!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əbülfət ağa Şahtaxtinski | Əbülfət ağa Nəcəfqulu ağa oğlu Şahtaxtinski (17 oktyabr 1858, Şahtaxtı, Naxçıvan qəzası – 13 mart 1913, Kutaisi) — Çar ordusunun polkovniki. Əbülfət ağa Nəcəfqulu ağa oğlu 1858-ci ilin oktyabr ayında Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində anadan olmuşdu. Onun nüfuzlu nəsli Azərbaycan tarixinə Məhəmməd ağa Şahtaxtinski, Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Həmid bəy Şahtaxtinski kimi görkəmli şəxsiyyətlər bəxş edib.İlk təhsilinə 1871-ci ildə Tiflis real məktəbində başlayan Əbülfət ağa 1877-ci ildə Sankt-Peterburq Texnologiya Universitetinə daxil olmuşdu. Tələbə yoldaşı, ilk marksist Q. V. Plexanovla birgə tələbələri qadağan olunmuş yığıncaqlara təhrik etdiyinə görə bir il sonra – dekabr ayında univesitetdən xaric edilmişdi. Mənzilində aparılan axtarış zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin yaratdıqları "İmdadiyyə" adlı gizli dərnəyin üzvüdür. Bu dərnək 1878-ci ildə Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə yaradılmışdı. Əbülfət ağa Moskvada təhsil alan həmyerlisi Nəcəf bəy Vəzirova 1878-ci il 3 mart tarixli məktubunda yazırdı: "Mən "İmdadiyyə"nin nizamnaməsini aldım. Üzümüzə gələn yay "İmdadiyyə"nin əsas qanunlarını müzakirə etməliyik ki, hərəmiz ölkənin bir guşəsinə gedərkən müəyyən bir məqsəd uğrunda hərəkət edə bilək… Buna görə də hər şeydən qabaq bu məqsədi özümüzə qət və aydın müəyyən etməkdə bütün vasitə və imkanları dərindən təhlil etməliyik… Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir. Biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq. Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz maarif günəşini və onun şüalarını öz tərəfimizə çevirməyə səy etməliyik ki, onun həyat bəxş edən hərarəti ilə isinib yaşayaq, donmayaq. Biz istibdadı atıb, proqressiv həyatla yaşamağa səy etməliyik. Biz ancaq onda öz qabiliyyətimizi başa düşə bilərik. Biz silah və imkan axtarırıqsa, demək biz zəhmətkeş əlləri, qüvvənin özünü tərbiyyələndirib yetişdirməliyik… Biz qabaqcıllar kimi nəzərimizi yalnız aşağı təbəqəyə yönəltməliyikRus təbliğatçılarını xatırlayın! Biz tamam silahlanıb, ciddi fikrə və müəyyən qərara gəlməliyik. Siz tezliklə gedir və içtimai həyata atılırsınız. Biz, burada qalanlar sizin vətənə nə ilə qayıtmağınızı bilməliyik". Ələ keçən məktubdan sonra Əbülfət ağa Şaxtaxtinksinin üzərində gizli polis nəzarəti qoyulmuşdu. Ekstern yolla Lazarev adına Şərq Dilləri İnstitutuna daxil olan Əbülfət ağa oranı bitirdikdən sonra Rusiyada ona nə diplom, nə iş verdilər. O, Almaniyaya gedərkən, 1880-ci ildə Heydelberq Universitetində diplom işi müdafiə etmiş və bakalavr dərəcəsi almışdır. Rusiyaya qayıtdıqdan sonra demokratik baxışlarını və monarxiyaya qarşı çıxışlarını nəzərə alaraq Əbülfət ağa Şahtaxtinskini heç bir qulluğa götürmədilər. Əlacsız qalan Əbülfət ağa 1883-cü ildə Peterburqdakı Yunkerlər məktəbinə daxil oldu və oranı fərqlənmə diplomu ilə bitirdi. Bir il sonra, avqust ayının 8-də 77-ci Tengin süvari alayında zabit rütbəsində xidmətə başlayan Əbülfət ağa Şahtaxtinski qısa müddətdə divizion komandiri təyin olunur. Sənədlərdən məlum olur ki, podpolkovnik Əbülfət ağa Şahtaxtinski bir sıra Şərq dilləri ilə yanaşı, alman, fransız və ingilis dillərini də mükənməl bilirmiş. Ona görə də İsveçrə ordusunun manevrlərinə müşahidəçi kimi ezam olunmuşdur. Həmin ili nizami ordudakı xidmətlərinə görə Əbülfət ağaya polkovnik rütbəsi verilmişdir. 1904–1905-ci illərdə Rus-yapon müharibəsində iştirak edən Əbülfət ağa Şahtaxtinski batalyon komandiri kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə yerinə yetirib. Əsilzadə nəslindən olan polkovnik Əbülfət ağa istər ədəbi, istərsə də maarifçilik sahəsində xalqımız üçün təmənnasız xidmətlər göstərib. O, Hötenin "Gənc Verterin iztirabları" əsərini almancadan Azərbaycan dilinə tərcümə edib. Cəmi 55 il ömür sürən Əbülfət ağa Şahtaxtinski vətəndən uzaqlarda yaşayıb işləsə də, nə ana dilini, nə də mənsub olduğu İslam dinini unutmuşdu. Bu görkəmli şəxsdən xalqımıza əvəzsiz bir hədiyyə də yadigar qalmışdır… Azərbaycan tarixi muzeyində 1877-ci ildə fransız dilində nəşr olunmuş "Quran" kitabı saxlanılır. Kitabın titul səhifəsinə "Əbülfət ağa Şahtaxtinski"nin şəxsi möhürü vurulmuşdur. Hətta Əbülfət ağanın öz dəsti-xətti ilə yazdığı avtoqraf da oxunur. M. Kaşimirovskinin orijinaldan tərcümə etdiyi bu qiymətli eksponatı polkovnik Əbülfət ağanın vaxtilə Tbilisidə yaşayan qızı Qönçə xanım qoruyub saxlamışdır. Port-Artur döyüşlərindən sonra polkovnik Əbülfət ağa Şahtaxtinskinin komandir olduğu 202-ci süvari alayı Qori şəhərində yerləşirdi. 1911-ci ilin yayında Vətəninə nöbəti məzuniyyətə gələn polkovnik Əbülfət ağa iki azərbaycanlı gəncin təhsil alması üçün xeyirxahlıq göstərib. Mərhum yazıçımız Əli Səbri Qasımov "Mühitim…təhsil illərim" xatirə qeydlərində yazır: "Bir təsadüf mənim taleyimi əbədi həll etdi. O zaman polkovnik Əbülfət ağanın komandir olduğu alay Gürcüstanın Qori şəhərində yerləşirdi. Əbülfət ağa Naxçıvana məzuniyyətə gəlmişdi. Məzuniyyət müddəti bitdikdən sonra o öz qohumu, mənimsə məktəb yoldaşım Xəlil ağa Hacılarovu özü ilə Qoriyə – Zaqafqaziya Müəllimlər Seminariyasına aparmışdı. Mən məramımı heç kəsə bildirmədən qohum-qardaşdan pul yığmağa başladım. Xəlil ağa Qoriyə gedən günün səhərisi mən də onun ardınca yollandım. Sənədlərimi də özümlə götürmüşdüm. Böyük bir çətinliklə Qoriyə gəlib çatdım. Seminariyanın həyətinə girəndə Xəlili və polkovnik Əbülfət ağanı orda gördüm. Əbülfət ağanın təəccübdən nitqi qurudu, bir az fikirə gedib sənədlərimi aldı. Birlikdə seminariya direktorunun yanına getdik. Onu ora qəbul etdirdi. Polkovnik Əbülfət ağa Şahtaxtinski 1913-cü il martın 13-də Kutaisi şəhərində vəfat edib. Doğma kəndi Şahtaxtıda dəfn edilib. O, XIX əsrin görkəmli jurnalisti İsa sultan Şahtaxtinskinin (1851–1894) kiçik qardaşı idi. Əbülfət ağa Şahtaxtinskinin Qönçə xanım adlı vardı. Mükafatları Hazırda Tiflis arxivində saxlanan podpolkovnik Əbülfət ağanın 1904-cü ilə məxsus "Şəxsi hərbi kitabça"sında göstərilir ki, əla xidmətinə görə o, 1892-ci ildə "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsilə, 1900-cu ildə isə "Müqəddəs Anna" ordeninin üçüncü dərəcəsi ilə təltif olunmuşdu. Polkovnik Əbülfət ağa Şahtaxtinskinin şəxsi işinin təltif "qrafasında" aldığı xarici ölkə orden və medallarının da sayı göstərilir. O, İranın "Şire-Xorşid" ordeninin dördüncü dərəcəsi ilə (1889-cu il), Buxara Əmirinin ikinci dərəcəli "Ucalan ulduz" qızıl medalı ilə (1899-cu il), yenə İranın üçüncü dərəcəli "Şire-Xorşid" ordenilə (1900-cu il) və "Fransa-Sudan xilasetmə cəmiyyəti"nin Yuxarı Reyn şəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub. Həmçinin bax Şahtaxtinskilər | https://az.wikipedia.org/w/index.php?curid=78168 |
Əbülfət bəy Cavanşir | Əbülfət bəy Cavanşir - Azadciran hakimi XIX əsrin birinci rübü Sonralar Azadcirana hakimlik sәlahiyyәti Cavanşir tayfa nümayәndәlәrinin әlindәn alınıb kәngәrlәrә tapşırılmışdı. Şahzadә Abbas Mirzәnin Əbülfət bəy Cavanşirə ünvanlanmış reskripti "Kәngәrli sәnәdlәri" kitabında verilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=631571 |
Əbülfət mirzə Qovanlı-Qacar | Əbülfət mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1881-1961) —şahzadə, əyalət valisi Əbülfət mirzə Müzəffərəddin şah oğlu 1881-ci ildə Təbriz anadan olmuşdu. Saray təhsili almışdı. Salarəddövlə ləqəbi almışdı. 1897-ci ildə Kirmanşahın valisi təyin edilmişdi. 1899-cu ildə Zəncana və 1900-cü ildə Ərəbistana (Əhvaz və ərəblərin yaşadığı bölgəyə) vali göndərilmişdi. 1904-cü ildə Tehran şəhərinə qayıtmışdı. 1905-ci ildə Kürdüstanı idarə etmişdi. Asi təbiətli olduğundan qardaşlarının, vələhd Məhəmmədəli mirzənin və Məlikmənsur mirzə Şüaüssəltənənin onunla arası yox idi. Bu ziddiyət aşkar olunandan sonra, 1907-ci ildə Lorestanın əhalisindən özünə qoşun topladı. 8 iyunda Nəhavənd şəhərinin yaxınlığında qardaşların arasında savaş baş verdi. Salarüddövlə bu savaşda yenildi. 18 iyunda Kirmanşah şəhərində Ingiltərənin konsulluğuna sığınıb, nicat istədi. Konsulun söz verməsinə baxmayaraq iyulun 15-də onu tutub, Tehrana göndərdilər. O, həbs olundu. Əbülfət mirzə 1961-ci ildə vəfat edib. Əbülfət mirzənin törəməsi Qacar-Müzəffəri soyadını daşıyırlar. Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=78651 |
Əbülfət xan Cavanşir | Əbülfət xan Tuti (1766, Şuşa – 1839, Təbriz) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi".Əbülfət ağa missiyasını yerinə yetirib, atasının yanına qayıdır. 1797-ci ildə Şuşada Ağaməhəmməd şahın qətlindən sonra taxt-taca Fətəli şah yiyələnir. Taxta çıxan kimi İbrahimxəlil xandan əmisinin qatillərini və sarayda saxlamaq üçün girov istəyir. İbrahimxəlil xan oğlu Əbülfət ağanı və qızı Ağabəyim ağanı Tehrana göndərir. Əbülfət ağa İrana girov kimi gəlir. Şah onu sarayda saxlamayıb, oğlu Abbas Mirzəyə yardımçı verir. Vəliəhd Abbas Mirzə Naibəssəltənə Əbülfət ağaya xan ünvanı verib, qoşun başçısı təyin edir. Əbülfət xan Qarabağın sınırına çatıb şahın istəyini atasına yazır. Fətəli şah Əbülfət xana göstəriş vermişdi ki, Məhəmmədhəsən ağanı Tehrana göndərib, özü Qarabağda atasının qulluğunda qalsın. Məktubun məzmunundan xəbərdar olan xanzadələr (Məhəmmədhəsən ağa, Mehdiqulu ağa və Xanlar ağa) atalarını məcbur etdilər ki, Əbülfət xanı geri göndərsin. İbrahimxəlil xan Əbülfət xana yazıb bildirdi ki, gəldiyi kimi geri dönsün. Əbülfət xan məktubun qırımından bilir ki, işin içində qardaşlarının barmağı var. Ona görə də geri dönməyib Qapan, Güney, Çulundur və Bərgüşad mahallarını tutur. Atasının mahallara təyin etdiyi naibləri, kənxudaları, kovxaları, darğaları və yüzbaşıları çıxarıb, iş başına öz adamlarını qoyur. Bərgüşad çayının yaxasında düşərgə qurub əyləşir. Dizaq, Xırdapara-Dizaq və Cavanşir-Dizaq mahallarının naiblərinə, el-oba başçılarına məktub yazıb yanına çağırır. Çox keçmir ki, el böyükləri başlarının dəstələriylə Əbülfət xanın yanına gəlirlər. Əbülfət xan qardaşı Məhəmmədhəsən ağanı əsir almaq üçün Tuğ kəndinə yürüş edir. Kəşfiyyatı bilgi gətirmişdi ki, Məhəmmədhəsən ağa az bir qoşunla Tuğda təkdir. Qəfil hücum olsa yardımına qardaşları yetməyəcəklər. Qış günü, duman-çənlə bir təhər Tuğa yetişən Əbülfət xan aldandığını duyur. Mehdiqulu ağa və Xanlar ağa böyük qoşunla səngər tutub onu gözləyirdi. Qayıtmağı qüruruna sığışdırmayan Əbülfət xan savaş əmrini verir. Elə birinci döyüşdə yenilir. İkinci həmlədə xeyli adam itirir. Qacar ordusunun adlı-sanlı başbuğları əsir düşür. Beş min qoşundan qalan beş yüz nəfərlə Arazı adlayıb Qaradağa çəkilir. 1805-ci ildə Əbülfət xan yenidən Qarabağa gəlir. Bu dəfə o, Abbas Mirzənin başçılığı altında gəlmişdi. Çox keçmir ki, Fətəli şah da böyük bir ordunun başında Qarabağa yürüş edir, lakin rus ordusunun və Qarabağ qoşunun təzyiqi nəticəsində geri çəkilirlər. 1806-cı ildə Əbülfət xan Abbas Mirzə ilə Qarabağa yürüş edir. Naibəssəltənə Əbülfət xana tapşırıq verir ki, Qarabağ ellərini Qaradağa köçürsün. Bir çox el böyükləri, seçkin bəylər Əbülfət xanın tərəfini saxlayırdı. Hətta bəzi bilginlərə görə, İbrahimxəlil xan da İrana keçmək istəyirmiş. Elə bu xəbərlər də İbrahimxəlil xanın axırına çıxdı. İran tarixçiləri yazırlar ki, İbrahimxəlil xanın oğlu Əbülfətdən və qızı Ağabəyim Cavanşirdən ona xəbər çatdı ki, o, İranla dostluğa cəlb olunsun. Nəhayət, İbrahimxəlil xan Abbas Mirzəyə məktub yazıb öz bəxşişini tələb edib Şuşanı işğal etmiş bir qrup rus əsgər və zabitini çıxarmaq üçün İran dövlətindən kömək istədi. Əbülfət xan Cavanşir məsələdən xəbərdar olub öldürülmüş insanların parçalarını kəfən-dəfn etdikdən sonra buranın rəhbərliyini Mehdiqulu xanın (İbrahimxəlil xanın böyük oğlu) öhdəsinə qoyub özü qalan başçılarla Naibüssəltənənin yanına tələsdi. O, şahzadəni ruslar tərəfindən törədilmiş bu faciəli əməldən xəbərdar etdi. Əbülfət xan Qapana gələndə onu Satur hampa Tatevli, Ohancan kovxa Xınzırəkli və Əsəd sultan Qaraçorlu qarşılayır. Əbülfət xan Qarabağ ellərini köçürüb, Qapan mahalına gətirir. Hazırlaşıb, öncə Ordubada, ordan da Qaradağa keçirmək istəyir. Elə bu çağda qardaşı oğlu Cəfərqulu ağa üstünü alır. Savaşda yenilib, qaçır. 1811-ci ildə Əbülfət xan Qarabağa gəlir. Bu dəfə bir neçə obanı aparmağa müvəffəq olur. 1813-cü ildə İranla Rusiya arasında Gülüstan sülh müqaviləsi imzalanır. Müqavilə nəticəsində Qarabağın Çulundur mahalının bir hissəsi, Güney və Mehri mahalları İran tərəfdə qalır. Əbülfət xan bu ərazinin hakimi təyin edilir. 1826-cı ildə Abbas Mirzə Əbülfət xanı da götürüb Qarabağa gəlir. Bu yürüş də uğursuzluqla sonuclanır. 1828-ci ildə İranla Rusiya arasında yeni sülh müqaviləsi bağlanır. Bu dəfə sərhəd Araz çayı olur Əbülfət xanın torpaqları əldən çıxır. 1833-cü ildə Abbas Mirzənin vəfatından sonra Əbülfət xan ordudan tərxis olunub, istefaya çıxıb dinc yaşama başlayır. Əbülfət xan 1839-cu ildə vəfat edib. Əbülfət xan Ismayılxan ağa Sarıcalı-Cavanşirin qızı Bədirxan bəyimi, Mirzə Rəbi Tiflislinin qızını almışdı. Məhəmmədəli xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Məhəmmədtağı xan, Əbdülhüseyn xan, Məhəmmədibrahim xan adlı oğulları, Gövhərnisə bəyim adlı qızı vardı. Yaradıcılığı Əbülfət xan şair idi. Tuti təxəllüsü ilə şeirlər yazırdı. Yazdıqlarının çoxu türk, bir qismi isə fars dilindədir. Bir çox ünlü təzkirələrdə Əbülfət xan Tutidən istedadlı şair kimi danışılır və qoşqularından örnəklər verilir. Əbülfət xan Tutinin Məhəmməd ağa Müctəhidzadənin "Riyaz ül-aşiqin" təzkirəsində bəllənən bir qəzəli: Əbdürrəzzaq bəy Dünbili öz əsərində Əbülfət xan haqqında yazır: "Elə şirin kəlamları var idi ki, Hindistan tutuquşuları onun bəlağətini şəkər süzülən bu beytlə söyləyirdilər: Nami-şərifi Əbülfət xandır. Qarabağ valisi İbrahimxəlil xan Cavanşirin adlı-sanlı və əziz xələfidir. Tərifi layiq zatı istənilən qədər yaxşılıq etməkdə məşhur, xoşagələn sifətləri o qədərdir ki, kəramət və şərafət arxı kimi vəsf olunur. Dövrün dövlətinin şahənşahlıq müddətinin əvvəlindən yüksək mərtəbəli atasınan işarəsi ilə Darül-Xəlifədə xidmətə tələsdi və inayət və tərbiyəsi şərəfinə nail oldu, şahlıq qayda-qanunu öyrəndi. Böyük əmirlərdəndir, quzunu canavarın əlindən xilas edəndir. Əlçatmaz sədaqəti və böyüklüyü var. Əli boş olanlara səxavətli və cəsurdu. Ərmən valisinin nəcib övladı və xanların nəslidir. Düşməni məğlub edəndir. Müəllifin qədim zamanlardan onlara və onların şanlı və cəlallı atası ilə son dərəcə sədaqət və məhəbbətləri var. Əhdinə düzgün böyüklərdən və pak etiqadlı əmirlərdəndir. Sədaqətlidir, süfrə və nemət sahibləridir. Qəribpərəst, mehr və vəfa sahibidir. Cəlallı əmir sülaləsindəndir. Xoş əxlaqı ilə bənzərsizdir. Bu əmirin nəzm və nəsrdə də bənzəri yoxdür. Hərdən qələmin köməyi ilə yaxın dostlarına lətif məktublar yazar, nüdrətən şeir də deyər. Bu iki beyt onundur. Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin kiçik oğlu, Abbasqulu xan Cavanşir Mötəmüddövlənin atası Əbülfət xan, Məhəmməd şah və Nəsrəddin şah Qacarın səltənəti zamanında məşhur xadimlərdən biridir və o, bir neçə dəfə vilayət hakimi olmuşdur". Ənvər Çingizoğlu. Əbülfət xan Qarabağlının törəməsi. ATŞS-nin xəbərləri. VI buraxılış, Bakı: Adiloğlu, 2007, səh.3. Xarici keçidlər Əbülfət xan Cavanşir (fars.) | https://az.wikipedia.org/w/index.php?curid=78743 |
Əbülfət xan Tuti | Əbülfət xan Tuti (1766, Şuşa – 1839, Təbriz) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi".Əbülfət ağa missiyasını yerinə yetirib, atasının yanına qayıdır. 1797-ci ildə Şuşada Ağaməhəmməd şahın qətlindən sonra taxt-taca Fətəli şah yiyələnir. Taxta çıxan kimi İbrahimxəlil xandan əmisinin qatillərini və sarayda saxlamaq üçün girov istəyir. İbrahimxəlil xan oğlu Əbülfət ağanı və qızı Ağabəyim ağanı Tehrana göndərir. Əbülfət ağa İrana girov kimi gəlir. Şah onu sarayda saxlamayıb, oğlu Abbas Mirzəyə yardımçı verir. Vəliəhd Abbas Mirzə Naibəssəltənə Əbülfət ağaya xan ünvanı verib, qoşun başçısı təyin edir. Əbülfət xan Qarabağın sınırına çatıb şahın istəyini atasına yazır. Fətəli şah Əbülfət xana göstəriş vermişdi ki, Məhəmmədhəsən ağanı Tehrana göndərib, özü Qarabağda atasının qulluğunda qalsın. Məktubun məzmunundan xəbərdar olan xanzadələr (Məhəmmədhəsən ağa, Mehdiqulu ağa və Xanlar ağa) atalarını məcbur etdilər ki, Əbülfət xanı geri göndərsin. İbrahimxəlil xan Əbülfət xana yazıb bildirdi ki, gəldiyi kimi geri dönsün. Əbülfət xan məktubun qırımından bilir ki, işin içində qardaşlarının barmağı var. Ona görə də geri dönməyib Qapan, Güney, Çulundur və Bərgüşad mahallarını tutur. Atasının mahallara təyin etdiyi naibləri, kənxudaları, kovxaları, darğaları və yüzbaşıları çıxarıb, iş başına öz adamlarını qoyur. Bərgüşad çayının yaxasında düşərgə qurub əyləşir. Dizaq, Xırdapara-Dizaq və Cavanşir-Dizaq mahallarının naiblərinə, el-oba başçılarına məktub yazıb yanına çağırır. Çox keçmir ki, el böyükləri başlarının dəstələriylə Əbülfət xanın yanına gəlirlər. Əbülfət xan qardaşı Məhəmmədhəsən ağanı əsir almaq üçün Tuğ kəndinə yürüş edir. Kəşfiyyatı bilgi gətirmişdi ki, Məhəmmədhəsən ağa az bir qoşunla Tuğda təkdir. Qəfil hücum olsa yardımına qardaşları yetməyəcəklər. Qış günü, duman-çənlə bir təhər Tuğa yetişən Əbülfət xan aldandığını duyur. Mehdiqulu ağa və Xanlar ağa böyük qoşunla səngər tutub onu gözləyirdi. Qayıtmağı qüruruna sığışdırmayan Əbülfət xan savaş əmrini verir. Elə birinci döyüşdə yenilir. İkinci həmlədə xeyli adam itirir. Qacar ordusunun adlı-sanlı başbuğları əsir düşür. Beş min qoşundan qalan beş yüz nəfərlə Arazı adlayıb Qaradağa çəkilir. 1805-ci ildə Əbülfət xan yenidən Qarabağa gəlir. Bu dəfə o, Abbas Mirzənin başçılığı altında gəlmişdi. Çox keçmir ki, Fətəli şah da böyük bir ordunun başında Qarabağa yürüş edir, lakin rus ordusunun və Qarabağ qoşunun təzyiqi nəticəsində geri çəkilirlər. 1806-cı ildə Əbülfət xan Abbas Mirzə ilə Qarabağa yürüş edir. Naibəssəltənə Əbülfət xana tapşırıq verir ki, Qarabağ ellərini Qaradağa köçürsün. Bir çox el böyükləri, seçkin bəylər Əbülfət xanın tərəfini saxlayırdı. Hətta bəzi bilginlərə görə, İbrahimxəlil xan da İrana keçmək istəyirmiş. Elə bu xəbərlər də İbrahimxəlil xanın axırına çıxdı. İran tarixçiləri yazırlar ki, İbrahimxəlil xanın oğlu Əbülfətdən və qızı Ağabəyim Cavanşirdən ona xəbər çatdı ki, o, İranla dostluğa cəlb olunsun. Nəhayət, İbrahimxəlil xan Abbas Mirzəyə məktub yazıb öz bəxşişini tələb edib Şuşanı işğal etmiş bir qrup rus əsgər və zabitini çıxarmaq üçün İran dövlətindən kömək istədi. Əbülfət xan Cavanşir məsələdən xəbərdar olub öldürülmüş insanların parçalarını kəfən-dəfn etdikdən sonra buranın rəhbərliyini Mehdiqulu xanın (İbrahimxəlil xanın böyük oğlu) öhdəsinə qoyub özü qalan başçılarla Naibüssəltənənin yanına tələsdi. O, şahzadəni ruslar tərəfindən törədilmiş bu faciəli əməldən xəbərdar etdi. Əbülfət xan Qapana gələndə onu Satur hampa Tatevli, Ohancan kovxa Xınzırəkli və Əsəd sultan Qaraçorlu qarşılayır. Əbülfət xan Qarabağ ellərini köçürüb, Qapan mahalına gətirir. Hazırlaşıb, öncə Ordubada, ordan da Qaradağa keçirmək istəyir. Elə bu çağda qardaşı oğlu Cəfərqulu ağa üstünü alır. Savaşda yenilib, qaçır. 1811-ci ildə Əbülfət xan Qarabağa gəlir. Bu dəfə bir neçə obanı aparmağa müvəffəq olur. 1813-cü ildə İranla Rusiya arasında Gülüstan sülh müqaviləsi imzalanır. Müqavilə nəticəsində Qarabağın Çulundur mahalının bir hissəsi, Güney və Mehri mahalları İran tərəfdə qalır. Əbülfət xan bu ərazinin hakimi təyin edilir. 1826-cı ildə Abbas Mirzə Əbülfət xanı da götürüb Qarabağa gəlir. Bu yürüş də uğursuzluqla sonuclanır. 1828-ci ildə İranla Rusiya arasında yeni sülh müqaviləsi bağlanır. Bu dəfə sərhəd Araz çayı olur Əbülfət xanın torpaqları əldən çıxır. 1833-cü ildə Abbas Mirzənin vəfatından sonra Əbülfət xan ordudan tərxis olunub, istefaya çıxıb dinc yaşama başlayır. Əbülfət xan 1839-cu ildə vəfat edib. Əbülfət xan Ismayılxan ağa Sarıcalı-Cavanşirin qızı Bədirxan bəyimi, Mirzə Rəbi Tiflislinin qızını almışdı. Məhəmmədəli xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Məhəmmədtağı xan, Əbdülhüseyn xan, Məhəmmədibrahim xan adlı oğulları, Gövhərnisə bəyim adlı qızı vardı. Yaradıcılığı Əbülfət xan şair idi. Tuti təxəllüsü ilə şeirlər yazırdı. Yazdıqlarının çoxu türk, bir qismi isə fars dilindədir. Bir çox ünlü təzkirələrdə Əbülfət xan Tutidən istedadlı şair kimi danışılır və qoşqularından örnəklər verilir. Əbülfət xan Tutinin Məhəmməd ağa Müctəhidzadənin "Riyaz ül-aşiqin" təzkirəsində bəllənən bir qəzəli: Əbdürrəzzaq bəy Dünbili öz əsərində Əbülfət xan haqqında yazır: "Elə şirin kəlamları var idi ki, Hindistan tutuquşuları onun bəlağətini şəkər süzülən bu beytlə söyləyirdilər: Nami-şərifi Əbülfət xandır. Qarabağ valisi İbrahimxəlil xan Cavanşirin adlı-sanlı və əziz xələfidir. Tərifi layiq zatı istənilən qədər yaxşılıq etməkdə məşhur, xoşagələn sifətləri o qədərdir ki, kəramət və şərafət arxı kimi vəsf olunur. Dövrün dövlətinin şahənşahlıq müddətinin əvvəlindən yüksək mərtəbəli atasınan işarəsi ilə Darül-Xəlifədə xidmətə tələsdi və inayət və tərbiyəsi şərəfinə nail oldu, şahlıq qayda-qanunu öyrəndi. Böyük əmirlərdəndir, quzunu canavarın əlindən xilas edəndir. Əlçatmaz sədaqəti və böyüklüyü var. Əli boş olanlara səxavətli və cəsurdu. Ərmən valisinin nəcib övladı və xanların nəslidir. Düşməni məğlub edəndir. Müəllifin qədim zamanlardan onlara və onların şanlı və cəlallı atası ilə son dərəcə sədaqət və məhəbbətləri var. Əhdinə düzgün böyüklərdən və pak etiqadlı əmirlərdəndir. Sədaqətlidir, süfrə və nemət sahibləridir. Qəribpərəst, mehr və vəfa sahibidir. Cəlallı əmir sülaləsindəndir. Xoş əxlaqı ilə bənzərsizdir. Bu əmirin nəzm və nəsrdə də bənzəri yoxdür. Hərdən qələmin köməyi ilə yaxın dostlarına lətif məktublar yazar, nüdrətən şeir də deyər. Bu iki beyt onundur. Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin kiçik oğlu, Abbasqulu xan Cavanşir Mötəmüddövlənin atası Əbülfət xan, Məhəmməd şah və Nəsrəddin şah Qacarın səltənəti zamanında məşhur xadimlərdən biridir və o, bir neçə dəfə vilayət hakimi olmuşdur". Ənvər Çingizoğlu. Əbülfət xan Qarabağlının törəməsi. ATŞS-nin xəbərləri. VI buraxılış, Bakı: Adiloğlu, 2007, səh.3. Xarici keçidlər Əbülfət xan Cavanşir (fars.) | https://az.wikipedia.org/w/index.php?curid=416996 |
Əbülfət İslam | Əbülfət İslam (Mahmudov Əbülfət Məhəmməd oğlu) — Publisist, şair, yazıçı. Əbülfət İslam(Mahmudov Əbülfət Məhəmməd oğlu)20 oktyabr, 1950-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. Uşaq yaşlarında “keratit” göz xəstəliyindən əziyyət çəkdiyi üçün 1959-cu ilə qədər məktəbə gedə bilməmişdir. 1959-1960-cı dərs ilində Bozalqanlı kənd yeddiillik məktəbinin birinci sinfinə qəbul edilmişdir. 6-cı sinifdə oxuduğu vaxtlar məktəbdə fəaliyyət göstərən dram dərnəyinə getmişdir. Onda bu sahəyə maraq oyadan məktəbin müəllimləri və fəal şagirdlərinin tamaşaya qoyduqları və daim anşlaqla qarşılanan S.Vurğunun “Vaqif” , M.F.Axundovun “Hacı Qara” və s. əsərlərinin tamaşaları olmuşdur. Qısa zamanda dram dərnəyinin ən fəal üzvünə çevrilmiş, S.S.Axundovun “Laçın yuvası” əsərində Cahangir ağa, Ə.Haqverdiyevin “Ağac kölgəsində” pyesində Mustafa bəy, Ü.Hacıbəyovun “Arşın mal alan”ında Süleyman bəy, S.Vurğunun “Vaqif”ində Qacar, C.Məmmədquluzadənin “Ölülər” komediyasında Kefli İsgəndər və onlarla başqa rolları tamaşaçıların alqışları ilə mükafatlandırılmışdır. A.S.Puşkin adına şəhər orta məktəbindən məzun olduqdan sonra M.Əliyev adına İncəsənət İnstitutuna sənədlərini verəcəyini qətiləşdirsə də, atasının istəyi ilə sənədlərini Ç.İldırım adına Azərbaycan Pedaqoji İnstitutunun Nəqliyyat fakultəsinə verir və bu institutun “Körpü, tünel və metro inşaatı” ixtisasına qəbul olur. Lakin sonradan teatra olan yatmış sevgisi oyanır və yazıçı Az.Pedoqoji İnstitutunun rektoru R.Bədəlova institutdan xaric olunması ilə bağlı rəsmi müraciət edir. Xahişi yerinə yetirilsə də o, İncəsənət İnstitutunda qabiliyyət imtahanlarının tez başlandığını bilmədiyindən gecikir və sənədlərini V.İ.Lenin adına(N.Tusi) adına APİ-nin dil-ədəbiyyat fakultəsinə verir və qəbul olur. 1976-cı ildə ali təhsili başa vurduqdan sonra bir müddət Zaqatala rayonunun Qarqay kənd 8 illik məktəbində ixtisas fənn müəllimi kimi işləyir. 1978-ci ilin iyun ayından etibarən Şumqayıt şəhər 7 saylı şəhər orta texniki peşə məktəbinə tərbiyəçi müəllim vəzifəsinə təyin edilir. 1979-cu ilin 12 may tarixində baş vermiş faciə- atasının dünyasını dəyişməsi yazıçını doğma Tovuza qayıtmağa məcbur edir. 1979-cu ilin sentyabr ayından Tovuz rayon Qovlar qəsəbəsindəki 98 saylı kənd orta texniki peşə məktəbində ixtisas fənn müəllimi kimi əmək fəaliyyətini davam etdirir. Şair “Dağlar nə qəribədir?”, “Bulaqlar”, “Bahar lövhələri”, “Yağışlar”, “Gələnlər hamısı əmilərimdir”, “Sumqayıt”, “Gül düzəldəydin”, “İki sevgi”, “Müdirin giley-güzarı”, “Bax, belə çalarlar “Yanıq Kərəmi””, “Torpaq bizə necə “Övladım"-desin” kimi əsərlərin müəllifidir. 1976-cı ildən evlidir. İki oğlu, bir qızı, səkkiz nəvəsi var. Heyif ki ömür azdır. Bakı: “Ağrıdağ” nəşriyyatı, 1998-ci il. 366 səh. Nəsihətlər. Bakı: “Agah” nəşriyyatı, 2001-ci il. Təmsillər. Bakı: “Agah” nəşriyyatı, 2003-cü il. Ürəyimlə oynama. Bakı: “Kooperasiya” nəşriyyatı, 2011-ci il. Hikmət dəfinəsi. Bakı: “Ünsiyyət” nəşriyyatı, 2012-ci il. | https://az.wikipedia.org/w/index.php?curid=334613 |
Əbülfət Əliyev | Əbülfət Əsəd oğlu Əliyev (30 dekabr 1926, Şuşa, DQMV – 27 dekabr 1990, Bakı) — muğam və opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1964). İlk ifalarını Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarlar dinləyib. 19 yaşında Bakıya gəlir. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur və dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Repertuarında "Dinə bilmədim", "Bu qala, daşlı qala", "Ay Pəri", "Endim bulaq başına", "Bülbüllər gəzər bağı", "Tel nazik", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Qara gözlüm" kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb. Əbülfət Əsəd oğlu Əliyev 30 dekabr 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb. Əbülfət 7 yaşında ikən atası dünyasını dəyişir. Ailənin güzəranı çətinləşdiyindən onlar Şuşadan köçmək məcburiyyətində qalırlar. Təxminən dörd il Füzuli rayonunda yaşayır, sonra Ağdamda yerləşirlər. O, təhsilini 1 nömrəli şəhər məktəbində davam etdirir. Burada musiqi dərnəyinə yazılır, məlahətli səsi ilə diqqəti çəkir, məktəbin ictimai tədbirlərinə qatılır. Qarabağın el şənliklərində oxuduğu "Ay bülbüllər", "Kimə yalvarım", "Uca barıdan aşaram mən", "Uca dağlar" mahnıları musiqisevərlərin ruhunu oxşayır. Qısa müddətdə gənc musiqiçinin səs-sorağı rayon hüdudlarını aşır, Bakıdan dəvətlər alır. O, radioda ilk dəfə "Şuşanın dağları" mahnısını ifa edir. Beləliklə, 19 yaşlı Əbülfət taleyini birdəfəlik Bakıya bağlayır. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur, o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Görkəmli xanəndənin repertuarında "Dinə bilmədim", "Bu qala, daşlı qala", "Ay Pəri", "Endim bulaq başına", "Bülbüllər gəzər bağı", "Tel nazik", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Qara gözlüm" kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1946-cı ildə Elza xanımla ailə həyatı qurub. 1947-ci ildə oğlu Rauf, daha sonra qızı Rəisə dünyaya gəlib. 1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxır. Ə.Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib. Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda — İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb. "Azərbaycan SSR xalq artisti" (29 iyun 1964) fəxri adını alıb. 1967-ci ildə qüvvəyə minən yeni qanuna görə, iş yerləri arasında seçim etmək məcburiyyətində qalır və "mənim doğma idarəm Filarmoniyadır" sözləriylə seçimini ilk iş yerinin üzərində saxlayır. 27 dekabr 1990-cı ildə vəfat edib. 1994-cü ilin 27 dekabrında filarmoniyada xatirə gecəsi keçirilib.2004-cü ildə haqqında sənədli film çəkilmişdir. Haqqında maraqlı faktlar Xan Şuşiniski onun Məcnununu gördükdən sonra "sənin bu işin zor işdir" deməkdən özünü saxlaya bilməyib. Bülbül "o vaxta kimi səhnəyə alış, qorxuram tez baxsam, sənin haqqında təəssüratlarım alt-üst ola" deyə 25-ci tamaşaya qədər onun ifasına baxmaqdan imtina edib. Və sözünün də üstündə durub. 25-ci tamaşada ön cərgədə oturaraq ürəyində sevinc qarışıq qorxu- həyəcan Opera Teatrının yeni Məcnununun ifasını izləyib. Sonra da pərdə arxasına keçərək, üz-gözündə təbəssüm xanəndənin əlini sıxaraq "səhnəmizdə Məcnunumuz da var" deyib. Otuz yaşında Məcnunu oynamışdı, 40 yaşında isə "Məhəbbət cavana yaraşır. Şükür ki, mən də Məcnunu cavan yaşımda oynadım. Məcnunun atasını isə oynamağa həvəsim yoxdur" deyərək, canından artıq sevdiyi rola əlvida edib. İfa etdiyi operalar Əbülfət Əliyevin bioqrafiyası — www.adam.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=38843 |
Əbülfət хan Sarıcalı-Cavanşir | Əbülfət xan Tuti (1766, Şuşa – 1839, Təbriz) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi".Əbülfət ağa missiyasını yerinə yetirib, atasının yanına qayıdır. 1797-ci ildə Şuşada Ağaməhəmməd şahın qətlindən sonra taxt-taca Fətəli şah yiyələnir. Taxta çıxan kimi İbrahimxəlil xandan əmisinin qatillərini və sarayda saxlamaq üçün girov istəyir. İbrahimxəlil xan oğlu Əbülfət ağanı və qızı Ağabəyim ağanı Tehrana göndərir. Əbülfət ağa İrana girov kimi gəlir. Şah onu sarayda saxlamayıb, oğlu Abbas Mirzəyə yardımçı verir. Vəliəhd Abbas Mirzə Naibəssəltənə Əbülfət ağaya xan ünvanı verib, qoşun başçısı təyin edir. Əbülfət xan Qarabağın sınırına çatıb şahın istəyini atasına yazır. Fətəli şah Əbülfət xana göstəriş vermişdi ki, Məhəmmədhəsən ağanı Tehrana göndərib, özü Qarabağda atasının qulluğunda qalsın. Məktubun məzmunundan xəbərdar olan xanzadələr (Məhəmmədhəsən ağa, Mehdiqulu ağa və Xanlar ağa) atalarını məcbur etdilər ki, Əbülfət xanı geri göndərsin. İbrahimxəlil xan Əbülfət xana yazıb bildirdi ki, gəldiyi kimi geri dönsün. Əbülfət xan məktubun qırımından bilir ki, işin içində qardaşlarının barmağı var. Ona görə də geri dönməyib Qapan, Güney, Çulundur və Bərgüşad mahallarını tutur. Atasının mahallara təyin etdiyi naibləri, kənxudaları, kovxaları, darğaları və yüzbaşıları çıxarıb, iş başına öz adamlarını qoyur. Bərgüşad çayının yaxasında düşərgə qurub əyləşir. Dizaq, Xırdapara-Dizaq və Cavanşir-Dizaq mahallarının naiblərinə, el-oba başçılarına məktub yazıb yanına çağırır. Çox keçmir ki, el böyükləri başlarının dəstələriylə Əbülfət xanın yanına gəlirlər. Əbülfət xan qardaşı Məhəmmədhəsən ağanı əsir almaq üçün Tuğ kəndinə yürüş edir. Kəşfiyyatı bilgi gətirmişdi ki, Məhəmmədhəsən ağa az bir qoşunla Tuğda təkdir. Qəfil hücum olsa yardımına qardaşları yetməyəcəklər. Qış günü, duman-çənlə bir təhər Tuğa yetişən Əbülfət xan aldandığını duyur. Mehdiqulu ağa və Xanlar ağa böyük qoşunla səngər tutub onu gözləyirdi. Qayıtmağı qüruruna sığışdırmayan Əbülfət xan savaş əmrini verir. Elə birinci döyüşdə yenilir. İkinci həmlədə xeyli adam itirir. Qacar ordusunun adlı-sanlı başbuğları əsir düşür. Beş min qoşundan qalan beş yüz nəfərlə Arazı adlayıb Qaradağa çəkilir. 1805-ci ildə Əbülfət xan yenidən Qarabağa gəlir. Bu dəfə o, Abbas Mirzənin başçılığı altında gəlmişdi. Çox keçmir ki, Fətəli şah da böyük bir ordunun başında Qarabağa yürüş edir, lakin rus ordusunun və Qarabağ qoşunun təzyiqi nəticəsində geri çəkilirlər. 1806-cı ildə Əbülfət xan Abbas Mirzə ilə Qarabağa yürüş edir. Naibəssəltənə Əbülfət xana tapşırıq verir ki, Qarabağ ellərini Qaradağa köçürsün. Bir çox el böyükləri, seçkin bəylər Əbülfət xanın tərəfini saxlayırdı. Hətta bəzi bilginlərə görə, İbrahimxəlil xan da İrana keçmək istəyirmiş. Elə bu xəbərlər də İbrahimxəlil xanın axırına çıxdı. İran tarixçiləri yazırlar ki, İbrahimxəlil xanın oğlu Əbülfətdən və qızı Ağabəyim Cavanşirdən ona xəbər çatdı ki, o, İranla dostluğa cəlb olunsun. Nəhayət, İbrahimxəlil xan Abbas Mirzəyə məktub yazıb öz bəxşişini tələb edib Şuşanı işğal etmiş bir qrup rus əsgər və zabitini çıxarmaq üçün İran dövlətindən kömək istədi. Əbülfət xan Cavanşir məsələdən xəbərdar olub öldürülmüş insanların parçalarını kəfən-dəfn etdikdən sonra buranın rəhbərliyini Mehdiqulu xanın (İbrahimxəlil xanın böyük oğlu) öhdəsinə qoyub özü qalan başçılarla Naibüssəltənənin yanına tələsdi. O, şahzadəni ruslar tərəfindən törədilmiş bu faciəli əməldən xəbərdar etdi. Əbülfət xan Qapana gələndə onu Satur hampa Tatevli, Ohancan kovxa Xınzırəkli və Əsəd sultan Qaraçorlu qarşılayır. Əbülfət xan Qarabağ ellərini köçürüb, Qapan mahalına gətirir. Hazırlaşıb, öncə Ordubada, ordan da Qaradağa keçirmək istəyir. Elə bu çağda qardaşı oğlu Cəfərqulu ağa üstünü alır. Savaşda yenilib, qaçır. 1811-ci ildə Əbülfət xan Qarabağa gəlir. Bu dəfə bir neçə obanı aparmağa müvəffəq olur. 1813-cü ildə İranla Rusiya arasında Gülüstan sülh müqaviləsi imzalanır. Müqavilə nəticəsində Qarabağın Çulundur mahalının bir hissəsi, Güney və Mehri mahalları İran tərəfdə qalır. Əbülfət xan bu ərazinin hakimi təyin edilir. 1826-cı ildə Abbas Mirzə Əbülfət xanı da götürüb Qarabağa gəlir. Bu yürüş də uğursuzluqla sonuclanır. 1828-ci ildə İranla Rusiya arasında yeni sülh müqaviləsi bağlanır. Bu dəfə sərhəd Araz çayı olur Əbülfət xanın torpaqları əldən çıxır. 1833-cü ildə Abbas Mirzənin vəfatından sonra Əbülfət xan ordudan tərxis olunub, istefaya çıxıb dinc yaşama başlayır. Əbülfət xan 1839-cu ildə vəfat edib. Əbülfət xan Ismayılxan ağa Sarıcalı-Cavanşirin qızı Bədirxan bəyimi, Mirzə Rəbi Tiflislinin qızını almışdı. Məhəmmədəli xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Məhəmmədtağı xan, Əbdülhüseyn xan, Məhəmmədibrahim xan adlı oğulları, Gövhərnisə bəyim adlı qızı vardı. Yaradıcılığı Əbülfət xan şair idi. Tuti təxəllüsü ilə şeirlər yazırdı. Yazdıqlarının çoxu türk, bir qismi isə fars dilindədir. Bir çox ünlü təzkirələrdə Əbülfət xan Tutidən istedadlı şair kimi danışılır və qoşqularından örnəklər verilir. Əbülfət xan Tutinin Məhəmməd ağa Müctəhidzadənin "Riyaz ül-aşiqin" təzkirəsində bəllənən bir qəzəli: Əbdürrəzzaq bəy Dünbili öz əsərində Əbülfət xan haqqında yazır: "Elə şirin kəlamları var idi ki, Hindistan tutuquşuları onun bəlağətini şəkər süzülən bu beytlə söyləyirdilər: Nami-şərifi Əbülfət xandır. Qarabağ valisi İbrahimxəlil xan Cavanşirin adlı-sanlı və əziz xələfidir. Tərifi layiq zatı istənilən qədər yaxşılıq etməkdə məşhur, xoşagələn sifətləri o qədərdir ki, kəramət və şərafət arxı kimi vəsf olunur. Dövrün dövlətinin şahənşahlıq müddətinin əvvəlindən yüksək mərtəbəli atasınan işarəsi ilə Darül-Xəlifədə xidmətə tələsdi və inayət və tərbiyəsi şərəfinə nail oldu, şahlıq qayda-qanunu öyrəndi. Böyük əmirlərdəndir, quzunu canavarın əlindən xilas edəndir. Əlçatmaz sədaqəti və böyüklüyü var. Əli boş olanlara səxavətli və cəsurdu. Ərmən valisinin nəcib övladı və xanların nəslidir. Düşməni məğlub edəndir. Müəllifin qədim zamanlardan onlara və onların şanlı və cəlallı atası ilə son dərəcə sədaqət və məhəbbətləri var. Əhdinə düzgün böyüklərdən və pak etiqadlı əmirlərdəndir. Sədaqətlidir, süfrə və nemət sahibləridir. Qəribpərəst, mehr və vəfa sahibidir. Cəlallı əmir sülaləsindəndir. Xoş əxlaqı ilə bənzərsizdir. Bu əmirin nəzm və nəsrdə də bənzəri yoxdür. Hərdən qələmin köməyi ilə yaxın dostlarına lətif məktublar yazar, nüdrətən şeir də deyər. Bu iki beyt onundur. Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin kiçik oğlu, Abbasqulu xan Cavanşir Mötəmüddövlənin atası Əbülfət xan, Məhəmməd şah və Nəsrəddin şah Qacarın səltənəti zamanında məşhur xadimlərdən biridir və o, bir neçə dəfə vilayət hakimi olmuşdur". Ənvər Çingizoğlu. Əbülfət xan Qarabağlının törəməsi. ATŞS-nin xəbərləri. VI buraxılış, Bakı: Adiloğlu, 2007, səh.3. Xarici keçidlər Əbülfət xan Cavanşir (fars.) | https://az.wikipedia.org/w/index.php?curid=444565 |
Əbülfəth Musa | Əbülfəth Musa (v. 1034) — 1031-ci ildə atası Fəzl bin Məhəmmədin ölümündən sonra taxta çıxmışdır və 1034-cü ildə oğlu II Əli Ləşkəri tərəfindən öldürülmüşdür. Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew. Shaddadids // Encyclopædia Iranica, Online Edition. 2011. | https://az.wikipedia.org/w/index.php?curid=407278 |
Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd | I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. 4 övladı vardı: Əbüləsvar Şavur Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi. Mənuçöhr öldürüldükdən sonra Əbu Mənsurla evləndi. C.E Bosworth. "Arran". Encyclopaedia Iranica Douglas M. Dunlop. The History of the Jewish Khazars, Princeton, N.J.: Princeton University Press, 1954. Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. | https://az.wikipedia.org/w/index.php?curid=594578 |
Əbülfəth xan Bəxtiyari | Əbülfəth xan Bəxtiyari (fars. ابوالفتح خان بختیاری) — Həft Ləng budağının Bəxtiyari elinin xanı idi. Əfşarlarlar dövründə İsfahan hakimi olan Əbülfəth xan, Nadir şah Əfşarın (1736-1747) vəfatından (1747) sonraki varislər Adil Şah, İbrahim Şah və Şahrux Şah, Əbülfəthin İsfahan şəhərin qubernatorluğu davam etməsini qəbul etdilər.Müttəfiq olan Kərim xan Zənd və Çahar Ləng komanderi Əlimərdan xan Bəxtiyari 1750-ci ilin mayında İsfahanın mühasirə etilər. Əli Mərdanın yaxcı bir təkliflərindən sonra Əbülfəth xan şəhərin qapılarını açıb Kərim xan və Əlimərdan xan ilə ittifaq qurmağı qəbul etdi. Əbülfəth xan Əlimərdan xan və Kərim xan birlikdə Səfəvi sülaləsinin hakimiyətini bərpa etmək üçün 17 yaşındaki Səfəvi şahzadəsi Əbu Turabini nayib olaraq, 29 iyunda şah elan etdilər və ona III İsmayıl adını verdilər. Sonra Əlimərdan xan Vəkil-ü-dövlət ünvanı aldı.Əlimərdan xan hökumət idarəçiliyin başçısı olaraq, Əbülfəth xanı İsfahanın hakimi vəzifəsini və Kərim xana da ordunun sərdarı təyin edildi və ona bölgə xanlıqları fəth etmək vəzifəsi verildi. Ancaq bir neçə ay sonra Kərim xan Kürdüstan bölgəsində bir döyüşdəykən iddialı Əlimərdan xan Əbülfəth xanı öldürdü. | https://az.wikipedia.org/w/index.php?curid=634036 |
Əbülfəz Abbasquliyev | Əbülfəz Həsən oğlu Abbasquliyev (may 1918 – 27 iyun 1985) — nasir, dramaturq, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əbülfəz Abbasquliyev 1918-ci ilin mayında Şərur-Dərələyəz qəzasının Mahmudkənd kəndində doğulmuşdur. Həmin kəndin yaxınlığında olan Baş Noraşen kənd nümunə məktəbini bitirəndən sonra APİ-nin dil-ədəbiyyat fakültəsində təhsil almışdır. İlk hekayələrini tələbəlik illərində "Əbülfəz Abbasquluzadə", "A.Əbülfəz" imzalan ilə dərc etdirmişdir. "Çiçəklənən həyat", "And" hekayələri 1937-ci ildə institutun "Lenin tərbiyəsi uğrunda" adlı qəzetində çap olunmuşdur. Sonra Yerevan Dövlət Pedaqoji İnstitutunda, Azərbaycan fakültəsində Azərbaycan dili və ədəbiyyatını tədris etmişdir (1938-1943). İnstitut bağlandığına görə, Şərur rayonuna köçmüş, burada rayon qəzeti redaksiyasında məsul katib, redaktor işləmişdir (1943-1947). "Günəş doğur" adlı dram əsəri 1946-cı ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Bundan sonra "Sədəf" pyesini yazmışdır. 1947-ci ildə Bakıya köçüb "Ədəbiyyat qəzeti" redaksiyasında nəsr şöbəsinin müdiri, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində baş müəllim işləmişdir (1947-1960). M.F.Axundov adına Pedaqoji İnstitutda "Müasir Azərbaycan dili" kursunu aparmışdır (1960-1970). D.Bünyadzadə adına AXTİ-də baş müəllim vəzifəsində işləmişdir (1970-1985). Əbülfəz Abbasquliyev 1985-ci il iyunun 27-də Bakıda vəfat etmişdir. İş günləri (povest). Bakı: Uşaqgəncnəşr, 1950, 95 səh. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1951, 110 səh. Oğul toyu (hekayələr). Bakı: Azərnəşr, 1955, 96 səh. Bahar axşamları (roman). Bakı: Azərnəşr, 1956, 448 səh. Sənin gözlərin (roman). Bakı: Azərnəşr, 1964, 309 səh. Dağda şəhər (oçerk). Bakı: Azərnəşr, 1967, 64 səh. | https://az.wikipedia.org/w/index.php?curid=369965 |
Əbülfəz Ağayev | Əbülfəz Ağayev (tam adı: Əbülfəz Yusif oğlu Ağayev; 18 oktyabr 1957, Neftçala rayonu) — siyasətçi. Əmək fəaliyyətinə 1974-cü ildə Neftçala rayonunun Xol Qarabucaq kəndindəki N.Nərimanov adına kolxozda təmirçi-çilingər kimi başlamışdır. 1980-ci ildən 151 saylı Neftçala Texniki-Peşə məktəbində müəllim, Kolxozda və Rayon Aqrar-Sənaye Birliyində baş mühəndis, 1984-cü ildən Neftçala rayonu Komsomol Komitəsinin birinci katibi, 1987-ci ildən Neftçala rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Aqrar-Sənaye Birliyinin rəisi, 1989-cu ildən Rayon Aqrar-Sənaye Kombinatının baş direktoru, Rayon İcra Hakimiyyəti Başçısının müavini, Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi, 1995-ci ildən Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, 2000-ci ildən Neftçala Rayon Bələdiyyəsinin sədri, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2002-ci ildən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, 2004–2012-ci illərdə isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. Evlidir. 1 övladı var | https://az.wikipedia.org/w/index.php?curid=190521 |
Əbülfəz Babayev | Əbülfəz İsmayıl oğlu Babayev (20 sentyabr 1947, Qarabağlar, Noraşen rayonu) — Texnika elmləri doktoru, professor. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. Beynəlxalq (Rusiya Federasiyası) Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru. Əbülfəz İsmayıl oğlu Babayev 1947-ci il sentyabr ayının 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur. O, 1966–1972-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunun Kimya- texnologiya fakültəsində ali təhsil almış, "kimyaçı-mühəndis-texnoloq" ixtisasına yiyələnmişdir. Əbülfəz Babayev 1972-ci ildə təyinatla gənc mütəxəssis kimi Azərbaycan Respublikasının 40 illiyi adına "Sintetik Kauçuk" zavodunda əmək fəaliyyətinə başlamışdır. 1972–1981-ci illərdə "Sintetik Kauçuk" zavodunda mühəndis, bölmə rəisi, Mərkəzi Elmi-Tədqiqat laboratoriyasının rəisi vəzifələrində çalışmışdır. Bu dövr ərzində zavodda keçmiş SSRİ məkanında ilk istehsal prosesi olan, xalq təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən, tibb sənayesindən başlamış, məişətdə, xüsusən də şin istehsalında geniş istifadə olunan butilkauçuk istehsalının mənimsənilməsinin təkmilləşdirilməsi ilə məşğul olmuşdur. Eləcə də prosesdə iştirak edən monomerlərin təmizlik dərəcəsinin artırılması zamanı alınan yan məhsullar əsasında xalq təsərrüfatında, xüsusilə mənzil və su kanalı tikintisi sahəsində tətbiq olunan yeni kipləşdirici elastik məmulatların istehsal texnologiyalarının işlənib-hazırlanmasında iştirak etmişdir. Onun tərəfindən alınan nəticələr müəlliflik şəhadətnamələri ilə təsdiqlənmiş, ölkəmizdə və Litva Respublikasının Şaulyay şəhərində istehsal proseslərinə başlanılmışdır. Əbülfəz Babayev 1974–1975-ci illərin nəticələrinə əsasən, çoxsaylı ixtira və səmərəli təkliflərinə görə "Respublikanın ən yaxşı gənc səmərələşdiricisi" adına layiq görülmüşdür. Alınan elmi nəticələr əsasında o, 1980-ci ildə Moskva şəhərində D. İ. Mendeleyev adına Kimya-Texnologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Alim 1981-ci ildə "Sintez Kauçuk" İstehsalat Birliyinin Mərkəzi Elmi Tədqiqat laboratoriyasının müdiri təyin olunmuşdur. O, 1982-ci ilin sentyabr ayında SSRİ Nazirlər Kabinetinin göndərişi ilə S. Orconikidze adına Moskva Qırmızı Əmək Bayrağı Ordenli İdarəetmə İnstitutunun Sənaye, tikinti və istehsalın təşkili fakültəsində ikinci təhsil almışdır. 1983-cü ildə METL-nin rəisi və zavodun Texniki şöbəsinin müdiri işləmiş, 1983-cü ilin dekabr ayından isə zavodun baş mühəndisi vəzifəsini icra etmişdir. 1984–2001-ci illərdə SSRİ Kimya Sənaye nazirinin əmri ilə "Sintetik Kauçuk" zavodunun baş mühəndisi vəzifəsində çalışmışdır. Onun baş mühəndis təyin olunduğu dövr bu gün də neft-kimya sənayesinin əsas xammal bazası kimi geniş texniki-iqtisadi imkanlara malik olan, bir çox neft ölkələri üçün əhəmiyyət daşıyan "EP-300" kompleksinin tikintisinin başlanmasına təsadüf etmişdir. Ə. Babayev tam fəaliyyətdə olan istehsal proseslərinə nəzarət və idarə etmək, tikilməkdə olan nəhəng kompleksdə işləyəcək əməkdaşların texniki-təcrübi hazırlıqlarını həyata keçirmək, tikintiyə texniki nəzarəti təşkil etmək kimi məsul işləri yerinə yetirmişdir. Alim 1985–1986-cı illərdə istehsal olunan "SKS-30ARKM-15" markalı Butadien- stirol kauçukunun 70 %-nin o dövr üçün böyük önəm kəsb edən keyfiyyət nişanına layiq görülməsinə nail olmuş, bununla da həmin məhsul xaricə ixrac olunmağa başlamışdır. "EP-300" kompleksi 1987-ci ilin dekabr ayının 31-də, işə buraxıldığı gündən 19 gün sonra 99,99 % təmizlik dərəcəsi olan etilen almaqla layihədə nəzərdə tutulan məhsula çıxarılmışdır. Bu isə keçmiş SSR-də, buna qədər buraxılan bütün EP komplekslərinin işə buraxılıb mənimsənilməsi prosesində rekord göstərici idi. Ə. Babayev 1980–1989-cu illərdə bilavasitə fasiləsiz istehsalatda aparılan proseslərin, müxtəlif konstruksiyalı avadanlıqların tədqiqi, optimallaşdırılması, yenilərinin yaradılması (çoxsaylı müəlliflik şəhadətnaməsi ilə təsdiq olunan) və istehsalata tətbiqi istiqamətində apardığı tədqiqatları ümumiləşdirərək 1989-cu ildə doktorluq dissertasiyasını Elmi Şuraya təqdim etmişdir. O, 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında doktorluq dissertasiyasını müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini almışdır. Eyni zamanda, 1991-ci ildə ABŞ-nin Kaliforniya ştatında "PEPPERDİNE" Universitetində "Müasir dövrdə iqtisadiyyatın təşkili" kursunu keçmişdir. 1980–1990-cı illərdə "Ulduz" İstehsalat Birliyində Ə. Babayevin rəhbərliyi ilə yüksək təmizliyə malik stirol istehsalı texnologiyası həyata keçirilmişdir. İlk dəfə olaraq beynəlxalq standartlara cavab verən stirol məhsulu istehsal olunaraq Avropaya göndərilmiş və bunun müqabilində "Ulduz" İstehsalat Birliyinə ehtiyat hissələri gətirilərək iki kasetli "Philips" maqnitofonlarının istehsalı təşkil olunmuşdur. 1991-ci ildə müəyyən səbəblərdən "EP-300" kompleksində ağır qəza baş vermiş və bu kompleks Ə. Babayevin rəhbərliyi ilə heç bir kənar dəstək olmadan bərpa edilmişdir. Azərbaycanın müstəqillik qazanması ilə bir vaxtlar sovet neft-kimya sənayesinin daşıyıcı sütunlarından olan Azərbaycan neft-kimya sənayesinə təzyiqlər başlamış, tədricən Azərbaycan məhsullarının satış bazarına məhdudiyyətlər qoyulmuş, kauçuk istehsalatı, lateks istehsalatı dayandırılmışdır. Keçmiş sovetin yüngül sənayesinin 100%-ni latekslərlə təmin edən Sumqayıtdan onun alışı dayandırılmışdır. "Sintez Kauçuk" zavodunun tərkibindən çıxarıldıqdan sonra bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya qalan EP kompleksi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və siyasi stabilliyin təmin olunması ilə fəaliyyətini davam etdirmək imkanı əldə etmişdir. Ə. Babayevin rəhbərliyi ilə 1995-ci ildə 6 ay ərzində dünya bazarında satılan MİPS (Mütləqləşdirilmiş izopropil spirti) istehsalı texnologiyası və prosesinin layihəsi işlənib-hazırlanmış, istehsalatdan çıxarılmış avadanlıqlardan istifadə edilərək MİPS istehsalatı yaradılmışdır. Bu məhsulun keyfiyyət göstəriciləri yüksək olduğundan 10 illərlə fəaliyyət göstərən məşhur şirkətlərin bazarına daxil ola bilmiş və Azərbaycana ilk beynəlxalq "Avropa markası" keyfiyyət nişanı gətirilmişdir. 