!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əbu Ömər əl-Şişani | Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) — Suriya vətəndaş müharibəsinin iştirakçısı, keçmiş Ceyş əl-Mühacirin vəl-Ənsar qruplaşmasının komandiri, 2013-cü ilin yayından bəri İraq və Şam İslam Dövlətinin şimali Suriya əmiri. Daha çox Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır. Milliyətcə kist, yəni çeçendir. Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) 1986-cı ildə çeçenlərin subetnik qrupu sayılan kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsində yerləşən Birkiani kəndində anadan olub. Atası xristian olsa da, özü müsəlmandır. Bu haqda atası Teymuraz Batiraşvili deyir: Həmçinin atasının dediyinə görə, Tarxan Suriyaya getdikdən sonra yalnız bircə dəfə atasına zəng vurub və həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini, qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin babasının cizgilərini xatırlatdığını deyib. Telefon bağlantısı zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə də maraqlanıb, atası isə ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu telefonunu qapadıb və bir daha atasına zəng etməyib. Yeniyetmə vaxtı Yaşadıqları Pankisi dərəsi İkinci Çeçen Müharibəsində üsyançıların əsas tranzit bölgələrindən biri olduğundan müharibənin qızğın vaxtlarında atası Temuri ilə, 13-14 yaşlı Tarxan çeçen mücahidlərə kömək olmaq üçün gizlin yollarla Rusiyaya keçmiş və bəzən də mücahidlərlə birgə rus qoşunlarına qarşı mübarizə aparmışdı. Hərbi xidmətdə Məktəbi bitirdikdən sonra Gürcü Ordusunda xidmətə başlayan Batiraşvili burada silah və xəritə üzrə bilikləriylə fərqləndiyindən tez bir zamanda keçmiş komandiri Malxaz Topurianın rəhbərlik etdiyi xüsusi kəşfiyyat dəstəsinə qəbul edilir. Yeni təşkil edilmiş kəşfiyyat dəstəsində çavuş rütbəsinə yüksələn Batiraşvili 2008-ci il Rus-Gürcü müharibəsi vaxtı gürcü tərəfdən ön cəbhədə xidmət etmiş, rus tank kolonlarının kordinatlarını gürcü artilleriya birliklərinə ötürmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=356312 |
Əbu Übeydə ibn Cərrah | Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah (ərəb. أبو عبيدة عامر بن عبدالله بن الجراح; 583, Məkkə – 639, Emmaus[d]) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi. Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir. O, Bədr döyüşündə bütpərəstlərin tərəfində müsəlmanlara qarşı vuruşan atasını öldürür. Quranda bu hadisə belə təsvir olunub: Əbu Übeydə 625-ci ildə baş tutmuş Uhud döyüşündə iştirak etmişdir. Döyüşün ikinci mərhələsində Xalid ibn Vəlidin süvariləri müsəlmanlara arxadan hücum edir, onları pis vəziyyətə salır. Döyüşdə müsəlman əsgərlərin çoxu meydandan qaçır, Əbu Übeydə isə Məhəmmədi qoruyan azsaylı adamlardan biri olur.Əbu Übeydə Məhəmməd peyğəmbərin ölümündən sonra Əbu Bəkr və Ömər ilə muhacirlərə qoşulur. Səqifə Banu Səidədəki məclis Əbu Bəkri xəlifə seçir.Əbu Übeydə xilafətin Sasanilər və Bizans imperiyası ilə olan müharibələrinin əvvəlindən cəbhədə vuruşur. O, 634–638-ci illərdə Suriya və Fələstinin fəth edilməsində ərəb ordularına rəhbərlik edir. Yərmuq döyüşündə mərkəzdəki qüvvələrinin komandiri təyin edilir. Bu qələbədən sonra Təbəqət-Fəhl və Şam ələ keçirilir. Qüds, Homs və Levantın digər şəhərləri də Əbu Übeydə tərəfindən fəth edilir.Əbu Übeydə ibn Cərrah 638-ci ildə o dövrdə Suriyanı bürüyən taun epidemiyası nəticəsində vəfat edir. Bağdadi, İbn Səd. Kitāb aṭ- Ṭabaqāt al-kabīr (ərəb). ISBN 9789775046871. Athamina, Khalil Abū ʿUbayda b. al-Jarrāḥ // Encyclopaedia of Islam, THREE Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=671335 |
Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi | Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d]) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub. Ona İŞİD milisləri "alim, müharibə şeyxi və.s" ləqəblər qoymuşdular. | https://az.wikipedia.org/w/index.php?curid=680136 |
Əbu İbrahim Əl-Haşimi Əl-Qüreyşi | Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d]) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub. Ona İŞİD milisləri "alim, müharibə şeyxi və.s" ləqəblər qoymuşdular. | https://az.wikipedia.org/w/index.php?curid=683707 |
Əbu İlmiyyə (Həftkel) | Əbu İlmiyyə (fars. ابوعليمه) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 33 ailədə 78 nəfəri kişilər və 74 nəfəri qadınlar olmaqla cəmi 152 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar. | https://az.wikipedia.org/w/index.php?curid=429344 |
Əbu İsa İsfahani | Əbu İsa İsfahani ( ivr. אַבּוּ עִיסַא אלְ-אִסְפַהַאנִיּ), həmçinin İshak ben Yakov Ovadiya Əbu İsi (ivr. יִצְחָק בֶּן יַעֲקֹב עוֹבַדְיָה אַבּוּ עִיסִי; İsfahan) — yəhudi din islahatçısı, orta əsrlərdə ilk yəhudi bidət hərəkatı olan isabitlər təriqətinin banisi.Özünü beş peyğəmbərdən biri, Məsihin sələfi elan ed\n İsfahani İranda Ərəb xilafətinə qarşı üsyan qaldırmışdır. Bu üsyan darmadağın edilmiş və Əbu İsanın özü döyüşdə həlak olmuşdur. Buna baxmayaraq, onun təlimlərinin davamçıları öz liderlərinin ölümünə inanmırdılar. Əbu İsanın həyatı və ölümü bir çox əfsanələrdə örtülmüşdür.Təriqət X əsrin birinci yarısında mövcudiyyətini davam etdirmiş və onun ideyaları karaimizmin banisi Anan ben Davidə təsir etmişdir. Əbu İsanın təlimlərinə görə, Məsihin zühurundan əvvəl İsa, Məhəmməd və özü də daxil olmaqla beş peyğəmbər gəlməli idi. O öz tərəfdarlarına ət və şərab yeməyi qadağan etmiş, boşanmaları ləğv etmiş və yeddi vaxt namaz qılmağı tapşırmışdır. Əlavə ədəbiyyat Steven Wasserstrom. Between Muslim and Jew. Princeton, 1995. Joseph Jacobs, Max Schloessinger. ISḤAḲ BEN YA'ḲUB OBADIAH ABU 'ISA AL-ISFAHANI //Jewish Encyclopaedia. N.-Y., 1913. | https://az.wikipedia.org/w/index.php?curid=779776 |
Əbu İshaq Sələbi | Əbu İshaq Əhməd ibn Məhəmməd Sələbi (ərəb. أحمد الثعلبي; Nişapur – noyabr 1035, Nişapur) — islam ilahiyyatçısı, Quran tərcüməçisi, tarixşünası. Tam adı Əbu İshaq Əhməd ibn Məhəmməd ibn İbrahim Nisaburi Sələbidir. Onun həyatı haqqında az şey məlumdur. Sələbi hicri təqvim ilə 427-ci ilin Məhərrəm ayında (1035-ci ilin noyabrı) vəfat etmişdir.Sələbi iki əsəri ilə tanınır. Birinci əsər çoxcildlik "əl-Kəşf və'l-bəyan'ən təfsir əl-Qur'an" təfsiridir. İslam ilahiyyatçıları onun təfsirinin nüfuzuna şübhə ilə yanaşırlar, çünki burada Mükatil ibn Süleyman, Məhəmməd Kəlbi və digər etibarsız rəvayətçilərdən nəqllər var. Bu, yəqin ki, onun təfsirinin uzun müddət nəşr olunmamasını izah edir. Bəqəvinin (1122-ci ildə vəfat etmişdir) "Müəllim ət-tənzil" əsəri Sələbinin əsərinin qısaldılmış variantı hesab olunur.Sələbinin ikinci məşhur əsəri təfsir kimi istifadə olunan, peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" kitabıdır. Ən erkən nəşri 1286-cı ilə aid edilir. Kitabdakı hadisələr Təbərinin istifadə etdiyi mənbələrdən istifadə edilməklə, peyğəmbərlərin tarixi ardıcıllığına uyğun təsvir edilmişdir. Sələbinin əsəri Kisayinin əsəri ilə birlikdə peyğəmbərlərin tarixi üçün standart mənbəyə çevrilmişdir. Əlavə ədəbiyyat Dhahabi, al-Tafsir wa 'l-mufassirun, Cairo 1967, i, 227-34; | https://az.wikipedia.org/w/index.php?curid=751769 |
Əbu İshaq İbrahim | Əbu İshaq İbrahim ibn Alp Təkin (X əsr – 12 noyabr 966, Qəzni) — hakimiyyəti 3 il sürən Qəznəvi hakimi. Alp Təkin oğlu. 12 noyabr 966-cı ildə övladsız vəfat etdi. Yerinə seçki ilə Bilgə Təkin keçmişdir. Hakimiyyəti Alptəkinin 13 sentiyabr 963-cü ildə ölümündən sonra yerinə oğlu Əbu İshaq İbrahim gəlmişdi. Ancaq İbrahim Qəznəvilər dövlətinin idarə edilməsində atası qədər qüdrətli və müfəvvəqiyyətli ola bilmədi.Ordu onun nəzarətindən çıxmış, Səbutəkin onun vaxtında Xalaçların bir üsyanını basdırmışdı.İbrahimin bu zəif durumundan istifadə edən sadiq Qəznə hakimi Əbu Bəkr Ləvik, təxminən 964-cü ilin sonunda Qəznəyə irəliləmiş və onu məğlub etdərək keçmiş ölkəsini təkrar ələ keçirmişdir.İbrahim Buxaraya qaçmaq və Samani əmiri Mənsur b. Nuhdan yardım istəməli oldu.İbrahim Samanilərdən istədiyi yardımı alaraq böyük bir qüvvətlə geri döndü. Bu dəfə Qəznəyi tərk etməyə məcbur olan Əbu Bəkr Ləvik olmuşdu.(26 sentiyabr 965-ci il) İbrahim yenidən Qəznəyə girdi. Amma bu yardım məqsədilə Samanilər bu bölgə üzərində, heç olmasa qismən, hakimiyyət qurmuş oldular.İbrahim də Qəznədə uzun müddət hökmdar ola bilmədi və 12 noyabr 966-cı ildə öldü. Əbu İshaq Sabii idi. Buna baxmayaraq müsəlmanlarla son dərəcə uyğunluq içində və səmimi idi. Müsəlmanlar arasına o qədər qarışmışdı ki, Ramazan ayı vaxtı uzun müddət oruç tutar, Quran-i Kərimi çox gözəl bir şəkildə əzbərliyər və oxuyardı. Elə ki, çox risalələrində Qurandan istifadə edərək ayətləri örnək göstərib yazılarını təkminləşdirirdi. Əsil adı Əbu İshaq İbrahim b. Hilal əs-Sabiidir Dövrün ən böyük ədiblərindən olmuşdur. 313-925-ci illər arasında Harranda anadan olub. Bəzi mənbələrdə adı “Əbu Həsən” olaraq da keçir. Harranında böyüyən ədəbiyyatçı Əbu İshaq, yazı, bəlağət və şeirləriylə də tanınmış, ancaq özünü Riyaziyyat və xüsusilə də Mühəndislik və Heyət elmlərində göstərmiş bir alimdi.İlk təhsilini doğulduğu yerdə oxuduqdan sonra Bağdata getmişdir. Orada uzun müddət qalaraq təhsilini tamamlamış və özünü çox yaxşı öyrətmişdi.Ailəsi ilə gəldiyi Bağdatda öz meylini ədəbiyyata vermiş, az vaxtda Ərəb dili və ədəbiyyatına həm nəsr, həm şeir tərəfdən hakim olmuş və son dərəcə ustalaşmışdır. Ancaq hər Harranlı alim kimi təkcə bir elm məşğul olmayıb, ədəbiyyatdan əlavə riyaziyyat elmindədə yüksək bir ağıla sahip olmuşdur.İraqda hökm sürən Büvəyoğullarının sarayında işləmiş olan bu alim, əslındə Xəlifənin dəvəti üstünə yaşadığı yeri buraxıb Bağdat Xilafət Sarayı Rəsətxanasında işləmişdir.Əbu İshaq Sabii idi. Buna baxmayaraq müsəlmanlarla son dərəcə uyğunluq içində və səmimi idi. Müsəlmanlar arasına o qədər qarışmışdı ki, Ramazan ayı vaxtı uzun müddət oruç tutar, Quran-i Kərimi çox gözəl bir şəkildə əzbərliyər və oxuyardı. Elə ki, çox risalələrində Qurandan istifadə edərək ayətləri örnək göstərib yazılarını təkminləşdirirdi.Əbu İshaqın əsərlərindən təkcə “Əl Müxtəsər min Rəsail Əbu İshaq İbrahim əs Sabii” adlı risaləsi günümüzə qədər gəlmişdir. Bu əsərin birinci üzü tanınmış Livanlı ədəbiyyatçı Əmir Şəkip Arslan tərəfindən tədqiq və nəşr edilmişdir. Dövrünün böyük şair və yazarı olan Əbu İshaq, fəsağət və bəlağətli diliylə nəsr və nəzmdəki şeirləriylə məşhurdur. Şairlikdən əlavə divan katibliyi də etmişdir. İlk təhsilini atasından almışdır. Xüsusilə doktor olmasını istəyən atası, ona tez-tez tibb təhslini verirdi. Lakin, Əbu İshaq, fürsət edən kimi ədəbiyyatla maraqlanmış, şeirlər yazmışdır.Ədəbiyyatla məşğul olmaq üçün lazım olan həvəsi, atasına, vəzirlərindən gələn və bir çox tibbi və qeyri tibbi məsələyi məruzə edən məktuba hazırladığı cavablardan almışdır. Böyük bir maraqla hazırlanan cevabın Əbu İshaq tərəfindən yazıldığını öğrənən atası, buna çox sevinmiş və ona “İndi sənə ədəbiyyatla maraqlanmağa icazə verirəm. Get katib ol.” dediyini şəxsən Əbu İshaqın özü qeyd etmişdir. Yaradıcılığı Sultan və vəzirlərin məktublarını özü yazdığına görə məktub yazma sənətində xeyli irəlidə olmuşdur. Belə ki, məktubçuluğu, şairliyini gizlətmişdi. Əbu İshaq, hicri IV. əsirdə Bağdatda inkişaf edən elm, sənət və ədəbiyyatın işığında inkişaf etmişdir. Yazmış olduğu şeirlərindən əsrinin zəngin mədəniyyət dənizindən istifadə etmişdir. O, bir başqa deyimlə məktubda mahir bir katib, şeirdə isə mötədil bir şairdir.Əbu İshaq yaşadığı dövrdə özünə xas bir şeir dili ve poetikası yaratmışdır. Şeiri ciddiyə alan və diqqətlilik göstərən bu şair: “Sözü az olsa da mənası sonsuz və geniş olan şey şeirdir.” deyərək şeir haqqındakı fikirlərini ifadə etmişdir.Şeirə o qədər diqqətlilik və önəm verən şair, kefiyyətsiz şeir yazan şairləri də tənqid etmişdir.O, “Ey Allahım, sözləri qar kimi soyuq olanlara, ya düzgün vəzni göstər ya da yaza bilmədikləri şeirdə onları müvəffəq etmə...” demişdir. Şeirlərində diqqətliyiylə ön plana çıxan bu şair, Ərəb Ədəbiyyatının şeir növlərinin hamısında nümunələr vermişdir. Şeirləri eşq, içki, vəsf və təşbeh, Bəsrə və ailəsi haqqında ağılar, tərif, təbrik və hədiyyə, həcv, poetika, həbsxana, şikayət, hikmət, acı və hüzn növlü şeirləri təşkil edir Son günləri olduqca pis keçən şair, ürək dağlayan vəziyyətə düşmüş, sarayda keçən bir ömürdən sonra kasıb və yoxsulluq içində 994-cü ildə Bağdatda 91 yaşında vəfat etmişdir. Xarici keçidlər The Sipahsalar in Gaznavids Arxivləşdirilib 2018-01-24 at the Wayback Machine Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=301445 |
Əbu İshaq İsmayıl Əfəndi | Əbu İshaq İsmayıl Əfəndi (1645, Konstantinopol – 8 avqust 1725, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. 1645-ci ildə İstanbulda dünyaya gəlmişdir. Bir çox şeyxülislam, qazəsgər, qazı, müdərris, alim və şair yetişdirən bir ailəyə mənsubdur. Atası Alanyadan İstanbula gələrək təhsil almış və öncə müdərris və qazı, 1657-ci ildə isə Qahirədə qazı naibi olan Qara İbrahim Əfəndidir. Atasından aldığı təhsilin ardından qazəsgər Qədir Əfəndi tərəfindən məzun edildi və İstanbulun müxtəlif mədrəsələrində müdərris olaraq fəaliyyət göstərdi. Bununla eyni zamanda saray üçün məktubdar və təzkərəçi kimi vəzifələri də icra etmişdir. 1692-ci ilədək dərəcələri artırıldı və ən yüksək müdərrislik dərəcəsi hesab edilən Süleymaniyyə Darülhədisinə təyin edildi. Həmin ilin ortalarında qazı olaraq təyinat aldı və öncə Hələbə, ardından 1698-ci ildə Məkkə qazılığına gətirildi. Ertəsi il Ədirnə və Bolu qazılığını da alan İsmayıl Əfəndi 1708-ci ildə İstanbul qazısı, 1711-ci ildə Anadolu qazəsgəri, 1712-ci ilin yanvarında isə Rumeli qazəsgəri seçildi. Ancaq son vəzifəsində çox qalmadan həmin ilin ortalarında vəzifədən alınsa da, 3 il sonra yenidən Rumeli qazəsgərliyinə gətirildi və Mentəşzadə Əbdürrəhim Əfəndinin vəfatıyla boşalan şeyxülismalığa gətirildi (4 dekabr 1716). Bu vəzifədə qaldığı 2 ilə yaxın müddət ərzində İsmayıl Əfəndinin bəzi davranışları, övladlarının və yaxın ətrafının onun tutduğu vəzifəyə yaraşmayan hərəkətləri, xüsusilə də saraydakı təyinat məsələlərinə tez-tez qarışması onun gözdən düşməsinə səbəb oldu. Nəticədə Nevşəhərli İbrahim Paşanın da təkidiylə 7 may 1718-ci ildə vəzifədən alınaraq Sinopa sürgün edildi. 3 il sonra bağışlanaraq İstanbula geri çağırıldı və Rumeli hisarı yaxınlığındakı köşkündə yaşamağına icazə verildi. Burada vaxtını elm və ibadətlə keçirən İsmayıl Əfəndi uzun sürən xəstəliyinin ardından 8 avqust 1725-ci ildə vəfat etdi. Ertəsi gün doğulduğu səmtdə öz adına inşa etdirdiyi və inşaatı bir il öncə tamamlanan məscidin həyətinə dəfn edildi. İsmayıl Əfəndinin şeyxülislamlıqdan alındığı əsnada inşasına başladığı və günümüzədək gəlib çatmış məscidin planı Kəbənin ölçülərinə uyğun şəkildə hazırlanmışdır. Məscidin ana qapısının üzərindəki mənzum kitabə, məscidin ətrafındakı mədrəsə və darülhədis isə özü kimi şeyxülislam olan oğlu Əsad Əfəndi tərəfindən əlavə edilmişdir. Övladları İshaq, Əsad, Lütfullah, Şeyx Mehmed və Məsud Əfəndilərin də məzarı buradadır. Şeyhî, Vekāyiu’l-fuzalâ, III, 589–593. Râşid, Târih, V, 192. Devhatü’l-meşâyih, s. 85. İlmiyye Salnâmesi, s. 506–507. Danişmend, Kronoloji, V, 137. Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 464–466. Konyalı, Alanya, s. 424. a.mlf., İshak Efendi ve Divanından Seçmeler, İstanbul 1990, s. 3–8. | https://az.wikipedia.org/w/index.php?curid=688669 |
Əbu İshaq əş-Şirazi | Əbu İshaq əş-Şirazi (1003 – 1088) — İslam din xadimi, fiqh alimi, Nizamiyyə mədrəsəsinin ilk rəhbəri. Əbu Həmid əl-Qəzali, əl-Kiyə əl-Hərrasi, Əbuttayyib ət-Təbəri kimi nəhəng din xadimləri ilə bərabər Əbu İshaq əş-Şirazinin (1003-1088) də azərbaycanlı ziyalıların elmli, bilikli fəqih kimi yetişməsində böyük əməyi olmuşdur. Şafii məzhəbi məktəblərindən birinin əsasını qoyan əşari Camaləddin Əbu İshaq İbrahim ibn Əli ibn Yusif Firuzabadi əş-Şirazi fiqhə aid bir çox əsərlərin müəllifidir. Səlcuqların baş vəziri Nizamülmülklə isti münasibətlərinə görə Bağdadda böyük təsirə malik idi. Əşərizmin mərkəzi olan Bağdad Nizamiyyə mədrəsəsində 17 ildən çox fiqh fənnini tədris etmişdir. Əbu İshaq Nizamiyyə mədrəsəsinin ilk müdiri kimi uzun müddət ona başçılıq etmişdir. Bağdada gəlmiş azərbaycanlılardan Əbülqasim Mahmud Yusif ibn Hüseyn əl-Bərzəndi ət-Tiflisi,Əbulvəfa Xəlil ibn Möhsün ibn Məhəmməd əl-Mərəndi, urməvilərdən Əbulqənaim Qanim ibn Hüseyn və Əbülfəzl Məhəmməd ibn Ömərə fiqhi o öyrətmişdi. Bağdadda qazı Əbuttayyib ət-Təbəridən fiqhi mənimsəmiş Qazı Əbülhəsən Əli ibn Həsən ibn Əli əl-Məyanəci ilə fiqhi birgə tədris etmişlər. Əs-Səmani onların münasibəti üçün səciyyəvi olan maraqlı bir fakt haqqında belə yazır: ”Şeyx Əbu İshaq əş Şirazinin qazı əl-Məyanəciyə göndərdiyi bir məktub gördüm. Sərlövhəsində yazılmışdı: “Fikirlərinə şərik olan, onunla fəxr edən və ona duaçı olan İbrahim ibn Əli əl- Firuzabadi”. Əbu İshaqın şəriət fənnindən dərs dediyi tələbələrdən Əbülfəz Məhəmməd əl-Urməvi Aqul 4 şəhərində məhkəmə işlərini idarə etmişdir. Fiqhi məsələlərdə imam sayılan Əbubəkr Zəncəvinin dərs yoldaşı şeyx Əbu İshaq Şirazi olmuşdur. Fiqhi Bağdadda Qazı Əbutəyyib ət-Təbəridən öyrənmişdir. “Azərbaycanın böyüklərindən olan” (əimmətu əshab əş-şafiiyyə) olan Əbu-r-ruh Fərəcibn Übeydullah ibn Xələf əl-Xoyi şafii əshabələrinin imamlarından idi. O, Bağdadda Əbu İshaq əş Şirazidən təhsil alandan sonra öz şəhərinə qayıtmış və orada mədrəsə açmışdı. Xarici keçidlər Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015. | https://az.wikipedia.org/w/index.php?curid=694797 |
Əbu Əli Məhəmməd Balami | Məhəmməd Balami (tam adı: Əbu Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd Balami), eləcə də Balami-e Küçek (Kiçik Balami) - Samani hökmdarı II Nasirin (914—943) vəziri Əbülfəzl Məhəmməd Balaminin oğlu. Samani I Əbdülmalikin (954—961) hakimiyətinin sonunda vəzir təyin edilir və sonrakı hökmdar I Mənsur İbn Nuhun (961—976) vaxtında həmin vəzifəni icra edir. Onun təyinatı hacib Alp Təkinin təsiri ilə baş verib. Alp Təkinlə Balami arasındakı razılaşmaya görə onlar bir birini o birisinə naib hesab etməliydilər. Balami bu vaxt Alp Təkinlə məsləhətləşmədən heç nə etmirdi. Mənsurun taxta çıxmasından sonra, o ehtimal ki Alp Təkindən imtina etdi, çünki sonuncunun iflasından sonra vəzifəsini saxlaya bildi. Məqdisinin sözlərinə görə, o əvvəlcə vəzifədən uzaqlaşdırıldı, sonra yenə vəzir təyin edildi. 963 ildə onun tərəfindən Təbərinin - yeni fars dilində yazılan tarixi əsəri - ümumdünya tarixinin - fars versiyası yazıldı. Gərdiziyə görə, hicri 363 ilin II cumada ayında (974 ilin 27 fevral-27 mart), vəzir ikən vəfat edib. Lakin, Ütbinin sözlərinə görə, o hələ II Nuhun (976—997) vaxtında, 992 ildə, yenə vəzir təyin edilib. Həmin il o istefaya gedir, çünki, hətta Buxaranı əllərində saxlayan qaraxanlı ileklər tərəfindən Samanilərə qarşı təhdidlərə qarşı dayanmağa özündə güc tapa bilmir. Ölüm tarixi barədə Ütbi bir şey demir. | https://az.wikipedia.org/w/index.php?curid=400190 |
Əbu Əli ibn Sina | İbn Sina (tam adı: Əbu Əli Hüseyn ibn Abdullah Həsən ibn Əli ibn Sina; latınlaşdırılmış və Avropada qeyd olunan adı – Avisenna; 980[…], Afşona[d], Mavəraünnəhr, Samanilər dövləti – 18 iyun 1037, Həmədan, Kakaveyhilər sülaləsi) — Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri. Fars əsilli olduğu ehtimal olunur. Onun ən etibarlı əsərlərindən biri "Göz həkiminin dəftəri" əsəridir. Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı), Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s. İbn Sina (Avisenna) Buxara şəhərində fars ailəsində doğulmuşdur. Uşaqlıq illərində əlifbanı öyrəndikdən sonra kitabları oxumağa başlayır. O vaxt Çinin dövləti ərazisinin şərqindən başlanan Böyük İpək yolunun bir şaxəsi də Buxara şəhərindən keçirdi. Onuncu əsrdə Asiya dövlətlərinin çiçəklənən dövrü olduğundan Buxara şəhərinin bazarında Böyük İpək yolu üstündə təşkil edilən kitab ticarəti də mühüm yer tutmuşdu. İbn Sina gənc yaşlarında Buxara bazarına gedər, kitabları alıb oxuyar və öz biliyini artırardı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra İbn Sinanın əmirin sarayında işləyərkən atası Buxara əmirindən xahiş edir ki, oğlu İbn Sinanı əmirin kitabxanasında olan kitablardan mütaliə etməyə icazə versin. Əmirin icazəsini alan cavan oğlan kitabxanada olan bütün kitabları oxuyur. Sonra atası İbn Sinaya elm öyrətmək üçün müəllim tutur. XI əsrdə Buxara xanlığının görkəmli müəllimləri İbn Sinaya dərs verməkdən yayınırlar, İbn Sinanın müəllimlərinə verdiyi sualların əksəriyyətinə cavab tapa bilmədiklərindən ona müəllimlik etməkdən imtina edirdilər. Çox kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina 10 yaşında sərbəst Quran oxuyur, ərəb klassiklərinin əsərlərini əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da sonralar təbabətə meyl göstərir və dünya şöhrətli təbib olur. 17 yaşlı İbn Sina hökmdarı müalicə edir. Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir. Böyük Buxara kitabxanası İbn Sina üçün çox qiymətli tapıntı olur. Özbaşına mütaliələr və gözəl müşahidə və düşünmə qabliyyəti onun dahi həkim kimi məşhurlaşmasına səbəb olur. 18 yaşında İbn Sina artıq həkim kimi çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir. O, çox qızğın həyat keçirir. Son illərini İsfahanda və Həmədanda yaşamışdır. Həmədanda hökmdar onu saray həkimi, sonra isə vəzir təyin etmişdir. İbn Sina vəzir kimi də böyük hörmət qazanmışdır. Elmi işinin ən qızğın çağında İsfahan hakimi Alayddövlə ilə əlaqəsi olduğu üçün həbs edilmişdi. Bunu eşidən Alayddövlə Həmədana hücum edərək oranı zəbt etmiş, İbn Sinanı azad edib İsfahana aparmışdı. Qəznəvilərin İsfahanı tutması ilə bağlı yenidən Həmədana qaçmışdı. İbn Sina qalan 10 və ya 12 il Əbu Cəfərin xidmətində qaldı. Burada həkim , bir elmi məsləhətçisi kimi də işlədi və hətta döyüşlərdə iştirak etdi. Bu illərdə ədəbiyyat və filologiya ilə də məşğul oldu. Həmədan səfərindən sonra şiddətli bir xəstəliyə tutuldu. Həmədandan gəldikdən sonra ona verilən müalicəni yerinə yetirmədi və özünü talehin qismətinə buraxdı. Ölüm ayağında olarkən malları əhaliyə payladı , qulları azad etdi və hər üç gündən bir Quran oxudu. O, 1037-ci ilin Ramazan ayında 57 yaşında öldü. Qəbri Həmədan şəhərindədir.Onun tibb ensiklopediyası (4 cildlik), müxtəlif fəlsəfəyə aid kitabları, astronomiya və metafizikaya aid əsərləri bütün dünyada məşhurdur. Elmi fəaliyyət "Təbabət elminin qanunu" – (5 cildlik) XII yüzil-likdə latın dilinə tərcümə olunur və bütün Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilmişdir. Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir. O yazırdı ki, insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşmalıdır: 3) burun vasitəsilə düzgün nəfəs almağa; 4) bədən quruluşunu həmişə düzgün formada saxlamağa; 5) xasiyyətini tarazlamağa; 6) bədənini "lazımsız tullantılardan" təmizləməyə; 7) fiziki və əqli aktivliyə.Onun bu xarakteristikası günümüzə qədər gəlib çatmış, öz əhəmiyyətini heç də itirməmişdir. İbn Sina tibb aləmində ilk psixodiaqnostik olmuşdur. Nəbzə görə xəstənin müayinəsi onun qeyri-adi istedadından xəbər verir. İnsanda vegetativ dəyişikliklərə uyğun insan beyninin vəziyyəti, psixoloji durumu ona bir çox şeyi xəbər verirdi. Sanki sonralar onun bu elmi nailiyyətindən istifadə edərək müxtəlif eksperimentlər aparılmış və "yalan detektoru" kimi aparatlar kəşf olunmuşdur. İbn Sina ömrünün son illərində mədə sancılarından əziyyət çəkirdi. O, bu xəstəliyi haqda kitab belə yazmışdı. Öz-özünü böyük ustalıqla müalicə edə bilirdi. Lakin həmişə deyirdi: "Məni yaradan, məni mən tək idarə etməkdə gücsüzdür, bu xəstəliyi müalicə etmək əhəmiyyətsızdır". Şagirdi onun resepti ilə dərmanı düzgün hazırlamır və 57 yaşlı böyük alim mədə xorasının deşilməsindən dünyasını dəyişir. 1038-ci il 18 iyunda Həmədanda dəfn edilir. 1954-cü ildə onun mavzoleyi açılır. Fəlsəfə, riyaziyyat, astronomiya, fizika, kimya, tibb və musiqi kimi bilik və bacarığının müxtəlif sahələrində seçilən İbn Sina, riyaziyyat elmində riyazi terminlərin tərifi; astronomiya sahəsində isə həssas müşahidələrin aparılması mövzuları ilə maraqlanmışdır. Astrologiya və əlkimyaya etibar etməyib Dəyişilmə nəzəriyyəsinin doğru olub olmadığını apardığı təcrübələrlə tədqiq etmiş və doğru olmadığını isbat etmişdir. İbn Sinaya görə, hər element yalnız özünə xas keyfiyyətlərə malikdir və beləliklə daha dəyərsiz metallardan qızıl və gümüş kimi daha dəyərli metalların əldə edilməsi mümkün deyil. İbn Sina, mexanika ilə də maraqlanmış və bəzi cəhətlərdən Aristotelin hərəkət anlayışını tənqid etmişdir. Aristotel, cismi hərəkət etdirən qüvvə ilə cisim arasındakı toxunma yox olduqda, cismin hərəkətini davam etdirməsini təmin edən amilin şərait, yəni hava olduğunu bildirir və havaya, biri cismə müqavimət digəri isə cismi daşıma olmaq kimi bir-birinə uzaq olan iki vəzifəni yükləyirdi. İbn Sina, bu zidd vəziyyəti sezmiş, apardığı müşahidələr nəticəsində hava ilə küləyin güclərini müqayisə etmiş və Aristotelin haqlı ola bilməsi üçün havanın şiddətinin küləyin şiddətindən daha çox olması nəticəsini çıxarmışdır. Ancaq bir ağacın yaxınından ötüb keçən bir ox, ağaca dəymədiyi müddətcə, ağacda və yarpaqlarında ən xırda bir tərpənmə meydana gətirmədiyi halda, külək, ağacları silkələməkdə və hətta kökündən qopara bilməkdədir. Elə isə havanın şiddəti cisimləri daşımaq üçün kifayət deyil. İbn Sina, hər şeydən öncə həkimdir və bu sahədəki tədqiqatları ilə məşhurdur. Tibblə əlaqəli bir çox əsər qələmə almışdır; bunlar arasında xüsusilə ürək-damar sistemi ilə əlaqəli olanlar diqqətə layiqdir. Ancaq İbn Sina dedikdə, onun adı ilə bütünləşmiş və Qərb ölkələrində 16-cı əsrin və Şərq ölkələrində isə 19-cu əsrin əvvəllərinə qədər oxunmuş və istifadə edilmiş "Əl-qanun fit-tibb" adlı əsəri yadımıza düşür. Beş kitabdan ibarət bu ensiklopedik əsərin birinci kitabı, anatomiya və qoruyucu həkimlik; ikinci kitabı adi dərmanlar; üçüncü kitabı patologiya; dördüncü kitabı dərmanlar və cərrahi metodlarla müalicə; beşinci kitabı isə müxtəlif dərman tərkibləri ilə əlaqəli təfsilatlı məlumatlar verilmişdir. İbn Sinanın bu əsəri araşdırıldıqda, mövzuları sistematik bir formada tədqiq edildiyi nəzərə çarpır. Tarixdə ilk dəfə tibb və cərrahiyyəni iki ayrı qayda-qanun kimi qiymətləndirən İbn Sina, cərrahi müalicənin düzgün aparılması üçün anatomiyanın vacibliyini xüsusi vurğulamışdır. Həyat təhlükəsi çox yuxarı olduğu üçün dəbdə olmayan cərrahi müalicə ilə əlaqəli nümunələr vermiş və əməliyyatlarda istifadə etmək üçün bəzi alətlər təklif etmişdir. Göz ilə də maraqlanmış İbn Sina, dövrünün seçilən fiziklərindən İbn Heysəm kimi, Göz-Şüa Nəzəriyyəsini müdafiə etmiş və üst göz qapağının xaricə çıxması, davamlı ağ rəngə və ya qara baxmaqdan meydana gələn qar korluğu kimi daha öncə bəhs edilməyən xəstəliklər haqqında da təfsilatlı izahlar vermişdir. Din-fəlsəfə problemi islam fəlsəfəsində qızıl dövrün banisi hesab edilən (65, 137) İbn Sinanın (980–1037) fəlsəfi təlimində ətraflı şəkildə öyrənilmişdir. Farabidə olduğu kimi, İbn Sina da din-fəlsəfə problemi çərçivəsində fəlsəfəyə müstəqil elm olaraq toxunmuş, dinin bəzi etiqad məsələlərinin rasional təsvirini vermişdir. Bəzi tədqiqatçılar (Nəcib Taylan və s.) din-fəlsəfə probleminin həllində İbn Sinanın "rasional" uğurlarından söz açır, onun "din fəlsəfəsi" adlanan təlim yaratdığını iddia edirlər. Bu fikirlə razılaşmayan tədqiqatçılar (Dmitri Gutas, Əli Bulac və s.) vardır. Onlar bildirirlər ki, İbn Sina din fəlsəfəsi təsis etməmiş, əksinə, dinin etiqad ehkamlarını yunan fəlsəfəsinin rasional müddəalarına uyğunlaşdırmaq üçün onları qeyri-ənənəvi üsullarla məzmun dəyişikliyinə məruz qoymaqla ümumi fəlsəfi təlim yaratmışdır. Hər bir halda, İbn Sina fəlsəfəsi uyğunlaşdırıcı fəlsəfədir. O, Aristotel məntiqi, fizika və etikası, yeniplatonçu metafizika və psixologiya, "mürəkkəb" stoisizm məntiqi arasında uyğunluq yaratmaq, bununla da, "birləşdirilmiş" fəlsəfə ilə islamın kosmoqonik, ontoloji və metafizik təlimlərini "barışdırmaq" istəyirdi. Bu səbəbdən bəzi müəlliflər (Əli Bulac, Ömər Mahir Alpər) onu "iki fərqli dünyanın: ellinizm-yunan və Müsəlman dünyasının təmsilçisi" adlandırırlar. İki müxtəlif sahəni: din və fəlsəfəni bir-birinə uyğunlaşdırmağın asan olmayacağını yaxşı başa düşən İbn Sina "tərəflər"i kompromisə getməyə məcbur etməyi fikirləşirdi. Lakin İbn Sina əsərlərinin təhlili göstərir ki, o bu məsələdə fəlsəfəyə daha çox imtiyaz tanımışdı. Sonralar ilahiyyatçı İbn Teymiyyə İbn Sinanın rasional görüşləri haqqında yazacaqdı: "İbn Sina zındıqlardan müsəlmanların dininə aid bəzi şeyləri öyrənməyə başladığı vaxt ağlına güvənərək, bu insanlardan öyrəndiyi bilikləri sələflərindən ona gəlib çatmış (biliklərə) uyğunlaşdırmaq istəmişdi. Bu səbəbdən İbn Sinanın fəlsəfi təlimi sələflərinin nəzəriyyələri və onun bu nəzəriyyələrə etdiyi dəyişikliklərdən ibarətdir. Buraya onun peyğəmbərlik, röyaların simvolik yozumu daxildir. …İbn Sina sələflərinin müzakirə etmədiyi, ağıllarının qavramadığı, sahib olduqları bilik və elmlərin izah edə bilmədiyi… məsələlərdən söz açmışdı…". Peyğəmbərlik haqqında Deməli, İbn Sinaya görə, fəlsəfə mövzu etibarilə bütün varlıqları, o cümlədən Allahı öyrənir. Onun məqsədi isə nəfsi kamilləşdirmək yolu ilə xoşbəxtliyə nail olmaqdır. İbn Sinanın fəlsəfi təlimində dinin mövzusu və məqsədi haqqında danışılır. Filosof belə hesab edirdi ki, insanlar təbiət etibarilə təkbaşına yaşamağa qadir deyillər. Kollektiv həyat tərzini kamilləşmənin şərti hesab edən İbn Sina deyirdi ki, seçilmiş şəxsin, yəni peyğəmbərin vəzifəsi – yaşadığı insanlar üçün ədalət və nizam-intizam qaydaları təsis etməkdir. Elə isə din peyğəmbərin vəhyə əsaslanaraq təsis və təbliğ etdiyi prinsip və qayda-qanunlardır. İbn Sinaya görə, peyğəmbərin insanlara öyrətmək istədiyi başlıca şey hər şeyi yaradan, Mütləq Qadir, gizli və aşkarı bilən Allahı tanımalarıdır. İtaətkarları xoş, asiləri isə pis aqibətin gözlədiyini deyən filosof bu görüşdədir ki, ancaq Allah haqqında biliklərlə məşğul olmaq üçün insanlar onlara çatdırılan ilahi biliyi diqqətlə dinləməlidirlər. İbn Sina Allah haqqında bilikləri "ali bilik" adlandırmış, bütün biliklərin nəticə etibarilə Allahı dərkə xidmət etdiyini bildirmiş, iddialarını isbatlamaq üçün Qurandan dəlillər göstərmişdir. Dinin məqsədi haqqında İbn Sina bildirmişdir ki, din insanlara Allahı və axirəti davamlı xatırlama şüuru aşılayır, peyğəmbərlərin vəfatından sonra bu şüurun yox olmağına əngəl olur. Deməli, insanların ibadət etməsi, cihada çıxması və başqa əməlləri yerinə yetirməsi dində vacib hesab olunur. Bu əməlləri yerinə yetirmək insanlara həmişə Allahı və axirəti xatırladacaq, nəfslərini tərbiyə edəcək, onlara xoşbəxtlik – axirət səadəti və Allahın razılığını qazandıracaqdır.Məlum olur ki, İbn Sinaya görə peyğəmbərlərin gətirdiyi biliklər əsasında Allahı dərk etmək dinin mövzusudur. Dində vacib hesab edilən əməlləri yerinə yetirməklə nəfs kamilləşir, nəticədə insan Allahın razılığını qazanır, xoşbəxt olur. Amma bizi başqa məsələ düşündürür: Necə oldu ki, İbn Sina dinlə fəlsəfənin mövzu və məqsəd baxımından oxşar olmağı qənaətinə gəldi? Filosofun bizə məlum əsərlərini araşdırdıqda görürük ki, o, fəlsəfəni iki yerə ayırır: "Varlıqlardan bəhs edən, tətbiq etməyimiz deyil, öyrənməyimiz tələb olunan hikmət (fəlsəfə) "nəzəri hikmət" adlanır". "Əməli şeylərdən danışan, həm bilməyimiz, həm də tətbiq etməyimiz tələb olunan hikmətə isə "praktik hikmət" deyilir". Deməli, İbn Sinaya görə, fəlsəfə nəzəri və praktik qollara ayrılır. Varlıq aləminin qayda-qanunlarını və İlk Varlığı öyrənmək nəzəri fəlsəfənin mövzusunu əmələ gətirir. Praktik fəlsəfə isə yerinə yetirilməli vacib məsələlərdə rasional bilikləri tətbiq etməklə praktik fəaliyyəti doğru əməllərlə kamilləşdirməyi öyrənir. Fəlsəfənin məqsədi Həm nəzəri, həm də praktik fəlsəfədə qarşıya qoyulmuş məqsəd insan nəfsini nəzəri və praktik üsul- 119 larla kamilləşdirmək, bununla da xoşbəxtliyi təmin etməkdir: "Kim öz nəfsini bu iki hikmət növü ilə kamilləşdirərsə, çoxlu fayda qazanar". Deməli, fəlsəfə həqiqi xoşbəxtliyi təmin etmək məqsədilə nəzəri və əməli vasitələrlə kamilləşmə məsələsini tədqiq edir. İbn Sina göstərmişdi ki, fəlsəfədə olduğu kimi, dinin də nəzəri və praktik tərəfləri vardır. Öyrənməklə varlıqları dərk etmək dinin nəzəri tərəfini əmələ gətirir. "Ən-nicat" kitabında filosof yazır ki, peyğəmbərin gətirdiyi din insanlara, başlıca olaraq, Allahın mövcud olduğunu öyrətmək istəyir. Allaha və atributlarına dair biliklər üstün biliklərdir, odur ki din insanları ancaq belə bilikləri öyrənməyə çağırır. Gəlinən nəticə budur ki, din nəzəri olaraq Allah haqqında biliklərdən ibarətdir. Dinin praktik funksiyası isə nəfsi kamilləşdirməkdir. Beləliklə, filosof mövzu və məqsəd baxımından dinlə fəlsəfənin bir-birinə uyğun gəldiyini istisna etmir. O da qeyd olunmalıdır ki, İbn Sinanın fəlsəfi təlimində din və fəlsəfə ayrı-ayrı sahələr kimi nəzərdən keçirilir. Sual yaranır: Əgər məqsəd və mövzu cəhətdən dinlə fəlsəfə arasında fərq yoxdursa, onda onlardan biri nə üçün əsas götürülməsin? İbn Sina bu məsələyə sələfləri – yunan fi losofl arı və Farabinin fəlsəfi təlimlərində öz əksini tapmış "seçilmişlər və kütlələr" ideyası əsasında münasibət bildirmişdi. O deyirdi ki, dində və fəlsəfədə müraciət olunan insanlar seçilmişlər və kütlələrə ayrılır. Din hər kəsə, o cümlədən kütlələrə xitab edir. Fəlsəfə isə seçilmişlərin elmidir. Seçilmişlər ağıl və dəlildən, kütlələr isə təxəyyüldən istifadə edirlər. Mücərrəd həqiqət və əqli dəlillər seçilmişlərin, maddi sübut və müraciətlər (xitablar) isə kütlələrin işinə yarayır. Deməli, fəlsəfə və dinin tək həqiqətin fərqli "təmsilçilər"i olmağı insanların düşünmə və dərketmə qabiliyyətlərinin müxtəlifliyinə görədir. Yuxarıda qeyd olunub ki, İbn Sina eyni həqiqətin "təmsilçilər"i olduğu üçün din və fəlsəfə arasında uyğunluq yaratmağın mümkünlüyündən söz açmışdı. Filosof deyirdi ki, mövzu və məqsəddə oxşar olduqları üçün fəlsəfə və din eyni həqiqəti ifadə edir. İbn Sina bu iddianı isbatlamaq üçün fəlsəfəni ayrıca həqiqət olaraq nəzərdən keçirmir, ağılı həm ontoloji, həm də epistemoloji mahiyyət hesab edirdi; ağıl varlıqdır, "südur" nəticəsində Zəruri Varlıqdan (Allahdan) emanasiya yolu ilə meydana gəlmişdir: "İlk Bir"dən ancaq bir olan meydana gəlir ki, bu da "birinci ağıl"dır". İbn Sinanın iyerarxik kosmoqoniya təlimində göstərilir ki, "İlk Bir"in özünü dərk etməsindən "birinci ağıl", sonuncunun Allahı dərk etməsindən "ikinci ağıl", daha sonra Allahın nəzərində mövcudluğu zəruri sayılan nəfs, nəhayət, maddə (cisim) meydana gəlir. Varlıq aləminin sonrakı iyerarxiyasını isə emanasiya yolu ilə meydana çıxan "fəal ağıl", minerallar, bitkilər, heyvanlar və insan əmələ gətirir. Epistemologiya Epistemoloji baxımdan ağılın həqiqəti təmsil etdiyini deyən filosof dərk edən və əməli (təcrübi) ağıl formalarından söz açmışdı. Dərk edən ağıl sayəsində insan başa düşür ki, əsas məqsədi xoşbəxtliyə çatmaq olmalıdır. Bu ağılda bütün varlıqların mahiyyəti haqqında biliklər öz əksini tapmışdır. Maddi varlıqlar haqqında mücərrəd biliklər dərk edən ağıl vasitəsilə nəfsə təlqin edilir. Deməli, bu biliklər həqiqidir. Dərk edən ağıl həqiqi bilikləri – həqiqəti kəsb etmək üçün hər bir maddi və mücərrəd varlığa ümumi mahiyyət gözü ilə nəzər salmalıdır. Ağıl mücərrəd varlıqları necə varsa elə dərk edir, onlara aid təzahürlərindən deyil, mahiyyətdən faydalanır. Maddi varlıqlar haqqında biliklər kəsb etmək üçün onları mücərrədləşdirmək lazım gəlir. Maddi olanın mücərrədləşməsi İbn Sinanın fəlsəfi təliminə görə, idrak prosesinin dörd mərhələsini keçməlidir: Duyğularla başlanan idrak prosesində beyində materiyanın mahiyyəti və təzahür formaları haqqında təsəvvürlər yaranır. İkinci mərhələ xəyalən dərketmə mərhələsidir. Amma təsəvvürlər materiya haqqında bütöv biliklər meydana gətirə bilmir. Çünki xəyalən meydana gələn biliklər materiyanın bu və ya digər təzahür forması haqqında təsəvvürlərdən ibarətdir. İbn Sina idrak prosesinin üçüncü mərhələsini illüzion dərketmə (idrak əl-vəhm) adlandırır. Bu mərhələdə ağıl mücərrəd bilikləri kəsb etməyə yaxın olur. Buna baxmayaraq, üçüncü mərhələ həqiqi biliklərin meydana çıxması üçün kifayət etmir. Nəhayət, idrak prosesi rasional dərketmə ilə başa çatır. İbn Sinaya görə, bu mərhələdə materiyaya aid biliklər onun ayrı-ayrı təzahürlərini deyil, onun özünü bütöv şəkildə təsəvvür etməklə yaranır. Məsələn, bəşəriyyət dedikdə ayrı-ayrı insanlara aid biliklər deyil, küll anlayış – "bəşəriyyət" başa düşülür (36, 178–181; 111, 204; 46, 227; 119, 98–100). İbn Sinanın fəlsəfi təlimində "ağıllar" nəzəriyyəsi mühüm yerə malikdir. Filosofa görə, dərk olunan varlıqları (mə`qulat) "fəal ağıl" vasitəsilə qavramaq bir neçə zəka səviyyəsi ilə mümkündür; əşya və hadisələri dərk etmək potensial ağıl (əl-əql bil-qüvvə) səviyyəsi ilə başlanır, "qazanılmış ağıl" (ələql əl-müstəfad) səviyyəsinə qədər davam edir. İbn Sinanın "ağıllar" nəzəriyyəsi həqiqi bilikləri kəsbdə ayrı-ayrı təsəvvürlərdən (cüzidən) bütövə (küllə) doğru baş verən idrak prosesini izah etmək, aşağıda görəcəyimiz kimi, insan zəkasının bu prosesdə nisbi rol oynadığını isbatlamaq, ağılın qneseoloji funksiyasını açıb göstərməklə həqiqi biliklərin sintezi "mexanizm"ini şərh etmək baxımından çox əhəmiyyətlidir. İbn Sina "həqiqi bilikləri ontoloji və epistemoloji cəhətdən təmsil edən ağıl"dan söz açsa da, həqiqəti birbaşa dərkdə onun rolunu şişirtmir. Filosofa görə, ağıl vasitəsilə əşya və hadisələri qavramaq onların mahiyyətini birbaşa dərk etməklə baş vermir. Çünki ağıl başlanğıcda həqiqətin özü haqqında deyil, ayrı-ayrı əlamətləri, təzahür və xassələri haqqında təsəvvürlər yaradır, idrak prosesinin dörd mərhələsindən keçir, nəhayət, həqiqətə dair ümumi biliklər meydana gəlir. İbn Sinanın idrak təlimində "fəal ağıl" hər şeyi mahiyyətcə birbaşa qavrayan vasitə deyildir. Filosofa görə, ağıl nisbi anlayışdır, həqiqət haqqında bilikləri əlahiddə tərəf olaraq təmsil edə bilmir, varlıqların mahiyyətinə nüfuz etməkdən məhrumdur, ancaq təzahür və xassələri dərk edir. Əlahiddə varlıq kateqoriyası olan ağıl "südur" yolu ilə Ali Varlıqdan törəmişdir. İlk Varlıq ağılın mövcudluğunu vacib edir. Elə isə ağılın mövcudluğu həqiqətin mövcudluğudur, deməli, ağıl həqiqətin özüdür. Həmçinin epistemoloji baxımdan ağıl həqiqəti təmsil edir. İdrak prosesinin dörd mərhələsindən keçən insan "fəal ağıl" səviyyəsinə yüksəlir, ondan birbaşa biliklər kəsb edir. Ağılın kəsb etdiyi biliklər həqiqətə aid olduğundan, ağıl həqiqətin özünü təmsil edir. Buradan belə bir qənaət hasil olur ki, həmin biliklərin məcmusu sayılan fəlsəfə həqiqətin özüdür. Təsadüfi deyildir ki, İbn Sina yaradıcılığında fəlsəfə "əl-fəlsəfə əl-üla" (birinci fəlsəfə) adlandırılır, Allahı öyrənən elm – ilahiyyat kimi təqdim edilir (137, 2–3; 139, 31). Həqiqət haqqında Dinin də həqiqəti təmsil etdiyini bildirən İbn Sina onu fəlsəfənin əsasında izah etməyə cəhd göstərmişdir. Bu məqsədlə o, peyğəmbərlik, vəhy, dini biliklərin dil üslubu və tə`vil məsələlərinə münasibət bildirmişdi. İbn Sinanın peyğəmbərliklə əlaqəli görüşlərində Farabinin təsiri hiss olunur. Buna baxmayaraq, İbn Sina peyğəmbərliyi zəruri edən amilləri (səbəbləri) özünəməxsus şəkildə izah etmiş, onun fəlsəfədən üstün olduğunu bildirmişdir. Filosofa görə, peyğəmbərliyi şərtləndirən amillərin bəzisi sosialdır, bəzisi də zərurətdən irəli gəlir. Cəmiyyəti əmələ gətirən insanlar ayrı-ayrılıqda öz maddi tələbatlarını ödəyə bilmədikləri kimi, mənəvi tələbatlarını da fərdi şəkildə ödəyə bilmirlər. Elə buna görə sosiallaşma zərurəti yaranır. Sosiallaşma kafi deyildir, insanların kamilləşib, xoşbəxt olmağı üçün qanunlar təsis edilməli, ədalət təmin olunmalıdır. Bu da öz növbəsində insanlara yol göstərən şəxsin – peyğəmbərin meydana çıxmağını zəruri edir. İnsanları çəkişmələr və konfliktlər içərisində başlı-başına buraxmağın ədalətsizlik olduğunu deyən İbn Sina bu konfliktləri aradan qaldıran şəxsin – peyğəmbərin zühurunu mütləq zərurət hesab edir. Bu mütləq zərurət, həm də ilahi zərurətdir. Çünki Allaha insanlara yaşamaq üçün zəruri sayılan hər şeyi bəxş etmişdir. Zəruri maddi nemətlərlə müqayisədə daha zəruri hesab olunan peyğəmbəri cəmiyyətə bəxş etməmək absurd olmazdımı?! Allahın bunu nəzərə almamağı mümkün deyildir. Elə isə insanlara peyğəmbər göndərmək zəruri işdir. Amma zərurətə baxmayaraq, peyğəmbərlərin sayı məhduddur. Çünki bəşəri xüsusiyyətlər peyğəmbərlik kimi ali məqama çatmağa münasib deyildir. Farabidən fərqli olaraq, İbn Sina peyğəmbəri filosofla eyniləşdirməmiş, əksinə, ondan üstün hesab etmişdir. Peyğəmbərlərin xüsusiyyətləri haqqında İbn Sinaya görə, peyğəmbərliyin üç xüsusiyyəti var. Birinci xüsusiyyət düşünmə bacarığının yüksək olmağıdır (əqli gücdür). İbn Sina hesab edir ki, peyğəmbər "fəal ağıl" səviyyəsinə çatdıqda idrak prosesi olmadan həqiqətə dair bilikləri qazanır: "… düşünməyə ehtiyac hiss etmədən, qısa zaman kəsiyində küll bilikləri intuitiv olaraq kəsb edən ali ruha sahib nadir insanlar mövcuddur ki, onlar da peyğəmbərlərdir. Bu vaxt "fəal ağıl"da olan bütün "dərk olunan şeylər" (mə`qulat) … bir cəhddə peyğəmbərin zəkasına həkk olunur". İbn Sina intuisiyanı təkcə peyğəmbərlərə aid etməmiş, filosoflarda ilham, övliyalarda isə kəramət hallarından danışmışdır. Lakin İbn Sina peyğəmbərlərdə intuisiya halının daha ali olduğunu bildirmiş, peyğəmbərlərin adi insanlardan, o cümlədən filosoflardan fərqli olduğunu demişdir; peyğəmbərlər həqiqət haqqında bilikləri idrak proseslərinə ehtiyac hiss etmədən öyrənirlər, həqiqəti kəsbdə həssas intuisiyadan istifadə edirlər. Peyğəmbərliyin ikinci xüsusiyyəti təxəyyüllə əlaqəlidir. Lakin adi insanların təxəyyülündən fərqli olaraq, peyğəmbərlərdə təxəyyül prosesi xarici aləmdən gələn qıcıq və məlumatlar əsasında meydana çıxır. İbn Sinaya görə, peyğəmbərdə təxəyyül prosesi ətraf aləmlə əlaqədar deyildir. Belə təxəyyül zamanı "fəal ağıl" peyğəmbərə intiqal edir, onun nəfsini dərk edilənlərlə işıqlandırır (işraq), yəni təsəvvürlər axaraq (feyz), nəfsdə yerləşir. Peyğəmbərliyin üçüncü xüsusiyyətinin möcüzəgöstərmə olduğunu deyən İbn Sina iddia edirdi ki, insan bədənindən bütövlükdə asılı olmayan güclü nəfslər Allahın köməyi ilə daha ali məzmun kəsb edir, ətrafdakı bədən və nəfslərə təsir göstərir. Peyğəmbərlərin möcüzələri ona görə vacibdir ki, insanları əməli olaraq kamilləşdirsin. İbn Sina deyirdi ki, peyğəmbərlik həm dərk edilən, həm də əlçatmaz məqamdır. Peyğəmbərliyin əsas məqsədi insanlara doğru yolu göstərmək, xoşbəxtlik bəxş etməkdir; peyğəmbərlik insanları xoşbəxtliyə – həqiqətə çatdıran qurumdur. Bu o deməkdir ki, peyğəmbərlik haqqı öyrədən, təsisatı ehtiva edən din həqiqətin özüdür. Vəhy haqqında Dinin həqiqəti ifadə etdiyini deyən İbn Sina öz müddəasını sübut etmək üçün vəhy məsələsinə də toxunmuşdur. Filosofa görə, vəhy mələkdən emanasiya yolu ilə hasil olan və həqiqəti ifadə edən ilahi feyzdir. Vəhy idrak proseslərinə ehtiyac qalmadan peyğəmbərin qəlbinə sızdırılır və peyğəmbər bu sızdırılanları öz təxəyyül bacarığı ilə qavrayır. İbn Sina vəhylə peyğəmbərliyi eyniləşdirmiş və bildirmişdi ki, peyğəmbərlik həqiqəti ifadə vasitəsi olduğundan vəhy həqiqəti təmsil edir (36, 199). Deməli, vəhy həqiqət haqqında bilikdir, elə isə həqiqətin özüdür. Peyğəmbərlər vəhy vasitəsilə aldıqları ilahi bilikləri sadə xalq kütlələrinə onların başa düşdükləri üslubda çatdırırlar. Çatdırma zamanı elə müraciət forması və dil üslubu seçilməlidir ki, sadə xalq ilahi biliyi başa düşə bilsin. Bu mövzuya toxunan İbn Sina üçüncü məsələ – dini biliyin ifadə olunduğu maddi qabıq, yəni dinin dili (lisan əş-şəriət) məsələsindən söz açır. Bu məsələnin əsas məzmunu ondan ibarətdir ki, dini biliklər xalqın başa düşəcəyi dildə nazil edilmişdir və bu dil bənzətmələr və rəmzləşdirmələrdən (ət-təşbih və ət-təmsil) ibarətdir. Allah və atributları, axirət həyatı kimi irrasional mahiyyətlər haqqında dolğun təsəvvür yaratmaq üçün bu mahiyyətləri insanlara məlum əşyalara bənzətmək, rəmzləşdirmək lazımdır. Allahın qüdrəti və əzəmətini, axirətlə əlaqədar məfhumları, o cümlədən əzab və mükafat anlayışlarını insanların başa düşəcəyi bənzətmələrlə təsvir etmək insan zəkasının qavranılması qeyri-mümkün irrasional (qeybi) məsələləri dərk etməsi üçündür. Həmçinin irrasional olanın rasional – rəmzi izahı ona görə lazımdır ki, metafiziki qeybi mahiyyətləri insanlara olduğu kimi çatdırmaq qeyri-mümkündür. Dini mətnlərdə Allahın mövcudluğu simvolik olaraq kainatdakı kamillik və dəqiqliklə əlaqələndirilsə də, Onun substansiyası heç bir halda izah edilməyib. Amma insan Allaha iman gətirməklə ilahi substansiyaya da inanmış olur. Həmçinin dini mətnlər axirətdə mükafatlandırılma və əzaba dair çoxlu bənzətmə və rəmzi ifadələrlə zəngindir. Əgər bu məsələlər olduğu kimi insanlara çatdırılsaydı, ağıl onları dərk edə bilməzdi. Məhz bu səbəbdən din bənzətmə və rəmzləşdirmə üslubundan istifadə etməklə, insanların ilahi həqiqətləri qavramasını təmin edib.