!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şorkənd (Üçkilsə)
Şorkənd — Körpübasar mahalında İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd. Kənd 1918-ci ildə dağdılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=507351
Şorkənd–Beştalı–Bankə–Şirvanlı avtomobil yolu
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu – Azərbaycanın Neftçala rayonunda tikintisi hələ də davam edən avtomobil yolu. Avtomobil yolunun tikintisi haqqında ilk addım Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən atılmışdır. İlham Əliyev 29 may 2014-cü ildə imzaladığı sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq yolun tikintisi ilə bağlı 3 milyon manatın ayrılması barədə göstəriş vermişdir. Lakin işlər planlaşdırıldığı kimi getmədiyindən İlham Əliyev 25 sentyabr 2017-ci ildə əlavə tədbirlərin görülməsi barədə ikinci sərəncam imzalamış və büdcədən 21,5 milyon manatın ayrılmasını nəzərdə tutmuşdur. Avtomobil yolu 37 min nəfərin yaşadığı 19 kənd və 1 qəsəbəni birləşdirir. Yolun uzunluğu 55 kilometr, eni 12 metrdir. Bura 7 metr enində yolun hərəkət hissəsi və 2.5 metr enində çiyinlər daxildir. Avtomobil yolunun altından suların ötürülməsi üçün müxtəlif ölçülü 76 ədəd dəmir-beton su borusu quraşdırılıb, su keçidləri inşa edilib.
https://az.wikipedia.org/w/index.php?curid=516949
Şorlar
Özlərini şor (şor kiji, şor adamı, şor kişisi, həmçinin, tatar kiji, tatar kişisi, tatar adamı)adlandırırlar. Onlar hazırda Rusiya Federasiyasında Qərbi Sibirin cənub-şərqində, əsasən cənubundakı Kemerovo dairəsində (Daşdaqol, Novokuznetski, Müjdureç, Mıskov, Osinnikov rayonlarında), eləcə də Xakasiya və Altay Respublikalarının rayonlarında yaşayırlar. 2002-ci ildə Rusiya FR - da 13.975 nəfər Şor siyahıya alınmış , bu zaman onlardan 11.554 nəfəri Kemerovskiy vilayətində , 1.078 nəfəri Xakasiya Respublikasında , 141 nəfəri Altay Respublikasında yaşamışdır .İki etnik qrupa bölünür: cənub (Dağlıq Şor) və şimal (abinlər). Antropoloji quruluşlarına görə şorlar böyük monqoloid irqinin ural tipinə aid edilir. Şorların əksəriyyəti şor dilində danışır. Şor dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Şorlar tarixən qədim türklər kimi şamanist olublar. XIX əsrdən Rusiyanın dini siyasəti nəticəsində xristianlaşmaya məruz qaldıqlarından şorlar arasında xristianların sayı əhəmiyyətli dərəcədə artmışdır. Xarici keçidlər Shorhome - with dictionaries and online Shor texts Arxivləşdirilib 2009-09-28 at the Wayback Machine Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=79447
Şorlut nahiyyəsi
Şorlut nahiyyəsi — Naxçıvan ölkəsinin tərkibinə daxil olan 12 mahaldan biri olan Şorlut Naxçıvan ölkəsinin ərazicə kiçik mahallarından biri idi. Mahal şimaldan, qərbdən və cənubdan Azadciran, şərqdən isə Qapanat hakimliyi ilə həmsərhəd idi. Apardığımız kartoqrafik hesablamalar göstərir ki, mahalın ərazisi bu dövrdə təqribən 261 kvadrat kilometr idi. Mərkəzi Əylis şəhəri idi. I Osmanlı idarəçiliyi dövründə (1590–1603) Şorlut mahalının mərkəzi olmuş Əylis şəhərinin yerləşdiyi ərazidə, Osmanlı idarəçiliyi dövründə Əylis və Səharayi-Əylis adlı kəndlər qeydə alınmış və bu kəndlər Şorlut nahiyəsinin deyil, Azadciran nahiyəsinin tərkibinə daxil edilmişdir. Osmanlıların yaratdıqları Şorlut nahiyəsinin ərazisi Səfəvilər dövründə mövcud olmuş Şorlut mahalından daha az təqribən 137 kvadrat kilometr olmuşdur.1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri" 1. Aşağı Əndəmic kəndi — 8.754 (ağça); 2. Anabad (Ordubad) kəndi 4.664 (ağça); 3. Kanzək kəndi — 5.174 (ağça); 4. Yuxarı Əndəmic kəndi — 4.062 (ağça); 5. Beşquş kəndi — 5.174 (ağça); Həmçinin bax Əylis şəhəri
https://az.wikipedia.org/w/index.php?curid=676758
Şoroxov (Askın)
Coğrafi yerləşməsi rayon mərkəzindən (Askın): 7 km, kənd sovetliyindən (Petropavlovka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 104 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (60%), tatarlar (36%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı "Genealogiya və Arxivləri" portalında
https://az.wikipedia.org/w/index.php?curid=519666
Şorqobu
Şorqobu — Bərdə rayonu ərazisində quru çay dərəsi. Lənbəran kəndindən şimalda yerləşir; Şorqobu — Kürdəmir rayonunda çay. Girdiman çayının qoludur.
https://az.wikipedia.org/w/index.php?curid=624466
Şorqoğalı
Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. Lazım olan məmulatlar Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qrİç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. Hazırlanma qaydası Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Ərimiş yağ bir qədər istilənmiş olmalıdır və içinə cirə və razyana tökülür. Sonuncu laya yağ sürtülmür. Layları iri kvadratlara doğrayıb onları rulet kimi bükülür, burub yastıladırsız və kisəcik şəklinə salınır. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığırsız və kökə şəklinə salıb üzüqoylu yığılır. Ortasında işarə barmaqla çuxur açıb bir az içdən qoyulur. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 gr. selsiyada 20-25 dəg. bişirilir (qızaranadək). Arxivləşdirilib 2008-12-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=75986
Şorquyu (Biləsuvar)
Şorquyu (fars. شورقويي) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (25 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=751969
Şorqışlaq (Çaroymaq)
Şorqışlaq (fars. شورقشلاق) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (24 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=615267
Şorsu
Şorsu (Şəki) — Şəki rayonunun inzibati ərazi vahidində kənd. Şorsuçay — Babək rayonu ərazisində çay. Şorsu — Qazax rayonunda çay. Kürün sağ qoludur; Şorsu — Şahbuz rayonunda çay. Şahbuz çayının sağ qoludur. Şorsulu — Qobustan rayonu ərazisində palçıq vulkanı. Dərəkənd və Mərəzə yaxınlığındadır. Şorsulu — Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
https://az.wikipedia.org/w/index.php?curid=624467
Şorsu (Şəki)
Şorsu — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisini azərbaycanlılar və azsaylı xalq olan rutullar təşkil edir. Kəndin əhalisi 2159 nəfər təşkil edir ki, onun da 1068 nəfəri kişi,1091 nəfəri isə qadındır.
https://az.wikipedia.org/w/index.php?curid=101265
Şorsu bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=114927
Şorsu yaşayış yeri
Şorsu yaşayış yeri — Naxçıvançayın sol sahilində, Sirab kəndinin cənub-qərbindəki təpə üzərində qeydə alınmışdır. Mədəni təbəqənin qalınlığı 15-20 sm-dir. 2014-cü ildə V.Baxşəliyevin rəhbərliyi ilə 10x10 metrlik sahədə arxeoloji qazıntı aparılarkən düzbucaqlı tikili qalıqları, saxsı nümunələri və az miqdarda obsidian və çaxmaqdaşından hazırlanmış alətlər aşkar edilmişdir. Əsasən saman qarışıqlı gildən hazırlanan keramika məmulatı qırmızı, bəzən də qəhvəyi rəngdə bişirilmişdir. Onlar silindirik və qıfşəkilli boğaza malik olan küpələr, konusvari və silindirik-konusvari kasalarla təmsil olunur. Qabların bəzisinin ağzının altı cərgəli şəkildə dairələrlə deşilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=534852
Şorsulu
Şorsulu — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Əhatə etdiyi kəndlər Boranıkənd kəndi Kənd düzənlikdədir. Kəndi XIX əsrin ortalarında Kürün Xəzərə töküldüyü Şorsulu adlı ərazidən köçüb gəlmiş ailələr saldığına görə belə adlanmışdır. İqtisadiyyatı Kənddə qurbağa ferması yerləşir. Ferma "Azərifrog" MMC tərəfindən yaradılıb. Şirkət özü isə 2015-ci ildə yaradılıb, 2016-cı ilin yayından fəaliyyətə başlayıb. Foto məlumatlar Şorsulu kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=108269
Şorsuçay
Şorsuçay — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində çay. Sirabçay ilə qovuşduğu yerdən aşağıda Selov adlanır. Uzunluğu 8 km-dir. 1150 m hündürlükdəki bulaqlardan başlanır. Yeraltı sular və yağış suları ilə qidalanır. Suvarmada istifadə edilir. 965 m hündürlükdə soldan Naxçıvançaya tökülür.
https://az.wikipedia.org/w/index.php?curid=506569
Şort
Şort, şortik və ya qısa şalvar (ing. shorts, ing. short — azərb. qısa sözündən) — şalvarın qısaldılmış növü. Uzun zaman şort uşaq geyimi kimi olub, indi isə bütün yaş dəstələri üçün geyim sayılır. Şortların təsnifatı uzunluğuna görə görə olur. Mini-şortlar (ing. hot pants) — ən qısa şortlar, demək olar ki, omba açıq Klassik şortlar — ombanın 1/2 və ya 1/3 açıq Bermud — uzunluğu dizdən yuxarı Bric — uzunluğu dizə qədərQeyd etmək lazımdır ki, dizdən aşağı olan şalvarlar şort sayılmır.
https://az.wikipedia.org/w/index.php?curid=419003
Şortəpə (Çaroymaq)
Şortəpə (fars. شورتپه) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (19 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=615319
Şortəpə nekropolu
Şortəpə nekropolu — Şərur rayonunun ərazisində arxeoloji abidə. Aşkarlanmış maddi-mədəniyyət nümunələri Başlıca olaraq küpə, çölmək və kasa tipli qablardan ibarət olan arxeoloji materiallar hazırda Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Aşkar edilmiş tapıntılar küpə, çölmək, kasa, çaynik tipli qablardan ibarətdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə, keyfiyyətli bişirilmişdir. Qabların bir qrupu qırmızı rəng üzərindən qara rənglə, həndəsi motivdə naxışlanmışdır. Polixrom boyalı qablar bir küpə ilə təmsil olunmuşdur. Onun ağzının kənarı bir qədər yanlara doğru genişlənərək ucda dəyirmiləşdirilmişdir. Boğazı silindirik, gövdəsi qabarıq, oturacağı yastıdır. Gövdəsinin mərkəzi hissəsi sarı anqobla örtülərək qara və qırmızı rəngdə çəkilmiş bir-birinin içərisində olan üçbucaqlarla naxışlanmışdır. İçəridəki üçbucaqlar qırmızı rənglə çəkilmiş torla doldurulmuşdur. Naxışlar aşağıdan və yuxarıdan qara rənglə çəkilmiş düz xətlərlə məhdudlaşdırılmışdır. Qəbirlərin forması və dəfnlər haqqında heç bir məlumat qalmamışdır. Tarixi dövrləşdirilməsi O. H. Həbibullayev nekropolun materialını e.ə. XVII-XV əsrlərə aid edir. Şortəpə nekropolundan tapılmış monoxrom boyalı qabları II Kültəpənin, Şahtaxtının, Nəhəcirin eyni dövr qabları ilə müqayisəli şəkildə e.ə. III-II minilliklərə aid edirik. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007 Abbas Seyidov, Vəli Baxşəliyev. Şortəpə. Bakı: "Təhsil+" Q.R, 2013 Abbas Seyidov. Naxçıvan e.ə. VII-II minilliklərdə. Bakı: Elm, 2003 Vəli Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008
https://az.wikipedia.org/w/index.php?curid=105219
Şortəpə yaşayış yeri
Şortəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndindən cənub-şərqdə yerləşən qədim yaşayış yeri. Tədqiqi tarixindən Yaşayış yeri ilk dəfə 1934-cü ildə qeydə alınmışdır. Abidə ətraf yerlərə nisbətən 1,5-2 m hündürlükdə olan oval təpədən ibarətdir. Sahəsi 1500 kv. m-dir . 1936-cı ildə Ə.K.Ələkbərov Şortəpədə kəşfiyyat qazıntısı aparmış və mədəni təbəqəni 3 m dərinliyədək tədqiq etmişdir . Mədəni təbəqələr və maddi-mədəniyyət nümunələri Tədqiqat nəticəsində dörd mədəni təbəqə aşkar olunmuşdur. Birinci təbəqə Kür-Araz mədəniyyətinə aiddir. Bu təbəqədən iribuynuzlu heyvan başı formasında və nalşəkilli formada hazırlanmış ocaq qurğuları aşkar olunmuşdur. İkinci təbəqədə Orta Tunc dövrü üçün xarakterik olan boyalı və sadə qablar, üçüncü təbəqədə isə daş qutu tipli qəbirlər və uzunboğaz çəkmə formasında olan gil qab aşkar edilib. Dördüncü təbəqə 0,3-0,9 m dərinlikdə yerləşir. Bu təbəqədə uşağa və yaşlı adamlara aid torpaq qəbirlər tapılmışdır. Şortəpə yaşayış yerində Eneolit dövrünə aid bir boyalı qab aşkar edilmişdir. Bu qab qum qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmişdir. Gövdəsinin yuxarı hissəsində olan oval deşik onun lüləkli olduğunu göstərir. Qabın xarici səthi yaxşı cilalanmışdır. Naxışlar qabın cilalanmış səthinə qırmızı boya ilə çəkilmişdir. Naxışlar kasanın ağzının kənarına çəkilən enli zolaqdan ayrılan şüaşəkilli ornamentlərdən ibarət olub, bir-birinin içərisinə çəkilmiş bucaqları xatırladır. Bu tip naxışlama Ubeyd mədəniyyəti üçün xarakterik olub. Şortəpə yaşayış yerinin Erkən Tunc dövrünə aid keramika nümunələrini iki qrupa bölmək olar. Birinci qrupdakılar boz rəngdə bişirilmişdir. Onların bir qismi çəhrayı astarlıdır. Bu qabların bəzisi içəridən yaxşıca sığallanmış, bəzisi isə cilalanmışdır. Qabların bəzisinin xarici səthinə, bəzisinin isə ağzının içəri tərəfinə qara boya çəkilərək cilalanmışdır. Qabların bəzisinin içəri tərəfində qırmızı boya izləri vardır. Ikinci qrupa qırmızı rəngdə bişirilmiş küpə tipli qabların parçaları daxildir. Qablar narın qum qarışığı olan gildən hazırlanaraq hər iki üzdən cilalanmışdır. Onlardan birinin hər iki üzünə qırmızı boya çəkilmişdir. Tarixi dövrləşdirilməsi Araşdırmalara əsasən Şortəpənin Erkən Tunc dövrü keramikasını e.ə. V minilliyin sonu- e.ə. III minilliyin birinci yarısına aid etmək olar. Arxeoloji qazıntılar zamanı yaşayış yerindən Orta Tunc dövrünə aid keramika məmulatı olduqca az tapılmışdır. Bunun əksinə olaraq Şortəpə nekropolunda boyalı keramika məmulatı olduqca zəngindir. Abidənin Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatı əsasən boz yaxud qara rəngdə bişirilmişdir. Çəhrayı rəngdə bişirilən keramika olduqca azdır. Boz rəngli keramika məmulatı kasa və küpə tipli qabların parçalarından ibarətdir. Naxçıvanın Erkən Dəmir dövrü mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti elementlərinin izlənməsi ilə diqqəti cəlb edir. Məlum olduğu kimi bu mədəniyyət başlıca olaraq boz rəngli keramika ilə xarakterizə edilir. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007 Abbas Seyidov, Vəli Baxşəliyev. Şortəpə. Bakı: "Təhsil+"Q.R, 2013 Vəli Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008 Abbas Seyidov. Naxçıvan e.ə. VII-II minilliklərdə. Bakı: Elm, 2003 Vəli Əliyev. Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı: Elm, 1977
https://az.wikipedia.org/w/index.php?curid=105191
Şorçay
Şorçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Şahbuzçayın sağ qoludur. Uzunluğu 7 km-dir. 2700 m hündürlükdən başlanır.
https://az.wikipedia.org/w/index.php?curid=501997
Şorəbil
Şorəbil gölü — Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir gölün adı dır. Bu göl Ərdəbil universitəsinin qonşuluğunda yerləşibdir. Yanında bir park və əyləncə imkanları da vardır.
https://az.wikipedia.org/w/index.php?curid=6326
Şorəbil gölü
Şorəbil gölü — Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir gölün adı dır. Bu göl Ərdəbil universitəsinin qonşuluğunda yerləşibdir. Yanında bir park və əyləncə imkanları da vardır.
https://az.wikipedia.org/w/index.php?curid=189116
Şorəli
Şorəli — İrəvan xanlığının Göycə mahalında kənd adı. Toponimiyası XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. Azərbaycan xalqının etnik tarixi ilə bağlı qədim toponimlərdəndir. Erkən orta əsrlərdə Albaniyada və indiki Ermənistan ərazisində yaşamış türk mənşəli Şor (əsli Çor) tayfasının adını əks etdirir. Peçeneqlərin Çor (Çur) tayfasının adındandır. Azərbaycanda Çorman (Kəlbəcər r-nu), Çor-Yurt (Yardımlı r-nu), Corlu (Qəbələ r-nu), Corlu (Gürcüstanda) adları ilə eynidir. İlk dəfə “VII əsr Erməni coğrafiyası” adlı mənbədə Şorapor (“Şor dərəsi” yaxud “Şor vadisi” mənasındadır) toponimində əksini tapmış bu elin adı ilə bağlı bir sıra toponimlər vardır. Əsl adı “Şor eli”, yəni “Şor tayfası” (“Şirak el” kimi).
https://az.wikipedia.org/w/index.php?curid=515315
Şorəlli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Xarici əlaqələri Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115729
Şosedə hadisə (film, 1960)
Film atasının "Pobeda" markalı maşınında öz dostları ilə əylənən, tüfeyli həyat keçirən, maşını dostları ilə məqsədsiz sağa-sola sürüb qəzaya uğrayan gənclərdən söhbət açır. Filmin heyəti Film üzərində işləyənlər Quruluşçu rejissor: Rasim Ocaqov Quruluşçu operator: Rasim Ocaqov Ssenari müəllifi: İmran Qasımov, Həsən Seyidbəyli Hacımurad Yegizarov — sürücü Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=32198
Şosoin
Şosoin (yaponca: 正倉院 Şo:so:in) — Naradakı Todai-ji məbədindəki xəzinə binasıdır. Böyük Budda zalının şimal-qərbində yerləşir. Azekurazukuri (yap. 校倉) üslubunda tikilmişdir (yüksək döşəməli taxta kabin). Binanın xarakterik xüsusiyyəti, çərçivənin qurulduğu logların üçbucaqlı formada olmasıdır. Günlüklərin düz tərəfi otağın içərisinə baxır. Xarici divarların yivli səthi möhtəşəm qara və ağ naxış yaradır. Xəzinədə İmperator Şomu (701–756) və İmperator Komyodan (701–760) başlayaraq Yaponiya imperatorlarının daş-qaşları saxlanılır. Böyük İpək Yolu ilə Yaponiyaya gələn İrandan, Hindistandan, Çindən bir çox nadir əşyaları ehtiva edir. Şosoində Gigaku teatr maskalarının kolleksiyası saxlanılır. Xəzinələrin bəziləri Nara muzeylərində nümayiş etdirilir. Tōdai-ji Buddist məbədi kompleksinin tikintisi Buddist məbədi tikintisinin milli layihəsinin bir hissəsi olaraq İmperator Şōmu tərəfindən təyin edilmişdir. Tempyo dövründə, İmperator Şomunun hökm sürdüyü illərdə Yaponiyanı çoxsaylı fəlakətlər, habelə siyasi qarışıqlıq və epidemiyalar yayılmışdır. Bu səbəblərə görə İmperator Şōmu əyalət məbədləri layihəsinə başladı. Tōdai-ji bu əyalət məbədlərinin baş məbədi təyin edildi. İmperator Şōmu Buddizmin güclü tərəfdarı idi və onun mərkəzi hakimiyyətini də gücləndirəcəyini düşünürdü. Tōdai-ji'nin Şoso-in anbarının mənşəyi 756-cı ilə, İmperator Komyonun 49 gün əvvəl vəfat etmiş itirilmiş əri, İmperator Şomuya sevgisini ifadə etmək üçün Todai-jidə Böyük Buddaya 600-dən çox əşya həsr etdiyi vaxta təsadüf edir. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=800132
Şossi (Val-d'Uaz)
Şossi (fr. Chaussy) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 602 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 60 km şimal-qərbində, Serji bələdiyyəsinin 30 km qərbində yerləşir. Demoqrafiya
https://az.wikipedia.org/w/index.php?curid=591704
Şot
Şövt (fars. شوط) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindən biri və Şövt şəhristanının inzibati mərkəzidir. 2016-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,381 nəfər və 7,219 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Coğrafi yerləşimi Şövt şəhəri Zəgmar çayından 4 kilometr cənubda yerləşir. Şimal-qərbdən Maku, şimal-şərqdən Puldəşt (Ərəblər), cənub-qərbdən Siyahçeşmə (Qaraeyni) və cənub-şərqdən Qaraziyaəddin şəhərləri ilə qonşudur.
