!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əbu Bəkr ibn Həsən
Əbu Bəkr ibn Həsən ibn Əli (ərəb. أبي بكر ابن حسن ابن علي ) İmam Həsənin oğlu, Kərbəla şəhidi. Kərbəla hadisəsində vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=335663
Əbu Bəkr ibn Ömər
Əbu Bəkr ibn Ömər (ərəb. أبو بكر بن عمر; doğum tarixi məllum deyil — vəfat tarixi 1087) — ləmtunlar adlı bərbərlər tayfasının rəhbəri. Əlmürabilər ittifaqının qurucusu Abdullah ibn Yasinin silahdaşı. Qardaşı Yəhyanın 1056-cı ildə vəfatından sonra Əlmürabilər ittifaqının hərbi rəhbəri oldu. Abdullah ibn Yasinin vəfatından sonra (1058-ci və ya 1059-cu il) Böyük Səhrada qalmış Əlmürabilər tayfaları arasında sürtətlə açıq müharibəyə çevrilən mübahisələr yarandı. Məğribdə olan Əbu Bəkr nizamın bərpası üçün Saxaraya tələsməyə məcbur idi. Həyat yoldaşı Zeynəb ən Nafzaviyanın təsiri altında Əbu Bəkr Əlmürabilər ittifaqının hərbi rəhbəri vəzifəsinə Yusif ibn Taşfini təyin etdi. Əbu Bəkr Səhra və Seneqal bərbərlərinin arasında nizamı tez bərpa etməyi bacardı və bundan sonra öz diqqətini Sudanın zəncilərinə yönəltdi. Sudan müharibəsindən sonra Əbu Bəkr Məğribə qayıtdı (1071—1072-ci illər), amma Əlmürabilərin Yusifin hökümdarlığı altında nə qədər güclənməsini görəndən sonra, qərar verdi ki Yusif taxta ondan daha layiqdir və hakimiyyətdən özü əl çəkərək Afrika tayfalarına İslam dinini yaymaq məqsədi ilə Səhraya qayıtdı və 1087-ci ildə vəfatına qədər burada yaşadı.
https://az.wikipedia.org/w/index.php?curid=616983
Əbu Bəkr ibn Əli
Əbu Bəkr ibn Əli (ərəb. أبو بكر بن علي) — Əli ibn Əbu Talib və Leyla binti Məsudun oğludur. O, Kərbəla döyüşündə şəhid olan Hüseynin səhabələrindən olmuşdur. Əbu Bəkr ibn Əlinin Aşura günü qardaşı Hüseyn ibn Əliyə dəstək olmaq üçün döyüş meydanında vuruşan Əli ibn Əbi Talibin övladlarından birincisi olduğu deyilir. Onun təxəllüsü Əbu Bəkr olmuşdur. Sünni alimi İbn Quteybəyə görə onun anası Məsud ən-Nəxşəlinin qızı Leyla, atası isə Əli ibn Əbu Talibdir. Kərbəla döyüşündə Əbu Bəkr ibn Əli Kərbəla döyüşündə şəhid olmuşdur. Məhəmməd əl-Baqirdən bir hədis var ki, ona görə də Həmdan qəbiləsindən bir nəfər onu şəhid etmişdir. Bəzi mənbələrə görə, onun qəbri İmam Hüseynin dəfn olunduğu yerin yaxınlığındakı Həşimid şəhidlərinin toplu məzarında yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=774123
Əbu Bəkr məscidi (Bakı)
Cümə (rəsmi) və ya Əbu Bəkr məscidi (ümumişlək) — 1997-ci ildə Bakı şəhərində, səhabə və ilk xəlifə olmuş Əbu Bəkr As-Siddik şərəfinə inşa edilmiş məscid. Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilmişdir. Azərbaycanın ən böyük sünni məscidi sayılır. Azərbaycan KİV məscidə gələnləri radikalizmdə və vəhhabizmdə ittiham edirlər. Ancaq məscidin imamı Qamət Süleymanov dəfələrlə onların vəhhabi olmamasını bildirmiş və bunun böhtan olduğunu demişdir.Cümə günləri məscidi 6 min insan ziyarət edir. Məscidin imamı Qamət Süleymanov tərəfindən xütbələr oxunur. Məsciddə ərəb dili, Quran təfsiri, hədis və islam əqidəsi tədris olunur. Ramazan ayında iftar süfrələri açılır və Təravih namazı qılınır. Məsciddə qadınlar üçün ayrıca bölmə var. Məscid yaxınlığında isə islam ədəbiyyatı, geyimləri və parfumeriyası satılan dükan vardır. 17 avqust 2008-ci ildə məscidə iki əl qumbarası atılır. Terror nəticəsində 2 nəfər ölür və 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olur. Azərbaycan polisi terror aktına görə İlqar Mollaçıyevin rəhbəri olduğu «Meşə qardaşları» qrupunun törətdiyini bəyan etmişdir. 2008-ci ilin oktyabrında Nərimanov rayon məhkəməsi məscidin ziyarət edilməsinə qoyulan qadağanı aradan götürmüşdür. Həmçinin bax Bakıdakı Əbu Bəkr məscidində terror Xarici keçidlər "Əbu Bəkr məscidi". abubekr.narod.ru. İstifadə tarixi: 2014-02-28. Bakıdakı Əbu Bəkr məscidi açılır, tender elan olunub "Əbu-Bəkr" məscidi yeni adla fəaliyyət göstərəcək
https://az.wikipedia.org/w/index.php?curid=558471
Əbu Bəkr məscidi (Sumqayıt)
Əbu Bəkr məscidi və yaxud Sumqayıt Əbu Bəkr məscidi — Sumqayıt şəhərində yerləşən, yerli sakinlər arasında "Ərəblər" adı ilə tanınan məscid. Tikintisinə 1993-ci ildə başlanan məscid Azərbaycan müstəqilliyini elan edəndən sonra ölkə ərazisində tikilən ilk məscid hesab edilir. Məscid Səudiyyə Ərəbistanın "İslami Nicat" təşkilatının yardımıyla Sumqayıtda - 15-ci məhəllədə inşa edilib. "İslami Nicat" təşkilatının yardımıyla 1998-ci ildə Bakıda da eyni adlı daha böyük "Əbu Bəkr məscidi" inşa edilib. İslam peyğəmbəri Məhəmməd peyğəmbərdən sonra 632-634-cü illər arası xəlifəlik edən ilk xəlifə Əbu Bəkrin adını daşıyan məscid Sumqayıt sakinləri arasında "Ərəblər" adı ilə tanınır. Məscidin "Ərəblər" adı ilə tanınmasına səbəb məscidin ərəblərin yardımıyla tikilməsiylə yanaşı, məscidin imamının milliyətcə ərəb olmasıdır. Məscidin bağlanmasının əsas səbəbi İkinci Rus-Çeçen Müharibəsinin başlamasıyla çeçenlər tərəfdən vuruşmaq üçün məsciddən xeyli sayda insanın müharibədə iştirak üçün Çeçenistana getməsi və məscidin Çeçenistan "yolu"nda önəmli yeri tutması idi. Bu və bu kimi səbəblərdən məscid 2001-ci ildə bağlandı. Məscid imamı milliyətcə ərəb, əslən Fələstindən olan Əmir Fəhmi ölkəni tez bir zamanda tərk etsə də, Çeçenistanda aktiv döyüş yolu keçmiş 40-a yaxın məscid əhli olan şəxs daha sonralar həbs olundu. Məscidin bağlanması ərəfələri ərəb təşkilatlarının ölkədən qovulması və üzvlərinin həbsləri ilə də yadda qaldı. Həmin təşkilatlardan biri də məscidin tikintisində rolu olan "İslami Nicat" təşkilatı idi.
https://az.wikipedia.org/w/index.php?curid=400207
Əbu Bəkr əl-Bağdadi
Əbu Bəkr əl-Bağdadi (ərəb. أبو بكر البغدادي; 28 iyul 1971, Səmərra, Səlahəddin mühafəzəsi – 27 oktyabr 2019, Barişa[d], İdlib mühafəzəsi) — İraq və Şam İslam Dövlətinin keçmiş lideri. Digər adları Dr. İbrahim, Əbu Dua və İbrahim Əvvad İbrahim Əli əl-Bədri əl-Səmərrai ilə də tanınıb. Əsl adı İbrahim Əvvad İbrahim Əli əl-Bədri olan Bağdadi 1971-ci ildə İraqın Səmərra şəhərində dünyaya göz açmışdır. Əbu Bəkir əl Bağdadi özünü peyğəmbərin nəslindən hesab etsədə, bu haqda təsdiq edilmiş sənəd və faktlar mövcud deyil. Hədisə görə, axirəzzamanda bir nəfər özünü İslam Peyğəmbərinə nisbət edərək qətl və fətinəlrə törədəcək. Hədisdə deyilir: "Abdullah İbi Ömər dedi ki, Rəsuli Əkrəmin hüzurunda oturmuşduq. Bizə axirəzzamandakı fitnələrdən bəhs etdi və bu məsələ üzərində durdu. Sonra dedi: "Fitnə dumanı özünü bizə nisbət verən şəxsin iki ayağı altından çıxar. O özünü məndən zənn edər, ancaq məndən deyildir" (Əbu Davudun 4077-ci hədis). 2010-cu ildən bəri keçmiş İraq əl-Qaidəsi adıyla tanınan İraq və Şam İslam Dövləti terror qruplaşmasının lideri olmuşdur. Hal -hazırda özünü İslam dövlətinin xəlifəsi sayır Səddam Hüseyn dönəmi İraqda Səmərradakı Əhməd bin Hənbəli məscidində məscid imamı olan Bağdadi sonradan Bağdaddakı Əl Kubeysi məscidində də imamlıq elədi. Özü dindar bir ailədən gəlir. Qardaşları və əmiləri arasında vaizlər və Ərəb dili və ərəb söz elmi professorları var. 2003-cü ildə Fəllucə şəhərindəki məscidlərin birində məscid imamı və xəttab olan Bağdadinin Tikrit Universitetində professorluq elədiyi, İslami Elmlər üzrə doktorantura üzrə elmlər namizədi olduğu da bildirilir. Əbu Bəkir əl Bağdadi, Bağdad İslam Universitetində müəllimlik və təlimçilik etmiş və çox məşhur bir vaiz olaraq bilinir. Özü Bağdad İslam universiteti məzunudur və akademik səviyyədə (lisenziya, yüksək lisenziya və doktarantura) təhsil almışdır. İslam mədəniyyəti, şəriət elmləri və fiqhdə vaiz və alim olaraq bilinir. Bağdadinin xarici kəşfiyyat orqanları tərəfindən yaxşı təlim aldığı, buna görə də, gözəl bəlağət və hərbi bacarığıa malik olduğu önə çəkilir. "Xəlifə" Bağdadinin təhlükəsizlik və hərbi təcrübəsi, son 9 ildə etdiyi döyüşlər, hücumlar və geri çəkilmələr nəticəsində daha da inkişaf etdi. Müsəlmanları döyüşə təşviq etdi və şəxsən özü müharibədə iştirak etdi, tutuldu və sərbəst buraxıldı. Bir çox döyüşə qatılan Doktor Dua, camaatlar qurdu və camaatların qurulmasına köməkçi oldu. Sonra 'Meclisul Şura əl Mücahidin' camaatına və bir şura məclisi üzvü olaraq İraq İslam Dövlətinə qatıldı 16 may 2010-cu ildə nəşr etdiyi rəsmi bəyanat ilə özünü İslam dövlətinin əmiri olaraq elan etdi. Bu mövqeyə çatana qədər bir sıra mərhələlərdən keçən Doktor Dua, bu vəzifəyə layiq vəziyyətə gəldi. İslam Dövlətinin elan edilməsindən sonra vilayətlərdəki şəriət nümayəndə heyətlərinin ümumi başçılığına gətirildi və İslam dövlətinin Şura Məclisinin bir üzvü oldu. Doktor Dua, Samarra'da olan tayfaların İŞİD-in keçmiş lideri olan Əbu Ömər əl Bağdadiyə beyət etməsində təsirli bir rol oynadı və öz tayfasının Dövlətə beyətinə şəxsən qatıldı. Bir audio müracətində əl-Bağdadi mesaj verdi ki, Roma və İspaniynı fəth edəcəyik, həmdə Avropada İslam dövləti qurmaq üçün qərbə yürüş edəcəyini açıqladı. Keçmiş böyük İslam xilafətini berpa edəcəklərini bildirdi. O, həmçinin dünyadakı müsəlmanları İslam Dövlətinə köç etməyə cağırdı. İyulun 5-i 2014-cü ildə Şimali İraqı azad etdiktdən sonra Mosulda Əl-Nuri Ulu Məscidində görüntülü video xütbəsi yayıldı. ABŞ Dövlət Departamenti 4 oktyabr 2011-ci il tarixində Əbu Bəkr əl-Bağdadi haqqında informasiya verən, ölü, ya dirisini gətirən şəxsə 10 milyon dollar mükafat veriləcəyini bildirmişdi. Həbs xəbəri 2 dekabr 2012-ci il tarixində İraq rəsmiləri Bağdadinin həbs olunduğu haqqında məlumat yaysalar da, sonradan həbs olunmuş şəxsin Əbu Bəkr əl-Bağdadi yox, başqa bir önəmli İraq Əl-Qaidəsi üzvü olduğunu bildirdilər. Amerika xüsusi təyinatlıları 2019-cu il oktyabrın 26-da Suriyanın şimalındakı İdlib bölgəsində keçirilən əməliyyat nəticəsində Əbu Bəkr əl-Bağdadini məhv edilib. Onun cəsədini ABŞ xüsusi təyinatlıları onun öldürülməsi üçün keçirilən əməliyyat zonasından özləri ilə aparıb. Əməliyyat 4 saat davam edib. Əməliyyatda ABŞ ordusunun 8 vertolyotu və 2 pilotsuz təyyarəsi istifadə edilib. Əməliyyatın həyata keçirildiyi ərazi Türkiyə sərhədinin çox yaxınlığında, suriyalı qaçqınların yerləşdirildiyi Tourlaha düşərgəsinin bir neçə kilometrliyində yerləşən Barişa kəndi olub. ABŞ prezidenti Donald Tramp bildirib ki, əl-Bağdadi xüsusi əməliyyat zamanı başqa çıxış yolu olmadığını görüb və xüsusi təyinatlılar onu sağ yaxalamasın deyə üzərində gəzdirdiyi "kamikadze jileti" ilə özünü partladıb. Əl-Bağdadinin yerini onun həbs olunan arvadlarından biri və kuryeri sorğu-sual zamanı xəbər verib.
https://az.wikipedia.org/w/index.php?curid=356301
Əbu Bəkr əl-Cəssas
Əbu Bəkr Əhməd ibn Əli Ər-Razi (ərəb. ابو بكر أحمد بن علي الجصاص), əl-Cəssas (ərəb. الجصاص), (917, 918 və ya 917, Rey – 981 və ya 12 iyun 981, Bağdad) — İslam ilahiyyatçısı, 10-cu əsr Hənəfi məzhəbinin hüquqşünası. Onun həyatı haqqında çox az şey məlumdur. O, Reydə (müasir İran) anadan olub, ona görə də ləqəbi “ər-Razi”dir. 937-ci ildə elm dalınca Bağdada gəlir. O, fiqh, hədisşünaslıq, təfsir, ərəb dili və s. öyrənmişdir. Əl-Cəssasa təsir edən müəllimlər arasında Əbul-l-Həsən əl-Kərhi xüsusilə seçilir. Əl-Xətib əl-Bağdadiyə görə, əl-Cəssas hicri 331-ci ildə (942) Bağdadda vəfat etmişdir. Əl-Cəssas Ədəb əl-Qadi ədəbiyyatında mühüm bir əsər, hakimin (qadi) davranış qaydalarına dair şərhçi kimi tanınır. O, əsasən əl-Həsəfin “Kitab Şərh Ədəb əl-Qadi li-l-Hassaf” adlı kitabının şərhçisi kimi tanınır. Tillerin fikrincə, orijinal əsər və onun təfsiri indi "bir-birindən demək olar ki, ayrılmayıb: əl-Həsəfin orijinal mətni əl-Cəssasın şərhinə daxil edilib". Əl-Cəssas həm də Quran təfsirinə dair “Əhkamül-Quran” əsərinin müəllifidir. Peter C. Hennigan: «al-Khaṣṣāf (d. 261/874)», in: Oussama Arabi, David Stephan Powers, Susan Ann Spectorsky: Islamic Legal Thought. A Compendium of Muslim Jurists Brill Academic Pub, 2013, ISBN 9789004254527 Mathieu Tillier: Women before the qāḍī under the AbbasidsArxivləşdirilib 2022-03-07 at the Wayback Machine, Islamic Law and Society, Vol. 16 (2009) Peter C Hennigan: The birth of a legal institution : the formation of the waqf in third-century A.H. Ḥanafī legal discourse. 2003 Ādāb al-Qāḍī: Islamic legal and judicial system. Aḥmad ibn ʻUmar Khaṣṣāf; ʻUmar ibn ʻAbd al-ʻAzīz Ṣadr al-Shahīd; Munir Ahmad Mughal Al-Khaṣṣāf, Adab al-qāḍī, ed. Farḥāt Ziyāda (Cairo: American University in Cairo Press, 1978) A ninth century treatise on the law of trusts : being a translation of Al-Khas̤s̤āf, Ahkām al-Waqūf / translated and edited by Gilbert Paul Verbit. [Philadelphia] : Xlibris, 2008; ISBN 978-1-4363-2103-7 Abubakar Ahmad Ibn ‘Amr al-Khassaf, Kitab Ahkam al-Awqaf (Cairo: Diwan ‘Umum al-Awqaf al-Misriyyah, 1904) Aḥkām al-Qur’ān, Beirut, Libanon: Dār al-Iḥyā’ al-Turāth, 1984 Aḥkām al-qurʾān. Beirut: Dār al-Kutub al-ʿIlmīya, 1994
https://az.wikipedia.org/w/index.php?curid=761836
Əbu Bəkr əs-Səqəfi
Əbu Bəkr əl-Səqəfi (ərəb. أبو بكرة الثقفي) — daha çox Nufey ibn əl-Haris (ərəb. نُـفَـيْـع ابْـن الْـحَـارِث) olaraq da tanınaraq Nafi ibn əl-Harislə ögey qardaş idi. O, hərbi səfər zamanı başqa bir İslam sərkərdəsi əl-Muğirə ibn Şubə ilə mübahisəsi ilə tanınır. Digər mənbələr onu Ziyad ibn Əbihinin qarın qardaşı kimi təsvir edir. Həmçinin bax Əl-Haris ibn Kələda
https://az.wikipedia.org/w/index.php?curid=809795
Əbu Bəkrə beyət etməyən səhabələrin siyahısı
Əbu Bəkrə beyət etməyən şəxslərin siyahısı — Məhəmmədin ölümündən sonra Məhəmmədlə yaxınlığı və Məhəmmədin özünün ifadələri səbəbindən Əlinin Məhəmmədin yerinə keçəcəyi geniş şəkildə gözlənilirdi. Lakin Əli Məhəmmədin dəfn mərasimini yerinə yetirərkən bir qrup səhabə ortaya çıxaraq Əbu Bəkri xəlifə elan etdi. Buna baxmayaraq bir neçə görkəmli səhabə də Əliyə sadiq qaldı. Hicri 11-ci ildə (miladi 632-ci ildə) Məhəmmədin vəfatından dərhal sonra ənsarlardan bir neçəsi (mədinəlilər) Səidə qəbiləsinin Səqifəsində (həyətində) toplandılar. Madelunqa görə ənsarlar çox güman ki, Məhəmmədə sədaqətlərinin onun ölümü ilə bitdiyinə inanırdılar və Məhəmmədin icmasının dağılacağını gözləyirdilər. Bu səbəbdən onların görüşündə məqsəd mühacirlərin əksəriyyətinin (Məkkədən köçənlər) onsuz da Məkkəyə qayıdacağına inamla öz şəhərləri, Mədinə üzərində nəzarəti bərpa etmək ola bilərdi.Buna baxmayaraq, Məhəmmədin hər iki əsas yoldaşı Əbu Bəkr və Ömər məclisi öyrəndikdən sonra Səqifəyə doğru tələsdilər. Ənsardan bir başçının Ömər tərəfindən döyülərək tabe olunduğu qızğın görüşdən sonra Səqifədə toplaşan müsəlmanların kiçik qrupu Əbu Bəkrin müsəlman icmasının yeni başçısı olması barədə razılığa gəldilər. Səqifə hadisəsi Məhəmmədin onu dəfn etməyə hazırlaşan ailəsini və mühacirlərin çoxunu kənarda qoydu. Məhəmmədin qəbiləsinin bir çox üzvü, Bəni Haşim, eləcə də bir sıra Məhəmmədin səhabələri Əbu Bəkrin namizədliyinə qarşı çıxdı; onlar Əlinin Məhəmmədin qanuni xəlifəsi olduğunu və onun Qədir-Xum hadisəsində təyin olunduğunu müdafiə etdilər. Məhəmmədin varisliyi ilə bağlı məsələ nəhayət İslamın iki əsas məzhəbinin yaranmasına gətirib çıxaracaqdı, sünnilər Əbu Bəkri Məhəmmədin varisi, şiələr isə Əlinin Məhəmmədin qanuni varisi olduğuna inanırlar. Müxtəlif mənbələrə görə Səqifə hadisəsindən dərhal sonra Əbu Bəkrə beyət etməyən xeyli sayda insan var idi. Onlardan bəziləri bir qədər gecikdikdən sonra müxtəlif səbəblərdən sonra ona beyət etdi. Aşağıdakılar bunlar idi:
https://az.wikipedia.org/w/index.php?curid=757142
Əbu Bərzə əl-Əsləmi
Əbu Bərzə əl-Əsləmi (ərəb. أبو برزة الأسلمي) — müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əlinin dövrünün daxili çəkişmələrində Əlinin yanında olmuş, Nəhrəvan və Siffeyn döyüşlərində onunla bərabər vuruşmuşdur. Hüseynin kəsilmiş başı Yezidin hüzuruna gətiriləndə o, orada idi. O, Məhəmməd peyğəmbərdən 64 hədis nəql etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=736812
Əbu Cəhl
Əbu Hәkәm Əmr ibn Hişam, Əbu Cəhl adı ilə tanınır (570-ci illər, Məkkə – 13 mart 624, ərəb. أبو جهل) — Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyşilәrin Mәxzum qolundan olması bilinir. Məhəmməd peyğəmbərlə eyni ildə doğulmuşdur. Onun tam adı Əbu əl-Həkəm Əmr ibn Hişam ibn əl-Muğira ibn Abdullah ibn Umar əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir. Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl İslamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl (“cahilliyin atası”) adlandırırdılar [4]. Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır. Məhəmməd peyğəmbər Mədinəyə köçməzdən əvvəl o, nüfuzlu Məkkəliləri Məhəmməd peyğəmbərə sui-qəsd etmək üçün hər qəbilədən bir nümayəndə seçməyə dəvət edir. Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra onlara qarşı düşmənçilik fəaliyyətini davam etdirir. 624-cü ildə Əbu Süfyanın karvanını qorumaq üçün hərbi dəstəyə başçılıq edir və Qüreyşlə müsəlmanlar arasında ilk böyük silahlı toqquşmaya girir (bax: Bədr döyüşü). Müsəlmanlar bütpərəstlərin ordusunu məğlub edir və Əbu Cəhl özü də bu döyüşdə həlak olur. Müsəlmanlar Kolosint bitkisinə (lat. Citrullus colocynthis) “Əbu Cəhlin qarpızı” adını vermişlər.
https://az.wikipedia.org/w/index.php?curid=735432
Əbu Cəndəl
Əbu Cəndəl (Məkkə, ərəb. أبو نَجِيحٍ العرباض بن سارية السلمي) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, həmçinin Abdullah ibn Süheylin qardaşı və Qureyş natiqi Süheyl ibn Əmrin oğlu olur. Bioqrafiyası 624-cü ildə Bədr döyüşündən əvvəl İslamı qəbul edir. Bunu qəbul edə bilməyən atası Süheyl ibn Əmr tərəfindən zəncirlənir. Hüdeybiyyə müqaviləsi günü müsəlmanların yanına qaçır. Müqavilənin şərtlərindən biri olan geri qayıtma şərtinə görə onu Məkkə heyətini təmsil edən atası geri Məkkəyə aparır. Sonra yenidən qaçaraq Qırmızı dəniz sahilində bir mövqeyə yerləşir. Məkkədən qaçanlar müqavilənin şərtlərinə uyğun olaraq Mədinəyə gedib müsəlman cəmiyyətinə sığına bilməzdilər. Onların çoxu Qırmızı dənizin Sifülbəhr adlanan yerində toplanırdı. Buradakı qaçaq müsəlmanları ticarət karvanlarına təhlükə kimi görən Məkkə əyanları Mədinənin əyanlarına ekstradisiya bəndindən imtina etdiklərini bildirdikdə Əbu Cəndəl və digər qaçaq müsəlmanlar Mədinəyə gələ bildilər. Mədinədə məskunlaşdıqdan sonra müsəlmanların apardıqları bütün döyüşlərdə iştirak etmişdir. Peyğəmbərin vəfatından sonra 635-ci ildə Şam şəhərini alan orduda xidmət edir. Əbu Cəndəl 639-cu ildə İordaniyada taun epidemiyasından ölür.
https://az.wikipedia.org/w/index.php?curid=737458
Əbu Davud
Əbu Davud və ya tam adı ilə əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistani (ərəb. أبو داود السجستاني, 817, Sistan – 888, Bəsrə, İraq, Abbasilər) — mühəddis, "Sünəni-Əbu Davud" hədislər toplusunun müəllifi. Onun tam adı əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistanidir. Əbu Davud 817-ci ildə İranın cənub-şərqində və Əfqanıstanın cənub-qərbində yerləşən Sistan şəhərində anadan olmuşdur. O, Ərəbistan yarımadasının ən böyük tayfalarından biri olan Azd qəbiləsindən olan ərəb idi. İslamın yayılmağa başlaması ilə azdların bir hissəsi Ərəb xilafətinin müxtəlif yerlərində məskunlaşmağa başlamışdılar. Əbu Davudun əcdadı İmran Siffeyn döyüşündə xəlifə Əlinin tərəfində vuruşaraq həlak olmuşdur. Bəsrədə yaşayırdı. Əbu Davud hədis toplamaq üçün Xorasan, İraq, Misir, Suriya, Hicaz və xilafətin başqa yerlərində olmuşdur. İlk səyahətinə çıxanda iyirmi yaşından az idi. O, 300-dən çox mühəddisdən hədis öyrənmişdir ki, onların arasında Əbu Sələmə, Əhməd ibn Hənbəl, İbn Əbu Şeybə, Yəhya ibn Main və bir çox başqaları kimi məşhur mühəddislər də vardır. Əbu Davud hüquqi mövzularda hədislərə xüsusi diqqət yetirmişdir. O, hüquqi məsələlərdə hər hansı "zəif" hədisdən istifadə etməyi qiyasla hökmə əməl etməkdən daha üstün hesab etmişdir. 889-cu ildə Bəsrədə vəfat etmişdir. Əbu Davud 21-ə yaxın kitabın müəllifidir, onlardan ən məşhurları: "Sünəni-Əbu Davud" 4800-ə yaxın hədisdən ibarət hədislər toplusudur. Kitab əl-Mərasil 600 mürsəl hədisdən ibarət hədislər toplusudur. Risalət Əbu Davud ila Əhli Məkkə — Məkkə əhlinə onun sünənini təsvir edən məktub. Sünən Əbu Dauda Sünəni Əbu Davud Səhihi Buxari və Səhihi Müslim məcmuələrindən sonra sünni alimləri tərəfindən tanınan altı hədis toplusu arasında üçüncü yeri tutur. "Sünən"dən gələn hədislər şəriətin bir çox məsələlərinə güclü dəlillər verir. Çox vaxt "Sünən"də Səhihi Buxari və Səhihi Müslimin məcmuələrində olmayan hədislərə rast gəlmək olar. Əbu Davud hədisləri çox diqqətlə seçdiyi və tədqiq etdiyi 500.000 hədisdən 4800-ə yaxınını öz toplusuna daxil etdiyi üçün bir çox alimlər Əbu Davudun işini yüksək qiymətləndirmişlər. Bir çox hədislər səhihlik dərəcəsinə çatır. Sünnənin bir neçə siyahısı vardır ki, mətnlərində kiçik uyğunsuzluqlar vardır. Abū Dāʾūd al-Sid̲j̲istānī / Robson, J. // Encyclopaedia of Islam. 2nd ed : [en.] : in 12 vol. / ed. by P. J. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs et al. — Leiden : E. J. Brill, 1960–2005.
https://az.wikipedia.org/w/index.php?curid=835526
Əbu Dulaf Xəzrəci
Əbu Dulaf Misar ibn əl-Müxəlhil əl-Xəzrəci (ərəb. أبو دُلف الخزرجي) və ya sadəcə Əbu Dulaf (ərəb. أبو دُلف الخزرجي) — X əsr ərəb şairi, səyyahı və mineraloqu. O, 930-cu illərdən başlayaraq ərəb xilafətinin geniş ərazilərini və qonşu ölkələri gəzmişdir. Onun ədəbi irsi, görünür, şairin ömrünün sonunda, 995-ci ildə yazılmış iki səyahət qeydindən və Sasan qəbiləsinin həyatı və məişətinə aid böyük poetik mətndən ibarətdir. «Fihrist» əsərinin müəllifi İbn Nədim şəxsən onunla tanış idi və onu "uzun saqqallı qoca" adlandırmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=779771
Əbu Dulaf əl-Xəzrəci
Əbu Dulaf Misar ibn əl-Müxəlhil əl-Xəzrəci (ərəb. أبو دُلف الخزرجي) və ya sadəcə Əbu Dulaf (ərəb. أبو دُلف الخزرجي) — X əsr ərəb şairi, səyyahı və mineraloqu. O, 930-cu illərdən başlayaraq ərəb xilafətinin geniş ərazilərini və qonşu ölkələri gəzmişdir. Onun ədəbi irsi, görünür, şairin ömrünün sonunda, 995-ci ildə yazılmış iki səyahət qeydindən və Sasan qəbiləsinin həyatı və məişətinə aid böyük poetik mətndən ibarətdir. «Fihrist» əsərinin müəllifi İbn Nədim şəxsən onunla tanış idi və onu "uzun saqqallı qoca" adlandırmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=837210
Əbu Dücanə
Əbu Dücanə (bilinmir, Mədinə – 634, ərəb. أَبو دجانة سماك بن أوس) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Mədinədə anadan olub. Əslən Xəzrəc qəbiləsindəndir. Məkkəli müsəlmanların Mədinəyə köçməsindən əvvəl İslamı qəbul etmişdir. O, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı o, tez-tez başına qırmızı lent bağlıyar və rəqibləri qarşısında döyüşlərdən əvvəl özünü göstərirdi. Uhud döyüşündə həyatını təhlükəyə ataraq Məhəmməd peyğəmbəri müdafiə etmiş və ağır yaralanışdır. Xəlifə Əbu Bəkrnin dövründə mürtədlərlə vuruşurdur. O, “yalançı peyğəmbər” Müsaylimə ilə döyüşdə həlak olmuşdur. Müsaylimə Əbu Dücanə və Vəhşi ibn Hərb tərəfindən öldürüldüyü bildirilir.
https://az.wikipedia.org/w/index.php?curid=733642
Əbu Firas
Əbu Firas Həmdani ( ərəb. أبو فراس), tam adı ilə Əbu Firas ibn əl-Haris ibn Səid ibn Həmdan əl-Həmdani (ərəb. أبو فراس الحمداني ; 932, Mosul – 4 aprel 968[…], Homs) — X əsr ərəb şairi və dövlət xadimi. Həmdani aristokrat ailəsinə mənsub idi. Bizansa qarşı müharibələrdə iştirak etmiş, iki dəfə əsir götürülmüş və fidyə qarşılığında azad edilmişdir. O, döyüşlərin birində həlak olmuşdur. Əbu Firasın lirikasında cəngavər xüsusiyyətləri, döyüşkənlik və sevgiliyə pərəstiş üstünlük təşkil edir. Ərəb poeziyasında ilk dəfə səhər nəğməsi motivinə malikdir. Elegiyalarda əsirlikdən gələn mesajlar vermiş, anasına, yurduna və ölkəsinə olan sevgisini böyük qüvvə ilə ifadə etmişdir. Onun poeziyasının dili sadədir. Əlavə ədəbiyyat Dvořak R. Abû Firâs, ein arabischer Dichter und Held, mit Taâlib’s Auswahl aus seiner Poësie in Text und Übersetzung mitgeteilt. — Leiden, 1895. (alm.) Carl Brockelmann. Geschichte der arabischen Litteratur. — Weimar: Brill Vlg., 1898. (alm.) Sami Dahan. Le diwan d'Abu Firas al-Hamdani (poète arabe du IVe siècle de l'hégire). — Beirut: Institut français de Damas, 1944. (fr.)
https://az.wikipedia.org/w/index.php?curid=779784
Əbu Fukeyhə
Əbu Fukeyhə — Məhəmməd peyğəmbərin səhabəsi. İslamı qəbul edən ilk şəxslərdən olan Əbu Fukeyhə Səfvan ibn Üməyyənin qulu idi. Bu səbəbdən o, Məkkə dövründə digər qul müsəlmanları kimi ağır işgəncələrə məruz qalmışdır. Onu Əbu Bəkr satın alıb azad etmişdir. O, Həbəşistana hicrət edən ikinci dəstəyə qoşulur. Buradan Mədinəyə gedir və Bədr döyüşündən əvvəl vəfat edir.
https://az.wikipedia.org/w/index.php?curid=737778
Əbu Hamid Türka
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
https://az.wikipedia.org/w/index.php?curid=306775
Əbu Hamid Türkə
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
https://az.wikipedia.org/w/index.php?curid=297025
Əbu Hamid əl-Qəzali
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi. Qəzali burada dövrünün Əşari məktəbi ustadı olan İmam-ul-Haremeyni tanıdı və onun şagirdi oldu. İmam -ul — Haremeynin ölümü üzərinə məşhur Səlcuqlu vəziri Nizam-ül-Mülk ilə əlaqələri oldu və onun qurduğu Mədrəsə-i Nizamiyyə adını daşıyan Bağdad Universitetinə 484/1091-ci ildə professor təyin edildi. Bu dövr Qəzalinin həyatında əsas təyinedici mərhələni ehtiva edir. Orada şəxsiyyətinin inkişafını və təsirlənməsi üçün əlverişli mühiti tapdı və fəlsəfi biliyini dərinləşdirdi. Qəzalinin iki əsəri həyatının bu dövrünə dövrü ilə əlaqədardır. Əvvəlcə "Filosofların məqsədləri" (Makaasid-ul-Felasife) adlı əsərinin anılması gərəkdir ki, bu əsər qərbdə maraq cəlb edən bir yol qət etmişdir. 1145-ci ildə Toledoda Dominicus Gundissalinus tərəfindən "Logica et philosophia Algazelis Arabis" adı altında latıncaya tərcümə olunmuşdur. Fəqət əsərin müqəddiməsi və nəticə bölümü tərcümə edilmədiyindən Qəzalinin öncə filosofların görünüşünü açıqlayıb sonra onlara etiraz yönəltdiyi latınca tərcümədə də anlaşılmamış qalmış; bu əsər dolayısı ilə Qəzali bizim Latın Sxolastikləri nəznində Fərabi və İbni Sinanın yoldaşı bir filosof zənn edilmiş və beləcə "Ərəb" filosoflara yönəltilən müzakirə çevrəsində Qəzali də daxil edilmişdir. Qəzalinin bu dövrdə yazdığı ikinci əsər də filosoflara yönəltdiyi məşhur və şiddətli hücumdur. Aşağıda bunun üzərinə bir-iki söz söylənəcəkdir. Fəqət bu anda İslamda fəlsəfi və mənəvi düşüncənin davamlılığını bir az daha yaxşı tanıdığımıza görə Qəzalinin bu tənqidinin fəlsəfəyə şərqdə bir daha özünə gəlməyəcək şəkildə bir zərbə endirdiyini — son əsrdə deyildiyi kimi — irəli sürmək gülünc bir iddia olacaqdır. Bu gün məsələn bəzi iranlı şeyxlərə qərbli tarixçilərin Qəzalinin fəlsəfə tənqidinə bəxş etdikləri önəmdən bəhs etmək onların böyük bir heyrətə düşməsinə yol aça bilər. Eyni heyranlıq bir Suhreverdi, bir Heydər Amoli, bir Mir Damadda da ola bilərdi. Həyatının 36-cı ili Qəzali üçün bir dönüş nöqtəsini göstərir. Bu yaşında ikən, yəqinə, kəsin biliyə, zehni kəsinliyə (certitude intelectuelle) çatma problemi onun üçün elə bir şüur problemi oldu ki, çox ciddi bir iç ziddiyyətə sürükləndi, məslək və ailə həyatı da bu ziddiyyət ilə sarsıldı, 488/1095-ci ildə universiteti və ailəsini tərk etdi. İç aləmində kəsin bilik və inancı (certitude interieure) həqiyqətin əminliyi olan yəqini əldə etmə təşəbbüsünə hər şeyi fəda etdi. Nizamiyyə Universitetinin rektoru, Sünni İslamın Ortodoks inancları ilə eyniləşdirilən Əşari təliminin sözcüsü olan Qəzalinin fövqaladə bir şəxsiyyət gücünə sahib olduğu anlaşılmaqdadır. Bağdadı tərk edən Qəzali yəqinə çatan dar yola özünü həsr etdi. On il boyunca sufi geyimində və insanlardan kəsilmiş olaraq İslam aləmində səfər etdi. Səfərləri onu Şam və Qüdsə (Bu məqamda Qüds hələki xaçlıların əlinə keçməmişdi) İskəndəriyyə və Qahirəyə, Məkkə və Mədinəyə gətirib çıxartdı. Xeyli vaxtını təfəkkürə və təsəvvüf əhlinin mənəvi üsullarına həsr etdi. Ziddiyyətini məğlub etdikdən və şübhələrinə qalib gəldikdən sonra vətəninə qayıtdı. Nişapurda bir neçə il dərs verdikdən sonra 501/1111-ci ildə 19 Dekabr günü əlli iki yaşında və deməli İbn Sinadan çox gənc olaraq vəfat etdi. Xarici keçidlər Nizami və Qəzzali İmam Muhamməd Qəzali İmam Qəzalinin böyük cihadı. İ. Zərqan Arxivləşdirilib 2013-09-05 at the Wayback Machine Məhəmməd Qəzzalinin özünüdərk konsepsiyası Sultan Səncər və Qəzzali
https://az.wikipedia.org/w/index.php?curid=76950
Əbu Huzeyfə
Əbu Huzeyfə (581, Məkkə – 633, ərəb. أبو حذيفة) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Atası Məkkənin və bütpərəstlərin qabaqcıl simalarından biri olan Utbe bin Rəbiədir. O, həm də “qara ciyər yeyən qadın” kimi məşhur olan Hind binti Utbanın bacısıdır. Əbu Huzeyfə atasının bütün maneələrinə baxmayaraq müsəlman olur. Rəvayətlərdə onun 44-cü müsəlman şəxs olduğu bildirilir. O, həm də Məkkə dövründə yazıb-oxumağı bacaran 17 nəfərdən biri idi. Sehlə binti Süheyl ilə evlənir və Həbəşistana iki hicrətdə iştirak edir. Sonra Məkkəyə qayıdır və hicrətə qədər orada qalır. Bədr, Uhud və Xəndək döyüşlərində və digər bütün hərbi əməliyyatlarda iştirak etmişdir. O, atası Ütbə ibn Rəbiəni Bədrdə döyüşündə duelə çağırır, lakin Məhəmməd onun atası ilə döyüşməsini istəmir. Əbu Huzeyfə 633-cü ildə Yamama döyüşündə şəhid olur.
https://az.wikipedia.org/w/index.php?curid=739187
Əbu Hüreyrə
Əbu Hüreyrə (602, Tixama, Məkkə bölgəsi[d] – 679, ərəb. أبو هريرة) və ya Əbu Hüreyrə Əbdürrəhman bin Səhr əd-Devsi — Yəmən əsilli səhabələrdən biri. Əsl adı bilinməsə də, müsəlman olmadan əvvəl adının Əbdüləmr, Sükeyn, Əbdüşəms olduğu barədə müxtəlif şayiələr vardır. Sahibsiz pişikləri bəslədiyi və böyütdüyü üçün o, “Pişik atası” mənasını verən Əbu Hüreyrə adı ilə tanınırdı. Yəməndə doğulan Əbu Hüreyrənin doğum tarixi məlum deyil və o, Ezd qəbiləsinin Devs qoluna mənsubdur. 628-ci ildə Məhəmməd Xeybərdə olarkən onun yanına gəlir və müsəlman olur. O, mühasirə zamanı Xeybərin fəthində və ondan sonrakı bütün müharibələrdə iştirak etmişdir. Hədis rəvayətləri Bu tarixdən ölümünə qədər üç il Məhəmmədin yanından ayrılmamılşdır. Bu səbəbdən də onun ən çox hədis nəql edən səhabə olduğu deyilir. Onun 5375 hədis rəvayət etdiyi təxmin edilir. Əbu Hüreyrə digər səhabələrlə müqayisədə çoxlu hədis rəvayət etsə də, onun eşitdiyi bu hədisləri yazıb-yazmadığı bilinmir. Ondan gələn rəvayətdə deyilir ki, “Əbu Hureyrə nə yazır, nə də gizlədir”. Digər tərəfdən bəzi rəvayətlərdə Əbu Hureyrə deyir ki, “Biz hədis yazarkən Peyğəmbər bizə gəldi”. Onun çoxlu kitablar arasından istədiyi hədisi tapdığı bildirilir. Əbu Hüreyrəyə məxsus 140-a yaxın hədis rəvayətini özündə əks etdirən və onun tələbəsi Hemmam İbn Münəbbih tərəfindən yazılan əs-Səhife əs-Səhihə kitabının dövrümüzə qədər qorunduğu bildirilsə də, 1953-cü ildə Prof. M. Həmidullahın tapıb nəşr etdirdiyi Şam və Berlin nüsxələrindən ən qədimi olan Şam nüsxəsi hicri 6-cı əsrə (miladi 12-ci əsr) aiddir. Bişr b. Səid dedi: "Allaha and olsun ki, biz Əbu Hüreyrənin məclisində idik. O, bunu bizə Rəsulullahdan və Kəb əl-Əhbardan nəql edirdi. Mən onun Kəb hədisini rəvayət etdiyini eşitdim. Kəb kəlməsi və Kəb sözü Allah Rəsulunun hədisi kimi, Allahdan qorxun və hədisdən çəkinin!" Həmçinin mənbələrdə xəlifə Ömərin Əbu Hüreyrəni çox hədis rəvayət etməməsi ilə bağlı xəbərdarlıq etdiyi, hədis nəqlindən əl çəkməsə, özünü Devs adlı yerə sürgün edəcəyi ilə hədələdiyi və nəql etdiyi rəvayətlərin düzgünlüyünü yoxladığı barədə məlumatlar vardır. Əbu Hüreyrə özü hədis nəqli ilə bağlı xəlifə Ömərlə aralarında baş vermiş dialoqu belə nəql edir: “Rəvayət etdiyim hədis Ömərə çatdıqda məni yanına çağırıb dedi: “Filan evində bizimlə idin?” Dedim: “Bəli. , o gün Allah Rəsulu buyurdu: “Kim məni yalanda ittiham edərsə, yerini Cəhənnəmdə hazırlasın.” Sonra Ömər dedi: “Onda get hədislər danış”. Əbu Hüreyrənin bir çox hədis rəvayət etməsinə qarşı çıxanlardan biri olan Aişə onu öz tərəfinə çağıraraq görmədiyi və eşitmədiyi bəzi rəvayətlərin hesabını vermək istədi və Əbu Hureyrə dedi: “Ana! “Bəlkə də belədir” dedikdə, güzgü, sürtmə və ətir kimi şeylərin fikrimi yayındırdığını və bu rəvayətləri Allah Rəsulundan eşitməyimə mane olmadığını söylədi. Əbu Hüreyrə İslam Peyğəmbərinin xanımı Aişəyə dedi: “Uğursuzluq üç şeydə: Evdə, qadında, atda olması xəbərini çatdırır. O: “Əbu Hureyrə yaxşı əzbərləməmiş. Çünki o, içəri girən zaman Allah Rəsulu buyurdu: “Allah yəhudilərə lənət etsin, çünki onlar; Uğursuzluğu üç şeydə; “Evdə, qadında, atda” deyirlər”. Həmçinin Əbu Hüreyrənin hədisin əvvəlini deyil, yalnız sonunu eşitdiyi bildirilir. Tabiin fəqihlərindən olan İbrahim ən-Nəhai dövrünün bəzi alimlərinin, o cümlədən Əbu Hənifənin Əbu Hüreyrənin hökmlərlə bağlı bəzi rəvayətlərini onun fəqih olmadığı səbəbi ilə qəbul etmədiklərini iddia etmişlər. Hüreyrənin əleyhinə heç nə deməmiş, sağlam bənzətmənin əksinə olaraq onun şayiələrini qəbul etmək istəməmişlər. Dövlətçilik Xəlifə Ömər tərəfindən iki dəfə Bəhreynə vali təyin edilir. Əbu Hüreyrə valiliyi tərk edib Mədinəyə qayıdanda xəlifə tərəfindən araşdırmaya cəlb olunur. Bəzi şayiələrə görə, Ömərin ona qarşı ittihamlar irəli sürdüyü və nəticədə əmlakının yarısı və ya hamısı müsadirə edildiyi iddia edilir. Lakin sonradan Əbu Hüreyrənin doğruluğu üzə çıxanda xəlifə Ömər onu yenidən vali təyin etmək istəyir, lakin Əbu Hüreyrə bir daha vəzifəni qəbul etməmişdir. Osmanın xilafətini müdafiə edən Əbu Hüreyrə xəlifə Əli ilə Müaviyənin mübarizəsində heç bir tərəfi dəstəkləmir. Əbu Hüreyrənin Müaviyə dövründə zaman-zaman Mədinə valisi olduğu və ya vali Mərvanın olmadığı dövrdə Mədinəyə valinin müavini olduğu bildirilir.
