Search is not available for this dataset
text
stringlengths
10
518k
Çünki onlar təcrübə qazanmağa çalışırlar.
Təhlükəylə üzləşərkən qoruyucu nəyəsə ehtiyac duymurlar.
Uşaqların skeyt ilə pilləkənin məhəccərindən sürüşməsi cəsarətdir.
Bəlkə də, bunun axmaqlıq olduğunu düşünürsüz.
Əslində, bu iki şeyi bir-birindən fərqləndirmək elə də asan deyil.
Havaya tullanıb skeyti tutmaq, məhəccərin üstündə müvazinətini saxlamaq zarafat deyil.
Bunu etməklə onlar cəsur olmağa, təhlükə ilə üz-üzə duraraq nəyisə dərindən öyrənməyə çalışırlar.
Məktəblərdə uşaqların belə "üsyankar" hərəkətlərinə pis baxılır.
Əksinə, bu uşaqları rahat buraxmaq lazımdır.
Küçədə pişik görəndə onu tumarlayın.
Bu hissə müəyyən qədər avtobioqrafikdir, çünki burada qızım haqqında danışmışam.
Başınıza faciəvi şeylər gəlirsə və onların qarşısında demək olar ki çarəsizsizsə, nə etməli olduğunuz haqda yazmışam.
Küçəmizin o tayındakı Cincer adında bir pişik bizim itlərimizlə dostlaşmışdı.
Beləcə, onu tumarlaya və bir dəqiqəlik də olsa, xoşbəxt ola bilərdin.
İşlər yolunda getməyəndə içində ümidin olduğu müəyyən şeylərlə qarşılaşırsız.
Bu zaman onlardan istifadə etməlisiz.
Bu, emosional baxımdan yazılması ən çətin fəsil olsa da, çox pozitivdir.
Mənalı olan, ruhunuza rahatlıq verən şeyi tapmağınız üçün bir xatırlatmadır.
Həmçinin bax Cordan Piterson
Film 3 novelladan ibarətdir: "Ortaq", "Qarabasma" və ""I" əməliyyatı".
Hər üç novelladakı hadisələr baş qəhrəman olan, məzəli və heç vaxt ruhdan düşməyən tələbə Şurikin ətrafında cərəyan edir.
Bu filmdə həm də Leonid Qaydayın filmlərinin qəhrəmanı olan Qorxaq, Axmaq və Çoxbilmiş obrazlarını görmək olar.
Film haqqında Filmin çəkilişləri 27 iyul 1964-cü ildə başlamış və 3 aprel 1965-ci ildə başa çatdırılmışdır.
Filmin çəkilişləri hazırkı Sankt-Peterburqda, "Mosfilm" kinostudiyasının pavilyonunda, Moskvanın Sviblovo rayonunda və Odessada aparılmışdır.
Bir çox komik məqamlar elə çəkiliş vaxtı düşünülmüşdü.
Məsələn, Şurikin Axmağı rapira qılıncı ilə yaralaması və onun sinəsindən "qan" (qırmızı şərab) axmağı səhnəsi aktyor Yuri Nikulinin ideyası olmuşdur.
Filmin bütün epizodlarında Moskvanın 1960-cı illər memarlığı əks etdirilmişdir.
Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifləri : Yakov Kostyukovski, Moris Slobodskoy, Leonid Qayday Rejissor : Leonid Qayday Operator : Konstantin Brovin Rəssam : Artur Berger Bəstəkar : Aleksandr Zasepin Dirijor : Vladimir Vasilyev Aleksandr Demyanenko – Şurik Aleksey Smirnov – Fedya Mixail Puqovkin Vladimir Basov – polis Emmanuil Geller – çətirli sərnişin Rina Zelyonaya – avtobus sərnişini Hüseyn Axundov – 13 №-li avtobusun sərnişini Viktor Uralski – tikintidə aşpaz Georgi Axundov – keçəl sərnişin Valentina Berezutskaya "Qarabasma" Aleksandr Demyanenko – Şurik Nataliya Seleznyova – Lida Vladimir Rautbart – professor Viktor Pavlov Valeri Nosik – oyunçu tələbə Georgi Georgiu Zoya Fyodorova – qonşu Sergey Jirnov – Şurikin dostu Viktor Zozulin – radiooperator ""I" əməliyyatı" Aleksandr Demyanenko – Şurik Yuri Nikulin – Axmaq Georgi Vitsin – Qorxaq Yevgeni Morqunov – Çoxbilmiş Vladimir Vladislavski Mariya Kravçunovskaya – nənə Vladimir Komarovski – sürücü Tanya Qradova – Lena Aleksey Smirnov – alıcı Xarici keçidlər Filmi izlə (azərbaycan dilində) "I" əməliyyatı filmi — 10 ən yaxşı sovet filmindən biri Həmçinin bax Rusiya filmlərinin siyahısı
Film 3 novelladan ibarətdir: "Ortaq", "Qarabasma" və ""I" əməliyyatı".
Hər üç novelladakı hadisələr baş qəhrəman olan, məzəli və heç vaxt ruhdan düşməyən tələbə Şurikin ətrafında cərəyan edir.
Bu filmdə həm də Leonid Qaydayın filmlərinin qəhrəmanı olan Qorxaq, Axmaq və Çoxbilmiş obrazlarını görmək olar.
Film haqqında Filmin çəkilişləri 27 iyul 1964-cü ildə başlamış və 3 aprel 1965-ci ildə başa çatdırılmışdır.
Filmin çəkilişləri hazırkı Sankt-Peterburqda, "Mosfilm" kinostudiyasının pavilyonunda, Moskvanın Sviblovo rayonunda və Odessada aparılmışdır.
Bir çox komik məqamlar elə çəkiliş vaxtı düşünülmüşdü.
Məsələn, Şurikin Axmağı rapira qılıncı ilə yaralaması və onun sinəsindən "qan" (qırmızı şərab) axmağı səhnəsi aktyor Yuri Nikulinin ideyası olmuşdur.
Filmin bütün epizodlarında Moskvanın 1960-cı illər memarlığı əks etdirilmişdir.
Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifləri : Yakov Kostyukovski, Moris Slobodskoy, Leonid Qayday Rejissor : Leonid Qayday Operator : Konstantin Brovin Rəssam : Artur Berger Bəstəkar : Aleksandr Zasepin Dirijor : Vladimir Vasilyev Aleksandr Demyanenko – Şurik Aleksey Smirnov – Fedya Mixail Puqovkin Vladimir Basov – polis Emmanuil Geller – çətirli sərnişin Rina Zelyonaya – avtobus sərnişini Hüseyn Axundov – 13 №-li avtobusun sərnişini Viktor Uralski – tikintidə aşpaz Georgi Axundov – keçəl sərnişin Valentina Berezutskaya "Qarabasma" Aleksandr Demyanenko – Şurik Nataliya Seleznyova – Lida Vladimir Rautbart – professor Viktor Pavlov Valeri Nosik – oyunçu tələbə Georgi Georgiu Zoya Fyodorova – qonşu Sergey Jirnov – Şurikin dostu Viktor Zozulin – radiooperator ""I" əməliyyatı" Aleksandr Demyanenko – Şurik Yuri Nikulin – Axmaq Georgi Vitsin – Qorxaq Yevgeni Morqunov – Çoxbilmiş Vladimir Vladislavski Mariya Kravçunovskaya – nənə Vladimir Komarovski – sürücü Tanya Qradova – Lena Aleksey Smirnov – alıcı Xarici keçidlər Filmi izlə (azərbaycan dilində) "I" əməliyyatı filmi — 10 ən yaxşı sovet filmindən biri Həmçinin bax Rusiya filmlərinin siyahısı
Festivalın tarixi 2016-cı ildə festival Bakıda iyulun 9-dan 10-a qədər keçirilib.
Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Stas Mixaylov, Nikolay Baskov, Ani Lorak, Vladimir Presnyakov, Eva Polna, Aleksandr Revva, Polina Qaqarina, Timati, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, Nyuşa Şuroçkina, İqor Burnişov, Stas Kostyuşkin, Denis Klyaver, Anitsa Tsoy, Tomas N'evergreen, Valeriya, Lolita Milyavskaya, Anna Sedokova, Aleksey Vorobyov, Slava, Pizza, Band'Eros, Vremya i Steklo, Yulianna Karaulova, Vlad Sokolovskiy, Mitya Fomin, Nərgiz və digər musiqiçilər çıxış edib.
Festivalın aparıcıları Yana Çurikova və Andrey Malaxov olub.
2017-ci ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib.
Festivalda Alla Puqaçova və Sofiya Rotarunun yaradıcılıq gecələri keçirilib.
Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Nikolay Baskov, Ani Lorak, Aleksandr Revva, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, İqor Burnişov, Anitsa Tsoy, Valeriya, Lolita Milyavskaya, Slava, Vremya i Steklo, Yulianna Karaulova, Nərgiz, Albina Canabayeva, Aleksandr Marşal, MOT, IOWA, Alessandro Safina, MONATIK, Timur Rodrigez, Stanislav Pyexa, Soso Pavliaşvili, Vera Brejneva, Vladimir Vinokur, Layma Vaykule, Kristina Orbakayte, İrina Dubtsova, Yeqor Krid, Dima Bilan, Diana Arbenina, Valeri Meladze, Jasmin, Lev Leşşenko, Qlyukoza, Vaxtanq, Fabrika, Brandon Stone, Maks Barskix, Aleksandr Panayotov, Olqa Buzova, Yuliya Parşuta və digər musiqiçilər çıxış edib.
Festivalın aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkin olub.
2018-ci ildə festival Bakıda 26 iyuldan 29 iyula qədər keçirilib.
Festivalda Valeriya, Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçirilib.
Festivalda Leninqrad, Leonid Aqutin və Vladimir Presnyakov solo konsertlər keçiriblər.
Festivalda Emin Ağalarov, Qriqori Leps, Filipp Kirkorov, Sergey Lazarev, Ani Lorak, Timati, Maks Barskix, Yeqor Krid, Slava, MOT, A'Studio, Qlyukoza, Aleksandr Panayotov, MONATIK, Brandon Stone, Jasmin, Alekseev, Vremya i Steklo, Lolita Milyevskaya, Vera Brejneva, Timur Rodrigez, Band'Eros, Artik & Asti, Kristina Orbakayte, Nikolay Baskov, Aleksandr Marşal, Svetlana Loboda, Stas Pyexa, İrina Dubtsova, Albina Canabayeva, Denis Klyaver, Pizza, Alessandro Safina, Yulianna Karaulova, Tomas N’evergreen, Soso Pavliaşvili, Diana Arbenina, MBAND, Natalya Podolskaya, Stiven Siqal, Dan Balan, Aleksey Çumakov, Qradusı, Anastasiya Kamenskix, Feduk, L'One, Zivert, Mişa Marvin, Jah Khalib, Anjelika Varum, Natali, Mari Kraymberi, Mozgi, Djigan, Lyoşa Svik, VİA Qra, Zara, Anna Sedokova, Soqdiana, ST, Artyom Pivovarov, Yuliya Kovalçuk, İntars Busilis, Nastasya Samburskaya, Rita Dakota və digər musiqiçilər çıxış edib.
Festivalın aparıcıları Yana Çurikova və Nikolay Baskov olub.
2019-cu ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib.
Festivalda Lyube qrupunun solo konserti, Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecələri keçirilib.
