!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbii yayılması Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. Botaniki təsviri Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir. Çiçək tacının diametri təxminən 18 mm; erkəkcikləri 20, sütuncuqları 3-4-dür. Meyvələrin diametri 12-15 mm, bir az tükcüklü, yetişdikdə tünd qırmızı, əsasən 3-4, bəzən 2 çəyirdəklidir. İyulda çiçəkləyir. Meyvəsi oktyabrda yetişir. Ekologiyası Rütubətə, işığa, istiyə davamı bitkidir. Kolluqlarda, meşələrdə, daşlı yamaclarda, orta dağ qurşaqlarında bitir. Azərbaycanda yayılması Kiçik Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir. Meyvələri çox dekorativdir. Canlı hasarların yaradılmasında əlverişlidir.
https://az.wikipedia.org/w/index.php?curid=576535
Şoviç çoğanı
Şoviç çoğanı (lat. Gypsophila szovitsii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii). Regional IUCN Statusu: VU B2ab (ii, iii, iv). Təbii yayılması Qafqaz endemikidir. Kür düzənliyi və Kiçik Qafqazın mərkəzi hissəsində yayılmışdır. Antropogen təsir nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur. Botaniki təsviri Çoxillik ot bitkisidir, hündürlüyü 25 (30)-50 (60) sm-dir. Yarpaqları xətvari, uzunluğu 2-3 (40) sm-ə çatır, eni 0,5-2 (4) mm, itidir, uc hissəsi iynə şəkillidir. Süpürgəsi budaqlı, bit neçə dəfə haçalanmış, uc hissəsi tükcükşəkilli budaqcıqlarla budaqlanmışdır. Kasacığın uzunluğu 2 mm-ə çatır, zəngçiçəyinə oxşayır, ortaya qədər haçalanmışdır, yumurtaşəkilli, küt dişli, kənarları pərdəlidir. Ləçəkləri çəhrayı, uzunsov, kasacıqdan 1-2 dəfə uzundur. Qutucuq yumurtaşəkillidir, kasacıqla eyni ölçüdədir. Toxumlarının diametri 1 mm-ə çatır, az qabarıqdır. Ekologiyası May-iyun aylarında çiçəkləyir. Düzənliklərdə və aşağı dağ qurşaqlarında qumlu və gilli, quru, daşlı yerlərdə, əhəngli yamaclarda və qayalarda rast gəlinir. Məhdudlaşdırıcı amillər yaşayış ərazisinin deqradasiyası, otarılma və tapdalanma hesab edilir. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur. Azərbaycanda yayılması Azərbaycanın nadir növüdür.
https://az.wikipedia.org/w/index.php?curid=488471
Şovqenovsk rayonu
Coğrafiyası Şovgenovski rayonu Adıgey Respublikasının şimal hissəsində yerləşir. Ərazi 45 dərəcə şimal eninə paralel kəsilir. Rayonun ərazisi 521.4 km²-dir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-şərqdə Koşexabl rayonu, cənubda Qiaqin rayonu, cənub-qərbdə Beloreçensk rayonu, qərbdə Krasnoqvardeysk rayonu, şimalda Ust-Labinski və Kurqaninski rayonları. Sahəsinə görə rayon yalnız Taxtamukaysk rayonunu üstələyir, lakin Şovqenovsk rayonunun əhali sıxlığı təxminən eyni sayda yaşayış məntəqəsi və şəbəkələrinin sıxlığı ilə demək olar ki, beş dəfə aşağıdır. Bu rayon ərazisində əsasən kənd təsərrüfatı yaşayış məntəqələrinin olduğundan və şəhər yaşayış məntəqələrinin olmaması ilə əlaqədardır. Kənd təsərrüfatı torpaqları rayon ərazisinin 64,7% -ni tutur və respublikanın ümumi kənd təsərrüfatı torpaqlarının 12,8% -ni təşkil edir. Rayonun iqlimi rütubətli mülayimdir. Günəş işığının orta müddəti ildə 1750 ilə 2200 saat arasında dəyişir. Rayonda ildə 117-120 kkal/sm² radiasiya yer səthinə daxil olur. Ümumi radiasiyanın böyük bir hissəsi 230-240 gün uzun bir vegetasiya dövrünü təyin edir Atmosfer dövranı həm planetar amillər, həm də mövsümi atmosfer təsir mərkəzləri və Şimali Qafqaz üçün xarakterik olan və yer səthinin xüsusiyyətləri səbəbindən təsirlənir. Arktikadan və Qazaxıstandan gələn soyuq hava kütlələri bölgənin ərazisinə daxil olur, Aralıq dənizi küləkləri rütubətli tropik havanı gətirir, quru isti hava kütlələr isə İrandan gəlir. Şovgenovsk rayonunda illik yağıntının miqdarı 500-700 mm, ildə 115-150 gündür. May-iyun aylarında maksimum yağış müşahidə olunur ki, bu da Atlantik siklonlarının yüksək tezliyi ilə izah olunur. Minimum yağıntının miqdarı payızın əvvəlinə düşür. Yağıntıların təbiəti mövsümi olaraq dəyişir: oktyabr-aprel aylarında narın yağış, may-sentyabr aylarında güclü yağışlar üstünlük təşkil edir. Təsvir olunan ərazidə orta hündürlüyü 20-30 sm olan qar örtüyü noyabrın üçüncü ongünlüyündən aprelin ikinci ongünlüyünə qədərdir. Düzənlikdə qarlı günlərin sayı qərbdən şərqə, dağlarda şimaldan cənuba qədər artır. Qarsız qışların böyük təkrarlanması (40-70%) müşahidə olunur. Ərazi məhsul yetişdirmək üçün kifayət qədər istilik və nəm alır. Milli tərkib2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: Yerli özünü idarəetmə Şovqenovsk rayonu ərazisinə 6 kənd inzibati vahidliyinə ümumilikdə 31 yaşayış məntəqəsi daxildir.
https://az.wikipedia.org/w/index.php?curid=674350
Şovri
Şovri (fr. Chauvry) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Taverni. Əhalisi — 278 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 23 km şimalında, Serji bələdiyyəsinin 15 km şərqində yerləşir. Demoqrafiya
https://az.wikipedia.org/w/index.php?curid=591701
Şovu
Şovu — Azərbaycan Respublikasının Lənkəran rayonunda inzibati ərazi vahidində kənd. Əhalisi 1158 nəfərdir. Toponimiyası Oykonim 1917—ci ildə Şout, 1933-cü ildə Şüvid variantında qeydə alınmışdır. XDC əsrə aid məlumata görə, kəndin digər adı Culut olmuşdur. Culut monqol işğallarında (XIII əsr) iştirak etmiş sunnit tayfasının adının təhrifə uğramış formasıdır. Şovut toponimi talış dilində müxtəlif variantlarda “şadlıq bəxş edən yer”, “pöhrələnən yer”, “geniş ön” kimi izah edilir. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. İqtisadiyyatı Kənd təsərrüfatı, maldarlıq, sitrusçuluq. Kənddə Şovu kənd məscidi dini icması fəaliyyət göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=91169
Şovu bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=114823
Şovut
Şovut — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Porsova, Jiy və Horonu kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 255 nəfərdən ibarətdir.[mənbə göstərin] İqtisadiyyat Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. Keçmişdə Şovut kəndi də Telavarın parçası idi. 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.
https://az.wikipedia.org/w/index.php?curid=108456
Şoy
𐕝 (səslənməsi /ɕ/, transkripsiyası Ś, ś) — Alban əlifbasının 46-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. սոյ (Soy) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır və daha dəqiq adın "Śoy" ola biləcəyini qeyd edir. Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır, təkcə Aşot Abramyan bu hərfin Tüyr ilə əlaqəli olduğunu iddia etmişdir. Tədqiqatçılar bu hərfi udi dilindəki "š" hərfi ilə eyniləşdirirlər. Bu hərfə alınma sözlərdə rast gəlinmir.
https://az.wikipedia.org/w/index.php?curid=781088
Şoya Nakacima
'Shōya Nakajima' (中島 翔哉, Nakajima Shōya, 23 avqust 1994) Şoya Nakacima — Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 13 oyun keçirib, 4 qol vurub.
https://az.wikipedia.org/w/index.php?curid=596559
Şoyçi Nişimura
Şoyçi Nişimura (30 noyabr 1911 - 22 mart 1998) — keçmiş Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
https://az.wikipedia.org/w/index.php?curid=455077
Şozo Makino (rejissor)
Şozo Makino (牧野省三, Makino Şozo, 22 sentyabr 1878, Kioto – 25 iyul 1929) – Yaponiya film rejissoru və prodüseri. "Yaponiya kinosunun atası" hesab olunur. Şozo Makino 1878-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Makino anasına məxsus olan Senbonza teatrının meneceri olduğu dövrdə Nikkatsu Corporation şirkətinin başçısı olan Eynosuke Yokota ilə tanış olmuşdur. Yokota onu işə götürərək filmlər çəkməsini istəmişdir. Makinonun ilk çəkdiyi belə film 1908-ci ildə "Honno məbədi döyüşü" olmuşdur.Makino Okayama prefekturasını ziyarət edərkən kiçik bir teatrda çıxış edən Matsunosuke Onoe ilə tanış olmuş və onun aktyorluq bacarıqlarını kəşf etmişdir. Makino növbəti 10 il ərzində onunla hər il 60-80 film çəkmişdir. Bu filmlərin çoxu bacarıqlı qılınc ustalarının hekayələrindən və ya absurd bədheybət nağıllarından bəhs edirdi. 1919-cu ildə Mikado Company şirkətini yaradaraq təhsil filmləri çəkməyi başlamışdır.Film sayının çoxluğuna görə 1921-ci ildə Nikkatsu şirkəti ilə yollarını ayırmış və müstəqil işləməyə başlamışdır. 1925-ci ildə Kiotonun Omuro bölgəsində studiya açmış və Makino Productions şirkətini yaratmışdır. O, Bando Tsumasaburo kimi aktyorların baş rollarda çıxış etdiyi realistik tarixi dramaları populyarlaşdırmışdır. Oğlu Masahiro Makino 3 yaşından etibarən atasının filmlərində oynamağa başlamışdır. Daha sonra o da rejissor olmuş və tarixi filmlər çəkmişdir. Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 87. ISBN 0-87011-625-8. İstifadə tarixi: 25 oktyabr 2022.
https://az.wikipedia.org/w/index.php?curid=772030
Şozo Tsuqitani
Şozo Tsuqitani (25 iyun 1940, Hyoqo prefekturası – 2 iyun 1978, Kobe) — keçmiş Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 4 qol vurub.
https://az.wikipedia.org/w/index.php?curid=455108
Şozo İşiyama
Şozo İşiyama (石山正三, İşiyama Şozo, 23 fevral 1914, Tokio – 14 noyabr 1973) – Yaponiya ədəbiyyatşünası, dilçisi və tərcüməçisi. Rus dilini və ədəbiyyatını tədqiq etmişdir. Həyatı və karyerası 1914-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. 1940-cı ildə Tokio Xarici Dillər Məktəbinin rus dili kursunu bitirmişdir. 1941-ci ildə həmin yerdə assistent-professor kimi işləməyə başlamışdır. Daha sonra Tokio Xarici Tədqiqatlar Universitetinin professoru olmuşdur. "Öz-özünə sadə rus dilini öyrənmək" adlı orijinal və populyar kitabın müəllifi olmuşdur. Nikolay Dobrolyubovun "Qaranlıq səltənətdə işıq şüası" əsərini və Nikolay Çernışevskinin əsərlərini rus dilindən yapon dilinə tərcümə etmişdir. Lev Tolstoyun yaradıcılığını tədqiq edərək "Tolstoy haqqında traktat" əsərini yazmışdır. The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 414–415. İstifadə tarixi: 3 sentyabr 2023. Xarici keçidlər Kotobank saytında
https://az.wikipedia.org/w/index.php?curid=811064
Şoğakat TV
"Şoğakat" (erm. «Շողակաթ») — Erməni Həvari kilsəsinin sahibləndiyi Ermənistan dini-mədəni özəl telekanalı. Telekanal 1998-ci ildə Erməni Həvari kilsəsinin rəhbəri II Qaregin tərəfindən İrəvan şəhərində təsis edilmişdir. Telekanal Erməni Həvari kilsəsinin dini və ictimai fəaliyyətini əhatə edir və dini təbliğat yayımlayır. 1999-cu ildə II Qaregin Erməni Həvari kilsəsinin rəhbəri seçiləndə telekanal baş qərargahını Üçkilsə şəhərinə köçürmüşdür. "Şoğakat" telekanalı 2002-ci ilin noyabr ayından bəri Ermənistan və Dağlıq Qarabağ Respublikasında tam şəkildə yayımlanır. Telekanalın 2.000.000-dan çox abunəçisi mövcuddur."Şoğakat" telekanalı mədəniyyət, tarix, din, təbiət, milli-mənəvi dəyərlər, sosial-iqtisadi problemlər barədə məzmun yayımlayır.Telekanalın icraçı direktoru Manya Kazaryandır. Xarici keçidlər shoghakat.am — «Şoğakat» telekanalının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=578172
Şoşonit
Şoşonit - traxibazalta (traxidoleritə) yaxın, olivin saxlayan subqələvi sıralı effuziv (bəzən damar) süxur subqələvi bazalt-traxibazalt ailəsindən olub 25–55% plagioklazdan, 35%-dək sanidindən (bəzən analsimlə), 30%-dək avgitdən, 20%-ə qədər olivindən və 5% filiz minerallarından, apatit və biotitdən ibarətdir. Əsas kütləsi şüşəli və ya aydınkristallik olub, qələvi çöl şpatları ilə (bəzən leysitlə) zəngin olur. Absarokit və banakitlərlə assosiasiyadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
https://az.wikipedia.org/w/index.php?curid=505759
Şoşqavəng monastırı
Şoşqavəng monastırı — Xocalı rayonunun Xaçmaç kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsənin dövrümüzə çatmış inşaat kitabəsində qeyd edilir ki, abidə 1651-ci ilin yayında inşa edilmişdir. Tədqiqatlar göstərir ki, monastır qədim dini kompleksin yerində tikilmişdir. Planda düzbucaqlı formaya malik olan ibadət zalının şərq hissəsində altar apsidası yerləşir. Zalın tağtavanı qoşa pilonlar tərəfindən saxlanılır. Kilsənin dövrümüzə çatmış inşaat kitabəsində qeyd edilir ki, abidə "1651-ci ilin yayında...ustad Usep və Georgi tərəfindən inşa edilmişdir.” Kilsənin arxivində iki qədim əlyazma saxlanılır və onlar hər ikisi perqament üzərində yazılmış Psalmlar və İncillərdir.Ərazidə aparılan tədqiqatlar, monastırın yerləşdiyi yerdə erkən orta əsrlərdən etibarən dini kompleksin olduğu qənaətinə gəlinmişdir. Sonrakı əsrlərdə monastır ciddi dağıntılara məruz qalsa da, XVII əsrdə yenidən inşa edilmişdir. Kilsənin divar hörgüsündə əvvəlki tikilinin çoxlu sayda daşları və qədim xaçdaşlar istifadə olunmuşdur. Memarlıq xüsusiyyətləri Şoşqavəng monastırının yerləşdiyi ərazidən Amaras və Füzuli ərazisinə geniş mənzərə açılır. Birnefli bazilika formasına malik olan kilsə 9,19x6,26 m ölçülərə malikdir. Planda düzbucaqlı formaya malik olan ibadət zalının şərq hissəsində altar apsidası yerləşir. Zalın tağtavanı qoşa pilonlar tərəfindən saxlanılır. Kilsə, xaç təsvirləri ilə bəzədilmiş altar beminə, üç pəncərəyə və dövrümüzə çatmamış narteksə açılan qapıya (qərb tərəfdən) malikdir.Pəncərə və qapı yerləri, tağlar və pilonların hörgüsündə yaxşı yonulmuş daşlar, digər divar hörgülərində isə mat tonlu kobud daşlar istifadə edilmişdir. Kilsə ətrafında çoxlu sayda dağılmış tikililərin qalıqları saxlanmaqdadır.
https://az.wikipedia.org/w/index.php?curid=701298
Şpakov rayonu
Coğrafiyası Rayon Stavropol diyarının qərb hissəsinin mərkəzində yerləşir. Ərazinin iqtisadi, inzibati, mədəniyyət mərkəzi Stavropol şəhərini əhatə edən, onunla sıx nəqliyyat, sənaye, mədəni və məişət əlaqələri olan Mixalyovsk şəhəridir. Stavropolun sənaye zonası praktik olaraq Şpakov rayonunun yaşayış məntəqələri ilə əhatə olunmuşdur. Rayon sərhədlərinin uzunluğu təqribən 390 km-dir. Stavropol dağlığının ən yüksək nöqtəsi olan Strijament dağı (831 m), rayon ərazisində yerləşir. Hidroqrafik şəbəkəyə Taşlu, Böyük Yeqorlık, Tatarka, Mamayka, Yankul çayları, həmçinin Senqilevskoe və Yeqorlıkskoe su anbarları daxildir. Şimal-qərbdə İzobilnenski rayonu, şimalda Trunov rayonu, şimal-şərqdə Qraçyovski rayonu, cənub-şərqdə Andropov rayonu, cənubda Koçubevski rayonu ilə, qərbdə Krasnodar diyarı ilə həmsərhəddir. Rayonda Palaqiada dəmir yolu stansiyası var (Mixaylovsk şəhəri yaxınlığında, Peredovaya - Svetloqrad xəttində). 1924-cü ildə mərkəzi Rostov-na-Donu olan Şimali Qafqaz diyarı (1937-ci ildən - Ordjonikidze) quruldu və Stavropol və Tersk vilayətləri dairəyə çevrildi. Stavropol dairəsinin bir hissəsi olaraq, Stavropol rayonu da daxil olmaqla 10 rayonu ayrıldı. 1935-ci ildə Stavropol diyarı Voroşilovski, Stavropol şəhəri isə Voroşilovsk (1937-ci ildən - Ordjonikidze vilayətinin mərkəzi) adlandırıldı. Elə həmin il mərkəzi Spitsevka kəndində olan Spitsevski rayonu, mərkəzi Staromaryevka kəndində olan Staromaryevski rayonu və mərkəzi Kuqulta kəndində olan Şpakovs rayonu meydana gəldi. 1943-cü ildə Ordjonikidze diyarı Stavropol, Voroşilovsk şəhəri isə Stavropol olaraq dəyişdirildi. 20 avqust 1953-cü ildə Staromaryevski rayonu ləğv edildi. Ərazisi Voroşilovski rayonuna verildi. 14 noyabr 1957-ci ildə Voroşilovski rayonu Mixaylovski olaraq adlandırıldı. 30 sentyabr 1958-ci ildə mərkəzin Kuqulta kəndinə köçürülməsi ilə Spitsevski rayonu Staromaryevski olaraq adlandırıldı və Şpakovski rayonu ləğv edildi və ərazisi Staromaryevski və Trunov rayonlarına verildi. 25 may 1959-cu ildə Staromaryevski rayonunun mərkəzi Kuqulta kəndinə köçürüldü və rayonun adı Şpakov olaraq adlandırıldı. RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 1 fevral 1963-cü il tarixli "Kənd yerlərinin birləşdirilməsi, sənaye bölgələrinin yaradılması və Stavropol diyarının rayon və şəhərlərinin tabeliyində dəyişiklik edilməsi haqqında" 12 yanvar 1963-ci il tarixində RSFSR Ali Sovetinin Rəyasət Heyəti qərarı ilə aşağıdakı kənd rayonları qurulur: Arzqirski, Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Qeorqievski, İzobilnensk, İpatovski, Koçubeevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Novoaleksandrovski, Petrovski, Prikumski, Sovet və Şpakov kənd rayonları. 1 fevral 1963-cü ildə Mixaylovsk rayonu ərazisinin genişləndirilmiş Şpakov kənd rayonuna verilməsi ilə ləğv edildi. Şpakov rayonunun mərkəzi Mixaylovskoye kəndinə köçürüldü (5 iyun 1963-cü ildə Şpakovskoye kəndi olaraq dəyişdirildi). 12 yanvar 1965-ci ildə RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanına uyğun olaraq Stavropol diyarının 17 kənd rayonu (Şpakov daxil olmaqla) rayonlara çevrildi. Müasir Şpakov rayonunun sərhədləri nəhayət 1971-ci ildə formalaşdı. 29 dekabr 1998-ci ildə Stavropol diyarının qanunu ilə kənd rayonunun mərkəzik regional tabeli şəhər - Mixaylovsk şəhərinə çevrilməsi ilə əlaqədar olaraq Şpakov rayonunun Şpakov kənd məclisi ləğv edildi. Şpakovski kənd sovetinin tərkibinə daxil olan kənd yerləri: Balki, Kojevnikov, Podqornı kəndlərinin statuslarını dəyişdirmədən Mixaylovsk inzibati tabeliyinə verildi. 16 mart 2020-ci il tarixdən etibarən, Stavropol diyarının 31 yanvar 2020-ci il tarixli 16 saylı qanununa uyğun olaraq, Şpakov inzibati dairəsinin bütün bələdiyyələri vahid bələdiyyə forması olan Şpakov bələdiyyə dairəsinə birləşdirildi. Ərazi vahidi statusunu qoruyur. Cins tərkibi2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 58 220 kişi (47,31 %) və 64 851 qadın (52,69 %) yaşayırdı. UrbanizasiyaŞəhər şəraitində rayon əhalisinin (Mixaylovsk şəhəri) 64,25 % yaşayır. Milli tərkib2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı: Yaşayış məntəqələri Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 42 yaşayış məntəqəsini əhatə edir.
https://az.wikipedia.org/w/index.php?curid=675193
Şpanberq boğazı
Altıncı Kuril boğazı — Sakit okeanda yerləşən boğaz Şikotan adasını Oskolki adaları və Polonski adasını ayırır. Kuril adalarının Kiçik Kuril sıralaması arasında qərarlaşır. Boğaz rus dənizçisi Martın Petroviç Şpanberqin şərəfinə adlandırılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=453896
Şpaqat
Şpaqatın iki növü mövcuddur: "eninə" (ayaqlar tərəflərə yayılması) və "uzununa" (ayaqlar irəli və geri yayılması) şpaqat. Yuxarıya şpaqatda (ing. Oversplit) ayaqlar arasındakı bucaq 180 dərəcəni keçir. Şpaqat açmaq qaydaları Bir çox insan şpaqat açmaq istəyir. Bu bacarıq əzələləri daha elastik və möhkəm edir, qaməti düzəldir. Şpaqat açmaq üçün müəyyən müddət ərzində məşqlər etmək lazımdır. Məşqlərə başlamazdan əvvəl isə əzələləri isitmək lazımdır. İsitmə olmadan zədə almaq riski vardır. 10 dəqiqə qaçma, iplə tullanma zamanı artıq əzələlərin qızdığını hiss etmək olar. Məşq zamanı aşağıdakı tapşırıqlar yerinə yetirilməlidir: Bir ayağa önə düşmələr Bir ayağınızı önə çəkin və yavaş-yavaş dizinizi qıraraq aşağı düşün. Bu zaman ikinci ayağınız maksimal olaraq düz qalmalıdır. Diqqət yetirin ki, diziniz ayaq barmaqlarınızdan uzaq məsafəyə çıxmasın. Çalışın ikinci ayağınızın dizi və bud hissəsi yerə toxunsun. Çiyinlərinizi düz saxlayın. Tarazlıq üçün əllərinizi yerə buraxın. Bu vəziyyətdə 20-30 saniyə qaldıqdan sonra yavaş-yavaş ilkin vəziyyətə qayıdın və ikinci ayağınız üçün məşqi yerinə yetirin. Bud nahiyəsinin daxili üzünün dartınması Dizləriniz üstünə düşün. Bir ayağınızı önə açın və düz saxlayın. İkinci ayaq ilkin vəziyyətdə qalır. Bütün çəkinizi önə açdığınız ayağınıza keçirin. Ayaq barmaqlarınızdan tutaraq maksimum dartının. 20-30 saniyədən sonra yavaş-yavaş ilkin vəziyyətə qayıdın və növbəti ayaq üçün məşqi yerinə yetirin. Çalışın tarazlığınızı itirməyəsiniz. Ayaqüstü vəziyyətdən ayaqların dartınması Bir ayağınızı hündürlüyə qoyun. Çalışın hər iki dizinizi qırmayasınız və ayaqlarınızı düz saxlayın. Qaldırdığınız ayağın barmaqlarından tutaraq maksimum dartının. Bu zaman ikinci ayağın dabanı yerdən ayrılmamalıdır, buna diqqət yetirin. Bu vəziyyətdə, tarazlığı pozmadan 20-30 saniyə qaldıqdan sonra məşqi ikinci ayaq üçün yerinə yetirin. Kürək üstündə ayaqların dartınması Kürəkləriniz üstünə uzanın və bir ayağınızı yuxarı qaldırın. Barmaqlarınızdan tutaraq ayağınızı yavaş-yavaş bədəninizə yaxınlaşdırın. 20-30 saniyədən sonra ilkin vəziyyətə qayıdın və eyni məşqi ikinci ayağınız üçün yerinə yetirin. Əgər kimsə yanınızda varsa, məşq zamanı yerdə qalan ayağınızı, qalxmasın deyə saxlamağa kömək edə bilər. Yerdə kvadrisepslər üçün məşq Üzü üstə uzanın, əlləriniz önünüzdə, ayaqlarınızı düz açın. Bir ayağınızı qaldırın və linizlə tutaraq kürəyinizə yaxınlaşdırın. 10 saniyədən sonra ilkin vəziyyətə yavaş qayıdın və ayaqlarınızı dəyişin. Məşqlərin hər səfərində saniyələri artırmağa çalışın. Hər bir məşqdən sonra əzələlərinizin sakitləşməsi üçün vaxt ayırın, bu mütləqdir. Əks halda əzələ ağrılarından əziyyət çəkəcəksiniz. Dartınma hərəkətlərindən sonra 5-10 dəqiqə gəzmək məsləhətdi. Hər bir yaşda şpaqat oturmaq olar, əsas məşqləri yerinə yetirmək və orqanizmi çox yükə salmamaqdır. Hər bir insanın elastikliyi müxtəlifdir: biriləri 3-4 həftəyə oturacaqlar şpaqat, digərləri yarım ilə. Əsas məqsəd, istək və məşqlərin davamlığıdır! Bir qayda qurun: hər gün məşq! Hər bir məşq sizə həzz gətirəcəkdir.
https://az.wikipedia.org/w/index.php?curid=544468
Şpatel
Şpatel yemək, dərman, gips və boya daxil olmaqla materialı qarışdırmaq, yaymaq və qaldırmaq üçün istifadə olunan enli, yastı, əyiləbilən bir bıçaqdır.
