!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əbdül Muis
Əbdül Muis (ind. Abdoel Moeis; 3 iyul 1883 – 17 iyun 1959, Bandunq) — İndoneziya yazıçısı, jurnalisti və tərcüməçisi, müasir İndoneziya realist nəsrinin qabaqcılı. İndoneziyanın Niderlanddan müstəqilliyi uğrunda hərəkatın iştirakçılarından biri. Qərbi Sumatradakı Sunqay-Puarda anadan olmuşdur. Cakartada üç il tibb təhsili almış, lakin xəstəliyinə görə təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalmışdır. Onun ilk işi dövlət xidməti ilə bağlı idi, lakin daha sonra Əbdül Muis İndoneziyadakı Niderland müstəmləkə hakimiyyətlərini tənqid edən bir jurnalistə çevrilmişdir. O, Qərb müəlliflərinin əsərlərini İndoneziya dilinə tərcümə etmişdir: Servantesin "Don Kixot" (1923), Mark Tvenin "Tom Soyyerin macəraları" (1928), Hektor Malonun "Ailəsiz" (1932) əsərləri buna nümunədir. Muis İndoneziyanın siyasi həyatında daha çox iştirak etmək ümidi ilə "Sarekat İslam" azadlıq hərəkatına qoşulmuşdur. İndoneziyanın müstəqilliyi məsələsinin sülh yolu ilə həllinin faydasız olduğuna əmin olmuş, ölkənin müstəmləkə hakimiyyətlərindən zorakı formada azad edilməsinin tərəfdarı idi. Buna baxmayaraq, o, daha sonra Niderland hakimiyyətinin yaratdığı nümayəndəlik orqanı olan Xalq Şurasının üzvü olmuşdur. 1922-ci ildə Muis Cogyakarta şəhərindəki tətildə iştirak etmiş, buna görə həbs edilmiş və cəzasını Qərbi Yavanın Qarut şəhərində çəkməyə göndərilmişdir.1959-cu ildə vəfat etmişdir. Bandunq şəhərində dəfn olunmuşdur. Xarici keçidlər World Book Encyclopedia, Australasian Edition, 1966. Nationalist Movements: Indonesian History. Abdul Muis (1883—1959): Opposing the Netherlands with a Pen (Indonesian). «West Sumatra reinvents its original roots», Ardimas Sasdi, The Jakarta Post, 8 January 2003.
https://az.wikipedia.org/w/index.php?curid=767470
Əbdül Məcid
Əbdül Məcid və ya Əbdülməcid — kişi adı. I Əbdülməcid II Əbdülməcid Əbdül Məcid Təbib Əbdülməcid Təbbun
https://az.wikipedia.org/w/index.php?curid=692172
Əbdül Məcid Təbib
Əbdül Məcid Təbib (XIII əsr) — Azərbaycanın XIII əsr görkəmli həkimlərindən biridir. O,Marağada yaşamış və Şərqin böyük astronom və riyaziyyatçısı Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır. Əsər və araşdırmaları Əbdül Məcid Şərqdə geniş yayılmış "Kitabüt-tibb" adlı kitabın müəllifidir. Adına, materialların yerləşməsinə və bəzi şərhlərinə görə,bu əsəri Mahmud ibn İlyasın "Elmi təbabət kitabı"na da bənzətmək olar. Lakin bu yalnız ilk baxışdan belə görsənir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm də xüsusən əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər vardır. Buna baxmayaraq, aydın görünür ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmudun kitabının təsiri altında olmuşdur, bəlkə də hətta onlar tanış idilər. "Kitabüt-tibb" 1275–1280-ci illərdə, Mahmudun ölümündən bir qədər əvvəl yazılmış və 1307-ci ildə işıq üzü görmüşdür. Buna görə də onların görüşdüklərini ehtimal etmək mümkündür. Əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur və 49 hissədən ibarətdir. Kitab diaqnostika və müalicəyə dair az qala bütün məsələləri əhatə edir. Müalicəsindən bəhs edilən xəstəliklər içində astma, göz xəstəlikləri, zəhərlənmə və s. vardır. Orta əsrlərdə tibbə dair əsər yazmış müəlliflərin hamısından fərqli olaraq, Əbdül Məcid mamaçalıq sənətinə də toxunmuşdur. O hamiləlik məsələsinə ayrıca fəsil ayırıb. Kitabda psixiatriyaya dair məsələlərə xüsusi diqqət yetirilib. Təbib "dəlilik", "qarabasmalar" ("kabusi"), baş ağrısı, müxtəlif növlü qorxmalar, yayğınlıq və s. haqda bəhs edir. İ. K. Əfəndiyevin yazdığı kimi, Əbdül Məcid belə hesab edir ki, insanın psixi fəaliyyətinin mərkəzi baş beyindir. İnsanı ətraf aləmlə qovuşduran vəsilə isə hissiyyat üzvləridir. Bunların vasitəsilə təəssüratlar yaranır. Təəssüratlar mənfi və müsbət ola bilir. Birincilər nikbinlik, sevinc, ikincilər isə sıxıntı doğurur. həkimin vəzifəsi də bundan ibarətdir ki, insanı mənfi təəssüratlardən çəkindirsin, çünki bunlar üst-üstə yığılanda ruhi əzab (sıxıntı) yaradır. Mütəmmadi mənfi təəssüratların ağırlığı altda ruhi cəhətdən sıxıntı keçirən insan son nəticədə "dəli" ola bilər. Əbdül Məcidin "qızğın dəli"lər barədə fikirləri də orijinaldır. O belə hesab edir ki, mənfi təəssüratlar insana iki cür təsir edir: bir növü tam ruhi sıxıntı (depressiya) yaradır, ikinci növü isə qızğınlıq doğurur. Qızğınlıq o zaman baş verir ki, hissiyyat üzvləri tərəfindən verilən mənfi təəssüratlar "başda" təhrif olunur, "qarışdırılır" və insan onların öhdəsindən gəlmək qüdrətində olmur, "ağıl başdan çıxır və insan özünü ələ ala bilmir." Bu geniş sitatdan da göründüyü kimi, Əbdül Məcid hələ müasir həkimlərdən çox-çox qabaq mənfi stresslərin insan psixikasına ağır təsir göstərdiyini anlamışdır. Əbdül Məcidin başqa orijinal fikirləri də çoxdur və onun əsərləri hələ də öz tədqiqatçılarını gözləyir. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=72339
Əbdül Qasımov
Əbdül Hüseynəli oğlu Qasımov — Azərbaycanın tanınmış hidrobioloq alimi. 5 mart 1929-cu ildə Lənkəran rayonunun Kənarmeşə kəndində anadan olmuşdur. 1946-cı ildə Dövlət Pedaqoji İnstitutunun təbiyyat-kimya fakültəsinə qəbul olunmuş, həmin institutu 1950-ci ildə bitirmişdir. Tələbəlik illərində prof. Z.M.Şaxtaxtinskayanın rəhbərliyi ilə yerinə yetirdiyi “Lənkəran rayonunun iynəcə sürfələri” mövzusunda yerinə yetirdiyi kurs işi onun gələcək fəaliyyətini müəyyənləşdirdi . Ölkəmizdə və xarici ölkələrdə məşhur hidrobioloq və zooloq kimi tanınmış Ə.H.Qasımov 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. Elmi fəaliyyəti 1950-ci ildən Azərbaycan EA Zoologiya İnstitutunda çalışan Əbdül müəllim Qasımov 1954-cü ildə məşhur rus hidrobioloqu V.İ.Jadinin rəhbərliyi ilə yerinə yetirdiyi namizədlik dissertasiyasını Leninqrad şəhərində müvəffəqiyyətlə müdafiə etmişdir. O, həmin ildən Mingəçevir su anbarının, Kürün, o cümlədən respublikanın dağ-çəmən zonası göllərinin dib faunasını araşdırmağa başlamışdır. Ə.H.Qasımov 1963-cü ildə Moskva Dövlət Universitetində “Aşağı Kürün və Mingəçevir su anbarının biloji rejimi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycanın şirin su faunasının gözəl bilicisinə 1968-ci ildə professor elmi adı verilmişdir. Professor Ə.H.Qasımov1961-ci ildə akademik A.N.Derjavinin zəmanəti ilə institutun hidrobiologiya laboratoriyasının, 1974-cü ildən ömrünün sonunadək həmçinin Xəzər bioloji stansiyasının müdiri vəzifəsində çalışmışdır. Onun yüksək təşkilatçılığı hesabına şirin su hövzələrində hidrobioloji rejimin, son illər suyun səviyyəsinin dəyişilməsi və böyük neft ehtiyatlarının istismarı ilə əlaqədar olaraq Xəzər dənizində faunanın kompleks tədqiqi həyata keçirilmiş, olduqca qiymətli elmi nəticələr əldə edilmişdir. 1980-ci ildə Əbdül müəllim Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1982-ci ildə Ə.H.Qasımovun rəhbərliyi altında Xabarovskdən Bakı limanına gətirilən “Elm” elmi-tədqiqat gəmisində Azərbaycanlı mütəxəssislər tərəfindən Sakit və Hind okeanlarının, o cümlədən Aralıq dənizinin hidrofaunası öyrənilmişdir. Əbdül müəllim 330-dan artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi və məsləhəti ilə 5 doktorluq, 25-dən yuxarı namizədlik dissertasiyası hazırlanmış və uğurla müdafiə edilmişdir. Əsas elmi əsərləri Xərçənglər (1976) Rotatorilər (1984) Elmi qurumlarda üzvlüyü, təltifləri və mükafatları Ümumittifaq Hidrobioloji Cəmiyyətin Rəyasət Heyətinin üzvü, YUNESKO-nun “İnsan və biosfer” proqramı üzrə respublika komitəsinin sədr müavini, həmçinin Azərbaycan EA və SSRİ EA-nın çoxsaylı elmi sovetlərinin üzvü olmuşdur. SSRİ-də hidrobiologiya elminin inkişafına görə medalla təltif olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=365501
Əbdül Rəhim
Əbdül Rəhim (Arabic عبد الرحيم الكيب) və ya Əbdül Rəhim əl-Kib; 2 mart 1950, Tərabülüs əl-Qərb – 21 aprel 2020, Taskalusa[d], Alabama) — elektronika üzrə mühəndis və Liviya siyasətçisi. 2011-ci il oktyabrın 31-i Liviya Milli Keçid Şurasında keçirilən açıq səsvermədə 51 nəfərdən 26-nın dəstəyini alaraq Liviyanın Baş Naziri seçilib. Seçkidə alimin 4 rəqibi olub.
https://az.wikipedia.org/w/index.php?curid=262325
Əbdül Rəhim əl-Kib
Əbdül Rəhim (Arabic عبد الرحيم الكيب) və ya Əbdül Rəhim əl-Kib; 2 mart 1950, Tərabülüs əl-Qərb – 21 aprel 2020, Taskalusa[d], Alabama) — elektronika üzrə mühəndis və Liviya siyasətçisi. 2011-ci il oktyabrın 31-i Liviya Milli Keçid Şurasında keçirilən açıq səsvermədə 51 nəfərdən 26-nın dəstəyini alaraq Liviyanın Baş Naziri seçilib. Seçkidə alimin 4 rəqibi olub.
https://az.wikipedia.org/w/index.php?curid=262326
Əbdül Rəhman Qasımlı
Kürd siyasi lider . 1973 - cü ildən qətlə yetirildiyi zamana - 1989 - cu ilədək İKDP - nın başçısı olmuşdur . 1930 - cü il dekabrın 22 - də Urmiyada , zəngin feodal ailəsində anadan olmuşdur . İlk təhsilini Urmiyada dini məktəbdə alıb və Tehranda , Sorbonnada və Praqada davam etdirib . Səkkiz dildə səlis danışa bilirdi : Azərbaycan dili , Kürd dili , Fars dili , Ərəb dili , İngilis dili , Türk dili , Çex dili , Rus dili və Fransız dili . 15 - yaşında İran Kürdüstanının Demokratik Gənclər Birliyini qurdu . 1973 - cü ildən 1989 - cu ilədək İKDP - yə başçılıq etdi . Vyanada İran İslam Respublikasının agentləri tərəfindən qətlə yetirildi . Kürdüstan və Kürdlər (1965)
https://az.wikipedia.org/w/index.php?curid=467842
Əbdül Rəşid Dostum
Əbdül Rəşid Dostum - Əbdül Rəşid Dostum ya da Rəşit Dostum (Farsca: عبدالرشید دوستم) (d. 1953, Şibirgan, Əfqanıstan) Özbək əsilli Əfqanıstan generalı, Əfqanıstandakı özbəklərin lideri, Əfqanıstan qəhrəmanıdır.
https://az.wikipedia.org/w/index.php?curid=327162
Əbdül Səməd bəy hamamı
Əbdül Səməd bəy hamamı — Şuşada tikilən və Şuşanın yuxarı məhəllələrindən biri olan Hamam qabağı məhəlləsində yerləşən ilk hamam tikililərindən biri. İlk hamam olaraq XVIII əsrin 50-ci illərində qala şəhər kimi formalaşmağa başlayanda Pənahəli xanın qardaşı oğlu Əbdüsəməd bəy Behbudəli bəy oğlu Cavanşir tikdirib və həmin hamam sahibinin adı ilə də tanınıb. Hamamın qapısının üstündə Şuşa şəhərinin salınma, hamamın tikilmə tarixi, sahibinin adı həkk olunmuşdu. Binanın izləri təxminən XIX əsrin axırlarınadək yaşayırdı. Ümumi məlumat Müsəlman adət-ənənələrinə görə, şəhərin hər məhəlləsində hamamı olmalı idi. Ona görə də Köhnə Şuşada nə az, nə çox, on yeddi hamam olmalı idi. Su adi quyulardan götürülürdü və çox duzlu idi. Şuşa hamamlarında kişilər və qadınlar üçün ayrı-ayrılıqda çimmək günləri olub. Hamamların əksəriyyəti insanların hamamdan sonra dincəlib çay içə biləcəyi geniş taxçalı hamam otağından və soyunub-geyinmə otaqlarından ibarət idi. Hamam qadınların həyatında xüsusi rol oynamışdır. Şəriət qanunlarına görə, ər arvadına icazə verməsə, özlərini göstərə və başqalarına baxa, yeni paltar və ləl-cəvahiratlarını nümayiş etdirə bilərdilər. İnsanlar hamamda oğullarına gəlin seçərdilər. Çox vaxt hamamlardan qız təqdim etmək və toy dəstəmazı mərasimini təşkil etmək üçün istifadə olunurdu. Mərasimlər musiqi ilə müşayiət olunurdu; qohumlar, dostlar oxuyur, rəqs edir, şirniyyat yeyirdilər. Bəzən hamamlar bağlanır və insanlar orada zorxana adlı idman yarışları təşkil edirdilər. Həm kişilərin, həm də qadınların tamamilə soyunaraq çimməsi ədəbsiz hesab olunurdu. İnsanlar bədənin aşağı hissəsinə fitə adlı xüsusi dəsmal bağlayırdılar. Onları özləri ilə gətirirdilər və yaxudda hamamda onlara verirdilər. Hamamların daxili və xarici hissələri demək olar ki, döyüş və ov səhnələri, pəhləvanların döyüş səhnələri, Azərbaycan və fars ədəbiyyatının Nizami, Firdousi və digər klassik yazıçılarının əsərlərindən olan illüstrasiyalarla bəzədilirdi. Şuşada ilk hamamı Qarabağ xanı İbrahimxəlil xanın əmisi oğlu Əbdül Səməd bəy inşa etdirmişdir. Şuşanın qədim sakinlərinin məlumatına görə bu hamam Şuşa şəhərinin tarixi ilə (1750-ci il) bağlıdır. Əbdül Səməd İbrahimxəlil xan tərəfindən Ağa Məhəmməd şah Qacarın sarayına girov verilmişdir. O, sarayda olan haqsızlıqlara dözməyərək oradan qaçarkən yolda öldürülmüşdür. İbrahimxəlil xanın əmisi Behbudəli bəyin oğlu Əbdül səməd bəy Qarabağ xanlığının tarixində özünəməxsus xidmət göstərmişdir. Əbdül Səməd bəy hamamı sahibinin adı ilə də tanınıb. Hamamın qapısının üstündə Şuşa şəhərinin salınma, hamamın tikilmə tarixi, sahibinin adı həkk olunmuşdu. Binanın izləri təxminən XIX əsrin axırlarınadək yaşayırdı. Hamamın yerləşdiyi məhəllənin sonralar onun şərəfinə Hamam qəbağı məhəlləsi adlandırılması ilə onun qədimliyini və populyarlığını qiymətləndirmək olar. Qırx açar camı (Çilcam) Yuyunduqdan və tamamən təmizləndikdən nail olduqdan sonra ritual dəstəmaz prosesinə keçilir. Bunun üçün qırx acar adlanan ritual qablara doldurulmuş təmiz su ilə yuyunmaq lazım idi. Buna görə də ona çilcam (perfuziya qabı) da deyirlər. Bundan sonra heç kim insana tam quruyana qədər toxuna bilməz. Hamam sandığı Hamama gətirilən əşyaların daşınması və saxlanması üçün hamam sandığından (mis qablar) istifadə olunurdu. Qabın qapağı və alt hissəsi ayrıla bilir, hamam camı kimi də istifadə oluna bilirdi. Qadınlar özləri ilə hamama müxtəlif buxurlar və kosmetik maddələr — xına, basma, sırma, yumşaldıcı yağ və s. gətirirdilər. Hamam ziyarətindən bir gün əvvəl xına və basmadan istifadə olunur, hamamda isə yuyurdular. Yağlar və buxurlar hamamdan dərhal sonra bədənə sürtülürdü. Hamamlarda gəlinlər əl və ayaqlarına xına vururdular. Xınadan bayramlarda da istifadə edirdilər. Bir çox qadınlar hamama gələndə müxtəlif zinət əşyaları taxırdılar. Burada bir növ qeyri-rəsmi gözəllik və yaxşı yaşayışın yarışması var idi. Çimərkən hamam sandığının içinə zinət əşyaları qoyulur, kilidlənir və hamam nəzarətçilərinə verilir. Həmçinin bax Şirin su hamamı Xarici keçidlər "Şuşada ilk hamam". www.youtube.com. İstifadə tarixi: 17 iyun 2022. "Şuşanın hamamları". 525.az. İstifadə tarixi: 17 iyun 2022.
