Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu dövretmə sizin içinizdədir.
Əgər serotonin səviyyəniz aşağı düşərsə, düşkün vəziyyətdə olursuz.
Ətrafınızdakı hər şey tutqunlaşır və ağırlaşır.
Əgər özünüzü toplayıb həyatınızı qaydaya salmaq istəyirsizsə, özünüzü arxaya doğru gərib düz dayanmaq həqiqətən də vacibdir.
Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın.
Bu, insanların özlərinə qarşı niyə yaxşı davranmadıqları haqda araşdırmadır.
İnsanlar özlərinin fərqindədir.
Biz öz sərhədlərimizi, zəif nöqtələrimizi bilirik.
Ümumi götürsək, insanların heç nəyə dəymədiyini düşünə bilərik.
Çünki nöqsanlıyıq, dayanıqısızıq.
Amma özümüzü tanıdığımız istənilən insandan daha yaxşı tanıyırıq.
Əgər narsist deyilsizsə (bəzi insanlar elədir), bilirsiz ki, özünüzü gərəcək və dəyərləndirəcək enerjiniz yoxdur.
Bu da təbii olaraq bir növ özününifrətə gətirib çıxarır.
İnsanlar ev heyvanlarına dərman verməyə daha çox meyillidir, nəinki özləri atmağa.
Amerikada da belədir.
İnsanlar resepti alır, amma dərmanları atmırlar.
Bu ideya bir növ Karl Yunqdan öyrəndiyim "Özünə necə davranılmasını istəyirsənsə, başqalarına elə davran" fikrinin dəyişdirilmiş formasıdır.
Sevdiyiniz, yaxşı davrandığınız birini düşünün və özünüzə qarşı da elə davranmağa çalışın.
Bir az aralanın özünüzdən və fikirləşin: "Mən də digər insanlardan biriyəm və ən azından insanlar içində olan bir fərdin layiq olduğu hörmətə layiqəm.
Özümə kömək etməyə çalışmalıyam.
Özümə nifrət etmək və özümü məhv etmək əvəzinə, dəyərli bir insanmış kimi öz qayğıma qalmalıyam.
Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun.
Əgər dostlarınız varsa və onlara pis xəbər verirsizsə, onlar da kədərlənir.
Bunu onlara deyə bilərsiz.
Sizi dinləyəcək, ağrınızı azaldacaqlar.
Özlərini müdafiə mexanizminə keçib sizə öz başlarına gəlmiş ən pis şeydən danışmayacaqlar.
Və ya kimsə sizi ələ salıb deyə içdən-içə sevinməyəcəklər.
Əgər dostlarınız varsa, başınıza yaxşı bir şey gələndə xoşbəxt olacaqlar.
Təsəvvür edin ki, siqareti tərgitmək istəyirsiz və dostlarınız sizə siqaret təklif edir.
Əgər bu zarafat xarakterlidirsə, problem yoxdur.
Amma çox vaxt bu zarafatlar heç də sadəcə zarafat olmur.
Mən də siqaret çəkirəm, sən də.
Sonra sən siqareti atırsan.
Düşünürsən ki, məndən yaxşısan.
Həmin dostlar sizi siqaret çəkmək üçün ona görə yola gətirir ki, özləri bunu edə bilmədikləri üçün pərt olmasınlar.
Ya da tutaq ki, içki düşkünüsüz.
Dostunuz isə belə deyir: "Kimin vecinədir ki, üçüncü evliliyin də alt-üst olub?
İnsanlar tam anlamır ki, daha yaxşı olmaları üçün onlara kömək etməyə çalışan insanları özlərinə dost seçmək və onları məhvə aparan insanlardan uzaq durmaq mənəvi cəhətdən normal bir şeydir.
Ağlıma həmişə bir səhnə gəlir.
Təsəvvür edin ki, canqurtaran dalğıcsız və boğulan kimisə xilas etməyə çalışırsız.
Onlara doğru bir ayağınız suyun üzündə üzürsüz.
Səbəb odur ki, bəlkə də panikaya qapılırsız.
Bir insanın boğulmasındansa iki insanın boğulması vəziyyəti yaxşılaşdırmır.
Əxlaqi cəhətdən götürsək, başqa bir adamın gəmisində batmağa məcbur deyilsiz.
Yəqin düşünürsüz ki, köməyə ehtiyacı olan bir dostu atıb getmək qəddarlıq, kobudluqdur.
Amma mənim dediyim bu deyil.
Demək istədiyim şey odur ki, sosial əhatənizə baxmalı və qərar verməlisiz.
Sizi incidən, bundan əl çəkməyən və sizi uçuruma aparan insanlarla dost olmağa məcbur deyilsiz.
Bundansa, sizə dəyər verən insanlarla birlikdə olun.
Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bugünkü halı ilə yox.