https://az.wikipedia.org/w/index.php?curid=821376
Şpayxerştadt
Şpayxerştadt (alm. Speicherstadt, «anbar şəhəri») — dünyanın ən böyük anbar sahəsi, burada bütün binalar palıd ağacından olan taxta təməllər üzərində qurulmuşdur. Hamburq liman şəhərində yerləşir, ümumi uzunluğu 1,5 km-dir. Onun tikintisi 1883-cü ildə başlamış və 1927-ci ildə başa çatdırılmışdır. Rayon, malların rüsumsuz ticarəti üçün liman-frank zonası kimi yaradılmışdır. 5 iyul 2015-ci il tarixində aparılan ciddi bərpa işlərindən sonra Şpayxerştadt UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdi.1815-ci ildən Hamburq azad şəhəri Almaniya ittifaqının üzvü olsa da, Alman Gömrük İttifaqının tərkibinə daxil deyildi. 1871-ci ildə Alman İmperiyası qurulduqdan sonra, rüsumsuz bölgə statusunu itirdi və imperiyanın bir hissəsi oldu. Lakin 1888-ci ilin müqaviləsinə əsasən o, yenidən rüsumsuz ticarət zonasına çevrilib və azad liman statusu aldı.1883-cü ildə Kervider rayonunun söküntüsü başlandı, nəticədə 20 000-dən artıq insan köçürüldü. 1885-1888-ci illərdə Şpayxerştadt binaları kompleksinin ilk mərhələsi tikilmişdir. 1991-ci ildə Şpayxerştadt Hamburqun qorunan irs obyekti statusunu aldı. 2008-ci ildə Hafensiti kadastr məhəlləsinin bir hissəsi oldu. Şəhərdaxili ərazini canlandırmaq cəhdində Hamburq Hökuməti Hafensiti bölgəsinin inkişafına başladı. Bu qanunun həyata keçirilməsinin əsas məsələsi Elb Filarmoniyasının inşası idi.İkinci Dünya Müharibəsi zamanı, şəhərin bombalanması Şpayxerştadt binalarının təxminən 50%-i məhv etdi. Onların bəziləri tamamilə dağıdıldığından sonradan bərpa edilməyib. Bu gün isə onların yerində ticarət mərkəzi yerləşir.Şpayxerştadt ərazisində bir neçə muzey, o cümlədən möcüzələrin miniatür ölkəsi, "Hamburq donjonu" və 2011-ci ilə qədər Əfqanıstan muzeyi yerləşir. Bundan əlavə, ərazidəki binalar hələ də anbar kimi istifadə olunur. Anbarlar fərqli dayaq strukturları ilə tikilmişdi, lakin Franz Andreas Meyer kiçik qüllələr, çəpərlər və şüşəli terra cotta bəzəkləri olan neoqotika üslubda qırmızı kərpicdən xarici təbəqə yaratmışdı. Anbarlar su və torpaqdan girişləri olan çoxmərtəbəli binalardırdan ibarətdir. Ən qədim anbarlardan biri Hamburq Beynəlxalq Dəniz Muzeyidir. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=724682
Şpessart
Şpessart (alm. Mittelgebirge, termin Almanca: 'Mittel' — orta, 'Gebirge' — dağ silsiləsi mənasını verir), Almaniyanın Bavariya və Hessen əyalətlərində bir sıra alçaq meşəli dağlardır. Voqelsberq, Rhön və Odenvald ilə həmsərhəddir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 586 metr yüksəklikdə olan Qayersberqdir. Etimologiya Termin "Spechtshardt" sözündən götürülmüşdür. Alman dilində Specht ağacdələn, Hardt isə "təpəli meşə" mənasını verən qədim bir sözdür. Şpessart, Bavariyanın Aşağı Frankoniya bölgəsində və Almaniyanın Hessen bölgəsində yerləşən Alman Orta Yaylası'nın bir hissəsi olan Mittelgebirge'dir. Digər təpə silsilələri ilə həmsərhəddir: şimalda Voqelsberq, şimal-şərqdə Rhön və cənub-qərbdə Odenvald. Şpessartın ərazisi cəmi 2.440 kvadrat kilometr, bunun 1.710 kvadrat kilometri Bavariyanın bir hissəsidir. Ən yüksək ərazi dəniz səviyyəsindən 586 metr yüksəklikdə olan Geiersberqdir. Şpessartın Hessia hissəsindəki ən yüksək ərazisi isə 567 metrd yerləşən Hermannskoppe'dur. Parisdəki Coğrafiya Institutuna görə, Xorvatiyanın Avropa Birliyinə (AB) üzv olmasından bəri, AB-nin coğrafi mərkəzi, Schöllkrippen yaxınlığındakı Westernqrund kəndində yerləşir. Əvvəllər mərkəz Gelnhausen-in qərbində yerləşirdi. Şpessartın ən aşağı təbəqələri təxminən 1200 milyon illik tarixi olan qneys və şistdən ibarətdir. Bu qaya növləri ən çox Vorspessartda görünür. Bunun üzərinə Sailauf'dan Linsenqericşte uzanan bir zolaqda və Biebergemünd yaxınlığındakı Bieber çayının sahilində Gümüş, mis, dəmir və kobalt yataqları olan bir Perm dövrünə aid Zechsteindir. Hochspessartın və Cənubi Şpessartın əksəriyyətinin üst təbəqəsi Buntsandstein və ya 400 metr qalınlığa qədər qırmızı qumdaşı lövhəsindən ibarətdir. Təxminən 250 milyon il əvvələ aiddir və xüsusilə Miltenberq ətrafında yayılmışdır. Bu, ərazinin ən məşhur daşıdır, çünki keçmişdə Mainz Katedrali kimi Ren vadisinin katedralları da daxil olmaqla bir çox ictimai binada istifadə edilmişdir. İqlim və ekologiya Bölgənin iqlimi mülayim okeandır, yayları sərin və qışı nisbətən mülayimdir. Əsas vadidə orta illik istilik 8 ilə 9 dərəcədir. Mərkəzi massivdə (Hochspessart) 6 ilə 7 dərəcədir. Genişləndirilmiş meşə sahələrinin olması yüksək rütubətlə nəticələnir və xüsusilə vadilərdə tez-tez duman olur. Ən çox yağıntı Hochspessart yüksək bölgəsinə düşür, qərbdən ildə maksimum 1000 mm-ə qədər yüksəlir və sonra aralığın az tərəfinə geri dönür (hakim küləklər qərbdən gəlir) 600 mm / il əsas vadidə. Yüksəklikdən asılı olaraq illik yağıntının təqribən% 15-dən 20% -i qar kimi düşür. Hochspessartda təxminən 70–80 gün, Vorspessart və Sinn və Hafenlohr vadilərində 40–50 gün və Ana vadidə 30 gün qar müşahidə olunur. 10 santimetr və ya daha çox qar örtüyü nisbətən nadirdir, Əsas vadidə ildə orta hesabla 10 gündən az, Vorspessartda 15 ilə 20 gün, Hochspessartda 30 ilə 35 gün arasında üstünlük təşkil edir. Flora və fauna Vorspessartda həmişəyaşıl ağaclar üstünlük təşkil edir və dağınıq meyvə ağacları (Streuobstwiesen) və ağ çiçəkli çəmənliklər yayqındır. Təxminən 85% -ni meşə ilə örtülü olan Hochspessartda palıd və fıstıq ən çox yayılan ağac növüdür. Ən köhnə ağaclar Rohrberg (Rohrbrunn yaxınlığında) və Metzgergraben təbiət qoruqlarında tapılmışdır. Vorspessart kimi, Nordspessartda ağac örtüyü XV əsrdə yerli şüşə tökmə sənayesinin böyük yanacaq ehtiyacları nəticəsində yox olmuşdu. Şpessart çoxsaylı heyvan növləri üçün yaşayış sahəsi təmin edir. maral, qaban və tülkü olduqca yayqındır. Porsuq, yenot, Avropa vəhşi pişikləri, Avrasiya vaşaqı var. Qunduz, bölgədə ovlandığı üçün nəsli kəsilməkdə olsa da, 1980-ci illərdən bəri bir neçə çay vadisi boyunca uğurla bərpa edilmişdir . (Hafenlohr, Sinn). Şpessartda bir neçə növ ağacdələnə rast gəlinir: qara, böyük xallı, orta xallı, yaşıl və boz üzlü.
https://az.wikipedia.org/w/index.php?curid=684926
Şpinel
Şpinel — mineral, alümoşpinellər qrupu MgAl2O4. Şpinel qrupun başqa mineralları (hersinit, qanit və qalaksit) izomorf sıralar əmələ gətirir. Al qismən Fe3+, Cr3+, Mn3+-la əvəz olunur. Kubik. Kristalları oktaedrik, bəzən kubik, rombododekaedrik. İkiləşmə {111} şpinel qanunu üzrə, bəzən polisintetik, nadir hallarda {211} üzrə. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: dənəvər, tək-tək dənələr. Rəngi müxtəlif çalarlı, qırmızı, yaşıl, göy, qara, rəngsiz. Cizgisi ağ. Şüşə parıltılı. Bəzən asterizm müşahidə edilir. Qırmızı şpinel ultrabənövşəyi şüada parlaq-qırmızı işıqla lüminessensiya edir. Sərtliyi 7,5-8. Xüsusi çəkisi 3,6-4,1. Aksessor mineral kimi əsasi, nadir hallarda turş süxurlarda, çox vaxt maqneziumlu skarnlarda, kalsifirlərdə və başqa kontakt-metasomatik süxurlarda rast gəlinir. Həmçinin buynuzdaşı və qneyslərdə, kristallik şist və amfibolitlərdə, habelə səpintilərdə. Tuflarda, meteoritdə də tapılmışdır. Qəşəng qırmızı kristalları (nəcib şpinel) qiymətli daşdır. Rənginə görə növ müxtəlifliyi: rubin şpineli, rubisell, rubin-bale və b. Tərkibinə görə növ müxtəlifliyi: pleonast, seylonit, xlor-şpinel, qanoşpinel, xrom-seylonit və b. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
https://az.wikipedia.org/w/index.php?curid=505764
Şpisbergen
Şpitsbergen (alm. Spitzbergen), həmçinin Svalbard (norv. Svalbard), pomor Qrumant — Şimal Buzlu Okeanında, 76°26' və 80°50' şimal genişliyi, 10° və 32° şərq uzunluğunda yerləşən böyük qütb arxipelaqı. Norveçin ən şimal hissəsi. Mərkəzi Lonqyirbyuen şəhəridir. Bu Yer Kürəsində ən şimalda yerləşən inzibati mərkəz hesab olunur. Arxipelaq və ətraf zona hərbisizləşdirilmiş ərazidir. Əhalisi 2600 nəfərdir, 2009-cu il. 17-18-ci əsrlərdə uzaq şimala üzən balinaçılar adalardan baza kimi istifadə edirdilər; sonradan arxipelaq tərk edildi. Kömür hasilatı 20-ci əsrin əvvəllərində başlamış və bir neçə daimi icma yaradılmışdır. 1920-ci il Svalbard Müqaviləsi Norveçin suverenliyini tanıyır və 1925-ci il Svalbard Aktı Svalbardı Norveç Krallığının tam tərkib hissəsi etdi. Svalbard müqaviləsi Svalbardı azad iqtisadi zona və silahsızlaşdırılmış zona kimi təsis etdi. Norwegian Store Norske və Rus Arktikugol yeganə mədən şirkətləri olaraq qalır. Tədqiqat və turizm, Svalbard Universitet Mərkəzi və Svalbard Qlobal Toxum Anbarı ilə yerli iqtisadiyyatda mühüm rol oynayan mühüm əlavə sənaye sahələrinə çevrilmişdir. Longyearbyendən başqa, digər yaşayış məntəqələrinə Rusiyanın Barentsburq mədən icması, Norveçin Ny-Alesund tədqiqat stansiyası və İsveç-Norveç mədənçıxarma məntəqəsi olan Sveaqruva (2020-ci ildə bağlanıb) daxildir. Digər yaşayış məntəqələri daha şimalda yerləşir, lakin burada yalnız fırlanan tədqiqatçılar qrupları yaşayır. Yaşayış məntəqələrini birləşdirən yollar yoxdur; əvəzinə qar arabaları, təyyarələr və qayıqlar qəsəbələrarası nəqliyyatı təmin edir. Svalbard hava limanı əsas qapı kimi xidmət edir. Arxipelaqın təxminən 60%-i buzlaqlarla örtülüdür və adalarda çoxlu dağlar və fyordlar var. Arxipelaq Arktik iqlimə malikdir, baxmayaraq ki, eyni enlikdəki digər ərazilərə nisbətən əhəmiyyətli dərəcədə yüksək temperatura malikdir. Flora qütb gecəsini kompensasiya etmək üçün gecə yarısı günəşinin uzun müddətindən istifadə etməyə uyğunlaşdı. Bir çox dəniz quşları Svalbarddan çoxalma yeri kimi istifadə edir və burada qütb ayıları, şimal maralları, Arktika tülküləri və bəzi dəniz məməliləri yaşayır. Yeddi milli park və 23 təbiət qoruğu arxipelaqın üçdə ikisini əhatə edir və əsasən toxunulmamış kövrək mühiti qoruyur. 1925-ci ildən Norveç Krallığının bir hissəsi olsa da, Svalbard coğrafi Norveçin bir hissəsi deyil; inzibati cəhətdən arxipelaq heç bir Norveç qraflığının bir hissəsi deyil, lakin qeyri-korporativ ərazini təşkil edir. Bu o deməkdir ki, o, təyin olunmuş qubernator vasitəsilə birbaşa Norveç hökuməti tərəfindən idarə olunur və Şengen Bölgəsi, Şimal Pasport İttifaqı və Avropa İqtisadi Bölgəsi xaricində olan Svalbard Müqaviləsinə tabe olan xüsusi yurisdiksiyadır. Svalbard və Yan Mayen birlikdə ISO 3166-1 alfa-2 ölkə kodu "SJ" ilə təsbit edilmişdir. Hər iki ərazi Norveç tərəfindən idarə olunur, baxmayaraq ki, onlar 950 kilometrdən (510 dəniz mili) çox məsafə ilə ayrılır və çox fərqli inzibati strukturlara malikdir. TopoSvalbard — interaktiv xəritə (ing.) Şpitsbergen şəkillərdə Qərbi Şpitsbergen şəkillərdə Barensburqda şaxtaya dəmir yolu Həmçinin bax Yeni Torpaq (Şpitsbergen) Cənubi Şpitsbergen Milli Parkı
https://az.wikipedia.org/w/index.php?curid=393269
Şpisbergen və Yan-Mayen
Svalbard və Yan Mayen - Şpisbergen və Yan-Mayen ( norv. Svalbard og Jan Mayen ) — iki uzaq yurisdiksiyasının məcmu qruplaşdırılması üçün müəyyən edilmiş statistik təyinatdır: Svalbard və Jan Mayen. İkisi Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) kateqoriyasının məqsədləri üçün birləşdirilsə də, inzibati cəhətdən əlaqəli deyillər. Svalbard Norveçin suverenliyi altında Şimal Buzlu Okeanında yerləşən arxipelaqdır, lakin Svalbard Müqaviləsi ilə verilən xüsusi statusa tabedir. Jan Mayen Şimal Buzlu Okeanında uzaq bir adadır; Onun daimi əhalisi yoxdur və Nordland qubernatoru tərəfindən idarə olunur. Svalbard və Yan Mayenin ortaq cəhəti odur ki, onlar Norveçin mahallara bölünməyən yeganə inteqrasiya olunmuş hissələridir. Rəsmi dili norveç dilidir. Svalbard Arktikada materik Norveç və Şimal Qütbün ortasında yerləşən arxipelaqdır. Sahəsi 61,022 kv. metkilor (23,561 kv. mil) və 2009-cu ildə 2572 sakin var idi. Spitsbergen ən böyük adadır, ondan sonra Nordaustlandet və Edgeøya gəlir. İnzibati mərkəz Longyearbyendir və digər yaşayış məntəqələri tədqiqat məntəqələrindən əlavə, Rusiyanın Barentsburq mədən icması, Ny-Alesund tədqiqat icması və Sveaqruva mədən forpostudur. 1920-ci il Svalbard müqaviləsi Norveçin suverenliyini tanıyır və 1925-ci il Svalbard Aktı Svalbardı Norveç Krallığının tam tərkib hissəsi etdi. Arxipelaqı Norveç Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyinə tabe olan Svalbard qubernatoru idarə edir. Norveçin qalan hissəsindən (Yan Mayen daxil olmaqla) fərqli olaraq, Svalbard azad iqtisadi zona və silahsızlaşdırılmış zonadır və Şengen zonasının və ya Avropa İqtisadi Bölgəsinin bir hissəsi deyil. Jan Mayen Şimal Buzlu Okeanında, Norveç dənizi ilə Qrenlandiya dənizinin sərhəddində yerləşən vulkanik adadır. Norveç Meteorologiya İnstitutu adanı 1922-ci ildə Norveçə birləşdirdi. 27-də 1930-cu ilin fevralında ada de-yure Norveç Krallığının tərkibinə daxil edildi. 1994-cü ildən bəri ada Nordland əyalətinin qubernatoru tərəfindən idarə olunur və bəzi səlahiyyətlər stansiya komandirinə verilir. 1994-cü ilə qədər Svalbard qubernatoru Jan Mayeni idarə edirdi. İSO təyinatı Birləşmiş Millətlər Təşkilatının Statistika Şöbəsinin ekvivalent kateqoriyasına uyğundur və bu təsnifat sistemlərinin istifadəçiləri bəzi hallarda bu məlumatı “Norveç” kateqoriyasına daxil etmək əvəzinə “Svalbard və Yan Mayen adaları” üçün ayrıca hesabat verə bilərlər. Nə Svalbard, nə də Jan Mayenin öz bayrağı və ya gerbi yoxdur və Norveç bayrağı hər ikisi üçün həm tək, həm də qrup şəklində istifadə olunur. İSO kodunu sadəcə "Svalbard" olaraq dəyişdirmək cəhdi Norveç Xarici İşlər Nazirliyinin etirazı səbəbindən əvvəllər uğursuz olmuşdu. Bununla belə, əhali və ticarət daxilində statistik istifadə üçün "Svalbard və Jan Mayen" mahiyyətcə sadəcə "Svalbard" deməkdir. ISO 3166-2:SJ, submilli inzibati bölmələrə kodlar təyin etmək üçün sistem olan ISO 3166-2- də Svalbard və Jan Mayen üçün girişdir. Biblioqrafiya Stange, Rolf. Spitsbergen. Cold Beauty (Photo book) (ingilis, alman, holland, və norveç). Rolf Stange. 2011. ISBN 978-3-937903-10-1. Stange, Rolf. Spitsbergen – Svalbard. A complete guide around the arctic archipelago. Rolf Stange. 2012. ISBN 978-3-937903-14-9.
https://az.wikipedia.org/w/index.php?curid=820380
Şpitsbergen
Şpitsbergen (alm. Spitzbergen), həmçinin Svalbard (norv. Svalbard), pomor Qrumant — Şimal Buzlu Okeanında, 76°26' və 80°50' şimal genişliyi, 10° və 32° şərq uzunluğunda yerləşən böyük qütb arxipelaqı. Norveçin ən şimal hissəsi. Mərkəzi Lonqyirbyuen şəhəridir. Bu Yer Kürəsində ən şimalda yerləşən inzibati mərkəz hesab olunur. Arxipelaq və ətraf zona hərbisizləşdirilmiş ərazidir. Əhalisi 2600 nəfərdir, 2009-cu il. 17-18-ci əsrlərdə uzaq şimala üzən balinaçılar adalardan baza kimi istifadə edirdilər; sonradan arxipelaq tərk edildi. Kömür hasilatı 20-ci əsrin əvvəllərində başlamış və bir neçə daimi icma yaradılmışdır. 1920-ci il Svalbard Müqaviləsi Norveçin suverenliyini tanıyır və 1925-ci il Svalbard Aktı Svalbardı Norveç Krallığının tam tərkib hissəsi etdi. Svalbard müqaviləsi Svalbardı azad iqtisadi zona və silahsızlaşdırılmış zona kimi təsis etdi. Norwegian Store Norske və Rus Arktikugol yeganə mədən şirkətləri olaraq qalır. Tədqiqat və turizm, Svalbard Universitet Mərkəzi və Svalbard Qlobal Toxum Anbarı ilə yerli iqtisadiyyatda mühüm rol oynayan mühüm əlavə sənaye sahələrinə çevrilmişdir. Longyearbyendən başqa, digər yaşayış məntəqələrinə Rusiyanın Barentsburq mədən icması, Norveçin Ny-Alesund tədqiqat stansiyası və İsveç-Norveç mədənçıxarma məntəqəsi olan Sveaqruva (2020-ci ildə bağlanıb) daxildir. Digər yaşayış məntəqələri daha şimalda yerləşir, lakin burada yalnız fırlanan tədqiqatçılar qrupları yaşayır. Yaşayış məntəqələrini birləşdirən yollar yoxdur; əvəzinə qar arabaları, təyyarələr və qayıqlar qəsəbələrarası nəqliyyatı təmin edir. Svalbard hava limanı əsas qapı kimi xidmət edir. Arxipelaqın təxminən 60%-i buzlaqlarla örtülüdür və adalarda çoxlu dağlar və fyordlar var. Arxipelaq Arktik iqlimə malikdir, baxmayaraq ki, eyni enlikdəki digər ərazilərə nisbətən əhəmiyyətli dərəcədə yüksək temperatura malikdir. Flora qütb gecəsini kompensasiya etmək üçün gecə yarısı günəşinin uzun müddətindən istifadə etməyə uyğunlaşdı. Bir çox dəniz quşları Svalbarddan çoxalma yeri kimi istifadə edir və burada qütb ayıları, şimal maralları, Arktika tülküləri və bəzi dəniz məməliləri yaşayır. Yeddi milli park və 23 təbiət qoruğu arxipelaqın üçdə ikisini əhatə edir və əsasən toxunulmamış kövrək mühiti qoruyur. 1925-ci ildən Norveç Krallığının bir hissəsi olsa da, Svalbard coğrafi Norveçin bir hissəsi deyil; inzibati cəhətdən arxipelaq heç bir Norveç qraflığının bir hissəsi deyil, lakin qeyri-korporativ ərazini təşkil edir. Bu o deməkdir ki, o, təyin olunmuş qubernator vasitəsilə birbaşa Norveç hökuməti tərəfindən idarə olunur və Şengen Bölgəsi, Şimal Pasport İttifaqı və Avropa İqtisadi Bölgəsi xaricində olan Svalbard Müqaviləsinə tabe olan xüsusi yurisdiksiyadır. Svalbard və Yan Mayen birlikdə ISO 3166-1 alfa-2 ölkə kodu "SJ" ilə təsbit edilmişdir. Hər iki ərazi Norveç tərəfindən idarə olunur, baxmayaraq ki, onlar 950 kilometrdən (510 dəniz mili) çox məsafə ilə ayrılır və çox fərqli inzibati strukturlara malikdir. TopoSvalbard — interaktiv xəritə (ing.) Şpitsbergen şəkillərdə Qərbi Şpitsbergen şəkillərdə Barensburqda şaxtaya dəmir yolu Həmçinin bax Yeni Torpaq (Şpitsbergen) Cənubi Şpitsbergen Milli Parkı
https://az.wikipedia.org/w/index.php?curid=291093
Şpitsbergen adası

https://az.wikipedia.org/w/index.php?curid=618358
Şpitsbergen cərəyanı
Şpitsbergen cərəyanı və ya Qərbi Şpitsbergen cərəyanı — Şpitsbergenin qərb sahilləri boyunca keçən keçən isti cərəyan. Qolfstrim cərəyanının davamı olan Norveç cərəyanının haçalanması nəticəsində meydana gəlir. Norveç cərəyanı 67° şm. e. 3° ş. u. koordinatında Nordkap və Şpitsbergen cərəyanlarına parçalanır.
https://az.wikipedia.org/w/index.php?curid=521399
Şpree
Şpre (alm. Spree) — Hafel çayının yan qolu. Almaniyanın şimal hissəsində yerləşir. Keçdiyi yerlər Almaniyanın Saksoniya, Brandenburq, Berlin əyalətlərindən və 700 metrlik bir hissəsi Çexiya ərazisindən keçir. Uzunluğu təxminən 400 kilometrdir. Berlindən keçən hissəsinin uzunluğu 44 km-dir. Bundan sadəcə 182 km gəmiçilikdə istifadə olunur. Sahəsi 10.105 km2-dir. Hafel çayının yan qolu olmasına baxmayaq, ondan uzundur və sürəti 2 dəfədən artıq çoxdur. Şprenin sürəti 36 m3/san və Hafel çayının sürəti 15 m3/san-dir.
https://az.wikipedia.org/w/index.php?curid=365241
Şprengel muzeyi
Şprengel muzeyi (alman dilində:Sprengelmuseum) — Almaniyanın Hannover şəhərində müasir bədii incəsənət muzeyi. Şprengel muzeyi 1972-ci ildə təşkil olunmuşdur. Muzeydə 1992-ci ildə yenidənqurma işləri aparılmışdır. Şprengel muzeyində 1900-1930-cu illər incəsənəti Pikassonun, Paul Kleenin, Kazimir Maleviçin, Mass Ernestin, Fernan Lejenin, Maks Bekmannın və arxivi 1993-cü ildən Şprengel muzeyində mühafizə və nümayiş olunan Hannover rəssamı Kurt Şvitersin əsərləri ilə təmsil olunur. Sürrealizm, dadizm və ekspressionizm ənənələrini əks etdirən əsərlər muzeydə mühüm yer tutur. Şprengel muzeyinin eksponatlarının əsasını Bernard Şprengelin 1969-cu ildə Hannover şəhərinə hədiyyə etdiyi müasir incəsənət əsərlərindən ibarət kolleksiya təşkil edir. Bundan başqa, Bernard Şprengel muzey binasının tikintisinə də köməklik göstərmişdir. Dietmar Elger, Ulrich Krempel (Hrsg.): Sprengel Museum Hannover. Malerei und Plastik. Band 1: Text, Band 2: Bestandsverzeichnis, Hannover 2003, Vanessa-Maria Voigt: Kunsthändler und Sammler der Moderne im Nationalsozialismus. Die Sammlung Sprengel 1934 bis 1945. Reimer, Berlin 2007, Angela Kriesel (Hrsg. für das Sprengel Museum mit Unterstützung des Vereins der Freunde des Sprengel Museum Hannover): Ein Geschenk. Die Sammlung Sprengel, Wallstein, Göttingen 2010, Xarici keçid Kurt and Ernst Schwitters Foundation
https://az.wikipedia.org/w/index.php?curid=430141
Şprenqel deformasiyası
Şprenqel deformasiyası (ing. Sprengelˋs deformity) – kürək sümüyü kiçik və çiyindən yüksək yerləşməklə yaranan anadangəlmə defekt.
https://az.wikipedia.org/w/index.php?curid=834827
Şprits
Şprits (alm. Spritze, spritzen — çiləmək, sıçratmaq) — ən sadə qurluşlu bir nasos olub, əsasən tibbdə dərman preparatlarının orqanizmə: dəri içinə, dəri altına, əzələ daxilinə, vena daxilinə sümük daxilinə və s. yeritmək üçün bir ləvazimatdır. Bəzi dillərdə ing. syringe, fr. Seringue adlandırılır ki, sözün kökü yunan mənşəyli olub, yun. σύριγξ - “syrinx” boru deməkdir. Tarixdə ilk venadaxili inyeksiya XVII əsrə təsadüf edilsə də, halhazırda tanıdığımız formada ilk şprits 1853 cü ildə baytar həkim Çarlz Qabriel Pravaz (ing. Charles Gabriel Pravaz) və Aleksandr Vud (ing. Alexander Wood) tərəfindən bir-birilərindən xəbərsiz icad edilmişdir. İlk şprits metaldan və qeyri şəffaf kauçuqdan hazırlandığı üçün məhlulun dozası porşenin dəstəyindəki işarələrlə müəyən edilirdi. 1949—1950 Artur Smit ABŞ-da birdəfəlik şprits istehsalı üçün patent alır. 1954 cü ildən “Becton, Dickinson and Company” tərəfindən kütləvi şəkildə şüşədən birdəfəlik şprits istehsal olunur. 1956 cı ildə Yeni Zellandiyalı əczaçı Kolin Myordok (ing. Colin Murdoch) plastik materialdan birdəfəlik şprits icad edərək patentləşdirir. Adi tibb şpritsi sadə qurluşlu iki hissədən silindrik borudan və ona daxil edilmiş sıxıcı porşendən ibarətdir. Əvvəllər şüşə və metaldan hazırlanan bu şpritsləri təkrar istifadə etmək mümkün idi. Lakin qanla keçən yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artması birdəfəlik şpristlərin istehsalına gətirib çıxarır. Birdəfəlik şpristlər şəffaf plastik kütlədən steril qablaşdırılmış şəkildə müxtəlif ölçülərdə: 2ml, 5ml, 10ml, 20 ml, 50 ml həcmlərdə hazırlanır. Ən kiçik ölçülüsü xüsusi təsir vahidi ilə işarələnmiş 1 ml həcmində olub, insulin spritsi adlanır, ən böyük ölçülüsü isə 50 ml həcmində olub, ondan inyeksiya xüsusi şprits nasosu vasitəsilə icra edilir.