1997-ci ildə 10 il əvvəl yarımçıq qalmış butadien istehsalatının tikintisi, MİPS-dən gələn gəlirdən yararlanaraq daxili imkanlar hesabına davam etdirilmişdir. Yüksək tonnajlı istehsalat qurğusu mövcud xammal imkanlarına uyğunlaşdırılaraq işə buraxılmış və 2000-ci ildə bütün texniki şərtlərə cavab verən butadien istehsal edilərək satılmışdır. Elmi-nəzəri fəaliyyəti Əbülfəz Babayevin rəhbərliyi ilə 1994–2000-ci illərdə bir sıra yeni texnologiyalar işlənərək istehsalata tətbiq olunmuşdur. Bunlardan pirokondensatın benzol-etilbenzola qədər emal texnologiyası "Sintez Kauçuk" və "Kimyasənaye" zavodlarında tətbiq edilmişdir. Respublikamızda ilk olaraq Aktiv Katalizator Kompleksinin tərkibi və istehsal prosesinin texnologiyasının işlənib-hazırlanması və KH-2 sexində istehsalı həyata keçirilmişdir. Həmçinin alim tərəfindən Aktiv Katalizator Kompleksinin iştirakı ilə ağır piroliz qətranının naftalinə, reaktiv yanacağa, dizel yanacağına və neftin komponentlərinə ayrılmaqla kompleks emalı texnologiyası işlənib-hazırlanmış, "Sintez Kauçuk", "Üzvi sintez" zavodlarında istehsalata tətbiq edilmişdir. Butilkauçuk, etilen-propilen sopolimerləri, butadien-stirol kauçuku, müxtəlif növ butadien-stirol və nitril latekslərinin istehsal texnologiyalarının geniş elmi tədqiqi və təkmilləşdirilməsi, onların bazasında yeni calaq sopolimerlərinin, kompozisiya materiallarının, onların istehsal texnologiyalarının yaradılması və tədqiqi alimin ilkin apardığı, uğurla nəticələnən elmi tədqiqat sahəsi olub. Onun tədqiqatların elmi nəticələri adi şəraitdə tikilmə (vulkanlaşma) prosesinə məruz qalmaqla möhkəm hidroizolyasiya – örtük qatı əmələ gətirən kompozisiya materialları kimi sənaye miqyasında tətbiq olunmuşdur. Həmin ixtiralar əsasında Litvada Şaulyay şəhərində, Rusiyada Ryazan şəhərində, eləcə də Sumqayıtda "Sintez Kauçuk" zavodunda müəllifin iştirakı ilə polimer örtük materiallarının (sonradan mastika adı ilə tanınan) istehsalına başlanılmışdır. Aparılan elmi tədqiqatlar əsasında keçmiş SSRİ məkanında Sumqayıt "Sintez Kauçuk" zavodunda ilk dəfə olaraq nitril latekslərin fasiləsiz texnologiyası işlənərək istehsalata tətbiq olunmuşdur. Bunun nəticəsində keçmiş SSRİ-nin yüngül sənayesinin bu məhsula olan tələbatı 100% ödənilmişdir. Bu texnologiya əsasında hazırlanan lateks modifikasiyaları Çernobıl qəzasının nəticələrini aradan qaldırmaqda müstəsna rol oynamışdır. Professor Ə. Babayevin rəhbərliyi ilə respublikamızda və keçmiş SSRİ məkanında ilk dəfə olaraq yüksək təmizlik dərəcəsinə malik monomerlərin istehsal texnologiyasının tədqiqi və tətbiqi, monomerlərin sintezi, tərkibinin öyrənilməsi, eləcə də yeni kompozisiya materiallarının tədqiqi və tətbiqi, həmçinin ölkənin neft emalı və neft-kimya istehsalatlarında istifadə olunan xammal və yan məhsulların dərin emalı sahəsində proqressiv texnoloji proseslərin, katalizatorların tədqiqi və sənayeyə tətbiqi uğurla həyata keçirilmişdir. Alim tərəfindən nəzəri, təcrübi və sənaye miqyasında olan istehsal proseslərinin elmi araşdırmalarından alınan nəticələr ümumiləşdirilmiş, piroliz qazlarından alınan butilen-butadien fraksiyasından yüksək polimerləşmə təmizliyinə malik olan monomerlərin, həmçinin olefinlər və dienlərin elmi cəhətdən əsaslandırılmış yeni texnologiyası təklif olunmuş və sənayeyə biləvasitə tətbiq olunmuşdur. Mikroqarışıqlardan təmizlənmiş, yüksək təmizliyə malik olan dien monomerləri əsasında nitril latekslərinin fasiləsiz istehsal texnologiyası, poliizobutilen istehsalı prosesləri, piroliz prosesi üçün xammal bazasının genişləndirilməsi və alınan məhsulların yeni emal texnologiyalarının tədqiqi, eləcə də dərin emalı sahələrində yüksək effektlivliyə malik aparat, texnoloji proses və onların avtomatik idarəetmə sistemlərinin tədqiqi sahəsində aparılan elmi-tədqiqat işləri Ə. Babayevin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Bu ixtiralar əsasında respublikamızda xüsusi təyinatlı lateks istehsalının yeni texnologiyası işlənərək sənayeyə tətbiq olunmuşdur. Alimin ixtiraları əsasında respublikamızla yanaşı, Rusiya Federasiyasının Ryazan və Litva Respublikasının Şaulyay şəhərlərində polimer örtük kompozisiya materialları istehsalatı quraşdırılaraq işə buraxılmışdır. BBF-də asetilenli birləşmələrın "Alüminium-oksidi üzərində çəkilmiş palladium" katalizatorunun iştirakı ilə hidrogenləşmə prosesinin mexanizmi və kinetikası öyrənilmiş, butadienin minimum sərfi ilə BDF-in tərkibində olan asetilenli birləşmələrin selektiv hidrogenləşməsinin optimal şəraiti öyrənilərək sənaye miqyasında tətbiq edilmişdir. Elmi kəşf səviyyəsində hidrogenin oksigendən və civədən təmizlənməsi texnologiyası, aktivləşmiş kömür absorbentinin regenerasiya texnologiyası işlənib istehsalata tətbiq olunmuşdur. Həmçinin butadien, butadien-stirol və butilkauçukun istehsalatda texnoloji prosesin gedişini nizamlayan, xarici təsir faktorlarını aradan qaldırmağa imkan verən idarəetmə sistemləri istehsalata tətbiq olunmuşdur. Aparılan tədqiqatlar keçmiş SSRİ məkanında ilk dəfə olaraq "Sintez Kauçuk" zavodunda butadien, izobutilen, stirol manomerlərinin mikroqarışıqlardan təmizlənməsi texnologiyasının tətbiq olunmasına və nəticədə fasiləsiz texnologiya ilə butilkauçuk istehsalına nail olmağa imkan vermişdir. İzobutilenin sulfat turşusu ekstraksiyasının n-parafin mühitində parçalanması prosesinin kinetikasını və mexanizmini öyrənməklə reaktorun riyazi modeli, onun konstruktiv xüsusiyyətləri və prosesin optimal paramertləri təyin edilmişdir. N-parafin mühitində izobutil sulfat turşusunun parçalanması ilə yüksək təmizliyə malik izobutilenin alınmasına, sulfat turşusunun yenidən prosesə qaytarılmasına, onun sərfinin 8–10 dəfə azaldılmasına və bununla da bu prosesin səmərəliyinin təmin olunmasına imkan verən yeni prinsipial texnoloji sxem işlənib layihələndirmək üçün təklif olunmuşdur. Alim tərəfindən izobutilenin ayrılması prosesində həm xammala gələn, həm də izobutil sulfat turşusunun yaranması və parçalanması zamanı yaranan oksigen tərkibli qarışıqların prosesin bütün mərhələlərində paylanması əsaslı tədqiq olunmuşdur. "Ekstrakt-fraksiya C-4 oksigen tərkibli qarışıqları", "izobutilen sulfat turşusu məhlulu- Su-oksigen" tərkibli qarışıqlar (spirtlər, ketonlar, sadə efirlər) sistemində həmin maddələrin paylanma tarazlığının öyrənilməsi əsasında ekstraksiya, deqazasiya, hidroliz, yuyulma və rektifikasiya şöbələrinin təkmilləşdirilməsi və texniki istehsal parametrlərinin dəqiqləşdirilməsi aparılmışdır. Elmi kəşf səviyyəsində izobutileni mikro qarışıqlardan təmizləmək üçün diizobutilen, sulfat turşusu və su iştirakı ilə əlavə aralıq ekstrkasiya mərhələsi daxil etməklə iki pilləli rektifikasiya sxemi işlənib istehsalata tətbiq olunmuşdur. Həmçinin yüngül uçan maddələrin, o cümlədən dimetil efirinin azetrop qurutma mərhələsində ayrılması sxemi işlənib istehsalata tətbiq edilmişdir. Aşağı temperaturda izobutilenin izoprenlə katalitik sopolimerləşmə prosesini təkmilləşdirmək və onların əsasında alınan butilkauçukun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə əsas komponent olan izobutileni mikro qarışıqlardan təmizləmək üçün qələvi ilə işlənmiş alüminium-oksidinin vasitəsilə əlavə absorbsiya sxemi işlənib istehsalata tətbiq olunmuşdur. Etilen-propilen istehsalatında piroliz qazlarını Sa sialit üzərindən keçirməklə kükürdlü birləşmələrdən, karbon oksigenlərindən və sudan təmizlənmə prosesi həyata keçirilmişdir. Təcrübə və elmi araşdırmaların nəticələri əsasında istehsalatda işləyən adsorberin optimal parametlərinin hesabatı aparılmışdır. Eyni zamanda, tədqiq olunan prosesin iqtisadi-riyazi modeli qurularaq araşdırılmış, onun əsasında təmizləmə sisteminin optimizasiyası aparılmışdır. Etilen-propilen qurğusunu xammala təmin etmək və regionda olan karbohidrogenlərin səmərəli istifadəsinə nail olmaq üçün texnoloji proseslərin və neft-qaz istismar sahələrinin səmt qazlarının, o cümlədən butilen-izobutilen və başqa sıxılmış karbohidrogen fraksiyalarının müstəqil olaraq və benzinlə kompozisiya variantında piroliz prosesi, həmçinin onun optimal şəraiti tədqiq olunmuş, konkret texnoloji sxem əsasında istehsalata tətbiq edilimişdir Həmin qazların piroliz prosesinə verilməsi ilə yanaşı, etilen-propilen istehsalatının texnoloji sxem üzrə müxtəlif mərhələlərdə prosesə verilmə variantları və ümumilikdə regionda olan C-4 fraksiyasının kompleks istifadə olunma variantları da təklif olunmuşdur. Elmi — təşkilati fəaliyyəti 2021-ci ildən AMEA Yüksək Texnologiyalar Parkının baş direktorudur; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının professorudur; Yeni Azərbaycan Partiyasının, Partiyanın Sumqayıt şəhər şöbəsinin idarə heyətinin, eləcə də Partiyanın mərkəzi aparatının komissiyalarının üzvüdür; Azərbaycan Neft və Sənaye Univesitetinin nəzdində təşkil edilmiş ED 2.02 Dissertasiya Şurasının üzvüdür; "Azərikimya" Dövlət Şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb; 1999, 2004 və 2009-cu illərdə Sumqayıt Bələdiyyəsinin üzvü seçilib, ekologiya komissiyasının sədri olub; 2001-ci ildə "Etilen-Polietilien" zavoduna direktor təyin edilib; 2005-ci ildə Sumqayıt Bələdiyyəsinin sədri seçilib 2017–2019-cu illərdə SOCAR-ın emal üzrə vitse-prezidentinin müşaviri kimi fəaliyyət göstərib; 2006-cı ildə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri seçilib. Elmi-pedaqoji fəaliyyəti Əbülfəz Babayev uzun illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində və ASU-da pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Həmçinin AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda 16 saylı "Alkilləşmə laboratoriyası"nın rəhbəri və AMEA-nın Kimya Problemləri İnstitutunun nəzdində İxtisaslaşdırılmış elmi şuranın üzvü olmuşdur. O, Sumqayıtın orta təhsil məktəblərində Kimya laboratoriyalarının təchizatına və fəaliyyətinə himayədarlıq etmişdir. Hazırda Azərbaycan Neft və Sənaye Univesitetində "Neft-Kimya texnologiyası və sənaye ekologiyası" kafedrasının professoru kimi pedaqoji fəaliyyətini davam etdirir. Bu universitetin nəzdində təşkil edilmiş ED 2.02 Dissertasiya Şurasının üzvüdür. Alimin elmi axtarışlarının nəticələri 320-dən çox məqalə, o cümlədən 105-dən artıq elmi ixtira və patent, 20-yə yaxın dərslik və monoqrafiyada öz əksini tapıb, bu gün də fəaliyyətdə olan çoxsaylı unikal texnoloji avadanlıq və qurğularda tətbiq olunmaqdadır. Əldə etdiyi elmi nailiyyətlərə görə 1994-cü ildə Beynəlxalq (keçmiş SSRİ) Mühəhdislik Akademiyasının müxbir üzvü, ABŞ-nın Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 1996-cı ildə Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, 2007-ci ildə həmin akademiyanın qızıl medalı ilə təltif olunmuşdur. 2006-cı ildə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir. 2003-cü ilin nəticələrinə görə London Banklar Assosasiyası tərəfindən Avropa və MDB ölkələri üzrə Sumqayıt "Etilen-Polietilen" zavodunun direktoru olan Ə. Babayevə "Dünya iqtisadiyyatına təsir etməyə qadir olan adam — "Crystal Eksmeycer" fəxri titulu verilmişdir. Əbülfəz Babayev ABŞ, İtaliya, Almaniya, Fransa, İngiltərə, Türkiyə, İran, Rusiya, İsrail, Əlcəzair kimi ölkələrdə keçirilən elmi-praktiki konfranslarda məruzələrlə çıxış etmiş, bölmə iclaslarına sədrlik etmişdir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbərinin müavini kimi fəaliyyət göstərmişdir. Konqresdə iştirakına və Fransa Yerli Özünüidarəetmə Orqanları ilə işgüzar əlaqələrin qurulmasına görə 2010-cu ildə Fransa Şəhər Bələdiyyələri Assosiasiyasının illik yığıncağının qərarı ilə adıçəkilən qurumun qızıl medalı ilə təltif olunmuşdur. Səmərəli fəaliyyətin nəticəsi olaraq, Şəki şəhəri Dünyanın Qədim Şəhərlər Assosiasiyasına üzv seçilmiş, Ankara şəhərinin mərkəzində Xocalı soyqırımına möhtəşəm abidə qoyulmuş, 2014-cü ilin sonunda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Dağlıq Qarabağ barədə həqiqəti əks etdirən qərar qəbul olunmuşdur. Xarici keçidlər AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib — Report.az AMEA Yüksək Texnologiyalar Parkı milli kosmetik məhsulların istehsalına dəstək verəcək — ict.az Görkəmli kimyaçı alim. Əbülfəz Babayev — 70 AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib — science.gov.az Orxan Rəhman. Moskvanın kömək istədiyi, Omskda"izi" qalmış sumqayıtlı kimyaçı: Əbülfəz Babayev həm də Azərbaycan sənayesinin ilk elmlər doktorudur. //Kaspi.-2015.- 29 oktyabr.- S.15. | https://az.wikipedia.org/w/index.php?curid=351070 |
Əbülfəz Bərəkət | Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000). Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984). İnstitutda sənaye kafedrasında professor kimi çalışmışdır (1984–1986), həmin kafedraya rəhbərlik etmişdir (1986–1989). Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda iqtisadiyyat və Azərbaycanın başqa ölkələrlə iqtisadi əlaqələr kafedrasının professoru olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur, 1993-cü ildən Azərbaycan İqtisad Universitetinin "Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və menecmenti" kafedrasının professoru, 1995-ci ildən isə müdiridir. 1992-ci ilin 19 iyulunda Azərbaycan EA İqtisadiyyat İnstitutunun Elmi Şurasında "Azərbaycanda heyvandarlığın inkişafının iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Arqar iqtisadiyyat elminin əsasını qoyanlardan biri kimi tanınır. Bu istiqamətdə ciddi elmi əsərlərin müəllifidir. Ağdamda "Çörək muzeyi" yaratmışdır. Respublikanın əməkdar təbliğatçısıdır. Azərbaycan iqtisadiyyatına dair yazdığı bir-birini tamamlayan III cilddən ibarət ilk dərsliklərin müəllifidir. I cild kənd təsərrüfatının iqtisadiyyatına, II cild kənd təsərrüfatında istehsalın təşkilinə, III cild isə kənd təsərrüfatının planlaşdırılmasına həsr edilmişdir. O, müxtəlif illərdə çapdan çıxan "Heyvandarlığın iqtisadiyyatı" (1972), "İqtisadçının məlumat kitabı" adlı əsərlərin, habelə digər alimlərlə birgə yazdıgı "Ərzaq proqramının aktual problemləri", "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu" (1998), "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur" (1999), "Naxçıvan Muxtar Respublikası – nailiyyətlər və problemlər" (2000) adlı iki cildlik ensiklopedik əsərin, "Demokratikləşmə — milli iqtisadiyyatımızın əsasıdır" (2000), "Milli iqtisadiyyatımızın aktual problemləri" (2000), "Bələdiyyələrə elmi-metodik kömək" (2002), "Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri" (2003) kimi tədqiqatların müəllifidir. Ədəbi-publisistik fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır. İlk yazdıqları "Niva", "Azərbaycan", "Kənd həyatı", "Pravda", "İzvestiya" və s. jurnal və qəzetlərdə çıxmışdır. Onun ssenarisi əsasında "Mənim çörəkli dünyam" ədəbi-publisistik kitabı "Yazıçı" nəşriyyatında kütləvi tirajla nəşr olunmuşdur (1988), həmin əsərə ssenari yazmış (şərikli), eyniadlı fılm çəkilmişdir. Əsər 1989-cu ildə rus dilində nəşr olunmuşdur, 1993-cü ildə kitabın ikinci nəşri, 2003-cü ildə isə üçüncü nəşri işıq üzü görmüşdür. Kitabın materialları üzrə Moskva, Bakı və Naxçıvanda filmlər çəkilmişdir. 2002-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında "Anamın gəlinlik paltarı" pyesi səhnəyə qoyulmuşdur. "Tufanda yanan çıraq" pyesi İrəvan Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilmişdir. "Sevən ürək, isti çörək" əsərini 1990-cı il 20 Yanvar faciəsinə həsr etmişdir. Xidmətlərinə görə 26 sentyabr 1985-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə "Əməkdar təbliğatçı" fəxri adına, 22 yanvar 1991-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 10 iyul 2001-ci ildə isə "Qızıl qələm" mükafatı almışdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2001-ci il fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Şərqin qapısı — Naxçıvan diyarı. Filmoqrafiya Ver sözə ehya ki... (film, 1989) Mənim çörəkli dünyam (film, 1991) (Ssenari müəllifi — İmran İsmayılla birlikdə) Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007) | https://az.wikipedia.org/w/index.php?curid=369972 |
Əbülfəz Cəfərov | Əbülfəz Cəfərov (tam adı: Əbülfəz Böyükağa oğlu Cəfərov; 14 dekabr 1966, Bankə, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ – 25 yanvar 1990, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş və orta məktəbi orda bitirmişdir. O, Bankə qəsəbəsində balıq ovlayan gəmilərin birində işləyirdi. 1990-cı il yanvarın 25-də rayon mərkəzinə gedir və … "öldür", "dağıt" əmri alan hərbçilərlə qarşılaşır. Əbülfəz onların AXC-nin Neftçala rayon şöbəsinin üzvlərinə rastlarına çıxan hər bir adama necə divan tutduqlarının şahidi olur. Ələ keçənləri qəsəbənin hamamına yığıb tankların, VTR-lərin gurultusu altında işgəncə vermişlər ki, çıxırtılarını, iniltilərini eşidən olmasın. Bu mənzərəni görən Əbülfəz özünü saxlaya bilmir, əliyalın hərbçilərin üzərinə atılır. Onu əvvəlcə ayağından, sonra isə döş qəfəsindən güllə ilə yaralıyırlar. Barmağından üzüyünü çıxarıb, qol saatını açıb götürürlər. Aldıqları əmrə əsasən tutulan günahsız müqəssirləri Bakıya gətirməli imişlər. Yaralarından qan daman Əbülfəz də onların arasında olur. Təyyarə Xəzər dənizinin üzərində ikən iki il iki ay nişanlı qalan, toy hazırlığında olan 25 yaşlı Əbülfəz canından çox sevdiyi Vətən göylərinə əbədilik "əlvida" deyir…. 1966-cı ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. 3 qardaşı, bir bacısı qalıb. Yanvarın 16-da :Neftçala rayon xəstəxanasına, atasının yanına gəlmiş, geri qayıdarkən Neftçala Xalq Cəbhəsinin binası qarşısında atəşə tutulmuşdur. Onunla birlikdə həbs olunan Bəxtiyar Ağayevin dediklərindən: [Bəxtiyarın sözləri "Azərbaycan" qəzetində götürülüb, № 23]. — Hamamda bizi yanaşı uzatmışdılar. Əbülfəz ağrılara dözməyib inildəyirdi. Döyülməkdən haldan düşmüş yoldaşımızı və məni necə gəldi maşına tulladılar. Tərpənəni vururdular. Əbülfəzin yaralı olduğuna baxmırdılar. Hər zarıyanda təpikləyirdilər. Əbülfəz huşunu itirəndə onlardan [?] biri barmağındakı nişan üzüyünü çıxarmaq istədi. Çox çalışdı. Görməyim deyə, məni vurub üzümü divara tərəf çevirməyi əmr etdi. Mən yalnız yaralı yoldaşımın yarımcan halda: "ay ana" deyə qışqırdığını və qırıq-qırıq dediyi "Vətənimin, xalqımın yolunda ölürəm, ay Allah" son kəlmələrini eşitdim. Biz maşından düşəndə gördük ki, həlak olmuş yoldaşımızın üzüyü barmaqla bir yerdə yoxdur". Yanvarın 26-da atası onun meyidini Bakıdakı mərkəzi ölüxanadan tapıb. Mərhum Neftçala rayonunda dəfn edilib. Bu ünvanda yaşamışdır: Neftçala rayonu, Bankə qəsəbəsi. Qulu Kəngərli, Qara Yanvar şəhidləri. [Məlumat kitabı]. B; Gənclik, 1992. Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Xarici keçidlər Yanvar qırğını: Neftçalada əliyalın sakinlərə divan tutulub 20 Yanvar Şəhidi Cəfərov Əbülfəz Böyükağa Oğlu | https://az.wikipedia.org/w/index.php?curid=196982 |
Əbülfəz Elçibəy | Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir. Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək) Seyidlərdən ibarət olan (bu səbəbdən də onların adına "Seyid" və "Mir" dini titulları artırılıb) ata tərəfi Cənubi Azərbaycandandır. İlkin ulu babaları kökcə Şah İsmayıl Səfəvinin sələflərindən olan Şeyx Sədrəddin Musanın (1305–1392) uruqlarındandır. Bəzi qaynaqlarda Şeyx Sədrəddinə Şeyx Xoca Əli də deyildiyi bildirilir, bəzi qaynaqlarda isə Şeyx Xoca Əlinin onun oğlu olduğu göstərilir. Bu fikirlərdən hansının doğruluğundan asılı olmayaraq Əbülfəz Elçibəyin nəsli məhz həmin Şeyx Xoca Əlidən (Şeyx Əli Xoca da adlanıb) başlanır. Ancaq bunu da demək gərəkdir ki, Şeyx Əli Xocanın törəmələrinin bu qolunda şeyxlik olmayıb. Əbülfəz Elçibəyin özündə olan soyağacında nəslin davamçıları olan 30-dan artıq adamın adı sadalanır. Atası 1896-cı ildə doğulub, 1944-cü ildə müharibədə itkin düşmüş Əliyev Qədirqulu Mərdan oğludur. Elmi fəaliyyəti Klassik və müasir ərəb dilini, islam dininin əsaslarını, şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər"ində, EA-nın "Xəbərlər"ində, "Əlyazmalar xəzinəsində" toplusunda və b. nəşrlərdə çıxan "Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması" (1967), "Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair" (1968), "9–10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında" (1971), "Tulunilər dövləti və Qərmətilər" (1971), "Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair" (1971), "9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət" (1972), "Hənəfilik və onun əsas qaydaları" (1986), "Əhməd Tantarani Maraği və onun "Tantaraniyyə" qəsidəsi" (1987) və b. bir çox digər tədqiqatlarını göstərmək olar. Alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: "Tolunoğulları dövləti (868–905)" (İstanbul, 1997) və "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir. Siyasi fəaliyyəti Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 oktyabr 1991). 7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz Elçibəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında olan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi. Prezidentliyi dövrü Əbülfəz Elçibəyin prezidentliyi dövründə, bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı. Ə. Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü). Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı. Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Lakin bu layihə sonralar qəbul olunmamış qaldı. Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi. Ə. Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı. İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o sıradan dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi. Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı. Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kəndlərdə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı. Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Hazırlanan müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi. Elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı. Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır. Azərbaycanın yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin içində orta məktəbdə keçilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 60-a yaxın adda tam yeni dərslik yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın adda yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə tanış olurdu. Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat — "Öyrətmən" yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı. Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı. Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi. Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Məlum fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi. Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident fondundan maliyyə yardımı aldı. Onlara radio və televiziyadan istifadə etmək imkanı yaradıldı. Elçibəy bir sıra xarici səfərlərdə oldu. İstanbul sammitində iştirak edərək (24–27.6.1992) Qara Dəniz İşbirliyi Sazişini və "Bosfor bəyanatı"nı (25. iyun 1992), ATƏM-in (indiki ATƏT) ikinci zirvə toplantısına qatılaraq (7–11.7.1992) Helsinki Müşavirəsi-nin Yekun aktını (8.7) və "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə"ni (10.7), Rusiyaya rəsmi səfərə gedərək (12–13.10.1992) Boris Yeltsinlə birgə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə"ni (12.10), Ankarada Türk cümhuriyyətləri başçılarının zirvə toplantısında (30–31.10.1992) sammitin Yekun Bəyannaməsini imzaladı (31.10). O, Türkiyəyə rəsmi səfərində (1–5.11.1992) prezident Turqut Özalla bir sıra müqavilələrə imza atdı (1.11), Ankarada açılan Azərbaycan Səfirliyinin lentini kəsdi (2.11), Ukraynaya rəsmi səfərində (9–10.12.1992) prezident Leonid Kravçukla "Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında müqavilə"yə qol çəkdi (9.12). Prezident Elçibəy, Bakıda Marqaret Tetçeri (7. sentyabr 1992), Tatarıstanın baş naziri Filza Həmidullini (24. sentyabr 1992), Rusiya baş nazirinin əvəzi Yeqor Qaydarı (30. sentyabr 1992), Moldovanın baş naziri Andrey Sangelini (17. oktyabr 1992), Moskvanın meri Yuri Lujkovu (26.10), İslam Konfransı Təşkilatının baş katibi Həmid əl-Cabidi (13. noyabr 1992) və ölkəyə qonaq gəlmiş bir çox başqa nümayəndə heyətlərini, Bakıdakı bütün xarici ölkə səfirlərini qəbul etdi. BMT-də, ATƏT-də, İslam Konfransı Təşkilatında, regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə Azərbaycan bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başladı. BMT-nin Bakıda nümayəndəliyi açıldı. Qonşu dövlətlərlə: Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın əsasları qoyuldu. Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalandı. Belçika, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Misir, Pakistan, İngiltərə ilə sıx əlaqələrə möhkəm zəmin yaradıldı. Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlərlə dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlandı. Türkiyə ilə münasibətlər imzalanmış sazişlər nəticəsində yeni mərhələyə daxil oldu. Amerika Birləşmiş Ştatları və Qərbi Avropa ölkələri ilə münasibətlər xarici siyasətin başlıca istiqamətlərindən biri oldu. Avropa və Amerikanın transmilli şirkətləri əlverişli iqtisadi məkan kimi Azərbaycana üz tutmağa başladı. AMOKO, BP, Yunokal, Statoyl, Pennzoyl və başqa böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlandı. Neftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd imzalandı. Bu planların gerçəkləşməsi Azərbaycanın inkişafı üçün böyük perspektivlər açırdı. Ölkəyə güclü investisiya axını başlayacaqdı. Bütün bunlar Qərbin və Amerika Birləşmiş Ştatlarının Azərbaycana siyasi münasibətində də əsaslı təkamülün səbəblərindəndir. Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 11 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi. Prezidentlikdən sonrakı fəaliyyəti Elçibəy iqtidarının apardığı müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz xalqını labüd faciələrdən qurtarmaq istəyən prezident Əbülfəz Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi. Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz Elçibəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə. Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi (1997). Çağdaş Azərbaycan ictimai-siyasi şüuruna yön verən və gerçək milli lider kimi qəbul edilən Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri "Bu mənim taleyimdir" (Bakı, 1992), "Deyirdim ki, bu quruluş dağılacaq" (Bakı, 1992), "Demokratiya və azadlıq" (İstanbul, 1992), "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998), "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!" (Bakı, 2002), "Elçi düşüncələri" (Bakı, 2002) kitablarında əksini tapıb. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy" (İstanbul, 1992), A. Səmədoğlunun "Elçibəy və Azərbaycan" (İstanbul, 1994), Fazil Qəzənfəroğlunun "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə" (İstanbul, 1995), Ədalət Tahirzadənin "Elçi Bəy" (Bakı, 1999), "Elçibəylə 13 saat üz-üzə" (Bakı, 1999; İstanbul, 2001), "Prezident Elçibəy" (Bakı, 2001), O. Məmmədovun "Elçibəy ilə birlikdə otuz il" (İstanbul, 1999) və b. kitablar oxucuların marağına səbəb oldu. Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadə yolunu yaradıcılıqla davam etdirirdi. O, böyük öndərin müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsiylə zənginləşdirmiş, milli ideologiyamızın "Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!" ülküsünü irəli sürmüşdür. Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 62 yaşındaykən Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu. Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparmışdır. Müəllifi olduğu kitablar "Tolunoğulları Devleti", İstanbul, 1997. Ebülfez Elçibey, ISBN 9754372152 "Bütöv Azərbaycan yolunda", İstanbul, 1998; Bakı, 2004 [1] "Müstəqillik: ikinci cəhd", Bakı, 2001 "Siz xalqın sevgisilə haqqa çatacaqsınız", Bakı, 2001 Azərbaycanda Elçibəy İnstitutu Azərbaycanda Elçibəy İnstitutu 17 noyabr 2020-ci ildə Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsa Qəmbər, İsmayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov, Pənah Hüseyn tərəfindən yaranıb. İnistitunun məqsəd Azərbaycan Milli Azadlıq və Demokratik hərəkatının lideri, 1992-ci ildə demokratik yolla Azərbaycan prezidenti seçilmiş Əbülfəz Elçibəyin elmi- nəzəri –ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etməkdir. Elçibəy İnstitutu Azərbaycan Respublikası qanunvericiliyində yol verilən qayda, forma və vasitələrdən (o cümlədən kitablar, xüsusi buraxılışlar və s. nəşr etmək, elm və digər yaradıcılıq sahələri üzrə müsabiqələr elan etmək, mühazirələr, seminarlar təşkil etmək, kurslar açmaq, dinləmələr və s. tədbirlər keçirmək) istifadə edilməklə fəaliyyət göstərir. "Qurumun fəaliyyətinə ümumi rəhbərliyi Məsləhət Şurası tərəfindən həyata keçiriləcək. "Elçibəy İnstitutu"nun direktoru Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından biri olmuş Oqtay Qasımovdur. Haqqında yazılan kitablar Azərbaycan dilində "Əbülfəz Elçibəy: "Bu, mənim taleyimdir"", Bakı, 1992. Tərtibçilər: Becan İbrahimoğlu, Ədalət Tahirzadə "Deyirdim ki, bu quruluş dağılacaq", Bakı, 1992. Tərtibçi: Ədalət Tahirzadə "Demokratiya və azadlıq", İstanbul, 1992. "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy", İstanbul, 1992. Kamil Vəli Nərimanoğlu "Elçibəy və Azərbaycan", İstanbul, 1994, Akın Səmədoğlu. "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə", İstanbul, 1995, Fazil Qəzənfəroğlu. "Elçi Bəy", Bakı, 1999, Ədalət Tahirzadə. "Elçibəy ilə birlikdə otuz il", İstanbul, 1999, Oqtay Məmmədov. "Savalanda görüşənədək, Bəy!" Bakı, 2000. Tərtibçi: Ədalət Tahirzadə "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999; İstanbul, 2001. Ədalət Tahirzadə "Prezident Elçibəy", Bakı, 2001. Ədalət Tahirzadə "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!", Bakı, 2002. Tərtibçi: Ədalət Tahirzadə "Elçi düşüncələri", Bakı, 2002. Tərtibçilər: Ədalət Tahirzadə, Mircəlal Yusifli "Qurtuluş və bütövlük yolu" (Elçibəylə 6 söhbət). Bakı, 2003. Ədalət Tahirzadə "Elçi Bəy" Bakı, "Nurlar"NPM, 2005, səh.64, 500 nüs. Bayram Təbrizli-Marağalı "Elçi Bəy haqqında" Bakı, "Şirvannəşr", 2008. Mehriban Vəzir "Qardaşım Elçibəy haqqında xatirələrim", Bakı 2012, Murad Əliyev "Elçibəy belə deyirdi", 2018 "Elçibəyin sirri". Bakı, 2023, 260 səh. Türk dilində "Elçibey'le 13 Saat", Turan Yayıncılık, Adalet Tahirzade, 2001, ISBN 9757893307. "Elçibey Dönemi Azerbaycan Dış Politikası (Haziran 1992-Haziran 1993) Bir Bağımsızlık Mücadelesinin Diplomatik Öyküsü", Asam, Nazim Cafersoy, 2001, ISBN 9756769254. "Elçibey", Ötüken Neşriyat, Uğur Güler, 2006, ISBN 975437547X. "Elçibey'in Düşünceleri ve Kanun Devleti", Berikan Yayınevi, Şeyda Kemaloğlu-Muhammet Kemaloğlu, 2007, ISBN 9752671911. "Elçibey Azerbaycan'ın Unutulmaz Lideri", Türk Edebiyatı Vakfı, Yavuz Bülent Bakiler, 2009, ISBN 9756186428. Həmçinin bax Elçibəyçilik Xarici keçidlər Əbülfəz Elçibəyin bioqrafiyası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Abulfaz Elchibey — britannica.com Zahir Ezemet. "Elçibəyin ORT-yə ŞOK MÜSAHİBƏSİ (1992)" (az.). youtube.com/ORT. 1992/2013-08-17. İstifadə tarixi: 2014-09-28. Ölümündən 24 saat əvvəl — Əbülfəz Elçibəy Təmiz söhbət — Əbülfəz Elçibəy Əbülfəz Elçibəyin and içmə mərasimi Əbülfəz Elçibəyin Kələkidən Bakıya qayıdışı Əbülfəz Elçibəy: Böyük ömrün anları… Arxivləşdirilib 2019-04-21 at the Wayback Machine Əbülfəz Elçibəy haqqında indiyə kimi bilmədiyimiz faktlar MÜSAHİBƏ Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine Mərhum Prezident Elçibəy FOTOLARDA | https://az.wikipedia.org/w/index.php?curid=1861 |
Əbülfəz Fərəcoğlu | Əbülfəz Fərəcoğlu — Azərbaycanlı rəssam. Əbülfəz Fərəcoğlu 1956-cı ildə Naxçıvanda anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu biritirb. 1981-1995-ci illərdə Naxçıvan İncəsənət Məktəbində dərs deyib. Əsərləri Türkiyə, Almaniya, Bolqarıstan, Fransa, Rusiya, Ukrayna, Polşa, İran, Yaponiyada nümayiş etdirilib. | https://az.wikipedia.org/w/index.php?curid=329284 |
Əbülfəz Hüseyni | Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957). "Göyərçin" uşaq jurnalı redaksiyasında işləmişdir (1958-1959). Burada ilk uşaq hekayələrini və şeirlərini dərc etdirmişdir. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi işləmiş, eyni zamanda, "Mirzə Ağa Təbrizinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası üzərində çalışmışdır. İnstitutun mətnşünaslıq şöbəsinin böyük elmi işçisi olmuşdur (1968-ci ildən ömrünün sonunadək). Ədəbi yaradıcılıqla tələbəlik dövründən məşğul olmuş, şeirlərini və bədii tərcümələrini mətbuatda müntəzəm çap etdirmişdir. Şeirləri "Məhəbbət alovlan" kitabında toplu halda nəşr olunmuşdur. Nəsimi haqqında "Mən bu cahana sığmazam" adlı əsəriylə "Dədəm mənə kor deyib" dramı Azərbaycan Dövlət İncəsənət İnstitutunun tədris teatrında tamaşaya qoyulmuşdur. Qulamrza Cəmşidi ilə birlikdə yazdığı "Hacı Kərimin aya səyahəti" komediyası uzun müddət teatr səhnəsində oynanılmışdır. Hafiz Şirazinin "Seçilmiş şeirləri" (1967) onun tərcüməsi ilə kütləvi tirajla buraxılmışdır. Nəbatinin, Xətainin seçilmiş əsərlərini tərtib edib müqəddimə ilə nəşr etdirmişdir. Xəqaninin, Şəbüstərinin, İrec Mirzənin şeirlərini dilimizə çevirmişdir. 1987-ci ilin dekabr ayında Bakıda vəfat etmişdir. Filmoqrafiya Qız qalası əfsanəsi (film, 1978) | https://az.wikipedia.org/w/index.php?curid=37880 |
Əbülfəz Hüseyni (Həsrət) | Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957). "Göyərçin" uşaq jurnalı redaksiyasında işləmişdir (1958-1959). Burada ilk uşaq hekayələrini və şeirlərini dərc etdirmişdir. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi işləmiş, eyni zamanda, "Mirzə Ağa Təbrizinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası üzərində çalışmışdır. İnstitutun mətnşünaslıq şöbəsinin böyük elmi işçisi olmuşdur (1968-ci ildən ömrünün sonunadək). Ədəbi yaradıcılıqla tələbəlik dövründən məşğul olmuş, şeirlərini və bədii tərcümələrini mətbuatda müntəzəm çap etdirmişdir. Şeirləri "Məhəbbət alovlan" kitabında toplu halda nəşr olunmuşdur. Nəsimi haqqında "Mən bu cahana sığmazam" adlı əsəriylə "Dədəm mənə kor deyib" dramı Azərbaycan Dövlət İncəsənət İnstitutunun tədris teatrında tamaşaya qoyulmuşdur. Qulamrza Cəmşidi ilə birlikdə yazdığı "Hacı Kərimin aya səyahəti" komediyası uzun müddət teatr səhnəsində oynanılmışdır. Hafiz Şirazinin "Seçilmiş şeirləri" (1967) onun tərcüməsi ilə kütləvi tirajla buraxılmışdır. Nəbatinin, Xətainin seçilmiş əsərlərini tərtib edib müqəddimə ilə nəşr etdirmişdir. Xəqaninin, Şəbüstərinin, İrec Mirzənin şeirlərini dilimizə çevirmişdir. 1987-ci ilin dekabr ayında Bakıda vəfat etmişdir. Filmoqrafiya Qız qalası əfsanəsi (film, 1978) | https://az.wikipedia.org/w/index.php?curid=46028 |
Əbülfəz Muxtaroğlu | Qulıyev Əbülfəz Muxtar oğlu 1939-cu il iyun ayının birində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olmuşdur. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində almış, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olmuş, 1967-ci ildə təhsilini başa vurmuşdur. Pedaqoji və elmi fəaliyyəti 1971-ci ilədək Şahbuz rayon Aşağı Qışlaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləmiş, 1972-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ-nun Naxçıvan filialına müəllim keçmişdir.Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektolojiya şöbəsinin dissertantı olmuş,”Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası”mövzusunda namizədlik işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Haliyədə Ə.Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin ”Azərbaycan dilçiliyi” və Naxçıvan Müəllimlər İnstitutunun ”Dillər və ədəbiyyat” kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, 3 oğul bir qız atası, 8 nəvə babasıdır. Bir möhürbənd bəsimdir (şeirlər). Bakı: Təhsil, 199 İkinci görüş (şeirlər) Bakı: Nurlan, 2003 Şahbuzlu şəhidlər(publisist yazılar). Bakı: Şirvannəşr, 2009 (S.Rzazadə ilə birlikdə) El məhəbbəti (almanax.”M.Araz”ədəbi birliyinin Ulu öndər H.Əliyevə həsr etdikləri şeirlər,Öndər haqqında xatirələr və Öndərin Şahbuzla bağlı şəkilləri). Bakı: Şirvannəşr, 2009 (S.Rzazadə ilə birlikdə) Zorbulağın zümzüməsi (almanax”M.Araz”ədəbi birliyinin üzvlərinin şeirləri) Bakı: Nurlan, 2003 Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası. Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine(monoqrafiya) Bakı: Elm və təhsil, 2013 Deyimlərim,yorumlarım (1-hissə, Haqqımda deyilənlər). Naxçıvan: Məktəb nəşriyyat, 2013 Deyimlərim,yorumlarım (2-hissə, Yorumlarım-publisist yazılar). Naxçıvan: Məktəbnəşriyyatı, 2013 Ömür yolu (Hacı Tofiq Seyidzadə-75). Bakı, ADPU nəşriyyatı, 2014 (Abbas Hacıyevlə birlikdə) NDU Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=387838 |
Əbülfəz Qarayev | Əbülfəz Fərəc oğlu Qarayev (20 aprel 1885, Bakı – 25 oktyabr 1952) — əməkdar elm xadimi, Azərbaycanda dövrünün ən öncül uşaq həkimi. Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. O, 1896-cı ildə Bakı gimnaziyasına daxil olmuş, 1907-ci ildə oranı bitirmişdir. Gimnaziyanı bitirdikdən sonra o, Odessa şəhərində Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1912-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən Əbülfəz Qarayev savadlı məzun kimi universitetdə saxlanılmışdır. Uşaq Xəstəlikləri Klinikasında iki il ordinator kimi çalışan Əbülfəz Qarayev 1915-ci ildə Bakıya qayıtmışdır. O, 1917–1918-ci illərədək, yəni Oktyabr inqilabı və Azərbaycan Demokratik Respublikası qurulanadək həm diaqnost, daha sonralar isə həm də nəzəriyyəçi kimi böyük ad-san qazanmışdı. İlk azərbaycanlı pediatr olan Əbülfəz Qarayev Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısıdır. O, Respublika Uşaq Xəstəxanasının təşkilatçılarından biridir. 1930-cu ildən Əbülfəz Qarayevin praktiki, elmi və pedaqoji fəaliyyəti N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlıdır. Həmin il Tibb institutunun Pediatriya kafedrasına assistent kimi qəbul olunan Əbülfəz Qarayev 1931-ci ildə dosent, 1939-cu ildə professor və kafedra müdiri seçilmişdir. Əbülfəz Qarayev 1938-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun elmi araşdırmalarının əksəriyyəti bağırsaq infeksiyalarına həsr olunmuşdur. Həmçinin qan xəstəliklərinin etiologiyası, patogenezi və müalicə yollarını öyrənmişdir.Əbülfəz Qarayev 1938-ci ildən ömrünün sonuna qədər Azərbaycan Uşaq Həkimləri Cəmiyyətinə rəhbərlik etmişdir. O, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri və Uşaqlara Müalicə-Profilaktika Yardımı Şurasının üzvü olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsi onun təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmışdır. Həmin vaxtdan Azərbaycan Dövlət Tibb İnstitutunda yetişdirilmiş bütün pediatrları professor Ə.Qarayevin tələbələri hesab etmək olar. Onun pedaqoji fəaliyyəti dövründə yetişmiş mütəxəssislərin çoxu bu gün Azərbaycan pediatriyasının qabaqcıl nümayəndələridir.Əbülfəz Fərəc oğlu Qarayev 1952-ci il oktyabr ayının 24-də qəflətən vəfat etmişdir. Hazırda Bakının 2 saylı Uşaq Klinik Xəstəxanası onun adını daşıyır. Odessadan Bakıya qayıtıqdan sonra gənc həkim, gələcək həyat yoldaşı Sona xanım Axundova ilə tanış olur. Sona xanım Axundova Azərbaycanda tanınmış vəkil İskəndər bəy Axundovun qızı idi. Sonanın valideynləri mütərəqqi fikirli insanlar idi və o vaxtın sərt şəriət qaydalarına baxmayaraq qızlarına mükəmməl təhsil vermişdilər. Sona xanım Peterburq Smolnı İnstitutunun Bakı filialı olan Müqəddəs Nina gimnaziyasında, habelə Rusiya Musiqi Cəmiyyətinin nəzdindəki Bakı Musiqi Məktəbinin fortepiano ixtisası üzrə təhsil almışdı.Əbülfəz Qarayevlə Sona xanımın iki oğlu dünyaya gəlir. Bunlar dünya şöhrətli, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev və Azərbaycan SSR Səhiyyə Nazirliyin cərrahı Mürsəl Qarayevdir. Mürsəl Qarayevin böyük oğlu Cahangir Qarayev (1951–2013) görkəmli pianoçu və caz bəstəkarı idi. Kiçik oğlu Əbülfəs Qarayev, 1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Mədəniyyət naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri, 2018–2020-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri olmuşdur. Mükafatları O, "Əməkdar həkim" və 1940-cı ildə "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüşdür. İki "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=94722 |
Əbülfəz Qarayev (həkim) | Əbülfəz Fərəc oğlu Qarayev (20 aprel 1885, Bakı – 25 oktyabr 1952) — əməkdar elm xadimi, Azərbaycanda dövrünün ən öncül uşaq həkimi. Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. O, 1896-cı ildə Bakı gimnaziyasına daxil olmuş, 1907-ci ildə oranı bitirmişdir. Gimnaziyanı bitirdikdən sonra o, Odessa şəhərində Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1912-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən Əbülfəz Qarayev savadlı məzun kimi universitetdə saxlanılmışdır. Uşaq Xəstəlikləri Klinikasında iki il ordinator kimi çalışan Əbülfəz Qarayev 1915-ci ildə Bakıya qayıtmışdır. O, 1917–1918-ci illərədək, yəni Oktyabr inqilabı və Azərbaycan Demokratik Respublikası qurulanadək həm diaqnost, daha sonralar isə həm də nəzəriyyəçi kimi böyük ad-san qazanmışdı. İlk azərbaycanlı pediatr olan Əbülfəz Qarayev Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısıdır. O, Respublika Uşaq Xəstəxanasının təşkilatçılarından biridir. 1930-cu ildən Əbülfəz Qarayevin praktiki, elmi və pedaqoji fəaliyyəti N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlıdır. Həmin il Tibb institutunun Pediatriya kafedrasına assistent kimi qəbul olunan Əbülfəz Qarayev 1931-ci ildə dosent, 1939-cu ildə professor və kafedra müdiri seçilmişdir. Əbülfəz Qarayev 1938-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun elmi araşdırmalarının əksəriyyəti bağırsaq infeksiyalarına həsr olunmuşdur. Həmçinin qan xəstəliklərinin etiologiyası, patogenezi və müalicə yollarını öyrənmişdir.Əbülfəz Qarayev 1938-ci ildən ömrünün sonuna qədər Azərbaycan Uşaq Həkimləri Cəmiyyətinə rəhbərlik etmişdir. O, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri və Uşaqlara Müalicə-Profilaktika Yardımı Şurasının üzvü olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsi onun təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmışdır. Həmin vaxtdan Azərbaycan Dövlət Tibb İnstitutunda yetişdirilmiş bütün pediatrları professor Ə.Qarayevin tələbələri hesab etmək olar. Onun pedaqoji fəaliyyəti dövründə yetişmiş mütəxəssislərin çoxu bu gün Azərbaycan pediatriyasının qabaqcıl nümayəndələridir.Əbülfəz Fərəc oğlu Qarayev 1952-ci il oktyabr ayının 24-də qəflətən vəfat etmişdir. Hazırda Bakının 2 saylı Uşaq Klinik Xəstəxanası onun adını daşıyır. Odessadan Bakıya qayıtıqdan sonra gənc həkim, gələcək həyat yoldaşı Sona xanım Axundova ilə tanış olur. Sona xanım Axundova Azərbaycanda tanınmış vəkil İskəndər bəy Axundovun qızı idi. Sonanın valideynləri mütərəqqi fikirli insanlar idi və o vaxtın sərt şəriət qaydalarına baxmayaraq qızlarına mükəmməl təhsil vermişdilər. Sona xanım Peterburq Smolnı İnstitutunun Bakı filialı olan Müqəddəs Nina gimnaziyasında, habelə Rusiya Musiqi Cəmiyyətinin nəzdindəki Bakı Musiqi Məktəbinin fortepiano ixtisası üzrə təhsil almışdı.Əbülfəz Qarayevlə Sona xanımın iki oğlu dünyaya gəlir. Bunlar dünya şöhrətli, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev və Azərbaycan SSR Səhiyyə Nazirliyin cərrahı Mürsəl Qarayevdir. Mürsəl Qarayevin böyük oğlu Cahangir Qarayev (1951–2013) görkəmli pianoçu və caz bəstəkarı idi. Kiçik oğlu Əbülfəs Qarayev, 1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Mədəniyyət naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri, 2018–2020-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri olmuşdur. Mükafatları O, "Əməkdar həkim" və 1940-cı ildə "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüşdür. İki "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=717374 |
Əbülfəz Qasımov | Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000). Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984). İnstitutda sənaye kafedrasında professor kimi çalışmışdır (1984–1986), həmin kafedraya rəhbərlik etmişdir (1986–1989). Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda iqtisadiyyat və Azərbaycanın başqa ölkələrlə iqtisadi əlaqələr kafedrasının professoru olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur, 1993-cü ildən Azərbaycan İqtisad Universitetinin "Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və menecmenti" kafedrasının professoru, 1995-ci ildən isə müdiridir. 1992-ci ilin 19 iyulunda Azərbaycan EA İqtisadiyyat İnstitutunun Elmi Şurasında "Azərbaycanda heyvandarlığın inkişafının iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Arqar iqtisadiyyat elminin əsasını qoyanlardan biri kimi tanınır. Bu istiqamətdə ciddi elmi əsərlərin müəllifidir. Ağdamda "Çörək muzeyi" yaratmışdır. Respublikanın əməkdar təbliğatçısıdır. Azərbaycan iqtisadiyyatına dair yazdığı bir-birini tamamlayan III cilddən ibarət ilk dərsliklərin müəllifidir. I cild kənd təsərrüfatının iqtisadiyyatına, II cild kənd təsərrüfatında istehsalın təşkilinə, III cild isə kənd təsərrüfatının planlaşdırılmasına həsr edilmişdir. O, müxtəlif illərdə çapdan çıxan "Heyvandarlığın iqtisadiyyatı" (1972), "İqtisadçının məlumat kitabı" adlı əsərlərin, habelə digər alimlərlə birgə yazdıgı "Ərzaq proqramının aktual problemləri", "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu" (1998), "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur" (1999), "Naxçıvan Muxtar Respublikası – nailiyyətlər və problemlər" (2000) adlı iki cildlik ensiklopedik əsərin, "Demokratikləşmə — milli iqtisadiyyatımızın əsasıdır" (2000), "Milli iqtisadiyyatımızın aktual problemləri" (2000), "Bələdiyyələrə elmi-metodik kömək" (2002), "Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri" (2003) kimi tədqiqatların müəllifidir. Ədəbi-publisistik fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır. İlk yazdıqları "Niva", "Azərbaycan", "Kənd həyatı", "Pravda", "İzvestiya" və s. jurnal və qəzetlərdə çıxmışdır. Onun ssenarisi əsasında "Mənim çörəkli dünyam" ədəbi-publisistik kitabı "Yazıçı" nəşriyyatında kütləvi tirajla nəşr olunmuşdur (1988), həmin əsərə ssenari yazmış (şərikli), eyniadlı fılm çəkilmişdir. Əsər 1989-cu ildə rus dilində nəşr olunmuşdur, 1993-cü ildə kitabın ikinci nəşri, 2003-cü ildə isə üçüncü nəşri işıq üzü görmüşdür. Kitabın materialları üzrə Moskva, Bakı və Naxçıvanda filmlər çəkilmişdir. 2002-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında "Anamın gəlinlik paltarı" pyesi səhnəyə qoyulmuşdur. "Tufanda yanan çıraq" pyesi İrəvan Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilmişdir. "Sevən ürək, isti çörək" əsərini 1990-cı il 20 Yanvar faciəsinə həsr etmişdir. Xidmətlərinə görə 26 sentyabr 1985-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə "Əməkdar təbliğatçı" fəxri adına, 22 yanvar 1991-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 10 iyul 2001-ci ildə isə "Qızıl qələm" mükafatı almışdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2001-ci il fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Şərqin qapısı — Naxçıvan diyarı. Filmoqrafiya Ver sözə ehya ki... (film, 1989) Mənim çörəkli dünyam (film, 1991) (Ssenari müəllifi — İmran İsmayılla birlikdə) Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007) | https://az.wikipedia.org/w/index.php?curid=369971 |
Əbülfəz Quliyev | Quliyev Əbülfəz Aman oğlu (27 mart 1950, Naxçıvan) — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, filologiya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2007). Əbülfəz Quliyev 27 mart 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1966-cı ildə Naxçıvan şəhərindəki 7 saylı onillik orta məktəbi qurtarıb, həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil-ədəbiyyat ixtisasına qəbul olub, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək təyinat üzrə Naxçıvana gəlmişdir. Bir il şəhər 1 saylı orta məktəbdə müəllim işləmiş, 1972-ci ildə yeni yaradılan Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi olaraq qəbul olunmuşdur. Əsas elmi nailiyyətləri Qədim türk Orxon-Yenisey yazılı abidələrinin Azərbaycanda əsas tədqiqatçılarından biridir. Bu sahəyə aid onlarla monoqrafiyası nəşr olunmuşdur. Orta əsrlər ümumtürk ədəbiyyatının öyrənilməsinə aid, Naxçıvan dialekt və şivələrinin tədqiqinə aid sanballı əsərləri vardır. Əsas elmi əsərləri Orxon-Yenisey abidələrində felin təsriflənməyən formaları, Bakı: Elm, 1997, 165 s. Əski türk yazılı abidələri müntəxəbatı, Bakı: BDU nəşri, 1993, 290 s. Qədim türk abidələrinin sintaksisi, Bakı: ADPU nəşri, 1994, 92 s. Qədim türk onomastikasının leksik-semantik sistemi, I və II hissə. Bakı: Elm, 2001, 370 s. Qədim türk abidələrinə aid materiallar. Bakı, 1996, 86 s. Orxon-Yenisey abidələrində toponim və etnonimlər. Bakı: Nurlan, 2004, 148 s. Qədim türk onomastikası. Bakı: ADPU nəşri, 2007, 94 s. Nahçıvan ağzı,TDK yay. Ankara, 2009, 760 s. Nahçıvan ağızlarının söz varlığı, Ankara, 2010, 180 s. Tarihte ve günümüzde Nahçıvan (müştərək). Ankara,1998, 96 s. Qədim türk sözlüyü. Bakı, 1995, 210 s. Azerbaycan düğün türküleri. Ankara: Kültür ve turizm bakanlığı yay, 2011, 190 s. General Veysəl Ünüvar. Naxçıvan: təlatüm və burulğanlar (1920-1921), Naxçıvan, 2005 Mövlana Cəlaləddin Rumi. Məsnəvi. Azərbaycan dilinə tərcümə Əbülfəz Quliyevindir. 3 cilddə, Naxçıvan: Əcəmi. 2013 A.V.Borovkov. Orta Asyada bulunmuş Kuran tefsirinin (XII-XIII yy) söz varlığı (rus dilinden tercüme Ə.Quliyev), TDK yay. Ankara, 2002 Qədim türk onomastik sözlüyü. Bakı, 2000 Qədim uyğur türklərinin onomastikası. Bakı, 2014 Pedaqoji fəaliyyəti 1971-ci ildən indiki Naxçıvan Dövlət Universitetində çalışır. Müəllim, baş müəllim, dosent və professor vəzifələrinədək yüksəlmişdir.1993-cü ildən 2003-cü ilə qədər universitetin “Azərbaycan dilçiliyi” kafedrasının müdiri olmuşdur. Haliyədə həmin kafedranın professorudur. Beynəlxalq elmi qurumlarda üzvlüyü Türk Dünyası elm və sənət adamları Birliy ( İLESAM, Türkiyə) Beynəlxalq Türk Dünyası Akademiyası (Astana, Qazaxıstan) Avrasiya Yazarlar Birliyi (Türkiyə) Təltiflər və fəxri adları Azərbaycan Respublikasının Əməkdar müəllimi AMEA Rəyasət Heyətinin fəxri fərmanı Xarici keçidlər AMEA-nın müxbir üzvləri Arxivləşdirilib 2014-08-20 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=44600 |
