandan yuxarıda yerləşən düşmən mövqelərinə Canqasan kəndindən hücum etməyə başladı. Növbəti gün günorta çağı Azərbaycan birlikləri şəhərə yaxın mövqelərə yerləşdilər, lakin ermənilər tərəfindən püskürdüldülər.Xocalının tutulmasından sonrakı aylarda regionun sonuncu Şuşa bürcündə təslim olmayan azərbaycanlı komandirlər GRAD raket buraxılış qurğularından istifadə edərək Xankəndiyə qarşı genişmiqyaslı artileriya bombardmanı başlatdılar. Aprelə qədər davam edən bombardman Xankəndidə yaşayan 50.000 nəfər əhalinin böyük hissəsinin bunker və zirzəmilərdə qalmasına məcbur etdi. Şəhərin ucqar nöqtələrinin yaxınlığında torpaq basqınçıları ilə üzləşən Dağlıq Qarabağdakı hərbi liderlər şəhəri tutmaq üçün hücum təşkil etdilər. 8 mayda yüzlərlə erməni əsgəri tanklarla və vertolyotlarla Şuşa istehkamına hücum etdi. Şəhərin küçələrində şiddətli döyüşlər baş verdi və hər iki tərəfdən yüzlərlə adam öldü. Sayca üstün olmalarına və daha yaxşı silahlanmalarına baxmayaraq, ermənilər ancaq 9 mayda şəhəri tutmağa və azərbaycanlıları geri çəkilməyə məcbur etməyə nail oldular.Şuşanın işğalı qonşu Türkiyədə böyük səs-küyə səbəb oldu. Ermənistan SSRİ-dən müstəqilliyini elan etdikdən sonra Türkiyə ilə münasibətləri yaxşılaşmışdı, lakin Dağlıq Qarabağ regionunu işğal etdikdən sonra pisləşdi. Türkiyənin baş naziri Süleyman Dəmirəl araya girmək və Azərbaycana kömək etməklə bağlı təzyiq altında olduğunu dedi. Buna baxmayaraq, Dəmirəl müharibəyə müdaxilə etməyə qarşı olduğunu, Türkiyənin müharibəyə daxil olmasının daha böyük xristian-müsəlman münaqişəsinə səbəb ola biləcəyini bildirdi. Türkiyə qüvvələrini Azərbaycana göndərmədi, lakin əhəmiyyətli hərbi köməklər etdi. 1992-ci ilin mayında MDB qüvvələrinin hərbi komandiri marşal Yevgeni Şapoşnikov Qərb dövlətlərinə, xüsusilə ABŞ-yə Qafqazdakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq etdi. Şapoşnikov "bu yerin Üçüncü dünya müharibəsinin başlanğıcı ola biləcəyini" bildirdi.Şamil Basayevin başçılıq etdiyi çeçen qüvvələri müharibədə iştirak edən birliklərdən biri idi. Azərbaycan polkovniki Azər Rüstəmova görə 1992-ci ildə Şamil Basayev və Salman Raduyevin başçılığı altında yüzlərlə çeçen döyüşlərdə azərbaycanlılara əhəmiyyətli kömək göstərmişdi. Deyilənlərə görə Basayev Şuşanı tərk edən sonuncu döyüşçülərdən biri idi. Rusiya xəbərlərinə görə Basayev o və batalyonunun bir dəfə itdiyini və Qarabağda Daşnaq batalyonuna qarşı döyüşərkən məğlub olduqlarını deyib. Basayev daha sonra dedi ki, müharibə dini yox, daha çox milliyyətçi xarakter daşıdığından qüvvələrini geri çəkib. Basayev Abxaziya müharibəsi (1992–1993) zamanı Rusiya Baş Kəşfiyyat İdarəsindən hərbi təlim almışdı, çünki Abxaziya Rusiya tərəfindən dəstəklənirdi. Digər çeçenlər də BKİ tərəfindən hərbi təlim almışdı. Abxaziyada Rusiya üçün Gürcüstana qarşı döyüşən bu çeçenlərin çoxu Qarabağ müharibəsində Azərbaycan üçün ermənilərə qarşı döyüşmüşdü.Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.1993-cü ildən başlayaraq hər il mayın 9-da ermənilər Şuşanın işğalı gününü Şuşada "Qələbə bayramı" kimi qeyd edirlər. Qarabağ müharibəsindən sonra Şuşada bərpa işlərini "Hayastan" ümumerməni fondu, qondarma "Dağlıq Qarabağ hökuməti" və erməni xeyriyyəçiləri maliyyələşdirir. Qarabağ müharibəsindən sonra, Şuşada tarixi abidələrin bərpası adı altında abidələrin erməniləşdirilməsi və saxtalaşdırılması prosesi gedir. Ermənistan hakimiyyəti Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün 2000-ci ildə İrəvan şəhərində "Şuşi" Mədəniyyət Fondu və "Şuşi" nəşriyyat evini yaradıb. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, "arxiv sənədlərinin" tədqiqi və təbliği nəzərdə tutulur. Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü. Belə ki, bu layihə çərçivəsində təmir, bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsini nəzərdə tuturlar. Birinci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası, eyni zamanda bu abidələrin bərpasından sonra içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməsi, maraqlı əyləncələrin təşkili turistlərin Şuşaya cəlb edilməsində müstəsna rol oynamalıdır. Adsız Qala divarları üzərinə isə "Jraberd divarı" adlı lövhələr yapışdırılmalıdır. İkinci mərhələdə, O. Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini təmir etmək, XİX əsrdə inşa edilmiş Şuşa bilik cəmiyyətinin binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın və "Artsaxkertin" patriarxının konfranslarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.Üçüncü mərhələdə yeni stadionun və yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilir. Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına erməni dili dərsi tədris ediləcək. XİX əsrin əvvəllərində inşa edilmiş Şuşa real məktəbi təmir edilərək, onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.Dördüncü mərhələdə İsa bulağında və Cıdır düzündə istirahət evləri və əyləncə yerlərinin inşa edilməsi nəzərdə tutulur. Beşinci mərhələdə Gəncəsər monastırı və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün dini məktəblərin də təşkil edilməsi vacib hesab edilir. Bütün bunlardan başqa Ermənistan hökuməti yaratdığı fondların vasitəsilə, Şuşada digər tarixi binaların və küçələrin bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək. Yuxarıda göstərilənlərlə yanaşı Şuşanın tarixi və mədəni varisliyini genişləndirilməsi üçün nəzərdə tutulan layihələrə üstünlük veriləcək. Öz fəaliyyətini daha da intensivləşdirmək və genişləndirmək üçün Ermənistan hökuməti aşağıdakı layihələrin də maliyələşdirilməsini də öz planlarına daxil edib: Qalanın və onu əhatə edən bütün ərazilərin xəritələrinin və fotoşəkillərinin çəkilməsi Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin çəkilməsi və ölçülərinin götürülməsi Memarlıq abidələrinin layihələşdirilməsi; Şuşa şəhərinin bərpası üçün beş mərhələdə nəzərdə tutulan layihələrin hamısını beynəlxalq səviyyədə tenderlərə çıxarılması Şuşanın Arxiv fondunu yaradılması Aşkar edilmiş qəbirlərin və digər arxeoloji tədqiqatların nəticələrinin nəşr etdirilməsi Litoqraf varisliyinin tədqiqi Qalada və onun ətrafında mağara tədqiqatının aparılması Şuşa şəhərində Milli Erməni Muzey fondunun yaradılması İran abidələrinin tədqiqi və nəşri (Burada Azərbaycan məscidləri və türbələri nəzərdə tutulur).Ermənistan hökuməti bu Konsepsiyanın reallaşmasına 2004-cü ildən başlanıb. Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilib. Son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evləri bərpa üçün hazırlanmasını təmin ediblər. Ermənistanın Marif və Elm Nazirliyində, daha sonra Nazirlər Kabinetində bu Konsepsiya və layihələrə baxılaraq bəyənilib, hökumət tərəfindən Şuşanın bərpasının reallaşması üçün bu layihələrə Ermənistanın dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılması nəzərdə tutulub. Şuşada bərpa işlərinin aparılmasına rəhbərlik Bakur Karapetyan adlı Ermənistan vətəndaşına həvalə edilib.2011-ci ildən başlayaraq Dağlıq Qarabağdakı separatçı rejimi xarici turistləri Şuşaya cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə verib. 2020-ci illər 8 noyabr 2020-ci ildə Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.27 sentyabr 2022-ci ildə İlham Əliyev və Mehriban Əliyeva şəhərə səfər ediblər.2023-cü ildə Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" olacaq. Şəhər Mədəniyyət Nazirləri Daimi Şurasının (TÜRKSOY) 40-cı iclasına ev sahibliyi edəcək. Relyef və geologiya Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr). Keçəldağ aşırımı da rayon ərazisindədir. Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. 1992-ci ildə Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, uzunluğu 114 m, əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" ermənilər tərəfindən dağıdılıb.Şəhərdə Şuşa vələsi və xarıbülbülə rast gəlmək olar. Şuşanın rəmzi sayılan xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim isti və soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4C-dən −1C-ə qədər, iyulda isə nisbətən 16–19 °C, illik yağıntının miqdarı 700–800 mm olur. Demoqrafiya və etnik tərkib 1823-cü ilə aid statistik məlumatına görə, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (alban mənşəli) ailələri təşkil edirdi.2000-ci ilin yazında Şuşada üç min nəfərdən az insan yaşayırdı. Bunların əksəriyyətini Azərbaycandan qaçqın düşmüş ermənilər təşkil edirdi. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Şuşa şəhərində memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərlərini qeyd etmək olar.Xristian dini abidələrindən Qazançı kilsəsi, Yaşıl kilsə və sovet dövründə sökülmüş rus pravoslav Qala kilsəsini qeyd etmək olar. İnzibati bölgü Şuşada "Bazarbaşı" deyilən yerdən Şeytanbazara qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırdı. Rastabazarın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan il boyu quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. İqtisadiyyat XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmış, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı. Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektardı (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41%-ə dənli və dənli–paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6%-ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məşğul olunurdu. 5,2 min qara-mal, 15,2 min davar vardı (1986). Quşçuluqla da məşğul olunurdu.Qarabağ müharibəsindən əvvəl Şuşada şərq musiqi alətləri fabrikiki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, rayon istehlak cəmiyyəti, kurort ticarəti idarəsi, Bakı "Radioqurma" istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3 №-li toxuculuq sexi, elektrik şəbəkəsi, rayon maddi-texniki təchizat bazası, abidələri bərpa idarəsi, Şuşa tikinti birliyi, təsərrüfatlar arası tikinti idarəsi, təmir tikinti idarəsi, təsərrüfatlar arası təmir tikinti müəssisəsi, yol istismar idarəsi və s. var idi. Şuşanın ən tanınmış turistik məkanı Cıdır düzüdür. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib.Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət yerinə "Şəmilin bağı" da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir. Heydər Əliyevin Şuşa şəhərinə qayğısı Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969–1982 illərdə bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu xəttinin istifadəyə verildiyi gün Şuşa şəhərinə də baş çəkən Heydər Əliyev şəhərdə aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş vermişdi. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980–1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında H. Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Səfər zamanı Heydər Əliyev Şuşada "Poeziya evi"ni açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, Ulu Öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. 1982-ci il iyulun 29-dan — avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Şuşa şəhərinin memarlığını və memarlıq abidələrini tədqiq edən Elturan Avalov şəhərin memarlıq-planlaşdırma inkişafını üç mərhələyə bölür. Birinci mərhələ Şuşa şəhərinin əsasının qoyulması dövründən (1753–1754) başlayır. Həmin dövrdə Şuşa qalası, qala daxili qəsrlər və xan sarayları inşa edilmiş, şərq sektorunun aşağı hissəsinin inşasına başlanılmış və 9 Aşağı məhəllə formalaşdırılmışdır. İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1759–1806) əhatə edir. Bu dövrdə şərq sektorunun yuxarı hissəsi inşa edilmiş və 8 Yuxarı məhəllə formalaşdırılmışdır. Üçüncü mərhələ Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra (1805) şəhərin intensiv genişləndirilməsi ilə əlamətdardır. Bu dövrdə şəhərin qərb və yuxarı hissələri inşa edilmiş və həmin ərazilərdə 12 məhəllə formalaşdırılıb.Şuşanın Qarabağ müharibəsində işğalından əvvəl şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin əksəri XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilmişdir. 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşada XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi və bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb. Kütləvi informasiya vasitələri "Şuşa" qəzeti fəaliyyətinə 1932-ci ildə başlamışdır. Həmin dövrdə qəzet Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə Komitəsinin orqanı olaraq "Kolxoz bayrağı" adı altında nəşr olunmuş, 1969-cu ildən isə "Şuşa" qəzeti adlanmışdır. Qəzet hal-hazırda Bakı şəhərində çap edilir.. Musiqi səhnəsi Muğam məclisləri XIX əsrin ikinci yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslər – görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri – mesenatlar, eləcə də zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında təşkil olunardı. Bunlar bəzən "musiqi dərnəyi" və ya "musiqi salonu" da adlandırılırdı.Şuşada "Nəvvabın məclisi", Şamaxıda "Mahmud ağanın dərnəyi", Bakıda isə "Məşədi Məlik Mənsurovun salonu" qeyd olunurdu. Bütün bu musiqi məclisləri əsl musiqi məktəbinə, sənətkarlıq məktəbinə çevrilmişdi. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılır, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunurdu.Kor Xəlifənin məktəbi 1883-cü ildən 1893-cü ilə qədər Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi idi. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən "Kor Xəlifə" ləqəbli Molla Əli Qarabaği tərəfindən açılmışdır. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilir, klassik musiqi əhali arasında geniş tətbiq olunur, şagirdlər kamil musiqişünas, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya və muğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi. Onillik fəaliyyəti dövründə Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınmışdı. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynamışdı.Ədəbi məclis olan Məclisi Fəramuşan — 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş və 1910-cu ilədək fəaliyyət göstərmişdir. Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Baxış bəy Səbur və b. şairlər məclisin fəal iştirakçıları idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. "Məclisi-fəramuşan" Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində mühüm rol oynamışdır.