https://az.wikipedia.org/w/index.php?curid=440000
Şprits nasosu
Şprits nasosu (ing. Syringe driver, alm. Spritzenpumpe) — müasir təbabətdə geniş tətbiq olunan tibb ləvazimatı. Onun vasitəsilə venadaxili inyeksiya üçün dərman məhlullarını, zaman üzrə dozalamaq mümkündür. Tibbi dildə ona perfyuzor da deyilir. İlk dəfə 1951 ci ildə Dr. Hess tərəfindən icad edilmişdir. Halhazırda klinikalarda tətbiq edilən cihaz “B. Braun Melsungen” firması tərəfindən istehsal edilmişdir. Müasir şprits nasoları nano texnalogiya əsasında istehsal olunurlar. Belə şprits nasoları yaddaşa, hesablama, dərman məhlullarını bazal sürətlə yaxud bolyusla inyeksiya etmək qabiliyyətinə və müşahidə monitoruna malikdirlər. Şprits nasosları xalis venadaxili anesteziyaların icrasında, intensiv şöbədə şoklu pasientlərə dəqiqliklə katexolamin müalicəsini aparmaq üçün o cümlədən pediatriyada əvəzedilməzdir.
https://az.wikipedia.org/w/index.php?curid=440004
Şraddha Kapur
Şraddha Kapur (3 mart 1987, Bombey) Hindistan kino və televiziya aktrisasıdır. Bioqrafiyası Kapur Boston Universitetində teatr tələbəsi olmuşdur. Onun aktyorluq karyerası buradakı ilk ilindən başlamışdır. O, 2010-cu ildə "Teen Patti" adlı ilk filmində çəkilmişdir. Onun qardaşı Siddhant Kapoor da aktyordur.
https://az.wikipedia.org/w/index.php?curid=767391
Şrapnel
Şrapnel — hazır vurucu ünsürləri — sferik güllə, çubuq, ikili pelerin (bir-biri ilə qısa trosla bağlanmış, içi qurquşunla doldurulmuş borucuqlar), oxları və s. olan artilleriya mərmisi. 1803-cü ildə bu karteç tipli mərmini təklif edən ingilis zabiti H.Şrapnelin adı ilə bağlıdır. Şrapnel vintlənmiş başı olan, icində, korpusu dolduran vurucu ünsürlərdən diafraqma ilə ayrılan, tüstülü barıtdan olan itələyici ücrəti olan, polad korpusdan ibarətdir. Vurucu ünsürlərin arası aşağıdan tüstüyaradan tərkiblə (Şrapnelin partlayışının müşahidəsini asanlaşdıran tüstü buludunu yaratmaq üçün), üstdən isə kanifol yaxud kükürdlə(ünsürlərin korpusun içində yerdəyişməsinin qarşısını almaq üçün)doldurulur. Korpusun içilə itələyici PM doldurmasına qədər, içində barıt olan mərkəzi borucuq gedir. Distansion partladan şrapnelin havada, hədəfin üzərində, topdan bir qədər məsafədə partlamasını təmin edir. Şrapnel açıq yerləşən canlı qüvvəyə qarşı olduqca effektiv idi, lakin XX əsrin 40-cı illərində, yerini qəlpəli və qəlpəli-fuqas mərmilərə verərək, öz əhəmiyətini itirdi. 1960-cı illərin sonunda, canlı qüvvənin məhvi üçün oxformalı vurucu ünsürlərlə təchiz olunmuş artilleriya mərmiləri ortaya çıxdı. Məsələn amerikan ordusunda 105-mm mərminin, (uzunluğu 25 mm kütləsi 0,5q) 8000 oxformalı polad çubuqları var. Distansion partaıdanın işə düşməsi ilə, keçirgən vtulkada olan PM doldurması mərminin korpusunun başlıq hissəsini dağıdır və itələyici barıt doldurmasını alovlandırır. Oxlar mərminin içində bayıra atılır və yayılır. Oxların aerodinamik forması və onlarda pərlərin olması onların ucu irəli uçmağını təmin edir.
https://az.wikipedia.org/w/index.php?curid=334553
Şredder
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=262044
Şreder (qurğu)
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=262042
Şredinger
Ervin Rudolf Yozef Aleksandr Şredinger və ya Şrödinger (alm. Erwin Rudolf Josef Alexander Schrödinger; 12 avqust 1887, Vyana – 4 yanvar 1961, Vyana) — avstriyalı nəzəriyyəçi-fizik, 1933-cü il Fizika üzrə Nobel mükafatı lauretı, Berlin, Oksford, Qrats, Gent universitetlərinin professoru, Dublinin Ali Tədqiqatlar İnstitutunun təsisçisi və direktoru. Kvant mexanikası və materiyanın dalğa nəzəriyyəsinin (ehtimalın dalğa funksiyası) müəllifi. Ervin Şredinger Vyanada Rudolf Şredinger və Georgina Emili Brendin ailəsində anadan olmuşdur. 1898-ci ildə Akademik gimnaziyaya daxil olur. 1906-1910-cu illərdə artıq İ. Loşmidt, İ. Ştefan və L. Bolsman kimi alimlərin sayəsində nəzəri və eksperimental fizika üzrə kifayət qədər tanınan Vyana universitetində təhsil almışdır. Məhz burada L. Bolsmannın tələbələri F. Qazenorl və Frans Eksber kimi böyük alimlərin təsiri altında Şredingerin elmi dünyagörüşü formalaşır. Şredinger Bolsman tərəfindən inkişaf etdirilmiş termodinamikanın ehtimal interpretasiyası ilə maraqlanır. 1929-cu ildə alim bunu belə xatırlayır:"Bu ideyalar dairəsi mənim üçün elmə ilk məhəbbət rolunu oynadı, başqa heç bir şey məni bu qədər məftun etmir, və yəqin ki, bundan sonra də etməyəcək". Doktorluq dissertasiyası çərçivəsində Şredinger rütubətli havada izolyator səthində elektrik keçiriciliyi məsələsi ilə məşğul olur. Elmi fəaliyyəti Universiteti bitirdikdən sonra, Şredinger Eksnerin assistenti işləyir. 1910-cu ildən etibarən Şredingerin dielektriklər, maqnetizmin kinetik nəzəriyyəsi, atmosfer elektrikliyi, (Qaytinger mükafatına layiq görülmüşdür) anormal elektrik dispersiyası nəzəriyyəsi, interferensiya hadisələri, Debay effekti nəzəriyyəsi və s. dair ilk nəşrləri işıq üzü görməyə başlayır. Birinci Dünya Müharibəsinə bir neçə həftə qalmış Şredingeri ordu sıralarına çağırırlar. Cəbhə xəttində həlak olan F. Qazenorldan fərqli olaraq Şredingerin bəxti gətirir. Onu artileriya zabiti qismində nisbətən sakit Cənub-Qərb cəbhəsinə (Triest rayonu) göndərirlər. Burda ona hətta fizika kurslarında qalmaq və Eynşteynin nisbiliyin ümumi nəzəriyyəsi ilə tanış olmaq da nəsib olur. 1918-ci ildə isə o bu mövzuda iki məqalə də nəşr etdirir. Müharibədən sonra 1919-cu ilin payızında Şredinger M. Vindən Yen universitetində elektron və kvant nəzəriyyəsindən mühazirələr oxumaq təklifini alır. 1920-1921-ci illərdə Şredinger Ştutqart və Breslav universitetlərinin professoru işləyir, 1921-ci ildə isə Sürix universitetinin nəzəri fizika kafedrasına rəhbərlik edir. Ondan əvvəl isə bu kafedraya A. Eynşteyn, P. Debay və M. fon Laue başçılıq edirdi. Şredingerə dünya şöhrəti gətirən isə onun 1926-cı il kvant nəzəriyyəsinə dair işləri olmuşdur. Maks Born sonralar „Onun nəzəri fizikada dalğa mexanikasına dair ilk altı işindən daha mühüm nə ola bilər?" demişdir. L. de Broylun elektron dalğaları nəzəriyyəsini daha da təkmilləşdirən Şredinger elektronların diskret vəziyyətini xüsusi rəqslər kim göstərmişdir. Beləliklə kvant məsələləri yeni bir istiqamət alaraq xüsusi qiymətlə və xüsusi funsksiyalar axtarışına yönəlir. Mikroobyektlərin vəziyyətini təsvir edən funksiya anlayışını daxil etməklə Şredinger materiyanın məşhur „dalğa tənliyini" – Şredinger tənliyini alır. Bu tənlik atom fizikasında Nyuton qnunlarının klassik mexanikada, Maksvel tənliklərinin klassik elekrodinamakida oynadığı rol qədər fundamental rol oynamşdır. Zamanın momentərindən birində funskiyanı bilməklə və Şredinger tənliyini həll etməklə zamanın digər momentləri üçün də bu funkiyanı almaq mümkündür. Funkiyanın özü yalnız mikrohissəciklərin vəziyyətinin ehtimal paylanmasının təsvir edir. Dalğa mexanikasını yaratdıqdan az sonra Şredinger bu mexanikanın Heyzenberq- Born-Yordan kvant mexanikasına ekvivalentliyini göstərmişdir. Bununla belə kvant nəzəriyyəsinin interpretasiyası kimi prinsipial məsələdə Şredingerin mövqeyi köhnəlmiş klassik anlayışları rədd edən Kopehnagen məktəbindən ayrılır. Sonralar Heyzenberq Şredingerlə faktiki olaraq yeni fizikanən əsasını qoyacaq müzakirələrini özünün „Hissə və tam" əsərində xatırlayır. Bu müzakirələr Nils Bor və Verner Heyzenberq tərəfindən müəyyən edilmiş kvant nəzəriyyəsi və onun fundamental prinsiplərinin daha dərindən dərk ediımsinə böyük töhfə vermişdir. Şredinger kvant nəzəriyyiyəsinin natamamlığını başa düşür və sonralar Kopenhagen interpretasiyasının mahiyyətini "Şredingerin pişiyi" kimi tanınan paradoksal forması ilə ifadə edir. 1933-cü ildə Şredinger Pol Dirakla birgə "atom nəzəriyyəsinin yeni formalarının kəşfinə görə" Nobel mükafatına layiq görülür. 1927-ci ildə o, Berlin Universitetinə Maks Plankın xələfi olaraq dəvət edilir. 1933-cü ildə faşızmin gəlişi ilə Şredinger Oksforda emiqrasiya etməli olur. 1936-38-ci illrədə vətənində, Qratsda qısamüddət dərs dedikdən sonra yenidən emiqrasiya edir. 1939-cu ildə İralndiyanın baş naziri İ. De Valerin dəvəti ilə Dublinə dəvət olunur və burada Ali Tədqiqatlar İnstitutunun əsasını qoyur. Şredinger qravitasiya nəzəriyyəsi, mezon nəzəriyyəsi, termodinamika, Born-İnfreld qeyri-xətti elektrodinamikası ilə məşğul olur, sahənin vahid nəzəriyyəsini yatarmağa cəhd göstərir. Şredinger nəinki böyük fizik-nəzəriyyəçi, eyni zamanda qeyri-adi istedadlı mütəfəkkir-filosof olmuşdur. O, altı dil bilir, antki və müasir filosofların əsələrinın əlyazmalarını sərbəst oxuyur, incəsənətlə maraqlanır və şer yazırdı. 1944-cü ildə Şredinger fizika və biologiyaya aid maraqlı əsərini – "Fizikin gözündə həyat nədir?" nəşr etdirir. 1948-ci ildə London universitet-kollejində "Təbiət və yunanlar" adlı kitabının əsasını təşkil edəcək yunan fəlsəfəsinə dair mühazirələr oxuyur. Onu daimə varlıq və şüur ("Ruh və materiya", Kembric, 1958), elm və cəmiyyət (Prusiya Elmlər Akademiyasına məruzə "Ətraf mühir elmi şərtləndirilibmi?" 1932, "Elm və humanizm", Kembridc, 1952) arasındakı qarşılıqlı əlaqə məsələləri narahat edir və təbiətin səbəbiyyatı və qanunları problemini müzakirə edir (məcmuələr: "Elm nəzəriyyəi və insan" Nyu-York, 1957, "Təbiət qanunu nədir?", Münhen, 1962). "Təbiət və Yunanlar" və "Elm və Humanizm" Kembridc universiteti nəşriyyatı (1996) "Kvant mexanıkasının interpretasiyası" Ox Bow Nəşriyyatı (1995) "Statistik termodinamika" Dover Nəşrləri (1989) "Yığma əsələri" Friedr. View & Sohn (1984) "Dünyaya baxışım" Ox Bow Nəşriyyatı (1983) "Genişlənən kainat" Kembridc universiteti nəşriyyatı (1956) "Məkan-Zaman quruluşu" Kembridc universiteti nəşriyyatı (1950) "Həyat nədir?" Macmillian (1946)
https://az.wikipedia.org/w/index.php?curid=762152
Şredinger tənliyi
Şredinger tənliyi — kvant-mexaniki sistemləri təsvir edən xüsusi törəməli xətti diferensial tənlik; kvant mexanikasının fundamental tənliyi.:1–2 Bu tənlik kvant mexanikasının inkişafında başlıca dönüş nöqtəsi yaratmışdır. Tənlik Ervin Şredingerin adını daşıyır. Şredinger bu tənliyi 1925-ci ildə irəli sürmüş, 1926-cı ildə nəşr etdirmiş, 1933-cü ildə isə bu işinə görə Fizika üzrə Nobel Mükafatı almışdır.Konseptual olaraq Şredinger tənliyi klassik mexanikadakı Nyutonun ikinci qanununun kvant qarşılığıdır. Bir sıra məlum başlanğıc şərtləri nəzərə aldıqda, Nyutonun ikinci qanunu müəyyən bir fiziki sistemin zamanla hansı yolu keçəcəyinə dair riyazi proqnoz verir. Şredinger tənliyi dalğa funksiyasının zamana görə evolyusiyasını, təcrid olunmuş fiziki sistemin kvant-mexaniki xarakteristikasını ifadə edir. Tənlik zaman-evolyusiya operatorunun unitarlığı şərtindən çıxarıla bilər və buna görə də kvant Hamiltonianı olan özü-özünə qoşma operatorun üstlü qiymətiylə əldə olunmalıdır. Şredinger tənliyi kvant-mexaniki sistemləri öyrənmək və proqnozlar vermək üçün yeganə yol deyil. Kvant mexanikasının digər formulyasiyalarına Verner Heyzenberq tərəfindən irəli sürülən matris mexanikası və əsası Riçard Feynman tərəfindən hazırlanmış trayektoriya inteqral formulyasiyası daxildir. Pol Dirak matris mexanikasını və Şredinger tənliyini vahid bir formada birləşdirmişdir. Bu yanaşmaları nəzərə aldıqda, Şredinger tənliyinə əsaslanan mexanikaya bəzən "dalğa mexanikası" da deyilir. Fizika və ya kimyanın giriş kurslarında, adətən, Şredinger tənliyini elə verirlər ki, yalnız diferensial hesabının əsas anlayış və xassələrini, xüsusən də fəza və zamana aid törəmələri bilərək hesablamalar aparmaq mümkün olsun. Bütün bu deyilənləri özündə əks etdirən Şredinger tənliyinin xüsusi halı, tək qeyri-relyativist hissəcik üçün birölçülü mövqe-fəza Şredinger tənliyidir: ∂ ∂ t [ − ℏ 2 2 m ∂ 2 ∂ x 2 + V ( x , t ) ] {\displaystyle \Psi (x,t)} dalğa funksiyası olub, hər bir {\displaystyle x} nöqtəsinə {\displaystyle t} anında müəyyən bir kompleks ədədi qarşı qoyur. {\displaystyle m} parametri hissəciyin kütləsi, {\displaystyle V(x,t)} isə hissəciyin yerləşdiyi mühiti xarakterizə edən potensial, {\displaystyle i} xəyali vahid, {\displaystyle \hbar } isə gətirilmiş Plank sabitidir. Bu sadə vəziyyətin önünə keçməklə kvant mexanikasının Pol Dirak, David Hilbert, Con fon Neyman və Herman Veyl tərəfindən tərtib edilmiş ciddi riyazi forması kvant-mexaniki sistemin halını H {\displaystyle {\mathcal {H}}} Hilbert fəzasının | {\displaystyle |\psi \rangle } vektoruyla ifadə edir. Bu vektorun Hilbert fəzasının skalyar hasili altında normallaşdırıldığı fərz edilir, yəni o Dirak notasiyasına tabe olur | . Hilbert fəzasının təbiəti sistemdən asılıdır — məsələn, mövqe və impulsu təsvir etmək üçün Hilbert fəzası L 2 C {\displaystyle L^{2}(\mathbb {C} )} kompleks kvadratik inteqrallanan funksiyalar fəzası, tək protonun spini üçün isə sadəcə olaraq C 2 {\displaystyle \mathbb {C} ^{2}} ikiölçülü kompleks vektorlar fəzasıdır. Maraqlanılan fiziki kəmiyyətlər — mövqe, impuls, enerji, spin — Hilbert fəzasına təsir edən Ermit (daha dəqiq, özü-özünə qoşma) xətti operatorlar olan "müşahidəolunanlar" ilə təmsil olunur. Dalğa funksiyası müşahidəolunabilənin məxsusi vektoru ola bilər, bu halda o, məxsusi hal adlanır və əlaqəli xüsusi qiymət həmin məxsusi halda müşahidəolunanın qiymətinə uyğun gəlir. Daha ümumi şəkildə, kvant halı kvant superpozisiyası kimi tanınan məxsusi halların xətti kombinasiyası olacaqdır. Müşahidəolunabilən ölçüldükdə, nəticə Born qaydası ilə verilmiş ehtimalla onun məxsusi qiymətlərindən biri olacaq: ən sadə halda məxsusi qiymət λ {\displaystyle {\displaystyle \lambda }} cırlaşmayandır və | | | 2 {\displaystyle |\langle \lambda |\psi \rangle |^{2}} ehtimalıyla verilir. Burada | {\displaystyle |\lambda \rangle } rabitəli məxsusi vektordur. Daha ümumi şəkildə, məxsusi qiymət cırlaşandır və | P λ | {\displaystyle \langle \psi |P_{\lambda }|\psi \rangle } ehtimalı ilə verilir. Burada P λ {\displaystyle P_{\lambda }} rabitəli məxsusi fəza üzrə proyektordur. İmpulsun məxsusi halı kvadratik inteqrallanmayan, sonsuz dərəcədə mükəmməl monoxromatik dalğa olacaqdır. Eynilə, mövqenin məxsusi halı Dirak delta paylanması olacaq, o kvadratik inteqrallanmır və texniki cəhətdən ümumiyyətlə funksiya deyil. Nəticə etibarilə, heç biri hissəciyin Hilbert fəzasına aid ola bilməz. Fiziklər bəzən bu fəzanın xaricindəki elementlərdən ibarət Hilbert fəzası üçün həqiqi olmayan "əsaslar" irəli sürürlər. Bunlar hesablama rahatlığı üçün icad edilmişdir və fiziki halları təmsil etmir. Beləliklə, mövqe-fəza dalğa funksiyası {\displaystyle \Psi (x,t)} yuxarıda istifadə edildiyi kimi, zamandan asılı | Ψ ( t ) ⟩ {\displaystyle {\displaystyle |\Psi (t)\rangle }} hal vektorunun qeyri-fiziki lakin əlverişli olan "mövqenin məxsusi halları" | {\displaystyle |x\rangle } ilə skalyar hasili kimi yazıla bilər | Zamandan asılı tənlik Şredinger tənliyinin forması fiziki şəraitdən asılıdır. Ən ümumi forma zamandan asılı Şredinger tənliyidir. O zamana görə dəyişən sistemi təsvir edir: {\displaystyle t} {\displaystyle \vert \Psi (t)\rangle } kvant sisteminin hal vektoru ( {\displaystyle \Psi } yunan hərfi psidir), H ^ {\displaystyle {\hat {H}}} Hamilton operatorudur. "Şredinger tənliyi" ifadəsi həm ümumi tənliyi, həm də onun xüsusi qeyri-relyativist versiyanı ifadə edə bilər. Ümumi tənlik həqiqətən də olduqca ümumidir, Dirak tənliyindən tutmuş kvant sahə nəzəriyyəsinə qədər hər şey üçün kvant mexanikasında Hamiltonian üçün müxtəlif ifadələr birləşdirərək istifadə olunur. Xüsusi qeyri-relativist versiya bir çox hallarda, ancaq müəyyən dərəcəyə qədər dəqiq nəticələr verən yaxınlaşmadır. Şredinger tənliyini tətbiq etmək üçün sistemi təşkil edən hissəciklərin kinetik və potensial enerjilərini nəzərə alaraq sistem üçün Hamiltonian yazılır, sonra o Şredinger tənliyinə daxil edilir. Alınan xüsusi törəməli diferensial tənlik sistem haqqında məlumatı ehtiva edən dalğa funksiyası üçün həll edilir. Praktikada ehtimal sıxlığı funksiyasını təyin etmək üçün hər bir nöqtədə dalğa funksiyasının mütləq qiymətinin kvadratı götürülür. Məsələn, yuxarıdakı kimi mövqe fəzasında {\displaystyle \Psi (x,t)} dalğa funksiyası verilmişdirsə, | | 2 Zamandan asılı olmayan tənlik Yuxarıda təsvir edilən zamandan asılı Şredinger tənliyi dalğa funksiyalarının stasionar hallar adlanan durğun dalğalar əmələ gətirə biləcəyini xəbər verir. Bu hallar xüsusilə vacibdir, çünki onların ayrıca tədqiqi sonradan istənilən vəziyyət üçün zamandan asılı Şredinger tənliyinin həll olunması məsələsini asanlaşdırır. Stasionar hallar Şredinger tənliyinin daha sadə forması, zamandan asılı olmayan Şredinger tənliyi ilə də təsvir edilə bilər. H ^ | | {\displaystyle E} sistemin enerjisidir. Bu, yalnız Hamiltonian özü zamandan aşkar şəkildə asılı olmadıqda istifadə olunur. Bununla belə, hətta bu halda ümumi dalğa funksiyası aşağıda xəttilik bölməsində izah edildiyi kimi zamandan asılıdır. Xətti cəbrin diliylə desək, bu tənlik məxsusi qiymətli tənlikdir. Buna görə də, dalğa funksiyası Hamilton operatorunun müvafiq məxsusi qiymət(lər)i olan məxsusi funksiyasıdır. Şredinger tənliyi xətti diferensial tənlikdir, yəni iki hal vektoru | ψ 1 {\displaystyle |\psi _{1}\rangle } | ψ 2 {\displaystyle |\psi _{2}\rangle } həllərdirsə, onda hər hansı bir xətti kombinasiya da tənliyin həlli olar: | | ψ 1 | ψ 2 ixtiyari kompleks ədədlərdir. Üstəlik, bu cəmi istənilən sayda hal vektoru üçün genişləndirmək olar. Bu xassə kvant hallarının superpozisiyalarının Şredinger tənliyinin həlli olmasına imkan verir. Daha ümumi şəkildə desək, Şredinger tənliyinin ümumi həllini hallar əsasında cəmləmə aparmaqla tapmaq olar. Tez-tez istifadə olunan seçim zamandan asılı olmayan Şredinger tənliyinin həlləri olan məxsusi enerji hallarının əsasıdır. Bu əsasda zamandan asılı hal vektoru | {\displaystyle |\Psi (t)\rangle } xətti kombinasiya kimi yazıla bilər | ∑ n A n e − i E n t / ℏ | ψ E n A n {\displaystyle A_{n}} | ψ E n {\displaystyle |\psi _{E_{n}}\rangle } uyğun olaraq kompleks ədədlər və vektorlar olub, zamandan asılı olmayan | ψ E n E n | ψ E n tənliyinin həlləridir. ^ {\displaystyle {\hat {H}}} Hamilton operatoru sabit olduqda Şredinger tənliyinin həlli var. | e − i H ^ t / ℏ | U ^ e − i H ^ t / ℏ zaman-evolyusiya operatoru adlanan unitar operatordur, yəni Hilbert fəzasında vektorlararası skalyar hasili qoruyur. Unitarlıq Şredinger tənliyi üzrə zaman-evolyusiyanın ümumi xassəsidir. İlkin hal isə | {\displaystyle |\Psi (0)\rangle } kimidir. Bu hal {\displaystyle t} müddətindən sonra belə olar: | U ^ | bəzi unitar U ^ {\displaystyle {\hat {U}}(t)} operatorları üçün. Əksinə, fərz edək ki, U ^ {\displaystyle {\hat {U}}(t)} {\displaystyle t} vasitəsilə parametrləşdirilmiş vahid operatorların kəsilməz ailəsidir. Ümumiliyi pozmadan parametrləşdirmə elə seçilə bilər ki, U ^ {\displaystyle {\hat {U}}(0)} hər hansı U ^ / ) N U ^ istənilən {\displaystyle N>0} üçün identifikasiya operatoru olsun. Bu zaman U ^ {\displaystyle {\hat {U}}(t)} operatorunun {\displaystyle t} parametrindən asılılığı aşağıdakı kimi olar U ^ e − i G ^ t bəzən özü-özünə qoşma G ^ {\displaystyle {\hat {G}}} operatoruna U ^ {\displaystyle {\hat {U}}(t)} ailəsinin generatoru deyilir. Hamiltonian məhz belə bir generatordur (təbii vahidlərdə 1-ə bərabər olan Plank sabitinə qədər). Əsasın dəyişməsi Şredinger tənliyi tez-tez mövqe funksiyaları kimi dəyişən kəmiyyətlərdən istifadə etməklə verilir, lakin vektor-operator tənliyi kimi Hilbert fəzasında ketlərin istənilən ixtiyari tam bazasında etibarlı təmsilə malikdir. Yuxarıda qeyd edildiyi kimi, fiziki Hilbert fəzasından kənarda yerləşən "əsaslar" da hesablama məqsədləri üçün istifadə olunur. Bu, qeyri-relyativistik, spinsiz hissəcik üçün mövqe-fəza və impuls-fəza Şredinger tənlikləri ilə təsvir edilmişdir. Belə bir hissəcik üçün Hilbert fəzası üçölçülü Evklid fəzasında kompleks kvadratik inteqrallanan funksiyalar fəzasıdır və onun Hamiltonianı impuls operatorunda kvadratik olan kinetik və potensial enerji hədlərinin cəmidir. d d t | ( 1 2 m p ^ 2 + V ^ ) | r {\displaystyle \mathbf {r} } fəza və p {\displaystyle \mathbf {p} } impuls vektorları üçün mövqe-fəza Şredinger tənliyi aşağıdakı kimi yazılır ∂ ∂ t r ℏ 2 2 m ∇ 2 r r r İmpuls-fəza qarşılığı dalğa funksiyasının və potensialın Furye çevrilmələrini əhatə edir: ∂ ∂ t Ψ ~ p p 2 2 m Ψ ~ p ) − 3 / 2 d 3 p ′ V ~ p p ′ Ψ ~ p ′ r {\displaystyle \Psi (\mathbf {r} ,t)} Ψ ~ p {\displaystyle {\tilde {\Psi }}(\mathbf {p} ,t)} funksiyaları | {\displaystyle |\Psi (t)\rangle } funksiyasından aşağıdakıların köməyilə alınır r r | Ψ ~ p p | | r {\displaystyle |\mathbf {r} \rangle } | p {\displaystyle |\mathbf {p} \rangle } Hilbert fəzasının özünə aid deyildir, lakin bu fəzanın bütün elementləri ilə dəqiq müəyyən edilmiş skalyar hasillərə malikdirlər. Mövqe-fəza tənliyi üç ölçüdən bir ölçüyə doğru məhdudlaşdırıldıqda, mövqe-fəza tənliyi yuxarıda verilmiş Şredinger tənliyinin yalnız birinci formasıdır. Kvant mexanikasında mövqe və impuls arasındakı əlaqə bir ölçüdə qiymətləndirilə bilər. Kanonik kvantlamada klassik dəyişənlər {\displaystyle x} {\displaystyle p} kanonik kommutasiya əlaqəsini təmin edən x ^ {\displaystyle {\hat {x}}} p ^ {\displaystyle {\hat {p}}} özü-özünə qoşma operatorlara yüksəldilir x ^ p ^ Bu o deməkdir ki, | p ^ | d d x ona görə də mövqe-fəza təsvirində p ^ {\displaystyle {\hat {p}}} impuls operatorunun təsiri belədir: d d x {\displaystyle -i\hbar {\frac {d}{dx}}} . Beləliklə p ^ 2 {\displaystyle {\hat {p}}^{2}} ikitərtibli törəmə olur və üç ölçüdə ikitərtibli törəmə ∇ 2 {\displaystyle \nabla ^{2}} Laplasian olur. Kanonik kommutasiya əlaqəsi həm də mövqe və impuls operatorlarının bir-birinin Furye qoşmaları olduğunu nəzərdə tutur. Nəticə etibarilə, ilkin olaraq mövqedən asılılıq baxımından müəyyən edilmiş funksiyalar Furye çevrilməsindən istifadə edərək impuls funksiyalarına çevrilə bilər. Bərk cisim fizikasında Şredinger tənliyi tez-tez impuls funksiyaları üçün yazılır, çünki Blox teoremi periodik kristal qəfəsin potensial cütlərini təmin etdiyindən, Ψ ~ {\displaystyle {\tilde {\Psi }}(p)} Ψ ~ {\displaystyle {\tilde {\Psi }}(p+K)} yalnız diskret qarşılıqlı qəfəs vektorları {\displaystyle K} üçün yazılır. Bu Briluen zonasındakı digər nöqtələrdən asılı olmayaraq Briluen zonasının hər bir nöqtəsində impuls-fəza Şredinger tənliyini həll etməyi asanlaşdırır. Ehtimal cərəyanı Şredinger tənliyi yerli ehtimalın saxlanmasına uyğundur. Sağdakı Şredinger tənliyini kompleks qoşma dalğa funksiyasına vurmaq və dalğa funksiyasını Şredinger tənliyinin kompleks qoşmasının soluna vurub çıxmaqla ehtimal üçün kəsilməzlik tənliyini almaq olar: ∂ ∂ t ( r , t ) j | | 2 Ψ ∗ r r ehtimal sıxlığı (vahid həcmə düşən ehtimal, * kompleks qoşmanı bildirir), j 1 2 m ( Ψ ∗ p ^ Ψ − Ψ p ^ Ψ ∗ ) isə ehtimal cərəyanıdır (vahid səthə düşən cərəyandır). Dəyişənlərə ayrılma Əgər Hamiltonian zamanın aşkar funksiyası deyilsə, tənlik fəza və zamana aid hissələrin hasili kimi vuruqlara ayrıla bilər. Tənliyi dəyişənlərə ayırma yolu ilə həll etmək, aşağıdakı formanın həllini axtarmaq deməkdir r r r {\displaystyle \psi (\mathbf {r} )} yalnız sistemi təşkil edən hissəcik(lər)in bütün fəza koordinat(lar)ının, {\displaystyle \tau (t)} isə yalnız zamanın funksiyasıdır. Bu ifadəni {\displaystyle \Psi } funksiyasının yerinə yazsaq r r e − i E t / ℏ Bu tip bir həll stasionar adlanır, çünki zamandan asılı olan yeganə şey Born qaydası ilə ehtimal sıxlığı hesablandıqda ləğv edən bir faza amilidir.Bu, istənilən sayda ölçülər (zamandan asılı olmayan potensialda) istənilən sayda hissəcik üçün ümumiləşdirilir: zamandan asılı tənliyin durğun dalğa həlləri müxtəlif enerjilərin ehtimal paylanması əvəzinə müəyyən enerjiyə malik vəziyyətlərdir. Fizikada bu durğun dalğalar "stasionar vəziyyətlər" və ya "enerji məxsusi halları" adlanır; kimyada onlara "atom orbitalları" və ya "molekul orbitalları" deyilir. Enerjinin məxsusi hallarının superpozisiyaları enerji səviyyələri arasındakı nisbi fazalara uyğun olaraq xassələrini dəyişir. Enerjinin məxsusi halları əsas təşkil edir: hər hansı bir dalğa funksiyası diskret enerji vəziyyətləri üzərində cəmi və ya kəsilməz enerji vəziyyətləri üzərində inteqral və ya daha ümumi olaraq ölçü üzərində inteqral kimi yazıla bilər. Bu, riyaziyyatda spektral teoremdir və sonlu ölçülü vəziyyət fəzasında bu, sadəcə olaraq Ermit matrisinin məxsusi vektorlarının tamlığının ifadəsidir. Dəyişənlərin ayrılması zamandan asılı olmayan Şredinger tənliyi üçün də səmərəli bir üsul ola bilər. Məsələn, problemin simmetriyasından asılı olaraq, Dekart oxları üzrə r ψ x ψ y ψ z şəklində və ya sferik koordinatlar üzrə aşağıdakı kimi ayrıla bilər: r ψ r ψ θ ψ ϕ Xarici keçidlər Quantum Cook Book and PHYS 201: Fundamentals of Physics II by Ramamurti Shankar, Yale OpenCourseware (ing.) The Modern Revolution in Physics – an online textbook. (ing.) Quantum Physics I at MIT OpenCourseWare (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=735765
Şredingerin pişiyi
Şredingerin pişiyi (ing. Schrödinger's cat) — Avstriyalı fizik Ervin Şredinger tərəfindən ortaya atılmış, kvant fizikasıyla əlaqəli olan, haqqında bir çox müzakirələr aparılmış düşüncə təcrübəsidir. Adətən kvant mexanikası və Kopenhagen təfsiriylə əlaqəli olan bir paradoks olaraq bilinir. Təcrübə, 1935-ci ildə ortaya atılmışdır və tamamilə nəzəri bir təcrübədir. Təcrübə, Şredingerin Kopenhagen təfsiri və ümumi olaraq kvant fizikasında gördüyü bəzi problemləri açıqlayır. Bu təcrübə sonda ölü ya da diri ola biləcək xəyali bir pişiklə əlaqədardır. Pişiyin ölü ya da diri olması, müşahidədən əvvəlki təsadüfi bir vəziyyətin nəticəsidir. Təcrübə qurğusu Təcrübənin başlanğıcında qapalı bir qutunun içində canlı olan bir pişik var. (Qutunun içinin heç bir şəkildə müşahidə edilməməsi çox vacib bir məsələdir. Bunun səbəbi Kopenhagen təfsiridir.) Qurğunun tərkibi belədir: Parçalanma ehtimalı 50% olan bir radioaktiv maddə, radioaktivlik dedektoru və ondan asılı olan qapalı qabda zəhərli qaz. Maddə parçalanarsa dedektor işə düşərək qabı sıdıracaq və pişiyi öldürəcək zəhərli qazı havaya buraxacaq. Buradakı vacib məsələ isə, parçalanma ehtimalının tam olaraq 50% olmasıdır. Bu şəkildə maddənin parçalanıb-parçalanmayacağı əvvəlcədən müəyyənləşdirilə bilməz. Nəticə olaraq pişik, qutu açılanda ya zəhərlənib ölmüş bir şəkildə görüləcək, ya da parçacıq parçalanmadısa diri olaraq görüləcəkdir. Ancaq təcrübənin paradoks kimi tərif edilməsinin səbəbi nəticə deyil, təcrübənin müşahidə edilməyən mərhələsidir. Vacib olan məsələ, müşahidə edilmədən əvvəl qutunun içində nələr olduğudur. Qutu açılmadan, müşahidə edilmədən əvvəl pişik nə vəziyyətdədir? Ölüydümü yoxsa diriydimi? Kvant fizikasına görə həm ölü, həm diridir. Qutu açıldığı anda müşahidəçi də iştirakçı olur. Kvant dilində bu vəziyyətə dalğa funksiyasının çöküşü deyilir. Yəni bir neçə ehtimaldan bir dənəsinə düşürülən vəziyyətdə müşahidəçi də kainata daxil olur. Təcrübənin mahiyyəti Şredingerin original məqaləsində təcrübə belə yazılıb: "Yetərincə burlesk (mübaliğəli) olan hadisəni düzəltmək olar. Hansısa pişik polad kamerada digər cəhənnəm maşını ilə birgə (hansı ki, pişiyin birbaşa təsirindən qorunmuş olmalıdı) qapadılıb: Geyger sayğacının daxilində kiçik həcmdə radioaktiv məhlul yerləşir, stol böyük deyil, bir saat ərzində ancaq bir atom parçalana bilər, ancaq həmin eyni ehtimalla da ola bilər ki parçalanmasın; əgər bu baş verərsə, tutuşdurulmuş dəstək seyrəlir və rele işləməyə başlıyır, buraxılmış çəkic, içində güclü turşu olan kolbanı dağıdır. Əgər bir saatlığına bütün bu sistemi öz başına buraxsaq, deyə bilərik ki, pişik bu müddət ərzində sağ olacaq, belədirsə tezliklə atomun parçalanması baş verməyəcək. Atomun ilk parçalanmasındaca pişik zəhərlənərdi. Sistemin Dalğa Funksiyası, diri və ölü pişiyi bərabər payla özündə qarışdıraraq yaxud bulaşdıraraq (ifadəyə görə üzr istəyirəm) bütünlüklə bunu göstərəcək. Tipik müvafiq hallarda o baş verir ki, birbaşa müşahidə yolu ilə kənarlaşdırıla bilən başlanğıcda atom dünyasıyla çərçivələnmiş müəyyənsizlik, makroskopik müəyyənsizlik şəklində dəyişir. Bu bizə "çökmə modelini" əks etdirilən reallıq kimi sadəlövlüklə qəbul etməyə mane olur. Öz-özlüyündə bu, qeyri-müəyyən olan və ya bir-birinə zidd olan heç nə bildirmir. Dəqiq olmayan ilə fokuslaşdırılmış foto arasında və buludların şəkli ilə duman arasında fərq var".
https://az.wikipedia.org/w/index.php?curid=301515
Şreger xətləri
Şreqer xətləri fil və mamont dişinin üzərindəki kəşişmə hissələrində görünür və mamontlarda iti bucaqdan və müasir fillərdə kor bucaqdan ibarətdir.
https://az.wikipedia.org/w/index.php?curid=386743
Şrek
Şrek (ing. Shrek) — 2001-ci ildə 3D formatında çəkilmiş, Oskar mükafatı qazanmış qısametrajlı ABŞ animasiyasıdır. Animasiya ABŞ yazıçısı Uilyam Steyqin (1907–2003) 1990-cı ildə yazdığı "Şrek!" kitabının əsasında çəkilmişdir. Filmin rejissorları Yeni Zelandiyalı Endryu Adamson və ABŞ rejissoru Viki Censondur. "Şrek" qısametrajlı filmi "Ən yaxşı qısametrajlı animasiyaya görə Oskar mükafatı"na layiq görülmüş ilk animasiyadır. Həmçinin, "Ən yaxşı ssenariya uyğunlaşdırılmasına görə Oskar mükafatı" və BAFTAnın 6 kateqoriyasına uyğun olaraq nominasiyalara layiq görülmüşdür. Animasiyanın sonunda Şrek və Fiona evlənən zaman ABŞ-nin populyar rok janrında ifa edən qruplarından biri olan "The Monkees" musiqi qrupunun 1966-cı ildə ifa etdiyi "I'm a Believer" mahnısı səsləndirilir. Dyulok krallığı nağıllar və əfsanələr aləmindəki personajlarla zəngindir. Bu krallığa məxsus bataqlıqda "Şrek" adlı yaşıl rəngli div yaşayır. Şrekin div olmasına baxmayaraq onun qidasını insanlar yox, həşəratlar təşkil edir, lakin bataqlıq ətrafında yaşayan insanlar onu görən zaman vahiməyə düşürlər. Dyulokun kralı bəstəboy lord Farkuad torpağında yaşayan personajları Şrekin bataqlığına göndərir. Bu səbəbdən Şrek lord Farkuadla müzakirə etmək üçün onun sarayına yollanır. Bu zaman Şrek bir müddət əvvəl cəngavərlərdən xilas edən Eşşəyi özü ilə aparır. Farkuad isə krallığın qanunu varisi olmaq üçün şahzadə ilə evlənməlidir. Bu səbəbdən Farkuad Sehrli Güzgünün göstərdiyi üç şahzadədən (birinci Ağbəniz və ikinci Zoluşka) seçməlidir. Nəhayət, Farkuad Əjdahanın mühasirəsində olan qalada yaşayan Şahzadə Fionanı seçir. Bu zaman Sehrli Güzgü Fionanın lənətli olduğunu və gecə vaxtı divə döndüyünü bildirmək istəyir, lakin Farkuad onun sözünü yarımçıq qoyur və niyyətinin qəti olduğunu bildirir. Farkuad həyatını təhlükəyə istəmir və bu səbəbdən Şahzadəni xilas edə biləcək cəngavəri tapmaq üçün döyüş turniri hazırlayır. Şrek və Eşşək Dyulok krallığına çatan zaman böyük bir şəhərlə qarşılaşırlar. Onlar uzaqdan gələn səsləri eşidərək turnirə gəlirlər. Şrek yaxşı niyyətlə gəldiyini lord Farkuada izah etmək istəyir, lakin Farkuad onu öldürmə əmrini verir. Şrek və Eşşək isə üzərlərinə hücum edən cəngavərlərin müavimətini dəf etməyi bacarırlar. Bu səbəbdən Farkuad Şreki dinləmək məcburiyyətində qalır. Kral, o günlərdə ancaq evlənsə gerçək bir kral ola biləcəyini eşitdiyi üçün şahzadə axtarışına çıxmışdır. Farkuad Şrekə istədiyi arzusunu yerinə yetirilməsi üçün saraya şahzadəni gətirməsini söyləyir. Bunun əvəzində isə Farkuad nağıl qəhrəmanlarının onun evini tərk edəcəyini Şrekə vəd edir. Şrek Farkuadın təklifini qəbul etmək məcburiyyətində qalır. Şrek və Eşşək Əjdahanın müqavimətini dəf edərək Şahzadə Fionanı xilas edirlər. Şahzadə illərdir həyatının eşqini gözlədiyi üçün ona başındakı zirehi çıxarmasını istəyir. Şahzadə isə onun div olduğunu görür və vahiməyə düşür. Şahzadə Fiona Şrekə söyləyir ki, əgər lord Farkuad onu həqiqətən sevirsə, onda yalnız Farkuadın onu gəlib qurtarması lazım olduğunu söyləyir və geri dönmək istəyir, lakin Şrek Şahzadəyə icazə vermir. Uzun bir səfərin sonunda Şrek, Fionaya qarşı sevgi hisslərinin keçirdiyini başa düşür, lakin sabahısı gün saraya çatacaqlarından nə edəcəyini bilmir. Şahzadə gecə vaxtı çirkin bir hala çevrildiyini Şrekdən gizləmək üçün qaranlıq düşməmiş yatmağa məcbur olur. Eşşək Fionanın bu halını görərkən, Şahzadə ona lənətli olduğunu bildirir. Bu müddətdə Şrek çiçəklə ona eşqini etiraf etmək fikrinə düşür. Qapıdaykən Şahzadənin söhbətini eşidir, lakin şahzadənin çirkin deyə bəhs etdiyi adamın özü olduğunu düşünür və bundan çox kədərlənir. Şrek bu kədərlə bütün gecə boyunca qalaya qədər gedir və günəş doğulduğunda kralla birlikdə gəlir. Fiona isə bu səfər ərzində Şrekdən xoşlanır və ona qarşı sevgi hisslərinin keçirdiyini bildirmək istəyir, lakin Şrek Şahzadə Fionaya qəzəbləndiyi üçün ona getməsini söyləyir. Şahzadə Fiona kədərlənərək lord Farkuadla birlikdə gedir. Şrek bataqlığına qayıtdıqdan sonra nağıl qəhrəmanlarının burada olmadığını görür. Bir müddət sonra Şrek bataqlığa qayıdan Eşşəkdən Fiona haqqında həqiqətləri öyrənir və Fionaya sevgi hisslərini bildirmək niyyətinə düşür, lakin Şahzadə Fionanın evlənməsinə çox az qalmışdır. Onlara tez bir zaman ərzində çatmaq üçün Eşşək bataqlığa Əjdahanı gətirmişdir. Şrek Farkuadın toy mərasiminə gələn zaman onun cəngavərlərinin müqaviməti ilə qarşılaşır. Sonda Şrek və Şahzadə Fiona bir-birlərinə qovuşurlar. Farkuadı isə Əjdaha udaraq, qarnında saxlayır. Şrek Fionadan lənəti aradan qaldırmaq üçün onu öpür, lakin Şrek div olduğu üçün Fiona əvvəlki gözəl halına dönmür və yenidən div halına qayıdır, lakin Şrek əvvəlki kimi ona sevgi hissləri bəsləyir və bir müddət keçəndən sonra onlar evlənirlər. Bu müddət ərzində Eşşək və Əjdaha bir-birinə aşiq olurlar. Səsləndirənlər Xarici keçidlər Şrekin Rəsmi saytı Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine Şrek — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=772610
Şrek (animasiya, 2001)

https://az.wikipedia.org/w/index.php?curid=809023
Şrek (dəqiqləşdirmə)
Şrek (animasiya, 2001) — 3D formatında çəkilmiş, Oskar mükafatı qazanmış qısametrajlı ABŞ animasiyası. Şrek 2 (animasiya, 2004) — 3D formatında çəkilmiş, Oskar mükafatı nominasiyasına layiq görülmüş qısametrajlı ABŞ animasiyası. Üçüncü Şrek (cizgi filmi, 2007) — 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyası. Hər zaman Şrek (cizgi filmi, 2010) — 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyası. Şrek (personaj) — personaj.
https://az.wikipedia.org/w/index.php?curid=482010
Şrek (film)
Şrek (ing. Shrek) — 2001-ci ildə 3D formatında çəkilmiş, Oskar mükafatı qazanmış qısametrajlı ABŞ animasiyasıdır. Animasiya ABŞ yazıçısı Uilyam Steyqin (1907–2003) 1990-cı ildə yazdığı "Şrek!" kitabının əsasında çəkilmişdir. Filmin rejissorları Yeni Zelandiyalı Endryu Adamson və ABŞ rejissoru Viki Censondur. "Şrek" qısametrajlı filmi "Ən yaxşı qısametrajlı animasiyaya görə Oskar mükafatı"na layiq görülmüş ilk animasiyadır. Həmçinin, "Ən yaxşı ssenariya uyğunlaşdırılmasına görə Oskar mükafatı" və BAFTAnın 6 kateqoriyasına uyğun olaraq nominasiyalara layiq görülmüşdür. Animasiyanın sonunda Şrek və Fiona evlənən zaman ABŞ-nin populyar rok janrında ifa edən qruplarından biri olan "The Monkees" musiqi qrupunun 1966-cı ildə ifa etdiyi "I'm a Believer" mahnısı səsləndirilir. Dyulok krallığı nağıllar və əfsanələr aləmindəki personajlarla zəngindir. Bu krallığa məxsus bataqlıqda "Şrek" adlı yaşıl rəngli div yaşayır. Şrekin div olmasına baxmayaraq onun qidasını insanlar yox, həşəratlar təşkil edir, lakin bataqlıq ətrafında yaşayan insanlar onu görən zaman vahiməyə düşürlər. Dyulokun kralı bəstəboy lord Farkuad torpağında yaşayan personajları Şrekin bataqlığına göndərir. Bu səbəbdən Şrek lord Farkuadla müzakirə etmək üçün onun sarayına yollanır. Bu zaman Şrek bir müddət əvvəl cəngavərlərdən xilas edən Eşşəyi özü ilə aparır. Farkuad isə krallığın qanunu varisi olmaq üçün şahzadə ilə evlənməlidir. Bu səbəbdən Farkuad Sehrli Güzgünün göstərdiyi üç şahzadədən (birinci Ağbəniz və ikinci Zoluşka) seçməlidir. Nəhayət, Farkuad Əjdahanın mühasirəsində olan qalada yaşayan Şahzadə Fionanı seçir. Bu zaman Sehrli Güzgü Fionanın lənətli olduğunu və gecə vaxtı divə döndüyünü bildirmək istəyir, lakin Farkuad onun sözünü yarımçıq qoyur və niyyətinin qəti olduğunu bildirir. Farkuad həyatını təhlükəyə istəmir və bu səbəbdən Şahzadəni xilas edə biləcək cəngavəri tapmaq üçün döyüş turniri hazırlayır. Şrek və Eşşək Dyulok krallığına çatan zaman böyük bir şəhərlə qarşılaşırlar. Onlar uzaqdan gələn səsləri eşidərək turnirə gəlirlər. Şrek yaxşı niyyətlə gəldiyini lord Farkuada izah etmək istəyir, lakin Farkuad onu öldürmə əmrini verir. Şrek və Eşşək isə üzərlərinə hücum edən cəngavərlərin müavimətini dəf etməyi bacarırlar. Bu səbəbdən Farkuad Şreki dinləmək məcburiyyətində qalır. Kral, o günlərdə ancaq evlənsə gerçək bir kral ola biləcəyini eşitdiyi üçün şahzadə axtarışına çıxmışdır. Farkuad Şrekə istədiyi arzusunu yerinə yetirilməsi üçün saraya şahzadəni gətirməsini söyləyir. Bunun əvəzində isə Farkuad nağıl qəhrəmanlarının onun evini tərk edəcəyini Şrekə vəd edir. Şrek Farkuadın təklifini qəbul etmək məcburiyyətində qalır. Şrek və Eşşək Əjdahanın müqavimətini dəf edərək Şahzadə Fionanı xilas edirlər. Şahzadə illərdir həyatının eşqini gözlədiyi üçün ona başındakı zirehi çıxarmasını istəyir. Şahzadə isə onun div olduğunu görür və vahiməyə düşür. Şahzadə Fiona Şrekə söyləyir ki, əgər lord Farkuad onu həqiqətən sevirsə, onda yalnız Farkuadın onu gəlib qurtarması lazım olduğunu söyləyir və geri dönmək istəyir, lakin Şrek Şahzadəyə icazə vermir. Uzun bir səfərin sonunda Şrek, Fionaya qarşı sevgi hisslərinin keçirdiyini başa düşür, lakin sabahısı gün saraya çatacaqlarından nə edəcəyini bilmir. Şahzadə gecə vaxtı çirkin bir hala çevrildiyini Şrekdən gizləmək üçün qaranlıq düşməmiş yatmağa məcbur olur. Eşşək Fionanın bu halını görərkən, Şahzadə ona lənətli olduğunu bildirir. Bu müddətdə Şrek çiçəklə ona eşqini etiraf etmək fikrinə düşür. Qapıdaykən Şahzadənin söhbətini eşidir, lakin şahzadənin çirkin deyə bəhs etdiyi adamın özü olduğunu düşünür və bundan çox kədərlənir. Şrek bu kədərlə bütün gecə boyunca qalaya qədər gedir və günəş doğulduğunda kralla birlikdə gəlir. Fiona isə bu səfər ərzində Şrekdən xoşlanır və ona qarşı sevgi hisslərinin keçirdiyini bildirmək istəyir, lakin Şrek Şahzadə Fionaya qəzəbləndiyi üçün ona getməsini söyləyir. Şahzadə Fiona kədərlənərək lord Farkuadla birlikdə gedir. Şrek bataqlığına qayıtdıqdan sonra nağıl qəhrəmanlarının burada olmadığını görür. Bir müddət sonra Şrek bataqlığa qayıdan Eşşəkdən Fiona haqqında həqiqətləri öyrənir və Fionaya sevgi hisslərini bildirmək niyyətinə düşür, lakin Şahzadə Fionanın evlənməsinə çox az qalmışdır. Onlara tez bir zaman ərzində çatmaq üçün Eşşək bataqlığa Əjdahanı gətirmişdir. Şrek Farkuadın toy mərasiminə gələn zaman onun cəngavərlərinin müqaviməti ilə qarşılaşır. Sonda Şrek və Şahzadə Fiona bir-birlərinə qovuşurlar. Farkuadı isə Əjdaha udaraq, qarnında saxlayır. Şrek Fionadan lənəti aradan qaldırmaq üçün onu öpür, lakin Şrek div olduğu üçün Fiona əvvəlki gözəl halına dönmür və yenidən div halına qayıdır, lakin Şrek əvvəlki kimi ona sevgi hissləri bəsləyir və bir müddət keçəndən sonra onlar evlənirlər. Bu müddət ərzində Eşşək və Əjdaha bir-birinə aşiq olurlar. Səsləndirənlər Xarici keçidlər Şrekin Rəsmi saytı Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine Şrek — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=271228
Şrek 2
Şrek 2 (ing. Shrek 2) — 2004-cü ildə 3D formatında çəkilmiş, Oskar mükafatı nominasiyasına layiq görülmüş qısametrajlı ABŞ animasiyasıdır. Filmin rejissoru Yeni Zelandiya rejissoru Endryu Adamsdır. Animasiya "Ən yaxşı qısametrajlı animasiya Oskar mükafatı"na layiq görülmüşdür. Çox xoşbəxt cütlük olan Şrek və Fiona bal ayındadırlar. Fionanın valideynləri onların hər ikisini şam yeməyinə dəvət alırlar. Xoşbəxt cütlük eşşəklə birlikdə səyahətə yollanırlar, lakin valideynləri yeni sürpriz gözləyir. Onların övladı Fiona div halına dönmüşdü. Bu səbəbdən qəhrəmanları yeni dostlar və qeyri-adi macəralar gözləyir… Oskar mükafatı Xarici keçidlər Şrekin Rəsmi saytı Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=284514
Şrek 2 (animasiya, 2004)
Şrek 2 (ing. Shrek 2) — 2004-cü ildə 3D formatında çəkilmiş, Oskar mükafatı nominasiyasına layiq görülmüş qısametrajlı ABŞ animasiyasıdır. Filmin rejissoru Yeni Zelandiya rejissoru Endryu Adamsdır. Animasiya "Ən yaxşı qısametrajlı animasiya Oskar mükafatı"na layiq görülmüşdür. Çox xoşbəxt cütlük olan Şrek və Fiona bal ayındadırlar. Fionanın valideynləri onların hər ikisini şam yeməyinə dəvət alırlar. Xoşbəxt cütlük eşşəklə birlikdə səyahətə yollanırlar, lakin valideynləri yeni sürpriz gözləyir. Onların övladı Fiona div halına dönmüşdü. Bu səbəbdən qəhrəmanları yeni dostlar və qeyri-adi macəralar gözləyir… Oskar mükafatı Xarici keçidlər Şrekin Rəsmi saytı Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=809024
Şri-Lanka
Şri-Lanka (sinhal. ශ්‍රී ලංකා; tamil. இலங்கை) və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası (sinhal. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය; tamil. இலங்கை சனநாயக சோசலிசக் குடியரசு), tarixi mənbələrdə Sərəndib (سرنديب) adı ilə tanınırdı — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Coğrafiyası Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır. 2,524 metr yüksəkliyində olan Pidurutalagala dağı ölkənin ən yüksək nöqtəsidir. Təbii qaynaqları arasında əhəng daşı, qrafit, mineral qumlar, filizlər, fosfatlar, gil və hidro enerji yer alır. Ölkədə baş verən əsas təbii fəlakətlər qasırğa və burulğanlardır. Dini vəziyyət Şri Lankada buddiizm dövlət dini kimi hələ birinci minillikdən əvvəl III əsrdə təsdiq olunub. Hal-hazırda buddizm txeravad formasında əhalinin 70 faizini əhatə edir. Üç böyük budda təriqəti geniş yayılıb: siam, amarapura, ramanna. Ölkənin ən böyük xalqı olan sinhalın çoxu buddistdir. Şri Lankanın 15 faiz əhalisi şivaizm formasında induizmə etiqad edir. İnduizm tamilərin böyük əksəriyyəti arasında geniş yayılıb. Ölkədə müəyyən qədər müsəlman (əhalinin 7 %) da yaşayır. Mavrlar (ərəblərin və hind-müsəlman tacirlərin nəsilləri), eyni zamanda burada yaşayan malaylar, əfqanlar, bəlucilər islam dininə etiqad edirlər. Ölkədə kifayət qədər xristianlar (8 %) da vardır. Bəzi sinhal və tamilər, eləcə də bürqerlər xristiandırlar. Xristianların əksəriyyəti katoliklərdir(1 mln. nəfər). Protestanlar da vardır ki, onların 42 min nəfəri anqilkan, 24 min nəfəri metodistlərdir. Bununla yanaşı cənubi Hindistan kilsəsinin tərəfdarları (6 min nəfər), yeddinci günün adventistləri, qurtuluş ordusunun tərəfdarları (5 min nəfər), reformatorlar (4 min nəfər), baptistlər (3 min nəfər), presviterianlar və başqaları da vardır. Şri Lankanın qədim əhalisi veddalardır, onlardan öz qədim ənənələrinə sadiq olan yalnız 3 min nəfər qalmışdır. Dövlət quruluşu Şri-Lanka dualist formada idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1948) 4 fevralda qeyd olunur. Şri-Lanka Konstitusiyası 1978-ci ilin sentyabr ayından qüvvədədir. İnzibati bölgüsü Şri-Lanka 3-cü dərəcəli dairə katibliklərini özündə birləşdirən 25 dairədən ibarət 9 əyalətə (Mərkəzi, Şərqi, Qərbi, Cənubi, Şimali, Şimal-Mərkəzi, Şimal-Qərbi, Sabaraqamuva və Uva) bölünür . Dövlət başçısı Şri-Lanka Respublikasının Konstitusiyasının, milli müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı, hüquqi dövlətin və Hökumətin başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı — Prezident ümumi və birbaşa seçkilərdə 6 illik müddətə seçilir. Mövcud Konstitusiya və qanunlar çərçivəsində vəzifəsini həyata keçirən Prezident ali qanunverici orqan qarşısında məsuliyyət daşıyır.Parlament üzvlərinin 2/3 hissəsinin dəstəyi və Ali Məhkəmənin razılığı ilə dövlət başçısına qarşı impiçment elan edilə bilər. Prezident öz növbəsində Parlamentin sessiyasını təxirə salmaq və yaxud ləğv etmək, ali qanunverici orqanı zəruri hallarda (Parlamentin ən azı bir illik fəaliyyətindən sonrakı müddət ərzində) buraxmaq və erkən seçkilər təyin etmək, habelə əfv fərmanı imzalamaq səlahiyyətinə malikdir. Baş nazir və Nazirlər Kabinetinin üzvləri, diplomatik nümayəndəliklərin başçıları, habelə bir sıra yüksək vəzifəli şəxslər dövlət başçısı tərəfindən təyin edilir. Qanunvericilik hakimiyyəti 225 nəfərdən ibarət birpalatalı Parlamentdir. Parlamentin üzvləri özünəməxsus proporsional sistem əsasında (hər hansı bir dairədə qalib gəlmiş partiya əlavə yer qazanır) ümumi və birbaşa səsvermə yolu ilə 6 illik müddətə seçilirlər. Qanunvericilik hakimiyyətinin Konstitusiya ilə nəzərdə tutulmuş əsas elementlərini ehtiva edən bir çox vəzifələrlə (illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası) yanaşı, qanunları qəbul etmək və imzalamaq səlahiyyəti yalnız Parlamentə məxsusdur. İcraedici hakimiyyət Parlament qarşısında kollektiv məsuliyyət daşıyan və ölkədə icra hakimiyyətini həyata keçirən Hökuməti Prezident formalaşdırır. Dövlət başçısının müavini — Baş nazir bir qayda olaraq hakim partiyanın rəhbəridir və nazirliklərə ümumi nəzarəti, habelə Nazirlər Kabineti ilə dövlət başçısı arasında əlaqələndiricilik funksiyasını həyata keçirir. Məhkəmə hakimiyyəti İngilis və müsəlman hüquq sistemlərinin elementlərini özündə birləşdirən Şri-Lankada məhkəmə hakimiyyəti, ölkənin ən yüksək məhkəmə instansiyası sayılan Ali Məhkəmə, həmçinin Apelyasiya və aşağı instansiya məhkəmələri tərəfindən həyata keçirilir.
https://az.wikipedia.org/w/index.php?curid=5772
Şri-Lanka Demokratik Sosialist Respublikası

https://az.wikipedia.org/w/index.php?curid=467535
Şri-Lanka Xarici İşlər Nazirliyi
Şri-Lanka Xarici İşlər Nazirliyi (sinh. විදේශ කටයුතු අමාත්‍යාංශය) — digər ölkələrlə Şri-Lanka əlaqələrini idarə edir. Nazirlik Kolombo-fort şəhərində, Respublika binasında yerləşir. Nazirlikdə 40 xarici vəzifə, o cümlədən 13 yüksək komissiya, 40 səfirlik, Birləşmiş Millətlər Təşkilatına aid 2 daimi nümayəndəlik, 14 konsulluq və nümayəndəlik var. Baş qərargah Xarici idarəetmə şöbəsi Konsulluq idarəsi Protokol şöbəsi İctimaiyyətlə Əlaqələr şöbəsi İqtisadi Məsələlər üzrə şöbə Maliyyə şöbəsi Hüquqi şöbə Həmçinin bax Xarici İşlər Nazirlikləri Şri-Lankanın dövlət quruluşu Xarici keçidlər Government of Sri Lanka Permanent Mission of Sri Lanka to the United Nations Office at Geneva The Lakshman Kadirgamar Institute of International Relations and Strategic Studies Arxivləşdirilib 2018-05-13 at the Wayback Machine A Sri Lankan Diplomatic Success Story in the 18th Century Arxivləşdirilib 2017-03-01 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=666417
Şri-Lanka adası
Şri-Lanka adası (sanskr. श्री लङ्का) — Hind okeanında yerləşən ada. Nəhəng adada eyni adlı Şri-Lanka dövləti yerləşir. Adanın sahəsi 65 610 km² təşkil edir. Adanın ən hündür nöqtəsi 2524 metr olan Pidurutalaqala dağıdır. Qərbdən Hindustan yarımadasından Polk boğazı, Polk və Manar körfəzləri ilə ayrılır. Ada vaxtı ilə mövcud olmuş Adəm körpüsü adlı bərzəx mövcud olmuşdur. 1481-ci ildə güçlü zəlzələ zamanı bərzəx tamamən dağılmışdır. Ada şimal və şərq sahillərini Benqal körfəzinin suları ilə yuyulur. Ada 1972-ci ilə qədər rəsmi olaraq Seylon (sanskr. सिंहल द्वीप «Sinxala dvipa», Sinhal adası) adlandırılırdı. Adanın ən uzun çayı Maxaveli-Qanqadır. Çay adanın daxili ilə şimal-şərqə axaraq Benqal körfəzinə tökülür. Digər iri çayları: Kelani, Kalu, Arivu-Aru. Adanın ərazisində yerləşən körfəzlərin böyük qismi adanın şimal-şərq və şərq sahillərində yerləşir. Hansıkı ən irisi Cafna laqunudur. Laqun Cafna yarımadası ilə Benqal körfəzindən ayrılır. Putttalamdan Pottuvil şəhərinə qədər olan körfəzlər: Puttalam laqunu, Duti körfəzi, Portuqal körfəzi, Polk bişuxtası, Cafna laqunu, Kokkilay, Koddiayar, Periya-Kalapua, Karay-Kalapu, Tandiadi-Kalapu, Komari-Kalapu. Yarımada və adaları Adanın ən iri yarımadası şimalda yerləşən Cafna yarımadasıdır Şri-Lanka afasının sahillərində çoxlu sayda kiçik adalar vardır: Analaytivu, Karaytivu, Velanay, Eluvaytivu, Mandaytivu, Paletivu, Erumaytivu, Kakkativu, Manar, Pulyantivu, Kalliaditivu. Adanın əhalisi 20 277 597 nəfər təşkil edir. (2012). Sinhallar ada əhalisinin 74,88 %, tamillər — 11,2 % təşkil edir. Tamillər əsasən adanın şimal və şərq rayionlarında yayılmışdır. Mavrlar isə cəmi 9,2 %, avropalılarla yerlilərin qarışığından olan byuqerlər 0,3 %, veddlər isə 0,3% olmaqla 1 000 nəfər sakinə malikdirlər 70,19 % əhali buddistdir, 12,61 % — induizm (tamillər), 9,71 % — islam, 7,45 — xristian dininə etiqad edir. 82 % xristian katolik, yerdə qalanı Anqlikan kilsəsi və protestant məzhəbindədirlər.
https://az.wikipedia.org/w/index.php?curid=467787
Şri-Lanka bayrağı
Şri-Lanka bayrağı — Şri Lankanın Dövlət bayrağı Şri-Lankanın dövlət bayrağı haqqında qanun 1978-ci ildə qəbul edilib. Bayrağın üzərindəki əlində qılınc tutmuş şir yerli əhali olan seylonların əcdadlarının rəmzidir. 1951-ci ildə bayrağa müsəlman və tamil azlıqlarını müvafiq olaraq təmsil edən yaşıl və narıncı zolaqlar əlavə edilib. Qırmızı zolaq isə buddist çoxluğunu tərənnüm edir. 1972-ci ildə ökənin Seylon adı ləğv edilərək, Şri-Lanka olduqdan sonra müqəddəs buddist ağacı olan Paypulun (əncir ağacı) 4 yarpağı bayrağın üzərinə həkk olundu. 4 yarpaq sevgini, şəfqəti, qarşılıqlı anlayışı və soyuqqanlılığı təmsil edir.
https://az.wikipedia.org/w/index.php?curid=158229
Şri-Lanka coğrafiyası
Şri-Lanka Cənubi Asiya regionuna dail olan və demək olarki Şri-Lanka adasında yerləşən bir dövlətdir. Ölkənin ərazisi onun dəniz əraziləri ilə birlikdə 65 610 km² təşkil edir. Şimaldan cənuba ölkə 445 km, şərqdən qərbə isə 225 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu 1340 km təşkil edir. Şri-Lanka adası həmdə Seylon adı ilə tanınır. Ölkə bütünlüklə Hind okeanı ilə əhatələnmişdir. Ada 350 km uzunluğa və 180 km enə malikdir. O Tasmaniya və İrlandiya adalarının ölçüləri böyüklükdədir. Ada Hindustan yarımadasından Manasar körfəzi və Polk boğazı ilə ayrılır. Polk boğzının eni 50 km təşkil edir. Adanın təbii ehtiyatları: əhəng daşı, gil, fosforit, qrafit. Adəm körpüsü adanı nə zamansa materilə birləşdirirdi. Tarixçilərin verdiyi məlumata görə 1481-ci ildə baş vermiş güçlü zəlzələdən sonra ara tamamən dağılmışdır. Ölkə heç bir ölkə ilə quru sərhəddinə malik deyildir. Şri-Lanka adasının sahilləri demək olar ki, çimərliklərdən ibarətdir. Ərazisinin böyük hissəsi 30-200 metr arasında dəyişir. Düzənlik dalğavari formaya malikdir. Düzənliyin birdən-birə düksəkliyə keçməsi adanın cənub-şərqində müşahidə edilir. Şimal hissədə bu keçid dalğavaridir. Adanın mərkəzi hissəsində Mərkəzi plato yerləşir. Bu plato şimaldan cənuba 65 km məsafədə yerləşir. Bu hissədə hündürlük 1500 metri keçir. Adanın və ölkənin ən hündür nöqtəsi Pidurutalaqaladır (2524 m). Bu zirvə platonun tam mərkəzində qərarlaşır. İkonci ən hündür nöqtə Kiriqalpotta (2395 m) dağıdır. Ancaq bu zirvələrin yüksək olmasına baxmayaraq ın məşhuru Adəm pikidir. Pik 2234 metr yüksəkliyə malikdir. Dağ Pidurutalaqaladan cənub-qərbdə yerləşir. Şərqdə yerləşən növbəti zirvə isə Namunakula (2036 m) zirvəsidir. Şimal hissədə alçaq dağlıq yerləşir ki, onlar arasında dərin dərələr və ucu şiş pikləri müşahidə etmək olar. Bəzi zirvələr 1800 m yüksəkliyə malikdir. Adəm pikindən cənubda belə kifayyət qədər yüksəkliyə malik zirvələr vardır. İqlimi subekvatorialdır. Mussonların təsirinə məruz qalır: şimal-şərq mussonları oktyabrdan marta, cənub-qərb mussonları isə iyun-oktyabra qədər uzanır. Ən intensiv yağışlar dağların cənub-qərb ətəklərinə may və ya iyundan oktyabra qədər düşür. Bu zaman aylıq yağıntının miqdarı 2 500 mm olur. Dekabrdan marta qədər isə Benqal körfəzi istiqamətdən gələn güçlü küləklər aylıq 1250 mm yağıntı gətirir. Digər ərazilərə nisbətdə daha yüksək rütubət cənub-qərb ərazilərində və dağlarda müşahidə edilir. Məsələn Kolomboda daim rütubətlilik 70 % keçir. Musson yağışları dönəmində isə 90% olur. Anuradxapurada gündür 60%, noyabr-dekabr ayları isə 80% olur. Kürə ensiklopediyası. Şri-Lanka Turistik xəritə
https://az.wikipedia.org/w/index.php?curid=468746
Şri-Lanka vətəndaş müharibəsi
Şri-Lanka vətəndaş müharibəsi — Şri-Lanka mərkəzi hökuməti ilə Tamil pələngləri hərbiləşdirilmiş hərəkat arasında baş vermiş müharibə. Hərbi əməliyyatlar 1983–2009-cu illərdə baş vermişdir. Müharibə 80 min insanın ölümünə səbəb olmuşdur. Müharibə öncəsi 1948-ci ildə Şri-Lankanın Böyük Britaniyadan müstəqillik əldə etməsindən sonra ölkənin siyasi həyatında Sinhallar üstün mövqe qazanmağa başlamışdılar. Bu ərəfədə isə tamillərin asimilyasiyası başlamışdı. Bu iki etnik qrup arasında narazılıqlar 1977-ci ildə Şri-Lankada kütləvi davalara səbəb olmuşdur. 1976-cı ildən "Tamil İlam azadlıq pələngləri" artıq təşkil olunmuşdu. Onlar Tamillərin müstəqilliyinə can atırdılar. Cafna kitabxanasının yandırılması və kütləvi qətlyamlarda sinhal polislərin iştirakı tamillər arasında dərin ikrah hissi yaratmışdı. 1983-cü ilin iyulunda Tamil pələnləri Cafna şəhərində patrullara hücum təşkil etmişdir. Bu isə Sinhallar arasında adekvat münasibəti doğurmuş və tamil qətliyamlarına yol açmışdır. Bu hadisələr tarixə Qara iyul kimi daxil olmuşdur. Bundan sonra dövlət hərbi vəziyyət elan etmişdir. Daha sonra adada vətəndaş müharibəsi başlamışdır. Müharibə aşağıdakı dövrlərə bölünür: Birinci ilam müharibəsi (1983–1987): vətəndaş müharibəsinin ilkin dövrü hesab edilir. Hind internensiyası (1987–1990): müharibəyə Hindistanın müdaxiləsi. 1987-ci ilin yayında adaya Hindistan ordusu daxil olur. Onlar burada sülhməramlı misiyasını yerinə yetirməli idilər. Sonradan isə onların Tamillərə qarşı müharibəyə qarışdığı müəyyən edilir. Çoxlu sayda itki verməsi səbəbindən Hindistan kontingenti 1990-cı ilin yayında adanı tərk etmişdir. İkinci İlam müharibəsi (1990–1994): vətədaş müharibəsinin yenidən alovlanması. Müharibə terror aktları ilə müşahidə edilmişdir. Tamillərin bu addımları nəticəsində Şri-Lankanın prezidenti Ranasinqxe Premadasa öldürülmüşdür. Üçümcü İlam müharibəsi (1995–2002): qısa müddətdən sonra alovlanan növbəti mərhələ. Hökumət qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlamış, ancaq kiçik uğurlara nail olmuşdur. Barışıq (2002–2006). 2002-ci ildə Norveçin bilavastə iştirakı ilə tərəflər arasında barışıq elan edilmişdir. Bundan sonra münaqişənin həlli istiqamətində danışıqlar başlamışdır. Dördüncü İlam müharibəsi (2006–2009?). 2006-cı ilin aprelində Tamil pələngləritərəfindən təşmil edilən terror aktından sonra əməliyyatlar yenidən başlamışdır. "Pələnglərin" məğlubiyyəti 2008-ci ilin yanvarında Şri-Lanka formal şəkildə barışıqdan imtina etdiyini bəyan etmişdir. 2 yanvar 2009-cu ildə hökumət qüvvələri iki aylıq ağır döyüşlərdən sonra "Tamillərin paytaxtı" olan Kilinoççi şəhərini tuturlar. Artıq 14 yanvar tarixində Şri-lankla ordusu bütün Cafna yarımadasını öz nəzarətinə ala bilmişdir.25 yanvar 2009-cu ildə isə hərbçilər Tamil pələnglərinin "son qalası" olan Mullaittivunu ələ keçirə bilirlər. 2009-cu ilin aprelində "pələnglər" Pittukudiyurupu şəhərində çoxlu sayda itki vermişlər. 16 may 2009-cu ildə Şri-Lanka prezidenti Tamil pələngləri üzərində tam qələbəni elan etmişdir. "Tamil pələngləri" təşkilatının rəhbəri məğlubiyyəti qəbul etmiş və barışıq elan etmişdir. 18 may 2009-cu ildə "Tamil İlam Azadlıq pələngləri" təkilatının rəhbəri Velupillai Prabxakaran mühasirəni yarmaq cəhdi zamanı öldürülmüşdür. Onun 200 nəfərlik dəstəsi ölkənin şimal-şərqindəki cəngəlliklərdə mühasirəyə alınmışdır. Onun cəsədi sanitar maşınında aşkar edilmişdir. Bir müddət isə Velupillai Prabxakaranın böyük oğlu öldürülmüşdür. Xüsusi təyinatlılar tərəfindən bu təşkilatın digər yüksək çinli üzvləridə aradan götürülmüşdür. Son hərbi əməliyyatlar zamanı tamillər tərəfindən 6.5 min insan ölmüş və 200 min insan qaçqın vəziyyətinə düşmüşdür. Hökumət qüvvələri əməliyatlar zamanı 6200 itki vermiş və 30 min insan yaralanmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=782100
Şri-Lankada partlayışlar (2019)
Şri-Lankada partlayışlar — 21 aprel 2019-cu il tarixində Şri-Lankanın paytaxtı Kolomboda, Neqombo və Battikaloa şəhərlərində baş vermiş terror hadisələridir. Hadisə yerləri Son partlayışın paytaxt Kolombo yaxınlığında yerləşən “Dehivela” zooparkı ilə üzbəüz “Tropikal İnn” hotelində baş verdiyi bildirilir. Bundan əvvəl Kolombo, Neqombo və Battikaloa şəhərlərində yerləşən “Koççikade”, “Katana” və “Battikaloa” kilsələrində, həmçinin paytaxtdakı beş ulduzlu “Sanqri-La”,”Çinnamon Qrand” və “Kinqsböri” hotellərində partlayışlar baş verib.. Partlayışlar nəticəsində azı 290 nəfər həlak olub, 469-dan artıq insan isə yaralanıb. Həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Koreya Xalq Respublikası, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var. Ölkədə saat 18:00-dan başlayaraq səhər saat 6:00-a qədər komendant saatı tətbiq olunub, fövqəladə vəziyyət elan olunub. Silsilə partlayışlarda şübhəli bilinən 24 nəfər Şri-Lanka polisi tərəfindən saxlanılıb. Bundan başqa, yanlış məlumatların yayılmasının qarısının alınması məqsədi ilə ölkədə “Facebook” və “WhatsApp” da daxil olmaqla sosial şəbəkələrin və messencer xidmətlərinin fəaliyyəti blok edilib. Reaksiyalar Hadisə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka prezidenti Maytripala Sirisenaya başsağlığı verib.
https://az.wikipedia.org/w/index.php?curid=587275
Şri-Lankada vətəndaş müharibəsi
Şri-Lanka vətəndaş müharibəsi — Şri-Lanka mərkəzi hökuməti ilə Tamil pələngləri hərbiləşdirilmiş hərəkat arasında baş vermiş müharibə. Hərbi əməliyyatlar 1983–2009-cu illərdə baş vermişdir. Müharibə 80 min insanın ölümünə səbəb olmuşdur. Müharibə öncəsi 1948-ci ildə Şri-Lankanın Böyük Britaniyadan müstəqillik əldə etməsindən sonra ölkənin siyasi həyatında Sinhallar üstün mövqe qazanmağa başlamışdılar. Bu ərəfədə isə tamillərin asimilyasiyası başlamışdı. Bu iki etnik qrup arasında narazılıqlar 1977-ci ildə Şri-Lankada kütləvi davalara səbəb olmuşdur. 1976-cı ildən "Tamil İlam azadlıq pələngləri" artıq təşkil olunmuşdu. Onlar Tamillərin müstəqilliyinə can atırdılar. Cafna kitabxanasının yandırılması və kütləvi qətlyamlarda sinhal polislərin iştirakı tamillər arasında dərin ikrah hissi yaratmışdı. 1983-cü ilin iyulunda Tamil pələnləri Cafna şəhərində patrullara hücum təşkil etmişdir. Bu isə Sinhallar arasında adekvat münasibəti doğurmuş və tamil qətliyamlarına yol açmışdır. Bu hadisələr tarixə Qara iyul kimi daxil olmuşdur. Bundan sonra dövlət hərbi vəziyyət elan etmişdir. Daha sonra adada vətəndaş müharibəsi başlamışdır. Müharibə aşağıdakı dövrlərə bölünür: Birinci ilam müharibəsi (1983–1987): vətəndaş müharibəsinin ilkin dövrü hesab edilir. Hind internensiyası (1987–1990): müharibəyə Hindistanın müdaxiləsi. 1987-ci ilin yayında adaya Hindistan ordusu daxil olur. Onlar burada sülhməramlı misiyasını yerinə yetirməli idilər. Sonradan isə onların Tamillərə qarşı müharibəyə qarışdığı müəyyən edilir. Çoxlu sayda itki verməsi səbəbindən Hindistan kontingenti 1990-cı ilin yayında adanı tərk etmişdir. İkinci İlam müharibəsi (1990–1994): vətədaş müharibəsinin yenidən alovlanması. Müharibə terror aktları ilə müşahidə edilmişdir. Tamillərin bu addımları nəticəsində Şri-Lankanın prezidenti Ranasinqxe Premadasa öldürülmüşdür. Üçümcü İlam müharibəsi (1995–2002): qısa müddətdən sonra alovlanan növbəti mərhələ. Hökumət qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlamış, ancaq kiçik uğurlara nail olmuşdur. Barışıq (2002–2006). 2002-ci ildə Norveçin bilavastə iştirakı ilə tərəflər arasında barışıq elan edilmişdir. Bundan sonra münaqişənin həlli istiqamətində danışıqlar başlamışdır. Dördüncü İlam müharibəsi (2006–2009?). 2006-cı ilin aprelində Tamil pələngləritərəfindən təşmil edilən terror aktından sonra əməliyyatlar yenidən başlamışdır. "Pələnglərin" məğlubiyyəti 2008-ci ilin yanvarında Şri-Lanka formal şəkildə barışıqdan imtina etdiyini bəyan etmişdir. 2 yanvar 2009-cu ildə hökumət qüvvələri iki aylıq ağır döyüşlərdən sonra "Tamillərin paytaxtı" olan Kilinoççi şəhərini tuturlar. Artıq 14 yanvar tarixində Şri-lankla ordusu bütün Cafna yarımadasını öz nəzarətinə ala bilmişdir.25 yanvar 2009-cu ildə isə hərbçilər Tamil pələnglərinin "son qalası" olan Mullaittivunu ələ keçirə bilirlər. 2009-cu ilin aprelində "pələnglər" Pittukudiyurupu şəhərində çoxlu sayda itki vermişlər. 16 may 2009-cu ildə Şri-Lanka prezidenti Tamil pələngləri üzərində tam qələbəni elan etmişdir. "Tamil pələngləri" təşkilatının rəhbəri məğlubiyyəti qəbul etmiş və barışıq elan etmişdir. 18 may 2009-cu ildə "Tamil İlam Azadlıq pələngləri" təkilatının rəhbəri Velupillai Prabxakaran mühasirəni yarmaq cəhdi zamanı öldürülmüşdür. Onun 200 nəfərlik dəstəsi ölkənin şimal-şərqindəki cəngəlliklərdə mühasirəyə alınmışdır. Onun cəsədi sanitar maşınında aşkar edilmişdir. Bir müddət isə Velupillai Prabxakaranın böyük oğlu öldürülmüşdür. Xüsusi təyinatlılar tərəfindən bu təşkilatın digər yüksək çinli üzvləridə aradan götürülmüşdür. Son hərbi əməliyyatlar zamanı tamillər tərəfindən 6.5 min insan ölmüş və 200 min insan qaçqın vəziyyətinə düşmüşdür. Hökumət qüvvələri əməliyatlar zamanı 6200 itki vermiş və 30 min insan yaralanmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=566462
Şri-Lankada çayçılıq
Şri-Lankada çayçılıq — Şri-Lanka Demokratik Sosialist Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çay yarpağının istehsal həcminə görə dünyada dördüncü yeri tutan Şri-Lankada "Seylon çayı" brendi altında qara, yaşıl və ağ Seylon çayları istehsal edilir. Həmçinin bax Seylon çayı
https://az.wikipedia.org/w/index.php?curid=570152
Şri-Lankanın dövlət quruluşu
Şri-Lanka (sinhal. ශ්‍රී ලංකා; tamil. இலங்கை) və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası (sinhal. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය; tamil. இலங்கை சனநாயக சோசலிசக் குடியரசு), tarixi mənbələrdə Sərəndib (سرنديب) adı ilə tanınırdı — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Coğrafiyası Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır. 2,524 metr yüksəkliyində olan Pidurutalagala dağı ölkənin ən yüksək nöqtəsidir. Təbii qaynaqları arasında əhəng daşı, qrafit, mineral qumlar, filizlər, fosfatlar, gil və hidro enerji yer alır. Ölkədə baş verən əsas təbii fəlakətlər qasırğa və burulğanlardır. Dini vəziyyət Şri Lankada buddiizm dövlət dini kimi hələ birinci minillikdən əvvəl III əsrdə təsdiq olunub. Hal-hazırda buddizm txeravad formasında əhalinin 70 faizini əhatə edir. Üç böyük budda təriqəti geniş yayılıb: siam, amarapura, ramanna. Ölkənin ən böyük xalqı olan sinhalın çoxu buddistdir. Şri Lankanın 15 faiz əhalisi şivaizm formasında induizmə etiqad edir. İnduizm tamilərin böyük əksəriyyəti arasında geniş yayılıb. Ölkədə müəyyən qədər müsəlman (əhalinin 7 %) da yaşayır. Mavrlar (ərəblərin və hind-müsəlman tacirlərin nəsilləri), eyni zamanda burada yaşayan malaylar, əfqanlar, bəlucilər islam dininə etiqad edirlər. Ölkədə kifayət qədər xristianlar (8 %) da vardır. Bəzi sinhal və tamilər, eləcə də bürqerlər xristiandırlar. Xristianların əksəriyyəti katoliklərdir(1 mln. nəfər). Protestanlar da vardır ki, onların 42 min nəfəri anqilkan, 24 min nəfəri metodistlərdir. Bununla yanaşı cənubi Hindistan kilsəsinin tərəfdarları (6 min nəfər), yeddinci günün adventistləri, qurtuluş ordusunun tərəfdarları (5 min nəfər), reformatorlar (4 min nəfər), baptistlər (3 min nəfər), presviterianlar və başqaları da vardır. Şri Lankanın qədim əhalisi veddalardır, onlardan öz qədim ənənələrinə sadiq olan yalnız 3 min nəfər qalmışdır. Dövlət quruluşu Şri-Lanka dualist formada idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1948) 4 fevralda qeyd olunur. Şri-Lanka Konstitusiyası 1978-ci ilin sentyabr ayından qüvvədədir. İnzibati bölgüsü Şri-Lanka 3-cü dərəcəli dairə katibliklərini özündə birləşdirən 25 dairədən ibarət 9 əyalətə (Mərkəzi, Şərqi, Qərbi, Cənubi, Şimali, Şimal-Mərkəzi, Şimal-Qərbi, Sabaraqamuva və Uva) bölünür . Dövlət başçısı Şri-Lanka Respublikasının Konstitusiyasının, milli müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı, hüquqi dövlətin və Hökumətin başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı — Prezident ümumi və birbaşa seçkilərdə 6 illik müddətə seçilir. Mövcud Konstitusiya və qanunlar çərçivəsində vəzifəsini həyata keçirən Prezident ali qanunverici orqan qarşısında məsuliyyət daşıyır.Parlament üzvlərinin 2/3 hissəsinin dəstəyi və Ali Məhkəmənin razılığı ilə dövlət başçısına qarşı impiçment elan edilə bilər. Prezident öz növbəsində Parlamentin sessiyasını təxirə salmaq və yaxud ləğv etmək, ali qanunverici orqanı zəruri hallarda (Parlamentin ən azı bir illik fəaliyyətindən sonrakı müddət ərzində) buraxmaq və erkən seçkilər təyin etmək, habelə əfv fərmanı imzalamaq səlahiyyətinə malikdir. Baş nazir və Nazirlər Kabinetinin üzvləri, diplomatik nümayəndəliklərin başçıları, habelə bir sıra yüksək vəzifəli şəxslər dövlət başçısı tərəfindən təyin edilir. Qanunvericilik hakimiyyəti 225 nəfərdən ibarət birpalatalı Parlamentdir. Parlamentin üzvləri özünəməxsus proporsional sistem əsasında (hər hansı bir dairədə qalib gəlmiş partiya əlavə yer qazanır) ümumi və birbaşa səsvermə yolu ilə 6 illik müddətə seçilirlər. Qanunvericilik hakimiyyətinin Konstitusiya ilə nəzərdə tutulmuş əsas elementlərini ehtiva edən bir çox vəzifələrlə (illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası) yanaşı, qanunları qəbul etmək və imzalamaq səlahiyyəti yalnız Parlamentə məxsusdur. İcraedici hakimiyyət Parlament qarşısında kollektiv məsuliyyət daşıyan və ölkədə icra hakimiyyətini həyata keçirən Hökuməti Prezident formalaşdırır. Dövlət başçısının müavini — Baş nazir bir qayda olaraq hakim partiyanın rəhbəridir və nazirliklərə ümumi nəzarəti, habelə Nazirlər Kabineti ilə dövlət başçısı arasında əlaqələndiricilik funksiyasını həyata keçirir. Məhkəmə hakimiyyəti İngilis və müsəlman hüquq sistemlərinin elementlərini özündə birləşdirən Şri-Lankada məhkəmə hakimiyyəti, ölkənin ən yüksək məhkəmə instansiyası sayılan Ali Məhkəmə, həmçinin Apelyasiya və aşağı instansiya məhkəmələri tərəfindən həyata keçirilir.
https://az.wikipedia.org/w/index.php?curid=427419
Şri Cayavardenepura Kotte
Şri Cayavardenepura Kotte (sinh. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, tam. ஸ்ரீ ஜயவர்த்தனபுரம் கோட்டே) — Kolombonun cənub hissəsində yerləşir, əhalisi 115 min nəfər. (2008-ci il).Şri-Lanka'nın qanunverici paytaxtıdır. Cayavardenepura ifadəsi sinhal dilində "gələcək qələbələr şəhəri" deməkdir. Bu ad şəhərə qurucusu Alaqakkonaray tərəfindən verilib və keçmiş prezident Cunius Riçard Cayavardeneyə aidiyyatı yoxdur. "Kotto" tamil dilində "qala" deməkdir. Kotte sinhal dövlətinin 1415—1565ci illərdə paytaxtı olub. Ada Portuqaliya tərəfindən tutulandan sonra paytaxt Kolomboya köçürülüb. 1979-cu ildə paytaxt köhnə yerə köçürülür, müasir adı da saxlanmaqla köhnə adı qaytarılır. Şəhərdə parlament, Ali Məhkəmə yerləşir; ancaq prezident rezidensiyası Kolomboda qalır. Bir neçə il tikilən parlament və hökumət binaları kompleksi 1982-ci ildə açılıb. Şəhərdə universitet də vardır. "Sri Lanka: A Country Study.". Russell R. Ross and Andrea Matles Savada. Retrieved 2007-02-26. Edmund Jayasuriya (Tr), sälaḷihini sandeśa of Toṭagamuve Srī Rāhula Thera, Colombo: Central Cultural Fund, 2002, ISBN 955-613-144-2 "European encroachment and dominance". U.S. Library of Congress. Retrieved 2007-02-26.[dead link] "Canal transport to ease traffic pile up .". Chanuka Mannapperuma. Retrieved 2005-07-10. "National training centre for Football at Beddegana". Sri Lanka Football. Archived from the original on 2006-11-17. Retrieved 2007-02-26. Xarici keçidlər HökumətGovernment of Sri Lanka Official Web Portal The Parliament of Sri Lanka CIA Fact book Arxivləşdirilib 2010-07-04 at the Wayback Machine Ministry of Defence : Sri LankaTarix1400-1565 A. D Arxivləşdirilib 2007-10-16 at the Wayback Machine Decline of the Sinhalese Kingdom Arxivləşdirilib 2010-12-14 at the Wayback Machine Kotte's History Arxivləşdirilib 2009-05-24 at the Wayback Machine Ruins of the ancient Kotte Kingdom Arxivləşdirilib 2009-06-18 at the Wayback MachineElm və təhsilUniversity of Sri Jayawardenepura Nugegoda Public Library Arxivləşdirilib 2011-05-22 at the Wayback MachineİdmanSri Lanka Cricket & Sports News Online
https://az.wikipedia.org/w/index.php?curid=289605
Şri Lanka
Şri-Lanka (sinhal. ශ්‍රී ලංකා; tamil. இலங்கை) və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası (sinhal. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය; tamil. இலங்கை சனநாயக சோசலிசக் குடியரசு), tarixi mənbələrdə Sərəndib (سرنديب) adı ilə tanınırdı — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Coğrafiyası Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır. 2,524 metr yüksəkliyində olan Pidurutalagala dağı ölkənin ən yüksək nöqtəsidir. Təbii qaynaqları arasında əhəng daşı, qrafit, mineral qumlar, filizlər, fosfatlar, gil və hidro enerji yer alır. Ölkədə baş verən əsas təbii fəlakətlər qasırğa və burulğanlardır. Dini vəziyyət Şri Lankada buddiizm dövlət dini kimi hələ birinci minillikdən əvvəl III əsrdə təsdiq olunub. Hal-hazırda buddizm txeravad formasında əhalinin 70 faizini əhatə edir. Üç böyük budda təriqəti geniş yayılıb: siam, amarapura, ramanna. Ölkənin ən böyük xalqı olan sinhalın çoxu buddistdir. Şri Lankanın 15 faiz əhalisi şivaizm formasında induizmə etiqad edir. İnduizm tamilərin böyük əksəriyyəti arasında geniş yayılıb. Ölkədə müəyyən qədər müsəlman (əhalinin 7 %) da yaşayır. Mavrlar (ərəblərin və hind-müsəlman tacirlərin nəsilləri), eyni zamanda burada yaşayan malaylar, əfqanlar, bəlucilər islam dininə etiqad edirlər. Ölkədə kifayət qədər xristianlar (8 %) da vardır. Bəzi sinhal və tamilər, eləcə də bürqerlər xristiandırlar. Xristianların əksəriyyəti katoliklərdir(1 mln. nəfər). Protestanlar da vardır ki, onların 42 min nəfəri anqilkan, 24 min nəfəri metodistlərdir. Bununla yanaşı cənubi Hindistan kilsəsinin tərəfdarları (6 min nəfər), yeddinci günün adventistləri, qurtuluş ordusunun tərəfdarları (5 min nəfər), reformatorlar (4 min nəfər), baptistlər (3 min nəfər), presviterianlar və başqaları da vardır. Şri Lankanın qədim əhalisi veddalardır, onlardan öz qədim ənənələrinə sadiq olan yalnız 3 min nəfər qalmışdır. Dövlət quruluşu Şri-Lanka dualist formada idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1948) 4 fevralda qeyd olunur. Şri-Lanka Konstitusiyası 1978-ci ilin sentyabr ayından qüvvədədir. İnzibati bölgüsü Şri-Lanka 3-cü dərəcəli dairə katibliklərini özündə birləşdirən 25 dairədən ibarət 9 əyalətə (Mərkəzi, Şərqi, Qərbi, Cənubi, Şimali, Şimal-Mərkəzi, Şimal-Qərbi, Sabaraqamuva və Uva) bölünür . Dövlət başçısı Şri-Lanka Respublikasının Konstitusiyasının, milli müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı, hüquqi dövlətin və Hökumətin başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı — Prezident ümumi və birbaşa seçkilərdə 6 illik müddətə seçilir. Mövcud Konstitusiya və qanunlar çərçivəsində vəzifəsini həyata keçirən Prezident ali qanunverici orqan qarşısında məsuliyyət daşıyır.Parlament üzvlərinin 2/3 hissəsinin dəstəyi və Ali Məhkəmənin razılığı ilə dövlət başçısına qarşı impiçment elan edilə bilər. Prezident öz növbəsində Parlamentin sessiyasını təxirə salmaq və yaxud ləğv etmək, ali qanunverici orqanı zəruri hallarda (Parlamentin ən azı bir illik fəaliyyətindən sonrakı müddət ərzində) buraxmaq və erkən seçkilər təyin etmək, habelə əfv fərmanı imzalamaq səlahiyyətinə malikdir. Baş nazir və Nazirlər Kabinetinin üzvləri, diplomatik nümayəndəliklərin başçıları, habelə bir sıra yüksək vəzifəli şəxslər dövlət başçısı tərəfindən təyin edilir. Qanunvericilik hakimiyyəti 225 nəfərdən ibarət birpalatalı Parlamentdir. Parlamentin üzvləri özünəməxsus proporsional sistem əsasında (hər hansı bir dairədə qalib gəlmiş partiya əlavə yer qazanır) ümumi və birbaşa səsvermə yolu ilə 6 illik müddətə seçilirlər. Qanunvericilik hakimiyyətinin Konstitusiya ilə nəzərdə tutulmuş əsas elementlərini ehtiva edən bir çox vəzifələrlə (illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası) yanaşı, qanunları qəbul etmək və imzalamaq səlahiyyəti yalnız Parlamentə məxsusdur. İcraedici hakimiyyət Parlament qarşısında kollektiv məsuliyyət daşıyan və ölkədə icra hakimiyyətini həyata keçirən Hökuməti Prezident formalaşdırır. Dövlət başçısının müavini — Baş nazir bir qayda olaraq hakim partiyanın rəhbəridir və nazirliklərə ümumi nəzarəti, habelə Nazirlər Kabineti ilə dövlət başçısı arasında əlaqələndiricilik funksiyasını həyata keçirir. Məhkəmə hakimiyyəti İngilis və müsəlman hüquq sistemlərinin elementlərini özündə birləşdirən Şri-Lankada məhkəmə hakimiyyəti, ölkənin ən yüksək məhkəmə instansiyası sayılan Ali Məhkəmə, həmçinin Apelyasiya və aşağı instansiya məhkəmələri tərəfindən həyata keçirilir.
https://az.wikipedia.org/w/index.php?curid=406484
Şri Mataci Nirmala Devi
Şri Mataci Nirmala Devi (21 mart 1923, Çxindvara[d], Britaniya Hindistanı – 23 fevral 2011, Genuya) — Sahaca-Yoqa nın yaradıcısı. Şri Mataci Nirmala Devi 21 mart 1923-cü ildə Hindistanın Maharaştra şəhərində xristian ailəsində anadan olub. Atası və anası Prasad və Cornelia Salve, Şalivahana Kral Sülaləsi nəslindən idi. Bu son dərəcə parlaq uşağın gözəlliyini görüb ona "Təmiz, qüsursuz" mənasını verən Nirmala adını verdilər. Daha sonra Şri Mataji Nirmala Devi kimi çoxluq arasında tanınmağa başladı; yəni doğulduğu gündən aydınlaşan və çox gənc yaşlarında bütün bəşəriyyət üçün mümkün olması lazım olan misilsiz bir qabiliyyətə sahib olduğunu anlayan əziz Anne. Ailəsi İngiltərənin hakimiyyəti altında Hindistanın Müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynadı. Mahatma Qandinin yaxın dostu olan atası Hindistanın Seçki Cəmiyyətinin üzvü idi. Məşhur bir alim idi, 14 dildə danışırdı və Quranı marati dilinə ilk çevirən idi. Anası Hindistanda Riyaziyyat üzrə Fəxri qazanan ilk qadın idi.
https://az.wikipedia.org/w/index.php?curid=357550
Şridevi
Şridevi (ing. Sridevi, tam. ஸ்ரீதேவி, hind. श्री देवी; doğ. 13 avqust 1963, Sivikasi, Tamilnad, Hindistan - 24 fevral 2018, Dubay, BƏƏ) — hind aktrisası. Aktrisa, prodüserdir. Əsl adı Şri Amma Yanqerdir. 13 avqust 1963-cü ildə Tamillandda (Sivakasi) anadan olmuşdur. 4 yaşından filmə çəkilib. İlk filmi "Tamil" filmi (Kandhan Karunai) olmuşdur. 1988-ci ildə çəkildiyi “Dələduz” filmində əkiz bacılar roluna görə "Ən yaxşı aktrisa" adına layiq görülmüşdür. Həmin ildə “Çandni” filmində də çəkilmişdir. Bonni Kapur ilə ailəlidir. İki qızı var. Filmoqrafiya Allah şahiddir (film, 1992)
https://az.wikipedia.org/w/index.php?curid=416045
Şrift
Şrift yada Yazı tipi (en. font) – eyni üsluba (məsələn, Courier), şəklə (kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan simvollar yığını; şriftlərin üslublarını (TYPEFACE) bir-birilə dəyişik salmaq olmaz. Şrift, verilmiş dizayna malik müəyyən ölçülü, üslublu və qalınlıqlı bütün simvolların çoxluğudur; şriftin üslubu isə dizaynın özüdür. Ekran görüntüsünü formalaşdırarkən və sənədləri çap edərkən şriftlər ya rastr görüntülər (nöqtələrin kombinasiyası) vasitəsilə, ya da konturlara (müəyyən riyazi düsturlara) görə formalaşdırılır. Müxtəlif şriftlərin tətbiqinə imkan verən proqramlar, onları ekranda yarada bilməsələr belə, şriftin şəkli və ölçüsü haqqında informasiyanı printerə verir. Printerin lazım olan şrifti əks etdirməsi üçün, ya şrift haqqında tam informasiya proqram tərəfindən printerə yüklənməli, ya da printerin özünə və ya printerin şrift kartricinə (FONT CARTRİDGE) yerləşdirilməlidir . Rastr şrifti — unikal bit görüntüsü (nöqtələrin kombinasiyası) kimi təsvir olunan, müəyyən ölçü və üslublu simvolların yığınıdır. Rastr şriftlərə misal olaraq Microsoft Windows və Mac OS əməliyyat sistemlərinin ekran şriftlərini göstərmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=492079
Şrinkflyasiya
Şrinkflyasiya (ing. shrinkflation) — istehsalçı tərəfindən satış qiymətindəki qoruma və ya nisbi olaraq kiçik endirim halında paketdəki malların miqdarının, həcminin və ya ağırlığının azaldılması. Bir məhsulun həcmini və ya çəkisini azaldaraq, çəki qiymətlərindən həcm qiymətlərinə keçərək (və ya əksinə, məhsulun sıxlığından asılı olaraq) istehsalçılar məhsul üçün alıcılar üçün aşağı qiymət xəyali bir görünüş yaradırlar. Adı ingilis dilində "kiçilmək" və "inflyasiya" sözlərini düzəltməklə meydana çıxdı. BBC, rus dilinə bənzətmə ilə neologizmdən "sıx" istifadə etdi. Bəzi Rusiya kütləvi informasiya vasitələri də "ixtisar" ifadəsini istifadə edirlər. İqtisadi məzmunu
https://az.wikipedia.org/w/index.php?curid=674303
Şrixarikota
Şrixarikota (tel. శ్రీహరికోట) — Sədd adası Hindistanın cənubunda Andxra-Pradeş ştatı ərazisinə daxildir. Hindistanın yeganə kosmik aerodromu olan Satişa Dxavan burada yerləşir. Ada Hindistan kosmik araşdırmalar təşkilatının idarəsi altındadır. Şrixarikota Pulikat gölünü Benqal körfəzindən ayırır. Adada Pulikat qəsəbəsi yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=449383
Şroma (Suxumi)
Şroma (gürc. შრომა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 270 m hündürlüktə, Suxumidən 10 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 31.
https://az.wikipedia.org/w/index.php?curid=763691
Şrödinger
Ervin Rudolf Yozef Aleksandr Şredinger və ya Şrödinger (alm. Erwin Rudolf Josef Alexander Schrödinger; 12 avqust 1887, Vyana – 4 yanvar 1961, Vyana) — avstriyalı nəzəriyyəçi-fizik, 1933-cü il Fizika üzrə Nobel mükafatı lauretı, Berlin, Oksford, Qrats, Gent universitetlərinin professoru, Dublinin Ali Tədqiqatlar İnstitutunun təsisçisi və direktoru. Kvant mexanikası və materiyanın dalğa nəzəriyyəsinin (ehtimalın dalğa funksiyası) müəllifi. Ervin Şredinger Vyanada Rudolf Şredinger və Georgina Emili Brendin ailəsində anadan olmuşdur. 1898-ci ildə Akademik gimnaziyaya daxil olur. 1906-1910-cu illərdə artıq İ. Loşmidt, İ. Ştefan və L. Bolsman kimi alimlərin sayəsində nəzəri və eksperimental fizika üzrə kifayət qədər tanınan Vyana universitetində təhsil almışdır. Məhz burada L. Bolsmannın tələbələri F. Qazenorl və Frans Eksber kimi böyük alimlərin təsiri altında Şredingerin elmi dünyagörüşü formalaşır. Şredinger Bolsman tərəfindən inkişaf etdirilmiş termodinamikanın ehtimal interpretasiyası ilə maraqlanır. 1929-cu ildə alim bunu belə xatırlayır:"Bu ideyalar dairəsi mənim üçün elmə ilk məhəbbət rolunu oynadı, başqa heç bir şey məni bu qədər məftun etmir, və yəqin ki, bundan sonra də etməyəcək". Doktorluq dissertasiyası çərçivəsində Şredinger rütubətli havada izolyator səthində elektrik keçiriciliyi məsələsi ilə məşğul olur. Elmi fəaliyyəti Universiteti bitirdikdən sonra, Şredinger Eksnerin assistenti işləyir. 1910-cu ildən etibarən Şredingerin dielektriklər, maqnetizmin kinetik nəzəriyyəsi, atmosfer elektrikliyi, (Qaytinger mükafatına layiq görülmüşdür) anormal elektrik dispersiyası nəzəriyyəsi, interferensiya hadisələri, Debay effekti nəzəriyyəsi və s. dair ilk nəşrləri işıq üzü görməyə başlayır. Birinci Dünya Müharibəsinə bir neçə həftə qalmış Şredingeri ordu sıralarına çağırırlar. Cəbhə xəttində həlak olan F. Qazenorldan fərqli olaraq Şredingerin bəxti gətirir. Onu artileriya zabiti qismində nisbətən sakit Cənub-Qərb cəbhəsinə (Triest rayonu) göndərirlər. Burda ona hətta fizika kurslarında qalmaq və Eynşteynin nisbiliyin ümumi nəzəriyyəsi ilə tanış olmaq da nəsib olur. 1918-ci ildə isə o bu mövzuda iki məqalə də nəşr etdirir. Müharibədən sonra 1919-cu ilin payızında Şredinger M. Vindən Yen universitetində elektron və kvant nəzəriyyəsindən mühazirələr oxumaq təklifini alır. 1920-1921-ci illərdə Şredinger Ştutqart və Breslav universitetlərinin professoru işləyir, 1921-ci ildə isə Sürix universitetinin nəzəri fizika kafedrasına rəhbərlik edir. Ondan əvvəl isə bu kafedraya A. Eynşteyn, P. Debay və M. fon Laue başçılıq edirdi. Şredingerə dünya şöhrəti gətirən isə onun 1926-cı il kvant nəzəriyyəsinə dair işləri olmuşdur. Maks Born sonralar „Onun nəzəri fizikada dalğa mexanikasına dair ilk altı işindən daha mühüm nə ola bilər?" demişdir. L. de Broylun elektron dalğaları nəzəriyyəsini daha da təkmilləşdirən Şredinger elektronların diskret vəziyyətini xüsusi rəqslər kim göstərmişdir. Beləliklə kvant məsələləri yeni bir istiqamət alaraq xüsusi qiymətlə və xüsusi funsksiyalar axtarışına yönəlir. Mikroobyektlərin vəziyyətini təsvir edən funksiya anlayışını daxil etməklə Şredinger materiyanın məşhur „dalğa tənliyini" – Şredinger tənliyini alır. Bu tənlik atom fizikasında Nyuton qnunlarının klassik mexanikada, Maksvel tənliklərinin klassik elekrodinamakida oynadığı rol qədər fundamental rol oynamşdır. Zamanın momentərindən birində funskiyanı bilməklə və Şredinger tənliyini həll etməklə zamanın digər momentləri üçün də bu funkiyanı almaq mümkündür. Funkiyanın özü yalnız mikrohissəciklərin vəziyyətinin ehtimal paylanmasının təsvir edir. Dalğa mexanikasını yaratdıqdan az sonra Şredinger bu mexanikanın Heyzenberq- Born-Yordan kvant mexanikasına ekvivalentliyini göstərmişdir. Bununla belə kvant nəzəriyyəsinin interpretasiyası kimi prinsipial məsələdə Şredingerin mövqeyi köhnəlmiş klassik anlayışları rədd edən Kopehnagen məktəbindən ayrılır. Sonralar Heyzenberq Şredingerlə faktiki olaraq yeni fizikanən əsasını qoyacaq müzakirələrini özünün „Hissə və tam" əsərində xatırlayır. Bu müzakirələr Nils Bor və Verner Heyzenberq tərəfindən müəyyən edilmiş kvant nəzəriyyəsi və onun fundamental prinsiplərinin daha dərindən dərk ediımsinə böyük töhfə vermişdir. Şredinger kvant nəzəriyyiyəsinin natamamlığını başa düşür və sonralar Kopenhagen interpretasiyasının mahiyyətini "Şredingerin pişiyi" kimi tanınan paradoksal forması ilə ifadə edir. 1933-cü ildə Şredinger Pol Dirakla birgə "atom nəzəriyyəsinin yeni formalarının kəşfinə görə" Nobel mükafatına layiq görülür. 1927-ci ildə o, Berlin Universitetinə Maks Plankın xələfi olaraq dəvət edilir. 1933-cü ildə faşızmin gəlişi ilə Şredinger Oksforda emiqrasiya etməli olur. 1936-38-ci illrədə vətənində, Qratsda qısamüddət dərs dedikdən sonra yenidən emiqrasiya edir. 1939-cu ildə İralndiyanın baş naziri İ. De Valerin dəvəti ilə Dublinə dəvət olunur və burada Ali Tədqiqatlar İnstitutunun əsasını qoyur. Şredinger qravitasiya nəzəriyyəsi, mezon nəzəriyyəsi, termodinamika, Born-İnfreld qeyri-xətti elektrodinamikası ilə məşğul olur, sahənin vahid nəzəriyyəsini yatarmağa cəhd göstərir. Şredinger nəinki böyük fizik-nəzəriyyəçi, eyni zamanda qeyri-adi istedadlı mütəfəkkir-filosof olmuşdur. O, altı dil bilir, antki və müasir filosofların əsələrinın əlyazmalarını sərbəst oxuyur, incəsənətlə maraqlanır və şer yazırdı. 1944-cü ildə Şredinger fizika və biologiyaya aid maraqlı əsərini – "Fizikin gözündə həyat nədir?" nəşr etdirir. 1948-ci ildə London universitet-kollejində "Təbiət və yunanlar" adlı kitabının əsasını təşkil edəcək yunan fəlsəfəsinə dair mühazirələr oxuyur. Onu daimə varlıq və şüur ("Ruh və materiya", Kembric, 1958), elm və cəmiyyət (Prusiya Elmlər Akademiyasına məruzə "Ətraf mühir elmi şərtləndirilibmi?" 1932, "Elm və humanizm", Kembridc, 1952) arasındakı qarşılıqlı əlaqə məsələləri narahat edir və təbiətin səbəbiyyatı və qanunları problemini müzakirə edir (məcmuələr: "Elm nəzəriyyəi və insan" Nyu-York, 1957, "Təbiət qanunu nədir?", Münhen, 1962). "Təbiət və Yunanlar" və "Elm və Humanizm" Kembridc universiteti nəşriyyatı (1996) "Kvant mexanıkasının interpretasiyası" Ox Bow Nəşriyyatı (1995) "Statistik termodinamika" Dover Nəşrləri (1989) "Yığma əsələri" Friedr. View & Sohn (1984) "Dünyaya baxışım" Ox Bow Nəşriyyatı (1983) "Genişlənən kainat" Kembridc universiteti nəşriyyatı (1956) "Məkan-Zaman quruluşu" Kembridc universiteti nəşriyyatı (1950) "Həyat nədir?" Macmillian (1946)
https://az.wikipedia.org/w/index.php?curid=762153
Şrödinger tənliyi
Şredinger tənliyi — kvant-mexaniki sistemləri təsvir edən xüsusi törəməli xətti diferensial tənlik; kvant mexanikasının fundamental tənliyi.:1–2 Bu tənlik kvant mexanikasının inkişafında başlıca dönüş nöqtəsi yaratmışdır. Tənlik Ervin Şredingerin adını daşıyır. Şredinger bu tənliyi 1925-ci ildə irəli sürmüş, 1926-cı ildə nəşr etdirmiş, 1933-cü ildə isə bu işinə görə Fizika üzrə Nobel Mükafatı almışdır.Konseptual olaraq Şredinger tənliyi klassik mexanikadakı Nyutonun ikinci qanununun kvant qarşılığıdır. Bir sıra məlum başlanğıc şərtləri nəzərə aldıqda, Nyutonun ikinci qanunu müəyyən bir fiziki sistemin zamanla hansı yolu keçəcəyinə dair riyazi proqnoz verir. Şredinger tənliyi dalğa funksiyasının zamana görə evolyusiyasını, təcrid olunmuş fiziki sistemin kvant-mexaniki xarakteristikasını ifadə edir. Tənlik zaman-evolyusiya operatorunun unitarlığı şərtindən çıxarıla bilər və buna görə də kvant Hamiltonianı olan özü-özünə qoşma operatorun üstlü qiymətiylə əldə olunmalıdır. Şredinger tənliyi kvant-mexaniki sistemləri öyrənmək və proqnozlar vermək üçün yeganə yol deyil. Kvant mexanikasının digər formulyasiyalarına Verner Heyzenberq tərəfindən irəli sürülən matris mexanikası və əsası Riçard Feynman tərəfindən hazırlanmış trayektoriya inteqral formulyasiyası daxildir. Pol Dirak matris mexanikasını və Şredinger tənliyini vahid bir formada birləşdirmişdir. Bu yanaşmaları nəzərə aldıqda, Şredinger tənliyinə əsaslanan mexanikaya bəzən "dalğa mexanikası" da deyilir. Fizika və ya kimyanın giriş kurslarında, adətən, Şredinger tənliyini elə verirlər ki, yalnız diferensial hesabının əsas anlayış və xassələrini, xüsusən də fəza və zamana aid törəmələri bilərək hesablamalar aparmaq mümkün olsun. Bütün bu deyilənləri özündə əks etdirən Şredinger tənliyinin xüsusi halı, tək qeyri-relyativist hissəcik üçün birölçülü mövqe-fəza Şredinger tənliyidir: ∂ ∂ t [ − ℏ 2 2 m ∂ 2 ∂ x 2 + V ( x , t ) ] {\displaystyle \Psi (x,t)} dalğa funksiyası olub, hər bir {\displaystyle x} nöqtəsinə {\displaystyle t} anında müəyyən bir kompleks ədədi qarşı qoyur. {\displaystyle m} parametri hissəciyin kütləsi, {\displaystyle V(x,t)} isə hissəciyin yerləşdiyi mühiti xarakterizə edən potensial, {\displaystyle i} xəyali vahid, {\displaystyle \hbar } isə gətirilmiş Plank sabitidir. Bu sadə vəziyyətin önünə keçməklə kvant mexanikasının Pol Dirak, David Hilbert, Con fon Neyman və Herman Veyl tərəfindən tərtib edilmiş ciddi riyazi forması kvant-mexaniki sistemin halını H {\displaystyle {\mathcal {H}}} Hilbert fəzasının | {\displaystyle |\psi \rangle } vektoruyla ifadə edir. Bu vektorun Hilbert fəzasının skalyar hasili altında normallaşdırıldığı fərz edilir, yəni o Dirak notasiyasına tabe olur | . Hilbert fəzasının təbiəti sistemdən asılıdır — məsələn, mövqe və impulsu təsvir etmək üçün Hilbert fəzası L 2 C {\displaystyle L^{2}(\mathbb {C} )} kompleks kvadratik inteqrallanan funksiyalar fəzası, tək protonun spini üçün isə sadəcə olaraq C 2 {\displaystyle \mathbb {C} ^{2}} ikiölçülü kompleks vektorlar fəzasıdır. Maraqlanılan fiziki kəmiyyətlər — mövqe, impuls, enerji, spin — Hilbert fəzasına təsir edən Ermit (daha dəqiq, özü-özünə qoşma) xətti operatorlar olan "müşahidəolunanlar" ilə təmsil olunur. Dalğa funksiyası müşahidəolunabilənin məxsusi vektoru ola bilər, bu halda o, məxsusi hal adlanır və əlaqəli xüsusi qiymət həmin məxsusi halda müşahidəolunanın qiymətinə uyğun gəlir. Daha ümumi şəkildə, kvant halı kvant superpozisiyası kimi tanınan məxsusi halların xətti kombinasiyası olacaqdır. Müşahidəolunabilən ölçüldükdə, nəticə Born qaydası ilə verilmiş ehtimalla onun məxsusi qiymətlərindən biri olacaq: ən sadə halda məxsusi qiymət λ {\displaystyle {\displaystyle \lambda }} cırlaşmayandır və | | | 2 {\displaystyle |\langle \lambda |\psi \rangle |^{2}} ehtimalıyla verilir. Burada | {\displaystyle |\lambda \rangle } rabitəli məxsusi vektordur. Daha ümumi şəkildə, məxsusi qiymət cırlaşandır və | P λ | {\displaystyle \langle \psi |P_{\lambda }|\psi \rangle } ehtimalı ilə verilir. Burada P λ {\displaystyle P_{\lambda }} rabitəli məxsusi fəza üzrə proyektordur. İmpulsun məxsusi halı kvadratik inteqrallanmayan, sonsuz dərəcədə mükəmməl monoxromatik dalğa olacaqdır. Eynilə, mövqenin məxsusi halı Dirak delta paylanması olacaq, o kvadratik inteqrallanmır və texniki cəhətdən ümumiyyətlə funksiya deyil. Nəticə etibarilə, heç biri hissəciyin Hilbert fəzasına aid ola bilməz. Fiziklər bəzən bu fəzanın xaricindəki elementlərdən ibarət Hilbert fəzası üçün həqiqi olmayan "əsaslar" irəli sürürlər. Bunlar hesablama rahatlığı üçün icad edilmişdir və fiziki halları təmsil etmir. Beləliklə, mövqe-fəza dalğa funksiyası {\displaystyle \Psi (x,t)} yuxarıda istifadə edildiyi kimi, zamandan asılı | Ψ ( t ) ⟩ {\displaystyle {\displaystyle |\Psi (t)\rangle }} hal vektorunun qeyri-fiziki lakin əlverişli olan "mövqenin məxsusi halları" | {\displaystyle |x\rangle } ilə skalyar hasili kimi yazıla bilər | Zamandan asılı tənlik Şredinger tənliyinin forması fiziki şəraitdən asılıdır. Ən ümumi forma zamandan asılı Şredinger tənliyidir. O zamana görə dəyişən sistemi təsvir edir: {\displaystyle t} {\displaystyle \vert \Psi (t)\rangle } kvant sisteminin hal vektoru ( {\displaystyle \Psi } yunan hərfi psidir), H ^ {\displaystyle {\hat {H}}} Hamilton operatorudur. "Şredinger tənliyi" ifadəsi həm ümumi tənliyi, həm də onun xüsusi qeyri-relyativist versiyanı ifadə edə bilər. Ümumi tənlik həqiqətən də olduqca ümumidir, Dirak tənliyindən tutmuş kvant sahə nəzəriyyəsinə qədər hər şey üçün kvant mexanikasında Hamiltonian üçün müxtəlif ifadələr birləşdirərək istifadə olunur. Xüsusi qeyri-relativist versiya bir çox hallarda, ancaq müəyyən dərəcəyə qədər dəqiq nəticələr verən yaxınlaşmadır. Şredinger tənliyini tətbiq etmək üçün sistemi təşkil edən hissəciklərin kinetik və potensial enerjilərini nəzərə alaraq sistem üçün Hamiltonian yazılır, sonra o Şredinger tənliyinə daxil edilir. Alınan xüsusi törəməli diferensial tənlik sistem haqqında məlumatı ehtiva edən dalğa funksiyası üçün həll edilir. Praktikada ehtimal sıxlığı funksiyasını təyin etmək üçün hər bir nöqtədə dalğa funksiyasının mütləq qiymətinin kvadratı götürülür. Məsələn, yuxarıdakı kimi mövqe fəzasında {\displaystyle \Psi (x,t)} dalğa funksiyası verilmişdirsə, | | 2 Zamandan asılı olmayan tənlik Yuxarıda təsvir edilən zamandan asılı Şredinger tənliyi dalğa funksiyalarının stasionar hallar adlanan durğun dalğalar əmələ gətirə biləcəyini xəbər verir. Bu hallar xüsusilə vacibdir, çünki onların ayrıca tədqiqi sonradan istənilən vəziyyət üçün zamandan asılı Şredinger tənliyinin həll olunması məsələsini asanlaşdırır. Stasionar hallar Şredinger tənliyinin daha sadə forması, zamandan asılı olmayan Şredinger tənliyi ilə də təsvir edilə bilər. H ^ | | {\displaystyle E} sistemin enerjisidir. Bu, yalnız Hamiltonian özü zamandan aşkar şəkildə asılı olmadıqda istifadə olunur. Bununla belə, hətta bu halda ümumi dalğa funksiyası aşağıda xəttilik bölməsində izah edildiyi kimi zamandan asılıdır. Xətti cəbrin diliylə desək, bu tənlik məxsusi qiymətli tənlikdir. Buna görə də, dalğa funksiyası Hamilton operatorunun müvafiq məxsusi qiymət(lər)i olan məxsusi funksiyasıdır. Şredinger tənliyi xətti diferensial tənlikdir, yəni iki hal vektoru | ψ 1 {\displaystyle |\psi _{1}\rangle } | ψ 2 {\displaystyle |\psi _{2}\rangle } həllərdirsə, onda hər hansı bir xətti kombinasiya da tənliyin həlli olar: | | ψ 1 | ψ 2 ixtiyari kompleks ədədlərdir. Üstəlik, bu cəmi istənilən sayda hal vektoru üçün genişləndirmək olar. Bu xassə kvant hallarının superpozisiyalarının Şredinger tənliyinin həlli olmasına imkan verir. Daha ümumi şəkildə desək, Şredinger tənliyinin ümumi həllini hallar əsasında cəmləmə aparmaqla tapmaq olar. Tez-tez istifadə olunan seçim zamandan asılı olmayan Şredinger tənliyinin həlləri olan məxsusi enerji hallarının əsasıdır. Bu əsasda zamandan asılı hal vektoru | {\displaystyle |\Psi (t)\rangle } xətti kombinasiya kimi yazıla bilər | ∑ n A n e − i E n t / ℏ | ψ E n A n {\displaystyle A_{n}} | ψ E n {\displaystyle |\psi _{E_{n}}\rangle } uyğun olaraq kompleks ədədlər və vektorlar olub, zamandan asılı olmayan | ψ E n E n | ψ E n tənliyinin həlləridir. ^ {\displaystyle {\hat {H}}} Hamilton operatoru sabit olduqda Şredinger tənliyinin həlli var. | e − i H ^ t / ℏ | U ^ e − i H ^ t / ℏ zaman-evolyusiya operatoru adlanan unitar operatordur, yəni Hilbert fəzasında vektorlararası skalyar hasili qoruyur. Unitarlıq Şredinger tənliyi üzrə zaman-evolyusiyanın ümumi xassəsidir. İlkin hal isə | {\displaystyle |\Psi (0)\rangle } kimidir. Bu hal {\displaystyle t} müddətindən sonra belə olar: | U ^ | bəzi unitar U ^ {\displaystyle {\hat {U}}(t)} operatorları üçün. Əksinə, fərz edək ki, U ^ {\displaystyle {\hat {U}}(t)} {\displaystyle t} vasitəsilə parametrləşdirilmiş vahid operatorların kəsilməz ailəsidir. Ümumiliyi pozmadan parametrləşdirmə elə seçilə bilər ki, U ^ {\displaystyle {\hat {U}}(0)} hər hansı U ^ / ) N U ^ istənilən {\displaystyle N>0} üçün identifikasiya operatoru olsun. Bu zaman U ^ {\displaystyle {\hat {U}}(t)} operatorunun {\displaystyle t} parametrindən asılılığı aşağıdakı kimi olar U ^ e − i G ^ t bəzən özü-özünə qoşma G ^ {\displaystyle {\hat {G}}} operatoruna U ^ {\displaystyle {\hat {U}}(t)} ailəsinin generatoru deyilir. Hamiltonian məhz belə bir generatordur (təbii vahidlərdə 1-ə bərabər olan Plank sabitinə qədər). Əsasın dəyişməsi Şredinger tənliyi tez-tez mövqe funksiyaları kimi dəyişən kəmiyyətlərdən istifadə etməklə verilir, lakin vektor-operator tənliyi kimi Hilbert fəzasında ketlərin istənilən ixtiyari tam bazasında etibarlı təmsilə malikdir. Yuxarıda qeyd edildiyi kimi, fiziki Hilbert fəzasından kənarda yerləşən "əsaslar" da hesablama məqsədləri üçün istifadə olunur. Bu, qeyri-relyativistik, spinsiz hissəcik üçün mövqe-fəza və impuls-fəza Şredinger tənlikləri ilə təsvir edilmişdir. Belə bir hissəcik üçün Hilbert fəzası üçölçülü Evklid fəzasında kompleks kvadratik inteqrallanan funksiyalar fəzasıdır və onun Hamiltonianı impuls operatorunda kvadratik olan kinetik və potensial enerji hədlərinin cəmidir. d d t | ( 1 2 m p ^ 2 + V ^ ) | r {\displaystyle \mathbf {r} } fəza və p {\displaystyle \mathbf {p} } impuls vektorları üçün mövqe-fəza Şredinger tənliyi aşağıdakı kimi yazılır ∂ ∂ t r ℏ 2 2 m ∇ 2 r r r İmpuls-fəza qarşılığı dalğa funksiyasının və potensialın Furye çevrilmələrini əhatə edir: ∂ ∂ t Ψ ~ p p 2 2 m Ψ ~ p ) − 3 / 2 d 3 p ′ V ~ p p ′ Ψ ~ p ′ r {\displaystyle \Psi (\mathbf {r} ,t)} Ψ ~ p {\displaystyle {\tilde {\Psi }}(\mathbf {p} ,t)} funksiyaları | {\displaystyle |\Psi (t)\rangle } funksiyasından aşağıdakıların köməyilə alınır r r | Ψ ~ p p | | r {\displaystyle |\mathbf {r} \rangle } | p {\displaystyle |\mathbf {p} \rangle } Hilbert fəzasının özünə aid deyildir, lakin bu fəzanın bütün elementləri ilə dəqiq müəyyən edilmiş skalyar hasillərə malikdirlər. Mövqe-fəza tənliyi üç ölçüdən bir ölçüyə doğru məhdudlaşdırıldıqda, mövqe-fəza tənliyi yuxarıda verilmiş Şredinger tənliyinin yalnız birinci formasıdır. Kvant mexanikasında mövqe və impuls arasındakı əlaqə bir ölçüdə qiymətləndirilə bilər. Kanonik kvantlamada klassik dəyişənlər {\displaystyle x} {\displaystyle p} kanonik kommutasiya əlaqəsini təmin edən x ^ {\displaystyle {\hat {x}}} p ^ {\displaystyle {\hat {p}}} özü-özünə qoşma operatorlara yüksəldilir x ^ p ^ Bu o deməkdir ki, | p ^ | d d x ona görə də mövqe-fəza təsvirində p ^ {\displaystyle {\hat {p}}} impuls operatorunun təsiri belədir: d d x {\displaystyle -i\hbar {\frac {d}{dx}}} . Beləliklə p ^ 2 {\displaystyle {\hat {p}}^{2}} ikitərtibli törəmə olur və üç ölçüdə ikitərtibli törəmə ∇ 2 {\displaystyle \nabla ^{2}} Laplasian olur. Kanonik kommutasiya əlaqəsi həm də mövqe və impuls operatorlarının bir-birinin Furye qoşmaları olduğunu nəzərdə tutur. Nəticə etibarilə, ilkin olaraq mövqedən asılılıq baxımından müəyyən edilmiş funksiyalar Furye çevrilməsindən istifadə edərək impuls funksiyalarına çevrilə bilər. Bərk cisim fizikasında Şredinger tənliyi tez-tez impuls funksiyaları üçün yazılır, çünki Blox teoremi periodik kristal qəfəsin potensial cütlərini təmin etdiyindən, Ψ ~ {\displaystyle {\tilde {\Psi }}(p)} Ψ ~ {\displaystyle {\tilde {\Psi }}(p+K)} yalnız diskret qarşılıqlı qəfəs vektorları {\displaystyle K} üçün yazılır. Bu Briluen zonasındakı digər nöqtələrdən asılı olmayaraq Briluen zonasının hər bir nöqtəsində impuls-fəza Şredinger tənliyini həll etməyi asanlaşdırır. Ehtimal cərəyanı Şredinger tənliyi yerli ehtimalın saxlanmasına uyğundur. Sağdakı Şredinger tənliyini kompleks qoşma dalğa funksiyasına vurmaq və dalğa funksiyasını Şredinger tənliyinin kompleks qoşmasının soluna vurub çıxmaqla ehtimal üçün kəsilməzlik tənliyini almaq olar: ∂ ∂ t ( r , t ) j | | 2 Ψ ∗ r r ehtimal sıxlığı (vahid həcmə düşən ehtimal, * kompleks qoşmanı bildirir), j 1 2 m ( Ψ ∗ p ^ Ψ − Ψ p ^ Ψ ∗ ) isə ehtimal cərəyanıdır (vahid səthə düşən cərəyandır). Dəyişənlərə ayrılma Əgər Hamiltonian zamanın aşkar funksiyası deyilsə, tənlik fəza və zamana aid hissələrin hasili kimi vuruqlara ayrıla bilər. Tənliyi dəyişənlərə ayırma yolu ilə həll etmək, aşağıdakı formanın həllini axtarmaq deməkdir r r r {\displaystyle \psi (\mathbf {r} )} yalnız sistemi təşkil edən hissəcik(lər)in bütün fəza koordinat(lar)ının, {\displaystyle \tau (t)} isə yalnız zamanın funksiyasıdır. Bu ifadəni {\displaystyle \Psi } funksiyasının yerinə yazsaq r r e − i E t / ℏ Bu tip bir həll stasionar adlanır, çünki zamandan asılı olan yeganə şey Born qaydası ilə ehtimal sıxlığı hesablandıqda ləğv edən bir faza amilidir.Bu, istənilən sayda ölçülər (zamandan asılı olmayan potensialda) istənilən sayda hissəcik üçün ümumiləşdirilir: zamandan asılı tənliyin durğun dalğa həlləri müxtəlif enerjilərin ehtimal paylanması əvəzinə müəyyən enerjiyə malik vəziyyətlərdir. Fizikada bu durğun dalğalar "stasionar vəziyyətlər" və ya "enerji məxsusi halları" adlanır; kimyada onlara "atom orbitalları" və ya "molekul orbitalları" deyilir. Enerjinin məxsusi hallarının superpozisiyaları enerji səviyyələri arasındakı nisbi fazalara uyğun olaraq xassələrini dəyişir. Enerjinin məxsusi halları əsas təşkil edir: hər hansı bir dalğa funksiyası diskret enerji vəziyyətləri üzərində cəmi və ya kəsilməz enerji vəziyyətləri üzərində inteqral və ya daha ümumi olaraq ölçü üzərində inteqral kimi yazıla bilər. Bu, riyaziyyatda spektral teoremdir və sonlu ölçülü vəziyyət fəzasında bu, sadəcə olaraq Ermit matrisinin məxsusi vektorlarının tamlığının ifadəsidir. Dəyişənlərin ayrılması zamandan asılı olmayan Şredinger tənliyi üçün də səmərəli bir üsul ola bilər. Məsələn, problemin simmetriyasından asılı olaraq, Dekart oxları üzrə r ψ x ψ y ψ z şəklində və ya sferik koordinatlar üzrə aşağıdakı kimi ayrıla bilər: r ψ r ψ θ ψ ϕ Xarici keçidlər Quantum Cook Book and PHYS 201: Fundamentals of Physics II by Ramamurti Shankar, Yale OpenCourseware (ing.) The Modern Revolution in Physics – an online textbook. (ing.) Quantum Physics I at MIT OpenCourseWare (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=762150
Şrödingerin pişiyi
Şredingerin pişiyi (ing. Schrödinger's cat) — Avstriyalı fizik Ervin Şredinger tərəfindən ortaya atılmış, kvant fizikasıyla əlaqəli olan, haqqında bir çox müzakirələr aparılmış düşüncə təcrübəsidir. Adətən kvant mexanikası və Kopenhagen təfsiriylə əlaqəli olan bir paradoks olaraq bilinir. Təcrübə, 1935-ci ildə ortaya atılmışdır və tamamilə nəzəri bir təcrübədir. Təcrübə, Şredingerin Kopenhagen təfsiri və ümumi olaraq kvant fizikasında gördüyü bəzi problemləri açıqlayır. Bu təcrübə sonda ölü ya da diri ola biləcək xəyali bir pişiklə əlaqədardır. Pişiyin ölü ya da diri olması, müşahidədən əvvəlki təsadüfi bir vəziyyətin nəticəsidir. Təcrübə qurğusu Təcrübənin başlanğıcında qapalı bir qutunun içində canlı olan bir pişik var. (Qutunun içinin heç bir şəkildə müşahidə edilməməsi çox vacib bir məsələdir. Bunun səbəbi Kopenhagen təfsiridir.) Qurğunun tərkibi belədir: Parçalanma ehtimalı 50% olan bir radioaktiv maddə, radioaktivlik dedektoru və ondan asılı olan qapalı qabda zəhərli qaz. Maddə parçalanarsa dedektor işə düşərək qabı sıdıracaq və pişiyi öldürəcək zəhərli qazı havaya buraxacaq. Buradakı vacib məsələ isə, parçalanma ehtimalının tam olaraq 50% olmasıdır. Bu şəkildə maddənin parçalanıb-parçalanmayacağı əvvəlcədən müəyyənləşdirilə bilməz. Nəticə olaraq pişik, qutu açılanda ya zəhərlənib ölmüş bir şəkildə görüləcək, ya da parçacıq parçalanmadısa diri olaraq görüləcəkdir. Ancaq təcrübənin paradoks kimi tərif edilməsinin səbəbi nəticə deyil, təcrübənin müşahidə edilməyən mərhələsidir. Vacib olan məsələ, müşahidə edilmədən əvvəl qutunun içində nələr olduğudur. Qutu açılmadan, müşahidə edilmədən əvvəl pişik nə vəziyyətdədir? Ölüydümü yoxsa diriydimi? Kvant fizikasına görə həm ölü, həm diridir. Qutu açıldığı anda müşahidəçi də iştirakçı olur. Kvant dilində bu vəziyyətə dalğa funksiyasının çöküşü deyilir. Yəni bir neçə ehtimaldan bir dənəsinə düşürülən vəziyyətdə müşahidəçi də kainata daxil olur. Təcrübənin mahiyyəti Şredingerin original məqaləsində təcrübə belə yazılıb: "Yetərincə burlesk (mübaliğəli) olan hadisəni düzəltmək olar. Hansısa pişik polad kamerada digər cəhənnəm maşını ilə birgə (hansı ki, pişiyin birbaşa təsirindən qorunmuş olmalıdı) qapadılıb: Geyger sayğacının daxilində kiçik həcmdə radioaktiv məhlul yerləşir, stol böyük deyil, bir saat ərzində ancaq bir atom parçalana bilər, ancaq həmin eyni ehtimalla da ola bilər ki parçalanmasın; əgər bu baş verərsə, tutuşdurulmuş dəstək seyrəlir və rele işləməyə başlıyır, buraxılmış çəkic, içində güclü turşu olan kolbanı dağıdır. Əgər bir saatlığına bütün bu sistemi öz başına buraxsaq, deyə bilərik ki, pişik bu müddət ərzində sağ olacaq, belədirsə tezliklə atomun parçalanması baş verməyəcək. Atomun ilk parçalanmasındaca pişik zəhərlənərdi. Sistemin Dalğa Funksiyası, diri və ölü pişiyi bərabər payla özündə qarışdıraraq yaxud bulaşdıraraq (ifadəyə görə üzr istəyirəm) bütünlüklə bunu göstərəcək. Tipik müvafiq hallarda o baş verir ki, birbaşa müşahidə yolu ilə kənarlaşdırıla bilən başlanğıcda atom dünyasıyla çərçivələnmiş müəyyənsizlik, makroskopik müəyyənsizlik şəklində dəyişir. Bu bizə "çökmə modelini" əks etdirilən reallıq kimi sadəlövlüklə qəbul etməyə mane olur. Öz-özlüyündə bu, qeyri-müəyyən olan və ya bir-birinə zidd olan heç nə bildirmir. Dəqiq olmayan ilə fokuslaşdırılmış foto arasında və buludların şəkli ilə duman arasında fərq var".
https://az.wikipedia.org/w/index.php?curid=667736
Ştabs-kapitan
Ştabs-kapitan — çar ordusunda piyada, topçu və texniki hissələrdə Poruçik ilə Kapitan (hərbi rütbə) arasında zabit rütbəsi Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=550162
Ştabs-rotmistr
Ştabs-rotmistr — çar ordusunda rütbə. Həmçinin bax Xarici keçidlər Rusiya imperiyasında, SSRİ-də və Rusiyadakı hərbi və mülki rütbələr və titullar və onların fərqləndirmə işarələri (rus.)
https://az.wikipedia.org/w/index.php?curid=550163
Ştakelberq modeli
Ştakelberq modeli — informasiya asimmetriyasının mövcudluğunda oliqopolist bazarın oyun nəzəri modeli. Adını ilk dəfə 1934-cü ildə nəşr olunan Marktform und Gleichgewicht (Bazar strukturu və tarazlığı) əsərində təsvir edən alman iqtisadçısı Henrix fon Ştakelberqin şərəfinə almışdır. Bu modeldə firmaların davranışı tam mükəmməl informasiyaya malik dinamik oyunla təsvir olunur ki, bu da onu Kurno modelindən fərqləndirir, burada firmaların davranışı mükəmməl informasiyaya malik statik oyundan istifadə etməklə modellənir. Oyunun əsas xüsusiyyəti ilk növbədə malların buraxılış həcmini təyin edən aparıcı firmanın olmasıdır, qalan firmalar isə hesablamalarında onu rəhbər tuturlar. Formal tərif Stackelberg duopoliyası oyunçuların iyerarxiyasını qəbul edir. I oyunçu qərarını ilk elan edir, ondan sonra II oyunçu strategiya seçir. Birinci oyunçu lider, ikinci oyunçu isə izləyici adlanır. Oyundakı Ştakelberq tarazlığı x ∗ y ∗ {\displaystyle (x^{*},y^{*})} strategiyaları toplusudur, burada y ∗ x ∗ ən yaxşı cavabdır II oyunçunun problemin həlli kimi tapılan x ∗ {\displaystyle x^{*}} strategiyasına x ∗ y ∗ max x Əsas ilkin şərtlər Sənaye homojen məhsul istehsal edir: müxtəlif firmaların məhsullarındakı fərqlər əhəmiyyətsizdir, bu o deməkdir ki, alıcı hansı firmadan alacağını seçərkən yalnız qiymətə diqqət yetirir. Firmalar istehsal olunan məhsulların miqdarını təyin edir, onun qiyməti isə tələbata əsasən müəyyən edilir. Lider firma adlanan bir firma var ki, onun istehsal həcminə görə digər firmalar rəhbərlik edir. Xüsusi hal: duopoliya modelləşdirmə Biri “lider firma”, digəri “izləyici firma” olan iki firması olan bir sənaye olsun. Məhsulun qiyməti ümumi təklifin Q xətti funksiyası olsun: Π 1 Q 1 Q 2 Q 1 c 1 Q 1 , və ya Π 1 Q 1 Q 2 Q 1 c 1 Q 1 d π 1 d Q 1 Q 1 Q 2 Q 1 Q 1 d Q 2 d Q 1 c 1 izləyici firmanın optimal məhsulu məlum olduğundan Q 2 ∗ ( a − b Q 1 ∗ − c 2 ) 2 b Q 2 ∗ a − c 2 2 b Q 1 2 Kurno tarazlığına əsaslansaq, onda biz aparıcı firma d Q 2 d Q 1 / üçün maksimallaşdırma şərtini hesablaya bilərik, bu mülahizəni nəzərə alaraq, firmanın optimal məhsulu olacaq. Q 1 ∗ 2 ( a − c 1 ) 3 b 2 Q 2 3 — lider funksiyasıikinci firmanın mənfəəti və müvafiq olaraq onun maksimumlaşdırılması şərti isə, Π 2 Q 1 Q 2 Q 2 c 2 Q 2 d π 2 d Q 2 Q 1 Q 2 Q 2 c 2 , yəni iki qəti hesab edir firmanın öz məhsulu dəyişdikdə onun məhsulu dəyişməyəcək və ya bu, firmanın davranışına biganəlik forması kimi şərh edilə bilər. Q 2 ∗ a − c 2 2 b Q 1 2 - izləyici funksiyası;Ştakelberq modelinə görə, birinci firma, aparıcı firma ilk addımda öz məhsulunu Q1-a təyin edir. Bundan sonra ikinci firma — izləyici firma — lider firmanın hərəkətlərini təhlil edərək öz məhsuldarlığını Q2 müəyyən edir. Hər iki firmanın məqsədi ödəmə funksiyalarını maksimuma çatdırmaqdır.
https://az.wikipedia.org/w/index.php?curid=739036
Ştalberin binası (Taqanroq)
Ştalberin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Petrovskaya küçəsi ev 105 ünvanında yerləşən bina. Bina XIX əsrin dördüncü yarısında inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Klassizm stilində inşa edilmişdir. Bina Rostov vilayəti Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 105 ünvanında, XIX əsrin ikinci dörd illiyində inşa edilmişdir. Bina klassizm stilinə malikdir. 1840-cı illərdə binanın sahibi alman Eberq Karloviç Lorens olmuşdur. O, saray məsləhətçisi olaraq işləyirdi. O, 1860-cı illərə qədər kişi gimnaziyasında latın və alman dillərindən dərs deyirdi. Eberqin həyat yoldaşı Lorensanı Adelaida Lyudviqovna adlandırırdılar. O, 1848-ci ildə öz rəfiqəsinin evində qızlar ponsionatının açılışını maliyyələşdirmişdir. 1863-cü il məlumatına görə burada 32 qız oxuyurdu. Qızlar bura Rostov-na-Donu, Naxçıvan-na-Donu və Novoçerkassk şəhərlərindən gəlmişdir . Bu məktəb qapalı tipli idi. Pansionat xeyriyə məqsədi ilə toplanan pullarla fəaliyyət göstərirdi. XIX əsrin ikinci dörd illiyindən III gildiya taciri Marteno Nikitiçna Bataşeva binada müəyyən dəyişikliklər etdirmişdir. Tacirin əsas gəlir mənbəyi şəkər məhsullarıdır. Məktəbin alışı ərəfəsində Eberq Karloviç Lorens vəfat etmişdir. Onun həyat yoldaşı Adaleida Lyudviqovna 1899-ci ilə qədər yaşamışdır. Onların üç övladı olmuşdur: qızları Sofiya və Luiza, oğlu Karl. Luiza ərə getmədən 1918-ci ildə həlak olmuşdur. Karl Eberqardoviç Anton Pavloviç Çexov ilə birlikdə oxumuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=484082
Ştam
Ştam — morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsi. "Stam" alman sözü olub, "gövdə" deməkdir. Mikroorqanizm ştamlarını əldə etmək, hazırlamaq qanunlarını öyrənən elm sahəsi seleksiya adlanır.