https://az.wikipedia.org/w/index.php?curid=735466
Əbdül Səttar Ədhi
Əbdül Səttar Ədhi (1928 – 8 iyul 2016, Kəraçi) — Dünyanın ən varlı və ən məşhur xeyriyyəçi dilənçisi. Pulu olmadığı üçün anasını həkimə apara bilməməsi və məhz pulsuzluq və yoxsulluqdan anasının ölməsi onun həyatına ciddi təsir göstərmişdir. Sonradan dilənçilikdən qazandığı pullarla yoxsulların müalicə ala biləcəyi 250-dən artıq xəstəxana tikdirmişdir. Nəticədə o, Kəraçi küçələrində sədəqə istəyən dilənçidən millət qəhrəmanına çevrilmişdir. Bu barədə o belə demişdir: "Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı". Ədhi dilənərək qazandığı pulları yığıb 1951-ci ildə ilk kiçik klinikasını tikdirmişdir. Əlsiz-ayaqsızlar üçün klinikada pulsuz müayinə təmin edən, topdansatış anbarlardakı dərmanları alaraq yoxsullara çox ucuz qiymətə satan Ədhi insanların rəğbətini qazandıqdan sonra iş adamları, siyasətçilər, adi insanlar ona külli miqdarda xeyriyyə ianələri verməyə başladılar. Dilənçilikdən qazandığı pulları bağışlanan ianələrlə cəmləyən Ədhi Pakistanın ilk təcili yardım maşınını alaraq yoxsulların xidmətinə verir. O, artıq 50 ildən çoxdur ki, dilənçiliyini davam etdirir. Əməlləri barədə deyir: "Yoxsulam, doğrudur, amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır". 250 xəstəxana Qocalar evi Dünyanın ən böyük pulsuz təcili yardım xidməti Ədhinin yaratdığı qurum 2011-ci ildə iki təyyarə də alaraq onları uçan xəstəxanalara döndərib. Mükafatları 1988 — Beynəlxalq Lenin Sülh mükafatı Dünyanın ən gözəl, varlı və məşhur dilənçisi… — FOTO (az.) Xarici keçidlər Səxsi saytı: www.edhi.org (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=255148
Əbdül Xalıq
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır.Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. Yaradıcılığı Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.Əbdül Xalıqın peyzaj və natürmort janrlarında işlədiyi əsərləri sırasına İtaliya, Türkiyə, Amerika həyatına dair lövhələr, "Bakıda May nümayişi" (1943), "Üzüm yığımı" (1946), "Çöl gülləri" (1955), "Quşlarla natürmort" (1957), "İstanbulda küçə" (1960), "Tarla düşərgəsində" (1963) və başqaları daxildir. O, "Qaçaq Nəbi" (1959), "Nəriman Nərimanov" (1969), "Əliağa Vahid" (1970), "Əzim Əzimzadə" (1970), "Ana" (1970), "Ziya Bünyadov" (1978), "Mehdi Hüseynzadə" və başqa portretlerin, eləcə də Şamaxı, Zaqatala, Moskva, İstanbul və Bakı ünvanlı etüdlərin müəllifidir.Rəssamın 1960-cı illər yaradıcılığını əmək mövzulu "Kolxozçu Sevil Qazıyeva", "Kolxoz həyəti", "Kolxozçu qadın", "Balıqçılar", "Əmək meydanında", "Lənkəran balıqçıları" və "Məhsul bayramı" tabloları, əmək adamlarının təmas yerlərini tərənnüm edən "Çuxuryurd", "Altıağac" və "Mənzərə" əsərləri əhatə edir. Əbdülxalıq həmin illərdə sovet rəssamlarının tərkibində Türkiyə və İtaliyada yaradıcılıq səfərində olmuşdur. O, sənət dostları Baba Əliyev və Salam Salamzadə ilə birlikdə 1962-ci ildə təşkil olunmuş qrup sərgisində 20-i portret, 14-ü peyzaj olmaqla, 34 əsərini nümayiş etdirmişdir. Onun "Venesiya" adlı əsəri Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasındadır.Rəssamın əsərləri Gürcüstan, Moldova, Litva, Latviya, Çexoslovakiya, Misir, Suriya, Livan və digər ölkələrdə sərgilənmişdir. Onun işləri Bakı, Moskva, İstanbul muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
https://az.wikipedia.org/w/index.php?curid=552175
Əbdül Xalıqov
Əbdül Xalıqov - Azərbaycan SSR DTK-nın sədr müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR-in Əməkdar hüquqşünası (1980), general-mayor (1974). Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir. 1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir. 1953-cü ildə Kirov adına ADU-nun hüquq fakultəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir. 1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir. 1985-ci ildə təqaüdə çıxmış və ittifaq əhəmiyyətli fərdi pensiyaçı olmuş, xidmət etdiyi dövrdə Lelin ordeni və 2 Qızıl Ulduz medalı ilə təltif edilmişdir. Bununla yanaşı, SSRİ DTK-nın "fəxri əməkdaşı" (1964) və Azərbaycan SSR-in "əməkdar hüquqşünası" (1980) fəxri adları verilmişdir. Əbdül Xalıqov 1996-cı ilin iyul ayının 30-da Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir. Xarici keçidlər Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=387863
Əbdül Zahı
Əbdül Behrəng Bunevi Zallinader Zahı (18 aprel 1937, Tehran – 12 sentyabr 1966) — şair. Zahı 1937-ci ildə Tehranda anadan olub. Balacalıqdan şeir yazan Zahı 1949-cu ildə ilk şeiri olan "Balaca qız" şeirini Təbriz mətbuatında çap etdirmişdir. Uşaqları çox sevən şair onlar üçün "Bir ilanın hekayəsi" və s. əsərlərini yazmışdır. Şair 1966-cı ildə edam etdirilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=310314
Əbdül Əbdülzadə
Əbdülzadə Əbdül Abbas oğlu — Əbdülzadə Əbdül(hüseyn) Kərbəlayı Abbas oğlu (12.03.1898, Bakı-27.7.1937, Bakı) - Atası - tacir Kərbəlayı Abbas Əbdül oğlu (təx.1870, Təbriz-təx.1900, Bakı) təxminən 1890-da Bakıya köçüb. Aşağı Təzəpir (indiki Mirzə Fətəli) küçəsində (döngə 17, ev 7) ev alıb. İndiki Füzuli meydanında - "1001 xırdavat" mağazasının yerində dükanı olub. Kərbəla ziyarətinə gedərkən orada vəfat edərək dəfn olunub. Anası Hürnisə Sayıl qızı Binəqədi kəndindəndir. Qardaşı Qulam Əbdülzadə (1892/94-təx.1940) müəllim işləyib. Əbdül Əbdülzadə Sonqulu məscidində molla yanında oxuyub. Sonra Bakı Politexnik məktəbinin mexanika bölməsində neft sənayesi ixtisası üzrə oxuyaraq oranı bitirib (3.5.1918). AC Parlaman idarəsində (dəftərxanasında) məzbətə mühərriri - stenoqrafçı (1.1.1919-adək; ARDA,). 18 may 1919-dan Gəncə ibtidai məktəbində müəllim işləyib. 1920-nin yanvarında Cümhuriyyət onu oxumağa Türkiyəyə – İstanbul Universitetinin hüquq fakültəsinə göndərib. Bu vaxt London və Parisdə də olub. 1920-nin iyulunda Tiflisdən keçməklə Bakıya qayıdıb və 25 avqust 1920-dən nəşriyyatlarda tərcüməçilik edib. 1921-də təhsilini M.Əzizbəyov adına Bakı Politexnik İn-tunda (indiki Neft Akademiyası) davam etdirib və 1925-də mexanika bölməsini bitirərək mühəndis olub. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində riyaziyyat ixtisası üzrə də oxuyub (20.5.1926-da bitirib). 11 sentyabr 1922-ci ildən 14 may 1927-ci ilədək Nərimanov adına texnikumda müəllim işləyən Ə.Əbdülzadə 18 yanvar 1927-də həbs edilib və 1922-1924-də "Müsavat" partiyasının gizli təşkilatında iştirakına görə 8 il iş verilərək 1928-in yayında Solovki adasına sürgünə göndərilib. 1934-də sürgündən qayıdıb, ancaq Bakıda yaşamağa icazə verilmədiyinə görə Gəncəyə gedib. 1934-1936-cı illərdə orada Gəncə Sənaye Politexnik Texnikumunda, Gəncə dəmiryol inşaatı texnikumunda və Fəhlə fakültəsində dərs deyib. 9 nəfər köhnə məhbus yoldaşıyla birgə 24 dekabr 1936-də yenidən gizli müsavatçılıq fəaliyyəti üstündə həbs edilərək 28 iyul 1937-də onlarla birgə güllələnib.Xudad Məlikaslanov, Əhməd Pepinov, Ağa Axundov, Məhəmmədbəy Məhəmmədbəyov, Əbdül Əbdülzadə və Əliheydər Babayev tərəfindən tərtib edilmiş "Dəmiryol işlətmə istilahları" (1924) da dövrün soraq-məlumat nəşri kimi diqqəti cəlb edir.
https://az.wikipedia.org/w/index.php?curid=539428
Əbdül Əliyev
Əliyev Əbdül Hacıəli oğlu (1911, Dağıstan, Daxadayev rayonu, Qubaçı kəndi - 1965) — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA müxbir üzvü. Əliyev Əbdül Hacıəli oğlu Dağıstanın Dahadayev rayonunun Qubaçi kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) bitirmişdir. "Azneftkəşfiyyat" trestində mühəndis-geoloq işləmişdir. 1940-cı ildə "Kabristanın məhsuldar qatının petroqrafiyası" mövzusunda namizədlik, 1946-cı ildə isə "Azərbaycanın neftli-qazlı vilayətlərinin üçüncü dövr çöküntülərinin petroqrafiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Bu iş Azərbaycanın bu mühüm neftli-qazlı qatının öyrənilməsinə mühüm töhfə oldu və onun tərəfindən təklif olunmuş kəsilişlərin bölgü və müqayisəsi gələcək tədqiqatların əsasını qoydu. Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) süxurların fiziki xüsusiyyətlərini öyrənən laboratoriyaya rəhbərlik etmişdir. 1948-ci ildə Geologiya İnstitutunun direktoru təyin edilmişdir. 1951-1959-cu illərdə Azərbaycan SSR-nin EA Neft ekspedisiyasının rəisi işləmişdir. Onun rəhbərliyi altında Azərbaycanın perspektivli yataqlarının neft və qaz ehtiyatlarının hesablanması üzrə böyük işlər aparılmış, yataqlara təsir etmənin çoxlu layihələri işlənib hazırlanmışdır ki, bu da Azərbaycanın neft mədənlərində neft hasilatının çoxalmasına kömək etmişdir. 1955-ci ildə Azərbaycan EA-na müxbir üzv seçilmişdir. Elmi fəaliyyəti Elmi fəaliyyəti Azərbaycanın çöküntü qatlarının petroqrafiyası, korelyasiyası və mezokaynozoy hövzələrinin paleocoğrafiyasının öyrənilməsi məsələlərinə həsr olunmuşdur. O, Azərbaycanın mezokaynozoy hövzələrinin paleocoğrafiyasını dərk etmək üçün çoxlu yeniliklər vermişdir. O, Azərbaycanda ilk dəfə olaraq karbonat süxurların neft və qaz kollektorları kimi xüsusiyyətlərini öyrənməyin zəruri olduğunu əsaslandırmışdır. 100-dən artıq dərc olunmuş əsərin və o cümlədən 10 monoqrafiyanın müəllifidir. Onun bu əsərlərində Azərbaycanın və Dağıstanın istismar və kəşfiyyat sahələrinin mezokaynozoy çöküntülərinin tərkibi və kollektorluq xüsusiyyətlərini xarakterizə edən külli miqdarda faktik material ümumiləşdirilmişdir. Azərbaycanın neft yataqları və litoloji xəritələrini tərtib edənlərdəndir. Azərbaycanın və Dağıstanın bir çox litoloq-alim kadrlarını hazırlamışdır. Ömrünün son illərində Dağıstan Dövlət Universitetinin rektoru olmuş və eyni zamanda Geologiya İnstitutunun fasiya və paleocoğrafiya laboratoriyasına rəhbərlik etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=444772
Əbdül Əlizadə
Əbdül Əlizadə (d. 16 avqust 1932 — ö. 22 fevral 2015) — əməkdar elm xadimi, professor, psixoloq-alim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktorudur. Əbdül Əli oğlu Əlizadə 1932-ci il avqust ayının 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuşdur. 1957-ci ildə Ə.Əlizadən "Azərbaycan məktəbi" jurnalında işləməyə başlayıb. Ə.Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri"ni öyrənirdi. Onu aktual bir məsələ — təxəyyüldə informasiyaların işlənməsi prosesi maraqlandırırdı. 60-cı illərdə informasiyaların işlənmə prosesi XX və XXI əsrlər psixologiyasında önəmli yer tutan koqnitiv psixologiyanın əsas problemlərindən biri idi. Gənc alim də təxəyyülün xüsusiyyətlərini məhz bu kontekstdə araşdırırdı. 1975-ci ildə Ə.Əlizadə "Cinsi demorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdi. Ə.Əlizadənin doktorluq dissertasiyası Azərbaycan psixologiyasında mühüm hadisə idi. Bu tədqiqatla Azərbaycan psixologiyasında yeni elmi istiqamət — cinsi fərqlər psixologiyası istiqaməti yarandı və uğurla inkişaf etməyə başladı. 1964-cü ildə dövrün psixoloji fikrini sistemli əks etdirən sanballı "Psixologiya" dərsliyi nəşr olunmuşdur. Onun altı müəllifindən üçü respublikanın qocaman psixoloqları (Ə.Zəkuzadə, F.İ.İbrahimbəyov və M.Məhərrəmov), üçü isə istedadlı gənc psixoloqlar (Ş.Ağayev, Ə.Bayramov və Ə.Əlizadə) idi. 1968-ci ildə Ə.Əlizadənin professor Y.Ş.Kərimovla birlikdə yazdığı "İlk addımlar" (məktəbəqədər uşaq müəssisələri üçün), 1986-cı ildə Ə.S.Bayramovla birlikdə yazdığı "Sosial psixologiyanın aktual məsələləri", 1989-cu ildə isə fundamental "Psixologiya" dərsliyi (professor Ə.S.Bayramovla birlikdə) nəşr olundu. Ə.Əlizadə IX və X siniflər üçün "İnsan və cəmiyyət" dərsliyinin də həmmüəllifidir. Bu dərslik Azərbaycan və rus dillərində iki dəfə nəşr olunub. 80-ci illərin ikinci yarısında Azərbaycan məktəblərində maraqlı bir fənn — "Ailə həyatının etikası və psixologiyası" fənni tədris olunmağa başlandı. Yeni fənnin komissiyası yaradılmalı idi. Professor Ə.Əlizadə professor A.Almazovla birlikdə bu önəmli elmi-psixoloji vəzifəni uğurla həll etdilər. Professor Ə.Əlizadə "Elmi xəbərlər"in (psixologiya və pedaqogika seriyası) baş redaktoru, "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin üzvi kimi də səmərəli fəaliyyət göstərmişdir. Təhsilin nəzəriyyə və praktikası ilə məşğul olan görkəmli pedaqoq, əməkdar elm xadimi, psixoloq-alim, professor Əbdül Əlizadə 22 fevral 2015-ci il tarixində dünyasını dəyişmişdir. Teatrşünas Məryəm Əlizadənin qardaşıdır. Rüstəmov, F. "Görkəmli psixoloq, təvazökar insan" //Xalq.- 2002.- 19 noyabr. "Görkəmli psixoloq, təvazökar insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 157. "İnsanlığa yaraşıq olan alim". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 75. Əbdül Əlizadə fenomeni
https://az.wikipedia.org/w/index.php?curid=402280
Əbdülağalı
Abdalağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Avdalağalu formasında qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türkmənşəli abdal etnonimi əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vağaşen qoyulmuşdur. Ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində ermənilərin təzyiqi nəticəsində azərbaycanlılar kəndi tərk etmişlər.
https://az.wikipedia.org/w/index.php?curid=447263
Əbdülbaqi Fövzi
Yusifzadə Əbdülbaqi Nəsir oğlu -(12.02.1901 – 07.01.1956) — şair, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1901-ci il fevralın 12-də Azərbaycanın Şamaxı qəzasında (indiki Şamaxı şəhərində) dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində almışdır (1911-1916). Eyni zamanda çəkməçi yanında şagird olmuş, oradan tütün fabrikinə fəhləliyə keçmişdir. 1918-ci ildə ailəliklə Gəncəyə köçmüşlər. Burada əvvəlcə tütün fabrikində işləmiş, sonra Gəncə müəllimlər seminariyasına daxil olmuşdur (1919). Əksinqilabi qiyam nəticəsində seminariya müvəqqəti bağlanmışdır (1920). 1921-ci ildə şagird komitəsinin sədri olmuşdur. Gəncə qəza icraiyyə komitəsində müxtəlif vəzifələrdə, Həm də savadsızlığın ləğvi sahəsində çalışmışdır (1921-1924). Təhsilini davam etdirmək üçün Bakıya göndərilmişdir Əvvəlcə fəhlə fakültəsində oxumuş, sonra pedaqoji texnikuma dəyişilmişdir (1924-1928). Eyni zamanda , yazıçı S.S.Axundovun müdirlik etdiyi 19 nömrəli 1 dərəcəli orta məktəbdə müəllim işləmişdir 1926-cı ildə "Gənc qızıl qələmlər" cəmiyyətinin üzvü olmuşdur. Azərbaycan Proletar Yazıçıları Birliyi 1928-ci ildə onu Moskvaya, V. Bryusov adına ali ədəbiyyat kurslarına göndərmişdir. Əvvəcə 1 Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində, sonra Dövlət Redaksiya-Nəşriyyat institutunda təhsil almış, orada 111 kursu bitirmişdir (1928-1933). Azərnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor işləmişdir (1933-1941). Sovet Ordusuna çağırılmış, Zaqafqaziya cəbhəsində siyasi idarədə təlimatçı-ədəbiyyatçı kimi xidmət etmişdir (1942-ci ilədək). Səhhətinə görə tərxis olunub Azərbaycan Radio Verilişləri Komitəsində—"Son xəbərlər" redaksiyasında məsul redaktor, sədr müavini, uşaq şöbəsində məsul redaktor, ədəbi-dram şöbəsinin məsul redaktoru, sonra redaktoru işləmişdir. Yaradıcılığı Ədəbi fəaliyyətə 1920-1922-ci illərdən başlamışdır. "Gəncə seminariyasında" adlı ilk tənqidi məqaləsi "Dilxor" təxəllüsü ilə "Əxbar" qəzetinin 1920-ci il payız nömrələrində çap olunmuşdur. 1922-ci ildə "Yeni Gəncə" qəzetində "Eynək" şerini "Salik" təxəllüsü ilə dərc etdirmişdir. İstər "Yeni fikir" qəzeti, "Qızıl şəfəq" və "Dan ulduzu" jurnallarında (Tiflis dövri mətbuatı), istərsə də "Komsomol", "Pioner", "Maarif işçisi", "İnqilab və mədəniyyət" jurnallarında, "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində şer və hekayələrini Şahid, xüsusən Şirvani təxəllüsləri ilə çap etdirmişdir. Onun Simferopolda Krım tatarlarının dilində çap edilən "İleri" ("İrəli") jurnalında, "Yeni dünya", "Yaş qüvvət" ("Gənc qüvvə") qəzetlərində də yazıları çap olunmuşdur. "Tamara" adlı ilk pyesi Bakı və Gəncədə 1923-1924-cü illərdə fəhlə klubunda tamaşaya qoyulmuşdur. Bakıya köçdükdən sonra əsərlərini Fövzi təxəllüsü ilə dərc etdirmişdir. Əsas janrı poeziya olsa da Hekayə və pyeslər də yazmışdır. V.Mayakovski, M.Lermontov, A. Qaydar, N Qribaçov və b. sənətkarlardan tərcümələr etmişdir. İctimai işlərdə fəal çalışmışdır Ştatdankənar mühazirəçi, təşviqatçı olmuş, Bakı şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1946, 1951). Xidmətlərinə görə üç medalla təltif olunmuşdur. 1956-cı il yanvarın 7-də Bakıda vəfat etmişdir. Xarici keçidlər [1] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=262682
Əbdülbaqi Təbrizi
Mir Əbdülbaqi Təbrizi (az-əbcəd. میر ابدولباقی تبریزی), təxəllüsü Baqi (az-əbcəd. باقی) — XVI əsrin sonu–XVII əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan xəttatı. Təbriz, Bağdad və İsfahanda fəaliyyət göstərmiş, elm və sənətin müxtəlif sahələrində şöhrət qazandığına görə "danişmənd" (alim) təxəllüsü almışdır. Mir Əbdülbaqi Təbrizi İsfahanda bir sıra məscidin kitabələrini işləmiş (Əli Rza Təbrizi ilə birgə), nəsx, süls və rüqə xətləri ilə "Qəsideyi-bürda" ("Peyğəmbərin əbası haqqında qəsidə", 1588) və s. əsərlərin üzünü köçürmüşdür. Şah I Abbasın dövründə yaşamış, Ələddin Təbrizi və Əlirza Təbrizinin tələbəsi olmuşdur. O, 1629-cu ildə vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=786182
Əbdülbaqi Yusifzadə
Yusifzadə Əbdülbaqi Nəsir oğlu -(12.02.1901 – 07.01.1956) — şair, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1901-ci il fevralın 12-də Azərbaycanın Şamaxı qəzasında (indiki Şamaxı şəhərində) dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində almışdır (1911-1916). Eyni zamanda çəkməçi yanında şagird olmuş, oradan tütün fabrikinə fəhləliyə keçmişdir. 1918-ci ildə ailəliklə Gəncəyə köçmüşlər. Burada əvvəlcə tütün fabrikində işləmiş, sonra Gəncə müəllimlər seminariyasına daxil olmuşdur (1919). Əksinqilabi qiyam nəticəsində seminariya müvəqqəti bağlanmışdır (1920). 1921-ci ildə şagird komitəsinin sədri olmuşdur. Gəncə qəza icraiyyə komitəsində müxtəlif vəzifələrdə, Həm də savadsızlığın ləğvi sahəsində çalışmışdır (1921-1924). Təhsilini davam etdirmək üçün Bakıya göndərilmişdir Əvvəlcə fəhlə fakültəsində oxumuş, sonra pedaqoji texnikuma dəyişilmişdir (1924-1928). Eyni zamanda , yazıçı S.S.Axundovun müdirlik etdiyi 19 nömrəli 1 dərəcəli orta məktəbdə müəllim işləmişdir 1926-cı ildə "Gənc qızıl qələmlər" cəmiyyətinin üzvü olmuşdur. Azərbaycan Proletar Yazıçıları Birliyi 1928-ci ildə onu Moskvaya, V. Bryusov adına ali ədəbiyyat kurslarına göndərmişdir. Əvvəcə 1 Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində, sonra Dövlət Redaksiya-Nəşriyyat institutunda təhsil almış, orada 111 kursu bitirmişdir (1928-1933). Azərnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor işləmişdir (1933-1941). Sovet Ordusuna çağırılmış, Zaqafqaziya cəbhəsində siyasi idarədə təlimatçı-ədəbiyyatçı kimi xidmət etmişdir (1942-ci ilədək). Səhhətinə görə tərxis olunub Azərbaycan Radio Verilişləri Komitəsində—"Son xəbərlər" redaksiyasında məsul redaktor, sədr müavini, uşaq şöbəsində məsul redaktor, ədəbi-dram şöbəsinin məsul redaktoru, sonra redaktoru işləmişdir. Yaradıcılığı Ədəbi fəaliyyətə 1920-1922-ci illərdən başlamışdır. "Gəncə seminariyasında" adlı ilk tənqidi məqaləsi "Dilxor" təxəllüsü ilə "Əxbar" qəzetinin 1920-ci il payız nömrələrində çap olunmuşdur. 1922-ci ildə "Yeni Gəncə" qəzetində "Eynək" şerini "Salik" təxəllüsü ilə dərc etdirmişdir. İstər "Yeni fikir" qəzeti, "Qızıl şəfəq" və "Dan ulduzu" jurnallarında (Tiflis dövri mətbuatı), istərsə də "Komsomol", "Pioner", "Maarif işçisi", "İnqilab və mədəniyyət" jurnallarında, "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində şer və hekayələrini Şahid, xüsusən Şirvani təxəllüsləri ilə çap etdirmişdir. Onun Simferopolda Krım tatarlarının dilində çap edilən "İleri" ("İrəli") jurnalında, "Yeni dünya", "Yaş qüvvət" ("Gənc qüvvə") qəzetlərində də yazıları çap olunmuşdur. "Tamara" adlı ilk pyesi Bakı və Gəncədə 1923-1924-cü illərdə fəhlə klubunda tamaşaya qoyulmuşdur. Bakıya köçdükdən sonra əsərlərini Fövzi təxəllüsü ilə dərc etdirmişdir. Əsas janrı poeziya olsa da Hekayə və pyeslər də yazmışdır. V.Mayakovski, M.Lermontov, A. Qaydar, N Qribaçov və b. sənətkarlardan tərcümələr etmişdir. İctimai işlərdə fəal çalışmışdır Ştatdankənar mühazirəçi, təşviqatçı olmuş, Bakı şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1946, 1951). Xidmətlərinə görə üç medalla təltif olunmuşdur. 1956-cı il yanvarın 7-də Bakıda vəfat etmişdir. Xarici keçidlər [1] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=247828
Əbdülbaqi Yəzdi
Əbdülbaqi Yəzdi (XV əsr, Yəzd – 1514, Çaldıran ilçəsi, Van ili) — Səfəvi din və dövlət xadimi, Səfəvilər dövlətinin vəkili və Nemətullahiyyə təriqətinin başçısı. İlkin həyatına dair məlumatlar azdır. Yəzd şəhərində doğulmuşdur, Neyməddin Neymətullanın oğlu, Nemətulla Vəlinin nəslindən idi. 1511-ci ildə Şah İsmayılın düşərgəsində olduğu məlumdur. 1512-ci ildə Nəcmi Saninin müavinlərindən (sədr) idi. Həmin ilin noyabrında, Nəcminin öldürülməsindən sonra vəkilliyə təyin olunmuşdur. 1514-cü ildə Çaldıran döyüşündə öldürülənədək vəkil olmuşdur. Yaradıcılığı Baqi təxəllüsü ilə şeirlər yazmışdır. Mir Əbdülbaqi Yəzdi adlı oğlu olmuşdur. O, daha sonra Yəzd valisi olmuş, I Təhmasibin bacısı Xanış bəyim ilə evlənmişdir. Bu evlilikdən doğulan qızı da daha sonra II İsmayılla evlənmişdi.
