!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əbədi Şrek
Əbədi Şrek (ing. Shrek Forever After) — 2011-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Şrek və arvadı Şahzadə Fiona, uşaqları ilə birlikdə xoşbəxt ömür sürürlər. Onların bu xoşbəxt həyatına dostları çəkməli pişik, eşşək və eşşəyin balaları da daxildir. Zamanla bu firavan ailə atası rolu Şrekə cansıxıcı gəlməyə başlayır. Bu günlər ətrafındakıları qorxudaraq özündən qaçırtdığı günlərdən tamamilə fərqlidir. Özünü əsl bir div kimi hiss etdiyi günlər üçün çox darıxan Şrek, qəddar, amma şirin səsli Rumpelştilzxenlə müqavilə imzalayır. Əslində Rumpelştilzxen onu aldadır. Müqaviləni imzaladıqdan sonra Şrek fərqli bir yerə, fərqli bir zamana düşür. Bu dünyanın kralı Rumpelştilzxendir. Burada hər şey baş-ayaqdır: divlər ovlanır, Şrek Şahzadə Fiona ilə heç qarşılaşmayıb, üstəlik köhnə dostları da onu tanımır… Şrek hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq və Əsl Məhəbbəti ilə köhnə dostlarını yenidən geri qaytarmaq üçün bir-birindən maraqlı macəralara atılır. Xarici keçidlər Şrekin Rəsmi saytı Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine (ing.) Əbədi Şrek — Internet Movie Database saytında. (ing.) Əbədi Şrek Rottentomatoes.com (ing.) Əbədi Şrek Allmovie.com (ing.) Əbədi Şrek Arxivləşdirilib 2012-07-24 at the Wayback Machine (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=284522
Əbədi Şrek (cizgi filmi, 2010)
Əbədi Şrek (ing. Shrek Forever After) — 2011-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Şrek və arvadı Şahzadə Fiona, uşaqları ilə birlikdə xoşbəxt ömür sürürlər. Onların bu xoşbəxt həyatına dostları çəkməli pişik, eşşək və eşşəyin balaları da daxildir. Zamanla bu firavan ailə atası rolu Şrekə cansıxıcı gəlməyə başlayır. Bu günlər ətrafındakıları qorxudaraq özündən qaçırtdığı günlərdən tamamilə fərqlidir. Özünü əsl bir div kimi hiss etdiyi günlər üçün çox darıxan Şrek, qəddar, amma şirin səsli Rumpelştilzxenlə müqavilə imzalayır. Əslində Rumpelştilzxen onu aldadır. Müqaviləni imzaladıqdan sonra Şrek fərqli bir yerə, fərqli bir zamana düşür. Bu dünyanın kralı Rumpelştilzxendir. Burada hər şey baş-ayaqdır: divlər ovlanır, Şrek Şahzadə Fiona ilə heç qarşılaşmayıb, üstəlik köhnə dostları da onu tanımır… Şrek hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq və Əsl Məhəbbəti ilə köhnə dostlarını yenidən geri qaytarmaq üçün bir-birindən maraqlı macəralara atılır. Xarici keçidlər Şrekin Rəsmi saytı Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine (ing.) Əbədi Şrek — Internet Movie Database saytında. (ing.) Əbədi Şrek Rottentomatoes.com (ing.) Əbədi Şrek Allmovie.com (ing.) Əbədi Şrek Arxivləşdirilib 2012-07-24 at the Wayback Machine (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=809005
Əbədi əjdahalar (film, 1988)
Əbədi əjdahalar (ing. Dragons Forever, kantonca: Fei lung mang jeung) — Ceki Çanın iştirakı ilə Honq Konqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında Kanton dilində çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. Ceki Lunq kimyəvi şirkətini təmsil etmək üçün korporativ qanqster (Yuen Vah) tərəfindən işə götürülən cavan vəkildir. Ceki məhkəmədə narkomafiyanın tərəfini tutmağa məcbur olur. Narkomafiyaya məxsus olan zavod narkotik istehsal edir. Bundan isə heç kəsin xəbəri yoxdur. Narkotikanın hamısı gölə axıdılır və canlı aləmə ziyan vurur. Gölün sahibəsi isə Lao adında cavan qadın olur. Məhkəmə zamanı Laoun tərəfini əmisi qızı Miss Yip adında cavan vəkil qız tutur. Bu zaman Yip ilə Ceki arasında münasibət yaranır. Bu isə onu narkomafiya tərəfindən çıxış etməyə mane olur. Ceki Lunq Laonu fikrindən daşındırmaq məqsədilə Vonq Fei-Hunq və Tunq Te-Biao adlı dostlarına xəbər verir. Ceki Lunqun əsas məqsədi Vonq Fei-Hunq ilə Lao arasında münasibət yaradaraq, onu kimyəvi zavoda qarşı iddia irəli sürməkdən daşındırmaqdır. Lakin Vonq Fei-Hunq ilə Lao arasında yaranan münasbət əsl məhəbbətə çevrilir. Buna baxmayaraq Lao və Miss Yip Tunq Te-Biao sayəsində onların fırıldaqlarından xəbər tutur. Vonq Fei-Hunq məhəbbəti uğrunda sona qədər mübarizə aparır və qalib gəlir. Lakin Ceki ilə Miss Yipp arasında münasibətlər hələ də pis olaraq qalır. Məhkəmə zamanı Hakim və məhkəmədə olan insanlar qarşısında Ceki Lunq Miss Yip bir-birlərini sevdiyini bildirirlər. Beləliklə, Ceki Lunq və Miss Yip əvvəlki kimi bir-birlərinə sevgi münasibəti bəsləyirlər. Bu isə narkomafiya işçilərinə qarşı zərbə vurur. Lakin bu müddətdə Vonq Fei-Hunq dəlil tapmaq üçün narkomafiyanın idarə etdiyi zavoda gedir. Vonq Fei-Hunq onlarla qətiyyətlə mübarizə aparsa da, sonda məğlub olur. Narkotikin gölə buraxılması haqqında məlumatdan xəbər tutan Tunq Te-Biao bu barədə Ceki Lunqa, Lao və Miss Yipə çatdırır. Bu səbəbdən onlar zavoda getməyə məcbur olurlar. Lakin zavoda gələn zaman narkomafiyanın bütün işçiləri ilə qarşılaşırlar. Ceki Lunq və dostları mübarizə aparmağa məcbur olurlar. Sonda onlar Bossa və əməkdaşlarını məğlubiyyətə uğradaraq məqsədlərinə nail olurlar. Xarici keçidlər «Əbədi əjdahalar» — Internet Movie Database saytında.«Əbədi əjdahalar» Hkmdb.com saytında «Əbədi əjdahalar» Hkcinemagic.com saytında Əbədi əjdahalar Film.thedigitalfix.com saytında Arxivləşdirilib 2012-04-18 at the Wayback Machine Əbədi əjdahalar Allmovie.com saytında
https://az.wikipedia.org/w/index.php?curid=234679
Əbədilik yolu ilə (film, 1975)
Film cəbhələrdə düşmənlə vuruşa-vuruşa Sevastopoldan Berlinə qədər uzun və ağır bir yol keçmiş 77-ci diviziyadan söhbət açır. Filmin qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev öz döyüş yoldaşları, diviziyası barədə xatirələrini söyləyir. Film Sevastopolda və Bakıda çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Nazim Abbas Ssenari müəllifi: L.Qoldşteyn Operator: Georgi Şiryayev Səs rejissoru: Bəxtiyar Dehniya
https://az.wikipedia.org/w/index.php?curid=30709
Əbədiliyin qapısında (rəsm əsəri)
Əbədiliyin qapısında (nid. Op de drempel van de eeuwigheid) — Müəllifi Vinsent van Qoq olan məşhur rəsm əsərlərindən biri. Həmçinin bax Vinsent van Qoq Postimpressionizm
https://az.wikipedia.org/w/index.php?curid=292428
Əbədiliyin qapısında (tablo)
Əbədiliyin qapısında (nid. Op de drempel van de eeuwigheid) — Müəllifi Vinsent van Qoq olan məşhur rəsm əsərlərindən biri. Həmçinin bax Vinsent van Qoq Postimpressionizm
https://az.wikipedia.org/w/index.php?curid=189080
Əbədilər (film)
Əbədilər (ing. Eternals) — Marvel Comics tərəfindən nəşr edilmiş Əbədilər komiksinə əsaslanan və 2021-ci ilin noyabr ayında çıxarılması planlaşdırılan ABŞ epik superqəhrəman filmi. İstehsal işləri Marvel Studios, distirbyutorluğu isə Walt Disney Studios Motion Pictures tərəfindən həyata keçirilən film, Marvel Kinematoqrafiya Kainatının (MKK) 26-cı filmidir. Film, Patrik Byörli, Rayan və Kaz Firpoların Xloya Çjao ilə birgə yazdığı ssenari əsasında, Çjaonun rejissorluğu ilə çəkilmişdir. Filmin aktyor heyətinə Ancelina Coli, Salma Hayek, Cemma Çan, Kit Harinqton, Riçard Medden, Kumeyl Nanciani, Liya MakHyu, Brayan Tayri Henri, Loren Ridloff, Barri Keoqan, Ma Don-Sok və başqaları daxildir.
https://az.wikipedia.org/w/index.php?curid=716657
Əbədilər (film, 2021)
Əbədilər (ing. Eternals) — Marvel Comics tərəfindən nəşr edilmiş Əbədilər komiksinə əsaslanan və 2021-ci ilin noyabr ayında çıxarılması planlaşdırılan ABŞ epik superqəhrəman filmi. İstehsal işləri Marvel Studios, distirbyutorluğu isə Walt Disney Studios Motion Pictures tərəfindən həyata keçirilən film, Marvel Kinematoqrafiya Kainatının (MKK) 26-cı filmidir. Film, Patrik Byörli, Rayan və Kaz Firpoların Xloya Çjao ilə birgə yazdığı ssenari əsasında, Çjaonun rejissorluğu ilə çəkilmişdir. Filmin aktyor heyətinə Ancelina Coli, Salma Hayek, Cemma Çan, Kit Harinqton, Riçard Medden, Kumeyl Nanciani, Liya MakHyu, Brayan Tayri Henri, Loren Ridloff, Barri Keoqan, Ma Don-Sok və başqaları daxildir.
https://az.wikipedia.org/w/index.php?curid=806980
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir.Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. Maraqlı fakt Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim. Çox təəssüf edirəm ki, "Əbədiyyət simfoniyası"nı dinləmək ona qismət olmadı. Həmin simfoniya o böyük insanın ildönümündə Filarmoniyada səsləndirildi." Həmçinin bax Odlar yurdu (oratoriya)
https://az.wikipedia.org/w/index.php?curid=783651
Əbədiyyət dastanı (poema)
"Əbədiyyət dastanı" — Zəlimxan Yaqubun Heydər Əliyevin xatirəsinə həsr etdiyi, “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlanan iki kitabdan ibarət poemadır. Birinci kitab 2003-cü ilin 15-30 dekabrında, ikinci kitab 2007-ci ilin 5 yanvarından 23 dekabrına qədər yazılmışdır. Poemada Heydər Əliyev ömrünün sovet dövründəki və müstəqilliyimizin bərpasından sonra ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonrakı mərhələləri əksini tapmışdır. Bu əsərin içində Heydər Əliyevlə yanaşı, İlham Əliyev haqda da bir dastan yaradılıb. Bunlar ikisi bir yerdə “İki ömrün dastanı” adlanır, janrca diologiyadır. Poemanın Zəlimxan Yaqubun özünün ifa etdiyi audio versiyası mövcuddur. Audio formatında variantı “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi layihə çərçivəsində hazırlanıb.Poema dastan adlansa da, digər bu tipli əsərlər kimi, nəsr və nəzm hissələrdən ibarət deyil. Şeirlərin böyük əksəriyyəti heca vəznindədir. Əsərin heç bir hissəsində nəzərə çarpacaq süjet yoxdur. Xarici keçidlər Heydər Əliyev haqqında kitablar.
https://az.wikipedia.org/w/index.php?curid=779874
Əbədiyyət yolu (film, 1987)
Film Gürcüstan torpağında təbii fəlakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsindən xilas edən azərbaycanlı əsgər Rahib Məmmədovun göstərdiyi hünərdən bəhs edir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Cahangir Zeynallı Operator: Tofiq Sultanov, Azər Salayev Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Marat İsgəndərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 333. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815. Xarici keçidlər “Əbədiyyət yolu” sənədli filmi yenilənmiş versiyada nümayiş olunub
https://az.wikipedia.org/w/index.php?curid=30710
Əbədə
Əbədə — türk və tatar mifologiyasında ağac cini. Meşələrdə yaşayır. İnsanlara zərər verməz. Yaşlı bir qadın görümündədir. Meşələrdə yerlərdəki qurumuş ağac yarpaqlarından gələn çıtırtılar onun ayaq səsləridir. Etimologiya (Eb/Əb) kökündən törəmişdir. Ebe sözcüyü yaşlı qadın mənasındadır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
https://az.wikipedia.org/w/index.php?curid=266978
Əbərkuh
Əbərkuh - İranın Yəzd ostanının şəhərlərindən və Əbərkuh şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,994 nəfər və 5,880 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=288161
Əbərkuh sidri
Əbərkuh sidri-İranın Yəzd ostanının Əbərkuh şəhərində həmişəyaşıl sərv İranın Mədəni Miras, Əl işləri və Turizm Təşkilatı tərəfindən bir milli təbii abidə kimi mühafizə olunur və həqiqətən, 25 m hündürlüyü və 18 m dövrəsi ilə böyük turist cəlb edicidir.4000-dən yuxarı yaşı olmaq üçün qiymətləndirilir və Asiyada ən qədim canlı şey ola bilər. Çhina daily-nin gündəlik dünyanın 10 ən qoca ağacları sıralamasına görə, Əbərkuh sidri dünyada ikinci ən qocaman ağacdır.
https://az.wikipedia.org/w/index.php?curid=291906
Əbərkuh şəhristanı
Əbərkuh şəhristanı — İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əbərkuh şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 42,610 nəfər və 11,660 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=288108
Əbəsə Surəsi
Əbəsə surəsi (ərəb. سورة عبس (Sūra-tu Əbəsə)) — Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin 80-ci surəsi. Məkkədə nazil olunduğuna inanılır və 42 ayədən ibarətdir. Adını birinci ayəsindəki "qaşqabağını tökdü" nənasını verən "əbəsə" sözündən almışdır. Həmçinin bax Quran surələrinin siyahısı Fatihə surəsi
https://az.wikipedia.org/w/index.php?curid=115521
Əbəsə surəsi
Əbəsə surəsi (ərəb. سورة عبس (Sūra-tu Əbəsə)) — Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin 80-ci surəsi. Məkkədə nazil olunduğuna inanılır və 42 ayədən ibarətdir. Adını birinci ayəsindəki "qaşqabağını tökdü" nənasını verən "əbəsə" sözündən almışdır. Həmçinin bax Quran surələrinin siyahısı Fatihə surəsi
https://az.wikipedia.org/w/index.php?curid=22082
Əbəy
Əbəy - türk və altay mifologiyasında yer tanrıçası. Abay və ya Apay da deyilir. Yer üzünü qoruyar. Skif (Saka) mifologiyasındakı Ana Tanrıça Abay ilə əlaqəlidir. Aba/Ava sözünün Həvva ilə əlaqədar olduğunu qarşıya qoyan görüşlər vardır. Türklərdə Əbə (Ebe) sözü nənə demək olduğu qədər, bir insanı doğurtan kəs (ad hemşiresi) mənasına da gəlir ki, bu sözün "törəmək" olan ilk mənasını bir şəkildə içərisində saxlamaqdadır. Etimologiya (Ebe/Əbə) kökündən törəmişdir. Yaşlı qadın mənasındadır. Türkcə Aba/Ebe, monqolca Ebe/Əbi/Evə, tungusca Evə/Evke/Ebke sözləri ana Bunu mu demek istediniz? ana tərəfli qohumluqların bəzilərini karşılmakta istifadə edilər. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
https://az.wikipedia.org/w/index.php?curid=270210
Əbəzadə Abdullah Əfəndi
Əbəzadə Abdullah Əfəndi (v. 1714, Sakarya ili) — Osmanlı alimi, şair və şeyxülislamı. Kürəkəni Zeynalabdin Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa yüksəlmişdir. Doğum tarixi bilinməsə də, atasının Qazı Mustafa Əfəndi olduğu bilinir. Anası Lehistan səfəri əsnasında IV Mehmedin övladının dünyaya gəlişində iştirak etmiş, bu səbəbdən tarixi mənbələrdə "Əbəzadə" olaraq anılır. Təhsilini tamamladıqdan sonra müxtəlif mədrəsələrdə müdərris olaraq, ardından isə qazı olaraq 1685–1695-ci illər ərzində Misir, Ədirnə və Məkkədə çalışdı. 1695-ci ildə Anadolu başqazısı, bir müddət işsiz qaldıqdan sonra isə Rumeli başqazısı seçildi. 1698-ci ildə vəzifədən alınsa da, Əndərunda olduqca güclü nüfuzu səbəbilə, ənənələrə zidd olaraq birbaşa padşah fərmanı ilə yenidən vəzifəyə qaytarıldı. Bir illik müddətin sonunda Əndərun çalışanları Abdullah Əfəndinin vəzifə müddətinin uzadılması haqqında padşahdan xahiş etsələr də, Şeyxülislam Feyzullah Əfəndi özünə rəqib olaraq gördüyü üçün Abdullah Əfəndini əvvəlcə Mərəş qazısı təyin etdi. Ancaq getmək istəmədiyi üçün Kipr adasına sürgün edildi. Ancaq III Əhmədin taxta çıxmasından bir müddət öncə Bursada yaşamağına icazə verildi. Ancaq Əskişəhərə çatanda yeni padşahın taxta çıxdığını və Feyzullah Əfəndinin vəzifədən alındığı xəbərini aldı və Bursa yerinə İstanbula hərəkət etdi. Padşah icazəsi olmadan paytaxta geri dönməsi çox da xoş qarşılanmasa da, bağışlandı və İstanbulda qalmasına icazə verildi. 1705-ci ildə üçüncü dəfə Rumeli başqazısı, 25 yanvar 1708-ci ildə isə şeyxülislamlığa yüksəldi. Ancaq 2,5 ilin ardından 16 iyul 1710 tarixində vəzifədən alındı. Ancaq çox keçmədən 13 fevral 1712 tarixində ikinci dəfə şeyxülislam seçildi. Əbəzadə Abdullah Əfəndi Osmanlıya sığınan İsveç kralı XII Karlın vətəninə göndərilməsi üçün Rusiya ilə gedən danışıqlarda iştirak etmiş, hətta kralın vətəninə qaytarılmalı olduğunu, əks halda Dimetokada həbs olunmalı olduğunu müdafiə etmişdir. Ancaq şeyxülislamın bu dərəcədə kəskin mövqe tutması İstanbul əhalisi arasında xoş qarşılanmadı və bu söz-söhbətlər get-gedə böyüdü. Bu səbəbdən 14 mart 1713 tarixində vəzifədən alındı. Ardından Rumeli hasarı yaxınlığındakı köşkünə çəkilən Əbəzadə bura gələn siyasi qonaqları səbəbilə şeyxülislam və sədrəzəmin diqqətini cəlb etmişdi. Bu səbəblə 1714-cü ildə Trabzona sürgün edildi. Ancaq fırtınalı bir gündə yola çıxan Əbəzadə Abdullah Əfəndinin mindiyi gəmi Sakarya sahillərində batdı. Râşid, Târih, II, 302; III, 376; IV, 4. Devhatü’l-meşâyih, s. 80–81. İlmiyye Salnâmesi, s. 499–500. Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 458–459.
https://az.wikipedia.org/w/index.php?curid=516309
Əcaibül-qülub
Əcaibül-qülub - Seyid Yəhya Bakuvinin böyük sufilərin sözlərindən topladığı əsərdir. Əsərdə məşhur sufi Bəyazid Bistaminin qəlbin əhvalı,Yəhya ibn Muazın məqamat və hallarından bəhs edən sözləri ilə Abdulla Ənsarinin bəzi sözləri nəql edilmişdir. Əsər fars dilindədir. Yeganə məlum nüsxəsi İstanbul Universiteti Mərkəz Kiatbxanası,FY.(956-HE.8194)-də saxlanılır.
https://az.wikipedia.org/w/index.php?curid=102589
Əcanan mahalı
Əcənan mahalı — XIV əsr- əsr-1840 inzibati nahiyə. Qarabağda tarixi-coğrafi bölgə. Ümumi məlumat Mahal qərbdə Küpara mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Xalac obası idi. Mahalın son naibi, kələntər Hacı Ağalar bəy Sarıcalı-Cavanşir idi. 1. Məragid erm. kəndi (12 ailə) 2. Sərhəng erm. kəndi (8 ailə) 3. Pərəvatum azərb. kəndi (dağıdılıb) 4. Kön azərb. kəndi (dağıdılıb) 5. Küdkün azərb. kəndi (dağıdılıb) 6. Bağavirçi azərb. kəndi (dağıdılıb) 7. Umran azərb. kəndi (dağıdılıb) 8. Qarakənd azərb. kəndi (dağıdılıb) 9. Halızor azərb. kəndi (dağıdılıb) 10. Pənc azərb. kəndi (dağıdılıb) 11. Açağu azərb. kəndi (dağıdılıb) 12. Vənk azərb. kəndi (dağıdılıb) 13. Karxana kəndi. Kəndin Turğan məzrəəsi azərb. kəndi (dağıdılıb) 14. Uğurbağı kimi tanınan Uğurdüzü və Hacılar azərb. kəndi (dağıdılıb) 15. Qaramanlı. BaĢqa adı Qazançıdır azərb. kəndi (dağıdılıb) 16. Yuxarı Tüfəng azərb. kəndi (dağıdılıb) 17. NoreĢəng erm. kəndi (7 ailə) 18. Dərtəni erm. kəndi (5 ailə) 19. Çanaqçı azərb. kəndi (dağıdılıb) 20. Qaradiğə. BaĢqa adı Hürünlərdir azərb. kəndi (dağıdılıb) 21. Dovrus azərb. kəndi (dağıdılıb) 22. Oxtarlı azərb. kəndi (dağıdılıb) 23. Çobanbağı azərb. kəndi (dağıdılıb) 24. ġeyxili azərb. kəndi (dağıdılıb) 25. Külül azərb. kəndi (dağıdılıb) 26. ġərvinlər azərb. kəndi (dağıdılıb) 27. Hacətgah azərb. kəndi (dağıdılıb) 28. Xotənan erm. kəndi (17 ailə) 29. Axıraxana azərb. kəndi (dağıdılıb) 30. Arçezor azərb. kəndi (dağıdılıb) 31. Zorur azərb. kəndi (dağıdılıb) 32. Tacəddinli azərb. kəndi (dağıdılıb) 33. ġeyxlər azərb. kəndi (dağıdılıb) 34. Ġncəvar azərb. kəndi (dağıdılıb) 35. ġəhərcik azərb. kəndi (dağıdılıb) 36. Toğul azərb. kəndi dağıdılıb) Mahalın tarixindən Qədim-qayım Qarabağın mahallarından biri də Əcənan-Türk idi. Əcənan-türk mahalı orta çağda Əcənan nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb. Mahal qədim Əcənan nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Xalac obası idi. Əcənan mahalı 1840-cı ildə ləğv olunub, sahə kimi Şuşa qəzasına bağlandı. 1867-ci ildə Zəngəzur qəzasına verildi. Əcanan mahalının naibləri Ənvər Çingizoğlu, Əcənan mahalı, Bakı: "Soy" dərgisi №3, 2012, səh. 102-110. Həmçinin bax Qarabağ xanlığı Qafan rayonu
https://az.wikipedia.org/w/index.php?curid=676960
Əcanan nahiyəsi
Əcənan mahalı — XIV əsr- əsr-1840 inzibati nahiyə. Qarabağda tarixi-coğrafi bölgə. Ümumi məlumat Mahal qərbdə Küpara mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Xalac obası idi. Mahalın son naibi, kələntər Hacı Ağalar bəy Sarıcalı-Cavanşir idi. 1. Məragid erm. kəndi (12 ailə) 2. Sərhəng erm. kəndi (8 ailə) 3. Pərəvatum azərb. kəndi (dağıdılıb) 4. Kön azərb. kəndi (dağıdılıb) 5. Küdkün azərb. kəndi (dağıdılıb) 6. Bağavirçi azərb. kəndi (dağıdılıb) 7. Umran azərb. kəndi (dağıdılıb) 8. Qarakənd azərb. kəndi (dağıdılıb) 9. Halızor azərb. kəndi (dağıdılıb) 10. Pənc azərb. kəndi (dağıdılıb) 11. Açağu azərb. kəndi (dağıdılıb) 12. Vənk azərb. kəndi (dağıdılıb) 13. Karxana kəndi. Kəndin Turğan məzrəəsi azərb. kəndi (dağıdılıb) 14. Uğurbağı kimi tanınan Uğurdüzü və Hacılar azərb. kəndi (dağıdılıb) 15. Qaramanlı. BaĢqa adı Qazançıdır azərb. kəndi (dağıdılıb) 16. Yuxarı Tüfəng azərb. kəndi (dağıdılıb) 17. NoreĢəng erm. kəndi (7 ailə) 18. Dərtəni erm. kəndi (5 ailə) 19. Çanaqçı azərb. kəndi (dağıdılıb) 20. Qaradiğə. BaĢqa adı Hürünlərdir azərb. kəndi (dağıdılıb) 21. Dovrus azərb. kəndi (dağıdılıb) 22. Oxtarlı azərb. kəndi (dağıdılıb) 23. Çobanbağı azərb. kəndi (dağıdılıb) 24. ġeyxili azərb. kəndi (dağıdılıb) 25. Külül azərb. kəndi (dağıdılıb) 26. ġərvinlər azərb. kəndi (dağıdılıb) 27. Hacətgah azərb. kəndi (dağıdılıb) 28. Xotənan erm. kəndi (17 ailə) 29. Axıraxana azərb. kəndi (dağıdılıb) 30. Arçezor azərb. kəndi (dağıdılıb) 31. Zorur azərb. kəndi (dağıdılıb) 32. Tacəddinli azərb. kəndi (dağıdılıb) 33. ġeyxlər azərb. kəndi (dağıdılıb) 34. Ġncəvar azərb. kəndi (dağıdılıb) 35. ġəhərcik azərb. kəndi (dağıdılıb) 36. Toğul azərb. kəndi dağıdılıb) Mahalın tarixindən Qədim-qayım Qarabağın mahallarından biri də Əcənan-Türk idi. Əcənan-türk mahalı orta çağda Əcənan nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb. Mahal qədim Əcənan nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Xalac obası idi. Əcənan mahalı 1840-cı ildə ləğv olunub, sahə kimi Şuşa qəzasına bağlandı. 1867-ci ildə Zəngəzur qəzasına verildi. Əcanan mahalının naibləri Ənvər Çingizoğlu, Əcənan mahalı, Bakı: "Soy" dərgisi №3, 2012, səh. 102-110. Həmçinin bax Qarabağ xanlığı Qafan rayonu
https://az.wikipedia.org/w/index.php?curid=451341
Əcdəbiyyə
Əcdəbiyyə (ərəb. أجدابيا) — Liviyanın şimal-şərqində şəhər. Benqazidən 150 km cənubda yerləşir. Xəlifə Haftər burda anadan olub.
https://az.wikipedia.org/w/index.php?curid=634722
Əcili
Əcili və ya Acılu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində "Acılu", "Acrlu", "Acrli", "Tunis Acilu" formalarında qeyd edilir. Etimologiyası Toponim "acurlu" (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
https://az.wikipedia.org/w/index.php?curid=813302
Əcirabad (Sərab)
Əcirabad (fars. اجيراباد) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (27 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=685696
Əclafların qanunu (roman)
Əclafların qanunu — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Qısa məzmunu: Dövlət Dumasının deputatı Lazarev Dumanın binasında güllələnir. Qüdrətli cinayətkar avtoritet Moseşvili də öldürülür. Moskva küçələrində Qafqaz və slavyan qruplaşmaları arasında müharibə başlamasına az qalıb. Kriminalist Dronqo qəzəblənən kriminal canavarını əhliləşdirməyə qadir olan adamlardan biridir. Yolunun üstünə çıxmağa çalışan hər kəsin öhdəsindən amansızcasına gələn Dronqo ən gizli mafiyaya yaxınlaşır. Öyrəndiklərindən hətta o da diksinir. Bu kitabda, öz təsiri ilə bütün keçmiş nəhəng dövləti(SSRİ) əhatə edən və indi yeni, transmilli hücumları nümayiş etdirən güclü milli mafiyaların fəaliyyətini göstərməyə və danışmağa cəhd olunub. Çox vacib bir şərtə oxucuların diqqətini çəkmək istərdim. “Milli mafiya” sözü ilə, tullantısı bu quldurlar olan xalq sözünü səhv salmaq olmaz. Pis xalq olmur, bu elementar həqiqəti hələ bir çoxları dərk etməyib. Cinayətkar, milliyyətindən asılı olmayaraq cinayətkar olaraq qalır. Zərurət olarsa, onlar razılığa gələrək birgə fəaliyyət göstərə bilirlər. Bu kitabı oxuyanların hamısının yadında qalsın. İnsana onun əməksevərliyinə, ağlına və şərəfinə görə; xalqa onun tarixinə, mədəniyyətinə və ənənələrinə görə; özünüzəsə primitiv milliyyətçilik səviyyəsinə düşməyərək başqalarına hörmət bacarığına görə hörmət edin. Nəticə etibarilə, insan olmaq o qədər çətindir ki. Həmçinin bax Çingiz Abdullayev
https://az.wikipedia.org/w/index.php?curid=349045
Əcnəbi (film, 2017)
Əcnəbi (ing. The Foreigner) — rejissoru Martin Kampbell və müəllifi David Markoni olan 1992-ci ildə Stefen Lezir tərəfindən yazılan "Çinli" romanı əsasında hazırlanmış, 2017-ci il çəkilmiş hərəkət filmi. Amerika-İngiltərə-Çin ortaq istehsalı olan bu filmdə Ceki Çan, Pierse Brosnan, Maykl MkElhatton, Liu Tao, Çarli Murfi, Orla Bredi və Keti Leun çəkilmişdir. Film qızının ölümü üçün intiqam istəyən İngilis-Çinli bir adamdan bəhs edir. "Əcnəbi" filmi 30 sentyabr 2017-ci ildə Çində, 13 oktyabr 2017-ci ildə ABŞ-da STXfilms tərəfindən və İngiltərədə 2017-ci ildə Netflix-də yayımlandı. Film dünyada 145 milyon dollar qazandı və tənqidçilərdən qarışıq rəylər aldı. Keçmiş Vyetnam Müharibəsi xüsusi əməliyyat qüvvələrinin əsgəri dul qalan Nqoc Min Quan, iş ortağı Lam və yeniyetmə qızı Fan ilə birlikdə Londonda "Happy Peacock Takeout" adlı bir Çin restoranı işlədir. Fan terrorçuların bombalamasında öldürüldüyündə Quan intiqam almaq istəyir. Özünü "Otantik IRA" adlandıran İrlandiyalı bir respublika qrupu məsuliyyəti öz üzərinə götürür. Quan hər gün bombardman edənlərin adlarını soruşaraq Şotlandiya Yard-a baş çəkir, lakin polis rəisi Komandir Bromley tərəfindən dəfələrlə etdiyi ziyarətlərin mənbələri istintaqdan uzaqlaşdırdığını söyləyir. Bromley Quana səbirli olmağı tövsiyə edir və onu İRA-nın arxasınca getməkdən çəkindirir. Düşünmədən Quan məsələni öz əlinə alır və sonrasında Şimali İrlandiya Birinci Nazir müavini və hücumu qınayarkən keçmiş Müvəqqəti İRA lideri statusu barədə açıq danışan Sinn Féin siyasətçisi Liam Hennessi-yə getməsini söyləyir. Quan ev silahları hazırlamaq üçün əşyalar alır və restoranı Lamın nəzarəti altında tərk edərək Belfasta gedir. Quan Hennessi-ni ofisində axtarır, lakin Hennessi onu ərazidən çıxarmadan əvvəl bombalama və ya onu törədənlər barədə heç bir məlumat sahibi olmadığını iddia edir. Quan ona inanmır və əvvəl Hennessi-nin binasında bomba qoyanların adlarını almadığı təqdirdə xəbərdarlıq olaraq saxta partlayıcı qoymadan əvvəl Hennessi-nin binasında evdə hazırlanmış bir bomba işə salır. Hennessi adamlarına Quanı tapıb onu dayandırmasını söyləyir. Karyerasını və nüfuzlu siyasi mövqeyini möhkəmləndirmək ümidi ilə Hennessi əlaqələndirdikləri və IRA silah zibilxanalarında itkin partlayıcı maddələrin axtarıldığını tapan əmrləri ilə günahkarları müəyyənləşdirməyə çalışır, lakin Otantik İRA onu tutur və üstələyir. Quan Hennessi-nin məşuqəsi Maqqi-ni gördüyünü müşahidə edir və bir restoranda öpüşdüklərini çəkir. Hennessi-nin adamları Quanı tapırlar, lakin o, onlarla döyüşür və qaçır. Quan daha sonra döyüşü Hennessi-yə gətirir, təsərrüfat evinin kənarındakı ağaclarda gizlənir və daha çox partlayıcı ilə hücum edir. Henness-nin silahdaşları onu meşədə izləməyə çalışarkən, Quan onları əlil etmək üçün tələlərdən istifadə edir, ancaq çiynindən vurularaq qaçır. Yaralarına baxan Quan, ilk iki qızının Tayland piratları tərəfindən qaçırılaraq öldürüldüyü Vyetnamdan qaçdığını xatırladır. Hennessi ayrıca Quanın keçmişini araşdırır və ABŞ-nin Vyetnamdakı xüsusi qüvvələri tərəfindən işə götürülmüş keçmiş bir partizan döyüşçüsü olduğunu aşkar edir. Quan Hennessi-ni evində pusquya saldıqdan sonra, ikincisi, Morrison-un izləmə bacarığından Quanı dayandırmaq üçün istifadə edilə biləcəyi ümidi ilə keçmiş oğlu İrlandiya Alayının əsgəri qardaşı oğlu Sean Morrison ilə əlaqə qurur. Çətinliklər əsnasında Hennessi-nin köhnə IRA komandirlərindən biri olan Huq MkGraz gəlir və Hennessi-dən silah zibilxanalarında niyə axtarış aparıldığını soruşur. Hennessi Huq-a bombardman zamanı istifadə edilən semtexin zibilliklərindən birindən gəldiyini söyləyir. Mqgraz bir şey bilmədiyini inkar edir və hər şeyin qaydasında olduğunu iddia edir. Mkqraz daha sonra Hennessi-ə hücumların davam edəcəyinə inandığını söyləyir və Hennessi-i eyni düşünməyə inandırmağa çalışır. Hennessi şiddətli günlərinin bitdiyini və gizli şəkildə bombardman etməyi dəstəkləyərkən, yalnız kütləvi itki verməyən maliyyə hədəfləri olması lazım olduğunu ifadə edərək imtina etdi. Hirsli Mkqraz siyasətin onu yumşaq etdiyini və indi IRA səbəbindən çox yalnız karyerasını düşündüyünü iddia edərək Hennessi ilə kədərlənir. Mkqraz daha sonra yola düşür, lakin Hennessi onu bombardman edənlər tutulmayacaqsa, sonra onun arxasınca gedəcəyini söyləyərək onu təhdid etməz. İki qatlı bir avtobusdakı ikinci bombardmandan sonra Hennessi İngilis siyasətçi Katerina Devies ilə danışıqlar aparır və keçmiş İra yoldaşlarından bir neçəsinin əfvi müqabilində terrorçuların tutulacağını vəd edir. Bu vaxt Hennessi bombardmançılara dair məlumat alır və məlumatları Sinə ötürür. Komandir Bromley, Huq Mkqrazın Orijinal IRA-nın lideri olduğunu öyrənir və kəşf barədə Hennessi-yə xəbər verir. Hennessi, Mkqraza əsl adı Sara Makay olan Maqqi ilə birlikdə bombardmançı şəxsiyyətlərini vermək üçün ona işgəncə verir. Hennessi son Otantik IRA hücumlarının əsl sifarişçisinin qardaşının ölümü üçün İngilislərə xor baxan və qatillərini öldürmək əvəzinə həbsxanaya göndərilməsinə icazə verdiyi üçün Hennessi-dən küsən öz həyat yoldaşı Meri olduğunu da tapdı. Xəyanətinə və arvadına və məşuqəsinə qarışdığı üçün qisas olaraq Hennessi ölümcül şəkildə Mkqrazı vurur. O da Sinın onunla münasibət qurarkən Məryəmə məlumat sızdırdığını öyrənir. Sin Quanın meşədə gizləndiyini tapır. Bıçaq davasından sonra Quanın getməsinə icazə vermədən əvvəl terrorçuların adlarını və Londondakı yerini təyin edən Sinı tutur. Sin cütlük evinə qayıtdıqda, Hennessi qardaşı oğluna nəsihət edir, ona tapşırdığı son işi izah edir, bundan sonra Nyu-York şəhərinə getməli və bir daha geri qayıtmayacaq. Polis və MI5 bombardmançıların Londondakı sığınacağına basqın etməyə hazırlaşarkən, Quan əl ustası qılığında mənzilə girir və Maqi-dən başqa hamını öldürür. Quan polisin mənzilə hücum etməsindən dərhal əvvəl yola çıxır və ağır yaralı Maqqini tapır. Maqqinin aldatdığı bir müxbirə məxsus bir noutbuka qoyulmuş və Romadakı beynəlxalq konfransa bir neçə İngilis qonağı gətirilən təyyarədə partladılması lazım olan növbəti bombasının yerini açıqlamaq üçün ona işgəncə verdilər. Yalnız bir neçə saniyə qurtarmaq üçün İngilis polisi noutbuku boş bir jet körpüsünə atdı, burada itki vermədən partladı. Təhdid həll edildikdə, Maqqi hər hansı bir "boş işin" qarşısını almaq üçün edam edildi. Hennessi hədəflənmiş uçuşda olması planlaşdırılan Deviesdən zəng alır. Ona bombardmançılarla əlaqəli olduğunu öyrəndiyini söyləyir, ancaq son hücumun qarşısını almağa kömək edərək, onun nəzarəti altında olsa da birinci nazir müavini vəzifəsini qorumasına icazə veriləcək. Sin Məryəmə baş çəkir və onu edam edir, beləliklə bütün Orijinal IRA hüceyrəsini yox edir. Quan Hennessi ilə Maqqini öpdüyü şəkli ilə qarşılaşır, bu da Hennessi-yə və bombardmandakı roluna ictimai şübhə atmaq üçün kifayətdir. Hennessi-ni silahla internetdə şəkli yayımlamağa məcbur edir, Otantik IRA ilə əlaqəsini açıq şəkildə ortaya qoyur və siyasi karyerasını məhv edir. Quan Londondakı restoranına qayıdır və Lam ilə yenidən bir araya gəlir. Şotlandiya Yard hadisələrdə Quanın rolunu başa düşür və onu nəzarət altına alır; Bromley Quan-a qarşı başqa bir tədbir görməməyə qərar verir və onu "yalnız müşahidə et və hesabat ver" kimi saxlayır.
https://az.wikipedia.org/w/index.php?curid=695428
Əcnəbi filmlərin siyahısı
12 stul (film, 1971) 13-cü döyüşçü (film, 1999) 16 arzu (film, 2010) 1900-ün əfsanəsi (film, 1998) 2012 (film, 2009) 300 spartalı (film, 2007) Ada (film, 2005) Ada (film, 2006) Addams ailəsi (film, 1991) Ağ saray (film, 1990) Alatoran (film, 2008) Alisa artıq burada yaşamır (film, 1974) Alisa möcüzələr ölkəsində (film, 1915) Allahın elçisi Məhəmməd (film, 1976) Amerika piroqu (film, 1999) Amerikansayağı gözəllik (film, 1999) Avara (film, 1951) Avatar (film, 2009) Avqustun 5 günü (film, 2011) Avtomobildən qorun (film, 1966) Babil (film, 2006) Bağışlanmamış (film, 1960) Barri Lindon (film, 1975) Baskervillərin iti (film, 1959) Ben-Hur (film, 1959) Beovulf (film, 2007) Berni (film, 1996) Binqo Bonqo (film, 1982) Bir, iki, üç (film, 1961) Bitlcus (film, 1988) Bleyd (film, 1998) Boleyn qızı (film, 2008) Boşboğaz (film, 1978) Böyük boss (film, 1971) Böyük diktator (film, 1940) Böyük manevrlər (film, 1955) Böyük şəhərin işıqları (film, 1931) Brilyant əl (film, 1968) Bruklin (film, 2015) Bu cütlüyü Tanrı yaradıb (film, 2008) Cangüdən (film, 1961) Cəsur ürək (film, 1990) Cəsur ürək (film, 1995) Cincer və Fred (film, 1986) Cümə, ayın 13-ü. İkinci hissə (film, 1981) Çapıqlı üz (film, 1983) Çətin hədəf (film, 1993) Da Vinçi şifrəsi (film, 2006) Dağ novellası (film, 1979) Davaçı (film, 1986) Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992) Devdas (film, 2002) Diksinmə (film, 2004) Dirijor (film, 1980) Don (film, 2006) Don 2 (film, 2011) Dönüklər (film, 2006) Dünən, bu gün, sabah (film, 1963) Embrion gizli ov edir (film, 1966) Emili Rouzun altı ekzorsizmi (film, 2005) Eşq təsadüfləri sevər (film, 2011) Etiraf (film, 2011) Ev (film, 1986) Əjdahanın çıxışı (film, 1973) Əlvida, Bafana (film, 2007) Ən yüksək ölçü (film, 1991) Əndəlüs köpəyi (film, 1929) Əsgər atası (film, 1964) Əsgər haqqında ballada (film, 1959) Əvəz qatilləri (film, 1998) Filadelfiya əhvalatı (film, 1940) Forrest Qamp (film, 1994) Fransız öpüşü (film, 1995) Gecə uçuşu (film, 2005) Geniş bağlanmış gözlərlə (film, 1999) Gənc qvardiya (film, 1948) Gizli qalada üç əclaf (film, 1958) Götür mənim ruhumu (film, 2010) Günəşli vadinin serenadası (film, 1941) Günortadan sonra məhəbbət (film, 1957) Güzgülər (film, 2008) Harri Potter və Azkaban Məhbusu (film, 2004) Hellovin (film, 1978) Həkim Nou (film, 1962) Həyat üçün təhlükəlidir! (film, 1985) Həyatda hər şey olur (film, 1998) Hörümçək-adam (film, 2002) Xaç atası (film, 1972) Xaç atası 2 (film, 1974) Xaç atası 3 (film, 1990) Xarabalıqdan çıxmış milyonçu "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965) İblisin qəsri (film, 1896) İdman lotosu-82 (film, 1982) İki kapitan (film, 1976) İki nəfər yolda (film, 1967) İki nəfərlik vağzal (film, 1982) İmmiqrant (film, 1917) İnadkarın ram edilməsi (film, 1967) İnadkarın ram edilməsi (film, 1980) İrəli, Hindistan (film, 2007) İşdə məhəbbət macərası (film, 1977) İşgüzar adamlar (film, 1962) İt həyatı (film, 1918) İtirilmiş həftəsonu (film, 1945) İtləri sevməli (film, 2005) İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973) Kabiriyanın gecələri (film, 1957) Kanal (film, 1956) Karnaval gecəsi (film, 1956) Kiborq (film, 1989) Kikboksçu (film, 1989) Kişi və qadın (film, 1966) Kolleksiyaçı (film, 1965) Köpək Barbos və qeyri-adi qaçış (film, 1961) Körpə gəzintidə (film, 1994) Kraliça (film, 2006) Kral Lir (film, 1970) Kriminal qiraət (film, 1994) Küp (film, 1970) Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966) Qapışma (film, 2000) Qan ovçusu (film, 2007) Qara qağayı (film, 1962) Qara qu quşu (film, 2010) Qaraqulaq ağ Bim (film, 1977) Qaz işığı (film, 1944) Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975) Qətl! (film, 1930) Qəzəbin yumruğu (film, 1972) Qırmızı günəş (film, 1971) Qırmızı səhra (film, 1964) Qızıl hərisliyi (film, 1925) Qisasçılar (film, 2012) Qladiator (film, 2000) Qoca və dəniz (film, 1958) Qocalara burada yer yoxdur (film, 2007) Qorxulu gecə (film, 1896) Qoy danışsınlar! (film, 1968) Quşlar (film, 1963) Layihə A (film, 1983) Makkennanın qızılı (film, 1969) Malena (film, 2000) Marni (film, 1964) Bülbülü öldürmək (film, 1962) Məhəbbət yolları ilə (film, 2003) Məhəbbətim mənim, kədərim mənim (film, 1978) Mən əfsanəyəm (film, 2007) Mən Kubayam (film, 1964) Məni sevə-sevə öldür (film, 2002) Mənim gözəl xanımım (film, 1964) Məzəli qız (film, 1968) Məzəli sima (film, 1957) Mif (film, 2005) Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954) Milyonu necə oğurlamalı (film, 1966) Monte-Karlo (film, 2011) Müharibə (film, 2007) Nə geri çəkil, nə də təslim ol (film, 1986) Nildə ölüm (film, 1978) Notrdam qozbeli Om Şanti Om (film, 2007) Opera kabusu (film, 2004) Otello (film, 1955) Ovod (film, 1955) Oyuncaq (film, 1976) Oyunçular kralı (film, 1996) Ölü şairlər cəmiyyəti (film, 1989) Ölüm və qız (film, 1994) Ölümcül xeyir-dua (film, 1981) Öncəgörmə (film, 1993) Parıltı (film, 1980) Paris Notrdam kilsəsi (film, 1956) Payız sonatası (film, 1978) Pekinli cangüdən (film, 1994) Pyörl-Harbor (film, 2001) Peterburqdan anonim adam (film, 1977) Pəltək (film, 2015) Pik saatı (film, 1998) Prestij (film, 2006) Psixo (film, 1960) Raşomon (film, 1950) Rok düşərgəsi (film, 2008) Roma - açıq şəhər (film, 1945) Roma tətilləri (film, 1953) Romeo və Cülyetta (film, 1968) Ruh (film, 1990) Sabrina (film, 1954) Sadə ədədlərin tənhalığı (film, 2010) Sehrli şəhər (film, 2008) Səfər (film, 1964) Səfər (film, 1974) Səkkiz yarım (film, 1963) Sirk (film, 1928) Sizə məktub var (film, 1998) Sonuncu qarış (film, 1958) Sürəyyanın daşqalaq edilməsi (film, 2008) Şarada (film, 1963) Şarlottanın toru (film, 2006) Şeytan daxildədir (film, 2012) Şindlerin siyahısı (film, 1993) Şirin həyat (film, 1960) Şouşenkdən qaçış (film, 1994) Texas qətliamı (film, 1974) Terminator 3: Maşınların üsyanı (film, 2003) Tək (film, 2001) Təpələrin gözləri var (film, 2006) Təpələrin gözləri var 2 (film, 2007) Təzə evlənənlər üçün çətir (film, 1986) Tiffanidə səhər yeməyi (film, 1961) Titanik (film, 1997) Transformerlər (film, 2007) Uğursuzlar (film, 1981) Uşaq (film, 1921) Üzüklərin hökmdarı: Üzük qardaşlığı (film, 2001) Velosiped oğruları (film, 1948) Vərəsə (film, 1949) Vir və Zara: Məhəbbət əhvalatı (film, 2004) Yaquar (film, 1996) Yaramaz (film, 1997) Yaramaz qızlar (film, 2004) Yaşamaq yanğısı (film, 1956) Yaşasın Las-Veqas (film, 1964) Yaşayan ölünün gecəsi (film, 1968) Yeddi samuray (film, 1954) Yeni kinoteatr "Paradiso" (film, 1988) Yol (film, 1954) Yuxulu boşluq (film, 1999) Zəhlətökən (film, 2008)
https://az.wikipedia.org/w/index.php?curid=53625
Əcnəvir dağı
Əcnəvir dağı - Ordubad rayonu ərazisində dağ (hünd.2878,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Soyuqdağ yüksəkliyindən (3147,5 m) cənub-qərbə ayrılan Kotam qolunun suayırıcısında zirvə. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid hibridləşmiş qranodioritlərindən təşkil olunmuş sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadına aiddir. Həmçinin bax: Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad)
https://az.wikipedia.org/w/index.php?curid=498604
Əcnəvirdərəçay
Əcnəvirdərəçay — Ordubad rayonu ərazisində çay. Gənzəçayının qolu. Uzunluğu 5 km-dir. Hövzəsinin sahəsi 7 kv. km-dir. Əsasən yeraltı sular və qar suları ilə qidalanır.
https://az.wikipedia.org/w/index.php?curid=502125
Əcrədilər
Əcrədilər — Nəcdatilərdən ayrılan mötədil xaricilər məzhəblərindən biri. Qurucusu Əbdülkərim ibn Əcrad olmuşdur. Təriqətin banisi Əbdülkərim ibn Əcrad Nəcdatilərə qarşı çıxış edənlər arasında olmuşdur. O, Atiye ibn əl-Əsvədə qoşulub Sistana getmişdir. Bəzi mənbələrə görə, Əbdülkərim ibn Əcrad Əbu Beyhəsin tərəfdarı idi, lakin sonra ondan uzaqlaşmış və öz təlimini inkişaf etdirmişdir. Əzraqilərdən fərqli olaraq, Əcradilər onların mübarizəsinə qoşulmayanların mömin ola biləcəyinə inanırdılar. Əhali onların inanclarını qəbul etməyən bölgələrdən köçməyi özləri üçün arzuolunan (lakin məcburi deyil) hesab edirdilər. Əcradilər yalnız onlarla vuruşan rəsmi ordunun əsgərlərinin öldürülməsinə icazə verir və dinc əhalinin öldürülməsini qadağan etdirdilər. Bundan əlavə, Əcrədilər belə inanırdılar ki: Uşaq həddi-büluğa çatana və İslamı qəbul etməyə çağırılana qədər ondan əl çəkmək lazımdır; Müharibə zamanı müşriklərin övladları öldürülsə, ataları ilə birlikdə cəhənnəmdə olarlar; Mal sahibi öldürülənə qədər caiz sayılmır; Dindarlığını bilsən evdə oturanları danlaya bilməzsən; Böyük günah etmiş kafir olar. Əcrədilər təriqətləri Əcrədilər hər hansı məsələdə xüsusi rəyə malik olan kiçik təriqətlərə ayrılmışdılar. Saltilər - yetkinlik yaşına çatana və İslamı qəbul edənə qədər uşaqlardan imtina edirdilər. Meymunilər nəvələrlə evlənməyə icazə verir və Quranda Yusif surəsinin olmasını inkar edirdilər. Həmzilər Meymunilərlə yekdil idilər, lakin onlar düşmənlərinin və müşriklərinin övladlarının cəhənnəmə düşəcəyinə inanırdılar. Xələfilər iradə azadlığını tanımırdılar. Atrafilər - spekulyativ vəzifələri tanıyırdılar. Şuaybilər iradə azadlığını tanıyırdılar. Hazimilər inanırdılar ki, Allah insanlara yalnız onların öldüyü iman əsasında himayədarlıq edir və ya onlardan imtina edir.
https://az.wikipedia.org/w/index.php?curid=835319
Əcrək
Sind topisi -— Sind milli baş geyimi. Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı. Əllə toxunma Sind papağı çox gərgin zəhmət hesabına başa gəlir. Xüsusilə də hər dekabr ayının ilk Bazar günü bu bayram qeyd edilir. Pakistanda Sind mədəniyyətinin ruhunu tərənnüm etmək üçün istifadə edilən rəmzi bir hadisədir. Sind baş geyimi sind topisi Tharparkar, Umerkot, Sanghar, Kandhkot, Larkana, Navabşah ve Sindin bəzi başqa məntəqələrində istehsal edilir. Həmçinin bax Sind mədəniyyəti günü
https://az.wikipedia.org/w/index.php?curid=679520
Əcyad qalası
Əcyad qalası və ya Ecyad qalası — 1781-ci ildə Məkkə şəhərində Osmanlı imperiyası tərəfindən tikilən, 2002-ci ildə isə Səudiyyə Ərəbistanı hökuməti tərəfindən sökülən tarixi qala. Əcyad qalası Osmanlı dövləti tərəfindən Kəbənin bədəvilərindən qorunmaq üçün Məkkə şəhərində tikilmişdi. Birinci dünya müharibəsində isə qala türk qarnizonu kimi istifadə olunmuşdur. Kəbəyə yaxın yerdə tikilən qala Səudiyyə Ərəbistanı hökuməti tərəfindən otellər tikilmək üçün 2002-ci ildə sökülmüşdür. "Əbrac-əl Beyt" ("Evin bürcləri") adı verilən göydələn otellər Fransız ACCOR qrupu tərəfindən idarə olunur Qalanın sökülməsi ilə Məkkədəki 500 illik türk hakimiyyətindən yalnız Sultan Əbdüləziz və II Əbdülhəmid tərəfindan Kəbə ətrafında tikilən revaklardan başqa heç bir iz qalmadı. Hadisə Türkiyədə narazılıqlara səbəb olsa da bu qalanın sökülməsinə mane olmadı.
https://az.wikipedia.org/w/index.php?curid=379794
Əczacıbaşı QVK
"Əczacıbaşı" Dynavit (Dynavit sponsorun adı) — 1966-cı ildə qurulan qadın voleybol komandasıdır. "Əczacıbaşı İdman Klubu"nun bir parçasıdır. Lakin idman klubunun hələ ki, başqa idman növündə komandası yoxdur. Komanda ev oyunlarını əczacıbaşı idman salonunda oynayır. Komanda 1968-ci ildən etibarən İstanbul voleybol liqasında mübarizə aparır.1970-ci ildə liqanın qalibi olur. 1972-ci ildə ölkə çempionatında çempionluq yaşayan komanda on yeddi il bu titulu itirməmişdir. Bu isə Türkiyədə hələ də qırıla bilməyən rekorddur. Neçə illər də qırılması gözlənilmir. 1999-cu ildə qazanılan Top komandalar kuboku Türkiyə voleybolunun CEV turnirlərində qazandığı ilk belə uğur idi. Komanda həmçinin CEV Çempionlar Liqasında da müvafiq olaraq ikincilik, üçüncülük və dördüncülük qazanmışdır. 2023-24 mövsümü üçün Teknik heyət Xarici keçidlər Rəsmi Sayt (türk.) "CEV" saytında "Eczacıbaşı" (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=367137
Əczacıbaşı VK
"Əczacıbaşı" Dynavit (Dynavit sponsorun adı) — 1966-cı ildə qurulan qadın voleybol komandasıdır. "Əczacıbaşı İdman Klubu"nun bir parçasıdır. Lakin idman klubunun hələ ki, başqa idman növündə komandası yoxdur. Komanda ev oyunlarını əczacıbaşı idman salonunda oynayır. Komanda 1968-ci ildən etibarən İstanbul voleybol liqasında mübarizə aparır.1970-ci ildə liqanın qalibi olur. 1972-ci ildə ölkə çempionatında çempionluq yaşayan komanda on yeddi il bu titulu itirməmişdir. Bu isə Türkiyədə hələ də qırıla bilməyən rekorddur. Neçə illər də qırılması gözlənilmir. 1999-cu ildə qazanılan Top komandalar kuboku Türkiyə voleybolunun CEV turnirlərində qazandığı ilk belə uğur idi. Komanda həmçinin CEV Çempionlar Liqasında da müvafiq olaraq ikincilik, üçüncülük və dördüncülük qazanmışdır. 2023-24 mövsümü üçün Teknik heyət Xarici keçidlər Rəsmi Sayt (türk.) "CEV" saytında "Eczacıbaşı" (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=362470
Əczaxana
Aptek (Yunanca: apotheke(anbar) ) - reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. Etimologiya XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəvaxana (دواخانا) adlandırılmışdır. Həmçinin bax Farmakologiya Vikianbarda Aptek ilə əlaqəli mediafayllar var.
https://az.wikipedia.org/w/index.php?curid=378919
Əczaçı
Əczaçılıq fakültələrində 5 illik lisenziya təhsilini müvəffəqiyyətlə tamamlayan, dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə səriştəli insanlara əczaçı deyilir. Əczaçılıq Farmakognoziyası fakültələri (bitki-heyvan əczaçılıq xammalına aiddir), Farmakologiya (dərmanların bədənə təsirini araşdırır), Əczaçılıq toksikologiyası (dərmanlar da daxil olmaqla bütün xenobiotiklərin bədənə təsirini araşdırır), Əczaçılıq texnologiyası (dərmanların istehsal üsullarına aiddir), Əczaçılıq kimya (dərman xammalının sintezi, analiz və dərman təsiri mexanizminin kimyəvi müayinəsinə əlavə olaraq dərman xammalının quruluşu və effektivliyi arasındakı əlaqə ilə bağlıdır) və digər peşə elmləri üzrə təhsil verir. Bu peşə sahibləri əczaçılıq (aptek) edə bilərlər; Əczaçılıq sənayesində Ar-Ge, istehsal, keyfiyyətə nəzarət, lisenziyalaşdırma, marketinq kimi bölmələr işləyə bilər, xəstəxana apteklərinə cavabdeh müdirlik edə bilər, eyni zamanda ictimai qurumlar və ya əczaçılıq anbarlarında peşəsini icra edə bilərlər. İşin təbiəti Sintetik, yarı sintetik və ya bioloji mənşəli əczaçılıq xammalı əldə etmək, fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini araşdırmaq, qiymətləndirmək, yüksək keyfiyyətli dərman istehsal etmək və dərmanların saxlanması və istifadəsi kimi mövzularda təlim və tədqiqatlar aparır. Həkimlərin təyin etdiyi dərmanları sifarişçiyə satır, lazımi dərmanlar hazırlayır və dərmanların laboratoriyada inkişafı və təhlili ilə bağlı araşdırmalar aparır. Xəstəyə resept dərmanlarının istifadəsi barədə məlumat verir. Onun formulalarına uyğun olaraq hazırlanması lazım olan dərmanların hazırlayır və ya hazırlanmasına nəzarət edir. Tibbi və ya digər məqsədlər üçün istifadə edilən toksinlər və zəhərli maddələr hazırlayır və qaydalara uyğun olaraq paylayır, pozulmalara qarşı tədbir görür. Xüsusi zəhərli maddələr olan reseptlərin qeydlərini aparır və baytarlıq dərmanları kimi vasitələrdən istifadə etməyi məsləhət görür. Laboratoriyada tədqiqat işləri aparır. Karyera imkanları Akademik karyera sahibi ola bilərlər. Bir magistr dərəcəsi alsalar, bir mütəxəssis əczaçı olurlar. Onlar müxtəlif dövlət və özəl iş yerlərində rəhbər vəzifələrə irəli çəkilə bilər. Onlar öz müəssisələrini (aptek, əczaçılıq anbarı, əczaçılıq fabriki) aça bilərlər. Səhiyyə Nazirliyinin tabeliyindəki bölmələrdə, müxtəlif laboratoriyalarda (xəstəxana və ya özəl), dərman sənayesində (fabrik və ya anbar) keyfiyyətə nəzarət bölmələrində, öz apteklərində və ya xəstəxanalarında tədqiqatçı və ya dərman təbliğatçısı olaraq çalışırlar. Tələb olunan şəxsiyyət xüsusiyyətləri Əczaçı olmaq istəyənlər kimya və biologiya ilə maraqlanan, dərman və kimyəvi maddələrə qarşı allergik olmayan mütəmadi, nizamlı, ehtiyatlı, yüksək məsuliyyət sahibi insanlar olmalıdır. Bir aptek açmaq istəyən bir əczaçı iqtisadiyyatla, ticarətlə maraqlanmalı, çox diqqətli və məsuliyyətli olmalıdır. Ticarət nöqtəsində bir aptek açmaq, əczaçılıq şirkətlərinin və dərman anbarlarının siyasəti nəticəsində çətinləşməyə başlamışdır.
https://az.wikipedia.org/w/index.php?curid=598498
Əczaçıbaşı QVK
"Əczacıbaşı" Dynavit (Dynavit sponsorun adı) — 1966-cı ildə qurulan qadın voleybol komandasıdır. "Əczacıbaşı İdman Klubu"nun bir parçasıdır. Lakin idman klubunun hələ ki, başqa idman növündə komandası yoxdur. Komanda ev oyunlarını əczacıbaşı idman salonunda oynayır. Komanda 1968-ci ildən etibarən İstanbul voleybol liqasında mübarizə aparır.1970-ci ildə liqanın qalibi olur. 1972-ci ildə ölkə çempionatında çempionluq yaşayan komanda on yeddi il bu titulu itirməmişdir. Bu isə Türkiyədə hələ də qırıla bilməyən rekorddur. Neçə illər də qırılması gözlənilmir. 1999-cu ildə qazanılan Top komandalar kuboku Türkiyə voleybolunun CEV turnirlərində qazandığı ilk belə uğur idi. Komanda həmçinin CEV Çempionlar Liqasında da müvafiq olaraq ikincilik, üçüncülük və dördüncülük qazanmışdır. 2023-24 mövsümü üçün Teknik heyət Xarici keçidlər Rəsmi Sayt (türk.) "CEV" saytında "Eczacıbaşı" (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=353633
Əczaçılıq
Əczaçılıq (Farmasevtika) — farmasiyanın birbaşa dərmanların sənaye-texnoloji prosessləriylə bağlı olan bölümü. Dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə yetkinlik sahibi olan insanlara əczaçı (əcza: dərman, əczaçı: dərman ilə məşğul olan) deyilir.Sintetik və bioloji mənşəli dərman xammallarının əldə edilməsi, fiziki, kimyəvi, və bioloji xüsusiyyətlərinin araşdırılması, qiymətləndirilməsi, keyfiyyətli dərmanlayarın saxlanması, istifadə edilməsi kimi mövzularda təhsil və araşdırma edirlər. Əczaçılıq fəaliyyəti Əczaçılıq fəaliyyəti - dərman vasitələrinin elmi axtarışı, hazırlanması, sınaqdan çıxarılması, istehsalı, keyfiyyətinə nəzarət, əldə edilməsi, saxlanması, yayılması və satışı, dərman xammalının toplanması və tədarükü ilə bağlı fəaliyyət növüdür. Dərman vasitələri — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır. Farmakoloji vasitələr — klinik tədqiqatın obyekti olan, farmakoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır; "aptek təşkilatları" — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləridir. Dərman vasitələri ilə davranış – yeni dərman vasitələrinin və onların substansiyalarının elmi axtarışı və hazırlanması, dərman vasitələrinin hazır şəklə salınması, emalı, qablaşdırılması və ya onların alınmasına yönəlmiş digər fəaliyyət, eləcə də dərman vasitələrinin satışı, paylanması və dövriyyəyə daxil edilməsinin digər üsulları, əldə edilməsi, tətbiqi, saxlanması, bölüşdürülməsi, daşınması, buraxılması və yararsız hala düşdükdə məhv edil-məsidir."Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestri" (bundan sonra "Reyestr") – müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehsalına və tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısıdır . Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=91813
Əcəbşir
Əcəbşir (farsca: عجب‌شیر) — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Əcəbşir şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 26,235 nəfər və 6,767ailədən ibarət idi.Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar. Tanınmış şəxsiyyətlər Səfər xan Qəhrəmani Sadıq Nəcəfi Yusif Nəcəfi
https://az.wikipedia.org/w/index.php?curid=278738
Əcəbşir Şəhristanı
Əcəbşir şəhristanı (fars. شهرستان عجب شیر) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Əcəbşir şəhristanının şəhərləri Əcəbşir şəhristanının bəxşləri Mərkəzi bəxşi İnzibati mərkəzi: Əcəbşir; digər şəhəri: Xızırlı DEHİSTANLARI: Dizacrud-i Qərbi dehistanı KƏNDLƏRİ: Mərkəz-i Amuziş Se Şəhid Sərləşgər Şəban Bərxudari Əcəbşir [Əcəbşir (şəhəri) Şəhid Sərləşgər Şəban Bərxudari (adına) üç (saylı səfərbər) təlim mərkəzi] (Shahid Sarlashgar Sha'ban Barkhordari 03 Ajabshir Recruit Training Centre) {qısaca: Padegan-i Se-i Əcəbşir [Əcəbşir (şəhəri) üç (saylı hərbi) qarnizonu] (Ajab Shir 03 Garrison)}, Ağcaoba, Bulalı, Çobankarə, Danalı, Gültəpə, Gövravan, Heravan, Xaniyan, Mehrabad, Nəbrin, Qubadlı, Rəhmanlı, Şişavan Xızırlı dehistanı KƏNDLƏRİ: Nanisa, Püsyan, Raziyan, Şiraz Qalaçay bəxşi Şəhərləri yoxdur DEHİSTANLARI: Dizacrud-i Şərqi dehistanı KƏNDLƏRİ: Ağacəri, Əlincək, Bukat, Çinar, Dizac-i Həsənbəy, Günbəd (Gümbəz), Huri, Cavanqala, Mahmudabad, Mehmandar, Sövməə, Tacaraq, Təpikdərə, Vəlincik, Zəviyə Kuhistan dehistanı KƏNDLƏRİ: Almalı, Barazlı, Çaharbarud, Çahartağ, Hərgəlan, Qozluca, Yayçı, Yengicə Xarici keçidlər Şərqi Azərbaycan ostanının rəsmi saytı Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=94921
Əcəbşir şəhristanı
Əcəbşir şəhristanı (fars. شهرستان عجب شیر) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Əcəbşir şəhristanının şəhərləri Əcəbşir şəhristanının bəxşləri Mərkəzi bəxşi İnzibati mərkəzi: Əcəbşir; digər şəhəri: Xızırlı DEHİSTANLARI: Dizacrud-i Qərbi dehistanı KƏNDLƏRİ: Mərkəz-i Amuziş Se Şəhid Sərləşgər Şəban Bərxudari Əcəbşir [Əcəbşir (şəhəri) Şəhid Sərləşgər Şəban Bərxudari (adına) üç (saylı səfərbər) təlim mərkəzi] (Shahid Sarlashgar Sha'ban Barkhordari 03 Ajabshir Recruit Training Centre) {qısaca: Padegan-i Se-i Əcəbşir [Əcəbşir (şəhəri) üç (saylı hərbi) qarnizonu] (Ajab Shir 03 Garrison)}, Ağcaoba, Bulalı, Çobankarə, Danalı, Gültəpə, Gövravan, Heravan, Xaniyan, Mehrabad, Nəbrin, Qubadlı, Rəhmanlı, Şişavan Xızırlı dehistanı KƏNDLƏRİ: Nanisa, Püsyan, Raziyan, Şiraz Qalaçay bəxşi Şəhərləri yoxdur DEHİSTANLARI: Dizacrud-i Şərqi dehistanı KƏNDLƏRİ: Ağacəri, Əlincək, Bukat, Çinar, Dizac-i Həsənbəy, Günbəd (Gümbəz), Huri, Cavanqala, Mahmudabad, Mehmandar, Sövməə, Tacaraq, Təpikdərə, Vəlincik, Zəviyə Kuhistan dehistanı KƏNDLƏRİ: Almalı, Barazlı, Çaharbarud, Çahartağ, Hərgəlan, Qozluca, Yayçı, Yengicə Xarici keçidlər Şərqi Azərbaycan ostanının rəsmi saytı Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=78597
Əcəl zəngi
Əcəl zəngi — 1940-cı ildə yazıçı Ernest Heminquey tərəfindən yazılmış müharibə romanıdır. Əsər əsasında eyni adlı film də çəkilmişdir. O, zamanı respublikaçı partizan dəstəsinə qoşulmuş gənc amerikalı könüllü, sosialist Robert Cordanın hekayəsindən danışılır. Dinamitçi olaraq Seqoviya şəhərinə hücum zamanı körpünü partlatmaq tapşırılıb. Süjet İspaniyada Vətəndaş Müharibəsi zamanı baş verir və respublikaçılar tərəfində partlayıcı maddələr üzrə mütəxəssis, dinamitçi kimi döyüşən Montanadan olan ispan müəllimi Robert Jordanın hekayəsi ətrafında cərəyan edir . General Qolz ona Seqoviya Hücumunda üsyançı tərəfin əks hücumundan qaçmaq üçün vacib olan körpünün dağıdılmasını tapşırır . Robert, düşmən xəttinin arxasında yerləşən bölgəyə qoca Anselmonun rəhbərliyi ilə gəlir. Orada körpünü partlatmaqda ona kömək etməli olan dəstənin başçısı Pablonun sərxoş olduğunu görür. Lakin o, dərhal aşiq olduğu gənc qız Mariya və Pablonun arvadı Pilar ilə də tanış olur. Pilar kobud və çirkin qadındır, lakin cəsur və böyük iradəlidir, eyni zamanda qaraçı qanına malikdir; yüksək respublika sədaqətinə malikdir və həm körpü missiyasında, həm də şəxsən Mariya ilə Robertin bir yerdə olmasəna çox kömək edir. Maria əslində Arbeka ( Lleida ) əsilli və yazıçının tibb qardaşı işlədiyi xəstəxanada tanış olduğu Maria Sansdan ilhamlanan personajdır. Hücumun razılaşdırılmış vaxtından əvvəlki günlərdə "İnglés" sevgini və həyatın əhəmiyyətini kəşf edir. Amma Cordan da anlayır ki, o, mütləq öləcək və istədiyi kimi Mariya ilə Madridə gedə bilməyəcək . Robert Jordan — amerikalı dinamitçi, ispan dili müəllimiAnselmo — qoca bələdçi , ovçu , Pablonun dəstəsinin üzvüPablo — partizan dəstəsinin lideriRafael — qaraçı , Pablonun komandasının üzvüMariya — Robertin sevgilisi, Pablonun dəstəsi ilə yaşayan qızPilar — Pablonun arvadı, qaraçı , falçıFernando — Pablonun komandasının zərif, orta yaşlı üzvüdürEladio — Pablonun komandasının üzvü, Andresin qardaşıAndres — Pablonun komandasının üzvü, Eladionun qardaşıAqustin — Pablonun komandasının üzvüEl Sordo (Kar) — qonşu partizan dəstəsininPrimitivo — Pablonun komandasının üzvüXoakin — gənc oğlan, El Sordo komandasının üzvüKarkov — sovet agenti və jurnalisti "Əcəl zəngi" 1943-cü ildə tərəfindən eyniadlı kitab əsasında çəkilmiş filmdir. Baş rollarda Qari Kuper , İnqrid Berqman oynayır
https://az.wikipedia.org/w/index.php?curid=804566
Əcəlin təntənəsi
Əcəlin təntənəsi (nid. De triomf van de dood) — 1562-ci ildə Böyük Piter Breygel tərəfindən yağlı boya ilə çəkilmiş panel-rəsmi. 1827-ci ildən bəri əsər, Madridin Prado muzeyində saxlanılır. Rəsmin panoraması bizə qaranlıq, viran edilmiş mənzərənin fonunda ətrafa dağıntı saçan skelet ordusunu sərgiləyir. Uzaq məsafədə alovlar yanır, dəniz isə gəmi qalıqları ilə örtülmüşdür. Təpələrin üzərinə səpələnmiş bir neçə ağacın yarpaqları, başqa sözlə bitki örtüyü yoxdur ; balığın gölməçədə boğulmuş cəsədi sahilin kənarında çürüyür. İncəsənət tarixçisi Ceyms Snayderin vurğuladığı kimi “Göz önünə gətirilə biləcək gədər, hər hansı bir həyattan mərhum, yanmış, sonsuz yer.” Bu vəziyyətdə çoxlu sayda skelet qorxudan qaçıb canlarını xilas etməyə çalışan ya da nəticəsiz şəkildə əks mübarizəyə cəhd etmək istəyən canlıların üzərinə irərləyirlər. Ön planda skeletlər kəllə ilə dolu araba daşıyırlar ; yuxarı sol küncdə, digərləri zınqırovla dünyanın “Cənazə zəngini” çalırlar. İnsanlar xaçlarla bəzədilmiş, məzara bənzər tələyə salınıblar, atın belindəki skelet isə insanları oraqla qətl edir. Əsər sosyal mənşəyi müxtəlif olan adamları təsvir edir – kəndlilər və əsgərlərdən tutmuş, zadəganlara kimi, eləcə də kral və kardinal da - ayrı-seçkilik salınmadan əcəl tərəfindən ölümə götürülürlər.Skelet Hurdy Gurdy çalaraq insan xoşbəxtliyini təqlid etdiyi sırada, onun arabasının təkərləri, altındakı adamı bir heçmiş kimi əzir. Ölüm arabasının yolunda uzanmış qadının bir əlində nazik ip, obirində isə bu ipi kəsəcək olan qayçı var (Breygelin Atropos təfsiri). Yaxınlıqda olan, ölüm arabasının yolundakı başqa qadın bir əlində insan həyatının davamsızlığının rəmzi olan iğ və örəkə saxlayıb (Breygelin Kloto və Laxesis təfsiri), digər əlində saxladığı körpənin cəsədini isə aclıq çəkən it azacıq dişləyir. Düz onun yanında istehza məqsədi ilə qırmızı papaq taxmış skelet, Cardinalı taleyi ilə üzləşməsi üçün yönləndirdiyi sırada, ölüm ayağında olan Kralın qızıl və qümüş sikkəli çəlləkləri başqa bir skelet tərəfindən talan edilir, xəsis və axmaq Kralın son düşüncələri isə, ona tövbə etməyə imkan verməyən lazımsız və faydasız sərvətindən imtina etmək haqqındadı. Mərkəzdə, pul kisəsindən ötrü, yatmış zəvvarın boğazı, quldur skelet tərəfindən kəsilib ; bundan yuxarıda skeletlər insanları balıq toruna salaraq tuturlar. Aşağı sağ küncdə, yarımçıq qalan naharın iştirakçıları, nəticəsiz müqavimət göstərirlər. Onlar dolama-çarşaflara bürünmüş skeletlərlə döyüşmək üçün qılıncıarını çəkiblər; daha az ümidi olan təlxək nahar stolunun altına sığınıb. Nərd və oyun kartları yerə dağılıb, üzünü (güman ki ölünün üzündən) incə maska ilə gizlətmiş skelet şərab tulumlarını boşaldır. Bir az üstdə qadın faydasızca, onu nahardan sonrakı intim əlaqaləri təqlid edən eybəcər şəkildə qucaqlamış skeletlə mübarizə aparır. Yarımçıq qalan yeməyin menyusundan bütün görə bildiyimiz, onun bir neçə boyatlamış yumru çörək və təmizlənmiş insan kəlləsindən olan məzədən ibarət olduğunu görürük. Döyüş baş verdiyi zaman başlıqlı mantiyada olan skelet, istehza üçün stolun üstünə insan sümüklərindən ibarət başqa bir yemək gətirib qadına fani olduğunu dərk etdirib dəhşətə gətirir.Aşağı sağ küncdə insanlığın yeganə qığılcımı, onun xanımı oxuduğu müddətdə lut çalan trubadurur simasında təmsil olunub ; ikisidə, arxalarında skeletin əzazilcəsinə cütlüyün qaçılmaz olan sonluğundan xəbəri olduğunu faktı unudurlar. Rəsmin mərkəz hissəsində xaç yerləşir. Əsər XVI əsrin ortalarındakı həyatın gündəlik aspektlərini nümayiş etdirir. Bu dövrün rəssamlarının, bir neçə nəsil əvvəl, arabalarla ölülər daşıtdıracaq, Avropanın əhalisini yarıya gədər azaldan “Qara ölüm” haqqında öz acılı xatirələri olacaqdır. Kart və nərd oynamaq əyləncələri kimi, geyimlər də dəqiq təsvir olunub. Rəsm musiqi alətləri, erkən mexaniki saat, o cümlədən cənazə xidmətinin səhnələrini və müxtəlif edam metodlarını (təkərə bağlanaraq öldürülmə, dar ağacından asılma, odda yandırılma, yenicə şərab qəbul edib və dinə gələn qurbanın başını kəsəcək olan cəlladı) nümayiş edir. Bir səhnədə insan ovçu-skeletin və onun itlərinin qurbanıdı. Digər səhnədə isə Matfey 18.6 və Luka 17.2-də göstərildiyi kimi boğazından təməl daşı asılmış insan skeletlər tərəfindən dərəyə atılmaq üzrədir. Breygel panelin içərisində iki fərqli vizual ənənəni qarışdırır. Rəssamın ilhamlandığı mənbələr ona doğma olan “Ölüm rəqsi” əsərindəki, şimal ksiloqrafiyası, Palaçço Abatellisdə yerləşən (İtaliya) “Əcəlin təntənəsi”si əsərinin nəzəriyyəsi, Palermoda Palaçço Abatellis və Pizada Kampo-Santo məzarlığında görə biləcəyi freskalar olmuşdur. Friedländer, M.J., Early Netherlandish Painting. Volume XIV: Pieter Bruegel, (Engl. transl.) Leyden (1976). Gibson, W.S. Bruegel. London. 1977. Grossman, F. Pieter Bruegel: Complete Edition of the Paintings (3rd). London. 1973. Stechow, W. Pieter Bruegel. New York. 1969. Xarici keçidlər www.Pieter-Bruegel-The-Elder.org 99 works by Pieter Bruegel the Elder Creativity Brueghel laid the foundation of the Netherlands School
https://az.wikipedia.org/w/index.php?curid=569235
Əcəm (qrup)
Əcəm — İngiltərə fəaliyyət göstərən İran musiqi qrupu. Musiqi qrupu əsasən Azərbaycan, fars, bəluc və digər İran xalqlarının musiqisini ifa edir. Qrupun üzvüləri Parham Əcəmi, zərb musiqi alətləri Əmin Əcəmi, Ud, söz yazarı, vocalçı Şöhrə Xatun, keyboards Nəriman, bas gitara Zərdüşd Zəfəri, ney Araş Fəyyazi, vocalçı, skripkaçı, bağlama Sara Fotros, qaval Diskoqrafiya 2010 Raghse Mardoone 2016 Rag O Risheh Xarici keçidlər Rəsmi saytı An Interview with Ajam Band
https://az.wikipedia.org/w/index.php?curid=459432
Əcəm Ocağı
Əcəm Ocağı – digər bir adı Gənc Oğlanlar Ocağı Osmanlı İmperiyasında ordu üçün əsgərləri və başqa piyada qismi olmaq üzrə qapıqulu ordusunun ehtiyac duyduğu əsgərləri öyrətmək üçün qurulmuş olan ocaqdır. Osmanlı dövlətinin öz təbəsi olan xalqların qeyri müsəlman olanların və xüsusən Balkanlardan 8–18 yaş arasında uşaq və gənclərin yığılması ilə tətbiq olunan dəyişdirmə sistemi ilə mənbəni təmin edən Əcəm Ocağında əksəriyyəti əsgər bəzən də saray üçün işçilər yetişdirilirdi. Osmanlı Dövlətinin sərhədləri içərisində olan ailələrin birdən artıq uşağı olsa uşaqlardan biri alınıb Əcəm ocağına göndərilirdi. Əgər o uşaq Xristian ailələrdən olmuş olurdusa əvvəl (bəzən Bəktaşi) bir türk ailəsinə verilirdi. Beləliklə türkcə öyrənmələri və Türk-İslam ənənələrinə görə tərbiyə edilmələri təmin olunur, ondan sonra Əcəm Ocağına göndərirdilər. Sonra Əcəm Ocağında müəyyən bir müddət ərzində uşaqların zəkaları və istedadları kəşf edilirdi. İstedadlılar Yeniçəri ocağına, zəkası üstün gələn uşaqlar isə təhsillərinə davam etmək üçün saray məktəbinə gedirdilər. Qayda-qanununa görə müharibələrdə alınan əsirlərin beşdə birinin dövlət hesabına yetişdirilməsi üçün Əcəm Ocağına verilənlərə Əcəm oğlanı deyirdilər. Burada aldıqları təhsillərinin sonunda uğurlarına görə ya Endurun və digər saraylara gedirlər, ya da başda Yeniçəri Ocağı olmaqla Qapıqulu ocaqlarına aparılırdılar və Əcəm ocağındakı şəxslərin osmanlı xalqından olması qadağan idi. Bu əsgərlər yığım sistemi ilə yaranır və bu uşaqlardan ağıllı və zəkalı olanlar masa başı işləri görər, komandanlıq edirdilər. Zəkalı və ağıllı olmayanlar isə Yeniçəri ocağına göndərilirdi. I Murad dövründə Çandarlı Qara Xəlil Paşa və Molla Rüstəmin işi ilə ilk dəfə Geliboluda qurulan Əcəmioğlanlar Ocağı, səkkiz ortadan yaranır və əvvəllərində yayabaşılardan biri idi. İstanbulun fəthindən sonra ikinci Əcəmioğlanlar Ocağı, İstanbulun Şəhzadəbaşında açılıb və bu ocaq, 1826-cı ildə Yeniçəri ocaqlarının dağıdılmasına qədər davam etmişdir. Acemi ocağı nedir? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=389306
Əcəm məscidi
Tatarların məskunlaşdığı tarixi bölgə olan köhnə Tatar məhəlləsinin cənub hissəsində yerləşir və bölgədəki təxminən on məsciddən biridir. 1887–1890-cı illərdə milli-qəhrəmanlıq cərəyanın eklektizmi şəklində 1804-cü ildən bəri mövcud olan köhnə taxta məscidin yerində inşa edilmişdir. Tikintisi tacir M. M. Əzimovun maddi köməkliyi hesabına aparılmışdır. Dövrünün ənənəsinə görə, məscidin qarşısında inqilabdan əvvəl böyük şöhrət qazanmış "Əcəm Mədrəsəsi" də fəaliyyət göstərirdi. Mədrəsə binası hələ də məscidə bitişikdir. Məscidin imam və müəllimlərinin, ata oğlu Qəbdelvali və Hisametdin Qabdelqaffarovun adları ilə əlaqədar olaraq, ikinci növ "Qaffariya mədrəsəsi" kimi də tanınırdı. 1900-cü ildə mədrəsədə 2 zadəgan, 4 tacir, 10 meşan, 18 ruhani və 50 kəndli uşağı olmaqla 84 nəfər təhsil alırdı. 1905-ci ildə şagirdlərin sayı 130-a çatdı, onlardan altmışı Kazan sakinləri, qalanları isə xaricilər idi. Mədrəsə 1918-ci ildə bağlanmışdır. Əbdülqarir bin Murtaza Əzimov mədrəsənin imamı olmuşdur.Əcəm məscidi — girişində: 51 metr hündürlüyü olan, minarəli bir mərtəbəli, iki salonlu məscid-cami yazısı olan məsciddir. Dekorasiysında müsəlman şərqinin memarlıq motivlərindən istifadə olunub. 1930–1992-ci illərdə Sovet hökumətinin dinə qarşı siyasəti səbəbindən təyinatı üzrə istifadə edilməyib. Məscid 1930-cu illərin sonlarında Tatarıstan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə bağlandı. Burada SSRİ dövründə uzun müddətdir davam edən "mədəniyyət işçiləri hazırlığı kursları" var idi. Əcəm məscidi sənaye sahəsinin mərkəzində yerləşirdi. Məsciddə fəhlələr üçün yaşayış yeri də var idi. Əcəm məscidinin çox vacib tarixi və milli abidə nümunəsi olduğunu nəzərə alaraq, onu yenidən qurmaq və əvvəlki görkəminə qaytarmaq üçün 1970-ci illərdə böyük işlər görülmüş, bunun üçün hərəkat başlanılmışdır. 1990–1992-ci illərdə memar R. V. Bilyalovun layihəsinə əsasən yenidən qurulmuş və bərpa edilmişdir. Məscidin ərazisində 2 mərtəbəli mədrəsə binası və axundun taxtadan evi var. Hal-hazırda müsəlman icması tərəfindən istifadə olunur. Müasir dövr 2016–2017-ci illərdə məsciddə 78 milyon rubl dəyərində təmir işləri aparılmışdır. Həmçinin bax Rusiyada islam Qaliyev məscidi İslam məscidi Xarici keçidlər "Rus məscidlərindən" Əcəm məscidi (ing.) Əcəm mıscidi (rus.) Əcəm məscidinin əvvəllər bilinməyən hekayəsi, illərdir orada yaşayan insanın dilindən + fotoreportaj (rus.)
https://az.wikipedia.org/w/index.php?curid=709903
Əcəm qızı
Əcəm qızı — repertuar sayı 1398, bölgəsi Kırşehir, mənbə adamı Çəkic Əli, tərtibçisi Osman Özdənkçidir. Mübahisələr Sözləri və musiqisi Nəşət Ərtaşa məxsus olan mahnının müəllifinin əslində Aşık Canani və Hüseyn Tənəcioğlu olduğu ilə bağlı mübahisələr var. Hüseyn Tənəcioğlunun şeiri həm qafiyələrdəki ahəng, həm də sözlərin düzgünlüyü baxımından daha möhkəm mətndir. İrfan Canın yazdığı "Qədirli Boxçası" kitabında müsahibələrdə adı keçən Əcəm qızı türküsünün Aşık Hüseynə aid olduğu iddiası, Aşık Feymani, bu mahnını Nəşət Ərtaş oxumazdan əvvəl Ceyhanda dəfələrlə eşitmiş və dinləmiş, Nəşət Ərtaşın atasının da Ceyhandan bir çox türkü tapıb tərtib etdiyinin məlum olduğu söylənərək dəstəklənir.
https://az.wikipedia.org/w/index.php?curid=784455
Əcəm türkcəsi
Orta Azərbaycanca (az-əbcəd. اورتا آزربایجانجا) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar.Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb. Dil Qaraqoyunlular (1374–1468) və Ağqoyunlular (1378–1503) kimi türk sülalələri dövründə, xüsusən də hakim sülaləsi İran Azərbaycanından olan Səfəvilər İmperiyası (1501–1736) dövründə daha çox inkişaf etmişdir. Onların dövründə orta Azərbaycan dili fars dili ilə yanaşı, sarayda və hərbi sahədə istifadə olunurdu və İranın şimalından cənubuna qədər linqva franka idi.Orta Azərbaycan dilində yazılmış mətnlərə ərəb qrafikalı Matta və Yəhyanın İncili, fransız-Azərbaycan lüğəti daxildir. Şamaxıda yazılmış lüğətə Azərbaycan dilində danışıq kitabçası da daxildir. Bu dilin öyrənilməsi üçün mənbələr Nisxətinin (fəaliyyət dövrü 1530–1557) nəsr mətnləri, "Tarix-i Xətai" (1494/95), "Şühədanamə" (1539) və "Səfvət əs-səfa"dır (1542/43). Stein, Heidi (2014). "Ajem-Turkic". In Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (eds.). Encyclopaedia of Islam, THREE. Brill Online. ISSN 1873–9830.
https://az.wikipedia.org/w/index.php?curid=738321
Əcəm İraqı
Əcəm İraqı və ya İraq-i Əcəm (fars. عراقِ عجم İraq-i Əcəm, ərəb. عراق العجم İraq əl-Əcəm) — İranın qərbində tarixi bir bölgədir. Bu gün İran sərhədləri daxilində qalır. Qərbdən Zaqros dağları şərqdən Kəvir səhrası, şimaldan Əlborz dağlarına dayanır. Kirmanşah, Həmedan, İsfahan, Rey, Qəzvin və Kaşan, Qum, Təfriş bu bölgənin əsas şəhərləri olmuşdur. Əvvəlcə İslamdan əvvəlki dövrlərdə Midiya ərazisi olaraq bilinən bölgə, dağlıq yerləşməsi səbəbindən ilk İslam coğrafiyaçıları tərəfindən Cibal ("dağ, təpə") olaraq tanınmışdır. 11-12-ci əsrlərdə, Səlcuq dövründə bu ad tədricən tərk edildi və ərazini Mesopotamiyadakı İraq-i ərəbindən ("Ərəb İraqı") fərqləndiməl üçün İraq-i Əcəm ("Əcəm İraqı") adlandırıldı.Orta əsr tarixçisi və coğrafiyaşünası Yaqut əl-Həməvinin dediyinə görə, bu adlandırma Səlcuq sultanlarının həm İraqı, həm də Cibalı idarə etdiyi və bununla da "sultan əl-İraq" adlandığı zaman başlamışdır. Lakin bir müddət sonra Cibaldakı Həmədan şəhəri onların paytaxtına çevrildi və nəticədə bölgə Əcəm (keçmişdə ərəb olmayanlara, xüsusən farslara deyilirdi) İraqı kimi tanınmağa başladı. 13-cü əsrdə Monqolların İrana hücumundan sonra Cibal adı tamamilə köhnəlmişdi. Sonrakı əsrdə coğrafiyaçı Həmdullah Qəzvini Cibal adından xəbərsiz idi və ərazini yalnız İraq-i Əcəm olaraq adlandırırdı.Osmanlı İmperiyası sultanı Süleyman Qanuninin İraqa səfərində Ərəb İraqı ilə birlikdə Əcəm İraqı da ələ keçirildi. Sonralar, 20-ci əsrin əvvəllərinə qədər İrandakı İraq termini, Savə şəhristanının cənubu və Qumun qaərbi üçün daha kiçik bir bölgəyə aid idi. Bu bölgə hal-hazırda Ərak adlandırılan Sultanabadın mərkəzində idi.
https://az.wikipedia.org/w/index.php?curid=634749
Əcəmi
Əcəmi (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Əcəmi (Maku) — Əcəmi (Həştrud) — Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=692351
Əcəmi-i Kəlləbuz (Miyanə)
Əcəmi-i Kəlləbuz (fars. عجمي كله بوز) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 290 nəfər yaşayır (47 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=689564
Əcəmi (Həştrud)
Əcəmi (fars. عجمي) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 227 nəfər yaşayır (39 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687819
Əcəmi (Maku)
Əcəmi (fars. عجمي) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (5 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=474063
Əcəmi (Miyanə)
Əcəmi (fars. عجمي) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə əlahisi yoxdur.
https://az.wikipedia.org/w/index.php?curid=691905
Əcəmi (Yevlax)
Əcəmi — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi Yevlax rayonunun Xaldan inzibati ərazi vahidində kənd. Ər. əcəmi "ərəb olmayan adam; iranlı" deməkdir. Etnotoponimdir..
https://az.wikipedia.org/w/index.php?curid=109054
Əcəmi Naxçıvani
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — Mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. Həyatı və yaradıcılığı XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları.Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir Dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrar olunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır."Əcəmi öz ömrünü İraq Sultanlığında — Azərbaycan Atabəylər dövlətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi. Atabəylər dövləti böyük atabəy Şəmsəddin Eldənizin dövründə yaranmış, onun oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə çiçəklənmişdi. Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsərinin-İl-Dənizin xanımı Mömünə Xatun türbəsi üzərində belə yazmışdı: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik — bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə." Bəli, xatirə qaldı. Müsəlman şərqində yalnız bir neçə memarlıq ansamblı məşhurdur. Bunların içərisində Səmərqəndin, İsfahanın memarlıq ansambllarını, eləcə də Tac-Mahalı göstərmək olar. Güman ki, həmin ansamblların yaranmasından çox-çox qabaqlar dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda (Bibliyadakı rəvayətlərə görə, bu şəhərin əsası Nuh peyğəmbər tərəfindən qoyulub) orta əsrlərin dahi memarı Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəmlikdə bunlardan heç də geri qalmayan arxitektura kompleksi tikilmişdir. Nəhəng bir ərazidə İl-Dənizlərin Sarayı, Cümə məscidi, Xatirə abidələri, çox güman ki, mədrəsə, karvansara və digər hökumət tikililəri qurulmuşdu. Bütün bu məlum və ehtimal olunan tikililərdən bizim dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu sətirləri oxumaq olar: "Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üç və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər (savad) olduqca gözəldir, axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir… İl-Dənizin mübarək zamanında (Naxçıvan) tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı (dar-əl-mülk) və hökumət binaları (dövlətxana) tikildi…" O zamanın mənbələrinə əsaslansaq, Əcəmi dövründə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Xatırlanan meydandan dövrümüzə gəlib çıxmış tikililər arasında ən qədimi xalq arasında Atababa Günbəzi adlanan Yusif Küseyir oğlu türbəsidir. Türbənin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizguşəli çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan tərəfi kərpic bloklarla hörülmüş naxışlarla bəzədilmişdir. Abidənin giriş hissəsində kufi xətti ilə yazılıb:"Bu, şərəfli dinimizin məşhur rəisi, İslamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyrin məqbərəsidir. Şəvval ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il)."Məqbərənin üzərində kufi xətti ilə Qurandan dekorativ ayələr yazılmışdır. Girişin sol tərəfində memarın adı həkk olunmuşdur: "Əcəmi ibn Əbubəkr Naxçıvani." Azərbaycanda daha gözəl və daha möhtəşəm bir məqbərə isə Mömünə Xatunun şərəfinə salınmış və xalq arasında Atabəy Gümbəzi kimi məşhur olan xatirə abidəsidir. Mömünə xatun Atabəy Şəmsəddin Eldənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü. O,1175-ci ildə dünyasını dəyişir. Bundan az sonra Eldəniz özü də rəhmətə gedir və yalnız 1186-cı ildə başa çatmış məqbərənin tikintisini onların oğlu Cahan Pəhləvan davam etdirir. Bu məqbərə də yeraltı və yerüstü hissələrdən ibarətdir. Birinci qismə xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz formasına görə kəsik onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində kufi xətti ilə Qurandan ayələr həkk olunmuş haşiyə yerləşdirilib. Təqribən bir metr hündürlüyündə olan bu yazı minalanmış kərpiclərlə işlənmişdir və məqbərənin bəzəyi sayılır. Hündürlüyünə və monumentallığına baxmayaraq, məqbərə çox zərif və dikdir. Bu da onun qadın şərəfinə ucaldıldığından xəbər verir. Bu məqbərəyə baxanda istər-istəməz adamın yadına Hindistan arxitekturasının ölməz incisi Tac-Mahal düşür. Həmin kompleks də qadın — Mümtaz Mahalın (1648-ci il) şərəfinə, həm də Cahan adlı türk hakimi tərəfindən ucaldılmışdır. Möminə xatun məqbərəsi haqqında akademik V. M. Alpatovun "Ümumi incəsənət tarixi" külliyyatında deyilənlərə nəsə əlavə eləmək çox çətindir. O yazır: "Bu cür inkişaf tapmış forma hissiyyatı, bu cür klassik kompozisiya bitkinliyi və kompozisiyanın gerçəkləşdirilməsindəki bu cür kamillik o dövrlərdə Orta Avropa arxitekturasında rast gəlinmir. Klassik şərq ədəbiyyatının ən gözəl nümunələrindən olan Firdovsinin (X-X1 əsrlər) "Şahnamə", Nizaminin (XII əsr) "Leyli və Məcnun" kimi ölməz poemalarında olduğu kimi, Naxçıvandakı bu məqbərə də bəşəri mahiyyəti ilə fərqlənir." İslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən Şərqdə yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü abidələri əvəz edirdi. Bu tikililərin məzarlıq hissələri yerin altında olur, yerüstü hissəsi isə bəzən hətta 30 metrə qədər yüksələrək, öz gözəlliyi və ifadəliliyi ilə dəfn olunmuş şəxsin xatirəsini əbədiləşdirməyə xidmət edirdi. Böyük memar hər iki əsərində həmin qayəni yüksək sənətkarlıqla gerçəkləşdirə bilmişdi. Bu meydanda yerləşən tikililərdən biri də hansısa möhtəşəm bir memarlıq abidəsinin qoşa minarəli piştağıdır. Həmin abidə XIX əsrdə dağıdılmış, onun şəkilləri və təsviri isə qalmışdır. Abidə dağıdılmamışdan onun üzərindəki "Memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin əsəridir" sözləri aydın oxunurdu. Piştağ 1187-ci ildə, Mömünə Xatun türbəsindən bir il sonra tikilmişdir. Mütəxəssislər təsdiq edirlər ki, qoşa minarəli portal kompozisiyası ilk dəfə Əcəmi tərəfindən tətbiq edilmişdir. Sonralar müsəlman dünyasının bir çox ölkələrində bu kompozisiyaya tez-tez rast gəlinir. Əcəminin xatırladığımız tikililərinin ümumi kompleksinə nəhəng bir Cümə məscidi (Cümə məscidi (Naxçıvan))də daxil idi. Bu məscidin təsviri fransız səyyahları Tavernye və Delafruanın qeydlərindəki şəkillərdə verilmişdir. XIX əsrin ortalarında V. Engelqart "Qafqaz" qəzetində bu məscid haqda yazırdı: "Bu — yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb, o biri his-səsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda hündürlüyü 20 sajenə çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir." Tamamilə mümkündür ki, həmin- boş qalmış yerdə adətən belə komplekslərə daxil olan mədrəsələr və ya karvansaralar da tikilibmiş. Üstəlik Bretanitskinin yazdıqına görə, atabəyin Naxçıvanda Möminə xatun vəqfinə daxil olan bir mədrəsə tikdirdiyi qeyd edilmiş yarlıq da mövcuddur. Maraqlıdır ki, zaman keçdikcə Əcəminin ustalıqı ilə bərabər, cəmiyyətdə tutduqu mövqe də artır. Bunu məlum abidələrdə onun adının yazılış forması da aydın köstərir. Yusif ibn Küseyrin məqbərəsində bu yazı o qədər namünasib şəkildədir ki, ilk tədqiqatçılar hətta bunu körə də bilməmişlər. Üstündən 20 il keçdikdən sonra Möminə xatun məqbərəsində isə həmin yazı girişin üzərində və diqqəti cəlb edən bir tərzdə həkk olunmuşdur. Növbəti yazı isə monumental piştağın üzərindədir. Əcəminin yaradıcılığı uzun əsrlər boyunca Azərbaycanın və dikər ölkələrin bir çox memarları üçün ilham və təqlid mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşamış Böyük Türkiyə memarı Memar Sinanın əsərlərində də tədqiqatçılar dahi ustadın təsirini qeyd edirlər. Qoy çağdaş memarlar da Əcəminin devizini yaddan çıxarmasınlar: "Biz öləcəyik, bu əsərlərsə xatirə kimi qalacaq." Bakı Metropolitenindəki "Memar Əcəmi" stansiyası onun şərəfinə adlandırılıb. Əcəmi haqqında digər faktlar "Əcəmi Naxçıvani memarlıq məktəbinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsaduf edilən parlaq həllini tapmış mühəndis və sənətkar olmuşdur. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa memarlarından bir əsr əvvəl Mömünə xatun türbəsinin sərdabasında qurduğu nervürlü tağlar sistemində və onun oturacağındakı mürəkkəb ornamentlərin əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin nəhəng günbəzində və qoşa minarələrdə özunu göstərir." (Azərbaycan Sovet Ensiklopediyası, IV cild, səh.260) XIII əsr mənbələri Əcəmini "Şeyx-ül-mühəndis" (mühəndislərin başçısı) rütbəsi daşıdığından xəbər verir. Yazılı mənbələr göstərir ki, Əcəmi dövrundə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Ehtimal olunur ki, Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəm arxitektura kompleksi ucaldılmışdır. Nəhəng bir ərazidə Eldənizlərin sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə, karvansara və digər hökumət tikililəri də inşa edilmişdir. Həmin tikililərdən dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da, Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu cümlələri oxumaq olar: "Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üc və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər olduqca gözəldir və axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir… Eldənizin mübarək zamanında Naxçıvan tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı ("dar-ül-mülk") və hökumət binaları (dövlətxanalar) tikildi…" Marağadakı Göy Günbəzdə (1196-cı il), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar, Bərdə və Salmas türbələrində (XIV əsr), türk memarı Memar Sinanın (XVI əsr) və İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yaşayır. Bakıda Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şərəfinə Bakı Metrostansiyalarından biri "Memar Əcəmi" adlandırılmışdır. Əcəmi Naxçıvaninin 900 illik yubileyi Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi 2024–2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib. UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024–2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib. Filmoqrafiya Atabəylər: Şəmsəddin Eldəniz (film, 2022) Azərbaycan Sovet Ensiklopediyası, IV cild, səh.260 Zaman qəzeti — Əcəmi Naxçıvani birinci Arxivləşdirilib 2006-10-04 at the Wayback Machine və ikinci Arxivləşdirilib 2006-10-04 at the Wayback Machine hissələr Həmçinin bax Naxçıvan memarlıq məktəbi Mömünə Xatun türbəsi Yusif Küseyir oğlu türbəsi Cümə məscidi (Naxçıvan)
https://az.wikipedia.org/w/index.php?curid=5866
Əcəmi Naxçıvani (1976)
Kinolentdə orta əsrdə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin həyat və yaradıcılığından, onun yaradıcılığının Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına da təsirindən danışılır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Əbdül Mahmudov Ssenari müəllifi: Əbdülvahab Salamzadə, Aydın İbrahimov Operator: Fəraməz Məmmədov Səs operatoru: Şamil Kərimov Mətni oxuyan: Şahmar Ələkbərov Mahnı ifa edən: Ramiz Əzizbəyli (titrlərdə yoxdur) Arxiv kadrlarda iştirak edənlər Əcəmi Naxçıvani (şəkil)(titrlərdə yoxdur) Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=258916
Əcəmi Naxçıvani (film, 1976)
Kinolentdə orta əsrdə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin həyat və yaradıcılığından, onun yaradıcılığının Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına da təsirindən danışılır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Əbdül Mahmudov Ssenari müəllifi: Əbdülvahab Salamzadə, Aydın İbrahimov Operator: Fəraməz Məmmədov Səs operatoru: Şamil Kərimov Mətni oxuyan: Şahmar Ələkbərov Mahnı ifa edən: Ramiz Əzizbəyli (titrlərdə yoxdur) Arxiv kadrlarda iştirak edənlər Əcəmi Naxçıvani (şəkil)(titrlərdə yoxdur) Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=30714
Əcəmi bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=114745
Əcəmi seyrəngahı
Əcəmi seyrəngahı — Naxçıvan şəhərində istirahət kompleksi Naxçıvan şəhərində Nizami küçəsində,qədim Qala məhəlləsin adlanan ərazidə yerləşir. Kompleks 1980-82-ci illərdə bərpa və inşa edilmişdir. Kompleksin içərisində heykəltaraş, xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən hazırlanan Heydər Əliyevin 2 m-lik pyedestal üzərində büstü qoyulmuşdur. Kompleksə memar Əbubəkr oğlu Əcəmi Naxçıvanskininin XII əsrdə inşa etdiyi Mömünə Xatun türbəsi, XVII əsr abidəsi Miryaqub piri, XVIII-XIX əsrlərə aid Xan evi (hazırda Xalça muzeyi) daxildir. Kompleksə daxil olan qədim tikilidə Bülbül adına uşaq bədii sənətkarlıq məktəbi yaradılmışdır. 4 ha sahəni əhatə edən kompleksdə süni göl salınmış, 1000 yerlik açıq amfiteatr, qədim üslübda giriş qapısı (Memar Məmməd ibrahimov) iaşə və ticarət obyektləri tikilmişdir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 120. ISBN 5-8066-1468-9.
https://az.wikipedia.org/w/index.php?curid=631572
Əcəmi Əbubəkr oğlu
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — Mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. Həyatı və yaradıcılığı XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları.Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir Dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrar olunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır."Əcəmi öz ömrünü İraq Sultanlığında — Azərbaycan Atabəylər dövlətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi. Atabəylər dövləti böyük atabəy Şəmsəddin Eldənizin dövründə yaranmış, onun oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə çiçəklənmişdi. Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsərinin-İl-Dənizin xanımı Mömünə Xatun türbəsi üzərində belə yazmışdı: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik — bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə." Bəli, xatirə qaldı. Müsəlman şərqində yalnız bir neçə memarlıq ansamblı məşhurdur. Bunların içərisində Səmərqəndin, İsfahanın memarlıq ansambllarını, eləcə də Tac-Mahalı göstərmək olar. Güman ki, həmin ansamblların yaranmasından çox-çox qabaqlar dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda (Bibliyadakı rəvayətlərə görə, bu şəhərin əsası Nuh peyğəmbər tərəfindən qoyulub) orta əsrlərin dahi memarı Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəmlikdə bunlardan heç də geri qalmayan arxitektura kompleksi tikilmişdir. Nəhəng bir ərazidə İl-Dənizlərin Sarayı, Cümə məscidi, Xatirə abidələri, çox güman ki, mədrəsə, karvansara və digər hökumət tikililəri qurulmuşdu. Bütün bu məlum və ehtimal olunan tikililərdən bizim dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu sətirləri oxumaq olar: "Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üç və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər (savad) olduqca gözəldir, axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir… İl-Dənizin mübarək zamanında (Naxçıvan) tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı (dar-əl-mülk) və hökumət binaları (dövlətxana) tikildi…" O zamanın mənbələrinə əsaslansaq, Əcəmi dövründə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Xatırlanan meydandan dövrümüzə gəlib çıxmış tikililər arasında ən qədimi xalq arasında Atababa Günbəzi adlanan Yusif Küseyir oğlu türbəsidir. Türbənin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizguşəli çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan tərəfi kərpic bloklarla hörülmüş naxışlarla bəzədilmişdir. Abidənin giriş hissəsində kufi xətti ilə yazılıb:"Bu, şərəfli dinimizin məşhur rəisi, İslamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyrin məqbərəsidir. Şəvval ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il)."Məqbərənin üzərində kufi xətti ilə Qurandan dekorativ ayələr yazılmışdır. Girişin sol tərəfində memarın adı həkk olunmuşdur: "Əcəmi ibn Əbubəkr Naxçıvani." Azərbaycanda daha gözəl və daha möhtəşəm bir məqbərə isə Mömünə Xatunun şərəfinə salınmış və xalq arasında Atabəy Gümbəzi kimi məşhur olan xatirə abidəsidir. Mömünə xatun Atabəy Şəmsəddin Eldənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü. O,1175-ci ildə dünyasını dəyişir. Bundan az sonra Eldəniz özü də rəhmətə gedir və yalnız 1186-cı ildə başa çatmış məqbərənin tikintisini onların oğlu Cahan Pəhləvan davam etdirir. Bu məqbərə də yeraltı və yerüstü hissələrdən ibarətdir. Birinci qismə xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz formasına görə kəsik onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində kufi xətti ilə Qurandan ayələr həkk olunmuş haşiyə yerləşdirilib. Təqribən bir metr hündürlüyündə olan bu yazı minalanmış kərpiclərlə işlənmişdir və məqbərənin bəzəyi sayılır. Hündürlüyünə və monumentallığına baxmayaraq, məqbərə çox zərif və dikdir. Bu da onun qadın şərəfinə ucaldıldığından xəbər verir. Bu məqbərəyə baxanda istər-istəməz adamın yadına Hindistan arxitekturasının ölməz incisi Tac-Mahal düşür. Həmin kompleks də qadın — Mümtaz Mahalın (1648-ci il) şərəfinə, həm də Cahan adlı türk hakimi tərəfindən ucaldılmışdır. Möminə xatun məqbərəsi haqqında akademik V. M. Alpatovun "Ümumi incəsənət tarixi" külliyyatında deyilənlərə nəsə əlavə eləmək çox çətindir. O yazır: "Bu cür inkişaf tapmış forma hissiyyatı, bu cür klassik kompozisiya bitkinliyi və kompozisiyanın gerçəkləşdirilməsindəki bu cür kamillik o dövrlərdə Orta Avropa arxitekturasında rast gəlinmir. Klassik şərq ədəbiyyatının ən gözəl nümunələrindən olan Firdovsinin (X-X1 əsrlər) "Şahnamə", Nizaminin (XII əsr) "Leyli və Məcnun" kimi ölməz poemalarında olduğu kimi, Naxçıvandakı bu məqbərə də bəşəri mahiyyəti ilə fərqlənir." İslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən Şərqdə yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü abidələri əvəz edirdi. Bu tikililərin məzarlıq hissələri yerin altında olur, yerüstü hissəsi isə bəzən hətta 30 metrə qədər yüksələrək, öz gözəlliyi və ifadəliliyi ilə dəfn olunmuş şəxsin xatirəsini əbədiləşdirməyə xidmət edirdi. Böyük memar hər iki əsərində həmin qayəni yüksək sənətkarlıqla gerçəkləşdirə bilmişdi. Bu meydanda yerləşən tikililərdən biri də hansısa möhtəşəm bir memarlıq abidəsinin qoşa minarəli piştağıdır. Həmin abidə XIX əsrdə dağıdılmış, onun şəkilləri və təsviri isə qalmışdır. Abidə dağıdılmamışdan onun üzərindəki "Memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin əsəridir" sözləri aydın oxunurdu. Piştağ 1187-ci ildə, Mömünə Xatun türbəsindən bir il sonra tikilmişdir. Mütəxəssislər təsdiq edirlər ki, qoşa minarəli portal kompozisiyası ilk dəfə Əcəmi tərəfindən tətbiq edilmişdir. Sonralar müsəlman dünyasının bir çox ölkələrində bu kompozisiyaya tez-tez rast gəlinir. Əcəminin xatırladığımız tikililərinin ümumi kompleksinə nəhəng bir Cümə məscidi (Cümə məscidi (Naxçıvan))də daxil idi. Bu məscidin təsviri fransız səyyahları Tavernye və Delafruanın qeydlərindəki şəkillərdə verilmişdir. XIX əsrin ortalarında V. Engelqart "Qafqaz" qəzetində bu məscid haqda yazırdı: "Bu — yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb, o biri his-səsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda hündürlüyü 20 sajenə çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir." Tamamilə mümkündür ki, həmin- boş qalmış yerdə adətən belə komplekslərə daxil olan mədrəsələr və ya karvansaralar da tikilibmiş. Üstəlik Bretanitskinin yazdıqına görə, atabəyin Naxçıvanda Möminə xatun vəqfinə daxil olan bir mədrəsə tikdirdiyi qeyd edilmiş yarlıq da mövcuddur. Maraqlıdır ki, zaman keçdikcə Əcəminin ustalıqı ilə bərabər, cəmiyyətdə tutduqu mövqe də artır. Bunu məlum abidələrdə onun adının yazılış forması da aydın köstərir. Yusif ibn Küseyrin məqbərəsində bu yazı o qədər namünasib şəkildədir ki, ilk tədqiqatçılar hətta bunu körə də bilməmişlər. Üstündən 20 il keçdikdən sonra Möminə xatun məqbərəsində isə həmin yazı girişin üzərində və diqqəti cəlb edən bir tərzdə həkk olunmuşdur. Növbəti yazı isə monumental piştağın üzərindədir. Əcəminin yaradıcılığı uzun əsrlər boyunca Azərbaycanın və dikər ölkələrin bir çox memarları üçün ilham və təqlid mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşamış Böyük Türkiyə memarı Memar Sinanın əsərlərində də tədqiqatçılar dahi ustadın təsirini qeyd edirlər. Qoy çağdaş memarlar da Əcəminin devizini yaddan çıxarmasınlar: "Biz öləcəyik, bu əsərlərsə xatirə kimi qalacaq." Bakı Metropolitenindəki "Memar Əcəmi" stansiyası onun şərəfinə adlandırılıb. Əcəmi haqqında digər faktlar "Əcəmi Naxçıvani memarlıq məktəbinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsaduf edilən parlaq həllini tapmış mühəndis və sənətkar olmuşdur. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa memarlarından bir əsr əvvəl Mömünə xatun türbəsinin sərdabasında qurduğu nervürlü tağlar sistemində və onun oturacağındakı mürəkkəb ornamentlərin əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin nəhəng günbəzində və qoşa minarələrdə özunu göstərir." (Azərbaycan Sovet Ensiklopediyası, IV cild, səh.260) XIII əsr mənbələri Əcəmini "Şeyx-ül-mühəndis" (mühəndislərin başçısı) rütbəsi daşıdığından xəbər verir. Yazılı mənbələr göstərir ki, Əcəmi dövrundə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Ehtimal olunur ki, Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəm arxitektura kompleksi ucaldılmışdır. Nəhəng bir ərazidə Eldənizlərin sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə, karvansara və digər hökumət tikililəri də inşa edilmişdir. Həmin tikililərdən dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da, Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu cümlələri oxumaq olar: "Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üc və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər olduqca gözəldir və axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir… Eldənizin mübarək zamanında Naxçıvan tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı ("dar-ül-mülk") və hökumət binaları (dövlətxanalar) tikildi…" Marağadakı Göy Günbəzdə (1196-cı il), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar, Bərdə və Salmas türbələrində (XIV əsr), türk memarı Memar Sinanın (XVI əsr) və İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yaşayır. Bakıda Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şərəfinə Bakı Metrostansiyalarından biri "Memar Əcəmi" adlandırılmışdır. Əcəmi Naxçıvaninin 900 illik yubileyi Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi 2024–2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib. UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024–2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib. Filmoqrafiya Atabəylər: Şəmsəddin Eldəniz (film, 2022) Azərbaycan Sovet Ensiklopediyası, IV cild, səh.260 Zaman qəzeti — Əcəmi Naxçıvani birinci Arxivləşdirilib 2006-10-04 at the Wayback Machine və ikinci Arxivləşdirilib 2006-10-04 at the Wayback Machine hissələr Həmçinin bax Naxçıvan memarlıq məktəbi Mömünə Xatun türbəsi Yusif Küseyir oğlu türbəsi Cümə məscidi (Naxçıvan)
https://az.wikipedia.org/w/index.php?curid=21630
Əcəmli (Sulduz)
Əcəmli (fars. عجملو) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (34 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=571961
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
https://az.wikipedia.org/w/index.php?curid=390875
Əcəvit
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
https://az.wikipedia.org/w/index.php?curid=57928
Əcəvitə edilən sui-qəsd cəhdləri
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
https://az.wikipedia.org/w/index.php?curid=380011
Əcəxur
Əcəxur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Toponimikası Əcəxur oyk., mür. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Köpərçayın sahilində, dağətəyi ərazidədir. Əcəhur variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, kənd ləzgi dilində əcə (hündür) və xur (kənd) sözlərindənibarət olub, "hündürlükdə olan kənd" mənasındadır. Digər tədqiqatçılara görə, kənd şəxs adı ilə (Hacixur) bağlıdır və yaşayış məntəqəsinin vaxtı ilə konkret olaraq hansı şəxsə mənsub olduğunu göstərir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 607 nəfər əhali yaşayır. Həmçinin bax Qusar rayonu Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=87101
Əcəxuroba
Əcəxuroba — Azərbaycan Respublikasının Qusar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Toponimikası Yan silsiləsinin ətəyindədir. Əcəxur kəndinə məxsus oba yerində salınmışdır. Oykonim "Əcəxur kəndinin obası" deməkdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır. Həmçinin bax Qusar rayonu Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=359901
Əd-Dinəvəri
Əbu Hənifə əd-Dinəvəri (fars. ابوحنيفه دينوری, kürd. Dînewerî; 828, Dinəvər, Kirmanşah ostanı – 895) — fars və ya kürd mənşəli ərəbdilli astronom, botanik və tarixçi. "Şeir və şairlər kitabı", "Nəsarət kitabı" və s. ədəbi-filoloji əsərlərin müəllifidir. Çoxcildlik "Bitkilər kitabı"na ərəb şairlərinin bitkilərdən bəhs edən və ya təsvir edən şeirlərini daxil etmişdir. "Uzun xəbərlər kitabı" tarixi əsəri tam formada qorunub-saxlanılmamışdır. Bu, ərəb klassik nəsri nümunələrindən biridir. Kitabda ümumi tarixdən məlumatlar və 637-ci ildən IX əsrin ortalarına qədər İran tarixinə dair əhəmiyyətli materiallar toplanmışdır. Mətn 1888-ci ildə Leydendə rus şərqşünası Vladimir Qirqas tərəfindən nəşr edilmişdi. Mətnə sonrakı ön söz və göstəricilər 1912-ci ildə İqnati Kraçkovski tərəfindən tərtib edilmişdir. Xarici keçidlər The Book of plants of Abu Hanifa ad-Dinawari Translation of the Pre-Islamic Portion of al-Akhbar al-Tiwal by Jackson Bonner
https://az.wikipedia.org/w/index.php?curid=362319
Əd-Dаur
Əd-Daur və ya qısaca olaraq Daur — İraqın Səlahəddin mühafəzəsində şəhər. 13 dekabr 2003-cü ildə Səddam Hüseyn burada yaşamağa başlayıb.
https://az.wikipedia.org/w/index.php?curid=614111
Əd (qəbilə)
Əd Kavmi vəya Əd (Ərəbcə: عاد) İslam dinin müqəddəs kitabı Quranda keçən və Nuh Kavmi kimi Allahın qəzabına uğrayaraq yox olan qədim bir Ərəb qəbiləsidir. Kavmin atası olan Əd, Nuhun nəvələrindən Avsın oğludur. Avsın atası İrəm, onun atası Nuhun oğlu Samdır. Tarixi gerçəkliyi haqqında hərhansı hərhansı bir sənəd tapılmayan topluluq, günümüzdə vəya keçmişdə hərhansı bir millət ilə tam bir formada əlaqələndirilməməktədir. Quranda özlərinə öz qəbilələrindən olan Hudun peyğəmbər olaraq göndərildiyindən bəhsedilir. Kavmin yaşadığı yer, qum təpələri anlamına gələn Ahkaf olaraq adlandırılmışdır. Quranda əl-Fussilət surəsi 15. ayətdə keçməkdədir. Əd Kavmindən Quran təfsirlərində yüksək binalar inşa edən, yüksək abidələr tikən və bu etdikləri işin özlərini ölümsüz qılacağını Zənnedən bir qövm olaraq bəhsedilir. Qurana görə yaradılmış ən gözəl şəhər, Əd Kavminin saldırdığı İrəm şəhəridir. İrəm şəhəri üçün saxta saxta cənnət təbiri də işlədilir. Bəzi müfəssirlər, Yəmən və Umman arasında geniş bir diyarın bu adla anıldığını qeydedirlər. Ahkaf deyə adlandırılan yerdə bu gün Hadramvet bulunmaqdadır. Ptolemeyin dünya xəritəsində göstərilməkdədir. Həmçinin bax Semud kavmi
https://az.wikipedia.org/w/index.php?curid=608471
Ədadil Qadınəfəndi
Ədadil Qadınəfəndi (d. 1845 — ö. 12 dekabr 1875) — 32. Osmanlı sultanı Əbdüləzizin ikinci xanımı. Ədadil xanım 1845-ci ildə Abxaz əsilzadəsi Tandal bəy Aredba və xanımı Aublaa xanımın ailəsində dünyaya gəlmişdir. Saray xidmətçilərindən biri tərəfindən saraya alınmış, Validə Pərtəvniyal Sultan tərəfindən xüsusi təhsil almışdır. Mavi gözləri və uzun qəhvəyi saçları ilə tezliklə vəliəhd Şahzadə Əbdüləzizin diqqətini cəlb etdi və 1861-ci ilin yazında cütlük Dolmabağça sarayında evləndi. Bir neçə ay sonra əri taxta çıxmış, Ədadil xanım da ikinci qadınəfəndi olaraq sarayda nüfuz qazanmışdır. Nigahdan bir il sonra ilk övladı Mahmud Cəlaləddin Əfəndini, 1866-cı ildə isə Əminə Sultanı dünyaya gətirmişdir. Ancaq qızı çox keçmədən vəfat etmişdir. Abxaziyada yaşayan qardaşı Aslan bəyi yanına çağıraraq birlikdə həccə getmiş, həccdən döndükdən sonra bütün ailəsini İstanbula gətirtmişdir. Ancaq döndükdən qısa müddət sonra qardaşı xəstələnərək vəfat etmiş, bu səbəblə ağır böhran keçirən Ədadil xanım çox keçmədən vəfat etmişdir. Cənazəsi Sultan Mahmud türbəsi yaxınlığında dəfn edilmişdir. Mahmud Cəlaləddin Əfəndi (d. 16 noyabr 1862 — ö. 1 sentyabr 1888) Əminə Sultan (d. 30 noyabr 1866 — ö. 23 yanvar 1867) 2014-02-09 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=549353
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. Ümumi məlumat Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi. Sosial təcrübədə bu anlam mənfi məna daşıyırdı. Belə ki, ümumi normanın pozulmasına görə cəza tələbi irəli sürülürdü, bunun praktiki ifadəsi isə qəbilə intiqamı institutu idi. Ədalətin insanların ayrı-ayrı nemətlərə yiyələnməsini də ehtiva edən daha mürəkkəb və müsbət mənası fərdin qəbilədən ayrılması dövründə meydana gəlmişdi. İlkin olaraq o, əsas etibarilə, həyat vasitələrindən istifadədə və hüquqlarda bütün insanların bərabərliyi mənasını daşıyırdı. Xüsusi mülkiyyətin və ictimai bərabərsizliyin meydana gəlməsi ilə Ədaləti bərabərlikdən fərqləndirməyə başlamış, bu anlayışa insanlar arasında onların dəyərliliyinə uyğun gələn mövqe fərqlərini də daxil etmişdilər. Aristotel Ədalət anlayışını – geniş və dar mənalarda işlətmişdir. Ümumi, geniş mənada Ədalət ictimai həyatın məntiqiliyidir; onu insanlar arasında sosial baxımdan bütün nizamlanmış münasibətlərin əxlaqi meyarı, ictimai işlərdə son əxlaqi-istinadedici instansiya kimi müəyyənləşdirmək mümkündür. O, sosial sahəyə proyeksiya olunmuş mənəviyyata uyğun gəlir. Xüsusi, dar mənada Ədalət insanların birgə yaşayışının mənfəət və məşəqqətlərinin bölüşdürülməsində əxlaqi cəhətdən sanksiyalaşdırılmış uyğunluq, cəmiyyətdə və dövlətdə münaqişədə olan maraqların və fəaliyyətlərinin qarşılıqlı tarazlaşdirmasının kooperasiyası üsulunun özünün təkmillik dərəcəsidir. Ədalət nəzəriyyəsində bir-birinə qarşılıqlı ehtiyacları olan və bu mənada öz aralarında bərabər olan fərdlər birgəyaşayış aspektində nəzərdən keçirilirlər. Fərdlər birlikdə cəmiyyəti təşkil etdiklərinə, icmalar halında yaşadıqlarına görə də müəyyən ümumiliyə malikdirlər. Məhz bu fundamental cəhət Ədalətin başlanğıcıdır. Aristotelin formulə etdiyi "digərinə münasibətdə Ədalətlilik bərabərliyin özüdür (to ision)" müddəası Ədalətin əxlaqi-hüquqi əsasıdır. Etik cəhətdən Ədalət xoşbəxt olmaq imkanında və bunun üçün zəruri (hər kəs üçün özünə lazım olan) nemətlərin əldə olunmasında bərabərlik rolunu oynayır. Ona görə, hər hansı bitkin Ədalət konsepsiyası bütün fərdlər üçün eyni dərəcədə əlçatan olan təməl dəyərlərə əsaslanır, hər bir sosial Ədalət təcrübəsi isə bütün vətəndaşlar üçün bərabər dərəcədə əlçatan olan və tarixən konkret xarakter daşıyan maddi və mənəvi nemətlər məcmusunu nəzərdə tutur. Hüquqi aspektdə Ədalət formal bərabərlik, tələblərin, qanunların, qaydaların, normaların miqyasının eyniliyidir. Öz aralarında hüquq subyektləri qismində bərabərləşdirilən şəxslərə çevrilmiş fərdlər və onların hərəkətləri bu meyarlarla "ölçülür". Ədalət əxlaqda və hüquqda bərabərlik demək olsa da, əhəmiyyətli dərəcədə fərqlənir. Əxlaqi (etik) Ədalət sonsuzluqların bərabərliyidir, insanların hər biri öz iddialarında və səylərində yeganə, əvəzedilməz, tükənməz olduqlarına görə bərabərdirlər. Hüquqi Ə. vahidlərin bərabərliyidir, o, riyazi bərabərlik qanunlarına tamamilə uyğun gəlir. Müəyyən mənada yalnız onu bərabərlik hesab etmək mümkündür, çünki insanlar burada məhz hüquq subyektləri kimi bərabərdirlər. İnsanlar sosial məkanın "həmtəsisçiləri" qismində bərabərdirlər, lakin təsis aktının özü təsis edilən sosial məkan strukturunu (əmək bölgüsü, idarəetmə orqanlarının ayrılması və s.) yaradan mövqelərin və məşğuliyyətlərin qeyri-bərabərliyinin legitimləşdirilməsindən ibarətdir. Problem bərabərliyin və qeyri-bərabərliyin uyğunlaşdırılması və birləşdirilməsindən ibarətdir. Onun çətin həll olunması Ədalət uğrunda mübarizə şüarı altında baş verən bütün ictimai iğtişaşların əsas mənbəyidir. Ədalətin hələ Aristotel tərəfindən fərqləndirilmiş və sonrakı bütün Ədalət nəzəriyyələrinin əsasına çevrilən iki növü (forması) var: bölüşdürücü, yaxud distributiv və bərabərləşdirici, yaxud retributiv. Bölüşdürücü Ədalət şəxslərin dəyərliliyi nəzərə alınmaqla, onların ümumi işə töhfələrindən, cəmiyyət miqyasında "xüsusi çəkiləri"ndən asılı olaraq nemətlərin və buna müvafiq vəzifələrin bölüşdürülməsidir. Burada şəxslərin keyfiyyəti nəzərə alınır. Bölüşdürücü Ədalətin normaları cəmiyyət tərəfindən, əsasən, onun obyektiv qanunları ilə müəyyənləşsə də, özündə subyektivlik, xalqların, nəsillərin, şəxsiyyətlərin mental xüsusiyyətlərinin və iradi qətiyyətinin aşkar izlərini daşıyır. Bölüşdürücü Ədalətin tarixən formalaşmış üç əsas prinsipi var: hər kəsə – eyni şeyi (hamlıya bərabər miqdarda), hər kəsə – xidmətlərinə görə, hər kəsə – tələbatına görə. Hazırda "hər kəsə xidmətlərinə görə" prinsipi müasir cəmiyyətlərdə əsas olaraq qəbul edilir. Digər prinsiplər də mühümdür, lakin onların tətbiq sahələri nisbətən dardır; məs., baza dəyərləri olan nemətlərin (insan hüquqlarının) bölüşdürülməsi "ümumi bərabərlik" prinsipi ilə həyata keçirilir, uşaqların sayından asılı olaraq sosial yardımın, yaxud vergi imtiyazlarının ayrılması isə "hər kəsə tələbatına görə" prinsipinə uyğun gəlir. Bərabərləşdirici Ədalətdə şəxslərin dəyərliliyi diqqətə alınmır. Burada söhbət ictimai münasibətlərin Aristotel tərəfindən ixtiyari və qeyri-ixtiyari mübadilə kimi adlandırılmış iki tipindən – əşyaların mübadiləsindən və cəzalardan gedir. Əşyaların mübadiləsi onların həqiqi dəyərlərinə uyğun həyata keçirildiyi halda Ədalətli hesab edilir. Bərabərləşdirici Ədalətin məkanı, əsasən, bazardır: burada alıcının kimliyi deyil, onun nə qədər hesab ödədiyi mühümdür. Cəzalarda Ədalətli qiymətləndirmə cinayət nəticəsində vurulmuş zərərə adekvat olan ölçünü tapmaqla, cəzanın qaçılmazlığı – cinayətin kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq cəzanın verilməsidir. Bölüşdürücü Ədalət, əsasən, məişət səviyyəsində (subyektiv ifadə olunmuş aspektdə), bərabərləşdirici Ədalət isə işgüzar (obyektləşdirilmiş) aspektdə ictimai münasibətlərin əxlaqi-tənzimləyici əsaslarını yaradır. Konkret cəmiyyətlər, adətən, Ədalətin bu və ya digər formasına (məs., feodal və sosialist cəmiyyətləri bölüşdürücü, burjua cəmiyyətləri isə bərabərləşdirici Ədalətə) üstünlük versələr də, onların hər birində hər iki forma təmsil olunur. İslamda ədalət Ədalət Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə) məktəbi tərəfindən dinin əsasları olan (Üsuliddinin) ikinci əsası kimi sayılmışdır. Yəni bu məsələ Allahın birliyi, Nübüvvət və s. əsasların kənarında yerləşdirilmişdir. Dini termində , ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, "hər kəsin haqqını özünə vermək" və "hər şeyi öz yerinə qoymaq" kimi mə'nalara malikdir. Allah təala heç vaxt zülmkarlıq etməz və hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz. İlahi ədaləti iki hissəyə bölmək olar: Təkvini ədalət; Təşrii ədalət;Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır. Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir. Allah təalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Qur'an ayələri, həmçinin rəvayətlərdən istifadə olunur. Ağılın hökmünə əsasən kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah təalanın sifətlərindən biri sayılan "hikmət"-in mə'nası olmayacaqdır. Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir. Ədl sözünün mənası Lüğəti mənası Ədl dogru olmaq, düzgün davranmaq, ədalətlə hökm etmək və s. mənalar bildirən məsdərdir. Ayrıca doğruluq və ədalət anlamları ilə isim olaraq istifadə olunduğu kimi, çox adil mənasında sifət kimi də işlənir. Termin mənası Ədl Allahın doxsan doqquz adını sayan Əsmai-husnə hədisində yer alır. Ədl Allahın adlarından biri olaraq istifadə olunanda mübaliğə bildirən bir sifət olub "çox ədalətli, əsla zülm etməyən, haqdan başqasını söyləməyən və etməyən" anlamına gəlir. İslam alimləri ədl sifətini "Allahın hər varlığa layiq olduğu imkan və qabiliyyətləri bəxş etməsi" mənasını verən comərdlik sözləri ilə izah etmişlər. İbn Teymiyyə də bundan yararlanaraq ədlə Allahın yaratdıqlarına nemət verməsi mənasını verir. Qəzzali Allahın ədalətinin nə mənaya gəldiyini bilmədən onun adil olduğunu anlamağın, feillərini, yaradıb idarə etdiyi kainatı tanımadan da ədalətini başa düşməyin mümkün olmadığını söyləyir və kainatın tanınması məsələsində çoxlu nümunələr verir. Bütün müsəlman alimlər Allahın adil olduğu məsələsində bir fikirdədirlər. Ancaq ədl sifətinin şərhində Mötəzilə alimləri ilə başqa islam alimləri arasında fərqli fikirlər meydana gəlmişdir. "Ədalət" hər şeyi lazım olduğu kimi etməkdir, yəni nə çox, nə də az olmamalıdır. Bu haqda Hz. Əli (ə) belə buyurur: "Ədalət hər şeyi öz yerində qərar verməkdir". Ədalətin digər mənaları Bu sözün leksik mənası hər yerdə, qalaktikamızda, insanın vücudunda, bitkilər və digər canlı aləmlərdə kökmranlıq edir. Bu mənanı Hz. Peyğəmbərin buyurduğu "bil-ədli qamətis-sələvatu vəl-ərd" (yəni yer və göy ədalət əsasında bərpa olunmuşdur) hədisindən hədisindən də bilmək olar. Əgər yer kürəsi cazibə qüvvəsini itirsə, yer öz tarazlığını saxlaya bilməz və çox böyük fəlakət baş verər. Ədalətin digər mənası isə "camaatın hüququna riayət etməkdir". Allahın ədalətinin mənası budur ki, O haqq tapdalamır, birinin haqqını başqasına vermir və insanlar arasında ayrı-seçkilik salmır. O, hər cəhətdən adildir. Allahın sifəti olaraq Ədalət kamal və feil sifətlərindəndir. Allahın bütün işləri ədalət əsasında yerinə yetirilir. Yaradan heç vaxt zülm etməz. "Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun sababını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!" (Nisa- 40). Ən gözəl tərif də "Nəhcül-bəlağa"da qeyd olunub. İmam Əli (ə) ədalətin fəziləti haqqında belə buyurub: "Ədalət hər bir şeyi öz yerində qərar verməkdir". Allahın ədalətinin sübutu üçün bir çox dəlil var: Quran ayələri Uca Allah bir çox ayədə ədalətə əməl etməyi və zülmdən çəkinməyi buyurub: "(Ya Rəsulum) Allahı zalımların etdikləri əməllərdən, əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar" (İbrahim- 42). "Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar" (Nəhl- 90). "Ey iman gətirənlər! Ədalətdən möhkəm yapışan Allah şahidi olun" (Nisa- 135). Başqalarına zülm edən, onların hüququna əhəmiyyət verməyən insan ya etdiyi işin pisliyini anlamır, ya da məzlumlardan aldıqlarına ehtiyaclıdır. Öz ehtiyaclarını ödəmək üçün insanların qazancını qəsb edir, onların haqqına girir, amma uca Allaha bu xüsusiyyətləri aid etmək olmaz. O öz işlərini elm və hikmətli şəkildə yerinə yetirir. Allah çox səxavətlidir. Başqalarına kamal sitətləri bəxş etməklə nə isə itirməz ki, mənfəət verməkdə də paxıl olsun. Mütləq qüdrət sahibidir. Zülm bütün ağıl sahibləri üçün qəbahətli bir iş olduguna görə mərhəmətli Allah zülm etməz. Yaradılışda ədalət Uca Allah öz feyzini heç kimdən əsirgəmir və (ciddi bir səbəb olmadan) ayrı-seçkiliyə yol vermir. Bu sözün aydın olması üçün aşağıdakı məsələlərə diqqət edək: Varlıq aləmini iki qismə bölmək olar: mücərrəd və maddi aləm Mücərrəd aləm Mücərrəd aləm hərəkət və təkamül etməyən varlıqlardan ibarətdir. Allah onlara əldə edə biləcəkləri bütün xüsusiyyətləri, elmi əvvəlcədən verib. Cism deyillər, güzə görünməzlər və məhv olmazlar. Allaha itaətsizlik etmirlər. Bu görünməyən varlıqlar şəriət dilində mələklər, dünyanın işini idarə edənlər, ruzi bölənlər, kürsü, lövh və s. Adlar ilə tanınmışlar. Bu kimi adlardan belə başa düşülür ki, aləmlərin yaradıcısı olan Allahla məxluqlar arasında gözə görünməz vasitələr var. Daha aydın desək, yaranış sistemi xüsusi bir nizam-intizamla təşkil olunub, idarə olunur. Mələklər Allahın göstərişlərinin icraçısıdırlar və əmrindən çıxmırlar. Hər birinin xüsusi məqamı və vəzifəsi vardır: "Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun müəyyən bir məqamı olmasın" (Səffat- 164). Bu varlıqlar isə mücərrəd olanların əksinə olaraq maddə və surətdən ibarətdir. Onlar maddi cəhətlərdən dəyişir və irəliləyərək, hərəkət edərək təkamülə doğru gedir. Maddənin surətləri dəyişir, amma maddənin özü qalır. Maddi dünya çox genişdir və bəşərin onlardan tam, dəqiq məlumatı yoxdur. İnsanların bilikləri müxtəlif bitkilər, heyvanlar, su, hava kimi yerdə olan varlıqlar barəsindəli və müəyyən qədər Günəş, bəzi ulduzlar, planetlər haqqındakı biliklə məhdudlaşır, lakin insanı heyran edən qalaktikalar, ulduzlar haqqında tam məlumatımız yoxdur. İnsana qarşı da Allah ədələtsizlik etməz və hər kəsə qaldıra bildiyi yükü verər. Bu Qurani Kərimdə də keçir. Hər insanda yetərli dərəcədə iradə vardır. "Allah kimsəyə gücünün yetdiyindən artığını təklif etməz" (Bəqərə- 286). Dinin əsas prinsipi kimi Cəfəri məzhəbinə görə dinin əsaslarından biri də ədalətdir. Ədl (ədalət) məzhəbin əqidə prinsipinə görə Allahın kamal sifətlərindən biridir və ona iman etmək zəruridir. Qurani-Kərimdə dinin əsaslarından olan bu prinsip dəfələrlə bildirilmişdir. Allahın hər cür zülmdən uzaq olduğu önə çəkilmişdir. Ədalət İslam dininin təməl əsaslarından biridir və bir şeyi yerinə qoymaq, hamıya layiq olduğunu vermək mənalarına gəlir. Həm də haqqı yerinə yetirmək, haqsızıqdan çəkinmək deməkdir. Ədalətsiz yerlərdə fitnə artar, zalımların sayı çoxalar, haqsızlıq və əxlaqsızlıq yayılar. Allah Qurani-Kərimin Hucurat surəsinin 9-cu ayəsində belə buyurur: "Hər işinizdə ədalətlə-insafla hərəkət edin. Allah adil olanları sevir". Muhamməd Əsəd "ədaətli olun" ifadəsini belə açıqlayır: "Bu məcazi olaraq insanlar arasındakı bütün müamilələrə işarə edir, yoxsa yalnız ticari alış-verişə işarə etmir". Sülüyman Ateş isə bu ayəni belə açıqlayır: "Mutəffifin surəsində ölçü və çəkiyə hiylə qatanların xüsrana uğrayacaqları bildirilir. Allah ölçü və çəkiyə hiylə qatan bir milləti həlah etmişdir. Bu məsələdə mühüm olan insanın ölçü və çəkini tam yerinə yetirməyə çalışmasıdır". Ədalətlə bağlı olaraq Allah Nisa surəsinin 58-ci ayəsində buyurur: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. İnsanlar arasında ədalətə uyğun hökmlər verməyə gəldikdə Uca Allah bu vəzifəni bütün insanları əhatə edəcək şəkildə yayğın və geniş tutur. İslamın istədiyi ədalət sadəcə müsəlmanlar arasında və ya müsəlmanlar xaricində kitab əhlini də çətir altına alaraq digər insanları əhatə xaricində qoyacaq məhdud bir ədalət deyil. İslama görə hər insanın sırf insan olmasına görə ədalət təbii haqqıdır. İnsanlar arasında ədalətli olarkən mömin-kafir, dost-düşmən və ya ağdərili-qaradərili ayrı-seçkiliyi edilməz. Həmin surənin 135-ci ayəsində belə deyilir: "Ey iman gətirənlər!(Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan, Allah üçün şahidlik edən kəslər olun! (Barəsində şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxınndır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib-büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!. Maidə surəsinin 8-ci ayəsində isə belə buyrulur: "Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməklə) sabitqədəm və ədalətli şahidlər olun! Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır". Dinimiz düşmən millətlərə qarşı müsəlmanların ədalətlə hərəkət etmələrini əmr edir. Buna görə ədalət həyatın hər sahəsində keçərli olan bir qanundur. Həmçinin bax Xarici keçidlər İslam mütəxəssislərinin (müctəhidlərin) şərtləri Arxivləşdirilib 2012-11-30 at the Wayback Machine Allahən ədaləti Hz. Əlinin dilindən Ədalət
https://az.wikipedia.org/w/index.php?curid=92949
Ədalət (1971)
Mətnsiz poetik film doğma diyarın təbiəti, onun adət-ənənələri, virtuoz musiqiçi, sazçalan Ədalət Nəsibov, sadə adamlar... haqqında söhbət açır. Film haqqında Filmdə diktor mətni yoxdur Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Nazim Abbas Ssenari müəllifi: Səyavuş Sərxanlı, Nazim Abbas Operator: Gennadi Pastuşkov
https://az.wikipedia.org/w/index.php?curid=245327
Ədalət (Azərbaycan qəzeti)
Ədalət — gündəlik hüquq qəzeti. Baş redaktor: Aqil Abbasdır. 1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib. "Ədalət"in qurucusu Aqil Abbasdır. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb. Qəzet 1990-cı ildə Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi təsis edilib. Nizamnamədə qəzetin adı "Hüquq" göstərilib. Ancaq qəzetin qurucularından biri olan Aqil Abbasın təklifi və Mərkəzi Komitənin razılığı ilə qəzetin adı dəyişdirilib "Ədalət" adlandırılıb. Əvvəlcə qəzet həftədə bir dəfə, sonra üç dəfə çap olunmağa başlayıb. Sonra "Ədalət" Hüquqşünaslar İttifaqının tərkibindən ayrılıb müstəqil, gündəlik qəzet kimi fəaliyyətini davam etdirib. Qəzetin amalı türkçülük, vətənpərvərlik, dövlətçilik olub. Xarici keçidlər "20 yaşlı "Ədalət" Aqil Abbasla qoşa qanaddır". "Şərq" qəzeti.-21.07.2010. s.8. 30 ilin "Ədalət"i - Yubiley. "525-ci qəzet". 29.07.20 "Ədalət" qəzetinin 30 il fasiləsiz yolu
https://az.wikipedia.org/w/index.php?curid=725631
Ədalət (ad)
Ədalət — Azərbaycanlı kişi adı. Aşıq Ədalət — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Ədalət Şükürov — Azərbaycanlı müğənni. Ədalət Məmmədov (hərbçi) — Baş serjant, şəhid. Ədalət Yusub — Klassik Xalq Cəbhəsi Partiyasının sabiq sədr müavini Ədalət Əbdülsəmədov — azərbaycanlı aktyor. Ədalət Abdinov — Azərbaycan Sosialist Hərəkatının sədri, jurnalist. Həmçinin bax Ədalət (dəqiqləşdirmə)
https://az.wikipedia.org/w/index.php?curid=838286
Ədalət (dəqiqləşdirmə)
Ədalət — mücərrəd mənalı sözlərdəndir. Ədalət (qəzet) — gündəlik hüquq qəzeti. Ədalət (film, 1971) — film. Ədalət (film, 1977) — film. Həmçinin bax Ədalət (ad) Ədalət Partiyası
https://az.wikipedia.org/w/index.php?curid=726309
Ədalət (film, 1971)
Mətnsiz poetik film doğma diyarın təbiəti, onun adət-ənənələri, virtuoz musiqiçi, sazçalan Ədalət Nəsibov, sadə adamlar... haqqında söhbət açır. Film haqqında Filmdə diktor mətni yoxdur Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Nazim Abbas Ssenari müəllifi: Səyavuş Sərxanlı, Nazim Abbas Operator: Gennadi Pastuşkov
https://az.wikipedia.org/w/index.php?curid=30712
Ədalət (qəzet)
Ədalət — gündəlik hüquq qəzeti. Baş redaktor: Aqil Abbasdır. 1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib. "Ədalət"in qurucusu Aqil Abbasdır. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb. Qəzet 1990-cı ildə Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi təsis edilib. Nizamnamədə qəzetin adı "Hüquq" göstərilib. Ancaq qəzetin qurucularından biri olan Aqil Abbasın təklifi və Mərkəzi Komitənin razılığı ilə qəzetin adı dəyişdirilib "Ədalət" adlandırılıb. Əvvəlcə qəzet həftədə bir dəfə, sonra üç dəfə çap olunmağa başlayıb. Sonra "Ədalət" Hüquqşünaslar İttifaqının tərkibindən ayrılıb müstəqil, gündəlik qəzet kimi fəaliyyətini davam etdirib. Qəzetin amalı türkçülük, vətənpərvərlik, dövlətçilik olub. Xarici keçidlər "20 yaşlı "Ədalət" Aqil Abbasla qoşa qanaddır". "Şərq" qəzeti.-21.07.2010. s.8. 30 ilin "Ədalət"i - Yubiley. "525-ci qəzet". 29.07.20 "Ədalət" qəzetinin 30 il fasiləsiz yolu
https://az.wikipedia.org/w/index.php?curid=53267
Ədalət Abdinov
Ədalət İdris oğlu Abdinov (16 oktyabr 1958, Bədəlan, Masallı rayonu) — Azərbaycan Sosialist Hərəkatının sədri, jurnalist. Ədalət Abdinov 1958-ci il oktyabrın 16-da Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1976-cı ildə Bədəlan kənd orta məktəbini bitirmiş və həmin kənddəki çay fabrikində fəhlə işləmişdir. 1976–1978-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komedantlıqlarından birində mütərcimlik etmişdir. 1978–1979-cu illərdə Bədəlan çay fabrikində əmək fəaliyyətini davam etdirmişdir. 21 fevral 1979-cu ildə SSRİ Həmkarlar İttifaqına üzv olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) dövlət ödənişli hazırlıq şöbəsinə qəbul olunmuş, 1985-ci ildə həmin universiteti kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti rektorluğu, partiya, komsomol və həmkarlar komitəsinin orqanı olan "Lenin tərbiyəsi uğrunda" qəzeti redaksiyasının göndərişi ilə 1983–1985-ci tədris illərində Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. İctimai fəaliyyəti 17 fevral 1984-cü ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunmuşdur. 29 oktyabr 1985-ci ildən 7 fevral 1986-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji kitabxanasinda redaktor işləmiışdir. 17 may 1986–18 iyul 1987-ci illərdə Bakı Plan-Ucot Texnikumunda kitabxana müdiri işləmişdir. 20 iyul 1987-ci ildən Abşeron Rayon Partiya Komitəsinin orqanı olan "Abşeron" qəzeti redaksiyasında ədəbi işci- müxbir, 7 iyul 1989-cu ildən kənd təsərrüfatı şöbəsinin müdiri, 15 fevral 1991-ci ildən məsul katib vəzifəsində işləmişdir. 14 mart 1991-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının orqanı olan "Ülfət" qəzeti redaksiyasına xüsusi müxbir təyin edilmiş və həmin qəzetin ilk nömrəsinin nəşrində iştirak etmişdir. 3 iyun 1991-ci ildən Azəraycan Respublikası Təhsil Nazirliyinin orqanı olan "Gənc fəhlə" jurnalı redaksiyasında redaksiya heyətinin mütəxəsisi, 26 iyul 1991-ci ildən məsul katib vəzifəsində işləmişdir. 15 iyun 1992-ci ildən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin orqanı olan "İqtisadiyyat və həyat" jurnalı redaksiyasına xüsusi müxbir, 1 iyul 1992-ci ildən şöbə redaktoru vəzifəsində calışmşdır. 26 yanvar 1994-cü ildən 2013-cü ilədək "Tribuna" ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində işləmişdir. Marksizm — Leninizm Universitetinin fəaliyyətini bərpa etmiş və ona rəhbərlik edir. "Kommunist" onlayn qəzetini yaratmış və onun baş redaktorudur "Zamanın sınağında", "Yanar zəka", Xoş günlər naminə" kitablarının müəllifidir. Siyasi fəaliyyəti Sentyabr 1975-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına üzv seçilmişdir. 1990-cı ilin may ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil olmuşdur. 30 mart 2014-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir. O, partiyanın Telman Nurullayevin rəhbərlik etdiyi qolunda fəaliyyət göstərir. 23 iyul 2023-cü ildə Azərbaycan Sosialist Hərəkatın İdarə Heyətinin sədri seçilmişdir. Mükafatları Stalin ordeni "Slava, doblest i çest" medalı Həmçinin bax Azərbaycan Kommunist Partiyası (1993)
https://az.wikipedia.org/w/index.php?curid=348258
Ədalət Abdulsəmədov
Ədalət Əbdülsəmədov (tam adı: Ədalət Həsən oğlu Əbdülsəmədov; 17 yanvar 1966) — azərbaycanlı aktyor. Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr və kino sənəti" fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 1993-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Əsas rolları Kral — ("Əriməyən ürək", O. Uald) Mirzə Cavad — ("Aydın", C. Cabbarlı) İbn Səlam — ("Leyli və Məcnun", M. Füzuli) Məcid — ("Dələduz", N. B. Vəzirov) İlya — ("Halallıq", V. Rasputin) Murtuz — ("Dağ tikirik", V. Səmədoğlu) Nəvə — ("Generalın son əmri", V. Səmədoğlu) Kişi — ("Qara qutu", F. Mustafa) Balay — ("Sultanqulu körpüsü", İ. Məlikzadə) Baba — ("Xoşbəxt gün", Ə. Əmirli) Bulat — ("Arvadımın əri", S. Xuqayev) Ulaq — ("Dünyanın axırı", R. Əlizadə) Ağamehdi — ("Qumm üzərində ev", R. İbrahimbəyov) Pinay — ("Bir az gəlirmisiz", Ə. Nesin) Saz yoxlayan — ("Öldür məni can-ciyər", Ə. Nesin) MİS rəisi — ("Su pərisi", F. Mustafa) Novruz bəy — ("Aydın", C. Cabbarlı) Kazak — ("Hekayəti-xırs-quldurbasan", M. F. Axundov) Həkim — ("Şelkunçik", E. T. A. Hofman) Polis — ("Oliver Tvistin macəraları", Ç. Dikkens) Valideyn — ("Mənim ağ göyərçinim", T. Vəliyeva) Əbdülqasım, Coqaş — ("Əcəl atı", V. Əlixanlı) Nəcəf — ("Mən səni sevirəm – M. S. S", Ə. Əmirli) Səftər müəllim — ("Buzovna kəndinin əhvalatları", Elçin) Hacı Qara — ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundzadə) Hacı Qara — ("Hacı Qara", M. F. Axundzadə) Çinar — ("Pələng ili", F. Mustafa) Polis — ("Buratinonun macəraları", A. Tolstoy) Ağabəşir — ("Sarıköynəklə Valehin nağılı", İ. Əfəndiyev) Filmoqrafiya Girov (film, 2005) İnterpapa (film, 2006) Qızlar (film, 2007) Qüdsi (film, 2007) Qaydasız döyüş (film, 2009) Komediya səhnəsi (veriliş, 2009) Səhərə inan... (film, 2011) Ünvansız eşq (2011) Həyat sən nə qəribəsən (teleserial, 2013) Axırıncı yol (film, 2016) Ayaqqabı əməliyyatı (film, 2016) Oğlan evi 2 (film, 2016) Hoqqa (film, 2017)
https://az.wikipedia.org/w/index.php?curid=72498
Ədalət Axundov
Ədalət Yavuz oğlu Axundov — AMEA Riyaziyyat və Mexanika İnstitutuda təhsil şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, riyaziyyat elmlər doktoru, professor. Ədalət Yavuz oğlu Axundov 1 iyun 1949-cu ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.1975–1980-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. 1984–2002-ci illərdə Azərbaycan Texniki Universitetinin dosenti olmuş, 2002-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda işləyir. Elmi fəaliyyətləri 1966-cı ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültəni bitirərək riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır. O, 1976-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının "Riyaziyyat və Mexanika İnstitutu" nun aspiranturasına daxil olmuş, 1981-ci ildə "Qeyri məhdud oblastlarda xətti və kvazi xətti parabolik tənliklər üçün tərs məsələlər" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi almışdır. 1984-cü ildən Azərbaycan Texniki Universitetinin "Ali riyaziyyat" kafedrasının dosenti olmuşdur. 2002-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışır. 2008-ci ildə "Xətti və kvazi xətti elliptik və parabolik tənliklər üçün tərs məsələlər" mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2013-cü ildə professor elmi adını almışdır. Riyazi fizika tənlikləri üçün tərs məsələlər nəzəriyyəsi sahəsində tanınmış mütəxəsisdir, bu sahəyə aid 50-dən artıq məqalənin müəllifidir. 10-dan artıq elmi məqaləsi xarici ölkələrdə dərc edilmişdir. Rusiya, Ukrayna, Bolqarıstan, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilmiş müxtəlif elmi konfrans və simpoziumlarda iştirak etmiş, məruzələr etmişdir. Elmi pedaqoji kadrların hazırlanmasında xidmətləri vardır. Əsas elmi nailiyyətləri Xətt, yarımxətti, kvazixətti parabolik tənliklər və tənliklər sistemi üçün əmsallı tərs məsələlərin "şərti" korrektliyi araşdırılmışdır. Elmi əsərləri On an inverse problem for a semilinear parabolic equation. — "Riyaziyyat və informatikanın aktual problemləri" H. Əliyevin anadan olmasının 90 illik yub. həsr olunmuş beynəlxalq konf.tezisləri Baki, may 29–31, 2013.- p.7/ Gasanova A. I. Determination of the coefficient in the right side of the system of reaction-diffusion type in the problem with a nonlinear boundary condition. — Trans.of NAS Azerb. Ser.of phys.-techn.& math.sci.-2013.- vol. XXXIII, № 1. Math. & Mech.-p.3–8. / Gasanova A. I. Akhundov A. Ya. Some inverse problems for strong parabolic systems. — Ukrainian Math. Journal, 2006, v.58, № 1, p. 114–123. Akhundov A. Ya., Iskenderov A. D. Inverse problem for a linear system of parabolic equations. DAN Ros., 2009, v. 424, № 4, p. 442–444. Akhundov A. Ya., Gasanova A. I., Determination of the coefficient of a semilinear parabolic equation in the case of boundary-value problem with nonlinear boundary condition. Ukrainian Mathematical Journal, 2014, v. 66, № 6, p. 847–852.62 elmi məqalənin müəllifidir.24 məqaləsi respublikadan kənarda dərc edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=494087
Ədalət Ağaoğlu
Ədalət Ağaoğlu (türk. Adalet Ağaoğlu; 13 oktyabr 1929 – 14 iyul 2020, İstanbul) — daha çox roman və hekayə janrındakı əsərləriylə tanınan Türkiyə yazıçısı. XX əsr Türkiyə ədəbiyyatının ən əhəmiyyətli yazıçılarından biri qəbul edilir. Türkiyənin müxtəlif dövrlərini və bu dövrlərin insan həyatlarına təsirini araşdıran əsərlər yazır. Romanlardan başqa hekayə, tamaşa, sınaq, xatirə növündə əsərlər yazır. 1929-cu ilin Oktyabr ayının 13-də Ankaranın Nallıhan rayonunda anadan olmuşdur. Atası, parça taciri Hafız Mustafa Sümərdir. Dörd uşaqlı bir ailənin ikinci uşağı və tək qızıdır. Qardaşları Cazib Sümər həkim, Günər Sümer tamaşa yazıçısı, aktyor, Ayxan Sümər isə biznesmen olmuşdur. Təhsilini Nallıhanda tamamladıqdan sonra 1938-ci ildə ailəsi ilə birlikdə Ankaraya köçdü. Orta təhsilini Ankara Qız Liseyində tamamladıqdan sonra 1950-ci ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Fransız Dili və Ədəbiyyatı hissəsindən məzun oldu. Ədəbiyyata marağı lisey həyatındakı şeirləri ilə başladı, qısa bir müddət sonra səhnə yazıçılığına yönəldi. İlk dəfə 1946-cı ildə Xalq qəzetində teatr tənqidləri yayımlayaraq yazıçılığa başladı. 1948-ci və 1950-ci illər arasında Mənbə jurnalında şeirləri nümayiş olundu. 1951-ci və 1970-ci illər arasında TRT-də müxtəlif vəzifələrdə oldu. Ankara Radiosunda vəzifəyə başladığı il ilk radio tamaşası olan "Eşq Mahnısı"-ı yazdı. Radioda vəzifə edərkən teatr aktyoru və rejissor dörd dostu (Qartal Tibet, Ünər İlsevər, Çətin Koroğlu, Nur Sabuncu) ilə birlikdə Ankaranın ilk xüsusi teatrı olan "Meydan Səhnəsi"'ni qurdu. Meydan Səhnəsi jurnalının redaksiyasına çıxardı. 1953-ci ildə teatr mövzusunda məlumatını artırmaq üçün Parisə getdi. 1953-cü ildə Sevim Uzungörən ilə birlikdə yazdığı "Bir Piyes Yazaq" teatr əsəri həmən il Ankarada səhnəyə qoyuldu. 1954-ci ildə mühəndis Halim Ağaoğlu ilə evlənən sənətçi, ilk romanını yazana qədər tamaşa yazıçılığına dəvam etdi. Üst-üstə yazdığı tamaşalarla 1960-cı və 1970-ci illərin ən yaxşı tamaşa yazıçılarından biri oldu. TRT-in muxtariyyətinə əl qoyması səbəbiylə TRT Radio Dairəsi Başçılığından 1970-ci ildə istefa edən sənətçi o tarixdən bu günə qədər yazıçılıqdan başqa bir işlə məşğul olmadı. Ədəbiyyat həyatının bəzi dövrlərində "Remus Teyalada" və "Parker Kuinks" kimi təxəllüsləri istifadə etmişdir. İlk romanı "Ölməyə Yatmaq", 1973-cü ildə nümayiş olundu. Bu ilk romanından etibarən bütün əsərləri sıx müzakirələrə mövzu oldu. "Ölməyə Yatmaq", daha sonra yazdığı "Bir Toy Gecəsi" (1979) və "Xeyr" (1989) adlı romanlarla bir üçləmə meydana gətirdi və bir çox mükafat qazandı. "Bir Toy Gecəsi" və "Xeyr" romanları nəşr olunan, ikinci romanı olan "Fikrimin İncə Gülü", dördüncü buraxılışında toplatıldı. "Fikrimin İncə Gülü" romanı haqqında, "hərbi qüvvələrə təhqir və zəiflətmək (kiçik salmaq)" ittihamı haqqında 1981-ci ildə iddia açılan Ağaoğlu, iki il davam edən iddianın ardından ziyalı oldu. "Bir Toy Gecəsi" isə istintaq mərhələsində qaldı. Dövrün üç əhəmiyyətli roman mükafatına layiq görülmüş olan "Bir Toy Gecəsi" adlı roman üçün ayrıca Oldoks Haksli'dən oğurlandığı iddiası ortaya atıldı və uzun müzakirələrə səbəb oldu.Hekayə kitabları, sınaqlar, xatirə-roman növündə əsərlər də nümayiş oldu. Ağaoğlu 1991-ci ildə "Çox Uzaq, Çox Yaxın" ilə tamaşa yazıçılığına geri döndü. 1983-ci ildən bəri İstanbulda yaşayan Ağaoğlu, hələ də yazmağı davam etdirir. Ədalət Ağaoğlu ilə əlaqədar yazıları bir araya gətirən arxiv, yoldaşı Halim Ağaoğlu tərəfindən hazırlanmış və 2003-cü ildə Ədliyyə Ağaoğlunun yazarlığının 55-ci ili xatirəsinə "Hər Kəs Öz Kitabının İçini Tanıyar" adı ilə çap olundu. 1996-cı ildə ciddi bir yol qəzası keçirən və iki il xəstəxanada yatan Ədalət Ağaoğlu üçün Can Yücəl'in söylədiyi "Sən Türkiyənin ən gözəl qəzasısan" sözü, Fəridun Andaç'ın Ədalət Ağaoğlu ilə etdiyi çay danışığı tərzində bir kitabın adı oldu. Kitab, 2006-cı ildə çap olundu. Ağaoğlu, 1986-cı ildə qurulan İnsan Haqları Dərnəyinin qurucuları arasında yer almış ancaq 2005-ci ilin İyul ayında İHD'nin tək yanlı irqçi-milliyyətçi bir münasibət göstərdiyini ifadə edərək və "PKK tərəfdarı siyasət izləyirlər" deyərək istefa etdi.2010 Konstitusiya referendumu zamanı müxtəlif iştirakçıları birlikdə təşkil edilən bir paneldə Tələbə Kollektivləri adlı bir qrupun yumurtalı hücumuna məruz qalmışdır. Teatr və Radio Tamaşaları Bir Piyes Yazaq - 1953 Yaşamaq - 1955-1956 radio tamaşası, Evcilik Oyunu - 1964 nəşr edilmiş, çap edilməmiş Tombala - 1967 Damınadı Çatlaq - 1969 Sərhədlərdə - 1969 Üç Oyun: Bir Qəhrəmanın Ölümü, Çıxış, Baramalar - 1973 Özünü Yazan Mahnı - 1976 Çox Uzaq Çox Yaxın - 1991 Divar Hekayəsi - 1992 Uşaqlar və Böyüklər üçün Musiqili Tamaşa Fikrimin İncə Gülü - 1996 Əsrimizin Dəllalı - 2011 Ölməyə Yatmaq - 1973 Fikrimin İncə Gülü - 1976 Bir Toy Gecəsi - 1979 Yay sonu - 1980 Üç-Beş Nəfər - 1984 Xeyr... - 1987 Ruh Üşüməsi - 1991 Romantik Bir Vyana Yayı - 1993 Dərd Dinləmə Mütəxəssisi - 2014 Yüksək Gərginlik - 1974 Səzziliyin Səsi - 1978 Gəlin Gedək - 1982 Həyatı Qorumaq Şəkilləri - 1997 Geçərkən - 1986 Qarşılaşmalar - 1993 Başqa Qarşılaşmalar - 1996 Elə Qarışıqlarda Belə Böyle Qarşılaşmalar - 2002 Yeni Qarşılaşmalar - 2011 Məktublaşmalar - 2005 (Mehmet Baydur ile birlikdə) Köç Təmizliyi - 1985 Gecə Həyatım - 1991 Damla Damla Günlər - 2004 Damla Damla Günler I-II-III - 2007 Seleksiya - 1993 (Özü Seçdikləri) Mükafatları 1974 - TDK Teatr Mükafatı 1975 - Sait Faiq Hekayə Hədiyyəsi, Yüksək Gərginlik ilə 1979 - Sədat Simavi Ədəbiyyat Mükafatı, Bir Toy Gecəsi ilə 1980 - Orxan Kamal Roman Hədiyyəsi, Bir Toy Gecəsi ilə 1980 - Madaralı Roman Mükafatı, Bir Toy Gecəsi ilə 1991 - Türkiyə İş Bankı Böyük Mükafatı, Çox Uzaq Çox Yaxın ilə 1992 - Lebon Mədəniyyət Mərkəzi (Lebon Sinema Klubu) Ədəbiyyat Mükafatı, Ruh Üşüməsi ilə 1997 - Aydın Doğan Roman Mükafatı, Romantik Bir Vyana Yayı ilə Xarici keçidlər Ədalət Ağaoğlu,1993 BBC Türkcə BBC Türkcə ilə 1993-cü ildə olan müsahibə
https://az.wikipedia.org/w/index.php?curid=485411
Ədalət Bayramoğlu
Ədalət Bayramoğlu — əsasən Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı miniatür rəssam, heykəltaraş, keramika ustası. Həyatı və təhsili Ədalət Bayramoğlu 1956-cı ildə Sabirabad rayonunda anadan olub. 1976–1982-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində Təsviri incəsənət fakultəsində təhsil alıb. 1982-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyində muzeylərin dekorativ bəzək işlərini görməyə başlamış, eləcə də həmin ildən etibarən SSRİ və Azərbaycanda keçirilən bir çox sərgilərdə də iştirak etmişdir. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv olan Bayramoğlunun Amerika, İngiltərə, Kanada, Fransa, Çin, Rusiya, Polşa, Litva, Seneqal, Türkiyə və Əlcəzairdə sərgiləri keçirilmişdir. 1995-ci ildə Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən Rəssamlıq Kollecində bir müddət dərs deyib. Həmçinin Antalyada yerləşən Venesiya, Topqapı və Kreml Palas otellərinin relyefli keramika, mozaika və dekorativ bəzək işlərini görmüşdür. 2000-ci ildə Türkiyənin Kastamonu şəhərinə işləməyə dəvət edilir. İngiliscə, fransızca, ərəbcə və rusca bilən Bayramoğlu 2001–2008-ci illər ərzində Kastamonuda tarixi abidələrin bərpasını və dekorativ bəzək işlərini aparıb. Bayramoğlu daha çox miniatür üslubda əsərlər yaratmışdır. Sənətkarın keramika sənəti haqqında yazdığı kitablar bir çox Avropa ölkəsində dərslik olaraq istifadə olunur. O yaxın və uzaq şərq miniatürü və Səlcuqlu miniatürü tərzində əsərlər yaradan tanınmış sənətkarlardandır. Atatürkə həsr olunmuş lövhələr 2007-ci ildə Kastamonuda yerləşən Memar Vedat Mədəniyyət Mərkəzində 1919–1933-cü illəri əhatə edən Atatürkü, Türkiyə İstiqlaliyyət müharibəsini və eləcə də Milli Mübarizə tarixini əks etdirən 13 keramik lövhə hazırlamışdır. Lövhələrin ölçüləri 190x280 sm-dir. Hər lövhədə Atatürk təsvir edilib və bununla yanaşı Atatürkün müəyyən sahələr və tarixi hadisələr haqqında dediyi fikirlər qeyd olunub. Bu lövhələr Atatürkün təsvirindən, dediyi fikirdən və eləcə də bu fikirə aid təsvirlərdən ibarət kompozisiyanı özündə əks etdirir. Kompozisiyaların ümumi sayı 13-dür və hazırda Memar Vedat Mədəniyyət Mərkəzinin Atatürk sərgi zalında nümayiş etdirilir.İkinci lövhə teatr sənətçilərinə həsr olunub və Atatürkün 1930-cu ildə sənətkarlar haqqında dediyi bu fikir lövhədə öz yerini alıb: Tutulduğu xərçəng xəstəliyinə görə üç il müalicə almasına baxmayaraq həkim Münif İslamoğlu Kastamonu Dövlət Xəstəxanasında 2 sentyabr 2008-ci ildə 52 yaşında dünyasını dəyişib. Kastamonuda vida mərasimi təşkil olunub daha sonra isə rəssamın nəşi Azərbaycana göndərilərək Sabirabad rayonunda dəfn olunub. Cəmilə Bayramoğlu ilə ailə həyatı qurub. 1992-ci ildə Cavid adlı bir oğulları dünyaya gəlib. Lakin 2014-cü il yanvarın 25-də Bakıda sökülməkdə olan binanın bir hissəsi uçaraq yolun hərəkət hissəsinə tökülüb. Bu zaman həmin ərazidə hərəkətdə olan avtomobili idarə edən Cavid Bayramlı dağıntılar altında qalaraq dünyasını dəyişib. Cavid Bayramlı da atası kimi rəssam idi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alırdı. Ədalət Bayramoğlunun Amerika, İngiltərə, Kanada, Fransa, Çin, Rusiya, Polşa, Litva, Seneqal, Türkiyə və Əlcəzairdə sərgiləri keçirilmişdir. Kastamonu ilə bağlı yaratdığı miniatür əsərlər Kastamonu valiliyi tərəfindən beş fərqli yerdə sərgilənib. Ölümündən sonra 5 iyun 2015-ci ildə Türkiyədə həyat yoldaşının təşəbbüsü ilə Rıfat İlqaz Mədəniyyət Mərkəzində sərgisi açılıb. Mükafatları Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmməd mükafatı Türkiyə Jandarma Baş Komandanlığı mükafatı Türkiyə Cümhuriyyəti Kastamonu Valiliyi mükafatı Türkiyə Cümhuriyyəti Kastamonu Bələdiyyə başçısının mükafatı Kastamonu təhsil fakultəsi Qazi mükafatı "Atatürk və İstiqlal Yolu" layihəsinin mükafatı Xarici keçidlər 2007-ci ildə Rəcəb Tayyib Ərdoğanın Kastamonuya səfəri zamanı rəssamla görüşü. Əsərlərinin paylaşıldığı facebook səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=563963
Ədalət Dəmirov
Ədalət Nüsrət oğlu Dəmirov (9 noyabr 2001; Aşağı Qaraməryəm, Göyçay, Azərbaycan — 2 noyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ədalət Dəmirov 9 noyabr 2001-ci ildə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olub. Hərbi xidmətləri 2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşüb. Ağcabədidə xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ədalət Dəmirov Füzuli, Cəbrayıl və Qubadlının azad edilməsində savaşıb. Cəfərov Vüsal oktyabrın 22-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Nəşi sonradan müəyyən olunub. Göyçayda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Dəmirov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Dəmirov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ədalət Dəmirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=766596
Ədalət Firqəsi
Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır. Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar. Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi.Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı. 1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi. Mərkəzi Komitəyə Bəhram Ağayev, Seid Cəfər Cavadzadə (Pişəvəri), R. Kərimov və başqaları daxil oldular. Ədalətin Bakıdan əlavə, Gəncədə, Lənkəranda, Astarada və Tiflisdə də komitələri var idı. Ədalət 1919-cu ildən Rusiya Kommunist (bolşeviklər) Partiyası (RK(b)P) Bakı Komitəsi və Hümmətlə daha sıx əməkdaşlığa başladı. Həmin ilin iyunundan RK(b)P Qafqaz Ölkə Komitəsinin maliyyə yardımı ilə partiyanın qeyri-leqal "Hürriyyət" qəzeti nəşrə başladı. Azərbaycan kommunist təşkilatlarının 1920-ci il fevralın 11–12-də keçirilən birinci qurultayı Azərbaycan Xalq Cümhuriyyətini devirməklə hakimiyyəti ələ keçirmək məqsədilə "yerli şəraitdən və taktiki mülahizələrdən çıxış edib" RK(b)P Bakı Komitəsini, Hümməti və Ədaləti vahid Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) halında birləşdirməyi qərara aldı. Qurultayın seçdiyi Mərkəzi Komitəyə Ədalətdən K. Ağazadə daxil oldu. Həmin il Ədalətin Azərbaycanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən bütün komitələri də AK(b)P-yə daxil oldu. Azərbaycan tarixi, 7 cilddə, c.5., B., 2001; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998; Əfəndiyev S. M., Azərbaycan proletariatının inqilabi hərəkatı tarixindən, B.,1957; Həmçinin bax Azərbaycan Kommunist Partiyası
https://az.wikipedia.org/w/index.php?curid=680415
Ədalət Fərəcov
Fərəcov Ədalət Nurulla oğlu (d.1936) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor. Ədalət Nurulla oğlu 1936-cı ildə Masallı rayonunun Öncəqala kəndində doğulub. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=305875
Ədalət Hüseynli
Ədalət Səadət oğlu Hüseynli (8 may 1992; Fərəcullalı, Cəlilabad rayonu, Azərbaycan — 21 dekabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ədalət Hüseynli 8 may 1992-ci ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayon Cəngan kənd tam orta məktəbində almışdır. Hərbi xidməti 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Ədalət Hüseynli sentyabr ayında hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ədalət Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlər zamanı 2 dəfə yaralanmış və xəstəxanaya yerləşdirilmiş, sağaldıqdan sonra yenidən döyüşə qayıtmışdır. 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş yoldaşını xilas edərkən ağır yaralanmışdır və xəstəxanaya yerləşdirilmişdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Ədalət Hüseynli 21 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada komadan ayıla bilməmiş və həlak olmuşdur. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. (18.12.2020) — "Cəsur döyüşçü" medalı (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=704559
Ədalət Hüseynov
Həyat və fəaliyyəti Ədalət Hüseynov 1947-ci ildə martın 13-də Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. 1969-1972-ci illərdə kənd orta məktəbində müəllim, 1972-1974-cu illərdə Masallı rayonun LKSM-in katibi, 1974-1992-ci illərdə Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. 1990-1995- ci illərdə Ali Sovetin deputatı olmuşdur. 2006-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan Regional Şöbəsinin sədri olmuşdur. 2007-ci ildə Ümumrusiya Azərbaycan Konqresinin Rəyasətinin qərarı ilə "Ən yaxşı regional şöbəsinin rəhbəri" nominasiyası üzrə "İlin adamı" elan edilib. 2014-cu ildə Russiya Federassiyasinin Həştərxan Şəhər Dumasının qərarı ilə "Həştərxan şəhərinin Fəxri Vətəndaşı" adına layiq görülmüşdür. Ədalət Hüseynov həmçinin dəfələrlə Həştərxan Vilayətinin mükafatları-"Həştərxan vilayətinin qarşısında xidmətlərinə görə" ordeni və Həştərxan vilayətinin Qubernatorunun "Peşəkar xidmətlərinə görə" fəxri nişanı ilə təltif olunub. O, Knyaz Vladimirin abidəsinin ucaldılmasında göstərdiyi köməyə görə 2013-cü ildə Moskva və Bütün Rusiyanın Patriarxı Kiril tərəfindən Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Hal-hazırda Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin istefada olan polkovnikidir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının "Tərəqqi" medalı, həmçinin 2012-ci il martın 6-da isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Həmçinin 2017- ci ilin martin 10-da Azərbaycan Prezidenti İlham Əliyev Ədalət Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.
https://az.wikipedia.org/w/index.php?curid=381245
Ədalət Kaya
Ədalət Kaya (1977, Diyarbəkir ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ədalət Kaya 1977-ci ildə Diyarbəkir ilinin Kulp ilçəsində anadan olub. Qazi Universiteti Siyasi və İctimai Elmlər Bölməsindən məzun olub.Milli Təhsil Nazirliyində və TBMM-də çalışıb. Mardin Şəhər Bələdiyyəsində şöbə müdiri vəzifəsində təmsil olunub. Rosa Qadınlar Dərnəyinin qurucu prezidenti olub.2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının Katibi vəzifəsində təmsil olunub.1 uşaq anasıdır.
https://az.wikipedia.org/w/index.php?curid=829451
Ədalət Liqası (film, 2017)
Ədalət Liqası (ing. Justice League) — DC Comics-in eyni adlı super qəhrəman hekayəsi əsasında Warner Bros. Pictures tərəfindən istehsal edilən ABŞ super qəhrəmanlıq filmidir. Filmin rejissoru Zak Snayder, ssenari müəllifi isə Kris Terriodur. Əsas rolları Ben Afflek, Henri Kavill, Qal Qadot, Ezra Miller, Ceyson Mamoa, Rai Fişer və Kiaran Hinds ifa edirlər. Ədalət Liqası -nda Betmen Möhtəşəm Qadın ilə birlikdə Fləş, Aquamen, Siborq və yenicə dirilmiş Supermeni aralarına alaraq Steppenvolf və onun Parademonsdan olan ordusuna qarşı mübarizə aparırlar. Film 2014-cü ilin oktyabr ayında Snayderin Terrionun yeni film üçün ssenari yazacağını bildirməsi ilə elan edildi. Əsas fotoqrafiya 11 aprel 2016-cı ildə başlayıb eyni ilin 14 oktyabr ayında başa çatdı. Filmin 17 noyabr 2016-cı ildə 2D, 3D və IMAX 3D formatlarında nümayiş olunacağı təyin edildi. Qısa məzmun Betmen Supermenə qarşı: Ədalətin şəfəqi hadisələrində özünü bəşəriyyət üçün qurban verən Supermendən sonra Brüs Ueyn və Şahzadə Diana Fləş, Aquamen, Siborq və yenicə dirilmiş Supermeni aralarına alaraq Steppenvolf və onun Yer kürəsində Parademonsdan olan ordusuna qarşı mübarizə başlayırlar. Ben Afflek — Brüs Ueyn (Betmen)Milyardçı sosialist; xüsusi geyimdə özünü Qotem şəhəri-nin müdafiəsinə həsr edir.Henri Kavill — Klerk Kent (Supermen)Yeqanə sağ qalmış Kriptonlu, Daily Planet dərgisində jusrnalist; Supermen adı ilə dünyada yadellilərə qarşı döyüşür.Emi Adams — Lois LeynDaily Planet dərgisində jurnalist. Supermenə qarşı sevgi və maraq hissləri var.Qal Qadot — Şahzadə Diana (Möhtəşəm Qadın)5.000 yaşlı Amazon şahzadəsi; Zevsin yarıilahə qızıCeyson Momoa — Artur Körri (Aquamen)Atlantindanın yeraltı suların kralıEzra Miller — Berri Allen (Fleş)Sentral siti universitetinin tələbəsi, superinsan sürətə malikdirRey Fişer — Viktor Stoun (Kiborq)Keçmiş kollec tələbəsi, bədbəxt hadisə nəticəsində texnologiya manipulasiyasına malikdirUillem Defo — Nuidis VulkoAquamenin məsləhətçisiCessi Ayzenberq — Leks LutorLeksKorpun sahibiCeremi Ayrons — Alfred PennivortBrüs Ueynin köməkçisiDiana Leyn — Marta KentKlark Kentin analığıConni Nilson — Kraliça HippoltaŞahzadə Diananın anasıC.K. Simmsons — Ceyms QordonQotem polis departamentinin inspektoru, Betmenin köməkçisiCoe Manqaniello — Sleyd Vilson (Detstrok) Xarici keçidlər Filmin rəsmi vebsaytı Ədalət Liqası — Internet Movie Database saytında.Ədalət Liqası Box Office Mojo-da Ədalət Liqası Rotten Tomatoes saytında (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=469457
Ədalət Liqası filminin istehsalı
2017-ci ildə çıxarılmış “Ədalət Liqası” filmi mürəkkəb istehsalat tarixinə malikdir. Filmin içəkilişlərinə başlamazdan əvvəl və çəkilişlər zamanı onun ssenarisində ciddi dəyişikliklər edilmiş, istehsalın ortasında isə rejissoru dəyişdirilmişdir. Bu filmin kinoteatrlarda təqdim edilmiş versiyasının pre-prodakşn və əsas çəkilişlər zamanı nəzərdə tutulduğundan ciddi fərqlənməsinə səbəb olmuşdur.Dəyişiklərin bir çoxu DC Genişləndirilmiş Kainatının (DCGK) əvvəlki filmləri olan “Betmen Supermenə qarşı: Ədalətin Şəfəqi” və “İntiharçılar dəstəsi” filmlərinin soyuq qəbul edilməsi ilə əsaslandırılmışdır. “Ədalət Liqasının” istehsalatına əsasən Zak Snayder başçılıq etmiş, lakin, 2017-ci ilin mayında filmin post-prodakşn işləri həyata keçirilərkən qızının intiharından sonra Snayder istehsalatdan uzaqlaşmış və rejissor kürsüsündə onu Coss Uidon əvəz etmişdir. Warner Bros. Şirkətinin göstərişi ilə Uidon filmin ssenarisini dəyişmiş, yenidən çəkilişlər həyata keçirmiş, filmin ümumi tonuna dəyişikliklər edərək ona daha parlaq və yumorik əhvali-ruhiyyə gətirmiş, ümumi davamlılıq müddətini isə 120 dəqiqəyə qədər azaltmışdır. “Ədalət Liqası”nın kinoteatr relizi kommersiya uğursuzluğu ilə üzləşmiş, film tənqidçilər və izləyicilərdən qarışıq rəylər almış və bundan sonra Warner Bros. DCGK-nın gələcəyinə yenidən baxmalı olmuşdur.Filmin mürəkkəb istehsalat tarixçəsinin tədricən ictimayətə açıqlanmasından sonra, bəzi insanlar Snayderin baxışını əks etdirən alternativ montaj versiyasının təqdim edilməsi ideyasını irəli sürməyə başlamışdılar. Snayderin yaradıcılığının fanatları, filmin yaradıcı və aktyor heyəti, həmçinin kino sənayesinin bir çox tanınmış fiqurları "Snyder Cut" adlandırılan bu versiyanın çıxarılmasını dəstəkləmişlər. Buna cavab olaraq Warner Bros. rəsmi açıqlama verərək “Ədalət Liqası”nın alternativ versiyasının çıxarılması ilə bağlı heç bir planın olmadığını bildirmişlər. “Polad adam” filminin izləmə partisi zamanı 20 may 2020-ci ildə Zak Snayder şəxsən “Zak Snayderin Ədalət Liqası”nın HBO Max tərəfindən çıxarılacağını açıqlamışdır. Hazırda reliz tarixi olaraq 2021-ci ilin əvvəlləri qeyd edilir. Orijinal Snayder/Terrio ssenarisi (2014–2016) “Polad adam” filminin çıxarılmasından sonra rejissor Zak Snayder DC Genişləndirilmiş Kainatının inkişafına başlayır və “Polad adam”, “Betmen Supermenə qarşı”, o cümlədən “Ədalət Liqası” trilogiyasından ibarət ssenari tağını yaradır. “Screen Rant”dan Stiven Kolbert qeyd edir ki, Snayderin kainat üçün planı Marvel Kinematoqrafiya Kainatının tam əksi idi. Əgər MKK-da personajlara həsr edilmiş solo filmlər ümumiləşdirici “Qisasçılar” filmi ilə yekunlaşdırılırsa, DCGK-da ümumiləşdirici filmlərdə təqdim edilən personajların müxtəlif həyat dövrlərinə aid müstəqil filmlər yalnız ümumiləşdirici filmlərdən sonra çəkilməli idi. Snayderin ilkin baxışına görə “Betmen Supermenə qarşı” filmi franşizanın ən sərt/qaranlıq filmi olmalı, ondan sonra isə filmlərin ümumi əhval tonu tədricən açılmalı idi. Buna baxmayaraq Snayder, Kris Terrio ilə birlikdə “Ədalət Liqası” üçün yazdığı ssenarini “qaranlıq” və “qorxulu” adlandırır. Film üçün hazırlanmış konsept-artlardan məlum olur ki, Apokolipsdə baş verən səhnələr və Yeni Tanrıların iştirakı nəzərdə tutulmuş səhnələr elmi-fantastika əsərlərindən, xüsusilə Hans Rudi Giqerin işlərindən ilhamlanmışdı.İlkin plana görə Steppenvolf və Parademonlar İntiharçılar dəstəsinin düşməni olmalı və Ana qutuları tərəfindən idarə edilən Cadugərə kömək etməli idilər, Ədalət Liqasının əsas antoqonisti isə Darksayd olmalı idi. Snayderin sözlərinə görə, filmin ən azı bir hissəsində Brüs Ueynin “Betmen Supermenə qarşı” filmində gördüyü qarabasmada təsvir olunan postapokalipsis Qotem səhnəsinin və Fleşin Brüsü xəbərdar etmək üçün keçmişə qayıtmasına həsr olunmalı idi. “Ədalət Liqası”nın ilkin ssenarisində qarabasmanın davamı olaraq Betmağaraya gələn Darksayd Lois Leyni öldürürdü. Bu, Supermenin zəkasını Darksaydın canlıları idarə etmək üçün istifadə etdiyi Anti-həyat bərabərliyi qarşısında zəif hala salmalı idi. Supermeni nəzarəti altına alan Darksayd dünyanı ələ keçirir və Brüsün qarabasmasındakı apokaliptik hala salır. Betmen və Kiborq birlikdə çalışaraq zaman maşını yaradırlar ki, Fleşi keçmişə göndərib Lois Leyni xilas etsinlər və Suoermenin Darksaydın təsiri altına düşməsinə mane olsunlar. Fleş iki zaman axımına düşür ki, onlardan biri qəhrəmanı həddən artıq erkən vaxta – “Betmen Supermenə qarşı” filminin taymlaynına gətirir.. “Ədalət Liqası”nın bu versiyası heç vaxt çəkilməyib və bu versiya ilə bağlı çəkilişlər mövcud deyil. Snyder Cut (2016–2017) “Betmen Supermenə qarşı” filmi tənqidçilər tərəfindən əsasən mənfi qəbul edilmiş (“Rotten Tomatoes” rəy aqqreqatorunda 28% 4.94/10 balla qiymətləndirilmişdir), izləyicilər tərəfindən isə qarışıq rəylər (CinemaScore-da “B” reytinqi almışdır) almışdır. Tənqidlər əsasən filmin qaranlıq tona malik olması, yumorun olmaması və zəif templə əlaqəli idi. Bu cür reaksiya Warner Bros. Studiyası və Zak Snayderi DCGK-nın gələcək filmlərinə dəyişiklik etməyə məcbur edir. Bütün əsas çəkilişləri artıq həyata keçirilmiş “İntiharçılar dəstəsi” və əsas çəkilişlərinin başlamasına bir ay qalmış “Ədalət Liqası” filmlərinə dəyişikliklər edilir. Snayder və Terrio əvvəlcədən də DCGK filmlərinin ümumi əhval tonunun daha ümidverici olmasını planlaşdırsa da, “Betmen Supermenə qarşı” filminin qəbulu “Ədalət Liqası”nın ssenarisinə ciddi dəyişikliklər edilməsinə gətirib çıxarır. Kinooperator Fabian Vaqnerlə ilk görüşündəcə Snayder ona “franşizanın digər filmləri üçün xarakterik olan stilləşdirilmiş, qaranlıq və yüksək kontrastlı görünüşdən” uzaqlaşmaq istədiyini deyir.Studiya DCGK-nın inkişafına nəzarət etmək üçün Con Berq və Ceff Consu işə götürür, onların ilk tapşırığı isə “Ədalət Liqası”nın ssenarisinin dəyidirilərək daha ümidverici və optimistik hala gətirilməsi olur. Betmeni canlandıran aktyor Ben Afflek ssenarinin yenidən işlənməsində iştirak etmək və planlaşdırılan “Betmen” filmini “Ədalət Liqası” ilə əlaqələndirmək üçün icraçı prodüser kimi işə cəlb olunur. Alfred Penniuortu canlandıran aktyor, “Betmen Supermenə qarşı” filmini açıq tənqid etmiş Ceremi Ayrons qeyd edir ki, “Snyder Cut”ın ssenarisi sələfi ilə müqayisədə daha sadə, qısa və birxətli idi. Ədalət Liqasının ssenarisi dəyişdirilərək əsas antoqonistin Steppenvolf olacağına qərar verilmiş, “İntiharçılar dəstəsi”ndə boşalmış antoqonist yerinə isə son anda Cadugərin qardaşı İnkubus istifadə edilmişdir. Əsas çəkilişlər 35 mm film kamerası ilə aparılmış və 2016-cı ilin dekabrında yekunlaşdırılmışdır. Bir neçə ay sonra “Ədalət Liqası”nın müxtəlif montaj versiyaları Warner rəhbərliyinə, həmçinin Snayderin ailəsi və dostlarından ibarət kiçik auditoriyaya nümayiş etdirilmişdir. Nümayiş zamanı son montaj işləri həyata keçirilmiş, vizual effektlər və audio-miksinq işləri yarımçıq olmuşdur. Bəstəkar Junkie XL işdən uzaqlaşdırılmazdan əvvəl film musiqisini tamamlaya bilmişdi. Mərasimdə Snayder deyir ki, onun montaj versiyaları demək olar ki, hazır idi və bir neçə CGI işlərinin tamamlanmasından sonra film təqdim edilə bilərdi, lakin, Warners studiyası filmi buraxmaqdan imtina edir. “Forbes” jurnalından Mark Hyuz qeyd edir ki, Snayderin montaj versiyası 90%-dən artıq hazır idi, “The Telegraph” isə məlumat verir ki, filmin vizual qrafika işlərinin tamamlanması üçün studiyanın əlavə $30-40 milyona ehtiyacı vardır. Filmin məhz bu, əsasən yekunlaşdırılmış versiyası “Snyder Cut” adlandırılır. “Ədalət Liqası”nın yaradıcı heyətinin müxtəlif dərəcəli üzvlərinə istinad edən Kevin Smit vəziyyəti belə təsvir edir: “Snyder Cut” dəqiqə (təxminən saat yarım) davam edird i, yığma montaj materialı isə demək olar beş saata çatırdı. Snayderin “Ədalət Liqası”nın baza çərçivələri filmin Coss Uidon tərəfindən hazırlanmış kinoteatr variantında da saxlanılmışdır: Betmen və Ecazkar qadın digər metainsanları axtararaq komanda yaradır, Supermeni dirildir və Rusiyada baş verən final döyüşündə Steppenvolfu məğlub edirlər. Buna baxmayaraq, çoxlu sayda əlavə səhnələr, personajların keçmişləri və motivasiyalarını izah edən səhnələr, miflər, kainat quruculuğuna xidmət edən səhnələr, yeni personajlar və gələcək DCGK filmləri ilə bağlı tizer səhnələr “Snyder Cut”da olsa da, filmin kinoteatr versiyasında ixtisar edilmişdir. Snayder və Terrionun ilk ssenarisində yer almış zaman səhayəti aspekti “Snyder Cut” ssenarisində saxlanılsa da, həcmi azaldılmışdır. Bu versiyada Kiborq Ana qutularını ayıra bilmir və Fleş ona ikinci şans vermək üçün keçmişə səyafət etməli olur. Bu versiya filmdə təqdim olunan üç yeni personajın açılmasına daha çox vaxt sərf edir: Fleş, Akvamen və Kiborq. “Snyder Cut” həm də bir neçə yeni ikinci plan personajı təqdim edir ki, onların da sırasında Ədalət Liqasının əsas antaqonisti olan Darksayd (Rey Porter tərəfindən canlandırılır), onun əsas köməkçisi Desaad (Piter Ginnes tərəfindən canlandırılır), Akvamenin müəllimi və məşqçisi Nuidis Vulko (Uillem Defo tərəfindən canlandırılır), sonradan Atom konstyumunu geyinən alim Rayan Çoi (Rayan Çeng tərəfindən canlandırılır), Kiborqun anası Elionora Stoun (Karen Brayson tərəfindən canlandırılır), Barri Allenin sevgi marağı Ayris Uest (Kiersi Klemons tərəfindən canlandırılır) və cilddəyişmə qabiliyyətinə malik yad planetli Marslı ovçu (Harri Lenniks tərəfindən canlandırılır) vardır. Həmçinin daha əvvəlki DCGK filmlərində təqdim edilmiş və ya “Ədalət Liqası”nın kinoteatr versiyasında da saxlanılmış ikinci plan personajları Leks Lutor (Cessi Ayzenberq tərəfindən canlandırılır), Kiborqun atası Saylas Stoun (Co Morton tərəfindən canlandırılır), Atlantidalı döyüşçü və Akvamenin sevgi marağı Mera (Amber Hörd tərəfindən canlandırılır), müxbir və Supermenin sevgi marağı Lois Leyn (Emi Adams tərəfindən canlandırılır) və Ecazkar qadının düşməni Ares (Nik MakKinlis tərəfindən canlandırılır) “Snyder Cut”da daha böyük efir vaxtına malik olmuşdur. “Ədalət Liqası”nın Snayder montajı versiyasını görən studiya rəhbərləri rejissorun “Betmen Supermenə qarşı” filmi ilə müqayisədə bu filmdə ümumi tonu yumşaltmaq üçün xeyli səy göstərdiyini qeyd edirlər. “Akvamen” filminin çıxarılmasından sonra filmin tonu “Ədalət Liqası”nın atmosferindən xeyli yüngül olsa da, personajın Uidonun təqdim etdiyi yox, “Snyder Cut”dakı versiyaya daha yaxın olduğunu qeyd edirlər. Buna baxmayaraq studiya hələ də nəticəsən narazı qalır və insayderlərin məlumatına görə, Warner Bros. Snayderin redaktələrini “hissolunmaz” hesab edir. Filmin ilk iki treyleri “Snyder Cut”dan olan kadrları istifadə edir və qarışıq fikirlərlə qəbul edilir. Test auditoriyasının reaksiyalarını müşahidə edən Nil Deyli, əsas heyət arasında Betmen və Supermenin ən pis qəbul edildiyini yazır. 2018-ci ilin iyulunda “The Wall Street Journal” studiyanın “Ədalət Liqası”nın alternativ versiyasını çıxarmaq planlarının olmadığını açıqlayır. 2019-cu ilin noyabrında “The Hollywood Reporter” və “Variety” bir-birindən xəbərsiz halda “Snyder Cut”ın çıxarılmayacağı haqqında məlumat verir, ikinci mənbə isə insayder məlumatından sitat gətirərək yazır: “Bu əlçatmaz arzudur. Bu heç vaxt baş verməyəcək.” #ReleaseTheSnyderCut hərəkatı “Ədalət Liqası”nın kinoteatrlarda çıxarılmasından sonra fanatlar “Snyder Cut”ın çıxarılması üçün onlayn petisiya yaradırlar və 180.000-dən artıq insan petisiyanı imzalayır. #ReleaseTheSnyderCut heşteqini istifadə edən hərəkat fanatların belə montaj versiyasının mövcudluğu haqqında dəqiq məlumat almasından əvvəl başladılır. Snayderin rejissor kürsüsünü tərk etməsi və onun yekun versiyasının Uidonun əlinə keçməsi haqqında məlumatın yayılmasından sonra hərəkat daha da genişlənir. Vəziyyət 1980-ci ildə “Supermen 2” filminin çıxışı zamanı yaranmış halla müqayisə edilir. Həm “Ədalət Liqası”, həm də “Supermen 2” filmi üzərində işlər başa çatmamış müxtəlif səbəblərə görə rejissor işdən uzaqlaşdırılmış, yeni rejissor isə filmin ümumi tonu və ssenarisinə ciddi dəyişikliklər etmişdi. Hər iki rejissorun işdən uzaqlaşmaq səbəbi fərqli olsa da, “Supermen 2” filminin rejissoru Riçard Donner 2006-cı ildə film üzərində işlərini yekunlaşdıraraq rejissor versiyasını təqdim etmişdi. Bəziləri “Ədalət Liqası”nın rejissor versiyasının çıxarılmasını labüd hesab edirdilər və bunu Snayderin daha əvvəlki filmlərinin (“Qoruyucular”, “Betmen Supermenə qarşı”) rejissor versiyalarının kinoteatr versiyalarından dəfələrlə yaxşı olması ilə izah edirdilər. Snayderin “Ədalət Liqası”nın sikvelləri ilə bağlı planları Snayderin Ədalət Liqasından sonra istehsal edilməli olan “Ədalət Liqası 2” və “Ədalət Liqası 3” filmləri üçün heç vaxt ssenari yazılmamış və bu iş üçün ssenari müəllifləri işə cəlb edilməmişdi. Lakin, Snayderin onların məzmunu haqqında planları var idi və komiks rəssamı Cim Li onlar üçün çoxlu saytda stori-bordlar yaratmışdı. İstehsalın “Ədalət Liqası”nın təqdim edilməsindən dərhal sonra başlayacağı gözlənilsə də, 2017-ci ilin dekabrında solo “Betmen” filminin yaradılması üçün “Ədalət Liqası 2”nin istehsalı təxirə salınır. “Ədalət Liqası”nın xoşagəlməyən kommersiya nəticəsindən sonra studiya DCGK-nın gələcəyinə yenidən baxaraq Snayderin baxışından uzaqlaşır. Bundan sonra filmin yaradıcı heyəti trilogiya ilə bağlı detalları tədricən açıqlamağa başlayır. Həmin detallardan aşağıdakı məlumatlar müəyyən edilmişdir: “Snyder Cut”da təqdim edilən Darksayd “Ədalət Liqası 2” filmində əsas antoqonist olmalı idi. Betmen ölməli idi. “Ədalət Liqası 2” filmində Hel Cordan da daxil olmaqla, Yaşıl Fənər Korpusunun üzvləri iştirak etməli idi. Şaiələrə görə prodüser Çarlz Roven Korpusun ən məşhur üzvünü məhz Mark Uolberqin canlandırmasını istəyirdi, lakin, rolla bağlı rəsmi kastinq aparılmamışdı. Snayder qeyd edir ki, “Betmen Supermenə qarşı” filmində Supermenin cəsədi üzərində xaçlar “Ədalət Liqası 2” filminə işarə idi. “Betmen Supermenə qarşı” filmindəki qarabasma səhnəsi seriyada mühüm rol oynamalı idi. Bu baxımdan Snayder 2013-cü ildə təqdim edilmiş məşhur “Injustice: Gods Among Us” oyunundan ilhamlanmışdı. “Ədalət Liqası 2” filmi qismən Qrant Morrison tərəfindən 2008-2009-cu illərdə DC Comics üçün yaradılmış “Final Crisis” krossover hekayə xəttinə əsaslana bilərdi. “Ədalət Liqası”nın da çəkilişlərinin aparıldığı “Pinewood Studios”da “Ulduz müharibələri: Skayuolkerin yüksəlişi” filminin çəkiliş meydanını ziyarət edən Kevin Smit burada “Ədalət Liqası”nın bəzi çəkiliş heyəti üzvləri ilə də danışır və gələcəkdə onları nə gözlədiyini öyrənir. Sonradan o bildirir ki, “Ədalət Liqası 2” “İmperiya cavab zərbəsi endirir” və “Qisasçılar: Sonsuzluq savaşı” kimi qəhrəmanların məğlubiyyəti ilə bitməli idi. Smit həm də qeyd edir ki, “Ədalət Liqası 3” filmində hadisələr Brüs Ueynin qarabasmasındakı post-apokaliptik dünyada baş verməli, qəhrəmanlar Darksayd və onun Apokalips güclərinə qarşı sonuncu dəfə birləşməli idilər.2019-cu ilin yanvarında kraudfandinq ianə zamanı toplanmış vəsaitin İntiharların Qarşısının Alınmazı üzrə ABŞ Fonduna yönləndirilməsindən sonra bütün ianəçilərə xüsusi dizaynlı köynəklər hədiyyə etmişdir. Köynəklərin dizaynında Kabbala həyat ağacını xatırladan dairələrlə beş filmdən ibarət filmlər seriyası göstərilmişdir. Köynəyin digər üzündə monomifin yaradıcısı kimi tanınan ABŞ ədəbiyyatçısı Cozef Kempbelldən sitat yazılmışdır: “Bütün tanrılar, səmalar və cəhənnəmlər bizim içimizdədir.” Kinoteatr variantı “Snyder Cut”ın studiya tərəfindən bəyənilməməsindən sonra, Coss Uidon (“Qisasçılar”, “Qisasçılar: Altron dövrü”) ssenarinin yenidən yazılması və əlavə çəkilişlər aparmaq üçün işə cəlb edilir. (Lakin, ehtimal ki, o, ssenaridə dəyişikliklər etmək üçün daha əvvəldən işə götürülmüşdü) Warner Bros. Studiyasının baş direktoru Kevin Tsudzihara tapşırır ki, filmin davamlılıq müddəti iki saatdan artıq olmasın. Studiya filmin təqdimat vaxtını da dəyişməkdən imtina verir ki, bu da filmin normal yekunlaşdırılmasına maneə olur. Bunun səbəbi bir tərəfdən icraçıların vaxtlı-vaxtında maaş almasını təmin etmək, digər tərəfdən də AT&T ilə birləşmədən sonra studiya layihələrinin tamamilə dəyişdirilə biləcəyindən ehtiyat etmələri ilə əlaqəli idi.Ola bilsin ki, Snayder də filmin çıxarılmasının təxirə salınmasından imtina etmişdi. O, Uidonun yenidən yazdığı ssenari əsasında əlavə çəkilişlər aparmalı idi, filmin studiyanın tələblərinə uyğun redaktə edilməsi üçün Uidon və Snayderin birlikdə çalışdığı vaxt, Snayderin qızı Autum Snayder 2017-ci ilin payızında intihar nəticəsində vəfat edir. Faciədən sonra Snayder iki ay film üzərində çalışaraq fikrini yayındırsa da, 2017-ci ilin mayında rejissor kürsüsündəm imtina edir. Onun həyat yoldaşı Debora Snayder də “Ədalət Liqası”nın prodüserliyindən uzaqlaşır. Lakin, belə bir ehtimal var ki, Snayder yanvar və ya fevralda rejissor vəzifəsindən uzaqlaşdırılmış, bu haqqda yalnız mayda xəbər verilmişdir. Snayderin getməsindən dərhal sonra Coss Uidon “Ədalət Liqası”nın kinoteatr versiyasının hazırlanmasına nəzarəti öz əlinə alır. O zaman Warner Bros. icraçı direktoru olan Tobi Emmerix deyirdi: Studiyanın filmlə bağlı qoyduğu tələblərə uyğun olaraq filmin davamlılıq müddəti titrlər də daxil olmaqla 120 dəqiqəyə (iki saat) qədər qısaldılmışdır. Uidon tərəfindən ssenariyə 80 səhifəlik materual əlavə edilmişdir. Vaqner qeyd edir ki, filmin kinoteatr variantında Snayderin çəkdiyi ümümi materialdan vəmi 10%-i istifadə edilmişdir. Post-prodakşn işlərinin aparıldığı müddətdə film musiqisini tamamlamış Junkie XL-in işindən imtina edilmiş və film üçün yeni musiqi yazılması Denni Elfmana (“Hörümçək-adam”, “Betmen” və sair) sifariş edilir. Snayderin layihədən uzaqlaşmasından sonra həyata keçirilmiş bütün çəkilişlərdə Arri Alexa 65 sistemi istifadə edilmişdir. Uidon tərəfindən yenidən yazılmış və çəkilmiş səhnələr filmə daha şəxn ton və yumor əlavə etmiş, Snayderin variantında qaranlıq əhvala yönəlmiş səhnələrdə zorakılığın həcmi azaldılmışdır. Studiyanın tələblərinə uyğunlaşdırmaq üçün filmin “Snyder Cut” versiyasından 90 dəqiqədən artıq material kəsilsə də, ümumi hekayə hələ də Snayderin ilkin ideyasına əsaslanırdı. “Snyder Cut”ın test nümayişi uğursuz olsa da, Uidonun versiyasının test baxışı “Ecazkar qadın”ın uğurunu təkrar edir və studiya yola davam etməyi qərarlaşdırır.Relizindən sonra “Ədalət Liqası”nın kinoteatr versiyası soyuq qarşılanır. Bir neçə kino tənqidçisi onu “Frankinşteyn” adlandıraraq Frankinşteynin bədheybəti kimi bir neçə candan yığıldığını və iki rejissorun fərqli üslublarını birləşdirdiyini qeyd edirlər. Studiya Snayderin kino kainatı üçün olan baxışından uzaqlaşaraq bir-biri ilə əlaqəli filmlər yerinə, personajlara aid solo filmlər üzərində çalışmağa üstünlük verir. “Ədalət Liqası”nın 2019-cu ildə çıxarılmalı olan sikveli qeyri-müəyyən müddətə təxirə salınır. “Betmen Supermenə qarşı” filmindən sonra olduğu kimi, “Ədalət Liqası”nın da çıxarılmasından sonra 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərində növbəti film olan “Akvamen”in çıxarılması öncəsi Warner Bros. icraçı vəzifələrdə olan şəxsləri dəyişir. “Betmen Supermenə qarşı” filmindən sonra DCGK-nı lazım olan yola yönləndirmək üçün həmsədr kimi işə götürülmüş Ceff Cons və Con Berq 2017-ci ilin sonlarında işdən uzaqlaşdırılır. 2018-ci ilin əvvəlində onların yerinə Uolter Hamada (“O”, “Lənət”) və Çantal Nonq işə götürülür. 2018-ci ilin mayında studiyanın kastinq rəhbəri Lora Kennedi işdən uzaqlaşır. “The Hollywood Reporter” insayderdən sitat gətirərək qeyd edir ki, Hamada “işə başlayıb və təmizləmə ilə məşğuldur.” “Ədalət Liqası”nın təqdim edilməsindən sonra Cessi Ayzenberq (Leks Lütor) və Ben Afflek (Betmen) kimi bəzi aktyorlar DCGK ilə yollarını ayırmış, bəzilərinin statusu isə sual altına düşmüşdür. Kinoteatr versiyasında edilmiş əsas dəyişikliklər Aşağıdakı başlıqlarda “Snyder Cut” və kinoteatr versiyası arasındakı fərqlər qeyd edilir. Məlumatlarda əsas diqqət böyük və əlamətdar fərqlərə verilmiş, bununla yanaşı qeyd edilməmiş çoxlu sayda kiçik fərqlər də vardır. İxtisar edilmiş və efir vaxtı azaldılmış personajlar Kinoteatr versiyasında “Snyder Cut”da mövcud olan ən azı on komiks personajı tamamilə ixtisar edilmişdir. “Snyder Cut”da Fleşin Ayris Uesti avtomobil qəzasından xilas etməsi səhnəsi var idi. Rayan Çoi/Atom Saylas Stoun ilə birlikdə S.T.A.R Labsda işləyirdi. Bəzi fleşbek səhnələrində Kiborqun anası Elinor Soun iştirak edir. Akvamenin müəllim və məşqçisi Nuidis Vulko sualtı səhnələrdə və titrlərarası səhnədə görünürdü. Ədalət Liqasının antaqonisti Darksayd ən azı iki-üç səhnədə iştirak edirdi. Darksaydın əsas köməkçisi və sağ əli Desaad ikinci plan rolu oynayırdı. Harri Lenniks tərəfindən “Polad adam” və “Betmen Supermenə qarşı” filmlərində canlandırılmış Kelvin Svonvik “Ədalət Liqası”nda da görünməli və onun yad planetli Marslı ovçu olduğu aydın olmalı idi. Kinoteatr versiyasında Ana qutuları süjet aləti kimi saxlansa da, “Snyder Cut”da göstərillirdi ki, həmin qutularda Steppenvolfun anası Heqqra – komikslərdə onun baxısı olan Heqqra adlı personaja yeni baxış – yaşayırdı. İkinci plan personajları olan Saylas Stoun, Lois Leyn, Mera, Ares, Zevs və Antiopanın iştirakı ilə çəkilmiş bir neçə səhnə ya tamamilə ixtisar edilmiş, ha da əhəmiyyətli dərəcədə qısaldılmışdır. Kristofer Rivin Supermen filmlərində Cimmi Olseni canlandırmış aktyor Mark MakKlur “Snyder Cut”da film ərzində Lois Leynin cangüdənini oynasa da, kinoteatr versiyasında kameo rolunda saxlanmışdır. Rejissor Zak Snayder filmdə danışmayan personaj kimi kameoya malik idi. Aktyor Sem Bencamin 20-30 dəqiqəlik hərbi süjet xəttində iştirak etdiyini bildirmişdir. Əlavə məlumatlar və Fleş, Akvamen və Kiborqun mənşə hekayələri DCGK-nın üç yeni əsas personajının – Fleş, Akvamen və Kiborqun mənşə hekayəsini izah edən bir neçə səhnə, filmin kinoteatr variantında ixtisar edilmişdir. “Snyder Cut”da Fleş təsadüfən zaman səyahəti etməyi öyrənir, onun Brüs Ueynlə münasibəti isə “saf və həyəcanlı biri ilə, təcrübəli və həyəcanlı biri”nin münasibətidir. Snayder Kiborqu “filmin ürəyi” adlandırır və orijinal ssenaridə onun bacarıqlarını istifadə etməyi öyrənməsi, kibernetik orqanlarına kontrolu və Steppenvolf tərəfindən hissələrə parçalanması səhnələri var idi. “Snyder Cut”da Akvamenin mənşəyini və Antlantidanı təsvir edən əlavə səhnələr olmuş, səhnələrdə Atlantidanın Ölü Kralının taxtı, Vulko və Mera da iştirak etmişlər. “Snyder Cut”ın çıxarılmasını dəstəkləməsinə baxmayaraq Ceyson Mamoa həmin səhnələrin ixtisar edilməsini müdafiə edərək deyir: “Onlara ehtiyac yox idi, çünki bu haqqda “Akvamen” filmində bəhs ediləcək. Bu film Akvamen haqqında yox, Ədalət Liqası haqqındadır.” Supermenlə bağlı dəyişikliklər Henri Kavillin Supermen səhnələrinin bir çoxu Uidon tərəfindən yenidən çəkilmişdir. Təkrar çəkilişlərin təyin edildiyi vaxt Kavil Paramauntun “Missiya yerinəyetirilməzdir: Nəticə” filmində aktiv çəkiliş dövründə idi və müqaviləyə görə aktyor film üçün bığını saxlamağa məcbur idi. Buna görə də, Warner Bros. aktyorun bığını post-prodakşnda “təmizləmək” qərarına gəlir, lakin, vaxt darlığının olması yekun məhsulun bərbad olması ilə nəticələnir. Film boyunca bütün səhnələrdə Supermenin CGI dodaqları vardır ki, bu da həmin səhnələrin təkrar çəkildiyini göstərir. “Polad adam” filmində təqdim edilən gənc Supermen, “Betmen Supermenə qarşı” filmindəki konfliktli Supermendən sonra “Snyder Cut” versiyasında personajın süjet tağı tamamlanmalı və o, komikslərdə göstərilən əsl Supermenə çevrilməli idi. “Snyder Cut”ın sonunda Supermenin davranışı stori-bord rəssamı Cey Oliva tərəfindən “məyus” kimi təsvir edilir. Yerə ilk hücum fleşbeki Steppenvolfun Yerə hücumu və Köhnə Olimp Tanrıları, amazonlar, atlantidalılar, Yaşıl Fənər Korpusu və insanlardan təşkil olunmuş orduya qarşı döyüşməsini təsvir edən köməkçi səhnə də dəyişdirilmişdir. “Snyder Cut”da səhnə daha uzun olmaqla Steppenvoldun yerinə Darksaydın daha gənc olan Uxas adlı versiyasını təqdim edirdi; səhnədə Ares və Darksayd arasında döyüş göstərilirdi; Yaşıl Fənər Yalan Qurun əlavə çəkilişləri yer almışdı və kinoteatr variantında ixtisar edilmiş personajlar arasında dialoqlara yer verilmişdi. Steppenvolf baltasını yerə vurduqda alovlanan qırmızı simvol meydana gəlir. “Snyder Cut”da bu simvol Anti-Həyat bərabərliyinin simvolu kimi təqdim edilir, kinoteatr versiyasında isə simvolla bağlı heç bir izah verilmir. Rusiyada final döyüşü Ədalət Liqası və Steppenvolfun Parademonlar ordusu arasındakı final döyüşü də əsasən dəyişdirilmişdir. Uidon qırmızımtıl səma rəngini, yerdən çıxan kökvari strukturları, Stepenvolfun yeni dizaynlı əməliyyat bazasını və Fleş tərəfindən xilas edilə rus ailəsini əlavə etmişdir. “Snyder Cut”da Betmen döyüş səhnələrində daha böyük rol oynayır. Kinoteatr versiyasında Steppenvolf Parademonların qorxunu hiss edəcəyindən ehtiyat edir, bu və açılışdakı Betmenin oğru səhnəsi Uidon tərəfindən əlavə edilmiş süjet alətidir. “Snyder Cut”da Steppenvolf boru vasitəsiylə xilas olmazdan əvvəl Ecazkar qadın onun başını kəsə bilir və borunun digər tərəfində sikveldə peyda olacağını tizer edən Darksayd görünür. Zak Snayderin Ədalət Liqası (2021) 20 may 2020-ci ildı Warner Bros. filmin orijinal versiyasının eksklüziv olaraq HBO Max-da 2021-ci ildə təqdim ediləcəyini açıqlayır. Bu xəbəri ilk dəfə Zak Snayder “Polad adam” filminin fanatlar və Henri Kavillə birgə izləmə mərasimində elan edir. Bu versiyanın tamamlanması $20–30+ milyona başa gələcək, xərclər xüsusi effektlərin tamamlanmasına, musiqi effektlərinə və montaj işlərinə sərf ediləcək, Zak Snayderin versiyası dörd saatlıq film və ya altı hissəli mini-serial olacaq. Həmçinin bax Injustice: Gods Among Us (komiks) Flashpoint (komiks) Xarici keçidlər ForSnyderCut.com – "Snyder Cut" haqqında xəbərləri yayan fanat saytı Release the Snyder Cut Know Your Meme portalında Black Suit Edition Vimeo-da 'Justice League' Deleted Scenes Reveal A Much Darker Movie via ScreenGeek If a Snyder Cut Does Ever Release, It Might Look Different Than Fans Expect via io9
https://az.wikipedia.org/w/index.php?curid=638528
Ədalət Muradov
Ədalət Cəlal oğlu Muradov (29 yanvar 1962, Güllücə, Ağdam rayonu) — Azərbaycan alimi, iqtisad elmləri doktoru (1998).Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (2014-cü ildən). Muradov Ədalət Cəlal oğlu 29 yanvar 1962-ci ildə anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir. 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada "İqtisadiyyat və istehsalın təşkili üzrə" SSRİ-də 2-ci yerə layiq görülmüşdür. 1995–1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, "Makroiqtisadiyyat", "İqtisadi Siyasət", "Beynəlxalq İqtisadiyyat", "Keçid İqtisadiyyatının Ümumi Nəzəriyyəsi" fənlərini tədris etmişdir. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmış, "Makroiqtisadiyyat", "İqtisadiyyatın dövlət tənzimlənməsi", "Azərbaycanın iqtisadi siyasəti" fənlərini tədris etmişdir. 3 dərs vəsaitinin, 3 monoqrafiyanın, 3 tədris proqramının, 60-dan artıq elmi məqalənin müəllifidir. Almaniyada "Sosial bazar iqtisadiyyatı", Yaponiyada "Ümumdünya Ticarət Təşkilatına üzvlük", ABŞ-də "Qanun layihələrinin hazırlanmasında icraedici və qanunverici orqanların əməkdaşlığı", Hollandiyada "İnkişaf etməkdə olan ölkələrin ticarət danışıqçıları və inzibatçıları" və s. proqramlarda iştirak etmiş, UNCTAD-ın eksperti kimi fəaliyyət göstərmişdir. 2002-ci ildən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışmışdır. 2002–2007-ci illərdə həmin nazirliyin "Makroiqtisadi təhlil və proqnozlaşdırma" şöbəsinə, 2007–2009-cu illərdə "Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı" şöbəsinə, 2009–2014-cü illərdə isə "İqtisadi siyasət, təhlil və proqnozlaşdırma" şöbəsinə rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqçılar Qrupunun üzvü, Xidmətlər üzrə İşçi Qrupun rəhbəri olmuşdur. Dövlət qulluğunun müşaviridir. 2009-cu ildən etibarən "Bakıelektrikşəbəkə" ASC-nin Müşahidə Şurasının Sədri, Dövlət büdcəsinin xərcləri üzrə Komissiyanın üzvü, Əmanətlərin sığortalanması Fondu Himayədarlar Şurasının üzvü, Dövlət Statistika Komitəsinin Metodologiya Şurasının üzvü, 2011–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib. 100-dən artıq beynəlxalq və yerli konfranslarda, o cümlədən Beynəlxalq Peterburq İqtisadi Forumu (iyun, 2013); İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu, Dünya Bankı (5–6.03.2012, Bakı); İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü Forumu (2–3.03.2012, Bakı); "Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası" (28.04.2010, Bakı); "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" (04.06.2010, Bakı); "Diversification through innovation: prospects for growth" (5–7.05.2010, Berlin); "Keçid iqtisadiyyatlı ölkələrdə BMT-nin Minilliyin İnkişaf məqsədlərinə nail olunmasında Rəqabət siyasətinin rolu" (27–28.09.2005, Bakı, UNCTAD); "Distribution services" (14–16.11.2005, UNCTAD, Cenevrə); Trade and development implications of financial services (20–21.09.2007, UNCTAD, Cenevrə); "Qloballaşma ilə bağlı məsələlərin həlli üçün Azərbaycanda potensialın gücləndirilməsi" (28–29.08.2003, UNESCAP, Bakı) və s. iştirak və çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.İngilis, ukrayna və rus dillərini bilir. Ailəlidir. İki övladı var.
