Search is not available for this dataset
text
stringlengths
10
518k
Amma onlar qayığı tərk etmək əvəzinə xilasedici gəminin gəlməsini gözlədilər.
Az sonra qayığın ehtiyat enerji təminatı və reaktorları söndü.
Qayığın içərisində havanın hərarəti düşməyə başladı.
Xilasedicilər qəzalı qayığın sağ qalmış heyət üzvləri ilə əlaqə qura bilmədilər.
Qəzadan sonra “Kursk” atom sualtı qayığının müəmmalı qəzası Rusiyada özünəməxsus şəkildə şok effekti əmələ gətirmişdi.
2000-ci il avqust ayının 14-də Vladimir Putin tərəfindən hadisəni təhqiq etmək üçün yaradılan dövlət komissiyası sualtı qayığın batdığı ərazini təhqiq etdi.
2001-ci ildə “Kursk” atom sualtı qayığının qalıqları su üzərinə qaldırıldı.
Bundan sonra mütəxəssislər sualtı qayığı əsaslı şəkildə nəzərdən keçirdilər.
Məlum oldu ki, sualtı qayıqda qəza baş verən gün komanda heyətinin danışıqlarını yazan maqnitofon söndürülüb.
Sualtı qayıqda həmçinin qəza zamanı avtomatik şəkildə işə düşəcək siqnalizasiya sistemi də hansı səbəbdənsə söndürülübmüş.
Sualtı qayığın növbə jurnalında isə baş verən hadisə ilə bağlı hər hansı qeyd yox idi.Qəza nəticəsində ölənlərin hüquqlarını müdafiə edən vəkil B.
A. Kuznetsov baş verən hadisəni təhqiq edən komissiyanın fəaliyyətini sərt şəkildə tənqid edərək, məsələ ilə bağlı baş prokuror Ustinovun əsl həqiqətləri gizlətdiyini bəyan etmişdi.
Kuznetsov təhqiqat materialları ilə tanış olduqdan sonra bu qərara gəlmişdi ki, əgər qəzaya uğrayan sualtı qayıqdakılara vaxtında kömək göstərilsəydi və ya bununla bağlı xarici ölkələrə yardım üçün müraciət edilsəydi, onda ən azı 23-25 nəfəri xilas etmək olardı.
Komissiyanın gəldiyi son nəticə də çoxları üçün gözlənilməz oldu.
Belə ki, təhqiqat komissiyası “Kursk” atom sualtı qayığının göyərtəsində torpedonun partladığı və nəticədə onun su altına getdiyi qənaətinə gəlmişdi.I dərəcəli kapitan Aleksandr Leskov hesabına görə, “Kursk” atom sualtı qayığına gəmi əleyhinə olan ballistik raketlə atəş açılıb.
Almaniyanın “Berliner Zeitung” qəzeti isə 2000-ci il sentyabr ayının 8-də çıxan sayında yazmışdı ki, “Kursk” atom sualtı qayığı hərbi dəniz təlimlərində iştirak edən “Böyük Pyotr” gəmisindən buraxılan raketlə təsadüfən vurulub.
Putinin reaksiyası CNN kanalında amerikalı telejurnalist Larri Kinq Putindən “Kursk” atom sualtı qayığı ilə bağlı nə baş verdiyini soruşmuşdu.
Putin isə halını pozmadan heç nə olmamış kimi gülümsəyərək: “Qayıq batdı”, — deyə ona cavab vermişdi.
Populyar mədəniyyətdə Rusiyanım DDT qrupu "Kapitan Kolesnikov" adlı mahnınını “Kursk” atom sualtı qayığı qəzasına həsr etmişdir.
Xarici keçidlər Həlak olmuş heyət üzvülərinin siyahısı Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine Həmçinin bax Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır.
Ordenin tarixi Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı.
Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi.
Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
Köniqsberqin alınmasına görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Medalın rəsmləri A. Kuznetsov tərəfindən çəkilib.
Kəlbəcərin azad olunmasına görə" medalı — İkinci Qarabağ müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycanın dövlət təltifi.
Təltif edilən şəxslər "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
Təltif edən orqan "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti təltif edir.
Taxılma qaydası "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Şuşanın azad olunmasına görə" medalından sonra taxılır.
Medalın təsviri Medalın ümumi təsviri "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.
Medalın ön tərəfi Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.
Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur.
Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca KƏLBƏCƏR, aşağı qövs boyunca 15 NOYABR 2020 sözləri yazılmışdır.
15 NOYABR 2020 sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur.
KƏLBƏCƏR sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Medalın arxa tərəfi Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca KƏLBƏCƏRİN AZAD OLUNMASINA GÖRƏ sözləri yazılmışdır.
Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilənlərin siyahısı məqaləsində Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və təltif edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların adları yer alır.
29 dekabr 2020 24 iyun 2021 5 noyabr 2021 Bu tarixdə təltif edilən bütün hərbi qulluqçular, ölümündən sonra təltif ediliblər.
Həmçinin bax "Kəlbəcərin azad olunmasına görə" medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi.
Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır.. Təltif olunanların siyahısı Aşağıda təltif olunanların siyahısı verilmişdir.
: 1876 — Con Morris 1877 — Ceyms Hektor 1878 — Georgİ Busk 1879 — Edmont Hebert 1880 — Con Evans 1881 — Con Vilyam Davson 1882 — Con Lusett 1883 -Vilyam Bencamin Sarpenter 1884 — Cozef Leydi 1885 — Harri Qovir Sili 1886 — Vilyam Pengellu 1887 — Samuel Allport 1888 — Henri Alleyne Nikholson 1889 — Vilyam Boyd Davkins 1890 — Tomas Rupert Jones 1891 — Tomas McKennu Hughes 1892 — Georgi Higfield Morton 1893 — Edvin Tulley Nevton 1894 — Con Milne 1895 — Con Frederik Blake 1896 — Artur Smit Vudvard 1897 — Georgi Jenninqs Hinde 1898 — Vilhelm Vaagen 1899 — Karles Alexander McMahon 1900 — Con Edvard Marr 1901 — Ramsay Heatley Traquair 1902 — Friç Antonin 1902 — Riçard Lidekker 1903 — Frederik Vilyam Rudler 1904 — Hatqorst Alfred Qabriel 1905 — Hans Reusch 1906 — Frannk Davson Adams 1907 — (Con) Joserh Frederik Viteaves 1908 — Riçard Dixon Oldham 1909 — Percu Frey Kendall 1910 — Artur Vaughan 1911 — Fransis Srtur Bather 1911 — Artur valton Rove 1912 — Filip Lake Xarici keçid www.geolsoc.org.uk (ing.)
Laçının azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal).
İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Laçının azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Əsasnamədə deyilir: Maddə 1.
Təltif edilən şəxslər "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2.
Təltif edən orqan "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3.
Taxılma qaydası "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Ağdamın azad olunmasına görə" medalından sonra taxılır.
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
Medalın ön tərəfi 2.1.
Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.
Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur.
Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "LAÇIN", aşağı qövs boyunca "1 DEKABR 2020" sözləri yazılmışdır.
1 DEKABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur.
LAÇIN" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3.
Medalın arxa tərəfi 3.1.
Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "LAÇININ AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır.
Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 4.
Medalın elementləri 4.1.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir.
Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir.
Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir.
Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır.
Dirəklərin tam formalaşması isə 400milyon il öncəyə aid edilir.
Sibir ərazisi daim qalxır.
Bunun nəticəsi olaraq isə çayın axdığı ərazi ilə qayalıqlar arasında uçurum əmələ gəlmişdir.
Bu isə öz növbəsində karst məşəlli suxurların aktivləşməsinə səbəb olmuşdur.Dekabrist Aleksandr Aleksandroviç Besttujev-Marlinski dirəkləri gördükdən sonra isə bu sözləri demişdir: "Bu əsrarəngiz yaradılış qarşısında necədə müqəddəs sakitlik, ürək axır".
Təbiət parkı "Lena dirəkləri" təbiət parkı 16 avqust 1994 tarixində Yakutiya Prezidentinin № 837 qərarı ilə yaradılmışdır.
Parkın sahəsi 485 min hektardır.
Parkın əsas məqsədi ekoloji turizmdirParkın ərazisi daimi don zonasında yerləşir.
Burada Mamont (Mammulhus primigenius Blum), bizon (Bison priscus Boj), tüklü kərgədan (Coelodonta antiguibatis Blum) və digərlərinin.
qalıqları aşkarlanır.
Lena dirəkləri 2 iyul 2012 tarixində YUNESCO Ümumdünya irsi siyahısına daxildir).
Lena dirəkləri — Rusiyadakı Saxa Respublikası (Yakutiyanın) Xanqalas ulusu ərazisində, Lena çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsidir.
Təbiət parkı Lena Pillars nisbətən yaxınlarda, 90-cı illərin ortalarında quruldu.
Əsas məqsədi ekoturizmin inkişafı və qəribə bir meşədə Lena çayının sahilləri boyunca ucalan qaya formasiyalarının, əslində sütunların qorunmasıdır.
Və yalnız bir neçə il əvvəl Lena Sütunları təbii bir məkan olaraq UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildi.
Alimlərin fikrincə, bu formasiyaların meydana gəlməsi Kembri dövründə, yəni təxminən 500 milyon il əvvəl başlamışdır.
Bir çox, milyon illər əvvəl burada nəhəng qayalar var idi, sonra eroziya və aşınma prosesləri hündür, 100 metr hündürlüyə qədər şaquli olaraq əmələ gəldi daş sütunlar.
Lena Sütunları, bu gün müşahidə etdiyimiz kimi, təxminən 400 min ildir, yəni planetimizin yaş standartlarına görə — "son zamanlarda" mövcuddur.
Pokrovsk şəhərindən təqribən 100 km cənub-qərbdə, Lenanın sağ sahili boyunca bir neçə kilometrə qədər uzanırlar və mistik bir təəssürat yaradırlar.
Buradakı yerlərin vəhşi, sıx olmadığı deyilə bilər.