https://az.wikipedia.org/w/index.php?curid=431309
Əbdülbaqi Zülalov
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi. Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi. 1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi. Zülalovlar ailəsi bu günə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir. Bülbülcanın qızı, nəvəsi və qardaşı uşaqları da xanəndə oldu. Nəsil şəcərəsi Həmçinin bax Gülhüseyn Kazımlı, Vasif Quliyev.Bülbülcan. "Şuşa" nəşriyyatı. Bakı. 2016.
https://az.wikipedia.org/w/index.php?curid=620456
Əbdülbasit Əbdüs-Səməd
Əbdülbasit Məhəmməd Əbdüs-Səməd (ərəb. عبدالباسط عبدالصمد d. 1 yanvar 1927-ci il – ö. 30 Noyabr 1988-ci il) — İslam dünyasının görkəmli Quran qarisi, tilavət qaydalarının pionerlərindən biri. Qurani-Kərimi xüsusi həzin üslubda oxumaqla fərqlənmişdir. Əbdülbasit 1927-ci ildə Misirin cənubunda Qina əyalətinə bağlı olan, Ərmənt şəhərinin Məzaizə kəndində anadan olmuşdur. O, Qurani-kərimin hifzi və qiraətinə diqqət və maraq göstərilən bir yerdə dünyaya göz açır. Babası Əbdüs-Səməd quran hafizlərindən və təqvalı şəxslərdən sayılırdı. Qardaşları ilə birlikdə 6 yaşında quranı hifz etməyə başlayır. Ustadı şeyx Əmir, onun fövqəladə istedadına və qiraət məharətinə heyran qalır. Çünki O, öz həmyaşıdlarından daha çox quranı öyrənib, ustadının tapşırıqlarını diqqətlə yerinə yetirməyə can atırdı. 1950-ci ildə ustad Əbdülbasit, xanım Zeynəbi-Kübranın(ə) ziyarətinə gedir. Bu ziyarətə səbəb, məşhur qarilərdən olan ustad Əbdül-Fəttah Şəşai, Mustafa İsmail, Əbdül-Əzim Zahir və Əbül-Əynəyn Şüeyşə kimi məşhur ustadların orada quran məclisi təşkil etməsi idi. Zeynəbiyyə məscidində gecənin yarısının keçməsinə baxmayaraq əhlibeyt(ə) aşiqlərilə dolub daşırdı. Bu vaxt ustad Əbdül-Basitin yaxınlarından biri məclisi təşkil edənlərdən ustad Əbdül-Basitin 10 dəqiqəlik tilavət etməsini xahiş etdi. Ustad Əbdül-Basit tilavət üçün minbərə çıxır. Bu zaman məscid sükuta qərq olur. Hamı bu gənc və cəsur qarinin tilavətini səbirsizliklə gözləyirdilər. Bir neçə dəqiqə keçmişdi ki, sükut öz yerini uca fəryad və dəstəklərlə əvəz etdi. Hamı ustada “Allah yəftəh ələyk”, “Allahu Əkbər” kimi kəlmələrlə dəstək verirdi. Məsciddə hazır olanlar elə hiss edirdilər ki, divarlar Allahı təsbih və tənzih edirlər. O gecə 10 dəqiqəlik tilavət, 1 saat yarıma qədər davam edir. Radioya dəvət Zeynəbiyyə məscidindəki tilavətinin bərəkətindən 1951-ci ilin sonlarında ustad Zəbbanın vasitəsilə Misir radiosuna dəvət alır. Ustad Zəbba Zeynəbiyyə məscidindəki tilavət kasetini radionun münsiflər heyətinə təqdim edir. Onlar ustad Əbdül-Basitin fövqəladə səsi və tilavət qaydalarını dəqiq yerinə yetirməsindən təəccüb edirlər. Elə həmin ildə ustad Əbdül-Basit Misir radiosunun parlayan və sevilən qarilərindən olur. Milyonlar insanın qəlbində öz yerini tapır və hamı tərəfdən onun ilahi bir nemət olduğu deyilirdi. Xarici ölkələrə səfər Ustad Əbdülbasit quran qiraəti və təbliği üçün istər Ramazan ayında istərsədə digər aylarda dünyanın müxtəlif ölkələrinə səfər etmişdir. Hətta bəzi dəvətləri sırf məclis xatirinə deyildi. Çünki ustadı sevənlər və tərəfdarları onun vücudunun sevinc və şadlıq gətirdiyinə inanırdılar. Buna sübut olaraq ustadın rəsmi və dövlət tərəfindən qarşılanmağını göstərmək olar. Pakistana səfəri zamanı bu ölkənin başçısı tərəfindən havalimanında qarşılanır. İndoneziyanın paytaxtı Cakartada ən böyük məsciddə tilavət edərkən 1 km fasilə məsafəsində və 250000 müsəlmanın səhərə kimi ayaq üstə ustadın tilavətini dinləməsi onun nə qədər sevilməsinə başqa bir sübutdur. Hindistana səfəridə böyük izdihamla qarşılanır. Ustad, təkcə müsəlman ölkələrinə səfər etməklə kifayətlənmir. Bəlkə dünyanın bütün nöqtələrində yerləşən və qəlbləri quran eşqilə döyünən müsəlmanlarla görüşür. Tilavət etdiyi məşhur məscidlərdən: Məscidul-həram, Məscidi-Nəbəvi, Qüdsdə Məscidul-Əqsa, Məscidi İbrahimi, Dəməşqdə Əməvi məscidi, Asiyanın məşhur məscidləri, Afrika, Amerika birləşmiş ştatları, Fransa, London və digər ölkələr olmuşdur. Ustad Əbdül-Basitin şah əsərlərindən və tilavətlərindən olan Həşr,Təkvir və Fəcr surəsinin son ayələrini Bağdadda imam Kazım(ə) və imam Cavadın(ə) hərəmində yerinə yetirmişdir. Ustad bu tilavət haqqında belə deyir: Məclisdə qəribə bir mənəvi təsirə düşmüşdüm.Tilavətimdən öncə imam Kazım(ə) və imam Cavaddan(ə) icazə aldım. Ustadın digər məşhur qiraətlərinə, Əhzab, Yusif, Həcc, Qəmər- Ər-Rəhman, Furqan-Bələd-Nəsr, Məryəm-Tariq-Fəcr-Bələd-Zuha-İnşirah, Bəqərə-Fələq-Nas-Həmd-Nəsr və İxlas surələrini nümunə göstərmək olar. Ustad Əbdulbasitin 114 surənin möhtəşəm tilavətinin dinləyə bilərsiniz. Ustadınşəkər xəstəliyilə mübarizəsi şiddətlənir. O, müxtəlif qidalarla bu xəstəliyə qarşı mübarizə aparsada qaraciyər iltihabınında artması bu mübarizənin qarşısını alır. Nəhayət 1988-ci il 30 fevral tarixində ustad fani dünyayla vidalaşır. Ustadın cənazə mərasimində minlərlə quransevər və müxtəlif ölkələrdən gələn şəxsiyyət və səfirlər iştirak edirlər. Ustadı böyük hüzn və kədər içində son mənzilə yola salırlar. Xarici keçidlər Ustad Əbdülذasit Əbdüs-Səməd Əbdülbasit Məhəmməd Həmçinin bax Məhəmməd Siddiq Minşavi
https://az.wikipedia.org/w/index.php?curid=731733
Əbdülbağı Zülalov
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi. Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi. 1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi. Zülalovlar ailəsi bu günə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir. Bülbülcanın qızı, nəvəsi və qardaşı uşaqları da xanəndə oldu. Nəsil şəcərəsi Həmçinin bax Gülhüseyn Kazımlı, Vasif Quliyev.Bülbülcan. "Şuşa" nəşriyyatı. Bakı. 2016.
https://az.wikipedia.org/w/index.php?curid=332191
Əbdülcabbar (Heris)
Əbdülcabbar (fars. عبدالجبار) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (35 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=685921
Əbdüldar ibn Qusay
Əbdüldar ibn Qusay (ərəb. عبدالدار بن قصي) — atası Şeybə ibn Haşimin (Əbdülmütəllib) ulu babası Qusay ibn Kilabdır (təxminən 400-480). Bəni Əbdüldarın əcdadı olduğu kimi oğullarının adı Osman və Əbdmanafdır. Həmçinin bax Ədnani ərəblər
https://az.wikipedia.org/w/index.php?curid=811408
Əbdülfəttah Əs-Sisi
Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi (ərəb. عبد الفتاح سعيد حسين خليل السيسي; 19 noyabr 1954, Qahirə) — Misirin altıncı və hazırkı prezidenti, Hərbi Kəşfiyyatın keçmiş direktoru, keçmiş Müdafiə naziri və keçmiş general olan bir Misir siyasətçisidir. 10 fevral 2019–10 fevral 2020-ci illərdə Afrika Birliyinin sədri. 2014-cü ildə keçirilən Misir prezident seçkilərinin qalibi. Misir hərbi xadimi, feldmarşal (2014-cü il), 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı, 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək Misir Silahlı Qüvələrinin Ali Şurasının sədri, 16 iyul 2013-cü ildən 27 mart 2014-cü ilədək Misir Baş nazirinin müavini. 19 noyabr 1954-cü ildə anadan olub. Rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=365342
Əbdülfəttah əs-Sisi

https://az.wikipedia.org/w/index.php?curid=365413
Əbdülhaq Abdullayev
Əbdülhaq Ağsaqqal oğlu Abdullayev (özb. Abdulhaq Oqsoqolovich Abdullayev; 30 dekabr 1918, Türkistan – 29 oktyabr 2001, Daşkənd) — Özbəkistan portret rəssamı, Özbəkistan SSR xalq rəssamı (1968), Özbəkistan Rəssamlıq Akademiyasının fəxri üzvü. Əbdülhaq Ağsaqqal oğlu Abdullayev 30 dekabr 1918-ci ildə Türkistan şəhərində anadan olmuşdur. Uşaqlıq illərində rəsm çəkməyə meyli müəyyən edilmişdir. 1928-ci ildə o, Daşkənddəki fəhlə məktəbinə daxil olmuş, burada digər fənlərlə yanaşı, rəsm çəkməyin əsasları ilə də tanış olmuşdur. Abdullayev məktəbdə rəssamlıq peşəsi haqqında ciddi düşünməyə başlamışdır. 1931-ci ildə rəssamlıq məktəbi yerləşdiyi Səmərqənd şəhərinə köçürülmüşdür. Abdullayev hansısa aktyorun portretinin surətini yazmışdı və məktəbdə yoxlanılanda onu imtahansız tələbə kimi qəbul etmişdilər. 1938–1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır.1940-cı, 1946-cı, 1953-cü illərdə Daşkənddə rəssamın əsərlərindən ibarət sərgilər keçirilmişdir. Abdullayev sənətlə bağlı bir sıra məqalələrin müəllifidir. 1950–1957-ci illərdə Rəssamlıq Məktəbində 1950–1957 və 1955–1957-ci illərdə Daşkənddə Nizami adına Pedaqoji İnstitutunda dərs demişdir. Rəssamın rəsmləri Özbəkistan, Rusiya, İtaliya, Hindistan və dünyanın digər ölkələrinin muzeylərində saxlanılır.29 oktyabr 2001-ci ildə vəfat etmişdir. O, "Çiğatay" xatirə qəbiristanlığında dəfn edilmişdir. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=767998
Əbdülhaq Adnan Adıvar
Əbdülhaq Adnan Adıvar (1882, Gelibolu, Çanaqqala vilayəti – 1 iyul 1955, İstanbul) — Türk siyasətçi, yazıçı, tarixçi, akademik və həkim. Respublikasının ilk tarixçisi, Parlament dövrünün ilk səhiyyə naziridir. (Cümhuriyyət dövrünün ilk səhiyyə naziri Adnan Adıvardan sonra gələn Refik Saydam idi). Birinci Parlamentdə millət vəkili olmuş və parlamentin ikinci sədri olmuşdur. Türkiyənin ilk müxalifət partiyası olan Tərəqqipərvər Cumhuriyyət Partiyasının qurucularından biridir. Romançı Halide Edipin həyat yoldaşıdır. 1882-ci ildə Gəliboluda anadan olub. Kadi Ahmet Bahai Əfəndi və Sabiha Hanımın oğludur. Məktəb həyatı İstanbulda keçdi. İbtidai təhsilini Tərəqqinin Nümunəsi Məktəbində, orta məktəb təhsilini "Mülki İdadi"-də bitirmişdir. Tibbi təhsilinə İstanbulda 1899-cu ildə başlamışdır. 1905-ci ildə Tibb fakültəsini bitirdikdən sonra Berlin Universitetinin Tibb fakültəsində köməkçi işləyir və daxili xəstəliklər ixtisası diplomu alır. II. Konstitusiya 'Evə qayıtdıqdan və 1910-cu ildə elan edildikdən sonra Tibb Fakültəsi dosent oldu. 1911-ci ildə Tripoli müharibəsində Qızıl Aypara Cəmiyyətinin müfəttişi və həkimi kimi iştirak etmişdir. 2 il Tibb Fakültəsinin direktoru idi. Birinci Dünya Müharibəsi illərində Səhiyyə Departamentinin Baş direktoru vəzifəsində çalışmış və tibb mayoru rütbəsi ilə cəbhədə iştirak etmiş və Baş Qərargah Sağlamlıq Müfəttişinin köməkçisi vəzifəsində çalışmışdır. Müharibənin sonunda tibb fakültəsindəki vəzifəsinə qayıtdı. 1917-ci ildə o dövrdə Livanda təhsil işçisi olan yazıçı Halide Ediplə evləndi. Halide Hanımın atasına verdiyi etibarnamə ilə evlilikləri Bursada edildi . 1955-ci ildə Adnan Bəyin ölümünə qədər davam edən bu evlilikdən cütlüyün övladı yox idi. Əbdülhaq Adnan, Mudros Barışığının imzalanmasından sonra İstanbulda düşmən işğallarına qarşı qurulan ilk gizli müqavimət təşkilatı olan Karakol Cəmiyyətinin qurucularından biri oldu. Milliyyətçi fikirləri müdafiə edən Milli Türk Partiyasının qurucuları arasında da var idi. 1919-cu ildə keçirilmiş Osmanlı Parlament seçkilərinə Milli Türk Partiyasının namizədi olaraq qatıldı və İstanbul millət vəkili oldu. İngilislər 16 Mart 1920-ci ildə İstanbulu işğal etdikdən sonra Parlamentin Parlamenti qapandı; Mustafa Kamal, Adnan bəy və həyat yoldaşı Xalidə xanım, edam hökmünün çıxarıldığı və sultanın 24 May 1920-ci ildə edamını təsdiqlədiyi ilk altı nəfər arasında idi. Bununla birlikdə, Adnan bəy 19 Mart 1920-ci ildə arvadı ilə birlikdə İstanbuldan atla ayrıldı və 2 aprel 1920-ci ildə milli mübarizəyə qoşulmaq üçün Ankaraya gəldi. Beləliklə, 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılışında iştirak etdi. Adnan bəy Ankaradakı Birinci Dövr Böyük Millət Məclisinə qatıldı; Qurulan ilk GNAT hökumətində Sıhhiye və Sosial Yardımçı Millət vəkili oldu. 2 mart 1921-ci ildə parlamentin vitse-prezidenti seçiləndə nazirliyi tərk etdi. Daxili İşlər nazirinin müavini Refet bəyin cəbhəyə getdiyi dövrdə (28 Sentyabr 1920 Konya cəbhəsi, 9 Noyabr 1920 Cənubi cəbhəsi) vəkil edərək daxili işlər naziri vəzifəsini icra etdi. Müharibə illərində Uşaq Müdafiəsi Agentliyinin qurucuları arasında idi. Türk Qurtuluş Döyüşü Türk ordusunun zəfəri ilə sona çatdıqdan sonra Hamid Bəyin yerinə Türkiyə Böyük Millət Məclisinin İstanbul Nümayəndəsi təyin edildi. Adnan Adıvar, müxtəlif fikir ayrılıqları səbəbindən 9 noyabr 1924-cü ildə Xalq Partiyasından ayrıldı və ikinci millət vəkilinə qatıldı. 17 Noyabrda çoxpartiyalı sistemə keçid əsnasında qurulan Tərəqqi Cümhuriyyət Partiyasına qatıldı. 1925-ci ilin iyununda partiya ləğv edildikdən sonra bir müddət müstəqil deputat olaraq parlamentdə iştirak etdi. 30 yanvar 1926-cı ildə parlamentdən çəkildi və İngiltərəyə getdi. 14 il İngiltərədə və Fransada yaşadı. 17 iyun 1926-cı ildə İzmirdə Atatürkə qarşı edilən sui-qəsdin cavabdehlərindən biri olaraq İstiqlal Məhkəməsi tərəfindən qiyabi mühakimə olundu və bəraət edildi. Adnan Adıvar, səkkiz il Paris Şərq Dilləri Məktəbində bir türk müəllimi olaraq çalışdı. Xaricdə olduğu müddətdə Bertran Rasselin "Fəlsəfə Problemləri" (London 1911) adlı kitabını Fəlsəfə Məsələləri adı altında Türkcəyə çevirdi və 1935-ci ildə İstanbulda nəşr etdirdi. Bu tədqiqatla İngilislərin istifadə etdiyi fəlsəfə dili ilə tanış olmağa çalışdı. Yenidən xaricdə olarkən məşhur "La Science chez les Turcs Ottomans" əsərini nəşr etdirdi (1939); İngiltərədə Britanika Ensiklopediyasının "Türkiyənin Yeni Zaman Tarixi"-ni yazdı; 1939-cu ildə evə qayıtdı. Evə qayıtdıqdan sonra Təhsil Nazirliyi tərəfindən İslam Ensiklopediyası redaksiya heyətinin sədri vəzifəsinə təyin edildi. İslam Ensiklopediyası redaksiya heyətinin prezidenti Türkiyə mədəni həyatına böyük qatqı təmin etdi. Ensiklopediyada Əli Quşçu, Əl-Xarəzmi, Fərabi, İbn Haldun haqqında məqalə yazmışdır. 1944-cü ildə İstanbulda elm tariximiz baxımından daha bir mühüm əsər nəşr etdirdi: Tarix boyu elm və din . Bu əsərdə dinlə elm arasındakı əlaqələri tarixi inkişaflarında araşdırdı. 1946-cı ildə VIII. Müstəqil bir İstanbul millət vəkili olaraq yenidən parlamentə girdi. 1947-ci ildə qurucularından biri olduğu "Şərqşünaslıq Dərnəyi" nin prezidenti seçildi. 1950-ci ildə parlamentdən ayrıldı və elm sahəsindəki işlərinə qayıtdı. 1 iyul 1955-ci ildə İstanbulda vəfat etdi. Mərkəzəfəndi Qəbiristanlığında dəfn edildi. Elm tarixi sahəsində ilk mətn tədqiqi Adnan Adıvar, elm tarixi sahəsində ilk araşdırmanın aparıldığı işə qatıldı. Bu işdə, Molla Lütfinin "Qurbangah Daşının İki qatının alınmasıa Haqqında" adlı qısa bir traktatı mövcud üç nüsxəni müqayisə edərək Fransız dilinə tərcümə edilmişdir. Tərcümə edənlər Abdülhak Adnan Adıvar və Henry Corbin ; Araşdırmanı Şerafettin Yaltkaya aparıb. Tədqiqat-icmal Les Siciences Chez le Turcs Ottomans (Osmanlı Türklərində Elm), Fransızca: Paris 1939; Türk 1943. Tarix boyunca elm və din (1944) ISBN 975-14-0315-4 Məqalələr: Elmin Dik Yolunda Cəsarətli Adımlar Tənqid-məqalə Faustun Analiz Təcrübəsi, İstanbul, (1939), Məlumat Respublika Xəbərləri (1945) Dayan bir fikirləş (1950) Həqiqət üçün sürünmək (1954) Fəlsəfə məsələləri (1935), Bertran Rassel Digər mənbələr A. Adnan Adıvar, Osmanlı Türklərində Elm, Remzi K., İstanbul 2000, 6.bs. Nuran Yıldırım: "Bir həkim olaraq Abdülhak Adnan Adıvar və Tibb Tarixi və Deontolgiya Professoru", Osmanlı Elmi Araşdırmaları, C.VII, Nr.2 (2006), 55–86.