İrrasional mahiyyət daşıyan məsələlərin dini mətnlərdə rasional ifadəsi, əslində, onu göstərir ki, "ilahi" biliklər öz maddi qabığında bütövlüklə əks olunmayıb; rəmz və bənzətmələr ali mahiyyətin təzahürüdür. Bu səbəbdən ilahi biliklərin dilini zahirən, olduğu kimi qəbul etmək doğru deyildir. Elə isə din dilinin izahına – tə`vilinə ehtiyac yaranır. Din-fəlsəfə problemi İbn Sinaya görə, dinlə fəlsəfənin uyğunluğu iki məsələdə mümkündür: a) mövzu və məqsədlərdə oxşarlıq; b) həqiqəti ifadə. Yəni, din və fəlsəfə istifadə olunan üsullara görə bir-birindən fərqlənsə də, eyni mövzudan bəhs edir, eyni məqsədə can atırlar. İbn Sinanın "Risalə ət-təbiiyyat" (Təbiət elmləri haqqında traktat) adlanan traktatının "Üyun əl-hikmət" (Hikmətin (fəlsəfənin) mənbələri) fəslində fəlsəfəyə belə bir tərif verilmişdir: "Hikmət (fəlsəfə) şeylərin mümkün təsəvvürü, nəzəri və əməli həqiqətlərin təsdiqi ilə insan nəfsinin kamilləşməsidir". Filosofun "əş-Şifa" adlanan başqa əsərinin müqəddiməsində deyilir ki, fəlsəfə "öz imkanları çərçivəsində insan oğlunun varlıqların mahiyyətini öyrənməsi"dir. "Risalə fi əqsam əl-ülum əl-əqliyyə" (Rasional elmlərin növləri haqqında traktat) adlanan kitabın "Hikmətin mahiyyəti" fəslində İbn Sina fəlsəfə haqqında yazmışdı: "Hikmət nəfsin şərəflənib kamilləşməsi, dərk olunan aləmə çevrilməsi və axirətdəki uzaq xoşbəxtliyə hazırlaşması üçün insanın hər bir varlıq haqqında mümkün qədər düşünməsidir". O da maraqlıdır ki, İbn Sina Aristotel fəlsəfəsinin təsiri ilə fəlsəfəni metafizika (əl-fəlsəfə əl-üla) ilə eyniləşdirmiş, "ən üstün olanı (Allahı) öyrənən fəzilətli bilik" adlandırmışdır. Bu tərifdən məlum olur ki, metafizika və ya Zəruri Varlıq fəlsəfənin mövzusunu təşkil edir. Buna görə də İbn Sina fəlsəfənin mövzusu olaraq Allahın və mücərrəd varlıqların mövcudluğunu isbatlamaq, bütün varlıq kateqoriyalarının Allahla əlaqəsini ontoloji cəhətdən izah etmək, insanın kainatdakı məqamını müəyyənləşdirməkdir.Qeyd olunanların xülasəsi budur ki, İbn Sina yaradıcılığında dinlə fəlsəfə arasında fəlsəfi nöqteyi-nəzərdən körpü yaradılmağa cəhd göstərilmişdir. Din və fəlsəfə vahid həqiqəti tədqiq edən ayrı-ayrı sahələrdir. Onların bir-birinə uyğunluğu ona görə mümkündür ki, həm məqsəd və məzmun, həm də həqiqəti ifadə baxımından oxşardırlar. İbn Sina bir sıra qeyb məsələlərini rasional cəhətdən izah etsə də, bəzi dini anlayışların fəlsəfi məfhumlardan daha ali mahiyyətə sahib olduğunu bildirmişdir. Məsələn, Farabidən fərqli olaraq, İbn Sinaya görə, peyğəmbərlər filosoflardan üstündürlər. Bu üstünlük peyğəmbərlərə xas üç xüsusiyyətlə əlaqədardır: a) üstün düşünmə bacarığı; b) xüsusi təxəyyül bacarığı; c) möcüzəgöstərmə. Bununla yanaşı, İbn Sina dörd məsələdə dinlə fəlsəfənin bir-birinə zidd olmağını iddia etmişdir. Buraya yaradılma, Allahın hər şeyi bilib-bilməməyi, axirət və peyğəmbərlik məsələləri daxildir. İbn Sina yaradılma məsələsi ilə əlaqədar dini və fəlsəfi təsəvvürləri bir-biri ilə uyğunlaşdırmaq üçün "südur-feyz" (çıxıb-axma) təlimini təqdim etmişdir. Bu təlimin başlıca məzmunu budur ki, bütün varlıq kateqoriyaları, o cümlədən materiya Allahdan Onun iradəsi ilə "çıxmışdır". İyerarxik olaraq materiya Allahdan sonra gəlir. Amma Allahın materiyanın "axıb-çıxması"nı zaman baxımından əvvəl və ya sonra istəməsi mümkün deyildir. Çünki Allah üçün zaman anlayışı yoxdur. Varlıq aləminin Allahdan "axıb-çıxması" qəbul edildiyindən, onun zaman baxımından yaranması mümkün deyildir. Zaman 129 kəsiyi daxilində yaranma Allahın da zamanda mövcud olmağı qənaətini doğura bilər. Bu isə qəbuledilməzdir. İbn Sinanın heç bir əsərində belə bir iddia açıq şəkildə mövcud deyildir. Amma onun "südur" təliminin bu cür izahlara açıq olmağı ənənəvi ehkamçıların nəzərindən yayınmamışdır. Onlar da öz növbələrində fi losofu ilahi kreasionizm anlayışını rədd etməkdə təqsirləndirmişdilər. Allahın hər şeyi bilib-bilməməyi məsələsinə toxunan İbn Sina göstərmişdir ki, Allah öz zatını (substansiyasını) dərk edir. Zatı dərk isə zatın mövcudluğunu zəruri edir. Əgər Allah öz zatını dərk edirsə, deməli, zatından emanasiya yolu ilə "çıxmış" varlıqlardan da xəbərdardır. Odur ki Allah zatını dərk etdiyindən "küll" ona yaxşı məlumdur. Çünki "küll"ü bilmək "küll"ün mahiyyəti ilə əlaqədardır. Allahdan emanasiya yolu ilə "axıb-çıxan" varlıqlar ayrı-ayrı varlıqlardır – "cüzi" varlıqlardır. Belə "cüzi" varlıqların mahiyyətindən Allahın xəbərdar olmağı məsələsində İbn Sina Farabidən fərqli düşünür: Allah həm "külli", həm də "cüzi" varlıqları bilir. Ancaq bu məsələdə bəzi ziddiyyətli məqamlar mövcuddur. Belə ki İbn Sina Allahı həm bilən, həm də bilinən (bilik) adlandırır, bununla da biliklə biləni eyniləşdirir: bilik Allahın substansiyasını (zatını) təmsil edir. Varlıqlar bir-birindən növ baxımından fərqləndiyi üçün onlara dair biliklər də müxtəlifdir. Əşyalar dəyişildikcə əlaqədar biliklər də dəyişilir ki, bu da Allahın substansiyasında (zatında) dəyişilmələrin baş verməsi deməkdir. Bu məsələdə ənənəçilər, o cümlədən Əbu Hamid əl-Qəzali İbn Sinanı tənqid etmiş, "biliyin dəyişilməsi ilə bilənin dəyişilməməyi" ideyasını irəli sürmüşdür. İbn Sinanın ruhun ölməzliyi və axirətin mövcudluğu haqqında görüşləri nə qədər aydın və konkretdirsə, Qiyamət günü cismən dirilib-dirilməmə məsələsinə dair fikirləri bir o qədər qarma-qarışıqdır. Onun yaradıcılığında ruhun ölməzliyi məsələsinə toxunulsa da, heç bir əsərində Qiyamət günü ruhun bədənə qayıtması haqqında danışılmır. Bir iddiaya görə, İbn Sina "Risalə əl-əhaviyyə" əsərində cismən dirilməni inkar etmişdir. Amma bəzi tədqiqatçılar (Əli Bulac və s.) bildirirlər ki, peyğəmbərlik və vəhyin ecazkarlığı məsələlərinin qızğın müdafiəçisi sayılan İbn Sinanın dinin etiqad prinsiplərindən birini – "bədənlə həşr" prinsipini inkar etməsi ağıla batmır. İbn Sinanın peyğəmbərlik məsələsinə baxışı rasionaldır. O, peyğəmbərlik (vəhy alma) qurumunu özünəməxsus tərzdə – rasional formada izah etməyə cəhd göstərmişdir. Düzdür, İbn Sina peyğəmbəri filosofdan üstün şəxs hesab edir, amma peyğəmbərlik institutunun rasional izahına can atmaqla ənənəvi yanaşmaya qarşı çıxır, rasional şərhlərlə ilahi aləmə nüfuz etməyə çalışır. Xülasə, İbn Sinanın fəlsəfi təlimində din və fəlsəfə problemi əhəmiyyətli yer tutur. Yaradıcılığı ilə tanışlıq bunu deməyə əsas verir ki, İbn Sina dinin Allah, peyğəmbərlik və axirət məsələlərinə səmimi qəlbdən iman gətirmiş şəxsiyyətdir. Amma fəlsəfə vurğunu İbn Sinanı ultrarasionalist hesab edən müəlliflərlə (İbrahim Agah, Nəcib Taylan və s.) yanaşı, onun rasionallığına ehtiyatla yanaşan tədqiqatçılar da (Bilal Koşpinar və s.) vardır. 131 olan İbn Sina din və fəlsəfə probleminə münasibətdə ənənədən kənara çıxmış, irrasional məsələləri rasional üsullarla izah etmiş, vəhy kimi fövqəltəbii hadisəni "fəal ağıl"la əlaqələndirmiş, ilahi kreasionizm təliminə yenidən nəzər salmış, müsəlman ilahiyyatçıları tərəfi ndən rədd edilən "feyz-südür" təlimini yaratmışdır. Bütün bunlara baxmayaraq, İbn Sina islama sadiq fi losofdur. Ən azından, onun tərəfi ndən bərahimilərin peyğəmbərliyi inkar edən iddialarını puça çıxaran "rəddiyyə"lərin yazılması faktı bunu sübut edir. Həmçinin bax Böyük loğman. İbn Sina Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslığ institutu. Bakı: İdrak, 2019, s. 114–131. 100 böyük türk. Bakı, 1991. Səh.50–51. Xarici keçidlər "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24. | https://az.wikipedia.org/w/index.php?curid=106741 |
Əbu Əli Çağani | Əbu Əli Çağani (?-955) — Çağaniyanın Möhtaclılar sülaləsindən olan əmiri. Samanilər sülaləsindən olan Əmir II Nəsrin (914–943) ölüm xəbəriylə Xorasana gələn Əbu Əli, Əmir I Nuhun (943–954) əmriylə o sırada Büveyhilərin əlinə keçmiş olan Rey üçün səfər hazırlıqlarını tamamlayaraq Büveyhilər üzərinə hərəkətə keçdi. Əbu Əlinin Buxaradakı yoxluğundan faydalanan düşmanları onun xalqa qarşı pis davranışını önə sürərək Əmirin gözündən salmağı bacardılar. Qardizi, Əbu Əlinin Buxaradakı ən böyük düşmanı olaraq vəzir Məhəmməd bin Əhmədi göstərir. Rey səfəri əsnasında Əmir Nuh tərəfindən göndərilən Arızın əsgərlərə qarşı pis davranışı, ordu içərisində baş qaldırmalara səbəb olmuş, ehtiyaçları ödənməyən əsgərlər maaşlarını vaxtlı-vaxtında ala biməyincə Əbu Əlinin adamları, Əmir Nuhun əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklifində bulunmaya qərar verdilər. Bunu xəbər alan Əbu Əli hər nə qədər onları əməllərindən vaz keçirməyə çalışdıysa da, adamlarının təhdidləri üzərinə onların doğrultusunda hərəkət etməyə başladı. Əbu Əlinin üsyan etməsinin ən böyük nədəni bizcə onun Xorasan sipəhsalarlığından alınaraq yerinə İbrahim bin Simcurun təyin edilməsidir.. İbn Miskəveyh və İbn əl-Əsirin İraqlı tarixçilər olaraq söz etdiyi şəxslər, Əbu Əli ilə Əmir Nuhun aralarının açılmasının səbəbini İmadüddövlə Büveyhə bağlayırlar. Onlara görə İmadüddövlə bir yandan Əmir Nuha məktublar yazaraq Reyin ona verilməsini, bunun qarşılığında Əbu Əlinin Rey üçün verdiyi xəracdan yüz min dinar daha artıq ödəmə edəcəyini və Əbu Əliyə qarşı diqqətli olmasını bildirirkən, digər yandan da Əbu Əliylə xəbərləşərək, onu Əmir Nuha qarşı qızışdırır və əgər ona qarşı vuruşarsa, onu dəstəkləyəcəyini vəd edirdi. Bütün bu saydığımız nədənlərlə hərəkət edən Əbu Əli, sərkərdələrinin arzularına boyun əydi və Əmirin əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklif etdi. Bu təklifi qəbul edən İbrahim bin Əhməd, Mosuldan hərəkət edərək Həmədana gəldi və burada Əbu Əli tərəfindən qarşılandı (946 aprel) və ikili birlikdə Reyə hərəkət etdilər. Reyə çatdıqlarında Əbu Əli, qardaşı Əbül Fəzlin, Əmir Nuha məktub yazaraq durumdan xəbərdar etdiyini öyrənincə onu tutuklatdı və yoluna davam edərək Nişapura keçdi. İbn Əsirə. görə Nişapura keçən Əbu Əli o sırada burada olan İbrahim bin Simcuru və Mənsur bin Qaratəkini özünə bağladı ancaq daha sonra Mənsur bin Qaratəkindən şübhələnərək onu tutuqlatdı. Qardiziyə görə isə Əbu Əli Nişapura gəlincə İbrahim bin Simcur və Mənsur bin Qaratəkin buradan ayrılaraq Mərvə keçdi. İbn Miskəveyh isə Əbu Əli, Nişapura gəlincə burada Əmir Nuhun ordusuyla savaşaraq onları məğlub etdiyini, Mənsur bin Qaratəkin və İbrahim bin Simcuru da əsir aldığını nəql edir. Daha sonraki olayların axışına baxılırsa Miskəveyhin verdiyi bilgi daha məqbuldur. Nişapurdan hərəkət edən Əbu Əli və İbrahim bin Əhməd 946 sentyabr-oktyabr tarixində Mərvə keçdilər. O sırada Mərvdə olan Əmir Nuh, buradan ayrılaraq Buxaraya keçdi. Buradan da ayrılan ikili 946 dekabr/947 yanvar tarixində Buxaraya girərək xütbəni İbrahim bin Əhməd adına oxutdular. Əmir Nuh isə onların Buxaraya gələcəyini öncədən xəbər aldığı üçün Səmərqəndə keçmişdi. Bu arada İbrahim ilə Əbu Əli arasında ixtilaflar başladı və İbrahim bin Əhməd, Əbu Əliyə danışmadan İbrahim bin Simcuru və Mənsur bin Qaratəkini sərbəst buraxdı. İbrahim b. Simcur və Mənsur b. Qaratəkin ordunun nəzarətini ələ alaraq Əmir Nuha xəbər göndərib onu Buxaraya çağırdılar. İbrahim b. Əhməd digər yandan Buxara əyan-əşrəflərini çağıraraq əmisınin sadəcə Əmir Nuhun sərkərdəsi olmaq və onunla Əbu Əliyə qarşı mücadilə etmək olduğunu anlatdı. Bəlkə də İbrahim b. Əhməd beləcə xalqın dəstəyinin almaq istəyirdi. Əbu Əli isə o sırada, İbrahim b. Əhmədin ona qarşı pis niyətini anladığı için Türkistana keçmişdi, burada İbrahim b. Əhmədin fəaliyətlərindən xəbərdar edilincə sürətlə Buxaraya döndü və şəhəri atəşə vermək istədiysə də, Buxara əyanları tərəfindan bu amacından vaz keçirildi. Bəzi ordu mənsublarının ona qarşı pis hislər bəslədiyini anlayan Əbu Əli həmən xütbəni Əmir Nuhun qardaşı Əbu Cəfər Məhəmməd bin Nəsr adına oxudaraq, Səmərqəndə doğru hərəkət edirmiş kimi görünərək, əsl gedəcəyi yeri gizlədi və Çağaniyana keçdi. Onun Buxaradakı yoxluğundan faydalanan İbrahim b. Əhməd və Əbu Cəfər, Əmir Nuhdan əhf diləyərək onunla barışdılar. Ancaq Əmir Nuh yeni bir qarışıqlığa meydan verməmək üçün İbrahim b. Əhmədlə Əbu Cəfərin və digər qardaşı Əhmədin gözlərinə mil çəkdirdi. Buxaradaki hər şeyi yoluna qoyan Əmir Nuh, Əbu Əliyə barış təklif etdi, ancaq Əbu Əlinin adamları buna isti baxmayınca Əbu Əli də bu təklifi rədd etmək məcburiyyətində qaldı. Buna görə Əmir Nuh, Əbu Əli üzərinə bir ordu göndərdi. Bunu xəbər alan Əbu Əli Buxaraya yönəldi. Əmir onun qarşısına qardaşı əl-Fəzl bin Məhəmmədi çıxartdı. Curcik mövqeyində qarşılaşan tərəflərdən əl-Fəzl məğlub oldu; Əbu Əli isə Sağaniyana döndü (947 noyabr-dekabr). Əmir Nuh 948 sentyabr ayında Çağaniyan üzərinə bir ordu daha göndərdi. Çağaniyanı yağmalayan Samani ordusu Buxara ilə rabitə yollarının Əbu Əli tərəfindən kəsilməsiylə çətin durumda qalaraq sülh bağlamaq məcburiyyətində qaldı (948 dekabr). Anlaşma gərəyi Əbu Əli, oğlu Əbül Muzəffər Abdullahı girov olaraq Əmir Nuha göndərdi. Əbu Əli Çağani 955-ci ildə vəfat edib. Həmçinin bax Möhtaclılar sülaləsi | https://az.wikipedia.org/w/index.php?curid=351428 |
Əbu Əyyub Ənsari | Əbu Əyyub əl-Ənsari (bilinmir, Mədinə – 674 və ya 672, Konstantinopol, ərəb. أبو أيوب الأنصاري) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Əyyub əl-Ənsari 576-cı ildə Mədinədə (Yəsrib) anadan olmuşdur. O, Xəzrəc qəbiləsinin Bənu Nəcar qolundan idi. O, mühacirlərin ilk müsəlmanlarının Mədinəyə köçürülməsindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci andın iştirakçısı olmuşdur. Məhəmməd peyğəmbər Mədinəyə gəldikdən sonra bütün Mədinəli müsəlmanlar onu öz evlərində fəxri qonaq kimi qəbul etməyi şərəf bilirdilər. Məhəmməd qarşısındakı dəvəsinin yerə oturacağı evdə qalacağını bildirir. Bundan sonra dəvəni buraxır və heyvan bir qədər yol getdikdən sonra onu birinci mərtəbə ilə təmin edən Əbu Əyyub əl-Ənsarinin evinin yanında oturur. Peyğəmbər 7 ay Əbu Əyyubun evində qalır. Əbu Əyyub ilk müsəlmanların apardıqları Bədr, Uhud, Xəndək və digər döyüşlərdə iştirak etmişdir. Dördüncü xəlifənin dövründə Əli öz ordusunda xaricilərə qarşı vuruşmuşdur.Misirin fəthindən sonra Əbu Əyyub Əmr ibn As məscidinin yanındakı Fustata köçür. Fustatda onun qonşuları Zübeyr ibn Əvvam, Ubeydə, Əbuzər əl-Ğəffari, Abdullah ibn Ömər ibn Xəttab və Abdullah ibn Əmir idi.Eyüpsultan, Ebu Bekir dövründəki döyüşlərə, Ömər dövründə baş verən Suriya, Filistin və Misir sefərlərinə, Osmanlı dövründə isə Kıbrıs sefərinə iştirak etmişdir. O, sağlam olan hər bir insanın Allah yolunda döyüşməyə inanırdı. 90 yaşlarında İstanbulun ikinci kuşatmasına qoşularkən vəfat etmişdir. Vasiyyəti üzərində İstanbulun qalalarının yaxınlığına dəfn edildiyi deyilir. İstanbulun Fəthindən sonra Akşemsəttin tərəfindən mezarı tapılıb və Fatih Sultan Mehmet mezarının olduğu yere bir külliyyə yaptırılmışdır. Osmanlı padişahları, tahtı işğal etmədən əvvəl Eyüp Sultan türbəsi önündə keçirilən kılıc alayı ilə tahta çıxardılar. Mezarının olduğu sahə, Eyüpsultan İlçesi adını almışdır. İbn Cərir ət-Təbəri xəbər verir ki, Əbu Əyyub əl-Ənsari qoca ikən Konstantinopolun mühasirəsində iştirak edirir. Əbu Əyyub yaralanır və ordu başçısı Yezid yanına gəlir və ondan ehtiyacını soruşur. Əbu Əyyub ona belə cavab verir: “Müsəlmanlara salamımı göndər və onlara de: “Əbu Əyyub sənə vəsiyyət edir ki, düşmən torpağına mümkün qədər irəlilə və Konstantinopol divarları altında basdırmaq üçün onu özünlə aparasan”. Ət-Təbərinin yazdığına görə, Əbu Əyyub Konstantinopol divarları yaxınlığında dəfn edilmişdir.Konstantinopol türklər tərəfindən fəth edildikdən sonra Əbu Əyyub əl-Ənsarinin ehtimal edilən məqbərəsi üzərində türbə və məscid tikilmişdir. İstanbulun Əbu Əyyub adını daşıyan ərazisi türklər üçün müqəddəs yer olur və bir çox Osmanlı məmurları bu yerin bilavasitə yaxınlığında dəfn edilməsini istənilir. | https://az.wikipedia.org/w/index.php?curid=732325 |
Əbu Əyyub əl-Ənsari | Əbu Əyyub əl-Ənsari (bilinmir, Mədinə – 674 və ya 672, Konstantinopol, ərəb. أبو أيوب الأنصاري) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Əyyub əl-Ənsari 576-cı ildə Mədinədə (Yəsrib) anadan olmuşdur. O, Xəzrəc qəbiləsinin Bənu Nəcar qolundan idi. O, mühacirlərin ilk müsəlmanlarının Mədinəyə köçürülməsindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci andın iştirakçısı olmuşdur. Məhəmməd peyğəmbər Mədinəyə gəldikdən sonra bütün Mədinəli müsəlmanlar onu öz evlərində fəxri qonaq kimi qəbul etməyi şərəf bilirdilər. Məhəmməd qarşısındakı dəvəsinin yerə oturacağı evdə qalacağını bildirir. Bundan sonra dəvəni buraxır və heyvan bir qədər yol getdikdən sonra onu birinci mərtəbə ilə təmin edən Əbu Əyyub əl-Ənsarinin evinin yanında oturur. Peyğəmbər 7 ay Əbu Əyyubun evində qalır. Əbu Əyyub ilk müsəlmanların apardıqları Bədr, Uhud, Xəndək və digər döyüşlərdə iştirak etmişdir. Dördüncü xəlifənin dövründə Əli öz ordusunda xaricilərə qarşı vuruşmuşdur.Misirin fəthindən sonra Əbu Əyyub Əmr ibn As məscidinin yanındakı Fustata köçür. Fustatda onun qonşuları Zübeyr ibn Əvvam, Ubeydə, Əbuzər əl-Ğəffari, Abdullah ibn Ömər ibn Xəttab və Abdullah ibn Əmir idi.Eyüpsultan, Ebu Bekir dövründəki döyüşlərə, Ömər dövründə baş verən Suriya, Filistin və Misir sefərlərinə, Osmanlı dövründə isə Kıbrıs sefərinə iştirak etmişdir. O, sağlam olan hər bir insanın Allah yolunda döyüşməyə inanırdı. 90 yaşlarında İstanbulun ikinci kuşatmasına qoşularkən vəfat etmişdir. Vasiyyəti üzərində İstanbulun qalalarının yaxınlığına dəfn edildiyi deyilir. İstanbulun Fəthindən sonra Akşemsəttin tərəfindən mezarı tapılıb və Fatih Sultan Mehmet mezarının olduğu yere bir külliyyə yaptırılmışdır. Osmanlı padişahları, tahtı işğal etmədən əvvəl Eyüp Sultan türbəsi önündə keçirilən kılıc alayı ilə tahta çıxardılar. Mezarının olduğu sahə, Eyüpsultan İlçesi adını almışdır. İbn Cərir ət-Təbəri xəbər verir ki, Əbu Əyyub əl-Ənsari qoca ikən Konstantinopolun mühasirəsində iştirak edirir. Əbu Əyyub yaralanır və ordu başçısı Yezid yanına gəlir və ondan ehtiyacını soruşur. Əbu Əyyub ona belə cavab verir: “Müsəlmanlara salamımı göndər və onlara de: “Əbu Əyyub sənə vəsiyyət edir ki, düşmən torpağına mümkün qədər irəlilə və Konstantinopol divarları altında basdırmaq üçün onu özünlə aparasan”. Ət-Təbərinin yazdığına görə, Əbu Əyyub Konstantinopol divarları yaxınlığında dəfn edilmişdir.Konstantinopol türklər tərəfindən fəth edildikdən sonra Əbu Əyyub əl-Ənsarinin ehtimal edilən məqbərəsi üzərində türbə və məscid tikilmişdir. İstanbulun Əbu Əyyub adını daşıyan ərazisi türklər üçün müqəddəs yer olur və bir çox Osmanlı məmurları bu yerin bilavasitə yaxınlığında dəfn edilməsini istənilir. | https://az.wikipedia.org/w/index.php?curid=782394 |
Əbu Əzrayıl | Eyyub Faleh Həsən Rübayi və ya Əbu Əzrayıl (25 aprel 1978, Bağdad) — İmam Əli cəbhəsində döyüşçü, Həşdi Şabi komandiri. İraqın Tikrit şəhərinin terrorçulardan təmizlənməsi üçün başladılan "Ləbbeyk ya Rəsulallah" əməliyyatında orduya rəhbərlik edənlərdən biri də "Əbu Əzrail" ləqəbi ilə tanınan şəxsdir.İŞİD terrorçularına ən ağır zərbələri də Əbu Əzrailin briqadası vurub. Cüssəli bədənə, zəhmli üz quruluşuna sahib olan "Əzrailin atası" orduda da bu ləqəblə tanınır. Əyyub taekvondo və ox atmaqda da bacarıqlıdır. Səlahəddin bölgəsindəki dostları Əbu Əzrailin görkəminin qorxulu olduğunu lakin onunla ünsiyyətdə olan insanların üzündə təbəssüm və sevinc yarandığını deyirlər. Bir çox xarici qəzetlər Əyyubun hələ də universitetdə bədən tərbiyəsi dərsi verdiyini yazsalar da o hal-hazırda terrorçularla döyüşür. Xarici keçidlər İşidin kabusu Əbu Əzrayıl Arxivləşdirilib 2015-03-15 at the Wayback Machine İşidə qarşı döyüşən Ölüm Mələyi | https://az.wikipedia.org/w/index.php?curid=419002 |
Əbu əd-Dərda | Əbu əd-Dərda (586, Mədinə – 653, Dəməşq, ərəb. أبو الدرداء) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu əd-Dərda Mədinədə doğulmuş, Xəzrəc qəbiləsinin əl-Haris nəslindən idi. Bədr döyüşündən sonra hicrətin ikinci ilində İslamı qəbul edir. O, ticarətlə məşğul idi, lakin İslamı qəbul etdikdən sonra bu işi tərk edərək zahid həyat tərzi keçirir. O, Uhud döyüşündə və müsəlmanların məkkəlilərə qarşı digər döyüşlərində iştirak etmişdir. Quran, hədislər və İslam hüququ (fiqh) üzrə mütəxəssis olur. Xəlifə Osman ibn Əffanın dövründə əvvəlcə ona təklif olunan dövlət vəzifəsindən əl çəkmiş və insanlara İslamın əsaslarını öyrətməyə başlamışdır. Bununla belə, o, Suriyanın qazisi olmağa razı olur. O, üçüncü Saleh xəlifə Osmanın öldürülməsindən əvvəl 653-cü ildə vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=733592 |
Əbu əl-Fəth Mənuçöhr xan | Əbu əl-Fəth Mənuçöhr xan (vəf. 1636) — Səfəvi rəsmisi və erməni mənşəli qulam. Atası Qaraçaqay xan kimi Mənuçöhr Məşhəddə general və Xorasan bəylərbəyi olaraq I Şah Abbas (1588–1629) və I Şah Səfi (1629–1642) hakimiyyəti altında təyin olundu. Qardaşı Əliqulu xan Qum hakimi oldu və Şah Abbas Mənuçöhr xanın oğlu II Qaraçaqay xan (d. 1668) kitabxanasının rəhbəri oldu, eyni zamanda Məşhəd bəylərbəyi oldu. Onların hamısı "bilik və bütövlük adamları" (Əhli-i fazl u kamal) və "möhtəşəm hərəkətlər və əməllər" (ṣāhib-i mu'āṣir u asrār) kimi tanınan Səfəvi mədəni və intellektual elitalarından idi. Mənuçöhr xan astronomiyaya güclü marağı olan aparıcı sənət hamisi idi. Dövrün ən yaxşı təsvir edilmiş əlyazmalarından birini, 1630–1633-cü illər arasında kopyalanan Əbdürrəhman əs-Sufinin "Süvar əl-Kəvaqib əl-Tahibitah" ("sabit ulduzların təsviri") adlı bir farsca tərcüməsini tapşırdı və bu əsər Nyu-York Dövlət Kitabxanası kolleksiyasında qorunur.1632–1633-cü illərdə Mənuçöhr xan sonradan Mənuçöhr qlobusu olaraq bilinən bir göy cismi istehsal etmək üçün Həsən ibn Səəd əl-Qani, usta Malik Huseyn Nəqqaş İsfahani və Rizvan bəy Zarnişana tapşırıq verdi. Babaie, Sussan. Slaves of the Shah: New Elites of Safavid Iran. I.B.Tauris. 2004. 1-256. ISBN 1860647219. Schmitz 1992, no.123, p. 55 ; Robinson, Sims, Bayani, 2007, p. 19. Mənuçöhr qlobusu | https://az.wikipedia.org/w/index.php?curid=606129 |
Əbu əl-Hütuf ibn əl-Hərs əl-Ənsari | Əbu əl-Hütuf ibn əl-Hərs əl-Ənsari (ərəb. أبوالحتوف بن حَرث (الحارث) الأنصاری) — Kərbəla döyüşündə şəhid. O, həmçinin Əbu əl-Hütuf Sələmə ibn əl-Hərs əl-Ənsari əl-Əclani kimi tanınırdı və atasının adı əl-Hərs ibn Sələmə əl-Ənsari əl-Əclani idi. Əbu əl-Hütuf Kufədən idi, Bəni-Əclan qəbiləsindən, Kufədəki xəvariclərdən və Mədinədə ənsardan olan Xəzrəc qəbiləsindən idi. Hüseyn ibn Əliyə qoşulması Əbu əl-Hütuf və qardaşı Səd ibn əl-Hərs Hüseynlə döyüşən Ömər ibn Sədin ordusunun bir hissəsi idi. Aşura günü Hüseynin iki nəfəri olan Süveyd ibn Əmr ibn Əbu Mutə və Bəşir ibn Əmr əl-Hədramidən başqa bütün səhabələri şəhid olduğu zaman Hüseyn kömək istədi. Əbu əl-Hütuf və qardaşı Səd Hüseynin çağırışını və Məhəmməd peyğəmbərin ailəsindən olan qadın və uşaqların fəryadını eşidəndə dedilər: “Hökm yalnız Allaha məxsusdur və biz günah edənə itaət etmirik. Bu, Peyğəmbərimizin qızının oğlu Hüseyndir. Onun əsgəri olmadığı halda, Qiyamət günü babasının şəfaətinə ümid bəslədiyimiz halda, onunla necə döyüşə bilərik?” Bu zaman qılınclarını çəkib Hüseynin ordusuna tərəf keçdilər. Üç nəfəri öldürdükdən və bir neçə nəfəri yaraladıqdan sonra hər ikisi bir yerdə şəhid oldular. Həmçinin bax Kərbəla döyüşündə Hüseynin ordusunda həlak olanların siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=808397 |
Əbubəkir (Xaybulla) | 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Əbubəkir kəndinin milli tərkibi: başqırdlar 100 %. Coğrafi yerləşməsi rayon mərkəzindən (Akyar): 18 km., kənd sovetliyindən (Fyodorovka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 74 km. | https://az.wikipedia.org/w/index.php?curid=517950 |
Əbubəkr | Əbu Bəkr (ərəb. أبو بكر الصديق; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. 572-ci ildə Məkkədə doğulub. 634-cü ildə Mədinədə vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=77104 |
Əbubəkr (Eldəniz hökmdarı) | Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. Hökmranlığı Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu. 1196-cı ildə Qutluq İnanc öldürüldü. 1197-ci ildə Həmədan uğrunda vuruşmada Xarəzmşah əmirini məğlub edən Əbu Bəkr qardaşı Özbəki oraya hakim təyyin etdi. Az sonra Təkəşin qoşunları Həmədanı yenidən ələkeçirdilər. Təkəşin (1200) ölümündən sonra Əbu Bəkr Həmədanı geri qaytara bildi. Lakin siyasi sabitliyin olmaması Əbu Bəkrin hakimiyyəti dövründə feodallar arasında çəkişməni dahada kəskinləşdirdi. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, İrbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. 1208-ci ildə Ağsunqurilərin kiçik yaşlı sonuncu hakimi öldükdə Əbu Bəkr Rəvandüz qalasından başqa, Marağa vilayətini Eldəgəzlər dövlətinə qatdı. Naxçıvan Atabəy Əbu Bəkr dövründə Azərbaycan atabəyləri dövlətinin Cahan Pəhləvanın oğlanları arasında bölüşdürlüməsi nəticəsində Naxçıvanın Qızıl Arslanın ölümündən [111–112] sonrakı tarixində mühüm dəyişikliklər baş verir. Əgər, istər Cahan Pəhləvanın, istərsə də Qızıl Arslanın zamanında Naxçıvan Şəmsəddin Eldənizin hakimiyyətinin ilk dövründə olan baş paytaxt statusunu Həmədana vermişdisə, 1191-ci ildə atabəy Əbu Bəkrin hakimiyyətə gəlməsi ilə şəhər yenidən ölkənin əsas idarə mərkəzinə çevrildi. Atasının vaxtında Azərbaycan və Arranın idarəçiliyini həyata keçirən Əbu Bəkr əmisi və atabəyi olan Qızıl Arslanın hakimiyyəti illərində qoşun başçısı təyin edilmişdi. Mənbələrin məlumatına görə, Qızıl Arslanın ölümündən sonra anası Quteybə xatunun təhrikilə o, Azərbaycanda və Arranda hakimiyyətə yiyələnmək üçün Naxçıvana gəlir və Əlincə qalasındakı dövlət xəzinəsinin qoruyucusu analığı Zahidə xatunun köməkliyi ilə bu xəzinəyə sahib olur (104). Naxçıvanda bu dövrdə baş verən hadisələrin maraqlı xəbərçisi olan Sədrəddin əl-Hüseyni Zahidə xatunun, adı bizim üçün naməlum qalan şəhər valisinə müraciətlə dediyi sözləri təqdim edir: "Bu (yəni, Əbu Bəkr, N. V. ) ölkənin sahibidir və sən onun tabeliyindəsən" (105). Əlincə qalası valisinə isə Əbu Bəkri təqdim edərkən: "Bu [adam], qalanın sahibidir" — sözlərini deyən Zahidə xatun valini Əbu Bəkrə itaət andı içməyə məcbur edir (106). Beləliklə, Naxçıvanın və Əlincənin valiləri Əbu Bəkrin ali hakimiyyətini tanıyırlar. Lakin bütün Azərbaycan və Arranın yerli əmirlərini itaətə gətirmək üçün Əbu Bəkr "atlanaraq" əvvəl Gəncəyə gəlir, gedərək", dövrün mənbələrinin təsdiq etdiyi kimi "bütün Azərbaycanı və Arranı tabe edir" (107). Eldənizlər ailəsində hakimiyyət uğrunda gedən çəkiş-mələr Cahan Pəhləvanın İnanc xatundan olan oğlanları [112–113] Qutluq İnanc və Əmir Əmiranın Həmədan və ona qonşu vilayətlərdə hakimiyyəti ələ keçirmələrinə gətirib çıxarır. İnanc xatunun özü isə Reydə qalır. Bu qarışıq dövrdə Naxçıvan yaxınlığındakı Qəhrəm qalasından azad ola bilən III Toğrul Qəzvin yanında Qutluq İnancla apardığı uğurlu döyüşdən (1192) sonra yenidən Həmədana daxil olub, sultan taxtına oturur. Beləliklə, atabəy Əbu Bəkr öz sələflərindən fərqli olaraq hakimiyyətinin əksər illərini Naxçıvanda qalaraq, yalnız Azərbaycana və Arrana hakimlik etməklə kifayətlənməli olur. Lakin bu ərazini saxlamaqda ona asanlıqla başa gəlmir. Xarici (xarəzmşahlar, gürcülər) və daxili (qardaşları, əmirlər) qüvvələrlə tez-tez baş verən, qanlı döyüşlər həddinə çatan toqquşmalar Əbu Bəkrin də öz sələfləri kimi Naxçıvanın, ətrafdakı mövcud qala və qayğısına qalması zərurətini meydana çıxarmışdı. Əlincəçayın sağ sahilində, eyniadlı dağın zirvəsində yerləşən bu qədim qalanın qalıqları bu gün də özünün qeyri-adi görünüşü və əzəməti ilə nəzəri cəlb edir. Mənbələr siyasi vəziyyətin qəlizliyi ilə bir qədər də ağırlaşmış bu dövrdə Azərbaycanın hər yerində (Abşeron, Təbriz, Xalxal, Gəncə və b. yerlərdə) olduğu kimi Naxçıvan ərazisində də öz alınmazlığı və xüsusi möhkəmliyi ilə ad çıxarmış daha neçə-neçə qala və qəsrin adını qoruyub saxlamışdır. Arxeoloji qazıntılar kiçik şəhərciyi xatırladan belə qalaların daxilində çoxlu yaşayış və ictimai binaların olduğunu təsdiq edir. Məsələn, arxeoloqlar Şahbuz rayonunda eyniadlı kəndin yaxınlığında yerləşən, müdafiə məqsədilə, həm də gözətçi məntəqəsi kimi istifadə olunan Şapurqalanın daxilində dağılmış tikinti qalıqları aşkar etmişlər [113–114] (108). Azərbaycanda "qarışıqlıq (fitnə) və müharibələrin ardı-arasının kəsilmədiyi", buna görə də "şəhərlərinin çoxunun xaraba, kəndlərinin isə yerlə-yeksan" olduğu haqqında məlumat verən məşhur alim və səyyah Yaqut əl-Həməvi də ölkənin "çoxlu qalaları" olduğunu bildirir (109). XII yüzilin ilk illərində bu vaxtatək müxtəlif yollarla Gəncəni və Azərbaycanın digər şəhərlərini ələ keçirməyə çalışan gürcü qoşunları Gəncənin 25 günlük uğursuz mühasirəsindən sonra Naxçıvana doğru hərəkət edirlər. İbn əl-Əsir "599-cu ildə (1202/03) gürcülərin yolüstü "bütöv Azərbaycan kimi, əmir Əbu Bəkr ibn Cahan Pəhləvanın mülkü" olan Dvin (Dəbil) şəhərini ələ keçirib, "talan və viran" etmələri, "əhalisinin çoxunu öldürmələri" məlumatını verir (110). Salnamədən məlum olur ki, Dvini qarət edən gürcülər şəhərdə elə dəhşətli qırğın törədirlər ki, bunlar "haqqında eşidəndə adamın tükləri ürpəşir" (111). Bu ağır məqamda gürcü qoşunlarının ölkənin içərilərinə soxulacaqlarından ehtiyat edən, mənbələrin (Sədrəddin əl-Hüseyni, İbn əl-Əsir, Ravəndi və b.) məlumatından göründüyü kimi, xoşagəlməz fakt da olsa, dövlət işlərindən daha çox əyyaşlıqla məşğul olan Əbu Bəkr Naxçıvanı tərk edərək, analığı Zahidə xatunun idarə etdiyi Təbrizə gəlir (112). Naxçıvana hücum edən gürcülər, görünür, Əbu Bəkri təqib edərək, Təbrizə yetişirlər. Təbriz ətrafındakı yerlər qarət edilsə də, Zahidə xatunla bağlanılmış müqaviləyə görə, gürcülər onlara verilən böyük təzminat müqabilində Təbrizə olan hücumu dayandırırlar; lakin bununla belə onların qarətçi əsir apardılar ki, sayını Allahdan başqa-ona [114–115] həmd olsun, heç kəs bilmir. Onlar ölkədəki bütün malqaranı sürüb apardılar. Ölkəni tərk edərkən, yolüstü vilayətlərə hücum törədir, qaladan qalaya, şəhərdən şəhərə [hər yeri] ələ keçirib qarət edirdilər. Beləliklə, onlar qalaların əksəriyyətini tutdular, Naxçıvan və Beyləqanın üzərinə xərac qoydular" (113). Gürcü qoşunlarının hücumları sonrakı il də davam edir. Bu hücumların qarşısını nə yolla olursa-olsun almağa çalışan atabəy Əbu Bəkr, nəhayət, "müsəlman dünyasında kəskin etiraza səbəb olan" qərar qəbul edir: gürcü hökmdarının qızı ilə evlənir (114). Bu izdivacdan sonra "gürcülər talandan, qarətdən və qırğından əl çəkdilər" (115). Bundan sonrakı dövrdə də atabəy və onun ailəsi Naxçıvanda yaşamaqda davam edirdi. Bünyadov Z. M., Azərbaycan Atabəyləri dövləti (1136–1225). B., 1985; Həmçinin bax Eldənizlər dövləti | https://az.wikipedia.org/w/index.php?curid=776244 |
Əbubəkr (ad) | Əbu Bəkr, Əbubəkr — ad. Əbu Bəkr Məhəmməd Urməvi — Əbu Bəkr Siracəddin — Əbu Bəkr Narşahi — Əbu Bəkr ibn Həsən — Əbu Bəkr əl-Bağdadi — Əbubəkr Tehrani — Əbubəkr Urməvi — Əbubəkr Tahiran Əbhəri — Əbubəkr mirzə Dərbəndi — Əbubəkr ibn Xosrov əl-Ustad — Həmçinin bax Əbu Bəkr məscidi | https://az.wikipedia.org/w/index.php?curid=584791 |
Əbubəkr Məhəmməd İbn Abdullah Bərdəi | Əbubəkr Məhəmməd İbn Abdullah Bərdəi IX əsrin sonu X əsrin birinci yarısında yaşayıb yaratmış əbubəkr Məhəmməd ibn Abdullah Bərdəi olmuşdur. O təqribən 890-cı illərdə Bərdədə anadan olmuşdur. Gələcəyin görkəmli hüquqşünas və ortadoksal demokratı əbubəkr ilk təhsilini doğma şəhərdə almış, gənclik və sonrakı illərini fasilələrlə gah Bərdə, gah da Şərqin mədəni mərkəzlərindən biri olan Bağdadda keçirmişdir. Bu hal təbii ki, səbəbsiz də deyildi. X əsrin ortalarından Bərdə şəhəri ziddiyətlərin düyün nöqtəsi idi. Bu dövrdə ölkənin paytaxtı olan gözəl, zəngin və dövlətli Bərdədə böyük dinlər və fatehlər arasında güclü çəkişmələr gedirdi. Bir tərəfdən ərəblər və onların təbliğ etdiyi islam dini, digər tərəfdən yerli xristianlıq və ona xidmət edən əhalinin gəlmə dinə müqaviməti, üçüncü tərəfdən çoxallahlılıqla əlaqədar azlıqda qalan əhalinin öz dinini mühafizə etmək cəhdləri və ən nəhayət Şimaldan Kür çayı vasitəsi ilə üzüb gələn rusların (943-944-cu illərdə) şəhəri əldə saxlamaq cəhdləri Bərdədə hərki-hərkiliyə səbəb olmuşdur. Belə ki, ziddiyətli dövrdə gənc mötəziləçi güman ki, Bərdədə qala bilməyib müvəqqəti Bağdada getmişdir. əbubəkr Bərdəinin müasiri olmuş və görkəmli adamların həyatını özünün "əlfihristi" (göstərici) əsərində təsvir etmiş ərəb müəllifi Məhəmməd İbn İsaq ən-Nədm əl-Vərraq əl-Bağdadi (o 995-ci ildə vəfat etmişdir) onun haqqında xeyli məlumat vermişdir. Müəllifin yazmasına görə onlar 951-ci ildə görüşmüşlər. O öz əsərində yazırdı: "Mən əbubəkr Bərdəini gördüm. Etdiyimiz ünsiyyətdən məlum oldu ki, o mötəzilə məzhəbinin üzvü, xariciliyin fəqihlərindəndir". Hələ dördüncü xəlifə əlinin dövründə (656-661) meydana gəlmiş xariciliyin mənfurəsində deyilir ki, xəlifəliyin ümdə şərti onun ədalət və haqq tərəfdarı olmasıdır". Onlara görə xəlifə irsi olmamalıydı. Hakimiyyətə gələn hər kəsi xəlifələrin qohumu və tanışları yox bütün müsəlmanlar seçməli idi. Onların fikrinə görə, imam və ya hər hansı başçı müsəlman olan bütün şəxslərdən, habelə müxtəlif siniflərin və təbəqələrin nümayəndələrindən də seçilə bilərdi. Onlar tələb edirdilər ki, biz müsəlmanların ilk dövründə olduğu kimi demokratik seçki yolu ilə Xəlifəni seçməyə qayıtmalıyıq. Görkəmli Azərbaycan hüquqşünas alimi də bu partiyanın üzvü və əsas aparıcılarından biri olmuş və göründüyü kimi öz əsərlərində əbubəkr Bərdəi xeyli səmərə verən demokratik fikirlər irəli sürmüşdür. İbn ən-Nədm fikrini davam edərək yazırdı ki, bu məzhəb çox yerdə o cümlədən əmman, Sicistan, Azərbaycan ölkəsi və şəhərlərində geniş yayılmışdır. Heç şübhəsiz ki, bu demokratik fikirlərin, xüsusilə Bərdədə intişarında əbubəkrin xidməti az olmamışdır. İbn ən-Nədminin yazmasına görə, o olduqca çoxlu kitab yazmışdır. Görkəmli biblioqraf öz əsərində əbubəkr Bərdəinin yazdığı aşağıdakı kitabların adını çəkmişdir: "Kitab əl-Mürşid fi-l fiqhə" (fəqihə dair rəhbər kitab), "kitab ər-rədd əla-əl müxalifinin fil fiqh" (fəqih barədə müxalifləri rədd etmə kitabı), "Kitab təzkirət əl Qərib fil fiqh" (fəqih barədə qəribin xatiratı kitabı), "Kitab ət-Təbəssür li-l mütəllimin" (öyrənənlər üçün düşüncə kitabı), "Kitab əl-ihticac ələ əl-müxalifin" (müxaliflərə dair etiraz kitabı), "Kitab əl-Camifi üsul əl-fiqh" (fəqihin əsaslarına dair məcəllə kitabı), "Kitab əd-dua" (dua kitabı), "Kitab ən-nəsix və l-mənsux fi-l Quran" (Quranda ləğv edən və ləğv edilən haqqında kitab), "Kitab əs-sünnə və l-cəmaə" (sünnə və cəmaə kitabı), "Kitab əl-imamə" (imamətə dair kitab), " Kitab Naqd kitab İbn-ər-Rəvənli fi-l imamə" (imamətə dair İbn Rəvəndinin kitabı əleyhinə kitab), "Kitab təhrim əl-Müskir" (məstedici maddəni qadağan etmə haqqında kitab), "Kitab ər-rədd əla mən qaləbi-l mütə" (mütəni təsdiqləyən kəsi rədd etmək barədə kitab), "Kitab əl-iman və-n-nüzur" (iman və vəd haqqında kitab). Adlarından göründüyü kimi kitablar orta əsr müsəlman şərqinin müxtəlif problemlərinə həsr edilmişdir. əsərlərdə müəllif müsəlman şərqi üçün son dərəcə vacib olan məişət, təsərrüfat, dini məfkurə və s. məsələlərini obyektiv mərhələdən anlamaq kimi vacib məsələ qoymuşdur. O, özünün "Kitab təhrim əl-Müskir" (məstedici maddəni qadağan etmək haqqında kitab) kitabını həlli indi də vacib olan məsələyə həsr etmişdir. Bundan başqa, öz dövrünün demokratizmi, siyasi, ictimai, iqtisadi, fəlsəfi və hüquqi problemləri haqqında yazılmış bu kitablar Bərdəi əbubəkrə dünya şöhrəti qazandırmışdır. O da digər xaricilər kimi ciddi siyasi təqiblərə məruz qalmış və zaman keçdikcə itib batmışdır. Onların müəllifi əbubəkr Bərdəi isə o dövr ərəb şovinizminin təqib və sıxıntılarına məruz qalmış, nəhayət hicri tarixinin 350-ci ilində (miladinin 961-ci ili) vəfat etmişdir. Yeri gəlmişkən təəssüflə qeyd etmək olar ki, xalqımızın bu görkəmli oğlunun ictimai-siyasi, hüquqi-demokratik isri demək olar ki, bu gün belə öyrənilməmiş qalmışdır. Ancaq onun tərəfindən yazılan bu qədər kitablardan şübhəsiz ki, Şərqin qədim mədəni mərkəzlərinin əlyazma fondu, kitabxana və arxivlərində qalmamış deyil. Onları araşdırıb tapmaq, tədqiq etmək şübhə yox ki, Azərbaycanda fəlsəfi fikir tarixinin inkişafını tədqiq edənlərə və öyrənənlərə böyük bir töhfə olar. | https://az.wikipedia.org/w/index.php?curid=685136 |
