!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Şona dili | Şona dili — Bantu dillərindəndir ki, Zimbabve və Zambiyanın cənubunda, Şonalar tərəfindən danışılır. Zezuru, Karanqa, Manyika, Ndau və Korekore bu dilin dialektləridir. | https://az.wikipedia.org/w/index.php?curid=287157 |
Şonacola | Şonaçola — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 212 nəfərdir. Toponimiyası Oykonim talış dilindəki şona (çoban) və çala sözünün yerli tələffüz forması olan cola komponentlərindən ibarət olub, “çoban çalası, çoban çökəkliyi” mənasındadır. | https://az.wikipedia.org/w/index.php?curid=361268 |
Şonan məbədi | Şonan məbədi (昭南神社) və ya bəzən Syonan məbədi – Sinqapurun Makritçi rezervuarında yerləşmiş şintoist məbədi. Məbəd Yaponiya ordusu tərəfindən əsir götürülmüş britaniyalı və avstraliyalı əsgərlər tərəfindən Sinqapurun işğalı zamanı ölmüş yaponların xatirəsinə tikilmişdir. Şonan məbədinin orijinal strukturunda məbədin divarları yox idi. Məbəd bir neçə mərtəbəli pilləkənlə çıxılan daş platformanın üzərində tikilmişdi və məbədin damı platformanın perimetri ətrafında düzülmüş taxta sütunların üzərində dayanırdı. Rezervuarın filtrasiyası üçün də istifadə olunmuş tonlarla hamam çınqıl daşı ilə məbəd bağının səkisi salınmışdır.İkinci dünya müharibəsindən sonra Şonan məbədinə od vurulmuş və məbəd tamamilə məhv olmuşdur. Məbədin sadəcə bir neçə daş qalığı qalmışdır. İllər keçdikcə məbədin 90 daş pilləli girişi və bünövrəsi böyüyən cəngəllik bitkiləri arasında gizli qalmışdır. Məbədin qranit daşından hazırlanmış fəvvarəsi toxunulmamış vəziyyətdə qalmışdır. Fəvvarənin altında naməlum şəxslər tərəfindən naməlum məqsəd üçün qazılmış gizli tunel aşkarlanmışdır. Şonan məbədi ilə bağlı sübut olunmayan bir çox iddia və nəzəriyyə mövcuddur. İddiaların birinə görə məbəd britaniyalılar tərəfindən deyil, yaponlar tərəfindən məhv edilmişdir. Bu iddiaya görə yapon əsgərlər geri çəkilərkən məbəddəki gizli xəzinəni qorumaq istəmiş və İmperator qvardiyası xəzinəni qanları ilə qorumağa and içərək kütləvi intihar ritualı təşkil etmişdir.Sinqapur Paranormal Tədqiqatçıları qrupu bu iddiaları araşdırmaq qərarına gəlmiş və Yamaşita qızılı əfsanəsi ilə əlaqələr kəşf etmişdir. 1981-ci ilə aid bir qeyddə deyilir ki, müharibə illərində rezervuarda işləmiş Sappari adlı indoneziyalı bağban məbədin yaxınlığında dəyərli bir şeyin basdırıldığını görmüşdür. Məbədin qalıqları meşənin dərinliklərində yerləşdiyi üçün əlçatan deyil və məbədə çatmaq istəyərkən yolda itən şəxslər məbədin yapon ruhlar tərəfindən qorunduğunu iddia edirlər. Belanger, Jeff. Encyclopedia of Haunted Places (ingiliscə). New Page Books. 2005. 253-254. ISBN 1-56414-799-1. İstifadə tarixi: 26 sentyabr 2022. | https://az.wikipedia.org/w/index.php?curid=767783 |
Şonaçola | Şonaçola — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 212 nəfərdir. Toponimiyası Oykonim talış dilindəki şona (çoban) və çala sözünün yerli tələffüz forması olan cola komponentlərindən ibarət olub, “çoban çalası, çoban çökəkliyi” mənasındadır. | https://az.wikipedia.org/w/index.php?curid=107472 |
Şondonq mağarası | Şondonq mağarası (vyet. hang Sơn Đoòng) — Vyetnamda yerləşən və dünyanın ən böyük mağarası. Kəşf olunması Mağara Vyetnamın mərkəzində, Hanoy şəhərindən 500 km cənubda, Donqxoya əyalətinin 40 km-də yerləşir. Mağara Foqniya-Kebanq milli parkının ərazisində yerləşir. Yerli əhaliyə 1991-ci ildən məlum olmasına baxmayaraq mağaranın rəsmi kəşf tarixi 2009-cu ildir. 2009-cu ilin yazında bir qrup ingilis speleoloqları mağaranın ancaq 4 km-lik hissəsini öyrənə bilmişlər. Ümumi məlumat Mağaranın tədqiqi nəticəsində hündürlüyünün 240 metr, eninin isə 90 metrə çatdığı müəyyən olunub. Buraya 40 mərtəbəli bina asanlıqla yerləşə bilər. Mağaranın ümumi ölçüsü təxminən 38,5 mln. m³-dir. Girişi çox böyük olmadığından (hündürlüyü 10 m, eni 30 m) burda güclü hava axını müşahidə olunur. Mağarada axan çayında güclü səsi girişdə eşidildiyindən yerli əhalinin mağaraya qorxudan daxil ola bilməməsinə səbəb olmuşdur. İlin yağıntılı dövründə isə mağara büsbütün su ilə dolur. Mağara yetərincə qədimdir. Bunu mağarada formalaşan 70 metrlik stalaqmitlər sübut edir. Belə stalaqmitlərin çox olduğu ərazı "Stalaqmit bağı" adlanır. Mağarada yetərincə bitki örtüyü formalaşıb. Bu səbəbdən də mağaraya həşarat və ilanlardan əlavə quşlar və meymunlarda enir. Turist marşurutları 2013-cü ildən başlayaraq adam başına 3000 $ olmaqla bir qrup turist tərəfindən tədqiq olunmuşdur. Xarici keçidlər cameralabs.org | https://az.wikipedia.org/w/index.php?curid=375544 |
Şonen | Şonen (少年, şö:nen, hərfi "oğlan") — 12-18 yaş arası oğlanlar üçün nəzərdə tutulan anime və manqa. Bu tip manqa bazarın 38,4 % təşkil edən xüsusi jurnallarda dərc olunur. Daha yaşlı oğlanlar və kişilər üçün xüsusi seynen metajanrı olmasına baxmayaraq şonen anime və manqası onların üçün də maraqlı gəlir. Onların bu tip manqanı alıb oxumağa imkan və vaxtları olduğundan şonen manqanı çap edən jurnallar Yaponiyada ən uğurlulardan sayılır. Manqa jurnalları Şonen anime və manqanın nümunələri «Beelzebub» «D.Gray-man» «Fairy Tail» «One Piece» «Soul Eater» «Hunter × Hunter» «Toriko»«Bleach» «Baki the Grappler» «Dragon Ball» «Shaman King» «Fullmetal Alchemist» «Rurouni Kenshin» «Flame of Recca» | https://az.wikipedia.org/w/index.php?curid=435394 |
Şonqar düşərgəsi | Şonqar düşərgəsi — Qobustan ərazisində arxeoloji abidə. Etimologiyası "Şonqar" Bakıdan cənub-qərbdə, Kəpəz dağından Kəpəz və Qızıldaş qəsəbələrindən qərbdə bu ərazidə ən yüksək zirvəyə malik əhəngdaşı örtüklü dağın adıdır. Bu dağların qartal cinsli quşların adı ilə şonqar kəpəz adlandırılması, ehtimal ki, atəşpərəstliklə bağlıdır. Eyni adlı quşlara Qobustanın ərazisində də hazırda rast gəlmək olur. Təqdim olunan düşərgəyə də yaxınlıqdakı Şonqar dağın adı verilmişdir. Arxeoloji tədqiqi Şonqar dağın ətrafında 4 qrup qayaüstü təsvir və bir sığınacaq tipli düşərgə “Şonqar” qeydə alınıb tədqiq olunmuşdur. "Şonqar" düşərgəsi Qızıldaş qəsəbəsindən 1 km qərbdə, Qaradağ daş karxanasına gedən yolun sağında, insanın yaşaması üçün əlverişli, örtülü kamera – sığınacaqda aşkar olunmuşdur. İçəridən sığınacağın şərq tərəfi çox iri, dikinə divar təşkil edən qaya, qərb tərəfini "Şonqar-1" qədim qayaüstü təsvirlər kolleksiyasının 2, 3, 4 və 5 №-li şəkilli daşları tutur. Üstünü isə uzunsov, eni 6 m, qalınlığı 2,5 m-ə qədər yastı qaya parçası örtür. Düşərgədə 1978 və 1983-cü illərdə arxeoloji qazıntı aparılmışdır. Qazılmış 20 kv. m sahənin orta hissəsində 95-100 sm dərinlik səviyyəsində kiçik bir sahə (4-5 kv.m) 2-5 sm qalınlığında torpağı bir qədər qəhvəyiyə çalan əhəngdaşı əziyi qarışıqlı mədəni təbəqə aşkar olunmuşdur. Maddi mədəniyyət tapıntıları "Şonqar" düşərgəsindən çaxmaqdaşı və çaydaşından 182 ədəd qəlpə tullantıları və 26 ədəd əmək aləti tapılmışdır. Sonunculardan çoxu (6 ədədi) uclu, yanlı, gəzli qaşov, 3 ədəd yığma alət dişli, 5 ədəd iskənə tipli alət, 4 ədəd dişəkli qəlpə və lövhədən ibarətdir. Nukleus yoxdur, seqmentlər bir ədəddir, trapes yoxdur və s. qazıntılardan az miqdarda pis saxlanılmış sümük qalığı da əldə edilmişdir. Onlar iri öküz, ceyran, bir ədədi keçi və bir ədədi isə tülkü və ya çaqqala aiddir. Sığınacağın divarlarını təşkil etmiş daşlar üzərində də öküz və keçi (ceyran) şəkilləri və sonuncuda ov səhnəsi təsvirləri vardır. Öküz şəkillərindən biri üst Paleolit əlamətli öküzün yalnız sağ hissəsindən ibarətdir. Qobustanda öküzün yalnız baş hissəsinin təsvirinə "Ovçular zağası", "Öküzlər-2" düşərgəsində 43 №-li daşın torpaq basmış aşağı hissəsində, "Kənizə" düşərgəsində, "Qayaarası" düşərgəsində, 2,5 m dərinlikdə aşkar edilmiş daş üzərində və onun yanında Qayaaltı kolleksiyasının 8 №-li daşında da təsadüf olunur. "Şonqar" düşərgəsinin daş məmulatı arasında nüvələr, eləcə də tam hazırlanmış və müəyyən dövrün göstəricisi olan daş alət nümunəsinin tapılmaması, təbəqənin nazikliyi və cəmi 4-5 kv.m sahədə aşkar olunması sığınacaqdan yalnız ov zamanı qısa müddətdə istifadə olunduğunu göstərir. Düşərgədən tapılmış sümük qalığının əsasən iri ibtidai öküz və ceyrana aid olması, daş materialı arasında yığma alət dişlərinin olması düşərgənin Daş dövrünə — Paleolitin sonuna aid olduğunu söyləməyə əsas verir. Azərbaycan arxeologiyası. İ cild. Bakı,2008. Rüstəmov C.N. Qobustan dünyası. Bakı,1994. Rüstəmov C.N. Oobustan petroqlifləri. Bakı,2003. Rüstəmov C.N., Muradova F.M. Oobustan petroqlifləri. Bakı,2003. Xarici keçidlər Qobustan qaya rəsmləri Səda - Qobustan Dövlət Tarixi Bədii Qoruğuna səyahət | https://az.wikipedia.org/w/index.php?curid=532194 |
Şonqar palçıq vulkanı | Şonqar palçıq vulkanı - Puta yatağından 12 km şimal-qərbdə yerləşən, geniş əsası və az meylli yamacları olan konusvari təpədən ibarət palçıq vulkanı. Şonqar palçıq vulkanı Puta yatağından 12 km şimal-qərbdə yerləşir. Onun cənub-qərb yamacında vulkan brekçiyasının iki dili əmələ gəlmişdir. Krater valının palçıq brekçiyasındakı 2-3 metr dərinlikli çatlar vulkan üzərində hərəkəti çətinləşdirir. Püskürmələr içərisində Eosen və məhsuldar qat süxurlarına rast gəlinir. Təpənin zirvəsində palçıq vulkanı brekçiyasının tutduğu sahə 145x225 metrdir. Püskürmə suxurları Eosen və orta Pliosen mənşəlidir. Zirvədəki brekçiyanın yayıldığı ümumi sahə 3,5 hektardan çoxdur.Son püskürmədən sonra sopka örtüyünün ümumi sahəsi təxminən 168 hektar, gücü 10-200 metr, sopka brekçiyasının həcmi 184 mln. m³ olmuşdur. Bu vulkanın brekçiya örtüyündə qazılan quyular göstərmişdir ki, örtüyünün qalınlığı müxtəlif sahələrdə fərqli olur. Məsələn, mərkəz hissələrdə bu qalınlıq 200 metrdən çox olub, kənarlarda 11-12 metrədək azalır. Səthə çıxarılmış brekçiyanın həcmi təxminən 30 min m³ təşkil edir. Eroziya nəticəsində vulkanın krateri tamamilə yox olmuşdur. Hazırda burada ayrılma müşahidə edilmir. Həmçinin bax Lökbatan palçıq vulkanı Daşgil palçıq vulkanı Axtarma-Paşalı palçıq vulkanı Qoturdağ palçıq vulkanı Xərə-Zirə adası palçıq vulkanı Qızmeydan palçıq vulkanı Xarici keçidlər Palçıq vulkanları | https://az.wikipedia.org/w/index.php?curid=518510 |
Şonqkau | Şonqkau (vyet. thị xã Sông Cầu) — Vyetnamda şəhər, Fuyen vilayətində birinci dərəcəli inzibati vahid. Coğrafiyası Şonqkau Fuyen vilayətinin şimalında yerləşir. Şonqkau bir mahal olaraq şimalda Bindin vilayəti ilə həmsərhəddir. Şəhər Cənubi Çin dənizinin Suanday körfəzində yerləşir və sahil təbiəti ilə məşhurdur. Sahil xəttinin ümumi uzunluğu təxminən 80 km-dir. Sahəsi 487,3 km2-dir (laqunlar istisna olmaqla). Şonqkau 1985-ci ildən eyniadlı rayonun mərkəzidir. 27 avqust 2009-cu ildə Şonqkau rayonu birinci dərəcəli inzibati bölgü statusuna yüksəldilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=809112 |
Şonquşabad (Əhər) | Şonquşabad (fars. شنقوش اباد) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 170 nəfər yaşayır (37 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=673792 |
Şop salatı | Şop salatı — Şərqi Avropa mətbəxi. Bolqarıstan, Makedoniya, Serbiya,Çernoqoriya , Albaniya, Çexiyanın məşhur soyuq qəlyanaltı yeməkləridir. Xüsusəndə Qərbi Bolqarıstanının (bolqarların etnik qrupuna aiddir) milli yeməyi olduğu üçün tez-tez hazırlanır. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=536029 |
Şopaqolik | Oniomaniya və ya Şopaqolik — son zamanlar dilimizə əlavə olan əcnəbi sözlərdən biridir. XX əsrdə ABŞ-də yayılmağa başlayan şopaqolizm alış-verişə qarşı qarşısıalınmaz qüvvədir. Şopaqolik sözü "Şopaqolik" filmindən sonra daha da populyarlaşdı. Filmin baş qəhrəmanı bir dərgidə maliyyə mövzusunda yazan jurnalistdir. Özü şopaqolizmdən əziyyət çəkən və daim lazımsız şeylərə çoxlu pul xərcləyən xanım oxucularına qənaət etməyin yollarından yazır. Ümumi məlumat Təqribən 70% alış-verişi biz qeyri-iradi edirik. İnsan bəyəndiyi şeyi görəndə hər şeyi unudur, nəfəsalma yavaşıyır, dünya sanki yerində durur! Psixoloqlar deyir ki, bu zaman şopaqoliklər transa (özünü itirmək) girirlər. Onlar üçün qiymət əhəmiyyətsiz olur ki, bu da satıcılara əl verir. Geyim seçərkən şopaqoliklər onun brend olmasına üstünlük verirlər: don Dolce&Cabanna, ayaqqabı Miu-Miu, çanta Chanel və s. Şopaqolizmin səbəbləri müxtəlifdir: uşaqlıqdan sahibolma vərdişi, valideynlərin uşaqlarına heç nədə imtina etməmələri və ya əksinə, ehtiyac içində böyümə. Qızların şopaqolik olmalarının daha bir səbəbi isə həyatın başqa sahələrində çatışmazlıqların (işdə, ailədə xoşbəxt olmayanda) məhz bu yolla doldurulmasıdır. Oniomaniyanın əlamətləri bunlardır: əhvalı pozulanda ilk olaraq mağazaya yollanır; həmişə nəzərdə tutduqlarından çox pul xərcləyir; aldıqları şeylərin həqiqi qiymətini böyük ustalıqla gizlədirlər; hami bilir ki, onların əlində pul qalmır; növbəti lazımsız şeyi alandan sonra peşmançılıq hissləri keçirmirlər. Oniomaniyanın müalicəsi elə də asan deyil: evdən alacağınız şeylərin siyahısı olmadan çıxmaq lazım deyil; alış-verişə tək lazım deyil; nağd puldan istifadə etmək lazımdır, kartdakı pullar sanki "uçur"; internet-mağazalardan alış-veriş etməmək lazımdır. | https://az.wikipedia.org/w/index.php?curid=171713 |
Şopen | Frederik Şopen (pol. Fryderyk Franciszek Chopin; 1 mart 1810 – 17 oktyabr 1849[…], Paris, İkinci Fransa Respublikası) — dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) on altı yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır. Təhsil illərində o, bir çox fortapiona əsərlərini hazırlayır. Bu zaman o həm də Polşanın ən uğurlu pianoçusu kimi tanınır. Bəstəkar 1849-cu il oktyabrın 17-də Parisdə vəfat edir. Vəsiyyətinə görə ürəyi Varşavaya gətirilir. Paris şəhəri. 1831-ci il. Konsert salonlarından birində uzaq Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu konsertlər verir. Və elə ilk konsertlərdən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayılır. Onun adı az bir vaxtda Avropada şöhrət qazanmış bəstəkarlar — Ferens List, Berlioz, Bellini, yazıçılar — Henrix Heyne, Onore de Balzak, rəssam Ejen Delakrua ilə bir sırada çəkilir, musiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli səhifəsini açır. Bu parlaq istedad sahibi Friderik Şopen idi. Taleyin acı hökmü ilə Friderik Şopen elə 21 yaşında vətənindən əbədi ayrılır, lakin bütün ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayır, elə yaradıcılığında da bu hissləri ifadə edir. O, doğma diyarının musiqisini yeni, daha yüksək mərhələyə qaldırır, onun ümumavropa musiqi mədəniyyətinin layiqli, dəyərli bir hissəsinə çevrilməsi üçün çox iş görür. Elə buna görə də Şopen polyak musiqisinin klassiki hesab olunur. Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə — fortepianoya həsr etmiş yeganə bəstəkardır.Bu səbəbdən onu çox zaman "fortepianonun şairi" adlandırırlar. Maraqlıdır ki, təkcə bir alətin tembr imkanları ilə kifayətlənsə də, Şopen musiqisi heç də yeknəsəq, darıxdırıcı səslənmir. Bəstəkar fortepianonun ifadə vasitələrini o dərəcədə genişləndirmiş, elə parlaq və zəngin boyalar tapa bilmişdir ki, bu alət sanki bütöv orkestrin, eləcə də insan səsinin tembr çalarlarını özündə cəmləşdirmişdir. Etüdlər, prelüdlər, noktürnlər, ekspromtlar, mazurkalar, polonezlər, konsertlər, sonatalar, skersolar, balladalar… Gördüyünüz kimi, bəstəkarın yaradıcılıq irsində ən müxtəlif janrlara rast gəlmək mümkündür. Şopen fortepiano musiqisinə hətta yeni janrlar da gətirmişdir — belə ki, skerso əvvəllər yalnız simfoniyanın tərkibində, mazurka polyak xalqının məişətində səslənərdi, ballada isə, ümumiyyətlə, musiqidən kənar, ədəbiyyatda tətbiq olunan janr idi. Bəstəkar artıq məlum olan janrlara da mühüm yeniliklər gətirmişdir. Məsələn, adətən yalnız texniki məşğələ üçün nəzərdə tutulan etüdü Şopen yüksək bədii səviyyəyə qaldırmış, polyak mənşəli polonez rəqsini isə Polşanın şanlı qəhrəmanlıq keçmişini tərənnüm edən irihəcmli, sanballı əsər kimi təqdim etmişdir. Şopen musiqisinin obrazlar dünyası öz müxtəlifliyi ilə diqqəti cəlb edir. Çılğın ehtiraslar, dərin düşüncələr, şən zarafatlar, ən başlıcası isə incə, səmimi lirik duyğular burada necə də ustalıqla əks etdirilir! Məhz səmimilik, hisslərin bilavasitə ifadəsi Şopen musiqisinin möcüzəsini, onun dinləyicilərin könlünə asanlıqla yol tapmasını şərtləndirən cəhətdir. Bu səbəbdən Şopen dünyada ən çox ifa olunan və sevilən bəstəkarlardan biridir. Yenə Paris. 1848-ci il… Şopen artıq Avropanın görkəmli sənətkarı və ən məharətli virtuoz-pianoçulardan biridir. Dostları, pərəstişkarları saysız-hesabsızdır. Onların sırasında bəstəkarçün uzun illər boyu çox əziz olmuş bir insan — Jorj Sand təxəllüsü ilə tanınmış məşhur fransız yazıçısı Avrora Düdevan da var. Elə bu vaxt ağır vərəm xəstəliyi Şopeni fəal yaradıcılıqla məşğul olmağa qoymur. 1849-cu ildə dünyasını dəyişmiş bəstəkar Parisdə dəfn edilir, lakin onun ürəyi öz vəsiyyətinə görə Polşaya aparılır və indiyədək Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır. Şopenin məhəbbəti Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla məhəbbət illərinə təsadüf edir. Parisin yaradıcı simaları arasında çox parlaq və eyni zamanda, ziddiyyətli şəxsiyyətlərdən biri, əsl adı Avrora Düdevan olan, özü isə Jorj Sand təxəllüsü ilə tanınan bu qadın çox vaxt kişi libası geyinər, yaxşı at çapar, idmanla fəal məşğul olarmış. Bəzilərinin fikrincə, Jorj Sand və Şopen bir-birini heç başa düşmürmüşlər və elə bu səbəbdən də onların ayrılması tamamilə təbii imiş, lakin danılmaz bir həqiqətdir ki, Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaratmışdır. Bəzi əsərləri Vals do diyez minor (or. 64 N 2) Mazurka lya minor (or. 68 N 2) Noktürnlər: mi bemol major (or. 9 N 2), fa minor (or. 15 N 1), do diyez minor, cis mol Polonez lya bemol major (or. 53) 7 və 20 N-li prelüdlər 2 N-li sonata: üçüncü hissə ("Matəm marşı") 3, 12 və 24 N-li etüdlər Spring Waltz Nocturne Op. 9 No. 2 Violonçel Sonatası (Şopen) Filmoqrafiya Payız sonatası (film, 1978) Təhminə (film, 1993) Pianoçu (film, 2002) Xarici keçidlər Frederik Şopenin anım günüdür | https://az.wikipedia.org/w/index.php?curid=800895 |
Şopenin Cənazə marşı | Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır. Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi. | https://az.wikipedia.org/w/index.php?curid=816221 |
Şopenin qayıtması (film, 1998) | Sənədli film XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma işində yaxından iştirak edən Polşa memarlarının fəaliyyətindən danışır. Film haqqında Filmdə ssenari müəllifi və səs operatoru iştirak etmir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Ziya Şıxlinski Operator: Fikrət Əsgərov Zübeyir Bəhluloğlu | https://az.wikipedia.org/w/index.php?curid=31952 |
Şopliftinq | Şopliftinq — iş saatları ərzində mağazada malların gizli şəkildə oğurlanması. Şoplifterlər adətən əşyaları çanta və ya paltoda gizlədərək mağazanı tərk edirlər. Şopliftinq silahlı soyğunçuluqdan fərqlidir. Mağazalardan oğurluq edənlərin müxtəlif növləri var. Bəzi insanlar ehtiyacları olduğu üçün oğurluq edirlər, digərləri isə pul qazanmaq üçün bu işə əl atırlar. Oğurluqla məşğul olanlar bunu mütəşəkkil bir qrupun hissəsi kimi də edə bilərlər. İnsanların əksəriyyəti adətən şəxsi istifadə üçün məhsulları oğurlayırlar, yəni oğurluqdan qazanc əldə etmək niyyəti olmadan şəxsi istifadələri üçün əşyalar götürürlər. Digər tərəfdən, cinayətkar oğrular malları qara bazarda satıb qazanc əldə edə bilmək niyyəti ilə oğurlayırlar. Mağazalar şopliftinqin qarşısını almaq üçün müxtəlif tədbirlərdən istifadə edir. Bu strategiyalara malların kilidlənməsi, əşyalara maqnit və ya sensorların tətbiq edilməsi, müşahidə kameralarının yerləşdirilməsi, təhlükəsizlik işçilərinin işə götürülməsi və girişdə çanta məhdudiyyətlərinin qoyulması daxildir. | https://az.wikipedia.org/w/index.php?curid=836739 |
Şopron | Şopron (mac. Šopron) — Macarıstanda şəhər. Avstriyanın sərhədində, Noyzidler gölünün yaxınlığında yerləşir. Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi bir dövrdə Osmanlı türkləri 1529-cu ildə şəhərə hücum elədilər, lakin işğal etmədilər. İşğal olunmuş ərazilərdə məskunlaşan insanların əksəriyyəti Şoprona qaçdı və beləcə şəhərin əhəmiyyəti artdı. 1676-cı ildə Şopron şəhəri böyük bir yanğın nəticəsində tamamilə xaraba qaldı. Bu gün şəhərdə Barokko memarlığı üslubunda binalar çoxluq təşkil edir. Şopron şəhəri İkinci Dünya müharibəsi zamanı bir sıra hücumlara məruz qaldı. Nazi Almaniyası və onların Macarıstandakı müttəfiqləri şəhərdəki bütün yəhudi vətəndaşlarını və bəzi solçu işçiləri ölüm düşərgələrinə göndərərək öldürürdülər və şəhəri davamlı olaraq bombalayırdılar. Sovet İttifaqının Qırmızı Ordusu 1945-ci ilin 1 aprel tarixində şəhəri ələ keçirmişdir. Mədəniyyəti Bu gün Şopron şəhərinin iqtisadiyyatı Avropa Birliyindən faydalanır. Şəhər qonşusu olan Avstriya ilə bütün ticarət əlaqələrini bərpa etmişdir. Bundan əlavə, Soyuq müharibə zamanı şəhərdə almanca danışmaq qadağan edilsə də, müharibə bitəndən sonra bu adət-ənənə yenidən bərpa edilmişdir. Bunun nəticəsində, şəhərdəki Avstriya sərhədinə yaxın yerləşən küçələrin adları və yol nişanları həm alman, həm də macar dilində yazılır. Avstriyanın sərhədində yerləşən Şopron şəhərinə İngiltərə, Hollandiya, Yaponiya, Skandinaviya və Bratislava ilə yanaşı Amerika Birləşmiş Ştatlarından da xeyli sayda turist gəlir. Bundan əlavə, turistlərin Şoprona gəlməsinin bir səbəbi də ucuz qiymətli stomatoloji xidmətlərdən faydalana bilməkdir. Şopronda 300-dən çox stomatoloji klinika vardır və buna görə də şəhər "Dünyanın Stomatologiya paytaxtı" kimi də tanınır. MFC Sopron Şopron şəhərinin futbol komandası olmuşdur. Komandanın hazırkı sələfi Soproni VSE klubudur. Beynəlxalq əlaqələri Qardaşlaşmış şəhərlər Həmçinin bax Noyzidler gölü Xarici keçidlər VikiSəyahətdə Sopron haqqında səyahət məlumatları var. sopron.hu — Şopron rəsmi saytı in Hungarian, English and German University of West Hungary (University of Sopron) (ing.) (mac.) ImageTownsIndex - Virtual Tour of Sopron (mac.) Aerial photography: Sopron Accommodation in Sopron (ing.) Sopron at funiq.hu | https://az.wikipedia.org/w/index.php?curid=577095 |
Şoqan | Şoqan — İranın Şimali Xorasan ostanının Cacərm şəhristanının Colgə Şoqan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 628 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=287892 |
Şoqo Kamo | Şoqo Kamo (12 dekabr 1915 - 14 sentyabr 1977) — keçmiş Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 2 oyun keçirib. | https://az.wikipedia.org/w/index.php?curid=455088 |
Şoqo Taniquçi | Şoqo Taniquçi (15 iyul 1991, Kumamoto) — Yaponiya futbolçusu. Milli komanda karyerası Yaponiya milli komandasının heyətində 2 oyun keçirib. | https://az.wikipedia.org/w/index.php?curid=455938 |
Şoqoro Tsuboy | Şoqoro Tsuboy (坪井正五郎, Tsuboy Şoqoro, 22 fevral 1863, Edo[d] – 26 may 1913, Sankt-Peterburq) – Yaponiya arxeoloqu və fiziki antropoloqu. Şoqoro Tsuboy 1863-cü ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. 1884-cü ildə Tokio Universitetində zoologiya üzrə bakalavr təhsili alarkən Şozo Arisaka ilə birlikdə Mukoqaoka qabıq təpəsində qazıntı işləri aparmış və Yayoy dulusçuluğunun ilk nümunələrini kəşf etmişdir.O, 1884-cü ildə Antropologiya Assosiasiyasının əsasını qoymuşdur. Tokio Universitetindən antropologiya üzrə məzun olduqdan sonra 1889–92-ci illərdə Britaniya və Fransada təhsil almışdır. Qayıtdıqdan sonra 1893-cü ildə Tokio Universitetində antropologiya üzrə ilk kursları təşkil etmişdir. Ryuzo Torii 1892-ci ildə Tsuboyun tələbəsi olmuşdur.Tsuboy yaponların mənşəyi haqqında irəli sürdüyü nəzəriyyələrə görə tanınır. Məsələn, onun nəzəriyyəsinə görə aynu mifologiyasındakı koropokkurular arxipelaqın ilk sakinlərini təmsil edirlər. O, Koqoişi strukturları haqqında nəzəriyyələr də vermişdir. Lakin onun nəzəriyyələri daha sonra qüvvədən düşmüşdür. Tsuboy yokoanalarda və qabıq təpələrində apardığı qazıntı işləri haqqında ətraflı hesabatlar yazmışdır. Hesabatları Tokio Antropologiya Cəmiyyətinin "Jinrui gakkai hokoku" jurnalında nəşr olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 79 və 116. ISBN 0-87011-628-2. İstifadə tarixi: 2 sentyabr 2022. | https://az.wikipedia.org/w/index.php?curid=764794 |
Şoqun | Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir. Bu şəxslərə çinto şoqun ("şərqi sakitləşdirən general"), çinteki şoqun ("barbarları sakitləşdirən general"), sey-i şoqun ("barbarları ram edən general") və ən sonda sey-i tayşoqun kimi titullar verilmişdir. Bu şəxslər arasında ən məşhuru 791-ci ildə şimal-şərqə göndərilmiş və 797-ci ildə sey-i tayşoqun titulunu almış Sakanoe no Tamuramaro olmuşdur. Kamakura şoqunları Nara dövründən sonra Yaponiya nisbi sakitlik dövrünə girdiyi üçün şoqun titulu 4 əsr boyunca öz əhəmiyyətini itirmişdir. 1180–1185-ci illərdə baş vermiş Tayra–Minamoto müharibəsi şoqun titulunun yenidən bərpa olunması ilə nəticələnmişdir. Döyüşçü və hərbi xadim Minamoto no Yoşinaka Tayra liderlərini Kiotodan qovmuş və özünə sey-i tayşoqun titulunu vermişdir. Onun ölümündən sonra qohumu Minamoto no Yoritomo müharibənin qalibi olmuş və Kamakurada hərbi qərargahını yaratmışdır. 1192-ci ildə imperator Yoritomunu şoqun təyin etmiş, rejiminə qarşı çıxa biləcək istənilən şəxsə qarşı hərbi müdaxilə etmək üçün böyük səlahiyyətlər vermişdir.Yoritomonun oğulları vassalları olan güclü Hoco ailəsinə üstün gələ bilməmişdirlər. Nəticədə, Hoco ailəsi gücü ələ keçirmiş və Minamoto ailəsinin yox olmasından sonra Kioto zadəganları içərisindən Kamakuraya şoqun kimi gedəcək şəxsləri seçməyə başlamışdır. 1333-cü ildə baş vermiş Kenmu islahatı nəticəsində Hoco ailəsi şoqun seçmə gücünü itirmişdir və bu dövrdən sonra ancaq imperatorluq sarayı tərəfindən təsdiqlənən bakufu və ya şoqunluğa başçılıq edən şəxsə bu titul verilməyə başlanmışdır. Aşikaqa (Muromaçi) şoqunları Hərbi lider Aşikaqa Takauci 1333-cü ildə Hoco rejiminin məhv edilməsində iştirak etmişdir. O, 1335-ci ildə ölkədəki digər qarışıqlıqları basdırmaq üçün Kiotonun şərqindən ordusuna başçılıq etmiş və seyto şoqun ("şərqi ram edən general") titulunu tutmuşdur. 1336-cı ildə rəqiblərindən üstün gəlmiş, Kiotoda öz bakufusunu yaratmış və Minamoto nəslindən gəldiyini iddia edərək 1338-ci ildə özünü sey-i tayşoqun elan etmişdir. Növbəti 30 il ərzində Takauci və onun oğlu rəqiblərini məğlub etməklə məşğul olmuşdurlar. 1370-ci illərdən etibarən Aşikaqa Yoşimitsu güclü daymyolarla ittifaqa girərək şoqunluğunu qorumuşdur. Növbəti yüzillik ərzində o və davamçıları ölkə boyunca olan nəzarətlərini gücləndirmək üçün müxtəlif siyasi manevrlərdən istifadə etmişdirlər.1467–1477-ci illərdə baş vermiş Onin müharibəsi şoqunların zəifləməsinə səbəb olmuşdur. Belə ki, regional daymyolar getdikcə güclənməyə və müstəqilləşməyə başlamışdırlar. 1493-cü ildə şoqun Aşikaqa Yoşitane üsyan qaldıran bir daymyonu dayandırmaq üçün Kiotodan ayrılmış, onun yoxluğunda başqa bir daymyo onun yerinə yeni bir şoqun təyin etmişdir. 1508-ci ildə Yoşitane rəqibini məğlub edərək yenidən şoqun olmuş, lakin 1521-ci ildə şəhərdən qaçmağa məcbur olaraq iki il sonra sürgündə ölmüşdür. Yaponiyanın hegemon hərbi xadimi Oda Nobunaqa tərəfindən 1568-ci ildə şoqun təyin olunmuş Aşikaqa Yoşiaki onu devirmək üçün 1573-cü ildə plan hazırlamış, lakin planı üzə çıxmışdır. Nəticədə, o, Nobunaqa tərəfindən Kiotodan qovulmuş və Aşikaqa şoqunluğu məhv olmuşdur. Nə Nobunaqa, nə də onun varisi olan, ölkəni birləşdirən şəxslərdən biri Toyotomi Hideyoşi şoqun titul və bakufu qurmaqla maraqlanmamışdır. Onların əlində böyük güc olsa da, bu titulu Minamoto nəslindən olan şəxslər üçün saxlamaq ənənəsini qəbul etmişdirlər. Tokuqava şoqunları 1600-cü ildəki Sekiqahara döyüşündən sonra daymyolar arasındakı müharibə başa çatmışdır. Qalib ordunun lideri olan Tokuqava İeyasu Minamoto nəsli ilə əlaqəsi olduğunu göstərmiş və 1603-cü ildə saraydan şoqun titulunu almışdır. Növbəti yarım əsr boyunca onun davamçıları vassallarını və daymyoları manipulyasiya edərək hakimiyyəti öz əllərində saxlaya bilmişdirlər, lakin bu qrupları nəzarətdə saxlayan mürəkkəb balanslaşdırma mexanizmləri şoqunların siyasi gücünün zəifləməsinə səbəb olmuşdur. Tokuqava şoqunluğunun hakimiyyətdə olduğu son əsrdə şoqunlar siyasi sistemdə zəif fiqurlar olmuşdur.Sonuncu şoqun Tokuqava Yoşinobunun 1867-ci ildə titulundan imtina edərək səlahiyyətlərini İmperator Meyciyə verməsindən sonra Yaponiyadakı şoqun sistemi başa çatmışdır. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 160. ISBN 0-87011-627-4. İstifadə tarixi: 20 iyul 2023. | https://az.wikipedia.org/w/index.php?curid=326502 |
Şor | Şor - süd məhsulu. Hazırlanması Şor hazırlamaq üçün ayranı qaynadırlar. Çürümüş kütləni zərdabdan ayırmaq üçün torbaya töküb süzürlər. Su süzüldükdən sonra yerdə qalan kütlədən şor alınır. Duz əlavə edib, motalda, küpdə, yaxud saxsı qablarda saxlayırlar. Azərbaycanın Şamaxı və Qobustan rayonları öz şorları ilə məşhurdur. Şor yavanlıq kimi istifadə edilir. Süfrəyə yağla, xama ilə qarışdırılıb və ya ayrıca qəlyanaltı kimi verilir. Şora göyərti əlavə edib məzə hazırlanır. Motal şoru şorun bir növüdür. Azərbaycan Kulinariyası Ensiklopediyası, səh, 137. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=211995 |
Şor-i Qarakənd (Çaroymaq) | Şor-i Qarakənd (fars. شورقره كند) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (66 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=614618 |
Şor Bulaq (Xoy) | Şor Bulaq (fars. شوربلاغ) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.182 nəfər yaşayır (215 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=473795 |
Şor Bulaq (Çaldıran) | Şor Bulaq (fars. شوربلاغ) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (14 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=474140 |
Şor Dəniz | Urmiya gölü (az-əbcəd. اۇرمیه گؤلۆ) və ya Urmu gölü (az-əbcəd. اۇرمۇ گؤلۆ) — İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir. Göl quruyaraq səviyyəsi azalır və yerində min tonlarla duzlaqlar meydana gəlir. Bu hal davam edəcəyi halda bitki və heyvanlarla yanaşı insanların həyatına böyük təhlükə törədə bilər. Ekoloji fəlakət nəticəsində bölgə əhalisi ərazini tərk etmək məcburiyyəti qarşısında qalacaqdır. Göl öz adını onun yaxınlığında yerləşən Urmiya şəhərinin adından götürmüşdür. Cənubi Azərbaycan əhalisi arasında daha çox Urmu gölü olaraq tanınır. Ən qədim vaxtlardan indiyə qədər Urmiya gölünə müxtəlif adlar verilmişdir: "Çiçe" (fransız səyyah Şarden), "Təla", "Şahi gölü" və s. Ərəblərin istilasından sonrakı orta əsr mənbələrində çox vaxt göl Urmiya şəhərinin adı ilə "Urmiya gölü kimi adlandırılır. Pəhləvi sülaləsinin dönəmində gölün adı Rza şahın şərəfinə (1925) Rzaiyyə gölü adlandırılırdı. 1946-cı ildə Azərbaycan Milli Hökuməti yenidən Urmu adını bərpa etsə də Məhəmmərza Pəhləvinin hakimiyyət illərində gölün adı yenidən dəyişdirilmişdir. 1979-cu il İran İslam İnqilabından sonra şah rejimi ilə bağlı adlar dəyişdirilmiş və Urmiya adı bərpa edilmişdir. Göl haqqında ilk məlumatlar b.e.ə 9-cu əsrdə Assuriya mənbələrində qeyd edilir. Xüsusi ilə III Salmanasar göl ətrafı ərazilərə yürüşü daha ətraflı şəkildə təsvir edilmişdir. Gölün Mesopotamiyaya yaxınlığı səbəbindən ilkin sivilizasiya məskənlərindən biri olmuşdur. Bölgədə yaranan ilk dövlət qurumu Aratta idi. Daha sonradan Lulubi və Kuti kimi şəhər dövlətləri meydana gəlmişdir. Urmiya gölü ətrafında antik dövrdə yaranan ilk dövlət isə Manna olmuşdur. Gölün cənubunda yerləşən Həsənli qəsəbəsi burada mövcud olmuş zəngin Manna mədəniyyəti haqda fikir söyləməyə imkan verir. Urmiya gölünün qərb sahilləri boyunca b.e.ə VII əsrdə (b.e.ə 680) Şərqi Avropadan Kimmerlər, Skiflər və Saklar gələrək məskən salmışlar. Bu dönəmdə onlar Sak çarlığını qura bilmişlər. Sonrakı dönəmlərdə göl kənarında Midiya dövləti qurulmuşdurSəfəvi-Osmanlı müharibəsi dönəmində göl yaxınlığında, 1604-cü ildə tarixi Urmiya döyüşü baş vermişdir. Coğrafiyası Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir. Səthinin sahəsi 5,822 km²-dir. Gölün uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoterdir. Ən dərin nöqtəsi 16 m, orta dərinlik isə 5 m təşkil edir. Göldə 100-dən çox ada vardır. Şahı və Qoyundağ adalarında yaşayış mövcuddur. İri adalarında Püstə meşələri mövcuddur. Gölün su toplayıcı sahəsi 50 min km³-dir. Sahəsi əsasən gölə daxil olan sudan asılıdır. İl ərzində gölə daxil olan suyun miqdarı 5 min km³-dir. Üstəlik gölə daxil olan suyun 80% qış və yaz aylarına təsadüf edir. Ən iri qollarından biri olan Acıçay gölə şimal-şərq istiqamətdən tökülür. Axarsız göldür. Axarı olmadığınından suyu kəskin şordur. Yaz ayları suyunun duzluğu 80-150 ‰, payızda isə 260—280 ‰ qədər qalxır. Suyunun tərkibi xlor, natrium və sulfatlarla zəngindir. Naviqasiya üçün yararlıdır. Göldə suyun səviyyəsinin enməsi səbəbindən maksimal dərinlik hazırda 3 metr civarındadır. Üstəlik gölün dib sturukturundada dəyi.iklik müşahidə edilir. Gölə tökülən çaylar Gölə ümumilikdə 13 nisbətən iri və çoxlu sayda kiçik çay tökülür. Gölə axan çaylar: Urmiya gölündə irili-xırdalı yüzdən çox ada vardır. Adaların ümumi sahəsi 33,640 hektardır. Şahı, Qoyundağı, Əşkdağı, Arzu nisbətən böyük adalarıdır. Urmiya gölündə yerləşən adaların unikallığı ondadır ki, onların bəzisində yaşayır vardır. Gölün ən böyük adası Şahının sahəsi 3525 ha-dır. Adada Saray, Gəmiçi, Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri vardır. 1979-cu ilə olan məlumata əsasən adada 1170 ailə yaşayırdı. Ada əhalisi əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlərlə məşğul olurlar. Göldə yerləşən Şərfəxana və Gülməxana limanlarında çalışanların çoxunun da Şahı adasının sakinləridir. Relyefi əsasən dağlıqdır. İki zirvədən ibarətdir. Unikal cəhəti ərazisindən axan yeganə Keçiçay çayıdır. Ərazisində 54 bulaq mövcuddur. Qış ayları sahillərində çoxlu sayda köçəri quşları müşahidə etmək mümkündür. Şahı adasında Çingiz xanın nəvəsi Hülakü xanın və onun oğlu Abaqa xanın qəbrləri yerləşir. Ada son illər gölün quruması ilə əlaqədar quruya birləşərək yarımadaya çevrilmişdir. İkinci böyük adası Qoyundağı adasıdır. Adanın sahəsi 3175 ha-dır. Uzunluğu 9 km, eni isə ən maksimal hissədə 4 km-dir. Burada daimi axarı olan iki bulaq var. Şirin su və bol otlaq sahələrinə sahib olması heyvandarlığın inkişafına imkan verir. Göldə yerləşən iki yaşayışı olan adadan biridir. Osman Yumruğu adlanan ada isə gölün ən kiçik adasıdır. Ada göl səthindən 10 metr hündürlüyə sahibdir. Üstəlik ada dünyanın sahəsinə görə ən kiçik ikinci adası adına layiq görülmüşdür. Hazırda isə gölün quruması ilə tamamən quruda qalmışdır. Kazım Daşı adası isə qəhrəmanlıq salnaməsi ilə tarixə düşmüşdür. Ada xalq qəhrəmanı Kazım xan Quşçunun şərəfinə adlandırılmışdır. Adada Göyərçinqala qəsrinin qalıqlarını müşahidə etmək olar. Urmiya gölü daxilində ümumilikdə irili-xırdalı 102 ada vardır. Adaların siyahısı: Urmiya gölünün sahil hissələri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu, və Sulduz kimi bölgələrin ərazisinə düşür. Adı çəkilən bölgə ümumilikdə Cənubi Azərbaycanın torpaqlarının beşdə birini yəni 20%-ini təşkil edir. Üstəlik bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılır. Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Hazırda Marağanın Vərcövu kəndində tikilmiş Kavə Soda zavodu şüşənin ən mühüm materialının ixracı ilə məşğuldur. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə nədən olur. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı ("Gülmənxana", "Şərəfxana", "Heydərabad", "Rəhmanlı", "Xantaxtı", "Şahi") vardır. Canlılar aləmi Göl və onun çevrəsində 2014-2016-cı il biomüxtəlifliyin son siyahıları əsasən (adalarda yerləşən çayları ilə birlikdə) 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk, 26 növ balıq yaşayır. Bu canlıların varlığı və çeşidliyi Urmu gölünün UNESKO tərəfindən Biosfer qoruğu elan edilməsinə və Ramsar konvensiyasına salmasına səbəb olmuşdur. Göl İran Ekologiya departamenti tərəfindən qoruq elan edilmişdir. Göldə balıqların yaşaması üçün əlverişli şərait olmadığından burada balığa rast gəlinmir. Köçəri quşlardan qızılqaz, qutan, ərsindimik, leylək, İbis, ala ördək, bizdimdik, qağayı və s. miqrasiya zamanı gölə enirlər. Göldə balıq olmasa belə köçəri quşların əsas yemi Artemiyalardır. Burada yaşayan Urmiya artemiyası (Artimiya urmiana) gölün endemik canlısıdır. Göl ətrafı ərazilər şoranlıqdır. Burada cığ və qamış kimi bitkilər geniş sahil ərazilərini əhatə edir. Ekoloji durumu Göl ətrafında yerləşən soda zavodu bölgə sakinləri üçün mühüm təhlükə mənbəyidir. Müəssisə ətraf mühiti zəhərləyir və gölü çirkləndirir. Digər təhlükə göldə duzluğun artması ilə artemiyalarla qidalanan qızıl qazların dimdiklərində kilidin əmələ gəlməsi ilə bu canlıların aclıq və susuzluqdan tələf olmasıdır Bu göldə yaşamaqda olan Artemiyalarnın sayı təbii halda 1 litrdə 4000 qədər ola bildiyi halda hazırda 1 litrdə 1 dənəyə enmişdir. Gölün suyu ortalama olaraq il ərzində 1,3 milyard m³ azalır. Yerli ekoloqlar həyəcan təbili calaraq bildirirlər ki, əgər gölün qurumasının qabağı alınmasa bu gedişlə 2020-ci ilə qədər göl tamamilə quruyacaqdır. Gölün yerində bataqlaşmış və ya şoranlıqlar meydana gələcəkdir. Urmiya şəhər rəhbərliyinin sözlərinə görə əgər Urmu gölü tamamən quyuyarsa onun yerində 10 milyard ton duz qalacaqdır. Bu isə bölgədə yaşayan 14 milyon insanın ərazini tərk etməsinə səbəb olacaqdır. Duz və qum fırtınaları belə qaçılmazdır ki, bu isə təqribən 500 km radiusda yaşayan 70-75 milyon əhalinin fəlakətlə ilə üsləşməsinə səbəb ola bilər. Gölünün hazırkı vəziyyəti Urmu gölünün üzərinə salınmış körpü özlüyündə dəyərli bir plan olsa da, onun onun faydasının zərərindən çox olub-olmaması sual doğurur. Körpü salınarkən yaxınlıqda yerləşən Zənbil Dağını dağıdılaraq gölə tökülmüşdür. 1979-cu ildə tikilməsinə başlanan körpünün sonda 2008-ci ildə birinci hissəsi istifadəyə verilmişdir. Bu körpünün tikintisi ilə göl cənub və şimal olmaqla iki yerə bölünmüşdür. Bununla da şimal ilə cənub arasında axın əlaqəsi zəyifləmişdir. Gölün üzərində inşa edilən Urmiya gölü körpüsü iki dambanı birləşdirdiyindən burada gölün eni cəmi 1500 metrdir. Bu isə göl daxilində əlaqəni zəyiflədir. Bununla yanaşı gölün qurumaması üçün ildə ən azı 6,000,000 m³ suya ehtiyacı duyulur. Bu qədər su illərdir bu gölə tökülmür. Gölün səviyyəsi 10 ildə, 6 metr aşağı düşmüşdür. Səviyyənin 6 m azalması gölün sahəsinin təqribi 20% azalmasına səbəb olmuşdur. Gölün 9 iri adasından 5-i quru ilə birləşmişdir. Gölün xüsusi ilə cənub hissəsində sahəsi 120,000 ha olan şoraqlıq meydana gəlmişdir. Bu gün Urmu gölünün suyunun duzluluğu 1 litrdə 300 qrama çatır. Urmiya gölünün sahillərində qalaqlanan duzlaqlar əsas təhlükə sayılır. 1998-ci ildən quruyan gölün səviyyəsi 70% azalmışdır 2008-ci ildən bu yana Urmu gölünün suyunun azalması yavaş-yavaş özünü ciddi şəkildə göstərir və ziyalılar, milli fəallar, mütəxəssislər bunula bağlı ciddi xəbərdarlıq edirlər. Bütün bu xəbərdarlıqlara rəğmən gölə axan çaylar üzərində sayısız bəndlərin tikilməsi Urmu gölünün mövcudluğunu daha da şübhə altına alır. Şərqi Azərbaycan ostanlığının Su və Lağım-Su idarəsi rəhbərliyinin dediyi sözlərə görə bu ərazilərdə çəkilmiş kanallar anbarlardakı suyun 26.6 % istifadə edə bilir. Şərqi Azərbaycan ostanının rəsmilərinin sözlərinə görə axar suların azlığından, yağıntı normal olsa da quraqlıq yaranacaq. 2007-ci ilə görə Nəhənd su anbarında 76 %, Səttarxan su anbarında 25 %, Ələviyan su anbarında 32 % su daxil olmaları azalmışdır. Ayduğmuş səddinin arbaxarında qar əsla yoxdur. Nəhənd səddinin axarbaxarında isə qar ötən ilə görə 80% azdır. Buna baxmayaraq 9 su anbarının tikintisi davam etdirilməkdədir. Gölün quruma səbəbləri Gölün qurumasına iki əsas səbəbi var: Təbii amillər: yağıntının azlığı. Göl suyunun səviyyəsi 2007-ci ilə nisbətdə 2008-ci ildə yağıntının azalması səbəbindən 18 sm aşağı enmişdir. Bununla belə 2009, 2010 və 2011-ci illərdə yağıntının çoxalmasına rəğmən su səviyyəsində azalmalar davam etmişdir. Bu açıq aydın şəkildə peyk görüntülərində müşahidə etmək mümkündür. Süni amillər: Ekstensiv əkinçilik, sudan səmərəli və çağdaş texnalogiyalardan yararlanmadan istifadə, əkin çeşidlərinin düzgün seçilməməsi, gölə axan çaylar üzərində nizamsız və fəsadları nəzərə alınmadan çoxlu sayda su anbarlarının inşası əsas amillərdəndir. Digər tərəfdən arteziyan quyularının sayının artırılması və cavabdeh qurumların biganəliyi faciyənin böyüməsinə təkan verir. Məsələn Türkiyədə yerləşən Van gölünün suyunda alama müşahidə edilməmişdir halbuki Urmiya gölü ilə arasında məsafə elə də böyük deyildir. Gölün qurumasına qarşı xalq etirazları Urmiya gölünün get-gedə quruması, dövlətin bu işlərə cavabdeh qurumlarının buna biganəliyi və digər tərəfdən gölə axan çaylar üzərində su anbarlarının salınmasının davam etdirilməsi Cənubi Azərbaycanın millətçi və ətraf mühitin qorunması üzrə fəalları arasında şübhələr doğurmuşdur. Onlar Urmu gölünün qurudulmasının planlı şəkildə olmasını düşünərən özəlliklə 2010-cu ildən ardıcıl və kütləvi etirazlar başlamışlar. Bu mitinqlərin əsas aparıcı qüvvəsi Traktor Sazi klubunun azarkeşləri oluşlar. Urmu gölünün qurudulmasına qarşı etirazların ən önəmliləri bunlardan ibarətdir: 2 aprel 2010-cu il (Çöl bayramı günü) Urmiya və Təbriz şəhərlərindən əhali gölün üzərində yerləşən körpüyə yürüş təşkil etmişlər. Traktor Sazi azarkeşləri və başqa fəallar stadionlarda, internet saytlarında yayılmış bildirişlər ilə Urmu gölünə öz dəstəklərini göstərmək üçün göl sahilinə yürüşün etmişlər. Burada hədəf simvolik olaraq bu yürüşdə iştirak edən hər kəsin gölə bir qab su tökməsi olmuşdur. Ancaq hökumət qüvvələri yürüşün qarşısını almağa çalışmışlar. Nəticədə yürüş iştirakçıları ilə hökumət qüvvələri arasında toqquşmalar baş vermiş, 200-dən artıq fəal həbs olunmuş və bir çoxu böyük xəsarətlər almışdır. 2 aprel 2011-ci ildə (Çöl bayramı günü) Urmiya və Təbriz küçələrində etirazlar başlayır. Mitinq iştirakçıları ötən ilki toplantını təkrar etdilər. Ancaq bu il etiraz edənlər Təbriz və Urmiyanın ən önəmli nöqtələrinə toplaşdılar. Təbrizin Azərbaycan meydanına yığışıb bəyanatlarını oxudular. Bu mitinqdə Urmu gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu və Səddləri sındırın, Urmu gölün doldurun kimi şüarlar deyəndən sonra mitinq iştirakçıları Acıçay üzərində yerləşən su anbarının mühafizəsini təşkil edən polislər və nizami quvvəllərin basqısına məruz qaldılar. İştirakçıların bir qismi həbsə atıldı. 25 avqust 2011-ci ildə İran derbisində İran məclisinə etiraz və Urmu gölünə dəstək; 2010-cu ilin oktyabr ayında Bələdiyyəspor Təbriz və Tehranın Perspolis komandaları arasındakı oyunda Traktor Sazi və Bələdiyyəspor tərəfdarları ilk dəfə Gəlin gedək ağlıyaq, Urmu gölün dolduraq şuarını səslədirdilər. Hətta bu şüar Traktor Sazinin Tehran, Kərəc və Qəzvindəki oyunları zamanı belə səsləndi.. Bununla belə stadionlarda Urmu gölünə verilən şüarlar 2011-ci ilin avqust ayınadək siyasi xarakter daşımamışdır. Avqust ayında Urmiya gölünün doldurulması layihəsinin İranın İslamı məclisində 2-təcili (2-foriyyətli) səs ala bilməməsi, millət vəkillərinin Azərbaycan xalqına qarşı işlətdiyi kəlmələr və onların Azərbaycandan köçürülməli olması ilə bağlı işlətdiyi ifadələr, layihəyə səs verməyən bütün azərbaycanlı millət vəkillərinin adlarının bilinməsi, cənublu azərbaycanlıları özəlliklə Traktor Sazi azarkeşləri arasında yenə böyük bir etiraz dalğası yaratmışdır. 