https://az.wikipedia.org/w/index.php?curid=731948
Əbu Həmid əl-Qərnati
Əbu Həmid əl-Qərnati (ərəbcə: أبو حامد الغرناطي ; 1080[…], Qranada – 1170[…], Dəməşq) — Əndəluslu səyyah və coğrafiyyaçı. Tam adı Əbu Məhamməd bin Əbdülrəhim bin Süleyman əl-Mazəni əl-Qəlisi əl-Qərnati əl-Əndəlusidir (ərəbcə: أبوعبدالله محمد بن عبد الرحيم بن سليمان المازني القليسي الغرناطي الأندلسي). Əbu Həmid əl-Qərnati hicri 473-cü ildə (1080–1081-ci il) Qranada şəhərində anadan olmuş və ilk təhsilini də bu şəhərdə almışdı. Bu zaman şəhər Əlmoravilər İmperiyasına daxil olan Qranada əmirliyinin mərkəzi idi. Elm və təhsil almaq, müxtəlif ölkələri gəzib-görmək məqsədiylə ölkəsi Əndəlusdan şərqə üz tutan sayyahın hayatı haqqında bilinənlər onun özünün əsərlərində özü barəsində verdiyi məhdud məlumatlara söykənir. Hicri 508-ci ildə (1114–1115-ci il) Misirə gedən Əbu Həmid bir müddət sonra ölkəsinə dönmüşdü. 1117-ci ildə Siciliyaya getmək üzrə ölkəsindən ayrılmış, Sardiniya və Sicilya adalarında olmuş, oradan isə İsgəndəriyyə şəhərinə getmişdi. İsgəndəriyyədən Qahirəyə gəlmiş Əbu Həmid burada əndəluslu məşhur alim Əbu Bəkr Məhəmməd ət-Turtuşi ilə görüşmüş və dərslərinə qatılmışdı. 1122-ci ildə Dəməşq, Bəəlbək və Tədmur şəhərlərini gəzdi. 1123-cü ildə Bağdada yollandı. Burada iki Abbasi vəzirindən (Avnəddin ibn Hübeyrə əş-Şeybani və onun oğlu) maddi və mənəvi dəstək gördü. Bir müddət sonra Bağdaddan Asiya və Şərqi Avropa istiqamətində səyahətinə davam etdi. 1130-cu ildə indiki İran ərazisindən keçərək Qafqaza, oradan da yuxarı Volqaboyu ərazilərə getdi. 1135–1136-cı illərdə buradakı Bulqar torpaqlarını və Macar hakimiyyəti altında olan Başqırd bölgəsini dolaşdı, bu torpaqlarda yaşayan müsəlmanlara dini məlumatlar öyrətdi. Geriyə, Bağdada dönmək üçün yola düşdü, istiqamətini dəyişərək dönüş yolunu Xorəzmdən saldı. Buxara və və Mərvi gəzdikdən sonra, Nişapura oradan Reyə, İsfahana və Bəsrəyə getdi. Bağdada dönmədən Həcc ziyarəti üçün Məkkəyə yollandı, bu şəhəri və Mədinəni gəzdi. Daha sonra şimala doğru Nəcd çölünü keçib cənubdan İraqa daxil oldu. Carl Brockelmann: Geschichte der arabischen Litteratur. Erster Supplementband. Brill: Leiden 1937, S. 877–878. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=387088
Əbu Həmid əl-Qəzali
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi. Qəzali burada dövrünün Əşari məktəbi ustadı olan İmam-ul-Haremeyni tanıdı və onun şagirdi oldu. İmam -ul — Haremeynin ölümü üzərinə məşhur Səlcuqlu vəziri Nizam-ül-Mülk ilə əlaqələri oldu və onun qurduğu Mədrəsə-i Nizamiyyə adını daşıyan Bağdad Universitetinə 484/1091-ci ildə professor təyin edildi. Bu dövr Qəzalinin həyatında əsas təyinedici mərhələni ehtiva edir. Orada şəxsiyyətinin inkişafını və təsirlənməsi üçün əlverişli mühiti tapdı və fəlsəfi biliyini dərinləşdirdi. Qəzalinin iki əsəri həyatının bu dövrünə dövrü ilə əlaqədardır. Əvvəlcə "Filosofların məqsədləri" (Makaasid-ul-Felasife) adlı əsərinin anılması gərəkdir ki, bu əsər qərbdə maraq cəlb edən bir yol qət etmişdir. 1145-ci ildə Toledoda Dominicus Gundissalinus tərəfindən "Logica et philosophia Algazelis Arabis" adı altında latıncaya tərcümə olunmuşdur. Fəqət əsərin müqəddiməsi və nəticə bölümü tərcümə edilmədiyindən Qəzalinin öncə filosofların görünüşünü açıqlayıb sonra onlara etiraz yönəltdiyi latınca tərcümədə də anlaşılmamış qalmış; bu əsər dolayısı ilə Qəzali bizim Latın Sxolastikləri nəznində Fərabi və İbni Sinanın yoldaşı bir filosof zənn edilmiş və beləcə "Ərəb" filosoflara yönəltilən müzakirə çevrəsində Qəzali də daxil edilmişdir. Qəzalinin bu dövrdə yazdığı ikinci əsər də filosoflara yönəltdiyi məşhur və şiddətli hücumdur. Aşağıda bunun üzərinə bir-iki söz söylənəcəkdir. Fəqət bu anda İslamda fəlsəfi və mənəvi düşüncənin davamlılığını bir az daha yaxşı tanıdığımıza görə Qəzalinin bu tənqidinin fəlsəfəyə şərqdə bir daha özünə gəlməyəcək şəkildə bir zərbə endirdiyini — son əsrdə deyildiyi kimi — irəli sürmək gülünc bir iddia olacaqdır. Bu gün məsələn bəzi iranlı şeyxlərə qərbli tarixçilərin Qəzalinin fəlsəfə tənqidinə bəxş etdikləri önəmdən bəhs etmək onların böyük bir heyrətə düşməsinə yol aça bilər. Eyni heyranlıq bir Suhreverdi, bir Heydər Amoli, bir Mir Damadda da ola bilərdi. Həyatının 36-cı ili Qəzali üçün bir dönüş nöqtəsini göstərir. Bu yaşında ikən, yəqinə, kəsin biliyə, zehni kəsinliyə (certitude intelectuelle) çatma problemi onun üçün elə bir şüur problemi oldu ki, çox ciddi bir iç ziddiyyətə sürükləndi, məslək və ailə həyatı da bu ziddiyyət ilə sarsıldı, 488/1095-ci ildə universiteti və ailəsini tərk etdi. İç aləmində kəsin bilik və inancı (certitude interieure) həqiyqətin əminliyi olan yəqini əldə etmə təşəbbüsünə hər şeyi fəda etdi. Nizamiyyə Universitetinin rektoru, Sünni İslamın Ortodoks inancları ilə eyniləşdirilən Əşari təliminin sözcüsü olan Qəzalinin fövqaladə bir şəxsiyyət gücünə sahib olduğu anlaşılmaqdadır. Bağdadı tərk edən Qəzali yəqinə çatan dar yola özünü həsr etdi. On il boyunca sufi geyimində və insanlardan kəsilmiş olaraq İslam aləmində səfər etdi. Səfərləri onu Şam və Qüdsə (Bu məqamda Qüds hələki xaçlıların əlinə keçməmişdi) İskəndəriyyə və Qahirəyə, Məkkə və Mədinəyə gətirib çıxartdı. Xeyli vaxtını təfəkkürə və təsəvvüf əhlinin mənəvi üsullarına həsr etdi. Ziddiyyətini məğlub etdikdən və şübhələrinə qalib gəldikdən sonra vətəninə qayıtdı. Nişapurda bir neçə il dərs verdikdən sonra 501/1111-ci ildə 19 Dekabr günü əlli iki yaşında və deməli İbn Sinadan çox gənc olaraq vəfat etdi. Xarici keçidlər Nizami və Qəzzali İmam Muhamməd Qəzali İmam Qəzalinin böyük cihadı. İ. Zərqan Arxivləşdirilib 2013-09-05 at the Wayback Machine Məhəmməd Qəzzalinin özünüdərk konsepsiyası Sultan Səncər və Qəzzali
https://az.wikipedia.org/w/index.php?curid=100113
Əbu Həmid əl-İsfərayini
Əbu Həmid əl-İsfərayini (344-406) — İslam alimi. Əbu Həmid Əhməd bin Əbi Tahir Muhəmməd bin Əhməd əl-İsfərayini – rahiməhullah – zamanının imamı, şafi’ilərin fəqihi, Şeyxul-İslamdır. əl-İsfərayini nisbəti hal-hazırda İranın Şimali Xorasan ostanında yerləşən İsfərayen şəhəri ilə bağlıdır. Neysəbur şəhərinin yaxınlığındadır. Hicri 344-cü ildə anadan olub. İyirmi yaşında, yəni hicri 364-cü ildə Bağdada gəlir. Orada Əbul-Həsən əl-Mərzubən və Əbul-Qasim əd-Dəraki kimi alimlərdən fiqh və digər elmləri öyrənir. Həmçinin Əbu Bəkr əl-İsməili, Əbul-Həsən əd-Dəraqutni, İbrahim bin Muhəmməd bin Abdək əl-İsfərayini və Abdullah bin Adiy kimi hədis imamlarından hədis eşitmiş və hədis öyrənmişdir. Şafi’i məzhəbində fəqih oldu, fiqhdə, təfsirdə, üsulda bir mütəxəssis, görkəmli alim oldu, barmaqla işarə olunan nadir şəxsiyyətlərdən idi. Tələbələri arasında çox sayda alim və imam vardır. Onların arasında ən məşhurlarından Əbut-Tayyib ət-Tabəri, Əbul-Həsən əl-Məvardi, əl-Fəqih Suleym bin Əyyub ər-Razi, Əbu Əli əs-Sinci, Əbul-Həsən əl-Məhəmili kimi böyük alimlər vardır. Məşhur “Şərh Usul İtiqad Əhlis-Sunnə val-Cəməa” kitabının sahibi İmam Əbul-Qasim Hibətullah əl-Lələkəi onun tələbəsi olmuşdur. Şeyx Əbu Həmid Allahdan çox qorxan, təqvalı və zahid bir şəxs olub. Vaxtını dərs verməklə və elmi münazirələr ilə keçirib. Həmçinin heybətə və hörmətə sahib biri idi. əs-Subki deyir: “Şeyx Əbu Həmid dünyavi işlərdə cahı uca bir şəxs idi. (Bir gün) möminlərin əmiri xəlifə ilə (arasında) bir şey baş verir ki, bu, Şeyx Əbu Həmidi ona (bu sözləri) yazmağa vadar etdi: “Bil ki, sən məni öz vilayətimdən endirməyə qadir deyilsən, məni bu məqama Allah vali edib. Mən isə bir kağız parçasında iki və ya üç kəlmə Xorasana yazıb səni xəlifəlik məqamından endirə bilərəm.”[1] Allahın dini uğrunda və bidətlərə və bidət əhlinə qarşı mübarizədə gördüyü işlər əvəzsizdir. əs-Subki “ət-Tabəqat” kitabında zikr edir ki, onun zamanında şiələr guya İbn Məsud’un mushafını tapıb çıxarırlar. Bunun nəticəsində hicri 398-ci ildə böyük bir fitnə baş verir, əhlus-sünnət ayağa qalxır, həmçinin şiələr də ayağa qalxırlar. Sonunda bu məsələ qazilərə və alimlərə götürülür. Şeyx Əbu Həmid şiələrin hüzurunda mushafın təhrif edilmiş bir mushaf olduğunu deyir. Şiələrin gənclərindən bir qrup buna görə Şeyx Əbu Həmidin evinə tərəf yönəlirlər ki, ona əziyyət versinlər. Buna görə Əbu Həmid evindən köçür, lakin xəlifə ona dəstək verərək fitnəni yatızdırır və Şeyx evinə geri dönür. Elmi məqamı Əbu İshaq əş-Şirazi “ət-Tabəqat” kitabında deyir: “Bağdadda din və dünya rəisliyi ona gəlib çatdı. əl-Muzəni’nin kitablarını şərh edərkən onun dərslərində qeydlər yazılmışdır. Yer üzünə onun tələbələri yayıldı. Məclisində üç yüz fəqih toplanardı.”[2] əş-Şeyx Muhyid-Din ən-Nəvəvi deyir: “Şeyx Əbu Həmidin qeydləri əlli cildə yaxın bir həcmdədir, orada alimlərin məzhəblərini zikr edir, onların dəlillərini geniş izah edir və onlara cavab verir. Onun yanında bir qrup alim fiqh öyrənib. Onların arasında Əbu Əli əs-Sinci vardır. Əbu Əli əs-Sinci həm də əl-Qaffəl’in yanında fəqih olmuşdur və onların hər ikisi də İraq və Xorasan məktəbinin iki şeyxidir və məzhəb bu ikisindən yayılıb.”[3] əl-Xatib əl-Bəğdədi deyir: “Bizə Əbu Həmid’dən rəvayət etdilər və siqa biri idi. İbnul-Mubərak məscidində onun dərslərində iştirak etdim. Birinin belə dediyini eşitdim ki, onun məclisinə yeddi yüz fəqih gələrdi. İnsanlar deyərdilər: “Əgər əş-Şafi onu görsəydi onunla çox fərəhlənərdi.”[4] Yenə buyurur: “Əbu İshaq əş-Şirazi bizə rəvayət etdi: “əl-Qadi Əbu Abdilləh əs-Sayməri’dən soruşdum: “Fəqihlərdən gördüklərin içində münazirədə ən güclü olan kimdir?” Dedi: “Əbu Həmid əl-İsfərayini.” əl-Qadi Əbu Abdilləh əs-Sayməri isə zamanında hənəfilərin şeyxi və imamı idi. İbnus-Saləh əş-Şəhrazuri deyir: “Həqiqətən Allah hər yüz ilin başında bu ümmət üçün onlara dinini təzələyən birini göndərər” hədisini bəzi alimlər Şeyx Əbu Həmid haqqında təvil ediblər. əş-Şafi ikinci yüzilliyin başında idi və İbn Sureyc üçüncü yüzilliyin başında idi və Əbu Həmid dördüncü yüzilliyin başında idi.”[5] Əbu İshaq əş-Şirazi “ət-Tabəqat” kitabında həmçinin qeyd edir ki, hənəfi fəqihi Əbul-Həsən əl-Qaduri ona xüsusi hörmət göstərərdi və zamanının digər fəqihlərindən üstün tutardı. əl-Hafiz İbn Kəsir deyir: “Hətta ona ikinci əş-Şafi deyərdilər.”[6] Tarixçilər qeyd edirlər ki, on yeddi yaşında fətva verməyə başlamışdır. Ölənə qədər fətva vermiş və ölüm ayağında olarkən demişdir: “Fəqih olduq və öldük.” əz-Zəhəbi onun tərcümeyi-halını başlayarkən onu “əl-Ustaz, əl-Alləmə, Şeyxul-İslam” ləqəbləri ilə zikr edir. İbn Kəsir qeyd edir ki, onunla həm razılaşanlar, həm də ona müxalif olanlar onun şanının, məqamının ucalığında ittifaq ediblər. Elmə olan marağı əvəzsiz idi. Rəvayət olunur ki, Misirə adam göndərib yüz dinara İmam əş-Şafi’nin imlalarını ehtiva edən kitablar almışdır. Şeyx Əbu Həmid özü bir çox kitabın müəllifidir. Kitabları içərisində ən məşhuru İmam əl-Muzəni’dən gələn müxtəsər və digər kitabların üzərinə yazdığı qeydlərdir. Həmçinin fiqh üsulunda bir çox kitab yazmışdır. “əl-Muxtəsar” adı ilə tanınan bir kitabı vardır ki, əs-Subki “ət-Tabəqat” kitabında o kitabı gördüyünü deyir, lakin qeyd edir ki, “ər-Ravnəq” adı ilə tanınan bu kitab Əbu Həmidə nisbət olunur, lakin atası Təqiyyud-Din əs-Subki o kitabın Əbu Həmidə nisbətində şəkk etmişdir. Bunun səbəbini isə qeyd etmir. Bu böyük zat hicri 406-cı ildə Bağdad şəhərində vəfat edib. əl-Xatib deyir: “Əbu Həmid dörd yüz altıncı ildə şəvval ayı vəfat etdi. Həmin gün (cənazəsində) çoxlu adam iştirak etmişdi, evində dəfn olundu. Dörd il sonra ordan götürülərək Bəbu Hərb deyilən yerdə dəfn olundu.”[7] Şeyxul-İslam İbn Teymiyyə deyir: “əş-Şeyx Əbul-Həsən Muhəmməd bin Abdil-Məlik əl-Kərxi əş-Şəfi’i “əl-Fusul fil-Usul anil-Əimmətil-Fuhul İlzəmən li Zəvil-Bidəi val-Fudul” adlandırdığı kitabında deyir: ... İmam Əbu Mənsur Muhəmməd bin Əhmədi belə deyərkən eşitdim: İmam Əbu Bəkr Abdullah bin Əhmədi belə deyərkən eşitdim: Şeyx Əbu Həmid əl-İsfərayini’ni belə deyərkən eşitdim: “Məzhəbim, əş-Şafi’nin və bütün ölkələrin fəqihlərinin məzhəbi budur ki, Allahın Kəlamı məxluq deyildir və məxluq olduğunu deyən kafirdir. Quranı Cibril – aleyhissələm – Allahu Təalədən eşitmiş olaraq daşımışdır və peyğəmbər – salləllahu aleyhi va səlləm – onu Cibrildən eşidib və səhabələr onu Allahın elçisindən – salləllahu aleyhi va səlləm – eşidiblər və bizim dillərimiz ilə dediyimiz, (kitabın) iki üz arasında olan, eşidilmiş, yazılmış, hifz edilmiş və nəqş olunmuş olaraq sinələrimizdə olan Odur. “Bə” və “tə” kimi hər bir hərfi Allahın Kəlamıdır, məxluq deyildir və məxluq olduğunu deyən kafirdir. Üzərinə Allahın, mələklərin və bütün insanların lənəti olsun.” Şeyx Əbul-Həsən deyir: “Şeyx Əbu Həmid (əl-İsfərayini) əl-Bəqilləni və kəlam əhlini şiddətlə inkar edərdi.” Əbul-Həsən deyir: “Bir çox imam və şeyxlərdən eşitdiyimə görə şafi’i imamları əl-Əşariyə nisbət edilməyə hər zaman nifrət etməyə və bunu çirkin bir iş saymağa, əl-Əşari’nin öz məzhəbini üzərində qurduğu (prinsiplərdən) bəraət etməyə və bu (prinsiplərin) həndəvərinə yaxın getməyi tələbələrinə qadağan etməyə davam ediblər. Bunu eşitdiyim şeyxlərdən biri əl-Hafiz əl-Mu’təmin bin Əhməd bin Əli əs-Səci’dir. Onlar deyirlər: Bir qrup etibarlı şeyxlərdən belə dediklərini eşitdik; dedilər: Elmi və tələbələri ilə Yer üzünü bürümüş imamların imamı Şeyx Əbu Həmid Əhməd bin Tahir əl-İsfərayini Kərxin bölgəsindən əl-Mənsur camisinə cüməyə tələsərkən caminin böyründəki ər-Ravzi adı ilə tanınan bağa daxil olardı və orada olanlara yaxınlaşaraq deyərdi: “Mənim adıma şahidlik edin ki, əl-Bəqilləni’nin dediyi kimi yox, Əhməd bin Hənbəl’in dediyi kimi Quran Allahın Kəlamıdır, məxluq deyildir.” Bunu insan qrupları arasında təkrarlayardı. Ondan bunun səbəbini soruşduqda belə cavab vermişdi: “Mənim onlardan – yəni əşarilərdən – uzaq olmağım, əl-Bəqilləni’nin məzhəbindən uzaq olmağım haqqındakı xəbər ölkədə salehlərin və insanların arasında yayılması üçün (belə edirəm), çünki qəribdə olan fəqihlərdən bir qrup gizlicə əl-Bəqilləni’nin yanına daxil olurlar, onun yanında kitablar oxuyurlar və onun məzhəbi ilə fitnəyə düşürlər və öz ölkələrinə qayıtdıqda heç şübhəsiz ki, bidətlərini aşkarda yayırlar. Camaat da elə zənn edir ki, onu məndən öyrəniblər, guya mən demişəm, halbuki mən əl-Bəqilləni’nin məzhəbindən və əqidəsindən uzağam.” Şeyx Əbul-Həsən deyir: “Şeyxim İmam Əbul-Mənsur əl-Fəqih əl-Əsbəhəni’ni belə deyərkən eşitdim: Şeyximiz İmam Əbu Bəkr əz-Zəzəqani’ni belə deyərkən eşitdim: Əbu Həmid əl-İsfərayini’nin dərsində idim və öz tələbələrini “Kəlam” elmindən və əl-Bəqilləni’nin yanına daxil olmaqdan çəkindirərdi. Bir qrup tələbəsinin “Kəlam” elmini öyrənmək üçün gizlicə əl-Bəqilləni’nin yanına daxil olması xəbəri çatdı və mənim də onlarla birlikdə onlardan olduğumu zənn etdi.” Davamında bir hekayəni nəql edir və axırında deyir ki, “Şeyx Əbu Həmid mənə dedi: Ey oğlum! Sənin bu adamın – yəni əl-Bəqilləni’nin – yanına daxil olmağın xəbəri mənə çatdı. Ondan uzaq ol, çünki o, bidətçidir və insanları zəlalətə çağırır. Əks halda mənim məclisimdə iştirak etmə!” Dedim: “Mən onların dediyində Allaha sığınıram və Allaha dönürəm. Sizi şahid tuturam ki, mən onun yanına getmirəm.” (Şeyx Əbul-Həsən) dedi: “əl-Fəqih İmam Əbu Mənsur Səd bin Əli əl-İcli’ni belə deyərkən eşitdim: Bağdaddakı bir neçə şeyx və imamdan eşitdim və güman edirəm ki, Şeyx Əbu İshaq əş-Şirazi onlardan biri idi, dedilər: “Əbu Bəkr əl-Bəqilləni Şeyx Əbu Həmid əl-İsfərayini’dən qorxduğu üçün hamama üzü örtülü gedərmiş.” (Şeyx Əbul-Həsən) dedi: Etibarlı bir qrup alim - onlardan biri də əl-Qadi Əbu Mənsur əl-Yəqubidir – mənə İmam Abdullah bin Muhəmməd bin Əli’dən – və o, Şeyxul-İslam əl-Ənsari’dir – belə dediyini xəbər verdi: Abdur-Rahmən bin Muhəmməd bin əl-Hüseyni – və o, əs-Suləmi’dir – belə deyərkən eşitdim: Əbu Həmid əl-İsfərayini, Əbut-Tayyib əs-Su’luki, Əbu Bəkr əl-Qaffəl əl-Mərvazi və Əbu Mənsur əl-Həkim’i “Kəlam” elmini və onun əhlini inkar edərkən gördüm.” Dedi: “Əhməd bin Əbi Rafi və bir qrup alimdən eşitdim ki, Əbu İshaq əl-İsfərayini’nin əl-Bəqilləni’yə qarşı şiddətini zikr edirdilər.” Şeyx Əbul-Həsən əl-Kərxi dedi: “Şeyx Əbu Həmidin kəlam əhlinə qarşı şiddəti məşhurdur, hətta əş-Şafi’nin fiqh üsulunu əl-Əşari’nin üsulundan ayırmışdır və ondan bunları Əbu Bəkr əz-Zəzəqani qeydə almışdır. O qeydləri məndə mövcuddur. Şeyx Əbu İshaq əş-Şirazi də “əl-Lumə” və “ət-Təbsira” kitablarında onu özünə nümunə götürmüşdür, hətta əl-Əşari’nin görüşü əshabımızın bir görüşünə müvafiq olduqda ikisini ayırardı və deyərdi: “Bu, əshabımızdan bəzisinin görüşüdür və əşarilər də bu görüşdə olublar və onları əş-Şafi’nin əshabından saymamışdır. Üsulud-Din hələ bir yana qalsın, heç fiqh üsulunda onlara və məzhəblərinə yaxşı baxmamışdır.”[8] [1] “Tabəqat əş-Şəfiiyyə əl-Kubra”, 4/64 [2] “Təhzibul-Əsmə val-Luğat”, 2/209; “Tabəqat əs-Subki”, 4/62; “Siyər Əaləmin-Nubələ”, 17/194 [3] “Təhzibul-Əsmə val-Luğat”, 2/210; “Siyər Əaləmin-Nubələ”, 17/194 [4] “Tərix Bəğdəd”, 4/369 [5] “Təhzibul-Əsmə val-Luğat”, 2/209-210; “Siyər Əaləmin-Nubələ”, 17/195 [6] “Tabəqat əş-Şəfiiyyin”, 1/345 [7] “Tərix Bəğdəd”, 4/370 [8] “əl-Fətəva əl-Kubra”, 6/599-601 Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=312804
Əbu Həmzə Qureyşi
Əbu Həmzə Qureyşi (ərəb. أبو حمزة القرشي ; v. 3 fevral 2022 və ya 2021, Atme[d]) — İraq Şam İslam Dövlətinin 27 oktyabr 2019-cu ildə Əbu Həsən Muhacirin ölümündən sonra təyin edilmiş rəsmi nümayəndəsi. Onun adı ilk dəfə 31 oktyabr 2019-cu ildə "Furqan Media İstehsalat İnstitutu" media mərkəzinin yaydığı "kim Allahla bağladığı əhdə sadiq olsa, Allah ona böyük bir nemət bəxş edər" başlıqlı rəsmi açıqlamada hallanmışdır. Əbu Həmzə burada "Şeyx Mühacir Əbu Həmzə Qureyşi" kimi təqdim edilmişdir. Əbu Həmzə ilk çıxışında Əbu Bəkr Bağdadinin və qrupun keçmiş spikeri Əbu Həsən Muhacirin ölümünü elan etmiş və sonra İslam Dövləti Şurasının yeni "xəlifə" seçdiyini bildirmişdir. Əbu İbrahim Haşimi Qureyşi "xəlifə" elan edilmiş, Əbu Həmzə isə qrupun bütün tərəfdarlarını “dünyadakı bütün müsəlmanların lideri” olan Əbu İbrahimin adına and içməyə çağırmışdır. O həmçinin, vəd etmişdir ki, İslam Dövləti Bağdadi və Muhacirin ölümünə görə ABŞ-dən qisas alacaq.
https://az.wikipedia.org/w/index.php?curid=755834
Əbu Hənifə
Əbu Hənifə Numan bin Sabit bin Zuta bin Mah (5 sentyabr 699, Kufə, Əməvilər xilafəti[…] – 18 iyun 767, Bağdad, Abbasilər, ərəb. أبو حنيفة النعمان بن ثابت الكوفي) — İslamın dörd fiqh məktəbindən biri olan Hənəfi məzhəbinin banisi, sünni fiqhinin ən böyük ustadlarından sayılan İslam fiqhi və hədis alimi. Əsl adı "Numan bin Sabit olmuşdur və tərəfdarları tərəfindən "İmam Əzam" ləqəbi ilə anılırlar. Əbu Hənifə 699-cu ildə dövrünün mühüm elm mərkəzlərindən biri olan Kufədə anadan olmuşdur. Atasının adı Sabit, babasının adı Zutadır. Əbu Hənifənin "Hənifə" adını haradan aldığı aydın deyil. Əbu Hənifə adı ərəbcə "qələm atası" deməkdir. Çox güman ki, bu adı onun tələbələri həniflərin atası kimi istifadə etmişlər. Ailə və uşaqlıq Babası Zuta Əfqanıstan ətrafında yaşamış və ərəblərin buranı zəbt etməsi nəticəsində əsir düşmüşdür. O, Teym qəbiləsinin quluna çevrilsə də, sonradan azadlığını əldə etmişdir. Lakin Əbu Hənifənin nəvələrindən olan İsmayıl, onun ulu babasının heç vaxt qul olmadığını bildirmişdir. Zuta Əli bin Əbu Talibin xəlifəliyi dövründə Kabildən gəlib Kufəyə yerləşmişdi. Oğlu Sabit Termeze, Nesa və Ənbarda yaşamışdır. Hətta Əbu Hənifənin Ənbarda doğulduğu iddia edilir. O, varlı və dindar biri olub, sonralar məskunlaşdığı Kufədə parça ticarəti ilə məşğul olmuşdur. Onun Əli ibn Əbu Taliblə görüşüb özü, övladları və soyu üçün dualar alması barədə şayiələr vardır. Əbu Hənifənin ailəsi Xorasanın görkəmli şəxsiyyətlərindən birinin nəslindəndir və onun ailəsinin ərəb olmadığı dəqiqdir. Onun fars olduğuna dair fikirlər daha çox yayılmışdır. Bəzi tarixçilər də onun Babildə yaşayan ərəb olduğunu söyləmişlər. Yetkinlik dövrü Ebu Hanifə gənc yaşlarında Quranı əzbərləmiş və ərəb qrafikasını, sintaksisini, şeirini və ədəbiyyatını öyrənmiş, daha sonra təsnifləşdirilmişdir. Gəncliyində hicri 102-ci ildə Məkkədə vəfat edən səhabələrdən Ənəs ibn Malik, Abdullah ibn Əbi Əvfa, Vasilə ibn Əska, Səhl ibn Səid və son olaraq Əbu't Tufeyl Amir ibn Vasiləni görmüş və bu səhabələrdən hədis dinlədiyi üçün tabiin hesab olunur. Əbu Hənifə elmlə məşğul olmamışdan əvvəl uğurlu tacir olmuşdur. İmam Şəbinin tövsiyəsi ilə dərslərini davam etdirməyə başlamış və ondan kəlam, din, əqidə və mübahisə elmini öyrənmişdir. Daha sonra Həmməd ibn Süleymanın dərs dərnəyinə qatılaraq fiqh təhsilinə başlamış və on səkkiz il Həmmədin mühazirələrini davam etdirmişdir. Əbu Hənifə Məkkə və Mədinədə çoxu tabiin olan alimlərlə tez-tez görüşür, onlardan hədis rəvayətləri dinləyir və fiqhdən bəhs edərdi. O, Əhli-beytdən, Zeyd ibn Əlidən və Məhəmməd əl-Baqirdən elm öyrənmişdir. O, təsəvvüfü Məhəmməd əl-Bakırdan, daha sonra Silsilə Əliyyədən olan Cəfər Sadiqdən almışdır. O, səhabə Abdullah ibn Abbasın elmini Məkkə fəqihi Ata bin Əbu Rebah və İkrimədən, xəlifə Ömər ibn Xəttab və oğlu Abdullahdan nəql etdiyi elmi Abdullah bin Ömərin azadlığı Nafidən öyrənmişdir. Abdullah ibn Məsuddan, Əlidən nəql etdiyi elmləri görüşdüyü və söhbət etdiyi tabiinlərdən öyrənmişdir. Əbu Hənifə bütün məcburiyyətlərə baxmayaraq, Əməvi və Abbasi hökmdarlarına boyun əyməmiş, bəyənmədiyi Abbasilər dövlətinin ikinci xəlifəsi Əbu Cəfər əl-Mənsur Əbu Hənifəni Bağdadda həbs etdirmiş, işgəncə verərək, zəhərləyib öldürtmüşdür. Onun məzhəbi İslam dünyasının böyük əksəriyyətinə yayılır. Səlcuqların sultanı I Məlikşahın vəzirlərindən Əbu Sədi Harəzmi Əbu Hənifənin qəbri üzərində bir türbə və onun ətrafında isə mədrəsə tikdirmişdir. Görüşləri, qaynaqları və metodları Əqidə və kəlam; Əbu Hənifəyə görə Quran məxluq (yaradılmış) deyil. Bu mənada Quran nə Özüdür, nə də Ondan başqası. Ərəb mətni məxluqdur.Fiqh; Əbu Hənifə fiqh məsələlərinin həllində müəyyən bir üsul təyin edən və onu sistemləşdirən ilk İslam alimidir. Əslində onun qurduğu bu sistem fiqh tarixində ilk məzhəbin yaranmasına və onun ilk məzhəb imamı adlandırılmasına səbəb olmuşdur.Problemlərin həllində dörd dəlil olaraq xatırlanan Ədilleyi-şəriyyə (şəriətin əsas dəlilləri) məfhumunu Ənu Hənifə öz baxışları əsasında yenidən təşkil etmişdir. Onlar aşağıdakılardır: Quran: Əbu Hənifə Quran ayələrinin zahiri deyil, daxili mənalarına baxaraq fikrini ifadə etmişdir. Onun fikrincə, ibadətlə bağlı olanlar istisna olmaqla, hər bir ayədə deyilən hökmün arxasındakı səbəb tapılmalı və ona uyğun fətva verilməlidir. Sünnət: Fikir bildirərkən gəliş və xəbərdarlıqda vəsvəsilik göstərdiyi üçün sünnətlərin ağıl və ictimai mənafeyə uyğun olması fikrini irəli sürmüşdür. Bu səbəbdən ötürmə zənciri güclü olsa belə, bəzi hədislərə məhəl qoymadığı müşahidə edilmişdir. Bu anlayış öz dövrü üçün cəsarətli addım olsada bunun bədəlini "bidət"də ittiham edilərək ödəmişdir. Qiyas: Yenə də qiyasdan insanların və camaatın xeyrinə istifadə etmişdir. İcmaİndiyə qədər sayılan Ədilleyi şəriyyə adlı dörd əsas dəlil, fiqhin problemlərin həllində istifadə etdiyi və Əbu Hənifəyə qədər alimlərin heç bir ixtilafsız istifadə etdikləri alətlərdir. İmam bu alətləri yenidən təfsir edərək unikal istifadəni ortaya qoyur. Bu ənənəvi dəlillərə beşdə birini əlavə edərək, bu mövzuda fiqh metodunda əsl inqilab edir: İstihsan: Əbu Hənifə bu üsulu fiqh elminə gətirmiş və İslamı zamanla dəyişə biləcək şərtlərə uyğunlaşdırmağı qarşısına məqsəd qoymuşdur. İstihsan alimlərin, xüsusən də İmam Şafiinin şiddətli müqaviməti ilə üzləşmişdir. İmam Əzəm Əbu Hənifə ilə İmam Zeyd arasındakı fikir oxşarlıqları İmam Əzəm hicri 121/miladi 739-cu ildə "Xanədan Ələviyə" mənsublarından olan "İmam Zeyd bin Əli" tərəfindən Əməvi xəlifəsi Hişam ibn Əbdül-Məlikə qarşı apardığı mübarizəni, Məhəmməd peyğəmbərin rəhbərlik etdiyi Bədr döyüşü ilə müqayisə etmiş və onu dəstəkləməkdən heç vaxt çəkinməmişdir. "İmam Zeyd", – İmamiyyə şiəsindən olmasına baxmayaraq "Əfdal kimi səciyyələndirilən daha üstün bir şəxs olduğu halda, xilafət vəzifəsinə məfdül deyilən başqa bir az seçilən şəxs gətirilə bilər" fikri ilə, "İmam Əzəm" isə zalım hökumətlərə qarşı qılıncla üsyanı qəbul edən baxışı ilə bugünkü "Əhli-sünnə vəl camaat"ın rəhbəri kimi göstərilən əqidəsindən fərqli baxışı ilə seçilir.Daha sonra Əhli-Beytə dəstək verən Əbu Hənifə Numan İbn Sabit də xəlifə Mənsur tərəfindən öldürülür. Sosial status və qiymətləndirmələr Əbu Hənifə ən böyük imam (İmam əzəm), müctəhid, mücəddid kimi fəxri sifətlərdən başqa, bəzən mötəbər dini mənbələri (Hədisləri) rədd etməklə bərabər, ağla zidd hesab etdiyi baxışlarına görə dini məhv edən, ən böyük fitnə və dəccal kimi müəyyən edən əks xarakterlərin hədəfidir. Əbu Hənifə rey əhli kimi tanınır və hədisləri təkcə əməl və rəvayət baxımından deyil, həm də məna baxımından tənqid edir. O, məna baxımından Məhəmmədə aid edilə bilməyəcəyinə inandığı hədisləri qəbul etmir və bu hədislərə zidd fətvalar verməkdən çəkinmir. Bu yolla hədis əleyhinə 200-ə yaxın fətvası məlumdur. Bu səbəbdən hədisləri dində "mütləq mətn" kimi görən hədis alimlər tərəfindən sərt şəkildə tənqid edilir. Əldə olan mənbələrə görə, Əbu Hənifəni tənqid edənlər arasında Buxari birinci yerdədir. Buxari Əbu Hənifəni "əl-Câmiʿu’ṣ-ṣahhih"in bab başlıqlarında və digər əsərində adını çəkmədən "Kale ba’zu’n-nas" ifadəsini işlətməklə onu tənqid etmişdir. Mürjiyyə mənsub olması barədə şayiələri xatırladıb, onun islam dininə xələl gətirmişdir. Əslində Buxarinin "Əd-Duafâüs-Saqir" kitabının 388-ci maddəsində bildirilir ki, Əbu Hənifə küfr üzündən iki dəfə iman gətirməyə dəvət edilmişdir. Əbu Hənifə öz zamanında "Dehriyyun" adlandırılan Cəbriyyə, Abdullah ibn Səbanin Səbaiyyə və Murciyyə kimi dini məzhəblərlə mübarizə aparmışdır. Yaşar Nuri Öztürk, Əbu Hənifə haqqında yazdığı kitabında onu İslam dinini ərəblərin fitnə-fəsadından xilas edərək Quranın göstərdiyi xəttə qoymuş bir şəxs kimi təsvir edir.
https://az.wikipedia.org/w/index.php?curid=728843
Əbu Həsən Əl-Əmiri
Əbu Həsən Əl-Əmiri (913 və ya təq. 912, Xorasan – 6 yanvar 992[…], Nişapur) — xorasanlı filosof və fəlsəfə tarixçisidir. Buxara, Bağdad, Rey şəhərlərində olmuşdur. Fəlsəfi mövzular üzrə araşdırmalar etmişdir. Fəlsəfəni dinlə əlaqələndirməyə çalışmışdır. Təsəvvüf anlayışını islam ənənələrinə daxil etməyə çalışmışdır. İslamın ortaya çıxan gerçəklərinin fəlsəfənin ən önəmli məntiqi məzmununa sahib olduğunu bildirmişdir. Fəlsəfə və dinin toqquşmadığını izah etməyə çalışdı. İslam daxilindəki bölünmələr arasında izah və sintez aradı.Digər dinlərlə nisbətdə islamın əxlaqi olaraq üstün mövqedə olduğunu bildirmişdir. Xüsusilə zərdüştlük və maniheizmə bu baxımdan yanaşmışdır.Kindi ənənələrini izləyən filosoflar arasında ən qabaqcıl filosofdur. İbn Miskəveyhin müasiridir.Fərabi və İbn Sinadan yarım əsr əvvəl yaşamışdır.
https://az.wikipedia.org/w/index.php?curid=482738
Əbu Ibrahim Əl-həşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d]) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub. Ona İŞİD milisləri "alim, müharibə şeyxi və.s" ləqəblər qoymuşdular.
https://az.wikipedia.org/w/index.php?curid=683706
Əbu Kalicar
İmadəddin və Mühyiddin Əbu Kalicar Mərziban ibn Sultanüddövlə (?-ö. oktyabr 1048) buveyi əmiri, (1024–1048)-ci illərdə Farsın, (1028–1048)-ci illərdə Kermanın, (1044–1048)-ci illərdə İraqın hökmdarı. Əbu Kalicar 1024-cü ildə hakimiyyətə yiyələnmişdi. Azərbaycandan İraqi-Əcəmə qayıdan oğuzlar iki qola ayrılmışdılar. Gök-Taş və Mənsurun başçılıq etdiyi oğuzlar Həmədana, Bukanın buyruğundakılar isə Reyə getdilər. Gök-Taş Həmədanı mühasirəyə aldı. Şəhərin valisi İsfahan hakimi Əlaüddövlənin oğlu Əbu Kalicar idi. Mühasirə uzun çəkdi. Əbu Kalicar davam gətirə bilməyəcəyini görüb Gök-Taş ilə saziş bağladı və onun yaxın bir qohumu ilə evləndi. Buka ilə Qızıl isə getdikləri Rey şəhərini mühasirəyə almışdılar. Əlaüddövlə özü şəhərdə idi. Büveyhoğullarından Fəna Xosrov Məcdüddövlə və deyləmi əmirlərindən Savə hakimi Kamruyə də oğuzlara qoşuldu. Ağır bir vəziyyətə düşdüyünü görən Əlaüddövlə gecə ikən Reydən çıxaraq İsfahana getdi. Bunu eşidən oğuzlar Reyə gedib oranı görülməmiş dərəcədə yağma etdilər. Yağmadan sonra bəzi məhəllələrdə 50-yə qədər adam qalmışdı. Rey şəhəri Qızılın hakimiyyətinə keçdi. Oğuzların bir dəstəsi Kərəc tərəflərini talan etdi, Anasıoğlu isə Qəzvinə getdi. Qəzvinlilər əvvəlcə onunla vuruşsalar da, sonra 7 min altun verərək, onun hakimiyyətini qəbul etmək şərtilə sülh bağladılar. Əbu Kalicar 1048-ci ildə öldü. Həmçinin bax Buveyhilər sülaləsi
https://az.wikipedia.org/w/index.php?curid=381118
Əbu Kamal
Əbu Kamal — Suriyada şəhər. Şəhər həmçinin İraqın Suriyaya ən yaxın Mühafəzəsi Anbar mühafazası ilə sərhəddir. Şəhər Fərat çayı üzərində yerləşir. Etimologiya Osmanlı imperiyası dövründə Əbu Kamal "qışla" adlanırdı. Mənası ordunun yeri, məkanı idi. Daha sonra, 1918-ci ildə Əbu Kamal adlanmağa başlandı. Mənası Kamalın ailəsi deməkdir.