Əbubəkr Tahiran Əbhəri | Abdullah bin Tahir bin Haris Tayi (d.940) — Şeyx Əbubəkr Əbhəri bin Tahirtiyan adıyla da tanınan arif, zahid və alim ki, nəsəbi Hatəm Tayiyə yetişirdi və Əbhər şəhərində dünyaya gəlmişdir. Yusif bin Hüseyn Razi, Rey və Qohistan şeyxi və Müzəffər Fərmisinin yanında təhsil almışdır. və Əbhər şəhərində vəfat edib və türbəsi bu şəhərdədir. سلمی، محمدبن حسین، طبقات الصوفیه، لیدن، 1960م Sələmi, Məhəmməd bin Hüseyn, Sufiyə mərtəbələri, Liden, 1960. نوربخش، سیدمحمد، "سلسله الاولیاء"، جشن نامۀ هانری کربن، تهران، 1345ش/1397ق. Nurbəxş, Seyid Məhəmməd, Silsileyi Oliya(Oliya silsiləsi),Henri Korbənin anım mərasimi ,Tehran,1966. | https://az.wikipedia.org/w/index.php?curid=284603 |
Əbubəkr Tehrani | Əbubəkr Tehrani (fars. ابوبکر طهرانی ) - Şahrux, Cahanşah və Uzun Həsən kimi hökmdarların xidmətində olmuş, siyasi işlərdə fəal iştirak etmiş dövlət adamı, münşi və tarixçi, Kitabi-Diyarbəkriyyə əsərinin müəllifi Əbubəkr Tehraninin həyatı ilə bağlı əlimizdə kifayət qədər məlumat yoxdur. Müəllif özü haqqında ilk dəfə Kitabi-Diyarbəkriyyə əsərinin giriş hissəsində məlumat vermiş və tam adını Əbubəkr ət-Tehrani əl-İsfahan kimi qeyd etmişdir. Faruq Sumerə görə buradakı Tehran müasir mənasından fərqli, İsfahan yaxınlığında bir kəndin adıdır. Müəllifin İsfahanlı olması bilinən bir faktdır. Daha sonra yazar özündən Şahruxun 1446-cı ildə Reydə ölümünü nəql edərkən bəhs edir. Şahrux öz övladları və yaxın adamları ilə üç günlük əzuqə götürüb yola düşərkən, düşərgədə qalan Əbubəkr Tehraniyə məşhur sufi şeyxi Əlaüddövlə Simnarinin müridlərindən biri yaxınlaşır və deyir: "Bu şəxs qəribə padşahdır. Mən bu gecə yuxuda görmüşəm ki, peyğəmbər həzrətləri onun paltarının tozunu çırpır". Tehrani isə cavab verir: "Bu, düzgün yuxudur. Onun paltarının tozunu çırpmaq torpaqdan olan bədəninin üçan ruhundan ayırmaq mənasını verir". Daha sonra düşərgəyə hay-küy düşür. Artıq keçinmiş olan Şahruxu təxti-rəvana qoyub gətirirlər. Lakin əvvəlcə belə söz yayılır ki, güya onun dişi ağrıyır, ona görə huşunu itirib. Bunu eşidən zaman Tehrani: "Onun tamah dişini çəkmək lazımdır" - söyləyir. Müəllifin qələmə aldığı bu hadisədən başa düşülür ki, o Şahruxa elə də rəğbət bəsləmirmiş. Onun yazıqlarına əsasən Şahruxun yanında vəzifəli biri kimi İsfahanın görkəmli şəxslərinin arasında olduğu başa düşülür. 1451-ci ildə Sultan Məhəmməd qardaşı Babur Mirzə tərəfindən qətl edikdə Əbubəkr Tehrani İsfahan şəhərindəimiş. Qaraqoyunlu xidmətində Ağqoyunlu xidmətində Daha sonra isə Tehrani 1468-ci ildə Uzun Həsən ilə Teymuri Əbu Səid arasında baş verən döyüşdə Qəzvində olduğunu qeyd edir.Tehrani burada ikən Fars əyalətinin hakimi Seyid Əlinin Ərdəbil ərazisində olan Əbu Səidə bağlılığını bildirmək üçün göndərdiyi elçilər də Qəzvinə gəlmişdilər. Onlardan Mövlana Şəmsəddin ilə dostluğu olan Tehrani Əbu Səidin məğlub olacağından qorxduğunu dilə gətirmiş və onu qərarından daşındırmağa çalışmışdı. Çox keçmədən Ərdəbilə gələn Uzun Həsən Tehranini öz düşərgəsinə dəvət edir. Bu dəvətdən dövvrün elm adamlarını yanında toplamağa çalışan Uzun Həsənin Əbubəkr Tehraninin reputasiyasından xəbəri olduğu anlaşılmaqdadır. Sonrakı səhifələrdən aydın olur ki, Tehrani Uzun Həsənin düşərgəsinə Mövlana Şəmsəddinlə birlikdə getmişdir. Beləliklə Tehrani Uzun Həsənin xidmətinə keçir və Ağqoyunlu tarixini yazmağa başlayır. Tehrani bu hadisədən sonra Ağqoyunlu dövlətinin tanınmış dövlət adamlarından birinə çevrilir. Bunu müəllifin əsərində özü barədə verdiyi sonuncu məlumat pariaq şəkildə nümayiş etdirir: 1469-cu ilin yayında qurban bayramı günü Uzun Həsən Təbrizə daxil olur. Cahanşaha məxsus Sahibabad sarayında dayanan Uzun Həsən dərhal yerli əyanlar və dövlət məmurları ilə görüş keçirir. Həmin hadisəni təsvir edən müəllif yazır: "Gəlişinin ikinci günü Təbrizin və onun gəlişini eşidib özünü ora çatdırmış digər şəhərlərin alimləri və seyidlərini öz hüzuruna dəvət etdi, məmləkət və din işləri ilə məşğul olanlara nəsihətamiz sözlər dedi. Qazıların və şəriət məsələlərinə baxan adamların xəyanəti barədə şikayətlər eşitdiyi üçün qazıları hədələdi və bir neçə gündən sonra onların hamısını işdən azad etdi. Türk möminlərindən biri mənim təqdimatım və digər əyanların müdafiəsi ilə şəriət hakimi təyin olundu, sonra divan üçün yığılan vergilərin xoşbəxt padşah (Cahanşah nəzərdə tutulur) və ondan əvvəlki sultanlar zamanında müəyyən edilmiş miqdarların azaldılması barədə fərman verdi. Divan məmurları üçün icrası vacib olan bu fərman mən həqirin xətti iiə yazıldı".Məşhur şair Molla Cami də 1473-cü ildə Həcc ziyarətindən qayıdarkən Təbrizə səfər etmiş və burada Uzun Həsənin yaxın adamları- Qadı Həsən, Tehrani, Dərviş Qasım tərəfindən qarşılanmışdır.Qeyd edək ki, Əbubəkr Tehraninin Ağqoyunlu dövlətinin ictimai-siyasi həyatında, idarəetmə məsələlərində oynadığı rol barədə başqa mənbələrdə də müəyyən məlumatlar mövcuddur, Misal üçün Xurşah əl-Hüseyni "Tarixi-ilçiyi-Nizamşah" adlı əsərində yazır: "Mövlana Əbubəkr Tehrani, Qazi Müslihəddin Əli Səvaci və Əmir Zahirəddin İbrahimşah Uzun Həsənin yaxın adamlarından idilər, daim rəiyyətdə lazım olan işləri, onların ehtiyaclarını ona ərz edirdilər" . Tehraninin ölüm tarixi təəssüf ki məlum deyil. Buna baxmayaraq onun 5 yanvar 1478-ci ildə Uzun Həsənin ölümü zamanı yaşadığı bizə məlumdur. Ehtimal edilir ki, Əbubəkr Tehrani 1482-ci ildə vəfat etmişdir. F.Sümer bəzi sənədlərə əsaslanaraq, onun XV əsrin 80-ci illərinin əvvəllərində də həyatda olması ehtimalını irəli sürür . İstənilən halda Sultan Yaqub hakimiyyət başına keçdikdən sonra görünür, o, siyasi səhnədən uzaqlaşmışdır. Markiewicz, Christopher. The Crisis of Kingship in Late Medieval Islam. Cambridge University Press. 2019. ISBN 978-1108492140. ABÜ BAKR-İ TİHRANI. KİTAB-İ DİYARBAKRİYYA AK-KOYUNLULAR TARİHİ. 1. Ankara: TÜRK TARİH KURUMU BASIMEVİ. Necati Lugal, Faruk Sümer. 1993. ISBN 975-16-0521-0. Əbubəkr Tehrani. Kitabi Diyarbəkriyyə. İstanbul: AZƏRBAYCAN MILLİ ELMLƏR AKADEMİYASİ ARXEOLOGİYA VƏ ETNOQRAFYA İNSTITUTU. Rəhilə Şükürova. 2006. Həmçinin bax Kitabi-Diyarbəkriyyə Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=246014 |
Əbubəkr Urməvi | Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdinyar Urməvi (?-944) — Azərbaycan sufi alimi. Şeyx Mahmud Xoyi özündən əvvəl Azərbaycanda yaşamış məşhur sələfi Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdanyar Urməvinin (ölümü 944) ideyalarına əsaslanaraq "Əxilik" adı ilə məşhurlaşmış hərəkatın əsasını qoymuş və bu hərəkat Azərbaycanın və Türkiyənin tarixində dərin izlər buraxmışdır. Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuş və İbn Yezdanyar adı ilə tanınmış bu azərbaycanlı mütəfəkkirin həyatı və fəaliyyətləri ilə bağlı orta əsr müəllifləri Əbdurrəhman Cami "Nəfaxat-ul-Üns", Əlişir Nəvayi isə "Nəsayim-ul-Məhəbbə min Şəmayim-ul-Futuvvə" adlı əsərlərində geniş məlumat vermişdirlər. X əsrdə yaşamış İbn Yezdanyar öz dövründə yayılmış batil inam və xürafələrə, o cümlədən bunların əsas yayıcısı olan sufi cərəyanlarına qarşı ciddi mübarizə aparmışdır. Məlum olduğu kimi XIII əsrdə yaşamış İbn Teymiyyə sufilik və digər bidətçi cərəyanlara qarşı öz əsərləri ilə ciddi mübarizə apardığı üçün istər öz dövründə, istərsə də bu gün tənqidlərə məruz qalmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=257460 |
Əbubəkr ibn Xosrov əl-Ustad | Əbubəkr ibn Xosrov əl-Ustad — XII əsr Azərbaycan yazıçısı, şair, alim və pedaqoq Əbubəkr ibn Xosrov XII əsrin birinci yarısında anadan olmuşdur. Parlaq istedadlı, mükəmməl təhsili, ensiklopedik bilikləri sayəsində hələ gənc ikən bir ədib və müəllim kimi şöhrət tapmışdır. Məhz bu keyfiyyətlərinə görə o, hələ Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizin dövründə (1136-1175) saraya dəvət olunmuş, gənc şahzadələrin müəllimi təyin edilmiş və otuz ildən artıq bir müddətdə bu sahədə fəaliyyət göstərmişdir. Yazıçının «əl-Ustad» təxəllüsü də, şübhəsiz, onun pedaqoji fəaliyyəti ilə əlaqədar olmuşdur. Lakin Əbubəkr ibn Xosrov sarayda yalnız müəllimlik etməklə kifayətlənməmiş, geniş bədii yaradıcılıqla məşğul olmuş, nəzm və nəsrlə bir sıra iri həcmli əsərlər yazmışdır. Əbubəkr ibn Xosrovun həyatı Atabəylər dövlətinin mərkəzi şəhərlərində, ilk növbədə, Naxçıvanda, Həmədanda, Gəncədə, Təbrizdə keçmişdir. Yazıçı bu baxımdan dövrümüzə qədər gəlib çatmış yeganə əsəri olan «Munisnamə»də yalnız bir faktı xatırlayır: 1181-ci ildə Zəncanda olduğunu və şeyx Cəmaləddin Əbül-Məhasin Zəncani ilə görüşdüyünü qeyd edir. Əl-Ustad istər əvvəlki əsrlərdə, istərsə də öz dövründə yaradılmış ədəbi, fəlsəfi, dini, elmi irsə dərindən bələd olmuşdur. «Munisnamə»nin təkcə giriş hissəsində o, Əscədi, Firdovsi, Sənai, Rəşidəddin Vətvat kimi görkəmli klassiklərin şeirlərindən misallar vermişdir. “Munisnamə”nin giriş hissəsində Əbubəkr ibn Xosrov özünün aşağıdakı əsərlərini qeyd etmişdir: 1. «Mənsur və Mərcan» poeması – görünür, müəllifin ilk iri həcmli poetik əsəri olmuş, atabəy Məhəmməd Cahan Pəhləvana (1175-1186) ithaf edilmişdir. 2. «Sənəm və Əcəm» poeması – atabəy Qızıl Arslana (1186-1191) həsr olunmuşdur. 3. «Mehr və Müştəri» poeması - «Munisnamə»ni yazmağa başlarkən (yəni, XII əsrin sonlarında) bu əsər bitmiş, lakin hələ heç kəsə ithaf olunmamışdı. Bu ad altında XIV əsr Azərbaycan şairi Əssar Təbrizi də poema yazmışdır. 4. «Nəqizeyi-kitabi-Əlfiyə və Şəlfiyə» («Əlfiyə və Şəlfiyə» kitabına tənqid») – XI əsrin tanınmış fars şairi Əzrəqi Herəvinin pornoqrafik məzmunlu əsərinə tənqid kimi yazılmış, Qızıl Arslana ithaf edilmişdir. 5. «Rahət ər-Ruh» («Ruhun rahatlığı») – müxtəlif hekayə və novellalardan ibarət mənzum əsərdir. Atabəy Nüsrətəddin Əbubəkrə (1191-1210) ithaf olunmuşdur. 6. «Nüzhət əl-Məcalis» («Məclislərin ləzzəti») – Şərqdə geniş yayılmış münazirə formasında (gənc oğlan və qız arasında dialoq şəklində) nəsrlə yazılmış və Nüsrətəddin Əbubəkrə ithaf olunmuşdur. Beləliklə, yenə Atabəy Nüsrətəddin Əbubəkrə ithaf etdiyi «Munisnamə» də daxil olmaqla, əl-Ustadın qələmindən ən azı yeddi əsər (beş mənzum və iki mənsur) çıxmışdır. Təəssüf ki, «Munisnamə» istisna edilməklə, sənətkarın qalan əsərlərinin taleyi haqqında hələlik bir şey məlum deyil. "Munisnamə" «Munisnamə» əsərinin əlyazma nüsxəsinin üzərindəki qeyddən aydın olur ki, o, 1920-ci ilin aprelində Ter-Avetisyan familiyalı bir nəfərdən «Min bir gecə kitabı» adı ilə satın alınmışdır. Düz yarım əsr «Munisnamə» bu ad altında Britaniya muzeyində saxlanmışdır. Nəhayət, əlyazma ingilis şərqşünası Q.M.Meredit-Ouensin diqqətini cəlb etmiş və o, müəyyənləşdirilmişdir ki, həmin əlyazma «Min bir gecə» deyil, Azərbaycan Atabəyləri dövründə yaşamış Əbubəkr ibn Xosrov əl-Ustad adlı müəllifin qələminə mənsub «Munisnamə»nin unikal nüsxəsidir. Tədqiqatçı əlyazmanın qısa təsvirini hazırlamış və əsərin müəllifi haqqında onun giriş hissəsindən əldə etdiyi məlumatlarla birgə 1971-ci ildə Edinburqda «İran və islam» məcmuəsində çap etdirmişdir. Q.M.Meredit-Ouensin bu məlumatı həmin dövrdə Atabəylər dövlətinin tarixini tədqiq etməklə məşğul olan akademik Ziya Bünyadovun diqqətindən yayınmamış və o, özünün «Azərbaycan Atabəyləri dövləti» adlı monoqrafiyasında Əbubəkr ibn Xosrov əl-Ustaddan bəhs etmişdir. «Munisnamə»nin öyrənilməsi və geniş istifadə dairəsinə çıxarılması sahəsində ən mühüm xidmət professor Rüstəm Əliyevə məxsusdur. O, akademik Ziya Bünyadovun səyləri nəticəsində «Munisnamə»nin Bakıya gətirilmiş əlyazmasının mətnini rus dilinə tərcümə etməyə başlamış və 1991-ci ildə “Yazıçı” nəşriyyatında çap etdirmişdir. Həmin tərcümədə “Munisnamə”nin bəzi fəsilləri ixtisar olunmuşdur. Əbu Bəkr ibn Xosrov əl-Ustad, Munisnamə. Tərcümə və ön söz: Hacı Səbuhi İbrahimov. Naxçıvan. 2008 Rəna Rzayeva. Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsəri: mənbələr və paralellər. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2015 Xarici keçidlər “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri” kitabı çapdan çıxıb | https://az.wikipedia.org/w/index.php?curid=425831 |
Əbubəkr mirzə Dərbəndi | Əbubəkr Mirzə — şahzadə, Şirvan taxtına son iddiaçı. Bürhan Əlinin oğlu idi. Qardaşı Xələf mirzə Dərbəndi ilə Dağıstana aparılmışdı. Atasının yerini almağa hazır olmadığından, 20 il boyunca Dağıstanda yaşamışdı. Qardaşı kiçik yaşda vəfat etmişdir. 1570-ci ildə Krıma gedərək Krım xanı I Dövlət Gərayın qızı ilə evlənmişdir. Və orada yaşamışdır. Taxta iddiası 1578-ci ildə III Muradın ordusu ilə Şirvana daxil olmuşdu. Və bir neçə il hökmdarlıq etmişdir. Onun adı daha sonra 1583-cü ildə Osman paşa başçılığındakı osmanlılara xəyanət edib İmamqulu xanın başçılığındakı Səfəvilərin tərəfinə keçərkən çəkilir. Əbubəkrin sonrakı taleyi məlum deyil. 1602-ci ildə vəfat etmişdir. Bürhan Əli adlı bir oğlu olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=389805 |
Əbuhəci İdrisov | Əbuhəci İdrisov 17 may 1918-ci ildə Şimali Qafqaz Respublikasının Berdikel kəndində (indiki Komsomolskoye kəndi) kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi bitirib "Sovetskaya Rossiya" kolxozunda çoban işləmişdir.Əbuhəci İdrisov 1939-cu ilin oktyabrında Qırmızı Ordu sıralarına çağırıldı. O, pulemyotçu kimi hazırlıq keçmiş və Baltikyanı ölkələrdəki 125-ci piyada diviziyasına təyin edilmişdir. Əbuhəci İdrisov İkinci Dünya müharibəsinin ilk günündən etibarən Sovet ordusunun tərkibində Almaniyanın Barbarossa əməliyyatına qarşı mübarizə aparmışdır. 1941-ci ilin iyulunda diviziyası ilə İlmen gölü ilə Seliqer gölü arasındakı Pskov-Velikiye Luki xəttində müdafiə mövqeyi qurdu. Nəhayət oradakı Sovet qoşunları almanların Leninqrada doğru olan hücumlarını dəf etməyi bacardı. Əbuhəci İdrisov bu döyüşlərdə pulemyot ilə 22 alman əsgərini öldürdü və bundan sonra snayper olmaq üçün təlimə göndərildi. O, snayper təlimini başa vurduqdan sonra, 1942-ci ilin oktyabrında Şimal-Qərb cəbhəsinin bölmələrindən birindəki snayper qrupuna təyin edildi. Əbuhəci İdrisov on günlük gərgin döyüşlər zamanı snayper olaraq 100-ə yaxın düşmən piyadasını öldürməyi bacardı. 1943-cü ilin aprelində 370-ci piyada diviziyasının 1232-ci piyada alayında xidmət edərkən ümumilikdə 300-dən çox Alman əsgərini öldürdüyü divizyanın hesabatında təsdiqlənmişdir. Leninqradın mühasirəsinə qatıldıqdan sonra Pskov bölgəsinin və Baltikyanı ölkələrin geri alınması üçün aparılmıış hücum əməliyyatlarında da iştirak etmişdir. 1944-cü ilin mart ayında 349 düşmən əsgərini öldürmüş və Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərilmişdir. Əbuhəci İdrisov minanın yanında partlaması səbəbindən yaralanmış və daha sonra isə tərxis edilmişdir. 3 iyun 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Hərbi sərgidə "Sovet İttifaqı Qəhrəmanı, çeçen xalqının şanlı oğlu Əbuhacı İdrisov üç yüzdən çox alman faşistini məhv etdi" başlığı ilə silahı və müharibə dövrü fotoşəkilləri nümayiş etdirilmişdir.Sonrakı dövrlərdə baş verən çeçenlərin və inquşların deportasiyası zamanı etnik mənsubiyyətinə görə Qazaxıstana sürgün edilmişdir. Sürgündə olarkən cənub-qərbi Qazaxıstanda yaşadı və fermada işlədi. Geri dönmə hüququ verildikdən dərhal sonra Çeçenistana qayıtdı və 1962-ci ildə Kommunist Partiyasının üzvü oldu. Ömrünün qalan hissəsini Çeçenistanda keçirdi və 22 oktyabr 1983-cü ildə Qroznıda vəfat etdi. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=677310 |
Əbuhəfs Sührəvərdi | Kvant mexanikası fizikada təbiətin fiziki xassələrinin atomlar və atomaltı hissəciklər miqyasında təsvirini təmin edən fundamental nəzəriyyədir . O, kvant kimyası , kvant sahə nəzəriyyəsi , kvant texnologiyası və kvant informasiya elmi də daxil olmaqla bütün kvant fizikasının əsasını təşkil edir . Klassik fizika , kvant mexanikasının yaranmasından əvvəl mövcud olan nəzəriyyələr toplusu, təbiətin bir çox aspektlərini adi (makroskopik) miqyasda təsvir edir, lakin onları kiçik (atom və atom altı) miqyasda təsvir etmək üçün kifayət deyil . Klassik fizikada əksər nəzəriyyələr geniş (makroskopik) miqyasda etibarlı bir yaxınlaşma kimi kvant mexanikasından əldə edilə bilər. Kvant mexanikası klassik fizikadan onunla fərqlənir ki , bağlı sistemin enerji , impuls , bucaq impulsu və digər kəmiyyətləri diskret qiymətlərlə məhdudlaşır (kvantlaşdırma), cisimlər həm hissəciklərin , həm də dalğaların xüsusiyyətlərinə malikdir (dalğa-hissəcik ikiliyi) və məhdudiyyətlər var. İlkin şərtlərin tam dəsti (qeyri- müəyyənlik prinsipi) nəzərə alınmaqla, fiziki kəmiyyətin dəyərinin ölçülməzdən əvvəl nə qədər dəqiq proqnozlaşdırıla biləcəyinə . Kvant mexanikası 1900-cü ildə Maks Plankın qara cisim radiasiya probleminin həlli və Albert Eynşteynin 1905-ci ildəki məqaləsindəki enerji və tezlik arasındakı uyğunluq kimi klassik fizika ilə uzlaşa bilməyən müşahidələri izah etmək üçün tədricən nəzəriyyələrdən yarandı . Fotoelektrik effekti izah etdi . İndi " köhnə kvant nəzəriyyəsi " kimi tanınan mikroskopik hadisələri anlamaq üçün bu ilk cəhdlər 1920-ci illərin ortalarında Nils Bor ,Ervin Şredinger , Verner Heyzenberq , Maks Born tərəfindən kvant mexanikasının tam inkişafına səbəb oldu və qeyriləri. Müasir nəzəriyyə müxtəlif xüsusi hazırlanmış riyazi formalizmlərdə formalaşdırılır . Onlardan birində dalğa funksiyası adlanan riyazi varlıq ehtimal amplitüdləri şəklində hissəciyin enerjisinin, impulsunun və digər fiziki xassələrinin hansı ölçüləri verə biləcəyi haqqında məlumat verir. 1905-ci ildə Albert Eynşteyn işığın kvantalara, yəni enerji porsiyalarına sahib olduğu iddiasını ortaya atdı. Bu enerji porsiyalarına foton adı verilirdi. Zərrəcik olaraq adlandırılsalar da fotonlar 1860-cı illərdə Ceyms Maksvellin iddia etdiyi kimi dalğa hərəkətinə bərabər şəkildə müşahidə edilə bilirdi. Bu səbəbdən işıq, dalğa və zərrəcik arasında keçid kimi idi. Ancaq bu vəziyyət, Nyuton fizikası baxımından olduqca böyük ziddiyyət kəsb edirdi. Eynşteyndən sonra alman əsilli fizik Maks Plank, işıq üzərində çalışmalar apararaq işığın həm dalğa, həm də zərrəcik halında olduğunu söylədi və bütün elm dünyasını təəcübləndirdi. Kvant nəzəriyyəsi adı altında ortaya atdığı bu nəzəriyyəyə görə enerji düz və davamlı deyil, kəsik, qopuq və nöqtəvari porsiyalar halında yayılırdı. Bu düşüncə Plank sabiti olaraq riyaziyyat elminə köçürüldü. Kvant hadisəsində işıq həm maddə, həm də dalğa xüsusiyyəti göstərirdi. Foton deyilən maddəyə kosmosda dalğa yoldaşlıq edirdi. Yəni işıq kosmosda dalğa kimi, qarşısına maneə çıxdıqda isə aktiv zərrəcik kimi davranırdı. Başqa sözlə işıq, qarşısına maneə çıxana qədər enerji şəklinə bürünür, maneə ilə qarşılaşdığında isə sanki maddi varlığı varmış kimi qum dənələrinə oxşar şəkildə zərrəciklər formasını alırdı. Bu nəzəriyyə Plankdan sonra Albert Eynşteyn, Nils Bor, Louis De Broglie, Ervin Şredinger, Verner Heyzenberq, Paul Adrian Maurica Dirac və Wolfgang Pauli kimi alimlər tərəfindən inkişaf etdirildi. Hər birinə bu böyük kəşfdən ötrü Nobel mükafatı verilib. Elm adamları, artıq maddənin cansız, kor və anlaşılmaz zərrəciklər olduğuna inanmırdılar. Başqa sözlə desək kvant fizikası materialist məna daşımırdı. Çünki maddənin özündə maddi olmayan bir şeylər vardı. Eynşteyn, Phillip Lenard və Compton işığın dənəcik quruluşunu araşdırarkən, Luis De Broglie də dalğaların quruluşunu araşdırmağa başladı. Broglie'nin kəşfi isə fövqəladə idi. Apardığı çalışmalar nəticəsində atom altı zərrəciklərin də dalğa xüsusiyyətləri göstərdiklərini müşahidə etmişdi. Elektron, proton kimi zərrəciklər də özlərini dalğa kimi aparırdılar. Yəni materializmin mütləq maddə olaraq təyin etdiyi atomun içində materialistlərin inancının əksinə maddə deyil, əslində var olmayan enerji dalğaları vardı. Atomun içindəki bu kiçik zərrələr eynilə işıq kimi istədikləri zaman dalğa kimi davranır, istədikləri zaman da zərrəcik xüsusiyyəti göstərirdilər. Yəni materialist şərhə görə atomun içində "mütləq şəkildə var olan maddə", materialistlərin proqnozlarının əksinə bəzən görünən olur, bəzən də yox olurdu. Bu mühüm kəşf gerçək dünya zənn etdiyimiz görüntülərin kölgə varlıq olduğunu, maddənin fizikadan tamamilə uzaqlaşdığını və metafizikaya yönəldiyini göstərirdi. (2) Fizik Richard Feynman, atom altı zərrəciklər və işıqla bağlı bu maraqlı gerçəyi bu sözlərlə açıqlayır: "Elektronların və işığın necə davrandıqlarını artıq bilirik. Necə davranırlar? Zərrəciklər kimi davrandıqlarını söyləsəm səhv təəssürata gətirib çıxarmış olaram. Dalğa kimi davranırlar desəm, yenə eyni şey. Onlar özlərinə xas, bənzəri olmayan şəkildə hərəkət edirlər. Texniki olaraq buna "kvant mexaniki davranış forması" deyə bilərik. Bu, daha əvvəl gördüyünüz heç bir şeyə bənzəməyən davranış formasıdır… Ən azından belə bir sadələşdirmə edə bilərik: elektronlar müəyyən mənada eynilə fotonlar kimi davranırlar; ikisi də eyni şəkildə "əcaibdir". Necə davrandıqlarını qəbul etmək təxəyyül tələb edir; çünki qəbul edəcəyiniz şey bildiyiniz hər şeydən fərqlidir… Bunun niyə belə olduğunu heç kim bilmir. "(3) Bütün bunları yekunlaşdırsaq, kvant mexanikaçılarının söylədikləri obyektiv (həqiqi) dünyanın bir illüziya olduğu idi.(4) Max Planck Institude of Physics (Max Planck Fizika İnstitutu) idarəçisi prof. Hans-Peter Dürr bu gerçəyi belə təqdim edir: "Maddə hər nədirsə, maddədən hazırlanmamışdır"(5) 1920-lərdə ən məşhur fiziklər Paul Diracdan Niles Bora, Albert Einsteindən Werner Heisenbergə qədər hamı kvant təcrübələrinin nəticələrini açıqlamaq üçün çalışırdı. Nəticədə, 1927-də Brüsseldəki beşinci Solvay Fizika Konqresində bir qrup fizik – Bohr, Max Born, Paul Dirac, Werner Heisenberg və Wolfgang Pauli- Kvant Mexanikasının Kopenhagen Şərhi olaraq adlandırılan yekun nəticəyə gəldilər. Bu ad, qrupun liderliyindəki Borun çalışdığı yerin adı idi. Bor, kvant nəzəriyyəsinin nəzərdə tutduğu fiziki həqiqətin, bir sistemə dair bizim sahib olduğumuz məlumat olduğunu və bu məlumata söykənərək ortaya atdığımız təxminlər olduğunu söylədi. Ona görə bizim beynimizdəki bu "təxminlər", "zahirdəki" (outside) gerçək ilə əlaqəsiz idi. Yəni "içimizdəki dünya", Aristoteldən bu tərəfə fizikaçıların maraqlandığı başlıca mövzu olan "zahirdəki gerçək" dünya ilə əlaqədar deyildi. Fizikaçılar, bu görüş ilə bağlı köhnə düşüncələrini bir kənara atmışlar və kvant anlayışının fiziki sistem üzərində yalnız "bizim məlumatımızı" təmsil etdiyi barədə həmfikir olmuşdular.(6) Başqa sözlə desək, bizim qəbul etdiyimiz maddi dünya, yalnız bizim beynimizdəki məlumatlar ilə var olurdu. Yəni zahirdəki maddənin əsli ilə heç bir zaman əlaqədə ola bilmirdik. Jeffrey M. Schwartz, Kopenhagen şərhinə görə ortaya çıxan nəticəni bu şəkildə izah edirdi: Fizikaçı John Archibald Wheelerin söylədiyinə görə: "Heç bir hadisə, müşahidə edilmədən hadisə deyil. "(7) Xülasə etsək, kvant mexanikasının bütün ənənəvi şərhi "qavrayanın" varlığına bağlı idi (8) Amit Goswami, bu gerçəyi belə təqdim etmişdi: Bunu soruşduğumuzu fərz edək: Yuxarıya baxmadığımızda da Ay hələ yerindədirmi? Ay, nəticədə kvant obyekti olduğu üçün (tamamilə kvant obyektlərindən meydana gəldiyi üçün), fizikaçı David Mermin'in də ifadə etdiyi kimi buna xeyr deməliyik. Bəlkə də ən əhəmiyyətli və uşaqlığımızda mənimsədiyimiz ən hiyləgər zənn, zahirdə (outside) var olan obyektlərin maddi dünyasının, müşahidə edənlərin meydana gətirdiyi obyektlərdən müstəqil olduğudur. Bu zənnin lehində dolaylı dəlillər var. Məsələn, biz Aya baxdığımızda onun klassik olaraq hesablanmış orbitində olduğu (bizim gözlədiyimiz) yerdə tapırıq. Təbii olaraq, biz ona baxmasaq belə zaman-məkan anlayışı içində Ayın mütləq orada olduğunu zehinimizdə hazırlayarıq. Kvant fizikası isə buna xeyr deyir. Biz Aya baxmadığımızda hər nə qədər çox kiçik miqdarlarda da olsa Ayın mümkün dalğaları yayılır. Biz ona baxdığımızda, dalğa dərhal sönür və dalğa artıq zaman məkan anlayışı içində olmaz. İdealist bir metafizik fərziyyəni ifadə etmək daha aydın olacaq: Əgər ona (yəni Aya) baxan şüurlu bir adam yoxdursa, zaman məkan anlayışı içində heç bir obyekt yoxdur.(9) Bu əlbəttə bizim qavrayış (perception) dünyamız üçün etibarlıdır. Əlbəttə, xarici dünyada Ayın varlığı aşkardır, amma biz baxdığımızda, ancaq Ayın öz qavrayış dünyamızdakı varlığı ilə qarşılaşırıq. Kaliforniya Universitetindən nevrologiya və psixiatriya professoru Jeffrey M. Schwartz isə müxtəlif fizikaçıların mövzuyla əlaqədar şərhlərini bu şəkildə qeyd edir: Jacob Bronowski'nin "The Ascent of Man" kitabında ifadə etdiyi kimi: "Fizika elmlərinin bir məqsədi, maddi dünyanın tam bir görüntüsünü vermək idi. 20-ci əsrdə fizikadakı ən böyük müvəffəqiyyətlərdən biri isə bu məqsədin əlçatmaz olduğunu sübut etmək oldu." Heisenberg'ə görə isə obyektiv həqiqət "buxar olub ucmuşdur". 1958-ci ildə bunları etiraf etmişdir: "Kvant nəzəriyyəsində riyazi olaraq düstura saldığımız təbiətin qanunları artıq birbaşa zərrəciklərlə əlaqədar deyil, zərrəciklər haqqındakı məlumatımızla əlaqədardır." Bohr isə, "Fizikanın vəzifəsinin ‘təbiətin necə olduğunu tapa bilmək' olduğunu düşünmək səhvdir. Fizika, təbiət haqqında bizim nə söyləyəcəyimizlə bağlıdır." demişdir.(10) Bir çox ölkədə nümayiş etdirilən "What the Bleep Do We Know" (Nə Bilirik ki?) sənədli filmindəki fizikaçılardan Fred Alan Wolf isə bu gerçəyi belə ifadə edir: Obyektləri meydana gətirənlər, daha çox obyektlər deyil. Obyektləri meydana gətirənlər fikirlər, anlayışlar və məlumatdır (11) 80 il davam edən insan zəkasının reallaşdıra biləcəyi ən maraqlı və həssas təcrübələrdən sonra qəti və elmi cəhətdən isbat edilmiş olan kvant fizikasının əleyhinə heç bir görüş yoxdur. Aparılmış təcrübələrdən alınan nəticələrin əleyhinə təklif edilən görüş də yoxdur. Kvant nəzəriyyəsi, yüzlərlə fərqli istiqamətdən mümkün olan hər cür təcrübəyə salınmış və elm adamlarının inkişaf etdirdiyi hər cür testi keçmişdir.(12) Bir çox elm adamına Nobel mükafatı qazandırmışdır və hələ qazandırmaqdadır. Şərtsiz, tək gerçək şəklində qəbul edilmiş Newton fizikasının gətirdiyi ən fundamental anlayışı- mütləq maddə anlayışını ortadan qaldırmışdır. Köhnə fizikanın müdafiəçiləri, maddənin tək və gerçək varlıq olduğuna inanan materialistlər, kvant fizikasının gətirdiyi "maddəsizlik" gerçəyi qarşısında həqiqi tərəddüdlər yaşamışlar. Artıq bütün fizika qanunlarını metafizika içində axtarmaq məcburiyyətindədirlər. Bu böyük şok, 20-ci əsrin əvvəllərində, materialistlərə, bu an bu sətirlərlə ifadə edilə bilməyəcək qədər böyük çaxnaşma yaşatmışdır. Kvant mexanikasının bizlərə göstərmiş olduğu nəticə belədir: Maddə, materialistlərin iddia etdikləri kimi mütləq və sonsuz deyil. Maddə əzəli və ya əbədi olmadığı kimi ətrafımızda gördüyümüz varlıqlar da yalnız bir atom yığını deyillər. Kvant fizikasına görə maddə, materialistlərin heç hesaba qatmadığı ölçülər içində xüsusiyyət dəyişdirmiş və maddənin təməlinin yalnız bir enerji şəkli olduğu elmi cəhətdən sübut edilmişdir. Materializm, kvant fizikasının göstərdiyi gerçəklər ilə elmi mənada qəti olaraq çökmüşdür. Paul Davies və John Gribbin, yeni fizikanın materializmi tamamilə ortadan qaldırdığı gerçəyini bu şəkildə ifadə edirlər: Materializmə həyat verən elm olan fizikanın eyni zamanda materializmin ölümü üçün bir siqnal olduğunu söyləmək doğrudur. 20-ci əsr boyunca yeni fizika, ardıcıl inkişaf ilə materialist doktrinanın təməllərini ortadan qaldırdı. İlk əvvəl, Newton'un məkan və zaman barəsindəki təxminlərini ortadan qaldıran nisbilik nəzəriyyəsi gəldi… və daha sonra kvant nəzəriyyəsi ortaya çıxdı və bizim maddə görüntümüzü tamamilə dəyişdirdi.(13) Kvant fizikası | https://az.wikipedia.org/w/index.php?curid=116756 |
Əbuishaqzadə İshaq Əfəndi | Əbuishaqzadə İshaq Əfəndi (1679, Konstantinopol – 31 oktyabr 1734, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Əbu İshaq Əfəndi də Sultan Əhməd səltənətində şeyxülislam olmuşdur. 1679-cu ildə İstanbulda dünyaya gəldi. Atası Sultan Əhməd səltənətində şeyxülislam olan Əbu İshaq Əfəndi, babası isə Rumelinin müxtəlif əyalətlərində qazı olaraq xidmət göstərmiş Alanyalı Qara İbrahim Əfəndidir. İlk təhsilini atasından aldıqdan sonra Ankaralı Mehmed Əfəndidən məzun oldu və 1699-cu ildə şeyxülislam Seyid Feyzullah Əfəndinin də iştirak etdiyi imtahanın nəticəsi olaraq müdərrisliyə yüksəldi. İstanbulun müxtəlif mədrəsələrində xidmət göstərdikdən sonra öncə İzmir, ardından Ədirnə və Məkkə qazılığına gətirildi. 1723-cü ildə yaxın dostu Salim Əfəndinin yerinə İstanbul qazısı təyin olundu. Onun bu vəzifədə qaldığı müddət Sultan Əhməd səltənətinə və Nevşəhərli İbrahim Paşanın sədarət dönəminə təsadüf edir. Sədrəzəmin ətrafına topladığı alim, şair və ədiblərdən ibarət məclislərdə iştirak edən İshaq Əfəndi, şəxsən sədrəzəmin istəyilə bir çox önəmli kitabları Osmanlı türkcəsinə çevirməyə başladı. Bundan başqa Osmanlı mətbəəsinin qurulmasını dəstəkləyən İshaq Əfəndi, burada baş tutan ilk kitab nəşrində də vəzifələndirildi. 1729-cu ilin mayında Anadolu qazəsgərliyinə gətirildi.Yaxın münasibət qurduğu, şərəfinə qəsidələr yazdığı və tərənnüm etdiyi Sultan Əhmədin taxtdan endirilməsi və sədrəzəm Nevşəhərli İbrahim Paşanın edamı ilə nəticələnən Patrona Xəlil üsyanından sonra İshaq Əfəndi bütün vəzifələrindən uzaqlaşdırıldı. Sultan Mahmud dönəmində şeyxülislam Kürəkənzadə Əhməd Əfəndi ilə anlaşmazlıq yaşayan İshaq Əfəndi, ənənəyə uyğun olaraq Rumeli qazəsgərliyinə təyin edilməli olduğunu bildirmiş, nəticədə sultanın da təsdiqiylə şeyxülislam tərəfindən Kütahyaya sürgün edilmişdi. Ancaq İshaq Əfəndinin günahsız olduğu anlaşıldı və xüsusi icazəylə əvvəlcə İzmitə gətirildi, ardından Rumeli qazəsgəri təyin olundu. Bir ay sonra isə Kürəkənzadə Əhməd Əfəndi yaşlılığı və xəstəliyi səbəbilə vəzifədən alındı və yerinə İshaq Əfəndi şeyxülislam oldu (22 oktyabr 1733). Bir ildən artıq davam edən şeyxülislamlığı ərzində Sultan Mahmud tərəfindən hörmətlə qarşılandı və ona İstanbul yaxınlığında bir saray hədiyyə edildi. Yenə Sultan Mahmudu tərənnüm edən qəsidələr yazmış, öz divanını yeniləyərək sultana hədiyyə etmişdir. 31 oktyabr 1734-cü ildə İstanbulda vəfat edən İshaq Əfəndi atası tərəfindən inşa edilən İsmayıl ağa məscidinin həyətindəki ailə məzarlığına dəfn edildi. Özü kimi şeyxülislam olan Başmaqçızadə Əli Əfəndinin qızı ilə evlənmiş, bu evlilikdən Zeynəddin Əhməd və Yəhya Şərif adlı 2 oğlu dünyaya gəlmişdir. Böyük oğlu Zeynəddin Əhməd Əfəndi Saloniki qazısı ikən 1776-cı ildə vəfat etmiş, kiçik oğlu Yəhya Şərif Əfəndi isə Anadolu qazəsgərliyinə qədər yüksəlmişdir. Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 257; II, 291; Râşid, Târih, V, 192; Sâlim, Tezkire, İstanbul 1315, s. 65; Çelebizâde Âsım, Târih, İstanbul 1282, s. 358–359, 555; Subhî, Târih, vr. 63; Müstakimzâde, Devhatü’l-meşâyih, Millet Ktp., Ali Emîrî, Tarih, nr. 721, s. 85; Fatîn, Tezkire, s. 8; Ahmed Refik [Altınay], Lâle Devri (1130–1143), İstanbul 1912, s. 24–28; a.mlf., Hicrî On İkinci Asırda İstanbul Hayatı (1100–1200), İstanbul 1930, s. 96–97; Adıvar, Osmanlı Türklerinde İlim, s. 140; Danişmend, Kronoloji, III, 452; Ahmet Hamdi Tanpınar, XIX. Asır Türk Edebiyatı Tarihi, İstanbul 1956, s. 44; Sedit Yüksel, Şeyh Galip: Eserlerinin Dil ve Sanat Değeri, Ankara 1980, s. 64–65, 179; | https://az.wikipedia.org/w/index.php?curid=688786 |
Əbuishaqzadə Əsad Əfəndi | Əbuishaqzadə Əsad Əfəndi (oktyabr 1685, Konstantinopol – 10 avqust 1753, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Əbu İshaq Əfəndi də Sultan Əhməd səltənətində şeyxülislam olmuşdur. 1685-ci ilin oktyabrında İstanbulda dünyaya gəldi. Sultan Əhməd dönəminin şeyxülislamlarından Əbu İshaq İsmayıl Əfəndinin oğlu və Sultan Mahmud dönəminin şeyxülislamlarından İshaq Əfəndinin isə kiçik qardaşı olan Əsad Əfəndi öncə atasının, daha sonra isə dövrün digər mühüm alimlərinin yanında təhsilinə başladı. Hələ 10 yaşında olmasına baxmayaraq şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndi tərəfindən məzun edildi. 25 yaşında ikən 1710-cu ildə müdərris olaraq fəaliyyətə başladı. Xüsusilə atasının və Yenişəhərli Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində pillə-pillə yüksələrək İstanbulun müxtəlif mədrəsələrində dərs deməyə davam etdi. Məkkə-Mədinə müfəttişliyi və fətva əminliyi əzifələrini də yürütməyə başlayan Əsad Əfəndi ardından Saloniki qazısı olaraq təyinat aldı. 1733-cü ildə Mədinə, ertəsi il isə Məkkə qazılığına gətirildi. 1736-cı ildə Rusiya və Avstriya ilə başlayan müharibələr əsnasında Məkkədən geri çağrılaraq Anadolu qazəsgəri təyin olundu və ordu qazısı olaraq səfərə göndərildi (14 mart 1737). Bu müharibə əsnasında sədrəzəm Gömrükçü Mehmed Paşayla münasibəti pis olduğu üçün vəzifədən alınan, ancaq ordunun gücdən düşməsinin ardından yenidən vəzifəyə gətirildiyi zaman bundan imtina edən Hacı İvaz Paşanı razı salmış, nəticədə ordunun qalib gəlməsinə və Adaqalanın fəth edilməsinə (avqust 1738) dolaylı yolla səbəb olmuşdur. Belqradın azad olunmasıyla bağlı aparılan sülh müzakirələrində Osmanlı tərəfinin nümayəndəsi olaraq iştirak etdi və sülhün ardından digər nümayəndələrlə birlikdə Belqrada yola düşdü. Belqrad sülhü imzalandıqdan sonra 13 mart 1744-cü ildə Rumeli qazəsgərliyinə gətirilən Əsad Əfəndi 17 ay sonra vəzifədən alınsa da, 29 oktyabr 1746-cı ildə ikinci dəfə bu vəzifəyə gətirildi. Hələ vəzifə müddəti tamamlanmadan azad edilən Əsad Əfəndi çox keçmədən 20 iyul 1748-ci ildə şeyxülislamlığa gətirildi. Tarixi mənbələrdə bu vəzifəni dürüstlüklə və ədalətli şəkildə icra etdiyi qeyd edilən Əsad Əfəndi 12 avqust 1749-cu ildə gözlənilmədən vəzifədən azad edildi. Əsl səbəbi bilinməsə də, bu haqda bir çox fərqli iddia var. Vəzifədən alındıqdan sonra xələfi Mehmed Səid Əfəndi tərəfindən irəli sürülən Məkkəyə sürgün edilməsi ilə bağlı təklif Sultan Mahmud tərəfindən qəbul edilmədi və Sinopa sürgün edildi. Ardından Gəliboluya çağırıldı və 3 il burada qaldı. 4 mart 1752-ci ildə bağışlanaraq İstanbula dönsə də, ağır xəstə idi. 10 avqust 1753-cü ildə cümə günü vəfat etdi və atasıyla qardaşının məzarları yanına İsmayıl ağa məscidinin həyətinə dəfn edildi.Özü kimi şeyxülislam olan Mirzəzadə Mehmed Əfəndinin qızı Xədicə xanımla evlənən Əsad Əfəndinin bu evlilikdən 2 övladı olmuşdur. Oğlu Mehmed Şərif Əfəndi Sultan Əbdülhəmid və Sultan Səlim səltənətlərində şeyxülislam olmuş, qızı Fitnat Zübeydə xanım isə məşhur divan şairəsidir. Sâlim, Tezkire, İstanbul 1315, s. 73. Subhî, Târih, vr. 53b, 160b, 187b. İzzî, Târih, vr. 3a, 175b, 206a, 262a. Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 133, 134, 143, 148, 174. Râmiz, Âdâb-ı Zürefâ, Millet Ktp., Ali Emîrî, nr. 762, vr. 6. Müstakimzâde, Devha-i Meşâyih-i Kibâr Zeyli, Millet Ktp., Ali Emîrî, nr. 721, vr. 96. a.mlf., Terâcim-i Ahâlî-i Fetvâ (Resâil içinde), İÜ Ktp., TY, nr. 6699, vr. 87. Vâsıf, Târih, I, 17. Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 476–479. Ergun, Türk Şairleri, III, 1329–1335. İbrahim Hakkı Konyalı, Alanya, İstanbul 1946, s. 423. Latif Beyreli, Lehcetü’l-lugāt (yüksek lisans tezi, 1988), MÜ Sosyal Bilimler Enstitüsü. Cavid Baysun, "Es’ad Efendi", İA, IV, 359–362. Öztuna, BTMA, I, 265–267. | https://az.wikipedia.org/w/index.php?curid=688836 |
Əbukir döyüşü | Əbukir döyüşü — 25 iyul 1799-cu ildə general Napoleon Bonapartın başçılığı ilə 11 000 nəfərlik fransız qoşunu ilə 18 000 nəfərlik Osmanlı qoşunu arasında Misirin Əbukir burnunda baş verən döyüş. Türk qoşunları Əbukir burnuna fransızların Misirdən çıxarılmasında Osmanlıya dəstək verən Böyük Britaniya donanmasına məxsus gəmilərlə, admiral Sidni Smitin rəhbərliyi altında gətirilmişdilər. Napoleon 10 000 piyada və 1 000 süvari ilə döyüşə girərək Osmanlı qoşunlarını məğlub edir və 2 avqustda Əbukir yenidən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə Britaniya donanması tərəfindən məruz qaldığı biabırçı məğlubiyyətin əvəzini çıxmış olur. Döyüşdən əvvəl Napoleon Bonapart 1798-ci ilin payızında Misir ekspedisiyası zamanı bu torpaqları işğal etdikdən sonra faktiki olaraq bu yerlərin hökmdarına çevrilir. 1799-cu ildə o, Suriyanı ələ keçirmək üçün Misiri tərk edir. İngilislərin köməyinə arxalanan türklər vəziyyətdən istifadə edərək Misiri geri almaq üçün Seyid Mustafa Paşanın başçılığı altında 18 000 nəfərlik ordunu 14 iyulda ingilis gəmiləri ilə Əbukir burnundan Misir sahillərinə çıxarırlar və 16 iyulda əraziyə sahib olurlar. İrəliləməkdən çəkinərək müdafiə mövqeyi tutmağı qərara alırlar. Buna qarşı Napoleon Bonapart Fələstindən geri dönməyi və 11 000 nəfərlik ordu ilə Əbukir uğrunda döyüşə girməyi qərara alır. Döyüşün gedişi İki saatlıq hazırlıqdan sonra hər iki tərəf artilleriya duelinə başlayır. Fransız generalı Mürat İoahim hər biri üç yüngül topa malik dörd eskadriliyadan ibarət ikicərgəli atlı süvarisini irəli yeridir. Birinci süvari cərgəsi türklərin qərar tutduğu təpələrin arasına istiqamət götürür və bu zaman türk atıcıları onları hər iki tərəfdən güllə-borana məruz qoyurlar. Lakin süvarilərin arxasınca müşayiət edən yüngül toplar atəş açmağa başladıqda, türklər çaxnaşmaya düşərək müqavimət qabiliyyətlərini itirirlər. Generallar Lann və Desten vaxtında bunu görərək təpələrə hücuma keçərək onları tuturlar. Türklər dərəyə endikdə burada onları süvarilər qarşılayır. Beləliklə, türklər dənizə qısılırlar. Canlarını qurtarmaq üçün yeganə ümidləri dəniz olan türklər özlərini dalğaların qucağına atırlar. Onlar üzərək gəmiyə yetişməyə can atsalar da əksəriyyəti dənizdə batır. Türk ordusunun mərkəzinin ön cərgəsi cinahlara kömək etmək istədikdə general Mürat məharətlə onları mühasirəyə salır. Artıq döyüşün ilk saatında türklərin itkisi min nəfərlərlə ölçülür. Qalibin əlinə 18 top, 30 sursat qutusu və 50 bayraq keçir. Fransızların türklərin ikinci cərgəsinə hücumu üçün əlverişli şərait yaranır. Mustafa Paşa əhatəsindəki əsgərlərlə birlikdə hücuma keçmiş fransızlara qarşı vuruşarkən general Myurat tərəfindən başından ağır yara alır. Güllə onun bir yanağından girib çənə və dişləri zədələmədən digərindən çıxır. Bundan sonra Paşa minlərlə döyüşçüsü ilə təslim olur. Osmanlıların 3 boncuğu, 100 bayrağı, 32 səhra topu, 120 sursat qutusu, 400 atı döyüş meydanında qalır. Döyüşün bitməsi Fransızlar osmanlı türk ordusunu darmadağın edərək mütləq qələbə qazandılar. Bu döyüşdə fransızların itkisi 200 ölü və 550 yaralıdan ibarət olmuşdur. Türklər isə demək olar ki, bütün ordunu itirdilər. Onlardan 2 000 nəfər döyüş meydanında ölmüş, təxminən 4 000 nəfər suda batmış, 1 000 nəfərə yaxın döyüşdə aldığı yaralar nəticəsində ölmüş, 1 500 nəfər isə əsir götürülmüşdür. Bu qələbə fransızların 1802-ci ilə kimi Misirdə mövqelərini saxlamasına imkan vermişdir. Lakin Amyen sülhünə əsasən 1802-ci ildə Fransa ərazidən çəkilməli olmuşdur. Connelly, Owen. 2006. Blundering to Glory: Napoleon's Military Campaigns. MD: Rowman and Littlefield. | https://az.wikipedia.org/w/index.php?curid=99915 |