Ədəbi-musiqili məclis olan Məclisi-üns — 1864-cü ildə Şuşada, şair Hacı Abbas Agahın evində təşkil olunmuş, Xurşudbanu Natəvanın rəhbərliyi ilə 1897-ci ilədək fəaliyyət göstərmişdir. X. Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği, Məmo bəy Məmai, M. S. Piran və b. şairlər məclisin fəal iştirakçıları idilər. Məclisə Qarabağ xanəndələri də dəvət olunur və şairlərin qəzəlləri əsasında muğamlar ifa edirdilər. Tədris ocağı kimi "muğam məktəbi" ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılmışdır. XIX əsrin ortalarında fəaliyyət göstərən bu məktəb əsasən dini məqsədlərə xidmət etmişdir. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edir, onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi, lakin inkar olunmaz bir faktdır ki, bu məktəb sonradan muğam tədris edən musiqi məktəblərinin təşkilində nümunə olmuşdur.Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan həmin məktəbin yetirmələridir.Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi. Şuşa məktəblərində də poeziyanın və musiqinin sirrləri yeniyetmələrə gənc yaşlarından öyrədilirdi. Ona görə də muğamı və şeiri Qarabağın sənətkarları, xüsusən də xanəndələri və instrumental muğam ifaçıları hələ uşaq yaşlarından dərindən bilirdilər.XIX əsrin axırlarında Şuşada Molla İbrahim adlı bir şəxs musiqi məktəbi yaratmışdır. Bu məktəbdə özündən əvvəl fəaliyyət göstərən musiqi məktəbləri kimi dini xarakterli idi. Bura yalnız gözəl səsli, poeziyaya xüsusi həvəsi olan istedadlı gənclər seçilib götürülürdü. Məktəbdə gənclərə klassik muğamlardan dərs keçilir, fars, ərəb dilləri, dini mərasimlər öyrədilir, Hafiz Şirazi, Nizami Gəncəvi, Sədi Şirazi, Ömər Xəyyam, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi Şərq şairlərinin qəzəlləri tədris olunurdu. Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Bahadur Mehralı oğlu, Bülbül və başqa sənətkarlar musiqi təhsilini Molla İbrahimin musiqi məktəbində almışlar. Məktəb təxminən 1920-ci illərinə qədər fəaliyyətini davam etdirmişdir.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. 1930-cu ilin əvvəllərində Şuşada ilk musiqi texnikumu təşkil olunur. 1948-ci ildən həmin texnikum uşaq musiqi məktəbi kimi fəaliyyət gustərməyə başlayır.1989-cu ildən 1991-ci ilə qədər Cıdır düzündə "Xarı-bülbül" mahnı festivalı keçirilib. 2021-ci ildə festival 30 ildən sonra may ayının 12-də yenidən Şuşada keçirilib. Kino səhnəsi Şuşada çəkilən məşhur kinolardan "Koroğlu", "Gilan qızı", "Hacı Qara", "Oxuyur Şövkət Ələkbərova" və digərlərini qeyd etmək olar. Kitabxanalar 1897-ci ilin fevralında Şuşada ilk şəhər kitabxanası yaradılmışdır. Təməli Mir Möhsün Nəvvab tərəfindən qoyulan ilk kitabxana-qiraətxananın çoxlu sayda ziyalı üzvləri olub. Mir Möhsün Nəvvab özünün daş mətbəəsində Şuşa şairlərinin şerlərini çap etdirmişdir. Kitabxananın yaradılmasında hərbçi Mehdiqulu xan Vəfa və həkim Kərim bəy Mehmandarovun böyük xidmətləri vardır. SSRİ dövründə M. M. Nəvvabın yaratdığı kitabxananı oğlu Miriş Ağa işlətmişdir. Daha sonralar Şuşa şəhərində 2 kitabxana fəaliyyət göstərmişdir. Bunlar şəhər və uşaq kitabxanası olmuşdur. Mədəniyyət Nazirinin əmri ilə 1977-ci ilin may ayında kitabxananın fəaliyyəti genişləndirilərək Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir. 1992-ci il may ayının 8-də 200 min nüsxədən artıq kitab fondu olan Şuşa şəhər Mərkəzi kitabxanası Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir. 1848-ci ildən başlayaraq mütərəqqi rus teatrlarının təsiri sayəsində Şuşada ziyalılar arasında teatr tamaşaları nümayiş etdirilib. Şuşada XIX əsrin birinci yarısında müasir teatr tamaşalarının meydana gəlməsi bilavasitə Tbilisi mədəni mühitinin təsiri ilə bağlı idi. 1848-ci ildə Şuşada iki böyük tamaşa mərkəzi-teatr və sirk mövcud idi. 1870-ci illərdə isə bu sahəyə diqqət daha da gücləndi. 1882-ci ildən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır, nisbətən mütəşəkkil xarakter daşıyır. 1870–80-ci illərdə Şuşada teatra məxsus bir bina olmadığından tamaşalar kazarmada oynanılmışdır, lakin əsasən tamaşalar Cümşüd bəy Məlikhəqnəzərovun mülkündə teatr üçün əlverişli bir yerdə göstərilirdi. 1871-ci ildən isə Şuşadakı köhnə klub binası yenidən təmir edilib, istifadəyə verilmiş, burada yerli həvəskarlar tamaşalar göstərmişlər. 1890-cı ildən başlayaraq, Şuşada teatra həvəs göstərən müəllim-ziyalıların sayı azalır. Onların içərisindən səhnə əsəri yazmağa həvəs göstərənlər meydana çıxır. 1890-cı ilin aprel ayının 22-də Şuşa realnı məktəbində keçirilmiş musiqi şəhərciyi güclü təsirə malik olmuşdur. Burada müəllim aktyorların köməyi ilə uşaqlar Azərbaycan, fransız, alman dillərində hekayə, təmsil, şeir söyləmiş, xorda oxumuş, musiqi nömrələri ifa etmişlər. 1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın həvəskar artistləri-gənc müəllimlər 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər. 1896-cı ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin ilk tamaşası olmuşdur.1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Tamaşanın quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı. 1830-cu ildə isə Şuşada ilk mətbəə fəaliyyətə başlamışdır. 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsası qoyuldu. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edildi. Onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. 1886-cı ildə məktəbə 7.500 manat vəsait xərclənmişdi. Şuşa real məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Buna görə də, Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdir.2015-ci ildə Şuşa şəhərində Ermənistan Dövlət Aqrar Universitetinin Qarabağ filialının açılış mərasimi keçirilib. 2016-cı ildə Şuşa Texnoloji Universitetinin tələbələri üçün nəzərdə tutulan yataqxana kompleksi inşa edilib. 2013-cü ildə Ermənistanın futbol federasiyası Şuşada stadion inşa edib. 1923-cü ildə Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salındı. Rayonun ərazisindən 77 km uzunluğunda III dərəcəli, 34 km uzunluğunda IV dərəcəli yollar keçir. Tanınmış sakinləri Şəhərin tanınmış sakinlərdən şair Mirzə Rəhim Fəna, heykəltaraş Münəvvər Rzayeva, jurnalist Haşım bəy Vəzirov, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, futbol hakimi Eldar Əzimzadə, bəstəkar Süleyman Ələsgərov, dövlət xadimi İskəndər Əliyev, həkim Azad Əmirov, tarzən Məşədi Cəmil Əmirov, mühəndis Teymur bəy Aslanov, Sovet İttifaqı Qəhrəmanı və Azərbaycanın Daxili İşlər Naziri Xəlil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov, müğənni Sürəyya xanım Qacar, hərbçi Azad bəy Vəzirov, dramaturq Süleyman Sani Axundov, İnqilab Aslanov Vasif Quliyev (publisist) və digərlərini qeyd etmək olar. Qardaş şəhərləri Həmçinin bax "Şuşanın azad olunmasına görə" medalı Şuşa Bəyannaməsi
https://az.wikipedia.org/w/index.php?curid=729131
Şuşa 2022 (şahmat turniri)
Şuşa 2022 (ing. Shusha Chess 2022) — 21–24 sentyabr 2022-ci il tarixlərində Azərbaycanın Şuşa şəhərində keçirilən beynəlxalq şahmat turniri. Turnir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada anadan olmuş Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdur. Şuşada keçirilən ilk beynəlxalq şahmat turniridir. Turnirin keçirildiyi məkan "Qarabağ" hoteli olmuşdur. Turnirin iştirakçıları Turnirdə 9 ölkədən kişilər və qadın şahmatçılar iştirak etmişlər. Kişilər: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Hao Vanq, Parham Maqsudlu, Vidit Qucrati, Rüstəm Kasımcanov, Qədir Hüseynov, Rauf Məmmədov, Mustafa Yılmaz, Vasif Durarbəyli.Qadınlar: Nana Dzaqnidze, Günay Məmmədzadə, Marsel Efroimski, Meri Arabidze, Ülviyyə Fətəliyeva, Yolanta Zavacka, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Kübra Öztürk. Turnirin loqotipi Turnirin rəsmi loqosu 24 avqust 2022-ci ildə təqdim olunmuşdur. Bu, Şuşa qalasının, Qarabağ atının və şahmat topunun üslublaşdırılmış təsvirlərinin kombinasiyasıdır. Loqo üzərindəki yazıda Şuşa qalasının Gəncə qapısında olan "Şuşa" yazısı ilə düzülmüş şriftdən istifadə edilmişdir. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=767394
Şuşa Abidələri
Aşağıdakılar Şuşanın əvvəl mövcud olmuş abidələridir. İşğal altında olarkən bu abidələr, dağıdılmış, talan edilmişdir. Qala divarı (uzunluğu 8 km), Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd) ,17 qədim üslübda salınmış məhəllə, 17 məscid, 17 bulaq, 17 hamam.
https://az.wikipedia.org/w/index.php?curid=86521
Şuşa Bəyannaməsi
Şuşa Bəyannaməsi — 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə prezdentləri arasında imzalanmışdır. Bəyannamənin tam mətni Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında ŞUŞA BƏYANATI Azərbaycan Respublikası və Türkiyə Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq, İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq, İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq, Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, hərbi iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək, Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək, Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək, bəyan edirlər: Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər. Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır. Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar. Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır. Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir. Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər. Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər. Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər. Tərəflər bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir. Tərəflər kiber təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar və bu sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər. Tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklər. Tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulayırlar. Tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Tərəflər, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər. Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər. Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər. Tərəflər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar. Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər. Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir. Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər. Tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər. Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər. Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcəkdir. Tərəflər parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini və bu istiqamətdə qarşılıqlı fəaliyyətin artırılmasını təşviq edirlər. Tərəflər hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər. Tərəflər Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkdilər. Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər. Tərəflər Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər. Tərəflər bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşmadan məmnunluq ifadə edirlər və həmin razılaşmanın xalqlarımız arasında yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsna əhəmiyyətini qeyd edərək, bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsini təqdir edirlər. Tərəflər lazımi dövlət dəstəyini təmin edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir. Bu Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində, Azərbaycan türkcəsi və Türkiyə türkcəsi dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.Bəyannaməni imzalayıblar: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Həmçinin Bax Erməni soyqırımı Qars müqaviləsi Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişi
https://az.wikipedia.org/w/index.php?curid=707741
Şuşa Daş Sənətkarlığı Muzeyi
Şuşa Daş Sənətkarlığı Muzeyi – Azərbaycanın Şuşa şəhərində yerləşmiş muzey. Daş sənətkarlığına həsr olunmuş bu muzey 1992-ci ilin mayında erməni işğalı səbəbilə fəaliyyətini dayandırmışdır. Şuşa Daş Sənətkarlığı Muzeyi 1983-cü ildə Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının və şəhər camaatının birgə layihəsi ilə yaradılmışdı. Muzey Gəncə qapısının mühafizə zonasında açıq səma altında fəaliyyət göstərirdi. Bu muzey Azərbaycanda daş sənətkarlığına həsr olunmuş ilk muzey idi.Muzey 1992-ci ildə erməni işğalı zamanı dağıdılmışdır. Xüsusiyyətləri Muzeydə Usta Qənbər Qarabaği, Məşədi Xaspolad, Kəblə Əkbər, Məmmədyar kimi bir çox Qarabağ memarları, nəqqaşları, xəttatları, daşyonanları və başqa sənətkarların müxtəlif dövrlərə aid 150-yə yaxın yazılı və epiqrafik sənət əsəri sərgilənirdi. Şuşanın daş sənəti tarixini və xalq sənətkarlarının daş üzərindəki sənətkarlığını əks etdirən bu əsərlər arxeoloji qazıntılar zamanı Şuşa rayonunun ərazisində aşkarlanmışdır.Muzeydə nümayiş etdirilən oyma, yonma və kəsmə üsullarla düzəldilmiş, milli naxışlı bulaqaltı və sütunaltı daşlar, bəzəkli qapı tağları kompozisiyası, buxarı, quyu, səki və pilləkən daşları, iri ölçülü ləyənlər və məhəccərlər, su qazanları, novlar, yonma texnikasına dair nümunələr nümayiş etdirilirdi. Bu sənət əsərlərinin müəllifləri daş alətlər vasitəsilə onların üzərini bəzəmiş və yüksək keyfiyyətli sənətkarlıq nümunələri yaratmışdırlar. Həmçinin bax Şuşa Dərman Bitkiləri Muzeyi
https://az.wikipedia.org/w/index.php?curid=767645
Şuşa Dövlət Musiqili Dram Teatrı