Əbülfəz Rəcəbli | Əbülfəz Rəcəbli (tam adı: Əbülfəz Əjdər oğlu Rəcəbli) — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor; Əməkdar müəllim. Əbülfəz Əjdər oğlu Rəcəbli 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə isə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. 1985-ci ildə isə Markizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1963-cü illərdə nəşriyyatlarda əvvəlcə korrektor, sonra redaktor işləmişdir. 1963-cü ildə BDU-nun aspiranturasına daxil olmuş və Qırğızıstan EA-ya ezam edilmişdir. 1967-ci ilin dekabrında “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda namizədlik, 1978-ci ilin martında “Orxon-Yenisey abidələri dilində felyaratma” mövzusunda doktorluq dissertasiya müdafiə etmişdir. 1990-cu ildə Orxon-Yenisey abidələri üzrə Almatıda I və 2000-ci ildə İstambulda II beynəlxalq kollekviumda iştirak etmişdir. 46 kitabın və 200-ə qədər məqalənin müəllifidir. 1967-ci ildən Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasında çalışır. Elmi yaradıcılığı Ə.Ə.Rəcəbli elmi yaradıcılığa gec başlamışdır. Namizədlik dissertasiyası Orxon-Yenisey abidələrinin morfologiyasına həsr olunmuşdur. Doktorluq işində Ə.Rəcəbli bu mövzunu daha genişləndirərək və dərinləşdirərək Orxon-Yenisey abidələri dilin feliyaratma problemi araşdırmış, keçmiş SSRİ türkoloqlarının dərin rəğbətini qazanmış bir elmi tədqiqat əsəri ərsəyə gətirməyə nail olmuşdur. Doktorluq dissertasiyasını yazıb bitirdikdən altı il sonra Alma-Atada müdafiə etmişdir. Prof.Ə.Rəcəbli poliqlot dilçidir. O, bir çox dilləri bilir və elmi araşdırmalarında onlardan səmərəli şəkildə, bacarıqla istifadə edir. Onun elmi maraq dairəsi genişdir. Dilçiliyin bir çox sahələrində dərin məzmunlu, böyük elmi əhəmiyyəti olan araşdırmalar aparmış və aparmaqdadır: ümumi (nəzəri) dilçilik, Azərbaycan, ingilis və talış dillərinin tədqiqi, qədim türk yazısı abidələrinin dili, türkologiya, struktur dilçilik, sosiolinqvistika, tarix, ölkəşünaslıq, beynəlxalq münasibətlər, xarici ədəbiyyat leksikoqrafiya və s. AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov müəllimi Ə.Rəcəblinin bu fenomenal məhsuldarlığını vurğulayaraq yazır: "Bakı Dövlət Universitetində türk xalqlarının dili, tarixi və ədəbiyyatı, ən azı üç kafedrada öyrənilir. Professor Əbülfəz Rəcəblinin türkologiya üçün gördüyü işlərin miqyası isə onu, obrazlı desək, təkbaşına, dördüncü kafedra saymağa hər cür əsas verir". Prof. Ə.Rəcəbli hər şeydən əvvəl türkoloq dilçidir. Məlum olduğu kimi, onun namizədlik və doktorluq dissertasiyaları türk xalqlarının müştərək abidəsi olan Orxon-Yenisey kitabələrinin dilinə həsr olunmuşdur. Bu mövzuda onun "Orxon-Yenisey abidələri dilində felin məna növləri" (1982), "Orxon-Yenisey abidələri dilində felin tərzləri" (1988), "Orxon-Yenisey abidələri" (1993) və "Uyğurlar" (1996) adlı kitabları, 50-dən çox məqaləsi nəşr edilmişdir. O, son zamanlar bu problemlə daha ciddi məşğul olur. Son illərdə onun qədim türk xalqlarının dili və tarixinin araşdırılmasına həsr edilmiş altı sanballı kitabı - "Qədim türkcə-azərbaycanca lüğət" (2001), "Göytürk dilinin fonetikası" (2004), "Göytürk dilinin morfologiyası" (2002), "Göytürk dilinin sintaksisi" (2003) və "Ulu türklər" (2003) adlı əsərləri çapdan çıxmışdır. Müəllif türkoloji ədəbiyyatda dərin kök salmış run/runik abidə, run/runik əlifba terminlərinin işlədilməsinə qarşı çıxır, bu terminlərin əvəzinə göytürk abidələri, göytürk əlifbası terminlərinin işlədilməsini təklif edir. Sonra müəllif göytürk yazısı abidələrinin araşdırılması tarixini nəzərdən keçirir. Ə.Rəcəbli göytürk əlifbası ilə yazılmış kitabələrin lokallaşdırılması məsələlərinə toxunur və S.Q.Klyaştornının ardınca bu abidələri belə lokallaşdırır: 1) Orxon kitabələri, 2) Yenisey kitabələri, 3) Şərqi Türküstan kitabələri, 4) Orta Asiya kitabələri və 5) başqa areallarının abidələri. Mahmudov M. Professor Ə.Rəcəbli fenomeni və ya öz oduna əriyən şam. Bakı, Nurlan, 33 s. Yeni Azərbaycan qəzeti. 04.03.2004. Azərbaycan qəzeti. 1 noyabr 2009. Dilimiz-narahatçılığımız. (S.Nəriminin M.Adilov, K.Əliyev, Ə.Cavadov və Ə.Rəcəbovla müsahibəsi). Zəka, 1993, № 1-2. Həmçinin bax Əbülfəz Rəcəblinin biblioqrafiyası Xarici keçidlər "Media və Dil: Mövcud durum və vəzifələr" (az.) Elmi Şurada 2013/2014-cü tədris ilinin nəticələrinə görə mükafatlandırmalar (az.) | https://az.wikipedia.org/w/index.php?curid=359882 |
Əbülfəz Rəcəblinin biblioqrafiyası | Əbülfəz Rəcəblinin biblioqrafiyası — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor Əbülfəz Rəcəblinin kitab, elmi, publisist məqalə və rəhbəri olduğu dissertasiyalar. 1.Dilçiliyə girişdən tapşırıqlar (A.Qurbanovla), Bakı, 1979, 24 s. 3.Orxon-Yenisey abidələri dilində felin tərzləri. Bakı, Azərbaycan Dövlət Universiteti, 1988, 75 s. 4.Dilçilik tarixi, Bakı, "Maarif" Nəşriyyatı, 1988, 541 s. 5.Məktəblinin talışca-azərbaycanca lüğəti. Bakı, "Maarif" Nəşriyyatı, 1992, 93 s. 6.Dil, şüur, cəmiyyət, tarix. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993,157 s. 7.Orxon-Yenisey abidələri (Y.Məmmədovla).Bakı, Yazıçı, 1993, 345 s. 8.Talışlar və talış dili. Bakı, Bakı Universiteti Nəşriyyatı, 1994, 81 s. 9.Talış dilinin orfoqrafiya lüğəti.Bakı, Bakı Universiteti Nəşriyyatı, 1995, 59 s. 10.Tolışə zıvon (Ə.Əliyevlə). IV sinif, Bakı, "Maarif" Nəşriyyatı, 1996, 95 s. 11.Uyğurlar. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 83 s. 12."Dilçiliyə giriş" kursundan praktikum. Bakı, 1997, 239 s. 13.Qədim türkcə-azərbaycanca lüğət. Bakı, Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001, 191 s. 14.Göytürk dilinin morfologiyası. Bakı, Bakı Universiteti Nəşriyyatı, 2002, 471 s. 15.Ferdinand dö Sössürün dilçilik görüşləri. Bakı, Nurlan, 2003, 97 s. 16.Göytürk dilinin sintaksisi. Bakı, Nurlan, 2003,630 s. 17.Nəzəri dilçilik. Bakı, Nurlan, 2003, 515 s. 18.Ulu türklər. Bakı, Nurlan,2003, 319 s. 19.Dilçilik metodları. Bakı, Nurlan, 2003,487 s. 21.Göytürk dilinin leksikası. Bakı, Nurlan, 2004, 428 s. 22.Göytürk dilinin fonetikası. Bakı, Nurlan, 2004, 416 s. 23.Vilhelm fon Humboldt ümumi dilçiliyin banisi kimi. Bakı, Nurlan, 2004, 359 s. 24.Linqvistik ölkəşünaslığın əsasları. Bakı, Nurlan, 2004, 125 s. 25.T.Drayzer və onun "Amerika faciəsi" romanı. Bakı, Nurlan, 2004, 149 s. 26.Sosiolinqvistika. Bakı, Nurlan, 2004, 516 s. 27.Struktur dilçilik. Bakı, Nurlan, 2005, 530 s. 28.Qədim türk yazısı abidələrinin dili. I, Bakı, Nurlan, 2006, 479 s. 29.Qədim türk yazısı abidələrinin dili. II, Bakı, Nurlan, 2006, 647 s. 30.S.Vurğunun "Komsomol poema"sının ilk variantı haqqında. Bakı, 2006, s. 31.Dilçilik tarixi. I, Bakı, 2006, 528 s. 32.Dilçilik tarixi. II,Bakı, 2006, 616 s. 33.Tolışə zıvon (Ə.Əliyevlə). IV sinif, Bakı, Olaylar Nışriyyatı, 2006, 112 s. 34.Orta məktəbdə tabeli mürəkkəb cümlənin tədrisi. Bakı, Nurlan, 2006, 94 s. 35.Azərbaycan dilçiliyi. Bakı - Nurlan, 2007, 415 s. 38.Talış dilinin fonetikası. Bakı, Nurlan, 2009, 187 s. 39."Dilçiliyə giriş" kursundan mühazirə mətnləri. Bakı, Nurlan, 2008, 207 s. 42.Qədim türk yazısı abidələri. I, Bakı, Nurlan, 2009, 561 s. 43.Qədim türk yazısı abidələri. II, Bakı, Nurlan, 2009, 461 s. 44.Qədim türk yazısı abidələri. III, Bakı, Nurlan, 2010, 661 s. 45.Qədim türk yazısı abidələri. IV, Bakı, Nurlan, 2010, 499 s. 46.Göytürk dilində felin semantikası. Bakı, Nurlan, 2010,`66 s. 47.Tipoloji dilçilik. Bakı,2010, 100 s. 48.Universali dilçiliyi. "Elm və təhsil", Bakı, 2011, 271 s. 49. Dil strukturunun səviyyələri. Bakı, "Elm və təhsil", 2015, 28 s. 50. Müqayisəli-tipoloji dilçilik. Bakı, "Elm və təhsil",2017, 332 s. 52. Frazeologiya. Bakı, "Elm və təhsil", 2021, 272 s. 53. İngilis dilində nitq feilləri. Bakı, "Elm və təhsil",2021, 98 s. 53. Koqnitiv dilçilik. Bakı, "Elm və təhsil",2021, 242 s. 55. Dilin fəlsəfəsi. I cild.Bakı, "Optimist" MMC, 2023, 850 s. 56. Dilin fəlsəfəsi. II cild. Bakı, "Optimist" MMC, 2023, 752 s. Elmi məqalələr 1.Aprel çiçəkləri – “Ədəbiyyat və incəsənət” qəzeti, 16.7.1960 2.Hind əfsanəsi Azərbaycan dilində - “Ədəbiyyat və incəsənət” qəzeti, 1.4.1961 3.Amerikanın mütərəqqi yazıçısı – “Bakı” qəzeti, 26.8.1971 4.“Madam Bovari”nin müəllifi - “Ədəbiyyat və incəsənət” qəzeti, 25.12.1962 5.M.F.Axundovun dramaturgiyası – “Avtomobil nəqliyyatçısı” qəzeti, 14.11.1962 6.M.F.Axundovun fəlsəfi görüşləri - “Avtomobil nəqliyyatçısı” qəzeti, 3.8.1962 7.Böyük gülüş ustası - “Avtomobil nəqliyyatçısı” qəzeti, 5.10.1962 10. Qədim türk dilində say – S.M.Kirov adına ADU-nun Elmi əsərləri, dil və ədəbiyyat seriyası, 1967, № 1 11. Orxon-Yenisey abidələri dilində ä səsinin mövcudluğu haqqında – B.İ.Lenin adına APU-nin Elmi əsərləri, XI seriya, 1967, № 1 14. Bir daha “50 söz” haqqında - S.M.Kirov adına ADU-nun Elmi əsərləri, dil və ədəbiyyat seriyası, 1969, № 3-4 31.Faydalı vəsait – “Bakı” qəzeti, 21.8.1978. 32.Dilçiliyimizin patriarxı – “Ədəbiyyat və incəsənət” qəzeti, 4.4.1980 33.Tərcüməçiyə kömək – “Azərbaycan müəllimi” qəzeti, 3.10.1980 34.Orxon-Yenisey abidələri dilində hərəkət adları – Türk dillərinin leksik-morfoloji quruluşu, Bakı, 1981 35. Azərbaycan dilində təqlidi sözlər. “Ədəbiyyat və incəsənət”, 28.8.1981. 36.Orxon-Yenisey abidələri dilində sifət - Türk dillərinin quruluşu və tarixi, Bakı, 1983 36.Talış dilində türkizmlər (B.Hüseynovla) – Tipoloji dilçilik, Bakı, 1984 38.Yanlış izahlar. “Leninçi” qəzeti, 23.6.1987. 39.Talış dilində məkan önlükləri və onların Azərbaycan dilində ifadə vasitələri (Q.Ağayevlə). Kontrastiv morfologiya, Bakı, 1987 40. Söz sırası. Kontrastiv sintaksis. Bakı, 1988. 43. Lənkəran-Astara regionu toponimlərinin tədqiqi prinsipləri. Azərbaycan dilinin etimologiyası və onomasitkası məsələləri, Bakı, 1990 44. Bilinqvizm problemi (E.H.Həmzəyeva ilə). Azərbaycan-rus ikidilliliyi. Bakı, 1990 45.Bilgə xaqan (Əsrlərə səyahət)– “Xalq” qəzeti, 9.12.1992 46.Bilgə xaqan abidəsi – “İncəsənət” qəzeti, 27.2.1993 47.Bumın xaqan (Əsrlərə səyahət)– “Xalq” qəzeti, 20.22.1992 48.İstəris xaqan (Əsrlərə səyahət). “Xalq” qəzeti, 25.11.1992. 49.Kapağan xaqan (Əsrlərə səyahət). “Xalq” qəzeti, 2.12.1992. 50.Kül tigin (Əsrlərə səyahət). “Xalq” qəzeti, 24.12.1992. 51.Kül tigin abidəsi. “İncəsənət” qəzeti, 5.8.1992. 52.Müdrik Tonyukuk (Əsrlərə səyahət). “Xalq” qəzeti, 16.12.1992 53.Ulu türk. “Novruz ” qəzeti, 9.10.1992. 54.Ulu türk. “Novruz” qəzeti, 17.10.1992. 55.Talışlar. “Tolışi sədo” qəzeti, I hissə, 20.2.1992. 56.Talışlar. “Tolışi sədo” qəzeti, II hissə, 7.3.1992 57.Talışlar. “Tolışi sədo” qəzeti, III hissə, 2.3.1992 58.Oğuz xaqan. (Əsrlərə səyahət). “Xalq” qəzeti, 11.11.1992 59.Qədim türk mədəniyyəti - “İncəsənət” qəzeti, 25.11.1992 60.Qədim türk əfsanələri - “İncəsənət” qəzeti, 16.1.1993 61.Qədim türklərin məişəti – “Rabitə dünyası” qəzeti, 5.1.1993 62.Qədim türklərin məişəti – “Rabitə dünyası” qəzeti, 26.1.1993 63.Qədim türklərin məişəti – “Rabitə dünyası” qəzeti, 2.2.1993 64.Qədim türk mifləri - “İncəsənət” qəzeti, 29.12.1993 65.Qədim türk poeziyası - “Ədəbiyyat” qəzeti, 12.3.1993 66.Ən qədim yazılı sərvətlərimiz – “İstiqlal” qəzeti, 16.12.1993 67.Talış əlifbası haqqında. “Tolışi sədo” qəzeti, 26.1.1993. 68.Orxon-Yenisey kitabələri. “İslam dünyası” qəzeti, 11.12.1993 69.Orxon-Yenisey kitabələri. “İslam dünyası” qəzeti, 25.12.1993 70.İstəmi xaqan. “İncəsənət” qəzeti, 14.10.1993. 71.İlk türk xaqanı. “İncəsənət” qəzeti, 15.9.1993. 72.Ən qədim türk yazısı abidələri - “İncəsənət” qəzeti, 10.2.1994 73.Göytürklər (birinci məqalə). “Xalq” qəzeti, 2.12.1995 74.Göytürklər (ikinci məqalə). “Xalq” qəzeti, 9.12.1995 75.Göytürklər (üçüncü məqalə). “Xalq” qəzeti, 6.1.1996 76.Göytürk dövlətinin banisi. “İncəsənət” qəzeti, 16.12.1993 77.Qədim abidələr-yeni münasibət. “Yeni Turan” qəzeti, 16.6.1993 78.Tariximizin daş salnamələri (“Sirli əlifbanın” oxunmasının 100 illiyi). “Xalq” qəzeti, 25.1.1994. 79.Orhon-Yenisey anıtlarının incelenmesindeki bazı problemleri. Türk Dili Araştırmarı Yıllığı – Belleten 1990’dan ayrıbasım, Ankara, 1994. 80.Tolışon (“Talışlar”). “Tolışe sədo” qəzeti, 20.1.1994 81.Mürəkkəb söz strukturunda nüfuzlu söz problemi. Dil və ədəbiyyat, Bakı, 1995, № 2 82.Göytürklər (birinci məqalə). “Xalq” qəzeti, 2.12.1995 83.Göytürklər (ikinci məqalə). “Xalq” qəzeti, 9.12.1995 84.Göytürklər (üçüncü məqalə). “Xalq” qəzeti, 6.1.1996 85.Redaktordan – Adil Babayev. “Azərbaycan dilçiliyinin tarixi”, Bakı, 1996. 86.Talış dilində “əlifba” dərsliyi. Azərbaycan müəllimi qəzeti, 24.6.1997 87.Zərərli dərslik - I. “Lənkəran” qəzeti, 18.1.1997 88.Zərərli dərslik - II. “Lənkəran” qəzeti, 4.2.1997 89.Ulu türk. “Novruz” qəzeti, 23.10.1997 90.Ad qoymaq problemi haqqında. “Dil və ədəbiyyat” qəzeti, 1998, 4. 92.Türk əlifbaları. “İrs” hurnalı, 2000, № 1. 94.F.de Sössür Amerika dilçisi U.D.Vitni haqqında (N.Rəcəbovla). “Mütərcim” jurnalı, 2000, № 3, s.47-50. 95.Göytürk dilində sintaktik bütövlər. “Dil və ədəbiyyat”, 2001, № 1, s.60-61. 96.İlk türk dövləti. “Azərbaycan” qəzeti, 12.9.2001. 97.Azərbaycan dilində sinkretik budaq cümlə. “Dil və ədəbiyyat”, 2001, № 2, s.6-9. 98.Göytürk dilində gələcək zaman anlayışının ifadəsi. “Dil və ədəbiyyat”, 2001, № 2, s.60-63. 99.İlk türk dövləti. “Mütərcim” jurnalı, 2001, № 3-4, s.43-46. 100.Gözəl təşəbbüs – Adil Babayev. “Dilçiliyimizin məbədi”, Bakı, 2002. 101.Budaq cümlənin sinkretik tipi. “Dil və ədəbiyyat”, 2002, № 2, s.26-30. 102.Müasir ingilis dili önlükləri aqqında bəzi qeydlər. “Dil və ədəbiyyat”, 2003, 2, s.5-10. 103.Dilimiz varlığımızdır. “Respublika” qəzeti, 29 iyun 2003. 104.Sosiolinqvistika və törədici qrammatika. “Dil və ədəbiyyat”, 2002, 3, s.14-15. 105.Qədim türk poeziyası. “Filologiya məsələləri”, 2008, № 5, s.230-239. Publisistik məqalələr 1.Gənclərlə, gənclik həvəsi ilə. “Ədəbiyyat və incəsənət” qəzeti, 28.3.1970. 2.Gözəl insan, müəllim, alim. “Lenin tərbiyəsi uğrunda” qəzeti, 28.3.1970. 3.Alimin yubileyi. S.M.Kirov adına ADU-nun Elmi əsərləri, dil və ədəbiyyat seriyası, 1970, № 2. 4.Dilçiliyimizin ağsaqqalı. “Ədəbiyyat və incəsənət” qəzeti, 4.4.1980. 5.Şəhər ziyalısı kənd haqqında. “Sovet kəndi” qəzeti, 11.5.1982. 6.Şəhər ziyalısı kənd haqqında. “Leninçi” qəzeti, 15.5.1982 7.Xalqımın gələcəyindən narahatam. “Xalq” qəzeti, 18.7.1992. 8.Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə. “Axtarış” qəzeti, 3.11.1992. 9.İttifaq müqaviləsi, yoxsa... “Azərbaycan” qəzeti, 1.3.1991. 10.Rafiq Zəka Xəndan cənablarına açıq məktub. “Elin səsi” qəzeti, fevral 1992 (№ 3). 11.Kafedra niyə bağlandı? “Müxalifət” qəzeti, 10.7.1996. 12.Gərginliyin anatomiyası. “Azərbaycan” qəzeti, 28.5.1991. 13.Gərginliyin anatomiyası. “Azərbaycan” qəzeti, 7.6.1991. 14.Azadlıq böyük nemətdir. “Azərbaycan” qəzeti, 28.12.1991. 15.Talışın əlifbası varmı? “Tolışi sədo” qəzeti, 15.4.1993. 16.İftira. “İstiqlal” qəzeti. 14.9.1993. 17.Nadanlıq, yoxsa iftira. “İstiqlal” qəzeti, 2.11.1993. 18.Saxtakarlıq. “Müxalifət” qəzeti, 15.10.1997. 19.Yolunu azmış danaya görə. “Üç nöqtə” qəzeti, 26.4.2001. 20.Dil insanların varlığını əks etdirir. “İki sahil” qəzeti, 17.7.2001. Azərbaycan Sovet Ensiklopediyasında yazdığı bölmələr 1.Orxon-Yenisey abidələri – 7, 383 2.Orxon-Yenisey əlifbası – 7, 383 3.Qədim türk dili – 3, 127 4.Əvəzlik – 4, 134 5.İndoneziya dilləri – 4, 450 6.Yapon dili – 5, 69 7.Yakut dili – 5, 53 8.Even dili – 3, 570 9.Evenk dili – 3, 570 10.Eskimos dili – 4, 96 11.Əlifba – 4, 183 12.Drayzer T. – 3, 537 13.Batmanov İ.A. – 2, 41 14.Qazax dili – 2, 560 15.Qaraqalpaq dili – 3, 50 16.Qıpçaq dili – 3, 164 17.Kül tigin abidəsi – 6, 41 18.Yudaxin K. – 5, 166 19.Dil – 3, 451-452 20.Türk dilləri – 9, 392 21.Müqayisəli-tarixi dilçilik – 6, 117-118 22.Dilçilik – 3, 454-455 23.Oğuz dilləri 7, 322-323 24.Bilinqvizm – 2, 165 25.Dilçilik coğrafiyası – 3, 456 26.Dil sistemi – 3, 452 27.Psixolinqvistika – 8, 33 28.Dil ailəsi – 3, 452 29.Ulu dil – 9, 451 Rəhbəri olduğu dissertasiyalar 1.Şabanova Fiqumə. Oğuz-səlcuq abidələrinin dili. Bakı, 1988. 2.Bayramova Amalya. Leksik alınmaların dilin zənginləşməsində rolu. Bakı, 1998. 3.Məmmədova Mətanət. Orxon-Yenisey abidələri qədim türk tarixini öyrənmək üçün mənbə kimi. Bakı, 1999. 4. Muradov Cavanşir. Tabesizlik əlaqəli söz birləşmələri (Azərbaycan, rus və ingilis dilləri materialları əsasında kontrastiv-tipoloji tədqiqat). Bakı, 2001. 5.Şiriyev Fikrət. Müəyyənlik-qeyri-müəyyənlik kateqoriyası. Bakı, 2001. 6.İsgəndəroca Şaiqə. Azərbaycan dilində felin perifrastik formaları. Bakı, 2002. 7.Nəzərova Məhruzə. Kəmiyyət kateqoriyası və onun müxtəlif dillərdə ifadə vasitələri. Bakı, 2004. 8.Əzizova Pərvinə. Sosiolinqvistika: problemlər, metodlar. Bakı, 2005. 9.İsmayılova Afaq. İngilis dilində önlüklər və onların Azərbaycan dilində ifadəsi. Bakı, 2007. 10.Bayramova Aytən. Felin tərz-zaman sistemi. Bakı, 2010. 11.Cavadova Yeganə. İngilis dilində köməkçi nitq hissələri və onların Azərbaycan dilində ifadə vasitələri. Bakı, 2010. 12.Şəbani Minaabad Məlahət. Dildə ölçü bildirən sifətlərin linqvistik təhlili. Bakı, 2010. 13.Əliyeva Səlmi. Dildə xitab. Bakı, 2010. 14.Ağakişiyev Əliheydər. Dildə nidanın linqvistik təhlili. Bakı, 2012. 15.Kərim Nəzəri Bəqa. Törədici qrammatikasa semantika problemi. Bakı, 2013. 16.Pərisa Fərrux. İngilis dilçiliyində söz birləşmələri problemi. Bakı, 2013. Həmçinin bax Əbülfəz Rəcəbli | https://az.wikipedia.org/w/index.php?curid=471136 |
Əbülfəz Rəhmətov | Əbülfəz Hüseynverdi oğlu Rəhmətov (3 iyul 1989, Ambu, Lerik rayonu – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Həyatı və hərbi xidməti Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Ambu kəndində anadan olmuşdur. O, 2006-cı ildə Lerik rayonunun Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirərək həmin ildə də Heydər Əliyev adına Ali Hərbi məktəbinə qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi məktəbini bitirib leytenant hərbi rütbəsi almış və həmin ildən başlayaraq hərbi xidmətini davam etmişdir. Kapitan Əbülfəz Rəhmətov müxtəlif hərbi hissələrdə taqım komandiri vəzifəsindən başlamış tabor komandiri vəzifəsinə qədər yüksəlmiş və peşəkar, təcrübəli zabit kimi Azərbaycan Ordusunda xidmət etmişdir. Hərbi xidmət müddətində kapitan Əbülfəz Rəhmətov Dördgünlük müharibədə iştirak etmişdir. Həmçinin, 2020-ci ilin Tovuz döyüşlərində general-mayor Polad Həşimov ilə bir sırada döyüşmüşdür İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun kapitanı olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Əbülfəz Rəhmətovun nəşi 6 may 2021-ci ildə Cəbrayıl rayonunda tapılmışdır. 7 may 2021-ci ildə Lerik rayonunda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbülfəz Rəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əbülfəz Rəhmətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı və "3-cü dərəcəli vətənə xidmətə görə Rəşadət" ordeni ilə təltif edildi. (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2016) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=693128 |
Əbülfəz Soltanov | Əbülfəz Ağasoltan oğlu Soltanov (24 sentyabr 1962) — Tibb elmləri doktoru, professor, Onkoloq-Torakal cərrah. Əbülfəz Soltanov 24 sentyabr 1962-ci il tarixində anadan olmuşdur. 1980–1985-ci ildə Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1988–1991-ci ildə SSRİ T.E.A. Ümumittifaq onkoloji elmi mərkəzinin torakal onkologiya şöbəsində məqsədli aspirantura. Elmi fəaliyyəti Soltanov Ə.A. klinik onkologiya üzrə yüksək ixtisaslı mütəxəssisdir. 1991-ci ildə "Ağciyər xərçənginin cərrahi müalicəsinin çətinliklərı, səhvləri və fəsadları" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə "Ağciyər xərçənginin Azərbaycan Respublikasında yayılmasının epidemioloji xüsusiyyətləri" mövzusunda tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiə etmişdir. 170 dən çox elmi işi çap olunmuşdur. Bunlardan 1-i monoqrafiyadır. Soltanov Ə.A. rəhbərliyi altında bir sıra elmi tədqiqatlar icra olunmuşdur. İş fəaliyyəti 1985–1987-ci illərdə Moskva şəhərində Ümumittifaq onkoloji elmi mərkəzində kliniki ordinatura; 1987–1988-ci illərdə Azərbaycan SSR SN Rentgenologiya radiologiya və onkologiya Elmi tədqiqat institutunda kiçik elmi işçi; 1991–1992-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəz -də kiçik elmi işçi; 1992–1999-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının torakal cərrahiyə şöbəsinin rəisi; 1999-cu ilin yanvar ayından hal-hazırkı dövrə qədər Milli Onkologiya Mərkəzində çalışır. | https://az.wikipedia.org/w/index.php?curid=626171 |
Əbülfəz Süleymanov | Əbülfəz Süleymanov — sosiologiya elmləri doktoru, professor, Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri. Süleymanov Əbülfəz Davud oğlu 17 yanvar 1975-cı ildə Ucar rayonunda anadan olmuşdur. 1991-ci ildə Ucar şəhər 2 nömrəli orta məktəbi bitirdikdən sonra dövlət xətti ilə Türkiyənin İstanbul Universitetinin sosiologiya bölməsinə qəbul olmuşdur. 1995-ci ildə bakalavr təhsilini müvəffəqiyyətlə tamamlayaraq İstanbul Universitetinin Sosial Elmlər İnstitutu sosiologiya ixtisasi üzrə magistraturaya qəbul olmuş və 1998-ci ildə "Azərbaycanın Orta Məktəblərində Tarix Tədrisində Sovet İdeologiyasının Təsiri (1980–1991)" mövzusunda elmi işini müdafiə edərək maqistr dərəcəsini qazanmışdır. 1998-ci ildə İstanbul Universiteti Sosial Elmlər İnstitutunun sosiologiya ixtisası üzrə doktoranturasına qəbul olmuş və 2003-cü ildə "Azərbaycanın Yaxın Tarixində Milli Kimlik Axtarışları" mövzusunda dissertasiya işini müdafiə edərək sosiologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Elmi fəaliyyəti Türkiyədə təhsilini başa vurduqdan sonra vətənə dönərək elmi fəlaiyyətini davam etdirmişdir. 2003–2012 ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya instutunda aparıcı elmi işçi vəzifəsində çalışmış, ölkəmizin ali təhsil müəssisələrində sosiologiya fənnini tədris etmişdir. 2003-ci ildə təsis olunan Azərbaycan Sosioloqlar Birliyini içraçı direktoru, 2008-ci ildən Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. 2012-ci ildə Türkiyədə dosentlik elmi rütbəsini qazandıqdan sonra Türkiyənin Üsküdar Universitetinə dəvət almış və hal hazırda bu universitetdə sosiologiya kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Süleymanov Əbülfəz Davud oğluna 2017-ci ildə Üsküdar Universitetinin Böyük Elmi Şurasının qərarı ilə professor elmi adı verilmişdir. Sosioloq alim həmçinin Türk Dünyası Sosioloqlar Birliyinin vitse prezidenti, Beynəxalq Fəlsəfə Tədqiqatlar Mərkəzinin (UFAD) idarə heyətinin üzvüdür. Türk dövlətləri arasında elmi-mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Qazaxıstan Elmlər Akademiyası Vəlixanov adına Tarix İnstitutu və Qazaxıstan Akjol Demokrat Partiyasının qərarı ilə "Alaş Orda Dövlətinin 100 İlliyi" medalı ilə təltif edilmişdir. O, Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, İngiltərə, İsveç, İtaliya, Qazaxıstan, və digər xarici ölkələrdə çap olunan miqrasiya, ailə, gənclik və milli kimlik problemlərinə həsr olunmuş 150-dən artıq elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə təşkil olunmuş elmi konfrans və simpoziumlarda 100 dən artıq məruzə ilə çıxış etmişdir. Monoqrafiya və məqalələri Milletleşme Sürecinde Azerbaycan Türkleri, Ötüken Yay., İstanbul, 2006. Birinci Türk Dünyası Sosyologlar Birliği Kongresinin Bildiri Kitabı, Kocaeli Büyükşehir Belediyesi Yay., Kocaeli, 2008, 345 s Türkiyə Üniversitetlərinin Azərbaycanlı Məzunlarının Karyera Seçimlərinin Elmi-Sosioloji Təhlili, MBM yay., Bakı, 2010, Azərbaycanda Etnik-Qarışıq Nikahların Sosial-Psixoloji Təhlili, MBM yay., Bakı, 2010, 120 s (2017) Uluslararası Göç Ve Çocuklar International Migration And Children, Transnational Press London , London "Küreselleşme ve Milli Kimlik", Küreselleşme ve Anane Uluslararası konferansı, 77–79, Azerbaycan Milli İlimler Akademisi Edebiyat Enstitüsü Yay., Bakü, 2002. "Bağımsızlıktan Sonra Azerbaycan’da Milli Bilincin Gelişmesi", Bağımsızlık Döneminde Azerbaycan Uluslararası Konferansı, 286–288, Bakü, 2003. "Küreselleşme Karşısında Nasıl Bir Kültür Ploitikası İzlenmeli", Küreselleşme Sürecinde Kafkaslar ve Orta Asya Uluslararası Konferansı, 80–82, Bakü, 2003 "Azerbaycan’da Seçmen Tabanının Sosyolojik Araştırmalarında Yöntem Sorunu (Rusca)", Kazakistan Sosyologlarının Yaz Üniversitesi Uluslararası Toplantılar Dizisi, Almatı, 2004. "Sosyo-Kültürel Değişim Süreci İçerisinde Azerbaycan Toplumunun Bazı Meseleleri", Sosyoloji Konferansları, No 26, 49–54, İstanbul, 2004. "Bağımsızlıktan Sonra Azerbaycanda Milli Kimlik Meselesi", Kimlik ve Kültür Uluslararası Sempozyumu, Türkiye Kültür Araştırmaları Grubu yay., Istanbul, 2005. "XXI yy. ’ın Global Problemi Olarak Kitle Kültürü", Geçiş Sürecinde Azerbaycan Toplumu, Azerbaycan Milli İlimler Akademisi Felsefe, Siyaset ve Hukuk Araştırmaları Enstitüsü Yay., 95–102, Bakü 2005. Sovyetlerin Milli Kimliği Yok Etme Yönündeki Faaliyetleri: 'Sovyet Halkı' Denemesi, Karadeniz Araştırmaları, 128–134, Yaz 2005; Cilt 2, Sayı:6 "The influence of labour migration on Azerbaijani families" , Fəlsəfə və Sosial-Siyasi Elmlər Jurnalı, No 3–4, 100–112, Bakü, 2006 "İbni-Haldunun Sosioloji Görüşləri", Fəlsəfə və Sosial-Siyasi Elmlər Jurnalı, No 3–4, 100–112, Bakı, 2006 "Sosyo-kültürel Değişim Sürecinde Azerbaycan Ailesinin Özellikleri", Aile Araştırma Kurumu ve İslami Araştırmalar Vakfının Düzenledikleri Uluslararası Aile Sempoziyumu , Günümüzde Aile, , Ensar Neşriyat, 529–555, İstanbul, 2007 "Yeni Sosyo-Ekonomik Gelişme Sürecinde Azerbaycan ailesi". (Rusca) Çağdaş Kazakistan Toplumunun Gelişmesinin Bir Öğesi Olarak Vatanseverlik Uluslararası Semoziyumu" 27–28 Haziran 2007, 102–111, Ust-Kamenegorsk (Kazakistan) , Media Alyans , 2007 "The Characteristics of the Azerbaijani Family in a Period Socio-cultural Changing " , The Changes and Transformations in the Economic and Political Structure of Turkey Within the EU Negotiations, ed.Muhittin Demiray ve d., 118–123, Ekin Basım Yayın Dağıtım, Kutahya, 2007 Abulfez D. Suleymanov, "The influence of labour migration on Azerbaijani Families" KCTOS: Knowledge, Creativity and Transformations of Societies, Vienna, 6 to 9 December 2007, "The Characteristics of the Azerbaijani Family in a Period of Rapid Socio-cultural Change", The Family in the New Millennium [Three Volumes], ed . A.Scott Loveless and Thomas B. Holman, Vol 1, 316–322, Praeger Publishers ,Westport, 2007 "Yeni Sosyo-Ekonomik Süreçte Azerbaycan Ailesi " (Rusca)Osobennosti Azerbaydjanskoy Semyi v Prochesse Sociokulturnıh İzmeneniy, Grani Poznaniya, 93–104, No 11, Ufa (Rusya), 2007 "Ailenin sosyo-ekonomik değişimlere adaptasyon özelliği" (Azerbaycan ailesi örneğinde). (Rusca), Eurasian Community Dergisi (Kazakistan), 155–161, No 2 (58), 2007 "Yurtdışına Emek Göçünün Azerbaycan Aile İçi İlişkilere Etkisi", Journal of Qafqaz University, Number 20, 43–56, Social Science , Bakü, 2007. "Molokan Community in Azerbaijan: From Religious to lokal and Etnihnic İdentity" , The New South Caucasus: Overcoming old boundaries. Collection of papers, Tbilisi, 2008, Pp.112–127 "Türk Dünyasının Kültürel Bütünleşmesinde Sosyolojinin ve Sosyologların Rolü", Birinci Türk Dünyası Sosyologları Kongresi , s.127–130, Küreselleşme ve Milli Devlet, Kocaeli 2008 "Modernleşme Sürecinde Türk Toplulukları Aile Yapısında Ortaya Çıkan Dönüşümler", 348–353, İkinci Türk Dünyası Sosyologlar Kongresi, Almatı, 2008, "Geleceğin Ailesinin Geçirdiği Tarihsel Yol", Özne Dergisi, 77–82, Sayı 8, Kış 2008 Kulieva N., "XIX-XX. Yüzyılda Azerbaycan’da Geniş Aile Yapısı" Aile ve Toplum Dergisi, 77–85, Sayı 13, Ocak-Şubat-Mart 2008 "Çağdaş Türk Toplumlarında Aile ve Evlilik İlişkileri", Sosyal Siyaset Konferansları, 58 kitap, 197–217, İstanbul 2009 "Türk Dünyasında Düşünce Sorunları ve Sosyal Bilimler" , Fourth İnternational Conference of The Asian Philosophical Association (İCAPA 2009), The Path To Alliance of Civilizations Throuch The Asian Community, 4–6 november 2009 İndonesia, ss.91–97 "Üniversite Gençliği ve Aile (Sosyoloji Araştırmanın Sonuçları), Fəlsəfə və Sosial-Siyasi Elmlər Jurnalı, No 1 (25), 94–105, Bakü, 2009 "Çağdaş Azerbaycan toplumunda ailenin türeme işlevinin sosyolojik tahlili", Fəlsəfə və Sosial-Siyasi Elmlər Jurnalı, No 3 (27), Baku , 2009, "Türklerin Kültürel Birleşmesinde Türk Harf İnkılabının Rolü, Türk Harf İnkilapının 80.Yıldönümü Uluslararası Sempoziyumu Bildiri Metinleri, 314–319, Yeditepe Üniversitesi Yay.2009 "Yurtdışına İşçi Göçünün Azerbaycanlı Kadınlar Üzerine Etkisi" Uluslararası Multidisipliner Kadın Kongresi "Değişim ve Güçlenme", 13–16 Ekim 2009, İzmir "The Relationship Among Academician, Student and University in Modern Society in a Context of Liberalization of S&T", XVII ISA World Congress of Sociology, 11–17 july 2010 Gothenburg, Sweden "Challenges of Sociology in Azerbaijan", Facing an Unequal World: Challenges for a Global Sociology" Volume two, ISA Conference of the Council of National Associations, Conference Publications, 118–126, Taipei, 2010, "Azerbaycan’da Beyin Göçünün Sosyoloji Tahlili", (Rusca ) Sociology of science and technology, No 1 (1), 108–117, Sankt-Peterburg, 2010 Nesrin Türkarslan, Suleymanov, A., "Üniversite Son Sınıf Öğrencilerinin Evlilik Konusundaki Görüş ve Düşünceleri -Azerbaycan ve Türkiye Karşılaştırması", Karadeniz Dergisi, 54–67, No 5, Kış 2010 "Ailə tədqiqatlarının nəzəri əsasları", Fəlsəfə və Sosial-Siyasi Elmlər Jurnalı, No 1(29), Baku , 2010. "The Way to the Modern University", Sociology of science and technology, Vol 1 (3), 51–57, Sankt-Peterburg, 2011 "Türk Dünyası’nda Bütüncül Karakterde Bir Türk Kimliğinin İnşası Açınından İbn Haldun’un Önemi", Özne Dergisi, 57–67, 15 Kitap, Güz 2011 "The sociological analysis of Turkic communities of Central Asia in days of independence" , KazNU Bulletin Psychology and Sociology Series Al-Farabi Kazakh National University, No 43, 25–30, Almaty, 2012 Global Relations System and Central Asian Turkıc Socıetıes (Küresel İlişkiler Sistemi Ve Orta Asya Türk Toplumları) Avrasya Stratejik Uygulama ve Araştırma Merkezi Dergisi, Ss, 99–106, No1, 2012, Çankırı "Azerbaycanda Eğitim Sosyolojisinin Gelişim Çizgisi", "Eğitim Sosyolojisi Dün, Bugün, Yarın" Anı kitabı, ss. 99–114, 2012, Ankara "Çağdaş Azerbaycan’ın Sosyal Yapılanmasında Yurtdışı Eğitimin Rolü", Uluslaraarası Türk Kültür Coğrafyasında Eğitim Bilimleri Sempoziyumu, Sinop 2013 "Ortak Türk kimliği bağlamında Sosyal Bilimlerin Önemi", Türk Dünyası Kültürel Değerleri Uluslararası Sempozyumu, Eskişehir, 2014 "Kültürlerarası rekabet ve milletleşme sürecinde Türk Cumhuriyetlerinin dinamıkleri", Beşinci Türk Dünyası Sosyologlar Kongresi , s.20–30 Almatı (Kazakistan) 2014 "Azerbaycan milli kimliğinin korunmasında Bahtiyar Vahapzade’nin rolü", Bilgeler Zirvesi Uluslararası Sempozyumu Bildiri Kitabı, Eskişehir, 2014 Azerbaycan'da Yüksek Lisans Öğrencilerinin Bilimsel Yeterlilik Düzeyi Bakımından Değerlendirilmesi, Sosyoloji Konferansları, No 50, 1–18, İstanbul, 2014–2 "Avrasya coğrafyasında Güvensizlik Fenomeni" "Felsefe, Hoşgörü, Küreselleşme, Doğu-Batı- Düşüncelerinin Diyaloğu" temalı Rus Felsefecilerin 7. Uluslararası Kongresi, Ufa (Başkurdistan, Rusya), 2015 "Azerbaycan’da Yurtdışı Eğitiminin Tarihsel Süreçleri", Rus Şark Bilimcilerin "Rusya ve Doğu: Ülke ve Halkların Etkileşimi" temalı 10. Uluslararası Kongresi, Ufa (Başkurdistan, Rusya), 2015 "Çağdaş Türk Devletlerinde Toplumsal Güvensizlik Sorunu ", VI. Uluslararası Türk Dünyası Sosyologlar Birliği Kongresi "Türk Dilli Ülkelerde Tarih, Toplum ve Değerler", İstanbul, 2015 "Orta Asya Türk Cumhuriyetlerinde Suça Sürüklenen Çocuklara Yönelik Onurucu Adalet Programı ", Türkiye’de Denetimli Serbestlik 10. Yıl Sempozyumu, "Uluslararası Yaklaşımlar" , s. 5–7, 8–10 Aralık 2015, Istanbul "Büyük Öğrenci Projesi’nin İstihdam Bağlamında Değerlendirilmesi", Uluslarası İpek Yolunun Yükselişi ve Türk Dünyası Bilgi Şöleni Konferansın Bildirileri, Yükselen İpek Yolu 1. CİLT, Türk Yurdu Yayınları Yayın No: 107 Ankara — Ekim 2016 s.158–169 "Zorunlu Göçün Sosyal Etkileri ve Yerel Halkın Algısı: Sultanbeyli Örneği", 1. Uluslararası Göç ve Kültür Sempozyumu Bildiri Kitabı, s.451–464, 01–03 Aralık 2016, Amasya Rostovskaya T. "Rusya ve Azerbaycan’da Yabancılarla Yapılan Evliliklerin Dayanaklığı", (Rusça) , Vestnik VEGU, No 2 (88), s.110–117, 2017 Sönmez, P. "Avrupa Birliği ve Türkiye Politikalarında Suriyelilere Yönelik Yaklaşımların Birlikte Yaşama Kültürü Bağlamında Değerlendirilmesi", Göç Dergisi (GD) Migration Journal, No 4/2017, 41–61, London "Zorunlu Göçün Psikolojik ve Sosyo-kültürel Etkileri", (Rusça) , "Uygulamalı Psikoloji: Entegrasyon ve Disiplinlerarası Araştırmalar", Uluslararası Konferansın Bildirileri, ss.275–282, 2017, Ust-Kamenogorsk, Kazakistan Galiev, G., and İldarhanova, Ch. "Social Dynamics of Modern Russian and Turkish Societies", Contemporary Russo–Turkish Relations From Crisis to Cooperation, Ed. By Ali Askerov, Lexington Books , US:2018 | https://az.wikipedia.org/w/index.php?curid=552277 |
Əbülfəz Əliyev | Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir. Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək) Seyidlərdən ibarət olan (bu səbəbdən də onların adına "Seyid" və "Mir" dini titulları artırılıb) ata tərəfi Cənubi Azərbaycandandır. İlkin ulu babaları kökcə Şah İsmayıl Səfəvinin sələflərindən olan Şeyx Sədrəddin Musanın (1305–1392) uruqlarındandır. Bəzi qaynaqlarda Şeyx Sədrəddinə Şeyx Xoca Əli də deyildiyi bildirilir, bəzi qaynaqlarda isə Şeyx Xoca Əlinin onun oğlu olduğu göstərilir. Bu fikirlərdən hansının doğruluğundan asılı olmayaraq Əbülfəz Elçibəyin nəsli məhz həmin Şeyx Xoca Əlidən (Şeyx Əli Xoca da adlanıb) başlanır. Ancaq bunu da demək gərəkdir ki, Şeyx Əli Xocanın törəmələrinin bu qolunda şeyxlik olmayıb. Əbülfəz Elçibəyin özündə olan soyağacında nəslin davamçıları olan 30-dan artıq adamın adı sadalanır. Atası 1896-cı ildə doğulub, 1944-cü ildə müharibədə itkin düşmüş Əliyev Qədirqulu Mərdan oğludur. Elmi fəaliyyəti Klassik və müasir ərəb dilini, islam dininin əsaslarını, şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər"ində, EA-nın "Xəbərlər"ində, "Əlyazmalar xəzinəsində" toplusunda və b. nəşrlərdə çıxan "Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması" (1967), "Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair" (1968), "9–10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında" (1971), "Tulunilər dövləti və Qərmətilər" (1971), "Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair" (1971), "9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət" (1972), "Hənəfilik və onun əsas qaydaları" (1986), "Əhməd Tantarani Maraği və onun "Tantaraniyyə" qəsidəsi" (1987) və b. bir çox digər tədqiqatlarını göstərmək olar. Alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: "Tolunoğulları dövləti (868–905)" (İstanbul, 1997) və "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir. Siyasi fəaliyyəti Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 oktyabr 1991). 7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz Elçibəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında olan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi. Prezidentliyi dövrü Əbülfəz Elçibəyin prezidentliyi dövründə, bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı. Ə. Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü). Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı. Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Lakin bu layihə sonralar qəbul olunmamış qaldı. Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi. Ə. Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı. İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o sıradan dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi. Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı. Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kəndlərdə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı. Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Hazırlanan müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi. Elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı. Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır. Azərbaycanın yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin içində orta məktəbdə keçilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 60-a yaxın adda tam yeni dərslik yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın adda yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə tanış olurdu. Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat — "Öyrətmən" yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı. Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı. Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi. Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Məlum fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi. Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident fondundan maliyyə yardımı aldı. Onlara radio və televiziyadan istifadə etmək imkanı yaradıldı. Elçibəy bir sıra xarici səfərlərdə oldu. İstanbul sammitində iştirak edərək (24–27.6.1992) Qara Dəniz İşbirliyi Sazişini və "Bosfor bəyanatı"nı (25. iyun 1992), ATƏM-in (indiki ATƏT) ikinci zirvə toplantısına qatılaraq (7–11.7.1992) Helsinki Müşavirəsi-nin Yekun aktını (8.7) və "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə"ni (10.7), Rusiyaya rəsmi səfərə gedərək (12–13.10.1992) Boris Yeltsinlə birgə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə"ni (12.10), Ankarada Türk cümhuriyyətləri başçılarının zirvə toplantısında (30–31.10.1992) sammitin Yekun Bəyannaməsini imzaladı (31.10). O, Türkiyəyə rəsmi səfərində (1–5.11.1992) prezident Turqut Özalla bir sıra müqavilələrə imza atdı (1.11), Ankarada açılan Azərbaycan Səfirliyinin lentini kəsdi (2.11), Ukraynaya rəsmi səfərində (9–10.12.1992) prezident Leonid Kravçukla "Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında müqavilə"yə qol çəkdi (9.12). Prezident Elçibəy, Bakıda Marqaret Tetçeri (7. sentyabr 1992), Tatarıstanın baş naziri Filza Həmidullini (24. sentyabr 1992), Rusiya baş nazirinin əvəzi Yeqor Qaydarı (30. sentyabr 1992), Moldovanın baş naziri Andrey Sangelini (17. oktyabr 1992), Moskvanın meri Yuri Lujkovu (26.10), İslam Konfransı Təşkilatının baş katibi Həmid əl-Cabidi (13. noyabr 1992) və ölkəyə qonaq gəlmiş bir çox başqa nümayəndə heyətlərini, Bakıdakı bütün xarici ölkə səfirlərini qəbul etdi. BMT-də, ATƏT-də, İslam Konfransı Təşkilatında, regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə Azərbaycan bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başladı. BMT-nin Bakıda nümayəndəliyi açıldı. Qonşu dövlətlərlə: Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın əsasları qoyuldu. Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalandı. Belçika, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Misir, Pakistan, İngiltərə ilə sıx əlaqələrə möhkəm zəmin yaradıldı. Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlərlə dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlandı. Türkiyə ilə münasibətlər imzalanmış sazişlər nəticəsində yeni mərhələyə daxil oldu. Amerika Birləşmiş Ştatları və Qərbi Avropa ölkələri ilə münasibətlər xarici siyasətin başlıca istiqamətlərindən biri oldu. Avropa və Amerikanın transmilli şirkətləri əlverişli iqtisadi məkan kimi Azərbaycana üz tutmağa başladı. AMOKO, BP, Yunokal, Statoyl, Pennzoyl və başqa böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlandı. Neftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd imzalandı. Bu planların gerçəkləşməsi Azərbaycanın inkişafı üçün böyük perspektivlər açırdı. Ölkəyə güclü investisiya axını başlayacaqdı. Bütün bunlar Qərbin və Amerika Birləşmiş Ştatlarının Azərbaycana siyasi münasibətində də əsaslı təkamülün səbəblərindəndir. Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 11 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi. Prezidentlikdən sonrakı fəaliyyəti Elçibəy iqtidarının apardığı müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz xalqını labüd faciələrdən qurtarmaq istəyən prezident Əbülfəz Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi. Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz Elçibəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə. Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi (1997). Çağdaş Azərbaycan ictimai-siyasi şüuruna yön verən və gerçək milli lider kimi qəbul edilən Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri "Bu mənim taleyimdir" (Bakı, 1992), "Deyirdim ki, bu quruluş dağılacaq" (Bakı, 1992), "Demokratiya və azadlıq" (İstanbul, 1992), "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998), "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!" (Bakı, 2002), "Elçi düşüncələri" (Bakı, 2002) kitablarında əksini tapıb. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy" (İstanbul, 1992), A. Səmədoğlunun "Elçibəy və Azərbaycan" (İstanbul, 1994), Fazil Qəzənfəroğlunun "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə" (İstanbul, 1995), Ədalət Tahirzadənin "Elçi Bəy" (Bakı, 1999), "Elçibəylə 13 saat üz-üzə" (Bakı, 1999; İstanbul, 2001), "Prezident Elçibəy" (Bakı, 2001), O. Məmmədovun "Elçibəy ilə birlikdə otuz il" (İstanbul, 1999) və b. kitablar oxucuların marağına səbəb oldu. Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadə yolunu yaradıcılıqla davam etdirirdi. O, böyük öndərin müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsiylə zənginləşdirmiş, milli ideologiyamızın "Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!" ülküsünü irəli sürmüşdür. Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 62 yaşındaykən Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu. Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparmışdır. Müəllifi olduğu kitablar "Tolunoğulları Devleti", İstanbul, 1997. Ebülfez Elçibey, ISBN 9754372152 "Bütöv Azərbaycan yolunda", İstanbul, 1998; Bakı, 2004 [1] "Müstəqillik: ikinci cəhd", Bakı, 2001 "Siz xalqın sevgisilə haqqa çatacaqsınız", Bakı, 2001 Azərbaycanda Elçibəy İnstitutu Azərbaycanda Elçibəy İnstitutu 17 noyabr 2020-ci ildə Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsa Qəmbər, İsmayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov, Pənah Hüseyn tərəfindən yaranıb. İnistitunun məqsəd Azərbaycan Milli Azadlıq və Demokratik hərəkatının lideri, 1992-ci ildə demokratik yolla Azərbaycan prezidenti seçilmiş Əbülfəz Elçibəyin elmi- nəzəri –ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etməkdir. Elçibəy İnstitutu Azərbaycan Respublikası qanunvericiliyində yol verilən qayda, forma və vasitələrdən (o cümlədən kitablar, xüsusi buraxılışlar və s. nəşr etmək, elm və digər yaradıcılıq sahələri üzrə müsabiqələr elan etmək, mühazirələr, seminarlar təşkil etmək, kurslar açmaq, dinləmələr və s. tədbirlər keçirmək) istifadə edilməklə fəaliyyət göstərir. "Qurumun fəaliyyətinə ümumi rəhbərliyi Məsləhət Şurası tərəfindən həyata keçiriləcək. "Elçibəy İnstitutu"nun direktoru Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından biri olmuş Oqtay Qasımovdur. Haqqında yazılan kitablar Azərbaycan dilində "Əbülfəz Elçibəy: "Bu, mənim taleyimdir"", Bakı, 1992. Tərtibçilər: Becan İbrahimoğlu, Ədalət Tahirzadə "Deyirdim ki, bu quruluş dağılacaq", Bakı, 1992. Tərtibçi: Ədalət Tahirzadə "Demokratiya və azadlıq", İstanbul, 1992. "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy", İstanbul, 1992. Kamil Vəli Nərimanoğlu "Elçibəy və Azərbaycan", İstanbul, 1994, Akın Səmədoğlu. "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə", İstanbul, 1995, Fazil Qəzənfəroğlu. "Elçi Bəy", Bakı, 1999, Ədalət Tahirzadə. "Elçibəy ilə birlikdə otuz il", İstanbul, 1999, Oqtay Məmmədov. "Savalanda görüşənədək, Bəy!" Bakı, 2000. Tərtibçi: Ədalət Tahirzadə "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999; İstanbul, 2001. Ədalət Tahirzadə "Prezident Elçibəy", Bakı, 2001. Ədalət Tahirzadə "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!", Bakı, 2002. Tərtibçi: Ədalət Tahirzadə "Elçi düşüncələri", Bakı, 2002. Tərtibçilər: Ədalət Tahirzadə, Mircəlal Yusifli "Qurtuluş və bütövlük yolu" (Elçibəylə 6 söhbət). Bakı, 2003. Ədalət Tahirzadə "Elçi Bəy" Bakı, "Nurlar"NPM, 2005, səh.64, 500 nüs. Bayram Təbrizli-Marağalı "Elçi Bəy haqqında" Bakı, "Şirvannəşr", 2008. Mehriban Vəzir "Qardaşım Elçibəy haqqında xatirələrim", Bakı 2012, Murad Əliyev "Elçibəy belə deyirdi", 2018 "Elçibəyin sirri". Bakı, 2023, 260 səh. Türk dilində "Elçibey'le 13 Saat", Turan Yayıncılık, Adalet Tahirzade, 2001, ISBN 9757893307. "Elçibey Dönemi Azerbaycan Dış Politikası (Haziran 1992-Haziran 1993) Bir Bağımsızlık Mücadelesinin Diplomatik Öyküsü", Asam, Nazim Cafersoy, 2001, ISBN 9756769254. "Elçibey", Ötüken Neşriyat, Uğur Güler, 2006, ISBN 975437547X. "Elçibey'in Düşünceleri ve Kanun Devleti", Berikan Yayınevi, Şeyda Kemaloğlu-Muhammet Kemaloğlu, 2007, ISBN 9752671911. "Elçibey Azerbaycan'ın Unutulmaz Lideri", Türk Edebiyatı Vakfı, Yavuz Bülent Bakiler, 2009, ISBN 9756186428. Həmçinin bax Elçibəyçilik Xarici keçidlər Əbülfəz Elçibəyin bioqrafiyası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Abulfaz Elchibey — britannica.com Zahir Ezemet. "Elçibəyin ORT-yə ŞOK MÜSAHİBƏSİ (1992)" (az.). youtube.com/ORT. 1992/2013-08-17. İstifadə tarixi: 2014-09-28. Ölümündən 24 saat əvvəl — Əbülfəz Elçibəy Təmiz söhbət — Əbülfəz Elçibəy Əbülfəz Elçibəyin and içmə mərasimi Əbülfəz Elçibəyin Kələkidən Bakıya qayıdışı Əbülfəz Elçibəy: Böyük ömrün anları… Arxivləşdirilib 2019-04-21 at the Wayback Machine Əbülfəz Elçibəy haqqında indiyə kimi bilmədiyimiz faktlar MÜSAHİBƏ Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine Mərhum Prezident Elçibəy FOTOLARDA | https://az.wikipedia.org/w/index.php?curid=245855 |