https://az.wikipedia.org/w/index.php?curid=711040
Əbdülhaq Hamid Tərxan
Əbdülhaq Hamid Tərxan — Türk ədəbiyyatının nümayəndlərindən biri, şair Əbdülhaq Hamid Tərxan 1852-ci ildə anadan olmuşdur. 1937-ci ildə vəfat etmişdir. Əbdülhaq Hamid XIX əsrin ikinci yansı — XX əsrin birinci yansmda Türkiyənin ən böyük şairlərindəndir. Türkiyə ədəbiyyatma Şinasinin, Ziya Paşanm, Namiq Kamalm gətirdiyi yenilikləri davam etdirmək yoluyla gedən Ə. Hamid bu yeniləşmədə daha yüksək zirvəiərə qalxmış, türk şerini həm məzmun, həm formaca zənginləşdirmişdir. Divan ədəbiyyatı ənənələrindən bəhrələnən, hətta şerlərini ərəb-fars tərkibləriylə qəlizləşdirən Hamid eyni zamanda Qərb ədəbiyyatımn da bir çox dəyərlərini yaradıcı surətdə mənimsəmiş, türk poeziya və dramaturgiyasmda yeni bir səhifə açmışdır. XX əsrin əvvəllərində Hamid sənəti Azərbaycan ədəbiyyatma, özəlliklə Hüseyn Cavid kimi müqtədir bir sənətkann yaradıcılığma təsir göstərmişdir. Gənc yaşlarmda itirdiyi həyat yoldaşmın xatirəsinə həsr etdiyi "Məqbər" poeması şairin şah əsərlərindən, ümumtürk ədəbiyyatının poetik zirvələrindəndir. Yaradıcılığı Böyük şair Əbdülhaq Hamid Tərxan Qərbin, xüsusilə, Fransa ədəbi mühitinin təsiri ilə "Sənət sənət üçündür!" deyir, bu inamla yazıb-yaradırdı. Sahra (1878) Makber (1885) Hacle (1887) Bir Sefilenin Hasbihali (1886) Bâlâ’dan Bir Ses (1911) Validem (1913) İlham-ı Vatan (1918) Tayflar Geçidi (1919) Ruhlar (1922) Garâm (1923) Arziler (1925) Bir Sefilenin Hasbihalinden Kürsî-i İstiğrak Bunlar O'dur (1885) Divaneliklerim yahut Belde (1885) İçli Kız (1875) Sabr ü Sebat (1880) Duhter-i Hindu (1875) Nazife yahut Feda-yı Hamiyet (1876, 1919) Tarık yahut Endülüs Fethi (1879, 1970) Eşber (1880, 1945) Zeynep (1908) Macera-yı Aşk (1910) İlhan (1913) Tarhan (1916) İbn-i Musa yahut Zatülcemal (1917) Sardanapal (1917) Abdullah-i Sagir (1917) Finten (1918, 1964) İbni Musa (1919, 1927) Yadigar-ı Harb (1919) Hakan (1935)
https://az.wikipedia.org/w/index.php?curid=44739
Əbdülhey
Əbdülhey Çoban (1975 – 12 iyun 2014, İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. Səsləndirmə Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndirildi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. Qurdlar Vadisində Əbdülhey "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib. Daha sonra Aslan Akbəy tərəfindən İstanbula çağırılıb və Polad Ələmdarı qoruması üçün yanına yerləşdirilib. Adı ərəbcədir və orijinal forması "Abd al-Hayy"dır və "canlı/həyatı verən (əl-Hayy) qulu" mənasını verir. Bir müddət sonra ona "KGT" agenti olan və mafiya quruluşuna sızmış Polad Ələmdar adlı adamı qoruyacağı son vəzifəsi verildi. Vəzifəsinə görə Polad Ələmdarın qarşısına zibilçi kimi çıxdı. Bu hadisədən sonra Polad Ələmdar və Əbdülhey çox yaxşı dost oldu. Qurdlar Vadisi Pusquda Əbdülhey "Qurdlar Vadisi" əməliyyatı bitdikdən sonra sol əli olaraq Polad Ələmdarın yanında qaldı. Bir dəfəsində aralarına girib sonradan tərəf dəyişdirmiş olan Hakan və Amerika agentləri tərəfindən işgəncə altında dindirilmiş (Qurdlar Vadisi Pusqu 18-ci bölüm), başqa bir dəfə Aron Feller tərəfindən beyninə dərman verilmiş, yaddaşını itirmiş və Hakanında xidmət etdiyi İsgəndər Böyükə xidmət etmişdir. Daha sonra xilas edilmiş və Doktor Qayə Əbdülheyi müalicə etmişdir. Lakin sonra Polad Ələmdar yaddaşını bərpa edə bilmişdir. Bundan başqa, Əbdülhey (Zülfü Yüksəl) komandanın sakit üzvlərindən biridir, əməliyyatlarda ehtiyatlıdır. Düşünərək hərəkət edir, emosiyalarını çox yaxşı göstərmir və Məmati Başın ölümündən sonra Polad Ələmdarın sağ əli olur. Polad Ələmdarın sirri bildiyi üçün öldürüldüyünü düşünür və bu səbəbdən böyük bir depressiyaya girir. Ancaq Polad Ələmdar ölməmişdir. Yeni ağsaçlı olan Polad Ələmdar Əbdülheyi naib təyin edir və bir müddət sonra qarşısına çıxır. Əbdülhey yaşadığını gizlədən Polada əsəbiləşir və təkliflərini qəbul etmir. Daha sonra barışıb komandaya qayıdır. əbdülhey "Ağsaqqallar" və "KGT"dəki bütün vəzifələrini atıb özünə yeni həyat qurmaq istəyir. Dövlət işlərindən uzaqlaşdıqdan sonra Əbdülhey Qayə ilə evlənir. Amma sonradan etdiyinə peşman olub yenidən Poladın yanına qayıdır. 229-cu bölümdə Mr. Keynin ofisə qoyduğu bombanı görəndə bombanı əlinə alıb uzaqlaşdırmağa çalışır. Lakin o sırada Mr. Keyn bombanı partladır və Əbdülhey ölür. 234-cü bölümdə Akif, Mr. Keynin xəstəxana otağına gəlir və otaqdakı oksigen borusunu partladır. Beləliklə, o, Əbdülheyin qisasını alır.
https://az.wikipedia.org/w/index.php?curid=798376
Əbdülhey Çoban

https://az.wikipedia.org/w/index.php?curid=794796
Əbdülhüseyn Babayev
Əbdülhüseyn Kərbəlayı Mikayıl oğlu Babayev (1877, Bakı – 1961, Bakı) — Azərbaycan xarratı, şəbəkə ustası, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1957). Həyat və yaradıcılığı Əbdülhüseyn Babayev 1877-ci ildə Bakıda anadan olmuşdur. O, oxuduğu mollaxananı tərk edərək arababənd atası Kərbəlayı Mikayılın yanında 10 il usta şagirdi işlədikdən sonra qapı-pəncərə və xonça-bağdatı düzəltməyi, şüşəbənd bağlamağı öyrənmişdir. Sonralar on ilə yaxın müddət ərzində o, "Qafqaz və Merkuri" gəmiçilik şirkətində işləmiş, burada yüzlərlə gəmi təkəri bağlamışdır.Gənc yaşlarında rəhil kəsməyi öyrənən usta Əbdülhüseyn ən sadə quruluşlu bir qüllə rəhildən mürəkkəb quruluşlu altı və səkkiz qüllə rəhilə qədər kəsməyi bacarırdı. O, mıxsız və yapışqansız düzəltdiyi rəhillərdə yenilik yaratmağa çalışır, bəzən iki rəhili bir-birinin içində kəsir, bəzən səkkiz və daha çox hissədən ibarət bir neçə formaya salına bilən rəhil düzəldirdi. Onun hazırladığı rəhillər Azərbaycan muzeylərində nümayiş etdirilir.Əbdülhüseyn Babayevin yaradıcılığında "Cəfəri", "Xab-bidar", "Səkkiz qüllə", "On altı qüllə" adlı mürəkkəb şəbəkələr mühüm yer tutmuşdur. O, Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (Moskva, 1939) Azərbaycan SSR pavilyonu üçün şəbəkə kompozisiyaları hazırlamışdır. Usta Əbdülhüseyn şəbəkə ornamentlərini əzbərdən çəkir, düzəltdiyi arakəsmələrdə, qapı və pəncərə şəbəkələrində, habelə mebel bəzəklərində müxtəlif naxışlar tətbiq edir, çox zaman eyni bir şəbəkə kompozisiyasına cürbəcür ornament ünsürləri daxil edirdi.Əbdülhüseyn Babayev bir neçə il Azərbaycan Dövlət Rəssamlıq Məktəbində şəbəkə emalatxanasına rəhbərlik etmişdir. Onun şagirdlərindən Ağasəf Cəfərov, Mirzəağa Qafarov, Amil Salamov bu sənəti öyrənmiş və müxtəlif şəbəkə kompozisiyaları yaratmışlar.Əbdülhüseyn Babayev müharibə illərindəki fəaliyyətinə görə "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmiş və ona xalq tətbiqi incəsənəti sahəsindəki xidmətlərinə görə 5 yanvar 1957-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.Əbdülhüseyn Babayev 1961-ci ildə Bakıda vəfat etmişdir. SSRİ xalq rəssamı Mikayıl Abdullayev 1961-ci ildə şəbəkə ustasına həsr etdiyi "Yüz yaşlı usta Əbdülhüseyn Babayev" portretini tamamlamış və bu əsər müxtəlif ölkələrdə nümayiş etdirilmiş, Tretyakov qalereyasında saxlanılmışdır. Xarici keçidlər Rafael Hüseynov. Tanımaq və anmaq borcu // 525-ci qəzet. 2 oktyabr 2023.
https://az.wikipedia.org/w/index.php?curid=691671
Əbdülhüseyn Nuşin
Əbdülhüseyn Nuşin (fars. عبدالحسین نوشین; 1906, Məşhəd – 1971, Moskva) — İran teatr xadimi və yazıçısı. Əbdülhüseyn Nuşin 1905-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur. 1950-ci ildən SSRİ-də yaşamışdır. 2 may 1971-ci il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. O, 1929-cu ildə Tehran aktyorluq məktəbini, 1940-cı illərdə isə "Firdovsi" və "Fərhənk" teatrlarını təşkil etmiş, milli teatr sənətinin inkişafında xidməti olmuşdur. Vilyam Şekspir, Moris Meterlink, Anton Çexov, İvan Turgenov, Maksim Qorki və başqalarının əsərlərini tərcümə etmiş və tamaşaya qoymuşdur. Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" pyesinin quruculuğunu vermişdir. Nuşin kəndli əhalisinin ağır həyatından bəhs edən "Əlimurad xan və başqaları" (1959) povestinin, ailə-məişət mövzusunda olan "Pozğun" və "Məryəm", eləcə də İran fəhlələrinin mübarizəsindən bəhs edən "Səhər xoruzu" pyeslərinin müəllifidir. 1952-ci ildə Tehran şəhərində çap olunan "Teatr sənəti" dərsliyinin müəllifidir. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq qİnstitunun nəşr etidiy Firdovsinin "Şahnamə" əsərinin tənqidi mətninin redaktorlarından olmuşdur. Bəzi hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. Əlimurad xan və başqaları Səhər xoruzu Teatr sənəti
https://az.wikipedia.org/w/index.php?curid=713980
Əbdülhüseyn Zərrinkub
Əbdülhüseyn Zərrinkub (d. 19 mart 1923, Bürucird, İran – ö. 15 sentyabr 1999, Tehran, İran) — İran ədəbiyyatşünası. Əbdülhüseyn Zərrinkub 19 mart 1923-cü ildə İranın Bürucird şəhərində anadan olmuşdu.İbtidai təhsilini doğma şəhərində almışdı.Orta təhsil ardınca Tehrana yollanmış, 1940-cı ildə tamamlamışdı.Sonra Tehran universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. Sovet-Böyük Britaniya qoşunlarının İranı tutması nəticəsində o, təhsilini yarımçıq qoyub Lurestana getmişdi. Fakültənin dekanı Mirzə Əliəkbər Dehxuda onun universitetdən ayrılmasına çox təəssüflənmişdi. Əbdülhüseyn Zərrinkub 15 sentyabr 1999-cu ildə Tehranda vəfat edib. Yaradıcılığı İranda Nizamiyə diqqət çox böyükdür. Onu demək kifayətdir ki, 600 nəfər müəllif Nizamidən yazmış, onun əsərlərini təhlil etməyə çalışmışlar. Bu alimlər içərisində V.Dostgerdi, S.Nəfisi, Ə.Şəhabi, M,Sərvət, Ə.Zərrinkub, B.Zəncani, S.Həmidi və başqalarını göstərmək olar. Göstərilən alimlərin Nizaminin öyrənilməsi, tədqiqi və təbliğində əvəzedilməz əmək və zəhmətləri vardır. Digər tərəfdən Nizaminin şair kimi dahiliyi və əsərlərini farsca yazmasını da nəzərə alsaq, maraq dairəsinin nə dərəcədə geniş olacağına şübhə yeri qalmır. Ancaq onu da demək lazımdır ki, İran mütəxəssislərinin Nizamiyə fars prizması ilə baxılmasının da əsas səbəbi onun fars dilində yazılmasıyla əlaqədardır. Ə.Zərrinkub sübut etməyə çalışır ki, Nizaminin babası əcəm (fars) tayfasına aiddir və sonradan Gəncəyə köçmüş və Nizami Gəncədə anadan olmuşdur. Bütün bunlara baxmayaraq Zərrinkub Azərbaycan, Gəncə, o dövrün tarixi şəxsiyyətləri, Nizaminin həyat, yaradıcılığı, məfkurəsi, hansı dinə inanması və əsərləri barədə çox müfəssəl məlumat verir. “Xəmsə”si haqqında olduqca gözəl təhlil aparmışdır. Yazdıqlarından da məlum olur ki, kim pir tapmaq istəyirsə də, Gəncədə Nizaminin ətəyindən yapışsa kifayətdir. Ə.Zərrinkub Nizamini fars ədəbiyyatının incisi adlandırılması və Firdovsi qədər sevilməsini vurğulayır. A. H. Zarrinkoob, “Kamāl al-Dīn Ismāīl”, EI² (İng.), IV, 515-516; A. H. Zarrinkoob, “Dehkhuda”, EI² Suppl. (İng.), s. 207-208; A. H. Zarrinkoob, “Karīm Қћān Zand”, EI² (İng.), IV, 639-640; A. H. Zarrinkoob, “Lāhīғјī”, EI² (İng.), V, 605; Abdolhossein Zarrinkoob. Nizami, a Lifelong Quest for a Utopia, 1977, Rome; Əbdülhüseyn Zərrinkub, Tarixi-İran bəd əz islam (İranın islamdan sonrakı tarixi), Tehran; Əbdülhüseyn Zərrinkub. Ba karvane-holle. Tehran, 1374; Əbdülhüseyn Zərrinkub, "Karnameye eslam"(İslamın nailiyyətləri),Tehran; Əbdülhüseyn Zərrinkub, İslam tarixi, "Əmirkəbir", Tehran, 1362ş; Doktor Əbdülhüseyn Zərrinkub. Sirri-ney, Tehran, 1378. Xarici keçidlər ʻAbd al-Ḥusayn Zarrīnʹkūb (1379 (2000)). Dū qarn sukūt: sarguz̲asht-i ḥavādis̲ va awz̤āʻ-i tārīkhī dar dū qarn-i avval-i Islām (İki qərinə sükut). Tihrān: Sukhan. OCLC 46632917, ISBN 964-5983-33-9. İran alimləri və tədqiqatçıları — Əbdülhüseyn Zərrinkub
https://az.wikipedia.org/w/index.php?curid=550493
Əbdülhüseyn mirzə Fərmanfərma
Şahzadə Əbdülhüseyn mirzə Firuz mirzə oğlu Fərmanfərma (d. 1858/1859, Tehran/Təbriz, Qacar imperiyası –1939, Tehran, İran) — Qacar imperiyasında və Qacar sülaləsinin ən təsirli siyasətçilərindən biri. O, 1857-ci ildə Təbriz şəhərində Qacar sülaləsindən şahzadə Firuz Mirzə Nüsrətdövlə Qacarın ailəsində dünyaya gəlmiş və 1939-cu ilin noyabrında 82 yaşında vəfat etmişdir. O, Qacar sülaləsinin məşhur şahzadəsi Abbas Mirzənin 16-cı nəvəsidir. Onun atasının 8 arvaddan 26 oğlu və 13 qızı olmuşdur. Onun həyatı boyunca birinci arvadından olan dörd oğlu vəfat etmişdir.Onun övladlarından biri olan Məhəmmədvəli mirzə Fərmanfərmaian həyatının uzun bir dövrünü Təbrizdə yaşamış, farsca çox pis danışmış və Seyid Cəfər Pişəvəri rəhbərliyində yaradılmış Azərbaycan Milli Hökumətində maliyyə naziri olaraq çalışmışdır. Həyatının erkən dövrü Əbdülhəsən Mirzənin anası Xaccə Hüma Xanım adlı qadın olmuşdur. O, dövrünə görə mükəmməl şəkildə özəl müəllimlərdən təhsil almışdır. O, özəl müəllimlərindən şeiriyyat, riyaziyyat, ərəb dili və din ilə birlikdə, modern elmlər və qərb dilləri üzrə təhsil görmüşdür. 21 yaşına gəldiyi zaman, yəni 1878-ci ildə öz təhsilini Tehrandakı Avstriya Hərbi Akademiyasında davam etdirmiş, buradakı təhsili dövründə hərbçi və strategist kimi fərqlənmişdir.1885-ci ildə atasının vəfat etməsindən sonra atasına məxsus olan Nüsrətəddövlə titiulu ona keçmişdir. 1891-ci ildə Azərbaycan ordusunun komandanı olmuş və "Salar Ləşkər" tituluna layiq görülmüş, 1892-ci ildə böyük qardaşının ölümündən sonra "Fərmanfərma" titulu da ona keçmişdir.1885-ci ildə o, sonralar şah olacaq Müzəffərəddin Mirzə Qacarın qızı İzzədəddövlə Qacar ilə evlənmişdir. Evlilikdən keçən 20 il ərzində İzzətəddövləyə olan hörmətinə və onun aid olduğu sosial təbəqəyə görə heç bir qadınla evlənməmişdir. Siyasi fəaliyyəti Fərmanfərmanın siyası fəaliyyəti 3 hissəyə bölünə bilər. Birinci hissə 1885-ci ildən 1896-cı illərə qədər əhatə edir və başlanğıc mərhələ hesab edilir. Bu mərhələdə o, vəliəhd şahzadə Müzəffərəddin Mirzənin tabeliyində müxtəlif vilayətlərin hakimi vəzifəsini yerinə yetirmişdir. İkinci mərhələ Müzəffərəddin Mirzənin 1896-cı ildə taxta çıxması ilə başlayıb, 1921-ci ilə qədər əhatə edir. O, bu mərhələdə öz karyerasının zirvə dövrünü yaşamış, bir çox parlaq vəzifələrə sahiblənmişdir. 1921-ci ildə baş vermiş Pəhləvi çevrilişindən etibarən 1939-cu ildəki ölümünə qədər uzanan mərhələ Fərmanfərma üçün nisbətən çətin keçmiş və Pəhləvilər tərəfindən təzyiqlərə məruz qalmışdır. Birinci mərhələ (1885-1896) Fərmanfərmanın siyasi fəaliyyəti 1885-ci ildə vəliəhd Müzəffərəddin Mirzənin qızı ilə evlənməsi və şahzadənin Təbrizdəki xəzinəsinə rəhbər təyin edilməsi ilə başlamışdır. Həmçinin onun bacısı Həzrət-e Ülya da Müzəffərəddin Mirzənin arvadı idi. O, hərəmdəki əsas qadın olan Həzrət-e Ülya tərəfindən də dəstəklənirdi. Fərmanfərma 1891-ci ildə Azərbaycan ordusunun komandanı təyin edildi. Eyni ildə onun böyük qardaşı Soltan Əbdülhəmid Mirzə Nəsirəddövlə vəfat etdi və Fərmanfərma onun yerinə Kerman valisi vəzifəsini də ələ keçirdi.Kerman valisi olarkən ingilislərlə münasibət qurmağa başlamışdır. Kermandakı ingilis konsulu və sonradan böyük tarixçilərdən biri olacaq Percy M. Sykes onunla bu zaman tanış olmuş, onun Bəluc-Qacar sərhədinin demarkasiyası və bir sıra başqa hüquqi məsələlərin həllində ingilislərə yardım etdiyini qeyd etmişdir. Fərmanfərmanın Kermanı tərk edib Tehrana yollanan yeni şaha qatıldığı zaman ingilis diplomatları mərkəzə göndərdikləri xəbərlərdə onu "İrandakı ən yaxşı iki ingilis dostundan biri" adlandırmışdılar. İkinci mərhələ (1896-1921) 1896-cı ildə Müzəffərəddin Mirzənin taxta çıxmasından sonra onu Təbrizdən Tehrana qədər müşayət etmiş, Tehrana daxil olduqdan sonra isə Qacar siyasətində mühüm rol oynamağa başlamışdır. Yeni şah Fərmanfərmanın həm yeznəsi, həm də qayınatası idi. O, qısa müddət ərzində əvvəlki şahın baş vəziri olan və vərəsəliyin problemsiz şəkildə Müzəffərəddinə keçməsində mühüm rol oynayan Mirzə Əli Əsgər xan Əmin əl-Soltanı vəzifədən endirilməsində mühüm rol oynamışdır. Buna qədər isə, hökumət Nəsrəddin şahın dövründəki kimi fəaliyyət göstərmişdi. Əmin əl-Soltanın taxta çıxdığı zaman Müzəffərəddini qətiyyətlə dəstəkləməsi şahın ona olan etibarını yüksəltmişdi. Lakin şahın idarəçilik baxımından zəif olması ilə birlikdə, Əmin əl-Soltana qarşı müxalifət çox güclü idi. Bu müxalifətin rəhbəri də Fərmanfərma idi. O, Əmin əl-Soltanın baş nazirliyinə etiraz olaraq Hərb nazirliyi vəzifəsindən imtina etdi və Mohsen xan Müşirəddövlə, Mirzəəli xan Əmin əd-Dövlə, şahın Təbrizdən gəlmiş bəzi ətrafı ilə ittifaqa girdi. Nəticədə onlar qələbə qazandılar və şah taxta problemsiz çıxmasında həlledici rol oynamış Əmin əl-Soltanı 1896-cı ilin noyabrında vəzifəsindən azad edir. Vəzifəsini buraxdıqdan sonra belə Fərmanfərma onunla olan düşmənliyini dayandırmış O, bir neçə qatili pulla tutaraq Əmin əl-Soltanı öldürtməyə çalışmış, lakin Kosogovskinin onu qorumaq üçün ayırdığı 20 kazak buna əngəl olmuşdur.Əmin əl-Soltanın endirilməsi o dövrdə Qacar səltənətində böyük gücə malik olan və bir-biri ilə gərgin mübarizə içərisində olan Rusiya və İngiltərə imperiyalarında fərqli qarşılanmışdı. Rus səfiri Bützov bunu narahatlıqla qarşılayarkən, ingilis səfiri Durand buna sevinirdi. O, Londona göndərdiyi hesabatında yeni hərb naziri Fərmanfərma ilə daxili işlər naziri Müxbir əd-Dövləni özlərinin İrandakı ən yaxşı dostları adlandırır və onların inzibati idarəetmə bacarığına sahib olduqlarını bildirirdi. Fərmanfərma qısa müddət sonra özünün ingilislərə yaxın olduğunu əməli addımlarla göstərməyə başladı. O, ölkədəki əsas rus təsir vasitələrindən biri olan Kazak Alayının maliyyələşdirilməsini dayandırdı, 150 nəfər kazakı Xorasanda yayılmış epidemiyaya nəzarət etməyə göndərdi və bununla da, paytaxtda cəmi 200-250 nəfər döyüşçüsü qalan alayın real gücünü xeyli aşağı saldı. O, bu addımları ilə alayın komandanı Kosogovskinin nifəritini qazandı.Əmin əl-Soltanın endirilməsindən sonra o, ordunun baş komandanı, hərbi nazir təyin edildi. O, tez bir zamanda hökuməti özünün təyin etdiyi baş nazir kimi ələ keçirdi və taxtın arxasında real güc kimi ortaya çıxdı. Bu dövr barədə deyilir ki, "o, əsl suveren kimi davranı"rmış. Yeni şahın hakimiyyətinin ilkin illərində o, milli səfərbərlik barədə ilk qanunu hazırlamış və imperiyada hərbi akademiyanın qurulması üçün çalışmışdır.Fərmanfərmaya qarşı olanlardan biri də Müzəffərəddin şahın üçüncü oğlu Salarəddövlə idi. O, Fərmanfərma bir dəfə mübahisə yarandıqdan sonra bütün sarayın qarşısında qışqırmağa başlamışdı: Bu pedar-suxtə, bu it Fərmanfərma mənim axmaq atamın Hərb nazirliyi də daxil olmaqla, hər şeyini oğurlamışdır. Mən - Salarəddövlə o yaramaz, üfunət qoxuyan Fərmanfarma yox, hərb naziri olmalıyam. Bəzən belə hücumların qurbanı olan Fərmanfərma Tehranda olan İran Kazak Briqadasının o dövrki komandanı Kosoqovski tərəfindən "yezuit" adlandırılmışdı. Qəflətən Müzəffərəddin şahın antikorrupsiya əməliyyatları keçirməyə başlamasından sonra bütün əyalətlərdə apardığı talama siyasəti ilə məşhur olan Fərmanfərma özünü düzgün siyasətçi kimi təqdim etməyə başlamışdı. Kosogovski bunu qeyd edərkən, özünün "mümkün olan hər yerdə ələ keçirmək fürsətini heç vaxt boş buraxmadığını", "şahın özünün də iki-üç min tümənə sakitcə batalyonları bir komandirdən digərinə satdığını" yazır. Təəccüblü deyil ki, Fərmanfarmanın hakimiyyəti ələ keçirməsi saray daxilində çoxlarının narazılığına səbəb oldu. 1897-ci ilin martında Mirzə Əli xan Əmin əl-Dövlə baş nazirliyə gətirildi və o, şahın gözündən Fərmanfərmanı salıb Fars əyalətinə hakim göndərilməsinə razı saldı.1897-ci ilin yayında daxili məsələlər gərginləşməyə başlamışdı. Ölkənin bir çox yerlərində qarışıqlıq hökm sürürdü. Şahınn səhhəti də pis idi və onun yaxında öləcəyi ilə bağlı şayiələr gəzirdi. Şayiələrdən biri də o idi ki, Fərmanfərma şahı özünə vəliəhd kimi Məhəmmədəli Mirzəni yox, Nəsrəddin Mirzəni göstərməsini təklif etmişdi. nəsrəddin Mirzə Fərmanfərmanın bacısından olan şahzadə idi və belə bir addımla Fərmanfərma Müzəffərəddindən sonra da naib kimi öz gücünü qorumağa çalışırdı. Lakin oğlu Məhəmmədəli Mirzəyə düşgün olan şah bu təklifi rədd etmiş və Fərmanfərma da istefa verməyə məcbur olmuşdur.Qacar sarayındakı ingilis səfiri Çarlz Hardinq Böyük Britaniya XİN Lord Salisburyə bu barədə bunları yazmışdı: Fərmanfərmanın istefasının başqa səbəbləri ilə bağlı olan iddialara ordunun maaşının verilməməsi, əsgərlərin maaşlarının komandirləri tərəfindən oğurlanmasına laqeyd yanaşması, digər nazirlərin təyinatlarına müdaxilə etməsi və yüksək miqdarda rüşvət alması daxildir. 