https://az.wikipedia.org/w/index.php?curid=618083
Əbu Kamil
Əbu Kamil (d. 850 – ö. 930) — ərəb riyaziyyatçısı, əslən misirlidir. Əl-Xarəzminin kvadrat tənliklər nəzəriyyəsini, qeyri-müəyyən tənliklər haqqında Diofant təlimini inkişaf etdirmişdir. Cəbr üzrə "Əl-cəbr və əl-mukabala haqqında kitab" traktının müəllifidir (IX əsrin sonu X əsrin əvvəli).
https://az.wikipedia.org/w/index.php?curid=349905
Əbu Leyla əl-Muhalhil
Əbu Leyla Udey ibn Rəbiə ibn əl-Harit ət-Tağlibiyy (ərəb. أَبُو لَيْلَى عُدَيّ بْن رَبِيعَة بْن الْحَارِث التَّغْلِبِيّ) — əl-Muhalhil ("şeirləri incə toxuyan") və əz-Zir ("eşqbaz") ləqəbləri ilə tanınan İslamdan əvvəl Nəcddə doğulmuş şair və döyüşçü. O, qırx il davam edən "Basus müharibəsi"ndə Bənu Təqlib qəbiləsinə başçılıq edirdi.O, şair həmkarı İmru əl-Qaisin dayısı və ikinci qızı Leyla vasitəsilə Əmr ibn Gülsümün babası idi.
https://az.wikipedia.org/w/index.php?curid=812500
Əbu Lulu
Firuz ən-Nihavəndi, bilinən adı ilə Əbu Lulu (ərəb. أبو لؤلؤة, fars. فیروز نهاوندی; Nahavənd, Həmədan ostanı və ya Kaşan, İsfahan ostanı – 3 noyabr 644, Mədinə və ya Kaşan, İsfahan ostanı) — Ömər ibn Xəttabı öldürən fars əsilli qul. Sasani ordusunda xidmət edən general olmuş, lakin 636-cı ildə Qadisiyyə döyüşündə Sasanilərin məğlubiyyəti nəticəsində əsir düşmüşdür. Firuz əsir alındıqdan sonra Muğirə ibn Şubeyə qul olaraq verilir. Firuz döyüş qabiliyyəti ilə yanaşı, mahir dülgər və sənətkar olmuşdur. Ömər ibn Xəttabı öldürməsi Əbu Lulu Ömərin yanına gələrək sahibi Muğirə ibn Şubenin ondan daha çox pul aldığını söyləyir və bunun azaldılmasını istəyir. Ömər nə etdiyini soruşduqda Firuz miniatürcü, dülgər və dəmirçi olduğunu bildirir. Onun peşəsini eşidən Ömər maaşının yüksək olmadığını deyir. Onun dülgər olduğunu öyrənən Ömər Firuzə dəyirman tikməyi tapşırır. Firuz Ömərə "Sənə elə dəyirman tikcəyəm ki, əfsanə olacaq" deyərək hədələyir. Bir müddət sonra 644-cü ilin noyabrında Öməri öldürmək üçün səhər namazına Məscid ən-Nəbəviyə gedir və Ömərin namaz qılacağı mehrabın arxasındakı cərgədə dayanır. Ömər namaza imamlıq etməyə başlayanda, müxtəlif rəvayətlərə görə, xəncəri ilə Ömərə üç-beş zərbə vurur. O, qaçmağa çalışarkən daha 6, 9 və ya 13 nəfəri xəncərlə yaralayır. Qaça bilməyəcəyini anlayanda özünü xəncərlə yaralayaraq intihar edir. Bəzi tarixi mənbələr isə Əbu Lulunun Öməri öldürdüyünə görə tutularaq edam edildiyi bildirilir. Kaşandan Finsə gedən yolda Əbu Lulu türbəsi XI əsrə aid Xarəzmşah dövrü memarlıq üslubunda tikilib, həyətdən, eyvandan və firuzəyi kirəmitlərlə və boyalı tavanlarla bəzədilmiş konusvari günbəzdən ibarətdir. Binanın ilkin tarixi məlum deyil, lakin XIV əsrin ikinci yarısında tamamilə bərpa edilmiş və yerində yeni türbə tikilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=827805
Əbu Ləhəb
Əbu Ləhəb (549, Məkkə – 624, Məkkə) — Məhəmməd peyğəmbərin əmilərindən idi. Adı Əbdüluzza, künyəsi Əbül-Ubtədir. peyğəmbərə çox əziyyət etməsi, kin bəsləməsi və məsğərəyə qoyması səbəbiylə "Atəşlər Atası", yəni cəhənnəmlik mənasında "Əbu Ləhəb" ləqəbilə məşhur oldu. Bu ləqəbi Qurani-Kərimdə Məsəd surəsində zikr edilib. Peyğəmbərin əmisi olduğu halda müsəlman olmadı. Müsəlmanların ən qəddar düşməniydi. Heç bir kəsin müsəlman olmaması üçün gecə-gündüz çalışırdı. Peyğəmbərin dünyaya gəldiyi günün səhəri xidmətçisi Süveybə; "Qardaşın Abdullahın oğlu oldu" deyə sevinərək ona müjdə gətirincə sevinərək; Ona süd vermək şərtilə səni azad edirəm demişdi. Beləliklə, Rəsulullahın ilk süd anası Süveybə oldu. Əbu Ləhəb Rəsulullaha olan düşmənçiliyi heç bir zaman əldən buraxmadı. Əbu Ləhəb İslama hədsiz nifrət edirdi. İslama o qədər kin bəsləyirdi ki, Peyğəmbər din barəsində insanlara bir şey danışdığı zaman onlara yaxınlaşır və Peyğəmbərin dediklərinin yalan olduğunu iddia edirdi. Bir sözlə, Peyğəmbərin dediklərinin əksini insanlara çatdırıb onlarda şübhə yaratmağa çalışırdı. Quranda Əbu Ləhəb haqqında nazil olan bir surə vardır ki, bu surə onun ölümündən on il əvvəl nazil olmuşdur. Bu surədə açıq-aşkar Əbu Ləhəbin cəhənnəmə gedəcəyi və heç bir zaman İslama girməyəcəyi bildirilib. Ancaq etdiyi bütün hərəkətlərinin Peyğəmbərin etdiklərinə zidd olmasına rəğmən Əbu Ləhəb bunu etmədi. Bu surə nazil olandan sonra Əbu Ləhəb on il yaşadı. Həyat yoldaşının adı Ümmü Cəmil idi.
https://az.wikipedia.org/w/index.php?curid=81203
Əbu Ləhəb Surəsi
111-ci surə Əbu-Ləhəb (Alov atası) surəsi (Məkkədə nazil olmuşdur, 5 ayədir) Ərəbcə mətni بِسۡمِ اللّٰہِ الرَّحۡمٰنِ الرَّحِیۡمِ تَبَّتۡ یَدَاۤ اَبِیۡ لَہَبٍ وَّ تَبَّمَاۤ اَغۡنٰی عَنۡہُ مَالُہٗ وَ مَا کَسَبَسَیَصۡلٰی نَارًا ذَاتَ لَہَبٍۚوَامۡرَاَتُہٗ ؕ حَمَّالَۃَ الۡحَطَبِۚفِیۡ جِیۡدِہَا حَبۡلٌ مِّنۡ مَّسَدٍ
https://az.wikipedia.org/w/index.php?curid=115520
Əbu Ləhəb surəsi
111-ci surə Əbu-Ləhəb (Alov atası) surəsi (Məkkədə nazil olmuşdur, 5 ayədir) Ərəbcə mətni بِسۡمِ اللّٰہِ الرَّحۡمٰنِ الرَّحِیۡمِ تَبَّتۡ یَدَاۤ اَبِیۡ لَہَبٍ وَّ تَبَّمَاۤ اَغۡنٰی عَنۡہُ مَالُہٗ وَ مَا کَسَبَسَیَصۡلٰی نَارًا ذَاتَ لَہَبٍۚوَامۡرَاَتُہٗ ؕ حَمَّالَۃَ الۡحَطَبِۚفِیۡ جِیۡدِہَا حَبۡلٌ مِّنۡ مَّسَدٍ
https://az.wikipedia.org/w/index.php?curid=22132
Əbu Mansur əl Matüridi
Əbu Mənsur əl Mətüridi (tam adı: Muhəmməd bin Muhəmməd bin Mahmud əbu Mənsur əl-Səmərqəndi əl-Maturidi əl-Hənəfi; (təq. 852 – 944[…], Səmərqənd, Mavəraünnəhr, Abbasilər) — Hənəfi fiqhi məzhəbindən olanların əksəriyyətinin etiqad (inanc) imamı, tanınmış alim, türk, islam filosofu, Maturidiyyə (maturidilik) etiqadi məzhəbin banisi. Özbəkistanın Səmərqənd şəhəri yaxınlığındakı Mətürid kəndində anadan olub. Türk mədəniyyət muhitində yetişən və daha çox türklər arasında tanınan, bununla belə bəzi fikirləri dünyada yayılmış türk din adamıdır.Onun həyati barədə çox dərin qaynaqlar yoxdur. Bəzi mənbələrdə "Səmərqəndi" kimi də xatırlanır. Maturidi fiqhi məsələlərdə imam Əbu Hənifənin yolunu davam etdirsə də, əqidə məsələlərində isə yeni etiqadi məzhəbin banisi sayılır. əl-Maturidi hicri 238-ci (miladi 852-ci) ildə Türküstanda Səmərqənd şəhəri yaxınlığındakı bir kənddə türk ailəsində doğulmuşdur. Maturidi hesab edirdi ki, sələfin vaxtında olmayan və yeni ortaya çıxan bidətçi təriqətlərə, xüsusən də dində yalnız ağıla üstünlük verən Mötəziləyə qarşı sələfin (peyğəmbər səhabələrinin və onların davamçısı olan tabiinlərin) metodu ilə çıxmaq, əhli-sünnət inancını qorumaq yolunda çətin olduğu üçün inanc mövzusunda, ayə və hədislərlə yanaşı ağıla da yer vermək, Sünnənin mənbələri ilə yanaşı əqli açıqlamalar da edərək məsələnin daha yaxşı başa düşülməsi və qəbul edilməsi üçün əvvəlki alimlərin, xüsusən də fiqhi məzhəb imamlarının - imam Malikin, imam Şafinin, imam əbu-Hənifənin, imam Əhməd ibn Hənbəlin istifadə etmədiyi üsullardan istifadə etmək zərurətə çevrilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=29135
Əbu Mehdi əl-Mühəndisi
Əbu Mehdi əl-Mühəndisi (ərəb. جمال جعفر محمد علي إبراهيمي; 1 iyul 1954, Bəsrə – 3 yanvar 2020, Bağdad Beynəlxalq Hava Limanı[d]) — Əsasən İraqdakı fəaliyyəti ilə tanınmış Xalq Səfərbərlik Qüvvələrinin (Al-Hashd Al-Sha'abi) komandanı, İran dövlət xadimi. Əl-Mühəndisinin adı daha çox 2014–2015-ci illərdə rəhbərlik etdiyi hərbi biləşmənin İraq Şam İslam Dövlətinə qarşı apardığı uğurlu hərbi əməliyyatlarda hallanmışdır. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinə olan yaxınlığı ilə bilinirdi. Bir müddət Katibi Hizbullah təşkilatında rəhbər vəzifələr tutmuş əl-Mühəndisi Səddam Hüseyninin İraq Prezindenti olduğu dövrdə İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində ona qarşı mübarizə aparmışdır. 1980-ci illərdə Küveytdəki fəaliyyətləri səbəbindən barəsində terrorizmin yayılması və dəstəklənməsi iddiaları səslənmişdir. 1983-cü ildə Küveytdə baş vermiş partlayışın təşkilatçılığında ittiham olunaraq Küveyt məhkəməsi tərəfindən haqqında qiyabi olaraq edam cəzası çıxarılmışdır. Əbu Mehdi əl-Mühəndisi Amerika Birləşmiş Ştatları tərəfindən rəsmən terrorçu kimi tanınmışdır. 2020-ci ilin 3 yanvar tarixində İraqın paytaxtı Bağdad şəhərində yerləşən Bağdad Beynəlxalq Hava Limanına ABŞ Silahlı Qüvvələri tərəfindən endirilmiş raket zərbələri nəticəsində öldürülmüşdür. Hadisə nəticəsində əl-Mühəndisi ilə birlikdə olan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymanidə həlak olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=613924
Əbu Mina
Əbu Mina (qibt. ⲁⲃⲃⲁ ⲙⲏⲛⲁ, ərəb. أبو مينا ) — İsgəndəriyyədən təqribən 50 km (31 mil) cənub-qərbdə, Misirdə bir şəhər, monastır kompleksi və xristian ziyarətgah mərkəzi idi. Şəhərin qalıqları 1979-cu ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu günə gəlib çatan çox az qalıq olsa da, böyük bazilikalar kimi ən böyük binaların təməlləri asanlıqla görünməkdədir. Bölgədəki son kənd təsərrüfatı səyləri su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və bu da ərazinin bir sıra binalarının dağılmasına və ya qeyri-sabit vəziyyətə düşməsinə səbəb oldu. Ərazi 2001-ci ildə Təhlükədə olan Dünya irsi siyahısına əlavə edildi. Səlahiyyətlilər ərazidə ən çox təhlükə altında olan binaların altına qum yığmağa məcbur oldular. İsgəndəriyyəli Müqədddəs Mina 3-cü əsrin sonu və ya 4-cü əsrin əvvəllərində şəhid oldu. 5-ci əsrdə və sonrakı müxtəlif hadisələrdə onun dəfn edilməsi və kilsəsinin sonrakı qurulması ilə bağlı bir qədər fərqli versiyalar verilmişdir. Əsas elementlər onun cəsədinin İsgəndəriyyədən götürülərək dəvə ilə Mareotis gölünün kənarındakı səhraya aparılmasıdır. Dəvə bir anda onu hərəkət etdirmək üçün edilən bütün səylərə baxmayaraq, getməkdən imtina etdi. Bu ilahi iradə əlaməti olaraq qəbul edildi və cəsədi onu həmin yerə basdırdılar. Hekayənin əksər versiyalarında məzarın yerinin yerli bir çoban tərəfindən möcüzəvi şəkildə yenidən kəşf edilməsinə qədər unudulduğu bildirilir. Efopiya sinoksarından:Allah Müqəddəs Minanın cəsədini aşkar etmək istədi. Səhrada bir çoban var idi və bir gün qarın xəstəliyindən əziyyət çəkən bir qoyun o yerə getdi və yerin yaxınlığındakı kiçik bulağın suyuna batdı, yuvarlandı və dərhal sağaldı. Çoban bu işi görüb möcüzəni başa düşəndə çox təəccübləndi və heyrətləndi. Bundan sonra o türbənin tozunun bir hissəsini götürüb su ilə qarışdırdı və qoyunların üstünə sürtdü və əgər qaşınma xəstəikləri var idisə dərhal sağaldılar. O bunu hər zaman edirdi və bu vasitə ilə yanına gələn bütün xəstələri sağaltdı.Çobanın sağalma səlahiyyətlərinin xəbəri sürətlə yayıldı. Sinoksarda təsvir edilir ki, I Konstantin xəstə qızını müalicə olunmaq üçün çobana göndərir və Minanın cəsədini taparaq burada bir kilsə inşa etməyi əmr edir. (Hekayənin bəzi versiyaları Konstantini 5-ci əsrin sonunda hakimiyyətdə olmuş imperator Zeno ilə əvəz etsə də, arxeoloqlar ilkin əsası 4-cü əsrin sonlarına aid edir). Ərazi 4-cü əsrin sonlarına yaxın, şəfa və digər möcüzələr axtaran xristianlar üçün əhəmiyyətli bir ziyarət yeri idi. Mina qabları zəvvarlara müqəddəs su və ya müqəddəs yağ üçün qab kimi satılırdı və Müsəlmanların fəthindən təxminən yarım əsr əvvəl, Qərbi Aralıq dənizi ətrafında çox geniş tapılmışdır. Onlar ucuz hazırlanmış, lakin ikonoqrafiyanın öyrənilməsində əhəmiyyəti olan müqəddəsin şəkilləri ilə bəzənmişdilər. Qabların şəhər ətrafında hazırlandığı ehtimal edilir.Antik dövrün sonlarında Əbu Mina Misirdə aparıcı həcc ziyarəti yerinə çevrildi. Arxeoloji qazıntılar Ərazidə ilk dəfə 1905-1907-ci illərdə qazıntı aparılmışdır. Bu səylər böyük bir bazilika kilsəsini, yəqin ki, müqəddəsin qalıqlarını saxlayan qonşu bir kilsəni və Roma hamamlarını aşkar etdi.Daha sonra 1998-ci ildə Almaniya Arxeologiya İnstitutu tərəfindən bir sıra uzun müddətli qazıntı işləri başa çatdı. Ən son qazıntılar, kasıb zəvvarlar, kişilər, qadınlar və uşaqlar üçün ayrıca hissələri olan böyük bir yataqxananı üzə çıxardı. Qazıntılar zəvvarların qəbul yerinin əvvəllər qəbiristanlıq ola biləcəyini göstərir. Orijinal kilsənin yerləşdiyi əraziyə bitişik bir vəftizxana ərazinin ən azı üç inkişaf mərhələsindən keçdiyini göstərir. 6-7-ci əsrlərə aid yeraltı anbar otaqları da daxil olmaqla şərab çəlləkləri kompleksi aşkar edilmişdir. Ərazidəki su səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq Əbu Mina 2001-ci ildə UNESCO-nun Təhlükədə olan Dünya irsi siyahısına daxil edilmişdir. Suyun bu qədər yüksəlməsi torpaqların geri alınmasına yönəlmiş kənd təsərrüfatının inkişafı proqramları ilə əlaqədardır. Sahəni əhatə edən sərt gil torpaq quru olduqda binaları dəstəkləyə bilər. Bununla birlikdə nəm olanda qeyri-sabit olur və qədim şəhərlə əlaqəli sərdabə və digər quruluşların dağılmasına səbəb olur.Bununla bağlı olaraq dərhal xüsusi əhəmiyyətli yerlərin əsaslarını qumla doldurmaq və ictimaiyyətə bağlamaq kimi tədbirlər görüldü. Bu fenomenə qarşı çıxmaq üçün Qədimlərin Ali Şurası suvarma təzyiqini azaltmaq ümidi ilə xəndək qazmağa və nasos əlavə etməyə 45 milyon sərf etdi. Bundan əlavə təhdidin qarşısını almaq üçün bir hasar əlavə edildi. Bunlar uğurlu oldu və sayt 2009-cu ildə UNESCO-nun Dünya İrsi Təhlükə siyahısından çıxarıldı.O vaxtdan bəri su artmağa davam edir və abidələrin məhvinə səbəb olur. Nəticədə ərazi bir daha UNESCO-nun Təhlükədə olan Dünya irsi siyahısındadır. Ən son 2018-ci ildə əmlaka mənfi təsir göstərən faktorlara mənzil, idarəetmə fəaliyyətləri, idarəetmə sistemləri və su daxildir. Xarici keçidlər Əbu Mina UNESCO-nun rəsmi saytında
https://az.wikipedia.org/w/index.php?curid=633232
Əbu Musa əl-Əşari
Əbu Musa Abdullah ibn Qeys bin Süleym əl-Əşari (d.? - ö. 662)— Həkəm vəqasında Həzrət Əlini təmsil edən fəqih səhabə. Yəmənin Zəbid şəhərində oturan, əxlaq və məziyətləri Həzrət Peyğəmbər tərəfindən öyülən Əşar qəbiləsindəndir. Anası Zabyə (Tufyə) bint Vəhb Mədinəyə hicrət edib orada vəfat edən səhabədəndir. Həzrət Peyğəmbərin xalqı İslama dəvət etdiyi duyulunca Əbu Musa ilə iki qardaşının da aralarında olduğu əlli iki nəfərlik bir heyət onun yanına getmək üzrə bir gəmiyə mindi; fəqət gəmi pis hava şərtləri üzündən Həbəşistana sürükləndi. Heyət mənsubları, Cəfər ibn Əbu Talib və yoldaşlarının orada olduğunu öyrənincə bir müddət Həbəşistanda qaldılar.628-ci ildə Xeybərin fəthi sırasında Həbəşistandakı müsəlmanlarla birlikdə Mədinəyə döndülər və Həzrət Peyğəmbərin Xeybərdə olduğunu öyrənincə oraya getdilər. Ələ keçən qənimətdən onlara pay verən Rəsul-i Əkrəm, həm Həbəşistana, həm də Mədinəyə hicrət etmələri səbəbiylə iki hicrət səvabı aldıqlarını söyləyərək onları təbrik etdi;. Əbu Musanın müsəlman olmasıyla ilgili bilgi verən bəzi qaynaqlar isə onun Məkkədə İslamiyəti qəbul edərək məmləkətinə döndüyünü və daha sonra müsəlman olan Əşarilərlə birlikdə Cəfər ibn Əbu Talib və yoldaşlarının Həbəşistandan döndükləri tarixdə Mədinəyə getdiklərini, dolayısıyla Həbəşistana hicrət etmədiklərini qeyd edir. Əbu Musa Xeybərin fəthindən sonra aparılan qəzvə və səriyyələrə qatıldı. Huneyn qəzvəsində məğlubiyyətə uğrayan düşmən əsgərlərini təqib etməyə təyin edilən əmisi Əbu Amir əl-Əşari komandasındakı birlikdə o da vardı. Əbu Amir şəhid düşərkən komandanı ona buraxdı. Birlik Mədinəyə dönüncə Rəsul-i Əkrəm hər iki komandana da dua etdi. Həzrət Peyğəmbər, Əbu Musanı Vida həccindən öncə Yəmənin Zəbid, Ədən, Mərib və sahil tərəflərinin zəkatını toplamağa göndirdi. Əbu Bəkrin xəlifəliyi dönəmində də orada qalan Əbu Musa riddə olaylarında Əsvəd əl-Ənsi ilə mübarizəə etdi. Daha sonra Mədinəyə dönərək Suriya fətihlərinə qatıldı. Ömər onu, Muğirə ibn Şubədən boşalan Bəsrə vali və qazılığına təyin etdi (638). Bu vəzifələrlə yanaşı bəsrəlilərə Quran öyrətdi. Valiliyi əsnasında Nusaybin, Dinəvər, Qum, Kaşan kimi bir çox şəhərin fəthində önəmli xidmətlər ifa etdi. Əhvaz və İsfahanı fəth etdi. Şüştərdə Sasani ordusunu mühasirə edərək Hürmüzanı əsir aldı və xəlifəyə göndərdi. Daha sonra Ömər, Ammar ibn Yasirdən boşalan Kufə valiliyini də ona verdi (643). Əbu Musa Xəlifə Osman dövründə də Bəsrə və Kufə valisi oldu. 650-ci ildə valilikdən çıxarılınca Kufədə Quran və fıqh öyrətməyə davam etdi; tələbələrinin sayı bəzən 300 nəfərə yetirdi. 655-ci ildə Səid ibn Asın vəzifədən uzaqlaşdırıldığından sonra təkrar Kufə valiliyinə gətirildi. Xəlifə Osmanın şəhid edildiyi tarixdə bu vəzifəni sürdürürdü. Cəməl vəqasında tərəfsiz qalmağı tərcih etdiyi üçün Həzrət Əli onu valilikdən çıxardı. Əbu Musa da Dəməşq tərəfdə bir kənddə inzivaya çəkildi. Sıffin savaşı başlamadan öncə, Həzrət Əlini dəstəkləyən bəzi kimsələrin həqarətinə uğramasına rəğmən fitnə mövzusunda şəxsən Həzrət peyğəmbərdən duyduğu hədisləri rəvayət edərək kufəliləri bu savaşda tərəfsiz qalmağa təşviq etdi. İki qrup arasında barışın tərəfsiz həkəmlər tərəfindən gerçəkləşdirilməsi qərarlaşdırıldığı zaman Muaviyə Əmr ibn Ası, tərəfdarlarının israrına görə Həzrət Əli də Əbu Musanı həkəm olaraq seçdi. Həkəmlər Əzruxda bir araya gəldiklərində Həzrət Əli ilə Muaviyənin çıxarılaraq xəlifənin bir şura tərəfindən seçilməsini qərarlaşdırdılar. Bu qərar öncə Əbu Musa tərəfindən açıqlandı; söz sırası Əmrə gəlincə Əmr Həzrət Əlini çıxarıb xilafət məqamına Muaviyəni təyin etdiyini bildirdi. Əbu Musa buna qarşı çıxmışsa da durum dəyişməmiş və nəticədə həkəm olayı xilafət məsələsini bir çıxmaza, dalana götürmüşdür. Bu hadisəyə çox üzülən Əbu Musa siyasi həyatdan tamamilə uzaqlaşıb uzlətə çəkildi. K. V. Zetterstéen, "Əşari", İA, IV, 392-393; B. Carra de Vaux, "Hicrət", a.ə., V/1, s. 477; L. Vəccia Vaglieri, "al-Asharī, Abū Mūsā", EI² (Fr.), I, 716-717; G. R. Hawting, "Abū Mūsā Ašarī", EIr., I, 346-347. Xarici keçidlər Sunni view Arxivləşdirilib 2013-03-06 at the Wayback Machine Abu Musa al-Ashari Arxivləşdirilib 2012-08-14 at the Wayback Machine Ansari, Mohammad; Bouri, Ali-Akbar. Abū Mūsā al-Ashʿarī // Encyclopaedia Islamica.
https://az.wikipedia.org/w/index.php?curid=491178
Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.
https://az.wikipedia.org/w/index.php?curid=106927
Əbu Müslim Xorasani
Əbu Müslim əl-Xorasani (ərəb. أبو مسلم الخراساني;kürd Ebu Mûslim Xorasanî ən tezi 718 və ən geci 719, İsfahan, Əməvilər xilafəti və ya Mərv, Xorasan, Əməvilər xilafəti – fevral 755) — Əməvilərə qarşı əvvəl Xorasanda, sonra isə İraqda və Xilafətin başqa vilayətlərində qalxmış hərəkatın başçısı idi.milliyətcə Kürd kökənli idi. Onun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri gətirdilər. Sonra Abbasilər Əbu Müslimin xalq kütlələri arasında artan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirib, 755-ci il fevralın 15-də xəlifə əl-Mənsurun əmri ilə edam etdilər. Əbu Müslimin qətli Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb oldu. Əbu Müslim və Dağıstan Əbu Müslim xarici təriqətinə mənsub olanların ən məşhurlarından idi. Dağıstan xalqlarının bəzilərinin islamlaşması onun adı ilə bağlıdır. Hətta Dağıstanda "Əbu Müslim tarixi"nin bir neçə nüsxələri var. Maraqlı faktlar İlk dəfə qara rəngli paltarı dəbə salan Əbu Muslim əl-Xorasani olmuşdur. Babəkin babası olmuşdur Həmçinin bax Əbu Müslim məscidləri
https://az.wikipedia.org/w/index.php?curid=160491
Əbu Müslim məscidi (Cek)
Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Cek kəndində yerləşən məscid. Regionun islam dininə möhkəm bağlılığından soraq verən Əbu Müslim məscidinin inşa olunma dövrü, çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək islamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir.Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən məscid, 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə qismən bərpa edilmişdir. Maddi çətinliklər üzündən Əbu Müslim məscidinin inşası hələ ki, lazımı səviyyədə tamamlanmamışdır.16 m2 həcmi var və 16 nəfərlikdir. Xarici keçidlər Vikianbarda Əbu Müslim məscidi (Cek) ilə əlaqəli mediafayllar var.
https://az.wikipedia.org/w/index.php?curid=293280
Əbu Müslim məscidi (Qrız)
Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Qrız kəndində yerləşən məscid. Ciddi dağıntılara məruz qalması səbəbindən Qrız kəndindəki məscid hal-hazırda istifadə olunmur.
https://az.wikipedia.org/w/index.php?curid=293281
Əbu Müslim məscidi (Xınalıq)
Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Xınalıq kəndində yerləşən məscid.Quba rayonunun Xınalıq kəndində yerləşən bu məscid, deyilənlərə görə, Abbasi xilafətinin banisi Abbasın sərkərdəsi Əbu Müslim əl-Xorasani tərəfindən təxminən VIII əsrdə tikdirilib. Ehtimal olunur ki, həmin sərkərdə o vaxtlar Azərbaycanın hakimi olmuşdur. Məscid keçmiş SSRİ dövründə anbar kimi istifadə edilsə də, hazırda yerli əhali tərəfindən əvvəlki kimi məscid halına gətirilmişdir. Bu məsciddə hazırda kənd camaatı cümə namazlarını qılır. Xınalıqdakı Əbu Müslüm məscidinin ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbati motivlər və göl təsvirləri ilə bəzədilmişdir.Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunub. Yazıların təqribən 3-8-ci əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazıların tam olaraq tərcümə olunmasa da, təxmini mənası Günəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır.340 m2 həcmi var və 340 nəfərlikdir. Xarici keçidlər Vikianbarda Əbu Müslim məscidi (Xınalıq) ilə əlaqəli mediafayllar var.
https://az.wikipedia.org/w/index.php?curid=293279
Əbu Müslim əl-Xorasani
Əbu Müslim əl-Xorasani (ərəb. أبو مسلم الخراساني;kürd Ebu Mûslim Xorasanî ən tezi 718 və ən geci 719, İsfahan, Əməvilər xilafəti və ya Mərv, Xorasan, Əməvilər xilafəti – fevral 755) — Əməvilərə qarşı əvvəl Xorasanda, sonra isə İraqda və Xilafətin başqa vilayətlərində qalxmış hərəkatın başçısı idi.milliyətcə Kürd kökənli idi. Onun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri gətirdilər. Sonra Abbasilər Əbu Müslimin xalq kütlələri arasında artan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirib, 755-ci il fevralın 15-də xəlifə əl-Mənsurun əmri ilə edam etdilər. Əbu Müslimin qətli Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb oldu. Əbu Müslim və Dağıstan Əbu Müslim xarici təriqətinə mənsub olanların ən məşhurlarından idi. Dağıstan xalqlarının bəzilərinin islamlaşması onun adı ilə bağlıdır. Hətta Dağıstanda "Əbu Müslim tarixi"nin bir neçə nüsxələri var. Maraqlı faktlar İlk dəfə qara rəngli paltarı dəbə salan Əbu Muslim əl-Xorasani olmuşdur. Babəkin babası olmuşdur Həmçinin bax Əbu Müslim məscidləri
https://az.wikipedia.org/w/index.php?curid=779778
Əbu Müslüm əl-Xorasani
Əbu Müslim əl-Xorasani (ərəb. أبو مسلم الخراساني;kürd Ebu Mûslim Xorasanî ən tezi 718 və ən geci 719, İsfahan, Əməvilər xilafəti və ya Mərv, Xorasan, Əməvilər xilafəti – fevral 755) — Əməvilərə qarşı əvvəl Xorasanda, sonra isə İraqda və Xilafətin başqa vilayətlərində qalxmış hərəkatın başçısı idi.milliyətcə Kürd kökənli idi. Onun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri gətirdilər. Sonra Abbasilər Əbu Müslimin xalq kütlələri arasında artan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirib, 755-ci il fevralın 15-də xəlifə əl-Mənsurun əmri ilə edam etdilər. Əbu Müslimin qətli Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb oldu. Əbu Müslim və Dağıstan Əbu Müslim xarici təriqətinə mənsub olanların ən məşhurlarından idi. Dağıstan xalqlarının bəzilərinin islamlaşması onun adı ilə bağlıdır. Hətta Dağıstanda "Əbu Müslim tarixi"nin bir neçə nüsxələri var. Maraqlı faktlar İlk dəfə qara rəngli paltarı dəbə salan Əbu Muslim əl-Xorasani olmuşdur. Babəkin babası olmuşdur Həmçinin bax Əbu Müslim məscidləri
https://az.wikipedia.org/w/index.php?curid=293441
Əbu Məali Həsən
əl-Məlikün-Nasir Nasirəddin Əbül-Məali Həsən ibn əl-Məlikin-Nasir Məhəmməd bin Kalavun əs-Salihi (d. 1334 - ö. 1361) — Məmlük sultanı (1347-1351, 1354-1361). 1334-cü ildə doğuldu. Öncələri Kumari adıyla tanınırdı; taxta keçəcəyi sırada naibinə əsl adının Həsən olduğunu söylədi və o tarixdən etibarən öz arzusu üzərinə bu adla anıldı. Qardaşı əl-Məlikül-Müzəffər I Hacı ibn Məhəmmədin öldürülməsindən sonra Misirdəki Abbasi xəlifəsi Hakim-Biəmrillah, Qazılquzat İzzəddin İbn Cəmaa əl-Məqdisi, Qazılquzat Əlaəddin ət-Türkmani, Qazılquzat Takıyyüddin b. İzzəddin Ömər, Kadı Şəhabəddin İbn Fəzlullah əl-Öməri kimi seçkin şəxslərin də qatıldığı cülus mərasimində əl-Məlikün-Nasır ləqəbiylə sultan elan edildi (18 dekabr 1347). Fəqət hələ uşaq yaşda olduğu üçün səltənətinin ilk illərində ölkə başda naib-i saltanat Bayboğa olmaqla, Şeyhun əl-Öməri, vəzir və üstadüddar Məncək əl-Yusifi, Elçiboğa əl-Muzaffəri, Taz ibn Tutgay ən-Nasıri və Arqun əl-İsmaili kimi əmirlər tərəfindən idarə olundu. Bu dönəmdə diqqəti çəkən bəlli başlı olaylar, əmirlər arasındaki nüfuz mücadələsiylə 1348-ci ildə Asiyadan gələrək Misir və Avropada çok təsirli olan vəba salğınıdır. Sultan Həsən 1350-ci ildə kadılar tarafından rəşid ilan ədilincə Bayboğanın hacda, Şəyhunun da bir av partisində olmasından istifadəylə iktidarı kəndi əlinə alıp əmirləri kontrol altında tutmaya karar vərdi və bu maksatla ən nüfuzlularını tutuklattı. Ancak əmirlər yoğun bir mücadələ başlatdılar və 11 avqust 1351-ci ildə onu taxtdan endirərək yerinə əl-Məliküs-Salih ləqəbiylə qardaşı Səlahaddini əyləşdirdilər. Fəqət Səlahaddin, üç il üç ay sonra Şeyhun başçılığındakı bir qrup əmir tərəfindən həll edilərək taxta, Abbasi xəlifəsi Mutazıd-Billah ilə dörd məzhəb qazısının da qatıldığı bir törənlə təkrar Hasan çıxarıldı (20 oktyabr 1354). Sultan Həsənin bu ikinci səltənət dönəmində yenə Əmir Şeyhun əl-Öməri naib-i saltanatliyə və onun yaxın adamı əl-Əmirül-kəbir Sargatmış ən-Nasıri də rəsü nəvbətil-üməralığa gətirildi və dövlət bu ikisinin idarəsinə buraxıldı; ancaq əmirlər arasındakı mücadələ sürürdü. Bu sırada bir xristian donanması Safədi mühasirə edib ələ keçirdiysə də Dəməşqdən göndərilən qüvvələr şəhəri geri almağı bacardı (1356). Ertəsi il Əmir Şeyhun sultanın bir məmlükü tərəfindən yaralandı və təqribən iki ay sonra da öldü. Bunun üzərinə sultan, məmlüklərinin dəstəyiylə onun sağ qolu olan Sargatmışı tutukladaraq ölkənin yönətiminə hakim oldu (1357). Kiçik Erməni krallığı ilə mübarizə edən Sultan Hasan 1360-cı ildə Kilikyadaki bəzi qalaları fəth etdi. Eyni il Məkkədə olan Məmlük birlikləri şərifin adamlarının saldırısına maruz qaldı və ağır itkilər verdilər. Hasan bunun intiqamını almaq və şəriflərin Məkkədəki idarəsini sona ərdirmək üzərə yoğun bir hazırlığa başladıysa da Əmir Səyfəddin Yəlboğa ilə aralarının açılması yüzündən buna imkan bulamadı. Sultan Hasan koyduğu ağır vərgilər səbəbiylə kısa sürədə halkın dəstəğini kaybətti və maaşlarının azaltıldığını iləri sürən Yəlboğa gibi nüfuzlu əmirlərlə anlaşmazlığa düştü. 762də (1361) Cizədə bulunduğu sırada ayaklanan Yəlboğa yapılan savaşta galip gəldi. Sultan gəcələyin Kalatülcəbələ sığındı və buradan Aydəmir əd-Dəvadari ilə birliktə bədəvi kıyafətinə girip Suriyəyə kaçarkən yolda yakalanarak Yəlboğaya təslim ədildi. Yəlboğa hər ikisini də öldürttü (9 Cəmaziyələvvəl 762/17 Mart 1361 vəya 2 Cəmaziyəlahir 762/9 aprel 1361). Yerinə qardaşı oğlu əl-Məlikül-Mansur Səlahaddin Məhəmməd I Hacci keçdi. Sultan Hasan rəayayı səvən, zəki, cəsur, cömərt, iləri görüşlü, vakur, təsirli konuşan, hayır və hasənatı bol bir hükümdardı. Alim və fakihlərə yakınlık göstərir, onların toplantılarına katılırdı. Birinci saltanatından sonra hapsə atıldığında kəndini ilmə vərmiş və Bəyhakīnin Dəlaǿilün-nübüvvəsini istinsah ətmişti (İbn Hacər, II, 40). İmar faaliyətlərinə də önəm vərən Sultan Hasan Məkkə və Mədinəyə çəşitli hizmətlərdə bulunmuştur. Ayrıca Kahirədə yaptırdığı mədrəsə və camidən məydana gələn külliyəsi Məmlük mimarisinin ən güzəl örnəklərindən biridir. Sultan Hasanın müslümanların takdirini kazanan davranışlarından biri də Kıptiləri nazırül-cəyş, nazıru bəytil-mal və nazırül-cəvali gibi önəmli görəvlərdən uzaklaştırıp buralara İslam alimlərini tayin ətməsidir. Əğləncədən və müzik dinləməktən hoşlanan, mal toplamaya düşkün olan sultanın Ahməd, Kāsım, Ali, İskəndər, Şaban, smail, Yahya, Musa, Yusuf və Məhəmməd adlarında on oğlu və altı kızı olmuştur. Həmçinin bax Şəcərəddürr Seyfəddin Qotaz Məmlük dövləti
https://az.wikipedia.org/w/index.php?curid=401236
Əbu Məhəmməd Həmdani
Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani(ərəb. أبو محمد الحسن بن أحمد بن يعقوب الهمداني ) (akademik İ.Y. Kraçkovski görə — əl-Həsən ibn Əhməd əl-Həmdani, İbn əl-Haiq, İbn əbu əd-Dumayn) (893, Səna — 945, Səna) —Ərəb tarixçisi, filoloqu. Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani 893-cü ildə Yəmənin Səna şəhərində anadan olmuşdu.Yaşamının çoxunu Sənada keçirdi. Mükəmməl bir təhsil gördü və çox yer gəzdi; ölkəsini çox yaxşı tanıdı. Bir çox siyasi çəkişmənin içində yer aldı. Bu səbəblə bir dəfə həbsə də atıldı. Amma həbsdən çıxarılması üçün bəzi qəbilələrin üsyanını başladacaq qədər nüfuzluydu. On cildlik ensiklopedik əsəri əl-İklil'in günümüzə yalnızca VIII və X cildləri çatmıdır. Əl-İklil və başqa əsəriSifa Cəzirətü'l-Ərəb (1884-91; Ərəb yarımadası coğrafiyası), Ərəbistan'la ilgili başlıca qaynaqlardandır. Bunlarda Cənubi Ərəbistan şeirinin dəyərli örnəkləri ilə yanaşı qəbilələrin soy-kötüyü, Ərəbistanın topografiyası və tarixi mövzusunda da bir çox bilgi vardır. Bunların xaricində günümüzə qədər çatmamış, yalnızca adları bilinən Sirr ül-hikmə, Kitab ül-hayavan il-müfteris, Kitab ül-qüvvə adlı əsərlər də onundur. Əbu Məhəmməd əl-Həmdani 945-ci ildə vəfat edib. Hemdânî, Kitûbü’l-Cevhereteyni’l-atîķateyni’l-mâǿiǾateyni mine’ś-śafrâǿ ve’l-beyđâǿ (nşr. ve trc. Ch. Toll), Uppsala 1968;
https://az.wikipedia.org/w/index.php?curid=470218
Əbu Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsi
Əbu Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsi (1052[…], Badaxos[d], Estremadura – iyul 1127, Valensiya) — Əl-Farabi və İbn Badja kimi Neoplatonizmin və Neopifaqorçuluq təlimlərinin təsiri altında olan İspan-ərəb filosofu idi. Qısa olaraq İbn əl-Sid və ya ispanca Abenalsid kimi tanınmışdır. İspaniyanın hər tərəfində olmuş, yarımadanın müxtəlif fəlsəfi məktəbləri ziyarət etmişdir. Fəlsəfəni dinə uyğunlaşdırmaq problemi təkcə Şərqdə deyil, həm də Qərbdə (Əndəlüs) müsəlman məşşailərinin fəlsəfi təlimlərinin əsas mövzusu olmuşdur. Şərqdə Kindinin, Farabinin, İbn Sinanın, Miskəveyhin, Qərbdə isə Bətəlyövsinin, İbn Bəccanın, İbn Tüfeyl və İbn Rüşdün fəlsəfi yaradıcılığında sözügedən problem tədqiqat obyekti olaraq seçilmişdir. Problemə münasibət bildirmiş Əndəlüs məşşai fi losofl arından biri də Əbu Məhəmməd Abdullah ibn Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsidir (1052- 1127). Din-fəlsəfə problemi haqqında “Kitab əl-hədaiq fi l-mətalib əl-a`liyə əl-fəlsəfi yyə əl-a`visə” adlı kitab yazmış Bətəlyövsi hesab edirdi ki, əvvəlki nəsillərdən qalma mədəni irs və fəlsəfə başlanğıcını, əslində, peyğəmbərlərin vəhyi biliklərindən götürür. Miskəveyh kimi Bətəlyövsi də dinlə fəlsəfə arasında ziddiyyətin olmamağı ideyasını irəli sürür, yunan fi losofl arının, xüsusən Sokrat, Platon və Aristotelin fəlsəfi yaradıcılığının monoteist məzmun daşıdığını iddia edirdi . Bəzi müəlliflər (Yusif Musa, Rəşid Özbalıqçı və s.) hesab edirlər ki, filosofun bu mövqeyi islam dünyasında fəlsəfəyə marağı artırmaq məqsədi güdmüşdür. Bətəlyövsi Farabi və İbn Sinanı yunan fəlsəfəsini başa düşməməkdə ittiham etmiş, “Allah “küll”ü (bütövü) bilsə də, “cüz”i bilmir” iddiasının sui-təfahümün məhsulu olduğunu irəli sürmüşdür. Filosofa görə, fəlsəfə ilə müqayisədə dinin nisbiliyini iddia etmək dini mətnlərin dar çərçivədə gözdən keçirilməsi səbəbindəndir. Hər hansı bir problemin həllində bir neçə dini mətnin izahını (ifrad) kafi saymayan Bətəlyövsi göstərmişdi ki, problemlə əlaqədar bütün dini mətnləri ayrı-ayrılıqda təhlil etməklə nəticəyə varmaq (tərkib) ən münasib üsuldur. Məlum problem daxilində nəzərdən keçirilən Allah-varlıq aləmi məsələsinə Bətəlyövsinin münasibəti Farabi və İbn Sinanın münasibətindən fərqlənir. Bətəlyövsi “südur” təlimi məsələsində onlarla həmfi kir olsa da, Allah-kainat münasibətlərinə baxışda əks mövqedən çıxış edir. Farabinin irəli sürdüyü “Allah yalnız öz substansiyası haqqında məlumata sahibdir” iddiasının qədim yunan fəlsəfəsi ilə əlaqəsinin olmadığını və adıçəkilən filosofun yunan fəlsəfəsini kifayət qədər yaxşı bilməməyi üzündən belə bir nəticəyə gəldiyini deyən Bətəlyövsi “Allah öz substansiyasından xəbərdar olduğu halda, nə üçün özündən emanasiya yolu ilə yayılmış ayrı-ayrı varlıqlar haqqında məlumata sahib olmasın?!” sualını verməklə bu iddianı puça çıxarmağa cəhd göstərir. Bətəlyövsi ağıl və vəhyi əlahiddə məfh umlar hesab etsə də, vəhyi dərkdə insan zəkasının “avtoritetliy”ini rədd etmişdir. Filosofa görə, ruhun kamilləşməsi üçün ağıl vəhyə möhtacdır. Bətəlyövsi vəhyə birincilik versə də, hər şeydən əvvəl, bir filosofdur. Odur ki ancaq “fəal ağıl”la təmas qurduğu təqdirdə vəhyin “tamamlama” funksiyasını daşıya biləcəyini bildirmişdir. Lakin Farabidən fərqli olaraq o, peyğəmbəri fi losofdan üstün hesab etmiş, onu “vəhy verilmiş şəxs” adlandırmışdır (190, 74-79). Qeyd edilənlərdən bu nəticəyə gəlirik ki, Bətəlyövsi dinlə fəlsəfənin bir-birinə zidd olmadığını isbatlamaq üçün onları bir-biri ilə uyğunlaşdırmağa cəhd göstərməmişdir; əksinə, belə bir mövqedən çıxış etmişdir ki, fəlsəfə peyğəmbərlərin deyimlərindən ibarətdir, deməli, həqiqəti ifadədə dinə oxşardır. Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslığ institutu. Bakı: İdrak, 2019, s. 136-138. Libro de los Cercos (Kitāb al-hadā'iq) Libro de las cuestiones (Kitāb al-masā'il) Libro de la improvisación (Kitāb al-iqtidāb fi sarh adad al-kuttāb) Aviso acerca de las causas de las discrepancias de opinión en el Islam (Al-insāf fi al-tanbīb 'alā' al-asbāb al-mūyiba liijtilāf al-umma) Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=630778
Əbu Məhəmməd əl-Həmdani
Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani(ərəb. أبو محمد الحسن بن أحمد بن يعقوب الهمداني ) (akademik İ.Y. Kraçkovski görə — əl-Həsən ibn Əhməd əl-Həmdani, İbn əl-Haiq, İbn əbu əd-Dumayn) (893, Səna — 945, Səna) —Ərəb tarixçisi, filoloqu. Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani 893-cü ildə Yəmənin Səna şəhərində anadan olmuşdu.Yaşamının çoxunu Sənada keçirdi. Mükəmməl bir təhsil gördü və çox yer gəzdi; ölkəsini çox yaxşı tanıdı. Bir çox siyasi çəkişmənin içində yer aldı. Bu səbəblə bir dəfə həbsə də atıldı. Amma həbsdən çıxarılması üçün bəzi qəbilələrin üsyanını başladacaq qədər nüfuzluydu. On cildlik ensiklopedik əsəri əl-İklil'in günümüzə yalnızca VIII və X cildləri çatmıdır. Əl-İklil və başqa əsəriSifa Cəzirətü'l-Ərəb (1884-91; Ərəb yarımadası coğrafiyası), Ərəbistan'la ilgili başlıca qaynaqlardandır. Bunlarda Cənubi Ərəbistan şeirinin dəyərli örnəkləri ilə yanaşı qəbilələrin soy-kötüyü, Ərəbistanın topografiyası və tarixi mövzusunda da bir çox bilgi vardır. Bunların xaricində günümüzə qədər çatmamış, yalnızca adları bilinən Sirr ül-hikmə, Kitab ül-hayavan il-müfteris, Kitab ül-qüvvə adlı əsərlər də onundur. Əbu Məhəmməd əl-Həmdani 945-ci ildə vəfat edib. Hemdânî, Kitûbü’l-Cevhereteyni’l-atîķateyni’l-mâǿiǾateyni mine’ś-śafrâǿ ve’l-beyđâǿ (nşr. ve trc. Ch. Toll), Uppsala 1968;
https://az.wikipedia.org/w/index.php?curid=749137
Əbu Mənsur ibn Yezid
Əbu Mənsur Əli ibn Yezid – Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yezid ibn Əhmədin oğlu. Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi.Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər. Əbd ül-Məlik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. Əmir Əbd ül-Məlik doqquzillik hakimiyyətdən sonra h.434-cü il rəcəb ayının 25-də, cümə axşamı (10 mart 1034-cü il) öldü. Əbu Mənsur Şirvanda on il – h.435 (1043)-ci ildə ölənə qədər hakimiyyət sürdü. Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021). Həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən, Əbu Mənsur Əli ibn Yəziddən əvvəl onun qardaşı Mənuçöhr ibn Yezidin həyat yoldaşı. Qardaşı Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü. Qardaşı Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034) Qardaşı oğlu Hörmüzd. Tabasaran əmiri (?-1065). Əgər anası Sitt bint Fəzldirsə, Əbu Mənsur Əli ibn Yəzidin ögey oğludur. Qardaşı Qubad ibn Yəzid Qardaşı qızı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı. Qardaşı Əhməd ibn Yəzid Qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd Qardaşı Salar ibn Yəzid Qardaşı Məmlan ibn Yəzid Bacısı Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı. Şirvanşah Əbu Mənsur ibn Yeziddən Şamaxı rayonunun Çuxuryurd həndəvərində tapılmış alçaq əyarlı gümüş sikkə qalmışdır. Sikkənin üzərində aşağıdakılar təsvir olunmuşdur: 1 – səthində bir neçə kiçicik dairələr, sağ tərəfdən oxunmayan söz var, sol tərəfi budanmışdır. Çevrə boyu budanmiş yazı nəzərə çarpır II (Məhəm)məd rəsulullah, (əl)-Məlik əl-adil..əd-dövlə Əbu (Mənsur Əli ibn Yəzid) (Şir)vanşah, müvali əmir (əl Möminin); çevrə boyu hər şey budanmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=200026