25 avqust gecəsi oynanılan (Azərbaycan derbisi) Traktor Sazi və Bələdiyyəspor maçında, 50,000 tamaşaçı Səhənd Stadionuna toplaşaraq Urmu Gölü can verir, Məclis onun qətlinə fərman verir kimi şüarlar işlətmədinə səbəb olmuşdur 27 avqust 2011, Urmiya mitinqləri: Təbriz derbisindəki etirazlardan sonra, Güney Azərbaycanın bir sıra şəhərlərində o cümlədən Urmu və Təbrizdə Urmiya gölünün qurumasına etiraz olaraq aksiyası keçirildi.. Urmiyadakı çıxışlar dünya medialarda yayımlandı. Urmiyadakı aksiyada 3 minə yaxın etirazçının yürüşü ilə başlasa da sonradan Polis və təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət etmək istəyərkən iştirakçıların sayı artdı və yürüş ərazisi genişləndi. Urmiyadakı etiraz yürüşləri genişlənərək, şəhərin İmam və Ətayi xiyabanlarından başqa küçələrə, eləcə də Besət, Bakiri və Əsgərabadi xiyabanlarını bürüdü. Məlumatlara əsasən hakimiyyət qüvvələri ilə etirazçılar arasında qarşıdurma baş verdi. Urmiyanın Yekanlılar bazarında, Doşabçıxanda daha ciddi qarşıdurma oldu. Günün sonuna qədər aksiyaçıların sayının 20 mini aşdığı haqda xəbərlər yayıldı. 100 nəfərdən çox iştirakçı, o cümlədən qadınlar tutularaq həbsə atıldı. 50 nəfərdən çox yürüşçü yaralandı. Polis yaralıları tutmaq üçün şəhər xəstəxanasını nəzarətə aldı 3 sentyabr 2011, Təbriz və Urmiya mitinqləri: Urmu etirazlarından sonra Təbriz və Urmiya yenə də ayağa qalxır. Bu dəfə isə milli kimlik və anadili haqda da şüarlar verilir və təhlukəsizlik qüvvəlləri ilə yenə də qarşıdurma baş verir. Qərbi Azərbaycan valisinin dediklərinə görə ümumilikdə 60 nəfər, Təbrizdə isə 10 nəfər göz atlına alınmışdır. Təbrizdə tutulanların arasında, qadınlar və insan haqları fəalı Fəranək Fərid vardı. Həmin gün Şimali Azərbaycanda və Türkiyənin paytaxt şəhərlərində azərbaycanlılar İran səfirliyi qarşısında etirazlarını bildirirlər. 9 sentyabr, 2011, Tehranda Traktor Sazi azarkeşlərinin etirazları:Traktor Sazi və Tehranın İstiqlal koomandalarının yarışı günü minlərlə güneyli Tehranın 100 min nəfərlik stadionuna doğru yürüş təşkil edirlər. Bütün basqılara rəğmən 30 min nəfərdən artıq Traktor Sazi azarkeşi stadiona daxil olaraq öz klublarını dəstəkləyərək Urmu gölü haqda da şuar işlədirlər.. Bu oyunun gedişi zamanı 40 nəfər azarkeş yaralanır və yüzlərlə azarkeş müvəqqəti həbsə atılır. 12 sentyabr, 2011, Ərdəbil etirazları: Muğan, Xiyav və Ərdəbilli millətçi və ətraf qoruma fəalları da Cənubi Azərbaycanın başqa şəhərləri kimi, Ərdəbilin mərkəzi küçələrinə toplanaraq Urmiya gölünün qurudulmasına öz etirazlarını bildirirlər. Ancaq Əhmədinicadın Ərdəbil ostanından planlanmamış səfərinin təşkili ilə polis və təhlükəsizlik qüvvələri dinc göstəriçiləri döyüb, bir çoxunu göz altına alır. Həbsə alınanlar arasında Abbas bəy Lisani də vardı. Əhmədinicad Ərdəbildəki çıxışda əhalinin Urmiya gölü haqda etdiyi etirazları künc-bucaqlardan gələn hay-küy adlandırıb. O, Urmiya gölünün hər 500 ildən bir qurumasını təbii hall olduğunu iddia edib! 22 sentyabr 2011-ci il Zəncan çıxışları. Gölün bərpası üçün görülən tədbirlər İran hökuməti sentyabr 2011-ci il tarixində Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırdığını bəyan etmişdir. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.19 avqust 2013-cü iyədə İran Prezidenti Həsən Ruhani gölün qorunub saxlanılması probleminin həll edilməsi üzrə İşçi qrup yaradıb. Həsən Ruhani Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib: "Mən daha əvvəl insanlara söz verdiyim kimi, ölkənin energetika naziri Həmid Çitçianın rəhbərlik edəcəyi Urmiya gölünün saxlanılması üzrə İşçi qrup yaratdım". İşçi qrupun digər üzvləri sırasına, ölkənin kənd təsərrüfatı, daxili işlər nazirləri, ətraf mühitin qorunması üzrə təşkilatın rəhbəri və vitse-prezidentin planlaşdırma və strateji nəzarət üzrə nümayəndəsi daxildir. İşçi qrupuna bu sahədə artıq aparılan araşdırmaların və texniki elmi-tədqiqat işlərinin məlumatlarından istifadə etmək, iki ay ərzində Urmiya gölünün saxlanılması üzrə öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.10 sentyabr 2013-cü ildə Həsən Ruhani gölə axan su hövzəsi üzərində bəndsalma işlərinin dayandırılması ilə bağlı xüsusi göstəriş vermişdir. Gölün bərpası üçün elmi mərkəzlərin təqdim etdiyi 30-dan çox təklifin araşdırılması İşçi qrupunun gündəliyinə salınıb.2013-cü ildə İran hökuməti gölün səviyyəsinin bərpa edilməsi üçün Xəzər dənizinin suyundan istifadə imkanları üzərində işlədiklərini bəyan etmişdir. 2023-cü il fevralın 24-də İran prezidenti İbrahim Rəisi tərəfindən Kani Sib bəndindən Urmiyə gölünə Zab çayının suyunun nəqli layihəsinin açılışı olub. Maraqlı faktlar 5 may 2016-cı ildə Leonardo Di Kaprio İnstagram səhifəsinə Urmiya gölü ilə əlaqəli bir şəkil yerləşdirərək bu sözləri yazmışdır: "Bu Yaxın şərqin ən böyük duzlu gölu olmuşdur. Hazırda isə su çəkilmiş və o yoxa çıxmışdır.". Bununlada məşhur Hollivud aktyoru iqlim dəyişikliyinə etirazını bildirmişdir. Azərbaycan türkləri arasında "Urmu gölu Lay Lay" adlı mahnı məşhurlaşmışdır. Gölün hazırkı vəziyyətini əks etdirən foto qalereya Xarici keçidlər "Urmiyanın son damlası: Ölməkdə olan gölə ümidin dirçəlməsi - Baku Research Institute". bakuresearchinstitute.org (az.). 2023-09-22. İstifadə tarixi: 2023-11-04. Iranica Encyclopedia: Eckhart Ehlers, "Lake Urmia", 2013 Encyclopedia of Earth: C. Michael Hogan, "Lake Urmia", 2011 Saline Systems; Urmia Salt Lake, IranArxivləşdirilib 2011-08-21 at the Wayback Machine Profile at UNESCO Biosphere Reserve Directory Arxivləşdirilib 2006-05-21 at the Wayback MachineIran's Environmental Ticking Bomb Arxivləşdirilib 2011-11-29 at the Wayback Machine Iran's Dam Policy and The Case of Lake Urmia by Ercan AYBOGA & Akgün ILHAN Arxivləşdirilib 2016-05-08 at the Wayback Machine Panorma picture of Lake Urmia by Armin Jalili Arxivləşdirilib 2012-08-28 at the Wayback Machine Landsat - Drying of Lake Urmia, Iran, Google Earth Engine Aerial view of Lake Urmia | https://az.wikipedia.org/w/index.php?curid=124883 |
Şor Göl | Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl. | https://az.wikipedia.org/w/index.php?curid=618965 |
Şor Göl (Salmas) | Şor Göl (fars. شورگل) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Kənd salmasdan 18 kilometr güneydə, dağlıq ərazidə yerləşir. 2006-cı il məlumatına görə kənddə 430 nəfər yaşayır (119 ailə). Burada yaşayanlar tamamı ilə şiə inanclı Azərbaycan türklərindən ibarətdir. Şor Göllülərin arasında qurdqoyun oyunu və ayran aşı və küftə kimin yeməklərin bişirib hazırlaması çox yayğındır. Görməli yerlər Buranın yaxınlığında bir çox mineral su bulağları vardır ki onların ən önəmlisi Tamtama gölüdür. | https://az.wikipedia.org/w/index.php?curid=474319 |
Şor Kənd (Urmiya) | Şor Kənd (fars. شوركند) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 347 nəfər yaşayır (89 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=474590 |
Şor bulaq | Şor Bulaq (Xoy) — Şor Bulaq (Çaldıran) — Aşağı Şorbulaq (Puldəşt) — Yuxarı Şorbulaq (Puldəşt) — Şorbulaq (Germi) Həmçinin bax Şor Göl (Salmas) | https://az.wikipedia.org/w/index.php?curid=474581 |
Şor bulaq (Şuşa) | Şor bulaq — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq 1854-cü ildə tikilmişdir. Bulağın suyu bir qədər şor olduğu üçün belə adlandırılmışdır. Ümumi məlumat Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Şor bulağı hazırda Şuşanın Axundov küçəsində yerləşir. Bulaq Bulaq 1854-cü ildə Şuşanın varlı bir şəxsi olan Rəsibala Zəkəriyyə tərəfindən çəkilibdir. Şuşada yerləşən bu bulağın suyu bir qədər şor olduğundan əhali arasında ona belə ad verilibdir.Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər bulaq fəaliyyət göstəribdir. Şəhər azad edildikdən sonra bulağın məhv edildiyi bəlli olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=735166 |
Şor dərə | Şordərə-i Süfla (Germi) Şordərə-i Ülya (Germi) Şordərə (Mərənd) Şordərəçay — Ordubad rayonu ərazisində çay. Şordərə — Abşeron yarımadasının c.-q.-ində, Güzdək qəsəbəsindən ş.-da quru çay dərəsi; Şordərə — Lerik rayonu ərazisində çay. | https://az.wikipedia.org/w/index.php?curid=619922 |
Şor qoğal | Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. Lazım olan məmulatlar Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qrİç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. Hazırlanma qaydası Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Ərimiş yağ bir qədər istilənmiş olmalıdır və içinə cirə və razyana tökülür. Sonuncu laya yağ sürtülmür. Layları iri kvadratlara doğrayıb onları rulet kimi bükülür, burub yastıladırsız və kisəcik şəklinə salınır. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığırsız və kökə şəklinə salıb üzüqoylu yığılır. Ortasında işarə barmaqla çuxur açıb bir az içdən qoyulur. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 gr. selsiyada 20-25 dəg. bişirilir (qızaranadək). Arxivləşdirilib 2008-12-04 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=75995 |
Şor qoğalı | Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. Lazım olan məmulatlar Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qrİç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. Hazırlanma qaydası Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Ərimiş yağ bir qədər istilənmiş olmalıdır və içinə cirə və razyana tökülür. Sonuncu laya yağ sürtülmür. Layları iri kvadratlara doğrayıb onları rulet kimi bükülür, burub yastıladırsız və kisəcik şəklinə salınır. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığırsız və kökə şəklinə salıb üzüqoylu yığılır. Ortasında işarə barmaqla çuxur açıb bir az içdən qoyulur. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 gr. selsiyada 20-25 dəg. bişirilir (qızaranadək). Arxivləşdirilib 2008-12-04 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=105508 |
Şorab | Şorab (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Şorab (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Şorab (Xudabəndə) | https://az.wikipedia.org/w/index.php?curid=773841 |
Şorab (Xoy) | Şorab (fars. شوراب) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (78 ailə) | https://az.wikipedia.org/w/index.php?curid=570569 |
Şorab (Xudabəndə) | Şorab (fars. شوراب) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 301 nəfər yaşayır (68 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=782257 |
Şorab (İcrud) | Şorab (fars. شوراب) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 81 nəfər yaşayır (33 ailə). Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=773774 |
