Search is not available for this dataset
text
stringlengths
10
518k
Sarayın qarşısındakı meydan "Kimyaçı" mədəniyyət sarayı istifadəyə verildiyi vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir.
Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır.
Ümumi ərazisi 5 hektar olan meydanda 2013-cü ildə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır.
Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur.
Müasir fəvvarə meydana xüsusi yaraşıq verir.
Xarici keçidlər Sumqayıt.
Mədəniyyət evləri Arxivləşdirilib 2012-01-08 at the Wayback Machine
1924-cü ildə kinematoqrafın maddi bazasını möhkəmləndirmək məqsədilə Dağ-Mədən Fəhlələri Şurası və Dövlət Kinofabrikası "Kino-Qornyak" birgə müəssisəsini yaratdı.
Sənədli filmlərlə yanaşı "Kino-Mədənçi" AFKİ ilə birlikdə 2 bədii film də istehsal etdi: "Mədənçi-Neftçi İstirahətdə və Müalicədə" (1924), "Əvəz-əvəzə" (1925).
Kino-Mədənçi sərbəst şəkildə 3 il fəaliyyət göstərir və 1927-ci ildə Dövlət Kinofabrikinin tərkibinə qatılır.
Filmoqrafiya 1 may 1925-ci il (film, 1925) (qısametrajlı sənədli film) 1925-ci ildə Bakı neftçilərinin istirahəti (film, 1925) (qısametrajlı sənədli film) Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri (film, 1925) Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü (film, 1925) Belçika fəhlə nümayəndə heyəti Bakıda (film, 1926) Əvəz-əvəzə (film, 1925) Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) Mədənçilər İttifaqının 20 illiyi (film, 1927) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Bizim "Azərbaycanfilm".
Bakı: Mütərcim, 2004.- səh.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Kitabi Dədə Qorqud" Kollokviumu — 1–3 iyul 1988-ci il tarixində SSRİ və Türkiyənin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş elmi tədbir.
Kollokviumun təkilat komitəsinin rəhbərləri SSRİ Türkoloqlar Komitəsinin sədr müavini professor Tofiq Məlikli və İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Osman Fikri Sərtqaya olmuşdur.
Kollokviumu Azərbaycan Elmlər Akademyasının elmi katibi, akademik Bəkir Nəbiyev açmışdır.
Üç gün davam edən kollokviumda professor Xalıq Koroğlu "Təpəgöz və polifem", professor Tofiq Hacıyev "Dədə Qorqud Kitabı dilinin iki sintaktik xüsusiyyətləri haqqında", professor Süleyman Əliyarlı "Kitabı Dədə Qoqud:tarixi-filoloji araşdırma təcrübəsi", professor Şamil Cəmşidov "Dədə Qorqud Kitabı haqqında", professor Tofiq Məlikli "Kitabı Dədə Qoqudda şeir mətinlərinin strukturu", professor Kamil Vəli Nərimanoğlu "Kitabı Dədə Qoqud şeirləri haqqında bir necə söz", professor Orxan Şaiq Gökyay "Dədə Qorqud Kitabı üzərinə", professor Bəhaəddin Ögəl "Dədə Qorqud Kitabının əski və yazılı qaynaqları haqqında", professor Əhməd Bican Ərcilasun ""Dədə Qorqud Kitabı ilə Oğuz Dastanı arasındakı əlaqələr", professor Tuncər Gülənsoy "Dədə Qorqud Hekayələrinin Anadolu və Rumelində izləri", professor Osman Fikri Sərtqaya "Dədə Qorqud Kitabındaki bəzi şeir parçalarının heca vəzni və məzumə türü açısından yenidən oxunması", professor Fikrət Türkmən "Dədə Qorqud hekayələrinin Anadolu və Rumelində yaşayan qolları", professor Saim Sakaoğlu "Bamsı Beyrək hekayəsindəki qiyafət dəyişdirmə motivi ilə digər motivlərin Anadolu nağıllarında görülməsi" mövzusunda çıxış etmiş və bu çıxışlar ətrafında olduqca geniş, maraqlı müzakirələr aparılmışdır.Altı il sonra, 1994-cü ildə bu məruzələr "Türk Dili Araşdırmaları Yıllığı"nın özəl sayınıda çap olunmuşdur.
1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultaydan sonra ilk dəfə idi ki, Türkiyədən bir heyət Bakiya gəlir və orada Azərbaycan türkləri ilə birlikdə elmi konfrans keçirirdilər.
Bu Türkiyə alimlərinin Bakıya, Azərbaycana ilk gəlişləriydi.
Bakı səfəri onlar üçün " xəyal deyil, xəyal ötəsi" bir şeydi.
Kitabi Dədə Qorqud" kollokviumu Türkiyədə, özəlliklə də Azərbaycanda qorqudşünaslıq elminin inkişafina qüvvətli təkan vermişdir.