https://az.wikipedia.org/w/index.php?curid=598185
Şot şəhristanı
Şövt şəhristanı — İranın Qərbi Azərbaycan ostanının (vilayətinin) şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Şövt şəhəridir. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 55.682 nəfər və 15.756 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışır. Şövt şəhristanının inzibati bölgüsü Mərkəzi bəxşi İnzibati mərkəzi: Şövt; digər şəhəri: Yolagəldi DEHİSTANLARI: Qaraqoyun-i Şimali dehistanı KƏNDLƏRİ: Ağdonlu, Ağbulaq-i Suqar, Əliyar, Arpalıq, Bayançölü-i Kürd, Bayramkəndi, Çavqun, Daşfəşal, İzzətabad, Cağan, Kandal, Məhəmmədkərimkəndi, Qarakəhriz, Qarazəmin, Sənəq, Şərifkəndi, Süleymankəndi, Sufi, Təvrə, Teymurabad Yolagəldi dehistanı KƏNDLƏRİ: Əlikəndi, Əzimkəndi, Babur-i Əcəm, Babur-i Kürd, Bayançölü-i Əcəm, Dizac-i Təvil, Gedəy, Hüseynəlikəndi-i Əcəm, Keşarxı, Xələc-i Əcəm, Xələc-i Kürd, Xuk, Kürdkəndi, Məzrayə-i Ortakənd, Mollaəhməd, Nizamikəndi, Qaraayaq, Qurdöldürən-i Əcəm, Qurdöldürən-i Kürd, Şərifabad, Təpəbaşı-i Namaz, Vərməziyar Qaraqoyun bəxşi İnzibati mərkəzi: Mərgənlər DEHİSTANLARI: Qaraqoyun-i Cənubi dehistanı KƏNDLƏRİ: Ağbulaq-i Moxur, Əlikəndi, Başkəhriz, Danabulaq, Duzağıl / Duzağılı, Həsənkəndi, Elbulağı, İncə-i Qədim, İşgəsu, Xızırlı, Xorablı, Küçəli-i Ülya, Küçəli-i Süfla, Kürəbulaq, Məlikli, Məzrayə-i Seyidəhməd, Moxur, Nurabad, Qabaqbulaq, Qaraağac, Qiyasi, Sabirxan, Səmədyurdu, Şamusilabi, Şeyxsalı, Təzəkənd, Zəncirə
https://az.wikipedia.org/w/index.php?curid=598184
Şota
Şota — gürcü adı. Şota Rustaveli — XII əsr gürcü xalqının dahi şairi. Şota Arveladze — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu. Şota İataşvili — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçi. Şota Mişvelidze — Gürcüstanlı kişi ağır atlet.
https://az.wikipedia.org/w/index.php?curid=462593
Şota Arveladze
Şota Arveladze (gürc. შოთა არველაძე; doğum 22 fevral 1973, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu, İsrailin Makkabi Tel-Əviv klubunun baş məşqçisi.1997-2007-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 61 oyun keçirib və 26 qol vurub. Milli komandanın heyətində ən çox qol vurmuş futbolçudur. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. Klub karyerası Şota futbola 1990-cı ildə "Martve Tbilisi" komandasında başlayıb. Burada sərgilədiyi uğurlu oyunlardan sonra, 1992-ci ildə "Dinamo Tbilisi"yə transfer olunub. 1993-94 mövsümünün dövrə arası fasiləsi zamanı o dönəm "Trabzonspor" klubunun prezidenti olan Sədri Şener tərəfindən bəyənilərək əkiz qardaşı Arçil Arveladze ilə birlikdə "Trabzonspor"a transfer olunub. "Trabzonspor"a gələndə çox gənc olmasına baxmayaraq, yüksək performans göstərib. Şota 1995-96 mövsümündə 25 qol vuraraq Tarıq Hodziçdən sonra Türkiyə çempionatında qol kralı olan ikinci əcnəbi futbolçu adını qazanıb. "Trabzonspor" azarkeşləri tərəfindən komandaya gəlmiş ən yaxşı əcnəbi futbolçu kimi göstərilən Şota 1997-ci ildə klubu tərk edib. "Trabzonspor"dan sonra Hollandiya karyerası başlayıb. Şota 1997-ci ildə "Ayaks"a transfer olunur. "Ayaks"da da özünü sübut edən Şota 4 mövsüm ərzində 96 matçda meydana çıxır və 55 qol vurur. Daha sonra 2001-ci ildə Şotlandiya nəhəngi "Reyncers"ə transfer olunur. Burada da "Ayaks"da olduğu kimi 4 mövsüm forma geyir. Şotlandiya klubunda 95 matçda 44 qol vurmağı bacarır. 2005-ci ildə də "AZ Alkmaar" komandasına keçib. "AZ Alkmaar"ın çempionluğu qaçırdığı və UEFA Kubokunda yarımfinala çıxdığı 2005-06 mövsümündə komandası adına 22 qol, növbəti mövsüm isə 14 qol vurmağı bacarır. Ümumən bu klubun heyətində 60 oyunda 36 dəfə fərqlənməyi bacarır. 2007-ci ildə İspaniyanın "Levante" klubuna keçib, lakin mütəmadi zədələr səbəbindən klubun heyətində cəmi 4 oyuna çıxa bilib. 3 iyun 2008-ci ildə Şota Arveladzenin vida matçı keçirilib. Tbilisidəki Boris Payçadze adına stadionda “Şota Arveladzenin dostları” ilə Gürcüstan milli futbol komandası üz-üzə gəlib. Görüş “Şota Arveladzenin dostları”nın 9:6 hesablı qələbəsi ilə başa çatıb. Görüşü 45 min tamaşaçı izləyib. Milli komanda karyerası 1992-ci ildən milli komandaya dəvət olunur. İlk oyununu 2 sentyabr 1992-ci ildə yoldaşlıq görüşü çərçivəsində Litva yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu 17 sentyabr 1992-ci ildə yoldaşlıq görüşündə Azərbaycan milli futbol komandasına vurmuşdur. Gürcüstan milli futbol komandasında indiyə qədər ən çox qol vuran futbolçudur. 1992-2007-ci illər ərzində Gürcüstan yığmasının heyətində 61 oyun keçirib və 26 qol vurub. Gürcüstan futbol federasiyası Arveladzenin millidə geyindiyi 11 nömrəli formanın əbədiləşdirməsi qərarını verib. Dinamo TbilisiGürcüstan çempionatı (4): 1990-91, 1991-92, 1992-93, 1993-94 Gürcüstan Kuboku (4): 1990-91, 1991-92, 1992-93, 1993-94 TrabzonsporTürkiyə Kuboku (1): 1994-95 AyaksErediviziya (1): 1997-98 Niderland Kuboku (2): 1997-98, 1998-99 ReyncersPremyer Liqa (2): 2002-03, 2004-15 Şotlandiya Kuboku (2): 2001-02, 2002-03 Liqa Kuboku (1): 2002-03 Gürcüstanda ilin futbolçusu (3): 1994, 1998, 2007 Türkiyə Çempionatı bombardir (1): 1996 Türkiyə Kuboku bombardir (1): 1995 Xarici keçidlər Soccerway profili TFF saytında səhifəsi FİFA saytında səhifəsi Arxivləşdirilib 2013-07-01 at the Wayback Machine National Football Teams səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=414105
Şota Mişvelidze
Şota Mişvelidze (18 oktyabr 1994, Saçxere, İmereti) — Gürcüstanlı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Gürcüstanı təmsil edir. Şota Mişvelidze dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır. Əsas nəticələri
https://az.wikipedia.org/w/index.php?curid=462560
Şota Rustaveli
Şota Rustaveli (gürc. შოთა რუსთაველი; 1172[…] – 1216[…], Qüds, Əyyubilər sülaləsi) — XII əsr gürcü şairi, Gürcüstan ədəbiyyatının böyük yazıçılarından birdir. Onun yazdığı "Pələng dərili cəngavər" (gürc. ვეფხისტყაოსანი — Vepkhistkaosani) dünya poeziyasının ən parlaq nümunələrindəndir. Rustavelinin həyatı haqqında təxmini məlumatdan bəllidir ki, o, Mesxeti yaxınlığındakı Rustavidə anadan olub, XII əsrin ikinci yarısı, XIII əsrin əvvəllərində yaşamış, təhsilini Zərzəm monastrında, sonra da Kaxetiya ruhani akademiyası İkaltoda almışdır. Şotaya çariça Tamara özü hamilik etmişdir. O, bir qrup gürcü gəncləri ilə bərabər Ş. Rustavelini də Bizansa göndərmişdir. Bəzi təxmini mülahizələrə görə Ş. Rustaveli Bizansdan qayıdandan sonra Tamaranın rəğbətini daha da qazanmış və onun sarayında yaşamışdır. "Pələng dərisi geymiş pəhləvan" poemasının ithaf hissəsində Ş. Rustavelinin Tamaranı vəsf etməsi onun hakimiyyətinə açıq pərəstişindən irəli gəlir. Xəlilov Pənah İmran oğlu — SSRİ xalqları ədəbiyyatı. I hissə.- Bakı: Maarif, 1975.- 416 s
https://az.wikipedia.org/w/index.php?curid=142074
Şota Rustaveli adına Batumi Dövlət Universiteti
Şota Rustaveli adına Batum Dövlət Universiteti (gürc. ბათუმის შოთა რუსთაველის სახელობის სახელმწიფო უნივერსიტეტი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə yerləşən ali təhsil müəssisəsi. Universitetə orta əsr gürcü şairi Şota Rustavelinin adı verilmişdir. Acarıstanda təhsil sisteminin qurulması və inkişafı Gürcüstan cəmiyyətinin uzun müddətdir məşğul olduğu məsələ idi. 1893-cü ildə bölgədə Kişi Gimnaziyası fəaliyyətə başlamışdır. 26–27 iyun 1893-cü il tarixində şəhər bələdiyyəsi tərəfindən Kişi Gimnaziyasına 2.623.95 kvadrat metr ərazi verildi. Layihə hərbi mühəndis Sedelnikov tərəfindən dizayn edilmişdir. Binanın birinci mərtəbəsində idman zalı, ikinci mərtəbəsində kilsə, akt zalı, səkkiz sinif otağı, sənət dərsi, fizika iş otağı, laboratoriya və kitabxana fəaliyyət göstərirdi. Kişi Gimnaziyasında dərslər 1897-ci ilin iyul ayında başlandı. Həmçinin 26 sentyabr 1900-cü il tarixində bölgədə Qız Gimnaziyasının da açılışı baş tutdu. Sonradan Qız Gimnaziyasının binasında Pedaqoji İnstitut fəaliyyətə başladı və burada ibtidai sinif müəllimlərini yetişdirilməsinə başlanıldı.1935-ci ildə Kişi Gimnaziyasının binasında Müəllimlər İnstitutu açıldı. Müəllimlər İnstitutunun 4 fakültəsi mövcud idi. Bu fakültələrə: Gürcü dili və ədəbiyyatı, fizika-riyaziyyat, tarix, təbiət elmləri və coğrafiya fakültələri daxil idi. Həmçinin 1936-cı ildə Bədən Tərbiyəsi Fakültəsi və 1938-ci ildə Rus Dili və Ədəbiyyatı Fakültəsi də əlavə edilmişdir. 1938-ci ildə instituta Şota Rustavelinin adı verildi. Müəllimlər İnstitutunun ilk direktoru Hüseyn Nakaidze olmuşdur. Tbilisi Dövlət Universiteti başda olmaqla Gürcüstanın digər ali təhsil müəssisələri Müəllimlər İnstitutunun elmi kadrlarla təmin edilməsinə yardım etmişdir. 1943-cü ildə institutda 5 nəfər elmlər namizədi fəaliyyət göstərirdi. Statistikaya görə ilk ildə instituta 600 nəfər məzun sənəd vermişdir. Məzunlardan 219 nəfər namizəd instituta qəbul edilmişdir.1945-ci ilin iyun ayında Batumi Müəllimlər İnstitutunun bazasında Pedaqoji İnstitut quruldu. Həmçinin bu dövrdə yenidənqurma prosesi və müəsissədəki avadanlıqların təkmilləşdirilməsi işləri aparılmışdır. 1956-cı ildə binadakı təmir işləri sona çatmış və bina yenidən istifadəyə verilmişdir. Həmçinin 1977-ci ildə yeni binanın tikintisinə başlanılmış və 1982-ci ildə 5 mərtəbəli yeni bina inşa edilmişdir. Sovet İttifaqının dağılmasından sonra Gürcüstan Nazirlər Kabinetinin 3 sentyabr 1990-cı il tarixli 453 saylı qərarı ilə Batumi Pedaqoji İnstitutunun bazasında Batumi Dövlət Universiteti yaradılmışdır. Həmçinin universitetdəki bölmələrin sayı artırıldı və hüquq, iqtisadiyyat və tibb fakültələri yaradıldı. Ölkədəki təhsil islahatından sonra universitetdə təhsil iki mərhələdən ibarət olmuşdur. Belə ki, universitetdə bakalavr dərəcəsi almaqla yanaşı, magistr dərəcəsi də almaq mümkünləşmişdir. Bəzi fakültələr üzrə asperantura təhsil dərəcəsi almaq da mümkündür.
https://az.wikipedia.org/w/index.php?curid=677834
Şota Rustaveli heykəli (Tbilisi)
Şota Rustaveli heykəli (gürc. შოთა რუსთაველი) – Gürcü ədəbiyyatının klassiki və ictimai-siyasi xadim Şota Rustavelinin şərəfinə, Tbilisi şəhərində onun adını daşıyan prospektin başlanğıcında ucaldılmış heykəlidir. Abidənin müəllifi heykəltaraş Konstantin Merabaşvilidir. Heykəl 1942-ci ildə şairin adını daşıyan prospektdə ucaldılmışdır. Heykəlin postamenti mərmərdən, özü üsə bürüncdən hazırlanmışdır. Şota Rustaveli ayaq üstə dayanmış vəziyyətdə və milli gürcü geyimində təsvir edilmişdir. Şair bir əlində bükülmüş kağız tutmuş, digər əlini isə sinəsinin üstünə qaldırmışdır. Postamentin aşağısında yerləşdirilmiş qabartma barelyefldə “Pələng dərisi geymiş pəhləvan” poemasından səhnə təsvir edilmişdir. Həmçinin bax Tbilisidəki şəhər heykəllərinin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=587883
Şota İataşvili
Şota İataşvili (gürc. შოთა იათაშვილი) — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçidir. Yeddi şeirlər kitabının, roman və üç hekayə kitabının müəllifidir. “Qafqaz evi” Gürcüstan mədəni əlaqələr mərkəzində işləyir, “Alternativ” ədəbiyyat jurnalının redaktorudur. 2007-ci ildə ilin ən yaxşı şerlər kitabına görə “Saba” mükafatına, 2009-ci ildə “Kiyev dəfnəsi” beynəlxalq mükafatına layiq görülüb. Əsərləri 12 dilə tərcümə edilib. Şota İataşvili. Veriya bağçasındakı kafe (şeirlər, poema, məqalə, söhbət)./ "525 Kitab" seriyası. - Bakı: Mütərcim, 2009 Xarici keçidlər Kult.az saytına müsahibəsi Arxivləşdirilib 2011-07-02 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=175527
Şota Şalikaşvili körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Diqomi və Didube rayonlarını (Didube-Çuqureti rayonu) birləşdirir. Körpü Qriqol Robakidze prospektinin girəcəyində yerləşir. Sol sahil hissədə avtovağzal, Didube dəmir yol və metro stansiyaları vardır. Körpüdən yuxarı axar boyunca Mindeli, aşağı axar üzrə isə Baxuşti Baqrationi körpüləri yerləşir. İlk əvvəllər körpü yerləşdiyi rayonun adına uyğun olaraq Didube körpüsü adlanırdı. Çağdaş adı isə ona 1990-cı ildə verilmişdir. Körpü əməkdar mühəndis, fəxri inşaatçı Şota Şalikaşvilinin şərəfinə adlandırılır . Körpü 1953-cü ildə vaxtı ilə bərə daşımaçılığının yerində inşa edilmişdir. Layihə mühəndis M. Dididze və arxitektor Arçil Kurdiani tərəfindən hazırlanmışdır. Körpü Hərbi Gürcüstan yolunun şəhərə parad girişini təşkil etməsi üçün inşa edilir. Konstruksiya İki aşırımdan ibarət olan, dəmir-beton konstruksiyalı körpüdür. Çay yatağı üzərində olan aşırımın uzunluğu 72 m, sağ sahildə olan aşırımın uzunluğu isə 19 metrdir. Körpü sənət əsəri xüsusiyyəti daşıyır. Köprünün dizaynında bir çox dekorativ elementlər istifadə olunmuşdur: oyma daş elementlər, dəmir məhəccərlər. Köprünün fasadı sarı tüf və boz granit ilə üzlənmişdir. Körpü həm avtomobillərin həm də piyadaların hərəkəti üçün hesablanmışdır. Avtomobillərin hərəkəti üçün körpü altı zolaqlıdır.
https://az.wikipedia.org/w/index.php?curid=595435
Şotalı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
https://az.wikipedia.org/w/index.php?curid=601943
Şotanlı

https://az.wikipedia.org/w/index.php?curid=813306
Şotavar
Şotavar — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Oykonim şato (etn.) və var (İran dillərində "yaşayış yeri", "möhkəmləndirilmiş yer", "qala", "çəpər") komponentlərindən ibarət olub, "şatoların kəndi" mənasındadır. Coğrafiyası və iqlimi Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. 1872-ci ildə nəşr olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsinin Qarasu naibliyinə daxil olan Şotavar kəndində milli tərkibi muğallardan ibarət 35 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin etnik tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdir. 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Əlibəyli kənd cəmiyyəti tərkibinə daxil olan Şotavar kəndində 56 evdə sünni etiqadlı müsəlman tatarlardan (42 evdə 126 nəfəri kişilər və 136 nəfəri qadınlar olmaqla toplam 262 nəfər) və avarlardan (14 evdə 46 nəfər kişilər və 42 nəfəro qadınlar olmaqla toplam 88 nəfər) ibarət 350 nəfər (172 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhali yaşayırdı. Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 263 təsərrüfatda hər iki cinsdən toplam 1081 nəfər əhali yaşamaqdadır.Hazırda kənd əhalisi tamamilə etnik Azərbaycan Türklərindən təşkil olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=20882
Şotavar bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=116226
Şotki diod
Şotki diodlar — Şotki diodlar nöqtə əlaqəli(adi diod) diodlar kimi metal və yarımkeçirici kristal birləşdirilməsi ilə əldə edilir. Xüsusiyyətləri Çox yüksək tezliklər lazım olan işlərdə normal diodlar kommutasiya(açar) funksiyasını yerinə yetirərkən çətinlik çəkirlər. Məsələn istənilən müddətlərdə vəziyyəti dəyişdirməzlər (on / off). Bu problemə həll tapmaq məqsədi ilə şotki diodlar inkişaf etdirilmişdir. Şotki diodlar çox yüksək kommutasiya sürətlərinə sahibdirlər. Bu səbəblə yüksək tezliklərdə edilən işlərdə kommutasiya elementi olaraq şotki diodlar tövsiyə edilir.Ancaq bunlar P-N keçidli diod növündədir.Keçid müqaviməti çox kiçik olduğundan düzgün istiqamət bəsləməsində 0.25v da belə asanlıqla və sürətlə keçiricilik təmin edir.Əks istiqamətə doğru axan az daşıyıcıları çox az olduğundan əks istiqamət cərəyanı kiçikdir. Bu səbəblə də səs-küy səviyyələri aşağı və səmərələri yüksəkdir.Fərqli iki ayrı qrup elementdən ibarət olması səbəbilə şotki diod müqavimətləri xətti deyildir İstifadə sahələri Müqavimətlərin düzgün olmaması səbəbindən daha çox mikrodalğalı alıcı olaraq istifadə edilir. Bundan başqa, modulyator, demodulyator, detektor olaraqda da istifadə olunur. Həmçinin bax Nedir? What is Diode Xarici keçidlər Arxivləşdirilib 2018-07-08 at the Wayback Machine\
https://az.wikipedia.org/w/index.php?curid=567347
Şotland
Şotlandlar (ş.german Scots Fowk, şot.kelt Gáidheal ya da Albannaich, ing. Scots) — əksəriyyəti Şotlandiya və ABŞ-də yaşayan xalq. Etimologiyası Scotia sözü Qədim Romalılar tərəfindən I əsrdə mövcud olan qəbilə üçün işlədilirdi. Bundan başqa Qədim Romalılar Scotia sözünü İrlandiyada yaşayan Qel tayfası üçün də işlətmişdir. Bede İrlandiyadan Pikt ölkəsinə qədər ərazidə olan xalqlardan Scottorum sözünü işlədərək bəhs etmişdir. Qel olaraq tanınan tayfalar Dal Riyata Krallığına, yəni Şotlandiyanın qərbinə gəlmədir. Bede şotlandlardan bəhs edərkən natio, yəni xalq sözünü işlətmişdir. Piktlərlə yanaşı digər xalqlardan isə gens, yəni irq şəklində bəhs etmişdir. Anqlo-Saks Xronologiyası adlı sənəddə Scot sözü Qellər ölkəsinə eyham vurmaq üçün istifadə olunmuşdur. Scottorum sözü isə 1005-ci ildə İrlandiya kralı tərəfindən İmperator Scottorum şəklində yenidən istifadə olunmuşdur. Bu titul daha sonralar Şotland kralları tərəfindən mənimsənilmişdir. Basileus Scottorum şəklində Kral Edqarın böyük möhründə yazılmışdır. I Aleksandr və VI Ceyms də daxil olmaqla xələflərinin çoxu Rex Scottorum titulundan möhürlərində istifadə etmişdilər.Çağdaş dövrdə Scot və Scottish sözləri əsasən Şotlandiya sakinləri üçün işlənir. Ehtimal olunan qədim irland kombinasiyaları əsasən unudulmuşdur. Şimal-şərqi İrlandiyada Ulster Scots olaraq bilinən dil XVII-XVIII əsrlərdə Şotlandiyadan İrlandiyaya köçənlərlə bağlıdır. Şotlandiyadakı etnik qruplar Müasir Şotlandiyanın yerli xalqı beş etnik qrupdan meydana gəlmişdir. Bu qruplardan üçü Kelt dilləri qrupuna daxildir. Bunlara piktlər, qellər və bretonlar daxildir. Onlar VII əsrdən Şotlandiyada geniş yayılmağa başladılar. German dillərinə daxil olan anqlosakslar və norslar isə III əsrdən etibarən Şotlandiya sahillərində məskunlaşmışdılar. 700–1000-ci illər arasında Şotlandiyada əsasən Qel dili geniş yayılmışdı. Bu dövrdə onların ingilis və fransızca danışan qonşuları bölgəyə Scotland, yəni Qellər diyarı adını vermişdilər. Bundan başqa bölgədə german dillərinə daxil olan ingiliscə və norsca da istifadə olunurdu. 1200–1500-cü illərdə Şotlandiyanın Qallouey və Haylend bölgələri arasında qalan aşağı hissələrində gettikcə ingiliscə hakim dil olmuş və 1500-cü illərdən etibarən Şotlandiya danışılan dillərə görə ikiyə bölünmüşdür. Qel dilində danışanlara Haylenders, Şotland dilində danışanlara isə Loulenders deyilirdi. Hal hazırda gəlmələr özləri ilə başqa dillər də gətirmişdir. Şotlandiyada ingilis dili geniş şəkildə istifadə olunduğundan hal hazırda Haylenders və Loulenders anlayışları əhəmiyyətini itirməyə başlamışdır. Xarici keçidlər The Scots In New Zealand Exhibition Minisite from the Museum of New Zealand Te Papa Tongarewa "We're nearly all Celts under the skin" by Ian Johnston for The Scotsman Online Top 100 Scottish People Biographies of Famous Scots at Scottish-people.info, part of the Gazetteer for Scotland project Discover your Scottish family history at the official government resource for Scottish Genealogy Scottish Emigration Database of the University of Aberdeen
https://az.wikipedia.org/w/index.php?curid=371751
Şotland (german) dili
Skots dili — Şotlandiyada və İrlandiyanın şimalındakı Olster bölgəsinin bəzi hissələində danışılan German dillərinə aid dil. Bəzən sözügedən dil Şotland kelt dili fərqləndirilmək üçün "Loland Skots" olaraq da adlandırılır.
https://az.wikipedia.org/w/index.php?curid=401431
Şotland Riti
Qədim və Qəbul Edilmiş Şotland Nizamnaməsi (ing. Scottish Rite) — Masonluqda dərəcələndirməni ifadə etmək üçün istifadə edilən masonluq ritlərindən biri. Şotland Riti masonlar arasında ən geniş istifadə edilən ritdir.
https://az.wikipedia.org/w/index.php?curid=357666
Şotland dili
Şotland dili — Şotlandiyada ingilis dilindən başqa əsasən iki yerli dildə danışılır, bunların hər ikisi şotland dili adlansa da, bir birindən dil qruplarına görə seçilən iki fərqli dillərdir. Kelt şotland dili Şotland dili (keltcə) German şotland dili Şotland (german) dili
https://az.wikipedia.org/w/index.php?curid=371391
Şotland dili (keltcə)
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir. Şotland dili
https://az.wikipedia.org/w/index.php?curid=394311
Şotland funtu
Şotland funtu (ş.german Pund Scots, ing. Pound Scots) — Şotlandiya krallığının XII–XVIII əsrlərdə pul vahidi. Hal-hazırda Şotlandiya bankları tərəfindən buraxılan əskinazlar da bəzən "Şotland funtu" adlandırılır. Müstəqil Şotlandiyanın pul vahidi Şotlandiya sikkələrinin buraxılması kral I David dövründə baş tutub (1124–1153-cü illərdə hakimiyyətdə olub). Onlar funt stetrlinq kimi 20 şillinq və 240 pensdən ibarət olub. Şotland funtunun keyfiyyəti aşağı düşdükcə onun ingilis funtuna nisbəti də dəyişirdi. 1603-cü ildə Şotlandiya kralı I Yakov İngiltərənin kralı olduqdan sonra 1 funt sterlinq 12 şotland funtuna bərabər edildi. 1707-ci ildə Uniya haqqında Akt qəbul edildikdən sonra şotland funtu dövriyyədən çıxarıldı. Şotlandiya banklarının əskinazları Müstəqil dövlət olmasa da, Şotlandiyanın üç bankı öz əskinazlarını buraxmaq hüququna malikdir. Onlar "Şotland funtu" adlanmasalar da, funt sterlinq kimi nominala malikdirlər. Rəsmi tədavül vasitəsi olmasalar da Böyük Britaniya ərazisində qəbul edilirlər. Emissiya keçirən banklar — Şotlandiya Kral Bankı, Şotlandiya Bankı, Klaydsdeyl Bank (onların hər biri əskinazlarda öz dizaynını istifadə edir). Əskinazların əsas rəngləri — qəhvəyi, zeytun rəngi, yaşıl. Scottishmoney sytında şotland sikkələri (ing.) "Böyük Britaniya" saytında şotland sikkələrinin tarixi (yunikorn, hardhed, testun, bobi) Şotland Bankının əskinazları (1943-cü ildən) Müasir şotland əskinazları Arxivləşdirilib 2013-06-02 at the Wayback Machine (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=301360
Şotland german dili
Skots dili — Şotlandiyada və İrlandiyanın şimalındakı Olster bölgəsinin bəzi hissələində danışılan German dillərinə aid dil. Bəzən sözügedən dil Şotland kelt dili fərqləndirilmək üçün "Loland Skots" olaraq da adlandırılır.
https://az.wikipedia.org/w/index.php?curid=533321
Şotland kelt dili
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir. Şotland dili
https://az.wikipedia.org/w/index.php?curid=371390
Şotland maarifçiliyi
Şotlandiya maarifçiliyi, şotland maarifçiliyi və ya Şotland Maarifçilik dövrü (ing. Scottish Enlightenment, ş.german Scots Enlichtenment, şot.kelt Soillseachadh na h-Alba) — Şotlandiya tarixinin XVIII–XIX əsrləri əhatə edən, intellektual və elmi fəaliyyət dalğası ilə səciyyələndirilən dövrü, Maarifçilik dövrünün epizodu. Şotlandlar XVIII əsrdə Avropanın ən savadlı xalqlarından biri idi. Onların ümumi savadlılıq dərəcəsi təqribən 75% idi. Şotlandiya maarifçiliyinin əsas şəxsləri alimlər, mütəfəkkirlər və yazıçılar idi. Şotlandiyanın paytaxtı olan Edinburq şəhərində elmi cəmiyyətlər formalaşmışdı. Şotlandiya mütəfəkkirləri Avropa marrifçiliyinin humanist və rasional fikirlərindən fərqli olaraq, dünya haqqında olan, rasional baxımdan düzgün olmayan ənənəvi anlayışlardan uzaqlaşaraq insan dərrakəsinin fundamental əhəmiyyətini müdafiə etmişdir. Onlar düşünürdülər ki, səbəb ilə irəliləyən insan təbiət və cəmiyyət üçün daha yaxşı dəyişikliklər edə bilər. Bu, Şotlandiya maarifçiliyinin açar amilidir. Maarifçilik Şotlandiyada empirizm və praktikliyi ilə fərqlənirdi. Şotlandiya maarifçiliyinin əldə etdiyi nailiyyətlər fəlsəfə, iqtisadiyyat, arxeologiya, geologiya və sosiologiya, o cümlədən səhiyyə, kimya və texnika sahələrində idi. Ən əhəmiyyətli töhfələr Frensis Hatçeson, Adam Smit, Devid Yum, Adam Ferquson, Tomas Reyd, Con Pleyfer, Cozef Blek, Robert Berns və Ceyms Hetton tərəfindən verilmişdir. Şotlandiya maarifçiliyinin təsiri Şotlandiyadan kənara gedib çıxmışdır. Xarici keçidlər Northern Lights: How modern life emerged from eighteenth-century Edinburgh. Scottish Enlightenment – an introduction. Living philosophy – Philosophical play readings of the legacy of David Hume, Adam Smith and Robert Burns Edinburgh Old Town Association – has references and links "The Enlightenment in Scotland", BBC Radio 4 discussion with Tom Devine, Karen O'Brien and Alexander Broadie (In Our Time, Dec. 5, 2002)
https://az.wikipedia.org/w/index.php?curid=635906
Şotland sallaqqulaq pişiyi
Şotland sallaqqulaq pişiyi və ya skottiş – fold (ing. Scottish Fold) — məxsusi qulaq quruluşu olan (qulaqlar önə və aşağı əyilmiş) pişik cinsi. Bu pişiklərin qeyri – adi xarici görünüşünün səbəbi genetik mutasiyadır. Öz yaranmasına görə bu pişiklər 1961 – ci ildə Şotlandiyanın Petşir qraflığında yerləşən fermada doğulmuş və gözlənilməz mutasiya aşkarlanmış pişik balalarına borcludurlar. Çoban Uilyam Ross ağ pişik balası Syuzini əldə edir. Müasir skotiş – foldlar məhz Syuzidən törəyiblər. Təəssüflər olsun ki, bu pişik erkən yaşda avtomobilin altında qalsa da o vaxta qədər o, daha bir qulağı sallaq pişik balasını – Snuksu dünyaya gətirməyə macal tapmışdı. Snuks bu cins pişiklərin artmasında böyük rol oynamışdır. İlk vaxtlar hesab edirdilər ki, bu pişiklər kardır. Lakin bu ehtimallar özünü doğrultmadı amma xüsusi quruluşuna görə onların qulaqlarına tez – tez təmizləmə lazımdır. Skottiş – foldları bir – birilə cütləşdirmək olmaz, belə ki bu sümük problemlərinə səbəb ola bilər. Onların partnyorlarının skottiş – strayt (qulaqları düz olan şotland pişikləri) cinsindən olması arzuolunandır. Xarici görünüşü Orta ölçülü, möhkəm, harmonik bədən quruluşuna malik. Tükləri qısa, qalın, elastik və yumşaqdır. Rəngi müxtəlif cür ola bilər. Qulaqlar enlidir və yuxarı hissəsi qulaq dəliyini örtür. Gözləri iri, dairəvi, açıq və genişdir. Gözləri müxtəlif rəngdə ola bilər, adətən tüklərin rənginə uyğun olur. Bəzən müxtəlif rəngli gözləri olan pişiklərə də rast gəlinir. Bədəni uzunsov və zərifdir. Çiyinləri və budlarının ni eynidir, sinəsi həcmli və genişdir. Ayaqları orta və uzun, möhkəm olur. Quyruğu orta və uzun, başlanğıcı qalın və getdikcə nazikləşən olur. Şotland sallaqqulaq pişiyi sakit xarakterə malikdir, evə, insanlara bağlılığı ilə seçilir. Adi pişiklərdən fərqli olaraq səsi daha ciyiltilidir. Digər bir xüsusiyyəti isə heç bir kömək olmadan arxa ayaqları üstə dura bilməsidir. Bəzən arxası üstə yatırlar. Bu pişik cinsi oynaqdır, öyrətmək asandır, bu səbəbdən də onları tez-tez sərgilərdə görmək olar. Bəzən televizora da baxırlar. Uşaqlarla çox yaxşı yola gedirlər lakin çox səs – küylü ortamda qorxa bilərlər. Xarici keçidlər What is a Scottish Fold? Scottish Fold Cats
https://az.wikipedia.org/w/index.php?curid=437274
Şotlandiya
Şotlandiya (ing. Scotland; şot.kelt Alba) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının şimal hissəsində yerləşir. Paytaxtı Edinburq, ən böyük şəhəri isə Qlazqodur. Şotlandiya özünün qalaları və dağlıq peyzajı ilə tamamilə başqa ölkə təəsüratını yaradır. Şotlandiyada 787 ada vardır, demək olar ki, hamısında əhali məskunlaşıb. Məşhur Haylənds ("yüksək yerlər") vilayəti – ölkənin şimal-qərbində dağlar dənizlərlə, çəmənlər, meşələrlə əvəz olunan təkrarolunmaz təbii landşaftdır. Şotlandiya ətrafı okean və dəniz dünyada biloji canlıların ən çox yaşadığı su hövzəsi sayılır, orada 40 min növ var. 1707-ci ildən Birləşmiş Krallığın bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan Şotlandiya, Birləşmiş Krallığı meydana gətirən dörd böyük quru parçasından biridir. Hər nə qədər Şotlandiya parlamenti Londona bağlı olsa da, Şotlandiyanın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur. Etimologiya "Scotland" sözü Latın dilində Qaelləri adlandırılan — "Scoti" sözündən yaranmışdır. Gec Latın sözü olan "Scotia" ilkin zamanlarda İrlandiyaya müraciət etmək üçün istifadə edilmişdir. 11-ci əsrdə Albania və ya Albani, həmdə şotland kelt dilində Alba sözləri ilə yanaşı, "Scotia" sözü Fort çayının şimalında olan Şotlandiyaya deyilirdi. Scots və Scotland sözləri yalnız Orta əsrlərin sonlarında istifadə olunurdu. Hakimiyyət və siyasət Konstitusiya dəyişiklikləri İnzibati ərazi bölgüsü Hüquq və ədalət sistemi Coğrafiya və təbii tarixi Geologiya və geomorfologiya İqtisadiyyat və infrastruktura Flora və fauna Bank of England Böyük Britaniya üçün mərkəzi bank olsa da, üç şotland klirinq bankları hələ də öz sterlinq banknotların buraxılmasında iştirak edir: Bank of Scotland, Royal Bank of Scotland və Clydesdale Bank. 2013-cü ildə dövriyyədə olan Şotlandiya pul nişanlarının dəyəri Bank of England tərəfindən £3,8 milyard məbləğində dəyərlənmişdir. Şotlandiyada beş əsas beynəlxalq hava limanı (Qlazqo, Edinburq, Aberdin, İnverness, Prestvik) yerləşir; hansı ki, birlikdə 150 beynəlxalq məkan istiqamətində müxtəlif təyin və nizamnamə uçuşları xidmət edir. GIP Edinburq hava limanını, Infratil Prestviki, Heathrow Airport Holdings Aberdin və Qlazqo beynəlxalq hava limanlarını, halbuki Highlands and Islands Airports 11 regional hava limanını, o cümlədən, İnvernessi, hansı ki, daha uzaq yerlərə xidmət edir. Birləşmiş Krallığdan fərqli olaraq, Şotlandiyanın təhsil sistemi həmişə geniş təhsil xarakterikləri üzərində yönəlmişdir. 2011-ci il siyahıyaalmasında Şotlandiya əhalisinin yarıdan çoxu (54%) özünü Xristianlıq dininə aid etsə də, əhalinin 37%-i ateist kimi qeyd olunub. 1560-cı il Şotlandiya reformasiyasından sonra, milli kilsə (Şotlandiya kilsəsi, bəzən Kirk kimi də tanınır) Protestantlıq və Kalvinizmdən ibarətdir. 1689-cu ildən milli kilsə Presbiteryan kilsə hökumət sistemi mövcüd olmuş və dövlətdən müstəqilliyə malikdir. Ölkə əhalisinin hazırda 12%-i Şotlandiya kilsəsinin üzvü, 40%-i isə kilsəyə yaxın olduğu iddia olunur. Kilsə Şotlandiyada hər icmada yerli camaatı olan ərazi kilsə strukturu sistemində fəaliyyət göstərir. Şotlandiyada əhəmiyyətli Roma Katolik əhalisi var, əhalinin 19%-i, xüsusilə qərbdə, katolik kimi qeyd olunub. Reformasiyadan sonra, Şotlandiyada Katoliklik Haylends və Uist və Barra kimi qərb adalarında davam etdirilmiş və 19-cu əsrdə İrlandiyadan gələn immiqrasiya nəticəsində güclənmişdir. Şotlandiyada digər xristian məzhəblərdən Azad Şotlandiya Kilsəsi, müxtəlif Prebisteryan cərəyanları və Şotlandiya Yepiskop Kilsəsi mövcüddur. Ölkədə islam ən böyük qeyri-xristian dindir (40,000 ətrafında qiymətləndirilir, əhalinin 0,9%-i təşkil edir), və xüsusilə Qlazqoda, həmçinin əhəmiyyətli yəhudi, hindu və sikx icmaları var. Eskdeylmyurda Kagyu Samye Ling Monastırı, 2007-ci ildə 40 illiyini qeyd etmiş və Qərbi Avropada ilk Buddist monastırdır. Şotlandiyada səhiyyə əsasən Şotlandiyanın dövlət səhiyyə sistemi olan "NHS Scotland" tərəfindən təmin edilir. 2013-cü ildə Böyük Britaniyanın müdafiəyəsinə xərclənən pulun, təxminən £3,3 milyon Şotlandiyaya aid edilə bilər. Şotlandiya musiqisi milli mədəniyyətinin əhəmiyyətli bir hissəsidir. Məşhur ənənəvi Şotlandiya musiqi aləti Qreyt Haylend tuluq zurnası — çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Tuluq zurnası və müxtəlif növ zərb alətlərindən ibarət olan Tuluq zurna dəstələri, şotland musiqi üslublarını nümayiş etdirir və dünyada geniş şəkildə yayılmışdır. Klarsax (arfa), skripka və akkordeon da ənənəvi Şotlandiya alətləri sayılır və sonuncu iki musiqi aləti sıx şəkildə Şotlandiya kantri rəqsi dəstələrində yer alır. Bu gün Şotlandiyada müxtəlif individual və musiqi qrupları müxtəlif üslubda uğur qazanır, onlardan Enni Lennoks, Emi Makdonald, Runrig, Young Fathers, Cocteau Twins, Deacon Blue, Franz Ferdinand, Suzan Boyl, Paolo Nutini, Kelvin Harris, Emeli Sande, Texas, The View, The Fratellis, Twin Atlantic, Biffy Clyro və Şirli Mensonnu qeyd etmək olar.Şotlandiya orta əsrlərdən başlayan ədəbi irsə malikdir. Erkən qalmış ədəbiyyatda, VI əsrdən qalmış Britonik nitq Şotlandiyada yaransa da, Uels ədəbiyyatının hissəsi kimi saxlanılır. Gec orta əsrlər ədəbiyyatına latın, şotland kelt, qədim ingilis və fransız dillərində əsərlər daxildir. Erkən şotland dilində ilk əsas qalan mətn, 14-cü əsr şairi Con Barburun dastanı olan Bryus, I Robertin həyatı haqqında yönəlmiş, və tezliklə bir sıra ana romans və nəsr əsərləri ilə davam edilmişdir. 16-cı əsrdə kral himayəsi şotland drama və poeziyasının inkişafına yardım etdi, lakin James VI-ünün ingilis tacına qoşulması ədəbi himayəsi olan əsas mərkəzini çıxartdı və şotland ədəbi dilini xaric etdi. Şotlandiya ədəbiyyatına maraq 18-ci əsrdə Ceyms Makferson kimi xadimlərin nəticəsində bərpa edilmişdir. Makfersonun Ossian dövrü onu beynəlxalq nüfuz qazanan ilk Şotlandiya şairi etdi və Avropa Maarifçiliyinə böyük təsiri olmuşdur. Əsər Şotlandiyanın xalq şairi kimi tanınan Robert Bernsə və Valter Skotta böyük təsir etmişdir. Viktoriya dövrünün sonunda Robert Lyuis Stevenson, Artur Konan Doyl, C. M. Berri və Corc Makdonald kimi Şotlandiya yazıçıları beynəlxalq nüfuz qazanmışdılar. 20-ci əsrdə Şotlandiya intibah dövrü ədəbi fəaliyyətin dalğasını gördü və şotland dili ciddi ədəbiyyat üçün istifadə olunmağa başladı. Hərəkatının üzvləri müharibə sonrası yeni nəsil şairləri l tərəfindən təqib edildi: 2004-cü ildə Edvin Morqan, ilk Şotlandiya hökuməti tərəfindən, ilk Şotlandiya makarı seçildi. 1980-ci ildən Şotlandiya ədəbiyyatında xüsusilə İrvin Uelş və o cümlədən bir qrup yazıçı ilə bağlı yeni böyük dirçəliş yarandı. Eyni dövrdə ortaya çıxan Şotlandiya şairlərindən, Kerol Enn Daffi, hansı ki, 2009-cu ildə, Böyük Britaniya Şairi laureatına adına görülən ilk şotland oldu. Şotlandiyada televiziya əsasən Britaniyada göstərilən verilişlərlə eyni olsa da, milli yayımçı BBC Scotland-dır. BBC Scotland-a üç milli televiziya stansiyaları, və milli radio stansiyaları — BBC Radio Scotland, BBC Radio nan Gaidheal və başqaları daxildir. Şotlandiyada bəzi verilişlər şotland kelt dilində yayımlanır. BBC Alba şotland kelt dilində yayımlanan milli kanaldır. Əsas Şotlandiya kommersiya televiziya stansiyası isə STV-dir. Milli qəzetlər olan Daily Record, The Scotsman və The Herald, Şotlandiyada istehsal olunur. Vacib regional qəzetlərdən, Edinburqun Edinburgh Evening News, Dandinin The Courier və Aberdinin The Press and Journal qəzetlərini qeyd etmək olar. Şotlandiya həm də Celtic Media Festivalda təmsil olunur, harda ki, Kelt ölkələri film və televiziya verilişlərini sərgiləyirlər. 1980-cı ildən başlayan festivalda Şotlandiyanın nümayəndələri çox mükafat qazanmışlar.Digər Kelt xalqları kimi, Şotlandiya və Şotlandiya mədəniyyəti ölkədə və dünyada interkelt tədbirlərdə təmsil olunur. Şotlandiyada müxtəlif musiqi festivalları keçirilir, bunlardan Celtic Connections və T in the Park festivallarını qeyd etmək olar. Festival Interceltique de Lorient, Pan Celtic Festival və Milli Kelt Festival kimi Kelt mədəniyyətini qeyd edən festivallar, Şotlandiya mədəniyyətindən musiqi, dilini və rəqslərinin elementlərindən ibarətdir. İdman Şotlandiya mədəniyyətinin mühüm hissəsidir. Şotlandiya bir çox beynəlxalq idman tədbirlərində, o cümlədən FİFA Dünya Kuboku, Reqbi Dünya Kuboku, Reqbi Liqası Dünya Kuboku, Kriket Dünya Kuboku və Birlik Oyunlarında müstəqil ölkə kimi, Olimpiya Oyunlarında isə, şotland idmançılar Böyük Britaniya komandasının bir hissəsi kimi təmsil olunur. Şotlandiyanın Şotlandiya Futbol Federasiyası (dünyada ikinci ən qədim milli futbol assosiasiyası) və Şotlandiya Reqbi Birliyi kimi öz milli idarəetmə orqanları var. Futbolun müxtəlif variantları Şotlandiyada əsrlər boyu, erkən 1424-cü ildən mövcud olmuşdur. Futbol Şotlandiyada ən populyar idman növüdür; dünyanın ən qədim milli kubok isə Şotlandiya Kubokudur.1872-ci ildə Qlazqoda futbol üzrə ilk beynəlxalq görüş keçirilmişdir və bu zaman Şotlandiya milli futbol komandası və İngiltərə milli futbol komandası qarşılaşmışdı. Şotlandiya futbol klubları Avropa yarışlarında uğurlu olmuşdur: Seltik 1967-ci ildə Avropa Kubokunu, Reyncers 1972-ci ildə UEFA Kuboklar Kubokunu, Aberdin 1983-cü ildə UEFA Kuboklar Kubokunu və UEFA Superkubokunu qazanmışdır. 