Əbu Mənsur Əli ibn Yezid
Əbu Mənsur Əli ibn Yezid – Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yezid ibn Əhmədin oğlu. Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi.Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər. Əbd ül-Məlik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. Əmir Əbd ül-Məlik doqquzillik hakimiyyətdən sonra h.434-cü il rəcəb ayının 25-də, cümə axşamı (10 mart 1034-cü il) öldü. Əbu Mənsur Şirvanda on il – h.435 (1043)-ci ildə ölənə qədər hakimiyyət sürdü. Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021). Həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən, Əbu Mənsur Əli ibn Yəziddən əvvəl onun qardaşı Mənuçöhr ibn Yezidin həyat yoldaşı. Qardaşı Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü. Qardaşı Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034) Qardaşı oğlu Hörmüzd. Tabasaran əmiri (?-1065). Əgər anası Sitt bint Fəzldirsə, Əbu Mənsur Əli ibn Yəzidin ögey oğludur. Qardaşı Qubad ibn Yəzid Qardaşı qızı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı. Qardaşı Əhməd ibn Yəzid Qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd Qardaşı Salar ibn Yəzid Qardaşı Məmlan ibn Yəzid Bacısı Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı. Şirvanşah Əbu Mənsur ibn Yeziddən Şamaxı rayonunun Çuxuryurd həndəvərində tapılmış alçaq əyarlı gümüş sikkə qalmışdır. Sikkənin üzərində aşağıdakılar təsvir olunmuşdur: 1 – səthində bir neçə kiçicik dairələr, sağ tərəfdən oxunmayan söz var, sol tərəfi budanmışdır. Çevrə boyu budanmiş yazı nəzərə çarpır II (Məhəm)məd rəsulullah, (əl)-Məlik əl-adil..əd-dövlə Əbu (Mənsur Əli ibn Yəzid) (Şir)vanşah, müvali əmir (əl Möminin); çevrə boyu hər şey budanmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=478726
Əbu Mənsur Əli ibn Yəzid
Əbu Mənsur Əli ibn Yezid – Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yezid ibn Əhmədin oğlu. Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi.Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər. Əbd ül-Məlik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. Əmir Əbd ül-Məlik doqquzillik hakimiyyətdən sonra h.434-cü il rəcəb ayının 25-də, cümə axşamı (10 mart 1034-cü il) öldü. Əbu Mənsur Şirvanda on il – h.435 (1043)-ci ildə ölənə qədər hakimiyyət sürdü. Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021). Həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən, Əbu Mənsur Əli ibn Yəziddən əvvəl onun qardaşı Mənuçöhr ibn Yezidin həyat yoldaşı. Qardaşı Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü. Qardaşı Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034) Qardaşı oğlu Hörmüzd. Tabasaran əmiri (?-1065). Əgər anası Sitt bint Fəzldirsə, Əbu Mənsur Əli ibn Yəzidin ögey oğludur. Qardaşı Qubad ibn Yəzid Qardaşı qızı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı. Qardaşı Əhməd ibn Yəzid Qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd Qardaşı Salar ibn Yəzid Qardaşı Məmlan ibn Yəzid Bacısı Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı. Şirvanşah Əbu Mənsur ibn Yeziddən Şamaxı rayonunun Çuxuryurd həndəvərində tapılmış alçaq əyarlı gümüş sikkə qalmışdır. Sikkənin üzərində aşağıdakılar təsvir olunmuşdur: 1 – səthində bir neçə kiçicik dairələr, sağ tərəfdən oxunmayan söz var, sol tərəfi budanmışdır. Çevrə boyu budanmiş yazı nəzərə çarpır II (Məhəm)məd rəsulullah, (əl)-Məlik əl-adil..əd-dövlə Əbu (Mənsur Əli ibn Yəzid) (Şir)vanşah, müvali əmir (əl Möminin); çevrə boyu hər şey budanmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=200023
Əbu Mərvan ibn Zühr
Əbu Mərvan ibn Zühr (ərəb. ابن زهر; d. 1091 – ö. 1161) — İslam dünyasında İbn Zühr, Qərbdə isə Avenzoar adıyla tanınan Əbdülməlik ibn Əbil-Ala Zühr (ləqəbi "Əbu Mərvan") Əndəlüsdə yetişən məşhur tibb alimi. O, İslamın qızıl dövrünün ən böyük həkimlərindən olmuşdur. Qərbdə "father of the experimental medicine" (azərb. təcrübi tibbin atası, qurucusu) kimi tanınmışdır. İbn Zühr dövrünün digər müsəlman alimlərindən fərqli olaraq, yalnız tibb sahəsində əsər yazmışdır. Həmin kitablar latın və ibrani dillərinə tərcümə edilərək XVIII əsrədək istər Şərqdə, istərsə də Qərbdə önəmli yerə sahib olmuşdur. İbn Zühr kiçik yaşlarında elm öyrənməyə başlamış, fiqh, ədəbiyyat və dini elmləri mənimsəmişdir. Tibb elmini atasından öyrənmiş, İbn Rüşdlə görüşmüşdür. Tibb, cərrahiyyə və əczaçılığı birlikdə tədqiq edən İbn Zühr müalicə metodlarının təyin olunmasında insan təbiətinə böyük əhəmiyyət vermiş, təcrübə və müşahidəni peşəsinin təməli saymışdır. Müxtəlif dərman və tətbiqlərini insanlardan əvvəl heyvanların üzərində sınaqdan keçirmişdir. Özündən əvvəl mübahisə mövzusu olan yuxarı tənəffüs yolunun tıxanması zamanı hava yolu açma əməliyyatını (traxeostomiya) keçilər üzərində apardığı təcrübələr sayəsində etibarlı cərrahiyyə standartı halına gətirmişdir. Dr. Neuberger "Tibb tarixi" əsərində İbn Zühr haqqında yazır: "İnsan anatomiyası və meyitin yarılması mövzusunda ən incə detalları bilirdi. Cərrahiyyə texnikası mükəmməl idi". İbn Zühr İslam dünyasında ər-Razidən sonra ən yaxşı həkimlərdən biri qəbul edilir. Peritonit (qarın boşluğu iltihabı) və perikardit (ürəyin seroz qişasının və ya ürək kisəsinin iltihabı) xəstəliklərini ağciyər xəstəliklərindən ayıran İbn Zühr olmuşdur. Qotur xəstəliyini və qotur böcəyini doğru şəkildə təsvir etmişdir. Buna görə də ilk parazitoloq sayılır. Normal qidalanmanın mümkün olmadığı hallarda udlaqdan və yemək borusundan qida qəbulunu tətbiq etmişdir. Bununla yanaşı, divararası (orta boşluqla əlaqədar) şişlərin, bağırsaq vərəmi və orta qulaq iltihabının tərifini vermişdir. İbn Zührün əsərlərindən yalnız üçü dövrümüzədək gəlib çatmışdır. İbn Rüşdün arzusu ilə yazdığı "Kitabul-Təysir Fil-Mudavat vət-Tədbir" (azərb. Müalicə və profilaktikanı asanlaşdırma kitabı) ən əhəmiyyətli əsəridir. Bu kitabda o, baş, boyun, sinə və qarın bölgəsi, sümüklərə aid kliniki vəziyyətlər və qızdırmalı iltihab xəstəlikləri haqqında məlumatlar verilmişdir. "Əl-İqtisad fi İslahil-Ənfusi vəl-Əcsad" (azərb. Nəfslər və bədənlərin islah edilməsinə dair orta yol kitabı) adlı əsəri isə bədən, sinir və əqli xəstəliklərin diaqnoz və müalicəsiylə əlaqədardır. Sinə, kürək, qarın bölgəsi, ayaq, dil, ağız, səs, göz və qulaq-burun-boğaz xəstəlikləri ilə müalicə üsullarının izah edildiyi bu kitabda insan üzünün aldığı rənglərə görə səhhət və ya xəstəliklərin diaqnozunun qoyula biləcəyi də ifadə edilmişdir. İbn Zührün digər əsərləri isə bunlardır: "Kitabul-Ağziyyə"; "Taiyyə Qəsidəsi"; "Kitabuz-Zinət"; "Məqalətün fi İləlil-Külliyyə"; "Risalətün fi İllətil Baras vəl-Bəhək". Güney Namazova. Orta əsr cərrahiyyəsinin inkişafında müsəlmanların yeri. "Cəmiyyət və Din" qəzeti. 4-10 dekabr 2014, № 45. (az.)
https://az.wikipedia.org/w/index.php?curid=392998
Əbu Nurədin Rüstəmov
Əbu Nurədin Rüstəmov (1999, Gürcüstan – 2016) — terrorçu. "İraq Şam İslam Dövləti" terror təşkilatının əsas liderlərindən biridir. Tanınmış terrorçu Əhməd Çataev İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ilə yaxından əlaqəlidir. 2018-ci ilin yayında o, saxta pasportdan istifadə edərək Türkiyəyə qanunsuz daxil olub. O, saxta sənədlərlə İstanbulda məskunlaşıb və İŞİD hücrələrinin fəaliyyətini koordinasiya etməyə davam edib. 2018-ci ilin noyabrında Əbu Nurədin Rüstəmov MKİ və Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti dəstəyi ilə həbs edilib. Xarici keçidlər "Gürcüstanda İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib" (aziri). 2018. "60 nəfərdən sonra İraq məhkəməsi tərəfindən axtarışa verilib... Əl-Bağdadi də daxil olmaqla 14 nəfərin olduğu yeni siyahı" (ərəb). 2018.
https://az.wikipedia.org/w/index.php?curid=827834
Əbu Nuvas
Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi və ya Əbu Nüvas (ərəb. أبو نواس الحسن بن هانئ الحكم, fars. ابو نواس; təq. 756 və ya 762, Əhvaz – 814, 813, təq. 810 və ya 815, Bağdad) — Abbasilər dövründə yaşamış ərəb şairi. Əbu Nuvas çox yoxsul bir ailədə, Xuzistan ərazisində Əhvaz şəhərində dünyaya göz açmışdı. Doğum tarixi müxtəlif mənbələrdə fərqli (747-62) qeyd edilmişdir. Atası Hani ərəb, anası Gülüban fars əsilli idi. 7-8 yaşlarındaykən ailəsi ilə birlikdə Bəsrəyə köçmüşdülər. Əbu Nuvasın uşaqlıq illəri Bəsrədə ehtiyac içində, sıxıntılı keçmişdir. Kiçik yaşlarından büxur satanın dükanı üçün ətirli otlar toplayaraq çörək pulu qazanırdı. 8-9-cu əsrlərdə Bəsrəni ərəb filalogiyasının mərkəzi hesab etmək olardı. Elə burada Əbu Nuvas görkəmli alim, filologlarla tanış olmağa başlayır. Bunlardan biri də Valibə ibn əl-Hubab idi. O zaman Valibə ibn əl-Hubabın şerləri doğma şehəri Kufənin hüdudlarından kənarda da məşhur idi. Çox keçmədən o Valibə ibn əl-Hubabın tələbəsi olur. Bu onun gələcəkdə bir şair kimi yetişməsində böyük rol oynayır. Əbu Nuvas bir çox şer janrlarında yazmasına baxmayaraq ərəb ədəbiyyatına "xəmriyyat"(şəraba dair şeirlər) müəllifi kimi daxil olmuşdur. Onun yaradıcılığı ilə ərəb poeziyası köhnə ənənələrdən uzaqlaşmış yeni məzmun kəsb etmişdir. Ərəb poeziyasında dünyəvi şeirin ilk nümunələri Əbu Nuvasın adı ilə bağlıdır.Əbu Nuvas ərəb poeziyasını forma cəhətdən də yeniləmiş və təmtəraqlı üslubu real bədii təsvir vasitələri ilə əvəz etmiş, şeir dilini sadələşdirmişdir. Şeirləri dini ehkamlara qarşı çevrildiyindən Əbu Nuvas xəlifə əl-Əminin əmri ilə həbs olunmuşdur. Əsərləri onun şüubiyyə (başqa xalqların Xilafət hakimiyyətindən azad olmaq uğrunda mübarizə hərəkatı) ilə bağlılığını ehtimal etməyə əsas verir. Əbu Nuvasın bəzi mənbələrdə həbsxanada vəfat etdiyi, başqa məlumatlara əsasən isə İsmail ibn Əbu Saleh tərəfindən zəhərləndirildiyi ehtimal edilir. Həmçinin bax Esat Ayyıldız. "Ebû Nuvâs’ın Şarap (Hamriyyât) Şiirleri". Bozok Üniversitesi İlahiyat Fakültesi Dergisi 18 / 18 (Aralık 2020): 147-173 . Xarici keçidlər Əbu Nuvas haqqında
https://az.wikipedia.org/w/index.php?curid=182003
Əbu Nəcib Urməvi
Əbu Nəcib əl-Urməvi (?-1042)—Azərbaycan alimi. Qaynaqlar Əbu Nəcib əl-Urməvi ilahiyyatçi alim olduğu bildirilir. Mənbələrdə filosofun qardaşı Reyhan əl-Urməvi dövrünün tanınmış hədis alimi kimi şöhrət qazanmışdır. O, həmçinin vaiz olmuşdur. Reyhan Urməvi 430 (1039) ildə Urmiyada vəfat etmişdir. Əbu Nəcib Urməvi 1042-ci ildə vəfat edib. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=257465
Əbu Nəsr Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir. M. Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Farabi İslam dünyasını Yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdən olmuşdur. Farabi məntiqi "təxəyyül" və "sübut" olmaqla iki kateqoriyaya ayırmışdır. Yazdığı "Kitabi əl-Musiqə əl-kəbr" (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqişünaslığın inkişafına təkan vermişdir. Bir neçə musiqi alətində ifa etmiş və bir neçəsini də özü ixtira etmişdir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz Farabi işləyib hazırlamışdır (Touma 1996, p. 170). AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Əbunəsr Farabinin yaradıcılığını iki istiqamətdə apardığını bildirmişdir: 1) öz sələflərinin kitablarına şərh yazmış; 2) yeni əsərlər qələmə almışdır.Alimin məşhur əsərlərindən biri "Fəzilətli şəhər əhlinin baxışları" adlı kitabıdır. Bu əsərində "İdeal dövlət" konsepsiyasını irəli sürmüşdür. Farabi həmçinin fizikada boşluqların varlığı və onlarin təbiəti haqqında fikir söyləmiş ilk tədqiqatçılardan biri hesab olunur. Farabinin əsərləri bir neçə əsr müddətində dünya elm və fəlsəfəsinin inkişaf istiqamətini müəyyənləşdirmiş, Şərqdə, sonralar isə Qərbdə bir neçə yüz illiklər ərzində masaüstü dərslik kitabları olmuşdur (Füsus əl-Hikam). Dövrümüzə qədər 117 kitabı gəlib çıxmışdır ki, bunalardan 43-ü məntiq, 11-i metafizika, 7-si əxlaq, 7-si siyasi elmlər, 17-si musiqi, tibb və sosiologiya aiddir. 11 əsərə isə şərh yazmışdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, üç mühüm elmi-fəlsəfi təlimdən birini – Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi, digər ikisini – panteizmi və işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci (1099–1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154–1191) yaratmışlar. Aristoteldən sonra bütün dövrlərin və xalqların ən böyük filosofu sayılır. Farabi Şərqin İbn Sina və İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa təsir göstərmişdir. Dinlə fəlsəfənin münasibətləri Dinlə fəlsəfəni uyğunlaşdırmaq məsələsi Orta əsr şərq peripatetizminin görkəmli nümayəndəsi, "ikinci müəllim" (əl-müəllim əs-sani) ləqəbli Əbu Nəsr ibn Məhəmməd ibn Turxan ibn Uzluq əl-Farabinin (870–950) fəlsəfi təlimində əsas yer tutur. İrrasional vəhyi iyerarxiyada ən üst pilləyə çıxaran, rasional fəlsəfəni ona təhkim edən, din-fəlsəfə problemini bu əsasda həll etməyə cəhd göstərən Kindidən fərqli olaraq, Farabi ağılın rolunu vəhyin deyil, fəlsəfənin əsasında şərh etmişdir. Odur ki o, dinlə fəlsəfəni uyğunlaşdırarkən fəlsəfənin daxilindəki ziddiyyətlərə münasibət bildirməli olmuşdu. Çünki Platon və Aristotelin bir-birinə zidd fəlsəfi ideyaları Farabinin fəlsəfəyə verdiyi "Fəlsəfə mahiyyət etibarilə həqiqəti və ona dair bilikləri öyrənən elmdir" tərifi ilə üst-üstə düşmürdü. Farabini belə bir sual düşündürürdü: Madam ki fəlsəfə həqiqət haqqında elmdir, onda filosofların, xüsusən Platon və Aristotelin fəlsəfi təlimləri arasındakı ziddiyyətləri necə izah etmək olar? Elə buna görə də Farabi islamla yunan fəlsəfəsi arasında uyğunluq yaratmazdan əvvəl fəlsəfənin özünün daxili "problemlər"ini həll etməli idi. Bu məqsədlə "Əl-cəm beynə rəyey əl-həkimeyn Əfl atun əl-ilahi və Əristutalis" (Filosoflar: ilahiyyatçı Platon və Aristotelin ideyalarının uyğunlaşdırılması) adlanan traktat yazan filosof həmin əsərdə göstərmişdi ki, Platon və Aristotel fəlsəfənin özündə deyil, ona baxışda, müraciət olunan üsul və metodlarda, izahlarda bir-birindən fərqlənmişlər. Farabiyə görə, fəlsəfə həqiqəti və ona dair bilikləri öyrənmənin adıdır; bu səbəbdən böyük filosof və mütəfəkkirlər əsasda, mahiyyətdə zəruri olaraq eyni düşünürlər. Bütün filosoflar bir məktəbin – həqiqət axtarışına çıxmış fəlsəfənin şagirdləridirlər. İlk baxışdan təzadlı görünən fikirlər, əslində, eyni məsələlərin müxtəlif izahlarıdır. Təlimləri birləşdirmə cəhdləri Farabi müxtəlif fəlsəfi təlimləri ona görə "birləşdirmək" istəyirdi ki, dinlə fəlsəfə arasında uyğunluq yaradarkən fəlsəfə islam qarşısında vahid "blok"da təmsil olunsun. Lakin bu istək bir çox problemləri həll etmək üçün dinə alternativ tapmaq düşüncəsindən doğmamışdı. Həmçinin Farabi bu istəyi reallaşdırmaqla Aristotel fəlsəfəsinə ediləcək kəskin tənqidləri Platonun idealist ideyaları ilə yumşaltmaq məqsədi güdürdü. Əvvəlcə ziddiyyətli fəlsəfi təlimləri bir-birinə uyğunlaşdırmağa cəhd göstərmiş Farabi daha sonra islamla yunan fəlsəfəsini "barışdırmaq" üçün addımlar atmışdı. Farabinin nəzərində dinlə fəlsəfəni üç məsələdə uyğunlaşdırmaq mümkün idi: a) yaradılma probleminin qeyri-ənənəvi izahı (bu problemi həll etmək Farabi üçün çətin olmuşdu); b) peyğəmbərlik konsepsiyası; v) "seçilmişlər" (xəvas) və "kütlələr" təsnifi. Südur təlimi Farabi dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün yaradılma məsələsinə yeni üslubda toxunmuş, "südur" (çıxma, axma, emanasiya) təlimindən çıxış etmişdir. Məlumdur ki, yunan fəlsəfəsi kosmoqoniya problemlərinin həllində determinizmi əsas götürür. Yunan filosofları hesab edirdilər ki: "…materiya (varlıq) əzəli olub əbədidir. Kainat (kosmos) ilahi yaratmanın məhsulu deyildir". Məsələn, Platonun fəlsəfi təliminə görə, kainatda xaos hökm sürdüyü bir vaxtda "usta" tanrı Demiurq (Demiourgos) ideyalara əsaslanaraq mövcud olan və heç bir şey və adla təsvir edilməsi mümkün olmayan ilk maddəyə təsir etməklə şeylər dünyasını yaratmışdı. Yəni, Platonun tanrısı dünyanı yoxdan deyil, materiyadan xəlq etmişdi. Belə tanrı təsəvvürü müsəlmanların hər şeyə qadir, varlıq aləmini, o cümlədən materiyanı yoxdan yaratmış mütləq Allah ideyasından fərqlənirdi ki, bu da fəlsəfə ilə din arasında ziddiyyət yaratmışdı. Farabinin "südur" təlimi yaradılma məsələsində islam və yunan fəlsəfəsi arasındakı ziddiyyəti aradan qaldırmağa xidmət etməli idi. Bu təlimə görə, "varlıq aləmi …hər bir şeydə tək olan Allahdan "axma" yolu ilə iyerarxik (bil-məratib) şəkildə meydana çıxır". Varlıq iyerarxiyasının ən üst mərtəbəsində İlk Səbəb (əs-səbəb əl-əvvəl) və ya Zəruri Varlıq (vacib əl-vücud) – Allah dayanır. Farabiyə görə, bu varlıq heç nəyə oxşamır, cisim deyildir, forması və yaratma məqsədi yoxdur, ondan törəyən digər varlıqlar – mümkün varlıqlar onun substansiyasını əks etdirmir; onun əksi və ziddi yoxdur, o təkdir. Farabinin "tək tanrı"sı zatı etibarilə gözəllikdir, ağıldır, dərk edəndir (aqildir), dərk ediləndir (mə`quldur). "Deməli, Farabi təlimində Allah dedikdə yunan filosoflarının tanrılarından fərqli olaraq, mütləq və ali …varlıq nəzərdə tutulur". Varlıq iyerarxiyasının ikinci pilləsində Farabinin "ağıllar" adlandırdığı mücərrəd varlıqlar qərar tapmışdır. Bu varlıqlar İlk Səbəbdən "çıxsa" da, onun özü deyildir. Sonrakı pillədə "fəal ağıl" yerləşmişdir. İyerarxiyanın sonrakı pillələrində "nəfs" və "materiya" (həyula) vardır. Südur təliminə görə, mümkün varlıqlar Zəruri Varlıqdan törəmişdir. İlk və Zəruri Varlıq əbədidir, odur ki digər varlıqlar da ondan törədiyi üçün daimidir. Bu varlıqlar dağılıb parçalansa da, yox olmur, başlanğıca – Zəruri Varlığa qayıdır. Aristotel kimi Farabi də materiyanın əzəli olduğunu bildirmiş, bunu Allahın əzəli substansiyası ilə əlaqələndirmişdi. Südur təliminə görə, mümkün varlıqlar, o cümlədən materiya əzəli olan Zəruri Varlıqdan "çıxmışdır", deməli, bir substansiyadan emanasiya baş vermişdir. Farabi iddia edirdi ki, mümkün varlıqlar (o bunları "ikincilər" (səvani) adlandırırdı) zat etibarilə Zəruri Varlıq kimidir. "Birincidən (əl-əvvəl) ikincilərin (səvani) varlığı meydana çıxır. Yəni, ikincilər təkrarən meydana çıxır. (Onlar) nə 107 bütövlükdə mücərrəd cövhər, nə də maddədirlər". Düzdür, Farabi tövhid – Allahın vəhdaniyyəti təliminə zidd düşməsin deyə emanasiya prosesini təsvir edərkən Zəruri Varlıqla kainat (varlıq aləmi) arasında "ağılları" yerləşdirir, mümkün varlıqların Zəruri Varlıqla eyni olmadığını izah etməyə çalışır. O bunu edərkən səbəbiyyət anlayışına toxunur. Səbəbiyyət haqqında danışarkən Farabi Zəruri Varlığı "mütləq kamil" olaraq səciyyələndirir, varlıqları üç: əvvəl, orta və axır kateqoriyalarda təsnif edir. "Əvvəl, orta və axırda təzahür edən varlıqlar məlumdur. Axırda gələnin əvvəlində səbəb olsa da, axırında səbəb yoxdur. Ortada gələnin əvvəli və axırında səbəblər vardır. Əvvəl sonrakıların səbəbi olsa da, əvvəlində səbəb yoxdur". Farabi bildirirdi ki, sonrakılara səbəb olduğundan birinci (əl-əvvəl) nöqsanlardan uzaqdır: "Hər şeydə çatışmazlıq olduğu halda O bütün nöqsanlardan xalidir. Birinci nöqsansızdır. Deməli, mükəmməldir, bütün varlıqların fövqündədir. Onun varlığından daha kamil varlıq yoxdur. Heç bir varlıq Onun varlığının fövqündə dayanmır. Kamil varlıq varlıqlar silsiləsinin ən ali, nöqsandan uzaq varlığıdır". Məlum olur ki, Farabiyə görə, ikincilərin varlığı birincinin varlığından asılıdır, onun qədər mükəmməl deyildir. Deməli, birinci və ikincilərin qeyri-cismani – mücərrəd olmağı onların eyniyyətindən xəbər vermir. Bundan əlavə, Farabi birinci varlığı ikinci varlıqlardan fərqləndirmək üçün onları zəruri və mümkün növlərə ayırır. Əgər birinci varlığın mövcud olmağı zəruridirsə, ikincilərinki mümkündür. Südur təliminin konseptual əsaslarını işləyib hazırlayan Farabi yunan filosoflarının, xüsusən yeniplatonçuluq məktəbinin banisi Plotindən (205–270) təsirlənmişdi. Amma Plotinin təlimindəki başlanğıc "Bir" Farabinin "əl-Əvvəl"indən fərqlənir. Yuxarıda göstərmişdik ki, Farabi təlimində "əl-Əvvəl" müxtəlif substantiv keyfiyyətləri olan anlayışdır. Plotinin "Bir" məfhumu isə "yaxşılıq" keyfiyyətindən başqa digər substantiv xüsusiyyətlərə malik deyildir. Südurun İslam təlimi ilə uyğunlaşdırılması "Südur" təlimi bəzi cəhətləri ilə islam dininin qüdrətli Allah təsəvvürü ilə ziddiyyət əmələ gətirirdi. Əvvəla, "südur" islamın yoxdan yaradılma (ilahi kreasionizm) anlayışı ilə üst-üstə düşmürdü. Çünki "südur" yaradılma deyil, "əl-Əvvəl"ə aid substansiyanın "yayılması"dır və ya Tək Olandan yeni varlıqların emanasiya yolu ilə "çıxması"dır. Həmçinin islam nöqteyi-nəzərinə görə, yaradılmanın necəliyini ağıl izah edə bilməz; irrasional (qeybi) etiqad məsələlərinin rasional şərhinə cəhd göstərənlər Quranda tənbeh olunmuşdur (Bax: Quran, III, 7). Südur təliminin "Birdən bir çıxır" müddəası "qüdrətli və hər şeyə qadir Allah" təsəvvürünə meydan oxuyurdu. Türkiyəli tədqiqatçı Mustafa İldırım yazır: "Gəldiyimiz qənaət budur ki, bu müddəa bəzi suallar doğurur. Çünki Allaha və ya "Bir"ə çoxluq aid etməkdən yayınmaq üçün bu üsula əl atmaq Allahın qüdrəti, elmi və iradəsini məhdudlaşdırmaqdan başqa bir şey deyildir. Bu da öz növbəsində Allahın ənənəvi təsvirinə ziddir. …Əgər Allah və ya "Bir" təkcə "ilk ağlı" zühur etdirirsə və digər varlıqların meydana gəlməsində rol oynamırsa, onda hər bir varlıq özlüyündə "allah" sayılır. Yox, əgər Allah həmişə hər şeyə müdaxilə edirsə, onda "Birdən bir çıxır" ideyası puç olur". Ənənəvi islam nöqteyi-nəzəri ilə əkslik təşkil edən məsələlərdən biri də "südur" təliminə görə kainatın Allahdan Onun iradəsi olmadan "çıxması"dır. Bu təlimdə deyilir ki, kainat "əl-Əvvəl"dən (İlkdən – Allahdan) təbii şəkildə "çıxıb". Yəni, burada Allahın iradəsi nəzərə alınmayıb. Aşkar olan budur ki, "südur" təlimində yaradılmanın necə baş verdiyi öz izahını tapmayıb. "Farabi "südur" təlimini bütün imkanları ilə isbatlamağa cəhd göstərsə də, Aristotel fəlsəfəsinin "tanrı" təsəvvürü Müsəlman dünyasında etiraz doğurmuşdu". Bu etiraz göstərir ki, Farabinin dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün yaratdığı "südur" təlimi müvəffəqiyyət qazanmamışdı. Peyğəmbərlik haqqında Farabinin islamla yunan fəlsəfəsini "barışdırmaq" üçün istinad etdiyi əsaslardan biri də peyğəmbərlik konsepsiyası idi. Bu konsepsiyaya görə, peyğəmbərlik fövqəltəbii hadisə deyildir. Peyğəmbərliyi rasional şəkildə izah etmək üçün Farabi "ağıllar" nəzəriyyəsini işləyib hazırlamışdı. O iddia edirdi ki, varlıq iyerarxiyasında "əl-Əvvəl"dən sonra "ağıllar aləmi" dayanmışdır. Bu ağılların sayı ondur. İyerarxik olaraq on ağıldan sonra "fəal ağıl" gəlir. Sonrakı üç pillədə isə "nəfs", "forma" və "materiya" vardır. Filosofun iyerarxiya cədvəlində bizi maraqlandıran şey – "fəal ağıl"dır. "Ağıllar" nəzəriyyəsində bir müddəa olaraq nəzərdən keçirilən "fəal ağıl" Farabinin kosmoqoniya təlimində mühüm rol oynamaqla yanaşı, həm də fəlsəfi bilik və vəhyin mənbəyi hesab olunur. "Fəal ağıl"ı fəlsəfi bilik və vəhyin mənbəyi hesab edən filosof peyğəmbərlik fenomenini rasional şəkildə izah edərkən "düşünmə", "bilikləri kəsb" və "xoşbəxtlik" anlayışlarını "fəal ağıl"la əlaqələndirir. Bu o deməkdir ki, sadə biliklər meydana çıxaran ibtidai əşya və hadisələri (mə`qulat) dərk etmək "fəal ağıl" vasitəsilə xoşbəxtliyi təmin edirsə, onda "fəal ağıl" həm də Allahla insan arasında "vasitəçi" rolunu oynaya bilər. Allah məhz "fəal ağıl" vasitəsilə insana həqiqət haqqında bilikləri – vəhyi endirir. Farabinin "südur" təliminə görə, "əl-Əvvəl"dən "fəal ağıl"a intiqal edən şey "fəal ağıl"dan insana "axan" şeyin özüdür. Filosof iddia edirdi ki, insanla "fəal ağıl" arasında rabitə iki pillədə baş verir: "passiv ağıl" (əl-əql əl-münfəil) və "qazanılan ağıl" (əl-əql əl-müstəfad). Bu "pillələr" keçildikdən sonra insanla "fəal ağıl" arasında birbaşa əlaqə yaranır və o, "vəhy" alır. Farabi "fəal ağıl"a necə yetişmək haqqında danışdıqdan sonra bildirir ki, insan bu mərhələləri aşdıqdan sonra "fəal ağıl"a yetişdikdə ya filosof, ya da peyğəmbər olur: "İnsanın nitq qabiliyyətinin nəzəri və əməli tərəflərində, təxəyyülündə "fəal ağıl" meydana çıxdıqda ona vəhy gəlməyə başlayır. …Beləliklə, Allahdan "daşıb axan" vəhy "fəal ağıl"a, oradan da "passiv ağıl" (ələql əl-münfəil) və "qazanılan ağıl" (əl-əql əl-müstəfad) vasitəsilə təxəyyül prosesinə qarışır. Bu da öz növbəsində insanı ya filosofa, ya da mütəfəkkirə çevirir". Deməli, peyğəmbər – təxəyyüllə "fəal ağla" yetişmiş insandır. Peyğəmbərlərdən fərqli olaraq, filosoflar təxəyyüllə deyil, düşünməklə "fəal ağıl"a yetişirlər: "…peyğəmbərlər və filosoflar "fəal ağıl"la əlaqə yaratmış üstün insanlardır. Aralarındakı fərq birincilərin buna təxəyyüllə, ikincilərin düşünməklə yetişmələrindədir. Deməli, aralarında kəskin fərq yoxdur". Farabi deyirdi ki, filosofların "fəal ağıl"la əlaqə qurması hərtərəfli araşdırma və dərindən düşünmənin nəticəsində mümkündür. Bu vaxt ruh ilahi nur alır. Peyğəmbərlər isə həm röyada, həm də ayıq ikən "dərin intuisiya və ilhama əsaslanan təxəyyül bacarığına sahibdirlər". Həqiqət haqqında Tək həqiqətə müxtəlif yollarla çatan filosof və peyğəmbərlərin əqli və vəhyi bilikləri eyni mənbədən öyrəndiklərini iddia edən Farabi həqiqəti dini və fəlsəfi deyə iki yerə ayırmamış, bunu islamla yunan fəlsəfəsinin ortaq xüsusiyyəti olaraq təqdim etmişdi. Buna baxmayaraq, Farabinin fəlsəfi təlimində peyğəmbər filosofdan üstün hesab edilmir. Bu iddia Farabinin peyğəmbərliklə əlaqəli müzakirəyə açıq fikirlərinə əsasən irəli sürülür. Farabinin "Peyğəmbərlər təxəyyüllə, filosoflar düşünməklə "fəal ağıl"a yetişirlər" ideyasını misal gətirən tənqidçilər "Təfəkkür təxəyyüldən ali idrak formasıdır" qaydasından çıxış etməklə bu iddianı isbatlamağa cəhd göstərirlər. Belə ki düşünmək hər hansı əşya və hadisəni reallıqda olduğu kimi "nəfs"də canlandırmaqdırsa, təxəyyül oxşar əşya və hadisələrin (xəyalların) inikasıdır. Elə isə filosofların "düşünmə"si peyğəmbərlərin "təxəyyül"ündən, deməli, filosoflar peyğəmbərlərdən üstündürlər. Onu da qeyd edək ki, Farabi heç bir əsərində bu iddianı açıq şəkildə irəli sürməyib; əksinə, bildirib ki, peyğəmbərlər filosoflardan fərqli olaraq, iki əqli qabiliyyətə: "müstəfad" və "fəal" düşünmə bacarığına sahibdirlər. Bütün bunlar əks arqumentlər olsa da, tutarlı cavab rolunu oynaya bilmir. Farabi qətiyyətlə sübut etməyə çalışırdı ki, filosof və ya peyğəmbər olmaq xoşbəxtliyi təmin edəcəkdir. Bu iddia ehkamçılarda narazılıq doğurmuşdu. Onlar imanın əvəzedilməzliyi, vəhy mənşəli biliklərin daşıyıcısı sayılan peyğəmbərlərin məsumluğu, bu məziyyət sayəsində ilahi biliklərin olduğu kimi insanlara çatdırılması, filosofların isə bu cür imtiyazlara sahib olmamağı, insan zəkasının məhdud imkanları – bütün bu məsələləri əsas göstərməklə Farabinin peyğəmbərlik institutunu laxladacaq ideyalarını rədd etdilər. XII əsrin ilahiyyatçısı Əbu Hamid əl-Qəzali "Hər şeyi həll etmək və bütün növ bilikləri başa düşmək ağıl sayəsində mümkündür. …Ağılın dərk etmədiyi şeyləri öyrənmək peyğəmbərliyin işidir. …Ağılın vəzifəsi bizə bu barədə bilik vermək, peyğəmbərliyi isbatlamaq üçün sübutlar gətirmək, dərketmədə peyğəmbərliklə eyni olmadığını etiraf etməkdir. O, bizi əlimizdən tutaraq …peyğəmbərliyə təslim edir. Ağılın sərhədi bura qədərdir" – deməklə Farabinin ağılın avtoritetliyi ideyasını tənqid etmişdi. Bununla yanaşı, Qəzali Farabinin peyğəmbərliyə dair rasional görüşlərini rədd edərək yazırdı: "(Peyğəmbərlik) ağlın fövqündə dayanan, onun qavraya bilmədiyi şeyləri dərk edən "göz"ə oxşayır. Qulaq rəngləri, göz səsləri qavramadığı kimi, fövqəladə halları da ağıl dərk edə bilmir". İnsanların çeşidləri haqqında Dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün Farabi insanları iki qrupda təsnif etmişdi: seçilmişlər (xəvas) və kütlələr (əvam). Bu təsnif ilk baxışdan ziddiyyətli görünən məsələlərin, əslində bir-birinə əks olmadığını isbatlamaq üçün zəruri idi. Yuxarıdakı təsnifin mənası budur ki, insanların böyük hissəsinin həqiqəti dərk etməsi üçün din (iman gətirmək) kifayət edir. Seçilmişlərə isə əsaslandırılmış, mürəkkəb rasional biliklər lazımdır. Farabiyə görə, insanlar düşünmə qabiliyyətinə görə bir-birindən fərqlənir. Bu səbəbdən biliyi çatdırmaq iki yolla baş verir: ya qənaətbəxş və tutarlı dəlillərlə ya da inandırmaqla: "…əgər varlıqlara dair bilikləri cəm edib, ağılla qavrayıb, qəti dəlillərlə sübut ediriksə, bu bilikləri ehtiva edən elm fəlsəfə adlanır. Yox, əgər mahiyyətə dair biliklər mahiyyətə oxşar olanı xəyal etməklə kəsb olunub, inandırmaq yolu ilə təsdiqlənirsə, keçmişdəkilər belə bilikləri ehtiva edəni "din" adlandırmışlar". Yuxarıdakı təriflərdən göründüyü kimi, Farabi dinlə fəlsəfənin uyğunluğunun mümkünlüyü ideyasını irəli sürmüş və bildirmişdir ki, onlar mövzu və məqsəd baxımından oxşardır. Varlıqların ilk səbəbini öyrənmək din və fəlsəfənin mövzusunu əmələ gətirir. Xoşbəxtliyi tapmaq isə onların ortaq məqsədidir. Lakin fəlsəfə təfəkkür və sübuta, din isə inama əsaslanır. İndiyədək qeyd etdiklərimizin xülasəsi bundan ibarətdir ki, Farabi din-fəlsəfə problemini "südur" təlimi, "peyğəmbərlik" konsepsiyası, "seçilmişlər və kütlələr" ideyası əsasında həll etməyə cəhd göstərmişdir. İlk işi Platon idealizmi, Aristotel materializmi və yeniplatonçuluq təlimini bir-birinə uyğunlaşdırmaq olan Farabi məqsəd və məzmun baxımından fəlsəfəni dinlə "barışdırmaq" istəyirdi. O, filosofların eyni mövzular ətrafında fikir ayrılığına düşdüyünü görsə də, onların başlıca məsələlərdə bir mövqedən çıxış etdiklərini iddia etmişdi. Görünür, bununla Farabi din-fəlsəfə problemini həll etmək üçün vahid fəlsəfi təlim yaratmaq istəmişdir. Fəlsəfə və dinin oxşar mövzu və məqsədlərinin olduğunu deyən filosof göstərirdi ki, hər iki sahənin mövzusu varlıqları öyrənmək, məqsədi isə xoşbəxtliyi tapmaqdır. Kindi kimi Farabi də din və fəlsəfəni tək həqiqətin müxtəlif ifadə formaları hesab etmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Farabi dinlə fəlsəfəni islama zidd məsələlər: "südur" təlimi, Allahla insan arasında rasional varlıqların olmağı iddiası, peyğəmbərlik və vəhyin rasional təsviri, fəlsəfi biliklər əsas götürməklə vəhyi biliklərə şərh vermək, "Bir"dən birin çıxması", "Birinci" ilə ikincilərin iradə və ağıl əlaqəsi", qiyamət günü cismən deyil, ruhən dirilmə, materiyanın emanasiya səbəbi ilə əzəli olmağı, "əl-Əvvəl"in cüziləri deyil, küllü bilməyi və sair əsasında "barışdırmağ"a cəhd göstərdiyi üçün ehkamçıların sərt tənqidinə məruz qalmışdı. Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslıq institutu. Bakı: İdrak, 2019, s. 103–114. Əsas əsərləri "Ara əhl əl-Mədinət əl-fadilə" (Fəzilətli şəhər əhlinin baxışları) "Risalə fil-əql" (Zəkaya dair risalə) "Kitab əl-hüruf" (Hərflər haqqında kitab) "Kitab ihsa` əl`-ülum" (Elmlərin siyahıya alınmasına dair) "Kitab əl-musiqi əl-kəbr" "Fi ma yənbəği ən yüqəddimə qəblə təəllüm əl-fəlsəfə" (Fəlsəfəni öyrənməkdən əvvəl nəyin müqəddimə verilməsi haqqında) "Təhsil əs-səadə" (Xoşbəxtlik qazanma) Əbunəsr Farabi. Məsələlərin mahiyyəti. Ərəb dilindən tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999
https://az.wikipedia.org/w/index.php?curid=160453
Əbu Rafi
Əbu Rafi əl-Kitbi (ərəb. أبو رافع القِبطي) — Muhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Rafinin dəqiq adı məlum deyil. Çox vaxt İbrahim və ya Əsləm adları çəkilir. Digər məlumatlara görə, onun adları Salih, Abdür-Rəhman, Yezid, Sabit və s. olaraq bildirilir. O, Ryuveyfi və Bureyx ləqəbləri ilə tanınır. Əbu Rafi mənşəcə qibti idi. O, Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin qulu idi və Peyğəmbərə hədiyyə edildi. Abbas ibn Əbdülmüttəli İslamı qəbul etdikdən sonra Məhəmməd Əbu Rafini azad edir və cariyəsi Səlma ilə evləndirir. Səlmadan onun Ubeydullah adlı oğlu doğulur. Əbu Rafi Abbas ibn Əbdülmüttəlibın həyat yoldaşı Umm əl-Fədl ilə birlikdə Məkkədə İslamı qəbul edir. Müsəlman olsada qul olduğu üçün hicrət edə bilməmişdi. Əbu Süfyan məkkəlilərin Bədrdə gördükləri məğlubiyyəti təsvir edərək dedi ki, onların yerlə göy arasında dayanan ağ geyinmiş, qara atlı adamlar tərəfindən məğlub edildiklərini söyləyir. Bu əsnada Əbu Rəfi onların mələk olduqlarını iddia etdikdə Əbu Ləhəb tərəfindən döyülür. Əbu Rafi Mədinəyə Bədrdə əsir düşən Abbas ibn Əbdülmüttəlib üçün fidyə gətirilir. Bədr döyüşündən sonra Məkkəyə köçür və Məhəmməd peyğəmbərə xidmət edir. Uhud döyüşündə və ondan sonra müsəlmanların müşriklərə qarşı yürüşlərində iştirak etmişdir. Əbu Rafi zövcəsi Səlma ilə Xeybərə səfərə çıxır. Daha sonra Səlma Məhəmməd peyğəmbərin oğlu İbrahim ibn Məhəmmədin (aprel 630) doğumunda yardımçı olur. Əbu Rəfi Peyğəmbərə oğlu olduğunu dedikdə, ona bir qul hədiyyə verir. 629-cu ilin ümrəsində və Misirin fəthində (639-641) iştirak etmişdir. Hədislər nəql ertmişdir. O, ehtimala görə 655-660-cı illər arasında Kufədə vəfat etmişdir. Əl-Vaqidi Əbu Rafinin xəlifə Osman ibn Əffanın (ö. 656) öldürülməsindən əvvəl Mədinədə vəfat etdiyini bildirir. Onun altı övladı olmuşdur: Rafi, Həsən, Ubeydullah, Mütəmir (Muqirə), Əli və Səlma
https://az.wikipedia.org/w/index.php?curid=792678
Əbu Reyhan əl-Biruni
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973, Kayat[d], Xarəzm, Samanilər dövləti – 9 dekabr 1048, Qəzni) – iranlı ensiklopediyaçı alim və mütəfəkkiri. Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb. Elmi fəaliyyəti Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Bu səyahətlər zamanı Biruni türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır. "Nihâyâtü'l-Emâkin", qısa şəkildə "Hindistan" adlandırılan bu əsərdə Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl söyləmiş və məşhur hind astronomu Brahmaquptanın "Yer hərəkətdə, göylər isə sükunətdədir" fikrini əsaslandırmışdır. Beləliklə, o, Koperniklə başlayan müasir astronomiya və fizikanın ilk təməllərini yaratmışdır. Orta Asiyanın topoqrafiyasına dair əsərində Amudərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır. Biruni dünyanın bir çox ölkələrinin şəhərləri, o cümlədən Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı "Kitâbü’l-Camahir fi Marifeti'l-Cevahir" kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat vermişdi. Əl-Biruni, cisimlərin sıxlığını təyin edən cihaz düzəltmiş və "Xüsusi çəki" kitabında onu təsvir etmişdir. Bu xüsusi qab olub, içərisinə salınan cismin həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tutulmuşdur. O, cihazın dəqiq hazırlanmasına səy göstərmişdir. Əl-Biruni mayelərdə xüsusi çəkini ölçmək üçün düzəltdiyi başqa bir cihazın köməyi ilə suyun soyuq və isti hallarda, şirin və duzlu suların xüsusi cəkilərini təyin edərək göstərmişdir ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında bir asılılıq mövcuddur. Biruninin Gürgəncdə yazdığı "Müqayisəli çəki" adlı kitabında substansiyanın müqayisəli çəkisinin onun kimyəvi xassələri ilə əlaqəsinə aydınlıq gətirilmişdir. İbn Sina substansiyaların transmutasiyası üzrə də elmi tədqiqatlar aparmışdı. Bunların nəticələrini o, "İksir haqqında elmi əsər"ində ("Risolat əl-İksir") təsvir etmişdi. Məlum olduğu kimi, bu kitab 1005-ci ildə Xarəzmdə yazılmışdır. Biruni 994-cü ildə Amu-Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü dəqiq təyin etmişdir. 995-ci ildə Biruni Yer kürəsinin modelini hazırlamağa başladı. Bu, müxtəlif şəhərlərin, kəndlərin və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan ilk relyefli qlobus idi. Gürgəncdə öz elmi fəaliyyəti ilə məşğul olduğu vaxtda Biruni tərəfindən coğrafiyaya, hidrologiyaya, mineralogiyaya aid bir sıra tədqiqatlar da aparılmışdı. Məmun adına Xarəzm Akademiyası MacKenzie, D. N. CHORASMIA iii. The Chorasmian Language // Encyclopaedia Iranica (ingilis). October 18, 2011. İstifadə tarixi: 2018-07-06. Chorasmian, the original Iranian language of Chorasmia, is attested at two stages of its development. The earliest examples have been left by the great Chorasmian scholar Abū Rayḥān Bīrūnī. Strohmaier, Gotthard. Biruni // Meri, Josef W. (redaktor ). Medieval Islamic Civilization: A-K, index (ingilis). Taylor & Francis. 2006. ISBN 9780415966917.