Əbülfəzl Beyhəki | Əbulfəzl Məhəmməd bin Hüseyn Beyhəki (995-1077) — tarixçi. Əbulfəzl Beyhəqi 995-ci ildə Xorasanın cənubi-şərqində olan Beyhəqın Harisabad qəsəbəsində dünyaya gəlmişdi. Yaşamının ilk illərində Nişapurda quran, hədis və ərəb ədəbiyatı öyrəndi və orada fazıl şəxslərlə birlikdə oldu. “Beyhəq tarixi” yazan İbn Funduk, Əbulfəzl Beyhəqidən 93 il sonra təlif etdiyi kitabında Əbulfəzl haqqında belə deyir: “Saysız hadisələr eşitdi, vaxtı gələndə onları qələmə aldı. Ayrıca ərəbcə şeirləri vardı.İyirmi yeddi yaşında, Mahmud və Məsudun sarayında Rəsail Divanı rəisi olan Xacə Əbunəsr Mişkanın şagirdi oldu. Müəllimi Əbunəsrın ölümündən sonra daha yüksək bir dərəcəyə çatmasını yaşının kiçik olması əngəllədi. Eyni məqamda və Əbusəhl Zuzəni ilə birlikdə çalışdı. Sultanın və vəzir Əbdüssəmədin xidmətində tam bir təvəccüh və inayət ilə yaşayırdı. İzzüddövlə Sultan Əbdürrəşid zamanında nemət kafiri Toğrul baş qaldırdı. Sultanın əleyhinə üsyan edib, onu öldürdü. Yaxınları və tərəfdarlarını zindana atdı. Amma bu iş uzun sürmədi. Qırx gün sonra Sultan Fərruxzad Toğrulu öldürdü və bütün məhkümları sərbəst buraxdı. Beyhəqi buraxılanlardan biriydi. Sərbəst qalınca inzivaya çəkildi. Qalan ömrünü evində oxumaq və yazmaqla keçirdi. Beyhəqinin tarix kitabından başqa kitabları da var. Bunlar, “Zinətül-Küttab” və “Məqamat-i Əbunəsr Mişan”dır. Doktor Əliəkbər Fəyyaz, “Tarix-i Beyhəqi”nin müqəddiməsində: “Tehranda Hacı Hüseyn aga Məlik kitabxanasında olan bir əlyazma məcmuədə Beyhəqiyə aid yazılı bəzi lügətlərin şərhini əks etdirən bir neçə vərəq var. Yəqin Zinətül-Küttabdandır” deyir. (Tarix-i Beyhəqi, nəşr: Qəni-Fəyyaz, “Mukaddimə”, Z.) Beyhəqi, siyasətçi, tarixçi və ədib idi. Dönəmin təcrübəli böyüklərindən Əbunəsr Mişkan və öncə Mahmud, sonra da Məsudun vəziri olan Əbulhəsən Meyməndi ilə çalışırdı. Məsud dönəminin ən böyük müşavirlərindən olub, səltənət işlərinin idarə edilməsində özü ilə istişaradə olurdu. Bütün bu səltənət siyasətinə yaxın bağlılığı, görüş bildirərək, yazaraq və araçılıq edərək işlərin nəticələnmasına qatqısı, onu siyasətmədar, təcrübəli bir katib və etibarlı bir məktub ustası olaraq kamal dərəcəsinə hazırlamış oldu. Eyni bağlılıq nədəniylə, ölkənin rəsmi bəlgələri və saraya aid kargüzarlıq sənədlərinin və məktubların əlinin altında olması və müəlliminə olan yaxınlığı dolayısıyla ondan eşitdikləri, onun və tarixinin xidmətində olmasına imkan vermişdir. Beyhəqi bunlardan yararlanmışdır. Şərqşünas Kazimirskinin deyişiylə: “Bu sənədlər islami siyasi məktubların ən önəmlilərindən sayılır.” Beyhəqi bu bəlgələr və onların dəyərləri ilə ilgili olaraq: “Xilafət hüzuruna, Türkistan və ətrafdakı məliklərə göndərilən məktubları mən yazıdım; yəni mən Əbülfəzlin xəttiylə gedirdi. Bütün nüsxələrə sahibdim. Qəsdən yox etdilər. Bu bir neçə dəfə təkrarlandı. Əfsus ki, artıq o cənnət bağçaları yerində deyil. Qalsa idi bu tarix onlarla nadir olurdu. Amma Allahın ehsanından ümidsiz deyiləm. Onlar mənə təkrar çatacaq, hər şey yazılmış olacaq və bu böyük sadərətin durumu insanlarca bilinəcəkdir” deyir. Tarixini yazarkən, çox tarixçilər kimi gerçək hadisələrin uzağında deyildi. Yazdıqlarını eşidərək və başqalarından dinləyərək deyil, o hadisələrin içində olduğu üçün bilirdi. Nə tarixi hadisələrin uzağındaydı, nə də o hadisələrin içindəki şəxslərə və hadisələrin qəhrəmanlarına yabançıydı. Hətta onlardan, o dönəmin tragediyasında rolü olanlardan biriydi. Bütün bunlar onun tarixi quru bir şəkildə və hadisələri dəqiq bir şəkildə, canlı bir durumda danışdı. Tarixi hadisələr, onların səbəbləri və nəticələri, onlarda rolu olan şəxslər və ortaya çıxanlarla ilgili görüşləri olduğu kimi yazdı. Başqa bir deyişlə, tam bir incələməylə və hadisələrin canlı gerçək üzünü, həm maddi, həm də mənəvi yönüylə, dönəminin bütün xüsusiyyətləriylə gözlər önünə sərdi. Vəzir, divanbaşı və digər böyüklərin davranışlarını tənqid edirdi. Bu böyüklərin rəiyət üzərindəki basqılarının təsirindən və bu kimi tutumlar qarşısında xalqın yüksələn səsindən qafil deyildi. İslam ensiklopediyasında “Beyhəqi” məqaləsinin müəllifu olan Rus şərqşünası Bartold, onun tarixindən yararlanmış olan ilk şəxsdir. O, bu tarixin bir dövlətin, ya da bir ölkənin tarixi deyil, gerçəkliği aydın ortada olduğundan isbatı gərək olmayan bir bilinən olaraq, bəlkə bir siyasətmədarın birlikdə olduğu sultanların yaşamları və cərəyan edən iç və xarici hadisələr haqqındaki sözləri olduğuna inanır və belə deyir: “Sultan Məsud zamanında Qəznəli sarayının gücünü Səbuk təkin və Mahmudun qurduğu dövlətin hökmdarlarının gedişatını sərgiləyən İslami orta çağ dönəmlərinin tək və nadir bir görüntüsüsdür. (Bartold, “Beyhəqi”, İslam Ansiklopədisi, İstanbul, 1940-86, II, 582-4) Əsl tarixçilik haqqında Beyhəqi belə yazır: “Başqa tarixlərdə beləsinə tul və ərz yoxdur. Yəni bəzi tarixlər eninə boyuna yazılmamış, işin asanına qaçılıb, oxucuya az şey verilmişdir. Mən girişdiyim bu işdə tarixin haqqını tam olaraq vermək istəyirəm. Hər guşəyə və hər nöqtənin ətrafında dönməli, heç bir şey örtülü qalmamalıdır. Əgər bu kitab çox uzanar və oxucu onu oxumaqdan usanırsa, məni israrçı və ayaq dirədən biri olaraq saymamalarını istəyirəm. Heç bir şey yoxdur ki, oxumağa dəyməsin və heç bir hekayə yoxdur ki, sonu bir nüktədən yoxsul olsun.” (Tarix-i Beyhəqi, nəşr: Qəni-Fəyyaz, 11) Onun bu kitabı yazmaqdaki qəsdi, bir padşahın bir şəhəri filan gün fəth etməsi ya da savaşan tərəflər arasındaki hərb ya da sülhdən bir vəcizə, bir parlaqlıq deyildi. Tarixçi Beyhəqi və “Tarix-i Beyhəqi”ni fərqli edən də bu xüsusiyyəti idi. Ənvər Çingizoğlu, Türkmənlərin tarixi qaynaqlarda, Bakı, “Mütərcim”, 2013. Səh. 240. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=309855 |
Əbülfəzl mirzə Qovanlı-Qacar | Əbülfəzl mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar — şahzadə, əyalət valisi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=78654 |
Əbülfəzl əl-Beyhəki | Əbulfəzl Məhəmməd bin Hüseyn Beyhəki (995-1077) — tarixçi. Əbulfəzl Beyhəqi 995-ci ildə Xorasanın cənubi-şərqində olan Beyhəqın Harisabad qəsəbəsində dünyaya gəlmişdi. Yaşamının ilk illərində Nişapurda quran, hədis və ərəb ədəbiyatı öyrəndi və orada fazıl şəxslərlə birlikdə oldu. “Beyhəq tarixi” yazan İbn Funduk, Əbulfəzl Beyhəqidən 93 il sonra təlif etdiyi kitabında Əbulfəzl haqqında belə deyir: “Saysız hadisələr eşitdi, vaxtı gələndə onları qələmə aldı. Ayrıca ərəbcə şeirləri vardı.İyirmi yeddi yaşında, Mahmud və Məsudun sarayında Rəsail Divanı rəisi olan Xacə Əbunəsr Mişkanın şagirdi oldu. Müəllimi Əbunəsrın ölümündən sonra daha yüksək bir dərəcəyə çatmasını yaşının kiçik olması əngəllədi. Eyni məqamda və Əbusəhl Zuzəni ilə birlikdə çalışdı. Sultanın və vəzir Əbdüssəmədin xidmətində tam bir təvəccüh və inayət ilə yaşayırdı. İzzüddövlə Sultan Əbdürrəşid zamanında nemət kafiri Toğrul baş qaldırdı. Sultanın əleyhinə üsyan edib, onu öldürdü. Yaxınları və tərəfdarlarını zindana atdı. Amma bu iş uzun sürmədi. Qırx gün sonra Sultan Fərruxzad Toğrulu öldürdü və bütün məhkümları sərbəst buraxdı. Beyhəqi buraxılanlardan biriydi. Sərbəst qalınca inzivaya çəkildi. Qalan ömrünü evində oxumaq və yazmaqla keçirdi. Beyhəqinin tarix kitabından başqa kitabları da var. Bunlar, “Zinətül-Küttab” və “Məqamat-i Əbunəsr Mişan”dır. Doktor Əliəkbər Fəyyaz, “Tarix-i Beyhəqi”nin müqəddiməsində: “Tehranda Hacı Hüseyn aga Məlik kitabxanasında olan bir əlyazma məcmuədə Beyhəqiyə aid yazılı bəzi lügətlərin şərhini əks etdirən bir neçə vərəq var. Yəqin Zinətül-Küttabdandır” deyir. (Tarix-i Beyhəqi, nəşr: Qəni-Fəyyaz, “Mukaddimə”, Z.) Beyhəqi, siyasətçi, tarixçi və ədib idi. Dönəmin təcrübəli böyüklərindən Əbunəsr Mişkan və öncə Mahmud, sonra da Məsudun vəziri olan Əbulhəsən Meyməndi ilə çalışırdı. Məsud dönəminin ən böyük müşavirlərindən olub, səltənət işlərinin idarə edilməsində özü ilə istişaradə olurdu. Bütün bu səltənət siyasətinə yaxın bağlılığı, görüş bildirərək, yazaraq və araçılıq edərək işlərin nəticələnmasına qatqısı, onu siyasətmədar, təcrübəli bir katib və etibarlı bir məktub ustası olaraq kamal dərəcəsinə hazırlamış oldu. Eyni bağlılıq nədəniylə, ölkənin rəsmi bəlgələri və saraya aid kargüzarlıq sənədlərinin və məktubların əlinin altında olması və müəlliminə olan yaxınlığı dolayısıyla ondan eşitdikləri, onun və tarixinin xidmətində olmasına imkan vermişdir. Beyhəqi bunlardan yararlanmışdır. Şərqşünas Kazimirskinin deyişiylə: “Bu sənədlər islami siyasi məktubların ən önəmlilərindən sayılır.” Beyhəqi bu bəlgələr və onların dəyərləri ilə ilgili olaraq: “Xilafət hüzuruna, Türkistan və ətrafdakı məliklərə göndərilən məktubları mən yazıdım; yəni mən Əbülfəzlin xəttiylə gedirdi. Bütün nüsxələrə sahibdim. Qəsdən yox etdilər. Bu bir neçə dəfə təkrarlandı. Əfsus ki, artıq o cənnət bağçaları yerində deyil. Qalsa idi bu tarix onlarla nadir olurdu. Amma Allahın ehsanından ümidsiz deyiləm. Onlar mənə təkrar çatacaq, hər şey yazılmış olacaq və bu böyük sadərətin durumu insanlarca bilinəcəkdir” deyir. Tarixini yazarkən, çox tarixçilər kimi gerçək hadisələrin uzağında deyildi. Yazdıqlarını eşidərək və başqalarından dinləyərək deyil, o hadisələrin içində olduğu üçün bilirdi. Nə tarixi hadisələrin uzağındaydı, nə də o hadisələrin içindəki şəxslərə və hadisələrin qəhrəmanlarına yabançıydı. Hətta onlardan, o dönəmin tragediyasında rolü olanlardan biriydi. Bütün bunlar onun tarixi quru bir şəkildə və hadisələri dəqiq bir şəkildə, canlı bir durumda danışdı. Tarixi hadisələr, onların səbəbləri və nəticələri, onlarda rolu olan şəxslər və ortaya çıxanlarla ilgili görüşləri olduğu kimi yazdı. Başqa bir deyişlə, tam bir incələməylə və hadisələrin canlı gerçək üzünü, həm maddi, həm də mənəvi yönüylə, dönəminin bütün xüsusiyyətləriylə gözlər önünə sərdi. Vəzir, divanbaşı və digər böyüklərin davranışlarını tənqid edirdi. Bu böyüklərin rəiyət üzərindəki basqılarının təsirindən və bu kimi tutumlar qarşısında xalqın yüksələn səsindən qafil deyildi. İslam ensiklopediyasında “Beyhəqi” məqaləsinin müəllifu olan Rus şərqşünası Bartold, onun tarixindən yararlanmış olan ilk şəxsdir. O, bu tarixin bir dövlətin, ya da bir ölkənin tarixi deyil, gerçəkliği aydın ortada olduğundan isbatı gərək olmayan bir bilinən olaraq, bəlkə bir siyasətmədarın birlikdə olduğu sultanların yaşamları və cərəyan edən iç və xarici hadisələr haqqındaki sözləri olduğuna inanır və belə deyir: “Sultan Məsud zamanında Qəznəli sarayının gücünü Səbuk təkin və Mahmudun qurduğu dövlətin hökmdarlarının gedişatını sərgiləyən İslami orta çağ dönəmlərinin tək və nadir bir görüntüsüsdür. (Bartold, “Beyhəqi”, İslam Ansiklopədisi, İstanbul, 1940-86, II, 582-4) Əsl tarixçilik haqqında Beyhəqi belə yazır: “Başqa tarixlərdə beləsinə tul və ərz yoxdur. Yəni bəzi tarixlər eninə boyuna yazılmamış, işin asanına qaçılıb, oxucuya az şey verilmişdir. Mən girişdiyim bu işdə tarixin haqqını tam olaraq vermək istəyirəm. Hər guşəyə və hər nöqtənin ətrafında dönməli, heç bir şey örtülü qalmamalıdır. Əgər bu kitab çox uzanar və oxucu onu oxumaqdan usanırsa, məni israrçı və ayaq dirədən biri olaraq saymamalarını istəyirəm. Heç bir şey yoxdur ki, oxumağa dəyməsin və heç bir hekayə yoxdur ki, sonu bir nüktədən yoxsul olsun.” (Tarix-i Beyhəqi, nəşr: Qəni-Fəyyaz, 11) Onun bu kitabı yazmaqdaki qəsdi, bir padşahın bir şəhəri filan gün fəth etməsi ya da savaşan tərəflər arasındaki hərb ya da sülhdən bir vəcizə, bir parlaqlıq deyildi. Tarixçi Beyhəqi və “Tarix-i Beyhəqi”ni fərqli edən də bu xüsusiyyəti idi. Ənvər Çingizoğlu, Türkmənlərin tarixi qaynaqlarda, Bakı, “Mütərcim”, 2013. Səh. 240. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=309856 |
Əbülfəzlil Əbbas məscidi | Əbülfəzlil Əbbas məscidi və ya Göyçay şəhər Mərkəz məscidi — Göyçay şəhərinin mərkəzində yerləşən İslam dini abidəsi. Məscid Şirvan-Abşeron memarlıq məktəbi üslubunda 1902-ci ildə tikilmişdir. Dini abidənin memarı Zivər bəy Əhmədbəyovdur. Əbülfəzlil Əbbas məscidi Göyçay şəhərinin mərkəzindədir. Tikilmə tarixi 1902-ci ilə aiddir. Məscidin layihəsini mülki mühəndis Zivər bəy Əhmədbəyov vermişdir. Layihə İraqın Nəcəf şəhərindən getirilib. Əvvəllər məscidin yerində palçıqdan tikilmiş kiçik məscid mövcud olmuşdur. Lakin həmin məscid 1896-cı ildə dağıdılıb.1996-cı ildə məscidin yan tərəfində ikimərtəbəli daha bir bina tikilib. Məsciddə ibadət üçün bütün şəraitlər mövcuddur.1921-ci ildə məscidin bağlanılması barədə göstəriş verilib. Bundan sonra anbar kimi istifadə edilib. 1930-cu ildə məscid yenidən açılıb. 1944-cü ildə rəsmi olaraq məscidin fəaliyyətinə icazə verilib. Məşhur axundları Əbülfəzlil Əbbas məscidində Axund Hacı, Qazi Hacı Xanməhəmməd, Molla Şirəli, Kərbəlayı Ağasəlim, Kərbəlayı Ağa Nuh, Mirfazilağa, Molla Bülbül, Axund Hacı Mirqəzənfər ağa kimi məşhur adamlar axundluq etmişlər. Məscidin həyətyanı sahəsi 500 kv.metr, iç sahəsi 360 kv.metr, hündürlüyü isə 7 metrdir. Məscidin günbəzi dəyirmi formada olub, hündürlüyü 2 metrdir. Günbəzin üstü dəmir təbəqə ilə işlənmişdir. Minbəri taxtadandır və doqquzpilləlidir. Mehrabı isə divarın içərisində olub, hündürlüyü 2 metrdir. Məscidin iç divarları sement məhlulu ilə suvanıb və açıq yaşılı rənglə işlənib. Divarlarda isə ərəb dilində Quran ayələri yazılıb. Dam dəmir təbəqə ilə örtülüb. Məscidin fasad tərəfdən divarları bişmiş kərpiclə işlənib. Divarlarda "Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn" sözləri yazılıb. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Behbudlu Ə.X. Beynəlxalq Əlhuda nəşriyyatı, Bakı - 2001, ISBN 964-8121-59-1 anl.az archive.org Xarici keçidlər Əbülfəzlil Əbbas cümə məscidi | https://az.wikipedia.org/w/index.php?curid=692777 |
Əbülhəsən | Əbülhəsən — kişi adı. Əbülhəsən Ələkbərzadə — Azərbaycan SSR xalq yazıçısı (1979) Əbülhəsən Marağayi — Məşhur Azərbaycan həkimi və alimi Əbülhəsən Bəhmənyar — Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, Əbülhəsən Anaplı — aktyor. Əbülhəsən Əşəri — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. Əbülhəsən xan Səba — İranın ustad misiqiçisi, bəstəkar Əbülhəsən Raci — şair Əbülhəsən Vaqif — XIX əsr Azərbaycan şairi. Əbülhəsən xan İqbali Azər — Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. Əbülhəsən bəy Baharlı — Dekanın sultanı, qütbşah. Əbülhəsən Rahibi | https://az.wikipedia.org/w/index.php?curid=41122 |
Əbülhəsən Abbasov | Əbülhəsən Fərhad oğlu Abbasov – Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü. 43 illik elmi-pedaqoji və təşkilati fəaliyyəti ərzində 23 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlayıb; 17 monoqrafiyanın, 4 dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir; 35 tematik kitabın həmmüəllifi və baş redaktoru, 40-dan artıq elmi toplu və monoqrafiyanın elmi redaktoru olub. 12 fevral 1953-cü ildə Azərbaycan Respublikasının Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olub. 1960-1970-ci illərdə Novosaratovka kənd orta məktəbində rus dilində təhsil alıb. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olub və 1975-ci ildə həmin təhsil ocağını yüksək göstəricilərlə bitirib. Təyinatı üzrə 1 avqust 1975-ci ildə Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və burada işləyərək, paralel olaraq, saat hesabı əsaslarla üç il ərzində Azərbaycan Dövlət Universitetində (BDU-da) “riyazi fizika tənlikləri”, “kompleks dəyişənlər funksiyalarının nəzəriyyəsi” və “nəzəri mexanika” kursları üzrə seminar və mühazirə dərsləri aparıb. 1975-1978-ci illər – Azərbaycan EA-nın Kibernetika İnstitutunda baş laborant, riyaziyyatçı-proqramist; 1978-1984-cü illər – Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi; 1984-1992-ci illər – Azərbaycan İnşaat İnstitutunun Fəlsəfə kafedrasında müəllim, dosent; 1992-1994-cü illər – Azərbaycan Respublikası Prezident Aparatında (ərazi idarəetmə şöbəsində) böyük məsləhətçi, zona kurartoru; 1994-1996-cı illər – Bakı Ümumqoşun Ali Hərbi Məktəbin polkovniki vəzifəsində bölmə rəisi-professoru; 1996-2009-cu illər – AMEA Fəlsəfə və Siysi-Hüquqi Tədqiqatlar İnstitutunun “Sosial fəlsəfə” şöbəsinin müdiri; 2010-cu ildən bu günə kimi AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (h/h Fəlsəfə İnstitutunun) baş elmi işçisi. Əmək fəaliyyəti 1982-ci ildə Tbilisi Dövlət Universitetində ”Sistemlik-bütövlük problematikasının baza anlayış və prinsiplərinin nisbəti” (09.00.01- dialektik və tarixi materializm) mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə BDU-da iki ixtisas üzrə (09.00.11 – sosial fəlsəfə; 09. 00.01- dialektika və idrak nəzəriyyəsi) “Mürəkkəb sistemlərin təşkili, fəaliyyəti, təkamülü və onların idarə olunması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin doktorluq dissertasiyası hələ 1990-cı ilin oktyabr ayında M. Lomonosov adına Moskva Dövlət Universitetində müzakirədən keçirilərək epistemoloji cəhətdən əhəmiyyətli, elmi yeniliklərlə zəngin fundamental iş kimi dəyərləndirilib və müdafiəyə təqdim olunub. Müəllifdən asılı olmayan müxtəlif obyektiv və subyektiv səbəblərdən dissertasiyanın müdafiəsi 7 il ləngiyib. Namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri və elmi məsləhətçisi Azərbaycanın görkəmli filosofu, fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Cəmil Teymur oğlu Əhmədli olub. 18 sentyabr 1998-ci ildə Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə professor adına layiq görülüb. 1975-2015-ci illər ərzində riyazi elmlər, nəzəri mexanika, fəlsəfə, siyasi-hüquqi təlimlər, politologiya və sosiologiya üzrə ali məktəblərdə mühazirə və seminar dərsləri aparıb. 1980-1983-cü illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetində “dialektik məntiq” və “təbiətşünaslığın fəlsəfi problemləri” kurslarını tədris edib. İctimai əsaslarla 1978-1988-ci illərdə bir sıra elmi müəssisələrdə (Riyaziyyat institutu, Genetika və seleksiya institutu, Fiziologiya institutu) və İnşaat-mühəndisləri institutunda keçirilən metodoloji (fəlsəfi) seminarların təşkilatçısı, aparıcısı və məruzəçisi olub. Fəlsəfə və Hüquq institutu üzrə “Bilik” cəmiyyətinin rektoru (1982-1984), Azərbaycan KP MK-nın və Azərbaycan komsomolu MK-nın təlimatçısı-məruzəçisi (1983-1991), dialektik materializm üzrə metodoloji seminarların rəhbəri (1985-1990), Dissertasiya və Koordinasiya şuralarının üzvü (1996-2017) kimi fəaliyyət göstərib. “Ümumi fəlsəfə” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının imtahan komissiyasının üzvüdür. Bu ixtisas üzrə doktoranturaya qəbul və minimum imtahanları üçün istifadə olan testlər (Azərbaycan və rus dillərində) və tədris proqramı məhz Əbülhəsən Abbasov tərəfindən tərtib edilib. Əbülhəsən Abbasovun çoxşaxəli elmi yaradıcılığı özündə bu istiqamətləri ehtiva edir: sistem yanaşma, sistemlilik və bütövlük problemi, mürəkkəb sistemlər nəzəriyyəsi, mürəkkəblik fəlsəfəsi, sinergetika, optimum fəlsəfəsi, idarəetmənin sinergetik fəlsəfəsi, tənqidi-sinergetik təfəkkür konsepsiyası, açıq cəmiyyət konsepsiyası, tolerantlıq paradiqması, postneoklassik epistemologiya, ictimai inkişaf, ictimai və qlobal transformasiyalar, vətəndaş cəmiyyəti və dövlət quruculuqu məsələləri, milli maraqlar və milli ideologiya, azərbaycançılıq ideyası, insan haqları və ictimai rəy, din və mədəniyyət, intellektual resursların idarə olunması və insan kapitalı, modernləşmə və islahat problemləri, yeniləşən cəmiyyətdə iqtisadi, siyasi və sosial institutların transformasiyası, ictimai meqatrend problemi, geosiyasi fəlsəfə və dünya nizamı problemləri, habelə, bəşəriyyətin inkişaf nəzəriyyəsi üzrə tədqiqatlar. Təqdirəlayiq haldır ki, o, yalnız sinergetikanın fəlsəfi zəminlərinin içlənilməsində ilk müəlliflərdən deyil, habelə, “tənqidi-sinergetik təfəkkür konsepsiyası”, “optimum fəlsəfəsi”, “mürəkkəblik fəlsəfəsi”, “postneoklassik epistemologiya”, “geosiyasi fəlsəfə”, “ictimai meqatrend” kimi məfhumlarda ifadədə olunan elmi sahə və cərəyanlar da bilavasitə onun adı ilə bağlıdır. Həmin istiqamətlər günbəgün aktuallaşmaqda və beynəlxalq elmi ictimaiyyətin marağını qazanmaqdadır. 1987-ci il məhsuldar elmi-pedaqoji və təşkilati fəaliyyətinə görə Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanı ilə təltif olunub. 1997-ci ildə «açıq cəmiyyət» probleminə dair elmi araşdırmalarına görə Əbülhəsən Abbasov Mərkəzi Avropa Universitetinin xüsusi sertifikatına layiq görülüb. 2002-ci ildə isə epistemologiya və sosial-siyasi fəlsəfə sahəsində əldə etdiyi nailiyyətlərin müqabilində Rusiya Pyotr Akademiyasına üzv seçilib. “Dünya professorları sülh uğrunda” Beynəlxalq təşkilatın üzvüdür. Bədii-fəlsəfi, ədəbi-tənqidi və publisistik yazıları da həm ölkə daxilində, həm də xaricdə oxucular tərəfindən maraqla qarşılanır. Onun postneoklassik epistemoloji sistem əsasında yazdığı və demokratiya, hüquqi dövlət, vətəndaş cəmiyyəti, milli ideologiya, milli maraqlar, idarəetmə, innovasion inkişaf, modernləşmə və islahat, insan haqları, ictimai və qlobal meqtrendlər məsələlərinə həsr olunmuş məqalə və kitabları son illərdə elmi-tədqiqat işlərinin aparılmasında, tədris prosesində geniş istifadə olunan əsərlər sırasına daxildir. Bu əsərlər elmi yenilik elementlərinin zənginliyinə, məntiq və üslub kamilliyinə, məzmun tutumuna, qavranıqlı dilinə görə bir elmi-nəzəri mənbə və dərs vəsaiti kimi mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Alimin müstəqillik illərində işıq üzü görmüş əsərləri də həm ölkə ictimaiyyətinin, həm də xarici mütəxəssislərin ciddi maraqına səbəb olmuş və dəyərləndirilmişdir. Bunlardan aşağıda adları çəkilən kitabları qeyd etmək olar: “Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə: ümumnəzəri sinergetik təhlil” (1998) “Keçid dövrü və yeni iqtisadi təfəkkür” (2001) “Vətəndaş cəmiyyətinə doğru: nəzəriyyə və reallıqlar” (həmmüəllif, 2001) “İctimai inkişaf: qnoseologiya və metodologiya problemləri” (2003) “İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə” (2006) “Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris” (həmmüəllif, 2011) “Müasir fəlsəfə, elm və mədəniyyət: postneoklassik epistemologiya” (həmmüəllif, 2011) “Milli strategiyalar, ideologiyalar və beynəlxalq münasibətlər: tarix, nəzəriyyə və müasir praktikalar” (həmmüəllif, 2012) “Milli maraqlar və milli ideologiya” (2013) “Cəmiyyət, din, dövlət” (həmmüəllif, 2013) “İnsan haqları və ictimai rəy” (2014), “Geosiyasətin fəlsəfəsi və müasir dünya nizamı: postneoklassik dövrün epistemologiyası” (həmmüəllif, 2016) “İqtisadiyyatın fəlsəfəsi: tarix və müasirlik” (həmmüəllif, 2017) “Geosiyasi və sosial fəlsəfə: ədalətli nizam və tərəqqi naminə (2017). Monoqrafiyaları Əbülhəsən Abbasov keçmiş SSRİ məkanında sistem yanaşmanın, bütövlük problematikasının, mürəkkəb sistemlər nəzəriyyəsinin və sinergetikanın fəlsəfi əsaslarını işləmiş ilk tədqiqatçılardandır. Bu mənada onun hələ keçən əsrin 80-ci və 90-cı illərində nəşr edilmiş məqalə və monoqrafiyalarını xüsusi əhəmiyyət kəsb edir. Onlardan, məsələn, bu monoqrafiyaları göstərmək olar: Əsas elmi əsərləri Tematik elmi toplu “Keçid dövründə Azərbaycan cəmiyyətinin inkişafının sosial-fəlsəfi problemləri” (həmmüəllif və baş redaktor). Bakı, 1996; Tematik elmi toplu “Azərbaycanda yeniləşmə prosesinin sosial-fəlsəfi problemləri” (həmmüəllif və baş redaktor). Bakı, 1998; Tematik elmi toplu “Sosial-siyasi problemlər” (həmmüəllif və baş redaktor). Bakı, 1998; Monoqrafiya “Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə (ümumnəzəri sinergetik təhlil)”. Bakı, 1998; Tematik elmi toplu “Müasir elm və ictimai praktika. Fəlsəfi problemlər” (həmmüəllif və baş redaktor). Bakı, 2000; Monoqrafiya "Keçid dövrü və yeni iqtisadi təfəkkür” (İ.S.Əsgərovla birgə). Bakı, 2001; Tematik elmi toplu “Vətəndaş cəmiyyətinə doğru: nəzəriyyə və reallıqlar” (həmmüəllif və baş redaktor”. Bakı, 2001; Tematik elmi toplu “Azərbaycan cəmiyyəti transformasiya şəraitində” (həmmüəllif və baş redaktor). Bakı, 2001; Tematik elmi toplu “Tolerantlıq paradiqması” (həmmüəllif və baş redaktor). Bakı, 2002; Monoqrafiya "İctimai inkişaf: qnoseologiya və metodologiya problemləri” (həmmüəllif). Bakı, 2003; Tematik elmi toplu “Cəmiyyət. İdeologiya. Təfəkkür” (həmmüəllif və baş redaktor). Bakı, 2004; Tematik elmi toplu “Dünya. Cəmiyyət. Fəlsəfə” (həmmüəllif və baş redaktor). Bakı, 2004; Tematik elmi toplu “Fəlsəfə və həyat” (həmmüəllif və baş redaktor). Bakı, 2005; Monoqrafiya "İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə". Bakı, 2006; Tematik elmi toplu “Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris” (həmmüəllif və elmi redaktor). Bakı, 2011; Tematik elmi toplu “Müasir fəlsəfə, elm və mədəniyyət: postneoklassik epistemologiya” (həmmüəllif və elmi redaktor ). Bakı, 2011; Tematik elmi toplu “Milli strategiyalar, ideologiyalar və beynəlxalq münasibətlər: tarix, nəzəriyyə və müasir praktikalar” (həmmüəllif və elmi redaktor). Baki, 2012; Monoqrafiya “Milli maraqlar və milli ideologiya”. Bakı, 2012; “İnsan haqları və ictimai rəy”. Bakı, 2013; Tematik elmi toplu “Cəmiyyət, din, dövlət” (həmmüəllif və elmi redaktor). Bakı, 2013; Tematik elmi məcmuə “Müasir fəlsəfə: İdrakın ən yeni istiqamətləri” (həmmüəllif və elmi redaktor). Bakı, 2014; Tematik elmi məcmuə “Mədəniyyət: postneoklassika və postmodernizm dövrü” (həmmüəllif və elmi redaktor). Bakı, 2015; Tematik elmi məcmuə “Siyasətin fəlsəfəsi və müasir dünya nizamı: postneoklassik dövrün epistemologiyası” (həmmüəllif və elmi redaktor). Bakı, 2016; Tematik elmi məcmuə“İqtisadiyyatın fəlsəfəsi: nəzəriyyə və praktika” (həmmüəllif və elmi redaktor). Bakı, 2017; Monoqrafiya “Geosiyasi və sosial fəlsəfə: ədalətli nizam və tərəqqi naminə”. Bakı. 2017. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=535911 |
Əbülhəsən Anaplı | Əbülhəsən Anaplı — Azərbaycan teatrının ən görkəmli komiklərindən biri, aktyor. 1894-cü ildə Qubada doğulub. Uşaqlığı Bakıda keçən Əbülhəsən səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb. "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə faciə, dram, əsasən komediya tamaşalarında cazibəli səhnə surətləri yaradıb. Soyadı bəzi afişa və proqramlarda "Anaplinski" kimi də göstərilib. Yaradıcılığı Əbülhəsən Anaplı Azərbaycanın ilk parodiya aktyorlarından biridir. O, sənət dostu Rza Darablı ilə birgə böyük maraqla qarşılanan konsertlər vermiş, burada faciə aktyorlarından Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin, komiklərdən Mirzağa Əliyevin, Hacıağa Abbasovun, opera ustası Hüseynqulu Sarabskinin, qadın rollarının mahir ifaçısı Əhməd Ağdamskinin və başqalarının oyun tərzlərinə maraqlı parodiyalar etmişdir. Yaradıcılığı qaravəlli oyun prinsipləri, çevik improvizə bacarığı ilə seçilib. Gözəl və məlahətli səsi, zərif plastikası aktyorluq imkanlarına genişlik verib. Çıxış etdiyi tamaşalar və oynadığı rollar Qafqazın, İranın bir çox şəhərində qastrol səfərlərində olmuşdur. Komik aktyor olan Anaplı Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Azərbaycan dramaturgiyasının ən yaxşı nümunələrində - Mirzə Fətəli Axundzadənin "Hacı Qara" tamaşasında Kərəməli, Z.Hacıbəylinin "Evliykən subay" tamaşasında Qaraçı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "Məşədi İbad" tamaşalarında Vəli, Hambal, Nəcəf bəy Vəzirovun "Keçmişdə qaçaqlar" tamaşasında Pirverdi, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" tamaşasında Niyaz və Əmrah, "Dağılan tifaq" tamaşasında Gənc, Əbdül, İmamverdi, "Ac həriflər" tamaşasında Həsən, Nəriman Nərimanovun "Nadir şah" tamaşasında Cavad, Cəfər Cabbarlının "Ədirnə fəthi" tamaşasında Molla Hacı, Rza Zakinin "Sultan Əbdülhəmidin xəli" tamaşasında Abdulla bəy, Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə" və ya "Nuru paşanın igidliyi" tamaşasında Samson, İsa bəy Aşurbəylinin "Azərbay və Can" tamaşasında İvan, Fridrix Şillerin "Qaçaqlar" tamaşasında Papas, Vilyam Şekspirin "Kral Lir" tamaşasında Təlxək, İvan Turgenevin "Pulsuzluq" tamaşasında Kərbəlayı Vəli, İsmayıl Rüstəmbəyovun "Dövləti-bisəmər" tamaşasında isə Abdulla rollarını ifa etmişdir. Cəfər Cabbarlının onun haqqında yazdıqları 1921-ci ilin fevralında Əbülhəsən Anaplı sənət dostu Mir Paşa Sadıqovla kiçik təbliğat dəstəsi ilə Qarabağın Keşiş kəndində çıxış edəndən sonra gecə erməni daşnakları tərəfindən qətlə yetiriliblər. Həmçinin bax Rza Darablı Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi | https://az.wikipedia.org/w/index.php?curid=168542 |
Əbülhəsən Banisədr | Əbülhəsən Bənisədr (tam adı: Səyyid Əbülhəsən Bənisədr, fars. سیدابوالحسن بنیصدر; 22 mart 1933[…], Həmədan – 9 oktyabr 2021, XIII arondisman (Paris)[d]) — İran dövlət xadimi, 1979-cu ildə baş tutan İran İslam İnqilabından sonra ölkənin demokratik yolla seçilən ilk prezidenti.Əbülhəsən Bənisədr uzun müddətdir ki, Fransada yaşayır. 1960-cı illərdə İrandakı şah əleyhinə tələbə hərəkatında iştirak elədiyi üçün iki dəfə tutulub və 1963-cü ildə yaralandıqdan sonra Fransaya köçərək 1979-cu ildə Xomeyni ilə birgə İrana qayıdanadək burada məskunlaşıb. 5 fevral 1980 — 20 iyun 1981-ci illər arasında prezident kimi fəaliyyət göstərmişdir. Hakimiyyətdəki dindar qüvvələrə qarşı hərəkət etməsi səbəbi ilə vəzifədən uzaqlaşdırılıb. Bənisədr 22 Mart 1933 -cü ildə Həmədan şəhərində anadan olmuşdur. Atası ayətullah idi və Ruhullah Xomeyniyə yaxın idi. İran İnqilabından sonra Banisadr 4 fevral 1979 -cu ildə maliyyə nazirinin müavini oldu və 27 fevral 1979 -cu ilədək vəzifədə oldu. Bazargan və başqaları müvəqqəti hökuməti qurmaq üçün məclisdən çıxanda da inqilabi məclisin üzvü oldu. 27 Fevral 1979 -cu ildə müvəqqəti maliyyə naziri Əli Ardalanın istefasından sonra o vaxtkı baş nazir Mehdi Bazarqan tərəfindən maliyyə naziri təyin edildi. 12 Noyabr 1979 -da Banisadr, müvəqqəti hökumət istefa verdikdə İslam İnqilabı Şurasının rəhbərlik etdiyi hökumətdə Ebrahim Yazdının yerinə xarici işlər naziri təyin edildi. [9] Bənisədr 25 Yanvar 1980-ci ildə seçkilərdə səslərin 78,9 faizini alaraq 4 illik prezident seçildi və 4 Fevralda inauqurasiya oldu. Xomeyni, konstitusiya ilə prezidentin vəzifəsindən azad edilməsi ilə İranın Ali Lideri olaraq qaldı. Açılış mərasimləri Xomeyninin ürək xəstəliyindən müalicə aldığı xəstəxanada keçirildi. Banisadr İslam din xadimi deyildi; Xomeyni din xadimlərinin hökumətdə vəzifə tutmaları üçün təkid edirdi. 1980 -ci ilin avqust və sentyabr aylarında Banisadr İran -İraq sərhədi yaxınlığında iki vertolyot qəzasından sağ çıxdı. İran-İraq müharibəsi zamanı Banisadr 10 iyun 1981-ci ildə Xomeyni tərəfindən baş komandan vəzifəsini icra edən təyin edildi. Məclis (İran Parlamenti) 21 iyun 1981 -ci ildə Bənisədrin olmadığı müddətdə impiçment etdi, guya hakimiyyətdəki din xadimlərinə, xüsusən də o zaman məhkəmə sisteminin rəhbəri olan Məhəmməd Beheştiyə qarşı etdiyi hərəkətlərə görə. Ertəsi gün imzaladığı impiçmenti Xomeyninin özü başlatdı. Xomeyni impiçment sənədlərinə imza atmamışdan əvvəl, İnqilab Keşikçiləri Prezident binalarını və bağlarını ələ keçirmiş və Bənisədrlə sıx əlaqəli bir qəzetdə yazıçıları həbs etmişdilər. Növbəti bir neçə gün ərzində Hüseyin Navab, Rəşid Sadrolhefazi və Manouchehr Massoudi də daxil olmaqla bir neçə ən yaxın dostunu edam etdilər. Ayətullah Hüseyn-Əli Montazeri hökumətdə Bənisədrı dəstəkləyən az adamlardan biri idi, lakin tezliklə səlahiyyətlərindən məhrum edildi. Eyni zamanda, İran hökuməti İslam Respublikaçılar Partiyası istisna olmaqla, bütün siyasi partiyaları qanunsuz etdi. Hökumət qüvvələri Xalq Mücahidləri, Fədaian Xalq, Tudeh və Paikar kimi digər partiyaların üzvlərini həbs edərək həbs etdi. Bənisədr, vəzifəsindən uzaqlaşdırılmadan bir neçə gün gizləndi və Xalq Mücahidləri (PMOI) tərəfindən qorunaraq Tehranda gizləndi. PMOI, KDP və Fedaian Təşkilatı (Azlıqlar) da daxil olmaqla hakimiyyəti ələ keçirmək üçün Xomeyni əleyhinə fraksiyalar ittifaqı qurmağa çalışdı. PMOI, KDP və Fedaian Təşkilatı (Azlıq) da daxil olmaqla hakimiyyəti ələ keçirmək üçün anti-Xomeyni qruplarının ittifaqını qurmağa çalışdı, eyni zamanda monarxist sürgün qrupları ilə təmasdan qaçdı. Bir ittifaq qurmaq üçün PMOI lideri Məsud Rəcəvi ilə gizlənərkən dəfələrlə görüşdü, lakin 27 İyulda PMOI üzvü Məhəmmədrza Saadatinin edam edilməsindən sonra Banisadr və Rajavi İranda qalmağın təhlükəli olduğu qənaətinə gəldilər. Bənisədr 21 iyun 1981 -ci ildə impiçment edildikdə, qaçmış və İranın qərbində gizlənmişdi. İyulun 29 -da Banisadr və Məsud Rəcəvi polkovnik Behzad Moezzi tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Boeing 707 gəmisində qaçaqmalçılıq yolu ilə gətirildi. İran yeraltı məkanından Türkiyə hava sahəsinə çıxmadan və Parisə enməzdən əvvəl adi bir uçuş planına əməl etdi. Bənisədr və Rajavi, Fransada Xomeyni əleyhinə fəaliyyətlərdən çəkinmək şərti ilə Parisdə siyasi sığınacaq tapdılar. Banisadr daha sonra İran inqilabı dövründə fəaliyyəti və İran hökumətini tənqid etməsi ilə bağlı siyasi yazılara diqqət çəkdi. Ali Rəhbər Əli Xamneyinin və ölkənin 2009 -cu il seçkilərinin idarə olunmasının tənqidçisi oldu. 2021-ci ildə Parisdəki Pitié-Salpêtrière Xəstəxanasında öldü. Həmçinin bax İran Xarici İşlər nazirləri | https://az.wikipedia.org/w/index.php?curid=467719 |
Əbülhəsən Bəhmənyar | Əbülhəsən Bəhmənyar Azərbaycani (993 – 1067) — Şərq peripatetizminin nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "əl-Azərbaycani" kimi xatırlanır və Azərbaycandan olması vurğulanır. Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir. Bəzi mənbələr onun əvvəllər zərdüşt olduğunu, daha sonra İslamı qəbul edib Müsəlman olduğunu qeyd edirlər. Bəhmənyar Azərbaycani əksər şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır. Əbülhəsən Bəhmənyar Mərzban oğlu böyük Azərbaycan filosofu, Şərq peripatetizminin nümayəndələrindəndir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov araşdırmaları nəticəsində belə qənaətə gəlmişdir ki, Azərbaycanda Şərq peripatetizminin ilk böyük nümayəndəsi olan Bəhmənyar X əsrin sonlarında təvəllüd tapmışdır. Tədqiqatçı həmin tarixi 993-cü il kimi göstərmişdir. Orta əsr müəllifləri Bəhmənyarın "Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycan"), yaxud da "Azərbaycanlı" ("əl-Azərbaycani") olduğunu yazmışlar. İlk mənbələrdə o, atəşpərəst (məcusi, zərdüşti) sayılır. Bir sıra müəlliflər isə, onun islamı sonradan qəbul etdiyini söyləyirlər.Professor Ə. K. Zəkuyev Bəhmənyarın "ibn əl-Mərzban" kimi tanındığını nəzərə alaraq, onu Cənubi Azərbaycan hakimləri olan mərzbanlar nəslindən hesab etmişdir. Mənbələrdə Bəhmənyar Mərzban oğlunun Kiya (hakim, bahadır) adlandırılması onun hakim olan mərzbanlar ailəsinə mənsubluğunu göstərir.Əbülhəsən Bəhmənyar Şərqin ensiklopediyaçı alimi İbn Sinanın ən şagirdi və davamçısıdır. Onun öz müəllimi ilə ilk görüşü haqqında yazırlar: Bəhmənyar parlaq istedadı və çalışqanlığı ilə İbn Sinanın dərin rəğbətini qazanmışdır. Müəllim sonralar öz şagirdi haqqında iftixarlar yazırdı: "O mənə oğuldan artıq istəklidir. Mən ona təlim–tərbiyyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam."1023-cü ildən qabaq Bəhmənyarın İbn Sina ilə qədim Azərbaycan şəhəri Həmədanda olması məlumdur. Sonralar İbn Sina bəzi yaxın adamları ilə birgə İsfahana gedərkən Əbülhəsən Bəhmənyarın onlarla birlikdə olması xəbər verilmir. Çox güman ki, İbn Sina Əlaüddövlənin sarayında yaşadığı dövrdə Azərbaycan filosofu ondan uzaqda olmuş, buna görə də onunla məktublaşmağa başlamışdır. Müəllimlə şagird arasında gedən mübahisələrə həsr edilmiş məktublardan bəzilərinin məzmunu onların təqribən XI əsrin 30 – cu illərində yazıldığını göstərir.Əbülhəsən Bəhmənyarın ölüm tarixi ayrı–ayrı müəlliflər tərəfindən gah 1038-ci, gah 1065-ci, gah 1066-cı, gah da 1067-ci illər kimi göstərilir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov isə ilk mənbələr əsasında filosofun 1066-cı ilin ortalarında vəfat etdiyini müəyyənləşdirmişdir. Yaradıcılığı Əbülhəsən Bəhmənyar İbn Sinadan sonra otuz ildən bir qədər az ömür sürmüşdür. Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsi birbaşa onun adı ilə bağlıdır. İbn Sina ənənələrini qoruyub saxlamaq filosofun üzərinə ciddi və məsul vəzifələr qoyurdu. O, var – qüvvəsini əsirgəmədən aristotelçi fəlsəfənin irəliyə doğru inkişafını təmin etməli idi. İbn Sina vaxtilə bəlkə də bu ümidlə sevimli şagirdi Bəhmənyar haqqında yazmışdı: "Onun axır gəlib mənim yerimdə olmasına bir şey qalmayıb."Bəhmənyar öz yaradıcılığında İbn Sinanın əsərlərindən iqtibaslara geniş yer vermiş, müəlliminin ideyalarının daha artıq dərəcədə təbliğinə çalışmışdır.Mənbələrdə və məxəzlərdə Bəhmənyarın aşağıdakı əsərlərinin adı qeyd edilmişdir: "Təhsil" əsəri Bəhmənyarın yaradıcılığında xüsusi yer tutur. Filosof bu əsəri dayısı Əbu Mənsur Bəhram ibn Xürşid ibn İzədyara ithaf etmişdir. Onun ərəb dilində orijinalının müxtəlif illərdə köçürülmüş əlyazma nüsxələri Rampur, Tehran, İstanbul, Vatikan, Qahirə, London və Beyrut şəhərlərinin kitabxanalarının əlyazma fondlarında saxlanılmaqdadır. "Təhsil" ilk dəfə 1971-ci ildə Tehranda nəşr edilmişdir.Bəhmənyar İbn Sina ilə apardığı mübahisələr nəticəsində yazdığı bu əsərin quruluşuna görə "Bilik kitabı", mənalarının əhatəsi sarıdan öz müəlliminin bütün əsərlərinə müvafiq gəldiyini müqəddimədə qeyd edir. Təhsil əsəri "Məntiq" ("əl–Məntiq"), "Metafikizika" ("Elm ma bəd ət – təbiə") və "Əyani mövcud şeylərin halları" ("Əhval əyan əl – maucudat") olmaqla üç kitabdan ibarətdir. Bunlar Şərq peripatetizminin əsasən nəzəri hissəsini fadə edir. Müəllif burda Aristoteldən başqa Empedoklun, Evklidin, Sokratın, Platonun və antik dövrün digər nəhəng alimlərnin adlarını çəkmiş, onlardan iqtibaslar gətirmişdir. O, mühüm fəlsəfi problemlərin qoyuluşunda və həllində İbn Sinanın əsərlərindən, ümumiyyətlə, fikirlərindən geniş bəhrələnərək müəlliminin yolunu ardıcıl davam etdirmişdir. "Təhsil" orta əsrlərdə məntiq, metafizika və təbiyyatı öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur. Görkəmli ərəb filosofu Əbdüllətif Bağdadi (1163–1231) peripatetizmə dair başqa əsərlərə yanaşı bu kitabdan təhsil aldığını xüsusi qeyd etmişdir.Zakir Məmmədov tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki traktatı məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil" əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilmişdir. Alim "Təhsil" əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir. "Təhsil" fəlsəfi biliklərin öyrənilməsində lazımlığına və məşhurluğuna görə hələ o dövrdə ərəb dilində olan orijinalından fars dilinə tərcümə edilmişdir. Bu sərbəst tərcümənin XVII əsrdə köçürüldüyü güman edilən bir əlyazması Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda saxlanılır. Əlyazmada əsərin ünvanı "Dünyanı göstərən cam" ("Came cahan – noma") kimi tanınmış, "Kəmaləddinə töfhə kitabı" yazılmışdır. Burada müəllifin adı çəkilmir, ancaq bir yerdə belə ifadə işlədilir: "Dünyanı göstərən cam kitabı nəinki "Təhsil" kitabı üslubundadır, hətta özü tərcümədir". Əsərin farsca başqa bir əlyazma nüsxəsi İranda Milli Şura Məclisi Kitabxanasında saxlanılır. "Təhsil" fars dilində Tehranda (1983), rus dilində Bakıda (1983, 1986) nəşr edilmişdir."Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarının əlyazma nüsxələri Avropanın müxtəlif kitabxanalarında saxlanılır. S. Popper bu iki traktatı ərəb dilindən alman dilinə tərcümə etmiş, 1851-ci ildə hər iki dildə nəşr etdirmişdir. Həmin traktatlar 1911-ci ildə Qahirədə çap olunmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov "Metafizikann mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarını Azərbaycan dilinə tərcümə etmiş, həmin tərcümə əsərləri "Şərq fəlsəfəsi (IX–XII əsrlər)" kitabında 1999-cu ildə çapdan çıxmışdır. Bəhmənyarın yaradıcılığına İbn Sina ilə onun arasında baş verən elmi – fəlsəfi mübahisələr xüsusi təsir göstərmişdir. Əsas etibarilə "Mübahisələr" kitabında toplanmış həmin polemik əsərlərdə elmlərn təsnifatı, əql, nəfs, materiya, forma və digər mövzularda ciddi söhbətlər gedir. Ayrı-ayrı fraqmentlər halında bir sıra məntiq, metafizika və təbiətşünaslıq məsələlərinin şərh edildiyi "İzahat" ("Ət – Təliqat") deyilən bir kitabı bəzi müəlliflər İbn Sinaya mənsub bilməklə bərabər onu Bəhmənyarın söyləməsi adlandırmışlar. Onların fikrincə Bəhmənyar "İzahat" kitabını İbn Sinadan eşidib yazmışdır. Bu kitabla "Mübahisələr" kitabı arasında müəyyən uyğunluqlar vardır.Əbülhəsən Bəhmənyarın yaradıcılığı, xüsusən onun "Təhsil" əsəri nəinki Azərbaycan fəlsəfəsinin, bütün Yaxın və Orta Şərq ölkələri xalqlarının fəlsəfi fikrinin mühüm nailiyyətlərindən sayılır. Varlıq təlimi Vacib və mümkün varlıq Bəhmənyarın metafizikasında anlayışların üstünlük dərəcəsi həcm genişliyinə əsasən müəyyənləşdirilir. Bu baxımdan ən geniş həcmə və ən böyük ümumiliyə malik "varlıq" anlayışı daha üstün hesab edilir. "Təhsil" kitabında göstərilir ki, "varlığa məntiqi tərif vermək mümkün deyildir. Belə ki, o təsəvvürdə daha ilkindir, zira onun üçün nə cins, nə də fərqləndirici əlamət vardır. Bir sözlə, varlığı tanıdacaq daha mühüm bir şey yoxdur."Müxtəlif baxımdan nəzərdən keçirilən varlıq vacib və mümkün, səbəb və nəticə, ilkin və meydana çıxmış və s. qismlərə bölünür. Zəruri və mümkün qismlərə bölünməsi baxımından varlığın təsnifatı bütün şərq peripatetiklərinin ontologiyasında mühüm yer tutur. Zəruri, yaxud vacib varlıq mövcudatın əsasını təşkil edir, ondan savayı mövcud olan hər şey mümkün varlıq sayılır.Bəhmənyar varlığın qismlərini qarşılıqlı surətdə araşdıraraq yazır ki, "vacib varlıq qeyri–mövcudluğunun fərz edilməsi mümkün olmayan varlıqdır". Mümkün varlıq isə nə varlığı, nə də yoxluğu cəhətdən zəruridir. Filosof bununla belə bir fikri təsdiqləyir ki, "vacib varlıq öz – özlüyündə səbəbsiz varlıqdır, çünki öz varlığında onun bir səbəbi olsaydı, varlıq həmin səbəb ilə mövcud olardı. Onda o, öz – özlüyündə vacib varlıq olmazdı. Mümkün varlıq öz mahiyyətinə görə mümkün sayılan varlıqdır. Belə ki, onun varlığı və yoxluğu bir səbəblədir."Əbunəsr Farabi göstərirdi ki, mümkün varlıq öz–özlüyündə mümkün, vacib varlığın sayəsində isə zəruridir. Bu müddəa İbn Sina, Bəhmənyar və sonrakı peripatetiklər tərəfindən də qəbul edilmişdir. Bəhmənyar vacib varlıq haqqında "səbəbi olmayan varlıq", "ilk səbəb", "tək" ifadələrini işlətmişdir. Ərəbdilli peripatetiklər ilk səbəb və onun nəticəsi məsələsi ilə dərindən maraqlanmış, öz ontoloji təlimlərini bu təməl üzərində qurmuşlar. Bu baxımdan Yəqub Kindi ilk səbəbə dair elmi "ilk fəlsəfə" kimi dəyərləndirmişdir. Bütün mövcudatı səbəb və nəticə asılılığında təsəvvür edən Bəhmənyar isə yazırdı: "Qarşımıza çıxan iki şeydən biri səbəb, digəri isə nəticədir."Vacib varlığın mahiyyətsiz mövcudluğuna dair müddəaya gəldikdə, Şərq peripatetiklərinin hamısı bunda həmrəy idilər. Onların fikrincə zəruri varlığın əsasında heç bir substansional mahiyyət durmur. Bəhmənyar bu münasibətlə yazır: "Öz – özlüyündə vacib varlıq üçün varlığın vacibliyini lazım bilən bir mahiyyətin olması doğru deyildir. Onda varlıqdakı həmin vacibliyin o mahiyyətdən asılı olması və onsuz vacib olmaması lazım gələrdi… Bu halda vacib varlıq vacib olmazdı, çünki onunçün vacib olan səbəb vardır. Bu isə qeyri – mümkündür. Deməli, vacib varlıq üçün heç bir mahiyyət yoxdur."Bəhmənyara görə mahiyyət ancaq mümkün varlıq üçündür. Vacib varlıq əvvəlcə substansiyadan ibarət mahiyyəti, daha sonra başqalarını əmələ gətirir. "Təhsil" kitabında deyilir: "Mahiyyətə malik hər bir şey nəticədir". Bu fikir "İzahat" kitabında da eynilə təkrar edilir. Səbəb və nəticə Mütəkəllimlər ilk varlığın əsasında bir varlığın olduğunu söyləyirdilər. İslam sxolastları bununla peripatetiklərin təlimində vacib varlığın özünün özü üçün səbəb olması fikrinə qarşı çıxırdılar. İlk səbəb və nəticə haqqında təlim qabaq (öncə) və sonra bəhsində davam etdirilmişdir. Bəhmənyarın qabaq və sonra anlayışlarını təhlil etməsi onun fəlsəfi mövqeyini düzgün giymətləndirmək üçün müəyyən əhəmiyyət daşıyır. Bu bəhsə "Metafizikanın mövzusu" və Təhsil" əsərlərində xüsusi fəsillər ayrılmışdır. Qabaq və sonra 1) zaman və məkan, 2) üstün və sabiq, 3) tək və çox, habelə 4) varlığın hasili baxımındandır. Bəhmənyar qabaq və sonra mənalarını ətraflı şəkildə izah etdikdən sonra bildirir ki, bu qabaq onların bütün kateqoriyaları təbiətcə və səbəbiyyətcə xüsusiləşən şeydən başqa həqiqi qabaqlıq (öncəlik) deyildir. Zamanca qabaqlıq vəhmdə və fərziyyədə olan bir şeydir. Həqiqi qabaqlıq isə mahiyyət etibarilə olur. Mahiyyətcə qabaqlıq dedikdə bir şeyin varlığının başqasından, yaxud müqayisə edilən ikinci şeydən asılı olması nəzərdə tutulur. Həmin ikinci şeyin varlığı birincidən faydalanır. Öz müəllimi İbn Sina kimi Bəhmənyar da ilk səbəb ilə nəticə arasındakı, başqa sözlə, vacib varlıq ilə maddi aləm arasındakı münasibəti əsla zamanca, yaxud məkanca qabaq və sonra olmaya görə müəyyənləşdirməmişdir. Əksinə, filosof dəfələrlə qeyd etmişdir ki, səbəb ilə nəticə zamanca birgədir.Bəhmənyar səbəb ilə onun təsirinin öz aralarında həmişə ayrılmaz surətdə bağlı olduğuna və birinin digərsiz mövcud ola bilməyəcəyinə uyğun gələn səbəbiyyət haqqındakı periatetik təlimi nəinki tənqid etməmiş, əksinə, göstərmişdir ki, səbəb məhz nəticəyə nisbətdə səbəbdir, zira "səbəb əgər felən səbəbdirsə, onunla birlikdə nəticənin olması vacibdir."Bəhmənyar "səbəbin varlığından nəticənin varlığının hasili vacibdir" tezisini "Metafizikanın mövzusu" traktatında da bəyan etmişdir. Bəhmənyara görə, aləm və zaman ilk səbəbdən heç bir boşluq vasitəsiylə nə ayrılar, nə də aradan qaldırıla bilər: "Əgər aləm aradan qaldırılmış fərz edilərsə, ölçülərin mövcudluğu vacibdir, belə ki, sonsuz bir fəza fərz edilir. Ondan ötrü isə sabit bir müddət fərz edilir. Bunun hər ikisi qeyri – mümkündür. O ikisinin xəyalda aradan qaldırılmasının qeyri–mümkünlüyünə dəlil budur ki, zaman əbədidir, aləm əbədidir.". Bəhmənyar bununla belə qənaətə gəlir ki, ilk səbəb nəticəni zamanca qabaqlamaq xüsusyyətinə malik deyildir. Dörd cür səbəb haqqında aristotelçi təlim ərəbdilli filosofların varlıq təlimində mühüm yer tutur. Bəhmənyar əmələgətirici (əl-fail), forma (əs-surə), materiya (əl-maddə), yaxud ünsür (əl-ünsür), məqsəd (əl-ğayə) səbəblərini "Təhsil" kitabında aşağıdakı misalla izah edir: "Qapının hazırlanmasında dülgərin işi əmələgətirici, ağaca müəyyən forma verilməsi forma, qapı üçün ağac materiya və qapının hasilindən nəzərdə tutulan fayda məqsəd səbəbidir." Mövcudatın mərtəbələri Bəhmənyarın İbn Sina ilə apardığı mübahisələrdən müəyyən olur ki, o, yaradıcılığının müəyyən dövrünə qədər emanasiya təliminə şübhə ilə yanaşmışdır. Filosof bu yerdə Stagiritin təliminə daha çox yaxınlaşırdı. Aristotel öz ontologiyasında mövcudat mərtəbələrindən deyil, "formalar forması" və onun fəaliyyətə (vucuda) gətirdiyi mövcudatı təşkil edən forma və materiyadan ibarət sturkturu qəbul edirdi. Lakin Bəhmənyar emanasiya nəzəriyyəsinə axıradək laqeyd qalmamışdır. İlk varlıqdan çıxan varlığın tək mahiyyət olması haqqında müddəa "Təhsil" və "Mövcudatın mərtəbələri" traktatlarında iqrar edilmişdir. "Çünki ilk varlıq hər cəhətdən vahidi lazım bilir. Bu tək mahiyyət qeyri – maddi bir şey olmalıdır."Bəhmənyara görə birinci əqlin zəruri surətdə ilk qəli dərk etməsi başqa bir əqlin varlığı üçün səbəbdir, varlığı isə, ilk nəticənin özü – özlüyündə mümkün bir mahiyyət olmasından və ilk səbəbdən onun üzərinə bir şeyin axıb tökülməsindən irəli gəlir.Şərq peripatetiklərinin, o cümlədən Əbülhəsən Bəhmənyarın kosmologiyasında mövcudat müxtəlif mərtəbələrdən ibarət bir quruluşda təqdim edilir. "Mövcudatın mərtəbələri" traktatında əsasən mücərrəd substansiyalara diqqət yetirilir: "Mücərrəd substansiyalar real gerçəkliklərin dörd müxtəlif mərtəbəsidir: 1) heç bir səbəbi olmayan varlıq, o təkdir, 2) fəal əqllər, onlar növə görə çoxdur, 3) səmavi nəfslər, onlar növə görə çoxdur, 4) insani nəfslər, onlar şəxslərə görə çoxdur.""Təhsil" kitabında mövcudatın bütün mərtəbələri nəzərdən keçirilir: ilk səbəb, ilk nəticə materiya və formadan təşəkkül tapmış göy sferaları, onlara aid planetlər, fəal əqllər və nəfslər, nəhayət ünsürlər aləmi. Birinci göydən sonra sabit ulduzlar göyünün sferası, onun ardınca Saturn (Zühəl), Yupiter (əl – Müştəri), Mars (əl–Mirrix), Günəş (əş-Şəms), Venera (əz-Zührə), Merkuri (Utarid), Ay (əl–Qəmər) planetləri, sferaları gəlir. Bütün bunların mərkəzində isə Yer kürəsi dayanır.Dünyanın vəhdətini qəbul edən Şərq peripatetikləri, onun çoxluğunun inkarı üzərində özlərinin orijinal əsərlərində də xüsusi dayanmışlar. İbn Sinanın "Nicat" kitabının "Aləm vahiddir və onun çox olması mümkün deyildir", "Bilik kitabı" əsərinin "Bəsit cismlərin yerləri və cismani aləmin vəhdəti" fəsilləri bu münasibətlə yazılmışdır. Bəhmənyarın təhsil kitabında da dünyanın vəhdəti məsələsinin şərhinə geniş yer verilmişdir: "Çoxlu aləm mövcud ola bilməz. Artıq aydınlaşdırdıq ki, göy sferası xaricində heç nə yoxdur. Aydın oldu ki, forma ilə təsəvvür edilə bilinməyən materiya mövcud deyildir. Deməli aləmə aid forma vahid materiya ilə xüsusiləşir. Vahid aləmdə ehtiva olunan şeylərin hamısı ondan toplanır. Beləliklə, çoxlu aləmin varlığına imkan qalmır. Dünyanın vəhdəti aksidental surətdə yox, aktual surətdə olmalıdır. Varlıq aktual surətdə vahid, potensial surətdə çoxluqdur. Bu vəhdət nizamın, yaxud onun mislində bir şeyin vəhdətidir." Aristotelin kosmologiyası kimi Şərq peripatetiklərinin kosmologiyası da teoloji səciyyə daşıyır. Onların rəyincə, bütün mövcudatda tam bir məqsədəuyğunluq hökm sürür, zira mövcud qayələr və səbəblər son nəticədə vahid ilk səbəblə şərtlənir. Mövcudatda tam bir məqsədəuyğunluğun hökm sürdüyünü qəbul edən şərq peripatetikləri hər şeyin zərurət üzündən baş verdiyini iqrar edirlər. "Təhsil" kitabında zərurət təsadüf ilə birlikdə, müqayisəli surətdə nəzərdən keçirilir. Bəhmənyarın fikrincə daimi və təkrarlanan şeyi təsadüf adlandırmaq olmaz, təsadüf yekcins və azlıqda qalan şeydə mövcuddur. Bununla belə, filosof qeyd edir ki, yekcins və azlıqda qalan şey, hansısa bir cəhətdən zəruridir. Təsadüf və zərurət Şərq peripatetikləri təsadüfdən söz açsalar da, onu zərurətə qarşı qoyub inkar etmişlər. Onlar metafizik materialstlər kimi çıxış edərək göstərmişlər ki, təsadüf anlayışı şeylər və hadisələr arasındakı qarşılıqlı əlaqəni bilmədikdə ortaya çıxır. Hadisələrin səbəbi aşkar edildikdə onları təsadüf saymaq düzgün deyildir. Bəhmənyar yazır ki, "əgər bir adam öz məlumatı ilə hər şeyi əhatə etsəydi, biliyindən heç şey kənarda qalmazdı, heç nə onun üçün təsadüfi mövcud olmazdı, əksinə zəruri olardı". Filosofa görə birisi yol gedərkən bir xəzinə taparsa, bu tapıntı təsadüf sayılır. Lakin həmin şəxsi xəzinəyə doğru aparan bir səbəb olmuşdur. O mənada təsadüf deyilən şey, əslində zəruriliklə baş vermişdir. Filosofun nəzərində təsadüf öz aralarında səbəb əlaqəsi olmayan haqqında deyilə bilər, məsələn, Zeydin əyləşməsi ayın tutulması ilə bir vaxta düşür, bu xalis təsadüfdür.Ardıcıl determinist olan Şərq peripatetiklərinin təsadüfün obyektivliyini inkar etməklə zərurəti təsadüf həddinə gətirib çıxarırdılar. Məsələn, "Təhsil" kitabında deyilir ki, bir əldə beş əvəzinə altı barmağa təsadüf edilərsə, bu özü də müəyyən bir zərurətdir, çünki, o, müəyyən səbəblə əlaqədardır. Dünyanın nizamı, quruluşu Şərq peripatetiklərinin nəzərində hər cür qüsurdan xali, mütləq surətdə ölçülü – biçilidir. Bəhmənyar bu barədə ətraflı söhbət açdıqdan sonra yazır ki, bu nizam həqiqi nizamdır, ondan daha üstün, daha bitkin bir nizam yoxdur. Fəal əqllər mütləq xeyirdən və onun tələbatından zəruri surətdə çıxmşdır. Göy sferalarının altında təzahür edən şeylərin nizamı ən üstün hərəkətlərdən – sferaların hərəkətlərindən asılıdır. Deməli, təbiət aləmindəki mövcud bu nizam da mümkün ola bilən ən bitkin , ən üstün nizamdır.