9 aylıq nazirliyi dövründə onun £100,000 rüşvət aldığı, eyni miqdarda da əsgərlərin maaşından pul oğurladığı deyilir...Sədr Əzəmin süqutundan və Fərmanfərmanın vəzifəyə keçməsindən artıq doqquz ay keçdi və o, ilk vaxtlarda şahla yaxın münasibəti sayəsində ən müstəsna mövqeyə malik olsa da, öz mövqeyini və perspektivlərini intriqa və qazanc üçün doyumsuz iştahı ilə birləşən bacarıq və idarəetmə qabiliyyətinin olmaması ilə məhv etməyə müvəffəq oldu. Fərmanfərmanın istefası hökumət daxilində dərin böhranın işarəsi hesab edilir. Hökumətin xərcləri getdikcə artdığı bir zamanda, onun ehtiyyatları tükənməkdə idi və dövlət iflas həddinə çatmışdı. Nə ordunun, nə də bürokratiyanın aylar idi ki, maaşları ödənmirdi. Şahın özünün nüfuzu sürətlə enməkdə idi. Şah Fərmanfərmanı paytaxtdan uzaqlaşdırmaq üçün onu Mazandarana hakim təyin etsə də, o, bunu rədd etdi. Sona ingilis səfiri Hardinqin qeydlərinə görə hakimin olmadığı, yollarda anarxiyanın hökm sürdüyü Fars əyalətinə hakim getməyi qəbul etdi. Mirzə Əli Əsgər xan Əmin əl-Soltanın 1898-ci ilin iyulunda yenidən baş nazir təyin edilməsindən sonra Fərmanfərma Tehrana çağırıldı və sürgünə göndərildi. Bu onun düşmənləri üçün böyük qələbə hesab edilirdi. O, Misirə, oradan da Osmanlı Mesopotamiyasındakı Bağdad şəhərinə yollandı. Onun şahzadə arvadı İzzətəddövlə Qacar könüllü şəkildə onunla getdi və dörd il orada yaşadılar. Bundan sonra Fərmanfərma nəhayət saray həyatına geri dönüşünü təmin edə bildi. Bu hadisə 1903-cü ildə Əmin əl-Soltanən vəzifədən götürülməsindən sonra baş verdi. Geri qayıdan Fərmanfərma Kermanşahın hakimi təyin edildi. Kermanşah hakimi olarkən ingilisləri Berlin-Bağdad yolunun buradan keçən qolunun salınması üçün təşviq etmişdir. Bu addım ingilis səfiri tərəfindən belə dəyərləndirilmişdi: Yuxarıda qeyd olunan hallara uyğun olaraq, Fərmanfarmanın özünü qıcıqlandırmaq cəhdlərinə baxmayaraq, tikintisinin qarşısını almağa çalışdığımız Xanəkin-Kərmanşah-Həmədan yolunun tikintisi üçün ona güzəştə getməyi özümüz üçün rədd etdik. Tehranda, çünki belə bir yol yalnız Almaniyanın daxili İran bazarına daxil olmasını asanlaşdıracaq. Məşrutə inqilabı zamanı Fərmanfərma bir çox digər torpaq sahibi aristokratiya nümayəndələri kimi məşrutəçilərin monarxistlərə qarşı olan tələblərini mülayimləşdirməyə çalışdı. Manevrləri sayəsində yeni konstitusiyalı hökumətdə ədliyyə naziri vəzifəsini tutdu. Elə həmin il Azərbaycan valisi təyin edildi və bu zaman yüsək cəsarət göstərərək kürd üsyançılara, Azərbaycana soxulan Osmanlı qüvvələrinə qarşı fəaliyyət göstərdi. 1909-cu ildə Fərmanfərma Məhəmmədəli şahın məclisi bombardman edib dağıtmasından sonra daxili işlər naziri və yenidən ədliyyə naziri təyin edildi. O, ədliyyə naziri kimi Qacar hüquq sisteminə qərb tərzi dünyəvi məhkəmə sistemini ilk dəfə gətirmişdir.Rusiya ilə kredit istəyi və kredit tələbi üçün edilən ağır şərtlərdən sonra inqilabı gedişat zamanı qurulan Sepehdar hökuməti istefa etdi. Lakin rusların gözləntilərinin əksinə olaraq, qurulan yeni hökumət daha radikal şəkildə anti-rusiya mahiyyətə sahib idi. 1909-cu ildə qurulan yeni hökumətdə Fərmanfərma daxili işlər naziri oldu. Tehrandakı ingilis diplomatı olan Çarlz Marlinq XİN rəhbərinə yazdığı məlktubda bunu belə qiymətləndirmişdi: Fərmanfərma kimi tiranlıq və qəsb yolu ilə hökumətin belə bir bədnam eksponentinin xidmətlərinə cəlb edilmək özlüyündə uğursuzluğun etirafıdır. 1912-ci ildə o, milli məclis tərəfindən ordunun baş komandanı təyin edilərək Kürdüstandakı və Kermanşahdakı monarxist qüvvələri mərkəzi hakimiyyətə tabe etməyə göndərildi. Bu ekspedisiya zamanı, gələcək İran şahı Rza Mirpənc Fərmanfərmanın əmri altında döyüşmüşdür. Fərmandərma Tehrana döndükdən sonra ikinci dəfə daxili işlər naziri oldu.Əhməd şah Qacarın şahlığı dövründə də Fərmanfərma yüksək imtiyazlara sahib olmaqla birlikdə, bir neçə mühüm vəzifələri də icra etmişdi. İkinci Milli Məclisə 1909-cu ildə Erakdan millət vəkili seçilən Fərmanfərma mühafizəkar Etadiliyun partiyasına qatılmış, bir neçə kabinetlərdə nazir postlarını yerinə yetirmişdir. 1912-ci ildə Milli Məclis Fərmafərmanı ordunun komandanı təyin edərək Əbülfəth Mirzə Salarəldövlənin üsyanını yatırmağa göndərdi. Salarəddövlə Müzəffərəddin Mirzənin üçüncü oğlu idi və taxt-taca iddialı idi. Kürdüstan və Kermanşahda ordu toplayan Salarəddövlətə qarşı göndərilmiş orduya komandanlıq edən Fərmanfərmanın tabeliyində Yeprem xan və Rza xan da var idi. Bu yürüş zamanı ilk əvvəllər müəyyən problemlər yaşansa da, sonda Fərmanfərma qələbə qazana bildi.Birincu Dünya müharibəsinin böyük bir hissəsində Fərmanfərma Böyük Britaniya tərəfində olmuş, öz fəaliyyəti üçün yüksək miqdarda pullar və yardım əldə etmişdir. Fərmanfərma britaniyalıların təzyiqləri nəticəsində 1915-ci ildə yaradılmış Əynəldövlə və Mustavfiəlmülk kabinetlərində daxili işlər naziri, 1916-cı ildə qısamüddətli baş nazir olmuş, lakin 3 ay sonra istefa etməyə məcbur qalmışdır. Özünün qısamüddətli baş nazirliyi zamanı ilk dəfə səhiyyə nazirliyini yaratmışdır. O, bu işi davam etdirərək 1920-ci ildə ilk dəfə İranda Pasteur İnistitutunu yaratmış və bu inistitutunun ilk aktı kimi ölkədə çiçək xəstəliyinə qarşı peyvənd tədbiq edilmişdir.O, 1916-cı ildə şah tərəfindən yenidən Fars əyalətinin hakimi təyin edildi. Bunun səbəbi Fars əyalətində olan xaosun ingilisləri hərəkətə keçirməsi idi. Onların təzyiqi nəticəsində çəkingən şah onu yenidən Fars əyalətinin hakimi təyin etmişdi. Vilayətdə nizam-intizamı bərpa edən Fərmanfərma öz köhnə dostu Pykeslə münasibətlərini davam etdirmiş, ingilislərə uyğun siyasət yeridmiş və mərkəzi Şirazda olan Cənubi İran Tüfəngləri birliyini təşkil etmişdir. Fərmanfərmanın bu hakimliyi dövründə əyalətdə İspan qripi yayılmış və aclıq baş alıb getmişdi. O, bu iki problemlə də uöurlu bir şəkildə mübarizə aparmış və İranda ilk dəfə kənd təsərrüfatı korperativini yaratmışdır. O, burada dörd il hakimlik etdikdən sonra özünün bacısının oğlu Dr. Məhəmməd Müsəddiq tərəfindən əvəz edilmişdir. Fərmanfərmanın onların tərəfində olmasını təmin edə bilmək üçün ingilislər ona müxtəlif zamanlarda pullar ödəmişdirlər. İlk ödəniş həmin dövrdə yüksək məğləğ hesab ediləcək qədər - 15 min pound olmaqla, Londondakı şəxsi hesabına köçürülmüşdür. Bu pul 1915-ci ildə onun taxıl anbarlarının talan edilməsinə görə verilmişdir. O, həm də ruslardan müəyyən səbəblər üçün ödənişlər alırdı. Şirazdakı dörd illik hakimliyi zamanı ingilislər pis vəziyyətdə olan əyalətin inzibati idarə etməsinin davam etdirilməsi üçün ona aylıq 40 min tümən pul verirdilər. Bu pulla inzibati sistem saxlanılırdı, 10 min tümən isə birbaşa onun şəxsinə verilməkdə idi. Eyni zamanda, bu dövrdə, yəni Birinci Dünya müharibəsi zamanı o, ingilislərdən iki medal da almışdı. O, 1916-cı ildə Müqəddəs Maykl və Müqəddəs Corc Ordeni ilə təltif edilmişdir.Müharibədən sonra onun ingilsilərlə, heç olmasa onların bir hissəsi ilə münasibətləri pozuldu. Xüsusən Tehrandakı ingilis səfirliyinin işçisi olan Herman Normanla Fərmanfərma arasında düşmənlik var idi. 1920-ci ildə o, Fars hakimliyi vəzifəsindən istefa etdi və onu bu vəzifədə bacısının oğlu Məhəmməd Müsəddiq əvəz etdi. Üçüncü mərhələ (1921-1939) 1921-ci ildə effektiv bir şəkildə Seyid Ziyaəddin Təbatəbai tərəfindən təşkil edilən çevriliş nəticəsində Qacar sülaləsinin faktiki hakimiyyətinə son qoyuldu və Rza xan hakimiyyətə gəldi. Fərmandərma və iki oğlu - ö dövrdə XİN rəhbəri olan Nüsrətəddövlə və Abbas Mirzə Salar-Ləşkər - həbs edildi. Nüsrətdövlə son Qacar şahı Əhməd şah Qacarın sürgünə getməsindən sonra taxta çıxmaq üçün ən real namizəd idi. Çevrilişdən sonra hakimiyyətə gələn yeni güc onları öz qüvvələrini konsolidasiya edənə qədər Qəsr-e Qacarda həbsdə saxladı. Fərmanfərma özünün və oğullarının təhlükəsiz bir formada sərbəst buraxılması üçün yüksək bir məbləğdə pul ödəməyə məcbur oldu. Seyid Ziyanı dəstəkləyən ingilislərlə Fərmanfərmanın münasibətləri xeyli gərginləşmişdi. Tehran qəzetində yayımlanan və Seyid Ziyanı ingilis agenti adlandıran manifesti imzalayanlardan biri də Fərmanfərma idi. Bundan sonra, Tehrandakı ingilis səfirliyi müharibə zamanı Fərmanfərmanın qorunacağı barədə verilmiş sənədin ləğv edilməsini belə təklif etmişdi. Daha sonra Fərmanfərma onlarla münasibətləri normallaşdırmaq üçün müəyyən cəhdlər etsə də, bunlar nəticə verməmişdi.Azadlığa çıxdıqdan sonra Fərmanfərma Rza xana qarşı bir neçə müsbət addımlar atdı. O, Rza xanın hakimiyyətə keçidi mərhələsindəki bir neçə həssas anda ona kömək etdi. Rza xanın 1924-cü ildəki respublika qurulmasına çalışdığı qısamüddətli mərhələdə, 1925-ci ildə şah elan edildiyi zamanda Fərmanfərma əsas dəstəkçisi oldu. Rza xan buna qədər onun komandanlığı altında mexaniki silah bölüyündə xidmət etmiş və "Maksim Rza" ləqəbini almışdı. Güman edilir ki, bir zamnalar onun komandanlığı altında xidmət etdiyinə görə narahat olan və onun sərvətini ələ keçirmək istəyən Rza xan bu addımları dəyərləndirmədi, hətta Fərmanfərmanın bi rneçə mülkünü 1929-cu ildə müsadirə etdi. Müsadirə edilnə mülklərin birinci Tehranda Saray küçəsində yerləşən Fərmanfərmaların evi və bağı oldu. Ailəyə mülkü boşaltmaq üçün 24 saat vaxt verildi və bu vaxt bitdikdən sonra ev Rza xanın əsas yaşadığı yerə çevrildi. 1937-ci ildə Fərmanfərmanın oğlu Nüsrətəddövlə həbs edildi və sonda öldürüldü. Oğlunun öldürülməsi Fərmanfərma üçün ağır zərbə oldu və o, bundan aldığı zərbəni heç bir zaman dəf edə bilmədi. Fərmanfərma siyasətdən uzaqlaşdı və həyatını öz mülklərini idarə etməyə, sağ qalanlar övladlarının təhsili ilə məşğul olmağa həsr etdi. Eyni zamanda o, öz var-dövlətinin xeyli hissəsini xeyriyyə işlərinə həsr etmişdi.Fərmandərma 1939-cu ilin noyabrında vəfat etdi və Şah Əbdüləzim türbəsində dəfn edildi. O, 8 arvaddan dünyaya gəlmiş 26 oğlu və 13 qızı var idi. Onun qızlarından biri sonralar İranın xarici işlər naziri olmuş Möhsün Rəis ilə evlənmişdi."محسن رئیس". rasekhoon.net. 23 fevral 2023. İstifadə tarixi: 23 avqust. Adı və titulu Onun tam adı Həzrət Ağdas Vala Şahzadə Əbdül Hüseyn Mirzə Fərman Fərmadır. Pəhləvi dövründə soyad götürmək məcburi olduğu zaman o, Fərmanfərma titulunu özünə soyad olaraq götürdü. Sözün hərfi mənası "əmr verən", təxmini mənası isə "general-qubernator"dur."Fərmanfərma" titulu əslində Şahzadə Əbdülhüseyn Mirzədən qaynaqlanmamaqdadır. Bu titulu ilk dəfə onun böyük əmisi şahzadə Hüseyn Əli Mirzə Fərmanfərma daşımışdır. O, Fətəli şah Qacarın oğlu idi. Şahzadə Əbdülhüseynin atası Şahzadə Firuz Mirzə Nüsrətəddövlə qardaşı Şahzadə Məhəmməd Mirzəni (sonralar Məhəmməd şah Qacar) taxta çıxarmaq üçün öz əmisi Şahzadə Hüseyn Əli Mirzə Fərmanfərma ilə döyüşçüş və qələbə qazanmışdır. 40 il sonra Məhəmməd şahın oğlu Nəsrəddin şah atasının taxta çıxmasında göstərdiyi yardıma görə öz əmisi Firuz Mirzəyə "Fərmanfərma" titulunu hədiyyə etmişdir. Bundan sonra yenı Nəsrəddin şahın hakimiyyəti dövründə bu titul Firuz Mirzənin oğlu Əbdülhüseyn Mirzəyə keçmişdir. Bu soyadı daşıyan yeganə şəxs Əbdülhüseyn Mirzə olmuşdur, ondan başqaları isə Fərman Fərmaian soyadını daşımışdırlar və bunun mənası "Fərman Fərmaya [ailəsinə] məxsus olanlar" deməkdir. Əbdülhüseynin böyük oğlu III Firuz Mirzə Nüsrətəddövlə öz ailəsi üçün Firuz soyadını seçdi və onun soyundan gələnlər bu soyadı daşımaqdadır. Tutduğu vəzifələr Jandarma komandanı (1884) Azərbaycan ordusunun komandanı (1890) Tehran hakimi (1896) Kerman hakimi (1892–1893, 1894–1896) Kürdüstan hakini (1894) Fars hakimi (1897–1898, 1916-1921) Kermanşah hakimi (1903) Azərbaycan hakimi (1907) İsfahan hakimi Governor of Isfahan (1908-ci ildə vəzifəyəb təqdim edilmiş, lakin qəbul etməmişdir.) Ədliyyə naziri (1907, 1909) Hərb naziri (1896–1897) Daxili işlər naziri (1910, 1915) Baş nazir (1915-1916) Fərmanfərma övladlarının çoxluğuna görə digərlərindən fərqlənməkdədir. Onun 12 qız və 24 oğlan olmaqla 36 övladı olmuş, onlardan 32-i yetkinlik yaşına çata bilmişdir.Cyrus Mir və EIr, 1999 Öz dövrünün siyasi mühitindən, ənənələrindən və kraliyyət ailəsinin digər nümandələrindən fərqli olaraq o, öz övladlarına ənənəvi təhsil ilə yanaşı, qərb təhsili də verməyə çalışmışdır. O, öz qızlarına da oğlanları ilə bərabər şəkildə davranmış və təhsil vermişdir. Onun qızları Rza şah Pəhləvinin çadranı qadağan etməsindən sonra qərb geyim tərzində ictimaiyyət arasına çıxan ilk qadınlar arasındadırlar. O, övladlarının qlobal əlaqələri inkişaf etdirmək və təhsillərini davam etdirmək üçün hər birinin müxtəlif ölkələrə göndərilməsinə diqqət yetirirdi. O, onların həyatları boyu bu məqsədə doğru xüsusilə çox çalışmalarını təmin etdi. Nəticədə onun oğul və qızlarının böyük əksəriyyəti birinci dərəcəli təhsil aldıqdan sonra əsrin əvvəlindən 1979-cu il İslam İnqilabına qədər İran hökumətində yüksək və əsas vəzifələrdə işləməyə davam etdilər.Övladları: Müzəffərəddin şah Qacarın qızı İzzətəddövlə Qacardan olan övladları (1872–1955) III Firuz mirzə Nüsrətəddövlə (1889–1937) - İranın xarici işlər və maliyyə naziri, Rza şahdan tərəfindən öldürülmüşdür. Abbas mirzə Fərmanfərmaian (1890–1935) - İranın ədliyyə naziri, müxtəlif vilayətlərin hakimi və bir neçə çağırış milli məclisin deputatı. Məhəmmədvəli mirzə Fərmanfərmaian (1891–1988) - Azərbaycan Milli Hökumətində maliyyə naziri kimi çalış, milli məclisə dəfələrlə deputat olaraq seçilmişdir. Məhəmmədhüseyn mirzə Firuz Fərmanfərmaian (1894–1984) - İran ordusunun generalı, yollar və telekommunikasiya naziri. Nizaməddin Fərmanfərmaian (1899–1920) Məhəmməd Cəfər Fərmanfərmaian (1901–1920) Mah Bəyim Xanımdan olan övladları (1892–1915) Budaq Fərmanfərmaian (1909–2002) Məsumə Xanım Tafreşidən olan övlarları (1899–1978) Sabar Fərmanfərmaian (1912–2006) - atasının qurduğu Pasteur İnistitutunun və səhiyyə nazirliyinin rəhbəri, eyni zamanda da Dr. Məhəmməd Müsəddiqin yaxın tərəfdaşı olmuşdur. Doktor və araşdırmaçı idi. Cabbarə Fərmanfərmaian (1916–2009) Səttarə Fərmanfərmaiyan (1921–2012) - yazıçı və İranda sosial işin əsasını qoyan şəxs. Faruq Fərmanfərmaian (1925–2014) Ayişə Fərmanfərmaian (d. 1928) Qafar Fərmanfərmaian (d. 1930) Sürəyya Fərmanfərmaian (1931–2003) Harunəlrəşid Fərmanfərmaian (d. 1933) Xurşud Fərmanfərmaian (d. 1937) Batul Xanım Axşamidən olan övladları (1896–1975) Məryəm Fərmanfərmaiyan (1913–2008) - siyasətçi. O, Tudə partiyasının qadın bölməsinin yaradıcısı olmuşdur. Mehrmah Fərmanfərmaian (1915–2013) Mənüçöhr Fərmanfərmaian (1916–2003) - neft mühəndisi, OPEC-in qurucularından biri, İranın əsas neft şirkətinin satış bölməsinin rəhbəri və İranın Venesueladakı səfiri olmuşdur. Əbdüləziz Fərmanfərmaiyan (1921–2013) - Tehran Universitetinin professoru, İranda müasir mühəndislik qurucularından biri olmuşdur. Əbdülbəşər Fərmanfərmaian (1922–1991) Leyla Fərmanfərmaian (1925–2011) Haidə Fərmanfərmaian (1927–2011) Kuruş Fərmanfərmaian (b. 1929) Əbdüləli Fərmanfərmaian (1935–1970) - Oksford Universitetində təhsil almış və neft mühəndisi olmuşdur. Bir zamankar İranın neft kimyası üzrə ən böyük özəl şirkəti olan Pars Oil-i qurmuş və qardaşı Kuruş ilə birlikdə idarə etmişdir. Fatimə Xanım Əlinağı Şirazidən olan övladları (1900–1984) Məhsəmə Fərmanfərmaian (1918-?) Cəmşid Fərmanfərmaian (1919–2006) Kavə Fərmanfərmaian (1920–2004) Əli Nağı Fərmanfərmaian (b. 1923) Alidə Fərmanfərmaian (1924–2010) Bilqis Xanım Fərmanfərmaian (1926–1927) Hafiz Fərmanfərmaian (d. 1927) Xanım Axtarzaman Hormozian (1906–1979) Kərimdad Fərmanfərmaian (d. 1923) Həmdəm Xanım Talaidən olan övladları (1913–1969) Xudadad mirzə Fərmanfərmaiyan (1928–2015) - İran Mərkəzi Bankının başçısı və 1960-cı illərdəki İran iqtisadi yüksəlişinin əsas memarlarından biri. Allahverdi Fərmanfərmaian (1929–2016) - biologiya sahəsində tanınmış professor. Bir çox qabaqcıl universitetlərdə professor olaraq çalışmışdır. Tarıverdi Fərmanfərmaian (1931–1969) Batul Xanım Çizar Dustdan olan övladları (1909–1997) Rudabə Fərmanfərmaian (d. 1937) Həmçinin bax Məryəm Fərmanfərmaiyan Səttarə Fərmanfərmaiyan Xudadad mirzə Fərmanfərmaiyan Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008. 334. Sattareh Farman Farmaian və Dona Munker. Daughter of Persia. New York: Crown Publishers, Inc. 1992. Manucher Mirza Farman Farmaian. Blood and Oil: Memoirs of a Persian Prince. New York: Random House. 1997. Maziar Behrooz. Rebels with a Cause. Bloomsbury Academic. 2000. Shahbazi, Narges; Mostafavi, Ehsan. Dr. Sabar Mirza Farman Farmaian; Benefactor and Former Director of Pasteur Institute of Iran. Iranian Biomedical Journal. 22 (1). 2018. Mitra Farman Farmaian Jordan. Shahzdeh's Tree, A Family Genealogy of Abdol Hossein Mirza Farman Farma. Washington: Universal Printing. 1997. Ali Massoud Ansari. Shah Mohammad Reza Pahlavi & the Myth of Imperial Authority (PhD thesis). London: SOAS, University of London. 1998. Homa Katouzian. State and Society in Iran: The Eclipse of the Qajars and the Emergence of the Pahlavis. London: Tauris. 2006. ISBN 1845112725. Cyrus Ghani; Sīrūs Ghanī. Iran and the Rise of the Reza Shah: From Qajar Collapse to Pahlavi Power. I.B.Tauris. 1998. ISBN 978-1-86064-629-4. G. P. Churchill. Biographical Notices of Persian Statesmen and Notables. MS Kew, U.K.: Public Record Office. 1909. Cyrus Mir and EIr. FARMĀNFARMĀ, ʿABD-AL-ḤOSAYN MĪRZĀ. Encyclopædia Iranica. 1999. Ervand Abrahamian. Iran Between Two Revolutions. Princeton University Press. 1982. ISBN 0-691-10134-5. Mansoureh Ettehadieh. The Lion of Persia. Cambridge Massachusetts: Tŷ Aur Press. 2012. 252. ISBN 0982348614. Firuz Kazemzadeh. Russia and Britain in Persia, 1864-1914: A Study in Imperialism. Yale Russian and East European studies: Yale University Press. 1968.
https://az.wikipedia.org/w/index.php?curid=78420
Əbdülhüseyn xan Teymurtaş
Əbdülhüseyn xan Teymurtaş (1883, Bocnurd – 3 oktyabr 1933, Tehran) — İran Milli məclisinin üzvü, saray naziri. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=79146
Əbdülhüseyn Əmini
Əbdülhüseyn Şeyx Əhməd oğlu Əmini (1902-1970) — İslam alimi. Məşhur "Əl-Qədir" kitabının müəllifi. Əllamə Əmini kimi tanınan Əbdül-Hüseyn Əmini 1902-ci ildə Təbrizdə bütün nəsli alim, fəqih, abid, zahid və ədib olan bir ailədə dünyaya göz açmışdır. O, iman, elm, əməl və əxlaq mərkəzi sayılan bir evdə tərbiyə alıb boya-başa çatmışdır. İbtidai təhsilini möhtərəm atası alim və fəqih Mirzə Məhəmməddən öyrəndi. Sonra o dövrün İslam elminin və mədəniyyətinin ən tanınmış mərkəzi sayılan Təbrizin Talibiyyə mədrəsəsində təhsil almışdır. Ərəb ədəbiyyatı, fiqh və üsuli-fiqh elmlərini Təbrizin məşhur alim və ariflərinin, o cümlədən Ayətullah Seyid Məhəmməd Hüseyn Musəvinin və Ayətullah Seyid Murtəzanın yanında öyrəndi. Əbdül-Hüseyn dərin istedada və zəkaya malik olduğu üçün Təbrizlə kifayətlənməyib təhsilini davam etdirmək üçün o dövrün ən məşhur dini və elmi mərkəzlərindən olan İraqın Nəcəf şəhərinə yollandı və oranın ən böyük alim və fəqihlərinin yanında dərs aldı. Əbdül-Hüseyn Nəcəfdə dini təhsilinin birinci mərhələsini başa vurduqdan sonra doğulduğu şəhərə, Təbrizə qayıdır və dini elmlərin tədrisi, təbliği və tədqiqatı ilə məşğul olur. Onun bu dövrdə qələmə aldığı kitablarından Quran haqqında olan "Fatihətül-kitab" əsəridir. Nəcəfə ikinci elmi hicrəti Əmini elmini daha da təkmilləşdirmək üçün yenidən Nəcəf elmi hövzəsinə qayıdır və öz təhsilini, tədqiqatını davam etdirir. Nəhayət o, ictihad dərəcəsinə çatıb müctəhid olur. Uzun illər İslami elmlərin tədrisi və tədqiqatı ilə məşğul olan Əbdül-Hüseyn Əmini "əllamə" ləqəbinə layiq görülür. Əllamə Əmini fiqh, üsul, hədis, təfsir, kəlam, tarix və rical elmlərində öz dövrünün ən bilikli aliminə çevrilir. Əxlaqi xüsusiyyətləri Əllamə Əmini çox əxlaqlı, təvazökar, abid, zahid və təqvalı bir şəxs idi. Dünya malına və mənsəbə etinasız olan Əllamə Əmini daim ibadət və mütaliə ilə məşğul idi. Həqiqətən də o, İmam Əli (ə) kimi yaşayırdı. Peyğəmbərə (s) və onun əhli-beytinə (ə) dərin imanı və sevgisi onu biqərar etmişdi. Belə ki, o, İmam Hüseynin (ə) qəbrini ziyarət etmək üçün Nəcəfdən Kərbəlaya piyada gedirdi. O, heç vaxt sadə insanları və kasıbları unutmur, var-dövlətini onlarla bölüşürdü. Əllamə Əminin elmi səfərləri Əllamə Əmininin ən böyük və məşhur əsəri imamət və vilayət ensiklopediyası sayılan "Əl-qədir" kitabıdır. O, bu əsəri ərsəyə gətirmək üçün çox böyük bir tədqiqata başladı. Əllamə Əmini əvvəlcə Nəcəf şəhərində yerləşən bütün özəl və ümumi kitabxanalarda mövcud olan əlyazma və çap olunan kitabların hamısını mütaliə etdi. Bu kitabxanalar arasında mərhum Seyid Məhəmməd Baqir Bəhrul-Ulumun kitaxanası, mərhum Ayətullah Şeyx Məhəmməd Hüseyn Kaşiful-Ğitanın kitabxanası, Şeyx Fərəculla Nəcəfinin kitabxanası da var idi. Mərhum Əmini sonra Kərbəla şəhərinin kitabxanalarını mütaliə etməyə başladı. Daha sonra Kazimiyyə, Bağdad, Samirra, Hillə və Bəsrə şəhərlərinin kitabxanalarını mütaliə etdi. O, bu kitabxanalarda mövcud bütün əlyazma və çap olunan kitabları nəzərdən keçirtdi. Əllamə Əmini sonra İran kitabxanalarında olan kitabları mütaliə etmək üçün bu ölkəyə gəldi. Məşhəd şəhərində yerləşən "Astane-Qodse-Razavi" (İmam Rza (ə) məqbərəsi kompleksi) kitabxanası, Tehranda Milli Şura Məclisinin kitabxanası, Tehranda Sepəhsalar mədrəsəsinin kitabxanası, İran Milli kitabxanası, Burucerd şəhərində yerləşən Ayətullah Burucerdinin kitabxanası və Kermanşah şəhərində yerləşən Sərdar Kabili kitabxanası onun İranda mütaliə etdiyi kitabxanalar sırasında idi. Daha sonra Hindistan, Suriya və Türkiyənin də kitabxanalarını və bu kitabxanalarda mövcud olan nadir əlyazma və çap kitablarını nəzərdən keçirən Əllamə Əmini bu elmi-tədqiqat səfərlərində rast gəldiyi nadir əlyazma nüsxələrindən qeydlər götürmüşdür. Mərhum Əllamə etdiyi elmi səfərlərin şərhini və mütaliə etdiyi nadir əlyazma və çap olunmuş kitabların siyahısını ikicildlik bir kitabda toplamışdır. Əlləmə Əmininin əsərləri "Fatihətul-Kitab" təfsiri, "Fəzilət şəhidləri", "Kamil-əz-ziyarat", "Ədəb əz-zair limən yəmummul-hair" (İmam Hüseyn (ə) qəbrinin ziyarətinin ədəbləri), "Tariximiz və ənənəmiz" (Hələb alimlərindən birinin suallarına cavab), "Riyazul-uns" (tarix, təfsir və hədis barəsində, ərəb və fars dillərində - əlyazma), "Azərbaycan şəxsiyyətləri" (234 Azərbaycanlı alim, ədib və şairlərinin tərcümeyi-halı - əlyazma), "Səfərlərin səmərəsi" (əlyazma), "Əl-itrətut-tahirə fil-kitabil-əziz" (əlyazma), "Əl-Qədir fil-kitab vəs-sünnə vəl-ədəb". Qeyd edildiyi kimi Əllamə Əminin ən böyük və məşhur əsəri "Əl-Qədir" kitabıdır ki, 20 cilddə (ərəb dilində) çap edilmişdir. Müəllif özü bu kitab barəsində belə demişdir: "Mən Əl-Qədir kitabını yazmaq üçün 10 mindən çox kitabı əvvəldən axıra qədər diqqətlə mütaliə etmişəm və 100 kitaba dəfələrlə müraciət etmişəm". Əllamə bu kitabda məşhur "əl-qədir" hədisini nəql edən 110 peyğəmbər (s) səhabəsinin və 84 tabeinin adını sayır. Daha sonra hicrinin 2-ci əsrindən 4-cü əsrinə qədər bu hədisi nəql edən ravilərin adını qeyd edir. Sonda da bu mövzu haqqında müxtəlif şairlərin şerlərini qeyd edir. Əllamə Əmini 1970-ci ildə Tehranda vəfat edib. Onun cənazəsi Nəcəf şəhərinə aparılaraq İmam Əlinin (ə) hərəminin daxilində, özünün təsis etdiyi kitabxanada dəfn edilib. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=304144
Əbdülhəmid
Əbdülhəmid — kişi adı. Ərəb dilində olan bu sözün (ərəb. عبد الحميد ) mənası "Həmidin qulu" deməkdir. I Əbdülhəmid — 1774–1789-cu illər Osmanlı imperatoru. II Əbdülhəmid — 1876–1909-cu illər Osmanlı imperatoru. Əbdülhəmid bəy Qaytabaşı — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru. Əbdülhəmid ibn Badis — Görkəmli əlcəzairli müsəlman alim, islahatçı Əbdülhəmid Əbu Süleyman Həmçinin bax Sultan Əbdülhəmidə sui-qəsd
https://az.wikipedia.org/w/index.php?curid=196256
Əbdülhəmid Həmidov
Əbdülhəmid Həmidoviç Həmidov (15 oktyabr 1920, Köhnə Atagi[d], Çeçen Milli Dairəsi[d] – 6 iyul 1969, Qroznı) — SSRİ, aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti (1959), Çeçen-İnquşetiya Yazıçılar İttifaqının sədri (1959–1961) və SSRİ Yazıçılar İttifaqının üzvü (1943). 1920-ci ildə Terek vilayətinin Starye Ataqi kəndində (indiki Çeçenistan Respublikasının Urus-Martan rayonu) kəndli ailəsində anadan olmuşdur. 1935-ci ildə məktəbi bitirərək, o vaxt Sernovodskoye kəndində yerləşən pedaqoji məktəbə daxil olub. 1938-ci ildə Moskva Teatr İnstitutuna daxil olub. Ancaq təhsilini başa çatdırmaq mümkün olmamışdır. Belə ki, İkinci Dünya müharibəsi başlayandan sonra dördüncü kursdan Qroznıya teatrda çalışmaq üçün geri çağırılmışdır. Müharibə illərində Çeçen-İnquş Dövlət Dram Teatrının aktyoru və rejissoru idi. Teatr tez-tez ordu hissələrində, xəstəxanalarda, müdafiə istehkamlarının inşaatçılarının qarşısında tamaşalarla çıxış edirdi. Bu işinə görə, 30 iyun 1943-cü ildə Həmidov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti adına layiq görüldü. Deportasiya illəri 1944-cü ildə, Çeçenlərin və inquşların deportasiyasısı zamanı şəkər çuğunduru fermasının klub rəhbəri və Cambul vilayəti şəkər fabrikinin Mədəniyyət Sarayının bədii rəhbəri idi. 1945-ci ildə Qırğızıstan SSR Respublika Xalq Yaradıcılığı Evinin direktoru, sonra respublika Mədəniyyət Nazirliyinin teatr şöbəsinin müdiri oldu. 1948-ci ildən — Qırğızıstan Dövlət Filarmoniyasının Konsert və Təşkilat şöbəsinin müdiri olmuşdur. 1950-ci ildən Respublika Xalq Yaradıcılığı Evində baş metodist kimi, 1955-ci ildən — "Znamya Truda" qəzetinin Mədəniyyət şöbəsinin müdiri kimi çalışmışdır. Daha sonra Qazaxıstan SSR Yazıçılar Birliyində ədəbi məsləhətçi olaraq işləmişdir. O, müntəzəm olaraq teatr mövzusunda məqalələri ilə Qırğızıstanın dövri mətbuatında çıxış edirdi. Əbdülhəmid Həmidov 1957-ci ildə Çeçen-İnquş Dövlət Mahnı və Rəqs Ansamblını yenidən yaratdı (sonradan ansambl Vaynax kimi tanındı) və ansamblla birlikdə vətəninə döndü. 1959–1961-ci illərdə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Yazıçılar Birliyinin sədri idi. 1961–1962-ci illərdə Leninqrad Teatr İnstitutunun milli şöbəsində müəllim idi. Sonra ekstern tələbə olaraq bu institutun aktyorluq fakültəsini bitirdi. 1959-cu ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq Artisti adına layiq görüldü. 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv oldu. Yaradıcılığı Əbdülhəmid Həmidov hələ institutda təhsil alarkən bədii yaradıcılıq ilə məşğul olmağa başlamışdır. Həmidov rus və xarici klassiklərin əsərlərini Çeçen dilinə tərcüməsi ilə məşğul olurdu. O, Molyerin "Soylulardakı burjua" (1939), Lev Tolstoyun "Qaranlığın Gücü" (1939), Şekspirin "Otello" (1940) və bir sıra digər əsərləri çeçen dilinə tərcüməsi etmişdir. 1967-ci ildə respublika sənət əsərləri müsabiqəsində Həmidovun Xanpaşa Nuradilovun şücaətinə həsr olunmuş "Liirbotsurş" ("Ölümsüzlər") pyesi ikinci mükafata və RSFSR Mədəniyyət Nazirliyinin 1-ci dərəcəli diplomuna layiq görüldü. Bey Abadiyev "Qroznı Fəhləsi" qəzetində yazırdı: 1967-ci ildə Ümumittifaq yeni dram əsərləri müsabiqəsində Həmidovun "Boj-Əlinin Düşməsi" pyesi üçüncü dərəcəli diplomla təltif edildi. İndi "Boj-Əli" adlandırılan bu tamaşa hələ də Çeçen Teatrının səhnəsində dəyişməz ünvana malikdir. Əsərin qəhrəmanı Boj-Əli çox rəngarəng, iti ağıla malik və hazırcavablığı ilə seçilən enerjili bir insandır. Amma onun zəif cəhətləri, dost seçimində səhvlik həyatda və ailədə problemlərə yol açır. Tamaşa türk, ərəb və digər dillərə tərcümə edilərək Türkiyə, İordaniya, Suriya, Tatarıstan, Başqırdıstan və digər ölkələrin teatrlarında səhnələşdirilmişdir. Onun şeirlərinin bir çoxuna məşhur çeçen bəstəkarları Umar Beksultanov, A.Xalebski, Zayndi Çərkizbiyev tərəfindən musiqi bəstələnmişdir. Bu mahnılar ən yaxşı çeçen müğənniləri Sultan Maqomedov, Valid Dagayev, Movlad Burkayev və başqaları tərəfindən peşəkarcasına ifa olunurdu. Bu mahnıların çoxu bu gün də məşhurdur. Həmidov 1962-ci ildən Çeçen-İnquş Dram Teatrının direktoru idi. 1968-ci ildən ölənə qədər Kommunist Partiyası Çeçen-İnquş vilayət komitəsinin təşviqat və təbliğat şöbəsinin müdir müavini və mədəniyyət sektorunun müdiri olub. 6 iyul 1969-cu ildə avtomobil qəzasında həlak olmuşdur. İncəsənətdə 1964-cü ildə heykəltaraş İ.D.Bekiçiyev Əbdülhəmid Həmidovun büstünü yaradıb. Mükafat və təltifləri Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (30 iyun 1943); "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı (1946); Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti (1959). "Sovdat və Daud", oyun (1943); "Əbubeşar", bir aktlı oyun; Maxsoltının dəişətli günü, satirik oyun; "Dağlardan gələn qız", tamaşa (A.A.Alekseevlə birgə həmmüəllif, 1960); Boj-Əlinin Düşməsi, komediya; Ölümsüzlər, qəhrəmanlıq dramı; Mavi qanadlı göyərçin, uşaq oyunu; Durda və Darqa, satirik hekayə; "Girmasolta macəraları", satirik hekayə; "Geyin — orada, geyin — burada", satirik hekayə; "İmtahan", satirik hekayə; 1984-cü ildə Qroznıda Həmidovun yaşadığı evə xatirə lövhəsi qoyulub. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=722809
Əbdülhəmid Momənd
Əbdülhəmid Momənd (puşt. عبدالحميد مومند) və ya Əbdülhəmid Baba (1660, Pişəvər – 1732, Pişəvər) — Əfqanıstan puştun şairi. Pişəvərdə təhsil almış, ruhani olmuşdur. Puştu dilində yazmışdır. "Dürr və mərcan" adlı divanı var. Şeirləri incəliyi, mürəkkəb formaları və yüksək poetik texnikası ilə seçilir. Yaradıcılığı sufizmə əsaslanır, əsasən, dünyaya qarşı etinasızlıq və onun dəyərsizliyi motivlərini əks etdirir. İctimai məzmunlu, həmçinin nəsihətamiz şeirlər də yazmışdır. Əbdülhəmid Momənd həssaslıq və "tükü tükdən seçmə" mənasını verən "muşekaf" (hərfən "saç ayıran", yaxud "tük ayıran") təxəllüsü ilə məşhur olmuşdur. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=786216
Əbdülhəmid Ziya paşa
Ziya paşa (1829, Konstantinopol – 17 may 1880, Adana, Adana vilayəti) — Türk yazıçısı, şairi və dövlət adamı. Əsl adı "Əbdülhəmid Ziyaəddin" dir. Türkiyə Türk ədəbiyyatının Avropa meyilli nümayəndələrindən olan Əbdülhəmid Ziya Paşa 1829-cu ildə İstanbulda doğulmuşdur. Müxtəlif elm sahələrinə böyük həvəs göstərən Ziya Paşa ilk təhsilini əvvəlcə məhəllə məktəbində, daha sonra təhsilini “Məktəbi ədəbiyyə”də davam etdirmişdi. O,17 yaşından etibarən tanınmış yazıçı və şairlərin təmsil olunduğu cəmiyyətlə bağlanmış, xüsusilə Divan ədəbi nümayəndələri ilə yaxınlıq etmişdir. Daha sonra o, Arif Hikmət bəyin evində 1861-ci ildə Divan şeirini inkişaf etdirmək məqsədi ilə yaradılan “Əncümənü-şüəra” cəmiyyətinə daxil olur. Sarayda dövlət katibi kimi fəaliyyət göstərən Ziya Paşa müəyyən müddət sonra saray ziddiyyətlərinə görə buradan uzaqlaşmışdır. Siyasi çəkişmə və gərginlik onun Türkiyədə qalmağına imkan verməmiş, o, 1867-ci ildə Avropaya getməyə məcbur olmuşdur. O, əvvəlcə Parisə, daha sonra Londona getməyə məcbur olmuşdur. Lakin bu şəhərlərdədə öz fəaliyyətindən qalmayan Ziya Paşa 1867-ci ildə “Müxbir”, 1868-ci ildə Namiq Kamal tərəfindən əsası qoyulmuş “Hürriyyət” qəzetlərini çap etdirir. Türkiyə siyasi rejimini tənqid edən “Hüriyyət” qəzeti daha sonra Cenevrədə çap olunur və 1871-ci ildə fəaliyyətini dayandırır. 1878-ci ildə Adanaya vali təyin olunan Ziya Paşa 1880-ci ildə 51 yaşında Konyada vəfat etmişdir. Tənzimat dövrü şairlərindən Yeni Osmanlılar siyasi zümrəsinə də qatılmış olan Ziya Paşanın dil və ədəbiyyat sahəsində türkçülüyü Şinasidən daha açıqdır. Məşhur "Şeir və inşa" məqaləsi, bu mövzuda bir dəlil kimi göstərilə bilər. Ziya Paşa bu məqaləsində Osmanlı təbirini türk qarşılığında, yəni Tənzimatdan öncəki mənasında işlədərək əski Osmanlı şairlərinin əsərlərini xatırlatdıqdan sonra deyir ki: "...Xeyr! Bunların heç birisi Osmanlı şairi deyildir... Əcəba, bizim mənsub olduğumuz millətin (yəni türk millətinin) bir dili və şeiri varmıdır və bunu islah mümkündürmü?" "İçlərində üçdə bir türkcə kəlmə tapılmayan və çox zaman zehin yormadıqca məna çıxarılmasına müqtədir olunamayan" əski əsərləri bəyənmir, türkcə imlasının sistemsizliyini, türkcədə işlənilən kəlmələrin sınırsızlığını, türkcə və ya osmanlıca qaydalarının düzənlənməmiş olduğunu tənqid etdikdən sonra türklərin təbii şeirinin Baki, Nəfi, Nədim və Vasiflərin mənzumələri, türklərin təbi-inşasının Veysi və Nərgisilərin nəsrləri olmadığını qəti şəkildə ifadə edir: "...Xeyr! Bizim təbii şeir və inşamız əyalət xalqıyla İstanbul əhalisinin xalq təbəqəsi arasında hələ durmaqdadır. Bizim şeirimiz hanı şeirlərimizin ahəngsiz deyə bəyənmədikləri xalq şərqiləri və saz şairləri arasında "deyiş", "üçləmə" və "qayabaşı" adlanan parçalardır və bizim təbii inşamız "Mütərcimi-qamus"un işləndiyi yazı yazma tərzidir. Hələ bir kərə rəğbət o yönə dönsün, az vaxt içində nə şairlər, nə katiblər yetişir, ağla heyrət verir". Sonradan dildə türkçülük məsələsi ilə məşğul olan nəzəriyyəçilər Paşanın XIX yüzil sonralarında qoyduğu bu məsələlərə çox bir şey əlavə edə bilmiş deyillər... Dildə türkçülüyü bu qədər yaxşı qavramış, Osmanlı ilə türk ifadələrini bərabər anlamlı olaraq istifadə etmiş şair və ədib Ziya Paşanın Yeni Osmanlılar cəmiyyətinin öndərlərindən siyasi Ziya Paşanı çox işlətdiyi millət və milliyyət ifadələrinin siyasi mənalarını incələmə və aydınlaşdırmağa sövq etməmiş olması çətin qəbul edilər, bununla bərabər Ziya Paşanın əsərlərindən siyasi türkçülüyünü çıxaracaq heç bir ipucu tapıb çıxara bilmədim. Zafername (1868, düzyazı şiir) Rüya (ölümünden sonra, 1910) Veraset Mektupları (ölümünden sonra 1910) Eş'ar-ı Ziyâ (ölümünden sonra şiir, 1881) Şiir ve İnşa Makalesi Defteri Amal (anı niteliğinde) Terkibi-i bent Tərcümələri Viardot’tan, Endülüs Târihi'ni, Cheruel ile Lavallee’den, Engizisyon Târihi'ni, J.J. Rousseau’dan Emil’i, Moliere’den Tartuffe’ü tercüme etmiştir. Türkün qızıl kitabı. Bakı. 1992. Elman Quliyev. Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri. Bakı: ADPU. 2010. Elman Quliyev. Türk xalqları ədəbiyyatı. Bakı: ADPU. 2009. Elman Quliyev. Türkiyə türk ədəbiyyatı. Bakı. 2003. Türkiyə türk ədəbiyyatı. Ankara. 1999. Agah Sırrı Levend. Türk ədəbiyyatı tarixi. Ankara. 1973. Ziya Paşa. Zəfərnamə. İstanbul. 1909. Ziya Paşa. Şeirlər. Ankara. 1959. Ziya Paşa. Əsərləri. Ankara. 1963. Ziya Paşa. Əsərlərindən seçmələr. İzmir. 1987. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=384531
Əbdülhəmid ağa Cavanşir
Əbdülhəmid ağa Cavanşir (tam adı: Cavanşir Həmid ağa oğlu Əbdülhəmid ağa d.07.09.1897, Şuşa -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, mühəndis. Əbdülhəmid ağa Həmid ağa oğlu 7 sentyabr 1897-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. 1918-ci ildə Yelizavetpol kişi gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini aqronomluq sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir.Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrın vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25 illər üçün məlumatında təhsilini başa vurmasına 1 il qaldığı göstərilirdi. Universiteti bitirəndən sonra Gəncə şəhərində Zaqafqaziya Maşınsınaqdançıxarma Stansiyasında direktor vəzifəsində çalışmışdı. Sürgünə göndərilmişdi. Əbdülhəmid ağanın Kamal ağa adlı oğlu var. Həmçinin bax Əliyusif Cəfərov Abdulla Bağırlı Abbas Atamalıbəyov Xarici keçidlər ƏBDÜLHƏMİD AĞA CAVANŞİR
https://az.wikipedia.org/w/index.php?curid=83781
Əbdülhəmid bəy Qaytabaşı
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı (10 iyul 1884 və ya 8 fevral 1884, Tiflis – 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru. Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçmüş və Rusiya imperiyası ordusunda xidmət etməyə başlamışdır. Osmanlı ordusunda xidmət edərkən Əbdülməcid bəy alay komandanı idi və bu vəzifədə çalışan şəxsə Haytabaşı deyilirdi. Rus ordusunda xidmətə başladıqdan sonra Haytabaşı rus dilinə tərcüməyə görə Qaytabaşı formasına düşmüşdür. Əbdülhəmid bəyin atası polkovnik-leytenant Şərif bəy Qaytabaşı, 1835-ci il oktyabr ayının 26-da Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə tərtib olunmuş sənədlərdə onun Tiflisdəki Rus ordusunun Mərkəzi Qərərgahının Dəftərxana şöbəsində Şərq dilləri üzrə polkovnik-leytenant rütbəsində tərcüməçi kimi çalışması göstərilmişdir. Bu sənədlərdə həmçinin Şərif bəyin orden və medalarının da siyahısı göstərilmişdirƏbdülhəmid bəy Qaytabaşı 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirmişdir. Əbdülhəmid bəy, Şərif bəyin ikinci həyat yoldaşı Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağaoğlunun qızı Xədicə xanımdan olan VII-ci övladı idi. Aprel işğalından sonra qısa müddətə də olsa Azərbaycan Sovet Respublikasının Qərərgah Rəisi olmuşdur. Lakin 1920-ci ilin iyununda Gəncə üsyanında əli olmasında ittiham edilərək güllələnmişdir. Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Əbdülhəmid bəy Qaytabaşını Azərbaycanın istiqlal şəhidi adlandırıb. Hərbi fəaliyyəti Rusiya imperiyası dövrü Təhsilini bitirdikdən sonra Şamaxıda yerləşən Yelizavetpol korpusunun 261-ci Piyada alayına leytenant kimi təyinat almışdır. I Dünya Müharibəsi başlanan zaman Qafqaz Korpusunun 52-ci Hərbi birləşməsinin 205-ci Şamaxı piyada alayının komandanı kimi müharibədə iştirak etmişdir. Döyüşlərdə göstərdiyi üstün rəşadətə görə Ştabskapitan Qaytabaşı IV dərəcəli Müqəddəs Vladimir Ordeni ilə təltif edilmişdir. Azərbaycan Xalq Cümhuriyəti dövrü Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 1918-ci il 15 noyabr tarixli əmri ilə Ümumi qərargahın tərkibindəki növbətçi general vəzifəsinə təyin edilmişdir. Onun tabeliyindəki bölmələr bunlar idi: Müfəttişlər bölməsi, Təmir və bərpa bölməsi, Ümumi bölmə, Qeyri-nizami bölmə Nəşriyyat var idi.Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Qaytabaşı general-mayor rütbəsinə layiq görülmüşdü. 1919-cu il dekabrın 10-da general-mayor Həbib bəy Səlimov Bakı istehkamçılar hissəsinin rəisi təyin edilərkən, Ümumi qərargah rəisi vəzifəsinin müvəqqəti icrası Qaytabaşıya həvalə olunmuşdu. Bu vəzifəni Azərbaycan ordusunun qərargahı yaradılana qədər icra etmişdir. 1920-ci il martın 1-dən fəaliyyətə başlayan Azərbaycan ordusu qərargahında Qaytabaşı növbətçi generalın idarəsinə rəhbərlik edirdi. Hərbi nazirlikdə struktur dəyişikliklərindən sonra ümumi bölmə, təftiş bölməsi, pensiya bölməsi və nəşriyyat işləri bu idarəyə verilmişdi. Aprel işğalından (1920) sonra Qaytabaşı qısa müddət Azərbaycan ordusu qərargahının rəisi vəzifəsini icra etmişdi. Nəzirli Ş., Cümhuriyyət generalları., B., 1995; Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=162583
Əbdülhəmid ibn Badis
Əbdülhəmid ibn Badis (4 dekabr 1889, 5 dekabr 1889 və ya 1899, Qüsəntinə, Qüsəntinə vilayəti[d] – 16 aprel 1940[…], Qüsəntinə, Qüsəntinə vilayəti[d]) — Görkəmli əlcəzairli müsəlman alim, islahatçı Əbdülhəmid ibn Badis 1889-cu il dekabr ayının 4-də Əlcəzairin şimal-şərqindəki Konstantin şəhərində, ziyalı ailəsində anadan olub. Ölkəsində islam islahat hərəkatının simvolu hesab olunan Şeyx İbn Badisin soyu X əsrdə Bulucin ibn Ziri tərəfindən qoyulmuş sülaləyə gedib çıxır. Dindar ailə boya-başa çatan gənc Əbdülhəmid 13 yaşında ikən Qurani-Kərimi əzbərləyir. Daha sonra vəsayətinə verildiyi Həmdan Lunissi ibn Badisin üzərində böyük iz buraxır. İbn Badis ömrünün sonunadək Lunissinin müxtəlif məsələlərə dair məsləhətlərini unutmur. Lunissi ona "elm sevgi üçündür, mənsəb üçün deyil" prinsipini öyrətmişdi. Konstantin şəhərinin müsəlman əhalisinin hüquqlarının müdafiəçisi kimi də tanınan Lunissi İbn Badisdən Fransa ordusunda üçün xidmət etməyəcəyinə dair vəd alır. 1908-ci ildə İbn Badis təhsilini artırmaq üçün ilk dəfə ölkə hüdudlarından kənara çıxmaq qərarına gəlir. Tunisə yollanan Əbdülhəmid burada dövrünün tanınmış və nüfuzlu elm ocağı sayılan, islam elmlərinin tədris olunduğu Zeytuna universitetinə daxil olur. Zeytuna universitetində ibn Badisin fikir və düşüncələri təkmilləşir. Universitetdə bir çox görkəmli müsəlman alimdən ərəb dilinin incəliklərini və islam elmlərini öyrənən Əbdülhəmidin bir şəxsiyyət kimi və İslamla bağlı fikirlərinin formalaşmasında sözügedən alimlərin mühüm rolu olur. Bu alimlər onda silinməz iz buraxır. Şeyx Məhəmməd Nəqlinin təlimi onu müsəlman ictimaiyyətini müqəddəs təriqət kimi qeyri-düzgün dini təlimlərdən təmizləməsinin vacibliyinə inandırır. Şeyx Məhəmməd Tahir ibn Aşur ibn Badisə ərəb dilinin gözəlliklərini kəşf etmək imkanı verir. Şeyx əl-Bəşir Səfərlə tanışlığı onu müsəlman ictimaiyyətinin mövcud və keçmiş problemlərinə, o cümlədən, qərb müstəmləkəçiliyinə və onun sonrakı sosial-iqtisadi təsirlərinə cavab axtarmağa sövq edir. 1912-ci ildə universitetdən məzun olmasına rəğmən ibn Badis orada təhsilini hələ bir müddət davam etdirir. Zeytun universitetində təhsilini tamamladıqdan sonra həcc ibadətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına yollanan ibn Badis Mədinədə üç ay qalır və burada, Peyğəmbər məscidində zəvvarlara və şəhər sakinlərinə müxtəlif dini mövzularda dərslər keçir. İbn Badis Mədinədə ikən müsəlman islahatçı alim Şeyx Bəşir əl-İbrahimi ilə tanış olur. Müntəzəm surətdə görüşən alimlər Əlcəzairdə həyata keçirməyə planlaşdırdıqları islam islahatları planını hazırlayırlar. Bu islam hərəkatını Əlcəzairdə mühüm mövqeyə çatdıran uzun dostluğun başlanğıcı olur. Mədinədə məskunlaşan digər islahatçı Şeyx Hüseyn Əhməd əl-Hindi (Mədəni) İbn Badisin bacarıq və biliyindən təsirlənir. O, daim İbn Badisi Əlcəzairə qayıdaraq, orada destruktiv Marabutik ideyalarına qarşı fəaliyyət göstərməyə, Fransa işğalı altındakı Əlcəzairin müsəlman əhalisinin dini və mədəni baxımdan geriləməməsi və cəhalətin qarşısını almaq üçün ölkəsində iş görməyə inandıra bilir. İbn Badis Səudiyyə Ərəbistanını tərk etdikdən sonra Suriya və Misirə səfər edir. Qahirə şəhərinin əl-Əzhər məscidində o, bir çox tanınmış ərəb filoloqları və müsəlman alimlərlə görüşür. 1913-cü ildə Əlcəzairə qayıdan ibn Badis doğma şəhəri Konstantinə gələrək, Sidi Qammuç məscidində təlim prosesinə start verir. Onun dərslərində kişilərlə yanaşı, qadınlar və gənclər də iştirak edirlər. İbn Badis xalqa islam elmlərini, ərəb dili və ədəbiyyatını, eləcə də tarixini öyrədir. Alim bir müddət sonra ölkənin müsəlman alimlərini və liderlərini bir çətir altında toplayacaq təşkilat yaratmaq ideyası haqda düşünür. 1931-ci ildə İbn Badis Əlcəzair Müsəlmanları Konqresinin yaradılmasında mühüm rol oynayır. Konqresin fəaliyyəti uzunömürlü olmur və o, 1937-ci ilin yayında ləğv edilir. Qısa müddət sonra isə İbn Badis yaratdığı Əlcəzair Müsəlman Alimlər Assosiasiyasının (ƏMAA) sədri seçilir. Təşkilat özündə ölkənin bir çox müxtəlif və bəzən əks fikirli müsəlman alimlərini birləşdirir. Ölkədə müstəqillik uğrunda müharibə başlayanadək ƏMAA Əlcəzairin islamtəmayüllü və müsəlman siyasətçiləri üzərində böyük nüfuza malik olur. İbn Badis elə həmin illərdə ölkədə minlərlə azyaşlının təhsil aldığı elm ocaqları yaradır. ƏMAA-nın nəzdində dərc olunan "əl-Cihab" aylıq jurnalı 1925-ci ildən 1940-cı ilədək, İbn Badisin vəfatınadək müntəzəm işıq üzü görür. Jurnal oxucularını assosiasiyanın dini ideya və fikirləri, eləcə də digər dini və siyasi məsələlər barədə məlumatlandırırdı. İbn Badis 1940-cı il aprelin 16-da doğulduğu Konstantin şəhərində vəfat edib. İbn Badis ömrünün İslam təliminin doğru-düzgün təliminə, Əlcəzair mədəniyyətinin fransız dəyərləri tərəfindən həzm etdirilməsinə qarşı mübarizəyə həsr etmiş alim, islahatçıdır. Digər bir sıra əlcəzairli müsəlman alimlər kimi o da ölkəsində faşist təbliğatına və fransız işğalçılarının anti-semit intriqalara qarşı çıxmış, bu sahədə əməli iş görmüşdür. Xarici keçidlər Əbdülhəmid ibn Badis (1889-1940) - Görkəmli əlcəzairli müsəlman alim, islahatçı (az.) Tərcümə: Anar Rüstəmov
https://az.wikipedia.org/w/index.php?curid=306873
Əbdülhəmid xan
II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[…], Konstantinopol – 10 fevral 1918[…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. Şahzadəlik illəri 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı. Bu səbəblə saray əhli və dövlət adamları arasında çox da sevilmirdi. Yalnız əmisi Sultan Əbdüləziz ağlı və siyasi qabiliyyəti səbəbilə ona önəm verirdi. Belə ki, Misir və Avropa səyahətlərində onu da özüylə birlikdə aparmışdı. Şahzadəlik illəri olduqca sərbəst keçən Əbdülhəmid Əfəndi vaxtının çoxunu Sarıyerdəki böyük köşkdə torpaq işləriylə keçirirdi. Burada kənd təsərrüfatı və dəmir filizi mədənləri satın alaraq şəxsi təsərrüfatını yaratdı. Birjada böyük sərvət qazandı. Belə ki, taxta çıxanda şəxsi sərvəti 100 min qızıldan çox idi. Konstitusiyaya əsaslanan idarəçilik forması qurmaq istəyən və bu səbəblə Sultan Əbdüləziz və Sultan Muradı taxtdan endirən Mithat Paşa və dostlarıyla razılığa gələn Əbdülhəmid Əfəndi 31 avqust 1876-cı ildə cümə axşamı günü taxta çıxdı. Bu əsnada dövlət dərin böhran içərisində idi. Sultan Əbdüləziz dövründə başlayan bolqar və boşnaq üsyanlarına Sultan Murad dövründə serb və alban ayaqlanmaları da qoşuldu. Bu üsyanları pərdə arxasından dəstəkləyən Rusiya imperiyası "Şərq məsələsi"nin həllində maraqlı idi. Dövlət isə düşdüyü maliyyə çətinlikləri səbəbilə üsyanları yatıra bilmirdi. Sultan Əbdüləzizin son illərində Mahmud Nədim Paşanın xarici borcların faiz dərəcələrini aşağı endirmək qərarı isə Avropada böyük etirazlara səbəb olmuşdu. Avropa ictimaiyyəti Osmanlı dövləti əleyhinə çevrilmişdi. Bu şəraitdə taxta çıxan Sultan Əbdülhəmid Osmanlı tarixində o günə qədər görülməmiş bir çox addımlar atdı. Əsgərlərlə, məclis üzvləri ilə və üləmadan bir çox alimlə görüşlər keçirir, Ulduz sarayında iftar gecələri təşkil edirdi. Hərbi hospitalda Balkan cəbhəsindən gələn yaralıları şəxsən ziyarət edərək hədiyyələr paylayır, sədrəzəm və nazirlərlə birlikdə məscidləri gəzərək əhaliylə birlikdə namaz qılırdı. Yeni sultanın bu kimi hərəkətləri əhali və ordu mənsubları arasında məmnunluq hissi yaratdı. Hamıda və xüsusilə də, orduda yüksək əhvali-ruhiyyə müşahidə olundu. Serblərlə gedən döyüşlərdə Osmanlı ordusu önəmli qələbələr qazandı. Ancaq Rusiyanın göndərdiyi ultimatom səbəbilə serblərlə 3 aylıq atəşkəs imzalandı. İngiltərə isə "Şərq məsələsi"nin İstanbulda toplanacaq bir konfransda müzakirə olunmasını istədi. Birinci məşrutiyyət dövrü Bu əsnada sultanla hökumət arasında mabeyn katiblərinin təyini məsələsində ilk anlaşmazlıq çıxmışdı. Sultan Əbdülhəmid sədrəzəm Mehmed Rüşdü Paşanın istehfasını qəbul etmədi. Serblərlə sülh imzalanmasını istəməyən bir qrup iğtişaşçı isə Mithat Paşa və dostlarını öldürüb, Sultan Əbdülhəmidi taxtdan endirməyə cəhd etdilər. 400 nəfər gözaltına alındı. Konstitusiya hazırlığı üçün müsəlman və qeyri-müsəlmanlardan bir komitə quruldu. Bu əsnada Mithat Paşa ilə anlaşmazlığa düşən sədrəzəm Mehmed Rüşdü Paşa istehfa etdi. 19 dekabr 1876-cı ildə Mithat Paşa sədarətə gətirildi. 4 gün sonra isə İngiltərənin təklifini qəbul edən dövlətlər İstanbuldakı konfransda toplandı. Həmin gün 101 top atəşi ilə Osmanlı imperiyasının ilk konstitusiyası qəbul edildi (23 dekabr 1876). Tələm-tələsik hazırlanaraq İstanbul konfransının toplandığı gün elan edilən konstitusiya ilə, qərb dövlətlərinin ekstremal istəklərinin qarşısı alınmaq istənildi. Ancaq qərb dövlətləri buna əhəmiyyət vermədi. Daha öncə Rusiya səfirliyində müzakirə edilərək hazırlanan təkliflər qəbul edilməsi üçün Bab-ı Əliyə təqdim edildi. Osmanlı imperiyasının suverenliyini təhlükəyə atan bu təkliflər 18 yanvar 1877-ci ildə toplanan 180 nəfərlik Məclis-i Ümumidə müzakirə edilərək səsvermə yolu ilə rədd edildi. Gələn əcnəbi elçilər öz yerlərinə vəkil qoyaraq İstanbuldan ayrıldılar. Mithat Paşa İngiltərəyə, konstitusiyanın tam tədbiq edilməsi şəraitində qərb dövlətləriylə razılığa gələcəyini bildirdi. İngiltərə hökuməti isə Londonda yeni bir konfransın toplanması üçün danışıqlara başladı. Mithat Paşa istər bu hərəkətləri, istər sə də Osmanlı sülaləsini devirərək öz ailəsini taxta çıxarmaq istəməsi haqqında yayılan şayələr səbəbilə vəzifədən alınaraq 5 fevral 1877-ci ildə ölkədən sürgün edildi. Sultan Əbdülhəmid konstitusiyanın yaradıcısı olan Mithat Paşanı ölkədən qovsa da, konstitusiyalı idarəçilik formasından imtina etmədi. Konstitusiyaya əsasən seçimlər növbəti 3 ay içində keçirildi və 19 mart 1877-ci ildə məclis şəxsən sultan tərəfindən açıldı. 