Şuşa Dövlət Musiqili Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən musiqili dram teatrlarından biri.1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidilərərk Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettaları da oynanılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1992) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edildi. 1992-ci ildə teatr məlum Qarabağ hadisələri ilə bağlı Bakıya köçdü. Uzun illər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşdı (1992–2005). Hazırda Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir (2005-ci ildən). Teatrın Bakıda ilk tamaşası Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili əsəri olub (13 fevral 1993). Artıq 1848-ci illərdən başlayaraq mütərəqqi rus teatrlarından faydalanma sayəsində Şuşada ziyalılar arasında teatr tamaşaları göstərməyə meyl oyanır. Əlbəttə, bu işdə tarixi şəraitin, Zaqafqaziyada genişlənməkdə olan maarifçilik hərəkatının rolu az deyildi. Heç şübhəsiz ki, Şuşada XIX əsrin birinci yarısında müasir teatr tamaşalarının meydana gəlməsi bilavasitə Tbilisi mədəni mühitinin təsiri ilə bağlı idi. O zamanın qabaqcıl adamları-Rusiyanın ədəbiyyat, incəsənət xadimlərini yerli ehalinin maariflənməsinə kömək etməyə çağırırdılar. Hələ 1848-ci ildə Şuşada iki böyük tamaşa: mərkəzi-teatr və sirk mövcud idi. XIX əsrin axırı və XX əsrin əvvəllərində teatrın ən çox fəaliyyət göstərdiyi mərkəzlərdən biri Şuşa idi. Ölkənin başqa şəhərlərində də teatrlar getdikcə məişətə daha fəal müdaxilə edirdi. Bu cəhətdən Azərbaycan teatrına Yusif bəy Məlikhaqnəzorov, Ə. Haqverdiyev, Z. Hacıbəyov, S. S. Axundov, Ü. Hacıbəyov, F. Köçərli, B. Bədəlbəyov, S. VəIibəyov, Cabbar Qaryağdı oğlu, Haşım bəy Vəzirov kimi dramaturq, bəstəkar, aktyor və teatr təşkilatçıları bəxş etmiş Şuşa teatrı diqqəti daha artıq cəlb cdir. 1870-ci illərdə isə bu sahəyə diqqət daha da qüvvətləndi. Göründüyü kimi, Şuşanın açıqfikirli ziyalıları zəhmətkeşlərin mədəni inkişafında mühüm amilə çevrilə biləcək klubun fəaliyyətini genişlendirmək, teatr tamaşaları yaratmaq üçün əzmlə çalışırdılar. Hələ 70-ci ildən əvvəl də Şuşada teatr fəaliyyət göstərmiş, M. F. Axundovla yanaşı, rus yazıçılarına da maraq göstərmişlər. 1882-ci ildən etibarən Şuşada teatr tamaşalan müntəzəm şəkil alır, nisbətən mütəşəkkil xarakter daşıyır. Müəllimlər hər yay tətili zamanı bir yerə yığışıb tamaşalar göstərirdilər. İlk illərdə yalnız M.F.Axundovun əsərlərindən ibarət olan bu tamaşalarda Yusif bəy Məlikhaqnəzərov, Haşim bəy Vəzirov, Bədəlbəy Bədəlbəyov, Firudin bəy Köçərli, Həsənəli Sarıcalinski, Mirzə Mııxtar Məmmədov, İsmayıl Şəfibəyov, Cabbar Qaryağdı oğlu iştirak edirdilər. Onlar əsasən M. F. Axundovun komediyalarını oynayırdılar. 1871-ci ildən isə Şuşadakı köhnə klub binası yenidən təmir edilib, istifadəyə verilmiş, burada yerli həvəskarlar tamaşalar göstərmişlər. 1888-ci ildə onlar qəza məmuru Dubrovskinin təşviqi ilə M.F.Axundovun əsərlərini bir daha tamaşaçılara göstərmişlər. Sonrakı illərdə həvəskarlar Xandəmirovun teatr binasında çıxış edirdilər. 1890-cı ildən başlayaraq, Şuşada teatra həvəs göstərən müəllim-ziyalıların sayı azalır. Onların içərisindən səhnə əsəri yazmağa həvəs göstərənlər meydana çıxır. 1890-cı ilin aprel ayının 22-də Şuşa realni məktəbində keçirilmiş musiqi səhərciyi güclü təsirə malik olmuşdur. Burada müəllim aktyorların köməyi ilə uşaqlar Azərbaycan, fransız, alman dillərində hekayə, təmsil, şeir söyləmiş, xorda oxumuş, musiqi nömrələri ifa etmişlər. Söylədikləri hekayə, təmsil və şeir parçalarını uşaqlar orada da rus dilinə tərcümə etmişlər. 1894-cü ilin yay aylannda xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin "Hacı Qara", "Müsyo Jordan və Dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın həvəskar artistləri-gənc müəllimlər 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər "Dağılan tifaq" faciəsinin Şuşadakı ilk tamaşasının 1896-cı ildə ilk iştirakçılaınndan biri bəstəkar Zülfüqar Hacıbəyov nəql edib ki, Ə. Haqverdiyevə Şuşada "Şəbehkərdan" adı qoymuşdular. İlk Şərq konserti də ilk dəfə Şuşada Ə. Haqverdiyevin rəhbərliyi ilə 1896-cı ilin yayında təşkil olunmuşdur. Həmin konsertdə Şuşanın məşhur oxuyan və çalanlarından Əbdülbaqi Zülalov, Keçəçi oğlıı Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Dadaş, Zabul Qasım, məşhur tarzən Sadıqcan, Məşədi Zeynal, Balaoğlu, kamançaçı Bağdagüloğlu və başqaları iştirak etmişlər. Həmin konsertdən bir il sonra Şuşa camaatı böyük Azərbaycan şairi M. Füzulinin "Leyli və Məcnıın" pocması üzrə Ə. Haqverdiyevin "Məcnun Leylinin qəbri üstündə" tamaşasının səhnəciyinə baxmışlar. Ülvi məhəbbəti, təmiz sevgini tərənnüm edən bu tamaşa çox təsirli keçmişdir. Burada naturalist əlamətlər nəzərə çarpmışdı. 1906-cı ildən başlayaraq Şuşada daha ciddi tamaşalar oynanılır. Tamaşalar zamanı inqilabi vərəqələr yayılırdı. Şuşa Dövlət Musiqili Dram teatrı Azərbaycan Respublikası Nazirlər Sovetinin 11 may 1990-cı il tarixli 200 saylı Qərarı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il tarixli 192 saylı əmri ilə fəaliyyətə başlamışdır. 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra kollektiv Bakıya pənah gətirərək yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında davam etdirir. Yarandığı ilk gündən teatr öz repertuarını dünya dramaturgiyasının ən gözəl nümunələri ilə yanaşı, klassik və müasir Azərbaycan ədəbiyyatı ilə də zənginləşdirmiş və hazırladığı bir çox maraqlı tamaşalarla teatrsevərlərin rəğbətini qazanmışdır. Şuşa Teatr binası 1841-ci ildə Şuşa şəhəri qəza mərkəzinə çevrilib. Bundan sonra inzibati idarə binaları ilə yanaşı, mədəniyyət obyektləri də tikilməyə başlayıb. Şuşa tezliklə Qafqazın mədəniyyət mərkəzlərindən biri kimi məşhurlaşıb. On doqquzuncu əsrin qırxıncı illərində Şuşada Lamberkerin sirk binası fəaliyət göstərib. Burada musiqi məclisləri də qurulub. Mətbuatən yazdığına görə ("Kavkaz" qəzeti, 1948, № 3) 1848-ci ildə Şuşada hücrələri olan teatr binası tikilib. Lakin həmin binada göstərilən tamaşalar barədə sənədlər hələ tapılmayıb. 1854-cü ildə Şuşada klub yaradılıb. Bir müddət bura qumarxana kimi istifadə edilib. 1871-ci ildə təmir edilərək şəhər ziyalılarının ixtiyarına verilib. Şuşa Teatr mühiti Qarabağ xanlığının mərkəzi olan, Qafqazın konservatoriyası adlanan Şuşa şəhərində teatr sənətinə də böyük maraq olub. XIX əsrdə Qafqazın mədəni mərkəzlərindən sayılan Şuşada ilk teatr tamaşası 1874-cü ildə göstərilib. Yerli ziyalılar və məktəb şagirdləri Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasım tamaşaya qoyublar. Teatra maraq ilbəil artıb. 1891-ci ildə Şuşada bəyzadə İ. Xandəmirov yeni teatr binası inşa etdirib. 1880-1900-cü illər arasında Şuşada yerli ziyalıların, xaricdə təhsil alan tələbələrin, müəllim və şagirdlərin iştirakı ilə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli-şah", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğu dəyər", "Ev tərbiyəsinin bir şəkili", Rəşid bəy Əfəndiyevin "Saqqalın kəraməti", Haşım bəy Vəzirovun "Qocalıqda yorğalıq", "Evlənmək su içmək deyib" tamaşaya qoyulub. Şuşada ilk dəfə opera səpkisində "Məcnun Leylinin qəbri üstündə" səhnəciyi göstərilib. Cabbar Qaryağdı oğlu Məcnunun rolunu oynayıb və gələcəyin dahi bəstəkarı Üzeyir bəy Hacıbəyli bu tamaşada xorda oxuyub. Rusiya və Avropanın müxtəlif şəhərlərində təhsil alan ziyalı gənclər yay tətillərində Qarabağın mərkəzində teatr prosesini daha da canlandırıblar. Bu baxımdan Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun və Haşım bəy Vəzirovun xidmətləri daha çoxdur. 1880–1919-cu illərdə şəhərdə Mirzə Muxtar Məmmədov, Bədəl bəy Bədəlbəyli, Əbülfət Vəli (Vəliyev), Firudin bəy Köçərli, Həsənəli Sancalinski, İsmayıl Şəfıbəyov, Cabbar Qaryağdıoğlu, Cəlil bəy, Qambay bəy, Xosrov bəy və Azad bəy Əmirovlar, Rzaqulu Nəcəfov, Surxay Adıgözəlov, doktor Kərim Mehmandarov, Yusif bəy Ağayev, Rəsul Tahirov, Salah bəy Zöhrabbəyov, Cavad Vəzirov, Mirzə Ələkbər Axundov, Hüsü Mamayev, Xosrov Mamayev, Həbib bəy Köçərli, Zülfüqar Seyidbəyov, Məmmədəli Orucov kimi səhnə həvəskarları olub. Şuşamn teatr həvəskarları Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin əsərlərini, Üzeyir bəy Hacıbəylinin, Zülfüqar bəy Hacıbəylinin opera və operettalannı oynayırdılar. Adının tarixi 1920–1937-ci illərdə Şuşada teatr prosesi bir qədər də canlamb. Nərmaniyyə, Şuşa qəza firqə məktəblərinin, Cavanlar ittifaqının dram dəməklərində tez- tez tamaşalar oynanılıb. Teatr həvəskarlarının daha fəalları Xosrov Mamayi, Xuduş Abbaszadə, Mikayıl Vəlixanov, Heydər Şəmsizadə, Rəhim Mirzəzadə, Cəmil Lazımzadə, Cəmil Əkbərzadə, Mir Hadi Ağamirzadə, Xudadat Tağızadə, Nəriman Axundov, Mahmud Şəfizadə, Əbdüləli Ömərzadə olublar. 1920-ci illərdə Şuşa teatr həvəskarları dəstəsi bir müddət hökumət teatrının şöbəsi adlanıb. Milli Dram Teatrının aparıcı aktyorları tez-tez Şuşaya gələrək yerli həvəskarlarla tamaşalar hazırlayıblar və özləri də həmin səhnə əsərlərində iştirak ediblər. 1935-ci ildə şəhərdə Sabir adına klub açılır və dram həvəskarları burada mərkəzləşir. Beləliklə, 1938-ci ildə Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaranır. Teatrın yeni yaradıcılıq mərhələsi 1901 −1919-cu illərdə Şuşanın teatr prosesi yeni yaradıcılıq mərhələsi keçib. Şəhərdə maarifləndirmə işlərinə xidmət edən "Cəmiyyət evi" yaradılıb. İlboyu teatr tamaşaları göstərilib. Xüsusən yay aylarında şəhərdə hər həftə, bezən həftədə iki-üç tamaşa oynanılıb. Uilyam Şekspirin dramaturgiyasına Azərbaycanda ilk dəfə Şuşanın teatr həvəskarları müraciət ediblər, ədibin "Otello" faciəsi burada oynanılıb. Teatr tamaşaları hazırlamaqda 5-ci türk-rus, Realni və Nikolayevski məktəblərinin müəllim və şagirdləri fəallıq göstəriblər. 1919-cu ildə Üzeyir bəy və Zülfüqar bəy Hacıbəylilərin "Müdiriyyət"inin Şuşa filialı açılıb. Burada, əsasən, muğam operaları və ope- rettalar oynanılıb. Teatrın əsas repertuarı "Hacı Qara", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan" (Mirzə Fətəli Axundzadə), "Bəxtsiz cavan", "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Solğun çiçəklər", "Sevil", "Almaz", "Yaşar", "Aydın", "Oqtay Eloğlu", "1905-ci ildə" (Cəfər Cabbarlı), "Vaqif", "Fərhad və Şirin" (Səməd Vurğun), "Toy", "Xoşbəxtlər", "Aşnalar" (Sabit Rəhman), "Həyat" (Mirzə İbrahimov), "Qaçaq Nəbi (Süleyman Rüstəm), "Süleyman Rüstəm", "Vəfa" (Rəsul Rza), "Bahar", "Aslan yatağı" (Məmmədhüseyn Təhmasib), "Praqanının şabalıd ağacları altında" (Konstantin Simonov), "Varlı gəlin" (Valentin Katayev), "Vətən namusu" (Georgi Mdivani), "Mühəndis Sergeyev" (Vsevolod Rok) Musiqli tamaşalar "Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın bu olsun", "Ər və arvad" (Üzeyir bəy Hacıbəyli), "Aşıq Qərib", "Evliykən subay" (Zülfüqar bəy Hacıbəyli), "Gözün aydın" (Məhərrəm Əlizadə və Fikrət Əmirov), "Beş manatlıq gəlin" (Məmməd Səid Ordubadi və səid Rüstəmov) "Ürəkçalanlar" (Məmməd Səid Ordubadi və Fikrət Əmirov) Tamaşalarına görə layiq görülən mükafatlar Şuşa Dövlət Musiqili Dram Teatrı Azərbaycan Respublikası Nazirlər Sovetinin 11 may 1990-cı il tarixli 200 saylı Qərarı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il tarixli 192 saylı əmri ilə fəaliyyətə başlamışdır.1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra kollektiv Bakıya pənah gətirərək yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında davam etdirir. Yarandığı ilk gündən teatr öz repertuarını dünya dramaturgiyasının ən gözəl nümunələri ilə yanaşı, klassik və müasir Azərbaycan ədəbiyyatı ilə də zənginləşdirmiş və hazırladığı bir çox maraqlı tamaşalarla teatrsevərlərin rəğbətini qazanmışdır. Şuşa Teatrı 1994-cü ildə "Mono tamaşalar", 1998-ci ildə "Eksprimental tamaşalar", 1999-cu ildə "Milli klassika və teatr", 2000-ci ildə "Festivallar festivalı" respublika teatr festivallarının iştirakçısı olmuş, 2002-ci ildə isə Üzeyir Hacıbəyovun "Əyri oturaq, düz danışaq" tamaşasına görə "Qızıl dərviş" mükafatına layiq görülmüşdür. Əməkdaşları Quruluşçu rejissorlar: Loğman Kərimov (Əməkdar artist) Quruluşçu rəssamlar: Valeh Məmmədov və başqaları. Musiqi tərtibatçıları: Azad Məmmədov Ağasəlim Feyzullayev Teatrın baş rejissoru Loğman Kərimov (Əməkdar artist) Xalq artistləri Əməkdar artistlər Texniki Heyət Həmçinin bax Dövlət teatrı Xarici keçidlər Şuşa Dövlət Musiqili Dram Teatrı "Varlı qadın" tamaşasının premyerasına hazırlaşır Şuşa Dövlət Musiqili Dram Teatrının truppası Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyasını təqdim etmişdir 146 illik tarixə malik olan Şuşa Dövlət Musiqili Dram Teatrının bərpasının 30 ili tamam olur. Arxivləşdirilib 2020-08-24 at the Wayback Machine Səhnəyə köçən nisgil və ya Şuşa həsrətli məbəd Şuşa Dövlət Musiqili Dram Teatrının 145-ci Teatr Mövsümünün bağlanışı Çıxış edəcək səhnələr Braziliya dramaturqunun əsəri əsasında tamaşa səhnələşdirilib Şuşa Teatrının binasında təmir işləri başa çatıb, açılış olacaq Binanın əsaslı tikinti və yenidənqurmadan sonra açılış mərasimi ŞDMDT-nın tarixində əlamətdar hadisələrlə yadda qalıb
https://az.wikipedia.org/w/index.php?curid=383121
Şuşa Dövlət Rəsm Qalereyası
Şuşa Dövlət Rəsm Qalereyası — 1982-ci ildən 1992-ci ilə qədər Şuşada fəaliyyət göstərib. 1992-ci ildən Bakı şəhərində fəliyyətini davam etdirir. İşğaldan sonra muzeyin eksponatları talanıb. Binanın özü isə bir müddət baxımsız qalıb. Tarixi və fəaliyyəti Rəsm qalereyasının fondunda 50 rəngkarlıq, 30 qrafika əsərləri nümayiş olunur. Qalereyanın təşəbbüsü ilə Şuşanın tarixi abidələri, mənzərələri rəsm əsərlərində öz əksini tapmışdır. Qalereyanın nəzdində gənc istedadlar qrupu fəaliyyət göstərir. Təhsil alan tələbələrin əl işləri respublika və ümumittifaq sərgilərində yüksək yerlərə və mükafatlara layiq görülüb. Hər il mütəmadi olaraq sərgilər təşkil edilir. 2013-cü ildə Şuşa Rəsm Qalereyasının hazırladığı sərginin İtaliyada nümayişi keçirilib. Şuşa Dövlət Rəsm Qalereyası Şuşanın mədəniyyətini daim qoruyur və yeni əsərlərlə zənginləşdirir. 1992-ci ildə Şuşa işağl olunanda qalereyadan yalnız 8 əsəri çıxarmaq mümkün olub. Şuşanın işğalda olduğu 28 il ərzində Şuşa Dövlət Rəsm Qalereyasının fondundakı əsərlərin sayı 600-ə çatıb. Həmçinin bax Şuşa Tarix-Diyarşünaslıq Muzeyi Şuşa Tarix-Memarlıq Qoruğu Xarici keçidlər Şuşa Yaradıcılıq Mərkəzi, Rəsm qalereyası və Xalçaçılıq qalereyasının bərpa-təmir işləri Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub "ŞUŞA RAYON MƏDƏNİYYƏT VƏ TURİZM ŞÖBƏSİ TABELİYİNDƏ OLAN MÜƏSSİSƏLƏR". www.shusha-ih.gov.a. İstifadə tarixi: 16.03.2021. ""Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur"". www.anl.az. İstifadə tarixi: 16.03.2021.