Şoraba | Turşu və ya şoraba — Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar. Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar xüsusi yer tutur. Belə məhsullar iştaha artırır, bişirilmiş xörəyin ləzzətini yüksəldir, qış fəslində köməyimizə yetir. Azərbaycan mətbəxində turşu və ya şorabalar müxtəlif üsul və qaydalarla hazırlanır. Arxaik mədəniyyətdə ilk dəfə torpaqdan edilmə böyük boy küplər içərisində quraşdırılması yapılmaktaydı. Ticari məhsul olaraq istifadə edilməyə başlandığı antik çağlarda taxtadan edilən qablarla daşındığı və saxlandığı da görülməklə birlikdə taxta və turşunun reaksiyaları səbəbiylə qalıcı olaraq həmişə torpaq qablar edilmişdir. İndiki vaxtda bu tür torpaq qabların yerini plastik, şüşə qab, paslanmayan tənəkə qablar almışdır. Azərbaycan mətbəxində turşu növləri Kələm turşusu Gülkələmi turşusu Xiyar turşusu Pomidor turşusu Sarımsaq turşusu Göyəmlə sirkəyə qoyulmuş sarımsaq turşusu Qarışıq turşu Sirkəyə qoyulmuş badımcan turşusu Duzlu suya qoyulmuş kələm Kök və bibərli kələm turşusu Dolma bibər turşusu Duza qoyulmuş üzüm yarpağı Badımcan turşusu Duza qoyulmuş zeytun Duza qoyulmuş pomidor Yaşıl pomidor turşusu Xarici keçidlər Turşu, şoraba və marinadlaşdırılmıq qidalar Turşu və ya şorabalar Arxivləşdirilib 2011-09-15 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=245507 |
Şorabad (Soyuqbulaq) | Şorabad (fars. شوراباد) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (6 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=574999 |
Şorabad (Xızı) | Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Toponimikası XIV-XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır. Bu qəsəbənin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmışdır. Sovet hakimiyyəti illərində adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir. Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır. Qəsəbə müəyyən illər ərzində müxtəlif şəhər və rayonların tabeliyində olub (Altıağac, Binəqədi, Sumqayıt, Abşeron). 1991-ci ildən Xızı rayonunun tabeliyindədir. Tarixi abidələri Qəsəbədə 5 yerdə qədim qəbirstanlıqlar mövcuddur. Bu məzarlıqlarda bir çox sərdabələr, daş kitabələr müasir dövrə qədər gəlib çatmışdır. Bundan başqa, qəsəbədə XVII əsrə aid qədim hamam, Şah Abbas dövrünə aid Ovdan və Karvansara, Şurabad Cümə məscidi var. Çox təəssüflər olsun ki, Karvansara sökülüb daşlarından köhnə məktəb binası tikilib və bugünkü dövrə gəlib çatmamışdır. Coğrafiyası və iqlimi Şuraabad qəsəbəsi Xəzər dənizinin sahilində yerləşir. Ən yaxın kəndlərdən biri Yaşma kəndidir ki, hazırda da orada məskunlaşma var. 1935-1950-ci illərdə kənddə 35-40 evin olduğu yaşlı sakinlər tərəfindən söylənilir. Lakin İkinci Dünya müharibəsi illərindən sonra kəndin əhalisi azalmışdır. İqtisadiyyatı Əhalisi əsasən balıqçılıqla məşğuldur. | https://az.wikipedia.org/w/index.php?curid=311246 |
Şorabil | Şorəbil gölü — Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir gölün adı dır. Bu göl Ərdəbil universitəsinin qonşuluğunda yerləşibdir. Yanında bir park və əyləncə imkanları da vardır. | https://az.wikipedia.org/w/index.php?curid=80303 |
Şorabil gölü | Şorəbil gölü — Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir gölün adı dır. Bu göl Ərdəbil universitəsinin qonşuluğunda yerləşibdir. Yanında bir park və əyləncə imkanları da vardır. | https://az.wikipedia.org/w/index.php?curid=84705 |
Şoradil (Sərab) | Şoradil (fars. شوره دل) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (88 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=685058 |
Şoragöl sultanlığı | Şörəyel sultanlığı — Şörəyel (Şürəgəl) sultanlığı İrəvan xanlığının şimali-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirən sultanlıq Əfşar imperiyasının dağılması dövründə meydana çıxmışdır. Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay Şörəyel sultanlığını Qars paşalığından ayırırdı. Sultanlığın ərazisi 1037.91 verst (1181.16 km²) və Azərbaycan türklərindən ibarət olmuşdur. Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə, İrəvan xanlığının tərkibinə daxil olan mahalı kimi, Şörəyel mahalında 109 kənd mövcud olmuşdur. 1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlamışdır. Türklər tərəfindən tərk edilmiş kəndlər Osmanlı imperiyasından köçürülən ermənilər tərəfindən məskunlaşdırılmışdır. Bu yenidən məskunlaşdırma barədə məlumatlar 1836-cı ildə Rusiya Xarici Ticarət Departamenti tərəfindən dərc olunmuş və "Zaqafqaziyada Rus mülklərinə nəzər" adlandırılan sənəddə öz əksini tapmışdır: Şörəyelin əsasən Qarapapaqlardan ibarət olan əhalisi rus işğalından sonra baş vermiş Rus-Türk müharibəsi (1806-1812) zamanı bölgəni tərk etdilər. Onların bir hissəsi İrəvan xanlığı ərazisinə, bir hissəsi isə Qars paşalığı ərazisinə köçdülər. 1858-ci ilə aid olan Rusiya İmperiyası Baş Qərərgahı tərəfindən hazırlanmış hesabata görə, Osmanlı və Qacar torpaqlarından olan ermənilərin bu torpaqlara olan köçü davam etməkdə idi. Onların köçünün əsas hissəsi Araz hövzəsinə, Göyçə gölü ətrafına və Şörəyelə olmuşdur. Keçmiş İrəvan xanlığının əraziləri olan həm Araz, həm Göyçə bölgələri ilə birlikdə, Şörəyel bölgəsi də ən çox köçə məruz qalan bölgələrdən biri olmuşdur. Budaq Sultan Şörəyelin son hökmdarıdır. 1805-ci ilin 20 oktyabr tarixində Pavel Sisianov tərəfindən imzalanmış əmrə əsasən Şörəyelin əbədi olaraq Rusiyaya birləşdirildiyi elan edilmişdir. Budaq Sultanın Qara Məhəmməd bəy, Həmid bəy və Xəlil bəy adlarında 3 oğlu olmuşdur. Həmçinin bax Şörəyel mahalı | https://az.wikipedia.org/w/index.php?curid=747311 |
Şorakət torpaqlar | Şorakət torpaqlar - uducu kompleksdə halda böyük miqdarda mübadilə olunan natrium və bəzən də maqnezium toplanan torpaqlardır. Şoran torpaqlar şorakətli torpaqlarda suda həll olan duzlar daha dərin qatlara toplanır. Morfoloji tərkibi Humuslu-ellüvial horizont plastik strukturlu olub, məsaməli lil fraksiyasından kasıb olması, aşağıdakı qat yüngül mexaniki tərkibə görə fərqlənir. Qatın qalınlığı 2-3 sm-dən 20-25 sm arasında dəyişir. Şorakət qatı tünd-qonur rəngli olub, sütunvari prizmaşəkili struktura malikdir. Qalınlığı 7-12 sm-dən 25 sm-ə qədər dəyişir. Torpaq məhlulunda natrium ionlarının kəsəfəlliyi yüksəldikcə, uducu kompleksdə olan digər kationları sıxışdırıb şorakətliyin yaranmasına səbəb olur. Humusun miqdarı görə aşağıdakı qruplara bölünür: yüksək humuslu - A≥6% orta humuslu - 3-6% az humuslu - ≥3%Bu torpaqlar pis su-fiziki və fiziki-mexaniki xassələri ilə seçilir. Quru halda çox sıx olur, nəm halda şişir və yapışqan olur. Gipsləşdirmə - udulmuş natriumun yüksək miqdarı və torpaq məhlulunun qələviliyi ilə seçilən sodalı şorlaşmış şorakətlərin münbitliyini yüksəltməkdən ötrü istifadə edilən ən radikal vasitədir. Yarımtipləri Udma tutumunda natriumun faizinə görə şorakət torpaqlar aşağıdakı qruplara bölünür: 3-10 zəif şorakətli 10-15 orta şorakətli 15-20 yüksək şorakətliHəmçinin bu torpaqlar su rejiminə və onunla torpağın əlaqəsinə görə, avtomorf, yarımhidromorf və hidromorf şəraitdə əmələ gələn şorakətlər qrupuna bölünür. Şorakətləşmiş adi çəmən-boz torpaqlar Şorakətləşmiş adi çəmən-boz torpaqlar əsasən Orta Küryanı ovalığın cənubi-qərbindən Qarabağ düzündə və Zərdab rayonları ərazisində mezo və mikro çalalı relyef şəraitinə malik düzənliklərdə əsasən çoxsaylı çayların gətirmə konusları və allüvial çöküntüləri üzərində yovşanlı-taxıllı, yovşanlı-efemerli, şoranlı-efemerli bitki fitosenozları altında quru subtropik iqlim şəraitində formalaşmışlar. Minerallaşmış qrunt suları hesabına orta dərəcədə şorlaşmışlar. Torpaqəmələgətirən allüvial çöküntülər i müxtəlif şorluluq əlamətləri Xəzər dənizinin akkumulyativ çöküntülər üzərində yayıldıqları üçün bu torpaqların uducu kompleksində udulmuş Na kationunun miqdarı digər biogen elementlərinə nisbətən çoxluq təşkil etdiyinə görə və geoxronoloji dövr ərzində Na-lu duzlarla zənginləşmiş qrunt sularının buxarlanması nəticəsində genetik formada şorakətləşmə prosesi intensiv getmişdir. Qranulometrik tərkib etibarı ilə bu torpaqlar gilli və ağırgillicəlidir. Humus yaradıcı bitki qalıqların intensiv çökməsi və onların mikroorqanizmlərin fəaliyyəti nəticəsində humuslaşma prosesinin intensiv getməsi ilə bu torpaqlar humusla orta dərəcədə təmin olunmuşlar (2,1-3,0%). Kənd təsərrüfatında bu torpaqlar hazırda suvarma şəraitində pambıq, tərəvəz, bostan və yem bitkiləri altında becərilir. Şorakətləşmiş bərkimiş boz-çəmən torpaqlar Şorakətləşmiş bərkimiş boz-çəmən torpaqlar Orta Kür depreasiyasında geniş coğrafi yayılma arealına malikdirlər. Bu torpaqların yalnız Mil-Qarabağ düzündə ümumi sahəsi 43568 hektardır. Hazırkı morfoloji-genetik forma kəsb etməsində qrunt suları ilə intensiv nəmlənilmənin rolu böyük olmuşdur. Qrunt sularının dərinlik səviyyəsi 2,5-3,5 m arasında dəyişir ki, buda il ərzində mövsümü xarakter daşıyır. Qrunt suları ilə intensiv nəmlənmə yaz-payız aylarında, bəzən isə mənimsənilən sahələrdə vegetativ suvarma mövsümündə baş verir. Humusla yüksək təmin olunması otlaq-örüşaltı torpaqlarda müşahidə olunur (2,5-3,7%). Əkinaltı torpaqlarda isə humusun və digər qida elementlərinin miqdarı intensiv becərmə ilə əlaqədar xam torpaqlara nisbətən azdır (1,5-2,0%). Orta dərəcədə şorakətləşmə ilə əlaqədar olaraq torpaqların profilinin üst yarımmetrlik qatında bərkimə baş vermişdir. Torpaqların profilinin yarımmetrlik qatından aşağı hissəsində orta dərəcədə şorlaşma baş vermişdir. Yuxarıda göstərilən əlamət və xassələrə əsasən bu torpaqlar şoranvari, şorakətləşmiş, qleyləşmiş və suvarılan cins və növlərə ayrılmışlar. Aqroistehsalat baxımdan şorakətləşmiş, bərkimiş torpaqlar yüksək karbonatlıdırlar və kənd təsərrüfatında suvarılma şəraitində pambıq, taxıl və yem bitkiləri suvarılmayan xam torpaq növləri isə örüş-otlaq altında istifadə olunur. Salayev M.E. Azərbaycan torpaqlarının diaqnostikası və və klasifikasiyası. Bakı, Elm, 1991. Volobuyev V.R. Kür-Araz ovalığının şoran torpaqlarının genetik formaları. Bakı, 1965, 248 s. Xarici keçidlər TORPAQ COĞRAFİYASI TORPAQŞÜNASLIĞIN ƏSASLARI İLƏ | https://az.wikipedia.org/w/index.php?curid=495073 |
Şorakətləşmiş torpaqlar | Torpaqların təkrar şorakətləşməsi Ümumi məlumatlar Törəmə şorakətləşmə Təbii yolla yanaşı insanların təsərrüfat fəaliyyətinin təsiri nəticəsində də torpaqlarda şorakətləşmə əlaməti yaranır ki, buna da törəmə şorakətləşmə deyilir. «Törəmə» şorakətləşmə xam və müəyyən dərəcədə şorlaşmış torpaqların mənimsənilməsi zamanı, daha doğrusu ən çox suvarma tədbirləri həyata keçirildikdə suvarma sularının tərkibində yüksək dərəcədə miqrasiya qabiliyyətinə malik və suda həll olunmuş toksiki duzların tərkibindəki Na kationunun potensialının çox olması və onun torpaqların uducu kompleksinə daha çox daxil olması ilə baş verir. Kənd-təsərrüfatında istifadəsi Xarici keçidlər SƏHRALAŞMA PROBLEMİ Həmçinin bax Torpaqların ekocoğrafi problemləri | https://az.wikipedia.org/w/index.php?curid=501671 |
Şoran | Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu. Duzlar zəmin profilində ağ-appaq, eləcə də boz rəngdə parıldayan kiçikdənəcikli kümələr, damarcıqlar, xallar kimi seçilir. | https://az.wikipedia.org/w/index.php?curid=786769 |
Şorangə | Şorangə (lat. Salsola) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Botaniki xüsusiyyətləri Adətən qaidə hissəsindən geniş şaxələnmiş, uzunluğu 15–45 sm olan yarımkoldur, aşağı budaqları sərt, çopur, odunlaşmışdır. Birillik zoğları uzun, qısa, sarımtıl, qıvrım tüklüdür. Yarpaqları növbəli xətvari düzülüşlü yarımsallaqdır. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşmiş, meyvələri sarımtıl, tüklü, enli qanadlı, böyrəkvaridir. İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir. Azərbaycanda yayılması Azərbaycanda Xəzər ovalığında, Abşeronda, Qobustanda çınqıllı və gilli yamaclarda, şoranlaşmış düzənlik yerlərdə seyrək halda təsadüf edilir. | https://az.wikipedia.org/w/index.php?curid=142928 |
Şoranlıq | Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu. Duzlar zəmin profilində ağ-appaq, eləcə də boz rəngdə parıldayan kiçikdənəcikli kümələr, damarcıqlar, xallar kimi seçilir. | https://az.wikipedia.org/w/index.php?curid=373419 |
Şoranlıq sirkəni | Şoranlıq sirkəni (lat. Atriplex halimus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=141047 |
Şoranlıq sistanxesi | Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. Sinonimləri Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey. | https://az.wikipedia.org/w/index.php?curid=143524 |
Şoranlıq süsəni | Şoranlıq süsəni (lat. Iris halophila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=141643 |
Şoranlıq toppuzlusu | Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=143100 |
Şoranvari yovşan | Şoranvari yovşan (lat. Artemisia salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Rusiyada Belqorodun cənub-şərqində, Voronej vilayətinin cənubunda, Rostov, Volqoqrad, Saratov, Kuybışev, Orenburqda, Başkiriya MR-nın cənub-şərqində, Ukraynanın şərqində, Qazaxıstanın qərbində, Azərbaycanda yayılmışdır. Botaniki təsviri Hamaşçiçəyi dar, sıxılmış süpürgə və ya salxımdır. Səbəti 2,5-3,5 mm uzunluğunda, salxımşəkilli çiçək qrupundadırlar: aşağı yarpaqları 2-3,5 sm uzunluğunda, sadə lələkvari parçalanmışdır. Çılpaq və ya bəzən seyrək ulduzvari tüklüdür. Oktyabr ayında çiçəkləyir, dekabr ayında toxum verir. Ekologiyası Təbaşir dövrü qalıqlarının səciyyəvi bitkisidir. Əhəngdaşı və digər daşlı yamaclarda rast gəlinir. Bu növün olması torpağın yuyulmasının ilkin mərhələlərinə və ya cavan təbaşir qalıqlarına aid olduğunu göstərir. Azərbaycanda yayılması Abşeron yarımadasında yayılmışdır. Mal-qaranın otarılmasında və təbaşir hazırlanmasında istifadə edilir. | https://az.wikipedia.org/w/index.php?curid=560219 |
Şoranyer qarğa soğanı | Elmi adı - Gladiolus halophilus Boiss. et Heldr.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu yumurtavari, 15—18 mm hündürlükdə, 10—15 mm enində, pulcuqları paralel-torvari liflidir. Gövdəsi 20-25 sm hündürlükdədir. Yarpaqlar göyümtül, dar – xətvari, sivri, 3-7 mm enində, 3—4 görünən damarlıdır. Çiçək qrupu 2 tərəfli, bəzən 1 tərəfli, 4—6 çiçəkli sünbüldür. Çiçəkyanlığı ağımtıl – göy, enli, açılmış, yuxarı yan tərəfi digər tərəflərdən qısadır. Tozcuqlar bir qədər sapdan qısadır . Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə may, meyvə əmələ gətirmə iyun aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Aşağı qurşağında, quru yamaclarda yayılmışdır. Kseromezofitdir. Dekorativ bitkidir . Kiçik Qafqazın mərkəzi və cənub hissələri, Naxçıvan düzənliyi (Sədərək) və dağlıq hissə (Ordubad rayonu –Kotam kəndinin ətrafı) . Sayı və tendensiyası Populysiyası nadirdir, fraqmentləşmiş sahəsinin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur . Məhdudlaşdırıcı amillər Antropogen və zoogen amillər . Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri görülməyib. Yeni yayılma ərazilərinin tapılması, yasaqlıqların salınması vacibdir. | https://az.wikipedia.org/w/index.php?curid=488560 |
Şoranı öldürgən | Şoranı öldürgən (lat. Anabasis salsa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd+ 3cd. Azərbaycanın nadir növüdür. Qısa morfoloji təsviri Gövdəsiz, aşağıdan ağacvari, 5-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları ətlidir, alt və orta yarpaqları inkişaflıdır, 2-5 mm uzunluqdadır, yarımsilindrik, yuxarı hissədə azca genişlənmiş, kütvari, çox qısa, tez qopan, iynəli, qövsvari arxaya əyilmişdir; təpə hissədə yarpaqlar zəif inkişaf edir. Çiçəkləri tək-təkdir, yandan geniş yumurtavari, otvari, kütdür. Çiçək yarpaqcıqları qanadvari, kütdür, onlardan 3-ü dairəvi, 2 –si uzunsov-ovaldır. Meyvə şirəli, qırmızı, giləmeyvəşəkillidir. Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-sentyabr aylarına təsadüf edir. Kserofit-halofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Şorangəli –yovşanlıq qruplaşmalarının tərkibində rast gəlinir. Abşeron, Qobustan (şərq hissəsi). Sayı və tendensiyası Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir. Məhdudlaşdırıcı amillər Otarılma, tapdalanma və infrastrukturun inkişafı səbəb ola bilər. Mühafizə tədbirləri Mühafizə üçün xüsusi tədbirlər aparılmır. Yayıldığı ərazilərdə antropogen və texnogen təsirləri aradan qaldırmaq üçün xüsusi qorunma tədbirlərinin tətbiq olunması, populyasiya səviyyəsində genetik tədqiqi, gen banklarında saxlanılması, təbiətdə bərpasının təmin edilməsi, yeni biotoplarının müəyyənləşdirilməsi təklif olunur. | https://az.wikipedia.org/w/index.php?curid=488555 |
Şoraqgöl (Maku) | Şoraqgöl (fars. شوراق گل) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (31 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=573040 |
Şorba | Şorba — Kökü Hindistana bağlıdır. Şorba sözünün mənası "yaxşı bəslənmə" deməkdir. 10 min il əvvəl şorba hazırlandığı və yeyildiyi haqqında məlumatlar tapılıb. Çində 2400 illik şorba arxeoloqlar tərəfindən Şian antik kəndində tapılıb. İnsanın ilk dəfə şorbanı yeməsi, III yüzilliyə təsadüf edilir. O dövrün insanlarından olan Patroklus, çörəyi suya batıraraq, üzərinə duz səpərək yeyib. Patroklusun yeməyi daha sonra Avropanın bəslənmə yeməyi olacaq şorbanın ilk halı olaraq ortaya çıxır. Fransada soğan şorbası mövcuddur. Bu şorbanı alta 6 ədəd çörək qoyub, üzərinə ət suyu tökərək hazırlayırlar. Şorbanın indiki halda olması isə, François Pierre La Varenne tərəfindən yaradılıb. O, 1651-ci ildə yazdığı kitabda şorbanı izah etmişdir. İndi hazırlanan şorba 17 yüzillik və 18 yüzilliyə təsadüf edilir. İlk bu cür hazırlanan şorba telefon şorbası adlandırılır. Bu şorbada ətdən istifadə edilir. Ancaq sonradan telefon şorbasının hazırlanması dayandırılmışdır. İslamdan əvvəl Türkiyə şorbaları İslamdan əvvəl Orta Asiya, Türkiyədə taxıl məmulatlarından şorba hazırlanmışdır. Bu şorbada əsas inqrident əriştədir. Bəzən o əriştəyə zövq üçün ətdə vurulurdu. Orta Asiyada bişirilən, indiyə qədər gəlib çatmış, ən məşhur şorba tahana şorbasıdır. Tahana şorbasının bir neçə növü var. İnqridentləri duz, un, ət, pendirdir. Bulqur şorbaları Diyircik şorba — Sabah şorbası olaraq bilinir. Hazırlamaq üçün soğan və tomat tavada qovrulur, üzərinə su əlavə edilir. Yarma şorbası — Yarmadan hazırlanır. Yaz aylarında içmək əlverişlidir. İnqridentləri yarma, duz, təzə nanədir. Göbələk şorbaları Xarici keçidlər Şorba haqqında | https://az.wikipedia.org/w/index.php?curid=535530 |
Şorbaçı | Yaşayış məntəqələri Şorbaçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Şorbaçı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Şorbaçı bələdiyyəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə. | https://az.wikipedia.org/w/index.php?curid=109606 |
Şorbaçı (Cəlilabad) | Şorbaçı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Şorbaçı kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonun ərazisində, rayon mərkəzindən təxminən 20 km aralıda yerləşir. Şorbaçı kəndi eyni adlı ərazi icra nümayəndəliyində kənddir. Şorbaçı ərazi icra nümayəndəliyinə Şorbaçı kəndi, Məmmədrzalı kəndi, Mədətli kəndi daxildir. Kəndin ətrafında Təklə kəndi, Mədətli kəndi Babalı kəndi və Məmmədrızalı (Pornəyimdə deyilir) kəndi yerləşir. Kənd ərazisində Şorbaçı kənd tam orta məktəbi (11 illik) bələdiyə idarəsi və xəstəxana var . Şorbaçı kəndi ərazisində keçməklə yeni yolun tikintisinə başlanılmışdır. Bu yollara Şorbaçı-Məlikqasımlı yolu, Şorbaçı-Məmmədrzalı yolu aiddir. Şorbaçı kəndi ərazisində 2021-ci ildə modul tipli məktəb tikilmiş və il sonuna yaxın istifadəyə verilmişdir. Şorbaçı kəndi üzrə 15 nəfərdən çox şəxs 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Kənd ərazisində kimik avtomobil təmiri yerləri mövcuddur. Kənddə maldarlıq, əkinçilik inkşaf etmişdir. Maldarlğdan qoyunçuluq, qaramal inkişaf etmişdir. Əkinçilikdə isə taxilçiliq ön planda olsa da. Noxud əkinləridə var. Mülayim tempratur, iqlim mövcudur. Qar o qədərdə düşmür. Yayı quraq olur. Dərələrlə (arxlarla) axan sular quruya bilir, amma qışda bəzi hallarda suyun bol olması selə səbəb olur. Buda təsərrüfata ziyan vurur (xüsusən çay kənarlarındakı bostan kartof əkinlərinə). Kəndin Mədətli kəndi hissəsində kiçik su hövzəsi (o qədərdə kiçik deyil,kənd əhalisi bənd deyir) var. Qlobal istiləşmənin, havanın isti keçməsi nəticəsində artıq yay aylarında su bəndi tam quruyur. Yay vaxti biçilmiş sahələrdə otlayan kənd heyvanları buradan su içir. Kənd ərazisindən vaxtilə əhəmiyyətli olan yol keçir. Hal-hazırda Təklə kəndi ərazisindən keçən yeni yolda bu kəndə yaxındır. Kənd ərazisində yaxın illərdə məscid tikilmişdir. Kəndə telofon xətti elektirik xətti çəkilmişdir. Lakin qaz çəkilmədiyi üçün hələdə odundan yanacaq mənbəyi kimi istifadə olunur. Dövlət proqramlarına əsasən yaxın müddət ərzində kəndə təbii qaz çəkilişi planlaşdırılır. Məktəb xəstəxana klubdan yol ilə ayrılır. Klubun (kənd idarəsi) aşağı hissəsində bulaq var.[mənbə göstərin] Toponimikası Şorbaçı oyk., sadə. Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir; Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 661 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Cəlilabad rayonu Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=109813 |
Şorbaçı (Hacıqabul) | Şorbaçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Kənd Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır. İqtisadiyyatı 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir. Həmçinin bax Hacıqabul rayonu Xarici keçidlər Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=89843 |
Şorbaçı bələdiyyəsi | Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=350056 |
Şorbulaq | Şor Bulaq (Xoy) — Şor Bulaq (Çaldıran) — Aşağı Şorbulaq (Puldəşt) — Yuxarı Şorbulaq (Puldəşt) — Şorbulaq (Germi) Həmçinin bax Şor Göl (Salmas) | https://az.wikipedia.org/w/index.php?curid=474586 |
Şorbulaq (Germi) | Şorbulaq (fars. شوربلاغ) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 162 nəfər yaşayır (38 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=765994 |
Şorca | ErmənistandaŞorca (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonuna aid bir kənd. Aşağı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Yuxarı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Şorca — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.İrandaŞorca Allahamanlı (Çaroymaq) Şorca-i İmamcümə (Çaroymaq) Şorca Torağay (Məlikan) Şorca-i Qasım (Miyanə) | https://az.wikipedia.org/w/index.php?curid=444358 |
Şorca-i Hüseynabad (Çaypara) | Şorca-i Hüseynabad (fars. شورجه حسين اباد) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur. | https://az.wikipedia.org/w/index.php?curid=573310 |
Şorca-i Qasım (Miyanə) | Şorca-i Qasım (fars. شورجه قاسم) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur. | https://az.wikipedia.org/w/index.php?curid=690283 |
Şorca-i İmamcümə (Çaroymaq) | Şorca-i İmamcümə (fars. شورجه امام جمعه) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (22 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=614619 |
Şorca (Bükan) | Şorca (fars. شورجه) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (6 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=575800 |
Şorca (Göyçə) | Şorca — Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir. Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır. Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı, rus mənbələrində Şorcalı (Şordjalu) formalarında qeyd edilmişdir. Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 10 iyul 1988-ci ildə Şorca kəndindən olan, İrəvanda yaşayan mordvin oğlan Mişa öldürülür. Türklərin casusu adı altında. Görkəmli şəxsiyyətləri Tərlan Göyçəli - şairə, Ramiz Məmmədrza oğlu Zeynalov - elmlər doktoru, alim, Məhərrəm Abbasəli oğlu Hüseynov -elmlər doktoru, alim, Məhəmməd Əliəkbər oğlu Qasımov - nevropotoloq-psixiatr həkim, Qasım Hümbət oğlu Qasımov - dövlət qulluqçusu, Rəhim Əliəkbər oğlu Qasımov - atmosfer proseslərinin peyk və radar müşahidələri, onlara fəal təsir sistemləri və innovativ texnologiyaları üzrə mütəxəssis ekspert, Zirəddin Əmirəhməd oğlu Qasımov - fəlsəfə doktoru, alim | https://az.wikipedia.org/w/index.php?curid=220397 |
Şorca (Xudabəndə) | Şorca (fars. شورجا) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (45 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=780164 |
Şorca Allahamanlı (Çaroymaq) | Şorca Allahamanlı (fars. شورجه اله امانلو) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (3 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=613591 |
Şorca Torağay (Məlikan) | Şorca Torağay (fars. شورجه طوراغاي) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (65 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=615899 |
Şorcabarıq (Qoşaçay) | Şorcabarıq (fars. شورجه باروق) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (41 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=577366 |
Şorcakürd (Qoşaçay) | Şorcakürd (fars. شورجه كرد) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır (83 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=577367 |
Şordəhnə | Şordəhnə (əvvəlki adı: Birinci Şordəhnə) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qulbəndə kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Şordəhnə kəndi Şordəhnə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şordəhnə kəndi Qulbəndə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şordəhnə kənd inzibati ərazi vahidi yaradılmışdır. 5 oktyabr 1999-cu ilə qədər kəndin adı Birinci Şordəhnə olmuşdur. Toponimin ikinci komponenti "şor" (göl; Şoran yer) və "dəhnə" (çayın dərənin dar hissəsindən düzənliyə çıxdığı yer) sözlərindən düzəlib, "Şoran yerdə çay ağzı və yaxud çayın gölə töküldüyü yer" mənasındadır. Əvvəllər kəndin adında mövcud olmuş "birinci" sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün artırılmışdır. Ağdaş rayonunda İkinci Şordəhnə kəndi də mövcud olmuşdur. 29 aprel 1992-ci ildə bu kəndin adı dəyişdirilərək Bəylik adlandırılmışdır. Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir. Cəlilov Seymur Şahvəddin oğlu (1974-1993) Səlimov Əbülfət Həmzə oğlu (1962-1994) | https://az.wikipedia.org/w/index.php?curid=87255 |
Şordəhnə (dəqiqləşdirmə) | Birinci Şordəhnə — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. 5 oktyabr 1999-cu ildə kəndin adı dəyişdirilərək Şordəhnə adlandırılmışdır. İkinci Şordəhnə — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. 29 aprel 1992-ci ildə kəndin adı dəyişdirilərək Bəylik adlandırılmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=762748 |
Şordəhnə bələdiyyəsi | Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=115038 |
Şordərə | Şordərə-i Süfla (Germi) Şordərə-i Ülya (Germi) Şordərə (Mərənd) Şordərəçay — Ordubad rayonu ərazisində çay. Şordərə — Abşeron yarımadasının c.-q.-ində, Güzdək qəsəbəsindən ş.-da quru çay dərəsi; Şordərə — Lerik rayonu ərazisində çay. | https://az.wikipedia.org/w/index.php?curid=619921 |
Şordərə-i Süfla (Germi) | Şordərə-i Süfla (fars. شوردرق سفلي) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 196 nəfər yaşayır (45 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=767140 |
Şordərə-i Ülya (Germi) | Şordərə-i Ülya (fars. شوردرق عليا) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (22 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=767060 |
Şordərə (Həştrud) | Şordərə (fars. شوردرق) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (21 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=688953 |
Şordərə (Mərənd) | Şordərə (fars. شوردرق) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,229 nəfər yaşayır (319 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=619907 |
Şordərəçay | Şordərəçay — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində çay. Düylünçayın sol qolu. Uzunluğu 9 km, hövzəsinin sahəsi 11 kv. km-dir. Əsasən qar suları və yeraltı sularla qidalanır. Yaz-yay daşqınları olur. | https://az.wikipedia.org/w/index.php?curid=506562 |
Şorena Begaşvili | Şorena Begaşvili (8 iyul 1982, Rustavi) - gürcü aktrisa və teleaparıcı. Şota Rustaveli adına Teatr və Film Universitetini bitirib. Vake Teatrının Bodrumunda, Rustaveli Teatrının Bodrumunda, Qlobus Teatrında çalışıb. Şorenanın karyerası praktiki olaraq 2008-ci ildə gürcü dilli "Playboy" üçün soyunanda başladı. Bundan sonra Begashvili müxtəlif erotik rollar oynadı. 2009-2010-cu illərdə müəllifin "Şorenayla Gecə" (İmedi TV) erotik proqramına sahib idi. Şou həm ictimaiyyət, həm də ruhanilər tərəfindən çoxlu tənqidlərə səbəb oldu. Rustavi 2-də Vaniko Tarkhnishvili ilə birlikdə 2017-ci ildə bağlanan "Şanslı Təkər" proqramına ev sahibliyi etdi. Shorena həm işi, həm də şəxsi həyatı ətrafında bir çox qalmaqallara qarışdı. Ən məşhur qalmaqallardan biri, Gürcüstan taxtının varisi David Muxraneli ilə aralarında olan romana aiddir. 2020 -ci ilin sentyabr ayından etibarən Rustavi 2 -də "Shorena Effect" proqramına ev sahibliyi edəcək. Shorena Begashvili boşandı, bir qızı Eva var. Şorena Begaşvili — Instagram səhifəsi Shorena Begashvili — IMDb səhifəsi | https://az.wikipedia.org/w/index.php?curid=723155 |
Şorgilə | Şorgilə (lat. Nitraria) — sabunağacıçiçəklilər sırasının şorgiləkimilər fəsiləsinə aid bitki cinsi. Təbii yayılması Botaniki təsviri Ekologiyası Azərbaycanda yayılması | https://az.wikipedia.org/w/index.php?curid=560364 |
Şorgiləkimilər | Şorgiləkimilər (lat. Nitrariaceae) — i̇kiləpəlilər sinfinin sabunağacıçiçəklilər sırasına aid bitki fəsiləsi. | https://az.wikipedia.org/w/index.php?curid=560369 |
Şorgöl | Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl. | https://az.wikipedia.org/w/index.php?curid=618966 |
Şorgöl (Biləsuvar) | Şorgöl (fars. شورگل) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 650 nəfər yaşayır (126 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=751968 |
Şorgöl (Bünab) | Şorgöl (fars. شورگل) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 516 nəfər yaşayır (110 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=616811 |
Şorgöl (Meşkinşəhr) | Şorgöl (fars. شورگل) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (38 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=763656 |
Şorik (Salmas) | Şurik (fars. شوريك) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,182 nəfər yaşayır (222 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=573560 |
Şoristan (Germi) | Şoristan (fars. شورستان) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 111 nəfər yaşayır (23 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=766713 |
Şorj | Şorj (fr. Chorges, oks. Chorge) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05040. 2008-ci ildə əhalinin sayı 2485 nəfər təşkil edirdi. İqtisadiyyatı 2007-ci ildə 1549 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1114 nəfər iqtisadi fəal, 406 fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə bu 68.6%). Aktual 1114 nəfərdən 1038 nəfər (551 kişi və 487 qadın), 105 nəfər işsiz (34 kişi və 71 qadın) işlədi. 406 hərəkətsiz, 95 nəfər şagird və ya tələbə, 196 nəfər təqaüdçü, 115 nəfər digər səbəblərə görə hərəkətsizdir. Həmçinin bax Fransa rayonlarının siyahısı Xarici keçidlər Vikianbarda Şorj ilə əlaqəli mediafayllar var. "Milli Statistika İnstitutu — Şorj" (fransız). 2012-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-4. "Şorj" (fransız). cassini.ehess.fr. 2014-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-28. | https://az.wikipedia.org/w/index.php?curid=620508 |
Şorj (kanton) | Şorj (fr. Chorges) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0507. Şorj kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Şorj kommunasıdır. Kantonun kommunları 2007-ci ildə əhalinin sayı 4 419 nəfər təşkil edirdi. Həmçinin bax Fransa rayonlarının siyahısı Xarici keçidlər INSEE saytında Yuxarı Alplar departamentinin kommunalarının əhalisi Şorj kantonunun Fransada yerləşməsi – xəritə | https://az.wikipedia.org/w/index.php?curid=620972 |
Şorkəhriz (Çaypara) | Şorkəhriz (fars. شوركهريز) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=475538 |
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu | Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu – Azərbaycanın Neftçala rayonunda tikintisi hələ də davam edən avtomobil yolu. Avtomobil yolunun tikintisi haqqında ilk addım Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən atılmışdır. İlham Əliyev 29 may 2014-cü ildə imzaladığı sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq yolun tikintisi ilə bağlı 3 milyon manatın ayrılması barədə göstəriş vermişdir. Lakin işlər planlaşdırıldığı kimi getmədiyindən İlham Əliyev 25 sentyabr 2017-ci ildə əlavə tədbirlərin görülməsi barədə ikinci sərəncam imzalamış və büdcədən 21,5 milyon manatın ayrılmasını nəzərdə tutmuşdur. Avtomobil yolu 37 min nəfərin yaşadığı 19 kənd və 1 qəsəbəni birləşdirir. Yolun uzunluğu 55 kilometr, eni 12 metrdir. Bura 7 metr enində yolun hərəkət hissəsi və 2.5 metr enində çiyinlər daxildir. Avtomobil yolunun altından suların ötürülməsi üçün müxtəlif ölçülü 76 ədəd dəmir-beton su borusu quraşdırılıb, su keçidləri inşa edilib. | https://az.wikipedia.org/w/index.php?curid=701784 |
Şorkənd (Neftçala) | Şorkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Fail Mayılov adına əsas ümumtəhsil məktəbi yerləşir. | https://az.wikipedia.org/w/index.php?curid=108302 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.