Festivalda Emin Ağalarov, Stiven Siqal, Filipp Kirkorov, Svetlana Loboda, Olqa Buzova, Qriqori Leps, Vera Brejneva, Valeriya, Sergey Lazarev, Leonid Aqutin, A'Studio, Ani Lorak, Lolita Milyevskaya, Maks Barskix, Nikolay Baskov, Vremya i Steklo, Artik & Asti, Jiqan, Mitya Fomin, Aleksey Çumakov, Tomas N'evergreen, Kristina Orbakayte, Yuliya Kovalçuk, Albina Canabayeva, Anita Tsoy, Zara, Natalya Podolskaya, Jasmin, Vladimir Presnyakov, Aleksandr Panayotov, Dennis Klyaver, Alessandro Safina, Slava, Nyuşa Şuroçkina, MOT, Lyubov Uspenskaya, MBAND, Fabrika, Mozgi, Zivert, MONATIK, Qlyukoza, Nataşa Korolyova, Aleksandr Malinin, İrina Nelson, Klava Koka, El'man, Jony, TERNOVOY, HammAli & Navai, Rauf & Faik, RASA, CYGO, Vladimir Kuzmin, NAZİMA, Ruki Vverx, Alyona Sviridova, Aleksandr İvanov, Na-Na, Aleksandr Buynov, Bosson, Otpetıe Moşenniki, Rondo, Seryoga, və digər musiqiçilər çıxış edib.
Festivalın aparıcıları Yana Çurikova, Timur Rodrigez və Yuliya Baranovskaya olub.
Həmçinin bax Kiyev Musiqi Festivalı Xarici keçidlər zhara.tv — "JARA" beynəlxalq musiqi festivalının rəsmi saytı
Jukov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı.
Orden Rusiya Federasiyası Prezidentinin 9 may 1994-cü ildə 930 saylı fərmanı ilə iri hərbi əməliyyatların keçirilməsində, o cümlədən Böyük Vətən müharibəsi dövründə hərbi əməliyyatların keçirilməsində xidmətlərinə görə yüksək rütbəli və ali zabit heyətinin mükafatlandırılması üçün, təsis edilmişdir.
Əvvəl Jukov ordeni iyerarxiyası dövlət mükafatlarına görə "Vətən qarşısında Xidmətlərinə Görə" ordeni ilə gedirdi və lent bağlamada sinəsinin sağ tərəfində olurdu.
2010-cu ilin sentyabr ayında ordeninin nizamnamə və təsvirinə mühüm dəyişikliklər edilib, o cümlədən ordenin taxılması qaydası dəyişdirilərək, sinənin sol tərəfində beşguşəli kötük lentlə sancılır.
Orden yerini Uşakov ordeni ilə əvəzlədi.
2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir.
Rusiya Federasiyasının Prezidentinin 25 aprel 1995-ci il tarixli 413 saylı fərmanı ilə 15 mükafatlandırma keçirilib.
Cəmi 100 nəfər və 4 hərbi hissə Jukov ordeni ilə mükafatlandırılıb.
Ordenin xarici görünüşünün müəllifi Rusiyanın xalq rəssamı Valeri Balabanovdur
Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat.
Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir.
Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Laureatları 1998: Nazim İmanov 1999: Sirus Təbrizli 2000: Əli Kərimli 2001: İsa Qəmbər 2002: Heydər Əliyev 2003–2009: verilməyib 2010: İlham Əliyev 2013: İlham Əliyev 2017: İlham Əliyev Həmçinin bax Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu.
İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur.
İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb.
Əmaliyyatın gedişi 15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi.
17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı.
20 dekabr gecə saat 2 də Əməliyyat başladı.
Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi.
Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələdə müqavimət göstərirdi.
25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı.
Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.
ABŞ ordusunun itkiləri 23 ölü, 324 yaralı olaraq hesablanmışdır, Panama tərəfinin itkiləri barədə isə dəqiq məlumat yoxdur.