Əbülhəsən Bəhmənyar öz sələfləri kimi, mövcudatı mərtəbələrdən ibarət bilib göstərmişdir ki, dünyanın zamanca başlanğıcı yoxdur, o, əzəli və əbədidir.Bəhmənyarın varlıq təlimində mümkün varlıq öz növbəsində substansiya (əl–cauhər) və aksidensiya (əl–arad) olmaqla iki qismə bölünür. "Təhsil" kitabında deyilir: "Əgər mümkün şeylər mövcuddursa onların varlığı ya bir substratda, ya da qeyri–substratda olur. Substratda mövcud olan aksidensiya adını daşıyır, substratda mövcud olmayan isə substansiyadır."Farabi və İbn Sina kimi Bəhmənyar da substansiya və aksidensiyanın şərhinə geniş yer vermişdir. "Təhsil" kitabında bu mövzuya xüsusi fəsil həsr edilərək israrla deyilir: "Substansiya odur ki, heç bir substratda mövcud deyildir." "İzahat" kitabında da bu fikir üzərində əsaslı dayanılır: "Substansiya substratda yox, konkret şeylərdə mövcuddur", "substansiyanın real gerçəkliyi mahiyyətdir, mahiyyəti olmayan heç şey substansiya deyildir." Materiya və forma Aristotel təlimindən çıxış edilərək, "Təhsil" kitabında ayrı–ayrı fərdi şeylər ilk substansiya adlandırılır və bu, sair substansiyalardan üstün, qabaq sayılır. Əbülhəsən Bəhmənyarın fikrincə növ ikinci, cins isə üçüncü substansiyadır. Zeyd və Əmr ilk substansiyaya, insan və heyvan uyğun olaraq ikinci və üçüncü substansiyaya misal çəkilir. İkinci və üçüncü substansiyaların birinci substansiyadan fərqi budur ki, onlara işarə edilmir. "Təhsil" kitabında deyilir ki, Zeydə işarə etsən, insana işarə etmiş olarsan. Əgər insan təkcə Zeyd üçün predikat olsaydı, onda hər bir insan Zeyd olardı. Əksinə, ümumi anlayışlar işarə ediləni göstərmir.Öz sələfləri kimi Bəhmənyar da substansiyanı beş qismə bölür: materiya, forma, cisim, nəfs və əql. O, "Mövcudatın mərtəbələri" traktatında yazır ki, cism materiya və formadan ibarətdir. Forma öz varlığında materiyaya, materiya isə formaya möhtacdır."Təhsil" kitabında qapının quruluşu onun formasına, qapının təşəkkül tapdığı ağac isə onun materiyasına misal gətirilir. Bəhmənyar materiya ilə formanın vəhdətini, onların bir – birindən ayrılmazlığını belə ifadə etmişdir: "Əgər deyilərdisə: materiya yox olduqda forma qala bilərdimi? Deyərdik: yox!""İzahat" kitabında bildirilir ki, materiya ilə forma biri digəri üçün səbəbdir, bir – birini şərtləndirir: "Forma materiyanın qərarlaşmasında və aktual surətdə mövcud olmasında onun səbəbidir. Əgər onun mövcudluğu üçün səbəb olmazdısa, forma materiyadan ayrı düşərdisə, formanın fərdiləşməsi batil olardı. Ona görə batil olardı ki, onun varlığı həmin materiyada mövcud idi." Filosofun fikrincə materiyasız forma olmadığı kimi, formasız da materiya mümkün deyildir, çünki, materiyada bir forma aradan qalxdıqda, labüd surətdə, onu başqası əvəz edir. O yazır: "Forma bir formanın gəlişi olmadan materiyadan ayrı düşməz. Bu başqa forma materiyanın mövcudluğunda birinci formanın funksiyasını yerinə yetirir."Əbülhəsən Bəhmənyar öz müəllimi İbn Sinanın mövqeyindən çıxış edərək göstərir ki, "materiya əsla məhv olmur". Bu baxımdan materiyadan ayrılmaz forma da onunla vəhdətdə daimidir.Şərq peripatetiklərin, o cümlədən Bəhmənyarın əsərlərində materiya ilə forma donuq, ətalətli bir şey kimi görülmür, onlar arasında mütləq hədd olmadığı, onların bir – birinə keçə bilmələri qəbul edilir: müəyyən münasibətdə materiya adlanan şey başqa münasibətdə forma sayılır. Əbülhəsən Bəhmənyar göstərir ki, cisim, materiyadan və mövcud formadan təşəkkül tapır. Deməli, cismin mövcudluğu o ikisindən sonradır. Filosof cisimlərin çox olduğunu göstərir: səmavi cisimlər, ünsüri cisimlər, dörd ünsürdən (od, hava, su və torpaqdan) təşəkkül tapmış cisimlər: buludlar, meteoritlər, küləklər, minerallar, bitkilər, heyvanlar və sair. Peripatetik alimlərin fikrincə, bütün bunlarda bir nizam, bir tərtibat vardır. Onların kosmologiyasına görə, maddi varlıqların ən ali mərtəbəsində cəhətlərlə hüdudlanmış birinci cisim durur. Bəsit, sonlu sayılan bu cismin təbii şəkli sferik (kürəvi) təsəvvür edilir. Başqa göy sferaları, "Təhsil" kitabında deyildiyi kimi, biri digərinin içərisində yerləşən sferalar birinci cisimlə əhatə olunur. Bütün cisimlərin məcmusu vahid sferanı (kürəni) əmələ gətirir.Bəhmənyarın fikrincə, cisim hiss (duyğu) ilə qavranıldığı üçün onun isbatına ehtiyac yoxdur. Cismə üç ölçüyə – uzunluğa, enə və dərinliyə malik substansiya kimi tərif verilərək, onun mövcudluq üsulu göstərilir.Şərq peripatetiklərinin varlıq təliminə görə, hər bir cismin təbiəti, materiyası, forması və aksidensiyaları vardır. Bəhmənyar yazır ki, cismin təbiəti onun özünəməxsus dəyişmə və sükunətin təzahür etdiyi qüvvədir. Cismin forması o mahiyyətdir ki, cisim necə varsa, məhz onun sayəsində elədir. Cismin materiyası formanın daşıyıcısı mənasındadır. Aksidensiyalar odur ki, cismin materiyası forması ilə birlikdə təsəvür edildikdə və növ xüsusiyyəti tamamlandıqda ona daxilən xas olur, yaxud kənardan qoşulur."Təhsil" kitabında deyilir ki, şeyin təbiəti onun forması ilə eyni ola bilər, bəsit cisimlərdə (dörd ünsürdə) belədir. Suyun təbiəti elə mahiyyətlə eynidir ki, su necə varsa, məhz onun sayəsində o cürdür. Lakin həmin mahiyyət ondan meydana çıxan əsər – əlamətlərə nisbətdə təbiətdir, su növünü müəyyən etməsinə nisbətdə isə formadır.Bəhmənyarın fikrincə, cisimlər ya bəsitdir ki, onların vahid təbiəti vardır, ya da mürəkkəbdir ki, təbiətləri müxtəlif olan cisimlərdən ibarətdir. Mürəkkəbdə elə məziyyət olur ki, bəsit cisimlərdə o yoxdur, məsələn, kuporosdan və ağac fırından düzəldilmiş boyada olan keyfiyyət. Bəsit cisimlər ya elədir ki, onlardan tərkib vücuda gəldikdə, ondan bəsit cisimlərdə mövcud olmayan bir şey hasil olur, ya da elə bəsitdir ki, ondan heç şey təşəkkül tapa bilmir. "Təhsil" kitabında cismin varlıq üsuluna dair nəzər əhlinin üç doktrinası qeyd edilir: 1) "cisim bəsitdir, onda mürəkkəblik yoxdur.", 2) "cisim bölünməz hissəciklərdən ibarətdir", 3) "cisim forma və materiyadan təşəkkül tapmışdır." Bəhmənyar birinci müddəanı qənaətbəxş saymamış, ikinci müddəanın təkzibi üzərində xüsusilə geniş dayanmışdır. "Təhsil" kitabında "Cisim bölünməz hissəciklərdən düzəldilmişdir deyən kəsin sözünün batil edilməsi haqqında" adlı xüsusi fəsil vardır. Bəhmənyar cismin materiya və formadan ibarət olmasını, habelə onun sonsuz surətdə bölünə bilməsini söyləməklə cismin bölünməz hissəciklərdən (atomlardan) təşəkkül tapmasını qəbul edən mütəkəllimlərə qarşı çıxmışdır. O, bu yerdə də ardıcıl aristotelizm mövqeyində dururdu. Təbiətdə boşluğun olması ideyasını rədd edən aristotelçilər cisimlər aləmini üzvi əlaqədarlıqda vəhdətə götürürdülər. Şərq peripatetiklərinin ontologiyasında materiya, forma və cisim maddi substansiyalar sayılır. Materiya və formanın vəhdətini ifadə edən cisim mürəkkəb substansiya adlanır. Əbülhəsən Bəhmənyarın və digər aristotelçi filosofların fikrincə, nəfs və əql mücərrəd dərkedici substansiyalardır. Həmin substansiyalar arasında fərq bunda görülür ki, əql maddə ilə təmasda olmadığı halda, nəfs cisimlərdə qərar tuta bilir.Bəhmənyar "Təhsil" kitabında yazır ki, ünsürlərdən və onların qarışığından əmələ gəlmiş cisimlər (canlı varlıqlar) durur, radə ilə hərəkətdə olur. Qidalanır, böyüyür və maddələr mübadiləsi edir. Bu, onların cisimliklərinin hesabına deyildir. Deməli, onların maiyyətlərində öz cismlərindən başqa bir şey olmamalıdır. Biz həmin şeyi nəfs adlandırırıq. Filosof nəfsin üç – nəbati, heyvani və insani növlərini fərqləndirir. Nəfsin nəbati qüvvəs qidalanma, inkişaf edib böyümə və törəyib çoxalma vəzifələrini yerinə yetirir. Heyvani nəfs qüvvələri təhrikedici (şəhvət, qəzəb) və qavrayıcı (xarici və daxili hisslər) olmaqla iki yerə bölünür. "Təhsil" kitabında deyilir ki, bütün heyvani qüvvələrin fəaliyyəti yalnız bədənlə olur. Qüvvələrin mövcudluğu onların fəaliyyət göstərmələri sarıdandır. Heyvani qüvvələr, deməli, bədənə məxsus fəaliyyət göstərmələri sarıdan mövcuddur. Belə ki, onlar bədənin yox olması ilə yoxa çıxır.İnsani nəfs qüvvəsinə gəldikdə, o, əqldən və yaxud düşünən qüvvədən ibarətdir. Özlərinə məxsusu nəfsi qüvvələrlə bərabər heyvan nəbati, insan isə heyvani və nəbati qüvvələrə də malikdir. Lakin Bəhmənyarın fikrincə, birkidə, heyvanda və insanda müştərək olan nəfsi qüvvələr eyniləşdirilə bilməz, onların arasında əsaslı keyfiyyət fərqləri vardır. XI əsr Azərbaycan filosofu bu münasibətlə yazır: "Biz insanda və sair heyvanlarda bir həfs qüvvəsi var dedikdə onlarda, məsələn, xurmada olan nəfs qüvvəsinin mövcudluğunu nəzərdə tutmuruq, əksinə, nəbati nəfs fərqləndirici əlamətlərə görə müxtəlif olan cinsi bir mənadır. Belə ki, insandakı nəbati nəfs insanı elə sərf edir ki, o, materiyanı (bədəni) insani dərkedici qüvvələr üçün alət olmağa gətirib çıxarır." Nəbati, heyvani və insani nəfs qüvvələri arasında keyfiyyət müxtəlifliyi orqanizmlərin tərkib və təşəkkül cəhətdən müxtəlifliyindən irəli gəlir. Filosofa görə, insandakı ət insan nəfsinin fəaliyyəti üçün münasibdir, at nəfsinin fəaliyyəti üçün münasib deyildir. Təbiətşünas Şərq filosofları orta əsrlərdə bitki, heyvan və insanı, ümumiyyətlə, üzvi aləmi, habelə bütün maddi varlıqları bir–birindən təcrid edilmiş şəkildə deyil, qarşılıqlı əlaqədə, vəhdətdə götürüb tədqiq edirdilər.Əbunəsr Farabi, Əbuəli İbn Sina kimi Bəhmənyar də Aristotel təliminə uyğun olaraq nəfsin bədəndə vücuda gəldiyini, onun sayəsində fəaliyyət göstərdiyini qəbul etmişdir. Azərbaycan filosofunun fikrincə, cisim olmadan nəfs vücuda gələ bilməz. O, ruh adlanan incə bir cisimdə təzahür edir. Peripatetik təsəvvürə görə, ünsürlərin qarışığından və onların buxar hallarının incəliyindən törəyən bu cisim ürəkdə meydana çıxır, hiss və hərəkət qüvvələrinin daşıyıcısı olan beyində kamilləşir. Nəfs mücərrəd substansiya sayıldığından bədəndə həkk olmur. Cisim öldükdən sonra nəfsin yaşamaqda davam etməsinə inanan şərq peripatetikləri eyni zamanda onun cəsəddən cəsədə keçməsini iddia edən tənasüx təliminə qarşı idilər. Bəhmənyar "Təhsil" kitabında bu təlimin təkzibi üzərində xüsusi dayanmışdır. Aksidensiyalar Aksidensiyalar barədə Aristotelin kateqoriyalar haqqındakı təliminə uyğun olaraq öz – özlüyündə müstəqil surətdə deyil, müəyyən bir substrata bağlı müvəqqəti, keçici və qeyri – mühüm xassələrdən söhbət gedir. Əbülhəsən Bəhmənyar "Təhsil" kitabında "aksidensiya bir şeydə onun bir hissəsi kimi olmadan mövcuddur və həmin şeydən ayrı mümkün deyildir" müddəasının geniş şərhini vermişdir.Aksidensiyalar iki qismə bölünür: onlardan bəzisini təsəvvür etmək üçün öz substratı kifayətdir, məsələn, kəmiyyət və keyfiyyət. Bəzi aksidensiyaları təsəvvür etmək üçün isə kənar şeylərə ehtiyac duyulur, məsələn, digər kateqoriyalar.Bu bəhs "İzahat" kitabında da həmin məzmunda nəzərdən keçirilir. Birinci cisim aksidensiya özü də iki növdür: birinin səbəbi substansiyada vaqedir, məsələn, miqdar, bölgü, bir şeyin ən azı və ən çoxu. Bu kəmiyyətdir. Həmin aksidensiyanın ikinci növü mahiyyətdən xaric təsəvvür edilməyən substansiyada bir haldır. Bu keyfiyyətdir. Kəmiyyətə misal say, uzunluq, en, dərinlik. Keyfiyyətə misal: sağlamlıq, xəstəlik, ismət, düşüncə, bilik, güclülük, zəiflik. "Təhsil" ktabında bu kateqoriyalardan hər birinin şərhi üzərində geniş dayanılır. Burada kəmiyyətin fasiləsiz və fasiləli növləri fərqləndirilir. Fasiləsiz kəmiyyət odur ki, onun üzərində biri digəri ilə təmasda olan müəyyən həddin mövcudluğunu fərz etmək mümkündür. Belə kəmiyyətin dörd növü vardır: xətt, səth, cisim və zaman.Əbülhəsən Bəhmənyar İbn Sina və Aristotel mövqeyindən çıxış edib, bu kateqoriyalarla əlaqədar olaraq hərəkət barədə ətraflı söhbət açmış, hərəkəti potensiallıqdan aktuallığa tədrici keçmə kimi səciyyələndirmişdir. Filosof göstərir ki, hərəkəti zamana görə müəyyənləşdirmək mümkün deyildir, zira zaman özü hərəkətin sayəsində müəyyən edilir. Mövcud hərəkət hərəkətin çıxdığı başlanğıc ilə hərəkətin yönəldiyi son arasında baş verir. Belə ki, ortada hansı hədd fərz edilirsə, hərəkət edən cisim nə ondan qabaq, nə də ondan sonra həmin hədd daxilində mövcud olur. Birinci müəllim və onun Şərq davamçıları hərəkət növlərini kateqoriyalara nisbətdə müəyyən etmişlər. Stagiritə görə, "mahiyyət kateqoriyası üçün hərəkət yoxdur, belə ki, mövcud heç şey ona zidd deyildir…" Əbülhəsən Bəhmənyar da bu məsələni geniş işıqlandırmışdır: "Bil ki, substansiya artmanı və azalmanı qəbul etmir. Hər bir hərəkət isə azalmanı və artmanı qəbul edən şeyə görədir. Deməli, heç bir hərəkət substansiyaya görə deyildir. Substansiyanın vücuda gəlməsi və yoxa çıxması hərəkət yox, əksinə bir dəfə olan şeydir. Bir dəfə olanın sırf potensiallığı ilə sırf aktuallığı arasında orta mövqe tutmuş tamamlanma yoxdur." Aristotel keyfiyyət, kəmiyyət və məkana nisbətdə üç hərəkət tipinin mövcudluğunu müəyyənləşdirmişdir. Peripatetik filosoflar buna vəziyyətə görə hərəkəti də əlavə etmişlər. Şeyin artması və azalması kəmiyyətə aid hərəkət növünə, qaralıqdan ağlığa və əksinə çevrilməsi, soyuqluqdan istiliyə və əksinə çevrilməsi keyfiyyətə aid hərəkət növünə misal çəkilir. Keyfiyyətə görə hərəkətə insan nəfsində baş verən hadisələr də daxil edilir. Məkandak hərəkət cismin başqa cisimlərə nisbətən yerdəyişməsidir. Vəziyyətə aid hərəkət öz üzərində fırlanan cismin hərəkətidir.Peripatetiklərin təlimində hərəkətin düzxətli və dairəvi növləri üzərində xüsusi dayanılır. Düzxətli hərəkət ünsürlərdən təşəkkül tapmış mürəkkəb cisimlərə nisbət verilir. "Təhsil" kitabında deyilir: "Tərkibi qəbul edən cisimlər şübhəsiz, məcburi düzxətli hərəkəti qəbul edir, yoxsa tərkibi qəbul etməzdi. Bu cür hərəkətin olduğu yerdə hərəkətin baş verdiyi cəhətlərin mövcudluğu labüddür, zira hərəkətin gerçəkliyi bir şeydən ayrılmaq və bir şeyə doğru irəliləməkdir. Cəhət mövcud olmazsa. Ayrılma və irəliləmə də mövcud olmaz." Əbülhəsən Bəhmənyarın fikrincə, ünsüri cisimlər təbii halda hərəkətsizdir. Başqa sözlə, cisim, öz təbii məkanında hərəkətə malik deyildir. Hərəkətə gəlmək üçün onun təbiətinə bir hal əlavə olunmalıdır. Bu, meyl adlanır. "Təhsil" kitabında göstərilir ki, hərəkət etmə haqqında meylin təbiətə nisbəti yandırma zamanı hərarətin odun təbiətinə nisbəti kimidir.Bəhmənyara görə, göy cisimlərinə məxsus dairəvi hərəkət təbiətən hərəkətlərin ilkinidir, fasiləsizdir, əbədidir. Peripatetik filosoflar hərəkəti materiyadan ayrı təsəvvür etmir. Hər bir hərəkətin yalnız cisimlərdə mövcud olduğunu söyləyirlər. "Təhsl" kitabında deyilir: "Hərəkət potensial və aktual surətdə olandan təşəkkül tapmış bir şeydə mövcud olmalıdır ki, bu da cisimdir."Filosof daha sonra yazır: "Hərəkət edən cisim hərəkətin mövcudluğu ilə birlikdə labüddür. Materiya ilə əlaqəsi olmayan mücərrəd substansiyanın hərəkət etməsini qeyri – mümkün saydıq. Hərəkət edən başqa cür yox, ya cisim, ya da cismani olmalıdır."Şərq peripatetiklərinin varlıq təlimində hərəkət sükunət ilə qarşılıqlı surətdə nəzərdən keçirilir. "Təhsil" kitabında deyilir: "Hərəkət fasiləsizlik üzrə hədlərə gəlib çatmadır. Sükunət odur ki, gəlib çatma kəsilir. Həmin hədlər gəlib çatmaya görə fərz olunur. Bu üsulla "kəsilmə" ("fasilə") mənasında hərəkətin mövcudluğu izlənilir… "Kəsilmə" mənasında hərəkətin mövcudluğu yalnız nəfsdədir."Əbülhəsən Bəhmənyar "Mövcudatın mərtəbələri" traktatında təbii hərəkətin öz təbii halına qayıtmasını sükunət adlandırmışdır. Sükunət hərəkətə nisbətdə mövcuddur: "Hərəkətdə olmayan şey, sükunət halında ola bilməz". Sükunət nisbidir: "Əgər cisim sükunətdədirsə, şübhəsiz, hərəkətə gəlməlidir, yoxsa onda sükunət olmazdı."Sükunət anlayışı "Təhsil" kitabında daha geniş şərh olunur: "Sükunət zamanla ölçülür, yəni onun qədərini aksidental surətdə zaman müəyyənləşdirir. Çünki, bir şey, başqa bir şeylə birlikdə hərəkət etdikdən sonra, o ikisindən biri bir müddət sükunət halında olub, bundan sonra öz hərəkətini dayandırmadan davam etdirən şeylə birlikdə yenidən hərəkətə başlayırsa, ona müvafiq hərəkət edən şeyin hərəkət müddətinə onun sükunət halının bir nisbəti olduğu fərz edilir. Həmin hərəkət zamanla müəyyənləşir, onun aksidental surətdə aradan qalxması da zamanla müəyyənləşir." Bəhmənyarın fikrincə, materiyasız zaman yoxdur. Zamanın "mövcudluğu materiyadan asılıdır, o, materiyada mövcuddur. Onun materiyada mövcudluğu hərəkət vasitəsi ilədir." İdrak nəzəriyyəsi Şərqin başqa peripatetik filosofları kimi Əbülhəsən Bəhmənyar da idrak prosesinin hissi və əqli olmaqla iki mərhələdən keçdiyini göstərmişdir. Orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəaliyyət göstərən digər fikir cərəyanlarının nümayəndələrinə nisbətən peripatetik filosoflar təbiətşünaslıq məsələləri ilə daha çox məşğul idilər. Onlar təbiətin sirlərinə daha dərindən bələd olmaq üçün ilk növbədə bilavasitə konkret maddi şeyləri və hadisələri qavramağa çalışırdılar. Bu səbəbdən Şərq peripatetizminin qneseologiyasında idrakın hissi mərhələsi çox böyük əhəmiyyət daşıyırdı. Bəhmənyar İbn Sina təlimindən çıxış edərək göstərir ki, insan fitrətən məlumat toplamağa, elm öyrənməyə qabildir. Filosofun fikrincə, şeylər təbii surətdə duyğular vasitəsiylə, sonra onların nüsxəsi olan təxəyyül vasitəsiylə dərk edilir. Azərbaycan filosofu bu münasibətlə yazır: "İnsanda duyğu ilə dərk etmə, vəhmlə dərk etmə və əql ilə dərk etmə vardır." Ərəbdilli peripatetiklərin, o cümlədən Bəhmənyarın fəlsəfəsində idrakın hissi mərhələsi öz növbəsində iki qismə bölünür. Birinci qismdə duyğulardan, onların təbirincə xarici hisslərdən, ikinci qismdə isə daxili hisslərdən bəhs edilir. "Təhsil" kitabında deyilir: "Xarici hisslər beşdir: toxunma, dadbilmə, iybilmə, eşitmə və görmə."Bəhmənyarın fikrincə "duyğu fərdi ayrıcaları qavrayır." Duyğulardan birincisi toxunmadır, canlı varlıq onun sayəsində canlanır."Təhsil" kitabında göstərilir ki, idrakın hissi formaları konkret şeylərin dərk olunmasına yarayır, duyğu, xəyal və yaddaş ayrıca şeyləri mənimsəyir. Duyğu, çoxlular üçün deyilən "insanı" dərk etmir. Xəyal da elədir. Xəyala, yaxud, insani duyğuya hər hansı surəti gətirsən, sair fərdi surətlərin onda müştərəkliyi sənin üçün mümkün olmaz.Əbülhəsən Bəhmənyar xarici və daxili hissi qüvvələri bir–birindən təcrid edilmiş şəkildə deyil, vəhdətdə, biri digərini tamamlayan idrak mərhələsi kimi götürürdü. O, "Təhsil" kitabında yazırdı: "Duyğu təkrarlandıqda yaddaş olur, yaddaş təkrarlandıqda təcrübəyə çevrilir." Bəhmənyar hissi idrak formalarının sadədədən mürəkkəbə doğru inkişafını izləmişdir: yaddaş qüvvəsi vəhmə xidmət edir. Bədəndə vəhmdən öncə olan qüvvələrin hamısı yadda saxlayan qüvvəyə və təxəyyül qüvvəsinə, beş duyğu isə müştərk hissə xidmət edir.Şərq peripatetiklərinin idrak təlimində istər xarici, istərsə də daxili hissi qüvvələrin fəaliyyətinin bilavasitə orqanizmin fəaliyyəti ilə bağlı, hissi idrak qabiliyyətinin bədənin müvafiq üzvlərindən asılı olduğu göstərilir. "İzahat" kitabında deyilir: "Nəfs hissi və xəyala gətirilən şeyləri üzv vasitəsylə dərk edir". Bəhmənyarın fikrincə, hissi idrak müəyyən bir üzvə görə və onun təsirlənməsi sayəsində mümkün olur. O, bu baxımdan "Mövcudatın mərtəbələri" traktatında yazır: "Hər bir dərkedilən şey, dərkedəndə təzahür edir."Şərq peripatetiklərinin idrak nəzəriyyəsində nəfsin xarici və daxili hissi qüvvələri içərisində təxəyyül qüvvəsi ilə təfəkkür qüvvəsi xüsusi əhəmiyyət daşıyır. İbn Sina və Bəhmənyar qeyd edirlər ki, təxəyyül qüvvəsi heyvani nəfsə, təfəkkür qüvvəsi isə insani nəfsə nisbətdədir.Təfəkkür qüvvəsi əqli idrakın mümkün olmasını təmin edir. Beləliklə, ərəbdilli peripatetiklərin, o cümlədən Bəhmənyarın təliminə görə heyvani nəfs qüvvələri təxəyyül qüvvəsində sona vardığı halda, insani nəfs qüvvələri üstəlik təfəkkür qüvvəsinə, daha doğrusu, əqli idraka da malikdir.Şərq peripatetiklərinin fəlsəfəsində əqli idrak məsələləri geniş işıqlandırılmışdır. Aristotelçi filosofların əqidəsinə görə, hisslər, duyğular, qavrayışlar vasitəsiylə şeylərin zahiri cəhətləri barədə məlumat əldə edilə bilir, şeylərin mahiyyətinin idrakına gəldikdə, o, yalnız əqlin sayəsində mümkündür. Əbülhəsən Bəhmənyar yazır: "Şeylərin mahiyyətlərinin dərk olunması hisslərin işi deyil. Belə ki, onlar dəyişə bilən zahiri cəhətləri qavrayır, əql isə şeylərdə sabit olan mahiyyətlər və həqiqətləri dərk edir". Əbülhəsən Bəhmənyar əqli idrakı hissi idrakın bilavasitə davamı, sonrakı mərhələsi kimi şərh etmişdir. Filosofun təlimində drak prosesinin hər bir mərhələsi özündən sonrakı mərhələ üçün şərt olub, onu hazırlayır.Hissi idrak formaları tərəfindən spesifik tərzdə əldə edilən məlumat əqlin sərəncamına verildikdən sonra yeni bir keyfiyyət qazanır. "Duyğu qatışıq şeyləri xəyala ərz edir, xəyal onları əqlə ərz edir. Sonra əql həmin şeylərdə ayrı–seçkilik və abstraksiya edib, mənalardan hər birini bir fərd olaraq götürərək, ən xüsusini, ən ümumini, substansionalı və aksidentalı müəyyənləşdirir. Bu zaman əqldə birinci mənalar, yəni təsəvvür üçün ilkin şeylər rəsm olunur. Bundan sonra əql onlardan təriflər düzəldir."Əbülhəsən Bəhmənyar İbn Sina mövqeyindən çıxış edərək, idrakın əqli mərhələsini onun hissi mərhələsindən nəinki mütəq surətdə ayırmır, əksinə əqli məlumatların hissi məlumatlar əsasında meydana çıxdığnı söyləyir.Əqli məlumatlar hissi məlumatların sayəsində əldə edilməklə bərabər, məzmunca onlara uyğundur. "Hər bir ayrıca şəxsin əqllə dərk etdiyi onun hiss ilə dərk etdiyinə mütabiqdir." Lakin əqli idrak inikas üsuluna və xarakterinə görə hissi idrakdan fərqlənir. Belə ki, əql müəyyən şey haqqındakı mövcud hissi – konkret biliyi abstraksiya yolu ilə ümumiləşdirir, nəticədə, əqllə dərk edilən şey ümumi olur: "Fərddən əqllə dərk edilən şey ilə ondan hiss ilə dərk edilən şey varlıqda hiss ilə dərk edilən şeyə mütabiq olsa da onun əqldə özünü ümumi təsəvvür edilməsi üçün ümumi olması qeyri–mümkün deyildir." Buna görə də "Təhsil" kitabında deyildiyi kimi əqli düşüncə universaliləri mücərrəd surətdə əldə edir. Nəticədə o, eyniylə Zeydi deyil, ümumi insanı dərk edir.İdrak fəaliyyətində hissi mərhələ ilə əqli mərhələnin bağlılığını izləyən Bəhmənyar "Təhsil" kitabında yazırdı: "Şeylər duyulur. Bu duyğu əsasında duyulanın olması ilədir. Duyulan sonrakı xəyala gətirilir. Bu, bəzən şeyin qeyb olması ilə birlikdə baş verir. Şey haqqındakı təsəvvür şeyin özündən heç də fərqli deyildir. Bundan sonra əqli idrak cari olur. Əqllə dərk olunan eynən duyulana uyğun gəlmir, əksinə, o, duyulan qəbilindən olan hər bir fərdə mütabiqdir. Məsələn, əqllə dərk olunan insan həm Zeydə, həm Əmrə, həm də Xalidə mütabiqdir. "Zeyd" təsəvvürü isə Əmrə mütabiq deyildir, duyğu ilə mənimsənilən də elədir."Filosof idrakda ayrıca və ümumi anlayışlarının münasibətini təyin edərək yazır: "Bundan sonra bil ki, ayrıcanı qavrayan kəs, bir cəhətdən ümumini də qavrayır. Belə ki, sokratı qavrayan kəs, deməli insanı qavramışdır. Duyğu nəfsə Sokratı "insan" təqdim edir. Lakin o, insanın aksidensiyaları ilə qatışmış məlum "insan"dır. Sonra əql onu mücərrədləşdirir və aksidensiyaları, yəni əlaqəsi olmayan aksidensiyaları ondan kənar edir. Nəticədə onun üçün Sikrat ilə Platonun fərqlənmədiyi mücərrəd insan qalır."Əqlin fəaliyyətini idrak qabiliyyəti baxımından qiymətləndirən Şərq peripatetikləri, o cümlədən Bəhmənyar, onun əhəmiyyətini elmi və əməli bilik qazanılması üçün vasitə olmasında görürdülər. Əbülhəsən Bəhmənyarın idrak nəzəriyyəsi öz məzmunu etibariylə təkcə orta əsr peripatetizmində deyil, ümumiyyətlə Şərq fəlsəfəsi fikrində mühüm əhəmiyyətə malikdir. Azərbaycan filosofu obyektiv gerçəkliyin dərk olunmasında idrakın həm hissi, həm də əqli mərhələlərini şərh etməklə, onlar arasında üzvi bağlılığı elmi əsaslarla aydınlaşdırmışdır. Məntiq təlimi Əbülhəsən Bəhmənyar məntiqin mövzusu və vəzifələri barədə yazır: "Məntiq nəzəri sənətdir ki, həqiqi tərif adlanan düzgün tərifin və sübut adlanan sillogizmin hansı formalardan və materiyalardan, qüvvətli olub, yəqinliyinə bənzər təsdiq bildirdikdə topik, zərif olub daha çox güman bildirdikdə ritorik adlanan inandrıcı sillogizmin hansı formalardan və materiyalardan olduğunu müəyyən edir. O, müəyyən edir ki, düzgün olmayan tərif hansı formadan və materiyadan, yanılmaya aparıb çıxaran və sofistik adlanan düzgün olmayan sillogizm hansı formadan və materiyadan, əsla təsdiq bildirməyən, lakin bir şeyə qarşı nəfsin ya rəğbətini oyatmaq, yaxud, nifrətini, ikrahını qazandırmaq, ya da, onu açmaq, yaxud sıxmaq məqsədi ilə xəyala gətirilən sillogizm – poetik sillogizm hansı formadan və materiyadan düzəlir." Filosofun fikrincə, məchul olan, sonra isə düşünməklə məluma çevrilən axtarılanlar tərifin və sillogizmin sayəsində tapılır. O, ikisindən hər biri ya həqiqidir, ya da həqiqətdən kənardır (ancaq özünə görə faydası vardır), ya batildir, ya da həqiqətə bənzərdir. İnsanın fitri qabiliyyəti bu təsnifatda çox vaxt kifayət qədər fərq qoya bilmir. Əgər belə olmasaydı nə alimlər arasında fikir ayrılığı, nə də birisinin baxışında ziddiyyət özünü göstərərdi. Sillogizm və tərif Sillogizm və tərifdən hər biri müəyyən tərtib üzrə anlaşılan mənalardan əmələ gəlir və düzəlir. Deməli, o ikisinin düzəldiyi bir materiya və düzəlmə üçün bir forma olur. Hər hansı materiya ev, yaxud kürsü üçün yaramadığı, hər hansı formaya görə ev materiyasından bir ev, kürsü materiyasından bir kürsü başa gəlmədiyi, əksinə, hər bir şeyin özünəməxsus eynilə bir forması olduğu kimi, düşünməklə bilinən hər bir məlumatın da özünəməxsus bir materiyası və özünəməxsus eynilə bir forması vardır, o bu ikisinin sayəsində həqiqət olur. Evi tikdikdə forma düzgün olsa da, bəzən materiya cəhətdən, materiya düzgün olsa da bəzən forma cəhətdən, bəzən də birlikdə hər ikisi cəhətdən fəsad baş verdiyi kimi, tərifdə və sillogizmdə baş verən fəsad bəzən forma cəhətdən, bəzən materiya cəhətdən, bəzən də birlikdə hər ikisi cəhətdən baş verir."İnsan yalnız duyğudan gələn, yaxud duyğunun təsdiqlədiyi şeyə inanır" deyən Əbülhəsən Bəhmənyarın təlimində hissi qavrayışın verdiyi bilik məlumdur, nəzəri elmlərin hələ dərk edilməmiş müddəaları isə məchuldur. Öz sələfləri kimi, Azərbaycani də məntiqin faydasını, məlumdan məchula keçmək yollarını göstərməklə insanı təfəkkür xətalarından qorumaqda görürdü.Əbülhəsən Bəhmənyar nəzəri söhbətlərin sözlərdən, əqli düşüncələrin əqli nitqlərdən düzəldiyini nəzərə alaraq ilk şərhi, sözdən və onun anlayışa münasibətindən başlayır. Filosofun fikrincə, sözlər nəfsdəki əsərin (inikasın) yalnız uyğunluq və şərtilik yolu ilə ifadəsidir, çünki adlarda hər hansı şeyə məxsus heç nə yoxdur. Bəhmənyar tərəfindən söz fikrin ifadəsi, yazı isə, sözün işarəsi kimi səciyyələndirilir. O, qeyd edir ki, nəfsdəki hər bir əsər üçün məxsusi bir yazı işarəsi mümkün idi. Lakin bu, uzun işdir. Ona görə də sözlərlə qənaətlənmək tədbiri görülmüş və uzunçuluqdan qaçmaqla yazılar tərtib edilmişdir. Bəhmənyar bildirir ki, yazı və sözlər nəfsdəki şeyə məxsus təbiilik deyil, əksinə şərtilik yolu ilədir. Nəfsdəki əsər isə xarici aləmdə mövcud olan şeylərin təbii ifadəsidir (hekayətidir). Deməli yazı, sözün hərflərini ifadə edən formalara görə müxtəlif şərti göstərmədir (işarədir). Sözlər isə nəfsin təsəvvürlərini ifadə edən formalara görə müxtəlif şərti göstərmədir. Nəfsin təsəvvürləri əyani şeyləri qeyri–iradi göstərmədir. Bunun üçün əyani şeylər göstərilir, lakin göstərmir, yazı isə göstərir, lakin göstərilmir. Nəfsin təsəvvürlərindən və sözlərdən hər biri həm göstərən, həm də göstəriləndir.Şərq peripatetiklərinin o cümlədən Əbülhəsən Bəmənyarın tərif haqqındakı təlimində, həm sözün xüsusi mənasında tərifdən, onun tam və natamam növlərindən, həm də onu əvəz edən üsulardan, bənzətmən və nominal təriflərdən söhbət gedir.Əbülhəsən Bəhmənyar düzgün tərif almaq üçün riayət edilməsi zəruri olan qaydaları göstərmişdir: "Tərif mütənasib olmalıdır, yəni tərif verilənlə tərif verən eyni həcmdə götürülməlidir. Məsələn, "Şər insanların zülmüdür" tərifində "şər" anlayışı "insanların zülmü" anlayışına nisbətdə cinsdir, daha geniş həcmə malik olduğu üçün mütənasib deyildir. Tərif dövr etməməlidir. Məsələn, "ədəd vahidlərdən yığılmış çoxluqdur" tərifində, "ədəd" ilə "çoxluq" idrak üçün eyni bir şeydir. Bir şeyə öz ziddinə görə tərif vermək də bu qəbildəndir. Məsələn, "cüt tək üzərinə bir gəlinən saydır", yaxud, "tək cütdən bir çıxılan saydır". Tərif inkarı olmamalıdır, çünki, varlıq öz–özlüyündə məlumdur, yoxluq isə varlığa görə tanınır. Tərif verən, tərif veriləndən aydın olmalıdır. Məsələn, "Od nəfsə bənzəyən cisimdir" dedikdə, nəfs anlayışı "od" anlayışından daha artıq dərəcədə qeyri – müəyyəndir. "Günəş gündüz çıxan ulduzdur" tərifində isə "gündüz" anlayışı yalnız Günəşə görə bəlli olduğu üçün onun məzmununu aça bilməz." Əbülhəsən Bəhmənyar, hökm və onun müxtəlif növlərini əsaslı surətdə araşdırmışdır. Burada hökm, Aristotelin məntiq təliminə uyğun olaraq, bir şey haqqında nəyisə iqrar, yaxud inkar edən fikir kimi səciyyələndirilir. Hökmlərin qəti və şərti formalarını nəzərdən keçirən Bəhmənyar öz şərhinə qəti hökmdən başlayır. O, göstərir ki, qəti hökm üç şey ilə – subyekt mənası, predikat mənası və o ikisi arasındakı münasibət ilə tamamlanır.Azərbaycani hökmləri məzmun etibarilə nəzərdən keçirərkən onların müqəddəm müddəalar, bənzər müddəalar və təxəyyülə əsaslanan müddəalar kimi növlərini araşdırmışdır. Müqəddəm müddəalar ya inamlardır, ya da əxz edilmiş müddəalardır. İnamlar üç cür olur, yəni qəbulu vacib, məlum və vəhmə əsaslanan müddəalardan təşəkkül tapır.Qəbulu vacib müddəalar ilkin məlumatlar olub, müşahidədən və təcrübədən əldə dilir. İntuisiyaya və camaatın verdiyi xəbərlərə əsaslanan biliklər də bu qəbildəndir. İlkin məlumatlar aydın əqlin xarici səbəblərdən heç birinə görə deyil, özünə görə, özünün fitri təbiətinə görə vacib bildiyi hökmlərdir.Müşahidədən əldə edilmiş məlumatlar hissi məlumatlardır. Onlar duyğudan aldığımız şeylərə nisbətdə istifadə etdiymiz hökmlərdir. Günəşin varlığına, onun işıqsaçan olmasına görə müddəa, odun yandırıcı olması müddəası bu qəbildəndir. Qeyri – hissi nəfsi qüvvələrin müşahidəsinə görə olan hökmlər də belədir, məsələn, özümüzdə bir fikir, habelə bir qorxu, bir qəzəb olduğunu bilirik, özümüzü və öz əməllərimizi dərk edirik.Təcrübə vasitəsiylə qazanılmış məlumatlar təkrar olunan müşahidələrimizin doğurduğu hökmlər və müddəalardır. Bunun nəticəsində heç bir şübhə doğurmadan güclü rəy möhkəmlənir. Təcrübə hökmləri əksəriyyət etibarilə, yaxud qəti surətdə vacib edə bilər. O, müşahidələrlə çulğalaşmış gizli sillogistik bir qüvvədən xali deyildir.İntuisiyaya əsaslanan biliklər həmçinin təcrübə vasitəsiylə qazanılmış məlumatlara oxşardır. Öz sələfləri kimi Əbülhəsən Bəhmənyar da hökmə, ancaq istidlalın bir növü kimi baxmışdır.Bəhmənyar istidlalı "müəyyən məqsədə aparıb çıxaran istiqamət" adlandırır. O qeyd edir ki, hər bir sənət müəyyən materiya və forma ilə bağlıdır. Materiya və formanın müxtəlifliyi ilə sənət məhsulu müxtəlif olduğu kimi, istidlal da təşəkkül tapdığı şeyin müxtəlifliyinə görə, yada düzgün və ya yanlış qurulmasının müxtəlifliyinə görə müxtəlif olur. Bəhmənyarın fikrincə istidlalda məqsəd kəsb etmə yolu ilə müəyyən bir biliyin, yaxud zənnin qazanılmasıdır. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, məntiqin əsasını istidlallar haqqında təlim təşkil edir. Bəhmənyar istidlalı "müəyyən məqsədə aparıb çıxaran sənət" adlandırmışdır.Azərbaycan filosofu yazır ki, məchul barəsindəki bilik hər hansı mövcud bilikdən deyil, əksinə, məchula xüsusi nisbəti olan bir biliyin, eləcə də məxsusi bir quruluşun köməyi ilə əldə edilir. Bir sözlə, düşüncə vasitəsiylə, hələ kəsb edilməmiş ilkin təsdiqi şeylərin olması labüddür, zira, sonrakı anlayış və hökmlər onların sayəsində qazanılır.İstidlal bir və ya bir neçə hökmün qarşılaşdırılmasından alınır. Hər hansı bir hökmdən başqa bir hökmün çıxarıldığı bilavasitə istidlal Şərq peripatetiklərinin məntiq təlimində adətən hökm bəhsində nəzərdən keçirilir.Şərq peripatetiklərinin məntiq təlimində induksiya və anologiya da müəyyən yer tutur. İnduksiyanı istidlalın xüsusi forması kimi nəzərdən keçirən Bəhmənyar yazır: "İnduksiya çoxlu ayrıcalarda mövcud olan hallara görə ümumi haqqında irəli sürülən müddəadır."Analogiyaya gəldikdə – "Təhsil" kitabında qeyd edilir kimi, "o, müşahidə edilən şeyin timsalında mövcud olana görə qaib şey haqqında irəli sürülən müddəadır." Məsələn cismi ev timsalında götürüb, evin sonradan yaradıldığı cəhətə nəzərən cismin də sonradan yaradıldığını deyirlər. Bəhmənyar və İbn Sina bu istidlal formasını etibarsız saymışdır. "Təhsil" kitabında qeyd edildiyi kimi, burada müqəddimlər üçüncü fiqur üzrə qurula bildiyi halda xüsusi hökm əvəzinə, ümumi hökm nəticə çıxarılır.Ərəbdilli filosoflar müqəddimədə faktik məzmunun yəqinliyi baxımından istidlalın beş növünü fərqləndirmişlər: 1) sübut (əl–bürhan), 2) dialektika (əl–cədəl), 3) ritorika (əl– xitabə), 4) poetika (əş–şir) və 5) sofistika (əl–müğalətə). Bunların içərsində sübut mühüm yer tutur. Bəhmənyar yazır ki, sübut yəqin nəticə çıxarmaq üçün yəqin müqəddimlərdən düzəlmiş istidlaldır. Yəqin müqəddimələr ilkin məlumatlardan, ya təcrübə vasitəsiylə qazanılmış məlumatlardan, ya da camaatın verdiyi məlumatlardan ibarət olur.Fəlsəfi biliyin faydasına əxlaqi keyfiyyət baxımından yanaşan Bəhmənyarın fikrincə, qazanılmış hər bir bilik insanın mənəviyyatını zəngnləşdirməyə, onda gözəl məziyyətlər aşılamağa xidmət edir, əks halda həmin bilik faydasızdır. Mütəfəkkirin nəzərində var – dövlətə həris bir kəsin ikmət elmi olsa da hikmət zövqü yoxdur. Belə ki, kamil insanda əql həzz hissi həzzdən güclüdür, daha doğrusu, "həqiqi həzz əqli həzzdir". Zira, "əqli həzzlər dərdin tərtib etmədiyi şəfadır, xəstəliyin yaxın düşmədiyi sağlamlıqdır".Əqli ən böyük vardat hesab edən Bəhmənyar bütün sərvətlərlə müqayisədə ona üstünlük verirdi, çünki, "sərvət qorunur, əql isə insanı qoruyur". Əql filosofun əqidəsincə, təkcə nəzəri idrakı təmin etməklə kifayətlənmir, eyni zamanda həyati fəaliyyətin amili olur: "Əql qürbətdə münisdir"; "Sənə narahatlıq üz verdikdə kədəri əzmlə boğ, çıxış yolu tapmaq və xilas olmaq üçün əqli səfərbər et"; "Baş vermiş işə görə qüssələnmə, onu aradan qaldırmağa, dəf etməyə çalış…" Şagirdləri və davamçıları Azərbaycanda akademik Heydər Hüseynov, akademik A. O. Makovelski, professor Ə. K. Zəkuyev Bəhmənyarın həyatı, yaradıcılığı və dünyagörüşü haqqında araşdırmalar aparıb, elmi mülahizələr söyləsələr də, onun şagirdlərindən söhbət açmamışlar. Çünki onların, eləcə də bir sıra xarici ölkə tədqiqatçılarının fikrincə, XI əsrdən sonrakı dövrdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar.Akademik A. O. Makovelski ərəbdilli peripatetizmin yalnız üç əsr (IX–XI əsrlər) ərzində inkişaf etdiyini və Bəhmənyarın fəlsəfəsinin Şərqdə bu cərəyanın qürubunda meydana çıxdığını yazmışdır. Professor Ə. K. Zəkuyev bu fikir üzərində daha çox dayanmışdır: "İbn Sina və onun şagirdi Bəhmənyarın fəlsəfi görüşlərini sözün dar və adi mənasında orta əsrlərdə Yaxın Şərq fəlsəfəsinin soz sözü adlandırsaq səhv etmərik. Bəhmənyar feodalizm dövründə, Yaxın Şərqdə son peşəkar peripatetik filosof idi. Bəhmənyardan sonra Yaxın Şərqdə peripatetik fəlsəfə tənəzzülə uğrayır və öz əvvəlki əhəmiyyətini itirir".AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında apardığı araşdırmaları nəticəsində ilk dəfə olaraq bildirmişdir ki, orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəlsəfə, məntiq və təbiətşünaslıq sahəsində böyük uğurlar qazanılmasında Bəhmənyarın xidməti misilsizdir. Son əsrlərə gəlib çıxan alimlər nəslinin yetişməsində də Bəhmənyar böyük xidmət göstərmişdir. Azərbaycan filosofunun istedadlı şagirdlərindən Əbülabbas Ləvkərinin sayəsində Xorasanda fəlsəfə elmləri intişar tapmışdı.Bununla da, müsəlman Şərqi ölkələrində peripatetik fəlsəfənin inkişaf etdirilməsində Bəhmənyarın, ondan təhsil almış alimlərin və onların şagirdlərinin böyük rolu olmuşdur. Öz müəllimi İbn Sina kimi Azərbaycan filosofu da bir sıra alimlər hazırlamışdır. Onlardan Əbülabbas Fəzl ibn Məhəmməd Ləvkəri Mərvi onlardan daha çox tanınmışdır.Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam (1048–1131) da Bəhmənyarın şagirdidir. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir.Zakir Məmmədov müəllim-şagird əlaqələrini ardıcıl izlədikdə bir neçə yolla gəlib Nəsirəddin Tusiyə çıxdığını yazmışdır. Tədqiqatçı qeyd edir ki, Əbülhəsən Bəhmənyarın Ömər Xəyyama görə müəllim-şagird silsiləsi şaxəsinə mənsub alimlərdən bəziləri Əbülabbas Ləvkəridən təhsil almış alimlər şaxəsində də vardır. 1000 illik yubileyinin keçirilməsi Prof. Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti 1 iyul 1992-ci ildə (Qərar № 10/16) və Azərbaycan Respublikası Nazirlər Kabineti 5 noyabr 1992-ci ildə (Qərar № 607) qərarlar qəbul etmişdir. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. Yubiley münasibətilə Əbülhəsən Bəhmənyarın portretinin yaradılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə müsabiqə elan edilmiş, 3 fevral 1994-cü ildə isə müsabiqəyə yekun vurulmuşdu. Münəvvər Rzayevanın yaratdığı büst müsabiqədə birinci mükafata layiq görülmüşdür. Zakir Məmmədov bu barədə "Filosofun real surəti necə olub?" məqaləsində ətraflı şəkildə bəhs etmişdir. Bəhmənyar ibn əl-Mərzban. Ət-Təhsil. Tehran, 1971 Bəhmənyar ibn əl-Mərzban. Maudu elm mabəd ət-təbiə. Məratib əl-maucudat. Almancaya tərcümə edən: S. Poper (ərəb orijinalı ilə). Leypsiq, 1851 Bəhmənyar. Təhsil (Məntiq). Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 115–121 Bəhmənyar. Metafizikanın mövzusu. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 122–128 Bəhmənyar. Mövcudatın mərtəbələri. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 129–134 Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994 Zakir Məmmədov. Bəhmənyarın fəlsəfəsi. Bakı, Elm, 1983 Ə. K. Zəkuyev. Bəhmənyarın fəlsəfi görüşləri. Bakı, 1958 Rahman, F. "Bahmanyar , Abu'l-Hasan Bahmanyar b. al-Marzuban." Encyclopaedia of Islam. Edited by:P. Bearman , Th. Bianquis , C. E. Bosworth , E. van Donzel and W. P. Heinrichs. Brill, 2007 Henry Corbin, "History of Islamic philosophy", Kegan Paul International, 1993 Nicholas Rescher, "The development of Arabic logic", University of Pittsburgh Press, 1964 Xarici keçidlər Fərid Ələkbərli, tarix elmləri doktoru. Orta əsrlər Azərbaycanının tanınmış həkimləri Həmçinin bax Azərbaycan fəlsəfəsi | https://az.wikipedia.org/w/index.php?curid=403896 |
Əbülhəsən Eyvazov | Əbülhəsən Balaş oğlu Eyvazov (1 noyabr 1996, Mollakənd, Kürdəmir rayonu – 30 oktyabr 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. Eyvazov Əbülhəsən Balaş oğlu 1 noyabr 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. Ailənin kiçiyi, iki bacının bir qardaşı idi. Subay idi. Əbülhəsən 9 aylıq olarkən ailəsi Bakı şəhəri, Nardaran qəsəbəsinə, 3 yaşı olanda Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə köçüb. 2003-cü ildə Əbülhəsən NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbin 1-ci sinifinə qəbul olunub. Əbülhəsən hər zaman öz tərbiyəsi, əxlaqı, mədəniyyətilə seçilib. Hər kəs onu "Əbi" deyə çağırardı. Hərbi xidməti 2014-cü ildə orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılır. Hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə keçir. Əsgərlikdə olduğu vaxtlarda da hərbçi yoldaşları arasında hörmət qazanır, hətta komandiri, atası Balaş kişiylə görüşüb, ona təşəkkürünü bildirmək istəyib ki, - "belə övlad tərbiyə edən ataya minnətdarlıq bildirmək istəyirəm". 2016-cı ilin aprel ayında tərxis qərarının çıxmağına baxmayaraq, "Aprel döyüşləri"nin başlanmasıyla əlaqədar Əbinin ordudan tərxis olunması aprel ayının sonuna qədər ləngiyir və o, müharibədə iştirak edir. Bu müharibədə qəhrəmancasına iştirak edən Əbülhəsən, döyüşlər bitdikdən sonra xidmətini başa vurub, fəxri fərmanla təltif olunub evinə qayıdır. 2020-ci il sentyabr ayının 21-i, səfərbərlik elan olunması ilə əlaqədar Əbülhəsən hərbi təlimlərə çağırılır. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başlayanda Əbi Füzuli rayonunda yerləşən hərbi bölmələrin tərkibində döyüşlərə qatılır. 30 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində yerləşən "bunker" adlanan yerə yaxın ərazidə gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olur. Eyvazov Əbülhəsən Balaş oğlu Azərbaycan Respublikası prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə, ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=699372 |
Əbülhəsən Həsənzadə | Əbülhəsən Mirzə oğlu Həsənzadə (20 avqust 1997; Havzova, Lənkəran rayonu, Azərbaycan — 4 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əbülhəsən Həsənzadə 20 avqust 1997-ci ildə Lənkəran rayonunun Havzova kəndində anadan olmuşdur. Ailəsində 2 qardaş və 1 bacı olmuşdur. 2003-2014-cü illərdə şəhid Aydın Əliyev adına Lənkəran rayon Havzova kənd tam orta məktəbində təhsil almışdır. Təhsil müddətində 2012-2014-cü illərdə Lənkəran İslam Kollecində oxumuşdur. Hərbi xidmətini bitirdikdən sonra Rusiyada yaşamış və işləmişdir. Subay idi. Hərbi xidməti Əbülhəsən Həsənzadə 2015-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər rayonunun Qapanlı kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, Tərtər rayonu istiqamətində fərqlənmişdir. 2017-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Əbülhəsən Həsənzadə səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əbülhəsən Həsənzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əbülhəsən Həsənzadə 4 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 6 noyabr tarixində doğulduğu Lənkəran rayonunun Havzova kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbülhəsən Həsənzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbülhəsən Həsənzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbülhəsən Həsənzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbülhəsən Həsənzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbülhəsən Həsənzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=736956 |
Əbülhəsən Marağayi | Əbülhəsən Marağayi və ya Əl-Məraği — Azərbaycan həkimi və alimi. Əbülhəsən Marağayi İranın Marağa şəhərində anadan olmuşdur. 1775/1756-cı ildə fars dilində tibb və əczaçılıq üzrə "Müalicəti-münfəridə" əsərini yazmışdır. Bu kitabda müxtəlif xəstəliklərin müalicəsindən və bir çox dərman otlarının, mineral və heyvanların sağaldıcı keyfiyyətlərindən bəhs olunur. Sinir sistemi xəstəliklərindən migren, meningit, yaddaşın pozulması, depressiya, qarabasmalar, epilepsiya, insult, iflic və sair xəstəliklər haqqında ardıcıl məlumat verilir. Məsələn, Əbülhəsən Mərağayi qıcolmalara qarşı süsən, maral piyi, çödükotu, bal, sədəfotu və kastordan (qunduzun qoxu vəzisindən) hazırlanmış yağdan istifadə etməyi tövsiyə edirdi.Kitab həcmcə böyük olmasa da, ensiklopedik xarakter daşıyır, tibb və əczaçılıq elmlərinin əsas məsələlərini əhatə edir. Əsəri yazarkən, müəllif ondan öncə yaşamış məşhur azərbaycanlı alimlərin kitablarından, xüsusilə də Yusif İbn İsmayıl Xoyinin "Cəmül-Bağdadi" əsərindən yararlanmışdır. Əbülhəsən Mərağayinin əsərinin əlyazması AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur. | https://az.wikipedia.org/w/index.php?curid=72304 |
Əbülhəsən Raci | Əbülhəsən Raci (1831, Təbriz – 1876, Qırmızı dəniz) — şair. Azərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təəccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təəccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Günahsız mərhum filankəsin divanı çox hörmətli məşhədi filanın göstərişi əsasında tamam oldu və ya xeyrül-həqq filan kərbəlayının səyi nəticəsində çap olundu". Hacı Əbülhəsən Racinin tərcümeyi-halında onun hisri təqvimi ilə 1247-ci (1252-ci) ildə Təbriz şəhərinin Xiyaban məhəlləsində dünyaya gəlib. Təlim və tərbiyəni bu şəhərdə alıb. 40–45 il yaşayıb. Vəfatı Həcc ziyarətindən müraciət edəndə olubdur. Cəddədə gəmiyə oturanda əsnayi-rahda dəryaya qərq olubdur və bu hüznavər hadisə hicrətin 1292-ci ilində vaqe olubdur. Səbur cənablarının burada yazılan şerlərindən məlum olur ki, mərhum Hacı Əbülhəsən Racinin şənü rütbəsi dost və əhibbası arasında xeyli tutulurmuş. Mərhum şairin pişəzvəqt qafil ölməyi əhibbalarını böyük yasü ələmə düçar edib, novgüllərinə ayrılıq və heyrət dağı çəkibdir. Cənab Səbur sair Azərbaycan şairləri kimi vəsfində mübaliğə edib, Racinin fəzilətini bir dərəcədə artırıb ki, onun şənü halını ənbiyayi-kiramdan bəzinin halına təşbih qılıbdır. Bir sayaq üzrə ki, Raci dəxi müqəddəs və mütəhhər vücudlar kimi məaniyi-əshab ilə həmcəlis olub, cismi-kəsifdən xilas olmaq ilə böyük bir səadətə vasil olubdur. Racinin divani-əşarı bu qayda üzrə tərtib olunubdur: qəzəliyyati-farsi, qəsaidi-türki, qəzəliyyati-türki, təcnisi-türki, Kərbəla şühədalarının əhli-beytinin müsibətinə dair növhəvü sinəzənləri, müqəttəat və rübaiyyat. Növhə və sinəzənlərin arasında yazılan əfrad mərhumül-məğfur Molla Hüseyn "Dəxil" təxəllüs şairin kəlamlarıdır ki, onları Raciyə nisbət vermək dürüst deyil. Divani-Racinin bəzi nüsxələrində Dəxilin və Nacinin və Mirinin kəlamlarından dəxi seyyidüş-şühədanın müsibətinə dair növhə və sinəzənlər daxil olubdur. Belə ki, Təbriz mətbəələrində çap olunan kitabların çoxunda əsla bir qayda və səliqə yoxdur. Hər bir kitaba lazım olan föhristdən dəxi xəbərləri yoxdur. Ancaq onu qənimət bilirlər ki, kitabın boş qalan yerlərini hər nə ilə olacaq, olsun, doldursunlar. Racinin səlis və rəvan təbi olduğu əşarından görünür. Onun qəzəllərinin çoxu dillərdə əzbər olubdur və xanəndələrin çox vaxtı toylarda və işrət məclislərində oxuduqları Racinin gözəl qəzəlləridir. Racinin vətəndaşı və həmməclisi olan bir nəfər şəxs ilə dəmir yol[un]da tanış oldum. Ol cənab ziyarətə gedirdi və Racini görmüşdü. Racinin əxlaqü adabından əhvalpürsan oldum. Məzkur hacı Racini çox tərif edib, ziyadə xoşxülq, xoşrəftar və xoşsöhbət olduğunu söylədi. Mərhumun əxlaqi-pəsəndidələrindən birisi də onun artıq mütədəyyin, vətənpərəst və həmçinin hirsü təmədən ari, cümləyə yaxşılıq edən dərvişsifət və əhli-qənaət, pakdamən bir vücud olması barəsində bir beytdə deyibdir: Əgərçi Racinin divani-şeri Azərbaycanın hər bir vilayətinə dağılıb və kəlami-mövzunu dillərdə caridir, vəli biz də məcmuəmizi onun asari-lətifələrindən xali qoymamaq üçün bir neçə nümunələr burada təhrir qıldıq. Racinin bu qəzəlində "xeyli məzmunlu şerlər vardır ki, onlara diqqət yetirməmək olmaz, əz cümlə zəmanənin övzai müttəsil təğyirü təbdil tapıb da, ixtilaf üzrə gərdiş etməsidir. Belə ki, "Cuyi-zəmanə gah bulanıb, gah saf olur". Ona binaən insan dəxi gərəkdir elmü bilik ilə mütəməddin olub, zəmanənin iqtizasınca dolanmağa özünə əsbabi-məişət mühəyya edə. Atidə yazılan qəzəlində Raci insanın başına eşqdən gələn bəlaları bir-bir tedad edib, onların olmağını, filcümlə dünyada insanın zövq-vəfası və eyş-işrəti üçün xəlq olunmuş əsbabü əlamətlərin yoxluğunu və hüzn-ələmin, qəm-qüssənin nəfyini arzu edib əsil mətləb və təmənnası nə olduğunu məxfi saxlayır. Rus şairi Lermontov kimi bizim Racimiz də nə ölmək istəyir və nə sağ qalmaq, nə şirinliyə meyil edir və nə acılığa, nə hicrin zəhri-həlahilini və nə vəslin şəkəri-safını tələb edir. Haman qəzəl budur: Racinin bu qisim təcnisləri çoxdur. Burada biz ancaq onlardan bir neçəsini yazdıq. Cümləsi ilə bələd olmaq istəyənlər onun divanına rücu eləsinlər. Mərhum Hacı Əbülhəsən Racinin qönçeyi-təbi-lətifi xüsusən facieyi-Kərbəlanı zikr etdikdə gül kimi açılıb, hər tərəf hüznü ələm gətirici ətirlər saçıb və cümlənin ürəklərini qəmü qüssə ilə və gözlərini yaş ilə doldurur. Və lakin bu qəmü ələm və bu göz yaşı insanı məyüsü məğşuşü təzyiq etmir, bəlkə onun qəlbini səfalandırıb, gözünə işıq gətirir. Əgər iradü etiraf olunsa ki, kədər ilə səfa və qəm ilə sürur və yaş ilə nur bir yerdə ola bilməz, bunlar bir-biri ilə zidd olduğu halda uyuşmaz, onda deyə bilərik, bəli, İmam Hüseyn müsibətində bu feyz vardır, bir yandan ağladır, bir yandan nuraniyyət bəxş edib şad qılır; bir yandan qəmləndirir, bir yandan qəmü qüssədən azad edir. Bir yandan şikəstəvü pərişanhal edir, bir yandan uca məqamlarda dövr etməyə pərü bal verir. Bu feyzü bərəkət, bu qeyri-adi halət və xüsusiyyət ancaq seyyidüş-şühəda müsibətü əzasına müxtəsdir, ancaq mahi-məhərrəmdə tərtib olunan təziyələrdə hiss olunur. Raci isə bu təziyələrin rövnəqi və matəmlərin şəfəqidir. Azərbaycan şüərasından Dəxildən sonra Raci Kərbəla gülşəninin ən fəsih bülbüli-xoşəlhanı və neynəva dəştinin ən suznak növhəxanı hesab olunur. Racinin növhələrində olan təsir çox rövzəxanların mərsiyələrindən artıqdır. Əzbəs ki, rövzəxanların əksəri oxuduqları əhvalatda bəzi kərə o qədər mübaliğə edirlər ki, o qədər fəhmü idraka sığışmayan və ağıl qəbul etməyən sözlər və hekayə söyləyirlər ki, əhli-məclis onlara inanmayıb, bir növ qövllərindən ikrah edirlər. Oxuduqları mərsiyəyə meylü rəğbət göstərmirlər. Raci Kərbəla faciəsinin hansı bir qissəsini rişteyi-nəzmə çəkibsə, tamamında böyük məharət büruz edibdir, əhvalatı eyni ilə, sərapa, şairanə elə gözəl tərzdə nəql edir ki, cümlənin huşü diqqətini cəlb edir. Məsələn, İmam Hüseyn əleyhissəlamın əziz və istəkli qızı cənab Səkinə Şamda cümleyi-əhli-beytlə əsirvar olduğu zamanda bir gecə yuxuda babası seyyidüş-şühədanı görüb, ona şərhi-hal etməsini, yainki ali-əbanın Kərbəla diyarına yetişdikdə möhnətü qəm qubarına batmaqlarını və seyyidüş-şühədanın övladü ənsarının hər birinin vəsfi-halını və yainki əhli-beytin Şamdan Mədinəyə müraciət etməsini və əhli-Mədinənin şurişü nəvaya gəlməsini və mərizə Fatimənin hali-pürməlalını və bu qisim çox-çox Kərbəla əhvalatını Raci əleyhirrəhmə elə bir fəsahət və məharətlə təhrir qılıbdır [ki], hər kəs onları diqqət ilə oxusa, məyusü məlulü feyzyab olmaqla əhvalatdan dəxi filcümlə xəbərdar olar. Racinin növhələri məlum isə də, onlardan birini nümunə üçün burada yazırıq. Bu növhədə İmam Hüseyn həmşirəsi olan vəfa kanı və dəyanətü sədaqət mənbəyi Zeynəbi-qəmpərvərdə öz cananı ilə, yəni xaliqi-ləmyəzəl ilə ruzi-əzəldə elədiyi əhdləri bəyan edib, kamali-cürətü fəxarət ilə deyir ki, həqq yolunda və eşq aləmində nə qədər ağır cəfalara və böyük bəlalara giriftar olsam, mənə eyni-səadətdir və yüz belə zəhmətlərə öz canımla dözərəm. Cənab Zeynəb isə qardaşına təsəlli verib hər növ bəlalara təhəmmül etməsini təsdiq edib deyir ki, ya Hüseyn, ruzi-cəzada səninlə başlar əlində şühəda həşrə gələn zamanı mən də üsəranı başıma cəm edib, bu zülfi-pərişanımla siz ilə müttəfiq cümlə [ümmətə] şəfaətçi olaram. Haman növhə budur: | https://az.wikipedia.org/w/index.php?curid=46002 |
Əbülhəsən Rahibi | Əbülhəsən Şəvtir oğlu Rahibi — coğrafiyaçı, tarixçi, şair. Rahibi 1848-ci ildə İranda doğulmuşdur. 1859–1860-cı ildə ilk səyahəti olan Lib səyahətinə başlamışdır. Bu səyahətdə bütün İranı gəzmiş və çoxlu məlumatlar yazmışdır.1861–1863-cü ildə Ərəbistanı gəzmişdir sonra yenidən (1864-cü ildə) İrana qayıtmışdır. 1865 və 1869-cu ildə Türkiyəni , 1871-ci ildə isə Rusiyanı gəzmişdir. 1872-ci ildə Azərbaycanda olmuş və bu ölkə haqda çoxlu məlumatlar yazmışdır. Həm də bu ildə Civkəri adli bir əsər yazmışdır. 1873-cü ildə İrana qayıdanda ajanlar tərəfindən sui-qəsd nəticəsində öldürülmüşdür. Deyilənə görə ürəyinə 23-dən çox xəncər batırılmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=334274 |
Əbülhəsən Tana Şah | Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydәrabad, Qütbşahlar – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi. Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır. Hakimiyyəti 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər. Birdən-birə əsir düşən Əbülhəsənin təslim olmaqdan başqa çarəsi qalmamışdı. Həyatının son illərini əsirlikdə keçirən şah 1699-cu ildə vəfat etmişdi. Ölümü ilə Qütbşahlar sülaləsi sona çatmışdır. Xarici keçidlər [1] Narendra Luther Archives-Strange life of Tana Shah [2] Narendra Luther Archives-Fall of Tana Shah [3] Arxivləşdirilib 2011-05-09 at the Wayback Machine Hyderabad Planet-History of Hyderabad [4] A city of bulging domes. [5] Arxivləşdirilib 2016-10-22 at the Wayback Machine Qutb Shahi Tombs [6] Arxivləşdirilib 2005-12-19 at the Wayback Machine AP online -History Medieval Period [7] Arxivləşdirilib 2011-05-25 at the Wayback Machine Hyderabad Timeline [8] Arxivləşdirilib 2009-06-14 at the Wayback Machine Indian Classical Dances-Kuchipudi [9] On the use of 'Tana Shahi' by Indian parliamentarians | https://az.wikipedia.org/w/index.php?curid=80204 |
Əbülhəsən Vaqif | Əbülhəsən Vaqif (1845, Salyan – 1914, Bakı) — XIX əsr Azərbaycan şairi. Əbülhəsən Vaqif 1845-ci ildə Salyan şəhərində bərəçi ailəsində doğulmuşdur. İlk təhsilini Salyanda mədrəsədə almış, fars dilini və klassik ədəbiyyatı öyrənmişdir, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməyən Vaqif mədrəsədən çıxaraq atasının yanında işləmişdir. Yalançı ruhanilər əleyhinə yazdığı tənqidi şeirlər onun təqibinə səbəb olmuş və şair 1888-ci ildə Salyanı tərk edərək Bakıya köçmüşdür. Vaqif Bakıda yaşayarkən "Məcməüş şüzra" ədəbi məclisinin yığıncaqlarına getmiş, Əbdülxaliq Yusif, Cənnəti, Seyid Zərgər və başqa şairlərlə yaxınlıq vs dostluq etmişdir, O, 1914-cü ildə Bakıda vəfat etmiş və Şıx (Bibiheybəi) qəbristanlığında dəfn olunmuşdur. İlk şeirlərini gənclik illərində yazan Vaqifin bəzi qəzəlləri XX əsrin əvvəllərində mətbuat səhifələrində görünmüşdür, lakin onun əsərləri tam halda əldə yoxdur. Ədəbiyyatşünas — alim Cənnət Nağıyeva şairin boyük zəhmət bahasına ələ gətirə bildiyi əsərlərini toplayaraq, 2000-ci ildə Bakıda nəşr etdirmişdir. Həmçinin bax Azərbaycan ədəbiyyatı | https://az.wikipedia.org/w/index.php?curid=179146 |
Əbülhəsən bəy Baharlı | Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydәrabad, Qütbşahlar – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi. Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır. Hakimiyyəti 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər. Birdən-birə əsir düşən Əbülhəsənin təslim olmaqdan başqa çarəsi qalmamışdı. Həyatının son illərini əsirlikdə keçirən şah 1699-cu ildə vəfat etmişdi. Ölümü ilə Qütbşahlar sülaləsi sona çatmışdır. Xarici keçidlər [1] Narendra Luther Archives-Strange life of Tana Shah [2] Narendra Luther Archives-Fall of Tana Shah [3] Arxivləşdirilib 2011-05-09 at the Wayback Machine Hyderabad Planet-History of Hyderabad [4] A city of bulging domes. [5] Arxivləşdirilib 2016-10-22 at the Wayback Machine Qutb Shahi Tombs [6] Arxivləşdirilib 2005-12-19 at the Wayback Machine AP online -History Medieval Period [7] Arxivləşdirilib 2011-05-25 at the Wayback Machine Hyderabad Timeline [8] Arxivləşdirilib 2009-06-14 at the Wayback Machine Indian Classical Dances-Kuchipudi [9] On the use of 'Tana Shahi' by Indian parliamentarians | https://az.wikipedia.org/w/index.php?curid=489589 |
Əbülhəsən xan Səba | Əbülhəsən xan Səba (15 aprel 1902, Tehran – 19 dekabr 1957)— İranın ustad misiqiçisi, bəstəkar O,1902-ci ildə Əbülqasım xan Kamaləssəltənə bin Məhəmmədcəfər xan Sədrülhükəma bin Mahmud xan Məlikəşşüara, Səbaəlşüəara bin Məhəmmədhüseyn xan Məlikəşşüara Kaşinin ocağında dünyaya gəlmişdi. Əbülhəsən xan İranın böyük ustadları Mirzə Abdulla və Dərviş xanın yanında şərq musiqisinin sirlərini öyrənmişdi. Hacı xan Zərbidən dünbək çalmağı, Əliəkbərşahdan santur ifa etməyi əxz etmişdi. Sonra Hüseyn xan İsmayılzadənin yanında kamança çalmağı mənimsəmişdi. Skripkaya meyl salmış, bu aləti də Hüseyn Həngafərindən öyrənmişdi. Bunlara qane olmamış, ustad Əlinağı Vəzirinin musiqi məktəbinə yazılmışdı. Burda musiqi nəzəriyyəsini, ney, fleyta və başqa nəfəs alətlərini də tamam-kamal əxz etmişdi. Özü ustad dərəcəsinə çatandan sonra İran musiqisinin tacı sayılmışdı. Onun istedadını görən Əlinağı Vəziri dərs deməyə həvəsləndirmişdi. Səba 1927-ci ildə Rəşt şəhərində musiqi məktəbi yaratmışdı. Üç il burada uşaqlara musiqi öyrətmişdi. Əbülhəsən xan müəllimlik müddətində özünü İranın şimal kəndlərinə verir xalq musiqisini tədqiq edirdi. O. burda musiqi yazmağa başladı. Öyrəndiyi bütün çalğı alətləri üçün musiqi yazdı. Əbülhəsən xan Səba İranda çoxsaylı musiqiçilər yetişdirdi. Əbülhəsən xan Səba 1957-ci ildə vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=79347 |
Əbülhəsən xan İqbali Azər | Əbülhəsən xan Musa xan oğlu İqbali Azər (1870, Qəzvin ş., Əlvənd k. — 05.02.1971, Təbriz)—Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. Əbülhəsən xan Musa xan oğlu 1870-ci ildə Qəzvin vilayətinin Əlvənd kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Təbrizdə yaşamış, gənc yaşlarından istedadlı və muğamı dərindən bilən sənətkar kimi tanınmışdır. 1905–1911 illərdə İran inqilabına qoşulmuş, Səttar xan ona "İqbali Azər" adını vermişdir. Əbülhəsən xan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında "Şur", "Çahargah", "Mahur", "Əbu — əta", xüsusilə, "Segah" muğamları yüksək emosional tərzdə səslənmişdir. Özünəməxsus üslubda ifa etdiyi "Segah" muğamı İranda "Əbülhəsənxan segahı" adı ilə məşhurlaşmışdır. Əbülhəsən xanın səsi 1914-cü ildə Tiflisdə "Qrammofon" şirkəti tərəfindən vala yazılmış, bu şəhərdə konsertləri olmuşdur. Seyid Şuşinski Əbülhəsən xan ilə yaxından dostluq etmiş, onun yaradıcılığından çox bəhrələnmişdir. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırmışdı. Həmçinin bax Təbriz şəhərinin başçıları | https://az.wikipedia.org/w/index.php?curid=261941 |
Əbülhəsən Əli ibn Fərat | Əbülhəsən Əli ibn Məhəmməd ibn Musa ibn Həsən ibn Fərat (ərəb. أبو الحسن علي بن محمد بن الفرات; 855 – 924, Bağdad) — Abbasi xəlifəsi Müqtədirin dövründə üç dəfə vəzirlik etmiş dövlət xadimi. Əli bacarıqlı maliyyə inzibatçısı və böyük qardaşı Əhmədin müavini kimi nüfuz qazanmışdır. Nəhayət, o, Müqtədirin xəlifəliyi dövründə iki böyük və rəqib saray fraksiyasından Bənülfərata başçılıq etmişdir. Bunun digəri baş komandan Munis Müzəffər və vəzir Əli ibn İsa ibn Cərrahın ətrafındakı məmurlar qrupu idi. İbn Fərat 908–912-ci illərdə vəzir vəzifəsini davam etdirərək 908-ci ildə Müqtədirin xəlifə seçilməsində mühüm rol oynamışdır. Bu müddət ərzində o, Fars vilayətini yenidən xilafətin tərkibinə qatmağa və Azərbaycanda hakimiyyət sürən Sacilər üzərində hakimiyyəti müəyyən qədər bərpa etməyə nail olmuşdur. İbn Fərat 917–918-ci illərdə ikinci dəfə vəzifə kimi xidmət etdikdən sonra varisi tərəfindən həbs edilmiş və 923-cü ildə azad edilmişdir. O, çox keçməmiş, üçüncü və sonuncu dəfə vəzir olmuşdur. Üçüncü dəfə vəzifədə olduğu müddətdə rəqiblərinə qarşı vəhşiliyi və qərmətilərlə münaqişədə hərbi uğursuzluqlar onun oğlu Mühəssin ilə birlikdə 18 iyul 924-cü ildə edam edilməsinə səbəb olmuşdur. Əlavə ədəbiyyat Bonner, Michael (2010). "The waning of empire, 861–945". In Robinson, Chase F. (ed.). The New Cambridge History of Islam, Volume 1: The Formation of the Islamic World, Sixth to Eleventh Centuries. Cambridge: Cambridge University Press. pp. 305–359. ISBN 978-0-521-83823-8. Bowen, Harold (1928). The Life and Times of ʿAlí Ibn ʿÍsà, ‘The Good Vizier’. Cambridge: Cambridge University Press. OCLC 386849. Bosworth, C.E. (1975). "The Ṭāhirids and Ṣaffārids". In Frye, Richard N. (ed.). The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 90–135. ISBN 0-521-20093-8. Kennedy, Hugh. The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century (ingilis) (Second ed.). Harlout: Longman. 2004. ISBN 978-0-582-40525-7. Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, Richard N. (ed.). The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 0-521-20093-8. Sourdel, D. (1971). "Ibn al-Furāt". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume III: H–Iram. Leiden: E. J. Brill. pp. 767–768. OCLC 495469525. van Berkel, Maaike; El Cheikh, Nadia Maria; Kennedy, Hugh; Osti, Letizia (2013). Crisis and Continuity at the Abbasid Court: Formal and Informal Politics in the Caliphate of al-Muqtadir (295-320/908-32). Leiden: BRILL. ISBN 978-90-04-25271-4. | https://az.wikipedia.org/w/index.php?curid=749237 |
Əbülhəsən Ələkbərzadə | Ələkbərzadə Əbülhəsən Əlibaba oğlu (27 fevral (12 mart) 1906, Basqal, Şamaxı qəzası – 20 may 1986, Bakı) – nasir, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979). Müasir Azərbaycan nəsrinin görkəmli təməlçilərindən olan və onun təkamülündə çox fəal iştirak edən ədiblərdən biri də xalq yazıçısı Əbülhəsəndir. Əbülhəsənin təmsil etdiyi nəsil müasir cəmiyyətimizin formalaşmasının bilavasitə şahidi və iştirakçısı olmuşdur. 1904-cü ildə Azərbaycanın Şamaxı qəzasının Basqal kəndində anadan olmuşdur. Bakı darülmüəllimini bitirmişdir (1925). Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə "Azərbaycan" jurnalında baş redaktor vəzifələrində işləmişdir. Döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə "Qırmızı əmək bayrağı" ordeni (1966, 1971, 1976), fəxri fərmanlar və döyüş medalları ilə təltif edilmişdir. "Yoxuşlar" (1933), "Müharibə" (I kitab, 1947), "Dostluq qalası" (1960), "Tərs adamlar" (1967), "Dünya qopur" (1968), "Seçilmiş əsərləri" (üç cilddə 1984 və s. kitabların müəllifi olmuşdur. 1986-cı ildə vəfat etmişdir. Yaradıcılığı Bir sıra nasirlərimiz kimi Ə. Əbülhəsən də yaradıcılığının ilk illərində şeirlə daha çox məşqul olmuşdur. 1925–27-ci illərdə "Maarif yolu" jurnalında onun "Dağlar","Şahbuzdağı", "Bahar yağışları", "Qasımkəndin yaxınlığında", "Etirafdan", "Cortel axşamı" və başqa şeirləri dərc olunmuşdur. bu əsərlər lirik xarakterdədir, əsasən təbiət lövhələrindən ibarətdir. Lakin Əbülhəsənin yaradıcılığı üçün ən səciyyəvi janr romanıdır. İlk müasir Azərbaycan romanı da onun qələminə məxsusdur. Azərbaycan ədəbiyyatında roman janrının tarixi Z. Marağayının "Səyahətnaməmeyi-İbrahimbəy" (1888), N. Nərimanovun "Bahadır və Sona"(1896), S. M. Qənizadənin "Gəlinlər həmayili"(1900) kimi əsərlərilə başlansa da, onun əsil inkişafı 1930-cu ildən sonralara aiddir. Otuzuncu illəri Azərbaycan nəsrinin roman dövrü adlandırmaq mümkündür. Cünki məhz bu illərdə bir-birinin ardınca çox dəyərli romanlar yaranır və onların bəziləri indi də öz şöhrətini saxlayır. M. S. Ordubadinin "Dumanlı Təbriz", S. Rəhimovun "Şamo", Mir Cəlalın "Dirilən adam", Ə. Vəliyevin "Qəhrəman" əsərləri bu illərin ən uğurlu romanlarındandır. Müasir Azərbaycan romanınının ilk nümunəsi isə "Yoxuşlar" idi. "Yoxuşlar" kənddə kollektivləşmə hərəkatına həsr edilmişdir. 1930-cu ildə çap olunan "Yoxuşlar"ın birinci hissəsini müəllif 1933 və 1938-ci illərdə təkmilləşdirmişdir. Yazıçı roman üzərində yaradıcılıq işini davam etdirmiş və 1962-ci ildə əsərin ikinci hissəsini çap etdirmişdir.1933-cü ildə yazılan "Dünya qopur" romanında Azərbaycan zəhmətkeşlərinin hakimiyyəti ələ alması və inqilabi dövlət yaratması prosesi verilmişdir. "Dünya qopur" həm müəllifin, həm də o zamankı bədii nəsrimizin görkəmli nailiyyəti idi. Bu əsərini də Ə. Əbülhəsən bir neçə dəfə təkmilləşdirmişdir. 1980-ci ildə isə "Üç ildən sonra" adı ilə onun sonunu çap etdirmişdir. Əbülhəsən. Seçilmiş əsərləri: 3 cilddə. Bakı: Azərnəşr, 1984–1985. 1-ci cild. "Dünya qopur" (roman). 1984, 388 səh. 2-ci cild. Tamaşa qarının nəvələri (povest). 1984, 276 səh. 3-cü cild. "Utancaq" (povest) "Sədaqət" (roman). 1985, 240 s. Haqqında olan ədəbiyyat İsmayılov Y. Əbülhəsənin yaradıcılığı. Bakı: Elm, 1986, 208 s. Cəfərov M. Ə. Əbülhəsənin nəsrinin dili. Bakı: APU, 1992, 97 s. | https://az.wikipedia.org/w/index.php?curid=9479 |
Əbülhəsən Əşəri | Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər – təq. 935, Bağdad, İraq, Abbasilər) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır. Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir. Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular. İkinci məclis üçün anlaşıb qalxdılar, lakin ikinci məclis üçün bir mütəzili alim belə məclisə gəlməyə cəsarət etmədi. İmam Əşarinin əshabından biri, "Mütəzilə qaçdı" yazılıb qapıya asılmasını istədi. İslam daxili bidət firqələrinə və İslam xarici küfr əhlinə qarşı yazdığı onlarca kitab və risalələri vardır. Bu firqələrlə sayılmayacaq qədər münazirələrə qatılırdı. İmam Əşari təfsir, hədis, fiqh, tasavvuf elmində də biliklərə malik idi. Elmi sahədə imamlığının ən böyük əlamətlərindən biri, Əhli Sünnət alimlərinin böyük əksəriyyətinin ona tabe olub, əqidədə onu imam təyin etmələridir. Müəllimləri: Zəkəriyya bin Yəhya Əs Saci Əbu İshaq Əl Mərvəzi (Məşhur mühəddis və fəqih) Əbu Xalifə Əl Cuməhi Səhl bin Sərh Abdur Rahmən bin Xaləf əl Bəsri Muhəmməd bin Yaqub Əl MuqriMəşhur tələbələri: Əbul Həsən Əl Bəhili (Əşariylə münazirədən sonra Şiəlikdən Əhli Sünnət məzhəbinə keçmişdir.) Əbul Həsən Əl Kirmani Əbu Zeyd Əl Mərvəzi Əbu Abdillah bin Mücahid Ət Tai Əl Bəsri Bundar bin əl Huseyn Əş Şirazi Əbu Muhəmməd Ət Tabəri Əl İraqi Zahir bin Əhməd Əs Səraxsi Əbu Səhl Əs Suluki Əbu Nasr Əl Kəvvaz Əş Şirazi Əbu Bəkr Əl Curcani Əl İsmaili Əbu Abdillah Hamaveyh Əs Sayrafi Əbu Abdillah bin Hafif Əş Şirazi Muhəmməd bin Əli Əl Qaffal Əsas əsərləri İmamın toplam altımışdan çox əsəri var. Üç yüzə çatdığı da qeyd olunur. Bu əsərləri aşağıdakı formada qruplaşdırmaq olar: Mütəzili olduğu zaman yazdığı kitablar. Sonradan bunlardan imtina etmişdir. Fəlsəfəçi, Yəhudi, Xristian, Məcusilərə yazdığı rəddiyələr. Xəvaric, Mütəzilə, Şiə və Zahirilərə yazdığı rəddiyələr. Məqalət kitabları. Verilən suallara cavab olaraq yazdığı risalələr. Əsərlərinin siyahısı Təfsirul Quran (70 cild. 300 cild olduğu haqqında da bir görüş var.) Risələ ilə Əhlis Səğr (Azərbaycan alimlərinin suallarına cavab olaraq sələfin məzhəbini açıqladığı bir risalədir. Türkcəyə tərcümə edilmişdir.) Əl İbənə an Usulid Diyənə (Türkcəyə tərcümə edilmişdir.) Ər Raddu alə İbnir Ravəndi Əl Fusul fir Raddi alə Mulhidin vəl Xaricinə anil Millə Əl Qami likitəbil Xalidi fil İradə Kitəbul İctihəd fil Əhkam Kitabul Əxbar və Təshihuhə Kitabul İdrak fi Funun min Lətifil Kəlam Kitabul İməmə Ət Təbyin an Usuliddin Əş Şərh vət Təfsil fir Raddi alə Əhlil İfki vət Tadlil Kitəbul Mucəz Kitabu Xalqil Əməl Əl Luma fir Raddi alə Əhliz Zeyği vəl Bidə İstihsanul Xavdi fi İlmil Kəlam Cuməlu Məqalətil Mulhidin Ən Naqd aləl Cubbai Ən Naqd aləl Bəlxi İdahul Burhan fir Raddi alə Əhliz Zeyği vət Tuğyan Risalətul İman Əl Funun fir Rəddi aləl Mulhidin Ən Nəvədir fi Dəqaiqil Kələm Əl Cəvhər fir Rəddi alə Əhliz Zeyğ Məqalətul Fələsifə Cəvabul Xurasaniyyin Məqalat əl-İslamiyyin va ixtilaf əl-müsəllin Cəvəzu Ruyətilləhi Təalə bil Əbsar Ədəbul Cədəl Kitəbur Rəddi aləl Mucəssimə Kitəbul UlumMüsəlmanların fikirləri və ibadət edənlərin rəy müxtəlifliyi (əsərindən parçalar). Ərəb dilindən tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999 Kəlam ortodoksal islam sxolastikası olaraq özünün ilkin formasında, protofəlsəfi səviyyədə YIII əsrin başlanğıcında Misirdə meydana gəlmişdi. 908-ci ildə isə kəlamın əşərilik adlanan bir qolunun da əsası qoyuldu. Bu vaxta kimi mötəzilə nümayəndəsi kimi tanınan Əbülhəsən Əşəri həmin il mötəziləni bir günah kimi etiraf etdi, təntənəli surətdə tövbə edərək ondan üz döndərdi, "mötəzilə çirkabı"ndan təmizləndiyini bildirdi, lakin Əşəri öz keçmişinin üstündən tamamilə xətt çəkə bilmədi. O, mötəzilə üçün səciyyəvi olan rasionalizmi dinə gətirdi. Heç də təsadüfi deyildir ki, Əşəridə Quranın da Allah qədər mütləq, əbədi və əzəli olduğu fikri irəli sürülür. Əşərizmdə şəhərli rasionalizmi aşkar olaraq duyulur. Əgər mötəzilə başlıca olaraq tacir dünyaduyumunun nəzəri ifadəçisi idisə, əşərilik daha çox dövlət məmuruna xas olan dünyaduyumu ifadə edirdi. İctimai həyatda məmurun oynadığı rolun əhəmiyyəti artdıqca müsəlman aləmində bu rolun ən uğurlu ifadəsi olan fars fenomeninin də cəmiyyətdə əhəmiyyəti və rolu artırdı. Bağdadda siyasi hakimiyyətə əslində büveyhilərin, Orta Asiyada isə samanilərin sahib olması fars fenomeninin və bununla bağlı olaraq şəhərli təfəkkür tərzinin islam cəmiyyətində əhəmiyyətinin artmasından xəbər verirdi. Əşəriliyin təkamülü büveyhilərin hakimiyyətə doğru irəliləyişi ilə paralel baş verirdi. Səciyyəvidir ki, əşərilik Quranı müsəlman əxlaqının bir rasional kodeksi olaraq qavramış və onu Allahın yaratdıqlarından, sadəcə olaraq, biri kimi deyil, Allahın özünün təcəssümü kimi qəbul etmişdir. Ümumiyyətlə, götürüldükdə isə, əgər mötəzilə təliminin davamçıları dini ehkamların mütləqliyini qəbul etməyib, əksinə dünyəvi şüuru mütləqləşdirirdilərsə, ortodoksal təlimin tərəfdarları dini şüuru mütləqləşdirirdilər. Haqqında deyilənlər İmam Tacuddin əs Subki "Muidun Niəm"də deyir: "İmam əl Əşarinin əqidəsi, Əbu Cəfər ət Tahavinin, Əbul Qasim əl Quşeyrinin əqidəsinin və "Əl Murşidə" adlanan əqidənin əhatə etdiyi əqidədir. (Bu əqidələr hamısı) Əhli Sünnə vəl Cəmaənin inanc təməllərində müştərəkdirlər." Şeyx Tacuddin əs Subki "Tabəqat"ında bu İmam haqda danışarkən deyir: "Əhli Sünnət vəl Cəmaatın şeyxi, mütəkəllimlərin imamı, rəsulların seyyidinin sünnətinin yardımçısı, dinin müdafiəçisi, insanların aləmlərin Rəbbi üçün qalxacaqları günə kimi təsiri qalacaq bir səylə, müsəlmanların əqidələrini qorumağa səy göstərən bir kimsədir. İmam, dahi, müttəqi biridir. Şəriəti iftiraçıların sözlərindən qorumuşdur. İslam millətinin yardımına qalxmış, təkidli bir şəkildə onlara yardım etmişdir." Yenə Tacuddin əs Subki "Tabaqat"da, Əbu Bəkr əl İsməilinin belə dediyini nəql edir: "Bu din (əqidə) – yəni çox hissəsi – getdikdən sonra, uca Allah onu Əhməd ibn Hənbəl, Əbul Həsən əl Əşari və Əbu Nueym əl İstirabazi ilə qaytardı." Yenə Tacuddin əs Subki "Tabaqat"da, İmam Beyhəqidən belə dediyini nəql edir: "Əbul Həsən əl Əşari) Allahın dinində hər hansı bir yenilik çıxarmayıb, heç bir bidət də gətirməyib. Əksinə səhabə, tabiun və onlardan sonra gələn imamların üsuluddin/əqidə haqqındakı sözlərini almış, daha geniş şərh və bəyanla onları dəstəkləmişdir." İmam Tacuddin əs Subki "Tabaqat"da atasından nəqlən deyir: "Şeyxi, İmamı (atası Təqiyyuddin əs Subkini nəzərdə tutur) — rahimahullah — belə deyərkən eşitdim: "Tahavi əqidəsinin içindəkilər, əl Əşarinin etiqad etdiyidir. O, Tahavi əqidəsinə sadəcə üç məsələdə müxalif olmuşdur." İmam Tacuddin əs Subki "Tabaqat"da, Əbu İshaq əş Şirazidən belə dediyini nəql edir: "Əbul Həsən əl Əşari Əhli Sünnənin imamıdır. Şafinin əshabının çoxu onun məzhəbindədir. Onun Məzhəbi haqq əhlinin məzhəbidir." İmam Tacuddin əs Subki "Tabaqat"da, İmam Quşeyridən onun belə dediyini nəql edir: "Şeyxin (Əbul Həsən əl Əşarinin) halı ilə bağlı (İmam əl Quşeyriyə) yazılı bir fətva soruldu. Əl Quşeyrinin cavabı bu cür oldu: "Bismilləhir Rahmənir Rahim. Hədis əshabı ittifaq edib ki, Əbul Həsən Əli bin İsmail əl Əşari, hədis əshabından olan imamlardan bir imam idi və məzhəbi də hədis əshabının məzhəbidir. Usuluddin barədə Əhli Sünnətin yoluna uyğun danışmış, zeyğ/əyrilik və bidət əhlindən olan müxaliflərə rəddiyələr vermişdir. Qiblə əhlindən olan Mötəzilə, Rafizilər və bidətçilərə, eləcə də qeyri müsəlmanlara qarşı sıyrılmış bir qılınc idi. Kim ona tən edər, qınayar, lənətlər və yaxud söyərsə bütün Əhli Sünnənin hamısına qarşı pis danışmış olar." Hafiz İbn Asakir "Təbyinu Kəzibil Muftəri" adlı əsərində, İmam Əbu İshaq əl İsfərayininin belə dediyini nəql edir: "Şeyx Əbul Həsən əl Bəhilinin yanında dənizin yanında olan bir damla kimi idim. Şeyx Əbul Həsən əl Bəhilinin bu cür dediyini eşitdim: "Mən Əşarinin yanında dənizin yanındakı bir damla kimi idim." İbnul İmad əl Hənbəli "Şəzəratuz Zəhəb" da deyir: "Nəbəvi sünnət əhlinin üzünü ağardıb, etizal əhli və cəhmiyyənin bayraqlarını qaraldan, açıq aydın haqqı bəyan edən, iman və irfan əhlinin qəlblərinə buz kimi gələn hallarından biri də, onun şeyxi Cübbəi ilə arasında keçən, hər bidətçi riyakarın belini qırdığı münazərəsidir." Yafii "Mirətul Cənən" adlı əsərində deyir: "Şeyx, imam, sünnətin yardımçısı, ümmətin nəsihətçisi, haqq imamlarının imamı, bidətçi və haqdan sapanların dəlillərini rədd edən, aydın nuru və kəskin bürhanı olan haqq mənhəcinin bayrağını daşıyandır." İmam Hafiz Cəlaluddin əs Suyuti "İtmamud Dirayə" də deyir: "Biz inanırıq ki, Əbu Musa əl Əşarinin soyundan olan Əbul Həsən əl Əşari sünnətdə, yəni əqidədə imamdır. Bu elmdə başqalarından öndədir. Onun haqqında, onun uzaq olduğu şeyləri deyənin sözünə fikir verilməz." İmam Nəvəvi "Bustanul Arifin"də deyir: "Çox kitab yazmaqla məşhur olanlardan biri də İmamımız İmam Əbu Abdillah Muhəmməd bin İdris əş Şafi və İmam Əbul Həsən əl Əşaridir. Uca Allah hər ikisindən razı olsun." Əbu Abdillah Muhəmməd əl Beyruti "Əd Durrətul Vədiyyə"də deyir: "Malikilər və Şafilər əşaridilər, imamları Əbu Musə əl Əşarinin — radiyallahu anhu — zürriyyətindən olan Əbul Həsən əl Əşaridir. Hənəfilər isə maturididirlər. İmamları da Əbu Mansur əl Maturididir. Onların hər ikisi də Əhli Sünnə vəl Cəmaənin imamıdır." İmam Şəhristani "Əl Miləl vən Nihəl" kitabında deyir: "Əşarilər, Əbu Musa əl Əşariyə nisbət olunan Əbul Həsən əl Əşarinin — Allah hər ikisindən razı olsun — əshabıdırlar. Maraqlı olan bir ittifaq eşitdim ki, Əbu Musa əl Əşari — radiyallahu anhu — Əbul Həsən əl Əşarinin öz məzhəbində təsdiq etdiyi şeyin eynisini təsdiq edirdi." Hənəfilərdən Qurəşi "Əl Cəvəhirul Mudiyyə" adlı əsərində deyir: "Üsul sahibi, böyük imamdır. Əşariyyə taifəsi ona nisbət edilir." İbn Fərxun əl Yəmuri "Əd Dibəc" adlı əsərində deyir: "Əbul Həsən əl Əşarini, Əbu Muhəmməd bin Əbi Zeyd əl Qayravani və müsəlmanların başqa imamları tərifləmişlər." İmam Əl Murtada əz Zəbidi "İthəfus Səadətil Muttəqin" də deyir: "Bilinsin ki, hər iki imam Əbul Həsən (Əl Əşari) və Əbu Mansur (Əl Maturudi) – Allah onlardan razı olsun və xeyirlə mükafatlandırsın – özlərindən bir rəy çıxarmamış, ortaya yeni bir yol qoymamışlar. Onlar sələfin məzhəbini təsdiq edən, Allah rəsulunun — salləllahu aleyhi və səlləm — əshabının üzərində olduğu əqidə uğrunda mübarizə aparan kimsələrdir. Hər ikisi də bidət və zəlalət sahibləriylə, susub məğlub halda dönmələrinə qədər münazərə etmişlər." Gardet L., Anawati M. Introduction à la théologie musulmane, essai de théologie comparée. – Paris, 1948. R. J. McCarthy. The Theology of al-Ashari. – Beirut, 1953. G. Makdisi. Ashari and the Asharites in Islamic Religious History. // Studia Islamica. – 1962. – № 17. – p. 37–80; 1963. – № 18. – p. 19–39. Həmçinin bax Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=177602 |
Əbülhəsən əl-Həsən ibn Əli | Əbülhəsən əl-Həsən ibn Əli (1109 - 1171) — İfrikiyyədə hökm sürən Zirilər sülaləsi (Sanhacə) dövlətinin sonuncu hökmdarı. Fevral 1109-cu ildə Susədə doğuldu. Atasının ölümü üzərinə taxta keçdiyində hələ on iki yaşındaydı. Bu səbəblə dövlətin idarəsi Sandal əl-Xadim adlı siyasətdən anlamayan cahil bir məmlükün əlinə keçdi. Qısa bir müddət sonra idarədə gəvşəmə və çözülmə meydana gəldi. Bu durumu fürsət bilən Norman Kralı II Rocer, Murabıt hökmdarı Əli ibn Yusif bin Taşfînin komandanlarından Əbu Abdullah İbn Meymunun Siciliyaya hücumundan Həsən ibn Əlini sorumlu tutaraq Zirilər xanədanının mərkəzi Mehdiyəyə əsgər göndərdi. Ancaq şəhəri ələ keçirməyə müvəffəq ola bilmədi (1122). Ertəsi il 300 gəmi və 1000 süvariylə Hasi adasına hücum edən və Dəymas qalasını alan Normanlar, Həsən ibn Əlinin göndərdiyi qüvvələr və onların yardımına gələn ötəki Ərəb və Bərbəri qəbilələr tərəfindən ağır bir məğlubiyyətə uğradıldı. Həmmadi əmiri Yəhyanın komandanlarından Mutarrif ibn Həmdun ibn Əli 1135-ci ildə Məhdiyəyi dənizdən və qurudan mühasirə altına alınca zor durumda qalan Həsən ibn Əli, bölgədəki Bəni-Hilal qəbiləsinə mənsub ərəblərdən və Norman kralı II Rocerdən yardım istədi. Həmmadi mühasirəsi onların yardımı sayəsində başarısızlıkla sonuclandı. Həsən Həmmadiləri məğlubiyyətə uğradaraq bəzi gəmilərini ələ keçirdi. Bu vəsilə ilə Rocerlə bir saldırmazlık anlaşması imzaladı. Rocer 1137-ci ildə Cərbəni işğal etdikdən sonra bütün İfrikıyə sahillərini istila etdi. 1143-cü ildə Səfakusa hücum edən normanlar iki il sonra Karkənəyi işğal edib xalqını qılıncdan keçirdilər. Həsən ibn Əli, kral Rocerə aralarındaki anlaşmanı xatırladınca da Rocer zirilərə tabe olmayan bölgələrə hücum etdiyini, anlaşmanın yürürlükdə olduğunu söylədi. Ancaq 1148-ci ildə yenidən Mehdiyəyə hücum etdi. Rocerin əmriylə yola çıxan Norman donanmasının komandanı Corci b. Mixail əl-Antaki, müsəlmanların zəiflərini və qıtlıq üzündən şəhərin müdafiəsiz buraxıldığını bildiyindən bu dəfə şəhəri işğala müvəffəq oldu (22 iyun 1148). Həsən ibn Əli ailəsi və əsgərləriylə birlikdə şəhəri tərk etdi. Beləcə İfrikıyədəki Zirilər xanədanı tarixə qarışmış oldu. Mehdiyədən ayrıldıqdan sonra Maləka əmiri Muhriz ibn Ziyadın yanına gedən Həsən ibn Əli əs-Sanhaci, burada gözlədiyi ilgini görəməyincəyaxşı ilişkilər içində olduğu Fatimilərin hakimiyətindəki Misirə getmək istədi. Ancaq Corci tərəfindən sürəkli təqib edildiyi üçün əmizadəsi Yəhya ibn Əziz əl-Həmmadinin yanına Bicayəyə getdi. Müvahhidlərin qurucusu Əbdülmöminin Bicayəyi zəbtinə qədər orada qaldı (1152). Əbdülmömin ilə birlikdə İfrikiyə səfərinə qatıldı (1160) və daha sonra Mehdiyədə öldü. | https://az.wikipedia.org/w/index.php?curid=418824 |
Əbülmüzəffər Əhməd xan | Əbülmüzəffər Əhməd bin Xızır bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani (v. 1095) — Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1087. ildə atası Xızır xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyyəti illərində din adamları ilə yola gedə bilməyib, bir neçəsini edam elətdirdi. Bunu eşidən I Məlikşah Özkəndə gəlib onu əsir aldı və yerinə naib olaraq Əl-Tahir Xarəzmi təyin etdi. Məlikşahın ölümündən sonra Özkəndə gələn Əhməd xan din adamları tərəfdən xoş qarşılanmadı və 1095 iyulun 25-i Əhməd xan ateistliklə günahlandırılaraq edam edildi. | https://az.wikipedia.org/w/index.php?curid=509483 |
Əbülməyamin Mustafa Əfəndi | Əbülməyamin Mustafa Əfəndi (1552, Konstantinopol – 1606, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. 1546-cı ildə dünyaya gəlmişdir. İlk təhsilini aldıqdan sonra Bursada Kaplıca mədrəsəsinin müdərrisi Sarıgözzadədən, Zəkəriya Əfəndidən və Əbdülqani Əfəndidən mədrəsə təhsili aldı. Daha sonra Əbussuud Əfəndi tərəfindən 1570-ci ildə məzun edildi. Müdərrisliyə isə keçmiş Nişançı mədrəsəsində başladı. Daha sonra Kestel, Pərviz Əfəndi, Kürkçübaşı mədrəsələrində fəaliyyət göstərdi. 1586-cı ildə Sənan Paşa, 1590-cı ildə Zal Paşa, 1591-ci ildə Sahn-ı səman, 1593-cü ildə Şahzadəbaşı, 1594-cü ildə Süleymaniyə, 1596-cı ildə Süleymaniyə darülhədisi, 1597-ci ildə Hakaniyə mədrəsəsinə təyin edilmişdir. 1598-ci ildə qurulan Validə Safiyə Sultan mədrəsəsinin100 axca maaşla ilk müdərrisi oldu. Mədrəsələrdəki tədrisat illərindən sonra 1600-cü ildə Ədirnə qazısı təyin edildi və Dimetoka qəzası iqta olaraq hədiyyə edildi. Vəzifəsi 1601-ci ilin avqustunda İstanbul qazılığına keçirildi. 1603-cü ilin yanvarında Anadolu başqazılığına yüksəldi və Yemişçi Həsən Paşa məsələsindən sonra vəzifədən alınan Hacı Sunullah Əfəndinin yerinə şeyxülislam oldu (7 fevral 1603). Şeyxülislamlığı əsnasında Sultan Əhmədin müəllimi Mustafa Safi Əfəndi ilə münasibətlərinin pis olması və sədarət naibi Qasım Paşa ilə ittifaq qurması bəhanə edilərək 600 axcalıq maaşla təqaüdə ayrıldı (8 iyun 1604). Hacı Sunullah Əfəndi ilə apardığı rəqabət nəticəsində 28 iyul 1606-cı ildə ikinci dəfə şeyxülislam olsa da, 4 ay sonra 23 noyabrda vəfat etmişdir. Cənazəsi Fateh məscidində qılınmış və yaxınlıqdakı evinin həyətinə dəfn edilmişdir. Tarixi mənbələrdə ölüm səbəbi olaraq qulunc xəstəliyi və ya həddindən çox tütün çəkməsi göstərilir. Ebülmeyâmin Mustafa Efendi, Risâle fi’l-istiâre, Süleymaniye Ktp., Kasidecizâde, nr. 675/29, vr. 119–129; a.mlf., En‘âm Sûresine Ta‘lîkat, Süleymaniye Ktp., Damad İbrahim Paşa, nr. 161/1, vr. 1–32; Selânikî, Târih, s. 241, 361, 724; Atâî, Zeyl-i Şekāik, s. 511–513; Muhibbî, Hulâsatü’l-eser, IV, 394–395; Kâtib Çelebi, Fezleke, I, 285–286; Naîmâ, Târih, I, 307, 316, 450; Devhatü’l-meşâyih, s. 44; Sarı Abdullah Efendi, Cevheretü’l-bidâye ve dürretü’n-nihâye, Millet Ktp., Ali Emîrî, nr. 858, vr. 134ª; Müstakimzâde, Risâle-i Melâmiyye, İÜ Ktp., İbnülemin, nr. 3357, vr. 79b-81ª; Sicill-i Osmânî, IV, 382; İlmiyye Salnâmesi, s. 431–436 (fetvalarından dokuz örnek verilmiştir); Tanışık, İstanbul Çeşmeleri, I, 60; Danişmend, Kronoloji2, V, 120; Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 56, 66, 188, 203. | https://az.wikipedia.org/w/index.php?curid=489752 |
Əbülqasim | Əbülqasim (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhərində qeydə alınmış bir başdaşı üzərindəki məzar kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil edilmişdir. Nadir şahın Hindistana yürüşü xatırlanan hicri 1151-ci il (1738–1739-cu illər) tarixli məzar kitabəsində qeyd olunduğu kimi kitabəni həkkak Əbülqasim həkk etmişdir. Kitabənin tarixinə əsasən məlum olur ki, həkkak Əbülqasim həyatının əsas hissəsini 18 yüzillikdə yaşamışdır. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 91. | https://az.wikipedia.org/w/index.php?curid=155864 |
Əbülqasim Firdovsi | Firdovsi (940, Tus, Samanilər dövləti – təq. 1020, Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir. Sultan Mahmud və Firdovsi Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir. 1020-ci ildə vəfat edən Firdovsi Tus şəhərindəki bağında dəfn edilir. | https://az.wikipedia.org/w/index.php?curid=458474 |
Əbülqasim Füyuzat | Əbülqasim Füyuzat (1888 və ya 1889, Təbriz – 1947, Təbriz) — Azadıstan respublikasının maarif naziri, jurnalist, pedaqoq. Təbrizin maarif rəisi Əbülqasim Füyuzat bir çox ziyalıları və pedaqoqları Təbrizə cəlb etmişdi. 1923-cü ildə o, Mirzə Əsgər Bağçabanı Təbrizə dəvət edərək orada "Uşaq bağçası" adlı uşaq evi yaratmışdı. "Bağçaban" Füyuzatdan sonra maarif rəisi olan Möhsüni 1927-ci ildə Bağçabanın uşaq bağçasını bağladıb, özünü Təbrizdən uzaqlaşdırıb; Tehrana köçən Bağçaban təqib olunursa da, Fars əyalətinin maarif rəisi işləyən Füyuzat onu Şiraza çağıraraq orada onunçün təşkil etdiyi uşaq evinə müdir təyin edir. | https://az.wikipedia.org/w/index.php?curid=313473 |
Əbülqasim Həsən Ünsüri | Əbülqasim Həsən ibn Əhməd Ünsüri (980—1039) — İran şairi. Əbülqasim Həsən ibn Əhməd 980-ci ildə Bəlx şəhərində anadan olmuşdu. Ustad Əbül-Kasım Hasan b. Ahməd Unsuri-yi Bəlxi, Qəznəli Mahmud və Məsud sarayının Farsca söyləyən şairlərinin başında gələn və öz zamanınadək Rüdəkidən sonra şeir və qəzəldə mütləq ustad şairlərdəndir. Həyatının başlangıcı mövzusunda onun yerləşik (oturaq) bir ailədən çıxdığı və eyni zənginlikdə şeir və ədəbiyyata yönəldiyi, bu meydanda IV/X. yüzil sonlarının şairi və Simcürluların mədhiyəçisi olan Əbül-Fərəc-i Səgzinin taləbəliyini seçdiyi, şeir və ədəbiyatın yanında ilk dönəm bilimlərindən də xəbərdar və yetkin olduğu mövzusunda bildiklərimiz xaricində əldə kəsin bir bilgi yoxdur. Unsurinin şeir alanında olgunlaşma dönəmi, Qəznəli Mahmudun güc və şöhrət bulduğu dönəmə və kardəşi Nasr b. Nasırəddin Səbuktəkinin Horasandaki iktidarı dönəminə dənk gəlməktədir. Unsurinin Sultan Mahmüdun sarayına tanıtılması və Gaznəli sultanın hizmətinə girməsi də Nasr b. Nasırəddinin aracılığıyla olmuştur. Bu yakınlık və hizmətindən və onu tanıtan kişinin sultanın kardəşi olmasından dolayı diğər şairlərin önünə gəçərək sultanın yakınlarından bir kişi olup onun nədimlərindən biri konumuna gəldi. Mahmüdun gəniş hədiyə yağmurundan büyük bir sərvət topladı. Nitəkim mal və mülkünün çokluğu konusunda kəndindən sonraki şairlər arasında ün salmıştı. Hakani onun hakkında şöylə dəmiştir: Bəli, üstünlüklər sahibi bir şair vardı, üstünlüklər sahibi bir sultandan dolayı Unsuri. Güzəl bir maşuktan və iyi bir məmduhtan, gazəlci oldu mədihlər söyləyən Unsuri. Kərəm noktasında iyi bir bağış aldı, ülkələr fəthədən Mahmüddan Unsuri. On beyit karşılığında güzəl bağışlar gördü, bir tək Hindistan fəthindən Unsuri. Duydum ki qazanını misdən, sofrasının alətlərini altından yaptı Unsuri. Unsuri, Mahmudun səfərlərinin gənəlində bərabərində bulunmuştur. Asıl məmduhu da bu padişahtır. Ondan sonra da oğlu Məsüdun hizmətində də aynı yakınlık və makamı koruyup onu da övdü. Bu iki padişaha ilavə olarak Nasr b. Nasırəddin Səbuktəkini də kəndi zəngin kasidələrində övdü. Ölüm tarihi, 431/1039 yılı olarak naklədilmiştir. Bu üstad şair, kəndi şiirlərindən də açıkça anlaşıldığı üzərə, üstün nitəlikli və üstün kişilikli bir kişiydi. Kasidələrini övgüyə has kılmasıyla birliktə onlarda kimi zaman ahlaki mazmunları açıklamaya da yönəldi. Üstadın vakar və mətanəti, təgazzül və gazəllərində də açıkça görülməktədir. Unsurinin Divanının üç bin bəyit civarında olduğu yazılmıştır. Bugün onun şiirlərindən çəşitli kaynaklarda və Divanının məvcut olan nüshalarında olanlar iki bin bəyti biraz gəçməktə, kasidə, birkaç gazəl, kıta və məsnəvilərindən birkaç parçayı içərməktədir. Onun Divanı dışında Şadbihr u Aynul-Hayat, Vamık u Azra və Hingbut u Sorhbut adlarında manzumələri də vardır. Bu məsnəvilər, mutakarib bahrində yazılmış olan Vamık u Azranın birkaç bölümü dışında əldə məvcut dəğildir. Yaradıcılığı Xorasan ədəbi məktəbinin nümayəndəsi Ünsürinin "Vamiq və Əzra" adlı poeması var. Həmçinin bax Xarici keçidlər E.G. Browne. Literary History of Persia. (Four volumes, 2,256 pages, and twenty-five years in the writing). 1998. ISBN 0-7007-0406-X Jan Rypka, History of Iranian Literature. Reidel Publishing Company. 1968. ISBN 90-277-0143-1 | https://az.wikipedia.org/w/index.php?curid=271882 |
Əbülqasim Marağayi | Əbülqasim Azad Marağayi, jurnalist və yazıçı. Mirzə Əbülqasim Marağayi, 1883-cü ilin yanvar ayında Marağada dünyaya gəlmişdir. Atası Mirzə Əbdülməhəmməd Siqqətülislam, Azərbaycanın müctəhidlərindən idi.Ibtidai və orta təhsilini Marağada alandan sonra Nəcəfə getdi və orada 5 il yarım Ayətullah Məhəmmədkazım Xorasani, Şeyx Həsən Mamaqani, və Fazil Şərəbiani siniflərində təhsil aldı və ruhani olaraq İrana qayıtdı. Amma atasının arzusu olmasına baxmayaraq,din xadimi olmaqdan geri çəkildi və Tehrana gedib və Fransız dilini öyrənməyə başladı. 2 il Tehranda idi və sonra yeni elmləri öyrənmək üçün Avropaya getdi.Bakıda bir neçə iranlı ilə birlikdə bir məktəb təsis etdi. 11 il Rusiya, Türkiyə, Yunanıstan, Misir, Fransa, İngiltərə, Hindistan və Hicazda idi.İngiltərədə İran xəttinin dəyişməsi fikrinə düşdü.İngiltərədən Hindistana getdi və Əliqər colecində İngilis dilini tədris etməyə başladı və Həbləlmətin qəzeti ilə də əməkdaşlıq etdi.5 il Hindistanda olanda, səkkiz min fars sözünü İngilis ekvivalentləri toplusun İran Nobahar Lüğəti adıyla təqdim etdi. Azad Marağayi iddia edir ki Britaniya şirkətlərinin tərəfdən bu lüğətin yayılması üçün təklif verildi.Birinci Dünya müharibəsinin başlanğıcında İrana qayıtdi və Məarif, Vəqflər və İncə Sənayesi nazirliyində istixdam olundu. Bir müddətdə İrşad qəzetəsində məqalə yazırdi və bu məqalələrdə öz lüğətinin sözlərindən istfadə edirdi. 1915-ci ildə Nameye Parsi dərgisin nəşr etdim ilkinci sayısi 19 iyun 1916 ildə Tehranda çap oldu. Bu dərgidə xalis farsca sözlərindən, Ərəbcə sözləri olmadan, istifadə olunurdu.Əbülhəsən Mirzə Şeyxərrəis Qacar, Azadı və işlərini tərifləmək üçün onun haqqında bir parça şeir dedi.Onun arxaizmdə ifratı o qədər idi ki o qədim tarixdən istifadə edirdi ki mənbəyi Kiumərsin tacqoyması günü idi. Bu nəşriyyə iki il nəşr olundu və onda Əbülhəsən Mirzə Şeyxərrəis Qacar, Məcdəlislam Kirmani, və Etisaməddövlədən materiallar nəşr olurdu və Həsən xan Mustoufi əl-Məmalik,Məhəmmədvəli xan Tənkabuni və Sərdar Müəyyiddə bu nəşriyyəyə maliyyə kömək edirdilər.Azad Marağayi bu dərginin nəşri üçün məarif nazirliyindən elm nişanı aldı. O, sonra "Asayeş" qəzetin 1919-cu ilin dekabr ayında nəşr etdi.Ancaq on səkkiz sayıdan artıq dərc olunmadı, qəzetin qadağan olunma səbəbi, Azad Marağayının İran Demokrat partiyasında Mirzə Həsən xan Vüsuqəddövlə hökumətinin əleyhinə siayasi fəaliyyət etməsinə görə idi ki həbs olmağına gətirib çıxardı. Azad Marağayı bu qəzetin puanın Mirzə Əbutalib Şirvani Bənanəssəltənəyə verdi və özü 1920-ci ilin avqust ayında hayat yoldaşı Şahnaz Rüşdiyyə, Həsən Rüşdiyyənin qızının yardımı ilə "Nameye Banovan"(Qadınlar Naməsi) adlı nəşriyyəni nəşr etdi.Azad Marağayı "Kəşfi Hicab Konvensiyası" adlı bir gizli cəmiyyət təsis etmişdir. Bu cəmiyyətin görüşlərində Yəhya Dövlətabadi kimi adamlar iştirak edib və müzakirə edirdilər. Bu cəmiyyət sonralar ləğv və Azadda həbs olundu. Kəşfi hicab üçün fəaliyyətlərinə görə 4 dəfə həbsxanaya düşüb və sürgün olmuşdur. Əbülqasim xan, "Nameye Banovan"(Qadınlar Naməsi) nəşriyyəsinin yayılmasının dayandırılmasından sonra, Tehrandan sürgün oldu və Təbrizə getdi.Təbrizdə Azad adlı həftəlik nəşriyyəsin yaydı.26 may 1946də Tehranda vəfat etdi. İki çap olunmuş əsəri Asan əlifba (fars dilində) Yeni gəlinlərə təlimatlar (fars dilində) İran Müasir Tarixi Araşdırmalar İnstitutu Əsər yaradanlar kitabı (1-6 cildi) Xarici keçidlər Rasexun saytı | https://az.wikipedia.org/w/index.php?curid=326500 |
Əbülqasim Nəbati | Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. Yaradıcılığı Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır. O, həm klassik şərq, həm də aşıq şeri tərzində orijinal əsərlər yaratmışdır. Yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, çarpa, bəhri-təvil kimi janrlara yer vermişdir. 400 beytə yaxın şeiri ilk dəfə 1845-ci ildə Təbrizdə çap olunmuşdur. Bundan bir neçə il sonra 7500 misradan ibarət "Nəbati" divanı işıq üzü görmüşdür. Bu divanındakı şeirlərin yarısı Azərbaycan türkcəsində, yarısı farscadır. Ancaq Nəbatinin heca vəznində, xalq şeri üslubunda yazdığı qoşmaların, gəraylıların çoxu bu divana daxil edilməmişdir. Bu əsərlər isə Nəbati yaradıcılığının ən gözəl örnəklərindəndir. Xalq poeziyası ruhunda yazdığı bəzi şeirlərində Nəbati "Xançobanı" təxəllüsündən də istifadə edib. Ehtimallara görə, XVIII əsrdə "Xançobanl" adlı bir şair də yaşamış və onun adıyla bağlı "Xançobanı" dastanı yaranmışdır. Nəbatinin həyatı bu dastanla səsləşir. Odur ki, adətən Xançobanına aid edilən və bir mahnı kimi də xalq arasında çox məşhur olan "Apardı sellər Saranı" şerinin də müəllifi Nəbati sayılır. Nəbati qoşmalarının əsas mövzusu məhəbbətdir. Lirika onun şeirlərinin hamısı üçün səciyyəvidir. Nəbati aydın cinas qafiyələrdən ibarət təcnislər də yazmışdır: "Gözlər nə gözlər", "O üz bu üzə" və s. Nəbati qoşmaları öz lakonikliyi ilə seçilir. Şair keçirdiyi mənəvi böhranları "Ləngəm", "Nədir" rədifli qəzəllərində təsvir etmişdir. Onun məhəbbət mövzulu qəzəlləri də var. | https://az.wikipedia.org/w/index.php?curid=44206 |
Əbülqasim Ordubadi | Əbül-Qasim Ordubadi (dekabr 1857, Təbriz – 17 iyun 1915, Həmədan) — Azərbaycanlı İslam alimi, müctəhid (mərceyi-təqlid), ayətullah. Ayətullah Mirzə Əbül-Qasim ibn Məhəmməd Təqi ibn Məhəmməd Qasim ibn Əbdi-Əli Ordubadi Nəcəfi əslən Ordubad məntəqəsindən idi, hicri 1274-cü il cəmadiyül-əvvəl ayında (təqribən miladi 1858-ci il) Təbrizdə anadan olmuşdu. İbtidai təhsilini aldıqdan sonra Əbül-Qasim Ordubadi İraqa gedib, Nəcəf hövzəsinə daxil olur. O, fiqh, üsuli-fiqh, hədis, rical və s. elmləri mənim¬səmək üçün öz dövrünün məşhur alimlərindən sayılan Fazil İrəvani, Fazil Ərdəkani, Şeyx Məhəmməd Hüseyn Kazimi və Molla Əli Nəhavəndidən dərs alır. Əbül-Qasim Ordubadi həmçinin, Samirə şəhərində Ayətullahül-üzma Mirzayi-Şirazinin, Kazimeyndə Ayətullah Məhəmməd Həsən Ali-Yasinin dərslərinə qatılır. Bəzi biblioqraflar onun müəlimləri sırasında Molla Hüseynqulu Həmədaninin də adını qeyd etmişlər. Hədis elmi sahəsində isə onun əsas müəllimi Şeyx Məhəmməd Taha Nəcəf olmuşdur. Əbül-Qasim Ordubadinin ictihad qabiliyyətini Fazil Şərabiyani, Şeyx Zeynül-abidin Mazandarani Hairi, Mirzayi-Şirazi kimi alimlər təsdiq etmişlər. Müdərris Təbrizinin “Reyhanətül-ədəb”, İsfahaninin “Əhsənül-vədiə” kitablarında Əbül-Qasim Ordubadi “fəzilətli alim, kamil ədib, üsul və rical elmlərini gözəl bilən fiqh mütəxəssisi, cəfəri məzhəbi fəqihlərinin seçilmişi, öz dövründə şiələrin mərceyi-təqlidi, rical elmində məharətli” və sair epitetlərlə təqdim edilir, rical şəxsiyyətləri barələ məlumat dairəsində, hafizədə, dostluq və ünsiyyət möhkəmliyində, davranış və rəftarda, səliqədə çox üstün məqama malik olduğu vurğulanır. Seyyid Möhsin Əmin Amulinin “Əyanüş-şiə” əsərində Ordubadi barəsində oxuyuruq: “O, alim, fəqih, təqvalı, zahid, Allahdan qorxan idi. Azərbaycan və Qafqazda mərceyi-təqlidlərdən biri sayılırdı. Bu yerlərin əhalisinin bir hissəsi Fazil Şərabiyaninin və Ayətullah Maməqaninin vəfatından sonra ona təqlid edirdi. O, Həzrət Əli (ə) məscidinin imam-camaatlarından idi”.Mənbələrdə alimin qələmindən çıxmış, fiqh, üsuli-fiqh, təfsir, rical, əqaid, sərf-nəhv və başqa elm sahələrini əhatə edən 50-dən artıq kitabın adı çəkilir. Ordubadi zamanın tələblərinə vaxtında reaksiya verməyi bacarır, aktual mövzulara da münasubət bildirirdi. Onun xristianlar əleyhinə qələmə alınmış “Mənahicül-yəqin”, vəhdəti-vücud əqidəsinin əleyhinə yazılmış “Əş-Şühübüs-saqibə”, babilər əleyhinə qələmə alınmış “Əs-Sihamün-nafizə” kitabları məşhurdur. Əbül-Qasim Ordubadi hicri 1308-ci (miladi 1891-ci) ildə müvəqqəti olaraq Təbrizə gəlib, orada şəriətin təbliği ilə məşğul olur. Yeddi ildən sonra (1898) yenidən Nəcəfə qayıdıb, tədris fəaliyyətini davam etdirir. Nəhayət, hicri 1333-cü il şəban ayının 5-də (miladi 1915-ci il) Məşhədə, İmam Rzanın (ə) məzarını ziyarət etməyə gedən Ordubadi yolda Həmədan şəhərində vəfat edir. Oğlu - məşhur din alimi Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi bir neçə ildən sonra onun cəsədini Nəcəfə apararaq, Əlinin məzarı ətrafındakı hücrələrdən birində dəfn edir. Həmçinin bax Şeyx Qəni Axund Badkubeyi İmam Əlinin hərəmində dəfn edilmiş azərbaycanlılar - SİYAHI Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzeti, 04.02.2019, “Məşhur azərbaycanlı din alimləri: Ayətullah Əbülqasim Ordubadi” 525.az | https://az.wikipedia.org/w/index.php?curid=377599 |
Əbülqasim Xoyi | Seyid Əbülqasim Xoyi (19 noyabr 1899, Xoy, Qərbi Azərbaycan ostanı – 8 avqust 1992[…], Kufə, Nəcəf mühafəzəsi) — müctəhid, ayətullah əl-üzma. Əbulqasim ibn Əliəkbər ibn Haşim Musəvi Xoyi q. 1371-ci ildə (15 rəcəb) Xoy şəhərində dünyaya göz açmışdır. Məşrutə hərəkatı dönəmində yaranan problemlərdən sonra atası Nəcəf şəhərinə köçmüşdür. Bundan iki il sonra isə (1330-cu ildə) oğlu atasının yanına getmişdir. O, Nəcəfdə dövrünün Şeyx Fəthullah, Ayətullah Naini, Ayətullah Kompani, Seyid Hüseyn Badkubi və s. məşhur alimlərinin dərslərində iştirak edərək ictihad dərəcəsinə yetir. Mərhum Ayətullah Xoyi İslam elmlərinə böyük xidmətlər etmişdir. Onun Üsul elmində özünəməxsus metodu olmuşdur. Təsadüfi deyil ki, İran İslam İnqilabının lideri Ayətullah Xamenei onun haqqında deyir: "Biz, Mərhum Ayətullah Xoyiyə yalnız bir mərcəi-təqlid deyil, həm də böyük tədqiqatçı, pedaqoq və müəllif kimi baxırıq. Onun keçdiyi şərəfli həyat yoluna baxdıqda bir çox elmlərdə mütəxəssis olduğu tam aydın görünür". Ayətullah Xoyinin ömrünün bərəkəti bu gün də İslam aləmində hiss olunmaqdadır. Günümüzdə ən böyük mərcəi-təqlidlər onun ömrünün bəhrəsidir. Belələrinə Ayətullah Seyid Əli-Hüseyn Sistani, Mərhum Ayətullah Cavad Təbrizi, Ayətullah Vəhid Xorasani və digərlərini nümunə göstərmək olar. Seyid Əbülqasim Xoyi 8 avqust 1992-ci ildə İraqda, Kufə şəhərində vəfat edib. Həzrət Əlinin (ə) mübarək hərəmi yaxınlığında dəfn edilib. Həmçinin bax Xarici keçidlər Official website Imam Al-Khoei Foundation | https://az.wikipedia.org/w/index.php?curid=263053 |
Əbülqasim Zəhravi. “Əl-məqələtus-səlasim”-məqələtus-səlasim" | Əl-məqələtus-səlasim — X-XI əsrlərdə İspaniyada-Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin tibbə dair “Əl-məqələtus-səlasim” (Cərrahiyyə və cərrahi alətlər haqqında) tibbə dair 30 cildlik əsərinin cərrahiyəyə aid XXX cildi bu ensiklopedik əsərin ən dəyərli və maraqlı hissəsidir. Kitabda 200-ə qədər cərrahiyyə alətinin şəkli verilmiş, onlardan istifadə qaydaları izah edilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma 2005-ci ildə YUNESKO-nun “Dünyanın Yaddaşı” Proqramının reyestrinə daxil edilmişdir. Bu qərarı təsdiqləyən Sertifikat Əlyazmalar İnstitutuna YUNESKO-nun baş katibi Koişiro Matsuura tərəfindən təqdim edilmişdir. “Dünya Yaddaşı” Proqramının məqsədi ayrıca xalqlar və olkələr üçün deyil, bütün bəşəriyyət üçün vacib və əvəzolunmaz olan yazılı abidələri aşkar etmək və qorumaqdır. 156 vərəqdən ibarət əsər nəsx xətti ilə, qara tuşla XII əsrdə köçürülüb. "Azərbaycan mulidissiplinar əlyazması: Xəzinədən incilər" kitabı | https://az.wikipedia.org/w/index.php?curid=535080 |