Özünüzü başqası ilə müqayisə etmək hər şeydən öncə ədalətsizlikdir.
Xüsusilə də təxminən 30 yaşa kimi.
17 yaşınız olanda onsuz da digər 17 yaşlılar kimi olursuz.
Bu sosial müqayisə təqribən 30 yaşında olanlara daha uyğundur.
Bu vaxt artıq həyatınız özünəməxsus hal almış olur.
Deyək ki, həyatınız 8 bölgüdən ibarətdir: ailə, dostlar, sevgi münasibətləri, sağlamlıq və s. Həyatınız və onun bölgüləri artıq öz yerini tutub.
Həyatınız heç kimin həyatı kimi deyil.
Görürsüz ki, başqasının həyatı sizinkindən daha yaxşıdır.
Siz sadəcə bir zaman kəsiyində onun həyatının sadəcə bir aspektini görürsüz.
Siz onun həyatının tam təsvirini görmürsüz.
Sonra da özünüzü tənqid edir və əsəbi olursuz.
Bunun heç bir yaxşı tərəfi yoxdur.
Olmalı olduğunuz adam deyilsizsə, inkişaf etməlisiz.
Öz yaxşı və pis tərəflərinizi tapıb, sabah bu gün olduğunuzdan daha yaxşı olmağa çalışmalısız.
Xırda bir şeydə olsa belə.
Budur düzgün müqayisə.
Çünki özünüzə daha çox oxşayırsız, nəinki başqasına.
Sonra görürsüz ki, əla olmasaz da, az da olsa, dünən olduğunuzdan daha yaxşısız.
Bunu 5 il ərzində edirsiz və başqasının yox, özünüzün olmalı olduğunuz yerdə olduğunuzun fərqinə varırsız.
Çünki siz özünüz bir fərdsiz.
Başqa bir insanın həyatındakı faciəni bilmirsiz.
Düşünürsüz ki, kimsə varlı və müvəffəqiyyətli biridir.
Amma onun həyat yoldaşı və övladları ilə necə münasibəti olduğu, bəlkə iki dəfə boşandığı və ya övladının şizofreniyadan əziyyət çəkdiyi haqda anlayışınız yoxdur.
Əksər insanların həyatı faciə və qərəzlə doludur.
Məsələ olduğunuzdan daha yaxşı olmalı olduğunuzdadır.
Ona görə yox ki, başqa insanlardan pissiz, ona görə ki, olmalı olduğunuz adam deyilsiz.
Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin.
Əgər yaxşı biri deyilsizsə, uşaqlarınız özlərini yaxşı apardığı zaman bunun intiqamını onlardan alacaqsız.
Öz uşaqlarınızı sevdiyinizi deyirsiz, amma ola bilsin ki, onlar başqalarının xoşuna gəlmirlər.
Bəlkə özlərini yaxşı aparmırlar.
Düşünürsüz ki, uşaqlarınızı sevirsiz.
Sizin xoşunuza gəlməyən nəsə etsələr, onlardan intiqam alacaqsız.
Tutaq ki, mağazadasız və 4 yaşında, çoxbilmiş bir uşağınız var.
Balaca uşaqlar hamısı belədir, çünki fikirlərini hələ sözlərlə ifadə edə bilmirlər.
Müəyyən mənada onların davranışını sürü halında yaşayan heyvanlarla müqayisə etmək olar.
Niyə onları xoşlayırlar?
Niyə onlarla yola gedirlər?
Çünki bir-birilərini anlayırlar.
Beləcə, sınayırlar sizi.
Uşağınız sinir krizi keçirib əsəbləşir və nə edəcəyinizi bilmirsiz.
Onu götürüb çölə çıxır, sonra da imkan verirsiz ki, dayanıb krizi sona kimi yaşasın.
Tezliklə bundan bezəcəyini bilirsiz və belə olduğunu görəndə deyirsiz ki, özünü yaxşı aparana kimi buradayıq.
Uşaq bunun nə demək olduğunu yaxşı bilir: yəni ya özünü yaxşı aparacaqsan, ya da burada dayanmağa davam edəcəyik.
Əgər uşaqlarınızın etdiyi hərəkət sizin onları sevməmənizə səbəb olursa, başqa insanların bu davranışa görə onlardan xoşu gəlməmə ehtimalı çox yüksəkdir.
Deyə bilərsiz ki, nə olsun?
Hamının xoşuna gələcək uşaq böyütmək mənim vəzifəm deyil (bəlkə də deməzsiz).
Bu, məhz sizin vəzifənizdir.
Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın.
Totalitarizm və təsəvvür edilə bilməyəcək qədər amansız şeylər, cinayətkarlar və seriyalı qatillər haqda çox oxumuşam.
Bu fəsil amerikalı seriyalı qatil Karl Panzram və ABŞ-da məktəb terroru törədən Dilan Kleboldla Erik Harris haqdadır.