Amerikan təxminlərinə görə Noryeqaya bağlı qüvvələr bu əməliyyatda 205 nəfər itki vermişdir.
Rəsmi Pentaqon açıqlamasına görə əməliyyat ərzində 510 nəfər panamalı mülki vətəndaş həlak olub.
Reaksiyalar ABŞ-nin Panamanı işğal etməsi Kolumbiya xaricində qalan bütün Latın Amerikası ölkələri tərəfindən qınandı.
Bu əməliyyat SSRİ və Çin tərəfindən də qınandı.
Just Cause" ABŞ-nin Panamaya qarşı hərbi əməliyyatı Arxivləşdirilib 2012-01-15 at the Wayback Machine
Mənzil-istismar idarəsinin rəisi Məmişov (Əliağa Ağayev) zahirən özünü işgüzar və diqqətli göstərir.
O, yanına şikayət və ya xahişə gələnləri hörmətlə qarşılayır, onlara diqqətlə qulaq asır.
Şikayətlər və xahişlər yadından çıxmasın deyə "Kazbek" qutusunun içində qeydlər aparır.
Papirosları çəkib qurtarandan sonra həmin "Kazbek" qutusunu zibil yeşiyinə tullayır.
Belə laqeyd hərəkətləri onun işdən çıxarılmasına gətirib çıxarır.
Qısametrajlı bədii filmdə bürokrat, insan talelərinə laqeyd olan mənzil-istismar idarəsi rəisi tənqid olunur.
Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Məhərrəm Əlizadə Rejissor: Rəşid Atamalıbəyov Operator: Mirzə Mustafayev Rəssam: Nadir Zeynalov Bəstəkar: Zakir Bağırov Səs operatoru: Sabir İsgəndərov Rejissor assistenti: Əsgər İsmayılov Operator assistenti: Tofiq Sultanov (T. Sultanov kimi) Montaj üzrə assistent: A. Filimonova Filmin redaktoru: N. Sadıxov Filmin direktoru: A. Şuşkin Çalır: Estrada Orkestri Dirijor: Q. Krupkin Əliağa Ağayev-Mənzillər idarəsi rəisi Məmişov Münəvvər Kələntərli-Məmişovun arvadı Əzizə Məmmədova-Qarı M. Babayeva-Süpürgəçi Müxlis Cənizadə-"Kirpi" əməkdaşı Tələt Rəhmanov-Tələbə Əliyev S. Piriverdiyeva-Katibə Əhməd Əhmədov (Əhməd Ruminski kimi)-Rəngsaz Nazim Yüzbaşov-Şikayətçi Lütfəli Abdullayev-At yarışındakı adam Fərhad İsmayılov-Məmişovun oğlu Filmi səsləndirənlər Hüseynağa Sadıqov-Tələbə Əliyev (Tələt Rəhmanov) Məmməd Sadıqov-Rəngsaz (Əhməd Əhmədov) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Bizim "Azərbaycanfilm".
Bakı: Mütərcim, 2004.- səh.
Kiklad" İncəsənət Muzeyi (yun.
Μουσείο Κυκλαδικής τέχνης) — Afinanın ən böyük muzeylərindən biri.
Kiklad" 1986-cı ildə Yunanıstanın mötəbər ailələrindən olan Nikolas və Dolli Qulandrislərin Kiklad və qədim yunan incəsənətinin nümunələrindən ibarət fərdi kolleksiyası əsasında yaradılmışdır.
Bildirildi ki, "Kiklad" İncəsənət Muzeyi Egey dənizi və qədim Kipr mədəniyyətinin tədqiqi və təbliği məqsədilə yaradılıb.
Ümumilikdə muzeydə üç mindən çox müxtəlif eksponat təqdim olunur.
Xarici keçidlər cycladic.gr — Kiklad İncəsənət Muzeyinin rəsmi saytı
Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı — Sumqayıtda mədəniyyət evi "Kimyaçı" mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir.