!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Şliffen planı
Şliffen planı — Almaniya imperiyası tərəfinən hazırlanmışdır. 1905-ci ildə "ildırımsürətli" müharibə planı hazırlandı.Bu Alfred fon Şliffen rəhbərliyi ilə Fransa və Rusiya ilə müharibəni nəzərdə tutan plan idi.Plana görə müharibə iki cəbhədə aparılmalı idi.
https://az.wikipedia.org/w/index.php?curid=612675
Şlis birləşməsi
Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər. Dişlərinin profilinin formasından asılı olaraq şlislər: düzbucaq profilli; evolvent profilli; üçbucaq profilli.olurlar. Hazırlanması Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır. Mərkəzləşdirilməsi Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir: yan səthinə görə; daxili diametrinə görə; xarici diametrinə görə. Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh. Həmçinin bax Maşın hissələri İşgil birləşməsi
https://az.wikipedia.org/w/index.php?curid=201714
Şlomo Avineri
Şlomo Avineri (30 avqust 1933 – 1 dekabr 2023, İsrail) yəhudi əsilli politoloqdur. Hazırda Siyasi elmlər üzrə Yerusəlimdə Yəhudi Universitetinin professoru. O həmçinin Budapeştdə Mərkəzi Avropa Universitetində də dərs deyirdi. Həmçinin bax Mərkəzi Avropa Universiteti
https://az.wikipedia.org/w/index.php?curid=215868
Şlyapa
Şlyapa və ya börk — Fetrdən, plüşdən, həsirdən hazırlanan baş geyimi. Baş örtüklərinin özünəməxsusluğu ondadır ki, onlar sadə saç düzümünü çox yaxşı tamamlayır. Şlyapalar - qadınlarda yuxarıdan aşağıya tökülmüş, hörülmüş, tiftik, yığılmış saçlarla da çox ahəngdarlıq təşkil edir və qadını çox yaraşıqlı göstərir. Baş örtüklərinin kökü ibtidai icma dövrünə gedib çıxır. Həmin zamanlar insanlar küləkdən, yağışdan, günəşdən özlərini qorumaq üçün baş örtüklərindən istifadə etmişlər.Əsrlər, minilliklər ötdükcə baş örtükləri də müxtəlif formalara salınmışdır. Zaman keçdikcə baş örtükləri təkcə saçları qorumaq üçün deyil, gözəllik, yaraşıq aksessuarları kimi istifadə olunmağa başladı. Qadınlar kişilərə nisbətən daha gec şlyapalardan istifadə etməyə başlamışlar. Zərif cinsin nümayəndələri uzun müddət baş örtüyünü qadın geyiminin ayrılmaz bir hissəsi hesab etmişlər. Qadınlar baş örtükləri ilə bərabər, duvaqdan da (qadın şlyapasına bənd edilən kiçik tül) istifadə etmişlər. Müəyyən dövrlərdə baş örtükləri sosial stasus göstəricisi kimi də istifadə olunurdu. Baş örtüklərindən hərbiçilər və kilsə xadimləri istifadə edirdilər. XVIII əsrin əvvəlində üçkünc şlyapalar kişilərin ən sevimli aksessuarı idi. Əsrin qadınları uzun saçlar saxlayar, başlarına isə daş-qaşlarla (mirvarilərlə), lələklərlə bəzədilmiş dəyirmi iri şlyapalar qoyardılar. XX əsr 60-cı illərin əvvəlində Jaklin Kennedi də bu cür şlyapalar taxmağı çox sevərmiş. XIX əsrin əvvəllərindən isə enli və hündür şlyapalar dəbə düşür. Bu cür şlyapaları yüksək sosial statusa malik olanlar taxırdılar.Əsasən də, dövlət qulluqçuları, polislər, məmurlar, bəzi hallarda ticarətçilər taxırdılar. Kasıblar da başörtüksüz keçinmirdilər. Kasıb təbəqəyə məxsus kişilər – kepkalardan, qadınlar isə yaylıqlardan istifadə edirdilər. XIX əsrin sonlarından başlayaraq “kotelok” (təpəsi yumru şlyapa) şlyapalar dəbə düşmüşdür. Uzun illər dünya əhalisinin yarısından çoxu samandan toxunmuş, iri dairəvi şlyapalardan, - sanbrerolardan istifadə etmişdir. Samandan toxunmuş bu cür şlyapalar insanları günəşdən çox yaxşı qoruyurdu. Samandan toxunma şlyapanın kökü çox qədimə gedir. Bu cür şlyapanın çoxluğu onun hazırlanmasında istifadə olunan materialın bolluğundan irəli gəlirdi. Hər bir əsrdə yeni baş örtükləri dəbə gəldiyi kimi, XX əsrin başlaması da yeni dəbli baş örtüklərilə yadda qaldı. XX əsrin əvvəlləri baş örtülərinin inqilab dövrü oldu. Xırda, dəyirmi şlyapalar dəbə düşdü. Londonda, Parisdə, Nyu–Yorkda qadınların gur saçlarını kiçik qara rəngli şlyapalar bəzəyirdi. Bu şlyapalar bir az alına tərəf çəkilmiş vəziyyətdə, gödək vuallarla taxılırdı. 1904-cü ildən başlayaraq digər bir şlyapa forması dəbə düşdü. Şlyapalar əvvəlkilərə nisbətən bir az enli və iri tikilməyə başlandı. 1910-cu ildən başlayaraq isə şlyapalar enli lentlərlə, süni güllərlə və lələklərlə bəzədildi. Müntəzəm olaraq miniatür şlyapalar daha çox taxılırdı. Bu cür şlyapalar boyun tərəfə çəkilmiş halda taxılırdı. XX əsrin 20-ci illərində istər gənc, istərsə də yaşlı qadınlar zəng formalı şlyapalar taxmağa başladılar. Həmin vaxtlar bu cür şlyapalar çox tez dəbə düşdü. Çünki bu cür şlyapalar istənilən saç düzümü ilə uyğunluq təşkil edirdi və qadınları çox yaraşıqlı göstərirdi. Qadınlar bu şlyapanı düz qaşların üstünəcən taxırdılar. Həmin dövrlərdə digər formalı; beret, əmmamə, saman şlyapalardan da istifadə olunurdu. XX əsrin 30-cu illərində “yaraşıqlı qadın” obrazının əsas atributlarından biri kəsilmiş və sığallı saçlar idi. Belə saçlar qadınları çox cazibədar və xoşagələn edirdi. Həmin zamanlar qadınlar kostyum geyər və kişi şlyapalarına bənzər şlyapalar taxardılar. XX əsrin 30-cu illərinin sonlarında şlyapa taxan qadınlar minimuma endi və çox az hallarda şlyapa taxan qadına rast gəlinirdi. II Dünya müharıbəsi hər sahədə dəbin inkişafına mənfi təsir göstərdi. Materialların çatışmazlığı baş örtüklərinin müxtəlif materiallardan hazırlanmasına gətirib çıxardı. Məsələn: lentlərdən, süni liflərdən, süni saplardan, kağızdan, qəzet parçalarından və s. baş örtükləri hazırlanırdı. XX əsrin əvvəllərindən başlayaraq 70- illərədək, istər kişilər, istərsə də qadınlar şlyapanın müxtəlif formalarına müraciət edirdilər. XX əsrin 70-ci illərindən sonra isə baş örtükləri ancaq ilin soyuq aylarda istifadə olundu. İsti və sərin aylarda isə müxtəlif formalı saç düzümlərindən istifadə dəbdə idi. Hazırda qadın və kişilər üçün müxtəlif formalarda müxtəlif materiallardan baş örtükləri istehsal olunur. Şlyapaya gəlincə isə, indinin özündə də şlyapalar dünyanın hər yerində istifadə olunan bir baş örtüyüdür və yenə də populyarlığını qoruyub saxlayır.
https://az.wikipedia.org/w/index.php?curid=178864
Şlyaxta
Şlyaxta(pol. Szlachta, alm. Schlacht — Polşa krallığı, Böyük Litva knyazlığı, Reç Pospolita və digər ölkələrdə ictimai zümrə. Şlyaxta mədəniyyəti Öz mənşələrini sarmatlarla bağlayan (sarmatizm) şlyaxtalar rəiyyətlə (slavyanlar və litovlar) aralarında məsafə saxlayırdılar. Sarmatizm şlyaxtanın hakim ideologiyası olmaqla yanaşı, həm də müəyyən davranış qaydalarını da özündə ehtiva edən həyat tərzi idi. Reç Pospolitanın bütün yuxarı təbəqələrinə sirayət edən sarmatizm mədəniyyəti onları Qərbi Avropa aristokratiyasından fərqləndirirdi: sarmatizm ideologiyası geyimdə, incəsənətdə, arxitekturada və bu kimi bütün sahələrdə hakim idi. Şlyaxta mədəniyyəti əslində Asiya hərbi demokratiya ənənələrinin yeni (avropalaşmış) forması idi. Şlyaxtalar əsil-nəcabətlərinə görə hərbçi ağalar idilər: fərqi yoxdur onun torpağı və ya kəndlisi var, ya yoxdur, varlıdır, yoxsa kasıbdır. Hətta öz torpaqlarını şəxsən özləri əkib-becərən şlyaxtalar yüksək ləyaqət hissi (“qonor”, “honor”), hədsiz cəsarəti və mərdliyi ilə seçilirdilər. Geniş şəxsi azadlıqlara (Qızıl azadlıqlara) malik şlyaxtalar krala “pan qardaş” deyərək onu özlərinə tən tutur və ona tabe olmamaq hüququnu (rokoş) həmişə özlərində saxlayırdılar. Digərlərinə xüsusi ehtiramla yanaşan şlyaxtiçlər arvadlarına da hədsiz hörmət bəsləmələri ilə seçilirdilər. Hətta bu onların vəzifəsi sayılırdı. XVI-XVIII əsrlərdə Litvada şlyaxta demokratiyası hakimlik edirdi,buradan da onun Polşa şlyaxtası ilə yaxınlığı qaçılmaz oldu. Nəticədə Böyük Lİtva knyazlığı öz əvvəlki milli litvalı xarakterini itirir, onun yerində Polşa mədəniyyəti yayılırdı. 1772, 1793 və 1795-ci illərdə bütün Polşa və Böyük Lİtva knyazlığı Rusiya, Prusiya və Avstriya arasında bölüşdürüldü. Böyük Litva knyazlığının əsas hissəsi Rusiyanın əlinə keçdi. Osmanlı dövləti 1795-ci ildə Reç Pospolitanın Avstriya, Rusiya və Prussiya dövlətləri arasında bölünüb tarixdən silinməsi ilə heç vaxt razılaşmadı. Osmanlı sultanları diplomatik korpusu qəbul edəndə həmişə Polşa səfirinin niyə gəlmədiyini soruşardılar. Cavabında sədr-əzəm əminliklə söyləyərdi ki: “Lehistan (Polşa) elçisi yoldadır, ancaq yollardakı müşkülat üzündən gecikməkdədir”. Mənbələrdə Osmanlı sədr-əzəmlərinin səfirlərin illik dəvətlərində Rusiya, Avstriya və Prussiya elçilərinə hər dəfə: “Lehistanlı həmkarınız harada? Aranızda görə bilmirəm də!” sualını yönəltdiyi göstərilir. Bu vəziyyət Polşa 1918-ci ildə yenidən müstəqillik əldə edənə qədər davam etmişdir. Türkiyə Cümhuriyyətini rəsmi olaraq tanıyan ilk Avropa dövləti də məhz Polşa Respublikasıdır və dərhal sonra Türkiyə ilə Polşa təkrar diplomatik əlaqə yaratmışdır. 1924-cü ilin aprel ayında ilk Türkiyə Cümhuriyyəti səfiri Varşavaya, 1924-cü ilin iyununda ilk Polşa səfiri Ankaraya təyin edilmişdir. Osmanlı dövlətinin Polşanın ləğvini qəbul etməməsinə bənzər bir hadisə də II Dünya müharibəsi illərində Polşanın Hitler Almaniyası tərəfindən işğalı zamanı baş vermişdir. Faşist Almaniyası 1939-cu ildə Polşanı işğal edəndə Almaniyanın Türkiyədəki səfiri Fon Papen Polşa səfirliyinin binasının almanlara verilməsini tələb edir (Bundan əvvəl almanlar Çexoslavakiyanı işğal edəndə eyni tələblə çıxış etmişdilər və Türkiyə bu tələbi yerinə yetirmişdi). Zamanın respublika başçısı İsmət Paşa bu istəyə qarşı çıxıb: “Bizim Polşa ilə ənənəvi bir dostluğumuz var. Türkiyə Polşa səfirinin gəlişi üçün 130 il gözləmişdir. İndi çox qısa bir müddət üçün polşalı dostlarımızı qıra bilmərik və sizin bu tələbinizi Türkiyə qətiyyən yerinə yetirməz...” - deyə cavab vermişdi. Beləcə, II Dünya müharibəsi boyunca Ankaradakı Polşa səfirliyi müntəzəm olaraq fəaliyyət göstərmiş, Fon Papen də Polşanın bayrağının səfirlik binasında necə dalğalandığını pəncərəsindən seyr etməyə məcbur olmuşdur. Tanınmış şlyyaxta soyları Branitskilər Vişnevskilər Qadomskilər Qedroylular Həmçinin bax Reç Pospolita
https://az.wikipedia.org/w/index.php?curid=390918
Şlyup
Şlyup (ing. sloop) — XIX əsrin ortalarına aid bir və iki dor ağacına malik (ön staksel, arxa qrot) yelkənli gəmi. Bermud, qraffel, şprint, reek tipləri vardır. Bundan başqa düz marsel (XIX), kliver (XX əsrin əvvəlləri), spinaker (XX əsrin ortaları) növləri mövcuddur. XX əsrin əvvəllərində şlyup Avropada bir stakselli olurdusa, Amerikada iki stakselli şlyuplar tikilirdi. Müasir dövrümüzdə ki, bütün idman yelkənli qayıqları və gəmiləri şlyupun bermud növünün yelkən konstruksiyasına malikdirlər.
https://az.wikipedia.org/w/index.php?curid=347516
Şlyup (döyüş gəmisi)
Şlyup (ing. sloop) — XVIII−XIX əsrlərdə Böyük Britaniyaya məxsus ranqsız, maksımal 24 topa malik yelkənli döyüş gəmisi növü. Şlyupun 24 və az döyüş topuna malik olduğundan onun komandiri kapitan rütbəsinə malik olmaya da bilərdi. Hərbi donamada əsas qüvvə xətt gəmisi, köməkçi isə freqatlar sayıldığından, yerdə qalan digər döyüş gəmilər, o cümlədən şlyuplar ikinci dərəcəli sayıldığından onlara az fikir verilirdi.
https://az.wikipedia.org/w/index.php?curid=347212
Şlyuz (hidrotexniki qurğu)
Şlyuz, çay və ya kanallarda müxtəlif səviyyələrdəki su yolları arasındakı suyun səviyyəsini dəyişdirərək su nəqliyyatı vasitələrinin qaldırıldığı və endirildiyi bir hovuzdur. Şlyuzlar bir çayda hərəkəti asanlaşdırmaq və ya düz olmayan torpaqların üstündən bir kanal keçirmək üçün istifadə olunur.
https://az.wikipedia.org/w/index.php?curid=678005
Şlümberje qardaşları
Konrad Şlümberje (2.10.1878, Gebviller – 9.5.1936, Stokholm) və Marsel Şlümberje (21.6.1884, Şlümberje – 9.5.1953, Vall Riç monastırı, Sent-Uan-lePen) — ixtiraları ilə geofizika və neft sənayesində böyük uğur gətirmiş mühəndislər. Onların kəşfiyyat və quyu geofizikası sənayesində etdikləri kəşflər Şlümberje və ümumiyyətlə dünya geofizikası sənayesinin başlanğıcı sayılır. Konrad və Marsel Fransanın Elzas əyalətində zəngin fransız protestant ailəsində dünyaya göz açmışdılar. Ataları Pol Şlümberje varlı toxucu ailəsindən idi. Anaları Marqarita Vit isə siyası fəal idi. Qardaşar anadan olan ildə, Elzas Almaniyanın tərkibində idi. Valideynlər qardaşları Parijə oxumağa göndərmək qərarına gəlirlər. Konrad fizik, Marsel isə mühəndis təhsili alırlar. Konrad ilk illərdə Rodej və Tuluzada mədən mühəndisi kimi çalışır. 1912-ci ildə artıq Paris dağ-mədən institutunn professoru adını almış Konrad metal filəz yataqlarının süxurların elektrik keçiriciliyi əsasında axtarış və kəşfiyyatı ideyası ilə çıxış edir. İlkin sınaqlar içərisi bu məqsədlə müxtəlif süxurlarla doldurulmuş vannada aparılır. 1919-cu idə qardaşlar ataları ilə apardıqları elmi tətqiqatı dəstəkləmək barədə razılığa gəlirlər. Bu tədqiqatlar sonralar "Şlümberje dəsti" kimi tanınacaq yerüstü elektrik ölçü sisteminin yaranmasına gətirib çıxarır. 1923-cü ildə qardaşar Rumınya Serbiya, Cənubi Afrika, Konqo və ABŞ da daxil olmaqa dünyanın müxtəif ölkələrində geofiziki tətqiqatlara başlayırlar. 1926-ci ildə Konradın gələcək kürəkəni Henri Corc Doll da qardaşlara qoşulur. Elə həmin il, qardaşlar layların xüsusi müqaviməti əsasında elektrik kəşfiyyatının səmərəliyini artırmağı nəzərdə tutan yeni nəzəriyyələrini irəli sürür və Elektrik Kəşfiyyatı Cəmiyyətini yaradırlar. Cəmiyyətin ilk mənzil qərargahı Parisdə təsis olunur. 1927-ci ilin 5 sentyabr tarixində Henri Doll və bir neçə mühəndis Fransanın Peşelbron neft yatağında Difenbax 2905 saylı quyuda ilk elektrk karotajıni sınaqdan keçirirlər. Dəriniyi 500 metr oan quyunn 130-270 metr intervalı karotaj olunur. Həmin dövrdə Peşelbron Fransada məlum olan yeganə neft yatağı idi. Neft yatağının sahibləri Şlümberje şirkəti ilə müqavilə bağlamaq qərarına gəlirlər. Müqavilənin dəyəri hər aya üçün 12 000 frank və ya 2600 ABŞ dolları təşkil edir. Sonrakı illərdə Şlümberje şirkəti fəaliyyət coğrafiyasını genişləndirmək qərarına gəlirlər. Lakin, qlobal iqtisadı böhran buna mane olur. Konrad Şümberje, 1936-cı ildə Sovetlər Birliyindən qayıdan vaxt ürək tutmasından vəfat edir. Marsel Şlümberje isə 1953-cü ildə dünyasını dəyişir. 1955-ci ildə Avropa Geofiziklər Assosiyası Konrad Şlümberjenin kəşfiyyat geofizikasına verdiyi töhfələrin şərəfinə Konrad Şümberje mükafatını təsis edir. Mükafat Yer haqqında elmlər, xüsusilə geofizika elminin inkişafına verdiyi töhfələrə görə hər il bir assosiyası üzvünə veriir.
https://az.wikipedia.org/w/index.php?curid=103751
Şmalhauzen xıncalausu
Hündürlüyü 5-10 sm olan, gövdəsi zəif bitkidir.Soğanağı xırdadır, yumurtaşəkillidir, boz və ya tünd-qonur rəngli qabığı vardır. Yarpaqları ensiz neştərvaridir, çiçək qrupundan uzundur, çox vaxt oraqşəkili əyilmiş formada olur, tünd-yaşıl rəngdədir. Çiçək qrupu çoxçiçəkli deyil, bəzən tək çiçəkli olur; çiçək altlıqları enli neştərvaridir,sivriləşmişdir, çiçək saplağı ilə eyni və ya ondan qısa olur. Çiçəkləri qismən iri olur: çiçəkyanlığının yarpaqcıqları uzunsov-neştərvari və yaxud xətvari-uzunsovdur, kütdür, uzunluğu 10-18 mm,eni 4 mm-dir, arxa tərəfində kifayət qədər enli,yaşıl zolağı vardır. Qutucuq demək olar ki, şarşəkillidir. Çiçəkləməsi Azərbaycanda yayılması BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta və yüksək dağ zolağında.
https://az.wikipedia.org/w/index.php?curid=490716
Şmalkalden
Şmalkalden (alm. Schmalkalden) — Almaniyanın Türingiya diyarının cənub-qərbində şəhər. Türingiya meşəsinin cənub-qərb yamacında, Şmalkalde və Ştille çaylarının qovuşduğu yerdə yerləşir. Şmalkalden-Mayningen rayonunun bir hissəsidir. 31 dekabr 2015-ci il tarixinə olan məlumata görə, şəhərin əhalisi 19,291 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=782964
Şmalkalden Liqası
Şmalkalden İttifaqı (alm. Schmalkaldischer Bund) və ya Şmalkalden Liqası — Saksoniya və Hessenin, o cümlədən Şmalkalden şəhərinin başçılıq etdiyi, alman protestant knyazları tərəfindən bağlanmış, Roma papası və katolikliyi dəstəkləyən imperator V Karlın dini siyasətinə qarşı yönəlmiş, protestant inancını qorumaq məqsədilə yaradılmış müdafiə ittifaqı (liqası). Əlavə ədəbiyyat Acton, John Emerich Edward Dalberg; Ernest Alfred Benians; Adolphus William Ward; George Walter Prothero. The Cambridge Modern History. New York: Macmillan. 1904. Kagan, Donald; Ozment, Steven; Turner, Frank M. The Western Heritage: Since 1300 (Eighth). New York: Prentice Hall. 2002. ISBN 0-13-182883-5. Merriman, John. A History of Modern Europe, Volume One: From the Renaissance to the Age of Napoleon (First). New York: W. W. Norton. 1996. ISBN 0-393-96888-X. Palmer, R. R.; Colton, Joel. A History of the Modern World (Eighth). McGraw-Hill. 1994. ISBN 0-07-040826-2. Smith, Henry Preserved. The Age of the Reformation. New York: Henry Holt. 1920. Tracy, James D. Charles V: Impresario of War. Cambridge University Press. 2002. ISBN 0-521-81431-6. Xarici keçidlər The Schmalkaldic War – World History at KMLA Schmalkaldischer Bund
https://az.wikipedia.org/w/index.php?curid=783066
Şmalkalden İttifaqı
Şmalkalden İttifaqı (alm. Schmalkaldischer Bund) və ya Şmalkalden Liqası — Saksoniya və Hessenin, o cümlədən Şmalkalden şəhərinin başçılıq etdiyi, alman protestant knyazları tərəfindən bağlanmış, Roma papası və katolikliyi dəstəkləyən imperator V Karlın dini siyasətinə qarşı yönəlmiş, protestant inancını qorumaq məqsədilə yaradılmış müdafiə ittifaqı (liqası). Əlavə ədəbiyyat Acton, John Emerich Edward Dalberg; Ernest Alfred Benians; Adolphus William Ward; George Walter Prothero. The Cambridge Modern History. New York: Macmillan. 1904. Kagan, Donald; Ozment, Steven; Turner, Frank M. The Western Heritage: Since 1300 (Eighth). New York: Prentice Hall. 2002. ISBN 0-13-182883-5. Merriman, John. A History of Modern Europe, Volume One: From the Renaissance to the Age of Napoleon (First). New York: W. W. Norton. 1996. ISBN 0-393-96888-X. Palmer, R. R.; Colton, Joel. A History of the Modern World (Eighth). McGraw-Hill. 1994. ISBN 0-07-040826-2. Smith, Henry Preserved. The Age of the Reformation. New York: Henry Holt. 1920. Tracy, James D. Charles V: Impresario of War. Cambridge University Press. 2002. ISBN 0-521-81431-6. Xarici keçidlər The Schmalkaldic War – World History at KMLA Schmalkaldischer Bund
https://az.wikipedia.org/w/index.php?curid=782959
Şmeral Boqumir
Şmeral Boqumir — (25.10.1880, Trşebiç-8.05.1941, Moskva) Çexoslovakiya və beynəlxalq fəhlə və komunist hərəkatı xadimi. Hüquq doktoru (1904). 1897 ildən Çexoslovakiya S.-D. Fəhlə Partiyasının (ÇSDFP) üzvü; 1914-1917 illərdə ÇSDFP-nin sədri olmuşdur. Çex torpaqlarında Oktyabr ümumi siyasi tətilinin (1918) təşkilatçılarından biri idi. 1920 ildə Sovet Rusiyasında olmuş, V.İ.Leninlə görüşmüşdür. “Sovet Rusiyası haqqında həqiqət” kitabında (1920, Praqa) Böyük Oktyabr sosialist inqilabının beynəlxalq əhəmiyyətini göstərmişdir. Ş. Çexoslovakiya Kommunist Partiyasının (ÇKP;1921) bani və rəhbərlərindəndir. 1920-1929 illərdə Milli məclisin deputatı, 1935-1938 illərdə senator olmuşdur. 1922-1935 illərdə Kominternin İçraiyyə Komitəsinin və onun Rəyasət Heyətinin, 1935 ildən isə Kominternin Beynəlmiləl Nəzarət Komissiyasının üzvü idi. 1938 ildə ÇKP MK-nın qərarı ilə ÇKP-nin rəhbər mərkəzində işləmişdir. Bioqrafiyası Trebiçdə anadan olub. Hələ orta məktəbdə oxuyarkən o, Çexiya Sosial Demokrat Partiyasına üzv olub. 1898-1904-cü illərdə Çarlz Universitetində hüquq təhsili alıb və siyasi fəaliyyətdə fəal iştirak edib. 1899-cu ildən "Právo lidu" partiya qəzetində işləyir. 1909-cu ildə Sosial Demokrat Partiyasının icraiyyə komitəsinə seçildi. 1911-ci ildə Reyxsrat seçildi. 1914-1917-ci illərdə Çexoslovakiya Sosial Demokrat Fəhlə Partiyasının sədri olub. Birinci Dünya Müharibəsi zamanı o, Avstriya-Macarıstanın federallaşmasının tərəfdarı idi, lakin onun bir neçə kiçik dövlətə parçalanmasına qarşı çıxdı. Nəticədə 1917-ci ilin sentyabrında o, avstriyayönlü mövqeyinə görə tənqid olundu və partiya sədri vəzifəsindən uzaqlaşdırıldı. 1918-1919-cu illərdə o, siyasətdə iştirak etməyib, İsveçrədə “Právo lidu” qəzetinin müxbiri işləyir. 1920-ci ilin yazında o, Sovet Rusiyasına gəldi və orada Leninlə görüşdü. Çexoslovakiyaya qayıtdıqdan sonra Kommunist Partiyasının yaradılmasını hazırlayan Sosial Demokratiyanın sol qanadına rəhbərlik etdi. 1921-ci ilin mayında Çexoslovakiya Kommunist Partiyasını qurdu. O, onun icraiyyə komitəsinin üzvü idi, sonradan mərkəzi komitə adlandırıldı. Radikal kommunistlər tərəfindən mötədilliyə görə tənqid olunur. 1922-1935-ci illərdə Komintern İcraiyyə Komitəsinin üzvü olub. 1938-ci ilin sentyabrında, Münhen razılaşmasından və Sudetlandın Çexoslovakiyadan rədd edilməsindən sonra o, Moskvaya getdi və orada tezliklə Çexoslovakiyada qadağan edilmiş Çexoslovakiya Kommunist Partiyasının aparıcı mərkəzinə rəhbərlik etdi. 1941-ci ildə vəfat etmişdir.. Xarici keçidlər "Oktyabr İnqilabı" yoxsa "Kommunist Çevrilişi"?
https://az.wikipedia.org/w/index.php?curid=797248
Şmidt
Şmidt — Almaniya soyadı. Alfred Şmidt (1898–1972) — Estoniyalı ağır atlet Brayan Şmidt (1967) — ABŞ-nin astronomiya və astrofizika sahəsində tədqiqatları ilə tanınan alim. Erik Şmidt (1955) — ABŞ-nin proqram mühəndisi Georq Fridrix Şmidt (1712–1775) — Alman qravürçü və dizayner Helmut Şmidt (1918–2015) — Alman dövlət xadimi Jan Şmidt (1951) — ABŞ siyasətçisi Kristian Şmidt (1957) — Xristian Sosial Birliyindən olan alman siyasətçi Qustav Fridrix Şmidt (1877–1945) — Qafqaz dilləri üzrə mütəxəssis Pyotr Şmidt (1869–1938) — şərqşünas, etnoqraf Rəhim Şmidt (1959) — Azərbaycan əsilli həkim və alim, alman siyasətçi Vilhelm Şmidt (1868–1954) — Alman etnoqrafı
https://az.wikipedia.org/w/index.php?curid=768885
Şmidt adası
Şmidt adası — ada Şimal Torpağının qərtbində, Kara dənizi akvatoriyasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Ada arxipelaqın şimal-qərbində, Komsomoles adasınan 31 km aralıda yerləşir. Arxipelaqın materikdən ən uzaqda yerləşən adasıdır. Yaxınlığında kiçik adalar belə yoxdur. Arxiprelaqa daxil olan digər adalardan fərqli olaraq onun sahil xətdi dəyişilməz olaraq qalır. Arxipelaqa daxil olan adalar arasında buzlaq örtüyü çox olanlar siyahısına daxildir. Ərazisinin demək olar ki, 100 %. buzla örtülüdür. Ada ilk dəfə 1930-cu ildə Otto Şmidt və Y. Vizenin «Qeorqi Sedov» gəmisində təşkil etdiyi ekspedisiya zamanı, Arxangelsk limanına qayıdarkən kəşf edilmişdir. Ada əfanəvi sovet qütb araşdırmaçısı Otto Şmidt şərəfinə adlandırılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=536505
Şmidt araliyası
Ürəkvari araliya (lat. Aralia cordata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
https://az.wikipedia.org/w/index.php?curid=140436
Şmidt burnu (Kara dənizi)
Şmidt burnu — burun Kara dənizinə daxil olan Taymır körfəzi sahilində qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Burun 1901-ci ildə qütb ekspedisiyası zamanı aşkarlanmışdır. Burun geoloq, paleontoloq və botanik Fyodor Boqdanoviç Şmitdin şərəfinə adlandırılmışdır. O, bu ekspedisiyanın təşkilat komissiyasının üzvlərindən biri olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=443221
Şmidt burnu (Yapon dənizi)
Şmidt burnu — Rusiya, Primorsk diyarı, Yapon dənizi sahilində yerləşən burun. Burun Ruski adasının cənub-şərqində yerləşir. Bu hündür, qayalı və sıldırımlı burun bitki örtüyündən məhrumdur. Şmidt burnundan 2 km cənub-şərqdə Tobizin burnu yerləşir. Burun 1880-ci illərdə sakitokean eskadrosunun komandanı Vladimir Şmidtin şərəfinə adlandırılmışdır. Şmidt burnu.
https://az.wikipedia.org/w/index.php?curid=558334
Şmidt dağlaləsi
Şmidt dağlaləsi (lat. Tulipa schmidtii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Cənubi Qafqazın cənub-şərqindən İranın şimal-qərbinə qədər yayılmışdır. Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Soğanağı iri, yumurtavari, 2,5–5 sm diametrində, nazik dərivari, qonur və ya qəhvəyi-qonur qınla örtülmüşdür. Gövdə 25–50 sm hündürlükdədir. Yarpaqlar 6–10 ədəd göyümtül, aşağıdakılar enli, uzunsov, yuxarıdakılar neştərvari və ya dar- neştərvari, uzundur. Çiçəkləri iri, 7 sm-ə qədər uzunluğunda; yarpaqcıqları qırmızı, əsasında daxildən qara, sarı-haşiyələnmiş, rombvari ləkəlidir; xarici hissədəkilər enli, uzunsov və ya deltavari bir qədər daxildəkindən uzundur. Erkəkcik çiçəkyanlığından qısadır; tozcuğu sarı, qutucuq 4 sm -ə qədər uzunluqda, 2–2,5 sm enindədir. Toxumla və vegetativ yolla çoxalır. Ehtiyatının dəyişilmə səbəbləri Ot çalınması və mal-qara otarılması. Becərilməsi Azərbaycanın Botanika İnstitutunun Botanika bağında Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Daşlı-çınqıllı, qayalı yamaclarda, əkinlərdə kolluqlar arasında yayılmışdır. Çiçəkləməsi aprel-may, meyvələməsi may ayına təsadüf edir. Mezokserofitdir. Çoxalması soğanaqla və ya toxumladır . Geofit bəzək bitkisidir. Cənubi Zaqafqaziyaya məxsus, tükənməkdə olan endemik növdür. Xocavənd, Əsgəran (Topxana), Cəlilabad (Hovuzbulaq, Zəhmətabad, Ləkin kəndlərində yayılıb. Quru, otlu yamaclarda, kollyqlar arasında bitir. Tək tək rast gəlir. Kiçik Qafqazın cənubu (Cəbrayıl rayonu, Məcili kəndi), Lənkəranın dağlıq hissəsi (Cəlilabad Zəhmətabad kəndi), Naxçıvanın dağlıq rayonları (Ordubad rayonu — Nüs-Nüs kəndi ətrafındakı Diaxçay və fəhlə dərəsi adlanan sahələrdə). Sayı və tendensiyası Populyasiyanın bir neçə istiqamətdə yayılmasına baxmayaraq antropogen amillər azalma təhlükəsini yaradır. Məhdudlaşdırıcı amillər Soğanaqları və çiçəklərinin əhali tərəfindən intensiv toplanılması və zoogen amillər. Mühafizə tədbirləri Yasaqlıqların yaradılması zəruridir. Qəbul edilmiş qorunma tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdir.
https://az.wikipedia.org/w/index.php?curid=105506
Şmidt küçəsi (Taqanroq)
Coğrafiyası Şmidt küçəsi Dobrolyubovski xiyabanı ilə Komsomolski enişi arasında qərarlaşır. Binaların nömrələnməsi Komsomolski enişindən başlayır. Küçənin uzunluğu 430 metr təşkil edir. Küçənin əvvəlki adları: Malo-Qreçeskaya, Malo-Birjevaya, Voronsovskaya. 1929-cu ildə Pyotr Petroviç Şmidtin şərəfinə adlandırılmışdır. O, Ocakov kreyserində təşkil etdiyi üsyana görə bu şərəfə layiq görülmüşdür. Şəhər salındığı ilk gündən burada əsasən şəhəərin elit təbəqə nümayəndələri məskunlaşmışdır. Əsasən tacirlər, dövlət məmurları burada evə sahib olurdular. Malo-Qreçeskaya ev 7 ünvanında İvan Andreeviç Varvasiyə məxsus bina vardı. Bu binanı bəzən gülləli bina adlandırırlar. Bu krım müharibəsi dövründə ingilis və fransızlar tərəfindən şəhərin atəşə tutulması zamanı binaya çoxlu güllənin dəyməsi olmuşdur. 1903-1910-cu illərdə binada kommersiya uçilişi yerləşirdi. Bina günümüzdə mövcudluğunu qorumamışddır. «Köhnə Taqanroq şəhərinin sakit və rahat hissəsidir. İlk günlərdən bişurada varlılar və yerli məmurlar yaşayırdı. Burada XIX əsrdə gömrük və birja zalı yerləşirdi. Oktyabr inqilabından öncə burada cəmi 17 ev vardı. Bununla belə bu binlar özünə məxsus tarixi və unikallığı ilə seçilir.» — İqor Popov, 2012. Küçədə yerləşir № 10 — Yaşayış binası (XIX). Tarixi abidə. № 12 — Yaşayış binası (XIX). Tarixi abidə № 16 — Volkov-Remi binası № 17 — Papkovun binası (1808). Tarixi abidə. № 21 — Voroşilkin binası (XIX əsrin birinci yarısı). Tarixi abidə
https://az.wikipedia.org/w/index.php?curid=482782
Şmidt yarımadası
Şmidt yarımadası — Saxalin adasının şimalında, Rusiyanın Saxalin vilayəti ərazisində yerləşən yarımada. Yarımadanın uzunluğu 50 km-dir. Maksimal hündürlüyü 623 metrdir ( Tri Brata dağı). Enli və iynə yarpaqlı ağaclardan ibarət olan meşələrə sahibdir. Ərazisi bataqlıqlaşmışdır. Nivxilər yarımadanı Mif-tyonqr adlandırırlar («Torpağın başı»). İngilis və yapon mənbələrində Müqəddəs Elizabet yarımadası kimi göstərilir. 1908-ci ildə geoloq N. Tixonoviç burada olmuş ilk Fyodr Şmidtin şərəfinə adlandırmışdır. Şərq silsiləsi şimalda Udot (552 m) və Baklani (539 m) dağı yerləşir. Şərq silsiləsinin sonucunu Yelizaveta burnu (54°25′31″ şm. e. 142°42′21″ ş. u.), qərb silsiləsini isə Mariya burnu ilə qurtarır. Burunlara bu adları İvan Fyodoroviç Kruzenştern vermişdir.
https://az.wikipedia.org/w/index.php?curid=477667
Şmuel Tamir
Şmuel Tamir (ivr. שמואל תמיר; 10 mart 1923, Qüds – 29 iyun 1987, Herzliya, Təl-Əviv dairəsi) — İsrail müstəqillik inqilabçısı, vəkil, Knesset üzvü idi. İngilislərlə uğurlu bir karyera mübarizəsindən sonra 1965–1980-ci illərdə Knessetə daxil oldu, 1977-ci ildən 1980-ci ilə qədər Menaxem hökumətində Ədliyyə naziriliyinə yüksəldi.Əsasən günahkarlar və müharibə cinayətkarlarını mühakimə etmək üçün məhkəmə işlərinə baxırdı.Tamirin xəyanətkar siyasəti nəhayət onu millətçi partiyalarla bir neçə koalisiyanın ardınca bir partiyaya daxil oldu.
https://az.wikipedia.org/w/index.php?curid=653198
Şmuel Vozner
Şmuel Vozner (4 sentyabr 1913, Vyana – 3 aprel 2015, Bnei-Brak[d], Təl-Əviv dairəsi) — Yəhudi din xadimi.
https://az.wikipedia.org/w/index.php?curid=402088
Şmuel Yosef Aqnon
Şmuel Yosef Aqnon (ivr. שמואל יוסף עגנון, ing. Shmuel Yosef (S.Y.) Agnon; 8 avqust 1887, Buçaç[d], Sisleytaniya – 17 fevral 1970[…], Qüds) — yəhudi yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1966). Tam adı Şmuel Yosef Xalevi Çaçkes olan İsrail yazıçısı Şmuel Yosef Aqnon keçmiş Avstriya-Macarıstan imperiyasının Qalitsiya əyalətində, kiçik Buçaç şəhərində ortodoks yəhudi ailəsində doğulmuşdu. Hazırda həmin ərazi Polşa sərhədlərinə daxildir. Ədəbi zövq və maraqlarının formalaşmasında ziyalı qadın olan anası mühüm rol oynamışdı. Aqnon ənənəvi yəhudi təhsili almışdı. Xedereyə getmiş, atasının və yerli ravvinin rəhbərliyi ilə Zəburu öyrənmişdi. Daha sonra "Bet xamidraş"da qədim və orta əsrlər yəhudi müəlliflərinin əsərlərini, xasidlərin təlimini və müasir yəhudi ədəbiyyatını öyrənmişdi. Gənc yaşlarından fəal sionist kimi tanınmışdı. Əsərlərini yəhudilər arasında yayılmış hər iki dildə – idiş və ivritdə yazırdı. Doğma xalqının tarixinə maraq nəticəsində hələ 19 yaşında ikən Yaffa və Fələstində olmuş, bir il sonra Yerusəlimi ziyarət etmişdi. Yazıçının ilk bədii əsəri — "Atılmış arvadlar" povesti 1909-cu ildə çap olunmuşdu. Bu əsərin ivritdəki adı "Aqunot" — "atılmışlar" idi. Müəllif bir müddət sonra həmin sözün tək halda mənasını bildirən "Aqnon" — "atılmış" sözünü özünə təxəllüs götürmüşdü. Bu ad həm də yəhudi xalqının təkliyini, atılmışlığını ifadə etməli idi. Şolom Aleyxem kimi, yaradıcılıqları daha dünyəvi və kosmopolit səciyyə daşıyan yəhudi müəlliflərindən fərqli olaraq Aqnon hər vasitə ilə özünün ortodoks yəhudi mədəniyyətinə bağlılığını nəzərə çarpdırmağa çalışırdı. Yerusəlim ziyarətindən sonra 1912-ci ildə o, Berlinə qayıtmışdı. Burada yəhudi ədəbiyyatı haqqında mühazirələr oxuyur, özəl ivrit dili dərsləri verir, teoloq Martin Buberlə birlikdə xasidizmlə bağlı mənbələri toplayıb sistemə salırdı. Yəhudi əsilli alman iş adamı Zalmap Şoken 1915-ci ildə Aqnona beş illik xüsusi təqaüd təsis etmişdi. Təqaüdün şərtlərinə əsasən yazıçı yəhudi ədəbiyyatı nümunələrini toplayaraq antologiyalar hazırlamalı idi. Sonralar Şoken Berlində öz nəşriyyatını təsis etmişdi. Onun ardıcıl nəşr etdiyi müəlliflər sırasına Aqnon da daxil idi. Birinci Dünya müharibəsi başlayanda Aqnon səfərbərliyə alınmamaq üçün sözün həqiqi mənasında simulyasiyaya əl atmış, hətta səhhətinə ciddi ziyan yetirmişdi. Sonra müəllif bu ağılsız hərəkətinin altını çəkməli olmuşdu. Aqnon 1924-cü ildə Almaniyadan Böyük Britaniyanın mandatlı ərazisi olan Yerusəlimə qayıtmışdı. Beş il sonra bu qədim şəhərdə başlanan ərəb üsyanı zamanı bir sıra ortodoks yəhudilər kimi onun evi də darmadağın edilmişdi. 20-ci illərin sonunda Aqnon məşhur əsərini — iki cildlik "Toy kəcavəsi" romanını tamamlamışdı. Üç qızı üçün ər axtarışına çıxan bir xasidin həyatından bəhs edən ironik səciyyəli əsər 1931-ci ildə çap olunmuşdu. 1932-ci ildə uzunmüddətli ayrılıqdan sonra Polşadakı həmvətənlərinin qurduqları yəhudi icmalarını ziyarət edən Aqnon şahidi olduğu dəyişiklikləri özünün "Gecə qonağı" (1937) romanında əks etdirmişdi. Otuzuncu illərdə müəllif daha bir populyar romanını — "Adi əhvalat"ı (1939) oxucularına təqdim etmişdi. Aqnon əsərlərinin bəzilərini alman dilində yazsa da, onun müraciət etdiyi mövzular mütləq yəhudi həyatından alınırdı. Amerikan tənqidçisi Edmund Uilson hələ 50-ci illərin sonunda yaradıcılığına yaxşı bələd olduğu Şmuel Yosef Aqnonu fərdi qaydada Nobel mükafatına təqdim etmişdi. Lakin bu niyyəti yalnız 1966-cı ildə gerçəkləşdirmək mümkün olmuşdu. Aqnon həmmilləti — yəhudi əsilli alman şairəsi Nelli Zaksla Nobel mükafatını bölüşmüşdü. O, "yəhudi xalq motivləri ilə aşılanmış dərin və özünəməxsus təhkiyə sənətinə görə" mükafata layiq bilinmişdi. Yazıçının fərqləndirilməsində "Toy kəcavəsi" və "Gecə qonağı" romanlarının mühüm rolu vurğulanmışdı. Aqnon xüsusi Nobel mühazirəsi təklifindən boyun qaçırmışdı. Lakin qısa təşəkkür nitqində yaradıcılığına Zəburun və digər yəhudi müqəddəs kitablarının mühüm təsir göstərməsi faktını qeyd etmişdi. Nobel mükafatı Aqnonu az qala İsrailin milli qəhrəmanına çevirmişdi. Hətta Yerusəlimdə, onun yaşadığı rayonda yol təmiri işləri aparılanda şəhər bələdiyyəsi yazıçının evinin yaxınlığında "Sakitliyə riayət edin. Aqnon işləyir" lövhəsini asmağı lazım bilmişdi. İstər rəsmi dairələrdə, istərsə də sadə xalq arasında son dərəcə populyarlığına baxmayaraq, Aqnon həyatının son illərində oxucularının sayının azalmasından, yəhudilərin milli dəyərlərə laqeyd yanaşmalarından şikayətçi idi. Aqnon iki dəfə İsrailin dövlət mükafatını almış, habelə bir sıra digər milli ödüllərə layiq görülmüşdü. O, Yerusəlim və Kolumbiya universitetlərinin fəxri doktoru idi, 1962-ci ildə Yerusəlimin fəxri vətəndaşı seçilmişdi. Aqnon vətənində indi də bütün zamanların ən məşhur yəhudi yazıçısı sayılır. Onun portreti İsrail pul vahidinin — 50 şekelin üzərini bəzəyir. Yerusəlimin mərkəzi küçələrindən birinə isə yazıçının şərəfinə Sderat Şai Aqnon – Aqnon küçəsi adı verilmişdir. Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=188548
Şnau
Şnau (nid. Snauw, alm. Schnau) və ya şnava — Avropada XVII əsrdə geniş yayılmış böyük olmayan, ikidorlu yelkənli ticarət və döyüş gəmisi. Şnau iki dor ağacına, düzbucaqlı yelkənlərə, buşprit adlanan gəmi dimdiyinə və ona bərkidilmiş kliver yelkənlərinə, dorlar arası yerləşən staksel adlanan üçkünc yelkənlərə malikdir. Hərbi şnaunun göyərtəsində 12-18 kiçik kalibrli top olub, gəminin gövdəsinin orta su sıxışdırma qabiliyyəti 150 ton, uzunluğu 25-30 metr, eni 6-8 metrdur. Ekipaj heyəti 80 nəfərə qədərdir.
https://az.wikipedia.org/w/index.php?curid=345737
Şnayder Afrika gürzəsi
Şnayder Afrika gürzəsi (lat. Bitis schneideri) — Zəhərli ilan növü. Növü Oskar Byotter dostualman konhioloqu Oskar Şnayderin (1841–1903) şərəfinə adlandırmışdır. Bu növ canlı Namibiya ilə CAR sərhəddində, sahil ərazisində yayılmışlar. Hazırda Şperqebit Milli Parkında qorunurlarlar. Hazırda Şnayder Afrika gürzəsinin yarımnövü müəyyən edilməmişdir. Bitis cinsinə aid olan bu canlı Gürzəkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Bədənlərinin uzunluğqları 18–25 arasında dəyişir. Maksimal uzunluqları 28 sm-dir. Düşmənləri səbəbinndən illik ölüm faizi yüksəkdir (39–56%). İl ərzində bir dəfə bala verirlər, halbuki digər yerli növlərdə bu rəqən ikidir. Branch, Bill (2004). Field Guide to Snakes and other Reptiles of Southern Africa. Third Revised edition, Second impression. Sanibel Island, Florida: Ralph Curtis Books. 399 pp. ISBN 0-88359-042-5. (Bitis schneideri, pp. 118–119 + Plate 14). Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=581905
Şnayder kaymanı
Şnayder kaymanı (lat. Paleosuchus trigonatus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir. Yetkin nümunələrin ölçüsü ümumiyyətlə 1–1.3 m-i keçmir, lakin bəzən 2 m-ə çatan fərdlər də var. Maksimum ölçüləri 2.6 m olur. Areal və yaşayış yerləri Şnayder kaymanı Venesuela, Qayana, Surinam və Qviana, Braziliyanın şimal və cənubunda, Orinoko və Amazon çayları hövzələrində yayılmışdır. Əsasən 10 ilə 17 arasında yumurta qoyur. Şnayder kaymanı və insan ABŞ zooparklarında omnlara rast gəlmək mümkündür. Braziliya, Venesuela, Kolumbiya, Qayana, Surinam və Qvianadakı milli parklarda qorunur. Uğurlu qoruma səyləri və Şnayder kaymanlarının effektiv qorunması sayəsində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Qırmızı Siyahısından çıxarılmışdır, lakin Beynəlxalq Ticarət Konvensiyasının II siyahısı ilə tənzimlənməyə davam edir.
https://az.wikipedia.org/w/index.php?curid=684051
Şnitsel
Şnitsel (alm. Schnitzel; schnitzen — doğramaq, kəsmək sözündəndir) — unlama və isti yağda qızartma (fritür) yolu ilə hazırlanan nazik ət dilimi. Düzgün bişirilmiş şnitsel qızılı-narıncı rəngdə və xırtıldayan olur. İlk növbədə dana ətindən hazırlanan şnitsel adı ilk növbədə Vyana mətbəxinə aid edilir və XIX əsrin ikinci yarısından etibarən geniş yayılmışdır. Alman dilindən tərcümədə "şnitsel" — "tikə, parça", "dilim" mənalarında tərcümə olunur. Şnitsel çex analoqu — rjizekdir (çex. řízek). Şnitselin müxtəlif növləri vardır. Məsələn, Vyana şnitseli, Berlin şnitseli, Paris şnitseli, ovçu şnitseli, Hamburq şnitseli və s. Argentina, Boliviya, Braziliya, Paraqvay, Çili, Peru, Uruqvay və Venesuelada bu yemək milanesa adlanır. Erhard Gorys: Das neue Küchenlexikon. Von Aachener Printen bis Zwischenrippenstück. 11. aktualisierte Neuausgabe. dtv 36245, München 2007, ISBN 978-3-423-36245-0 Gerd Freudenberg, Jürgen Herrmann, Bernd Patzig: Lehrbuch für Köche. Teil 4: Speisenlehre und Angebotslehre.Fachbuchverlag, Leipzig 1977.
https://az.wikipedia.org/w/index.php?curid=538446
Şnox
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir. Kənddə 1897-ci ildə 5 nəfər, 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır. İndi ermənilər yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=413713
Şo Sasaki
Şo Sasaki (2 oktyabr 1989, Kanaqava prefekturası) — Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
https://az.wikipedia.org/w/index.php?curid=596560
Şober şorgiləsi
Şober şorgiləsi (lat. Nitraria schoberi) — şorgiləkimilər fəsiləsinin şorgilə cinsinə aid bitki növü. Təbii yayılması Növün arealına Qərbi Asiya, Qafqaz, Orta Asiya, Çin, Şərqi Avropa (Krım), Cənubi-Şərqi Avropa (Rumıniya) daxildir. Botaniki təsviri Hündürlüyü 1,5 m-dək (bəzən 2 m) olan dağınıq koldur. Zoğları möhkəm, tikanlı, ağımtıl qabıqla örtülmüşdür. Yarpaqları növbəli, uzunsov-belvari, 2 sm uzunluqda, 2-5 mm enindədir. Çiçəkləri antimorf, çiçək qruplarına (buruqlara) yığılmışdır. Çiçək yanlığı 5 ədəd ətli kasayarpaqlı, 5 ədəd, sarımtıl-ağ ləçəkli, 10-15 erkəkcikli və bir dişiciklidir. Meyvəsi şarşəkilli-yumurtavari, birtoxumlu çəyirdəkdir. Əvvəlcə meyvəsi qırmızı, yetişdikdə təxminən qara rəngli olur. May-iyunda çiçəkləyir, meyvələri iyul-avqustda yetişir. Ekologiyası İşıqsevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir. Yarımsəhralarda, çılpaq çöllərdə, şoran torpaqlarda, daşlı-çınqıllı yamaclarda bitir. Azərbaycanda yayılması Növ Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. Böyük Qafqazda rast gəlinir. Bitkinin meyvəsi xoş, şor dadı ilə fərqlənən şirəli çəyirdəkdir. Onlar çiy yeyilir, kompot, mürəbbə, şirə, povidla, cem, konfetlər düzəldilir. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir. Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
https://az.wikipedia.org/w/index.php?curid=524477
Şocaabad
Şocaabad (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Şocaabad (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
https://az.wikipedia.org/w/index.php?curid=771858
Şocaabad (Kəleybər)
Şocaabad (fars. شجاع‌آباد) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (21 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=686313
Şocaabad (Qürvə)
Şocaabad (fars. شجاع آباد) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (34 ailə). Əhalisini kürdlər təşkil edir. Şablon:Qürvə şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=771845
Şocaxanlı (Xudafərin)
Şocaxanlı (fars. شجاع خانلو) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (33 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=638012
Şocaylı (Xudafərin)
Şocaylı (fars. شجايلو) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (79 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=664716
Şoci
Şoci (障子) – Yaponiya memarlığında taxta çərçivə üzərində şəffaf kağızdan ibarət olan, taxta və ya bambuk qəfəslə əhatə olunan qapı, pəncərə və ya otaq ayrıcısı. Ənənəvi şocidə ənənəvi yapon kağızı vaşi işlənsə də, müasir dövrdə şocinin hazırlanmasında sənaye kağızından və plastikdən də istifadə olunur. Şocilər döndürülən qapılardan fərqli olaraq yana sürüşdürülərək açılıb-bağlandığından otaqda daha çox yerin olmasını təmin etmək funksiyasını daşıyır. Şocilər adətən ənənəvi evlərdə (bəzən hətta Qərb stilindəki evlərdə), xüsusilə vaşitsularda (ənənəvi yapon otağı) istifadə olunur. Müasir memarlıqda şoci tikilinin xarici memarlığından istifadə olunmur. Yaponiya yazıçısı Cuniçiro Tanizaki Yaponiya estetikası və memarlığından bəhs edən "Kölgələrin tərənnümündə" adlı kitabında şocinin işıq və kölgə arasındakı qarşılıqlı əlaqədə şocinin rolundan bəhs edir. Terminologiya Əvvəllər şoci sözü həm fusuma sözü (keçmiş karagami shōji (唐紙障子)), həm də şoci (keçmiş akari shōji (明り障子)) sözü üçün işlədilirdi. Həmçinin bax Xarici keçidlər Sukiya Living Magazine məqaləsi "Şoci". Japanese Architecture and Art Net Users System.
https://az.wikipedia.org/w/index.php?curid=560886
Şoci Co
Şoci Co (d. 17 iyun 1975) — keçmiş Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 7 qol vurub.
https://az.wikipedia.org/w/index.php?curid=454702
Şoci Seto
Şoci Seto (瀬藤象二, Seto Şoci, 18 mart 1891 – 20 oktyabr 1977) – Yaponiya elektrik mühəndisi və biznesmeni. Şoci Seto 1891-ci ildə Yaponiyanın Vakayama prefekturasında doğulmuşdur. 1915-ci ildə Tokio Universitetindən məzun olmuşdur. 1923-cü ildə Təhsil Nazirliyinin dəstəyi ilə Almaniya, İngiltərə, ABŞ və İsveçrədə təhsil almışdır. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin professoru olmuş, Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunda anodlaşmış alüminium üzərində araşdırmalara başlamışdır. İkinci dünya müharibəsi illərində Yaponiyanın müstəqil elektron mikroskop layihəsinin aktiv iştirakçılarından biri olmuşdur. 1959-cu ildə "Toshiba" elektrik şirkətinin direktoru təyin olunmuşdur. Mükafatları Gördüyü işlərə görə 1973-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 71. ISBN 0-87011-627-4. İstifadə tarixi: 23 yanvar 2023. The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 2058. İstifadə tarixi: 23 yanvar 2023.
https://az.wikipedia.org/w/index.php?curid=783654
Şoci Yonemura
Şoci Yonemura (yap. 米村正二; 1964, Fukuoka) — Yaponiya anime və tokusatsu ssenaristi. Şoci Yonemura anime və tokusatsu ssenaristi olaraq fəaliyyət göstərir. O, "Pokemon" filmindəki rolu ilə tanınır. Yonemura Tokio Zokei Universitetində təhsil almışdır. O, bir müddət Arakavada ştatdankənar işləmişdir. Xarici keçidlər Shoji Yonemura anime at Media Arts Database
https://az.wikipedia.org/w/index.php?curid=785809
Şociro Suqimura
Şociro Suqimura (4 aprel 1905 - 15 yanvar 1975) — keçmiş Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
https://az.wikipedia.org/w/index.php?curid=455388
Şoco
Şoco (Shoujo (少女) və ya Shōjo ( Şooco)) - gənc qız və ya kiçik qız kimi tərcümə olan yapon söz. 12-dən 18 yaşına qədər qızlar üçün nəzərdə tutulan anime və manqa növü. Adətən sevgi hekayəsi olur, personajların obrazlarına da diqqət verilir. Xüsusiyyətləri: çizmə ya qroteskli-yumoristik, ya da incə-romantik olur ("Weiss Kreuz"). Janraltıları: maho-şoco - sehrbaz qızlar haqqında (məsələn, "Seylor Mun"). Hərdən qadın harem janrı olur ("Ouran High School Host Club"). Yaponiyadakı şoco jurnalları "Şoco" əsərlər şoco mövzulu olan jurnallarda və ya ayrıca çap olunurlar. Aşağıda köhnə və davam edən Yapon şoco manqa jurnallarının nəşriyyatçılarına görə ayrılmış siyahısı göstərilir. Bunlar fərqli təqvimlərdə verilir, ən məşhur olanlar 15 günlük (Margaret, Hana to Yume, Sho-Comi) və aylıq periodlardır (Ribon, Betsuma, Betsu Fure, Lala). Ribon (りぼん) Ribon Original (リボンオリジナル) Margaret (マーガレット) Bessatsu Margaret (Betsuma) (別冊マーガレット) The Margaret (ザマーガレット) Deluxe Margaret (デラックスマーガレット) Nakayoshi (なかよし) Shōjo Friend (少女フレンド) Bessatsu Friend (Betsu Fure) (別冊フレンド) Dessert (デザート) Shōjo Comic (Şo-Comi) (少女コミック) Bessatsu Shōjo Comic (Betsu Comi) Petit Comic (プチコミック) Pochette (ポシェット) Şüca döyüşçüləri Kadokava sote WEB Jurnalı MANGA AIRPORT (漫画えあぽーと)
https://az.wikipedia.org/w/index.php?curid=420697
Şodo
Su vannasında yumurta sarılarından və yumurtanın ağının ağının şəkər tozu ilə şərabda çalınmasından hazırlanır.Fransız və İtaliyan toylarında daima təqdim olunur. Fransız gəlinləri öz bəyləri üçün bu şirniyyatı hazırlayırdılar. Onu bəzən qırmızı və çəhrayı şərabdan hazırlayırdılar. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=537898
Şodon-Norant
Şodon-Norant (fr. Chaudon-Norante, oks. Chaudon e Noranta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04055. 2008-ci ildə əhalinin sayı 144 nəfər təşkil edirdi. İqtisadiyyatı 2007-ci ildə əmək qabiliyyətli 100 nəfər arasında (15–64 yaş) 72-i iqtisadi, 28-i fəaliyyətsizdir (fəaliyyət göstərici 72,0%, 1999-cu ildə 71,8%). Fəal olan 72 nəfərdən 66 nəfər (33 kişi və 33 qadın) işləyir, 6 nəfər işsizdir (1 kişi və 5 qadın). 28 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə hərəkətsizdir.. Həmçinin bax Fransa rayonlarının siyahısı Xarici keçidlər Vikianbarda Şodon-Norant ilə əlaqəli mediafayllar var. "Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu — Şodon-Norant" (fransız). 2012-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-8-8. "Şodon-Norant" (fransız). cassini.ehess.fr. 2013-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-10.
https://az.wikipedia.org/w/index.php?curid=617725
Şodoşima
Şodoşima (yap. 小豆島) — Daxili Yapon dənizində yerləşən, Yaponiyaya məxsus olan ada. İki inzibati vahidə bölünmüşdür: Tonoşo və Şodoşima. Şodoşima adasının böyük hissəsi Kaqava prefekturası Syodzu qəzası ərazisinə daxildir. Yaponcadan tərcümədə adının mənası "Kiçik lobya adası" deməkdir. Adada iki şəhər vardır: Tonosyo və Syoşima. Adada Yaponiya ərazisində ilk dəfə uğurla zeytun yetişdirilən ərazi olaraq bilinir. Bu səbəbdən bəzən "Zeytun adası" kimi də tanınır. Adanın sahəsi 153.30 km²-dir. Burada 32 min əhali yaşayır. Yaşayış məntəqələri əsasən adanın cənubunda cəmləşmişdir. Onları birləşdirən magistral yol vardır. Şodoşima adası Yaponiyanın 19-cu ən böyük adasıdır. Daxili Yapon dənizdə isə ən böyük ikinci adadır. Şodoşima adası sahilində yerləşən Dobuçi boğazına (rus. 土 渕 海峡 Dobuçi-kaikyo) dünyanın ən dar boğazıdır. Boğazın eni cəmi 9.93 metrdir (32.58 ft). Takamatsu, Himeci, Teşima və Okayama şəhərlərindən adaya tez-tez gedən feribotlar vardır. Şodoşima adası bir zaman Azuki-şima kimi tanınırdı və Sanuki əyalətinə verilən Kibi (sonra Bizen) vilayətinin bir hissəsi idi. Son olaraq isə Kaqava prefekturasına daxil edilmişdir. Şodoşima adası yapon turistlər arasında böyük məşhurluq qazanmışdır. Adanın ən görməli yerlərindən başlıcası Kankakey vadisidir (yap. 寒霞渓). Kankakey vadisi Seto Kankay milli parkı ərazisinə daxildir. 1927-ci ildə vadi «Yaponiyanın 100 lanşaftı» siyahısına daxil edilmişdir. Dərədə kanat yolu fəaliyyət göstərir. Yaponlar arasında ada ən əvvəl Sakae Suboinin «On iki cüt göz» romanında cərəyan edən hadisələrə görə tanınır. Sakaenin özüdə bu adada doğulmuşdur. Roman iki dəfə ekranlaşdırılmışdır:1954-cü ildə Keysuke Kinosita və 1987-ci ildə Yositaka Asama. 1987-ci ildəki filmin dekorasiyası 1950-ci illərdən qalma yapon kino kəndi olmuşdur. Çəkilişdən sonra kənd saxlanılmış və hazırda «Eyqa-mura» tematik parkı kimi istifdə edilir (ja. 二十四の瞳映画村, tərcüməsi — «kino kəndi»). Şodoşima adası Yaponiya ərazisində ilk dəfə zeytun yetişdirilən ərazidir. Adada hazırda da zeytun bağı vardır. Bu bağda yel dəyirmanı vardır. Yel dəyirmanı Aralıq dənizi stilində inşa edilmişdir. 2010-cu ildən ertibarən Şodoşima Yaponiyada beynəlxalq festivalların keçirildiyi məkanlardan biridir. Yaponiyada ümumilikdə on iki ada və iki sahil şəhərində bu tip festivallar təşkil edilir. Yaponiyada səksən səkkiz adanı özündə birləşdirən səksən səkkiz ibadətgahın ziyarətini nəzərdə tutan maşruta daxildir. Şodoşimanın turizm təşkilatının rəsmi saytı Arxivləşdirilib 2018-08-30 at the Wayback Machine (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=566983
Şoffeye
Şoffeye (fr. Chauffayer, oks. Chaufaier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Firmen kantonuna daxildir. INSEE kodu — 05039. 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. İqtisadiyyatı 2007-ci ildə 220 yaş arasında (15-64 yaş arasında) 163 nəfəri iqtisadi cəhətdən fəal, 57 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə bu 68.2%). Fəal 163 nəfərdən 153 nəfəri (88 kişi və 65 qadın), 10 nəfəri işsiz (3 kişi və 7 qadın) idi. Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə hərəkətsizdir. Həmçinin bax Fransa rayonlarının siyahısı Xarici keçidlər Vikianbarda Şoffeye ilə əlaqəli mediafayllar var. "Milli Statistika İnstitutu — Şoffeye" (fransız). 2012-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-9-23. "Şoffeye" (fransız). cassini.ehess.fr. 2013-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-28.
https://az.wikipedia.org/w/index.php?curid=620509
Şofuku məbədi (Fukuoka)
Şofuku məbədi (聖福寺, Şofuku-ci) – Yaponiyanın Fukuoka prefekturasının Hakata şəhərində yerləşən buddist məbədi. Buddizmin Rinzay sektalarına aiddir. Yaponiyada tikilmiş ilk Zen məbədidir. Məbədin əsası buddist keşişi, Rinzay sektasının qurucusu, Yaponiyanı çay bitkisi ilə tanış edən şəxs olan Eysay tərəfindən 1191-ci ildə qoyulmuşdur. Məbədin tikintisi 1195-ci ildə tamamlanmışdır. Məbəddə onun əkdiyi çay ağaclarının nəslindən olan çay ağacı bitir. Bu ağac "Yaponiyanın ilk çay ağacı" kimi tanınır. Məbəd tarixi boyunca bir çox dəfə məhv olunmuş və yenidən tikilmişdir.Yaponiya rəssamı və xəttatı Senqay Qibon 1761–1811-ci illərdə qədər bu məbədin abbatı olmuşdur. Xüsusiyyətlər Məbəddə bir çox məbəd darvazası yerləşir. Onlardan ən məşhuru olan Sanmon darvazası kiçik gölməçənin qabağında yerləşir və 1911-ci ildə yenidən tikilmişdir. Butsuden zalında Buddanın heykəli yerləşir. Tikilinin tavanı bulud əjdahasının təsviri ilə bəzədilmişdir. Məbəd tikililərdən biri Eysaya həsr olunmuş zaldır. Xarici keçidlər shofukuji.or.jp/wp/ — Şofuku məbədinin rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=808148
Şohaçi İşi
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib. Xarici keçidlər Şohaçi İşii Sports-Reference.com saytında Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine Şohaçi İşii United World Wrestling saytında
https://az.wikipedia.org/w/index.php?curid=628488
Şohaçi İşii
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib. Xarici keçidlər Şohaçi İşii Sports-Reference.com saytında Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine Şohaçi İşii United World Wrestling saytında
https://az.wikipedia.org/w/index.php?curid=618908
Şok
Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqaladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla muahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir aldır. Şok halı ilk dəfə Hippokrat tərəfindən təsvir edilmişdir. Termin kimi isə şok ifadəsi 1731-ci ildə fransız cərrahı Henri Francosi Le Dran tərəfindən işlədilmişdir. XIX əsrin sonlarından etibarən şokun yaranma mexanizmi — patogenezi haqqında mülahizələr meydana çıxmışdır: damarları innervasiya edən sinirlərin iflici; vazomator mərkəzin süstləşməsi; sinir pozğunluğu; daxili sekresiya vəzilərinin funksiyalarının pozulması; dövr edən qanın miqdarının azalması; damar keçiriciliyi pozğunluğu, kapilyar stazı. Şokun patogenezi Sel Hansın stress nəzəriyyəsinə əsasən həddən ziyadə qıcıq təsiri orqanizmdə spesifik və qeyri spesifik reaksiyaların inkişafına səbəb olur. Spesifik reaksiyalar qıcığın xarakterindən asılıdır. Qeyri spesifik reaksiyalar qıcığın təsir qüvvəsindən asılıdır. Qeyri spesifik reaksiya ümumi adaptasiya sindromu kimi də adlandırılır. Bu üç mərhələdə cərəyan edir: səfərbərlik mərhələsi (həyəcan), ilk zədələnməyə qarşı reaksiya; müqavimət mərhələsi, qoruyucu mexanizmlərin həddsiz gərilməsi ilə xarakterizə olunur; tükənmə mərhələsi, adaptasiya mexanizmlərin pozulması ilə təzhür edir. Beləliklə Sel Hansa görə şok orqanizmin həddən ziyadə təsirlərə vermiş olduğu "qeyri spesifik cavab reaksiyasıdır". XIX əsrin ortalarında N. İ. Piroqov şokun patogenezində erektil (oyanıqlıq) və torpid (süstlük) fazalarını müəyyən etmişdir. Kliniki olaraq şokun dörd ağırlıq dərəcəsi müəyyən olunur: I dərəcəli şok: xəstənin vəziyyəti kompensasiyalaşmış, huşu aydın, ünsiyyətlidir, bir qədər ləngdir. sistolik təzyiq 90 və artıq, nəbzi 90–100 vurğudur. xoş proqnoza malikdir. II dərəcəli şok: xəstə ləngdir, dəri örtüyü avazımış, ürək tonları karlaşmış, nəbzi tezləşmiş (140 vurğu) və zəif dolğunluqlu, AT 90–80 mm Hg süt., tənəffüsü səthi və tezləşmiş, huşu özündə olur. Proqnozu ciddidir. III dərəcəli şok: xəstə süstləşmiş, ləngimiş, laqeyd, ağrıya, qıcığa qarşı reaksiyasızdır, suallara güclə, asta səslə cavab verir, huşu qarışıq ya itmiş olur. Dərisi avazımış, soyuq tərlə örtülmüşdür. Ürək tonları kar, nəbzi sapvari — 130–180 vurğu olur. nəbz ancaq böyük damarlar üzərində əllənə bilinir. AT 70 mm Hg süt. və aşağı, tənəffüsü səthi və tezləşmiş, mərkəzi venoz təzyiq 0 ya mənfi olur. Proqnozu çox ciddidir. IV dərəcəli şok: terminal hal sayılır. Ürək tonları eşidilmir, hüşsuzdur, dəri örtüyü bozararaq mərməri bəzən də meyid ləkələrini xatırladır, dodaqlar göyərmiş olur, AT 50 mmHg süt. və aşağı bəzən müəyyən etmək mümkün olmur, tənəffüs səthi və seyrəkdir, qıcolma, bəbəklərin genəlməsi müşahidə olunur. Demək olar ki, bəd proqnozludur. Patogenetik Əksər mənbələrdə şok patogenetik mexanizmlərinə görə təsnifləndirilir: Hipovolemik şok; Kardiogen şok; Travmatik şok; Septiki şok Anafilaktik şok; Nevrogen şok; Kombinə olunmuş Şokun hemodinamikası Şok indeksi Şokun ağgərləq dərəcəsini təyin etmək üçün şok indeksini müəyyən etmək lazımdır. Şok indeksi dəqiqəlik ürək vurğusunun sayının sistolik təzyiqə olan nisbətinə bərabərdir. H e a r t r a t e R R s y s t {\displaystyle \mathrm {\frac {Heartrate}{RR_{syst}}} } Misal: Əgər xəstənin ürək döyüntüsü dəqiqədə 140, sistolik təzyiqi isə 80 mm Hg sütunudursa onda şok indeksi 1,75-ə bəbrabər olacaqdır. Bu indeks sağlam insanlarda 0,4–0,7 arasındadır. Şok zamanı müalicə tədbirləri Əsas ümumi müalicə tədbirləri bunlardır: Şokun yaranma səbəbini müəyyən etmək və aradan qaldırmaq; İtirilmi qan, maye (qan, plazma və qanəvəzedicilərlə (kolloid, elektrolit məhlullarla)) bərpa edilməli (kardiogen şok zamanı infuzion terapiya ehtiyatla aparılmalıdır.); Oksigen verilməli (ehtiyac duyulduqda süni tənəffüsə keçirilməlidir.); Qələvi-turşu müvazinətini normallaşdırmaq üçün asidozu aradan qalırmaq lazımdır; Müsbət inotrop effekt əldə etmək üçün katexolamin müalicəsinə başlanılmalıdır. Əlavə olaraq steroid hormon, heparin, tromboza qarşı streptokinaza, sidikqovucu, preparatlarından da istifadə olunur. Franz Jesch, Klaus Hofmann; Clemens Sirtl (1986). "Anästhesiologisches Notizbuch", pp. 60.3–60.9. ISBN 3-926035-52-8. (alm.) U.v. Hintzenstern, "Notarzt-Leitfaden" , pp. 183–186; ISBN 3-437-22460-3 (alm.)
https://az.wikipedia.org/w/index.php?curid=154055
Şok (iqtisadiyyat)
Şok (iqtisadiyyat) — iqtisadiyyatın özündə müsbət və ya mənfi dəyişikliklərə səbəb olan xarici hadisə. Hadisənin şok olub-olmaması iqtisadi hadisəni izah etmək üçün istifadə olunan modeldən asılıdır. Tipik olaraq, şoklar modelin özündə nəzərə alınmayan və onunla izah edilməyən xarici hadisələrdir. Sarsıntıların mənbəyi həm iqtisadi agentlərin hərəkətləri, həm də dövlət siyasəti ola bilər. Şok modelin ekzogen və endogen dəyişənlərinə və ya onun parametrlərinə təsir göstərə bilər. Şok iqtisadiyyatın tarazlıqdan çıxmasına və ya sabit vəziyyətdən çıxmasına səbəb olur. Şokun nəticələri köhnə vəziyyətə qayıtmaq və ya yeni tarazlığa və ya stasionar vəziyyətə keçid şəklində müşahidə olunur. Statik modellərdə təsirlər müqayisəli statikadan istifadə etməklə təhlil edilir. Dinamik modellər analiz üçün impuls cavab funksiyalarından istifadə edir. Konsepsiyası İqtisadi modellər bəzi stasionar vəziyyəti və ya tarazlıq vəziyyətini təkrarlayır. Sabit vəziyyət endogen dəyişənlərin sabit dəyərləri ilə xarakterizə olunur. Tarazlıq vəziyyəti stasionar vəziyyətdən onunla fərqlənir ki, model fərqli maraqlara malik iqtisadi agentləri ehtiva edir. Şok, modelləşdirilmiş iqtisadiyyatı tarazlıqdan çıxaran hipotetik və ya real hadisədir. Statik modellərdə yeni vəziyyət axtarmaq üçün tənliklər sistemini yenidən həll etmək lazımdır. Dinamik modellərdə təkcə yeni vəziyyəti deyil, həm də ona doğru hərəkət trayektoriyasını hesablamaq mümkündür. Hesablama ya analitik (ümumiyyətlə) və ya ədədi ola bilər. Klassifikasiyası Təsir istiqamətində İqtisadi göstəricilərə təsirinin xarakterindən asılı olaraq şoklar mənfi və ya müsbət ola bilər. Məsələn, ixrac edilən mallara tələbin və ya qiymətlərin artması ixrac edən iqtisadiyyat üçün müsbət şokdur. Tələbin və ya qiymətlərin azalması mənfi şoka misaldır. Şokun iqtisadi mahiyyəti onun konkret modeldə istifadə olunan riyazi formasından fərqləndirilməlidir. Riyazi nöqteyi-nəzərdən şoklar həm mənfi, həm də müsbət ola bilər, lakin əksinə iqtisadi məzmuna malikdir. Məsələn, xərclərin artması riyazi baxımdan müsbət zərbədir, iqtisadi baxımdan mənfidir. Müddətinə görə Təsirin müddətinə əsasən daimi (daimi) və müvəqqəti zərbələr arasında fərq qoyulur. İqtisadi agentlərin reaksiyası şokun növündən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Məsələn, daimi gəlir fərziyyəsində daimi gəlirin dəyişməsi istehlaka, müvəqqəti gəlirin dəyişməsi isə əmanətlərə təsir göstərir. Agentlərin gözləntilərinə münasibət Şok gözlənilən və ya gözlənilməz ola bilər. İqtisadi agentlərin reaksiyası şokun növündən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Gözlənilən şok vəziyyətində agentlər hadisənin baş verdiyi anda deyil, hadisə haqqında məlumatın göründüyü anda reaksiya verirlər. Gözlənilməz şok halında agentlər hadisəyə birbaşa reaksiya verirlər. Effektiv bazar fərziyyəsində gözlənilən və gözlənilməz şoklar mühüm rol oynayır. Tələb və təklif Makroiqtisadiyyatda tələb şokları və təklif şokları arasında fərq qoyulur. Tipik olaraq, tələb şokları bir dövrü tetikler, təklif şokları isə uzunmüddətli iqtisadi artıma təsir göstərir. Şok mənbələrinə görə Sarsıntının mənbələri həm iqtisadi agentlərin (ev təsərrüfatları və firmaların), həm də hökumətin hərəkətləri ola bilər. Hökumət siyasətinə misal olaraq: tənzimləyici tədbirlər, monetar (pul) və fiskal (fiskal) siyasətlər və s. Həmçinin bax İqtisadi model
https://az.wikipedia.org/w/index.php?curid=823169
Şok qumbarası
Çaxnaşma, ildırım çaxması və ya səs bombası kimi də tanınan heyrətləndirici qumbara düşmənin hisslərini müvəqqəti olaraq yönünü dəyişmək vəya diqqətini yayındırmaq üçün istifadə edilən daha az öldürücü partlayıcı qurğudur . Partlayış zamanı heyrətləndirici qumbara göz qamaşdıran işıq parıltısı və son dərəcə yüksək səsli bir "bang" yaradır. Onlar tez-tez düşmənləri çaşdırmaq və ya diqqətini yayındırmaq üçün yaxın döyüşlərdə, qapıların arxasından və iğtişaşlara nəzarətdə-də istifadə olunur. Şok qumbaraları ilk dəfə 1970-ci illərin sonlarında Britaniya Ordusu Xüsusi Hava Xidmətinin antiterror qanadı tərəfindən istifadə edilmişdir və o vaxtdan bəri bütün dünyada polis və hərbi qüvvələr tərəfindən geniş istifadə olunur. Daha az öldürücü təbiətinə baxmayaraq, heyrətləndirici qumbaralar hələ də zərər verə bilir və yaxınlıqda partlayan zaman yaralaya və ya öldürə bilər. Onlar həmçinin yanğınlar törətməyə qadirdirlər. Yaratdığı effektlər Heyrətləndirici qumbaralar təqribən 7 meqakandela (Mcd) və 170 desibeldən (dB) çox yüksək səsli "partlayış" yaratmaq üçün nəzərdə tutulmuşdur. Flaş gözün bütün fotoreseptor hüceyrələrini müvəqqəti olaraq aktivləşdirir və onu təxminən beş saniyə ərzində kor edir. Bundan sonra qurbanlar görmə qabiliyyətini zəiflədən bir görüntü hiss edirlər. Partlamanın həcmi də qurbanda müvəqqəti karlığa səbəb olur və qulağın içindəki mayeni narahat edir, tarazlığın itirilməsinə səbəb olur. İstehsalı və quruluşu Parçalanmış qumbaradan fərqli olaraq, heyrətləndirici qumbaralar partlama zamanı toxunulmaz qalması və parçalanma xəsarətlərinin qarşısını almaq üçün hazırlanmış korpusla tikilir, eyni zamanda partlayışın işığını və səsini keçirməyə imkan verən böyük dairəvi kəsiklərə malikdir. Doldurucu maqnezium və ya alüminiumun pirotexniki metal oksidləşdirici qarışığından və kalium perklorat və ya kalium nitrat kimi oksidləşdiricidən ibarətdir. Gicəlləndirici qumbaraatanların hədəflərinə vurulan zədələri məhdudlaşdırmaq üçün nəzərdə tutulsa da, daimi eşitmə itkisi göürülmüşdür. (Karlıq) Sarsıntılı partlayış hələ də yaralanmalara səbəb olmaq qabiliyyətinə malikdir və partlayan zaman yaranan istilik yanan materialları alovlandıra bilər. 1980-ci ildə İranın Londondakı səfirliyinin mühasirəsi zamanı baş verən yanğınlara səs-küylü qumbaraların alışan əşyalarla təmas etməsi səbəb olub.
https://az.wikipedia.org/w/index.php?curid=820739
Şok və titrəyiş (doktrina)
Şok və titrəyiş (ing. Shock and awe) — “cəld üstünlüyə nail olmaq” konsepsiyasına əsaslanan hərbi doktrina. ABŞ ordusu tərəfindən İraqdakı kampaniya zamanı istifadə edilmişdir. 1996-cı ildə Müdafiə Araşdırmaları və Texnologiyaları İnstitutunun rəhbəri Ceyms Ueyd və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Harlan Ullman tərəfindən hazırlanmışdı. Əsas müddəaları Hədəf təkcə düşmənin silahlı qüvvələri deyil, həm də “geniş mənada oradakı cəmiyyətdir”. Müharibə üç fərqli tamaşaçı üçün televiziyada nümayiş etdirilən bir tamaşadır: Amerika tamaşaçıları, düşmən tamaşaçıları və dünyanın qalan hissəsi. Həm döyüş əməliyyatları, həm də informasiya müharibəsi aparmaq.
https://az.wikipedia.org/w/index.php?curid=823030
Şokalad (film)
Şokolad(ing. Chocolat)-İoann Harrisin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2000-ci il İngilis / Amerikan ortaq istehsalı film.Mühafizəkar bir Fransız qəsəbəsinə gələn gənc bir ana ilə altı yaşındakı qızından və onların şokolad dükanından bəhs edir. Xarici keçidlər Şokolad — IMDb səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=286849
Şokaladlı süd
Südlü kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Hazırlanma qaydası Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100-150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az-az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd pəhriz yumurtasının sarısı 4-5 ç. q. toz-şəkərlə çalınır və hər stəkana 2-3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=801331
Şoker (film, 1989)
Şoker (ing. Shocker) — 1989-cu ildə çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxil olmasına baxmayaraq böyük gəlir əldə etmişdir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmin digər adı "Ues Kreyvenin Şokeri" kimi səslənir. Filmin distribütori Universal Pictures kinokompaniyasıdır. ABŞ, Los-Anceles. Cavan futbolçu Conatan Parker Amerikan futbolunda aldığı beyin zədəsindən sonra gecələr qəribə yuxular görməyə başlayır. Conatan yuxuda Horas Pinker adlı manyakın özgə bir ailəni necə öldürdüyünü görür. O, polislərin diqqətini cəlb edir və polislər ilə manyakın axtarışına başlayır. Lakin bir müddət keçdikdən sonra manyakın hədəfi Conatanın ailəsi olur. İlk hədəfi isə Conatanın nişanlısı olur. Horas Conatanın nişanlısını ad günündə öldürür. Nişanlısı dəfn edildikdən sonra Conatan yuxularında nişanlısının ruhunu görür. Conatan Horasdan intiqam almaq niyyətindədir. Bu hadisədən sonra Conatan və atası Don Parker manyakın izinə düşürlər. Lakin nə Conatan, nə də atası Don başa düşürlər ki, manyak Horası tutmaq elə də asan olmayacaq. Nəhayət, Horas elektrik stuluna məhkum etdildikdən sonra ölür. Lakin elektrik stuluna məhkum edilməmişdən əvvəl elə edir ki, öldükdən sonra onun ruhu daima yaşasın. Öldükdən sonra Horasın ruhu yanında dayanan qızın içinə girir. Bundan heç kəs xəbər tutmur. Onu maşında apararkən, qəflətən detektivlərə hücum edir. Bu zaman qəza baş verir. Qəzada detektivlərin hər ikisi ölür. Lakin Horas ruh olduğuna görə ona heç nə olmur. Horas bunun ardınca maşındakı detektivlərdən birinin içinə girərək, Conatanın evinə gəlir. Detektivin içindəki Horas Conatanı səsləməyə başlayır. Conatan isə televizorda onu səsləyən detektivin ölüm xəbərini eşidir. Conatan qaçmağa başlayır. Bu zaman onu Horas təqib etməyə başlayır. Horas Conatanın yaxın qaradərili dostunu öldürür. Hətta onun atasının belə bədəninə daxil olur. Lakin Conatan atasını onun ruhundan xilas etməyi bacarır. Bu hadisədə baş verdikdən sonra Conatan yoldaşları ilə Horası təqib etməyə başlayır. Sonda Conatan onunla üz-üzə gəlir. Horas onunla televiziya kanallarında vuruşmağa başlayır. Conatan televizordan çıxdıqdan sonra onu televizorun içində saxlayır və elektriki söndürür. Horasın ruhu televizorun içində qalaraq ölür. Beləcə, Conatan öz nişanlısının intiqamını almış olur. Maraqlı faktlar "Şoker" filmi 10 aya çəkilmişdir. Conatan Parker ikinci gördüyü yuxusunda "Mariann" və "Vaqner" küçələrini görür. Mariann bu filmin prodüseridir, Vaqner isə aktyordur. Ues Kreyvenin ilk nikahından olan övladları Conatan və Cessika Kreyven epizodik rollarda çıxış etmişlər. Xarici keçidlər Şoker — Internet Movie Database saytında.RottenTomatoes.com review DVDManiacs review Arxivləşdirilib 2008-05-10 at the Wayback Machine Craptastic Movies Review Arxivləşdirilib 2011-01-22 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=261740
Şoko
Şoko Asahara — Aum Şinrikyo dini sektasının qurucusu və lideri. Şoko Mikami — keçmiş Yaponiya qadın futbolçusu. Şoko Hamada — keçmiş Yaponiya qadın futbolçusu.
https://az.wikipedia.org/w/index.php?curid=837176
Şoko Asahara
Şoko Asahara (yap. 麻原 彰晃) yaxud Çizuo Matsumoto (yap. 松本 智津夫) — Aum Şinrikyo dini sektasının qurucusu və lideri. Dini sekta 1987-ci ildə yaradılıb.1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli "zarin" qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb.Hadisədən sonra Şoko Asahara başda olmaqla sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb. Şoko Asahara və sektanın digər rəhbərləri 6 iyul 2018-ci ildə edam edildilər. Xarici keçidlər A Japan Times article Arxivləşdirilib 2005-11-28 at the Wayback Machine about two documentary films on Aleph BBC profile of Asahara A,a documentary film about Asahara made in 1998 by Tatsuya Mori — Internet Movie Database saytında.A2,a follow-up documentary made in 2001, also by Mori — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=553634
Şoko Hamada
Shoko Hamada — keçmiş Yaponiya qadın futbolçusu. Milli komanda karyerası Yaponiya qadın milli komandasının heyətində 2 oyun keçirib.
https://az.wikipedia.org/w/index.php?curid=596197
Şoko Mikami
Şoko Mikami (d. 8 yanvar 1981) — keçmiş Yaponiya qadın futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 2 qol vurub.
https://az.wikipedia.org/w/index.php?curid=596247
Şokolad
Şokolad — kakao paxlasına şəkər və başqa yeyinti məhsulları qatılmaqla hazırlanan qənnadı məmulatı. Şokolad təbii və əlavəli hazırlanır. Təbii şokolad yalnız kakao paxlası və şəkərdən alınır, əlavəli şokoladın tərkibinə bunlardan başqa süd, qəhvə, qoz və s. qatılır. Şokoladın tərkibində 35-37% yağ olur. Şokolad hazırlamaq üçün kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Üyüdülmüş kakaonun bir hissəsini sıxıb yağını ayırırlar. Şokolad plitka, müxtəlif fiqur, medal formasında, şokolad məmulatları isə baton və assorti konfeti şəklində buraxılır. Şokolad növləri Qara (acı) şokolad Südlü şokolad Qabarcıqlı şokalad Diabetik şokolad Şokoladın tarixi təxminən 3000 ildir. E.ə. 1500 il əvvəl Meksika körfəzi sahillərində yerləşən Amerikada yeni sivilizasiya meydana gəldi. İrəli sürülən fikirlərə əsasən məhz "kakao" sözü ilk dəfə olaraq onlar tərəfindən dildə "kakawa" kimi tələffüz edilərək, meydana gəlmişdir. Təxminən 1000 il bizim eradan əvvəlki dövrü özündə birləşdirən həmin tayfanın sivilizasiya nümunələrindən sayılır. Olmeklərdən sonra meydana gələn yeni sivilizasiyanın nümayəndələri isə mayalar hesab olunurdu. Mayaların nəsilləri 1000 il bizim eradan əvvəl Qvatamelanın şimal hissəsində bilinməyən istiqamətdən gəlmişdilər. Həmin gündən etibarən mayaların çox hissəsi Qvatamelada və Meksikanın səlahiyyətində olan Çiapasda yaşayırlar. Deməli kakao həmin dövrdə çox az yerdə yayılmışdı, yoxsa tezliklə məşhur ola bilərdi. Mayalar kakao adlanan ağacdan istifadə etməyə başladılar və onlar hətta bu ada sahib olan Allaha da inanırdılar. Təxminən bizim eradan əvvəl 250 – ci illlərdə mayaların mədəniyyətlərin inkişafı özünün klassik fazasına daxil oldu. Bizim eranın 600 – cı ilinə qədər mayalar bizə məlum olan ən böyük plantasiyaları yaratdılar. Mayaların nəhəng şəhərləri yaradılmışdı, burada onların piramidaları, qalaları və qəddar rəhbərləri var idi. Bizim eranın IX əsrinə kimi Mayaların memarlıq üslubları Yunanınstan və İtaliyanın ilkin İntibah dövrünə bənzəyirdi. Mayalar üçün şokolad ən məşhur, təntənəli və müqəddəs içki idi, bu hal yalnız onların yaşadığı dövrü deyil, o dünyanı da özündə birləşdirirdi. Əlbəttə düşünmək olar ki, yəqin mayalar yalnız bir növ hazırlanmış şokolad içkisini tanıyırdılar. Onların çox yaxşı hazırlanmış metdoları var idi və şokolad içkisi üçün müxtəlif üsullardan, əlavələrdən və komponentlərdən istifadə edirdilər. Mayaların mədəniyyətini öyrənən dilçi mütəxəssizlər xüsusi rol oynayan müəyyən frazaların üzərində işləyirlər. Buna misal olaraq "witik cacao" və "cacao kox" deyimləri aiddir, lakin böyük təssüflər olsun ki, bu sözlərin mənası hələ də açılmamışdır. Digər əlavələrdən biri də "piment" adlanır və mayalar bundan çox istifadə edirdilər. Bir çox kitablarda həmin söz istiot kimi tərcümə edilmişdir, lakin bu düzgün deyil. Bu sözün əsl mənası "mixək ağacı" hesab olunur. İstiot isə həmin dövrdən İspaniyanın zəbt olunmasına qədər məlum olmamışdır. Bizim eranın IX əsrdən sonra mayaların klassik mədəniyyəti məhv olmağa başladı və bizim eranın 1000 – ci ilində mayaların yerinə tolteklər gəldi. Lakin həmin bu mədəniyyət XII əsrdə daxili çəkişmələr və mübahisəli danışıqlar nəticəsində məhv edildi. 1200 – ci ildən sonra Meksika və onun ətrafı hissələrdə asteklər rəhbərliyi ələ aldılar. Onların sivilizasiyaları 1521 – ci ilə kimi yəni ispanların həmin əıraziləri zəbt etməsinə qədər ömür sürdü. Bir çox kitablarda yazılan fikirlərə əsasən elə ilk dəfə asteklər kakao ağaclarını kəsmiş və ondan şokolad içkisini yaratmışlar. Əlbəttə bir çox mübahisələrdən sonra bunun tamamilə yalnız fikir olması dəqiqləşdirildi. Lakin Yeni dünyada asteklər şokolad içkisinin daha da yayılmasında mühüm əhəmiyyət kəsb edən insanlardan birinə çevrildi. Astek əfsanələrində deyilir ki, kakao bitkisi bizə Cənnətdən göndərilmişdir və kakao ağacından güc və mərdlik təzahür edir. Xəritələrin çox hissəsində 1519 – cu ilə aid edilən astek imperiyasına məxsus torpaqlar əks olunur və həmin ərazilər ispanlar tərəindən məhv edilmişdir. Bu bölgələrdən ən vacibi Xoconochco ərazisi olmuşdur və buranı asteklər 1486 – 1502 ci illərdə aşkarlamışlar. Bu asteklər üçün ən yaxşı plantasiyalar sahib olmaq imkanı qazandırdı. Xoconocho vilayəti asteklərə aid edilən imperiya hissəsindən kənarda yerləşirdi və məhz buna görə də bir çox ticarətçilər kakaonun asteklərin paytaxt şəhəri olan Tenochtitlan şəhərinə daşınmasında böyük rol oynayırdı. Kakao – paxlaları astek imperiyası üçün pul mənasını kəsb edirdi. Burada kral imperiyasının anbarlarda xüsusən qoruduğu kakao – paxlaları var idi. Kakaonun bir kisəsi hansı ki, ticarətçilər bir – birinə gətirirdi, onlar təxminən 24 000 kakao dənəsindən ibarət olurdu. Bu üç "xipuipillis" adlandırılırdı. Bir çox mənbələrdən əldə edilmiş məlumatlara əsasən Nezahualcoyotl sarayında hər gün 4 xipuipillis yığılırdı. Bu il ərzində 486 kisədən artıq edirdi. Bütünlükdə məbləğ Montesumada olan kakao maliyyəsindən əldə edilmiş pula görə heç nə idi. Bu tanınmış astek imperatorlarından birinin dövrünə aid edilirdi. Deyilənə görə həmin dövrdə 4000 – dən artıq kakao kisəsi əldə edilirmiş. Bu fakt təsdiq edilməsə də həmin anbarın təxminən bu qədər kakao tutduğu da məlumdur. Mayalar şokoladdan hazırlanmış bu içkini "xocolatl", asteklər isə "cacahuatl" adlandırırdı. Meksika hindularının dilində olan şokolad sözü "choco" yəni içki və "alt" yəni su sözlərinin birləşməsindən meydana gəlmişdir. Sözün bu mənanı ifadə etməsi bəlkə də onun əvvəllər içki kimi istifadə olunması ilə əlaqədardır. Deyilənə görə Xristofor Kolumb kakao – paxlalarını kral Ferdinanda özünün Yeni dünyaya dördüncü səfəri zamanı gətirmişdir. Lakin heç kim Kolumb tərəfindən gətirilən bu qiymətli bitkilərin mənasını dərk edə bilmədi. Kolumdan sonrakı 100 il ərzində şokolad Avropada da meydana gəldi. Bir girvəngəsi 10 – 15 şillinqə satılırdı və şokolad içkisi yüksək nümayəndələrə aid edilirdi. XVI əsrdə ispan tarxiçilərindən Oviedo yazırdı; "Yalnız varlılar və hörmətli şəxslər özünə şokolad içməyə icazə verə bilərdi, çünki bunu içmək pulu içmək kimi bir hərəkət idi. Bütün ölkələrdə kakao – paxlalarını valyuta kimi istifadə edirdilər. 100 kakao toxumuna həmin vaxt bir yaxşı kölə almaq mümkün idi.!" Şokolad həmçinin müalicəvi ünsür kimi də istifadə edilirdi. Xristofer Lyudviq Xoffman şokoladı bir çox xəstəliklərin müalicəsi üçün insanlara məsləhət görürdü. Şokolad illər keçdikcə daha da məşhurlaşdı və nəticədə onun daxilinə əlavələr edilməyə başlanıldı. Bunlara süd, spesefik məhsullar, müxtəlif şirin məmulatlar, içki və hətta pivə də qatıldı. Əgər ilk əvvəl şokolad kişilər üçün içki sayılırdısa, sonrakı dövrlərdə bu xüsusən uşaqlar üçün maraqlı içkiyə çevrildi. 1674–cü ildə şokoladdan ruletlərin və pirojnaların içində istifadə etməyə baladılar. Bu dövr "yeyilə bilmə" müddəti adlandırılırdı, çünki hazırlanan şokoladları tək içmirdilər, hətta yemək də olurdu. Avropaya aparıldıqdan sonra kakao ilk əvvəl kilsəyə və kralın sarayına düşür, burada saray qadınları tərəfindən xüsusən sevilir. İspaniyadan "kcokolatl" Avropanın digər bölgələrinə də yayılır və nəticədə meksikalılardan fərqli olaraq tərkibinə şəkər tozu, həmçinin vanil də əlavə edilir. Alman imperatoru olan V Karl kakaonun maliyyə nəticələrini öyrəndikdən sonra bu məhsul üzrə monopoliya elan edərək, yalnız özünün əlində cəmlənməsini tələb edir. Lakin XVII əsrdə qaçaqmalçılıq yolu ilə bu məhsul Niderlanda gətirilir. İlk dəfə şokoldaın hazırlanması üçün lisenziyanı italyanlar əldə edir. İngiltərədə "Chocolate Houses" kofe və çay salonlarından daha çox insanı cəlb edir və müştəi axınına uğrayır. XIX əsrdə ilk dəfə olaraq şokolad pilitələri yaradılır, Jan Neaus isə ilk içərisi doldurulmuş konfetin yayarıdıcısı hesab olunur. ABŞ-də şokoladdan uca bir bina tikilib. 6,5 metr uzunluğundakı bina görənlərin iştahını artırır. ABŞ-nin göydələnləri ilə məşhur Nyu-York şəhərində ucalan bu bina digərlərindən dadlı olması ilə fərqlənir.Çünki 6.5 metr uzunluğundakı bina saf şokoladdan hazırlanıb.Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb. 30 saata tikilən bina Ginnesin kitabına adını yazdırıb. Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib.Maraq dolu dünyada sevimli şirniyyatdan bina hazırlamaqdan da qəribə onun necə yeyilməsidir. Buna insanların hobbisi kimi baxılsa da, əslində tarixdə sevimli içkilərindın fontan hazırlayanlara da rast gəlmək olur.
https://az.wikipedia.org/w/index.php?curid=53772
Şokolad (film)
Şokolad(ing. Chocolat)-İoann Harrisin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2000-ci il İngilis / Amerikan ortaq istehsalı film.Mühafizəkar bir Fransız qəsəbəsinə gələn gənc bir ana ilə altı yaşındakı qızından və onların şokolad dükanından bəhs edir. Xarici keçidlər Şokolad — IMDb səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=316679
Şokolad (film, 2000)
Şokolad(ing. Chocolat)-İoann Harrisin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2000-ci il İngilis / Amerikan ortaq istehsalı film.Mühafizəkar bir Fransız qəsəbəsinə gələn gənc bir ana ilə altı yaşındakı qızından və onların şokolad dükanından bəhs edir. Xarici keçidlər Şokolad — IMDb səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=286847
Şokolad rəngi
Şokolad rəngi — qəhvəyi rəngin şokoladı xatırladan tonudur. Südlü şokolad kimi tanınan qidanın müəyyənedici rəngidir. Şokoladın Asteklərin Nahuatl dilindəki “chocolātl” sözündən gəldiyi düşünülür. Digər tərəfdən, amerikalı linqvistik William Bright bu sözün Meksika mənbələrində olmadığını bildirmişdir; Meksikalı yazıçı Francisco J. Santamaría sözün mənbəyinin Yucatec Maya dilindəki “chokol” olduğunu iddia etmişdir. Kakao rəngi Kakao dənəsinin rəngi kimi tanınır.
https://az.wikipedia.org/w/index.php?curid=748797
Şokoladlı dondurma
Dondurma – isti havaların bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Belə ki, dondurmanın tərkibində protein, karbonhidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər həmçinin magnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar yer almaqdadır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havalarda deyil müntəzəm istifadəsi uşaqların vitamin çatışmamazlığını da aradan qaldıra bilər. Bütün bunlarala yanaşı dondurmanın ziyanları da ola bilər. Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir çünki dondurmanın əsas tərkibi sayılan süd bakteriya və virusların əmələ gəlməsi üçün ideal bir şəraitdir. Beləliklə antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər. Dondurmanın tarixi Hər bir desert özünün böyük tarixinə malikdir, bunların bir çox əfsanəvi, yaxud nağıl yolları ilə yayılır. Bu gün isə biz sizin üçün dondurmanın tarixindən söhbət açmaq istəyirik. Yəqin ki, bu dünyanın ən sevimli desertidir. İş orasındadır ki, bu desert haqqında çoxsaylı sirrlər mövcuddur. Bunlardan bir çoxunu sizə bildirəcəyik. Bir çoxları dondurmanın Avropada ilk dəfə səsləndiyini bildirərək, onun reseptinin Çindən İtaliyaya Marko Polo tərəfindən gətirildiyini vurğulayırlar. Bu şəxs dondurmaların hazırlanma prosesini özü birbaşa görmüşdür, həmin resepti öyrənsə də, evinə qayıdarkən bu reseptdən istifadə edə bilməmişdir. Digər fikirlərə görə bir aşpaz olmuşdur və onun dondurmanın hazırlanması haqqında xüsusi sirrləri var imiş. Bu aşpazı Yekaterina Mediçi çox yaxşı tanıyırmış. Yekaterinanın Dyuk Orleanla toyu olduqdan sonra onlar Fransaya köçürlər və bu zaman həmin dondurma hazırlamağı bacaran aşpazı da özləri ilə birlikdə aparırlar. Bu dondurma hazırlayan aşpaz I Karlın o qədər xoşuna gəlir ki, onu krallığın dondurmaçısı adlandırır. I Karl bu şəxsə ömürlük təqaüd açır, yalnız onun qarşısında bir şərt qoyur ki, nə olmasından asılı olmayaraq dondurmanın hazırlanma reseptini heç kimə söyləməsin. Çünki bu soyuq desert krallığa aid qida hesab olunurdu. Bu haqda gəzən rəvayətlər sırasında I Karl və onun dondurmaçısı haqqında bir dənə də əfsanə vardır. I Karl keçirdiyi banketlərdən birində özünün yüksək səviyyəli və varlı qonaqları üçün elə qida hazırlamaq istəyir ki, onların hamısını təəccübləndirsin. Buna görə də aşpazına əmr edir ki, süfrəyə qeyri–adi bir təam versin, hansı ki, qonaqları bunu çox bəyənsin. Aşpaz bu əmrə görə həddindən artıq çalışır, sonunda bu qızıl resepti əldə edir. O, gələn qonaqlara soyuq deserti təqdim edir, hansı ki, hamıya yeməkdən çox yağan qarı xatırladır. Bu deserti digərlərindən xüsusi kremi və dadına doyulmaz şirinliyi ayırırdı. Qonaqlar xüsusi ləzzət aldılar. Karl və onun aşpazı, hansı ki, biz onun adını hələ də DeMarko kimi bilirik, qonaqları təəccübləndirməyi bacardılar. Bu zaman Karı DeMarkonu çağıraraq ona bu sirri heç kimə açmamağı əmr etdi. Bunun müqabilində isə ona hər ay maaş kimi 500 funt ödəniləcəyini söylədi. Çünki istəyirdi ki, bu yemək yalnız kral süfrəsində təqdim olunsun. Məhz buna görə də desertin reseptini heç kimin bilməməsi vacib idi. Lakin DeMarko I Karlın başı kəsildikdən sonra resepti açıqlamağa başladı. Amerikaya ilk dəfə olaraq dondurma 1774–cü ildə Filipp Lenzi tərəfindən gətirilmişdir. Lakin bu yeniliyi həmin dəqiqədə qəzetlərdə yayımlamağa başladılar. Həmin dondurmalar artıq soyuq desertlər kimi satışa çıxarılır, hətta Londonda belə geniş yayılmağa başlayırdı. Bunun çıxışı haqqında ilk dəfə Dolli Madison yazmışdır. İlk dəfə olaraq 1813–cü ildə prezident və onun yoldaşı Ceyms Medisonun inoqurasiya mərasimində bu desert ekskluziv olaraq hazırlanmışdır.1786-cı il 8 iyunda Nyu-Yorkda ilk dondurma satışa çıxarılmışdır. 1846–cı ildə Nyu–Cersidən Nansi Conson adında biri əl frizeri adı altında aparat kəşf etdi. Bu yaradılmış yenilik həqiqətən də dondurmaların hazırlanmasında dönüş nöqtəsi oldu. Artıq hər bir kəs bu aparatı əli ilə işə salaraq dondurma hazırlaya bilərdi. Məhz bundan sonra dondurmalar daha güclü soyuq hala salınırdı. Lakin bütün bunlara baxmayaraq Nansi Conson öz ixtirasını patentləşdirmədi. 30 may 1848–ci ildə Yonq soyadını daşıyan biri həmin frizerə bənzəyən aparatı öz adına patentləşdirdi və ona "Dondurma üçün Conson Frizerin patenti" adını verdi. Merilend ştatının Baltimor şəhəri dondurmaların tarixində xüsusi rol oyanmışdır. Məhz bu şəhərdə 1851–ci ildə "şirin qar" – ın Yakob Fussel tərəfindən hazırlanması başladılmışdır. Həmin şəxs Amerikada dondurma sənayesinin atası adlandırılırdı. Növbəti frizerin yaradılması 1926-cı ilə təsadüf edir. Bu aparat dayanmadan işləyən frizer adlandırılmışdı. Onun sahibi Klarens Voqt idi. Bundan sonra artıq durmadan yeni frizerlər meydana gəlməyə başlayırdı. Lakin xatırlatmalıyıq ki məhz Voqt dondurma sənayesinə yenilik gətirən şəxslərdən biri olmuşdur. Toronto şəhərində yaşayan Konditer Tomas Vebb Şimali Amerikada ilk dəfə olaraq Kanadanın birinci vətəndaşı kimi dondurma satışı ilə məşğul olmuşdur. İlk dəfə olaraq 1893–cü ildə Toronto şəhərində Vilyam Nelson bu deserti satış üçün hazırlamışdır. Növbəti 100 il müddətində isə onlar dondurmanın Kanada üslubunu meydana gətirdilər. Əgər söhbət dondurmaların hazırlanmasından gedirsə bu zaman Qədim Rusları da unutmaq lazım deyil. Hələ Kiyev şəhərində bu qida desert kimi süfrəyə verilən qidalar sırasında yer alırdı. Bu desert şəkərlər südün qatışımından yaradılaraq, dondurulurdu. Həmin vaxt Avropa bu gözəl təamdan bixəbər idi. Lakin bir müddət keçdikdən sonra Fransada soyuq təamı hazırlamağa başladılar. Fransada III Napoleonun dövründə ilk yağlı dondurmalar düzəldildi. Onun resepti Plober şəhərində Le Beem tərəfindən yaradılmışdı. Buna görə də bir çox dondurmaların adı məhz "plombir" adlandırılır. Zaman keçdikcə bu desert bir çox ölkələrdə tanındı və hər bir şəxs daha artıq əlavələr edərək hazırlamağa başladı. Nəticədə hazırkı dondurmalar daha dadlı, qoxulu və ləziz formadadırlar. Hazırda İtaliya assorti dondurmasının mərkəzi sayılır. Məhz Apenində dondurmanın tərkibinə qoz, meyvə, likör, peçenye və hətta gül əlavə etməyə başladılar. Avstriyada şokoladdan hazırlanmış dondurmalar düzəldilməyə başlandı. Dondurmaların bütün formalarını hazırlayan şəxslərə minnətdarıq, çünki hazırda mövcud olan desertlərimizin sayı olduqca çoxdur. Hazırlanma qaydası Tərkibi (2 pors): 3 yumurtanın ağı 2 xörək qaşığı şəkər tozu 3 xörək qaşığı qaymaq 1 paket vanilin3 yumurtanın ağı mikserdə ağarana qədər çalınır. Köpüklənmiş halda olan qarışığa şəkər tozu az-az qatılır. Qarışıq bərk halda olur. Bir paket vanilin əlavə edilir. Qarışdırmağı davam edərək bir-bir qaymaq əlavə edilir. Bu zaman durulaşma yarana bilər. Qablara tökülür və soyuducunun buzluq hissəsinə qoyulur. Həmçinin bax Qar koramazı
https://az.wikipedia.org/w/index.php?curid=86277
Şokoladlı pizza
Şokoladlı pizza – şokoladdan istifadə edərək hazırlanan pizza çeşidi. Müxtəlif stilləri və hazırlanma qaydaları mövcuddur. Şokoladlı pizza desert kimi də servis edilə bilər. Bəzi şirkətlər şokoladlı pizza hazırlamaqda ixtisaslaşıblar. Hazırlanması Bəzi şokoladlı pizzalar xəmirə birbaşa şokoladın əlavə edilməsi ilə hazırlanır. Şokoladlı pizza şirin, desert yeməyi və ya əsas yemək kimi servis edilə bilər. Şokoladlı pizza peçdə bişirilməyə qoyulmamış xəmirin üzərində şokoladın əlavə edilməsi ilə hazırlana bilər. Başqa bir variant isə bişdikdən sonra üzərinə fındığın əlavə edilməsidir. Son illərdə şokoladlı pizzanın hazırlanmasında istifadə olunan inqredientlərə şəkər şirəsi, banan, çiyələk, marşmellou, şəkər dənəcikləri və ağ şokolad parçaları aiddir. Şokoladlı pizza məktəblilərin sevdiyi iki qida növünü – pizzanı və şokoladı özündə birləşdirir. Şokolad və pizzanın qarışdırılmasına Qərb ölkələrində paralel olaraq başlanılmış və desert kimi restoranlarda təqdim edilmişdir. Şokoladlı pizza Sevgililər günü yeməyi kimi də tanınır.Chocolate Pizza® Chocolate Pizza Company şirkətinin qeydiyyat keçmiş əmtəə nişanıdır. Chocolate Pizza Company ABŞ-da şokoladlı pizza bişirməkdə ixtisaslaşmış şirkətdir. Şirkətin baş qərargahı Nyu-Yorkda yerləşir. Chocolate Pizza® bu şirkətin qeydiyyat keçmiş əmtəə nişanıdır. İngiltərənin Kotqreyv şəhərində yerləşən The Gourmet Chocolate Pizza Company şirkəti Belçika şokoladından pizzalar hazırlayır. Bu pizzalar soyuq şəkildə desert kimi təqdim edilir. Tampone, Kevin. "Growth prompts Chocolate Pizza move to new location (photos)". syracuse.com. November 4, 2015. İstifadə tarixi: 5 fevral 2018. Cooke, L. J.; Wardle, J. "Age and gender differences in children's food preferences". British Journal of Nutrition. 93 (05). 2005: 741–746. doi:10.1079/bjn20051389. Xarici keçidlər Food Network
https://az.wikipedia.org/w/index.php?curid=536096
Şokoladçı qız
Şokoladçı qız (Gözəl şokoladçı qız)-(fr. La Belle Chocolatière, alm. Das Schokoladenmädchen) — XVIII əsr isveçrəli rəssam Jan Liotarın ən məşhur tablosu. Burada əlində isti şokolad aparan qulluqçu xanım təsvir olunub. Əsər pastel texnikası ilə perqament üzərində işlənib. Yaranma tarixi Şəklin yaranma versiyalarından biri belədir- 1745-ci ildə knyaz Ditrixşteyn o dövrdə haqqında çox danışılan Vyana şokoladını dadmaq üçün kafelərin birinə baş çekir.Bu zaman ona xidmət göstərənlər arasında müflis olmuş Melxior Baltaufun qızı Anna olmuşdur. İlk baxışdan xanıma vurulan knyaz , ailəsinin etirazlarına baxmayaraq onunla evlənir və bu şəkili toy hədiyyəsi kimi Liotara sifariş verir. Rəssam xanımı quluqçu qiyafəsində təsvir edərək, bununla da ilk baxışdan sevgini ifadə etməyə çalışıb.Bu hekayə sonradan bu şəkli öz loqotipində istifaə edəcək Baker şirkəti üçün əsas ilham mənbəyi olmuşdur. Digər bir veriyaya görə isə əsər knyazın gələcək həyat yoldaşı Şarlotta Baltaufun, vyanalı bankir olan atasının evində ərsəyə gəlib. Digər bir əfsanəyə görə isə , Liotar qulluqçunun gözəlliyinə o qədər heyran qalmışdır ki, onu təsvir etməyə qərara gəlmişdir. Hər-halda modelin kimliyi dəqiq bilinmir. Vyananı tərk etdikdən sonra Venesiyaya gələn Liotar şəkili Polşa kralı III Avqustun və Prussiya kralı II Fridrixin kolleksiyasına nəzarət edən Françesko Alqarottiyə satmışdır. 1765-ci ildən əsər Drezden qalereyasında saxlanılır. İkinci dünya müharibəsi zamanı Keniqşteyn qalasına köçürülüb , sonradan isə Sovet əsgərləri tərəfindən aşkar edilmişdir. Süjet çox sadədir- Ağ önlüklü qız əlində isti şokoladın və su stəkanının olduğu məcməyi aparır. Bu əsər o dövrdə avropaya yenicə gəlmiş Meyney farforunun işləndiyi ilk əsər hesab olunur. Su ilə dolu stəkandakı işıq ,rəssamın arxasından düşən işığı əks elətdirir. Şəklin çox yüngül atmosferi rəssamı Şarden və Vermeyer səviyyəsinə qaldırır. Liotarın müasirləri üçün bu əsər şedevr hesab olunur. Kütləvi incəsənətdə Şəkil Drezden qalereyasında nümayiş olunan vaxt onu şokolad alveri ilə məşğul olan Henri L. Pirs görmüşdür. 1862-ci ildə isə "Baker"s Chocolate" öz loqosunda işlətmək hüququna yiyələnməklə dünyada və ABŞda ən qədim satış markalarından birinə çevrilməyi bacarmışdır. Şəklin digər bir sürəti isə Baker kompaniyasının Massaçusets ştatındakı ev-muzeyində saxlanılır.