1988-ci ildən sonra "Dədə Qorqud ensiklopediyası"nın, onlarla maraqlı kitabın, yüzlərlə məqalənin nəşr olunması, dastanın 1300 illiyinin beynəlxalq səviyyədə qeyd edilməsi, "Dədə Qorqud" elmi jurnalının nəşri bunun sübutudur.
Kitabi Dədə Qorqud" Kollokviumunun 10 illiyi 1998-ci ildə Türkiyənin Konya şəhərində, 20 illiyi isə 2009-cu ildə Bakıda Slavyan Universitetinin təşəbbüsü ilə geniş şəkildə qeyd olunmuşdur.
Rekasiyalar Kollekvium İrəvanın və oradakı alimlərin narazılığına səbəb olmuş və onların etirazları ilə nətiəclənmişdir.
Ancaq Çelışev, Əthəm Tenişev və özəlliklə kollokviumun iştirakçısı olan Xalıq Koroğlu, Bakı toplantısı və sovet heyətinin işinə tam dəstək verərək, onu siyasi konyuktura aləti etməməyə çağırdılar.
Müzakirədən sonra qəbul edilən Bölmənin qərarında kollokviumun və sovet heyətinin fəaliyyəti yüksək qiymətləndirilir və kollokviumların davam edilməsi istənilirdi.
Sovet Tükoloqlar Komitəsinin sədri, SSRİ EA müxbir üzvü Ədhəm Tenişev 1988-ci ilin oktyabın 10-da Şərqşünaslıq İnstitutunun direktoru, SSRİ EA müxbir üzvü M. S. Kapitsaya ünvanladığı məktubunda yazırdi: Həmçinin bax Dədə Qorqud dastanı
Kiyevin 1500 illik xatirəsinə görə" medalı- SSRİ Ali Sovetinin 10 may 1982-ci il tarixli qanununa əsasən təsis edilmiş medal.
Kiyevin müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 21 iyun 1961-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Medalın rəsmləri Vladimir Atlantov tərəfindən çəkilib.
Kobra" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi.
Yaradılması Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər.
Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur.
Kobra" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir.
Kobra" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir.
Baş geyimləri qırmızı beretdir.
Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevdir.
Kobra" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır.
Dəstənin şəxsi heyətindən 9 nəfər (baş leytenant Kamran Kazımov, baş çavuşlar Əsgər Əhmədov və Vüqar Cəfərov, çavuşlar Ceyhun Rzayev, Elvin Məmmədov, Hilal İmanzadə, Mikayıl Mikayılzadə, Orxan Ömərov və Tərlan Eyniyev) şəhid olmuşdur, 30 nəfər isə yaralanmışdır.
XTD Komandiri Füzuli İmrəliyev noyabrın 8-də Şuşa istiqamətində yaralanmışdır.
Kolumbiya Sirki", Bosniyalı rejissor Danis Tanoviçin çəkdiyi bir dram filmidir (2010).
Antalya IFF-də Qızıl Portağal Mükafatı (2010) na layiq görülmüşdür.
67-ci Venesiya Film Festivalında və 2011-ci ildə Trieste Film Festivalının açılışında təqdim edilmişdir.
Bosniya və Herseqovina tərəfindən rəsmi olaraq 2010-cu ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatına namizəd göstərilmiş, lakin son beş nominasiyaya daxil ola bilməmişdir.
Filmin qəhrəmanı, 40 yaşlıı xorvatiyalı Divko, Almaniyadan doğma yurdu Bosniyaya qayıdır və ömrünün yarısını hərbi çağırışdan yayınmaq üçün sosialist Yuqoslaviyasından gizlənir.
İndi o varlanmışdır, dəbdəbəli Mercedes avtomobili, Azra adlı gənc bir məşuqəsi var.
Divkonun məqsədi, qaçaq düşdükdən sonra əlaqə saxlamadığı arvadından boşanmaq, evini qaytarmaq və Azra ilə yeni bir həyat qurmaqdır.
Talisman hesab etdiyi qara pişiyini də özü ilə gətirir (həmin pişiyi tapdıqdan sonra həyatı yoxuşa qalxmışdır).
Şəhərin yeni meri, xorvat millətçisi və çoxdankı dostu, evinə sahib çıxmağına kömək edir, bununla da keçmiş həyat yoldaşı Lusia və oğlu Martin küçəyə atılır (daha sonra onlar köhnə bir mənzildə yerləşirlər).
Bələdiyyə başçısı aktiv şəkildə əmlak bölgüsü aparır və quldurlar etiraz etmək istəyəndə keçmiş kommunist bələdiyyə başçısını döyürlər.
Kolumbiya" sirki, Divko ilə Lucianın barışıqlarının həyata keçdiyi əyləncə parkının adıdır, ailənin qalan hissəsi isə Almaniyada baş verəcək gələcək müharibədən qaçmağa çalışır.
Miki Manoyloviç — Divko Mira Furlan — Lucko, Divkonun həyat yoldaşı Boris Ler — Martin, Divko oğlu Elena Stuplyanin — Divronun məşuqəsi Azra, sonra Martina Milan Strliç — Ranko, bələdiyyə başçısı Mario Knezoviç — Pivas Ermin Bravo — Ante Qudel
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır.
Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır.
Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir.
Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb.
Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir.
Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var.
Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.
Kosmosun öyrənilməsində Xidmətlərinə Görə" medalı — Rusiya Federasiyasının dövlət mükafatı.
Mükafatın tarixi Medalı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "kosmosun öyrənilməsində Xidmətlərinə Görə" Rusiya Federasiyası Prezidentinin Fərmanı İlə təsis edilib.
Eyni sərəncamla medalı haqqında Əsasnamə və onun təsviri təsdiq edilib.
Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 16 dekabr 2011-ci il tarixli 1631 saylı medalının əsasnaməsi və təsviri olan medal miniatür surəti nəzərdə tutulmuş əlavələr edilib.
Kosmosun öyrənilməsində Xidmətlərinə Görə" medalı — Rusiya Federasiyasının dövlət mükafatı.
Mükafatın tarixi Medalı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "kosmosun öyrənilməsində Xidmətlərinə Görə" Rusiya Federasiyası Prezidentinin Fərmanı İlə təsis edilib.
Eyni sərəncamla medalı haqqında Əsasnamə və onun təsviri təsdiq edilib.
Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 16 dekabr 2011-ci il tarixli 1631 saylı medalının əsasnaməsi və təsviri olan medal miniatür surəti nəzərdə tutulmuş əlavələr edilib.
Krım müharibəsi" medalı — Krım müharibəsi səbəbilə yaradılan medal.
Sultan Əbdülməcid dövründə (1839–1861) yaradılan medalın ön tərəfində zeytun budaqlarından meydana gələn çələng ortasında tuğra və Krım 1271 (1855/1856), arxa tərəfində silah və bayraqlardan yaranan gerbin altında La Crimea 1855 yazısı vardır.
36,5 mm həcmində, təxminən 24,25 qram ağırlığındakı medallar gümüşdən olmuşdur.
Medalın dizayneri 1849-cu ildə Aya Sofyanı təmiri, 1855-ci ildə ingiliscə və fransızca olaraq Krım medalı, 1863-cü ildə Kənd Təsərrüfatı və Sənət sərgisi və 1876-cı ildə Plevne müdafiəsi və 1877–1878-ci il Rus-Türk müharibəsi medallarını dizayn edən və Osmanlı zərbxanası üçün işləyən Ceyms Robertsondur.
Digər dövlətlərdə istehsalı Bu medal Krım müharibəsində Rusiyaya qarşı Osmanlı imperiyasının müttəfiqi olan Fransa və İngiltərədə də istehsal edilmişdir.
Kraliça Viktoriya (1837–1901) dövründə İngiltərədə buraxılmış gümüş medalların ön tərəfində Kraliça Viktoriyanın şəkli, ətrafında Victoriya regina 1854 yazısı, arxa tərəfində Romalı döyüşçülər kimi geyinmiş döyüşçü və ona çələng taxan zəfər tanriçası (Viktoriya) və Crimea yazısı vardır.
36 mm həcmində, 31 qram ağırlığında olan bu medallar 1856-cı ildə Fransa tərəfindən də qəbul edilmişdir.
Azov deyilən növləri dəniz qüvvələri mənsublarına ayrılmışdı.
Həmçinin bax "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İmtiyaz" medalı (Osmanlı imperiyası) "Müharibə" medalı (Osmanlı imperiyası)
“Kursk” atom sualtı qayığı qəzası — 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batmışdır.
Hadisədə 118 nəfər heyət üzvü həlak olmuşdur.
Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı.
O zaman bildirilirdi gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil.
Dəniz manevri 2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimə cəlb edildi.
Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi.
Murmanskın çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı.
ABŞ-a məxsus “Memfis” və “Toledo” sualtı qayıqları müşahidə edirdi.
Partlayışlar Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub.
Burada isə mis materialları ilə zəncirvari reaksiya yaranıb və partlayış meydana gəlib.
Seysmoqraflarda birinci partlayış 1.5-2.2 bal gücündə qeydə alınıb.
Partlayış sualtı qayığın gövdəsini zədələyib.
Bu da təxminən 1 000 dərinlikdə sualtında təzyiqin yaranması deməkdir.
Qayığın ikinci və dördüncü bölmələri saniyədə 90 000 litr su ilə dolmağa başlayıb.
Bu ərazidə olan bütün heyət üzvləri həlak olub.
Amma nüvə reaktorlarının yerləşdiyi bölmə bu partlayışdan zədələnməyib.
Seysmoqraflarda ikinci partlayışın gücü 3.5-4.4 bal gücündə qeydə alınıb.
İki partlayışdan sonra gəmi heyətindən 23 nəfər sağ alıb.
Onlar qayığın doqquzuncu bölməsinə sığınıblar.
Bu bölmədə qayığın ikinci yanğın çıxışı yerləşirdi.
Burada suyun 100 metr dərinliyində onlar bir-bir qayığı tərk edə bilərdilər.