Əbülqasim bəy Evoğlu | Əbülqasim bəy Evoğlu (?-?)— XVII yüzil, şair, xəttat, diplomat. Əbülqasim bəy Xoy vilayətinin Evoğlu nahiyəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. I Şah Abbasa xidmət etmişdi. Əbülqasim bəy bir müddət sarayda qorçu kimi çalışmışdı. İskəndər bəy Münşi yazır: "Elə bu əsnada Seyid Mübarəkin oğlu Seyid Bədr izin almadan ali ordudan Ərəbistana getdi, Luristan hüdudunda Şahverdi xan adamlarının əlinə keçdi. Əlahəzrət Əbülqasim bəy Qorçi Evoğlunu onu gətirməkdən ötrü yolladı. Şahverdi xan bir neçə gün o qorçinin başını söz-söhbətlə aldadıb Bədr xanın [dərgaha] göndərilməsini ləngitdi, vaxtı hiyləgərliklə uzatdı. Buna görə də, onunla Əbülqasim bəy arasında təhdidamiz söhbətlər başlandı. Axırda başqa çarə tapmadı və xanı istər-istəməz yola saldı. Qorçi [geri qayıdaraq] Şahverdi xanın düşmən münasibəti və bədxahlığı barədə ərz etdi".Əbülqasim bəy Evoğlu Osmanlı sarayına elçi getmişdi. I Şah Abbas Ərdəbildən Təbrizə qayıtdı və osmanlılarla sülh bağlamağa cəhd etdi. Şah bu məqsədlə dostunun - Krım xanı Qazi Gərayın vasitəçiliyindən istifadə etməyi münasib bildi. O, Osmanlı sərkərdəsi Xəndan ağanı Qəhqəhə qalasından azad etdi və onu öz elçisi Əbülqasım yüzbaşı Evoğlu ilə Krıma göndərdi. Onlara Şah Abbasın işğal dairəsini tanımaq və Osmanlı dövlətinin Səfəvi dövləti ilə sülh müqaviləsi bağlamasına nail olmaq tapşırılmışdı. Lakin Krıma gedərkən yolda Xəndan ağanın öldürülməsi, şah elçisinin çərkəzlər tərəfındən əsir götürülməsi və Qazi Gərayın da ölüm xəbərinin alınması nəticəsində əldə edilmiş qələbə hüquqi baxımdan rəsmiləşdirilmədi. Əbülqasim bəy həm də xoştəb şair idi. Fars və türk dillərində könüloxşayan şeirlər deyərdi. Əbülqasim bəyin Heydər bəy adlı oğlu vardı. Yaradıcılığı | https://az.wikipedia.org/w/index.php?curid=271804 |
Əbülqasım Cəlaləddin Təbrizi | Əbülqasım Cəlaləddin Təbrizi əslən təbrizli olan və Cənubi Asiyada fəaliyyət göstərmiş məşhur sufi. O, Benqaliyada müsəlman hakimiyyətinin başlamasından bir qədər əvvəl buraya gəlmiş və yerli əhali arasında İslam dininin təbliğatına başlamışdır. o, ölənə qədər bu işlə məşğul olmuşdur. Əbülqasım Cəlaləddinin adı ilə kiçik islami təriqətlərdən biri olan Cəlaliyyə təriqəti yaradılmışdır. O, Sanskrit əfsanələrindən biri olan Sekhaśubhodayā-nin (azərbaycanca:Şeyxin gəlişi) qəhrəmanı hesab edilir. Həyatının erkən dönəmi və təhsili Əbülqasım Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlmişdir. O, yerli sünni alimlərindən olan Əbu Seyid Təbrizinin nəzarətində təhsil almışdır. Müəlliminin ölümündən sonra Şihabəddin Ömər Sührəvərdidən dərs almağa başlamışdır. Onun xidmətində olan Əbülqasım müəlliminin Həcc ziyarətlərində onu müşayət etmişdir. Həyatının sonrakı dönəmi Əbülqasım 1210-cu ildə Dehlidəki türk hökmdarı Şəmsəddin Eltutmuşun hakimiyyəti dövründə oraya getmişdir və ona sarayda yer ayrılmışdır. Tədricən sarayda məşhurlaşmasına görə, Şeyx əl-İslam Nizaməddin Suğra tərəfindən qısqanclıqla qarşılanmış və sonda onun tərəfindən böhrana məruz qalmışdır. Suğra onu adı dövrün qaydaları əsasında əxlaqsızlıqda hallanan qadınla əlaqədə ittiham etmişdir. Lakin Qütbəddin Bəxtiyar Kaki və Bəhaəddin Zəkəriyyə kimi digər alimlər onunla yaxşı əlaqələrini davam etdirmişdirlər. İttihamların daha sonra yalan olması sübut edilmişdir.O, daha sonra Benqaliyaya getmişdir. Bura bir digər türk hökmdarı olan Məhəmməd Bəxtiyar Hilçi tərəfindən yeni ələ keçirilmişdi. Təbrizi bir çox yerli əhalini İslama dəvət etdiyinə və böyük izləyici topladığına görə tanınır. Deotala yaxınlığındakı bir yaşayış məskəni onun şərəfinə Təbrizabad adlandırılmışdır. Güman edilir ki, həyatının bir dönəmində o, burada yaşamışdır. Ölümü və mirası Cəlaləddin Təbrizinin ölüm tarixi mübahisəlidir. Qulam Sərvər iddia edir ki, o, 1244-cü ildə ölmüşdür, Mirzə Məhəmməd Əxtar Devləvi isə onun 1225-ci ildə vəfat etdiyini yazmışdır. O, vəfat etdikdən sonra Həzrət Pnaduadakı xanəgahında dəfn edilmişdir. Dərgaha ianə edilmiş gəlir illik 22 min təkədən daha yüksək olmuşdur və bundan sonra Baiş Hazari Dərgahı deyə adlandırılmışdır.Lakin Əbülfəzl ibn Mübarək iddia edir ki, Əbülqasım Devmahal adlanan sarayda vəfat etmişdir. Tarixçilər bu yeri tapmağa çalışmış və sonda iddia etmişdirlər ki, Belqaliyada Devmahal adlanan bir saray olmamışdır. Kolonial dövrün araşdırmaları Devmahalın Maldiv adalarında yerləşdiyini bildirir.13-cü əsrdə Təbrizinin Müsəlman Benqaliyaya təsirini sonrakı əsrlərdə ümumi adı Cəlal olan digər sufi övliyaları səbəbindən yaranan çaşqınlıqlarla görmək olar. XIV əsrdə yaşamış məşhur ərəb səyyahı İbn Bəttutə Əbülqasım Təbrizi ilə Kamarupa yaxınlığında rastlaşdığını yazmışdır. Müasir tarixçilər düşünür ki, onun qarşılaşdığı sufi alimi Sylhetli Şah Cəlal olmuşdur. Güman edilir ki, müəllif kitabını oradan döndükdən çox illər sonra yazdığına görə şəxsləri qarışdırmışdır.Böyük Moğol imperatoru II Aləm Şahın hakimiyyəti dövründə Baiş Hazari bölgəsinin mütəvəllisi (canişini) təyin edilən Münşi Seyid Sədrəddin mədrəsənin yaxınlığında kitabxana da tikdirmişdir. Boharda yerləşən bu kitabxanaya Mədrəsə-i-Cəlaliyyə adı verilmişdir. Kitabxanaya bu adın verilməsinin adı Əbülqasım Cəlaləddin Təbrizinin adı ilə bağlı olmuşdur. Bu mədrəsədə yüzlərlə məşhur üləma yetişdirmişdir. Bunların sırasına Qulam Mustafa Burdvani, izharul Haque, Əbdürrəcəb Luknovi, Nural Haque Ənsari də daxildir. Syed Abdur Rahman Chishti. Mirat al-Asrar. University of Dhaka. 2017. Abu'l-Fazl ibn Mubarak. Ain-i-Akbari. 2. 1873. Muslim Nizami. Irshad-i-Mahbub. Delhi. 2008. Ghulam Sarwar. Khazinat al-Asfiya. 1. 2012. Ghulam Ahmad Khan. Khwajgan-i-Chisht. Delhi. 1923. 'Abd al-Haqq al-Dehlawi. Akhbar al-Akhyar fi Asrar al-Abrar. 2017. Mirza Muhammad Akhtar Dehlavi. Tazkirat-i-Awliya-i-Hind. 1. 2010. H. Beveridge. The Khurshid Jahan Numa of Sayyad Ilahi Bakhsh al Husaini Angrezabadi. Journal of the Asiatic Society of Bengal. Asiatic Society of Bengal. 1895. H. Blochmann. Contributions to the Geography and History of Bengal. Journal of the Asiatic Society of Bengal. Asiatic Society of Bengal. 1873. Shabnam Begum. Religious institutions of Bengal in the eighteenth century: Buhar Madrasah. Bengal's contribution to Islamic studies during the 18th century (Thesis). Aligarh Muslim University Press. 1994. M. Isharat Ali Molla. Life of Mulla Bahrul Uloom, his teachers and pupils, and views of prominent Ulama on him. Aligarh Muslim University Press. 1993. | https://az.wikipedia.org/w/index.php?curid=791334 |
Əbülqasım Firdovsi | Firdovsi (940, Tus, Samanilər dövləti – təq. 1020, Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir. Sultan Mahmud və Firdovsi Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir. 1020-ci ildə vəfat edən Firdovsi Tus şəhərindəki bağında dəfn edilir. | https://az.wikipedia.org/w/index.php?curid=442685 |
Əbülqasım Hüseynzadə | Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadə (25 sentyabr 1890, Bakı – 2 sentyabr 1988, Bakı) — folklorçu, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981). Əbülqasım Hüseynzadə 25 sentyabr 1890-cu ildə Bakıda anadan olmuşdur. O, orta təhsilini 6 sinifli şəhər məktəbində almış,sovetdən əvvəl Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir.Azərbaycan Sovet Hakimiyyətinin tərkibinə keçdikdən sonra Əbülqasım Hüseynzadə 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi yolla natamam ali təhsil almışdır.Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühim xidmətləri vardır. Onun "Atalar sözləri" (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, "Atalar sözü" (1938, 1949, 1956, 1965, 1981, 1986), "El sözləri" (1944), "Hikmətli sözlər" (1961), "Müdrik sözlər" (1970), "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti" (B.Thirbəyovla birgə, 1983), "Atalar sözü və zərb-məsəllər" və başqa kitabları çapa hazırlayaraq nəşr etdirmişdir.Onun topladığı atalar sözləri, məsəllər rus və Ukrayna dillərinə tərcümə olunmuşdur. Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə ona 1981-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. Azərbaycan Sovet Ensiklopediyası. X cild, Bakı, 1987 Arxivləşdirilib 2020-02-15 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=307205 |
Əbülqasım Nəbati | Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. Yaradıcılığı Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır. O, həm klassik şərq, həm də aşıq şeri tərzində orijinal əsərlər yaratmışdır. Yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, çarpa, bəhri-təvil kimi janrlara yer vermişdir. 400 beytə yaxın şeiri ilk dəfə 1845-ci ildə Təbrizdə çap olunmuşdur. Bundan bir neçə il sonra 7500 misradan ibarət "Nəbati" divanı işıq üzü görmüşdür. Bu divanındakı şeirlərin yarısı Azərbaycan türkcəsində, yarısı farscadır. Ancaq Nəbatinin heca vəznində, xalq şeri üslubunda yazdığı qoşmaların, gəraylıların çoxu bu divana daxil edilməmişdir. Bu əsərlər isə Nəbati yaradıcılığının ən gözəl örnəklərindəndir. Xalq poeziyası ruhunda yazdığı bəzi şeirlərində Nəbati "Xançobanı" təxəllüsündən də istifadə edib. Ehtimallara görə, XVIII əsrdə "Xançobanl" adlı bir şair də yaşamış və onun adıyla bağlı "Xançobanı" dastanı yaranmışdır. Nəbatinin həyatı bu dastanla səsləşir. Odur ki, adətən Xançobanına aid edilən və bir mahnı kimi də xalq arasında çox məşhur olan "Apardı sellər Saranı" şerinin də müəllifi Nəbati sayılır. Nəbati qoşmalarının əsas mövzusu məhəbbətdir. Lirika onun şeirlərinin hamısı üçün səciyyəvidir. Nəbati aydın cinas qafiyələrdən ibarət təcnislər də yazmışdır: "Gözlər nə gözlər", "O üz bu üzə" və s. Nəbati qoşmaları öz lakonikliyi ilə seçilir. Şair keçirdiyi mənəvi böhranları "Ləngəm", "Nədir" rədifli qəzəllərində təsvir etmişdir. Onun məhəbbət mövzulu qəzəlləri də var. | https://az.wikipedia.org/w/index.php?curid=459047 |
Əbülqasım Nəcm | Əbülqasım Nəcm (1892 - 19 oktyabr 1983) — İran xarici işlər naziri, diplomat. Əbülqasım Nəcm 1892-ci ildə anadan olmuşdu. Atası Mirzə Mahmud Şirazidir. Orta təhsilini bitirəndən sonra Tehran Universitetinə qəbul olmuşdu. Universiteti tamamlayandan sonra Xarici İşlər vəzarətinə işə düzəlmişdi. Nəcmülmülk ləqəbini daşıyırdı. Əbülqasım Nəcm İranın Almaniyada, Əfqanıstanda və Fransada səfiri olmuşdu. Əbülqasım Nəcm Mirzə İbrahim xan Həkiminin baş nazirliyi dönəmində İranın Peşə, Sənət və Ticarət naziri olmuşdu. Əbülqasım Nəcm 1957-ci ildən 1958-ci ilədək Xorasan əyalətinin ostandarı vəzifəsini icra etmişdi. Əbülqasım Nəcm 19 oktyabr 1983-cü ildə vəfat edib. Həmçinin bax İran Xarici İşlər nazirləri | https://az.wikipedia.org/w/index.php?curid=442420 |
Əbülqasım xan Qaragözlü | Əbülqasım xan Əhməd xan oğlu Nasirülmülk (1 aprel 1863, Həmədan ostanı – 26 dekabr 1927, Tehran) — İranın baş naziri, Sultan Əhməd şahın regenti olub. Əbülqasım xan ali təhsilini London şəhərində almışdı.Qacarlar sarayında müxtəlif vəzifələrdə çalışmışdı. 1905–1911-ci illər İran inqilabı ərəfəsində baş nazir Eynüddövlə ilə həmkarlıq etmişdi.1907-ci il baş nazir Mirzə Ələsgər xan Əminüssultan tərəfindən təşkil edilmiş nazirlər kabinəsində maliyyə naziri vəzifəsini icra etmişdi. 1908-ci ilin yanvarında Məhəmmədəli şaha qarşı baş vermiş qəsddən sonra nazirlikdən çıxarılmış Avropaya sürgün edilmişdi.1909-cu ildə Məhəmmədəli şah ölkədən qovulduqdan sonra, kiçik yaşlı Sultan Əhməd şah üçün əvvəlcə Əzdülmülk Əlirza xan Qovanlı-Qacar qəyyum və regent (naibəssəltənə-müvəqqəti şahın vəzifəsini icra edən) təyin edilmiş, o vəfat etdikdən sonra, Məclisin əksəriyyət qərarı ilə Nasirülmülk qəyyum və regent təyin edilərək, naibəssəltənə vəzifəsi də ona tapşırılmışdı. O, mürtəce bir şəxsiyyət idi. Vəzifəsindən istifadə edib Məclisi qovmuşdu. Əbülqasım xan 1911-ci ildən 1914-cü ilədək İranda diktator kimi bir hökumət olmuş, bu müddət ərzində Məclisin açılmasına və demokratik azadlıqların bərpa edilməsinə imkan verməmişdir. مصاحب، غلامحسین، دائرةالمعارف فارسی(Qulamhüseyn Musahib,Fars dilində ensiklopediya) مسعود بهنود، کشته شدگان بر سر قدرت، ISBN 964-405-055-X.(Məsud Behnud,Hakimiyyətə yetişmək üstündə ölənlər, ISBN 964-405-055-X.) تاریخ انقلاب مشروطیت.رحیم نامور. انتشارات چاپار 1958(Məşrutiyyət İnqilabının Tarixi.Rəhim Namvər.Çapar nəşriyyatı 1958) Həmçinin bax İranın baş nazirlərı Mahmud xan Qaragözlü | https://az.wikipedia.org/w/index.php?curid=79136 |
Əbülqasım əz-Zəhravi | Əbülqasım Həlaf ibn Abbas əz-Zəhravi,və ya Əbulqasıs (ərəb. أبو القاسم الزهراوي; 936[…], Mədinə əz-Zəhra, Əndəlüs – 1013[…], Kordova, Əndəlüs) — Əndəlusdan olan ərəb həkim və alim (müasir İspaniya ərazisində). Kordova xəlifəsi II Əl-Hakamın saray həkimi olmuşdur. Əbulqasıs cərrahiyyə, tibb, oftalmologiya, ortopediya, farmakologiya, odontologiya, qidalanma və s. fəsillərindən ibarət 30 cildlik "əl-Təsrif" əsərini yazdı. XII əsrdə "əl-Təsrif" latın dilinə tərcümə edildi və Kremonyalı Qerard tərəfindən illüstrasiya edilmişdir. XIV əsrdə fransız həkim Qi de Şoliak 200 dəfədən çox sitat gətirdi. Əbulqasıs sidik kanalını araşdırmaq, yemək borusundan yad cisimləri çıxarmaq, qulağı araşdırmaq üçün xüsusi bir alət icad etdi. Usamah Demeisi: Zur Geschichte der Erforschung von Leben und Werk des Abu l-Qāsim az-Zahrāwī (um 936 — um 1013) : unter besonderer Berücksichtigung der Zahnheilkunde. Berlin 1999. ISBN 3-933346-74-6. Heinz Schott: Meilensteine der Medizin. Dortmund 1996. ISBN 3-611-00536-3. Marianne Engeser: Der «Liber servitoris» des Abulkasis (936—1013) : Übers., Kommentar u. Nachdr. d. Textfassung von 1471. Stuttgart 1986. (lateinisch und deutsch) ISBN 3-7692-0967-2. Lutfi Rida: Abulkasim Unfallchirurgie. Düsseldorf 1967. Chirurgia : vollst. Faks.-Ausg. im Orig.-Format von Codex series nova 2641 d. Österr. Nationalbibliothek. ISBN 3-201-01116-9. Sami Khalaf Hamarneh /Glenn Sonnedecker: A pharmaceutical view of Abulcasis al-Zahrāwī in Moorish Spain : with special reference to the «Adhān». Leiden 1963. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=693525 |
Əbülqazi Bahadır xan | Əbülqazi Bahadır xan (1603–1663) — Xivə xanı, tarixçi, şair. Urgənc hökmdarı Ərəb Məhəmməd xanın oğlu, 1643-cü ildə Aral özbəklərinin, 1644-cü ildən isə Xivənin xanı olmuşdur. Əbülqazinin "Şəcərəyi tərakimə" (1659) və "Şəcərəyi türk" (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumat, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. verilmişdir. Həmçinin bax Xivə xanlığı | https://az.wikipedia.org/w/index.php?curid=259961 |
Əbülvəfa | Əbü-l-Vəfa Məhəmməd ibn Məhəmməd (ərəb. ابوالوفا محمد بن محمد بن یحیی بن اسماعیل بن العباس البوزجانی, 10 iyun 940, Buzqan[d], Rəzəvi Xorasan ostanı – 15 iyul 998, Bağdad) — fars astronomu və riyaziyyatçısı, Diofantın "Hesabının" şərhçisi; kəsrlər nəzəriyyəsinə ətraflı baxmış, pərgar və xətkeşin köməyi ilə əsas həndəsi qurmaları tətbiq etmişdir. X əsrdə yaşamış Bəttani ilk dəfə triqonometriyanı kəşf etmişdir. Onunla eyni əsrdə yaşamış Əbü’l Vəfa isə triqonometriyaya "sekant-kosekant" terminlərini gətirmişdir. Əbül Vəfa tangens, kotangens və kosekantı ilk istifadə edən alim kimi tanınır. | https://az.wikipedia.org/w/index.php?curid=349906 |
Əbülxeyr xan | Əbülxeyr xan (özb. Abulxayrxon) — Şeybanilər sülaləsindən Özbək xanlığının əsasını qoymuş xan. 1411/1412-ci ildə Dövlətşeyx sultanın ailəsində doğulmuşdu. Əslən Çingiz xanın nəvəsi Şeyban xanın nəslindən idi. Gəncliyində Şeybani ulusunun rəhbəri Cumaduk xanın ordusunda sol cinah komandiri idi. Hələ 1427-ci ildə Cumaduk xan Noqay Ordasının əmiri Yedigeyin oğlu Qazi bəy tərəfindən öldürüləndə noqaylar tərəfindən əsir alınmış, daha sonra isə azad edilmişdi. Hakimiyyəti Azad edildikdən sonra 1428-ci ildə Sibir xanlığını işğal edərək Tümen və Tura çayı arasındakı bölgəyə nəzarət etməyə başladı. 1446-cı ilədək Çimgi Tura (müasir Tümen) şəhərindən dövlətini idarə edən Əbülxeyr xan 1430-cu ildə Xarəzmi işğal etdi, buradakı Teymuri əmiri olan İbrahimi qovaraq Ürgənci ələ keçirdi. Lakin burada çox qalmayaraq həm şimaldan gələn təhlükə, həm də dözülməz istilərə görə Qazaxıstan çöllərinə qayıtdı və burada Həştərxan xanlığı ordularını məğlub etdi. 1435-ci ildə yenidən Xarəzmi, 1440-cı ildə Astrabadı qarət edən Əbülxeyr xan dövlətin sərhədlərini genişləndirirdi. 1446-cı ildə müasir Özbəkistan torpaqlarını ələ keçirən xan Teymuriləri qovaraq paytaxtını Sığnaqa köçürdü. Teymurilərlə münasibətlər Mərkəzi Asiyada öz gücünü möhkəmlədən Əbülxeyrin növbəti hədəfi Teymuriləri sıradan çıxarmaq idi. 1447-ci ildə Səmərqəndə qədər irəliləyən özbəklər şəhəri ələ keçirə bilmədən qayıtmışdılar. 1451-ci ildə Teymuri şahzadəsi Əbu Səidi dəstəkləyən Əbülxeyr həmin ilin iyununda onu Səmərqənddə Teymuri taxtına oturtdu. Mükafat olaraq Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evləndi. Dövlətin zəifləməsi 1457-ci ildə Uz Temür adlı hökmdarın başçılığı ilə kalmıklar xanlığın torpaqlarına daxil olaraq çoxlu qarətlər törətdi. Dövlətə başqa bir zərbə isə Canıbəy xan və Kerey xanın özbəklərdən ayrılaraq 1465-ci ildə müstəqil Qazax xanlığını yaratması ilə dəydi. Ölümündən öncə son olaraq Teymuri Hüseyn Bayqaranı Əbu Səidə qarşı dəstəkləməyə qərar verdi. Lakin hərəkətə keçə bilmədən 1468-ci ildə 57 yaşında vəfat etdi. Məzarı Əhməd Yasəvi türbəsindədir. Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evlənmişdir. Çox güman digər həyat yoldaşları da olub. Şahbudaq sultan Xoca Məhəmməd sultan Əhməd sultan Məhəmməd sultan Şeyx Heydər Səncər sultan İbrahim sultan Köçkünçü xan Suyunçxoca xan Ağburun sultan Seyidbaba sultan Zülfcamal xanım Xanzadə bəyim - Əbu Səid ilə evlənmişdi. Həmçinin bax Əbülxeyr xan (kiçik juz) | https://az.wikipedia.org/w/index.php?curid=595091 |
Əbülüla Gəncəvi | Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair. Səlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür. O, burada tez bir zamanda Şəddadilərin sarayına dəvət olunur və saray şairləri içərisində seçilərək, böyük rəğbət qazanır. Qatran Təbrizi poetik ənənələrinin davamçısı, Əbülüla Gəncəvi XI əsrin sonunda Gəncədə anadan olub. Təhsilini bitirdikdən sonra o, müsəlman Ərmənşahlar dövlətinin paytaxtı Xilat şəhərinə gəlir. Akademik Krımskinin mülahizələrinə görə, o, "Ərmənşahlar sarayında şeir qoşurdu." Əbülüla burada çox qalmır və Şamaxıya köçür. Şamaxıda da fitri istedadına və yüksək hazırcavablığına görə o, tezliklə şairlərin böyük himayədarı Şirvanşah I Mənuçöhrün (1120–1149) yanında xidmətə götürülür. Şairin əsərlərinin təhlili göstərir ki, Əbülüla poetika, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində hərtərəfli biliklərə sahib olmuşdur. Əbülülanın poeziyası akademizmi və bədii kamilliyi ilə seçilir. Sarayda o, öz ətrafına qabiliyyətli cavanlar toplayaraq, rəsmən "məliküşşüəra" (şairlərin hökmdarı) adını qazandıqdan sonra faktiki olaraq, məşhur farsdilli Şirvan poeziya məktəbinin əsasını qoyur. Əbülülanın şagirdləri içərisində bütün Şərqdə məşhur olan Xaqani Şirvani və Fələki Şirvani kimi şairlər vardı. Yaradıcılığı Özündən qabaqkı ədəbi,elmi fikri yaxşı bilən Əbülüla dövrünün qabaqcıl ziyalılarından idi, dövrünün məlik-üş-şüərası idi. Ədəbi irsindən "Andnamə"(Sövqəndnamə) adlı bir qəsidəsi və bir neçə kiçik qitəsi qalmışdır. Təkcə "Andnamə" qəsidəsi onun qüdrətli şair olduğunu göstərir: Bir parçasını nümunə göstərdiyimiz bu qəsidədəki əzəmət, obrazlılıq Xaqani və Nizami qəsidələrini xatırladır. Şairin özünü "Tay-tuşundan qabaq gedən ustad"adlandırması bu baxımdan lovğalıq təsiri bağışlamır. Əbülülanın Əbu Əli ibn Sina və Əbu Əli Dəqqaq kimi qabaqcıl şəxsiyyətləri xatırlatması, özünü onlarla müqayisə etməsi onun dövrün ideoloji döyüşlərində mövqeyini göstərən maraqlı faktdır. Əbülüla Gəncəvinin Xaqani ilə münasibətləri Əbülüla xüsusən, Xaqaninin taleyində böyük rol oynamışdı. O, ilk olaraq, bu gəncin istedadını kəşf edir və onu Şirvanşahlar sarayına qulluğa düzəldir. Görünür, gənc şairə əvvəllər götürdüyü "Həqaiqi" təxəllüsünü "Xaqani" ilə dəyişməsini də Şirvanşahın arzusu ilə məhz o məsləhət görmüşdü. Artıq Xaqaninin istedadı özünü türk adətincə, xaqan adlandıran I Mənuçöhr tərəfindən də qiymətləndirilirdi və şairin özünü Xaqani adlandırması həm Şirvanşaha, həm də sənətkara fəxr gətirərdi. Hicri qəməri ilə 550-ci illərin ortalarında Əbülüla və Xaqani arasında ziddiyyətlər yaranır və bu iki sənətkar bir-birinə həcvlər yazır. Əbülüla Xaqani Şirvaniyə "Xaqani" təxəllüsünü özünün verdiyini deyirdi və belə yazırdı: "Mən sənin təhsil almağın üçün qayğı göstərdim. Mən sənin dilini şairliyə açdım. Sənin həqiqi şair olduğunu görəndə Mən səni xaqanın (şirvanşah Mənuçöhrün) yanına gətirdim. Mən sənə Xaqani adını verdim." Şeirində bu haqda məlumata rast gəlirik: Bu vaxta qədər Əbülüla başqa bir şamaxılıya – şair və astronom Cəlal əd-Din Fələkiyə (öl. 1181) himayə göstərmişdi. Rəvayətə görə, hətta Əbülüla öz qızını da ona verməyi vəd etmişdi. Lakin sarayda yeni və daha bir parlaq ulduz görsənəndən sonra Əbülüla öz qərarını dəyişir və onun qızı Xaqaniyə qismət olur. Pərişan olmuş Fələkiyə təsəlli olmaq üçün ustad ona 20 min dirhəm pul verir və əlavə edir ki, "Oğlum, sən bu pula hər biri mənim qızımdan daha gözəl əlli Türkistan kənizi ala bilərsən." Həmin rəvayətin əksinə olaraq, Xaqani haqqında iri həcmli əsərində Qafar Kəndli onun Əbülülanın qızı ilə nigahı faktını təkzib etmişdir. "Məliküşşüəra"ya layiq görülən bütün üstünlüklərinə baxmayaraq, sarayda Əbülülanın həyatı heç də təhlükəsiz keçmirdi. Onu istəməyənlər və hətta ona açıq düşmən kəsilənlər də az deyildi.Hətta ustadın sevimli şagirdi Xaqani də tezliklə onun bədxahlarından birinə çevrilir. Ustadla şagird arasında mütəmadi şer atışmaları baş verir. Bütün bunlar haqda Əbülüla ömrünün son dövrlərində belə yazır: Xarici keçidlər Həmçinin bax Fələki Şirvani Xaqani Şirvani İzzəddin Şirvani | https://az.wikipedia.org/w/index.php?curid=40255 |
Əbüləla Mövdudi | Əbüləla Mövdudi (urdu ابو الاعلی مودودی; 25 sentyabr 1903[…], Övrəngabad, Britaniya Hindistanı – 22 sentyabr 1979[…], Nyu-York, Nyu-York ştatı) — Pakistanlı təfsirçi, İslam alimi və yazıçı. Əbüləla Mövdudi 1903-cü il sentyabr ayının 25-də Pakistanın Heydərabad vilayətinin Övrəngabad qəsəbəsində anadan olub. Çiştiyyə təriqətinin qurucusu Həcc Qütbəddin Mövdudi Çiştinin soyundandır. Uşaq yaşlarından etibarən fars, ərəb, urdu və ingilis dillərini öyrənən Mövdudi 1919-cu ildə 16 yaşında ikən atasını itirir. Mövdudi 1920-ci ildə jurnalist kimi peşə fəaliyyətinə başlayır. Bir müddət Cəbəlpurda vilayətində jurnalist işlədikdən sonra Hindistanın paytaxtı Delhiyə gedərək, Hindistan Alimləri Cəmiyyətinin (HAC) mətbu orqanı olan "əl-Came" qəzetində redaktor vəzifəsində çalışır. 1927-ci ildə xəstələnən Mövdudi bu səbəbdən doğma qəsəbəsi Avranqabada geri qayıtmağa məcbur olur. 1932-ci ildə isə gənc jurnalist Heydərabadda aylıq dərc olunan "Tərcüman əl-Quran" jurnalını təsis edir. 1938-ci ilin yanvarında Mövdudi M.İqbalın dəvətini qəbul edərək, İslam hüququnun inkişaf etdirilməsi fəaliyyətlərinə qoşulmaq üçün Pəncab vilayətinə yollanır. Onun burada çalışdığı məscid və bir neçə ev sonralar Dar əs-Salam Akademiyasına çevrilir. 1938-ci ilin aprelində M.İqbal vəfat etdikdən sonra Mövdudi Lahora gedərək, İslam Universitetinin İlahiyyat fakültəsində məvacib almadan dekan vəzifəsini icra edir. Ancaq o, burada fikirlərini sərbəst şəkildə ifadə edə bilməməsinə görə jurnalist peşəsi və elmi fəaliyyəti üçün Dar əs-Salam Akademiyasına qayıdır. Mövdudi burada üç il sonra, 1941-ci ildə "İslam Camaatı" hərəkatını yaradır. İstər dini, istərsə də humanitar sahədə biliyini artıran Mövdudi artıq 17 yaşında siyasi məsələlərə dair müharkimə yürütmək qabiliyyətinə malik idi. O, 1926-cı ildə "cihad" anlayışını "keçmiş və müasir müharibə" məfhumlarından ayırmaqla "islam cihadı" anlayışı ilə müasir beynəlxalq hərb hüququnu müqayisə etdiyi "İslamda cihad" adlı kitabını qələmə alaraq nəzərləri cəlb edir. 1932-ci ildə Mövdudi müasir təhsil almış gənclərə saf imanı aşılamaq üçün özünün məşhur "İslamın anlaşılmasına doğru" kitabını yazır. Kitab dəfələrlə nəşr olunmaqla 10-dan çox dilə çevrilir. "İslamın anlaşılmasına doğru" bir sıra ölkələrin ali təhsil ocaqlarında tədris vəsaiti olur. O, qələmə aldığı əsər və məqalələrində müsəlmanların öz dinlərini rahat yaşamaq hüququna malik olduğunu qeyd edir, digər dinlərin nümayəndələrinin müsəlmanlara hörmətlə yanaşmalı olduğunu vurğulayır. Həmçinin, Mövdudi əsərlərində müsəlmanları Quran və Peyğəmbərin sünnəsinə riayət edərək, belə bir həyat tərzi sürməyə çağırır. 1939-40-cı illərdə Mövdudi "Mövcud siyasi keşməkeşdə müsəlman" adı altında silsilə məqalələrini dərc etdirir. Mövdudinin İslam Camaatı hərəkatını yaratmaqda məqsədi siyasi motivlərlə bağlı idi və bu hərəkat daha sonra siyasi partiyaya çevrilir. Gənc alim 1947-ci ildən sonra bütün səyini Pakistanda İslam şəriətinə uyğun həyat tərzinin bərqərar edilməsinə sərf edir. 1948-ci ilin yanvar-mart aylarında Mövdudi Pakistan radiosuna İslamın ruhani, mənəvi, əxlaqi, sosial və iqtisadi təlimini izah edən beş müsahibə verir. O, ölkənin bütün vilayətlərini dolaşır, müsəlmanları Quranın və Peyğəmbərin göstərdiyi yolla getməyə çağırır. Bir sıra dairələr isə bundan istifadə edərək, onu dövlətə düşmənçilikdə ittiham edirlər. Nəticədə o, bir müddət sonra, yəni, 1948-ci il oktyabr ayının ayının 4-də həbs olunur. Mövdudi 1950-ci ilin may ayının 28-ə qədər həbsdə saxlanılmasına baxmayaraq, onun hərəkatı adından irəli sürdüyü təkliflərinin bir çoxu 1949-cu il mart ayının 7-də qəbul olunan Milli Konstitusiyada öz əksini tapır. Bununla da Pakistanda ilk dəfə Barəlvi, Əhli-Hədis və Şiə məzhəblərini təmsil edən 31 alim Mövdudinin təkidi nəticəsində 1951-ci il 21-24 yanvar tarixləri arasında Kəraçidə keçirilən konfransda yeni konstitusiyaya əlavə üçün lazım olan 22 prinsipi yekdilliklə qəbul edirlər. 1952-53-cü illərdə Pəncab vilayətində əhalinin böyük əksəriyyəti Qadiyani məzhəbinin konstitusiyada İslamdan xaric dini azlıq kimi qeyd olunmasını tələb etdiyi zaman hökumət bunun qarşısını zorakılıqla alır. Mövdudi isə hökumətin bu mövqeyini qınayaraq, əhalinin istəklərini dəstəkləyici xarakterdə "Qadiyani problemi" adlı məqaləsini qələmə alır. Bunun nəticəsində isə 1953-cü il may ayının 28-də Mövdidi həbs edilərək barəsində edam hökmü çıxarılır. Ancaq müsəlman dünyasında Mövdudinin barəsində çıxarılan ağır cəzaya qarşı etirazlar o qədər güclü olur ki, hökumət geri addım atmaq məcburiyyətində qalır. Edam hökmü 14 ilə qədər həslə əvəz edilir. 1955-ci ilin may ayında isə Pakistan Ali Məhkəməsinin qərarı ilə Mövdudi sərbəst buraxılır. 1955-ci il martında qəbul edilən konstitusiyada Mövdudinin lideri olduğu İslam Camaatı hərəkatının bir çox tələbi öz əksini tapır. Lakin 1958-ci ilin oktyabrında Pakistanın prezidenti İsgəndər Mirzə konstitusiyanı qüvvədən düşmüş elan edir. Bundan cəmi 20 gün sonra isə bütün siyasi partiyaların, eləcə də İslam Camaatı Partiyasının (İCP) fəaiyyyəti qadağan edilir. Daha sonra Mövdudi "İslam konstitusiyası və hüququ" adlı kitabını yenidən təkmilləşdirərək nəşr etdirir. Onun arqumentləri o qədər tutarlı olur ki, xristianlarla yanaşı, ölkənin Baş prokuroru A.R. Kornel belə İslam hüququnun ölkə üçün ən münasib sistem olduğunu etiraf edir. 1967-ci il fevralın 17-də Qərbi Pakistan Ali Məhkəməsinin iclasında bütün prokurorlar İslam hüququnun qüvvəyə minməsinin tərəfdarı olduğunu bildirirlər. 1959-62-ci illərdə Mövdudi Quranı urdu dilinə tərcümə edir ki, nəticədə 6 cilddən ibarət əsər meydana gəlir. "Təfhim əl-Quran"ı hazırlamaq üçün isə alim Qərbi Asiyanı – Səudiyyə Ərəbistanını, Suriyanı, Misir və İordaniyanı gəzərək, Quranda göstərilən bütün müqəddəs yerləri ziyarət edir. Ensiklopedik alim özünün ən məşhur əsəri olan "Təfhim əl-Quran"ı 1972-ci ilin iyununda tamamlayır. Əsər islam dünyasında böyük marağa səbəb olur. Bir müddət sonra isə "Təfhim əl-Quran" ingilis, benqal, ərəb və puştun dillərinə tərcümə edilir. Mövdudi Ərəbistan kralı İbn Səudun xahişi ilə Mədinədə qurulacaq İslam universitetinin layihəsini hazırladığı ərəfədə, yəni, 1963-cü ildə Misir və Səudiyyə Ərəbistanı arasında siyasi problemlərdən dolayı İbn Səud Misirdə hazırlanan Kəbə örtüyünü qəbul etmir. Bu zaman Mövdudi örtüyün Pakistanda hazırlanmasını təklif edir. Təklif qəbul edilir, örtük hazırlanır və iki qatarla bütün Pakistanda nümayiş etdirilir. Mövdudinin nüfuzunun getdikcə artmasını görən bir sıra dairələr 1963-cü ilin 25-28 oktyabrında İCP-nin illik konqresini pozmaq üçün hər bir fürsətdən istifadə edirlər. Ancaq bütün maneələrə baxmayaraq, konqres 10 min nəfərin iştirakı ilə baş tutur. Burada Mövdudinin həyatına qarşı sui-qəsdə cəhd olunsa da, alimin həyatını xilas etmək mümkün olur. Bundan sonra sözügedən dairələr ölkənin rəsmi mətbu orqanında Mövdudiyə qarşı əks-təbliğat aparırlar. 1964-cü ildə bu, öz nəticəsini verir. Elə həmin ilin yanvarında İCP-nin bütün liderləri həbs edilir, partiyanın fəaliyyəti isə qadağan edilir. Ancaq bir müddət sonra Pakistan Ali Məhkəməsi qərarı ləğv edir və İCP liderləri sərbəst buraxılırlar. 1965-ci il 6-24 sentyabr tarixləri arasında Hindistan Pakistan ərazilrinə soxularkən Mövdudi radiodakı çıxışında Pakistan torpaqlarını müdafiə etmənin cihad olduğunun bildirir. Bu, mharibənin gedişinə olduqca güclü təsir göstərir. Alimin çıxışı müharibənin gedişinə nəzərəçarpacaq təsir göstərir. 1967-ci ildə İsrail Misir, Suriya və İordaniya ərazilərinə soxulduqda Mövdudi Fələstini, xüsusilə də Qüdsü sionist işğaldan azad etməyə çağırır. 1968-cı ildə Məkkədə keçirilən "Rabitə əl-Aləm əl-İslamiyyə" konfransında Mövdudi müsəlmanların heç bir xarici dövlətdən asılı olmayan öz hərbi birliyini yaratmaq fikrini irəli sürür. Siyasi fəaliyyəti ilə yanaşı cəmiyyətin bir çox problemləri ilə də yaxından maraqlanan alim, xüsusilə aborta qarşı mübarizə aparır. Alim 1962-ci ildə fərdi, sosial, milli, beynəlxalq iqtisadi və əxlaqi nöqteyi-nəzərdən əhalinin sayının azalmasının üsulları və onların nəticələrini tənqid xarakterli "İslam və doğum nəzarəti" adlı kitabını qələmə alır. Pakistan hökuməti isə kitabın "Milli Ailə Planlaması"na zidd olduğunu iddia edərək, 1966-cı ildə kitabın satışını qadağan edir. Bu illərdə Mövdudinin ölkəni tərk etməsinə də qadağa qoyulur. 1968-ci ildə alimə böyrək əməliyyatı keçirmək məqsədilə iki dəfə Londona getməyə icazə verilir. Dini elmlərlə yanaşı, humanitar və texniki elmlərə də yiyələnən Mövdudi ensiklopedik alim idi. O, 100-dən çox kitabın, monoqrafiyaların və məqalələrin müəllifidir. Mövdudi əsərlərində İslamın müxtəlif yönlərini spesifik detallarına qədər göstərməyə çalışıb. Onun xanımı isə uzun illər İCP-in qadınlar şurasının sədri vəzifəsini icra edib. Mövdudinin həyat və fəaliyətinin mühüm bir hissəsini ona ünvanlanan müxtəlif mövzulara dair suallara cavab vermək də olub. Tanınmış alim 1979-cu ilin sentyabrında 76 yaşında vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=255779 |
Əbüləla əl-Mövdudi | Əbüləla Mövdudi (urdu ابو الاعلی مودودی; 25 sentyabr 1903[…], Övrəngabad, Britaniya Hindistanı – 22 sentyabr 1979[…], Nyu-York, Nyu-York ştatı) — Pakistanlı təfsirçi, İslam alimi və yazıçı. Əbüləla Mövdudi 1903-cü il sentyabr ayının 25-də Pakistanın Heydərabad vilayətinin Övrəngabad qəsəbəsində anadan olub. Çiştiyyə təriqətinin qurucusu Həcc Qütbəddin Mövdudi Çiştinin soyundandır. Uşaq yaşlarından etibarən fars, ərəb, urdu və ingilis dillərini öyrənən Mövdudi 1919-cu ildə 16 yaşında ikən atasını itirir. Mövdudi 1920-ci ildə jurnalist kimi peşə fəaliyyətinə başlayır. Bir müddət Cəbəlpurda vilayətində jurnalist işlədikdən sonra Hindistanın paytaxtı Delhiyə gedərək, Hindistan Alimləri Cəmiyyətinin (HAC) mətbu orqanı olan "əl-Came" qəzetində redaktor vəzifəsində çalışır. 1927-ci ildə xəstələnən Mövdudi bu səbəbdən doğma qəsəbəsi Avranqabada geri qayıtmağa məcbur olur. 1932-ci ildə isə gənc jurnalist Heydərabadda aylıq dərc olunan "Tərcüman əl-Quran" jurnalını təsis edir. 1938-ci ilin yanvarında Mövdudi M.İqbalın dəvətini qəbul edərək, İslam hüququnun inkişaf etdirilməsi fəaliyyətlərinə qoşulmaq üçün Pəncab vilayətinə yollanır. Onun burada çalışdığı məscid və bir neçə ev sonralar Dar əs-Salam Akademiyasına çevrilir. 1938-ci ilin aprelində M.İqbal vəfat etdikdən sonra Mövdudi Lahora gedərək, İslam Universitetinin İlahiyyat fakültəsində məvacib almadan dekan vəzifəsini icra edir. Ancaq o, burada fikirlərini sərbəst şəkildə ifadə edə bilməməsinə görə jurnalist peşəsi və elmi fəaliyyəti üçün Dar əs-Salam Akademiyasına qayıdır. Mövdudi burada üç il sonra, 1941-ci ildə "İslam Camaatı" hərəkatını yaradır. İstər dini, istərsə də humanitar sahədə biliyini artıran Mövdudi artıq 17 yaşında siyasi məsələlərə dair müharkimə yürütmək qabiliyyətinə malik idi. O, 1926-cı ildə "cihad" anlayışını "keçmiş və müasir müharibə" məfhumlarından ayırmaqla "islam cihadı" anlayışı ilə müasir beynəlxalq hərb hüququnu müqayisə etdiyi "İslamda cihad" adlı kitabını qələmə alaraq nəzərləri cəlb edir. 1932-ci ildə Mövdudi müasir təhsil almış gənclərə saf imanı aşılamaq üçün özünün məşhur "İslamın anlaşılmasına doğru" kitabını yazır. Kitab dəfələrlə nəşr olunmaqla 10-dan çox dilə çevrilir. "İslamın anlaşılmasına doğru" bir sıra ölkələrin ali təhsil ocaqlarında tədris vəsaiti olur. O, qələmə aldığı əsər və məqalələrində müsəlmanların öz dinlərini rahat yaşamaq hüququna malik olduğunu qeyd edir, digər dinlərin nümayəndələrinin müsəlmanlara hörmətlə yanaşmalı olduğunu vurğulayır. Həmçinin, Mövdudi əsərlərində müsəlmanları Quran və Peyğəmbərin sünnəsinə riayət edərək, belə bir həyat tərzi sürməyə çağırır. 1939-40-cı illərdə Mövdudi "Mövcud siyasi keşməkeşdə müsəlman" adı altında silsilə məqalələrini dərc etdirir. Mövdudinin İslam Camaatı hərəkatını yaratmaqda məqsədi siyasi motivlərlə bağlı idi və bu hərəkat daha sonra siyasi partiyaya çevrilir. Gənc alim 1947-ci ildən sonra bütün səyini Pakistanda İslam şəriətinə uyğun həyat tərzinin bərqərar edilməsinə sərf edir. 1948-ci ilin yanvar-mart aylarında Mövdudi Pakistan radiosuna İslamın ruhani, mənəvi, əxlaqi, sosial və iqtisadi təlimini izah edən beş müsahibə verir. O, ölkənin bütün vilayətlərini dolaşır, müsəlmanları Quranın və Peyğəmbərin göstərdiyi yolla getməyə çağırır. Bir sıra dairələr isə bundan istifadə edərək, onu dövlətə düşmənçilikdə ittiham edirlər. Nəticədə o, bir müddət sonra, yəni, 1948-ci il oktyabr ayının ayının 4-də həbs olunur. Mövdudi 1950-ci ilin may ayının 28-ə qədər həbsdə saxlanılmasına baxmayaraq, onun hərəkatı adından irəli sürdüyü təkliflərinin bir çoxu 1949-cu il mart ayının 7-də qəbul olunan Milli Konstitusiyada öz əksini tapır. Bununla da Pakistanda ilk dəfə Barəlvi, Əhli-Hədis və Şiə məzhəblərini təmsil edən 31 alim Mövdudinin təkidi nəticəsində 1951-ci il 21-24 yanvar tarixləri arasında Kəraçidə keçirilən konfransda yeni konstitusiyaya əlavə üçün lazım olan 22 prinsipi yekdilliklə qəbul edirlər. 1952-53-cü illərdə Pəncab vilayətində əhalinin böyük əksəriyyəti Qadiyani məzhəbinin konstitusiyada İslamdan xaric dini azlıq kimi qeyd olunmasını tələb etdiyi zaman hökumət bunun qarşısını zorakılıqla alır. Mövdudi isə hökumətin bu mövqeyini qınayaraq, əhalinin istəklərini dəstəkləyici xarakterdə "Qadiyani problemi" adlı məqaləsini qələmə alır. Bunun nəticəsində isə 1953-cü il may ayının 28-də Mövdidi həbs edilərək barəsində edam hökmü çıxarılır. Ancaq müsəlman dünyasında Mövdudinin barəsində çıxarılan ağır cəzaya qarşı etirazlar o qədər güclü olur ki, hökumət geri addım atmaq məcburiyyətində qalır. Edam hökmü 14 ilə qədər həslə əvəz edilir. 1955-ci ilin may ayında isə Pakistan Ali Məhkəməsinin qərarı ilə Mövdudi sərbəst buraxılır. 1955-ci il martında qəbul edilən konstitusiyada Mövdudinin lideri olduğu İslam Camaatı hərəkatının bir çox tələbi öz əksini tapır. Lakin 1958-ci ilin oktyabrında Pakistanın prezidenti İsgəndər Mirzə konstitusiyanı qüvvədən düşmüş elan edir. Bundan cəmi 20 gün sonra isə bütün siyasi partiyaların, eləcə də İslam Camaatı Partiyasının (İCP) fəaiyyyəti qadağan edilir. Daha sonra Mövdudi "İslam konstitusiyası və hüququ" adlı kitabını yenidən təkmilləşdirərək nəşr etdirir. Onun arqumentləri o qədər tutarlı olur ki, xristianlarla yanaşı, ölkənin Baş prokuroru A.R. Kornel belə İslam hüququnun ölkə üçün ən münasib sistem olduğunu etiraf edir. 1967-ci il fevralın 17-də Qərbi Pakistan Ali Məhkəməsinin iclasında bütün prokurorlar İslam hüququnun qüvvəyə minməsinin tərəfdarı olduğunu bildirirlər. 1959-62-ci illərdə Mövdudi Quranı urdu dilinə tərcümə edir ki, nəticədə 6 cilddən ibarət əsər meydana gəlir. "Təfhim əl-Quran"ı hazırlamaq üçün isə alim Qərbi Asiyanı – Səudiyyə Ərəbistanını, Suriyanı, Misir və İordaniyanı gəzərək, Quranda göstərilən bütün müqəddəs yerləri ziyarət edir. Ensiklopedik alim özünün ən məşhur əsəri olan "Təfhim əl-Quran"ı 1972-ci ilin iyununda tamamlayır. Əsər islam dünyasında böyük marağa səbəb olur. Bir müddət sonra isə "Təfhim əl-Quran" ingilis, benqal, ərəb və puştun dillərinə tərcümə edilir. Mövdudi Ərəbistan kralı İbn Səudun xahişi ilə Mədinədə qurulacaq İslam universitetinin layihəsini hazırladığı ərəfədə, yəni, 1963-cü ildə Misir və Səudiyyə Ərəbistanı arasında siyasi problemlərdən dolayı İbn Səud Misirdə hazırlanan Kəbə örtüyünü qəbul etmir. Bu zaman Mövdudi örtüyün Pakistanda hazırlanmasını təklif edir. Təklif qəbul edilir, örtük hazırlanır və iki qatarla bütün Pakistanda nümayiş etdirilir. Mövdudinin nüfuzunun getdikcə artmasını görən bir sıra dairələr 1963-cü ilin 25-28 oktyabrında İCP-nin illik konqresini pozmaq üçün hər bir fürsətdən istifadə edirlər. Ancaq bütün maneələrə baxmayaraq, konqres 10 min nəfərin iştirakı ilə baş tutur. Burada Mövdudinin həyatına qarşı sui-qəsdə cəhd olunsa da, alimin həyatını xilas etmək mümkün olur. Bundan sonra sözügedən dairələr ölkənin rəsmi mətbu orqanında Mövdudiyə qarşı əks-təbliğat aparırlar. 1964-cü ildə bu, öz nəticəsini verir. Elə həmin ilin yanvarında İCP-nin bütün liderləri həbs edilir, partiyanın fəaliyyəti isə qadağan edilir. Ancaq bir müddət sonra Pakistan Ali Məhkəməsi qərarı ləğv edir və İCP liderləri sərbəst buraxılırlar. 1965-ci il 6-24 sentyabr tarixləri arasında Hindistan Pakistan ərazilrinə soxularkən Mövdudi radiodakı çıxışında Pakistan torpaqlarını müdafiə etmənin cihad olduğunun bildirir. Bu, mharibənin gedişinə olduqca güclü təsir göstərir. Alimin çıxışı müharibənin gedişinə nəzərəçarpacaq təsir göstərir. 1967-ci ildə İsrail Misir, Suriya və İordaniya ərazilərinə soxulduqda Mövdudi Fələstini, xüsusilə də Qüdsü sionist işğaldan azad etməyə çağırır. 1968-cı ildə Məkkədə keçirilən "Rabitə əl-Aləm əl-İslamiyyə" konfransında Mövdudi müsəlmanların heç bir xarici dövlətdən asılı olmayan öz hərbi birliyini yaratmaq fikrini irəli sürür. Siyasi fəaliyyəti ilə yanaşı cəmiyyətin bir çox problemləri ilə də yaxından maraqlanan alim, xüsusilə aborta qarşı mübarizə aparır. Alim 1962-ci ildə fərdi, sosial, milli, beynəlxalq iqtisadi və əxlaqi nöqteyi-nəzərdən əhalinin sayının azalmasının üsulları və onların nəticələrini tənqid xarakterli "İslam və doğum nəzarəti" adlı kitabını qələmə alır. Pakistan hökuməti isə kitabın "Milli Ailə Planlaması"na zidd olduğunu iddia edərək, 1966-cı ildə kitabın satışını qadağan edir. Bu illərdə Mövdudinin ölkəni tərk etməsinə də qadağa qoyulur. 1968-ci ildə alimə böyrək əməliyyatı keçirmək məqsədilə iki dəfə Londona getməyə icazə verilir. Dini elmlərlə yanaşı, humanitar və texniki elmlərə də yiyələnən Mövdudi ensiklopedik alim idi. O, 100-dən çox kitabın, monoqrafiyaların və məqalələrin müəllifidir. Mövdudi əsərlərində İslamın müxtəlif yönlərini spesifik detallarına qədər göstərməyə çalışıb. Onun xanımı isə uzun illər İCP-in qadınlar şurasının sədri vəzifəsini icra edib. Mövdudinin həyat və fəaliyətinin mühüm bir hissəsini ona ünvanlanan müxtəlif mövzulara dair suallara cavab vermək də olub. Tanınmış alim 1979-cu ilin sentyabrında 76 yaşında vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=703861 |
Əbüləla əl-Müərri | Əhməd ibn Əbdullah ibn Süleyman Əbüləla əl-Məərri (ərəb. أبو العلاء المعري; 973[…], Məərrət ən-Nöman, İdlib mühafəzəsi – 1057, Məərrət ən-Nöman, İdlib mühafəzəsi) — Ərəb şairi. O, Ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqda deyəcəkdi ki," ərəblərin dilində Əbüləlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbüləlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi. Əbüləla soruşdu: "Sənə nə oldu?" Mən dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm. O dedi: "Get bir az onunla söhbət elə."Mən soruşdum: "Bəlkə dərsimi bitirim, sonra?" O dedi: "Dur, mən səni gözləyərəm." Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla Azərbaycan türkcəsində (azərbicidəcə) xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbüləla soruşdu: "Siz hansı dildə danışırdınız?" Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində danışırdıq. O dedi: "Mən (bu) dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm." Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum təəccüblə söylədi: "O, anlamadığı şeyləri necə əzbərləyib?" Həyatından dəqiqələr Əbüləla əl-Məərri erkən sübh çağı küçədən keçərkən Bağdad əyanlarından biri ilə rastlaşır. Əbüləlanın belə bir vaxtda harayasa tələsdiyini görən əyan təəccüblə deyir: - Ey Əba Əbdüllah, sübh açılmamış haraya üz tutmusan? Əbüləla cavab verir: - Sübh vaxtı evdən çıxmaqda şərikimsən. Amma bu işə təəccüb etməkdə tənha qalmısan! | https://az.wikipedia.org/w/index.php?curid=670932 |
Əbüləla əl-Məərri | Əhməd ibn Əbdullah ibn Süleyman Əbüləla əl-Məərri (ərəb. أبو العلاء المعري; 973[…], Məərrət ən-Nöman, İdlib mühafəzəsi – 1057, Məərrət ən-Nöman, İdlib mühafəzəsi) — Ərəb şairi. O, Ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqda deyəcəkdi ki," ərəblərin dilində Əbüləlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbüləlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi. Əbüləla soruşdu: "Sənə nə oldu?" Mən dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm. O dedi: "Get bir az onunla söhbət elə."Mən soruşdum: "Bəlkə dərsimi bitirim, sonra?" O dedi: "Dur, mən səni gözləyərəm." Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla Azərbaycan türkcəsində (azərbicidəcə) xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbüləla soruşdu: "Siz hansı dildə danışırdınız?" Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində danışırdıq. O dedi: "Mən (bu) dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm." Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum təəccüblə söylədi: "O, anlamadığı şeyləri necə əzbərləyib?" Həyatından dəqiqələr Əbüləla əl-Məərri erkən sübh çağı küçədən keçərkən Bağdad əyanlarından biri ilə rastlaşır. Əbüləlanın belə bir vaxtda harayasa tələsdiyini görən əyan təəccüblə deyir: - Ey Əba Əbdüllah, sübh açılmamış haraya üz tutmusan? Əbüləla cavab verir: - Sübh vaxtı evdən çıxmaqda şərikimsən. Amma bu işə təəccüb etməkdə tənha qalmısan! | https://az.wikipedia.org/w/index.php?curid=376314 |