https://az.wikipedia.org/w/index.php?curid=415658
Şokçu (komiks)
Şokçu (ing. Shocker) — Marvel Comics tərəfindən yaradılan supercinayətkar personaj. Baş düşməni Hörümçək-adamdır. 2017-ci ildə MKK-ya daxil olan "Hörümçək-adam: Evə qayıdış" filmində Bukem Vudbayn tərəfindən canlandırılmışdır. Nəşr olunma tarixi Şokçu ilk dəfə 1967-ci ilin martında "The Amazing Spider-Man" komiksinin 46-cı buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li və Con Romitadır. "Thunderbolts" komiksinin 157-162 saylarında komandanı tərk edənədək görünmüşdür. Əsl adı German Şultsdur. Nyu York şəhərində anadan olur. Orta məktəb təhsili alır və bununla yanaşı əla mühəndis və ixtiraçı bacarıqlarına yiyələnir. Qanunlara uyğun olaraq işləmək əvəzinə dünyanın ən yaxşı oğrusu və seyf qırıcısı olur. Nəhayət, polis tərəfindən tutulur və həbsə atılır. Həbsdə olduğu müddət ərzində özünə partlayış törədən xüsusi əlcəklər düzəldir. Şults bu əlcəklərdən istifadə edərək həbsdən qaçır, Şokçu adını alaraq super cinayətkara çevrilir. Oğurluqla məşğul olarkən ilk dəfə Hörümçək-adam ilə qarşılaşır və onu məğlub edir. (Hörümçək-adam bu zaman əlverişsiz vəziyyətdə idi. Belə ki, Kərtənkələ ilə döyüşdə onun sol qolu burxulmuşdu) Daha sonra Hörümçək-adam Şokçunu bank soyarkən məğlub edir və həbsxanaya geri yollayır. Belə ki, döyüş zamanı Hörümçək-adam Şokçunun əlcəklərini baş barmağı ilə işə saldığını görmüş, baş barmağına tor ataraq ona qalib gəlmişdir.Şokçu daha əvvəl Kinqpin tərəfindən oğurlanmış və üzərində gənclik formulunun yazılmış olduğu qədim daşı oğurlayır. O, daha sonra Yumurtabaşın Bəla Ustaları komandasına qoşulur. (Radioaktiv adam, Pələng köpəkbalığı, Munston və Böcəklə birlikdə) Komanda Qisasçıları öz malikanələrində məğlub edirlər. Şokçu nasist cinayətkar Baron van Lundt tərəfindən Dominik Fortunu və özünə şok alətləri düzəltmək üçün kirayələnir. Daha sonra Buqelemun və Çəkicbaş tərəfindən kirayələnərək Elektronu komandalarına qoşulmasına razı salmaq üçün göndərilir. Şokçu Nyu York Şəhər Kitabxanası üçün pul toplayan xeyriyyə fondunu soyur. Yenə Hörümçək-adam tərəfindən tutulur və həbsə atılır. Bumeranqla birlikdə həbsxanadan qaçır. Hörümçək-adam ilə arasındakı düşmənçiliyi hələ davam edir. Müxtəlif vaxtlarda Hobqoblinin Məşum yeddilik, Norman Osbornun Məşum on ikilik, Doktor Səkkizayağın Məşum altılıq və Bəla Ustaları komandasına qoşulur və ya digər super cinayətkarlarla müttəfiq olur. Onun müttəfiq olduğu super cinayətkarlara Rayno, Hidro-adam, Bumeranq, Leyla Deyvis, Sürət şeytanı, Böcək (hamısı Məşum sindikat komandasının üzvləridir), Trapster, Constrictor aiddir. "İntiqam hərəkatı" zamanı super cinayətkarlarla birlikdə uğursuzluqla bitən Fantastik Dördlük hücumunda iştirak edir.Sonsuzluq müharibəsinə kömək etmək məqsədi ilə Şokçu Doktor Osminoq birlikdə Qisasçılar iqamətgahına basqın edir. Bu zaman Qalaktikanın mühafizəçiləri ilə də döyüşməli olur. Digər mediada Göründüyü animasiya serialları: Video oyunlar Göründüyü video oyunlar: Xarici keçidlər Marvel.com-da Şokçu Marvel Dünyası Vikisində Güclər və qabiliyyətlər Şoker, "vibro-smashers" kimi tanınan vibroşok qurğuları ilə dizayn etdiyi bir cüt əlcək taxır ki, bu da nasosla işləyən baş barmaq tətiyi ilə işə salındıqda, sıx bir tezlikdə titrəyən sıxılmış havanın cəmlənmiş partlayışını proyeksiya edə bilir. Bu, bir sıra güclü təsirlərlə nəticələnən bir sıra sürətli ardıcıl yüksək təzyiqli hava partlayışları yaradır. Bu, Shocker-ə həm uzaqdan effektiv şəkildə uzun məsafəli vibrasiya zərbələri atmağa, bərk betonu parçalaya bilən və insan orqanizminə və onun daxili orqanlarına böyük ziyan vura bilən dağıdıcı vibrasiyalar yaratmağa, həm də bir şeyin strukturunu ardıcıl olaraq titrədən şok dalğaları atmağa imkan verir. zəiflətmək və ya məhv etmək. Əlcəklərin daha az tanınan qabiliyyəti Şokerə hava partlayışlarını onun qarşısındakı yerə yönəltməklə inanılmaz sıçrayışlar etməyə imkan verir. Baş barmağını uzun müddət aşağı tutmaq hava partlayışlarının intensivliyini, sürətini və hətta yayılmasını artırır. Şokerin əlcəklərindən gələn rəy son dərəcə sıxdır (ilkin sınaq onu demək olar ki, öldürdü). Bundan qorunmaq üçün o, şoku udmaq üçün nəzərdə tutulmuş əsasən sarı yorğan yamaqlarından ibarət qoruyucu kostyum hazırladı. Kostyum köpüklə örtülmüş sintetik parçadan hazırlanmışdır, o, bütün vibrasiyaları udur və normal zərbələri dəf edən və ona istənilən tutuşdan sürüşməyə imkan verən vibrasiya qoruyucusu yaradır. Kostyumun görünüşü Hörümçək-adam və digər personajlar tərəfindən istehza mənbəyi olmuşdur. Talançı həmkarı qoruyucu kostyum geyinmədən və zədə almadan əlcəklərdən birini necə istifadə edə bildiyi bəlli deyil, baxmayaraq ki, onun super gücü və davamlılığı çox güman ki, bir amil idi. Heç bir fövqəlbəşəri qabiliyyətə malik olmamasına baxmayaraq, onun titrəyən kostyumu və əlcəkləri ona Hörümçək Adamla zərbələr almağa imkan verir. Təxminən 2000-ci ildə (real vaxtda) Herman Schultz öz kostyumunun və silahlarının bacarıqlarını təkmilləşdirməyə başladı. Onun kostyumunda indi müşayiət olunan hərəkət detektorları tərəfindən işə salındıqda qoruyucu vibrasiya sahəsi yaradan bir sıra daxili şok qurğuları var. Əksər fiziki zərbələri dəf etməkdən başqa, bu, kiminsə ona fiziki olaraq hücum etməsini və ya sürpriz şəkildə tutmasını çətinləşdirir, hətta qeyri-mümkün edir. Bu güc təkmilləşdirilməsi daha böyük və daha qoruyucu görünən kostyumla müşayiət olundu (rəssam John Romita, Jr. tərəfindən tərtib edildiyi kimi). O, həmçinin bu yaxınlarda Hammer Industries-ə əlcəklərinin gücünü kəskin şəkildə təkmilləşdirməyə icazə verdi. Bununla belə, bütün sirlərini bölüşəcəyinə (və beləliklə, onun xərclədiyi kimi qəbul etdiyinə çevriləcək) etibar etmədən, o, Hammerin texniki işçilərinə (ən azı o vaxt) çox güman ki, onu hərtərəfli müdafiəni təmin etməyən həqiqi kostyumunu əldə etməkdən imtina etdi. təkmilləşdirilmiş əlcəklərin rəyi (burun qanaxmalarını götürməyə hazır olduğu risk kimi göstərdi). Şoker o vaxtdan bəri dəfələrlə orijinal kostyumunda və Hammer Industries tərəfindən ona təqdim edilən yenidən dizayn edilmiş super əlcəklərdən kənarda göründü. Bu o deməkdir ki, o, köhnə kostyumunda təkmilləşdirilmiş bacarıqlarını saxlamağın bir yolunu tapıb, yoxsa artıq onlardan istifadə edib-etməməsi sual altında qalır. Hörümçək-adam yaramazlarının çoxu adətən orijinal məqsədlərindən Hörümçək adama qarşı vendettaya keçsələr də, Şoker hələ də əsas olaraq dolanmaq və reputasiyasını qorumaqla məşğuldur. Beləliklə, xarakter adətən manyak həmyaşıdlarının əksəriyyətindən daha peşəkar davranan kimi təsvir olunur.[54] Şoker Hörümçək Adamın düşmənləri arasında xüsusilə rasional bir şəxsiyyətə malikdir. O, tez-tez super güclü fərdlər kainatı arasında öz məhdudiyyətlərini tanıdığı göstərilmişdir. O, bir dəfə anti-qəhrəmanlar Scourge və the Punisher tərəfindən hədəfə alınmaq qorxusundan qaynaqlanan xroniki narahatlıq və paranoyaya (Hörümçək Adamın Ölümcül Düşmənləri seriyasında) vurulmuşdu (təəccüblüdür ki, hər ikisi ilə qarşılaşmalardan sağ çıxdı). Trapster ilə əməkdaşlıq edərkən psixoterapiya ilə məşğul olduğunu qeyd edir. Son hekayələrində ("Zəhərli" və "Mənasız Zorakılıq") Şoker, Hörümçək Adam kimi super qəhrəmanlar üçün yumruq torbası kimi tanınmaq istəmədiyini, həyatdakı yerindən son dərəcə məyus olduğunu açıqladı. O, müəyyən hörmət qazanmaq üçün Venom simbiotunu auksionda almağa uğursuz cəhd edir. Müvəqqəti olaraq Hydro-Man ilə ortaq olduqda, o, Morrinin Hörümçək adamı öldürmək təklifini danlayır, daha çox maliyyə baxımından gəlirli müəssisələrlə daha çox maraqlanır və peşəkar reputasiyanı bərpa etməyə çalışır.
https://az.wikipedia.org/w/index.php?curid=413448
Şokçu (personaj)
Şokçu (ing. Shocker) — Marvel Comics tərəfindən yaradılan supercinayətkar personaj. Baş düşməni Hörümçək-adamdır. 2017-ci ildə MKK-ya daxil olan "Hörümçək-adam: Evə qayıdış" filmində Bukem Vudbayn tərəfindən canlandırılmışdır. Nəşr olunma tarixi Şokçu ilk dəfə 1967-ci ilin martında "The Amazing Spider-Man" komiksinin 46-cı buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li və Con Romitadır. "Thunderbolts" komiksinin 157-162 saylarında komandanı tərk edənədək görünmüşdür. Əsl adı German Şultsdur. Nyu York şəhərində anadan olur. Orta məktəb təhsili alır və bununla yanaşı əla mühəndis və ixtiraçı bacarıqlarına yiyələnir. Qanunlara uyğun olaraq işləmək əvəzinə dünyanın ən yaxşı oğrusu və seyf qırıcısı olur. Nəhayət, polis tərəfindən tutulur və həbsə atılır. Həbsdə olduğu müddət ərzində özünə partlayış törədən xüsusi əlcəklər düzəldir. Şults bu əlcəklərdən istifadə edərək həbsdən qaçır, Şokçu adını alaraq super cinayətkara çevrilir. Oğurluqla məşğul olarkən ilk dəfə Hörümçək-adam ilə qarşılaşır və onu məğlub edir. (Hörümçək-adam bu zaman əlverişsiz vəziyyətdə idi. Belə ki, Kərtənkələ ilə döyüşdə onun sol qolu burxulmuşdu) Daha sonra Hörümçək-adam Şokçunu bank soyarkən məğlub edir və həbsxanaya geri yollayır. Belə ki, döyüş zamanı Hörümçək-adam Şokçunun əlcəklərini baş barmağı ilə işə saldığını görmüş, baş barmağına tor ataraq ona qalib gəlmişdir.Şokçu daha əvvəl Kinqpin tərəfindən oğurlanmış və üzərində gənclik formulunun yazılmış olduğu qədim daşı oğurlayır. O, daha sonra Yumurtabaşın Bəla Ustaları komandasına qoşulur. (Radioaktiv adam, Pələng köpəkbalığı, Munston və Böcəklə birlikdə) Komanda Qisasçıları öz malikanələrində məğlub edirlər. Şokçu nasist cinayətkar Baron van Lundt tərəfindən Dominik Fortunu və özünə şok alətləri düzəltmək üçün kirayələnir. Daha sonra Buqelemun və Çəkicbaş tərəfindən kirayələnərək Elektronu komandalarına qoşulmasına razı salmaq üçün göndərilir. Şokçu Nyu York Şəhər Kitabxanası üçün pul toplayan xeyriyyə fondunu soyur. Yenə Hörümçək-adam tərəfindən tutulur və həbsə atılır. Bumeranqla birlikdə həbsxanadan qaçır. Hörümçək-adam ilə arasındakı düşmənçiliyi hələ davam edir. Müxtəlif vaxtlarda Hobqoblinin Məşum yeddilik, Norman Osbornun Məşum on ikilik, Doktor Səkkizayağın Məşum altılıq və Bəla Ustaları komandasına qoşulur və ya digər super cinayətkarlarla müttəfiq olur. Onun müttəfiq olduğu super cinayətkarlara Rayno, Hidro-adam, Bumeranq, Leyla Deyvis, Sürət şeytanı, Böcək (hamısı Məşum sindikat komandasının üzvləridir), Trapster, Constrictor aiddir. "İntiqam hərəkatı" zamanı super cinayətkarlarla birlikdə uğursuzluqla bitən Fantastik Dördlük hücumunda iştirak edir.Sonsuzluq müharibəsinə kömək etmək məqsədi ilə Şokçu Doktor Osminoq birlikdə Qisasçılar iqamətgahına basqın edir. Bu zaman Qalaktikanın mühafizəçiləri ilə də döyüşməli olur. Digər mediada Göründüyü animasiya serialları: Video oyunlar Göründüyü video oyunlar: Xarici keçidlər Marvel.com-da Şokçu Marvel Dünyası Vikisində Güclər və qabiliyyətlər Şoker, "vibro-smashers" kimi tanınan vibroşok qurğuları ilə dizayn etdiyi bir cüt əlcək taxır ki, bu da nasosla işləyən baş barmaq tətiyi ilə işə salındıqda, sıx bir tezlikdə titrəyən sıxılmış havanın cəmlənmiş partlayışını proyeksiya edə bilir. Bu, bir sıra güclü təsirlərlə nəticələnən bir sıra sürətli ardıcıl yüksək təzyiqli hava partlayışları yaradır. Bu, Shocker-ə həm uzaqdan effektiv şəkildə uzun məsafəli vibrasiya zərbələri atmağa, bərk betonu parçalaya bilən və insan orqanizminə və onun daxili orqanlarına böyük ziyan vura bilən dağıdıcı vibrasiyalar yaratmağa, həm də bir şeyin strukturunu ardıcıl olaraq titrədən şok dalğaları atmağa imkan verir. zəiflətmək və ya məhv etmək. Əlcəklərin daha az tanınan qabiliyyəti Şokerə hava partlayışlarını onun qarşısındakı yerə yönəltməklə inanılmaz sıçrayışlar etməyə imkan verir. Baş barmağını uzun müddət aşağı tutmaq hava partlayışlarının intensivliyini, sürətini və hətta yayılmasını artırır. Şokerin əlcəklərindən gələn rəy son dərəcə sıxdır (ilkin sınaq onu demək olar ki, öldürdü). Bundan qorunmaq üçün o, şoku udmaq üçün nəzərdə tutulmuş əsasən sarı yorğan yamaqlarından ibarət qoruyucu kostyum hazırladı. Kostyum köpüklə örtülmüş sintetik parçadan hazırlanmışdır, o, bütün vibrasiyaları udur və normal zərbələri dəf edən və ona istənilən tutuşdan sürüşməyə imkan verən vibrasiya qoruyucusu yaradır. Kostyumun görünüşü Hörümçək-adam və digər personajlar tərəfindən istehza mənbəyi olmuşdur. Talançı həmkarı qoruyucu kostyum geyinmədən və zədə almadan əlcəklərdən birini necə istifadə edə bildiyi bəlli deyil, baxmayaraq ki, onun super gücü və davamlılığı çox güman ki, bir amil idi. Heç bir fövqəlbəşəri qabiliyyətə malik olmamasına baxmayaraq, onun titrəyən kostyumu və əlcəkləri ona Hörümçək Adamla zərbələr almağa imkan verir. Təxminən 2000-ci ildə (real vaxtda) Herman Schultz öz kostyumunun və silahlarının bacarıqlarını təkmilləşdirməyə başladı. Onun kostyumunda indi müşayiət olunan hərəkət detektorları tərəfindən işə salındıqda qoruyucu vibrasiya sahəsi yaradan bir sıra daxili şok qurğuları var. Əksər fiziki zərbələri dəf etməkdən başqa, bu, kiminsə ona fiziki olaraq hücum etməsini və ya sürpriz şəkildə tutmasını çətinləşdirir, hətta qeyri-mümkün edir. Bu güc təkmilləşdirilməsi daha böyük və daha qoruyucu görünən kostyumla müşayiət olundu (rəssam John Romita, Jr. tərəfindən tərtib edildiyi kimi). O, həmçinin bu yaxınlarda Hammer Industries-ə əlcəklərinin gücünü kəskin şəkildə təkmilləşdirməyə icazə verdi. Bununla belə, bütün sirlərini bölüşəcəyinə (və beləliklə, onun xərclədiyi kimi qəbul etdiyinə çevriləcək) etibar etmədən, o, Hammerin texniki işçilərinə (ən azı o vaxt) çox güman ki, onu hərtərəfli müdafiəni təmin etməyən həqiqi kostyumunu əldə etməkdən imtina etdi. təkmilləşdirilmiş əlcəklərin rəyi (burun qanaxmalarını götürməyə hazır olduğu risk kimi göstərdi). Şoker o vaxtdan bəri dəfələrlə orijinal kostyumunda və Hammer Industries tərəfindən ona təqdim edilən yenidən dizayn edilmiş super əlcəklərdən kənarda göründü. Bu o deməkdir ki, o, köhnə kostyumunda təkmilləşdirilmiş bacarıqlarını saxlamağın bir yolunu tapıb, yoxsa artıq onlardan istifadə edib-etməməsi sual altında qalır. Hörümçək-adam yaramazlarının çoxu adətən orijinal məqsədlərindən Hörümçək adama qarşı vendettaya keçsələr də, Şoker hələ də əsas olaraq dolanmaq və reputasiyasını qorumaqla məşğuldur. Beləliklə, xarakter adətən manyak həmyaşıdlarının əksəriyyətindən daha peşəkar davranan kimi təsvir olunur.[54] Şoker Hörümçək Adamın düşmənləri arasında xüsusilə rasional bir şəxsiyyətə malikdir. O, tez-tez super güclü fərdlər kainatı arasında öz məhdudiyyətlərini tanıdığı göstərilmişdir. O, bir dəfə anti-qəhrəmanlar Scourge və the Punisher tərəfindən hədəfə alınmaq qorxusundan qaynaqlanan xroniki narahatlıq və paranoyaya (Hörümçək Adamın Ölümcül Düşmənləri seriyasında) vurulmuşdu (təəccüblüdür ki, hər ikisi ilə qarşılaşmalardan sağ çıxdı). Trapster ilə əməkdaşlıq edərkən psixoterapiya ilə məşğul olduğunu qeyd edir. Son hekayələrində ("Zəhərli" və "Mənasız Zorakılıq") Şoker, Hörümçək Adam kimi super qəhrəmanlar üçün yumruq torbası kimi tanınmaq istəmədiyini, həyatdakı yerindən son dərəcə məyus olduğunu açıqladı. O, müəyyən hörmət qazanmaq üçün Venom simbiotunu auksionda almağa uğursuz cəhd edir. Müvəqqəti olaraq Hydro-Man ilə ortaq olduqda, o, Morrinin Hörümçək adamı öldürmək təklifini danlayır, daha çox maliyyə baxımından gəlirli müəssisələrlə daha çox maraqlanır və peşəkar reputasiyanı bərpa etməyə çalışır.
https://az.wikipedia.org/w/index.php?curid=548342
Şole (rayon)
Şole (fr. Cholet) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Men və Luara. Suprefektura — Şole. Rayon əhalisi 2006-cı ildə 193 112 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 117 nəf / km². Rayon sahəsi — 1646 km². Həmçinin bax Fransa rayonlarının siyahısı Fransanın prefektura və suprefektura siyahısı Xarici keçidlər Milli Statistika İnstitutu
https://az.wikipedia.org/w/index.php?curid=570018
Şollar
Şollar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Şollar suyu Tağıyevin maliyyə dəstəyi ilə Vilyam Harleyn Lindleyin mühəndisliyi ilə Bakının içməli suyu Şollardan çəkilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=110443
Şollar bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=356768
Şollar düzü
Şollar düzü — Xəzərin Azərbaycan sahilində, Samur və Şabran arasında düzənlik. Xaçmaz, Şabran və qismən Qusar rayonlarının inzibati ərazisinə təsadüf edir. Daha geniş Samur-Dəvəçi ovalığının tərkib hissəsidir. Şollar düzündəki yeraltı sulardan 20-ci əsrin əvvəllərində Bakı əhalisinin suya tələbatını ödəmək üçün su kəməri çəkdirmişdir. Bu kəmərin çəkilməsində Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=24301
Şollar suyu
Şollar suyu— Xaçmaz rayonunun Şollar kəndindən başlayan bulaq suyu. Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin böyük biznesə gəlişi XIX əsrin 70-ci illərinə təsadüf edir. O öz kapitalını həmin dövrün ən gəlirli sahəsinə – neft işinə yatırır. H. Z. Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıqçılıq, toxuculuq, balıqçılıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alğı-satqısı üzrə əməliyyatlar aparmışdı. H. Z. Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdi. H. Z. Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olub. Hələ 17 aprel 1874-cü ildə Rusiya imperatoru II Aleksandrın göstərişi ilə H. Z. Tağıyev öz vəsaiti hesabına Bakıya su kəmərini çəkdirdiyinə görə Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdu. Həmin kəmər haqqında ətraflı məlumat olmasa da, bu faktın özü Hacının Bakı əhalisinin suya olan tələbatının təminində yaxından iştirak etdiyini, onun xeyriyyəçiliyinin bir qolunun bu sahədə də özünü göstərdiyini təsdiqləyir. 1878-ci ildə Bakıda "Şəhər Əsasnaməsi"nin tətbiqi ilə digər təsərrüfat məsələləri kimi, su təchizatı da ictimai idarəçiliyin sərəncamına keçdi. Ən kəskin problem kimi, su problemi Bakı dumasının iclaslarında daha çox müzakirə olunan mövzulardan idi. Və yeni təşkil olunan Bakı dumasının ilk iclaslarında şəhərin su təchizatı məsələsi ilə bağlı məhz H. Z. Tağıyev tərəfindən əməli təklif irəli sürüldü. 1879-cu il yanvarın 11-də dumanın iclasında çıxış edən H. Z. Tağıyev təklif etdi ki, şəhər idarəsinin sərəncamına 1000 rubl ayrılsın və həmin vəsait su mənbələrinin axtarışına, yeni su kəmərinin layihə işlərinin maliyyəşdirilməsinə sərf olunsun. H. Z. Tağıyevin təklifi dumanın qərarı ilə qəbul edilmiş və ona əsasən ən yaxşı layihə üçün elan edilən müsabiqə ilə əlaqədar Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən Bakıya su kəməri çəkmək üçün şəhər idarəsinə 40-dan çox təklif daxil olmuşdu, lakin bu təkliflərin hamısı rədd edilmişdi, çünki onların reallaşdırılması üçün böyük xərc tələb olunurdu, şəhər özünüidarəsinin vəsaitləri isə çox kasad idi. XX əsrin əvvəllərində Bakıya torpaqaltı və bulaq suyunun çəkilməsi ideyası ortaya çıxanadək dumaya şəhərə müxtəlif mənbələrdən suyun çəkilməsi layihələri daxil olurdu. Bu layihələrdə Kür, Samur çaylarından, Zuğulba mənbəyindən suyun gətirilməsi təklif edilirdi. Bütün bu layihələrin öyrənilməsi, qiymətləndirilməsi və yekun rəylərin verilməsi üçün yaradılan komissiyalarda H. Z. Tağıyev iştirak edirdi. Bunların arasında 1881-ci ildə Zuğulba mənbələrinə baxış üçün təşkil olunan komissiyanı qeyd etmək olar. Həmin komissiya Zuğulba suyuna mənfi rəy verəndən sonra yeni tərkibi seçildi və H. Z. Tağıyev növbəti dəfə komissiyanın üzvü oldu. H. Z. Tağıyev daimi su kəməri tikiləndək müvəqqəti təchizat mənbələri haqqında müzakirələrdə də iştirak və mümkün variant kimi Kür çayından gəmilər vasitəsilə suyun daşınmasını təklif etmişdi (sutkalıq təchizatın 90 min vedrə olmaq qarantiyası və bir vedrə suyun 0,7 qəpiyə satılması şərti ilə). Bu layihə qəbul olunmadı və qeyd etmək lazımdır ki, sonradan H. Z. Tağıyev Kür suyunun Bakıya gətirilməsinin ən ardıcıl əleyhdarlarından birinə çevrildi. Şəhər dumasının əhalinin suya olan tələbatını həll etmək üçün gördüyü tədbirlərdən biri şirinləşdirici aparatın tikilməsi idi. Bu qurğu daimi kəmər çəkilənədək müəyyən dərəcədə su problemini həll etməli idi. Şirinləşdirici aparatın quraşdırılması kimi mühüm bir iş H. Z. Tağıyevin xeyirxah iştirakı ilə həyata keçirilib. XIX əsrin 90-cı illərinin sonunda Rusiyada və dünyada məşhur mühəndis-texnoloq, alman əsilli Nikolay Yaqn Bakıda şirinləşdirici aparatın quraşdırılması təklifi ilə şəhər rəhbərliyinə müraciət etmişdi. Rusiya dövlətinin sifarişi ilə o, Krasnovodskda (indiki Türkmənbaşı) çoxistifadəli şirinləşdirici aparat inşa etmiş və mütəxəssislərin rəyinə görə, aparat praktik, alınan yaxşı keyfiyyətli suyun ucuzluğu baxımından olduqca qənaətli idi. Ümumilikdə mühəndis 9 şirinləşdirici aparata patent almışdı və onun ixtirası böyük rəğbətlə qarşılanmıdşı. Bakı şəhər idarəsi nəzdində fəaliyyət göstərən su təchizatı üzrə komissiyanın 1 yanvar 1898-ci il tarixli iclasında N. F. Yaqn ilə müqavilənin layihəsi müzakirə olundu. Müqavilənin şərtləri belə idi: 1. Şirinləşdirici aparat istehsal gücü sutkada 50 min vedrəyədək olmaqla tikilirdi. 2. Şəhər sutkalıq istehlakın 40–60 min vedrə civarında, illik isə 18250 min vedrə olacağına təminat verirdi. 3. Konsessiyanın müddəti 8 ildir. 4. Suyun qiyməti bir vedrə üçün 0,5 qəpik müəyyən edilirdi. 5. Tikinti müddəti müqavilənin imzalanması vaxtından başlayaraq 7 ay müəyyən edilirdi. Müqavilənin şərtləri razılaşdırılsa da, layihənin həyata keçirilməsi yubanmışdı. Məsələ burasındadır ki, N. F. Yaqn şirinləşdirici aparatı H. Z. Tağıyevin ayırdığı vəsaitə quraşdırmalı idi, lakin naməlum səbəblərdən onlar arasında saziş baş tutmamış və N. F. Yaqn H. Z. Tağıyevin təklif etdiyi şərtlər əsasında kapital tapa bilmədiyindən müqavilənin şərtlərində dəyişikliklər etmişdi. Dəyişikliklər suyun qiyməti və şirinləşdirici aparatın tikintisi müddətinə aid idi. Əvvəlki qiymət 0,6 qəpiyə, tikinti vaxtı isə daha 1 ay artırılırdı. 1898-ci il noyabrın 28-də şəhər idarəsi ilə "Artur Koppel" səhmdar cəmiyyəti arasında Yaqn sistemli şirinləşdirici aparatın tikintisi haqqında müqavilə imzalandı və növbəti ilin avqust ayında aparat fəaliyyətə başladı. Beləliklə, H. Z. Tağıyevin maliyyə dəstəyi ilə tikilən şirinləşdirici aparat vasitəsilə şəhərin su təchizatında yaranan gərginlik müəyyən dərəcədə azaldıldı. XIX əsrin son 20 ili ərzində Bakı şəhər özünüidarəsi su təchizatının yaxşılaşdırılmasına 32 min rubldan artıq vəsaiti xərcləmiş, lakin bununla belə, Bakının su problemi yenə də öz həllini tapmamışdı. Sonu görünməyən müzakirələr, lazımi vəsaitlərin çatışmazlığı, əlverişli təkliflərin verilməməsi, bəzən isə bürokratik əngəllər, şəhər idarəsinin və dumanın belə bir ciddi məsələyə canıyananılıqla yanaşmaması son nəticədə Bakı əhalisi üçün ağır problemlər yaradırdı. Nəhayət, su təchizatı üzrə komissiyanın 3 avqust 1899-cu il tarixli iclasında su kəməri layihəsinin tərtibi üçün məşhur ingilis mühəndisi Uilyam Hirleyn Lindleyin Bakıya dəvət olunması qərara alındı. 1899-cu ilin oktyabrında Bakıya gələn Uilyam Lindley Quba qəzasında və Samur dairəsində oldu. İlkin tədqiqat nəticəsində o, belə qənaətə gəldi ki, həm torpaqaltı, həm də bulaq suyunun axtarışlarını aparmaq lazımdır. Bakıya qayıdan Lindley 1899-cu il dekabrın 18-də su təchizatı üzrə komissiyanın iclasında məruzə ilə çıxış etdi: "…Bakı şəhəri üçün ən yaxşısı torpaqaltı və bulaq sularından təchizatdır, texniki, keyfiyyət və kəmiyyət baxımından yalnız torpaqaltı və bulaq suları Bakı üçün arzuolunandır". U. Lindley inadla sübut edirdi ki, Qusarla Xəzrə arasındakı yüksək düzənliklər Şahdağın və Şahbuzdağın zirvələrindəki qarların əriməsindən və bu ərazidə çoxsaylı yağışların yağmasından yaranan torpaqaltı sularla çox zəngindir. Bakı şəhər duması torpaqaltı suların axtarışı haqqında məsələni müsbət qarşılasa da, eyni zamanda bu layihəyə dəstək vermədi. Duma üzvlərinin əksəriyyəti Kür su kəmərinin tərəfdarları kimi çıxış etdi. Ona görə də şəhər özünüidarəsi U. Lindleyə Kür və Samur çaylarından kəmərin çəkilməsi üçün axtarışlar aparmağı və layihələr hazırlamağı tapşıraraq, komissiyanın torpaqaltı və bulaq suyunun axtarışları üçün 150 min rublun ayrılması haqqında təklifini rədd etdi. U. Lindleyin göstərdiyi yerlərdə torpaqaltı suların sınaq qazıması üçün 30 min rublun ayrılması haqqında komissiyanın vəsatəti də təmin olunmadı. Buna baxmayaraq, dumada U. Lindleyin təklifinə dəstək verənlər də var idi. Dumanın üzvü H. Z. Tağıyev torpaqaltı və bulaq suyunun çəkilməsinin qatı tərəfdarı idi. Özünün bu məsələyə münasibətini o, şəhər idarəsinə yazdığı 22 iyun 1901-ci il tarixli ərizədə belə ifadə etmişdi: "Təsadüfən öyrəndim ki, Bakı şəhər duması özünün 19 iyun tarixli iclasında mühəndis Lindleyin gələcək Bakı su kəməri üçün torpaqaltı suyun axtarışı məqsədilə təcrübə buruqlarının sınaq qazımasına dair təklifini müzakirə edərək… tələb olunan məbləği ayırmaqdan imtina etmişdir. Mən, buranın köhnə sakini kimi, doğma şəhərin maraqlarını qəlbimə yaxın bilərək və torpaqaltı bulaq suyunun çay suyundan, xüsusən də Tiflisin imtina etdiyi daim çirkli Kür suyundan və ya yenə də çirkli Samur suyundan hər zaman daha üstün olduğuna əmin olaraq, şəhər idarəsindən xahiş edirəm ki, mühəndis Lindleyin təklif etdiyi torpaqaltı suyun axtarışları üzrə işləri mənim hesabıma aid edilsin. Bu məqsədlə mən… iyirmi beş min rubl ayırıram…" Şəhərə borc şəklində ayrılan bu vəsaitin şərtini H. Z. Tağıyev öz ərizəsində belə izah etmişdi: əgər işlər uğurla nəticələnərsə və U. Lindley Quba qəzasındakı Şahdağın ətəyində içməli su mənbələrini taparsa, onda şəhər idarəsi həmin 25 min rublu H. Z. Tağıyevə geri qaytarır. Əks halda o, bu vəsaitdən imtina edirdi. Məhz bu ərizədə H. Z. Tağıyev sonralar məşhur kəlama çevrilmiş sözlər işlətmişdir: "bu suyun bol ehtiyatlara malik buzlaqlı Şahdağın mövcud olacağı əbədi zamanlara qədər şəhəri təmin edə biləcəyinə tam əminəm". Lakin H. Z. Tağıyevin təklifi şəhər özünüidarəsi tərəfindən rəğbətlə qarşılanmadı. 1901-ci il sentyabrın 20-də ərizəyə baxan su təchizatı üzrə komissiya hər hansı qərar çıxarmaqdan imtina etmiş və məsələni dumanın müzakirəsinə verməyi qətiləşdirmişdi. Komissiyanın bu addımı atmağa vadar edən səbəb isə dumanın ümumiyyətlə torpaqaltı su axtarışlarını qadağan etməsi idi. Nəhayət, oktyabrın 9-da keçirilən iclasda Bakı şəhər duması H. Z. Tağıyevin 22 iyun tarixli ərizəsini müzakirə etdi. H. Z. Tağıyevin təklif etdiyi 25 min rublu minnətdarlıqla qəbul edən duma şəhərin torpaqaltı sudan istifadə etmək niyyətində olacağı təqdirdə pulu qaytarmağı öhdəsinə götürdü. Bu cür qeyri-dəqiq cavab isə H. Z. Tağıyevin narazılığına səbəb olmuşdu. Şəhər başçısı M. A. Belyavskiyə yazdığı məktubda o öz fikrini belə izah edirdi: "…Mənim təklifimi müzakirə edən duma gələcəkdə anlaşılmazlıqların olmaması üçün onu qəbul etməyi mümkün saymış, lakin bu şərtlə ki, əgər ictimai idarə Bakı şəhərinin təchizatı üçün bulaq (torpaqaltı) suyundan istifadə edərsə, o zaman təklif etdiyim 25000 rubl mənə geri qaytarılacaq. Belə çıxır ki, əgər şəhər əhalisini tam təmin edə biləcək qədər su aşkar olunarsa, lakin ictimai idarə hər hansı səbəbdən bu sudan istifadə etmək istəməzsə, verdiyim 25000 rubl mənə geri qaytarılmayacaq. Belə şərtlərlə mən razılaşa bilmərəm, çünki ianəyə bərabər bu addım… heç bir ianəyə ehtiyacı olmayan böyük şəhər üçün xəcalət deməkdir; əhalinin maraqları naminə şəhərin yaxşı, sağlam suyun tapılmasına onlarla min rubl sərf etməyə tam imkanı çatır…" Qeyd etmək lazımdır ki, H. Z. Tağıyev sonadək torpaqaltı və bulaq suyunun çəkilməsi üçün Gildə və Şollarda axtarışların aparılmasının qatı tərəfdarı kimi çıxış edirdi. Şəhər idarəsində, dumada, mətbuatda U. Lindleyin axtarışları sərt tənqid olunanda, onların səmərəsizliyi, Kür və Samur suyunun daha əlverişliliyi haqqında mübahisələr gedəndə H. Z. Tağıyev ardıcıl olaraq bu fikirlərə qarşı etiraz etmişdi. Bu baxımdan onun şəhər dumasının 1904-cü il 18 may tarixli iclasında Şollarda və Gildə U. Lindleyin apardığı tədqiqatların müzakirəsi zamanı söylədikləri maraq doğurur. H. Z. Tağıyev deyirdi: "Çox təəssüf ki, biz 15 il ərzində bu məsələni həll edə bilmirik. Nədənsə, biri belə istəyir, digəri başqa cür, hər kəs öz məqsədini güdür və onlara tamamilə tanış olmayan iş haqqında danışırlar. Əgər əmin olublarsa ki, orada [Gildə və Şollarda – F. C.] yaxşı su var, onda bizə Kür və Samur gərək deyil. Tiflisdə vərəm olanda, küçələri Kür suyu ilə sulamağa icazə vermirdilər. Heç bir məsələ qaldırmaq lazım deyil və mən dumadan işi ləngitməməyi xahiş edirəm. Gil torpaqaltı suyu haqqında necə qərarlaşdınızsa, onun üzərində də dayanın". H. Z. Tağıyevin U. Lindleyi müdafiə etməsini daha bir nümunədə görmək olar. Keçmiş Bakı şəhər başçısı A. İ. Novikov öz xatirələrində dumanın iclaslarının birində Şollarla bağlı debatları təsvir edərkən yazırdı: "…Qızğın mübahisələr gedir, əleyhdarlar mədəni insanlar olsalar da, onların dəlilləri zəifdir. Savadı az olan, qatı lindleyçi Tağıyevin əzəmətli siması seçilir. Uzun sürən mübahisələrdən sonra əleyhdarlar güzəştə getmirlər. Lindley dediyinin üstündə möhkəm dayanır.- Lindleyin yerində mən olsam, – deyir Tağıyev, – Bakını çoxdan atıb gedərdim. Özləri özlərinə xeyir istəmirlər. Onun özgə işində inadına heyranam". Həqiqətən də, H. Z. Tağıyev U. Lindleyin apardığı Gil və Şollar axtarışlarını ən düzgün və səmərəli hesab edirdi və tarix onun yanılmadığını təsdiqlədi. Şollar kəməri artıq istifadəyə veriləndən sonra keçmiş Bakı şəhər rəisi N. V. Rayevski H. Z. Tağıyevə yazacaqdı: "…məni Bakıya işləməyə çağırarkən dediyiniz sözləri xatırlayıram: "…su, su, Şollar – budur bizim əsas işimiz". Maraqlıdır ki, Şollar kəmərinin tarixindən bəhs edən bəzi müəlliflər bu layihənin həyata keçirilməsində H. Z. Tağıyevin rolunu həddən artıq şişirdərək, az qala layihənin uğurla nəticələnməsini sırf onun adı ilə bağlayırlar. Bəzən publisistik yazılarda, mətbuatda, elektron KİV-lərdə və hətta elmi ədəbiyyatda belə bir fikirlərə rast gəlmək mümkündür ki, Şollar-Bakı kəməri H. Z. Tağıyevin maliyyə vəsaiti hesabına tikilib, kəmərin baş mühəndisi Uilyam Lindleyi Bakıya Hacı dəvət edib və nəhayət, 1917-ci il yanvarın 22-də kəməri işə salmaq şərəfi H. Z. Tağıyevə nəsib olub. Sözsüz ki, Şollar-Bakı kəmərinin gerçəkləşməsində böyük xeyriyyəçinin rolu danılmazdır və yuxarıda bu haqda ətraflı bəhs edildi. O, həqiqətən də şəhər dumasında Şollar mənbəyində axtarışların aparılmasına, U. Lindleyin işlərinə daim dəstək nümayiş etdirmiş, müəyyən texniki işlərin görülməsinə maliyyə vəsaiti ayırmış, su kəmərlərinin çəkilməsi təcrübəsini öyrənmək üçün məxsusi olaraq Parisə səfər etmişdi. Onun yüksək nüfuzu ilə hesablaşaraq, Şollar-Bakı kəmərinin tikintisinə xüsusi nəzarət funksiyasını həyata keçirmək üçün yaradılan Nəzarət komissiyasının fəxri sədrlyini H. Z. Tağıyevə həvalə etmişdilər. Lakin Şollar kəməri tək bir milyonçunun, o cümlədən H. Z. Tağıyevin maddi imkanları xaricində olan bir layihə idi. Qeyd edək ki, 1911-ci ilin məlumatına görə H. Z. Tağıyevin varidatı 16 milyon rubl təşkil edirdi, Şollar su kəmərinin tikintisi isə xəzinəyə ümumilikdə 31,3 milyon rubla başa gəlmişdi. Kəmərin inşası davam etdiyi 6 il ərzində şəhər tərəfindən 35 müqavilə imzalanmış və 170-dən artıq iri sifarişlər verilmişdi. Kəmərin inşası üçün buraxılan istiqrazların ümumi məbləği 32 milyon rubla yaxın idi. Beləliklə, Şollar-Bakı su kəməri bütövlükdə təsərrüfat üsulu ilə həyata keçirilən layihə olub. Şollar suyu dadı yaxşı və kifayət qədər təmiz olduğu üçün onu xüsusi təmizləmək tələb olunmur — yalnız xlorlana bilər. Kaiser & Dr Woldmann (Hamburq, Almaniya) tərəfindən aparılan mikrobioloji və kimyəvi testlərin nəticələrinə əsasən şollar suyu Azərbaycanda ən keyfiyyətli içməli su kimi qəbul edilmişdir. Şollar su kəmərindən birbaşa su götürən bir neçə şirkət var. Şollar suyu "İpəksu", "AquaVita", "Coca-Cola Azerbaijan", "Pepsi-Cola Azerbaijan" və digər şirkətlər tərəfindən 0,5 ilə 20 litrə qədər butulkalarda qablaşdırılmışdır. "Coca-Cola" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi "Bonaqua" məhsulunda acı dadın olmasını şərh edərək, bunun Şollar suyunun tərkibinə bağlı olduğunu söyləmişdir. Bakının su problemini kim həll edib? Həmçinin bax Bakı-Şollar su kəməri Hacı Zeynalabdin Tağıyev
https://az.wikipedia.org/w/index.php?curid=535838
Şollerin arxivi (film, 2018)
Şollerin arxivi — ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun olduğu Azərbaycan filmi. Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Filmdəki hadisələr XX əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Cəlaləddin Qasımovun sözlərinə görə filmin sujet xətti real həyatdan götürülüb: Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Beynəlxalq kino festivallarda iştirakı “Şollerin arxivi” bədii filmi həm Karlovı Varı Beynəlxalq Film Festivalında, həm də Kann Film Festivalında nümayiş etdiriləcək. Cəlaləddin Qasımov bildirib ki, artıq hər iki festival filmi nümayiş üçün qəbul edib. Cəlaləddin Qasımovun sözlərinə görə, Kann Film Festivalında filmlərin qəbul vaxtının martın 5-də bitməsinə baxmayaraq, təşkilatçılar “Şollerin arxivi”ni aprel ayında qeydə almaqdan imtina etməyiblər. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını belə özləri ödəyiblər.“Şollerin arxivi” filmi 4 iyul 2018-ci il tarixində Belçikanın Move Me Producions Belgium Festivalının 10-cu buraxılışında “Ən yaxşı film” nominasiyasına layiq görülüb. Ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb. Film son bir ildə 36 beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ekran əsəri olub. Mükafatları və nominasiyası
https://az.wikipedia.org/w/index.php?curid=552155
Şoloxov prospekti
Şoloxov prospekti — Rostov-na-Donu şəhərində, Rroletarnı və Pervomayski rayonlsrı arasında yerləşir. Rostov-na-Donu şəhərində uzunluğuna görə ikinci küçədir Coğrafiyası 3 iyul 1984-cu ildə SSRİ Nazirlər Sovetinin göstərişinə görə Oktyabrskaya küçəsinin adı böyük sovet yazıçısı Mixail Aleksandroviç Şoloxovun şərəfinə Şoloxov prospekti adlandırılmışdır. Prospekdə yerləşən obyektlər Rostov hava limanı. Köhnə avtovağzal - hazırda şəhər daxili məqsədlər üçün istifadə edilir. Sahəsinə görə şəhərin ən böyük parkı - Nikolay Ostrovski adına park, həmdə burada Aviatorlar parkı vardır. Burada Rostovun havadan müdafiyəçilərinin şərəfinə abidə belə ucaldılmışdır. Şoloxov prospekti, ev 158 ünvanında yerləşən Yesenin adına kitabxana (1949-cu ildən fəaliyyət göstərir). «Lenta» hipermarketi. «Lukoyl», «Rosneft», «Başneft» şirkətlərinə aid ofislər. Rostovun əsas stadionu — «Olimp-2». Prospektin 14-cü xəttində Proletar qəbirstanlığı yerləşir. Selmaş prospektinə qovuşduğu yerdə Oktyabrskaya meydanı yerləşir. Meydanda dairəvi hərəkət təmin edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=485938
Şoloxovski rayonu (Rostov vilayəti)
Şoloxov rayonu — Rusiyanın Rusiya Federasiyası ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Vyeşenskaya stanisasıdır. Stanisadan ən yaxın dəmir yol stansiyasına məsafə 150 km-dir. Vilayət mərkəzinə isə məsafə 360 km təşkil edir. Rayon 1924-cü ildə təşkil edilmişdir. İlk əvvəllər Vyeşenski rayonu adlanırdı. 1954 - 1957-cü illərdə Kamenskaya vilayətinin tərkibinə daxil edilmişdi. 1956-cı ildə Bazkovski rayonunun bir hissəsi ona birləşdirilmişdir. 1963-cü ildə Verxnodonski və Bokovski rayonlarının hesabına ərazisi möhkəmləndirilmişdir. RSFSR ali sovetinin qərarı ilə 4 iyun 1984-cü ildə adı Şoloxov olaraq dəyişdirilmişdir. Rayon Mixail Aleksandroviç Şoloxovun şərəfinə adlandırılmışdır Coğrafiyası Rayon şimaldan Volqoqrad vilayəti ilə sərhədlənir. Rayonun ərazisi 2,5 min km² təşkil edir. Ərazisindən Dubrovaya, Don və Reşetovka çayları axır. . İnzibati bölgüsü Şoloxov rayonu ərazisinə daxil olan kənd yaşayış məntəqələri: Bazkovskaya; Alşanski xutoru, Beloqorski xutoru, Verxnetokinski xutoru, Qromkovski xutoru, Frolovski xutoru. Veşenski; Andropovski xutoru, Elanskaya, Krasnoyarovski xutoru, Lebyajenski xutoru, Piqarevski xutoru, Solonsovski xutoru. Dubrovskoe; Antipovski xutoru, Zubovski xutoru, Şebunyayevsi xutoru. Dudarevskoe; Krivskoy xutoru, Losevski xutoru. Kalininskoe; Kalininskoe xutoru, Kriuşşinski xutoru, Matveevski xutoru, Nijekrivskoe, Pleşakovskoe xutoru, Pleşakovski xutoru, Rubejinski xutoru, Rıbinski xutoru. Kolundaevski; Alimovski xutoru. Başaevski xutoru, Qoroxovski xutoru, Kozıbevski xutoru, Soldatskaya xutoru, Uşakovskaya xutoru, Çernovski xutoru. Krujilinski; Lavrova Balka qəsəbəsi, Maksaevski xutoru, Sinqi xutoru, Çukarinski xutoru. Merkulovskoye; Varvarinski xutoru, Vodyanski xutoru, Zatonski xutoru, Kalinovski xutoru. Ternovskoe; Antonovski xutoru, Bezborodovski xutoru, Qryaznovski xutoru, Koçetovski xutoru, Moxovski xutoru, Popovski xutoru.
https://az.wikipedia.org/w/index.php?curid=487208
Şoma Doy
Şoma Doy (21 may 1992, Yamaqata) — Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
https://az.wikipedia.org/w/index.php?curid=596554
Şomod (medye)
Şomod (mac. Somogy megye, xorv. Šomođska županija; sloven. Šomodska županija, alm. Komitat Schomodei ) — Macarıstanın inzibati ərazi bölgüsü. Coğrafiyası Şomod medyesi Macarıstanın cənub-qərbində, Xorvatiya ilə sərhəddə yerləşir. Drava çayının və Balaton gölünün cənub sahili boyunca uzanır. Macarıstanın Zala, Vesprem, Feyer, Tolna və Baranya medyeləri ilə qonşudur. Ölkənin ən sıx əhalisi olan medyesidir. Paytaxtı Kapoşvar şəhəridir. Sahəsi 6036 km²-dir. Şomod Macarıstan krallığında mövcud olan inzibati ərazi bölgüsünün adıdır. Medye hazırda müasir Macarıstan ərazisinin cənub-qərbində yerləşir və sahəsi daha böyükdür. Paytaxtı Macarıstan krallığında olduğu kimi Kapoşvar şəhəridir. Demoqrafiyası 2015-ci ilin siyahıyaalınmasına əsasən Şomod medyesinin əhalisi 312084 nəfərdir. Etnik tərkibi Şomod medyesinin əhalisi əsasən macarlardan təşkil olunsa da, müəyyən qrup romanlar (təx. 16000), almanlar (3000) və xorvatlar da (1500) ərazidə məskunlaşmışdır. Ümumi əhalisi (2011-ci ilin siyahıyaalınması): 316137 nəfər Etnik qruplar (2011-ci ilin siyahıyaalınması): Etnik qruplarını təyin edənlər: 287692 nəfər: Macarlar: 265464 (92,27%) Qaraçılar: 16167 (5,62%) Almanlar: 3039 (1,06%) Digərləri və ya etnik mənsubiyyətləri müəyyən edilməyən şəxslər: 3022 (1,05%)2011-ci il əhalinin siyahıyaalınmasına əsasən təxminən 46000 nəfər etnik mənsubiyyətini bildirməmişdir. 2011-ci il əhalinin siyahıyaalınmasına əsasən Şomod medyesində əhalinin dini inancı: Katoliklər– 168307; Macarıstanda Reform kilsəsi – 21176; Evangelik kilsəsi – 5807; Digər dinlər – 3829; Dinsizlik – 35503; Ateizm – 3056; Dinini təyin etməyənlər – 78459. Regional strukturu Ərazi vahidləri Şomod medyesində 1 medye, 15 rayon, 2 böyük kənd və 227 kənd yerləşir. Medyenin mərkəzi(2011-ci ilin siyahıyalınmasına əsasən sıralanmışdır) Kapoşvar (66,245) – medye mərkəziRayonları Beynəlxalq əlaqələri Şomod medyesinin aşağıdakı şəhərlər ilə beynəlxalq əlaqələri mövcuddur: Xarici keçidlər VikiSəyahətdə Somogy County haqqında səyahət məlumatları var. Official site in Hungarian Somogyi Hírlap (sonline.hu) - The county portal Hungary at GeoHive
https://az.wikipedia.org/w/index.php?curid=589873
Şomod medyesi
Şomod (mac. Somogy megye, xorv. Šomođska županija; sloven. Šomodska županija, alm. Komitat Schomodei ) — Macarıstanın inzibati ərazi bölgüsü. Coğrafiyası Şomod medyesi Macarıstanın cənub-qərbində, Xorvatiya ilə sərhəddə yerləşir. Drava çayının və Balaton gölünün cənub sahili boyunca uzanır. Macarıstanın Zala, Vesprem, Feyer, Tolna və Baranya medyeləri ilə qonşudur. Ölkənin ən sıx əhalisi olan medyesidir. Paytaxtı Kapoşvar şəhəridir. Sahəsi 6036 km²-dir. Şomod Macarıstan krallığında mövcud olan inzibati ərazi bölgüsünün adıdır. Medye hazırda müasir Macarıstan ərazisinin cənub-qərbində yerləşir və sahəsi daha böyükdür. Paytaxtı Macarıstan krallığında olduğu kimi Kapoşvar şəhəridir. Demoqrafiyası 2015-ci ilin siyahıyaalınmasına əsasən Şomod medyesinin əhalisi 312084 nəfərdir. Etnik tərkibi Şomod medyesinin əhalisi əsasən macarlardan təşkil olunsa da, müəyyən qrup romanlar (təx. 16000), almanlar (3000) və xorvatlar da (1500) ərazidə məskunlaşmışdır. Ümumi əhalisi (2011-ci ilin siyahıyaalınması): 316137 nəfər Etnik qruplar (2011-ci ilin siyahıyaalınması): Etnik qruplarını təyin edənlər: 287692 nəfər: Macarlar: 265464 (92,27%) Qaraçılar: 16167 (5,62%) Almanlar: 3039 (1,06%) Digərləri və ya etnik mənsubiyyətləri müəyyən edilməyən şəxslər: 3022 (1,05%)2011-ci il əhalinin siyahıyaalınmasına əsasən təxminən 46000 nəfər etnik mənsubiyyətini bildirməmişdir. 2011-ci il əhalinin siyahıyaalınmasına əsasən Şomod medyesində əhalinin dini inancı: Katoliklər– 168307; Macarıstanda Reform kilsəsi – 21176; Evangelik kilsəsi – 5807; Digər dinlər – 3829; Dinsizlik – 35503; Ateizm – 3056; Dinini təyin etməyənlər – 78459. Regional strukturu Ərazi vahidləri Şomod medyesində 1 medye, 15 rayon, 2 böyük kənd və 227 kənd yerləşir. Medyenin mərkəzi(2011-ci ilin siyahıyalınmasına əsasən sıralanmışdır) Kapoşvar (66,245) – medye mərkəziRayonları Beynəlxalq əlaqələri Şomod medyesinin aşağıdakı şəhərlər ilə beynəlxalq əlaqələri mövcuddur: Xarici keçidlər VikiSəyahətdə Somogy County haqqında səyahət məlumatları var. Official site in Hungarian Somogyi Hírlap (sonline.hu) - The county portal Hungary at GeoHive
https://az.wikipedia.org/w/index.php?curid=832908
Şomon (rayon)
Şomon (fr. Chaumont) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Marna. Suprefektura — Şomon. Rayon əhalisi 2006-cı ildə 67 738 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 27 nəf / km². Rayon sahəsi — 2476 km². Şəhər Marne çayı üzərində dayanır və 1856-cı ildə inşa edilmiş 52 m (171 ft) hündürlüyü və 600 m (2000 ft) uzunluğundakı bir viyadük üzərində işləyən Paris və Basel'i birləşdirən dəmir yolu üzərində yerləşir. Həmçinin bax Fransa rayonlarının siyahısı Fransanın prefektura və suprefektura siyahısı Xarici keçidlər Milli Statistika İnstitutu
https://az.wikipedia.org/w/index.php?curid=570008
Şomontel
Şomontel (fr. Chaumontel) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 3 281 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 30 km şimalında, Serji bələdiyyəsinin 29 km şərqində yerləşir. Demoqrafiya Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=591703
Şomu Nobori
Şomu Nobori (昇 曙夢, Nobori Şomu, 17 iyul 1878, Oşima adası, Ryukyu adaları – 22 noyabr 1958, Tokio[d]) və ya doğum adı ilə Naotaka Nobori (昇 直隆, Nobori Naotaka) – Yaponiya tərcüməçisi və pedaqoqu. O, rus dilinin mütəxəssisi olmuş və rus ədəbiyyatının bir çox əsərini yapon dilinə tərcümə etmişdir. Nobori 1878-ci ildə Kaqoşima prefekturasının Amami Oşima adasında doğulmuşdur. Yaponiyalı Nikolay tərəfindən açılmış ilahiyyat seminariyasında rus dilini öyrənmişdir. 1903-cü ildə Yunan Ortodoks Seminariyasından məzun olmuş və burada təlimçi kimi işləməyə başlamışdır. Daha sonra Hərbi Akademiyada rus dili üzrə professor olmuşdur. Vaseda və Nihon universitetlərində də müəllimlik etmişdir. Fyodr Dostoyevski, Lev Tolstoy, Aleksandr Kuprin, Leonid Andreyev və Fyodr Soloqub kimi bir çox rus ədibinin əsərlərini yapon dilinə tərcümə etmişdir. Mixail Artsibaşevin "Sanin" romanını, eləcə də, "Qorxu" və "Gecə" hekayələrini yapon dilinə qazandırmışdır. Nobori Rusiya ilə əlaqələr üzrə Yaponiya kabinetinin xüsusi məsləhətçisi olmuşdur. Sayqo Takamorinin sürgündə olduğu dövrü araşdırmış və bu barədə ən geniş hesabatı yazaraq 1927-ci ildə nəşr etdirmişdir.Nobori "Müasir rus ədəbi fikirlərinin tarixi" və "İnqilabdan sonra rus ədəbiyyatı" kitablarının müəllifi olmuşdur. "Müasir rus ədəbi fikirlərinin tarixi" kitabı 1920-ci illərdə Çində Rusiya modernizminin yayılmasında vacib rol oynamış, 1933-cü ildə Çin dilinə tərcümə olunmuşdur.Yaponiyanın Sibir müdaxiləsi (1918–1922) zamanı Yaponiya ordusunun müşayiəti altında və sovet hökumətinin qonağı kimi (1928) Rusiyada olmuş, Maksim Qorki və Boris Pilnyak ilə görüşmüşdür. O, ümumilikdə 4 dəfə Rusiyaya səyahət etmişdir.İkinci Dünya müharibəsindən sonra 1946–1953-cü illərdə Amami adalarının Yaponiyaya qaytarılması hərəkatının başçılarından biri olmuşdur. O, Amami Sakinlərinin Federasiyasının Yaponiya Assosiasiyasının prezidenti seçilmiş və adaların qaytarılması üçün Yuxarı Palatanın Xarici İşlər Komitəsində çıxış etmişdir. Onun səyləri nəticəsində Amami adaları 1953-cü ildə Yaponiyaya qaytarılmışdır. The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1075. İstifadə tarixi: 24 avqust 2023. Gamsa, Mark. The Chinese Translation of Russian Literature (ingiliscə). Brill. ISBN 9004168443,. İstifadə tarixi: 24 avqust 2023. Eldridge, Robert D. The Return of the Amami Islands: The Reversion Movement and U. S.-Japan relations (ingiliscə). Lexington Books. 2004. ISBN 0739107100. İstifadə tarixi: 25 avqust 2023. Xarici keçidlər Vikianbarda Şomu Nobori ilə əlaqəli mediafayllar var. Həyatı haqqında
https://az.wikipedia.org/w/index.php?curid=809469
Şomulutəpə
Şomutəpə (və ya Şomulutəpə) — Ağstafa rayonu ərazisində qədim yaşayış yeri. Azərbaycanın şimalında formalaşan Eneolit mədəniyyəti bu abidənin adı ilə bağlıdır. Ağstafaçay dəmir yol stansiyasının şərqində yerləşən yaşayış yerində 1961-1964-cü illərdə 400 kv.m sahədə tədqiqat aparılmışdır. Şomutəpənin məişət-təsərrüfat tikintiləri eyni tikinti qatına aiddir. Araşdırmalar göstərir ki, uçub tökülən binalar tez-tez təmir olunmuşdur. Şomutəpə sakinləri bir sıra çiy kərpicdən tikilmiş dairəvi formalı evlərdə yaşamışlar. Evlərin divarları bəzən silindrik olmuş, bəzən isə yuxarıya doğru yığılmışdır. Tavan döşəməyə basdırılan xüsusi dirəklə saxlanmışdır. Evlərin bir, bəzən isə iki girişi olmuşdur. Evləri qızdırmaq üçün istifadə edilən ocaqlar divarların dibində yerləşdirilmişdir. Yaşayış binalarının diametri ən çox 3,7 m olmuşdur. Ocaqlar bəzən də həyətdə olmuşdur. Şomutəpənin təsərrüfat binaları da yaşayış evləri kimi dairəvi planlı olmuşdur. Yaşayış evlərinə bitişik olan təsərrüfat binaları bir həyətin ətrafında yerləşmişdir. Bir sözlə, Şomutəpə yaşayış yeri müəyyən ailələrə məxsus olan ayrıca təsərrüfat-məişət komplekslərinin məcmuyundan ibarət olmuşdur. Diametri 3 m olan binalardan yalnız biri yarımqazma tipli olmuşdur. Onun içərisinə girmək üçün xüsusi pilləkən düzəldilmişdir. Şomutəpə yaşayış yerindən taxıl dənləri, daşdan və sümükdən hazırlanmış əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri, sümükdən oraq çərçivəsi, toxalar, sümükdən hazırlanmış qadın fiquru aşkar olunmuşdur. Keramika məmulatı qum qarışıq gildən hazırlanmış, bəzən qırmızı boya ilə örtülmüşdür. Şomutəpədə dördkünc formalı dulus kürəsinin qalıqlarına, bəzi evlərin həyətində isə təsərrüfat quyularına rastlanmışdır.Şomutəpə yaşayış yeri Uzuntəpədən 40–50 m şimal-qərbdə yerləşən hündür, konusvari təpənin üzərindədir. Onun hündürlüyü 6, diametri 80 m-dir. Xarici keçidlər Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007 Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=81486
Şomulutəpə yaşayış yeri
Şomutəpə (və ya Şomulutəpə) — Ağstafa rayonu ərazisində qədim yaşayış yeri. Azərbaycanın şimalında formalaşan Eneolit mədəniyyəti bu abidənin adı ilə bağlıdır. Ağstafaçay dəmir yol stansiyasının şərqində yerləşən yaşayış yerində 1961-1964-cü illərdə 400 kv.m sahədə tədqiqat aparılmışdır. Şomutəpənin məişət-təsərrüfat tikintiləri eyni tikinti qatına aiddir. Araşdırmalar göstərir ki, uçub tökülən binalar tez-tez təmir olunmuşdur. Şomutəpə sakinləri bir sıra çiy kərpicdən tikilmiş dairəvi formalı evlərdə yaşamışlar. Evlərin divarları bəzən silindrik olmuş, bəzən isə yuxarıya doğru yığılmışdır. Tavan döşəməyə basdırılan xüsusi dirəklə saxlanmışdır. Evlərin bir, bəzən isə iki girişi olmuşdur. Evləri qızdırmaq üçün istifadə edilən ocaqlar divarların dibində yerləşdirilmişdir. Yaşayış binalarının diametri ən çox 3,7 m olmuşdur. Ocaqlar bəzən də həyətdə olmuşdur. Şomutəpənin təsərrüfat binaları da yaşayış evləri kimi dairəvi planlı olmuşdur. Yaşayış evlərinə bitişik olan təsərrüfat binaları bir həyətin ətrafında yerləşmişdir. Bir sözlə, Şomutəpə yaşayış yeri müəyyən ailələrə məxsus olan ayrıca təsərrüfat-məişət komplekslərinin məcmuyundan ibarət olmuşdur. Diametri 3 m olan binalardan yalnız biri yarımqazma tipli olmuşdur. Onun içərisinə girmək üçün xüsusi pilləkən düzəldilmişdir. Şomutəpə yaşayış yerindən taxıl dənləri, daşdan və sümükdən hazırlanmış əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri, sümükdən oraq çərçivəsi, toxalar, sümükdən hazırlanmış qadın fiquru aşkar olunmuşdur. Keramika məmulatı qum qarışıq gildən hazırlanmış, bəzən qırmızı boya ilə örtülmüşdür. Şomutəpədə dördkünc formalı dulus kürəsinin qalıqlarına, bəzi evlərin həyətində isə təsərrüfat quyularına rastlanmışdır.Şomutəpə yaşayış yeri Uzuntəpədən 40–50 m şimal-qərbdə yerləşən hündür, konusvari təpənin üzərindədir. Onun hündürlüyü 6, diametri 80 m-dir. Xarici keçidlər Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007 Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=347307
Şomutəpə
Şomutəpə (və ya Şomulutəpə) — Ağstafa rayonu ərazisində qədim yaşayış yeri. Azərbaycanın şimalında formalaşan Eneolit mədəniyyəti bu abidənin adı ilə bağlıdır. Ağstafaçay dəmir yol stansiyasının şərqində yerləşən yaşayış yerində 1961-1964-cü illərdə 400 kv.m sahədə tədqiqat aparılmışdır. Şomutəpənin məişət-təsərrüfat tikintiləri eyni tikinti qatına aiddir. Araşdırmalar göstərir ki, uçub tökülən binalar tez-tez təmir olunmuşdur. Şomutəpə sakinləri bir sıra çiy kərpicdən tikilmiş dairəvi formalı evlərdə yaşamışlar. Evlərin divarları bəzən silindrik olmuş, bəzən isə yuxarıya doğru yığılmışdır. Tavan döşəməyə basdırılan xüsusi dirəklə saxlanmışdır. Evlərin bir, bəzən isə iki girişi olmuşdur. Evləri qızdırmaq üçün istifadə edilən ocaqlar divarların dibində yerləşdirilmişdir. Yaşayış binalarının diametri ən çox 3,7 m olmuşdur. Ocaqlar bəzən də həyətdə olmuşdur. Şomutəpənin təsərrüfat binaları da yaşayış evləri kimi dairəvi planlı olmuşdur. Yaşayış evlərinə bitişik olan təsərrüfat binaları bir həyətin ətrafında yerləşmişdir. Bir sözlə, Şomutəpə yaşayış yeri müəyyən ailələrə məxsus olan ayrıca təsərrüfat-məişət komplekslərinin məcmuyundan ibarət olmuşdur. Diametri 3 m olan binalardan yalnız biri yarımqazma tipli olmuşdur. Onun içərisinə girmək üçün xüsusi pilləkən düzəldilmişdir. Şomutəpə yaşayış yerindən taxıl dənləri, daşdan və sümükdən hazırlanmış əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri, sümükdən oraq çərçivəsi, toxalar, sümükdən hazırlanmış qadın fiquru aşkar olunmuşdur. Keramika məmulatı qum qarışıq gildən hazırlanmış, bəzən qırmızı boya ilə örtülmüşdür. Şomutəpədə dördkünc formalı dulus kürəsinin qalıqlarına, bəzi evlərin həyətində isə təsərrüfat quyularına rastlanmışdır.Şomutəpə yaşayış yeri Uzuntəpədən 40–50 m şimal-qərbdə yerləşən hündür, konusvari təpənin üzərindədir. Onun hündürlüyü 6, diametri 80 m-dir. Xarici keçidlər Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007 Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=765738
Şomutəpə yaşayış yeri
Şomutəpə (və ya Şomulutəpə) — Ağstafa rayonu ərazisində qədim yaşayış yeri. Azərbaycanın şimalında formalaşan Eneolit mədəniyyəti bu abidənin adı ilə bağlıdır. Ağstafaçay dəmir yol stansiyasının şərqində yerləşən yaşayış yerində 1961-1964-cü illərdə 400 kv.m sahədə tədqiqat aparılmışdır. Şomutəpənin məişət-təsərrüfat tikintiləri eyni tikinti qatına aiddir. Araşdırmalar göstərir ki, uçub tökülən binalar tez-tez təmir olunmuşdur. Şomutəpə sakinləri bir sıra çiy kərpicdən tikilmiş dairəvi formalı evlərdə yaşamışlar. Evlərin divarları bəzən silindrik olmuş, bəzən isə yuxarıya doğru yığılmışdır. Tavan döşəməyə basdırılan xüsusi dirəklə saxlanmışdır. Evlərin bir, bəzən isə iki girişi olmuşdur. Evləri qızdırmaq üçün istifadə edilən ocaqlar divarların dibində yerləşdirilmişdir. Yaşayış binalarının diametri ən çox 3,7 m olmuşdur. Ocaqlar bəzən də həyətdə olmuşdur. Şomutəpənin təsərrüfat binaları da yaşayış evləri kimi dairəvi planlı olmuşdur. Yaşayış evlərinə bitişik olan təsərrüfat binaları bir həyətin ətrafında yerləşmişdir. Bir sözlə, Şomutəpə yaşayış yeri müəyyən ailələrə məxsus olan ayrıca təsərrüfat-məişət komplekslərinin məcmuyundan ibarət olmuşdur. Diametri 3 m olan binalardan yalnız biri yarımqazma tipli olmuşdur. Onun içərisinə girmək üçün xüsusi pilləkən düzəldilmişdir. Şomutəpə yaşayış yerindən taxıl dənləri, daşdan və sümükdən hazırlanmış əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri, sümükdən oraq çərçivəsi, toxalar, sümükdən hazırlanmış qadın fiquru aşkar olunmuşdur. Keramika məmulatı qum qarışıq gildən hazırlanmış, bəzən qırmızı boya ilə örtülmüşdür. Şomutəpədə dördkünc formalı dulus kürəsinin qalıqlarına, bəzi evlərin həyətində isə təsərrüfat quyularına rastlanmışdır.Şomutəpə yaşayış yeri Uzuntəpədən 40–50 m şimal-qərbdə yerləşən hündür, konusvari təpənin üzərindədir. Onun hündürlüyü 6, diametri 80 m-dir. Xarici keçidlər Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007 Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=105202
Şon Bosvel
Sean Bosvel — Forsaj franşizasından Lukas Blekin canlandırdığı uydurma personaj. Şon anası ilə Amerikada yaşayan 17 yaşlı orta məktəb şagirdidir. Şon küçə yarışlarına görə daim polis tərəfindən saxlanılır və onlar daim anası xanım Bosvellə köçməli olurlar. Nəhayət, anası Şonu atasının yaşadığı Tokioya göndərmək qərarına gəlir. Burada məskunlaşan Şon məktəbə başlayır və burada da küçə yarışlarına qatılır. Məktəbdə gördüyü özü kimi Qaycinə aşiq olan Şon buna görə də Tokioda Yakuza liderinin qardaşı oğlu Takaşi ilə düşmən olur. Takaşinin yaxın dostu Han Lue Şonla dost olur, ona drift etməyi öyrədir və müəllimlik edir. Daha sonra Şon atasının evindən ayrılıb Han Luenin qarajında məskunlaşır. Burada olarkən Takaşinin qaraja daxil olması nəticəsində, Tokio küçələrəndi avtomobilli qaçdı-tutdu başlayır və Han ölür. Hanın ölümündən sonra Şon Hanın oğurladığı pulu Takaşinin əmisi Kamata götürür və Takaşi ilə yarışmaq üçün icazə istəyir. Kamata icazə verir, Şon Takaşini məğlub edir və azadlığına qovuşur. Daha sonra sevgilisi Neela və dostları ilə küçə yarışlarının keçirildiyi yerdə əylənərkən, Dominik Toretto Şon ilə yarışmaq istədiyini deyir və yarış başlayan kimi film sona çatır. O, sonuncu dəfə "Forsaj 7"də qısa müddətə görünüb.
https://az.wikipedia.org/w/index.php?curid=796343
Şon Bosvell
Sean Bosvel — Forsaj franşizasından Lukas Blekin canlandırdığı uydurma personaj. Şon anası ilə Amerikada yaşayan 17 yaşlı orta məktəb şagirdidir. Şon küçə yarışlarına görə daim polis tərəfindən saxlanılır və onlar daim anası xanım Bosvellə köçməli olurlar. Nəhayət, anası Şonu atasının yaşadığı Tokioya göndərmək qərarına gəlir. Burada məskunlaşan Şon məktəbə başlayır və burada da küçə yarışlarına qatılır. Məktəbdə gördüyü özü kimi Qaycinə aşiq olan Şon buna görə də Tokioda Yakuza liderinin qardaşı oğlu Takaşi ilə düşmən olur. Takaşinin yaxın dostu Han Lue Şonla dost olur, ona drift etməyi öyrədir və müəllimlik edir. Daha sonra Şon atasının evindən ayrılıb Han Luenin qarajında məskunlaşır. Burada olarkən Takaşinin qaraja daxil olması nəticəsində, Tokio küçələrəndi avtomobilli qaçdı-tutdu başlayır və Han ölür. Hanın ölümündən sonra Şon Hanın oğurladığı pulu Takaşinin əmisi Kamata götürür və Takaşi ilə yarışmaq üçün icazə istəyir. Kamata icazə verir, Şon Takaşini məğlub edir və azadlığına qovuşur. Daha sonra sevgilisi Neela və dostları ilə küçə yarışlarının keçirildiyi yerdə əylənərkən, Dominik Toretto Şon ilə yarışmaq istədiyini deyir və yarış başlayan kimi film sona çatır. O, sonuncu dəfə "Forsaj 7"də qısa müddətə görünüb.
https://az.wikipedia.org/w/index.php?curid=835955
Şon Danfi
Şon Danfi (30 noyabr 1937, Dublin – 17 may 2011) — 1967 Avroviziya Mahnı Müsabiqəsində İrlandiyanı "Əgər mən seçsəydim" mahnısı ilə təmsil etmiş və 2-ci yeri qazanmaqla İrlandiyaya ilk uğurlu nəticəni gətirib.O,eyni zamanda Neşvildə oxuyan ilk irland idi. 30 noyabr 1937-ci ildə Dublin şəhərində anadan olub. Karyerasına 1960-cı illərdə Houdouners qrupunda başlayıb. Orada trubaçalan Örl Qrillə dostluq edib. 1966-cı ildə ilk albomunu-"Xəyallarımın möhtəşəm dünyası"nı çıxardır. Sonra "Şoubol"la davam edir. Bu albomlar onu Dublində çox populyar edir. O, 1967-ci ildə İrlandiya Avroviziyasına vəsiqə qazanır və Viyanada keçirilən Avroviziyada mahnısını oxuyub 2-ci yeri qazanır. Bununla da,dünyaya qapısı açılır. İrlandiyada hamı Danfidən danışır.Səsi İrlandiyadan İngiltərəyə yayılan Danfi çoxlu albomlar çıxardır. 1970-ci illərdə o, daha da ulduz kimi parlayır. İrlandiyanın ulduzlarından birinə çevrilir. Lakin, 1979-cu ildə "Roza" albomunu çıxardandan sonra durğunluq dönəminə başlayır. Lakin, konsertlər verməyə davam edir. 2007-ci ildə ürək tutması keçirir və xəstəxanaya yerləşdirilir. Ona oxumağı qadağan olunsa da,o,son səsinə qədər oxumağa davam edir. 2009-cu ildə "Şon Danfi 50 il"albomunu çıxardır. Danfi son illərində tez-tez ürək tutması keçirir və xəstəxanaya yerləşdirilirdi. Ona ürək xəstəliyi diaqnozu qoyulmuşdu. İş Danfini rahat buraxarkən Danfi işini rahat buraxmır və ölümündən 1 gün əvvəl xeyriyyə konsertində çıxış edir. 2011-ci ilin 17 mayı o,sonuncu ürək tutmasını keçirir.Bu dəfə xilas ola bilmir. Şon Danfi Lili Danfi ilə ailə həyatı qurmuşdu.Onun 4 övladı var idi. Diskoqrafiya
https://az.wikipedia.org/w/index.php?curid=620428
Şon Konneri
Ser Tomas Şon Konneri (ing. Sir Thomas Sean Connery; 25 avqust 1930[…] – 31 oktyabr 2020[…]) — şotland əsilli Böyük Britaniya kinoaktyoru və prodüseri. Oskar (1988), BAFTA (1988, 1990) və Qızıl Qlobus (1972, 1988) mükafatlarının laureatıdır. 70-dən artıq kinofilmdə rol almış, həmçinin 1962–1983-cü illərdə Yan Fleminqin əsərlərinin ekranizasiyası olan Ceyms Bond haqqında 7 filmdə çəkilmişdir. 1988-ci ildə "Toxunulmazlar" (ing. The Untouchables) filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasında Oskar mükafatına layiq görülmüşdür. 1991-ci ildə ona Fransanın Fəxri Legion Ordeninin komandor dərəcəsi, 2000-ci ilin iyulunda isə kraliça II Elizabet tərəfindən cəngavər dərəcəsi və "ser" titulu verilmişdir. Filmoqrafiya Xarici keçidlər Rəsmi veb-saytı Şon Konneri — IMDb səhifəsi BBC: Sean Connery Biography (1999) Profile @ Turner Classic Movies Photographs and literature
https://az.wikipedia.org/w/index.php?curid=188757
Şon Lennon
Şon Taro Ono Lennon (ing. Sean Taro Ono Lennon; 9 oktyabr 1975, Nyu-York, ABŞ) — İngiltərə və ABŞ musiqiçisi və bəstəkarı. Şon Lennon 9 oktyabr 1975-ci ildə atasının 35-ci ad günündə Nyu-Yorkun Manhetten şəhərindəki Veyl Kornel Tibb Mərkəzində anadan olub. O, ana tərəfdən yapon, ata tərəfdən isə ingilis, uels və irland mənşəlidir. Culiyan Lennon onun ögey qardaşıdır, Kyoko Çen Koks isə ögey bacısıdır.
https://az.wikipedia.org/w/index.php?curid=422069
Şon Makbrayd
Şon Makbrayd (26 yanvar 1904 - 15 yanvar 1988) - 1948-1951-ci illərdə Xarici İşlər Naziri, 1946-1965-ci illərdə Klann na Poblaxta (1946-cı ildə Şon Makbrayd tərəfindən qurulan İrlandiya Respublikaçı solçu siyasi partiyası) lideri və 1936-1937-ci illərdə İRO Baş qərargah rəisi vəzifələrində çalışan İrlandiyalı Klan na Poblaxta siyasətçisi. 1947-1957-ci illərdə Tixta Dala (TD) kimi xidmət göstərmişdir. Yerli İrlandiyalı siyasi karyeradan yüksələn, Birləşmiş Millətlər, Avropa Şurası və Beynəlxalq Amnistiya da daxil olmaqla XX əsrin bir çox beynəlxalq təşkilatını qurdu və iştirakçısı oldu. 1974-cü ildə Nobel Sülh mükafatına, 1975–1976-cı illər üçün Lenin Sülh mükafatına və 1980-ci ildə Xidmətə görə YUNESKO-nun Gümüş medalına layiq görüldü. Erkən həyatı Makbrayd, 1904-cü ildə Parisdə mayor Con Makbrayd və Mod Qonnanın ailəsində dünyaya gəlib. İlk dili fransız dili idi və ömrünün sonuna qədər İngilis dilində fransız ləhcəsini qorudu. Əvvəlcə Sen-Luis-de-Qonzaq liseyində oxudu. 1916-cı il Pasxa üsyanından sonra atasının edamına qədər Parisdə qaldı, İrlandiyanın Qori, Ueksford əyalətindəki Müqəddəs Benedikt məktəbinə göndərildi. 1919-cu ildə, 15 yaşında, İrlandiya Respublika Ordusunda döyüşən İrlandiya Könüllülərinə qoşuldu və İrlandiya İstiqlaliyyət müharibəsində iştirak etdi. 1921-ci il İngiltərə-İrlandiya müqaviləsinə qarşı çıxdı və Vətəndaş müharibəsi zamanı İrlandiyanın Azad Dövləti tərəfindən həbs edildi.1924-cü ildə sərbəst buraxıldıqdan sonra Makbrayd Dublin Universitet Kollecində hüquq təhsili aldı və İrlandiya aktivisti kimi fəaliyyətini davam etdirdi. İmon de Valeranın qısa müddətlik şəxsi katibi olaraq çalışdı, müxtəlif nüfuzlularla görüşmək üçün onunla birlikdə Romaya getdi. 1925-ci ilin yanvarında, iyirmi bir yaşında Makbrayd onunla siyasi görüşlərini bölüşən özündən dörd yaş böyük qadınla Katalin "Kid" Balfinlə evləndi. Balfin İrlandiyalı millətçi naşir və səyahət yazıçısı Vilyam Balfinin qızı idi.1927-ci ildə Dublinə qayıtmazdan əvvəl İraqın Kəşfiyyat Direktoru olan Makbrayd Parisdə və Londonda jurnalist olaraq çalışdı. Qayıdandan qısa müddət sonra tutuldu və Dublin qraflığındakı Buterstoundakı evinin yaxınlığında öldürülən siyasətçi Kevin Kristofer Hiqqinsin qətlində günahlandırıldı. Makbrayd o zaman,evə gedərkən qayıqda görüşdüyü sendikalist Kumann na Qedhil siyasətçi Byan Kuperi şahid qismində çağırmağı bacardığı üçün İrlandiyaya geri döndüyünü sübut edə bildi. Daha sonra təxribatçı olmaqda və Mountcoy həbsxanasında yatmaqda günahlandırıldı.1920-ci illərin sonlarında, bir çox tərəfdarının Fianna Fayla qoşulmaq üçün getməsindən sonra, bəzi İrlandiya Respublikaçı Ordusu (İRO) üzvləri daha solçu bir gündəm üçün hərəkətə başladılar. İRO Ordu Şurası bu fikri səs verdikdən sonra Makbrayd 1931-ci ildə yeni bir hərəkat Saor Eire-i ("Azad İrlandiya") başlatdı. Hərbi təşkilat olmamasına baxmayaraq, Saor Éire, İRO, Kumann nam Ban və digər 9 qurumla birlikdə qanunsuz elan edildi. Bu arada Makbrayd, təhlükəsizlik xidmətlərinin bir nömrəli hədəfi oldu. 1936-cı ildə İrlandiya Respublikaçı Ordusunın qərargah rəisi Moss Toumi üç illik həbs edildi; onu Makbrayd əvəz etdi. O dövrdə hərəkat dağınıq vəziyyətdə idi, bir neçə qrup və şəxsiyyət arasında ziddiyyətlər mövcud idi. Tom Barri, ingilislərə qarşı hərbi əməliyyatlara rəhbərlik etmək üçün Baş qərargah rəisi təyin edildi.1937-ci ildə Makbrayd vəkil olaraq fəaliyyət göstərdi. Daha sonra həmin il İrlandiya Konstitusiyası qüvvəyə mindikdə İrlandiya Respublikaçı Ordusudan istefa verdi. Bir vəkil olaraq Makbrayd tez-tez dövlətin İRO məhbuslarını müdafiə edirdi, lakin 1944-cü ildə Qarda Şixana (İrlandiya polisinin adı) dedektivi Denis O'Breyni öldürməkdə mühakimə olunan Çarli Kerinsin 1944-cü ildə edam olunmasını dayandıra bilmədi. 1946-cı ildə Şon Makkokqinin ölümü ilə bağlı istintaq zamanı Makbrayd, Portlauz həbsxanasındakı şəraitin bərbadlığını dinləndirdi. Klan na Poblaxta 1946-cı ildə Makbrayd Klann na Poblaxta respublikaçı/sosialist partiyasını qurdu. İrlandiyanın əsas siyasi partiyası olaraq Fianna Faylın yerini tutacağını ümid edirdi. 1947-ci ilin oktyabrında, Dublin dairəsinə əlavə seçkilərdə Doyl Eren (İrlandiya Nümayəndələr Palatası) yer qazandı. Eyni gün, Patrik Kinan, həmçinin Klann na Poblaxta üçün Tipperari aralıq seçkisini qazandı.Lakin, 1948-ci il ümumi seçkilərində Klann na Poblaxta yalnız on yer qazandı. Partiya Fayn Qel (İrlandiya Respublikası Liberal Mühafizəkarlar partiyası), İşçi partiyası, Milli İşçi partiyası, Klann na Talman və bir neçə müstəqil şəxslə birlikdə İrlandiya baş naziri (İrlandca: Taoiseach) rolunda Fayn Qel TD Con A. Kostello ilə ilk Partiyalararası Hökuməti qurdu. Riçard Mulkaxi Fayn Qelin lideri idi, lakin Makbrayd və digər bir çox İrlandiyalı respublikaçı, 1920-ci illərdə İrlandiya Vətəndaş müharibəsi illərində İrlandiyanın Azad Dövlətinin rəhbərliyi altında 77 edamın həyata keçirilməsində rolu olduğuna görə Mulkaxini heç vaxt bağışlamadı. Klann na Poblaxtanın dəstəyini qazanmaq üçün Mulkaxi, Kostellonun lehinə kənara çəkildi. İki Klann na Poblaxta üzvü Hökumət kabinetə qatıldı; Makbrayd Xarici İşlər naziri, Noel Broun isə Səhiyyə Naziri oldu. Nazirliyə qəbul olunarkən MacBride Papa XII Piyə teleqram göndərdi: "... övlad sadiqliyimizi və müqəddəs şəxsinizə sədaqətimizi zati-dinizin ayaqları altına sərərək, bütün işlərimizdə Məsihin təlimini rəhbər tutacağımıza və İrlandiyada xristian prinsiplərinə əsaslanan ictimai quruluşa çatmaq üçün səy göstərəcəyimizi bildiririk".Makbraydın təklifi ilə Kostello, Şimali etirazçı Denis İrlandiyanı Senat Erenə (İrlandiya parlamentinin yuxarı palatası) namizəd göstərdi. Senator (1948–1951) olarkən, 4 noyabr 1950-ci ildə Romada imzalanan Avropa İnsan Hüquqları Konvensiyasının qəbul edilməsində, Makbrayda köməkçi olan Avropa Şurasındakı İrlandiya təmsilçisi idi. 1950-ci ildə Makbrayd, Avropa Şurası Xarici İşlər Nazirləri Şurasının prezidenti və 1948-51-ci illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) sədr müavini idi. İrlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmamasından məsul idi.Xarici Əlaqələr 1anununun ləğv edilməsində və 1949-cu ildə qüvvəyə minən İrlandiya Respublikası qanununun qəbul edilməsində böyük rol oynadı. İrlandiyanın rəsmən İrlandiya Respublikası olaraq adlandırıla biləcəyini və İrlandiya Prezidentinin xarici əlaqələrində dövlətin icra hakimiyyətinə sahib olduğunu bildirdi. 1951-ci ildə Makbrayd mübahisəli şəkildə İrlandiya Katolik iyerarxiyası və İrlandiya tibb müəssisəsi tərəfindən Ana və Uşaq Layihəsinə görə Noel Brouna hücum edildikdən sonra nazir vəzifəsindən istefa etməsini istədi: "Katoliklər olaraq, edə bilməyəcəyimi düşünmədiyim [İyerarxiya] fikirlərinə məhəl qoymamaqla əlaqədar məsuliyyəti öz üzərimizə götürməyə hazır olsaq da, bunu etmək siyasi baxımdan mümkünsüz olardı ...Xalqımızın böyük əksəriyyətinin mənsub olduğu Katolik kilsəsi liderlərinin düşünülmüş fikirləri ilə məşğuluq; bu fikirlərə məhəl qoyulmaya bilməz".1951-ci ildə də Klann na Poblaxtayass ümumi seçkidən sonra iki yer verildi. Makbrayd yerini qorudu və 1954-cü ildə yenidən seçildi. Sərhəd Kampaniyası (1956-62) dövründə İRO şübhəlilərinin içəri girməsinə qarşı çıxaraq həm 1957, həm də 1961-ci illər ümumi seçkilərində iştirak etdi, lakin heç birində seçilmədi. Sonra siyasətçi olaraq təqaüdə çıxdı və vəkillik fəaliyyətini davam etdirdi. 1983-cü il İrlandiyadakı prezident seçkilərində müstəqil namizəd olaraq iştirak etmək istədiyini bildirdi, lakin kifayət qədər dəstək ala bilmədi və nəticədə geri çəkildi. Beynəlxalq siyasətdə 1929-cu ildə İmperializmə qarşı İrlandiya Liqası quruldu və Makbrayd onun katibi vəzifəsini icra etdi.Makbrayd 1961-ci ildən 1975-ci ilə qədər Amnesty International-ın Beynəlxalq sədri vəzifəsində çalışıb. 1963-1971-ci illərdə Beynəlxalq Hüquqşünaslar Komissiyasının baş katibi oldu. Bundan sonra Cenevrədəki Beynəlxalq Sülh Bürosunun sədri (1968-1974) və daha sonra prezidenti (1974-1985) seçildi. 1948-51-ci illərdə Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının sədr müavini və 1950-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin sədri olur. Beynəlxalq Vicdan Məhbusları Fonduna da cəlb edilmiş və 1977-ci ildə Ünsiyyət Problemlərinin Öyrənilməsi üzrə Beynəlxalq Komissiyaya təyin edilmişdir.Afrika Birliyi Təşkilatının (OAU) konstitusiyasını hazırladı; Qananın (müstəqillik əldə edən ilk İngiltərənin Afrika müstəmləkəsi) ilk konstitusiyası da 1966-cı il çevrilişinə qədər doqquz il davam etdi. 1966-cı ildə ABŞ hökuməti onun Mərkəzi Kəşfiyyat İdarəsinin maliyyələşdirməsi ilə əlaqəli olduğunu bildirdi.Makbrayd, Avropa İqtisadi Əməkdaşlıq Konvensiyasını, Müharibə Qurbanlarının Müdafiəsi Konvensiyası (1949) və Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır. Qana, Zambiya və Tanzaniya konstitusiyalarının hazırlanmasında da rol oynadı.Makbraydın Birləşmiş Millətlər Sisteminə təyinatlarından bəziləri bunlardır: Baş katib köməkçisi Baş Məclisin sədri Namibiya üzrə Ali Komissar, bu vəzifədə olarkən Birləşmiş Millətlər Təşkilatının Namibiya İnstitutunu yaradıb. Mübahisəli 1980-cı il Makbrayd hesabatını hazırlayan UNESCO-nun Rabitə Problemlərinin Öyrənilməsi üzrə Beynəlxalq Komissiyasının prezidenti olub. İnsan hüquqları 1950, 1960 və 1970 -ci illərdə Makbrayd dünyada insan hüquqları üçün çalışdı. 1958 -ci ildə yüzlərlə şübhəli İrlandiya Respublikaçı Ordusu üzvləri İrlandiya Respublikasında mühakimə olunmadan həbs edildikdən sonra İrlandiya işini Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdi. Əvvəlcə 1956-cı il Macar inqilabından sonra şou məhkəmələrini izləmək üçün İngiltərədəki insan hüquqları və hüquq islahatı təşkilatı olan ƏDALƏTi bərpa edən bir qrup vəkil arasındaydı, lakin sonradan Beynəlxalq Hüquqşünaslar Komissiyasının İngiltərə bölməsinə daxil oldu. İnsan haqları ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən Vicdan Məhbusları Apellyasiya Fondunda (qəyyum) fəal idi. 1973-cü ildə Baş Məclis tərəfindən Baş katib köməkçisi rütbəsi ilə Namibiya Ali Komissarı vəzifəsinə seçildi. İngilis-Bur müharibəsində, atası Con Makbraydın İngilis Ordusuna qarşı burlar üçün İrlandiyalı Transvaal Briqadasına (Makbrayd Briqadası kimi tanınır) rəhbərlik etməsi, Şon Makbrayda Cənubi Afrikanın aparteid hökumətinə bənzərsiz bir giriş imkanı verdi. 1977-ci ildə YUNESKO tərəfindən yaradılan Rabitə Problemlərinin Araşdırılması üzrə Beynəlxalq Komissiyanın prezidenti təyin edildi. 1980-ci ildə UNESCO-nun sədri təyin edildi. Makbrayd Dannes Mağazaları Tətilini dəstəklədi və 1985-ci ilin may ayındakı toplantılarından ən az birinə qatıldı.Makbrayd işi "ədalətsizliyə qarşı mübarizədə dünyanın vicdanını səfərbər edən" insan olaraq Nobel sülh mükafatına (1974) layiq görülmüşdür. Daha sonra Lenin sülh mükafatı (1975-76) və UNESCO-nun Xidmətə görə Gümüş medalı ilə (1980) təltif olundu. Həm Lenin, həm də Nobel sülh mükafatlarını qazanan iki nəfərdən biri idi, digəri isə Laynus Polinq idi.1980 -ci illərdə Beynəlxalq Sülh Bürosu və Beynəlxalq Tərəqqi Təşkilatının birgə sponsorluq etdiyi Nüvə Müharibəsinə Vəkillərin Müraciətini başlatdı.r Beynəlxalq Tərəqqi Təşkilatından Frankis Boyl və Hans Koçler ilə sıx əməkdaşlıq edərək Baş Assambleyaya Beynəlxalq Ədalət Məhkəməsindən nüvə silahlarının qanuniliyi ilə bağlı Məsləhətçi Rəy tələb edən bir qərar üçün lobbiçilik etdi. Nüvə Silahlarının Təhdid və ya İstifadəsinin Qanuniliyinə dair məsləhət rəyi 1996 -cı ildə ICJ tərəfindən verildi. 1982-ci ildə Makbrayd, İsrailin Livanı işğalı zamanı beynəlxalq hüquq pozuntusunun araşdırılması üzrə Beynəlxalq Komissiyanın sədri idi. Digər üzvlər Riçard Falk, Kader Asmal, Brayn Berkasson, Qeraudde la Pradelle və Stefan Vayld idi. Komissiyanın "İsrail hökuməti beynəlxalq hüquqa zidd təcavüz hərəkətləri etdi" adlı hesabatı, 1983-cü ildə İsrail Livanda adı ilə nəşr olundu.O,həm də tanınmış Pan-Keltist idi. Sonrakı həyatı və ölümü Sonrakı illərində Makbraydın anasının evi Roebak House uzun illər İrlandiyalı millətçilər üçün görüş yeri olaraq xidmət göstərdi, eyni zamanda anası ilə böyüdüyü Parisdə də yaşayırdı. 1979-cu ildə Center Pompidou Muzeyində gəzərkən və Beynəlxalq Amnistiya sərgisində olarkən bir həmkarına "Əfv, bilirsinizmi, mənim uşaqlarımdan biri idi. 1978-ci ildə Amerika Nailiyyət Akademiyasının Qızıl Plaka Mükafatını aldı.Şon Makbrayd, 84 yaşından on bir gün əvvəl, 15 yanvar 1988-ci ildə Dublində öldü. Qlasnevin qəbiristanlığında anası və 1976-cı ildə vəfat edən həyat yoldaşı ilə birlikdə bir məzarda dəfn edilmişdir. Makbraydın ölümü ilə əlaqədar olaraq Afrika Milli Konqresi (ANC) rəhbəri, Oliver Tambo: "Şon Makbrayd, Namibya və Cənubi Afrika xalqlarına və azadlıq hərəkatına verdiyi töhfələrinə görə həmişə xatırlanacaq. İrlandiya milli azadlıq uğrunda ortaya çıxan şəxsi və siyasi düşüncəsi ilə idarə olunur. . . ona olan borcumuz heç vaxt ödənə bilməz." Vindhuk, Namibiya və Amsterdamdakı küçələrə onun adı verilib. Amnistiya Beynəlxalq İrlandiya qərargahı onun şərəfinə 'Sean MacBride House' adlanır və Beynəlxalq Sülh Bürosu da adına 'Seán MacBride Prize' adını verir.1995-ci ildə İrlandiya Xarici İşlər və Ticarət Departamentinin mərkəzi olan Iveagh House-da Makbrayd büstü açıldı.1995-ci ildə İmon Delani tərəfindən nəşr olunan The Casting of Mr O'Shaughnessy romanında, Şon Makbraydın hər tərəfli,iri həcmli karyerasından bəhs edilir. Karyerasının xülasəsi 1946–1965 Klann na Poblaxta lideri 1947–1958 Doyl Eren (İrlandiya Nümayəndələr Palatası) üzvü 1948–1951 Partiyalararası Hökumətdə İrlandiyanın Xarici İşlər Naziri 1948–1951 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) vitse-prezidenti 1950 Avropa Şurası Nazirlər Komitəsinin Prezidenti 1954 İrlandiya hökumətindəki nazirlik ofisi təklif edildi,lakin rədd etdi 1963–1971 Beynəlxalq Hüquqşünaslar Komissiyasının Baş katibi 1966 Ədalət və Sülh üzrə Papa Komissiyasının məsləhətçisi 1961–1975 Amnesty International İcra heyətinin sədri 1968–1974 Beynəlxalq Sülh Bürosunun icraçı sədri 1975–1985 İcraçı Beynəlxalq Sülh Bürosunun prezidenti 1968–1974 Beynəlxalq QHT-lərin İnsan Hüquqları üzrə Xüsusi Komitəsinin sədri (Cenevrə) 1973 Dünya Sülh Qüvvələrinin Konqresinin sədr müavini (Moskva, oktyabr 1973) 1973 Ümumdünya Birləşmiş Millətlər Birlikləri Dərnəkləri Federasiyasının vitse-prezidenti 1973–1977 Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibinin köməkçisi rütbəsi ilə Birləşmiş Millətlər Təşkilatının Namibiya Komissarı vəzifəsinə seçilmişdir. 1977–1980 UNESCO üçün Beynəlxalq Kommunikasiya Komissiyasının sədri 1982 İsrailin Livanı işğalı zamanı beynəlxalq hüquq pozuntularını araşdırmaq üçün təşkil olunan Beynəlxalq Komissiyanın sədri Keane, Elizabeth. An Irish Statesman and Revolutionary: The Nationalist and Internationalist Politics of Seán MacBride. Tauris. 2006. Jordan, Anthony J, (1993) {Sean A biography of Sean MacBride} Blackwater Press
https://az.wikipedia.org/w/index.php?curid=712958
Şon Mendes
Şon Mendes(8 avqust 1998) Kanadalı müğənni və mahnı yazıçısı. Atası portuqal, anası ingilisdir. Vine profilində yüklədiyi koverləri ilə meneceri Andryu Gentler tərəfindən kəşf edilmişdir. Daha sonra meneceri İsland Records müqavilə imzalayaraq peşəkar müğənniliyə başlamışdır. Ostin Mahonun tur konsertlərində qonaq sənətçi kimi səhnəyə çıxmışdır. The Vamps qrupu ilə Oh Cecilia sinqlında duet etmişdir. İlk mahnısı Life of Party olmuşdur. Daha sonra Show You, The Weight, One of Those Nights və Something Big mahnıları olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=435688
Şon Onil
Sean O'Neil (31 iyul 1967) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. Sean O'Neil Birləşmiş Ştatları 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci pillənin sahibi olub. Daha sonra Sean O'Neil Birləşmiş Ştatları 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
https://az.wikipedia.org/w/index.php?curid=764242
Şon Penn
Şon Penn (ing. Sean Justin Penn; 17 avqust 1960[…], Santa-Monika, Kaliforniya)—Amerika aktyoru və kinorejissoru. Hollivudun ən istedadlı aktyorlarından olan Şon Pennin yəqin, qazanmadığı mükafat yoxdur. Dünyanın ən prestij festivalları sayılan Oskar, Kann, Venesiya, Berlin kimi festivalların mükafatlarını qazanıb. Həm aktyor kimi, həm də rejissor kimi uğurları saysız hesabsızdır. Bu aktyor mədəniyyət dünyasının ən dəlisov, ən çılğın insanlarından biri kimi tanınır. O gah küçədə şəklini çəkmək istəyən paparazzini tutub təpiyin altına salır, gah arvadını döyür, gah hökuməti söyür. Hətta Oskar təltifetmə mərasimində qazandığı mükafatdan dolayı ona söz verilərkən, Akademiya üzvlərinə ağzına gələni demişdi. Amerika qəzetlərində Şon Pennlə bağlı tez-tez belə məlumatlara rast gəlmək olar: "Şon Penn yenə məhkəməlik oldu", "Şon Penn yenə müttəhimlər kürsüsündə", "Penn arvadını yumruqlayıb" və s. və i. Hətta elə vaxtlar olub ki, Penn məhkəmə salonlarını tərk etməyib, bir istintaqın dalınca, o biri gəlib. 1985–89-cu illər dönəmində Madonnayla evli olarkən Penn medianın ən sevimli personajı idi. Qəzet manşetlərində "Əri Madonnanı yenə döydü" sözləri tez-tez yazılırdı. Siyasi düşüncələri 2002-ci ildə Penn "The Washington Post" qəzetinə külli miqdarda pul ödəməklə Amerikanın o dövrkü prezidenti Corc Buşa açıq məktub yazdı. Məktubda Amerika ordusunun İraqa girməsini və hökumətin siyasətini kəskin şəkildə tənqid edirdi. 11 sentyabr hadisələrindən 1 il sonra Penn bütün dünyanı özünün rəhbəriyi altında çəkilən yeni filmi ilə təəccübləndirdi. "11 sentyabr"ı amerikalılar antiamerika ovqatında çəkilmiş film hesab elədilər və buna görə Penn çox ciddi şəkildə tənqid olundu. 11 sentyabr" filmini 11 sentyabr hadisələri əsasında dünyanın müxtəlif ölkələrindən olan 11 rejossor çəkib. Hər rejissor 11 dəqiqədən ibarət qısametrajlı film lentə alıb, bu filmlər birləşərək tammetrajlı film əmələ gətirir. Filmin ideya müəllifi təbii ki, Şon Penndir. Ən qalmaqallı hissəni də məhz o çəkib. Onun filminin qəhrəmanı əkiz göydələnlərin yaxınlığında yaşayan qoca dul kişidir. Göydələnlərin uçmasından sonra qocanın evinə pəncərələrdən işıq düşür və birdən-birə dibçəklər çiçəkləyir. Əvvəllər göydələnlər günəş şüalarının qarşısını kəsirdi, indi isə otağa par-par parıldayan günəş şüaları dolur, qoca sevincindən ağlayır… Filmoqrafiya AtyorDəli və Dahi (2019) Birinci (2018) (8 episodios) Günəşin səsi (cortometraje, 2017) Qəzəbli quşlar (film, 2016) Silahlı (film, 2016) Volter Mittinin qeyri-adi həyatı (film, 2013) Qanqster (film, 2013) This Must Be The Place (2011) Həyat ağacı (film, 2011) Ədalətli oyun (film, 2010) Süd (film, 2008) What Just Happened (2008) Bütün Kral Adamları (film, 2006) La intérprete (2005) Two and a half men (film, 2004) Riçard Niksona sui-qəsd (film, 2004) 21 qram (film, 2003) Sirli çay (film, 2003) It`s All about Love (2003) I am Sam (film, 2001) The Weight of Water (2001) Gecə düşməzdən əvvəl (film, 2000) Dostlar (teleserial, 1994) Sweet and lowdown (1999) Hurlyburly (1998) The Thin Red Line (1998) Hugo Pool (1997) She´s So Lovely (1997) Oyun (film, 1997) Giro al infierno (1997) Dead Man Walking (1995) Carlito's Way (1993) State of Grace (1990) Casualties of War (1989) We're No Angels (1989) Colors (1988) Shanghai Surprise (1986) At Close Range (1986) El juego del halcón (1985) Racing with the Moon (1984) Bad Boys (1983) Fast Times at Ridgemont High (1982) Taps, más allá del honor (1981)RejissorThe Last Face (2016) (nominado a la Palma de Oro) Vəhşi təbiətdə (2007) 11'09"01 - September 11 (2002) (documental) The Pledge (2001) The Crossing Guard (1995) The Indian Runner (1991)SsenaristInto the Wild (2007) 11'09"01 - September 11 (2002) (documental) The Crossing Guard (1995) The Indian Runner (1991)\ Xarici keçidlər Guardian Interview, April 8, 2005 Esquire magazine interview/profile Sean Penn's visit to Iran at the San Francisco Chronicle Smiles for Smirks by Sean Penn, The Huffington Post, April 21, 2009 Sean Penn on Managing a Tent Camp of 55,000 Displaced Haitians – video report by Democracy Now!
https://az.wikipedia.org/w/index.php?curid=247067
Şon Qayan
Sean Qayan (19 fevral 1996) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Sean Qayan ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. Sean Qayan 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.307 saniyəlik nəticəsi ilə 59-cu yeri tutdu. Xarici keçidlər Profile at sport-resutls.org
https://az.wikipedia.org/w/index.php?curid=466173
Şon Ross
Şon Ross (ing. Shaun Ross; 10 may 1991, Bronks, Nyu-York ştatı) — ABŞ model, müğənni və aktyoru. Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır. Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir. Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir. O, Səsyazma Akademiyasının orijinal performans seriyası Press Play üçün "Good Vein" mahnısını və Recording Academy-nin Reimagined seriyası üçün Şerin "Believe" mahnısını yeni tərzdə ifa edir.2021-ci ildə Ross JEX Records-da "SHIFT" adlı ilk tammetrajlı LP-ni buraxır. Onun ikinci sinqlı olan "You Care" HBO-nun "The Legend of the Underground"da LGBT cəmiyyətinə qarşı ayrı-seçkilik edən Nigeriya qanunvericiliyini vurğulayan sənədli filmdə səsləndirildi. 2021-ci ilin may ayında Ross New York Times-ın stil bölməsindəki profilin əsas mövzusu olur. Erkən həyatı Ross Afroamerikalıdır. Bronksda anadan olan Ross, böyüyərkən albinizmdən əziyyət çəkən bir insan olduğu üçün çox ayrı-seçkiliyə məruz qalıb. O, həmyaşıdları tərəfindən tez-tez təhqir olunur, "Powder", "Wite-Out" və "Casper" kimi adlarla çağırılırdı. Beş il Alvin Eyli məktəbində təhsil aldıqdan sonra Ross YouTube-da kəşf edilir və 2008-ci ildə 16 yaşında moda sektoruna keçid edir. 16 yaşında Nyu-Yorkda Djamee Models ilə təmsil olunur. O, həmçinin Londonda AMCK Models ilə də müqavilə imzalayır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir.Ross, Keti Perrinin "E. T.", Beyonsenin "Party" və "Pretty Hurts", Gold Fields-in "Dark Again", Issues-un "Coma" mahnıları da daxil olmaqla bir sıra musiqi kliplərində çəkilib. Eləcə də Lana Del Reyin "Tropico" qısametrajlı filmi, Leona Lyuisin "Fre Under My Feet" və Dyuk Dyumonun "Qırmızı İşıq Yaşıl İşıq" filmlərində rol almışdır. Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir. O, Səsyazma Akademiyasının orijinal performans seriyası Press Play üçün "Good Vein" mahnısını və Recording Academy-nin Reimagined seriyası üçün Şerin "Believe" mahnısını yeni tərzdə ifa edir. Şəxsi həyatı Ross LGBT cəmiyyəti üzvlərinin iştirakçısı olduğu Nyu-York və Los-Ancelesdə keşirilən drag-ball festivalının dəstəkçisidir. O, tez-tez məşhur Ekstravaqanza Evinin üzvü kimi çıxış edir. Xarici keçidlər Shaun Ross — IMDb səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=744035
Şon Stoun
Şon Stoun (29 dekabr 1984, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyoru. 29 dekabr, 1984 təvəllüdlü Şon Stoun islam dinini qəbul etdi. Tanımış amerikalı kinorejissor Oliver Stounun oğlu, Şon Stoun müsəlmanlığı qəbul edib. Məlumata əsasən, gənc rejissor İranda sənədli film çəkilişləri apararkən, fevralın 14-də İsfahan şəhərində islam dinini qəbul edərək, özünə Əli adını seçmişdir. Onun atası yəhudi, anası isə xristiandır. Şon Stounun 27 yaşı var və o, atasının çəkdiyi filmlərdə kiçik rollar ifa edib. Qeyd edək ki, Şon Stoun hazırda İranda XIII əsr şairi Cəlaləddin Rumi haqqında sənədli film çəkməkdədir və bu müddət ərzində islam dininə böyük maraq göstərib. 14 fevral, çərşənbə günündə İsfahan Şəhərində keçirilən mərasimdə o, islam dinini, şiəliyi qəbul etdiyini və Əli adını seçdiyini elan edib. "Agence France-Presse"nin verdiyi məlumata görə, Şon Stoun qeyd etmişdir: "İslamı qəbul etməyim digər dinləri inkar etmək mənasında deyil, xristianlığı, yaxud yahudiliyi tərk etmirəm, mən bu dini çevrədə doğulmuşam. Bu o deməkdir ki, mən Muhəmmədi (s) və digər peyğəmbərləri qəbul edirəm !" İSNA-ya verdiyi müsahibədə Şon deyir: "İslam, yəhudi və xristian dinlərinin antaqonistik olduğunu düşünən insanlar yanılırlar, əksini anlamaq üçün, bu dinlər arasında dialoq qurmaq lazımdır." Vətənində onun öz dinini dəyişməsi barədə xəbərlərə necə münasibət bəsləyəcəklər sualını isə gənc rejissor belə cavablandırıb: "Amerikada mən o qədər də məşhur insan deyiləm, buna görə də bu xəbər keçmiş həyatımda iz qoymayacaq. Mənim üçün əsas odur ki, amerikalılara İslamın əsl təbiətini anlamaqda köməkçi ola bilərəm. Məscidə daxil olanda, özümü çox yaxşı hiss edirəm. Mən inanıram ki, Allah təkdir və bu nöqteyi nəzərdən sizin müsəlman, xristian, yaxud yəhudi olmağınız heç bir əhəmiyyət kəsb etmir." Şon Stoun Priston Universitetinin tarix fakültəsininin məzunudur, təhsilini bitirdikdən sora şəxsi kinokompaniyasını yaratmışdır ki, İran tarixi və mədəniyyəti mövzuları üzrə sənədli filmlər çəkməklə məşğuldur. O, eyni zamanda özünü aktyor kimi sınamışdır, bir sıra bədii filmlərdə, o cümlədən, atası Oliver Stounun filmlərində də çəkilmişdir. ("The Doors" filmində gənc Cim Morrison obrazı) Fox News telekanalının aparıcısı Bill O. Reyliyə verdiyi müsahibəsində Şon Stoun bəzi açıqlamaları ilə yadda qaldı: O, İran prezidenti Mahmud Əhmədi Nejadın Holokostu inkar etməsi və İsraili məhv etməyə çağırış haqqında fikirlərinə haqq qazandırmağa çalışıb. Eyni zamanda, Şon İran İslam Respublikasının nüvə proqramının tərəfdarıdır: "Biz kimik ki, iranlılara öz ölkələrini necə idarə etməyi öyrədək?!"-O, həmçinin İran Prezidentinin siyasətini dəsdəklədiyini etiraf etmişdir. Ötən ilin sentyabr ayında Toronto şəhərində keçirilən Beynəlxalq kinofestivalda "The Wrap" nəşriyyatına verdiyi müsahibəsində Şon Stoun belə deyib: "İranın nüvə istehsalı hüququnu dəstəkləyirəm, o, özünü İsrail təklükəsindən qorxmaq naminə bunu etməlidir…" jurnalistlərlə söhbət zamanı o, qeyd etmişdir ki, İran hökumətini öz övladlarını çağırılmamış qonaqlardan qoruyan "ata" ya bənzədir, kənərdan heç kim bu ölkənin daxili işlərinə qarışmamalıdır: "İran qanun çərçivəsində faliyyət göstərir və bu ölkənin prezidentinə qarşı simpatiyanın olmaması o demək deyil ki, o, müharibə və qarşıdurma yaratmaq niyyətindədir." Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=312164