id
stringlengths 53
3.58k
| num_docs
int64 1
932
| title
stringlengths 1
142
| intro
stringlengths 1
37.5k
| section_name
stringlengths 0
3.53k
| previous_text
stringlengths 0
54.8k
| question
stringlengths 0
340
| en_gold_section_text
stringlengths 0
76.9k
| gold_section_text
stringlengths 0
147k
| citations
sequence | citation_urls
sequence |
---|---|---|---|---|---|---|---|---|---|---|
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2510--Azərbaycana aid hadisələr-1 | 1 | 1 aprel | 1 aprel — Qriqorian təqvimi ilə ilin 91-ci (uzun illərdə 92-ci) günü. | Azərbaycana aid hadisələr | 1992 — Azərbaycan və Niderland arasında diplomatik əlaqələr qurulmuşdur.
2012 — "Lokomotiv Bakı " Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb.
2016 — Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında Aprel döyüşləri başlamışdır. | [
"Niderland Krallığı\nAzərbaycan Respublikası və Niderland Krallığı arasında münasibətlər\nNiderland Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1 aprel 1992-ci il tarixində qurulmuşdur.\n20 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti Niderland Krallığında Azərbaycan Səfirliyinin açılması barədə sərəncam imzalamışdır.\n2007-ci ilin may ayında Azərbaycanın Niderland Krallığında Səfirliyi fəaliyyətə başlamışdır.\nNiderland Krallığının Azərbaycandakı Səfirliyi 26 iyun 2009-cu il tarixində açılmışdır.\nParlamentlərarası əlaqələr\nAzərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.Qrupun rəhbəri Eldar Quliyevdir.\nMüqavilə-hüquq bazası\nAzərbaycan və Niderland arasında 12 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan Respublikası və Niderland Krallığı arasında ticarət əlaqələri (min ABŞ dolları ilə)\nİllər\nİdxal\nİxrac\nDövriyyə\n2015\n102,8\n101,8\n204,6\n2016\n75,6\n38,3\n113,9\n2017\n87,9\n86,7\n174,6\n2018\n103,8\n78\n181,8\n2019\n137,2\n68\n205,2\n2020\n96\n7,9\n103,9\nMənbə: Azərbaycan Dövlət Gömrük Komitəsi\nDiplomatik Nümayəndəlik:\nÜnvan: Andries Bickerweg 6, 2517 JP, The Hague, The Netherlands\nSəfirliyin internet səhifəsi: www.hague.mfa.gov.az"
] | [
"https://mfa.gov.az/az/category/avropa/niderland"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2508--Azərbaycana aid hadisələr-2 | 1 | 4 aprel | 4 aprel — Qriqorian təqvimi ilə ilin 94-cü (uzun illərdə 95-ci) günü. | Azərbaycana aid hadisələr | 1992 — Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Rusiya Federasiyası\nAzərbaycan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər\nAzərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.Son illər ərzində iki ölkə arasındakı siyasi əməkdaşlıq xeyli dərəcədə artmışdır.Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına mühüm təkan vermişdir. Diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulmuşdur. 1992-ci ildə hər iki dövlətin qarşılıqlı surətdə səfirlikləri açılmışdır.\n1 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri baş tutmuşdur.\n20 iyun 2016-cı il, 21 iyul 2017-ci il, 27 dekabr 2017-ci il, 14 iyun 2018-ci il, 6 dekabr 2018-ci il, 3 oktyabr 2019-cu il, 20 dekabr 2019-cu il, 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərləri baş tutmuşdur.\n8 avqust 2016-cı il və 27 sentyabr 2018-ci il tarixlərində Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Azərbaycan Respublikasına işgüzar səfərləri baş tutmuşdur.\n20-23 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri baş tutmuşdur.\n5-7 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasına rəsmi səfəri baş tutmuşdur.\n7-8 aprel 2016-cı il, 28 aprel 2017-ci il, 15-16 noyabr 2017-ci il, 4-5 dekabr 2017-ci il, 4-5 aprel 2019-cu il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasına işgüzar səfərləri baş tutmuşdur.\n26 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına rəsmi səfəri baş tutmuşdur.\n9 oktyabr 2020-ci il, 1-2 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfərləri baş tutmuşdur.\n19-20 noyabr 2017-ci il, 2-3 dekabr 2019-cu il tarixlərində tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Respublikasına rəsmi səfərləri baş tutmuşdur.\n6-7 aprel, 2016-cı il, 11-12 iyul, 2016-cı il, 13-14 dekabr 2018-ci il, 21 noyabr 2020-ci il, 10-11 may 2021-ci il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Respublikasına işgüzar səfərləri baş tutmuşdur.\nParlamentlərarası əlaqələr:\n2003-cü ilin fevral ayından Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə komissiya fəaliyyət göstərir.\nHazırda Azərbaycan-Rusiya Parlamentlərarası komissiyanın həmsədri Əli Hüseynli (AR Milli Məclisinin vitse-spikeri), Rusiya-Azərbaycan Parlamentlərarası komissiyanın həmsədri isə Qalina Karelovadır.\nAzərbaycan Milli Məclisində Rusiya Duması ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Nizami Səfərovdur.\nRusiya Dumasında Azərbaycan Parlamenti ilə əlaqələr üzrə deputat qrupu fəaliyyət göstərir.Qrupun rəhbəri Dmitriy Savelyevdir.\nSon illərdə iki dövlət arasında siyasi əməkdaşlıq nəzərə çarpacaq dərəcədə fəallaşmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls vermişdirlər.\nMüqavilə-hüquq bazası\nİki ölkə arasında 236-dan çox sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq:\nİkitərəfli ticarətin statistikası. Mln. ABŞ dolları ilə\nİl\nidxal\nixrac\nTicarət dövriyyəsi\nSaldo\n2017\n1554257,9\n587025,4\n2141283,3\n- 967232.5\n2018\n1885164,65\n665741,42\n2550906,07\n- 1219423,23\n2019\n2290219,80\n731826,20\n3022046\n- 1558393,6\n2020\n1.962.155,68\n709.390,07\n2.671.545,75\n- 1252765,61\n2021\nYanvar-mart\n449885,05\n135330,85\n585215,9\nRusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir (ümumi ticarət dövriyyəsində 3-cü və qeyri neft sektoru üzrə isə 1-ci yer tutur).\nİqtisadi sahədə Azərbaycan və Rusiya arasında 45-dən çox sənəd imzalanmışdır. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir.\nAzərbaycandan Rusiyaya ixrac - kənd təsərrüfatı məhsulları;\ntəbii qaz; kerosin, kimya məhsulları; borular; spirtli içkilər və mineral sular. Pomidor, xurma və fındıq idxalında ölkəmiz Rusiyanın əsas ticarət tərəfdaşıdır.\nRusiyadan Azərbaycana idxal -siqaret, kənd təsərrüfatı və qida məhsulları; benzin; polad və dəmir məmulatlar, tikinti materialları, ağac məmulatları; kimya məhsulları; dərman; istehlak məhsulları, avtomobil mühərrikləri; borular; diri ev heyvanları.\nDiplomatik Nümayəndəlik\nAzərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin ünvanı:\n125009 Leontyevskiy döngəsi, 16.\nSəfirliyin internet səhifəsi: https://moscow.mfa.gov.az/az\nSəfirliyin telefon nömrələri:\nKargüzarlıq\nKonsulluq şöbəsi\nTelefon: +7 495 629 4332\nTelefon: +7 495 629 1649\nFaks: +7 495 695 5072\nElektron ünvan:\nTelefon: +7 495 629 4332\nTelefon: +7 495 629 1649\nFaks: +7 495 629 5546\nElektron ünvan:\[email protected]"
] | [
"https://mfa.gov.az/az/category/avropa/rusiya-federasiyasi"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2506--Azərbaycana aid hadisələr-1 | 1 | 6 aprel | 6 aprel — Qriqorian təqvimi ilə ilin 96-cı (uzun illərdə 97-ci) günü. | Azərbaycana aid hadisələr | 1995 — Azərbaycan və Panama arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Panama Respublikası\nAzərbaycan Respublikası və Panama Respublikası arasındakı münasibətlər\nAzərbaycan Respublikası və Panama Respublikası arasındakı diplomatik əlaqələr 6 aprel 1995-ci ildə qurulmuşdur.\n4-6 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfər etmişdir.\nParlamentlərarası əlaqələr:\n2013-cü ilin 07 avqust tarixində Panama Milli Assambleyasında “Ermənistan qoşunları tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi” haqqında 4 saylı Qətnamə qəbul edilmişdir.\nMüqavilə-hüquq bazası:\nAzərbaycan Respublikası və Panama Respublikası arasında 1 sənəd imzalanmışdır."
] | [
"https://mfa.gov.az/az/category/amerika/panama"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2505--Azərbaycana aid hadisələr-1 | 2 | 7 aprel | 7 aprel — Qriqorian təqvimi ilə ilin 97-ci (uzun illərdə 98-ci) günü. | Azərbaycana aid hadisələr | 1906 — "Molla Nəsrəddin" jurnalı ilk dəfə nəşr olunub.
1992
Azərbaycan və İsrail arasında diplomatik əlaqələr qurulmuşdur.
Azərbaycan Hava Yolları təsis edilib. | [
"İsrail Dövləti\nAzərbaycan Respublikası və İsrail Dövləti arasında ikitərəfli münasibətlər\n25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulmuşdur.\n21 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Baş Naziri cənab Benyamin Netanyahu ilə görüş keçirmişdir.\n13 dekabr 2016-cı il tarixində İsrail Dövlətinin Baş Naziri cənab Benyamin Netanyahu Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.\n24 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Baş Naziri cənab Benyamin Netanyahu ilə görüşmüşdür.\nAzərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir.\nMüqavilə-hüquq bazası\nAzərbaycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 13 sənəd imzalanmışdır.\nParlamentlərarası əlaqələr\nAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Rafailov Anatoliy Xaimoviçdir.\nİsrail Parlamentində, həmçinin İsrail- Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Evgeny Sovadır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\n2014\n23.96\n1 766.95\n1 790.91\n2015\n24.87\n801.53\n826.4\n2016\n15,622.45\n664,113.14\n679,735.59\n2017\n35,673.88\n638,938.40\n671,612.28\n2018\n6,686.28\n308,220.26\n314,906.54\n2019\n43686.27\n1331616.19\n1375302.46\n2020\n28220.95\n437.500.07\n465721.02\nMənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi\n13 dekabr 2016-cı ildə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya yaradılmışdır."
] | [
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/israil"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2502--Azərbaycana aid hadisələr-1 | 1 | 10 aprel | 10 aprel — Qriqorian təqvimi ilə ilin 100-cü (uzun illərdə 101-ci) günü. | Azərbaycana aid hadisələr | 1922 — Suraxanı neft mədənlərində yanğın baş vermişdir.Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920-iyun 1941). Bakı, “Elm”, 2008. Səh.95 ISBN 978-9952-448-44-03
2010 — Milli Məclisin qəbul etdiyi qərarla Dəvəçi şəhərinin adı Şabran olub. | [
"05 Aprel, 2010 - Published 13:35 GMT\nBu günlərdə Azərbaycan Parlamenti Dəvəçi şəhəri adının dəyişdirilərək bundan belə Şabran adlandırılması ilə bağlı qərar qəbul edib. Millət vəkilləri və müttəxəssislər bu qərarı tarixi baxımdan əsaslandırsa da, cəmiyyətdə ad dəyişmə birmənalı qarşılanmır.\nDəvəçi isə son zamanlar adı dəyişdirilmiş yeganə şəhər deyil.\nDəvəçi rayonu ölkənin şimal hissəsində yerləşir və burada qədim dövrələrə aid türbə, tikili qalıqları və memarlıq abidələri var. Amma yeni adın qoyulması təşəbbüsünün müəllifləri Dəvəçi adının həmin bu qədimliyi kifayət qədər əks etdirmədiyini deyir.\nBelə ki, Dəvəçi adının ötən əsrin 30-cu illərdə rəsmiləşdirildiyi, Şabranın isə 5-ci əsrə kimi gedib çıxdığı iddia olunur. Parlamentin mədəniyyət komissiyasının sədri Nizami Cəfərov Dəvəçi adının dəyişdirlməsini \"zəruri addım\" adlandırır.\nEyni zamanda millət vəkili MM-də bu məsələylə bağlı müəyyən tərəddüdlərin də olduğunu etiraf edir. \"Amma biz bütün arqumentləri dinləyəndən sonra tarixi qədimliliyi bərpa etmək naminə Şabrana səs verdik\".\nLakin bir sıra tarixi və lingvistik məqamlar şəhər adının dəyişdirilməsi təşəbbüsünü mübahisəli edib. Yazıçı Sabir Rüstəmxanlı etiraf edir ki, Şabran adı kifayət qədər qədim tarixə malikdir. Sabir Rüstəmxanlı qədim toponimlərin bərpası arzusunu da müsbət qarşılayır. \"Amma Dəvəçi kimi türkmənşəli toponim itməli deyil\".\nRayon ərazisində yerləşmiş Şabran şəhərinin hələ 4-cü əsrdə Sasani sülaləsindən olan şah tərəfindən tikildiyi deyilir. 10-12 əsrlərdə isə Şabran Şirvanşahlar dövlətinin əsas siyasi mərkəzlərindən birinə çevrilmişdi. Şirvanşahların türbəsi də məhz Şabranda yerləşmişdi.\nAmma 17-ci əsrdə baş qaldıran Səfəvi-Osmanlı müharibələri şəhərə böyük ziyan vurur və Şabran öz əhəmiyyətini itirməyə başlayır. Qədim Şabran şəhərinin qalıqlarında tapılan memarlıq və sənət abidələri hazırda tarixçilər üçün araşdırmalar obyektidir.\nRayon sakini Saatmirzə Kərimov tarixi adın bərpasına prinsipcə normal yanaşsa da konkret halda müyyən şübhələri də var. O hər hansı addəyişmənin büdcədən kifayət qədər maliyyə apardığını xatırladır. \"Həmin bu pullar yerli problemlərin həllinə yönəlsə idi, daha yaxşı olardı\".\nDəvəçi son zamanlar adı dəyişdirilmiş yeganə şəhər deyil. Ötən il Əli-Bayramlı, Xanlar və bir sıra qəsəbələr yeni adlar qazandılar. Və o zaman da bu hal tənqidsiz ötüşmədi. Sabir Rüstəmxanlı \"böyük bir tarixi və coğrafi məfhumu əhatə edən Şirvanın indi kiçik bir şəhərə sığışdırılmasını\" anlaya bilmir.\nBu arada isə bəzi mənbələr yaxın zamanlarda ölkə xəritəsində yeni adda qəsəbə və kəndlərin peyda olacağını iddia edir. Deyilənlərə\ngörə, parlament nəzdindəki Toponimiya komissiyasına Goranboy, Siyəzən, Astara rayonlarındakı bəzi məntəqələrin adlarının dəyişdirilməsi\nilə bağlı yerlərdən məktublar daxil olub və müvafiq müraciətlərə yaxın zamanlarda baxıla bilər."
] | [
"https://www.bbc.com/azeri/news/story/2010/04/printable/100405_adlar"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2519--Azərbaycana aid hadisələr-1 | 2 | 16 aprel | 16 aprel — Qriqorian təqvimi ilə ilin 106-cı (uzun illərdə 107-ci) günü. | Azərbaycana aid hadisələr | 1992 — Azərbaycan və Monqolustan arasında diplomatik əlaqələr qurulmuşdur.
2004 — Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Asiya və Okeaniya\nMonqolustan\nAzərbaycan Respublikası və Monqolustan arasında ikitərəfli münasibətlər\nMonqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 16 aprel 1992-ci ildə qurulmuşdur. Monqolustan Azərbaycanı strateji tərəfdaş siyahısına daxil edib.\n24-28 sentyabr 2018-ci il tarixlərində Monqolustan Prezidenti cənab Xaltmaaqin Battulqa Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur\nMüqavilə-hüquq bazası\nİki ölkə arasında 3 sənəd imzalanmışdır.\nİqtisadi əlaqələr\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\n2016\n23.3\n80.7\n104\n2017\n93.48\n65.15\n158.63\n2018\n0\n74.5\n74.5\n2019\n76.37\n44.86\n121.23\n2020\n67.80\n109.19\n176.99",
"Yunanıstan Respublikası\nAzərbaycan Respublikası və Yunanıstan Respublikası arasında ikitərəfli münasibətlər\nAzərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi 16 aprel 2004-cü ildən fəaliyyət göstərir. Yunanıstan Respublikassının Azərbaycan Respublikasındakı Səfirliyi 27 may 1993-cü ildə fəaliyyətə başlamışdır.\n02-03 fevral 2016-cı il tarixlərində Yunanıstan Respublikasının xarici işlər naziri Nikos Kotzias Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.\nParlamentlərarası əlaqələr\nAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Bəhruz Məhərrəmovdur.\nYunanıstan Parlamentində, həmçinin Yunanıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Avlonitis Alexandrosdır.\nMüqavilə-hüquq bazası\nAzərbaycan və Yunanıstan arasında 24 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan və Yunanıstan arasındakı ticarət dövriyyəsinin əsas hissəsini ölkəmizdən ixrac olunan enerji daşıyıcıları təşkil edir. Qeyri-neft sektoruna aid məhsullar üzrə ticarət dövriyyəsi isə cəmi 3% təşkil edir ki, bunlar da əsasən qeyri-üzvü və üzvü kimyəvi məhsullar, meyvə və tərəvəz məhsulları, qaz, enerji və maye sayğaclarından ibarətdir.\n2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri neft-qaz məhsulları üzrə Azərbaycanın ümumi ixracının 2.3%-i Yunanıstanın payına (23-cü yer) düşür.\nEyni zamanda SOCAR ilə Yunanıstanın “Hellenic Petroleum S.A.” və \"Motor Oil Hellas” şirkətləri arasında müxtəlif mənşəli xam neft və neft məhsullarının təchizatı üzrə əməkdaşlıq mövcuddur.\n2012-ci ildən etibarən Yunanıstan-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir və 40-dan çox aktiv üzvü var.\n2018-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Şirkətinin Afinada nümayəndəliyi təsis edilmişdir.\nAzərbaycan ilə Yunanıstan arasında ticarət dövriyyəsi\n(min. ABŞ dolları ilə)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\nSaldo\n2020 (yanvar-iyun)\n6 778,05\n248 355,98\n255 134,03\n241 577,93\n2019\n6 108.63\n93 841.51\n99 950.14\n87.73288\n2018\n9 490.44\n161 147.15\n170 637.59\n151.65671\n2017\n12 1358\n159 548.2\n171 684.0\n147.4124\n2016\n(milyon ABŞ dolları)\n15.32\n201.32\n216.70\n186\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyinin ünvanı: 13 Marathonodromon str., 15452, P.Psychico, Athens, Greece.\nSəfirliyin rəsmi internet səhifəsi: http://athens.mfa.gov.az"
] | [
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/monqolustan",
"https://mfa.gov.az/az/category/avropa/yunanistan"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2497--Azərbaycana aid hadisələr-1 | 1 | 15 aprel | 15 aprel — Qriqorian təqvimi ilə ilin 105-ci (uzun illərdə 106-cı) günü. | Azərbaycana aid hadisələr | 1989 — Mingəçevir trolleybusu təsis edilib.
1992 — Azərbaycan və Fələstin arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Fələstin Dövləti\nAzərbaycan Respublikası ilə Fələstin Dövləti arasında ikitərəfli münasibətlər\n1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.\n2013-cü ilin 11 iyun tarixində Fələstin xarici işlər naziri Riyad Əl-Malikinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Fələstin xalqına yardım məqsədi ilə İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılmasına dair Konfransda və Qüds şəhərinin inkişaf etdirilməsi məqsədi ilə sektor planının maliyyələşdirilməsinə dair donor ölkələrinin konfransında iştirak etmək məqsədi ilə Azərbaycana səfər etmişdir. Sözügedən konfransların nəticəsi olaraq, Azərbaycan tərəfi Fələstin Dövlətinə 5 milyon ABŞ dollar məbləğində yardım ayırmışdır.\n29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 500 min manat (635 min ABŞ dolları) məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülmüşdür.\n23 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Fələstinin Xarici İşlər naziri Riyad Əl-Maliki ilə görüşmüşdür.\n4-6 noyabr 2018-ci il tarixlərində Bakıda “Fələstin Dövlətinin Asiya Qitəsindəki Səfirlərinin Konfransı” keçirilmişdir. Tədbirlə əlaqədar Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycana səfər etmişdir.\n24-26 oktyabr 2019-cu il tarixlərində Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycana səfər etmişdir.\nMüqavilə hüquq bazası\nAzərbaycan Respublikası ilə Fələstin Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan Fələstin arasında ticarət dövriyyəsi (min ABŞ dolları)\nİl\nTicarət dövriyyəsi\nİxrac\nİdxal\n2016\n156.9\n119.0\n37.9\n2017\n318.3\n58.1\n260.2\n2018\n207.2\n207.2\n2019\n438.19\n438.19\n2020\n277.37\n277.37"
] | [
"https://big.az/36129-bozdagin-qoynundaki-mingecevir-trolleybusu-fotolent.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2523--Azərbaycana aid hadisələr-1 | 3 | 19 aprel | 19 aprel — Qriqorian təqvimi ilə ilin 109-cu (uzun illərdə 110-cu) günü. | Azərbaycana aid hadisələr | 2002 — Azərbaycan və San-Marino arasında diplomatik əlaqələr qurulmuşdur.
2014 — Şəmkir Beynəlxalq Şahmat Turnirinin açılışı olmuşdur.
2016 — Bakıda Avtovağzal və Memar Əcəmi-2 metrostansiyasının açılışı olmuşdur. | [
"San Marino Respublikası\nAzərbaycan və San-Marino arasında ikitərəfli münasibətlər\nAzərbaycan və San-Marino arasında diplomatik əlaqələr 19 aprel 2002-ci ildə qurulmuşdur.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)\nİllər\nİdxal\nİxrac\nDövriyyə\nSaldo\n2016\n172.00\n0,00\n172.00\n-172.00\n2017\n450.1\n0,00\n450.1\n-450.1\n2018\n539.73\n0,00\n539.73\n-539.73\n2019\n0,34\n0,00\n0,34\n-0,34\n2020\n271,38\n40,52\n311,90\n-230,86\n2021(yanvar-mart)\n64,15\n0,00\n64,15\nMüqavilə-hüquq bazası\nAzərbaycan Respublikası və San Marino Respublikası arasında 5 sənəd imzalanmışdır.\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının San Marino Respublikasındakı Səfirliyinin ünvanı: İtaliya Respublikası, Viale Regina Margherita 1, 00198 Roma\nSəfirliyin rəsmi internet səhifəsi: http://rome.mfa.gov.az"
] | [
"https://mfa.gov.az/az/category/avropa/san-marino"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2526--Azərbaycana aid hadisələr-1 | 2 | 22 aprel | 22 aprel — Qriqorian təqvimi ilə ilin 112-ci (uzun illərdə isə 113-cü) günüdür. | Azərbaycana aid hadisələr | 1994 — Azərbaycan və Əlcəzair arasında diplomatik əlaqələr qurulmuşdur.
2018 — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur. | [
"Əlcəzair Xalq Demokratik Respublikası\nAzərbaycan Respublikası və Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlər\nƏlcəzair Xalq Demokratik Respublikası 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin 22 aprel tarixində yaradılmışdır.\nAzərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti 28 noyabr 2014- cü il tarixli, 894 saylı sərəncam imzalamışdır.\n2015-ci ilin yanvar ayında Əlcəzair Azərbaycanda diplomatik ofis açmışdır.\nMüqavilə hüquq bazası\nAzərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında 4 sənəd imzalanmışdır.\nParlamentlərarası əlaqələr\nƏlcəzair Parlamentində Əlcəzair- Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Kadik Mohameddir.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan ilə Əlcəzair arasında ticarət dövriyyəsi (min ABŞ dolları)\nİl\nTicarət dövriyyəsi\nİxrac\nİdxal\n2016\n10 857.32\n11 240.58\n383.26\n2017\n1 004.1\n987.4\n16.7\n2018\n1 426.15\n8.57\n1 417.58\n2019\n2 072,24\n347,67\n1 724,57\n2020\n1385.89\n9.26\n1376.63\nDiplomatik Nümayəndəlik\nÜnvan: Əlcəzair şəhəri, Heydara rayonu, Əbu Nuvas küçəsi 29/bis\nTel: (+213) 23 47 41 99\n(+213) 23 47 42 24\nFax: (+213) 23 47 42 04\nE-poçt: [email protected]",
"BAKI, 22 aprel — Sputnik. \"Qarabağ\" klubu futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti dəfə çempionluq əldə edib.\nSputnik Azərbaycan xəbər verir ki, Ağdam klubu 24-cü turda vaxtından əvvəl çempion olub.\n\"Qarabağ\" bu turda \"Sumqayıt\"la görüşüb və oyun 1:0 hesabı ilə Qurban Qurbanovun yetirmələrinin xeyrinə başa çatıb.\nXallarını 59-a yüksəldən ağdamlılar növbəti turların nəticəsindən asılı olmayaraq, digər komandalar üçün əlçatmaz olublar. Qeyd edək ki, mövsümün başa çatmasına 4 tur qalmış 2-ci pillədə gələn \"Qəbələ\"nin 42 xalı var. \"Qəbələ\" bu gün \"Neftçi\"yə məğlub olub.\nAğdam komandası bununla da ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğunu qazanıb."
] | [
"https://mfa.gov.az/az/category/afrika/elcezair",
"https://sputnik.az/20180422/qarabag-azerbayycan-cempionu-oldu-414994896.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2529--Azərbaycana aid hadisələr-1 | 1 | 24 aprel | 24 aprel — Qriqorian təqvimi ilə ilin 114-cü (uzun illərdə 115-ci) günü. | Azərbaycana aid hadisələr | 1966 — Binə hava limanından havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğramışdır.
2008 — Azərbaycan və Monteneqro arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Monteneqro\nAzərbaycan Respublikası ilə Monteneqro arasında ikitərəfli münasibətlər\nAzərbaycan Respublikası Monteneqronun müstəqilliyini 24 iyul 2006-cı ildə tanımış və 24 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası və Monteneqro arasında diplomatik əlaqələr qurulmuşdur.\n24 aprel 2012-ci il tarixində Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyi açılmışdır.9 aprel 2019-cu il tarixlərində Monteneqronun Azərbycan Respublikasındakı diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır.\n9 mart 2016-cı il, 14-19 mart 2017-ci il tarixlərində Monteneqronun Prezidenti cənab Filip Vuyanoviç Azərbaycan Respublikasında işgüzar səfərlərdə olmuşdur.\n14-16 mart 2019-cu il tarixlərində Monteneqronun Prezidenti cənab Milo Cukanoviç Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.\n1-3 noyabr 2017-ci il tarixlərində Monteneqronun Xarici İşlər naziri Srdcan Darmanoviç Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.\nMüqavilə hüquq bazası\nİki ölkə arasında 17 sənəd imzalanmışdır.\nİqtisadi əməkdaşlıq\nAzərbaycan ilə Monteneqro arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)\nİllər\nİdxal\nİxrac\nTicarət Dövriyyəsi\nSaldo\n2016\n0,1\n16,5\n16,6\n16,4\n2017\n117,9\n24,3\n142,2\n93,6\n2018\n31,2\n0\n31,2\n0\nAzərbaycana Monteneqrodan idxal: dərman vasitələri\nAzərbaycandan Monteneqroya ixrac: reaktiv yanacaq\nHökumətlərarası Birgə Komissiya\n2014-cü ilin 5 mart tarixində, Monteneqronun Podqoritsa şəhərində Azərbaycan və Monteneqro iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının ilk toplantısı baş tutmuşdur.\nAzərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin ünvanı:\nSkoj-a 32 Toloşi, Podqoritsa, Monteneqro 81000\nTelefon: +38220281181\nFaks: +38220281182\nNövbətçi tel: +38269133103\nElektron poçt: [email protected]\nİnternet saytı: www.podgorica.mfa.gov.az"
] | [
"http://airdisaster.ru/database.php?id=687"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2531--Azərbaycana aid hadisələr-1 | 2 | 25 aprel | 25 aprel — Qriqorian təqvimi ilə ilin 115-ci (uzun illərdə 116-cı) günü. | Azərbaycana aid hadisələr | 1996 — Azərbaycan və Peru arasında diplomatik əlaqələr qurulmuşdur.
2008 — Milli Məclisin qəbul etdiyi qərarla Əli Bayramlı şəhərinin adı Şirvan, Xanlar şəhərinin adı isə Göygöl olub. | [
"Peru Respublikası\nAzərbaycan Respublikası və Peru Respublikası arasında ikitərəfli münasibətlər\n25 iyun 1996-cı ildə Peru Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımış və ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur.\nAzərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin Perunun Lima şəhərindəki diplomatik nümayəndəliyi 1 iyun 2015-ci il tarixində fəaliyyətə başlamışdır.1 iyun 2017-ci ildə Peru Respublikasının Azərbaycanda Səfirliyi açılmışdır.\n4 iyul 2019-cu il tarixlərdə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfər etmişdir.\nParlamentlərarası əlaqələr\nAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Sahib Alıyevdir.\n9 noyabr 2015-ci il tarixindən Peru Respublikası Parlamentində Peru-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.\n2013-cü ilin 10 iyun tarixində Peru Konqresinin Xarici əlaqələr komitəsinin üzvlərinin müraciəti əsasında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qərar (“Motion of the order”) qəbul olunmuşdur.\nMüqavilə-hüquq bazası\nAzərbaycanla Peru arasında 3 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan ilə Peru arasında iqtisadi-ticari əməkdaşlığın iki ölkənin mövcud potensialına cavab vermir. 2019-ci ildə Azərbaycan Respublikasının Peru ilə ticarət dövriyyəsinin həcmi 2189.43 min ABŞ dolları, o cümlədən idxalın həcmi 2179.25 min ABŞ dolları, ixracın həcmi isə 10.18 min. ABŞ dolları, saldo mənfi 2169.07 min ABŞ dolları təşkil etmişdir.\nAzərbaycan Respublikasının Peru ilə əsas idxal məhsulları: qurudulmuş paxlalı tərəvəzlər; sitrus meyvələri; ananas, avokado, quayava, manqo və manqostan və ya qarsiniya; Üzüm, təzə və ya qurudulmuş; təzə almalar, armudlar və heyvalar; Meyvə və qoz-fındıq, dondurulmuş və qısa müddətli saxlanma üçün konservləşdirilmiş; kişi və qadın geyimi; makaron məmulatları; sular, təbii və ya süni mineral, qazlı sular; diyircəkli qələmlər; kəsilmiş güllər və qönçələr; yarpaqlar, budaqlar və bitkilərin çiçəksiz başqa hissələri;\nAzərbaycan Respublikasının Peru ilə əsas ixrac məhsulları: qara metallardan vintlər, boltlar, qaykalar, qarmaqlar, pərçimlər, şponkalar, şplintlər, şaybalar və analoji məmulatlar; maye nasosları; mayelər üçün qaldırıcılar ; elektrik transformatorları, statik elektrik dəyişdiricləri, induktivlik makaraları və drossellər;\nAzərbaycan və Peru arasında ticarət dövriyyəsi\n(min. ABŞ dolları)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\nSaldo\n2012\n74,7\n10,3\n85,0\n-64,4\n2013\n57.3\n0.2\n57,5\n-57.1\n2014\n41,9\n0,00\n41,9\n-41,9\n2015\n28,6\n4,2\n32,8\n-24,4\n2016\n636.2\n192.7\n828.9\n-443.5\n2017\n545.81\n1.81\n547.62\n-544\n2018\n1043.26\n2.37\n1045.63\n-1040.89\n2019\n2179.25\n10.18\n2189.43\n-2169.07\nMənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi",
"Milli Məclisin aprelin 25-də qəbul etdiyi qərarla Əli Bayramlı şəhərinin adı Şirvan, Xanlar rayonunun adı isə Göygöl olub. Parlamentin həm iqtidardan, həm də müxalifətdən olan bəzi üzvləri qərarın əleyhinə çıxıblar.\nHakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Səyavuş Novruzov deyib ki, bu məntiqlə gərək Nərimanov və Əzizbəyov rayonlarının da adı dəyişdirilsin: «Çünki onlar Əli Bayramlıdan daha böyük bolşevik olublar».\nHakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Səyavuş Novruzov deyib ki, bu məntiqlə gərək Nərimanov və Əzizbəyov rayonlarının da adı dəyişdirilsin: «Çünki onlar Əli Bayramlıdan daha böyük bolşevik olublar».\nVətəndaş Həmrəyliyi Partiyasından deputat Sabir Rüstəmxanlı isə deyib ki, Əli Bayramlının adı Qırxçıraq olsaydı daha yaxşı olardı: «Əli Bayramlının qədim adı Qırxçıraqdır».\nParlamentin qərarı ilə həmçinin Mərəzə qəsəbəsi Qobustan adlandırılıb və Xızı qəsəbəsinə şəhər statusu verilib. Bərdə rayonunun Canavarlı kəndinin adı isə Seyid Yusifə dəyişdirilib."
] | [
"https://mfa.gov.az/az/category/amerika/peru",
"https://www.azadliq.org/a/445020.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2533--Azərbaycana aid hadisələr-1 | 1 | 27 aprel | 27 aprel — Qriqorian təqvimi ilə ilin 117-ci (uzun illərdə 118-ci) günü. | Azərbaycana aid hadisələr | 1931 — Zəngəzurda zəlzələ baş vermişdir.Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.20
1992 — Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Macarıstan\nAzərbaycan Respublikası və Macarıstan arasında ikitərəfli münasibətlər\nMacarıstan Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. Diplomatik münasibətlər 27 aprel 1992-ci ildə qurulmuşdur.\nAzərbaycanın Macarıstandakı Səfirliyi 1 sentyabr 2004-cü ildə təsis olunmuşdur.\nMacarıstanın Azərbaycandakı Səfirliyi 12 yanvar 2009-cu ildə təsis olunmuşdur.\nMacarıstanın Baş naziri Viktor Orbanın 5-6 mart 2016-cı il, 14-15 oktyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikasına səfərləri baş tutmuşdur.\n24 iyul 2017-ci il, 31 avqust 2017-ci il, 20 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin Macarıstana səfərləri baş tutmuşdur.\n28 iyun 2016-cı il, 29 iyun 2018-ci il, 29 mart 2019-cu il, 17 iyul 2020-ci il, 10 mart 2021-ci il tarixlərində Macarıstan xarici işlər nazirinin Azərbaycan Respublikasına səfərləri baş tutmuşdur.\nParlamentlərarası əlaqələr\nAzərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Qrupun rəhbəri millət vəkili Əli Hüseynlidir.\nMacarıstan Parlamentində Macarıstan-Azərbaycan dostluq qrupu (8 millət vəkili) fəaliyyət göstərir. Qrupun rəhbəri Farkaş Qerqeydir.\nMüqavilə-hüquq bazası\nİki ölkə arasında 45 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin davamlı inkişaf meylləri müşahidə olunur. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza təşkil edir.\nİki ölkə arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)\nİl\nTicarət dövriyyəsi\nİdxal\nİxrac\n2015\n28\n28\n0,2\n2016\n41\n40\n0,9\n2017\n43\n41\n1,9\n2018\n67\n66\n1,5\n2019\n36\n35\n0,7\n2020\n38,8\n37,7\n1\nMənbə: AR İqtisadiyyat Nazirliyi\nİqtisadi əlaqələrin inkişaf etdirilməsində Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiya vacib mexanizm hesab olunur. Azərbaycan tərəfdən Komissiyanın həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfdən xarici işlər və ticarət naziri Peter Siyartodur. İndiyədək Komissiyanın 7 iclası keçirilmişdir. 7-ci iclas 2020-ci ilin 14 fevral tarixində Budapeştdə keçirilmişdir.\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin ünvanı: Eötvös utca 14, 1067 Budapest\nSəfirliyin internet səhifəsi: http://[email protected]"
] | [
"https://mfa.gov.az/az/category/avropa/macaristan"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2535--Azərbaycana aid hadisələr-1 | 3 | 29 aprel | 29 aprel — Qriqorian təqvimi ilə ilin 119-cu (uzun illərdə 120-ci) günü. | Azərbaycana aid hadisələr | 1992 — Azərbaycan və Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulmuşdur.
2015
Bakı şəhərinin Xətai rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi cəmiyyətdə böyük rezonansa səbəb olmuşdur.
Bakı Konqres Mərkəzinin açılışı olmuşdur.İlham Əliyev Bakı Konqres Mərkəzinin açılışında iştirak edib. president.az, 29.04.2015
2018 — Lyuis Hemilton Azərbaycan Qran-prisinin qalibi olub. | [
"Cənubi Afrika Respublikası\nAzərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında ikitərəfli münasibətlər\nAzərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələr 29 aprel 1992-ci ildə qurulmuşdur.\n29 noyabr 2016-cı il tarixində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabanenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.\n23 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirinin müavini Alvin Botesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.\n4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Cənubi Afrika Respublikasının Prezidenti cənab Siril Ramafoza iştirak etmişdir.\nParlamenlərarası əlaqələr\nAzərbaycan Respublikası-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun Azərbaycan tərəfindən rəhbəri Rasim Musabəyovdur.\nMüqavilə-hüquq bazası\nİki ölkə arasında 3 müqavilə imzalanmışdır.\nİqtisadi əməkdaşlıq\nAzərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları)\nİl\nTicarət dövriyyəsi\nİxrac\nİdxal\n2018\n162754.2\n8.65\n162745.64\n2019\n5776.05\n19.26\n5756.79\nAzərbaycan Respublikasından Cənubi Afrika Respublikasına ixrac edilən əsas məhsullar: reaktiv mühərriklər üçün kerosin yanacağı, elektrik transformatorların hissələri, maye və qazları ölçən cihaz və aparatların digər hissələri və s.;\nAzərbaycan Respublikasına Cənubi Afrika Respublikasından idxal edilən əsas məhsullar: hind qozu, ananas, avokado, portağal, mandarinlər, qreypfrut, üzüm, armudvəheyva, kivi, şaftalı, gavalı, balıq, məftillər, kanatlar, xromfilizləri, qızıl, qara metallardan digər metal konstruksiyalar və s.\nSəfirliyin ünvanı: 302 Albert küç, Waterkloof, Pretoriya 0181, CAR\nTel: +27 12 346 10 18 (Səfirlik)\n+27 12 346 08 29 (Konsulluq şöbəsi)\nFax: +27 12 346 18 64\nE-poçt: [email protected]\nInternet səhifəsi: www.pretoria.mfa.gov.az",
"Bakı Konqres Mərkəzinin açılışı olub.\nPrezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.\nMaliyyə naziri Samir Şərifov Mərkəzdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.\nHeydər Əliyev Mərkəzinin yaxınlığında yüksək zövqlə inşa olunan bu Mərkəzin tikintisinə 2014-cü ilin fevralında başlanıb. Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bina bütün zəruri infrastrukturla təmin olunub.\nPrezident İlham Əliyev Bakı Konqres Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.\nBinanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılan şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir. Məsələn, konfrans zallarının tamaşaçı tutumunu təşkilatçının istəyinə uyğun olaraq 50 nəfərdən 250 nəfərədək dəyişmək mümkündür. Bina bütün zəruri kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə təchiz olunub. Burada restoran, inzibati və digər otaqlar da var. Mərkəzdə canlı yayım aparmaq üçün də müasir şərait yaradılıb. Burada qonaqlara eskalatorlar və 16 lift xidmət göstərəcək.\nBakı Konqres Mərkəzinin auditoriya zalı da ən müasir səviyyədə yaradılıb. Zal 3500 yerlikdir. Burada müasir texnologiyanın ən son yeniliklərinin tətbiq olunduğu avadanlıq quraşdırılıb. Zalın akustika sistemi dünyanın aparıcı şirkətlərinin məhsuludur. Buranın işıqlandırılmasında müasir texnologiyadan istifadə edilib.\nÖlkəmizdə hökm sürən siyasi-iqtisadi sabitlik, bütün sahələrin davamlı inkişafı və yaradılan şərait artıq Azərbaycanı mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Bu gün ölkəmizdə siyasət, iqtisadiyyat, mədəniyyət, idman, ümumilikdə bütün sahələrə aid region, qitə və dünya əhəmiyyətli mötəbər tədbirlər təşkil olunur. Belə bir Mərkəzin istifadəyə verilməsi ölkəmizin beynəlxalq tədbirləri daha da yüksək səviyyədə keçirməsi üçün geniş imkanlar yaradır.\nBildirildi ki, bu Mərkəzdə ilk beynəlxalq tədbir mayın 2-dən 5-dək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olacaq. Bu mötəbər tədbir Cənubi Qafqaz regionunda ilk dəfə məhz Azərbaycanda keçiriləcək. Toplantıda 3 minə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlərin və ekspertlərin iştirakı nəzərdə tutulur. Belə bir mühüm tədbirin ölkəmizdə baş tutması Azərbaycanın bu sahədəki təcrübəsi, Bakıda yaradılmış yüksək standartlara uyğun infrastruktur, tranzit və logistika sahəsində ölkəmizin əlverişli imkanları ilə yanaşı, Bakı Konqres Mərkəzi kimi memarlıq nümunələrinin inşa olunması ilə də sıx bağlıdır.\nBu möhtəşəm bina inşa olunduğu əraziyə də gözəllik verir, Heydər Əliyev Mərkəzinin yerləşdiyi məkanın füsunkarlığını daha da artırır. Orijinal üslubda tikilən Mərkəz ümumilikdə, paytaxtda aparılan abadlıq-quruculuq işlərinin davamlı olduğunu bir daha təsdiqləyir."
] | [
"https://mfa.gov.az/az/category/afrika/cenubi-afrika-respublikasi",
"http://www.president.az/articles/14969"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2156--Azərbaycana aid hadisələr-1 | 2 | 3 yanvar | 3 yanvar — Qriqorian təqvimi ilə ilin 3-cü günü. | Azərbaycana aid hadisələr | 1804 — Rusiya imperiyası Gəncə qalasını işğal edib.
1992 — Fransa Azərbaycanın müstəqilliyini tanımışdır. | [
"31 Mart Azərbaycanlıların soyqırımı günü\nAzərbaycanın Xalq şairi Səməd Vurğun\nTeymur Elçin 90\nQarabağın incisi - ŞUŞA\nAzərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə\nQarabağ müharibəsi\nBiblioqrafik sorğu\nVirtual Sifariş\nMetodik xidmət\nSənədlərin Sifarişi Və Elektron Çatdırılması\nAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev\nAzərbaycan Respublikası Təhsil Nazirliyi\nAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi\nAzərbaycan Kitabxanaları\nHeydər Əliyev Fondu\nAvropa Milli Kitabxanaları Konfransı təşkilatı\nAvrasiya Kitabxanalar Assambleyası\nPetruççi Beynəlxalq Musiqi Kitabxanası",
"Fransa Respublikası\nAzərbaycan Respublikası və Fransa Respublikası arasında ikitərəfli münasibətlər\nFransa Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 3 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur.\nAzərbaycan Respublikasının Fransa Respublikasında Səfirliyi 20 oktyabr 1994-cü ildə açılmışdır.\nFransa Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 16 mart 1992-ci ildə açılmışdır.\nAzərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq yüksək səviyyədə inkişaf etmişdir.\nAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12-15 mart 2017-ci il və 19-20 iyul 2018-ci il tarixlərində Fransaya rəsmi səfər etmişdir.\nAzərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 18 may 2018-ci il və 11-12 mart 2019-cu il tarixlərində Fransaya səfər etmişdir.\nAzərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 16-17 yanvar 2018-ci il, 15 may 2018-ci il, 15-16 yanvar 2019-cu il və 16-18 may 2019-cu il tarixlərində Fransaya səfər etmişdir.\nFransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian 27 may 2018-ci il tarixində Azərbaycana səfər etmişdir.\nParlamentlərarası əlaqələr\nAR Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Soltan Məmmədovdur.\nFransa Respublikası Senatında Fransa–Qafqaz (Azərbaycan, Gürcüstan) parlamentlərarası dostluq qrupu mövcuddur. Qrupun (o cümlədən Azərbaycan üzrə) rəhbəri Alən Uperdir.\nFransa Respublikası Milli Assambleyasında Fransa–Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir, rəhbəri Pyer Alən Rafandır.\nMüqavilə-hüquq bazası\nAzərbaycan və Fransa arasında 53 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nFransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illər ərzində inkişaf etmişdir.\nAzərbaycan Respublikasının ilk peyki – \"Azərspace-1'' 2013-cü ilin fevral ayında Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan \"Ariane-5'' daşıyıcı raketi ilə orbitə buraxılmışdır. 2018-ci ilin sentyabrında isə Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılmışdır. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan sıx tərəfdaşlıq nəticəsində mümkün olmuşdur.\nFransa şirkətlərinin Azərbaycana sərmayə yatırımlarında bu ölkənin “MEDEF-İnternational” Birliyi (“MEDEF” – Fransa Şirkətləri Hərəkatı) mühüm rol oynayır.\nAzərbaycan Respublikası ilə Fransa Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\n2016\n150 410,87\n493 644,17\n644 055,04\n2017\n154 722,05\n337 371,06\n492 093,11\n2018\n183 050,05\n441 672.09\n624 722,14\n2019\n250 727,29\n536 639,27\n787 366,56\n2020\n448 192,66\n110 662,51\n558 855,17\nMənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi\nAzərbaycan-Fransa İqtisadi Komissiyası 1997-ci ilin dekabrında yaradılmışdır.\nKomissiyanın indiyədək 8 iclası keçirilmişdir.\nEyni zamanda Azərbaycan-Fransa biznes forumlarının keçirilməsinə xidmət etmək məqsədilə 2014-cü ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası yaradılmışdır.\nDiplomatik Nümayəndəlik\nAzərbaycanın Respublikasının Fransa Respublikasındakı Səfirliyinin ünvanı: 78, avenue d’lena, 75116 Paris\nSəfirliyin internet səhifəsi: www.paris.mfa.gov.az"
] | [
"http://www.anl.az/down/meqale/525/2010/may/120827.htm",
"https://mfa.gov.az/az/category/avropa/fransa"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2151--Azərbaycana aid hadisələr-1 | 1 | 2 yanvar | 2 yanvar — Qriqorian təqvimi ilə ilin 2-ci günü. | Azərbaycana aid hadisələr | 1842 — Bakı şəhərində 5 ballıq zəlzələ olub.Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.22
1992 — İraq və Norveç Azərbaycanın müstəqilliyini tanımışdır. | [
"İraq Respublikası\nAzərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlər\n02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.\n30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.\n18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M.Bərzani ilə görüşmüşdür.\n24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İraq Respublikasının Xarici İşlər naziri Məhəmməd Əli Əl-Hakimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.\nMüqavilə və hüquq bazası\nAzərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan ilə İraq arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\n2016\n48.4\n17 780.6\n17 829.0\n2017\n0.2\n15 724,7\n15 724.9\n2018\n222.4\n14 495.3\n14 717.7\n2019\n1 128.42\n13 600.53\n14 728.95\nMənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.\nAzərbaycandan ixrac olunan məhsullar: Heyvan və bitki mənşəli yağlar və piylər, şəkər, çay, iribuynuzlu heyvan ətindən hazır və ya konservləşdirilmiş məhsullar, kağız, karton və onlardan hazırlanan məmulatlar, kakao məhsulları, konservləşdirilmiş meyvə və tərəvəz məhsulları və digər.\nİraqdan idxal olunan məhsullar: Şəkər, tütün\n20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır."
] | [
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/iraq"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2168--Azərbaycana aid hadisələr-1 | 2 | 4 yanvar | 4 yanvar — Qriqorian təqvimi ilə ilin 4-cü günü. | Azərbaycana aid hadisələr | 1958 — Marinski teatrında Qara Qarayevin "İldırımlı yollarla" baletinin premyerası keçirilmişdir.Фархадова Р. Балеты Кара Караева. — Баку, 1970. — 54 с.
1992 — Albaniya Azərbaycanın müstəqilliyini tanımışdır.
2021 — Qarabağ Dirçəliş Fondu təsis edilib. | [
"Albaniya Respublikası\nAzərbaycan Respublikası və Albaniya Respublikası arasında ikitərəfli münasibətlər\nAlbaniya Azərbaycanın müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulmuşdur.\nAzərbaycan və Albaniya arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumlarında bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş Prezidentləri iştirak etmişlər.\n10-11 mart 2016-cı il tarixlərində Albaniya Respublikasının Prezidenti Buyar Nişani “IV Qlobal Bakı Forumu”nda iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.\n15-18 mart 2017-ci il tarixlərində Albaniya Respublikasının Prezidenti cənab Buyar Nişani “V Qlobal Bakı Forumu”nda iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.\n15-17 mart 2018-ci il tarixlərində Albaniya Respublikasının Prezidenti cənab İlir Meta “VI Qlobal Bakı Forumu”nda iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.\n14-16 mart 2019-cu il tarixlərində Albaniya Respublikasının Prezidenti cənab İlir Meta “VII Qlobal Bakı Forumu”nda iştirak məqsədilə Azərbaycana işgüzar səfər etmişdir.\nParlamentlərarası əlaqələr\nAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Etibar Əliyevdir.\nAlbaniya Parlamentində Albaniya-Azərbaycan Dostluq Qrupunun sədri keçmiş xarici işlər naziri və kənd təsərrüfatı və aqrar inkişaf naziri olmuş Edmond Panaritidir.\nMüqavilə-hüquq bazası\nAzərbaycan və Albaniya arasında 8 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilmişdir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər.\nAzərbaycan və Albaniya arasında ticarət dövriyyəsi\n(min ABŞ dolları ilə)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\nSaldo\n2020 (yanvar-iyun)\n232.12\n0.00\n232.12\n-232.12\n2019\n863.53\n0.00\n863.53\n-853.53\n2018\n540.59\n0.00\n540.59\n-540.59\n2017\n432.7\n72.3\n505\n-360.4\nAzərbaycan və Albaniya arasında əməkdaşlıqda enerji sahəsi ən vacib sahələrdən biridir. Trans-Adriatik Kəməri (TAP) qaz boru kəməri layihəsinin həyata keçirilməsi bu istiqamətdə strateji əhəmiyyət daşıyır. Eyni zamanda Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır.\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyinin (eyni zamanda Albaniya Respublikasındakı Səfirliyi) ünvanı: 13 Marathonodromon str., 15452, P.Psychico, Athens, Greece\nSəfirliyin rəsmi internet səhifəsi: www.athens.mfa.gov.az",
"Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb TAM MƏTN\nPrezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb.\nAPA-nın məlumatına görə, noyabrın 10-u Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması elan olunur. Azərbaycan və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.\nAğdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılacaq.\nDağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.\nRusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir.\nRusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırki müddəanın tətbiqinə xitam verilməsi ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddəti növbəti 5 il üçün uzadılır.\nMünaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.\nErmənistan nəzarət etdiyi Kəlbəcər rayonunu 15 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarır.\nDağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq, Laçın dəhlizini 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarətinə verilir.\nTərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunu inşa edilməsi planı müəyyən ediləcək və bununla da həmin dəhlizin mühafizə olunması üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.\nAzərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.\nDaxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlarla BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır.\nHərbi əsirlər, girovlar və digər saxlanılan şəxsləri, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.\nBölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikasının vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.\nNəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.\nTərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir."
] | [
"https://mfa.gov.az/az/category/avropa/albaniya",
"https://web.archive.org/web/20201116202009/https://lent.az/news/385283"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2202--Azərbaycana aid hadisələr-1 | 2 | 5 yanvar | 5 yanvar — Qriqorian təqvimi ilə ilin 5-ci günü. | Azərbaycana aid hadisələr | 2021 — Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunub.
2022 — Azərbaycanda "Şuşa ili" elan olunub. | [
"Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.\n2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.\nDövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.\nNazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.\nSərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.\nNizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.\nNizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.\nNizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.",
"Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.\nTəməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.\nBənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.\nŞuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.\nStrateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.\nHaqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.\nŞuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.\nAzərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.\nCıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.\nAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə alaraq qərara alıram:\n1. 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilsin.\n2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.\nİlham Əliyev\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 5 yanvar 2022-ci il"
] | [
"http://www.aztv.az/az/news/10981/azerbaycanda-2021-ci-il-nizami-gencevi-ili-elan-edildi-markserencammark",
"https://president.az/az/articles/view/55197"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2228--Azərbaycana aid hadisələr-1 | 2 | 7 yanvar | 7 yanvar — Qriqorian təqvimi ilə ilin 7-ci günü. | Azərbaycana aid hadisələr | 1992 — Portuqaliya Azərbaycanın müstəqilliyini tanımışdır.
2010 — Azərbaycan və Svaziland arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Portuqaliya Respublikası\nAzərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında ikitərəfli münasibətlər\nPortuqaliya Azərbaycanın müstəqilliyini 7 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci il tarixində yaradılmışdır.\n16-17 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyada rəsmi səfərdə olmuşdur.\nParlamenlərarası əlaqələr\nMilli Məclisdə Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə 6 nəfərdən ibarət işçi qrupu mövcuddur, qrupun rəhbəri Nigar Arpadaraidir.\nMüqavilə-hüquq bazası\nAzərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında 3 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)\nİllər\nİdxal\nİxrac\nDövriyyə\nSaldo\n2016\n11003,7\n257147,3\n268151\n246143,6\n2017\n9944,5\n381028,8\n390973,3\n371084,3\n2018\n15510,80\n528717,60\n544228,40\n513206,8\n2019\n14529,25\n353914,91\n368444,16\n339385,66\n2020\n12339,15\n239779,07\n252118,22\n227439,92\n2021 (yanvar-mart)\n3.101,97\n123.833,81\n126.935,78\nƏsas ixrac olunan mallar: Xam neft, reaktiv kerosin, emal olunmamış gön dəri və s.\nƏsas idxal olunan mallar: Mexanizm, elektrotexniki avadanlıqlar və hissələri, geyim ləvazimatları, əczaçılıq məhsulları, plastiklər, çap məmulatlar, ət və ət məhsulları və s.\nDiplomatik nümayəndəlik:\nAzərbaycan Respublikasının Portuqaliya Respublikasındakı Səfirliyinin ünvanı: 50, Ouled Said Souissi, Rabat\nSəfirliyin rəsmi internet səhifəsi: rabat.mfa.gov.az",
"Esvatini Krallığı\nAzərbaycan Respublikası ilə Esvatini Krallığı arasında ikitərəfli münasibətlər\nAzərbaycan Respublikası ilə Esvatini Krallığı arasında diplomatik münasibətlər 7 yanvar 2010-cu il tarixində qurulmuşdur.\n23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Esvatini Krallığının Kralı III Msvatinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.\n25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Esvatini Krallığının Kralı III Msvati ilə görüşmüşdür."
] | [
"https://mfa.gov.az/az/category/avropa/portuqaliya",
"https://mfa.gov.az/az/category/afrika/esvatini"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2234--Azərbaycana aid hadisələr-2 | 1 | 8 yanvar | 8 yanvar — Qriqorian təqvimi ilə ilin 8-ci günü. | Azərbaycana aid hadisələr | 1992 — Çexiya və Latviya Azərbaycanın müstəqilliyini tanımışdır. | [
"Çex Respublikası\nAzərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər\nÇex Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1993-cü ildə qurulmuşdur.\nAzərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi 15 avqust 2007-ci ildə təsis olunmuşdur. Çex Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 dekabr 2009-cu ildə təsis olunmuşdur.\nAzərbaycan-Çexiya əlaqələrinin yüksək səviyyəsinin göstəriciləri kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4-6 aprel 2012-ci ildə Çexiyaya və Çex Respublikasının Prezidenti cənab Miloş Zemanın 15-17 sentyabr 2015-ci ildə Azərbaycana həyata keçirilmiş rəsmi səfərlərini qeyd etmək olar.\nAzərbaycan və Çexiya arasında müxtəlif səviyyələrdə aparılan dialoqun nəticələrindən biri kimi, 12 oktyabr 2011-ci il tarixində Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr Komitəsi tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə qətnamənin qəbulunu qeyd etmək olar. Sənəddə ölkəmizin ərazi bütövlüyü, dövlət suverenliyi və müstəqilliyinin Çex Respublikası tərəfindən qeyd-şərtsiz tanınması, ölkəmizin Çexiyanın strateji tərəfdaşı olduğu, Avropanın enerji təchizatındakı əhəmiyyətli rolu, eləcə də NATO-nun Sülh Naminə Tərəfdaşlıq və Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramlarının fəal üzvü olması vurğulanmışdır.\n7 fevral 2013-cü il tarixində Çexiyanın Deputatlar Palatasının Xarici əlaqələr komitəsi Xocalı sakinlərinin qətliamına görə Ermənistanı pisləyən 219 nömrəli qərarı yekdilliklə qəbul etmişdir.\nÇexiya Prezidenti Miloş Zemanın Azərbaycana rəsmi səfəri zamanı 15 sentyabr 2015-ci ildə Bakı şəhərində “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə mühüm hadisə olmuşdur.\nParlamentlərarası əlaqələr:\nAzərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 28 üzvü var. Qrupun rəhbəri millət vəkili Elnur Allahverdiyevdir.\nÇexiya Parlamentində Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu (19 millət vəkili) fəaliyyət göstərir. Qrupun rəhbəri: Zdenek Ondraçek.\nMüqavilə-hüquq bazası\nİki ölkə arasında 29 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nİki ölkə arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)\nİI\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\n2015\n58\n550\n608\n2016\n66\n214\n280\n2017\n108\n556\n664\n2018\n107\n938\n1045\n2019\n56\n647\n703\n2020\n37\n192\n229\nMənbə: AR İqtisadiyyat Nazirliyi\nAzərbaycandan Çexiyaya əsas ixrac məhsulları neft və neft məhsulları, Çexiyadan Azərbaycana əsas idxal məhsulları isə maşın və avadanlıqlar, elektron avadanlıqlar, şüşə və kimya məhsullarıdır.\nÇexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85%-i məhz Azərbaycanın payına düşür. Çexiyanın neft məhsullarına olan tələbatının təxminən 30%-i məhz Azərbaycan neftinin hesabına ödənilir.\nHazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti, infrastruktur və nəqliyyat sahələrdə 25 çex kapitallı şirkət fəaliyyət göstərir. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri $ 2 mlrd. çox olan dövlət layihələrinə podratçı qismində cəlb olunmuşlar.\n“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılmışdır. Sonuncu iclas 18 yanvar 2017-ci il tarixində Bakıda keçirilmişdir.\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin ünvanı: Na Zatorce 783/17, Praha 6 – Bubenec, 16000\nSəfirliyin internet səhifəsi: http://prague.mfa.gov.az"
] | [
"https://mfa.gov.az/az/category/avropa/cexiya"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2238--Azərbaycana aid hadisələr-2 | 2 | 9 yanvar | 9 yanvar — Qriqorian təqvimi ilə ilin 9-cu günü. | Azərbaycana aid hadisələr | 1992 — Qvineya Azərbaycanın müstəqilliyini tanımışdır.
1995 — Azərbaycan və Malta arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Qvineya Respublikası\nAzərbaycan Respublikası və Qvineya Respublikası arasında ikitərəfli münasibətlər\nQvineya Respublikası ilk dövlətlərdən biri olaraq 1992-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımış və Afrikanın ilk dövləti olaraq, 1992-ci ilin 11 mart tarixində Azərbaycanla diplomatik əlaqələr qurmuşdur.\nAzərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq, Ebola virusu ilə mübarizə məqsədilə Azərbaycan tərəfindən BMT-nin Qlobal Fonduna 1 milyon ABŞ dolları həcmində yardım göstərilmişdir.",
"Malta Respublikası\nAzərbaycan və Malta arasında ikitərəfli münasibətlər\nAzərbaycan və Malta arasında diplomatik münasibətlər 9 yanvar 1995-ci ildə qurulmuşdur.\nParlamentlərarası əlaqələr\nAR Milli Məclisində Azərbaycan-Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrup 5 nəfərdən ibarətdir. Qrupun rəhbəri Qüdrət Həsənquliyevdir.\nMalta parlamentində Azərbaycan üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Kris Agiusdur.\nMüqavilə-hüquq bazası\nAzərbaycan Respublikası və Malta Respublikası arasında 5 sənəd imzalanmışdır, 4 sənəd layihəsi baxılmaqdadır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)\nİllər\nİdxal\nİxrac\nDövriyyə\nSaldo\n2016\n112,8\n130,031.4\n130,144.2\n17,2314\n2017\n108.9\n36,886.6\n36,995.5\n-72,0134\n2018\n107.2\n69,721.38\n69,828.6\n-3747862\n2019\n159,39\n12.492,99\n12.652,38\n12.333,6\n2020\n185,19\n9.616,68\n9.801,87\n9.431,49\n2021(yanvar-mart)\n87,90\n17,73\n105,63\nDiplomatik nümayəndəlik:\nAzərbaycan Respublikasının Malta Respublikasındakı Səfirliyinin ünvanı: İtaliya Respublikası, Viale Regina Margherita 1, 00198 Roma\nSəfirliyin rəsmi internet səhifəsi: www.rome.mfa.gov.az"
] | [
"https://mfa.gov.az/az/category/afrika/qvineya",
"https://mfa.gov.az/az/category/avropa/malta"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2243--Azərbaycana aid hadisələr-2 | 4 | 10 yanvar | 10 yanvar — Qriqorian təqvimi ilə ilin 10-cu günü. | Azərbaycana aid hadisələr | 1954 — Mingəçevir Su Elektrik Stansiyası işə salınıb.* Официальный сайт Министерства Энергетики Азербайджанской Республики
1992 — Azərbaycan Beynəlxalq Bankı yaradılmışdır.* Официальный сайт ABB
2008 — Bakı şəhərində Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır."Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2008-ci il tarixli, 699 nömrəli Fərmanı. e-qanun.az
2014 — Azərbaycanda "Sənaye ili" elan olunub.
2017 — Azərbaycanda "İslam həmrəyliyi ili" elan olunub.
2018 — Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunub. | [
"140.000.000\nAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI\nDünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də şəhərsalma mədəniyyətini özündə ehtiva edir. Azərbaycan Respublikasının paytaxtı da yüz illər ərzində formalaşan qədim Şərq və müasir Qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malikdir.\nBakı şəhərinin əvəzsiz incilərindən olan Dənizkənarı Bulvar maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, eyni zamanda onun həm tarixi, həm də müasir simasını təşkil edən xüsusi təbii komplekslərdən biridir.\nSon illər ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişir. Belə şəraitdə şəhərsalma, istirahət və turizm infrastrukturu, böyüyən paytaxtın ekoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən Dənizkənarı Bulvar təbii kompleksinin qorunub saxlanması və bərpa edilməsi, müasir tələblərinə uyğun olaraq yenidən qurulması, onun idarəetmə sisteminin təkmilləşdirilməsi və mərkəzləşdirilməsini zəruri edir.\nGöstərilənləri, habelə Bakı şəhərindəki Dənizkənarı Bulvarın Azərbaycanın tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq, onun idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:\n1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılsın.\n2. Müəyyən edilsin ki, Bakı şəhərindəki Dənizkənarı Bulvarın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirilir.\n[1]\n3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, on beş gün müddətində:\n3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;\n3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;\n3.3. Bakı şəhərindəki Dənizkənarı Bulvarın ərazisinin hüdudlarını dəqiqləşdirib təsdiq etsin və onun ərazisində yerləşən bütün tikililərin, qurğuların, məişət və digər obyektlərin siyahısını müəyyən etsin;\n3.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təşkili məqsədilə maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;\n3.5. qüvvədə olan qanunvericilik aktlarını bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;\n3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;\n3.7. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.\n4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.\nİlham ƏLİYEV,\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 10 yanvar 2008-ci il\n№ 699\nİSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI\n1. 27 noyabr 2018-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2290)\nFƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI\n[1] 27 noyabr 2018-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2290) ilə 2-ci hissəsi ləğv edilmişdir.",
"Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır.\nSon on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.\nHazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.\nAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə qərara alıram:\n1. 2014-cü il Azərbaycan Respublikasında “Sənaye ili” elan edilsin.\n2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.\n3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:\n3.1. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;\n3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.\nİlham Əliyev\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 10 yanvar 2014-cü il.",
"Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.\nDinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir.\nAzərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.\nAzərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.\nAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:\n1. 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilsin.\n2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.\nİlham Əliyev\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 10 yanvar 2017-ci il.",
"1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.\n2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.\nAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:\n2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin.\nİlham Əliyev\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 10 yanvar 2018-ci il."
] | [
"http://www.e-qanun.az/framework/13093",
"https://president.az/az/articles/view/10793",
"https://president.az/az/articles/view/22420",
"https://president.az/az/articles/view/26711"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2247--Azərbaycana aid hadisələr-2 | 5 | 11 yanvar | 11 yanvar — Qriqorian təqvimi ilə ilin 11-ci günü. | Azərbaycana aid hadisələr | 1963 — Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis edilib.
1991 — "Səs" qəzeti ilk dəfə nəşr olunub.
1994 — Azərbaycan və Latviya arasında diplomatik əlaqələr qurulmuşdur.
1995 — Azərbaycan və Uruqvay arasında diplomatik əlaqələr qurulmuşdur.
2016 — Azərbaycanda "Multikulturalizm ili" elan olunub.
2019 — Azərbaycanda "Nəsimi ili" elan olunub. | [
"1991-ci il yanvarın 11-də nəşrə başlayan “Səs” qəzeti bu gün də ictimai-siyasi qəzet kimi öz fəaliyyətini davam etdirir və həftənin beş günü nəşr olunur. Modern.az saytının məlumatına görə, sabah “Səs” qzəetinin ad günüdür, 20 yaşı tamam olur\n“Əlincə” Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlayan qəzet Yeni Azərbaycan Partiyasının ideyalarını təbliğ edir.\nNəşrinin ilk illərində qəzet bır sıra tarixi missiyanı da yerinə yetirib. 1992-ci ildə 91 ziyalının mərhum dövlər başçısı Heydər Əliyevə müraciəti və Heydər Əliyevin ziyalıların müraciətinə cavabı məhz “Səs” qəzetində dərc edilmişdi.\n“Səs” qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Sabiq deputat A.Əsgərov hazırda “Azərbaycan” Nəşriyyatının baş direktorudur.\n2005-ci il mayın 1-dən “Səs” qəzeti Bəhruz Quliyevin baş redaktorluğu ilə nəşr olunur.\nQeyd edək ki, 2008-ci ilin avqustunda bu nəşrə aidiyyatı olan digər bir KİV- “Səs” İnformasiya Agentliyi də təsis olunub.\nModern.az saytının “Redaksiyalardan reportaı” adlı layihəsinin budəfəki ünvanı 20 yaşını qeyd edən “Səs” qəzetinin redaksiyası oldu. Bu redaksiyadan geniş reportaj və fotosessiya bir neçı saat sonra saytımızda yerləşdiriləcək.\nAytən Əliyeva",
"Latviya Respublikası\nAzərbaycan Respublikası və Latviya Respublikası arasında münasibətlər\nLatviya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur.\nAzərbaycan Respublikasının Latviya Respublikasında Səfirliyi 2005-ci ildə açılmışdır.\nLatviya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 2006-cı ildə açılmışdır.\nAzərbaycan Respublikası və Latviya Respublikası arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf etmişdir. İki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir.\n16-18 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına rəsmi səfər etmişdir.\n16-17 mart 2017-ci il tarixində Latviya Respublikasının Prezidenti cənab Raymonds Veyonis Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.\n12-13 dekabr 2019-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Latviya Respublikasına rəsmi səfəri etmişdir.\n2017-ci ilin 12-14 fevral tarixlərində Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər etmişdir\nParlamentlərarası əlaqələr\nAzərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Kamran Bayramovdur.\nLatviya Seymində Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Roman Naudinşdir.\nMüqavilə-hüquq bazası\nAzərbaycan və Latviya arasında 43 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\n47 Latviya şirkəti Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir.\nİki ölkə arasında ticarət dövriyyəsi\n(min ABŞ dolları)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\nSaldo\n2016\n7.88\n0.85\n8.73\n- 7.03\n2017\n13.03\n2.03\n15.06\n- 11\n2018\n19.88\n2.51\n22.39\n- 17.37\n2019\n11.80\n0.86\n12.66\n- 10.94\n2020\n11.80\n0.87\n12.67\n- 10.93\nMənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi.\n2005-ci ilin 3 oktyabr tarixində iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın indiyədək 7 iclası keçirilmişdir.\nDiplomatik Nümayəndəlik\nAzərbaycanın Respublikasının Latviya Respublikasındakı Səfirliyinin ünvanı: Ünvan: Raina Bulvaris 2-5, Riga, LV-1050\nSəfirliyinin rəsmi internet səhifəsi: http://riga.mfa.gov.az",
"Uruqvay Şərq Respublikası\nAzərbaycan Respublikası və Uruqvay Şərq Respublikası arasında ikitərəfli münasibətlər\nAzərbaycan Respublikası və Uruqvay Şərq Respublikası arasında diplomatik münasibətlər 11 yanvar 1995-ci ildə qurulmuşdur. Azərbaycanın Argentinadakı səfirliyi, eyni zamanda Uruqvayda akkreditə olunmuşdur.\n22 mart 2019-cu ildə xarici işlər naziri Elmar Məmmədyarov Uruqvaya səfər etmişdir. Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa 2-3 may 2019-cu ildə Bakıda təşkil edilmiş VI Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfər etmişdir.\nParlamentlərarası əlaqələr\nAzərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupunun rəhbəri Zabelin Mixail Yuryeviçdir. Uruqvay Parlamentində həm Senat, həm də Nümayəndələr palatasının üzvlərindən ibarət dostluq qrupu mövcuddur.\nMüqavilə-hüquq bazası\nİki ölkə arasında 7 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycanla Uruqvay arasında ticarət dövriyyəsi\n(Azərbaycan Dövlət Statistika və Gömrük Komitəsinin məlumatlarına istinadən)\n(min ABŞ dolları )\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\n2018\n203,94\n81077,61\n81281,55\n2019\n157.25\n-\n157.25\n2020\n71.45\n-\n71.45\nDiplomatik Nümayəndəlik\nAzərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Uruqvayda akkreditə olunmuş Səfirliyinin Ofisi\nÜnvan: Bulevar Artigas 417, Oficina 302, Gamma Tower, Montevideo, CP 11300, Uruguay\nİnternet səhifəsi: www.buenosaires.mfa.gov.az",
"Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.\nBirləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.\nAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:\n1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.\n2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.\nİlham Əliyev\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 11 yanvar 2016-cı il.",
"Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.\nŞərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında\" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.\nÖtən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.\n2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.\n2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.\nNəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:\n2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilsin.\nİlham Əliyev\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 11 yanvar 2019-cu il."
] | [
"https://modern.az/articles/10277/1/",
"https://mfa.gov.az/az/category/avropa/latviya",
"https://mfa.gov.az/az/category/amerika/uruqvay",
"https://president.az/az/articles/view/17437",
"https://president.az/az/articles/view/31507"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2265--Azərbaycana aid hadisələr-1 | 1 | 18 yanvar | 18 yanvar — Qriqorian təqvimi ilə ilin 18-ci günü. | Azərbaycana aid hadisələr | 2022 — Bakıda Zeynalabdin Tağıyevin abidəsinin açılışı olmuşdur. | [
"İlham Əliyev: “Sovet hakimiyyəti Zeynalabdin Tağıyevi bütün imkanlardan məhrum etmişdi” - VİDEO\nİlham Əliyev: “Sovet hakimiyyəti Zeynalabdin Tağıyevi bütün imkanlardan məhrum etmişdi” - VİDEO\n“Bir neçə dəqiqə bundan əvvəl Zeynalabdin Tağıyevin abidəsinin açılışını qeyd etdik. Abidə metronun girişinə yaxın olduğuna görə insanlara problem yaratmamaq üçün mən əziz xalqımı bu münasibətlə buradan təbrik edirəm”.\nBunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.\n“Bu abidənin açılması çox əlamətdar hadisədir. 2020-ci ildə mənim tərəfimdən Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir. Ondan sonra mənə abidənin ucaldılması üçün bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir.\nÇox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Deyə bilərəm ki, müsəlman aləmində ilk dünyəvi məktəb məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin vəsaiti və təşəbbüsü ilə yaradılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev olmuşdur. Biz Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini görə bilərik. Baxmayaraq ki, o, kasıb ailədə doğulub və o dövrün mühitində böyüyüb, amma Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır. Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü. Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır.\nZeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş və eyni zamanda, bu sahədə də təşəbbüskar olmuşdur. İlk dəfə olaraq Qurani-Kərim Azərbaycan dilinə tərcümə edilmişdir. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunmuşdur. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun pulu hesabına məktəblər açılmışdır.\nYəni, onun haqqında çox danışmaq olar. O, böyük şəxsiyyət idi, xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan idi. Onu da bildirməliyəm ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur. Bu ənənələr sovet dövründə təbii ki, davam etmədi. Onu da bildirməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti onu bütün imkanlardan məhrum etmişdir, bütün onun əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər yaşamışdır. O, uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi”, - Prezident vurğulayıb."
] | [
"https://oxu.az/politics/565141"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2266--Azərbaycana aid hadisələr-1 | 3 | 19 yanvar | 19 yanvar — Qriqorian təqvimi ilə ilin 19-cu günü. | Azərbaycana aid hadisələr | thumb|Qara Yanvarda Sovet tankının əzdiyi maşın
1990 — Sovet İttifaqının qoşun hissələri Bakı və Azərbaycanın digər ərazilərində dinc əhaliyə qarşı şiddətlı basqın edib.
1992 — İslandiya Azərbaycanın müstəqilliyini tanımışdır.
1993 — Azərbaycan və Qırğızıstan arasında diplomatik əlaqələr qurulmuşdur.
2019 — Bakıda siyasi məhbuslara dəstək etirazı keçmişdir. | [
"İslandiya Respublikası\nAzərbaycan Respublikası və İslandiya Respublikası arasında münasibətlər\nİslandiya Respublikası Azərbaycanın müstəqilliyini 19 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında 27 fevral 1998-ci ildə diplomatik əlaqələr yaradılmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan və İslandiya arasında ticarət əlaqələri\n(mln ABŞ dolları ilə)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\n2016\n4.2\n0.3\n4.5\n2017\n3.9\n0.5\n4.4\n2018\n1.4\n0.014\n1.41\n2019\n3.282\n0.015\n3.297\n2020\n4.169\n0.018\n4.187\nDiplomatik Nümayəndəlik\nAzərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin ünvanı: 4 Kensington Court, London W8 5DL, UK\nSəfirliyin internet səhifəsi: www.london.mfa.gov.az",
"Qırğız Respublikası\nAzərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər\nAzərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulmuşdur.\nAzərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlamışdır.\nQırğız Respublikası Prezidentinin 24 oktyabr 2014-cü il tarixli Sərəncamına əsasən Qırğız Respublikasının Azərbaycan Respublikasında Səfirliyi təsis edilmişdir.\n16 sentyabr 2016-cı il, 03 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Qırğız Respublikasına səfərləri baş tutmuşdur.\n3 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qırğız Respublikasına səfəri baş tutmuşdur.\n5-6 fevral 2020-ci il tarixində Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekovun Azərbaycan Respublikasına səfəri baş tutmuşdur.\nParlamentlərarası münasibətlər\nAzərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Qırğızıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Musa Quliyevdir\nQırğız Respublikasının Jokorqu Keneşində (Parlament) Qırğızıstan-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Tazabek İkramovdur\nMüqavilə-hüquq bazası\nİki ölkə arasında 58 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\n2020-ci ildə QR Hökumətinin rəsmi verdiyi məlumata əsasən ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 6,049 mln. ABŞ dolları olmuşdur. QR-nin ölkəmizə ixracı 4,421 mln. ABŞ dolları, idxalı isə 1,628 mln. ABŞ dolları təşkil etmişdir. Keçən illə müqayisədə pandemiya səbəbindən ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində nisbi azalma müşahidə edilmişdir.\nİki ölkə arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)\nİllər\nTicarət dövriyyəsi\nİxrac\nİdxal\n2016 il\n5.21\n4.43\n0.78\n2017 il\n6.7\n5.6\n1.1\n2018 il\n4.3\n1.7\n2.6\n2019 il\n6.2\n4.0\n2.2\n2020 il\n6.0\n4.4\n1.6\nAzərbaycana Qırğızıstandan idxal: kartof, nişasta, ərik, qarayonca toxumu, dərman vasitələri, közərmə lampaları.\nAzərbaycandan Qırğızıstana ixrac: şəkər və saxaroza, şokolad və şokolad məhsulları, polietilen, maye sayğacları, plastik məmulatlar.\nDiplomatik Nümayəndəlik\nAzərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyin ünvanı: Bişkek şəhəri Tolomuş Okeev küçəsi 24\nSəfirliyin internet səhifəsi: www.bishkek.mfa.gov.az\nSəfirliyin telefon nömrəsi: +996312221779",
"Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.\nBu barədə \"Report\"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.\nBildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.\nİctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.\nQeyd edək ki, bu gün Milli Şura Bakının Yasamal rayonunda keçmiş \"Məhsul\" stadionunda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyada Milli Şurada təmsil olunmayan Müsavat Partiyası, Real Partiyası və digər müxalifyönlü şəxslər dəstək veriblər.\nMitinqdə sabiq daxili işlər naziri İsgəndər Həmidov, Real Partiyasının sədri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və digər siyasi şəxslər çıxış ediblər. Onlar çıxışlarında tələb və təkliflərini səsləndiriblər."
] | [
"https://milliyyet.info/2019/12/18/black-january-in-the-world-press/",
"https://mfa.gov.az/az/category/avropa/islandiya",
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/qirgizistan"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2275--Azərbaycana aid hadisələr-2 | 1 | 22 yanvar | 22 yanvar — Qriqorian təqvimi ilə ilin 22-ci günü. | Azərbaycana aid hadisələr | 1972 — Moskvada Nazim Əliverdibəyovin "Muğam" baletinin premyerası keçirilmişdir.Энциклопедия балета - Мугам Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
2006 — "Neftçi" Moskvada Birlik Kubokunu qazanıb. | [
"\"Birlik Kuboku\" Azərbaycana ilk dəfə necə gəldi? (LAYİHƏ)\n14-cü Birlik kuboku\nB qrupu\nNEFTÇİ - VAXŞ (KURQANTÜBE, TACİKİSTAN) 3:0 (2:0)\nNEFTÇİ: Vladimir Miçoviç (Konstantin Qusev, 82), Aftandil Hacıyev (İqor Getman, 46), Valeri Abramidze (Elvin Əliyev, 75), Rəşad Sadiqov (Elçin Rəhmanov, 54), Vadim Borets, Aleksandr Çertoqanov, Georgi Adamiya (Tomislav Mişura, 46), Aqil Məmmədov, Ruslan Abbasov (Elnur Allahverdiyev, 59), Branimir Subaşiç (Nadir Nəbiyev, 46), Svetoslav Stefanov.\nVAXŞ: Asliddin Habibulloyev, Rustəm Hodayev (Yusuf Rabiyev, 46), İlhom Ortıkov (Firzavs Fayzullayev, 88), Kamol Ortıkov (Zəfər Zubidov, 69), Nəzir Rizomov (İndust Hüseynov, 46), Aleksey Niqmatov, Mehrob Zaurbəyov, İsgəndər Nuriddinov, Rüstəm Usmonov (Sahib Savonkulov, 82), Camoliddin Oyev, Akmal Saburov.\nQollar: B.Subaşiç, 6 (1:0). A.Hacıyev, 26 (2:0). T.Mişura, 73 (3:0).\nVərəqələr: R.Sadiqov, E.Allahverdiyev, İ.Nuriddinov - sarı.\nHakim: Paulyus Maljinskas (Litva).\nMoskva. «Dinamo» maneji. 14 yanvar. 500 tamaşaçı.\nMETALLURQ (LİEPAYA, LATVİYA) - NEFTÇİ 1:2 (0:2)\nMETALLURQ: Viktor Spole, Oskar Klyava, Dzintarş Zirnis, Denis İvanov, Mindauqas Kalonas, Gennadi Solonitsin, Darius Mitseyka, Yevgeni Gets (Andrey Juravlyov, 73), Nerius Astrauşkas (Kristap Qrebis, 61), Girt Karlsons, Anton Yemelin.\nNEFTÇİ: Vladimir Miçoviç, Aftandil Hacıyev, Valeri Abramidze, Rəşad Sadiqov (Elnur Allahverdiyev, 90), Vadim Borets (Elçin Rəhmanov, 78), Aleksandr Çertoqanov (İqor Getman, 86), Georgi Adamiya (Branimir Subaşiç, 46), Aqil Məmmədov, Ruslan Abbasov, Nadir Nəbiyev (Tomislav Mişura, 85), Svetoslav Stefanov.\nQollar: G.Adamiya, 25 (0:1). G.Adamiya, 31 (0:2). D.İvanov, 64-p (1:2).\nVərəqələr: G.Karlsons, S.Stefanov, E.Allahverdiyev - sarı.\nHakim: İqor Yeqorov (Rusiya).\nMoskva. «Olimpiyski» İdman Kompleksinin maneji. 15 yanvar. 1000 tamaşaçı.\nAKTOBE (AKTYUBİNSK, QAZAXISTAN) - NEFTÇİ 1:1 (1:0)\nAKTOBE: Yevgeni Plotnikov, Oleq Musin, Yuri Aksyonov (Viktor Dobretsov, 46/Dmitri Lukaşko, 76), Menover Rizviç, Sergey Yaskoviç, Vitali Kitsak (Aleksey Kosolapov, 73), Aleksandr Suçkov, Andrey Meşyaninov, Anatoli Malkov (Yevgeni Lovçev, 46), Konstantin Qolovskoy, Maksim Sançenko (Sergey Kaputin, 69).\nNEFTÇİ: Vladimir Miçoviç, Aftandil Hacıyev, Valeri Abramidze, Rəşad Sadiqov, Vadim Borets, Aleksandr Çertoqanov (Elvin Əliyev, 87), Aqil Məmmədov (Elçin Rəhmanov, 46), Ruslan Abbasov, Branimir Subaşiç, Nadir Nəbiyev (Georgi Adamiya, 46/İqor Getman, 69), Svetoslav Stefanov.\nQollar: A.Suçko, 39 (1:0). B.Subaşiç, 61 (1:1).\nVərəqələr: A.Malkov, A.Çertoqanov, V.Borets - sarı.\nHakim: Gennadi Orlik (Moldova).\nMoskva. «Olimpiyski» İdman Kompleksinin maneji. 17 yanvar. 300 tamaşaçı.\n№\nKomanda\n1\n2\n3\n4\nO\nQ\nH\nM\nT/F\nX\n1\nNEFTÇİ\n2:1\n1:1\n3:0\n3\n2\n1\n0\n6-2\n7\n2\nMetallurq (Liepaya, Latviya)\n1:2\n3:0\n2:1\n3\n2\n0\n1\n6-3\n6\n3\nAktobe (Aktyubinsk, Qazaxıstan)\n1:1\n0:3\n1:0\n3\n1\n1\n1\n2-4\n4\n4\nVaxş (Kurqantübe, Tacikistan)\n0:3\n1:2\n0:1\n3\n0\n0\n2\n1-6\n0\n1/4 final\nNEFTÇİ - PAXTAKOR (DAŞKƏND, ÖZBƏKİSTAN) 0:0, penaltilərlə - 4:2.\nNEFTÇİ: Vladimir Miçoviç, Aftandil Hacıyev, Valeri Abramidze, Rəşad Sadiqov, Vadim Borets, Aleksandr Çertoqanov, Aqil Məmmədov, Ruslan Abbasov (Elnur Allahverdiyev, 59), Branimir Subaşiç, Nadir Nəbiyev, Stefanov Stefanov (Elçin Rəhmanov, 75).\nPAXTAKOR: İqnati Nesterov, Asror Alikulov, Sərvər Çeparov, Sədrəddin Abdullayev (Vladislav Kiryan, 70/Qoçquli Qoçquliyev, 82), Aleksandr Kletskov, İslam İnomov, Vyaçeslav Ponomaryov, Timur Kopadze, Zeynəddin Taciyev, Renat Bayramov, İlhom Suyunov.\nPenaltilər seriyası: S.Çeparov (0:1). V.Borets (1:1). T.Kopadze (1:1). B.Subaşiç (2:1). A.Alikulov (2:2). N.Nəbiyev (3:2). İ.Suyunov (3:2). A.Hacıyev (4:2).\nVərəqə:yoxdur.\nHakim: Yuri Baskakov (Rusiya).\nMoskva. «Olimpiyski» İdman Kompleksinin maneji. 18 yanvar. 1000 tamaşaçı.\n1/2 final\nNEFTÇİ - PÜNİK (YEREVAN, ERMƏNİSTAN) +:-\n20 yanvar.\n«Pünik» oyuna gəlmədiyinə görə «Neftçi»yə texniki qələbə verilib.\nFinal\nKAUNAS (KAUNAS, LİTVA) - NEFTÇİ 2:4 (2:2)\nKAUNAS: Eduardas Kurskis, İrmantas Zelnikas (İrakli Xubutiya, 45), Mindauqas Patsyaviçyus (Viqantas Zubaviçus, 71), Nukri Mançxava, Gedrius Bareviçyus, Qlidas Yuşka, Tadas Papeçkis (Arturas Rinkyaviçyus, 67), Audrius Kşanaviçyus (İlqiz Fattaxov, 40), Kestutis İvaşkaviçyus, Linas Pilibaytis, Edin Pexliç (Riçardas Beniuşis, 51).\nNEFTÇİ: Vladimir Miçoviç, Aftandil Hacıyev, Ruslan Abbasov (Elnur Allahverdiyev, 65), Valeri Abramidze, Aleksandr Çertoqanov (İqor Getman, 89), Rəşad Sadiqov (Elvin Əliyev, 90), Svetoslav Stefanov, Aqil Məmmədov (Elçin Rəhmanov, 80), Vadim Borets, Branimir Subaşiç (Georgi Adamiya, 88), Nadir Nəbiyev.\nQollar: M.Patsyaviçyus, 15 (1:0). N.Nəbiyev, 34 (1:1). V.Borets, 36 (1:2). İ.Zelnikas, 40 (2:2). B.Subaşiç, 47 (2:3). S.Stefanov, 56 (2:4).\nVərəqələr: G.Bareviçyus, N.Mançxava, V.Abramidze - sarı. İ.Xubutiya, 55 – qırmızı.\nHakim: Yuri Baskakov (Rusiya).\nMoskva. «Olimpiyski» İdman Kompleksinin maneji. 22 yanvar. 6200 tamaşaçı.\nBaş məşqçi: Ağasəlim Mircavadov.\nQeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir\n|№||Komanda||o||x|\n|1||Qarabağ||7||21|\n|2||Sabah||8||19|\n|3||Neftçi||8||18|\n|4||Qəbələ||8||15|\n|5||Zirə||8||13|\n|6||Turan Tovuz||7||10|\n|7||Səbail||8||5|\n|8||Kəpəz||8||4|\n|9||Sumqayıt||8||4|\n|10||Şamaxı||8||2|\n|№||Komanda||o||x|\n|1||Araz-Naxçıvan||13||37|\n|2||EKOL||13||30|\n|3||Neftçi İK||13||25|\n|4||Baku Fire||13||22|\n|5||Record club.az||13||12|\n|6||Alyans||13||12|\n|7||U-19||13||9|\n|8||Xilə||13||6|\n|№||Komanda||o||x|\n|1||Araz Naxçıvan||5||15|\n|2||MOİK||5||11|\n|3||Turan Tovuz-2||4||9|\n|4||Qəbələ-2||5||9|\n|5||Neftçi-2||4||9|\n|6||Qarabağ-2||5||7|\n|7||Zirə-2||4||7|\n|8||Şamaxı-2||5||7|\n|9||Qaradağ Lökbatan||5||6|\n|10||Mingəçevir||5||6|\n|11||Səbail-2||4||6|\n|12||Zaqatala||5||6|\n|13||Sumqayıt-2||4||3|"
] | [
"http://www.ballet-enc.ru/html/m/mugam.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2278--Azərbaycana aid hadisələr-2 | 1 | 24 yanvar | 24 yanvar — Qriqorian təqvimi ilə ilin 24-cü günü. | Azərbaycana aid hadisələr | 1992 — Slovakiya Azərbaycanın müstəqilliyini tanımışdır. | [
"Slovakiya\nAzərbaycan Respublikası və Slovakiya Respublikası arasında ikitərəfli münasibətlər\nSlovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur.\nAzərbaycanı Slovakiyada ölkəmizin Avstriyadakı Səfirliyi təmsil edir.\nSlovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir.\n5-6 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası xarici işlər naziri E. Məmmədyarovun Slovakiya Respublikasına səfəri baş tutmuşdur.\n4-5 mart 2019-cu il, 17 mart 2021-ci il tarixlərində Slovakiya Respublikası xarici işlər nazirinin Azərbaycan Respublikasına səfərləri baş tutmuşdur.\nParlamentlərarası əlaqələr\nAR Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Anar Məmmədovdur.\nSlovakiya Respublikasının Milli Şurasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Adriana Pçolinskadır.\nMüqavilə-hüquq bazası\nİki ölkə arasında 9 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nİki ölkə arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)\nİl\nTicarət dövriyyəsi\nİxrac\nİdxal\n2016\n21.6\n0.1\n21.5\n2017\n23.9\n0.9\n23\n2018\n30\n0.05\n30\n2019\n28.9\n0.4\n28.5\n2020\n28,4\n0.04\n28,5\nMənbə: AR İqtisadiyyat Nazirliyi\nTicarətdə aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:\nİdxal: ərzaq məhsulları, dərman vasitələri, ağacdan dirəklər və dayaqlar, kalsium tərkibli karbidlər və s.\nİxrac: neft məhsulları, meyvə şirələri, emal olunmamış dərilər, təzə və quru meyvə və tərəvəz."
] | [
"https://mfa.gov.az/az/category/avropa/slovakiya"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2279--Azərbaycana aid hadisələr-2 | 2 | 25 yanvar | 25 yanvar — Qriqorian təqvimi ilə ilin 25-ci günü. | Azərbaycana aid hadisələr | 1908 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının premyerası keçirilmişdir.
1965 — SSRİ Hərbi Hava Qüvvələrinə məxsus An-8 hərbi-nəqliyyat təyyarəsi Azərbaycan SSR-nin Goran aerodromundan qalxaraq Gəncə aerodromuna eniş edərkən qəzaya uğramışdır.
1988 — Qafan rayonunda yaşayan azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur.
1991 — Meksika Azərbaycanın müstəqilliyini tanımışdır.
2001 — Azərbaycan Avropa Şurasının üzvlüyünə qəbul olunub. | [
"Meksika Birləşmiş Ştatları\nAzərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arısında ikitərəfli münasibətlər\n25 dekabr 1991-ci ildə Meksika Birləşmiş Ştatları Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 10 fevral 1992-ci ildə iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdur.\nAzərbaycanın Meksikadakı səfirliyi 2 oktyabr 2006-cı ildən fəaliyyət göstərir.\nMeksikanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2014-cü ildən fəaliyyət göstərir.\n30 noyabr-3 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Meksikanın yeni seçilmiş Prezidenti Andres Manuel Lopez Obradorun inauqurasiya mərasimində iştirak etmək məqsədilə Meksikaya işgüzar səfər etmişdir.\nParlamentlərarası əlaqələr\n2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.\n8 aprel 2010-cu ildə Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır.\nMüqavilə-hüquq bazası\nAzərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arısında 6 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\n2020-ci ildə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin həcmi 50,3mln. ABŞ dolları təşkil etmişdir (idxalın həcmi 50,1mln. ABŞ dolları, ixracın həcmi isə 202.84 min ABŞ dolları).\nMənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi\nAzərbaycan Respublikasına Meksikadan idxal: qurudulmuş noxud, pivə, dondurulmuş Sakit okean balıqları (əsasən qızıl balıq), təzə və dondurulmuş digər balıqlar, şəkərdən hazırlanan tərkibində kakao olmayan qənnadı məmulatları, habelə şokolad və ondan hazırlanan məmulatlar.\nAzərbaycan Respublikasından Meksikaya ixrac: Araqatlar, şaybalar və maqnitil rezin lent, bərkitmələr, yer və tunelqazan maşınların hissələri.\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Birləşmiş Ştatlarındakı Səfirliyi\nÜnvan: Av. Bosques de la Reforma 580, Col. Bosque de las Lomas, Alcaldia Miguel Hidalgo, C.P. 11700, CDMX, Mexico\nİnternet səhifəsi: www.mexico.mfa.gov.az"
] | [
"https://www.nytimes.com/2009/03/01/arts/music/01toum.html?pagewanted=all&_moc.semityn.www"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2282--Azərbaycana aid hadisələr-2 | 2 | 26 yanvar | 26 yanvar — Qriqorian təqvimi ilə ilin 26-cı günü. | Azərbaycana aid hadisələr | 1992 — Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə Daşaltı əməliyyatını keçirib.
1995 — Azərbaycan və Xorvatiya arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"İstiqlal şairi - Əhməd Cavad\nZərifə Xanım Əliyeva\nXalq Yazıçısı İlyas Əfəndiyfev\nNizami Cəfərov\nAzərbaycanda multikulturalizm\nNəsir İmanquliyev-100\nBiblioqrafik sorğu\nVirtual Sifariş\nMetodik xidmət\nSənədlərin Sifarişi Və Elektron Çatdırılması\nAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev\nAzərbaycan Respublikası Təhsil Nazirliyi\nAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi\nAzərbaycan Kitabxanaları\nHeydər Əliyev Fondu\nAvropa Milli Kitabxanaları Konfransı təşkilatı\nAvrasiya Kitabxanalar Assambleyası\nPetruççi Beynəlxalq Musiqi Kitabxanası",
"Xorvatiya Respublikası\nAzərbaycan Respublikası və Xorvatiya Respublikası arasında ikitərəfli münasibətlər\n28 dekabr 1991-ci il tarixində Xorvatiya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 26 yanvar 1995-ci ildə qurulmuşdur.\nAzərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətləri 11 mart 2013-cü il tarixində imzalanmış Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsinə əsaslanır. Həmçinin, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq mövcuddur və mühüm strateji məsələlərdə qarşılıqlı olaraq dəstək göstərilir.\n2016-cı ildə Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri və 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xorvatiyaya səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi kimi qiymətləndirmək olar.\nAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Xorvatiyada Azərbaycan Respublikasının Səfirliyi təsis edilmiş, 2011-ci ilin fevral ayından səfirlik öz fəaliyyətinə başlamışdır.\n24 sentyabr 2019-cu il tarixində Xorvatiyanın igamətgahı Bakı şəhərində olmaqla Azərbaycan Respublikasında Səfirliyinin rəsmi açılışı olmuşdur.\n23-25 oktyabr 2016-cı il tarixlərində Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.\n05-06 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xorvatiya Respublikasına rəsmi səfər etmişdir.\n29 aprel 2019-cu il tarixində Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri xanım Mariya Peyçinoviç Buriç Azərbaycanda rəsmi səfərdə olmuşdur.\nParlamentlərarası əlaqələr\n5 dekabr 2000-ci il tarixində Milli Məclisdə Azərbaycan və Xorvatiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Könül Nurullayevadır.\n2008-ci ildən Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan Parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Ljubica MaksimĆukdur.\nMüqavilə-hüquq bazası\nAzərbaycan və Xorvatiya arasında 25 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\n11 mart 2013-cü il tarixində Zaqreb şəhərində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanmışdır.\nAzərbaycan Respublikasından Xorvatiya Respublikasına xam neft və reaktiv kerosin yanacağı ixrac edilir.\nXorvatiya Respublikasından Azərbaycan Respublikasına əsasən dərman vasitələri, transformator hissələri, müxtəlif avadanlıqlar və s. idxal edilir.\nAzərbaycanda 20-dən çox Xorvatiya şirkəti fəaliyyət göstərir. Bunlar əsasən informasiya texnologiyaları, neft sənayesi, energetika, dəmir yolu infrastrukturu sahələrini əhatə edir.\nAzərbaycan ilə Xorvatiya arasında ticarət dövriyyəsi\n(min. ABŞ dolları ilə)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\nSaldo\n2019 yanvar-iyun\n1 441,47\n134 848,11\n136,289.58\n133,406.64\n2018\n1 928,31\n245 843,96\n247 772,27\n243 915,65\n2017\n1 434,4\n174 262,9\n175 697,2\n172 828,5\n2016\n51182.5\n233539.1\n284721.6\n182356.6\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfirliyinin ünvanı: Srebrnjak 104, Zagreb 10000.\nSəfirliyin rəsmi internet səhifəsi: http://zagreb.mfa.gov.az"
] | [
"http://www.anl.az/down/meqale/hafta_ichi/2014/yanvar/348906.htm",
"https://mfa.gov.az/az/category/avropa/xorvatiya"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2286--Azərbaycana aid hadisələr-1 | 1 | 29 yanvar | 29 yanvar — Qriqorian təqvimi ilə ilin 29-cu günü. | Azərbaycana aid hadisələr | 1993 — Azərbaycan və Çexiya arasında diplomatik əlaqələr qurulmuşdur.
2008 — Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. | [
"Çex Respublikası\nAzərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər\nÇex Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1993-cü ildə qurulmuşdur.\nAzərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi 15 avqust 2007-ci ildə təsis olunmuşdur. Çex Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 dekabr 2009-cu ildə təsis olunmuşdur.\nAzərbaycan-Çexiya əlaqələrinin yüksək səviyyəsinin göstəriciləri kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4-6 aprel 2012-ci ildə Çexiyaya və Çex Respublikasının Prezidenti cənab Miloş Zemanın 15-17 sentyabr 2015-ci ildə Azərbaycana həyata keçirilmiş rəsmi səfərlərini qeyd etmək olar.\nAzərbaycan və Çexiya arasında müxtəlif səviyyələrdə aparılan dialoqun nəticələrindən biri kimi, 12 oktyabr 2011-ci il tarixində Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr Komitəsi tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə qətnamənin qəbulunu qeyd etmək olar. Sənəddə ölkəmizin ərazi bütövlüyü, dövlət suverenliyi və müstəqilliyinin Çex Respublikası tərəfindən qeyd-şərtsiz tanınması, ölkəmizin Çexiyanın strateji tərəfdaşı olduğu, Avropanın enerji təchizatındakı əhəmiyyətli rolu, eləcə də NATO-nun Sülh Naminə Tərəfdaşlıq və Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramlarının fəal üzvü olması vurğulanmışdır.\n7 fevral 2013-cü il tarixində Çexiyanın Deputatlar Palatasının Xarici əlaqələr komitəsi Xocalı sakinlərinin qətliamına görə Ermənistanı pisləyən 219 nömrəli qərarı yekdilliklə qəbul etmişdir.\nÇexiya Prezidenti Miloş Zemanın Azərbaycana rəsmi səfəri zamanı 15 sentyabr 2015-ci ildə Bakı şəhərində “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə mühüm hadisə olmuşdur.\nParlamentlərarası əlaqələr:\nAzərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 28 üzvü var. Qrupun rəhbəri millət vəkili Elnur Allahverdiyevdir.\nÇexiya Parlamentində Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu (19 millət vəkili) fəaliyyət göstərir. Qrupun rəhbəri: Zdenek Ondraçek.\nMüqavilə-hüquq bazası\nİki ölkə arasında 29 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nİki ölkə arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)\nİI\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\n2015\n58\n550\n608\n2016\n66\n214\n280\n2017\n108\n556\n664\n2018\n107\n938\n1045\n2019\n56\n647\n703\n2020\n37\n192\n229\nMənbə: AR İqtisadiyyat Nazirliyi\nAzərbaycandan Çexiyaya əsas ixrac məhsulları neft və neft məhsulları, Çexiyadan Azərbaycana əsas idxal məhsulları isə maşın və avadanlıqlar, elektron avadanlıqlar, şüşə və kimya məhsullarıdır.\nÇexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85%-i məhz Azərbaycanın payına düşür. Çexiyanın neft məhsullarına olan tələbatının təxminən 30%-i məhz Azərbaycan neftinin hesabına ödənilir.\nHazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti, infrastruktur və nəqliyyat sahələrdə 25 çex kapitallı şirkət fəaliyyət göstərir. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri $ 2 mlrd. çox olan dövlət layihələrinə podratçı qismində cəlb olunmuşlar.\n“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılmışdır. Sonuncu iclas 18 yanvar 2017-ci il tarixində Bakıda keçirilmişdir.\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin ünvanı: Na Zatorce 783/17, Praha 6 – Bubenec, 16000\nSəfirliyin internet səhifəsi: http://prague.mfa.gov.az"
] | [
"https://mfa.gov.az/az/category/avropa/cexiya"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2287--Azərbaycana aid hadisələr-2 | 2 | 30 yanvar | 30 yanvar — Qriqorian təqvimi ilə ilin 30-cu günü. | Azərbaycana aid hadisələr | 1992
Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvlüyünə qəbul olunub.
Azərbaycan və Şimali Koreya arasında diplomatik əlaqələr qurulmuşdur.
2021 — Ağdam rayonu ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilmişdir. | [
"Koreya Xalq Demokratik Respublikası\nAzərbaycan Respublikası və Koreya Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlər\nKoreya Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabr tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 30 yanvar 1992-ci ildə qurulmuşdur.\nAzərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında xüsusi ilə çoxtərəfli əsasda – BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.\n2018-ci il 5-6 aprel tarixlərində Koreya Xalq Demokratik Respublikası Xarici İşlər naziri Ri Yonq-ho Qoşulmama Hərəkatının 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Azərbaycana Respublikasına işgüzar səfər etmişdir. Səfər çərçivəsində Ri Yonq-ho 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olmuş, 6 aprel tarixində isə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüş keçirmişdir.\nMüqavilə hüquq bazası\nAzərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında 1 sənəd imzalanmışdır.\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin ünvanı:\nQijayuan Diplomatic Compound, Villa B-3-3, 100600 Beijing\nSəfirliyin internet səhifəsi: www.beijing.mfa.gov.az\nTEL: (+8610) 65 32 46 14\nFAX: (+8610) 65 32 46 15",
"Yanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Yunus Emre Karaosmanoğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak ediblər.\nAzərbaycanın Müdafiə naziri, Rusiya Federasiyası Müdafiə nazirinin müavini və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavininin iştirakı ilə mərkəzin rəmzi açılışını bildirən lent kəsilib.\nBaş plan üzərində birgə mərkəzin yerləşdiyi ərazi, buradakı modul tipli inzibati, xidməti və yaşayış otaqları barədə mərasim iştirakçılarına ətraflı məlumat verilib.\nSonra qonaqlar ərazidəki monitorinq mərkəzi və brifinq zalı ilə tanış olublar. Onlara birgə mərkəzin təyinatı, fəaliyyəti, vəzifə və tapşırıqları barədə qısa məlumat verilib. Bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın maddələrinin və əldə olunan razılaşmaların icrasına nəzarət etməkdir.\nQısa brifinqdən sonra qonaqlar mərkəzin sıra meydanına gəliblər. Azərbaycan Respublikası, Rusiya Federasiyası və Türkiyə Respublikasının dövlət himnləri səsləndirildikdən sonra mərkəzin şəxsi heyəti ilə görüş keçirilib.\nTədbirdə çıxış edən Azərbaycanın Müdafiə naziri general-polkovnik Z.Həsənov birgə mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirərək onun şəxsi heyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.\nTədbirdə həmçinin çıxış edən Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik A.Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini Y.E.Karaosmanoğlu birgə mərkəzin tam həcmdə fəaliyyət göstərməsi üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, mərkəz birgə fəaliyyət nəticəsində qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, habelə bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.\nDaha sonra mərasim iştirakçıları mərkəzin ərazisində yaradılmış infrastrukturla tanış olub, burada şəxsi heyət üçün quraşdırılmış modul tipli otaqlara baxış keçiriblər. Bildirilib ki, mərkəzin binası və ərazidəki modul tipli yataqxana, idman zalı, yeməkxana, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi lazımi avadanlıq, mebel dəsti, kommunikasiya xətləri, istilik sistemi, su və elektrik xətləri və digər vasitələr ilə təchiz edilib. Ərazidə avtomobil dayanacağı fəaliyyət göstərir.\nMərkəzlə tanışlıqdan sonra qonaqlar şəxsi heyətlə birgə nahar edib.\nTədbir Türkiyə-Rusiya dostluq xiyabanında ağacların əkilməsi və qrup fotosunun çəkilməsi ilə başa çatıb.\n* * *\nTürkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində Azərbaycanın Müdafiə naziri çıxış edib.\nMüdafiə naziri general-polkovnik Zakir Həsənovun çıxışı:\nHörmətli, Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini,\nHörmətli Rusiya Federasiyası Müdafiə nazirinin müavini,\nHörmətli zabitlər və əsgərlər!\nAzərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı adından Sizi Azərbaycan torpağında salamlayıram.\nCənab zabitlər!\n2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusu, Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks hücum əməliyyatını həyata keçirmişdir. Ali Baş Komandanın rəhbərliyində 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatmışdır.\nAzərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunmuş və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulmuşdur.\nTürkiyə Respublikasının və Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunmuşdur.\nTürkiyə Respublikası və Rusiya Federasiyası arasında 11 noyabr 2020-ci il tarixdə imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edir.\nMərkəzin fəaliyyəti regionda uzun müddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcəkdir.\nEyni zamanda əminik ki, Mərkəzdə bizim türkiyəli və rusiyalı həmkarlarımız arasında dost və işçi münasibətləri yaranacaqdır.\nHörmətli tədbir iştirakçıları!\nTürkiyəli və rusiyalı hərbi qulluqçuları Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin açılışı münasibətilə təbrik edir, onlara xidməti döyüş fəaliyyətlərində uğurlar arzu edirəm.\nDiqqətinizə görə təşəkkür edirəm."
] | [
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/koreya-xalq-demokratik-respublikasi",
"https://mod.gov.az/az/news/turkiye-rusiya-birge-monitorinq-merkezinin-acilis-merasimi-kecirilib-video-34668.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2325--Azərbaycana aid hadisələr-2 | 2 | 10 fevral | 10 fevral — Qriqorian təqvimi ilə ilin 41-ci günü. | Azərbaycana aid hadisələr | 1828 — İranla Rusiya arasında Türkmənçay müqaviləsi imzalanmışdır.
1992
Azərbaycan və Meksika arasında diplomatik əlaqələr qurulmuşdur.
Qarabağ müharibəsi: Malıbəyli və Quşçular qətliamı baş vermişdir. | [
"Meksika Birləşmiş Ştatları\nAzərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arısında ikitərəfli münasibətlər\n25 dekabr 1991-ci ildə Meksika Birləşmiş Ştatları Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 10 fevral 1992-ci ildə iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdur.\nAzərbaycanın Meksikadakı səfirliyi 2 oktyabr 2006-cı ildən fəaliyyət göstərir.\nMeksikanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2014-cü ildən fəaliyyət göstərir.\n30 noyabr-3 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Meksikanın yeni seçilmiş Prezidenti Andres Manuel Lopez Obradorun inauqurasiya mərasimində iştirak etmək məqsədilə Meksikaya işgüzar səfər etmişdir.\nParlamentlərarası əlaqələr\n2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.\n8 aprel 2010-cu ildə Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır.\nMüqavilə-hüquq bazası\nAzərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arısında 6 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\n2020-ci ildə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin həcmi 50,3mln. ABŞ dolları təşkil etmişdir (idxalın həcmi 50,1mln. ABŞ dolları, ixracın həcmi isə 202.84 min ABŞ dolları).\nMənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi\nAzərbaycan Respublikasına Meksikadan idxal: qurudulmuş noxud, pivə, dondurulmuş Sakit okean balıqları (əsasən qızıl balıq), təzə və dondurulmuş digər balıqlar, şəkərdən hazırlanan tərkibində kakao olmayan qənnadı məmulatları, habelə şokolad və ondan hazırlanan məmulatlar.\nAzərbaycan Respublikasından Meksikaya ixrac: Araqatlar, şaybalar və maqnitil rezin lent, bərkitmələr, yer və tunelqazan maşınların hissələri.\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Birləşmiş Ştatlarındakı Səfirliyi\nÜnvan: Av. Bosques de la Reforma 580, Col. Bosque de las Lomas, Alcaldia Miguel Hidalgo, C.P. 11700, CDMX, Mexico\nİnternet səhifəsi: www.mexico.mfa.gov.az"
] | [
"https://archive.org/details/cu31924028754616"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2322--Azərbaycana aid hadisələr-1 | 2 | 7 fevral | 7 fevral — Qriqorian təqvimi ilə ilin 38-ci günü. | Azərbaycana aid hadisələr | 1991 — Milli Məclisin qəbul etdiyi qərarla Qutqaşen şəhərinin adı Qəbələ şəhəri, Mirbəşir şəhəri Tərtər, Puşkin şəhəri Biləsuvar, Şamxor şəhəri Şəmkir və Vartaşen şəhərinin adı isə Oğuz olub.
2013 — Azərbaycan və Butan arasında diplomatik əlaqələr qurulmuşdur.
2019 — Azərbaycan və Tanzaniya arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında\nAZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI\nƏhalinin, əmək kollektivlərinin, ictimai təşkilatların və yerli Sovet orqanlarının çoxsaylı xahişlərini nəzərə alaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır:\nRespublikanın Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:\nBakı şəhəri üzrə\nNizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılsın, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilsin və rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılsın.\nGəncə şəhəri üzrə\nGəncə rayonu Nizami rayonu adlandırılsın.\nSumqayıt şəhəri üzrə\nNasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılsın.\nAbşeron rayonu üzrə\nAşağı Güzdək qəsəbəsi Ceyranbatan qəsəbə Sovetindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Aşağı Güzdək qəsəbə Soveti yaradılsın.\nFaktiki mövcud olan Pirəkəşkul və Qobustan kəndləri dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsinlər.\nPirəkəşkül kəndi mərkəz olmaqla Pirəkəşkül kənd Soveti yaradılsın. Qobustan kəndi Pirəkəşkül kənd Sovetinin tərkibinə verilsin.\nAğdaş rayonu üzrə\nDəhnəxəlil kəndi Yuxarı Qolqəti kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Dəhnəxəlil kənd Soveti yaradılsın. Yuxarı Qolqəti kənd Sovetinin Aşağı Ağcayazı, Yuxarı Ağcayazı kəndləri və Turyançay fəhlə qəsəbəsi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilsin.\nPirkəkə kəndi Qoşaqovaq kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Pirkəkə kənd Soveti yaradılsın. Qoşaqovaq kənd Sovetinin Ərəbocağı kəndi Pirkəkə kənd Sovetinin tərkibinə verilsin.\nAğsu rayonu üzrə\nPadarqışlaq kəndi Bico kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Padarqışlaq kənd Soveti yaradılsın.\nAğcabədi rayonu üzrə\nŞaumyankənd kəndi Qaradolaq kəndi və müvafiq olaraq Şaumyankənd kənd Soveti Qaradolaq kənd Soveti, Üzeyirkənd kəndi Avşar kəndi və müvafiq olaraq Üzeyirkənd kənd Soveti Avşar kənd Soveti adlandırılsın.\nBalakən rayonu üzrə\nŞərif kəndinin M. Əzizbəyov adına kolxozun ərazisindəki hissəsi Şərif kənd Sovetindən ayrılaraq Yeni Şərif kəndi adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin və həmin kənd mərkəz olmaqla Yeni Şərif kənd Soveti yaradılsın.\nXalatala, Meşəşambul və Şərif kəndlərindən ayrılmış ərazidəki yaşayış məntəqəsi Qabaqçöl adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Qabaqçöl yaşayış məntəqəsi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilərək, o mərkəz olmaqla Qabaqçöl qəsəbə Soveti yaradılsın.\nBərdə rayonu üzrə\nBabək adına kolxozun ərazisindəki yaşayış məntəqəsi Abadlı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Abadlı kəndi mərkəz olmaqla Abadlı kənd Soveti yaradılsın.\nŞirvanlı kənd Sovetinin Təzəkənd kəndi Uğurbəyli kəndi adlandırılsın.\nBeyləqan rayonu üzrə\nBünyadlı kənd Sovetinin Birinci İmamverdili kəndi — İmamverdili, İkinci İmamverdili kəndi — Qaralılar kəndi adlandırılsın.\nVətağa kəndi dəqiqləşdirilmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.\nQaralılar kəndi Bünyadlı kənd Sovetinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaralılar kənd Soveti yaradılsın. Bünyadlı kənd Sovetindən İmamverdili və Vətağa kəndləri Qaralılar kənd Sovetinin tərkibinə verilsin.\nŞəfəq qəsəbəsi Komsomol kənd Sovetindən Beyləqan şəhər Sovetinin tərkibinə verilsin.\nVartaşen rayonu üzrə\nVartaşen şəhəri Oğuz şəhəri və müvafiq olaraq Vartaşen rayonu Oğuz rayonu, Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılsın.\nQuba rayonu üzrə\nSusay kəndi Alpan kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılsın. Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilsin.\nFaktiki mövcud olan Aşağı Atuc kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.\nAşağı Atuc kəndi mərkəz olmaqla Aşağı Atuc kənd Soveti yaradılsın. Yelenovka kənd Sovetindən Susayqışlaq kəndi Aşağı Atuc kənd Sovetinin tərkibinə verilsin.\nİspik kəndi Tüləkəran kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla İspik kənd Soveti yaradılsın.\nFaktiki mövcud olan Çayqışlaq kəndi Zərqava kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.\nQutqaşen rayonu üzrə\nQutqaşen şəhəri Qəbələ şəhəri və müvafiq olaraq Qutqaşen rayonu Qəbələ rayonu adlandırılsın.\nDaşkəsən rayonu üzrə\nQabaqtəpə kənd Sovetinin Şaumyan kəndi Pirverdilər kəndi, Zağalı kənd Sovetinin Xaçbulaq kəndi Xoşbulaq kəndi, Şaumyan kənd Sovetinin Şaumyan kəndi Gurbulaq kəndi və müvafiq olaraq Şaumyan kənd Soveti Gurbulaq kənd Soveti adlandırılsın.\nİmişli rayonu üzrə\n1 May qəsəbə Sovetinin Aşağı Qaragüvəndli və Yuxarı Qaragüvəndli kəndləri faktiki birləşdiyinə görə həmin kəndlər Qaragüvəndli kəndi adlandırılsın.\nQaragüvəndli kəndi 1 May qəsəbə Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Suvorovka kənd Soveti yaradılsın.\nSuvorovka kəndi Poltavka kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Suvorovka kənd Soveti yaradılsın.\nSemyonovka kəndi Qızılkənd və müvafiq olaraq Semyonovka kənd Soveti Qızılkənd kənd Soveti adlandırılsın.\nAğamalılar kəndi Muradxanlı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağamalılar kənd Soveti yaradılsın.\nQaravəlili kəndi Bəcirəvan kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaravəlili kənd Soveti yaradılsın. Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili kənd Sovetinin tərkibinə verilsin.\nQulubəyli kəndi Muradalılı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qulubəyli kənd Soveti yaradılsın.\nTelişli kəndi Məmmədli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Telişli kənd Soveti yaradılsın. Məmmədli kənd Sovetindən Allahmədədli kəndi Telişli kənd Sovetinin tərkibinə verilsin.\nGöbəktala kəndi Rəsullu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Göbəktala kənd Soveti yaradılsın. Rəsullu kənd Sovetinin Şahverdili kəndi Göbəktala kənd Sovetinin tərkibinə verilsin.\nOruclu kəndi Ağaməmmədli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Oruclu kənd Soveti yaradılsın.\nBoşçalılar kəndi Sarıxanlı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Boşçalılar kənd Soveti yaradılsın.\nYevlax rayonu üzrə\nŞilyan kəndi Ərəş kəndi və müvafiq olaraq Şilyan kənd Soveti Ərəş kənd Soveti adlandırılsın.\nKəlbəcər rayonu üzrə\nŞaplar kəndi Dalqılıclı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Şaplar kənd Soveti yaradılsın. Dalqılıclı kənd Sovetindən Məmməduşağı kəndi Şaplar kənd Sovetinin tərkibinə verilsin.\nDəmirçidam kəndi Seyidlər kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Dəmirçidam kənd Soveti yaradılsın. Seyidlər kənd Sovetindən Qanlıkənd kəndi Dəmirçidam kənd Sovetinin tərkibinə verilsin.\nƏli Bayramlı kəndi Zar kənd Sovetinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Əli Bayramlı kənd Soveti yaradılsın. Zar kənd Sovetindən Vəzirxana kəndi Əli Bayramlı kənd Sovetinin tərkibinə verilsin.\nYellicə kəndi Keşdək kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yellicə kənd Soveti yaradılsın. Keşdək kənd Sovetindən Armudlu, Həsənlər, Təkdam, Kaha və Alolar kəndləri Yellicə kənd Sovetinin tərkibinə verilsin.\nTaxtabaşı kəndi Başlıbel kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Taxtabaşı kənd Soveti yaradılsın.\nKürdəmir rayonu üzrə\nƏrşəli kəndi Pirili kənd Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilsin.\nGədəbəy rayonu üzrə\nNovoqorelovka kəndi Ərtəpə kəndi və müvafiq olaraq Novoqorelovka kənd Soveti Ərtəpə kənd Soveti, Novospasovka kəndi Pirbulaq kəndi, Arıqıran kəndi Çiçəkli kəndi və müvafiq olaraq Arıqıran kənd Soveti Çiçəkli kənd Soveti, Çay Rəsullu kənd Sovetinin Kilsəli kəndi Turşsu kəndi adlandırılsın,\nGoranboy rayonu üzrə\nNizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılsın.\nNadirkənd kəndi Borsunlu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nadirkənd kənd Soveti yaradılsın.\nQırıqlı kəndi Goranlı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qırıqlı kənd Soveti yaradılsın. Goranlı kənd Sovetindən. Qarapirimli və Gülməmmədli kəndləri Qırıqlı kənd Sovetinin tərkibinə verilsin.\nQaramusalı kəndi Xınalı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaramusalı kənd Soveti yaradılsın. Xınalı kənd Sovetindən Həmənli kəndi Qaramusalı kənd Sovetinin tərkibinə verilsin.\nMixaylovka kəndi Baxçakürd kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Mixaylovka kənd Soveti yaradılsın. Baxçakürd kənd Sovetindən Azad kəndi Mixaylovka kənd Sovetinin tərkibinə verilsin.\nDəliməmmədli şəhər tipli qəsəbəsinin əvvəlki adı saxlanılmaqla o, rayon tabeli şəhərlər kateqoriyasına aid edilsin. Dəliməmmədli qəsəbə Soveti ləğv edilərək Dəliməmmədli şəhəri mərkəz olmaqla Dəliməmmədli şəhər Soveti yaradılsın.\nQızılhacılı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilsin. Qızılhacılı kənd Soveti ləğv edilərək Qızılhacılı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Qızılhacılı qəsəbə Soveti yaradılsın.\nLaçın rayonu üzrə\nSəfiyan kəndi Aşağı Fərəcan kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Səfiyan kənd Soveti yaradılsın. Aşağı Fərəcan kənd Sovetindən Suarası, Xanalılar və Türklər kəndləri Səfiyan kənd Sovetinin tərkibinə verilsin.\nSadınlar kəndi Hacılar kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sadınlar kənd Soveti yaradılsın.\nMalxələf kəndi Mığıdərə kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Malxələf kənd Soveti yaradılsın. Mığıdərə kənd Sovetindən Mazutlu və Məlikpəyə kəndləri Malxələf kənd Sovetinin tərkibinə verilsin.\nFaktiki mövcud olan Ağalaruşağı kəndi rayonum yaşayış məntəqələri siyahısına daxil edilsin.\nOğuldərə kəndi Qorçu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Oğuldərə kənd Soveti yaradılsın. Ağalaruşağı kəndi Oğuldərə kənd Sovetinin tərkibinə verilsin.\nİrçan kəndi Köhnəkənd kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla İrçan kənd Soveti yaradılsın. Köhnəkənd kənd Sovetindən Xumarta və Çəmbərxaç kəndləri İrçan kənd Sovetinin tərkibinə verilsin.\nŞəlvə kənd Sovetinin Zorkeşiş kəndi Hacıxanlı kəndi adlandırılsın. Hacıxanlı kəndi Şəlvə kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Hacıxanlı kənd Soveti yaradılsın. Şəlvə kənd Sovetindən Budaqdərə və Qovuşuq kəndləri Hacıxanlı kənd Sovetinin tərkibinə verilsin.\nQuşçu kəndi Mirik kənd Sovetindən ayrılaraq həmin kənd mərkəz olmaqla Quşçu kənd Soveti yaradılsın.\nBozlu kəndi Mirik kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Bozlu kənd Soveti yaradılsın. Mirik kənd Sovetindən Qalaça kəndi Bozlu kənd Soveti tərkibinə verilsin.\nQozlu kəndi Təzəkənd kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qozlu kənd Soveti yaradılsın. Təzəkənd kənd Sovetindən Fingə kəndi Qozlu kənd Sovetinin tərkibinə verilsin.\nArdıclı kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ardıclı kənd Soveti yaradılsın. Vaqazin kənd Sovetindən Ağcayazı kəndi Ardıclı kənd Sovetinin tərkibinə verilsin.\nArdıclı kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ardıclı kənd Soveti yaradılsın. Vaqazin kənd Sovetindən Ağcayazı kəndi Ardıclı kənd Sovetinin tərkibinə verilsin.\nFərraş kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Fərraş kənd Soveti yaradılsın. Vaqazin kənd Sovetindən Nurəddin kəndi Fərraş kənd Sovetinin tərkibinə verilsin.\nQarıkaha kənd Sovetinin Qarıkaha və Laçınkənd kəndləri Laçın şəhəri ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılsınlar. Qarıkaha kənd Sovetinin mərkəzi Zerti kəndinə keçirilərək həmin kənd Soveti Zerti kənd Soveti adlandırılsın.\nLerik rayonu üzrə\nSiyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi, Vizəzəminkənd Sovetinin 30-cu Kilometr kəndi Hamarmeşə kəndi və 37-ci Kilometr kəndi Peştətük kəndi adlandırılsın.\nLənkəran rayonu üzrə\nSütəmurdov kəndi Gərmətük kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sütəmurdov kənd Soveti yaradılsın.\nMirbəşir rayonu üzrə\nMirbəşir şəhəri Tərtər şəhəri və müvafiq olaraq Mirbəşir rayonu Tərtər rayonu adlandırılsın.\nPuşkin rayonu üzrə\nPuşkin şəhərinin və Puşkin rayonunun tarixi adları özlərinə qaytarılaraq, Puşkin şəhəri Biləsuvar şəhəri və müvafiq olaraq Puşkin rayonu Biləsuvar rayonu adlandırılsın.\nArxangelovka kəndi Bağbanlar kəndi və müvafiq olaraq Arxangelovka kənd Soveti Bağbanlar kənd Soveti, Novomixaylovka kəndi Zəhmətabad kəndi, Kirovka kənd Sovetindəki Tatyanovka kəndi Aranlı kəndi, Novoqrajdanovka kəndi Çinarlı kəndi, Novotroitskoye kəndi Nəsimi kəndi və müvafiq olaraq Novotroitskoye kənd Soveti Nəsimi kənd Soveti adlandırılsın.\nSaatlı rayonu üzrə\nKirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılsın.\nLeninkənd kənd Sovetinin ərazisində yeni salınmış yaşayış məntəqəsi Yeni Novruzlu kəndi adı ilə, Qaracalar kənd Sovetinin mövcud Seyidoba kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin,\nFüzuli rayonu üzrə\nHüseynbəyli kəndi dəqiqləşdirmə qaydasında Mirzəcamallı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.\nCəbrayıl rayonu üzrə\nDəqiqləşdirmə qaydasında Qaracaq, Çələbilər, Söyüdlü və Xanağabulaq kəndləri Dağ Tumas kənd Sovetinin tərkibində, Aşağı Sirik, Yuxarı Nüsüs, Molla Həsənli, Aşıq Məlikli, Niftalılar, Əsgərxanlı və Quşçular kəndləri Sirik kənd Sovetinin tərkibində, Çapand kəndi Horovlu kənd Sovetinin tərkibində, Yanarxac kəndi Soltanlı kənd Sovetinin tərkibində, Qoşabulaq və hacı İsaqlı kəndləri Şahvəlili kənd Sovetinin tərkibində və Yuxarı Məzrə kəndi Şükürbəyli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsinlər.\nQazanzəmi kəndi Dağ Tumas kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qazanzəmi kənd Soveti yaradılsın. Dağ Tumas kənd Sovetindən Çullu, Dağ Maşanlı, Söyüdlü və Xanağabulaq kəndləri Qazanzəmi kənd Sovetinin tərkibinə verilsin.\nMaşanlı kəndi Soltanlı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Maşanlı kənd Soveti yaradılsın. Soltanlı kənd Sovetindən Alıkeyxalı kəndi Maşanlı kənd Sovetinin tərkibinə verilsin.\nSarıcalı kəndi Şükürbəyli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sarıcalı kənd Soveti yaradılsın. Şükürbəyli kənd Sovetindən Əmirvarlı və Məzrə kəndləri Sarıcalı kənd Sovetinin tərkibinə verilsin.\nÇərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılsın. Horovlu kənd Sovetindən Papı və Əfəndilər kəndləri Çərəkən kənd Sovetinin tərkibinə verilsin.\nXələfli kəndi Sirik kəndi Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Xələfli kənd Soveti yaradılsın. Sirik kənd Sovetindən Tatar, Kürdlər və Nüsüs kəndləri Xələfli kənd Sovetinin tərkibinə verilsin.\nCocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılsın.\nŞamxor rayonu üzrə\nŞamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri və müvafiq olaraq Şamxor rayonu Şəmkir rayonu adlandırılsın.\nDQMV-nin Şuşa rayonu üzrə\nŞuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilsin.\nYuxarı Quşçular kəndi Malıbəyli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Quşçular kənd Soveti yaradılsın. Malıbəyli kənd. Sovetindən Aşağı Quşçular kəndi Quşçular kənd Sovetinin tərkibinə verilsin.\nQeybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılsın. Xəlfəli kənd Sovetindən Laçınlar kəndi Qeybalı kənd Sovetinin tərkibinə verilsin.\nFaktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Zarıslı kəndi Daşaltı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Zarıslı kənd Soveti yaradılsın. Daşaltı kənd Sovetindən Nəbilər kəndi Zarıslı kənd Sovetinin tərkibinə verilsin.\nYextsahoğ kənd Sovetinin Qanaçtala kəndi Göytala kəndi adlandırılsın. Göytala kəndi Yextsahoğ kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Göytala kənd Soveti yaradılsın.\nŞırlan kəndi Xanalı kənd Sovetindən ayrılaraq həmin kənd mərkəz olmaqla Şırlan kənd Soveti və Səfixanlar kəndi Xanalı kənd Sovetindən ayrılaraq həmin kənd mərkəz olmaqla Səfixanlar kənd Soveti yaradılsın. Xanalı kənd Sovetindən Çaykənd, Paşalar, Məmişlər və Cəmillər kəndləri Şırlan kənd Sovetinin, Xanlıqpəyə və Allahqulular kəndləri isə Səfixanlar kənd Sovetinin tərkibinə verilsin.\nAzərbaycan Respublikası Ali Sovetinin sədri\nE. QAFAROVA\nBakı şəhəri, 7 fevral 1991-ci il.\n№ 54-XII.",
"Tanzaniya Birləşmiş Respublikası\nAzərbaycan Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası arasında ikitərəfli münasibətlər\n07 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının və Tanzaniya Birləşmiş Respublikasının BMT yanında daimi nümayəndələri tərəfindən iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike imzalanmışdır.\n23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Tanzaniya Birləşmiş Respublikasının Baş Naziri Kassim Majalivanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur."
] | [
"http://www.e-qanun.az/framework/10264",
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/butan"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2323--Azərbaycana aid hadisələr-1 | 2 | 8 fevral | 8 fevral — Qriqorian təqvimi ilə ilin 39-cu günü. | Azərbaycana aid hadisələr | 1924 — Bakıda ilk dəfə tramvay yolu istifadəyə verilmişdir.
2005 — Abşeron Milli Parkı yaradılmışdır.
2013 — Azərbaycanın ilk rabitə peyki Azerspace-1 Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə orbitə buraxılıb. | [
"Yaranma tarixi: 8 fevral 2005-ci il\nYerləşməsi: Abşeron yarımadası\nSahəsi: 783 ha\nLandşaft: Dəniz sahili, su-bataqlıq ərazisi, yarımsəhra\nRast gəlinən bitki növləri: Yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış, iti cığ və s.\nRast gəlinən heyvan növləri: adi qızılqaz (Phoenicopterus roseus), bizquyruq ördək (Anas acuta), kiçik qarabatdaq (Microcarbo pygmaeus), boz canavar (Canis lupus), çaqqal (Canis aureus), Aralıq dənizi tısbağası (Testudo graeca), Xəzər tısbağası (Mauremys caspica), su ilanı (Natrix tessellata) və s.\n“Qırmızı Kitab”a daxil olan növlər: Xəzər suitisi (Phoca caspica), ceyran (Gazella subgutturosa), sultan quşu (Porphyrio porphyrio), ağgöz dalğıc (Aythya nyroca), fısıldayan qu quşu (Cygnus olor), adi qızılqaz (Phoenicopterus roseus), kürən vağ (Ardea purpurea), qıvrımlələk qutan (Pelecanus crispus) və s.\nFISILDAYAN QULƏLƏK\nFısıldayan qulələk Respublikanın böyük göllərində, su anbarlarında və Xəzər dənizi sahillərində yayılıb. Qışlayan və köçəri quşdur. Rəngi qar kimi ağdır (cavanlar qonur olur). Dimdiyi qırmızı-qaradır, onun dibində üst tərəfdə şişkinlik var. Suda və yerdə olanda boynunu əyib sual işarəsinə oxşayır. Səsi yoxdur, yalnız fısıldayır. Azərbaycanda Xəzər sahilində və aran rayonlarda olan iri göllərdə qışlayır, ovlanması yasaq edilib.Yuvalamayan az bir hissə (20-30 fərd) quş yayda müşahidə edilir. Noyabr ayı payız, fevralın ikinci yarısı isə yaz köçü və qayıdışıdır. Bitkilərin sualtı hissəsi (kök və zoğ) onun qidasını təşkil edir. Sapvari yosunları üstün tutur. Nadir, sayı azalan quşlar sırasındadı, Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmişdir. Fevrallın son günlərində köç başlayır. Müxtəlif su həşəratları və onların sürfələri, lildə yaşayan xırda heyvanlar və həmçinin sualtı bitkilələ qidalanır.\nYOVŞAN\nYovşan cinsindən Azərbaycanda 17 növə, o cümlədən becərilən şəkildə 1 növə təsadüf olunur. Yovşan növləri əksərən çoxillik yarımkol, bəzi növləri 1 illik və ya 2 illik bitkilərdir. Səbətləri xırdadır, süpürgətipli çiçək qrupuna yığılmışdır. Küləklə tozlanan bitkilərdir. Səbətin sarğısı bir neçə cərgədə yerləşən yarpaqlardan təşkil olunmuşdur. Səbətdə kənarda yerləşən bir cərgə çiçək dişicikdaşıyan və toxuməmələgətirən çiçəklərdir, ortada yerləşən çiçəklər isə növündən asılı olaraq ikicinsli və toxuməmələgətirən və ya bircinsli erkəkcikdaşıyan çıçəklər olur. Erkəkcikdaşıyan çiçəklərdə dişicik tam inkişaf etməmiş, radiment şəklində qalmış olur. Toxumcalarının ucağını olmur. Yovşan növləri quraqlığa davamlı, az şorakət torpaqlarda belə yayıla bilən bitkilərdir. Qış aylarında qışlaqlarda yem ehtiyatı kimi yovşanların əhəmiyyəti böyükdür. Bəzi yovşan növlərinin səbətindən, qarın qurduna qarşı dərman kimi istifadə olunan santonin alınır.\nXƏZƏR SUİTİSİ (Phoca caspica)\nXəzər suitisi (Phoca caspica) Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). 1987-ci ildə aparılan hesablamara görə Xəzər suitisinin populyasiyalarının ümumi sayı 360-400 min baş təşkil edir (Krılov, 1989), Xəzər dənizi su bioresursları üzrə Komissiyanın 2005-ci ildə apardığı hesablamara görə isə onların sayı 375 min başdır. 1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) Xəzər suitilərinin vəziyyəti barədə müzakirə aparmış və Xəzər dənizinin getdikcə çirklənməsini və suitilərin məskəni olan sahil zolağının daralmasını nəzərə alaraq, bu növün statusunu “zəif” növ kimi IUCN qırmızı kitabına daxil etmişdir.\nƏsasnamə\nAbşeron Milli Parkı haqqında Ə S A S N A M Ə"
] | [
"http://eco.gov.az/index.php?pg=85"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2335--Azərbaycana aid hadisələr-2 | 2 | 11 fevral | 11 fevral — Qriqorian təqvimi ilə ilin 42-ci günü. | Azərbaycana aid hadisələr | 1992
Azərbaycan və İspaniya arasında diplomatik əlaqələr qurulmuşdur.
Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradılmışdır. | [
"İspaniya Krallığı\nAzərbaycan Respublikası və İspaniya Krallığı arasında ikitərəfli münasibətlər\nİspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 fevral 1992-ci ildə qurulmuşdur.\n11 mart 2005-ci il tarixində Azərbaycan Respublikasının İspaniya Krallığında (Madrid şəhərində) Səfirliyi təsis edilmişdir.\n5 may 2014-cü il tarixində iqamətgahı Ankarada olan İspaniya Səfirliyinin Bakı şəhərində nümayəndəliyi açılmışdır.\n25-27 aprel 2016-cı il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri X.M.Qarsiya-Marqayo BMT-in Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.\nParlamentlərarası əlaqələr\nAzərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu 18 nəfərdən ibarətdir. Qrupun rəhbəri Sevil Mikayılovadır.\nİspaniya tərəfinin mövcud təcrübəsinə əsasən İspaniya-Azərbaycan parlamentlərarası qrup işçi qaydada fəaliyyət göstərir. 5 mart 2019-cu il tarixinədək İspaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Xose Maria Çikiyo (“Xalq Partiyası”) olmuşdur.\nMüqavilə-hüquq bazası\nAzərbaycan Respublikası və İspaniya Krallığı arasında 10 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan və İspaniya arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)\nİllər\nİdxal\nİxrac\nDövriyyə\nSaldo\n2016\n50,67\n128,24\n178,91\n77,57\n2017\n55,58\n179,6\n235,20\n124076,6\n2018\n82,96\n396,37\n479,33\n313,41\n2019\n67.411,71\n704.459,85\n771.871,56\n637048,14\n2020\n98.089,65\n329.270,32\n427.359,97\n231180,35\n2021 (yanvar-mart)\n16.103,57\n182.127,36\n198.230,93\nAzərbaycan Respublikasının ixrac etdiyi məhsullar: xam neft; dizel yanacağı, kerosin yanacağı, turboreaktiv mühərriklər, yarımkeçirici daşıyıcılar, tərkibində əsasən alüminium birləşmələri olan kül və digər qalıqlar, emal olunmamış dəri və fındıq.\nAzərbaycan Respublikasına idxal olunan məhsullar: xam soya yağı və onun fraksiyaları, minik avtomobilləri, döşəmə və divarlar üçün keramikadan minalanmış üzlük plitələr.\nDiplomatik nümayəndəlik:\nAzərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin ünvanı: Ronda de Avutarda 38, 28043, Madrid\nSəfirliyin rəsmi internet səhifəsi: http://madrid.mfa.gov.az"
] | [
"https://mfa.gov.az/az/category/avropa/ispaniya"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2336--Azərbaycana aid hadisələr-1 | 1 | 12 fevral | 12 fevral — Qriqorian təqvimi ilə ilin 43-cü günü. | Azərbaycana aid hadisələr | 1992 — Şri-Lanka Azərbaycanın müstəqilliyini tanımışdır. | [
"Şri Lanka Demokratik Sosialist Respublikası\nAzərbaycan Respublikası və Şri Lanka Demokratik Sosialist Respublikası arasında münasibətlər\nŞri Lanka Demokratik Sosialist Respublikası 12 fevral 1992-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. Azərbaycan Respublikası ilə Şri Lanka Demokratik Sosialist Respublikası arasında diplomatik əlaqələr 4 avqust 1992-ci ildə qurulmuşdur.\n23 oktyabr 2019-cu ildə Şri Lankanın xarici işlər naziri Tilak Marapana Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlmişdir.\nMüqavilə-hüquq bazası\nAzərbaycan və Şri Lanka arasında 2 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan Respublikası ilə Şri Lanka arasındakı ticarət dövriyyəsi\n(min ABŞ dolları)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\nSaldo\n2017\n51.1\n-\n51.1\nmənfi 51.1\n2018\n46.8\n-\n46.8\nmənfi 46.8\n2019\n52.6\n5.91\n58.51\nmənfi 46.7\n2020\n50720.2\n0.00\n50720.2\nmənfi 50720.2\nAzərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyin ünvanı: 41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 India\nAzərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyin rəsmi internet səhifəsi: www.newdelhi.mfa.gov.az"
] | [
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/sri-lanka"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2333--Azərbaycana aid hadisələr-1 | 2 | 13 fevral | 13 fevral — Qriqorian təqvimi ilə ilin 44-cü günü. | Azərbaycana aid hadisələr | 1986 — Qazax Dövlət Rəsm Qalereyası yaradılmışdır.
1993 — Azərbaycan və İordaniya arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"İstiqlal şairi - Əhməd Cavad\nQobustan\nProfessor Qəzənfər Paşayev\nAzərbaycanda Azsaylı Xalqlar\nBülbül - əbədiyaşar sənətkar\nƏhməd bəy Ağaoğlu\nBiblioqrafik sorğu\nVirtual Sifariş\nMetodik xidmət\nSənədlərin Sifarişi Və Elektron Çatdırılması\nAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev\nAzərbaycan Respublikası Təhsil Nazirliyi\nAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi\nAzərbaycan Kitabxanaları\nHeydər Əliyev Fondu\nAvropa Milli Kitabxanaları Konfransı təşkilatı\nAvrasiya Kitabxanalar Assambleyası\nPetruççi Beynəlxalq Musiqi Kitabxanası",
"İordaniya Haşimilər Krallığı\nAzərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ikitərəfli münasibətlər\nİordaniya 28 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini tanımışdır.\n1993-cü ilin 13 fevral tarixində Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.\n10 dekabr 2019-cu il tarixində İordaniya Haşimilər Kralı II Abdullah bin Hüseyn bin Talal Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.\n2017-ci ilin 25 sentyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər naziri Ayman Əs-Safadi ilə görüşmüşdür.\n28 sentyabr 2018-ci il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacirlərin məsələləri üzrə naziri cənab Əymən Əs-Safadi ilə görüşmüşdür.\nMüqavilə-hüquq bazası\nAzərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 34 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan ilə İordaniya arasında ticarət dövriyyəsi (min ABŞ dolları)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\n2016\n2 132.54\n2 734.10\n4 866.64\n2017\n2 498.92\n4 146.87\n6 645.79\n2018\n5 598.9\n1 448.2\n7 047.1\n2019\n6 407.67\n20.2\n6 427.87\nMənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi\nAzərbaycandan ixrac olunan məhsullar:\n- tütün\nİordaniyadan idxal olunan məhsullar:\n- kalium xlorid;\n- pərakəndə satış üçün qablaşdırılmış halda dərman vasitələri.\n- pərakəndə satış üçün uşaq yeməkləri\n- meyvə-tərəvəz"
] | [
"http://anl.az/down/medeniyyet2008/sentyabr/medeniyyet2008_sentyabr_131.htm",
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/iordaniya"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2334--Azərbaycana aid hadisələr-1 | 1 | 15 fevral | 15 fevral — Qriqorian təqvimi ilə ilin 46-cı günü. | Azərbaycana aid hadisələr | 2011 — Azərbaycanda "Turizm ili" elan olunub. | [
"Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə qərara alıram:\n1. 2011-ci il Azərbaycan Respublikasında “Turizm ili” elan edilsin.\n2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2011-ci ilin Azərbaycan Respublikasında “Turizm ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.\nİlham Əliyev\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 15 fevral 2011-ci il."
] | [
"https://president.az/az/articles/view/1587"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2344--Azərbaycana aid hadisələr-2 | 3 | 20 fevral | 20 fevral — Qriqorian təqvimi ilə ilin 51-ci günü. | Azərbaycana aid hadisələr | thumb|Qarabağ müharibəsində Azərbaycan əsgərləri. 1992-ci il
1920 — Azərbaycan Kommunist Partiyası təsis edilib.Azərbaycan SSR Ali Soveti. Çağırış (8). Deputatlar. Bakı: Azərnəşr. 1973. səh. 5.
1988 — Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi başlamışdır.
1992 — Azərbaycan, Almaniya, Avstriya və Estoniya arasında diplomatik əlaqələr qurulmuşdur.
1996 — Azərbaycan və Sloveniya arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Avstriya\nAzərbaycan Respublikası və Avstriya Respublikası arasında ikitərəfli münasibətlər\nAzərbaycan Respublikası ilə Avstriya Respublikası arasında münasibətlər pozitiv inkişaf dinamikasına malikdir. Ölkə başçıları, nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri səviyyəsində həyata keçirilmiş qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin inkişafında vacib amil olmuşdur.\nAvstriya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 15 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulmuşdur.\nAzərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi 1 sentyabr 1995-ci ildən fəaliyyət göstərir.Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 23 iyun 2010-cu ildən fəaliyyət göstərir.\n16 may 2016-cı il, 28-30 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avstriyaya səfərləri baş tutmuşdur.\n6-8 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Avstriyaya səfəri baş tutmuşdur.\n25-26 may 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avstriyaya səfəri baş tutmuşdur.\nParlamentlərarası əlaqələr\nAR Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Hazırki qrupun (16 millət vəkili) rəhbəri millət vəkili Tahir Mirkişilidir.\nAvstriya Parlamentində Avstriya-Cənubi Qafqaz ikitərəfli parlament qrupu (12 millət vəkili) fəaliyyət göstərir. Qrupun rəhbəri Qudrun Kuqlerin.\nMüqavilə-hüquq bazası\nAzərbaycan Respublikası ilə Avstriya Respublikası arasında 41 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nTicarət dövriyyəsi, ixrac və idxalın həcmi\n(mln. ABŞ dolları)\nİl\nTicarət dövriyyəsi\nİdxal\nİxrac\n2015\n525.7\n118.4\n407.3\n2016\n175.8\n63.1\n112.7\n2017\n199.9\n62.4\n137,6\n2018\n396.5\n66.8\n329.7\n2019\n268\n82.3\n185.7\n2020\n154\n50\n104\nİdxalda əsas məhsullar: xüsusi maşınlar, dəmir və ya poladdan tənəkə, dərman, o cümlədən baytarlıq preparatları; toxuculuq və dəri sənayesi üçün avadanlıq, ərzaq məhsulları və yemin emalı üçün avadanlıq.\nİxracda əsas məhsullar: neft məhsulları, xam pambıq, təzə və quru meyvə və tərəvəz, paslanan metallardan məmulatlar.\n“Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya” 1999-cu ildə yaradılmışdır.\nAvstriya Azərbaycan Əməkdaşlıq Şurası (Cooperation Council Austria Azerbaijan - CCAA) iki ölkənin dövlət və özəl sektoru arasında əməkdaşlıq platforması olaraq 2018-ci ilin noyabr ayında Vyanada təsis edilmişdir. AR Prezidenti cənab İlham Əliyevin Avstriyaya səfəri çərçivəsində, 2019-cu ilin 30 mart tarixində CCAA-nın iki ölkənin hökumət üzvlərindən ibarət Məşvərət Heyətinin birinci iclası keçirilmişdir.\n2017-ci ildən Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (10 ölkə, o cümlədən Avstriya) üzrə fəaliyyət göstərir.\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin ünvanı: Hügelgasse 2, A-1130 Vienna.\nSəfirliyin internet səhifəsi: www.vienna.mfa.gov.az",
"Sloveniya Respublikası\nAzərbaycan Respublikası və Sloveniya Respublikası arasında ikitərəfli münasibətlər\nSloveniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. Diplomatik münasibətlər 20 fevral 1996-cı ildə qurulmuşdur.\nAzərbaycan və Sloveniya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində qarşılıqlı olaraq maraq mövcuddur və bu məqsədlə səylər davam etdirilir.\nParlamentlərarası əlaqələr\nAzərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Ağalar Vəliyevdir.\nSloveniya Respublikası Milli Şurasının Sloveniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Matyaş Nemetsdir.\nMüqavilə-hüquq bazası\nAzərbaycan və Sloveniya arasında 12 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan və Sloveniya arasında iqtisadi əlaqələr inkişaf edir. Hal-hazırda Azərbaycanla Sloveniya arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı maraq mövcuddur.\n2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan və Sloveniya arasında ticarət dövriyyəsinin həcmi 10 397,52 min ABŞ dolları təşkil etmişdir. Azərbaycan şirkətlərinin və sərmayədarlarının Sloveniyada fəaliyyəti üçün münbit şərait mövcuddur. Gələcəkdə müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar nəzərdən keçirilməkdədir.\nAzərbaycan və Sloveniya arasında sənaye, energetika, kənd təsərrüfatı, avadanlıq, turizm, İKT sahələrində əməkdaşlıq üçün potensial mövcuddur.\nAzərbaycan ilə Sloveniya arasında ticarət dövriyyəsi\n(min. ABŞ dolları ilə)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\n2020 (yanvar-iyun)\n10 397,52\n0.00\n10 397,52\n2019\n17 122, 68\n26,02\n17 148,70\n2018\n15 375,47\n8 332,38\n23 707,85\n2017\n17 587,5\n5 274,4\n22 861.9\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin (eyni zamanda Sloveniya Respublikasındakı Səfirliyinin) ünvanı: Hügelgasse 2, A-1130 Vienna.\nSəfirliyin rəsmi internet səhifəsi: http://vienna.mfa.gov.az"
] | [
"https://mfa.gov.az/az/category/avropa/avstriya",
"https://mfa.gov.az/az/category/avropa/sloveniya"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2351--Azərbaycana aid hadisələr-1 | 2 | 22 fevral | 22 fevral — Qriqorian təqvimi ilə ilin 53-cü günü. | Azərbaycana aid hadisələr | 1922 — "Lək-lək" jurnalı ilk dəfə nəşr olunub.
1968 — Bakıda Şah İsmayıl Xətai metrostansiyasının açılışı olub.
1988 — Əsgəranda azərbaycanlılar və ermənilər arasında baş vermiş zorakılıqda iki azərbaycanlı qətlə yetirilir. | [
"Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə\nAzərbaycan Xalq Cümhuriyyəti - 100\nƏziz Əliyev\nİmadəddin Nəsimi\nAzərbaycanda Azsaylı Xalqlar\nXX əsrin faciəsi Xocalı Soyqırımı\nBiblioqrafik sorğu\nVirtual Sifariş\nMetodik xidmət\nSənədlərin Sifarişi Və Elektron Çatdırılması\nAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev\nAzərbaycan Respublikası Təhsil Nazirliyi\nAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi\nAzərbaycan Kitabxanaları\nHeydər Əliyev Fondu\nAvropa Milli Kitabxanaları Konfransı təşkilatı\nAvrasiya Kitabxanalar Assambleyası\nPetruççi Beynəlxalq Musiqi Kitabxanası"
] | [
"http://anl.az/down/meqale/xalqcebhesi/2014/sentyabr/392335.htm"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2355--Azərbaycana aid hadisələr-2 | 2 | 24 fevral | 24 fevral — Qriqorian təqvimi ilə ilin 55-ci günü. | Azərbaycana aid hadisələr | 1992 — Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulmuşdur.
1995 — Azərbaycan və Kamerun arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Səudiyyə Ərəbistanı Krallığı\nAzərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli münasibətlər\nSəudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanımışdır. 1992-ci il fevral ayının 24-də iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.\n20-21 may 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşdur.\n2019-cu ilin 15 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev VII Qlobal Forumda iştirak edən Kral Feysal Araşdırma və İslam Tədqiqatları Mərkəzinin sədri şahzadə Turki Əl Feysalı qəbul etmişdir.\n4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronovirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşündə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri şahzadə Feysəl bin Farhan Əl-Saud iştirak etmişdir.\nParlamentlərarası əlaqələr\nAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Yıldırım Fatma Vidadi qızıdır.\nSəudiyyə Ərəbistanı Krallığı Məşvərət Şurasında Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsi fəaliyyət göstərir. Komitənin sədri Fayiz bin Abdullah Əl-Şəhridir.\nMüqavilə-hüquq bazası\nAzərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 22 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan ilə SƏK arasında ticarət dövriyyəsi (min ABŞ dolları)\nİl\nTicarət dövriyyəsi\nİxrac\nİdxal\n2016\n12.640.67\n539.53\n12.101.14\n2017\n17.675.97\n1.278.74\n16.397.23\n2018\n19.031.52\n861.23\n18.170.29\n2019\n13.758,25\n1.803,41\n11.954,84\n2020\n13 497.17\n1789.35\n11 707.82\nAzərbaycandan ixrac olunan məhsullar: Reaktiv mühərriklər üçün kerosin yanacağı və digər məqsədlər üçün qazoyllar, rəqəmli hesablama maşınları və metaldan hazırlanmış mebellər.\nSəudiyyə Ərəbistanından idxal olunan məhsullar: Polietilen, kalsium karbonat, azot, titan dioksid əsasında hazırlanan preparatlar, digər kimyəvi maddələr və xurma.\n25 aprel 2000-ci il. Tarixində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılmışdır.",
"Kamerun\nAzərbaycan və Kamerun arasında ikitərəfli münasibətlər\n24 fevral 1995-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.\n29 iyun - 6 iyul 2013-cü il tarixlərində Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən strateji tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Kamerunun paytaxtı Yaundedə humanitar aksiya keçirilmişdir.\nAfrikanın sərt səhra iqlimi, havanın daima çirklənməsi və səhiyyənin oftalmologiya sahəsində mütəxəssislərin çatışmazlığı səbəbindən, bu humanitar aksiyalar ərzində, Kamerunda görmə ilə problemi olan minlərlə insan pulsuz olaraq göz müayinəsindən keçmiş, görmə qabiliyyətini itirmiş 303 insan isə ödənişsiz əsasda əməliyyat olunmuşdur.\n11 oktyabr 2021-ci il tarixində AR-in xarici işlər naziri C.Bayramov Belqrad şəhərində keçirilmiş və Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakı çərçivəsində Kamerun Respublikasının xarici işlər naziri Lejon Mbella Mbella ilə görüşmüşdür.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan Respublikası ilə Kamerun Respublikası arasında ticarət dövriyyəsi\n(min ABŞ dolları)\nİl\nİxrac\nİdxal\nTicarət dövriyyəsi\n2019\n43.88\n34.86\n78.74"
] | [
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/seudiyye-erebistani",
"https://mfa.gov.az/az/category/afrika/kamerun"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2359--Azərbaycana aid hadisələr-1 | 2 | 26 fevral | 26 fevral — Qriqorian təqvimi ilə ilin 57-ci günü.
26 fevral [Xocalı soyqırm] günüdür. | Azərbaycana aid hadisələr | 1992
Azərbaycan və Banqladeş arasında diplomatik əlaqələr qurulmuşdur.
Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. | [
"Banqladeş Xalq Respublikası\nAzərbaycan Respublikası və Banqladeş Xalq Respublikası arasında ikitərəfli münasibətlər\n30 dekabr 1991-ci ildə Banqladeş Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 26 fevral 1992-ci ildə qurulmuşdur.\n5-6 may 2018-ci ildə Dəkkədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Banqladeşə səfər etmişdir.\n3-6 aprel 2018-ci ildə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Banqladeş Xalq Respublikasının xarici işlər üzrə dövlət naziri Şəhriyar Alam Azərbaycana səfər etmiş, xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.\nMüqavilə-hüquq bazası\nAzərbaycan və Banqladeş arasında 4 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasındakı ticarət dövriyyəsi\n(min ABŞ dolları)\nİl\nTicarət dövriyyəsi\nABŞ dolları ilə\nİxrac\nİdxal\n2017\n9715,66 min\n295,03 min\n9420,63 min\n2018\n12577.87 min\n484.33 min\n12093.54 min\n2019\n13510.92 min\n254.34 min\n13256.58 min\n2020\n807.93 min\n35.96 min\n771.97 min\nDiplomatik nümayəndəlik\nAzərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi\nÜnvan: 41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 India\nİnternet səhifəsi: www.newdelhi.mfa.gov.az",
"Bakı: Xocalı qətliamının 25-ci ildönümü üçün yürüş keçirilib\nXocalı qətliamının 25-ci ildönümü münasibətilə Bakıda yürüş keçirilib.\nAPA-nın məlumatına görə, Bakı Dəniz Vağzalının qarşısından başlayan yürüş \"Xocalı\" abidəsinin önündə bitib.\nYürüşdə Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri iştirak ediblər.\nAzadlıq qəzeti xəbər verir ki, saat 12:00-da müxalif Milli Şura (Demokratik Qüvvələrin Milli Şurası) Ana harayı abidəsini ziyarət edib.\nAksiyaya minlərlə adi sakin də qatılıb. APA xəbər verir ki, iştirakçıların sayı \"40 mindən çox\" olub.\nFotolardan görmək olar ki, yürüşçülər həmin gecə qurban olan uşaqların, qadınların və qocaların portretlərini və digər plakatları əllərində tutublar.\nAzərTac xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub faciə qurbanlarının xatirəsini ehtiramla yad edəndən sonra birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Leyla Əliyeva, Arzu Əliyeva və Heydər Əliyev abidənin önünə tər güllər qoydular.\n\"Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər\"."
] | [
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/banqlades",
"http://www.bbc.com/azeri/azerbaijan-39095442?ocid=socialflow_facebook"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2362--Azərbaycana aid hadisələr-1 | 3 | 28 fevral | 28 fevral — Qriqorian təqvimi ilə ilin 59-cu günü. | Azərbaycana aid hadisələr | 1992 — Azərbaycan, ABŞ və Hindistan arasında diplomatik əlaqələr qurulmuşdur.
1995 — Azərbaycan və Nepal arasında diplomatik əlaqələr qurulmuşdur.
2020 — Azərbaycanda ilk dəfə COVID-19 qeydə alınıb. | [
"Hindistan Respublikası\nAzərbaycan Respublikası və Hindistan Respublikası arasında ikitərəfli münasibətlər\n26 dekabr 1991-ci ildə Hindistan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 28 fevral 1992-ci ildə qurulmuşdur.\n2004-cü ildən Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi fəaliyyət göstərir. Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi oktyabr 1999-cu ildə açılmışdır.\n24–26 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə Hindistanın vitse-prezidenti cənab Venkaiah Naidunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.\n1 dekabr 2017-ci ildə Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Cavid Əkbər Bakı şəhərində Əfqanısanla bağlı keçirilmiş Asiyanın Ürəyi-İstanbul Prosesinin Nazirlər görüşündə iştirak etmək üçün Azərbaycana səfər etmişdir.\n3-6 aprel 2018-ci ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə Hindistan Respublikasının xarici işlər naziri xanım Suşma Svarac Azərbaycanda səfərdə olmuşdur.\n22–26 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə və Qoşulmama Hərəkatına üzv olan dövlətlərin xarici işlər nazirlərinin Hazırlıq Toplantısında iştirak etmək məqsədilə Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir.\nParlamentlərarası işçi qrupları\n5 oktyabr 2000-ci ildən AR Milli Məclisində Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Naqif Həmzəyevdir.\nMüqavilə-hüquq bazası\nAzərbaycan və Hindistan arasında 12 sənəd imzalanmışdır.\nİqtisadi sahədə əməkdaşlıq\nHökumətlərarası Komissiya\nAzərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 11 aprel 2007-ci ildə yaradılmışdır. Azərbaycan tərəfindən Komissiyanın həmsədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Hindistan tərəfindən ticarət və sənaye naziri Piyuş Qoyaldır (Piyush Goyal).\nAzərbaycan Respublikası ilə Hindistan Respublikası arasındakı ticarət dövriyyəsi\n(milyon ABŞ dolları)\nİl\nİdxal\nİxrac\nTicarət dövriyyəsi\nSaldo\n2017\n97\n404.1\n501.1\nmüsbət 307.1\n2018\n102.9\n819.5\n922.4\nmüsbət 716.5\n2019\n137.1\n956.2\n1,093.3\nmüsbət\n819.1\n2020\n12597.1\n45678.5\n58275.6\nmüsbət\n33081.4\nAzərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyin ünvanı: 41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 India\nAzərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyin rəsmi internet səhifəsi: www.newdelhi.mfa.gov.az",
"Nepal Federativ Demokratik Respublikası\nAzərbaycan Respublikası və Nepal Federal Demokratik Respublikası arasında ikitərəfli münasibətlər\nİki ölkə arasında diplomatik əlaqələr 28 fevral 1995-ci ildə qurulmuşdur.\n3-6 aprel 2018-ci ildə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradeep Kumar Qyavali Azərbaycana səfər etmişdir.\nİqtisadi sahədə əməkdaşlıq\nAzərbaycan Respublikası ilə Nepal Federal Demokratik Respublikası Respublikası arasındakı ticarət dövriyyəsi\n(min ABŞ dolları)\nİl\nTicarət dövriyyəsi\nABŞ dolları ilə\nİxrac\nİdxal\n2018\n67.8 min\n45.4 min\n22.4 min\n2019\n84.50 min\n0\n84.50 min\n2020\n53.37\n0\n53.37\nAzərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyin ünvanı: 41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 India\nAzərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyin rəsmi internet səhifəsi: www.newdelhi.mfa.gov.az"
] | [
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/hindistan",
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/nepal"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2393--Azərbaycana aid hadisələr-2 | 2 | 1 mart | 1 mart — Qriqorian təqvimi ilə ilin 60-cı (uzun illərdə 61-ci) günü. İlin sonuna 305 gün qalır. | Azərbaycana aid hadisələr | 1928 — "Vışka" qəzeti ilk dəfə nəşr olunub.
1992 — Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvlüyünə qəbul edilib.
2012 — Quba rayonunun icra başçısı Rauf Həbibov keçirilən iclasların birində Quba sakinlərinə qarşı təhqiredici ifadələrdən sonra şəhərdə iğtişaşlar baş verib. | [
"Mikayıl Müşfiq - 110\nFikrət Əmirov-90\nQarabağın incisi - ŞUŞA\nQeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadə\nZərifə Xanım Əliyeva\nAida İmanquliyeva - 80\nBiblioqrafik sorğu\nVirtual Sifariş\nMetodik xidmət\nSənədlərin Sifarişi Və Elektron Çatdırılması\nAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev\nAzərbaycan Respublikası Təhsil Nazirliyi\nAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi\nAzərbaycan Kitabxanaları\nHeydər Əliyev Fondu\nAvropa Milli Kitabxanaları Konfransı təşkilatı\nAvrasiya Kitabxanalar Assambleyası\nPetruççi Beynəlxalq Musiqi Kitabxanası",
"-\nİCRA BAŞÇISININ VƏZİFƏDƏN AZAD EDİLDİYİ DEYİLİR\nQuba İcra hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, saat 19.00 radələrində icra hakimiyyətində qapalı toplantı olub və prezidentin sərəncamıyla Quba İcra Hakimiyyətinin başçısı Rauf Həbibov tutduğu vəzifədən azad edilib.\nAmma hələlik bu barədə rəsmi məlumat yayılmayıb.\n***\nBaş Prokurorluqla Daxili İşlər Nazirliyi martın 1-də Quba hadisələriylə bağlı birgə məlumat yayıb.\nQUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (Təkrar - 2)\nAzadlıqRadiosunun əməkdaşının verdiyi xəbərə görə, Quba İcra Başçısının Qubada olan ikinci villası da yandırılıb.\nQUBALILAR QƏLƏDUZ KƏNDİNDƏ TOPLAŞIB\nQubanın mərkəzindən 9 kilometr aralıda yerləşən Qələduz kəndinə 200-300 sakin toplaşıb. Onlar iki ildir Qələduz və Dağlı kəndlərinə gələn içməli suyun bərpasını tələb edirlər. Kənd sakinləri deyir ki, iki əvvəl kənddə bir villa tikilib və suyun qarşısı kəsilərək həmin villaya yönəldilib.\nŞikayətçilərlə deputat Vahid Əhmədov görüşüb. Və tezliklə su probleminin həll ediləciyini vəd edib.\nYEVDA ABRAMOV: «QUBADA BAŞ VERƏNLƏR DİGƏR İCRA BAŞÇILARINA XƏBƏRDARLIQDIR»\nQuba rayonundan deputat seçilmiş Yevda Abramov icra başçısının iğtişaşlara səbəb olan çıxışına heç cür haqq qazandırmır.\n«Mən haqq qazandıra bilmərəm ki, icra başçısı xalqı təhqir etsin. İcra başçısı prezidentin yerlərdə siyasətini həyata keçirməyə borcludur. İcra başçısı o siyasəti yeridə bilmirsə, xalq ona qiymət verir. Qubalılar da buna qiymət verdilər».\nDeputat deyir ki, video yayılandan sonra o, icra başçısı Rauf Həbibov ilə bir neçə dəfə söhbəti olub. Hər dəfə o, qubalıları təhqir etmədiyini deyib:\n«İcra başçısı deyirdi ki, mən elə danışmamışam ki, qubalılar təhqir olunsun. Amma onun dediklərinə hər hansı bir filoloji araşdırma lazım deyil. O, kimisə ürəyində tutub danışırsa, onun dedikləri şəxsən qubalılara ünvanlanıb. Vəziyyət belə alınıb. Xalq da onun dediklərinə dözə bilməyib belə bir addım atıb».\nY.Abramovun fikrincə, artıq xalq da əvvəlki xalq deyil. İnsanlar yaxşı yaşamaq istəyir:\n«Xalq indi daha çox tələbkardır. Dövlətin də məqsədi xalqı yalnız yaşatmaq yox, yaxşı yaşatmaqdır. Vəzifə insana xalqına, millətinə xidmət etmək üçün verilir. Amma bir çoxları bunu başa düşmür».\nDeputat Qubada baş verənləri həm də bütün icra başçılarına bir xəbərdarlıq hesab edir.\nQUBADA AKSİYA BAŞA ÇATIB\nMüxbirlərimiz xəbər verirlər ki, millət vəkili Vahid Əhmədov aksiya iştirakçılarına bütün saxlananların azad edildiyini bildirib. O. deyib ki, sakinlərin həllini istədikləri bütün problemlər də aradan qaldırılacaq.\nMartın 1-də keçirilmiş etiraz aksiyasının əsas tələbləri rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefa verməsi idi. Bəzi media orqanlarında onun artıq istefaya göndərildiyi haqqında məlumatlar yayılsa da hələlik bu barədə rəsmi məlumat yoxdur.\nMüxbirlərimiz Quba rayon İcra Hakimiyyətində olublar. Onların sözlərinə görə İcra Hakimiyyətinin qarajı yandırılıb, qonaq otağı isə dağıdılıb.\n«AzərTac», «İctimai TV» və AzTV-nin saytlarında Quba hadisələri barədə məlumat verilmir.\nTUTULANLAR BURAXILIB?\nQubadan millət vəkili Vahid Əhmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə bu gün rayonda həbs olunanların hamısı azadlığa buraxılıb.\nBAŞQA RAYONLARDA DA ETİRAZ AKSİYALARI GÖZLƏNİR\nSosial şəbəkələrdə martın 2-də zərbaycanın müxtəlif yerlərində etiraz aksiyalarının keçiriləcəyi barədə məlumatlar yayılır. Təşkilatçılar qeyd edirlər ki, onlar Qubada etirazlara qoşulanlarla həmrəy olduqlarını nümayiş etdirmək istəyirlər.\nRƏSMİLƏR HƏLƏLİK MƏLUMAT VERMİRLƏR\nQuba hadisələri başlayanda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov AzadlıqRadiosuna baş verən hadisələrlə bağlı Administrasiyanın məlumat yayacağını bildirsə də hələ ki, hər hansı bir rəsmi açıqlama yayılmayıb. Daxili İşlər Nazirliyinin sözçüsü də yaxın saatlarda məlumat yayacaqlarını bildirsə də, bu qurumdan da hər hansı bir açıqlama olmayıb.\nAKSİYADA SAXLANILANLARDAN 20 NƏFƏR SƏRBƏST BURAXILIB\nİSA QƏMBƏR: «HAKİMİYYƏT CİDDİ NƏTiCƏ ÇIXARMALIDIR»\nMüsavat başqanı İsa Qəmbərə görə, hakimiyyət Quba hadisələrindən ciddi nəticə çıxarmalıdır:\n«Aydın məsələdir ki, Quba rayon icra başçısı çox yersiz çıxışlar, söhbətlər edib. Bu da onsuz da ölkədəki rüşvətxorluqdan, ədalətsizlikdən narazı olan adamların spontan etirazlarına gətirib çıxarıb. Prinsipcə bu cür istənilən ehtiyatsız çıxış insanları qəzəbləndirə və bu cür etirazlarla nəticələnə bilər».\nİsa Qəmbər hesab edir ki, Quba hadisələri bütün ölkədə baş verə biləcək hadisələrin kiçik modelidir:\n«Məncə, bu hadisələr hakimiyyətə ciddi dərs olmalıdır. Problemlər həll olunmasa, hakimiyyət öz davranışını dəyişməsə, ölkədə haqq-ədalətin bərpası istiqamətində real addımlar atılmasa, bu cür hadisələrin lokal və ya bütün ölkədə baş verməsi istisna olunmur».\nAKSİYA İŞTİRAKÇILARI YENİDƏN TOPLAŞIR\nHadisə yerində olan müxbirlərimiz xəbər verir ki, aksiya iştirakçılarına qarşı gözyaşadrıcı qazdan və rezin güllələrdən istifadə edilməsi onları bir qədər də hiddətləndirib. Artıq aksiya iştirakçılarının 5 minə qədər çoxaldığı bildirilir.\nDaxili Qoşunlar bununla belə gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməklə aksiyanı dağıtmağa cəht edir.\nBAKIDAN QUBAYA ƏLAVƏ QÜVVƏLƏR GÖNDƏRİLİR\nBunu hazırda Bakı- Quba yolunda olan AzadlıqRadiosunun əməkdaşı görüb.\nZAHİD ORUC QUBA HADİSƏLƏRİ BARƏDƏ\nHakimiyyətyönlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc icra başçısının qubalılar haqda çıxışını tənqid edir. Amma düşünür ki, buna hansısa binaların və ya icra başçısının evinin yandırılması kimi addımlarla reaksiya verilməməli idi:\nZahid Oruc hesab edir ki, icra başçısının çıxışından narazı olanlar alternativ yollara da əl ata bilərdilər.\n«Üzr istənilməsinin alternativ yolları var idi. Yox bu da alınmayacaqdısa, mitinq keçirilməsi yolu seçilirdisə, bunun da həqiqi məqsədinə çatması üçün ayrı yolları var idi. Yəni, bu hansısa təşkilat komitəsi səviyyəsində idarə olunmalı idi. Belə xaotik xarakter almamalı, hansısa obyektlərin yandırılması ilə müşayiət olunmamalı idi».\nƏTRAF SARI TÜSTÜYƏ BÜRÜNÜB\nQubada hadisə yerində olan müxbirlərimiz xəbər verirlər ki, hökumət qüvvələri etiraz aksiyası iştirakçılarını dağıtmaq üçün gözyaşardan qazdan istifadə ediblər. Aksiya dağıdılır.\n***\nGözyaşardıcı qazlardan istifadə olunması nəticəsində hadisə yeri sarı tüstüyə bürünüb, nəfər almaq çətinləşib. Ona görə də aksiya iştirakçıları dağılıb.\nQUBA İCRA BAŞÇISININ EVİ YANDIRILIB\nİCTİMAİ PALATA BƏYANAT VERDİ\n(hadisələrin xronikası aşağıda)\nQuba hadisələri ilə bağlı İctimai Palata bəyanat verib.\nİctimai Palata Qubada əhalinin haqlı narazılığına və etiraz aksiyasına qarşı qüvvə tətbiqindən narahatlıq ifadə edir. Hakimiyyəti zorakılıq və repressiyalardan çəkinməyə çağırır:\n«Qubada baş verənlər hakimiyyətin xalqa zidd siyasətinin və məmur-oliqarx özbaşınalığının məntiqi nəticəsi, xalqın öz mülkiyyəti, həyatı və ləyaqətinə qarşı qəsdlərə müqavimətinin nümayişidir».\nİctimai Palata hesab edir ki, Azərbaycan artıq mövcud şəkildə idarə oluna bilməz:\n«Ölkədə insanların can, mal güvənliyi, iş, maaş, yaşam haqları qanunla və ədalətlə təmin olunmalıdır. Azərbaycanda sosial, iqtisadi dəyişikliklər, köklü islahatlar günün tələbi və həyati zərurətdir.\nİctimai Palata Quba əhalisini öz haqlı narazılığını və tələblərini yalnız dinc formada ifadə etməyə, ölkə ictimaiyyətini isə Quba əhalisinə mənəvi dəstək verməyə çağırır».\nYENİ AKSİYA BAŞLADI\nQubanın mərkəzində yeni aksiya başlayıb. Bu dəfə «Azadlıq!» şüarları səslənir.\nHadisə yerinə xüsusi təlim görmüş itlər gətirilib.\nNƏQLİYYAT NAZİRİ QUBALILARDAN ÜZR İSTƏYİR\nZ. Məmmədov həmişə qubalılara, onların problemlərinə diqqətlə yanaşıldığını deyib: “Ev yandırmaqla problemi həll etmək olmaz. Mən icra başçısının adından sizdən üzr istəyirəm. Bütün problemlər həllini tapacaq. Bu cür təxribatlara uymaq lazım deyil”.\nV. Əhmədov isə bütün saxlanılanların azad ediləcəyini bildirib\nPrezident Administrasiyasının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də dövlət başçısının göstərişi ilə Quba rayonundadır.\nQuba rayonunda bu gün keçirilən etiraz aksiyasında 4 nəfərin xəsarət aldığı açıqlanıb. Quba Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, aksiyada xəsarət alanlardan 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, biri isə aksiya iştirakçısıdır.\nQUBAYA ƏLAVƏ QÜVVƏ GƏTİRİLİR\nQuba istiqamətində hərəkət edən AzadlıqRadiosunun əməkdaşları bildirirlər ki, 2 «Qaz-66» markalı avtomobildə Daxili Qoşunların əsgərləri və 1 maşında Çevik Polis Alayının qüvvələrini müşahidə ediblər.\nEVDƏ PARTLAYIŞDAN NARAHATLIQ VAR - (hadisələrin xronikası aşağıda)\nQubanın icra başçısının evində yanğın güclənir. Hadisə yerinə yanğınsöndürənlər gəlib, amma yanğının qarşısını almaq mümkün deyil.\nHadisə yerinə təcili yardım maşını gəlib. Hərbçilər partlayış olacağından narahatdırlar.\nMüxbirimiz xəbər verir ki, peraşki satan 15 yaşlı oğlan bu gün peraşkiləri camaata pulsuz paylayıb. O, AzadlıqRadiosunun müxbirinə deyib ki, icra başçısı camaatı incidirdi, ona görə belə addım atıb.\nBAŞÇININ EVİNİ YANDIRDILAR\nHadisə yerində olan müxbirimiz xəbər verir ki, icra hakiminin evini yandırıblar. Villa tüstü içindədir.\nQəzəblənmiş sakinlər həyətdə bütün tikililəri dağıdır, polis hadisələrin qarşısını ala bilmir.\nAdamların sayı çoxdur.\nİCRA BAŞÇISININ İŞ YERİNDƏ OLDUĞUNU DEYİRLƏR - (hadisələrin xronikası aşağıda)\nQuba rayonu İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, icra başçısının rayonu tərk etməsi barədə deyilənlər həqiqətəuyğun deyil.\n«O, hazırda iş yerindədir. Rayonda isə vəziyyət gərgin olaraq qalır».\nDaxili Qoşunların qüvvələri Quba icra hakimiyyətini dövrəyə alıb.\nBir qrup sakinin icra başçısının yaşadığı evə yürüş etdiyi bildirilir.\nQuba rayonu Polis İdarəsindən AzadlıqRadiosuna saxlananların olması və gözyaşardıcı qazdan istifadə barədə deyilənləri təsdiqləmədilər.\nRAUF HƏBİBOV ÜZR İSTƏYİR\nQubanın icra başçısı Rauf Həbibov aksiya iştirakçılarının qarşısına çıxıb onlardan üzr istəyib. Bildirib ki, istefası üçün ona bir-iki gün vaxt verilsin.\nBu barədə AzadlıqRadiosuna aksiya iştirakçıları bildirib.\nAksiyada istefa tələbləri də səslənib.\nPolislə aksiya iştirakçıları arasında qarşıdurma olub. Quba icra hakimiyyəti binasının pəncərələri sındırılıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi və saxlananların olduğu deyilir. Saxlananların olduğu deyilir.\nHazırda polis aksiyaçıları Quba icra hakimiyyətinin qarşısından uzaqlaşdırmağa çalışır.\nQUBADA ETİRAZLAR BAŞLADI - (hadisələrin xronikası aşağıda)\nMartın 1-i saat 10:00 radələrində Quba rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası başlayıb.\n1000-ə yaxın adam icra hakimiyyəti qarşısına yürüş edib.\nOnlar icra başçısının qubalılar barədə dediyi fikirlərdən narazıdırlar.\nBir neçə gün əvvəl toplantıların birində icra başçısı Rauf Həbibovun çıxışı ilə bağlı videogörüntülər yayılıb. Həmin çıxışda icra başçısı qubalıları satqınlıqda, öz torpaqlarını 30-40 manata satmaqda ittiham edir.\nİcra hakimiyyəti qarşısına yığışanlar icra başçısının istefasını tələb edirlər.\nAğsaqqal sayılan 3 nəfər rayon sakini icra başçısının qəbuluna girib. Onlar tələb edirlər ki, icra başçısı aksiyaçıların qarşısına çıxıb sakinlərdən üzr istəsin və istefa versin.\nPrezident Quba rayon icra hakimiyyətinin baçısını vəzifəsindən azad edib.\nPrezident İlham Əliyev martın 2-də Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.\nBu barədə prezidentin rəsmi internet saytında məlumat verilib.\nİCRA BAŞÇISININ VƏZİFƏDƏN AZAD EDİLDİYİ DEYİLİR\nQuba İcra hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, saat 19.00 radələrində icra hakimiyyətində qapalı toplantı olub və prezidentin sərəncamıyla Quba İcra Hakimiyyətinin başçısı Rauf Həbibov tutduğu vəzifədən azad edilib.\nAmma hələlik bu barədə rəsmi məlumat yayılmayıb.\n***\nQUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (1-ci hissə)\nBaş Prokurorluqla Daxili İşlər Nazirliyi martın 1-də Quba hadisələriylə bağlı birgə məlumat yayıb.\nMəlumatda qeyd olunur ki, Quba rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında keçirilən etiraz aksiyası ilk dəqiqələrdə dövlətçiliyə dəstək xarakteri daşısa da, sonradan ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxıb.\nNəticədə, İcra Hakimiyyətinin şüşələri və bəzi avadanlıqların sındırılıb. Bir neçə yardımçı tikinti və başçıya məxsus fərdi yaşayış evi yandırılıb. Məlumatda 3 polis əməkdaşına xəsarətlər yetirildiyi deyilir:\n«Daxili Qoşun qüvvələri asayişi bərpa edib və vəziyyəti nəzarətə götürülüb».\nHazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəsmiləri hadisə yerinədir.\nMəlumatda Quba rayon prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığı bildirilir.***\nQUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (Təkrar - 2)\nAzadlıqRadiosunun əməkdaşının verdiyi xəbərə görə, Quba İcra Başçısının Qubada olan ikinci villası da yandırılıb.\nQUBALILAR QƏLƏDUZ KƏNDİNDƏ TOPLAŞIB\nQubanın mərkəzindən 9 kilometr aralıda yerləşən Qələduz kəndinə 200-300 sakin toplaşıb. Onlar iki ildir Qələduz və Dağlı kəndlərinə gələn içməli suyun bərpasını tələb edirlər. Kənd sakinləri deyir ki, iki əvvəl kənddə bir villa tikilib və suyun qarşısı kəsilərək həmin villaya yönəldilib.\nŞikayətçilərlə deputat Vahid Əhmədov görüşüb. Və tezliklə su probleminin həll ediləciyini vəd edib.\nYEVDA ABRAMOV: «QUBADA BAŞ VERƏNLƏR DİGƏR İCRA BAŞÇILARINA XƏBƏRDARLIQDIR»\nQuba rayonundan deputat seçilmiş Yevda Abramov icra başçısının iğtişaşlara səbəb olan çıxışına heç cür haqq qazandırmır.\n«Mən haqq qazandıra bilmərəm ki, icra başçısı xalqı təhqir etsin. İcra başçısı prezidentin yerlərdə siyasətini həyata keçirməyə borcludur. İcra başçısı o siyasəti yeridə bilmirsə, xalq ona qiymət verir. Qubalılar da buna qiymət verdilər».\nDeputat deyir ki, video yayılandan sonra o, icra başçısı Rauf Həbibov ilə bir neçə dəfə söhbəti olub. Hər dəfə o, qubalıları təhqir etmədiyini deyib:\n«İcra başçısı deyirdi ki, mən elə danışmamışam ki, qubalılar təhqir olunsun. Amma onun dediklərinə hər hansı bir filoloji araşdırma lazım deyil. O, kimisə ürəyində tutub danışırsa, onun dedikləri şəxsən qubalılara ünvanlanıb. Vəziyyət belə alınıb. Xalq da onun dediklərinə dözə bilməyib belə bir addım atıb».\nY.Abramovun fikrincə, artıq xalq da əvvəlki xalq deyil. İnsanlar yaxşı yaşamaq istəyir:\n«Xalq indi daha çox tələbkardır. Dövlətin də məqsədi xalqı yalnız yaşatmaq yox, yaxşı yaşatmaqdır. Vəzifə insana xalqına, millətinə xidmət etmək üçün verilir. Amma bir çoxları bunu başa düşmür».\nDeputat Qubada baş verənləri həm də bütün icra başçılarına bir xəbərdarlıq hesab edir.\nQUBADA AKSİYA BAŞA ÇATIB\nMüxbirlərimiz xəbər verirlər ki, millət vəkili Vahid Əhmədov aksiya iştirakçılarına bütün saxlananların azad edildiyini bildirib. O. deyib ki, sakinlərin həllini istədikləri bütün problemlər də aradan qaldırılacaq.\nMartın 1-də keçirilmiş etiraz aksiyasının əsas tələbləri rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefa verməsi idi. Bəzi media orqanlarında onun artıq istefaya göndərildiyi haqqında məlumatlar yayılsa da hələlik bu barədə rəsmi məlumat yoxdur.\nMüxbirlərimiz Quba rayon İcra Hakimiyyətində olublar. Onların sözlərinə görə İcra Hakimiyyətinin qarajı yandırılıb, qonaq otağı isə dağıdılıb.\n«AzərTac», «İctimai TV» və AzTV-nin saytlarında Quba hadisələri barədə məlumat verilmir.\nTUTULANLAR BURAXILIB?\nQubadan millət vəkili Vahid Əhmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə bu gün rayonda həbs olunanların hamısı azadlığa buraxılıb.\nBAŞQA RAYONLARDA DA ETİRAZ AKSİYALARI GÖZLƏNİR\nSosial şəbəkələrdə martın 2-də zərbaycanın müxtəlif yerlərində etiraz aksiyalarının keçiriləcəyi barədə məlumatlar yayılır. Təşkilatçılar qeyd edirlər ki, onlar Qubada etirazlara qoşulanlarla həmrəy olduqlarını nümayiş etdirmək istəyirlər.\nRƏSMİLƏR HƏLƏLİK MƏLUMAT VERMİRLƏR\nQuba hadisələri başlayanda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov AzadlıqRadiosuna baş verən hadisələrlə bağlı Administrasiyanın məlumat yayacağını bildirsə də hələ ki, hər hansı bir rəsmi açıqlama yayılmayıb. Daxili İşlər Nazirliyinin sözçüsü də yaxın saatlarda məlumat yayacaqlarını bildirsə də, bu qurumdan da hər hansı bir açıqlama olmayıb.\nAKSİYADA SAXLANILANLARDAN 20 NƏFƏR SƏRBƏST BURAXILIB\nQubada olan deputat Vahid Əhmədovun səyi ilə polisdə saxlanılan 22 nəfərdən 20-si sərbəst buraxılıb. Qalan 2 nəfərin də buraxılması gözlənilir.\nVahid Əhmədov aksiya iştirakçılarından dağılmağı xahiş edib. O aksiya iştirakçılarına deyib ki, onların tələbləri yerinə yetiriləcək.\nAksiyalar zamanı RATİ-nin əməkdaşı Rəşad Əliyev boyun nahiyəsindən xəsarət alıb.\nİSA QƏMBƏR: «HAKİMİYYƏT CİDDİ NƏTiCƏ ÇIXARMALIDIR»\nMüsavat başqanı İsa Qəmbərə görə, hakimiyyət Quba hadisələrindən ciddi nəticə çıxarmalıdır:\n«Aydın məsələdir ki, Quba rayon icra başçısı çox yersiz çıxışlar, söhbətlər edib. Bu da onsuz da ölkədəki rüşvətxorluqdan, ədalətsizlikdən narazı olan adamların spontan etirazlarına gətirib çıxarıb. Prinsipcə bu cür istənilən ehtiyatsız çıxış insanları qəzəbləndirə və bu cür etirazlarla nəticələnə bilər».\nİsa Qəmbər hesab edir ki, Quba hadisələri bütün ölkədə baş verə biləcək hadisələrin kiçik modelidir:\n«Məncə, bu hadisələr hakimiyyətə ciddi dərs olmalıdır. Problemlər həll olunmasa, hakimiyyət öz davranışını dəyişməsə, ölkədə haqq-ədalətin bərpası istiqamətində real addımlar atılmasa, bu cür hadisələrin lokal və ya bütün ölkədə baş verməsi istisna olunmur».\nAKSİYA İŞTİRAKÇILARI YENİDƏN TOPLAŞIR\nHadisə yerində olan müxbirlərimiz xəbər verir ki, aksiya iştirakçılarına qarşı gözyaşadrıcı qazdan və rezin güllələrdən istifadə edilməsi onları bir qədər də hiddətləndirib. Artıq aksiya iştirakçılarının 5 minə qədər çoxaldığı bildirilir.\nDaxili Qoşunlar bununla belə gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməklə aksiyanı dağıtmağa cəht edir.\nBAKIDAN QUBAYA ƏLAVƏ QÜVVƏLƏR GÖNDƏRİLİR\nBunu hazırda Bakı- Quba yolunda olan AzadlıqRadiosunun əməkdaşı görüb.\nZAHİD ORUC QUBA HADİSƏLƏRİ BARƏDƏ\nHakimiyyətyönlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc icra başçısının qubalılar haqda çıxışını tənqid edir. Amma düşünür ki, buna hansısa binaların və ya icra başçısının evinin yandırılması kimi addımlarla reaksiya verilməməli idi:\nZahid Oruc hesab edir ki, icra başçısının çıxışından narazı olanlar alternativ yollara da əl ata bilərdilər.\n«Üzr istənilməsinin alternativ yolları var idi. Yox bu da alınmayacaqdısa, mitinq keçirilməsi yolu seçilirdisə, bunun da həqiqi məqsədinə çatması üçün ayrı yolları var idi. Yəni, bu hansısa təşkilat komitəsi səviyyəsində idarə olunmalı idi. Belə xaotik xarakter almamalı, hansısa obyektlərin yandırılması ilə müşayiət olunmamalı idi».\nƏTRAF SARI TÜSTÜYƏ BÜRÜNÜB\nQubada hadisə yerində olan müxbirlərimiz xəbər verirlər ki, hökumət qüvvələri etiraz aksiyası iştirakçılarını dağıtmaq üçün gözyaşardan qazdan istifadə ediblər. Aksiya dağıdılır.\n***\nGözyaşardıcı qazlardan istifadə olunması nəticəsində hadisə yeri sarı tüstüyə bürünüb, nəfər almaq çətinləşib. Ona görə də aksiya iştirakçıları dağılıb.\nQUBA İCRA BAŞÇISININ EVİ YANDIRILIB\nİCTİMAİ PALATA BƏYANAT VERDİ\n(hadisələrin xronikası aşağıda)\nQuba hadisələri ilə bağlı İctimai Palata bəyanat verib.\nİctimai Palata Qubada əhalinin haqlı narazılığına və etiraz aksiyasına qarşı qüvvə tətbiqindən narahatlıq ifadə edir. Hakimiyyəti zorakılıq və repressiyalardan çəkinməyə çağırır:\n«Qubada baş verənlər hakimiyyətin xalqa zidd siyasətinin və məmur-oliqarx özbaşınalığının məntiqi nəticəsi, xalqın öz mülkiyyəti, həyatı və ləyaqətinə qarşı qəsdlərə müqavimətinin nümayişidir».\nİctimai Palata hesab edir ki, Azərbaycan artıq mövcud şəkildə idarə oluna bilməz:\n«Ölkədə insanların can, mal güvənliyi, iş, maaş, yaşam haqları qanunla və ədalətlə təmin olunmalıdır. Azərbaycanda sosial, iqtisadi dəyişikliklər, köklü islahatlar günün tələbi və həyati zərurətdir.\nİctimai Palata Quba əhalisini öz haqlı narazılığını və tələblərini yalnız dinc formada ifadə etməyə, ölkə ictimaiyyətini isə Quba əhalisinə mənəvi dəstək verməyə çağırır».\nYENİ AKSİYA BAŞLADI\nQubanın mərkəzində yeni aksiya başlayıb. Bu dəfə «Azadlıq!» şüarları səslənir.\nHadisə yerinə xüsusi təlim görmüş itlər gətirilib.\nNƏQLİYYAT NAZİRİ QUBALILARDAN ÜZR İSTƏYİR\nZ. Məmmədov həmişə qubalılara, onların problemlərinə diqqətlə yanaşıldığını deyib: “Ev yandırmaqla problemi həll etmək olmaz. Mən icra başçısının adından sizdən üzr istəyirəm. Bütün problemlər həllini tapacaq. Bu cür təxribatlara uymaq lazım deyil”.\nV. Əhmədov isə bütün saxlanılanların azad ediləcəyini bildirib\nQuba mitinqində \"istefa\" tələbləriQuba mitinqində \"istefa\" tələbləribri\nPrezident Administrasiyasının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də dövlət başçısının göstərişi ilə Quba rayonundadır.\nQuba rayonunda bu gün keçirilən etiraz aksiyasında 4 nəfərin xəsarət aldığı açıqlanıb. Quba Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, aksiyada xəsarət alanlardan 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, biri isə aksiya iştirakçısıdır.\nQUBAYA ƏLAVƏ QÜVVƏ GƏTİRİLİR\nQuba istiqamətində hərəkət edən AzadlıqRadiosunun əməkdaşları bildirirlər ki, 2 «Qaz-66» markalı avtomobildə Daxili Qoşunların əsgərləri və 1 maşında Çevik Polis Alayının qüvvələrini müşahidə ediblər.\nEVDƏ PARTLAYIŞDAN NARAHATLIQ VAR - (hadisələrin xronikası aşağıda)\nQubanın icra başçısının evində yanğın güclənir. Hadisə yerinə yanğınsöndürənlər gəlib, amma yanğının qarşısını almaq mümkün deyil.\nHadisə yerinə təcili yardım maşını gəlib. Hərbçilər partlayış olacağından narahatdırlar.\nMüxbirimiz xəbər verir ki, peraşki satan 15 yaşlı oğlan bu gün peraşkiləri camaata pulsuz paylayıb. O, AzadlıqRadiosunun müxbirinə deyib ki, icra başçısı camaatı incidirdi, ona görə belə addım atıb.\nBAŞÇININ EVİNİ YANDIRDILAR\nHadisə yerində olan müxbirimiz xəbər verir ki, icra hakiminin evini yandırıblar. Villa tüstü içindədir.\nQəzəblənmiş sakinlər həyətdə bütün tikililəri dağıdır, polis hadisələrin qarşısını ala bilmir.\nQubada iğtişaşlar Icra Hakimiyyətinin başçısının YouTube`da yayılan bu videosundan sonraQubada iğtişaşlar Icra Hakimiyyətinin başçısının YouTube`da yayılan bu videosundan sonra başladı\nİCRA BAŞÇISININ İŞ YERİNDƏ OLDUĞUNU DEYİRLƏR - (hadisələrin xronikası aşağıda)\nQuba rayonu İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, icra başçısının rayonu tərk etməsi barədə deyilənlər həqiqətəuyğun deyil.\n«O, hazırda iş yerindədir. Rayonda isə vəziyyət gərgin olaraq qalır».\nDaxili Qoşunların qüvvələri Quba icra hakimiyyətini dövrəyə alıb.\nBir qrup sakinin icra başçısının yaşadığı evə yürüş etdiyi bildirilir.\nQuba rayonu Polis İdarəsindən AzadlıqRadiosuna saxlananların olması və gözyaşardıcı qazdan istifadə barədə deyilənləri təsdiqləmədilər.\nRAUF HƏBİBOV ÜZR İSTƏYİR\nQubanın icra başçısı Rauf Həbibov aksiya iştirakçılarının qarşısına çıxıb onlardan üzr istəyib. Bildirib ki, istefası üçün ona bir-iki gün vaxt verilsin.\nBu barədə AzadlıqRadiosuna aksiya iştirakçıları bildirib.\nAksiyada istefa tələbləri də səslənib.\nPolislə aksiya iştirakçıları arasında qarşıdurma olub. Quba icra hakimiyyəti binasının pəncərələri sındırılıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi və saxlananların olduğu deyilir. Saxlananların olduğu deyilir.\nHazırda polis aksiyaçıları Quba icra hakimiyyətinin qarşısından uzaqlaşdırmağa çalışır.\nQUBADA ETİRAZLAR BAŞLADI - (hadisələrin xronikası aşağıda)\nMartın 1-i saat 10:00 radələrində Quba rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası başlayıb.\n1000-ə yaxın adam icra hakimiyyəti qarşısına yürüş edib.\nOnlar icra başçısının qubalılar barədə dediyi fikirlərdən narazıdırlar.\nBir neçə gün əvvəl toplantıların birində icra başçısı Rauf Həbibovun çıxışı ilə bağlı videogörüntülər yayılıb. Həmin çıxışda icra başçısı qubalıları satqınlıqda, öz torpaqlarını 30-40 manata satmaqda ittiham edir.\nİcra hakimiyyəti qarşısına yığışanlar icra başçısının istefasını tələb edirlər.\nAğsaqqal sayılan 3 nəfər rayon sakini icra başçısının qəbuluna girib. Onlar tələb edirlər ki, icra başçısı aksiyaçıların qarşısına çıxıb sakinlərdən üzr istəsin və istefa versin."
] | [
"http://www.anl.az/down/meqale/sherq/2013/fevral/292210.htm",
"https://www.azadliq.org/a/24500875.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2391--Azərbaycana aid hadisələr-1 | 1 | 3 mart | 3 mart — Qriqorian təqvimi ilə ilin 62-ci (uzun illərdə 63-cü) günü. | Azərbaycana aid hadisələr | 1992 — Qarabağ müharibəsi: Kəlbəcər rayonunun Seyidlər kəndi yaxınlığında Mi-26 helikopteri Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulmuşdur.
2010 — Şəmkirdə Su-25 qəzası baş vermişdir. | [
"Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 23 il ötür.\nAPA-nın xəbərinə görə, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan \"Mİ-8\" mülki vertolyotu ermənilər tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub.\nTerror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olub.\nXatırladaq ki, bu hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında \"Mİ-8\" vertolyotunu atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.\n- 31/01/2015 Əli Əhmədov: “Ermənistan beynəlxalq təşkilatların çıxardığı qərarlara əhəmiyyət vermir” - VİDEO\n- 30/01/2015 Ermənilərin Həsən Həsənovu öldürməsi, Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürməsi faktı ilə bağlı cinayət işi başlanıb - VİDEO\n- 30/01/2015 Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsi zonasında pilotsuz uçuş aparatından istifadə edilməsi təxribatdır”\n- 30/01/2015 Ermənilərin girov götürdüyü Şahbaz Quliyev, Dilqəm Əsgərov və qətlə yetirilən Həsən Həsənovla bağlı Avropa Məhkəməsinə müraciət olunub - FOTO - VİDEO\n- 29/01/2015 Avropa Şurasının baş katibi: “”Dondurulmuş” münaqişələr olan bölgələr insan haqlarının qorunması baxımından qara dəliklərdir”\n- 29/01/2015 Erməni girovluğunda olan Şahbaz Quliyev və Dilgəm Əsgərovun vəkilləri apellyasiya şikayəti veriblər\n- 29/01/2015 Prezident: “Fransa Dağlıq Qarabağ probleminin həlli üçün səylərini davam etdirəcək”\n- 29/01/2015 AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli mühakimə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlanıb\n- 28/01/2015 Britaniya hökuməti Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində keçirilmiş məhkəmənin qərarını tanımır - VİDEO\n- 28/01/2015 Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsin toplanmasına başlanıb - VİDEO\n- 28/01/2015 Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər atəşkəsi 113 dəfə pozub\n- 28/01/2015 Ermənilərin Şuşada içərisində qadın və uşaqlar olan vertolyotu vurmasından 23 il ötür\n- 27/01/2015 Həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son toqquşmalarla bağlı narahatlıqlarını ifadə ediblər\n- 27/01/2015 ATƏT-in fəaliyyətdə olan sədri Ermənistanı və Azərbaycanı atəşkəsə tam əməl etməyə çağırıb\n- 27/01/2015 Azərbaycanın xarici işlər naziri Krakovda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb\n- 27/01/2015 Erməni girovluğunda olan Şahbaz Quliyev uydurma “məhkəmə”nin “hökm”ündən şikayət verəcək\n- 27/01/2015 Cavad Zərif: “İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə ümid edir”\n- 27/01/2015 Ermənistanın müdafiə naziri Dağlıq Qarabağda vurulan helikopterin kursdan çıxdığını etiraf edib\n- 26/01/2015 AŞ Nazirlər Komitəsinin sədri Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağda girov götürülməsi barədə məlumatı olmadığını açıqlayıb\n- 26/01/2015 Azərbaycan XİN: Bütün məsuliyyət Ermənistanın üzərinə düşür\n- 26/01/2015 Türkiyə səfiri Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib\n- 26/01/2015 Daşaltı əməliyyatından 23 il ötür\n- 24/01/2015 Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib - FOTO\n- 24/01/2015 Azərbaycanın Dövlət Komissiyası: İtkin düşmüş 31 nəfərin işğal olunmuş ərazilərdə sağ qaldığı, əsir-girov götürüldüyü ehtimalı var - VİDEO\n- 24/01/2015 Dövlət Komissiyası: Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı “məhkəmə” qərarının heç bir hüquqi əsası yoxdur\n- 23/01/2015 Azərbaycan XİN rəhbəri yanvarın 27-də Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək\n- 23/01/2015 Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib\n- 23/01/2015 Anjey Kaspşik: “Qoşunların təmas xəttində baş verənlərdən narahatıq”\n- 23/01/2015 Finlandiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazım olan elementlər artıq mövcuddur\n- 23/01/2015 Paskal Monye: “ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların bərpasına çalışırlar”\n- 22/01/2015 Azərbaycan prezidenti: “Bir münaqişə həll edilmirsə və uzanırsa, başqa münaqişələrə səbəb olur” - VİDEO\n- 22/01/2015 Cəmil Çiçək: “Azərbaycan torpaqlarının işğal altında qalması qəbul edilməzdir” - VİDEO\n- 21/01/2015 Merkel: “Son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulmasından təəssüflənirik”\n- 21/01/2015 Azərbaycan prezidenti: “Ermənistan mövcud “status-kvo” vəziyyətini saxlamaqda maraqlıdır”\n- 21/01/2015 Nüfuzlu Avropa təşkilatı Qarabağın işğalına son qoyulmasını tələb edir\n- 21/01/2015 Derek Hoqan: “ABŞ prezidentlər səviyyəsində danışıqların bərpa olunmasını istəyir”\n- 21/01/2015 Azərbaycan XİN: “Azadlıq Radiosu”nun əməkdaşının işğal olunmuş Azərbaycan ərazilərinə səfəri qanunsuzdur\n- 21/01/2015 Sergey Lavrov: “Dilqəm Əsgərovun məsələsi erməni tərəfi ilə müzakirə olunacaq” - VİDEO\n- 21/01/2015 Qazaxıstandakı mobil operatorun Dağlıq Qarabağla qanunsuz mobil rabitə əlaqəsi yaratdığı məlum olub\n- 20/01/2015 XİN: “Nur Telecom” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən şirkətlə rouminq razılaşması dayandırılıb"
] | [
"https://web.archive.org/web/20150131172821/http://az.apa.az/news/370626"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2399--Azərbaycana aid hadisələr-1 | 2 | 6 mart | 6 mart — Qriqorian təqvimi ilə ilin 65-ci (uzun illərdə 66-cı) günü. | Azərbaycana aid hadisələr | 1911 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mirzə Cəlal Yusifzadənin "Fərhad və Şirin" operasının premyerası keçirilmişdir.Opera haqqında, azerbaijans.comAzərbaycan operaları, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
2015 — Bakı Olimpiya Stadionunun açılışı olub. | [
"|\nBaş səhifə\n» OPERA\n» Opera haqqında\n|\nOpera haqqında\nTarixi\nOperanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin “Müqəddəs Pavelin qayıdışı” (1480) dini komediyasında musiqiyə–operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.\nXVI əsrin ortalarında musiqili tamaşalara birsəsli ifalar (monodiya) daxil etmək cəhdləri operanın sürətli inkişafına təkan verdi. Adı çəkilən cəhdlərin müəllifləri öz musiqili-dramatik əsərlərini drama in musica və ya drama per musica adlandırırdılar: “opera” adından XVII əsrin ortalarından istifadə olunmağa başlanılıb. Hərçənd sonralar bəzi opera bəstəkarları (Rixard Vaqner) “musiqili dram” adına qayıtdılar.\nKütləvi tamaşaçı üçün ilk opera teatrı 1637-ci ildə Venesiyada açılıb. Buna qədər opera yalnız saray əyləncəsi hesab olunurdu. Cakopo Perinin 1597-ci ildə yazdığı “Dəfnə” əsəri ilk böyük opera sayılır. İtaliyadan sonra opera janrı digər Avropa ölkələrinə də yayılmağa başlayıb. Almaniyada Henrix Şyüts (“Dəfnə” 1627), Fransada Kamber (“La pastorale” 1647), İngiltərədə Pyörsell opera sənətinin pionerləri sayılırlar.\nOperada teatral dramaturgiya orkestr musiqisi və vokalla vəhdət təşkil edir. İncəsənətin bu növü müxtəlif bədii vasitələri özündə birləşdirir: solo və xor ifalar, fərqli ansambllar, simfonik orkestr, təsviri sənətin elementləri (kostyumlar, dekorasiyalar və sair), balet.\nTərkibində balet səhnələrinin də vacib yer tutduğu operalar opera-balet adlanır. Operanın bu növü XVII-XVIII əsrlərdə Fransada geniş yayılmış (Ramonun “Zərif Hindistan” əsəri) və sonrakı dövrlərdə də bəzən rast gəlinir (məsələn, Rimski-Korsakovun “Mlada” əsəri).\nOperanın heyətinə – solist, xor, orkestr, hərbi orkestr və orqan daxildir. Operada səslər əsasən iki yerə- kişi və qadın səslərinə bölünür. Öz növbəsində onların da növləri var. Soprano, metso-soprano, kontralto – qadın səslərinin, kontrtenor, tenor, bariton və bas isə kişi səslərinin növləridir.\nOpera- aktlar, şəkillər, səhnələr və çıxışlardan ibarətdir. Aktlar proloqla başlayıb, epiloqla bitir.\nReçitativ, ariozo, mahnılar, ariyalar, duetlər, trio, kvartetlər, ansambllar opera əsərinin hissələri, üvertüra, introduksiya, antraktlar, patomima, melodrama, yürüşlər, balet musiqisi isə simfonik formalarıdır.\nAzərbaycanda opera\nAzərbaycanda opera sənəti keçən əsrin əvvəllərində təşəkkül tapmağa başlayıb.\nAzərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan “Leyli və Məcnun”u ilə qoyulmuşdur.\nTeatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və Dövlət Opera Teatrının yaranma tarixi bu vaxtdan başlayır.\nUzun müddət, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli operamız, məhz, Ü.Hacıbəyovun əsərləri sayəsində – “Şeyx Sənan” (1909, opera), “Ər-arvad” (1909, operetta), “Rüstəm və Söhrab” (1910, opera), “O olmasın, bu olsun” (1911, operetta), “Fərhad və Şirin” (1911, opera) və s. - yaşayıb və inkişaf edib. Sonrakı illərdə Zülfüqar Hacıbəyov (“Aşıq Qərib” 1916), Müslüm Maqomayev (“Şah İsmayıl” 1919), Əfrasiyab Bədəlbəyli (“Nizami” 1948), Fikrət Əmirov (“Sevil” 1955) və digər görkəmli bəstəkarlarımız da milli opera sənətinə öz töhfələrini vermişlər. Adları çəkilən müəlliflərin, xüsusilə də Ü.Hacıbəyovun əsərləri hazırda da Milli Opera və Balet teatrının repertuarındadır.\nTeatr 1959-cu ildən Akademik Teatr statusu almışdır.\nMüxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış etmiş və bu gün də çıxış etməkdədir."
] | [
"http://azerbaijans.com/content_342_az.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2400--Azərbaycana aid hadisələr-1 | 1 | 13 mart | 13 mart — Qriqorian təqvimi ilə ilin 72-ci (uzun illərdə 73-cü) günü. | Azərbaycana aid hadisələr | 1909 — "Zənbur" jurnalı ilk dəfə nəşr olunub.
1995
Azərbaycan və Syerra-Leone arasında diplomatik əlaqələr qurulmuşdur.
Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri dövlət çevrilişinə cəhd ediblər. | [
"“Molla Nəsrəddin”in davamçıları\nXX əsrin ilk onilliyində Azərbaycan ictimai-siyasi mühitində yaranmış inqilabi ab-hava mətbuatın inkişafına böyük təsir göstərirdi. Savadlı, təhsilli, eyni zamanda millətsevər ziyalılarımız yaranmış vəziyyəti düzgün qiymətləndirir, yeni qəzet və jurnalların fəaliyyətinə icazə almaq məqsədilə çarizmin müvafiq idarələrinə daha çox müraciətlər edirdilər. Nəticədə həmin onillikdə “Həyat”, “İrşad”, “Füyuzat” və başqa mətbu orqanların fəaliyyətinə nail olurdular.\nÇox yeniliklərlə tarixə qovuşmuş XX əsrin birinci onilliyində Azərbaycan mətbuatı üçün daha bir əlamətdar hadisə isə baş redaktoru Cəlil Məmmədquluzadənin haqqında “...təbiət özü yaratdı, zəmanə özü yaratdı” dediyi “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması oldu.\n1906-cı il aprelin birinci sayı yayıldığı vaxtdan jurnalın redaksiyasına təbrik və təşəkkür məktubları ünvanlandı. Ancaq gələn həm də təhqirlər, təhdidlər, həcvlər idi... Elə o zamandan da “Molla Nəsrəddin”nin yaradıcı heyəti həm hökumətin sərt nəzarəti, həm də bəzi soydaşlarımızın düşmən nəzərləri, şər və böhtanları ilə qarşılaşdı. Mollanəsrəddinçilər jurnalın nəşrini təhdidlərə, hədələrə, senzor təqiblərinə mərdliklə sinə gərərək davam etdirdilər.\n“Molla Nəsrəddin”in mətbuatımızın inkişafında xidmətləri misilsiz oldu. Öz dövründə məktəb yaratmağa müvəffəq olan bu mətbu orqanın izi ilə çoxu böyük həvəslə irəlilədi. “Bəhlul”, “Babayi-Əmir”, “Zənbur”, “Arı”, “Kəlniyyət”, “Lək-lək” və başqa jurnallar bu məktəbin davamçıları oldu. Onların əksəriyyətinin yaradıcı heyəti “Molla Nəsrəddin”in üzləşdiyi çətinlikləri, maneələri, mollanəsrəddinçilərin qarşılaşdıqları təhdidləri, təqibləri, hətta həbsləri görsələr də, Azərbaycanın bu ilk satirik mətbu orqanının başladığı yoldan geri çəkilmədilər.\n“Get-gedə, “Zənbur” ağa, sən də çaşırsan deyəsən?”...\nİdeya-bədii xəttinə, satirik gülüşün xarakterinə, formasına, bədii tərtibatına görə “Molla Nəsrəddin”ə yaxın olan, onun ənənələrini, üslubunu davam etdirən “Zənbur” jurnalının ilk sayı 1909-cu ilin 13 martında yayımlandı. Jurnalın səhifələrində müxtəlif mövzulu bədii, publisist yazılar, felyetonlar, xəbərlər, karikaturalar dərc edilirdi. “Zənbur”un dili sadə və oxunaqlı idi. 8 səhifəlk jurnalın 4 səhifəsində şəkillərə, 4 səhifəsində isə yazılara yer verilirdi. Jurnalda rəngli karikaturalarla yanaşı, fotoşəkillər də dərc edilirdi.\n1909-cu ildə 42, 1910-cu ildə isə 28 sayı işıq üzü görən “Zənbur”un naşiri doktor Əbdülxaliq Axundov idi. Jurnalın 1-21-ci saylarının redaktoru Rza bəy Səlimxanov, 1909-cu il 22-42-ci saylarının redaktoru Əzim Əzimzadə, 1910-cu il 1-27-ci saylarının redakoru isə Murtuza bəy Pələvəndov oldu. Rəssamı Əzim Əzimzadə və Beno (Benedikt Rafailoviç Telinqator) idi. Əzim Əzimzadə redaktor, rəssam olmaqla yanaşı, “Zənbur”da və başqa jurnallarda “Avara rəssam”, “Xoruz”, “Məəttəl qalan”, “Firon xırda” və “Dəmdəməki” imzaları ilə yazılar dərc etdirirdi. Benoya gəlincə isə, o, sovet hakimiyyəti illərində də Azərbaycan mətbuatında fəaliyyət göstərmişdi. O, Gürcüstan SSR-in xalq rəssamı idi.\n“Zənbur”un məramı, tənqid hədəfləri ilk sayındakı “Aydınlıq” adlı baş məqalədə belə açıqlanırdı: “...hər tövr olmuş olsa gərək bir az ehtiyatlı olaq. Çünki arıların təbii xüsusiyyəti... sancmaqdır və bu xasiyyəti ondan almaq müşküldür. Ələlxüsus ki, qabaqda şirin təmələr ola; məsələn, müftəxorların yoğun boyunları, xanımların yalın baldırları, millət dərdindən əriyənlərin yekə qarınları və həmçinin bir tərəfdən də bu böyüklükdə şəhərə bir arıq arı kifayət etməyəcək”. Məqalədə mətbuat düşmənlərinin dilindən: “Allah “Zənbur”un neştərini sındırsın və özünü də tezbazar eləsin” deyilirdi.\n1910-cu ilin oktyabrınadək fəaliyyət göstərən “Zənbur” dövrün məşhur realist şair və ədiblərini öz ətrafında topladı. Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Abbas Səhhət, Əliabbas Müznib, Bayranəli Abbaszadə (Hammal) və başqa sənətkarların satirik şeir və felyetonları “Zənbur”u daha da oxunaqlı edirdi. “Molla Nəsrəddin” kimi cəhaləti, mövhumatı, təhsilin inkişaf etməməsini tənqid edən “Zənbur”u Mirzə Ələkbər Sabir belə “qınayırdı”:\nGet-gedə, “Zənbur” ağa, sən də çaşırsan deyəsən?\nGah da bir məzhəbə, dinə sataşırsan deyəsən?\nSən düz adəmsən əgər səndə bu tədbir nədir?\nJurnala çəkdiyin ol çalmalı təsvir nədir?\nQollarından sarılan kimdir, o zəncir nədir?\nDinmədikcə sənə, sərhəddən aşırsan deyəsən?\nGah da bir məzhəbə, dinə sataşırsan deyəsən?\n“Molla Nəsrəddin” kimi, “Zənbur”da da yaxın ölkələrin həyatı ilə, xüsusən, İran və Türkiyədə gedən milli-azadlıq hərəkatına dair karikaturalar dərc edilirdi.\nSözləri hikmətli, nəsihətamiz “Babayi-Əmir”\nMüznib təxəllüsü ilə tanınan Əlabbas Əhmədov “Babayi-Əmir” jurnallarını böyük əzab-əziyyətlərlə ərsəyə gətirdi. Sibirə sürgün olunması, çar hökuməti nəzərində siyasi cəhətdən təhlükəli sayılması onun işlərini daha da çətinləşdirirdi. Elə bu səbəblərdən jurnalın nəşrinə icazəni böyük qardaşı Əbülfəz Mütəllibzadənin adına aldı. Tədqiqatçı Ağarəfi Zeynalov bu barədə yazıb: “Əslində, “Babayi-Əmir” jurnalının redaktoru da, naşiri də Ə.Müznib özü idi. Jurnalın nəşrinə savadsız M.Əbülfəz icazə aldığından rəsmi sənədlərdə də naşir və redaktor kimi onun adı qeyd olunurdu”.\nƏliabbas Müznibin özü kimi, nəşr etdiyi jurnalın fəaliyyəti də çarizmin yerli orqanlarının, Senzura Komitəsinin ciddi nəzarətindəydi. Qafqaz canişininin mülki işlər üzrə köməkçisi knyaz Orlovun canişini Georgi Kovalyova məxfi məktubunda bildirirdi: “Hörmətli cənab Georgi Samolyoviç! Arayışı təqdim edərək əlahəzrətdən Bakı şəhərində tatar (Azərbaycan) dilində çıxan “Babayi-Əmir” yumoristik jurnalının redaktorunu hüzurunuza çağırmağınızı, onun bahalığın hökm sürdüyü, əhalinin kasıb təbəqəsinin maddi təminatında çatışmazlıqların açıq-aşkar şəkildə hiss olunduğu vaxtda, əhalinin bir hissəsini digər hissəsinə qarşı qoyaraq jurnalın səhifələrində araqızışdırıcı məqalələr yerləşdirilməsinə yol verməməyinizi xahiş edirik”.\n“Babayi-Əmir” öz məqsədini, məramını belə bəlli etdi: “Vay o kəsin halına ki, ayağını əndazədən kənara qoya, çünki “Babayi-Əmir” bəy, xan, molla, qazi, şah, sultan, artist-martist, mühərrir, filan bilməyəcək, varlıya, kasıba təfavüt qoymayacaqdır”. “Babayi-Əmir” öz məqsədinə sonadək sadiq qaldı. Cəsarətli və doğru tənqiddən heç vaxt uzaqlaşmadı.\nJurnalın ilk sayı Bakıda 1915-ci il aprelin\n21-də nəşr olunub. Ümumilikdə 65 (1915-ci ildə 31, 1916-cı ildə 34) sayı işıq üzü görüb. 8 səhifəlik, həftəlik jurnalda 1915-ci il 27-31-ci saylarında Əzim Əzimzadənin çəkdiyi karikaturalardan başqa şəkil verilmədi.\nƏlabbas Müznib jurnalın həm redaktoru, həm də ən fəal müxbirlərindən biri idi. O, bu mətbu orqanda “Babayi-Əmir”, “Nəsim” və “Qəsim” imzaları ilə çıxış edirdi. Jurnalda Cəfər Cabbarlı, Əli Nəzmi, Azər Buzovnalı, Məmməd Səid Ordubadi, Əmin Abid, Əliağa Vahid kimi satirik şairlər iştirak edirdilər. “Babayi-Əmir”də “Əyyari-Kəmşüur”, “Kəmtar Əyyar”, “Əyyar Beçə” və başqa imzalardan istifadə olunub. Tədqiqatlardan o da məlumdur ki, “Babayi-Əmir” “Molla Nəsrəddin”dən sonra ən çox gizli imzadan istifadə edən satirik jurnaldır.\nJurnal adı ilə də “Molla Nəsrəddin”i xatırladırdı. Rəvayətlərə görə, Molla Nəsrəddin kimi Babayi-Əmir də hikmətli sözləri, nəsihətləri ilə xalq arasında məşhur olub.\n“Babayi-Əmir”in ömrü uzun olmadı. Səhifələrində dərc olunan tənqidi yazılar, Müznibin siyasi cəhətdən etibarsız sayılması 1916-cı ilin oktyabrında jurnalın nəşrinin dayandırılmasının əsas səbəbləri oldu.\n“Molla Nəsrəddin”dən fərqlənmək istəməyən “Lək-lək”...\n“Lək-lək” adlı həftəlik satirik jurnal İrəvan şəhərində 1914-cü ildə fevralın 22-dən iyunun\n12-dək nəşr edilib. Tədqiqatçıların fikrincə, jurnalın adı, əslində “Leylək” olmalı imiş, kinayə məqsədilə belə adlandırılıb. 1914-cü ilin 21 yanvarında İrəvan qubernatoru “Lək-lək”in nəşrinə verdiyi icazədə jurnalda baş məqalələr, şeir, şəhər işləri, Qafqaz xəbərləri, teleqramlar, xarici və daxili xəbərlər, felyeton, təmsil, “poçt qutusu”, elan dərc edilməsinin nəzərdə tutulduğunu qeyd edirdi. Jurnalın naşiri və müdiri M.Mirfətullayev və C.Əsgərzadə (Aciz) idi.\nJurnalın hər sayında başlığın altında səhraya qonmuş, qabağında bir neçə sünbül olan leylək şəkli verilirdi. Bir də Orta Asiyanın Mərv şəhərində cəhalətpərəstlər tərəfindən qətlə yetirilən maarifpərvər Yusif Heydərzadənin şəkli dərc olunurdu. Bunları nəzərə almasaq, deyə bilərik ki, 8 səhifəlik jurnal rəssam və litoqrafiya problemləri üzündən şəkilsiz çıxırdı. Jurnalda İrəvanda ticarət və mədəni məsələlərə aid elanlara geniş yer ayrılırdı. Əsasən birinci və sonuncu səhifələrində jurnalın özü barədə, həmçinin başqa məsələlərə dair bəzi elanlar, məlumatlar dərc edilirdi. Demək olar ki, “Lək-lək”in hər sayında belə elan verilirdi: “Məsləkimizə müvafiq və millətimizə mənfəətli olan hər cür təhrirat üçün məcmuəmizin səhifələri açıqdır. İmzasız yazılar dərc olunmadığı kimi, markasız göndərilən məktublar da qəbul olunmaz. Yazılar açıq türk dilində olmalıdır”.\nDövrün ictimai, sosial, iqtisadi problemləri, maarif və mədəniyyət, ana dili, əlifba və digər mühüm məsələlərdən bəhs edən yazılara jurnalın səhifələrində geniş yer ayrılırdı. Xalqın kütləvi surətdə savadlanması naminə ərəb əlifbasının dəyişdirilməsi, yeni əlifbanın zəruriliyi “Lək-lək”də xüsusi qeyd olunurdu.\nJurnalda Azərbaycanın siyasi, ictimai, sosial, mədəni vəziyyəti ilə yanaşı, vaxtaşırı Yaxın Şərq ölkələri, xüsusən Türkiyə və İranın həyatına dair yazılar dərc olunurdu. “Lək-lək”də bədii əsərlərə geniş yer verilirdi. Poeziya nümunələrində Mirzə Ələkbər Sabir ənənələri diqqət çəkirdi. “Lək-lək” Azərbaycanda qabaqcıl satirik mətbuatının ənənələrinə əsaslanır, “Molla Nəsrəddin” yolu ilə getməyə çalışırdı. Jurnalın 1914-cü il 28 aprel tarixli 4-cü sayında “Həmədanlı Məşədi İbad” imzası ilə verilmiş mətbuatın mübarizliyi, ədəbiyyatın ictimai həyata fəal münasibətindən bəhs edən “Tiflisdən məktub” adlı məqalədə bildirilirdi ki, “Lək-lək” “Molla Nəsrəddin”dən fərqlənməməlidir.\nHəftəlik nəşr kimi nəzərdə tutulsa da, jurnal bəzən böyük fasilələrlə nəşr olunurdu. Bunun əsl səbəbini redaksiya açıqlamır, bəzən gecikmələrə görə oxuculardan üzr istəyirdi. “Lək-lək” sonuncu - 12-ci sayında bu məzmundə elan verdi: “Bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha “Lək-lək” məcmuəsi çıxmayıb və “Lək-lək” müştərilərinə yenidən nəşr ediləcək “Cəngi” namində məcmuə göndəriləcəkdir...” Məlumat verildi ki, “Cəngi” jurnalı Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadə tərəfindən nəşr ediləcək. Ancaq həmin jurnalın fəaliyyətini təsdiq edən heç bir sənəd əldə olunmayıb.\nZöhrə FƏRƏCOVA,\n“Azərbaycan”\nDigər Xəbərlər\nQƏZETİN ÇAP VERSİYASI\nXƏBƏR LENTİ Bütün xəbərlər\nQətiyyətli siyasət - real nəticə\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin...\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil...\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkda...\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və m...\n11 Oktyabr\n\"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında\" Azərbaycan ...\n11 Oktyabr\nAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin \"Avtomobil Yollarının Mühafizə Xidməti\" Məhdud Məsu...\n11 Oktyabr\nBakı Dərin Özüllər Zavodu\n11 Oktyabr\nAvropa Azərbaycanın enerji töhfələrini təqdir edir\n11 Oktyabr\nPraqa görüşü sülh prosesini sürətləndirir\n11 Oktyabr\nDİQQƏT ÇƏKƏNLƏR\nÇOX OXUNANLAR\nİlham Əliyev milli maraqları qətiyyətlə təmin edir\nAğdamda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb Prezident İlham Əliyev və birinci xanım Meh...\nAzad edilən ilk şəhər\nDEDİ və ETDİ!\nSofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib Prezident İlham Ə...\nƏbədiyaşar LİDER\nOXUCU MƏKTUBLARI\nNƏŞRLƏRİMİZ\nBAŞ REDAKTORDAN\nHamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.\nMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.\nBununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.\nBu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!\nHələ də dünyada ədalətsizliklər mövcuddur!\nHələ də dünyada ikili standartlar var!\nHələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!\nOdur ki, biz daima güclü olmalıyıq.\nGüclü olmağın əsas şərti isə bizim birliyimizdir!\nDünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.\nAzərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.\nYalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.\nUlu yurdumuzun adını daşıyan \"Azərbaycan\" qəzeti də bu amala xidmət edir.\nƏziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!"
] | [
"https://azerbaijan-news.az/posts/detail/molla-nesreddinin-davamcilari-1626557798"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2445--Azərbaycana aid hadisələr-1 | 1 | 23 mart | 23 mart — Qriqorian təqvimi ilə ilin 82-ci (uzun illərdə 83-cü) günü. | Azərbaycana aid hadisələr | 1961 — Marinski teatrında Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası keçirilmişdir."MƏHƏBBƏT ƏFSANƏSI": ƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU
1992 — Azərbaycan və Cənubi Koreya arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"|\n|\nÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ\nTƏTBIQI KULTUROLOGIYA\nVƏ SOSIOLOJI TƏDQIQATLAR\nIlqar HÜSEYNOV\nIDMAN VƏ MUSIQI –\nGÖZƏLLIK HARMONIYASIDIR\nImruz ƏFƏNDIYEVA\n«MƏHƏBBƏT ƏFSANƏSI»:\nƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU\nLalə Hüseynova\n|\n|\n|\n|\n|\n|\nTəxminən 40 il bundan öncə Türk dünyasının iki görkəmli şəxsiyyəti – şair Nazim Hikmət və bəstəkar Arif Məlikov dünya mədəniyyətinə nadir sənət incisi olan «Məhəbbət əfsanəsini» bəxş etdilər. Vətənə, doğma torpağa hədsiz sevgi və ehtiramdan doğmuş bu gözəl səhnə əsəri artıq yarım əsrə yaxındır ki, müxtəlif teatr səhnələrində böyük müvəffəqiyyətlə oynanılır, bir sıra məşhur xarici kollektivlərin repertuarında Azərbaycan musiqisini ləyaqətlə təmsil edir. Yarandıgı ilk gündən indiyədək baletin dünya teatr səhnələrində «zəfər yürüşü» arasıkəsilmədən davam edir, tamaşaya bəslənilən maraq hissi sönmür.\nBunun sirri və səbəbləri istər musiqişünaslıq, istərsə də baletşünaslıq elmində kifayət qədər araşdırılmış, əsərin balet tarixində tutduğu müstəsna yeri və mövqeyi, zənnimcə, dürüst təyin olunmuşdur. Hazırkı məqalədə biz, baletin dramaturji həllində Nazim Hikmət pyesinin rolu və əhəmiyyəti barədə bəzi mülahizələrimizlə bölüşmək istərdik. Lakin mətləbə keçməzdən öncə «Məhəbbət əfsanəsi» nin tarixi əhəmiyyətini bir daha diqqətə çatdırmağı vacib sayırıq.\n1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş «Məhəbbət əfsanəsi» baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ oldu. Bununla bağlı baletşünas V.Krasovskayanın maraqlı müqayisəsini sitat gətirmək istərdim. O yazır: «Yatmış gözəl» XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, «Məhəbbət əfsənəsi» XX əsrin balet kəşflərinin sintezidir»1. Fikri açıqlayaq.\nMəlumdur ki, XX əsr baleti öz çoxşaxəli axtarışlarında zəngin təcrübə qazandı: mövzu dairəsi son dərəcə genişləndi; musiqi əsl simfonik mahiyyət kəsb etməyə başladı; xoreoqrafiya mürəkkəb musiqi dramaturgiyasını açmaq yolunda misilsiz addımlar ataraq, öz leksikasında yeni ifadə vasitələri hesabına xeyli zənginləşdi. Lakin bütün bünlara baxmayaraq bitkin, cazibədar, uzunömürlü balet tamaşaları (hətta ən kamil musiqi materialına malik olduğu tərzdə) nadir halda səhnəyə çıxdı. Nə üçün? Bu sualın cavabında tənqidçilərin rəyi, fikri yekdildir. Bitkin tamaşanın yaranması üçün balet dramaturgiyasının bütün komponentləri – ssenari, musiqi, xoreoqrafiyanın üzvi vəhdəti və tarazlığı gərəkdir. Əks halda yarımçıq, natamam səhnə həlləri meydana gəlir: ya tamaşanın ədəbi əsası müasir xoreoqrafiyanın simfonik prinsipləri ilə uyğun gəlmir, ya xoreoqrafiya musiqi materialının simfonik ruhunu ifadə etmək iqtidarında olmur, ya da musiqi materialı süjeti açmaq üçün lazımi səviyyə nümayiş etdirmir..\nNəzərdə tutulan aspektdə qazanılan uğurlar, yaradılan nümunəvi tamaşalar barədə gedən heç bir söhbət və müzakirə «Əfsanəsiz» keçinməyib. O, özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir.\nYuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. «Məhəbbət əfsanəsi»nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində quruldu. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrildi və Y.Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, «tammetrajlı» baleti büsbütün simfonik rəqs üzərində yaratdı. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurdu. Lakin burada da keçmişin unudulmuş yaxşı bir ənənəsini görmək çətin deyil. V.Krasovskayanın yazdığı kimi: «Baletmeysterlə birgə iş zamanı Məlikov musiqisinin hər bir epizodu xoreoqrafiyaya elə dəqiq uyğunlaşdırıldı, elə ölçülüb-biçildi ki, nömrələrin musiqi-xoreoqrafik v\nəhdətdə bu tərz uzlaşmasını vaxtilə Çaykovski-Petipanın «Yatmış gözəli» nümayiş etdirmişdi. Bu cəhətdən gənc bəstəkarın bəxti gətirdi. Çünki ondan hazır musiqi alıb, bu musiqiyə yeni süjet calamadılar. Ona ürəyi istədiyi kimi yazmaq təklifi etmədilər ki, fəqət sonra, hər şeyi özlərinə lazım olan tövr dəyişsinlər. «Məhəbbət əfsanəsində» Qriqoroviç proqrama arxalanır və Məlikovun da bu proqrama sadiq qalmasını təkid edirdi».2\nÖz növbəsində Qriqoroviçin arxalandığı libretto-ədəbi mənbə də son dərəcə əlverişli idi və mübaliğəsiz demək olar ki, baletdə müşahidə etdiyimiz bir sıra maraqlı yenilik və tapıntıları çox aydın şəkildə özündə təzahür etdirirdi.\nY.Qriqoroviçin məhz Nazim Hikmət pyesi əsasında öz yeni ideyalarını açmaq istəyi şübhəsiz ki, təsadüfi deyildi. Bu, yalnız N.Hikmət pyesinin dərin, fəlsəfi məzmunundan irəli gəlmirdi. Məsələ burasındadır ki, əksər halda keçmiş əsrlərin dramaturq və şairlərinin məşhur əsərlərinə istinad edən bəstəkarlardan və habelə baletmeyster -həmkarlarından fərqli olaraq, Qriqoroviç öz novator niyyətlərinin münbit zəminini müasir dramaturqun, yəni yaradıcılığında XX əsrin ədəbi və teatr məkanındakı avanqard təmayülləri və cərəyanları məharətlə təcəssüm etdirmiş böyük türk şairi və dramaturqu Nazim Hikmətin əsərində tapdı. Cəsarətlə demək olar ki, Hikmət dramının kompozisiya və obrazları vasitəsilə baletə böyük fəlsəfi məzmun gəldi.\nNazim Hikmətin «Məhəbbət əfsanəsi» pyesi rus dilində 1952-ci ildə «Novıy mir» jurnalının dekabr nömrəsində dərc olunmuşdu3. Əsər çox tezliklə teatr ictimaiyyətinin nəzər-diqqətini cəlb etdi və geniş oxucu kütləsinin rəğbətini qazandı. Bir neçə ildən sonra isə gənc baletmeyster Yuri Qriqoroviç gənc bəstəkar Arif Məlikov və bu pyes əsasında balet tamaşası yaratmaq qərarına gəldilər. Şərq ədəbiyyatında çox geniş yayılmış Fərhad və Şirin rəvayətini canlandıran N.Hikmət pyesi hansı məziyyətlərinə görə diqqəti cəlb etdi?\nMəlumdur ki, mif və rəvayətlər hələ qədim zamanlardan başlayaraq bu günədək bədii ədəbiyyat və incəsənətin əsas qaynaqlarından olmuş, hər dövrün ictimai-estetik idealları ilə bağlı şəkildə mənalandırılmışdır. Mifologiyanı araşdıran bir çox alimlər, yazıçı və filosoflar onu ümumxalq müdrikliyinin ifadəsi hesab etmişlər. XX əsr dramaturgiyası qədim rəvayət və əsatirlərə xüsusi maraqla səciyyələnir. Məşhur dramaturqlardan Anuy, Kokto, Brext və başqalarının yaradıcılığında yunan mifologiyasının tutduğu böyük yer təsadüfi deyildi. Hələ XIX əsrdə öz operalarını ancaq miflərə əsaslandıran böyük alman bəstəkarı R.Vaqner bunun səbəbini araşdıraraq yazırdı: «…mif çoxsaylı hadisələrin əlvanlığı olmayıb, onların yığcam və sıxlaşmış şəkildə rabitəsidir. Bu isə onu nəinki insan fantaziyasına, habelə insan hissiyatına da anlaşıqlı edir. Xalq əsatirdə incəsənətin yaradıcısı olur».4 R.Vaqnerin fikrincə məhz bu keyfiyyətinə görə əsl dramın əsasında əsatirlər durmalıdır. Əlbəttə, hər şeydə ifrata varan Vaqner bu\nfikri də mütləqləşdirmişdi. Lakin əsatirlərin incəsənətdəki rolunu o çox sərrastlıqla qiymətləndirir. Doğrudan da, əsatirlərin və qədim rəvayətlərin məkan və zaman hüdudlarını aşaraq dünyanı, insanı sanki fokusda canlandırmaq imkanı XX əsr dramaturqlarını cəlb edən başlıca məziyyətlərdən biri ola bilərdi. Qərb dramaturgiyasında yunan mifologiyası diqqət mərkəzinə keçirsə, Şərq ədəbiyyatında bir sıra dillər əzbəri olmuş rəvayətlər yeni həyata qədəm qoyur, müasir insanın hiss və duyğularına yönəldilir. Nazim Hikmətin «Məhəbbət əfsanəsi» pyesi bu fikri dolğun şəkildə təsdiq edir.\nN.Hikmət pyesi yazarkən məşhur rəvayətin ona daha yaxın olan türk variantından istifadə etmişdi. Belə ki, bu variantda Şirin hökmdar deyil, Arzen şəhərinin şahı olan – Məhmənə Banunun bacısıdır. Hikmət rəvayətə çox yeniliklər əlavə edib, bəzi yerlərdə fabulanı tamamilə dəyişmişdir. Üç əsas iştirakçıdan başqa dramın bütün qalan personajları yenidir Şirinin xəstələnməsi. Naməlum adamın gəlişi, onun üç şərti və Məhmənə Banunun gözəlliyini qurban verməsi - bütün bu hadisələr Hikmət tərəfindən daxil edilmişdir."
] | [
"http://musigi-dunya.az/new/read_magazine.asp?id=285"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2550--Azərbaycana aid hadisələr-1 | 5 | 5 may | 5 may — Qriqorian təqvimi ilə ilin 125-ci (uzun illərdə 126-cı) günü. | Azərbaycana aid hadisələr | 1960 — Bakı funikulyoru istifadəyə verilib.
1970 — Bakıda Ulduz metrostansiyasının açılışı olmuşdur.
1994 — Bişkekdə Qarabağ müharibəsində atəşkəs niyyəti ilə apanlan danışıqlar nəticəsində Bişkek protokolu imzalanıb.
1999 — "Bizim Əsr" qəzeti ilk dəfə nəşr olunub.
2015 — Bakıda İnturist otelinin açılışı olmuşdur.İlham Əliyev Bakıda “İnturist” otelinin açılışında iştirak edib. president.az, 05.05.2015
2017 — "Qarabağ" Azərbaycan Kubokunu qazanıb.
2019 — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur. | [
"Foto və video əlavə olunub\n*** 09:11\nBakı. 1 noyabr. REPORT.AZ/ Təmir-profilaktika işləri ilə əlaqədar bir ilə yaxındır işləməyən Bakı Funikulyoru bu gündən yenidən fəaliyyətə başlayıb.\n“Report” xəbər verir ki, təmir zamanı funikulyorun stansiyaları və vaqonlarda cari təmir işləri görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılıb, funikulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib.\nBakı Funikulyorunun rəisi Tofiq İsmayılov jurnalistlərə açıqlamasında qeyd edib ki, texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib: \"İşçilər yeni geyimlərlə təmin olunublar. Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərliyinin dəyişməsindən sonra burada aparılan işlərdə mövcud olan yubanmalar və digər problemlər aradan qaldırılıb və Funikulyorun fəaliyyətinə start verilib\".\nFunikulyorda birtərəfli gedişhaqqı 1 manatdır.\nXatırladaq ki, Bakı Funikulyoru 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxa gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 3 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib.\nÖlkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, 2012-ci ildə Bakı Funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb və 2012-ci il mayın 23-də açılışı keçirilib.\nFoto/Video: Elçin Murad",
"İlham Əliyev Bakıda “İnturist” otelinin açılışında iştirak edib\n05 may 2015, 11:30\nPrezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “İnturist” otelinin açılışında iştirak ediblər.\nDövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.\nPrezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Bu mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən keçmiş “İnturist” mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanı olub. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Beşmərtəbəli binada 150 standart və suit nömrə var. Otaqların hamısı müasirliyi və rahatlığı ilə seçilir. Otelin özəlliyini artıran cəhətlərdən biri də otaqların eyvanlarından Xəzər dənizinə və sahilboyu Bakı bulvarına açılan mənzərədir. Otaqların hamısı sürətli internet, havalandırma və digər zəruri sistemlərlə təchiz olunub.\nOteldə SPA, kitabxana, iclas zalı, restoran da var. Terrasından dənizə gözəl mənzərə açılan restoranda dünya mətbəxinin təamları təqdim ediləcək. Buradakı şərait Bakının keçmiş əfsanəvi “İnturist” mehmanxanasının ab-havasını xatirələrdə canlandırır. Yeni “İnturist” fərqli və nadir mühiti ilə Bakının otel biznesində özünə layiqli yer tutacaq.\nQeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər digər sahələrdə olduğu kimi, turizmin, o cümlədən müasir otel sisteminin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, Azərbaycanda yaradılan müasir otel idarəçiliyi və bu sahənin inkişafı ölkəmizdə beynəlxalq səviyyəli bir çox mehmanxana brendlərinin açılması ilə nəticələnib. Son illərdə ölkənin sosial-iqtisadi inkişafı sayəsində yaradılan müasir turizm infrastrukturunda yeni “İnturist” otelinin də xüsusi rolu olacaq. Azərbaycandakı sabitlik, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, mətbəxi və ən əsası qonaqpərvərliyimiz dünyada böyük maraqla qarşılanır. Bunu son illərdə ölkəmizə gələn turistlərin sayındakı artım da göstərir. Ölkəyə turistlərin cəlb olunmasında, əlbəttə ki, müasir otellərin yaradılmasının rolu böyükdür. Belə müasir otelin bütün dünyanın diqqət mərkəzində olan “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi bu Oyunlarla bağlı ölkəmizə gələn turistlərin rahatlığını təmin etmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Bu cür infrastruktur layihələrinin icrası Bakının turizm potensialını artırmaqla yanaşı, paytaxtın müasir simasının yaradılması işinə də öz töhfəsini verir.\nOtellə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.\nMehmanxananın kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:\n- Sabahınız xeyr. Bu gün şəhərimizin həyatında çox əlamətdar bir gündür. Yeni gözəl mehmanxana açılır. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. “İnturist” mehmanxanasının açılışı, doğrudan da tarixi hadisədir. Bildiyiniz kimi, vaxtilə Azərbaycanda, Bakıda “İnturist” mehmanxanası olub. Səksən il bundan əvvəl tikilmişdi. Əfsuslar olsun ki, sonra söküldü və onun yerində indi başqa bina tikilib.\nAncaq “İnturist” mehmanxanası yaşlı nəslin xatirəsində həmişə yaşayırdı. Ona görə, çox şadam ki, belə bir qərar qəbul olundu və bu tarixi ədalət bərpa edildi. Gözəl yer seçilib. Əvvəlki “İnturist” mehmanxanasının yeri də buradan bir o qədər də uzaqda deyil. Amma bu yer də çox gözəldir. Çox gözəl mənzərə açılır. Bir daha demək istəyirəm ki, “İnturist” bundan sonra da yaşayacaqdır. Bu, doğrudan da təqdirəlayiq hadisədir. Biz öz tariximizə çox bağlıyıq, tarixi irsimizə sadiqik və çalışırıq ki, həmişə tarixi ədaləti bərpa edək.\nEyni zamanda, onu da deməliyəm ki, bu mehmanxana ən yüksək standartlara cavab verir. Çox gözəl şərait yaradılıb. Adam burada özünü sanki öz evindəki kimi hiss edir. Xüsusilə burada gözəl ab-hava var. Əminəm ki, yüksək xidmət də göstəriləcək və qonaqlar burada özlərini çox rahat hiss edəcəklər.\nSon vaxtlar Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Kadr hazırlığı da lazımi səviyyədədir. Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər tikilmişdir. Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri Bakıda vardır. Son 2-3 il ərzində görün nə qədər gözəl otellər tikilib. “Four Seasons”, “Fairmont”, “Mariott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, “Sheraton”, - bunlardan əvvəl “Hyatt” var idi, - indi də “İnturist” oteli. “İnturist” mehmanxanasının da bu otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam edəcək. Çünki yaxın gələcəkdə yeni “Ağ şəhər” bulvarında “Bulvar” oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. “Ağ şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər.\nBakı dünyanın ən gözəl şəhərlərindən biridir və mənim üçün ən gözəl şəhərdir. Çünki Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o qədər ictimai yerlər açılıb ki, indi bu ictimai yerlərdə istirahət edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı bulvarının dünyada analoqu yoxdur. Uzunluğu 16 kilometr olan bu bulvarda rahat, geniş gəzinti və velosiped zolaqları var. Digər ictimai yerlər də gözəldir. Yəqin, siz də izləyirsiniz, vaxtilə zəbt edilmiş bəzi torpaq sahələrini biz indi gözəl parklara çeviririk. Yəni, ictimai yer insanlar üçündür. Bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var. Bu proses davam etdirilir. Bax bu otellə üzbəüz yerlər vaxtilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi. Eyni mənzərəni biz “Ağ şəhər” bulvarında görürük. Orada da bütün o yerlər ya zəbt edilmişdi, ya da vaxtilə sovet dövründə tikilmiş zövqsüz binalar yerləşirdi. Bu gün o ərazi insanlar üçün açıqdır. Ona görə, Azərbaycana investisiyalar da qoyulur. Bax, budur bugünkü ölkəmiz. Azərbaycana gələn hər bir qonaq bax, bunu qeyd edir.\nDünən Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirildi. Tədbirə minlərlə qonaq gəlmişdi və mənimlə söhbətlər əsnasında onların hamısı Bakı haqqında, Azərbaycan haqqında çox müsbət sözlər dedilər. Dedilər ki, Azərbaycanın bu qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür edə bilmirdilər. Bu, həqiqətən belədir və gələn ay ölkəmizə gələcək Avropa idmançıları da bunu görəcəklər. Mənə verilən məlumata görə, artıq otelin bütün otaqları sifariş edilib və siz qonaqlara yaxşı xidmət göstərəcəksiniz.\nBir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm."
] | [
"https://report.az/multimedia/baki-funikulyoru-yeniden-fealiyyete-baslayib/",
"https://musavat.com/news/media/azerbaycanda-neshri-dayanmish-maraqli-ve-populyar-qezetler-siyahi_205630.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2559--Azərbaycana aid hadisələr-1 | 2 | 12 may | 12 may — Qriqorian təqvimi ilə ilin 132-ci (uzun illərdə 133-cü) günü. | Azərbaycana aid hadisələr | 1994 — Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi bitmişdir.
1995 — Azərbaycan və Venesuela arasında diplomatik əlaqələr qurulmuşdur.
2017 — Bakıda 2017 İslam Həmrəyliyi Oyunlarının açılışı olmuşdur.
2021
Azərbaycan Silahlı Qüvvələri Qaragöl istiqamətindən irəliləyərək Ermənistanın 3,5 kilometr ərazisini ələ keçirib.
Şuşada 30 ildən sonra Xarıbülbül Musiqi Festivalı keçirilib. | [
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatıb.\nPrezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyiblər.\nQala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri təqdim olunub.\nFestival çərçivəsində Xalq artistləri Alim Qasımov, Azərin, Dinarə Əliyeva, Elçin Əzizov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Murad Adıgözəlzadə, Natiq Şirinov, Polad Bülbüloğlu, Samir Cəfərov, Teyyub Aslanov, Yusif Eyvazov, Əməkdar artistlər Fərqanə Qasımova, Mirələm Mirələmov, Sahib Paşazadə, Şəhriyar İmanov, Şirzad Fətəliyev və digər ifaçıların çıxışları da alqışlarla qarşılandı.\nKonsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edilib.\nMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşdı.\nKonsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söylədi.\nx x x\nQeyd edək ki, mayın 12-də - “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.\nXatırladaq ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir."
] | [
"https://mfa.gov.az/az/category/amerika/venesuela"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2581--Azərbaycana aid hadisələr-1 | 2 | 22 may | 22 may — Qriqorian təqvimi ilə ilin 142-ci (uzun illərdə 143-cü) günü. | Azərbaycana aid hadisələr | 1995 — Azərbaycan və Laos arasında diplomatik əlaqələr qurulmuşdur.
1996 — Azərbaycan və Liberiya arasında diplomatik əlaqələr qurulmuşdur.
2002 — Roma papası II İohann Pavel Azərbaycana səfər edib.
2010 — "Bakı" Azərbaycan Kubokunu qazanıb.
2014
Bakıda Səttar Bəhlulzadənin ev-muzeyi açılıb.Xalq Rəssamı Səttar Bəhlulzadənin ev-muzeyi təmir, bərpa və ekspozisiyasının yeni bədii tərtibatdan sonra istifadəyə verilmişdir
"Neftçi" Azərbaycan Kubokunu qazanıb.
2021 — 2021 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Samirə Əfəndi "Mata Hari" mahnısı ilə 20-ci yeri tutmuşdur. | [
"Qətiyyətli siyasət - real nəticə\nİşğalçı dövlət sülhə məcbur edilir\nİlham Əliyevin müstəqil siyasəti milli ideologiyanın əsas prioritetidir\nPrezidentin Mətbuat Xidmətinin məlumatı\nAzərbaycan Prezidenti İlham Əliyevin Moldovanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB\nPrezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB\nAzərbaycan şərtlərini diktə edir\nAzərbaycan Avropa ilə iqtisadi əməkdaşlığı müxtəlif sahələrdə inkişaf etdirir\nŞuşaya gedən yolun başlanğıcı\nİlham Əliyev milli maraqları qətiyyətlə təmin edir\nRəsmi sənədlər\nRəsmiBütün xəbərlər\nPARLAMENTBütün xəbərlər\nSİYASƏTBütün xəbərlər\nAvropa Azərbaycanın enerji töhfələrini təqdir edir\nAvropa Siyasi Birliyinin Zirvə Toplantısı İlham Əliyevin yüksək nüfuzunu, respublikamızın qlobal məsələlərdə güclü rolunu bir daha təsdiqlədi Azərbaycanın region və qlobal miqyaslı məsələlərdə söz sahibi olaraq çıxış etməsi respublikamızın xarici siyasətinin mühüm tərəflərindən biri kimi diqqəti çəkir. Bakının qlobal proseslərdə iştirak göstəricisinin ağırlığı, beynəlxalq müstəvidə özünü g&ou...\nCƏMİYYƏTBütün xəbərlər\nİQTİSADİYYATBütün xəbərlər\nMoldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib\nİqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdə səfərdə olan Baş naziri xanım Nataliya Qavrilitsa ilə görüşüb.İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün potensialın olduğu vurğulanıb.Qeyd edilib ki, ölkələrimiz arasında investisiya, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələri...\nMədəniyyətBütün xəbərlər\nKreml: Ukraynada xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi barədə hələlik qərar qəbul edilm...\n2022-ci il üzrə İqtisadiyyat sahəsində Nobel mükafatına Ben Bernank, Duqlas Daymond və Filip Dibviq ...\nİDMANBütün xəbərlər\nMARAQLI XƏBƏRLƏR\nELANLAR\nAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdar...\nAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdar...\nQƏZETİN ÇAP VERSİYASI\nXƏBƏR LENTİ Bütün xəbərlər\nQətiyyətli siyasət - real nəticə\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin...\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil...\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkda...\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və m...\n11 Oktyabr\n\"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında\" Azərbaycan ...\n11 Oktyabr\nAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin \"Avtomobil Yollarının Mühafizə Xidməti\" Məhdud Məsu...\n11 Oktyabr\nBakı Dərin Özüllər Zavodu\n11 Oktyabr\nAvropa Azərbaycanın enerji töhfələrini təqdir edir\n11 Oktyabr\nPraqa görüşü sülh prosesini sürətləndirir\n11 Oktyabr\nDİQQƏT ÇƏKƏNLƏR\nÇOX OXUNANLAR\nİlham Əliyev milli maraqları qətiyyətlə təmin edir\nAğdamda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıbPrezident İlham Əliyev və birinci xanım Meh...\nAzad edilən ilk şəhər\nDEDİ və ETDİ!\nSofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib Prezident İlham Ə...\nƏbədiyaşar LİDER\nOXUCU MƏKTUBLARI\nNƏŞRLƏRİMİZ\nBAŞ REDAKTORDAN\nHamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.\nMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.\nBununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.\nBu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!\nHələ də dünyada ədalətsizliklər mövcuddur!\nHələ də dünyada ikili standartlar var!\nHələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!\nOdur ki, biz daima güclü olmalıyıq.\nGüclü olmağın əsas şərti isə bizim birliyimizdir!\nDünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.\nAzərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.\nYalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.\nUlu yurdumuzun adını daşıyan \"Azərbaycan\" qəzeti də bu amala xidmət edir.\nƏziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!"
] | [
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/laos-xalq-demokratik-respublikasi"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2588--Azərbaycana aid hadisələr-1 | 3 | 28 may | 28 may — Qriqorian təqvimi ilə ilin 148-ci (uzun illərdə 149-cu) günü. | Azərbaycana aid hadisələr | 1918 — Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır.
1993 — "Qarabağ" Azərbaycan Kubokunu qazanıb.
1994
ANS ÇM radio kanalı təsis edilib.
"Kəpəz" Azərbaycan Kubokunu qazanıb.
1995 — "Neftçi" Azərbaycan Kubokunu qazanıb.
1996 — "Neftçi" Azərbaycan Kubokunu qazanıb.
1997 — "Kəpəz" Azərbaycan Kubokunu qazanıb.
1998 — "Kəpəz" Azərbaycan Kubokunu qazanıb.
1999 — "Neftçi" Azərbaycan Kubokunu qazanıb.
2000 — "Kəpəz" Azərbaycan Kubokunu qazanıb.
2002 — "Neftçi" Azərbaycan Kubokunu qazanıb.
2004 — Azərbaycan, Burkina-Faso, Keniya və Ruanda arasında diplomatik əlaqələr qurulmuşdur.
2005 — "Bakı" Azərbaycan Kubokunu qazanıb.
2007 — "Xəzər Lənkəran" Azərbaycan Kubokunu qazanıb.
2013 — "Neftçi" Azərbaycan Kubokunu qazanıb.
2018 — "Keşlə" Azərbaycan Kubokunu qazanıb. | [
"Azərbaycanda radio yayımı xəbərlər proqramı başlayıb. İlk informasiya buraxılışı 1926-cı il noyabrın 6-da «Danışır Bakı!» sədası ilə gün ərzində yarım saat həcmində efirə çıxıb. Yerli radionun verdiyi ilk xəbərlər istehsalatla bağlı olub.\nXəbərləri radionun ilk azərbaycanlı diktoru İsmayıl Əlibəyov oxuyub. Həmin vaxtdan Azərbaycan radiosu müntəzəm verilişləri start götürüb.\n1928-ci ilə kimi yerli radioya ancaq Bakıda və Abşeronda qulaq asmaq mümkün imiş. Lakin bir il sonra Azərbaycan Radiosunun xəbərləri bütün respublika ərazisində yayımlanmağa başlayıb.\nAzərbaycan Radiosunda xəbərlər buraxılışının mükəmməl tarixi isə 1932-ci ildən başlayıb. İlk əvvəl Mərkəzi informasiya redaksiyası kimi fəaliyyət göstərib, sonralar həmin redaksiya «Son xəbərlər» adlandırılıb.\nBeləliklə, o vaxtlar efirdə tez-tez səslənən yeknəsəq radioqəzet əvəzinə ilk dəfə olaraq müntəzəm operativ verilişlərin yeni forması-«Son xəbərlər» yaranıb.\n1960-cı illərdən yerli radio beynəlxalq xəbərlər də yayımlamağa başlayıb.\n1994-cü ilin mayın 28-də Azərbaycanın Müstəqillik Günündə FM dalğasında ANS ÇM radiostansiyası efirə çıxdı. Bu, Qafqazda və Mərkəzi Asiyada ilk FM radio stansiyası idi.\nHazırda Azərbaycanda FM dalğasında 10-dan çox radio yayımlanır.\n«Azadlıq» Radiosunun Azərbaycan redaksiyası ilk radionun fəaliyyətə başlaması münasibəti ilə həmkarlarını təbrik edir, işlərində uğurlar arzulayır!"
] | [
"https://www.azadliq.org/a/419934.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2589--Azərbaycana aid hadisələr-1 | 1 | 29 may | 29 may — Qriqorian təqvimi ilə ilin 149-cu günü (uzun illərdə 150-ci). İlin sonuna 216 gün qalır. | Azərbaycana aid hadisələr | 1992 — Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələr qurulmuşdur.
2006 — "Bakı" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
2010 — 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə "Drip Drop" mahnısı ilə 5-ci yeri tutmuşdur.
2019 — Bakıda 2019 UEFA Avropa Liqası finalının açılışı olmuşdur. | [
"\"BAKI\" ÇEMPİON !\n29 May 2006\n\"BAKI\" ÇEMPİON !\nBu gün XIV Milli Çempionatda son turun ilk üç oyunu keçirildi. Ən maraqla gözlənilən oyun isə heç şübhəsiz T.Bəhramov adına Respublika stadionunda \"İnter\" - \"Bakı\" qarşılaşması idi. Məhz bu qarşılaşmada \"Bakı\" klubunun qələbəsi turun digər oyunlarının nəticəsindən asılı olmayaraq çempionluq sevinci yaşadacaqdı. Belə də oldu. İlk hissədə Emin İmaməliyevin yeganə qolu paytaxt klubuna çempionluq gətirdi. Bu münasibətlə, \"Bakı\" Futbol Klubuna Avropa çempionları arasında Azərbaycanı layiqincə təmsil etməyi arzulayırıq... Bu gün keçirilən turun digər oyunlarından, \"Turan\" gözlənilmədən Qusarın \"Şahdağ\" klubuna öz meydançasında 2-3 hesabı ilə məğlub olmuşdur. \"Gəncə\" isə, ikinci dövrədə ilk və son qələbəsini \"MOİK\" üzərində əldə etmişdir: 5-1. Tura sabah yekun vurulacaq."
] | [
"https://mfa.gov.az/az/category/asiya-ve-okeaniya/tacikistan"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2591--Azərbaycana aid hadisələr-1 | 2 | 31 may | 31 may — Qriqorian təqvimi ilə ilin 151-ci (uzun illərdə 152-ci) günü. | Azərbaycana aid hadisələr | 1912 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" operasının premyerası keçirilmişdir.
2021 — Bakıda 8 Noyabr metrostansiyasının açılışı olmuşdur.Bakı metrosunda yeni stansiya - “8 Noyabr” | [
"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.\n“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:\n“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”."
] | [
"https://qafqazinfo.az/news/detail/baki-metrosunda-yeni-stansiya-8-noyabr-307723"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2625--Azərbaycana aid hadisələr-1 | 1 | 1 iyun | 1 iyun — Qriqorian təqvimi ilə ilin 152-ci (uzun illərdə 153-cü) günü. | Azərbaycana aid hadisələr | 1981 — Bakıda Respublika Gözdən Əlillər Kitabxanası təsis edilib.
1992 — Azərbaycan və Lüksemburq arasında diplomatik əlaqələr qurulmuşdur. | [
"Gözdən Əlillər üçün Respublika Kitabxanası 1981-ci il iyunun 1-dən Azərbaycan Korlar Cəmiyyətinin tabeliyində fəaliyyətə başlayıb. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Kitabxananın fondunu Brayl kitabları (xüsusi şriftlə yazılmış kitablar), audiokassetlər, CD-lər və dövri mətbuat, 20 min nüsxə ədəbiyyat təşkil edir. Kitabxananın 1500 nəfər daimi oxucusu var. Oxucuların böyük əksəriyyətinin kasetləri oxutdurmaq üçün xüsusi və yaxud adi maqnitofonu var. Gözdən Əlillər Cəmiyyətində yaradılmış studiyada milli dildə kitablar yazılır, yaradılmış tipoqrafiyada Brayl şrifti ilə Azərbaycan dilində kitablar çap olunur.\nBu barədə Respublika Gözdən Əlillər Kitabxanasının direktorunun müavini, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü Tofiq Balayev AZƏRTAC-a müsahibəsində bildirib.\nO qeyd edib ki, gözdən əlillər dövlət tərəfindən aylıq sosial müavinət və ya pensiya ilə təmin olunurlar. Əmək pensiyası hüququ olmayan I qrup əlil şəxslərə (o cümlədən I qrup gözdən əlillərə) aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ödənilir. Digər tərəfdən, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillər üçün yaşa görə əmək pensiyasının baza hissəsi məbləğinin 200 faizi həcmində hesablanır. 2015-ci ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində 12 mərtəbəli 132 mənzilli yaşayış evinin gözdən əlillərə təqdim olunub. “Fəxrlə deyə bilərəm ki, mən də o evdən mənzil aldım, şəxsən Prezident İlham Əliyev mənə evin açarlarını təqdim etdi. Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən müvafiq layihə çərçivəsində ayrı-ayrı bölgələrində gözdən əlillər və görmə qabiliyyəti zəif insanlar üçün regional informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlərdə həmin şəxslər informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə imkanları əldə edirlər”, - deyə T.Balayev bildirib.\nOnun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi kitabların istər Brayl əlifbası ilə, istərsə də kompakt kaset, disk şəklində lentə alınması kimi maliyyə ayrılmasını öz öhdəsinə götürüb. Şagirdlər və abituriyentlər üçün dərs vəsaitləri də lentə alınıb. Kiçikyaşlı oxucular üçün nağıl kitabları, əfsanələr, lətifələr və s. əsərlər də lentə alınır. Uşaqlar maraqla, həvəslə kitabxananın xidmətlərindən istifadə edirlər. Kitabxana həm də rusdilli oxuculara xidmət edir. Kitabxanaya gəlməkdə çətinlik çəkən və digər fiziki qüsuru olan oxuculara kitabların səyyar formada mənzillərinə çatdırılması da həyata keçirilir. Kitabxanada fəaliyyət göstərən “Danışan Kitabxana”nın xidmətlərindən hətta sağlam insanlar da istifadə edə bilərlər. Həmçinin kitabxanada gündəlik dövri mətbuat, müxtəlif qəzet və jurnallar oxucuların istifadəsindədir.\nTofiq Balayev 2015-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə gözdən əlil insanlar üçün “Qurani-Kərim” kitabını Brayl əlifbasına tərcümə edib. “Qurani-Kərim”in artıq dünyanın digər dillərində Brayl əlifbası ilə çap edildiyini deyən müsahibim onun Azərbaycan dilində ilk dəfə nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, son zamanlar gözdən əlil insanların həyatını yüngülləşdirən bir çox ixtiralar edilib. Onların arasında əlilləri lazımi istiqamətə yönəldə bilən xüsusi GPS naviqatorlar, həmçinin xəstənin virtual xəritə üzrə getdiyi xüsusi əlcəklər və əl ağacı var.\n“Çətinliklə əldə etdiyim nailiyyətlərimlə qurur duyuram. Ailəliyəm, üç oğul atasıyam. Hamısı da sağlamdır, məni kimi gözdən əlil deyil. Böyük oğlumun 11 yaşı var, bazarlığa mənimlə gedir. Bacım da gözdən əlil olduğu üçün onu heç valideynlərimə belə etibar etmirəm. O da Prezident İlham Əliyevin mənə verdiyi evdə yaşayır. Ailə qurmayıb. Bacım da kitabxananın əməkdaşıdır. Tez-tez bura gəlir, kitablar oxuyur. Onun özünə qapanmasını istəmirəm. Hesab edirəm ki, əsil kor gözləri görməyən yox, mənəviyyatları məhv olmuş, ürəklərində insan sevgisi olmayan, hər addımında günaha batanlardır. Qəlbin, mənəviyyatın kordursa, gözlərinin görməsinin heç bir mənası yoxdur. Allah hər birimizi mənəvi korluqdan qorusun!”, - deyə T.Babayev əlavə edib."
] | [
"http://ikisahil.az/post/67252-news-67252"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2653--Azərbaycana aid hadisələr-1 | 2 | 16 iyun | 16 iyun — Qriqorian təqvimi ilə ilin 167-ci (uzun illərdə 168-ci) günü. | Azərbaycana aid hadisələr | 1919 — Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası arasında Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi imzalanmışdır.Cəmil Həsənli, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920), Bakı, 1993
1995 — Sara TV təsis edilib.
2003 — Zəngəzur Milli Parkı təsis edilib. | [
"Məlum olduğu kimi, yaxın günlərdə Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq. Mirşahin Ağayevin rəhbərlik edəcəyi \"Real\" TV ixtisaslaşmış (xəbər) kanalı olacaq. TV-ə müddətsiz lisenziya verilib.\nYəqin ki, yaxın gələcəkdə Azərbaycanda daha bir neçə kanal fəaliyyətə başlayacaq.\nBəs bu günədək Azərbaycanda neçə televiziya kanalı bağlanıb və ya adı dəyişdilib?\nYeniavaz.com xəbər verir ki, bağlananların bəziləri ya internet televiziya kimi, ya da bölgələr üzrə fəaliyyət göstəriblər.\nİlk bağlanan kanal \"Sara TV\" olub. Bu telekanal əsasən şou-biznes, mədəniyyət yönümlü idi. 16 iyun 1995-ci ildə fəaliyyətə başlayan bu kanal 1999-cu ildə bağlanıb. Kanalın bağlanması ilə bağlı müxtəlif səbəblər göstərilir. Onlardan biri də kanalın təsisçisi Rəsul Raufun xarici ölkə vətəndaşı olması iddialarıdır. Amma bu məlumatın nə dərəcədə əsaslı olduğu dəqiq deyil.\nBağlanan digər kanal AZTV-2 olub. 1992-ci ildən fəaliyyət göstərən bu kanal 2005-ci ildə bağlanıb. Kanalın bağlamasına səbəb İctimai Televiziyanın yaradılması olub.\nBağlanan digər kanal ABA TV olub. 19 iyul 1999-cu ildə fəaliyyətə başlayan ABA TV 17 iyul 2001-ci ildə bağlanıb. Kanalın bağlanmasına səbəb kimi vergidən külli miqdarda yayınma göstərilir.\nFəaliyyətini dayandıran digər kanal \"Aygün\" TV idi. Bu kanalın ofisi Zaqatalada yerləşirdi. 25 yanvar 1996-cı ildə açılan kanal 14 fevral 2014-cü ildə bağlanıb. Bağlanmasına səbəb isə lisenziya üçün tələb olunan sənədlərin Milli Teleradio Şurasına təqdim edilməməsidir.\nİnternet televiziya kimi fəaliyyət göstərən \"Yurd TV\" isə 1 mart 2011-ci ildə işdə başlamışdı. Kanal 11 aprel 2014-ci ildə bağlanıb.\nAzərbaycanda sonuncu bağlanan kanal isə ANS oldu. 26 noyabr 1991-ci ildə işə başlayan kanal, 18 iyul 2016-cı ildə bağlandı.\nBir vaxtlar fəaliyyət göstərib, sonradan adı dəyişdirilərək, bazasında başqa telekanal açılan kanallar da var.\nMəsələn, 26 iyul 1995-ci ildə açılan SM TV-nin bazasında 2010-cu ildə \"Türkel TV\" fəaliyyətə başlayıb. Bu kanal regional idi.\nBundan başqa, 14 iyul 2006-cı ildə fəaliyyətə başlayan \"Yevlax TV\"-nin bazasında 2010-cu ildə bazasında \"EL TV\" açıldı. Bu kanal da regional idi.\n\"ATV international\" olaraq yayımlanan kanalın bazasında 2013-cü ildə CBC fəaliyyətə başlayıb.\n2014-cü ildə isə \"Region TV\"nin adı dəyişilib. Kanal \"ARB TV\" (Azerbaijan Republic Broadcasting - Azərbaycanın Respublika Yayımçısı) adı altında fəaliyyət göstərir.\nBundan başqa \"TTV\" (Türkel TV) - \"ARB 24\", \"Alternativ TV\" - \"ARB Ulduz\", \"Günəş TV\" - \"ARB Günəş\" olaraq fəaliyyətini davam etdirir.\n\"Kəpəz TV\" - \"ARB Kəpəz\", \"Kanal S\" - \"ARB Şəki\", \"RTV - ARB Şimal\", \"CTV\" - \"ARB Cənub\" , \"EL TV\" - \"ARB Aran\" olaraq yayımlanmağa başlayıb.\nQeyd edək ki, Azərbaycanda açılan telekanallar bağlananların sayından xeyli çoxdur və həm texniki imkanları, həm də peşəkarlıq baxımından digərlərindən heç də geri qalmırlar.\nYaxın gələcəkdə Azərbaycanda daha bir neçə telekanalın fəaliyyətə başlayacağı gözlənilir.",
"Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı\nYaranma tarixi: 16 iyun 2003-cü il\nYerləşməsi: Kiçik Qafqaz (Naxçıvan Muxtar Respublikası)\nSahəsi: 42797,4 ha\nLandşaft: Dağ meşəsi, dağ çəmənlikləri, qayalıqlar\nRast gəlinən bitki növləri: çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi, və s\nRast gəlinən heyvan növləri: Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berket, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək, Suriya sarımsaqlı qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, qısayaq qurbağa və s.\n”Qırmızı kitab”a daxil olan növləri: bəbir, zolaqlı kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, toğlugötürən, Xəzər uları, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu və s."
] | [
"https://www.yeniavaz.com/az/news/index/71971/azerbaycanda-indiyedek-baglanan-ve-adi-deyisdirilen-telekanallar-siyahi",
"http://eco.gov.az/az/melumat-merkezi/tebii-servetlerimiz/milli-parklar/zengezur-milli-parki"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2672--Azərbaycana aid hadisələr-1 | 1 | 17 iyun | 17 iyun — Qriqorian təqvimi ilə ilin 168-ci (uzun illərdə 169-cu) günü. | Azərbaycana aid hadisələr | 1984 — Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılıb.
1988 — Azərbaycan Ali Soveti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edir. | [
"Moskvadan sonra erməni terrorçuları hədəf kimi Azərbaycanı seçdilər. Buna səbəb SSRİ xüsusi xidmət orqanları tərəfindən ermənilərin ruslara olan nifrətinin tamam başqa istiqamətə - Azərbaycana yönəldilməsi oldu. Belə ki, SSRİ-nin xüsusi xidmət orqanlarının erməni terrorçularından və ASALA-nın, belə demək olarsa, astar üzü olan PKK-dan türklərə qarşı istifadə edilməsində xüsusi təcrübəsi vardı. Terrorun Azərbaycana qarşı çevirməsinin bir səbəbi də müttəfiq respublikalar daxilində milli-azadlıq mübarizəsinin getdikcə artmasından doğan narahatlıq idi.\nHəyat yoldaşı erməni qadın Bonner Əlixanyanın təsiri altına düşən ermənipərəst akademik üçün hətta terrorçuların öz günahlarını boyunlarına alması və ortada onların terroru törətməsi barədə çoxsaylı faktların olması belə yetərli olmamışdı. Terrorçular edam olunandan sonra isə Saxarov onlar üçün göz yaşları axıtmışdı. Bununla bağlı Saxarov və digərlərinin əsassız ittihamlarını rədd edən SSRİ DTK-nın terror aktlarını təhqiq edən keçmiş əməkdaşı müstəntiq Arkadi Yarovoy: “Biz öz işimizi vicdanla yerinə yetirdik və istintaq zamanı hər hansı qanunsuzluğa yol vermədik. Mənim ona görə də hamının, o cümlədən uşaqlarımın və nəvələrimin yanında üzüm ağ, başım da ucadır. Zatikyana gəlincə, onu terrora əl atmağa antisovet, separatçı ruhu, ruslara barışmaz nifrəti məcbur etdi və nəticədə müttəhimlər kürsüsündə oturdu”,-demişdi.\nZatikyanın Ermənistanın müstəqilliyi uğrunda mübarizə metodu kimi terroru seçməsində əslində qeyri-adi heç nə yoxdur. Çünki vaxtilə daşnaklar da Osmanlıya qarşı mübarizədə terror yolu seçmişdilər. Bu baxımdan Zatikyanın da analoji addımlara baş vurması terrorçuluğun ermənilərin genetik və irsi xəstəliyinə çevrildiyini göstərir. Bəlkə də Zatikyan SSRİ imperiyasına qarşı apardığı müstəqillik uğrundakı mübarizəsi zamanı dinc vasitələrə əl atsaydı, onda siyasi dissident kimi daha çox yadda qalardı. Burada bir məqamı da qeyd etməyi özümüzə borc bilirik. Belə ki, Moskvada Zatikyan və onun komandası altında həyata keçirilən terror aktı SSRİ xüsusi xidmət orqanlarının özlərinə qarşı çevrilmiş bəd əməllərinin nəticəsi idi. Belə ki, erməni terror təşkilatlarının əksəriyyəti SSRİ xüsusi xidmətləri tərəfindən yaradılmışdı. Və günlərin birində də onlar bunun acı nəticəsini öz üzərlərində hiss etdilər.\nTerror Azərbaycana istiqamətləndirilir\nMoskvadan sonra erməni terrorçuları hədəf kimi Azərbaycanı seçdilər. Buna səbəb SSRİ xüsusi xidmət orqanları tərəfindən ermənilərin ruslara olan nifrətinin tamam başqa istiqamətə - Azərbaycana yönəldilməsi oldu. Belə ki, SSRİ-nin xüsusi xidmət orqanlarının erməni terrorçularından və ASALA-nın, belə demək olarsa, astar üzü olan PKK-dan türklərə qarşı istifadə edilməsində xüsusi təcrübəsi vardı. Terrorun Azərbaycana qarşı çevrilməsinin bir səbəbi də müttəfiq respublikalar daxilində milli-azadlıq mübarizəsinin getdikcə artmasından doğan narahatlıq idi. Belə ki, məşhur siyasətçilərdən biri hesab edilən və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bzejinski hələ 1979-cu ildə uzaqgörənliklə: “SSRİ yaxın 10-15 ildə dağılaraq, tarixin siyasi səhnəsindən silinib gedəcək”,-demişdi. O, SSRİ-nin dağılmasına əsas səbəb kimi imperiya daxilindəki xalqların milli-azadlıq mücadiləsinə qalxacaqlarını xüsusi vurğulamışdı. Bundan əndişələnən SSRİ-nin xüsusi xidmət orqanları, Zatikyanın ermənilərin müstəqilliyi üçün terror yolunu seçməsindən sonra, imperiyanın dağılmasının qarşısını almaq məqsədilə yollar axtarmağa başladılar. Bu məqsədlə xalqların milli-azadlıq mücadiləsinin istiqamətini onların bir-birilərinə qarşı ərazi iddiaları ilə çıxış etməsinə dair ssenari işə salındı.\nAzərbaycanlılara qarşı yeni terror dalğası\nAzərbaycan daxilində erməni-azərbaycanlı düşmənçiliyini qızışdırmaq məqsədi ilə xüsusi xidmət orqanları erməni millətçiliyindən bacarıqla istifadə etməyə başladılar. Yenə də bu müstəvidə SSRİ-ni içəridən dağıtmaq istəyən Qərbin xüsusi xidmət orqanları ilə SSRİ-nin müvafiq qurumlarının mövqeləri üst-üstə düşürdü. Xalqlar arasında milli münaqişəni körükləmək yolu ilə Qərb SSRİ-ni dağıtmaq, SSRİ-nin müvafiq qurumları isə imperiyanı xilas etmək niyyətində idilər. Əslində SSRİ-nin xüsusi xidmət orqanları yanlış yol seçmişdilər. Çünki onların daxildə milli-etnik münaqişələri körükləmək yolu imperiyanın dağılması prosesini daha da sürətləndirdi. Əgər o vaxt SSRİ rəhbərliyi Kremldə özlərinə isti yuva salan erməni Aqanbekyan, Şahnazaryan, Sitaryan və digər emissarların çaldığına oynamasaydı, bəlkə də SSRİ hələ bir müddət də öz varlığını qoruyub saxlayardi.\nİlk terror\n1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladıldı. Nəticədə 1 qadın həlak oldu, 3 nəfər yaralandı. Bununla da ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri terror dalğası başladı. Əlavə edək ki, Vartanovun bu qanlı əməli o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi. Halbuki, SSRİ-nin müvafiq qurumlarına Vartanovun kimlərin diqtəsi ilə hərəkət etdiyi və 106 saylı sərnişin avtobusunu da Bakıdakı erməniləri daha da cəsarətləndirmək məqsədi ilə partlatdığı yaxşı məlum idi. Bu da, öz növbəsində, erməni terrorçularının daha da şirnikləndirilməsinə və onları azərbaycanlılara qarşı yeni terror planlarını işə salmasına gətirib çıxardı.\nYardıma gedən 76 soydaşımız da erməni terrorunun qurbanı oldu\n1985-ci ildə ətrafına çoxlu sayda erməniləri yığaraq, faktiki olaraq onların əlində oyuncağa çevrilən Mixail Qorbaçovun xaricdəki bəzi dövlətlərin pərdə arxasından yardımı ilə SSRİ rəhbərliyinə gətirilməsindən sonra imperiyanın dağılması prosesində yeni bir mərhələ başladı. Bu da ermənilərin Qorbaçovun və xaricdəki ermənipərəst bəzi güclərin vasitəsi ilə Azərbaycana və digər qonşu ölkələrə qarşı həyasızcasına torpaq iddiaları qaldırmasına şərait yaratdı. 1988-ci ilin fevralında Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycandan ayrılmaq məqsədi ilə tətillərə başlaması və muxtar qurumun sessiyasında respublikamızın tərkibindən ayrılaraq Ermənistana birləşmək barədə qərar qəbul edilməsi erməni terrorunun daha geniş əl-qol açması ilə müşahidə olunmağa başladı. Pərdə arxasından Moskva tərəfindən dəstəklənmələrindən ruhlanan ermənilər 1988-ci il dekabr ayının 12-də erməni vəhşiliyinin iç üzünü göstərən daha bir terrora əl atdılar. Belə ki, 1988-ci il dekabr ayının 12-də zəlzələdə zərər çəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş “İL-76” təyyarəsi Ermənistanın Spitak rayonunun Quqark şəhərinin yaxınlığında terrorçular tərəfindən “Stinqer” raketi ilə vuruldu. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan 76-sı şəhid oldu. Onu da deyək ki, həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın “An-12” təyyarəsini də vurmuşdular.\nHər cür terror yolu ilə\n1989-cu il sentyabr ayının 16-da erməni terroroçuları tərəfindən Tbilisi-Bakı marşurutu ilə hərəkət edən sərnişin avtobusu da partladıldı, nəticədə 5 nəfər həlak oldu, 25 nəfər yaralandı. Hüquq-mühafizə orqanları tərəfindən hadisənin araşdırılması zamanı məlum oldu ki, erməni millətindən olan bir nəfər azərbaycanlı sərnişinlərdən birinə bağlama verərək onu Bakıdakı tanışına çatdırmağı xahiş edib. Bağlamanın içindəkindən xəbərsiz olan azərbaycanlı sərnişin onun bu xahişinə əməl edib. Yarı yolda bağlamanın içindəki bomba işə düşərək sərnişin avtobusunu partlatmışdı. Terror hadisəsini araşdıran müvafiq qurumlar terrorun izinin Ermənistana getdiyini müəyyən etdilər, ancaq terrorçunun tutularaq məsuliyyətə cəlb edilməsi və onun arxasında dayananların həbs edilməsi üçün hər hansı ciddi bir addım atılmadı. Çünki, qeyd etdiyimiz kimi, baş verən milli münaqişədə Qorbaçovun rəhbərlik etdyi SSRİ artıq açıq-aşkar terrorçu erməniləri müdafiə etmək yolu seçmişdilər.\nKeçmiş SSRİ və MDB-də erməni terroru (1)\"Zaman Azərbaycan\" qəzeti, 22 noyabr 2012-ci il"
] | [
"https://web.archive.org/web/20130726110013/http://www.168.az/news/politics/7571"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2665--Azərbaycana aid hadisələr-1 | 1 | 24 iyun | 24 iyun — Qriqorian təqvimi ilə ilin 175-ci (uzun illərdə 176-cı) günü. | Azərbaycana aid hadisələr | 2013 — Bakıda Fairmont Baku hotelinin açılışı olub.İlham Əliyev “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışında iştirak etmişdir. president.az, 24.06.2013
2021 — Xocavənd rayonunun Hadrut qəsəbəsində Dəmir yumruq abidəsinin açılışı olub. | [
"İlham Əliyev “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışında iştirak etmişdir\n24 iyun 2013, 14:00\n“Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı olmuşdur.\nPrezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.\nDövlət başçısı “Fairmont Baku” otelinin rəmzi açılışını bildirən lenti kəsdi.\nŞərq ilə Qərbin qovuşduğu coğrafi ərazidə yerləşən ölkəmizin paytaxtı özünəməxsus memarlığı ilə fərqlənir. Paytaxtın simasına xüsusi yaraşıq verən yeni memarlıq nümunələrinin inşası Bakını daha da gözəlləşdirir. Bu gün Azərbaycan paytaxtında həyata keçirilən quruculuq işləri nəticəsində Bakının müasir siması yaradılır, şəhər sakinlərinin, paytaxtımıza gələn qonaqların istirahətinin yüksək səviyyədə təşkili üçün yeni məkanlar qurulur. Artıq tikintisi başa çatan möhtəşəm “Alov qüllələri”nin inşası da bu sırada mühüm yer tutur. Bu, son illərdə Azərbaycanda gedən inkişaf proseslərinin göstəricisi olmaqla yanaşı, ölkəmizin müasir simasının yaradılması istiqamətində atılan mühüm addımlardandır. “Alov qüllələri” ideyası özlüyündə bir element kimi son dərəcə maraqlıdır. Bu, ilk növbədə son illər Odlar Yurdu Azərbaycanda aparılan quruculuq və abadlıq işlərinin miqyasını göstərir. Ona görə də “Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir.\n“Alov qüllələri”nin istifadəyə hazır olan “Fairmont Baku” otelində yaradılan şərait öz görkəmini sürətlə dəyişən Bakının artıq dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirdiyini göstərir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin xalqımızın milli mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olmuşdur.\nİldən-ilə iqtisadi qüdrətini artıran ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan inkişafın Azərbaycan modeli dünya ölkələrinin respublikamıza marağını artırır. “Alov qüllələri”ni yeni yüzillikdə Bakıda həyata keçirilən şəhərsalmanın mühüm tərkib hissəsi və hətta yeni elementlərindən biri hesab edirlər. Müasir Bakının simvollarından birinə çevrilən bu qüllələr qlobal urbanizasiya tələblərinə tam cavab verməklə özündə bir neçə kompleksi və xidmət sektorunu birləşdirir. Nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır. Oteldə 18 lift işləyir. Bütün bunlar bir daha təsdiqləyir ki, müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxanaların inşası geniş vüsət almışdır və məşhur otel brendlərinin ölkəmizə olan marağı xeyli artmışdır. Yerləşdiyi ərazi və mənzərəsi baxımından nadirliyi ilə fərqlənən “Fairmont Baku” oteli təklif etdiyi xidmətlər baxımından bir çox brendləri üstələyir və ölkəmizin müasir turizm imkanlarını daha da artırır.\nArtıq “Alov qüllələri” Bakının yeni və möhtəşəm simvolları arasında paytaxtımızın gözəlliyini dünyaya yüksək səviyyədə təqdim edir. “Alov qüllələri”nə dünyada olan marağı şərtləndirən ən mühüm amillər sırasında təbii ki, onun memarlıq üslubu mühüm rol oynayır. Təsadüfi deyildir ki, bu gün Bakıya səfər edən xarici qonaqların görmək istədikləri məkanlar sırasında “Alov qüllələri” xüsusi yer tutur. Bu qüllələr Azərbaycan paytaxtından reportaj hazırlayan xarici telekanalların diqqətindən yayınmır. Məsələn, “Discovery” kanalının “Ekstremal mühəndislik” sənədli televiziya silsiləsində, o cümlədən dünyada məşhur olan “Science” (Elm) kanalında efirə gedən “Azərbaycanın möhtəşəm dəyişikliyi” proqramlarında bu barədə danışılmışdır. CNN telekanalı “Alov qüllələri”ni “Nəhəng binalar” layihəsində dünyanın altı nəhəng və təkrarsız tikililəri sırasına daxil etmişdir. Bununla yanaşı, “Alov qüllələri” Avropanın əsas tədbirlərindən olan “MIPIM – 2013” beynəlxalq sərgi-müsabiqəsində “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyası üzrə qalib elan olunmuşdur.\n“Skyscrapercity.com” şəhərsalma forumunun sorğusuna əsasən, “Alov qüllələri”nin işıqlandırma sistemi dünyada ən yaxşı sistem kimi tanınmışdır. Bu uğuru şərtləndirən ən mühüm amillərin sırasında “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin canlı yayımı zamanı ölkəmizin təbliği ilə bağlı efirə gedən postkartlarda “Alov qüllələri”nin xüsusi gözəlliyi və şəhərimizin simasına verdiyi yaraşıq da mühüm rol oynamışdı. Əlbəttə, bunlar Bakının modern memarlıq komplekslərinin uğurlarının beynəlxalq səviyyədə ilk etirafı deyildir. Müasir Bakı dünyada getdikcə məşhurlaşır. Paytaxtımızın imici burada həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ilə daha da güclənir. Şəhərimizin qədimliyi və klassik üslubu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşir və bütün bunlar təbii ki, Bakının dünyanın ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir.\n“Fairmont Baku”da yaradılan şəraitlə yaxından tanış olduqdan sonra dövlətimizin başçısı otelin kollektivi ilə görüşdü.\nOtelin kollektivini təbrik edən Prezident İlham ƏLİYEV dedi:\n- Bir daha sizi ürəkdən salamlayıram. Təxminən bir saatdır ki, “Fairmont” oteli ilə tanış oluram. “Fairmont” oteli sözün əsl mənasında möhtəşəm oteldir. Bakının, Azərbaycanın ən böyük, ən müasir otelidir və burada yaradılan şərait ən yüksək səviyyədədir.\nBakıda otellər çoxdur. Xüsusilə son iki il ərzində beşulduzlu otellər tikilmişdir. Azərbaycan, Bakı bu baxımdan fərqlənir. Çünki ikinci belə şəhər yoxdur ki, iki il ərzində beşulduzlu altı otel tikilsin. Bu otellərin hamısı ən məşhur otel brendlərini təmsil edir.\nYadımdadır, mən hər bir otelin açılışında şəxsən iştirak etmişdim. Hər dəfə yeni otelin açılışı məni çox sevindirir. Çünki bu, şəhərimizə, ölkəmizə qoyulan investisiyalardır, şəhərimizin inkişafıdır, Bakının gözəlləşməsidir. Bakı onsuz da gözəl şəhərdir. Ancaq yeni otellər şəhərimizi daha da gözəlləşdirir. Bu gün Bakıda bütün məşhur otel brendləri vardır. Təkcə son iki il ərzində “Kempinski”, “Hilton”, “Jumeirah”, “Marriott”, “Four Seasons” və “Fairmont” otelləri açılmışdır. Bu, özlüyündə bir göstəricidir. Ölkəmizin inkişafını göstərir. Azərbaycana investisiya qoyuluşunun istiqamətlərini göstərir. İnvestorların Azərbaycanın bu gününə və sabahına inamını göstərir. Bir sözlə, ölkəmiz inkişaf edir.\nBelə möhtəşəm, gözəl otellərin tikintisi Azərbaycanın gücünü göstərir. Çünki indi ölkəmizin inkişafı çoxşaxəlidir. Qeyri-neft sektorumuz da uğurla inkişaf edir. Bu ilin beş ayında Azərbaycanda qeyri-neft sektoru 11 faiz artmışdır. Bu da hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir.\nOtellərin tikintisi əlbəttə ki, ölkədə gedən ümumi proseslərin təzahürüdür. Çünki əgər ümumi inkişaf olmasaydı və Azərbaycan indi dünya mərkəzlərindən birinə çevrilməsəydi, bu otellərin tikintisinə ehtiyac olmazdı. Burada əlbəttə ki, mən investorların fəaliyyətini yüksək qiymətləndirirəm. Dünyada ən məşhur olan otellər brendlərini də salamlayıram və onlara minnətdarlığımı bildirirəm ki, onlar öz fəaliyyətini Azərbaycanda başlayırlar. Əminəm ki, onların fəaliyyəti uğurlu olacaqdır. Çünki Bakı, bir daha demək istəyirəm ki, indi dünya mərkəzlərindən biridir, həm siyasi, həm iqtisadi və mədəni cəhətdən. Bakıda demək olar ki, hər həftə mötəbər beynəlxalq tədbirlər keçirilir. Beləliklə, yeni otellərin tikilməsinə də ehtiyac yəqin ki, olacaqdır.\n“Fairmont” oteli isə sözün əsl mənasında möhtəşəm bir oteldir. Daxili dizayn zövq oxşayır. Burada hər şey çox böyük zövqlə yaradılıbdır. Hər şey qonaqların rahatlığına hesablanıbdır. Gözəl otaqlar, geniş ictimai yerlər, konfrans mərkəzi, istirahət zonaları, dizayn çox gözəldir.\nƏlbəttə ki, otelin xarici görünüşü də möhtəşəmdir. “Fairmont” oteli və “Alov qüllələri” Bakının yeni simvoludur. Bakımızın qədim simvolları vardır ki, biz haqlı olaraq onlarla qürur duyuruq. “Qız qalası” Bakının simvoludur, İçərişəhər nadir memarlıq abidəsidir. Bulvar yüz ildən çoxdur ki, fəaliyyət göstərir. Bunlar Bakının köhnə və qədim simvollarıdır.\nMüstəqillik dövründə Bakının yeni simvolları da yaradılmışdır. Onların arasında mən Heydər Əliyev Mərkəzini qeyd edə bilərəm. Yuxarı mərtəbələrdən Heydər Əliyev Mərkəzi də görünür. Bu da nadir bir memarlıq əsəridir. Dünya miqyasında bunun analoqu yoxdur. Bayraq Meydanı müasir dövlətimizin simvoludur. Azərbaycanın müstəqilliyini əks etdirən möhtəşəm Bayraq Meydanının da dünyada analoqu yoxdur. Yeni bulvar, hesab edirəm ki, Bakının yeni simvoludur. Digər binalar müasir şəhərimizi təcəssüm etdirir və onların içində əlbəttə ki, “Alov qüllələri”nin xüsusi yeri vardır. Təsadüfi deyildir ki, indi müxtəlif beynəlxalq tədbirlərdə, Azərbaycanın xaricdəki müxtəlif tədbirlərində “Alov qüllələri” bir simvol kimi əks etdirilir. Bu, doğrudan da nadir memarlıq əsəridir, dünyada analoqu yoxdur və şəhərimizin ən gözəl yerlərindən birində böyük zövqlə və böyük məhəbbətlə tikilibdir. Əlbəttə, “Fairmont” otelinin belə bir yerdə fəaliyyətə başlaması məni sevindirir. Çünki “Fairmont” otellər qrupu dünyanın ən qabaqcıl qruplarından biridir və əminəm ki, Azərbaycanda bu otelin uğurlu fəaliyyəti təmin ediləcəkdir.\nBu otelin açılması, eyni zamanda, turizm sektorunun inkişafına da təkan verəcəkdir. Əminəm ki, məhz burada qalmaq üçün turistlər gələcək ki, buranı görsünlər. Çünki “Alov qüllələri” indi dünyada məşhur bir memarlıq abidəsidir. Əminəm ki, burada qalmaq üçün gəlmək istəyənlərin sayı çox olacaqdır.\nTurizmin inkişafı Azərbaycanda sürətlə gedir. İldən-ilə turistlərin sayı artır. Şadam ki, təkcə Bakıda deyil, başqa yerlərdə də turizm kompleksləri, həmçinin “Şahdağ” kompleksi açılmışdır. Bu qış mövsümündə orada artıq beş otel fəaliyyət göstərəcəkdir. Yəni, bu, ölkəmizin ümumi inkişafını göstərir. Ölkəmiz sürətlə inkişaf edir. Bütün sahələr, o cümlədən tikinti, turizm sahələri inkişaf edir. Bir daha demək istəyirəm ki, Azərbaycanda belə möhtəşəm binaların, otellərin tikilməsi və fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafının təzahürüdür.\nƏminəm ki, siz - bu oteldə çalışanlar qonaqlara yaxşı xidmət göstərəcəksiniz. Əminəm ki, ölkəmizin inkişafına öz dəstəyinizi, töhfənizi verəcəksiniz. Şübhə etmirəm ki, qonaqlar burada qayğı ilə, diqqətlə əhatə olunacaq, həm buradan açılan mənzərədən, həm də burada yaradılmış şəraitdən zövq alacaqlar. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram."
] | [
"http://www.president.az/articles/8510"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q5891--Xarici keçidlər-1 | 6 | Fəlsəfə | thumb|"Mütəfəkkir", Roden | Xarici keçidlər | Fridrix Hegel — Fəlsəfə ensiklopediyası. I cild. Bakı, 2005.
Azərbaycanda nəşr olunmuş islam şərqi və Azərbaycan fəlsəfəsi tarixinə həsr edilmiş monoqrafik əsərlərin biblioqrafiyası
Əsas fəlsəfi cərəyanlar
Dusuncelerin Kokenleri (2006) (PDF)
Fəlsəfə İnstitutu
"Şərq fəlsəfəsi problemləri" jurnalı
İslam bölgəsi fəlsəfə tarixinin tədqiqi və tədrisi perspektivləri. Zümrüd Quluzadə. Bakı
İslam bölgəsi fəlsəfəsinin Orta əsrlər Qərbi Avropa fəlsəfəsinin təkamülündə yeri və rolu. Rahil Nəcəfov. Bakı
Ümumvəhdət fəlsəfəsi
Fəlsəfə dünyası
Fəlsəfi Maarifçilik Assosiasiyası
Azərbaycan Fəlsəfə tarixi (çoxcildik, rus və Azərbaycan dillərində. Məsul redaktor: Zümrüd Quluzadə)
Azərbaycan fəlsəfə tarixinin konseptual məsələləri. Zümrüd Quluzadə. Bakı. 2009 | [
"АZƏRBАYCАNDА NƏŞR ОLUNMUŞ İSLАM ŞƏRQİ VƏ АZƏRBАYCАN FƏLSƏFƏSİ TАRİХİNƏ HƏSR ЕDİLMİŞ MОNОQRАFİK ƏSƏRLƏRİN BİBLİОQRАFİYАSI\n1. Аbdullаzаdə G.А. Qədim və оrtа əsrlər musiqi mədəniyyəti: tаriхi-fəlsəfi təhlil. Bаkı, 1996.\n2. Аslаnоv А.M. Еstеtikа аləmində. Bаkı, 1987.\n3. Аslаnоvа R.N. Islаm və mədəniyyət. Bаkı, 2002.\n4. Аğаbəyоvа Ü.R. Yusif Qаrаbаğinin fəlsəfi dünyаgörüşü. Bаkı, 1996.\n5. Аğаyеv M.M. Аzərbаycаn dеmоkrаtik fikrində sоsiаl аzаdlıq və bərаbərlik prоblеmi. Bаkı, 1994.\n6. Аğаyеv M.M. Hüsеyn Cаvidin dünyаgörüşü. Bаkı, 2005.\n7. Аğаyеv M.M. Məhəmməd Əmin Rəsulzаdə (ictimаi-siyаsi və fəlsəfi görüşləri). Bаkı, 2006.\n8. Аğаyеv M.M. Аzərbаycаn ictimаi fikrində milli məsələ (1917-1920). Bаkı, 2007.\n9. Аğаyеv M.M. XX əsr Аzərbаycаn ictimаi və fəlsəfi fikrində din prоblеmi. Bаkı, 2008.\n10. Аğаmirоv M.M. M.Ə. Sаbirin dünyаgörüşü.Bаkı, 1962.\n11. Аğаmirоv M.M.Birinci rus inqilаbı illərində Аzərbаycаn ictimаi fikrində Milli məsələyə dаir. Bаkı, 1963.\n12. Аğаmirоv M.M. Аbdullа Şаiqin dünyаgörüşü. Bаkı, 1983.\n13. Аğаmirоv M.M. Məhəmməd Hаdinin fəlsəfəsi. Bаkı, 1987.\n14. Bеhbudоv Q.N. Həsən bəy Zərdаbinin siyаsi-hüquqi görüşləri. Bаkı, 2000.\n15. Bünyаdzаdə K. Y. Təsəvvüf fəlsəfəsinin ilk mənbələri. Sərrаc Tusinin «Əl-Lümə» əsəri. Bаkı, 2003.\n16. Bünyаdzаdə K. Y. Şərq və Qərb: Ilаhi vəhdətdən kеçən özünüdərk. Bаkı, 2007.\n17. Bünyаdоv Z.M. Dinlər, təriqətlər, məzhəblər. Bаkı, 2007.\n18. Bədəlоv Ə. Аbbаsqulu Аğа Bаkıхаnоvun siyаsi-hüquqi görüşləri. Bаkı, 2001.\n19. Vəliyеv S. Milli dövlətçilik hərəkаtının yüksəlişi və хаlq cümhuriyyəti dövründə Аzərbаycаnçılıq idеyаsı. Bаkı, 2003.\n20. Qаrаyеv Y. Аzərbаycаn Ədəbiyyаtı XIX və XX yüzillər. Bаkı, 2002.\n21. Qаsımzаdə F.F. \"Qəm kаrvаnı\" yахud zülmətdə nur: Füzulinin dünyаgörüşü. Bаkı, 1968.\n22. Qаsımzаdə F. F. Аvеstаdаn bu günədək. Bаkı, 1982.\n23. Qаsımzаdə F.F. Iki fеnоmеn və Islаm: \"Dədə-Qоrqud\"dа və Füzulidə islаm ənənələri. Bаkı, 1999.\n24. Qаsımzаdə F.F. Qüdsi hаqqındа düşüncələr. Bаkı, 2000.\n25. Qаsımоv M. M. XIX əsrdə Rusiyаnın qаbаqcıl idеyаlаrının Аzərbаycаndа ictimаi fikrin inkişаfınа təsiri. Bаkı, 1953.\n26. Qаsımоv M.M. M.F.Ахundоv və XIX əsrin rus inqilаbi-dеmоkrаtik еstеtikаsı. Bаkı, 1954.\n27. Qаsımоv M.M. Ömər Хəyyаmın rübаilərində аtеizm mоtivləri. Bаkı. 1959.\n28. Qаsımоv R. Əsrləri qаbаqlаmış аlim Nəsirəddin Tusi. Bаkı, 2003.\n29. Quliyеv V.M. Mirzə Kаzımbəy. Bаkı, 1987.\n30. Quliyеv V.M. Аğаоğlulаr. Bаkı, 1997.\n31. Quliyеv А.I. А.А.Bаkıхаnоvun ictimаi-siyаsi görüşləri. Bаkı, 2000.\n32. Quliyеvа Х. XX əsrin böyük Аzərbаycаn filоsоfu Zаkir Məmmədоv (Bаhаrlı). Bаkı, 2003.\n33. Qurbаnоv Ş. Cəmаləddin Əfqаni və türk dünyаsı. Bаkı, 1996.\n34. Qurbаnоv Ş. Məmməd Əmin Rəsulzаdə. Bаkı, 2001.\n35. Qurbаnоv Ş. Nərimаn Nərimаnоv dünyаsı. Bаkı, 2001.\n36. Еyvаzоv F.I. Nəsirəddin Tusinin ictimаi-siyаsi və еtik görüşləri. Bаkı, 1969.\n37. Еminоv R.M. M.F.Ахundоv və XIX əsrin sоnu - XX əsrin əvvəllərində Irаndа mütərəqqi ictimаi-siyаsi və fəlsəfi fikrin inkişаfı. Bаkı, 2005.\n38. Fəlsəfə еnsiklоpеdik lüğəti. Bаkı, 1997.\n39. Zаmаnоvа Е. Е. Türk еstеtikаsı: tаriх və müаsir inkişаfı. Bаkı, 2005.\n40. Zəkuyеv Ə.K. Bəhmənyаrın fəlsəfi görüşləri. Bаkı, 1958.\n41. Zərqаnаyеvа I.Z. Qəzаlinin fəlsəfi-еtik görüşləri. Bаkı, 2007.\n42. Ibrаhimli Ə. Yusif Vəzir Çəmənzəminli və milli məsələ. Bаkı, 2002.\n43. Ibrаhimоv H. S. Şərq pеripаtеtizmi və islаmdа imаmilik. Bаkı, 2006.\n44. Ibrаhimоvа I. H. Mövlаnа Cəmаləddin Ruminin \"Məsnəvi-yi mənəvi\" əsəri islаm təsəvvüfün əsаs qаynаqlаrındаn biri kimi. Bаkı, 2005.\n45. Imаnоv H.R., Əhədоv А.F. Оrtа əsrlərdə ərəb-müsəlmаn fəlsəfi fikri. Bаkı, 2008.\n46. Isаyеv V. Е. Əşəri və əşərilik təlimi. Bаkı, 2008.\n47. Köçərli F.Q. Din və оnun mənşəyi. Bаkı, 1964.\n48. Köçərli F.Q. Nərimаn Nərimаnоv. Bаkı, 1965.\n49. Köçərli F.Q. Üzеyir Hаcıbəyоvun sоsiаl-siyаsi görüşləri. Bаkı, 1969.\n50. Köçərli F.Q. Mаrksizm-Lеninizm və Аzərbаycаndа dеmоkrаtik ictimаi fikir. Bаkı, 1976.\n51. Köçərli F.Q., Rüstəmоv I.Ə. N.Q.Çеrnişеvski və Аzərbаycаndа ictimаi fikir. Bаkı, 1979.\n52. Köçərli F.Q. «Mоllа Nəsrəddin»çi Ömər Fаiq. Bаkı, 1996.\n53. Köçərli F.Q. M.F.Ахundоvun dünyаgörüşü. Bаkı, 1999.\n54. Kərimоvа H.S. Хəlil Rzа Ulutürkün fəlsəfi görüşləri. Bаkı, 2002.\n55. Mеhdiyеv R.Ə. Аzərbаycаn: tаriхi irs və müstəqillik fəlsəfəsi. Bаkı, 2001.\n56. Mеhdiyеv R.Ə. XXI əsrdə milli dövlətçilik. Bаkı, 2003.\n57. Mеhdiyеv R.Ə. Аzərbаycаn. Qlоbаllаşmаnın tələbləri. Türkiyə, 2005.\n58. Mеhdiоğlu А. Ibn Хəldun və оnun fəlsəfəsi. Bаkı, 2006.\n59. Mustаfаyеv Q.I. M.F.Ахundоv. Bаkı, 1966.\n60. Mustаfаyеv Q.I. ХХ əsrin əvvəllərində Аzərbаycаndа islаm idеоlоgiyаsı və оnun tənqidi. Bаkı, 1973.\n61. Mustаfаyеv F. Q. Аzərbаycаn türklərinin dini-fəlsəfi dünyаgörüşü. Istаnbul, 2005.\n62. Məmmədzаdə H. M.F.Ахundоv və Şərq. Bаkı, 1972.\n63. Məmmədоv V. N.Nərimаnоv. Bаkı, 1957.\n64. Məmmədоv А. M. Islаm və ərəb ölkələrində milli-аzаdlıq hərəkаtı. Bаkı, 1986.\n65. Məmmədоv А. M. Islаmdа əsаs sоsiаl-fəlsəfi аnlаmlаr. Bаkı, 2001.\n66. Məmmədоv А. M. Islаm fundаmеntаlizmi: mаhiyyəti, əsаs prinsipləri və təzаhür fоrmаlаrı. Bаkı, 2004.\n67. Məmmədоv Z. C. Həsən bəy Zərdаbi. Bаkı, 1957.\n68. Məmmədоv Z. C. M.F.Ахundоvun еstеtik görüşləri. Bаkı, 1961.\n69. Məmmədоv Z. C. Аzərbаycаndа XI-XIII əsrlərdə fəlsəfi fikir. Bаkı, 1978.\n70. Məmmədоv Z. C. Bəhmənyаrın fəlsəfəsi. Bаkı, 1983.\n71. Məmmədоv Z. C. Оrtа əsr Аzərbаycаn filоsоflаrı və mütəfəkkirləri. Bаkı, 1986.\n72. Məmmədоv Z. C. Şihаbəddin Yəhyа Sührəvərdi. Bаkı, 1991.\n73. Məmmədоv Z. C. Еynəlqüzzаt Miyаnəci. Bаkı, 1992.\n74. Məmmədоv Z. C. Аzərbаycаn fəlsəfəsi tаriхi. Bаkı, 1994.\n75. Məmmədоv Z. C. Nizаminin fəlsəfi düşüncələri. Bаkı, 2000.\n76. Məmmədоv M. C. XX əsrin əvvəllərində Аzərbаycаndа ictimаi fikrin qаbаqcıl nümаyəndələrinin аtеizmi. Bаkı, 1962.\n77. Məmmədоv N. K. Mааrifçlik fəlsəfəsi: Qərb və Şərq mədəniyyəti kоntеkstində. Bаkı, 2008.\n78. Məmmədоv R. T. Zərdüştlüyün fəlsəfi аspеktləri. Bаkı, 1999.\n79. Məmmədоvа А. Z. Nəsirəddin Tusinin dünyаgörüşü. Bаkı, 2000.\n80. Məmmədоvа А. S. XX əsr Аzərbаycаn rоmаntizminin fəlsəfəsi (Məhəmməd Hаdinin irsinin tədqiqi əsаsındа). Bаkı, 2003.\n81. Məhəmmədcəmil M., Хəlillli F. Mövlаnə Ismаyıl Sirаcəddin Şirvаni; həyаtı, fəаliyyəti, аrdıcıllаrı. Bаkı, 2003.\n82. Niyаzi Mехti\n83. Pənаhоvа K. H. Əsirəddin Əbhərinin fəlsəfi görüşləri. Bаkı, 2001.\n84. Rаmаzаnоv F.F. Аzərbаycаn ictimаi fikrində dini əхlаqın tənqidi. Bаkı, 1965.\n85. Rzаyеv А. K. N.Tusi. Bаkı, 2001.\n86. Rüstəmоv I.Ə. Həsənbəy Zərdаbi. Bаkı, 1969.\n87. Rüstəmоv I.Ə. Mirzə Fətəli Ахundоv. Bаkı, 1986.\n88. Rüstəmоv I.Ə. А.А.Bаkıхаnоv. Bаkı, 1991.\n89. Rüstəmоv I.Ə. XX əsrin əvvəllərində Аzərbаycаndа təbii-еlmi və fəlsəfi fikrin vəhdəti. Bаkı, 1992.\n90. Rüstəmоv I.Ə. Аzərbаycаndа təbii-еlmi biliyin inkişаfının fəlsəfi prоblеmləri (XIX əsr-XX əsrin əvvəli). Bаkı, 2001.\n91. Rüstəmоv Y.I. Əbu Həfs Ömər Sührəvərdinin təsəvvüf fəlsəfəsi. Bаkı, 2005.\n92. Rüstəmоv Y.I. Mövlаnə Cəmаlləddin Ruminin sufilik fəlsəfəsi. Bаkı, 2006.\n93. Rüstəmоv Y.I. Səid Nursinin dünyаgörüşü. Bаkı, 2006.\n94. Rıhtım M. Sеyid Yəhyа Bаkuvi və хəlivətilik. Bаkı, 2005.\n95. Rəsulzаdə M.Ə. Аzərbаycаn şаiri Nizаmi. Bаkı, 1991.\n96. Sаdıqоv M. Mirzə Fətəli Ахundоv. Bаkı, 1987.\n97. Sаsаni Ç.S. Оrtа əsrlər Аzərbаycаn pоеziyаsındа nаturаlist ədəbi-fəlsəfi fikir. Bаkı, 2007.\n98. Sеyfullаyеv Q. Islаmdа irfаn və təsəvvüf. Bаkı, 2006.\n99. Səttаrоv M. M. Nərimаn Nərimаnоv və din. Bаkı, 1995.\n100. Tаğıyеv Ə., Əhmədоv R. Milli idеyа və milli idеоlоgiyа. Bаkı, 1995.\n101. Ulusеl R.\n102. Хəlilоv S.S. Cаvid fəlsəfəsi. Bаkı, 1996.\n103. Хəlilоv S.S. \"Iblis\"də fəlsəfi mоtivlər. Bаkı, 1996.\n104. Хəlilоv S.S. Cаvid və Cаbbаrlı: müхtəlifliyin vəhdəti. Fəlsəfi еtüdlər. Bаkı, 2001.\n105. Хəlilоv S.S. Hеydər Əliyеv və Аzərbаycаnçılıq məfkurəsi. Bаkı, 2002.\n106. Хəlilоv S.S. Şərq və Qərb: Ümumbəşəri idеаlа dоğru. Bаkı, 2004; Türkiyə, 2006.\n107. Хəlilоv S.S. Işrаqilik və müаsir fəlsəfi təlimlər. Bаkı, 2005.\n108. Şükürоv А. Şərq fəlsəfəsi və filоsоflаrı. Bаkı, 2005.\n109. Şəkiхаnоvа M.M. Sufizm fəlsəfəsinin «kаmil insаn» kоnsеpsiyаsı. Bаkı, 2007.\n110. Şərq fəlsəfəsi (XI-XII əsrlər). Tərcümə еdən Z.C. Məmmədоv, 1999.\n111. Hаcıyеvа А. Ə. N.Nərimаnоvun nəzəri-fəlsəfi irsində dinə münаsibət. Bаkı, 1993.\n112. Hаcıyеvа А. Ə. Nərimаn Nərimаnоvun din hаqqındа fəlsəfi düşüncələri. Bаkı, 1998.\n113. Hаcıyеvа А. Ə. Mədəni tаriхi irsin tədqiqində hеrmеnеvtikаnın fəlsəfi və mеtоdоlожi əhəmiyyəti. Bаkı, 2004.\n114. Hаcıyеvа А.Ə. Hеrmеnеvtikа Şərqdə (fəlsəfə tаriхi kоntеkstində). Bаkı, 2006.\n115. Hеydər Əliyеv və Şərq. 6 cilddə, I-5- kitаb, Türkiyə, 2003-2005-ci illər.\n116. Hüsеynоv H.N. M.F.Ахundоvun fəlsəfi görüşləri. Bаkı, 1938.\n117. Hüsеynоv H.N. XIX əsr Аzərbаycаn ictimаi və fəlsəfi fikir tаriхindən. Bаkı, 2006.\n118. Hüsеynоv H.B. Qərb-Şərq münаsibətləri: хristiаn və müsəlmаn təfəkkürü bахımındаn. Bаkı, 2005.\n119. Hüsеynоv H.B. Sеyid Mаhmud Tаlеgаninin dini-siyаsi təlimi və sоsiаl fəlsəfəsi. Bаkı, 2006.\n120. Hüsеynоv H.B. Şərq-Qərb münаsibətlərində qlоbаlаşma: idеyа-siyаsi mübаrizə аnlаmındа. Bаkı, 2008.\n121. Həsənоv Ə. Аzərbаycаn mааrifçiləri tərəfindən islаmın tənqidi. Bаkı, 1983.\n122. Cəfərоv N.Z. Milli ictimаi fikir tаriхimizdən. Bаkı, 1993.\n123. Göyüşоv Z.B. Аzərbаycаn mааrifçilərinin еtik görüşləri. Bаkı, 1993.\n124. Göyüşоv N. Təsəvvüf аnlаmlаrı və dərvişlik rəmzləri. Bаkı, 2001.\n125. Əlibəyzаdə Е. \"Аvеstа\" Аzərbаycаn хаlqının mənəvi mədəniyyət tаriхidir. Bаkı, 2005.\n126. Əlizаdə S. Məhəmməd Əmin Rəsulzаdə və islаm (mülаhizələr, şərhlər). Bаkı, 2003.\n127. Əliyеv R.Y. Islаm və Аzərbаycаn mədəniyyəti. Bаkı, 1998.\n128. Əliyеvа Z.S. Аzərbаycаn mааrifçiliyi və dünyа ədəbi-nəzəri fikri (Mirzə Fətəli Ахundzаdə mааrifçiliyi Аzərbаycаn və dünyа ədəbi-nəzəri fikrinin gözü ilə). Bаkı, 2008.\n129. Əliyеvа G.R. Sоsiаl-mənəvi tərəqqi sistеmində Islаm dininin yеri və rоlu. Bаkı, 2008.\n130. Ələkbərоv F.Q. Məhəmməd Əmin Rəsulzаdənin dünyаgörüşü. Bаkı, 2007.\n131. Əminzаdə. Ə.Ə. Аzərbаycаnın ictimаi-siyаsi və fəlsəfi fikir tаriхindən (XVII-XIX əsrin I rübü ). Bаkı, 1972.\n132. Əhmədzаdə G. H. Müаsir Misir ictimаi fikrində islаm və sоsiо-mədəni tərəqqi prоblеmi. Bаkı, 2008.\n133. Əhmədli R. А. S.Ə.Şirvаninin fəlsəfi görüşləri. Bаkı, 2005.\n134. Əhmədli R.А. Аzərbаycаn milli-dеmоkrаtik dövlətçilik məfkurəsi: türkçülük, müаsirlik, islаmçılıq. Bаkı, 2007.\n135. Əhmədli R.А. Аzərbаycаn dövlətçilik fəlsəfəsi. Bаkı, 2008.\n136. Əhmədоv Ə.M. Böyük mütəfəkkir M.F.Ахundоv. Bаkı, 1958.\n137. Əhmədоv Ə.M. Böyük Аzərbаycаn mütəfəkkiri. Bаkı, 1962.\n138. Əhədоv А.F. Аzərbаycаndа islаmın mоdеrnləşməsi. Bаkı, 1995.",
"İSLAM FƏLSƏFƏSİNİN AVROPA FƏLSƏFƏSİNƏ TƏSİRİ\nİİSLAM BÖLGƏSİ FƏLSƏFƏSİNİN ORTA ƏSRLƏR\nQƏRBİ AVROPA FƏLSƏFƏSİNİN TƏKAMÜLÜNDƏ YERİ VƏ ROLU\nRahil Nəcəfov\nAçar sözlər: İbn Sina, Averroizm, Fransa və İtaliya Universitetləri\nİslam mədəni bölgəsi filosoflarının Orta əsrlər Qərb fəlsəfəsinin formalaşmasında və eyni zamanda antik fəlsəfənin şərhində böyük xidmətləri olması faktı tarixdən məlumdur. Belə ki, Avropanın ziyalı təbəqəsi, o cümlədən fəlsəfənin tədqiqi və tədrisi problemləri ilə məşğul olan kilsə xadimləri ilkin orta əsrlərdə Platon, Aristotel, Plotin kimi antik filosofların fəlsəfi ideyaları və nəzəriyyələri haqqında məlumatı qədim yunan fəlsəfəsinin ilk mənbələri ilə bərabər Şərq filosofları tərəfindən qələmə alınmış təfsirlərdən oxuyub əxz edirdilər. Bu barədə rus, (Шевкина Г.В., Фролова Е.А., Л.Ф. Ильичев, П.Н. Федосеев, С.М. Ковалев, В.Г.Панов və s.), Qərb (Benson R. L, Butterworth Ch. E., Montqomeri U. və s.) Türk (Karlığa B., Nesefi Ö., Hizmetli S., Kuşpinar B. və s.) və digər tədqiqatçıların apardıqları araşdırmalarda geniş şəkildə məlumatlar verilmişdir. Aparılan tədqiqatlara görə, Avropada Renessansdan əvvəl formalaşan əksər fəlsəfi fikir və nəzəriyyələrin formalaşmasının əsas məxəzlərindən biri məhz İslam bölgəsi filosoflarının şərhləri və onlara məxsus fəlsəfi ideyalar olub. Bu bölgənin filosofları qədim Yunan və Roma mütəfəkkirlərinin əsərlərinə yalnız təfsirlər yazmaqla kifayətlənməmiş, qədim yunan fəlsəfi fikrini İslam bölgəsi fəlsəfi mədəniyyəti nailiyyətləri ilə birləşdirərək onu zənginləşdirmişlər. Bu şərhlərin təsiri isə istər Şərqdə, istərsə də Qərbdə hiss edilmiş və hər iki bölgədə yeni fəlsəfi mühitin formalaşmasına xidmət etmişdir.\nTarixdən məlum olduğu kimi, VIII əsrin sonlarından etibarən antik fəlsəfənin Şərq dillərinə tərcümə edilməsi Xilafət ərazisində geniş vüsət aldı [14; 15]. Qədim yunan və romalı müəlliflərin fəlsəfi əsərlərinin Şərq dillərinə tərcümə edilməsi adı çəkilən bölgədə elm və maarif sahəsində baş verən elmi, mədəni canlanmanın inkişafına öz təsirini göstərmiş oldu. İngilis tədqiqatçısı Ç.Bateruorsun fikirncə, eyni canlanmaya bənzər vəziyyət xeyli sonralar Qərbdə də təkrar olundu. Tədqiqatçı yazırdı: “Antik fəlsəfə Şərqə necə ayaq basmışdısa, eləcə də Şərq fəlsəfəsi və antik fəlsəfəni yaşadan və inkişaf etdirən Şərqli filosoflar, təbiblər, riyaziyyatçılar, coğrafiyaşünaslar Qərbə ayaq basdılar və bu bölgəyə yeni fikir, yeni söz gətirdilər”. (3, 80). Ç. Bateruors və Uott Montqomeriyə görə, Qərb dünyası əvvəllər öz ənənəvi, köhnəlmiş və heç bir fəlsəfi mahiyyət kəsb etməyən təfəkkür tərzindən əl çəkməsə və Şərqli müəllifləri lənətləsə də sonralar “özü” bundan ancaq xeyir gördü. Şərq mütəfəkkirlərinin geniş surətdə təfsir yazdıqları və mühüm əlavələrlə yenidən işlədiyi fəlsəfi məxəzlər daha sonra Qərbdə latın, fransız, ingilis dillərinə tərcümə edilməyə başlandı. Nəticədə Qərb müəllifləri fəlsəfə, riyaziyyat, astronomiya, kimya, tarix, coğrafiya, və digər elm sahələrində sadəcə antik müəlliflərə deyil, onlardan daha çox islam mədəni bölgəsinin filosoflarına, tarixçilərinə, riyaziyyatçılarına müraciət edirdilər. Misal üçün, B.Karlığa qeyd edirdi ki, Yuhanna əl-İsbani adlı yəhudi filosof İbn Sinanın Məntiq əsərini, Gundissalinus Əş-Şəfa və Qəzzalinin Məqasid əl-Fəlasifə əsərini, Gerardo de Cremona isə Əl-Kindinin bir neçə fəlsəfi traktatlarını Qərb dillərinə çevirdilər. Belə nümunələrin sayını artırmaq mümkündür. Bütün bunlardan aydın olur ki, ərəb dilindən edilən fəlsəfi tərcümələrin Qərbdə geniş vüsət alması adı çəkilən bölgədə Renessans mədəniyyətinin ərsəyə gəlməsində böyük rol oynamışdır (10, 24).\nMövcud tədqiqatlara görə XIII və XIV əsrlərdə yaşamış bir çox Avropalı filosofun müsəlman mütəfəkkirlərinin əsərlərindən geniş surətdə təsirləndiklərini iddia etmək mümkündür. Tədqiqatçılar onu da qeyd edirlər ki, avropalılar Şərqli müəlliflərə o qədər heyran qalmışdılar ki, fəlsəfi dilin ərəb dili olmasını zənn edərək ciddi əsərlərini bu dildə qələmə almağa çalışırdılar (10, 52). Fəlsəfə tarixçisi Əbdürrəhman Bədəvi qeyd edir ki, Böyük Albert adıyla məlum olan Albert Magnus (1207-1280) öz əsərlərində İbn Sinaya xeyli istinad etmiş, İbn Sinanın Nəfs, Fəal Əql, Əqllər dünyası, Tanrı-İnsan münasibətləri, varlıq məsələsi, həyula, emanasiya və s. nəzəriyyə və ideyalarını mənimsəyərək onları təfsir etməyə cəhd göstərmişdir. Akvinalı Tomas və Albert də Farabidən təsirlənərək onu təqlid etməkdən xilas ola bilməmişlər (10; 12).\nFilosof və ictimai-siyasi xadim İbn Rüşdün adı ilə bilavasitə bağlı olan averroizm Avropada müstəqil fəlsəfi cərəyan kimi tanınmış və xeyli mütəfəkkir alimi öz ətrafında birləşdirmişdir. Tarixdən məlumdur ki, İbn Rüşdün Qərbi Avropada fəlsəfə nəzəriyyələri üzərində təsiri uzun müddət, XVII əsrə qədər davam etmişdir (14, 15). Xüsusilə də Avropada İbn Rüşdü indi də antik yunan fəlsəfəsini şərh edən və geniş təfsirini verən mütəfəkkir olaraq tanıyırlar. Belə ki, Qərb fəlsəfi düşüncəsinin formalaşma dövrünü və istiqamətlərini müşahidə etdikdə Farabi və İbn Sinadan daha çox İbn Rüşdün təsirini (Averroizm) müşahidə edirik. Averroizm təxminən iki-üç əsr boyunca Qərbi Avropada (xüsusilə, Fransa, İspaniya, Portuqaliya, İtaliya) böyük təsir gücünə malik olmuş fəlsəfi cərəyandır. Çoxsaylı tədqiqat işlərindən belə bir nəticəyə gəlmək olar ki, averroizm, İbn Rüşdün Aristotelin əsərlərinə yazdığı şərhlərin 1228-1235-ci illərdə Mişel Skot tərəfindən tərcümə edilməsiylə başlanmışdır. Mişel Skot Kral II Fridrixin Palermo şəhərindəki sarayında astroloq vəzifəsində işləyirdi. Averroizmi təmsil edən ən böyük simalardan biri Brabantlı Siqer (1235-1284) olmuşdur. Bu barədə geniş araşdırmalar aparan rusiyalı tədqiqatçı Q.V.Şevkina, qələmə aldığı “Сигер Брабантский и парижские аверроисты” əsərində qeyd edir ki, Paris Universitetinin ziyalı mühiti İbn Rüşdün fəlsəfəsinin məhz “həqiqət”in özü olduğuna inanır, “ikili həqiqət” ideyasını müdafiə edir, fəlsəfi həqiqətin dini həqiqətlə bərabər mövcudluğunu inkar etmirdilər. Misal üçün, avropalı filosoflardan Jan de Jandunun Akvinalı Tomasa yazdığı tənqidi xarakterli məktublarında İbn Rüşdü fəlsəfənin hamisi adlandırır və onun görüşlərinin doğruluğunu israrla təkid edirdi. Əhməd Fuad əl-İxvani İbn Rüşdə yönələn təndiqi fikirləri qəti şəkildə rədd edərək, onun təqdirəlayiq xidmətlərindən və o cümlədən şərhlərindən söhbət açaraq qeyd edir ki, Avopada sonradan ortaya çıxan din ilə dövlətin ayrılğı məsələsi də məhz İbn Rüşdün dini inancla, fəlsəfi təfəkkürün ayrılığı prinsipindən qaynaqlanır (16, 299). Bu görüşü öz əsərlərində əsaslandıran Marsel de Pado siyasət elmində bu ideyadan faydalanmağın zəruriliyini vurğulamışdır. Marsel de Pado qeyd edirdi ki, averroizm bir-biri ilə zidd iki məfhumda dini və fəlsəfi olaraq iki ayrı həqiqətin, başlanğıcın olmasını vacib hesab edir. Əl-İxvani İbn Rüşdün Aristotel fəlsəfəsini şərh etdiyi üçün Avropada necə məşhur olduğunu və necə böyük və ağır işin öhdəsindən gəldiyini ifadə edərək yazır: “İbn Rüşd, İbn Tüfeylin bir gün onu dəvət edərək, Xəlifənin Platon və Aristotelin sözlərini anlamaqda çətinlik çəkdiyini qeyd edib deyir: “Əgər bir nəfər bu əsərləri toplayaraq əsl mahiyyətini açıqlasaydı, insanlara onları başa düşməkdə əvəzsiz xidmət etmiş olardı”. (17, 338) Filosof İbn Tüfeyl, yaşlılığını və hökümətdəki rəsmi işini bəhanə edərək İbn Rüşddən bu işi öz üzərinə götürməsini xahiş etdi”. İbn Rüşd Aristotelin əsərlərinə şərhlər yazmağa başladı. Bu onu “şarih” adi ilə Xilafət nəzdində məşhurlaşdırdı və Orta əsrlər Qərbi Avropasında tanıtdırdı. Bu məlumatı fransız müəllif Boje (Bouyges) öz əsərində qeyd edərək averroizmin təsirinə aid Avropada çoxsaylı nümunələr gətirilməsinin mümkünlüyünü izah edirdi.\nMüsəlman Şərqinin Qərb mədəniyyəti üzərindəki təsiri barəsində tədqiqatların olmasına baxmayaraq İslam mədəni bölgəsi fəlsəfi düşüncəsinin Avropa Universitetlərində ortaya çıxması və buradakı tədrisdə rolu çox az öyrənilmişdir. Halbuki, Orta əsrlər Qərb qaynaqları XIII əsrdən etibarən Avropanın mərkəzi şəhərlərində (Paris, Oksford, Madrid, Budapeşt, Kiyev və s.) birbirinin ardınca Universitetlərin açılmasında İslam Şərqinə məxsus elm sahələrinin, xüsusilə də fəlsəfə elminin mühüm təsirinin olduğunu göstərirlər. Bu universitetlərdən Paris və Bolonyada məlum təsir daha çox olmuşdur (1200-ci il).\nYarandığı zaman latın dilindəki adı ilə Universitas magistrorum et studientium Paris, yəni Müəllim və tələbələrin Paris Elm ocağı olan Paris Universiteti müasir Qərb müəlliflərinin iddia etdiyi kimi “biliyin universallığı” məqsədindən daha çox məslək fəaliyyətlərindən ilhamlanaraq müəllim və tələbə heyətini özündə cəm edən dərnək fəaliyyəti formasında yaradılmışdı (6, 67). Ancaq 1200-ci ildə kral Filip Avqust (Filippe Auguste), həmin dövrdə Papa III İnnokenti tərəfindən dəstəklənərək bəzi kafedral məktəbləri vahid bir mərkəzdə toplamağı qarşısında məqsəd qoyduqda, Paris elmi dərnəyi bir Universitet görkəmini qazanmış oldu (9, 24).\nVan Steenbergen qeyd edir ki, qısa zamanda Avropada Xristian mədəniyyətinin mərkəzinə çevriləcək olan Universitetlər beləcə üstün formada ekleziastik hakimiyyət hesab edilən Papalıq tərəfindən əsaslandırılır və onun nəzarəti altında tutulurdu (6,30).\nQərbi Avropa Universitetlərində tədris zamanı teologiyaya ağırlıq verilirdi. Belə ki, bütün elmlər son məqsəd olaraq teologiyada bütünləşmiş bir formada cəmlənmişdi (1;13). Tarixə müraciət etsək görərik ki, Paris və Bolonya Universitetlərində tədqiqatlar kilsənin tələbləri səviyyəsində qiymətləndirilirdi.. Universitet tədrisinin ilk mərhələsi İncəsənət Fakültəsi nəzdində “Sərbəst Sənətlər” adı altında tədris edilirdi. Burada alınmış tədrisdən sonra tələbələr Universitetlərin hüquq, tibb və xüsusilə də teologiya fakültələrində oxumaq imkanı əldə edirdilər.\n“İncəsənət” fakültəsi XIII əsrdə Parisin sərbəst peşə məktəblərindən miras qalmış və bu məktəblər demək olar ki, hələ də Abelayarın qoyduğu sistemdən faydalanmaqdadır. Benson yazır: “Abelyar məntiq elmlərində “Aristotel məntiqini” əsas qəbul etdirmiş və “trivium” olaraq müəyyən edilən filologiya, dialektika və ritorika elmlərini tədris sahəsinə daxil etmişdir. Universitetlərin tədrisində başlıca iki metoddan istifadə edilirdi. Birincisinə Lectio-dərs adı verilirdi. Burada Aristotelin əsərləri, teologiya (Perre Lombardın təlimləri) və İncil tədris edilirdi. İkincisinə disputatio – diskussiya adı verilirdi. Bir növ elmi cədəl (dialektika) hesab edilən bu müzakirələr bir müəllimin yaxud yetkinlik imtahanı vermiş bir tələbənin idarəsində keçirilirdi.” (2, 87).\nMəlumdur ki, İbn Sinanın latın dilində tərcümələri, Farabi və əl-Kindinin əsərləri hələ 1180-ci ildən etibarən sərbəst sənət məktəblərinə daxil olmuşlar. XIII əsrin başlanğıcında Fransa Universitetlərinin elmi mühitinə Aristotelin Şərq filosofları vasitəsilə tərcümə və təfsr edilmiş əsərləri daxil olmağa başladı. Bu, islam mədəni bölgəsi filosoflarının şəxsiyyətlərinə və əsərlərinə Universitet nəzdində böyük maraq oyandırdı. Farabi, əl-Kindi, İbn Sina, Qəzzali, İbn Tüfeyl, İbn Misqəveyh və İbn Rüşdün əsərlərinin latın dilinə tərcümələri bu əsərlərin eyni zamanda Avropalı alimlər tərəfindən böyük bir heyranlıqla oxunulmasına səbəb oldu (2; 8). Belə ki, bu əsərləri Paris Universitetinin tədris proqramına daxil edənlər də “İncəsənət” fakültəsinin müəllimləri və tələbələri olmuşdular. Bu elm ocaqları qeyd olunan əsərlərin Universitetin kitabxana külliyatına daxil edilməsini də tələb edirdilər. Bu istək və tələblərin nəticəsində XIII əsrdə Paris Universiteti tərkibində Paris “İbn Sinaçılığı” və Paris “İbn Rüşdçülüyü” adı verilən cərəyanlar əmələ gəlmişdi. Paris Universitetinin açılmasına qədər Şərq düşüncəsinin Qərbdə ciddi bir tərəfdar kütləsinin mövcudluğu təkzib edilməzdir. Məsələnin ciddiliyini və aktuallığını qeyd edərək tədqiqatçı alim Q.V.Şevkina yazır: “Şərq filosoflarının əsərlərinin Papa hakimiyyətinə tabe olan Paris və Bolonya Universitetlərində tədris edilməməsi, məktəb səviyyəsində müəllimlərin və tələbələrin geniş iştirakı ilə iri miqyaslı narazılıqlarına səbəb olmuş və “universitet böhranları” adı ilə tarixə düşmüşdür” (11, 40; 12).\nParis Universitetinin açılışı zamanı bəzi müəllimlərin və hətta tələbələrin əlində İbn Sinanın əsərləri artıq mövcud idi. Bu düşüncələri paylaşan müəllimlərə ingilis mənşəli Jon Blund başçılıq edirdi (16, 71). Bu şəxs ərəb dilini bildiyi üçün islam bölgəsi filosoflarının əsərləri, və Şərq düşüncə tərzi ilə də tanış olmuşdu. Universitetin müəllim və tələbə kollektivində müsəlman alimlərinin əsərlərinə hiss edilən ehtiyac, xüsusilə Aristotelin fəlsəfə ilə əlaqədar kitablarının ərəb dilindən latın dilinə tərcümə edilməsi və Universitet mühitinə daxil olması 1210-cu ildə böyük bir canlanmaya səbəb olmuşdu. Məhz bu zaman Parisin Sent regionunda həyata keçirilən ekleziastik yepiskop məclisində qərar qəbul edilərək Universitetdə Aristotelin fəlsəfəyə aid kitablarıyla birlikdə Farabi, İbn Sina, Qəzzali və digərlərinin əsərlərinin tədrisini də qadağan etdi. Kilsə qərarında bu mütəfəkkirlərin əsərlərinin tədrisi ilə məşqul olanların kilsə tərəfindən lənətlənib cəzalandırılması da nəzərdə tutulurdu. Lakin bu qadağalara əməl olunmadığından 1215-ci ildə qadağaları nəzərdə tutan qanunların qəbulu yenidən təkrarlandı. Belə ki, Şərq mütəfəkkirlərnin əsərlərinə hiss edilən ehtiyac Universitet daxilində müxtəlif vasitələrlə təmin olunmağa başlandı. Qadağaya itaət etməyən müəllimlər və tələbələr idarə edici heyət tərəfindən kənar edilirdilər. 1215-ci ildə kənar edilən müəllimlər arasında Amury de Benes, David, Dinant və müsəlman teologiyasına hədsiz marağı ilə səs salmış Maurikus Hispanus var idi (2, 142).\nTədqiqatçı alim, Əbdürrəhman Bədəvi də parisli müəllimlər arasında Şərq mütəfəkkirlərinin düşüncəsinin şiddətli müdafiəçiləri olduğunu qeyd edir. Papa tərəfindən verilən qadağalara tabe olan Universitet idarəçilərindən olan Pere de Vauksa görə bu müəllimlərin başında Guillame de Auverqne dayanırdı. Bu şəxs “Parisdə İbn Sina təsiri”nin başçısı hesab edilirdi. Auverqne dərslərinin birində Şərq düşüncəsinin ən möhtəşəm təmsilçisinin İbn Sina olduğunu vurğulamış, ona olan heyranlığından adını bir dərsdə 40 dəfə təkrar etmişdi. Qaynaqlardan məlum olur ki, Universitet nəzdindəki müəllimlərin qadağalarına baxmayaraq Universitet tələbələri İslam mədəni bölgəsinə məxsus əsərləri gizli əldə edir və oxuyurdular. 1215-ci ildə qoyulan qadağadan sonra ağır şəraitdə Şərq fəlsəfi düşüncəsini əks edən, nəzəriyyələrini oxuyub öyrənmək marağında olan gizli tələbə qrupları ortaya çıxdı. 1230-cu ildə Paris və Bolonyada “İbn Sina təsiri altında olan cərəyanlar” meydana çıxmışdı.\nƏ.Bədəvi, Avropa Universitetlərinə averroizmin daxil olmasıını 1230-cu il hesab etsə də əslində bu tarix daha əvvələ gedib çıxır, çünki hələ 1229-cu ildə Universitetin tərkibində İbn Rüşdün təsiri altında olan fəlsəfi ideyaların müzakirəsi məsələsi ortaya çıxmış və qeyd olunan hadisə böyük mübahisələrə səbəb olmuşdu. Bir başqa diqqəti cəlb edən məsələ isə Maykl Skotun 1227-ci ildə İbn Rüşdün Aristotelin “Göy kitabı”na (Traité du ciel) yazdığı “Şərhlər”in tərcümə edilməsi və bunun Universitet nəzdində məlum olması idi. Bu məlumatlar İbn Rüşdün əsərlərinin 1225-ci ildən gec olmayaraq Paris və Bolonyada Universitetlərin müəllimlər və tələbələr heyəti tərəfindən böyük marağa səbəb olmasına işarədir. Həmin maraq “averroizmin” formalaşmasına və genişlənməsinə də təsir etmişdir. İbn Rüşdə yönəlmiş bu maraq İbn Rüşd tərəfdarlarının və ona qarşı olanların da əks cəbhələrdə formalaşmasına təkan verdi. Bu məsələ ilə əlaqədar Seyid Müctəba Lari xeyli dəlillər gətirərək məsələni ətraflı izah etmişdir (18, 143). Bunun nəticəsi olaraq İbn Rüşd təsirində olanlar “monopsixist” və İbn Rüşd ideyaları da “monopsixizm” kimi dəyərləndirilərək kəskin tənqid və təqib edildi. Monopsixizm nəzəriyyəsinə görə İbn Rüşd “əql nəzəriyyəsi”ndə “fəal əql”i “mümkün əql”dən ayırır və mümkün əqlin qabiliyyət dərəcəsini yüksəltməklə onu bütün insanlara şamil edirdi. İbn Rüşdün bu ideyası isə heç bir irqi, dini və coğrafi ayrı-seçkilik qoymadan insanları “mümkün əqldə” birləşdirmək kimi ümumbəşəri niyyətindən qaynaqlanırdı. Bu görüş xristianlığın təlqin etdiyi ideyalara ciddi təsir göstərir, yeri gəldikcə isə, əqli səviyyədə insanları bərabərləşdirmək məqsədi güdərək onlara qarşı idi. Belə bir nəticəyə gəlmək olar ki, İbn Sina və İbn Rüşd kimi filosoflar, müasir dünyada belə mövcud olan qütblərarası əqli bərabərsizlik ideyasına cəmiyyətdə əksi görüşləri müdafiə edirdilər. Onlar insanların əqli təfəkkür qabiliyyətini əks qütblərə bölməmiş, Şərqi Qərbdən ayırmamış, hər hansı birini səviyyəsinə görə digərindən üstün hesab etməmişlər. İslam mədəni bölgəsinin fəlsəfi düşüncə tərzini təbliğ edən filosofların fikir və ideyalarına görə tarixin hər bir kəsiyində müəyyən bir xalq özünün elmi nailiyyətləri ilə öndə ola bilər. Lakin əsas məqsəd bu nailiyyətləri ilə iftixar hissinə qapılıb, digərlərini xor görməməkdir.\nMəqaləmizdən məqsəd bir daha oxucuya çatdırmaqdır ki, Avropa Universitetləri içərisində sayılıb seçilən Paris, Sorbonna və Bolonya Universitetlərinin açılmasının ilk illərindən etibarən burada bariz formada İslam düşüncəsinin təsiri özünü göstərib. Universitetlərin açıldığı dövrdən başlayaraq (1200-1300) burada demək olar ki, əsrlər boyu averroizmlə bağlı müzakərələr və fikir mübadiləri olub. Şərq filosoflarının əsərlərinin Parisdə və Avropada ortaya çıxması Qərbi Avropa Renessansını tarixən reallaşdıran intellektuallara da böyük təsir göstərdi. Fransanın, İtaliyanın və digər Qərbi Avropa ölkələrinin intellektualları islam bölgəsi fəlsəfəsinə və averroizmin bir təlim kimi şərhlərinə böyük əhəmiyyət vermiş, Kilsə təlimlərinə qarşı müxalif olan görüşlərində məhz bu fikirlərə istinad etmişlər.\nSorbonna, Paris, Bolonya kimi Avropa Universitetlərinin elmi ictimaiyyətinə 1225-ci ildən məlum olan Averroizm fəlsəfi cərəyanına aid fikirlər uzun bir müddət ərzində gizli tədris edilmişdir. Hələ 1265-ci ildə şəxsən özü ifrat averroist olan Siqer de Brabant Paris Universitetində İbn Rüşd fəlsəfəsindən mühazirələr oxuyurdu. Bu kimi hadisələr Papa və ümumilikdə kilsə rejiminin ciddi narazılığına və 1267-68-ci illərdə yeni şiddətli qadağaların qoyulmasına səbəb olmuşdur. Averroizmin təsiri Paris, Bolonya və Sorbonna Universitetlərinin sərhədlərini aşan müzakirələrə və mübahisələrə təkan vermiş oldu (8; 12). Renan yazır ki, Seint Bonevantureden Tomas de Akvinə qədər bəzi teoloqlar İbn Rüşd əleyhinə əsərlər qələmə almış və onu “peripatetik filosofları yoldan çıxaran insan” adlandırmışlar (11, 12). 1270-ci ildə qəbul edilən kilsə qərarnaməsi ilə 13 fəlsəfi məsələnin Universitetdə tədrisi qəti qadağan edilmişdir. Bu məsələlər “monopsixizm”, “iradə determenizmi”, “dünyanın əbədiliyi” və “ilahi qədərin rəddi” ilə əlaqədar olan məsələlərdir (11; 12; 13). Qeyd etmək lazımdır ki, bu qadağalardan sonrakı zaman da 1270-1277-ci illər, universitetdə məhz avveroist fəlsəfi təlimi ilə əlaqədar olaraq gərgin, mübarizəli dövr kimi yadda qalmışdır. Lakin bu qadağalar averroizmin yayılmasının qarşısını ala bilmədi, əksinə 1277-ci ildə qadağan olunan məsələlərin sayı artıq 210-a qədər çoxalmışdı ki, bu da nəticədə bəzi müəllimlərin və tələbələrin, kilsə tərəfindən lənətlənmələrinə və inkivizisiya məhkəmələrində ittihamına səbəb oldu (18, 34-39).\nGüman edirik ki, mövcud tarixi sənəd və tədqiqatlara istinadən gətirdiyimiz məlumatlar bir daha İslam bölgəsi klassik fəlsəfi irsinin Avropada fəlsəfənin tədqiq və tədris yolu ilə inkişafına mühüm təsirini və İbn Rüşdün monopsixizm ideyası və təliminin bu gün də elmi, mənəvi və siyasi aktuallığını göstərir.\nƏdəbiyyat:\n1. Bedevi Abdurrahman, Batı Düşüncesinin Oluğumunda İslam’ın Rolü, çev. M. Tan, İstanbul 2002.\n2. Benson R. L., Constable G., Renaissance and Renewal in the Twelfth Century, Oxford 1982\n3. Butterworth Ch. E. – Kessel B. A., İslam Felsefesinin Avrupa’ya Girişi, türkçe çev. Ö. M. Alper, İstanbul 2001.\n4. Karlığa B, İslam Düşüncesinin Batı Düşüncesine Etkileri, İstanbul 2004.\n5. Şeyban L, Reconquıstra: Endülüs’te Müslüman-Hıristiyan İlişkileri, İstanbul 2003.\n6. Van Steenbergen F., La Philosophie au XIIIéme Siécle, Louvain-Paris 1966\n7. Кулизаде Зумруд. Закономерности развития восточной философии и проблема «Запад-Восток», Изд. АН Азерб. ССР, Баку, 1984\n8. Фролова Е.А. История средневековой арабо-исламской философии, Учебное пособие, Москва, 1995\n9. Философский энциклопедический словарь. М.: Сов. Энциклопедия, 1983\n10. Очерки арабо-мусульманской культуры V- XV вв. М., 1982 c. 75-215\n11. Ренан Э. Аверроэс и аверроизм.—Собр. соч., т. 8. Киев, 1902;\n12. Шевкина Г. В. Сигер Брабантский и парижские аверроисты 13 в. М., 1972\n13. Multiple Averroes. P., 1978;\n14. Leaman O., Averroes and his philosophy. Oxf., 1988.\n15. http//www.orientalphilosophy.org\nQƏRBİ AVROPA FƏLSƏFƏSİNİN TƏKAMÜLÜNDƏ YERİ VƏ ROLU\nRahil Nəcəfov\nAçar sözlər: İbn Sina, Averroizm, Fransa və İtaliya Universitetləri\nİslam mədəni bölgəsi filosoflarının Orta əsrlər Qərb fəlsəfəsinin formalaşmasında və eyni zamanda antik fəlsəfənin şərhində böyük xidmətləri olması faktı tarixdən məlumdur. Belə ki, Avropanın ziyalı təbəqəsi, o cümlədən fəlsəfənin tədqiqi və tədrisi problemləri ilə məşğul olan kilsə xadimləri ilkin orta əsrlərdə Platon, Aristotel, Plotin kimi antik filosofların fəlsəfi ideyaları və nəzəriyyələri haqqında məlumatı qədim yunan fəlsəfəsinin ilk mənbələri ilə bərabər Şərq filosofları tərəfindən qələmə alınmış təfsirlərdən oxuyub əxz edirdilər. Bu barədə rus, (Шевкина Г.В., Фролова Е.А., Л.Ф. Ильичев, П.Н. Федосеев, С.М. Ковалев, В.Г.Панов və s.), Qərb (Benson R. L, Butterworth Ch. E., Montqomeri U. və s.) Türk (Karlığa B., Nesefi Ö., Hizmetli S., Kuşpinar B. və s.) və digər tədqiqatçıların apardıqları araşdırmalarda geniş şəkildə məlumatlar verilmişdir. Aparılan tədqiqatlara görə, Avropada Renessansdan əvvəl formalaşan əksər fəlsəfi fikir və nəzəriyyələrin formalaşmasının əsas məxəzlərindən biri məhz İslam bölgəsi filosoflarının şərhləri və onlara məxsus fəlsəfi ideyalar olub. Bu bölgənin filosofları qədim Yunan və Roma mütəfəkkirlərinin əsərlərinə yalnız təfsirlər yazmaqla kifayətlənməmiş, qədim yunan fəlsəfi fikrini İslam bölgəsi fəlsəfi mədəniyyəti nailiyyətləri ilə birləşdirərək onu zənginləşdirmişlər. Bu şərhlərin təsiri isə istər Şərqdə, istərsə də Qərbdə hiss edilmiş və hər iki bölgədə yeni fəlsəfi mühitin formalaşmasına xidmət etmişdir.\nTarixdən məlum olduğu kimi, VIII əsrin sonlarından etibarən antik fəlsəfənin Şərq dillərinə tərcümə edilməsi Xilafət ərazisində geniş vüsət aldı [14; 15]. Qədim yunan və romalı müəlliflərin fəlsəfi əsərlərinin Şərq dillərinə tərcümə edilməsi adı çəkilən bölgədə elm və maarif sahəsində baş verən elmi, mədəni canlanmanın inkişafına öz təsirini göstərmiş oldu. İngilis tədqiqatçısı Ç.Bateruorsun fikirncə, eyni canlanmaya bənzər vəziyyət xeyli sonralar Qərbdə də təkrar olundu. Tədqiqatçı yazırdı: “Antik fəlsəfə Şərqə necə ayaq basmışdısa, eləcə də Şərq fəlsəfəsi və antik fəlsəfəni yaşadan və inkişaf etdirən Şərqli filosoflar, təbiblər, riyaziyyatçılar, coğrafiyaşünaslar Qərbə ayaq basdılar və bu bölgəyə yeni fikir, yeni söz gətirdilər”. (3, 80). Ç. Bateruors və Uott Montqomeriyə görə, Qərb dünyası əvvəllər öz ənənəvi, köhnəlmiş və heç bir fəlsəfi mahiyyət kəsb etməyən təfəkkür tərzindən əl çəkməsə və Şərqli müəllifləri lənətləsə də sonralar “özü” bundan ancaq xeyir gördü. Şərq mütəfəkkirlərinin geniş surətdə təfsir yazdıqları və mühüm əlavələrlə yenidən işlədiyi fəlsəfi məxəzlər daha sonra Qərbdə latın, fransız, ingilis dillərinə tərcümə edilməyə başlandı. Nəticədə Qərb müəllifləri fəlsəfə, riyaziyyat, astronomiya, kimya, tarix, coğrafiya, və digər elm sahələrində sadəcə antik müəlliflərə deyil, onlardan daha çox islam mədəni bölgəsinin filosoflarına, tarixçilərinə, riyaziyyatçılarına müraciət edirdilər. Misal üçün, B.Karlığa qeyd edirdi ki, Yuhanna əl-İsbani adlı yəhudi filosof İbn Sinanın Məntiq əsərini, Gundissalinus Əş-Şəfa və Qəzzalinin Məqasid əl-Fəlasifə əsərini, Gerardo de Cremona isə Əl-Kindinin bir neçə fəlsəfi traktatlarını Qərb dillərinə çevirdilər. Belə nümunələrin sayını artırmaq mümkündür. Bütün bunlardan aydın olur ki, ərəb dilindən edilən fəlsəfi tərcümələrin Qərbdə geniş vüsət alması adı çəkilən bölgədə Renessans mədəniyyətinin ərsəyə gəlməsində böyük rol oynamışdır (10, 24).\nMövcud tədqiqatlara görə XIII və XIV əsrlərdə yaşamış bir çox Avropalı filosofun müsəlman mütəfəkkirlərinin əsərlərindən geniş surətdə təsirləndiklərini iddia etmək mümkündür. Tədqiqatçılar onu da qeyd edirlər ki, avropalılar Şərqli müəlliflərə o qədər heyran qalmışdılar ki, fəlsəfi dilin ərəb dili olmasını zənn edərək ciddi əsərlərini bu dildə qələmə almağa çalışırdılar (10, 52). Fəlsəfə tarixçisi Əbdürrəhman Bədəvi qeyd edir ki, Böyük Albert adıyla məlum olan Albert Magnus (1207-1280) öz əsərlərində İbn Sinaya xeyli istinad etmiş, İbn Sinanın Nəfs, Fəal Əql, Əqllər dünyası, Tanrı-İnsan münasibətləri, varlıq məsələsi, həyula, emanasiya və s. nəzəriyyə və ideyalarını mənimsəyərək onları təfsir etməyə cəhd göstərmişdir. Akvinalı Tomas və Albert də Farabidən təsirlənərək onu təqlid etməkdən xilas ola bilməmişlər (10; 12).\nFilosof və ictimai-siyasi xadim İbn Rüşdün adı ilə bilavasitə bağlı olan averroizm Avropada müstəqil fəlsəfi cərəyan kimi tanınmış və xeyli mütəfəkkir alimi öz ətrafında birləşdirmişdir. Tarixdən məlumdur ki, İbn Rüşdün Qərbi Avropada fəlsəfə nəzəriyyələri üzərində təsiri uzun müddət, XVII əsrə qədər davam etmişdir (14, 15). Xüsusilə də Avropada İbn Rüşdü indi də antik yunan fəlsəfəsini şərh edən və geniş təfsirini verən mütəfəkkir olaraq tanıyırlar. Belə ki, Qərb fəlsəfi düşüncəsinin formalaşma dövrünü və istiqamətlərini müşahidə etdikdə Farabi və İbn Sinadan daha çox İbn Rüşdün təsirini (Averroizm) müşahidə edirik. Averroizm təxminən iki-üç əsr boyunca Qərbi Avropada (xüsusilə, Fransa, İspaniya, Portuqaliya, İtaliya) böyük təsir gücünə malik olmuş fəlsəfi cərəyandır. Çoxsaylı tədqiqat işlərindən belə bir nəticəyə gəlmək olar ki, averroizm, İbn Rüşdün Aristotelin əsərlərinə yazdığı şərhlərin 1228-1235-ci illərdə Mişel Skot tərəfindən tərcümə edilməsiylə başlanmışdır. Mişel Skot Kral II Fridrixin Palermo şəhərindəki sarayında astroloq vəzifəsində işləyirdi. Averroizmi təmsil edən ən böyük simalardan biri Brabantlı Siqer (1235-1284) olmuşdur. Bu barədə geniş araşdırmalar aparan rusiyalı tədqiqatçı Q.V.Şevkina, qələmə aldığı “Сигер Брабантский и парижские аверроисты” əsərində qeyd edir ki, Paris Universitetinin ziyalı mühiti İbn Rüşdün fəlsəfəsinin məhz “həqiqət”in özü olduğuna inanır, “ikili həqiqət” ideyasını müdafiə edir, fəlsəfi həqiqətin dini həqiqətlə bərabər mövcudluğunu inkar etmirdilər. Misal üçün, avropalı filosoflardan Jan de Jandunun Akvinalı Tomasa yazdığı tənqidi xarakterli məktublarında İbn Rüşdü fəlsəfənin hamisi adlandırır və onun görüşlərinin doğruluğunu israrla təkid edirdi. Əhməd Fuad əl-İxvani İbn Rüşdə yönələn təndiqi fikirləri qəti şəkildə rədd edərək, onun təqdirəlayiq xidmətlərindən və o cümlədən şərhlərindən söhbət açaraq qeyd edir ki, Avopada sonradan ortaya çıxan din ilə dövlətin ayrılğı məsələsi də məhz İbn Rüşdün dini inancla, fəlsəfi təfəkkürün ayrılığı prinsipindən qaynaqlanır (16, 299). Bu görüşü öz əsərlərində əsaslandıran Marsel de Pado siyasət elmində bu ideyadan faydalanmağın zəruriliyini vurğulamışdır. Marsel de Pado qeyd edirdi ki, averroizm bir-biri ilə zidd iki məfhumda dini və fəlsəfi olaraq iki ayrı həqiqətin, başlanğıcın olmasını vacib hesab edir. Əl-İxvani İbn Rüşdün Aristotel fəlsəfəsini şərh etdiyi üçün Avropada necə məşhur olduğunu və necə böyük və ağır işin öhdəsindən gəldiyini ifadə edərək yazır: “İbn Rüşd, İbn Tüfeylin bir gün onu dəvət edərək, Xəlifənin Platon və Aristotelin sözlərini anlamaqda çətinlik çəkdiyini qeyd edib deyir: “Əgər bir nəfər bu əsərləri toplayaraq əsl mahiyyətini açıqlasaydı, insanlara onları başa düşməkdə əvəzsiz xidmət etmiş olardı”. (17, 338) Filosof İbn Tüfeyl, yaşlılığını və hökümətdəki rəsmi işini bəhanə edərək İbn Rüşddən bu işi öz üzərinə götürməsini xahiş etdi”. İbn Rüşd Aristotelin əsərlərinə şərhlər yazmağa başladı. Bu onu “şarih” adi ilə Xilafət nəzdində məşhurlaşdırdı və Orta əsrlər Qərbi Avropasında tanıtdırdı. Bu məlumatı fransız müəllif Boje (Bouyges) öz əsərində qeyd edərək averroizmin təsirinə aid Avropada çoxsaylı nümunələr gətirilməsinin mümkünlüyünü izah edirdi.\nMüsəlman Şərqinin Qərb mədəniyyəti üzərindəki təsiri barəsində tədqiqatların olmasına baxmayaraq İslam mədəni bölgəsi fəlsəfi düşüncəsinin Avropa Universitetlərində ortaya çıxması və buradakı tədrisdə rolu çox az öyrənilmişdir. Halbuki, Orta əsrlər Qərb qaynaqları XIII əsrdən etibarən Avropanın mərkəzi şəhərlərində (Paris, Oksford, Madrid, Budapeşt, Kiyev və s.) birbirinin ardınca Universitetlərin açılmasında İslam Şərqinə məxsus elm sahələrinin, xüsusilə də fəlsəfə elminin mühüm təsirinin olduğunu göstərirlər. Bu universitetlərdən Paris və Bolonyada məlum təsir daha çox olmuşdur (1200-ci il).\nYarandığı zaman latın dilindəki adı ilə Universitas magistrorum et studientium Paris, yəni Müəllim və tələbələrin Paris Elm ocağı olan Paris Universiteti müasir Qərb müəlliflərinin iddia etdiyi kimi “biliyin universallığı” məqsədindən daha çox məslək fəaliyyətlərindən ilhamlanaraq müəllim və tələbə heyətini özündə cəm edən dərnək fəaliyyəti formasında yaradılmışdı (6, 67). Ancaq 1200-ci ildə kral Filip Avqust (Filippe Auguste), həmin dövrdə Papa III İnnokenti tərəfindən dəstəklənərək bəzi kafedral məktəbləri vahid bir mərkəzdə toplamağı qarşısında məqsəd qoyduqda, Paris elmi dərnəyi bir Universitet görkəmini qazanmış oldu (9, 24).\nVan Steenbergen qeyd edir ki, qısa zamanda Avropada Xristian mədəniyyətinin mərkəzinə çevriləcək olan Universitetlər beləcə üstün formada ekleziastik hakimiyyət hesab edilən Papalıq tərəfindən əsaslandırılır və onun nəzarəti altında tutulurdu (6,30).\nQərbi Avropa Universitetlərində tədris zamanı teologiyaya ağırlıq verilirdi. Belə ki, bütün elmlər son məqsəd olaraq teologiyada bütünləşmiş bir formada cəmlənmişdi (1;13). Tarixə müraciət etsək görərik ki, Paris və Bolonya Universitetlərində tədqiqatlar kilsənin tələbləri səviyyəsində qiymətləndirilirdi.. Universitet tədrisinin ilk mərhələsi İncəsənət Fakültəsi nəzdində “Sərbəst Sənətlər” adı altında tədris edilirdi. Burada alınmış tədrisdən sonra tələbələr Universitetlərin hüquq, tibb və xüsusilə də teologiya fakültələrində oxumaq imkanı əldə edirdilər.\n“İncəsənət” fakültəsi XIII əsrdə Parisin sərbəst peşə məktəblərindən miras qalmış və bu məktəblər demək olar ki, hələ də Abelayarın qoyduğu sistemdən faydalanmaqdadır. Benson yazır: “Abelyar məntiq elmlərində “Aristotel məntiqini” əsas qəbul etdirmiş və “trivium” olaraq müəyyən edilən filologiya, dialektika və ritorika elmlərini tədris sahəsinə daxil etmişdir. Universitetlərin tədrisində başlıca iki metoddan istifadə edilirdi. Birincisinə Lectio-dərs adı verilirdi. Burada Aristotelin əsərləri, teologiya (Perre Lombardın təlimləri) və İncil tədris edilirdi. İkincisinə disputatio – diskussiya adı verilirdi. Bir növ elmi cədəl (dialektika) hesab edilən bu müzakirələr bir müəllimin yaxud yetkinlik imtahanı vermiş bir tələbənin idarəsində keçirilirdi.” (2, 87).\nMəlumdur ki, İbn Sinanın latın dilində tərcümələri, Farabi və əl-Kindinin əsərləri hələ 1180-ci ildən etibarən sərbəst sənət məktəblərinə daxil olmuşlar. XIII əsrin başlanğıcında Fransa Universitetlərinin elmi mühitinə Aristotelin Şərq filosofları vasitəsilə tərcümə və təfsr edilmiş əsərləri daxil olmağa başladı. Bu, islam mədəni bölgəsi filosoflarının şəxsiyyətlərinə və əsərlərinə Universitet nəzdində böyük maraq oyandırdı. Farabi, əl-Kindi, İbn Sina, Qəzzali, İbn Tüfeyl, İbn Misqəveyh və İbn Rüşdün əsərlərinin latın dilinə tərcümələri bu əsərlərin eyni zamanda Avropalı alimlər tərəfindən böyük bir heyranlıqla oxunulmasına səbəb oldu (2; 8). Belə ki, bu əsərləri Paris Universitetinin tədris proqramına daxil edənlər də “İncəsənət” fakültəsinin müəllimləri və tələbələri olmuşdular. Bu elm ocaqları qeyd olunan əsərlərin Universitetin kitabxana külliyatına daxil edilməsini də tələb edirdilər. Bu istək və tələblərin nəticəsində XIII əsrdə Paris Universiteti tərkibində Paris “İbn Sinaçılığı” və Paris “İbn Rüşdçülüyü” adı verilən cərəyanlar əmələ gəlmişdi. Paris Universitetinin açılmasına qədər Şərq düşüncəsinin Qərbdə ciddi bir tərəfdar kütləsinin mövcudluğu təkzib edilməzdir. Məsələnin ciddiliyini və aktuallığını qeyd edərək tədqiqatçı alim Q.V.Şevkina yazır: “Şərq filosoflarının əsərlərinin Papa hakimiyyətinə tabe olan Paris və Bolonya Universitetlərində tədris edilməməsi, məktəb səviyyəsində müəllimlərin və tələbələrin geniş iştirakı ilə iri miqyaslı narazılıqlarına səbəb olmuş və “universitet böhranları” adı ilə tarixə düşmüşdür” (11, 40; 12).\nParis Universitetinin açılışı zamanı bəzi müəllimlərin və hətta tələbələrin əlində İbn Sinanın əsərləri artıq mövcud idi. Bu düşüncələri paylaşan müəllimlərə ingilis mənşəli Jon Blund başçılıq edirdi (16, 71). Bu şəxs ərəb dilini bildiyi üçün islam bölgəsi filosoflarının əsərləri, və Şərq düşüncə tərzi ilə də tanış olmuşdu. Universitetin müəllim və tələbə kollektivində müsəlman alimlərinin əsərlərinə hiss edilən ehtiyac, xüsusilə Aristotelin fəlsəfə ilə əlaqədar kitablarının ərəb dilindən latın dilinə tərcümə edilməsi və Universitet mühitinə daxil olması 1210-cu ildə böyük bir canlanmaya səbəb olmuşdu. Məhz bu zaman Parisin Sent regionunda həyata keçirilən ekleziastik yepiskop məclisində qərar qəbul edilərək Universitetdə Aristotelin fəlsəfəyə aid kitablarıyla birlikdə Farabi, İbn Sina, Qəzzali və digərlərinin əsərlərinin tədrisini də qadağan etdi. Kilsə qərarında bu mütəfəkkirlərin əsərlərinin tədrisi ilə məşqul olanların kilsə tərəfindən lənətlənib cəzalandırılması da nəzərdə tutulurdu. Lakin bu qadağalara əməl olunmadığından 1215-ci ildə qadağaları nəzərdə tutan qanunların qəbulu yenidən təkrarlandı. Belə ki, Şərq mütəfəkkirlərnin əsərlərinə hiss edilən ehtiyac Universitet daxilində müxtəlif vasitələrlə təmin olunmağa başlandı. Qadağaya itaət etməyən müəllimlər və tələbələr idarə edici heyət tərəfindən kənar edilirdilər. 1215-ci ildə kənar edilən müəllimlər arasında Amury de Benes, David, Dinant və müsəlman teologiyasına hədsiz marağı ilə səs salmış Maurikus Hispanus var idi (2, 142).\nTədqiqatçı alim, Əbdürrəhman Bədəvi də parisli müəllimlər arasında Şərq mütəfəkkirlərinin düşüncəsinin şiddətli müdafiəçiləri olduğunu qeyd edir. Papa tərəfindən verilən qadağalara tabe olan Universitet idarəçilərindən olan Pere de Vauksa görə bu müəllimlərin başında Guillame de Auverqne dayanırdı. Bu şəxs “Parisdə İbn Sina təsiri”nin başçısı hesab edilirdi. Auverqne dərslərinin birində Şərq düşüncəsinin ən möhtəşəm təmsilçisinin İbn Sina olduğunu vurğulamış, ona olan heyranlığından adını bir dərsdə 40 dəfə təkrar etmişdi. Qaynaqlardan məlum olur ki, Universitet nəzdindəki müəllimlərin qadağalarına baxmayaraq Universitet tələbələri İslam mədəni bölgəsinə məxsus əsərləri gizli əldə edir və oxuyurdular. 1215-ci ildə qoyulan qadağadan sonra ağır şəraitdə Şərq fəlsəfi düşüncəsini əks edən, nəzəriyyələrini oxuyub öyrənmək marağında olan gizli tələbə qrupları ortaya çıxdı. 1230-cu ildə Paris və Bolonyada “İbn Sina təsiri altında olan cərəyanlar” meydana çıxmışdı.\nƏ.Bədəvi, Avropa Universitetlərinə averroizmin daxil olmasıını 1230-cu il hesab etsə də əslində bu tarix daha əvvələ gedib çıxır, çünki hələ 1229-cu ildə Universitetin tərkibində İbn Rüşdün təsiri altında olan fəlsəfi ideyaların müzakirəsi məsələsi ortaya çıxmış və qeyd olunan hadisə böyük mübahisələrə səbəb olmuşdu. Bir başqa diqqəti cəlb edən məsələ isə Maykl Skotun 1227-ci ildə İbn Rüşdün Aristotelin “Göy kitabı”na (Traité du ciel) yazdığı “Şərhlər”in tərcümə edilməsi və bunun Universitet nəzdində məlum olması idi. Bu məlumatlar İbn Rüşdün əsərlərinin 1225-ci ildən gec olmayaraq Paris və Bolonyada Universitetlərin müəllimlər və tələbələr heyəti tərəfindən böyük marağa səbəb olmasına işarədir. Həmin maraq “averroizmin” formalaşmasına və genişlənməsinə də təsir etmişdir. İbn Rüşdə yönəlmiş bu maraq İbn Rüşd tərəfdarlarının və ona qarşı olanların da əks cəbhələrdə formalaşmasına təkan verdi. Bu məsələ ilə əlaqədar Seyid Müctəba Lari xeyli dəlillər gətirərək məsələni ətraflı izah etmişdir (18, 143). Bunun nəticəsi olaraq İbn Rüşd təsirində olanlar “monopsixist” və İbn Rüşd ideyaları da “monopsixizm” kimi dəyərləndirilərək kəskin tənqid və təqib edildi. Monopsixizm nəzəriyyəsinə görə İbn Rüşd “əql nəzəriyyəsi”ndə “fəal əql”i “mümkün əql”dən ayırır və mümkün əqlin qabiliyyət dərəcəsini yüksəltməklə onu bütün insanlara şamil edirdi. İbn Rüşdün bu ideyası isə heç bir irqi, dini və coğrafi ayrı-seçkilik qoymadan insanları “mümkün əqldə” birləşdirmək kimi ümumbəşəri niyyətindən qaynaqlanırdı. Bu görüş xristianlığın təlqin etdiyi ideyalara ciddi təsir göstərir, yeri gəldikcə isə, əqli səviyyədə insanları bərabərləşdirmək məqsədi güdərək onlara qarşı idi. Belə bir nəticəyə gəlmək olar ki, İbn Sina və İbn Rüşd kimi filosoflar, müasir dünyada belə mövcud olan qütblərarası əqli bərabərsizlik ideyasına cəmiyyətdə əksi görüşləri müdafiə edirdilər. Onlar insanların əqli təfəkkür qabiliyyətini əks qütblərə bölməmiş, Şərqi Qərbdən ayırmamış, hər hansı birini səviyyəsinə görə digərindən üstün hesab etməmişlər. İslam mədəni bölgəsinin fəlsəfi düşüncə tərzini təbliğ edən filosofların fikir və ideyalarına görə tarixin hər bir kəsiyində müəyyən bir xalq özünün elmi nailiyyətləri ilə öndə ola bilər. Lakin əsas məqsəd bu nailiyyətləri ilə iftixar hissinə qapılıb, digərlərini xor görməməkdir.\nMəqaləmizdən məqsəd bir daha oxucuya çatdırmaqdır ki, Avropa Universitetləri içərisində sayılıb seçilən Paris, Sorbonna və Bolonya Universitetlərinin açılmasının ilk illərindən etibarən burada bariz formada İslam düşüncəsinin təsiri özünü göstərib. Universitetlərin açıldığı dövrdən başlayaraq (1200-1300) burada demək olar ki, əsrlər boyu averroizmlə bağlı müzakərələr və fikir mübadiləri olub. Şərq filosoflarının əsərlərinin Parisdə və Avropada ortaya çıxması Qərbi Avropa Renessansını tarixən reallaşdıran intellektuallara da böyük təsir göstərdi. Fransanın, İtaliyanın və digər Qərbi Avropa ölkələrinin intellektualları islam bölgəsi fəlsəfəsinə və averroizmin bir təlim kimi şərhlərinə böyük əhəmiyyət vermiş, Kilsə təlimlərinə qarşı müxalif olan görüşlərində məhz bu fikirlərə istinad etmişlər.\nSorbonna, Paris, Bolonya kimi Avropa Universitetlərinin elmi ictimaiyyətinə 1225-ci ildən məlum olan Averroizm fəlsəfi cərəyanına aid fikirlər uzun bir müddət ərzində gizli tədris edilmişdir. Hələ 1265-ci ildə şəxsən özü ifrat averroist olan Siqer de Brabant Paris Universitetində İbn Rüşd fəlsəfəsindən mühazirələr oxuyurdu. Bu kimi hadisələr Papa və ümumilikdə kilsə rejiminin ciddi narazılığına və 1267-68-ci illərdə yeni şiddətli qadağaların qoyulmasına səbəb olmuşdur. Averroizmin təsiri Paris, Bolonya və Sorbonna Universitetlərinin sərhədlərini aşan müzakirələrə və mübahisələrə təkan vermiş oldu (8; 12). Renan yazır ki, Seint Bonevantureden Tomas de Akvinə qədər bəzi teoloqlar İbn Rüşd əleyhinə əsərlər qələmə almış və onu “peripatetik filosofları yoldan çıxaran insan” adlandırmışlar (11, 12). 1270-ci ildə qəbul edilən kilsə qərarnaməsi ilə 13 fəlsəfi məsələnin Universitetdə tədrisi qəti qadağan edilmişdir. Bu məsələlər “monopsixizm”, “iradə determenizmi”, “dünyanın əbədiliyi” və “ilahi qədərin rəddi” ilə əlaqədar olan məsələlərdir (11; 12; 13). Qeyd etmək lazımdır ki, bu qadağalardan sonrakı zaman da 1270-1277-ci illər, universitetdə məhz avveroist fəlsəfi təlimi ilə əlaqədar olaraq gərgin, mübarizəli dövr kimi yadda qalmışdır. Lakin bu qadağalar averroizmin yayılmasının qarşısını ala bilmədi, əksinə 1277-ci ildə qadağan olunan məsələlərin sayı artıq 210-a qədər çoxalmışdı ki, bu da nəticədə bəzi müəllimlərin və tələbələrin, kilsə tərəfindən lənətlənmələrinə və inkivizisiya məhkəmələrində ittihamına səbəb oldu (18, 34-39).\nGüman edirik ki, mövcud tarixi sənəd və tədqiqatlara istinadən gətirdiyimiz məlumatlar bir daha İslam bölgəsi klassik fəlsəfi irsinin Avropada fəlsəfənin tədqiq və tədris yolu ilə inkişafına mühüm təsirini və İbn Rüşdün monopsixizm ideyası və təliminin bu gün də elmi, mənəvi və siyasi aktuallığını göstərir.\nƏdəbiyyat:\n1. Bedevi Abdurrahman, Batı Düşüncesinin Oluğumunda İslam’ın Rolü, çev. M. Tan, İstanbul 2002.\n2. Benson R. L., Constable G., Renaissance and Renewal in the Twelfth Century, Oxford 1982\n3. Butterworth Ch. E. – Kessel B. A., İslam Felsefesinin Avrupa’ya Girişi, türkçe çev. Ö. M. Alper, İstanbul 2001.\n4. Karlığa B, İslam Düşüncesinin Batı Düşüncesine Etkileri, İstanbul 2004.\n5. Şeyban L, Reconquıstra: Endülüs’te Müslüman-Hıristiyan İlişkileri, İstanbul 2003.\n6. Van Steenbergen F., La Philosophie au XIIIéme Siécle, Louvain-Paris 1966\n7. Кулизаде Зумруд. Закономерности развития восточной философии и проблема «Запад-Восток», Изд. АН Азерб. ССР, Баку, 1984\n8. Фролова Е.А. История средневековой арабо-исламской философии, Учебное пособие, Москва, 1995\n9. Философский энциклопедический словарь. М.: Сов. Энциклопедия, 1983\n10. Очерки арабо-мусульманской культуры V- XV вв. М., 1982 c. 75-215\n11. Ренан Э. Аверроэс и аверроизм.—Собр. соч., т. 8. Киев, 1902;\n12. Шевкина Г. В. Сигер Брабантский и парижские аверроисты 13 в. М., 1972\n13. Multiple Averroes. P., 1978;\n14. Leaman O., Averroes and his philosophy. Oxf., 1988.\n15. http//www.orientalphilosophy.org"
] | [
"https://web.archive.org/web/20160305195805/http://orientalphilosophy.org/117-monoqrafk-eserlern-bbloqrafyas.html",
"https://web.archive.org/web/20130903122137/http://orientalphilosophy.org/nesrler/meqale/135-slam-felsefesinin-tesiri.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q457485--Tarixi-1 | 1 | Salyan rayonu | Salyan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Salyan şəhəridir. | Tarixi | right|350px|thumb|Salyan rayonu ərazisində tapılmış çıraq
Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K.Sadovski Salyan sözünün fars dilindəki "sal"-il, yaxud "salyane" – yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars, ərəb rus lüğəti"nin müəllifi İ.Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi, "Lüğəti Naci"nin müəllifi Naci də K.Sadovski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K.Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir.
Salyandan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu. Tarixi mənbələr göstərir ki,1295–1304-cü illərdə Elxani hökmdarı, islamı qəbul etdikdən sonra Mahmud adını almış Sultan Məhəmməd Qazan xan tərəfindən 1295-ci ildə Kür çayının mənsəbində, indiki Salyanın yerləşdiyi ərazidə şəhər salınmışdır. Şəhər Qazan xanın şərəfinə Mahmudabad adlandırılmışdır.
Ehtimal olunur ki, şəhər zaman-zaman Muğan, Hüştəsfi və Mahmudabad adını daşımış və sonradan Salyan adını almışdır.
Amma nəzərə alsaq ki, Salyanın indiki ərazisindən hələ qədim dövrlərdən köhnə karvan yolları keçmişdir və bu karvan yollarından istifadə edən karvanlar istər-istəməz Kür çayını keçməliydilər. O da məlumdur ki, həmin vaxtlarda Salyan ərazisində Kür çayı üzərindən heç bir körpü olmayib və çayı keçmək yalnız və yalnız "sal , bərə" vasitəsiylə mümkün olub.Çox güman ki, Salyan adı da yuxarıda göstərildiyi kimi salın,bərənin sahilə yan aldığı yer mənasında Salyan olmuşdur. Əlavə olaraq onuda nəzərə almaq lazımdır ki, Salyan şəhərində, Kür çayının sahilində hamının tanıdığı "Köhnə bərə ağzi" deyilən məhəllə bu gün də mövcuddur. Ümumiyətlə, Salyan rayonunun ərazisindən Kür çayının üzərindən keçid 1946-ci ilə qədər, yəni birinci Salyan körpüsünün istifadəyə verildiyi ilə qədər yalnız sal və bərə vasitəsiylə mövcud olmuşdur.Bütün bunlar onu deməyə əsas verir ki, Salyan sözünün şəhər adı kimi tarixi, Mahmudabad və Hüştəsfidən də qədimdir.
1680-ci ildə şahın fərmani ilə Salyan və Quba xanlığı birləşdirilib və mərkəzi Xudat şəhəri olmaqla 1-ci Hüseyn xanın hakimiyətinə verilmişdir. (Salyan qazisi Hüseyn xan Rüdbarinin qızıyla evlənib və şiəliyi qəbul etdiyinə görə ərmağan olaraq)
Quba xanı 1-ci Hüseyinin, Salyan qazisının qızıyla nigahindan qızı doğulur.Sonralar bir qayda olaraq Salyan valiləri Hüseyn xanın həmən qızının nəslinin nümayəndələrindən təyin olunurdular.
Nadir şahın hökmranlığı dövründə 1735-ci ildə Salyan Quba xanlığının tərkibindən ayrılmış və müstəqil inzibati varlıq kimi birbaşa mərkəzi hakimiyyətə tabe olmuşdur.Həmin illərdə şəhərin valisi Həsənbəy xan olmuşdur.
1747-ci ildə Nadir şahın ölümündən sonraki dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanlıqlar dövrundə Quba xanı 1-ci Hüseyinin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək , Quba xanlığından ayrıldığını və özünü mustəqil xan olduğunu elan edir.Amma cox keçmir ki, Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardim istəyir.1757-ci ildə hələ o zaman Quba xanlığının taxtina oturmamış vəlihəd Fətəli xan başçılıq etdiyi döyüşçü dəstələri ilə Salyanlıların köməyinə gəlir İbrahim Rüdbarini Salyandan qovur. Beləliklə İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan xanlığı yenidən Quba xanlığının tərkibinə keçir.
1757-cı ildən 1768-cı ilə qədər Salyanın hakimi Kəlbə Əli xan olur.
Ondan sonra 1782-ci ilə qədər Salyanın xani Qubad xan olur.
1782-ci ildən 1791-ci ilə qədər Salyanın xanı olmuş Şeyx Əli xan isə sonradan Quba Xanı olmuşdur.
1760-cı ildə Salyanda olan səyyah Biberşteyn öz yazılarında göstərir: "Salyanın əhalisi çoxdur və onların əksəriyyəti zəngin və varlı yaşayırlar. Burada Kür çayında balıq ovundan yaxşı gəlir əldə olunur. Vətəgələrin çoxusu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir. İcarə haqqı ildə 50 min gümüş pulla ölçülür"
1774-ci ilin yayında Qaytaq üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan zaman Fətəli xan Salyana sığınır və 10 ay burada yaşayır və qoşun toplayır.
Tarixi mənbələrdə göstərilir ki, miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə rastlaşır. Qanlı döyüşlərdə şah ordusu coxsayli itkilər verdikdən sonra şəhər əhalisinin böyuk bir hissəsi öldürülmüş, Salyan şəhəri isə tamamilə yandırılıb dağıdılmışdır. 1797-ci uldə isə Quba Xanı Hüseyn Əli xanin təşəbüsü ilə Salyanın aşağı kəndləri olan Boyat və Qaraimanlı kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə başlanmışdır. (Həmin kəndlər indi Neftçala rayonunun ərazisindədir.)
1852-ci ildə Salyan şəhərinin ərazisi 150 desyatin (təqribən 1 600 km²) olmuşdur ki, bununda 95 des. tikinti altinda olub. 1852-ci ildə Salyanda 1125 şəxsi ev olub. Bunun 1118-i müsəlmanlara, 7-si isə digər millətlərə məxsus olmuşdur. Həmən ildə Salyanda 7 məscid, 3 karvansaray, 1 bazar, 5 hamam, 28 özəl müsəlman məktəbi, 5 meydan, 32 küçə, 24 bağ olmuşdur.
1863-cü ildə şəhər idarəçiliyi polis-pristav üsul idarəsinə verilib və həmən ildən şəhərin genişlənməsi başlayıb. 1863-cü il kameral siyahıya alınmada aydın olur ki, Salyan şəhərində 1292 ev 10634 nəfər sakin olmuşdur. 1868-ci ilin fevralında Çar Rusiyası zamanında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır və Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olur.
1881-ci ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur. Həmin ildə Salyanda 12 kvartaldan ibarət olmaqla 35 küçə, 2 meydan, 1 bazar, 2 müsəlman və 1 xristian qəbirstanlığı, 1 rus və 12 türk məktəbi olduğu bildirilir. 1881-ci ildə Salyanda 2323 kərpic ev olmuşdur. 1897-ci ildə Salyanın 11787 nəfər əhalisi olub.
AXC dövründə Bakıda mənzillənən erməni-rus qüvvələri bir neçə dəfə Salyana hücum etməyə cəhd etmişdilər. 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatmışdılar. Sənədlərdə gəmilərin adları da qeyd olunur: "Krasnovodsk", "Yelets", "İraq", "Bakinets", Salyanets", "Demosfen". Gəmilər Kür çayına keçmiş və erməni-daşnak quldurları çayın ətrafında olan kəndləri qarət etmiş, insanları vəhşicəsinə qətlə yetirmişdilər. Onlar Salyan yaxınlığında yerləşən Kür Qaraqaşlı kəndinə qədər gəlib çatmışdılar. Quldurlarının keçdiyi istiqamət Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəll, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndləri üzrə sıralanırdı. Ermənilər Kür çayı boyunca olan bu kəndlərdən başqa, digər yaxın kəndlərə də soxulmuşdular. 540-dan çox evi dağıtmış, yüzdən çox evi yandırmışdılar. Çoxlu sayda ərzaq məhsulları, qiymətli məmulatlar, bəzək əşyaları, qızıl və kağız pulları qarət etmişdilər. Erməni silahlılarına qarşı Salyan qəzasının vətənpərvər insanları özünümüdafiə dəstələri təşkil etmişdilər. Bu işdə Salyanın nüfuzlu ruhaniləri böyük rol oynamışlar. Onlar qəza əhalisini azğın kafirlərə qarşı cihada çağırmışdır. Mirbağır ağa Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə kömək üçün məktubla müraciət etmişdir. Erməni-rus hərbi qüvvələri Kür Qaraqaşlıya çatdığı gündən bir gün əvvəl köməyə gələn türk hərbi qüvvələri Salyanda Kür çayı boyunca yerləşib mövqe tutmuşdular. Yerli könüllülərlə birlikdə keçmiş çar ordusunda xidmət etmiş vətənpərvər azərbaycanlı mayor Nazim Ramazanovun hərbi qüvvələri də onlara qoşulmuşdular. 5-ci Qafqaz ordusundan 100 nəfərə yaxın türk hərbi qüvvələri Salyana – köməyə gəlmişdi. Kür Qaraqaşlı kəndində Kür çayının Qaraboğaz adlanan ərazisində yerli könüllülər və türk əsgər və zabitləri döyüşə hazır vəziyyət aldılar. Qazılmış səngərlərdə türk əsgərləri ilə yerli özünümüdafiə qüvvələri birlikdə yerləşirdilər. Döyüş 1918-ci il iyunun 28-də baş verdi. Nəsir Yücəərin "Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı" kitabının 106-cı səhifəsində oxuyuruq:
İyunun 28-də türk dəstəsinə hücum edən düşmən qoşunları bir nailiyyət əldə edə bilmədi, iyunun 29-da düşmənin sağ tərəfdən mühasirəyəalma təşəbbüsü milis atlıları tərəfindən dəf edildi. İyulun 2-nə dəqər davam edən toqquşmada düşmən çox pis biçimdə parçalandı və pərişan bir vəziyyətdə, milis süvari alayının təqibi altında cənuba çəkilmək məcburiyyətində qaldı.
Türklərin atdığı top atəşləri nəticəsində düşmənin bir gəmisi-"Demosfen, vurulub sıradan çıxarılır. Gəmilərin daha 3-ü ağır, 2-si isə yüngül zədə aldı. Salyanda baş vermiş birinci döyüşdə türk dəstəsindən 12 süvari şəhid olmuş, 17 süvari isə yaralanmışdı. Düşmən tərəfdən isə 192 nəfər ölmüş, 408 nəfər yaralanmışdı. Bu faktlar 5-ci Qafqaz piyada firqəsi ərkanı hərb rəisi Rüşdü Türkərin "Böyük hərbdə Bakı yollarında" kitabında qeyd edilmişdir. Salyanda ikinci ağır vuruşma 1918-ci il iyulun 12-də Novavasilyevka-Bankə xəttində olmuşdur. Döyüşdə düşmənin böyük hissəsi məhv edilmişdir. Xilas ola bilənlər isə gəmilərlə qaçmışlar. Milli dövlətimizin hərbi qüvvələri və onlara köməyə gələn qardaş türk hərbçilərinin köməyi olmasaydı, Salyanda insan qırğınlarının sayı daha da çox olardı.Salyanda ermənilərin törətdiyi qətliam
XX əsrin əvvəllərində Mirxalıq Abdullayev burada illik istehsal gücü 3–4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi tikdirmişdir. Bununla yanaşı Salyanda istilik elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana fəaliyyət göstərmişdir. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə, yeraltı hamam və xəstəxana fəaliyyət göstərmişdir. Bütün cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1864-ci ildə Salyanda metroloji stansiya yaradılmışdır. 1973-cü ilə qədər indiki Neftçala rayonun ərazisi də (1939–1959 illər istisna olmaqla) Salyan rayonuna aid olmuşdur. | [
"Salyanda ermənilərin törətdiyi qətliam\nSalyanda erməni daşnak quldur dəstələrinin törətdikləri qətl və qarətlər, yerli əhalinin və onlara köməyə gələn türk hərbi qüvvələrinin düşmənlərə qarşı döyüşləri barədə məlumatları tarix kitablarından da çox yaşlı nəsil nümayəndələrinin dünyalarını dəyişmiş ata və babalarından eşitdikləri barədə söhbətlərindən öyrənirik. Salyan soyqırımı haqqında müəyyən faktlar həmin xatirələrdə bugünümüzə qədər gəlib çatmışdır.\nLakin ümumilikdə götürdükdə də erməni daşnaklarının bu yerlərə qanlı yürüşü barədə tarixi mənbə və sənədlərdə geniş faktlar qalmaqdadır. Yeri gəlmişkən, Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı ilə əlaqədar yazılmış kitablarda həmin hadisələr tarixi faktlar əsasında öz əksini tapmışdır. Belə ki, Nəsir Yücəərin yazdığı \"Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatları” kitabı (Qafqaz Universiteti, Bakı–1999)çox qiymətli mənbələrdəndir.Yaxud 5-ci Qafqaz piyada firqəsinin ərkanı hərb rəisi Rüşdü Türkərin \"Böyük hərbdə Bakı yollarında” kitabı (İstanbul–2000) dəyərli mənbədir. \"Azərbaycan” qəzetinin 1918-ci il 3 noyabr tarixli 29-cu nömrəsində dərc edilmiş \"Maraqlı bir sənəd” məqaləsindəki faktlar da erməni vəhşiliklərini üzə çıxaran təkzibedilməz faktlardır.\nErməni-daşnak quldur dəstələri 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatmışdılar. Sənədlərdə gəmilərin adları da qeyd olunur: \"Krasnovodsk”, \"Yelets”, \"İraq”, \"Bakinets”, Salyanets”, \"Demosfen”. Gəmilər Kür çayına keçmiş və erməni-daşnak quldurları çayın ətrafında olan kəndləri qarət etmiş, insanları vəhşicəsinə qətlə yetirmişdilər. Onlar Salyan yaxınlığında yerləşən Kür Qaraqaşlı kəndinə qədər gəlib çatmışdılar. Quldurlarının keçdiyi istiqamət Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəll, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndləri üzrə sıralanırdı. Ermənilər Kür çayı boyunca olan bu kəndlərdən başqa, digər yaxın kəndlərə də soxulmuşdular.\nSənədlər təsdiq edir ki, Kür çayı boyu yerləşən həmin kəndlərdə erməni quldurları dəhşətli qətl və qarətlər, görünməmiş vəhşiliklər törətmişdilər. Silahsız, müdafiəsiz insanların çox az bir hissəsi uzaq kəndlərə qaçıb canlarını qurtarmışdılar. Qeyd etdiyimiz \"Azərbaycan \" qəzetinin 1918-ci il 3 noyabr tarixli nömrəsində dərc edilmiş \"Maraqlı bir sənəd” məqaləsində göstərilir ki, Mərkəzi Kaspi Diktaturasının üzvü Leymleyn, Kaspi Donanmasının baş komandanı Xaçikova bir məxvi sənəd təqdim etmişdir. Rus dilindən tərcümə edilmiş bu sənəd \"Ərzi-hal” adlanır. \"Ərzi-hal” erməni hərbiçilərinin Salyan və Neftçalada yerli dinc əhaliyə qarşı törətdikləri qırğın və vəhşilikləri təsdiq edən bir sənəddir. Sənəddə göstərilir ki, ermənilər heç bir əmrə tabe olmurdular, onlar yerli əhalini qarət etmək və qətlə yetirməklə məşğul idilər. Ermənilər gecələr gəmilərdə gecələyir, gündüzlər isə talançılıq edib yaramaz əməllərlə məşğul olurdular. Salyana göndərilən donanmanın komandanı Zaleski izahatında bildirir ki, sərəncamımızda 800 top mərmisi olmuş, ondan 700-ü atılmışdır. Bu fakt onu göstərir ki, erməni və onlara qoşulan antiazərbaycanlı hərbi qüvvələri Salyanda necə dəhşətli qırğınlar törətmişlər. Kəndlərdə bir-bir evlərə girən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Ermənilər onların əmrlərini yerinə yetirməyən kişiləri güllələmiş, xəncərlə doğramışdılar. Kənd əhalisinin əmlakı talan edilmişdi. Uzunbabalı kəndinin əhalisini tamam qırmışdılar. Qaralı, Musalı kəndlərində qadınları, uşaqları, körpələri güllələmişdilər. Qaralı kəndində gənc bir kənd sakini Əsgər Əsgərovdan köhnə bir aynalı tüfəng tapdıqlarına görə kənd sakinlərinə amansız işgəncələr vermin, onları güllələmişdilər. Qaralı kənd sakini 114 yaşlı mərhum Zərxanım Aslanovanın – Zərxanım nənənin söylədikləri insanı dəhşətə gətirir: \"Ermənilər heç kəsə aman vermirdilər. İnsalar canlarını götürüb hərə bir tərəfə qaçırdılar. Atam bizi – məni və bacımı yeddi gündən sonra, anamı isə dörd gündən sonra tapa bilmişdi. Həmin günlərdə Kür çayından yeddi gün öldürülmüş insanların meyitləri axdı…”\nÖtən əsrin 70-ci illərinə kimi yaşamış Kür Qaraqaşlı kənd sakini Sürəyya Abbasovanın əlini ermənilər biləkdən kəsmişdilər. Üç gün Babazanan dağının ətəyində – şoranlıqda, öldürülmüş qardaşlarının meyitləri yanında hüşsuz halda qalmış Sürəyyanı türk əsgərləri tapmışdılar. Kür çayı boyu kəndlərdən olan Ərəbbəbirxanlı kəndində ermənilərin azğınlığı, vəhşiliyi barədə yaşlı kənd sakinlərinin söylədikləri insan ağlına sığmır. Burada 70-dən çox kənd sakinini amansızcasına qətlə yetirmişdilər. Kür Qaraqaşlı kənd sakini, İkinci Dünya müharibəsi veteranı mərhum Yegan Sultanov söyləyirdi ki, ermənilər 80-dən yuxarı yaşı olan ər və arvadı tikə-tikə doğrayıb kisəyə doldurmuş, həyət qapısının qarşısına qoymuşdular. Quldurlar Kür çayının sahilində yerləşən Ərəbqardaşbəyli kəndinə girəndə əhali canını qurtarmaq üçün hərə bir tərəfə qaçmışdı. Kənd sakini Absəməd bəy Şükürbəyli öz bağında \"Quran” oxuyan zaman ermənilər bağa girib \"Quranı” əlindən alıb yerə atmış, tapdalamışdılar. Absəməd bəy müqavimət göstərəndə başını kəsmişdilər. Onun qanı yerdə olan \"Quran”ın üzərinə tökülmüşdü. Yaşlı dindarlar həmin \"Quran”ın uzun müddət şəhər məscidində saxlandığını söyləyirdilər. Ermənilər kənddən çəkilib gedəndən sonra kənd camaatı Absəməd bəyin meyidini öldürüldüyü yerdə dəfn etmişdi. O vaxtdan bu günə kimi tək qəbir kənddə qalır və əhali tərəfindən ziyarət olunur. Hətta sovet dönəmində belə kənd əhalisi Absəməd bəyin məzarını ziyarət edib ruhuna dua oxumuşlar. Məzarı üzərində ərəb əlifbası ilə yazılmış mətni oxuyuruq: ”1918-ci ilin şəhidi Absəməd bəy Şakir bəy oğlu Şükürbəyli.”\nErmənilər Kür çayının mənsəbindən Kür Qaraqaşlı kəndinə kimi Kür boyu 18 kəndi dağıtmış, təxminən min nəfərdən çox dinc, silahsız insanı vəhşicəsinə qətlə yetirmişdilər. 540-dan çox evi dağıtmış, yüzdən çox evi yandırmışdılar. Çoxlu sayda ərzaq məhsulları, qiymətli məmulatlar, bəzək əşyaları, qızıl və kağız pulları qarət etmişdilər.\nYaşlı nəslin nümayəndələri söyləyirdilər ki, Kürün sol sahilindəki Pirəbbə, Yuxarı Qaramanlı və İkinci Qaralı kəndlərinin əhalisi yaxınlıqdakı hər tərəfi düzəngah olan Dirov dağını etibarlı sığınacaq bilib burada gizlənmişdilər. Bundan xəbər tutan ermənilər geri çəkilərkən Dirov dağında gizlənənlərin heç birinə aman vermədən onları öldürmüşdülər. Dirov dağında tapılan insan skletləri də bu faktı təsdiqləyir.\nErməni silahlılarına qarşı Salyan qəzasının vətənpərvər insanları özünümüdafiə dəstələri təşkil etmişdilər. Bu işdə Salyanın nüfuzlu ruhaniləri böyük rol oynamışlar. Xüsusilə Mirbağir ağanın xidmətləri qeyd olunmalıdır. O, qəza əhalisini azğın kafirlərə qarşı cihada çağırmışdır. Mirbağır ağa Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə kömək üçün məktubla müraciət etmişdir. Ağa özünümüdafiə dəstələrinin yaradılmasını qəzanın mərd və ədalətli şəxsi Kərbəlayı Rəşidə tapşırmışdı. Ərəbbəbirxanlı kəndində gedən döyüşlərdə salyanlı özünümüdafiə dəstələri cəsarətlə vuruşub qəhrəmancasına həlak olmuşlar. Səməd ağa məscidi ətrafında gedən döyüşdə həlak olanların məzarları günümüzə qədər qalmaqdadır. O dövrdə kənd əhalisinin əksəriyyətində silah yox idi. Əkinçilik və maldarlıqla məşğul olan dinc kənd sakinləiri odlu silahla necə rəftar edildiyini belə bilmirdilər. Kür Qaraqaşlı kəndində ovçuluqla məşğul olan Ağabəylilər nəslinin ov tüfəngləri var idi. Onlar yerli özünümüdafiə dəstələrinə daxil olaraq əhalinin qorunmasında qəhrəmanlıq göstərmişlər. Onların içərisində Əli bəy Ağabəylinin fədəkarlığı xüsusilə söylənilməlidir.\nErməni-rus hərbi qüvvələri Kür Qaraqaşlıya çatdığı gündən bir gün əvvəl köməyə gələn türk hərbi qüvvələri Salyanda Kür çayı boyunca yerləşib mövqe tutmuşdular. Yerli könüllülərlə birlikdə keçmiş çar ordusunda xidmət etmiş vətənpərvər azərbaycanlı mayor Nazim Ramazanovun hərbi qüvvələri də onlara qoşulmuşdular. 5-ci Qafqaz ordusundan 100 nəfərə yaxın türk hərbi qüvvələri Salyana – köməyə gəlmişdi. Kür Qaraqaşlı kəndində Kür çayının Qaraboğaz adlanan ərazisində yerli könüllülər və türk əsgər və zabitləri döyüşə hazır vəziyyət aldılar. Qazılmış səngərlərdə türk əsgərləri ilə yerli özünümüdafiə qüvvələri birlikdə yerləşirdilər. Salyanlı könüllülər sırasında Əli bəy Ağabəyli, Kərbəlayı Rəşid, Qaçaq Usub və neçə-neçə qoçaq igidlər var idi. Döyüş 1918-ci il iyunun 28-də baş verdi. Nəsir Yücəərin \"Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı” kitabının 106-cı səhifəsində oxuyuruq: \"İyunun 28-də türk dəstəsinə hücum edən düşmən qoşunları bir nailiyyət əldə edə bilmədi, iyunun 29-da düşmənin sağ tərəfdən mühasirəyəalma təşəbbüsü milis atlıları tərəfindən dəf edildi. İyulun 2-nə dəqər davam edən toqquşmada düşmən çox pis biçimdə parçalandı və pərişan bir vəziyyətdə, milis süvari alayının təqibi altında cənuba çəkilmək məcburiyyətində qaldı”.\nTürklərin atdığı top atəşləri nəticəsində düşmənin bir gəmisi-\"Demosfen,, vurulub sıradan çıxarılır. Gəmilərin daha 3-ü ağır, 2-si isə yüngül zədə aldı. Salyanda baş vermiş birinci döyüşdə türk dəstəsindən 12 süvari şəhid olmuş, 17 süvari isə yaralanmışdı. Düşmən tərəf isə 192 nəfər ölmüş, 408 nəfər yaralanmışdı. Bu faktlar 5-ci Qafqaz piyada firqəsi ərkanı hərb rəisi Rüşdü Türkərin \"Böyük hərbdə Bakı yollarında” kitabında qeyd edilmişdir.\nSalyanda ikinci ağır vuruşma 1918-ci il iyulun 12-də Novavasilyevka-Bankə xəttində olmuşdur. Döyüşdə düşmənin böyük hissəsi məhv edilmişdir. Xilas ola bilənlər isə gəmilərlə qaçmışlar. Milli dövlətimizin hərbi qüvvələri və onlara köməyə gələn qardaş türk hərbçilərinin köməyi olmasaydı, Salyanda insan qırğınlarının sayı daha da çox olardı. Salyan döyüşlərində şəhid olmuş türk əsgər və zabitləri müsəlman qaydasında böyük ehtiramla dəfn edilmişdir. On nəfər türk hərbçisi Seyidlər kəndində (Neftçala rayonu) dəfn edilmişlər. Salyanda türk paşası Ömər paşa və bir nəfər naməlum türk əsgəri dəfn olunmuşdur. Şəhid olmuş qardaş türk əsgər və zabitlərinin hərb rəisi Rüşdü Türkərin söylədiyi kimi, onların məzarları insanların ziyarət yerinə çevrilmişdir.\nSalyan şəhərində soyqırımı qurbanlarının şərəfinə möhtəşəm abidə ucaldılıb. Abidə insanların müqəddəs hesab etdikləri yerdir. Hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü insanlar axın-axın bu abidə önünə gəlir, çiçək dəstələri gətirir, o faciədə şəhid olmuş bütün doğma insanların, o cümlədən qardaş köməyinə gəlib bizlərdən ötrü canını qurban vermiş türk oğullarının əziz xatirəsini anırlar. Abidə önünə tər gül dəstələri qoymaqla onların ruhlarına öz hörmət və ehtiramlarını ifadə edirlər.\nSahib HƏSƏNOV,\nSalyan şəhər 4 saylı məktəbin tarix müəllimi\nDigər Xəbərlər\nMixail Qusman: Azərbaycan Vətən müharibəsində təkcə döyüş meydanında deyil, həm də informasiya məkan...\n“Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfrans keçiril...\nANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə tank əleyhinə 54 mina aşkarlanaraq zərərsizləşdir...\nQƏZETİN ÇAP VERSİYASI\nXƏBƏR LENTİ Bütün xəbərlər\nQətiyyətli siyasət - real nəticə\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin...\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil...\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkda...\n11 Oktyabr\n\"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və m...\n11 Oktyabr\n\"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında\" Azərbaycan ...\n11 Oktyabr\nAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin \"Avtomobil Yollarının Mühafizə Xidməti\" Məhdud Məsu...\n11 Oktyabr\nBakı Dərin Özüllər Zavodu\n11 Oktyabr\nAvropa Azərbaycanın enerji töhfələrini təqdir edir\n11 Oktyabr\nPraqa görüşü sülh prosesini sürətləndirir\n11 Oktyabr\nDİQQƏT ÇƏKƏNLƏR\nÇOX OXUNANLAR\nİlham Əliyev milli maraqları qətiyyətlə təmin edir\nAğdamda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb Prezident İlham Əliyev və birinci xanım Meh...\nAzad edilən ilk şəhər\nDEDİ və ETDİ!\nSofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib Prezident İlham Ə...\nƏbədiyaşar LİDER\nOXUCU MƏKTUBLARI\nNƏŞRLƏRİMİZ\nBAŞ REDAKTORDAN\nHamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.\nMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.\nBununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.\nBu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!\nHələ də dünyada ədalətsizliklər mövcuddur!\nHələ də dünyada ikili standartlar var!\nHələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!\nOdur ki, biz daima güclü olmalıyıq.\nGüclü olmağın əsas şərti isə bizim birliyimizdir!\nDünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.\nAzərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.\nYalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.\nUlu yurdumuzun adını daşıyan \"Azərbaycan\" qəzeti də bu amala xidmət edir.\nƏziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!"
] | [
"http://www.azerbaijan-news.az/view-186219/salyanda-ermenilerin-toretdiyi-qetliam"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q22196360--Tarixi-1 | 1 | Sumqayıt | Sumqayıt — Azərbaycan Respublikasında respublika tabeli şəhər. Əhali sayına və sənaye əhəmiyyətinə görə Bakıdan sonra ikinci böyük şəhər. Paytaxtdan 31 km şimalda, Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin, Ceyranbatan, Corat, Yeni Corat, Novxanı, Kimyaçılar, İnşaatçılar, Kotej, Yaşma və Saray qəsəbələri, Yaşıl dərə, St. Sumqayıt, Sarıqaya, Xəzər bağları yaşayış massivləri, 20,21-ci mikrorayon və 67-dən çox şəhər məhəllələri inzibati əraziyə daxildir. | Tarixi |
thumb|250px|right|Sumqayıt Alüminium Zavodundan bir görüntü. 1957-ci il. "Oqonyok" jurnalı.
Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb.
Böyük Britaniyada nəşr olunan "The York Herald" qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki,
"Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana."1877-ci ildə çıxan ingilis qəzetindən Sumqayıtdan Tiflisə yaxşı yol mövcuddur — FOTOFAKT . xeberle.com, 04.01.2016
Sovet İttifaqı rəhbərliyi Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır. Lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 1947–1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi"Tarixdən səhifələr" məqaləsi, "İnşaatçı" qəzeti, 13.08.1988, № 94 (4353), səh. 2–3.. Sumqayıtın tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi.Alman əsirlərinin Sumqayıt qəbiristanlığı 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.
1938-ci il – indiki İstilik Elektrik Stansiyasının yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlanır.
1939–1940-cı illər – sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən Müharibəsinin başlanması ilə bütün tikinti işləri dayandırılır.
1941-ci il – İES işə düşür və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanı verilir.
1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi başlanır.
1945-ci il – Sumqayıt kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
1949-cu il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilir. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
1953-cü il – Marten sobalarında ilk polad əridilməsi.
1955-ci il – Sumqayıt Alüminium Zavodu işə başladı.
1957–1959-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
1961–1968-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
1970–1980-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.
1988-ci il — Sumqayıtda ermənilər tərəfindən törədilən təxribat xarakterli qırğınlar. | [
"«Bax, qəbiristanlıq buradır, orada alman əsirləri basdırılıb...»\nSumqayıtın kənarında yerləşən Yeni Kotej qəsəbəsində alman əsirlərinin qəbiristanlığının yerini mənə qəsəbə uşaqları göstərir. Onlar buranı yaxşı tanıyırlar. Çünki bu qəbiristanlıqda dəfn olunmuşların Almaniyadan gələn yaxınları bura baş çəkəndə hamıdan əvvəl ora uşaqlar yığışır. Məktəbli Pərvanə deyir ki, onlar üçün uzaq bir ölkədən gələn adamları görmək maraqlı olur:\n«Onlar Almaniyadan gəlirlər. Gəlib burda qəbirlərə gül qoyurlar».\n15 yaşlı Zirəddin isə qəbiristanlıq haqqında bunları bilir:\n«Bilirəm ki, burda dəfn olunanlar hamısı əsirlər olub. Buranı Zabit baba qoruyur».\nBURANI MÜHARİBƏ VETERANI QORUYUR\nZirəddinin Zabit baba dediyi şəxs- bu qəbiristanlığın qarovulçusu Zabit Məcidov 2-ci Dünya müharibəsi iştirakçısıdır. 86 yaşı var. Deyir ki, müharibədən qayıdandan sonra hospitalda işləyirmiş. Hələ onda Sumqayıt şəhər deyilmiş. Təzə-təzə zavodlar tikilirmiş. Zavodların tikintisini həmin vaxt müharibədən əsir gətirilmiş almanlar aparırmış:\n«Bura bağ-bostan, əkin yerləri idi. Almanlar burda zavod, evlər tikirdilər. Lenin küçəsindəki körpünün yanındakı evləri də onlar tikib».\n- Sizin, burdakı adamların onlara münasibətiniz necə idi? Siz müharibədən təzə gəlmişdiniz...\n- Normal idi. Ancaq adamların bəziləri indi də deyir ki, onlar bizim yaxınlarımızı, babamızı, dayımızı öldürüb. Deyirəm, məni də vurub şikəst eləmişdilər. Müharibə idi də. İndi həmin əsirlərin qohumları arada bura gəlirlər. Onlardan biri məndən soruşurdu ki, sizcə kim günahkar idi ki, bu qədər adam öldü? Onda deyirəm ki, günahkar müharibə idi, Hitler, Stalin idi.\nƏSİRLƏRİN QOHUMLARI ZİYARƏTƏ GƏLİR\nBu qəbiristanlıqda 300-dən çox əsirin qəbri var. Vaxtilə müharibədə almanlara qarşı vuruşmuş Zabit kişi 1944-cü ildən gecə-gündüz bu qəbirlərin keşiyini çəkib. İndi səhhətində problemlər olsa da, heç olmasa ayda bir dəfə qəbiristanlığa baş çəkdiyini deyir.\nQəbirlərin ot-alağını təmizləyən fəhlə Sadiq deyir ki, əsirlərin qohumları bura baş çəkəndə buranın səliqə-sahmanına görə onlara «çox sağ ol» deyirlər.\nQəbiristanlığın qonşuluğundakı evlərdən birində yaşayan Səbirə Əliyeva isə bildirir ki, onlar özləri də ara-sıra bura baş çəkirlər:\n«Bura Zabit əmi baxır, fəhlələr də gəlib təmizləyir. Şagirdlər gəlib gül qoyurlar. Almanlar gəlir, dəfn olunanların qohumları. Çoxları yaşlı adamlar olur. Qadın, kişi. Bizimlə şəkil də çəkdirmişdilər. Deyirdilər, göndərəcəyik. Onlar öz qəbirlərini tanıyırlar. Əsasən may ayında gəlirlər».\nQəbiristanlığın qonşuluğunda yaşayanlarda başqa biri - Samirə Quliyeva danışır ki, onun anasının dayısı, qayınatası müharibə iştirakçıları olub. Ona müharibədən də, onun ağrı-acılarından da, almanlardan da danışıblar:\n«Almanları kinolarda görmüşdüm. Bir də qayınatam, dayım danışırdı. Almanlar bura qohumlarının qəbrini ziyarətə gələndə mən də gedirəm. Bizim kimi insanlardır. Özləri də gülərüz adamlardır. Göygöz, sarışın. Onlar mənim üçün maraqlıdırlar. Gələndə gedib yaxından baxıram».\nSumqayıtın kənar qəsəbələrinin birində, qəsəbənin düz ortasında uzaqdan hündür xaç işarəsini görsəniz, təəccüblənməyin. Bu abidə də Yeni Kotej qəsəbəsində dəfn olunmuş 300-dən çox əsirin xatirəsinə ucaldılıb. Buranın qarovulçusu, 86 yaşlı Zabit Məcidov isə deyir ki, «canım sağ olana qədər bu qəbiristanlığın qarovulunu çəkəcəyəm».\nSumqayıtın kənarında yerləşən Yeni Kotej qəsəbəsində alman əsirlərinin qəbiristanlığının yerini mənə qəsəbə uşaqları göstərir. Onlar buranı yaxşı tanıyırlar. Çünki bu qəbiristanlıqda dəfn olunmuşların Almaniyadan gələn yaxınları bura baş çəkəndə hamıdan əvvəl ora uşaqlar yığışır. Məktəbli Pərvanə deyir ki, onlar üçün uzaq bir ölkədən gələn adamları görmək maraqlı olur:\n«Onlar Almaniyadan gəlirlər. Gəlib burda qəbirlərə gül qoyurlar».\n15 yaşlı Zirəddin isə qəbiristanlıq haqqında bunları bilir:\n«Bilirəm ki, burda dəfn olunanlar hamısı əsirlər olub. Buranı Zabit baba qoruyur».\nBURANI MÜHARİBƏ VETERANI QORUYUR\nZirəddinin Zabit baba dediyi şəxs- bu qəbiristanlığın qarovulçusu Zabit Məcidov 2-ci Dünya müharibəsi iştirakçısıdır. 86 yaşı var. Deyir ki, müharibədən qayıdandan sonra hospitalda işləyirmiş. Hələ onda Sumqayıt şəhər deyilmiş. Təzə-təzə zavodlar tikilirmiş. Zavodların tikintisini həmin vaxt müharibədən əsir gətirilmiş almanlar aparırmış:\n«Bura bağ-bostan, əkin yerləri idi. Almanlar burda zavod, evlər tikirdilər. Lenin küçəsindəki körpünün yanındakı evləri də onlar tikib».\n- Sizin, burdakı adamların onlara münasibətiniz necə idi? Siz müharibədən təzə gəlmişdiniz...\n- Normal idi. Ancaq adamların bəziləri indi də deyir ki, onlar bizim yaxınlarımızı, babamızı, dayımızı öldürüb. Deyirəm, məni də vurub şikəst eləmişdilər. Müharibə idi də. İndi həmin əsirlərin qohumları arada bura gəlirlər. Onlardan biri məndən soruşurdu ki, sizcə kim günahkar idi ki, bu qədər adam öldü? Onda deyirəm ki, günahkar müharibə idi, Hitler, Stalin idi.\nƏSİRLƏRİN QOHUMLARI ZİYARƏTƏ GƏLİR\nBu qəbiristanlıqda 300-dən çox əsirin qəbri var. Vaxtilə müharibədə almanlara qarşı vuruşmuş Zabit kişi 1944-cü ildən gecə-gündüz bu qəbirlərin keşiyini çəkib. İndi səhhətində problemlər olsa da, heç olmasa ayda bir dəfə qəbiristanlığa baş çəkdiyini deyir.\nQəbirlərin ot-alağını təmizləyən fəhlə Sadiq deyir ki, əsirlərin qohumları bura baş çəkəndə buranın səliqə-sahmanına görə onlara «çox sağ ol» deyirlər.\nQəbiristanlığın qonşuluğundakı evlərdən birində yaşayan Səbirə Əliyeva isə bildirir ki, onlar özləri də ara-sıra bura baş çəkirlər:\n«Bura Zabit əmi baxır, fəhlələr də gəlib təmizləyir. Şagirdlər gəlib gül qoyurlar. Almanlar gəlir, dəfn olunanların qohumları. Çoxları yaşlı adamlar olur. Qadın, kişi. Bizimlə şəkil də çəkdirmişdilər. Deyirdilər, göndərəcəyik. Onlar öz qəbirlərini tanıyırlar. Əsasən may ayında gəlirlər».\nQəbiristanlığın qonşuluğunda yaşayanlarda başqa biri - Samirə Quliyeva danışır ki, onun anasının dayısı, qayınatası müharibə iştirakçıları olub. Ona müharibədən də, onun ağrı-acılarından da, almanlardan da danışıblar:\n«Almanları kinolarda görmüşdüm. Bir də qayınatam, dayım danışırdı. Almanlar bura qohumlarının qəbrini ziyarətə gələndə mən də gedirəm. Bizim kimi insanlardır. Özləri də gülərüz adamlardır. Göygöz, sarışın. Onlar mənim üçün maraqlıdırlar. Gələndə gedib yaxından baxıram».\nSumqayıtın kənar qəsəbələrinin birində, qəsəbənin düz ortasında uzaqdan hündür xaç işarəsini görsəniz, təəccüblənməyin. Bu abidə də Yeni Kotej qəsəbəsində dəfn olunmuş 300-dən çox əsirin xatirəsinə ucaldılıb. Buranın qarovulçusu, 86 yaşlı Zabit Məcidov isə deyir ki, «canım sağ olana qədər bu qəbiristanlığın qarovulunu çəkəcəyəm»."
] | [
"http://www.azadliq.org/content/article/24243312.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q7163--thumb-1 | 1 | Siyasət | Siyasət — dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsi. | thumb | Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir.Siyasət sosial hadisədir
"Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir. Siyasət sözünü müasir zamanda cəmiyyət daxilində aparılan məqsədyönlü bir iş kimi başa düşmək olar.
Politologiya elmində "siyasət" termini siyasi və dövlət hakimiyyəti uğrunda mübarizə kimi qəbul edilir.
Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlar və siyasi ideologiya vasitələri ilə həyata keçirilir.
Birinci tərəf böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən münasibətləri ifadə edir.
İkinci tərəf vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatları əhatə edir.
Üçüncü tərəf insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur. | [
"Siyasət sosial hadisədir\n1. Siyasət nədir?Siyasət - dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsidir. Siyasi fəaliyyət müxtəlif səsial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyisi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslananistehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyətmüxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir.\nSiyasəti bir sıra elmlər ( politologiya, siyasi sosiologiya, və s) öyrənir. O fəlsəfənin də obyektini təşkil edir. Belə ki, siyasi fəlsəfə siyasi hadisələrinvə proseslərin mahiyyətini, onlarin qarşılıqlı təsirini araşdırır. Onun predmetinə həm də suyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər problemlər daxildir. Beləliklə, siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır. Sosial – siyasi fikir fəlsəfənin tərkib hissəsi kimi uzun müddət ərzində əsasən hüquq və dövlət haqqındakı ideya və nəzəriyyələr çərçivəsində öyrənilirdi. Müasir dövrdə siyasət fəlsəfəsi siyasi prosesləri izləyir, təhlil edir, siyasi hadisələrə cəmiyyətdəki digər sosial hadisələrlə əlaqə və qarşılıqlı təsirdə yanaşır.\nSiayasət aləminin müxtəlif ölçüləri vardır.siyasi fələsəfə də onları biri-biri ilə əlaqələndirərək vahid kompleks halında götürür. Bu elm fəlsəfə ilə siyasi elmin qəvuşuğunda yaranan sahədir. O siyasət dünyasının mənəvi və dünya görüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ dəyər xarakterli əsaslarının formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir.\nSiyasətin əsasını insanların siyasi fəaliyyəti və bu prosesdə qərarlaşan əlaqələr təşkil edir. O cəmiyyətdəki müxtəlif sosial qüvvələrin siyasi hakimiyyətə münasibəti üzrə olan fəaliyyətini idarə edir. Səciyyəvi cəhət budur ki, siyasi fəaliyyətdə hər bir sosial qrup özünün sosial mənafelərini reallaşdırmağa çalışır.\nSiyasi fəliyyət prosesində siyasi münasibətlər və əlaqələr formalaşır. Bu fəliyyət prosesində siyasi təşkilatlar, partiyalar meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır. Ümumilikdə siyasət dedikdə ictimai həyatın müxtəlif sferalarının dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelik münasibətlərini bərqərar etmək vasitəsilə idarə olunması başa düşülür. Spesifik fəaliyyət sahəsi olan siyasətin məzmununa dövlət işlərində, onun istiqamətlərinin müəyyən olunmasında, habelə dövlətin fəaliyyətinin mahiyyətinin, formaları və vəzifələrinin aşkar edilməsində iştirak daxildir.\nSiyasətin məqsədi müəyyən sosial təbəqələr və siniflər üçün, habelə bütövlükdə cəmiyyət üçün məqbul hesab edilən hakimiyyəti həyata keçirməyin, şaraiti və üsullarıni yaratmaqdır.\nSiyasət və sosial fəaliyyət çətin və məsuliyyətlidir. O daim elmin nailiyyətlərinə arxalanmağı tələb edir. Siyasi fəaliyyətin strukturunda ümumi şəkildə aşağıdakı üç momenti göstərmək olar.: birinci, cəmiyyətin mövcud mərhələsindəki bütün imkanları və sosial qüvvələrin nisbətini nəzərə almaqla yaxın və perspektiv məqsəd və vəzifələri işləyibhazırlamaq məharəti; ikinci, qarşıya qoyulmuş məqsədlərə nail olmağın effektiv metodlarını, vasitələrini və sosial qüvvələrin təçkili formalarını müəyyənləşdirmək; üçüncü, qarşıya qoyulmuş vəzifiləri həll edə biləcək kadrlar seçmək və yerləşdirmək.\nSiyasətin səciyyəvi əlamətləri aşağıdakılardır: o universal, hərtərəfli xarakter daşıyır; dövlətlə bağlı olduğu üçün ictimai həyatın bütün tərəflərinə güclü təsir göstərir. Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlar və siyasi ideologiya vasitəsilə həyata keçirilir. Birinci tərəf böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən olan münasibətləri ifadə edir. İkinci vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatlatı əhatə edir. Üçüncü tərəf insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur.\nSiyasi fəaliyyət digər fəaliyyət növləri ilə sıx əlaqədə formalaşır, eyni zamanda o, müstəqilliyə malikdı. Siyasi aksiyalar, ideologiyalar, proseslər az və ya çox dərəcədə iqtisadi sahədə baş verən prosesləri nəzarətdə saxlamağa imkan verir. Dövrün aktual tələblərinə uyğun aparılan siyasi iş bir çox obyektiv imkanları gerçəkləşdirir, cəmiyyəti irəliyə doğru aparır.\nSiayasət sosial qrupların həm iqtisadi, həm də digər mənafe və məqsədlərini ifadə etdiyi üçün cəmiyyətin inkişafına mühüm təsir göstərir. Siyasəti əsasən dövlət həyata keçirir. Onun daxili və xarici növləri fərqləndirilir.\nSiyasət iqtisadiyyat ilə sıx əlaqədardır.Bu iki tərəf dialektik vəhdətdə çıxış edir.Digər tərəfdən siyasət iqtisadi inkişafa fəal əks təsir göstərir. Məsələn, müasir dövrdə əsas yeri tutan bazar iqtisadiyyatına siyasi ideologiyası yeni iqtisadi reallığın yaranmasına gətirib çıxarır. Nəzərdə tutulmalıdır ki, siyasət ilə iqtisadiyyatın qarşılıqlı şərtlənməsi birbaşa və xalis şəkildə baş vermir. Hər bir dövrdə siyasət xeyli dərəcədə onun mənəvi mədəniyyətinin təsiri altında formalaşır.Mənəvi mədəniyyət sisteminə daxil olan əsas elementlər siyasi institutların formalarının seçilməsində və onların fəaliyyətində mühüm yer tutur. Bütövlükdə mənəvi mədaniyyətin siyasi həyata təsiri aşğıdakı kimidir: fərdlərin sosiallaşması və formalaşması, dəyərlər sisteminin yaranması və tətbiq olunması, fəaliyyət, hərəkət və davranışın ümumi etalonlarının hazırlanması, müəyyən institutların, təşkilatların və sistemlərin yaranması . Mənəvi mədəniyyətin siyasi həyata təsiri özünün ən parlaq ifadəsini siyasi mədəniyyətdə tapır.\nSiyasət cəmiyyətin siyasi həyatında əsas yer tutan siyasi institutların məcmusunu ifadə edən siyasi sistem ilə sıx bağlıdır. Cəmiyyətin siyasi sistemi çox mürəkkəb məzmuna malikdir. Onun tərkibində institusional, tənzimedici, funksionalvə kommunikativ səpkiləri ayırmaq olar.\nFəlsəfə tarixində Platon, Aristotel, N.Makiavelli,T. Hobbs, C.Lokk, F.Hegel,K.Marks və başqaları siyasət və siyasi fəaliyyət barəsində çox bəhs etmişlər.\nPlaton və Aristotel siyasi sistemlərin ən başlıcasını – dövləti, onun mənşəyini, mahiyyətini, siyasi rejimini və quruluşunu tədqiq etmişlər. Aristotel hesab edirdi ki, bir neşə kəndin birliyindən dövlət yaranmışdır, onun ilk idarəçilik forması ilə patriarxal monarxiya olmuşdur.\nXIII əsr Azərbaycan mütəfəkirinin N.Tusinin siyasət haqqında fikirləri böyük maraq doğurur. O siyasətin növlərindən danışarkən ikisinə xüsusi yer verirdi: 1) ölkə siyasəti, onun məqsədi xalqı kamilləşdirmək nəticəsi isə səadətə çatdırmaqdır; 2)qələbə siyasəti onun məqsədi, nəticəsi isə bədbəxtlik və məzəmmətdir.\nNikkolo Makiavelli (1469-1527) öz siyasət fəlsəfəsində insan cəmiyyətinin, dövlətin, əxlaqın yaranmasını hadisələrin təbii gedişatı ilə izah edir; hakimiyyət də, əxlaq da insanların sosial həyatının inkişafı nəticəsində, təbiətin yad qüvvələrindən müdafiə olunmaq təlabatından irəli gəlir. Makiavellinin fikrincə, din ictimai hadisə olaraq, dövlətin möhkəmləndirilməsində ideologiya rolunu oynamalıdır. Bununla belə, siyasət - insan fəaliyyətinin tam müstəqil sahəsidir, onun öz məqsəd və qanunları var. Əxlaqi ideyalar da siyasətin məqsədlərinə uyğun olmalı və onun tələblərinə cavab verməlidirlər. Siyasi fəaliyyətin yeganə meyarı – məqsədə nail olmaq, fayda verməkdir. Ümumiyyətlə, dövlətin möhkəmləndirilməsinə nail olmaq üçün istənilən vasitəyə əl atmaq olar, o cümlədən yalana, hiyləyə və zorakılığa da. İdeal dövlət və ideal hökmdar olmur; reallıq, həqiqət – acıdır, xeyirxahlığı təbliğ etmək, xeyirxah olmaq ölümə bərabərdir. Hökmdar “xeyirxahlıqdan mümkün qədər uzaqlaşmamalı, amma yeri gələndə şər yoluna da qədəm basmalıdır;” “məqsəd vasitələrə bəraət qazandırır”.Əlbəttə, söhbət şəxsi məqsəddən yox, ümumxalq, ümumdövlət məqsədlərindən gedir. Dövlətin mənafeyi - xalqın mənafeyidir.\nTomas Hobbs (1588-1679) özünün “Leviafan” əsarində siyasət fəlsəfəsinin bir sıra ideyalarını, o cümlədən güclü mərkəzləşdirilmiş hakimiyyət haqqında, dövlətin yaranması haqqında baxışları inkişaf etdirmişdir. O hesab edirdi ki, vətəndaşlıq vəzifələri öz mahiyyəti etibarilə əxlaqi borcla üst – üstə düşür.\nCon Lokk (1632-1704) Hobbsdan fərqli olaraq , insanların təbii vəziyyətinin, onların təbii vəhşilik dövründə yox, dövlət şəraitində olduğunu qeyd edirdi.Bərabərlik vəziyyəti burada “hakimiyyət və xalqın arasında düzgün paylanılmasından” irəli gəlir.\nLokkun əsas fikri ondan ibarətdir ki, insan azadlığı mütləq azadlıq deyil, təbii qanun bərabərliyini, şəxsi azadlığı, təşəbbüskarlıq azadlığını nəzərdə tuturdu.\nKarl Marks (1818-1883) və onun davamçısı olan Fridrix Engels (1820-1895) siyasəti cəmiyyətin iqtisadi əsasları ilə əlaqələndirir, onun sosial mahiyyətini materializm mövqeyindən izah edirlər. F.Engels “Ailənin, xüsusi mülkiyyətin, və dövlətin mənşəyi” əsərində ibtidai cəmiyyətin tarixinin təhlilinə ictimai həyatın materialist anlayışını tətbiq edərək, belə bir qənaətə gəldi k, an qohumluğuna əsaslanan qədim quruluş parçalanmış, onun yerinə ərazi bölgüsü və xüsusi mülkiyyət formalarına əsaslanan yeni dövlət quruluşu meydana gəlmişdir.\nSiyasətin mahiyyətini ifadə edən hakimiyyət, onun təşkili formaları, fəaliyyət xüsusiyyətləri, hər bir dövrün filosofunu düşündürmüşdür. Onların hamısı hakimiyyətin təşkili formaları kimi əsasən diktatura (despotiya) və demokratiyanı göstərmişlər.\nDespotiya – müəyyən bir sosial qrupun siyasi hökmranlıq sistemidir. Burada hakimiyyət – qeyri-məhdud xarakter daşıyır. Zorakılıqdan, böhran vəziyyətində isə hətta hərbi qüvvələrin gücünən də istefadə olunur. Diktaturanın elementləri idarəetmə formalarından asılı olmayaraq tarixi şəraitin müəyyən məqamlarında istifadə edilir. Bunun da səbəbi hakimiyyəti əlda saxlamaqdır.\nDemokratiya isə xalqın, hakimiyyətin, daşıyıcısı və təmsilçisi olduğunu qəbul edən siyasi quruluş formasıdır. Bu quruluşda siyasi institutların fəaliyyəti də demokratiyaya (əsasən azadlıq və bərabərlik prinsiplərindən söhbət gedir) uyğun olub-olmaması baxımından qiymətlənirilir.\nDemokratiyanın klassik nəzəriyyəsinin yaradıcıları J.J.Russo, Ş.Monteskye və A.Tokvil olmuşlar.\nJ.J.Russo ictimai müqavilə nəzəriyyəsinə uyğun olaraq hakimiyyətin daşıyıcısının xalq olduğunu qeyd edirdi. Vətəndaş cəmiyyəti şiddətli mübarizə səhnəsinə çevrilib, çünki dövlətlilər öz hakimiyyətini möhkəmləndirmək üçün dövlətdən istifadə edirlər. Xalq isə qul olmaq üçün yox, öz azadlığını müdafiə etmək üçün hakimiyyət yaratmışdır. O özünün “ictimai müqavilə” əsərində xalqın suveren hakimiyyəti ideyasını irəli sürərək göstərirdi ki, zorakılıq hüququn əsası ola bilməz, hakimiyyət xalqın iradəsini ifadə etməli və razılışma yolu ilə həyata keçirilməlidir. Xalq hakimiyyəti insanların birgə yaşayışının yeganə formasıdır, ictimai və fərdini əsaqələndirməyin ideal vasitəsidir. Dövlətin həqiqi qanunu ümumi iradənin ifadəsidir, deputatlar isə yalnız xalqın iradəsinin təmsilçiləridir. İcra hakimiyyətində də xalqın nümayəndəsi olmalıdır, beləliklə, qanunun icrası təmin olunur. Qanunvericilər Allahların, peyğəmbərlərin müdrikliklərinə əsaslanıb qanunlar yaratmalı, eyni zamanda xalqın bu qanunlara olan münasibətini də öyrənməlidirlər. Beləliklə, suveren hakimiyyət xalqa məxsusdur.Burada Russonu bir məsələdə düşündürürdü: ümumi iradə ilə qanunlarla razı olmayanların azadlığını necə qoruyub saxlamaq olar? O bu suala belə cavab vermişdir: Vətəndaş bütün qanunlara, hətta öz iradəsinə zidd olanlara da razılıq verir, yalnız bu yolla hamının azadlığı təmin oluna bilər.\nŞarl Monteskye, Hobbsdan fərqli olaraq, müharibəni insanların dövlətdə birləşməsinin vacib nəticəsi olduğunu qeyd edirdi. Ona görə ümumiyyətlə, dövlətdə insanlar əvvəlki acizliyini itirməklə yanaşı, həm də bərabərlikdən məhrum olurlar. Demokratiya və despotiya hakimiyyətin fəaliyyət üsulundan asılı olaraq meyadana gəlir. Demokratiya şəraitində xalqın özü qanunları yaradır və onlara tabe olur. Despotiyanın yeganə fəaliyyət prinsipi qorxudur.Demokratiya bərabərlik ruhunun itməsi ilə məhv olur, hədindən artıq genişləndikdə isə anarxiyaya çevrilir (hər kəs hakimiyyətə seçilənlərlə bərabər olmağa çalışır). Daxili proseslərin idarə olunması üçün demokratiya çox əlverişli üsuldur. Xarici işğaldan mühafizə olunmaq üçün demokratik dövlətlər ittifaq bağlamalıdırlar.\nFransız sosioloqu və tarixçisi Aleksis Tokvil də (1805-1859), “Amerikanın demokratiyası haqqında” (1897) əsərində siyasi hakimiyyətin və cəmiyyətin qarşılıqlı münasibətini, azadlıq və barabərliyin nisbətini tədqiq edir.Tokvil burjua eqalotarizminin (xüsusi mülkiyyətin yenidən nisbətən bərabər şəkildə bölünməsi nəticəsində həlli ideyası) 3 mənfi cəhətini təhlil edir: 1) vaxtilə feodal aristokratiyasına qarşı yönəldilməş, bərabərlik naminə yaradılan mərkəzləşdirilmiş hakimiyyətin bürokratlaşması nəticəsində onun gücünün artması, ictimai həyatın bütün sahələri üzərində nazarətin güclənməsi,azadlığın məhdudlaşdırılması müşahodə edilir; 2) burjua bərabərliyi fərdiyyətçiliyi yaradır, insanlar biri birindən uzaqlaşır, şəxsi həyati sərhədlərində məskunlaşır, nəticədə despotizm üçün münbit şərait yaranır; 3) “bərabər olmaq” meyli ifrat dərəcəsinə çatdırılaraq (bunun da əasında hamını kütlə səviyyəsinə endirmək istəyi durur) ”qulların arasında bərabər olmağa” bənzəyən bir bərabərliyi nəzərdə tutur.\nDespotizmə olan meyllərin ifadəsi əsasən dəvlət və fərdin arasında yerləşən ictimai təşkilat və idarələrin sabit olmasından asılıdır. Tokvil Amerikada belə təşkilatların bəzilərini fərqləndirirdi (dövlətin federativ forması, regionaı xüsusiyyətlərin nəzərə alınması, siyasi və vətəndaş assosiasiyalarının fəaliyyət azadlıqları və s.). Bununla belə, Tokvil hesab edirdi ki, burjua cəmiyyətinin əsas inkişaf meyli – siyasi və inzibati mərkəzləşmədir, nəticədə tiraniya və despotizm qaçılmazdır.\nMüasir dövrün bir çox tədqiqatçıları siyasi hakimiyyətdə demokratiya və despotiya proseslərini təhlil edir, idarəetmə prosesinin tənzimlənməsinə nail olmağa çalışırlar. Fransa sosioloqu və politoloqu Raymon Aron ümumiyyətlə cəmiyyətdə ıdalətlilik, bərabərlik. Şəxsiyyət azadlığı, ümumi rifah kimi ictimai idealların mümkünsüz olduğunu qeyd etmişdir.\nMüasir cəmiyyətdə ictimai həyatın bütün sahələrində siyasiləşmə meyli müşahidə olunur. Özüdə bu meyl getdikcə sürətlənməkdədir. Bunu ondan görmək olar ki, ondi cəmiyyətin demək olar ki, hər bir üzvü siyasətə, siyasi proseslərə dərin maraq göstərir. Hazırda hamı özündən asılı olmayaraq siyasi həyatın kütləvi axınına və burulğanına qoşulur. İnsanların siyasi həyatda iştirakının yeni – yeni formaları və vasitələri yaranır. Bunların sırasında ictimai-siyasi partiyaların, digər kütləvi ictimai-siyasi təşkilatların və birliklərinin ayının artması əsas yeri tutur. Onların tərkibində əhalinin getdikcə daha geniş kütlələri əhatə olunmaqdadır.\nMüasir cəmiyyətdə gedən siyasi proseslər getdikcə daha geniş xarakter alır, bunların öyrənilməsi praktiki cəhətdən çox əhəmiyyətli olduğu üçün ictimai elmlərin, o cümlədən fəlsəfənin qarşısında bu sahədə mühüm vəzifələr durur."
] | [
"http://marketing.ucoz.org/load/23-1-0-212"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q261593--Azərbaycan Linuks İstifadəçiləri Qrupu-1 | 2 | Linux | Linux – (/ˈlɪnəks/ LIN-uks və ya /ˈlaɪnəks/ LYN-uks kimi də tələffüz oluna bilər, ) açıq kodlu, sərbəst paylanan, Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilibLinus Torvaldsın Linux əməliyyat sistemini yayımlaması. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb.
Əslində Linux əməliyyat sistemi nüvəsidir. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğu üçün hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir.
Linux superkompüterlərdə, masaüstü kompüterlərdə, dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s. kimi bütün platformalarda işləyir. Dünayanın 10 ən sürətli superkompüterində Linux istifadə olunurhttp://www.top500.org/lists/2011/06/.
Linux nüvəsinin yaradıcısı, Linus Torvalds, 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babasına bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əldə etmişdir. Helsinki Universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.
1991-ci ildə "C" və Unix dərsləri aldığı vaxt özünə personal kompüter aldı. Kompüterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxt bir hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan Minix əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.
Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Riçard Stallmanın da əməyinin keçdiyini söyləyir. Ona görə ki, Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi.
Linux ictimaiyyətə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli, ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Linux-un günümüzdəki yeri bu fəlsəfənin bir meyvəsidir.
Hazırda Linux dedikdə onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.
Linuksun rəsmi talismanı – Tux-dı. | Azərbaycan Linuks İstifadəçiləri Qrupu | Qafqaz Linuksu
Kernel.Org
Linux.Org
www.myscript.biz Linux-a aid olan Azərbaycan dilində bloq. | [
"Mozilla FireFox üçün plaqin- Azərbaycan dili imla yoxlaması – spellchecker\nMozilla FireFox üçün plaqin- Azərbaycan dili imla yoxlaması – spellchecker\nDrupal üçün Azərbaycan dili tərcümə faylı (.po formatı)\nDrupal CMS-in Azərbaycan lokalizasiyası üçün po faylını təqdim edirik. Tərcümə tam olmasa da, əsas interfeys elementlərini lokallaşdırmağa imkan verir.\nFaylı buradan endirə bilərsiniz\nIP.Board Forum skripti üçün Azərbaycan dil faylı\nInvison Power şirkəti tərəfindən yaradılan IP.Board forum skripti bir çox Azərbaycan saytları tərəfindən istifadə olunur. Məhsul ödənişli olsa da, açıq mənbəlidir. IP.Boar üçün bir çox azad lisenziyalı plaqin və mod-lar mövcuddur.\neyeOS Linux əməliyyat sistemi\nBir həftə-10 gün olarki Linux dünyasının eyeOs istifadə etmək fürsəti əldə etdim… Qısaca nədir bu eyeos? İnternet üzərində iş masası… Yaniki kompyuterinizi internet üzərindən istifadə edilməsi. Linux dünyasının bir avantajı deyək də… Və bunu deyim ki doğurdan da Açıq qaynaq istifadəsi həm asand həm də çox rahatdı… Üstəlik təhlükəsizlik açısından da heç şübhəniz olmasın ki təhlükəsizlik yüksək səviyyədədir…\nLinux dünyasının bu eyeOs nə üçündü deyənlərə, qrup olaraq, qruplaşma şəklində təqdimatlar eləmək, hər hansısa bir proyekt üzərində işləmək üçün idealdır… Beləki doğurdan da, misal üçün İT mütəxəssisləri üçün, proyekt üzərində bir neçə grup insan çalişan üçün, təhsildə belə istifadəsi çox rahatdı… Və də bir birinizlə paylaşmaq üçün ideal bir vasitədir…\nWordPress Azərbaycan dilində\nGoogle vasitəsi ilə bu ünvanı tapıb, cari tərcümələr bazasını .mo formatında endirə bildik.\nTərcümə çox keyfiyyətli və dolğundur , WordPress-inizi azərbaycan dilinə keçirmək istəsəniz aşağıdakı 3 addım kifayət edir:\n1. mo faylı endirin və müvafiq qovluqa yerləşdirin (sizinsayt.az/wp-content/languages/az.mo )\n2. config faylında\n– define (‘WPLANG’, ‘az’); — sətrini əlavə edin\n3. Tərcümə dəstəkli temadan istifadə edin\nAzerbaijan is ready for Linux\nSöz verdiyimiz kimi itirilmiş məzmunu hissə hissə bərpa edirik.\n2005-ci ildə keçirilmiş bir tədbiri yadınıza salmaq istərdik.\nAzərbaycan dilində təqdimata baxa bilərsiniz.\nYeni başlayanlar üçün Linux haqqında\nLinux azad şəkildə, təmənasız yayilan əməliyyet sistemdir. O bütün müasir əməliyyat sistemlerinə xas olan xüsusiyyətlərə malikdir.\nDünyada yüz minlərlə insan Linux-dan istifadə edir.\nTətbiqi və sistem progrmları ilə birlikdə gələn Linux tam funksional universal əməliyyət sitemidir.\nDaha ətraflı http://linux.az/wp-content/uploads/linaz_manual.pdf\nLinux.az yenidən sizinlə\nBildiyiniz kimi, təxminən 2006-cı ilin əvvəllərində müəyyən texniki və\nqeyri-texniki səbəblərdən, Linux.az fəaliyyətini dayandırmışdır.\nBugün saytın bərpası üçün ilk addım atıldı: www.linux.az yenidən işə salındı.\nNövbəti addımlar məzmunun bərpası və yeni məlumatların dərc olunması olacaq.\nXatırladaq ki, vaxtı ilə Azərbaycan Linuks İstifadəçiləri Qrupunun bir çox nəaliyyətləri mövcud idi, məsələn, OpenOffice.org.az (OpenOffice.org Azərbaycan lokalizasiyası), Lin.az (Mandriva əsaslı Azərbaycandilli Linuks distributivi), Linuks tabanlı (və həmçinin çox-platformalı) FireFox və Drupal kimi müxtəlif skript və proqram dəstlərinin lokalizasiyaları.\nYaxın zamanda bu istiqamətlərdə fəaliyyətin bərpa olunması üzrə işlər aparılmaqdadır.\nSəhifələr\nKateqoriyalar\n- Müxtəlif (4)\n- Tərcümələr (3)\n- Xəbərlər (2)\nYeni Yazılar\n- Mozilla FireFox üçün plaqin- Azərbaycan dili imla yoxlaması – spellchecker\n- Drupal üçün Azərbaycan dili tərcümə faylı (.po formatı)\n- IP.Board Forum skripti üçün Azərbaycan dil faylı\n- eyeOS Linux əməliyyat sistemi\n- WordPress Azərbaycan dilində\nƏn son Şərhlər\n- Orxan on Mozilla FireFox üçün plaqin- Azərbaycan dili imla yoxlaması – spellchecker\n- ZirveAzeri on WordPress Azərbaycan dilində\n- Turan on eyeOS Linux əməliyyat sistemi\n- mohammad on IP.Board Forum skripti üçün Azərbaycan dil faylı\n- Alakbar Eyvazov on IP.Board Forum skripti üçün Azərbaycan dil faylı\nKeçidlər\n- Azerbaijan Educational Network\n- Azərbaycan Linux İstifadəçiləri Yazışma Qrupu\n- Linuks nədir?\n- Linux.az Facebook-da"
] | [
"https://web.archive.org/web/20101222210448/http://linux.az/"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q275744--Tarixi-1 | 1 | Ağstafa rayonu | Ağstafa rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1593-cü ildə Osmanlı Axıstabad sancağı olmuşdur. Ağstafa rayonu 1939-cu ildə təşkil olunmuşdur, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-ci ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 60,0 min nəfərdir (1. yanvar 2009). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri rayonun ərazisindən keçir. | Tarixi | Tədqiqatçıların fikrincə Azərbaycanın təbii-coğrafi mühiti, relyefi, ən azı üç milyon il bundan əvvəl formalaşıb və ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Töyrətəpə, Şomutəpə, Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. VI–V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir. Hazırda rayonun Aşağı Göycəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Rayon ərazisində çoxlu sayda qədim məscidlər var. Bundan başqa Qafqaz Albaniyası kilsəsi kimi tikilmiş Keşiş dağ məbədi də Ağstafada yerləşir.
Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin 24 yanvarda təşkil olunmuş, 1959-cu il 4 dekabrda ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, doqquz qəsəbə və iyirmi doqquz kənddən ibarətdir.
1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalininkənd, Yenikənd, Marsovka, Oraq-Çəkic, V.İ.Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur:
Kalininkənd – Vurğun qəsəbəsi adı ilə (1990-cı il),
Kirovkənd – Həsənsu kəndi adı ilə (1990-cı il),
Yenikənd – Aşağı Kəsəmən kəndi adı ilə (1990-cı il),
Marksovka – Xətai kəndi adı ilə (1992-ci il)),
Oraq-Çəkic – Qaçaq Kərəm kəndi adlandırılmış,
V.İ.Lenin adına qəsəbə Böyük Kəsik kəndi ilə birləşdirilmişdir.
Qarabağ müharibəsi dövründə Ağstafa rayonu 163 nəfər şəhid vermişdir. Onlardan beş nəfəri Milli Qəhrəman adına layiq görülmüşdür.Şəhidlər tariximizin şanlı səhifəsidir 2004-cü ildə rayonun inzibati bölgüsündə dəyişiklik edilərək yeni yaşayış məntəqələri qeydiyyata alınmışdır. Uzun illər Xutor adlanan yaşayış məntəqəsi Ağgöl adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. | [
"İkinci yazı\n… 1988-ci ildən bu günə kimi Qazax rayonundan 292 şəhid vermişik. Onlardan 7 nəfəri – Alı Mustafayev, Şamoy Çobanov, Firuddin Şamoyev, Mərfət Nəsibov, Aqil Musayev, Rafiq Alıcanov, Əjdər Babayev Azərbaycanın MİLLİ QƏHRƏMANIDIR. Üç nəfər – Qaratel Hacımahmudova, Elmar Hüseynov, Müşfiq Məmmədov “Azərbaycan bayrağı” ordeni ilə, iki nəfər– Elmar Hüseynov, Mühüd Orucov “İgidliyə görə” medalı ilə, bir nəfər– Elvin Namazov “Vətən uğrunda” medalı ilə, üç nəfər – İsa Almazov, Mühüd Orucov, Orxan Əliyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə, bir nəfər – Azad Mikayılov “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə, bir nəfər – Mühüd Orucov “hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalı ilə, 4 nəfər – Arif Kazımov, Mərdan Əsgərov, Fidat Məmmədov, Səlamət Həsənov “Hərbi xidmətə görə” medalı ilə, iki nəfər – Yaşar Əhmədov, Orucov Mühüd “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, bir nəfər – Nəbiyev Arzu “Hərbi xidmətlərə görə” medalı ilə, bir nəfər – Müşfiq Məmmədov Türkiyənin Bətər Federasiyası tərəfindən “Fəxri fərman”la təltif olunmuşdur. Bundan əlavə Mühüd Orucov həmçinin AzRSQ “90 illiyi yubleyi” medalı, AzRSQ-nin “95 illiyi yubleyi” medalı ilə də təltif olunmuşdur.\nQazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə 20 yanvar hadisələrindən sonra “20 yanvar” şəhidlərinin xatirəsinə tikilmişdir. 2012-ci ildə Şəhidlər Xiyabanı yeni layihə üzrə yenidən qurulmuşdur.\n2017-ci ildə Qazax RİH-nin başçısı Rəcəb Babaşovun xüsusi diqqəti və göstərişi əsasında “Şəhidlər Xiyabanı” abidə kompleksində əsaslı təmir işləri aparılmış, ərazidə yeni park salınmış, dekorativ və həmişəyaşıl gül kolları əkilmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Abidə Kompleksində MİLLİ QƏHRƏMANLARIMIZIN və torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı şəhid olmuş 285 şəhidin şəkilləri qara mərmərə həkk edilmişdir.\nDaş Salahlı kəndində 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksinin yenidənqurulması və əsaslı təmiri ilə bağlı rayon rəhbəri Rəcəb Babaşov tapşırıq və tövsiyyələrini verdi. 2018-ci ilin may ayının 9-da – qələbənin 73-cü ildönümündə həmin abidənin təntənəli şəkildə açılışı oldu.\nŞəhidə qiymət vermək vətənə, millətə qiymət vermək anlamındadır. Bu baxımdan onu deyə bilərəm ki, Rəcəb Babaşov Qazaxa rəhbər təyin olunduğu ilk gündən şəhid ailələri ilə mütəmadi olaraq maraqlanır, onların probemlərinin həlli yolunda özü şəxsən iştirak edir. Təbii ki, bu hal bütün qazaxlılar tərəfindən təqdirəlayiq əməl kimi qəbul edilir. Rəcəb Babaşovun təqdirəlayiq əməllərindən biri də rayonun mərkəzində, eləcə də kəndlərdə şəhid bulaqlarının tikintisi və eləcə də baxımsızlıqdan uçub-dağılmış, su üzünə həsrət qalan bulaqların yenidən bərpasına xüsusi olaraq diqqət göstərməsidir. Rəcəb Babaşov rayona rəhbərlik etdiyi gündən bu günə kimi aşağıda qeyd etdiyim bulaq kompleksləri tikilmiş və bir neçə bulaqda əsaslı təmir-bərpa işləri aparılmışdır:\n1 – Qazax rayonu Qazaxbəyli kəndində MİLLİ QƏHRƏMAN Alı Mustafayevin adına bulaq kompleksi tikilmiş və istifadəyə verilmişdir.\n2 – Qazax rayonunda MİLLİ QƏHRƏMAN Firudin Şamoyevin adına bulaq kompleksi tikilib istifadəyə verildi.\n3 – Qazax Rayonu “Heydər parkı” ərazisində MİLLİ QƏHRƏMAN Mərfət Nəsibovun adına olan bulaq kompleksi əsaslı şəkildə təmir olunub yenidən istifadəyə verildi.\n4 – Qazax rayonunda MİLLİ QƏHRƏMAN Şamoy Çobanovun adına olan bulaq kompleksi uçub-dağılmaqda idi. Həmin bulaq əsaslı şəkildə təmir olunub sakinlərin istifadəsinə verildi.\n5 – Qazax rayonunda Şəhid polislərin xatirəsinə tikilmiş bulaq kompleksi də əsaslı şəkildə təmir olunub istifadəyə verildi.\n6 – Qazax rayonunda Lələkənd döyüşlərində şəhid olanların xatirəsinə olan bulaq kompleksi də əsaslı şəkildə təmir olunub istifadəyə verildi.\n7 – Hərbi şəhərcikdə bütün şəhidlərin xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n8 – Qazax rayonu M.Ə.Rəsulzadə küçəsində şəhid Qoşqar Qurbanovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n9 – Qazax rayonu M.Ə.Rəsulzadə küçəsində şəhid Şavələd Abbasovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n10 – Qazax rayonu Bala Çaylı kəndində şəhid-bulaq kompleksi tikilib istifadəyə verildi.\n11 – Qazax rayonu Cümə Məscidinin qarşısında şəhidlərin qız qardaşı Vəfa Dəmirçioğlunun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n12 – Qazax rayonu Heydər Əliyev prospektində Aprel şəhidi kapitan Mühüd Orucovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n13 – Qazax rayonu Heydər Əliyev prospektində Aprel şəhidi baş leytenant Elvin Namazovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n14 – Qazax rayonu Heydər Əliyev prospektində Aprel şəhidi əsgər Orxan Əliyevin xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n15 – Qazax rayonu Daş Salahlı kəndində Fidat Məmmədov küçəsində şəhid Süleyman Süleymanovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verilmişdir.\n…“Söz vaxtına çəkər”, deyiblər. Yazını yazarkən Süleyman Süleymanovun qəhrəmancasına şəhid olması xəbəri yayıldığı günü xatırladım. Bütün hər kəs Süleymanın qəhrəmanlığından danışırdı. O, 2017-ci ilin mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən snayperlə vurularaq şəhid olmuşdur. Süleyman Süleymanovun dəfnində rayon rəhbərliyi, Qazaxın dörd bir yanından olan ziyalılar, sadə vətəndaşlar iştirak edirdilər. O gün hamı bir nəfər kimi Süleyman kimi oğullarımızın qanının yerdə qalmayacağına söz verib, əhd etdi. Mart ayının 3-də Süleyman doğulduğu Daş Salahlı kəndində Şəhidlər Xiyabanında torpağa tapşırıldı. “Qara xəbər yüyrək olur”, deyib atalarımız. Süleymanın ölüm xəbəri bir göz qırpımında Azərbaycanın hər yerinə yayıldı. “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, akademik Teymur Bünyadov, İctimai Birliyin İdarə Heyətinin üzvləri və bir çox ziyalılar Süleymanın dəfnində iştirak etmək üçün üz tutdular Bakıdan Qazaxa. Yas mərasimində iştirak edən Cəmiyyət üzvləri belə bir qənaətə gəldilər ki, şəhidin qəbirüstü abidəsinin xərcini “Qazax Xeyriyyə” İctimai Birliyi öz üzərinə götürsün. Rayon rəhbəri Rəcəb Babaşov isə bu məsələ ilə razı olmadığını və qəbirüstü abidənin rayon rəhbərliyi tərəfindən ucaldılacağını deyir. Fikirlərində qəti olan Cəmiyyət üzvləri Respublika Ağsaqqallar şurasının sədr müavini Teymur Bünyadova və Cəmiyyətin sədri professor İlham Pirməmmədova üz tuturlar. Onlar Rəcəb Babaşovu razı salırlar və Süleymanın qəbirüstü abidəsinin ucaldılmasını “Qazax Xeyriyyə” İctimai Birliyi öz üzərinə götürür. “Qazax Xeyriyyə” İctimai Birliyi şəhidin qəbirüstü abidəsinin götürülməsini, məzarın ətrafının abadlaşdırılmasını böyük ruh yüksəkliyi ilə həyata keçirdilər. Bu cür vətənpərvər addım atdıqları üçün “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri Dədə İlham başda olmaqla Cəmiyyətin bütün üzvlərinə təşəkkür edirəm.\n… 1988-ci ildən bu günə kimi Ağstafa rayonu 163 nəfər şəhid vermişdir. Onlardan beş nəfəri MİLLİ QƏHRƏMAN adına layiq görülmüşdür. Ağstafa şəhər qəbristanlığında “Şəhidlər xiyabanı” var. 90-cı illərdə qəhrəmanlıq göstərən Ağstafa şəhidləri həmin qəbristanlıqda dəfn olunmuşdur. Ağstafa RİH-nin başçısı Məhərrəm Quliyev şəhid ailələrinə qarşı diqqət və qayğısını əsirgəmir. Şəhid Adil Tatarovun dəfnində rayon rəhbəri olaraq ailəyə böyük mənəvi dəstək olan insanlardan biri də Məhərrəm Quliyevdir.\nBildiyimiz kimi Qıraq Kəsəmən kəndi torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda yeddi şəhid vermişdir. RİH-nin dəstəyi ilə 2018-ci ilin yayında Qıraq Kəsəmən kəndində həmin şəhidlərin xatirəsinə abidə kompleksi tikilmişdir.\nRİH başçısı Məhərrəm Quliyevin tapşırıq və tövsiyyələrinə əsasən:\n1 – Ağstafa rayonu Zəlimxan kəndində şəhidlərin xatirəsinə park salınıb.\n2 – Ağstafa rayonu Göycəli kəndində Novruz Qurbanovun adını daşıyan park yenidən və əsaslı şəkildə qurulub sakinlərin istifadəsinə verilib.\nQazaxda və Ağstafada bu səpgidə işlər davam etdirilir.\nBu işlərin hər biri vətənə xidmətin, dövlətə sədaqətin ən aydın göstəricisidir. Yaşasın, Müstəqil Azərbaycan! Var olsun, qüdrətli dövlətimiz! Fəth etsin zirvələri, şanlı ordumuz!\nŞəhidlər, ölməz ruhunuz qarşısında baş əyirik. Ruhunuz şad olsun!\nHörmətlə: Səbinə YUSİF"
] | [
"http://qazaxib.az/2019/03/04/s%C9%99hidl%C9%99r-tariximizin-sanli-s%C9%99hif%C9%99sidir/"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q330857--Əhalisi-2 | 1 | Bərdə rayonu | Bərdə rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.
Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir. | Əhalisi |
1 yanvar 2011-ci il tarixinə rayon əhalisi 143.9 min nəfərdir.
+Milli tərkib Etnik qruplar 2009Azərbaycan Dövlət Statistika Komitəsi :Bərdə rayonu s.a. Cəmi141 646 azərbaycanlı141 485 türk97 rus48 ukraynalı5 tatar5 digər6
| [
"| ||2000||2005 x)||2006x)||2007x)||2008x) ||2009x) |\n| Həkimlərin sayı || 303 || 308 || 318 || 328 || 323 || 344 |\n| Orta tibb işçilərinin sayı || 792 || 891 || 937 || 934 || 912 || 917 |\n| Xəstəxanaların sayı || 13 || 14 || 14 || 14 || 14 || 14 |\n| Xəstəxana çarpayılarının sayı || 1340 || 1370 || 1370 || 1370 || 1370 || 1370 |\n| Əhaliyə ambulator-poliklinika yardımı göstərən müalicə müəssisələrinin sayı || 37 || 38 || 38 || 36 || 36 || 36 |\n| Ambulator-poliklinika müəssisələrinin gücü (növbədə gələnlərin sayı) || 2213 || 2227 || 2227 || 2227 || 2227 || 2227 |\n| Hər 10000 nəfərə təminat həkimlər ilə || 26.6 || 26.1 || 26.7 || 27.3 || 26.6 || 28.0 |\n| orta tibb heyəti || 69.4 || 75.4 || 78.7 || 77.6 || 75.2 || 74.7 |\n| xəstəxana çarpayıları || 117.5 || 115.9 || 115 || 113.8 || 112.9 || 111.7 |\n| ambulator poliklinika müəssisələrinin gücü (növbədə gələnlərin sayı) || 193.9 || 188.4 || 187 || 185 || 183.6 || 181.5 |\n| Məktəbəqədər müəssisələrin sayı || 19 || 17 || 17 || 16 || 15 || 15 |\n| onlarda uşaqların sayı, nəfər || 1022 || 992 || 992 || 973 || 715 || 715 |\n| Məktəbəqədər müəssisələrlə (100 yerə düşən uşaq hesabı ilə) təminat || 100 || 83 || 99 || 100 || 96 || 100 |\n| Gündüz ümumtəhsil məktəblərin sayı || 52 || 52 || 53 || 53 || 54 || 54 |\n| onlarda şagirdlərin sayı, nəfər || 25518 || 23383 || 22435 || 21608 || 20744 || 19463 |\n| II və III növbədə oxuyanların xüsusi çəkisi faizlə || 20.6 || 15.2 || 14.6 || 12.4 || 11.6 || 10.7 |\n| Kütləvi kitabxanaların sayı || 58 || 56 || 56 || 56 || 56 || 56 |\n| onlarda kitab fondu, min nüsxə || 547.8 || 551.9 || 552.1 || 543.5 || 546.9 || 535.5 |\n| orta hesabla hər 1000 sakinə, nüsxə || 4801 || 4669 || 4653 || 4514 || 4509 || 4364 |\n| Klub müəssisələrinin sayı || 51 || 47 || 47 || 47 || 47 || 47 |\n| Muzeylərin sayı || 2 || 2 || 2 || 3 || 4 || 3 |\n| onlara gələnlərin sayı, min nəfər || 44.5 || 38 || 35.9 || 48.2 || 56.2 || 50.7 |\n| əhalinin hər 1000 nəfərinə || 392 || 323 || 303 || 402 || 465 || 415 |\n| Qeydə alınmış cinayətlərin sayı, hadisə cəmi || 173 || 262 || 216 || 210 || 223 || 364 |\n| əhalinin hər 10000 nəfərinə || 52.2 || 22.2 || 18.1 || 17.5 || 18.5 || 29.8 |\n| Bütün mənzil fondu, ümumi sahə, min kv.m. || 1569.8 || 1658.2 || 1665.5 || 1755 || 1763.9 || 1776.8 |\n| Bir sakinə orta hesabla düşən yaşayış sahəsi kv.m. || 9.4 || 9.5 || 9.5 || 10 || 10 || 9.9 |\n| Özəlləşdirilmiş mənzillər: || || || || || || |\n| sayı, ədəd || 90 || 103 || 67 || 62 || 50 || 62 |\n| ümumi sahə, kv.m. || 6379 || 7145 || 4531 || 3996 || 3227 || 3112 |\n| Stasionar mənbələrdən çirkləndirici maddələrin atmosfer havasına atılması, min ton || 6.4 || 17.5 || 14.3 || 15.4 || 10.9 || 8.6 |\n| Təbii mənbələrdən götürülən su,mlyn. kub m. || 302 || 275.6 || 265 || 294.3 || 277.1 || 258.4 |\n| İstifadə olunan su, mlyn. kub m. || 122 || 208 || 195 || 187.3 || 181.4 || 181.4 |\n| onlardan: || || || || || || |\n| məişət-içməli məqsədlərə || 2 || 1.3 || 1.7 || 1.6 || 1.4 || 1.4 |\n| istehsala || 17 || - || 0.3 || 14.3 || - || - |\n| suvarmaya və kənd təsərrüfatına || 103 || 206.5 || 192.5 || 171.4 || 180 || 180.0 |\n| Atılan çirkab su, mlyn. kub m || 1042 || 1529.5 || 2073 || 2421 || 2497.4 || 1991.0 |\n| Nəql edilərkən itən su, mlyn. kub m. || 76 || 69 || 70 || 107 || 95.6 || 76.9 |\n| İqtisadiyyatda muzdla işləyənlərin orta illik sayı*, min nəfər || 17.9 || 14.4 || 15.2 || 15.5 || 15.6 || 15.1 |\n| ||2000||2005||2006||2007||2008 ||2009 |\n| Pərakəndə əmtəə dövriyyəsi min manat || 24874.7 || 48251.7 || 59624.3 || 73898.8 || 99881.1 || 103260.8 |\n| Respublika üzrə ümumi əmtəə dövriyyəsində xüsusi çəkisi || 1.17 || 1.04 || 1.04 || 0.97 || 0.92 || 0.87 |\n| keçən ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi || 102.6 || 109.4 || 112.5 || 108.4 || 109.5 || 103.5 |\n| Əhaliyə pullu xidmətlərin həcmi, min manat || 3352.8 || 6344.3 || 9621.1 || 14105.3 || 21497.7 || 21497.7 |\n| əvvəlki ilə nisbətən, faizlə || 105.3 || 130.7 || 147.8 || 117 || 136.8 || 106.3 |\n| adambaşına, manatla || 29.54 || 53.24 || 80.25 || 116.67 || 176.36 || 198.71 |\n| Ümumi həcmdə məişət xidməti, min manat || 925.4 || 1525 || 1914.1 || 2280.8 || 2777.3 || 3292.3 |\n| əvvəlki ilə nisbətən, faizlə || 105.1 || 124.8 || 124.3 || 104.2 || 109.8 || 114.6 |\n| adambaşına, manatla || 8.15 || 12.8 || 15.97 || 18.87 || 22.78 || 26.74 |\n| ||2000||2005||2006||2007||2008 ||2009 |\n| İstifadəyə verilmişdir: || || || || || || |\n| əsas fondlar, min manat || 5270 || 1942.3 || 4863.2 || 4027.2 || 17746.9 || 3967.8 |\n| yaşayış evləri, ümumi sahə, min kv.m || 6.2 || 13.1 || 7.5 || 7.1 || 9.9 || 13.6 |\n| onlardan fərdi yaşayış evləri || 3.4 || 13.1 || 7 || 6 || 7.7 || 12.9 |\n| Əsas kapitala investisiyalar, min manat || 3510.4 || 2900.9 || 9736.6 || 8119.7 || 26978.1 || 26122.6 |\n| o cümlədən: || || || || || || |\n| tikinti - quraşdırma işlərinə || 2843 || 2444.9 || 6435.1 || 6717.4 || 24769 || 22853.8 |\n| Tikinti təşkilatlarının sayı, ədəd || 6 || 8 || 6 || 11 || 11 || 13 |\n| Onlarda çalışan işçilərin sayı, nəfər || 711 || 253 || 229 || 234 || 226 || 172 |\n| Öz güclərilə yerinə yetirilmiş tikinti işlərinin həcmi, min manat || 3458.2 || 2188.5 || 2243.1 || 4198.4 || 3572.5 || 2651.4 |\n| ||2000||2005||2006||2007||2008 ||2009 |\n| Fəaliyyət göstərən müəssisələrin sayı - cəmi, vahid || 15 || 13 || 13 || 17 || 19 || 20 |\n| Sənaye məhsulunun həcmi (müvafiq ilin qüvvədə olan faktiki qiymətləri ilə), min manat || 12843 || 20484 || 19507 || 23905 || 25862 || 21251 |\n| Sənaye məhsulunun həcmi, əvvəlki ilə nisbətən, faizlə (müqayisəli qiymətlərlə) || 62.7 || 94 || 90 || 86.9 || 98.4 || 82 |\n| Sənaye məhsulunun həcmində qeyri- dövlət sektorunun xüsusi çəkisi,faizlə || ... || 86.2 || 86.9 || 73.2 || 59 || 66.2 |\n| İstehsal edilmiş hazır məhsulun ilin axırına qalığı, min manat || 192.4 || 54.3 || 419 || 371.7 || 532.4 || 516.4 |\n| İşçilərin orta siyahı sayı-cəmi, nəfər || 2248 || 1324 || 1356 || 1660 || 1737 || 1579 |\n| İşçilərin orta aylıq əmək haqqı, manat || 40.7 || 318.5 || 323.8 || 371.6 || 408.7 || 384.9 |\n| Sənaye-istehsal əsas fondlarının mövcudluğu (ilin axırına; balans qiymətləri ilə), min manat || 127.5 || 66.3 || 66.9 || 75.8 || 76.8 || 79.3 |\n| Natural ifadədə əsas məhsul növləri istehsalı: || || || || || || |\n| Neft, min ton || - || 344 || 314.6 || 308.4 || 260.7 || 239 |\n| Qaz, min kub m || - || 54.8 || 35.5 || 46.7 || 29.9 || 26.8 |\n| Un, ton || 9281 || - || - || - || - || - |\n| Pambıq mahlıcı, ton || 2061.4 || 2706 || 1406 || 847.1 || 331.5 || 242.5 |\n| Pivə, min dkl || - || 50.8 || 50.3 || 51.2 || 50.7 || 50.6 |\n| Pambıq tiftiyi (linti) və çiyidi,ton || 9409.6 || 4302 || 2320 || 1425 || 540.1 || 393.9 |\n| Ulyuk, ton || 42.6 || 50.9 || 32.3 || 23.9 || 6.3 || 7.5 |\n| Bərkimiş proteindən və ya sellüloz materiallardan hazırlanan süni qlaflar (örtüklər), ton || 771 || 0.9 || 99.6 || 448.4 || 125.4 || 61.8 |\n| Keramik tikinti kərpicləri; || || || || || || |\n| kərpiclə hörgü üçün ağır gildən hazırlanmış məmulatlar, kub metr || - || 12413 || 20577 || 9894 || 14744 || 12924 |\nThe State Statistical Committee of the Republic of Azerbaijan\n| ||2000||2005||2006||2007||2008 ||2009 |\n| Avtomobil nəqliyyatı ilə yük daşınması, min ton || 589 || 646 || 691 || 743 || 789 || 849 |\n| Yük dövriyyəsi, mlyn. ton km || 62.6 || 74.6 || 75.7 || 79.2 || 84.1 || 87.5 |\n| Avtomobil nəqliyyatı ilə sərnişin daşinması, min nəfər || 13735 || 15034 || 16026 || 17196 || 18692 || 20943 |\n| Sərnişin dövriyyəsi, mln sərnişin km || 91.8 || 123.4 || 124.7 || 127.3 || 134.6 || 142.9 |\n| Avtomobillərin sayı-cəmi, ədəd || 7562 || 7202 || 7268 || 7491 || 7223 || 7076 |\n| o cümlədən: || || || || || || |\n| yük avtomobilləri || 1225 || 1624 || 1641 || 1800 || 1514 || 1528 |\n| avtobuslar || 260 || 338 || 336 || 346 || 320 || 313 |\n| sərnişin minik || 5772 || 5024 || 5081 || 5052 || 5123 || 4985 |\n| şəxsi minik || 5705 || 4887 || 4951 || 4958 || 4990 || 4863 |\n| xüsusi təyinatlı avtomobillər || 289 || 153 || 170 || 220 || 212 || 196 |\n| digər avtomobillər || 16 || 63 || 40 || 73 || 54 || 54 |\n| Poçt şöbələrinin sayı, vahid || 24 || 24 || 26 || 28 || 28 || 28 |\n| Hər 100 ailəyə düşən telefon aparatlarının sayı, ədəd || 29 || 29 || 31 || 31 || 31 || 31 |\n| şəhərdə || 59 || 48 || 51 || 63 || 62 || 63 |\n| kənddə || 13 || 15 || 16 || 14 || 14 || 14 |\nAzərbaycanın regionları"
] | [
"http://www.azstat.org/region/az/008_13.shtml"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q643895--Xarici keçidlər-1 | 2 | Babək rayonu | Babək rayonu — Naxçıvan MR-da rayon. Arazboyu düzənlikdədir. 23 oktyabr 1978-ci ildə Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuş, XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılmışdır. Şimal-qərbdə Ermənistan, cənubda İran, eləcə də Naxçıvan MR-in Kəngərli, Şahbuz, Culfa rayonları ilə həmsərhəddir. Ərazisi 760 kvadrat kilometr, əhalisi 76.5 min nəfərdir (1. yanvar 2021). Mərkəzi Babək şəhəridir. Rayonun ərazisi 0,92 min km²., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər, 2 qəsəbə, 33 kənd vardır. Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir.
Əsas zirvələri: Keçəl təpə (2744 m), Qaraquş (2617 m), Buzqov (2475 m), Anabadgədik (2081 m), Nəhəcir (1807 m)
Əsas su hövzələri: Çaylar: Araz (1072 km), Cəhri (45 km), Sirab (11 km), Qahab (21 km). Su anbarları: Araz, Uzunoba, Güznüt, Sirab su anbarları. | Xarici keçidlər | Babək rayonu
Naxçıvan şəhərində və Babək rayonunda yeni obyektlər inşa olunur
Babək rayon İcra Hakimiyyəti
Babək şəhərində bazar kompleksi istifadəyə verilib | [
"Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ali təhsil ocaqları üçün yeni tədris obyektlərinin istifadəyə verilməsi artıq ənənə şəklini alıb. Müasir tələblər səviyyəsində inşa olunan yeni tədris korpusları muxtar respublikada təhsilin məzmunca yenilənməsinin və təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinin parlaq təzahürüdür. Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisindəki müasir tədris binaları yenitipli universitet şəhərciyini daha da gözəlləşdirir.\nÖtən ilin mart ayından başlayaraq universitet şəhərciyi ərazisində İqtisad fakültəsi üçün yeni tədris korpusunun inşasına başlanılıb. Obyektdə genişmiqyaslı quruculuq işləri həyata keçirilib, ərazi abadlaşdırılıb. Hazırda yeni binada son tamamlama işləri gedir.\nBinada inşaat işlərini həyata keçirən “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin iş icraçısı Fikrət Qaybalıyevdən aldığımız məlumata görə, burada istilik sistemi quraşdırılıb, kommunikasiya və elektrik xətləri çəkilib. Yeni korpusun ərazisində abadlıq işlərinə başlanılıb. İki mərtəbədən ibarət olan yeni binada 102 yerlik akt zalı, toplantı zalı, kompüter otağı, 21 auditoriya yaradılıb. Bu korpusda 792 tələbə təhsil ala biləcək.\nNaxçıvan şəhərində inşaat işlərinin geniş vüsət aldığı daha bir obyekt isə Naxçıvançayın kənarında əhalinin asudə vaxtının səmərəli təşkilinə töhfə verəcək istirahət mərkəzidir. Mərkəzin binası zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq.\n“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin adıçəkilən obyekt üzrə iş icraçısı Akif Quliyevin bildirdiyinə görə, binanın zirzəmisində avtomobillər üçün dayanacaq, bərbər, qadın gözəllik salonu, qazanxana və xidməti otaqlar fəaliyyət göstərəcək. Qalan mərtəbələr istirahət otaqları, kafelər və digər əyləncə obyektləri üçün nəzərdə tutulub. Burada idman zalı, üzgüçülük hovuzu, tədbirlər zalı qonaqların ixtiyarına veriləcək. İstirahət mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılacaq, müasir işıqlandırma sistemi qurulacaq, yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. Yeni tikilidə dövrün və şəhərin xarakterik xüsusiyyətləri əks olunacaq, burada Şərq memarlığı elementlərinə, xüsusilə Naxçıvan memarlıq məktəbinə aid üsluba geniş yer veriləcək. Memar Cəmil Quliyevin layihəsi əsasında inşa olunan bina tamamlandıqdan sonra şəhərin ən görməli yerlərindən birinə çevriləcək.\nObyektə yaxın ərazidə isə dəmir konstruksiyalar əsasında qurulan İstirahət və Əyləncə Mərkəzində işlər “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə həvalə edilib. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olacaq binada bovlinq salonu və atış zalları yaradılacaq. Digər mərtəbələrdə isə kafe, uşaq və böyüklər üçün əyləncə yerləri və mağazalar fəaliyyət göstərəcək.\nNaxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Yol-nəqliyyat infrastrukturunun gücləndirilməsi sahəsində reallaşdırılan layihələrin əsas məqsədi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir. Bu həm də dövlətin vətəndaşlara göstərdiyi qayğının təzahürüdür.\nMuxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Naxçıvan Yol Təmir Tikinti İdarəsinin iş icraçısı Sabir Rəfiyevdən aldığımız məlumata görə, hazırda Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən yolda yenidənqurma işləri aparılır. 7 kilometrə yaxın olan yolun hərəkət hissəsi genişləndirilib, 3 kilometr hissəyə asfalt örtüyü salınıb. Yeni çəkilən yolun eni 7,2 metr olacaq.\nQeyd edək ki, adıçəkilən kəndlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün də müvafiq tədbirlər görülüb. Əhalinin rahatlığına xidmət edən bu tədbirlərin davamı olaraq cari ildə Uzunoba Su Anbarından çəkilən kanal əsaslı təmir olunur.\nNail ƏSGƏROV",
"“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Babək rayonunda da uğurla icra olunur, kompleks-quruculuq tədbirləri həyata keçirilir. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, Babək rayonunu da müasir yaşayış məntəqəsinə çevirmiş, məskunlaşma artmış, rayon mərkəzi və kəndlər böyümüşdür. Bu il Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilmişdir. Rayonda sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının sayının artması istehsal olunan məhsulların satışını da zərurətə çevirmiş, Babək şəhərində müasir bazar kompleksi tikilmişdir.\nDekabrın 17-də Babək şəhərindəki yeni bazar kompleksi istifadəyə verilmişdir.\nNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.\nBabək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov demişdir ki, Babək rayonu son 25 ildə böyük inkişaf yolu keçmiş, yenidən qurulmuşdur. Göstərilən diqqət və qayğı sayəsində rayonda bütün infrastruktur yaradılmışdır. Bu gün isə Babək şəhərində bazar kompleksi tikilib əhalinin istifadəsinə verilir. Rayon sakinləri indiyədək istər istehsal etdikləri məhsulları satmaq, istərsə də lazım olan zəruri məhsulları almaq üçün Naxçıvan şəhərindəki bazarlara üz tuturdular. Yeni bazar kompleksi bu sahədə rayon əhalisinə hərtərəfli xidmət göstərəcəkdir. Rasim Hüseynov yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq etmişdir.\nNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Babək şəhərində bazar kompleksi istifadəyə verilir. Yeni kompleksdən bütün şəhər sakinləri istifadə edəcəklər. Babək rayonu 1978-ci ildə ulu öndərimizin qərarı ilə yaradılıb. Ötən dövrdə rayon böyük inkişaf yolu keçmiş, 2008-ci ildə 30, 2018-ci ildə 40 illiyi qeyd edilmiş, yubileylərlə bağlı tədbirlər planları hazırlanaraq icra olunmuşdur. Həyata keçirilən tədbirlər və əldə olunan inkişaf Babək qəsəbəsinin şəhərə çevrilməsinə zəmin yaratmışdır. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər statusu verilmişdir. Bu gün Babək Azərbaycanın müasir şəhərləri sırasına daxil olmuşdur. Bütün bunlar inkişafın göstəricisidir.\n“Şəhər o yerdə yaradılır ki, orada inkişaf olsun, yenidənqurma işləri aparılsın və ərazidəki infrastruktur şəhərin tələblərinə cavab versin”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, ötən dövrdə görülən işlər Babək qəsəbəsinin şəhər statusu almasına imkan verdi. Babəkə şəhər statusu verilən zaman bazar kompleksinin qurulması da qərarlaşdırıldı və ərazi seçildi. Hazırda Babək rayonunda 5 min 900-ə yaxın sahibkarlıq subyekti fəaliyyət göstərir. Yeni bazar kompleksində sahibkarlıq müəssisələrinin, ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların satışı, kənd təsərrüfatı məhsulları yarmarkalarının keçirilməsi üçün hərtərəfli şərait vardır. Artıq sakinlər rayonda istehsal olunan məhsulları Naxçıvan şəhərinin bazarlarından deyil, Babək şəhərində fəaliyyət göstərən bazardan alacaqlar. Kompleksin tikilməsi üçün seçilən ərazi sakinlərin buraya rahat gediş-gəlişinə də təminat verir. Bazar kompleksi uzun illər sakinlərə xidmət edəcəkdir. Onlar burada həm məhsullarını satacaq, həm də gündəlik tələbatlarını ödəyəcəklər. Həmçinin bazar kompleksi yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunmasına da töhfə verəcəkdir.\nAli Məclisin Sədri kompleksin qurulmasında əməyi olanlara təşəkkür etmişdir.\nBabək şəhər sakini, ziyalı Ənvər Hüseynov minnətdarlıq edərək demişdir: “Mən burada doğulmuşam. Rayon yaradılandan Babək şəhər statusu alanadək ötən dövr hər an gözlərim önündə canlanır. Vaxtilə burada bir inzibati bina və kiçik məktəb var idi. Göstərilən dövlət qayğısı sayəsində bu gün abad yollarımız, müasir xəstəxana, uşaq bağçası, iki məktəb, musiqi məktəbi, rabitə evi, idarə və təşkilatlar üçün yeni inzibati binalar şəhərimizə xüsusi gözəllik verir. İstifadəyə verilmiş 7, 5 və 2 mərtəbəli yaşayış binaları əhali rifahının, məskunlaşmanın göstəricisidir. Babək artıq aqrar sənaye rayonuna çevrilmişdir. Hazırda burada 62 adda sənaye məhsulu istehsal olunur. Həmin məhsulların yeni bazar kompleksində satışı təşkil olunacaq. Yaradılan şəraitdən səmərəli istifadə edəcək, qurulanları qoruyacağıq”.\nSonra kompleksə baxış olmuşdur. Məlumat verilmişdir ki, 4700 kvadratmetr ərazini əhatə edən bazar binasında ərzaq, geyim, məişət, təsərrüfat malları və mobil telefon mağazaları, yeməkxana, bərbər, foto, əczaxana və baytarlıq əczaxanası yerləşir. Binada istilik və su sistemləri qurulmuşdur. Kompleksdə 36 satış yeri olan yarımqapalı meyvə-tərəvəz satış sahəsi tikilmişdir. Eləcə də burada kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili üçün də şərait vardır. Ərazidə heyvan və ev quşlarının satışı üçün 1250 kvadratmetr çəpərlənmiş sahə ayrılmışdır.\nBazara gedən yola asfalt salınmış, 57 yerlik avtomobil dayanacağı yaradılmışdır.\nSatıcılardan Vüqar Süleymanov, Nazilə Zeynalova və Əfsanə İsayeva yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər.\nAli Məclisin Sədri bazarda ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi, əhalinin tələbatının nəzərə alınması, yarmarkaların təşkili və təmizliyə riayət olunması barədə tapşırıqlar vermişdir.\nNaxçıvan Muxtar Respublikası\nAli Məclisinin mətbuat xidməti"
] | [
"https://web.archive.org/web/20170617210252/http://www.serqqapisi.az/index.php/iqtisadiyyat/12948-nakhch-van-shaehaerindae-vae-babaek-rayonunda-yeni-obyektlaer-insha-olunur",
"https://web.archive.org/web/20210302154613/http://www.serqqapisi.az/index.php/resmikhronika/28794-babaek-shaehaerindae-bazar-kompleksi-istifadaeyae-verilib.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q457494--Tarixi-1 | 2 | Daşkəsən rayonu | Daşkəsən rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Daşkəsən şəhəridir. | Tarixi | Keçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948–1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür.Deportasiya və müharibədən sonrakı böhran 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur. 1969-cu ilin iyununda rayonun Bayans kəndində Andranikin heykəli ucaldılsa da, Daşkəsən rayonunun birinci katibi Həsən Süleymanovun göstərişi ilə dərhal sökülmüşdü.Andronik heykəlini uçuran mərd azərbaycanlı KİMDİR? — Heydər Əliyev onu belə xilas etmişdi
Qarabağ müharibəsi dövründə döyüşlərin bir hissəsi Daşkəsənə məxsus kəndlərlə həmsərhəd ərazilərdə getmişdir. Ermənilər Azərbaycanın bir çox əraziləri kimi Daşkəsənə də iddia edir, buradakı Alban məbədlərinin ermənilərə məxsus olması haqda saxta faktlar uydurur, buranın "qədim Ermənistan torpağı" olduğunu təbliğ etməyə çalışırlar.
Zağalı, Zivlən, Bayan, Qurubulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir.http://www.mct.gov.az/?/az/cities/view/328/&PHPSESSID=a73e980f64b1071de230e6f9d6ecaa24
2010-cu ilin yanvar ayında Daşkəsən rayonunda yerləşən, Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissəsədə baş vermiş qanlı hadisə nəticəsində Azərbaycan Ordusunun 6 hərbçisi həlak olub, daha 2 hərbçisi isə yaralanmışdır. Nazirliyin yaydığı rəsmi məlumatda həlak olan 2 hərbçinin digər 4 hərbçini güllələdiyi, daha sonra isə özlərini öldürdüyü deyilir. Lakin həlak olan hərbçilərin yaxınları və müstəqil hərbi ekspertlər bu versiyanın uydurma olduğunu, hadisənin ermənilər tərəfindən törədildiyini bildiriblər. | [
"Andronik heykəlini uçuran mərd azərbaycanlı KİMDİR? - Heydər Əliyev onu belə xilas etmişdi\n25-12-2019, 01:22\nHəsən Süleymanovun ibrətamiz həyatı...\nHəsən Süleymanov 1962-ci ildə, 30 yaşı olarkən Azərbaycan SSRİ-nin Daşkəsən rayonunun birinci katibi vəzifəsinə təyin edilmişdi. İxtisasca geoloq olan bu şəxs, əhalisinin yarısına yaxınını erməni olan rayonun ən vətənpərvər simalarından biri idi.\nKeçək hadisəyə...\n1966-cı ildə Daşkəsən Rayon İcraiyyə Komitəsinin sədri Xocayan Mərkəzi Komitəyə məktubla müraciət etdi. Məktubda II Dünya müharibəsində həlak olan Daşkəsən rayon Bayans kəndinin sakinləri şərəfinə abidə ucaltmaq üçün torpaq ayrılması xahiş edilirdi. Heykəlin hazırlanmasına xərclənəcək vəsait isə kəndlilərdən “könüllü” yığılmışdı. Qısa vaxt ərzində cavab gəldi, Moskva ermənilərə heykəl ucaltmağa icazə vermişdi ...\nÜç il ərzində memar Rafael İsraelyan və heykəltaraş Aro Arutunyan 3 metr hündürlükdə, 7 ton ağırlığındakı abidə üzərində çalışdılar. Nəticədə 1969-cu ilin iyununda heykəl hazır oldu. Ancaq heykəlin Bayans kəndinin həlak olan ermənilərinə heç bir aidiyyatı yox idi, heykəl illərlə Azərbaycan türklərinin qanını tökmüş terrorçu Andronikinin təsviri idi. Beləliklə, tarixi türk torpağı olan Daşkəsəndə türk düşməni Andronikin heykəli ucaldıldı.\n26 iyun, 1969-cu ildə axşam saat doqquz radələrində Daşkəsən rayonunun birinci katibi Həsən Süleymanovun qapısı həyəcanla döyüldü. Qapını döyən yaşlı bir kənd sakini idi. “Sən bilirsən ermənilər kimə abidə qoyublar? Sən bilirsən ki, onlar Adronikə heykəl ucaldıblar?” – deyə, qadın soruşdu. Həsən Süleymanov həyəcanlandı və qəzəbləndi. Rayon icra katibi idi, ermənilərin 3 ildir bir heykəl üzərində çalışdıqlarını bilirdi, lakin bu heykəl kənd sakinlərinə həsr olunmalı idi, Adronikə yox. Heykəli gözləri ilə gördü, bir seçim etməli idi, mərkəzin əmrinə tabe olmayaraq heykəli sökdürüb, vəzifəsini, bəlkə də, həyatını itirəcək ya da torpaqlarında erməni cəlladının heykəli olmasıyla razılaşacaqdı.\nO, razı olmadı, dərhal Zəylik kəndində yerləşən mədənə gedərək özüylə bir işçi və buldozer götürərək heykəlin qarşısına yollandı. Gecəylə heykəli sökdürdü və qalıqlarını Daşkəsənin ucqar aşırımlarından yuvarladı. Süleymanov başına açılacaq oyunlardan xəbərdar idi, ancaq o heykəl onun xalqının qürurunu incidir, şəxsiyyətini alçaldırdı.\nTəbii ki, onun bu hərəkəti cavabsız qalmadı. Daşkəsəndə rəhbər vəzifələrdə çalışan ermənilər Həsən Süleymanov haqqında Bakıya və Moskvaya ardıcıl şikayətlər yazdılar. O, erməni və azərbaycanlılar arasındakı dosluğu təhqir etmək və Azərbaycanda millətlərarası düşmənçiliyi qızışdırmaqda ittiham edildi. Nəticədə siyasi büro bu mərd azərbaycanlı haqqında qərar verdi: “Şəxsi işinə yazılmaqla töhmət verilsin və tutduğu vəzifədən azad edilsin”.\nBəli, vətənini, xalqını sevən və öz rayonunda xalqının qanını tökmüş terrorçunun heykəlini görməyi qəbul etməyən Həsən Süleymanov yoldaşı Solmaz xanım və iki azyaşlı qızı ilə düz iki il, işsiz, mənzilsiz, yarı ac, yarı tox yaşadı.\nİki il sonra isə şans yenə bu mərd geoloqun üzünə güldü. O, Xəzər Dəniz Kəşfiyyat İdarəsinin rəis müavini təyin edildi. Həsən Süleymanov artıq nəzarətdə, himayədə idi. Onun işdən azad olunmasına səssiz qalmağa məcbur olan Azərbaycan SSRİ-nin birinci katibi Heydər Əliyev onu həbsdən xilas etmiş və karyerasında yolunu açmışdı.\nBunu, 1998-ci ildə Azərbaycan ziyalıları ilə görüşdə prezident Heydər Əliyev Bəxtiyar Vahabzadənin Andronikin heykəlini uçuran icra katibinin taleyi haqqında verdiyi suala cavab verərkən açıqlayır:\nheydər əliyev ziyalılar ile ilgili görsel sonucu\n“O dövr SSRİ-yə rəhbərlik edən Brejnev erməni heykəlini uçuran icra katibi Həsən Süleymanovun işindən azad edilərək həbs edilməsi haqqında qərar vermişdi. Lakin mənim onun iki azyaşlı övladına yazığım gəldi, onun həbs edilməsinə mane oldum”.\nTale bəzən mərd insanların üzünə gülür. Ermənilərin rəhbər vəzifələr tutduğu, əhalisinin təxminən yarısının erməni olduğu Daşkəsəndə sovet dövründə Andronikin heykəlini uçurmaq o qədər də asan iş deyildi.\nƏn önəmlisi isə o idi ki, Həsən Süleymanov bu əməlindən heç vaxt peşman olmadı. Ondan böyük qızı illər sonra Daşkəsən əhvalatını xatırladaraq soruşur: “Üstündən bu qədər il keçib, o heykəli uçurduğuna görə heyfslənməmisənmi heç?”\nHəsən Süleymanov belə cavab verir: “Mən heç nəyə heyfslənmirəm, bu gün olsaydı yenə eyni hərəkəti edərdim”...\nBu gün Həsən Süleymanov kimi şəxsiyyətlər biz, torpaqlarında Adronikin övladlarının at oynatdığı nəsillər üçün ibrət və dəyərli nümunədir...\nNicat İSMAYILOV\nhttps/ednews.net/\nTeref.az olaraq zəruri qeyd:Daşkəsəndə ermənilər qartal heykəli düzəltmişdilər, lakin bu qatalın başı Andronikin başı olub.\nRəhmətlik Həsən Süleymanov Naxçıvanın Şahtaxtı kəndindən olub.\nNurəddin Xoca.",
"|\n||\n|\nDAŞKƏSƏN FACİƏSİ: RƏSMİ ARAŞDIRMA BİTSƏ DƏ, SUALLAR BİTMƏYİB\n|\n|\n00:38 27-10-2011\n2010-cu ilin yanvarında Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı N hərbi hissəsində həlak olan əsgərlərin valideynləri Çingiz Şəfiyevin məsuliyyətə cəlb olunmasını istəyirlər.\n|\n|\nÇingiz Şəfiyev Müdafiə Nazirliyinin Şəmkir korpusunun komandiri olub. Daşkəsən rayonundakı hərbi hissə bu korpusa daxildir və 2010-cu ilin yanvarında hissədə qanlı hadisə baş verəndə Şəmkir korpusuna Çingiz Şəfiyev komandirlik edib. 2011-ci ilin fevralında korpusa tabe olan digər hissədə - Göygöldəki N hərbi hissəsində də qanlı hadisə baş verib. Bundan sonra ali baş komandan, prezident İlham Əliyev Çingiz Şəfiyevi korpus komandiri vəzifəsindən azad edib. Dövlət başçısı həmçinin Çingiz Şəfiyevi general-mayor rütbəsindən məhrum edib. Şəfiyevin rütbəsi bir pillə aşağı endirilib. Hazırda Çingiz Şəfiyev Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasında kafedra müdiri işləyir.\nDaşkəsəndəki hərbi hissədə 2010-cu il yanvarın 28-də baş verən qanlı hadisədə 4 zabit və 2 əsgər güllə yarasından həlak olub, 2 hərbçi (biri zabit, biri isə müddətdən artıq xidmət edən kiçik çavuş) yaralanıb. İstintaqın qənaətinə görə, zabitləri əsgərlər öldürüb və onlar yaraladıqları hərbi qulluqçulara da atəşi onları öldürmək məqsədilə açıblar. İstintaqın qənaətinə görə, əsgərlər 6 hərbçini avtomat silahdan atəşə tutandan sonra üz-üzə durub bir-birinə eyni anda atəş açmaqla intihar ediblər. İstintaq bu hadisənin kökündə əsgərlərin incidilməsi, onlardan rüşvət tələb olunması kimi qanunsuz halların dayandığı qənaətinə gəlib.\nHadisə zamanı həlak olan zabitlər: polkovnik-leytenant Yusif Səadəttin oğlu Cumayev, kapitan Vasif Mirələm oğlu Sadıqov, baş leytenant Anar Əllədin oğlu Quliyev, gizir Elgün Loğman oğlu Səmədov.\nHadisədə həlak olan əsgərlər: kiçik çavuş Elxan Bəyalı oğlu Əzizov, sıravi Sadiq Etibar oğlu Məmmədov.\nYaralananlar: mayor Vazeh Məhəmməd oğlu Babayev, müddətdən artıq xidmət edən kiçik çavuş Samir Eyvaz oğlu Abbasov.\nHadisədən sonra hərbi hissənin bir sıra hərbçilərinə, o cümlədən hadisədə yaralanmış mayor Vazeh Məhəmməd oğlu Babayevə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan olunub. İttihamlar ümumilikdə Cinayət Məcəlləsinin 311 (Rüşvət alma (passiv rüşvətxorluq), 313 (Vəzifə saxtakarlığı), 331 (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə), 341-ci (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 342-ci (Qulluğa səhlənkar yanaşma) və 337-ci (Daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma) maddələrini əhatə edib.\nİttiham olunan hərbçilərə 2010-cu ilin dekabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hökm oxunub. Mayor Vələd Qüdrət oğlu Qurbanov 12 il, baş leytenant Rüstəm Əhmədiyyə oğlu Əhmədov 12 il, mayor Vazeh Məhəmməd oğlu Babayev 9 il, kapitan Fuad Tahir oğlu Mütəllimov 4 il, kiçik çavuş Əli Namaz oğlu İmanov 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.\nLakin həlak olan əsgərlərin valideynləri - Sadiq Məmmədovun anası Aynur Məmmədova və Elxan Əzizovun atası Bəyalı Əzizov, eyni zamanda onların hüquqlarını müdafiə edən Telman Əbiyev bu cəzaları yetərli saymır və hadisə baş verən vaxt korpus komandiri olmuş Çingiz Şəfiyevin də məsuliyyətə cəlb olunmasını istəyirlər.\n2011-ci ilin martında əsgər valideynləri ali baş komandan, prezident İlham Əliyevə ərizə ilə müraciət ediblər. Onlar istintaqın qeyri-obyektiv aparıldığını bildiriblər, 2010-cu ilin yanvarında Daşkəsəndəki hərbi hissədə baş verən qanlı hadisənin istintaqının 2011-ci ilin fevralında Göygöldəki hərbi hissədə baş verən qanlı hadisənin istintaqı ilə birləşdirilərək ədalətli istintaq araşdırmasının təmin olunmasını xahiş ediblər.\nGöygöldəki hadisə zamanı hərbi hissədə 7 əsgər həlak olub. İstintaqın qənaətinə görə, əsgərlərdən biri avtomat silahla 6 əsgəri, sonda isə özünü öldürüb. Bu işin istintaqı zamanı hadisə baş verən hərbi hissənin və Şəmkir korpusunun bir sıra zabitləri cinayət məsuliyyətinə cəlb olunub. İstintaq artıq başa çatıb və hazırda işə Gəncə Hərbi Məhkəməsində baxılır.\nGöygöldə ölən əsgərlərin valideynləri, xüsusilə 6 əsgəri və sonda özünü öldürdüyü bildirilən əsgərin atası istintaqdan narazıdır və yenidən istintaq aparılmasının təmin edilməsi üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb.\nHəm Daşkəsən, həm də Göygöl hadisəsinin istintaqını Respublika Hərbi Prokurorluğu aparıb.\nƏsgər atası: “Oğlumu düz ürəyindən vurublar”\nDaşkəsəndə həlak olmuş əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov “Media forum” saytına açıqlamasında deyib ki, onun oğlu çox mehriban, dostcanlı, dürüst, yalanı sevməyən bir insan olub: “Elxan 1990-cı il noyabrın 1-də Bakıda dünyaya gəlib. 2009-cu il yanvarın 5-də Nizami Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Əsgərliyi dövründə Elxanın həm əsgər dostları, həm də komandiriylə münasibəti yaxşı olub. Yanvarın 28-də baş verən hadisənin şahidləri bildiriblər ki, hadisə saat 15-16 arasında olub. Amma Elxan saat 17:15-də əmisi oğlu ilə telefonda danışıb. Əgər oğlum bu hadisəni törədib sonra Sadiq Məmmədovla bir-birini öldürübsə, əmisi oğlu ilə necə telefonla əlaqə saxlayıb? Cinayəti törədib sonra əlaqə saxlayıbsa, necə telefonda rahat danışıb hal-əhval tuta bilib?\nOğlumu düz ürəyindən vurublar. İstintaq bildirir ki, guya Elxanla Sadiq Məmmədov zabitləri və kiçik çavuş Samir Abbasovu gülləyə tutandan sonra qaçıb zibillik adlanan yerdə qarşı-qarşıya dayanıb bir-birilərini güllələyiblər. Mən bu yalana əvvəlcə inansam da, Sadiq Məmmədovun meyitinin şəkillərini görəndən sonra əmin oldum ki, Elxan da, Sadiq də öldürülüblər.\nFikrimcə, bu hadisənin arxasında duranlar var və onların məqsədi polkovnik-leytenant Yusif Səadəttin oğlu Cumayevi öldürüb, sonra oyun qurub izi azdırmaq olub. Yusif Cumayevi öldürəndən sonra Elxanla Sadiqi aradan götürüblər ki, onların adından istifadə edib hadisənin üstünü bağlı saxlasınlar”.\nBəyalı Əzizovun bildirdiyinə görə, istintaq zamanı Elxan Əzizovla Sadiq Məmmədovun silahları ekspertizadan keçirilib: “Kompleks məhkəmə ballistik, daktiloskopik və trasoloji ekspertizasının 12.02.2010-cu il tarixli 1597/98/99/1600 saylı rəyində deyilir ki, tədqiqata təqdim edilmiş TF 6010 nömrəli və AU 1779 nömrəli avtomat silahların, 2 ədəd sandıqçanın üzərində aşkar edilmiş papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Rəydə bildirilir ki, təqdim edilmiş 22 ədəd patronun səthində əl-barmaq və papilyar naxış izləri aşkar edilməyib”.\nBəyalı Əzizov “Media forum”a bildirib ki, o, oğlunu hərbi xidmət keçdiyi vaxt mayor Vazeh Babayevə tapşırıbmış: “Elxana Vazeh Babayev nəzarət edirdi. Atışmada yaralanan Vazeh Babayev məhkəmədə ifadə verəndə bildirdi ki, ona atəş açanı görməyib. Necə ola bilər ki, o, üç addımlıqda öz əsgərini, ona tapşırılmış bir əsgəri tanımayıb?\nMəhkəmədə 6 nəfərin ölümü qalmışdı qıraqda, rüşvətxorluqdan, dələduzluqdan danışılırdı. Biz görəndə ki, ölümə görə heç kim həbs olunmur, heç kim bundan danışmır, məcbur olduq vəkil tutduq.\nHərbi hissədə olan özbaşınalığı, rüşvətxorluğu əvvəlcədən araşdırmaq, buna zəmin yaradan zabitləri vaxtında cəzalandırmaq olmazdımı?”\nƏgər zabitlərin maaşını düzgün təmin etsələr, onlar da valideynlərdən rüşvət almaz. Gedin cəbhə xəttinə, baxın görün zabitlərimiz nə gündə yaşayırlar. O çətin şəraitdə qulluq edən zabitlərimiz öz ailələrinin dolanışığını təmin edə bilmirlər. Amma bəzi zabitlər və onların havadarları paytaxtın dəbdəbəli yerlərində yaxşı ev və şəraitlə təmin olunub”.\nOğlunun ölümü, istintaqın gedişi ilə bağlı müxtəlif instansiyalara, o cümlədən ölkə prezidentinə müraciət etdiyini, bəzi zabitlərin, xüsusilə Çingiz Şəfiyevin məsuliyyətdən kənar qalmasından şikayətləndiyini deyən Bəyalı Əzizov bu müraciətlərin hələ bir nəticəsinin olmadığını da vurğulayıb.\nƏsgər anası: “Oğlum intihar etməyib, öldürülüb”\nMərhum əsgər Sadiq Məmmədovun anası Aynur Məmmədova da “Media forum”a açıqlamasında oğlunun intihar etmədiyini, öldürüldüyünü bildirib.\nSadiq Məmmədov 1991-ci ildə Bakıda anadan olub. 2009-u ilin oktyabr ayında Nəsimi Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.\nAnasının dediyinə görə, Sadiqin meyitinə baxıblar: “Meyit pis vəziyyətdə idi. Hətta qanı dayanmadığı üçün sarafana bükmüşdülər. Meyitin şəkillərinə də baxanda görünür ki, oğlum intihar etməyib, öldürülüb. Şəkillərdən bilinir ki, oğlumu kimsə möhkəm döyüb, sonra öldürüb. Mənim oğlum qorxaq deyildi ki, özünü öldürə. İntihar edəndə bircə güllə izi olar, daha cəsədi gömgöy göyərməz, bıçaq və güllələrlə deşik-deşik olmaz.\nBiz həmin şəkilləri kimə göstərdiksə, etinasız yanaşdı. Bizə bildirdilər ki, göy yerlər yaşıl yodun - “zelyonka”nın yerinə oxşayır. Bir sözlə, oğlum möhkəm döyüldükdən sonra öldürülüb. Sadiqi qətlə yetiriblər”.\nAnasının bildirdiyinə görə, Sadiq hərbi xidmətə həvəslə gedib: “Sevinirdi ki, vətənini qorumağa gedir. Oğlumun əsgər gedənə yaxın üzündən çiban, yara kimi nəsə çıxırdı. Əsgərlikdə həmin yaralar boğaz və baş nahiyəsinə də yayılıb. Sadiqi müalicə üçün hospitala göndərdilər. Bir ay müalicə olundu. Sonra onu Biləcəridəki hərbi hissəyə apardılar. Üç ay həmin hissədə qaldıqdan sonra Daşkəsən rayonundakı hərbi hissəyə göndərdilər. Bir ay keçmişdi ki, həlak oldu.\nƏsgərlikdəki vəziyyətini soruşanda həmişə yaxşı olduğunu bildirirdi. Bizə heç vaxt heç nə demirdi. Amma hiss edirdim ki, onu orada incidirlər. Sadiq çox qürurlu idi. Hətta məni görüşə gəlməyə qoymurdu. Deyirdi ki, gəlsən, görüşə çıxmayacam. Çox cəsur oğlan idi.\nOlduqca qabiliyyətli idi. Gözəl şəkillər çəkirdi, pianoda çalmağı bacarırdı. Həm də idmançı idi, sərbəst güləşlə məşğul olurdu. Dostları ilə münasibəti çox yaxşı idi. Dostları onu çox sevib hörmət edirdilər. Çünki oğlum düzgünlüyü sevən oğul idi.\nBiz nə qədər etdiksə Sadiqin ölümü haqqında heç kimdən heç nə öyrənə bilmədik. Sadəcə bildirdilər ki, bir neçə nəfəri öldürəndən sonra Elxan Əzizovla birgə intihar məqsədilə bir-birilərini güllələyiblər.\nHəyat yoldaşım dəfələrlə müxtəlif orqanlara məktublar göndərmişdi. Bizə ən ağır gələn oğluma cinayətkar damğasının vurulmasıdır. Həyat yoldaşım bütün bu haqsızlıqlara dözməyib dünyasını dəyişdi. Bizim ailə bir yox, iki itki verdi. Sadiqin atası atılan böhtan və yalanlara dözmədi. İstintaq qurtarmamış dünyasını dəyişdi.\nSadiq - şəhiddir. Mənim tək arzum var: haqsız yerə qətlə yetirilən bütün əsgərlərin, eləcə də mənim oğlumun qanı yerdə qalmasın. Oğlumu qətlə yetirib üstümə göndərsələr də, mən yenə vətənimdən üz çevirmədim. Düşündüm ki, erməni bizə gülər, ona görə də çox səsimi çıxartmadım. Düşündüm ki, oğlum vətənini qoruyanda şəhid olub. Min oğlum olsa, minini də vətənimə qurban verərəm. Ancaq heç kim bizimlə maraqlanmadı. Bir əsgər, arxasınca atası rəhmətə getdi, maraqlanan olmadı. Oğluma düşən sığorta pulunu da ödəmədilər. Guya oğlum cinayətkardır. Oğlum olmayandan sonra o pul mənə lazım da deyil. Sığorta pulunu ödəsəydilər, onu oğlumun ruhu şad olsun deyə xeyriyyə işlərinə xərcləyərdim. Mən fəxr edirəm ki, Sadiq kimi bir oğulun anasıyam.\nVəkil: “Cəzasızlıq rejimi yeni fəlakətlərə də gətirib çıxardı”\nHərbçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri, mərhum əsgərlər Sadiq Məmmədovun və Elxan Əzizovun ailələrinin hüquqlarını müdafiə edən vəkil Telman Əbiyev “Media forum”a bildirib ki, məhkəmə həlak olan əsgərlərin ölümünün səbəbini deyil, hadisə baş verən hərbi hissədəki korrupsiya və rüşvətxorluğun səbəblərini araşdırmaqla məşğul olub: “Hərbçilərin ölümü ilə əlaqədar açılan cinayət işinə xitam verilmiş və həmin iş məhkəməyə göndərilməmişdi. Valideynlər narazılıq edib Respublika Hərbi Prokurorluğuna və başqa aidiyyəti orqanlara müraciət etdilər ki, ölüm faktlarını sona kimi araşdırın. Rəsmi qurumlar bəhanə gətirdilər ki, hadisəni törədən Elxan Əzizov və Sadiq Məmmədov olub, onlar isə öldüyünə görə həmin cinayət işinə xitam verilib.\nGec də olsa, ittiham aktını əldə etdik. Aktla tanış olanda böyük qanunsuzluqların şahidi olduq. Göstərilir ki, Elxan Əzizov və Sadiq Məmmədov qərargahda hərbi qulluqçuları güllələdikdən sonra 200-300 metr aralıda, zibillikdə bir-birilərini güllələyiblər. Ancaq onların bir-birilərini güllələməsi mümkün olan iş deyil. Belə ölümün olması mümkünsüzdür.\nÖlümün səbəbləri hələ də aydın deyil. Əsgərlərin bir-birini güllələməklə intihar etməkləri hələ də sübutunu tapmayıb. Ona görə bu hadisə ilə əlaqədar müəmmalı olan çox şey qalır.\nValideynlər bu hadisədə Çingiz Şəfiyevi əsas günahkar bilirlər. Onlar bildirirlər ki, Çingiz Şəfiyev istintaq aparan müstəntiqlərə təsir edib, müstəntiqlər istintaqı, demək olar ki, onun nəzarəti altında aparıblar. Valideynlər bu haqda dəfələrlə müvafiq instansiyalara müraciət etsələr də, Çingiz Şəfiyev barəsində heç bir tədbir görülmədi. Zaman keçdikcə cəzasızlıq rejimi yeni fəlakətlərə də gətirib çıxardı. Bu özünü çox gözlətmədi. Təxminən bir il sonra, 2011-ci ilin fevralında Göygöl rayondakı N hərbi hissəsində 7 əsgərin ölümü ilə nəticələn hadisə baş verdi. Nəhayət, bu hadisədən sonra Çingiz Şəfiyev vəzifəsindən çıxarıldı və general rütbəsindən mərhum edildi. Çingiz Şəfiyevi yalnız general rütbəsindən və korpus komandiri vəzifəsindən mərhum etməklə kifayətləndilər. Onu istintaqa cəlb etmədilər. Halbuki Göygöldəki hadisədən zaman valideynlər prezidentə müraciət edərək xahiş etmişdilər ki, hər iki hadisə birlikdə araşdırılsın, çünki günahkar eyni insandır.\nTəəssüf ki, o hadisələrin istintaqı birləşdirilmədi, ədalətli araşdırma aparılmadı. Bu da onu göstərir ki, Daşkəsəndəki hadisə kimi Göygöl hadisəsi də ört-basdır edilir.\nBiz Daşkəsəndə faciə baş verən hərbi hissənin hərbi qulluqçuları ilə əlaqədar məhkəmənin çıxardığı hökmdən apellyasiya şikayəti vermişdik. Şikayətə baxılanda valideynlərin imkanı olmadığına görə Gəncəyə, məhkəməyə gedə bilmədilər. Apellyasiya instansiyası da bizim vəsatətləri təmin etmədi. Biz mübarizəmizi davam etdirəcək və Avropa İnsan Hüquqları Məhkəməsinə kimi gedib çıxacağıq”.\nTelman Əbiyev bildirib ki, hərbi xidmətə çağırılan hər bir əsgər sığorta olunur: “Sığortanın məbləği 11 min manatdır. Əsgər hərbi xidmət zamanı əlil olarsa, əlilliyin dərəcəsindən asılı olaraq bu məbləğ çərçivəsində ona sığorta pulu verilir. Əsgər həlak olduqda isə məbləğ bütövlükdə onun ailəsinə ödənilir.\nHəlak olan hər bir hərbi qulluqçuya məbləğ tam ödənilməlidir. Daşkəsəndəki hadisəyə görə həlak olan əsgərlərin və Göygöldə həlak olanların hüquqlarını biz müdafiə edirik. Qəribədir ki, həlak olan hərbi qulluqçular arasında da ayrı-seçkiliyə yol verirlər. Daşkəsəndəki hadisədə həlak olan Elxan Əzizovun atası Bəyalı Əzizova və Göygöl hadisəsində həlak olan Zakir Quliyevin atası Etibar Quliyevə (istintaq Göygöldəki hadisəni onun törətdiyini bildirir – “Media forum”) sığorta pulu verilsə də, Sadiq Məmmədovun anası Aynur Məmmədovaya sığorta pulu ödənilmir. Dəfələrlə Respublika Hərbi Prokurorluğuna, başqa aidiyyəti orqanlara müraciət etmişik, amma indiyədək sığorta pulu Aynur Məmmədovaya sığorta pulu verilməyib. Deyirlər ki, özünü öldürdüyü üçün ona sığorta pulu ödənilməyəcək. Ancaq ittiham aktında da göstərilir ki, o, əsgər yoldaşı tərəfindən vurulub. Bundan önəmlisi isə onunla həlak olan Elxan Əzizovun atasına sığorta pulunun verilməsidir. Açıq-aydın ayrı-seçkiliyə yol verildiyinin şahidi oluruq”.\nAysel YUSİFQIZI\nhttp://www.mediaforum.az/az/2011/10/26/DA%C5%9EK%C6%8FS%C6%8FN-FAC%C4%B0%C6%8FS%C4%B0-R%C6%8FSM%C4%B0-ARA%C5%9EDIRMA-B%C4%B0TS%C6%8F-D%C6%8F-SUALLAR-040139040c00.html\n|\n|"
] | [
"http://teref.az/arasdirma/137663-lk-andronik-heykelini-ucuran-merd-azerbaycanli-kmdr-heyder-eliyev-onu-bele-xilas-etmisdi.html",
"https://web.archive.org/web/20121110100729/http://www.milaz.info/news.php?id=19307"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q457494--Maddi-mədəni irsi-4 | 1 | Daşkəsən rayonu | Daşkəsən rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Daşkəsən şəhəridir. | Maddi-mədəni irsi | Rayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu ərazisi, Qaraqullar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecazkar dəmiryol körpüləri və keçidləri, Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində tağvari körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli Kurqanlar və daş qəbirstanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbristanlıqları, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış qədimi körpü, 700 m² ərazini əhatə edən Alban məbədi və s. tarixi və təbii abidələr bu gün də rayonun bölgələrində hörmətlə, ehtiramla, heyrətlə qarşılanır.
"Xoşbulaq yaylağı" tunc dövrünə aid olan "Daştəpə" qalaçası, "Çoban daşı", "Molla Abdulla bulağı" qalaçası,dəmir dövrünə aid olan "Nağara dağı" ilə məşhurdur, tarixçilərimizin diqqət mərkəzindədir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir. Əmirvar kəndində "Yastı qaya" adlanan mənzərəli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. "Ləzgi qayası", "Qara inək" mağarası, "Yal yurdu" qalaçası, "Göyçəlilər yurdu" qalaçası, "Dərdər" qalaçası rayonda məşhurdur.
Qabaqtəpə zonası da turizm üçün çox əhəmiyyətlidir. Belə ki, burada 800 m² ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı kimi mənzərəli guşəsi, təmiz havası, saf suları ilə məşhur olan bu ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır. Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur. | [
"|\nCoğrafi mövqeyi Daşkəsən Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən Daşkəsən rayonu filiz-mədən sənayesinin mərkəzidir. Rayonda temperatur qış aylarında -5 °C-dən -20 °C-dək, yay aylarında isə +20 °C-dən +35 °C-dək olur. Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını buraya cəlb edir. Xoşbulaq və Göygöl (Daşkəsən) süni gölləri vardır. Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsən səthi şimala doğru alçalan dağlarda. Murovdağ və Şahdağ silsilələrinin yamaclarını əhatə edir, ən hündür zirvələri Hinaldağ -3367 metr, Qoşqar dağı 3361 metr və sairdir. Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir. Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərə bilərik.|\nTarixi Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da əsası qoyulub. Daşkəsən şəhəri, əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb.\nDaşkəsən rayonu Azərbaycan SSR ərazisində 1930-cu ildən inzibati ərazi kimi yaradılmışdır. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildən Daşkəsən rayonu kimi tanınmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Göygöl (Xanlar) rayonuna verilmiş və 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.\nDaşkəsən rayonu cənub-qərbdən 8 kilometr Ermənistan Respublikası ilə həmsərhəddir. Eyni zamanda Şəmkir rayonu ilə 24,5 kilometr, Kəlbəcər rayonu ilə 23 kilometr, Gədəbəy rayonu ilə 41 kilometr və Göygöl (Xanlar) rayonu ilə 56,3 kilometr həmsərhəddir.\nTarixi və memarlıq abidələri\n«Xoşbulaq yaylağı» tunc dövrünə aid olan «Daştəpə» qalaçası, «Çoban daşı», «Molla Abdulla bulağı» qalaçası,dəmir dövrünə aid olan «Nağara dağı» ilə məşhurdur, tarixçilərimizin diqqət mərkəzindədir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir.\nƏmirvar kəndində «Yastı qaya» adlanan mənzərəli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. «Ləzgi qayası», «Qara inək» mağarası, «Yal yurdu» qalaçası, «Göyçəlilər yurdu» qalaçası, «Dərdər» qalaçası rayonda məşhurdur.\nQabaqtəpə zonası da turizm üçün çox əhəmiyyətlidir. Belə ki, burada 800 m2 ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı kimi mənzərəli guşəsi, təmiz havası, saf suları ilə məşhur olan bu ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır.\nDünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur.\nRayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu ərazisi, Qaraqullar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecazkar dəmiryol körpüləri və keçidləri, Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində tağvari körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli Kurqanlar və daş qəbirstanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbristanlıqları, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış qədimi körpü, 700 m2 ərazini əhatə edən Alban məbədi və s. tarixi və təbii abidələr bu gün də rayonun bölgələrində hörmətlə, ehtiramla, heyrətlə qarşılanır.\nDaşkəsən Rayon İcra Hakimiyyəti :Heydər Əliyev meydanı 2\nDaşkəsən, AZ 1600\nTel: (+994 216) 5-54-51.5-50-50\nFax: (+994 216) 5-59-79\nE-mail: [email protected]\nDaşkəsən rayonunun bankları Kapital bankın Daşkəsən filialı\nM.Əsədov küç.14\nTel: (+994 216) 5-53-80\nBeynəlxalq bankın Daşkəsən rayon şöbəsi\nHeydər Əliyev prospekti 36\nTel: (+994 216) 5-58-99\nDaşkəsən rayonunun Tibb Müəssisəsi Təcili yardım\nA.Abdullayev küç.1a\nTel: (+994 216) 5-40-12\nDaşkəsən rayonunda qalmaq üçün yerlər:\n“3 ulduz” oteli\nHeydər Əliyev meydanı 1\nTel: (+994 50 ) 235-02-39\nDaşkəsən rayonunun Restoranları “Narzan” ailəvi istirahət mərkəzi\nDaşkəsən rayonu,Yuxarı Daşkəsən qəsəbəsi\nTel: (+994 216) 93-5-74\nAiləvi istirahət guşəsi “Bahar” restoranı\nDaşkəsən rayonu,Bayan kəndi\nTel: (+994 55) 356-07-56\n|\n|"
] | [
"https://web.archive.org/web/20121116073021/http://medgis.org/demo/ganjagazakh/7.php"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q343908--"Araz" Konservləşdirilmiş Şirələr və Konyak zavodu-1 | 1 | İmişli rayonu | İmişli rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahididir. İnzibati mərkəzi İmişli şəhəridir. | "Araz" Konservləşdirilmiş Şirələr və Konyak zavodu |
Zavod iş adamlarının vəsaiti hesabına tikilmiş və 2003-cü ildə fəaliyyətə başlamışdır. Müəssisədə 150 nəfər çalışır, istehsal gücü 850 şərti bankadır.
'''"İmişli şəkər zavodu"
7–8 mərtəbədən ibarətdir. Cənubi Qafqazın ən böyük şəkər zavodudur. Azərbaycanın ən böyük zavodlarındandır. Gündə 1100–1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir. İmişli Şəkər zavodunda çalışan fəhlələrin problemi həll olundu | [
"İmişli Şəkər Zavodunda cari təmirlə bağlı yaranmış iş fasiləsi aradan qaldırılaraq işçilər yenidən işlə təmin olunub.\nİmişli İcra Hakimiyyətindən \"Qafqazinfo\"ya daxil olan məlumata görə, hazırda İmişli şəkər zavodunda işdən çıxarıldığı deyilən işçilərlə zavod arasında yaranmış narazılıq aradan qaldırılıb və zavod gündəlik iş fəaliyyətini davam etdirir.\nQeyd edək ki, İmişli Şəkər Zavodu Azərbaycanın ən böyük zavodlarındandır. Gündə 1100-1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir. Zavodda 1400 nəfər çalışır."
] | [
"https://qafqazinfo.az/news/detail/imisli-seker-zavodunda-calisan-fehlelerin-problemi-hell-olundu-275690"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q330813--Tarixi-1 | 1 | Xocavənd rayonu | thumb|300px|Şuşa qəzası 1 yanvar 1903-ci illər xəritəsi.
thumb|300px|Xocavənd 1823-cü il Qarabağ kameral dəftərlərində
Xocavənd rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xocavənd şəhəridir.
Rayon mərkəzi 2 oktyabr 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinın tərəfindən işğal edilmişdir.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin oktyabr ayının 9-da rayonun Hadrut qəsəbəsi, 15-də Edişə, Düdükçü, Çiraquz, 16-da Xırmancıq, Ağbulaq (Edilli), Axullu, 20-də Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, 23-də Dolanar, Bünyadlı, 9-da Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri işğaldan azad edilmişdir. | Tarixi | Xocavənd adlı yaşayayış məntəqəsinin adı 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində keçir. Əhalisi köçəri Azərbaycanlılardan təşkil olunduğu açıq-aşkar yazılıb.Описание Карабагской провинции, составленное в 1823 году, Тифлис, 1866, p Xocavənd rayonunun 1923-cu ilədək adı Aşağı Qaranlıq olmuşdur. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. Məntəqə adını ərazidəki Qaranlıq dağından almışdır. Ərazidə eyniadlı çay da vardır. Ermənistan ərazisindəki Martuni rayonunun adı da 1946-cı ilədək Aşağı Qaranlıq olmuşdur."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.
1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 10 noyabr 2020-ci ilə qədər Xocavənd rayonunun Hadrut qəsəbəsi və 34 kəndi işğal azad edilmişdir.
10 noyabr 2020-ci il tarixdə imzalanmış atəşkəsə əsasən Xocavənd rayonu müvəqqəti olaraq Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir.
+Xocavənd rayonunun işğal olunmuş kəndləri Kənd adı İşğal tarixi İşğaldan azad olunma tarixi Tuğ 30.10.1991 9.11.2020 Salakətin 30.10.1991 9.11.2020 Xocavənd 19.11.1991 10.11.2020 Axullu 09.01.1992 20.10.2020 Qaradağlı 17.02.1992 10.11.2020 Muğanlı 02.10.1992 10.11.2020 Əmiralılar 02.10.1992 10.11.2020 Kuropatkino 02.10.1992 10.11.2020 Günəşli 23.07.1993 10.11.2020 Xətai 20.08.1993 10.11.2020
4 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xocavənd Rayon Prokurorluğu yaradılmışdır.Xocavənd Rayon Prokurorluğunun və Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2013-cü il tarixli Sərəncamı | [
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:\n1. Xocavənd Rayon Prokurorluğu yaradılsın.\n2. Bakı şəhəri Pirallahı Rayon Prokurorluğu yaradılsın.\n3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:\n3.1. Xocavənd Rayon Prokurorluğunun və Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun yaradılması ilə əlaqədar olaraq həmin qurumların fəaliyyətinin təşkili üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görsün;\n3.2. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;\n3.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;\n3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;\n3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.\n4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.\nİlham Əliyev\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 4 oktyabr 2013-cü il."
] | [
"http://president.az/articles/9476"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q330813--Ermənistan tərəfindən işğalın nəticələri-2 | 1 | Xocavənd rayonu | thumb|300px|Şuşa qəzası 1 yanvar 1903-ci illər xəritəsi.
thumb|300px|Xocavənd 1823-cü il Qarabağ kameral dəftərlərində
Xocavənd rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xocavənd şəhəridir.
Rayon mərkəzi 2 oktyabr 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinın tərəfindən işğal edilmişdir.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin oktyabr ayının 9-da rayonun Hadrut qəsəbəsi, 15-də Edişə, Düdükçü, Çiraquz, 16-da Xırmancıq, Ağbulaq (Edilli), Axullu, 20-də Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, 23-də Dolanar, Bünyadlı, 9-da Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri işğaldan azad edilmişdir. | Ermənistan tərəfindən işğalın nəticələri | Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.Bunu eliyən isə Erməni separatçılarıdır
Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.
Ermənistan silahlı qüvvələri 2017-ci il fevralın 24–25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçiblər. Azərbaycan Silahlı Qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.http://olke.az/news/detail/cebhedeki-gerginliyin-sebebi-aciqlandi-hedef-nergiz-tepedir-82688 | [
"|\n|\nXocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğalının 20 illiyinə etiraz əlaməti olaraq 29 sentyabr 2012-ci il tarixdə rayonun Nərgiztəpə ərazisinə “Qarabağa doğru” devizi altında yürüş keçirilib.\nBu barədə Modern.az saytına Xocavənd rayonu İcra Hakimiyyətindən məlumat verilib.\nNərgiztəpə təmas xəttinin yaxınlığında yerləşir.Bu ərazi Dağlıq Qarabağın işğaldan azad olunmuş hissəsidir.\nSentyabrın 29-da səhər çağlarından başlanan yürüş Nərgiztəpə ərazisində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər” abidə - xatirə kompleksi önündə toplantı ilə başa çatdırılıb. Rayon sakinləri, şəhid ailələri, müharibə veteranları, məktəblilər və ictimaiyyət nümayəndələrinin ümumilikdə 2000 nəfərdən artıq insanın qatıldığı yürüş-mitinqdə üç min metrə yaxın məsafə qət edilib, ermənistanın işğalçılıq siyasətini pisləyən, Qarabağı, işğal altında olan torpaqlarımızı azad etmək və tezliklə doğma yurdlara qayıtmaq istəklərindən bəhs edən şüarlar səsləndirilib.\nSonda yürüş iştirakçılarının beynəlxalq təşkilatlara ünvanlanmış müraciəti qəbul edilib.\nMüraciətdə bildirilib ki, Azərbaycan Respublikasının Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində xalqımızın qədim maddi mədəniyyət nümunələri talan edilərək yandırılıb, yüzlərlə insan erməni terrorunun qurbanı olub, rayonunun azərbaycanlı əhalisi məcburi köçkün kimi respublikanıb müxtəlif bölgələrində məskunlaşıb.\n“Biz, Dağlıq Qarabağdan olan məcburi köçkünlər regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı və neçə - necə qanlı soyqırımlarını həyata keçirmiş Ermənistan Respublikasına və Dağlıq Qarabağdakı cinayətkar rejimə göstərilən bütün siyasi, maddi yardım, mənəvi dəstəkləri qətiyyətlə pisləyir, bunun beynəlxalq hüquq prinsiplərinə tamamilə zidd olduğunu bəyan edirik.\nBununla yanaşı, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətin ifadə edildiyi, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinin qeyd olunduğu və erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinin də olduğunu bir daha nəzərinizə çatdırırıq.\nBiz sizdən, humanizm ideyalarının daşıyıcı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, erməni təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevirilsin.\nBiz, Xocavənd rayonundan olan məcburi köçkünlər birmənalı surətdə bəyan edirik ki, nəyin bahasına olursa da olsun öz doğma yurdlarımıza qayıdacağıq! Bu bizim haqqımızdır və bu haqqı heç kimə və heç nəyə güzəştə getmək fikirimiz yoxdur! Biz sadəcə öz evimizə getmək istəyirik!”-deyə müraciətdə vurğulanıb.\nQeyd edək ki, Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.\nXocavəndlilər öz ata - baba yurdlarının müdafiəsi uğrunda 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib."
] | [
"https://web.archive.org/web/20121003061403/http://www.teleqraf.com/news.php?id=8491"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q688633--Ədəbi mühit-1 | 1 | Neftçala rayonu | Neftçala rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 11 fevral 1940-ci ildə rayon kimi təşkil olunmuşdur. Sahəsi 1451.7 km2, əhalisi 89,625 nəfərdir. Rayonda 18 inzibati-ərazi dairəsi üzrə nümayəndəlik, 17 bələdiyyə fəaliyyət göstərir.Tapdıqoğlu, Nazim. Neftçala rayonu və onun toponimiyası. Təhsil, 2006. Səh. 57, 59. Rayonun inzibati mərkəzi — Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığında yerləşir. Rayonda 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır. Rayonun iri yaşayış məntəqələrinə Neftçala şəhəri, Həsənabad, Xıllı və Bankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləri daxildir. | Ədəbi mühit | Neftçaladakı ədəbi mühit vaxtilə inzibati olaraq bir hissəsi olduğu Salyandakı, geniş miqyasda Muğan bölgəsindəki ədəbi inkişafdan təsirlənmişdir. Muğanda yazılı ədəbi örnəklərin yaranması tarixi ən azı XVI–XVII əsrlərə söykənir. Burada XVIII əsrdə Aşıq Vəlican, Nişat Şirvani,Azər Turan. Darülmöminin. s. 142–143. Bakı, 2012. XIX əsrdə Qasım Həsənoğlu, Yaqub Ədib, Mirzə Aslanoğlu, Məşədi Əmrah (Salyan), Mirzə Baxış Nadim (Hacıqabul), el şairəsi Ağcaqız (Neftçala) və başqa bu kimi söz ustalarının yazıb-yaratmışdır. Bu zəngin mühit XX əsrdə də yüksələn xətt üzrə inkişaf edib.
Bölgədə dəyərli söz ustalarının, mütəfəkkirlərinin olması Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin yaranmasını zəruriləşdirmişdir. Bölgənin elmi, ədəbi və mədəni potensiala malikliyi burada daima müxtəlif yönümlü qurumların və o cümlədən, ədəbi birliklərin, son illərdə isə daha genişmiqyaslı ədəbi qurumun yaranmasını zəruri etmişdi. Bölmənin mərkəzi kimi Salyanın seçilməsi isə təsadüfi deyildi. Zəngin ədəbi-mədəni kökləri olan Salyanda hələ 1945-ci ildə mərkəzi kitabxananın müdiri işləyən Feyzi Məmmədzadənin rəhbərliyi ilə ədəbi məclis yaranıb. Sonralar Azərbaycan ədəbiyyatında xüsusi yeri və çəkisi olan Xəlil Rza Ulutürk, Ağacavad Əlizadə, Əliağa Kürçaylı, Oqtay Rza kimi şairlər ilk qələm təcrübələrini məhz bu ədəbi məclisdə sınamışdılar.
1971-ci ildə Salyanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilib. Bu mühüm hadisə bölgədə ədəbi mühiti bir qədər də canlandırıb. Həmin ilin fevralında Salyanda nəşr olunan "Qələbə" qəzetinin redaksiyasında "Kürün töhfəsi", sonralar Neftçalada "Xəzər nəğmələri" ədəbi birlikləri yaranır. "Kürün töhfəsi" ədəbi birliyinə – Neftçalada "Xəzər nəğmələri" ədəbi birliyi yaranana qədər – Soltan Abbas, sonralar Balaş Nuri, Zabil Pərviz və Namiq Hacıheydərli rəhbərlik etmişlər. "Xəzər nəğmələri" ədəbi birliyinə isə yarandığı gündən indiyə qədər Neftçalada yaşayan istedadlı şair Soltan Abbas başçılıq edir. Son illərdə Muğan bölgəsində yaranan ədəbi örnəklərin miqyası və ədəbi mühitin qaynarlığı artıq ədəbi birliklər çərçivəsinə sığmayıb daha genişmiqyaslı qurumun – AYB Muğan bölməsinin yaranmasına səbəb oldu. 2008-ci ilin iyulunda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birinci katibi Fikrət Qoca başqa ziyalılar və qələm adamlarının iştirakı ilə AYB-nin Muğan bölməsinin yaradılması ideyasını gerçəkləşdirdilər. Salyan Rayon İcra Hakimiyyətində AYB Muğan bölməsinin təsis konfransı keçirilmişdir.
Muğan bölgəsi zəngin və ən azı bir neçə əsrlik şifahi xalq yaradıcılığı ənənələrinə də malikdir. Təəssüf ki, bu ərazinin mədəniyyəti, şifahi xalq yaradıcılığı, etnoqrafiyası bu günədək ardıcıl şəkildə araşdırılmamışdır. Burada yaranan xalq yaradıcılığı nümunələrinin bir sıra regional özəllikləri var. Muğan bölməsinin sədri Namiq Hacıheydərli hələ 1997-ci ildən başlayaraq bu bölgədə yaşayan yaşlı nəsildən bayatı nümunələri toplayır. AYB-nin Muğan bölməsi Salyanda fəaliyyət göstərsə də, burada şölələnən ədəbi ocağın nuru Hacıqabul, Şirvan və Neftçalada yaşayan qələm sahiblərinin də yaradıcılıq yolunu işıqlandırmaqdadır. | [
"Nizami Cəfərov\nXalq Yazıçısı İlyas Əfəndiyfev\nQarabağın incisi - ŞUŞA\nAzərbaycanda Azsaylı Xalqlar\nXurşidbanu Natəvan\nAzərbaycan Milli Kitabxanası\nBiblioqrafik sorğu\nVirtual Sifariş\nMetodik xidmət\nSənədlərin Sifarişi Və Elektron Çatdırılması\nAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev\nAzərbaycan Respublikası Təhsil Nazirliyi\nAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi\nAzərbaycan Kitabxanaları\nHeydər Əliyev Fondu\nAvropa Milli Kitabxanaları Konfransı təşkilatı\nAvrasiya Kitabxanalar Assambleyası\nPetruççi Beynəlxalq Musiqi Kitabxanası"
] | [
"http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_sentyabr2009/89354.htm"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q386506--Tarixi-1 | 1 | Qusar rayonu | Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. | Tarixi | 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Hacı Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi.
Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.
Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar.
Hazırki Qusar rayonunun ərazisi 1840-cı ildə Quba qəzasının tərkibində Xəzər vilayətinə daxil edilmişdir. 1846-cı ildə onun ərazisi Dərbənd quberniyasının tərkibinə, 1860-cı ildə isə Bakı quberniyasına daxil edilir. 1929-cu ildə Quba qəzası ləğv edilərək rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüşdür və 1938-ci ildən isə bura şəhər statusu verilmişdir. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963–1965-ci illərdə ləğv edilmiş Xaçmaz rayonunun bir hissəsi Qusar rayonunun tərkibinə verilmişdir.Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsi: Qusar Rayonu | [
"Azərbaycan Respublikasının şimal-şərqində yerləşmiş Qusar rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1929-cu ildə Quba qəzası ləğv olunaraq rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüş və 1938-ci ildən bura şəhər statusu verilmişdir.\nRayon daxilində ən qədim dövr çöküntüləri aşağı və orta yura yaşlı olub (Tahircal çayının yuxarı orta axınlarında) yaşı 135 -145 milyon ilə çatlr.\nQusar toponiminin mənşəyi haqqında müxtəlif mülahizələr mövcuddur.\nQusar coğrafi obyekt adının rus dilində vaxtilə “macar forması geymiş süvari əsgər” mənasında işlənmiş qusar sözü ilə bağlı olması haqqında mülahizə də mövcuddur. Fərziyyəyə görə Rusiyada 1783-1784-cü illərdə təşkil edilmiş Qusar Süvari alayı Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra rayon ərazisində yerləşdirilmiş və həmin yer bu qoşun növünün adı ilə adlandırılmışdır.\nDigər bir mülahizəyə görə Qusar sözü qus/quz (qədim türk tayfasının adı) və ar (adam, kişi, ər) hissələrindən formalaşmış və quzlardan olan kişi, ər mənasında işlənmişdir.\nQusar sözünə A. Bakıxanovun “Gülüstani-İrəm” əsərində də rast gəlinir. Əsərdə 1602-ci ildə baş vermış hadisələrdən bəhs edən hissədə Qusar kəndinin adı çəkilir. (“Gülüstani İrəm” əsəri, Elm nəşriyyatı 1991, səh. 108).\nQusar rayonu ərazisində həyatın b.e.ə. II minillikdən etibarən mövcud olması güman edilir. Burada mövcud qədim yaşayış məskənləri kimi b.e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gövduşan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləyər), Qələxur təpələri (Həzrə) və sairəni göstərmək olar.\nRayon ərazisində bir sıra tarixi abidələr də mövcuddur. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olaraq burada dəfn olunmuş Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məsçidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.\nTarixi proseslər axarında, hal-hazırda Qusar adlanan bölgədə elm, mədəniyyət xadimləri ilə yanaşı səriştəli sərkərdələr və xalq uğrunda ölümə gedən üsyançılar da yetişmişdir.\nQusarın Xuluq kənd sakini Hacı Məhəmməd 1837-ci ildə Qafqazda çar işğalına qarşı baş vermiş ilk mütəşəkkil silahlı üsyanın təşkilatçısı və rəhbəri olmuş, 1853-cü ildə Qusarın Cağar kəndində doğulmuş Qaçaq Hətəm çarizmin müstəmləkəçilik siyasətinə qarşı çıxmış və Azərbaycan Demokratik Respublikasını müdafiə etmək üçün dəfələrlə XI Qızıl Ordunun dəstələri ilə fədakarcasına döyüşmüşdür.\nII Dönya Müharibəsi cəbhələrində göstərdikləri rəşadətə görə həmyerlilərimizdən Mirzə Vəliyev (1923-1944), Adil Quliyev və A.İ.Rıbnikov Sovet İttifaqı Qəhrəmanı, Salah Salahov Bolqarıstanın qəhrəmanı fəxri adına layiq görülmüş, general-mayor Mahmud Əbilov (1898-1972) Sovet Ordusunun Diviziya Komandiri vəzifəsinə kimi yüksəlmiş və Böyük Vətən Müharibəsində xüsusilə fərqlənmişdir. Mühəndis Nizaməddin Ağamuradov və həkim Qavril Yelizarov Sosialist Əməyi Qəhrəmanı adına, Qarabağ səmasında qəhrəmanlıqla həlak olmuş hərbi pilot Fəxrəddin Musayev (1957-1992) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.\nQusar rayonu çoxlu elm xadimləri və görkəmli təhsil işçiləri də yetişdirmişdir. Fizika - riyaziyyat elmləri doktoru Kərim Kərimov, geologiya-minerologiya elmləri doktoru Qambay Xanməmmədov, neft-kimya üzrə elmlər doktoru Kamal Abdullayev, kənd təsərrüfatı elmləri doktoru Nazim Əmirov, sənətşünaslıq elmləri doktoru Nürəddin Həbibov, tarix elmləri doktoru Nuru Qurbanov, fəlsəfə elmləri doktoru Şaiq Şıxkərimov, tanınmış yazıçı jurnalist Əmir Mustafayev və başqaları rayonumuzun fəxri şəxsiyyətləridir."
] | [
"https://web.archive.org/web/20170303013217/http://www.qusar-ih.gov.az/page/11.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q386506--İqtisadi xarakteristikası-2 | 1 | Qusar rayonu | Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. | İqtisadi xarakteristikası | 2009-cu ildən Qusar rayonu ərazisində Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə başlanmışdır. Kompleks bir dəfəyə 5 min nəfər turist qəbul edə biləcək. 2006-cı ildə elan edilən tenderdə Türkiyənin DİA Holdinq şirkəti qalib gəlmişdir.Qusar Rayon İcra Hakimiyyəti: Xəbərlər: İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olmuşdur ---yayınlanma tarixi: 2011–09–23 | [
"18.02.2016-cı il tarixdə Qusar şəhər Mədəniyyət Mərkəzində Qusar rayon İcra Hakimiyyəti başçısının 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.\n16.02.2016-cı il tarixdə Qusar rayonunun Kirig kəndində əsaslı təmir edildikdən sonra 55 yerlik Kirig kənd Körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi ilə əlaqədar açılış mərasimi təşkil olunmuşdur.\n09.02.2016-cı il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Qusar rayonuna səfər etmişdir.\n21.01.2016-cı il tarixdə saat 11:00-da rayonun Bədirqala kəndində Qusar rayon İcra Hakimiyyəti başçısı Şair Alxasov tərəfindən vətəndaşların səyyar qəbulu “Açıq mikrafon” tədbiri keçirimişdir.\n20.01.2016-cı il tarixdə 20 yanvar faciəsinin 26-cı il dönümü ilə bağlı Qusar şəhərində anım tədbiri keçirilmişdir. İlk əvvəl şəhərdəki Şəhidlər Xiyabanı ziyarət olunmuş, daha sonra Mərkəzi Mədəniyyət Sarayında 20 yanvar faciəsinə həsr olunmuş ədəbi bədii kompozisiya nümayiş etdirilmişdir.\n12.12.2015-ci il tarixdə Qusar şəhərində Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü il bağlı Qusar şəhərində anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində şəhərdə yerləşən Ümumilli Liderin abidəsi ziyarət olunmuş, daha sonra Heydər Əliyev Mərkəzinin akt zalında iclas keçirilmişdir. İclasın sonunda Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş film nümayiş olunmuşdur.\n30.11.2015-ci il tarixdə rayonun Quxuroba kəndində (454 abonent) təbii qazın verilişi mərasimi keçirilmişdir. Həmin gün rayonun Yuxarı Zeyxur(260 abonent) və Kirig (265 abonent) kəndlərinə də təbii qazın verilişi həyata keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Şahid Fərəməzov və Xaçmaz regional Qaz İstismarı İdarəsinin rəis əvəzi Fariz Məmmədov iştirak etmişlər.\n24.11.2015-ci il tarixdə Qusar şəhərində ,Heydər Əliyev Mərkəzinin akt zalında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlarının qəbulu keçirilmişdir.\n24.11.2015-ci il tarixdə Qusar şəhərində, Heydər Əliyev Mərkəzinin akt zalında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iştirakı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda plenar iclas keçirilmişdir.\n10.09.2015-ci il tarixdə Qusar rayonunun 68 təbii qaz obonenti olan Suduroba kəndində təbii qazının verilişi ilə əlaqədar tədbir keçirilmişdir. Açılış mərasimində Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov və Azeriqaz İB – nin məsul əməkdaşı cənab İbrahim Kərbəlayev iştirak etmişlər.\n07.09.2015-ci il tarixdə Qusar Mərkəzi Mədəniyyət Sarayında Qusar rayon Təhsil işçilərinin növbəti konfransı keçirilmişdir. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov və Təhsil Nazirliyinin şöbə müdiri cənab İsmayıl Sadıqov iştirak etmişlər.\n04.09.2015-ci il tarixdə Qusar gənclər evində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək Yarmarkası” keçirilmişdir. Yarmarkada 28 idarə və müəssisə tərəfindən 336 boş yeri təqdim olunmuşdur. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşı cənab Cavid Suleymanov iştirak etmişdir.\nAzərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının rəmzi məşəli 01.06.2015-ci il tarixdə Qusar şəhərinə gətirilmişdir. Məşəl ilk öncə Heydər Əliyev Mərkəzində kik-boksing üzrə Azərbaycan çempionu və universal döyüş üzrə idman ustası Elşən Şükürova təqdim edilmiş, daha sonra 10 nəfər məşəldar məşəli bir-birinə ötürərək Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən ümumilikdə 2.7 km məsafəni keçməklə şəhərin general M.Əbilov adına mərkəzi meydanına gətirmişdir.\n09.05.2015-ci il tarixdə Qusar şəhərin General M.Əbilov adına Mərkəzi meydanında 1941-1945-ci illər faşizm üzərində qələbənin 70-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.\n07.05.2015-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Qusar rayon Heydər Əliyev Mərkəzində Gül bayramı keçirilmişdir.\n06.05.2015-ci il tarixdə Qusar şəhəri Gənclər evində rayon İcra Hakimiyyətinin Narkomaniyaya Qarşı Mübarizə Üzrə komissiya tərəfindən “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir.\n12.03.2015-ci il tarixdə saat 11:00-da Qusar Gənclər Evində Bələdiyyələrlə İş Mərkəzinin Xaçmaz regional şöbəsi, yerli bələdiyyə sədrləri ilə iclas keçirilmişdir.\n11.03.2015-ci il tarixdə rayonun Balaqusar kəndində Qusar rayon İcra Hakimiyyəti başçısı Şair Alxasov tərəfindən vətəndaşların səyyar qəbulu keçirilmişdir.\n09.03.2015-ci il tarixdə Təhsil Nazirliyi sifarişi əsasında tikilmiş rayonun Hil kənd 180 şagird yerlik, Bədirqala kənd 120 şagird yerlik ümumi orta məktəblərinin açılış mərasimləri keçirilmişdir. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov və Təhsil Naziri cənab Mikayıl Cabbarov iştirak etmişlər.\n06.03.2015-ci il tarixdə saat 11:00-da Qusar şəhərində, Mərkəzi Mədəniyyət Sarayında 8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmişdir.\n26.02.2015-ci il tarixdə saat 11:00-da Qusar şəhər Mədəniyyət Sarayında Xocalı Soyqırımının 23-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmiş, ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.\n20.02.2015-ci il tarixdə saat 11:00-da Qusar şəhər 6 saylı tam orta məktəbinin akt zalında “21 fevral Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirilmişdirdir.\n10.02.2015-ci il tarixdə şəhər Mərkəzi Mədəniyyət Sarayında Qusar rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.\nPrezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində olublar.\n20 yanvar 2015-ci il tarixdə 20 yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı saat 10:00-da Qusar şəhərində yerləşən Şəhidlər Xiyabanında rayon sakinlərinin kütləvi ziyarəti təşkil olunmuşdur."
] | [
"https://web.archive.org/web/20160305020526/http://www.qusar-ih.gov.az/news18/%C4%B0lham+%C6%8Fliyev+Qusarda+%C5%9Eahda%C4%9F+q%C4%B1%C5%9F-yay+turizm+kompleksinin+tikintisi+il%C9%99+tan%C4%B1%C5%9F+olmu%C5%9Fdur.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q382132--Tarixi-1 | 1 | Sabirabad rayonu | Sabirabad rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi.
Ümumi ərazisi 1469,6 km². Əhalinin ümumi sayı 180 290. Kəndlərin sayı 74.
Şəhərdə Dövlət sosial iqtisadi kolleci, peşə liseyi, 85 ümumtəhsil məktəbi, 22 uşaq baxçası, məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir. 126 mədəniyyət və 77 səhiyyə müəssisəsi əhaliyə xidmət göstərir.
Bakı şəhərindən məsafəsi 170 km-dir.
Şəhərin iqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. | Tarixi | Sabirabad ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Quruzma, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V–II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Quruzma kəndinin "Bud Təpəsi" adlanan yeri,Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri müxtəlif tarixi dövrlərə aid yerində qədim dövrə aid saxsı qablar və müxtəlif əmək alətləri tapılmışdır. Cavad orta əsr yaşayış yerini IX–XV əsrlərə, kəndin "Şəhərgah" adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI–XII əsrlərə aid olduğu sübut edir. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Hazırda rayonun Qalaqayın kəndi bu adı daşıyır.
Muğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi tarixən Muğan düzünə daxildir. Muğan düzü qədimdə Midiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Albaniya dövləti Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubdakı ərazini, o cümlədən indiki Sabirabad rayonunun ərazisini əhatə edirdi.
Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə.III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşguliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi. Tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan ən çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplər yerli istehsala məxsusdur. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları da aşkar edilmişdir. Yazılı mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar verilmişdir. Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numuzmatik materiallar da aşkar edilmişdir. 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə "Sabirabad dəfinəsi" kimi daxil olan sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axsitana (XII əsrin sonu), III Toğrula (1177–1194), II Fəribürzə məxsusdur. Bu bölgədə Eldəgiz və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir.
IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Onların içərisində Muğanşahlıq kimi nisbətən kiçik feodal dövləti də yaranır. Həmin dövrə aid ərəb mənbələrində Muğanda Allan şahın(Amuxan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir və Muğanın ərəb xilafətinə daxil olduğu bildirilir.
Müasir Sabirabad-tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX–X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941–981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410–1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvan bəylərbəyliyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyliyinə daxil idi.
Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, Səfəvilər dövlətinin də tərkib hissəsi olaraq, sənətkarlıq və ticarətin inkişaf etdiyi bir diyar olmuşdur. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində yazırdı ki, "1606-cı ildə Şah Abbas Azərbaycandakı Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığındakı bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək Şah yüksüz Şamaxıya tərəf irəlilədi. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirə qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi". Qeyd edək ki, Səfəvi-Osmanlı müharibəsi dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmiş, 1607-ci ildə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar.
Abbasqulu Bakıxanov "Bakı xanlıqları tarixindən" adlı əsərində yazırdı: "15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi".
XVIII əsrin 40-cı illərində Nadir şahın hakimiyyəti və onunla birgə farsların ağalığı tənəzzülə uğradı və 17 xanlıq yarandı. Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi. Bu xanlığın mərkəzi Cavad şəhəri idi. Xanlığın əsas ərazisi Kür çayının sağ sahilində, az bir hissəsi isə çayın sol sahilində yerləşirdi.
Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülmüşdür. 1888-ci ildə indiki rayonun ərazisi Petropalovka adlandırılmışdı. Petropalovka Bakı quberniyası Cavad qəzasının tərkib hissəsi idi.
Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-dən Petropavlovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur.
1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. 1959-cu ildən Sabirabad rayonu adlandırılmışdır. | [
"Sabirabad\nRayon haqqında məlumat\nMuğanın çox zəngin tarixi var. Eneolit dövrünə aid arxeoloji tapıntılar bu yerlərdə daha qədimlərdən yaşayışın olduğunu göstərir. Suqovuşan, Surra, Qalaqayın, Cavad, Şəhərgah xarabalıqları, Qaratəpə, Qaraqaşlı, Cavad, Bulaqlı, Kürkəndi nekropolları, Sığrılı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndindəki yurd və oba yerləri, Baba Samid piri müxtəlif tarixi dövrlərə aiddir.\nMuğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi tarixən Muğan düzünə daxildir. Muğan düzü qədimdə Midiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə. III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi. Tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan ən çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplər yerli istehsala məxsusdur. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları aşkar edilmişdir. Yazılı mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar verilmişdir. Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numuzmatik materiallar aşkar edilmişdir. 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə «Sabirabad dəfinəsi» kimi daxil olan sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axistana (XII əsrin sonu), II Toğrula (1177-1194), II Fəribuza məxsusdur. Bu bölgədə Eldəgizlər və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir.\nIX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Müasir Sabirabad-tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941-981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410-1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvanşahlar bəylərbəyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyinə daxil idi. Azərbaycanda xanlıqlar dövründə yaranmş Cavad 1768-ci ildə Quba xanlığına tabe edildi. 1813-cü il 12 oktyabr tarixli Gülüstan sülh müqaviləsinə əsasən, Azərbaycan xanlıqlarının bir hissəsi ruslar tərəfindən işğal olundu. Muğan ərazisi də Rusiya əsarətinə alındı. Rusiyada həyata keçirilən inzibati ərazi islahatları nəticəsində 1868-ci ildə Bakı quberniyasının tərkibində yeni bir qəza - Cavad qəzası yaradıldı.\nAzərbaycanın Sovet Rusiyasının tərkibinə qatılmasından sonra 1921-ci il mayından 1929-cu il aprelinə qədər Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprelində VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcrayyə Komitəsinin qərarına əsasən, mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur. Təxminən bir il sonra, yəni 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi, klassik ədəbiyyatımızda ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin adı verilmişdir.\nRayonda ən qədim tarixi memarlıq abidəsi \"Baba Samid\" türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və türbənin kitabəsini oxuyaraq açıqlamalar vermişdir. Alim \"Əsrlərin daş yaddaşı\" və \"Azərbaycanda pirlər\" adlı kitabında maraqlı fikirlər irəli sürmüşdür. \"Köhnə hamam\" adı ilə tanınan memarlıq abidəsi Fizuli küçəsində yerləşir. Bina 1901-ci ildə inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur. \"Şamaxı məscidi\" adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilmişdir. Qalaqayın kənd məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur.\nMuğan bölgəsində yaşayan Sabirabad əhalisinin məşğuliyyətini əks etdirən materiallar rayonun tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır. Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir. Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur.\nSabirabadda yerli əhali ilə yanaşı Mesxeti türkləri və qərbi Azərbaycandakı (indiki Ermənistan) torpaqlarından qovulmuş soydaşlarımız da yaşayır. Rayonda Dönüş, Qulami Quliyev adına Xalq Çalğı Alətləri Ansamblı, Ailə ansamblı və Türk folklor ansamblı fəaliyyət göstərir."
] | [
"http://intangible.az/front/az/regionInfo/1265?id=1265&firstLetter=v"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q382132--Meşəliklər-2 | 1 | Sabirabad rayonu | Sabirabad rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi.
Ümumi ərazisi 1469,6 km². Əhalinin ümumi sayı 180 290. Kəndlərin sayı 74.
Şəhərdə Dövlət sosial iqtisadi kolleci, peşə liseyi, 85 ümumtəhsil məktəbi, 22 uşaq baxçası, məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir. 126 mədəniyyət və 77 səhiyyə müəssisəsi əhaliyə xidmət göstərir.
Bakı şəhərindən məsafəsi 170 km-dir.
Şəhərin iqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. | Meşəliklər | Sabirabad rayonun 3287 ha meşə fondu torpaqları vardır. Bulduq, Həşimxanlı, Kürkəndi, Ətcələr, Axtaçı, Qaratuğay, Güdəcühür, Şıx Salahlı, Salmanlı, Poladtuğay kəndlərindəki meşəliklərdə qovaq, söyüd, tut, iydə, ağcaqayın, şeytan ağacı, göyrük ağacları üstünlük təşkil edir. | [
"TARİXİ MEMARLIQ ABİDƏLƏRİ\nRayonda ən qədim tarixi memarlıq abidəsi «Baba Sammit» türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru məşhədi Nemət xanım araşdırmalar aparmış və türbənin kitabəsini oxuyaraq açıqlamalar vermişdir. Alim «Əsrlərin daş yaddaşı» və «Azərbaycanda pirlər» adlı kitabında maraqlı fikirlər irəli sürmüşdür.\nTürbə haqqında yazılı məlumat və fotoşəkillər məlumata əlavə olunur.\n«Köhnə hamam» adı ilə tanınan memarlıq abidəsi Fizuli küçəsi, 27 – də yerləşir. Bina 1901-ji ildə inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var.\nAbidənin fotoşəkilləri məlumata əlavə olunur.\n«Şamaxı məscidi» adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilmişdir.\nMəscidin fotoşəkli məlumata əlavə olunur.\nQalaqayın kənd məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.\nMəscidin və kitabələrin fotoşəkilləri məlumata əlavə olunur.\nƏFSANƏLƏR\nƏfsanəyə görə Həzrəti Əli (ə)-ın yolu Cavad kəndindən keçir və o yolüstü süfrə açıb nahar edir. Süfrəsini bu yerlərə səpdiyi üçün indi də Cavadda bu yerlər «süfrə çala» kimi qalmaqdadır. Bu yerlərin ruzi-bərəkətli olmasını da bu əfsanə ilə bağlayırlar.\nTARİXİ FAKTLAR\n1. «13 yanvar 1148/1736/-jı ildə Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada Persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148 /1738/ cı ildə şah elan edildi». 1747-ci ildə isə şah üsul idarəsi süquta uğradı.\nA.Bakıxanov\n/ A.Bakıxanov «Bakı xanlığının tarixindən»\nBakı 1983. Səh 165\n2. 1606-cı ildə şah Abbas Azərbaycandan Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığında bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək şah heç bir yüksüz Şamaxıya tərəf irəlilədi.\n3. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirlə, qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi.\n/ A.Bakıxanov «Gülüstani İrəm»\nBakı 1991. Səh 114, 118\n4. Şirvandan hərəkət edərək Teymur Kür çayının sahilinə gələrək buranı ordugah etdi. O, Şeyx İbrahimə hökmdar geyimi təltif etdi. Burada bir neçə gün xoşbəxtlik taxt-tacında eyş-işrətlə məşğul oldu.\nNizam əd-Din Şami XV əsr.\n/ Qızıl orda tarixinə aid sənədlər toplusu»\nP.M-L.1941. S.124\n5. Mukan əhalisi bunu Muğan kimi tələffüz edir. Ərəb sözü deyil.\nMukan–çoxlu kəndi və otlağı olan bir vilayətdir.\nBura öz sürülərini otaran türkmənlər məskunlaşmışdır və türkmənlər əhalinin çox hissəsini təşkil edir.\nYaqut əl-həmavi XIII əsr.\n(«Mujam əl-Buldan» Bakı 1983. Səh 20)\nSƏNƏTKARLIQ\nSabirabadın ən qədim yaşayış məskənlərindən biri Cavad kəndidir. Adı XVI əsr mənbələrində çəkilsə də arxeoloji tədqiqatlar təsdiq edir ki, kəndin əsası daha 500-il əvvəl XI əsrdə qoyulmuşdur. Buradan böyük ticarət və karvan yolları keçmişdir. XVII əsrdə Nadir şahın və onunla birgə farsların ağalığı tənəzzülə uğradıqdan sonra Kür, Araz çaylarının ərazisi və digər ərazilərdə böyük və kiçik xanlıqlar yarandı. Kiçik xanlıqların içərisində Cavad xanlığı diqqəti cəlb edir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Cavad kəndi qəza kimi fəaliyyət göstərdiyi dövrdə maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali qustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular.\nMuğan bölgəsində yaşayan Sabirabad əhalisinin məşğuliyyətini əks etdirən materiallar rayonun tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.\nBu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir.\nBu sahələri əks etdirən fotoşəkillər məlumata əlavə olunur.\nK U L İ N A R İ Y A\nBu gün Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur. Hətta onun qabığından belə mürəbbə bişirirlər. Qarpız çox yeyilən həm də müalicəvi məhsuldur.\nMəclislərdə və evlərdə ən çox bişirilən ət yeməkləri piti, qovurma, dolma, çığırtma, cız-bız, kabab, bozartma, kələfur və s. lobyalı, balqabaqlı plov, qaralı aş, tutmac, kəsmə əriştə, ovduğ, dovğa, ayran, təndir çörəyi, lavaş, fətir rayonun mili kulinariyasının əsasını təşkil edir.\nQış aylarında müxtəlif turşular, şorabalar da qoyulur, tut və qarpızdan doşab və bəhməz hazırlanır.\nBu sahələri əks etdirən fotoşəkillər məlumata əlavə olunur.\nXINAYAXDI\nOğlan toyndan bir gün əvvəl bəy evindən olan qız-gəlinlər xınayaxdı mərasimini keçirtmək üçün axşamüstü qız evinə yollanırlar. Əvvəlcədən qız üçün göndərilmiş xına bir qabda isladılır. Süfrə başına toplaşan qız və gəlinlər yeyib-içdikdən sonra hənayaxma mərasimi başlayır.\nİsladılmış xınanı gəlinin əlinə, ayağına və başına yaxır, sonra isə mərasimə toplaşanlara da təklif olunur. Gəlinin başına örpək örtülür və onun başı üstünə qaldırdığı xınadan gözü bağlı bir oğlan uşağı götürüb hər hansı bir qızın üstünə yaxır. Deyimlərə görə bu qızı da tezliklə nişan mərasimi gözləyir.\nGƏLİN KÖÇÜRMƏ VƏ BƏY ÇIXARMA\nOğlan evində həyətlərin birində gəlin maşını bəzənir. Ona xalat bağlayırlar. Digər maşınlara da xalat bağlanılır. Həyətdə qurulmuş çadırda toy mərasimi bir qədər davam etikdən sonra gəlini gətirmək üçün hazırlıq görülür. Bir neçə ağsaqqallar, ağbirçəklər, bəyin yaxınları, qız və gəlinlər maşınlara oturub musiqi sədaları altında qız evinə yollanırlar.\nOğlan evinin adamları vağzalı sədaları altında qız evinə gəlir və həyətdə musiqiçilər çalır, oynayır, pul (şabaş) xərcləyirlər. Evdə isə gəlini öz yaxını lampa başına fırladır, gəlinin belini isə bəyin yaxınlarından biri qırmızı lentlə bağlayır, üzünə qırmızı örpək salıb və gəlinin başına baş bəzəyi üçün pul qoyub bu sözləri yeddi dəfə təkrar edirlər.\nAnam bacım qız gəlin\nƏli-ayağı düz gəlin\nYeddi oğul istərəm\nBircə dənə qız gəlin\nBu sözlər deyildikcə lent açılıb bağlanır. Mərasim başa çatır. Ata qızına öyüd-nəsihət verir. Suyun sərin, çörəyin bişmiş olsun. Ruzun bol, ocağın isti olsun. Allah səni xoşbəxt eləsin, oğullu-qızlı olasan, getdiyin yerdən yarıyısan, qayınatan atan, qayınanan isə anan olsun. Sən də bu evin yox, o evin qızı olasan.\nŞamlar və güzgü də gəlinlə birlikdə oğlan evinə aparılır. Qız evində güzgüyə xələt alınmışsa həmin güzgüyə oğlan evində də yenidən güzgünü aparan şəxsə xələt verilir. Yol boyu gəlin maşınının qabağını kəsmək üçün uşaqlar ip çəkərək maşınların qabağını kəsib onlardan xələt istəyirlər. Bu yol boyu bir neçə dəfə təkrar olunur. Gəlin maşını oğlan evinə çatarkən maşının üstünə şirin noğul və konfet səpilir. Oraya toplanan uşaqlar şirniyyatları yığaraq sevinirlər. Gəlinin və bəyin başı üzərində ruzilərinin bol olmasına görə duz-çörək kəsilir. Gəlin öz otağına çatmamış bir qaba doldurulmuş suyu dağıdır və bir boşqab sındırır. Bəzən də gəlinin ayağı altında qurban kəsilir və onun qanından gəlinin alnına sürtürlər. Bəzən gəlini otuzdurmaq üçün ya qayınanası və ya qayınatası ona qiymətli hədiyyə verir.\nÇadırda başlayan toy axşamüstünə qədər davam edir və qız evinin adamları bəy çıxartmaq mərasimi üçün hazırlıq işləri görürlər. Bəyin stolunu bəzəyir, sağdış, solduş və bəy üçün gətirilmiş hədiyyələri onlar üçün qoyur. Bəy digər məhəllədən və qonşu evdən musiqi sədaları altında çadıra gətirilir və öz yerində əyləşdirilir. Əvvəlcə qız evnin adamları bəyin qarşısında oynayır və xələtlik parçaları onların boynuna dolayırlar.\nM İ L L İ G E Y İ M L Ə R\nÖtən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər.\nKişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.\nBunları əks etdirən fotoşəkillər məlumata əlavə olunur.\nMİLLİ FOLKLORUMUZ\nSabirabadda yerli əhali ilə yanaşı Mexseti türkləri və ermənistan torpaqlarından qovulmuş soydaşlarımız da yaşayır. Onların adət-ənənələri artıq el-oba arasında kütləvi hal almışdır. Türk folklor ansamblı rayonun ictimai tədbirlərində həmişə yaxından iştirak edir. Rayonda Dönüş, Qulami Quliyev adına Xalq Çalğı Alətləri Ansamblı və Ailə ansamblı fəaliyyət göstərir.\nBunları əks etdirən fotoşəkillər məlumata əlavə olunur.\nBABA SAMİD TÜRBƏSİ XVI ƏSR ABİDƏSİ\nTürbə Sabirabad rayon Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbayjan Tarix inistitunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılmışdır. 4-5-ci sətrlər Həzrəti Əlinin tərifinə həsr olunmuş, qalan 4 sətrdə türbənin səfəvi padşahı birinci şah Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xanın əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında (XI-1585-ci miladi ili) «xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid «böyük» mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur» sözləri yazılmışdır. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (765-818-ci illərdə yaşayıb) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir.\nMARAQLI GUŞƏLƏR, MƏNZƏRƏLƏR.\nQədim Azərbaycanın bərəkətli torpaqları olan Şirvanla Muğanı birləşdirən Kür çayı ilə həsrət, ayrılıq simvolu olmuş Araz çayı Sabirabadda bir-birinə qovuşur. Bu yer «SUQOVUŞAN» adlanır. Rayonun ən böyük kəndlərindən biri və rayonda çıxan qəzet bu adı daşıyır. Şəhərin mərkəzində Kür-Araz mehmanxana kompleksi və şadlıq sarayı fəaliyyət göstərir. Kür çayının öz məcrasını dəyişməsi nəticəsində rayon ərazisində bir çox göllər, o cümlədən Sarısu gölü yaranmışdır.\nBuna aid fotoşəkillər də məlumata əlavə olunur.\nMEŞƏLİKLƏR\nSabirabad rayonun 3287 ha meşə fondu torpaqları vardır. Bulduq, Həşimxanlı, Kürkəndi, Ətcələr, Axtaçı, Qaratoğay, Güdəcühür, Şıxsalahlı, Salmanlı, Polatdoğay kəndlərindəki meşəliklərdə qovaq, söyüd, tut, iydə, ağcaqayın, şeytan ağacı, göyrük ağacları üstünlük təşkil edir.\nMeşəlikləri əks etdirən fotoşəkillər məlumata əlavə olunur."
] | [
"https://web.archive.org/web/20181206113138/http://www.sabirabad-ih.gov.az/page/16.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q382132--Rayon rəhbərləri-3 | 5 | Sabirabad rayonu | Sabirabad rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi.
Ümumi ərazisi 1469,6 km². Əhalinin ümumi sayı 180 290. Kəndlərin sayı 74.
Şəhərdə Dövlət sosial iqtisadi kolleci, peşə liseyi, 85 ümumtəhsil məktəbi, 22 uşaq baxçası, məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir. 126 mədəniyyət və 77 səhiyyə müəssisəsi əhaliyə xidmət göstərir.
Bakı şəhərindən məsafəsi 170 km-dir.
Şəhərin iqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. | Rayon rəhbərləri | Əzizov Soltan Hümmət oğlu.
Məmmədov Məmməd Əsgər oğlu — 1971–1986-cı illər.
Həmidov Mirhəmid Mirheydər oğlu — 20 may 1992-ci ilədək.
Səmədov Səmid Musa oğlu — 20 may 1992-ci ildən 16 aprel 1993-cü ilədək.
Əsgərov Əsgər Mubil oğlu — 16 aprel 1993-cü ildən 20 avqust 1993-cü ilədək.
Şıxəliyev Vaqif Hacalı oğlu — 20 avqust 1993-cü ildən 14 avqust 1995-ci ilədək.
Əlişov Əliverdi Məmmədkərim oğlu — 14 avqust 1995-ci ildən 28 iyun 1999-cu ilədək.
Piriyeva Səmayə Aslan qızı — 28 iyun 1999-cu ildən 28 iyul 2000-ci ilədək.
Xancanov Bəylər Misir oğlu — 28 iyul 2000-ci ildən 4 iyul 2002-ci ilədək.
Ağayev Əbülfəz Yusif oğlu — 4 iyul 2002-ci ildən 30 sentyabr 2004-cü ilədək.
Məmmədov Əşrəf İsrafil oğlu — 30 sentyabr 2004-cü ildən 9 noyabr 2005-ci ilədək.
Abbasov Heydər Almas oğlu — 15 dekabr 2005-ci ildən 21 aprel 2011-ci ilədək.
İsmayılov Nazim Mehdi oğlu — 21 aprel 2011-ci ildən 17 may 2019-cu ilədək. | [
"AKTIN NÖVÜ\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI\nQƏBUL EDİLDİYİ TARİX\n20.08.1993\nQEYDİYYAT NÖMRƏSİ\n723\nADI\nV. H. Şıxəliyevin Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və Ə. M. Əsgərovun həmin vəzifədən azad edilməsİ haqqında\nRƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ\nAzərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-08-1993, Nəşr nömrəsi: 16, Maddə nömrəsi: 481)\nQÜVVƏYƏ MİNMƏ TARİXİ\nAZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU\n010.000.000\nHÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ\nHÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX\n01.07.2011\nV. H. Şıxəliyevin Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və Ə. M. Əsgərovun həmin vəzifədən azad edilməsİ haqqında\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI\n1. Vaqif Hacalı oğlu Şıxəliyev Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.\n2. Əsgər Muğbil oğlu Əsgərov Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.\nAzərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən\nAzərbaycan Respublikası Ali Sovetinin sədri\nHeydər ƏLİYEV.\nBakı şəhəri, 20 avqust 1993-cü il.\n№ 723.\n№\nTarix\nVersiyalar\nMüqayisə",
"AKTIN NÖVÜ\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI\nQƏBUL EDİLDİYİ TARİX\n14.08.1995\nQEYDİYYAT NÖMRƏSİ\n372\nADI\nƏ. M. Əlişovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında\nRƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ\nAzərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-08-1995, Nəşr nömrəsi: 15-16, Maddə nömrəsi: 270)\nQÜVVƏYƏ MİNMƏ TARİXİ\nAZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU\n010.000.000\nHÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ\nHÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX\n01.07.2011\nƏ. M. Əlişovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI\nƏliverdi Məmmədkərim oğlu Əlişov Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.\nAzərbaycan Respublikasının Prezidenti\nHeydər ƏLİYEV.\nBakı şəhəri, 14 avqust 1995-ci il.\n№ 372.\n№\nTarix\nVersiyalar\nMüqayisə",
"AKTIN NÖVÜ\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI\nQƏBUL EDİLDİYİ TARİX\n28.06.1999\nQEYDİYYAT NÖMRƏSİ\n179\nADI\nS. A. Piriyevanın Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında\nRƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ\nAzərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-1999, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 368)\nQÜVVƏYƏ MİNMƏ TARİXİ\nAZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU\n010.000.000\nHÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ\nHÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX\n01.07.2011\nS. A. Piriyevanın Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI\nSəmayə Aslan qızı Piriyeva Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.\nAzərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV\nBakı şəhəri, 28 iyun 1999-cu il\n№ 179\n№\nTarix\nVersiyalar\nMüqayisə",
"AKTIN NÖVÜ\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI\nQƏBUL EDİLDİYİ TARİX\n04.07.2002\nQEYDİYYAT NÖMRƏSİ\n971\nADI\nƏ. Y. Ağayevin Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında\nRƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ\nAzərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2002, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 418)\nQÜVVƏYƏ MİNMƏ TARİXİ\nAZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU\n010.000.000\nHÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ\nHÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX\n01.07.2011\nƏ. Y. Ağayevin Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında\nAzərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı\nƏbülfəz Yusif oğlu Ağayev Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.\nHeydər ƏLİYEV,\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 4 iyul 2002-ci il\n№ 971\n№\nTarix\nVersiyalar\nMüqayisə",
"AKTIN NÖVÜ\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI\nQƏBUL EDİLDİYİ TARİX\n30.09.2004\nQEYDİYYAT NÖMRƏSİ\n413\nADI\nƏ. İ. Məmmədovun Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında\nRƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ\nAzərbaycan Qəzeti (Dərc olunma tarixi: 01-10-2004, Nəşr nömrəsi: 229), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2004, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 731)\nQÜVVƏYƏ MİNMƏ TARİXİ\n01.10.2004\nAZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU\n010.000.000\nHÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ\nHÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX\n01.07.2011\nƏ. İ. Məmmədovun Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI\nƏşrəf İsrafil oğlu Məmmədov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.\nİlham ƏLİYEV,\nAzərbaycan Respublikasının Prezidenti\nBakı şəhəri, 30 sentyabr 2004-cü il\n№ 413\n№\nTarix\nVersiyalar\nMüqayisə"
] | [
"https://web.archive.org/web/20190518062519/http://www.e-qanun.az/framework/7256",
"http://www.e-qanun.az/framework/9455",
"http://www.e-qanun.az/framework/5374",
"https://web.archive.org/web/20190530013656/http://www.e-qanun.az/framework/706",
"http://www.e-qanun.az/framework/1205"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q389381--Milli Qəhrəman və Şəhidləri-1 | 1 | Qazax rayonu | Qazax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəridir. | Milli Qəhrəman və Şəhidləri | Qarabağ müharibəsi dövründə Qazax rayonundan olan 292 nəfər şəhid olub, onların 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Şəhidlər tariximizin şanlı səhifəsidir | [
"İkinci yazı\n… 1988-ci ildən bu günə kimi Qazax rayonundan 292 şəhid vermişik. Onlardan 7 nəfəri – Alı Mustafayev, Şamoy Çobanov, Firuddin Şamoyev, Mərfət Nəsibov, Aqil Musayev, Rafiq Alıcanov, Əjdər Babayev Azərbaycanın MİLLİ QƏHRƏMANIDIR. Üç nəfər – Qaratel Hacımahmudova, Elmar Hüseynov, Müşfiq Məmmədov “Azərbaycan bayrağı” ordeni ilə, iki nəfər– Elmar Hüseynov, Mühüd Orucov “İgidliyə görə” medalı ilə, bir nəfər– Elvin Namazov “Vətən uğrunda” medalı ilə, üç nəfər – İsa Almazov, Mühüd Orucov, Orxan Əliyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə, bir nəfər – Azad Mikayılov “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə, bir nəfər – Mühüd Orucov “hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalı ilə, 4 nəfər – Arif Kazımov, Mərdan Əsgərov, Fidat Məmmədov, Səlamət Həsənov “Hərbi xidmətə görə” medalı ilə, iki nəfər – Yaşar Əhmədov, Orucov Mühüd “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, bir nəfər – Nəbiyev Arzu “Hərbi xidmətlərə görə” medalı ilə, bir nəfər – Müşfiq Məmmədov Türkiyənin Bətər Federasiyası tərəfindən “Fəxri fərman”la təltif olunmuşdur. Bundan əlavə Mühüd Orucov həmçinin AzRSQ “90 illiyi yubleyi” medalı, AzRSQ-nin “95 illiyi yubleyi” medalı ilə də təltif olunmuşdur.\nQazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə 20 yanvar hadisələrindən sonra “20 yanvar” şəhidlərinin xatirəsinə tikilmişdir. 2012-ci ildə Şəhidlər Xiyabanı yeni layihə üzrə yenidən qurulmuşdur.\n2017-ci ildə Qazax RİH-nin başçısı Rəcəb Babaşovun xüsusi diqqəti və göstərişi əsasında “Şəhidlər Xiyabanı” abidə kompleksində əsaslı təmir işləri aparılmış, ərazidə yeni park salınmış, dekorativ və həmişəyaşıl gül kolları əkilmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Abidə Kompleksində MİLLİ QƏHRƏMANLARIMIZIN və torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı şəhid olmuş 285 şəhidin şəkilləri qara mərmərə həkk edilmişdir.\nDaş Salahlı kəndində 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksinin yenidənqurulması və əsaslı təmiri ilə bağlı rayon rəhbəri Rəcəb Babaşov tapşırıq və tövsiyyələrini verdi. 2018-ci ilin may ayının 9-da – qələbənin 73-cü ildönümündə həmin abidənin təntənəli şəkildə açılışı oldu.\nŞəhidə qiymət vermək vətənə, millətə qiymət vermək anlamındadır. Bu baxımdan onu deyə bilərəm ki, Rəcəb Babaşov Qazaxa rəhbər təyin olunduğu ilk gündən şəhid ailələri ilə mütəmadi olaraq maraqlanır, onların probemlərinin həlli yolunda özü şəxsən iştirak edir. Təbii ki, bu hal bütün qazaxlılar tərəfindən təqdirəlayiq əməl kimi qəbul edilir. Rəcəb Babaşovun təqdirəlayiq əməllərindən biri də rayonun mərkəzində, eləcə də kəndlərdə şəhid bulaqlarının tikintisi və eləcə də baxımsızlıqdan uçub-dağılmış, su üzünə həsrət qalan bulaqların yenidən bərpasına xüsusi olaraq diqqət göstərməsidir. Rəcəb Babaşov rayona rəhbərlik etdiyi gündən bu günə kimi aşağıda qeyd etdiyim bulaq kompleksləri tikilmiş və bir neçə bulaqda əsaslı təmir-bərpa işləri aparılmışdır:\n1 – Qazax rayonu Qazaxbəyli kəndində MİLLİ QƏHRƏMAN Alı Mustafayevin adına bulaq kompleksi tikilmiş və istifadəyə verilmişdir.\n2 – Qazax rayonunda MİLLİ QƏHRƏMAN Firudin Şamoyevin adına bulaq kompleksi tikilib istifadəyə verildi.\n3 – Qazax Rayonu “Heydər parkı” ərazisində MİLLİ QƏHRƏMAN Mərfət Nəsibovun adına olan bulaq kompleksi əsaslı şəkildə təmir olunub yenidən istifadəyə verildi.\n4 – Qazax rayonunda MİLLİ QƏHRƏMAN Şamoy Çobanovun adına olan bulaq kompleksi uçub-dağılmaqda idi. Həmin bulaq əsaslı şəkildə təmir olunub sakinlərin istifadəsinə verildi.\n5 – Qazax rayonunda Şəhid polislərin xatirəsinə tikilmiş bulaq kompleksi də əsaslı şəkildə təmir olunub istifadəyə verildi.\n6 – Qazax rayonunda Lələkənd döyüşlərində şəhid olanların xatirəsinə olan bulaq kompleksi də əsaslı şəkildə təmir olunub istifadəyə verildi.\n7 – Hərbi şəhərcikdə bütün şəhidlərin xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n8 – Qazax rayonu M.Ə.Rəsulzadə küçəsində şəhid Qoşqar Qurbanovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n9 – Qazax rayonu M.Ə.Rəsulzadə küçəsində şəhid Şavələd Abbasovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n10 – Qazax rayonu Bala Çaylı kəndində şəhid-bulaq kompleksi tikilib istifadəyə verildi.\n11 – Qazax rayonu Cümə Məscidinin qarşısında şəhidlərin qız qardaşı Vəfa Dəmirçioğlunun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n12 – Qazax rayonu Heydər Əliyev prospektində Aprel şəhidi kapitan Mühüd Orucovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n13 – Qazax rayonu Heydər Əliyev prospektində Aprel şəhidi baş leytenant Elvin Namazovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n14 – Qazax rayonu Heydər Əliyev prospektində Aprel şəhidi əsgər Orxan Əliyevin xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.\n15 – Qazax rayonu Daş Salahlı kəndində Fidat Məmmədov küçəsində şəhid Süleyman Süleymanovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verilmişdir.\n…“Söz vaxtına çəkər”, deyiblər. Yazını yazarkən Süleyman Süleymanovun qəhrəmancasına şəhid olması xəbəri yayıldığı günü xatırladım. Bütün hər kəs Süleymanın qəhrəmanlığından danışırdı. O, 2017-ci ilin mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən snayperlə vurularaq şəhid olmuşdur. Süleyman Süleymanovun dəfnində rayon rəhbərliyi, Qazaxın dörd bir yanından olan ziyalılar, sadə vətəndaşlar iştirak edirdilər. O gün hamı bir nəfər kimi Süleyman kimi oğullarımızın qanının yerdə qalmayacağına söz verib, əhd etdi. Mart ayının 3-də Süleyman doğulduğu Daş Salahlı kəndində Şəhidlər Xiyabanında torpağa tapşırıldı. “Qara xəbər yüyrək olur”, deyib atalarımız. Süleymanın ölüm xəbəri bir göz qırpımında Azərbaycanın hər yerinə yayıldı. “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, akademik Teymur Bünyadov, İctimai Birliyin İdarə Heyətinin üzvləri və bir çox ziyalılar Süleymanın dəfnində iştirak etmək üçün üz tutdular Bakıdan Qazaxa. Yas mərasimində iştirak edən Cəmiyyət üzvləri belə bir qənaətə gəldilər ki, şəhidin qəbirüstü abidəsinin xərcini “Qazax Xeyriyyə” İctimai Birliyi öz üzərinə götürsün. Rayon rəhbəri Rəcəb Babaşov isə bu məsələ ilə razı olmadığını və qəbirüstü abidənin rayon rəhbərliyi tərəfindən ucaldılacağını deyir. Fikirlərində qəti olan Cəmiyyət üzvləri Respublika Ağsaqqallar şurasının sədr müavini Teymur Bünyadova və Cəmiyyətin sədri professor İlham Pirməmmədova üz tuturlar. Onlar Rəcəb Babaşovu razı salırlar və Süleymanın qəbirüstü abidəsinin ucaldılmasını “Qazax Xeyriyyə” İctimai Birliyi öz üzərinə götürür. “Qazax Xeyriyyə” İctimai Birliyi şəhidin qəbirüstü abidəsinin götürülməsini, məzarın ətrafının abadlaşdırılmasını böyük ruh yüksəkliyi ilə həyata keçirdilər. Bu cür vətənpərvər addım atdıqları üçün “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri Dədə İlham başda olmaqla Cəmiyyətin bütün üzvlərinə təşəkkür edirəm.\n… 1988-ci ildən bu günə kimi Ağstafa rayonu 163 nəfər şəhid vermişdir. Onlardan beş nəfəri MİLLİ QƏHRƏMAN adına layiq görülmüşdür. Ağstafa şəhər qəbristanlığında “Şəhidlər xiyabanı” var. 90-cı illərdə qəhrəmanlıq göstərən Ağstafa şəhidləri həmin qəbristanlıqda dəfn olunmuşdur. Ağstafa RİH-nin başçısı Məhərrəm Quliyev şəhid ailələrinə qarşı diqqət və qayğısını əsirgəmir. Şəhid Adil Tatarovun dəfnində rayon rəhbəri olaraq ailəyə böyük mənəvi dəstək olan insanlardan biri də Məhərrəm Quliyevdir.\nBildiyimiz kimi Qıraq Kəsəmən kəndi torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda yeddi şəhid vermişdir. RİH-nin dəstəyi ilə 2018-ci ilin yayında Qıraq Kəsəmən kəndində həmin şəhidlərin xatirəsinə abidə kompleksi tikilmişdir.\nRİH başçısı Məhərrəm Quliyevin tapşırıq və tövsiyyələrinə əsasən:\n1 – Ağstafa rayonu Zəlimxan kəndində şəhidlərin xatirəsinə park salınıb.\n2 – Ağstafa rayonu Göycəli kəndində Novruz Qurbanovun adını daşıyan park yenidən və əsaslı şəkildə qurulub sakinlərin istifadəsinə verilib.\nQazaxda və Ağstafada bu səpgidə işlər davam etdirilir.\nBu işlərin hər biri vətənə xidmətin, dövlətə sədaqətin ən aydın göstəricisidir. Yaşasın, Müstəqil Azərbaycan! Var olsun, qüdrətli dövlətimiz! Fəth etsin zirvələri, şanlı ordumuz!\nŞəhidlər, ölməz ruhunuz qarşısında baş əyirik. Ruhunuz şad olsun!\nHörmətlə: Səbinə YUSİF"
] | [
"http://qazaxib.az/2019/03/04/s%C9%99hidl%C9%99r-tariximizin-sanli-s%C9%99hif%C9%99sidir/"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q389381--Qeyri-maddi irsi-2 | 1 | Qazax rayonu | Qazax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəridir. | Qeyri-maddi irsi | 2010-cu ildə "Qazax — Azərbaycanın folklor paytaxtı" elan olunmuşdur.. Azərbaycanın folklor paytaxtı
Qazaxda aşıq sənəti — Qazax folklorunun ən uca zirvələrindən biri aşıq sənəti ilə bağlıdır. Qazax aşıqlar vətəni kimi ad çıxarıb. Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Mirzə Səməd, Aşıq Məmmədyar, Aşıq Canallı Məmməd, Dərya Məhəmməd, Aşıq Avdı Avdıyev, Aşıq Kərəm, Aşıq Cəlal, Aşıq Ədalət kimi ustad sənətkarlar bu elin əsl mənəvi sərvətidir.
Qazax xalçaları — Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində) məşğul olmuşlar. Qazax şəhəri və ətraf kəndləri əsrlər boyu Azərbaycanın xalçaçılıq mərkəzlərindən biri olubdur. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar Qazax məişətində geniş istifadə edilir. Hələ keçən əsrin əvvəlində burada yaşayan hər Azərbaycan ailəsi ildə 4–5 xalça toxuyardı. Cavan gəlinlərin özlərinə cehizlik xalçalar toxuması isə buranın qədim el adət idi.
Dilbaz atı (Qazax atları) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir. Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır.
Qazağı rəqsi — Ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir.
Sınıq Körpünün əfsanəsi — Əfsanəyə görə, sınıq körpünü bir oğlan sevgilisinin arzusu ilə inşa etmişdir. Bir oğlan qənirsiz gözələ elçi gəlibmiş. Qız həmin oğlanın dözümünü yoxlamaq məqsədi ilə deyib: "Kim bu çayın üzərindən körpü salsa qəbimə körpü salmış olar". Bu gözəlin eşqinə bir çoxları körpü salmaq həvəsinə düşürlər. Lakin salınan körpülər selə dözməyib uçurmuş. Cavanlardan biri inadından, əqidəsindən dönmür. Qız onun məhəbbətinə qəlbən inanır və ona belə bir xəbər göndərir: "Nər oğlan, özünü bu qədər incitmə. Çökəkdə körpu bənd almaz. Dayaqları bir az yuxarıdakı sal qayaların üstündə salsan, arzuna çatarsan". Oğlan körpünü qoyun südü və bişmiş kərpiçdən hörür. Körpü hər təzyiqə tab gətirir. Qız vədinə əməl edir və nişan üzüyünü barmağına taxır.
Baba-Dərviş əfsanəsi — Qazaxın Xanlıqlar kəndində, Ağstafa çayının sol sahilində təpəlik ərazidə yerləşir. 1958–1967-ci illərdə bu ərazinin cənubunda aşkar olunmuş tunc dövünə aid arxeoloji abidə məhz tapıldığı ərazinin adı ilə Baba-dərviş yaşayış məskəni adlanır. Deyilənə görə, çox qədimlərdə 5–6 min il bundan əvvəl bu yerlərdə şəhər olub. Təbriz, Naxçıvan, İrəvan, Tiflis karvan yolunun günçıxanında yerləşən şəhəri min il əvvəl yadellilər dağıdıblar. Sonda zəlzələ axırına çıxıb. Xarabalağında bir zamanlar Dərviş Baba (Baba Dərviş) və onun müridləri yaşayıblar. Odur ki, adı Baba–dərviş qalıb. Rəvayətə görə, dərviş adətə görə evlənməzmiş. Gənc dərvişlərdən biri bu adəti pozub və kənd-kənd gəzərək görüb sevdiyi qızla evlənib. Sözü tanrı tərəfindən eşidilən Baba Dərvişin qarğışı ilə buralar yerlə yeksan olub. Ailəsi məhv olan gənc dərviş havalınıb oxuya-oxuya gəzərmiş. | [
"Xurşidbanu Natəvan\nNəriman Həsənzadə\nAzərbaycanın Xalq şairi Səməd Vurğun\nBiz səni dirçəldəcəyik Əziz Şuşa!\nXALQ RƏSSAMI - MİKAYIL ABDULLAYEV\nCəfər Cabbarlı\nBiblioqrafik sorğu\nVirtual Sifariş\nMetodik xidmət\nSənədlərin Sifarişi Və Elektron Çatdırılması\nAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev\nAzərbaycan Respublikası Təhsil Nazirliyi\nAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi\nAzərbaycan Kitabxanaları\nHeydər Əliyev Fondu\nAvropa Milli Kitabxanaları Konfransı təşkilatı\nAvrasiya Kitabxanalar Assambleyası\nPetruççi Beynəlxalq Musiqi Kitabxanası"
] | [
"http://www.anl.az/down/meqale/azerbaycan/2010/iyun/125161.htm]"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q390820--Mənbə-2 | 1 | Şərur rayonu | Şərur rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi.
Şərur rayonu – Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. Dərələyəz dağ sistemi buradan keçir. Ən yüksək dağı – Qalınqayadır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır – qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda + 26 dərəcədən yuxarı qalxmır.
Buradan Araz çayının qolu Arpaçay və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir. Onun üstündə Arpaçay su anbarı tikilmişdir. Yerli faunası – muflonlar (dağ qoyunu), canavarlar, dağ keçiləri, tülkülər, qabanlar, dovşanlardır.
Burada olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim yaşayış məskənləri ilə təmsil olunur. Qazma mağarasında mustye dövrünə aid daş və obsidian əmək alətləri, Şahtaxtı yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələri aşkar edilmişdir. Arbatan, Verməziyar, Qarahəsənli, Babəki, Kosacan kəndləri yaxınlığında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, burada qədim yaşayış məskənləri yerləşirmiş. Onlar Kölüklər, Köhnə, Arbatan, Köhnəkənd, Kültəpə kimi toponimlərin yaddaşında yaşayır. Burada çoxlu ev əşyaları və bəzəkli saxsı qablar aşkar edilmişdir.
Şərur rayonu (1930–1964-cü illərdə Noraşen rayonu, 1964–91-ci illərdə İliç rayonu) 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Şimalda və şimal-şərqdə Ermənistan Respublikası, cənubda və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 811,14 km2
. Rayonda 1 şəhər, 65 kənd yaşayış məntəqəsi var. Mərkəzi Şərur şəhəridir.
Rayon ərazisinə Şərur şəhəri və Yengicə, Alışar, Xələc, Şəhriyar, Muğanlı, Qorçulu, Kürçülü, Kürkənd, Cəlilkənd, Mahmudkənd, Günnüt, Bəhruz Kəngərli, Düdəngə, Zeyvə, Oğlanqala, Dizə, Aşağı Yaycı, Yuxarı Yaycı, Şahbulaq, Gümüşlü, Axura, Həmzəli, Qarxun, Sərxanlı, Məmmədsabir, Muğancıq Müslüm, Muğancıq Mehrab, Yuxarı Aralıq, Aşağı Aralıq, Siyaqut, Kosacan, Yuxarı Daşarx, Aşağı Daşarx, Dərəkənd, Oğuzkənd, Xanlıqlar, Ələkli, Vərməziyar, Stansiya Daşarx, Danyeri, İbadulla, Qışlaq Abbas, Ərəbyengicə, Tumaslı, Vayxır, Diyadin, Maxta, Qaraburc, Axamət, Kərimbəyli, Dərvişlər, Çərçiboğan, Babəki, Arbatan, Arpaçay, Çəmənli, Qarahəsənli, Çomaxtur, Püsyan, Təzəkənd, Dəmirçi, Havuş, Yeni Havuş, Xətai, Tənənəm kəndləri daxildir.Şərur rayonu tarixən Azərbaycanın mədəni,iqtisadi,siyasi həyatında mühüm yer tutmuşdur.Şərur rayonu Yallı rəqsinin beşiyidir,yarandığı yerdir.Dahi bəstəkar Üzeyir Hacıbəyov demişdir:"Şərur Azərbaycan Folklor Mədəniyyətinin Beşiyidir".
Uzun illər boyu Şərur rayonundan olan Azərbaycanlılar yüksək dövlət vəzifələrində çalışmış və çalışırlar.Şərur Azərbaycanın dövlət quruculuğunda ən mühüm yerə sahibdir. | Mənbə | Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı
http://www.mcdmerkez.org/ts_general/azl/belediye/b-2.htm | [
"Naxcıvan MR: Şərur rayonu\n| |\nSıra sayı\n| |\nBələdiyyələrin adı\n| |\nHər bələdiyyə üzrə əhalinin sayı\n| |\n| |\nTelefon\n| |\nA.S.A.\n| |\n1\n| |\nŞərur şəhər bələdiyyəsi\n| |\n6700\n| |\n| |\n| |\n| |\n2\n| |\nDəmirçi kənd bələdiyyəsi\n| |\n4980\n| |\n| |\n| |\n| |\n3\n| |\nDüdəngə kənd bələdiyyəsi\n| |\n3927\n| |\n| |\n| |\n| |\n4\n| |\nMahmudkənd kənd bələdiyyəsi\n| |\n3878\n| |\n| |\n| |\n| |\n5\n| |\nYengicə kənd bələdiyyəsi\n| |\n3791\n| |\n| |\n| |\n| |\n6\n| |\nPüsyan kənd bələdiyyəsi\n| |\n3679\n| |\n| |\n| |\n| |\n7\n| |\nÇərçiboğan kənd bələdiyyəsi\n| |\n3200\n| |\n| |\n| |\n| |\n8\n| |\nÇomaxtur kənd bələdiyyəsi\n| |\n3050\n| |\n| |\n| |\n| |\n9\n| |\nOğlanqala kənd bələdiyyəsi\n| |\n2897\n| |\n| |\n| |\n| |\n10\n| |\nDanyeri kənd bələdiyyəsi\n| |\n2814\n| |\n| |\n| |\n| |\n11\n| |\nZeyvə kənd bələdiyyəsi\n| |\n2485\n| |\n| |\n| |\n| |\n12\n| |\nMaxta kənd bələdiyyəsi\n| |\n2425\n| |\n| |\n| |\n| |\n13\n| |\nAlışar kənd bələdiyyəsi\n| |\n2077\n| |\n| |\n| |\n| |\n14\n| |\nŞəhriyar kənd bələdiyyəsi\n| |\n2056\n| |\n| |\n| |\n| |\n15\n| |\nXanlıqlar kənd bələdiyyəsi\n| |\n2049\n| |\n| |\n| |\n| |\n16\n| |\nQarxun kənd bələdiyyəsi\n| |\n1893\n| |\n| |\n| |\n| |\n17\n| |\nQışlaqabbas kənd bələdiyyəsi\n| |\n1785\n| |\n| |\n| |\n| |\n18\n| |\nDizə kənd bələdiyyəsi\n| |\n1758\n| |\n| |\n| |\n| |\n19\n| |\nKərimbəyli kənd bələdiyyəsi\n| |\n1697\n| |\n| |\n| |\n| |\n20\n| |\nCəlilkənd kənd bələdiyyəsi\n| |\n1662\n| |\n| |\n| |\n| |\n21\n| |\nSiyaqut kənd bələdiyyəsi\n| |\n1548\n| |\n| |\n| |\n| |\n22\n| |\nYuxarı Daşarx kənd bələdiyyəsi\n| |\n1459\n| |\n| |\n| |\n| |\n23\n| |\nAşağı Yaysı kənd bələdiyyəsi\n| |\n1453\n| |\n| |\n| |\n| |\n24\n| |\nAxura kənd bələdiyyəsi\n| |\n1448\n| |\n| |\n| |\n| |\n25\n| |\nİbadulla kənd bələdiyyəsi\n| |\n1337\n| |\n| |\n| |\n| |\n26\n| |\nXələc kənd bələdiyyəsi\n| |\n1260\n| |\n| |\n| |\n| |\n27\n| |\nƏlikli kənd bələdiyyəsi\n| |\n1253\n| |\n| |\n| |\n| |\n28\n| |\nVərməziyar kənd bələdiyyəsi\n| |\n1237\n| |\n| |\n| |\n| |\n29\n| |\nKosacan kənd bələdiyyəsi\n| |\n1226\n| |\n| |\n| |\n| |\n30\n| |\nDərəkənd kənd bələdiyyəsi\n| |\n1184\n| |\n| |\n| |\n| |\n31\n| |\nMuğanlı kənd bələdiyyəsi\n| |\n1079\n| |\n| |\n| |\n| |\n32\n| |\nYuxarı Aralıq kənd bələdiyyəsi\n| |\n1049\n| |\n| |\n| |\n| |\n33\n| |\nMəmmədsabir kənd bələdiyyəsi\n| |\n955\n| |\n| |\n| |\n| |\n34\n| |\nAşağı Aralıq kənd bələdiyyəsi\n| |\n931\n| |\n| |\n| |\n| |\n35\n| |\nVayxır kənd bələdiyyəsi\n| |\n914\n| |\n| |\n| |\n| |\n36\n| |\nYuxarı Yaycı kənd bələdiyyəsi\n| |\n906\n| |\n| |\n| |\n| |\n37\n| |\nÇəmənli kənd bələdiyyəsi\n| |\n875\n| |\n| |\n| |\n| |\n38\n| |\nAxaməd kənd bələdiyyəsi\n| |\n873\n| |\n| |\n| |\n| |\n39\n| |\nƏrəbyengicə kənd bələdiyyəsi\n| |\n872\n| |\n| |\n| |\n| |\n40\n| |\nKürkənd kənd bələdiyyəsi\n| |\n858\n| |\n| |\n| |\n| |\n41\n| |\nKürçülü kənd bələdiyyəsi\n| |\n812\n| |\n| |\n| |\n| |\n42\n| |\nTənənəm kənd bələdiyyəsi\n| |\n746\n| |\n| |\n| |\n| |\n43\n| |\nMudancıq Müslüm kənd bələdiyyəsi\n| |\n728\n| |\n| |\n| |\n| |\n44\n| |\nQarahəsənli kənd bələdiyyəsi\n| |\n722\n| |\n| |\n| |\n| |\n45\n| |\nHəmzəli kənd bələdiyyəsi\n| |\n717\n| |\n| |\n| |\n| |\n46\n| |\nArbatan kənd bələdiyyəsi\n| |\n715\n| |\n| |\n| |\n| |\n47\n| |\nOğuzkənd kənd bələdiyyəsi\n| |\n706\n| |\n| |\n| |\n| |\n48\n| |\nQorçulu kənd bələdiyyəsi\n| |\n689\n| |\n| |\n| |\n| |\n49\n| |\nAşağı Daşarx kənd bələdiyyəsi\n| |\n371\n| |\n| |\n| |\n| |\n50\n| |\nMuğancıq Mehrab kənd bələdiyyəsi\n| |\n607\n| |\n| |\n| |\n| |\n51\n| |\nTumaslı kənd bələdiyyəsi\n| |\n585\n| |\n| |\n| |\n| |\n52\n| |\nDərvişlər kənd bələdiyyəsi\n| |\n552\n| |\n| |\n| |\n| |\n53\n| |\nŞahbulaq kənd bələdiyyəsi\n| |\n551\n| |\n| |\n| |\n| |\n54\n| |\nSərxanlı kənd bələdiyyəsi\n| |\n514\n| |\n| |\n| |\n| |\n55\n| |\nArpaçay kənd bələdiyyəsi\n| |\n506\n| |\n| |\n| |\n| |\n56\n| |\nGümüşlü kənd bələdiyyəsi\n| |\n472\n| |\n| |\n| |\n| |\n57\n| |\nQaraburc kənd bələdiyyəsi\n| |\n444\n| |\n| |\n| |\n| |\n58\n| |\nStansiya Daşarx kənd bələdiyyəsi\n| |\n407\n| |\n| |\n| |\n| |\n59\n| |\nXətai kənd bələdiyyəsi\n| |\n361\n| |\n| |\n| |\n| |\n60\n| |\nDiyadin kənd bələdiyyəsi\n| |\n332\n| |\n| |\n| |\n| |\n61\n| |\nTəzəkənd kənd bələdiyyəsi\n| |\n254\n| |\n| |\n| |\n| |\n62\n| |\nYeni Havuş kənd bələdiyyəsi\n| |\n244\n| |\n| |\n| |\n| |\n63\n| |\nHavuş kənd bələdiyyəsi\n| |\n113\n| |\n| |\n| |\n| |\n64\n| |\nBabəki kənd bələdiyyəsi\n| |\n110\n| |\n| |\n| |\n| |\n| |\nCəmi\n| |\n93778\n| |\n| |\n| |"
] | [
"http://www.mcdmerkez.org/ts_general/azl/belediye/b-2.htm"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q249252--Tanınmış sakinləri-1 | 1 | Zəngilan rayonu | Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.
İnzibati mərkəzi Zəngilan şəhəridir. | Tanınmış sakinləri | Abbasova Adilə Ziyat qızı – fizika-riyaziyyat elmləri doktoru, professor
Paşayev Rizvan Teymur oğlu – fizika-riyaziyyat elmləri doktoru
Bağırov Bayram Məhəmməd oğlu – texnika elmləri doktoru
Məmmədov Mürşüd Cabbar oğlu – tibb elmləri doktoru
Mütəllim Həsənov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim.
Əli bəy Azəri – Yazıçı-publisist, "Rəsmi Bakı" qəzetinin və "Xəzan" jurnalının baş redaktoru, müharibə veteranı
Məhəmməd Əsədov – General Mayor
Zahir Əsədov – filologiya üzrə fəlsəfə doktoru
Müşfiq Orucov – Şəhid, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Qulu Məhərrəmli – jurnalist-professor
Nəsiman Yaqublu – jurnalist, professor
Ənvər Məmmədyarov — Dövlət xadimi, MTN Polkovniki, Azərbaycan Respublikası Milli Məclisin deputatı
Şəhriyar Məmmədyarov — Azərbaycan şahmat qrossmeysteri
Qoşqar Təhməzli— Tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.Qoşqar Təhməzli | [
"Qoşqar Təhməzli\nSədr\nQoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonunda anadan olub. 1977-1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı “Siyasi Elmlər Bakalavrı” dərəcəsi ilə bitirib.\nTibb elmləri üzrə fəlsəfə doktorudur. Elmi iş: \"Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi\".\nQ. Təhməzli Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə \"Tərəqqi” medalı, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə \"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)\" yubiley medalı ilə təltif olunub.\n1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995-1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997-2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004-2005-ci illərdə “Nəbz” Tibb Mərkəzinin baş direktoru, 2008-2016-cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb.\nMüxtəlif tibbi layihələr həyata keçirən Q. Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında “Ən yaxşı top-menecer” adına layiq görülüb.\n1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, “Müharibə veteranı” statusuna layiq görülmüşdür.\n25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.\nAiləlidir, 3 övladı var.\nRəşad Mafusov\nSədr müavini\nRəşad Məcnun oğlu Mafusov 24 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub.\nAzərbaycan Dövlət İqtisad Universitetində Ticarətin və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi ürə bakalavr və Biznesin idarə edilməsi - Maliyyə və Kredit üzrə magistr (MBA) elmi dərəcəsi alıb.\nƏmək fəaliyyətinə 1998-ci ildə “Azəriqaz” QSC-də başlayıb.\n2004-2006-cı illərdə “Azərnəqliyyatbank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.\n2006-2017-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sistemində fəaliyyət göstərib.\nAzərbaycan hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Səhiyyə Sektorunda İslahatlar Layihəsi”nin direktoru, Analitik Ekspertiza Mərkəzində direktor müavini, Qlobal Fond tərəfindən maliyyəşdirilən HİV/AİDS, vərəm və malyariya ilə mübarizə layihəsi”nin direktoru və Tibb texnikasının təmiri və quraşdırma baza zavodunun direktoru vəzifələrində çalışıb.\n2013-2015-ci illərdə Nazirliyin “Özəl tibb müəssisələrinin Lisenziyalaşdırılması” komissiyasına rəhbərlik edib.\n2017-ci ildən 2018-ci ilin fevral ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb.\n2018-ci ilin fevral ayından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifələrində işləyib.\n09 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.\nAiləlidir, 2 övladı var.\nBalarəhim Quliyev\nSədr müavini\nBalarəhim Mirzəağa oğlu Quliyev 25 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Qidalanma Gigiyenası üzrə sanitariya həkimi ixtisası istiqamətində Azərbaycan Dövlət Tibb Universitetində alıb.\n1992 - 2005 ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Qida gigiyenası həkimi vəzifəsində çalışıb. 2005 - 2010 cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2010 – 2014 cü illərdə özəl tibb şirkətində biznesin inkişafı üzrə menecer və direktor müavini vəzifəsində çalışıb. 2014 – 2015 ci ilin aprel ayınadək Suraxanı Tibbi Bərpa Mərkəzində direktor işləyib.\n2015-ci ilin aprel ayından 2018-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışıb.\n21 yanvar 2018-ci il tarixindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.\n9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.\nDövlət Qulluğunun kiçik müşaviridir.\nAiləlidir, 1 övladı var.\nZəkiyyə Mustafayeva\nSədr müavini\nZəkiyyə Müslüm qızı Mustafayeva 27 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini pediatriya ixtisası üzrə 1986-1992-ci illərdə Azərbaycan Tibb Universitetində alıb. Təhsilini 2006-2009-cu illərdə Xəzər Universitetində biznesin təşkili və idarəedilməsi (səhiyyə sahəsində) ixtisası üzrə davam etdirib.\n1992-2006-cı illərdə dövlət və özəl tibb müəssisələrində, 2007-2010-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə sektorunda islahatlar” layihəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.\n2010-2019-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri, 2019-2020-ci illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.\nAzərbaycan Respublikası Prezidentinin 23 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.\nSəhiyyə sahəsində səmərəli fəaliyyətinə görə 2013-cü ildə Azərbaycan Respublikasının Səhiyyə naziri tərəfindən “Səhiyyə əlaçısı” döş nişanı, 2016-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.\nDövlət qulluğunun baş müşaviridir.\nRus və ingilis dillərini bilir.\nAiləlidir, 2 övladı var.\nElxan Mikayılov\nAparat rəhbəri\nElxan Əvəz oğlu Mikayılov 21 iyul 1984-cü ildə Ağdam rayonunda anadan olub. Ali təhsilini Standartlaşdırma və Sertifikasiya ixtisası üzrə 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Təhsilini 2005-2007-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Standartlaşdırma və Sertifikasiya ixtisası üzrə magistr təhsili, 2012-2016-ci illərdə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Ümumi iqtisadiyyat üzrə doktorantura təhsili alıb.\n2007-ci ildə bir sıra beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə yerli qrup rəhbəri, biznes məsləhətçisi vəzifələrində çalışıb. 2015-2016-cı illərdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyində (SECO) və İsveçrənin Azərbaycandakı səfirliyində İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub. 2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib. 2018-ci ilin may ayından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin 28 dekabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.\nBir çox elmi məqalələrin müəllifidir.\nRus və ingilis dillərini bilir.\nAiləlidir, 1 övladı var."
] | [
"http://afsa.gov.az/az/agency/management"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2699--Azərbaycana aid hadisələr-1 | 1 | 3 iyul | 3 iyul – Qriqorian təqvimi ilə ilin 184-cü (uzun illərdə 185-ci) günü. | Azərbaycana aid hadisələr | 1994 — Bakı metropolitenində terror aktı baş vermişdir.
2018 — Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış nəticəsində Azərbaycanda işıq böhranı baş vermişdir. | [
"Necə olur ki, bir elektrik stansiyasında qəza baş verən kimi az qala bütün ölkə, 39 rayon və şəhər qaranlığa bürünür? Ölkənin işığı obrazlı desək, elə bir elektrik düyməsinə bənddirmi?\nBu sual – dünən gecə, bütün ölkədə işıqlar sönəndə aktuallaşdı.\nAz sonra rəsmi məlumat yayıldı ki, Mingəçevir İstilik Enerji stansiyasında avadanlıqlardan biri sıradan çıxıb.\nPrezident Aparatının məlumatında deyilir ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə edib, transformator da buna görə sıradan çıxıb. “Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir\", deyə məlumatda bildirilir.\nBir neçə gündür ki, Azərbaycanda rekord istilər yaşanır, temperatur bəzi yerlərdə 44 dərəcəni keçib.\nBəs bir transformator sıradan çıxanda bütün ölkə qaranlıqda qalarmı? “Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyir ki, bütün sistem bir birinə bağlıdır. Lakin o bunu demir ki, niyə işıqlar bir yerdə hadisə olanda sönməsin deyə, tədbir görülmür.\nAzerenerjinin saytındakı məlumatdan görünür ki, Naxçıvan da daxil olmaqla, Azərbaycanda 32 obyektdə elektrik istehsal olunur. Yəni, Mingəçevir elektrik istehsal olunan yeganə yer deyil.\nNeft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, 2005-2015 -ci illərdə elektrik enerjisi infrastukturunun qurulmasına, azı 10 modul stansiyanın qurulmasına 1 milyard manatdan çox pul ayrılıb, ümumilikdə isə son 15 ildə bu sahəyə 5 milyard manat yatırılıb.\nOnun sözlərinə görə, ölkədə elektrik istehsalı çox olsa da, enerji düzgün paylanmır və əsas problem də elə budur. İlham Şaban deyir ki, Azərbaycan üzrə gücün 46 faizi Abşeronda toplanıb, bununla belə, Mingəçevirdə qəza olanda Bakıda işıq sönür. Onun sözlərinə görə, indiyə qədər ayrılan pula çoxdan avtomatik idarəetmə infrastrukturu yaradılmalı idi:\n“Bu sistem müəyyənləşdirir ki, harda güc çatmır və balans yaradır”.\nAzerenerjiyə ayrılan 5 milyard manat necə xərclənib ki, ölkə zülmətə qərq oldu?\nBu pulların necə xərclənməsi, nəticədə camaatın niyə qaranlıqda qalması elə dünənki Bakı gecəsi qədər qaranlıqdır. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Etibar Pirverdiyev “Azərenerji”nin başına keçəndən sonra, ordan informasiya ala bilmir:\n“18 ildir ki,”Azərenerji”yə daxil ola bilmirəm. Etibar Pirverdiyev gələndən Azərenerjidə dialoq olduğunu, kiminləsə müzakirə aparıldığını xatırlamıram. Ona görə də mənə çətindir cavab vermək ki, bütün bunlar hansı səbəbdən baş verir”.\nAzadlıqRadiosu da bu problemlə bağlı Bakı sakinləri arasında sorğu aparıb:\nMüxalif ReAl partiyasının Ali Məclisinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, bütün ölkədə elektrik təchizatının kəsilməsi hər şeydən əvvəl, təhlükəsizlik məsələsidir:\n“Müharibə şəraitində olan ölkə üçün bu, kifayət qədər suallar doğuran məsələdir”.\nElektirikin kəsilməsi ilə Bakıda su problemi də yaranıb, nasoslar işləməyib.\nHələlik tənqidçilərin səsləndirdikləri bu fikirlərə Azərenerjidən bir rəsmi açıqlama almaq mümkün olmur. Mingəçevirdə baş verən sonuncu qəzanın araşdırılması üçün elə iyulun 3-də dövlət komissiyası yaradılıb.\nBuna bənzər qəza 16 il əvvəl də baş vermişdi. 2002- ci ildə də Mingəçevir elektrik stansiyasında qəzaya görə bütün ölkədə işıqlar sönmüşdü. Bu hadisədən sonra ölkənin enerji sektoruna böyük investisiyalar qoyulmamışdı."
] | [
"https://web.archive.org/web/20110706130838/http://jazzdunyasi.jazz.az/content/view/137/55/lang,en/"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2687--Azərbaycana aid hadisələr-1 | 1 | 13 iyul | 13 iyul — Qriqorian təqvimi ilə ilin 194-cü (uzun illərdə 195-ci) günü. | Azərbaycana aid hadisələr | 2012 — ASAN xidmət təsis edilib. | [
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə\nDövlət Agentliyi Haqqında Ümumi Məlumat\n- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.\n- Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” mərkəzlərinin (bundan sonra – mərkəzlər) vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.\n- Dövlət Agentliyinin fəaliyyət istiqamətləri:\n- mərkəzlərin vahid şəkildə idarə edilməsini və həmin mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir;\n- mərkəzlərdə göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir;\n- mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələrin aparılmasını təmin edir;\n- mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının etik davranış qaydalarına əməl edilməsinə nəzarət edir, etik kursların təşkilini, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin keçirilməsini təmin edir;\n- dövlət orqanları tərəfindən göstərilən hər bir xidməti təhlil edərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və elektron xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirir.Dövlət Agentliyi mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilməsinə nəzarəti təmin edir.\n- Dövlət Agentliyi vətəndaşlara xidmət göstərən vahid telefon nömrəsi ilə təchiz edilmiş “Çağrı” mərkəzini yaratmaq və onun fəaliyyətini təmin edir.\n- Dövlət Agentliyi dövlət orqanları tərəfindən göstərilən xidmətlərin inkişafı və elektron təşkili məqsədilə aşağıdakıları həyata keçirəcək:\n- dövlət orqanlarının malik olduqları informasiya sistemlərinə çıxış əldə etmək, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq dövlət orqanları ilə birgə tədbirlər görmək, proqram təminatını hazırlamaq məqsədi ilə həmin orqanların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;\n- elektron xidmətlərin göstərilməsi üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;\n- dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə hesabatlar hazırlamaq;\n- elektron xidmətlərin göstərilməsi üzrə dövlət orqanlarına metodik və əməli köməklik göstərmək;\n- dövlət orqanlarının informasiya sistemlərinin, elektron xidmətlərin və elektron xidmətlər reyestrinin yaradılması və onların fəaliyyətinin təhlükəsizliyi ilə bağlı tədbirlər görmək;\n- “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.\n“ASAN” xidmət mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. “ASAN” xidmət mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsini təmin edən orqanlardır.\n- “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədləri aşağıdakılardır:\n- vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;\n- vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;\n- peşəkarlıq səviyyəsinin artırılması;\n- dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;\n- şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;\n- elektron xidmətlərdən daha geniş istifadə olunması;\n- bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.\n- “ASAN”xidmət mərkəzlərində vətəndaşlara xidmət göstərəcək dövlət orqanları aşağıdakılardır:\n- Ədliyyə Nazirliyi\n- Daxili İşlər Nazirliyi\n- Vergilər Nazirliyi\n- Əmlak Məsələləri Dövlət Komitəsi\n- Dövlət Gömrük Komitəsi\n- Dövlət Miqrasiya Xidməti\n- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\n- Milli Arxiv İdarəsi\n- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti\n- İqdisadiyyat Nazirliyi\n- “ASAN xidmət” mərkəzlərində vətəndaşlar yuxarıda qeyd olunmuş dövlət orqanları tərəfindən göstərilən aşağıdakı xidmətlərdən istifadə edə biləcəklər:\n1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı:\n1.1. doğumun qeydə alınması;\n1.2. ölümün qeydə alınması;\n1.3. nikahın qeydə alınması;\n1.4. nikahın pozulmasının qeydə alınması;\n1.5. övladlığa götürmənin qeydə alınması;\n1.6. atalığın müəyyən edilməsinin qeydə alınması;\n1.7. adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;\n1.8. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;\n2. notariat fəaliyyəti;\n3. şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;\n4. ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;\n5. sürücülük vəsiqələrinin dəyişdirilməsi;\n6. məhkumluq barədə arayışların verilməsi;\n7. daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:\n7.1. mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;[2]\n7.2. daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;[3]\n7.3. fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;[4]\n8. kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;\n9. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;\n10. gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;\n11. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi;\n12. əmək pensiyalarının təyin edilməsi;\n13. dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi;\n14. yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;\n15. xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu.[6]"
] | [
"https://web.archive.org/web/20170506145212/http://vxsida.gov.az/redirect/index/cat_id/81/MainOrNot/0"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2686--Azərbaycana aid hadisələr-1 | 1 | 15 iyul | 15 iyul — Qriqorian təqvimi ilə ilin 196-cı (uzun illərdə 197-ci) günü. | Azərbaycana aid hadisələr | 1997 — "Azpetrol" neft-qaz şirkəti təsis edilib. | [
"“Azpetrol” şirkəti 15 iyul 1997-ci il tarixində Bakı şəhərinin “Tbilisi“ prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayıb.\nŞirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir. Hazırda “Azpetrol”un respublikanın əksər bölgələrini əhatə edən 85 yanacaqdoldurma və 5 qazdoldurma məntəqəsi fəaliyyət göstərir.\nYanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə \"Azpetrol\"un müasir standartlara cavab verən Neftbazası istifadəyə verilmişdir.\nŞirkət yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə 1999-cu ildə yanacaqdaşıyan maşınların Avtoparkını istismara vermişdir. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.\nŞirkətin yanacaqdoldurma məntəqələrində müştərilərə texniki xidmət, avtomobil yuma, kafelər, motellər, mağazalar və s. xidmətlər təqdim olunur. Şirkət 2002-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ sistemini tətbiq etmiş, 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının artdığını nəzərə alaraq tərəfimizdən daha müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online “ proqramının tətbiqinə başlanılmışdır.\n2006-cı ildən etibarən isə yanacaqdoldurma məntəqələrində müştərilərə Master Card və Visa Card plastik kartlar vasitəsilə ödəniş etmək imkanı yaradılmışdır.\n2017-ci ildə isə “Azpetrol” şirkəti müştəri rahatlığını təmin etmək məqsədilə yanacaq kartlarının satışının təşkil edilməsində daha bir addım atdı.\n“Azpetrol” şirkəti müştərilərinin istəklərini və rahatlığını nəzərə alaraq 2017-ci ilin yanvar ayından Elektron talon xidmətini, 2017-ci ilin iyun ayından isə Azərbaycanda ilk dəfə olaraq Hədiyyə kartlarının onlayn satışına start vermişdir.\n“Azpetrol“un Şəki, Balakən, Qusar, Beyləqan və Qazax rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində müştərilərin və qonaqların rahatlığını təmin etmək üçün onlara yüksək səviyyədə xidmət göstərən motelləri fəaliyyət göstərir. Motellərdə müsafirlər rahat, lüks və yarım-lüks otaqlarından istifadə edə bilərlər.\nÖtən illər ərzində “Azpetrol” şirkəti bir çox mükafatlarla təltif olunmuşdur. Bu mükafatlar sırasında “Uğur”, “Biznes Prestij”, “Caspian Energy İntegration Award” ,“Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz”, “Kraliça Viktoriya Xatirə Medalı”, Caspian Business Award - 2016”, “Caspian Energy Award - 2017”, “Caspian Energy Award - 2018” və digərləri var.\n“Azpetrol”- Daim inkişafa doğru!\nƏliyev kütləvi məzarlıqların yeri barədə məlumatın əldə edilməsində Dövlət Departamentinin köməyinə ümid edir\nBayramov və Borel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər\nƏliyev və Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər\nKişineu Bakı ilə enerji sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlıdır\nBakı və Bişkək $25 milyonluq kapitala malik investisiya fondu təsis edəcək\n“Bank Melli İran”ın Bakı filialı 9 ay ərzində aktivlərini 5%, mənfəətini 41% artırıb\nAzərbaycanda COVID-19-a yoluxma sayı azalıb\n“Neft Daşları”nda “Neftçi” Peşəkar Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib\nAzərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayı 13% azalıb\nHadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb\nMingəçevir şəhərinin küçələrində asfalt örtüyünün əsaslı təmiri təxminən 2,2 milyon manata başa gələcək\nƏliyev: Laçınlıların birinci qrupu öz şəhərlərinə 2023-cü ilin sonuna qədər qayıda bilərlər\nPaşinyan və Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər\nPrezident Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak edəcək\nKrım körpüsündə partlayış zamanı üç nəfər həlak olub\nAzərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir\n«AccessBank 20 illik yubileyini qeyd edir və daha böyük nailiyyətlərə doğru addımlayır»- David Tsiklauri ilə müsahibə\n“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir\nOktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək\nSentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək\nAtlantika Şurası Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandumun müzakirəsinin anonsunu verib\nBrüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir\nSavelyev Delyagin haqqında: “Bəzi rəsmi şəxslər heç də həmişə ictimaiyyət qarşısında dediklərinin hesabını vermirlər”\nRusiyalı deputat: “Azərbaycana nüvə zərbəsinin endirilməsi ilə bağlı çağırışlar həm məsuliyyətsiz, həm də elə RF-nin özü üçün məhvedicidir”"
] | [
"http://interfax.az/view/772312?lang=az"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2731--Azərbaycana aid hadisələr-1 | 1 | 16 iyul | 16 iyul — Qriqorian təqvimi ilə ilin 197-ci (uzun illərdə 198-ci) günü. | Azərbaycana aid hadisələr | 1989 — Azərbaycan Xalq Cəbhəsi təsis edilib.
1992 — Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu təsis edilib. | [
"Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondunun yaradılması haqqında\nAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI\nAzərbaycan Respublikasının öz qızıl ehtiyatını və almaz fondunu yaratmaq məqsədilə qərara alıram:\n1. Qiymətli metalların, daş-qaşın və onlardan hazırlanmış məmulatın və digər qiymətli əşyaların qəbulu, saxlanması və uçotu üçün Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu yaradılsın.\n2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondunun tabeliyinə verilsin.\n3. Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fonduna tapşırılsın ki, iki həftə müddətində Fond haqqında Əsasnaməni hazırlayıb müəyyən olunmuş qaydada Nazirlər Kabinetinə təqdim etsin.\n4. Məhkəmə-istintaq orqanları, gömrükxanalar, satınalma məntəqələri, lombardlar və digər müəssisələr, idarələr və təşkilatlar əllərində olan müsadirə edilmiş, satın alınmış, geri götürülməmiş bütün qiymətli metalları, daş-qaşı və onlardan hazırlanmış məmulatı, habelə tullantıların tərkibində olan və istehsalda istifadə edilməyən qiymətli metalları və daş-qaşı Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fonduna təhvil versinlər.\n5. Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fonduna respublika əhalisi, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərdən onların təmənnasız vermək istədikləri şəxsi zərgərlik məmulatını və digər qiymətli əşyaları qəbul etmək hüququ verilsin.\n6. Azərbaycan Respublikasının Sərvətlər anbarında yığılmış bütün qiymətli metallar, daş-qaş və onlardan hazırlanmış məmulat Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fonduna verilsin.\n7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Milli Ləl-Cəvahirat Fondunun maliyyə-təsərrüfat fəaliyyətini təmin etmək üçün lazımi tədbirlər görsün.\n8. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 mart tarixli “Azərbaycan Respublikasının Sərvətlər anbarının yaradılması haqqında” Fərmanı öz qüvvəsini itirmiş hesab edilsin.\n9. Bu Fərman imzalandığı andan qüvvəyə minir.\nAzərbaycan Respublikasının Prezidenti\nƏbülfəz ELÇİBƏY.\nBakı şəhəri, 16 iyul 1992-ci il.\n№ 50."
] | [
"http://www.e-qanun.az/framework/7531"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2728--Azərbaycana aid hadisələr-2 | 1 | 20 iyul | 20 iyul — Qriqorian təqvimi ilə ilin 201-ci (uzun illərdə 202-ci) günü. | Azərbaycana aid hadisələr | 2014 — Bakı bulvarında Park Bulvar ticarət və istirahət mərkəzinin açılış mərasimi keçirilib. | [
"Dənizkənarı Milli Parkda “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı olmuşdur. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.\nDövlət başçısı açılışı bildirən lenti kəsdi və mərkəzlə yaxından tanış oldu.\nBirinci və ikinci mərtəbə ilə tanışlıq zamanı bildirildi ki, bu qatlarda Avropanın və dünyanın tanınmış brendlərinin məhsullarının təqdim olunduğu mağazalar, kafelər yerləşir.\nPrezident İlham Əliyev və ailə üzvləri üçüncü mərtəbədə uşaqlar üçün “Happy Land” oyun-əyləncə məkanına baxdılar. Burada oyuncaqlar, attraksionlar, karusellər, rəngli işıq effektləri balacalara xoş anlar bağışlayır. Valideynlәr rahat alış-veriş etmələri üçün balacaları uşaq otağında qoya bilərlər. Xüsusi təlim keçmiş personal uşaqların qayğısına qalacaqdır. Dövlətimizin başçısının nəvələri karusellərdə əyləndilər.\nBu mərtəbədə, həmçinin türk, rus, italyan, Çin, Meksika mətbəxi restoranları, habelə Azərbaycan mətbəxinin nümunələrini təqdim edən “Kabab-park” restoranı yerləşir.\nPrezident İlham Əliyev və xanımı yay kafesindən Bakının dəniz mənzərəsini seyr etdilər. Dövlətimizin başçısına və xanımına Dənizkənarı Milli Parkda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verildi.\nDördüncü mərtəbədəki “Zeytun” restoranında canlı musiqi sədaları altında milli yeməklərimiz təqdim olunur. Bu mərtəbədə 3D sistemi ilə işləyəcək 6 kinozalın yaradılması prosesi başa çatmaq üzrədir. Bundan başqa, boulinq mərkəzi, fotostudiya, Tusi-Bohm planetariumu fəaliyyət göstərir. Bütün yaş təbəqələri üçün nəzərdə tutulmuş planetarium maarifləndirmə funksiyasını daşıyır. 60 tamaşaçı yeri olan planetariumda kosmosa aid cizgi və sənədli filmlər nümayiş olunacaqdır.\nDövlət başçısı mərkəzin dəniz mənzərəli VİP restoranlarında yaradılan şəraitlə də tanış oldu.\nMəlumat verildi ki, mərkəzdə gözəllik salonu, supermarket, 500 avtomobillik dayanacaq, dərzi, quru təmizləmə və digər xidmətlər təqdim olunur. “Park Bulvar” ticarət və istirahət mərkəzinin istifadəyə verilməsi ümumilkdə 700 yeni iş yerinin açılması deməkdir.\n“Park Bulvar”ın maketi ilə tanış olan Prezident İlham Əliyev yaradılan şəraitdən razı qaldığını bildirdi."
] | [
"http://www.president.az/articles/481"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2721--Azərbaycana aid hadisələr-1 | 1 | 24 iyul | 24 iyul — Qriqorian təqvimi ilə ilin 205-ci (uzun illərdə 206-cı) günü. | Azərbaycana aid hadisələr | 2019 — Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi qəzaya uğrayıb, Xəzər dənizinə düşmüşdür. | [
"Politoloq bildirib ki, sualtı axtarışlar üçün Türkiyədən xüsusi avadanlıqlar gətirilib: “Qardaş ölkədən gələn mütəxəssislər axtarış işlərinə qoşulublar. Bu günədək dəniz dalğalı idi və axtarış aparanların işlərinə müəyyən qədər çətinlik yaradırdı. Bu gün isə dənizdə dalğa yoxdur. Helikopterlər, gəmilər və sualtı dalğıclar axtarışlar aparır. Hazırda ciddi axtarı işləri gedir”.\nXatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.\nAnar Kəlbiyev\nAzvision.az\nTeqlər: MİQ-29 Pilot Axtarış"
] | [
"https://azvision.az/news/185293/pilotun-axtarislari-ucun-turkiyeden-xususi-avadanliqlar-getirilib.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2716--Azərbaycana aid hadisələr-1 | 1 | 30 iyul | 30 iyul — Qriqorian təqvimi ilə ilin 211-ci (uzun illərdə 212-ci) günü. | Azərbaycana aid hadisələr | 2020 — Tokioda keçən 2020 Yay Olimpiya Oyunlarında cüdoçu İrina Kindzerskaya bürünc medal qazanıb. | [
"Azərbaycan bu gün Tokio-2020-də ilk medalını qazanıb.\nQol.az xəbər verir ki, cüdo yarışlarında +78 çəkidə mübarizə aparan İrina Kindzerska üçüncü yer uğrunda döyüşdə çinli rəqibi Hu Şinyana ipponla qalib gələrək bürünc medalı təmin edib.\nBununla da Azərbaycan cüdo millisi Yay Olimpiya Oyunlarında çıxışı başa vurub. 9 idmançımızdan yalnız biri medal qazana bilib.\nİrina Kindzerska milliləşdirilmiş idmançımızdır. Həyat yoldaşı azərbaycanlı keçmiş cüdoçu Həmid Əliyevdir.\nO, 1991-ci ilin iyunun 13-də Ukraynanın Xmelnitsk vilayətində anadan olub. O, 2017-ci ildən Azərbaycan millisində çıxış etməyə başlayıb. Millimizlə iştirak etdiyi İslam Həmrəylik Oyunları (2017) və Avropa çempionatında (2020) 2-ci, dünya çempionatı (2017) və Avropa Oyunlarında (2019) isə 3-cü yeri tutub. İrina Kindzerska 2013-cü ildə Ukrayna millisinin üzvü kimi Avropa çempionatının bürünc medalını qazanıb.\nİrina bir müddət əvvəl verdiyi müsahibədə deyib: \"Azərbaycanın qazandığı bu tarixi qələbə (Vətən Müharibəsindəki qələbə nəzərdə tutulur - red.) məni həqiqətən də sevindirdi. Həyat yoldaşımla birgə qələbə xəbərini eşidəndə çox kövrlədik. Bildiyiniz kimi, mənim həyat yoldaşım azərbaycanlıdır. O, mənə Azərbaycanın tarixi, əzəli torpaqları, həmçinin doğulduğu Cəbrayıl rayonu barədə çox məlumat verib. Mən bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm və Azərbaycanın günü-gündən daha da çiçəklənəcəyinə inanıram. Arzu edirəm ki, Olimpiya Oyunlarının qələbə sevincini Cəbrayılda qeyd edim”.\nMahir \"Zalsburq\"la oyunun iştirak ərizəsində\n\"Simeone əfsanədir, ona çox şey borcluyam\"\nJoze Alesio: \"Qələbədən başqa nəticə haqda düşünmürük\"\nFİFA Mahirlə bağlı qərarı ləğv etdi - Rəsmi\nMessinin son durumu - Açıqlama\nBundesliqa klubunda baş məşqçi istefası\nPSJ-nin sahibləri Portuqaliya klubunun səhmlərini aldı\n\"Haaland meydanda qatilə bənzəyir\"\nRonaldonun 700-cü qolu qeyd olundu - Şəkil\nMarselodan \"Qarabağ\"la oyun öncəsi paylaşım\n\"Arteta böyük futbolçuları idarə edə bilməz\"\n\"Qarabağ\"ın oyunu üçün yeni biletlər satışa çıxarıldı\n\"Atletiko\" Qrizmannı \"Barselona\"dan birdəfəlik aldı\n\"Bavariya\"da itki\n24 yaşında karyerasını bitirdi\nMessi ÇL oyununu buraxacaq\nYığmamız seçmə mərhələni xalsız başa vurdu\nMillimizin oyunlarının təqvimi bilindi - Avro-2024\nCİES açıqladı: Misli Premyer Liqası 37-cidir\n\"Sumqayıt\" 26 illik antirekordu təkrarladı\nRonaldonun bu mövsüm Premyer Liqada ilk qolu - Video\n\"Azərbaycan Estoniya ilə eyni səviyyəli komandadır\"\n\"De Byazi Qaranı milliyə çağırmayacağını deməyib\"\n“Sabah”ın ən böyükhesablı qələbəsi\nDaha bir cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı\n“Qarabağ”ın dünya reytinqində yeri açıqlandı\nOzobiç üçün ikiqat yubiley\n\"Barselona\"nın tək qollu qələbəsi - Video\n\"Fənərbaxça\"nın oyunundakı 9 qol - Video\nRonaldo 700-ə çatdı\n\"Barselona\" qalib gəlib lider oldu\nRonaldo qol vurdu, \"Mançester Yunayted\" qələbə qazandı\n\"Fənərbaxça\" 9 qolluq oyunda qalib gəldi\nFutzal millimiz Afinaya bu heyətlə gedir\n\"Sabah\"ın \"Kəpəz\"ə vurduğu 5 qol - Video\n\"Bu məğlubiyyətin səbəbkarı mənəm\" - Tərlan Əhmədov\n“Arsenal” – “Liverpul” matçında 5 qol\n\"Qarabağ\"dan qələbə, \"Sabah\"dan darmadağın\n\"Nant\" böyük hesabla uduzdu\n\"Qarabağ\"ın səfər qələbəsi - Video\n\"Komandada bir az narahatlıq var idi\" - Qurban Qurbanov"
] | [
"https://qol.az/news/162426-millimize-ilk-medali-qazandiran-irina-kindzerska-kimdir"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2788--Azərbaycana aid hadisələr-1 | 1 | 1 avqust | 1 avqust — Qriqorian təqvimi ilə ilin 213-cü (uzun illərdə 214-cü) günü. | Azərbaycana aid hadisələr | 1996 — Atlantada keçən 1996 Yay Olimpiya Oyunlarında güləşçi Namiq Abdullayev gümüş medal qazanıb.
2020 — Tokioda keçən 2020 Yay Olimpiya Oyunlarında boksçu Loren Alfonso bürünc medal qazanıb. | [
"Namiq Yədulla oğlu Abdullayev\nAbdullayev Namiq Yədulla oğlu 1971-ci il yanvarın 4-də Bakı şəhərində anadan olub.\n1988-ci ildə ADBTİ-ya daxil olub, 1992-ci ildə həmin institutu bitirib, 1992-ci ildə hərbi xidmətə çağrılıb, 2000-ci ildə BDU-nun hüquq fakültəsinə daxil olub, 2004-cü ildə həmin universiteti bitirib. 1983-cü ildən Azərbaycan Respublikasının əməkdar məşqçisi Vahid Məmmədovun başçılığı ilə “Spartak” İC-də sərbəst güləş idman növü ilə məşğul olmağa başlayıb, dəfələrlə Azərbaycan çempionu və bir çox beynəlxalq turnirlərin qalibi olub. 1989-cu ildə SSRİ birinciliyində (gənclərin) gümüş, 1990-ci ildə SSRİ çempionatında bürünc medal qazanıb. 1990-cı ildə “Dünya kuboku” yarışlarının qalibi, 1991-ci ildə SSRİ birinciliyinin qalibi olub. 1991-ci ildə gənclər arasında SSRİ xalqlarının spartakiadasında gümüş, 1991-ci ildə dünya birinciliyində bürünc (gənclər), 1992-ci ildə sonuncu dəfə kecirilən MDB ölkələrinin çempionatında qızıl medal qazanıb.\nAleksandr Medvedin şərəfinə kecirilən “Qran-Pri” beynəlxalq turnirinin üçqat qalibidir. 1996-cı ildə İvan Yarıginin şərəfinə keçirilən “Qran-Pri” turnirinin qalibi olub, 1997-ci ildə isə həmin turnirdə II yerə layiq görülüb. 1994, 1995, 2003-cü illərdə Avropa çempionatında qızıl medal qazanıb, 1996-cı ildə III yerə, 1997-ci ildə II yerə, 2006-ci ildə II yerə layiq görülüb. 1994, 1998, 2002-cı illərdə dünya çempionatında gümüş, 2006-cı ildə bürünc medal qazanıb. 1995-ci ildə Hərbiçilərin Olimpiya Oyunlarında II yerə çıxmış, 1996-cı ildə XXVI Yay Olimpiya Oyunlarında gümüş (II yer, Atlanta), 2000-ci ildə Avstraliyada keçirilən XXVII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Sidney Yay Olimpiya Oyunlarının paradında Azərbaycan komandasının bayraqdarı olub. “Dünya Kuboku” yarışının qalibi – 2004, Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının iştirakçısı olub. 1995-ci ildə “Tərəqqi” medalı, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, Azərbaycan Respublikasının əməkdar idman ustası (2006), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2007), Milli Olimpiya Komitəsinin İcraiyə Komitəsinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdçüsü (2001), Heydər Əliyev Fondunun Olimpiya çempionları üçün təqaüdçüsüdür (2008).\nDaxili İşlər Nazirliyinin Daxili Qoşunlar İdarəsində idman komandasının rəisi vəzifəsində xidmət edir. Rütbəsi polkovnik-leytenantdır"
] | [
"https://www.mys.gov.az/idman/mukafatcilar/4/namiq-ydulla-oglu-abdullayev"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2787--Azərbaycana aid hadisələr-1 | 2 | 6 avqust | 6 avqust — Qriqorian təqvimi ilə ilin 218-ci (uzun illərdə 219-cu) günü. | Azərbaycana aid hadisələr | 1992 — Qarabağ müharibəsi: Azərbaycana məxsus döyüş helikopterinin Qasapet yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulmuşdur.
2020 — Tokioda keçən 2020 Yay Olimpiya Oyunlarında karateçi Rafael Ağayev gümüş medal qazanıb. | [
"RƏHİMOV CAVANŞİR İZZƏT OĞLU\nTarix: 15-10-2015 16:48 | Müəllif: vetenugrunda\n| Baxılıb: 5319\nRəhimov Cavanşir İzzət oğlu 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində doğulub. Bir yaşında olanda ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçüb. O, Suraxanı rayonundakı 104 saylı orta məktəbə gedib, həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirir. O, idmanın karate növü ilə də ciddi məşğul olurdu. Qısa müddətdə idman ustası normasını ödəmişdi.\nC.Rəhimov 1992-ci ilin aprel ayında hərbi xidmətə çağrılır. Onun taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək də var imiş. Çox keçmədən, Cavanşir hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələndi. O zaman Zabratda yerləşən hərbi hissənin əsğər və zabitləri tez-tez cəbhə xəttinə uçuşlar edirdi. Cavanşir Rəhimov da özünü mahir atıcı kimi göstərmiş, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi.\nOnun sonuncu uçuşu isə əsl qəhrəmanlıq nümunəsi kimi döyüş tariximizə daxil oldu. 6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəkı döyüşçüləri xilas etmək üçün havaya yüksələn hərbi helikopter üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Vertolyotun komandiri, baş leytenant Ruslan Polovinko və pulemyotçu Cavanşir Rəhimov səmaya qalxdılar. İki uçuşu müvəffəqiyyətlə başa vurdular. Cavanşir yaralanmasına baxmayaraq, növbəti uçuşa hazır olduğunu bildirdi. Komandir nə qədər təkid etsə də, onu inadından döndərə bilmədi. Mİ-24 vertolyotu yenidən səmaya qalxdı. Bu dəfə onlar raket atəşinə məruz qalırlar. Vertolyot müvazinətini itirsə də, döyüşçülər özlərini itirmirlər. Yerə enəndə artıq gec idi- vertolyot alova bürünmüşdü...\nCavanşir artıq yaralı idi. Bu dəfə döyüşə girən helikopter Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlır və yaxınlıqdakı hərbi hissəyə bildirir. Uca şəhidlik zirvəsinə yüksələn Cavanşirin tapılan nəşi, 1992-ci il sentyabr ayının 9-da ”müqəddəs yer”də vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın uyuduğu Şəhidlər xiyabanında döyüşçü yoldaşlarının və ailə üzvlərinin iştirakı ilə dəfn edilir.\nSubay idi.\nAzərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.\nBakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulmuşdur.",
"Rafael Ağayev gümüş medal qazandı - YENİLƏNİB\nAzərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.\n6 avqust\nKişilər, 75 kq\nB qrupunda çıxış edən Rafael ilk döyüşündə Noa Biçlə (Almaniya) görüşüb. İdmançımız 2:1 hesabı ilə qalib gəlib.\nAğayev ardınca Çuneari Yahiro (Avstraliya) ilə qarşılaşıb. Həmyerlimiz növbəti dueldən də qalib ayrılı - 5:0. Karateçimiz üçüncü cəhdində Nurkanat Ajiqanovu (Qazaxıstan) sınağa çəkib. Rəqibini 3:2 hesabı ilə məğlub edən Rafael son turun nəticəsindən asılı olmayaraq yarımfinala vəsiqə qazanıb. O, bu nəticə ilə özü üçün ən azı bürünc medalı da təmin edib.\nTəmsilçimiz son görüşdə yarışın digər favoriti Luici Busa (İtaliya) ilə döyüşüb. Görüş italiyalının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Dünya çempionumuz qrupu 6 xalla 2-ci pillədə başa vurub. O, yarımfinalda digər qrupun birincisi macarıstanlı Qabor Harspataki ilə üz-üzə gəlib. Ağayev rəqibini 7:0 hesabı ilə məğlub edərək, finala yüksəlib. Yekunda italiyalı karateçi 1:0 hesabı ilə qalib gələrək Olimpiya çempionu olub."
] | [
"http://veten-ugrunda.az/milliqehremanlar/273-rhmov-cavanr-zzt-olu.html",
"https://www.football-plus.az/16648-rafael-agayev-olimpiadada-mubarizeye-baslayir.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2781--Azərbaycana aid hadisələr-1 | 1 | 7 avqust | 7 avqust — Qriqorian təqvimi ilə ilin 219-cu (uzun illərdə 220-ci) günü. | Azərbaycana aid hadisələr | 2020 — Tokioda keçən 2020 Yay Olimpiya Oyunlarında güləçi Hacı Əliyev və karateçi İrina Zaretska gümüş, güləçsi Mariya Stadnik isə bürünc medal qazanıb. | [
"https://sputnik.az/20210807/Tokio-2020-Rafaelin-gm-Hacnn-qzl-midi-427642543.html\nTokio-2020: Hacı Əliyev gümüş medal qazandı, Şərif Şərifov bürünc uğrunda döyüşəcək\nTokio-2020: Hacı Əliyev gümüş medal qazandı, Şərif Şərifov bürünc uğrunda döyüşəcək\n65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya 4:5 hesabı ilə məşğul olub. 07.08.2021, Sputnik Azərbaycan\n2021-08-07T15:18+0400\n2021-08-07T15:18+0400\n2021-11-17T00:00+0400\nxəbərlər\ncəmiyyət\nidman\nmedal\ntokio yay olimpiya oyunları\ndünya\nazərbaycan\n/html/head/meta[@name='og:title']/@content\n/html/head/meta[@name='og:description']/@content\nhttps://cdnn1.img.sputnik.az/img/07e5/08/06/427638083_0:312:3086:2048_1920x0_80_0_0_f0d7ab16f302fe6583a122ce5d06b6d7.jpg\nBAKI, 7 avqust – Sputnik. Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.Sputnik Azərbaycan xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə üz-üzə gəlib.Rəqibinə 4:5 hesabı ilə məğlub olan Hacı Əliyev gümüş medal qazanıb.Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb. 97 kq çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.7:5 hesabı ilə qalib gələn Şərifov bürünc medal uğrunda kubalı rəqibi Reyneris Salas Pereslə görüşəcək. 06.08.2021 - 23:44Tokio-2020: Rafaelin gümüşü, Hacının qızıl ümidiTokiodakı Olimpiya oyunlarının növbəti yarış günü Azərbaycan idmançıları üçün dolğun keçdi. Sputnik Azərbaycan bildirir ki, onlar Olimpiya yığmamıza ən azı iki medalı təmin edə bildilər.Rafaelin gümüşüSözsüz ki, Azərnbaycan üçün cümə gününün əsas hadisəsi karatenin əfsanəsi Rafael Ağayevin Tokio Olimpiadasının gümüş medalını qazanması oldu. Onun hesabında dünya, Avropa çempionatlarının müxtəlif əyarlı medalı, o cümlədən beşqat dünya, on bir qat Avropa çempionluğu var. O, həmçinin iki dəfə İslam Oyunlarının, bir dəfə də Avropa Oyunlarının qalibi olub. Bircə Olimpiya medalı çatmırdı, o arzusuna da nail oldu, ancaq təəssüf ki, qızıl deyil, gümüş qazana bildi. Amma istənilən halda Rafael Ağayev bir əfsanə, adını dünya idmanına əbədi yazdırmış dünya karatesinin brilyantıdır.Olimpiadadakı çıxışını Ağayev Noa Bitçlə (Almaniya) başladı və 2:1 hesabıyla qalib gəldi. Yapon əsilli Avstraliya karateçisi Tsuniari Ahironu isə 5:0 məğlub etdi. Üçüncü görüşündə qazaxıstanlı Eurkanat Ajikanovu məyus edən (3:2) Rafael finalda italyan Luici Busaya 1:0 hesabıyla uduzdu.Hələ Olimpiya Oyunları başlamamışdan Rafael deyirdi ki, finalda Luici Busa ilə qarşılaşmaq istəyir. Həlledici görüş hər iki atlet üçün gərgin keçdi: nəticəni bircə dəqiq zərbə həll edə bilərdi ki, bu da Busaya qismət oldu.Yeri gəlmişkən, mükafatlandırma mərasimində zalda hər kəsin Rafaelin adını qışqırmağı da nəzərdən qaçmadı.Beləliklə, Rafael Ağayev Azərbaycanın Olimpiya millisinə ilk gümüş medalı qazandırdı. İndiyədək Tokioda ancaq üç bürünc medal qazana bilmişdik: cüdoçu İrina Kindzerska (78+), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçimiz Rafiq Hüseynovun (77 kq) sayəsində.Hacı Əliyevin qızıl ümidiAzərbaycan millisi xoş xəbəri təkcə karatedən almadı. Sərbəst güləş üzrə Olimpiya turnirində üçqat dünya və Avropa çempionu, Rio-2016-nın bürünc nükafatçısı Hacı Əliyev (65 kq) finala çıxdı və sabah qızıl medal uğrunda döyüşəcək.1/8 finalda Əliyev Seneqal idmançısı Adam Diattaya 4:0 qalib gəldi. Dörddəbir finaldakı rəqibi Daulet Niyazbekovu (Qazaxıstan) 9:1 hesabıyla məğlb edən Hacı yarımfinalda Hindistan təmsilçisi Bayoanq Bayranqı 12.:5 hesabı ilə məyus etdi.Olimpiya qızılı üçün tatamiyə Hacı şənbə günü, avqustun 7-də çıxacaq. Onun rəqibi isə yapon güləşçi Takuto Otoquro olacaq. Yapon yarımfinalda hazırkı dünya çempionu, Rusiyanı təmsil edən Hacımurad Rəşidovu 3:2 hesabı ilə məğlub edib.Mariyanın yapon sindromu və Şərifin həmişəki problemiOlimpiya oyunlarının dəfələrlə mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu Mariya Stadnik (50 kq) yapon sindromundan heç cür qurtula bilmir. O, Olimpiya oyunlarında məhz Yaponiyadan olan rəqiblərinə uduzub. London-2012 və Rio-2016-dakı finallarda bunun şahidi olmuşuq. Eyni halı Tokioda da gördük. Bu dəfə püşkatmada ona əsas rəqibi Yui Susaki ilə yarımfinalda qarşılaşmaq düşdü, bu görüşü Maşa 0:11 hesabı ilə uduzdu. Ona görə də 2008-ci il Pekin Olimpiadasında olduğu kimi, Mariya Stadnik bürünc medal üçün qüvvəsini sınayacaq.Stadnik üçün yapon rəqibləri maneədirsə, sərbəst güləşçimiz Şərif Şərifovun (97 kq) əbədi problemi Rusiya təmsilçisi Əbdülrəşid Sadullayevdir. O, Sadullayevə bütün rəsmi beynəlxalq görüşlərin startında uduzur. Tokio da istisna olmadı: onlar 1/8 finalda rastlaşdılar. Şərifov 5:0 uduzdu.Ancaq Sadullayev finala çıxdığından Şərifov bürünc uğrunda mübarizə aparacaq. Birinci görüşündə Şərifov Gürcüstan təmsilçisi Elizbar Odiakadze ilə qüvvəsini sınayacaq.Nəhayət, cümə günü gimnastımız Zöhrə Ağamirova da çıxış edib. O, çoxnövçülük təsnifatında dörd kompozisiyanın ifasından sonra 87.800 xal yığaraq 18-ci pilləni tutub. 19 yaşlı gimnastımız üçün bu, ilk Olimpiya Oyunları idi.\ndünya\nSputnik Azərbaycan\[email protected]\n+74956456601\nMIA „Rosiya Segodnya“\n2021\nTeymur Tuşiyev\nhttps://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg\nTeymur Tuşiyev\nhttps://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg\nxəbərlər\nru_AZ\nhttps://cdnn1.img.sputnik.az/img/07e5/08/06/427638083_0:337:2281:2048_1920x0_80_0_0_3f740188b60c189ca854cf76036f1a9d.jpg\nSputnik Azərbaycan\[email protected]\n+74956456601\nMIA „Rosiya Segodnya“\nSputnik Azərbaycan\[email protected]\n+74956456601\nMIA „Rosiya Segodnya“\nTeymur Tuşiyev\nhttps://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg\nxəbərlər, medal, tokio yay olimpiya oyunları, dünya, azərbaycan\nxəbərlər, medal, tokio yay olimpiya oyunları, dünya, azərbaycan\nTokio-2020: Hacı Əliyev gümüş medal qazandı, Şərif Şərifov bürünc uğrunda döyüşəcək\n15:18 07.08.2021 (Yenilənib: 00:00 17.11.2021)\n65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya 4:5 hesabı ilə məşğul olub.\nBAKI, 7 avqust – Sputnik. Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.\nSputnik Azərbaycan xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə üz-üzə gəlib.\nRəqibinə 4:5 hesabı ilə məğlub olan Hacı Əliyev gümüş medal qazanıb.\nQeyd edək ki, Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb. 97 kq çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.\n7:5 hesabı ilə qalib gələn Şərifov bürünc medal uğrunda kubalı rəqibi Reyneris Salas Pereslə görüşəcək.\nTokio-2020: Rafaelin gümüşü, Hacının qızıl ümidi\nTokiodakı Olimpiya oyunlarının növbəti yarış günü Azərbaycan idmançıları üçün dolğun keçdi. Sputnik Azərbaycan\nbildirir ki, onlar Olimpiya yığmamıza ən azı iki medalı təmin edə bildilər.\nRafaelin gümüşü\nSözsüz ki, Azərnbaycan üçün cümə gününün əsas hadisəsi karatenin əfsanəsi Rafael Ağayevin Tokio Olimpiadasının gümüş medalını qazanması oldu. Onun hesabında dünya, Avropa çempionatlarının müxtəlif əyarlı medalı, o cümlədən beşqat dünya, on bir qat Avropa çempionluğu var. O, həmçinin iki dəfə İslam Oyunlarının, bir dəfə də Avropa Oyunlarının qalibi olub. Bircə Olimpiya medalı çatmırdı, o arzusuna da nail oldu, ancaq təəssüf ki, qızıl deyil, gümüş qazana bildi. Amma istənilən halda Rafael Ağayev bir əfsanə, adını dünya idmanına əbədi yazdırmış dünya karatesinin brilyantıdır.\nOlimpiadadakı çıxışını Ağayev Noa Bitçlə (Almaniya) başladı və 2:1 hesabıyla qalib gəldi. Yapon əsilli Avstraliya karateçisi Tsuniari Ahironu isə 5:0 məğlub etdi. Üçüncü görüşündə qazaxıstanlı Eurkanat Ajikanovu məyus edən (3:2) Rafael finalda italyan Luici Busaya 1:0 hesabıyla uduzdu.\nHələ Olimpiya Oyunları başlamamışdan Rafael deyirdi ki, finalda Luici Busa ilə qarşılaşmaq istəyir. Həlledici görüş hər iki atlet üçün gərgin keçdi: nəticəni bircə dəqiq zərbə həll edə bilərdi ki, bu da Busaya qismət oldu.\nYeri gəlmişkən, mükafatlandırma mərasimində zalda hər kəsin Rafaelin adını qışqırmağı da nəzərdən qaçmadı.\nBeləliklə, Rafael Ağayev Azərbaycanın Olimpiya millisinə ilk gümüş medalı qazandırdı. İndiyədək Tokioda ancaq üç bürünc medal qazana bilmişdik: cüdoçu İrina Kindzerska (78+), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçimiz Rafiq Hüseynovun (77 kq) sayəsində.\nHacı Əliyevin qızıl ümidi\nAzərbaycan millisi xoş xəbəri təkcə karatedən almadı. Sərbəst güləş üzrə Olimpiya turnirində üçqat dünya və Avropa çempionu, Rio-2016-nın bürünc nükafatçısı Hacı Əliyev (65 kq) finala çıxdı və sabah qızıl medal uğrunda döyüşəcək.\n1/8 finalda Əliyev Seneqal idmançısı Adam Diattaya 4:0 qalib gəldi. Dörddəbir finaldakı rəqibi Daulet Niyazbekovu (Qazaxıstan) 9:1 hesabıyla məğlb edən Hacı yarımfinalda Hindistan təmsilçisi Bayoanq Bayranqı 12.:5 hesabı ilə məyus etdi.\nOlimpiya qızılı üçün tatamiyə Hacı şənbə günü, avqustun 7-də çıxacaq. Onun rəqibi isə yapon güləşçi Takuto Otoquro olacaq. Yapon yarımfinalda hazırkı dünya çempionu, Rusiyanı təmsil edən Hacımurad Rəşidovu 3:2 hesabı ilə məğlub edib.\nMariyanın yapon sindromu və Şərifin həmişəki problemi\nOlimpiya oyunlarının dəfələrlə mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu Mariya Stadnik (50 kq) yapon sindromundan heç cür qurtula bilmir. O, Olimpiya oyunlarında məhz Yaponiyadan olan rəqiblərinə uduzub. London-2012 və Rio-2016-dakı finallarda bunun şahidi olmuşuq. Eyni halı Tokioda da gördük. Bu dəfə püşkatmada ona əsas rəqibi Yui Susaki ilə yarımfinalda qarşılaşmaq düşdü, bu görüşü Maşa 0:11 hesabı ilə uduzdu. Ona görə də 2008-ci il Pekin Olimpiadasında olduğu kimi, Mariya Stadnik bürünc medal üçün qüvvəsini sınayacaq.\nStadnik üçün yapon rəqibləri maneədirsə, sərbəst güləşçimiz Şərif Şərifovun (97 kq) əbədi problemi Rusiya təmsilçisi Əbdülrəşid Sadullayevdir. O, Sadullayevə bütün rəsmi beynəlxalq görüşlərin startında uduzur. Tokio da istisna olmadı: onlar 1/8 finalda rastlaşdılar. Şərifov 5:0 uduzdu.\nAncaq Sadullayev finala çıxdığından Şərifov bürünc uğrunda mübarizə aparacaq. Birinci görüşündə Şərifov Gürcüstan təmsilçisi Elizbar Odiakadze ilə qüvvəsini sınayacaq.\nNəhayət, cümə günü gimnastımız Zöhrə Ağamirova da çıxış edib. O, çoxnövçülük təsnifatında dörd kompozisiyanın ifasından sonra 87.800 xal yığaraq 18-ci pilləni tutub. 19 yaşlı gimnastımız üçün bu, ilk Olimpiya Oyunları idi."
] | [
"https://sputnik.az/20210807/Tokio-2020-Rafaelin-gm-Hacnn-qzl-midi-427642543.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2778--Azərbaycana aid hadisələr-1 | 2 | 11 avqust | 11 avqust — Qriqorian təqvimi ilə ilin 223-cü (uzun illərdə 224-cü) günü. | Azərbaycana aid hadisələr | 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında cüdoçu Elnur Məmmədli qızıl medal qazanıb.
2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında güləşçilər Şərif Şərifov və Toğrul Əsgərov qızıl medal qazanıb.
2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında cüdoçu Elmar Qasımov gümüş medal qazanıb. | [
"\"Gələcəkdə veteran cüdoçuların dünya və ya Avropa çempionatlarında iştirak edə bilərəm. Hələlik buna yaşım çatmır\".\n“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli Gənclər və İdman Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayım zamanı deyib.\nO bildirib ki, pandemiya dövründə belə idmansız qalmayıb və mütəmadi olaraq məşq edib: \"İdmana davam edirik, idmansız qalmırıq. Günümüzü elə keçiririk ki, boş vaxtımız olmur. Çalışıram ki, ingilis dilini təkmilləşdirim. Bu dili bilirəm, amma daha mükəmməl etmək istəyirəm. Bütün dünya bu dildən istifadə edir\".\nMəmmədli \"Azərbaycanda niyə 2 və ya 3 qat olimpiya çempionu yoxdur\" sualına belə cavab verib: \"Qismətdən çox şey asılıdır. Olimpiadada iştirak etmək, olimpiya çempionu olmaq elə də asan deyil. Bir dəfə çempion olmuşam, qismət belədir. Bəziləri zədə ucbatından ikincini gerçəkləşdirə bilməyib. Güləşçimiz Fərid Mansurov 2008-ci ildə qızdırmalı idi, məndə isə çempion olandan sonra zədə olmuşdu. Olimpiya çempionluğu bazarda satılmır ki, alaq\".\nTitullu idmançı pandemiya dövründə cüdoda maketlərdən istifadənin faydalı olmayacağını sözlərinə əlavə edib: \"Maket canlı idmançını əvəz edə bilməz. Cüdoda qarşında idmançı olmalıdır, pandemiya təkcə Azərbaycanda yox, bütün dünyada qlobal məsələdir. Ölkəmizdə pandemiyanın qarşısı müəyyən qədər alınır\".\nQeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olub.",
"BAKI, 20 dekabr — Sputnik. Bir neçə gün əvvəl ölkənin ən güclü güləşçilərini müəyyən etmək və milli komandanı yenidən qurmaq üçün güləş üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda maraqlı məqamlardan biri, ölkənin ən güclülərindən sayılan, \"London 2012\" olimpiadasının qızıl mükafatçısı Toğrul Əsgərovun iştirak etməməsi oldu.\nSputnik Azərbaycan Avropa çempionu Toğrul Əsgərovun idmançı kimi karyerasını davam etdirib-etdirməyəcəyi haqqında yaranmış suallara güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudovla aydınlıq gətirib.\nBaş məşqçi bildirib ki, Toğrul Əsgərov məşqlərini davam etdirir: \"Ümumdünya Antidopinq Agentliyinin qanunlarına əsasən, qanında dopinq aşkarlanan idmançı milli yığmanın məşqlərində iştirak edə bilməz. Biz də o qaydalara əməl etdiyimiz üçün Toğrul Əsgərov milli komandada yox, şəxsi müəlliminin yanında məşqlərini davam etdirir\".\n\"Təbii, mən də onun məşqlərinə xüsusi nəzarət edirəm. Onu da deməliyəm ki, Toğrulun zədəsi hələ tam sağalmayıb\" — baş məşqçi deyib.\nF.Umudov onu da əlavə edib ki, aprel ayında dopinqə görə verilən cəza bitəndən sonra idmançımız milli yığmada məşqlərini davam etdirəcək: \"Daha sonra bir neçə beynəlxalq yarışlarda onu yoxlayacağıq. Məqsədimiz Toğrul Əsgərovu qarşıda gələn \"Tokio-2020\" Olimpiya oyunlarına hazırlamaqdır\".\nQeyd edək ki, 2017-ci il aprel ayında idmançı Toğrul Əsgərovun \"higenamin\" preparatından istifadə etdiyi məlum olub. Bu dərmanın cari ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.\nXatırladaq ki, güləşçimiz 1 il müddətinə cəza alıb və bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci il aprelin 17-də başa çatacaq."
] | [
"https://report.az/ferdi/elnur-memmedli-olimpiya-cempionu-bazarda-satilmir-ki-alaq/",
"https://sputnik.az/20171221/togrul-esgerov-milli-komandada-mesq-ede-bilmez-413299382.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2777--Azərbaycana aid hadisələr-1 | 1 | 12 avqust | 12 avqust — Qriqorian təqvimi ilə ilin 224-cü (uzun illərdə 225-ci) günü. | Azərbaycana aid hadisələr | 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında güləçi Rövşən Bayramov gümüş medal qazanıb.
2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında güləşçi Xetaq Qazyumov bürünc medal qazanıb.
2018 — Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya imzalanmışdır. | [
"- Köhnə - İdman\n- 6 Avqust 2012 08:21\n- 5 342\nRövşən Bayramov gümüş medalı göz yaşları içində aldı\nPekin olimpiadasında da gümüş medal qazanan Rövşən Bayramovun London hədəfi qızıl medal olduğu üçün, idmançımız gümüş medalı göz yaşları içində alıb. AzNews.az-ın Xezerxeber.com-a istinadən verdiyi məlumata görə, Azərbaycan bayrağını London olimpiadasında qaldıran 25 yaşlı güləşçimiz Rövşən Bayramov medalların təqdimatı zamanı ağlayıb. Pekin olimpiadasında da gümüş medal qazanan Rövşən Bayramovun London hədəfi qızıl medal olduğu üçün, idmançımız gümüş medalı göz yaşları içində alıb.Rövşən Bayramov 1987-ci il mayın 7-də Bakıda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Uşaqlıq yaşlarından yunan-roma güləşi ilə məşğul olan idmançımız iki qat Avropa çempionu adını qazanmış, hərbçilər arasında dünya çempionatının qalibi olmuş, dünya çempionatının və 2008-ci ildə Pekin Olimpiya Oyunlarnın gümüş mükafatına layiq görülüb. Rövşən Bayramov prezidenti İlham Əliyev tərəfindən idman sahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilərək \"Tərəqqi\" medalı ilə təltif edilib.\nAzNews.az"
] | [
"https://www.aznews.az/news/idman/4093.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2826--Azərbaycana aid hadisələr-1 | 2 | 18 avqust | 18 avqust — Qriqorian təqvimi ilə ilin 230-cu (uzun illərdə 231-cı) günü. | Azərbaycana aid hadisələr | 2004 — Afinada keçən 2004 Yay Olimpiya Oyunlarında atıcı İradə Aşumova bürünc medal qazanıb.
2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında kanoeçi Valentin Demyanenko gümüş, boksçu Kamran Şahsuvarlı və güləşçi Nataliya Sinişin isə bürünc medal qazanıb. | [
"23:00Azərbaycan Respublikası Prezidentinin Sərəncamı\n22:59Azərbaycan Respublikası Prezidentinin Sərəncamı\n22:57Regionların sosial-iqtisadi inkişafı daim dövlətin diqqət mərkəzindədir\n22:56Azərbaycanın neft strategiyası davamlı və sabit inkişafa təminat yaradır\n22:55VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları İsmayıllıda\n22:54Sumqayıtda yerləşən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib\n22:53Azərbaycan Prezidenti şəhid ailələrinin dayağıdır\n22:52Sərnişindaşımada gediş haqqının artırılması bu sahədə iqtisadi layihələrin reallaşmasına müsbət təsir göstərəcək\n22:52Pərviz Heydərov: Tarif Şurasının nəqliyyatda qiymət dəyişikliyi ilə bağlı qərarı inflyasiyaya səbəb olmayacaq\n22:51Zabrat istiqamətində yolda yaranan sıxlıq aradan qaldırılıb\n22:51Türkiyəli hərbi qulluqçular ailə üzvləri ilə birlikdə Azərbaycanda səfərdədirlər\n22:50Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır\n22:49Məlahət İbrahimqızı: Sosialyönümlü layihələrin icrası dövlət siyasətinin prioritetidir\n22:48Liberal dünya nizamı: böhranın səbəbləri və “qapalı dairə” sindromu\n22:47“Sosial şəbəkələrdə şər-böhtan yayanlar qanun qarşısında cavab verməlidirlər”\n22:47Milli Məclisin deputatı Flora QASIMOVA: Nəqliyyatın mövcud infrastruktur xərcləri ilə müqayisədə artım elə də ciddi deyil\n22:46Antiazərbaycan qüvvələrin bəd niyyətləri ürəklərində qalacaq\n22:45Rusiyalı gənclərin bir qrupunun Azərbaycana səfəri başa çatıb\n22:45Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirilir\n22:44Ermənistan sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub\n22:44ETSN: Azərbaycanda meşə yanğınlarının 97 faizi insan amili ilə bağlıdır\n22:43Bosniyalılar Sumqayıt Bələdiyyəsində\n22:42“Azərxalça”nın İsmayıllı filialının kollektivi mükafatlandırılıb\n22:41Avropa çempionatının qalibi olan ağır atletlərlə Gənclər və İdman Nazirliyində görüş keçirilib\n22:40Media nümayəndələri “Qoşa Təpə” gömrük postuna səfər edib\n22:40MMC-nin vəzifəli şəxsləri barələrində həbs qətimkan tədbiri seçilməklə axtarışa veriliblər\n22:39Şabranda 26 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulur\n22:38SOCAR-ın Türkiyədəki “Star” zavoduna ilk neft yükü Azərbaycandan çatdırılıb\n22:37Populyar amerikan radio-şousunun efirində Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan bəhs edilib\n22:37Astarada ilin birinci yarısının nəticələri müzakirə olunub",
"«Olimpiya dünyası» qəzeti AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib gəldiyi «Azərbaycanda idman: Olimpiadasonrası çağırışlar» istiqamətindəki növbəti yazısını təqdim edir. Layihənin budəfəki yazısı Yay Olimpiya Oyunlarına yollanan və bürünc medal qazanan ən gənc boksçumuz Kamran Şahsuvarlı (75 kq) barəsindədir.\n«Qardaşımı da boksa dəvət etdim»\nBoksçularımız Rio-2016-nı 2 medalla başa vurublar. Onlar 1 gümüş və 1 bürünc medal qazanmaqla, ölkəmizin Olimpiya tarixində böyük uğura imza atıblar. 11 boksçumuzdan - Lorenzo Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) isə bürünc medal qazanıblar. Yeri gəlmişkən, Azərbaycan boksçusu finala yüksəldiyi 12 ölkədən biridir. Nəticədə, boks komandamız Olimpiadada 10-cu yerlə kifayətlənib. Bu nəticə ilə millimiz bu idman növündə Avropada 4-cü olub.\nRio Olimpiadasında tam heyətlə yollanan boksçularımızın yalnız 2 medal qazanması heç də birmənalı qarşılanmayıb. Daha çox etimad göstərilən boksçularımız Braziliyada medalsız qalıblar. Amma əvvəlki olimpiadalarla müqayisədə, Rio-2016-nı boksçularımız üçün uğurlu hesab etmək olar. Rio Olimpiadasında əsas diqqət çəkən məqam gənc boksçumuz Kamran Şahsuvarlının göstərdiyi döyüş üslubu olub. O, güclü və təcrübəli rəqiblərindən çəkinməyərək, onlarla açıq mübarizə aparaq, bürünc medal qazanıb.\nYazının bu məqamında Kamran Şahsuvarlını yaxından tanısaq, yerinə düşər. Onun boks idman növünə gəlişi yəqin ki, oxucularımız üçün maraqlı olar: «1992-ci il dekabrın 6-da Bakıda anadan olmuşam. Sonradan Qazaxıstana köçməli olduq. Uşaqlıqda idman haqda müəyyən təsəvvürüm var idi. Həmin illərdə uşaqlarla həyətdə futbol oynayırdım. 3-cü sinifdə oxuyanda sinif yoldaşımın təklifi ilə boksla həvəskar şəkildə məşğul olmağa başladım. Bu idman növü ilə məşğul olduqca baş məşqçimiz məni daha da həvəsləndirirdi. Yarışlarda iştirak etməyə başladım. Sonradan qardaşımı da boks idman növünə dəvət etdim».\n«Lisenziya qazanmaq şansım Maykl O Rillidən asılı idi»\nOlimpiadaya lisenziyanı necə qazanması barəsində danışan Kamran Türkiyədə keçirilən turnirdə məğlub olsa da, Bakıda arzusuna çatıb. Sirr deyil ki, bokçumuzun Olimpiya Oyunlarına lisenziya qazanmasında bəxt amilinin də böyük rolu olub: «Türkiyədə keçirilən turnirində də lisenziya qazana bilərdim. Amma ilk mərhələdə çətin və güclü rəqiblə qarşılaşmağım buna mane oldu. Hələ də anlaya bilmirəm ki, fransalı Kristian Mbilli Assomo ilə döyüşdə niyə uduzdum. Fransalı boksçunun döyüş stilini müəyyənləşdirə bilmirdim. Yəqin ki, rəqibim Mbilli olmasa idi, olimpiadaya lisenziyanı elə Türkiyədə qazanacaqdım. Lisenziya üçün son şansım Bakıdakı turnirə qalmışdı. Ancaq bir məqsədim vardı ki, olimpiadaya vəsiqə qazanım. Doğrusu, fikirləşmirdim ki, Braziliyada medal qazanacam ya yox. Bakıda keçirilən turnirdə 5-ci yerlə kifayətləndim. 1/4 final mərhələsində irlandiyalı Maykl O Rilliyə məğlub oldum. Əslində, həmin döyüşdə hakim haqsızlığı ilə üzləşdim və qələbəni rəqibə verdilər. Lisenziya qazanmaq şansım isə Maykl O Rillidən asılı idi. İrlandiyalı idmançı təsnifat turnirində çempion olduğuna görə, mən də olimpiadaya lisenziya qazandım».\n«1/4 final mərhələsindəki döyüşü\nprinsipial adlandırmaq olardı»\nBoks yığması okeanın o tayına digər idman növlərinin komandasından tez yollanmışdılar. ABŞ-a 3-cü dəfə gedən gənc boksçumuz saat fərqinə 2-3 gün ərzində uyğunlaşa bilib. Bu amil onların Braziliyadakı olimpiadaya yüksək səviyyədə hazırlaşmağında mühüm rol oynayıb. Olimpiadakı döyüşlərindən danışan Kamran Şahsuvarlı ən çətin döyüşünün qazaxıstanlı boksçuya qarşı olduğunu vurğulayıb: «Olimpiadada birinci döyüşüm çinli idmançı Zhao Minqqanqa qarşı oldu. İndiyədək onunla üz-üzə gəlməmişdim. Amma həmin boksçunun digər yarışlardakı döyüşünü izləmişdim. Bilirdim ki, bu rəqibi asanlıqla məğlub edəcəm. Növbəti döyüşdə rəqibim rusiyalı Artyom Çebotaryov oldu. Rusiya təmsilçisi həm təcrübəli, həm də güclü idmançıdır. Yadımdadır ki, onun döyüşlərini izləməyə başlayanda uşaq idim. Etiraf edim ki, həmin vaxtlar Artyom Çebotaryovə kumirim kimi baxırdım. Heç vaxt ağlıma gəlməzdi ki, onunla rinqdə nə vaxtsa döyüşəcəm. Görüşü yüksək səviyyədə keçirib növbəti mərhələyə vəsiqə qazandım.\n1/4 final mərhələsindəki qazaxıstanlı rəqibimi daha yaxından tanıyırdım. Qazaxıstanda yaşayanda yeniyetmələr arasında yarışda Janıbek Alimxanuli ilə döyüşmüşdüm. Həmin döyüşdə ona məğlub olmuşdum. Rəqibimin dünya çempionu idi. Bilirdim ki, itirəcəyim bir şey yoxdur. Ona görə də sərbəst döyüşürdüm. Olimpiadada uğurlu döyüş sayəsində həm məğlubiyyətin əvəzini çıxdım, həm də valideynlərimi sevindirdim.\nHəqiqət də ən çətin döyüşüm 1/4 final mərhələsində qazaxıstanlı Janıbek Alimxanuliyə qarşı oldu. Həmin qarşılaşmanı prinsipial adlandırmaq olardı. Qazaxıstanlı rəqibi məğlub etməklə həmin ölkədə mənə şans verməyən və diqqətdən kənarda saxlayanlara bir mesaj göndərmək istəyirdim. Bilirdim ki, Qazaxıstanda məşqçim və dostlarım Olimpiya Oyunlarında döyüşümü izləyirlər. Ona görə də rinqdən ancaq qələbə ilə ayrılmağı arzulayırdım. Bu arzunun reallaşmasında komanda yoldaşlarım da mənə dəstək olurdular. Şükürlər olsun ki, sonda istəyimə çatdım».\n«…fərqli taktika ilə döyüşəcəm»\n«Mənim son iki döyüşüm çox ağır keçdi. Ona görə də həmin döyüşlərdə çox güc itirdim. Bəlkə bu amil 1/2 finalda zəif döyüşməyimlə nəticələndi. Həm rəqib güclü idi. Bəlkə də olimpiadanın ilk döyüşünü bu rəqibə qarşı keçirsə idim, fərqli ola bilərdi. Ona yaxınlaşa bilmirdim. Bəlkə də təcrübəm çatmadı. Yəqin ki, o rəqiblə növbəti dəfə qarşılaşsam, fərqli taktika ilə döyüşəcəm».\n«Olimpiadada həmişə təcrübəlilər qalib gəlmir»\nBayaq dediyimiz kimi, Braziliyaya tam heyətlə yollanan boks komandamızın heyətində təcrübəli idmançılar çox idi. Kamranın isə gənc olması nəzərə alındığına görə, heç kim ondan medal gözləmirdi. «Bu amil səndə arxayınçılıq yaratmırdı?» sualına Kamran Şahsuvarlı belə cavab verdi: «Həqiqətən də məndən medal gözləmirdilər. Mənim o qədər də nəticələrim yox idi və lisenziya yarışında da 5-ci yeri tutmuşdum. Boks yığmamızın heyətində isə dünya çempionları vardı. Fikirləşirdim ki, çıxıb yaxşı döyüş göstərmək lazımdır. Açığı, qələbə qazanmağı o qədər də fikirləşmirdim. Boksçu qələbəni fikirləşəndə yaxşı heç nə əldə edə bilmir. Əslində rinqdə öz xəyallarım üçün döyüşürəm. Rinq hər şeyi göstərir: kim güclü, kim zəifdir. Olimpiadada həmişə təcrübəlilər, güclülər qalib gəlmir. Bir də görürsən ki, Olimpiya mükafatçısı ilk döyüşdə məğlub olaraq yarışı vaxtından əvvəl tərk edir. Mənim isə fikrim potensiallımdam üstün döyüşərək, lazım olan məqsədimə çatmağım idi».\n«…onun Tokio-2020-də çempion olması heç də əlçatmaz deyil»\nKamran Şahsuvarlının Olimpiya Oyunlardakı qazandığı nəticə ilə bağlı boks üzrə yığma komandamızın məşqçisi Nəriman Abdullayevin də fikrini öyrənmək qərarına gəldik. Nəriman müəllim həqiqətən Kamrandan medal gözləmədiyini səmimi etiraf etdi: «Etiraf edim ki, olimpiadada Kamran Şahsuvarlıdan nəticə gözləmirdim. Şübhəsiz onun fiziki hazırlığı tam qaydasında idi. Hələ çox gənc olan Kamranın olimpiadaya kimi kifayət qədər təcrübəsi yox idi. Buna baxmayaraq, onun özünə inamı, əsl idmançı xarakteri, ancaq qələbə haqqında düşünməsi bürünc mükafat üçün kifayət etdi».\nBürünc medalı böyük uğur kimi dəyərləndirən Nəriman müəllim Kamranın Tokio-2020-də daha yüksək qazanacağını bildirdi. «Əlbəttə, bu, çox böyük uğurdur. Hətta mən deyərdim ki, əgər o, çox güclü kubalı idmançı ilə qarşılaşmasa idi, finalçı da ola bilərdi. Çünki Kamran Şahsuvarlı əvvəlcədən özünü qələbəyə hazırlamışdı. Onu da deyim ki, Kamranın uğuru mənə əlavə stimul verdi. O bizim ən gənc idmançılarımızdandır. Kamranın bu yaşda uğur qazanması onu göstərir ki, onun Tokio-2020-də çempion olması heç də əlçatmaz deyil. O, buna qadir idmançıdır», - deyə yığmanın məşqçisi əlavə etdi.\n«Həmişə bu görüşü arzulayırdım»\nYay Olimpiya Oyunları başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmançıları qəbul etdi və medal qazanan idmançıları mükafatlandırdı. Bunu unudulmaz görüş kimi daim xatırlayan Kamran bunları dedi: «İndiyədək Cənab Prezidentlə görüşmək şansım olmamışdı. Amma həmişə bu görüşü arzulayırdım. Prezidentin Rio-2016 Olimpiadasında medal qazanan idmançıları qəbul etməsi mənim üçün qürurverici andır. Bundan sonra məşqlərimin sayını artıracam, yarışlarda daha yüksək səviyyədə çıxış edərək, Vətənə medallarla qayıdacam ki, yenidən Cənab Prezidentin qəbuluna düşüm».\n«Yalnız Tokio-2020-də çıxış etmək fikrim var»\n«Açığını desəm, yalnız Tokio-2020-də çıxış etmək fikrim var. Çünki uşaqlıq arzum olaraq, karyeramı peşəkar boksla davam etdirmək istəyirəm. Bilirsiniz ki, boksla peşəkar boks arasında fərq çoxdur. Ona görə də, 4-5 il təcrübəmi artırdıqdan sona peşəkarlar arasına getmək fikrim var».\n«Olimpiadaya getməmişdən əvvəl fikirləşirdim ki…»\nOlimpiadadan sonrakı həyatından danışan gənc boksçu «Sənin üçün Olimpiya «bürünc»ü nə deməkdir?» sualına belə cavab verdi: «Olimpiadaya getməmişdən əvvəl fikirləşirdim ki, Olimpiya medalı artıq «zirvəni fəth etmək» deməkdir. Amma Rio-da medal qazanandan sonra yeni-yeni arzular yarandı. Təbii ki, Olimpiya «bürünc»ü həyatımı dəyişdi. Artıq şəhərə çıxanda hamı məni tanıyır. Bu insana xoş təsir bağışlayır. Şübhəsiz, bu mərhələyə çatmaq üçün 10-15 il boks zallarında çətin və yorucu məşqlər etmişəm. Bu yerə çatmışamsa, demək, əziyyətim yerdə qalmayıb».\n«Çalışacam ki, IV İslam Həmrəliyi Oyunlarında\nçempion adını qazanım»\nKamran Şahsuvarlı Rio-2016-da baş verən hakim haqsızlığından da söhbət açdı: «Olimpiya Oyunlarınadək hakim haqsızlığı ilə çox rastlaşmışam. Sonuncu dəfə Olimpiadaya lisenziya yarışlarında bu hal baş verdi. Üstün olduğum döyüşdə «məğlub olundum». Amma Rio-2016-da tam fərqli oldu. 1-2 xırda səhvləri nəzərə almasaq, hakim haqsızlığı ilə üzləşmədim. Bilmirəm bu təsadüfdür ya yox (gülür). Ümumiyyətlə, bu idman növündə hakim haqsızlığı çox olur. Döyüş zamanı xal göstərilmədiyinə görə hakim kimə istəsə, qələbəni verə bilər. Ona görə də, üstün olduğun döyüşdə sonda əlin qaldırılmayana kimi sevinməyə risk etmirsən (gülür)».\nQarşıdakı yarışlar barəsində danışan olimpiadanın bürünc mükafatçısının məqsədi IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmaqdır. «Bu il bizim üçün ən böyük yarış IV İslam Həmrəyliyi Oyunlarıdır. İstərdim ki, mötəbər turnirdə döyüşüm. Əlbəttə arzularım var. Turnir öz vətənimizdə və doğma azarkeşlərimiz qarşısında olacaq. Bu amil bizim üstünlüyümüzdür. Olimpiadanı gördükdən sonra fikirləşirəm ki, indi istənilən rəqiblə döyüşə bilərəm. Çalışacam ki, IV İslam Həmrəliyi Oyunlarında çempion adını qazanım və bayrağımızı qaldırım», - deyə o əlavə etdi.\nRahib Səmədov"
] | [
"http://old.xalqqazeti.com/az/news/news/57331",
"https://olimpnews.az/post/8786/kamran-%C5%9Fahsuvarli-%C2%ABolimpiya-%C2%ABburunc%C2%BBu-heyatimi-deyishdi%C2%BB-layih%C9%99-8786"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2829--Azərbaycana aid hadisələr-1 | 2 | 19 avqust | 19 avqust — Qriqorian təqvimi ilə ilin 231-cı (uzun illərdə 232-ci) günü. | Azərbaycana aid hadisələr | 1995 — Azərbaycan və Uqanda arasında diplomatik əlaqələr qurulmuşdur.
2004 — Afinada keçən 2004 Yay Olimpiya Oyunlarında stend atıcıcı Zemfira Meftahətdinova bürünc medal qazanıb.
2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında taekvonduçu Milad Beygi və güləşçilər Cəbrayıl Həsənov və Hacı Əliyev bürünc medal qazanıb. | [
"Dosye\nAdı: Zemfira\nSoyadı: Meftəhətdinova\nDoğulduğu yer: Bakı şəhəri\nTəvəllüdü: 28.05.1963-cü il\nBoyu: 164 sm\nİdman növü: Stend atıcılığı \"dairəvi”\nNailiyyətləri: Sidney Yay Olimpiya Oyunlarının qalibi, Afina Olimpiadasının bürünc mükafatçısı, ikiqat Olimpiya rekordçusu, altıqat dünya rekordçusu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu, dünya Kubokunun qalibi.\nİdman sahəsində qazandığı nailiyyətlərə görə \"Şöhrət Ordeni” və \"Tərəqqi medalı” ilə təltif olunub.\n2000-ci ildə Azərbaycanda \"XX əsrin ən yaxşı idmançısı” adına layiq görülüb.\nİdmançılarımızın uğurlarına daim işıq salan \"Olimpiya dünyası” qəzetində Olimpiya çempionu Zemfira Meftəhətdinovanın idmanda qazandığı uğurlar haqqında çox yazılıb. Uşaq yaşlarından idmana maraq göstərən atıcımız idmanda ən yüksək nailiyyətlər qazanıb. Dəfələrlə dünya və Avropa çempionatları kimi mötəbər yarışlarda qalib olan idmançımızın ən yüksək uğuru Olimpiya çempionu adını qazanmasıdır. Həyatını idmana həsr edən Zemfira xanım artıq bir müddətdir ki, idman karyerası ilə vidalaşıb. Bu il idmançımıza yeni vəzifə də həvalə olunub. Belə ki, hazırda polis polkovniki Zemfira Meftəhətdinova Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin (DİN İC) sədri kimi çalışır. \"Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində Zemfira xanım idmanın onun həyatında rolu, karyerasını başa vurduqdan sonra həyatında baş verən yeniliklər barədə söz açdı.\n\"Yeni vəzifəyə təyin\nedilməyim mənim üçün\nböyük sürpriz oldu”\n- Zemfira xanım, sizi ilk növbədə yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. İllər boyu sərbəst həyata alışmış insan kimi stol arxasında işə başlamaq sizə çətin olmadı ki?\n- Təbrikə görə çox sağ olun. Düz deyirsiniz, ilk günlər həqiqətən də işə alışmaq çox çətin idi. Yeni vəzifəyə təyin olunmağım mənim üçün böyük sürpriz oldu. Bu təyinatdan sonra evə göz yaşları içində gəldim və evdəkilərə dedim ki, bu işin öhdəsindən gələ bilməyəcəyəm. Amma insan hər işə alışır. Artıq 6 aydır ki, DİN İC-nın sədri işləyirəm. Cəmiyyətdə çox gözəl insanlar çalışırlar. Çox gözəl kollektivimiz var. Onlar mənə anlayışla yanaşırlar. Bilirlər ki, heç vaxt bu cür işdə işləməmişəm. Həyatımın böyük hissəsi idmanda keçib. Bunu anlayışla qarşılayır və mənə işimdə köməklik edirlər.\n- Yeni təyinatınızı evdə necə qarşıladılar?\n- Ailə üzvlərim, qızım, oğlum, hamısı sevindilər. Onlar mənimlə fəxr etdiklərini bildirdilər. Yaxınlarım mənə görə həm də narahat olurlar. Çünki bu, məsuliyyətli işdir.\n- Zemfira xanım, necə düşünürsünüz, idman həyatı adi həyatdan nə ilə fərqlənir?\n- İdman çətin sahədir. Burada gərək özünü bütünlüklə bu sahəyə həsr edəsən. İstirahət üçün boş vaxtların olmur. İdmanda uğur qazanmaq üçün çox şeyi qurban verməlisən. Şükürlər olsun ki, idmanda əziyyətim hədər getməyib. Məşqçim Hafiz Cəfərovun rəhbərliyi altında 13 yaşından stend atıcılığı ilə məşğul oluram. Hafiz müəllimin rəhbərliyi altında Olimpiya çempionu adını qazanmışam. Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu olmuşam.\n\"Karyeramın zirvəsində\nidmanla vidalaşmaq istəyirdim”\n- Necə oldu ki, karyeranızı başa vurmaq qərarına gəldiniz?\n- Son bir neçə il idi ki, Hafiz müəllimə deyirdim ki, idmandan kənarlaşmaq, məşqçiliyə keçmək istəyirəm. Bu idman növü məndə yaxşı alındığından Hafiz müəllim idmanda qalmağımı məsləhət görürdü. O deyirdi ki, sən təcrübəlisən, potensialın var, bu növdə uğurlar qazana bilərsən. Əslində, mən karyeramın zirvəsində idmanla vidalaşmaq istəyirdim. İstəyirəm ki, insanlar məni şöhrətin zirvəsində xatırlasınlar. Məncə, hər şeyi vaxtında etmək lazımdır. Bir maraqlı məqamı xatırladım. Sovet dövrünün tanınmış atıcısı olan Yevgeni Petrov gənc yaşlarında Olimpiya çempionu adını qazansa da, karayerasını başa vurdu. Onun belə gənc yaşlarında idmanla vidalaşması çoxlarını təəccübləndi. Sonra o yığma komandanın baş məşqçisi kimi karyerasına davam etdi. İndi onu hamı Olimpiya çempionu kimi xatırlayır. Onun bu addımı atmasında məqsədi o idi ki, yaddaşlarda çempion kimi yaşasın. Məndə isə elə oldu ki, idmanı davam etdirdim. Sidney Olimpiadasından sonra Afina Olimpiya Oyunlarında bürünc medal qazandım. Son dövrlərdə yarışlarda çıxışlarım o qədər uğurlu olmadı. Ölkə çempionatında sonuncu çıxışım zamanı layiqli perspektivli gənc nəslin yetişdiyini gördüm və qərara gəldim ki, artıq idmanla vidalaşmaq vaxtıdır. Nurlana Cəfərova, Sevda Mustafayeva, Emin Cəfərov kimi idmançılarımız gələcəkdə uğurlu nəticələr göstərəcəklər. Bu idmançılar Hafiz Cəfərovun rəhbərliyi altında yetişirlər. Bildiyiniz kimi, qızım Regina da atıcılıqla məşğul olur. Hazırda o analıq məzuniyyətindədir. Buyaxınlarda nəvəm dünyaya gəlib. Nəvəmin adını Cəmil qoymuşuq. İnanıram ki, qızım da bir müddətdən sonra yenidən idmana qayıdacaq və öz sözünü deyəcək.\n- Məşğul olduğunuz idman növündə yaş məhdudiyyəti varmı?\n- Stend atıcılığında yaş məhdudiyyəti yoxdur. Kanadadan olan bir idmançı 60 yaşı olmasına baxmayaraq hələ də bu idman növündə çıxışını davam etdirir, yarışlara qatılır. Bu insanın gücü və potensialından asılıdır.\n- Olimpiya çempionu olanda neçə yaşınız var idi?\n- 37.\n- Bu uğura daha tez nail olmaq istərdinizmi?\n- Məncə, bu qismətdir. Hər şeyə zaman lazımdır. Əlbəttə ki, 13 yaşında stend atıcılığı idman növü ilə məşğul olmağa başladım. Məktəbi bitirib instituta daxil oldum. 3-cü kursda oxuyarkən məni keçmiş \"Dinamo”ya təlimatçı götürdülər. Gənclər arasında SSRİ birinciliyinin qalibi oldum. 1993-də müstəqil Azərbaycan dövlətinin bayrağı altında Avropa çempionu adını qazandım. Daxili işlər naziri tərəfindən mənə leytenant rütbəsi təqdim olundu. 1995-də dünya çempionatında, 1997-ci ildə yenidən Avropa çempionatında qalib oldum. 1998-də mötəbər yarışlardan olan Dünya kubokunun finalında çempion tituluna yiyələndim.\nO vaxtlar biz idmana gələrkən məqsədimiz Olimpiya çempionu olmaq deyildi. İndi valideynlər övladlarını idmana yazdıran kimi Olimpiya çempionu olmasını istəyirlər. Amma idman çətin sahədir. Bu sahədə uzun illər əziyyət çəkməlisən. Olimpiya çempionu titulunu qazanmaq üçün 13 yaşından 37 yaşına kimi məşqçimlə birgə idmanda uzun bir yol qət etmişəm. Sovet dönəmində idmançılara indiki kimi diqqət və qayğı yox idi. Hazırda ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Titullu idmançılarımızın sayı kifayət qədərdir. Gənclərimiz tanınmış idmançılara baxaraq ruhlanır, Olimpiya çempionlarının məşqlərini izləyir, keçirilən yarışlarda təcrübə qazanırlar.\n\"Hər bir qadın çətin anlarında ayaqları üzərində dayanmağı bacarmalıdır”\n- Həyatda uğurlar qazanmış qadın kimi zərif cinsin nümayəndələrinə nə məsləhət görürsünüz?\n- Hər bir qadın həyatda müəyyən mənada müstəqil olmağı bacarmalıdır. Çünki insanın başına nə gələcəyini heç kim bilmir. Həyatda çox çətinliklərlə üzləşmişəm. Hər bir qadın çətin anlarında ayaqları üzərində dayanmağı bacarmalıdır. Bunu mən öz qızıma da məsləhət görürəm. Hər bir gənc qız ilk növbədə ali təhsil almağı qarşısına məqsəd qoymalıdır. Hər hansı sahədə uğur qazanmaq üçün öz üzərində işləməlidir. Həm ailəni, həm də işi bir araya sığışdırmağı bacarmalıdır. Bugünkü gündə ideal qadın timsalında ən parlaq nümunə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. Mehriban xanım qayğıkeş ana, gözəl həyat yoldaşı, bacarıqlı rəhbərdir.\n\"İstənilən sahədə\nçalışmaq çətindir”\n- Bəs sizdə necə, ailə qayğıları işinizə mane olmur ki?\n- İdmanda olduğum dövrlərdə də, indi də müəyyən çətinliklər var. Məncə, istənilən sahədə çalışmaq çətindir. Məsələn, jurnalistika sahəsinin özünün də çətinlikləri mövcuddur. Jurnalistlər vaxtının əksəriyyətini digər insanların həyat və yaradıcılığına həsr edirlər. Bununla belə, ailə həyatını da işlə uyğunlaşdırmağa çalışırlar. İdmançı olduğum dövrlərdə valideynlərim qızımı böyütməkdə mənə kömək edirdilər. Oğlum isə atası ilə və ya baxıcısı ilə qalırdı. Məncə, insan nəyi isə arzulayırsa, onu əldə etmək üçün mütləq yol tapacaq. Əsas odur ki, mənəvi və fiziki cəhətdən özünü həmin işə həsr edəsən. Belə olan halda nəticə də olacaq.\n- Bu qədər titulun sahibisiniz. Heç \"ulduz xəstəliyi”nə tutulmusunuz?\n- Məncə, bunu ətrafdakı insanlar daha yaxşı deyə bilərlər. Amma mənə elə gəlir ki, belə hal baş verməyib (gülür).\n- Həyatda ən çox kimə güvənirsiniz?\n- Tanrının əli hər zaman üzərimdədir. Bunu hiss edirəm. Ətrafımda məni xeyirxah, vəfalı insanlar əhatə edirlər. Valideynlərim, qardaşım, həyat yoldaşım, övladlarım həmişə məni dəstəkləyiblər. Məşqçim Hafiz Cəfərov mənə idmanda valideynlərimi əvəz edib. O məni öz övladı kimi böyüdüb, idmanda və həyatda uğur qazanmağımda böyük rol oynayıb. Çətin anlarda və yaxşı günlərdə o həmişə mənim yanımda olub. Yaxın dostlarımın da köməyinə həmişə güvənmişəm.\n\"İdmandakı kimi işdə də öz sözümü demək istəyirəm”\n- Necə düşünürsünüz, Olimpiya çempionluğu titulu həyatınızda hansı rolu oynayıb?\n- Bu ad mənə çox uğur gətirib. Olimpiya çempionu kimi insanlar mənə isti, xeyirxah münasibət bəsləyiblər. Məhz bu ada, idmanda qazandığım nailiyyətlərə görə mən bu gün Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin sədri vəzifəsində çalışıram. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə, Daxili İşlər Nazirliyi rəhbərliyinə minədtaram ki, mənə bu cür məsuliyyətli vəzifəni həvalə ediblər. Bu kiçik vəzifə deyil. İdmandakı kimi, işdə də öz sözümü demək istəyirəm.\n- Olimpiya Oyunlarındakı uğurlarınızı tez-tez xatırlayırsınız?\n- Çıxışıma hər dəfə baxarkən sevinc göz yaşlarımı saxlaya bilmirəm. İndi də həmin anları xatırlayanda həyəcan hissi məni bürüyür. Öz-özümə qeyri-ixtiyari deyirəm: \"Biz buna nail olduq”. Stend atıcılığı ilk dəfə 2000-ci ildə Olimpiya oyunlarının proqramına salındı və mən həmin yarışda qalib gəldim. 1998-ci ildə qadınların Dünya kubokunun finalında iştirakına icazə verildi. Həmin yarışda uğurla çıxış edərək xrustal kuboka layiq görüldüm.\n- Yeri gəlmişkən, mükafatlarınızı evdə saxlayırsınız?\n- Hələ ki onları evdə saxlayıram. İstəyirəm ki, nəvələrim böyüyəndə onları görüb fəxr etsinlər.\n- Bilirik ki, qızınız Regina atıcıdır. Oğlunuz necə, idmana maraq göstərir?\n- Qızım əvvəllər bədii gimnastika və atıcılığı çox sevirdi. Rəqsə gedirdi. Qızıma kifayət qədər vaxt ayıra bilmirdim. Etiraf edim ki, Reginanı həmişə atıcılıq üçün qoruyurdum. Hələ kiçik yaşlarından onu öz hesabıma yarışlara aparırdım. Hafiz müəllim də həmin vaxtlar öz oğlunu yarışlara aparırdı. Müəyyən səviyyəyə gəldikdən sonra onlar rəsmi olaraq federasiya tərəfindən yarışlarda iştirak etməyə başladılar. Oğlum DİN İC-da ciu-citsu ilə məşğul olur. Üzgüçülüyə, şahmata da gedir. Oğlumun elə xasiyyəti var ki, onu nəyi isə etməyə məcbur etmək lazımdır. Mən yanında olanda o daha da ürəklənir.\n\"İdmançılar çox, Olimpiya medalı isə bir dənədir”\nNecə düşünürsünüz, idman gənclərin həyatında hansı rola malikdir?\n- İdman gənclərin hərtərəfli inkişafında böyük rol oynayır. Söhbət peşəkar idmandan getmir. Böyük idmanda uğurlar qazanmaq hər kəsə nəsib olmur. Hər bir idmançı dünya arenasına çıxıb, medal qazana bilmir. İdmançılar çox, Olimpiya medalı isə bir dənədir. Həvəskar şəkildə idmanla məşğul olmaq sağlamlıq üçün ən gözəl vasitədir. Bundan başqa, idman gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yaxşı vasitədir. Hər bir valideyn bunu başa düşməli və övladını bu yola istiqamətləndirməlidir.\n- Bugünkü gənclikdən razısınızmı?\n- Hər bir dövrün öz tələbi var. Bizim dövrümüzdə gənclik başqa cür idi. Uşaqlar açıq havada çox vaxt keçirir, bir-birləri ilə ünsiyyət qururdular. O vaxtlar biz çox maraqlı oyunlar oynayardıq. İndiki gəncləri bunlar maraqlandırmır. İndi uşaqlar daha çox kompyuter qarşısında vaxt keçirməyə üstünlük verirlər. Sözsüz ki, bütün bunlar dünyada baş verən proseslərlə əlaqədardır. Müasir gənclik zəngin dünyagörüşünə malikdir. Onlar bunu bilmək məcburiyyətindədirlər. Bizim dövrümüzdə elə bir tələb yox idi ki, sən çox dil bilməlisən. İndi nə qədər çox dil bilsən, kompyuteri yaxşı bilsən, gələcəyin bir o qədər uğurlu olacaq, işlərin öhdəsindən bir o qədər asanlıqla gələcəksən. Bununla belə çalışıram ki, övladlarımla işdən sonra havada daha çox vaxt keçirim. Oğlum çox gözəl velosiped sürür. İndi komyuteri əlindən almışam. Ona demişəm ki, müəllimə səni tərifləməyincə komyuteri sənə qaytarmayacağam. İndi o dərslərini daha yaxşı oxumağa çalışır (gülür).\n\"Həyat yoldaşım deyir ki, mən hamıdan yaxşı yemək bişirirəm”\n- Hobbiniz varmı?\n- Kitab oxumağı, filmə baxmağı çox sevirəm. Amma indi işdə elə yoruluram ki, heç nə ilə məşğul olmağa vaxt qalmır.\n- Yemək bişirməyi xoşlayırsız?\n- Yemək bişirməyi çox xoşlayıram. Həyat yoldaşım deyir ki, mən hamıdan yaxşı yemək bişirirəm. Yoldaşım məni tərifləyirsə, deməli yaxşı bişirirəm.\n- Həyata keçməyən arzularınız varmı?\n- Belə bir arzum qalmayıb. Düzü, idmanda olarkən də Olimpiya çempionu olmağı arzulamırdım. Əsas məqsədim yaxşı idmançı olmaq idi. Sonradan idman mənim gündəlik həyat tərzimə çevrildi. Dincəlmək üçün kifayət qədər vaxtım olmayıb. Çox istəyirəm ki, ailəmlə birlikdə vaxt keçirərək dincəlim.\n\"İdmançı məğlub olarkən\nruhdan düşməməlidir”\n- İdmançılara nə arzulayırsınız?\n- Deyirlər general olmağı arzulamayan əsgər yaxşı əsgər deyil. Yaxşı idmançı qarşısına məqsəd qoymalı, ona tərəf getməlidir. Düzdür, elə məşq etməlisən ki, çempion olasan. İdmanda qələbə də, məğlubiyyət də var. İdmançı məğlub olarkən ruhdan düşməməlidir. İdmançının qələbə qazanmasında məşqçinin də rolu böyükdür. Məşqçi idmançını elə hazırlamalıdır ki, lazımi anda onu yüksək hazırlıq formasına çatdırsın. Bundan başqa, hər bir idmançı məşğul olduğu idman növünə ürəkdən bağlanmalıdır.\n- Atıcılıqda ən vacib tələb nədir?\n- Hər bir idman növündə olduğu kimi, dözümlülük. Burada yaş məhdudiyyəti yoxdur. Yaşla bağlı müəyyən problemlər də çətinlik yaratmır. Əsas odur ki, fiziki və mənəvi cəhətdən dözümlü olasan. Texniki hazırlıqla yanaşı, öz hisslərini cilovlamağı bacarmalı, özünə güvənməlisən.\n- Gələcəklə bağlı hansı planlarınız var?\n- Planlarım yeni işimlə bağlıdır. İstərdim ki, nəzərimdə tutduğum bir sıra yenilikləri həyata keçirim.\n- Bu il ölkəmiz tarixdə ilk dəfə I Avropa Oyunlarına ev sahibliyi etdi. Bakı-2015 Avropa Oyunları ilə bağlı fikirlərinizi öyrənmək istərdik.\n- Avropa Oyunları bütün dünyanı heyran qoydu. Bu Oyunlar möhtəşəmliyi ilə fərqlənirdi. Açılış və bağlanış mərasimləri inanıram ki, yaddaşlardan uzun müddət silinməyəcək. Yarışların təşkilinə olan münasibət, açılış və bağlanış mərasiminin möhtəşəmliyi, Atletlər kəndində yaradılan şərait bir növ Olimpiya Oyunlarını xatırladırdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan gələcəkdə Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər.\n- Milli Olimpiya Komitəsinin sifarişi ilə sizin haqqınızda \"Qızıl Sidney” filmi çəkilib. Bu filmə tez-tez baxırsınız?\n- Çəkilən ikinci film mənə həsr olunub. Eşidəndə ki, mənim barəmdə film çəkəcəklər, həm narahat oldum, həm də sevindim. Narahat oldum ona görə ki, filmin necə alınacağını bilmirdim. Sevinməyimin səbəbi isə aydındır. Hər kəs ona qayğı göstərildiyini görəndə fərəhlənir, ürəyi dağa dönür. Birinci film müstəqillik dövründə ilk Olimpiya çempionu adını qazanan Nazim Hüseynova həsr olunmuşdu. Tanınmış idmançılar haqqında belə filmlərin çəkilməsi çox yaxşıdır. Bu, idman ölkəsi olan Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirir, yeniyetmə və gənclərimizdə bu sahəyə marağı artırır. \"Qızıl Sidney” sənədli filmi ümumilikdə uğurlu alınıb. Bunu filmin təqdimetmə mərasimi zamanı idman ictimaiyyətinin nümayəndələri də qeyd etmişdilər. Filmə baxanda keçdiyim həyat yoluna bir daha nəzər salır, həmin məqamları sanki yenidən yaşayıram. Sidney Olimpiadasında maksimum nəticə göstərdikdən sonra tüfəngi başımın üstünə qaldıraraq, məni dəstəkləyən azarkeşlərə qarşı böyük qürur və sevinc hissi ilə addımladığım səhnə mənim üçün çox təsirli oldu. Digər epizodlarda şəxsi həyatım və idman nailiyyətlərimlə bağlı bir sıra məqamlar da var ki, onlara həyəcansız baxa bilmirdim. Onlardan biri odur ki, filmin sonunda oğlum Ruslana sual verirlər ki, \"ən çox nə istəyirsən”. O isə cavabında \"istəyirəm ki, anam evdə olsun” deyir.\nAysel Sultanova",
"Rio-2016: Hacı Əliyev və Cəbrayıl Həsənov bürünc medal qazandılar\nRio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Sportfm.az xəbər verir ki, güləş yarışlarının altıncı günündə 57 və 74 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.\n57 kq çəkidə mübarizə aparan güləşçimiz Hacı Əliyev ilk görüşündə Koreyadan Junsik Yun üzərində inamlı qələbə qazanıb. Ardınca gürcü Vladimer Xinçeqaşvili ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Onun finala yüksəlməsi Hacı Əliyevə bürünc medal şansı verib. Təsəlliverici görüşdə Qazaxstan idmançısı Nurislam Sanayevlə gərgin keçən görüşü üstün tamamlayan Hacı Əliyev olub. Son görüşdə isə güləşçimiz Bolqarıstandan Vladimir Dubovu tam üstünlüklə məğlub edib. Bu qələbə ilə güləşçimiz Rio Olimpiadasının bürünc medalına da sahib olub.\n74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov ilk görüşündə Kolumbiyadan Carlos Mendezi, ardınca Gürcüstan təmsilçisi Jakob Makaraşvilini tam üstünlüklə məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Aniuar Geduevlə gərgin keçən görüşü uduzan Cəbrayıl bürünc medal görüşünə haqq qazanıb. Özbəkistan təmsilçisi Bekzod Abduraxmonovu da üstələyən güləşçimiz Rio Olimpiadasının bürünc medalını qazanıb.\nBiz İzləyin\nREKLAM\nPaylaşın\nDİGƏR XƏBƏRLƏR\nXəbər lenti\n“Azərbaycan millisi bizimlə eyni səviyyədə...” - Tomas Heberli 10.10.2022, 22:29\nMahir Emreli futbol oynaya biləcəkmi? - Qərar ləğv edildi 10.10.2022, 22:05\nAzərbaycan yığması Avropa üçüncüsü oldu - Uğur 10.10.2022, 20:04\nAzərbaycanda bir ilk - Triatlon üzrə ölkə kuboku keçirildi 10.10.2022, 19:44\nAzərbaycan millisinə film həsr olundu – VİDEO 10.10.2022, 17:57\n7-ci turun təyinatları açıqlandı - Birinci divizion 10.10.2022, 17:45\nİdmançımız dünya ikincisi oldu - UĞUR 10.10.2022, 17:23\n\"Olimpiakos\"da növbəti itki - Avropa Liqası 10.10.2022, 17:19\nXudiyev “Bazel”in, Hacı-Məhərrəmov “Styaua”nın oyununda - Təyinat 10.10.2022, 16:17\nMisli Premyer Liqası\n|№||Komanda||o||x|\n|1||Qarabağ||7||21|\n|2||Sabah||8||19|\n|3||Neftçi||8||18|\n|4||Qəbələ||8||15|\n|5||Zirə||8||13|\n|6||Turan Tovuz||7||10|\n|7||Səbail||8||5|\n|8||Kəpəz||8||4|\n|9||Sumqayıt||8||4|\n|10||Şamaxı||8||2|\n17-09-2022\nYüksək ixtisaslı futbolçuların təlim-məşq prosesinin planlaşdırılmasinin metodoloji əsasları\n|№||Komanda||o||x|\n|1||Araz-Naxçıvan||13||37|\n|2||EKOL||13||30|\n|3||Neftçi İK||13||25|\n|4||Baku Fire||13||22|\n|5||Record club.az||13||12|\n|6||Alyans||13||12|\n|7||U-19||13||9|\n|8||Xilə||13||6|\n|№||Komanda||o||x|\n|1||Araz Naxçıvan||5||15|\n|2||MOİK||5||11|\n|3||Turan Tovuz-2||4||9|\n|4||Qəbələ-2||5||9|\n|5||Neftçi-2||4||9|\n|6||Qarabağ-2||5||7|\n|7||Zirə-2||4||7|\n|8||Şamaxı-2||5||7|\n|9||Qaradağ Lökbatan||5||6|\n|10||Mingəçevir||5||6|\n|11||Səbail-2||4||6|\n|12||Zaqatala||5||6|\n|13||Sumqayıt-2||4||3|"
] | [
"https://mfa.gov.az/az/category/afrika/uqanda",
"https://olimpnews.az/post/6993/zemfira-meftehetdinova-isteyirem-ki-insanlar-meni-shohretin-zirvesinde-xatirlasinlar-6993"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2823--Azərbaycana aid hadisələr-1 | 1 | 21 avqust | 21 avqust — Qriqorian təqvimi ilə ilin 233-cü (uzun illərdə 234-cü) günü. | Azərbaycana aid hadisələr | 1997 — Azərbaycan və Serbiya arasında diplomatik əlaqələr qurulmuşdur.
2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında güləşçi Xetaq Qazyumov bürünc medal qazanıb.
2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında boksçu Lorenso Sotomayor və güləşçilər Xetaq Qazyumov və Toğrul Əsgərov gümüş medal qazanıb. | [
"Rio–2016: Xetaq Qazyumov Rio Olimpiadasını gümüş medalla başa vurub – FOTO + YENİLƏNİB\nRio–2016: Xetaq Qazyumov Rio Olimpiadasını gümüş medalla başa vurub – FOTO + YENİLƏNİB\nAzərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov final görüşünə çıxıb.\n97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi amerikalı Kyle Frederick Snyder olub.\nO, amerikalı rəqibinə 2:1 hesabı ilə məğlub olub.\n18:08\nAzərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov medal uğrunda növbəti görüşünə çıxıb.\nOxu.Az xəbər verir ki, Xetaq Qazyumovun rəqibi ukraynalı Valeriy Andreytsev olub.\nBeləliklə Xetaq Qazyumov 11-0 xalla rəqibinə qalib gələrək finala yüksəldi.\n17:38\nAzərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov medal uğrunda növbəti görüşünə çıxıb.\nOxu.Az xəbər verir ki, Xetaq Qazyumov rəqibi özbəkistanlı Məhəmməd İbrahimov olub.\nBeləliklə Xetaq Qazyumov yarımfinala yüksəldi.\n16:51\nAzərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov 1/4 final görüşünə çıxıb.\nOxu.Az xəbər verir ki, Xetaq Qazyumov rəqibi iranlı Məhəmməd Əli Reza Yazdani olub.\nBirinci hissə Azərbaycan güləşçisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.\nİkinci hissədə Xetaq Qazyumov rəqibə 1 xal verib.\n15:38\nBu gün sərbəst güləşçimiz Xetaq Qazyumov mübarizəyə başlayıb.\nOxu.Az xəbər verir ki, ilk olaraq dünya və üçqat Avropa çempionu, Avropa Oyunlarının qalibi Xetaq Qazyumov xalça üzərinə çıxıb.\n97 kq çəki dərəcəsində çıxış edəcək 33 yaşlı atletimizin onaltıdabir finaldakı rəqibi polşalı Radoslav Baran olub.\nXetaq Qazyumov rəqibinə 3-0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə keçib."
] | [
"https://mfa.gov.az/az/category/avropa/serbiya"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q2819--Azərbaycana aid hadisələr-1 | 1 | 25 avqust | 25 avqust — Qriqorian təqvimi ilə ilin 237-ci (uzun illərdə 238-ci) günü. | Azərbaycana aid hadisələr | 2004 — Afinada keçən 2004 Yay Olimpiya Oyunlarında güləşçi Fərid Mansurov qızıl medal qazanıb. | [
"Bakı. 6 sentyabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin idman şöbəsinə yeni müdir təyin olunub. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın \"Report\"a verdiyi məlumata görə, bu, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurovdur.\n34 yaşlı mütəxəssis yeni vəzifədə dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib.\nQeyd edək ki, Fərid Salman oğlu Mansurov 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Olimpiya çempionu (Afina-2004), ikiqat Dünya çempionu (2007, 2009) və gümüş medalçısı (2002), Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş \"Qızıl Qran Pri\" beynəlxalq turnirinin qalibi (2009), gənclər arasında Dünya çempionu (2001), yeniyetmələr arasında dünya çempionatının gümüş medalçısı (1997), 2010-2011-ci illərdə yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olub. 2011-ci ildən Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti idi. Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalı, 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif olunub."
] | [
"https://report.az/ferdi/olimpiya-cempionu-ferid-mansurov-gencler-ve-i-dman-nazirliyinde-yuksek-vezifeye-teyin-olunub/"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q4131531--Video-1 | 1 | Rauf Hacıyev | Rauf Soltan oğlu Hacıyev () — Azərbaycan bəstəkarı, Azərbaycan SSR mədəniyyət naziri (1965–1971), SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1964). | Video | Rəşid Behbudov — Azərbaycanım — sözləri: Ənvər ƏlibəyliS. Mahmudov — Mahnılarda yaşayan poeziya. "Musiqi Dünyası" jurnalı, № 2(3), 2000.
"Bir qalanın sirri" filmindən saray rəqsi
Müslüm Maqomayev — Bakı haqqında mahnı (rusca)
Mahnilari-https://www.youtube.com/watch?v=uLYWxKIrI7Y | [
"ahnı\n- poeziya ilə musiqinin qovuşduğu elə musiqi janrlarındandır ki,\nburada şer ilə melodiya bir-birini tamamlayan bərabər hüquqlu\nbaşlanğıc kimi çıxış edir. Məhz bu səbəbdən ən kamil mahnı nümunələrini\nyüksək poetik misralar və onların dolğun musiqi təcəssümü səciyyələndirir.\nElə şairlər var ki, onların poeziyası sanki musiqidə həkk olunmaq\nüçün yaranır, hər misra, hər söz birləşməsi qafiyəli söz yığını\ndeyil, daxili musiqi ahənginə malik şeriyyatdır. Ənvər Əlibəyli\nməhz belə şairlərdən idi. Saysız-hesabsız mahnıların şer mətnlərinin\nmüəllifi olan bu sənətkar mahnı yaradıcılığında dərin iz buraxmış\nşəxsiyyətlərdəndir. Şairin sözlərinə yazılmış mahnılar haqqında\ndanışmazdan əvvəl, onun keçdiyi ömür və yaradıcılıq yoluna qısa\nnəzər salaq.\nƏnvər\nƏliverdi oğlu Əlibəyli (1916-1968) Azərbaycan Dövlət Pedaqoji\nİnstitutunun filologiya fakültəsinin məzunu olmuşdur. Cəbhəçi-şairin\n\"Qaranquş\" adlı ilk şerlər kitabı 1947-ci ildə buraxılmış,\nsonrakı illərdə ona qədər kitabı işıq üzü görmüşdür. Onların arasında\n\"Sənin adınla\", \"İlk məhəbbət\", \"Dostluq\nkörpüsü\" və başqalarını qeyd etmək olar. Şer yazmaqla yanaşı,\no \"Ədəbiyyat\" qəzetinin redaktoru, Azərbaycan Radiosunun\nrəhbəri, 1964-68-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsinin\nSədri vəzifəsində çalışmışdır. Lakin, bütün bu illər ərzində,\nonun üçün başlıcası - poetik yaradıcılığı olmuşdur.\nƏ.Əlibəyli\nelə dövrdə yaşayıb-yaratmışdır ki, bu dövr, tam mənasında, Azərbaycan\nmahnısının inkişafında \"qızıl dövr\" adlandırıla bilər.\nBu 50-60-cı illər idi. Sadəcə olaraq, o unudulmaz illərdə mahnı\nbəstələyən və Ə.Əlibəyli ilə yaradıcılıq əməkdaşlığı edənlərin\nadlarını çəkmək dediklərimizə əyani sübut ola bilər: Səid Rüstəmov,\nCahangir Cahangirov, Rauf Hacıyev və, əlbəttə, Tofiq Quliyev.\n40 ildən artıq nəğmələri dillər əzbəri olan bu görkəmli bəstəkarlar\nvə mahnı janrında səmərəli işləyən bir çox başqa dəyərli bəstəkarlardan\n- A.Rzayeva, Q.Hüseynli, Z.Bağırov, R.Mustafev, İ.Topçubaşov,\nV.Adıgözəlov və başqaları şairin mətnlərinə maraqlı mahnılar yaratmışlar.\nŞübhəsiz ki, bir məqalə çərçivəsində bu çoxsaylı əsərlərin hamısı\nhaqqında söhbət açmaq mümkün deyil. Biz ancaq bir neçə nümunə\nüzərində Ə.Əlibəyli poeziyasının incəliklərinin musiqidə necə\ntəcəssüm edilməsini araşdırmaq niyyətindəyik.\nŞairin\nsözlərinə yazılmış əsərlər sırasını Rauf Hacıyevlə birgə bəstələnmiş\nməşhur \"Azərbaycan\" mahnısı ilə açmaq istərdik. Bu mahnını\nuşaqdan böyüyə qədər hamı tanıyır:\nÖzün\nkimi vüqarlıdır uca dağların,\nHüsnünə bir yaraşıqdır yaşıl bağların,\nBizimlə bir başlamışdır gözəl çağların.\n\"Yurdum, yuvam, məskənimsən,\" Azərbaycanım,\nAnam doğma vətənimsən, Azərbaycanım!\nLakin,\nmahnının hamıya məlum olan və geniş ifa edilən ilk iki kupletindən\nbaşqa, üçüncü kupleti də mövcuddur ki, o da, demək olar ki, səsləndirilmirdi.\nBunun səbəbi həmin kupletin mətni ilə tanışlıqdan sonra tam aydın\nolur:\nSənə\nşirin arzum deyim, diləyim deyim,\nHavam deyim, suyum deyim, çörəyim deyim,\nİki yerə parçalanmış ürəyim deyim.\nŞerin\nyazıldığı illərin ab-havasını yada salsaq, bu kupletin ifa olunmaması\nheç də qəribə görünmür. Zənnimizcə, hazırki dövrdə mahnının tam\nmətninin olduğu kimi interpretasiyası yerinə düşər və şairin ideyalarının\nbütövlükdə çatdırılmasına imkan verərdi.\nƏ.Əlibəylinin\nR.Hacıyev ilə əməkdaşlığının digər nümunəsi - Azərbaycan estrada\nmusiqisinin klassik repertuarını bəzəyən \"Sevgilim\"\nmahnısıdır. İllər boyu ən gözəl müğənnilərimizin repertuarını\nbəzəyən bu mahnının əlavə təqdimata ehtiyacı yoxdur.\nGörkəmli\nbəstəkarımız Səid Rüstəmov da Ə.Əlibəyli poeziyasına müraciət\netmiş və bunun nəticəsi kimi \"Gəlmədin\" mahnısı yaranmışdır.\nS.Rüstəmov lirikasının maraqlı səhifələrindən birini təşkil edən\nbu mahnı üzərində daha ətraflı dayanmağı lazım bilirik. Mahnının\ndörd sətirlik bu kupletlərin üç ilk misraları bir-birilə qafiyələndiyi\nhalda, dördüncü misra digər kupletlərin sonuncu sətirlərinin təkrarıdır\n/aaab, vvvb və s/.\nAxar\nsular dayandı, yar,\nQəlbim həsrətlə yandı, yar,\nRəyin nədən dolandı, yar,\nİlk görüşə gəlmədin.\nKönlümdə xoş ümiddin,\nAtəşdim, sən soyutdun, yar,\nÖz vədini unutdun, yar,\nİlk görüşə gəlmədin.\nMətndən\ngöründüyü kimi, burada \"yar\" sözündən geniş istifadə\nolunur ki, bu da əsərin üslub baxımından xalq mahnı nümunələrinə\ndaha yaxın edir. Kupletin melodik cümləsi /burada şer bəndinin\ndə müvafiq, digər bəndlərlə həmqafiyə misrası səslənir/ sonradan\nnəqarət melodiyasının inkişaf istiqamətini müəyyənləşdirir:\nNəqarət\nisə, tam olaraq, \"gəlmədin\" kəlməsinin təkrar-təkrar\nsəslənməsinə əsaslansa da, bu heç də yeknəsəklik yaratmır - bəstəkar\nburada qısa, tersiya ilə yuxarı və aşağı hərəkət edən sekvensiya\nüzərində qurulmuş, yuxarıda göstərilən melodik cümlədən bəhrələnən\nifadəli melodiya yaratmağa müvəffəq olmuşdur:\nBeləliklə,\nmahnının mətnində qafiyə, melodiyasında isə intonasiya birliyi\nmövcuddur. Bu da əsərin kupletlərini və nəqarətini vahid və kamil\nmusiqili-poetik kompozisiyada birləşdirir.\nƏnvər\nƏlibəylinin sözlərinə bəstələnmiş nəğmələr sırasında gözəl mahnıları\nilə musiqi tariximizə daxil olmuş Qənbər Hüseynlinin \"İlk\nməhəbbət\" mahnısı da diqqəti cəlb edir. Burada bəstəkar şerlə\nməharətlə işləmək qabiliyyəti nümayiş etdirir. Mahnının mətni\nüç yeddi hecalı bənddən ibarətdir /qafiyələnmə \"Gəlmədin\"\nmahnısında olduğu kimidir/.\nLəkəsizdir,\ntəmizdir\nDalğalı bir dənizdir\nCanımdan da əzizdir\nMənim ilk məhəbbətim.\nQanadlıdır, ley deyil,\nÇox şirindir, mey deyil,\nUnudulan şey deyil,\nMənim ilk məhəbbətim.\nMahnı\nbütövlükdə üç bölmədən ibarətdir. Birinci bölmədə mətnin iki bəndi\neyni musiqi cümlələri ilə səslənir. Şerin sonuncu bəndi isə iki\nhissəyə ayrılmışdır: ilk iki misra mahnının orta, kulminasiya\nbölməsində səslənir, son iki misra isə repriza xarakterli sonuncu\nbölmənin mətn əsasını təşkil edir ki, o da birinci bölmənin musiqi\nmaterialı üzərində qurulmuşdur. \"Mənim ilk məhəbbətim\"\nmisrası səslənən melodik cümlə də mahnı boyu kiçik variant dəyişiklikləri\nilə təkrarlanır. Bununla da mahnının əsas musiqili və poetik məzmununun\ndaşıyıcısı olan cümlə daha da ifadəli səslənir.\nƏ.Əlibəyli\npoeziyasına öz mahnılarında tez-tez müraciət edənlərdən biri də\ntanınmış bəstəkarımız Zakir Bağırov idi. Şairin sözlərinə yazılmış\nmahnılardan ikisi - \"Lirik mahnı\" və \"Gəl-gəl\"\ndiqqəti daha çox cəlb edir. \"Lirik mahnı\" nəqarətsiz\niki kupletli formada yazılmışdır. Yeddi hecalı dörd bənddən ibarət\nmətndə /hər kupletdə iki bənd səslənir/ misralar aaba prinsipi\nüzrə qafiyələnir, lakin məzmun baxımından misraları iki-iki ayırmaq\nolar:\nGördüyüm\nvaxt özünü\nİtirirəm özünü\nDeyə bilmirəm sənə\nÜrəyimin sözünü\nÖzüm də bilmirəm mən\nDilim lal olur nədən\nBelə vaxtda qəlbimi\nGözlərimdən oxu sən.\nBelə\ndüzümə uyğun olaraq, melodik cümlələr də bir-birinin variantını\ntəşkil edən iki ifadənin inkişafı üzərində qurulmuşdur.\nBu qayda\nmahnının kulminasiya hissəsində pozulur. Orta bölmədə variant\nşəklində səslənən üç melodik cümlə dördüncü - keçid xarakterli\ncümlə ilə əvəz olunur. Mahnının yekun bölməsi yenidən birinci\nhissənin son iki cümləsinin təkrarına əsaslanır. Beləliklə, burada\nda, \"İlk məhəbbət\" mahnısında olduğu kimi, üç hissəli\nforma elementləri özünü büruzə verir.\nZ.Bağırovun\nƏ.Əlibəylinin sözlərinə bəstələdiyi digər mahnı - \"Gəl, gəl\"\ntamam başqa səpkilidir. Kupletli nəqarətli formada yazılmış mahnıda\nkupletdə doqquz - on hecalı iki misralı bənd səslənirsə, nəqarət\nbeş hecalı qısa misralara əsaslanır:\nGörəndə\nsəni gözüm gülər,\nSevinər ürəyim, sözüm gülər.\nAla gözlüm, gəl!\nŞirin sözlüm, gəl!\nGünəş üzlüm, gəl!\nYarım, gəl!\nMahnının\nikinci kupleti bütün kompozisiyasının kulminasiyasını təşkil edir.\nBurada birinci kupletin ilk melodik cümləsi kvinta yuxarıda səsləndirilir:\nNəqarət\nisə, melodik inkişaf nöqteyi-nəzərindən, ilk cümlənin intonasiyasına\nəsaslanaraq, onun ritmik şəklini də özündə əks etdirir.\nBuna\ncavab olaraq, yenidən nəqarət təkrar olunur. \"Gəl, gəl\"\nmahnısının digər araşdırılan mahnılardan fərqi məhz bundadır ki,\nburada nəqarətli iki kupletli formadan istifadə olunmaqla, nəqarətin\nbəndləri heca sayına görə kupletdəki misraların tən yarısını təşkil\nedir.\nƏ.Əlibəyli\nilə əməkdaşlıq edən bəstəkarlar sırasında istedadlı bəstəkar İ.Topçubaşovun\nadı da xüsusi qeyd olunmalıdır. Bu səmərəli yaradıcılıq ünsiyyətinin\nməhsulu kimi \"Xəzərim\", \"Qəşəng qızlar\", \"Narınc\"\nvə b. mahnılarını qeyd etmək olar. Hazırki məqalədə şairin sözlərinə\nyazılan \"Hamıdan göyçək\" və \"Söz olmasaydı\"\nmahnıları araşdırılır. Onlardan birincisi - \"Hamıdan göyçək\"\nənənəvi nəqarətli formada bəstələnmişdir. Kupletdə beş hecalı\nmisralara əsaslanan, qısa, əsasən tersiya həcmini əhatə edən ifadələr\nsəslənir.\nNəqarətdə\nhəmin pilləvari hərəkətli melodik düzüm şəklini alır. Mətndə isə\n3+3+4,5 hecalı misralar növbələşir.\nBeş hecalı,\nyenə də tersiya hərəkətlərinə əsaslanan melodik ifadə mahnıya\nözünəməxsus yekun vurur:\nTəhlil\ngöstərir ki, mahnıda kupletlə nəqarət arasında bağlılılıq yalnız\nmelodik inkişaf səviyyəsində həyata kesçirilir, şer ölçüsü baxımından\nisə kupletdəki beş hecalıq nəqarətə də müəyyən təsir göstərir.\n\"Söz\nolmasaydı\" mahnısı nəqarətsız formaya aid olan nümunələrdəndir.\nBurada hər şer misrası və ona uyğun olan melodik cümlə iki dəfə\ntəkrarlanır. Mahnının mətni səkkiz hecalı sətirlərdən ibarətdir\nki, bu sətirlər aaba və vvqq prinsipi üzrə qafiyələnir. Mətnin\nhər iki bəndində təkrarlanan iki sətir mövcuddur:\nAğlımı\nalıbdır başdan\nKeçmək olmur bu göz qaşdan.\nBu sətirlər\nmahnının kulminasiyasını təşkil edir və üç hissəli kompozisiyanın\norta hissəsini təşkil edir.\nBeləliklə,\nqısa da olsa, Ə.Əlibəylinin sözlərinə yazılış bəzi mahnıların\npoetik və melodik xüsusiyyətlərini araşdırdıq. Lakin onun şerlərinə\nyazılmış mahnılar təkcə yuxarıda göstərilənlərlə məhdudlaşmır.\nBaşqa bəstəkarlarımız da Ənvər Əlibəyli poeziyasına sevə-sevə\nmüraciət etmiş və dəyərli əsərlər yaratmağa nail olmuşlar. Məqalədə\nnəzərdən keçirilən mahnılarda şer ilə musiqinin ahəngdar vəhdət\nşəklində mövcudluğunun şahidi olduq. Bu da təsadüfi deyil. Ə.Əlibəyli\nbir nəğməkar şair kimi daim bəstəkarlarla mahnı üzərində birgə\nişləmiş, melodiyanın inkişaf qanunlarına uyğun olaraq, şer misralarını\nqurmuşdur. Lakin bu cəhət heç də onun poetik mətnlərinin bədii\nsəviyyəsinə mənfi təsir göstərməyib, əksinə, şairin tərənnüm etmək\nistədiyi hisslərin daha dolğun təcəssümünə gətirib çıxarmışdır.\nBeləliklə də istər ifaçıların təkrar-təkrar oxuduqları, istərsə\ndə bizim həvəslə dinlədiyimiz R.Hacıyevin \"Sevgilim\",\nT.Quliyevin \"Zibeydə\", \"Ağacda leylək\", S.Rüstəmovun\n\"Gəlmədim\", C.Cahangirovun \"Sənin gözlərin\"\nvə bir çox başqa mahnılar yaranmışdır. Məqaləni indi də nəğmələri\nilə aramızda yaşayan Ənvər Əlibəyliyə Əmir Hüseynin həsr etdiyi\nşerdən bir parça ilə bitirmək yerinə düşər:\nİnsan\nölümünə\nİnanıram.\nO ki, nəğmə idi!\nNəğmə ölümünə\nNecə inanım,\nNecə?\nƏDƏBİYYAT\n1. Ə.Əlibəyli.\nSənin adına. Şerlər. 1950.\n2. Ə.Əlibəyli.\nİlk məhəbbət. 1956.\n3. Ə.Əlibəyli.\nNəğmələr. 1968.\n4. Ə.Əlibəyli.\nSeçilmiş əsərləri. 1975.\n5. B.Adil.\nŞair-nəğməkar. \"Ədəbiyyat və incəsənət\" qəzeti, 16 aprel,\n1966.\n6. C.Məmmədov.\nQəhrəman şairimizlə fəxr etməyə haqqınız var. \"Azərbaycan\"\njurnalı, ¹ 2, 1968.\n7. C.Cahangirov.\nMahnı kimi. \"Ədəbiyyat və incəsənət\" qəzeti, 11 may,\n1968."
] | [
"http://www.musigi-dunya.az/magazine3/articles/14/14.html"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q16415050--Mükafatları-1 | 1 | Cavanşir Quliyev | Cavanşir Rəhim oğlu Quliyev (22 noyabr 1950, Şəki) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). | Mükafatları | Azərbaycan SSR Lenin komsomolu mükafatı (1982)
"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı (1992)
"General Məhəmməd Əsədov" mükafatı (1993)
Şəhriyar adına mükafat (1995)
Avropa Türk-İslam birliyinin qızıl medalı- Almaniya (1997)
"Humay" mükafatı (2000)
"Qızıl dərviş" mükafatı (2001)
Azərbaycan Kinematoqrafçılar İttifaqının "Milli Kinematoqrafiya qarşısında xidmətlərinə görə" mükafatı (2015)
2015-ci ildə "Sübhün səfiri" filminə görə "Ən yaxşı orijinal musiqi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. | [
"Bakı. 29 dekabr. REPORT.AZ/ \"Qızıl Pəri\" mükafatının təqdimat mərasimi keçirilib.\n\"Report\" xəbər verir ki, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Kinoaktyorlar Gildiyası və Prodüserlər Gildiyasının dəstəyi ilə təsis edilən mükafat dünya kinosunun 120 illik yubileyi münasibətilə təqdim edilib.\nQeyd edək ki, peşə mükafatının təsis edilməsində məqsəd audiovizual sahənin (kino və tv) inkişafına kömək, milli-mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirməkdir.\nMüsabiqənin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliyini təmin edən dərəcədə olmasından asılı olaraq müəyyənləşdirilib.\n“Qızıl Pəri” mükafatının Münsiflər Heyəti sorğu-anketləri vasitəsilə gizli səsvermə ilə qalibləri seçib.\n\"Ən yaxşı bədii film\" - \"Nabat\", rejissor Elçin Musaoğlu\n\"Ən yaxşı rejissor işi\" - Elxan Cəfərov, \"Dolu\" filminə görə\n\"Ən yaxşı prodüser\" - Müşfiq Hətəmov, \"Nabat\" filminə görə\n\"Ən yaxşı orijinal ssenari\" - Yavər Rzayev, \"İlahi məxluq\" filminə görə\n\"Ən yaxşı operator işi\" - Nadir Mehdiyev, \"Dolu\" filminə görə\n\"Ən yaxşı rəssam işi\" - Rafis İsmayılov, \"Sübhün səfiri\" filminə görə\n\"Ən yaxşı orijinal musiqi\" - Cavanşir Quliyev - \"Sübhin səfiri\" filminə görə\n\"Ən yaxşı qadın rolunun ifası\" - Gülzar Qurbanova, \"Yarımçıq xatirələr\" filmində\n\"Ən yaxşı kişi rolunun ifası\" - Fuad Poladov, \"Aktrisa\" filminə görə və Namiq Ağayev - \"Axınla aşağı\" filmindəki roluna görə\n\"Ən yaxşı tammetrajlı debüt filmi\" - \"Axınla aşağı\", rejissor Asif Rüstəmov\n\"Ən yaxşı qısametrajlı bədii filmi\" - \"Zabit şərəfi\", rejissor Vüqar İslamzadə\n\"Ən yaxşı sənədli filmi\" - \"Əriyən ada\", rejissor Fariz Əhmədov\n\"Ən yaxşı rejissor işi (sənədli filmdə)\" - Nizami Abbas, \"Balaban\" filminə görə\n\"Ən yaxşı cizgi filmi\" - \"Köhnə saat\", rejissor Cavid Əhədov\n\"Ən yaxşı TV filmi\" - \"Unudulmuş qəhrəman\", rejissor Tahir Əliyev - \"EL\" TV\n\"Ən yaxşı TV serial\" - \"Pərvanələrin rəqsi\", rejissor Rövşən İsax - ATV\n\"Ən yaxşı debüt\" - \"Usta Yusifin kamançası\", rejissor Ruslan Hüseynov\nKinorejissorlar Gildiyasının İdarə Heyətinin qərarı ilə \"Milli kinonun inkişafına verdiyi töhfələrə görə\" - Zaur Məhərrəmov\n\"Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə\" – Ramiz Həsənoğlu - AzTV\nMünsiflər Heyətinin qərarı ilə \"Ən yaxşı prodüser\" nominasiyasının səs verməsində ikinci yeri tutan \"Buqələmun\" filminin prodüseri, \"Adara Films\" Kinoşirkətinin direktoru, prodüser İradə Bağırzadə müstəqil kinonun inkişafında fəaliyyətinə görə xüsusi diploma layiq görülüb.\n\"Ən yaxşı televiziya filmi\" nominasiyasının səs verməsində ikinci yeri tutan Gəncənin \"Kəpəz televiziyasının \"Difai\" TV filmi tarixin qaranlıq məqamlarının aşkarlanmasına görə xüsusi diploma layiq görülüb.\nXatırladaq ki, \"Qızıl Pəri\" mükafatının ilk müsabiqəsi 2010-2015-ci illərin istehsalı olan ekran əsərləri üzrə keçirilir."
] | [
"https://web.archive.org/web/20150803040015/http://kulis.lent.az/news/13091"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q16415050--Əsərləri-2 | 1 | Cavanşir Quliyev | Cavanşir Rəhim oğlu Quliyev (22 noyabr 1950, Şəki) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). | Əsərləri | Baletlər: Oğuznamə, "Tufan (balet)", "Kitabi Dədə Qorqud (balet)"
Zurna və orkestr üçün Üvertüra (1980);
Fleyta, saz və violonçel üçün "Karvan" (2000);
Simli orkestr üçün "Dastan" (2001);
4 simfoniya
"Məhəbbət oyunu" Operettası /libretto — Q.Rəsulov/ (2001).
Rəqs
"Müşfiq ağıları" (oratoriya, 2020) | [
"Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır.\nXƏBƏRLƏR\nAZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQI\nDAHA ƏTRAFLIDAHA ƏTRAFLI\nİttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir.\nAzərbaycan Kinematoqrafçılar İttifaqı MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqı Konfederasiyasının üzvüdür.\n“Kinematoqrafçılar İttifaqı Konfederasiyası” (KİK) İctimai Birliklərin Beynəlxalq Ittifaqı 1991-ci ildə yaradılıb və SSRİ kinematoqrafçılar İttifaqının qanuni vərəsəsidir. KİK-in yaradılmasında əsas məqsəd MDB ölkələrinin, Latviya, Litva və Estoniyanın kinematoqrafçılar İttifaqları ilə qarşılıqlı yardım və əməkdaşlıq etmək, postsovet məkanında ümumi mədəniyyət meydanını saxlamaqdır.\nKİK “Şərq-Qərb.Qızıl Tağ” beynəlxalq kino mükafatının, Beyəlxalq Kino məktəbinin və Milli Kinematoqrafiya Forumunun təşkilatçısıdır."
] | [
"https://aki.az"
] |
|||
final-lid-disam-match/mega-cliqa-0000.jsonl--Q4295599--Həyatı-1 | 1 | Xəyyam Mirzəzadə | Xəyyam Hadı oğlu Mirzəzadə () — Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986). | Həyatı | Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.Solmaz Qasımova — Xəyyam Mirzəzadə haqqda məqalə sayt Musiqi Dünyası
Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.
Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" adlı sənədli film çəkilmişdir.Ələsgərli, K. Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75: [Bəstəkar Xəyyam Mirzəzadəyə həsr olunmuş sənədli film haqqında] //Qobustan: sənət toplusu. — 2011.- № 2.- S.76–78. | [
"Xalq artisti, Dövlət mükafatları\nlaureatı, Bakı Musiqi Akademiyasının professoru Xəyyam Mirzəzadənin\n65 yaşı tamam oldu. Yubileylər həmişə injəsənətin qarşısında duran\nvəzifələr barədə, yubilyarın keçdiyi yol barədə, bəstəkarın yaradıjılığının\nyekunları və sair mövzularda mülahizələri başqaları ilə bölüşmək\nüçün əsas verir.\nSənətkara onun müasirləri tərəfindən\nqiymət verilməsi həmişə çətin bir problemə çevrilir. Bu işi müəyyən\nmüddətdən sonra görmək daha asan olur, lakin zaman özü Xəyyam Mirzəzadənin\nsağlığında ona qiymət verib. Xəyyam Mirzəzadənin yaradıjılığına\nistər Vətənimizdə, istərsə də xariji ölkələrdə marağın ilbəil artması\nbelə bir qəti fikir söyləməyə imkan verir ki, onun əsərləri milli\nmusiqi sənətimizdə qabarıq şəkildə ifadə olunmuş yeni intellektual-psixoloci\nmərhələnin təməlini qoymuşdur. Hazırda Xəyyam Mirzəzadə Azərbayjan\nmusiqi sənətində dolğun və bənzərsiz fərdi yaradıjılıq üslubu olan\nbir müəllifdir.\nSon dərəjə müxtəlif insan xarakterlərinin\njəmləşdiyi real dünyaya aydın baxış, injə və həssas lirik çalarlar,\nfikrin yığjamlığı, hərəkətlərin dinamikası və bir də həmişə zəkanın,\nməntiqin güjü ilə idarə edilən emosionallıq - bunlar, öz yaradıjılıq\ndəst-xəttinə, öz estetik məramına sadiq qalan, bu yoldan dönməyən\nX. Mirzəzadənin əsərlərinin səjiyyəvi jəhətləridir.\nXəyyam Mirzəzadə bəstəkarlıqla\nyanaşı, həm də kompozisiya kafedrasında pedaqoci fəaliyyətlə olmuş,\nuzun illər bu kafedraya rəhbərlik etmişdir. Artıq neçə ildir ki,\nkompozisiya kafedrasının professoru olan Xəyyam Mirzəzadə çoxsaylı\ngənj mütəxəssislər yetişdirmişdir. Gənj bəstəkarların və ifaçıların\niştirakilə dünyanın bir sıra ölkələrində keçirilmiş müsabiqələrin\nmünsiflər hey’ətinin üzvü olmuş professor Mirzəzadə bəstəkarların\nmüxtəlif səviyyələrdə keçirilən müşavirə, plenum və qurultaylarında,\nelmi attestasiya komissiyalarının işində həmişə fəal iştirak edir.\nXəyyam Mirzəzadənin - pedaqoq, bəstəkar, yüksək intellektə malik\nolan bu iste’dadlı insanın ijtimai həyatı həmişə beləjə joşqun fəaliyyət\nşəraitində keçir.\nBəstəkarın texniki imkanları\no qədər yüksəkdir ki, o, öz yaradıjılığında hər bir üslubdan və\nhər üslubun bütün modellərindən istifadə edə bilir. Lakin Mirzəzadə\nhəmişə saf-çürük etməyi, belə demək jayizsə, israf-çı-lıq-dan çəkinməyi\nüstün tutur. O bir müdrik sə-nət-kar kimi, yaxşı bilir ki, gerçək\nproblemləri həll etmək üçün hök-mən mürəkkəb vasitələrdən istifadə\nedilməsi, mürəkkəb mövzuları açmaqdan ötrü musiqi dilinin mürəkkəb\nnöv-lərinə mürajiət edilməsi heç də zəruri deyil. O bilir ki, yenilik,\nnovatorluq heyrətamiz dərəjədə sadə vasitələrin köməyilə də ifadə\nedilə bilər. Bu fikrin doğruluğunu yəqin etmək üçün, keçmişin böyük\nsənətkarlarının yaradıjılığını xatırlamaq kifayətdir.\nBəstəkar Mirzəzadəyə xas olan\ndaha bir mühüm keyfiyyət ondan ibarətdir ki, o heç vax dinləyiji\nauditori-ya-sının zövqünə uyğunlaşmağa çalışmır, heç vaxt yüngül\nşöhrət dalınja qaçmır. Onun öz yaradıjılığında əsasən instrumental\nmusiqi canrı ilə kifayətlənməsi faktı din-lə-yiji auditoriyasını\nməhdudlaşdırırdı, lakin bəstəkar bunu bilə-bilə, şüurlu surətdə\nbu yoldan dönmür, öz yaradıjılıq “Mən”inə, estetik mövqeyinə sadiq\nqalırdı."
] | [
"http://www.musigi-dunya.az/Magazine4/articles/25/25.html"
] |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.