1987-ci ildə Dandi Yunayted UEFA Kubokunun finalına çatsa da, İFK Göteborq komandasına aqreqatda 2–1 məğlub olmuşdur. Müasir qolf oyunu Şotlandiyada 15-ci əsrdə yaranmışdır və ölkə qolfun evi kimi təbliğ olunur. 1574-cü ildə Sent-Endryüsdə yerləşən "Old Course", bir çox qolfçular üçün ziyarət bir məkanı kimi hesab olunur. Dünyanın ən köhnə qolf turniri olan The Open Championship, ilk dəfə Prestvick Qolf Klubunda 17 oktyabr 1860-cı ildə keçirilmişdir. Şotlandiyada çoxlu qolf kursları, o cümlədən Muirfield, Gleneagles, Royal Troon və Carnoustie yerləşir. Ölkənin milli idman mədəniyyətinin digər fərqli xüsusiyyətlərinə Haylend Oyunları, körlinq və şinti aiddir. Şotlandiyadan 13 dünya boks çempionu olmuşdur, o cümlədən Aleks Artur, Benni Linç və Cim Uottu qeyd etmək olar. 1930-cu ildən Şotlandiya hər Birlik Oyunlarında iştirak etmiş və 356 medal (91 qızıl, 104 gümüş və 161 bürünc) qazanmışdır. Birlik Oyunlarına Edinburq iki dəfə — 1970 və 1986-cı illərdə, Qlazqo isə 2014-cü ildə ev sahibliyi etmişdir. Milli simvolları İlk dəfə Şotlandiya krallığında X-formalı çarmıxda Həvari Andreyin rəsmi, Uilyam I-nin dövründə meydana gəlmişdi.1286-cı ildə Kral Aleksandr III-nün ölümündən sonra, Həvari Andreyin rəsmi Şotlandiya gözətçilərinin möhüründə istifadə olunmuşdur. Andrey xaçının Şotlandiya bayrağında işlənilməsi 14-cü əsrə təsadüf edir; 1385-ci ildə Şotlandiya parlamentinin fərmanına görə, Şotlandiyanın əsgərləri ön və arxa formalarında ağ rəngli Andrey xaçını geyinməli idilər. Andrey xaçı üçün mavi fonun istifadə olunması ən azı 15-ci əsrə təsadüf edir. 1606-cı ildən Andrey xaçı Böyük Britaniya bayrağında istifadə olunmuşdur. Şotlandiyanın digər rəsmi və ya qeyri-rəsmi rəmzlərindən şeytanqanqalı, Arbrot bəyannaməsi, Şotlandiya Kral Standartında əks olunan qırmızı rəngli şiri qeyd etmək olar. 1782-ci ildə Ceyms Qream, Montrozun 3-cü hersoqunun 1747-ci il Aktını ləğv etməsi nəticəsində, haylendlilər qadağadan sonra yenidən tartan geyinə bilmişdilər.Şotlandiyanın rəsmi himni olmasa da, Flower of Scotland Şotlandiyanın milli idman komandaları və ölkədə keçirilən idman yarışları, və Birlik Oyunları zamanı istifadə olunur. Şotlandiyanın milli himni üçün hazırda populyar namizədlərinə: Scotland the Brave, Highland Cathedral, Scots Wha Hae, Caledonia və A Man's A Man for A' That mahnıları daxildir.30 noyabrda keçirilən Müqəddəs Andrey Günü, Şotlandiyada milli bayram kimi qeyd olunsa da, Börns şam yeməyi daha geniş qeyd olunur. 2006-cı ildə Şotlandiya parlamentinin çıxartdığı fərmana görə, Müqəddəs Andrey Günü rəsmi bank istirahət günü kimi qeyd olunur.12-ci əsrdən Şotlandiyanın heraldikasında istifadə olunan təkbuynuz — Şotlandiyanın rəsmi heyvanıdır. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=5562
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu (ing. Scottish Football Writers' Association Footballer of the Year) — Şotlandiya futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat. Mükafat ilk dəfə 1964-65 mövsümünün yekunlarına əsasən təqdim olunub. Laureat Şotlandiya Futbol Jurnalistləri Assosiasiyası (ŞFJA) (ing. SFWA) üzvləri arasında səsvermə yolu ilə müəyyən edilir. Bu assosiasiyaya bütün ölkə üzrə işləyən yüzdən çox mətbuat nümayəndəsi daxildir. Bu mükafatı almış ilk qeyri-şotland — həmin vaxt "Reyncers" klubunda hücumçu mövqeyində çıxış edən ingilis Mark Heytlidir. Mükafatın hazırkı sahibi "Seltik"in hücumçusu Kyoqo Furuhaşidir. İndiyədək yeddi futbolçu mükafatı iki dəfə qazana bilmişdir. Mükafatı üç dəfə qazana bilmiş yeganə futbolçu, qapıçı mövqeyində çıxış edən Kreyq Qordondur. Mükafat 1965-ci ildə, ŞFJA-nın qurulmasından 8 il sonra yaradılıb. Seçim zamanı assosiasiyanın hər bir üzvü birinci və ikinci yerə layiq bildiyi futbolçuya səs verə bilər. Bu mükafat yaranma tarixinə görə Şotlandiyadakı digər ilin oyunçusu mükafatından (Şotlandiya Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə ilin oyunçusu) daha qədimdir, lakin buna baxmayaraq bu mükafat futbolçuların özləri üçün ikinci dərəcəli əhəmiyyət daşıyır. Çünki ŞPFA-nın versiyası üzrə ilin oyunçusu onların həmkarları tərəfindən seçilir. Qaliblərin siyahısı Mükafat 2023-cü ilədək 59 dəfə təqdim edilib. Ümumilikdə 50 futbolçu təltif olunmuşdur. Mükafat 1974-cü ildə 1974-cü il dünya birinciliyinə vəsiqə qazanmış Şotlandiya milli komandasına verilib.. Cədvəldə futbolçunun mövsümün yekunlarına əsasən layiq görüldüyü digər fərdi mükafat da göstərilib (Şotlandiya Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə ilin oyunçusu). 2012-13 mövsümünün yekununda ŞFJA-nın versiyasına görə ilin oyunçusu mükafatından əlavə, ŞPFA-nın versiyasına görə ilin gənc futbolçusu mükafatına da layiq görülmüş Li Qriffits, eyni mövsümdə hər iki mükafatı ala bilmiş ilk oyunçu olmuşdur. Ölkə üzrə qaliblər Klub üzrə qaliblər Xarici keçidlər Futbol Jurnalistləri Assosiasiyası (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=480932
Şotlandiya Leyboristlər Partiyası
Şotlandiya Leyboristlər Partiyası (ing. Labour Party of Scotland) — Şotlandiyada kiçik milliyətçi siyasi partiya. 1970-ci illərin əvvəllərində fəal idi. Şotlandiya Milli Partiyasının (ŞMP) Dandi şöbəsindən solçu təfqirəçi partiya kimi formalaşan Şotlandiya Leyboristlər Partiyası 1973-cü ildə Dandi-İst aralıq seçkilərində iştirakı ilə tanınır. Onun seçkilərə müdaxiləsi milliyətçi seçiciləri bölmüş və bu da nəticədə ŞMP-nin parlamentdə yer qazanmamasına gətirib çıxarmışdır. İki ay sonra partiya Dandi Şəhər Şurası seçkilərində iştirak etmiş, lakin uğursuz nəticələr əldə etmişdir. Qısa müddətdən sonra partiya ləğv edilmiş və 1974-cü ilin əvvəlində onun üzvlərinin əksəriyyəti ŞMP-yə qayıtmışdır. Bu dövrdə ŞMP-nin Şimal dənizinin neftli-qazlı hövzəsi ilə bağlı kampaniyaları Şotlandiyanın şəhərlərdə yaşayan seçiciləri arasında populyarlıq qazanmışdır. Şotlandiya Leyboristlər Partiyası heç vaxt rəsmi siyasi təmsilçiliyi olmamışdır. ŞMP-nin ovaxtkı lideri Vilyam Vulf Şotlandiya Leyboristlər Partiyasının yaradılmasını yerli siyasətçilərin etdiyi fürsətçilik kimi qiymətləndirmişdir. Bu siyasətçilər arasında partiyanın ən görkəmli üzvü Corc Maklin də var idi. Maklinin 1979-cu il aralıq seçkilərində rəqibi Qordon Vilson Vulfun davamçısı olmuşdur. Şotlandiya Leyboristlər Partiyası 1970-ci illərin əvvəllərində Dandidən olan təfqirəçi bir qrup kimi Şotlandiya Milli Partiyasının (ŞMP) narazı fəalları tərəfindən təsis edilmişdir. ŞMP-nin ovaxtkı lideri Vilyam Vulf bu parçalanmanın heç bir ideoloji fərqlilikdən qaynaqlanmadığını bildirmiş, əvəzində isə bunun yeni qrupun liderlərinin öz lokal siyasi karyeralarını irəliyə aparmaq məqsədilə partiyanı tərk etmələri ilə bağlı yaranan mübahisəyə görə olduğunu əlavə etmişdir. Bununla belə, tarixçi Piter Linç bu kiçik partiyanın ŞMP-dən daha radikal olduğunu qeyd etmişdir. Şotlandiya Leyboristlər Partiyası ümumiyyətlə solçu mövqedən çıxış edirdi və Şotlandiyada fəhlə hərəkatını güclü şəkildə dəstəkləyirdi. Partiya 1971-ci ildə Qlazqoda yaradılmış və özünü "Şotlandiya Leyboristlər Partiyası" adlandıran fərqli bir qrup əsasında modelləşdirilmişdir. Buna baxmayaraq, bu fraksiya tezliklə Dandi qrupuna aidiyyəti ilə bağlı iddiaları təkzib etmişdir. Hər halda, Dandidə təsis edilmiş partiya öz təşkilatını inkişaf etdirməyə başlamış və ofis sahəsi icarəyə götürmüdür. Aralıq seçkiləri Şotlandiya Leyboristlər Partiyasının baş qərargahı Qlazqoda yerləşən oxşarı yalnız Qlazqo Korporasiyası üçün keçirilən seçkilərdə iştirak etsə də, artıq daha böyük olan, Dandidə mərkəzləşmiş partiya Birləşmiş Krallıq parlamentində yer əldə etmək uğrunda mübarizə aparmağa başlamışdı. Corc Tomsonun 1973-cü ilin yanvarında Avropa komissarı təyin edildiyinə görə o, Dandi-İst seçki dairəsindəki vəzifəsini tərk etməli olmuşdur. Bu, iki ay sonra aralıq seçkilərinin keçirilməsinə səbəb olmuşdur. Şotlandiya Leyboristlər Partiyası öz namizədi kimi Corc Maklini seçmişdi. Bu seçkilərdə onun rəqibləri Leyboristlər Partiyasından Corc Maçin, ŞMP-dən Qordon Vilson və Mühafizəkarlar Partiyasının namizədi Vilyam Fitscerald idi. Eyni dərəcədə nikbin olan, Liberal Partiyadan namizəd Nataniel Qordon kampaniyası zamanı Ceremi Torpu şəhərə gətirmişdir. Leyboristlərin səs payının 15,6% azalmasına baxmayaraq, rəqabətli seçkilərdə Corc Maçin 1,141 səs toplayaraq əksər səsləri qazanmış, parlamentdə yer əldə etmişdir. Bu, böyük ölçüdə ŞMP-nin seçkilərdə daha uğurlu çıxış edərək öz seçici kütləsini 21,2% artırması ilə bağlı idi. Odur ki, ŞMP-nin seçki kampaniyasının daha uğurlu olması partiyanın Şimal dənizinin neftli-qazlı hövzəsinin şəhər əhalisnin xeyrinə Şotlandiya tərkibində saxlanılmasına çağırışlar etməsinə əsaslanırdı. Oxşar platformadan həmin ilin sonunda keçirilən Qlazqo-Qovan aralıq seçkilərində istifadə edilmişdir. Burada Marqo MakDonald müvəffəqiyyətlə İcmalar palatasına seçilmişdir.Politoloq Devid Butroyd hesab etmişdir ki, Şotlandiya Leyboristlər Partiyasının Dandidə keçirilən aralıq seçkilərinə müdaxiləsi milliyətçilərə verilən səsləri bölmüş və oxşar nailiyyətin qarşısını almışdır. Odur ki, Maklinin qazandığı 1,409 səs Maçinin ŞMP-dan olan rəqibi Qordon Vilsondan çox idi. Butroyd daha sonra əlavə etmişdir ki, "seçicilərin partiyanın mənşəyindən əmin olması şübhəlidir". Buna baxmayaraq, ŞMP-nin 1973-cü ildə keçirilən hər iki aralıq seçkilərində qazandığı populyarlıq "Bu, Şotlandiyanın neftidir" siyasi kampaniyasına müqəddimə rolunu oynamışdır. Kampaniya o vaxtdan partiyanın Şotlandiyanın müstəqilliyi üçün iqtisadi arqumentləri ilə sinonim halına gəlmişdir. Şura seçkiləri və ləğvi 2 may 1973-cü ildə Dandi Şəhər Şurasına seçkilər başlamışdır. Şotlandiya Leyboristlər Partiyası şəhərin 12 rayonundan səkkizində ümumilikdə doqquz namizəd irəli sürmüşdü. Maklin yenə Daunfield rayonundan namizəd olmuş, 242 səs (ümumi səslərin 6,1%-i) toplayaraq partiyanın ən yaxşı nəticəsini əldə etmişdir. Kamperdaunda iki partiya namizədindən biri olan MakQarri 123 səs (ümumi səslərin 1,6%-i) əldə edərək ən uğursuz nəticəni ortaya qoymuşdur. Partiyanın namizədlərindən heç biri şəhər şurasına seçilməmişdir və bu səbəbdən partiya 22 gün sonra səssizcə ləğv edilmişdir. Bu qərar "milli hərəkat vahid cəbhə təqdim etsin" deyə daha əvvəl onun tərkibində olmayan və Qlazqoda yerləşən partiya ilə birgə qəbul edilmişdi. Şərhçilər Endrü Mürrey Skott və İen Makley bu qərarın arxasındakı səbəb kimi sadəcə olaraq "qrupların heç birinin uğurlu olmaması"nı göstərmişdir. Yeddi lehinə və yalnız bir əleyhinə səs ilə partiya ləğv edilmişdir. Şotlandiya Leyboristlər Partiyasının keçmiş üzvlərinin çoxu lazımi qaydada ŞMP-yə qayıtmış, bəziləri hətta partiyanın pirat radiostansiyası olan "Radio Free Scotland" tərkibində çalışmışdır. Daha kiçik olan Dandi qrupunun müdaxiləsi olmadığından Qordon Vilson növbəti ilin fevralında keçirilən parlament seçkilərində Dandi-İst seçki dairəsindən millət vəkili seçilmişdir. O, eyni zamanda, partiyanın sədr müavini vəzifəsində çalışmışdır. Vilson bundan sonra, 1979–1990-cı illərdə Vilyam Vulfun davamçısı kimi ŞMP-nin lideri vəzifəsində xidmət etmişdir. Seçki nəticələri İcmalar palatası
https://az.wikipedia.org/w/index.php?curid=754241
Şotlandiya Milli Muzeyi
Şotlandiya Milli Muzeyi (ing. National Museum of Scotland) — Şotlandiyada yerləşən milli muzey. Muzey Edinburq şəhərinin Çambers küçəsində yerləşir. Muzeyin yerləşdiyi Çambers küçəsində iki fərqli muzey – 1861-ci ildə viktoryan stilində tikilən Kral Muzeyi və nisbətən müasir, amma eyni üslubda inşa edilən Şotlandiya Milli Muzeyi yerləşib. 1998-ci ildə bu muzeylər birləşmişlər.Muzeyə giriş pulsuzdur. 2011-ci ildə 46 milyon funt-sterlinq xərcləndikdən sonra muzey restovrasiya olunaraq yenidən fəaliyyətə başlamışdır. Fəaliyyətə başlayarkən ekspozisiyalara 16 yeni qalereya əlavə olunmuşdur.Şotlandiya dövləti muzeyin maliyyələşməsi üçün hər il 46,4 milyon funt sterlinq ayırır. Hər il muzeydə incəsənət festivalı keçirilir.Muzey 1500-cü ildən bəri ölkənin tarixini, incəsənətini əks etdirən eksponatlarla zəngindir. Antikvarlar arasında qədim Şotlandiya ilə bağlı ən nadir eksponatlara rast gəlmək olur. Xarici keçidlər Rəsmi saytı hughpearman.com Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine Həmçinin bax Şotlandiya Milli Qalereyası
https://az.wikipedia.org/w/index.php?curid=399537
Şotlandiya Milli Partiyası
Şotlandiya Milli Partiyası (ing. Scottish National Party; şot.kelt Pàrtaidh Nàiseanta na h-Alba, qısa SNP kimi tanınır) – Şotlandiyada mövcud olan siyasi partiya. 2015-ci ildən etibarən, Böyük Britaniyada 3-cü, Şotlandiyada isə ən böyük partiyadır. 2014-cü ildə Şotlandiyanın müstəqilliyi üzrə referendum zamanı, Şotlandiyanın 32 vilayətinin hamısında səslərin hesablanmasının nəticələrinə görə, müstəqilliyin lehinə 45% seçicilərin faizi səs verib. Müstəqilliyin tərəfdarları yalnız Qlazqo, Dandi, Qərbi Dambartonşir və Şimali Lanarkşir vilayətlərində qalib gəliblər. 20 Noyabr 2014-cü ildə, Milli Partiyanın başçısı Aleks Salmondun rəsmən istefasından sonra, Nikola Stercen Şotlandiya hökuməti başçısı vəzifəsində ilk qadın olmuşdur.2015-ci ildə Şotlandiya Milli Partiyası Böyük Britaniya parlament seçkilərində Şotlandiyada 59 yerdən 56-nı qazanıb, Leyboristlər və Liberal Demokratları sıxışdırmışdır. İştirak etdiyi seçkilər Hökumətdə və parlamentdə təmsilçiliyi Bayrağı və emblemi Partiya qərargahı 1934-cü ildə yaradılan və Şotlandiya siyasi tarixində mühüm yer tutan partiyalardan olan Şotlandiya Milli Partiyası partiyasının mənzil qərargahı Edinburq şəhərində yerləşir. Üzvləri və rəhbərləri Aleks Salmond Nikola Stercen Humza Yousaf Xarici keçidlər Rəsmi saytı (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=374421
Şotlandiya Milli Qalereyası
Şotlandiya Milli Qalereyası (ing. National Gallery of Scotland) - Şotlandiyada yerləşən milli sənət qalereyasıdır. Qalereya Edinburqun mərkəzindəki Maund ərazisində yerləşir. Qalereyanın neoklassik üslublu binası Vilyam Henri Pleyferin layihəsi əsasında inşa edilmiş və açılışı 1859-cu ildə baş tutmuşdur. Qalereyada Şotlandiya incəsənəti, o cümlədən İntibah dövründən başlayaraq XX əsrin əvvəllərinə kimi dünya incəsənəti nümunələrindən ibarət Şotlandiya Milli İncəsənət Kolleksiyası sərgilənir. Şotlandiya milli kolleksiyasının əsasında, 1819-cu ildə yaradılmış Şotlandiya İncəsənətin Təşviqi Kral İnstitutu dayanır. İnstitut rəsmləri toplamağa başlamış və 1828-ci ildə Maund ərazisində Kral İnstitutunun binası açılmışdır. 1826-cı ildə institutun tərkibində Kral İnstitutu yaradılmış, 1838-ci ildə isə bu institut Şotlandiya Kral Akademiyası (ŞKA) adlandırılmışdır. ŞKA-nın əsas məqsədi milli kolleksiyanın yaradılması idi. Kolleksiyanın yaradılmasına başlanıldıqdan sonra 1835-ci ildə ŞKA Kral İnstitutunun binasında yer kirayələmişdir.1840-cı illərdə ŞKA üçün yeni binanın inşası planının hazırlanmasına başlanıldı. Vilyam Henri Pleyferə binanın dizaynının hazırlanması sifariş olunur, 30 avqust 1850-ci ildə isə Şahzadə Albert yeni binanın təməl daşını qoyur. Bina ortadan iki hissəyə bölünmüşdü, şərq tərəfində ŞKA-nın kolleksiyası sərgilənir, qərb tərəfdə isə yeni Milli Qalereya yerləşirdi. 1912-ci ildə ŞKA hazırda Şotlandiya Kral Akademiyasının binası kimi tanınan Kral İnstitutu binasına köçür. Həmin zaman binanın daxilinin yenidən modelləndirilməsi ilə Vilyam Tomas Oldriv məşğul olur. Qalereya qapılarını yenidən ziyarətçilərin üzünə açdıqda qarşıya qoyulan əsas məqsəd şotland xalqı üçün Şotlandiya və Avropa incəsənət əsərlərindən ibarət daimi kolleksiyanın yaradılması idi. 1970-ci ildə əlavə qalyereyaların əsası qoyulmuşdur. XXI əsrin əvvəllərində Pleyfer Layihəsi Şotlandiya Kral Akademiyası binasının yenidən qurulması və qalereya binası ilə akademiya binası arasında yeraltı dəhlizin yaradılması məsələsini müzakirə etmişdir. İnşaat işləri beş il davam etmiş və £32 milyona başa gəlmişdir. Yeni yeraltı ərazinin açılışı 2004-cü ilin avqustunda baş tutmuşdur. “John Miller and Partners” memarlıq studiyası tərəfindən dizayn edilmiş və hazırda Bağların girişi kimi tanınan ərazi Şahzadə küçəsi bağlarına açılır. Burada teatr, təhsil ərazisisi, mağazalar, restoranlar və interaktiv qalereya fəaliyyət göstərir. Tədqiqatlar Şotlandiya Milli Qalereyasında tədqiqat işləri Erkən İntibah dövründən XIX əsrə kimi geniş bir dövrü əhatə edən 30.000-dən artıq qravür və nəşr təsvirlərinin toplandığı kolleksiya əsasında aparılır və yalnız Tədqiqat kitabxanasına istinad edilir. Tədqiqat kitabxanasında 1300-1900-cü illəri əhatə edən 50.000 cilddən artıq kitab, jurnal slayd və mikrofişlər, həmçinin kolleksiyalara daxil olan əsərlər, sərgilər və Milli Qalereyanın tarixi ilə əlaqəli arxiv sənədləri saxlanılır. Nəşrlər otağı və Tədqiqat kitabxanasına giriş yalnız xüsusi icazə ilə mümkündür. Milli Qalereya kolleksiyasının əsasında Şotlandiya Kral Akademiyası Binasından gətirilmiş bir neçə qiymətli rəsm əsəri durur. Həmin əsərlər Yakopo Bassano, Sandro Botiçelli, Antonio Van Deyk, Covanni Batista Tyepolo və digər ustad rəssamların əsərləridir. 1903-cü ilə kimi Milli Qalereya əsərlərin alınması üçün xüsusi büdcəyə malik olmamışdır. Qalereyada Covanni Lorenso Bernini, Antonio Kanova, Pol Sezan, Jambatista Pittoni, Jan Batist Simeon Şarden, Con Konstebl, Cerard David, Edqar Deqa, Ceyms Drummond, Tomas Geynsboro, Pol Qogen, Hüqo van der Qus, Fransisko Qoyya, El Qreko, Gevin Hemilton, Jan Ogüst Dominik Enqr, Klod Mone, Nikola Pussen, Henri Reborn, Allan Remzi, Rafael Santi, Rembrandt, Coşua Reynolds, Piter Yans Sanredam, Corc Pyer Sera, Tisian Veçellio, Leonardo da Vinçi, Vilyam Törner, Dieqo Velaskes, Yan Vermeer, Antuan Vatto, Vilyam Bleyk, Qustav Kurbe, Ejen Delakrua, Albrext Dürer, Vinsent van Qoq, Con Emms, Qverçino, Frans Hals, Piter Paul Rubens, Tintoretto və başqalarının əsərlərini görmək mümkündür. Xarici keçidlər NationalGalleries.org BBC News – Pleyfer layihəsinin tamamlanması haqqında xəbər NationalGalleries.org Arxivləşdirilib 2011-01-28 at the Wayback Machine, kolleksiyalar Həmçinin bax Aberdin Sənət Qalereyası Şotlandiya Milli Muzeyi
https://az.wikipedia.org/w/index.php?curid=397483
Şotlandiya Müasir Milli İncəsənət Qalereyası
Şotlandiya Müasir Milli İncəsənət Qalereyası (ingilis dilində:Scottish National Gallery of Modern Art) — Şotlandiyanın Edinburq şəhərində müasir incəsənət əsərlərinin nümayiş etdirildiyi muzey. Ümumi məlumat Şotlandiya Müasir Milli İncəsənət Qalereyası 1960-cı ildə Kral Nəbatət Bağında yerləşən İnverleyt-haus binasında təşkil olunmuşdur. 1980-ci ildə hazırda yerləşdiyi binaya — Edinburqda 1825–1828-ci illərdə arxitektor Uilyam Barn tərəfindən Con Uotson xəstəxanası yaxışlığında məktəb üçün inşa edilmiş Vest-End binasına köçürülmüşdür. Muzeyin qarşısında Heykəltəraşlar parkı yerləşir. Burada Henri Murun, Toni Kreqqanın, Reyçel Uaytredin və Barbara Xepuortun əsərlərinə rast gəlmək mümkündür. 2002-ci ildə arxitektor və dizayner Çarlz Cenks muzeyin qarşısındakı qazon üzərində nəhəng "torpaq" heykəltəraşlıq formasını yaratmışdır. Müəllifin fikrincə, bu "heykəltəraşlıq" əsəri Xaotik nəzəriyyənin məhsuludur. Məhz bu quruluşa görə muzey 2004-cü ildə 100 min funt sterlinq məbləğində mükafata layiq görülmüşdür. Şotlandiya Müasir Milli İncəsənət Qalereyasının kolleksiyasına Pikasso, Brak, Mondrian, Uorxol, Roy Lixtenşteynin, Frensis Bekonun, Piter Xaysonun, Lyusen freydin, Duqlas Qordonun və digər müasir rəssamların əsərləri daxildir. Qalereyada həmçinin vaxtaşırı müxtəlif mövzularda sərgilər də təşkil olunur. Xarici keçid Museum website Charles Jencks' Landform Arxivləşdirilib 2006-11-05 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=431864
Şotlandiya Poeziya Kitabxanası
Şotlandiya Poeziya Kitabxanası (ing. Scottish Poetry Library) — 1984-cü ildə şairə Tessa Rensford tərəfindən Şotlandiyanın Edinburq şəhərində yaradılıb. Hal-hazırda kitabxanada Şotlandiya və beynəlxalq poeziyasına aid olan 30,000 əsər saxlanılır. Kitabxanada Şotlandiyanın üç yerli dilində (şotland kelt dili, şotland german dili və ingilis dili) materiallar mövcuddur. Xarici keçidlər scottishpoetrylibrary.org.ukscottishpoetrylibrary.org.uk/… — Şotlandiya Poeziya Kitabxanasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=528463
Şotlandiya Yaşıllar Partiyası
Şotlandiya Yaşıllar Partiyası (ing. Scottish Green Party; şot.kelt Pàrtaidh Uaine na h-Alba) – Şotlandiyada mövcud olan siyasi partiya. İştirak etdiyi seçkilər Hökumətdə və parlamentdə təmsilçiliyi Bayrağı və emblemi Partiya qərargahı Üzvləri və rəhbərləri Xarici keçidlər Rəsmi saytı (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=393831
Şotlandiya dövlət rəmzləri
Şotlandiyanın dövlət rəmzlərinə bayraqlar, ikonalar həmçinin Şotlandiya və onun mədəniyyətinin ruhunu təcəssüm etdirən mədəni hadisələr aid edilir. Adətən bu milli rəmzlər Şotlandiya folklorı və adət-ənənələrindən qaynaqlanan, bəzilərinin rəsmi dövlət statusu olan mədəni ikonalardır. Bir çox rəmzlərin milli və beynəlxalq aləmdə rəsmi status almamasına baxmayaraq, bəziləri məsələn Şotlandiyanın rəsmi gerbi heraldikada əksini taparaq Şotlandiyanın rəsmi və tanınan rəmzi kimi qəbul edilmişdir. Şotlandiyanın rəsmi himni yoxdur. Qeyri-rəsmi himn adına bir neçə mahnı iddialıdır: Flower of Scotland milli komandalrın idman yarışları zamanı ifa edilir, 2010-cu ildən Birlik oyunlarında Şotlandiya komandalarının çıxışı zamanı ifa edilir. Scotland the Brave Highland Cathedral Scots Wha Hae A Man's A Man for A' That. Flora və fauna Qida və içkilər Şəxsiyyətlər
https://az.wikipedia.org/w/index.php?curid=397610
Şotlandiya gerbi
Şotlandiyanın rəsmi gerbi, Britaniya monarxının rəsmi gerbidir. Hansıki indi II Elizabetdir. Bu gerb rəsmi olaraq Birləşmiş Krallıq hökmdarı kimi rəsmi fəaliyyət göstərən II Elizabet tərəfindən istifadə olunur və rəsmi "Dominion Gerbi" kimi tanınır. Müxtəlif versiyalara görə Royal Ailənin digər üzvləri tərəfindən istifadə olunur və Britaniya hökuməti tərəfindən ölkə rəhbərliyi və hökumət ilə əlaqədardır. Qalxanın birinci və dördüncü rübündə təsvir olan İngiltərəni qoruyan üç şir: ikinci, rampant aslanı və ikiqat xəzinə təsvir olunub. Hökuməti tərəfindən istifadə edilən versiyada dəbilqə və ya aslan, aslan və ya "Müdafiə" şüarı yoxdur. Şotlandiya hökuməti tərəfindən istifadə olunan versiyada "Müdafiə sözü" yoxdur.
https://az.wikipedia.org/w/index.php?curid=399324
Şotlandiya görüşü (şahmat)
Şotlandiya görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. d2-d4. gedişləri ilə başlayan debüt 1824-cü ildə Şotlandiyanın Edinburq şəhəri ilə London arasında yazışma ilə keçirilən matçın şərəfinə adlandırılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=108653
Şotlandiya klanları
Klanlar — Müştəri-patron münasibətlərinə və ortaq bir ataya sahib olma xəyalına əsaslanan daxili patriarxal quruluşa sahib Şotlandiya qəbilə icmaları. Klanlar, Şotlandiya xanədanlığını və gerblərini idarə edən Lion Məhkəməsi tərəfindən tanınan rəsmi bir quruluşa sahibdir. Şotlandlar arasında müəyyən bir klana mənsubiyyətin fərqli bir əlaməti, hər bir klanın (sözdə tartan) xarakterik xüsusiyyətinə sahib bir kəlmədir (indi kilt). Tarixən tartan naxışları, toxucuları adətən bu ərazilərdə üstünlük verilən kumaş dizaynlarını istehsal edən Aranlar və Yaylalarla əlaqələndirilmişdir. Klan sözü (ing. clan, qal. clann) qal mənşəlidir və "nəsil" kimi tərcümə olunur. Klan sistemi XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiya lordlarının əhalidən "mülklərinin təmizlənməsi" nəticəsində məhv edildi.
https://az.wikipedia.org/w/index.php?curid=700996
Şotlandiya krallığı
Şotlandiya krallığı (şot.kelt Rìoghachd na h-Alba, ş.german Kinrick o Scotland, ing. Kingdom of Scotland) — 843-1707-ci illərdə hökm sürmüş suveren dövlət. 1707-ci ildə İngiltərə krallığı ilə birləşərək Böyük Britaniya krallığının əsasını qoymuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=666973
Şotlandiya maarifçiliyi
Şotlandiya maarifçiliyi, şotland maarifçiliyi və ya Şotland Maarifçilik dövrü (ing. Scottish Enlightenment, ş.german Scots Enlichtenment, şot.kelt Soillseachadh na h-Alba) — Şotlandiya tarixinin XVIII–XIX əsrləri əhatə edən, intellektual və elmi fəaliyyət dalğası ilə səciyyələndirilən dövrü, Maarifçilik dövrünün epizodu. Şotlandlar XVIII əsrdə Avropanın ən savadlı xalqlarından biri idi. Onların ümumi savadlılıq dərəcəsi təqribən 75% idi. Şotlandiya maarifçiliyinin əsas şəxsləri alimlər, mütəfəkkirlər və yazıçılar idi. Şotlandiyanın paytaxtı olan Edinburq şəhərində elmi cəmiyyətlər formalaşmışdı. Şotlandiya mütəfəkkirləri Avropa marrifçiliyinin humanist və rasional fikirlərindən fərqli olaraq, dünya haqqında olan, rasional baxımdan düzgün olmayan ənənəvi anlayışlardan uzaqlaşaraq insan dərrakəsinin fundamental əhəmiyyətini müdafiə etmişdir. Onlar düşünürdülər ki, səbəb ilə irəliləyən insan təbiət və cəmiyyət üçün daha yaxşı dəyişikliklər edə bilər. Bu, Şotlandiya maarifçiliyinin açar amilidir. Maarifçilik Şotlandiyada empirizm və praktikliyi ilə fərqlənirdi. Şotlandiya maarifçiliyinin əldə etdiyi nailiyyətlər fəlsəfə, iqtisadiyyat, arxeologiya, geologiya və sosiologiya, o cümlədən səhiyyə, kimya və texnika sahələrində idi. Ən əhəmiyyətli töhfələr Frensis Hatçeson, Adam Smit, Devid Yum, Adam Ferquson, Tomas Reyd, Con Pleyfer, Cozef Blek, Robert Berns və Ceyms Hetton tərəfindən verilmişdir. Şotlandiya maarifçiliyinin təsiri Şotlandiyadan kənara gedib çıxmışdır. Xarici keçidlər Northern Lights: How modern life emerged from eighteenth-century Edinburgh. Scottish Enlightenment – an introduction. Living philosophy – Philosophical play readings of the legacy of David Hume, Adam Smith and Robert Burns Edinburgh Old Town Association – has references and links "The Enlightenment in Scotland", BBC Radio 4 discussion with Tom Devine, Karen O'Brien and Alexander Broadie (In Our Time, Dec. 5, 2002)
https://az.wikipedia.org/w/index.php?curid=635901
Şotlandiya milli futbol komandası
Şotlandiya milli futbol yığması (ing. Scotland national football team) — Şotlandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol yığması. Xarici keçidlər Rəsmi saytı (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=94438
Şotlandiya milli futbol yığması
Şotlandiya milli futbol yığması (ing. Scotland national football team) — Şotlandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol yığması. Xarici keçidlər Rəsmi saytı (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=398729
Şotlandiya milliyətçiliyi
Şotlandiya milliyətçiliyi və ya şotland milliyətçiliyi (ing. Scottish nationalism) — şotlandların vahid millət təşkil etməsi ideyasını elan edən, vahid milli kimliyin yaradılması və saxlanmasını müdafiə edən siyasi-ictimai hərəkatlar toplusu. Şotlandiya milliyətçiləri Şotlandiyanın Birləşmiş Krallıqdan müstəqilliyi uğrunda mübarizə aparır. Şotlandiya millətçiliyi 1920–1970-ci illərdə fəal şəkildə formalaşmış və indiki ideoloji yetkinliyinə 1980–1990-cı illərdə çatmışdır. Millətin mənşəyi, siyasi kontekst və unikal xüsusiyyətlər, o cümlədən gel dili, poeziyası və kinosu şotlandların fərdi kimliyini və milli kimliyini dəstəkləyir. Xarici keçidlər Vikianbarda Şotlandiya milliyətçiliyi ilə əlaqəli mediafayllar var.
https://az.wikipedia.org/w/index.php?curid=754291
Şotlandiya musiqisi
Şotlandiya musiqisi — Şotlandiya ərazisində formalaşmış musiqi sənəti. Şotlandiya musiqi sənətinin mənşəyi ölkənin ərazisində məskunlaşmış tayfaların, yəni keltlərin, skottların, skandinavların və başqalarının mahnı və rəqsləri ilə bağlıdır. Gəzərki xalq müğənniləri olan bardlar, sonralar isə minstrellər qəhrəmani, məhəbbət mahnıları qoşur, xalq eposunu qoruyub-saxlayırdılar. Şotlandiya mahnıları üçün pentatonika və natural məqamlar xarakterikdir. Mahnı və rəqslər XII əsrdən populyarlaşan arfa, XV əsrdən əsas milli musiqi aləti olan tuluq zurnası, fidele, viola, skripka ilə müşayiət olunurdu. XII əsrdən professional dini və dünyəvi saray musiqisi inkişaf etməyə başlamış, XIII əsrdə xor məktəbləri yaranmışdı. XVI əsrin birinci yarısında Şotlandiya musiqisi bəstəkarlardan Robert Karver, Robert Conson, Devid Pibls və başqalarının yaradıcılığı ilə bağlıdır. Musiqi sənəti XVII əsrdən yüksəlişə başlamışdır. XVIII əsrdə professional musiqi cəmiyyətləri, xor, orkestrlər və opera birlikləri yaranmışdır. Şotlandiya xalq mahnıları əsasında ilk ballada-opera ("Nəcib çoban", 1725, Allan Ramzey) yaradılmışdır. XVIII–XIX əsrlərdə musiqi ifaçılığı yüksək professional səviyyəyə çatmış, 1838-ci ildə Edinburq Universitetində musiqi kafedrası, 1890-cı ildə Şotlandiya Kral Musiqi Akademiyası kimi musiqi təhsili ocaqları yaranmışdır. 1929-cu ildə Qlazqo şəhərində Şotland Milli Musiqi Akademiyası təşkil olunmuşdur. Müasir bəstəkarlıq məktəbinin banisi Aleksandr Makkenzidir. C, Deyvi, R. Krouford, T, Masqreyv və başqaları XX əsrin əsas Şotlandiya bəstəkarlarıdır. Edinburqda konservatoriya, xor kollektivləri, simfonik orkestrlar fəaliyyət göstərir. 1947-ci ildən Edinburqda hər il beynəlxalq musiqi, dram və balet sənəti festivalı keçirilir. Əlavə ədəbiyyat Emmerson, George S. Rantin' Pipe and Tremblin' String – history of Scottish dance music. Second edition 1988. Galt House, London, Ontario, Canada. ISBN 0-9690653-3-7 Eydmann, Stuart "The concertina as an emblem of the folk music revival in the British Isles." 1995. British Journal of Ethnomusicology 4: 41–49. Eydmann, Stuart "As Common as Blackberries: The First Hundred Years of the Accordion in Scotland." 1999. Folk Music Journal 7 No. 5 pp. 565–608. Eydmann, Stuart "From the "Wee Melodeon" to the "Big Box": The Accordion in Scotland since 1945." The Accordion in all its Guises, 2001. Musical Performance Volume 3 Parts 2 – 4 pp. 107–125. Eydmann, Stuart The Life and Times of the Concertina: the adoption and usage of a novel musical instrument with particular reference to Scotland. PhD Thesis, The Open University 1995 published online at www.concertina.com/eydmann Stuart Eydmann: The Scottish Concertina Hardie, Alastair J. The Caledonian Companion – A Collection of Scottish Fiddle Music and Guide to its Performance. 1992. The Hardie Press, Edinburgh. ISBN 0-946868-08-5 Heywood, Pete and Colin Irwin. "From Strathspeys to Acid Croft". 2000. In Broughton, Simon and Ellingham, Mark with McConnachie, James and Duane, Orla (Ed.), World Music, Vol. 1: Africa, Europe and the Middle East, pp 261–272. Rough Guides Ltd, Penguin Books. ISBN 1-85828-636-0 Gilchrist, Jim. "Scotland". 2001. In Mathieson, Kenny (Ed.), Celtic music, pp. 54–87. Backbeat Books. ISBN 0-87930-623-8 Xarici keçidlər Five Centuries of Scottish Music a high-quality, free digital resource hosted by AHDS Performing Arts. BBC Radio Scotland online radio: folk music on Travelling Folk, bagpipe music on Pipeline, country dance music on Reel Blend and Take the Floor. (RealPlayer plugin required) Scottish Music Centre music archive and information resource. Gaelic Modes Web articles on Gaelic harp harmony & modes
https://az.wikipedia.org/w/index.php?curid=767777
Şotlandiya parlamenti
Şotlandiya parlamenti (ing. Scottish Parliament; şot.kelt Pàrlamaid na h-Alba), bəzən Holirud kimi tanınır — Şotlandiyanın 12 May 1999-ci ildə qurulan və milli suverenliyə sahib qanunvericilik orqanıdır. Parlament həmçinin Nazirlər Kabinetini formalaşdırır və ona nəzarət edir.
https://az.wikipedia.org/w/index.php?curid=393827
Şotlandiya sağlam fikir məktəbi
Şotlandiya sağlam fikir məktəbi — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiyada yaranan fəlsəfi məktəb. 1760–1780-ci illərdə Şotlandiya məktəblərində yaranıb yayılmışdır. Ağlın intuitiv qabiliyyəti, anadangəlmə prinsiplərdən ibarət "sağlam fikir" fəlsəfəsinə əsaslanır. Devid Yumun skeptisizmi və fransız materializmi ilə mübahisələrdə formalaşmışdir. Banisi Tomas Rid, görkəmli nümayəndələri C. Osvlld, Ç. Bitti, D. Stüartdır. Ali ruhi aləmin, yəni tanrının varlığı fikrini müdafiə edirdi. Əlavə ədəbiyyat James McCosh (1811—1894), The Scottish philosophy, biographical, expository, critical, from Hutcheson to Hamilton. London, Macmillan and Co, 1875, vii, 481 p. Goldberg M.A. Smollett and the Scottish School. Albuquerque, 1959. Grave S.A. Scottish Philosophy of Common Sense.Oxford, 1960. Seth A.B. Scottish Philosophy. Edinburgh, 1885.
https://az.wikipedia.org/w/index.php?curid=767770
Şotlandiya teatrı
Şotlandiya teatr — Şotlandiya ərazisində formalaşmış teatr sənəti. Şotlandiyada dram teatrı XVIII əsrin ortalarında meydana gəlmişdir. Edinburq şəhərində 1769-cu ildə "Royyal", 1883-cü ildə "Litseum" teatrları açılmışdır. Truppalar, əsasən ingilis aktyorlarından ibarət idi. Qlazqo şəhərində «Danlop strit tietr» (1782–1863), "Kuin strit tietr" (1805–1829), "Adelfi" (1842–1848) və s. teatrlar fəaliyyət göstərmişdir, 1909-cu ildə rejissor A. Uerrinqin rəhbərliyi ilə "Qlazqo repertuar teatrı" təşkil edilmişdir. Teatr cəmi beş mövsüm fəaliyyət göstərsə də, milli teatr sənətinin formalaşmasında əhəmnyyətli rol oynamışdır. 1921-ci ildə "Şotlavd milli aktyorları" truppası təşkil olunmuşdur. 1939-cu ildə ilk Şotlandiya teatr festivalı keçirilmişdir. 1970–1980-ci illərdə "Travers tietr klab" (Edinburq) və "Klouz studia tietr" (Qlazqo) eksperimental teatrları tamaşalar hazırlamışdılar. Teatrlar Şotlandiya incəsənət şurasından və şəhərlərin incəsənət şuralarından maliyyə yardımı alırlar. Əlavə ədəbiyyat Bell, B. (2007). "The national drama, Joanna Baille and the national theatre". In I. Brown (ed.), The Edinburgh History of Scottish Literature: Enlightenment, Britain and Empire, 1707-1918. Edinburgh: Edinburgh University Press. ISBN 0748624813. Brown, I., Clancy, T., Manning, S. and Pittock, M. (eds.) (2007). The Edinburgh History of Scottish Literature: Enlightenment, Britain and Empire (1707–1918). Edinburgh: Edinburgh University Press. ISBN 0748624813. Brown et al. (2003). "Scottish identity". In B. Bradshaw and P. Roberts (eds.), British Consciousness and Identity: The Making of Britain, 1533-1707. Cambridge: Cambridge University Press. ISBN 0521893615. Brown, I. (2011a). "Introduction: a lively tradition and collective amnesia". In I. Brown (ed.), The Edinburgh Companion to Scottish Drama. Edinburgh: Edinburgh University Press. ISBN 0748641076. Brown, I. (2011b). "Public and private performance: 1650-1800". In I. Brown (ed.), The Edinburgh Companion to Scottish Drama. Edinburgh: Edinburgh University Press. ISBN 0748641076. Brown, I. & Fisher, M. (eds.) (1994). Made in Scotland. London: Methuen. Brown, I., Owen Clancy, T., Pittock, M. and Manning, S. (eds.) (2007). The Edinburgh History of Scottish Literature: From Columba to the Union, until 1707. Edinburgh: Edinburgh University Press. ISBN 0-7486-1615-2. Cameron, A. (ed.) (1990). Scot-Free. London: Nick Hern Books. Carpenter, S. (2011). "Scottish drama until 1650". In I. Brown (ed.), The Edinburgh Companion to Scottish Drama. Edinburgh: Edinburgh University Press. ISBN 0748641076. Craig, C. & Stevenson, R. (eds.) (2001). Twentieth-Century Scottish Drama: an Anthology. Edinburgh: Canongate. Dorney, Kate & Gray, Frances (2013). Played in Britain, Modern Theatre in 100 Plays. London: Bloomsbury Methuen Drama. Farmer, Henry George (1947). A History of Music in Scotland. Hinrichsen. ISBN 0-306-71865-0. Findlay, B. (ed.) (1998). Plays of the Seventies. Edinburgh: Scottish Cultural Press. Finlay, Bill (ed.) (1998). A History of the Scottish Theatre. Edinburgh: Edinburgh University Press. ISBN 0-7486-6220-0. Garlick, G. (2004). "Theatre outside London, 1660-1775". In J. Milling, P. Thomson and J. Donohue (eds.), The Cambridge History of British Theatre, Volume 2. Cambridge: Cambridge University Press. ISBN 0521650682. Hartnoll, Phyllis (ed.) (1993). The Oxford Companion to the Theatre. Oxford: Oxford University Press. Howard, P. (ed.) (1998). Scotland Plays. London: Nick Hern in association with the Traverse Theatre. Jackson, C. (2003). Restoration Scotland, 1660-1690: Royalist Politics, Religion and Ideas. Edinburgh: Edinburgh University Press. ISBN 0851159303. Keay, J., & Keay, J. (1994). Collins Encyclopaedia of Scotland. London: HarperCollins. ISBN 0-00-255082-2. McGrath, John (1996). A Good Night Out, Popular Theatre: Audience, Class and Form. London: Nick Hern Books. ISBN 978-1854593702. Maloney, Paul (2003). Scotland and the Music Hall 1850-1914. Manchester: Manchester University Press. ISBN 0719061474. Paterson, Tony (1981), Four Decades of Drama, in Murray, Glen (ed.), Cencrastus No. 7, Winter 1981 - 82, pp. 43 & 44, ISSN 0264-0856. Robertson, Alec (1949), History of the Dundee Theatre, Precision Press, London. Stevenson, R. & Wallace, G. (1996). Scottish Theatre since the Seventies. Edinburgh: Edinburgh University Press. Tobin, T. (ed.) (1972). The Assembly. Purdue University Press. ISBN 091119830X. Tomlin, Liz (2015). British Theatre Companies 1995 - 2014. London: Bloomsbury Methuen Drama. ISBN 9781408177280. Van Heijnsbergen, T. (2001). "Culture: 7 Renaissance and Reformation (1460-1660): Literature". In M. Lynch (ed.), The Oxford Companion to Scottish History. Oxford: Oxford University Press. ISBN 0-19-211696-7. Wright, A. (ed.) (1980). A Decade’s Drama: Six Scottish Plays. Todmorden: Woodhouse Books. Xarici keçidlər Twelve Key Scottish Plays
https://az.wikipedia.org/w/index.php?curid=767844
Şotlandiya viskisi
Şotland viskisi (ing. Scotch whisky) — arpadan hazırlanmış viski növüdür. Scotch viskisi Şotlandiyaya xas viski növü hesab olunur. Şotland viskisinin dəqiq yaradılma tarixi məlum deyil, ancaq onun 1494-cü ilə aid olduğu təxmin edilir. "Şotland viski" qanunu 1988-ci ildə parlamentdə hazırlanmış bu qanuna görə Şotlandiyada şotland viskisindən başqa viski hazırlamaq, onu başqa viski ilə qarışdırmaq qadağan olunur.
https://az.wikipedia.org/w/index.php?curid=399520
Şotlandiya çəpərləmələr
Çəpərləmə İngiltərədən xeyli sonra Şotlandiyada başladı və xüsusilə dramatik idi. 1760-cı illərdən bəri bir əsr boyunca qəbilə rəisləri müştərilərini və icarəçilərini (mahiyyətcə kiçik fermerləri) otlaq vadilərindən sahilə qovdular, burada özləri üçün yeni peşələrə yiyələnmək — dəniz yosunu toplamaq təşviq edildi. Deportasiyanın nəticəsi feodal düzəninin və ənənəvi klan sisteminin məhv edilməsi, həmçinin dağlıq ərazilərin Kanada və Avstraliyaya kütləvi köçü idi. Bənzər fenomenlər İngiltərədə uzun müddətdir baş versə də, İsveç dağlıqlarında, təsiri gecikmə və tələskənlik, habelə uzunmüddətli torpaq icarəçilərinin hüquqlarını tənzimləyən Şotlandiya qanunlarının olmaması səbəbindən, icarə hüququ ilə yanaşı, tez-tez bütün əmlaklarını itirdi. Səbəbləri və metodları Şotlandiya orta əsrlərdən bəri himayə quruluşuna və klan üzvləri arasındakı qohumluq uydurmasına əsaslanan klan sistemi miras aldı. Digər ənənəvi cəmiyyətlərdə olduğu kimi, patron-müştəri münasibətləri torpaq sahibinin kəndlilərə himayədarlıq etdiyini və müharibə dövründə ona sədaqətlə xidmət etdiklərini düşünürdü. XVIII əsrin birinci yarısındakı Yakobit qarışıqlığının yatırılması hökumətin Şotlandiyanı silahsızlaşdırmasını tələb etdi və bununla birlikdə havadarların və müştərilərin hərbi əlaqələri mənasını itirdi. Beləliklə, klan sisteminin dağılması üçün şərait yaradıldı. Devine, Tom. Clanship to Crofters' War: The social transformation of the Scottish Highlands. Manchester University Press, 1994. ISBN 978-0-7190-9076-9. Devine, Tom. The Scottish Clearances: A History of the Dispossessed, 1600-1900. London: Allen Lane, 2018. ISBN 978-0241304105. Prebble, John. The Highland Clearances. Secker & Warburg, 1963. Richards, Eric. The Highland Clearances. Birlinn Books, 2000. Peter Aitchison, Andrew Cassell. The Lowland Clearances: Scotland's Silent Revolution, 1760-1830. Birlinn Books, 2012. ISBN 9781780270692.
https://az.wikipedia.org/w/index.php?curid=700915
Şotlandiya çəpərləmələri

https://az.wikipedia.org/w/index.php?curid=700913
Şotlandiyanın müstəqilliyi haqqında referendum (2014)
Şotlandiyanın müstəqilliyi haqqında referendum — 2014-cü ilin 18 sentyabr tarixində Şotlandiyada keçirlmiş referdum. Referdendum nəticəsində şotlandların Böyük Britaniya tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və seçkidə iştirak edən 2,001,926 nəfər seçiçi YOX (55.3%) səsindən istifadə edərək müstəqilliyinin əlehinə səs verib. Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb. Ancaq son rəy sorğuları iki düşərgə arasında fərqin azaldığını göstərir. Müstəqilliyin elan edilməsi vaxtı Şotlandiya hökumətinin rəsmi sənədi olan "Ağ kitab"a daxil edilib. Kitab 26 noyabr 2013-də nəşr olunub. Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı referendumdan 6 həftə əvvəl televiziya debatı keçirilib. Sorğuya əsasən, Şotlandiyanın müstəqilliyi kampaniyasının və Şotlandiya Milli Partiyasının (SNP) lideri Aleks Salmond İttifaq tərəfdarlarının lideri Alister Darlinqlə toqqaşıb. Televiziya debatında Salmond deyib ki, müstəqil Şotlandiya daha varlı və ədalətli bir cəmiyyət olacaq. Britaniya hökuməti nüvə silahlarına çox pul xərcləyib, vergiyə gələndə isə şotlandları yaddan çıxarıb. Salmond müstəqillikdən sonra Şotlandiyanın canını nüvə silahlarından qurtaracağına söz verib. "Bu axşam mənim tək bir sözüm var: Şotlandiyada yaşayan və çalışan insanlardan başqa heç kəs bu ölkəni yaxşı idarə edə bilməz. Sentyabrın 18-də bizim əlimizə belə bir imkan düşəcək. Bu fürsətdən ikiəlli yapışmaq lazımdır", — o deyib. Kampaniyalar Müstəqilliyə qarşı çıxan "YOX" kampaniyası leyborist, mühafizəkar və liberal demokratları "Better Together" ("Birlikdə daha yaxşıdır") koalisiyası altında birləşdirib. Sentyabrın 18-də Şotlandiyanın 4 milyon seçicisi Birləşmiş Krallıqdan ayrılmaq üçün səs verəcək. Son sorğulara görə, "YOX" kampaniyası azacıq öndə gəlir, lakin iştirakçıların 15–20%-i hələ tam qərarını verməyib. İyunun 26-da Şotlandiyanın baş naziri Aleks Salmond BBC-yə müsahibə verib. "Şotlandiya müstəqil olsa, biz daha yaxşı müqavilələr bağlaya bilərik. Qordon Braun hakimiyyətdə olanda Şotlandiya üçün bunların heç birini etməmişdi. Fermerlərimiz parlamentin ümumi kənd təsərrüfatı siyasəti (CAP) fondları haqqında qərarına görə, 1 milyard avro ziyana düşüblər", — o deyib. Salmondun milliyyətçi hökuməti Aİ-yə qoşulmağa can atır. Bildirirlər ki, Şotlandiya 2016-cı ildə müstəqil olduqdan sonra 18 ay ərzində ölkənin Aİ-yə üzvlüyü şərtləri yenidən yazılmalı və razılaşdırılmalıdır. Şotlandiya hökuməti Birləşmiş Krallıqla müqayisədə daha çox Aİ güzəştləri əldə edəcəyinə ümid edir. Həmçinin avro və "Şengen müqaviləsi" üstünlüklərindən yararlanmağa çalışır. Bu təbliğata rəhbərlik edən Şotlandiyanın birinci naziri Aleks Salmond artıq mətbuata öz məğlubiyyətini etiraf edib. Bundan sonra, əsas diqqət rəsmi Londondan daha artıq azadlıq tələb etmək uğrunda siyasi fəaliyyətlər davam edəcək. Şotlandiya hökuməti və "Hə" kampaniyası Londonu siyasi təzyiq və seçkilərdə saxtalaşma elemeyəni ittiham edib. Beynəlxalq reaksiya İspaniya: İspaniyanın baş naziri Mariano Rahoy video mesajında dedi ki, Şotlandiya ciddi nəticələrdən çəkindi və "hər kəs üçün ən yaxşı seçimi elədi; özləri üçün, bütün Britaniya üçün və Avropanın qalanı üçün."Basklar ölkəsinin başçısı Iñigo Urkullu dedi ki, Britaniya hökuməti Şotlandiyaya öz gələcəyini azad şəkildə seçmək hüququnu verdi, Basklar ölkəsini etməli olduğu İspaniyada oxşar razılığa gələrək "Şotlandiyanın yolundan getməkdir".