Əbukir döyüşü (1799) | Əbukir döyüşü — 25 iyul 1799-cu ildə general Napoleon Bonapartın başçılığı ilə 11 000 nəfərlik fransız qoşunu ilə 18 000 nəfərlik Osmanlı qoşunu arasında Misirin Əbukir burnunda baş verən döyüş. Türk qoşunları Əbukir burnuna fransızların Misirdən çıxarılmasında Osmanlıya dəstək verən Böyük Britaniya donanmasına məxsus gəmilərlə, admiral Sidni Smitin rəhbərliyi altında gətirilmişdilər. Napoleon 10 000 piyada və 1 000 süvari ilə döyüşə girərək Osmanlı qoşunlarını məğlub edir və 2 avqustda Əbukir yenidən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə Britaniya donanması tərəfindən məruz qaldığı biabırçı məğlubiyyətin əvəzini çıxmış olur. Döyüşdən əvvəl Napoleon Bonapart 1798-ci ilin payızında Misir ekspedisiyası zamanı bu torpaqları işğal etdikdən sonra faktiki olaraq bu yerlərin hökmdarına çevrilir. 1799-cu ildə o, Suriyanı ələ keçirmək üçün Misiri tərk edir. İngilislərin köməyinə arxalanan türklər vəziyyətdən istifadə edərək Misiri geri almaq üçün Seyid Mustafa Paşanın başçılığı altında 18 000 nəfərlik ordunu 14 iyulda ingilis gəmiləri ilə Əbukir burnundan Misir sahillərinə çıxarırlar və 16 iyulda əraziyə sahib olurlar. İrəliləməkdən çəkinərək müdafiə mövqeyi tutmağı qərara alırlar. Buna qarşı Napoleon Bonapart Fələstindən geri dönməyi və 11 000 nəfərlik ordu ilə Əbukir uğrunda döyüşə girməyi qərara alır. Döyüşün gedişi İki saatlıq hazırlıqdan sonra hər iki tərəf artilleriya duelinə başlayır. Fransız generalı Mürat İoahim hər biri üç yüngül topa malik dörd eskadriliyadan ibarət ikicərgəli atlı süvarisini irəli yeridir. Birinci süvari cərgəsi türklərin qərar tutduğu təpələrin arasına istiqamət götürür və bu zaman türk atıcıları onları hər iki tərəfdən güllə-borana məruz qoyurlar. Lakin süvarilərin arxasınca müşayiət edən yüngül toplar atəş açmağa başladıqda, türklər çaxnaşmaya düşərək müqavimət qabiliyyətlərini itirirlər. Generallar Lann və Desten vaxtında bunu görərək təpələrə hücuma keçərək onları tuturlar. Türklər dərəyə endikdə burada onları süvarilər qarşılayır. Beləliklə, türklər dənizə qısılırlar. Canlarını qurtarmaq üçün yeganə ümidləri dəniz olan türklər özlərini dalğaların qucağına atırlar. Onlar üzərək gəmiyə yetişməyə can atsalar da əksəriyyəti dənizdə batır. Türk ordusunun mərkəzinin ön cərgəsi cinahlara kömək etmək istədikdə general Mürat məharətlə onları mühasirəyə salır. Artıq döyüşün ilk saatında türklərin itkisi min nəfərlərlə ölçülür. Qalibin əlinə 18 top, 30 sursat qutusu və 50 bayraq keçir. Fransızların türklərin ikinci cərgəsinə hücumu üçün əlverişli şərait yaranır. Mustafa Paşa əhatəsindəki əsgərlərlə birlikdə hücuma keçmiş fransızlara qarşı vuruşarkən general Myurat tərəfindən başından ağır yara alır. Güllə onun bir yanağından girib çənə və dişləri zədələmədən digərindən çıxır. Bundan sonra Paşa minlərlə döyüşçüsü ilə təslim olur. Osmanlıların 3 boncuğu, 100 bayrağı, 32 səhra topu, 120 sursat qutusu, 400 atı döyüş meydanında qalır. Döyüşün bitməsi Fransızlar osmanlı türk ordusunu darmadağın edərək mütləq qələbə qazandılar. Bu döyüşdə fransızların itkisi 200 ölü və 550 yaralıdan ibarət olmuşdur. Türklər isə demək olar ki, bütün ordunu itirdilər. Onlardan 2 000 nəfər döyüş meydanında ölmüş, təxminən 4 000 nəfər suda batmış, 1 000 nəfərə yaxın döyüşdə aldığı yaralar nəticəsində ölmüş, 1 500 nəfər isə əsir götürülmüşdür. Bu qələbə fransızların 1802-ci ilə kimi Misirdə mövqelərini saxlamasına imkan vermişdir. Lakin Amyen sülhünə əsasən 1802-ci ildə Fransa ərazidən çəkilməli olmuşdur. Connelly, Owen. 2006. Blundering to Glory: Napoleon's Military Campaigns. MD: Rowman and Littlefield. | https://az.wikipedia.org/w/index.php?curid=99910 |
Əbukir dəniz döyüşü (1798) | Əbukir dəniz döyüşü - İnqilab müharibələrində həlledici döyüş kimi tarixə düşmüşdür. Bu döyüş 1-2 avqust 1798-ci ildə İskəndəriyyədən 15 km şimal-şərqdə yerləşmiş Əbukir burnu yaxınlığında eyniadlı körfəzdə baş vermişdir. Döyüş admiral Nelsonun başçılığı altında olan Böyük Britaniya hərbi donanması ilə Misir ekspedisiyasında iştirak etmiş Fransa donanması arasında baş vermiş və fransızların biabırçı məğlubiyyəti ilə sona yetmişdir. Bu qələbə ilə britaniyalılar 1790-cı ilə kimi Aralıq dənizi üzərində hökmran mövqeyini qoruyub saxlamışdırlar. Kral XVI Lüdovikin edamından sonra 1793-cü ildə bir çox Avropa monarxiyaları: Böyük Britaniya, İspaniya, Portuqaliya, o cümlədən alman və italyan dövlətləri Fransaya müharibə elan etmişdilər. İnqilabi əhval ruhiyyə, Napoleonun gənc sərkərdələrinin strateji bacarığı Fransanın hərbi müvvəffəqiyyətlərini təmin edə bilirdi.1795-ci ildə Fransa ordusu Niderlandı tutur. Prussiya və İspaniya elə həmin il fransızlarla sülh müqaviləsi bağlamış olurlar. Bununla da Fransanın təkidi ilə İspaniya Atlantik və Aralıq dənizi sahillərini Böyük Britaniyanın kral hərbi dəniz donanmasının (ing. Royal Navy) üzünə qapayaraq ona müharibə elan etmiş olur. 1779-cu ildə Avstriya bir sıra məğlubiyyətlərdən sonra Fransa ilə sülh bağlamağa məcbur olur. Portuqaliya və bir o qədər də rola malik olmayan Neapol, Siciliya və Malta adasını çıxmaqla Böyük Britaniya Fransa ilə müharibə vəziyyətində olan yeganə Avropa ölkəsi idi. Rusiya neytral olaraq qalırdı.1796-cı ildə Böyük Britaniya Fransanın hücumlarından ehtiyat edərək öz hərbi donanmasını Aralıq dənizindən geri çəkərək La Manş boğazı boyunca gözətçi mövqeyini tutmuşdur. Aralıq dənizinin ağası olmuş bu ölkə 1796-cı ildən artıq bu hövzədə heç bir hərbi dəniz bazasına malik deyildi. Bu vəziyyətdən istifadə edən Napoleon Bonapart Misir ekspedisiyasına hazırlıq görür. 28 200 piyada, 2 800 süvari, 1 230 at, 60 səhra və 40 qala çökdürən topdan ibarət olan ekspedisiyada Fransua-Paul Bryui d'Aqalyenin komandanlığı altında 13 xətt gəmisi, 4 freqat və bir neçə toplu qayıq iştirak etmişdir. 20 mayda Tulondan ekspedisiyanın bir hissəsi yola düşür. 21 mayda isə Genuyadan 72 gəmi, 28 mayda Korsikadan daha 22 gəmi onlara qoşulur. Sivitavesiya konvoyu Siciliya istiqamətində hərəkət edərək 6 iyun 1798-ci ildə artıq Maltaya 3 gün qabaqcadan yetişmiş olur. Admiral Nelson fransız donanmasının izində Britaniya hökumətinin fransızların Tulon, Marsel və Genuyadakı bu hazırlıq işlərindən xəbəri var idi. Nə məqsəd daşıması naməlum olduğundan fransızların qəflətən Siciliyaya, Neapol krallığına və Portuqaliyaya və hətta İrlandiyaya hücum edə biləcəklərini istisna etmirdilər. Bu məqsədlə admiral Nelsona ciddi tapşırıq verilmişdi ki, Tulon, Marsel və Genuyadakı hazırlıqların hansı məqsəd güddüyünü öyrənsin. Nəhayət Britaniya hökuməti fransızların Misir ekspedisiyası haqqında Nelsondan məlumat alır. 4 iyulda admiral Nelsonun donanması Antaliya sahilinə çataraq, Kretanın cənub ucuna istiqamət alır. 20 iyulda yenidən Siciliyaya çatmış olur. Sirakuzadan Nelson öz arvadına, Uilyam Hamiltona və admiral lord Stenli Vinsentə üç məktub yola salır. Hər üç məktubda fransız donanmasının axtarışından təngə gəlməsindən danışılır. O həyat yoldaşına yazırdı ki, indiyə kimi mən fransız donanmasını tapmağa müvəffəq olmamışam, amma heç kəs də məni lazımi səy göstərməməkdə qınaya bilməz.1 avqustda təzədən İsgəndəriyyəyə dönən Nelson fransız donanmasını aşkar edir. 1 avqust 1798-ci ildə admiral Bryui d'Aqalye təsəvvür edə bilmirdi ki, günün ikinci yarısı Britaniya donanması hücuma başlayacaq. Lövbər salmış fransız gəmilərinin qısa vaxt ərzində döyüş hazırlığı vəziyyəti ala bilməyəcəyi təqdirdə Britaniya donanmasına saat 15:00 da hazırlıq siqnalı verilir. 17:30 da Britaniya gəmiləri şimal-qərb tərəfdən Əbukir adasına yaxınlaşaraq, 18:00 da ala toranlıqda hücuma başlayırlar. HMS Goliathın kapitanı Tomas Foley 1764 cü ilə məxsus buxtanın fransız atlasına malik idi və ada ilə əsas sahil arasındakı ərazidə manevr etmək üçün körfəzin lazımi dərinliyə malik olduğunu bilərək fransız xətt gəmilərinin arxasına daxil olaraq hücuma keçir. Onu arxasınca müşayət edən HMS Zealous, HMS Audacios, HMS Orion, HMS Theseus gəmiləri hücum zərbəsinin şiddətini artırmış olur. Belə olan halda xəttin başında durmuş Guerrier HMS Goliathç HMS Audacious, HMS Orion və HMS Theseus gəmilərinin aramsız zərbələrinə məruz qalaraq döyüş qabiliyyətini itirmiş olur. Tomas Foley sahil və xətt gəmiləri arasında qətiyyətli manevr etməsi fransız gəmilərini iki tərəfli top atəşlərinə məruz qoymuşdur və artıq Guerrier, Aquilon, Peuple Souverain, Spartiate gəmiləri ağır zədə almışdırlar. Güvvətli silah arsenalına malik fransızların cinah gəmisi L'Orient xəttin mərkəzində qərar tutmuşdur. Onun qarşısında mövqe tutmuş HMS Bellerophon ağır zədə alaraq döyüşü tərk etməyə məcbur olur. Təxminən 22:00 da Britaniya gəmiləri HMS Swiftsure və HMS Alexander L’Orienti aramsız atəşə tutması nəticəsində onun göyərtəsi alışmış olur. HMS Swiftsure gəmisinin kapitanı məqsədyönlü atəşi davam etdirərək fransız ekipajının yanğını söndürə bilməsinə mane olmağa çalışırdı. Bu an gəmidə olan ağır yaralanmış admiral Bryui d'Aqalye növbəti zərbədən ölür. Fransızların on üç xətt gəmisindən on biri, dörd freqatından ikisi məhv edilmişdir. Admiral Fransua-Pol Bryui d'Aqalye ilə birlikdə yeddi kapitan, 1000 dənizçi həlak olmuş və 5200 dənizçi itkin düşmüşdür. 3500 dənizçi isə əsir görürülmüşdür. Fransız donanması tamamilə məhv edilmişdir. İngilislər isə cəmi 218 ölü və 677 yaralı itkisilə döyüşü parlaq qələbə ilə bitirmiş olur. Roy Adkins, Lesley Adkins: The War for All the Oceans – From Nelson at the Nile to Napoleon at Waterloo, Abacus Kibdib 2007, ISBN 978-0349-119168. John Keegan: Intelligence in war. Knowledge of the enemy from Napoleon to Al-Qaeda, Pimlico, London 2004. ISBN 0-7126-6650-8. Brian Lavery: Nelson and the Nile – The Naval War against Bonaparte 1798, Caxton Publishing Group, London, 2003 ISBN 1-84067-5225. | https://az.wikipedia.org/w/index.php?curid=99956 |
Əbukir körfəzi | Əbukir (ərəb. أبو قير) — Misirin Aralıq dənizi sahillərində, Nil çayının mənsəbinə yaxın ərazidə yerləşən körfəz. Körfəzin qərbində, Əbukir şəhərindən şimal-şərqdə Nelson adası yerləşir. 1-2 avqust 1798-ci ildə İskəndəriyyədən 15 km şimal-şərqdə yerləşmiş Əbukir körfəzində, Əbukir burnu yaxınlığında məşhur Əbukir dəniz döyüşü baş vermişdir. Bu döyüş admiral Nelsonun başçılığı altında olan Böyük Britaniya hərbi donanması ilə Misir ekspedisiyasında iştirak etmiş Fransa donanması arasında baş vermiş və fransızların biabırçı məğlubiyyəti ilə sona yetmişdir. 1960-cı illərin sonlarında körfəzdə təbii qaz yatağı aşkarlanmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=571694 |
Əbul-Qasım | Əbul-Qasım (türk. Ebü'l-Kâsım; XI əsr – 1092) — 2-ci Anadolu Səlcuqlu Dövləti sultanı. Daha öncə isə İznik valisi idi. Qutalmış oğlu Süleyman Şahın ölümündən sonra da çoxhakimiyyətlik dövrü dövləti 6 il idarə etdi (1086-1092). | https://az.wikipedia.org/w/index.php?curid=678852 |
Əbul Kəlam Azad | Əbul Kalam Qulam Muhiyuddin Əhməd bin Xeyrəddin Əl-Hüseyni Azad (ing. Abul Kalam Ghulam Muhiyuddin Ahmed bin Khairuddin Al-Hussaini Azad; 11 noyabr 1888, Məkkə, Hicaz vilayəti – 22 fevral 1958[…], Dehli) — Hindistan siyasi xadimi, alim. Milli Azadlıq Hərəkatı liderlərindən biri. Hindistan müsəlman birliyinin ardıcıl tərəfdarı. 1912-ci ildən Hindistan Milli Konqresinin üzvü, 1947-ci ildən maarif naziri olmuşdur. 1912–1914-cü illərdə Britaniya müstəmləkəçiləri əleyhinə təbliğat aparan "Əl-Hilal" qəzetini nəşr etmişdir. Urdu fəlsəfəsinə və ədəbiyyatı tarixinə, Quranın şərhinə dair əsərlərin müəllifidir. Əlavə ədəbiyyat Xarici keçidlər Abul Kalam Azad at Encyclopædia Britannica APJ Abdul Kalam Scholarship Arxivləşdirilib 30 aprel 2019 at the Wayback Machine Azad's Careers – Roads taken and roads not taken – Lineages of the Present: Ideology and Politics in Contemporary South Asia By Aijaz Ahmad An Introduction to Abul Kalam Azad & collection of his quotes – Eminent Indian freedom fighters Vol2 Chapter 11 p. 310 By S. K. Sharma Abu'l Kalam Azad, Chapter 44, pp. 325–333, Modernist Islam, 1840–1940: a sourcebook By Charles Kurzman National Education Day 2012 Celebrated at Sangam University Bhilwara Rajasthan | https://az.wikipedia.org/w/index.php?curid=741676 |
Əbulafiya | Avram ibn Samuel Əbulafiya (ivr. אברהם בן שמואל אבולעפיה; 1240, Saraqosa, Araqon krallığı – 1292 və ya 1291, Barselona, Araqon krallığı) — orta əsr yəhudi mistiki və kabbalisti. İspaniyada yaşamışdır. Avram ibn Samuel Əbulafiya müsəlman İspaniyasının yetişdirdiyi ən ziddiyyətli yəhudi ilahiyyatçısı və mütəffəkkirlərindəndir. Avantürist xarakterə malik olmasına görə öz adını tarixə həkk etmişdir. Təxminən 1240-cı ildə Saraqosa şəhərində doğulduğu ehtimal olunur. Kiçik yaşlarında ikən ailəsi ilə bərabər Tudelaya köçmüş, burada Tövrat və Talmudu dərindən öyrənmişdir. 1258-ci ildə atası vəfat etmiş, bundan çox keçməmiş o, Fələstinə ziyarətə yollanmışdır. Məhz bu tarixdən etibarən Əbulafiyanın qeyri-adi sərgüzəştləri başlamışdır. Mistik fəaliyyətinə başlaması O, Qüdsdən mifik Sambation çayını və İsrail xalqının itmiş on qəbiləsini axtarmağa yolllanmış, lakin Akka şəhərindən o tərəfə keçə bilməmişdir. Fələstin və Suriya bu dövrdə xaçlılar, məmlüklər və monqolların davamsız müharibələri ucbatından faciəli dövrünü yaşayırdı. Əbulafiya məqsədinə çatmadan geriyə qayıtmaq qərarına gəlmiş, lakin gəldiyi yolla deyil, Yunanıstan və İtaliyadan keçən səyahətə üstünlük vermişdir. İtaliyada Moşe ben Maymonun yaradıcılığı ilə tanış olaraq, onun fikirlərini qəbul etmişdir. Lakin o daha çox kabbalizmə dair araşdırmalar aparmış, bu barədə bir sıra traktatlar yazmışdır. Barselona şəhərində məskunlaşmış, ətrafına tələbələr toplamışdır. Mistik təcrübələr aparmış, hallüsünasiyalara mübtəla olmuş, gələcəkdən xəbər verdiyini bildirmiş, Məsih olduğunu elan etmişdir. Kastiliyaya, daha sonra Yunanıstana getmişdir. Roma səfəri Həyatının ən mühüm və ona şöhrət qazandıran hərəkəti bu zamanlar baş vermişdir. Əbulafiya ekstaz halında ikən, Romaya gedərək, Papa ilə görüşməyə dair vəhy aldığını elan etmişdir. Bu görüşün əsas məqsədi Papaya yəhudi xalqına üz vermiş bədbəxtlikləri anlatmaq, onun taleyinə həssas yanaşmaq, həmçinin Müqəddəs Torpağı (Fələstini) azad edərək, yəhudiləri orada yerləşdirmək üçün yardım diləmək olmuşdur. Lakin bu səfərin ən avantürist, ağlasığmaz məramı Roma Papasını yəhudi dininə döndərmək məsələsi idi. Roma Papası III Nikolaya bu barədə xəbər verilən kimi o, Əbulafiya iqamətgaha yaxınlaşan kimi onu həbs edərək, tonqalda yandırmaq əmrini verir. Tonqal Sorianodakı iqamətgahın daxilində hazırlanır. 22 avqust 1280-cı ildə Əbulafiya şəhər qapısından içəri keçir və dərhal həbs olunur. Ancaq möcüzə onu alovdan xilas edə bilərdi. Birdən bu möcüzə baş verdi. Papa həmin gecə vəfat etdi. 28 gün həbsdə qalan Əbulafiya bu səfəri və əsraringiz qurtuluşu barəsində "Şəhadət Kitabı" adlı əsəri qələmə almışdır. Həyatının sonu Təlimi Siciliyada qəbul edilmiş, xeyli sayda tərəfdar qazanmışdır. Əbulafiya on il ərzində Messinada yaşamış, öz təlimini yaymağa cəhd göstərmişdir. Lakin Palermo ravvinləri ona qarşı çıxaraq Barselonada yaşayan ravvin Şlomo ben Adereti öz tərəfinə çəkməyə nail olmuşlar. Ben Aderet Əbulafiyaya qarşı traktat qələmə almış, nəticədə onun təlimi İspaniyadakı yəhudi dini məktəblərinin proqramından çıxarılmış, daha sonra Siciliyadan qovulmuşdur. Əbülafiya ekstaz halında dünyanın sonunun 505-ci ildə (1290) gələcəyini bildirmişdir. 1291-ci ildən sonra isə onun haqqında heç bir məlumat yoxdur. Mistik təcrübələri Əbulafiyanın təlimi insan ruhunun mistik yollarla Tanrı ilə əlaqəsini bərpa etməyə yönəlmişdir. Onun fikrincə, ruh hisslərin əsarətində olduğundan İlahi formaları qəbul etməyə çətinlik çəkir. Onu bu problemdən qutarmağın yolu insan nəfsinin tamamilə aradan qaldırılması və ya şəkil dəyişdirməsindən keçir. Şüuru dəyişdirmək üçün, yəhudi əlifbasından istifadə etmək ən məqsədəuyğun vasitə kimi diqqətə çatdırılır. Burada ən mühüm ad Tanrının adıdır və o, meditasiyaların əsas obyektidir. Bu üsula gematriya deyilir. Əbulafiyanın fikrincə, bunun köməyilə, gizli elmləri öyrənmək mümkündür. O, ibrani dilinin bütün dünya dillərinin anası olduğunu irəli sürmüş, lakin başqa dillərdə də hərflərin kombinasiyasının mümkün olduğunu bildirmişdir. Bu üsul aşağıdakı hissələrdən ibarətdir. Yazma (mihtav), bu zaman müxtəlif hərf kombinasiyaları yazılır. Səsləndirmə (mivta), bu zaman həmin hərf kombinasiyaları başın müəyyən edilmiş hərəkəti və xüsusi tənəffüs üsulu ilə səsləndirilir. Düşüncə (mahşav), son mərhələdə insan öz cismini hiss etmir, hərflər isə canlanaraq işıqlanmağa və rəqs etməyə başlayır, bu zaman onlara suaalar verərək məlumat toplamaq olar. İnsan işıq saçmağa başlayır, düşüncə sürətinin artdığı, çəkisini hiss etmədiyini müşahidə edir, yırğalanır və titrəyir. Bütün bu mərhələlərdən sonra təcrübə edənin qarşısında insanabənzər məxluq peyda olur və gələcəyə dair xəbərlər verməyə başlayır. Əslində bu məxluq təcrübə keçən şəxsin özü olur.Əbulafiyanın mistik təcrübələri özündə bəzi sufi üsullarını ehtiva etsə də, lakin ondan əsaslı surətdə fərqlənir. O, sufi zikrlərinin kabbalizmə əsaslanmadığı üçün natamam qaldığını bildirmiş, onlarda olan bəzi məqamlara tənqidi münasibət göstərmişdir. Əbülafiya çoxsaylı əsərlərin müəllifi olsa da, onlar XIX əsrədək demək olar ki, nəşr edilməmişlər. Burada onun özünü Məsih elan etməsinə görə ortodoksal yəhudilik tərəfindən rədd edilməsinin mühüm xidməti olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=137516 |
Əbulfərəc əl-İsfahani | Əbülfərəc İsfahani və ya Əbulfərəc əl-İsfahani (ərəb. أبو الفرج الأصفهاني; ing. `Ali ibn al-Husayn ul-Isfahānī; d. 897 — ö. 967) — görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi Yaradıcılığı Onuncu yüzilliyin görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi olan Əbülfərəc İsfahaninin "Nəğmələr kitabı" Şərqin ən dəyərli yazılı abidələrindən sayılır. Kitabdakı fəsillərdən ikisi Bənu Amir qəbiləsindən olan Qeys ibn Müləvvəh — dünyanın Məcnun kimi tanıdığı şair haqqındadır. Azərbaycan dilində Əbülfərəc İsfahani. Bir məcnun vardı. Bakı, "Yazıçı", 1990, 4 ç.v. (Ərəb dilindən tərcümə, ön söz və şərhlər Gövhər Baxşəliyeva) ISBN 5-560-00163-5 Əbulfərəc əl-İsfahani. Nəğmələr kitabı. Bakı, "Elm", 1994. (Ərəb dilindən tərcümə və şərhlər Gövhər Baxşəliyeva) Əbdülfərəc əl-İsfahani. "Nəğmələr kitabı" və klassik Azərbaycan ədəbiyyatı. Bakı, "Elm", 1998. (Ərəb dilindən tərcümə və şərhlər Gövhər Baxşəliyeva) Əbülfərəc İsfahani. Ölməzliyə aparan yol. Bakı, Adiloğlu, 2010, 156 səh. (Ərəb dilindən tərcümə, tədqiqat, şərh və qeydlər Gövhər Baxşəliyeva)Rus dilində | https://az.wikipedia.org/w/index.php?curid=394379 |
Əbulqasım Sultanov (teatr xadimi) | Sultanov Əbulqasım (12 aprel 1866, Naxçıvan – 1916, Qəzvin) — ziyalı, maarif və teatr xadimi. Cəlil Məmmədquluzadə ilə eyni vaxtda Naxçıvan şəhər üçsinifli ibtidai məktəbində təhsil almış, hər ikisi bir il də (1882) Zaqadqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş, üç il eyni sinifdə oxumuşlar. Lakin xəstəliyi ilə əlaqədar 1885-ci ildə bir il sinifdə qalan Ə.Sultanov seminariyanı 1888-ci ildə bitirərək, Şahtaxtı məktəbinə təyinat almış və 1896-cı ilədək bu məktəbdə əvvəlcə müəllim, sonra isə nəzarətçi (müdir) vəzifəsində çalışmışdır. 1896–1908-ci illərdə indiki Cəlilkənddə zemstvo məktəbində müdirlik etmişdir. Naxçıvanda C.Məmmədquluzadənin başçılıq etdiyi maarifçilik hərəkatının fəal iştirakçılarından, Naxçıvan teatrının tamaşalarında əsas rolların, xüsusən qadın rollarının (M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında Gülçöhrə, E.Sultanovun "Azərbaycan qızı" pyesində Sənəm, Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsində Sona xanım, "Pəri-Cadu" dramında Şamama və s.) mahir ifaçılarından olmuşdur. Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnunun atası, Z. Hacıbəyovun "Əlli yaşında cavan" musiqili komediyasında Qulu rollarınıda məharətlə yaratmışdır. Tələbəlik illərində yazdığı "Ədəbiyyatşünaslıq dəftəri" icmal formalı kiçik dərs vəsaitidir. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirmişdir. Tərtib etdiyi "Ədəbi nümunələr müntəxəbatı"nda 19 əsr – 20 əsrin əvvəli şairlərinin əsərləri toplanmış dır. Ciddi elmi-siyasi əhəmiyyətə malik "İranda qayda-qanun yoxdur" (1912) adlı fəlsəfi-publisistik traktatı var. Uşaqları Mənsur Sultanov, Dilbər Sultanova, Süsən Sultanova İ. Həbibbəyli, Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997. | https://az.wikipedia.org/w/index.php?curid=552151 |
Əbulqazi Bahadır xan | Əbülqazi Bahadır xan (1603–1663) — Xivə xanı, tarixçi, şair. Urgənc hökmdarı Ərəb Məhəmməd xanın oğlu, 1643-cü ildə Aral özbəklərinin, 1644-cü ildən isə Xivənin xanı olmuşdur. Əbülqazinin "Şəcərəyi tərakimə" (1659) və "Şəcərəyi türk" (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumat, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. verilmişdir. Həmçinin bax Xivə xanlığı | https://az.wikipedia.org/w/index.php?curid=703024 |
Əbumusa | Əbumusa (ada) — Şərqi İran körfəzində ada. Əbumusa şəhristanı — İranın Hörmüzgan ostanının şəhristanlarından biri. Əbumusa (şəhər) — İranın Hörmüzgan ostanındakı Əbumusa şəhristanının inzibati mərkəzi. | https://az.wikipedia.org/w/index.php?curid=288586 |
Əbumusa, Böyük və Kiçik Tunb adalarının qəsbi | Əbumusa, Böyük və Kiçik Tunb adalarının qəsbi — Britaniya qüvvələri Əbumusa, Böyük və Kiçik Tunb adalarından geri çəkilən zaman 30 noyabr 1971-ci ildə baş verdi. 30 noyabr 1971-ci ildə İran Hərbi Dəniz Qüvvələri orada yerləşmiş kiçik ərəb polis təşkilatının müqaviməti altında adaları qəsb etdi. | https://az.wikipedia.org/w/index.php?curid=285991 |
Əbumusa (ada) | Əbumusa (fars. ابوموسی ) - Hörmüz boğazının giriş yaxınlığında yerləş bir 12 km ²-lik ada. Şərqi Fars körfəzində, altı ada arxipelaqın bir hissəsidir. Ada İranın Hörmüzgan ostanının bir hissəsi kimi idarə olunur, amma həm də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən öz ərazisinin tərkib hissəsi olması iddia edilir. Həmçinin bax Əbumusa, Böyük və Kiçik Tunb adalarının qəsbi | https://az.wikipedia.org/w/index.php?curid=263886 |
Əbumusa (şəhər) | Əbumusa- İranın Hörmüzgan ostanının şəhərlərindən və Əbumusa şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,705 nəfər və 456 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir və ərəb dilində danışırlar və hənbəli sünni müsəlmandırlar. | https://az.wikipedia.org/w/index.php?curid=288448 |
Əbumusa şəhristanı | Əbumusa şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əbumusa şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 1,860 nəfər və 505 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=288433 |
Əbumüslüm xan Tarkovski | Əbumüslüm xan Tarkovski (1797, Tərki[d] – 1860, Kafır-Kumuq[d], Dağıstan MSSR) — General-leytenant, Rusiya Şahzadəsi (1849-cu ildən), Buynaksk hökmdarı, Dağıstanın valisi, Tərki şamxalı (1836-1860). 1797-ci ildə Tərki şamxallığının ilk iqamətgahında Tərki kəndində əsilzadə ailəsində anadan olub. Onun atası Tarku Şamxalı II Mehdi, anası isə atasının ikinci həyat yoldaşı Soltanat Bikə Avarskidır. Əbumüslüm xan böyük qardaşı Süleyman Paşadan fərqli olaraq, tez-tez atasının sözündən çıxır və ona qulaq asmırdı. Bu səbəbdən atası onu Tərki kəndindən əvvəl Anji kəndinə qovuldu, sonra nəsilin istəyi ilə Kafır-Qumuk kəndinə köçdü. Sonradan Əbumüslüm xan bu kəndi öz iqamətgahına çevirdi. Tərki Şamxalı 1836-cı ildə atası II Mehdidən sonra Şamxal olan böyük qardaşı Süleyman Paşa vəfat etdi. Qanunla o, ikinci oğul olduğundan varis kimi Şamxallıq ona keçməli idi. Elə buna görə 1836-cı ildə İmperator I Nikolayın investisiya məktubu ilə papağına lələk keçirmək icazəsi ilə Buynaksk və Dağıstan valisi olaraq Tərki Şamxalı titulunu qəbul etdi. Onun hakimiyyət dövrü Şeyx Şamilin imamət dövrünə (1834-1859) təsadüf etdi. Onların bir-birlərinin görməyə gözü yox idi və amansız düşmən idilər. İmamın müridləri, qəfil basqınları ilə tez-tez şamxallığı qarət edirdilər. Bu basqınçı yürüşlərin birində onlar Əbumüslüm xanın Kazanişedəki mülklərini soyub taladılar. Bundan sonra Əbumüslim Kafır-Qumuk ətəyindəki yüksək bir qayanın üstündə əlçatmaq yerdə yeni bir sarayın inşasına başladı. Yeni qala sarayının inşası üçün Əbumüslim xan Dağıstanın müxtəlif yerlərindən bənnalar və daş kəsiciləri dəvət etmişdi. Şamxal Əbumüslüm xan Tarkovski 1860-cı ildə Kafır-Qumuk kəndində vəfat edib. 1832-ci ildə dağlılara qarşı mübarizədə fərqləndiyinə görə mayor rütbəsinə yüksəldi 1836-cı ildə Şamxal titulunu qəbul etməsi münasibətilə polkovnik rütbəsi alıb 1837-ci ildə general-mayor rütbəsi alıb 1846-cı ildə general-leytenant rütbəsi alıb 1856-cı ildə İmperator II Aleksandrın tacqoyma mərasimində İmperator Əlahəzrət general-adyutantı edilib. Şahzadə Tarkovskinin gerbi Ümumrusiya İmperatorluğunun zadəgan ailələrinin Baş gerbinin 12-ci hissəsinə daxil edilmişdir. Qalxan dalğalarla çarpazlanır. Qızıl ulduzlarla nöqtələnmiş ilk qara yarıda, iki zirvəsi olan bir gümüş dağ, ikinci yarısı isə mavidir. Qalxan şahzadə taclı dəbilqə ilə taclandırılır. Tağ: qızıl ulduzlarla bəzədilmiş iki qara qartal qanadı var. Qalxan sahibləri Şamxal aləminin iki silahlı sakinidir. Üzəri: qara qızıl ilə örtülüb. Gerb qızıl püsküllər, saçaqlar ilə qırmızı, marin astarlı mantiya ilə bəzədilib və şahzadə tac ilə taclandırılır. | https://az.wikipedia.org/w/index.php?curid=713110 |
Əbumüslüm xan Çavuşlu | Əbumüslüm xan Çavuşlu (?-?) — Ustaclı elinin Çavuşlu oymağının əmiri, Əsfərainin hakimi. Əbumüslüm bəy Şah Məhəmməd Xudabəndədən öncə sultan, sonra xan ünvanı almışdı. I Şah Abbasın şahlığının ilk dönəmlərində Əsfərainin hakimi idi. Belə ki, Hacı Məhəmməd xanla əldə edilmiş razılıqdan sonra Fərhad xan və Əsfərayin hakimi Əbumüslüm xan Çavuşlunun qoşunları birləşərək Nişapur qalasını mühasirəyə aldılar. Bəlxdə bu xəbəri eşidən Əbdülmömin xan Bəlx, Bədəxşan, Hisari-Şadman, Əndxod və Sibircan orduları ilə Xorasana gələrək, Abdulla xanın isə Mavərənnəhr və Türküstanləşgəri ilə Xarəzmə hücum etməsi haqqında şayiə yaydığına görə, Hacı Məhəmməd xan Fərhad xandan ayrılaraq Xarəzmə qayıtmaq zorunda qaldı . Beləliklə də Səfəvi və Xarəzm qoşunları-nın özbəklərə qarşı birgə savaşı baş tutmadı. Fərhad xan Əbdülmömin xana qarşı təkbaşına savaşdan ehtiyatlanaraq Bəstama, oradan isə Şah Abbasın göstərişi ilə Qəzvinə qayıtdı. Səfəvi qoşununun geri çəkilməsindən istifadə edən Əbdülmömin xan Əsfərayin qalasını mühasirəyə aldı. Əsfərayin hakimi Əbu Müslim xan qalanı dörd ay müdafiə edə bilsə də, qüvvələr bərabər olmadığı üçün özbəklər qalib gələrək Əsfərayin qalasını fəth etdilər. Bundan sonra Əbdülmömin xanın qoşunları Səbzəvara, Məzinanı, Cacərmi, Səğanı və Curbədi də ələ keçirdikdən sonra Bəlxə qayıtdı. İskəndər bəy Münşinin məlumatına əsasən, ilin axırı olduğu, vilayətin da ğınıq hala düşməsi və ərzaq çatışmazlığına görə Şah Abbas Xorasana yürüşü təxirə salaraq, yazın əvvəlində yürüşə başlamaq niyyəti ilə hazırlıq görmək üçün İsfahana getdi . Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh. Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh. | https://az.wikipedia.org/w/index.php?curid=423482 |
Əbunnəcib Sührəvərdi | Əbunnəcib Sührəvərdi (farsca: ابوالنجیب عبدالقادر سهروردی) — Azərbaycan türkü, hüquqşünas alim, sufi mütəfəkkir, mötədil sufizmin nümayəndəsi. Əbunnəcib Sührəvərdinin 1097-ci ilin yanvar, yaxud fevral ayında Zəncan yaxınlığındakı Sührəvərd qəsəbəsində anadan olmuş, Bağdada gedərək orada Nizamiyyə mədrəsəsində təhsil almışdır.AMEA-nın müxbir üzvü Zakir Məmmədov orta əsr mənbələrində Əbunnəcib Sührəvərdinin gənclik illərində yoxsul həyat sürməsi, Ziyaəddin və Nəcibəddin ləqəbi ilə tanındığını bildirərək qeyd edir ki, Tacəddin Sübki onun Dəclə sahilində uçuq bir evi olduğunu, özü və dostlarının oraya sığındığını yazmışdır.. Yaqut Həməvi (1179–1229) halal zəhmətlə dolanan mütəfəkkir haqqında yazır: "O, Bağdadda su daşıyar, öz qazancını yeyərdi".Çətin güzəran, zəhmətli günlər keçirən Əbunnəcib Sührəvərdi görkəmli alim, böyük sufi şeyxi kimi şöhrət qazanaraq Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət Şərqin ilk və ən böyük universitet tipli təhsil mərkəzi olan Nizamiyyə mədrəsəsinə başçılıq etmişdir. Əbunnəcib xalq arasında böyük nüfuza malik sufi şeyxi kimi tanındığı üçün onun hüququ hakim dairələr tərəfindən toxunulmaz olmuşdu: mütəfəkkir təqib olunan şəxslərə öz sufi ribatlarında yer verməkdən belə çəkinməmişdir. Zakir Məmmədov Tacəddin Sübkinin kitabına əsasən belə bir faktı yazır: "Əbunnəcib Sührəvərdi sultandan, xəlifədən və başqalarından qorxmayıb, ona pənah gətirənləri müdafiə etmiş, onlar təhlükədən sovuşmuşlar."Mənbələrdə Əbunnəcib Sührəvərdinin Əbdürrəhim və Əbdüllətif adlı iki oğlu yad edilir. Onlardan biri sufi, digəri isə hüquqşünas alim olmuşdur.AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında belə qənaətə gəlmişdir ki, Əbunnəcib Sührəvərdi 8 aprel 1168-ci ildə vəfat etmiş, Bağdadın cənub qərb səmtində Dəclə sahilində öz ritablarından birində dəfn olunmuşdur. Yaradıcılığı Əbunnəcib Sührəvərdinin əsas əsərləri "Təsəvvüfə dair müridlərin davranış qaydaları" ("Adab əl–müridin fi–t–təsəvvüf"), "Allahın gözəl adlarının şərhi" ("Şərh əl-əsma əl–hüsna"), "Çıraqların qəribəsi" ("Qərib əl–məsabih") traktatlarıdır.Zakir Məmmədov Əbunnəcib Sührəvərdinin təlimi haqqında yazır ki, sufi təliminin mötədil qoluna mənsub mütəfəkkirin nəzərində təsəvvüf şəriətdən başlayıb, təriqətdən (mənəvi kamillik yolundan) keçərək həqiqətdə sona yetir. Birinci mərhələ elm, ikinci mərhələ əməl, axırını isə ilahi vergi ilə səciyyələnir. O, bu mənada deyir: "Təsəvvüfün əvvəli elm, ortası əməl, axırı ilahi vergidir. Elm muradı aşkar edir, əməl tələbi müəyyənləşdirir, ilahi vergi ümid qayəsinə çatdırır." Həmçinin bax Sührəvərdilik | https://az.wikipedia.org/w/index.php?curid=191215 |
Əbunəcib Sührəvərdi | Əbunnəcib Sührəvərdi (farsca: ابوالنجیب عبدالقادر سهروردی) — Azərbaycan türkü, hüquqşünas alim, sufi mütəfəkkir, mötədil sufizmin nümayəndəsi. Əbunnəcib Sührəvərdinin 1097-ci ilin yanvar, yaxud fevral ayında Zəncan yaxınlığındakı Sührəvərd qəsəbəsində anadan olmuş, Bağdada gedərək orada Nizamiyyə mədrəsəsində təhsil almışdır.AMEA-nın müxbir üzvü Zakir Məmmədov orta əsr mənbələrində Əbunnəcib Sührəvərdinin gənclik illərində yoxsul həyat sürməsi, Ziyaəddin və Nəcibəddin ləqəbi ilə tanındığını bildirərək qeyd edir ki, Tacəddin Sübki onun Dəclə sahilində uçuq bir evi olduğunu, özü və dostlarının oraya sığındığını yazmışdır.. Yaqut Həməvi (1179–1229) halal zəhmətlə dolanan mütəfəkkir haqqında yazır: "O, Bağdadda su daşıyar, öz qazancını yeyərdi".Çətin güzəran, zəhmətli günlər keçirən Əbunnəcib Sührəvərdi görkəmli alim, böyük sufi şeyxi kimi şöhrət qazanaraq Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət Şərqin ilk və ən böyük universitet tipli təhsil mərkəzi olan Nizamiyyə mədrəsəsinə başçılıq etmişdir. Əbunnəcib xalq arasında böyük nüfuza malik sufi şeyxi kimi tanındığı üçün onun hüququ hakim dairələr tərəfindən toxunulmaz olmuşdu: mütəfəkkir təqib olunan şəxslərə öz sufi ribatlarında yer verməkdən belə çəkinməmişdir. Zakir Məmmədov Tacəddin Sübkinin kitabına əsasən belə bir faktı yazır: "Əbunnəcib Sührəvərdi sultandan, xəlifədən və başqalarından qorxmayıb, ona pənah gətirənləri müdafiə etmiş, onlar təhlükədən sovuşmuşlar."Mənbələrdə Əbunnəcib Sührəvərdinin Əbdürrəhim və Əbdüllətif adlı iki oğlu yad edilir. Onlardan biri sufi, digəri isə hüquqşünas alim olmuşdur.AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında belə qənaətə gəlmişdir ki, Əbunnəcib Sührəvərdi 8 aprel 1168-ci ildə vəfat etmiş, Bağdadın cənub qərb səmtində Dəclə sahilində öz ritablarından birində dəfn olunmuşdur. Yaradıcılığı Əbunnəcib Sührəvərdinin əsas əsərləri "Təsəvvüfə dair müridlərin davranış qaydaları" ("Adab əl–müridin fi–t–təsəvvüf"), "Allahın gözəl adlarının şərhi" ("Şərh əl-əsma əl–hüsna"), "Çıraqların qəribəsi" ("Qərib əl–məsabih") traktatlarıdır.Zakir Məmmədov Əbunnəcib Sührəvərdinin təlimi haqqında yazır ki, sufi təliminin mötədil qoluna mənsub mütəfəkkirin nəzərində təsəvvüf şəriətdən başlayıb, təriqətdən (mənəvi kamillik yolundan) keçərək həqiqətdə sona yetir. Birinci mərhələ elm, ikinci mərhələ əməl, axırını isə ilahi vergi ilə səciyyələnir. O, bu mənada deyir: "Təsəvvüfün əvvəli elm, ortası əməl, axırı ilahi vergidir. Elm muradı aşkar edir, əməl tələbi müəyyənləşdirir, ilahi vergi ümid qayəsinə çatdırır." Həmçinin bax Sührəvərdilik | https://az.wikipedia.org/w/index.php?curid=290707 |
Əbunəsr Farabi | Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir. M. Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Farabi İslam dünyasını Yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdən olmuşdur. Farabi məntiqi "təxəyyül" və "sübut" olmaqla iki kateqoriyaya ayırmışdır. Yazdığı "Kitabi əl-Musiqə əl-kəbr" (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqişünaslığın inkişafına təkan vermişdir. Bir neçə musiqi alətində ifa etmiş və bir neçəsini də özü ixtira etmişdir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz Farabi işləyib hazırlamışdır (Touma 1996, p. 170). AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Əbunəsr Farabinin yaradıcılığını iki istiqamətdə apardığını bildirmişdir: 1) öz sələflərinin kitablarına şərh yazmış; 2) yeni əsərlər qələmə almışdır.Alimin məşhur əsərlərindən biri "Fəzilətli şəhər əhlinin baxışları" adlı kitabıdır. Bu əsərində "İdeal dövlət" konsepsiyasını irəli sürmüşdür. Farabi həmçinin fizikada boşluqların varlığı və onlarin təbiəti haqqında fikir söyləmiş ilk tədqiqatçılardan biri hesab olunur. Farabinin əsərləri bir neçə əsr müddətində dünya elm və fəlsəfəsinin inkişaf istiqamətini müəyyənləşdirmiş, Şərqdə, sonralar isə Qərbdə bir neçə yüz illiklər ərzində masaüstü dərslik kitabları olmuşdur (Füsus əl-Hikam). Dövrümüzə qədər 117 kitabı gəlib çıxmışdır ki, bunalardan 43-ü məntiq, 11-i metafizika, 7-si əxlaq, 7-si siyasi elmlər, 17-si musiqi, tibb və sosiologiya aiddir. 11 əsərə isə şərh yazmışdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, üç mühüm elmi-fəlsəfi təlimdən birini – Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi, digər ikisini – panteizmi və işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci (1099–1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154–1191) yaratmışlar. Aristoteldən sonra bütün dövrlərin və xalqların ən böyük filosofu sayılır. Farabi Şərqin İbn Sina və İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa təsir göstərmişdir. Dinlə fəlsəfənin münasibətləri Dinlə fəlsəfəni uyğunlaşdırmaq məsələsi Orta əsr şərq peripatetizminin görkəmli nümayəndəsi, "ikinci müəllim" (əl-müəllim əs-sani) ləqəbli Əbu Nəsr ibn Məhəmməd ibn Turxan ibn Uzluq əl-Farabinin (870–950) fəlsəfi təlimində əsas yer tutur. İrrasional vəhyi iyerarxiyada ən üst pilləyə çıxaran, rasional fəlsəfəni ona təhkim edən, din-fəlsəfə problemini bu əsasda həll etməyə cəhd göstərən Kindidən fərqli olaraq, Farabi ağılın rolunu vəhyin deyil, fəlsəfənin əsasında şərh etmişdir. Odur ki o, dinlə fəlsəfəni uyğunlaşdırarkən fəlsəfənin daxilindəki ziddiyyətlərə münasibət bildirməli olmuşdu. Çünki Platon və Aristotelin bir-birinə zidd fəlsəfi ideyaları Farabinin fəlsəfəyə verdiyi "Fəlsəfə mahiyyət etibarilə həqiqəti və ona dair bilikləri öyrənən elmdir" tərifi ilə üst-üstə düşmürdü. Farabini belə bir sual düşündürürdü: Madam ki fəlsəfə həqiqət haqqında elmdir, onda filosofların, xüsusən Platon və Aristotelin fəlsəfi təlimləri arasındakı ziddiyyətləri necə izah etmək olar? Elə buna görə də Farabi islamla yunan fəlsəfəsi arasında uyğunluq yaratmazdan əvvəl fəlsəfənin özünün daxili "problemlər"ini həll etməli idi. Bu məqsədlə "Əl-cəm beynə rəyey əl-həkimeyn Əfl atun əl-ilahi və Əristutalis" (Filosoflar: ilahiyyatçı Platon və Aristotelin ideyalarının uyğunlaşdırılması) adlanan traktat yazan filosof həmin əsərdə göstərmişdi ki, Platon və Aristotel fəlsəfənin özündə deyil, ona baxışda, müraciət olunan üsul və metodlarda, izahlarda bir-birindən fərqlənmişlər. Farabiyə görə, fəlsəfə həqiqəti və ona dair bilikləri öyrənmənin adıdır; bu səbəbdən böyük filosof və mütəfəkkirlər əsasda, mahiyyətdə zəruri olaraq eyni düşünürlər. Bütün filosoflar bir məktəbin – həqiqət axtarışına çıxmış fəlsəfənin şagirdləridirlər. İlk baxışdan təzadlı görünən fikirlər, əslində, eyni məsələlərin müxtəlif izahlarıdır. Təlimləri birləşdirmə cəhdləri Farabi müxtəlif fəlsəfi təlimləri ona görə "birləşdirmək" istəyirdi ki, dinlə fəlsəfə arasında uyğunluq yaradarkən fəlsəfə islam qarşısında vahid "blok"da təmsil olunsun. Lakin bu istək bir çox problemləri həll etmək üçün dinə alternativ tapmaq düşüncəsindən doğmamışdı. Həmçinin Farabi bu istəyi reallaşdırmaqla Aristotel fəlsəfəsinə ediləcək kəskin tənqidləri Platonun idealist ideyaları ilə yumşaltmaq məqsədi güdürdü. Əvvəlcə ziddiyyətli fəlsəfi təlimləri bir-birinə uyğunlaşdırmağa cəhd göstərmiş Farabi daha sonra islamla yunan fəlsəfəsini "barışdırmaq" üçün addımlar atmışdı. Farabinin nəzərində dinlə fəlsəfəni üç məsələdə uyğunlaşdırmaq mümkün idi: a) yaradılma probleminin qeyri-ənənəvi izahı (bu problemi həll etmək Farabi üçün çətin olmuşdu); b) peyğəmbərlik konsepsiyası; v) "seçilmişlər" (xəvas) və "kütlələr" təsnifi. Südur təlimi Farabi dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün yaradılma məsələsinə yeni üslubda toxunmuş, "südur" (çıxma, axma, emanasiya) təlimindən çıxış etmişdir. Məlumdur ki, yunan fəlsəfəsi kosmoqoniya problemlərinin həllində determinizmi əsas götürür. Yunan filosofları hesab edirdilər ki: "…materiya (varlıq) əzəli olub əbədidir. Kainat (kosmos) ilahi yaratmanın məhsulu deyildir". Məsələn, Platonun fəlsəfi təliminə görə, kainatda xaos hökm sürdüyü bir vaxtda "usta" tanrı Demiurq (Demiourgos) ideyalara əsaslanaraq mövcud olan və heç bir şey və adla təsvir edilməsi mümkün olmayan ilk maddəyə təsir etməklə şeylər dünyasını yaratmışdı. Yəni, Platonun tanrısı dünyanı yoxdan deyil, materiyadan xəlq etmişdi. Belə tanrı təsəvvürü müsəlmanların hər şeyə qadir, varlıq aləmini, o cümlədən materiyanı yoxdan yaratmış mütləq Allah ideyasından fərqlənirdi ki, bu da fəlsəfə ilə din arasında ziddiyyət yaratmışdı. Farabinin "südur" təlimi yaradılma məsələsində islam və yunan fəlsəfəsi arasındakı ziddiyyəti aradan qaldırmağa xidmət etməli idi. Bu təlimə görə, "varlıq aləmi …hər bir şeydə tək olan Allahdan "axma" yolu ilə iyerarxik (bil-məratib) şəkildə meydana çıxır". Varlıq iyerarxiyasının ən üst mərtəbəsində İlk Səbəb (əs-səbəb əl-əvvəl) və ya Zəruri Varlıq (vacib əl-vücud) – Allah dayanır. Farabiyə görə, bu varlıq heç nəyə oxşamır, cisim deyildir, forması və yaratma məqsədi yoxdur, ondan törəyən digər varlıqlar – mümkün varlıqlar onun substansiyasını əks etdirmir; onun əksi və ziddi yoxdur, o təkdir. Farabinin "tək tanrı"sı zatı etibarilə gözəllikdir, ağıldır, dərk edəndir (aqildir), dərk ediləndir (mə`quldur). "Deməli, Farabi təlimində Allah dedikdə yunan filosoflarının tanrılarından fərqli olaraq, mütləq və ali …varlıq nəzərdə tutulur". Varlıq iyerarxiyasının ikinci pilləsində Farabinin "ağıllar" adlandırdığı mücərrəd varlıqlar qərar tapmışdır. Bu varlıqlar İlk Səbəbdən "çıxsa" da, onun özü deyildir. Sonrakı pillədə "fəal ağıl" yerləşmişdir. İyerarxiyanın sonrakı pillələrində "nəfs" və "materiya" (həyula) vardır. Südur təliminə görə, mümkün varlıqlar Zəruri Varlıqdan törəmişdir. İlk və Zəruri Varlıq əbədidir, odur ki digər varlıqlar da ondan törədiyi üçün daimidir. Bu varlıqlar dağılıb parçalansa da, yox olmur, başlanğıca – Zəruri Varlığa qayıdır. Aristotel kimi Farabi də materiyanın əzəli olduğunu bildirmiş, bunu Allahın əzəli substansiyası ilə əlaqələndirmişdi. Südur təliminə görə, mümkün varlıqlar, o cümlədən materiya əzəli olan Zəruri Varlıqdan "çıxmışdır", deməli, bir substansiyadan emanasiya baş vermişdir. Farabi iddia edirdi ki, mümkün varlıqlar (o bunları "ikincilər" (səvani) adlandırırdı) zat etibarilə Zəruri Varlıq kimidir. "Birincidən (əl-əvvəl) ikincilərin (səvani) varlığı meydana çıxır. Yəni, ikincilər təkrarən meydana çıxır. (Onlar) nə 107 bütövlükdə mücərrəd cövhər, nə də maddədirlər". Düzdür, Farabi tövhid – Allahın vəhdaniyyəti təliminə zidd düşməsin deyə emanasiya prosesini təsvir edərkən Zəruri Varlıqla kainat (varlıq aləmi) arasında "ağılları" yerləşdirir, mümkün varlıqların Zəruri Varlıqla eyni olmadığını izah etməyə çalışır. O bunu edərkən səbəbiyyət anlayışına toxunur. Səbəbiyyət haqqında danışarkən Farabi Zəruri Varlığı "mütləq kamil" olaraq səciyyələndirir, varlıqları üç: əvvəl, orta və axır kateqoriyalarda təsnif edir. "Əvvəl, orta və axırda təzahür edən varlıqlar məlumdur. Axırda gələnin əvvəlində səbəb olsa da, axırında səbəb yoxdur. Ortada gələnin əvvəli və axırında səbəblər vardır. Əvvəl sonrakıların səbəbi olsa da, əvvəlində səbəb yoxdur". Farabi bildirirdi ki, sonrakılara səbəb olduğundan birinci (əl-əvvəl) nöqsanlardan uzaqdır: "Hər şeydə çatışmazlıq olduğu halda O bütün nöqsanlardan xalidir. Birinci nöqsansızdır. Deməli, mükəmməldir, bütün varlıqların fövqündədir. Onun varlığından daha kamil varlıq yoxdur. Heç bir varlıq Onun varlığının fövqündə dayanmır. Kamil varlıq varlıqlar silsiləsinin ən ali, nöqsandan uzaq varlığıdır". Məlum olur ki, Farabiyə görə, ikincilərin varlığı birincinin varlığından asılıdır, onun qədər mükəmməl deyildir. Deməli, birinci və ikincilərin qeyri-cismani – mücərrəd olmağı onların eyniyyətindən xəbər vermir. Bundan əlavə, Farabi birinci varlığı ikinci varlıqlardan fərqləndirmək üçün onları zəruri və mümkün növlərə ayırır. Əgər birinci varlığın mövcud olmağı zəruridirsə, ikincilərinki mümkündür. Südur təliminin konseptual əsaslarını işləyib hazırlayan Farabi yunan filosoflarının, xüsusən yeniplatonçuluq məktəbinin banisi Plotindən (205–270) təsirlənmişdi. Amma Plotinin təlimindəki başlanğıc "Bir" Farabinin "əl-Əvvəl"indən fərqlənir. Yuxarıda göstərmişdik ki, Farabi təlimində "əl-Əvvəl" müxtəlif substantiv keyfiyyətləri olan anlayışdır. Plotinin "Bir" məfhumu isə "yaxşılıq" keyfiyyətindən başqa digər substantiv xüsusiyyətlərə malik deyildir. Südurun İslam təlimi ilə uyğunlaşdırılması "Südur" təlimi bəzi cəhətləri ilə islam dininin qüdrətli Allah təsəvvürü ilə ziddiyyət əmələ gətirirdi. Əvvəla, "südur" islamın yoxdan yaradılma (ilahi kreasionizm) anlayışı ilə üst-üstə düşmürdü. Çünki "südur" yaradılma deyil, "əl-Əvvəl"ə aid substansiyanın "yayılması"dır və ya Tək Olandan yeni varlıqların emanasiya yolu ilə "çıxması"dır. Həmçinin islam nöqteyi-nəzərinə görə, yaradılmanın necəliyini ağıl izah edə bilməz; irrasional (qeybi) etiqad məsələlərinin rasional şərhinə cəhd göstərənlər Quranda tənbeh olunmuşdur (Bax: Quran, III, 7). Südur təliminin "Birdən bir çıxır" müddəası "qüdrətli və hər şeyə qadir Allah" təsəvvürünə meydan oxuyurdu. Türkiyəli tədqiqatçı Mustafa İldırım yazır: "Gəldiyimiz qənaət budur ki, bu müddəa bəzi suallar doğurur. Çünki Allaha və ya "Bir"ə çoxluq aid etməkdən yayınmaq üçün bu üsula əl atmaq Allahın qüdrəti, elmi və iradəsini məhdudlaşdırmaqdan başqa bir şey deyildir. Bu da öz növbəsində Allahın ənənəvi təsvirinə ziddir. …Əgər Allah və ya "Bir" təkcə "ilk ağlı" zühur etdirirsə və digər varlıqların meydana gəlməsində rol oynamırsa, onda hər bir varlıq özlüyündə "allah" sayılır. Yox, əgər Allah həmişə hər şeyə müdaxilə edirsə, onda "Birdən bir çıxır" ideyası puç olur". Ənənəvi islam nöqteyi-nəzəri ilə əkslik təşkil edən məsələlərdən biri də "südur" təliminə görə kainatın Allahdan Onun iradəsi olmadan "çıxması"dır. Bu təlimdə deyilir ki, kainat "əl-Əvvəl"dən (İlkdən – Allahdan) təbii şəkildə "çıxıb". Yəni, burada Allahın iradəsi nəzərə alınmayıb. Aşkar olan budur ki, "südur" təlimində yaradılmanın necə baş verdiyi öz izahını tapmayıb. "Farabi "südur" təlimini bütün imkanları ilə isbatlamağa cəhd göstərsə də, Aristotel fəlsəfəsinin "tanrı" təsəvvürü Müsəlman dünyasında etiraz doğurmuşdu". Bu etiraz göstərir ki, Farabinin dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün yaratdığı "südur" təlimi müvəffəqiyyət qazanmamışdı. Peyğəmbərlik haqqında Farabinin islamla yunan fəlsəfəsini "barışdırmaq" üçün istinad etdiyi əsaslardan biri də peyğəmbərlik konsepsiyası idi. Bu konsepsiyaya görə, peyğəmbərlik fövqəltəbii hadisə deyildir. Peyğəmbərliyi rasional şəkildə izah etmək üçün Farabi "ağıllar" nəzəriyyəsini işləyib hazırlamışdı. O iddia edirdi ki, varlıq iyerarxiyasında "əl-Əvvəl"dən sonra "ağıllar aləmi" dayanmışdır. Bu ağılların sayı ondur. İyerarxik olaraq on ağıldan sonra "fəal ağıl" gəlir. Sonrakı üç pillədə isə "nəfs", "forma" və "materiya" vardır. Filosofun iyerarxiya cədvəlində bizi maraqlandıran şey – "fəal ağıl"dır. "Ağıllar" nəzəriyyəsində bir müddəa olaraq nəzərdən keçirilən "fəal ağıl" Farabinin kosmoqoniya təlimində mühüm rol oynamaqla yanaşı, həm də fəlsəfi bilik və vəhyin mənbəyi hesab olunur. "Fəal ağıl"ı fəlsəfi bilik və vəhyin mənbəyi hesab edən filosof peyğəmbərlik fenomenini rasional şəkildə izah edərkən "düşünmə", "bilikləri kəsb" və "xoşbəxtlik" anlayışlarını "fəal ağıl"la əlaqələndirir. Bu o deməkdir ki, sadə biliklər meydana çıxaran ibtidai əşya və hadisələri (mə`qulat) dərk etmək "fəal ağıl" vasitəsilə xoşbəxtliyi təmin edirsə, onda "fəal ağıl" həm də Allahla insan arasında "vasitəçi" rolunu oynaya bilər. Allah məhz "fəal ağıl" vasitəsilə insana həqiqət haqqında bilikləri – vəhyi endirir. Farabinin "südur" təliminə görə, "əl-Əvvəl"dən "fəal ağıl"a intiqal edən şey "fəal ağıl"dan insana "axan" şeyin özüdür. Filosof iddia edirdi ki, insanla "fəal ağıl" arasında rabitə iki pillədə baş verir: "passiv ağıl" (əl-əql əl-münfəil) və "qazanılan ağıl" (əl-əql əl-müstəfad). Bu "pillələr" keçildikdən sonra insanla "fəal ağıl" arasında birbaşa əlaqə yaranır və o, "vəhy" alır. Farabi "fəal ağıl"a necə yetişmək haqqında danışdıqdan sonra bildirir ki, insan bu mərhələləri aşdıqdan sonra "fəal ağıl"a yetişdikdə ya filosof, ya da peyğəmbər olur: "İnsanın nitq qabiliyyətinin nəzəri və əməli tərəflərində, təxəyyülündə "fəal ağıl" meydana çıxdıqda ona vəhy gəlməyə başlayır. …Beləliklə, Allahdan "daşıb axan" vəhy "fəal ağıl"a, oradan da "passiv ağıl" (ələql əl-münfəil) və "qazanılan ağıl" (əl-əql əl-müstəfad) vasitəsilə təxəyyül prosesinə qarışır. Bu da öz növbəsində insanı ya filosofa, ya da mütəfəkkirə çevirir". Deməli, peyğəmbər – təxəyyüllə "fəal ağla" yetişmiş insandır. Peyğəmbərlərdən fərqli olaraq, filosoflar təxəyyüllə deyil, düşünməklə "fəal ağıl"a yetişirlər: "…peyğəmbərlər və filosoflar "fəal ağıl"la əlaqə yaratmış üstün insanlardır. Aralarındakı fərq birincilərin buna təxəyyüllə, ikincilərin düşünməklə yetişmələrindədir. Deməli, aralarında kəskin fərq yoxdur". Farabi deyirdi ki, filosofların "fəal ağıl"la əlaqə qurması hərtərəfli araşdırma və dərindən düşünmənin nəticəsində mümkündür. Bu vaxt ruh ilahi nur alır. Peyğəmbərlər isə həm röyada, həm də ayıq ikən "dərin intuisiya və ilhama əsaslanan təxəyyül bacarığına sahibdirlər". Həqiqət haqqında Tək həqiqətə müxtəlif yollarla çatan filosof və peyğəmbərlərin əqli və vəhyi bilikləri eyni mənbədən öyrəndiklərini iddia edən Farabi həqiqəti dini və fəlsəfi deyə iki yerə ayırmamış, bunu islamla yunan fəlsəfəsinin ortaq xüsusiyyəti olaraq təqdim etmişdi. Buna baxmayaraq, Farabinin fəlsəfi təlimində peyğəmbər filosofdan üstün hesab edilmir. Bu iddia Farabinin peyğəmbərliklə əlaqəli müzakirəyə açıq fikirlərinə əsasən irəli sürülür. Farabinin "Peyğəmbərlər təxəyyüllə, filosoflar düşünməklə "fəal ağıl"a yetişirlər" ideyasını misal gətirən tənqidçilər "Təfəkkür təxəyyüldən ali idrak formasıdır" qaydasından çıxış etməklə bu iddianı isbatlamağa cəhd göstərirlər. Belə ki düşünmək hər hansı əşya və hadisəni reallıqda olduğu kimi "nəfs"də canlandırmaqdırsa, təxəyyül oxşar əşya və hadisələrin (xəyalların) inikasıdır. Elə isə filosofların "düşünmə"si peyğəmbərlərin "təxəyyül"ündən, deməli, filosoflar peyğəmbərlərdən üstündürlər. Onu da qeyd edək ki, Farabi heç bir əsərində bu iddianı açıq şəkildə irəli sürməyib; əksinə, bildirib ki, peyğəmbərlər filosoflardan fərqli olaraq, iki əqli qabiliyyətə: "müstəfad" və "fəal" düşünmə bacarığına sahibdirlər. Bütün bunlar əks arqumentlər olsa da, tutarlı cavab rolunu oynaya bilmir. Farabi qətiyyətlə sübut etməyə çalışırdı ki, filosof və ya peyğəmbər olmaq xoşbəxtliyi təmin edəcəkdir. Bu iddia ehkamçılarda narazılıq doğurmuşdu. Onlar imanın əvəzedilməzliyi, vəhy mənşəli biliklərin daşıyıcısı sayılan peyğəmbərlərin məsumluğu, bu məziyyət sayəsində ilahi biliklərin olduğu kimi insanlara çatdırılması, filosofların isə bu cür imtiyazlara sahib olmamağı, insan zəkasının məhdud imkanları – bütün bu məsələləri əsas göstərməklə Farabinin peyğəmbərlik institutunu laxladacaq ideyalarını rədd etdilər. XII əsrin ilahiyyatçısı Əbu Hamid əl-Qəzali "Hər şeyi həll etmək və bütün növ bilikləri başa düşmək ağıl sayəsində mümkündür. …Ağılın dərk etmədiyi şeyləri öyrənmək peyğəmbərliyin işidir. …Ağılın vəzifəsi bizə bu barədə bilik vermək, peyğəmbərliyi isbatlamaq üçün sübutlar gətirmək, dərketmədə peyğəmbərliklə eyni olmadığını etiraf etməkdir. O, bizi əlimizdən tutaraq …peyğəmbərliyə təslim edir. Ağılın sərhədi bura qədərdir" – deməklə Farabinin ağılın avtoritetliyi ideyasını tənqid etmişdi. Bununla yanaşı, Qəzali Farabinin peyğəmbərliyə dair rasional görüşlərini rədd edərək yazırdı: "(Peyğəmbərlik) ağlın fövqündə dayanan, onun qavraya bilmədiyi şeyləri dərk edən "göz"ə oxşayır. Qulaq rəngləri, göz səsləri qavramadığı kimi, fövqəladə halları da ağıl dərk edə bilmir". İnsanların çeşidləri haqqında Dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün Farabi insanları iki qrupda təsnif etmişdi: seçilmişlər (xəvas) və kütlələr (əvam). Bu təsnif ilk baxışdan ziddiyyətli görünən məsələlərin, əslində bir-birinə əks olmadığını isbatlamaq üçün zəruri idi. Yuxarıdakı təsnifin mənası budur ki, insanların böyük hissəsinin həqiqəti dərk etməsi üçün din (iman gətirmək) kifayət edir. Seçilmişlərə isə əsaslandırılmış, mürəkkəb rasional biliklər lazımdır. Farabiyə görə, insanlar düşünmə qabiliyyətinə görə bir-birindən fərqlənir. Bu səbəbdən biliyi çatdırmaq iki yolla baş verir: ya qənaətbəxş və tutarlı dəlillərlə ya da inandırmaqla: "…əgər varlıqlara dair bilikləri cəm edib, ağılla qavrayıb, qəti dəlillərlə sübut ediriksə, bu bilikləri ehtiva edən elm fəlsəfə adlanır. Yox, əgər mahiyyətə dair biliklər mahiyyətə oxşar olanı xəyal etməklə kəsb olunub, inandırmaq yolu ilə təsdiqlənirsə, keçmişdəkilər belə bilikləri ehtiva edəni "din" adlandırmışlar". Yuxarıdakı təriflərdən göründüyü kimi, Farabi dinlə fəlsəfənin uyğunluğunun mümkünlüyü ideyasını irəli sürmüş və bildirmişdir ki, onlar mövzu və məqsəd baxımından oxşardır. Varlıqların ilk səbəbini öyrənmək din və fəlsəfənin mövzusunu əmələ gətirir. Xoşbəxtliyi tapmaq isə onların ortaq məqsədidir. Lakin fəlsəfə təfəkkür və sübuta, din isə inama əsaslanır. İndiyədək qeyd etdiklərimizin xülasəsi bundan ibarətdir ki, Farabi din-fəlsəfə problemini "südur" təlimi, "peyğəmbərlik" konsepsiyası, "seçilmişlər və kütlələr" ideyası əsasında həll etməyə cəhd göstərmişdir. İlk işi Platon idealizmi, Aristotel materializmi və yeniplatonçuluq təlimini bir-birinə uyğunlaşdırmaq olan Farabi məqsəd və məzmun baxımından fəlsəfəni dinlə "barışdırmaq" istəyirdi. O, filosofların eyni mövzular ətrafında fikir ayrılığına düşdüyünü görsə də, onların başlıca məsələlərdə bir mövqedən çıxış etdiklərini iddia etmişdi. Görünür, bununla Farabi din-fəlsəfə problemini həll etmək üçün vahid fəlsəfi təlim yaratmaq istəmişdir. Fəlsəfə və dinin oxşar mövzu və məqsədlərinin olduğunu deyən filosof göstərirdi ki, hər iki sahənin mövzusu varlıqları öyrənmək, məqsədi isə xoşbəxtliyi tapmaqdır. Kindi kimi Farabi də din və fəlsəfəni tək həqiqətin müxtəlif ifadə formaları hesab etmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Farabi dinlə fəlsəfəni islama zidd məsələlər: "südur" təlimi, Allahla insan arasında rasional varlıqların olmağı iddiası, peyğəmbərlik və vəhyin rasional təsviri, fəlsəfi biliklər əsas götürməklə vəhyi biliklərə şərh vermək, "Bir"dən birin çıxması", "Birinci" ilə ikincilərin iradə və ağıl əlaqəsi", qiyamət günü cismən deyil, ruhən dirilmə, materiyanın emanasiya səbəbi ilə əzəli olmağı, "əl-Əvvəl"in cüziləri deyil, küllü bilməyi və sair əsasında "barışdırmağ"a cəhd göstərdiyi üçün ehkamçıların sərt tənqidinə məruz qalmışdı. Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslıq institutu. Bakı: İdrak, 2019, s. 103–114. Əsas əsərləri "Ara əhl əl-Mədinət əl-fadilə" (Fəzilətli şəhər əhlinin baxışları) "Risalə fil-əql" (Zəkaya dair risalə) "Kitab əl-hüruf" (Hərflər haqqında kitab) "Kitab ihsa` əl`-ülum" (Elmlərin siyahıya alınmasına dair) "Kitab əl-musiqi əl-kəbr" "Fi ma yənbəği ən yüqəddimə qəblə təəllüm əl-fəlsəfə" (Fəlsəfəni öyrənməkdən əvvəl nəyin müqəddimə verilməsi haqqında) "Təhsil əs-səadə" (Xoşbəxtlik qazanma) Əbunəsr Farabi. Məsələlərin mahiyyəti. Ərəb dilindən tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999 | https://az.wikipedia.org/w/index.php?curid=478606 |
Əbunəsr Fərabi | Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir. M. Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Farabi İslam dünyasını Yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdən olmuşdur. Farabi məntiqi "təxəyyül" və "sübut" olmaqla iki kateqoriyaya ayırmışdır. Yazdığı "Kitabi əl-Musiqə əl-kəbr" (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqişünaslığın inkişafına təkan vermişdir. Bir neçə musiqi alətində ifa etmiş və bir neçəsini də özü ixtira etmişdir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz Farabi işləyib hazırlamışdır (Touma 1996, p. 170). AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Əbunəsr Farabinin yaradıcılığını iki istiqamətdə apardığını bildirmişdir: 1) öz sələflərinin kitablarına şərh yazmış; 2) yeni əsərlər qələmə almışdır.Alimin məşhur əsərlərindən biri "Fəzilətli şəhər əhlinin baxışları" adlı kitabıdır. Bu əsərində "İdeal dövlət" konsepsiyasını irəli sürmüşdür. Farabi həmçinin fizikada boşluqların varlığı və onlarin təbiəti haqqında fikir söyləmiş ilk tədqiqatçılardan biri hesab olunur. Farabinin əsərləri bir neçə əsr müddətində dünya elm və fəlsəfəsinin inkişaf istiqamətini müəyyənləşdirmiş, Şərqdə, sonralar isə Qərbdə bir neçə yüz illiklər ərzində masaüstü dərslik kitabları olmuşdur (Füsus əl-Hikam). Dövrümüzə qədər 117 kitabı gəlib çıxmışdır ki, bunalardan 43-ü məntiq, 11-i metafizika, 7-si əxlaq, 7-si siyasi elmlər, 17-si musiqi, tibb və sosiologiya aiddir. 11 əsərə isə şərh yazmışdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, üç mühüm elmi-fəlsəfi təlimdən birini – Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi, digər ikisini – panteizmi və işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci (1099–1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154–1191) yaratmışlar. Aristoteldən sonra bütün dövrlərin və xalqların ən böyük filosofu sayılır. Farabi Şərqin İbn Sina və İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa təsir göstərmişdir. Dinlə fəlsəfənin münasibətləri Dinlə fəlsəfəni uyğunlaşdırmaq məsələsi Orta əsr şərq peripatetizminin görkəmli nümayəndəsi, "ikinci müəllim" (əl-müəllim əs-sani) ləqəbli Əbu Nəsr ibn Məhəmməd ibn Turxan ibn Uzluq əl-Farabinin (870–950) fəlsəfi təlimində əsas yer tutur. İrrasional vəhyi iyerarxiyada ən üst pilləyə çıxaran, rasional fəlsəfəni ona təhkim edən, din-fəlsəfə problemini bu əsasda həll etməyə cəhd göstərən Kindidən fərqli olaraq, Farabi ağılın rolunu vəhyin deyil, fəlsəfənin əsasında şərh etmişdir. Odur ki o, dinlə fəlsəfəni uyğunlaşdırarkən fəlsəfənin daxilindəki ziddiyyətlərə münasibət bildirməli olmuşdu. Çünki Platon və Aristotelin bir-birinə zidd fəlsəfi ideyaları Farabinin fəlsəfəyə verdiyi "Fəlsəfə mahiyyət etibarilə həqiqəti və ona dair bilikləri öyrənən elmdir" tərifi ilə üst-üstə düşmürdü. Farabini belə bir sual düşündürürdü: Madam ki fəlsəfə həqiqət haqqında elmdir, onda filosofların, xüsusən Platon və Aristotelin fəlsəfi təlimləri arasındakı ziddiyyətləri necə izah etmək olar? Elə buna görə də Farabi islamla yunan fəlsəfəsi arasında uyğunluq yaratmazdan əvvəl fəlsəfənin özünün daxili "problemlər"ini həll etməli idi. Bu məqsədlə "Əl-cəm beynə rəyey əl-həkimeyn Əfl atun əl-ilahi və Əristutalis" (Filosoflar: ilahiyyatçı Platon və Aristotelin ideyalarının uyğunlaşdırılması) adlanan traktat yazan filosof həmin əsərdə göstərmişdi ki, Platon və Aristotel fəlsəfənin özündə deyil, ona baxışda, müraciət olunan üsul və metodlarda, izahlarda bir-birindən fərqlənmişlər. Farabiyə görə, fəlsəfə həqiqəti və ona dair bilikləri öyrənmənin adıdır; bu səbəbdən böyük filosof və mütəfəkkirlər əsasda, mahiyyətdə zəruri olaraq eyni düşünürlər. Bütün filosoflar bir məktəbin – həqiqət axtarışına çıxmış fəlsəfənin şagirdləridirlər. İlk baxışdan təzadlı görünən fikirlər, əslində, eyni məsələlərin müxtəlif izahlarıdır. Təlimləri birləşdirmə cəhdləri Farabi müxtəlif fəlsəfi təlimləri ona görə "birləşdirmək" istəyirdi ki, dinlə fəlsəfə arasında uyğunluq yaradarkən fəlsəfə islam qarşısında vahid "blok"da təmsil olunsun. Lakin bu istək bir çox problemləri həll etmək üçün dinə alternativ tapmaq düşüncəsindən doğmamışdı. Həmçinin Farabi bu istəyi reallaşdırmaqla Aristotel fəlsəfəsinə ediləcək kəskin tənqidləri Platonun idealist ideyaları ilə yumşaltmaq məqsədi güdürdü. Əvvəlcə ziddiyyətli fəlsəfi təlimləri bir-birinə uyğunlaşdırmağa cəhd göstərmiş Farabi daha sonra islamla yunan fəlsəfəsini "barışdırmaq" üçün addımlar atmışdı. Farabinin nəzərində dinlə fəlsəfəni üç məsələdə uyğunlaşdırmaq mümkün idi: a) yaradılma probleminin qeyri-ənənəvi izahı (bu problemi həll etmək Farabi üçün çətin olmuşdu); b) peyğəmbərlik konsepsiyası; v) "seçilmişlər" (xəvas) və "kütlələr" təsnifi. Südur təlimi Farabi dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün yaradılma məsələsinə yeni üslubda toxunmuş, "südur" (çıxma, axma, emanasiya) təlimindən çıxış etmişdir. Məlumdur ki, yunan fəlsəfəsi kosmoqoniya problemlərinin həllində determinizmi əsas götürür. Yunan filosofları hesab edirdilər ki: "…materiya (varlıq) əzəli olub əbədidir. Kainat (kosmos) ilahi yaratmanın məhsulu deyildir". Məsələn, Platonun fəlsəfi təliminə görə, kainatda xaos hökm sürdüyü bir vaxtda "usta" tanrı Demiurq (Demiourgos) ideyalara əsaslanaraq mövcud olan və heç bir şey və adla təsvir edilməsi mümkün olmayan ilk maddəyə təsir etməklə şeylər dünyasını yaratmışdı. Yəni, Platonun tanrısı dünyanı yoxdan deyil, materiyadan xəlq etmişdi. Belə tanrı təsəvvürü müsəlmanların hər şeyə qadir, varlıq aləmini, o cümlədən materiyanı yoxdan yaratmış mütləq Allah ideyasından fərqlənirdi ki, bu da fəlsəfə ilə din arasında ziddiyyət yaratmışdı. Farabinin "südur" təlimi yaradılma məsələsində islam və yunan fəlsəfəsi arasındakı ziddiyyəti aradan qaldırmağa xidmət etməli idi. Bu təlimə görə, "varlıq aləmi …hər bir şeydə tək olan Allahdan "axma" yolu ilə iyerarxik (bil-məratib) şəkildə meydana çıxır". Varlıq iyerarxiyasının ən üst mərtəbəsində İlk Səbəb (əs-səbəb əl-əvvəl) və ya Zəruri Varlıq (vacib əl-vücud) – Allah dayanır. Farabiyə görə, bu varlıq heç nəyə oxşamır, cisim deyildir, forması və yaratma məqsədi yoxdur, ondan törəyən digər varlıqlar – mümkün varlıqlar onun substansiyasını əks etdirmir; onun əksi və ziddi yoxdur, o təkdir. Farabinin "tək tanrı"sı zatı etibarilə gözəllikdir, ağıldır, dərk edəndir (aqildir), dərk ediləndir (mə`quldur). "Deməli, Farabi təlimində Allah dedikdə yunan filosoflarının tanrılarından fərqli olaraq, mütləq və ali …varlıq nəzərdə tutulur". Varlıq iyerarxiyasının ikinci pilləsində Farabinin "ağıllar" adlandırdığı mücərrəd varlıqlar qərar tapmışdır. Bu varlıqlar İlk Səbəbdən "çıxsa" da, onun özü deyildir. Sonrakı pillədə "fəal ağıl" yerləşmişdir. İyerarxiyanın sonrakı pillələrində "nəfs" və "materiya" (həyula) vardır. Südur təliminə görə, mümkün varlıqlar Zəruri Varlıqdan törəmişdir. İlk və Zəruri Varlıq əbədidir, odur ki digər varlıqlar da ondan törədiyi üçün daimidir. Bu varlıqlar dağılıb parçalansa da, yox olmur, başlanğıca – Zəruri Varlığa qayıdır. Aristotel kimi Farabi də materiyanın əzəli olduğunu bildirmiş, bunu Allahın əzəli substansiyası ilə əlaqələndirmişdi. Südur təliminə görə, mümkün varlıqlar, o cümlədən materiya əzəli olan Zəruri Varlıqdan "çıxmışdır", deməli, bir substansiyadan emanasiya baş vermişdir. Farabi iddia edirdi ki, mümkün varlıqlar (o bunları "ikincilər" (səvani) adlandırırdı) zat etibarilə Zəruri Varlıq kimidir. "Birincidən (əl-əvvəl) ikincilərin (səvani) varlığı meydana çıxır. Yəni, ikincilər təkrarən meydana çıxır. (Onlar) nə 107 bütövlükdə mücərrəd cövhər, nə də maddədirlər". Düzdür, Farabi tövhid – Allahın vəhdaniyyəti təliminə zidd düşməsin deyə emanasiya prosesini təsvir edərkən Zəruri Varlıqla kainat (varlıq aləmi) arasında "ağılları" yerləşdirir, mümkün varlıqların Zəruri Varlıqla eyni olmadığını izah etməyə çalışır. O bunu edərkən səbəbiyyət anlayışına toxunur. Səbəbiyyət haqqında danışarkən Farabi Zəruri Varlığı "mütləq kamil" olaraq səciyyələndirir, varlıqları üç: əvvəl, orta və axır kateqoriyalarda təsnif edir. "Əvvəl, orta və axırda təzahür edən varlıqlar məlumdur. Axırda gələnin əvvəlində səbəb olsa da, axırında səbəb yoxdur. Ortada gələnin əvvəli və axırında səbəblər vardır. Əvvəl sonrakıların səbəbi olsa da, əvvəlində səbəb yoxdur". Farabi bildirirdi ki, sonrakılara səbəb olduğundan birinci (əl-əvvəl) nöqsanlardan uzaqdır: "Hər şeydə çatışmazlıq olduğu halda O bütün nöqsanlardan xalidir. Birinci nöqsansızdır. Deməli, mükəmməldir, bütün varlıqların fövqündədir. Onun varlığından daha kamil varlıq yoxdur. Heç bir varlıq Onun varlığının fövqündə dayanmır. Kamil varlıq varlıqlar silsiləsinin ən ali, nöqsandan uzaq varlığıdır". Məlum olur ki, Farabiyə görə, ikincilərin varlığı birincinin varlığından asılıdır, onun qədər mükəmməl deyildir. Deməli, birinci və ikincilərin qeyri-cismani – mücərrəd olmağı onların eyniyyətindən xəbər vermir. Bundan əlavə, Farabi birinci varlığı ikinci varlıqlardan fərqləndirmək üçün onları zəruri və mümkün növlərə ayırır. Əgər birinci varlığın mövcud olmağı zəruridirsə, ikincilərinki mümkündür. Südur təliminin konseptual əsaslarını işləyib hazırlayan Farabi yunan filosoflarının, xüsusən yeniplatonçuluq məktəbinin banisi Plotindən (205–270) təsirlənmişdi. Amma Plotinin təlimindəki başlanğıc "Bir" Farabinin "əl-Əvvəl"indən fərqlənir. Yuxarıda göstərmişdik ki, Farabi təlimində "əl-Əvvəl" müxtəlif substantiv keyfiyyətləri olan anlayışdır. Plotinin "Bir" məfhumu isə "yaxşılıq" keyfiyyətindən başqa digər substantiv xüsusiyyətlərə malik deyildir. Südurun İslam təlimi ilə uyğunlaşdırılması "Südur" təlimi bəzi cəhətləri ilə islam dininin qüdrətli Allah təsəvvürü ilə ziddiyyət əmələ gətirirdi. Əvvəla, "südur" islamın yoxdan yaradılma (ilahi kreasionizm) anlayışı ilə üst-üstə düşmürdü. Çünki "südur" yaradılma deyil, "əl-Əvvəl"ə aid substansiyanın "yayılması"dır və ya Tək Olandan yeni varlıqların emanasiya yolu ilə "çıxması"dır. Həmçinin islam nöqteyi-nəzərinə görə, yaradılmanın necəliyini ağıl izah edə bilməz; irrasional (qeybi) etiqad məsələlərinin rasional şərhinə cəhd göstərənlər Quranda tənbeh olunmuşdur (Bax: Quran, III, 7). Südur təliminin "Birdən bir çıxır" müddəası "qüdrətli və hər şeyə qadir Allah" təsəvvürünə meydan oxuyurdu. Türkiyəli tədqiqatçı Mustafa İldırım yazır: "Gəldiyimiz qənaət budur ki, bu müddəa bəzi suallar doğurur. Çünki Allaha və ya "Bir"ə çoxluq aid etməkdən yayınmaq üçün bu üsula əl atmaq Allahın qüdrəti, elmi və iradəsini məhdudlaşdırmaqdan başqa bir şey deyildir. Bu da öz növbəsində Allahın ənənəvi təsvirinə ziddir. …Əgər Allah və ya "Bir" təkcə "ilk ağlı" zühur etdirirsə və digər varlıqların meydana gəlməsində rol oynamırsa, onda hər bir varlıq özlüyündə "allah" sayılır. Yox, əgər Allah həmişə hər şeyə müdaxilə edirsə, onda "Birdən bir çıxır" ideyası puç olur". Ənənəvi islam nöqteyi-nəzəri ilə əkslik təşkil edən məsələlərdən biri də "südur" təliminə görə kainatın Allahdan Onun iradəsi olmadan "çıxması"dır. Bu təlimdə deyilir ki, kainat "əl-Əvvəl"dən (İlkdən – Allahdan) təbii şəkildə "çıxıb". Yəni, burada Allahın iradəsi nəzərə alınmayıb. Aşkar olan budur ki, "südur" təlimində yaradılmanın necə baş verdiyi öz izahını tapmayıb. "Farabi "südur" təlimini bütün imkanları ilə isbatlamağa cəhd göstərsə də, Aristotel fəlsəfəsinin "tanrı" təsəvvürü Müsəlman dünyasında etiraz doğurmuşdu". Bu etiraz göstərir ki, Farabinin dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün yaratdığı "südur" təlimi müvəffəqiyyət qazanmamışdı. Peyğəmbərlik haqqında Farabinin islamla yunan fəlsəfəsini "barışdırmaq" üçün istinad etdiyi əsaslardan biri də peyğəmbərlik konsepsiyası idi. Bu konsepsiyaya görə, peyğəmbərlik fövqəltəbii hadisə deyildir. Peyğəmbərliyi rasional şəkildə izah etmək üçün Farabi "ağıllar" nəzəriyyəsini işləyib hazırlamışdı. O iddia edirdi ki, varlıq iyerarxiyasında "əl-Əvvəl"dən sonra "ağıllar aləmi" dayanmışdır. Bu ağılların sayı ondur. İyerarxik olaraq on ağıldan sonra "fəal ağıl" gəlir. Sonrakı üç pillədə isə "nəfs", "forma" və "materiya" vardır. Filosofun iyerarxiya cədvəlində bizi maraqlandıran şey – "fəal ağıl"dır. "Ağıllar" nəzəriyyəsində bir müddəa olaraq nəzərdən keçirilən "fəal ağıl" Farabinin kosmoqoniya təlimində mühüm rol oynamaqla yanaşı, həm də fəlsəfi bilik və vəhyin mənbəyi hesab olunur. "Fəal ağıl"ı fəlsəfi bilik və vəhyin mənbəyi hesab edən filosof peyğəmbərlik fenomenini rasional şəkildə izah edərkən "düşünmə", "bilikləri kəsb" və "xoşbəxtlik" anlayışlarını "fəal ağıl"la əlaqələndirir. Bu o deməkdir ki, sadə biliklər meydana çıxaran ibtidai əşya və hadisələri (mə`qulat) dərk etmək "fəal ağıl" vasitəsilə xoşbəxtliyi təmin edirsə, onda "fəal ağıl" həm də Allahla insan arasında "vasitəçi" rolunu oynaya bilər. Allah məhz "fəal ağıl" vasitəsilə insana həqiqət haqqında bilikləri – vəhyi endirir. Farabinin "südur" təliminə görə, "əl-Əvvəl"dən "fəal ağıl"a intiqal edən şey "fəal ağıl"dan insana "axan" şeyin özüdür. Filosof iddia edirdi ki, insanla "fəal ağıl" arasında rabitə iki pillədə baş verir: "passiv ağıl" (əl-əql əl-münfəil) və "qazanılan ağıl" (əl-əql əl-müstəfad). Bu "pillələr" keçildikdən sonra insanla "fəal ağıl" arasında birbaşa əlaqə yaranır və o, "vəhy" alır. Farabi "fəal ağıl"a necə yetişmək haqqında danışdıqdan sonra bildirir ki, insan bu mərhələləri aşdıqdan sonra "fəal ağıl"a yetişdikdə ya filosof, ya da peyğəmbər olur: "İnsanın nitq qabiliyyətinin nəzəri və əməli tərəflərində, təxəyyülündə "fəal ağıl" meydana çıxdıqda ona vəhy gəlməyə başlayır. …Beləliklə, Allahdan "daşıb axan" vəhy "fəal ağıl"a, oradan da "passiv ağıl" (ələql əl-münfəil) və "qazanılan ağıl" (əl-əql əl-müstəfad) vasitəsilə təxəyyül prosesinə qarışır. Bu da öz növbəsində insanı ya filosofa, ya da mütəfəkkirə çevirir". Deməli, peyğəmbər – təxəyyüllə "fəal ağla" yetişmiş insandır. Peyğəmbərlərdən fərqli olaraq, filosoflar təxəyyüllə deyil, düşünməklə "fəal ağıl"a yetişirlər: "…peyğəmbərlər və filosoflar "fəal ağıl"la əlaqə yaratmış üstün insanlardır. Aralarındakı fərq birincilərin buna təxəyyüllə, ikincilərin düşünməklə yetişmələrindədir. Deməli, aralarında kəskin fərq yoxdur". Farabi deyirdi ki, filosofların "fəal ağıl"la əlaqə qurması hərtərəfli araşdırma və dərindən düşünmənin nəticəsində mümkündür. Bu vaxt ruh ilahi nur alır. Peyğəmbərlər isə həm röyada, həm də ayıq ikən "dərin intuisiya və ilhama əsaslanan təxəyyül bacarığına sahibdirlər". Həqiqət haqqında Tək həqiqətə müxtəlif yollarla çatan filosof və peyğəmbərlərin əqli və vəhyi bilikləri eyni mənbədən öyrəndiklərini iddia edən Farabi həqiqəti dini və fəlsəfi deyə iki yerə ayırmamış, bunu islamla yunan fəlsəfəsinin ortaq xüsusiyyəti olaraq təqdim etmişdi. Buna baxmayaraq, Farabinin fəlsəfi təlimində peyğəmbər filosofdan üstün hesab edilmir. Bu iddia Farabinin peyğəmbərliklə əlaqəli müzakirəyə açıq fikirlərinə əsasən irəli sürülür. Farabinin "Peyğəmbərlər təxəyyüllə, filosoflar düşünməklə "fəal ağıl"a yetişirlər" ideyasını misal gətirən tənqidçilər "Təfəkkür təxəyyüldən ali idrak formasıdır" qaydasından çıxış etməklə bu iddianı isbatlamağa cəhd göstərirlər. Belə ki düşünmək hər hansı əşya və hadisəni reallıqda olduğu kimi "nəfs"də canlandırmaqdırsa, təxəyyül oxşar əşya və hadisələrin (xəyalların) inikasıdır. Elə isə filosofların "düşünmə"si peyğəmbərlərin "təxəyyül"ündən, deməli, filosoflar peyğəmbərlərdən üstündürlər. Onu da qeyd edək ki, Farabi heç bir əsərində bu iddianı açıq şəkildə irəli sürməyib; əksinə, bildirib ki, peyğəmbərlər filosoflardan fərqli olaraq, iki əqli qabiliyyətə: "müstəfad" və "fəal" düşünmə bacarığına sahibdirlər. Bütün bunlar əks arqumentlər olsa da, tutarlı cavab rolunu oynaya bilmir. Farabi qətiyyətlə sübut etməyə çalışırdı ki, filosof və ya peyğəmbər olmaq xoşbəxtliyi təmin edəcəkdir. Bu iddia ehkamçılarda narazılıq doğurmuşdu. Onlar imanın əvəzedilməzliyi, vəhy mənşəli biliklərin daşıyıcısı sayılan peyğəmbərlərin məsumluğu, bu məziyyət sayəsində ilahi biliklərin olduğu kimi insanlara çatdırılması, filosofların isə bu cür imtiyazlara sahib olmamağı, insan zəkasının məhdud imkanları – bütün bu məsələləri əsas göstərməklə Farabinin peyğəmbərlik institutunu laxladacaq ideyalarını rədd etdilər. XII əsrin ilahiyyatçısı Əbu Hamid əl-Qəzali "Hər şeyi həll etmək və bütün növ bilikləri başa düşmək ağıl sayəsində mümkündür. …Ağılın dərk etmədiyi şeyləri öyrənmək peyğəmbərliyin işidir. …Ağılın vəzifəsi bizə bu barədə bilik vermək, peyğəmbərliyi isbatlamaq üçün sübutlar gətirmək, dərketmədə peyğəmbərliklə eyni olmadığını etiraf etməkdir. O, bizi əlimizdən tutaraq …peyğəmbərliyə təslim edir. Ağılın sərhədi bura qədərdir" – deməklə Farabinin ağılın avtoritetliyi ideyasını tənqid etmişdi. Bununla yanaşı, Qəzali Farabinin peyğəmbərliyə dair rasional görüşlərini rədd edərək yazırdı: "(Peyğəmbərlik) ağlın fövqündə dayanan, onun qavraya bilmədiyi şeyləri dərk edən "göz"ə oxşayır. Qulaq rəngləri, göz səsləri qavramadığı kimi, fövqəladə halları da ağıl dərk edə bilmir". İnsanların çeşidləri haqqında Dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün Farabi insanları iki qrupda təsnif etmişdi: seçilmişlər (xəvas) və kütlələr (əvam). Bu təsnif ilk baxışdan ziddiyyətli görünən məsələlərin, əslində bir-birinə əks olmadığını isbatlamaq üçün zəruri idi. Yuxarıdakı təsnifin mənası budur ki, insanların böyük hissəsinin həqiqəti dərk etməsi üçün din (iman gətirmək) kifayət edir. Seçilmişlərə isə əsaslandırılmış, mürəkkəb rasional biliklər lazımdır. Farabiyə görə, insanlar düşünmə qabiliyyətinə görə bir-birindən fərqlənir. Bu səbəbdən biliyi çatdırmaq iki yolla baş verir: ya qənaətbəxş və tutarlı dəlillərlə ya da inandırmaqla: "…əgər varlıqlara dair bilikləri cəm edib, ağılla qavrayıb, qəti dəlillərlə sübut ediriksə, bu bilikləri ehtiva edən elm fəlsəfə adlanır. Yox, əgər mahiyyətə dair biliklər mahiyyətə oxşar olanı xəyal etməklə kəsb olunub, inandırmaq yolu ilə təsdiqlənirsə, keçmişdəkilər belə bilikləri ehtiva edəni "din" adlandırmışlar". Yuxarıdakı təriflərdən göründüyü kimi, Farabi dinlə fəlsəfənin uyğunluğunun mümkünlüyü ideyasını irəli sürmüş və bildirmişdir ki, onlar mövzu və məqsəd baxımından oxşardır. Varlıqların ilk səbəbini öyrənmək din və fəlsəfənin mövzusunu əmələ gətirir. Xoşbəxtliyi tapmaq isə onların ortaq məqsədidir. Lakin fəlsəfə təfəkkür və sübuta, din isə inama əsaslanır. İndiyədək qeyd etdiklərimizin xülasəsi bundan ibarətdir ki, Farabi din-fəlsəfə problemini "südur" təlimi, "peyğəmbərlik" konsepsiyası, "seçilmişlər və kütlələr" ideyası əsasında həll etməyə cəhd göstərmişdir. İlk işi Platon idealizmi, Aristotel materializmi və yeniplatonçuluq təlimini bir-birinə uyğunlaşdırmaq olan Farabi məqsəd və məzmun baxımından fəlsəfəni dinlə "barışdırmaq" istəyirdi. O, filosofların eyni mövzular ətrafında fikir ayrılığına düşdüyünü görsə də, onların başlıca məsələlərdə bir mövqedən çıxış etdiklərini iddia etmişdi. Görünür, bununla Farabi din-fəlsəfə problemini həll etmək üçün vahid fəlsəfi təlim yaratmaq istəmişdir. Fəlsəfə və dinin oxşar mövzu və məqsədlərinin olduğunu deyən filosof göstərirdi ki, hər iki sahənin mövzusu varlıqları öyrənmək, məqsədi isə xoşbəxtliyi tapmaqdır. Kindi kimi Farabi də din və fəlsəfəni tək həqiqətin müxtəlif ifadə formaları hesab etmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Farabi dinlə fəlsəfəni islama zidd məsələlər: "südur" təlimi, Allahla insan arasında rasional varlıqların olmağı iddiası, peyğəmbərlik və vəhyin rasional təsviri, fəlsəfi biliklər əsas götürməklə vəhyi biliklərə şərh vermək, "Bir"dən birin çıxması", "Birinci" ilə ikincilərin iradə və ağıl əlaqəsi", qiyamət günü cismən deyil, ruhən dirilmə, materiyanın emanasiya səbəbi ilə əzəli olmağı, "əl-Əvvəl"in cüziləri deyil, küllü bilməyi və sair əsasında "barışdırmağ"a cəhd göstərdiyi üçün ehkamçıların sərt tənqidinə məruz qalmışdı. Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslıq institutu. Bakı: İdrak, 2019, s. 103–114. Əsas əsərləri "Ara əhl əl-Mədinət əl-fadilə" (Fəzilətli şəhər əhlinin baxışları) "Risalə fil-əql" (Zəkaya dair risalə) "Kitab əl-hüruf" (Hərflər haqqında kitab) "Kitab ihsa` əl`-ülum" (Elmlərin siyahıya alınmasına dair) "Kitab əl-musiqi əl-kəbr" "Fi ma yənbəği ən yüqəddimə qəblə təəllüm əl-fəlsəfə" (Fəlsəfəni öyrənməkdən əvvəl nəyin müqəddimə verilməsi haqqında) "Təhsil əs-səadə" (Xoşbəxtlik qazanma) Əbunəsr Farabi. Məsələlərin mahiyyəti. Ərəb dilindən tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999 | https://az.wikipedia.org/w/index.php?curid=393020 |
Əbus-Səud Əfəndi | Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, Konstantinopol, Osmanlı imperiyası) — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər. Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir. Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir. O, Süleymanın Yezidiləri öldürməsi və Səlimin Kiprə hücumu ilə bağlı fətva vermişdir. Əbussuud həmçinin İran və ya Osmanlı torpaqlarında yaşamasından asılı olmayaraq qızılbaşları "bidətçi" adlandıran fətvalar vermiş və onların öldürülməsinin qanuna görə icazə verilməsi ilə yanaşı, tərifə layiq görüləcəyini də bəyan etmişdir. O, məhkəmə islahatlarından əlavə, verdiyi fətvaların müxtəlifliyi ilə də yadda qalıb. Bunlar arasında onun Qaragöz oyunlarına və o dövr üçün yenilik olan qəhvə istehlakına icazə verən rəyləri xüsusilə fərqlənir. Əbussud Əfəndi 1545–1574-cü illərdə İstanbul müftisi olmuşdur.Əbussuud Əfəndi 23 avqust 1574-cü ildə ölmüşdür. Onun məzarı Əyyubsultandır. Bilinən 22 ədəd əsəri ilə müxtəlif risalələri vardır. "İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim" adlı təfsiri sahəsində ən əhəmiyyətli əsərlərdən qəbul edilir. İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim (Ərəbcə təfsir), Maak idi t-tarraffi əvvəli sureti'l-Feth minel-Keşşaf Təfsiri surətis(n)i-Furtan Dəf sini surətis(n)i Möminin Risalə fi bəhsi imani'l-FiravnHüquq Fətavayı Ebussuud Əfəndi, Qanunnaməs-i Əli Osmanı (Fateh dövrünə adını verən qanun) Maruzaat (müxtəlif fiqhi və əməli hökmlər), Ərazini Haracıyye və Oşriyə Hacında Qanun və Fətvalar, Risalə fi vəqfis(n)i-məhrum kül vən-nufçud, Bidaatü'l-kadi li-ihtiyacihi fil-gələcək vəl-keçmiş, Fe-tava Katiblərinə Tənbeh, Əl-Fetva'l müteallikti bı-beyanı'I-valftı'I-muteber e lı'l-hasad və istihlak) I-galat, Gamezatü I-melih fi əvvəli mebahisi sıxarıl-amm mine't-Telvih, Sevakjbii'l-enzar fi evaılı Menarı'l-envar, Hasmü'l-hılaffi'l-mesh ale'l-htfaf, Risalə fi val^fi'I-arazi və bəzi ahkami'l-vakj, Rishile fi qeydiyyatıs(n)ı-evkaf Risalə fi vakfı't-tavahin al/götürəs(n)i-arzı'l-mevkufe li'l-gayr. Öşür Haqqında RisaləDil və ədəbiyyat Calatüt-ı Ebussuud (Gala-tât-ı Avam), el-Kasîdetü'l-mîmiyye, el-Kasâidü'l-Arabiyye, Ka-sîde fi nsai's-Sultân Süleyman, Münşeat-ı Ebussuud. Galatat (yanlış kullanılan kelimeler), Kaside-i Mimiyye (Arapça şiir) Sevâkibü’l-Enzâr fi Evâili’l-Menâr Ğamazâtu’l-Melih Sevâkibü’l-Enzâr fi Evâili Menâri’l-Envâr fi’l-UsûlAkaid Risale fi beyanı'I -kaza ve'l-kaderTip Risale li-ecli'ttaûn Duânâme-ı Ebussu-ûud (Duaname yalın bir dil ilə yazılmış dualar və hadisler), Risale fi ediyeti'l-me'sûre Risale-i Mergûbe Mecmua-ı Deavât Xarici keçidlər [2] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=444769 |
Əbussuud Əfəndi | Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, Konstantinopol, Osmanlı imperiyası) — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər. Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir. Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir. O, Süleymanın Yezidiləri öldürməsi və Səlimin Kiprə hücumu ilə bağlı fətva vermişdir. Əbussuud həmçinin İran və ya Osmanlı torpaqlarında yaşamasından asılı olmayaraq qızılbaşları "bidətçi" adlandıran fətvalar vermiş və onların öldürülməsinin qanuna görə icazə verilməsi ilə yanaşı, tərifə layiq görüləcəyini də bəyan etmişdir. O, məhkəmə islahatlarından əlavə, verdiyi fətvaların müxtəlifliyi ilə də yadda qalıb. Bunlar arasında onun Qaragöz oyunlarına və o dövr üçün yenilik olan qəhvə istehlakına icazə verən rəyləri xüsusilə fərqlənir. Əbussud Əfəndi 1545–1574-cü illərdə İstanbul müftisi olmuşdur.Əbussuud Əfəndi 23 avqust 1574-cü ildə ölmüşdür. Onun məzarı Əyyubsultandır. Bilinən 22 ədəd əsəri ilə müxtəlif risalələri vardır. "İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim" adlı təfsiri sahəsində ən əhəmiyyətli əsərlərdən qəbul edilir. İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim (Ərəbcə təfsir), Maak idi t-tarraffi əvvəli sureti'l-Feth minel-Keşşaf Təfsiri surətis(n)i-Furtan Dəf sini surətis(n)i Möminin Risalə fi bəhsi imani'l-FiravnHüquq Fətavayı Ebussuud Əfəndi, Qanunnaməs-i Əli Osmanı (Fateh dövrünə adını verən qanun) Maruzaat (müxtəlif fiqhi və əməli hökmlər), Ərazini Haracıyye və Oşriyə Hacında Qanun və Fətvalar, Risalə fi vəqfis(n)i-məhrum kül vən-nufçud, Bidaatü'l-kadi li-ihtiyacihi fil-gələcək vəl-keçmiş, Fe-tava Katiblərinə Tənbeh, Əl-Fetva'l müteallikti bı-beyanı'I-valftı'I-muteber e lı'l-hasad və istihlak) I-galat, Gamezatü I-melih fi əvvəli mebahisi sıxarıl-amm mine't-Telvih, Sevakjbii'l-enzar fi evaılı Menarı'l-envar, Hasmü'l-hılaffi'l-mesh ale'l-htfaf, Risalə fi val^fi'I-arazi və bəzi ahkami'l-vakj, Rishile fi qeydiyyatıs(n)ı-evkaf Risalə fi vakfı't-tavahin al/götürəs(n)i-arzı'l-mevkufe li'l-gayr. Öşür Haqqında RisaləDil və ədəbiyyat Calatüt-ı Ebussuud (Gala-tât-ı Avam), el-Kasîdetü'l-mîmiyye, el-Kasâidü'l-Arabiyye, Ka-sîde fi nsai's-Sultân Süleyman, Münşeat-ı Ebussuud. Galatat (yanlış kullanılan kelimeler), Kaside-i Mimiyye (Arapça şiir) Sevâkibü’l-Enzâr fi Evâili’l-Menâr Ğamazâtu’l-Melih Sevâkibü’l-Enzâr fi Evâili Menâri’l-Envâr fi’l-UsûlAkaid Risale fi beyanı'I -kaza ve'l-kaderTip Risale li-ecli'ttaûn Duânâme-ı Ebussu-ûud (Duaname yalın bir dil ilə yazılmış dualar və hadisler), Risale fi ediyeti'l-me'sûre Risale-i Mergûbe Mecmua-ı Deavât Xarici keçidlər [2] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=308618 |
Əbusəid Bərdəi | Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi (? - 929) filosof, hüquqşünas və ilahiyyatçı alimdir. O, Bərdə şəhərində doğulub boya-başa çatmış və ömrünün bir hissəsini vətəndən uzaqlarda keçirmişdir. Xətib Bağdadi yazır: "O (Əbusəid Əhməd Bərdəi – red.), ziyarətçi kimi Bağdada gəlmiş, sonra isə orada yaşamışdır. Qazi Əbu Abdulla Səyməri söhbət edib mənə dedi ki, Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi Əbuəli Dəqqaq və Musa ibn Nəsirdən elm öyrəndi, ondan isə Əbülhəsən Kərxi, Əbutahir Dəbbas, Əbuəmir Təbəri və başqaları təhsil alırdılar". Əbusəid Əhməd Bərdəi illərlə Bağdadda qalıb dərs dedi. İbn-əl-Nadim (? - 1047) Əbusəid Əhməd Bərdəidən söz açarkən onun kitabları olduğunu qeyd edir. Başqa müəlliflər isə müsəlman hüququna dair bir çox əsərlər yazmış Əbülhəsən Kərxinin (874-952) tez-tez Azərbaycan aliminin yanına gedib-gəldiyini və ondan çox faydalandığını göstərirlər. Əbusəid Əhməd Bərdəi mənbələrdə hənəfiliyin və mütəzilliyin görkəmli nümayəndəsi kimi səciyyələndirilir. | https://az.wikipedia.org/w/index.php?curid=685123 |
Əbusəid Fəzlullah | Əbu Səid Fəzlullah ibn Əbülxeyr Əhməd bin Məhəmməd əl-Meyhəni (d.967- ö. 1049)— Sufi-təkyə ənənələrini təsbit edən və qurduğu səma məclislərində oxuduğu aşiqanə rubailərlə tanınan Xorasanlı Fars sufi filosofu. 7 dekabr 967-ci il tarixində Xorasanda Sərəxs ilə Əbivərd arasında olan Havran bölgəsində Meyhənə (Mihnə) qəsəbəsində doğuldu.Atası Əbülxeyr Əhməd sufilərin dostu olan və səma məclislərinə davam edən bir əttardı. Uşaqlığını Məyhənədə keçirən Əbu Səid atasıyla birlikdə getdiyi səma məclislərində təsəvvufu tanıdı. Sufi şair Əbülqasım Bişr-i Yasinin dərslərinə davam edib dil və ədəbiyyat elmlərində ondan faydalandı, şeir və təsəvvüf anlayışından da təsirləndi. Ondan öyrəndiyi şeirləri çeşidli söhbət məclislərində oxudu və bu şeirlər onun üçün ilham qaynağı oldu. Bir rəvayətə görə 30.000 beyt əzbərləmişdi. Əbu Səid fiqh, təfsir və hədis bilgisini irəlilətmək üçün Mərvə getdi. Burada Şafei fiqh alimi Əbu Abdullah Məhəmməd ibn Əhməd əl-Hazrinin (Husri, ö. 373/983 [?]) vəfatından sonra beş il Əbu Bəkir Abdullah ibn Əhməd əl-Kaffal əl-Mərvəzinin dərslərinə davam etdi. Daha sonra Sərəxsə gedərək Əbu Əli Zahir b. Əhməddən təfsir, fiqh usulü və hadis dərsləri aldı. Burada dönəmin məşhur sufilərindən Loğman-ı Sərəxsi ilə tanış oldu. Loğman onu Əbu Nasr əs-Sərracın müridlərindən Şeyx Əbülfəzl Məhəmməd ibn Həsən əs-Sərəxsi ilə tanış etdi. Əbül-Hayr, zikir təlkin ədən bu şeyxdən ciddi surətdə təsirləndi, tövsiyəsinə uyub Məyhənəyə döndü. Yeddi il zahid hayatı yaşadı, tahammül edilməsi çətin sınaqlardan sonra təkrar Səraxsa döndü. Şeyx Əbül-Fazl burada onu daha da çətin sınaqlara çəkib bir müddət sonra Məyhənəyə göndərdi. Əbu Səid Məyhənədə məscidlərin təmizliyiylə məşğul olur, hər namaz öncəsi cuş olur, davamlı susur, yamaq üstünə yamaq vurulduğu üçün ağırlaşan bir çuxa giyiyor, yirmi otuz gün kalmak üzərə sahralara çıkıyor, buralarda inzivaya çəkiliyor, dərin düşüncələrə dalıyordu. Nə kadar şiddətli riyazətlərə və çətin çilələrə girdiğini anlatmak için, Babil Kuyusunda baş aşağı asılarak çilə çıkardıkları rivayət ədilən Harut və Marut gibi bazan bir ağaca kəndini ayaklarından asarak, bazan da bir kuyuya baş aşağı sarkarak çilə çıkardığı (çillə-i makusə), Kuran okuduğu və bu durumda namaz kıldığı (salat-ı maklubə) rivayət ədilir. Daha sonra təkrar Sərahsa gidən Əbu Səid bu çiləli hayata Əbül-Fazlın yanında da dəvam ətti. Ardından şəyhin tavsiyəsinə uyup Nişabura gitti. Burada İmamül-Harəməyn əl-Cüvəyni, Əbül-Kāsım əl-Kuşəyri gibi alim və mutasavvıflarla tanıştı. Daha öncə Sərahsta Əbül-Fazldan hırka giyip giymədiği bilinməyən Əbu Səid, Nişaburda ünlü sufi Əbu Abdurrahman əs-Süləmidən hırka giydi. Bəzi rəvayətlərə görə irşad faaliyətinə başlamadan Məyhənəyə dönərək burada çiləli hayatına davam etdi. Əbivərd ilə Sərəxs arasında yeddi il inzivaya çəkildi, bu müddət içində ot və yarpaq yeyərək yaşadı. Bu arada şeyxi Əbül-Fəzl vəfat etdiyindən Amulə gedib Əbül-Abbas Ahməd b. Muhamməd əl-Kassaba intisap etdi; ikinci hırkayı da ondan giydi. Bu zatın vəfatı üzərinə Məyhənəyə döndü. Gəcələri uyumuyor, namaz kılıyor, zikirlə məşgul oluyor, gündüzləri həp oruç tutuyor, hiç dinlənmiyor, daima kıbləyə yönəlmiş bir haldə bulunmaya çalışıyor, haramlardan sakınıyor, güzəl şəylərə bakmıyor, sürəkli təslimiyət göstəriyor, ən azla yətiniyor, vaktini məsciddə və təkkədə gəçiriyor, kötü yərlər olduğuna inandığı için çarşı pazara uğramıyor və kimsənin kusurunu görmüyordu. Bu çəşit on səkiz əsası başarıyla uyguladığı için nəfsindən fani olduğuna kanaat gətirdiktən sonra halkı irşada başladı. Nişabur və Məyhənədəki təkkəsində çəvrəsində çok sayıda mürid toplandı. Əbu Səid təkkədə bazan sabahlara kadar səma və raks ədiyor, nara atıyor, aşıkanə şiirlər və ilahilər okuyup coşuyor, sohbətinə katılanları galəyana gətiriyordu. Sık sık düzənlənən davətlərdə və ziyafət sofralarında coşkulu səmalar yapılıyordu. Üzərində para taşımamayı, sərvət ədinməməyi və hiçbir şəy biriktirməməyi adət ədinən Əbu Səidin səma məclislərini hizmətçisi Hasan-ı Müəddəb düzənliyordu. Bu məclislərdə yapılan masraflar əmir və zənginlərin bağışlarıyla, bazan da borç para ilə karşılanırdı. Əbu Səid, ölümündən kısa sürə öncə Gaznədəki Vəzir Nizamülmülktən borçlarını ödəməsini rica ətmiş və bu diləği yərinə gətirilmişti. Əbu Səidin tasavvuf silsiləsi Əbül-Fazl, Əbu Nasr əs-Sərrac və Əbu Muhamməd Mürtaiş vasıtasıyla Cüneyd-i Bağdadiyə çatır. Fəqət Əbu Səid, Bayəzid-i Bistami və Həllac-i Mənsur tərzi bir təsəvvüf anlayışına sahib idi. Onlar kimi şathiyələr söyləmiş, vəcdə gəldiği zaman gönlündən gəçənləri sərbəstçə ifadə ətməktən çəkinməmiştir. Səma məclislərindəki hali də daha sonra bu gələnəği dəvam əttirən Mövlanənin halinə bənzər. Bu məclislərdə, sohbət toplantılarında və vaazlarda söylədiği sözlər və okuduğu aşıkanə şeirlərlə çəvrəsindəkiləri dərindən ətkiləyən Əbu Səidin şöhrət və nüfuzu o kadar çok yayıldı ki yərə attığı karpuz kabuğu bilə təbərrükən alınıyor və yirmi dinara müştəri bulabiliyordu. Komşularından birçoğu onun manəvi təsirində kalarak içkiyi və bənzəri kötü alışkanlıkları bırakmışlardı. Çağdaşı İbn Hazmın anlattığına görə ünü Əndülüsə kadar ulaşmıştı. Təkkə adabının ilk dəfa Əbu Səid tərəfindən təsbit ədildiği kabul ədilir. Onun tasavvufta kəndinə has bir yol açtığını, təkkə inşa əttiğini, gündə iki dəfa sofra kurduğunu söyləyən Kazvini, bütün tasavvufi adabın Əbu Səidə nisbət ədildiğini söylər (Asarül-bilad, s. 361). Yinə tasavvufi fikir və hisləri çoğu Farsça olan şiirlərlə, özəlliklə rubailərlə ilk dəfa o ifadə ətmiş, Sənai, Fəridüddin-i Attar və Məvlana bu yolda onun pəşindən gitmişlərdir (Səid-i Nəfisi, s. 36). Əbu Səidin təkkə adabı və şiir anlayışı daha sonraki sufilərin önəmli bir kısmı üzərində gəniş ölçüdə təsirli olmuştur. Tasavvuf tarihində yədi sultandan biri olarak ün yapan Əbu Səidin (digərləri İmam Əli Rza, Bayəzid-i Bistami, İbrahim ibn Ədhəm, Cüneyd-i Bağdadi, Mahmud Qəznəvi, Səlcuqlu hökümdarı Səncərdir) dost və heyranları qədər düşmən və müxalifləri də vardır. Onu bəzilərı siddik, bəziləri da zındık olaraq görür. Rindcə yaşaması, Mövlanə və Yunis Əmrə kimi bütün dinlərə bir gözlə bakılmasını təlkin ətməsi, bazı rivayətlərə görə, "Məscid və mədrəsələr yərlə bir olmadıkça, küfürlə iman arasındaki fark kalkmadıkça dərvişlərin görəvləri tamamlanmış olmayacaktır" deməsi zındık oluşuna dəlil sayılmıştır. Əbu Səid ayrıca gənçlərlə səma yapmak, Kuran və hadis yərinə şiir və ilahi okumakla da suçlanmıştır. Kərramilər, Şiilər və Hanəfilər onun aləyhində bulunmuşlar, hatta kəndisini Gaznəli Sultan Mahmuda şikayət ətmişlər, sultan da Nişapur alimlərindən bu iddiaların doğru olup olmadığını araştırmalarını istəmişti. Əbu Səid onları ikna ədərək muhaliflərini ətkisiz halə gətirmiş, hasımları ona hak vərmək zorunda kalmışlar, bu olaydan sonra hiç kimsə Nişaburda sufilər aləyhində bulunmaya cəsarət ədəməmişti. Kuşəyri də başlangıçta ondan şüphələnmiş, fakat daha sonra kəndisini yakından tanıyınca itirazdan vazgəçmişti. Buna rağmən ər-Risaləsində çağındaki büyük sufilərin isimlərini kaydəttiği haldə Əbu Səidin adını anmamıştır. Çağdaşı Hücviri Əbu Səidin büyük bir sufi olduğunu bəlirtmiş və önəminə dikkat çəkmiştir. Sübki isə İbn Hazm və Zəhəbinin onu kötüləmələrinə itibar ədilməməsini söyləyərək Əbu Səidi yolu doğru, inancı sağlam bir alim və sufi olarak tanıtır. Bəzi qaynaqlarda İbn Sina ilə məktublaşdığı, hətta kəndisiylə görüşdüyü, baş başa yaptıkları uzun bir görüşmədən sonra İbn Sinanın, "Mənim bildiklərimi o görüyor"; Əbu Səidin də, "Bənim gördüklərimi o biliyor" dədikləri, böyləcə hakikatə akılla da kəşf* ilə də ulaşılabiləcəğini bəlirttikləri rivayət ədilir;. Əbu Səid, çətin bir riyazət və aşırı ibadəttən sonra, hər ikisini də tərkətməsi dışında, diğər davranışları ilə Məvlanaya çok bənzəməktədir. Nitəkim o da Məvlana gibi səmaı çok səvməktə və bu amaçla sık sık toplantılar tərtip əttirməktəydi. Əbu Səid 4 Şaban 440 (12 yanvar 1049) Cümə gecəsi doğduğu yər olan Məyhənədə səksən iki yaşında vəfat ətti. Səid-i Nəfisi, biri İranda Türbət-i Haydarın 12 km. günəyində, diğəri bu gün Türkmənistanın Mərv şəhrinin günəybatısında olmak üzərə Məyhənə adlı iki yər bulunduğunu və Əbu Səidin kabrinin burada hala varlığını koruduğunu, Türbət-i Haydari civarındaki Mihənə köyündə də onun adına bir türbənin yapılmış olduğunu söylər (Sühanan-ı Manzum-i Əbu Səid-i Əbül-Hayr, s. 4). Şəyhin Nişaburdaki təkkəsi 549da (1154) Oğuzların Horasanı almalarına kadar varlığını korudu. Əbu Tahir Səid (ö. 479/1086), Əbül-Vəfa Muzaffər, Əbül-Ala Nasır (ö. 491/1098), Əbu Ali Mutahhar və Əbül-Bəkā Mufaddal (ö. 492/1099) adlarında bəş oğlu olan Əbu Səidin soyundan bir bölümü Horasanın Oğuzlar tarafından ələ gəçirilişi sırasında öldürüldü, kılıçtan kurtulan diğərləri də çəşitli yərlərə dağıldılar. Daha sonra bunların içindən birçok şəyh və alim yətişti (Səid-i Nəfisi, s. 22-35). Əbu Səidin görüşlərini yayması için Şirvana göndərdiği Əbu Nasr-ı Şirvani adlı müridi burada bir təkkə kurarak irşad faaliyətinə dəvam ətmiştir. Bir başqa müridi olan Əbu Amr-ı Bəşkani də (ö. 472/1080) şəyhinin görüşlərini Nəsa yakınındaki Bəşkanda yaymıştır. Sağlığında müridləri tarafından sözlərinin təsbit ədilməsini bilə istəməyən Əbu Səidin sonradan ayrıntılı bir şəkildə hal tərcüməsini yazan torunları, onun "Havra" adlı bir rubaisi dışında (Əsrarüt-təvhid, s. 218) başqa əsərinin olmadığını kaydədərlər. Buna rağmən kütüphanələrdə (məsəla bk. Süləymaniyə Ktp., Nafiz Paşa, nr. 484, vr. 4ª-10b) yətmişi aşkın rubaisini ihtiva ədən əl yazmaları vardır. Bunların büyük bir bölümü Səid-i Nəfisi tarafından Sühanan-ı Manzum-i Əbu Səid-i Əbül-Hayr adıyla basılmıştır (Tahran 1334 hş.) Ancak bu rubailər Əbu Səidin dəğil çoğu kəndisindən sonra yaşamış olan Abdullah-ı Ənsari, Sənai, Əttar, Ömər Hayyam, Fahrəddin-i Irakī gibi şairlərin şiirləridir. Ayrıca Aynülkudat əl-Həmədaninin Əbu Səidə atfəttiği Məsabih, adlı əsər də onun dəğildir. Əbu Səidin "Havra" adlı rubaisi Muhamməd əl-Mağribi, Şah Nimətullah Vəli və adı bilinməyən diğər bir kişinin şərhləriylə birliktə basılmıştır. Bunlardan başqa Abdullah b. Mahmud əş-Şaşi tarafından yapılan bir şərh daha vardır (bk. Süləymaniyə Ktp., Mahmud Paşa, nr. 278/8). Bu rubai dışında Əbu Səidin, sufilərin Tanrıya doğru manəvi yolculuklarında uğradıkları kırk konaktan söz ədən Çihil Makām adlı bir risaləsi vardır. Bu risalə də Ali Həmədaniyə atfədilmək istənmiştir. Ancak İstanbul kütüphanələrində məvcut yazma nüshalarındaki ifadələr bu risalənin Əbu Səidə ait olduğunu göstərməktədir. Nüshalar arasındaki büyük farklar da Əbu Səidin söylədiklərinin ayrı kişilər tarafından təsbit ədilməsindən doğmuş olmalıdır. Çihil Makāma ait bu mətinləri Tahsin Yazıcı yayımlamıştır (İstanbul 1959). Risalə ayrıca, M. Damadi tarafından Makāmat-ı Ərbain adıyla nəşrədilmiştir (Maarif-i İslami [12 April 1971], s. 58-62; Əbu Səidin İbn Sinaya və İbn Sinanın ona yazdığı məktublar için bk. Süləymaniyə Ktp., Pərtəv Paşa, nr. 617, vr. 179-188). Əbu Səid-i Əbül-Hayrın hal tərcüməsinə dair torunları tarafından iki mənakıbnamə yazılmıştır. Bunlardan ilki, Muhamməd b. Əbu Ravh Lutfullah b. Əbu Səid b. Əbu Tahir b. Əbül-Hayrın (ö. 541/1147) Halat ü Sühanan-ı Şeyx Əbu Səid adlı əsəri olup ilk dəfa V. Jukovski tarafından Pətərsburgda (1899), ikinci dəfa İrəc Əfşar tarafından Tahranda (1331 hş.) basılmıştır. İkincisi Muhamməd b. Münəvvər b. Əbu Səidin (ö. 574-588/1178-1192 arası) Əsrarüt-təvhid fi makāmatiş-Şəyh Əbi Səid adlı mənakıbnaməsidir. Bu əsəri də öncə Jukovski (Pətərsburg 1899), daha sonra Əhməd-i Bəhmənyar (Tehran, 1313 hş.) və üçüncü olarak da Zəbihullah Safa (Tahran 1332 hş.) nəşrətmiştir. İkinci əsər Arapça və Fransızcaya da çəvrilmiştir. | https://az.wikipedia.org/w/index.php?curid=391041 |
Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi | Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi (? - 929) filosof, hüquqşünas və ilahiyyatçı alimdir. O, Bərdə şəhərində doğulub boya-başa çatmış və ömrünün bir hissəsini vətəndən uzaqlarda keçirmişdir. Xətib Bağdadi yazır: "O (Əbusəid Əhməd Bərdəi – red.), ziyarətçi kimi Bağdada gəlmiş, sonra isə orada yaşamışdır. Qazi Əbu Abdulla Səyməri söhbət edib mənə dedi ki, Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi Əbuəli Dəqqaq və Musa ibn Nəsirdən elm öyrəndi, ondan isə Əbülhəsən Kərxi, Əbutahir Dəbbas, Əbuəmir Təbəri və başqaları təhsil alırdılar". Əbusəid Əhməd Bərdəi illərlə Bağdadda qalıb dərs dedi. İbn-əl-Nadim (? - 1047) Əbusəid Əhməd Bərdəidən söz açarkən onun kitabları olduğunu qeyd edir. Başqa müəlliflər isə müsəlman hüququna dair bir çox əsərlər yazmış Əbülhəsən Kərxinin (874-952) tez-tez Azərbaycan aliminin yanına gedib-gəldiyini və ondan çox faydalandığını göstərirlər. Əbusəid Əhməd Bərdəi mənbələrdə hənəfiliyin və mütəzilliyin görkəmli nümayəndəsi kimi səciyyələndirilir. | https://az.wikipedia.org/w/index.php?curid=703990 |
Əbusəidzadə Feyzullah Əfəndi | Əbusəidzadə Feyzullah Əfəndi (16 yanvar 1631, Konstantinopol – 21 oktyabr 1698, Konstantinopol) — Osmanlı alimi, şair və şeyxülislamı. 16 yanvar 1631-ci ildə İstanbulda dünyaya gəlmişdir. Məşhur Osmanlı üləma ailəsinə mənsubdur. Xoca Sadəttin Əfəndinin oğlu Əsad Əfəndinin şəcərəsindən olub, şeyxülislam Əbu Səid Mehmed Əfəndinin oğludur. Ailə ənənəsinə uyğun olaraq ilk təhsilini atasından aldı. Atasının şeyxülislamlığından istifadə edərək uşaq yaşlarından müxtəlif mədrəsələrə müdərris təyin edildi. İlk müdərrisliyi isə hələ 15 yaşında ikən Üsküdar Mihrimah Sultan mədrəsəsi oldu. Ardından 1650-ci ilədək müxtəlif mədrəsələrdə xidmət etdi. Beləliklə, 20 yaşına çatanda artıq mədrəsə həyatında ən yüksək pilləyə çatmışdı. Daha sonra qazı vəzifəsinə gətirildi və 1651-ci ildə Qalata qazısı oldu. Bu vəzifədə 1 il qaldıqdan sonra 1655-ci ildə İstanbul qazısı oldu. Ancaq bu vəzifəsində də çox qala bilmədi. İbşir Mustafa Paşa hadisəsi səbəbilə şeyxülislam olan atasının köşkünə hücum edilmiş, bütün ailə xəzinələri üsyançıların əlinə keçmişdi. Bununla da kifayətlənməyən üsyançılar Əbu Səid Mehmed Əfəndi və oğlunun onlara təslim edilməsini tələb etdilər. Ancaq bu təklifi qəbul etməyən Sultan Mehmed Əbu Səid Əfəndi və oğlu Feyzullah Əfəndini bütün vəzifələrindən azad etdi və dəniz yoluyla Gəliboluya sürgünə göndərdi. 1 ay sonra üsyan yatırıldıqdan sonra onları geri çağırsa da, düşmənlərinin fəaliyyəti səbəbilə ata-oğul Təkirdağdan ayrılmadı. 1656-cı ildə Feyzullah Əfəndi İstanbula qayıtdı. Atasının iqtidardan uzaqlaşması səbəbilə 10 ilə yaxın bütün dövlət vəzifələrindən uzaq qaldı. Nəhayət, 1666-cı ildə Anadolu, 1668-ci ildə isə Rumeli başqazılığına gətirildi. 1672-ci ildə İzmir, 1676-cı ildə Saloniki qazısı oldu. 1 il sonra vəzifədən alındı və 1684-cü ildə ikinci dəfə Anadolu başqazısı təyin edildi. Bu vəzifəsi əsnasında Mələk İbrahim Paşayla sədrəzəm Qara İbrahim Paşa arasında yaranan rəqabəti aradan qaldırmağa çalışdı. Mələk İbrahim Paşanın edamına etiraz etsə də, paşa edam edildi. 1685-ci ildə vəzifədən alınsa da, 1 il sonra yenidən Rumeli başqazısı oldu. Feyzullah Əfəndi 25 iyun 1690-cı ildə Dabbaqzadə Mehmed Əfəndinin yerinə şeyxülislam oldu. 1 il 8 ay bu vəzifədə qaldıqdan sonra vəzifədən alındı (7 mart 1692). Səbəbi isə, Sultan Əhmədin önündə sədrəzəm Əli Paşayla mübahisəsi oldu. Ancaq ondan sonra şeyxülislamlığa gətirilən Çatalcalı Əli Əfəndinin 40 gün sonra vəfat etməsindən sonra səhv iş gördüyünü anlayan Sultan Əhməd onu Ədirnəyə dəvət etdi və 19 aprel 1692-ci ildə yenidən şeyxülislam oldu. Ancaq onun sultana yaxınlığından çəkinən sədrəzəm Sürməli Əli Paşa şeyxülislamın fətva məsələlərində ehmalı olduğunu, afyon və tütün istifadə etdiyini söyləyərək vəzifədən alınmasını istədi. Sədrəzəmin səyləriylə 22 iyun 1694-cü ildə vəzifədən alınan Feyzullah Əfəndi Saqqız adasına sürgün edildi. Adanın işğalından sonra öncə Manisaya, daha sonra isə Qahirəyə göndərildi. Sultan Mustafa üzərində nüfuz sahibi olan Seyid Feyzullah Əfəndinin səyləriylə 1695-ci ildə İstanbula qayıtsa da, 3 il sonra vəfat etdi. Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (haz. Abdülkadir Özcan), Ankara 1994, s. 363, 475, 484, 508–509; Silâhdar, Târih, II, 624; Şeyhî, Vekāyiu’l-fuzalâ, II, 148–151; Râşid, Târih, I, 494–495, 531; Sâlim, Tezkire, İstanbul 1315, s. 553–558; Devhatü’l-meşâyih, s. 76–77; Sicill-i Osmânî, IV, 33; İlmiyye Salnâmesi, s. 494; Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 485–486; a.mlf., İlmiye Teşkilâtı, s. 182; "Feyzullah Efendi (Ebu Saidzâde)", TDEA, III, 217–218; Feridun Emecen, "Ali Paşa, Sürmeli", DİA, II, 427 | https://az.wikipedia.org/w/index.php?curid=559870 |
Əbuturab xan Dünbili | Əbuturab xan Cəfərqulu xan oğlu Dünbili (?-1846) — Xoy xanlığı və Şəki xanlığının sərkərdəsi. Əbuturab xan Cəfərqulu xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Anası Şərəfnisə bəyimdir. Evin dördüncü övladı idi. Saray təhsili almışdı. Əzət bəyim ləqəbiylə tanınan İzzət bəyim İbrahimxəlil xan qızı ilə ailə qurandan sonra Şuşa şəhərinə köçmüşdü. Əbuturab xan Dünbili Əzət bəyim İbrahimxəlil xan qızı Cavanşirlə ailə qurmuşdu. Övladları: Bəyim xanım - 1824-cü ildə anadan olmuşdur və Süleyman ağa Ziyadxanlının həyat yoldaşıdır. Ata xan - 1827-də doğulub. Şuşa Uyezdinin Cavanşir mahalnda anası Əzətbəydən miras qalan Sarob, Qaraqədəm və Xasılı sarayları vardı. Onun övladları Abraxanov soyadını daşıyırlar. Oğulgərək Xatınla ailə qurmuş və bu nigahdan 1 oğlu (Məhəmməd ağa) və 5 qızı (Şirin, Ziba, Qəmər, Fatma, İzzət) olmuşdur. Şərəfcahan bəyim - 1835-ci ildə dünyaya gəlib. Hidayət ağa Cavanşirlə ailə qurmuş, bu evlilikdən 3 oğlu, 2 qızı olmuşdur. Tubu xatın - 1837-ci ildə anadan olub. Həmçinin bax Abraxanovlar | https://az.wikipedia.org/w/index.php?curid=247242 |
Əbuziya Tofiq | Əbuziya Tofiq (1848 – 1913) — Türkiyə jurnalisti, xəttatı, naşiri. 1849-cu ildə İstanbulda doğulan Əbuziya Tofiq Türkiyədə "mətbəə işini sənət səviyyəsinə yüksəldən insan" kimi tanınır. O zamana qədər davam edən və xalq dilində "Fars çapı" adlandırılan kirli və səliqəsiz çapdan türk mətbəəsini qurtaran məşhur naşir yaşadığı dövrün görkəmli şəxsiyyətlərinin yüzlərlə əsərini yüksək keyfiyyətlə çapdan buraxmışdır. Eyni zamanda, kufi xətti ilə diqqətəlayiq əsərlər yaratmış bir xəttat, Konyada yaşadığı dövrdə yüksək keyfiyyətli xalçalar toxuyan xalçaçı idi. Fransız dilini daha da yaxşı öyrənmək üçün Parisə getmişdi. Bu səfəri ona Qərb dünyası haqqında əsərlər yazdırmışdır. 27 yanvar 1913-cü ildə Heydərpaşaya gedərkən gəminin içində ürək dayanmasından vəfat etmişdir. 1849-cu ildə İstanbulda dünyaya gələn Tofiqin atası Maliyyə Sərgi Qələmi məmurlarından Konya Qoçhisarlı Həsən Kamil Əfəndi idi. Əsl adı Mehmed Tofiqdir. "Ziyanın atası" mənasını daşıyan "Əbuziya" ləqəbini sürgündə olarkən öz adını istifadə edə bilmədiyi üçün düşünmüşdür.Cevriyə Kalfa Sıbyan Məktəbini bitirmişdi. Atasını kiçik yaşında itirdikdən sonra təhsilini yarımçıq qoyub Maliyyə Sərgi Qələmində işləməyə başladı. Öz üzərində hər zaman çalışan Tofiq ərəb, fars, fransız dillərini öyrəndi. Məmurluq həyatında qurduğu dostluqlar da onun özünü inkişaf etdirməyində böyük rol oynadı. Bu illərdə özündən 9 yaş böyük Namiq Kamal ilə tanışlığı ömür boyu davam edəcək bir düşüncə, fikir dostluğunun başlanğıcı oldu. Daha sonra Namiq Kamal və İbrahim Şinasinin təsiri ilə Yeni Osmanlılar Cəmiyyətinə üvz oldu. Şinasinin qurucusu olduğu Təsvir-i Əfkar qəzeti, 1865-ci ildə Şinasi Fransaya getdikdən sonra Namiq Kamal tərəfindən dərc olunmağa başlamışdı. Tofiq bəy, dostu Namiq Kamalın xahişilə Təsvir-i Əfkar qəzetinə məqalələr yazırdı. Tərəqqi, Diogen (jurnal), Xəyal, Haqayikü'l-Vəqayi kimi bir çox qəzet və jurnallarda məqalələrini dərc etdirən Tofiq, məmurluq həyatına Maarif Dairəsində və Ədliyyə Dairəsində davam etmişdi. Mətbəə sahibi olmağı Gənc Osmanlıların dəstəkçisi Mustafa Fazil Paşa, Təsvir-i Əfkar qəzetinin çap olunduğu mətbəəni, 1871-ci ildə Şinasi vəfat etdikdən sonra varislərindən satın almış və aralarında Tofiq bəyin də olduğu dörd məşrutiyyətçi gəncə vermişdi. Daha sonra digər üç gənc öz hissələrini Tofiq bəyə verdiyi üçün o, mətbəənin yeganə sahibi olmuşdur. Əcəl-i Qəza (teatr) Nümunə-i Ədəbiyyat-ı Osmaniyyə (antologiya) Yeni Osmanlılar Tarixi (Tarixi, biooqrafik) Lüğət-i Əbuziya (lüğət/bir cild) Xətt əsərləri İstanbul Qızıltorpaqdakı Zühtüpaşa Məscidinin kufi xəttilə yazılmış yazısı. İstanbulda Ulduz Sarayı yolu üstündəki Ulduz Həmidiyyə Məscidinin qübbəsindəki kufi xəttilə, mavi rəng üstündə qızılla yazılan "Mülk Surəsi". 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. Səh.32–33. İstanbulun 100 qrafik dizayneri və illüstratoru. İstanbulun 100-ləri seriyası — 29. İstanbul, 2011. Səh.22–24. | https://az.wikipedia.org/w/index.php?curid=453666 |
Əbuzər Gəffari | Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı. | https://az.wikipedia.org/w/index.php?curid=410544 |
Əbuzər İbrahim Türkman | Əbuzər İbrahim Türkman (1968, Tehran) — Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri O, Mofid Universitetində xüsusi hüquq sahəsi üzrə doktorluq müdafiə etmişdir. Əsərləri və yaradıcılığı Quran lətifələri, Ruxsar nəşriyyatı, Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=670583 |
Əbuzər İbrahimi Türkman | Əbuzər İbrahimi Türkman (1347 hicri şəmsi, Tehran) 2014 cü ilin yanvarından Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədridir. Onun həm hövzə (dini) və həm universitetdən hüquq üzrə təhsili vardır. Doktorluq dərəcəsini Müfid universitetindən almışdır. 1375 hicri şəmsi ilindən Mədəniyyət və İslami Əlaqələr Təşkilatında çalışır. İbrahimi 2014 cü ilin yanvarından mədəniyyət və irşad naziri Əli Cənnətinin əmri ilə Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri vəzifəsinə təyin olunmuşdur. Çalışdığı vəzifələr Onun çalışdığı vəzifələrdən biri Ali Dini Rəhbərin universitetlər üzrə nümayəndəsi (1373), İran İslam Respublikasının Ankarada Mədəniyyət nümayəndəsi(1375–1376), Beynəlxalq Mədəniyyət jurnalının idarə heyətinin üzvü, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və okeaniya ölkələri bölməsinin müavini, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və Okeaniya ölkələri bölməsinin direktoru, Rusiyada İran Mədəniyyət Mərkəzinin sədri (2008 mart −2013 sentyabr) O, 1387 və 1389 cu günəş illərində nümunəvi mədəniyyət mərkəzi sədri seçilmişdir. Onun əsərlərindən Quran lətifələri, üç şəhərin hekayələri –Böyük Xorasanın şəhərləri və şəxsiyyətləri barədə, alimlərin dastanları rus dilində əlhüda nəşriyyatı 2003, Rusiya Federasiyası 1391 Əmir Kəbir nəşriyyatı, Rusiya camaatının adət ənənələri 1391 əlhüda nəşriyyatı, Tolstoyun ayaqqabıları ilə yol getmək Elm və Mədəniyyət nəşriyyatı 1392, müasir Rusiya siyasi partiyaları Sülh Akademiyası nəşriyyatı 1392 və hal hazırda çapda olan Rusiyada islam və müsəlmanlar kitablarına işarə etmək olar. Yüzdən çox elmi məqalələri fars, ingilis, rus, türkmən və türkiyə türkcəsində daxili və xarici mətbuatda çap olunmuşdur. "Mədəniyyət və İslami Əlaqələr Təşkilatı". | https://az.wikipedia.org/w/index.php?curid=606993 |
Əbuzər əl-Gifari | Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı. | https://az.wikipedia.org/w/index.php?curid=410545 |
Əbuzər əl-Ğəffari | Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı. | https://az.wikipedia.org/w/index.php?curid=809711 |
Əbva | Əbva vəya Vədda (ərəb. غزوة الأبواء) —qəzvəsi hicrətin iknici ili (623 Avqust) Səfər ayında baş vermiş ilk Qəzvədir(müharbə). Bu qəzvədə məqsəd Bəni Dəmra qəbiləsindən gözlənilən təhlükənin qarşısını almaq idi. Bəni Dəmra qəbiləsi Hz.Peyğəmbərin bu məntəqədə olduğundan xəbərdar olub Peyğəmbərlə sülh müqaviləsi bağlamaq istədiklərini bildirdilər, Peyğəmbər də bu təklifə öz razılığını bildirib, Əbva adlı yerdə müqaviləni bağladılar. Əbva Bölgəsi Əbva Məkkə ilə Mədinə arasında, Vəddan yaxınlığında böyük bir kəndin adıdır. Məhəmməd peyğəmbərin anası Aminə binti Vəhəb burda dəfn olunub. Bu Bölgə, Məkkəyə gedən yolun ikiyə bölündüyü bölgədir. Birinci yol Əbva, Vəddan, Cuhfə və Məkkə; ikinci yol Əbva, Cuhf. və Məkkə yoludur. Qədim Əbva kəndi tərk edilərək xarabalığa çevrilib və Xurmalıqdan ibarət olan ərazi Huraybə (Khuraybah) olaraq adlandırılır. Yeni Əbva kəndi bu bölgənin şimalında yerləşir. Bu bölgənin sakinlərinin əksəriyyəti son illərdə böyük şəhərlərə köç ediblər. Yeni imkanların artması ilə yenidən inkişaf etməyə başlayan bu bölgənin indi 7000 nəfər əhalisi var və əhalinin çox hissəsi Harb qəbiləsindəndir. Qəzvənin tarixi Vəddan adı ilə də tanınan bu qəzvə, Hz. Peyğəmbərin hicrətin ikinci ilidə müşriklərlə döyüşdüyü ilk qəzvədir. Tarixçilərdən bəziləri bu qəzəvnin hicrətin ikinci ili səfər ayında (hicrətin 11-ci ayı), bəziləri isə hicrətin 12-ci ayında baş verdiyini qeyd ediblər. Peyğəmbər Səd ibn Übadəni öz yerində canişin qoyub, Mühacirlərdən 60 nəfər süvari ilə Qureyş karvanı və Bəni Dəmra ibni Kənanə kimi qəbilələrlə döyüşmək üçün mədinədən çıxmışdılar. Bu qəzvədə ənsardan heç kim iştirak etməmişdir. Bu qəzvədə pərçəmdar Həmzə ibn Əbdülmüttəlib idi.. İslam ordusu Qureyş karvanını Əbvada görmədi. Orada Bəni Dəmra qəbiləsi sülh bağlamaq üçün Peyğəmbərin yanına gəlidlər və Qəbilənin lideri olan Məxşi ibn Əmr Dəmri Peyğəmbərlə sülh müqaviləsi imzaladı. Müqavilənin şərtləri Bir-birlərinin əleyhinə güc (ordu) toplamasınlar. Bir-birlərinin düşmənlərinə də hardım göstərməsinlər. Əbva bölgəsinin tarixi önəmləri Peyğəmbərin anasının qəbri Məşhur görüşə görə, hicrəttən 46 il əvvəl Hz. Peyğəmbərin anası Aminə Binti Vəhəb Mədinədən Məkkəyə qayıdarkən Əbva bölgəsində vəfat edib və burada dəfn ulunub. Qureyşlilər Bədr döyüşündə ölən qohumlarının qisasını almaq üçün Mədinəyə gedərkən Əbvadan keçərkən, onlardan bir qrupu Aminə xanımın qəbrini açmaq istədi.Ancaq Əbu Süfyan Qureyş ağsaqqalları ilə məsləhətləşdikdən sonra bu işdən çəkindi. Hz. Peyğəmbər Hüdeybiyyəyə gedərkən əbva məntəqəsində anasının qəbrini ziyarət edib, məzarında ağladı və anasının məzarını təmir etdi. Peyğəmbər Vida həccindən sonra da Əbvaya gəlib anasının qəbrini ziyarət etmişdir. Musa ibn Cəfərin viladəti İmamiyyə məzhəbinin 7-ci imamı və Kazim adı ilə məşhur olan Musa ibn Cəfər Sadiq hicrətin 128-ci ili Səfər ayının 7-sində Əbvada dünyaya gəlmib. Həmçinin bax İbn Əsir,Əzaləddin Əli,əl-Kamil fi ət-Tarix,Tərcüməçi-Əbulqasim Halət,Tehran,Muəssəseye Mətbuatiye Elmi,1371-ş İbn Səd,Məhəmməd ibn Səd ibn Muni,ət-Təbəqatul Kubra,Tədqiq,Məhəmməd Əbdulqadir Ətta,Beyrut,Darul Kutubul Elmiyyə,1410-q İbn Hişam,Əbdülməlik,Sireye Nəbəvi,Tərcüməçi-Seyyid Haşim Rəsuli Məhəllati,Tehran,Ketabçi,beşinci çap,1375-ş Bəlazuri,Əhməd ibn Yəhya,Ənsabul Əşraf,Tədqiq,Süheyl Zəkkar Zərkuli,Beyrut,Darul fikr,birinci çap,1417-q Təbərsi,Fəzl ibn Həsən,iilamul Vəra,Tehran,Darul Kutubul İslamiyyə, Məhəmmədbaqir Məclisi,Biharul Ənvar,Beyrut,Muəssəsətul Vəfa,1404-q Vaqidi,Məhəmməd ibn Ömər,əl-Məğazi,Tədqiq,Marsden Johannes,Beyrut,Muəssəsətul Əələmi,çape sevvom,1409 Vaqidi, Məhəmməd ibn Ömər,əl-Məğazi,Tərcümə-Mahmud Məhdəvi Damğani,Tehran,Mərkəze Nəşre Daneşqahi,Çape sevvom,1369-ş Xarici keçidlər Əbva (ərəb.) Hz. Peygamber’in annesi Âmine’nin kabrinin bulunduğu yer. (Əbva) (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=609484 |
Əbyar | Əbyar—Liviyada, Məric rayonunda, Benqazi şəhərindən təqribən 50 km şərqdə və Əl Məric şəhərindən 42 km cənub-qərbdə bir şəhər. 2010-cu ildə təxmin edilən əhali 32.563 idi. Şəhər, Şərqi Liviyada (Kirenaika) yaşayan köçəri tayfalar üçün və müstəmləkəçi İtaliyanın Şimali Afrika və İtalyan Liviyası dövründə Liviya müqavimət hərəkatında olanlar üçün keçmiş bir ittifaq düşərgəsinin yeridir. 2007-ci ilə qədər Hizam əl Əxdar rayonunun paytaxtı idi. | https://az.wikipedia.org/w/index.php?curid=635110 |
Əbyəlil kəndi | 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Abdulqazi kənd ərazisin milli tərkibi: başqırdlar — 93 %. Coğrafi yerləşməsi rayon mərkəzindən (Askorovo): 22 km., kənd sovetliyindən (Mixaylovka): 4 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 32 km. | https://az.wikipedia.org/w/index.php?curid=516673 |
Əbyəlil rayonu | İnzibati mərkəzi Askar kəndidir. Coğrafi yerləşməsi Rayon Başqırd Zauralın mərkəzi hissəsində və Cənubi Uralın şərq yamaclarında yerləşir. Sahəsi 4.3 min km²-dir. Rayon ərazisinin yarısı meşə ilə örtülüdür. Əsas çayları: Böyük və Kiçik Kizil, Yanqelka, Sakmardan. Rayonda 33 göl vardır. Uraltau və Arendık silsilələri rayon ərazisindən keçir. Dəniz səviyyəsindən 600–1000 m hündürlükdə olan Krıktıtau silsiləsinin davamını təşkil edir (ən yüksək nöqtəsi Karataş dağıdır (1118 m). Bannoye gölü Başqırdıstandakı ən dərin göldür (28 m). Duz gölləri (Muldakkul, Tozlokul) palçıq mənbəyi kimi istifadə edilir. Hər iki göl 1965-ci ildən bəri respublikanın təbiət abidələridir. Son illərdə onlara daha 9 təbii obyekt əlavə edilir. Mauızdı gölünün ətrafları kurort sahəsi elan edilmişdir. Solenom gölündə (Muldakkul, Tozlokul) Başqırd Zauralı bölgəsindəki yeganə balıqyetişdirmə məntəqəsi vardır. Uraldakı ən qədim (təqribən 200-100 min il) arxeoloji məkan, Karabalıktı gölünün sahilindəki Urta-Tube ibtidai insanların məskunlaşdığı yerdir. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin fərmanına əsasən Başqırd Muxtar Sovet Sosialist Respublikasının kantonlara bölünməsi ləğv edilərək 48 rayon qurulur. 1954-cü ildə heç vaxt yaranmayan Maqnitogorsk vilayətinin bir hissəsi olmalı idi. Əbyəlil rayonu minerallarla zəngindir. 1950-ci illərə qədər burada qızıl mədəni vardı. Böyük Vətən müharibəsi illərində Kusimovski, Yelembetovski və Niyazqulovski mədənlərində Maqnitoqorsk dəmir və polad zavodları üçün manqan çıxarılırdı. 1999-cu ildən etibarən Bəkr-Uzyak yatağında mis istehsalı bərpa edilmişdir. Sahə həm də mərmər, yəşəm, əhəng daşı, xromitlər, mis piritlərlə zəngindir. Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə: 2024 — 47,22 min nəfər. 2035 — 49,58 min nəfər. Milli tərkib2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 88,6%, ruslar - 8,6%, tatarlar - 1,6%, digər millətlərdən olanlar - 1,2%. | https://az.wikipedia.org/w/index.php?curid=635455 |
Əbyən | Abya mühafazası — Abya mühafazasının ərazisi 21 939 km2-dır. 2013-cü ilə olan məlumatlara əsasən Abya mühafazasının əhalisi 658 824 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir. İnzibati bölgüsü Abya mühafazasına daxil olan rayonlar: | https://az.wikipedia.org/w/index.php?curid=692900 |
Əbü-l-Vəfa | Əbü-l-Vəfa Məhəmməd ibn Məhəmməd (ərəb. ابوالوفا محمد بن محمد بن یحیی بن اسماعیل بن العباس البوزجانی, 10 iyun 940, Buzqan[d], Rəzəvi Xorasan ostanı – 15 iyul 998, Bağdad) — fars astronomu və riyaziyyatçısı, Diofantın "Hesabının" şərhçisi; kəsrlər nəzəriyyəsinə ətraflı baxmış, pərgar və xətkeşin köməyi ilə əsas həndəsi qurmaları tətbiq etmişdir. X əsrdə yaşamış Bəttani ilk dəfə triqonometriyanı kəşf etmişdir. Onunla eyni əsrdə yaşamış Əbü’l Vəfa isə triqonometriyaya "sekant-kosekant" terminlərini gətirmişdir. Əbül Vəfa tangens, kotangens və kosekantı ilk istifadə edən alim kimi tanınır. | https://az.wikipedia.org/w/index.php?curid=780728 |
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas | Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir. Nəsir bu qələbədən sonra Timəli Hələb şəhərindən qovur və ölkəni Bizans vassalına çevirir, ancaq Fatimilər ilə də münasibətləri yaxşı saxlamağa çalışır. O, 1037-ci ildə Fatimi süzerenliyini qəbul edir. Buna görə də ona Homs şəhərinin nəzarəti verilir, hansı ki, bir neçə il əvvəl itirilmişdi. Suriya qubernatoru Anuştəkin Nəsirin Homsu almasına etiraz edir. O, 1038-ci ildə Həma şəhərinə doğru yürüş edir və şəhərin yaxınlıqlarındakı döyüşdə Nəsiri öldürür. Timal Nəsirin xələfi olur, ancaq Hələb bir neçə həftə sonra Anuştakin tərəfindən fəth edilir. Buna baxmayaraq, Mirdasilər sülaləsinin hakimiyyəti bərpa edilir. Nəsir Hələb şəhərini müasirləşdrir və dövlətin paytaxtına çevirir. Hələb şəhəri müsəlman kəndlilərin axınına uyğunlaşmaq üçün yerli xristian vəzirin köməyi ilə genişləndirilir. Nəsirin hakimiyyəti əmirliyin Şimali Suriya hissəsində idi. Dövlətin Cəzirədəki qalalrı Timəlin nəzarəti altında idi. Nəsir Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğlu idi. 1025-ci ildə Hələb mərkəzli Mirdasilər əmirliyi Şimali Suriya, Qərbi Cəzirə və Mərkəzi Suriyanı əhatə edirdi. O, baxmayaraq ki, əmirliyi müstəqil şəkildə idarə etdi, 1029-cu ildə Fatimilərin süzeranlığını qəbul edir. O, 1029-cu ildə Anuştəkin əl-Dizbariyə qarşı müttəfiqi Cərrahi əmiri Həsən ibn Müfərrici dəstəkləyir. 1029-cu ilin may ayında Əl-Ükvanə döyüşü baş verir. Bədəvi müttəfiqlər məğlub olur, Saleh və ən kiçik oğlu həlak olur, Mirdasilərin Mərkəzi Suriyadakı torpaqları isə itirilir.Nəsir atası ilə birlikdə vuruşur, ancaq Əl-Ükvanədən qaçır və Hələb şəhərinə, kiçik qardaşı Timəl Müizz əd-Dəvlənin yanına qayıdır. Saleh ölməzdən bir il əvvəl Timəli öz varisi seçir. Buna baxmayaraq, Nəsir və Timəl əmirliyi birlikdə idarə edir. | https://az.wikipedia.org/w/index.php?curid=635229 |
Əbül-Abbas əs-Saffah | Əbül Abbas Abdullah ibn Məhəmməd (ərəb. أبو العباس عبد الله بن محمد السفّاح) və ya Əs-Səffah (ərəb. السفّاح) (722 – 754, Əl-Anbar, Abbasilər) — İlk Abbasi xəlifəsi. Hümeymə qəsəbəsində dünyaya gəldi. Doğum tarixiylə bağlı 718–726-cı illər arasında müxtəlif tarixlər verilsə də, 722-ci ildə doğulduğu güman edilir. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbül Abbas, uşaqlıq və gənclik illərini doğulduğu Hümeymə qəsəbəsində ailəsiylə birlikdə keçirdi. Böyük qardaşı İmam İbrahim, Əməvi xəlifəsi II Mərvan tərəfindən həbs edilmədən öncə qardaşı Əbül Abbası ailəsinin varisi elan etdi. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında Əbül Abbas ailəsiylə birlikdə Kufəyə gəldi. Ancaq şəhərdə heç xoş qarşılanmadı. Belə ki, şəhərin hakimi və gizli Əməvi tərəfdarı olan Əbu Sələmə çevrilişi gecikdirməyə çalışırdı. Ancaq vəziyyət çox keçmədən anlaşıldı və Xorasan birliyinə aid 12 nəfər dərhal Kufəyə gələrək burada Əbül Abbasa biat etdi. Beləcə, Abbasi çevrilişinin tərtiblənməsində heç bir səyi olmayan Əbül Abbas 28 noyabr 749-cu ildə cümə günü Kufə məscidində ilk Abbasi xəlifəsi elan edildi və adına xutbə oxundu. Xəlifəlik illəri Əbül Abbas xəlifə elan edilsə də, Əməvi sülaləsi hələ də hakimiyyətdə idi və ölkənin böyük bir qismi Əməvi sülaləsiin idarəsində idi. Suriya və İraqın mərkəzində Abbasilərə qarşı ayaqlanmalar başladı. Əməvilərin İraqın mərkəzi olan Vasitdəki canişini ibn Hübeyrə təslim olmamışdı. Kufədən qaçan Əbu Sələmə qısa zamanda zərərsizləşdirildi (750). Əbül Abbasın əmisi Abdullah ibn Əli idarəsindəki ordu Suriyaya doğru irəliləyirdi və son Əməvi xəlifəsi II Mərvan Dəclə çayı sahilində onları qarşıladı (16 yanvar 750). 10 gün davam edən döyüşün ardından II Mərvan məğlub oldu və Misirə qaçdı. Ancaq çox keçmədən ələ keçirilərək öldürüldü (avqust 750). Beləcə, bütün Suriyanın qapıları Abbasilərə açılmış oldu və Abbasi ordusu 26 aprel 750-ci ildə xilafətin paytaxtı Dəməşqə daxil oldu. Tabe olduğu son Əməvi xəlifəsinin ölüm xəbərinin gəlməsiylə Vasit canişini ibn Hübeyrə 11 aylıq mühasirənin ardından təslim olmağa məcbur oldu. Ancaq bağlanan təslim sazişinə zidd olaraq başda ibn Hübeyrə olmaqla, bir çox mühüm Əməvi tərəfdarı edam edildi. Əməvi sülaləsi mənsublarının zalımca qətlə yetirilməsi isə Suriya və Əl-Cəzirə şəhərlərində bəzi üsyanlara səbəb oldu. Bu üsyanların böyük bir qismi xəlifənin qardaşı Əbu Cəfər və əmisi Abdullah ibn Əli tərəfindən yatırıldı. Bir çox üsyan rəhbəri isə ya döyüşlərdə həlak oldu, ya da ələ keçirilərək qətlə yetirildi. 751-ci ildə Buxarada başlayan üsyan da qanlı bir şəkildə yatırıldı və şəhər 3 gün boyunca talan edildi. Ələ keçirilən üsyançılar şəhər qapılarına asılaraq əhaliyə nümayiş etdirildi. Əbül Abbas dönəminin ən mühüm hadisəsi isə Çin ordusunun məğlub edildiyi Talas müharibəsidir (iyul 751). Bu məğlubiyyətlə Çin Qərbi Türkistan bölgəsindəki nüfuzunu tamamilə itirdi. Əbül Abbas daxili çəkişmələrə son qoyaraq müsəlmanların birliyini təmin etmiş, Əndəlüs və şimali Afrikanın qərb torpaqları istisna olmaqla, bütün İslam dünyasında xəlifə olaraq tanınmışdır. Kufədə adına oxunan ilk xütbədə özünü Səffah, yəni Qantökən olaraq adlandıran Əbül Abbas sonrakı illərdə Əməvi sülaləsi mənsublarına qarşı törətdiyi qanlı cinayətlərlə bu ləqəbinin haqqını vermişdir Xilafətin mərkəzini Kufədən Haşimiyyəyə, ordan isə Ənbara daşıyan Əbül Abbas 5 illik xəlifəliyin ardından tutulduğu çiçək xəstəliyi (və ya humma) səbəbilə 10 iyun 754-cü ildə Ənbarda öldü. Halîfe b. Hayyât, et-Târîḫ (Ömerî), s. 324, 327, 328, 330–341. Ya‘kūbî, Târîḫ, II, 332, 345, 346, 349–363, 365. Taberî, Târîḫ (de Goeje), III, 2388, ayrıca bk. İndeks. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), III, 233–237, 247, 248, 251–280. Makdisî, el-Bedʾ ve’t-târîḫ, VI, 69–76. İbnü’l-Esîr, el-Kâmil, V, 406–416, 421, 425–427, 432–437, 439–448, 450–454, 458–468. İbnü’t-Tıktakā, el-Faḫrî, s. 144–146, 148, 150–152, 155–158, 165–168. Zehebî, Aʿlâmü’n-nübelâʾ, VI, 77–80. J. Wellhausen, Arap Devleti ve Sukutu (trc. Fikret Işıltan), Ankara 1963, s. 257–262. Hudarî, Muḥâḍarât: ʿAbbâsiyye, s. 46–53. M. A. Shaban, Islamic History, Cambridge 1976, I, 185–189; II, 1–5. Hakkı Dursun Yıldız, İslâmiyet ve Türkler, İstanbul 1976, s. 32–38. Hitti, İslâm Tarihi, II, 437–446. Barthold, Türkistan, s. 210–213. Hüseyin Atvân, ed-Daʿvetü’l-ʿAbbâsiyye: Mebâdiʾ ve esâlîb, Beyrut, ts. (Dârü’l-cîl), s. 166–172. Ahmet Çelebi, "Abbasîler Devri", Doğuştan Günümüze Büyük İslâm Tarihi, İstanbul 1986, III, 25–62. Ahmed Zekî Safvet, Cemheretü resâʾili’l-ʿArab, Beyrut, ts. (el-Mektebetü’l-ilmiyye), s. 9–10. H. F. Amedroz, "On the Meaning of the Laqab al-Saffâh", JRAS (1907), s. 660–663. S. Moscati, "Le Massacre des Umayyades", Ar.O, XVIII (1950), s. 88–115. a.mlf., "Abu’l-ʿAbbās al-Saffāh", EI2 (Fr.), I, 106. K. V. Zettérsteen, "Ebu’l-Abbâs", İA, IV, 66–67. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=407877 |
Əbül-Müsafir Fəth | Əbül-Müsafir Fəth ibn Əbu Sac (İran – 929, Ərdəbil) — Məhəmməd ibn Əbu Sacın ikinci oğlu, Sacilərin son əmiri. 928-ci ilin fevralında hakimiyyətə başlamış, 929-cu ildə öz qulamı tərəfindən öldürülmüşdür. Oğlu Əbül Fərəc xəlifə ordusunda sərkərdə idi. Azərbaycan əmirliyinə ondan sonra Vasif əl-Şirvani gətirildi. Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R. N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6. | https://az.wikipedia.org/w/index.php?curid=390805 |
Əbül-Üla Gəncəvi | Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair. Səlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür. O, burada tez bir zamanda Şəddadilərin sarayına dəvət olunur və saray şairləri içərisində seçilərək, böyük rəğbət qazanır. Qatran Təbrizi poetik ənənələrinin davamçısı, Əbülüla Gəncəvi XI əsrin sonunda Gəncədə anadan olub. Təhsilini bitirdikdən sonra o, müsəlman Ərmənşahlar dövlətinin paytaxtı Xilat şəhərinə gəlir. Akademik Krımskinin mülahizələrinə görə, o, "Ərmənşahlar sarayında şeir qoşurdu." Əbülüla burada çox qalmır və Şamaxıya köçür. Şamaxıda da fitri istedadına və yüksək hazırcavablığına görə o, tezliklə şairlərin böyük himayədarı Şirvanşah I Mənuçöhrün (1120–1149) yanında xidmətə götürülür. Şairin əsərlərinin təhlili göstərir ki, Əbülüla poetika, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində hərtərəfli biliklərə sahib olmuşdur. Əbülülanın poeziyası akademizmi və bədii kamilliyi ilə seçilir. Sarayda o, öz ətrafına qabiliyyətli cavanlar toplayaraq, rəsmən "məliküşşüəra" (şairlərin hökmdarı) adını qazandıqdan sonra faktiki olaraq, məşhur farsdilli Şirvan poeziya məktəbinin əsasını qoyur. Əbülülanın şagirdləri içərisində bütün Şərqdə məşhur olan Xaqani Şirvani və Fələki Şirvani kimi şairlər vardı. Yaradıcılığı Özündən qabaqkı ədəbi,elmi fikri yaxşı bilən Əbülüla dövrünün qabaqcıl ziyalılarından idi, dövrünün məlik-üş-şüərası idi. Ədəbi irsindən "Andnamə"(Sövqəndnamə) adlı bir qəsidəsi və bir neçə kiçik qitəsi qalmışdır. Təkcə "Andnamə" qəsidəsi onun qüdrətli şair olduğunu göstərir: Bir parçasını nümunə göstərdiyimiz bu qəsidədəki əzəmət, obrazlılıq Xaqani və Nizami qəsidələrini xatırladır. Şairin özünü "Tay-tuşundan qabaq gedən ustad"adlandırması bu baxımdan lovğalıq təsiri bağışlamır. Əbülülanın Əbu Əli ibn Sina və Əbu Əli Dəqqaq kimi qabaqcıl şəxsiyyətləri xatırlatması, özünü onlarla müqayisə etməsi onun dövrün ideoloji döyüşlərində mövqeyini göstərən maraqlı faktdır. Əbülüla Gəncəvinin Xaqani ilə münasibətləri Əbülüla xüsusən, Xaqaninin taleyində böyük rol oynamışdı. O, ilk olaraq, bu gəncin istedadını kəşf edir və onu Şirvanşahlar sarayına qulluğa düzəldir. Görünür, gənc şairə əvvəllər götürdüyü "Həqaiqi" təxəllüsünü "Xaqani" ilə dəyişməsini də Şirvanşahın arzusu ilə məhz o məsləhət görmüşdü. Artıq Xaqaninin istedadı özünü türk adətincə, xaqan adlandıran I Mənuçöhr tərəfindən də qiymətləndirilirdi və şairin özünü Xaqani adlandırması həm Şirvanşaha, həm də sənətkara fəxr gətirərdi. Hicri qəməri ilə 550-ci illərin ortalarında Əbülüla və Xaqani arasında ziddiyyətlər yaranır və bu iki sənətkar bir-birinə həcvlər yazır. Əbülüla Xaqani Şirvaniyə "Xaqani" təxəllüsünü özünün verdiyini deyirdi və belə yazırdı: "Mən sənin təhsil almağın üçün qayğı göstərdim. Mən sənin dilini şairliyə açdım. Sənin həqiqi şair olduğunu görəndə Mən səni xaqanın (şirvanşah Mənuçöhrün) yanına gətirdim. Mən sənə Xaqani adını verdim." Şeirində bu haqda məlumata rast gəlirik: Bu vaxta qədər Əbülüla başqa bir şamaxılıya – şair və astronom Cəlal əd-Din Fələkiyə (öl. 1181) himayə göstərmişdi. Rəvayətə görə, hətta Əbülüla öz qızını da ona verməyi vəd etmişdi. Lakin sarayda yeni və daha bir parlaq ulduz görsənəndən sonra Əbülüla öz qərarını dəyişir və onun qızı Xaqaniyə qismət olur. Pərişan olmuş Fələkiyə təsəlli olmaq üçün ustad ona 20 min dirhəm pul verir və əlavə edir ki, "Oğlum, sən bu pula hər biri mənim qızımdan daha gözəl əlli Türkistan kənizi ala bilərsən." Həmin rəvayətin əksinə olaraq, Xaqani haqqında iri həcmli əsərində Qafar Kəndli onun Əbülülanın qızı ilə nigahı faktını təkzib etmişdir. "Məliküşşüəra"ya layiq görülən bütün üstünlüklərinə baxmayaraq, sarayda Əbülülanın həyatı heç də təhlükəsiz keçmirdi. Onu istəməyənlər və hətta ona açıq düşmən kəsilənlər də az deyildi.Hətta ustadın sevimli şagirdi Xaqani də tezliklə onun bədxahlarından birinə çevrilir. Ustadla şagird arasında mütəmadi şer atışmaları baş verir. Bütün bunlar haqda Əbülüla ömrünün son dövrlərində belə yazır: Xarici keçidlər Həmçinin bax Fələki Şirvani Xaqani Şirvani İzzəddin Şirvani | https://az.wikipedia.org/w/index.php?curid=703944 |