https://az.wikipedia.org/w/index.php?curid=349928
Ədalət Mədədoğlu
Ədalət Mədəd oğlu İsmayılov (Ədalət Mədədoğlu; 1 fevral 1968, Dmanisi) — azərbaycanlı şair, yazıçı, publisist, siyasi xadim. Ədalət Mədədoğlu 1968-ci ilin fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1985-ci ildə Dmanisi rus orta məktəbini, 1996-ci ildə isə A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Müxtəlif illərdə “Kaspi” (rus dilində), “Xəzər” (Azərbaycan dilində), “Nyu Baku Post” (Azərbaycan dilində) qəzetlərinin redaktor, baş redaktorun müavini və məsul katib, “Kaspiy İz” (rus dilində), “İçəri şəhər” (rus dilində), “Mobil time” (Azərbaycan və ingilis dillərində) jurnallarının redaktoru olub, BBC radiosunun rus xidmətində çalışıb. Hal-hazırda, “Əqli mülkiyyət jurnalının” baş redaktorudur. Siyasi-ictimai, elmi fəaliyyəti Ədalət Mədədoğlu 2000 ildə təsis etdiyi Azərbaycan Sabit İnkişaf Partiyasının (ASİP) sədridir. ASİP ölkənin siyasi-ictimai həyatında sol-mərkəzçi, islahatçı partiya kimi fəaliyyət göstərir. Ədalət Mədədoğlu Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya Gürcüstan Ukrayna, Özbəkistan, Moldova, Almaniya, Səudiyyə Ərəbistanı mətbuatında dərc edilmiş 200-dən artıq siyasi və elmi məqalələri, “Azərbaycan dilində onomastik vahidlərin semantik inkişafı” adlı avtoreferatın müəllifidir. Yaradıcılığı Ədalət Mədədoğlu. “Tiflisdə yeddi məhbus”, roman. Bakı, CBS, 2013. Bəzi elmi məqalələri Azərbaycan dilinin yazılı mənbələrində işlədilən antroponimlərdən istifadə üsulları, “Elmi axtarışlar”, 5 toplu, Bakı, 2001, səh. 180-183. “Dədə Qorqud soraqlı Başkeçidin onomastik vahidlərin klassifikasiyası”, “Dədə Qorqud”, N 1 (3), Bakı, 2002, səh. 47-51. “Sifətlərlə ifadə olunmuş onomastik vahidlərin semantik inkişafı”, “Filologiya məsələrinə dair tematik toplu”, N 1-2 (24-25), Bakı, 2003, səh. 49-53. “Azərbaycan dilində adlarla (isim, sifət, say) ifadə olunmuş onomastik vahidlərin semantik inkişafı, ADPU mətbəəsi, Bakı, 2004.
https://az.wikipedia.org/w/index.php?curid=587037
Ədalət Məmmədov
Ədalət Məti oğlu Məmmədov (1949) — azərbaycanlı sənətçi. Ədalət Eyvaz oğlu Məmmədov (1959) — azərbaycanlı memar. Ədalət Həsən oğlu Məmmədov (1961-1992) — azərbaycan polis. Ədalət Aydın oğlu Məmmədov (1974-2003) — azərbaycanlı boksçu. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=463176
Ədalət Məmmədov (aktyor)
Ədalət Məti Məmmədov (13 iyun 1949, Zərdab) — Azərbaycan aktyoru. Ədalət Məmmədov 13 iyun 1949-cu ildə Zərdab şəhərində anadan olub. 23 iyun 1971-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. 6 sentyabr 1971-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. Ədalət Məmmədov dublyaj sahəsində öz səs tembri ilə seçilən uğurlu aktyorlarımızdandır. İstər əcnəbi filmlərin dublyajında, istərsə də milli filmlərin səsləndirilməsində yaxından iştirak edir. Azərbaycan Respublikasının Əməkdar Artisti (22 may 1991) Teatr səhnəsindəki rolları Artur — ("Ovod", Eteri Voyniç) Rüstəm -Zal — ("Söhrab və Rüstəm", İskəndər Coşğun) Atlant — ("Zəncirlənmiş Prometey", Cahangir Məmmədov) Bəxtiyar — ("Komsomol poeması", İskəndər Coşğun) Rüstəm — ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov, Həsən Seyidbəyli) Mahmud — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov) Mete xan — ("Bir parça Vətən", Fikrət Sadıq) İnspektor — ("Danabaş kəndinin məktəbi", Cəlil Məmmədquluzadə) Xosrov — ("Ölüm hökmü", Elçin) 1-ci aparıcı — ("Şəhidlər", Bəxtiyar Vahabzadə) Qurban ("Olmuş əhvalat", Aqşin Babayev) Filmoqrafiya Səsləndirdiyi filmlər Üzeyir ömrü (film, 1981) (tammetrajlı bədii film) (Müslüm Maqomayev) Aşkarsızlıq şəraitində... (film, 1986) (tammetrajlı bədii film) (qanun işçisi) Özgə ömür (film, 1987) (tammetrajlı bədii film) (Dadaşov) Dərvişin qeydləri (film, 2013) (tammetrajlı bədii film) (professor)Aktyor kimi Muğam (film, 1995) (tammetrajlı film-tamaşa) Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film) (rol: Topal Teymur) Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013)Mətn oxuduğu filmlər Akademik Heydər Hüseynov (film, 2005) (sənədli film) Bizim qəribə taleyimiz (film, 2005) (sənədli film) Dağlı çörəyi (film, 2007) (sənədli film) Hədiyyələr, həyəcanlar… (film, 2007) (sənədli film) Qaragülün nağılı (film, 2007) (sənədli film) Şamaxı abidələri (film, 2007) (sənədli film) Rəfibəylilər (film, 2009) (sənədli film) 21-ci ilin payızı (film, 2011) (qısametrajlı sənədli film) Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2013) (sənədli film) Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov (film, 2014) (sənədli film) Sənətin sönməyən ulduzu. İsmayıl Osmanlı (film, 2014) (sənədli film) Kinonu sevən adam. Həsən Seyidbəyli (film, 2015) (sənədli film) Olumla ölüm arasındakı ömür. Hamlet Qurbanov (film, 2015) (sənədli film) Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015) (sənədli film) Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov (film, 2016) (sənədli film)Dublyaj etdiyi film Anlamaq istəyirəm (film, 1980) (tammetrajlı bədii film) (Şükürov) Gənc Tamaşaçılar teatrı Arxivləşdirilib 2017-03-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=37065
Ədalət Məmmədov (boksçu)
Ədalət Məmmədov (3 avqust 1974, Bakı – 30 mart 2003, Bakı) — Azərbaycanı təmsil edən boksçu. Ədalət Məmmədov 1993-cü ildə Tampere şəhərində (Finlandiya) baş tutan Dünya Çempionatında mübarizə apardı. Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Miya Kihlstroma qalib gəlsə də, 1/4 final mərhələsində ABŞ nümayəndəsi Co-El Sota məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.Daha sonra Ədalət Məmmədov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Svilen Rusinova qalib gəlsə də, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Vladimir Kliçoya məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.Ədalət Məmmədov həm də Azərbaycanı 1996-cı ilin avqustunda Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ədalət Məmmədov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çexiya nümayəndəsi Petr Horaçeh ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə vaxtından əvvəl qalib gələn Ədalət Məmmədov turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xose Blocus oldu. Bu görüşdə də Ədalət Məmmədov rəqibinə vaxtından əvvəl qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Nigeriya nümayəndəsi Dunca Dohivari oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ədalət Məmmədov rəqibinə məğlub oldu və Atlanta Olimpiadasını beşinci pillədə başa vurdu.Ədalət Məmmədov 2003-cü il martın 30-da 28 yaşında vəfat elədi.
https://az.wikipedia.org/w/index.php?curid=463080
Ədalət Məmmədov (hərbçi)
Ədalət Həsən oğlu Məmmədov (29 oktyabr 1961, Zabux, Laçın rayonu – 11 oktyabr 1992, Hoçaz, Laçın rayonu) — Baş serjant, şəhid. Məmmədov Ədalət Həsən oğlu 1961-ci il oktyabırın 29-da Laçın rayonunun Zabux kəndində anadan olmuşdur.O, 1968-ci ildə orta məktəbə getmiş, orta təhsilini başa vurduqdan sonra 1979–1981-ci illərdə əsgəri xidmətdə olmuşdur. Ədalət 1983-cü ildə Mərdəkandakı milis (polis) məktəbini bitirib Laçın rayon Daxili İşlər Şöbəsində işə girir. Baş serjant Ədalət Məmmədov 1992-ci ildə başqa polis işçiləri kimi doğma Laçın uğrunda döyüşlərə yollanır. Seyidlər, Birinci Tığik, İkinci Tığik, Bülüldüz, Narışlar, Pircahan, Kürdhacı, Oğuldərə və s. kəndlər uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Çoxlu sayda erməni döyüşçüsünü məhv edən Ədalət Məmmədov 1992-ci il oktyabırın 11-də Hoçaz yüksəkliyinin alınması uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Məzarı Göyçay rayonundadır. İki övladı yadigar qalıb: qızı Gülnarə və oğlu Ziyadxan. Dostu və cəbhə yoldaşı, Qarabağ müharibəsi veteranı, polis kapitanı Əli Hüseynovun xatirələrindən "Ədalətlə tanışlığım 1979-cu ilə gedib çıxır. İkimiz də eyni vaxtda bir qatarda hərbi xidmətə yollanmışıq. Daha sonra 1983-cü ildə Daxili İşlər orqanlarında çalışmağa başlamışıq. İşlədiyimiz dövrdə Arif Heydərov adına kiçik rəis heyəti hazırlayan kursda da bir yerdə oxumuşuq. Daha sonralar isə döyüş yolumuz bir yerdən başladı. Səfyan kəndi, Hadrut rayonu istiqamətlərində, Zabux kəndinin müdafiəsində də Ədalətlə bir yerdə olmuşuq. Laçının işğalından sonra Kəlbəcər ərazisindən keçərək Laçın uğrunda yenidən döyüşlərə qoşulmuşuq. Hoçaz dağının alınması əməliyyatında da çox ağır döyüş oldu. İndi çox adam deyir ki, Hoçaz dağının alınmasında iştirak etmişəm Bu döyüşdə Laçın Polis Şöbəsindən 32 nəfər iştirak edirdi. Biz təkcə ermənilərə qarşı deyil, həm də rus ordusuna qarşı döyüşürdük. Bunu ələ keçirdiyimiz su qablarının üzərində rus adlarının yazılması təsdiq edirdi. Hoçaz döyüşündə 4 tank, 1 PDM (piyadaların döyüş maşını) ələ keçirmişdik. Həmin texnikaların üzərində də rus adları və Voronej şəhərinin adı yazılmışdı. (1991–92, dembil Voronej). Hoçaz dağını böyük çətinliklə ələ keçirdik həmin döyüşdə heç bir itki vermədik, ancaq biz dağın alınması ilə qane ola bilməzdik. Hərəkət eləməyə başladıq. "Telesentr" yüksəkliyini və Sus kəndini aldıqdan sonra mövqeləri Milli Orduya təhvil verib, yenidən irəli doğru hərəkət eləməyə başladıq. Bir müddətdən sonra bizə məlum oldu ki, biz erməni ordusunun mühasirəsinə düşmüşük. Milli ordu mövqeləri tərk edib, ermənilər isə bizi arxadan mühasirəyə alıblar. Böyük çətinlik bahasına olsa da o mühasirədən çıxdıq və Ədalət o döyüşdə snayper gülləsindən qurtula bildi. Bundan sonra çox mühasirələrə düşmüşük. Elə bil ki, kimsə qəsdən Laçın polisini mühasirəyə salıb son nəfərinə kimi qırmaq istəyirdi. Mən sizə açıq həqiqəti deyirəm, inanın. Son döyüşümüz də çox ağır keçdi. Hocaz dağında möhkəmləndikdən sonra ermənilər ön tərəfdən 7 tank, 1 top, 2 qrad qurğusu ilə meşə idarəsinin həyətindən, 2 topla Cağazur kəndi istiqamətindən, 3 top, 1 qradla Hacılar, Sadınlar istiqamətindən, 1 TŞK, 1 tank, 6 km-ə qədər məsafəni vuran topla hücuma keçdilər. Hər bir insan üçün 1 mərmi atılırdı. Silah, texnika cəhətdən xeyli üstün olmalarına baxmayaraq, 7 tankla müdafiə istehkamımızı yara bilmədilər. Döyüş bir az sakitləşdikdən sonra rəhmətlik Oqtay (Oqtay Güləliyev) dedi ki, qalan qüvvələr keçib qayanın arxasında mövqe tutsunlar. Mən mərmi düşən tərəfdə idim, həmin an keçib uzandım, heç 45 saniyə çəkmədi ki, hansısa mərmi Oqtayın, Ədalətin və Əşrəf Məmmədovun həyatına son qoydu. Bir dost kimi Ədalət və Oqtay əvəzsiz insanlar idilər. Dünyada Ədalət kimi yoldaşlığı olan ikinci bir insan tanımıram, mən bunları yazı və yaxud müsahibə xətrinə demirəm, həqiqət olduğu üçün deyirəm. Hələ 1983-cü ildə kursda olduğumuz müddətdə Ədalətlə münasibətlərimiz xeyli yaxınlaşmışdı. Elə bilirdilər ki, əkiz qardaşıq, bəzən bizi bir-birimizdən ayıra bilmirdilər, dəyişik salırdılar. Quruluşumuz, boyumuz eyni idi, mən bir az ağbəniz idim. Eyni geyinirdik: ağ köynək, ağ "furajka". Laçının özündə belə bizi dəyişik salırdılar. Bir dəfə Laçında bir nəfər qarşımı kəsdi ki, kostyum tikdirmisən, gəl apar. Mən dedim ki, bir yaxşı-yaxşı bax, bəlkə dəyişik salırsan. Baxıb dedi ki, ola bilər, dedim ki, Ədalətə deyərəm gəlib götürər. Bir dəfə də bir nəfər dedi ki, su kranlarını gətirmişəm, gəl apar. Bax belə maraqlı epizodlar… Təəssüflər olsun ki, Ədaləti, Oqtayı, onlar kimi yüzlərlə oğullarımızı itirsək də, üzərimizə düşən vəzifəni axıracan başa çatdıra bilmədik. Dostumun balası olaraq Ziyadxanı öz balalarımdan ayırmıram. O da, Anar da (Oqtay Güləliyevin oğlu) mənə dost əmanətidirlər. Onlara atalarının adını şərəflə daşımağı arzulayıram.
https://az.wikipedia.org/w/index.php?curid=257519
Ədalət Məmmədov (memar)
Ədalət Eyvaz oğlu Məmmədov (1959, Bərdə) — Azərbaycan Respublikasının əməkdar memarı.1980–1989-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhər ağa məscidi , Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasıın divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib. Azərbaycan abidələrinin ilkin siyahısının və İçəri Şəhər qoruq kompleksinin UNESCO tərəfindən siyahıyasalınma layihəsində memarlar qrupuna rəhbərlik edib. 2018-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülüb. 2019-cu ildə Azərbaycan Memarlar İttifaqı ona "Ustad Memar" adını təqdim edib. Bioqrafiyası Uşaqlıq və gənclik illəri 1959-cu ildə Bərdə şəhərində dünyaya gəlib. 1966–1976-cı illərdə Bakı şəhəri, 4 nömrəli Fars təmayüllü məktəbdə orta təhsilini alıb. 1977-ci ildə ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakultəsinə daxil olub. 1983-cü ildə ali təhslini bitirib. Tələbəlik illərindən, 1980-ci ildən etibarən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində, Tarix və Mədəniyyət abidələrinin bərpası sahəsində çalışmağa başlayıb. 1980–89-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhərağa məscidi , Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasıın divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib. 1986-cı ildə Ağdam Cümə məscidinin, 2010-cu ildə Hacı Zeynalabdin Tağıyevin sarayının, 2012-ci ildə Bərdə türbəsinin və Torpaqqalanın, 2014-cü ildə Tərtər çayı üzərində qədim körpü qalıqlarının bərpa–konservasiya layihəsinin müəllifidir. 2009-cu ildə Maştağadakı, Şamxal hamamının, 2016-cı ildə İmamzadə türbəsinin, 2019-cu ildə Hüseyniyyə məscidinin, 2017-ci il Uğurlu Xan karvansarayının və Şah Abbas karvansarayının bərpası və funksional istifadəsi layihəsinin müəllifidir. 2014-cü ildə Bibiheybət və Təzəpir məscidilərinin, 2015-ci ildə Əjdərbəy məscidinin, 2018-ci ildə Qarabağlar türbəsinin bərpa və yenidənqurma işlərinin müəllifidir. 1998–2000-ci illərdə İçərişəhər tarix-memarlıq qoruğunun, Qız qalası və Şirvanşahlar sarayı kompleksinin UNESCO Ümumdünya irsi siyahısına daxil edilməsi işində çalışan memarlar qrupuna rəhbərlik edib. Memarı olduğu tikililər 2013–2014. Heydər məscidi 2018–2019. Hacı Cavad məscidi 2019–2020. Xanım Fatimeyi-Zəhra məscidi Mükafatları 2002. UNESCO-nun çiy kərpicdən inşa edilmiş tikililərin mühafizəsi üzrə mütəxəssis sertifikatı 2012. ICOMOS-un Tarix və Memarlıq Abidələri Qoruğunun İdarə olunması üzrə sertifikat 2018. Azərbaycan Respublikasının əməkdar memarı 2019. Azərbaycan Memarlar İttifaqının "Ustad Memar"ı
https://az.wikipedia.org/w/index.php?curid=666210
Ədalət Məmmədov (şəhid)
Ədalət Həsən oğlu Məmmədov (29 oktyabr 1961, Zabux, Laçın rayonu – 11 oktyabr 1992, Hoçaz, Laçın rayonu) — Baş serjant, şəhid. Məmmədov Ədalət Həsən oğlu 1961-ci il oktyabırın 29-da Laçın rayonunun Zabux kəndində anadan olmuşdur.O, 1968-ci ildə orta məktəbə getmiş, orta təhsilini başa vurduqdan sonra 1979–1981-ci illərdə əsgəri xidmətdə olmuşdur. Ədalət 1983-cü ildə Mərdəkandakı milis (polis) məktəbini bitirib Laçın rayon Daxili İşlər Şöbəsində işə girir. Baş serjant Ədalət Məmmədov 1992-ci ildə başqa polis işçiləri kimi doğma Laçın uğrunda döyüşlərə yollanır. Seyidlər, Birinci Tığik, İkinci Tığik, Bülüldüz, Narışlar, Pircahan, Kürdhacı, Oğuldərə və s. kəndlər uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Çoxlu sayda erməni döyüşçüsünü məhv edən Ədalət Məmmədov 1992-ci il oktyabırın 11-də Hoçaz yüksəkliyinin alınması uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Məzarı Göyçay rayonundadır. İki övladı yadigar qalıb: qızı Gülnarə və oğlu Ziyadxan. Dostu və cəbhə yoldaşı, Qarabağ müharibəsi veteranı, polis kapitanı Əli Hüseynovun xatirələrindən "Ədalətlə tanışlığım 1979-cu ilə gedib çıxır. İkimiz də eyni vaxtda bir qatarda hərbi xidmətə yollanmışıq. Daha sonra 1983-cü ildə Daxili İşlər orqanlarında çalışmağa başlamışıq. İşlədiyimiz dövrdə Arif Heydərov adına kiçik rəis heyəti hazırlayan kursda da bir yerdə oxumuşuq. Daha sonralar isə döyüş yolumuz bir yerdən başladı. Səfyan kəndi, Hadrut rayonu istiqamətlərində, Zabux kəndinin müdafiəsində də Ədalətlə bir yerdə olmuşuq. Laçının işğalından sonra Kəlbəcər ərazisindən keçərək Laçın uğrunda yenidən döyüşlərə qoşulmuşuq. Hoçaz dağının alınması əməliyyatında da çox ağır döyüş oldu. İndi çox adam deyir ki, Hoçaz dağının alınmasında iştirak etmişəm Bu döyüşdə Laçın Polis Şöbəsindən 32 nəfər iştirak edirdi. Biz təkcə ermənilərə qarşı deyil, həm də rus ordusuna qarşı döyüşürdük. Bunu ələ keçirdiyimiz su qablarının üzərində rus adlarının yazılması təsdiq edirdi. Hoçaz döyüşündə 4 tank, 1 PDM (piyadaların döyüş maşını) ələ keçirmişdik. Həmin texnikaların üzərində də rus adları və Voronej şəhərinin adı yazılmışdı. (1991–92, dembil Voronej). Hoçaz dağını böyük çətinliklə ələ keçirdik həmin döyüşdə heç bir itki vermədik, ancaq biz dağın alınması ilə qane ola bilməzdik. Hərəkət eləməyə başladıq. "Telesentr" yüksəkliyini və Sus kəndini aldıqdan sonra mövqeləri Milli Orduya təhvil verib, yenidən irəli doğru hərəkət eləməyə başladıq. Bir müddətdən sonra bizə məlum oldu ki, biz erməni ordusunun mühasirəsinə düşmüşük. Milli ordu mövqeləri tərk edib, ermənilər isə bizi arxadan mühasirəyə alıblar. Böyük çətinlik bahasına olsa da o mühasirədən çıxdıq və Ədalət o döyüşdə snayper gülləsindən qurtula bildi. Bundan sonra çox mühasirələrə düşmüşük. Elə bil ki, kimsə qəsdən Laçın polisini mühasirəyə salıb son nəfərinə kimi qırmaq istəyirdi. Mən sizə açıq həqiqəti deyirəm, inanın. Son döyüşümüz də çox ağır keçdi. Hocaz dağında möhkəmləndikdən sonra ermənilər ön tərəfdən 7 tank, 1 top, 2 qrad qurğusu ilə meşə idarəsinin həyətindən, 2 topla Cağazur kəndi istiqamətindən, 3 top, 1 qradla Hacılar, Sadınlar istiqamətindən, 1 TŞK, 1 tank, 6 km-ə qədər məsafəni vuran topla hücuma keçdilər. Hər bir insan üçün 1 mərmi atılırdı. Silah, texnika cəhətdən xeyli üstün olmalarına baxmayaraq, 7 tankla müdafiə istehkamımızı yara bilmədilər. Döyüş bir az sakitləşdikdən sonra rəhmətlik Oqtay (Oqtay Güləliyev) dedi ki, qalan qüvvələr keçib qayanın arxasında mövqe tutsunlar. Mən mərmi düşən tərəfdə idim, həmin an keçib uzandım, heç 45 saniyə çəkmədi ki, hansısa mərmi Oqtayın, Ədalətin və Əşrəf Məmmədovun həyatına son qoydu. Bir dost kimi Ədalət və Oqtay əvəzsiz insanlar idilər. Dünyada Ədalət kimi yoldaşlığı olan ikinci bir insan tanımıram, mən bunları yazı və yaxud müsahibə xətrinə demirəm, həqiqət olduğu üçün deyirəm. Hələ 1983-cü ildə kursda olduğumuz müddətdə Ədalətlə münasibətlərimiz xeyli yaxınlaşmışdı. Elə bilirdilər ki, əkiz qardaşıq, bəzən bizi bir-birimizdən ayıra bilmirdilər, dəyişik salırdılar. Quruluşumuz, boyumuz eyni idi, mən bir az ağbəniz idim. Eyni geyinirdik: ağ köynək, ağ "furajka". Laçının özündə belə bizi dəyişik salırdılar. Bir dəfə Laçında bir nəfər qarşımı kəsdi ki, kostyum tikdirmisən, gəl apar. Mən dedim ki, bir yaxşı-yaxşı bax, bəlkə dəyişik salırsan. Baxıb dedi ki, ola bilər, dedim ki, Ədalətə deyərəm gəlib götürər. Bir dəfə də bir nəfər dedi ki, su kranlarını gətirmişəm, gəl apar. Bax belə maraqlı epizodlar… Təəssüflər olsun ki, Ədaləti, Oqtayı, onlar kimi yüzlərlə oğullarımızı itirsək də, üzərimizə düşən vəzifəni axıracan başa çatdıra bilmədik. Dostumun balası olaraq Ziyadxanı öz balalarımdan ayırmıram. O da, Anar da (Oqtay Güləliyevin oğlu) mənə dost əmanətidirlər. Onlara atalarının adını şərəflə daşımağı arzulayıram.
https://az.wikipedia.org/w/index.php?curid=811293