https://az.wikipedia.org/w/index.php?curid=373532
Şotlandiyanın müstəqilliyi üzrə referendum (2014)

https://az.wikipedia.org/w/index.php?curid=534739
Şotlandlar
Şotlandlar (ş.german Scots Fowk, şot.kelt Gáidheal ya da Albannaich, ing. Scots) — əksəriyyəti Şotlandiya və ABŞ-də yaşayan xalq. Etimologiyası Scotia sözü Qədim Romalılar tərəfindən I əsrdə mövcud olan qəbilə üçün işlədilirdi. Bundan başqa Qədim Romalılar Scotia sözünü İrlandiyada yaşayan Qel tayfası üçün də işlətmişdir. Bede İrlandiyadan Pikt ölkəsinə qədər ərazidə olan xalqlardan Scottorum sözünü işlədərək bəhs etmişdir. Qel olaraq tanınan tayfalar Dal Riyata Krallığına, yəni Şotlandiyanın qərbinə gəlmədir. Bede şotlandlardan bəhs edərkən natio, yəni xalq sözünü işlətmişdir. Piktlərlə yanaşı digər xalqlardan isə gens, yəni irq şəklində bəhs etmişdir. Anqlo-Saks Xronologiyası adlı sənəddə Scot sözü Qellər ölkəsinə eyham vurmaq üçün istifadə olunmuşdur. Scottorum sözü isə 1005-ci ildə İrlandiya kralı tərəfindən İmperator Scottorum şəklində yenidən istifadə olunmuşdur. Bu titul daha sonralar Şotland kralları tərəfindən mənimsənilmişdir. Basileus Scottorum şəklində Kral Edqarın böyük möhründə yazılmışdır. I Aleksandr və VI Ceyms də daxil olmaqla xələflərinin çoxu Rex Scottorum titulundan möhürlərində istifadə etmişdilər.Çağdaş dövrdə Scot və Scottish sözləri əsasən Şotlandiya sakinləri üçün işlənir. Ehtimal olunan qədim irland kombinasiyaları əsasən unudulmuşdur. Şimal-şərqi İrlandiyada Ulster Scots olaraq bilinən dil XVII-XVIII əsrlərdə Şotlandiyadan İrlandiyaya köçənlərlə bağlıdır. Şotlandiyadakı etnik qruplar Müasir Şotlandiyanın yerli xalqı beş etnik qrupdan meydana gəlmişdir. Bu qruplardan üçü Kelt dilləri qrupuna daxildir. Bunlara piktlər, qellər və bretonlar daxildir. Onlar VII əsrdən Şotlandiyada geniş yayılmağa başladılar. German dillərinə daxil olan anqlosakslar və norslar isə III əsrdən etibarən Şotlandiya sahillərində məskunlaşmışdılar. 700–1000-ci illər arasında Şotlandiyada əsasən Qel dili geniş yayılmışdı. Bu dövrdə onların ingilis və fransızca danışan qonşuları bölgəyə Scotland, yəni Qellər diyarı adını vermişdilər. Bundan başqa bölgədə german dillərinə daxil olan ingiliscə və norsca da istifadə olunurdu. 1200–1500-cü illərdə Şotlandiyanın Qallouey və Haylend bölgələri arasında qalan aşağı hissələrində gettikcə ingiliscə hakim dil olmuş və 1500-cü illərdən etibarən Şotlandiya danışılan dillərə görə ikiyə bölünmüşdür. Qel dilində danışanlara Haylenders, Şotland dilində danışanlara isə Loulenders deyilirdi. Hal hazırda gəlmələr özləri ilə başqa dillər də gətirmişdir. Şotlandiyada ingilis dili geniş şəkildə istifadə olunduğundan hal hazırda Haylenders və Loulenders anlayışları əhəmiyyətini itirməyə başlamışdır. Xarici keçidlər The Scots In New Zealand Exhibition Minisite from the Museum of New Zealand Te Papa Tongarewa "We're nearly all Celts under the skin" by Ian Johnston for The Scotsman Online Top 100 Scottish People Biographies of Famous Scots at Scottish-people.info, part of the Gazetteer for Scotland project Discover your Scottish family history at the official government resource for Scottish Genealogy Scottish Emigration Database of the University of Aberdeen
https://az.wikipedia.org/w/index.php?curid=210949
Şotlanlı
Şotlanlı (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şotlanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
https://az.wikipedia.org/w/index.php?curid=124434
Şotlanlı (Ağcabədi)
Şotlanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi vahidinin Şotlanlı kəndi Şərəfxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Toponimikası Şotlanlı oykonimini hunların varisi olan qədim türk mənşəli şot-şatı etnonimi ilə əlaqələndirən tədqiqatçılar vardır. Toponimin tərkibindəki -lan komponenti "məskən", "yurd" mənasındadır, -lı səkilçisi mənsubluq bildirir. Şotlanlı toponimini "dəvəli" yozumu ilə izah edənlər var.Bəzi tədqiqatçılar isə Şotlanlı oykonimini səhvən kürd mənşəli şotlanlı tayfasının adı ilə bağlayırlar. Onlar bunu 1828-ci ildə imzalanmış "Türkmənçay" müqaviləsindən sonra Zilanlı tayfası ilə birlikdə Cənubi Azərbaycandan gəlmiş şotlanlıların əvvəlcə Zəngəzurda yaşamaları, XIX əsrin ortalarında isə onların bir hissəsinin Cahangir xanın başçılığı ilə Qarabağa (Ağdam və Ağcabədi rayonları ərazilərinə) gələrək burada yaşamaları ilə əsaslandırırlar. Kəndin əsgəruşağı nəsli, bayramuşağılar, davudlular, şirinlilər, əliuşağılar, məcnunuşağılar, misirağlılar və başqa tayfaları vardır. Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 28 km məsafədə, düzənlik ərazidə yerləşir. Əhalisinin sayı 286 nəfərdir (01.01.2007-ci il üçün). İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və pambıqçılıq təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=53998
Şotlanlı (Ağdam)
Şotlanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd. Şotlanlı kəndi İrandan gələn kürd tayfaları tərəfindən formalaşdırılmışdır.Şotlanlı kəndinin uzun tarixi vardir. Kökü əcəmi kürdlərinə gedib çıxan Şotlanlı kəndinin əhalisi qədim zamanlarda Türkiyədən Cənubi Azərbaycana — Cənubi Azərbaycanın Sərab ərazisinə — Şəqaqi elinə gəlmişlər. (Burada yaşamış Şatiranlu oymağı Şotlanlıların kökü hesab edilir və bu adın mənşəyinin də oradan gəldiyi ehtimal olunur.) 1747 ci ildə — Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalananda bu tayfa Sərab xanlığının ərazisinə daxil olmuşdur. 1828 ci ildə — Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalına — daha dəqiq desək, Qubadlı rayonunun Zilanlı kəndinə köç etmişlər. Bir müddətdən sonra bəhs olunan Şotlanlı camaatı Agdam rayonuna Şotlanlı kəndinin əsasını qoymuşdur. İndi Şotlanlı kəndi Ağdam rayonunun inzibati ərazi vahididir. Sovet dönəmi bitənə qədər Şotlanlı kəndi Nəmirli, Umudlu (Kolanlı), Şurabad kəndləri ilə birgə Nəmirli kənd sovetliyi adlandırılmışdır. Kənddə 1 məktəb, 1 xəstəxana, 1 magaza,1klub fəaliyyət göstərmisdir. Kənddə Alban məbədi olmuş sonralar kənd sakinləri tərəfindən naməlum səbəblərə görə dağıdılmışdır.1994-cü il aprel ayının 23-ündə Şotlanlı kəndi bütun mudafiələrə baxmayaraq silahlı Erməni hərbi birləşmələri tərəfindən işğal olmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan ordusunun şücaəti nəticəsində geri qaytarılmışdır. Təsərrüfatı 1974-cü ilə qədər ən çox inkişaf edən sahə pambıqçılıq olmasına baxmayaraq,1974-cü ildən sonra Kənddə ən çox inkişaf edən sahə üzümçülük olmuşdur. Kənd hər il Ağdam şərabçılıq zavoduna tonlarla üzüm vermişdir. Burada həmçinin baramaçılıq, bostançılıq, taxılçılıq, meyvəçilik inkişaf etmişdir. Burada heyvandarlıqda inkisaf edən sahələr sırasındadır. Qarabağ müharibəsinə qədər olan statistikaya görə Şotlanlı əhalisi 279 ailə 1382 nəfərdən ibarət olmuşdur. Şotlanlı kəndinin əhalisi şiə etiqadlı müsəlmanlardan ibarət olmuşdur. Müharibədən sonra Şotlanlı Müharibədən sonra Şotlanlı kənd camaatının əksəriyyəti Bakı şəhərinə, Tərtər rayonunun İsmayılbəyli kəndinə, Ağdam rayonuna, Mingəçevir şəhərinə, Sumqayıt şəhərinə köçmüşdür və burada artıq 20 ildən çoxdur ki məskunlaşmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=124524
Şotlanlı (tayfa)
Şotlanlı (kürd. Şotlanlî) — Azərbaycanda kürddilli tayfa. Onlar Anadoludan İranın Sərab ərazisinə, yəni Şəqaqi elinə gəlmişdir. Burada yaşamış Şatiranlu oymağı şotlanlıların kökü hesab edilir və bu adın mənşəyinin də oradan gəldiyi ehtimal olunur. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalananda bu tayfa Sərab xanlığının ərazisinə daxil olub. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalına köç etmişlər. Ağdam və Ağcabədi rayonlarında eyniadlı kəndlər mövcuddur. 23 aprel 1994-cü ildə Ağdamın Şotlanlı kəndi bütun mudafiələrə baxmayaraq silahlı erməni hərbi birləşmələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun tərəfindən işğaldan azad edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=738438
Şotlanlı bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115316
Şotlu (Puldəşt)
Şotlu (fars. شطلو) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 630 nəfər yaşayır (136 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=573438
Şott
ŞəxslərValter Şott — Alman heykəltaraş. Kaspar Şott — riyaziyyatçı Otto Şott — Alman kimyaçıDigərŞott (termin) — şimal-qərbi Afrikada dibində duz qatı olan qapalı çökəklikdir. Şott gur yağışlarda şor gölə çevrilə bilir. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=135786
Şott (ərazi)
Şimal-qərbi Afrikada, dibində duz qatı olan qapalı çökəklik. Şott gur yağışlarda şor gölə çevrilir. Ən geniş Şottlar Böyük səhranın şimal-qərb sərhədi boyunda və Atlas dağlarındadır. Həmçinin bax Atlas dağları
https://az.wikipedia.org/w/index.php?curid=519631
Şotta yukkası
Şotta yukkası (lat. Yucca schottii) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Təbii yayılması Kanada, Amerikanın Arizona ştatının cənubunda qumlu torpaqlarda bitir. Botaniki təsviri Hündürlüyü 3-5 m-ə, diametri 1-3 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Budaqları düz və ya bir az əyilmışdir. Göyümtül, düz yarpaqlarının uzunluğu 0,2-0,5 m, eni 4 sm-dək olub coddur, kənarları dişciksizdir, bünövrəsində bir az daralır. Yarpağın kənarları nazik saplarla örtülmüşdür. Budaqları və çiçəksaplağı əyilmışdir. Çiçəkləri ağ olub, süpürgə çiçək qrupunda toplanmışdır. Abşeron şəraitində çiçəkləməsi iki dəfə: 1-ci çiçəkləmə aprel-may ayında, 2-ci çiçəkləmə isə avqust-sentyabr aylarında müşahidə edilir. Bol çiçəkləməsinə baxmayaraq, meyvə əmələ gətirmə tam başa çatmır. Toxumla, əsasən kök və gövdə pöhrələri ilə çoxaldılır. Bu məqsədlə gövdədə mişarla bir neçə yerdə yarıq açılır. Növbəti ildə həmin hissədən yeni cücərti əmələ gəlir. Toxumla çoxaldılmanın yazda aparılması məqsədyönlüdür. Ekologiyası Həyat müddəti 50 ilə qədərdir. İşıqsevədir, küləyə və zərərvericilərə qaqrşı davamlıdır. Kasıb torpaqlarda da yaxşı bitir. Azərbaycanda yayılması Lənkəran, Abşeron və Qobustanda mədəni şəraitdə becərilir. Yaşıllaşdırmada tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasında, müxtəlif kompozisiyaların qurulmasında genış istifadə edilir. Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=560218
Şou-biznes
Şou-biznes (ing. Show business) — əyləncə sahəsində kommersiya fəaliyyəti, əyləncə sənayesi. Aşağıdakılar "şou-biznes" sayılır : audio və video məhsullar buraxan şirkətlər; əyləncə sahəsində çalışan artist və bəzi idmançılar; maliyyə gəliri əldə etməyə üstünlük verən kino, teatr, musiqi, televiziya sahələri. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=167400
Şouşenkdən qaçış
Şouşenkdən qaçış (ing. The Shawshank Redemption) — ssenari müəllifi və rejissoru Frenk Darabont olan və baş rollarda Tim Robbins və Morqan Frimanın çəkildiyi 1994-cü il istehsalı olan ABŞ dram filmidir. Stiven Kinqin "Rita Heyvort və Şouşenkdən qaçış" romanının motivləri əsasında çəkilmiş film, günahsız olmasına baxmayaraq arvadının və onun sevgilisinin qətlinə görə ölüm hökmü almış, Şouşenk Ştat Həbsxanasında 20 il məhkumluq həyatı yaşayan bankir Endi Dyufreynin hekayəsindən bəhs edir. Həbsxanadakı dövr ərzində məhbus Ellis Boyd Red Reddinq ilə dost olan Dyufreyn həbsxana müdirinin çirkli pullarını yumasına kömək etməyə razı olduqdan sonra nəzarətçilər tərəfindən qorunmağa başlanılır. Gəlir məsələsində məyusluq olmasına rəğmən, film "Oskar" mükafatının 7 nominasiyasına namizəd olmuş, aktyor, məzmun işində və reallığı əks etdirdiyinə görə tənqidçilər tərəfindən müsbət qiymətləndirilmişdir. Kabel televiziyası, VHS, DVD və Blu-ray üzrə uğurlu olmuşdur. Amerikan Film İnstitutunun 100 il…100 film 10-cu yubiley buraxılışına daxil edilmişdir. Hal-hazırda bütün dövrlərin ən yaxşı filmlərindən biri hesab olunur. 1947-ci ildə Portlenddə, bankir Endi Dyufreyn Men ştatında yerləşən Şouşenk Dövlət Həbsxanasında arvadının və onun sevgilisinin qətlinə görə məhkumluq həyatı yaşamaqdadır. Endi, qaçaqmalçılıqla məşğul olan məhbus Ellis "Red" Reddinq ilə dost olur. Red, onun üçün daş çəkic və sonra isə Rita Heyvortun böyük posterini alıb gətirir. Həbsxana camaşırxanasında işləyən Endi, müntəzəm olaraq "Bacılar" adlı dəstə tərəfindən, bəzən də dəstənin rəhbəri Boqs tərəfindən döyülür. 1949-cu ildə, Endi həbsxana gözətçilərinin zalım kapitanı Bayron Hedlinin mirasdan pay götürmək barədə şikayətlənərkən təsadüfən onun danışdıqlarını eşidir və ona məhkəmə qaydası ilə pul götürmək üçün yardımını təklif edir. "Bacılar"ın Endinin az qala ölümünə səbəb ola biləcək hücumlarından sonra Hedli Boqsu amansızcasına döyür. Boqs, başqa həbsxanaya göndərilir və Endi bir daha hücumlara məruz qalmır. Uorden Samuel Norton, Endi ilə tanış olur və onu getdikcə yaşlanmış məhbus olan Bruks Hetlenin yanında həbsxana kitabxanasına köməkçi təyin edir. Endinin həbsxana işçilərinin maliyyə məsələlərini idarə etməyə başlaması ilə bağlı olan yeni işi onun üçün bəhanə idi. Zaman ötür, Uorden digər həbsxanalardan və öz həbsxanasından gözətçilər daxil olmaqla, insanların müxtəlif məsələlərini həll etmək üçün Endidən istifadə etməyə başlayır. Endi, pis durumda olan kitabxananı yaxşılaşdırmaq məqsədilə dövlət fondlarına hər həftə məktublar yazmağa başlayır. 1954-cü ildə, Bruks həbsxanadan buraxılır, lakin 50 illik məhkumluq həyatından sonra xarici aləmə uyğunlaşa bilmir və özünü asır. Endi, Fiqaronun toyu valı daxil olmaqla, kitabxana ianəsi alır. O, ictimai müraciət sistemində valı yerləşdirərək musiqini səsləndirir və bu da onun təkhücrəli kameraya salınmasına səbəb olur. Bundan sonra Endi, "Ümid yaxşı bir şeydir, bəlkə də ən yaxşısı. Və yaxşı şeylər əsla ölməz." fikrini irəli sürür, lakin Red bununla razılaşmır. 1963-cü ildə, Norton mənfəət əldə etmək məqsədilə, xüsusilə də rüşvət yolu ilə bunu həyata keçirmək məqsədilə ictimai işlərdə məhbusların istismarını həyata keçirir. O, Endinin Rendall Stefens ləqəbindən istifadə etməklə çirkli pulların yuyulmasını həyata keçirməyə vadar edir. 1965-ci ildə, Tommi Vilyams oğurluq etdiyinə görə həbsxanaya salınır. O, Endi və Redin dostlarının çevrəsinə qoşulur və Endi ona Ü. T. İ. imtahanından keçmək üçün kömək edir. 1966-cı ildə, Tommi Redə və Endiyə başqa bir həbsxanada məhbusun Endinin günahsız olmasına rəğmən məhkumluq həyatı yaşamasına səbəb olan qətli törətməklə bağlı etirafını danışır. Endi, bu məlumatı aldıqdan sonra Nortonun yanına gedir, lakin o bunu dinləməyi rədd edir və Endi onu çirkli pulların yuyulması ilə bağlı təhdid etdiyinə görə yenidən təkhücrəli kameraya salınır. Sonra Norton, qaçmağa cəhd yalanı altında Tomminin qətlini kapitan Hedli vasitəsilə həyata keçirir. Endi, çirkli pulların yuyulmasını həyata keçirməkdən boyun qaçırır, lakin Nortonun kitabxananı yandırmaqla bağlı təhdidindən sonra qərarından dönür, Endinin gözətçilər tərəfindən mühafizəsi ləğv olunur və o daha pis şərtlərlə kameradan çıxarılır. Endi, 2 aydan sonra həmin kameradan buraxılır və Redə Meksikanın sahilyanı bölgəsində yerləşən Siuatanexo şəhərində yaşamaqla bağlı arzusunu danışır. Red, Endinin realist olmadığını düşünür, lakin həbsxanadan çıxacağı təqdirdə Men ştatında yerləşən Bakston yaxınlığında Endinin torpağa basdırdığı bağlamanı tapacağına söz verir. Red, Endinin başqa məhbusdan 6 futluq kəndir tapmasını xahiş etdiyini öyrənəndə xüsusilə narahat olur. Növbəti gün, məhbuslar gözətçilər tərəfindən adbaad çağırılarkən Endinin kamerasının boş olduğu üzə çıxır. Hirsli Norton, divarda asılmış Rakel Uelçin posterinə daş atır və daş posterin ortadan cırılmasına səbəb olur. Sonra Norton, təxminən 17 il ərzində Endinin daş çəkiclə tunel qazdığını anlayır. Endi, tunel qazdığını illər öncə Reddən aldığı ulduzların posterləri ilə gizlətmişdi. Əvvəlki gecə, Endi tunel ilə qaçır və həbsxananın kanalizasiya borusundan istifadə etməklə azadlığa qovuşur. O, özü ilə Nortonun kostyumunu, ayaqqabılarını və rüşvətlə bağlı təfsilatların yer aldığı kitabçanı götürür. Növbəti səhər, gözətçilər onu axtaranda Endi özünü Rendall Stefens kimi tanıdaraq yuyulmuş pulları geri qaytarmaq üçün bir sıra banklara baş çəkir. Sonda, o korrupsiya dəlili olan kitabçanı və Şouşenkdə baş vermiş qətllər ilə bağlı məlumatları yerli qəzetlərə poçtla göndərir. Polis, Şouşenkə gəlir və kapitan Hedlini həbs edir, lakin Norton həbs olunmamaq üçün intihar edir. 40 illik məhkumluq həyatından sonra Red, azadlığa çıxır. O, həbsxanadan kənardakı həyata uyğunlaşmaq uğrunda mübarizə aparır və heç vaxt qorxmur. Endiyə söz verdiyini xatırlayan Red, Bakstona baş çəkir, pul və Siuatanexoya gəlməsi ilə bağlı Endinin xahişindən ibarət məktubun olduğu gizli yeri tapır. Red, Meksika sərhədini keçmək məqsədilə Texas ştatında yerləşən Fort Henkok şəhərinə səfər edir və sonda istəyinə nail olur. Siuatanexodakı çimərlikdə o, Endini tapır və 2 dost bir-birinə qovuşur. Tim Robbins — Endi Dyufreyn. Bu rolu oynamaq üçün Kevin Kostner, Tom Henks və Bred Pitt kimi aktyorlara təkliflər edilmişdi, lakin müvafiq olaraq Su dünyası, Forrest Qamp və Vampir ilə müsahibə filmlərinə çəkilməklə bağlı qərar verdiklərinə görə təklifi qəbul etməmişdilər. Morqan Friman — Ellis Boyd "Red" Reddinq, Endinin ən yaxşı dostu və filmin mətnini oxuyan; 1927-ci ildə qətlə görə həbs olunmuşdu. Frimandan əvvəl, rolu oynamaq üçün Klint İstvud, Harrison Ford, Pol Nyuman və Robert Redford kimi aktyorlara təkliflər edildi. Romanda irlandiyalı saçları ağarmaqda olan qırmızı saçlı bir kişidən bəhs edilməsinə baxmayaraq, Darabont rolu Frimana etibar edir. O, Red roluna başqa heç kəsi uyğun görə bilmirdi. Endi, Redin ləqəbi ilə əlaqədar sual verəndə onun istehzayana "Ola bilsin ki, irland olduğuma görədir." cavabı çəkiliş heyətinin qərarına əsasən edilmiş jest idi. Friman hətta bir dəfə müsahibəsində Rita Heyvort və Şouşenkdən qaçış romanını sevimli əsəri kimi qeyd etmişdir. Bob Qanton — Uorden Samuel Norton. O, özünü mömin xristian və islahatçı müdir kimi təqdim edərək yeni məhbuslara İncili oxumağı təklif etsə də, onun etdiyi hərəkətlər rüşvətxor, qəddar və vicdansız olduğunu üzə çıxarır. Uilyam Sedler — Heyvud. Uzun müddətə həbs edilmiş və Redin çevrəsində olan məhbusdur. Klensi Braun — Kapitan Bayron Hedli. O, gözətçilərin başçısıdır. Hedli, heç nəyi fikirləşmədən məhbusları döyən qəddar gözətçidir. Rolu oynamaq üçün Brauna real həyatdakı kimi gözətçini canlandırmaq təklifi edildi və bunu qəbul etmədi, çünki o çoxlu tənqidlərlə üzləşəcəyindən ehtiyatlanırdı. Qil Bellouz — Tommi Vilyams. O, qaldığı əvvəlki həbsxanada Endinin günahsızlığını üzə çıxarmaqda vacib olan faktları bilən gənc məhbusdur. Mark Rolston — Boqs Daymond. O, hər zaman Endiyə hücum edərək onu döyən və "Bacılar" dəstəsinin başçısıdır. Ceyms Uitmor — Bruks Hetlen. O, həbsxana kitabxanaçısı və Şouşenkdə ən yaşlı məhbuslardan biridir. 