https://az.wikipedia.org/w/index.php?curid=694471
Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Şuşa Dövlət Tarix-memarlıq Qoruğu — Şuşa şəhərində 1988-ci ildə yaradılan qoruq.Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Şuşa Dövlət Tarix-memarlıq Qoruğu — XVIII əsrdə Azərbaycan şəhərsalma sənətinin ən mühüm özəlliyi ölkənin siyasi-ictimai durumu ilə bağlı xanlıq mərkəzlərinin formalaşmasıdır. Yeni yaranmış xanlıq mərkəzləri içərisində Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri salındığı yerin qeyri-adi təbiəti və üstün strateji göstəriciləri ilə seçilir. Qarabağ xanlığının yaradıcısı Pənahəli xan Sarıcalı Cavanşir 1747-ci ildə müstəqillik əldə etdikdən sonra özü üçün etibarlı iqamətgah salmağa başlamışdır. Əvvəlcə tikdirdiyi Bayat (1748) və Şahbulağı (1752) qəsrləri dövrün müdafıə tələblərinə tam cavab vermədiyindən Pənah xan yeni şəhər-qala tikdirmək qərarına gəlir. Şuşa yaylası yeni iqamətgah yeri seçildi. Şuşa qalasının salınıma tarixi hələlik tam dəqiqləşdirilməyib. Şuşa qalasının inşa tarixini aydınlaşdırmaq baxımından araşdırıcı E. Avalovun XIX əsrin rus mənbələrindən bildirilir ki, Şuşa məscidlərinin birinin divarına quraşdırılmış kitabədə Pənah xanın 1167-ci il Hicridə Şuşa şəhərinin əsasını qoyduğu yazılıb. Şuşanın Cümə məscidinin divarında olmuş bu daş kitabə sonrakı yenidənqurma işləri zamanı aradan götürülmüşdür. Həmin itmiş kitabəyə görə Şuşa qalasının əsası 1753-cü ildə qoyulmuşdur. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə edilib. Yaylanın yalnız təbii müdafiə imkanları zəif olan şimal-şərq hissəsində qala divarları tikilməsinə ehtiyac vardı. Beləliklə, dövrün strateji tələblərinə uyğun çox uğurlu yer seçilməsi nəticəsində az məsrəflə möhkəm müdafiəsi olan geniş ərazili şəhər (350 hektar) yaratmaq mümkün oldu. Salındığı ilk illərdə şəhər-qalanın qurucusunun adı ilə Pənahabad adlandırılmışdır. Ancaq qısa bir müddətdən sonra onu yerləşdiyi ərazinin təbii formasına uyğun Şuşa qalası adı ilə əvəzləmişlər. Azərbaycanın o çağdakı xanlıq mərkəzləri içərisində Şuşa "şəhər qala" anlayışına cavab verən ən sanballı şəhər idi. "Əlçatmaz qaya üzərində ucalan" (Q. Keppel) Şuşa bütün quruluşu ilə qədim Midiyanın eradan əvvəl IX əsrin divar rəsmlərindən bəlli olan şəhər qalalarına bənzəyirdi. Tikildiyi vaxtdan bir sıra güclü hücum və mühasirələrə dözmüş Şuşa Qarabağın baş qalası idi və elə bu funksiyasına görə də bu şəhər xalq arasında həmişə "Qala" adı ilə tanınıb. Şuşa qalasının Azərbaycanın yeni salınmış orta əsr şəhərsalma ənənəsinə uyğun dörd qapısı olub. Baş qala qapısı şimalda olub Gəncədən gələn yola açıldığından Gəncə qapısı adlanırdı. İrəvan qapısı isə Şuşa qalasını Azərbaycanın qərb bölgələri ilə birləşdirirdi. O biri iki qala qapısı Şuşa ətrafı dağ kəndləri ilə əlaqələr üçün yararlı olub. Şuşanın içqalası Gəncə qapısı yaxınlığındakı iri təpədə idi. Tarixçi Mir Mehdi Xəzaninin yazdığına görə Pənah xanın tikdirdiyi içqala "divar və bürcləri olan kiçik qalaya bənzər saray" (qəsr) idi və xan öz iqamətgahının yanındakı təpədə böyük oğlu İbrahim xan üçün də "gözəl saray" tikdirmişdi. Rus mühəndislərinin çəkdikləri planlardan göründüyü kimi təpənin relyefinə uyğun mürəkkəb formalı planı olan içqalada saray binaları, divanxana və başqa binalardan ibarət kompleks vardı. Şuşanın bir çox abidələri kimi bu saray kompleksi də rus işğalından sonra sökülüb məhv edilmişdir. Saray kompleksi dairəvi bürcləri olan qala divarları ilə hasarlanıbmış. Şəhər qalanın üstün strateji yerlərində dördbucaq planlı, iç həyətli qəsrlər tikilmişdi. Bu qəsrlər hər şeydən öncə içərisində mudafiə alayı yerləşən qala tikililəri idi. Həm də şəhər qalasının kənarlarında, hündür yerlərdə tikilmiş bu qəsrlər şəhər çevrəsini tam nəzarət altında saxlamaq və qalaya olan hücumların xarakter və istiqamətini müəyyənləşdirib müdafiəni təşkil etmək məsələlərində həlledici rol oynayırdı. Onlardan indiyə yalnız ikisi — Pənah xan qəsri və Qara Böyük Xanım qəsri qalıb. Giriş qapısı üstündəki kitabəyə görə Qara Böyük xanım qəsri 1768-ci ildə tikilmişdir. Yerin dinamik landşaftı, qala divarları və bürclərin düzülüşünü müəyyən etməkdə həlledici rol oynamışdır. Qala divarı sərt dağlıq relyefə uyğun tikildiyindən onun planı sınıq xəttli mürəkkəb forma almışdır. Bürclərin əsas divardan irəli çıxarılması divar dibinin müdafiəsini xeyli gücləndirmişdir. Qala divarı və bürclərin silueti səviyyə fərqinə görə çox eniş-yoxuşludur. Qala divarları, bürclər, qəsr qüllələri Şuşa yaylasının meşəli və yalçın qayalı landşaftı ilə birləşib çox əzəmətli görünüş yaradırdı. Şuşa möhkəm şəhər qala olmaqla yanaşı, həm də XVIII–XIX əsrlərdə Azərbaycanın mühüm siyasi-iqtisadi və mədəniyyət mərkəzlərindən biri olub. Şuşa qalasının ilk 9 yaşayış məhəlləsi indiki şəhərin nisbətən sakit relyefli aşağı hissəsində tikildiyindən Aşağı məhəllələr adlanır. İbrahim xanın hakimiyyəti illərində (1759–1806) şəhər ərazisinin şərq hissəsində 8 Yuxarı məhəllə formalaşır. Şəhərin daha sərt relyefli qərb hissəsində əsasən rus işğalından (1805) sonra isə 12 məhəllə salınır. Aşağı məhəllələr Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Dördlər qurdu, Hacı Yusifli, Dörd Çinar və Çöl qala (Cuhudlar), Yuxarı məhəllələr isə Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mircanlı, Dəmirçi, Hamam qabağı və Təzə məhəllə adları daşıyır. Dağlıq qərb hissəsinin Mehrili, Qazançılı, Əylisli, Çilləbörd, Dərə və s. bir-birindən dar, əyri küçələr ayırır. Gözəl təbiət və ağ daşdan tikilmiş qala divarları fonunda terraslar şəklində yerləşmiş məhəllələr ifadəli görünüşlər əmələ gətirir. Öz inkişafının sonrakı mərhələlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmadığından Şuşa tarixən formalaşmış memarlıq-planlaşma quruluşunu saxlamışdır. Başqa orta əsr Azərbaycan şəhərləri kimi Şuşanın məhəllələri də qapalı quruluşu olan həyətli evlərdən — mülklərdən — ibarət idi. Şuşa evlərinin çoxu ikimərtəbəli olub but daşlardan tikilmişdir. İri eyvanların vitrajlı pəncərələri (şəbəkə) və interyerlərdə çoxrəngli divar bəzəkləri olan ənənəvi Şuşa evləri Azərbaycanın başqa bölgələrinin evlərindən fərqlənmirdi. Bu evlərin bir neçə dəyərli örnəkləri qalmışdır. Kompleksə daxil olan abidələr Şuşa Dövlət Tarix-memarlıq Qoruğuna daxil olan abidələrdən Yuxarı və Aşağı Gövhərağa məscidləri Xan qızı Natəvanın evi Qarabağ xan sarayı Vaqif türbəsi Zöhrabbəyovun yaşayış evi Şuşa kurqanı Şuşa mağara düşərgəsi Şuşa qalası Hacı Quluların malikanəsi Uğurlu bəyin evi — XVIII əsrə aid Şuşa şəhərində yerləşən ölkə əhəmiyyətli abidə. Molla Pənah Vaqifin administrativ binası (Uğurlu bəyin keçmiş evi) Əsəd bəyin evi Mehmandarovların evi Behbudovların evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid, Köçərli küçəsində yerləşən, Şuşa Dövlət Tarix-memarlıq Qqoruğuna aid tarix-memarlıq abidəsi. Qədimovların mülkü — Şuşa şəhərində yerləşən XVIII əsr aid Şuşa Dövlət Tarix-memarlıq Qqoruğuna aid tarix-memarlıq abidəsiŞuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Yaşayış evləri arasında xan və bəylərin saray tipli evləri daha zəngin bədii-memarlıq həlli ilə seçilirdi. Ancaq təəssüflər olsun ki, bu binaların əksəriyyəti dövrümüzə çatmayıb. Şuşa məhəllələrinin hər birində onu formalaşdıran yaşayış evlərindən başqa lokal ictimai-dini mərkəz vardır. Bu mərkəz məhəllə meydanı ətrafında qruplaşan binalar — məscid, mədrəsə, hamam, dükan və bulaqdan ibarətdir. Abidələrin memarlıq xüsusiyyətləri Şuşanın düzbucaq planlı məhəllə məscidlərinin (Culfalar, Çuxur, Hacı Yusifli və s.) bayır görünüşləri yaşayış evlərinə bənzəsə də, interyerləri tam dini memarlıq tələblərinə uyğun tərtib edilmişdir. İbadət salonunun üçnefli bölgüsü olan məhəllə məscidləri (Çöl qala, Təzə, Saatlı, Mamayı) daha kamil plan-məkan quruluşları ilə seçilir. Məhəllə məscidlərinin çoxunda azançı (müəzzin) üçün damda kiçik köşklər quraşdırıldığı halda Saatlı məscidinin kərpic naxışlı bəzəyi olan minarəsi var. Şuşa məscidləri içərisində ən monumentalı XIX əsrin böyük memarı Kərbəlayi Səfi xan Qarabağinin 1883-cü ildə tikdiyi Yuxarı Gövhər ağa məscididir. İbrahim xanın 1768-ci ildə tikdirdiyi məscidin yerində qızı Gövhər ağanın yenidən tikdirdiyi bu abidə Şuşanın Böyük Cümə məscididir. Cümə məscidi Şuşanın baş meydanı olan Meydanın dominantıdır. Şuşa şəhərinin baş meydanından 150 metr şimal-şərqdə Aşağı Gövhər ağa məscidi ətrafında formalaşmış memarlıq kompleksi yerləşir. Kompleksə məscid, mədrəsə, dükanlar və yaşayış evləri daxildir. Memar Kərbəlayi Səfi xanın 1868–1870-ci illərdə tikdiyi Aşağı Gövhər ağa məscidi ümumi plan-məkan quruluşuna görə Ağdam və Şuşa Cümə məscidlərinə bənzəyir. Ancaq Aşağı Gövhər ağa məscidindəki iki minarə ön fasadda deyil, arxa fasadın künclərində yerləşdirilib. Şuşanın demək olar bütün məhəllə məscidləri memar Kərbəlayi Səfi xan Qarabağinin iştirakı ilə tikildiyindən onların hamısında ümumi memarlıq üslubu hiss olunur. Şuşa şəhəri XVIII–XIX əsrlərdə beynəlxaıq ticarətdə çox aktiv iştirak edib. Onun Şərq və Qərb ölkələri ilə apardığı ticarət əməliyyatları şəhər quruluşunda inkişaf etmiş ticarət mərkəzinin yaranmasına səbəb olur. Bütun şəhərin planlaşma özəyi olan Meydan Şuşanın baş ticarət kompleksinin də özəyidir. Meydandan Şuşanın üç ticarət küçəsi şaxələnir — şimala Rasta bazar, şərqə Aşağı bazar, cənuba Şeytan bazar. Yanlarında dükanlar sıralanan bu ticarət küçələrində həm də Şuşanın əsas dini binaları, karvansaraları və ticarət meydanları yerləşirdi. Qədim yaşayış məskəni yerində Qarabağ xanı Pənahəli xanın saldırdığı Şuşa Azərbaycanın son orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı ensiklopediyasıdır. Şuşa şəhəri 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Tarix-memarlıq Qoruğu elan edilmişdir. Xarici keçidlər "Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu". www.gomap.az. İstifadə tarixi: 23 may 2022. "Şuşa qoruğunun ilk rəhbəri: Bülbülün, Hacıbəyovun, Çəmənzəminlinin evini yerlə yeksan ediblər". ikisahil.az. İstifadə tarixi: 23 may 2022.
https://az.wikipedia.org/w/index.php?curid=196605
Şuşa Dərman Bitkiləri Muzeyi
Şuşa Dərman Bitkiləri Muzeyi və ya Yaşıl aptek-muzey — Azərbaycanın Şuşa şəhərində yerləşmiş aptek-muzey. Dərman bitkilərinə həsr olunmuş bu muzey 1992-ci ilin mayında erməni işğalı səbəbilə fəaliyyətini dayandırmışdır. Dərman Bitkiləri Muzeyi 29 iyul 1984-cü ildə Şuşa şəhərində Vaqif poeziya bayramında açılmışdır. Muzey Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş Təzə məhəllə məscidində fəaliyyət göstərirdi. Bərpa prosesi zamanı məscidə bədii tərtibat verilərkən milli xüsusiyyətlər qorunub-saxlanılmış, abidə orijinal halına qaytarılmış, tavanları təbii bitki boyaları ilə rənglənmişdir. Muzeyin direktoru Əmirşah Məmmədov olmuşdur. Xüsusiyyətlər Muzeydə çobanyastığı, boymadərən, gülxətmi, bağayarpağı, ətirşah, qatırquyruğu, yovşan, gicitkən, qırxbuğum, dağtərxunu, adaçiçəyi, darçın, dağnanəsi, ümumiyyətlə, 50-dən çox dərman bitkisi nümayiş etdirilirdi. Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən dərman bitkiləri muzeydə dağ bağçası təəssüratı oyadırdı. Muzeydəki dərman bitkilərinin hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında yetişmiş bitkilər idi.Muzeyin bir bölməsi keçmiş təbabətdə istifadə edilən alətlərə həsr olunmuşdu. Burada qab-qacaq, saxsıdan düzəldilmiş mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülab qabı, kasa və cam nümayiş etdirilirdi. Muzeyin divarlarında Mirzə Sadıq Lətifov, Mirzə Məmmədqulu Təbib, Mir Möhsün Nəvvab, Mirzə Cavad bəy Qayıbov, Mirzə Hüseyn, Kərim bəy Mehmandarov kimi el təbiblərinin yağlı boya ilə çəkilmiş portretləri asılmışdı. Bir guşədə isə xalq həkimlərinin təbabətə aid əsərlərindən ibarət ekspozisiya təşkil olunmuşdu. Xarici qonaqlar üçün izahlar Azərbaycan dili ilə yanaşı, həm rus, həm də ingilis dilində verilmişdi.Muzeyin tərkibində 666 nömrəli aptek fəaliyyət göstərirdi. Aptekdə əhaliyə əczaçılıq xidməti göstərilir, təbii bitkilər və onlardan hazırlanan dərmanların açıq satışı təşkil olunurdu. Dərman bitkilərindən dəmləmə və bişirmə şəklində elə muzeydə istifadə olunurdu. Həmçinin bax Azərbaycan Təbabəti Muzeyi
https://az.wikipedia.org/w/index.php?curid=767642
Şuşa Humanitar Kolleci
Şuşa Humanitar Kolleci (əvvəlki adı: Şuşa Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Erkən tarixi Bu gün Şuşa Humanitar kolleci kimi fəaliyyət göstərən məktəbin tarixi XIX əsrin ortalarına Şuşa musiqi məktəbinin yaradılmasına söykənir. Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) Şuşada ilk dəfə musiqi məktəbini açır. bu məktəbdə o, özünün düzəltdiyi tütək, davul, dümbək və s. alətlərlə uşaqlara musiqinin sirlərini öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi İsi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Məktəbin tar sinifində oxuyan Sadıqcan (1846-1902) novator tarzən kimi tanınmışdır.XIX əsrin 80-cı ilərində musiqi və muğam aşiqi olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açır. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi öz fəaliyyətini dayandırdı. XIX əsrin 90-cı illərində görkəmli alim, rəssam Mir Möhsün Nəvvabın təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edildi. Bu məktəbin təşkili ilə musiqi ifaçılığ və vokal sənətində canlanma yarandı. XX əsrin 30-cu illərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komisarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən Şuşa Musiqi məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi). Məktəb Xan qızı Natəvanın evində fəaliyyətə başladı. Məktəbdə tar, kamança, fortepiano, skripka və vokal şöbələri fəaliyyət göstərirdi. 1933-cü ildə məktəbə ilk direktor Həmzə Əliyev təyin olunur. O, məşhur skripkaçı, Azərbaycan Respublikasının xalq artisti, professor Azad Əliyevin atasıdır. Həmzə Əliyev Şuşa Musiqi Məktəbinin direktoru vəzifəsində olduğu müddətdə respublikanın görkəmli bir çox müəllimlərini məktəbə dəvət etmiş, özünün rəhbərliyi, müəllim və şagirdlərin iştirakı ilə tez-tez konsertlər təşkil etmişdir. respublikanın tanınmış musiqi müəllimləri: Qəmbər Hüseynli, əməkdar müəllim Fatma Zeynalova, Saleh Əbdürrəhimov, Nikolay və Polina Sergeylər, Lətif Əliyev, Aleksey Raxmanov, Zoya Vladimirovna və başqaları bu məktəbdə dərs demişlər. Əvvəlki adı Şuşa Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Əvvəlki adı Şuşa Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Şuşa Musiqi Kolleci adlanan təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şuşa Humanitar Kollecinə qoşulmuşdur. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Kitabxana-informasiya təminatı; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Xor dirijorluq. Həmçinin bax Məclisi-fəramuşan Xarici keçidlər Şuşanın musiqi məktəbləri və məclisləri TANINMIŞ PUBLİSİST VASİF QULİYEVİN TƏQDİMATINDA
https://az.wikipedia.org/w/index.php?curid=295332
Şuşa Kurort və İstirahət Mərkəzidir (1937)
Filmdə qədim Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir. Film haqqında Film saxlanılmayıb. Filmin heyəti Filmin üzərində işləyənlər Rejissor: Əbdül Həsənov Operator: Vladimir Yeremeyev
https://az.wikipedia.org/w/index.php?curid=212997
Şuşa Mədəni-Maarif Texnikumu
Şuşa Humanitar Kolleci (əvvəlki adı: Şuşa Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Erkən tarixi Bu gün Şuşa Humanitar kolleci kimi fəaliyyət göstərən məktəbin tarixi XIX əsrin ortalarına Şuşa musiqi məktəbinin yaradılmasına söykənir. Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) Şuşada ilk dəfə musiqi məktəbini açır. bu məktəbdə o, özünün düzəltdiyi tütək, davul, dümbək və s. alətlərlə uşaqlara musiqinin sirlərini öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi İsi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Məktəbin tar sinifində oxuyan Sadıqcan (1846-1902) novator tarzən kimi tanınmışdır.XIX əsrin 80-cı ilərində musiqi və muğam aşiqi olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açır. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi öz fəaliyyətini dayandırdı. XIX əsrin 90-cı illərində görkəmli alim, rəssam Mir Möhsün Nəvvabın təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edildi. Bu məktəbin təşkili ilə musiqi ifaçılığ və vokal sənətində canlanma yarandı. XX əsrin 30-cu illərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komisarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən Şuşa Musiqi məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi). Məktəb Xan qızı Natəvanın evində fəaliyyətə başladı. Məktəbdə tar, kamança, fortepiano, skripka və vokal şöbələri fəaliyyət göstərirdi. 1933-cü ildə məktəbə ilk direktor Həmzə Əliyev təyin olunur. O, məşhur skripkaçı, Azərbaycan Respublikasının xalq artisti, professor Azad Əliyevin atasıdır. Həmzə Əliyev Şuşa Musiqi Məktəbinin direktoru vəzifəsində olduğu müddətdə respublikanın görkəmli bir çox müəllimlərini məktəbə dəvət etmiş, özünün rəhbərliyi, müəllim və şagirdlərin iştirakı ilə tez-tez konsertlər təşkil etmişdir. respublikanın tanınmış musiqi müəllimləri: Qəmbər Hüseynli, əməkdar müəllim Fatma Zeynalova, Saleh Əbdürrəhimov, Nikolay və Polina Sergeylər, Lətif Əliyev, Aleksey Raxmanov, Zoya Vladimirovna və başqaları bu məktəbdə dərs demişlər. Əvvəlki adı Şuşa Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Əvvəlki adı Şuşa Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Şuşa Musiqi Kolleci adlanan təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şuşa Humanitar Kollecinə qoşulmuşdur. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Kitabxana-informasiya təminatı; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Xor dirijorluq. Həmçinin bax Məclisi-fəramuşan Xarici keçidlər Şuşanın musiqi məktəbləri və məclisləri TANINMIŞ PUBLİSİST VASİF QULİYEVİN TƏQDİMATINDA
https://az.wikipedia.org/w/index.php?curid=295357
Şuşa PFK
Şuşa-Qarabağ PFK - və ya rəsmi adı ilə Şuşa-Qarabağ Peşəkar Futbol Klubu. Azərbaycanın Şuşa şəhərini təmsil edən futbol klubudur. 2009-cu ildə fəaliyyətə başlayan klub, 2015-ci ildə maliyyə problemləri səbəbi ilə fəaliyyətini dayandırdı. Müxtəlif dövrlərdə "Şuşa 09", "Şuşa" və "Şuşa-Qarabağ" adı altında fəaliyyət göstəmişdir. Klub ilk olaraq "Şuşa 09" adı altında 2009-cu ilin iyununda təsis olunub və elə həmin ildən Azərbaycan Birinci Liqasıda oynamaq hüququ qazanıb. Həmin il klubun adını şuşalıların, futbol ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təkliflərini nəzərə alaraq dəyişdilər- Şuşa PFK.Mövsümün ilk oyunlarını məğlubiyyətlə başladı klub. Andaş Petrol a qarşı 5-0, MKT-Araz klubuna qarşı 1-0 hesablı məğlubiyyətlərlə yadda qaldı. Həmin dönəm klubun bazası Ədliyyə stadionunda idi. . İlk yoldaşlıq görüşünü isə Azal klubuna qarşı keçiriblər. Klub 2015-ci ildə maliyyə problemləri səbəbiylə çətin vəziyyətə düşmüşdü. BU səbəblə mövsüm bitdikdən sonra elə o il fəaliyyətini dayandırmaq qərarı aldı. 2016-cı ildə isə klub bu dəfə Şuşa-Qarabağ adı altında yenidən fəaliyyətini bərpa etdi. . Yeni prezident olaraq Güləli Bağırov ictimaiyyətə təqdim olundu. Nadir Qasımov isə klubun baş məşçisi oldu. Elə onun baş məşqçiliyi altında klub, liqa oyunlarına hazırlıqlara başlayıb. Məşqlər Əlincə Stadionunda keçirilirdi. . Klub yenidən Azərbaycan Birinci Divizionunda iştirak etmək istədiyini açıqlayıb. Hazırda yenidən fəaliyyətini bərpa etmək istəyən klub, 2023/2024-cü il mövsümünə yeni adı, Şuşa Qalası adı ilə fəaliyyətə başlamaq istədiyi açıqlayıb. Loqoların anlamı Şuşa 09- Bu loqo qırmızı rəngdədir. Loqonun üst tərəfində klubun yaranma ili olan 2009, ondan aşağıda Şuşa qalasının rəsmi, onunda altında isə klubun adı qeyd olunmuşdur. Həmçinin loqonun aşağısında top, topun üstündə isə Xarıbülbülün şəkilinə yer verilmişdir. Şuşa - bu loqonun rəngi isə mavi, forma olaraq isə qalaya bənzər dzayn edilmişdir. Üst tərəfində sanki pəncərələrin üstündə Şuşanın adı, altında isə sürətlə irəlləyən top şəklinə yer verilmişdir. Bu sürətli topun keçdiyi yolda isə, Orxon əlifbası ilə soldan sağa doğru oxuduqda "Şuşa" yazısını görmək mümkündür. Ən aşağısında isə, klubun yaranma tarixi 2009-cu il yer almışdır. Şuşa-Qarabağ - bu loqo isə, daha çox Şuşa adı altında fəaliyyət göstərən zaman istifadə olunan loqoya bənzərliyi ilə diqqəti cəlb edir. Yeni mavi rəngdə ola loqoda edilən dəyişikliklər isə bunlardır: Top artıq qərb tərəfdən sürətlə hərəkət etməkdədir. Azərbaycan xəritəsinə nəzər saldıqda topun gəldiyi bölgənin Qərb olduğunu, Şuşa bölgəsinə işarə olma ehtimaını da gündəmə gətirir. Topun üstündə isə sarı günəş vardır. Bu isə klubun güclü olduğuna bir işarədir. Liqa və daxili kubok tarixi 16 Mart 2012- ci ilə kimi: Həmçinin Bax Azərbaycan futbol klublarının siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=797512
Şuşa Qalası FK

https://az.wikipedia.org/w/index.php?curid=338879
Şuşa Rus-Azərbaycan məktəbi
Şuşa rus-azərbaycan məktəbi — Şuşada üçüncü dərəcəli xüsusi oğlan məktəbi. Məktəbin əsası 1893-cü ildə Camal bəy Fətəlibəyov tərəfindən qoyulmuşdur. Camal bəy Fətəlibəyov Qori müəllimlər seminarıyasının məzunu olmuşdur. Xalq arasında Camal bəyə hörmək yüksək olduğundan məktəbi bəzən "Camal bəyin məktəbi" adlandırırdılar. Məktəb üçün ayrıca tikili olmadığından 60 manat kirayə haqqı ödənilməklə Adigözəlovlar ailəsinin evində yerləşirdi.1893-cü ildə 25,1895-ci ildə 60. 1896-cı ildə 80 şagird təhsil alırdı və bu dövrə görə kifayət qədər yüksək nəticə hesab olunurdu. Tələbələrdən alınan təhsil haqqı hesabına məktəb idarə olunurdu. Maddi vəziyyəti aşağı olanlar isə təhsil haqqından azad olunurdu. Məktəbdə tədris müvafiq olaraq iki dildə, azərbaycan və rus dillərində aparılırdı. Bu məktəbdə oxunalar şəhər və realnı məktəbinə daxil ola bilirdilər. Camal bəy Fətəliyevdən sonra 1896-cı ildə məktəbin direktoru vəzifəsini Səməd bəy Ağayev yerinə yetirmişdir. Tədris olunan fənlər Çingizoğlu Ənvər, Qarabağda maarif: 1750–1950, Zərdabi LTD MMC,2013
https://az.wikipedia.org/w/index.php?curid=767772
Şuşa Tarix-Diyarşünaslıq Muzeyi
Şuşa Tarix-Diyarşünaslıq Muzeyi — Şuşada yerləşir. Muzey 1992-ci ilin may ayına qədər fəaliyyətini davam etdirmişdir. Muzeyin yaranma tarixi Şuşa Şəhər Tarix Muzeyinin yaradılması ideyası 1967-ci ilə təsadüf edir. Həmin dövrdə Şuşa Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Arif Ağakişiyev tərəfindən belə bir muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi qarşısında qaldırılır və ideya müsbət qarşılanır. Eksponatların toplanması Muzeyin yaradılması qərarından sonra, bu müddət ərzində paralel olaraq əhali arasında elan verilir və sakinlərdən könüllü şəkildə qədim əşyalar toplanılır. Şuşa yaxınlığındakı "Ağzıyastı kaha" mağarasında tədqiqatçı arxeoloqlar tərəfindən aşkarlanan və eramızdan əvvəl II minilliyə aid edilən eksponatlar öyrənildikdən sonra bir qismi yeni yaradılacaq muzeyə, bir qismi isə Azərbaycan Tarix Muzeyinə təhvil verilir. Muzeyin açılış tədbiri Eksponat yığımı ilə paralel olaraq Yuxarı Gövhər ağa məscidində təmir-bərpa işləri aparılmış və 1968-ci il ilin iyun ayında Molla Pənah Vaqifin yubileyi ilə əlaqədar Şuşada keçirilməsi planlaşdırılan tədbirlər çərçivəsində muzeyin açılışı həyata keçirilir. Açılışda hökumət rəhbərlərindən o vaxtkı Mədəniyyət Naziri Zakir Bağırov, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri və rayon rəhbərliyi iştirak etmişlər. 1981-ci ildə uzun fasilədən sonra Şuşa Tarix-Diyarşünaslıq Muzeyi kimi tamaşaçılarını qəbul etməyə başlayır. Muzeyin şöbələri Mədəniyyət ocağında yenidənqurma işləri Mədəniyyət Nazirliyinin Muzeyləri və Sərgiləri Layihələndirən və Tərtibat edən bədii-istehsalat emalatxanasının əməkdaşları tərəfindən həyata keçirimişdir. Yeni təmirdən sonra istifadəyə verilmiş muzeydə XVIII, XIX və XX əsrə aid üç şöbə yaradılır. Muzey rəhbərliyi Muzey əvvəlcə iki nəfərlik ştatla ilk direktor Novruz Həsənovun rəhbərliyi və Əli Allahverdiyevin muzey baxıcılığı ilə fəaliyyət göstərmişdir. Ştat vahidi cədvəlinə sonralar direktor, elmi işçi, nəzarətçi və fond mühafizəsi (fond müdiri) vəzifələri də salınmışdı. Bu ştat cədvəli ilə muzey işğaladək fəaliyyət göstərib. 1971-ci ildən etibarən muzeyə rəhbərlik Vaqif Əbilova tapşırılır. Muzeyin Yuxarı Gövhər Ağa məscidindəki fəaliyyəti 1989-cu ilədək davam etmişdi. Milli oyanış hərəkatının baş qaldırdığı bir vaxtda məscidlərin bərpasına göstəriş verilməsi ilə muzeyin məsciddən çıxarılması və ona fəaliyyəti üçün yeni binanın inşası nəzərdə tululurdu. Muzeyin eksponatları Muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX–XX əsrin əvvəllərinə aid sənədlər, Şuşada XVIII–XIX əsrlərdə inşa edilmiş, tarixi əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri və fotoşəkilləri nümayiş etdirilirdi. Burada Şuşa şəhərində doğulub böyümüş tanınmış Azərbaycan ziyalılarının, maarifçilərin xanəndələrin, musiqişünasların və yazıçıların haqqında maraqlı stendlər, eksponatlar var idi. Dekorativ-tətbiqi sənət bölməsində qiymətli incəsənət əşyaları, dolçalar, qazan dəstləri, dulusçuluq məmulatları, Şuşada və ətraf kəndlərdə toxunmuş xalçalar, gəbə]lər, bədii toxuculuq nümunələri saxlanılırdı. Muzeydə M.P.Vaqifin yubileyi ilə əlaqədar toplanılmış materiallar da sərgilənirdi. Muzeydə üstünlük Qarabağ xanlığının yaradılması ilə bağlı məqamlara verilir. 1981-cı ildə muzeyin eksponat fondunda 2792 eksponat saxlanılıb. 1980-ci ildə 53 min nəfərə xidmət göstərən muzeyə daha 500 eksponat yığılır. Sonradan ilbəil Mədəniyyət Nazirliyinin ayırdığı vəsait, habelə əhali tərəfindən könüllü olaraq muzeyə təqdim edilən eksponatların sayı artaraq üst-üstə 5.500 ədədə çatdırılmışdı. Bunun 3.500-ü əsas fonda, 2000-i isə yardımçı fonda aid edilən dəyərli eksponatlar idi. Muzeydə rus rəsssamı V.Vereşşaginin 1864-ci ildə Şuşada olarkən çəkdiyi rəsmlər, Ağa Məhəmməd şah Qacarın hücumu zaman partlamamış 43 kiloqarmlıq top mərmisi sərgilənirdi. İşğaldan sonra Erməni işğalı dövründə isə muzeyin mövcud eksponatları işğal altında qalması səbəbindən hazırda muzey hər hansı bir formada fəaliyyət göstərmir. Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin 6 mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanları isə daşınmışdır. Hazırda ermənilər talan etdikləri muzey əşyalarını dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edərək bır sıra ölkələrdə nümayiş edirirlər. Şuşa şəhəri işğalçı Ermənistan ordusu tərəfindən zəbt olunduqdan sonra fəaliyyətini dayandırmışdır. Eksponatların xeyli hissəsini xilas etmək mümkün olmamışdır. Xarici keçidlər Yurdlarımızda dağıdılmış muzeylərimiz Qarabağ media Arxivləşdirilib 2017-09-17 at the Wayback Machine Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ münaqişəsi Arxivləşdirilib 2020-08-11 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=124889
Şuşa Tarix-Memarlıq Qoruğu
Şuşa Dövlət Tarix-memarlıq Qoruğu — Şuşa şəhərində 1988-ci ildə yaradılan qoruq.Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Şuşa Dövlət Tarix-memarlıq Qoruğu — XVIII əsrdə Azərbaycan şəhərsalma sənətinin ən mühüm özəlliyi ölkənin siyasi-ictimai durumu ilə bağlı xanlıq mərkəzlərinin formalaşmasıdır. Yeni yaranmış xanlıq mərkəzləri içərisində Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri salındığı yerin qeyri-adi təbiəti və üstün strateji göstəriciləri ilə seçilir. Qarabağ xanlığının yaradıcısı Pənahəli xan Sarıcalı Cavanşir 1747-ci ildə müstəqillik əldə etdikdən sonra özü üçün etibarlı iqamətgah salmağa başlamışdır. Əvvəlcə tikdirdiyi Bayat (1748) və Şahbulağı (1752) qəsrləri dövrün müdafıə tələblərinə tam cavab vermədiyindən Pənah xan yeni şəhər-qala tikdirmək qərarına gəlir. Şuşa yaylası yeni iqamətgah yeri seçildi. Şuşa qalasının salınıma tarixi hələlik tam dəqiqləşdirilməyib. Şuşa qalasının inşa tarixini aydınlaşdırmaq baxımından araşdırıcı E. Avalovun XIX əsrin rus mənbələrindən bildirilir ki, Şuşa məscidlərinin birinin divarına quraşdırılmış kitabədə Pənah xanın 1167-ci il Hicridə Şuşa şəhərinin əsasını qoyduğu yazılıb. Şuşanın Cümə məscidinin divarında olmuş bu daş kitabə sonrakı yenidənqurma işləri zamanı aradan götürülmüşdür. Həmin itmiş kitabəyə görə Şuşa qalasının əsası 1753-cü ildə qoyulmuşdur. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə edilib. Yaylanın yalnız təbii müdafiə imkanları zəif olan şimal-şərq hissəsində qala divarları tikilməsinə ehtiyac vardı. Beləliklə, dövrün strateji tələblərinə uyğun çox uğurlu yer seçilməsi nəticəsində az məsrəflə möhkəm müdafiəsi olan geniş ərazili şəhər (350 hektar) yaratmaq mümkün oldu. Salındığı ilk illərdə şəhər-qalanın qurucusunun adı ilə Pənahabad adlandırılmışdır. Ancaq qısa bir müddətdən sonra onu yerləşdiyi ərazinin təbii formasına uyğun Şuşa qalası adı ilə əvəzləmişlər. Azərbaycanın o çağdakı xanlıq mərkəzləri içərisində Şuşa "şəhər qala" anlayışına cavab verən ən sanballı şəhər idi. "Əlçatmaz qaya üzərində ucalan" (Q. Keppel) Şuşa bütün quruluşu ilə qədim Midiyanın eradan əvvəl IX əsrin divar rəsmlərindən bəlli olan şəhər qalalarına bənzəyirdi. Tikildiyi vaxtdan bir sıra güclü hücum və mühasirələrə dözmüş Şuşa Qarabağın baş qalası idi və elə bu funksiyasına görə də bu şəhər xalq arasında həmişə "Qala" adı ilə tanınıb. Şuşa qalasının Azərbaycanın yeni salınmış orta əsr şəhərsalma ənənəsinə uyğun dörd qapısı olub. Baş qala qapısı şimalda olub Gəncədən gələn yola açıldığından Gəncə qapısı adlanırdı. İrəvan qapısı isə Şuşa qalasını Azərbaycanın qərb bölgələri ilə birləşdirirdi. O biri iki qala qapısı Şuşa ətrafı dağ kəndləri ilə əlaqələr üçün yararlı olub. Şuşanın içqalası Gəncə qapısı yaxınlığındakı iri təpədə idi. Tarixçi Mir Mehdi Xəzaninin yazdığına görə Pənah xanın tikdirdiyi içqala "divar və bürcləri olan kiçik qalaya bənzər saray" (qəsr) idi və xan öz iqamətgahının yanındakı təpədə böyük oğlu İbrahim xan üçün də "gözəl saray" tikdirmişdi. Rus mühəndislərinin çəkdikləri planlardan göründüyü kimi təpənin relyefinə uyğun mürəkkəb formalı planı olan içqalada saray binaları, divanxana və başqa binalardan ibarət kompleks vardı. Şuşanın bir çox abidələri kimi bu saray kompleksi də rus işğalından sonra sökülüb məhv edilmişdir. Saray kompleksi dairəvi bürcləri olan qala divarları ilə hasarlanıbmış. Şəhər qalanın üstün strateji yerlərində dördbucaq planlı, iç həyətli qəsrlər tikilmişdi. Bu qəsrlər hər şeydən öncə içərisində mudafiə alayı yerləşən qala tikililəri idi. Həm də şəhər qalasının kənarlarında, hündür yerlərdə tikilmiş bu qəsrlər şəhər çevrəsini tam nəzarət altında saxlamaq və qalaya olan hücumların xarakter və istiqamətini müəyyənləşdirib müdafiəni təşkil etmək məsələlərində həlledici rol oynayırdı. Onlardan indiyə yalnız ikisi — Pənah xan qəsri və Qara Böyük Xanım qəsri qalıb. Giriş qapısı üstündəki kitabəyə görə Qara Böyük xanım qəsri 1768-ci ildə tikilmişdir. Yerin dinamik landşaftı, qala divarları və bürclərin düzülüşünü müəyyən etməkdə həlledici rol oynamışdır. Qala divarı sərt dağlıq relyefə uyğun tikildiyindən onun planı sınıq xəttli mürəkkəb forma almışdır. Bürclərin əsas divardan irəli çıxarılması divar dibinin müdafiəsini xeyli gücləndirmişdir. Qala divarı və bürclərin silueti səviyyə fərqinə görə çox eniş-yoxuşludur. Qala divarları, bürclər, qəsr qüllələri Şuşa yaylasının meşəli və yalçın qayalı landşaftı ilə birləşib çox əzəmətli görünüş yaradırdı. Şuşa möhkəm şəhər qala olmaqla yanaşı, həm də XVIII–XIX əsrlərdə Azərbaycanın mühüm siyasi-iqtisadi və mədəniyyət mərkəzlərindən biri olub. Şuşa qalasının ilk 9 yaşayış məhəlləsi indiki şəhərin nisbətən sakit relyefli aşağı hissəsində tikildiyindən Aşağı məhəllələr adlanır. İbrahim xanın hakimiyyəti illərində (1759–1806) şəhər ərazisinin şərq hissəsində 8 Yuxarı məhəllə formalaşır. Şəhərin daha sərt relyefli qərb hissəsində əsasən rus işğalından (1805) sonra isə 12 məhəllə salınır. Aşağı məhəllələr Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Dördlər qurdu, Hacı Yusifli, Dörd Çinar və Çöl qala (Cuhudlar), Yuxarı məhəllələr isə Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mircanlı, Dəmirçi, Hamam qabağı və Təzə məhəllə adları daşıyır. Dağlıq qərb hissəsinin Mehrili, Qazançılı, Əylisli, Çilləbörd, Dərə və s. bir-birindən dar, əyri küçələr ayırır. Gözəl təbiət və ağ daşdan tikilmiş qala divarları fonunda terraslar şəklində yerləşmiş məhəllələr ifadəli görünüşlər əmələ gətirir. Öz inkişafının sonrakı mərhələlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmadığından Şuşa tarixən formalaşmış memarlıq-planlaşma quruluşunu saxlamışdır. Başqa orta əsr Azərbaycan şəhərləri kimi Şuşanın məhəllələri də qapalı quruluşu olan həyətli evlərdən — mülklərdən — ibarət idi. Şuşa evlərinin çoxu ikimərtəbəli olub but daşlardan tikilmişdir. İri eyvanların vitrajlı pəncərələri (şəbəkə) və interyerlərdə çoxrəngli divar bəzəkləri olan ənənəvi Şuşa evləri Azərbaycanın başqa bölgələrinin evlərindən fərqlənmirdi. Bu evlərin bir neçə dəyərli örnəkləri qalmışdır. Kompleksə daxil olan abidələr Şuşa Dövlət Tarix-memarlıq Qoruğuna daxil olan abidələrdən Yuxarı və Aşağı Gövhərağa məscidləri Xan qızı Natəvanın evi Qarabağ xan sarayı Vaqif türbəsi Zöhrabbəyovun yaşayış evi Şuşa kurqanı Şuşa mağara düşərgəsi Şuşa qalası Hacı Quluların malikanəsi Uğurlu bəyin evi — XVIII əsrə aid Şuşa şəhərində yerləşən ölkə əhəmiyyətli abidə. Molla Pənah Vaqifin administrativ binası (Uğurlu bəyin keçmiş evi) Əsəd bəyin evi Mehmandarovların evi Behbudovların evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid, Köçərli küçəsində yerləşən, Şuşa Dövlət Tarix-memarlıq Qqoruğuna aid tarix-memarlıq abidəsi. Qədimovların mülkü — Şuşa şəhərində yerləşən XVIII əsr aid Şuşa Dövlət Tarix-memarlıq Qqoruğuna aid tarix-memarlıq abidəsiŞuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Yaşayış evləri arasında xan və bəylərin saray tipli evləri daha zəngin bədii-memarlıq həlli ilə seçilirdi. Ancaq təəssüflər olsun ki, bu binaların əksəriyyəti dövrümüzə çatmayıb. Şuşa məhəllələrinin hər birində onu formalaşdıran yaşayış evlərindən başqa lokal ictimai-dini mərkəz vardır. Bu mərkəz məhəllə meydanı ətrafında qruplaşan binalar — məscid, mədrəsə, hamam, dükan və bulaqdan ibarətdir. Abidələrin memarlıq xüsusiyyətləri Şuşanın düzbucaq planlı məhəllə məscidlərinin (Culfalar, Çuxur, Hacı Yusifli və s.) bayır görünüşləri yaşayış evlərinə bənzəsə də, interyerləri tam dini memarlıq tələblərinə uyğun tərtib edilmişdir. İbadət salonunun üçnefli bölgüsü olan məhəllə məscidləri (Çöl qala, Təzə, Saatlı, Mamayı) daha kamil plan-məkan quruluşları ilə seçilir. Məhəllə məscidlərinin çoxunda azançı (müəzzin) üçün damda kiçik köşklər quraşdırıldığı halda Saatlı məscidinin kərpic naxışlı bəzəyi olan minarəsi var. Şuşa məscidləri içərisində ən monumentalı XIX əsrin böyük memarı Kərbəlayi Səfi xan Qarabağinin 1883-cü ildə tikdiyi Yuxarı Gövhər ağa məscididir. İbrahim xanın 1768-ci ildə tikdirdiyi məscidin yerində qızı Gövhər ağanın yenidən tikdirdiyi bu abidə Şuşanın Böyük Cümə məscididir. Cümə məscidi Şuşanın baş meydanı olan Meydanın dominantıdır. Şuşa şəhərinin baş meydanından 150 metr şimal-şərqdə Aşağı Gövhər ağa məscidi ətrafında formalaşmış memarlıq kompleksi yerləşir. Kompleksə məscid, mədrəsə, dükanlar və yaşayış evləri daxildir. Memar Kərbəlayi Səfi xanın 1868–1870-ci illərdə tikdiyi Aşağı Gövhər ağa məscidi ümumi plan-məkan quruluşuna görə Ağdam və Şuşa Cümə məscidlərinə bənzəyir. Ancaq Aşağı Gövhər ağa məscidindəki iki minarə ön fasadda deyil, arxa fasadın künclərində yerləşdirilib. Şuşanın demək olar bütün məhəllə məscidləri memar Kərbəlayi Səfi xan Qarabağinin iştirakı ilə tikildiyindən onların hamısında ümumi memarlıq üslubu hiss olunur. Şuşa şəhəri XVIII–XIX əsrlərdə beynəlxaıq ticarətdə çox aktiv iştirak edib. Onun Şərq və Qərb ölkələri ilə apardığı ticarət əməliyyatları şəhər quruluşunda inkişaf etmiş ticarət mərkəzinin yaranmasına səbəb olur. Bütun şəhərin planlaşma özəyi olan Meydan Şuşanın baş ticarət kompleksinin də özəyidir. Meydandan Şuşanın üç ticarət küçəsi şaxələnir — şimala Rasta bazar, şərqə Aşağı bazar, cənuba Şeytan bazar. Yanlarında dükanlar sıralanan bu ticarət küçələrində həm də Şuşanın əsas dini binaları, karvansaraları və ticarət meydanları yerləşirdi. Qədim yaşayış məskəni yerində Qarabağ xanı Pənahəli xanın saldırdığı Şuşa Azərbaycanın son orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı ensiklopediyasıdır. Şuşa şəhəri 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Tarix-memarlıq Qoruğu elan edilmişdir. Xarici keçidlər "Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu". www.gomap.az. İstifadə tarixi: 23 may 2022. "Şuşa qoruğunun ilk rəhbəri: Bülbülün, Hacıbəyovun, Çəmənzəminlinin evini yerlə yeksan ediblər". ikisahil.az. İstifadə tarixi: 23 may 2022.
https://az.wikipedia.org/w/index.php?curid=414080
Şuşa Tarix Muzeyi
Şuşa Tarix-Diyarşünaslıq Muzeyi — Şuşada yerləşir. Muzey 1992-ci ilin may ayına qədər fəaliyyətini davam etdirmişdir. Muzeyin yaranma tarixi Şuşa Şəhər Tarix Muzeyinin yaradılması ideyası 1967-ci ilə təsadüf edir. Həmin dövrdə Şuşa Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Arif Ağakişiyev tərəfindən belə bir muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi qarşısında qaldırılır və ideya müsbət qarşılanır. Eksponatların toplanması Muzeyin yaradılması qərarından sonra, bu müddət ərzində paralel olaraq əhali arasında elan verilir və sakinlərdən könüllü şəkildə qədim əşyalar toplanılır. Şuşa yaxınlığındakı "Ağzıyastı kaha" mağarasında tədqiqatçı arxeoloqlar tərəfindən aşkarlanan və eramızdan əvvəl II minilliyə aid edilən eksponatlar öyrənildikdən sonra bir qismi yeni yaradılacaq muzeyə, bir qismi isə Azərbaycan Tarix Muzeyinə təhvil verilir. Muzeyin açılış tədbiri Eksponat yığımı ilə paralel olaraq Yuxarı Gövhər ağa məscidində təmir-bərpa işləri aparılmış və 1968-ci il ilin iyun ayında Molla Pənah Vaqifin yubileyi ilə əlaqədar Şuşada keçirilməsi planlaşdırılan tədbirlər çərçivəsində muzeyin açılışı həyata keçirilir. Açılışda hökumət rəhbərlərindən o vaxtkı Mədəniyyət Naziri Zakir Bağırov, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri və rayon rəhbərliyi iştirak etmişlər. 1981-ci ildə uzun fasilədən sonra Şuşa Tarix-Diyarşünaslıq Muzeyi kimi tamaşaçılarını qəbul etməyə başlayır. Muzeyin şöbələri Mədəniyyət ocağında yenidənqurma işləri Mədəniyyət Nazirliyinin Muzeyləri və Sərgiləri Layihələndirən və Tərtibat edən bədii-istehsalat emalatxanasının əməkdaşları tərəfindən həyata keçirimişdir. Yeni təmirdən sonra istifadəyə verilmiş muzeydə XVIII, XIX və XX əsrə aid üç şöbə yaradılır. Muzey rəhbərliyi Muzey əvvəlcə iki nəfərlik ştatla ilk direktor Novruz Həsənovun rəhbərliyi və Əli Allahverdiyevin muzey baxıcılığı ilə fəaliyyət göstərmişdir. Ştat vahidi cədvəlinə sonralar direktor, elmi işçi, nəzarətçi və fond mühafizəsi (fond müdiri) vəzifələri də salınmışdı. Bu ştat cədvəli ilə muzey işğaladək fəaliyyət göstərib. 1971-ci ildən etibarən muzeyə rəhbərlik Vaqif Əbilova tapşırılır. Muzeyin Yuxarı Gövhər Ağa məscidindəki fəaliyyəti 1989-cu ilədək davam etmişdi. Milli oyanış hərəkatının baş qaldırdığı bir vaxtda məscidlərin bərpasına göstəriş verilməsi ilə muzeyin məsciddən çıxarılması və ona fəaliyyəti üçün yeni binanın inşası nəzərdə tululurdu. Muzeyin eksponatları Muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX–XX əsrin əvvəllərinə aid sənədlər, Şuşada XVIII–XIX əsrlərdə inşa edilmiş, tarixi əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri və fotoşəkilləri nümayiş etdirilirdi. Burada Şuşa şəhərində doğulub böyümüş tanınmış Azərbaycan ziyalılarının, maarifçilərin xanəndələrin, musiqişünasların və yazıçıların haqqında maraqlı stendlər, eksponatlar var idi. Dekorativ-tətbiqi sənət bölməsində qiymətli incəsənət əşyaları, dolçalar, qazan dəstləri, dulusçuluq məmulatları, Şuşada və ətraf kəndlərdə toxunmuş xalçalar, gəbə]lər, bədii toxuculuq nümunələri saxlanılırdı. Muzeydə M.P.Vaqifin yubileyi ilə əlaqədar toplanılmış materiallar da sərgilənirdi. Muzeydə üstünlük Qarabağ xanlığının yaradılması ilə bağlı məqamlara verilir. 1981-cı ildə muzeyin eksponat fondunda 2792 eksponat saxlanılıb. 1980-ci ildə 53 min nəfərə xidmət göstərən muzeyə daha 500 eksponat yığılır. Sonradan ilbəil Mədəniyyət Nazirliyinin ayırdığı vəsait, habelə əhali tərəfindən könüllü olaraq muzeyə təqdim edilən eksponatların sayı artaraq üst-üstə 5.500 ədədə çatdırılmışdı. Bunun 3.500-ü əsas fonda, 2000-i isə yardımçı fonda aid edilən dəyərli eksponatlar idi. Muzeydə rus rəsssamı V.Vereşşaginin 1864-ci ildə Şuşada olarkən çəkdiyi rəsmlər, Ağa Məhəmməd şah Qacarın hücumu zaman partlamamış 43 kiloqarmlıq top mərmisi sərgilənirdi. İşğaldan sonra Erməni işğalı dövründə isə muzeyin mövcud eksponatları işğal altında qalması səbəbindən hazırda muzey hər hansı bir formada fəaliyyət göstərmir. Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin 6 mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanları isə daşınmışdır. Hazırda ermənilər talan etdikləri muzey əşyalarını dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edərək bır sıra ölkələrdə nümayiş edirirlər. Şuşa şəhəri işğalçı Ermənistan ordusu tərəfindən zəbt olunduqdan sonra fəaliyyətini dayandırmışdır. Eksponatların xeyli hissəsini xilas etmək mümkün olmamışdır. Xarici keçidlər Yurdlarımızda dağıdılmış muzeylərimiz Qarabağ media Arxivləşdirilib 2017-09-17 at the Wayback Machine Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ münaqişəsi Arxivləşdirilib 2020-08-11 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=668081
Şuşa Xalça Muzeyi
Şuşa Xalça Muzeyi — Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır.Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilmişdi.Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu. Muzeyin tarixi Filial beş il, 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərmişdir. Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilmişdir.Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi isə əşyalarını qismən xilas edə bilmişdir. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir. Muzeyin fəaliyyəti Muzeyin Şuşa filialı Qarabağ məktəbinə məxsus xalça nümunələrinin məhz xarici ölkələrdə təbliği məqsədilə ABŞ-də fəaliyyət göstərən "Qarabağ Fondu" ilə əməkdaşlıq edir. Qarabağın unudulmaqda olan toxuculuq texnologiyalarının bərpası və inkişafı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsas layihələrindəndir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əməkdaşları tərəfindən Qarabağ məktəbinə məxsus qədim çeşnili "Çələbi", "Bəhmənli" və "Malıbəyli" xalçalarının eskizləri hazırlanaraq 2012-ci ilin yanvar ayından fəaliyyət göstərən xalça sexinə toxuması üçün təhvil verilmişdir. Şuşa xalça sənətkarları hələ 1867-ci il Paris sərgisindən medallarla, diplomlarla qayıtmışlar. 1872-ci ildə Moskvada keçirilən Politexnik Sərgisində də Şuşa xalçaları yenidən xüsusi nişanlarla təltif olunmuşdular. Türk komandanları və Balama qurban xalçaları Erməni silahlı dəstələri zamanla Azərbaycana, o cümlədən Qarabağa çox ağır zərbələr vurub, minlərlə insan qırğınların qurbanı olub, yurd-yuvaları xarabazara çevrilib. 1918-ci il qırğınlarında Azərbaycan hökumətinin dəvəti ilə köməyə gələn Qafqaz İslam Ordusu Qarabağda da faciənin qarşısının alınmasında iştirak edib. Qədirbilən şuşalılar öz xilaskarlarına dərin hörmət və ehtiramla yanaşıblar. Zəngin sənət biliklərinə malik olan Şuşa xalçaçıları öz minnətdarlığını ilmələrlə ifadə ediblər. Bu xalçalardan ikisi Milli Azərbaycan Tarixi Muzeyinin satınalma komissiyası tərəfindən əldə edilib. Xalçalar 1916-cı ilə aid fotoşəkil əsasında 1920-ci ildə hazırlanıb. Haşiyələrdən birinə ermənilərə qarşı döyüşən hərbçilərin qəhrəmanlığını vəsf edən şeir, digər haşiyəyə Qarabağın məşhur nəlbəki gülü toxunubdur. Xalçanın əsasını təşkil edən mərkəzi hissəsində insan təsvirləri salınıb. Mərkəzi hissənin ətrafındakı haşiyələrdə yazılmış mətnə əsasən təsvirdəki insanların şəxsiyyətini təyin etmək mümkündür. Bunlar: "Cənabi möhtərəm Ənvər bəy əfəndi", "Cənab Şevket Paşa həzrətləri", "Cənab Yusif İzzətdin", "Sultan Məhəmməd Rəşadxan Xamis Həzrətləri"dir. Digər xalçada isə kiril hərfləri ilə "Balama qurban" ifadəsi yazılıbdır. Görünür onu toxuyan şuşalı ana xilaskar orduya öz balası kimi münasibət göstərib, şirin Qarabağ kəlamı ilə onları əzizləyib. Xalçalar eksklüziv olduğuna görə birinci xalça "Türk komandanları", ikinci xalça isə üzərindəki yazı ilə əlaqədar "Balama qurban" adlandırılıb. Həmçinin bax Mehmandarovların evi Qarabağ xalçaları Qarabağ xalçaçılıq məktəbi Xarici keçidlər İşğal öncəsi muzeyin Şuşa filialından fədakarlıqla xilas olunmuş eksponatların sərgisi Şuşa qalalar şəhəri, muzeylər məskəni idi Şuşanın işğalından sonra… Azərbaycan Xalça Muzeyinin Şuşa filialinda unikal xalçalar saxlanılır Şuşa qrupu xalçaları Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib Azərbaycan Xalça Muzeyinin 50 yaşı tamam olur Azərbaycan Xalça Muzeyi Arxivləşdirilib 2020-03-05 at the Wayback Machine Milli Azərbaycan Tarixi Muzeyində Şuşa xalçaları qorunur Qarabağ muzeyləri
https://az.wikipedia.org/w/index.php?curid=553266
Şuşa abidələri
Aşağıdakılar Şuşanın əvvəl mövcud olmuş abidələridir. İşğal altında olarkən bu abidələr, dağıdılmış, talan edilmişdir. Qala divarı (uzunluğu 8 km), Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd) ,17 qədim üslübda salınmış məhəllə, 17 məscid, 17 bulaq, 17 hamam.