https://az.wikipedia.org/w/index.php?curid=76046
Əbu Sac Divdad
Əbu Sac Divdad — Sacilər sülaləsinin banisi, sərkərdə. Əbu Sac Divdad Soqdiananın Usruşana vilayətində doğulmuşdu. Atasının adı Divdaştdır. Əbu Sacın adı mənbələrdə ilk dəfə Babəkin əsir alınıb Bərzəndə, Afşinin iqamətgahına gətirilməsi münasibətilə çəkilmişdir. 839-cu il də Afşin Heydər ibn Kavus xəlifə əl-Mütəsimin sərəncamı ilə Əbu Sacı Azərbaycanın Xilafətə qarşı çıxmış hakimi Minkicəvr əl-Fərqaniyə qarşı yolladı. Elə həmin il Əbu Sac Xilafətə qarşı üsyan qaldırmış başqa bir yerli hakimin, Təbəristan hakimi Məzyarın cəzalandırılması üçün də göndərilmişdi. Əsrin 50-ci illərinin sonlarında xəlifə əl-Mütəvəkkil onu Məkkə yolunun rəisi kimi yüksək vəzifəyə təyin etdi . 865-ci il ədək Əbu Sac bu vəzifədə qaldı. 865-ci il də Əbu Sac xəlifə taxt-tacına namizəd olan əl-Mütəzzə qarşı Mesopotamiyadakı əl-Mədain şəhərlərinin idarəsi tapşırılmışdı. 866-cı il də Əbu-s-Sac Kufə şəhəri və onun ətrafının canişini təyin edilir, yenidən Məkkə yolunun rəisi vəzifəsini tutur. Əbu Sac Hələb, Kinnəsrin, Diyar-Mudar və sərhədyanı vilayətlərin (əs-Suğur) valisi olmuşdu. Əbu Sac Divdad 868-870-ci illərdə Azərbaycan və ətrafına başçılıq etmişdi. 870-874-cü illərdə isə üsyan etmiş mütəğəlliblərə qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 874-cü il də Əbu Sac Əhvaz hakimi təyin olunur. Burada o, əd-Dulab adlı yerdə Əbu-s-Sac qoşunlarını darmadağın edən zincilərə qarşı mübarizə aparmalı olur. Əhvaz vilayəti zincilər tərəfindən ələ keçirildikdən və qaynı Əbdülrəhman öldürüldükdən sonra Əbu Sac tutduğu vəzifədən azad olunur. Yaqub əl-Səffarla birləşərək 876-cı ildə xəlifə əl-Müvəffəqə qarşı vuruşmuş, məğlub olmuş və İraqdakı bütün mülkləri əlindən alınmışdı. Bağdada sülh üçün gedərkən yolda, oktyabr ayında Qondişapurda vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=373007
Əbu Simbel
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. Məbədin daxili quruluşu Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi. O, Əbu Simbəl qayalarında iki məbəd – Böyük və Kiçik məbəd qurdurmuşdu. Böyük məbəd Misir allahlarının ən güclüsü Amona və digər iki allah Ra, Ptax və allahlarla eyniləşdirilmiş II Ramzesin şərəfinə yaradılmışdı. Böyük məbədin fasadı Qədim Misir memarlığının nümunəsi olan pilon üslubunda tikilib. Məbədin qaya içərisində uzunluğu 60 metr, hündürlüyü isə 31 metrdir. Onun giriş hissəsində II Ramzesin qayada yonulmuş və hər birinin hündürlüyü 20 metr olan dörd nəhəng heykəli var. Heykəllər oturmuş vəziyyətdədir və firon əllərini dizləri üstə qoyub. Heykəllərin üz cizgiləri II Ramzesin cizgiləri ilə eynidir və onlar firon II Ramzesin qüdrətinin, böyüklüyünün və dözümlülüyünün simvoludur. Əbu Simbəl qayalarında yonulmuş bu nəhəng heykəlləri Nil çayı boyunca üzən hər kəs aydınca seyr edə bilir. Böyük məbədin iki salonu var. Birinci salonda II Ramzesin, hər birinin hündürlüyü 10 metr olan səkkiz heykəli, qarşı tərəfdə isə dörd Misir allahının heykəlləri üzbəüz dayanıb. Salonun divarları digər Misir allahlarının və II Ramzesin apardığı döyüşlərin relyeflərilə bəzənib. Birinci salondan asanlıqla ikinci salona keçmək olur. İkinci salonda birincidə olduğu kimi II Ramzesin və Amonun, habelə Ranın heykəlləri ilə birgə çoxlu relyeflər var. Relyeflərdən aşağı, onları yonan ustaların – Pian, Xevi və Paneferin adları yazılıb. Qədim Misir memarları məbədlər üçün çox uyğun və münasib yer seçiblər. Məbədin fasadı üzü Şərqə tərəfdir. Buna görə də ildə iki dəfə – 22 fevralda II Ramzesin hakimiyyətə gəldiyi gün və 22 oktyabrda – II Ramzesin anadan olduğu gün günəş şüaları məbədin xüsusi pəncərəsindən içəri, II Ramzesin və iki Misir allahının – Amonun və Ranın heykəlləri üstünə düşür. Ptax isə kölgədə qalır. Çünki, o, qaranlıq dünyanın allahıdır. Bu, Qədim Misir memarlarının və ustalarının nə qədər mahir sənətkar olduğunu bir daha sübut edir. Kiçik məbəd böyük məbədə nisbətən xeyli balacadır. O, Allah Xatxorun və II Ramzesin ən sevimli arvadı olan Nefertari Merenmutun şərəfinə qurulub. Bu məbədin də fasadını allahların on metrlik heykəlləri bəzəyir və məbədə yol həmin heykəllərin arasından keçir. Üçbucaqlı formada olan məbədin ortasında yenə də Ptax, Amon və Ramzesin əzəmətli heykəli yonulub. Kiçik məbəddə iki salon – sütunlu salon və ibadət salonu var və hər iki salonun divarları eyniylə Böyük məbədin salonları kimi relyeflərlə bəzədilib. Məbədlərin köçürülməsi Əbu Simbəl abidələrinə dünyanın nəzərləri Böyük Asuan bəndi tikilən zaman çevrildi. Bu su bəndi sovet mühəndislərinin layihəsi əsasında və Sovet İttifaqının yaxından köməyi ilə tikilmişdir. Həmin vaxt Əbu Simbəl məbədlərinin su anbarının altında qalmaq təhlükəsi labüd idi. Buna görə də Misir hökuməti, həmin abidələrin xilası üçün dünya ictimaiyyətinə müraciət etdi. Bir-birindən maraqlı yüzlərlə layihələr irəli sürüldü. Hətta, bəzi mütəxəssislər Əbu Simbəl abidələrinin üzərini şüşə sarkofaqla örtməyi təklif edirdilər. Nəhayət, uzun müzakirələrdən sonra abidənin daha təhlükəsiz yerə köçürülməsi qərara alındı. YUNESKO-nun çağırışı ilə 50-dən çox dövlətin memarları, mühəndisləri və heykəltaraşları bu işə cəlb edildi. Əbu Simbəl abidəsinin köçürülməsinə 1964-cü ildə başlanıldı. Məbədlər, hər birinin çəkisi 30 tona qədər (orta çəkisi 20 ton) olan 214 bloka ayrıldı və həmin bloklar əvvəlki yerindən 65 metr yuxarıda və çaydan 200 metr uzaqlıqda, dəmir-betondan quraşdırılmış süni qayanın üzərində yenidən əvvəlki görkəminə gətirildi. Bundan əlavə Əbu Simbəldə olan daha 23 qədim Misir məbədi və məqbərəsi də həmin üsulla təhlükəsiz yerlərə köçürüldü. Bununla da qədim dünyanın insan əli ilə yaradılmış tarixi memarlıq abidələri xilas edilmiş oldu. Köçürmə 1968-ci ildə tamamlanmışdır. O dövrün hesablamalarına görə bu layihə 40 milyon ABŞ dollarına başa gəlmişdi. Güllər Məmmədova, "Əbu Simbəl məbədi" Vikianbarda Əbu Simbəl ilə əlaqəli mediafayllar var.
https://az.wikipedia.org/w/index.php?curid=721678
Əbu Simbəl
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. Məbədin daxili quruluşu Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi. O, Əbu Simbəl qayalarında iki məbəd – Böyük və Kiçik məbəd qurdurmuşdu. Böyük məbəd Misir allahlarının ən güclüsü Amona və digər iki allah Ra, Ptax və allahlarla eyniləşdirilmiş II Ramzesin şərəfinə yaradılmışdı. Böyük məbədin fasadı Qədim Misir memarlığının nümunəsi olan pilon üslubunda tikilib. Məbədin qaya içərisində uzunluğu 60 metr, hündürlüyü isə 31 metrdir. Onun giriş hissəsində II Ramzesin qayada yonulmuş və hər birinin hündürlüyü 20 metr olan dörd nəhəng heykəli var. Heykəllər oturmuş vəziyyətdədir və firon əllərini dizləri üstə qoyub. Heykəllərin üz cizgiləri II Ramzesin cizgiləri ilə eynidir və onlar firon II Ramzesin qüdrətinin, böyüklüyünün və dözümlülüyünün simvoludur. Əbu Simbəl qayalarında yonulmuş bu nəhəng heykəlləri Nil çayı boyunca üzən hər kəs aydınca seyr edə bilir. Böyük məbədin iki salonu var. Birinci salonda II Ramzesin, hər birinin hündürlüyü 10 metr olan səkkiz heykəli, qarşı tərəfdə isə dörd Misir allahının heykəlləri üzbəüz dayanıb. Salonun divarları digər Misir allahlarının və II Ramzesin apardığı döyüşlərin relyeflərilə bəzənib. Birinci salondan asanlıqla ikinci salona keçmək olur. İkinci salonda birincidə olduğu kimi II Ramzesin və Amonun, habelə Ranın heykəlləri ilə birgə çoxlu relyeflər var. Relyeflərdən aşağı, onları yonan ustaların – Pian, Xevi və Paneferin adları yazılıb. Qədim Misir memarları məbədlər üçün çox uyğun və münasib yer seçiblər. Məbədin fasadı üzü Şərqə tərəfdir. Buna görə də ildə iki dəfə – 22 fevralda II Ramzesin hakimiyyətə gəldiyi gün və 22 oktyabrda – II Ramzesin anadan olduğu gün günəş şüaları məbədin xüsusi pəncərəsindən içəri, II Ramzesin və iki Misir allahının – Amonun və Ranın heykəlləri üstünə düşür. Ptax isə kölgədə qalır. Çünki, o, qaranlıq dünyanın allahıdır. Bu, Qədim Misir memarlarının və ustalarının nə qədər mahir sənətkar olduğunu bir daha sübut edir. Kiçik məbəd böyük məbədə nisbətən xeyli balacadır. O, Allah Xatxorun və II Ramzesin ən sevimli arvadı olan Nefertari Merenmutun şərəfinə qurulub. Bu məbədin də fasadını allahların on metrlik heykəlləri bəzəyir və məbədə yol həmin heykəllərin arasından keçir. Üçbucaqlı formada olan məbədin ortasında yenə də Ptax, Amon və Ramzesin əzəmətli heykəli yonulub. Kiçik məbəddə iki salon – sütunlu salon və ibadət salonu var və hər iki salonun divarları eyniylə Böyük məbədin salonları kimi relyeflərlə bəzədilib. Məbədlərin köçürülməsi Əbu Simbəl abidələrinə dünyanın nəzərləri Böyük Asuan bəndi tikilən zaman çevrildi. Bu su bəndi sovet mühəndislərinin layihəsi əsasında və Sovet İttifaqının yaxından köməyi ilə tikilmişdir. Həmin vaxt Əbu Simbəl məbədlərinin su anbarının altında qalmaq təhlükəsi labüd idi. Buna görə də Misir hökuməti, həmin abidələrin xilası üçün dünya ictimaiyyətinə müraciət etdi. Bir-birindən maraqlı yüzlərlə layihələr irəli sürüldü. Hətta, bəzi mütəxəssislər Əbu Simbəl abidələrinin üzərini şüşə sarkofaqla örtməyi təklif edirdilər. Nəhayət, uzun müzakirələrdən sonra abidənin daha təhlükəsiz yerə köçürülməsi qərara alındı. YUNESKO-nun çağırışı ilə 50-dən çox dövlətin memarları, mühəndisləri və heykəltaraşları bu işə cəlb edildi. Əbu Simbəl abidəsinin köçürülməsinə 1964-cü ildə başlanıldı. Məbədlər, hər birinin çəkisi 30 tona qədər (orta çəkisi 20 ton) olan 214 bloka ayrıldı və həmin bloklar əvvəlki yerindən 65 metr yuxarıda və çaydan 200 metr uzaqlıqda, dəmir-betondan quraşdırılmış süni qayanın üzərində yenidən əvvəlki görkəminə gətirildi. Bundan əlavə Əbu Simbəldə olan daha 23 qədim Misir məbədi və məqbərəsi də həmin üsulla təhlükəsiz yerlərə köçürüldü. Bununla da qədim dünyanın insan əli ilə yaradılmış tarixi memarlıq abidələri xilas edilmiş oldu. Köçürmə 1968-ci ildə tamamlanmışdır. O dövrün hesablamalarına görə bu layihə 40 milyon ABŞ dollarına başa gəlmişdi. Güllər Məmmədova, "Əbu Simbəl məbədi" Vikianbarda Əbu Simbəl ilə əlaqəli mediafayllar var.
https://az.wikipedia.org/w/index.php?curid=91947
Əbu Suud Əfəndi
Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, Konstantinopol, Osmanlı imperiyası) — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər. Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir. Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir. O, Süleymanın Yezidiləri öldürməsi və Səlimin Kiprə hücumu ilə bağlı fətva vermişdir. Əbussuud həmçinin İran və ya Osmanlı torpaqlarında yaşamasından asılı olmayaraq qızılbaşları "bidətçi" adlandıran fətvalar vermiş və onların öldürülməsinin qanuna görə icazə verilməsi ilə yanaşı, tərifə layiq görüləcəyini də bəyan etmişdir. O, məhkəmə islahatlarından əlavə, verdiyi fətvaların müxtəlifliyi ilə də yadda qalıb. Bunlar arasında onun Qaragöz oyunlarına və o dövr üçün yenilik olan qəhvə istehlakına icazə verən rəyləri xüsusilə fərqlənir. Əbussud Əfəndi 1545–1574-cü illərdə İstanbul müftisi olmuşdur.Əbussuud Əfəndi 23 avqust 1574-cü ildə ölmüşdür. Onun məzarı Əyyubsultandır. Bilinən 22 ədəd əsəri ilə müxtəlif risalələri vardır. "İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim" adlı təfsiri sahəsində ən əhəmiyyətli əsərlərdən qəbul edilir. İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim (Ərəbcə təfsir), Maak idi t-tarraffi əvvəli sureti'l-Feth minel-Keşşaf Təfsiri surətis(n)i-Furtan Dəf sini surətis(n)i Möminin Risalə fi bəhsi imani'l-FiravnHüquq Fətavayı Ebussuud Əfəndi, Qanunnaməs-i Əli Osmanı (Fateh dövrünə adını verən qanun) Maruzaat (müxtəlif fiqhi və əməli hökmlər), Ərazini Haracıyye və Oşriyə Hacında Qanun və Fətvalar, Risalə fi vəqfis(n)i-məhrum kül vən-nufçud, Bidaatü'l-kadi li-ihtiyacihi fil-gələcək vəl-keçmiş, Fe-tava Katiblərinə Tənbeh, Əl-Fetva'l müteallikti bı-beyanı'I-valftı'I-muteber e lı'l-hasad və istihlak) I-galat, Gamezatü I-melih fi əvvəli mebahisi sıxarıl-amm mine't-Telvih, Sevakjbii'l-enzar fi evaılı Menarı'l-envar, Hasmü'l-hılaffi'l-mesh ale'l-htfaf, Risalə fi val^fi'I-arazi və bəzi ahkami'l-vakj, Rishile fi qeydiyyatıs(n)ı-evkaf Risalə fi vakfı't-tavahin al/götürəs(n)i-arzı'l-mevkufe li'l-gayr. Öşür Haqqında RisaləDil və ədəbiyyat Calatüt-ı Ebussuud (Gala-tât-ı Avam), el-Kasîdetü'l-mîmiyye, el-Kasâidü'l-Arabiyye, Ka-sîde fi nsai's-Sultân Süleyman, Münşeat-ı Ebussuud. Galatat (yanlış kullanılan kelimeler), Kaside-i Mimiyye (Arapça şiir) Sevâkibü’l-Enzâr fi Evâili’l-Menâr Ğamazâtu’l-Melih Sevâkibü’l-Enzâr fi Evâili Menâri’l-Envâr fi’l-UsûlAkaid Risale fi beyanı'I -kaza ve'l-kaderTip Risale li-ecli'ttaûn Duânâme-ı Ebussu-ûud (Duaname yalın bir dil ilə yazılmış dualar və hadisler), Risale fi ediyeti'l-me'sûre Risale-i Mergûbe Mecmua-ı Deavât Xarici keçidlər [2] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=453907
Əbu Süfyan
Əbu Sufyan ibn Hərb (təq. 565, Məkkə – 640, 653 və ya 650, Mədinə, Rəşidi xilafəti) — Məkkənin köhnə kafirlərindəndir (561 - 652) əsl adı Səhrdir. Məkkənin fəthindən sonra müsəlman olub. Uhud və Xəndək döyüşlərində kafirlərin başcısı idi
https://az.wikipedia.org/w/index.php?curid=440069
Əbu Süleym Fərəc Xadim Türki
Əbu Süleym Fərəc Xadim Türki və ya bəzən səhvən Fərəc ibn Süleym də adlandırılır — Abbasi saray xədimi və məmuru. 819-cu ildə əsir düşmüş xəlifə əleyhdarı İbrahim ibn Mehdini xəlifə Məmunun (h. 813–833) hüzuruna müşayiət etmişdir. Ayalon, David. Eunuchs, Caliphs and Sultans: A Study in Power Relationships. Jerusalem: Magnes Press, The Hebrew University. 1999. ISBN 978-9-6549-3017-8. Bosworth, C. E., ed. (1987). The History of al-Ṭabarī, Volume XXXII: The Reunification of the ʿAbbāsid Caliphate: The Caliphate of al-Maʾmūn, A. D. 813–33/A. H. 198–213. SUNY Series in Near Eastern Studies. Albany, New York: State University of New York Press. ISBN 978-0-88706-058-8. Əlavə ədəbiyyat Bosworth, C. E., ed. (1989). The History of al-Ṭabarī, Volume XXX: The ʿAbbāsid Caliphate in Equilibrium: The Caliphates of Mūsā al-Hādī and Hārūn al-Rashīd, A. D. 785–809/A. H. 169–192. SUNY Series in Near Eastern Studies. Albany, New York: State University of New York Press. ISBN 978-0-88706-564-4. Bosworth, C. E. "The City of Tarsus and the Arab-Byzantine Frontiers in Early and Middle ʿAbbāsid Times". Oriens. 33. 1992: 268–286. doi:10.1163/1877837292X00105. ISSN 0078-6527. JSTOR 1580607.
https://az.wikipedia.org/w/index.php?curid=830556
Əbu Süleyman Məhəmməd əs-Sicistani
Əbu Süleyman Məhəmməd Sicistani (farsca: ابوسلیمان سجستانی) (təq. 912, Bağdad – təq. 987, Bağdad) — İslam humanizmi dövrünün Bağdad filosoflarından biri idi. Mənşəcə fars idi, indiki İranın Sicistan və ya Sistan əyalətindən olduğuna görə bu adı daşıyırdı. Əl-Məntiqi də adlandırılırdı (e.ə. 932 - e.ə. 1000 il). Dindar olmasına baxmayaraq, həm dini, həm də fəlsəfəni etibarlı və doğru mənbə hesab edirdi; sadəcə onların hər biri fərqli mövzuları əhatə etdiyini zənn edirdi. Beləliklə, Kalam elmindən istifadə edən ilahiyyatçıların rasionallıq ilahiyyatını və "Saflıq qardaşları" tərəfindən irəli sürülən fəlsəfə və dinin sintezi ideyasını rədd etdi.Ən məşhur əsəri Sivan əl-ikma "Hikmətin gəmi", öncəki dövrlərdən zamanına qədər olan qədər fəlsəfə tarixini təsvir edirdi. Sicistani hesab edirdi ki, həqiqət haqqında biliyi ancaq bir təlimlə, bir elm sahəsi ilə kəsb etmək mümkün deyildir. Hər bir ideyada həqiqət haqqında azacıq da olsa bilik mövcuddur. Elə isə ancaq bir təlimdən yapışıb digərini rədd etmək həqiqətin aşkara çıxmasına mane olur. Dinlə fəlsəfə arasında əsaslı ziddiyyət axtarmaq həqiqətin aşkara çıxarılmasını çətinləşdirir. Odur ki onların ziddiyyəti mümkün deyildir. Bununla yanaşı, Sicistani məzmun, məqsəd və metod baxımından dinlə fəlsəfəni bir-birindən fərqləndirmişdir. O, yunan fəlsəfəsinin Şərq hikməti və islam dininə uyğunluğu haqqında traktatları oxuyur, dinlə fəlsəfənin uyğunlaşdırılmasına dair fi kirləri tənqid edirdi. Filosof iddia edirdi ki, dinlə fəlsəfəni birləşdirmək mümkün olsaydı, Allah bunu müqəddəs yazılarda insanlara xəbər verərdi. Yəni, dini fəlsəfi cəhətdən izah etmək birincinin natamamlığı mənasına gəlir, deməli, onları bir-birindən fərqləndirmək lazımdır. Fəlsəfə – din, din də fəlsəfə deyildir, mənşə baxımından ayrı-ayrı sahələrdir. Vəhy – dini, ağıl isə fəlsəfi biliyin mənbəyidir; aralarındakı fərqli cəhətlərin süni şəkildə ləğvi yolverilməzdir. Bu səbəbdən zəkanın imana müdaxiləsinə lüzum yoxdur. Ağılı vəhydən bütövlükdə təcrid edən Sicistani deyirdi ki, zəka vəhy olmadan insanı kamilləşdirə bilər. Ola bilsin ki, Sicistani bu iddianı vəhyin ağılla izahının qey- 135 ri-mümkünlüyünü, dinlə fəlsəfənin ayrı-ayrı sahələr olduğunu isbatlamaq məqsədilə səsləndirmişdir. Xülasə, Sicistani bütün elm sahələrinin həqiqət haqqında bilikləri bu və ya digər dərəcədə ehtiva etdiyini iddia etməklə dinlə fəlsəfənin bir-birinə zidd olmadığını bildirmişdir. Amma o, məzmun, məqsəd və metod baxımından onları bir-birindən fərqləndirmiş, bəlkə də, məhz bu cəhəti isbatlamaq üçün dünyanın əzəliliyi və ağlın müstəqilliyi məsələlərində özünəməxsus ideyalar səsləndirmişdir. Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslığ institutu. Bakı: İdrak, 2019, s. 133-135.
https://az.wikipedia.org/w/index.php?curid=630661
Əbu Səid
Əbu Səid — Elxanilərin IX hökmdarı (1316-1335), Xorasan valisi (1315-1316). Əbu Səid — Teymurilərin Qaraqoyunlulardan olan Azərbaycan hakimi (1428-1429). Əbu Səid — 1451–1469-cu illərdə Teymurilər dövlətinə hökmdarlıq etmiş, VII Teymuri hökmdarı.
https://az.wikipedia.org/w/index.php?curid=406162
Əbu Səid (Qaraqoyunlu)
Əbu Səid (əski əlifba ilə:ابوسعید) — qısa müddətli Qaraqoyunlu dövlətinin hökmdarı olmuşdur. Bundan əvvəl isə Ərzincan hakimi idi.O, Qara Yusifin beşinci oğlu idi. Qardaşları Pirbudaq, İsgəndər xan, Cahanşah, Şahməhəmməd və İspənd idi. Qara Yusifin oğlu Əbu Səid 1429-cu ildə Teymuri Şahruxun köməyi ilə Qaraqoyunlu dövlətinin hökmdarı olmuşdur. Atası Qara Yusifin dövründə o, Ərzincan hakimi olmuşdur. Qara Yusifin ölümündən sonra o, qardaşları İsgəndər və İspəndlə hakimiyyət uğrunda mübarizəyə başladı. Lakin bu mübarizədə məğlub olaraq Xorasana Teymuri Şahruxun yanına qaçdı. 1429-cu ilin 18 sentyabrında Qaraqoyunlularla Teymurilər arasında baş vermiş Salmas döyüşündə də Şahrux tərəfindən iştirak edən Əbu Səid sonda teymurilər tərəfindən qaraqoyunluların hökmdarı elan edilmişdir. Lakin o, 1430-cu ildə (və ya 1431) Şahruxun Xorasana getməsindən qısa müddət sonra qardaşı Qara İsgəndər tərəfindən öldürülmüşdür. Mīr Hāshim Muḥaddis̲. Tārīkh-i Qizilbāshān. Tehrān: Bihnām. Vladimir Minorsky. The Qara-qoyunlu and the Qutb-shāhs (Turkmenica, 10). Bulletin of the School of Oriental and African Studies, University of London. Cambridge University Press 17 (1). 1955. 50–73.
https://az.wikipedia.org/w/index.php?curid=98256
Əbu Səid (Teymuri)
Əbu Səid — 1451-1469-cu illərdə hakimiyyətdə olmuş Teymuri hökmdarıdır. Miranşahın nəvəsi və Məhəmməd mirzənin oğludur. Hakimiyyəti İlk hakimiyyət dövrü Sultan Uluqbəyin üsyan etmiş oğlu Əbdüllətif mirzənin qarşısını almaq üçün paytaxtdan çıxmasından istifadə edən Əbu Səid Səmərqəndi mühasirəyə aldı. Lakin Uluqbəyin Səmərqəndə geri dönməsi ilə mühasirəni dayandıraraq geri çəkildi. Həmin il Uluqbəyin Əbdüllətif tərəfindən öldürülməsiylə Teymurilər arasında ara müharibələri daha da artdı. Əbdüllətifin özünün isə sui-qəsd nəticəsində öldürülməsindən sonra 1451-ci ildə Səmərqəndi ələ keçirərək özünü sultan elan etdi.Əbu Səid hakimiyyətinin ilk illərində daxili münaqişələri həll etməyə çalışdı və həmçinin çağataylarla da mübarizə apardı. 1452-ci ildə özbəkləri məğlubiyyətə uğrtatdı və ölkəyə axınlarını dayandırdı. Qaraqoyunlular və Ağqoyunlularla münasibətlər Qaraqoyunlu hökmdarı Cahanşah, Teymuri Sultan Şahruxun ölümündən sonra Teymuri şahzadələri arasında səltənət uğrunda baş verən mübarizədən istifadə edərək öncə Sultaniyyəni və Qəzvini, sonra isə Fars və İraqi-Əcəm bölgələrini ələ keçirmişdi. Cahanşah 1458-ci ilin iyulunda Xorasanı elə keçirmiş, lakin burada möhkəmlənə hilməmişdi. Həmin il Cahanşahın Teymuri sultanı Əbu Səidlə bağladığı sülh müqaviləsinə görə, İraqi-Əcəm, Fars və Kirman bölgələri Qaraqoyunluların tərkibində qalmışdı.1467-ci ildə Cahanşahın Uzun Həsən tərəfindən öldürülməsi və 1468-ci ildə Xoy döyüşündə Həsənəli mirzənin məğlubiyyəti ilə Qaraqoyunlular süquta uğradılar. Ağqoyunluların Azərbaycanda və şimal-qərbi İranda hakimiyyəti ələ alması Əbu Səidi narahat etməyə başladı. Əbu Səid Ağqoyunlu dövlətinin genişlənməsinə imkan verməmək və bölgədəki qarışıqlıqdan istifadə etmək məqsədilə Uzun Həsənə qarşı mübarizəyə başladı. Sultan Əbu Səidin Azərbaycana hücumunun səbəbi onun Qərbi İranı və Azərbaycanın cənub hissələrini öz dövlətinin tərkibənə daxil etmək, tabeliyində olan vilayətlərin sayını daha da artırmaq istəyi idi.Uzun Həsən sultan Əbu Səidin xeyli qüvvə ilə hərbi yürüş təşkil etdiyini eşidərək Teymurilərlə toqquşmaq fıkrindən çəkindi. O, məsələni münaqişəsiz həll etmək üçün diplomatik işlərdə şöhrət qazanmış anası Sara xatunun başçılığı ilə Xorasanın Kalbun adlanan yerində qərarlaşmış sultan Əbu Səidin yanına qiymətli hədiyyələrlə bir heyət göndərdi və sülh təklif etdi. Ağqoyunlu elçiləri Əmir Teymur zamanından aralarındakı dostluğu xatırladaraq, yenə dostluq əlaqələrinin qalmasını arzu etdiklərini bildirmişdilər. Sultan Əbu Səid Uzun Həsənə tac, qızıl kəmərlə qılınc göndərdi, lakin hərbi yürüşü dayandırmadı.Sultan Əbu Səid Miyanədən Qarabağa yollandı. Teymuri ordusu Mahmudabad yaxınlığında düşərgə saldı. Uzun Həsənin əmri ilə Ağqoyunlu qüvvələri Əbu Səidin qoşununun yanyörəsinə hücumlar edib qətl və qarətə başladılar, Sultanın təchizatı hansı tərəfdən gəlirdisə, ələ keçirirdilər. Teymurilərin müttəfiqi Şirvanşah Fərrux Yasarın Uzun Həsənin tərəfinə keçməsi ilə Teymuri ordusunda qıtlıq başladı. Vəziyyətin mürəkkəbliyini nəzər alan Əbu Səid geri çəkilməyə başladı. Sultanın əmir əl-ümərası Əmir Məzid Ərğun Ağqoyunlular tərəfindən əsir alındı. Sultan Əbu Səid sülh təklifi etsə də, lakin Uzun Həsən bu təklifi qəbul etmədi. 1469-cu ilin əvvəllərində qəflətən hücuma keçən Ağqoyunlu ordusu və Teymuri qüvvələri arasında baş vermiş Mahmudabad döyüşündə Teymuri ordusu darmadağın edildi. Uzun Həsənin oğlu Zeynal bəy Əbu Səidi təqib edib tutdu. Əsir götürülmüş Əbu Səid 1469-cu ilin fevral ayının əvvəllərində öldürüldü. Nəcəfli Tofiq Hümbət oğlu Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000. - 198 s. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017, 661 s. Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı, «Azərbaycan» nəşriyyatı. 1993 —48 s.
https://az.wikipedia.org/w/index.php?curid=550208
Əbu Səid Bahadur xan
Sultan Əbu Səid Bahadur xan (d. 2 iyun 1305 - 1 dekabr1335) — Elxanilər dövlətinin 9-cu hökmdarı (1316-1335). Onun idarə etdiyi Elxanilər dövlətinə bügünkü İran, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İraqın, Türkiyənin, Əfqanıstanın və Pakistanın bəzi hissələri daxil idi.Onun hakimiyyəti dövründə Hülakülərin ənənəvi düşmənləri olan Misir Məmlükləri və Dehli sultanlığı ilə münasibətlər normallaşdırılmışdır. lakin bu normallaşmanı Qızıl Orda və Çağataylarla etmək mümkün olmamışdır. Daxili siyasətdə tez-tez üsyanlar olmuş, elxan zamanının çoxunu bu üsyanları yatırmaqla keçirmişdir. Onun hakimiyyəti dövrü Əmir Çoban və ailəsinin imperiya daxilində gücünün artması ilə əlamətdardır. Həyatının erkən dövrü Əbu Səid 2 iyun 1305-ci ildə Təbriz yaxınlığındakı Ucan məntəqəsində dünyaya gəlmişdir. Atası hökmdar Olcaytu, anası isə Hacı Xatun olmuşdur. Özündən böyük qardaşlarının ölümündən, xüsusən qardaşı Suleymanşahın vaxtsız ölümündən sonra Əbu Səid atasının vəliəhd şahzadəsi halına gəlmişdir. O, 1315-ci ildə Xorasan və Mazandaranın valisi təyin edilmiş və Uyğur əsilzadəsi olan Əmir Sevinc ona atabəy olmuşdur. Atabəyi ilə fəaliyyəti Əbu Səidin böyük qardaşı Süleymanşahın da ölümündən sonra atasının vəliəhdi olması bir daha təstiqləndi. 1314-cü ilin aprel-may ayında o, Sevinc ibn Şişinin atabəyliyi altında Xorasan və Mazandarana canişin təyin edildi. 16 dekabr 1316-cı ildə Məhəmməd Olcaytunun ölümündən sonra Sevinc Əbu Səidi gətürərək paytaxt Sultaniyəyə gətirdi. Onlar paytaxta 1317-ci ilin yazında oraya çatdılar. Hakimiyyəti Atası Məhəmməd Olcaytunun ölümündən sonra o, atabəyi Əmir Sevinc tərəfindən dövlətin paytaxtı Sultaniyyəyə gətirilsə də, onun taxta çıxması 1317-ci ilin avqustuna qədər gecikmişdir. Bu gecikmənin səbəbi atabəy Sevinclə Əmir Çoban arasında olan konflikt idi. Əbu Səid Rəşidəddin Həmədani ilə Tacəddin Əli Şahı özünə vəzir təyin etdi, lakin bu iki şəxs bir-biri ilə konfdlikt yaşamaqda idilər və nəticədə 1317-ci ildə Rəşidəddin vəzifəsindən uzaqlaşdırıldı. Əbu Səidin taxta çıxma tarixi dəqiq bilinməlidir. Həmdullah Müstovhi onun taxta çıxma tarixi kimi aprel-may ayını, Şabankay 16 avqustu, Mahmud Amoli 5 iyulu göstərir. Digər versiyaya görə, onun taxta çıxma tarixinin gecikməsi Sevinc tərəfindən qəsdən edilmişdir və Əmir Çobanın yüksək vəzifədən salınması üçün planlanmışdır. 1318-ci ilin yanvarında Əmir Sevinc də vəfat etdi və azyaşlı Əbu Səid Əmir Çobanın qarşısında yalnız qaldı. Əmir Çoban Rəşidəddini vəzifəsinə geri çağırsa da, o, bu dəfə Tacəddin Əli Şah tərəfindən əvvəlki Elxan Olcaytunu zəhərləməkidə ittiham edildi. Nəticədə Rəşidəddin və oğlu İbrahim İzzəddin 13 iyul 1318-ci ildə Əbhər yaxınlığında edam edildilər. Bu hadisədən sonra Əmir Çoban Elxani dövlətinin de-fakto hakimi oldu. Növbəti illər Əbu Səidin hakimiyyəti üçün səs-küylü keçdi. Rəşidəddinin edam edilməsindən sonra dövlətin əsas vəzirliyini ələ keçirən Tacəddin Əli Şahın dövründə dövlətin maliyyə vəziyyəti pisləşdi. Hələ Qazan xanın hakimiyyəti dövründə dövlətin maliyyə vəziyyətini qaydasına salmaq, köçəri əsilzadələrin səlahiyyətlərini məhdudlaşdıraraq mərkəzi aparatı gücləndirmək üçün həyat akeçirilən islahatlar puç oldu. Bütün bunlar az imiş kimi, 1318-1320-ci illərdə imperiyanın əksər ərazisində quraqlıq, çəyirtkə hücumları və xəstəliklər tüğyan etməyə başladı. Nəticədə vəziyyətləri yaxşı olmayan kəndlilərin iqtisadi vəziyyətləri daha da pisləşdi. Qızıl Orda işğalı və əmirlərin üsyanı 1319-cu ildə Qızıl Orda xanı Özbək Azərbaycanı işğal etdi. Eyni zamanda Çağatay şahzadəsi olan və bundan bir qədər əvvəl Əbu Səidə sadiqlik sözü verən Yasaurda üsyana başladı. Əbu Səidin Xorasandan ayrıldıqdan sonra orada üsyanın başlamasının Əmir Sevinclə əlaqədar olması barədə şayiələr gəzməkdə idi. Bir müddət sonra Yasaur və Bəytüt Əbu Səidə bağlılığını elan etsə də, qısa müddət sonra fikirlərini dəyişdirdilər, açıq üsyana başlayaraq Mazandaranı ələ keçirdilər. Nəticədə Mazandaranın hakimi olan Əmir Yasavul köməkçilərindən biri olan Bəytüt tərəfindən öldürüldü. Əbu Səid sərkərdələrindən biri olan Əmir Hüseyn Cəlairi (Elxanilərin son dövründə mühüm rol oynamış Böyük Həsənin atasıdır) Yasaurla döyüşmək üçün göndərməyə məcbur oldu və özü Özbəyə qarşı yürüşə başladı. Özbək Əmir Çobanın da yardıma gəlməsindən sonra məğlub edildi, Yasaur isə 1320-ci ildə özünün Çağatay qohumu olan Kebek tərəfindən öldürüldü. Bu yürüşlər zamanı xeyli sayda əmirlər Əbu Səidin çağırışına cavab verməmişdilər və buna görə də, onların cəzalandırılmasına başlanıldı. Əbu Səidin çağırışına cavab verməyən Qurumuş ayaqlarına dəyənəklə vurmaqla cəzalandırıldı. Bundan bir qədər öncə, yəni 1319-cu ilin sonlarında keçmiş Diyarbəkir əmiri olan və Kereit tayfasından gələn İrincin, keçmiş Gürcüstan hakimi olan Qurumuş bir neçə dövlət məmurunu öldürərək üsyana başladılar. Bu iki əmirin ikisi də Əmir Çoban tərəfindən tənbehlənmişdilər. Qurumuş və İrincin ikisi də Kereit tayfasına mənsub idilər, İrincini Olcaytunun dul arvadı Qutluqşah Xatunun atası və Əhməd Təkudarın kürəkəni idi. Qurumuşun atası Alinaq Noyon da Təkudarın kürəkəni idi. Bu iki şəxsin rəhbərlik etdiyi 40 min nəfərlik üsyançı ordusu Gürcüstan yaxınlığında Əmir Çobanı hazırlıqsız yaxalamağı bacardı. Əmir Çoban, iki oğlu və 2 min nəfərlik şəxsin daxil olduğu köç üsyançılar qarşısında qaçmağa məcbur oldu. Təbrizə gələn Çoban bu hadisə barədə Əbu Səidə məlumat verdi. Qəzəblənən elxan üsyançılarla qarşılaşmaq üçün yürüşə başladı.Sultaniyəyə yerləşmiş Qurumuşun rəhbərliyindəki üsyançılarla əsas döyüş Miyanə yaxınlığındakı Zəncanrud çayı yaxınlığında 20 iyun 1319-cu ildə baş verdi. Döyüşdə qələbə qazanan Əbu Səid şəxsi şücaətlər göstərdi. Bu qələbədən sonra gənc hökmdar olan Əbu Səidə Bahadur və əl-Sultan əl-Adil ləqəbləri verildi. Üsyaçılar tərəfindən ələ keçirilən 36 əmir və 7 xatun arasından Əmir Toxmaq, Qurumuş, Şahzadə Könçək (Təkudarın qızı), onun əri İrincin və onun oğlanları Şeyx Əli, Vəfadar edam edildilər. Qurumuşun oğlu Əbdürrəhman Özbəyin yanına qaçmağı bacardı. Sonda Əmir Çobanla Əbu Səidin bacısı Satıbəy evləndirildi. Beləliklə Əmir Çobanın ailəsinin gücü daha da artdı. 6 sentyabr 1319-cu ildə baş tutmuş bu evlilikdən sonra Çobanın oğlanları Teymurtaşa, Şeyx Mahmuda, Həsənə və Dəməşq Xacəyə Anadolunun, Gürcüstanın, Xorasanın və Azərbaycanın canişinliyi verildi. Həmçinin 1324-cü ildə Tacəddin Əli Şahın ölümündən sonra vəzir vəzifəsi də Çobanilərin vəziri olmuş Rüknəddin Sainə tapşırıldı, lakin onun sadəcə vəzir adı var idi, real işlərdən uzaqlaşdırılmışdı. Çobani üsyanı Çobanilərin üsyanı Teymurtaş 1322-ci ildə üsyana başladı və özünün Mehdi olduğunu iddia etdi. Onun məsələsi ilə məşğul olmaq üçün atası Əmir Çoban getdi və üsyanı sonlandırmağa razı salmağa nail oldu. Əmir Çoban məhkəməyə gətirilmiş oğlu Teymurtaşın iddialarına qarşı çıxsa da, elxanı onun əfv edilməsinə razı sala bildi. Qarşılığında Əbu Səid onu yenidən vəzifəsinə təyin etdi. Əbu Səid Çobanın qızı olan Bağdad Xatunu sevməyə başlamışdı. Lakin Bağdad Xatun dövrün böyük əmirlərindən biri olan Böyük Həsən Cəlairinin arvadı olduğu üçün Çoban onu bu fikrindən yayındırmağa çalışırdı. Lakin Əbu Səidi bu fikrindən yayındırmaq mümkün olmadı və o, 1325-ci ildə sonu uğursuz da olsa Çobandan qızını istədi. Çoban qızını və oğlunu Qarabağa göndərdi və özü də Özbək və Tarmaşirinə qarşı yürüşə başladı. Bu zaman Özbək və Tarmaşirin Azərbaycan və Xorasanı ələ keçirmişdi. Çobanın yoxluğundan istifadə edən Əbu Səid onun oğlanlarından biri olan Dəməşq Xacəni Olcaytunun kənizlərindən biri ilə münasibətdə olmaqla ittiham edərək edam etdirdi. Bundan xəbər tutan Çoban oğlunun qisasını almaq üçün Xorasandan onun üzərinə yeriməyə başladı. Lakin Əbu Səidin dayısı Məhəmməd bəyin də daxil olduğu sərkərdəər 30 min döyüşçü ilə birlikdə onu tərk edərək Əbu Səidı qatıldılar. Başqa seçimi qalmayan Çoban Herata geri çəkildi. Lakin o, 1327-ci ildə Əbu Səidin əmri əsasında Kart sülaləsindən hakim olan Qiyasəddin tərəfindən boğularaq öldürüldü. Əmir Çobanın oğullarından Əmir Teymurtaş Sulduz Məmlüklərə sığındı. Ancaq, Bahadur xanın sifarişi ilə o da Məmlük sultanı Sultan əl-Nasir Məhəmməd tərəfindən öldürüldü.Onun qızı Bağdad Xatun ərindən boşanmağa məcbur edildi və Əbu Səidlə evləndirildi. Kompensasiya olaraq, Böyük Həsən Əmir Çobanın yerinə vəzifəyə təyin edildi və Elxani ordusunun rəhbəri oldu. Sonrakı illəri İndi bütün hakimiyyəti öz əllərinə alan Əbu Səid Rəşidəddinin oğlu Qiyasəddini vəziri olmağa dəvət edir. Tağaçarın qardaşının oğlu və Kit Buğa Noyonun nəvəsi olan,Əmir Çobanın ortadan qaldırılmasında mühüm rol oynayan Narin Tağay Xorasan canişinliyinə, Əbu Səidin dayısı Əli Padşah Bağdad canişinliyinə təyin edilir. Qiyasəddinin mərkəzi dövləti gücləndirmə planları digər əmir planları ilə üst-üstə düşmürdü. Narin Tağai 1329-cu ildə Qiyasəddini öldürmək üçün vəzifəsini tərk etdi. Ona əmirlər Əli Padşah və Misr Xoca kömək edirdi. 1329-cu ilin 29 iyulunda və ya sentyabrında Narin Tağay edam edildi və digər ciddi bir təhlükə ortadan qaldırıldı. Sonralar Böyük Həsən də 1332-ci ildə Bağdad xatunla xəyanətdə günahlandırıldı. İddia edilirdi ki, Bağdad xatun Böyük Həsənlə gizli şəkildə görüşməkdə, hətta Əbu Səidi öldürmək üçün plan hazırlamaqdadırlar, lakin sonradan bunun əsassız olduğu ortaya çıxdı. Lakin bu belə onların nüfuzunu zədələməyə bəs etdi və Böyük Həsən Anadolu canişini vəzifəsinə təyin edildi. Əbu Səid Bağdad Xatundan boşandı və onun qohumu olan Dilşad Xatunla 1333-cü ildə evləndi. Dilşad Xatun Əmir Çobanın nəvəsi və Əbu Səid tərəfindən öldürülmüş Dəməşq Xacənin qızı idi. Bildirilir ki, ömrünün sonlarına yaxıno, arvadlarından heç birini sevmirmiş, bircə Dilşad xatunla yaxşı münasibətə sahib imiş və bu Bağdadın xüsusi qısqanclığına səbəb olunmuş.1334-cü ildə Əb Səid Şərəfəddin Mahmudşah İncudan narazılıq olduğu üçün onun yerinə Əmir Müsəffəri təyin etdi. İncuidlər sülaləsindən olan Mahmudşah Çobanın ölümündən etibarən Fars əyalətini idarə etməkdə idi. Əbu Səidinçaırı ətrafında baş vermiş insidentdn sonra o, üsyankar çıxışlara görə həbs edildi. Xarici münasibətləri Əbu Səidin xarici siyasəti öz sələflərinin siyasətindən kəskin şəkildə fərqlənməkdə idi. Məhəmməd Olcaytunun dövründə belə Dehli sultanlığı ilə gərgin olan münasibətlər onun dövründə yaxşılaşdı. Əbu Səid ən azından 1328-ci ildən hakimiyyətinin sonuna qədər Dehli sultanlığının hökmdarı Məhəmməd ibn Tuğluq ilə yazışmalar aparmış, qarşılıqlı bahalı hədiyyələr göndərmişdir. Lakin Məhəmməd ibn Tuğlağın Əbu Səidi hər ikisinin ortaq düşməni olan Çağataylara qarşı ortaq yürüşə razı salma istəyi uğursuz oldu, halbuki bu dövrdə Əbu Səidin də onlarla olan münasibətləri sürətlə pisləşməkdə idi. Çağatayların 1320-ci ildə Xorasanda meydana çxımış üsyana yardım etməsini 1322 və 1328-ci ildə Xorasana basqınləri izlədi. 1326-cı ildə Əmir Çobanın oğlu olan Həsənin komandanlığındakı Hülakü ordusu Çağatayları Qəznə bölgəsinin Taşmaşirin bölgəsindən qovmağı bacarmışdı, lakin bu həlledici döyüş olmadı. Çünki İbn Bəttutə 7 ildən sonra bu bölgəyə gəldiyi zaman şəhəri Çağatayların nümayəndəsinin idarə etdiyini bildirmişdir.Əbu Səidin hakimiyyəti dövrünün bir digər xarakterik xüsusiyyətlərindən biri də Misir Məmlükləri ilə münasibətlərinv normallaşdırılması idi. 1320-ci ildə məmlüklərin Hülakülərin vassalı olan Kilikiya çarlığını ələ keçirməsinə baxmayaraq, Əbu Səid onlarla münasibətləri normallaşdırdı, 1323-cü ildə sülh müqaviləsi imzalayaraq 60 illik müharibəyə son qoydu. Bu müqaviləyə sadiq qalan məmlük sultanı Nəsrəddin Məhəmməd Qızıl Orda hökdmarı Özbək xanın Hülakülər üzərinə ortaq yürüşün təklifini nəinki rədd etdi, hətta bu barədə tez Əmir Çobana məlumat da verdi. Münasibətləri normallaşdıan bir digər hadisə isə Teymurtaşın Misirə qaçmasından sonra oldu. Əbu Səidin istəyi iləo, öldürüldü. Şübhəsizki hər iki hökmdar müasir Suriya torpaqlarındakı sülh şəraitindən böyük pullar qazanmaqda idilər, çünki əsas ticarət yolları oradan keçməkdə idi.Hülakülərin bir digər ənənəvi düşməni olan Qızıl Orda ilə münasibətlər hələ də düşmənlik əsaslı qalmaqda idi. 1319-cu ildə Hülakü torpaqlarına hücum edən Özbək xan Kür çayı sahilində Əbu Səid və Əmir Çoban tərəfindən məğlub edilmişdi. Lakin o, bundan sonra da ilk fürsətdəcə Hülakülər üzərinə hücum etməyə davam etməkdə idi. Bir müddət sonra yaşamış məmlük tarixçisinə görə, o, Xorasan üsyançısı Yasaurla əlaqədə olmuş, İrincin və Qurumuşun üsyanları zamanı onları dəstəkləmişdir. 1320-ci ildə Əbu Səidin göndərdiyi ordu müasir Gürcüstan ərazisinə basqın etmiş Özbəyin qardaşı Qazanı məğlub edib qovmuşdu. 1325-ci ildə Qızıl Orda ordusunun növbəti işğalı zamanı Çoban Dərbənd qapısından cavab basqını etdi və düşmən ərazisini Terekə qədər viran etdi. Əbu Səidin hakimiyyətinin lap sonunda Özbək xan yenidən Qafqaza hücuma keçdi və elxan ömrünün son günlərini yürüşlə keçirdi.Əbu Səid 1320-ci ildə Venesiya ilə kommersiya müqaviləsi imzalamışdı. Venesiyalılara həmçinin imperiya ərazilərində mərkəzlər qurmağa da icazə verilirdi. 1335-ci ilin noyabr ayında Qızıl Orda hökmdarı Özbəyin Elxani dövlətinə yeni yürüşü oldu. Bu yürüşə cavab vermək üçün yürüşə başlayan Əbu Səid gəldiyi Qarabağda 30 noyabrdan 1 dekabra keçən gecə vəfat etdi. Onun nəşi Sultaniyyəyə aparıldı və orada dəfn edildi. İbn Bətutəyə görə, o, qısqanclıq zəminində Bağdad Xatun tərəfindən zəhərlənərək öldürülmüşdür. Onun taun xəstəliyindən ölə bilmə ehtimalı da mövcuddur. Ondan sonra Toluy xanın ailəsindən Arpa xan hakimiyyəti ələ keçirdi. Dilşad xatun Bağdad xatunu Bahadur xanın ölümündə ittiham edərək onu edam etdirdi.Əbu Səid hər hansısa varis və ya seçilmiş vəliəhd buraxmadan ölmüşdü və bu imperiyada qarışıqlığa səbəb oldu. Hakimiyyət uğrunda mübarizə imperiyanın əsas ailələri olan Çobanilər və Cəlairilər arasında getməklə birlikdə, Sərbadarilər hərəkatı kimi hərəkatların da ortaya çıxmasına səbəb oldu. Böyük səyahətçi İbn Battuta Elxani imperiyasına qayıdanda cəmi iyirmi il əvvəl bu qədər qüdrətli görünən səltənətin bu qədər tez dağıldığını görüb heyrətləndi. Əbu Səidin ölümündən sonra Elxani dövləti öz birliyini itirdi və onun varisi olan Arpa xandan sonra imperiya türklər, farslar və monqollar tərəfindən idarə edilən kiçik hakimliklərə parçalandı. Rəşidəddin Həmədani (1317) Tacəddin Əli Şah (1317-1323) Rüknəddin Sayin (1323-1327) Qiyasəddin ibn Rəşidəddin (1327-1331) Arvadları: Əbu Səid ümumilikdə 6 dəfə müxtəlif tayfa və sülalərdən olan qadınlarla evlənmişdir. Buraya Borçigin sülaləsi, Oryatlar və Sulsuzlar da daxildir. Ulcay Qutluq Xatun (evlilik tarixi. 5 iyul 1317) - Qazan xanla Buluğan Xatunun qızı və Əbu Səidin böyük qardaşı Bastamın dul arvadı olmuşdur. Bağdad Xatun Baghdad Khatun (evlilik tarixi. 1327 – boşanma tarixi. 1333. Edam edilmə tarixi. 13 dekabr 1335) - Əmir Çobanın qızı və Böyük Həsənin keçmiş arvadı olmuşdur. Məlikə Xatun - Tuğ ibn Sulaymış ibn Tengiz Güregenin qızı olmuşdur. Dilşad Xatun (evlilik tarixi. 1333, ölüm tarixi. 27 dekabr 1351) - Əmir Çobanın nəvəsi, Dəməşq Xacə ilə Tursin Xatunun qızı olmuşdur. Tursin Xatun İrincin Kurqan və Konçaq Xatunun qızı idi. Koncak Xatun Əhməd Təkudar xanın qızı idi. Adil Şah Xatun (ö. 7 may 1332, Ucan yaxınlığında) - 10 oktyabr 1318-ci ildə Xorasanın valisi olmuş Esen Qutluqun oğlu Tukalın qızı. Sarqadaq Xatun - Əmir Çobanın qohumu olan Dövlət Şah Sulduzun qızı olmuşdur.QızıƏbu Səidin yalnız bir qızı var idi. Adı bəlli olmayan qız (d. 18 may 1336). Qızın anası Dilşad Xatun idi. İbn Bətutəyə görə, Əbu Səid "Allahın yaratdıqları arasında ən yaraşıqlısı" idi. Mədəni baxımdan yüksək səviyyəyə malik olan Əbu Səid Elxani hökmdarları arasında şeirlər yazan və musiqi bacarığı olan yeganə hökmdardır. O, əsasən dübeytilər yazmışdır. Bu dübeytilərdən biri Əl-Əhərinin "Tarix-i Şeyx Üveys" əsərində də verilmişdir. İbn Təğriberdi tərəfindən o, "əzəmətli görünüşlü, səxavətli və hazırcavab cəsur və parlaq şahzadə" kimi təsvir edilmişdir. Görünür, elxanın həm monqol, həm də ərəb qrafikasını eyni dərəcədə mükəmməl bilən mədəniyyətli hökmdar kimi təsvir edilən müasirləri arasında yüksək nüfuzu var idi.Oğlu olmamış, ölümündən sonra Dilşad xatundan bir qızı olmuşdur. Dini məsələlərə yanaşması Əbu Səid tez-tez sarayında üləmanın görüşlərini və müzakirələrini təşkil edirdi. O, şiəliyə daha yaxın olan atası Məhəmməd Olcaytudan fərqli olaraq sünni idi. Elxanın xristianlığa münasibətini birmənalı qiymətləndirmək çətindir. Çünki bir tərəfdən Safadi onun Bağdaddakı kilsələri dağıtdırdığını və qeyri-müsəlmanları fəal şəkildə İslamı qəbul etməyə təşviq etdiyi məlumatını verməkdədir. Digər tərəfdən onun hakimiyyəti dövrü Papa XXII İoann tərəfindən Sultaniyyə arxiyepiskopluğunun yaradılması (1318) kimi əlamətdar hadisə ilə yadda qalmışdır. Həmçinin Jourdain de Severac kimi qərb səyyahları onun missionerlik fəaliyyətinə müdaxilə etməsi barədə məlumat verməməkdədir. Dini dözümlülük bəzi hallarda iqtisadi motivlərə əsaslana bilər. Məsələn, 1320-ci ildə Venesiya ilə ticarət müqaviləsi bağlayarkən avropalılara Hülakü şəhərlərində öz kilsələrini tikmək imkanı təmin edildi. 1 may 1318-ci ildə Sultaniyyə arxiyepiskopluğunun və onun tərkibində Naxçıvan yepiskopluğunun qurulmasını təsdiqləmişdir. Christopher P. Atwood. The Encyclopedia of Mongolia and the Mongol Empire. Facts on File, Inc. 2004. ISBN 0-8160-4671-9. P. Jackson. ABŪ SAʿĪD BAHĀDOR KHAN. iranicaonline.org. 2011. Michael Hope. Power, Politics, and Tradition in the Mongol Empire and the Ilkhanate of Iran. 2016. ISBN 9780198768593. Melville Charles və Abbas Zaryab. DELŠĀD ḴĀTŪN. Encyclopaedia Iranica. 2011. W. B. Fisher. The Cambridge History of Iran. Cambridge University Press. 1968. ISBN 0-521-06935-1. Bernard Lewis. The Jews of Islam. 2014. ISBN 978-1-4008-2029-0. Hamd Allah Mustawfi Qazvini. The Ta'ríkh-i-guzída; or, "Select history" of Hamdulláh Mustawfí-i-Qazwíní. Boston Public Library. Leyden : E.J.: Brill. Charles P. Melville. Abu Sa'id and the revolt of the amirs in 1319. Tehran: L'Iran Face a la Domination Mongole. 1997. Charles Melville. The Fall of Amir Chupan and the Decline of the Ilkhanate, 1327-37: A Decade of Discord in Mongol Iran. Indiana University: Research Institute for Inner Asian Studies. 1999. Ann K. S. Lambton. Continuity and Change in Medieval Persia. New York State University of New York Press: State University of New York Press. 1988. Henry H. Howorth. History of the Mongols from the 9th to the 19th century. London: Longmans, Green, and Co. 1880. ISBN 1046528205. Abolfazl Khatibi və Rahim Gholami (2008). "Abū Saʿīd Bahādur Khān". In Madelung, Wilferd; Daftary, Farhad (eds.). Encyclopaedia Islamica Online. Brill Online. ISSN 1875-9831. Abū Saʿīd Bahādur Khān. Encyclopaedia Islamica Online - Brill Online. 2008. ISBN 1875-9831. Ghiyās̲ al-Dīn ibn Humām al-Dīn Khvānd Mīr. Habibü's-siyer: Moğol ve Türk hâkimiyeti. Harvard University: Harvard University Press. 1994. Nilgün Dalkesen. Gender Roles and Women's Status in Central Asia and Anatolia Between the Thirteenth and Sixteenth Centuries. 2007. John W. Limbert. Shiraz in the Age of Hafez: The Glory of a Medieval Persian City. Washington: University of Washington Press. 2011. ISBN 978-0-295-80288-6.
https://az.wikipedia.org/w/index.php?curid=180336
Əbu Səid Cənnəbi
Əbu Səid Cənnəbi (fars. أبو سعيد حسن بن بهرام الجنابي; IX əsr – 913) — fars dövlət xadimi, paytaxtı Bəhreyndə olan qərməti dövlətinin qurucusu və ilk əmiri. 899-cu ilə qədər o və tərəfdarları əhəmiyyətli bir ərazini fəth edə bilmiş, 900-cü ildə Abbasilər xilafətinin ordusu üzərində qəti qələbə qazanmış, bundan sonra 903-cü ildə Xasa şəhərini tutmuş və onu paytaxt elan etmişdilər. Əbu Səid 913-cü ilə qədər öz dövlətini idarə etmiş, sonra öldürülmüşdür. Onun oğlu Əbülqasım Səid Cənnəbi varis elan edilmişdir. Əlavə ədəbiyyat Halm, Heinz. Das Reich des Mahdi: Der Aufstieg der Fatimiden [The Empire of the Mahdi: The Rise of the Fatimids] (alman). Munich: C. H. Beck. 1991. ISBN 978-3-406-35497-7. Hitti, Philip K. History of the Arabs: From the Earliest Times to the Present (Revised Tenth). Basingstoke and New York: Palgrave Macmillan. 2002 [1937]. ISBN 0-333-63141-2. Rexroth, Kenneth. Communalism: From Its Origins to the Twentieth Century. Seabury Press. 1974. ISBN 0-81649204-2.
https://az.wikipedia.org/w/index.php?curid=748732
Əbu Səid Gərdizi
Əbu Səid Gərdizi, (Farsca: ابوسعید عبدالحی بن ضحاک بن محمود گردیزی, Abu Saʿīd Abdul-Hay ibn Dhaḥḥāk ibn Maḥmūd Gardēzī) (ölüm 1061) — İran əsilli coğrafiyaşünas və tarixçi. Erkən XI yüzillikdə Gərdizdə (indiki Əfqanıstanda şəhər) "Zeyn ül-Əxbār" adlı kitabını yazdı. Gərdizinin bu əsəri Şərqi İranda İslam tarixi üçün çox önəmlidir. Gerdîzî (müəllif Orhan Bilgin), səhifə 29–30. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cild XIV. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1996, 554 səhifə. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=329314
Əbu Səid Mehmed Əfəndi
Əbu Səid Mehmed Əfəndi (1593, Konstantinopol – iyun 1662, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. Şeyxülislam Xoca Sadəttin Əfəndinin nəvəsi, şeyxülislam Mehmed Əsad Əfəndinin oğlu və şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndinin atasıdır. Səid təxəllüsü ilə şeirlər yazmışdır. 1593-cü ildə (bəzi mənbələrə görə 1594) İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamladıqdan sonra 1613–1621-ci illər ərzində Rüstəm Paşa, Mihrimah Sultan, Sahn-ı Səman, Şahzadəbaşı və Süleymaniyyə mədrəsələrində müdərris olaraq xidmət göstərdi. Ardından 1621-ci ildə Dəməşq, 1623-cü ildə Bursa, 1624 və 1627-ci ildə İstanbul, 1629-cu idə Anadolu və 1630-cu ildə Rumeli başqazısı olaraq təyin edildi. Bir müddət sonra vəzifəsindən alındıqdan sonra 1640-cı ildə yenidən Rumeli başqazısı seçildi. 27 fevral 1644 tarixində Şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndinin vəfatı səbəbilə şeyxülislamlığa gətirildi. İki il bu vəzifədə qaldıqdan sonra 16 yanvar 1646-cı ildə şeyxülislamlıqdan azad edildi. 3 sentyabr 1651-ci ildə ikinci dəfə şeyxülislam seçildi. Bu əsnada Balizadə Mustafa Əfəndi Anadolu başqazısı seçilmiş, buna etiraz edən və bu vəzifəni özünə layiq görən İstanbul qazısı Əsad Əfəndi ilə divan məclisi əsnasında dalaşmışdır. Çox sərt xasiyyəti olan Əbu Səid Əfəndinin bu hərəkəti üləmalar arasında narazılığa səbəb olmuş, bu səbəblə 16 avqust 1652 tarixində vəzifədən alınmışdır. Buna baxmayaraq 2 il sonra üçüncü dəfə şeyxülislam seçilən Əbu Səid Əfəndi yenə dövlət idarəsinə qarışmağa başladı. Sədrəzəm Qoca Dərviş Paşanın vəzifədən alınıb yerinə İbşir Mustafa Paşanın gətirilməsində önəmli rol oyasa da, bu hərəkəti onun vəzifədən getməsinə səbəb oldu. İbşir Mustafa Paşaya qarşı çıxan üsyan əsnasında sədrəzəmlə birlikdə şeyxülislam Əbu Səid Əfəndinin də kəlləsi istənilirdi. Bu əsnada üsyançılar şeyxülislamın köşkünə hücum edib, ulu babası Həsən Can dövründən toplanan bütün ailə xəzinəsini talan etdilər. Çətin vəziyyətdə qalan IV Mehmed İbşir Mustafa Paşanı üsyançılara təslim etsə də, üləmaların etirazı ilə şeyxülislamın canını bağışladı və vəzifədən azad edərək Çanaqqalaya sürgün etdi. Bir müddət sonra paytaxta geri çağırılsa da, ömrü buna icazə vermədi. 1662-ci ili iyun ayında vəfat etdi. Cənazəsi Əyyub Sultan məscidindəki ailə məzarlığına dəfn olunmuşdur. Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 295–297; Naîmâ, Târih, III, 46, 457; IV, 62, 170; Muhibbî, Hulâsatü’l-eser, I, 127–128; Devhatü’l-meşâyih, s. 50–52; Sicill-i Osmânî, I, 187; İlmiyye Salnâmesi, s. 450–453; Uzunçarşılı, Osmanlı Tarihi, III/1, bk. İndeks; III/2, s. 465–466, 472.
https://az.wikipedia.org/w/index.php?curid=490558
Əbu Səid Qansu
Əbu Səid Qansu, eyni zamanda Qansu əl-Əşrəfi, I Qansu və ya əl-Zahir Qansu (1473 – 1500) — Burci sülaləsindən olan Misirin iyirmi üçüncü Məmlük sultanı. 1498–1500 aralığında Məmlük sultanlığını idarə etmişdir. Əbu Səid Qansu əslən Sultan Qayıtbəy tərəfindən satın alınan bir gənc çərkəz idi. Sultan Qayıtbəy ən çox sevdiyi cariyəsinin qardaşı olduğunu biləndə Sultanın varisinin və gələcək sultanın Məhəmməd hamisi təyin edildi. Məhəmməd hakimiyyəti ələ keçirdikdə Məmlüklər sultandan narazılıq etdilər, üsyan etdilər, öldürdülər və Əbu Səid Qansunu onun yerinə seçdilər. Əvvəlki sultan kimi eyni aqibətlə qarşılaşan məmlüklər Qansudan da narazı qaldı. Qansu bir qadın cildində saraydan qaçmağa çalışdı, lakin tutuldu və İsgəndəriyyəyə sürgün edildi. Qansunun xələfi I Tuman bəyin əmri ilə öldürüldüyü iddia edilmişdir. Ancaq o da Əşrəf Canbolat tərəfindən devrilərək hakimiyyətə gəldi.
https://az.wikipedia.org/w/index.php?curid=632903
Əbu Səid Qardizi
Əbu Səid Gərdizi, (Farsca: ابوسعید عبدالحی بن ضحاک بن محمود گردیزی, Abu Saʿīd Abdul-Hay ibn Dhaḥḥāk ibn Maḥmūd Gardēzī) (ölüm 1061) — İran əsilli coğrafiyaşünas və tarixçi. Erkən XI yüzillikdə Gərdizdə (indiki Əfqanıstanda şəhər) "Zeyn ül-Əxbār" adlı kitabını yazdı. Gərdizinin bu əsəri Şərqi İranda İslam tarixi üçün çox önəmlidir. Gerdîzî (müəllif Orhan Bilgin), səhifə 29–30. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cild XIV. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1996, 554 səhifə. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=370959
Əbu Səid Urməvi
Əbu Səid Urməvi (11 əsrin ortaları—12 əsrin əvvəli) — Azərbaycanlı alim, peripatetizmin nümayəndəsi. Zahirəddin Beyhəqiyə görə o, "hikmət zirvəsinə çatmış filosofdur. Urməvi tərki-dünyalığa qəbahət kimi baxmışdır: "Zahid insanlıq surətindən çıxmışdır və insanlara nifrət bəsləyir". Əsas əsərləri Kitab fil-İlahi" ("İlahi haqqında kitab") "ər-Risalə fil-məntiq" ("Məntiqə dair traktat") "Şərh əl-məqalət əl-ula və s-saniyə min kitab Uqlidis" ("Evklidin kitabından birinci və ikinci məsələnin şərhi"). Elnur Nəsirov. "Orta əsrlərdə yaşamış azərbaycanlı alimlər". Bakı - 2011. səh. 393 Etibar Kərimli. "Antik ədəbiyyat və biz". Bakı - "Avropa" nəşriyyatı. 2018. səh. 47 Xarici keçidlər Azərbaycanda intibah dövrü fəlsəfi və ictimai fikri
https://az.wikipedia.org/w/index.php?curid=100013
Əbu Səid mirzə
Əbu Səid — 1451-1469-cu illərdə hakimiyyətdə olmuş Teymuri hökmdarıdır. Miranşahın nəvəsi və Məhəmməd mirzənin oğludur. Hakimiyyəti İlk hakimiyyət dövrü Sultan Uluqbəyin üsyan etmiş oğlu Əbdüllətif mirzənin qarşısını almaq üçün paytaxtdan çıxmasından istifadə edən Əbu Səid Səmərqəndi mühasirəyə aldı. Lakin Uluqbəyin Səmərqəndə geri dönməsi ilə mühasirəni dayandıraraq geri çəkildi. Həmin il Uluqbəyin Əbdüllətif tərəfindən öldürülməsiylə Teymurilər arasında ara müharibələri daha da artdı. Əbdüllətifin özünün isə sui-qəsd nəticəsində öldürülməsindən sonra 1451-ci ildə Səmərqəndi ələ keçirərək özünü sultan elan etdi.Əbu Səid hakimiyyətinin ilk illərində daxili münaqişələri həll etməyə çalışdı və həmçinin çağataylarla da mübarizə apardı. 1452-ci ildə özbəkləri məğlubiyyətə uğrtatdı və ölkəyə axınlarını dayandırdı. Qaraqoyunlular və Ağqoyunlularla münasibətlər Qaraqoyunlu hökmdarı Cahanşah, Teymuri Sultan Şahruxun ölümündən sonra Teymuri şahzadələri arasında səltənət uğrunda baş verən mübarizədən istifadə edərək öncə Sultaniyyəni və Qəzvini, sonra isə Fars və İraqi-Əcəm bölgələrini ələ keçirmişdi. Cahanşah 1458-ci ilin iyulunda Xorasanı elə keçirmiş, lakin burada möhkəmlənə hilməmişdi. Həmin il Cahanşahın Teymuri sultanı Əbu Səidlə bağladığı sülh müqaviləsinə görə, İraqi-Əcəm, Fars və Kirman bölgələri Qaraqoyunluların tərkibində qalmışdı.1467-ci ildə Cahanşahın Uzun Həsən tərəfindən öldürülməsi və 1468-ci ildə Xoy döyüşündə Həsənəli mirzənin məğlubiyyəti ilə Qaraqoyunlular süquta uğradılar. Ağqoyunluların Azərbaycanda və şimal-qərbi İranda hakimiyyəti ələ alması Əbu Səidi narahat etməyə başladı. Əbu Səid Ağqoyunlu dövlətinin genişlənməsinə imkan verməmək və bölgədəki qarışıqlıqdan istifadə etmək məqsədilə Uzun Həsənə qarşı mübarizəyə başladı. Sultan Əbu Səidin Azərbaycana hücumunun səbəbi onun Qərbi İranı və Azərbaycanın cənub hissələrini öz dövlətinin tərkibənə daxil etmək, tabeliyində olan vilayətlərin sayını daha da artırmaq istəyi idi.Uzun Həsən sultan Əbu Səidin xeyli qüvvə ilə hərbi yürüş təşkil etdiyini eşidərək Teymurilərlə toqquşmaq fıkrindən çəkindi. O, məsələni münaqişəsiz həll etmək üçün diplomatik işlərdə şöhrət qazanmış anası Sara xatunun başçılığı ilə Xorasanın Kalbun adlanan yerində qərarlaşmış sultan Əbu Səidin yanına qiymətli hədiyyələrlə bir heyət göndərdi və sülh təklif etdi. Ağqoyunlu elçiləri Əmir Teymur zamanından aralarındakı dostluğu xatırladaraq, yenə dostluq əlaqələrinin qalmasını arzu etdiklərini bildirmişdilər. Sultan Əbu Səid Uzun Həsənə tac, qızıl kəmərlə qılınc göndərdi, lakin hərbi yürüşü dayandırmadı.Sultan Əbu Səid Miyanədən Qarabağa yollandı. Teymuri ordusu Mahmudabad yaxınlığında düşərgə saldı. Uzun Həsənin əmri ilə Ağqoyunlu qüvvələri Əbu Səidin qoşununun yanyörəsinə hücumlar edib qətl və qarətə başladılar, Sultanın təchizatı hansı tərəfdən gəlirdisə, ələ keçirirdilər. Teymurilərin müttəfiqi Şirvanşah Fərrux Yasarın Uzun Həsənin tərəfinə keçməsi ilə Teymuri ordusunda qıtlıq başladı. Vəziyyətin mürəkkəbliyini nəzər alan Əbu Səid geri çəkilməyə başladı. Sultanın əmir əl-ümərası Əmir Məzid Ərğun Ağqoyunlular tərəfindən əsir alındı. Sultan Əbu Səid sülh təklifi etsə də, lakin Uzun Həsən bu təklifi qəbul etmədi. 1469-cu ilin əvvəllərində qəflətən hücuma keçən Ağqoyunlu ordusu və Teymuri qüvvələri arasında baş vermiş Mahmudabad döyüşündə Teymuri ordusu darmadağın edildi. Uzun Həsənin oğlu Zeynal bəy Əbu Səidi təqib edib tutdu. Əsir götürülmüş Əbu Səid 1469-cu ilin fevral ayının əvvəllərində öldürüldü. Nəcəfli Tofiq Hümbət oğlu Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000. - 198 s. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017, 661 s. Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı, «Azərbaycan» nəşriyyatı. 1993 —48 s.
https://az.wikipedia.org/w/index.php?curid=550400
Əbu Səid Əbülxeyr
Əbu Səid Fəzlullah ibn Əbülxeyr Əhməd bin Məhəmməd əl-Meyhəni (d.967- ö. 1049)— Sufi-təkyə ənənələrini təsbit edən və qurduğu səma məclislərində oxuduğu aşiqanə rubailərlə tanınan Xorasanlı Fars sufi filosofu. 7 dekabr 967-ci il tarixində Xorasanda Sərəxs ilə Əbivərd arasında olan Havran bölgəsində Meyhənə (Mihnə) qəsəbəsində doğuldu.Atası Əbülxeyr Əhməd sufilərin dostu olan və səma məclislərinə davam edən bir əttardı. Uşaqlığını Məyhənədə keçirən Əbu Səid atasıyla birlikdə getdiyi səma məclislərində təsəvvufu tanıdı. Sufi şair Əbülqasım Bişr-i Yasinin dərslərinə davam edib dil və ədəbiyyat elmlərində ondan faydalandı, şeir və təsəvvüf anlayışından da təsirləndi. Ondan öyrəndiyi şeirləri çeşidli söhbət məclislərində oxudu və bu şeirlər onun üçün ilham qaynağı oldu. Bir rəvayətə görə 30.000 beyt əzbərləmişdi. Əbu Səid fiqh, təfsir və hədis bilgisini irəlilətmək üçün Mərvə getdi. Burada Şafei fiqh alimi Əbu Abdullah Məhəmməd ibn Əhməd əl-Hazrinin (Husri, ö. 373/983 [?]) vəfatından sonra beş il Əbu Bəkir Abdullah ibn Əhməd əl-Kaffal əl-Mərvəzinin dərslərinə davam etdi. Daha sonra Sərəxsə gedərək Əbu Əli Zahir b. Əhməddən təfsir, fiqh usulü və hadis dərsləri aldı. Burada dönəmin məşhur sufilərindən Loğman-ı Sərəxsi ilə tanış oldu. Loğman onu Əbu Nasr əs-Sərracın müridlərindən Şeyx Əbülfəzl Məhəmməd ibn Həsən əs-Sərəxsi ilə tanış etdi. Əbül-Hayr, zikir təlkin ədən bu şeyxdən ciddi surətdə təsirləndi, tövsiyəsinə uyub Məyhənəyə döndü. Yeddi il zahid hayatı yaşadı, tahammül edilməsi çətin sınaqlardan sonra təkrar Səraxsa döndü. Şeyx Əbül-Fazl burada onu daha da çətin sınaqlara çəkib bir müddət sonra Məyhənəyə göndərdi. Əbu Səid Məyhənədə məscidlərin təmizliyiylə məşğul olur, hər namaz öncəsi cuş olur, davamlı susur, yamaq üstünə yamaq vurulduğu üçün ağırlaşan bir çuxa giyiyor, yirmi otuz gün kalmak üzərə sahralara çıkıyor, buralarda inzivaya çəkiliyor, dərin düşüncələrə dalıyordu. Nə kadar şiddətli riyazətlərə və çətin çilələrə girdiğini anlatmak için, Babil Kuyusunda baş aşağı asılarak çilə çıkardıkları rivayət ədilən Harut və Marut gibi bazan bir ağaca kəndini ayaklarından asarak, bazan da bir kuyuya baş aşağı sarkarak çilə çıkardığı (çillə-i makusə), Kuran okuduğu və bu durumda namaz kıldığı (salat-ı maklubə) rivayət ədilir. Daha sonra təkrar Sərahsa gidən Əbu Səid bu çiləli hayata Əbül-Fazlın yanında da dəvam ətti. Ardından şəyhin tavsiyəsinə uyup Nişabura gitti. Burada İmamül-Harəməyn əl-Cüvəyni, Əbül-Kāsım əl-Kuşəyri gibi alim və mutasavvıflarla tanıştı. Daha öncə Sərahsta Əbül-Fazldan hırka giyip giymədiği bilinməyən Əbu Səid, Nişaburda ünlü sufi Əbu Abdurrahman əs-Süləmidən hırka giydi. Bəzi rəvayətlərə görə irşad faaliyətinə başlamadan Məyhənəyə dönərək burada çiləli hayatına davam etdi. Əbivərd ilə Sərəxs arasında yeddi il inzivaya çəkildi, bu müddət içində ot və yarpaq yeyərək yaşadı. Bu arada şeyxi Əbül-Fəzl vəfat etdiyindən Amulə gedib Əbül-Abbas Ahməd b. Muhamməd əl-Kassaba intisap etdi; ikinci hırkayı da ondan giydi. Bu zatın vəfatı üzərinə Məyhənəyə döndü. Gəcələri uyumuyor, namaz kılıyor, zikirlə məşgul oluyor, gündüzləri həp oruç tutuyor, hiç dinlənmiyor, daima kıbləyə yönəlmiş bir haldə bulunmaya çalışıyor, haramlardan sakınıyor, güzəl şəylərə bakmıyor, sürəkli təslimiyət göstəriyor, ən azla yətiniyor, vaktini məsciddə və təkkədə gəçiriyor, kötü yərlər olduğuna inandığı için çarşı pazara uğramıyor və kimsənin kusurunu görmüyordu. Bu çəşit on səkiz əsası başarıyla uyguladığı için nəfsindən fani olduğuna kanaat gətirdiktən sonra halkı irşada başladı. Nişabur və Məyhənədəki təkkəsində çəvrəsində çok sayıda mürid toplandı. Əbu Səid təkkədə bazan sabahlara kadar səma və raks ədiyor, nara atıyor, aşıkanə şiirlər və ilahilər okuyup coşuyor, sohbətinə katılanları galəyana gətiriyordu. Sık sık düzənlənən davətlərdə və ziyafət sofralarında coşkulu səmalar yapılıyordu. Üzərində para taşımamayı, sərvət ədinməməyi və hiçbir şəy biriktirməməyi adət ədinən Əbu Səidin səma məclislərini hizmətçisi Hasan-ı Müəddəb düzənliyordu. Bu məclislərdə yapılan masraflar əmir və zənginlərin bağışlarıyla, bazan da borç para ilə karşılanırdı. Əbu Səid, ölümündən kısa sürə öncə Gaznədəki Vəzir Nizamülmülktən borçlarını ödəməsini rica ətmiş və bu diləği yərinə gətirilmişti. Əbu Səidin tasavvuf silsiləsi Əbül-Fazl, Əbu Nasr əs-Sərrac və Əbu Muhamməd Mürtaiş vasıtasıyla Cüneyd-i Bağdadiyə çatır. Fəqət Əbu Səid, Bayəzid-i Bistami və Həllac-i Mənsur tərzi bir təsəvvüf anlayışına sahib idi. Onlar kimi şathiyələr söyləmiş, vəcdə gəldiği zaman gönlündən gəçənləri sərbəstçə ifadə ətməktən çəkinməmiştir. Səma məclislərindəki hali də daha sonra bu gələnəği dəvam əttirən Mövlanənin halinə bənzər. Bu məclislərdə, sohbət toplantılarında və vaazlarda söylədiği sözlər və okuduğu aşıkanə şeirlərlə çəvrəsindəkiləri dərindən ətkiləyən Əbu Səidin şöhrət və nüfuzu o kadar çok yayıldı ki yərə attığı karpuz kabuğu bilə təbərrükən alınıyor və yirmi dinara müştəri bulabiliyordu. Komşularından birçoğu onun manəvi təsirində kalarak içkiyi və bənzəri kötü alışkanlıkları bırakmışlardı. Çağdaşı İbn Hazmın anlattığına görə ünü Əndülüsə kadar ulaşmıştı. Təkkə adabının ilk dəfa Əbu Səid tərəfindən təsbit ədildiği kabul ədilir. Onun tasavvufta kəndinə has bir yol açtığını, təkkə inşa əttiğini, gündə iki dəfa sofra kurduğunu söyləyən Kazvini, bütün tasavvufi adabın Əbu Səidə nisbət ədildiğini söylər (Asarül-bilad, s. 361). Yinə tasavvufi fikir və hisləri çoğu Farsça olan şiirlərlə, özəlliklə rubailərlə ilk dəfa o ifadə ətmiş, Sənai, Fəridüddin-i Attar və Məvlana bu yolda onun pəşindən gitmişlərdir (Səid-i Nəfisi, s. 36). Əbu Səidin təkkə adabı və şiir anlayışı daha sonraki sufilərin önəmli bir kısmı üzərində gəniş ölçüdə təsirli olmuştur. Tasavvuf tarihində yədi sultandan biri olarak ün yapan Əbu Səidin (digərləri İmam Əli Rza, Bayəzid-i Bistami, İbrahim ibn Ədhəm, Cüneyd-i Bağdadi, Mahmud Qəznəvi, Səlcuqlu hökümdarı Səncərdir) dost və heyranları qədər düşmən və müxalifləri də vardır. Onu bəzilərı siddik, bəziləri da zındık olaraq görür. Rindcə yaşaması, Mövlanə və Yunis Əmrə kimi bütün dinlərə bir gözlə bakılmasını təlkin ətməsi, bazı rivayətlərə görə, "Məscid və mədrəsələr yərlə bir olmadıkça, küfürlə iman arasındaki fark kalkmadıkça dərvişlərin görəvləri tamamlanmış olmayacaktır" deməsi zındık oluşuna dəlil sayılmıştır. Əbu Səid ayrıca gənçlərlə səma yapmak, Kuran və hadis yərinə şiir və ilahi okumakla da suçlanmıştır. Kərramilər, Şiilər və Hanəfilər onun aləyhində bulunmuşlar, hatta kəndisini Gaznəli Sultan Mahmuda şikayət ətmişlər, sultan da Nişapur alimlərindən bu iddiaların doğru olup olmadığını araştırmalarını istəmişti. Əbu Səid onları ikna ədərək muhaliflərini ətkisiz halə gətirmiş, hasımları ona hak vərmək zorunda kalmışlar, bu olaydan sonra hiç kimsə Nişaburda sufilər aləyhində bulunmaya cəsarət ədəməmişti. Kuşəyri də başlangıçta ondan şüphələnmiş, fakat daha sonra kəndisini yakından tanıyınca itirazdan vazgəçmişti. Buna rağmən ər-Risaləsində çağındaki büyük sufilərin isimlərini kaydəttiği haldə Əbu Səidin adını anmamıştır. Çağdaşı Hücviri Əbu Səidin büyük bir sufi olduğunu bəlirtmiş və önəminə dikkat çəkmiştir. Sübki isə İbn Hazm və Zəhəbinin onu kötüləmələrinə itibar ədilməməsini söyləyərək Əbu Səidi yolu doğru, inancı sağlam bir alim və sufi olarak tanıtır. Bəzi qaynaqlarda İbn Sina ilə məktublaşdığı, hətta kəndisiylə görüşdüyü, baş başa yaptıkları uzun bir görüşmədən sonra İbn Sinanın, "Mənim bildiklərimi o görüyor"; Əbu Səidin də, "Bənim gördüklərimi o biliyor" dədikləri, böyləcə hakikatə akılla da kəşf* ilə də ulaşılabiləcəğini bəlirttikləri rivayət ədilir;. Əbu Səid, çətin bir riyazət və aşırı ibadəttən sonra, hər ikisini də tərkətməsi dışında, diğər davranışları ilə Məvlanaya çok bənzəməktədir. Nitəkim o da Məvlana gibi səmaı çok səvməktə və bu amaçla sık sık toplantılar tərtip əttirməktəydi. Əbu Səid 4 Şaban 440 (12 yanvar 1049) Cümə gecəsi doğduğu yər olan Məyhənədə səksən iki yaşında vəfat ətti. Səid-i Nəfisi, biri İranda Türbət-i Haydarın 12 km. günəyində, diğəri bu gün Türkmənistanın Mərv şəhrinin günəybatısında olmak üzərə Məyhənə adlı iki yər bulunduğunu və Əbu Səidin kabrinin burada hala varlığını koruduğunu, Türbət-i Haydari civarındaki Mihənə köyündə də onun adına bir türbənin yapılmış olduğunu söylər (Sühanan-ı Manzum-i Əbu Səid-i Əbül-Hayr, s. 4). Şəyhin Nişaburdaki təkkəsi 549da (1154) Oğuzların Horasanı almalarına kadar varlığını korudu. Əbu Tahir Səid (ö. 479/1086), Əbül-Vəfa Muzaffər, Əbül-Ala Nasır (ö. 491/1098), Əbu Ali Mutahhar və Əbül-Bəkā Mufaddal (ö. 492/1099) adlarında bəş oğlu olan Əbu Səidin soyundan bir bölümü Horasanın Oğuzlar tarafından ələ gəçirilişi sırasında öldürüldü, kılıçtan kurtulan diğərləri də çəşitli yərlərə dağıldılar. Daha sonra bunların içindən birçok şəyh və alim yətişti (Səid-i Nəfisi, s. 22-35). Əbu Səidin görüşlərini yayması için Şirvana göndərdiği Əbu Nasr-ı Şirvani adlı müridi burada bir təkkə kurarak irşad faaliyətinə dəvam ətmiştir. Bir başqa müridi olan Əbu Amr-ı Bəşkani də (ö. 472/1080) şəyhinin görüşlərini Nəsa yakınındaki Bəşkanda yaymıştır. Sağlığında müridləri tarafından sözlərinin təsbit ədilməsini bilə istəməyən Əbu Səidin sonradan ayrıntılı bir şəkildə hal tərcüməsini yazan torunları, onun "Havra" adlı bir rubaisi dışında (Əsrarüt-təvhid, s. 218) başqa əsərinin olmadığını kaydədərlər. Buna rağmən kütüphanələrdə (məsəla bk. Süləymaniyə Ktp., Nafiz Paşa, nr. 484, vr. 4ª-10b) yətmişi aşkın rubaisini ihtiva ədən əl yazmaları vardır. Bunların büyük bir bölümü Səid-i Nəfisi tarafından Sühanan-ı Manzum-i Əbu Səid-i Əbül-Hayr adıyla basılmıştır (Tahran 1334 hş.) Ancak bu rubailər Əbu Səidin dəğil çoğu kəndisindən sonra yaşamış olan Abdullah-ı Ənsari, Sənai, Əttar, Ömər Hayyam, Fahrəddin-i Irakī gibi şairlərin şiirləridir. Ayrıca Aynülkudat əl-Həmədaninin Əbu Səidə atfəttiği Məsabih, adlı əsər də onun dəğildir. Əbu Səidin "Havra" adlı rubaisi Muhamməd əl-Mağribi, Şah Nimətullah Vəli və adı bilinməyən diğər bir kişinin şərhləriylə birliktə basılmıştır. Bunlardan başqa Abdullah b. Mahmud əş-Şaşi tarafından yapılan bir şərh daha vardır (bk. Süləymaniyə Ktp., Mahmud Paşa, nr. 278/8). Bu rubai dışında Əbu Səidin, sufilərin Tanrıya doğru manəvi yolculuklarında uğradıkları kırk konaktan söz ədən Çihil Makām adlı bir risaləsi vardır. Bu risalə də Ali Həmədaniyə atfədilmək istənmiştir. Ancak İstanbul kütüphanələrində məvcut yazma nüshalarındaki ifadələr bu risalənin Əbu Səidə ait olduğunu göstərməktədir. Nüshalar arasındaki büyük farklar da Əbu Səidin söylədiklərinin ayrı kişilər tarafından təsbit ədilməsindən doğmuş olmalıdır. Çihil Makāma ait bu mətinləri Tahsin Yazıcı yayımlamıştır (İstanbul 1959). Risalə ayrıca, M. Damadi tarafından Makāmat-ı Ərbain adıyla nəşrədilmiştir (Maarif-i İslami [12 April 1971], s. 58-62; Əbu Səidin İbn Sinaya və İbn Sinanın ona yazdığı məktublar için bk. Süləymaniyə Ktp., Pərtəv Paşa, nr. 617, vr. 179-188). Əbu Səid-i Əbül-Hayrın hal tərcüməsinə dair torunları tarafından iki mənakıbnamə yazılmıştır. Bunlardan ilki, Muhamməd b. Əbu Ravh Lutfullah b. Əbu Səid b. Əbu Tahir b. Əbül-Hayrın (ö. 541/1147) Halat ü Sühanan-ı Şeyx Əbu Səid adlı əsəri olup ilk dəfa V. Jukovski tarafından Pətərsburgda (1899), ikinci dəfa İrəc Əfşar tarafından Tahranda (1331 hş.) basılmıştır. İkincisi Muhamməd b. Münəvvər b. Əbu Səidin (ö. 574-588/1178-1192 arası) Əsrarüt-təvhid fi makāmatiş-Şəyh Əbi Səid adlı mənakıbnaməsidir. Bu əsəri də öncə Jukovski (Pətərsburg 1899), daha sonra Əhməd-i Bəhmənyar (Tehran, 1313 hş.) və üçüncü olarak da Zəbihullah Safa (Tahran 1332 hş.) nəşrətmiştir. İkinci əsər Arapça və Fransızcaya da çəvrilmiştir.
https://az.wikipedia.org/w/index.php?curid=391030
Əbu Səid əl-Xudri
Əbu Səid əl-Xudri (612, Mədinə – 693, Mədinə, ərəb. أبو سعيد الخدري) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Məhəmməd peyğəmbərin hicrətindən təxminən 10 il əvvəl Mədinədə müsəlman ailəsində anadan olmuşdur. Əl-Əbcar kimi tanınan ulu babası Nisba əl-Xudri Xudri nəslindəndir. Atası Malik ibn Sinan Mədinənin İslamı qəbul edən ilk sakinlərindən olmuşdur. Ananın adı Ənisə binti Əbu Haris idi. O, Xəzrəc qəbiləsinin Bəni Nəcar qəbiləsindəndir. Əbu Səid İslam hüququnu yaxşı bilirdi. 2000-ə yaxın hədis rəvayət etmişdir. Əbu Səid Uhud, Xeybər, Hüneyn döyüşlərində, Təbuk yürüşündə, Məkkənin fəthində iştirak etmişdir. Atasının öldüyü Uhud döyüşü zamanı Əbu Səidin 13 yaşı var idi. Peyğəmbərin vəfatından sonra xəlifələr Ömər ibn Xəttab və Osman ibn Əffanın dövründə müsəlman hüququ sahəsində araşdırmalarla məşğul olmuş, fətvalar dərc vermişdir. Xəlifə Əlinin dövründə xaricilərə qarşı vuruşmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=733644
Əbu Səyyaf
Əbu Səyyaf (ərəb. جماعة أبو سياف; Cama'ah Abu Sayyaf, Camaa Abu Sayyaf), həmçinin Əl-Hərəkətul-İslamiyyə kimi tanınan, Filippinin Mindanao və Basilan adalarında fəaliyyət göstərən bir neçə silahlı islami-terrorçu separatçı qruplardan biridir. Onun lideri İsnilon Tothoni Hapilion 2014-cü il iyulun 23-də İŞİD xilafəti Əbu Bəkr əl-Bağdadiyə beyət edib.
https://az.wikipedia.org/w/index.php?curid=785350
Əbu Səəlbə
Əbu Səəlbə (ərəb. أبو ثعلبة) — Məhəmmədin səhabələrindən biri və sünni müsəlmanlar arasında ən məşhur hədis mənbəyi olan Səhihi-Buxaridə nəql edilən hədis ravisi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=809716
Əbu Tahir Yezid ibn Məhəmməd
Əbu Tahir Yəzid ibn Məhəmməd – Şirvanşahlar dövlətinin altıncı hökmdarı. Atası I Məhəmməd ibn Yəzidin ölümündən sonra hakimiyyətə gələn Əbu Tahir Yəzid ibn Məhəmməd Şirvana da sahib olmaq üçün səbirlə məqam gözlədi. Adamlarının əksər hissəsi əsir alınıb öldürülən Əli ibn Heysəmin zəifləməsindən istifadə edən Yəzid qəflətən Mərzuqiyyədə onun üzərinə hücum çəkərək özünü, oğlu Abbası və nəvəsi – Abbasın oğlu Əbu Bəkiri əsir aldı. Yəzid Heysəmi və Abbası edam etdi. Əbu Bəkir qaçdı. "Beləliklə, xoşbəxtlik Heysəmin evini tərk edib, onun qardaşı (əminəvəsi Yəzidin) evinə köçdü...""Tarix-i əl-Bab"a görə Əbu Tahir Yəzid ibn Məhəmməd ibn Yəzid ibn Xalid ibn Yəzid ibn Məzyəd ibn Zaidə əş-Şeybani h.305 (917)-ci ildə Şirvanı zəbt etmiş, h.306 (918)-cı ildə isə Şirvan torpağında Yəzidiyyə şəhərini saldırmışdır. Lakin arxeoloji tədqiqatlar Yəzidiyyənin qədim yaşayış məskəninin yerində tikilməsini sübut etmişdir. S. Aşurbəyli isə ehtimal edir ki, Əbu Tahir Yəzid onun tikintisini başa çatdırmış, möhkəmləndirmiş və öz şərəfınə Yəzidiyyə adlandırmışdır. O, Layzanı iqta şəklində oğullarından birinə – Məhəmmədə vermişdir. Şirvanşah Əbu Tahir Yəzid otuz üç ilə yaxın hökmranlıq etmiş h.337-ci ilin rəbiül-əvvəl (948-ci il, sentyabr) ayında ölmüşdür. Haşimilərlə münasibətlər Əbu Tahir Yəzidin hakimiyyəti dövründə Dərbəndlə bağlı bir sıra hadisələr baş verdi. H.318 (930)-cı ildə Şabranın qapıları qarşısında onun oğlu Məhəmmədlə əl-Baibn əmiri Əbu əl-Malik əl-Haşimi arasında vuruşma oldu. Lakin tərəflərin heç biri qəti qələbə çala bilmədi və onlar arasında barışıq bağlandı. Bu dövrdə Dərbənddə "Tarix-i əl-Bab"a görə, əsası h.255 (869)-ci ildə Haşim ibn Süraqə tərəfindən qoyulmuş Haşimilər sülaləsi hakimiyyət sürürdü. Sacilərdən vassal asılılığı Şirvanşahlar qısa bir müddət (908/9-cu ilədək) tabe olduqları Cənubi Azərbaycanın feodal hakimləri – Sacilərlə yaxşı münasibətləri qoruyub saxlamağa çalışırdılar. Belə ki, Yəzid xətadan qurtarmaq üçün h.320 (932)-ci ildə Yusif ibn Əbu Sacın Azərbaycan əmiri Balduyədən qaçaraq, ondan sığınacaq istəyən qulamı Müflihi həbs edib Balduyəyə göndərmişdi. Deylemlilərlə sülh bağladıqdan sonra Şirvanşah onlarla birgə bizanslılara (Rum), gürcülərə və digər "kafir" xalqlara hücum etməyə razılıq verdi. Salarilərdən vassal asılılığı Əbu Tahir Yəzidin hakimiyyəti dövründə bir sıra mühüm hadisələr baş vermi.di. Azərbaycanda Sacilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Onları Deyləmli Salarilər əvəz etdi. Onlardan Müsafiri Mərzuban Bərdəni tutmuş ruslarla müharibələr apardı. Xəlifələr, Sasanilər dövründə olduğu kimi, sərhəd məntəqəsi olan Dərbəndə böyük əhəmiyyət verərək, onu varlı Şirvan vilayətinə aramsız basqınlar edən xəzərlərdən, köçəri türklərdən və digər xalqlardan müdafiə məqsədi ilə möhkəmləndirirdilər. Onlar Dərbənddəki ərəb qarnizonunun saxlanmasına külli miqdarda vəsait sərf edir, bu xərcləri isə neft hasilatından böyük gəlir götürən Bakıdan və duz mədənlərindən çıxarırdılar. Şirvanşahlar neft quyularının və duz mədənlərinin mədaxilini toplamaq üçün xüsusi vergiyığanlar təyin etmişdilər. Dərbənd əmirliyi ilə münasibətlər H.333 (944)-cü ildə Dərbənd əhalisi Əbdülməlik əl-Haşiminin oğlu əmir Əhməd əleyhinə üsyan qaldırdılar və onu şəhərdən qovdular. Onlar Şirvanşah Əbu Tahir Yəzidin yanına adamlar göndərərək, onu əl-Bab hakimliyinə dəvət etdilər. "Əbu Tahir Yəzid oğlu Əhmədi əl-Baba göndərdi və əhali ona öz əmiri kimi sədaqət andı içdi. Əhməd bir qədər orada qaldıqdan sonra əhali onu qovub, Əhməd əl-Haşimini hakimiyyətə qaytardı. Əbu Tahir Yəzid əl-Babın ətrafına (savad) hücum çəkib, oraları qarət etdi". Lakin V.Minorskinin fikrincə, bu hadisə 944-cü ildə baş verə bilməzdi. Çünki Əhməd ibn Yəzid 948-ci ildə qardaşı Məhəmməd tərəfindən həbs olunmuş, 956-cı ildə öldürülmüşdü. Dərbənd əhalisi isə Şirvanşah şahzadəsi Əhmədi 953-cü ildə devirmişdilər. Burda əmirliyə dəvət edilən və daha sonra devrilən şəxs Əbu Tahirin oğlu Əhməd yox, Məhəmmədin oğlu Əhməd olmuşdur.Sasanilər dövründən ənənəvi olaraq Dərbəndi özünün irsi mülkiyyəti sayan Şirvanşahlar bu iddia ilə dəfələrlə hücum edib oranı tutmuşdular. Lakin həmin vaxt Dərbənddə artıq başqa sülalə – Ərəb Xilafəti tərəfindən təyin edilmiş, ərəb mənşəli Haşimilər hakimiyyətdə idi. Ancaq yadelli işğalçıların və başqa feodalları hücum təhlükəsi olduqda Şirvanşahlar ümumi düşməni dəf etmək üçün Dərbənd hakimləri ilə birləşirdilər. "Tarix-i əl-Bab"da bu barədə deyilir: "Bundan azacıq sonra deyləmlilər Şirvana girdilər. Yəzid əl-Bab əhalisi ilə sülh bağlamağa və onlardan kömək istəməyə məcbur oldu. O, Şabranda və kəndlərdə onlardan tutub aldıqlarını, neft mədənlərindən və duz karxanalarından toplanan rüsumları (rüsum ən-nəffatə vəlməllaxə) geri qaytardı. Əl-Bab əhalisi Yəzidə kömək göstərdi və o, deyləmliləri qovdu, sonra isə onlarla sülh bağladı". Toplanan gəlir xəlifənin fərmanı ilə vəqf kimi Dərbəndin müdafiəçilərinə ənam verilmək üçün oraya göndərilirdi."Dərbəndnamə"nin verdiyi məlumata görə xəlifə Mütəmid h.276 (883/4)-cı ildə Məhəmməd ibn Əmmarəni həmin mədənlərin rəisi təyin etdi ki, o, toplanan bütün gəliri keçidləri qoruyan əsgərlərə paylamaq üçün Dərbəndə göndərsin."Tarix-i əl-Bab"ın göstərdiyinə görə, mərkəzi hökumət zəiflədikdə və Xilafət tənəzzülə uğradıqda yerli hakimlər – istər Şirvanşahlar, istərsə də Dərbənd əmirləri – neftdən və duzdan əldə edilən gəliri mənimsəyirdilər. Atası I Məhəmməd ibn Yəzid. Lazyanşah və Şirvanşah. Oğlu II Məhəmməd ibn Yəzid. Lazyan və Tabasaran əmiri (?-948), Əbu Tahir Yəzidin varisi. Nəvəsi Əhməd ibn II Məhəmməd. Dərbənd əmiri (942-943) Nəvəsi Heysəm ibn Məhəmməd. Dərbənd əmiri (939-942) Oğlu Əhməd ibn Yəzid Nəvəsi oğlu Əbu-l-Heysəm ibn Əhməd. Oğlu Əmisi Əbü-l-Bədr ibn Yəzid.
https://az.wikipedia.org/w/index.php?curid=478724
Əbu Tahir Yəzid ibn Məhəmməd
Əbu Tahir Yəzid ibn Məhəmməd – Şirvanşahlar dövlətinin altıncı hökmdarı. Atası I Məhəmməd ibn Yəzidin ölümündən sonra hakimiyyətə gələn Əbu Tahir Yəzid ibn Məhəmməd Şirvana da sahib olmaq üçün səbirlə məqam gözlədi. Adamlarının əksər hissəsi əsir alınıb öldürülən Əli ibn Heysəmin zəifləməsindən istifadə edən Yəzid qəflətən Mərzuqiyyədə onun üzərinə hücum çəkərək özünü, oğlu Abbası və nəvəsi – Abbasın oğlu Əbu Bəkiri əsir aldı. Yəzid Heysəmi və Abbası edam etdi. Əbu Bəkir qaçdı. "Beləliklə, xoşbəxtlik Heysəmin evini tərk edib, onun qardaşı (əminəvəsi Yəzidin) evinə köçdü...""Tarix-i əl-Bab"a görə Əbu Tahir Yəzid ibn Məhəmməd ibn Yəzid ibn Xalid ibn Yəzid ibn Məzyəd ibn Zaidə əş-Şeybani h.305 (917)-ci ildə Şirvanı zəbt etmiş, h.306 (918)-cı ildə isə Şirvan torpağında Yəzidiyyə şəhərini saldırmışdır. Lakin arxeoloji tədqiqatlar Yəzidiyyənin qədim yaşayış məskəninin yerində tikilməsini sübut etmişdir. S. Aşurbəyli isə ehtimal edir ki, Əbu Tahir Yəzid onun tikintisini başa çatdırmış, möhkəmləndirmiş və öz şərəfınə Yəzidiyyə adlandırmışdır. O, Layzanı iqta şəklində oğullarından birinə – Məhəmmədə vermişdir. Şirvanşah Əbu Tahir Yəzid otuz üç ilə yaxın hökmranlıq etmiş h.337-ci ilin rəbiül-əvvəl (948-ci il, sentyabr) ayında ölmüşdür. Haşimilərlə münasibətlər Əbu Tahir Yəzidin hakimiyyəti dövründə Dərbəndlə bağlı bir sıra hadisələr baş verdi. H.318 (930)-cı ildə Şabranın qapıları qarşısında onun oğlu Məhəmmədlə əl-Baibn əmiri Əbu əl-Malik əl-Haşimi arasında vuruşma oldu. Lakin tərəflərin heç biri qəti qələbə çala bilmədi və onlar arasında barışıq bağlandı. Bu dövrdə Dərbənddə "Tarix-i əl-Bab"a görə, əsası h.255 (869)-ci ildə Haşim ibn Süraqə tərəfindən qoyulmuş Haşimilər sülaləsi hakimiyyət sürürdü. Sacilərdən vassal asılılığı Şirvanşahlar qısa bir müddət (908/9-cu ilədək) tabe olduqları Cənubi Azərbaycanın feodal hakimləri – Sacilərlə yaxşı münasibətləri qoruyub saxlamağa çalışırdılar. Belə ki, Yəzid xətadan qurtarmaq üçün h.320 (932)-ci ildə Yusif ibn Əbu Sacın Azərbaycan əmiri Balduyədən qaçaraq, ondan sığınacaq istəyən qulamı Müflihi həbs edib Balduyəyə göndərmişdi. Deylemlilərlə sülh bağladıqdan sonra Şirvanşah onlarla birgə bizanslılara (Rum), gürcülərə və digər "kafir" xalqlara hücum etməyə razılıq verdi. Salarilərdən vassal asılılığı Əbu Tahir Yəzidin hakimiyyəti dövründə bir sıra mühüm hadisələr baş vermi.di. Azərbaycanda Sacilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Onları Deyləmli Salarilər əvəz etdi. Onlardan Müsafiri Mərzuban Bərdəni tutmuş ruslarla müharibələr apardı. Xəlifələr, Sasanilər dövründə olduğu kimi, sərhəd məntəqəsi olan Dərbəndə böyük əhəmiyyət verərək, onu varlı Şirvan vilayətinə aramsız basqınlar edən xəzərlərdən, köçəri türklərdən və digər xalqlardan müdafiə məqsədi ilə möhkəmləndirirdilər. Onlar Dərbənddəki ərəb qarnizonunun saxlanmasına külli miqdarda vəsait sərf edir, bu xərcləri isə neft hasilatından böyük gəlir götürən Bakıdan və duz mədənlərindən çıxarırdılar. Şirvanşahlar neft quyularının və duz mədənlərinin mədaxilini toplamaq üçün xüsusi vergiyığanlar təyin etmişdilər. Dərbənd əmirliyi ilə münasibətlər H.333 (944)-cü ildə Dərbənd əhalisi Əbdülməlik əl-Haşiminin oğlu əmir Əhməd əleyhinə üsyan qaldırdılar və onu şəhərdən qovdular. Onlar Şirvanşah Əbu Tahir Yəzidin yanına adamlar göndərərək, onu əl-Bab hakimliyinə dəvət etdilər. "Əbu Tahir Yəzid oğlu Əhmədi əl-Baba göndərdi və əhali ona öz əmiri kimi sədaqət andı içdi. Əhməd bir qədər orada qaldıqdan sonra əhali onu qovub, Əhməd əl-Haşimini hakimiyyətə qaytardı. Əbu Tahir Yəzid əl-Babın ətrafına (savad) hücum çəkib, oraları qarət etdi". Lakin V.Minorskinin fikrincə, bu hadisə 944-cü ildə baş verə bilməzdi. Çünki Əhməd ibn Yəzid 948-ci ildə qardaşı Məhəmməd tərəfindən həbs olunmuş, 956-cı ildə öldürülmüşdü. Dərbənd əhalisi isə Şirvanşah şahzadəsi Əhmədi 953-cü ildə devirmişdilər. Burda əmirliyə dəvət edilən və daha sonra devrilən şəxs Əbu Tahirin oğlu Əhməd yox, Məhəmmədin oğlu Əhməd olmuşdur.Sasanilər dövründən ənənəvi olaraq Dərbəndi özünün irsi mülkiyyəti sayan Şirvanşahlar bu iddia ilə dəfələrlə hücum edib oranı tutmuşdular. Lakin həmin vaxt Dərbənddə artıq başqa sülalə – Ərəb Xilafəti tərəfindən təyin edilmiş, ərəb mənşəli Haşimilər hakimiyyətdə idi. Ancaq yadelli işğalçıların və başqa feodalları hücum təhlükəsi olduqda Şirvanşahlar ümumi düşməni dəf etmək üçün Dərbənd hakimləri ilə birləşirdilər. "Tarix-i əl-Bab"da bu barədə deyilir: "Bundan azacıq sonra deyləmlilər Şirvana girdilər. Yəzid əl-Bab əhalisi ilə sülh bağlamağa və onlardan kömək istəməyə məcbur oldu. O, Şabranda və kəndlərdə onlardan tutub aldıqlarını, neft mədənlərindən və duz karxanalarından toplanan rüsumları (rüsum ən-nəffatə vəlməllaxə) geri qaytardı. Əl-Bab əhalisi Yəzidə kömək göstərdi və o, deyləmliləri qovdu, sonra isə onlarla sülh bağladı". Toplanan gəlir xəlifənin fərmanı ilə vəqf kimi Dərbəndin müdafiəçilərinə ənam verilmək üçün oraya göndərilirdi."Dərbəndnamə"nin verdiyi məlumata görə xəlifə Mütəmid h.276 (883/4)-cı ildə Məhəmməd ibn Əmmarəni həmin mədənlərin rəisi təyin etdi ki, o, toplanan bütün gəliri keçidləri qoruyan əsgərlərə paylamaq üçün Dərbəndə göndərsin."Tarix-i əl-Bab"ın göstərdiyinə görə, mərkəzi hökumət zəiflədikdə və Xilafət tənəzzülə uğradıqda yerli hakimlər – istər Şirvanşahlar, istərsə də Dərbənd əmirləri – neftdən və duzdan əldə edilən gəliri mənimsəyirdilər. Atası I Məhəmməd ibn Yəzid. Lazyanşah və Şirvanşah. Oğlu II Məhəmməd ibn Yəzid. Lazyan və Tabasaran əmiri (?-948), Əbu Tahir Yəzidin varisi. Nəvəsi Əhməd ibn II Məhəmməd. Dərbənd əmiri (942-943) Nəvəsi Heysəm ibn Məhəmməd. Dərbənd əmiri (939-942) Oğlu Əhməd ibn Yəzid Nəvəsi oğlu Əbu-l-Heysəm ibn Əhməd. Oğlu Əmisi Əbü-l-Bədr ibn Yəzid.
https://az.wikipedia.org/w/index.php?curid=197980
Əbu Talib
Əbu Talib — Bəni Haşim qəbiləsinin başçısı, şiələrin ilk imamı və sünnilərin dördüncü xəlifəsi Əlinin atası. İslam peyğəmbəri Məhəmmədin atası Abdullahın ata-ana bir qardaşıdır. Abdullahın vəfatından sonra Məhəmməd Mustafanın qəyyumu olmuşdur. Əbu Talib 535-ci ildə Hicaz bölgəsinin Məkkə şəhərində anadan olmuşdur. O, Haşimilərin başçısı Əbdül-Müttəlibin oğlu və Məhəmməd peyğəmbərin doğumundan əvvəl ölən atası Abdullanın qardaşı idi. Gələcəkdə peyğəmbər olacaq Məhəmməd kiçik yaşlarından etibarən Əbu Talibin himayəsinə keçmişdir. Həmçinin İslamın ilk yayıldığı zamanlarda Əbu Talib Məhəmmədi Qureyş qəbiləsindən qorumuşdur.Əbu Talib təqribən 619-cu ildə 80 yaşında vəfat etmişdir. "Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib - Muhəmməd Cavad Xəlil". 313news.net (az.). 2017-04-05. İstifadə tarixi: 2023-12-20. "Əbu Talib mömin olub, yoxsa..?". Milli.Az (az.). 2022-01-04. İstifadə tarixi: 2023-12-20. "Peyğəmbərin (s) əmisi , İmam Əlinin (ə) atası Əbu Talib (ə) müsəlman idi mi? Yoxsa sünnilərin də düşündüyü kimi kafir olaraq dünyadan köçmüşdür?". Asiman Rafizi Kurbanov (az.). 2021-02-13. İstifadə tarixi: 2023-12-20. Xarici keçidlər "'Həzrət Əbu Talib (ə); Böyük Peyğəmbərin (s) hamisi' adlı beynəlxalq konfrans keçirilir- Foto". iqna.ir (az.). 2021-03-10. İstifadə tarixi: 2023-12-20.
https://az.wikipedia.org/w/index.php?curid=273782
Əbu Talib Təbrizi
Əbu Talib Təbrizi (Təbriz – 1606) — Qəzvin şəhərində böyük xəstəxanaya başçılıq edirdi. Təbrizdə, Qəzvində və İstanbulda işləyirdi.