1905-ci ildən bəri məhkumluq həyatı yaşayan Bruks azadlığa çıxsa da, həbsxanadan kənar həyata uyğunlaşa bilmir və özünü asır. Uitmor, Frenk Darabontun sevimli aktyorlarından biri olduğu üçün bu rola onu uyğun görmüşdü. Ceffri Demann — Endinin məhkəməsində onu cinayət törətməkdə ittiham edən vəkil. Filmin orijinal təhlili Hollivudun ən məhsuldar illərindən biri şübhəsiz, 1994-cü il idi. Məhz bu ildə çəkilmiş Leon, Kriminal qiraət, Maska, Forrest Qamp, Payızın əfsanələri kimi filmlərlə yanaşı bir çoxlarına görə bu şedevrlərdən daha yaxşı olan Şouşenkdən qaçış filmi illərdir ki, IMDb ən yaxşı filmlər siyahısında 1-ci yerdədir.Əvvəla film, bəlkə də tarixdə layiq olduğundan ən aşağı dəyəri alan filmdir. 7 nominasiyada Oskar mükafatına namizəd oldu, amma Forrest Qampın hegemoniyası heç bir Oskarı almağa imkan vermədi. 25 milyon dollara çəkilmiş film, ilk ayında sadəcə 18 milyon dollar gəlir gətirdi və heç bir film şirkətinin borcu tam ödənə bilmədi. Bununla belə kaset dükanlarının ən dəyərli və tapılması çətin filmi oldu. Dəyəri gec başa düşülən film, 1995-ci ildə ən çox alınan kaset oldu. Filmin rejissoru, məşhur Yaşıl mil və Duman filmlərinin də rejissoru olan Frenk Darabont idi. Baş rolları Tim Robbins (Endi) və Morqan Friman (Red) ifa edir. Ssenarisi isə məşhur amerikalı yazıçı, məntiqə yer verdiyi yeganə əsəri bu roman olan Stiven Kinqdir. Kinq, filmin müəlliflik hüquqlarını cəmi 5 min dollara satmışdı. Film çəkildikdən sonra isə həmin pulu çərçivəyə aldırıb Darabonta yollayır. Film, baş qəhrəman Endinin məhkəməsi ilə başlayır. O, arvadını və bir qolf oyunçusunu ona xəyanət etdiklərinə görə öldürməklə ittiham olunurdu. Həqiqətən də, həmin gecə o orada idi. Maşın səhnəsində əsən əlləri yadınıza salın. O əllər əslində Darabontun idi. Dəfələrlə çəkilsə də, Darabont həmin səhnəni bəyənmir və sonda öz əllərini çəkir. Daha sonra biz Redlə tanış oluruq. Əsərin orijinalında Red, irlandiyalı saçları ağarmaqda olan qırmızı saçlı bir kişi idi, amma Darabont, səs tembri və ağır baxışlarına görə bu rolu məhz Friman üçün düşündüyünü demişdi. Buna baxmayaraq Red rolu, əvvəl başqa aktyorlara təklif edilmişdi. Klint İstvud, Harrison Ford kimi aktyorlar roldan imtina etmişdilər. Qeyd edək ki, filmin ilk versiyası olan Alkatrazdan qaçış filmində də baş rolu İstvud oynayırdı. İlk səhnələrdə biz ABŞ-dəki həbs sistemində ömürlük həbs olunmuşların hər 10 ildən bir müsahibəyə dəvət olunması qaydası ilə tanış oluruq. Əgər müsahibə qənaətbəxş hesab edilsə, məhkum azadlığa buraxılırdı. Red, müsahibələrdə həmişə eyni sözləri deyib rədd edilirdi. Elə bu səhnələrdə gördüyümüz Redin qeydiyyat kağızında bir şəkil var idi. Bu şəkil Frimanın deyil, onun oğlu Alfonso Frimanın idi. Alfonso Friman, eyni zamanda həbsxanaya gizli əşyalar ötürən qaradərili oğlan rolunda da oynayır. Tom Henks, Kevin Kostner, Conni Depp, Tom Kruz, Nikolas Keyc kimi zirvədəki simalar, Andy rolu üçün düşünülənlər idi. Bu rola ən yaxın olan Kostner, hətta müqavilə də imzalamışdı, amma sonradan anlaşılmazlıqlar olur və aktyor roldan imtina edir. Film çəkildikdən sonra isə Kostner müsahibəsində çəkilmədiyi üçün peşman olduğunu səmimiyyətlə deyir. Endini həbsxanaya gətirən avtobus yolda xarab olur. Darabont, məhz həmin avtobusu istədiyinə görə avtobus dəyişdirilmir və çəkiliş heyəti maşını itələməklə lazım olan yerə gətirir. Redlə Endinin ilk söhbət etdiyi səhnədə Red beyzbol oynayırdı. Həyatda yaxşı oyunçu olan Friman topları yaxşı vururdu, amma digər aktyor qaytara bilmirdi. Beləcə həmin səhnə nə az nə çox 9 saata çəkilir. Friman, yüzlərlə top atır və növbəti gün çəkilişə qolu sarğıda gəlir. Elə həmin səhnədə Red, adının belə olmasını irlandiyalı olması ilə əlaqələndirir. Təbii ki, irlandiyalı qaradərili yoxdur, bu sadəcə romana işarə idi. Darabont, filmin çəkilişləri günlərində hər bazar günü Martin Skorsezenin məşhur Yoldaşlar filminə baxdığını söyləmişdi. Narrator səslərindəki oxşarlıq bu motivlə əlaqələnir. Bəzi səhnələrdə məhkum rolundakı aktyorlar qışqırmalı idi, amma səs az çıxırdı. Buna görə də həmin səhnələrdə gözətçilər də qışqırırdı. Əgər diqqətlə baxsaz, qışqırıq səhnələrində də nəzarətçilərin görünmədiyini görərsiz. Beləcə illər keçir. Endi, soyuqqanlılığı və işinin ustası olmağıyla həbsxana daxilində hörmətini artırır. Səhnələrin birində nəzarətçiyə kömək edən Endi, qarşılığında pivə istəyir. Pivə içilən səhnədə gözətçilər də pivənin dadına baxırdı. Bu isə o dövrkü ABŞ qanunvericiliyinə zidd idi. Bu məqamı xırda səhv kimi qeyd etmək olar. Endi, həbsxana müdirinin gözündə də yüksəlir. Bu məqamların birində müdir, filmin ən təsirli sözünü deyir: "Qurtuluş İncilin içindədir". Cümləni mənalı edən Endinin qaçmaq üçün istifadə etdiyi çəkici İncilin içində saxlaması idi. Filmin afişasında isə belə yazılırdı: "Qorxduğun müddətcə əsir, ümid etdiyin müddətcə azadsan." Filmlə romanın əsas fərqi isə sonradan türməyə gələn gənc oğlanla bağlıdır. Romanda əsas personajlardan olan gənc filmdə elə də diqqət çəkmir. Endi, illər boyu divarda tunel açır və qaçır. Qaçış səhnəsində o, kanalizasiya xəttindən çıxmışdı. Gördüyünüz o iyrənc mənzərələr sadəcə şokoladdır. Eyni zamanda həmin tunel əslində həbsxanadan çıxmırdı, tamam başqa bir yerdə idi. Film çəkilən yer isə əslində həbsxana deyildi, qədim otel idi. Hal-hazırda isə muzey kimi fəaliyyət göstərir. Film, Men ştatında çəkilməsinə rəğmən, Ohayo ştatının Mensfild şəhərində yerləşən Ohayo Dövlət İslah Koloniyası Şouşenk Həbsxanası kimi xidmət göstərmişdir. Həbsxananın böyük bir hissəsinin çəkilişdən sonra dağılmasına baxmayaraq, əsas inzibati bina və 2 kamera bloku salamat qalmışdı. Eyni zamanda, həmin yer Prezidentin təyyarəsi filminin çəkilişləri üçün istifadə edilmişdi. Xüsusi həbsxana obyektlərinin interyer çəkilişlərinin bir neçəsi, eləcə də qəbul otaqlarının və müdir otağının çəkiliş prosesi İslah Koloniyasında aparılmışdı. Bruks və Red tərəfindən istifadə olunmuş otaqların interyeri, inzibati binada yerləşirdi. Həbsxana ərazisi, turist cəlb ediciliyi ilə seçilən yerdir. Həbsxana kameralarındakı daxili səhnələr, Uestinqhaus fabrikinin yaxınlığında qurulmuş səsyazma studiyasında çəkilib. Şəhər mərkəzindəki səhnələr də Mensfilddə, eləcə də Aşlenddə lentə alınıb. Endinin Redə ünvanladığı məktubun palıd ağacı altında torpağa basdırıldığı yer, Ohayo ştatının Lukas şəhərində yerləşən Malabar Dövlət Təsərrüfat Parkı yaxınlığındadır. Ağac, 2011-ci ilin 29 iyulunda fırtına zamanı düz xətt boyunca əsən külək ucbatından ciddi formada zərər görmüşdür. Rəsmilər, ağacın əvvəlki durumuna dönəcəyini əmin deyildilər. Halbuki, meşə təsərrüfatı təşkilatları tərəfindən aparılan təftişlərlə ağac əvvəlki vəziyyətinə dönür.Filmin son dəqiqələrində Meksikanın Siuatanexo şəhərini təsvir edən çimərlik səhnələri, ABŞ Virgin adalarından birində Santa–Krus adasında Karib dənizi sahillərində çəkilmişdir. Siuatanexodakı çimərlik, adanın cənub-qərbində yerləşən Frederikstedin cənubunda Sandi–Poynt sığınacağındadır. Sığınacaq, dəniz tısbağalarının məskən saldığı yerdir və ancaq məhdud vaxtlarda açıq olsa da (Şənbə və Bazar günləri saat 10:00-dan 16:00-a qədər), çoxalma dövrlərində bu baş vermir.Film vasitəsilə məşhurlaşan Siuatanexodakı çimərlik, bu yaxınlarda suyun getdikcə çirklənməsinə görə ictimaiyyətə bağlı elan edilmişdir.Film, Darabontun yaxın dostu və agenti Allen Qrinə həsr olunmuşdur. Qrin, filmin təqdimatı keçirilməmişdən qısa müddət əvvəl QİÇS–dən vəfat edib.
https://az.wikipedia.org/w/index.php?curid=53588
Şouşenkdən qaçış (film, 1994)

https://az.wikipedia.org/w/index.php?curid=807394
Şova (Antarktika stansiyası)
Şova (yap. 昭和基地) — Yaponiyanın Antarktida ərazisində il boyu fəaliyyət göstərən qütb stansiyası. Stansiya açıldıqdan bu günə qədər Meteoroloji müşahidələr aparılır. Stansiyada orta illik temperatur -10°S təşkil edir. Burada həmcinin Geofizika, bioloji, qlyasioloji və okeanoloji araşdırmalar aparılır Stansiya 1957 ildə Kraliça Mod Torpağı ərazisində Kosmonavtlar dənizində yerləşən İst-onqul adasında yerləşir. 1966-cı ildən stansiya il boyu fəaliyyət göstərirStansiya öz adını Yaponiya imperatoru Hirohitonun hakimiyyəti illərində Şova dövrünün şərəfinə adlandlrmışdır. Həmçinin bax Dome Fuci (Antarktika stansiyası)
https://az.wikipedia.org/w/index.php?curid=434161
Şova Memorial Parkı
Şova Memorial Milli Hökumət Parkı (国営昭和記念公園, Kokuei Shōwa Kinen Kōen) – Yaponiyanın Akişima və Taçikava şəhərlərində yerləşən milli hökumət parkı. Parka giriş pulludur (böyüklər üçün 410 yen). Ərazi əvvəlcə Yaponiya hökuməti tərəfindən aviabaza (Taçikava aerodromu) kimi istifadə olunub, İkinci dünya müharibəsindən sonra ABŞ ordusunun nəzarəti altına keçib. 1977-ci ildə Yaponiya hökumətinə qaytarılıb. Ərazinin bir hissəsi hələ də Yaponiya Quru Özünümüdafiə Qüvvələri tərəfindən istifadə olunur, bir hissəsi isə 1983-cü ildə imperatorun qızıl yubileyi münasibətilə xatirə parkına çevrilmişdir. Burada İmperator Şovaya həsr olunmuş kiçik muzey var.Parkda velosiped kirayələmək mümkündür və istifadə olan velosiped zolağının uzunluğu 11 km təşkil edir. Parkda barbekyu bölgəsi də mövcuddur. Dekabr ayında Miladla əlaqədar olaraq park xüsusi işıqlandırmaya keçir. Parka Ome xətti üzərində yerləşən Nişi-Taçikava stansiyası vasitəsilə və ya Taçikava stansiyası ilə Musaşi-Sunaqava stansiyalarında düşüb 15-20 dəqiqə piyada getməklə çatmaq mümkündür. Xarici keçidlər Vikianbarda Şova Memorial Parkı ilə əlaqəli mediafayllar var.
https://az.wikipedia.org/w/index.php?curid=527486
Şova Retro Qablaşdırma Muzeyi
Şova Retro Qablaşdırma Muzeyi (昭和レトロ商品博物館, Şova Retoro Şohin Hakubutsukan) – Yaponiyanın Ome şəhərində yerləşən muzey. Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarına həsr olunmuşdur. Muzey 1999-cu ildə Ome şəhərində açılmışdır. Muzeyin yerləşdiyi bina 1920-ci illərin əvvəlində mebel dükkanı kimi tikilmişdir və tarixi tikili hesab olunur. Xüsusiyyətlər Muzey Yaponiyada 1926–1989-cu illərdə davam etmiş Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarının kolleksiyasına ev sahibliyi edir. Yerli şəxslərin də töhfə verdikləri muzey kolleksiyasına "Yeddi samuray" və "Tokio hekayəsi" kimi filmlərin posterləri, dərman reklamları, şirniyyat qablaşdırmaları, Coca-Cola məhsulları, Qodzilla və Ultramen kimi personajların kaycu fiqurları daxildir.Şova dövrünün retro məhsulları kolleksiyası ilə yanaşı muzeydə folklor haqqında sərgi yerləşir. Bu sərgi Lefkadio Hern tərəfindən populyarlaşdırılmış "Qar qadını" adlı hekayəyə həsr olunmuşdur. Belə ki, Lefkadio Hern bu hekayəni Omedə yaşayan bir fermerdən eşitmişdir. Xarici keçidlər Ome şəhərinin görməli yerləri
https://az.wikipedia.org/w/index.php?curid=819119
Şove mağarası
Şove mağarası Cənubi Fransada yerləşir və təsadüfən 18 dekabr 1994-cü ildə kəşf edilmişdir. Karbon testləri nəticəsində məlum olmuşdur ki, dünyada tapılan ən qədim rəsmlər bu mağarada yerləşir. Mağarada mağara ayısı, mamont və tüklü kərgədan kimi nəsli kəsilmiş canlıların kəllə sümükləri tapılmışdır. 2014-cü ildə UNESCO tərəfindən Dünya Mirası Siyahısına daxil edilmişdir. Fransanın cənubunda Ardeş çayının vadisində qayaüstü rəsmlərlə zəngin olan Şove mağarası yerləşir. Mağara 1994-cü ildə üç speleoloq tərəfindən kəşf edilib. Onlardan birinin soy adı məhz Şovedir. 2014-cü ildən ümumidünya irs siyahısına daxil edilmişdir. Mağarada yerləşən zalların və qalereyaların ümumi uzunluğu 800 metr, hündürlüyü isə 18 metr təşkil edir. Mağarada 435 müxtəlif heyvanların təsviri aşkar edilib. Mütəxəssislərin fikrincə ən qədim rəsmlərin yaşı təxminən 36 min ildir. Şove mağarısının buz dövründən bəri tədric olunması səbəbindən qayaüstü rəsmlər gözəl vəziyyətdə bu günə kimi saxlanılıb. Mağara ziyarət üçün bağlıdır. Bu abidənin qorunması üçün edilmişdir. 2015-ci ildən etibarən Şove mağarasının surəti fəaliyyətə başlamış və turistlər üçün açıq elan edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=687459
Şovidə torpaq sürüşməsi
Şovidə torpaq sürüşməsi (gürc. შოვის ტრაგედია) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən olan Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində yerləşən Şovi kurort qəsəbəsində 2023-cü ilin 3 avqust tarixində, yerli vaxtla saat 16:00-da baş vemriş torpaq sürüşməsi. Kurort qəsəbəsində insanların çox olduğu vaxtda baş verən sürüşmə nəticəsində 33 nəfər həlak olub. Həlak olanlar arasında 18 yaşlı Samirə İsayeva adlı Gürcüstan azərbaycanlısı, Davit Beriaşvili, Giorgi Qoqinaşvili, Ukrayna vətəndaşı Alina Polikovskasiya və Rusiya vətəndaşı Kseniya Triçeva da var. Torpaq sürüşməsinin Şovi qəsəbəsinin şimal hissəsində yerləşən Sunset Shovi otel kompleksinin ərazisinsdən başladığı bildirilir. 2023-cü ilin 3 avqust tarixində baş vermiş torpaq sürüşməsi nəticəsində ümumilikdə 12 vətəndaşın meyitinin şəxsiyyəti müəyyən edilib. Hazırda 17 nəfər itkin düşmüş hesab olunur. Şovidə xilasetmə əməliyyatında 400 xilasedici və 200 hərbçi iştirak edir. Sərhəd polisinin helikopterləri və xüsusi texnikası cəlb olunub. Avqustun 4-də Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze bildirib ki, xilasedicilər sürüşmə zonasında olan 50-yə yaxın insanla əlaqə yarada bilməyiblər. Şovi müalicəvi kurort ərazisi dəniz səviyyəsindən 1,5 min metr yüksəklikdə yerləşir. Baş vermiş torpaq sürüşməsi nəticədə körpülər dağılıb, Şovinin girişindəki yola ziyan dəyib. Xilasedicilər fəlakət zonasından ən azı 210 nəfəri təxliyə ediblər. Gürcüstanda avqustun 7-si matəm günü elan edilib. Gürcüstan prezidenti Salome Zurabişvili torpaq sürüşməsi nəticəsində ölənlərin yaxınlarına zəng edərək başsağlığı verib. Gürcüstan prezidenti bütün xalqı, böyük fəlakətdən zərər görən insanlar ətrafında birləşməyə və çətin dövründə onlara dəstək olmağa çağırıb. Reaksiyalar Gürcüstan Gürcüstan prezidenti Salome Zurabişvili torpaq sürüşməsi nəticəsində ölənlərin yaxınlarına zəng edərək başsağlığı verib. Gürcüstan prezidenti bütün xalqı, böyük fəlakətdən zərər görən insanlar ətrafında birləşməyə və çətin dövründə onlara dəstək olmağa çağırıb. Hökumətin iclasında Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb. Hollandiya Xarici İşlər Nazirliyi baş verən sürüşmə nəticəsində həlak olanlara bağlı başsağlığı verib. Nazirliyinin 8 avqust tarixli bəyanatında sürüşmə nəticəsində zərər çəkənlərə ürəkdən başsalığı verilir və ümüd edilir ki, davam edən axtarış-xilasetmə əməliyyatı nəticəsində itkin düşənləri təhlükəsiz şəkildə tapmaq mümkün olacaq. İsrail Xarici İşlər Nazirliyi baş vermiş torpaq sürüşməsi ilə əlaqədar gürcü xalqı ilə həmrəy olduğumuzu bildirib və dərin hüznlə başsalığı verib. Macarıstan Prezidenti Katalin Novak baş verən sürüşmə nəticəsində həlak olanlara görə Salome Zurabişviliyə və gürcü xalqına başsağlığı verib. Serbiyanın Xarici İşlər Nazirliyi baş verən sürüşmə nəticəsində həlak olanlara görə Salome Zurabişviliyə və gürcü xalqına başsağlığı verib. Ukraynanın Xarici İşlər Nazirliyi baş verən sürüşmə nəticəsində həlak olanlara görə Salome Zurabişviliyə və gürcü xalqına başsağlığı verib. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Şovidə avqustun 3-də baş vermiş təbii fəlakətlə bağlı məyusluğunu ifadə edib və gürcü xalqına başsağlığı verib.
https://az.wikipedia.org/w/index.php?curid=806507
Şovinizm
Şovinizm (fr. chauvinisme) — millətçiliyin ifrat, mürtəce formalarından biri. Başqa millət və xalqlara nifrət və ədavəti qızışdırmağa yönəlmişdir. Şovinizm siyasəti "ikinci dərəcəli" millət və irqlər üzərində hökmranlıq etməli bir millətin milli müstəsnalığını təbliğ edir. Şovinizm termini 1831-ci ildə Fransada yazılmış komediyalardan birinin qəhrəmanı - Napoleonun işğalçılıq siyasətinin pərəstişkarı Nikola Şovenin adından yaranmışdır. Şovinizm sözü ilə millətçilik eksterminizmin müxtəlif təzahürlərini ifadə edirlər. XIX əsrin 70-ci illərində Böyük Britaniyada Şovinizm xüsusi ad - cinqoizm adını almışdır. Şovinizmin digər təzahürləri sosial-şovinizm, hakim millətçilik şovinizmidir.
https://az.wikipedia.org/w/index.php?curid=160676
Şoviss ilan soğanı
Hündürlüyü 10-15 (20) sm olan, bitkidir.Soğanağı yumurtaşəkilli olub, tünd-boz rəngli qını vardır. Yarpaqları ensiz xətvaridir, asılı haldadır, üst tərəfdən novşəkillidir və gövdədən uzundur. Salxımı sıxdır, uzunsovyumurtaşəkillidir,uzunluğu 4 sm-ə qədərdir.Çiçək saplağı çiçəklərdən qısadır. Çiçək yanlığı yumurtaşəkilli-bardağaoxşar olub,uzunluğu 5 mm-ə qədərdir, açıq-göy, mavi,nadir hallarda ağımtıl rəngdədir;çiçəkyanlığının dişcikləri dəyirmi-üçbucaqlıdır,bükülmüşdür və ağ rəngdədir. Bar verməyən çiçəkləri çoxsaylı deyidir, bar verənlərə nisbətən daha açıq çalarlıdır. Çiçəkləməsi (Aprel) May-İyun Azərbaycanda yayılması BQ (Quba),BQ şərq, KQ şimal, KQ mərkəzi, KQ cənub,Nax. dağ., Nax. düz. Aşağı dağ qurşağından, orta dağ qurşağına qədər. Yaşayış mühiti Otlu yamaclarda,kolluqlarda, meşə kənarında, qayalı-çınqıllı və əhəngli yerlərdə, dağ-bozqır yamaclarda rast gəlinir. Həmçinin bağlarda alaq kimi rast gəlinir.
https://az.wikipedia.org/w/index.php?curid=491131
Şovits yovşanı
Şovits yovşanı (lat. Artemisia szowitziana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Təbii yayılması Qafqazda, Orta Asiyada çay kənarlarında, səhralarda, meşələrdə təbii halda bitir. Botaniki təsviri Gövdəsi 50–60 sm və ya daha hündürdür. Aşağı yarpaqları müəyyən hissəsi üçər lələkvari parçalanan, bəziləri lələkvari, digərləri isə ikiqat lələkvari parçalanandır. Çiçəklər barverəndir. Örtük yarpaqlar 3–7 ədəd üst-üstə oturan sərt yarpaqlardan təşkil olunmuşdur. Qıraq yarpaqlar bir qədər orta yarpaqlardan kiçikdirlər. Hamaş çiçəyi eyni olub, budaqları əyilən, piramidavari, süpürgəlidir. Aşağı yarpaqları çox vaxt 10 sm uzunluğunda, uc payları xətvari 5–10 sm uzunluğunda, yastıdırlar. Çiçək qrupu süpürgəvaridir. Səbətcikləri dar silindrik, aşağı yarpaqlar 3–4 sm uzunluğundadır. Sentyabr-oktyabr aylarında çiçəkləyir, noyabrda meyvə verir. Ekologiyası Çay kənarlarında, quru dərələrdə, duzlu torpaqlarda bitir. Quraqlığa, istiyə davamlıdır. Azərbaycanda yayılması Abşeronda, Kür-Araz ovalığında təbii halda yayılmışdır. Tərkibində efir yağı vardır ki, ondan ətriyyatda və dərman vasitəsi kimi istifadəsi məqsədyönlüdür.
https://az.wikipedia.org/w/index.php?curid=560217