https://az.wikipedia.org/w/index.php?curid=66931
Şuşa döyüşləri
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdir. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini təsdiqləmiş, fəqət sonradan Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymışdır. Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan, eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdır. Şuşa şəhəri Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Şəhər 1994-cü ildə Birinci Qarabağ müharibəsinin sona çatmasından bəri Qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olmasına baxmayaraq, de-yure Azərbaycan Respublikasının Şuşa rayonunun bir hissəsidir. Şuşa dəniz səviyyəsindən 1300–1600 metr yüksəklikdə, separatçıların paytaxt elan etdikləri Xankəndi şəhərindən təxminən 15 kilometr (9.3 mil) uzaqlıqda yerləşir. İki şəhəri bir vadi ayırır və dağlıq ərazidə yerləşən, Xankəndi üçün bufer zonası olan Şuşa "bütün Dağlıq Qarabağı nəzarətdə saxlamağa imkan yaradan strateji yüksəklik" olaraq xarakterizə edilmişdir. Strateji şəhər həm Azərbaycanda, həm də Ermənistanda xalq arasında "əlçatmaz" dağ qalası adlandırılır. Ermənistanın cənubundakı Sünik mərzində yerləşən Gorus şəhəri ilə Xankəndini birləşdirən açar yol – Laçın dəhlizi Şuşadan keçir. Ermənistanı Dağlıq Qarabağa bağlayan digər əsas yol şimaldan, Kəlbəcər rayonundakı Murovdağ silsiləsindən keçir.1923-cü ildə, sovet hakimiyyəti dövründə əhalisi əsasən ermənilərdən təşkil olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılmış, lakin vilayətin inzibati mərkəzi əsasən azərbaycanlıların yaşadığı Şuşa şəhəri seçilmişdir. 1988-ci ilin fevralında, əksəriyyəti ermənilərdən təşkil olan DQMV hökuməti Azərbaycan SSR-dən ayrılmaq və Ermənistan SSR ilə birləşmək üçün qərar qəbul etmişdir ki, bu da Sovet İttifaqında yaşayan azərbaycanlılarla ermənilər arasında daha geniş etnik və ərazi münaqişəsinə gətirib çıxarmışdır. Sovet İttifaqı 1991-ci ildə süquta uğradıqdan sonra azərbaycanlılar və ermənilər Qarabağ üzərində nəzarəti saxlamaq üçün mübarizə aparmış və döyüşlər 1992-ci ilin əvvəllərində Ermənistan Silahlı Qüvvələrinin iştirakı ilə genişmiqyaslı müharibəyə çevrilmişdir. Dağlıq anklav o vaxta qədər öz müstəqilliyini elan edir və qondarma bir hökumət qurmuşdur. 8 may 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələri Şuşa şəhərini işğal etmişdir və 1979-cu ildə şəhər əhalisinin 85,5 %-ni təşkil edən azərbaycanlılar məcburi köçkün olmuşdur.Şəhər həm azərbaycanlılar, həm də ermənilər üçün tarixi, siyasi və mədəni əhəmiyyətə malikdir. Azərbaycanlılar Şuşa şəhərini bölgənin tarixi paytaxtı hesab edirlər və şəhər onlar üçün xüsusi mədəni əhəmiyyət daşıyır. Eyni zamanda, şəhərdə yerləşən və 2020-ci ilə qədər Erməni Həvari kilsəsinin Artsax Yeparxiyasının mərkəzi olan Qazançı kilsəsi ermənilər üçün dini əhəmiyyətə malikdir. 2021-ci ildə Ermənistan Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtını Şuşaya köçürməyi və burada qanunsuz məskunlaşmanı başa vurmağı planlaşdırırdı. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında tez-tez şəhərin işğaldan azad edilməsinin müharibənin əsas məqsədlərindən biri kimi xarakterizə etmişdir. O, 16 oktyabrda Türkiyə televiziyasına verdiyi bir müsahibədə "Şuşa olmasa, işimiz yarımçıq qalacaq" demiş, Qondarma Dağlıq Qarabağ Respublikasının Prezidenti Arayik Harutyunyan isə Şuşanı "əcdadlarımızdan bizə miras qalan ən böyük irslərimizdən biri" adlandırmışdır. Şəhərin simvolik əhəmiyyətinə baxmayaraq, Beynəlxalq Böhran Qrupunun azərbaycanlı analitiki Zaur Şiriyev Şuşanın ələ keçirilməsinin hərbi və ya siyasi bir hədəf olub-olmadığının qaranlıq qaldığını qeyd etmişdir. Azərbaycanlı siyasi analitik Fuad Şahbazovun fikrincə, Azərbaycan qüvvələrinin Şuşada qələbə çalması "cəbhədə olan və olmayan azərbaycanlılar üçün mənəvi qələbə kimi qəbul ediləcək" və o güman edir ki, bu da erməni əsgərləri arasında "ciddi demoralizasiya"ya səbəb olacaq. Döyüşdən əvvəl 27 sentyabr 2020-ci il tarixində de-fakto Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən və Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə edilən, lakin de-yure Azərbaycanın bir hissəsi olan Qarabağ bölgəsində döyüşlər başlamışdır. Azərbaycan qüvvələri əvvəlcə müvafiq inzibati mərkəzlərini işğaldan azad edərək Füzuli və Cəbrayıl rayonlarında uğur əldə etmiş, oradan Hadrut qəsəbəsinə doğru irəliləmişdir. 15 oktyabrda Hadrutun ələ keçirilməsindən sonra Azərbaycan qoşunları daha intensiv irəliləməyə, ermənilər isə geri çəkilməyə başlayırlar. Azərbaycan qüvvələri daha sonra Zəngilan və Qubadlı şəhərlərini işğaldan azad etmişdir. Onlar, həmçinin, Laçına hücuma keçir, meşələri və dağ keçidlərini aşaraq Şuşa rayonuna daxil olurlar.Müharibənin əvvəlindən Şuşa şəhərinin ara-sıra top atəşinə məruz qalması barədə xəbərlər yayılırdı. Oktyabrın 4-də Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə Şuşada, müharibədən cəmi bir neçə ay əvvəl separatçı rejimin rəhbəri Araik Arutyunyanın öz “inauqurasiyasını” keçirdiyi Mədəniyyət Evi darmadağın edildi. Zərbə nəticəsində həmin vaxt orada cəmləşən erməni hərbçiləri məhv edilib. Belə ki, zərbə zamanı binada 300-ə yaxın erməni hərbçisinin (sonradan onların Ermənistandan Qarabağa döyüşlərə göndərilən polislər olduğu üzə çıxmışdı) cəmləşdiyi məlum idi. Onların əksəriyyətinin öldüyü və yaralandığı bildirilir. Rəsmi mənbələr orada 20-dən çox polisin öldüyünü, 200-ə yaxınının yaralandığını təsdiq edir. Partlayış nəticəsində binanın damı dağılıb və içəridəkilərin üstünə tökülüb. 8 oktyabrda Şuşadakı Qazançı kilsəsinin bombardman edildiyi və ciddi ziyan gördüyü bildirilmişdir. Azərbaycan tərəfi bu insidentdə hər hansı bir məsuliyyətdən imtina etmişdir. Oktyabr ayı boyunca Şuşanın və eləcə də yaxınlıqdakı kəndlərin Azərbaycan qüvvələri tərəfindən top və raket atəşinə tutulması barədə xəbərlər yayılmış, Azərbaycan tərəfi isə xüsusən də şəhəri atəşə tutması haqqında yayılan xəbərləri təkzib edib. 28 oktyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Şuşadan bir neçə kilometr cənub-şərqdə yerləşən Çanaqçı kəndində vəziyyətin "gərgin" olduğunu bildirdi. Ertəsi gün Ermənistan Müdafiə Nazirliyi kənddə toqquşmaların baş verdiyini açıqlamış, Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan isə Azərbaycan qüvvələrinin Şuşadan 5 kilometr (3.1 mil) uzaqlıqda olduğunu etiraf etmişdir. 30 oktyabrda Daşaltı başda olmaqla Şuşa yaxınlığında toqquşmalar baş verib. Elə həmin gün "Abkhazian Network News Agency"nin müxbiri şəhər yaxınlığında böyük partlayışların eşidildiyini qeyd etmişdir. Ertəsi gün Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Şuşanın yenidən bombardmana məruz qaldığını açıqladı. Noyabrın 2-də Ermənistanın Müdafiə Nazirliyi də yaydığı bəyanatda Şuşa yaxınlığında şiddətli toqquşmaların baş verdiyini bildirib.Döyüşdən əvvəl, oktyabrın sonları və noyabrın əvvəllərində həm Azərbaycan, həm də Ermənistan bir-birini Şuşa yaxınlığında ağ fosfordan istifadə etməkdə günahlandırmışdır. 30 oktyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Azərbaycan qüvvələrini Şuşa yaxınlığındakı meşələri yandırmaq üçün fosfor istifadə etməkdə günahlandırmış, lakin Azərbaycan tərəfi bu iddiaları təkzib etmişdir. Noyabrın 20-də Azərbaycan Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələrini Şuşa ətrafında kimyəvi sursat istifadə edərək "ətraf mühitə böyük və uzunmüddətli ziyan vurmaqda" ittiham etmiş, bu məsələ barədə cinayət işi açmışdır. Həmçinin, Azərbaycan rəsmiləri Ermənistan Silahlı Qüvvələrinin bölgəyə ağ fosfor daşıdığını bildirmişdir. Ağ fosforun istifadəsi həm Azərbaycanın, həm də Ermənistanın imzalamadığı beynəlxalq müqaviləyə əsasən qadağan olunmuşdur. Oktyabr ayında Dağlıq Qarabağın cənubunda yerləşən, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan quru qoşunları təmas xəttini keçərək qərbə doğru irəliləməyə başladı. Oktyabr ayının ortalarına qədər Azərbaycan hərbi qüvvələri Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas şəhərlərdən hesab edilən Hadrutu azad etdi. Oktyabrın 22-dək Azərbaycan hücumu ilə Laçın şəhərinə və həyati əhəmiyyət kəsb edən dəhlizə 10 kilometr məsafəyə qədər yaxınlaşdı. Laçın dəhlizini itirməklə Ermənistan Dağlıq Qarabağdakı qüvvələrini təchiz etməkdə çətinliklə üzləşə bilərdi. Cavab olaraq və təzyiqi Laçın dəhlizindən uzaqlaşdırmaq üçün erməni qüvvələri çətin keçilən meşə-dağlıq ərazilərdə hərbi qüvvələrdən istifadə edərək əks-hücumlara başladılar və Azərbaycan qoşunlarının əsas təminat yolları boyunca pusqular qurmağa başladılar. 28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan XTQ qüvvələrinin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar. Məlumata görə, xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.Azərbaycan hesablarına görə, həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açır. Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çanaxçı və Sığnax kəndlərinə doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yol açılır. Bununla mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Nəticədə Azərbaycan bölmələri artilleriya qurğularını Çanaxçı ətrafına çəkə bilmişdi. Elə burada da yeni artilleriya dueli başladı. Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı.Noyabrın 4-də Ermənistan rəsmiləri döyüşlərin Şuşa yaxınlığında davam etdiyini bildirilmişdir. Azərbaycan qüvvələri Şuşa–Laçın yolununun bir hissəsinin nəzarətini ələ keçirmiş və separatçı rejim sonradan yolu mülki vətəndaşlara bağlamışdır. Sərhədsiz reportyorların verdiyi məlumata görə, beləliklə, 80-ə qədər jurnalist mühasirədə qalmışdır. Ermənistan rəsmiləri 5 noyabr səhəri Şuşanın ağır atəşə tutulduğunu və döyüşlərin ertəsi gün davam etdiyini bildirdi. Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçdilər, onlar şəhərə qayalıqlara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Çünki əsas hücumu bu yollardan gözləyirdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxdılar və yarğanlardan keçdilər. Oktyabrın 30-da erməni tərəfi döyüşlərin Şuşadan cəmi beş kilometr şərqdə getdiyini açıqladı. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə tutulmuşdu və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Stepanakertə (Xankəndi) qaçmasına səbəb olmuşdu. Müharibənin bu mərhələsində Şuşanın nəhəng dağların əhatəsində - sıldırım qayalar üzərində yerləşməsi səbəbindən müdafiə olunan erməni qüvvələri hələ də taktiki üstünlüyə sahib idilər. Azərbaycan hərbçiləri şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər. Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan ordusunun konvensional piyada qüvvələrinin Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. O günə qədər Azərbaycan tərəfi Şuşanın cənubundakı dağ silsiləsinə və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrinə nəzarəti təmin etmişdi. Həmçinin Azərbaycan ordusu Ermənistanın Şuşanı əhatə edən müdafiə mövqelərini minaatanlardan atəşə tutmağa başlamışdı. Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya yardımın gəlməsi artıq mümkün deyildi. Yəni Həkəri çayı üzərindəki əsas körpü də dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı. Bölgədəki nəzarətin itirildiyini görən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki əhalinin üzünə bağladı – 80-ə yaxın xarici reportyor döyüş bölgəsində təcrid vəziyyətində qaldı. Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Argişti Kərəmyan Qarabağdakı vəzifələrinin tamamlandığını qeyd edərək 6 noyabr səhər vaxtlarında Şuşanı tərk etmişdir. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan tərəfi şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya əks-hücumların qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Azərbaycan ordusunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər. Ertəsi gün minlərlə erməni Şuşa və Xankəndi şəhərlərindən qaçmış, yollarda tıxac yaranmışdır. 