Əbül-üla Gəncəvi | Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair. Səlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür. O, burada tez bir zamanda Şəddadilərin sarayına dəvət olunur və saray şairləri içərisində seçilərək, böyük rəğbət qazanır. Qatran Təbrizi poetik ənənələrinin davamçısı, Əbülüla Gəncəvi XI əsrin sonunda Gəncədə anadan olub. Təhsilini bitirdikdən sonra o, müsəlman Ərmənşahlar dövlətinin paytaxtı Xilat şəhərinə gəlir. Akademik Krımskinin mülahizələrinə görə, o, "Ərmənşahlar sarayında şeir qoşurdu." Əbülüla burada çox qalmır və Şamaxıya köçür. Şamaxıda da fitri istedadına və yüksək hazırcavablığına görə o, tezliklə şairlərin böyük himayədarı Şirvanşah I Mənuçöhrün (1120–1149) yanında xidmətə götürülür. Şairin əsərlərinin təhlili göstərir ki, Əbülüla poetika, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində hərtərəfli biliklərə sahib olmuşdur. Əbülülanın poeziyası akademizmi və bədii kamilliyi ilə seçilir. Sarayda o, öz ətrafına qabiliyyətli cavanlar toplayaraq, rəsmən "məliküşşüəra" (şairlərin hökmdarı) adını qazandıqdan sonra faktiki olaraq, məşhur farsdilli Şirvan poeziya məktəbinin əsasını qoyur. Əbülülanın şagirdləri içərisində bütün Şərqdə məşhur olan Xaqani Şirvani və Fələki Şirvani kimi şairlər vardı. Yaradıcılığı Özündən qabaqkı ədəbi,elmi fikri yaxşı bilən Əbülüla dövrünün qabaqcıl ziyalılarından idi, dövrünün məlik-üş-şüərası idi. Ədəbi irsindən "Andnamə"(Sövqəndnamə) adlı bir qəsidəsi və bir neçə kiçik qitəsi qalmışdır. Təkcə "Andnamə" qəsidəsi onun qüdrətli şair olduğunu göstərir: Bir parçasını nümunə göstərdiyimiz bu qəsidədəki əzəmət, obrazlılıq Xaqani və Nizami qəsidələrini xatırladır. Şairin özünü "Tay-tuşundan qabaq gedən ustad"adlandırması bu baxımdan lovğalıq təsiri bağışlamır. Əbülülanın Əbu Əli ibn Sina və Əbu Əli Dəqqaq kimi qabaqcıl şəxsiyyətləri xatırlatması, özünü onlarla müqayisə etməsi onun dövrün ideoloji döyüşlərində mövqeyini göstərən maraqlı faktdır. Əbülüla Gəncəvinin Xaqani ilə münasibətləri Əbülüla xüsusən, Xaqaninin taleyində böyük rol oynamışdı. O, ilk olaraq, bu gəncin istedadını kəşf edir və onu Şirvanşahlar sarayına qulluğa düzəldir. Görünür, gənc şairə əvvəllər götürdüyü "Həqaiqi" təxəllüsünü "Xaqani" ilə dəyişməsini də Şirvanşahın arzusu ilə məhz o məsləhət görmüşdü. Artıq Xaqaninin istedadı özünü türk adətincə, xaqan adlandıran I Mənuçöhr tərəfindən də qiymətləndirilirdi və şairin özünü Xaqani adlandırması həm Şirvanşaha, həm də sənətkara fəxr gətirərdi. Hicri qəməri ilə 550-ci illərin ortalarında Əbülüla və Xaqani arasında ziddiyyətlər yaranır və bu iki sənətkar bir-birinə həcvlər yazır. Əbülüla Xaqani Şirvaniyə "Xaqani" təxəllüsünü özünün verdiyini deyirdi və belə yazırdı: "Mən sənin təhsil almağın üçün qayğı göstərdim. Mən sənin dilini şairliyə açdım. Sənin həqiqi şair olduğunu görəndə Mən səni xaqanın (şirvanşah Mənuçöhrün) yanına gətirdim. Mən sənə Xaqani adını verdim." Şeirində bu haqda məlumata rast gəlirik: Bu vaxta qədər Əbülüla başqa bir şamaxılıya – şair və astronom Cəlal əd-Din Fələkiyə (öl. 1181) himayə göstərmişdi. Rəvayətə görə, hətta Əbülüla öz qızını da ona verməyi vəd etmişdi. Lakin sarayda yeni və daha bir parlaq ulduz görsənəndən sonra Əbülüla öz qərarını dəyişir və onun qızı Xaqaniyə qismət olur. Pərişan olmuş Fələkiyə təsəlli olmaq üçün ustad ona 20 min dirhəm pul verir və əlavə edir ki, "Oğlum, sən bu pula hər biri mənim qızımdan daha gözəl əlli Türkistan kənizi ala bilərsən." Həmin rəvayətin əksinə olaraq, Xaqani haqqında iri həcmli əsərində Qafar Kəndli onun Əbülülanın qızı ilə nigahı faktını təkzib etmişdir. "Məliküşşüəra"ya layiq görülən bütün üstünlüklərinə baxmayaraq, sarayda Əbülülanın həyatı heç də təhlükəsiz keçmirdi. Onu istəməyənlər və hətta ona açıq düşmən kəsilənlər də az deyildi.Hətta ustadın sevimli şagirdi Xaqani də tezliklə onun bədxahlarından birinə çevrilir. Ustadla şagird arasında mütəmadi şer atışmaları baş verir. Bütün bunlar haqda Əbülüla ömrünün son dövrlərində belə yazır: Xarici keçidlər Həmçinin bax Fələki Şirvani Xaqani Şirvani İzzəddin Şirvani | https://az.wikipedia.org/w/index.php?curid=86860 |
Əbül-əla Gəncəvi | Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair. Səlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür. O, burada tez bir zamanda Şəddadilərin sarayına dəvət olunur və saray şairləri içərisində seçilərək, böyük rəğbət qazanır. Qatran Təbrizi poetik ənənələrinin davamçısı, Əbülüla Gəncəvi XI əsrin sonunda Gəncədə anadan olub. Təhsilini bitirdikdən sonra o, müsəlman Ərmənşahlar dövlətinin paytaxtı Xilat şəhərinə gəlir. Akademik Krımskinin mülahizələrinə görə, o, "Ərmənşahlar sarayında şeir qoşurdu." Əbülüla burada çox qalmır və Şamaxıya köçür. Şamaxıda da fitri istedadına və yüksək hazırcavablığına görə o, tezliklə şairlərin böyük himayədarı Şirvanşah I Mənuçöhrün (1120–1149) yanında xidmətə götürülür. Şairin əsərlərinin təhlili göstərir ki, Əbülüla poetika, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində hərtərəfli biliklərə sahib olmuşdur. Əbülülanın poeziyası akademizmi və bədii kamilliyi ilə seçilir. Sarayda o, öz ətrafına qabiliyyətli cavanlar toplayaraq, rəsmən "məliküşşüəra" (şairlərin hökmdarı) adını qazandıqdan sonra faktiki olaraq, məşhur farsdilli Şirvan poeziya məktəbinin əsasını qoyur. Əbülülanın şagirdləri içərisində bütün Şərqdə məşhur olan Xaqani Şirvani və Fələki Şirvani kimi şairlər vardı. Yaradıcılığı Özündən qabaqkı ədəbi,elmi fikri yaxşı bilən Əbülüla dövrünün qabaqcıl ziyalılarından idi, dövrünün məlik-üş-şüərası idi. Ədəbi irsindən "Andnamə"(Sövqəndnamə) adlı bir qəsidəsi və bir neçə kiçik qitəsi qalmışdır. Təkcə "Andnamə" qəsidəsi onun qüdrətli şair olduğunu göstərir: Bir parçasını nümunə göstərdiyimiz bu qəsidədəki əzəmət, obrazlılıq Xaqani və Nizami qəsidələrini xatırladır. Şairin özünü "Tay-tuşundan qabaq gedən ustad"adlandırması bu baxımdan lovğalıq təsiri bağışlamır. Əbülülanın Əbu Əli ibn Sina və Əbu Əli Dəqqaq kimi qabaqcıl şəxsiyyətləri xatırlatması, özünü onlarla müqayisə etməsi onun dövrün ideoloji döyüşlərində mövqeyini göstərən maraqlı faktdır. Əbülüla Gəncəvinin Xaqani ilə münasibətləri Əbülüla xüsusən, Xaqaninin taleyində böyük rol oynamışdı. O, ilk olaraq, bu gəncin istedadını kəşf edir və onu Şirvanşahlar sarayına qulluğa düzəldir. Görünür, gənc şairə əvvəllər götürdüyü "Həqaiqi" təxəllüsünü "Xaqani" ilə dəyişməsini də Şirvanşahın arzusu ilə məhz o məsləhət görmüşdü. Artıq Xaqaninin istedadı özünü türk adətincə, xaqan adlandıran I Mənuçöhr tərəfindən də qiymətləndirilirdi və şairin özünü Xaqani adlandırması həm Şirvanşaha, həm də sənətkara fəxr gətirərdi. Hicri qəməri ilə 550-ci illərin ortalarında Əbülüla və Xaqani arasında ziddiyyətlər yaranır və bu iki sənətkar bir-birinə həcvlər yazır. Əbülüla Xaqani Şirvaniyə "Xaqani" təxəllüsünü özünün verdiyini deyirdi və belə yazırdı: "Mən sənin təhsil almağın üçün qayğı göstərdim. Mən sənin dilini şairliyə açdım. Sənin həqiqi şair olduğunu görəndə Mən səni xaqanın (şirvanşah Mənuçöhrün) yanına gətirdim. Mən sənə Xaqani adını verdim." Şeirində bu haqda məlumata rast gəlirik: Bu vaxta qədər Əbülüla başqa bir şamaxılıya – şair və astronom Cəlal əd-Din Fələkiyə (öl. 1181) himayə göstərmişdi. Rəvayətə görə, hətta Əbülüla öz qızını da ona verməyi vəd etmişdi. Lakin sarayda yeni və daha bir parlaq ulduz görsənəndən sonra Əbülüla öz qərarını dəyişir və onun qızı Xaqaniyə qismət olur. Pərişan olmuş Fələkiyə təsəlli olmaq üçün ustad ona 20 min dirhəm pul verir və əlavə edir ki, "Oğlum, sən bu pula hər biri mənim qızımdan daha gözəl əlli Türkistan kənizi ala bilərsən." Həmin rəvayətin əksinə olaraq, Xaqani haqqında iri həcmli əsərində Qafar Kəndli onun Əbülülanın qızı ilə nigahı faktını təkzib etmişdir. "Məliküşşüəra"ya layiq görülən bütün üstünlüklərinə baxmayaraq, sarayda Əbülülanın həyatı heç də təhlükəsiz keçmirdi. Onu istəməyənlər və hətta ona açıq düşmən kəsilənlər də az deyildi.Hətta ustadın sevimli şagirdi Xaqani də tezliklə onun bədxahlarından birinə çevrilir. Ustadla şagird arasında mütəmadi şer atışmaları baş verir. Bütün bunlar haqda Əbülüla ömrünün son dövrlərində belə yazır: Xarici keçidlər Həmçinin bax Fələki Şirvani Xaqani Şirvani İzzəddin Şirvani | https://az.wikipedia.org/w/index.php?curid=200652 |
Əbül Fida | Əbülfida (ərəb. أبو الفداء) və ya Əbülfida İsmail Həməvi (tam adı əl-Məlik əl Müəyyəd İmadəddin Əbül-Fida İsmail bin Əfdal Əli bin Mahmud; noyabr 1273, Dəməşq, Məmlük dövləti – 27 oktyabr 1331, Həma) — kürt filosof, kapitan, İslam tarixçisi, coğrafiyaçı və 1320–1331- ci illərdə Əyyubilərin Həma əmiri. Ayın üzərindəki Əbulfəda kraterinin adı onun şərəfinə adlandırılmışdır. Əbülfida öz işində məşhur olmuşdur. Əbülfida 1273-cü il tarixində Həma əmiri II Mansur Mahmudun qardaşı və öz atası Malik əl-Əfdalın Moğolların işğalından qaçdığı yer olan Şamda doğulmuşdur. Atası o dövrdə məşhur komandir idi. Əbülfida eyni zamanda Səlahəddin Əyyubinin atası olan Nəcməddin Əyyubunun nəvəsidir. Yaxşı təhsil almış, uşaqlığını Quran və bəzi elmləri öyrənməklə keçirmişdi. Ancaq, on iki yaşından etibarən tez-tez Xaçlılara qarşı hərbi əməliyyatlara qoşulmuşdur. 12 yaşındaykən Hospitalier cəngavərlərinin əlində olan Markab Həma əmiri tərəfindən müşayiət olundu və onlara böyük fayda verdi. Daha sonra Əkka, Hümüş, Tripoli və Rumkale qalalarının fəthinə qatıldı. Əbülfida Məmlük sultanı Baybarsın Hələbə göndərdiyi orduda bəzi qoşunlara başçılıq etdi. 1298-ci ildə Məmlük sultanı Nasir Məhəmmədin xidmətinə daxil oldu. 1299-cu ildə yarı müstəqil olan Həma Əmirliyi ləğv edilərək, Məmlük dövlətinin bir hissəsi oldu. 1300-cü ildə Əbülfidaya Məmlük Şam quberniyasının idarəsi altında Həma idarəçiliyi vəzifəsi verildi. Öz üzərində idarəçi olan Məmlükülər Şam vəlisi Əmir Tengiz münasibətlər pozuldu. Ancaq əhəmiyyətli Məmlük əmirləri və sarayında ad verməyə başladı. 1312-ci ildə Məmlüklər dövləti içində Həma şəhəri idarəçisi olarak Məlik us-Sahn adı verildi. Malatyada moğollarla müharibədə böyük şücayət göstərdi. Bu müvəffəqiyyətlərə görə 1320-ci il fevralın 28-də Sultan tərəfindən irsi olaraq Həma emirliyi və Malik ül Müəyyəd adı verildi. 1320-1321-ci ildə Məmlük sultanı Nasir Məhəmmədin Hicaza etdiyi Həcc səfərində ona müşayiət etdi. Əbülfida özünü hökumətin verdiyi vəzifələrə və eyni zamanda onun nüfuzuna borclu olan elmi işlərə təyin edərək, uzun illər əmir olduğu yerləri sakitlik və əzəmətlə idarə etdi. O, dövrünün ədəbi insan və alimlərinin cəsarətli qoruyucusu idi. 1331-ci ildə Həma şəhərində vəfat etdi. Onun yerinə Həma əmirliyinə Şam əmiri Tengizin də tövsiyə etdiyi, oğlu Əfdal Məhəmməd gəldi. Əbülfida yaşadığı və qarşılaşdıqlarını yazmasıyla məşhur oldu. Tarix elmi sahəsində ən çox tanınan əsəri İbn Əsirin "Əl-Kamil fit Tarix" adlı məşhur əsərinin bir davamı olan "Müxtəsəri Tarix il-Bəşər" dir. Bu əsərdə, ilk peyğəmbər və ilk insan olan Adəmdən başlayaraq 1328-ci ilə qədər baş verən hadisələrə yer vermişdir. Əsər qərb dillərinə tərcümə edilmiş, 1870-ci ildə İstanbulda və 1908-ci ildə Misirdə nəşr olunmuşdur. Əbülfidanın digər mühüm əsəri 1316–1321-ci il tarixlərində yazılmış "Təqvim əl-Buldan" (Ölkələrin cədvəli) adlı əsəridir. Əsər 28 hissədən ibarət olub, ümumi coğrafiya kitabıdır. Müqəddimədən sonra Yer kürəsinin dənizlərini, dağlarını, bulaqlarını və göllərini izah edir. Mətndə bir sıra sətirlər də verilmişdir. Bu sətirlərdə yer adları və onların coğrafi koordinatları göstərilir. Əbülfida bu əsərində Ptolemey, Məhəmməd İdrisi, İbn Havqəl, İshari və Əl-Biruninin əsərlərindən faydalanmışdır. O, həmçinin müxtəlif coğrafi xüsusiyyətləri ilə birlikdə dünyanın ən böyük şəhərlərini təsvir etmişdir. Avropada bu kitab 1840-cı ildə Reinaud və De Slane tərəfindən nəşr olunmuşdur. Fransız dilində tərcüməsi 1848–1883-cü illərdə nəşr edilmişdir. Həmçinin, Əbülfida tibb haqqında "Kunas" adlı kitab da yazmışdır. Həmçinin bax Həma qırğını Xarici keçidlər Şirvan vilayəti Şimali Azərbaycanın tarixi torpaqlarının tərkib hissəsi kimi Arxivləşdirilib 2018-05-10 at the Wayback Machine Abul Fida Ismail Ibn Hamwi Arxivləşdirilib 2010-09-10 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=703032 |
Əbül Hica Məhəmməd | Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı. Hakimiyyəti Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi. Sonrakı həyatı Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi. 989-cu ildə II Smbatın köməyi ilə Əbu Dulafa hücum etmiş, lakin məğlub olmuş və öz qulluqçuları tərəfindən boğulmuşdur | https://az.wikipedia.org/w/index.php?curid=758632 |
Əbül Hica Salar | Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı. Hakimiyyəti Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi. Sonrakı həyatı Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi. 989-cu ildə II Smbatın köməyi ilə Əbu Dulafa hücum etmiş, lakin məğlub olmuş və öz qulluqçuları tərəfindən boğulmuşdur | https://az.wikipedia.org/w/index.php?curid=431430 |
Əbül Qasim Harun | Əbül Qasim Harun ibn Əli ibn Zəfər Dəndan — Atabəy Özbək dövründə fəaliyyət göstərmiş vəzir. Onun adı Sədəddin Vəravininin "Sirat Cəlaləddin Məngburni" əsərində çəkilir. Təbrizdə kitabxana açdırmışdır. Bir müddət Əlaəddin Xarəzmşah tərəfindən həbs olunmuşdu. Cəlaləddin dövründə istefaya getmiş və açdığı mədrəsədə din işləri ilə məşğul olmağa başlamışdır. 1227-ci ildə hələ sağ idi. | https://az.wikipedia.org/w/index.php?curid=429315 |
Əbül Rəbbuh Mənsur Əl Hadi | Əbül Rəbbuh Mənsur (1 sentyabr 1945[…], Abya mühafazası[…]) ㅡ Yəmənin 2-ci prezidenti. Hadi 1994-2012 ci illər ərzində vitse prezident olub. Həmçinin indi siyasətçi və Yəmən Hərbi İttifaqının Feldmarşalıdır. Hadi 1945-ci ildə Yəmənin Əbyan mühafəzəsinin cənubundakı Tükayin şəhərində anadan olmuşdur. 1966-cı ildə Cənubi Ərəbistan Federasiyasındakı hərbi akademiyanı bitirib. 1966-cı ildə İngiltərədə təhsil almaq üçün hərbi təqaüd aldıqdan sonra məzun oldu, lakin İngilis dilində danışmadığı üçün iştirak edə bilmədi. 1970-ci ildə Misirdəki tankları öyrənmək üçün başqa bir hərbi təqaüd aldı. Hadi sonrakı dörd ili Sovet İttifaqında hərbi rəhbərliyi öyrənməyə sərf etdi. 1986-cı ildəki hakim Yəmən Sosialist Partiyasının Ali Nasir fraksiyasından sonra Cənubi Yəmənin prezidenti Əli Nasir Məhəmmədlə birlikdə Şimali Yəmənə qaçdıqdan sonra Cənubi Yəmən ordusunda bir neçə hərbi vəzifə tutdu. Hadi Ədən Təcili Yardım zamanı aşağı bir rol oynadı. Cənubi Yəmən müstəqillik qazandıqdan sonra general-mayor rütbəsinə çatmaqla yeni hərbi qüvvədə yüksəldi. Cənubi Yəmən Vətəndaş Müharibəsi əsnasında Prezident Əli Nasir Məhəmmədə sadiq qaldı və qonşu Şimali Yəməndə sürgün edildi. 1994-cü ildə Yəməndəki vətəndaş müharibəsi zamanı Hadi prezident Əli Abdullah Salehin Yəmən hökumətinə tərəf getdi və müdafiə naziri təyin edildi. Bu rolda Yəmən Demokratik Respublikasına qarşı hərbi kampaniyaya rəhbərlik etdi. Müharibədən sonra 3 Oktyabr 1994-cü ildə istefa vermiş və vətəndaş müharibəsi dövründə hökumətə qarşı mübarizə aparan Əli Səlim Əl-Beyid'in yerinə Vitse Prezident vəzifəsinə gətirildi. Prezidentlik 21 fevral 2012-ci ildə keçirilmiş prezident seçkilərində Hadi yeganə namizəd idi. Onun namizədliyini hakim partiya, eləcə də parlament müxalifəti dəstəklədi. Seçki Komissiyası Yəməndə qeydə alınmış seçicilərin 65 faizinin seçki zamanı səs verdiyini bildirdi. Hadi 100% səs ilə qalib gəldi və 25 Fevral 2012-ci ildə Yəmən parlamentində and içdi. Saleh, 27 Fevral 2012-ci ildə, Saleh prezidentlikdən istefa edərkən və Hadi'ye rəsmi olaraq səlahiyyət verildiyi zaman rəsmi olaraq Yəmən prezidenti seçildi. 2013-cü ilin mart ayında Milli Dialoq Konfransı, keçid prosesinin əsas hissəsi kimi quruldu və kritik problemləri həll etmək üçün Yəmənin müxtəlif siyasi və demoqrafik qruplarını bir araya gətirmək üçün nəzərdə tutuldu. 2014-cü ilin yanvar ayında Hadi, konfransdakı nümayəndələri əsas məsələlərdə çətinliyi aradan qaldırmağa və danışıqları gecikmiş bir vəziyyətə gətirməyə məcbur etdi. İştirakçılar nəhayət son bir neçə məqamı razılaşdırdıqda, populyarlığının bir sıçrayışına səbəb olan həvəssiz bir nitqə başladı. Gələcəkdə Yəmənin federal hökumət modelinə keçəcəyi, Hadi tərəfindən irəli sürülən və zorla dəstəkləndiyinə razılıq verildi. Xüsusilə Yəmənin şimal-qərbindəki bir çox Yəmənli üçün bu mərkəzsizləşdirmə daha az cəlbedici oldu. Bu dağlıq bölgə Yəmənin ən kasıb bölgəsidir və mərkəzsizləşdirmə onun mərkəzi hökumətdən daha az pul alacağı deməkdir. Buraya aid olan budur ki, Yəmən əhalisinin böyük əksəriyyəti uzun illər bu ərazidə məskunlaşmışdır.Həqiqətən, Səudiyyə Ərəbistanının tətbiq etdiyi Hadi rejimi tərəfindən təklif olunan xətlər boyunca Yəmənin 'mərkəzləşdirilməməsi' Yəmənin uzunmüddətli iqtisadi və siyasi müstəqilliyini təhdid etdi; alim İsa Blumi: "Hər hansı bir rasional müşahidəçiyə görə, Yəmənin böyük muxtariyyətə sahib olan altı qeyri-mütənasib bölgələrə çevrilməsi fikri xarici mənafelərdən faydalanmaq və üsyankar əhalini yoxsulluq və inzibati qarışıqlıq yolu ilə ələ keçirmək üçün açıq-aşkar bir səy idi." Həqiqətən, əgər Səudiyyə-Amerika mərkəzsizləşdirmə 'barışığa yol xəritəsi' həyata keçirilir, Yəmənin neft sərvətləri, demək olar ki, Yəmənin ən az məskunlaşdığı iki əyalət olan Hədrəmavt və Saba əyalətləri ilə məhdudlaşacaqdır. Blumi, "Bu, Yəmənin oğurlanmasına ümid edənlər üçün böyük bir külək yaratmaqla, neft gəlirlərinin kiçik bir hissəsini (artıq mərkəzi dövlətə axmayacaq) asanlıqla" minlərlə sakin "sakinlərinə rüşvət verməyə kömək edər" dedi. "Yeni regional sərhədlərin onları dənizə girməkdən məhrum etmələrini də istəmirdilər. | https://az.wikipedia.org/w/index.php?curid=616582 |
Əbül Rəhman Arif | Hacı Əbdürrəhman Məhəmməd Arif əl-Cümeyli (ərəb. عبد الرحمن محمد عارف الجميلي; 1916[…], Bağdad – 24 avqust 2007[…], Amman) — İraqın 3-cü prezidenti. Həccə getdiyi üçün "Hacı" ləqəbini daşıyır. Karyera əsgəri idi və 1958-ci ildə monarxiyanı devirən hərbi çevrilişə dəstək verdi. 1963-cü ildə qardaşı Abdul Salam Arif-i hakimiyyətə gətirən zərbəni də dəstəklədi. Qardaşı çevrilişdən sonra onu ordu başçısı təyin etdi və kiçik Arif 1966-cı ilin aprelində təyyarə qəzasında öldü, Baş nazir Əbdül Rəhman -Bazzaz ("Qərbyönümlü vəkil" və 1958-ci il inqilabından bəri İraq hökumətinə rəhbərlik edən ilk mülki şəxs) prezident vəzifəsini icra etdi; üç gün sonra əl-Bazzaz prezident olmaq üçün seçildi, sonra əl-Bazzaz dərhal prezidentlikdən Əbdül Rəhman Arifin ixtiyarına verildi. Ehtimal olunur ki, hakimiyyətin təhvil verilməsi İraq hərbi qüvvələrinin Əbdül Salamın zəif və yerinə qardaşı ilə manipulyasiya etməsini asanlıqla yerinə yetirməsini düşündüyü üçün baş verib. Arif İraq İnqilab Komandanlıq Şurası tərəfindən prezident təyin edildi. Qardaşının siyasətini davam etdirdi, lakin daha millətçi bir profil ilə. Qardaşı Əbdül Salam kimi, o da Misirin pan-Ərəbist prezidenti Qamal Abdel Nasserin açıq dəstəkçisi idi. Nasser Hərbi Hava Qüvvələrinin digər komandiri Arif Abdul Razzak Arifdə dövlət çevrilişinə cəhd etdi və Prezident Sarayını Sovet MiG 17 təyyarəsi ilə yüngül şəkildə bombaladı, amma çevriliş uğursuz oldu və o həbs olundu. Bu Arif hökumətinə edilən ikinci uğursuz çevriliş cəhdi idi. Prezident Arif bu münasibətlə Əbdül Razzakın mütləq cəzalandırılacağını bildirmək üçün televiziyaya çıxdı, yalnız bundan sonra onu əfvlə azad etdi. Onun prezidentliyinin çox zəif və qətiyyətsiz olduğuna inanılırdı. Ancaq onun korrupsiyaya uğramaması ilə bağlı tarixi məlumatlar var. 1967-ci ildə gəlir vergisini ödəməkdən boyun qaçırması barədə qəbul etdiyi qanunsuzluq, yəqin ki, başqa cür sərvət toplamağa qadir olmadığının göstəricisidir. Arif hakimiyyətə gəldikdən bir müddət sonra İraq hərbi qüvvələri Birinci İraq-Kürd Müharibəsində Mustafa Bərzaninin rəhbərlik etdiyi kürd üsyançılarına qarşı Bərzaninin 3500 nəfərlik Peşmerqa qarşı 40.000 İraq əsgərini vuraraq böyük bir hücum etdi. İran və İsrailin dəstəyi, 11 mayda Handren dağında Döyüşdə İDF hərbi zabiti Zuri Sagy tərəfindən hazırlanan bir döyüş planının 1400-2000 İraq əsgərinin öldürülməsi və yüzlərlə daha çox adamın tutulması ilə nəticələndiyi döyüşdə qətiyyətli bir kürd qələbəsinə töhfə verdi. Rejim zorakılığı pozan şəxslər mübahisəyə məruz qaldılar və iyunun 29-da Bazzaz, İraq Kürdüstanında "inzibati mərkəzləşdirmə" və "Parlamentdəki kürd nümayəndəliyi" daxil olmaqla, sülh üçün on iki nöqtə planını elan etdi. İyul boyunca Bazzaz razılaşmanı "kütləvi bir reabilitasiya proqramını təsdiqləmək, iqtisadi blokadanı qaldırmaq, yüzlərlə kürd məhbusunu sərbəst buraxmaq, ərəb qəbilələrini keçmiş kürd torpaqlarından çıxarmaq və ümumi əfv qanunu qəbul etməklə" həyata keçirməyə başladı, ancaq ordu daxilindəki müxalifət Arif'i məcbur etdi. Avqustun 6-da general Naci Talibin lehinə Bazzazı işdən çıxarmaq.Nə olursa olsun, Lyndon B.Conson administrasiyasındakı Amerika rəsmiləri İraqın Bazzaz altında mülki hakimiyyətə qısa müddətə qayıtmasını və Arifin 30 iyun Razzakın ikinci çevriliş cəhdinin qarşısını almasını alqışladılar.Arif əvvəllər ABŞ səfiri Robert Strong ilə dostluq əlaqəsi quraraq, 1966-cı ilin aprelindən 1967-ci ilin yanvarına qədər ABŞ-yə bir sıra dostluq jestləri edərək İraqdakı "az sayda qüvvələrdən biri" sayılırdı.Arifin tələbi ilə Prezident Johnson 25 yanvar 1967-ci ildə Vaşinqtonda beş İraq generalı və İraq səfiri Nasir Hani ilə görüşdü və "iki hökumət arasında daha da yaxın əlaqələr qurmaq istəyini" təkrarladı.Johnson's National ABŞ Milli Təhlükəsizlik Şurasının təhlükəsizlik məsələləri üzrə müşaviri Walt Rostow, Arif'i Vaşinqtona bir dövlət səfərində qarşılamağı düşünürdü, baxmayaraq ki, bu təklif Arif hökumətinin sabitliyi ilə əlaqədar narahatlıq səbəbindən rədd edildi.Altı günlük müharibə başlamazdan əvvəl, İraqın xarici işlər naziri Adnan Pachachi, ABŞ-nin BMT-dəki səfiri Artur Qoldberq də daxil olmaqla, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Artur Qoldberq də daxil olmaqla, iyunun 1-də Orta Şərq böhranını müzakirə etmək üçün bir sıra ABŞ rəsmiləri ilə görüşmüşdür. Eugene V. Rostou, Dövlət Katibi Dean Rusk və Prezident Johnsonun özü.Ərəblərin məğlubiyyətindən qaynaqlanan siyasi ab-hava İraqın ABŞ-la münasibətləri iyunun 7-də pozmasına səbəb oldu və nəticədə Arifin nisbətən mülayim hökumətinin süqutunu təmin etdi. 17 iyul 1968-ci ildə Arif yatarkən öz köməkçiləri Baas Partiyasının üzvləri Əhməd Hassan əl-Bəkr ilə birlikdə onu qansız bir zərbə ilə devirdilər. Arif və qardaşı 1963-cü ildə Qasim əleyhinə çevrilişdə etdikləri kimi, koalisiya radio stansiyasını və müdafiə nazirliyini ələ keçirdikdən sonra qələbə elan etdilər. Bu, müdafiə naziri Hərdan Əl-Tikriti, Arifin artıq prezident olmadığını bildirərək telefonla danışdığı zaman həyata keçirildi. Arif Türkiyəyə sürgün edildi. 1979-cu ildə Səddam Hüseyn hakimiyyətə gəldikdə İraqa qayıtdı və sonradan böyük dərəcədə ictimai və siyasi diqqətdən kənarda qaldı. Həcc ziyarətini həyata keçirmək üçün bir dəfə ölkəni tərk etməyə icazə verildi. ABŞ-nin işğalı ilə Hüseynin hakimiyyətdən getməsindən sonra Arif İraqı qalıcı tərk etdi və 2004-cü ildən İordaniyanın Amman şəhərində yaşadı. 24 Avqust 2007-ci ildə Əmmanda vəfat etdi. (təbii ölüm) Faika Abdul-Məcid Faris Əlani ilə evləndi. | https://az.wikipedia.org/w/index.php?curid=613403 |
Əbül Salam Arif | Əbdüssəlam Arif (ərəb. عبد السلام محمد عارف الجميلي; 21 mart 1921, Bağdad – 13 aprel 1966[…], Şəttül-Ərəb, Bəsrə mühafəzəsi) — İraqın 2-ci prezidenti.Rütbəsi polkovnikdir. Prezident Aref 26 mart 1921-ci ildə Bağdadda Fəllucə şəhərinin ətrafındakı Xan Dari bölgəsindən enən parçalar ticarəti ilə məşğul olan nüfuzlu bir ailədə anadan olub. Birinci dünya müharibəsində o, Bağdadda böyüdü və ibtidai və orta təhsilini 1934-cü ildə tamamladı. 1941-ci ildə ikinci leytenant rütbəsi ilə bitirdiyi hərbi kollecə qoşuldu. 1941 May May İnqilabının Baş nazir Rəşid Əli əl-Kilani Paşanın başçılığı ilə II Dünya Müharibəsi əsnasında İngilis tərəfindən işğal edilmiş hökumətə qarşı çıxan inqilabçılardan: "Qızıl Meydan" ləqəbli dörd kolonist: Polkovnik Salah əl-Din əl Sabbagh, Polkovnik Fəhmi Səid, polkovnik Kamil Şəbib və polkovnik Mahmud Salman devrildikdən sonra Bəsrəyə köçürülüb 1944-cü ilə qədər inqilab hökumətində. 1944-cü ildə Nasiriyə köçürüldü. 1946-cı ildə Hərbi Kollecdə məşqçi seçildi. bunda yalnız ilk və tanınmış rəhbərlik və peşəkar ruh qəbul edildi. 1948-ci ildə Kərkükə köçürüldü və oradan Fələstinə getdi. 1948-ci ildə Birinci Fələstin Müharibəsində iştirak etdi. Fələstin Müharibəsindən qayıtdıqdan sonra General Nureddin Mahmud Ordunun Baş Qərargah rəisi olanda Silahlı Qüvvələrin Baş Komandanlığının üzvü oldu. 1950-ci ildə Təlim və Manevrlər Şöbəsinə köçürüldü. 1951-ci ildə təhsil almaq üçün Qərbi Almaniyanın Dusseldorf şəhərində İngilis Hərbi Korpusu kursuna qatıldı və 1956-cı ilə qədər İraqda çalışan zabitlər üçün bir əlaqə zabiti və böyük müəllim olaraq qaldı. Almaniyadan döndükdən sonra 1956-cı ildə on doqquzuncu briqadaya köçürüldü. 1958-ci ildə monarxiyanın devrilməsinə səbəb olan İsrailin təhdidləri olan İordaniya İmamı, korpuslarını təyin etməyə hazır olmaq üçün Mafraq'a getdiyi bildirildi. Abdel Salam Aref Abdel Kərim Qassem'dən əvvəl Azad Milli Məmurların təşkilatına qatıldı. Yüksək Komitənin iclaslarından birində təşkilat, Abdel Kərim Qassem'ə qoşulmağı düşünmək üçün, Ali Komitənin Protokolu AA davamçısına görə, Abdel-Kərim Qassemi məşhur "Kərimdən başqa heç bir lider yoxdur" ifadəsi ilə təriflədiyini söylədi. iki kişi arasındakı əlaqənin dərinliyi. Azad Milli Zabitlər Təşkilatı əvvəllər Qasimin qoşulma məsələsini müzakirə etmişdi, lakin o, monarxiya adamlarından biri olduğu və Nuri əl-Səidə yaxın olduğu üçün, mülayimliyi və tanınması ilə tanındığı üçün üzvlərdən dəstək almadı. peşəkar və intizamlı bir hərbi olmasına baxmayaraq şəxsi istəkləri və siyasi işlərdə biliyi olmaması, təşkilat solçu görüşləri və kommunist ünsürləri ilə sıx əlaqələri barədə xəbərdarlıq etdiyi üçün. Arifın təşkilata üzv olması, 14 iyul 1958-ci il hərəkatının hazırlanmasında və keçirilməsində fəal iştirakçılardan biri olmağını şərtləndirdi və burada hərəkatın səhərində üç əməliyyat aparmaq əmanət edildi. İraq Prezidentliyi Qasım 1963-cü il 8 fevralda bəəsçilər, ordu birlikləri və digər panarabist qrupların bir koalisiyası tərəfindən devrildi. Arif əvvəllər İraq İnqilab Komandanlıq Şurasının lideri seçilmiş və çevrilişdən sonra populyarlığına görə İraqın prezidenti seçilmişdir.Qasim Arifin edam əvəzinə sürgün olunmasını xahiş etdi və Arifə ölüm hökmünü iki il əvvəl dəyişdirdiyini xatırlatdı. Buna baxmayaraq, Arif Qasimin Qurana and içməsini, 1958-ci il çevrilişinin əsl lideri olduğunu söyləyən Arif olduğunu tələb etdi. Qasim imtina etdi və nəticədə edam edildi. Prezident seçilsə də, daha çox səlahiyyət bəəsçi baş nazir Əhməd Hassan əl-Bəkir tərəfindən tutuldu. Suriyada 1963-cü ildə bəəsçi bir çevrilişdən sonra Arif, Suriyaya və Misirə (1961-ci ildə UAR-dan ayrılmış) yenidən birləşmə görüşlərinə girdi. İyul ayında Nasser ilə döyüşdən sonra İraqın bəəsçi hökuməti Arifin Nasirə dəstəyinə baxmayaraq, bəəsçi olmayanların hamısını kabinetdən çıxardı. Noyabrın 18-də Arif, hərbdəki məyus elementlərin dəstəyi ilə Baas arasındakı parçalanmadan faydalanaraq partiyanı zəiflətdi və üzvlərini hökumətdən uzaqlaşdırdı. Arif bir neçə bəəsçi saxlayaraq yeni bir kabinet qurdu, lakin əsasən Nasirist ordu zabitləri və texnokratlardan ibarət oldu. Prezidentliyini qorudu və özünü baş qərargah təyin etdi. Bir ay sonra son vəzifəsini qardaşı general Əbdül Rəhman Arifə, ilk vəzifə isə özünün etibar etdiyi general-leytenant Tahir Yəhyaya verdi. 1964-cü ilin payızında Baas Arifi devirməyə çalışdı, lakin hiyləsi açıqlananda uğursuz oldu. Arif, Səddam Hüseyni də daxil olmaqla sui-qəsdçiləri həbs etdi. 26 may 1964-cü ildə Arif Misirlə Birgə Rəyasət Heyəti qurdu. İyulun 14-də, inqilabın ildönümündə, İraqın Ərəb Sosialist Birliyinin (ASU) qurulduğunu elan edərək, bunu “ərəb sosializmi altında ərəb millətinin birliyi quruculuğunun astanası” olaraq qiymətləndirdi. Misirin ASU quruluşu təxminən eyni idi və Misirdə olduğu kimi, bir çox ərəb millətçi partiyası da ASU tərəfindən dağılmış və udulmuşdur. Ayrıca, bütün banklar və İraqın otuzdan çox iri müəssisəsi milliləşdirildi. Arif, İraqı Misirlə birliyə kömək etmək üçün daha da yaxınlaşdırmaq üçün bu tədbirləri gördü və 20 dekabrda birlik planları açıqlandı. Buna baxmayaraq, 1965-ci ilin iyulunda Nasirist nazirlər İraq Nazirlər Kabinetindən istefa etdilər. Prezident Arif İraqın qurulmasında və infrastrukturunun inkişafında böyük rol oynadı. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=613666 |
Əbül Əsvar Şavur | Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu. 1065-ci ildə o, səlcuqların köməyi ilə Ani şəhərini ələ keçirsə də, 1067-ci ildə o, öləndən sonra sülalənin hakimiyyəti zəiflədi. Bioqrafiyası Əsərləri Şəddadilər haqqında əsas mənbə olan Osmanlı tarixçisi Münəccimbaşı (1702-ci ildə ölüb) onları kürd əsilli hesab edirdi və bu fikir müasir dövrün tədqiqatçıları tərəfindən düz qəbul edilir. Ailənin banisi Məhəmməd bin Şəddad 950-ci illərdə Dvində hakimiyyəti ələ almışdı. Daha sonra ailə Arranın müsəlman şəhəri Gəncəyə hərəkət edib. Bu şəhər 970-ci illərdə Məhəmmədin oğulları - I Əli Ləşkəri, Mərziban, I Fəzl tərəfindən işğal edilib. Qardaşlar sıra ilə şəhəri əmir kimi idarə ediblər. Əbüləsvar Şavur üç qardaşın ən gənci və IV Şəddadi hökmdarı Fəzl Bin Məhəmmədin oğlu idi. Fəzl uzunmüddətli hakimiyyət dövründə (985–1031) Arranın böyük hissəsində və Süniki işğal edərək Ermənistanın bəzi hissələrində Şəddadi sülaləsinin hakimiyyətini qurmuşdur. Fəzldən sonra Gəncədə hakimiyyəti böyük oğlu Musa (1031–34) ələ keçirib və o, oğlu II Əli Ləşkəri (1034–49) tərəfindən öldürülüb.Əbüləsvar Şavurun adı ərəb-fars hibrididir: Şavur qədim fars adı "Şapur"dur, onun kunyası iran (böyük ehtimalla deyləmilər) adı "Əsvar"ın (mənası süvari, cəngavər olan "savar" ilə eyni kökdəndir) ərəbləşmiş formasıdır. Dvin əmiri (1022-1049) Münəccimbaşı qeyd edir ki, 1067-ci ildə öldüyü zaman Əbüləsvar artıq Gəncədə və bundan əvvəl "bəzi ərazilərdə" 46 il idi ki, hakimiyyətdə idi. Digər mənbələrə görə bəzi ərazilər deyərkən Dvin nəzərdə tutulur. Deməli o, təqribən 1022-ci ildə bu şəhərin hakimi olmuşdu. Şəhər Ermənistanın Baqration krallığının tərkibində olsa da, I Gagikin 1020-ci ildə ölümündən sonra onun oğulları arasında mübarizə şəhəri müdafiəsiz qoymuşdu. Həmçinin 1021-ci ildə şəhər dağıdıcı deyləmi basqınına məruz qalmışdı. Nəticə olaraq Dvin şəhəri Ermənistan krallığından ayrı düşmüş, şəddadilər tərəfindən müdafiə edilməyə möhtac qalmış və Əbüləsvar Şavur buranın hakimi olmuşdur. Əbüləsvar bu mərkəzdən Gəncədəki qardaşı Musa və daha sonra qardaşı oğlu II Əli Ləşkəridən müstəqil siyasət yeridirdi və Arrandan çox Ermənistana nəzarət edirdi. O, erməni sülalələri ilə yaxın idi, Taşir hökmdarı I Torpaqsız Davidin bacısı ilə evlənmişdi. Onun ikinci oğlu tipik erməni adı - Aşot ilə doğulmuşdu. Münəccimbaşı əsasən Gəncə mərkəzli məsələlərə baxdığından 1049-cu ildə Aşot Gəncədə əsas sülalə taxtını ələ keçirənə qədər onun adını çəkmir. Aşotun 1022-1049-cu illərdəki fəaliyyəti haqqında əsas mənbələr Aşotun rəqibləri olan ermənilər və bizanslılardır.Əbüləsvar ilk dəfə 1040-cı ildə Edessalı Matfeyin tarixi ilə qeyd edilir. Bu zaman erməni zadəganı Abirat, hansı ki, I Gagikin oğulları IV Aşot və III Hovannes-Smbat arasındakı mübarizəyə qarışmışdı, Dvinə gəldi. İkincinin narazılığından qorxan Abirat 12 min süvari ilə Əbüləsvardan müdafiə olunmağını istədi. Əbüləsvar əvvəl onunla xoş davrandı və ona yüksək vəzifə verdi. Ancaq daha sonra ona inanmadı və öldürdü. Bu zaman Abiratın leytenantı Sare Abiratın tərəfdarları ilə birlikdə Aniyə getdi. Təqribən eyni vaxtda aradakı qohumluq bağına baxmayaraq Əbüləsvar Taşir hökmdarı Davidin üzərinə hücum etdi. Edessalı Matfeyə görə 150 min sayında olan Şəddadi ordusu Taşirin böyük hissəsini tutdu. Ancaq David ona qarşı geniş ittifaq qura bildi. Taşir hökmdarı David 10 min, Ani hökmdarı III Hovannes-Smbat 3 min, Kapan hökmdarı 2 min, Gürcüstan hökmdarı 4 min əsgər təmin edə bildi. David həmçinin Alban katolikoslarının dəstəyini əldə etdi. Nəticə olaraq Əbüləsvar məğlub edildi və Taşirdən çıxardıldı.IV Aşot və III Hovannes-Smbat təqribən eyni vaxtda öldü (təqribən 1040/41). Aşotun oğlu II Gagik (1042–45) hər ikisinin yerinə hakimiyyətə gəldi və öz yerini bərkitməyə başladı. Taxta ən böyük təhlükə Bizans imperiyası idi. Bizans XI əsrin əvvəllərində erməni əyalətlərinə soxulmuşdu. Hovannes-Smbat öz krallığını imperiyaya vəsiyyət etmişdi və onun ölümündən sonra Bizans imperatoru IV Mixail (1034–41) Ani şəhərini ələ keçirmələri üçün əsgərlərini göndərdi. Gagik hücuma qarşı mübarizə apardı və Konstantinopoldakı siyası çaxnaşma ona iki il fasilə müddəti verdi. IX Konstantin (1042–55) Ermənistana Bizans iddialarını qorumağa meylli şəkildə hakimiyyətə gəldi. Bu məqsədlə IX Konstantin erməniləri arxadan vurması üçün Əbüləsvarla əlaqə qurdu. Əbüləsvar əldə etdiyi torpaqların əlində qalacağı imperial qızıl bulla ilə təsdiqləndi. İkitərəfli hücumla üz-üzə qalan II Gagik Konstantinopola getməyə məcbur edildi. Burada o, girov kimi saxlandı və 1045-ci ildə Ani şəhəri Bizansın əlinə keçdi. Verdiyi sözlərə məhəl qoymayan imperator Ani şəhərini ələ keçirdikdən sonra Əbüləsvardan ələ keçirdiyi qalaları boşaltmasını tələb etdi. Əbüləsvar imtina etdi və ermənilərin də daxil olduğu, Mixail Yasit və magistros Alan Konstantin rəhbərliyi altındakı böyük ordu Dvinə yürüş etdi. Əbüləsvar onların yaxınlaşmasına imkan verdi və daha sonra suvarma kanallarını açaraq şəhər ətrafındakı ərazidə daşqın yaratdı. Palçıqda ilişib qalan düşmənlər Şəddadi oxçuları üçün asan ov idilər: Bizans qüvvətləri böyük itki verdi. IX Konstantin cavab olaraq Ermənistanın idarəsini Katakalon Kekaumen və parakimomen Konstantinə verdi. Dvinə yürüş etmək yerinə yeni hakimiyyət Əbüləsvar tərəfindən tərəfindən fəth edilmiş qalaları geri almağa çalışdı. Bizans ordusu Sürməli, Anberd və Xorvirabı işğal etdi, ancaq Xelidonion (müasir İrəvan) 1047-ci ilin sentyabrına qədər mübarizə apardı. Bu zaman isə Leo Tornikinin başçılığı altında baş verən üsyan ordunun Konstantinopola qayıtmasına və sülh müqaviləsinin bağlanmasına səbəb oldu. Müqaviləyə görə Əbüləsvar imperatorun hakimiyyətini tanımağı və Bizans ərazisinə hücum etməməməyi öhdəsinə götürdü.Dvinin müqaviməti Ermənistan torpaqlarında Bizansın irəliləməsinin qarşısını aldı və bu, Sünik, Taşir, Xaçın kimi kiçik krallıqların müstəqilliklərini davam etdirməsinə səbəb oldu. Biraz sonra regionda güc balansı tamamilə dəyişdi: 1048-ci ildə Qutalmış və İbrahim Yınal başçılığı altındakı Səlcuqlular Bizans Ermənistanına ilk böyük miqyaslı yürüşlərini etdilər. Şəddadilər onları Bizansa qarşı müttəfiq kimi görsələr də, Qutalmış 1046/1047-ci ildə Gəncəyə də yürüş etdiyinə görə səlcuqlular da şəddadilər üçün bir təhdid idi.Qısa müddət sonra, 1048-ci ilin sonlarında və ya 1049-cu ilin əvvəllərində, (A.F. Gfrörer və M.H. Yinanç kimi müəlliflər təqribən 1050-ci ili, E. Honiqmann 1055/1056-cı ili təklif ediblər) bizanslılar raiktor Nikeforos başçılığı altında başqa bir hücum həyata keçirdilər. Həmin dövrün Bizans tarixçisi Con Skiliçaya görə bunun səbəbi Əbüləsvarın ("Aplesfar") razılaşmanı pozması və Bizans torpaqlarına yürüş etməsi idi. Şəddadi hakimi Dvində qaldığı zaman bizanslılar onun ətrafındakı yerləri "Dəmir körpü və Gəncəyə qədər" xarab etdilər. Bu Əbüləsvarın tabelik andını bərpa etməsinə və qardaşıoğlu Əbülhəsən Ləşkərinin oğlu Ərdəşiri girov verməsinə səbəb oldu. Gəncə əmiri (1049-1067) 1049-cu ildə Əbüləsvarın qardaşıoğlu olan Gəncə əmiri Ləşkəri 15 illik çətin hakimiyyət dövründən sonra öldü. Ondan sonra hakimiyyətə azyaşlı Ənuşirvan gəldi, ancaq həqiqi hakimiyyət hacib Əbu Mənsurun əlində idi. Təqribən iki ay sonra yeni rejimin siyasətinə qarşı olan bir qrup böyük şəxs Şəmkirdə Əbu Mənsuru devirdi və Əbüləsvarı Gəncədə də hakimiyyəti ələ keçirməsi üçün çağırdı. Əbüləsvar onlarla razılaşdı və Dvini tərk etdi. Dvin şəhəri Bizansa qarşı daha çox müdafiəsiz qaldı. 1053-cü ilə qədər şəhər bir çox hakimin əlinə verildi. 1053-cü ildə isə onun oğlu Əbu Nəsr İsgəndər şəhərin və ətraf ərazilərin hakimi elan edildi. Şəddadi hökmdarı Əbüləsvar Şavur əvvəlcə Şəmkirdə hər şeyi qaydaya saldı və bütün "Arran torpaqlarını və qalalarını" ələ keçirərərk Gəncəyə daxil oldu.Həyatının bu dövründə Əbüləsvar hökmdar və döyüşçü kimi böyük şöhrət qazandı; Mövdud Qəznəvinin sarayında 8 il yaşayan Ziyarilər şahzadəsi Keykavus (1050-1087), hansı ki, sonra hökmdarlar üçün güzgü olan məşhur Qabusnaməni yazıb, Gəncəyə gəlmiş və xristianlara qarşı cihadda iştirak etmək üçün bir neçə ilini Şəddadi sarayında keçirmişdi. Keykavusa görə ev sahibi "böyük hökmdar, möhkəm və ağıllı . . . cəsarətli, bəlağətli dialektik, saf etiqadlı, uzaqgörən adamdır." Bu qiymətləndirmə bizanslılar tərəfindən də dəstəklənirdi. Skiliça onu düşmənlərinin taktika və siyasətlərini pozmağa qadir olaraq təsvir edirdi. Münəccimbaşı yazır ki, Gəncəni aldıqdan sonra "Əbüləsvar . . . sülalənin demək olar ki, yavaş-yavaş itən adını bərpa etdi. O, güclü və hakimiyyəti altında olan şəxslərin və ordunun vəziyyəti intizamlı oldu." Münəccimbaşıya görə 1053-cü ildə Əbüləsvar gürcülərdən Bəsrə qalasını aldı, onu möhkəmləndirdi və öz adamlarından orda qarnizon qurdu. 1054/5-ci ildə o, bir çox qonşuları ilə birlikdə Səlcuq sultanı Toğrul bəyin (1037–63) vassalı oldu. Ancaq ilk dövrlər səlcuqların hakimiyyəti elə də güclü olmayıb: nə Toğrul, nə də onun varisi Alp Arslan həmin dövrdə zərb edilmiş sikkələrdə yoxdur. 1062-ci ildə Əbüləsvar Tiflis əmirliyindən elçi qəbul etdi. Tiflis əmirliyi həmin dövrdə xristian gürcü krallıqları arasında təcrid olunmuş müsəlman istehkamı idi. Əmir Cəfər ibn Əlinin ölümündən sonra əmirliyin yerliləri onun mübarizə aparan oğullarını köçməyə məcbur etmişdilər və indi Əbüləsvardan şəhərə hakim olmasını istəyirdilər. Əbüləsvar bunu qəbul etməyə meylli idi, ancaq onun vəziri Bəxtiyar ibn Salman qüvvələrin bölünəcəyini söyləyərək onu fikrindən daşındırdı. Əbüləsvarın imtina etməsindən sonra Tiflis 1068-ci ildə Alp Arslan qovana qədər gürcülərin əlində qaldı. Bu hadisə Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Buna digər bir sübutu da eyni ildə Dəryal keçidi vasitəsilə alanların yürüşüdür: Münəccimbaşıya görə Arranın 20 mindən çox sakini kölə olaraq aparılıb. Alan təhdidinə qarşı Əbüləsvar paytaxt şəhər Gəncənin ətrafında sədd və xəndək qurub. Yeni istehkamatın divarları 1139-cu ildə I Demetri rəhbərliyi altındakı gürcülər tərəfindən aparılıb və hal-hazırda da Gelati monastırında saxlanılır.Eyni vaxtda Əbüləsvarın qonşusu Şirvanşah I Fəribürzlə (1063–96) əlaqələri qəflətən pozuldu. İki sülalənin qohumluq əlaqələri var idi: Fəribürzün atası Salar ibn Yezid Əbüləsvarın qızı ilə evlənmişdi. Ancaq indi Şəddadi hökmdarı Şirvana qarşı yürüşlərə başlamışdı. 1063-cü ilin yazında Əbüləsvar Quylamiyan qalasını tutdu, Şirvanın paytaxtı Şamaxıya yürüş etdi, Şirvanşahların qüvvələrini döyüşdə məğlub etdi, onların düşərgəsini talan etdi və öz doğma qızını, onun xəzinəsini və məiyyətini götürdü. O, Arrana qayıtdı, ancaq iyulda yenidən Şirvana yürüş etdi. Növbəti il o, təzədən Şirvana işğal etdi və bir sıra qalaları tutdu. Bu zaman kürd qəbilələri onun tərəfinə keçdi. Gəncəyə qayıtdıqdan sonra 1064-cü ilin iyun və ya iyul ayında Şəddadilərlə Şirvanşahlar sülaləsi arasında sülh müqaviləsi bağlandı. Əbüləsvar 40 min qızıl dinar qarşılığında Quylamiyan qalasını qaytardı.1064-cü ildə Səlcuq sultanı Alp Arslan Bizans Ermənistanını işğal etdi və Ani şəhərini ələ keçirdi. Əbüləsvar əraziyə edilən basqınlara şəxsən başçılıq edirdi. O, Münəccimbaşı tərəfindən "Ermənistandakı ən gözəllərdən biri" olaraq təsvir edilən Vicin şəhərini işğal etdi. Münəccimbaşıya görə Alp Arslan Aninin idarəsini ona verdi; İbn əl-Əsir qeyd edir ki, şəhər adı bilinməyən bir əmirə verilir. Vardan Areveltsi qeyd edir ki, şəhər Əbüləsvarın oğlu və xələfi Fəzlə verildi. Gəncəyə qayıtdıqdan və ordunun səpələnməsindən sonra alanlar yenidən Dəryal keçidini keçdilər (Oktyabr 1065) və Şəki əhalisi ilə ittifaq quraraq Arrana basqın etdilər. Şəmkirdə onlar cihad üçün 200-dən çox adamı öldürdülər və Bərdə ətrafına yürüş etməzdən əvvəl Gəncə qapılarına qədər gəldilər. Əbüləsvar və ordusu döyüş meydanında basqınçılarla qarşılaşmaq yerinə divarlarla əhatə edilmiş şəhərin içində qalmağa üstünlük verdi. Alanlar əsir etdikləri adamlarla birlikdə şimala qayıtmaqdan əvvəl Araza qədər çatdılar.Əbüləsvar 19 noyabr 1067-ci ildə öldü və Gəncənin əsas məscidində dəfn edildi. Onun yerinə taxta hələ sağlığında Əbüləsvar tərəfindən varis elan edilən və Şəddadi ailəsi, ordu və Arran insanları tərəfindən sədaqət andı içilən II Fəzl gəldi. Fəzldən başqa Əbüləsvarın 4 oğlu var idi: Aşot, İsgəndər, Mənuçöhr və Mərziban. Həmçinin onun Şirvanşah Salar ibn Yezidlə evlənən bir qızı var idi.Əbüləsvar Şavurun hakimiyyət dövrü Şəddadilər dövlətinin zenit dövrüdür, ancaq sülalələnin zəifləməsi onun ölümündən dərhal sonra başladı: səlcuqlar Arranda və ətraf ərazidə hakimiyyətlərini gücləndirdilər. Alp Arslan böyük miqdarda xərac almaq üçün şəxsən Gəncəyə gəldi. II Fəzlin hakimiyyət dövrü çətin idi. O, səkkiz ay gürcü əsirliyində olmuşdu, ancaq Dərbəndi tuta bilmişdi. Ondan sonra hakimiyyətə 1073-cü ildə oğlu III Fəzl gəldi, ancaq 1075-ci ildə qulam Sav Tegin tərəfindən devrildi. Səlcuqlar Sav Teginə Arran və Dərbəndin hakimiyyətini verdi. Bu ailənin Arrandakı hakimiyyətini bitirdi, ancaq ailənin kiçik xətti Əbüləsvarın üçüncü oğlu Mənüçöhrdən başlayaraq Anini əmir kimi idarə etməyə davam etdi. Əvvəlcə səlcuqlardan, sonra gürcülərdən vassal asılılığında olan sülalə təqribən 1200-cü ilə qədər hakimiyyətdə qaldı. Bosworth, C. E., The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217) // Frye, R. N. (redaktor ), The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol Periods, Cambridge: Cambridge University Press, 1968, 1–202, ISBN 0-521-06936-X Minorsky, Vladimir, Studies in Caucasian History, Cambridge: Cambridge University Press, 1977 [1953], ISBN 0-521-05735-3 Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. Archived from the original on 6 July 2015. İstifadə tarixi: 14 March 2015. Ter-Ghewondyan, Aram, The Arab Emirates in Bagratid Armenia, Transl. Nina G. Garsoïan, Lisbon: Livraria Bertrand, 1976, OCLC 490638192 | https://az.wikipedia.org/w/index.php?curid=508603 |