Əbüləsvar Şavur | Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu. 1065-ci ildə o, səlcuqların köməyi ilə Ani şəhərini ələ keçirsə də, 1067-ci ildə o, öləndən sonra sülalənin hakimiyyəti zəiflədi. Bioqrafiyası Əsərləri Şəddadilər haqqında əsas mənbə olan Osmanlı tarixçisi Münəccimbaşı (1702-ci ildə ölüb) onları kürd əsilli hesab edirdi və bu fikir müasir dövrün tədqiqatçıları tərəfindən düz qəbul edilir. Ailənin banisi Məhəmməd bin Şəddad 950-ci illərdə Dvində hakimiyyəti ələ almışdı. Daha sonra ailə Arranın müsəlman şəhəri Gəncəyə hərəkət edib. Bu şəhər 970-ci illərdə Məhəmmədin oğulları - I Əli Ləşkəri, Mərziban, I Fəzl tərəfindən işğal edilib. Qardaşlar sıra ilə şəhəri əmir kimi idarə ediblər. Əbüləsvar Şavur üç qardaşın ən gənci və IV Şəddadi hökmdarı Fəzl Bin Məhəmmədin oğlu idi. Fəzl uzunmüddətli hakimiyyət dövründə (985–1031) Arranın böyük hissəsində və Süniki işğal edərək Ermənistanın bəzi hissələrində Şəddadi sülaləsinin hakimiyyətini qurmuşdur. Fəzldən sonra Gəncədə hakimiyyəti böyük oğlu Musa (1031–34) ələ keçirib və o, oğlu II Əli Ləşkəri (1034–49) tərəfindən öldürülüb.Əbüləsvar Şavurun adı ərəb-fars hibrididir: Şavur qədim fars adı "Şapur"dur, onun kunyası iran (böyük ehtimalla deyləmilər) adı "Əsvar"ın (mənası süvari, cəngavər olan "savar" ilə eyni kökdəndir) ərəbləşmiş formasıdır. Dvin əmiri (1022-1049) Münəccimbaşı qeyd edir ki, 1067-ci ildə öldüyü zaman Əbüləsvar artıq Gəncədə və bundan əvvəl "bəzi ərazilərdə" 46 il idi ki, hakimiyyətdə idi. Digər mənbələrə görə bəzi ərazilər deyərkən Dvin nəzərdə tutulur. Deməli o, təqribən 1022-ci ildə bu şəhərin hakimi olmuşdu. Şəhər Ermənistanın Baqration krallığının tərkibində olsa da, I Gagikin 1020-ci ildə ölümündən sonra onun oğulları arasında mübarizə şəhəri müdafiəsiz qoymuşdu. Həmçinin 1021-ci ildə şəhər dağıdıcı deyləmi basqınına məruz qalmışdı. Nəticə olaraq Dvin şəhəri Ermənistan krallığından ayrı düşmüş, şəddadilər tərəfindən müdafiə edilməyə möhtac qalmış və Əbüləsvar Şavur buranın hakimi olmuşdur. Əbüləsvar bu mərkəzdən Gəncədəki qardaşı Musa və daha sonra qardaşı oğlu II Əli Ləşkəridən müstəqil siyasət yeridirdi və Arrandan çox Ermənistana nəzarət edirdi. O, erməni sülalələri ilə yaxın idi, Taşir hökmdarı I Torpaqsız Davidin bacısı ilə evlənmişdi. Onun ikinci oğlu tipik erməni adı - Aşot ilə doğulmuşdu. Münəccimbaşı əsasən Gəncə mərkəzli məsələlərə baxdığından 1049-cu ildə Aşot Gəncədə əsas sülalə taxtını ələ keçirənə qədər onun adını çəkmir. Aşotun 1022-1049-cu illərdəki fəaliyyəti haqqında əsas mənbələr Aşotun rəqibləri olan ermənilər və bizanslılardır.Əbüləsvar ilk dəfə 1040-cı ildə Edessalı Matfeyin tarixi ilə qeyd edilir. Bu zaman erməni zadəganı Abirat, hansı ki, I Gagikin oğulları IV Aşot və III Hovannes-Smbat arasındakı mübarizəyə qarışmışdı, Dvinə gəldi. İkincinin narazılığından qorxan Abirat 12 min süvari ilə Əbüləsvardan müdafiə olunmağını istədi. Əbüləsvar əvvəl onunla xoş davrandı və ona yüksək vəzifə verdi. Ancaq daha sonra ona inanmadı və öldürdü. Bu zaman Abiratın leytenantı Sare Abiratın tərəfdarları ilə birlikdə Aniyə getdi. Təqribən eyni vaxtda aradakı qohumluq bağına baxmayaraq Əbüləsvar Taşir hökmdarı Davidin üzərinə hücum etdi. Edessalı Matfeyə görə 150 min sayında olan Şəddadi ordusu Taşirin böyük hissəsini tutdu. Ancaq David ona qarşı geniş ittifaq qura bildi. Taşir hökmdarı David 10 min, Ani hökmdarı III Hovannes-Smbat 3 min, Kapan hökmdarı 2 min, Gürcüstan hökmdarı 4 min əsgər təmin edə bildi. David həmçinin Alban katolikoslarının dəstəyini əldə etdi. Nəticə olaraq Əbüləsvar məğlub edildi və Taşirdən çıxardıldı.IV Aşot və III Hovannes-Smbat təqribən eyni vaxtda öldü (təqribən 1040/41). Aşotun oğlu II Gagik (1042–45) hər ikisinin yerinə hakimiyyətə gəldi və öz yerini bərkitməyə başladı. Taxta ən böyük təhlükə Bizans imperiyası idi. Bizans XI əsrin əvvəllərində erməni əyalətlərinə soxulmuşdu. Hovannes-Smbat öz krallığını imperiyaya vəsiyyət etmişdi və onun ölümündən sonra Bizans imperatoru IV Mixail (1034–41) Ani şəhərini ələ keçirmələri üçün əsgərlərini göndərdi. Gagik hücuma qarşı mübarizə apardı və Konstantinopoldakı siyası çaxnaşma ona iki il fasilə müddəti verdi. IX Konstantin (1042–55) Ermənistana Bizans iddialarını qorumağa meylli şəkildə hakimiyyətə gəldi. Bu məqsədlə IX Konstantin erməniləri arxadan vurması üçün Əbüləsvarla əlaqə qurdu. Əbüləsvar əldə etdiyi torpaqların əlində qalacağı imperial qızıl bulla ilə təsdiqləndi. İkitərəfli hücumla üz-üzə qalan II Gagik Konstantinopola getməyə məcbur edildi. Burada o, girov kimi saxlandı və 1045-ci ildə Ani şəhəri Bizansın əlinə keçdi. Verdiyi sözlərə məhəl qoymayan imperator Ani şəhərini ələ keçirdikdən sonra Əbüləsvardan ələ keçirdiyi qalaları boşaltmasını tələb etdi. Əbüləsvar imtina etdi və ermənilərin də daxil olduğu, Mixail Yasit və magistros Alan Konstantin rəhbərliyi altındakı böyük ordu Dvinə yürüş etdi. Əbüləsvar onların yaxınlaşmasına imkan verdi və daha sonra suvarma kanallarını açaraq şəhər ətrafındakı ərazidə daşqın yaratdı. Palçıqda ilişib qalan düşmənlər Şəddadi oxçuları üçün asan ov idilər: Bizans qüvvətləri böyük itki verdi. IX Konstantin cavab olaraq Ermənistanın idarəsini Katakalon Kekaumen və parakimomen Konstantinə verdi. Dvinə yürüş etmək yerinə yeni hakimiyyət Əbüləsvar tərəfindən tərəfindən fəth edilmiş qalaları geri almağa çalışdı. Bizans ordusu Sürməli, Anberd və Xorvirabı işğal etdi, ancaq Xelidonion (müasir İrəvan) 1047-ci ilin sentyabrına qədər mübarizə apardı. Bu zaman isə Leo Tornikinin başçılığı altında baş verən üsyan ordunun Konstantinopola qayıtmasına və sülh müqaviləsinin bağlanmasına səbəb oldu. Müqaviləyə görə Əbüləsvar imperatorun hakimiyyətini tanımağı və Bizans ərazisinə hücum etməməməyi öhdəsinə götürdü.Dvinin müqaviməti Ermənistan torpaqlarında Bizansın irəliləməsinin qarşısını aldı və bu, Sünik, Taşir, Xaçın kimi kiçik krallıqların müstəqilliklərini davam etdirməsinə səbəb oldu. Biraz sonra regionda güc balansı tamamilə dəyişdi: 1048-ci ildə Qutalmış və İbrahim Yınal başçılığı altındakı Səlcuqlular Bizans Ermənistanına ilk böyük miqyaslı yürüşlərini etdilər. Şəddadilər onları Bizansa qarşı müttəfiq kimi görsələr də, Qutalmış 1046/1047-ci ildə Gəncəyə də yürüş etdiyinə görə səlcuqlular da şəddadilər üçün bir təhdid idi.Qısa müddət sonra, 1048-ci ilin sonlarında və ya 1049-cu ilin əvvəllərində, (A.F. Gfrörer və M.H. Yinanç kimi müəlliflər təqribən 1050-ci ili, E. Honiqmann 1055/1056-cı ili təklif ediblər) bizanslılar raiktor Nikeforos başçılığı altında başqa bir hücum həyata keçirdilər. Həmin dövrün Bizans tarixçisi Con Skiliçaya görə bunun səbəbi Əbüləsvarın ("Aplesfar") razılaşmanı pozması və Bizans torpaqlarına yürüş etməsi idi. Şəddadi hakimi Dvində qaldığı zaman bizanslılar onun ətrafındakı yerləri "Dəmir körpü və Gəncəyə qədər" xarab etdilər. Bu Əbüləsvarın tabelik andını bərpa etməsinə və qardaşıoğlu Əbülhəsən Ləşkərinin oğlu Ərdəşiri girov verməsinə səbəb oldu. Gəncə əmiri (1049-1067) 1049-cu ildə Əbüləsvarın qardaşıoğlu olan Gəncə əmiri Ləşkəri 15 illik çətin hakimiyyət dövründən sonra öldü. Ondan sonra hakimiyyətə azyaşlı Ənuşirvan gəldi, ancaq həqiqi hakimiyyət hacib Əbu Mənsurun əlində idi. Təqribən iki ay sonra yeni rejimin siyasətinə qarşı olan bir qrup böyük şəxs Şəmkirdə Əbu Mənsuru devirdi və Əbüləsvarı Gəncədə də hakimiyyəti ələ keçirməsi üçün çağırdı. Əbüləsvar onlarla razılaşdı və Dvini tərk etdi. Dvin şəhəri Bizansa qarşı daha çox müdafiəsiz qaldı. 1053-cü ilə qədər şəhər bir çox hakimin əlinə verildi. 1053-cü ildə isə onun oğlu Əbu Nəsr İsgəndər şəhərin və ətraf ərazilərin hakimi elan edildi. Şəddadi hökmdarı Əbüləsvar Şavur əvvəlcə Şəmkirdə hər şeyi qaydaya saldı və bütün "Arran torpaqlarını və qalalarını" ələ keçirərərk Gəncəyə daxil oldu.Həyatının bu dövründə Əbüləsvar hökmdar və döyüşçü kimi böyük şöhrət qazandı; Mövdud Qəznəvinin sarayında 8 il yaşayan Ziyarilər şahzadəsi Keykavus (1050-1087), hansı ki, sonra hökmdarlar üçün güzgü olan məşhur Qabusnaməni yazıb, Gəncəyə gəlmiş və xristianlara qarşı cihadda iştirak etmək üçün bir neçə ilini Şəddadi sarayında keçirmişdi. Keykavusa görə ev sahibi "böyük hökmdar, möhkəm və ağıllı . . . cəsarətli, bəlağətli dialektik, saf etiqadlı, uzaqgörən adamdır." Bu qiymətləndirmə bizanslılar tərəfindən də dəstəklənirdi. Skiliça onu düşmənlərinin taktika və siyasətlərini pozmağa qadir olaraq təsvir edirdi. Münəccimbaşı yazır ki, Gəncəni aldıqdan sonra "Əbüləsvar . . . sülalənin demək olar ki, yavaş-yavaş itən adını bərpa etdi. O, güclü və hakimiyyəti altında olan şəxslərin və ordunun vəziyyəti intizamlı oldu." Münəccimbaşıya görə 1053-cü ildə Əbüləsvar gürcülərdən Bəsrə qalasını aldı, onu möhkəmləndirdi və öz adamlarından orda qarnizon qurdu. 1054/5-ci ildə o, bir çox qonşuları ilə birlikdə Səlcuq sultanı Toğrul bəyin (1037–63) vassalı oldu. Ancaq ilk dövrlər səlcuqların hakimiyyəti elə də güclü olmayıb: nə Toğrul, nə də onun varisi Alp Arslan həmin dövrdə zərb edilmiş sikkələrdə yoxdur. 1062-ci ildə Əbüləsvar Tiflis əmirliyindən elçi qəbul etdi. Tiflis əmirliyi həmin dövrdə xristian gürcü krallıqları arasında təcrid olunmuş müsəlman istehkamı idi. Əmir Cəfər ibn Əlinin ölümündən sonra əmirliyin yerliləri onun mübarizə aparan oğullarını köçməyə məcbur etmişdilər və indi Əbüləsvardan şəhərə hakim olmasını istəyirdilər. Əbüləsvar bunu qəbul etməyə meylli idi, ancaq onun vəziri Bəxtiyar ibn Salman qüvvələrin bölünəcəyini söyləyərək onu fikrindən daşındırdı. Əbüləsvarın imtina etməsindən sonra Tiflis 1068-ci ildə Alp Arslan qovana qədər gürcülərin əlində qaldı. Bu hadisə Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Buna digər bir sübutu da eyni ildə Dəryal keçidi vasitəsilə alanların yürüşüdür: Münəccimbaşıya görə Arranın 20 mindən çox sakini kölə olaraq aparılıb. Alan təhdidinə qarşı Əbüləsvar paytaxt şəhər Gəncənin ətrafında sədd və xəndək qurub. Yeni istehkamatın divarları 1139-cu ildə I Demetri rəhbərliyi altındakı gürcülər tərəfindən aparılıb və hal-hazırda da Gelati monastırında saxlanılır.Eyni vaxtda Əbüləsvarın qonşusu Şirvanşah I Fəribürzlə (1063–96) əlaqələri qəflətən pozuldu. İki sülalənin qohumluq əlaqələri var idi: Fəribürzün atası Salar ibn Yezid Əbüləsvarın qızı ilə evlənmişdi. Ancaq indi Şəddadi hökmdarı Şirvana qarşı yürüşlərə başlamışdı. 1063-cü ilin yazında Əbüləsvar Quylamiyan qalasını tutdu, Şirvanın paytaxtı Şamaxıya yürüş etdi, Şirvanşahların qüvvələrini döyüşdə məğlub etdi, onların düşərgəsini talan etdi və öz doğma qızını, onun xəzinəsini və məiyyətini götürdü. O, Arrana qayıtdı, ancaq iyulda yenidən Şirvana yürüş etdi. Növbəti il o, təzədən Şirvana işğal etdi və bir sıra qalaları tutdu. Bu zaman kürd qəbilələri onun tərəfinə keçdi. Gəncəyə qayıtdıqdan sonra 1064-cü ilin iyun və ya iyul ayında Şəddadilərlə Şirvanşahlar sülaləsi arasında sülh müqaviləsi bağlandı. Əbüləsvar 40 min qızıl dinar qarşılığında Quylamiyan qalasını qaytardı.1064-cü ildə Səlcuq sultanı Alp Arslan Bizans Ermənistanını işğal etdi və Ani şəhərini ələ keçirdi. Əbüləsvar əraziyə edilən basqınlara şəxsən başçılıq edirdi. O, Münəccimbaşı tərəfindən "Ermənistandakı ən gözəllərdən biri" olaraq təsvir edilən Vicin şəhərini işğal etdi. Münəccimbaşıya görə Alp Arslan Aninin idarəsini ona verdi; İbn əl-Əsir qeyd edir ki, şəhər adı bilinməyən bir əmirə verilir. Vardan Areveltsi qeyd edir ki, şəhər Əbüləsvarın oğlu və xələfi Fəzlə verildi. Gəncəyə qayıtdıqdan və ordunun səpələnməsindən sonra alanlar yenidən Dəryal keçidini keçdilər (Oktyabr 1065) və Şəki əhalisi ilə ittifaq quraraq Arrana basqın etdilər. Şəmkirdə onlar cihad üçün 200-dən çox adamı öldürdülər və Bərdə ətrafına yürüş etməzdən əvvəl Gəncə qapılarına qədər gəldilər. Əbüləsvar və ordusu döyüş meydanında basqınçılarla qarşılaşmaq yerinə divarlarla əhatə edilmiş şəhərin içində qalmağa üstünlük verdi. Alanlar əsir etdikləri adamlarla birlikdə şimala qayıtmaqdan əvvəl Araza qədər çatdılar.Əbüləsvar 19 noyabr 1067-ci ildə öldü və Gəncənin əsas məscidində dəfn edildi. Onun yerinə taxta hələ sağlığında Əbüləsvar tərəfindən varis elan edilən və Şəddadi ailəsi, ordu və Arran insanları tərəfindən sədaqət andı içilən II Fəzl gəldi. Fəzldən başqa Əbüləsvarın 4 oğlu var idi: Aşot, İsgəndər, Mənuçöhr və Mərziban. Həmçinin onun Şirvanşah Salar ibn Yezidlə evlənən bir qızı var idi.Əbüləsvar Şavurun hakimiyyət dövrü Şəddadilər dövlətinin zenit dövrüdür, ancaq sülalələnin zəifləməsi onun ölümündən dərhal sonra başladı: səlcuqlar Arranda və ətraf ərazidə hakimiyyətlərini gücləndirdilər. Alp Arslan böyük miqdarda xərac almaq üçün şəxsən Gəncəyə gəldi. II Fəzlin hakimiyyət dövrü çətin idi. O, səkkiz ay gürcü əsirliyində olmuşdu, ancaq Dərbəndi tuta bilmişdi. Ondan sonra hakimiyyətə 1073-cü ildə oğlu III Fəzl gəldi, ancaq 1075-ci ildə qulam Sav Tegin tərəfindən devrildi. Səlcuqlar Sav Teginə Arran və Dərbəndin hakimiyyətini verdi. Bu ailənin Arrandakı hakimiyyətini bitirdi, ancaq ailənin kiçik xətti Əbüləsvarın üçüncü oğlu Mənüçöhrdən başlayaraq Anini əmir kimi idarə etməyə davam etdi. Əvvəlcə səlcuqlardan, sonra gürcülərdən vassal asılılığında olan sülalə təqribən 1200-cü ilə qədər hakimiyyətdə qaldı. Bosworth, C. E., The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217) // Frye, R. N. (redaktor ), The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol Periods, Cambridge: Cambridge University Press, 1968, 1–202, ISBN 0-521-06936-X Minorsky, Vladimir, Studies in Caucasian History, Cambridge: Cambridge University Press, 1977 [1953], ISBN 0-521-05735-3 Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. Archived from the original on 6 July 2015. İstifadə tarixi: 14 March 2015. Ter-Ghewondyan, Aram, The Arab Emirates in Bagratid Armenia, Transl. Nina G. Garsoïan, Lisbon: Livraria Bertrand, 1976, OCLC 490638192 | https://az.wikipedia.org/w/index.php?curid=407373 |
Əbüləşvar Şavur | Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu. 1065-ci ildə o, səlcuqların köməyi ilə Ani şəhərini ələ keçirsə də, 1067-ci ildə o, öləndən sonra sülalənin hakimiyyəti zəiflədi. Bioqrafiyası Əsərləri Şəddadilər haqqında əsas mənbə olan Osmanlı tarixçisi Münəccimbaşı (1702-ci ildə ölüb) onları kürd əsilli hesab edirdi və bu fikir müasir dövrün tədqiqatçıları tərəfindən düz qəbul edilir. Ailənin banisi Məhəmməd bin Şəddad 950-ci illərdə Dvində hakimiyyəti ələ almışdı. Daha sonra ailə Arranın müsəlman şəhəri Gəncəyə hərəkət edib. Bu şəhər 970-ci illərdə Məhəmmədin oğulları - I Əli Ləşkəri, Mərziban, I Fəzl tərəfindən işğal edilib. Qardaşlar sıra ilə şəhəri əmir kimi idarə ediblər. Əbüləsvar Şavur üç qardaşın ən gənci və IV Şəddadi hökmdarı Fəzl Bin Məhəmmədin oğlu idi. Fəzl uzunmüddətli hakimiyyət dövründə (985–1031) Arranın böyük hissəsində və Süniki işğal edərək Ermənistanın bəzi hissələrində Şəddadi sülaləsinin hakimiyyətini qurmuşdur. Fəzldən sonra Gəncədə hakimiyyəti böyük oğlu Musa (1031–34) ələ keçirib və o, oğlu II Əli Ləşkəri (1034–49) tərəfindən öldürülüb.Əbüləsvar Şavurun adı ərəb-fars hibrididir: Şavur qədim fars adı "Şapur"dur, onun kunyası iran (böyük ehtimalla deyləmilər) adı "Əsvar"ın (mənası süvari, cəngavər olan "savar" ilə eyni kökdəndir) ərəbləşmiş formasıdır. Dvin əmiri (1022-1049) Münəccimbaşı qeyd edir ki, 1067-ci ildə öldüyü zaman Əbüləsvar artıq Gəncədə və bundan əvvəl "bəzi ərazilərdə" 46 il idi ki, hakimiyyətdə idi. Digər mənbələrə görə bəzi ərazilər deyərkən Dvin nəzərdə tutulur. Deməli o, təqribən 1022-ci ildə bu şəhərin hakimi olmuşdu. Şəhər Ermənistanın Baqration krallığının tərkibində olsa da, I Gagikin 1020-ci ildə ölümündən sonra onun oğulları arasında mübarizə şəhəri müdafiəsiz qoymuşdu. Həmçinin 1021-ci ildə şəhər dağıdıcı deyləmi basqınına məruz qalmışdı. Nəticə olaraq Dvin şəhəri Ermənistan krallığından ayrı düşmüş, şəddadilər tərəfindən müdafiə edilməyə möhtac qalmış və Əbüləsvar Şavur buranın hakimi olmuşdur. Əbüləsvar bu mərkəzdən Gəncədəki qardaşı Musa və daha sonra qardaşı oğlu II Əli Ləşkəridən müstəqil siyasət yeridirdi və Arrandan çox Ermənistana nəzarət edirdi. O, erməni sülalələri ilə yaxın idi, Taşir hökmdarı I Torpaqsız Davidin bacısı ilə evlənmişdi. Onun ikinci oğlu tipik erməni adı - Aşot ilə doğulmuşdu. Münəccimbaşı əsasən Gəncə mərkəzli məsələlərə baxdığından 1049-cu ildə Aşot Gəncədə əsas sülalə taxtını ələ keçirənə qədər onun adını çəkmir. Aşotun 1022-1049-cu illərdəki fəaliyyəti haqqında əsas mənbələr Aşotun rəqibləri olan ermənilər və bizanslılardır.Əbüləsvar ilk dəfə 1040-cı ildə Edessalı Matfeyin tarixi ilə qeyd edilir. Bu zaman erməni zadəganı Abirat, hansı ki, I Gagikin oğulları IV Aşot və III Hovannes-Smbat arasındakı mübarizəyə qarışmışdı, Dvinə gəldi. İkincinin narazılığından qorxan Abirat 12 min süvari ilə Əbüləsvardan müdafiə olunmağını istədi. Əbüləsvar əvvəl onunla xoş davrandı və ona yüksək vəzifə verdi. Ancaq daha sonra ona inanmadı və öldürdü. Bu zaman Abiratın leytenantı Sare Abiratın tərəfdarları ilə birlikdə Aniyə getdi. Təqribən eyni vaxtda aradakı qohumluq bağına baxmayaraq Əbüləsvar Taşir hökmdarı Davidin üzərinə hücum etdi. Edessalı Matfeyə görə 150 min sayında olan Şəddadi ordusu Taşirin böyük hissəsini tutdu. Ancaq David ona qarşı geniş ittifaq qura bildi. Taşir hökmdarı David 10 min, Ani hökmdarı III Hovannes-Smbat 3 min, Kapan hökmdarı 2 min, Gürcüstan hökmdarı 4 min əsgər təmin edə bildi. David həmçinin Alban katolikoslarının dəstəyini əldə etdi. Nəticə olaraq Əbüləsvar məğlub edildi və Taşirdən çıxardıldı.IV Aşot və III Hovannes-Smbat təqribən eyni vaxtda öldü (təqribən 1040/41). Aşotun oğlu II Gagik (1042–45) hər ikisinin yerinə hakimiyyətə gəldi və öz yerini bərkitməyə başladı. Taxta ən böyük təhlükə Bizans imperiyası idi. Bizans XI əsrin əvvəllərində erməni əyalətlərinə soxulmuşdu. Hovannes-Smbat öz krallığını imperiyaya vəsiyyət etmişdi və onun ölümündən sonra Bizans imperatoru IV Mixail (1034–41) Ani şəhərini ələ keçirmələri üçün əsgərlərini göndərdi. Gagik hücuma qarşı mübarizə apardı və Konstantinopoldakı siyası çaxnaşma ona iki il fasilə müddəti verdi. IX Konstantin (1042–55) Ermənistana Bizans iddialarını qorumağa meylli şəkildə hakimiyyətə gəldi. Bu məqsədlə IX Konstantin erməniləri arxadan vurması üçün Əbüləsvarla əlaqə qurdu. Əbüləsvar əldə etdiyi torpaqların əlində qalacağı imperial qızıl bulla ilə təsdiqləndi. İkitərəfli hücumla üz-üzə qalan II Gagik Konstantinopola getməyə məcbur edildi. Burada o, girov kimi saxlandı və 1045-ci ildə Ani şəhəri Bizansın əlinə keçdi. Verdiyi sözlərə məhəl qoymayan imperator Ani şəhərini ələ keçirdikdən sonra Əbüləsvardan ələ keçirdiyi qalaları boşaltmasını tələb etdi. Əbüləsvar imtina etdi və ermənilərin də daxil olduğu, Mixail Yasit və magistros Alan Konstantin rəhbərliyi altındakı böyük ordu Dvinə yürüş etdi. Əbüləsvar onların yaxınlaşmasına imkan verdi və daha sonra suvarma kanallarını açaraq şəhər ətrafındakı ərazidə daşqın yaratdı. Palçıqda ilişib qalan düşmənlər Şəddadi oxçuları üçün asan ov idilər: Bizans qüvvətləri böyük itki verdi. IX Konstantin cavab olaraq Ermənistanın idarəsini Katakalon Kekaumen və parakimomen Konstantinə verdi. Dvinə yürüş etmək yerinə yeni hakimiyyət Əbüləsvar tərəfindən tərəfindən fəth edilmiş qalaları geri almağa çalışdı. Bizans ordusu Sürməli, Anberd və Xorvirabı işğal etdi, ancaq Xelidonion (müasir İrəvan) 1047-ci ilin sentyabrına qədər mübarizə apardı. Bu zaman isə Leo Tornikinin başçılığı altında baş verən üsyan ordunun Konstantinopola qayıtmasına və sülh müqaviləsinin bağlanmasına səbəb oldu. Müqaviləyə görə Əbüləsvar imperatorun hakimiyyətini tanımağı və Bizans ərazisinə hücum etməməməyi öhdəsinə götürdü.Dvinin müqaviməti Ermənistan torpaqlarında Bizansın irəliləməsinin qarşısını aldı və bu, Sünik, Taşir, Xaçın kimi kiçik krallıqların müstəqilliklərini davam etdirməsinə səbəb oldu. Biraz sonra regionda güc balansı tamamilə dəyişdi: 1048-ci ildə Qutalmış və İbrahim Yınal başçılığı altındakı Səlcuqlular Bizans Ermənistanına ilk böyük miqyaslı yürüşlərini etdilər. Şəddadilər onları Bizansa qarşı müttəfiq kimi görsələr də, Qutalmış 1046/1047-ci ildə Gəncəyə də yürüş etdiyinə görə səlcuqlular da şəddadilər üçün bir təhdid idi.Qısa müddət sonra, 1048-ci ilin sonlarında və ya 1049-cu ilin əvvəllərində, (A.F. Gfrörer və M.H. Yinanç kimi müəlliflər təqribən 1050-ci ili, E. Honiqmann 1055/1056-cı ili təklif ediblər) bizanslılar raiktor Nikeforos başçılığı altında başqa bir hücum həyata keçirdilər. Həmin dövrün Bizans tarixçisi Con Skiliçaya görə bunun səbəbi Əbüləsvarın ("Aplesfar") razılaşmanı pozması və Bizans torpaqlarına yürüş etməsi idi. Şəddadi hakimi Dvində qaldığı zaman bizanslılar onun ətrafındakı yerləri "Dəmir körpü və Gəncəyə qədər" xarab etdilər. Bu Əbüləsvarın tabelik andını bərpa etməsinə və qardaşıoğlu Əbülhəsən Ləşkərinin oğlu Ərdəşiri girov verməsinə səbəb oldu. Gəncə əmiri (1049-1067) 1049-cu ildə Əbüləsvarın qardaşıoğlu olan Gəncə əmiri Ləşkəri 15 illik çətin hakimiyyət dövründən sonra öldü. Ondan sonra hakimiyyətə azyaşlı Ənuşirvan gəldi, ancaq həqiqi hakimiyyət hacib Əbu Mənsurun əlində idi. Təqribən iki ay sonra yeni rejimin siyasətinə qarşı olan bir qrup böyük şəxs Şəmkirdə Əbu Mənsuru devirdi və Əbüləsvarı Gəncədə də hakimiyyəti ələ keçirməsi üçün çağırdı. Əbüləsvar onlarla razılaşdı və Dvini tərk etdi. Dvin şəhəri Bizansa qarşı daha çox müdafiəsiz qaldı. 1053-cü ilə qədər şəhər bir çox hakimin əlinə verildi. 1053-cü ildə isə onun oğlu Əbu Nəsr İsgəndər şəhərin və ətraf ərazilərin hakimi elan edildi. Şəddadi hökmdarı Əbüləsvar Şavur əvvəlcə Şəmkirdə hər şeyi qaydaya saldı və bütün "Arran torpaqlarını və qalalarını" ələ keçirərərk Gəncəyə daxil oldu.Həyatının bu dövründə Əbüləsvar hökmdar və döyüşçü kimi böyük şöhrət qazandı; Mövdud Qəznəvinin sarayında 8 il yaşayan Ziyarilər şahzadəsi Keykavus (1050-1087), hansı ki, sonra hökmdarlar üçün güzgü olan məşhur Qabusnaməni yazıb, Gəncəyə gəlmiş və xristianlara qarşı cihadda iştirak etmək üçün bir neçə ilini Şəddadi sarayında keçirmişdi. Keykavusa görə ev sahibi "böyük hökmdar, möhkəm və ağıllı . . . cəsarətli, bəlağətli dialektik, saf etiqadlı, uzaqgörən adamdır." Bu qiymətləndirmə bizanslılar tərəfindən də dəstəklənirdi. Skiliça onu düşmənlərinin taktika və siyasətlərini pozmağa qadir olaraq təsvir edirdi. Münəccimbaşı yazır ki, Gəncəni aldıqdan sonra "Əbüləsvar . . . sülalənin demək olar ki, yavaş-yavaş itən adını bərpa etdi. O, güclü və hakimiyyəti altında olan şəxslərin və ordunun vəziyyəti intizamlı oldu." Münəccimbaşıya görə 1053-cü ildə Əbüləsvar gürcülərdən Bəsrə qalasını aldı, onu möhkəmləndirdi və öz adamlarından orda qarnizon qurdu. 1054/5-ci ildə o, bir çox qonşuları ilə birlikdə Səlcuq sultanı Toğrul bəyin (1037–63) vassalı oldu. Ancaq ilk dövrlər səlcuqların hakimiyyəti elə də güclü olmayıb: nə Toğrul, nə də onun varisi Alp Arslan həmin dövrdə zərb edilmiş sikkələrdə yoxdur. 1062-ci ildə Əbüləsvar Tiflis əmirliyindən elçi qəbul etdi. Tiflis əmirliyi həmin dövrdə xristian gürcü krallıqları arasında təcrid olunmuş müsəlman istehkamı idi. Əmir Cəfər ibn Əlinin ölümündən sonra əmirliyin yerliləri onun mübarizə aparan oğullarını köçməyə məcbur etmişdilər və indi Əbüləsvardan şəhərə hakim olmasını istəyirdilər. Əbüləsvar bunu qəbul etməyə meylli idi, ancaq onun vəziri Bəxtiyar ibn Salman qüvvələrin bölünəcəyini söyləyərək onu fikrindən daşındırdı. Əbüləsvarın imtina etməsindən sonra Tiflis 1068-ci ildə Alp Arslan qovana qədər gürcülərin əlində qaldı. Bu hadisə Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Buna digər bir sübutu da eyni ildə Dəryal keçidi vasitəsilə alanların yürüşüdür: Münəccimbaşıya görə Arranın 20 mindən çox sakini kölə olaraq aparılıb. Alan təhdidinə qarşı Əbüləsvar paytaxt şəhər Gəncənin ətrafında sədd və xəndək qurub. Yeni istehkamatın divarları 1139-cu ildə I Demetri rəhbərliyi altındakı gürcülər tərəfindən aparılıb və hal-hazırda da Gelati monastırında saxlanılır.Eyni vaxtda Əbüləsvarın qonşusu Şirvanşah I Fəribürzlə (1063–96) əlaqələri qəflətən pozuldu. İki sülalənin qohumluq əlaqələri var idi: Fəribürzün atası Salar ibn Yezid Əbüləsvarın qızı ilə evlənmişdi. Ancaq indi Şəddadi hökmdarı Şirvana qarşı yürüşlərə başlamışdı. 1063-cü ilin yazında Əbüləsvar Quylamiyan qalasını tutdu, Şirvanın paytaxtı Şamaxıya yürüş etdi, Şirvanşahların qüvvələrini döyüşdə məğlub etdi, onların düşərgəsini talan etdi və öz doğma qızını, onun xəzinəsini və məiyyətini götürdü. O, Arrana qayıtdı, ancaq iyulda yenidən Şirvana yürüş etdi. Növbəti il o, təzədən Şirvana işğal etdi və bir sıra qalaları tutdu. Bu zaman kürd qəbilələri onun tərəfinə keçdi. Gəncəyə qayıtdıqdan sonra 1064-cü ilin iyun və ya iyul ayında Şəddadilərlə Şirvanşahlar sülaləsi arasında sülh müqaviləsi bağlandı. Əbüləsvar 40 min qızıl dinar qarşılığında Quylamiyan qalasını qaytardı.1064-cü ildə Səlcuq sultanı Alp Arslan Bizans Ermənistanını işğal etdi və Ani şəhərini ələ keçirdi. Əbüləsvar əraziyə edilən basqınlara şəxsən başçılıq edirdi. O, Münəccimbaşı tərəfindən "Ermənistandakı ən gözəllərdən biri" olaraq təsvir edilən Vicin şəhərini işğal etdi. Münəccimbaşıya görə Alp Arslan Aninin idarəsini ona verdi; İbn əl-Əsir qeyd edir ki, şəhər adı bilinməyən bir əmirə verilir. Vardan Areveltsi qeyd edir ki, şəhər Əbüləsvarın oğlu və xələfi Fəzlə verildi. Gəncəyə qayıtdıqdan və ordunun səpələnməsindən sonra alanlar yenidən Dəryal keçidini keçdilər (Oktyabr 1065) və Şəki əhalisi ilə ittifaq quraraq Arrana basqın etdilər. Şəmkirdə onlar cihad üçün 200-dən çox adamı öldürdülər və Bərdə ətrafına yürüş etməzdən əvvəl Gəncə qapılarına qədər gəldilər. Əbüləsvar və ordusu döyüş meydanında basqınçılarla qarşılaşmaq yerinə divarlarla əhatə edilmiş şəhərin içində qalmağa üstünlük verdi. Alanlar əsir etdikləri adamlarla birlikdə şimala qayıtmaqdan əvvəl Araza qədər çatdılar.Əbüləsvar 19 noyabr 1067-ci ildə öldü və Gəncənin əsas məscidində dəfn edildi. Onun yerinə taxta hələ sağlığında Əbüləsvar tərəfindən varis elan edilən və Şəddadi ailəsi, ordu və Arran insanları tərəfindən sədaqət andı içilən II Fəzl gəldi. Fəzldən başqa Əbüləsvarın 4 oğlu var idi: Aşot, İsgəndər, Mənuçöhr və Mərziban. Həmçinin onun Şirvanşah Salar ibn Yezidlə evlənən bir qızı var idi.Əbüləsvar Şavurun hakimiyyət dövrü Şəddadilər dövlətinin zenit dövrüdür, ancaq sülalələnin zəifləməsi onun ölümündən dərhal sonra başladı: səlcuqlar Arranda və ətraf ərazidə hakimiyyətlərini gücləndirdilər. Alp Arslan böyük miqdarda xərac almaq üçün şəxsən Gəncəyə gəldi. II Fəzlin hakimiyyət dövrü çətin idi. O, səkkiz ay gürcü əsirliyində olmuşdu, ancaq Dərbəndi tuta bilmişdi. Ondan sonra hakimiyyətə 1073-cü ildə oğlu III Fəzl gəldi, ancaq 1075-ci ildə qulam Sav Tegin tərəfindən devrildi. Səlcuqlar Sav Teginə Arran və Dərbəndin hakimiyyətini verdi. Bu ailənin Arrandakı hakimiyyətini bitirdi, ancaq ailənin kiçik xətti Əbüləsvarın üçüncü oğlu Mənüçöhrdən başlayaraq Anini əmir kimi idarə etməyə davam etdi. Əvvəlcə səlcuqlardan, sonra gürcülərdən vassal asılılığında olan sülalə təqribən 1200-cü ilə qədər hakimiyyətdə qaldı. Bosworth, C. E., The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217) // Frye, R. N. (redaktor ), The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol Periods, Cambridge: Cambridge University Press, 1968, 1–202, ISBN 0-521-06936-X Minorsky, Vladimir, Studies in Caucasian History, Cambridge: Cambridge University Press, 1977 [1953], ISBN 0-521-05735-3 Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. Archived from the original on 6 July 2015. İstifadə tarixi: 14 March 2015. Ter-Ghewondyan, Aram, The Arab Emirates in Bagratid Armenia, Transl. Nina G. Garsoïan, Lisbon: Livraria Bertrand, 1976, OCLC 490638192 | https://az.wikipedia.org/w/index.php?curid=407753 |
Əbədi Monako (film, 1984) | Əbədi Monako (ing. Monaco Forever) — 1984-cü ildə ildə istehsal olunmuş ABŞ filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir. cavan mavi karateçi rolunda oynamışdır. Xarici keçidlər Əbədi Monako — Internet Movie Database saytında. | https://az.wikipedia.org/w/index.php?curid=281682 |
Əbədi Məşəl abidəsi | Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. Abidənin yaradılması Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. Abidənin açılışı Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur. Abidə səkkizguşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən, tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. Sərdabənin divarlarını zərif şəbəkə bəzəyir. Gecə səmasında parlayan qızılı rəngli günbəz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir. 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən Əbədi Məşəl abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=285792 |
Əbədi Odlar Ölkəsi (1945) | Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. Film haqqında Film saxlanılmayıb. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 109-113. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813. | https://az.wikipedia.org/w/index.php?curid=200237 |
Əbədi Qardaşlıq (1975) | Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur. Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Emil Ağayev Operator: Vladimir Konyagin, Tofiq Sultanov, Faiq Qasımov Səs operatoru: Şamil Kərimov | https://az.wikipedia.org/w/index.php?curid=245325 |
Əbədi Sevgi(serial) | Əbədi Sevgi (Hind dili: Beintehaa, (tərc. "sonsuz, son mərhələ")) Fortune Productions tərəfindən istehsal olunan və Colors TV tərəfindən yayımlanan dram və romantik komediya janrında bir Hindistan televiziya serialıdır. Serial 30 dekabr 2013-cü ildə başladı və 21 Noyabr 2014-də sona çatdı. 04.12.2017 tarixində serial Azərbaycan kanalı Dalğa TV-də yayımlanmağa başlamışdır. Cazibədar Zeyn Abdullah(Zain Abdullah) və gözəl, mədəniyyətli Aliyə Heydər (Aaliya Haider) uşaqlıqdan bəri rəqib dayıoğlu-bibiqızıdır. Nəhayət böyüyürlər və yenidən görüşürlər, lakin bir sıra anlaşılmazlıqlar onları evlənməyə məcbur edir. Zeyn heç vaxt evlənmək istəmədiyi üçün ondan qurtulmaq istəyir. Zeynin böyük qardaşı Fahadın bir-birinə nifrət edən Nəfisə (Nafisa) və Şaziyə(Shazia) adlı iki arvadı var. Sürəyya (Suraiya) (Zeyn və Fahadın anası) bir kişi varis istəyir ancaq Nəfisənin iki qız uşağı olduqdan sonra hamilə qala bilmədiyi üçün Fahad ikinci arvadı Şaziyə ilə evləndi. Fahad Şaziyə ilə evləndikdən sonra bir oğlu oldu. Fahad Hər iki xanımını da sevir və ehtiyaclarını ödəmək üçün əlindən gələni edir. Digər tərəfdən, Zeyn və Aliyə daim mübahisə edirlər, ancaq bəzi pis adamlar ilə çətinlik çəkən Fahada kömək etdikdə yavaş-yavaş dost olurlar. Aliyənin kiçik bacısı Həyat (Aayat) problemlə üzləşir və Zeyn ailəsinə xəbər vermədən ona kömək edir. Qəza ilə qarşılaşır və yaralanır. İstintaq zamanı Aliyə, Zeynin Həyata kömək etdiyini və qəzaya birinin səbəb olduğunu öyrənir. Və daha sonra qəzaya Həyatı aldadan (Rocky Singh) Roki Saynın səbəb olduğunu öyrənir. Aliyəni sevməyən Sürəyya, Aliyəni evi tərk etməsi üçün emosional olaraq şantaj edir. Zeyn bunu sonradan öyrənir və onu evə gətirir. Fahad və Osman, Zeyn və Aliyənin arasını düzəltmək üçün plan hazırlayır. Bu vaxt Sürəyyanın niyə Aliyəni və ailəsini sevməməsi üzə çıxır, səbəbi isə uzun müddət itirdiyi qızı Barkat Aliyənin əmisi olan Mir Xan tərəfindən qaçırılmışdır. Aliyə Barkatı geri qaytaracağına söz verir. Zeyn və Aliyə nəhayət Barkatı tapırlar. Sevincli Sürəyya, Aliyəni və ailəsini yenidən bəyənməyə başlayır ki, bu da Şaziyə və Nəfisəni bədbəxt edir. Zeyn Aliyəyə aşiq olduğunu başa düşür. Sonra qohumları Zübeyirin (Zubair) gəlməsi ilə ortalıq yenidən qarışır.Daha sonra baş verən bir çox hadisə Sürəyyanın Aliyəyə yenidən nifrət etməsinə eyni zamanda Aliyə və Zeynin yenidən dalaşmasına səbəb olur. Oyuncular və personajlar Preetika Rao — Aliyə Qulam Heydər/Aliyə Zeyn Abdullah(Aaliya Ghulam Haider / Aaliya Zain Abdullah) Harşad Arora — Zeyn Osman Abdullah/Roket Fernandez (Zain Osman Abdullah / Rocket Fernandez) Suchitra Pillai — Sürəyya Osman Abdullah(Surraiya Osman Abdullah) Naved Aslam — Osman Abdullah Vivek Madan — Fahad Osman Abdullah Gunjan Vijaya — Nəfisə Fahad Abdullah(Nafisa Fahad Abdullah) Namrata Pathak -Şaziyə Fahad Abdullah (Shazia Fahad Abdullah) Rituraj Singh — Qulam Heydər Xan(Ghulam Haider Khan) Riva Bubber -Şabana Qulam Heydər (Shabana Ghulam Haider) Vikas Grover — Rizvan Malik (Rizwan Malik) Shivangi Joshi — Həyat Qulam Heydər/ Həyat Rizvan Malik (Aayat Ghulam Haider / Aayat Rizwan Malik) Nandish Sandhu — Rehan Həbib Xan(Rehaan Habeeb Khan) Astha Agarwal — Rida Rehan Xan (Rida Rehaan Khan) Raju Kher — "Grumpy" Dr Habeeb khan Imran Khan — Rahim Chacha Kamya Punjabi — Zarina Rahim Qureşi (Zareena Rahim Qureshi) Neel Motwani — Bilal Rahim Qureşi (Bilal Rahim Qureshi) Ankush Bali — Rahim Qureshi Mohit Sinha — Sarju Mohit Malhotra — Zübeyir Qureşi(Zubair Qureshi) Sunil Sinha — Mir Xan (Mir Khan) Nidhi Jha — Gövhər (Gauhar) Wasim Faras — Zişan Əhməd (Zeeshan Ahmed) Vaishali Jhulka — Asmita Ahmed Farook Qaasi — Mohsin Ahmed Gaurav Devaiyya — Omar Ahmed Dimple Jhangiani — Barkat Osman Abdullah/Bobbi Mir Xan(Barkat Osman Abdullah / Bobby Mir Khan) Priya Shinde — Sanam Vishesh Bansal -Zeyid Zeyn Abdullah (Zayed Zain Abdullah) Pooran Kiri — Virendra Kadam | https://az.wikipedia.org/w/index.php?curid=715712 |
Əbədi Sükut Dünyası Labirint Muzeyi | Əbədi Sükut Dünyası Labirint Muzeyi― Şəkinin Fazıl kəndində yerləşən yeraltı praktiki arxeologiya muzeyi. Muzey yerləşdiyi ərazinin arxeoloji eksponatlarının mühafizəsini və nümayişini təmin edir. Əbədi Sükut Dünyası Labirint Muzeyi Azərbaycan Respublikasının Şəki şəhərindən 30 km məsafədə Fazıl kəndində, Təpəbaşı abidəsi ərazisində yerləşir. Muzey Təpəbaşı abidəsinin orta hissəsində olan təxminən 0,07 ha ərazini əhatə edir. Muzeyin yaradılması Əbədi Sükut Dünyası Labirint Muzeyi 2005-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəkidə arxeoloji tədqiqatları aparan əməkdaşı görkəmli arxeoloq Nəsib Muxtarovun şəxsi vəsaitləri hesabına yaradılmışdır. Nəsib Muxtarov 1984-2017-ci illər ərzində Təpəbaşı abidəsində aparılan çöl-tədqiqat işlərinə rəhbərlik etmişdir. Tədqiqatlar nəticəsində qeydə alınan bəzi qəbirlər aşkar olunduğu vəziyyətdə qorunaraq qurulan muzeyin içərisində nümayiş olunur. Muzeyin əsas səciyyəvi xüsusiyyəti Təpəbaşı abidəsinin qəbir formalarının yerindəcə saxlanılaraq abidənin bütün təfərrüatları ilə ziyarətçilərə əyani olaraq təqdim olunmasıdır. Muzeyin labirint olaraq adlandırılması onun daxili planının labirinti xatırlatmasından irəli gəlir. Muzeyin eksponatları Əbədi Sükut Dünyası Labirint Muzeyində 16 ekspozisiya saxlanılır. Bu ekspozisiyalar tapıldığı yerdə olduğu kimi saxlanılan torpaq qəbirlərdən və bir təsərrüfat quyusundan ibarətdir. Ekspozisiyalar divarlarda və dəhlizdə düzəldilmişdir. Nümayiş olunan eksponatlar əsasən dəmir və antik dövrün maddi mədəniyyət nümunələrinə məxsusdur. Ekspozisiyada elə artefaktlar da vardır ki, bunlar forma etibarilə son tunc ― ilk dəmir dövrünə tarixləndirilir. Bu eksponatlar əsasən keramika nümunələri ilə təmsil olunur. Bəzi saxsı qab nümunələrində yerli mədəniyyət üçün xarakterik olmayan əlamətlərə təsadüf olunur. Bu qablar dövrün ticarət əlaqələrini (Ellin-Qafqaz Albaniyası) izləməyə imkan verir. Ekspozisiyada Qafqaz Albaniyası tipli silah nümunələri ― nizə ucluqları, xəncər tiyələri, sivri və düz qılınclar, metal və qeyri metaldan hazırlanılmış zinət əyaları ― boyunbağılar, bilərziklər, sinə bəzəkləri, sırğalar və s., müxtəlif təyinatlı keramik qablar saxlanılır. Bunların arasında 3 ədəd qadın formalı bütlər diqqəti cəlb edən əsas tapıntılardan hesab olunur. Muzeydə saxlanılan digər maraq doğuran tapıntılar ostoloji qalıqlardır. Quş, iri və xırda buynuzlu heyvan, at, donuz, balıq və s. aid sümüklər ovçuluq, balıqçılıq, heyvandarlıq haqqında təsəvvür yaradır. Burada ən çox təsadüf edilən ostoloji qalıqlar nəsli kəsilmiş dağ sığırlarına aiddir. Muzeydə sərgilənən bu eksponatlar dəmir və antik dövrün sosial-iqtisadi həyatı, dini, mifoloji dünyagörüşü haqqında müəyyən təsəvvürlər formalaşdıran mənbələrdir. Həmçinin bax Kiş kilsəsi Şəki Tarix-Diyarşünaslıq Muzeyi N.Muxtarov; İ.Bədəlova. Şəki bölgəsində aparılan arxeoloji kəşfiyyat işlərinin qısa hesabatı (Fazıl kəndi, 10 iyun- 03 iyul 2008). Şəki. 2008. X.Alməmmədov. Təpəbaşı nekropolu. Azərbaycan arxeologiyası, cild VIII, №1-4. Bakı, 2006. Xarici keçidlər Əbədi sükut dünyası (Labirint) LABİRİNT ŞƏKİ | https://az.wikipedia.org/w/index.php?curid=824936 |
Əbədi Sülh: Fəlsəfi Eskiz | Əbədi Sülh: Fəlsəfi Eskiz ( alm. Zum ewigen Frieden. Ein philosophischer Entwurf : Zum ewigen Frieden.Ein philosophischer Entwurf ) Alman filosofu İmmanuel Kant tərəfindən 1795-ci ildə esse və siyasi fəlsəfə janrında yazılmış kitabdır. | https://az.wikipedia.org/w/index.php?curid=766023 |
Əbədi ezamiyyət (film, 2016) | Əbədi ezamiyyət — 2016-cı ildə çəkilmiş Azərbaycan filmi. Rejissorlar Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film. Film AXC xadimlərinin fəaliyyətinə həsr olunmuşdur. Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Film haqqında Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib. "Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb. “Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur. Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür bildirilib. Bu ekran əsəri 1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarəti ilə yekunlaşır. Filmin hazırlanması zamanı Fransa Ali İctimai Tədqiqatlar Məktəbinin Rusiya, Şərqi Avropa və Qafqaz Araşdırmaları Mərkəzinin Arxivində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Təhlükəsizlik Nazirliyinin Arxivində, Azərbaycan Respublikasının Dövlət Arxivində, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində, Dövlət Film Fondunda saxlanılan sənəd və materiallardan istifadə edilmişdir. Çəkilişlərin təşkilində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fransadakı səfirliyi, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu, Fransanın "Philobates production" və Rusiyanın "Tritona" şirkətləri köməklik göstərib. Filmdə Molla Pənah Vaqifin, Məhəmməd Hadinin, Almas İldırımın, Əhməd Cavadın, Sənanın və Səməd Vurğunun şeirlərindən parçalar səsləndirilmişdir. 2016-cı ildə “Əbədi ezamiyyət” sənədli filminin Naxçıvanda Gənclik Mərkəzində təqdimat mərasimi olub. Filmin heyəti Film üzərində işləyənlər Quruluşçu rejissorlar : Vüqar İslamzadə, Fariz ƏhmədovSsenari müəllifi : Müsəllim HəsənovQuruluşçu operatorlar : Rəşad Nuriyev, Camal AtakişiyevBaş prodüser : Arzu ƏliyevaProdüser : Orman ƏliyevQuruluşçu rəssam : Şahin Həsənli (rəssam)Bəstəkar : Orxan BağırovMontaj rejissoru : İlham BərxudarRejissor assistenti : Emin QasımovRejissor köməkçisi : Cəbrayıl Ələsgərovİcraçı prodüser : Heydər DadaşovXətt prodüseri: Nəzrin QaracayevaMəsləhətçi : Tahir ƏliyevQrim rəssamı : Eldar İsrafilovGeyim üzrə rəssam assistenti : Aygün ƏliyevaƏlbəsə ustası : Gülxar SadıqovaKompüter qrafikası : Riyad Qasımov, Rasim Manafovİnzibatçı : Məhəmməd Ağabəyovİnzibatçı assistenti : Həsən SeyidbəyliFocus Puller : Mətləb YusifliKamera assistentləri : Qafar Qafarlı, Ceyhun QuliyevKran operatoru : Fərrux HəsənovDolly Grip : Cümşüd Qurbanov, Bəhruz Abbasov, Namiq Rüstəmovİşıqçılar : Samsor Manqal, Əlizadə Rüstəmov, Rəşad İlyasovLightwagen : Vüqar HüseynzadəCamerwagen : Elnur MürsəlovSürücülər : Orxan Həsənov, Elvin QuliyevFotoqraflar : Vüqar İbadov, Elmar Əzimliİdeya müəllifi və baş məsləhətçi : Ramiz Abutalıbov Kamran İsrafilov — Əlimərdan bəy TopçubaşovTahir Əliyev — Məhəmməd MəhərrəmovYusif Dadaşov — Məmmədhəsən HacınskiVüqar Quluzadə — Ceyhun bəy HacıbəyliMehman Məmmədov — Əkbər ağa ŞeyxülislamovAnar Əliyev — Miryaqub MirmehdiyevAğazadə Həsənov — Abbas bəy AtamalıbəyovƏjdər Zeynalov — Ramiz Abutalıbovun cavanlığıAyşad Məmmədov — Emmanuel NobelElçin Əlizadə — Vudro Vilson Epizodlarda Palina Kotsiashava (Fransa)Penelopa Judie (Fransa)Gregoire Koulbanis (Fransa)Qasım NağıŞahin SərkərovSevər MəmmədovaAleksey SaprıkinSergey KostinAleksandr HacıyevAysel CəfərovaSamid ƏbilovƏliyar MəmmədovDmitriy KalmıkovAzər ƏkbərovDmitriy KosolapovLyubov VasilyevaMariya AbdullayevaCavid KiçibəyovAndrey YakovlevYelena RekunQulu ƏsgərovZiya DolxanovMusa XasməmmədovƏli EyvazovOleq ƏsgərovVüqar İslamzadəFərrux HəsənovElmar Əzimli Filmi səsləndirənlər Elxan Cəfərov — Ramiz Abutalıbovun cavanlığı (Əjdər Zeynalov)Eldəniz Rəsulov — Əlimərdan bəy Topçubaşov (Kamran İsrafilov)Sabir Məmmədov — Məhəmməd Məhərrəmov (Tahir Əliyev )Məmməd Səfa — Ceyhun Hacıbəyli (Vüqar Quluzadə)Rəşad BayramovPərviz Məmmədrzayev — Abbas bəy Atamalıbəyov (Ağazadə Həsənov)Mahir Mirişov — Miryaqub Mirmehdiyev (Anar Əliyev )Mehman Məmmədov — Əkbər ağa Şeyxülislamov Qorxmaz Əlilicanzadə — Məhəmməd həsən Hacınski (Yusif Dadaşov)Səməd HətəmovRövşən Məmmədli Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçidlər Rəsmi sayt Arxivləşdirilib 2017-05-30 at the Wayback Machine (az.) YouTubeda Baku Media Center kanalında Filmi izlə (az.) YouTubeda Heydar Aliyev Foundation kanalında Filmi izlə (az.) Filmi izlə (ing.) Filmi izlə (fr.) Filmin treylerini izlə APA TV, “Əbədi ezamiyyət”də materialları azaltmalı olduq” | https://az.wikipedia.org/w/index.php?curid=439237 |
Əbədi həyat fontanı | “Əbədi həyat fontanı” (ing. Fountain of Eternal Life) həmçinin “Müharibə Memorial Fontanı” (ing. War Memorial Fountain) və “Müharibə alovları içərisindən yüksələn sülh” (ing. Peace Arising from the Flames of War) abidəsi kimi də tanınan, ABŞ-nin Ohayo ştatının Klivlend şəhərinin mərkəzində yerləşən heykəl və fontandır. 30 may 1964-cü ildə açılışı olmuş abidənin müəllifi Klivlend incəsənət İnstitutunun yetirməsi olan heykəltaraş Marşal Frederiksdir. Müharibə zamanı orduda xidmət etmiş, həlak olmuş və ya itkin elan edilmiş Böyük Klivlendlilərin şərəfinə ucaldılmış abidə Klivlend Mall parkı ərazisində yerləşən “Veterans' Memorial Plaza” binasının qarşısında ucalır. Fontan “Cleveland Press” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə, müxtəlif vətəndaşlar, şirkətlər və təşkilatlardan toplanmış $250,000 hesabına ucaldılmışdır. Kompleksin mərkəzində yerləşən 11 metrlik (35 ft) bürünc insan fiquru müharibə alovunu qaçıraraq əbədi sülh üçün səmaya ucalır. Heykəlin təməlində dayanan bürünc sfera yer kürəsini təmsil edir. Coğrafi sivilizasiyaları təmsil edən dörd qranit qabartma sferanın ətrafında yerləşdirilib. Hövzədən 14 m (46 ft) hündürlüyə yüksələn mərkəzi fiquru abidənin müəllifi olan heykəltaraş Frederiks belə təsvir edir: Fəvvarəni əhatə edən qranit lent üzərində çəkilmiş bürünc lövhə üzərində 1899-cu ildən 2014-cü ilə kimi müharibədə həlak olmuş 115 Böyük Klivlendlinin adı həkk edilmişdir. Onların arasında İspan-ABŞ müharibəsi, I Dünya müharibəsi, II Dünya müharibəsi, Koreya müharibəsi, Vyetnam müharibəsi, Körfəz müharibəsi və İraq müharibəsində həlak olmuş ABŞ hərbiçilərinin adları var. Bu adlar Böyük Klivlend Veteranları Memorial Zalında da yad edilir. 1964-cü ildə ilk dəfə açılışı zamanı abidə üzərində 4155 ad var idi. Bunlar İkinci Dünya müharibəsi və Koreya müharibəsi zamanı həlak olmuş amerikaların adları idi. Yaxınlıqda Key tauerin inşası ilə əlaqədar olaraq yeraltı avtomobil dayanacağının inşası zamanı abidədə əsaslı yenidənqurma işləri aparılmış və 1991-ci ilin Veteranlar günündə abidənin yenidən açılışı olmuşdur. 2004-cü ildə abidəyə 1361 ad da əlavə edilmişdir ki, bunlar da İspan-ABŞ müharibəsi, Birinci Dünya müharibəsi, Vyetnam müharibəsi və İraq müharibəsində həlak olmuş Böyük Klivlendlilərin adları idi. Bu rəqəmə İkinci Dünya müharibəsi və Koreya müharibəsində həlak olmasları sonradan müəyyən edilmiş şəxslərin adları da daxil idi. 25 iyul 2014-cü ildə abidəyə daha 42 nəfərin adı əlavə edilmişdir ki, bunlardan da 33 nəfəri İraq müharibəsi, yerdə qalanları isə Vyetnam, Koreya və İkinci Dünya müharibəsində vəfat edənlərin adları idi. Coğrafi sivilizasiyaları təmsil edən dörd qranit qabartma Xarici keçidlər Böyük Klivlend Veteranlar Memorialının saytı | https://az.wikipedia.org/w/index.php?curid=427832 |
Əbədi iz (film, 1985) | Film sovet xalqının alman faşizmi üzərində qələbəsinin 40 illiyinə həsr edilmişdir. Kinolent vəhdət təşkil edən dörd ayrı-ayrı epizoddan ibarətdir. Bu epizodlarda Vətən uğunda düşəmənlə ölüm-dirim mübarizəsinə qalxmış döyüşçülərimizin rəşadətindən, onların müharibədən sonra əmək cəbhəsində göstərdikləri hünərdən bəhs edilir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Niyazi Bədəlov, Cahangir Zeynallı Ssenari müəllifi: Niyazi Bədəlov, Xanlar Rüstəmov Operator: Faiq Qasımov, Yefim Abramov, Şərif Şərifov Səs operatoru: Şamil Kərimov Məsləhətçi: Arif Ələsgərov (polkovnik) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 333. | https://az.wikipedia.org/w/index.php?curid=30703 |
Əbədi məşəl | Əbədi məşəl — qeyri-müəyyən müddətə yanan alov, lampa və ya məşəldir. Həmçinin bax Əbədi məşəl abidəsi | https://az.wikipedia.org/w/index.php?curid=697302 |
Əbədi odlar ölkəsi (film, 1945) | Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. Film haqqında Film saxlanılmayıb. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 109-113. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813. | https://az.wikipedia.org/w/index.php?curid=30707 |
Əbədi qardaşlıq (film, 1975) | Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur. Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Emil Ağayev Operator: Vladimir Konyagin, Tofiq Sultanov, Faiq Qasımov Səs operatoru: Şamil Kərimov | https://az.wikipedia.org/w/index.php?curid=30705 |
Əbədi qardaşıq (film, 1965) | Film Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyinə həsr olunmuşdur. Filmdə Azərbaycanın tarixi keçmişi və bu günü haqqında söhbət gedir. Kinolentdə arxiv materiallarından istifadə edilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Diktor mətninin müəllifi: N.Şpikovski Mahnıların mətninin müəllifi: Zeynal Cabbarzadə Operator: Əlibala Ələkbərov, Vladimir Zbudski, Vladimir Konyagin Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Şamil Kərimov Mahnıları ifa edən: Rəşid Behbudov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179. Xarici keçidlər Filmi izlə (böyük fraqment) | https://az.wikipedia.org/w/index.php?curid=30704 |
Əbədi sevgi (serial) | Əbədi Sevgi (Hind dili: Beintehaa, (tərc. "sonsuz, son mərhələ")) Fortune Productions tərəfindən istehsal olunan və Colors TV tərəfindən yayımlanan dram və romantik komediya janrında bir Hindistan televiziya serialıdır. Serial 30 dekabr 2013-cü ildə başladı və 21 Noyabr 2014-də sona çatdı. 04.12.2017 tarixində serial Azərbaycan kanalı Dalğa TV-də yayımlanmağa başlamışdır. Cazibədar Zeyn Abdullah(Zain Abdullah) və gözəl, mədəniyyətli Aliyə Heydər (Aaliya Haider) uşaqlıqdan bəri rəqib dayıoğlu-bibiqızıdır. Nəhayət böyüyürlər və yenidən görüşürlər, lakin bir sıra anlaşılmazlıqlar onları evlənməyə məcbur edir. Zeyn heç vaxt evlənmək istəmədiyi üçün ondan qurtulmaq istəyir. Zeynin böyük qardaşı Fahadın bir-birinə nifrət edən Nəfisə (Nafisa) və Şaziyə(Shazia) adlı iki arvadı var. Sürəyya (Suraiya) (Zeyn və Fahadın anası) bir kişi varis istəyir ancaq Nəfisənin iki qız uşağı olduqdan sonra hamilə qala bilmədiyi üçün Fahad ikinci arvadı Şaziyə ilə evləndi. Fahad Şaziyə ilə evləndikdən sonra bir oğlu oldu. Fahad Hər iki xanımını da sevir və ehtiyaclarını ödəmək üçün əlindən gələni edir. Digər tərəfdən, Zeyn və Aliyə daim mübahisə edirlər, ancaq bəzi pis adamlar ilə çətinlik çəkən Fahada kömək etdikdə yavaş-yavaş dost olurlar. Aliyənin kiçik bacısı Həyat (Aayat) problemlə üzləşir və Zeyn ailəsinə xəbər vermədən ona kömək edir. Qəza ilə qarşılaşır və yaralanır. İstintaq zamanı Aliyə, Zeynin Həyata kömək etdiyini və qəzaya birinin səbəb olduğunu öyrənir. Və daha sonra qəzaya Həyatı aldadan (Rocky Singh) Roki Saynın səbəb olduğunu öyrənir. Aliyəni sevməyən Sürəyya, Aliyəni evi tərk etməsi üçün emosional olaraq şantaj edir. Zeyn bunu sonradan öyrənir və onu evə gətirir. Fahad və Osman, Zeyn və Aliyənin arasını düzəltmək üçün plan hazırlayır. Bu vaxt Sürəyyanın niyə Aliyəni və ailəsini sevməməsi üzə çıxır, səbəbi isə uzun müddət itirdiyi qızı Barkat Aliyənin əmisi olan Mir Xan tərəfindən qaçırılmışdır. Aliyə Barkatı geri qaytaracağına söz verir. Zeyn və Aliyə nəhayət Barkatı tapırlar. Sevincli Sürəyya, Aliyəni və ailəsini yenidən bəyənməyə başlayır ki, bu da Şaziyə və Nəfisəni bədbəxt edir. Zeyn Aliyəyə aşiq olduğunu başa düşür. Sonra qohumları Zübeyirin (Zubair) gəlməsi ilə ortalıq yenidən qarışır.Daha sonra baş verən bir çox hadisə Sürəyyanın Aliyəyə yenidən nifrət etməsinə eyni zamanda Aliyə və Zeynin yenidən dalaşmasına səbəb olur. Oyuncular və personajlar Preetika Rao — Aliyə Qulam Heydər/Aliyə Zeyn Abdullah(Aaliya Ghulam Haider / Aaliya Zain Abdullah) Harşad Arora — Zeyn Osman Abdullah/Roket Fernandez (Zain Osman Abdullah / Rocket Fernandez) Suchitra Pillai — Sürəyya Osman Abdullah(Surraiya Osman Abdullah) Naved Aslam — Osman Abdullah Vivek Madan — Fahad Osman Abdullah Gunjan Vijaya — Nəfisə Fahad Abdullah(Nafisa Fahad Abdullah) Namrata Pathak -Şaziyə Fahad Abdullah (Shazia Fahad Abdullah) Rituraj Singh — Qulam Heydər Xan(Ghulam Haider Khan) Riva Bubber -Şabana Qulam Heydər (Shabana Ghulam Haider) Vikas Grover — Rizvan Malik (Rizwan Malik) Shivangi Joshi — Həyat Qulam Heydər/ Həyat Rizvan Malik (Aayat Ghulam Haider / Aayat Rizwan Malik) Nandish Sandhu — Rehan Həbib Xan(Rehaan Habeeb Khan) Astha Agarwal — Rida Rehan Xan (Rida Rehaan Khan) Raju Kher — "Grumpy" Dr Habeeb khan Imran Khan — Rahim Chacha Kamya Punjabi — Zarina Rahim Qureşi (Zareena Rahim Qureshi) Neel Motwani — Bilal Rahim Qureşi (Bilal Rahim Qureshi) Ankush Bali — Rahim Qureshi Mohit Sinha — Sarju Mohit Malhotra — Zübeyir Qureşi(Zubair Qureshi) Sunil Sinha — Mir Xan (Mir Khan) Nidhi Jha — Gövhər (Gauhar) Wasim Faras — Zişan Əhməd (Zeeshan Ahmed) Vaishali Jhulka — Asmita Ahmed Farook Qaasi — Mohsin Ahmed Gaurav Devaiyya — Omar Ahmed Dimple Jhangiani — Barkat Osman Abdullah/Bobbi Mir Xan(Barkat Osman Abdullah / Bobby Mir Khan) Priya Shinde — Sanam Vishesh Bansal -Zeyid Zeyn Abdullah (Zayed Zain Abdullah) Pooran Kiri — Virendra Kadam | https://az.wikipedia.org/w/index.php?curid=782738 |
Əbədi sevgi (teleserial, 2013) | Əbədi Sevgi (Hind dili: Beintehaa, (tərc. "sonsuz, son mərhələ")) Fortune Productions tərəfindən istehsal olunan və Colors TV tərəfindən yayımlanan dram və romantik komediya janrında bir Hindistan televiziya serialıdır. Serial 30 dekabr 2013-cü ildə başladı və 21 Noyabr 2014-də sona çatdı. 04.12.2017 tarixində serial Azərbaycan kanalı Dalğa TV-də yayımlanmağa başlamışdır. Cazibədar Zeyn Abdullah(Zain Abdullah) və gözəl, mədəniyyətli Aliyə Heydər (Aaliya Haider) uşaqlıqdan bəri rəqib dayıoğlu-bibiqızıdır. Nəhayət böyüyürlər və yenidən görüşürlər, lakin bir sıra anlaşılmazlıqlar onları evlənməyə məcbur edir. Zeyn heç vaxt evlənmək istəmədiyi üçün ondan qurtulmaq istəyir. Zeynin böyük qardaşı Fahadın bir-birinə nifrət edən Nəfisə (Nafisa) və Şaziyə(Shazia) adlı iki arvadı var. Sürəyya (Suraiya) (Zeyn və Fahadın anası) bir kişi varis istəyir ancaq Nəfisənin iki qız uşağı olduqdan sonra hamilə qala bilmədiyi üçün Fahad ikinci arvadı Şaziyə ilə evləndi. Fahad Şaziyə ilə evləndikdən sonra bir oğlu oldu. Fahad Hər iki xanımını da sevir və ehtiyaclarını ödəmək üçün əlindən gələni edir. Digər tərəfdən, Zeyn və Aliyə daim mübahisə edirlər, ancaq bəzi pis adamlar ilə çətinlik çəkən Fahada kömək etdikdə yavaş-yavaş dost olurlar. Aliyənin kiçik bacısı Həyat (Aayat) problemlə üzləşir və Zeyn ailəsinə xəbər vermədən ona kömək edir. Qəza ilə qarşılaşır və yaralanır. İstintaq zamanı Aliyə, Zeynin Həyata kömək etdiyini və qəzaya birinin səbəb olduğunu öyrənir. Və daha sonra qəzaya Həyatı aldadan (Rocky Singh) Roki Saynın səbəb olduğunu öyrənir. Aliyəni sevməyən Sürəyya, Aliyəni evi tərk etməsi üçün emosional olaraq şantaj edir. Zeyn bunu sonradan öyrənir və onu evə gətirir. Fahad və Osman, Zeyn və Aliyənin arasını düzəltmək üçün plan hazırlayır. Bu vaxt Sürəyyanın niyə Aliyəni və ailəsini sevməməsi üzə çıxır, səbəbi isə uzun müddət itirdiyi qızı Barkat Aliyənin əmisi olan Mir Xan tərəfindən qaçırılmışdır. Aliyə Barkatı geri qaytaracağına söz verir. Zeyn və Aliyə nəhayət Barkatı tapırlar. Sevincli Sürəyya, Aliyəni və ailəsini yenidən bəyənməyə başlayır ki, bu da Şaziyə və Nəfisəni bədbəxt edir. Zeyn Aliyəyə aşiq olduğunu başa düşür. Sonra qohumları Zübeyirin (Zubair) gəlməsi ilə ortalıq yenidən qarışır.Daha sonra baş verən bir çox hadisə Sürəyyanın Aliyəyə yenidən nifrət etməsinə eyni zamanda Aliyə və Zeynin yenidən dalaşmasına səbəb olur. Oyuncular və personajlar Preetika Rao — Aliyə Qulam Heydər/Aliyə Zeyn Abdullah(Aaliya Ghulam Haider / Aaliya Zain Abdullah) Harşad Arora — Zeyn Osman Abdullah/Roket Fernandez (Zain Osman Abdullah / Rocket Fernandez) Suchitra Pillai — Sürəyya Osman Abdullah(Surraiya Osman Abdullah) Naved Aslam — Osman Abdullah Vivek Madan — Fahad Osman Abdullah Gunjan Vijaya — Nəfisə Fahad Abdullah(Nafisa Fahad Abdullah) Namrata Pathak -Şaziyə Fahad Abdullah (Shazia Fahad Abdullah) Rituraj Singh — Qulam Heydər Xan(Ghulam Haider Khan) Riva Bubber -Şabana Qulam Heydər (Shabana Ghulam Haider) Vikas Grover — Rizvan Malik (Rizwan Malik) Shivangi Joshi — Həyat Qulam Heydər/ Həyat Rizvan Malik (Aayat Ghulam Haider / Aayat Rizwan Malik) Nandish Sandhu — Rehan Həbib Xan(Rehaan Habeeb Khan) Astha Agarwal — Rida Rehan Xan (Rida Rehaan Khan) Raju Kher — "Grumpy" Dr Habeeb khan Imran Khan — Rahim Chacha Kamya Punjabi — Zarina Rahim Qureşi (Zareena Rahim Qureshi) Neel Motwani — Bilal Rahim Qureşi (Bilal Rahim Qureshi) Ankush Bali — Rahim Qureshi Mohit Sinha — Sarju Mohit Malhotra — Zübeyir Qureşi(Zubair Qureshi) Sunil Sinha — Mir Xan (Mir Khan) Nidhi Jha — Gövhər (Gauhar) Wasim Faras — Zişan Əhməd (Zeeshan Ahmed) Vaishali Jhulka — Asmita Ahmed Farook Qaasi — Mohsin Ahmed Gaurav Devaiyya — Omar Ahmed Dimple Jhangiani — Barkat Osman Abdullah/Bobbi Mir Xan(Barkat Osman Abdullah / Bobby Mir Khan) Priya Shinde — Sanam Vishesh Bansal -Zeyid Zeyn Abdullah (Zayed Zain Abdullah) Pooran Kiri — Virendra Kadam | https://az.wikipedia.org/w/index.php?curid=698553 |
Əbədi yumruq (film, 1992) | Əbədi yumruq (ing. Eternal Fist) — 1992-ci ildə Teddi Peyc tərəfindən döyüş filmi janrında çəkilən film. Bir çox müharibələrdən sonra ordusuz qalmış insanlar özləri vuruşmağa başlayırlar. Filmin qəhrəmanları cəhənnəmdən qaçaraq yeni həata başlamaq istəyirlər. Lakin bu çox çətin olacaqdır. Çünki yeni həyata başlamaq üçün yalnız vuruşmaq lazımdır... Xarici keçidlər Əbədi yumruq — Internet Movie Database saytında. | https://az.wikipedia.org/w/index.php?curid=268710 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.