7 noyabrda Ermənistan rəsmiləri Şuşa və Daşaltı yaxınlığında şiddətli döyüşlərin baş verdiyini bildirmiş, eyni zamanda Azərbaycan tərəfinin bir neçə hücumunun dəf edildiyini bildiriblər, lakin Azərbaycan tərəfi bunu təkzib etmişdir və prezident İlham Əliyev Azərbaycan qüvvələrinin şəhərin cənub-şərqində, Xocalı rayonu ərazisində yerləşən Qarabulaq və Baharlı kəndlərini işğaldan azad etdiklərini açıqlamışdır.Azərbaycan qüvvələri 7 noyabrda şəhərə daxil olmuşdur. Əlavə olaraq, bir dəstə, Ermənistan tərəfi şəhərə əlavə dəstək göndərməsin deyə, Laçın dəhlizinin qarşısını almış, başqa bir dəstə isə Daşaltını işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin etmişdir. Azərbaycanın xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar. Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – T-72 tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi. Noyabrın 7-də səhər 09.00-da Şuşaya Ermənistan tərəfindən İsgəndər ballistik raketi atılmışdı. Raketin hədəfi azərbaycanlı hərbçilər idi. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb.Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və ermənilərin üç əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan binaya, yaxın məsafədən aparılırdı. Ermənistan qüvvələri günortadan sonra şəhərdən çıxarılmış və 8 noyabr səhəri Azərbaycan qüvvələri şəhərin kənarında əməliyyatlara davam etmişdir. İlham Əliyev, noyabrın 24-də, rayonun Ermənistan tərəfinin atəşkəs razılaşması çərçivəsində Azərbaycana təhvil verilməsindən sonra Ağdam şəhərinə səfəri zamanı, Azərbaycan əsgərlərinin yüngül silahlarla təchiz edildiyini təsdiqləmiş, onların Şuşa şəhərində ermənilərlə "demək olar, əlbəyaxa döyüş"də olduğunu qeyd etmişdir. Azərbaycan hesablarına görə, ağır artilleriya ilə dəstəklənən Ermənistan qüvvələrinin sayı ən azı 2000 nəfər idi. Erməni mənbələri və rəsmiləri döyüş zamanı Şuşadakı erməni qüvvələrinin sayı barədə heç bir açıqlama verməsə də, Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Harutyunyan bölgəyə təxminən 6000 Azərbaycan əsgərinin cəlb olunduğunu irəli sürmüşdür. İlham Əliyev 8 noyabr tarixində, günortadan sonra Azərbaycan qüvvələrinin şəhəri işğaldan azad etdiyi elan etmiş, həmçinin, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Hikmət Mirzəyevi də bu münasibətlə təbrik etmişdir. Hadisə yerindəki "İzvestiya" müxbiri prezidentin açıqlamasını təsdiqləsə də, qondarma rejimin rəsmiləri 8 və 9 noyabr tarixlərində şəhərin içində və kənarında döyüşlərin davam etdiyini bildirərək bunu təkzib etmişdir. 8 noyabrda Argişti Kərəmyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri postundan azad edilmiş və Mikayıl Ambartsumyan tərəfindən əvəz olunmuşdur. 9 noyabrda Azərbaycan Daxili Qoşunları mayoru Zaur Rəhimovun məruzəsi ilə şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycan Milli Ordusunun nəzarətində olduğunu təsdiq etmişdir. Həmçinin İlham Əliyev Azərbaycan qüvvələrinin şəhərin cənub və şərqindəki Çanaqçı, Sığnaq, Şuşakənd və Daşaltı da daxil olmaqla bir neçə kəndi işğaldan azad etdiklərini açıqlamışdır. Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi daha sonra Şuşa şəhərinə nəzarəti itirdiklərini etiraf edərək Azərbaycan qüvvələrinin Xankəndinə yaxınlaşdığını vurğulamışdır. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan döyüşün davam etdiyini bildirərək qondarma rejimin bəyanatının əleyhinə mövqe qoymuşdur. Bu iddia daha sonra Ermənistan Müdafiə Nazirliyi və erməni ictimaiyyətini çaxnaşma yaratmamağa çağıran Ermənistan Parlamentinin millət vəkili Nikolay Bağdasaryan tərəfindən təkrar edilmişdir. Bəzi ermənilər qondarma rejimin rəsmilərinin sosial şəbəkə hesablarının hakerlər tərəfindən sındırıldığını və açıqlamalarının həqiqəti əks etdirmədiyini irəli sürmüşdür. Bəzi erməni rəsmiləri və analitikləri də Azərbaycan rəhbərliyini "öz xalqına yalan danışmaqda" günahlandırmışdır. Bununla birlikdə, 10 noyabrda Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərinə nəzarət etdiyini təsdiqləyən atəşkəs razılaşmasının imzalanmasından sonra Paşinyan və Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Harutyunyan işğalçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Noyabr ayının ortalarında Beynəlxalq Qırmızı Xaç Komitəsi Rusiya sülhməramlı qüvvələrinin köməyi ilə hər iki tərəfdən həlak olmuş əsgərlərin cəsədlərini tapmağa və əsirlərin təhvil verilməsi prosesinə başlamışdır. 25 noyabrda rus mənbələri BQXK-nin Şuşa şəhərində ümumilikdə 2,000-dən çox cəsəd tapdığını bildirmişdir. Azərbaycan müharibə dövründə hərbi itkilərini açıqlamamışdır. Dekabrın 3-də Azərbaycan Müdafiə Nazirliyi müharibə boyu şəhid olan Azərbaycan hərbçilərinin ümumi sayını açıqlamış və detalların sonradan veriləcəyini əlavə etmişdir. Bununla birlikdə, Ermənistan rəsmiləri Şuşa yaxınlığında ən azı 200 Azərbaycan əsgərinin öldürüldüyünü iddia etmişdir. Azərbaycan hesablarına görə, yaralanan Azərbaycan hərbçiləri 9 noyabrda təxliyə edilmişdir. Ermənistan üçtərəfli razılaşmadan əvvəl döyüşdəki hərbi itkiləri ilə bağlı heç bir məlumat verməmişdir. 6 noyabrda "Le Monde" qəzeti Şuşa uğrunda gedən döyüşlər zamanı yaralanan erməniləri Xankəndi şəhərindəki xəstəxanalara yerləşdirmək üçün daha yer olmadığını qeyd etmişdir. 7 noyabrda Şuşadakı erməni qoşunlarının komandiri Seyran Ohanyanın ağır yaralandığı iddiaları ortaya çıxmışdır, ancaq bu, Ermənistan rəhbərliyi tərəfindən təkzib edilmişdir. Azərbaycan mərkəzli "Azeri Daily" saytı hərbi mənbələrə istinadən 800-dən çox erməni əsgəri cəsədinin Ermənistan tərəfinə təhvil verilməyə hazır olduğunu və Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfindən bu cəsədləri götürməyi istədiyini iddia etmişdir. Lakin 16 noyabrda Qondarma Dağlıq Qarabağ Prezidenti Arayik Harutyunyan Şuşa şəhərinin kənarından Ermənistan Silahlı Qüvvələrinə məxsus 150 cəsədin tapıldığını və yüzlərlə əsgərin hələ itkin olduğunu, Ermənistan Baş naziri Nikol Paşinyan isə 14–16 noyabr tarixlərində Şuşa yaxınlıqlarından 300-dən çox erməni cəsədinin tapıldığını etiraf etmişdir. 21 noyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi şəhər yaxınlığında yaralı bir erməni polis məmuru tapdıqlarını açıqlamışdır. Ətraflı bax: Dağlıq Qarabağ atəşkəs bəyanatı (2020)Döyüş İkinci Qarabağ müharibəsində həlledici məqam olmuşdur və həm Ermənistan ordusu, həm də daha geniş mənada erməni cəmiyyəti tərəfindən böyük bir zərbə kimi qiymətləndirilir. Döyüşdən iki gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla atəşkəs müqaviləsi imzaladığını elan etmişdir. Ermənistan politoloqu Suren Sarkisyana görə, Şuşanın itirilməsinin nəticələrini dərk etmək ermənilər üçün çətin olmuşdur. Sarkisyan bunun Ermənistan müxalifətindən hakimiyyət dəyişikliyi tələb etməsinə səbəb olacağını da əlavə etmişdir. Müharibədən sonra bir çox erməni Paşinyana qarşı çıxmış, bütün ölkədə şiddətli etirazlar başlamış və Paşinyanın müxalifləri arasında onun Şuşanı "satması" ilə bağlı ümumi iddia yayılmış. Həmçinin, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Ermənistan hərbi rəhbərliyini Azərbaycan qüvvələrinin Şuşanın yaxınlıqlarına çatmasına mane ola bilməməsinə görə tənqid etmişdir. Köçəryanın iddiasına görə, separatçı qüvvələrin yeni müdafiə xətti qurmaq üçün təqribən iki həftə vaxtı var idi və o vaxtı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi olan Vitali Balasanyan Şuşadakı erməni qüvvələrinə komandanlıq etmək məsuliyyətini boynuna almağı təklif etsə də onun təklifi geri çevrilmişdir. Bir sıra erməni hərbi rəsmiləri Ermənistanın hərbi vəziyyətinin bir çoxunun inandığından daha dəhşətli olduğunu iddia edərək Paşinyanı dəstəkləmişdir. Paşinyan iddialara cavab olaraq, Azərbaycan qüvvələrinin Şuşaya nəzarəti ələ keçirməsindən sonra Xankəndi şəhərinin müdafiəsiz qaldığını, Xankəndiyə nəzarətin də itirilməsindən sonra Əsgəran və Xocavənd ərazilərində xidmət edən 20–30 min erməni əsgərinin mühasirədə qalacağını bildirmiş və erməni əsgərlərinin həyatının onun üçün daha vacib olduğunu vurğulamışdır. Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan da xəyanət iddialarına qarşı çıxaraq separatçı qüvvələrinin şəhəri qorumaq üçün yetərli canlı qüvvəyə malik olmadığını qeyd etmişdir. Daha sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan qüvvələrinin Şuşaya nəzarəti ələ keçirməsi nəticəsində ermənilər üçün kritik bir vəziyyət yarandığını və Azərbaycanın Xankəndi şəhərini ələ keçirərək daha da irəliləyə biləcəklərini söyləmiş, müharibənin dərhal dayandırılmasının Ermənistan tərəfinin marağında olduğunu bildirmişdir. 3 dekabrda Qondarma Dağlıq Qarabağ Respublikasının Şuşi mərzinin icra başçısı müavini Samvel Arutyunyan qeyd etmişdir ki, döyüş nəticəsində Şuşadan təqribən 4500 erməni məcburi köçkün olmuşdur.Ermənistandan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın azad edilməsi barədə verdiyi xəbəri bayraq dalğalandıraraq, mahnı oxuyaraq və avtomobil siqnalları ilə qarşılayan azərbaycanlılar arasında bayram əhval-ruhiyyəsi yaranmışdır. İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıdakı Birinci Fəxri Xiyabanda çələngqoyma mərasimi keçirilmişdir. Həmçinin, Bakı buxtasındakı gəmilər fit vermiş, Moskva şəhərində yaşayan azərbaycanlılar fişəng nümayişi keçirmiş, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobillər ABŞ-da, Nyu-Yorkun Bruklin borosunda yolları bəzəmişdir. Ermənilər Şuşanı işğal etmələrini "Dağlarda toy əməliyyatı" adlandırdığından Azərbaycanda bəzi siyasi xadimlər buna istinadən Şuşanın işğaldan azad edilməsini "Dağlarda boşanma" deyə qələmə vermişdir. 2016 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmiş azərbaycanlı müğənni Səmra Rəhimli 1 dekabrda "Şuşa, biz qayıtmışıq" adlı bir mahnı buraxmışdır. 27 sentyabr və 10 noyabr tarixləri Azərbaycanda müvafiq olaraq Anım Günü və Zəfər Günü elan edilmişdir, lakin Zəfər Gününün qeyd edilmə tarixi dəyişdirilərək 8 noyabr təyin edilmişdir, çünki əvvəlki tarix Türkiyədə Mustafa Kamal Atatürkün anım günü ilə üst-üstə düşürdü. 4 dekabr saat 12:00-da Azərbaycanda şəhidləri yad etmək üçün bir dəqiqəlik sükut keçirilmişdir. Bununla əlaqələr ölkədə dövlət bayraqları endirilmiş, gəmilər fit, maşınlar isə siqnal vermişdir. Azərbaycan əsgərləri də Şuşa qalasının qarşısında dayanaraq müharibədə şəhid olanların xatirələrini yad etmişdir.Atəşkəs razılaşmasının ardından, 13 noyabrda bölgəyə yerləşdirilən Rusiya Silahlı Qüvvələrinə tabe 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadası şəhərin kənarında müşahidə postu qurmuşdur. Rusiya sülhməramlı qüvvələri açıqlamaya əsasən Şuşa şəhərinin daxil olmadığı Laçın dəhlizini də nəzarətə götürmüşdür. Şuşanın şimal girişi olan Gəncə qapısından keçən yolda yerləşən digər bir nəzarət-buraxılış məntəqəsi Azərbaycan hərbçiləri tərəfindən qorunduğu görülmüşdür. Beynəlxalq reaksiyalar Noyabrın 8-də İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edildiyini açıqlamasından sonra, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli ilində kütləyə müraciət edərkən Azərbaycanı təbrik edərək bunun "işğal edilmiş torpaqların qalan hissəsinin də tezliklə azad ediləcəyinə işarə" olduğuna inandığını bildirmişdir. Türkiyə mühəndisi və müharibə zamanı Azərbaycan tərəfindən geniş şəkildə istifadə edilən "Bayraktar TB2" PUA-sının yaradıcısı olan Səlcuq Bayraqdar da Azərbaycan xalqına təbrik mesajı göndərmişdir. Həmçinin, Türkiyədə vitse-prezident Fuad Oqtay, Milli Müdafiə Nazirliyi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, iqtidardakı AK Partiyasının müşaviri Ömər Çelik və Prezident Administrasiyasının media və kommunikasiya rəhbəri Fəxrəddin Altun və prezidentin müşaviri İbrahim Kalın Şuşanın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişdilər. 9 noyabrda İran millət vəkili Əhməd Əlirzabeygi "Şuşa şəhərinin işğaldan azad edilməsinin ədalətin bərpa olunduğu"nu sübut etdiyini ifadə edərək buna görə "qürurlu və xoşbəxt" olduğunu söyləmişdir. Pakistanın Azərbaycandakı səfiri də azərbaycanlıları təbrik etmişdir. Bakı şəhərində yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa və Qırğızıstanın keçmiş baş naziri Coomart Otorbayev da İlham Əliyevi təbrik etmişdir. "Şuşanın azad olunmasına görə" medalı sində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Şuşanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Xarici keçidlər Şuşa, Sən Azadsan ! (sənədli film)
https://az.wikipedia.org/w/index.php?curid=685953
Şuşa döyüşü (2020)

https://az.wikipedia.org/w/index.php?curid=677197