Əbülbərəkat | Əbülbərəkat — Əbülbərəkat Əvhədüz — zaman Hibətullah ibn Əli ibn Məlkaəl Bağdadi (1080 – 1165, Bağdad) – filosof, fizik, psixoloq və təbib. İvrit dilində Natanel adı ilə əsər yazmışdır. Həyatı haqqında məlumat azdır. Yəhudi ailəsində dünyaya gəlmişdir. Müxtəlif mənbələrdə Əvhədüz-zaman, Seyyidül-hükəma, Feyləsufül-əvan kimi ləqəblərlə xatırlanır. Bağdad mühitində yetişən Əbülbərəkatın müəllimlərindən yalnız Əbül-Həsən Səid ibn Hibətullahın adı çəkilir. 1143-cü ildə Bağdadda Navarre-Yəhudi filosofu İbrahim ibn Ezranın oğlunu qonaq kimi qəbul edərək, evində saxlamışdır. İslamı qəbul edəndə İbrahimin oğlu İshaq (Əbu Səd) da ondan nümunə götürərək, islamı qəbul etmişdir. Bir neçə hökmdar və əmirin yanında çalışan Əbülbərəkat islam dinini qəbul etdikdən sonra xəlifə Müktəfi-Liəmrillaha [1136–60] xidmət etmiş və onun təklifi ilə "Məqalə fil-əql" risaləsini yazmışdır. Fəlsəfi görüşləri Başda Platon və Aristotel olmaqla İbn Sina, Yəhya ən-Nəvi və Əbu Bəkr ər-Razinin fikirlərindən faydalanmışdır. Əbülbərəkatın sifətlərlə (ilahi atributlar) bağlı görüşlərində əşərilərin, xüsusilə Cüveyni və Qəzzalinin təsiri hiss olunur. İslam tarixində özünəməxsus yeri olan Əbülbərəkatın fəlsəfi sistemindən başda Fəxrəddin Razi olmaqla, Nəsirəddin Tusi, Şeyx Şərif Cürcani, Cəlaləddin Dəvvani və b. faydalanmışlar. Əbülbərəkat psixologiyaya dair məsələlərdə İbn Sinada olduğu kimi, can mövzusunu "Təbiyyat" bölməsində araşdıraraq, Platonun nəbati, heyvani və düşünən can təsnifini qəbul etmişdir. O, can haqqında həm Aristotelin "bədənin bir funksiyası", həm də Platonun "bədəni hərəkət etdirən sadə bir cövhər" tərifini natamam hesab etmişdir. Filosofun fikrincə, bu təriflər canı "mən"dən ayrı, sırf maddi, yaxud mücərrəd varlıq kimi göstərir. Can bədənə daxil olan potensiya olub, qeyri-maddidir; bu potensiya bədəndə müxtəlif davranış və hərəkətləri yaradır. Can öz-özlüyündə ayrı-ayrı potensial qüvvələrə malik deyil; tək, tam və bölünməz olan can və onun "idrak alətləri" vardır. Can qeyri-cismani ağıldır və o, bədənlə birlikdə mövcuddur. Bütün planetlərin və ulduzların səmavi canları mövcuddur. Əbülbərəkat "Əl-Kitabül-mötəbər"in "İlahiyyat" hissəsinin əvvəlində öz epistemologiyasını və bu baxımdan məşşailərlə başlıca fikir ayrılıqlarını ortaya qoyur. Ona görə, idrak və bilginin meydana gəlməsi subyekt və obyekt arasındakı münasibətin nəticə sində reallaşır. Farabidə olduğu kimi, Əbülbərəkat da bilgilərin təsnifini maddi varlıqlar haqqında, məhfumlar haqqında, sözlər və mənalar haqqında bilgilər ("elmül-əlfaz vəl-kinayat") şəklində verir. Əbülbərəkata görə, varlıq idrakdan öncə gəlir. Bəzi şeylərin insanların bir qismi, yaxud əksəriyyəti tərəfindən dərk edilməməsi onların yoxluğuna dəlalət etmir. Çünki "idrak varlığın şərti deyil, varlıq idrakın şərtidir". Bununla bərabər, filosof konseptualist bir yanaşma ilə zehni varlıqların (məhfumlar və formalar) idrak edənlər tərəfindən fərqli şəkildə qəbul olun duğunu da göstərmişdir. "Vücud" və "mövcud" anlayışlarını fərqli mənalarda işlətmiş, zehnin heç bir xarici təcrübədən asılı olmadan açıq-aydın qavradığı mütləq varlığa vücud, duyğularla dərk edilən xarici varlığa isə mövcud adını vermişdir. İbn Sina, Sührəvərdi və Dekart kimi Əbülbərəkat da insanın varlığı dərk etməsinin çıxış nöqtəsi kimi öz "mən"ini qavramağı ön plana çəkirdi. Şeylərin öz mövcudiyyətlərini Tanrının varlığından aldıqları üçün ərəz və məcazi varlıq olduqlarını bildirməklə vəhdəti-vücud fəlsəfəsinə yaxınlaşırdı. "Əl-Kitabül-mötəbər fil-hikmət" əsəri Əbülbərəkat öz fikirlərini ən məşhur əsəri olan də "Əl-Kitabül-mötəbər fil-hikmət" əsəri ["Hikmətə dair mötəbər (yaxud düşün cələrdən ibarət) kitab"] sistemləşdirmişdir. Əsər üç hissədən ibarətdir: 1) məntiq; 2) təbiyyat və psixologiya; 3) ilahiyyat. Əbülbərəkat kitabın quruluşunu İbn Sinanın "əş-Şəfa" əsərindən götürmüşdür. Müəllif əsərdə "varlıq kitabı" ("səhifətül-vücud"), yaxud həqiqətin əsl mənbəyi hesab etdiyi və "varlıq nüsxəsi" ("nüsxətül-vücud") adlandırdığı "nəsnələr dünyası"nı incələdiyini bildirir. Filosofa görə, varlıq içində nöqsan olmayan bir kitab, Allahın varlıq haqqındakı elmi isə "ümmül-kitab"dır ("kitabın anası"). Varlıq kitabını yazan Allahdır və bu kitabı oxumaq "bəsirət sahibləri" üçün hər hansı bir filosofun kitabını oxumaqdan daha sadə və faydalıdır. Əbülbərəkat məntiq sahəsində məşşai ənənəyə sadiq qalmış, məntiqin yalnız istilahları ("ləfzlər") deyil, anlayışları öyrəndiyini bildirməklə məşşai ənənəsindən ayrılmışdır. İnsanın bilgi əldə etməsində ilkin bilgilərin (təriflərin) rolunu xüsusi vurğulamış, Aristotel və müsəlman məntiqçilərindən fərqli bir yanaşma ilə tərifin növlərini bilginin dəyəri baxımından hədd, rəsm və təmsil olaraq sıralandırmışdır. Hədd bilinməsi istənilən şeyi özünə aid (zati) xüsusiyyətləri ilə ifadə edən tərifdir. Rəsmdə isə keçici xüsu siyyətlər əks olunur. Bu baxımdan insanı "düşünən canlı" kimi tanıdan tərif hədd, "oxuyub-yazan canlı" kimi tanıdan tərif isə rəsmdir. Təmsil (analogiya) bir şeyi öz bənzərləri, bir bütövü ayrı-ayrı hissələri, yaxud bir mücərrəd məfhumu konkret şeylərlə tanıtma metodudur. Təmsil epistemoloji dəyəri baxımından digər iki növdən sonra gəlsə də, xüsusilə təhsildə faydalı metodlardan biridir. Əbülbərəkat öz naturfəlsəfəsində cismin ən başlıca xüsusiyyətinin hərəkət olması üzərində təmərküzləşən aristotelçi görüşləri qəbul etmiş, hərəkətin növləri mövzusunda məşşailərin izi ilə getsə də, məkan və zaman anlayışlarında onlardan ayrılmışdır. Məşşailərin "hərəkət olmadığı halda zaman da yoxdur" ideyasını rədd edən Əbülbərəkat zamanın hərəkətdən öncə gəldiyini bildirərək, aristotelçilərin öz görüşlərini isbatlamaq üçün "Əshabi-kəhf " hadisəsini dəlil gətirmələrinə qarşı çıxmış, mağarada yatanların yuxu vəziyyətində hərəkətsiz olduğu üçün zamanı yaşamadığını deyil, zamanın onların şüurunda olmadığını göstərmişdir. Filosof İbn Sinanın zamanı cismin bir ərəzi (aksidensiyası) kimi qiymətləndirməsini yanlış hesab etmişdir. Belə ki, insan zehni zamanı cisimdə, yaxud varlıqda deyil, varlığı zamanda qavrayır. Əbülbərəkata görə, mütləq zaman anlayışına sahib ola bilən insan keçmişin, indinin və gələcəyin şüuruna yiyələnir. Bu halda zamanı həm zehni, həm də ontoloji bir gerçəklik kimi göstərən Əbülbərəkatın fikrincə, zaman hərəkətin deyil, varlığın ölçüsüdür və buna görə, var olan hər şey zamana tabedir. Hətta Tanrı da zamandan xaric deyil. Bu səbəbdən də zamanın başlanğıcı olmadığı kimi, sonu da yoxdur. | https://az.wikipedia.org/w/index.php?curid=709389 |
Əbülfida | Əbülfida (ərəb. أبو الفداء) və ya Əbülfida İsmail Həməvi (tam adı əl-Məlik əl Müəyyəd İmadəddin Əbül-Fida İsmail bin Əfdal Əli bin Mahmud; noyabr 1273, Dəməşq, Məmlük dövləti – 27 oktyabr 1331, Həma) — kürt filosof, kapitan, İslam tarixçisi, coğrafiyaçı və 1320–1331- ci illərdə Əyyubilərin Həma əmiri. Ayın üzərindəki Əbulfəda kraterinin adı onun şərəfinə adlandırılmışdır. Əbülfida öz işində məşhur olmuşdur. Əbülfida 1273-cü il tarixində Həma əmiri II Mansur Mahmudun qardaşı və öz atası Malik əl-Əfdalın Moğolların işğalından qaçdığı yer olan Şamda doğulmuşdur. Atası o dövrdə məşhur komandir idi. Əbülfida eyni zamanda Səlahəddin Əyyubinin atası olan Nəcməddin Əyyubunun nəvəsidir. Yaxşı təhsil almış, uşaqlığını Quran və bəzi elmləri öyrənməklə keçirmişdi. Ancaq, on iki yaşından etibarən tez-tez Xaçlılara qarşı hərbi əməliyyatlara qoşulmuşdur. 12 yaşındaykən Hospitalier cəngavərlərinin əlində olan Markab Həma əmiri tərəfindən müşayiət olundu və onlara böyük fayda verdi. Daha sonra Əkka, Hümüş, Tripoli və Rumkale qalalarının fəthinə qatıldı. Əbülfida Məmlük sultanı Baybarsın Hələbə göndərdiyi orduda bəzi qoşunlara başçılıq etdi. 1298-ci ildə Məmlük sultanı Nasir Məhəmmədin xidmətinə daxil oldu. 1299-cu ildə yarı müstəqil olan Həma Əmirliyi ləğv edilərək, Məmlük dövlətinin bir hissəsi oldu. 1300-cü ildə Əbülfidaya Məmlük Şam quberniyasının idarəsi altında Həma idarəçiliyi vəzifəsi verildi. Öz üzərində idarəçi olan Məmlükülər Şam vəlisi Əmir Tengiz münasibətlər pozuldu. Ancaq əhəmiyyətli Məmlük əmirləri və sarayında ad verməyə başladı. 1312-ci ildə Məmlüklər dövləti içində Həma şəhəri idarəçisi olarak Məlik us-Sahn adı verildi. Malatyada moğollarla müharibədə böyük şücayət göstərdi. Bu müvəffəqiyyətlərə görə 1320-ci il fevralın 28-də Sultan tərəfindən irsi olaraq Həma emirliyi və Malik ül Müəyyəd adı verildi. 1320-1321-ci ildə Məmlük sultanı Nasir Məhəmmədin Hicaza etdiyi Həcc səfərində ona müşayiət etdi. Əbülfida özünü hökumətin verdiyi vəzifələrə və eyni zamanda onun nüfuzuna borclu olan elmi işlərə təyin edərək, uzun illər əmir olduğu yerləri sakitlik və əzəmətlə idarə etdi. O, dövrünün ədəbi insan və alimlərinin cəsarətli qoruyucusu idi. 1331-ci ildə Həma şəhərində vəfat etdi. Onun yerinə Həma əmirliyinə Şam əmiri Tengizin də tövsiyə etdiyi, oğlu Əfdal Məhəmməd gəldi. Əbülfida yaşadığı və qarşılaşdıqlarını yazmasıyla məşhur oldu. Tarix elmi sahəsində ən çox tanınan əsəri İbn Əsirin "Əl-Kamil fit Tarix" adlı məşhur əsərinin bir davamı olan "Müxtəsəri Tarix il-Bəşər" dir. Bu əsərdə, ilk peyğəmbər və ilk insan olan Adəmdən başlayaraq 1328-ci ilə qədər baş verən hadisələrə yer vermişdir. Əsər qərb dillərinə tərcümə edilmiş, 1870-ci ildə İstanbulda və 1908-ci ildə Misirdə nəşr olunmuşdur. Əbülfidanın digər mühüm əsəri 1316–1321-ci il tarixlərində yazılmış "Təqvim əl-Buldan" (Ölkələrin cədvəli) adlı əsəridir. Əsər 28 hissədən ibarət olub, ümumi coğrafiya kitabıdır. Müqəddimədən sonra Yer kürəsinin dənizlərini, dağlarını, bulaqlarını və göllərini izah edir. Mətndə bir sıra sətirlər də verilmişdir. Bu sətirlərdə yer adları və onların coğrafi koordinatları göstərilir. Əbülfida bu əsərində Ptolemey, Məhəmməd İdrisi, İbn Havqəl, İshari və Əl-Biruninin əsərlərindən faydalanmışdır. O, həmçinin müxtəlif coğrafi xüsusiyyətləri ilə birlikdə dünyanın ən böyük şəhərlərini təsvir etmişdir. Avropada bu kitab 1840-cı ildə Reinaud və De Slane tərəfindən nəşr olunmuşdur. Fransız dilində tərcüməsi 1848–1883-cü illərdə nəşr edilmişdir. Həmçinin, Əbülfida tibb haqqında "Kunas" adlı kitab da yazmışdır. Həmçinin bax Həma qırğını Xarici keçidlər Şirvan vilayəti Şimali Azərbaycanın tarixi torpaqlarının tərkib hissəsi kimi Arxivləşdirilib 2018-05-10 at the Wayback Machine Abul Fida Ismail Ibn Hamwi Arxivləşdirilib 2010-09-10 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=519483 |
Əbülfərəc bin Harun | Qriqori Bar-Ebrey (klass. süry. ܓܪܝܓܘܪܝܘܣ ܒܪ ܥܒܪܝܐ, lat. Bar Hebraeus), həmçinin Əbülfərəc bin Harun (ərəb. أبو الفرج بن هارون, lat. Abulfaragius; 1226[…], Malatya – 30 iyul 1286 və ya 1286, Marağa, Şərqi Azərbaycan ostanı) — arami yazıçı, alim, həkim, 1264–1286-cı illərdə Süryani Pravoslav Kilsəsinin mafrianı. Qriqori Bar-Ebrey 1226-cı ildə, indiki Türkiyənin Malatya şəhərində bir həkim ailəsində anadan olmuşdur. O, tibb, astronomiya, fəlsəfə, teosofiya, ritorika, tarix, qrammatika üzrə əsərlərin müəllifidir. Bar-Ebreyin ədəbi irsi çox böyükdür. Əxlaqi və satirik xarakterli "Əyləncəli hekayələr kitabı"nın müəllifidir. Süryani dilinin qrammatikasını 3 hissədən ibarət "Şüalar kitabı" və "Ümumi tarix" əsərlərini tərtib etmişdir. Əlavə ədəbiyyat Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=780740 |
Əbülfərəc İsfahani | Əbülfərəc İsfahani və ya Əbulfərəc əl-İsfahani (ərəb. أبو الفرج الأصفهاني; ing. `Ali ibn al-Husayn ul-Isfahānī; d. 897 — ö. 967) — görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi Yaradıcılığı Onuncu yüzilliyin görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi olan Əbülfərəc İsfahaninin "Nəğmələr kitabı" Şərqin ən dəyərli yazılı abidələrindən sayılır. Kitabdakı fəsillərdən ikisi Bənu Amir qəbiləsindən olan Qeys ibn Müləvvəh — dünyanın Məcnun kimi tanıdığı şair haqqındadır. Azərbaycan dilində Əbülfərəc İsfahani. Bir məcnun vardı. Bakı, "Yazıçı", 1990, 4 ç.v. (Ərəb dilindən tərcümə, ön söz və şərhlər Gövhər Baxşəliyeva) ISBN 5-560-00163-5 Əbulfərəc əl-İsfahani. Nəğmələr kitabı. Bakı, "Elm", 1994. (Ərəb dilindən tərcümə və şərhlər Gövhər Baxşəliyeva) Əbdülfərəc əl-İsfahani. "Nəğmələr kitabı" və klassik Azərbaycan ədəbiyyatı. Bakı, "Elm", 1998. (Ərəb dilindən tərcümə və şərhlər Gövhər Baxşəliyeva) Əbülfərəc İsfahani. Ölməzliyə aparan yol. Bakı, Adiloğlu, 2010, 156 səh. (Ərəb dilindən tərcümə, tədqiqat, şərh və qeydlər Gövhər Baxşəliyeva)Rus dilində | https://az.wikipedia.org/w/index.php?curid=394378 |
Əbülfəs Qarayev | Əbülfəs Mürsəl oğlu Qarayev (13 noyabr 1956, Bakı) — Azərbaycanın keçmiş mədəniyyət naziri. Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973–1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib. 1980–1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985–1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.1989–1992-ci illərdə — Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918–1930-cu illərdə — Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi almışdır.1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992–1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.1993–1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilmişdir. 21 may 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilmişdir. Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980–1991-ci illərdə Sov. İKP üzvü olmuşdur, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.Ailəlidir, bir övladı var. Mükafatları "Şöhrət" ordeni — 11 noyabr 2016 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 1 avqust 2019 "İncəsənət və ədəbiyyat" ordeni komandoru (Fransa) — 27 fevral 2012 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni (Ukrayna) — 18 avqust 2009 | https://az.wikipedia.org/w/index.php?curid=43784 |
Əbülfət | Əbülfət — ad. Əbülfət Mədətoğlu — şair, publisist. Əbülfət Misiroğlu — yazıçı-publisist, nasir Əbülfət Cavadov — Biologiya elmləri doktoru, professor. Əbülfət bəy Cavanşir Əbülfət İslam | https://az.wikipedia.org/w/index.php?curid=838283 |
Əbülfət Cavadov | Əbülfət Cavadov (Cavadov Əbülfət Kalvalı oğlu) — Biologiya elmləri doktoru, professor. Tədris Elmi‑İstehsalat Kompleksi ‑ Dövlət Universitetinin Mtsensk filialının kimya, ekologiya və yer quruluşu kafedrasının müdiri və professoru. Cavadov Əbülfət Kalvalı oğlu 1956-cı il iyunun 12-də Azərbaycan Respublikasının Xanlar rayonunun (indiki Göygöl rayonu) Ziyadlı kəndində anadan olub. 1979-cu ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirib və Şəki quşçuluq sovxozuna işləməyə göndərilib. Lakin quşçuluq sovxozunda baş baytar ştatının ləğvi ilə əlaqədar olaraq Ə.Cavadov işə götürülməyib və Azərbaycan Respublikası Quşçuluq Sənayesi idarəsi rəhbərliyinin icazəsi ilə RSFSR-in qeyri-qaratorpaq zonasına ixtisası üzrə işləməyə gedib və Kaluqa vilayətinin Jukov rayonunun “Zarya” kolxozunda baş veterinar işləyib. İşdə yüksək göstəricilərə görə kolxozun və Jukov rayonunun rəhbərliyi Ə.Cavadovun Ümumrusiya Elmi-Tədqiqat Kənd Təsərrüfatı Heyvanlarının Fiziologiyası, Biokimyası və Qidalanması İnstitutunda gələcək işinə və təhsilinə mane olmayıb. Ə.Cavadov 1982-ci ildən baş veterinar, 1984-cü ildən Ümumrusiya Elmi-Tədqiqat Kənd Təsərrüfatı Heyvanlarının Fiziologiyası, Biokimyası və Qidalanması İnstitutunda birləşdirici mübadilə laboratoriyasında baş veterinar işləyib. Ə.Cavadov “Rasionda yemin fiziki forması ilə əlaqədar buzovların orqanizmində fosfolipidlərin mübadiləsi” mövzusunda namizədlik dissertasiyasını yazıb və 1986-cı ildə müdafiə edib. Ə.Cavadov 1987-ci ildə Sumı Kənd Təsərrüfatı İnstitutuna (Ukrayna) işə dəvət edilib. 2000-ci ilədək Sumı Dövlət Aqrar Universitetinin daxili qeyri-yoluxucu xəstəliklər və farmakologiya kafedrasının dosenti vəzifəsində işləyib və doktorluq dissertasiyasının müdafiəsinə hazırlaşıb. 2000-2009-cu illərdə Orlov Dövlət Aqrar Universitetinin terapiya, cərrahiyyə və mamalıq kafedrasının professoru və müdiri vəzifələrində işləyib. Ə.Cavadov 2001-ci ildə Ümumrusiya Elmi-Tədqiqat Kənd Təsərrüfatı Heyvanlarının Fiziologiyası, Biokimyası və Qidalanması İnstitutunda “fiziologiya” ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. | https://az.wikipedia.org/w/index.php?curid=527092 |
Əbülfət Misiroğlu | Əhmədov Əbülfət Misir oğlu (d. 23 dekabr 1946-v.10 dekabr 1998, Azərbaycan Respublikası, Ağcabədi rayonu) — yazıçı-publisist, nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əhmədov Əbülfət Misir oğlu 1946-cı il dekabrın 23-də Ağcabədi rayonunda Salmanbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1963). 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır.Sonra Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nəsr şöbəsində təhsilini qiyabi davam etdirmişdir (1969-1976). Əmək fəaliyyəti Əmək fəaliyyətinə Bakı zavodlarında başlamışdır (1964-1965). Azərbaycan LKGİ Ağcabədi Rayon Komitəsində şöbə müdiri, sonra ikinci katib olmuşdur (1965-1968). Əmək müqaviləsi ilə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir (1968-1969).Eyni zamanda Bakı şəhər İcraiyyə Komitəsi idarələrində müxtəlif vəzifələrdə çalışmışdır.1971-1972-ci illərdə "Beyləqan" qəzetində işləyib.1972-1975-ci illərdə Ə.Misiroğlu Azərbaycan Dövlət Televiziyasının "Gənclər" redaksiyasında müxbir,1986-1991-ci illərdə böyük redaktor vəzifəsində çalışmışdır."Yüksəliş" rayon qəzeti redaksiyasının (1975-1977), Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti) "Politexnik" qəzeti redaksiyasının əməkdaşı (1977-1984) olmuşdur. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Gənclik" baş redaksiyasının böyük redaktoru işləmişdir. Yaradıcılığı və uğurları Bədii yaradıcılığa 60-cı illərdən başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış etmişdir.1991-ci ildə "Ümid" Yaradıcılıq Evini, 1993-cü ildə "İnterfaks" ictimai-siyasi qəzetini və 1994-ü ildə "Günəş kooperativi" dərgisini təsis etmişdir.1996-cı ildə "General doğulmurlar" bədii-tarixi romanı yazıçının sağlığında nəşr etdirdiyi son kitab olur."Azərbaycan oğulları" silsiləsindən olan bu kitab Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən döyüşçülərimizdən bəhs olunur. Keçmiş SSRİ Yazıçılar İttifaqının,SSRİ Politoloqlar və Sosioloqlar Assosiasiyasının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ə.Misiroğlu İraq xalqının tarixən qatlaşdığı əzablara həsr etdiyi əsərlərə görə keçmiş İraq lideri Səddam Hüseyn tərəfindən xüsusi təşəkkür məktubu almış ilk və sonuncu Azərbaycan yazıçısıdır.Keçmiş Çeçenistan prezidenti Cövhər Dudayev tərəfindən Çeçenistanın fəxri vətəndaşı elan olunmuş ilk yazıçımızdır. Əbülfət Misiroğlu 1998-ci il dekabrın 10-da vəfat etmişdir.Ağcabədi rayonunun Salmanbəyli kəndində dəfn edilmişdir. İki səs (hekayələr). Bakı: Gənclik, 1986, 30səh. Gecələr olmayaydı (hekayələr və povestlər). Bakı: Gənclik, 1980, 142 səh. Havadan asılmış dünya (povestlər və hekayələr). Bakı: Yazıçı, 1985, 200 səh. Ağ daşlar (povest və hekayələr). Bakı: Gənclik, 1986, 160 səh. General doğulmurlar.Bakı-Yazıçı-1996 | https://az.wikipedia.org/w/index.php?curid=369953 |
Əbülfət Mədətoğlu | Əliyev Əbülfət Mədət oğlu (1 yanvar 1959, Tuğ, Hadrut rayonu) - şair, publisist. Əbülfət Mədətoğlu (Əliyev Əbülfət Mədət oğlu ) 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. 1966-1976 cı illərdə Tuğ kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1976-1978 ci illərdə Tuğ kənd Oktyabr sovxozunda fəhlə işləmişdir. 1978-1980-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Ordudan tərxis olduqdan sonra "Təşviqatçı" jurnalında korrektor işləmişdir (1980-1985). İşlədiyi müddətdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1980-1986). Eyni zamanda həmin dövürdə (1982-1984) Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. "Araz" qəzetində şöbə müdiri (1986-1988), "Qarabağ" qəzetində (1988-1990) və "Azərbaycan ordusu" qəzetində (1990-1992) müxbir vəzifələrində işləmişdir. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir (1992-ci ildən). Azərbaycan Respublikası Prezidentinin 21.07.2010-cu il tarixli Sərəncamı ilə Əliyev Əbülfət Mədət oğluna Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar Jurnalist” fəxri adı verilmişdir. Eyni zamanda "Qızıl qələm", "Şahmar Əkbərzadə","Məmməd Araz", Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" və "Media Açarı" mükafatlarına laiq görülmüşdür. Bədii yaradıcılığa orta məktəb illərindən başlamışdır. İlk mətbu "Kəndim" və "Şorbulaq" şeirləri "Araz" Füzuli rayon qəzetində çap olunmuşdur. Bundan sonra "Azərbaycan", "Ulduz", "Təşviqatçı" jurnallarında, "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Azərbaycan pioneri" qəzetlərində vaxtaşırı çıxış etmişdir. "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar", "Allah, məni unutma", "Ürəyimdəki sənsən"(Bakı,Tehran),"Yüreyimdeki sensin" (Ankara),"Ağacların şarkısını yapraklar okuyor" (İstanbul), "Hər görüş bir ümiddir", "Sevgi pıçıltıları", "Yanan məktublar", "Mənim kimi sevə bilsən", "Gözləyənim var", "Ürəyim sənlə danışır", "Cəzayam sevdiyim qıza","Bir qadına" şeir kitabları və "Qəhrəman İbad", "Zəhmli polkovnik", "Üfüqdə görünən adam","Sözə ünvanlanmış 15 məktub", "İç dünyamın adamları","Mərhəmət və xeyirxahlığa QABİL insan", "Qovuşan ulduzların nağılı", "Bir ömürdən səhifələr" sənədli povestləri işıq üzü görüb. Yazdığı şeirlərə tanınmış bəstəkarlar Xanım İsmayılqızı, Razim Paşayev, Zəka Vilayətoğlu, İqbal Ağayev musiqilər bəstələyiblər. Həmin bəstələri Xalq Artisti Yalçın Rzazadə, Səyyad Əlizadə, Zəka Vilayətoğlu və başqaları ifa ediblər. Onun yaradıcılığı barəsində qüdrətli söz adamları Xalq şairləri Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Musa Yaqub, Xalq yazıçısı Elçin, akad Nizami Cəfərov, Nahid Hacızadə, Vaqif Nəsib,Seyran Səxavət, Nemət Veysəlli, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Nərgiz Cabbarlı, Barat Vüsal, Flora Xəlilzadə, Şəfəq Nasir, Kəmalə Abıyeva, Ağacəfər Həsənli, Rafael Tağızadə, Zakir Fəxri, prof Esmira Fuad, prof Akif Əli, prof Vaqif Yusifli, prof Rüstəm Kamal, prof Rafiq Yusifoğlu, tanınmış elm adamları Qurban Bayramov, Allahverdi Eminov və başqaları dəyərli fikir söyləyiblər. Ailəlidir 3 övladı, 3 nəvəsi var. 1.Səməni nəğməsi. Bakı: 1988, Gənclik, 61 səh. 2.Nilufər çiçəyi. Bakı: 1995, Səda, 61 səh. 3.Dərdini danışan adam. Bakı: 1999, Şirvannəşr, 100 səh. | https://az.wikipedia.org/w/index.php?curid=56809 |
Əbülfət Məmmədov | Əbülfət Heydər oğlu Məmmədov (1898, Bakı quberniyası – 1957, Bakı) — Azərbaycan SSR Xalq Əkinçilik komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs. Repressiyalara uğraması Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərindən biri olduğu ittihamı ilə həbs olunmuşdur. İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır. Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərarı ilə bəraət edilmişdi. 1957-ci ildə Bakıda vəfat etmişdir. Keçdiyi istintaq işi və adı Bağırov və onunla əlbir olanların məhkəmə hökmünün mətnində xatırlanmışdır. Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938–56). Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=537794 |
Əbülfət Pələngov | Əbülfət Qulam oğlu Pələngov – pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti, FD 02.061 Müdafiə Şurası yanında elmi seminarın sədridir. 1959-cu ildə Azərbaycan respublikasının Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. 1976-cı ildə qardaşı Bunyadəli Qulamoğlu adına Züvüç kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1974 və 1976-cı illərdə riayziyyatdan keçirilən Respublika olimpiadasının qalibi , həmin illərdə SSRİ - Umumittifaq riyaziyyat olimpiadasının mükafatçısı olmuşdur. 1977-1981-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) riyaziyyat fakültəsini, riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. 1981-1982-ci illərdə təyinat üzrə Puşkin (indiki Biləsuvar) rayonunun Nərimanovka kəndində ixtisası üzrə müəllim işləmişdir. 1982-1990-cı illərdə həmin rayonun Səmədabad qəsəbə orta məktəbində riyaziyyat müəllimi işləmişdir. Orta məktəbdə işlədiyi illərdə hazırladığı şagirdlər hər il respublika riyaziyyat olimpiadasının qalibi olduğu üçün 1986-cı ildə AMEA-nın riyaziyyat institutunun diplomu və fəxri fərmanı, həmin ildən də o vaxtkı Maarif Nazirinin əmri ilə “Baş müəllim” adı verilmişdir. 1990-cı ildən ADPU-da əmək fəaliyyətini proqramçı-riyaziyyatçı vəsifəsində davam etdirmişdir. 1993-1996 illərdə ADPU-nun dissertantı olmuş “Ölçmə xarakterli praktik və laborator işləri şagirdlərin həndəsi biliklərini formalaşdıran vasitə kimi” adlı namizədlik dissertasiyasını tamamlamış ADPU-nun nəzdindəki 13.00.02 ixtisas şurasında (Riyaziyyatın tədrisi metodikası ixtisası üzrə) müdafiə etmişdir. 1996-cı ildən ADPU-nun hesablama riyaziyyatı və informatika kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim, dosent vəzifələrində işləmişdir. 2001-2007-ci illərdə riyaziyyat fakültəsinin dekan müavini və dekan əvəzi işləmişdir. 2010-cu ildə “Orta məktəb həndəsə kursu təlimində müasir metodların kompüter texnikası ilə əlaqəli tətbiqinin reallaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını ADPU-nun nəzdində yaradılmış birdəfəlik dissertasiya şurasında müvəffəqiyyətlə müdafiə etmişdir. 2014-cü ilin mart ayının 7- si tarixli ADPU-nun elmi şurasının qərarı ilə “Hesablama riyaziyyatı və informatika” kafedrasında professor vəzifəsinə seçilmişdir, həmin ildə Azərbaycan respublikası Prezidenti yanında AAK-nın qərarı ilə professor diplomu verilmişdir. Riyaziyyatın kompüter texnologiyası ilə tədrisi sahəsində öyrədici proqramlar tərtib etmiş və bir çox məktəblərdə tədris prosesində istifadəsinə nail olmuşdur. Azərbaycan Respublikasında və müxtəlif Beynəlxalq konfranslarda çap olunmuşdur Uluslararası Ögretmen Yetişdirme Politikaları ve Sorunları II Sempozyumu, Ankara, Hacettepe Üniversitesi-2010, 10 th Internotional Computer Instructional Technologies Symposium ICITS 2016 Honorary Board, Türkiyə, Rize, 2016) 1996-cı ildən Respublika Jurnalistlər Birliyinin üzvüdür, 2002-ci ildə “Vektor Beynəlxalq Elm Mərkəzi”-nin “Gənc alim” kimi laureatı olmuşdur. 2010 və 2015-ci illərdə ADPU-da dəqiq elmlər üzrə “İlin Alimi” olmuş və mükafata layiq görülmüşdür. 2011-ci ildə Təhsil nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur. 130 elmi əsərin, o cümlədən, 9 kitab, bir monoqrafiyanın müəllifidir. Əsərlərindən 40-dan çoxu xarici ölkələrdə çap edilmişdir. Keçmiş SSRİ-nin müxtəlif regionlarında 23 dəfə və Turkiyə Respublikasında Beynəlxalq Konfranslarda təmsil olunmuşdur. Rəhbərlik etdiyi aspirant və dissertantlardan ikisi fəlsəfə doktoru dərəcəsi almışdır. Hazırda 7 aspirant və dissertanta ADPU-da, 2 doktorantla Təhsil İnstitunda və Turkiyə Cumhuriyyətindən bir doktoranta rəhbərliyi davam edir və onların da işləri tamamlanmaq üzrədir. Bir elmi publisistik jurnalın və bir ADPU-nun “Xəbərlər” və “Təhsildə İKT” jurnallarının redaksiya heyətinin üzvüdür. Təhsil Nazirliyinin “Akkreditasiya” şöbəsində dəfələrlə mütəxəssis kimi komissiyaya nazirin əmri ilə sədr təyin edilmişdir. Təhsil Nazirliyində “İnformatika” dərslikləri üzrə etibarlı ekspert kimi də fəaliyyət göstərmiş orta məktəb dərsliklərinin əsas rəyçisidir. 2013 - 2016-cı illər - Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “riyaziyyat” bölməsi üzrə yaradılmış ekspert şuraşının üzvü olmuşdur. 2016-cı il aprel ayından AAK-nın rəyasət heyətinin qərarı ilə ADPU-da FD02.061 Müdafiə Şurasının həmsədri işləmişdir. Hazırda ADPU-da FD02.061 Müdafiə Şurasının üzvü, şura yanında elmi seminarın sədridir. Ailəlidir, dörd övladı, beş nəvəsi var. Monoqrafiya və dərs vəsaitləri Orta məktəb həndəsə kursunun öyənilməsində kompüter texnologiyasından istifadənin ümumi məsələləri. Bakı, Elm-2009. 248 səh. Proqramlaşdırma dilləri. Bakı, ADPU-2011,səh.277 Süni intellekt və ekspert sistemləri. Bakı, ADPU-2014,səh.119 Orta məktəbdə informatikanın tədrisi metodikası. Bakı, Elm və təhsil- 2015,səh.185 Əməliyyat sistemləri və kompüter arxitekturası. Bakı, ADPU-2016,səh.212 | https://az.wikipedia.org/w/index.php?curid=550863 |
Əbülfət Təbrizi | Əbülfət Təbrizi (XV əsr). İsmayil Mirzə Səfəvinin (vəfatı 1557) - İran saray həkimi. Tibbi məharətinə görə şöhrət qazanmışdı. Boyu kiçik olduğuna görə xalq ona "Kiçik Həkim" ləqəbini vermişdi. İsmayıl Mirzənin ölümündən sonr o, Təbrizin valisi Əmir xan Türkmanın sarayında həkim işləmişşdi. | https://az.wikipedia.org/w/index.php?curid=72355 |
Əbülfət Vəli | Əbülfət bəy Məmmədhəsən bəy oğlu Vəliyev (1871-1918) — azərbaycanlı aktyor. Əbülfət bəy Məmmədhəsən bəy oğlu 1871-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa realnı məktəbini bitirmişdi. Əbülfət Vəli yüksək istedadlı, mütərəqqi düşüncəli bir aktyor, bacarıqlı rejissor və təşkilatçı idi; xalq arasında teatr sənətinin təbliği sahəsində böyük əhəmiyyətə malik iş görürdü. XIX əsrin sonlarından başlayaraq 1918-ci ilə qədər Azərbaycan teatrının göstərdiyi tamaşaları Əbülfət Vəlisiz təsəvvür etmək qeyri-mümkündür. Həmin illərin dövri mətbuatı məlumat verir ki, Əbülfət Vəli teatr truppasının, demək olar ki, bütün tamaşalarında iştirak etmiş, müxtəlif, bir-birindən həm janr, həm də xaraktercə fərqlənən obrazlar yaratmış, gənc, həvəskar aktyorların yetişməsində böyük zəhmət çəkmiş, eyni zamanda da bir rejissor kimi gərgin fəaliyyət göstərmişdir. Məşhur faciə aktyorumuz Hüseyn Ərəblinskinin istedadının üzə çıxarılmasında, onda mütərəqqi ideyalara meylin güclənməsində Əbülfət Vəlinin də böyük xidməti olmuşdur. H. Ərəblinskinin bir sənətkar kimi yetişməsində Əbülfət Vəlinin təsiri həmişə duyulmuşdur. Əbülfət Vəli və Hüseyn Ərəblinski həmişə yekdil olmuşlar. Qəzet səhifələrində "Ərəblinski, Ə. Vəli… cənabları "Nicat" cəmiyyətindən üz döndərib yeni teatr truppası yaradıblar", "…Ə. Vəlizadə, Ərəblinski birgə tamaşa göstərdilər", "Bu tamaşada Ərəblinski və Ə. Vəli yerli həvəskarlarla birlikdə çıxış etdilər" və s. yazılar, tamaşalar haqqındakı məqalələr, xatirələr sübut edir ki, Azərbaycan səhnəsinin bu iki görkəmli sənətkarı həmişə birgə fəaliyyət göstərmişlər. Ancaq sonralar onlar bir-birindən ayrılmışlar. H. Ərəblinskinin həyatı, yaradıcılığı və sənəti haqqında bir sıra tədqiqatlar aparıldığı, məqalələr yazıldığı halda, Əbülfət Vəlinin fəaliyyəti nədənsə tamamilə unudulmuşdur, halbuki bu iki peşəkar aktyor arasındakı fikir və sənət birliyini görkəmli dramaturq və teatr xadimi Ə. B. Haqverdiyev də görmüş, duymuş, özünün "Sənət qurbanı" və "Ac həriflər" adlı əsərlərində onların surətini yaratmışdır. Əbülfət Vəli faciə aktyoru idi. Rolları rəngarəngliyi ilə seçilirdi. O, qısa bir vaxt ərzində Xəlil ("Hacı Qara"), Cahangir bəy ("Müsibəti Fəxrəddin"), Şah Təhmas, Cavad, Ədhəm və Heydər Şahmar bəy ("Ev tərbiyəsinin bir şəkli"), Dəli Şizavat, Dobçinski ("Müfəttiş"), İkinci İrakli və Murtuzaqulu xan ("Ağa Məhəmməd şah Qacar"), Əbudiyab ("Əbül-üla"), Cənnətəli ("Dəmirçi təbib"), Cəfər ("Qaranlıqla işıq"), Gavə ("Dəmirçi Gavə"), Abdulla ("Dağılan tifaq"), Dayı ("Bahadır və Sona"), ("Bəxtsiz cavan"), Dağıstan qəhrəmanı ("Qafqaz gülü"), Məşədi Kərim ("Pulsuzluq"), fon Moor ("Qacaqlar"), Niyaz bəy ("Dilin bəlası") və s. kimi rəngarəng rollar oynamışdır. Sənətşünaslıq doktoru Cəfər Cəfərovun dediyi kimi, Əbülfət Vəli çox yapışıqlı bir aktyor idi. Tamaşalarda əsas rollarla yanaşı, ikinci, hətta, bəzən üçüncü dərəcəli rollarda da çıxış edər, həmişə də bəyənilərdi. 1911-ci ildə göstərilmiş "Nadir şah" tamaşası (Nadir şahı Ərəblinski, Cavadı isə Cahangir Zeynalov oynamışdır) Əbülfət Vəlinin ən yaxşı quruluşlarından sayılır. Burada onun aktyor sənətkarlığı daha çox fərqlənirdi. Təsadüfi deyil ki, həmin tamaşadan sonra mətbuat səhifələrində Əbülfət Vəli "Qafqazın ən müqtədir aktyorlarından biri" kimi qeyd edilir, onun "bacarıqlı oyunu", "istedadlı ifası", "qüvvətli çıxışı" haqqında yazılar verilirdi. Ə. Vəlinin "parlaq oynadığı Gavə", "yaxşı ifa etdiyi Həsən" ("Qəzavət"), Xəlil bəy ("Bəxtsiz bala"), "nümunəvi artist kimi səmimiyyətlə yaratdığı "Murtuzaqulu" ("Ağa Məhəmməd şah Qacar") rolları və digər obrazları haqqında tez-tez müsbət rəylər eşidilirdi. "Azərbaycan" qəzeti yazırdı: "Gavə rolunda tamaşaçıların vücudunu Vəli kimi lərzəyə salan hansı artistdir? "Əlmənsur"-dakı Həsən rolunu oynayan artistlərin hamısı yenə də Vəlini təqlid etmirlərmi? Nadir şahın Ədhəm və Heydər kimi hiyləgər vəzirlərini Vəli kimi yaradan kimdir? Şillerin qoca qraf Maksimilyan rolunda hansı artist Vəli qədər təsir bağışladı?" Azərbaycan aktyorlarının Lənkarana ilk qastrolu zamanı Əbülfət Vəli truppanın rejissorluğunu etmişdir; sonrakı qastrol tamaşalarında da truppanın müdiri, rejissoru olmuş, teatrın yaradıcı və təşkilati işində çalışmışdır. Əbülfət Vəli N. Nərimanovun "Dilin bəlası" əsərinin tamaşasındakı Niyaz bəy rolunda da böyük müvəffəqiyyətlə çıxış etmişdir. Aktyor öz yaradıcılıq üslubuna uyğun olaraq obrazın müsbət cəhətini şişirtməkdən qorxmamış və bu yolla mütərəqqi ideyalarla tərbiyələnmiş: namuslu, təvazökar, xeyirxah bir insan surəti yaratmışdı. Nəriman Nərimanovun "Nadir şah" əsərində Cavad rolunu oynayan Əbülfət Vəlinin yaratdığı obraz əsərin müəllifi tərəfindən bəyənilmiş, ona heyran olduğunu bildirmişdir. Sonralar N.Nərimanov Tiflis səhnəsində Cavad rolunu oynamağa hazırlaşan M.Mərdanova obrazın xarakter xüsusiyyətlərindən danışarkən Ə.Vəlinin bu roldakı ifa tərzini nəzərdə tutmuş, aktyora bir sıra məsləhətlər vermişdi. Ə.Vəlinin qüvvətli, yapışıqlı ifasını alqışlayan "İrşad" qəzeti (26 noyabr 1906-cı il) yazırdı ki, "...Cavad – Əbülfət Vəli cənabları layiqincə rollarını bilmələri ilə binöqsan oynadı".Ə. Vəlinin "Nadir şah" əsərinin tamaşasında yaratdığı Nadirin dayısı Cavad obrazı bu baxımdan diqqəti daha çox cəlb etmişdi. Həcmcə kiçik olan bu rol Əbülfət Vəlinin ifasında məzmunu və mahiyyəti etibarilə çox əhəmiyyətli idi. Aktyor obrazın ifasında tamaşanın ideyasını, mübarizə pafosunu xeyli qüvvətləndirirdi. 1907-ci ildə Ə.B.Haqverdiyev və H.Ərəblinskinin rejissorluğu ilə göstərilmiş "Ağa Məhəmməd şah Qacar" əsərinin tamaşasında Əbülfət Vəli əvvəl Murtuzaqulu xan rolunu, sonrakı tamaşalarda isə İkinci İrakli surətini yaratmışdır. İlk dəfə 3 dekabr 1907-ci ildə göstərilmiş "Ağa Məhəmməd şah Qacar" tamaşası görünməmiş bir müvəffəqiyyətlə keçmişdi. Əbülfət Vəli H.Ərəblinski ilə birlikdə tamaşanın tam hazırlıqla keçməsi üçün çalışmışdı. O, özü qrimlənir, digər aktyorların da qrimlənməsinə, geyiminə kömək edir, səhnənin qaydaya salınmasına nəzarət edirmiş. Tamaşanın üstün cəhətlərindən biri qüvvətli aktyor ifası idi ki, burada Əbülfət Vəlinin Murtuzaqulu xan rolundakı çıxışı xüsusi qeyd edilməlidir.İnqilab Kərimov Əbülfət Vəli haqqında yazdığı "Realist və humanist sənətkar" adlı məqaləsində ("Ədəbiyyat və incəsənət" qəzeti, 1 fevral 1969-cu il) göstərmişdir: "Bu vaxta qədər Ə.Vəlinin vəfat etdiyi il məlum deyildi, onun "harada isə itkin düşdüyü" fikri söylənilirdi. İndi isə dəqiqləşdirilmişdir ki, Ə.Vəli 1918-ci il dekabr ayının 3-də Göyçay şəhərində vəfat etmişdir. "Azərbaycan" qəzeti artistin vəfatı münasibəti ilə həmin tarixli nömrəsində başsağlığı vermişdir". Azərbaycan teatrının salnaməsi (1850-1920). (toplayanı, tərtib edəni və izahların müəllifi: Qulam Məmmədli). (I hissə). Bakı: Azərnəşr, 1975 İnqilab Kərimov. Realist və humanist sənətkar. "Ədəbiyyat və incəsənət" qəzeti, 1 fevral 1969-cu il. İnqilab Kərimov. Əbülfət Vəli. Azərbaycan Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1970, № 2. İnqilab Kərimov. Azərbaycan-Türkiyə teatr əlaqələri. Bakı, 2000. Ənvər Çingizoğlu, Baharlı oymağı, "Soy" dərgisi, 6 (14) 2008. Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013) Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013) Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015 Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015 Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015 Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014 Həmçinin bax Baharlı oymağı Azərbaycan mədəniyyəti Arxivləşdirilib 2013-08-14 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=77735 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.