https://az.wikipedia.org/w/index.php?curid=72349
Əbu Talib xan Təbrizi
Əbu Talib xan Təbrizi — XVIII əsr Azərbaycan təzkirəçilərindəndir Azərbaycan təzkirəçilik tarixinin ən maraqlı simalarından biri də əslən Azərbaycan türkü olmuş, lakin Hindistanda doğulmuş və bütün həyatı boyu bu diyarda yaşamış Əbu Talib xan Təbrizidir. Onun atası Hacı Məhəmməd Bəy-xan bin Şəfi Təbrizi Nadir şah dövründə yaşadığı İsfahan şəhərindən Hindistana mühacirət edib və (h.q. 1165) miladi 1751-ci ildə bu diyarın Ləkhnay şəhərində oğlu Əbu Talib dünyaya gəlib: "Həmin şəhərdə də boya-başa çatmış və demək olar, müstəqil mütaliəsi sayəsində biliklərə yiyələnib yüksək savad almış Əbu Talib güclü hafizəyə malik, istedadlı bir şəxs olub. O, XVIII əsr Hindistan tarixinə hakim dairələrə yaxın olan ictimai-siyasi xadim, yazıçı-şair, ədəbiyyatşünas-təzkirəçi, tarixçi və səfərnamə müəllifi kimi daxil olub. XX əsr tədqiqatçılarından Məhəmmədəli Tərbiyət özünün məşhur "Danişməndani — Azərbaycan", Əziz Dövlətabadi böyük zəhmətin bəhrəsi olan "Soxənvərani-Azərbaycan" kitablarında, fars dilli təzkirəçilik tarixinin tədqiqində müstəsna xidmətləri olmuş Əhməd Gülçin Məani bu gün bütün təzkirə tədqiqatçılarının stolüstü kitabı və daim müraciət etdikləri mənbə olan "Tarixe-təzkirehaye-farsi" fundamental əsərində və həmçinin pakistanlı alim Doktor Seyyid Əli Rza Nəqəvinin 1964-cü ildə Tehranda nəşr etdirdiyi "Təzkirenevisiye-farsi dər Hendo Pakestan" adlı doktorluq işində əllərində olan tarixi mənbələrə, o cümlədən Əbu Talibin müasiri olmuş və onunla şəxsən görüşüb təmasda olmuş Əbdül-Lətif Şüştərinin "Töhfətül-Aləm" əsərinə, Tomas Vilyam Bill adlı müəllifin Ləkhnauda nəşr etdirdiyi "Miftah ət-təvarix" əsərlərinə istinadən bu müəllifin bioqrafiyası və əsərləri haqqında maraqlı faktlar təqdim edib elmi mülahizələr irəli sürürlər. Əbu Talıb xan Təbrizi haqqında "Azərbaycan təzkirəçilik tarixi" adlanan kitabda V.Musalı adlı tədqiqatçı da məlumat verməyə cəhd göstərib, lakin təəssüf ki, yarım səhifəlik həmin yazıda Məhəmmədəli Tərbiyətin "Danişməndani -Azərbaycan" əsərində verilən məlumatların 1987-ci il Bakı nəşrindəki primitiv və səhv tərcüməsinin daha da primitiv və səhv təkrarından irəli gedə bilməyib. Bütün bunlarla yanaşı Məhəmmədəli Tərbiyətin Əbu Talib xan Təbrizinin ölüm tarixi ilə bağlı verdiyi səhv rəqəm (h.q.1220-ci il əvəzinə h.q. 1221-ci il) burada da təkrar olunur. Məlumat üçün bildiririk ki, Əbu Talib xan Təbrizinin ölümü ilə bağlı "Miftah ət-təvarix" əsərində onun oğlu Mirzə Yusif Bağırın sifarişi ilə yazılmış iki maddeyi-tarix də qeyd olunub. Fars dilli klassik poeziyanın parlaq simalarından olan Ənvərinin adı 1987-ci il Bakı nəşrində mexaniki olaraq Ənvari kimi getdiyindən, hətta bu texniki səhv də eynilə təkrar olunub. Bütün bünlar Azərbaycan ədəbi təzkirələrinin demək olar ki, əksəriyyətinin fars dilində yazıldığından və bu səbəbdən bu dili bilməyən bir çox tədqiqatçılar üçün qaranlıq qaldığından, onların bu mənbələrə yaxın dura bilməyib ələ keçirə bildikləri azərbaycandilli tədqiqatlara tənqidi yanaşmadan bu mənbələri təkrar etməklərindən irəli gəlir. Hindistan və Pakistan ərazisində yazılmış fars dilli təzkirələrin pakistanlı tədqiqatçısı Doktor Seyyid Əli Rza Nəqəvinin bizə qürur bəxş etməklə Azərbaycan türkü adlandırdığı Əbu Talib xan Təbrizi fars dilində yazılmış, əlyazma şəklində dünya kitab xəzinələrində mühafizə olunan və bəzilərinin hətta bir sıra Avropa dillərinə belə tərcümə və çap olunmuş əsərlər müəllifidir. Əbu Talib xan həm də təzkirə müəllifi olduğundan bu əsərlər içərisində onun "Xülasətül-əfkar" adlı əsəri bizim üçün daha maraqlı və daha önəmlidir. 25 illik zəhmətin məhsulu olmuş bu əsər müəllif 40 yaşında ikən yazılıb və 492 şair haqqında məlumatları və əsərlərindən nümunələri əhatə edir. Müəllifin əsəri tamamladıqdan sonra da orada ixtisarlar və əlavələr etdiyindən bu rəqəm bəzi mənbələrdə kiçik fərqlərlə 493 və bəzən 494 də göstərilir. Əsər fars dilli şeir və təzkirəçilik haqqında müəllifin mülahizələrini açıqlayan bir müqəddimədən, əlifba sırası ilə verilmiş qədim, orta və son dövr şairlərindən ibarət olan, 309 müəllifi əhatə edən 28 bölmədən və həmçinin 160 şairin yalnız adı və bir neçə beyti təqdim olunmuş bir zeyldən və nəhayət, müəllifin özü də daxil olmaqla 23 müasir şairi təqdim eldən xatimədən ibarətdir. Əsərdə təqdim olunan Ənisi Şamlu, Əvhədi Marağayi, Qızılbaşxan Ümid, Bədi Təbrizi, Məhsəti, Qasım bəy Haləti, Həsən xan Samlu, Xaqani, Şərif Təbrizi, Şani Təkəlu, Saib Təbrizi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Füzuli, Nizami, Qətran və başqa adlar bu təzkirənin Azərbaycan ədəbiyyatşünaslığı üçün yüksək dəyərindən xəbər verir. "Xülasətül-əfkar" təzkirəsinin dünya əlyazma xəzinələrində mühafizə olunan bir çox əlyazma nüsxələrinin sonunda müəllifin əxlaq, musiqi, əruz və qafiyə, hətta tibb elmi haqqında kiçik risalələri və 1794-cü ildə yazdığı "Lübbüs-siyər və cəhannüma" adlı əsəri də təqdim olunur". Araşdırmaçı daha sonra bildirir ki, Əbu Talib xan Təbriziyə dünya şöhrəti gətirmiş əsəri onun üç cilddən ibarət olan səyahətnaməsidir. "Məsiri-Talibi fi biladi-ifrənci" adlanan bu əsəri Əziz Dövlətabadi son bir neçə əsrin ən yaxşı səyahətnamələrindən biri adlandırır: "Şirin və oxunaqlı bir dildə yazılmış bu əsərdə müəllifin Avropaya olan beş illik səfərinin (1799-1804) təəssüratları öz əksini tapıb. Əbu Talib xanın səfər zamanı olduğu ölkələr və şəhərlər siyahısına nəzər salsaq, bu səfəri dünya səyahəti də adlandırmaq olar. Kəlküttə-Keyptaun (Cənubi Afrika) — İrlandiya — Uels — London — Fransa — İtaliya — Malta adası — İzmir — İstanbul — Ba?dad — Bəsrə — Bombey — Kəlküttə marşrutu ilə həyata keçmiş bu səfərdə müəllifin qələmə aldığı təəssüratlar bu ölkələrdə yaşayan xalqların həyat tərzi, adət və ənənələri, şəhərlərdə olan memarlıq abidələri, kitabxanalar, teatr və konsert salonlarının, zavod və fabriklərin təsviri əsərin tarixi əhəmiyyətindən xəbər verir. Bu əsər yazıldığı dildəki nəşrindən iki il əvvəl əlyazma əsasında Çarlz Stüart tərəfindən 1810-cu ildə ingilis dilinə tərcümə olunaraq Londonda iki cilddə nəşr olunub. Eyni tərcümə yeni əlavələrlə birlikdə 1814-cü ildə təkrar çap olunub. Əsərin farsca orijinal nəşri müəllifin oğlu Mirzə Həsənəli və Mir Qüdrətəli adlı başqa bir şəxsin redaktəsi ilə 1812-ci ildə Kəlküttədə işıq üzü görüb. Əsərin başqa Avropa dillərinə və urdu dilinə olan tərcümə və nəşrləri də mövcuddur. Əlu Talib xan Təbrizinin adına məhz Avropa və London səfərindən sonra Ləndəni-Londonlu nisbəsi də əlavə olunub". Əbu Talib xan Təbrizinin qələmindən çıxmış aşağıdakı əsərlər də mövcuddur: "Təfzih əl-qafelin" — hicri-qəməri 1211-ci ildə kapitan Riçardsonun sifarişi ilə "Asəf əd-dövlə" əsərinin (m.1775-1797) tarixinə aid yazılmış əsərdir. Orijinal mətni günümüzə çatmayan bu əsərin ingilis dilinə olan tərcüməsi 1885-ci ildə Allahabadda çap olunub. "Merac ət-touhid"-nücum elmi haqqında şeirlə yazılmış risalədir. Müqəddiməsi nəsrlə olan bu əsər 1804-cü ildə yazılmış və sonuncu Səfəvi şahzadəsi Əbülfəth Soltan Məhəmməd Səfəviyə hədiyyə edilib. Bu Səfəvi şahzadəsi həm də təzkirə müəllifidir. Əlu Talib xan Təbrizi klassik şeir növlərinin demək olar ki, hamısını əhatə edən divan sahibidir və bu toplunun əlyazması Britaniya muzeyində mövcuddur. Əlu Talib xan Təbrizinin bəzi şeirləri Q.Svintonun ingilis dilinə tərcüməsi ilə birlikdə 1807-ci ildə Londonda nəşr edilib. Onun Londonun vəsfinə həsr etdiyi "Şürurəfza" adlı məsnəvisi də əlyazma şəklində mövcuddur. Bu əsərin Edinburq kitabxanasında saxlanan əlyazmasında Əlu Talib xan Təbrizinin portreti də mövcuddur. Mənbələr Əbu Talib xan Təbrizinin bir mətnşünas-tədqiqatçı kimi də fəaliyyətindən xəbər verir. Belə ki, o, Hafiz divanının 12 nüsxə əsasında mətnini bərpa edib və bu mətn 1200 tirajla çap olunub. Əziz Dövlətəbadinin fikrincə, bu çap Hafiz divanının ilk və ya birinci çaplarındandır".. "Xüla- sətül-əfkar" (XVIII əsr),
https://az.wikipedia.org/w/index.php?curid=494557
Əbu Turxan
Səlahəddin Xəlilov (Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü; Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). Səlahəddin Xəlilov 22 fevral 1952-ci ildə Borçalı mahalında, Sarvan qəsəbəsində (indi, Gürcüstan Respublikasının Marneuli şəhərində) anadan olmuşdur. 1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin molekulyar fizika kafedrasında saxlanmışdır. Elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirmişdir. Özəl "Azərbaycan" universitetini qurmuş, universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olmuşdur. Evlidir, oğlu və 2 qızı var. Elmi-pedaqoji fəaliyyəti 1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi (PhD) dərəcəsini almışdır. 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir. 1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir. 1994-cü ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin əsasını qoymuşdur. 1997-ci ildə “İpək Yolu” beynəlxalq elmi və ictimai-siyasi jurnalını təsis etmiş və 2005-ci ilə qədər onun baş redaktoru olmuşdur. 2002-ci ildə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri seçilmişdir. 2003-cü ildən “Fəlsəfə və Sosial-siyasi elmlər” jurnalı nın baş redaktorudur. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür . 2009-cu ildən AMEA-nın Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının sədridir. İctimai və maarifçilik fəaliyyəti 1972-ci ildə BDU-nun nəzdində respublika Gənc Fiziklər məktəbi yaratmış və 2 il ona rəhbərlik etmişdir. 1981-ci ildə ADPU-da “Fəlsəfə, elm və həyat” klubunu yaratmışdır. 1988-ci ildə Azərbaycan Gənc Cəmiyyətşünas Alimlər Birliyinin sədri seçilmişdir. 1997-ci ildən Bəhmənyar adına mükafat Komissiyasının sədri. 1997-ci ildən Bəhmənyar adına mükafat Komissiyasının sədri. 1997-ci ildə Beynəlxalq Rektorlar Şurasının üzvü. 1998-ci ildən Hüseyn Cavid adına mükafat Komissiyasının həmsədri. 1998-ci ildə “İstedadlar Klubu”nu təsis etmiş və Respublikanın istedadlı gənc alim və tələbələri üçün elmi-intellektual mühit yaratmışdır. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Əsas əsərləri Elmi-texniki tərəqqi: problemlər, perspektivlər (fəlsəfi aspekt). Bakı “Elm”, 1987 Elmi-texniki tərəqqi bu gün və sabah. Bakı “Azərnəşr”, 1988 Cavid fəlsəfəsi. Bakı “Qanun”, 1996 Elmi-texniki tərəqqi və onun social-iqtisadi nəticələri. Bakı “Elm”, 1996 Elmdən texnikaya və mənəviyyata. Bakı "Azərbaycan Universiteti”, 1998 Fəlsəfədən siyasətə. Bakı "Azərbaycan Universiteti”, 1998 Təhsil sistemi: nəzəriyyə və praktika. Bakı "Azərbaycan Universiteti”, 1999 East-West: science, education, religion. Baku "Azərbaycan Universiteti”, 2000 Lider, dövlət, cəmiyyət. Bakı "Azərbaycan Universiteti”, 2001 Şərq və Qərb: ümumbəşəri ideala doğru. Bakı, "Azərbaycan Universiteti”, 2004. Təhsil. Təlim. Tərbiyə. Bakı "Azərbaycan Universiteti”, 2005 İşraqilik və müasir fəlsəfi təlimlər. Bakı "Azərbaycan Universiteti”, 2005 ﺪﻮﻏﺮﻮ ﻻ ﺋﻴﺎ ﺍﻴﺪ ﺷﺭﻕ ﻭ ﻏﺮﺏ. ﻋﻮﻤﻭﻡ ﺑﺸﺭﻯ. Tehran, "Behrəng", 2005 Fəlsəfə: tarix və müasirlik (fəlsəfi komparativistika). Bakı "Azərbaycan Universiteti”, 2006 Doğu-Batı: Ortak Bir Ideale Doğru. “Mefkure yayınları”, İstanbul, 2006. Məhəbbət və intellekt. Fəlsəfi esselər. Bakı "Nurlan”, 2006. Mənəviyyat fəlsəfəsi . Bakı "Nurlan”, 2007 Philosophy, science, culture. Their peculiarities in the East and the West. CA&CC Press©, Stockholm 2008 (Ön sözün müəllifi prof. Anna-Tereza Timineçka) Doğu ́dan Batı ́ya Felsefe Körpüsü. İstanbul “Ötüken”, 2008. Cavid fəlsəfəsi. 2-ci kitab: klassik Şərq və müasirlik. Bakı, “Nurlar”, 2009. Romantik şiirde Doğu-Batı meseleleri. İstanbul “Ötüken”, 2009. Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyeva yaradıcılıq axtarışlarının izi ilə. Bakı, “Şərq-Qərb”, 2009. Sivilizasiyalararası dialoq. Bakı, “Adiloğlu”, 2009. Baxış bucağı. Fəlsəfi publisistika. Bakı, “Elm və təhsil”, 2010. Azərbaycanda elm və onun təşkilati formaları. Bakı, “Oskar”, 2010. Elm adamları elm haqqında. Professor Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2010. Elmşünaslığa giriş. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2010. Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2011. Əbu Turxanın hikmət dünyası. Prof.Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2012. Aforizmlər. Seçilmişlərin seçilmişləri. Prof.Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2012. Phenomenology of Life or Life of Idea. Baku, “Azerbaijan University” Press, 2012. Həyatın özü və görünən üzü (Fəlsəfi publisistika). Bakı, “Nurlar”, 2013. Həyatın özü və görünən üzü (Maarifçi publisistika).Bakı, “Nurlar”, 2013. Xatirələrdə davam edən dostluq. Şəxsiyyətlər, portretlər. Bakı “Çaşıoğlu”, 2013. Felsefe Optiğinden Aşkin Renkleri. Bınyıl Yayınevi, Ankara, 2015. Əsas elmi tədqiqat istiqamətləri Elmşünaslıq, idrak nəzəriyyəsi, Şərq və Qərb sivilizasiyaları, fəlsəfi komparativistika, Əbu Turxan fəlsəfəsi, fenomenologiya. Mükafatlar və beynəlxalq elmi qurumlarda üzvlüyü 1987-ci ildə “Elmi-texniki tərəqqi: problemlər, perspektivlər” adlı kitabına görə Ümumittifaq Bilik Cəmiyyətinin mükafatı. 1992-ci ildə Yusif Məmmədəliyev adına mükafat. 1996-cı ildən Beynəlxalq Rektorlar Şurasında (International Association of University Presidents - IAUP Azərbaycanı təmsil edir. 1997-ci ildən Rusiya Ekologiya Akademiyasının üzvü seçilmişdir. 1999-cu ildə Beynəlxalq “Who is who?” ensiklopediyasına daxil edilmişdir. 2000-ci ildə Avropa Ali Təhsil Cəmiyyətinin (The European Higher Education Society - EAIR) üzvü seçilmişdir. 2000-ci ildən Amerika Fəlsəfə Assosiasiyasının (The American Philosophy Association - APA) üzvüdür. 2004- cü ildən Beynəlxalq Hüsserl və Fenomenoloji Tədqiqatlar Cəmiyyətinin (International Husserl and Phenomenological Research Society) üzvüdür. 2009-cu ildən Amerika Siyasi Elmlər Assosiasiyasının (American Political Science Association — APSA) üzvüdür. 2009-cu ildən Mühiyəddin İbn Ərəbi Cəmiyyətinin (Muhyiddin Ibn 'Arabi Society, Oxford) üzvüdür. 2009-cu ildən Avropa Elm fəlsəfəsi Assosiasiyasının (European Philosophy of Science Association - EPSA) üzvüdür. 2010-cu ildən Elm, Mühəndislik və Texnologiya Beynəlxalq Akademiyasının (World Academy of Science, Engineering and Technology - WASET) Humanitar və sosial elmlər üzrə ekspertidir. 2012-ci il 22 fevralda Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Prof.Dr. S.Xəlilov həmçinin İSESKO-nun İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) təmsilçisi, bir sıra xarici ölkə Akademiyalarının üzvü, ABŞ-da təsis olunmuş “Şərq-Qərb: fəlsəfələr arasında körpü” beynəlxalq təşkilatının həmsədridir. Azərbaycanda və xarici ölkələrdə 39 kitabı və 400-dən çox elmi məqaləsi nəşr olunmuşdur. Dəfələrlə ölkəmizi Dünya fəlsəfə konqreslərində, Beynəlxalq Metafizika konqreslərində, Elmin tarixi, məntiqi və metodologiyası üzrə beynəlxalq forumlarda təmsil etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=607017
Əbu Təbarə-yi do
Əbu Təbarə-yi do (fars. ابوطباره دو) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 73 ailədə 148 nəfəri kişilər və 151 nəfəri qadınlar olmaqla cəmi 299 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=429952
Əbu Təbarə-yi yek
Əbu Təbarə-yi yek (fars. ابوطباره یک) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 34 ailədə 65 nəfəri kişilər və 72 nəfəri qadınlar olmaqla cəmi 137 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=429951
Əbu Təmmam
Əbu Təmmam, tam adı ilə Əbu Təmmam Həbib ibn Aus ət-Tain (ərəb. أبو تمام حبيب بن أوس; 804, 807 və ya 805, Jasim[d][…] – ən tezi 845 və ən geci 846, Mosul[…]) — ərəb şairi və qədim poeziya kolleksiyaçısı. Yunan əsilli xristian ailəsində anadan olmuş, lakin islamı qəbul etmişdir. Gəncliyində bir çox peşələri sınamışdır, usta, su daşıyıcısı və s. olmuşdur. O, bu proses zamanı müxtəlif yerlərə köçmüş, Suriyanın, Misirin, İraqın ən böyük şəhərlərini gəzmişdir. Əbu Təmmamın ilk poetik təcrübələri uğurlu alınmamışdır, lakin sonradan o, diqqət çəkmiş və əl-Mütədidin sarayına dəvət olunmuşdur. Onun poeziyasının ümumi istiqaməti yüksək rütbəli saray əyanlarının zövqünə uyğun idi və onlardan birinin himayəsi ilə şairin Mosulda məxfi məlumatların toplanması ilə bağlı vəzifəyə təyin olunmuşdur. Əlavə ədəbiyyat
https://az.wikipedia.org/w/index.php?curid=779783
Əbu Umamə əl-Bəhili
Əbu Umamə əl-Bəhili (620-ci illər, Ərəbistan yarımadası – 705, Homs, ərəb. أبو أمامة الباهلي) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Gənc olmasına baxmayaraq, onun çağırışına cavab verən və İslamı qəbul edən qəbilə yoldaşlarının hörmətindən zövq alırdı. Bəzi məlumatlara görə o, Xudeybiyyədə bir ağacın altında beyyət etmişdir. Misirdə yaşamışdır. Siffeyn döyüşündə xəlifə Əli ibn Əbu Talibin tərəfində olmuşdur. Sonra Suriyada (Homs) məskunlaşır. O, Məhəmməd peyğəmbərin, Ömər ibn Xəttabın, Osman ibn Əffanın, Əli ibn Əbu Talibin, Muaz ibn Cəbəlin, Əbu Übeydə ibn Cərrahın və başqalarından çoxlu hədislər söyləmişdir. Onun Şəddad, Əbu Əmmar, əl-Qasim ibn Abdu-r-Rəhman və başqalarından rəvayət etdiyi 250-yə yaxın hədisləri Əl-Buxari və Müslümdən “Səhih” hədislər siyahısına daxil olmuşdur. 705-ci ildə vəfat etmişdir. İbn Əbdül-Bərr onun 700-cü ildə vəfat etdiyini və 91 yaşında olduğunu bildirir. Süfyan ibn Uyeynənin dediyinə görə, o, Məhəmməd peyğəmbərin Suriyada vəfat etmiş səhabələrindən sonuncusu olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=733725
Əbu Yusuf Yaqub bin İbrahim
Əbu Yusif (ərəb. أبو يوسف, d.731 - ö.798) — Sünni fiqh məktəbinin yetirmələrindən İslam dünyasının məşhur alimlərindəndir. Əbu Yusif İmam Əbu Hənifə, İmam Malik, İmam İbn Teymiyyə, İmam Cəfər ibn Sadiq kimi böyük fəqihlər arasında öz sözünü demiş bir əhli sünnət alimidir. Yaqub ibn Yəsar əl-Ənsari Hənəfi məzhəbinin imamı Əbu Hənifədən sonrakı böyük hənəfi fəqihidir. İraq bölgəsinin fəqihi qəbul edilən Yaqub 113/731-ci ildə Kufədə doğulmuşdur. Yusif adlı bir oğlu olduğu üçün Əbu Yusif (Yusifin atası) ləqəbi ilə tanınmışdır. Ailəsi yoxsul olmuş, Əbu Hənifənin köməkliyi ilə elm öyrənməyə başlamışdır. Əta ibn əs-Saib, Məhəmməd ibn İshaq ibn Yəsar və Leys ibn Sad kimi böyük hədis alimlərindən hədis öyrənərək hədis hafizi olmuşdur. Əbu İshaq əş-Şeybani, Süleyman ət-Təmimi, Yahya ibn Səid əl-Aməş kimi fəqihlərdən dərs almışdır. İbn əbu Ləvlanın əhəmiyyətli fiqhi problemlərin həlli zamanı Əbu Hənifənin ictihadlarından istifadə etdiyini gördükdə ondan ayrılaraq Əbu Hənifənin dərslərində davamlı olaraq iştirak etməyə başlamışdır. Onun üsulundan istifadə edərək "mütləq müctəhid" məqamına yüksəlmişdir. Əbu Hanifə onun haqqında belə demişdir: "Həm qazıliyə, həm də fətva məqamına layiq olan iki tələbəm var: Əbu Yusif və Zufər" (İbn Bəzzaz, Mənaqıb əl-imam əl-A'zam, 11, 125). Əbu Hənifənin dərslərində davamlı olaraq on altı il iştirak edən Əbu Yusif eyni zamanda Kufəyə gələn tarixçi Məhəmməd ibn İshaqdan İslam tarixini öyrənmişdir. Əbu Yusif Əbu Hənifənin vəfatından sonra Bağdada getmiş və xəlifə Mehdi tərəfindən qazı təyin edilmişdir. Hadi və Harun ər-Rəşidin xəlifəliyi illərində də qazılik edən Əbu Yusif ilk dəfə olaraq "Qadi əl-Qudat" (Baş qazı) adını almışdır. Ömrünün sonuna qədər, on altı il qazıliq etmiş, 183/798-ci ildə vəfat etdikdən sonra oğlu Yusif yerinə qazı təyin edilmişdir (əz-Zəhəbi, Təzkirat əl-Huffaz, Heydərabad 1957, 1/292 ; İbn əl-İmad, Şəzəra əz-Zəhəb, 1/298, 300, 321; İbn ən-Nədim, əl-Fihrist, s. 195). Əbu Yusif qarşılaşdığı fiqhi problemləri dərin hüquq məntiqi və geniş zəkası ilə çox asanlıqla həll edirdi. Bir gün Harun ər-Rəşid "Bu gecə ölkəmdə yatsam səni üç talaq ilə boşayacam" deyərək xanımı Zübeydəni boşadı. Lakin sonra etdiyinə peşman olaraq alimlərdən bu haqda fətva istədi. Əbu Yusif Qurandakı bir ayəyə istinad edərək "Camilərdə yat, çünki camilər sənin deyil, Allahındır" demişdir (Bax: Cin surəsi, 18-ci ayə). Təbəri Əbu Yusifin rəydən çox istifadə etməsi, Sultana yaxınlığı, qazılıq edərkən məmurları razı salmağa çalışdığına görə bəzi alimlərin ona qarşı hədis rəvayət etməkdən çəkindiyini söyləmişdir. (İbn Əbdülbərr, əl-İntika, s.173). Əbu Yusif ikinci fəqihlər təbəqəsindən sayılmışdır. İmam adət-ənənə və sosial şərtlərin dəyəşilməsinə görə, nassların həyatdakı bütün incəlikləri əhatə etmədiyini, bir sözlə zaman və mühitin dəyişməsi ilə hökm və ictihadların da dəyişə biləcəyini söyləmişdir. Bu baxımdan nassların şəri hikmətini adət və sosial şərtlərin, sosial dəyişmənin yönünü yaxşı dəyərləndirərək yeni hadisələr qarşısında nassların ruhuna uyğun fətvalar vermişdir. Beləliklə, o, nassların hökmünü hadisələrə tətbiq etmiş və yeni hadisələr qarşısında şəriətdən ayrılmadan məsələləri həll etmişdir. Bəzi fəqihlər Peyğəmbərin (s) hədisini hərfi olaraq qəbul edib buğda, arpa, xurma və duzun bir-biri ilə hər zaman ölçülərək satılacağını, aralarındakı bərabərliyin çəki ilə deyil, ölçü ilə müəyyən edilməsi olduğunu irəli sürmüşdür (İbn Abidin, Nəşr əl-Afv fi binə Bədi əl-Əhkam alə Urf, Məcmuə ər-Rasəil, 2, 125). Halbuki İmam Əbu Yusif alış-verişdə artıq vərdiş halına gələn qızıllar arasındakı bərabərliyin ölçü ilə, taxıl məhsulları arasında da çəki ilə müəyyən olunacağı haqqında hökm vermişdir (İbn Abidin, g.ə., 118). O, bu ictihadı ilə nassa müxalif olmamış, göstərilən edilən hədisin söyləndiyi vaxtda haqqında bəhs edilən ölçü və çəki məsələsinin o dövrün şərtlərinə görə olduğunu, buna uyğun olaraq da hökmün o şərtlərə görə qoyulduğunu söyləmişdir. Sonrakı illərdə çəki ilə satılan şeylər, əgər o dövrün ticari mühitində də aktual olsaydı, hökm də ona uyğun olardı. İbn Abidin (v. 1252/1836) qızıl və gümüş pulun on doqquzuncu əsrdə artıq çəki və ölçü ilə deyil, sayılaraq mübadilə edildiyini açıqlamış və Əbu Yusifin böyük bir faiz təhlükəsinin qarşısını aldığını demişdir (İbn Abidin, g.ə., 118). Fiqhi hökmlərin çoxu nassların zahiri sübutlarından deyil, batini sübutlarından istinbat (sillogizm) və ya qiyas (anologiya) yolu ilə əldə edilmişdir. İmam Əbu Yusif ictihadlarında hədisə üstünlük verməklə yanaşı, daha çox rəyə bağlı idi. Haqqında nass olmayan məsələlərdə səhabənin, sonra isə Əbu Hənifənin ictihadlarına istinad edir, əgər bunlarda məsələnin həlli üçün bir şey tapmazdısa, öz rəyi və qiyası ilə hərəkət edərdi. Hənəfi fiqhi Əbu Yusif sayəsində tanınıb yayılmışdır. Çünki o, qazılıq vəzifəsini qəbul etməklə Hənəfi məzhəbinin birbaşa tətbiq olunmasını həyata keçirmişdir. Qazılıq etdiyi vaxtlarda xalqın həll ediləsi problemlərilə qarşılaşmış və həlli yollarını araşdırmışdır. Buna görə də onun istihsanları məhz həyatın özündən alınmışdır. O, Aməş və İmam Malikdən hədis öyrənmiş, Yəhya ibn Main ondan hədis rəvayət etmişdir. Hənəfi fiqh üsuluna aid ilk əsəri də elə o yazmışdır. Əbu Yusifin məlum olan əsərləri bunlardır: İxtilaf əl-Əmsar, Ədəb əl-Qadi alə Məzhəb Əbu Hənifə, Ə'mal fil-Fıqh, Kitab əl-Buyu, Kitab əl-Cəvami, Kitab əl-Hudud, Kitab əl-Xərac, Kitab ər-Rəd alə Malik ibn Ənəs, Kitab əz-Zəkat, Kitab əs-Salat, Kitab əs-Siyam, Kitab əs-Sayd və əz-Zəbaih, Kitab əl-Qasb, Kitab əl-Fəvaiz, Kitab əl-Vəsayə, Kitab əl-Vəkalə, əl-Asl, Kitab ər-Rəd alə Siyə əl-Əvzai, İmla. İmam Əbu Yusifin müəllimləri arasında Əbu Leyla, Əbu Hənifə, Malik ibn Ənəs, Süfyan ibn Uyeynə, İsmayıl ibn Uleyyə, İbn Cureyc, Həsən ibn Dinar, Hanzala ibn Əbu Süfyan, Hişam ibn Urvə, Əbu İshaq əş-Şeybani, Süleyman ət-Təmimi ən məşhur olanlarıdır. Əbu Yusifin yazdığı, İmam Məhəmmədin də tərtib etdiyi əl-Məbsut adlı kitab Hənəfi fiqhinin əsas mənbələrindəndir. Kitabın müxtəlif bölmələri ayrı-ayrı yazıldıqdan sonra bir yerə toplanmışdır. Əl-Cami əs-Sağir adlı əsər min beş yüzə yaxın fətvanı əhatə edir. Keçmişdə qazıların bu kitabı əzbər bilmədən təyin edilmədikləri söylənmişdir. Əl-Cüzcaninin yenidən tərtib etdiyi əl-Məbsut adlı əsər bu gün də çox istifadə olunan mənbə sayılır. İslami torpaq hüququnda Əbu Yusifin təsiri hiss olunur. Xəlifə Harun ər-Rəşidin istəyi ilə yazdığı bu kitabında Əbu Yusif dövlətin maliyyə və gəlir mənbələrini təfsilatı ilə açıqlamışdır. Fiqh bablarına uyğun olaraq tərtib etdiyi Kitab əl-Asari isə Əbu Hənifənin müsnədidir. Əbu Hənifənin rəvayət etdiyi hədislərlə hökm verərkən istinad etdiyi hədisləri, hədis şərtlərini, Tabiindən olan İraq və Kufə fəqihlərinin seçilmiş fətvalarını bu kitabda görmək mümkündür. İxtilaf Əbu Hənifə və İbn Leyla adlı kitabında da bu iki imamın fikir müxtəlifliyi göstərdikləri məsələləri açıqlamağa çalışmışdır. Kitab o dövrdəki imamların ixtilafını nəql etməsi baxımından dəyərlidir. Hərbi hökmlər, aman vermə, qənimət hökmləri mövzularında Əbu Hənifəyə müxalif olan Əvzaiyə qarşı yazdığı Kitab ər-Rəd alə Siyəri Əvzai adlı kitabında Əvzainin görüşlərini rədd etmişdir. Kitabda eyni zamanda hədis əhli ilə rəy əhli arasındakı ixtilaflara da aydınlıq gətirilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=835544
Əbu Yusuf Yaqub ibn İbrahim
Əbu Yusif (ərəb. أبو يوسف, d.731 - ö.798) — Sünni fiqh məktəbinin yetirmələrindən İslam dünyasının məşhur alimlərindəndir. Əbu Yusif İmam Əbu Hənifə, İmam Malik, İmam İbn Teymiyyə, İmam Cəfər ibn Sadiq kimi böyük fəqihlər arasında öz sözünü demiş bir əhli sünnət alimidir. Yaqub ibn Yəsar əl-Ənsari Hənəfi məzhəbinin imamı Əbu Hənifədən sonrakı böyük hənəfi fəqihidir. İraq bölgəsinin fəqihi qəbul edilən Yaqub 113/731-ci ildə Kufədə doğulmuşdur. Yusif adlı bir oğlu olduğu üçün Əbu Yusif (Yusifin atası) ləqəbi ilə tanınmışdır. Ailəsi yoxsul olmuş, Əbu Hənifənin köməkliyi ilə elm öyrənməyə başlamışdır. Əta ibn əs-Saib, Məhəmməd ibn İshaq ibn Yəsar və Leys ibn Sad kimi böyük hədis alimlərindən hədis öyrənərək hədis hafizi olmuşdur. Əbu İshaq əş-Şeybani, Süleyman ət-Təmimi, Yahya ibn Səid əl-Aməş kimi fəqihlərdən dərs almışdır. İbn əbu Ləvlanın əhəmiyyətli fiqhi problemlərin həlli zamanı Əbu Hənifənin ictihadlarından istifadə etdiyini gördükdə ondan ayrılaraq Əbu Hənifənin dərslərində davamlı olaraq iştirak etməyə başlamışdır. Onun üsulundan istifadə edərək "mütləq müctəhid" məqamına yüksəlmişdir. Əbu Hanifə onun haqqında belə demişdir: "Həm qazıliyə, həm də fətva məqamına layiq olan iki tələbəm var: Əbu Yusif və Zufər" (İbn Bəzzaz, Mənaqıb əl-imam əl-A'zam, 11, 125). Əbu Hənifənin dərslərində davamlı olaraq on altı il iştirak edən Əbu Yusif eyni zamanda Kufəyə gələn tarixçi Məhəmməd ibn İshaqdan İslam tarixini öyrənmişdir. Əbu Yusif Əbu Hənifənin vəfatından sonra Bağdada getmiş və xəlifə Mehdi tərəfindən qazı təyin edilmişdir. Hadi və Harun ər-Rəşidin xəlifəliyi illərində də qazılik edən Əbu Yusif ilk dəfə olaraq "Qadi əl-Qudat" (Baş qazı) adını almışdır. Ömrünün sonuna qədər, on altı il qazıliq etmiş, 183/798-ci ildə vəfat etdikdən sonra oğlu Yusif yerinə qazı təyin edilmişdir (əz-Zəhəbi, Təzkirat əl-Huffaz, Heydərabad 1957, 1/292 ; İbn əl-İmad, Şəzəra əz-Zəhəb, 1/298, 300, 321; İbn ən-Nədim, əl-Fihrist, s. 195). Əbu Yusif qarşılaşdığı fiqhi problemləri dərin hüquq məntiqi və geniş zəkası ilə çox asanlıqla həll edirdi. Bir gün Harun ər-Rəşid "Bu gecə ölkəmdə yatsam səni üç talaq ilə boşayacam" deyərək xanımı Zübeydəni boşadı. Lakin sonra etdiyinə peşman olaraq alimlərdən bu haqda fətva istədi. Əbu Yusif Qurandakı bir ayəyə istinad edərək "Camilərdə yat, çünki camilər sənin deyil, Allahındır" demişdir (Bax: Cin surəsi, 18-ci ayə). Təbəri Əbu Yusifin rəydən çox istifadə etməsi, Sultana yaxınlığı, qazılıq edərkən məmurları razı salmağa çalışdığına görə bəzi alimlərin ona qarşı hədis rəvayət etməkdən çəkindiyini söyləmişdir. (İbn Əbdülbərr, əl-İntika, s.173). Əbu Yusif ikinci fəqihlər təbəqəsindən sayılmışdır. İmam adət-ənənə və sosial şərtlərin dəyəşilməsinə görə, nassların həyatdakı bütün incəlikləri əhatə etmədiyini, bir sözlə zaman və mühitin dəyişməsi ilə hökm və ictihadların da dəyişə biləcəyini söyləmişdir. Bu baxımdan nassların şəri hikmətini adət və sosial şərtlərin, sosial dəyişmənin yönünü yaxşı dəyərləndirərək yeni hadisələr qarşısında nassların ruhuna uyğun fətvalar vermişdir. Beləliklə, o, nassların hökmünü hadisələrə tətbiq etmiş və yeni hadisələr qarşısında şəriətdən ayrılmadan məsələləri həll etmişdir. Bəzi fəqihlər Peyğəmbərin (s) hədisini hərfi olaraq qəbul edib buğda, arpa, xurma və duzun bir-biri ilə hər zaman ölçülərək satılacağını, aralarındakı bərabərliyin çəki ilə deyil, ölçü ilə müəyyən edilməsi olduğunu irəli sürmüşdür (İbn Abidin, Nəşr əl-Afv fi binə Bədi əl-Əhkam alə Urf, Məcmuə ər-Rasəil, 2, 125). Halbuki İmam Əbu Yusif alış-verişdə artıq vərdiş halına gələn qızıllar arasındakı bərabərliyin ölçü ilə, taxıl məhsulları arasında da çəki ilə müəyyən olunacağı haqqında hökm vermişdir (İbn Abidin, g.ə., 118). O, bu ictihadı ilə nassa müxalif olmamış, göstərilən edilən hədisin söyləndiyi vaxtda haqqında bəhs edilən ölçü və çəki məsələsinin o dövrün şərtlərinə görə olduğunu, buna uyğun olaraq da hökmün o şərtlərə görə qoyulduğunu söyləmişdir. Sonrakı illərdə çəki ilə satılan şeylər, əgər o dövrün ticari mühitində də aktual olsaydı, hökm də ona uyğun olardı. İbn Abidin (v. 1252/1836) qızıl və gümüş pulun on doqquzuncu əsrdə artıq çəki və ölçü ilə deyil, sayılaraq mübadilə edildiyini açıqlamış və Əbu Yusifin böyük bir faiz təhlükəsinin qarşısını aldığını demişdir (İbn Abidin, g.ə., 118). Fiqhi hökmlərin çoxu nassların zahiri sübutlarından deyil, batini sübutlarından istinbat (sillogizm) və ya qiyas (anologiya) yolu ilə əldə edilmişdir. İmam Əbu Yusif ictihadlarında hədisə üstünlük verməklə yanaşı, daha çox rəyə bağlı idi. Haqqında nass olmayan məsələlərdə səhabənin, sonra isə Əbu Hənifənin ictihadlarına istinad edir, əgər bunlarda məsələnin həlli üçün bir şey tapmazdısa, öz rəyi və qiyası ilə hərəkət edərdi. Hənəfi fiqhi Əbu Yusif sayəsində tanınıb yayılmışdır. Çünki o, qazılıq vəzifəsini qəbul etməklə Hənəfi məzhəbinin birbaşa tətbiq olunmasını həyata keçirmişdir. Qazılıq etdiyi vaxtlarda xalqın həll ediləsi problemlərilə qarşılaşmış və həlli yollarını araşdırmışdır. Buna görə də onun istihsanları məhz həyatın özündən alınmışdır. O, Aməş və İmam Malikdən hədis öyrənmiş, Yəhya ibn Main ondan hədis rəvayət etmişdir. Hənəfi fiqh üsuluna aid ilk əsəri də elə o yazmışdır. Əbu Yusifin məlum olan əsərləri bunlardır: İxtilaf əl-Əmsar, Ədəb əl-Qadi alə Məzhəb Əbu Hənifə, Ə'mal fil-Fıqh, Kitab əl-Buyu, Kitab əl-Cəvami, Kitab əl-Hudud, Kitab əl-Xərac, Kitab ər-Rəd alə Malik ibn Ənəs, Kitab əz-Zəkat, Kitab əs-Salat, Kitab əs-Siyam, Kitab əs-Sayd və əz-Zəbaih, Kitab əl-Qasb, Kitab əl-Fəvaiz, Kitab əl-Vəsayə, Kitab əl-Vəkalə, əl-Asl, Kitab ər-Rəd alə Siyə əl-Əvzai, İmla. İmam Əbu Yusifin müəllimləri arasında Əbu Leyla, Əbu Hənifə, Malik ibn Ənəs, Süfyan ibn Uyeynə, İsmayıl ibn Uleyyə, İbn Cureyc, Həsən ibn Dinar, Hanzala ibn Əbu Süfyan, Hişam ibn Urvə, Əbu İshaq əş-Şeybani, Süleyman ət-Təmimi ən məşhur olanlarıdır. Əbu Yusifin yazdığı, İmam Məhəmmədin də tərtib etdiyi əl-Məbsut adlı kitab Hənəfi fiqhinin əsas mənbələrindəndir. Kitabın müxtəlif bölmələri ayrı-ayrı yazıldıqdan sonra bir yerə toplanmışdır. Əl-Cami əs-Sağir adlı əsər min beş yüzə yaxın fətvanı əhatə edir. Keçmişdə qazıların bu kitabı əzbər bilmədən təyin edilmədikləri söylənmişdir. Əl-Cüzcaninin yenidən tərtib etdiyi əl-Məbsut adlı əsər bu gün də çox istifadə olunan mənbə sayılır. İslami torpaq hüququnda Əbu Yusifin təsiri hiss olunur. Xəlifə Harun ər-Rəşidin istəyi ilə yazdığı bu kitabında Əbu Yusif dövlətin maliyyə və gəlir mənbələrini təfsilatı ilə açıqlamışdır. Fiqh bablarına uyğun olaraq tərtib etdiyi Kitab əl-Asari isə Əbu Hənifənin müsnədidir. Əbu Hənifənin rəvayət etdiyi hədislərlə hökm verərkən istinad etdiyi hədisləri, hədis şərtlərini, Tabiindən olan İraq və Kufə fəqihlərinin seçilmiş fətvalarını bu kitabda görmək mümkündür. İxtilaf Əbu Hənifə və İbn Leyla adlı kitabında da bu iki imamın fikir müxtəlifliyi göstərdikləri məsələləri açıqlamağa çalışmışdır. Kitab o dövrdəki imamların ixtilafını nəql etməsi baxımından dəyərlidir. Hərbi hökmlər, aman vermə, qənimət hökmləri mövzularında Əbu Hənifəyə müxalif olan Əvzaiyə qarşı yazdığı Kitab ər-Rəd alə Siyəri Əvzai adlı kitabında Əvzainin görüşlərini rədd etmişdir. Kitabda eyni zamanda hədis əhli ilə rəy əhli arasındakı ixtilaflara da aydınlıq gətirilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=115834
Əbu Yə’la Muhəmməd əl-Azərbaycani
Əbu Yə’la Muhəmməd ibn Muhəmməd ibn Saleh ibnü’l-Haruyə əl-Azərbaycani (?-1115) — Azərbaycan alimi. Əbu Yə’la Muhəmməd ibn Muhəmməd ibn Saleh ibnü’l-Haruyə əl-Azərbaycani Mühəddis, siqa hədis ravisi idi. Azərbaycanda dünyaya gəlmiş, lakin gənclik illəri Bağdadda keçmiş və bu şəhərdə təhsil almışdı. Əbu Cə’fər ibnü’l-Məsləmə, Malik əl-Banyasi kimi mühəddislərdən hədis dinləmiş və nəql etmişdi. Hafiz Muhəmməd ibn Əbdülvahid əd-Dəqqaq, Əbu Qalib Daməğani, şair Əbu Bəkr əl-Ərcani ondan hədis dinləmiş və nəql etmişdilər. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani həmçinin tanınmış ədib və tənqidçi idi. O, nəzm və nəsr tərzində çox gözəl ədəbi əsərlər qələmə almışdı. Bunlardan ‚Nətayicü’l-Fitnə fi Nəzmi-Kəlilə və Dimnə‛, ‚əs-Sadih‛ adlı əsərlərinin adlarını çəkmək olar. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani İraqi-ərəb və İraqi-əcəmin bir sıra şəhərlərinə səyahət etmişdi. Ömrünün sonlarına doğru Kirmana getmiş və burada h. 509-cu ilin səfər ayında (iyul 1115), 95 yaşında ikən, vəfat etmişdi.
https://az.wikipedia.org/w/index.php?curid=501889
Əbu Zeyd Bəlxi
Əbu Zeyd əl-Bəlxi (850–934), İranlı müsəlman coğrafiyaçı, riyaziyyatçı, həkim və psixoloqdur. Bundan başqa, o, ilahiyyat ilə də məşğul olmuş, ilahiyyatın kəlam və fiqh kimi qolları ilə maraqlanmışdır. Əfqanıstanın Bəlx şəhərində doğulmuş, Əl-Kindinin şağirdlərindən biri olmuşdur. Maraqlandığı bir çox elmlərdə önəmli əsərlər yazsa da, günümüzə qədər gəlib çatan yeganə əsəri "Məsalihül-Əbdan vəl-Ənfüs" adlı kitabıdır. Məsalihül-Əbdan və'l-ƏnfüsGünümüzə qədər gəlib çatan əsərin iki nüsxəsi İstanbulda Süleymaniyyə Kitabxanasında saxlanılır. Bir çox baxımdan tibb tarixi üçün əhəmiyyətli olan əsərdə mövzu olaraq ortaya qoyulan ağıl sağlamlığı və ağıl xəstəliyi kimi anlayışlar İslam psixologiyası və sinir elmi tarixində ilk dəfə Bəlxi tərəfindən ortaya atılmışdı. Bundan başqa, əsərdə medikal psixologiya, idraki psixologiya və müalicə mövzusuna da toxunulmuş, psixofizioloji və psixosomatik tibbə də yer ayrılmışdır. "Məsalihül Əbdan vəl-Ənfüs" adlı kitabı "Bədən və Ruh Sağlamlığı" adı altında türk dilinə tərcümə olunmuşdur. Əbu Zeyd əl-Bəlxi, ağıl sağlamlığını və ağıl xəstəliyini "ruhani səhiyyə" ilə əlaqələndirmiş və ilk dəfə bu əsərində ehtiyac bədənə gərəkli "ruh" xəstəliklərini mövzu olaraq qeyd etmişdir. Ruhani və psixoloji sağlamlığı təsvir etmək üçün "əl-Tibb əl-Ruhani" (yəni "Ruhani Tibb") terminindən, tibbin ağıl sağlamlığı ilə maraqlanan qolu üçün isə "Tibb əl-Qəlb" terminindən istifadə etmişdir. Həmçinin, əsərində dövrünün həkimlərinin fiziki xəstəliklərə və sağlamlığa əhəmiyyət verməməsini, psixoloji və ya ağıl xəstəliklərini göz ardı etdiklərini qeyd edərək, tənqid etmişdir. Əbu Zeyd əl-Bəlxi bilinən ilk idraki psixoloq və medikal psixoloq, nevroz ilə psixozu aydınlaşdıran ilk adamdır. Bundan başqa, nevrotik xəstəliklərin təsnifatını verən və bu xəstəliklərin hər birinin müalicəsi üçün fərqli müalicələr təklif edən ilk həkimdir. Digər əsərləri: Əxlaq'ul Uməm Aksam-u Ulum'il Fəlsəfə Aksam'ul Ulum Bəyan-u Vucuh'il Hikmət-i fi'l Əvamir-i və'n Nəvahi'iş Şər'iyyəti Ədəb-üs-Sultan vər-Raiyyə Əl-Əsma vəl-Küna vəl-Əlkab Əl-İlm vət-Ta'lim Kitabu Əməd-il-Aksa fil-Hikməti Kitab'un fi'l Hilaf Kitab-us-Siyasət-is-Sağir Kitab-us-Siyasət-il-Kəbir Ma Yasihhu min Əhkam-in-Nücum Nazm-ul-Qur'an Suvar-ul-Akalim-il-İslamiyyə Şərai-ul-Ədyan
https://az.wikipedia.org/w/index.php?curid=519471
Əbu Zeyd əl-Bəlxi
Əbu Zeyd əl-Bəlxi (850–934), İranlı müsəlman coğrafiyaçı, riyaziyyatçı, həkim və psixoloqdur. Bundan başqa, o, ilahiyyat ilə də məşğul olmuş, ilahiyyatın kəlam və fiqh kimi qolları ilə maraqlanmışdır. Əfqanıstanın Bəlx şəhərində doğulmuş, Əl-Kindinin şağirdlərindən biri olmuşdur. Maraqlandığı bir çox elmlərdə önəmli əsərlər yazsa da, günümüzə qədər gəlib çatan yeganə əsəri "Məsalihül-Əbdan vəl-Ənfüs" adlı kitabıdır. Məsalihül-Əbdan və'l-ƏnfüsGünümüzə qədər gəlib çatan əsərin iki nüsxəsi İstanbulda Süleymaniyyə Kitabxanasında saxlanılır. Bir çox baxımdan tibb tarixi üçün əhəmiyyətli olan əsərdə mövzu olaraq ortaya qoyulan ağıl sağlamlığı və ağıl xəstəliyi kimi anlayışlar İslam psixologiyası və sinir elmi tarixində ilk dəfə Bəlxi tərəfindən ortaya atılmışdı. Bundan başqa, əsərdə medikal psixologiya, idraki psixologiya və müalicə mövzusuna da toxunulmuş, psixofizioloji və psixosomatik tibbə də yer ayrılmışdır. "Məsalihül Əbdan vəl-Ənfüs" adlı kitabı "Bədən və Ruh Sağlamlığı" adı altında türk dilinə tərcümə olunmuşdur. Əbu Zeyd əl-Bəlxi, ağıl sağlamlığını və ağıl xəstəliyini "ruhani səhiyyə" ilə əlaqələndirmiş və ilk dəfə bu əsərində ehtiyac bədənə gərəkli "ruh" xəstəliklərini mövzu olaraq qeyd etmişdir. Ruhani və psixoloji sağlamlığı təsvir etmək üçün "əl-Tibb əl-Ruhani" (yəni "Ruhani Tibb") terminindən, tibbin ağıl sağlamlığı ilə maraqlanan qolu üçün isə "Tibb əl-Qəlb" terminindən istifadə etmişdir. Həmçinin, əsərində dövrünün həkimlərinin fiziki xəstəliklərə və sağlamlığa əhəmiyyət verməməsini, psixoloji və ya ağıl xəstəliklərini göz ardı etdiklərini qeyd edərək, tənqid etmişdir. Əbu Zeyd əl-Bəlxi bilinən ilk idraki psixoloq və medikal psixoloq, nevroz ilə psixozu aydınlaşdıran ilk adamdır. Bundan başqa, nevrotik xəstəliklərin təsnifatını verən və bu xəstəliklərin hər birinin müalicəsi üçün fərqli müalicələr təklif edən ilk həkimdir. Digər əsərləri: Əxlaq'ul Uməm Aksam-u Ulum'il Fəlsəfə Aksam'ul Ulum Bəyan-u Vucuh'il Hikmət-i fi'l Əvamir-i və'n Nəvahi'iş Şər'iyyəti Ədəb-üs-Sultan vər-Raiyyə Əl-Əsma vəl-Küna vəl-Əlkab Əl-İlm vət-Ta'lim Kitabu Əməd-il-Aksa fil-Hikməti Kitab'un fi'l Hilaf Kitab-us-Siyasət-is-Sağir Kitab-us-Siyasət-il-Kəbir Ma Yasihhu min Əhkam-in-Nücum Nazm-ul-Qur'an Suvar-ul-Akalim-il-İslamiyyə Şərai-ul-Ədyan
https://az.wikipedia.org/w/index.php?curid=749136