https://az.wikipedia.org/w/index.php?curid=516821
Ştam serialının seriyalarının siyahısı
Ştam (ing. The Strain) — 13 iyul 2014-cü ildə FX telekanalında təqdim edilmiş ABŞ qorxu dram teleserialıdır. Teleserial eyni adlı romanlar seriyası əsasında Gilyermo del Toro və Çak Hoqan tərəfindən yaradılmışdır. Serialın icraçı prodesseri və şouranneri Karlton Kyuz olmuşdur. Dörd mövsüm ərzində serialın 46 epizodu təqdim edilmişdir. Aşağıdakı siyahıda mövsümlər üzrə seriyaların siyahısı, hər seriya haqqında qısa məlumat və məzmunu verilmişdir. Ümumi baxış I mövsüm (2014) II mövsüm (2015) III mövsüm (2016) IV mövsüm (2017) Xarici keçidlər fxnetworks.com/thestrain — Ştam serialının seriyalarının siyahısının rəsmi saytı «Ştam» — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=516741
Ştamplama
Ştamplama materialın plastiki deformasiyasına əsaslanan proses olub hissənin ölçüsünü və formasını dəyişmək üçün tətbiq edilir. Ştamplama üçün çox vaxt metal və plastmas tətbiq edilir.İki növü mövcuddur: həcmi və lövhə ştamplama. Lövhə ştamplamada hissənin ilkin froması az dəyişdrilir. Ştamplama prosesini aparmaq üçün presslərdən istifadə olunur. Onlar materialı mexaniki təsirin köməyi ilə dəyişdirməyə imkan verir. Lövhə ştamplamasında aşağıdakı əməliyyatlar aparılır: Pərçimləmə, Deşməİsti halda həcmi ştamplama Burada metal pəstahları qızdırılmış halda xüsu alətin - ştampım köməyi ilə təzyiq altında emal edərək lazımi formaya salınır. Metalın axması ştampın daxilində olan boşluqla təyin olunur. İsti metal bu boşluqda axaraq lazım olan formanı alır. Pəstah kimi çubuqlardan istifadə olunur. Bunun üçün onlar əvvəlcədən kəsilərək lazımi ölçüyə salınır. Kəsmə qayçıların köməyi ilə aparılır. Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, II hissə, 2012.423 s
https://az.wikipedia.org/w/index.php?curid=51848
Ştangenpərgar
Ştangenpərgar (alm. Stangenzirkel) — cisimlərin xarici və daxili ölçülərini yüksək dəqiqliklə ölçən cihazdır.
https://az.wikipedia.org/w/index.php?curid=353336
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsi ilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur. ABŞ ştatlarının siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=795576
Ştat (ABŞ)

https://az.wikipedia.org/w/index.php?curid=800093
Ştaudinger reaksiyası
Ştaudinger reaksiyası — 1919-cu ildə German Ştaudinger tərəfindən kəşf edilmiş, azidlərin və fosfinlərin (və ya fosfitlərin) qarşılıqlı təsiri ilə fosfazenlərin (iminofosforanlar) sintezi üçün bir üsuldur [1] [2]: R3P + R'N3 {\displaystyle \to } R 3 P N R 1 + H 2 O → R 1 N H 2 + R 3 P O Fosfazenlərin karbonil birləşmələri ilə qarşılıqlı təsiri iminlərin sintezi üçün bir metod kimi istifadə olunur (Ştaudingerə görə iminasiya): R 3 P N R 1 + R 2 2 C O → R 2 2 C N R 1 + R 3 P O ,İzosiyanatlar bir karbonil komponenti olaraq istifadə edildikdə, bu imitasiya karbodiimidlərin meydana gəlməsinə səbəb olur: {\displaystyle \to } Reaksiya mexanizmi Reaksiya, fosfazidin əmələ gəlməsi ilə azid qrupunun son azot atomuna fosfinin nükleofil əlavə edilməsinə əsaslanır. Tsiklik bir aralıq əmələ gəldikdən və molekulyar azot məhv edildikdən sonra azin-ilid şəklində yük ayrılması ilə təqdim edilə bilən iminofosforan əmələ gəlir. Modifikasiya 2000-ci ildə K. Bertozzi qrupu, Ştaudinger reaksiyasının dəyişdirilməsini təklif etdi: [3], burada elektrofil tələ istifadə edildi , belə ki, amid və fosfin oksid əmələ gəlməsi ilə bir aza-ilid aralıq maddə kimi bir karbon turşusunun metil efiri əmələ gəlir. Adi Staudinger reaksiyasından fərqli olaraq, bu vəziyyətdə hər iki məhsul kovalent şəkildə əlaqələndirilir; bu səbəbdən bu modifikasiya "Staudingerligation" adlanır və kimyəvi biologiyada geniş istifadə olunur [4].
https://az.wikipedia.org/w/index.php?curid=724297
Ştaynfurt
Ştaynfurt (alm. Steinfurt) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 111.42 km2, əhalisi 34476 nəfərdir (2006).
https://az.wikipedia.org/w/index.php?curid=430189
Ştazi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur. Vilhelm Zaisser 1957-ci ildə Almaniya Demokratik Respublikasının prezidenti Walter Ulbricht tərəfindən vəzifəsindən azad edildi. Ernst Wollweber onun yerinə bu vəzifəyə təyin edildi. Ernst Wollweber dövlət liderləri Walter Ulbricht və Erich Mielke ilə qarşıdurmalar səbəbiylə istefa etdi. Vəzifəyə köməkçisi Erich Mielke təyin edildi. Ayrıca 1957-ci ildə Markus Wolf HVA (Kəşfiyyat Mərkəzi İdarəsi — Hauptverwaltung Aufklärung) xarici kəşfiyyat bölməsinin rəhbəri təyin edildi. Wolf, Almaniya Federativ Respublikasının dövlət mexanizminə, siyasətinə və iş dünyasına nüfuz etməkdə böyük bir müvəffəqiyyət əldə etdi. 1970-ci illərdə Stasi, xüsusən Latın Amerikasında bir çox fəal və siyasətçinin həyatını xilas edərək fərqli bir rol almışdır. Məsələn, 1973-cü ilin sentyabrında Çilidəki Pinochet çevrilişində, Stasi agentləri tərəfindən həyata keçirilən əməliyyat zamanı Xalq Birliyi təşkilatının yüzlərlə üzvü xilas edilərək Almaniya Demokratik Respublikasına verilmişdir. 1986-cı ildə Wolf təqaüdə çıxanda vəzifəsini Werner Grossmanna təhvil verdi. 1989-cu ildə Şərqi Almaniyanın dağılmasından əvvəl Ştazi adı Milli Təhlükəsizlik İdarəsi olaraq dəyişdirildi. Bu dəyişiklikdən sonra Rudi Mittig rəhbərliyə gətirildi. Həmçinin bax Kiberokratiya
https://az.wikipedia.org/w/index.php?curid=628459
Ştefan Baniç
Ştefan Baniç (slovak. Štefan Banič, d. 23 noyabr 1870 Smolenitse - ö. 2 yanvar 1941 Smolenitse) — erkən bir paraşüt dizaynına patent alan Slovakiya ixtiraçısı. Avstriya-Macarıstanın (indiki Smolenitse, Slovakiya) Neştiç (mac. Jánostelek) kəndində anadan olan Baniç, Amerika Birləşmiş Ştatlarına köçdü və Qrinvil, Pensilvaniyada bir kömür mədənçisi olaraq işlədi. 1912-ci ildə bir təyyarə qəzasına şahid olduqdan sonra, Baniç 1913-ci ildə bir paraşüt prototipini hazırlamış və 1,108,484 Nömrəli ABŞ patentini almışdır.Digərlərindən radikal olaraq fərqli olan bu dizayn ilə (bədənə iliştirilmiş bir çətirə bənzəyirdi), Vaşinqtonda 15 mərtəbəli bir binadan və daha sonra 1914-cü ildə bir təyyarədən tullanaraq müvəffəqiyyətlə sınadığını iddia edirdi. Patentini ABŞ ordusuna ianə etdi, ancaq indiyə qədər istifadə edildiyinə aid bir dəlil yoxdur. Birinci Dünya Müharibəsindən sonra Baniç, Çexoslovakiyaya geri döndü. Baniç məmləkəti Smolenitseyə yaxın Kiçik Karpat Dağlarının ətəklərindəki Drini Karst Mağarasını kəşf etməyə kömək etdi. 1997-ci ildə ABŞ paraşütçüsü olan Slavo Mulik (Həmçinin bir Slovak olan) Ştefan Baniç Paraşüt Fondu-u qurdu. Ştefan Baniç Paraşüt Fondu, Baniçin xatirəsinə, paraşütçü fəaliyyətlərində, promosyonlarından və ya qeyd etmələrində iştirak edən şəxslərə bürünc, gümüş və qızıl medallar təltif edir.2006-ci ildə Slovakiya hərbi paraşütçülərin, Smolenitsedəki doğum yerinə bir xatirə lövhəsi yerləşdirdilər.Smolenitse yaxınlarındakı Trinava — Boleraz Aeroportu, Baniçin adını daşıyır. Xarici Keçidlər [1]US1108484 Paraşüt patenti
https://az.wikipedia.org/w/index.php?curid=486011
Ştefan Burian fon Rayej
Ştefan (İştvan) Burian fon Rayej (mac. Rajeci gróf Burián István; alm. Stephan Baron Burián von Rajecz; 16 yanvar 1851 – 20 oktyabr 1922, Vyana) — Avstriya-Macarıstan diplomatı və dövlət xadimi. Stampfendə (indiki Slovakiya) aristokrat Macar ailəsində anadan olmuşdur. Diplomatik Akademiyanı bitirdikdən sonra konsulluq xidmətində olmuş, həmçinin Avstriyanın Moskvadakı Baş Konsulluğunda işləmiş, sonra diplomatik xidmətə başlamışdır. 1887—1895-ci illərdə Sofiya, 1896—1897-ci ildə Vürtemberq və 1897—1903-cü ildə Afinada səfir idi. Balkanlar üzrə mütəxəssis hesab olunurdu. 1900-cü ildə baron, 1918-ci ildə qraf adına layiq görüldü. 1903-cü ildə imperator I Frans İosif tərəfindən Maliyyə Naziri təyin edildi və 1912-ci ilə qədər bu vəzifədə qaldı. 1913—1915-ci illərdə Macarıstan kralı (Franz İosifin titullarından biri) yanında səlahiyyətli nazir idi, faktiki olaraq Vyanadakı mərkəzi hökumət ilə Budapeştdəki Macarıstan hökuməti arasında əlaqə yaradırdı. 1915-ci ildə Xarici İşlər Naziri vəzifəsinə başladı, ancaq 1916-cı ilin sonunda İmperator I Karlın taxta oturması ilə yerinə Ottokar Çernin gətirildi və o, Maliyyə Naziri vəzifəsinə qayıtdı. Birinci Dünya müharibəsi
https://az.wikipedia.org/w/index.php?curid=672134
Ştefan Prokopiu
Ştefan Prokopiu (rum. Ștefan Procopiu; 19 yanvar 1890, Birlad – 22 avqust 1972, Yassı[d]) — Rumıniya fizika alimi, müəllim, professor (1926), fizika-riyaziyyat elmləri doktoru (1924), Rumıniya Akademiyasının həqiqi üzvü (1955). Rumıniya Sosialist Respublikası Dövlət Mükafatı laureatı (1964). 1908–1912-ci illərdə Aleksandru İoan Kuza Universitetində təhsil almışdır. 1913–1919-cu illərdə Buxarest Universitetində assistent vəzifəsində çalışmışdır. 1919-cu ildə təqaüdçü qismində Fransaya göndərilmişdir, burada Paris Universitetində Qabriel Lipman, Mariya Küri, Pol Lanjeven və digər məşhur fiziklərin mühazirələrində iştirak edirdi. 1924-cü ilin mart ayında fizika-riyaziyyat elmləri doktoru adını qazandı. 1925-ci ilin yanvar ayında vətəninə qayıdaraq, A. İ. Kuza Universitetində cazibə, istilik və elektrik professoru kimi işləyirdi. 1962-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə çalışırdı. Sonra George Asaki adına Yaş Texniki Universitetinə professor təyin edildi. 1948-ci ilin iyun ayından müxbir üzvü, 1955-ci ilin iyu ayından isə Rumıniya Akademiyasının həqiqi üzvü oldu. S. Prokopiu iki dəfə Nobel mükafatı Komitəsinin üzvü olmuşdur. Elmi fəaliyyəti Elmi işləri elektromaqnetizm, termodinamika, elektrokimya, optika, maqnetizm və spektroskopiya sahələrinə həsr edilmişdir. 1911-ci ildə ilk dəfə Bora maqnetonunu kəşf etmiş və hesablamışdır, hansıki Nils Borun şərəfinə adlandırılmışdır. Mükafatları 1964-cü ildə Rumıniya Sosialist Respublikasının dövlət mükafatına layiq görülmüşdür. "Əmək" ordeni Rumıniya Ulduzu ordeni Elmi xidmətlərə görə orden Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=632981
Ştefan Raab
Ştefan Raab (alm. Stefan Raab; 20 oktyabr 1966[…], Köln, Şimali Reyn-Vestfaliya) — komik, musiqiçi və prodüser; 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri. "Börti, Börti Vogts" Musiqi səhnəsinə 1993-cü ildə gələn Raab növbəti il həmin vaxt Almaniya milli komandasının baş məşqçisi olan mütəxəssisə mahnı həsr edib. "Börti, Börti Vogts" adlanan rep janrında olan mahnı qısa müddətdə o qədər populyarlaşıb ki, Almaniya hit-paradlarında 4-cü pilləyə qalxıb. Bununla da, şoumenin zirvələrə yoluna start verilib..
https://az.wikipedia.org/w/index.php?curid=191902
Ştefan Svayq
Stefan Sveyq (almanca Stefan Zweig, 28 noyabr 1881[…], Vyana, Avstriya-Macarıstan – 22 fevral 1942, Petropolis, Rio-de-Janeyro) — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist. Stefan Zveyq zəngin bir yəhudi tekstil istehsalçısı (fabrikant) olan Moritz Zveyq və yəhudi bankirin qızı olan İda Brettauerin oğlu olaraq Vianada dünyaya gəldi.Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ni, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İngiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləriylə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Sveyqin əsərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik baxımından diqqəti cəlb edir. Sveyq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadıyla birlikdə intihar etmişdir. Müxtəlif insan talelərini fərqli süjetdə oxucuya təqdim edən Svayq Birinci Dünya müharibəsi başlayanda müharibəyə etiraz edən bir sıra yazıçıya qoşulub. Fanatizm və dözümsüzlüyü həmişə pisləyib. Yazıçının "Jozef Fuşe - siyasi xadimin portreti", "Bəşəriyyətin ulduzlu saatları", "Dünənin dünyası" və s. əsərləri Azərbaycan türkcəsinə tərcümə olunub. Dövrünün görkəmli şəxsləri Emil Verxarn, Romen Rollan, Ogüst Roden, Tomas Mann, Ziqmund Freyd, Herman Hesse, Maksim Qorki, Rixard Ştraus, Bertold Brext və b. ilə dostluq etmişdir. 22 fevral 1942-ci ildə Rio de Janeyroda Petropolisin evində həyat yoldaşı Lotte ilə yatarkən intihar etdi. Bu, Hitlerin dünya quruluşunun davamlı təfsirinin və onun dünyasının heç bir zaman mövcud olmayacağı fikri ilə bağlı pessimizmdən qaynaqlanırdı. Petropolisdəki bir dövlət cənazəsi ilə dəfn edildi. Petropolisdəki evi muzeyə çevrildi. Tersites, 1907 Das Haus am Meer, 1912 Jeremias, 1917 İntihar Məktubu Özləri ilə döyüşənlər Breziliya - gələcəyin ölkəsi Qarışıq duyğular Üç böyük usta Rafel Tanrı ilə hesablaşır Yad qadının məktubu Bir qadının həyatından 24 saat Keşmişə səyahət Həyatın möcüzələri Ay işığı küçəsi Bir çöküşün hekayəsi Azərbaycanca tərcümə edilmiş əsərləri Yad qadının məktubu (novella),1922 Bir qadının həyatından iyirmi dörd saat,1927 Jozef Fuşe - Siyasi xadimin portreti,1930 Bəşəriyyətin ulduzlu saatları Dünənin Dünyası Rotterdamlı Erazmın Zəfər təntənəsi və faciəsi İblislə savaşanlar Şahmat,1941 Möcüzəvi gecə Məcburiyyət Dəhşətli sirr
https://az.wikipedia.org/w/index.php?curid=688705
Ştefani tsu Quttenberq
Ştefani Frayfrau fon und tsu Quttenberq (alm. Stephanie Freifrau von und zu Guttenberg, əsl soyadı - Ştefani Grefin fon Bismark-Şönhauzen; 24 noyabr 1976, Münxen) — alman aktivisti, uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Bu sahədə bir neçə kitab müəllifidir. Almaniyanın keçmiş müdafiə naziri Karl-Teodor tsu Quttenberqin həyat yoldaşıdır. Kansler Otto fon Bismarkın kötücəsi, keçmiş xarici işlər naziri Herbert Bismarkın nəticəsidir. O, həmçinin torpedonun ixtiraçısı Robert Uaythedin və diplomat qraf Oyosun nəslindəndir.
https://az.wikipedia.org/w/index.php?curid=176919
Şteffen Fetzner
Steffan Fetzner (17 avqust 1968) — Qərbi Almaniyanı və Almaniyanı təmsil edən stolüstü tennisçi. Steffan Fetzner Qərbi Almaniyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Steffan Fetzner Almaniyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Steffan Fetzner Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 4-cü pillənin sahibi olub.
https://az.wikipedia.org/w/index.php?curid=764494
Şteqlits-Tselendorf
Şteqlits-Tselendorf (alm. Steglitz-Zehlendorf) — Berlinin altıncı inzibati əyaləti, 2001-ci ildə Şteqlits və Tselendorf əyalətlərinin birləşməsi yolu ilə formalaşmışdır. Burqomistr — Norbert Kopp. Coğrafiyası Əyalət Berlin şəhərinin cənub-qərbində yərləşir və 7 rayondan ibarətdir. Həmçinin bax Berlinin inzibati əyalətlərinin və rayonlarının siyahısı Xarici keçidlər Vikianbarda Şteqlits-Tselendorf ilə əlaqəli mediafayllar var. Şteqlits-Tselendorf rayon administrasiyasının sayt (alm.)
https://az.wikipedia.org/w/index.php?curid=580311
Ştern (jurnal)
"Ştern" (alm. Stern) — Almaniyada nəşr olunan jurnal. 1948-ci ildə jurnalist Henri Nannen tərəfindən təsis olunmuşdur. Hər həftənin 4-cü günü satışa çıxarılır. 300 min abunəçisi olan 800 min tirajlı “Ştern” 3.70 avroya satılır.Jurnalın 200 işçisi, 50 redaktoru var.Jurnal Fransa, İspaniya və İstanbulda yayımlanır; eyni zamanda London, Roma, Paris, Moskva, Vaşinqton, Sinqapur və başqa ölkələrin paytaxtlarında müxbir postları fəaliyyətdədir. Hitlerin gündəlikləri "Hitlerin gündəlikləri" adlı hadisə jurnalın tarixindəki ən maraqlı hadisələrdən biridir. XX əsrin 80-ci illərində Konrat Kulyamadlı şəxs jurnalın əməkdaşlarından birinə özündə nasional-sosialistlərin lideri Adolf Hitlerin gündəliklərinin olduğunu söyləmişdi. O, jurnalın əməkdaşını inandırmışdı ki, gündəlikləri Hitlerin təyyarəçisindən götürüb. Bunu İsveçrədə olan bir nəfər də təsdiqləmişdi. Jurnalist bu xəbəri redaksiyaya sevinclə çatdırandan sonra gündəliklər çap olunmağa başladı.Bir müddət sonra isə mütəxəssis və oxucuların müdaxiləsi ilə aparılan araşdırma nəticəsində məlum olur ki, gündəliklər saxtadır. Hadisə alman jurnalistikasına böyük zərbə olur; o mənada ki, oxucuların inamını sarsıdır.Bu hadisədən sonra "Ştern"in redaksiyasında ciddi dəyişikliklər və ixtisarlar olur. Xarici keçidlər stern.de — Ştern rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=383536
Şternbergiya
Şternbergiya (lat. Sternbergia) — qulançarçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Sternbergia The Plant List saytında
https://az.wikipedia.org/w/index.php?curid=667940
Şteyner qurmaları
Şteyner qurmaları — müstəvi üzərində, təkcə, xətkeşlə yerinə yetirilən həndəsi qurmalardır(birtərəfli, riyazi xətkeşlə). Şteyner qurmaları, əsasən, İsveçrə riyaziyyatçısı Y. Şteyner tərəfindən araşdırılmışdır. Şteyner isbat etmişdir ki, əgər müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, müstəvi üzərində pərgar və xətkeşlə həll oluna bilən istənilən qurma məsələsini təkcə xətkeşlə həll etmək olar. Şteyner qurmaları proyektiv xarakter daşıyır. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987. Həmçinin bax Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası
https://az.wikipedia.org/w/index.php?curid=503050
Şteynnert xəstəliyi
Şteynnert xəstəliyi (Miotoniya atrofik) – adətən kişilərdə 30 yaşdan sonra, yuxarı ətraf, boyun və üz əzələlərinin atrofiyası, əzələlərin rigidliyi və boşalmasının pozulması nəticəsində parkinsonabənzər poza olur.
https://az.wikipedia.org/w/index.php?curid=832362
Ştimle icması
Əhatə etdiyi ərazi 134 km² bərabərdir. İcmanın inzibati mərkəzi Ştimle şəhəridir. Ştimle icması 22 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 6,1 km²-dır. İnzibati mənsubiyyət Xarici keçidlər Serbiya rəsmi statistikası Arxivləşdirilib 2015-02-03 at the Wayback Machine (serb.)
https://az.wikipedia.org/w/index.php?curid=666015
Ştiriya (ərazi)
Ştiriya — Avstriyanın federal əyaləti. Ştiriyanın inzibati mərkəzi Qrasdır. Ştiriya Avstriyanın Sloveniya ilə həmsərhəd olan federal əyalətidir və o, orta əsr qalalarının çoxluğuna və "Göllər şəhəri"Zaltskammerguta görə məşhurdur.Antik qalalar və monastrlar əyalətin ərazisi boyu səpələnmişdir.Burada got kilsəsi ilə ən böyük barokko qəsri Rigersburg, cəngavər zalı və orta əsr silahlarının kolleksiyası , Renesans dövrü qalası Herbershtajn (XIII-XVII əsrlər) Siah-yaraq müzeyi və ailə portretləri zalı;ziyarət kilsəsi Mariatsell(1157) ,gümüş mehrablı kiçik kilsə (1727) və XIII əsrin möcüzəvi heykəli Nojburg-an-der-Mjurtsdakı keçmiş Sistersian abbatlığı ,Foreydəki Avqust monastrı (11630) Reyndə ən qədim Avstriya Sisterian monastrı (1129), və ya Gessdəki Benedikt monastrı (1000) və digər tarixi və memarlıq abidələri vardır. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=259452
Ştiriya (əyalət)

https://az.wikipedia.org/w/index.php?curid=259447
Ştokverk
Geologiyda ştokverk strukturca idarə olunan və ya təsadüfi yönlü damarların kompleks sistemidir. Ştokverklər bir çox filiz yataqlarında və qreyzenlərdə mövcuddur. Onlara həmçinin stringer zonalar da deyilir. Tarixi və Etimologiyası Alman dilindən hərfi tərcümədə stockwerk, stock - çubuq, kötük qırıntısı, ağacın gövdəsi (qədim almancada stoc) və werk iş mənasını veir. Sahəvi və xətti ştokverklər Sahəvi ştokverklər girintili-çıxınrılı sərhədli kub formalı olur. Xətti ştokverklər isə bir istiqamətdə uzanır.
https://az.wikipedia.org/w/index.php?curid=586917
Ştollen
Ştollen (alm. Stollen və ya alm. Christstollen) — alman mətbəxinə aid milad şirniyyatı. Ştollenin əsasən kişmiş və sukat içlikli forması geniş yayılmış, lakin lalə, qoz-fındıq və marsipandan olan forması da məşhurdur. Ştollenin hazırlanması üçün müəyyən proporsiyalara riayət etməklə ağır maya xəmiri lazımdır. Sukatlı ştollen üçün: 10 kq una — 3 kq-dan az olmayaraq kərə yağı və ya marqarin və 6 kq limon və ya portağal sukatı. Təbii ki hər bişirənin öz ədviyyat və əlavələr resepti vardır ki, bu da ştollenə müxtəlif dadlar verir. Ştollenin bişirilməsindən sonra üzərinə ərinmiş kərə yağı sürtülür və şəkər pudrası səpilir. Ştollenin yaranma tarixi isə orta əsrlərə gedib çıxır. Ştollenin müxtəlif növləri vardır: Butterstollen — yağlı ştollen; Dresdner Christstollen — Drezden ştolleni; Mandelstollen — badamlı ştollen; Marzipanstollen — marzipanlı ştollen; Mohnstollen — laləli ştollen; Nussstollen — qoz-fındıqlı ştollen; Quarkstollen — kəsmikli ştollen; Champagnerstollen — şampanlı ştollen; Rotweinstollen — qırmızı çaxırlı ştollen; Schokostollen — şokoladlı ştollen. Xarici keçidlər Dresden Stollen Festival Dresden Stollen history, in English from the Germany Embassy in Canada Həmçinin bax Almaniya mətbəxi
https://az.wikipedia.org/w/index.php?curid=539251
Ştolzenfels
Ştolzenfels qalası (alm. Schloss Stolzenfels) — Lan çayının mənsəbi ilə üzbəüz Reynin sol sahilində Koblensin eyniadlı rayonunun yuxarısında yerləşir. 2002-ci ildən qala YUNESKO-nun Orta Reyn Vadisinin ümumdünya irs siyahısına daxildir. Qala 1242-1259-cu illərdə Trier arxiyepiskopu II Arnold tərəfindən yay iqamətgahı kimi tikilmişdir. İngilis neoqotikası binanın romantik üslubuna güclü təsir göstərmişdir. Yay iqamətgahının otaqları qiymətli mebel və rəsmlərlə bəzədilib. Ən yadda qalan otaq qədim zirehlərin nümayiş olunduğu Cəngavər Zalı idi. Otuzillik müharibədə qala döyüşən tərəflər tərəfindən fəal şəkildə istifadə edilmişdir. Qala 1689-cu ildə dağıdılıb və 150 il xarabalıq qalıb. 1842-ci ildə sarayın genişləndirilməsi və yenidən qurulması dayandırıldı. 1843-cü ildən işçilər üçün yaşayış yeri kimi istifadə olunur. Neoqotik ibadətgah 1845-ci ildə tikilmişdir. Cəngavərlər Zalı tarixi silahlar və su qabları kolleksiyasının toplusudur. Ziyarətçilər terlik geyinməlidirlər. Qalanın orta əsrlərə aid otağında divarlar rəssam Hermann Stilkenin rəsmləri ilə bəzədilib. Onlar romantizmin ən mühüm əsərlərindəndir. 2011-ci ildə Koblensdə Garden Show sərgisi keçirildi. Tədbirin hazırlanması üçün Ştolzenfels qəsrinin bərpası üçün dövlət vəsaitindən 16 milyon avro ayrıldı. Xarici keçidlər Schloss Stolzenfels UNESCO Welterbe Oberes Mittelrheintal 50 hochaufgeloste Schloss-Bilder des Malers Caspar Scheuren (15,3 MB) Burgen, Schlosser, Altertumer in Rheinland Pfalz Stolzenfels digital im Zustand 1845 mit Uberblendungen zur Ruine und zu den Entwurfen von Schinkel, Schnitzler u. a. Material zu Schloss Stolzenfels in der Sammlung Duncker der Zentral- und Landesbibliothek Berlin (PDF; 301 kB) Das Stolzenfels-Album von Caspar Scheuren
https://az.wikipedia.org/w/index.php?curid=776199