141 üzvdən ibarət olan Osmanlı tarixinin ilk parlamentində 115 nəfər millət vəkili, qalan 26 nəfər isə əyanlar məclisindən seçilmişdi. Millət vəkillərinin 69-u müsəlman, 46-sı isə qeyri-müsəlman idi. İngiltərənin təşəbbüsü ilə toplanan London konfransı hazırladıqları yeni təklifləri 31 martda imzalayaraq qəbul edilməsi üçün 3 apreldə Bab-ı Əliyə təqdim etdi. Ağır şərtlərdən ibarət bu protokol sultanın istəyilə məclisdə müzakirə edilidi və yenə qəbul edilmədi. Vəziyyət 12 apreldə hökumət tərəfindən qərb dövlətlərinə bildirildi. Beləliklə, əsas istəyinə çatan Rusiya imperiyası 24 apreldə Osmanlı imperiyasına müharibə elan etdi. Ruminlər, serblər, bolqarlar və albanlar Rusiyanın yanında yer aldılar. Maliyyə və hərbi baxımdan olduqca pis vəziyyətdə olan Osmanlı imperiyası xaricdən də dəstək ala bilmədi. Plevnedə Qazi Osman Paşanın, şərq cəbhəsində isə Əhməd Muxtar Paşanın fövqəladə zəfərləri belə, müharibənin gedişatını düzəldə bilmədi. Osmanlı orduları cəbhədən çəkilməyə başladı. Onların ardından on minlərlə müsəlman türk əhalisi də İstanbula köç etdi. Gələn mühacirlər hazırlanan xüsusi layihə əsasında Anadolunun müxtəlif bölgələrində yerləşdirildi. Ölkənin olduqca çətin olan bu günlərində, yeganə qanunverici orqan hesab edilən məclis isə anarxiya vəziyyətində idi. Qurulan bu ilk məclis siyasi partiyalar yerinə, milliyyətçi qrupların mübarizə meydanına çevrilmişdi. Konstitusiyanın təmin etdiyi şəxsi azadlıq hüququ, ölkənin qeyri-müsəlman əhalisi tərəfindən milli azadlıq və hətta muxtariyyət hüququ olaraq qəbul edilirdi. Yenə konstitusiyaya görə, rəsmi dil türk dili olsa da, erməni və yunan vəkillər öz dillərinin də rəsmi dil olaraq qəbul edilməsini istəyirdi. Hər millət vəkili mənsub olduğu millətlərin problemləri ilə məşğul olurdu. Konstitusiyaya uyğun olaraq seçilən ikinci məclis isə 1878-ci ilin yanvarında toplandı. Rusların İstanbula doğru irəlilədiyi bu günlərdə müxalif qüvvələrdən ibarət bir qrup vəkil, başda sədrəzəm olmaqla hökumət kabinetinin istehfasını və müharibədə məğlubiyyətə səbəb olan ordu rəhbərlərinin hərb divanında mühakimə edilməsini tələb etdilər. Sultan Əbdülhəmid isə İbrahim Əthəm Paşanın yerinə Əhməd Həmdi Paşanı sədarətə gətirdi (11 yanvar 1878). Məclis isə hər bir nazirin məclisdə hesabat verməsini və ordu rəhbərlərinin mühakimə edilməsinində təkid edirdi. 22 yanvarda buna dair bir qərar qəbul edildi. Sultan, məclis rəhbəri Əhməd Vəfik Paşanı məclisə göndərərək, tamamilə konstitusiyaya bağlı olduğunu və sədarət orqanını da ləğv edə biləcəyini bildirdi. Sultanın bu sözlərinə baxmayaraq məclisdə şiddətli mübahisələr davam etdi. Sultan Əbdülhəmid rusların İstanbula yaxınlaşdığı bu günlərdə məclisdən bir qərar gözləsə də, bu məsələdə məclis tək bir qərar belə qəbul edə bilmirdi. Sultan, məclisin istədiyi adamları hökumətdən uzaqlaşdırmağa çalışan Əhməd Həmdi Paşanı vəzifədən aldı və yerinə Əhməd Vəfik Paşa baş vəkil olaraq təyin edildi (4 fevral 1878). Baş vəkilin vəzifələri məclisin qəbul etdiyi qanunları sultana bildirmək və nazirlər kabinetinin fəaliyyətini tənzimləməklə məhdudlaşmışdı.Bu əsnada ruslarla Ədirnədə müvəqqəti atəşkəs imzalandı (19 fevral 1878). Sultan Əbdülhəmid ruslarla sülh danışıqlarına hazırlıq üçün sarayda fövqəladə məclis topladı. Məclisə parlamentdən də 5 nəfər qatılmışdı. Baş vəkil Əhməd Vəfik Paşa rusların təklif etdiyi sülh şərtlərini bildirdi və məclisdə iştirak edənlərin fikirlərini aldı. Hamının sülhpərəst münasibət bildirməsinin ardından vəkillərdən Əhməd Əfəndi birdən ayağa qalxdı və sultanı görülməmiş bir şəkildə təqsirləndirərək məclisin olmadığını bildirdi. Sultan Əbdülhəmid isə vəkilə şəxsən cavab verərək, bu müharibənin səbəbkarı olmadığını, sadəcə vəzifəsinə uyğun olaraq məclisin qərarlarını təsdiq etdiyini və bunun üçün millətindən mükafat gözlədiyini bildirdi və sözü xəzinə naziri Mehmed Səid Paşaya verdi. Səid Paşa müharibənin necə başladığını və sarayın müharibənin gedişatına qarışmadığını bildirdi. Ancaq Əhməd Əfəndinin sultanı təqsirləndirən fikirlərində təkid etməsinin ardından Sultan Əbdülhəmid yenidən sözü aldı. Bütün bunların qəsdən söyləndiyini iddia edərək, özünün sadəcə vəzifəsini yerinə yetirdiyini təkrarladı. Məclis vəkilinin sultana qarşı bu qədər sərt şəkildə çıxışını həzm edə bilməyən Sultan Əbdülhəmid "Mən bundan sonra Sultan Mahmudun yolundan getməyə məcburam" dedi və konstitusiyanın ona verdiyi hüquqa əsasən, 13 fevral 1878 tarixində Məclis-i Məbusanı müddətsiz olaraq tətilə yolladı. Buna baxmayaraq mütləqiyyətə qayıtmadı və qəbul etdiyi bütün qanunlarda məşrutiyyət və konstitusiyadan tez-tez bəhs etdi. 10 ay 25 gün davam edən bu ilk məclis dövründən sonra konstitusiyalı idarəçilik sistemi sadəcə sözdə qaldı və dövlət idarəsi getdikcə Sultan Əbdülhəmidin əlində cəmlənməyə başladı. 3 mart 1878-ci ildə ruslarla San-Stefano sülhü imzalandı. Mütləqiyyət illəri İngiltərə, Paris sülhünün şərtlərinə zidd olması səbəbilə San-Stefano müqaviləsinin beynəlxalq bir konfransda yenidən müzakirə edilməsini tələb etdi. Avstriya və Almaniyanın da dəstəyi ilə Berlin konfransı hazırlıqları davam edərkən İngiltərə Rusiya ilə gizlicə razılığa gəldi. Gizli danışıqların sonunda, Kiprin idarəsini müvəqqəti olaraq İngiltərəyə təhvil verən sülh müqaviləsi 4 iyunda imzalandı. Sultan Əbdülhəmid isə hökumətin tələm-tələsik imzaladığı bu sülhü təsdiqləməmək üçün çox mübarizə apardı. İngilislərin hərbi hədə-qorxusundan sonra sultan, Kiprin idarəçilik sisteminin dəyişdirilməməsi haqqında İngiltərədən yazılı sənəd alaraq sülhü təsdiqlədi. Osmanlı diplomatiyası Berlin konfransında vəd edilən hərbi dəstək uğruna Kipr adasını əldən çıxarmışdı. Sultan Əbdülhəmid isə bu konfransın Osmanlı torpaqlarını masa arxasında bölüşdürmək üçün çağırıldığına inanırdı. Ancaq konfrans gözlənildiyi kimi keçmədi. İngiltərə vəd etdiyi hərbi dəstəyi vermədi. 13 iyulda imzalanan Berlin müqaviləsi ilə böyük miqyasda torpaq itirilmiş, Rusiyaya qarşı isə olduqca yüklü miqdarda döyüş təzminatı ödəmək qəbul edilmişdi. Bundan başqa Kiprin İngiltərəyə tərk edilməsi, digər dövlətləri də bu məsələdə şirnikləndirdi. İngiltərənin təşviqi ilə Bosniya-Herseqovinanın idarəsi Avstriyaya verildi. 1881-ci ildə Fransa Tunisə, ertəsi il isə İngiltərə Misirə əl qoydu. Bolqarlar isə 1885-ci ildə şərqi Rumeli torpaqlarını işğal etdilər. Hadisələrin bu şəkildə irəliləməsində Sultan Əbdülhəmidin payı demək olar ki, yox idi. Sultan isə bütün bu olanların səbəbini yanlış aparılan xarici siyasətdə görürdü. Bu gedişatı dayandırmaq üçün Sultan Əbdülhəmid əvvəlcə düzgün xarici siyasət qurmaq üçün hökumət kabinetindən müvafiz raportlar aldı. Ancaq daxildə baş verən bəzi siyasi hadisələr onun beynində olan şübhələri daha da gücləndirdi. Xüsusilə də, böyük dövlətlərin müxtəlif yollarla Osmanlı dövlət adamlarını ələ almasından çəkinən Sultan Əbdülhəmid müəyyən tədbirlər aldı. Bab-ı Əliyə inanmadığı üçün Qazi Osman Paşa və Əhməd Cövdət Paşa kimi mühafizəkar və dürüst dövlət adamlarının dəstəyilə idarəni öz əlinə alaraq Ulduz sarayında cəmlədi. Özündən əvvəlki iki sultanın çevrilişlə taxtdn endirilməsi, onda özünün də devrilməsi qorxusunu yaratmışdı. Mason qüvvələrinin Sultan Muradı yenidən taxta çıxarma cəhdləri və bu məqsədlə baş tutan Əli Suavinin rəhbərlik etdiyi Çırağan hadisəsi və Kleanti-Skaliyeri komitəsinin fəaliyyəti bu şübhələrini daha da artırdı. Bu səbəblə dövlətin içərisində baş verənləri öyrənmək üçün güclü bir kəşfiyyat təşkilatı qurdu. Sultan Əbdülhəmid bu səbəblə ölkədə sərt bir daxili siyasət yürütdü. Sultan Əbdüləzizin ölümündən məsul olan Mithat Paşa və adamları Ulduz sarayında qurulan xüsusi məhkəmədə (Ulduz məhkəmələri) mühakimə edildilər və ölüm hökmü ilə cəzalandırıldılar. Ancaq sultan ölüm hökmlərini ömürlük həbsə çevirdi. Xarici qüvvələrin daxildə yaratmaq istədiyi qarışıqlıqlarda vasitəçi olan mətbuatı məhdudlaşdırmaq üçün senzuradan istifadə etdi. Digər yandan dövlətin maliyyə vəziyyətinə zərbə vuran müharibədən uzaq durdu və səltənəti boyunca güclü maliyyə siyasəti yürütdü. Sultan Əbdüləzizdən fərqli olaraq, bir çox dövlət məsələlərini dövlət xəzinəsindən deyil, öz şəxsi sərvətindən qarşıladı. Sarayın məsrəfləri isə minimuma endirildi. Kənizlərlə dolu saray həyatından uzaq, olduqca sadə bir həyat yaşadı. Sultan Əbdülhəmid iqtisadi sahədə özündən əvvəlki sultanların dövlətə yüklədiyi xarici borcların ödənilməsinə önəm verdi. Taxta çıxdığı il, 1854–1874-cü illər ərzində yığılan xarici borcların miqdarı və faizləri dövlətin illik gəlirinin yarısını keçmişdi. Xarici siyasətdə müneçilik törədən bu borclardan dərhal azad olmaq istəyirdi. Avropalı kreditorların təmsilçiləri ilə 20 dekabr 1881-ci ildə bir razılıq imzalandı. Məhərrəm qanunnaməsi adlanan bu razılıqla borclu ölkələrə, müəyyən dövlət gəlirlərinin toplanması imtiyazı daşıyan Düyun-i Ümumiyyə idarəsini yaratma hüququ verildi. Beləliklə, Osmanlı imperiyasının qərb dünyasındakı prestiji olduqca artdı. Ancaq razılıqdakı bəzi maddələr səbəbilə borc sənədindəki faiz dərəcələri artdı və əvvəlki qədər olmasa da, yenidən xarici borclanmaya gedildi. Dövlət gəlirlərinin 30%-i borcların və faizlərin ödənilməsinə ayrılsa da, köhnə borclar ödənilib bitmədi. Ancaq alınan yeni borcların demək olar ki, hamısı geri qaytarıldı və maliyyə vəziyyəti nisbətən yüngülləşdi. Xarici borclanmalara qarşılıq olaraq ölkənin yeraltı və yerüstü sərvətlərindən istifadə hüququ ingilis, fransız və alman şirkətlərinə verildi. İngilis sərmayəsi ilə fəaliyyətini davam etdirən Osmanlı bankına yüksək səlahiyyətlər verilərək ölkə iqtisadiyyatının yoxlanılması təmin edildi. Xarici şirkətlər arasında dövlət gəlirlərinin və müəyyən təsərrüfat sahələrinin bölüşdürülməsi əcnəbi dövlətlər arasında amansız rəqabətə səbəb olmuşdu. Dəmir yolu sənayesindəki rəqabət Almaniyanın xeyrinə nəticələnmişdi. İslam dünyası ilə əlaqələrini gücləndirməyə çalışan Sultan Əbdülhəmid Almaniyadan aldığı maliyyə dəstəyi ilə 1888-ci ildə Heydərpaşa-İzmit dəmiryolu xəttini Ankaraya qədər uzatmağa cəhd etdi. 1902-ci ildə Ankara ilə Bağdadı birləşdirəcək dəmir yolu xəttinin inşaatını da almanlara həvalə etmişdi. Sultan Əbdülhəmidin ən uğurlu yanı isə xarici siyasəti oldu. Dünyadakı siyasi gedişatı yaxından izləmək üçün sarayda məlumat mərkəzi yaratdı. Osmanlı imperiyası ilə bağlı bütün dünyada çıxan məqalələr və xaricdəki təmsilçilərdən sultana göndərilən raportlar burada toplanır və dəyərləndirilirdi. Xarici siyasətdə əsas məqsəd imperiyasnın sülh şəraitində yaşamasını təmin etmək idi. Sultan Əbdülhəmid Avropa dövlətlərinin Osmanlı üzərində qurduğu planlardan yetərincə istifadə edirdi. Belə ki, beynəlxalq aləmdə baş verən dəyişiklər zamanı onun yeritdiyi xarici siyasət də öz istiqamətini dəyişirdi. Bu səbəblə heç bir dövlətlə uzunmüddətli razılığa gəlmirdi. Osmanlı imperiyasının varlığı üçün ən böyük təhlükə hesab etdiyi İngiltərəyə qarşı Rusiya ilə yaxınlaşdı. Misirdə və şimali Afrikadakı torpaqları üzərində İngiltərə, İtaliya və Fransanı rəqibə çevirdi. Balkan yarımadasındakı millətlərin Osmanlı əleyhində birləşməsinin qarşısını almaq üçün aralarındakı dini fərqliliklərdən istifadə etdi. Sultan Əbdülhəmid, xarici təhlükələrə qarşı dövlətin təbii dayanağı olan müsəlman təbəqəyə arxalanırdı. İngiltərənin Misirdə və Ərəbistanda elmi araşdırma adı altında göstərdiyi anti-Osmanlı fəaliyyətini yaxından izləyirdi. İngilislərin ərəblər arasında yaratdığı əsas müzakirə məsələsi isə xilafət məsələsi idi. Dünya müsəlmanlarına rəhbərlik edən şəxsin Qureyş sülaləsindən olması məsələsindəki müzakirələr yenidən alovlanmışdı. Osmanlı sultanı bu sülalədən olmadığı üçün qanuni xəlifə hesab edilmirdi. Ancaq Sultan Əbdülhəmid dövrün üləması və din adamlarının dəstəyi ilə bu ittihamları aradan qaldırdı. Sultan Əbdülhəmid ingilis cəsuslarının ərəb milliyyətçiliyini yaymaq, xəlifəliyin ərəblərin haqqı olması iddiasıyla Misir xədivini xəlifə seçmək uğrunda aparığı fəaliyyətə qarşı panislamizm siyasəti yürütdü. Müsəlmanlar arasında birliyi təmin etmək üçün dini təbliğat apardı. Bu məsələdə təriqət şeyxlərindən və nüfuzlu qəbilə rəislərindən də faydalandı. Ən önəmli və təcrübəli idarəçiləri Anadolu və Suriya başda olmaqla, müsəlmanların çoxluq təşkil etdiyi vilayətlərə göndərdi. Xəlifəliyindən istifadə edərək panislamist ideologiyanı yaymağa çalışdı. Belə ki, bu ünvanı lazımınca istifadə edən yeganə Osmanlı sultanı idi. Bu ünvanın verdiyi güclə Cənubi Afrika və Yaponiya kimi uzaq ölkələrə din adamları göndərərək İslamın bu bölgələrdə də yayılmasına çalışdı.[mənbə göstərin] Sultan Əbdülhəmidin Çindəki təsiri o qədər güclü oldu ki, Pekində onun adına bir İslam universiteti açıldı və qapısında osmanlı bayrağı dalğalandı.[mənbə göstərin] Dəməşqdən Məkkəyə qədər uzanan Hicaz dəmir yolu inşa etdirdi. Ərəblər arasında təbliğat apararaq Qərb dövlətlərinə qarşı mübarizə apardı. Bu fəaiyyətləri nəticə verməyə başladı və Qərb diplomatları bunu "İslam yenidən xortladı" başlığı ilə ölkələrinə raport etdilər.[mənbə göstərin] Bunun ardından Qərb dövlətləri qeyri-müsəlman əhaliyə ədalətli davranılmadığı iddiasıyla Osmanlı imperiyası üzərindəki təzyiqlərini artırdı. Dövlətin daxili işlərinə qarışılması nəticəsində Sultan Əbdülhəmid Makedoniya və Livan məsələsində olduğu kimi geriləməyə məcbur oldu. Bəzi məsələlərdə isə sonuna qədər mübarizə apardı. Bunlardan ən önəmlisi erməni məsələsi idi. Berlin müqaviləsinin 61-ci maddəsinə görə, Anadolunun ermənilər yaşadığı bölgələrində islahatlar aparılmalı idi. Sultan Əbdülhəmid isə bunun erməni muxtariyyəti ilə nəticələnəcəyini bilirdi və "ölsəm də, 61-ci maddəni həyata keçirməyəcəyəm" deyirdi. Başda İngiltərə olmaqla, bütün Qərb dövlətlərinin hədələrinə baxmayaraq bu məsələdə güzəştə getmədi. Şərq vilayətlərində ermənilərin etnik qrup olaraq yaşadığını bəhanə edərək bu məsələdə güzəştə gedən sədrəzəm və nazirləri dərhal vəzifədən alırdı. Erməni milliyyətçilərinin canına qəsd etməsindən də çəkinməyən Sultan Əbdülhəmidin uğurla mübarizə apardığı digər məsələ isə Fələstin məsələsi idi. Sionistlər Fələstində bir yəhudi dövləti qurmaq üçün Sultan Əbdülhəmidə müraciət etdilər və Osmanlı imperiyasının ən böyük problemi olan xarici borclarının silinəcəyini bildirdilər. Sultan isə bu təklifi qəbul etməyib, yəhudilərin bu bölgədə məskunlaşmamaları üçün müxtəlif tədbirlər aldı. Sultan Əbdülhəmid yürütdüyü panislamist siyasətlə İngiltərənin Ərəbistanda oynadığı oyunlara mane olsa da, dövlətin maliyyə vəziyyətinin ağırlaşması bu mübarizənin gedişatını dəyişdi. Bu səbəblə 1890-cı illərdən etibarən tərəfsiz xarici siyasətdən uzaqlaşdı və uzun müzakirələrdən sonra Almaniya ilə iqtisadi iş birliyinə qərar verildi. Almaniyanın seçilməsində bir çox səbəb vardı. Bu səbəblər arasında Almaniyanın heç bir İslam ölkəsini işğal etməməsi, erməni məsələsində Osmanlı imperiyasını dəstəkləməsi və Almaniya imperatoru II Vilhelmin müsəlman dostu olduğunu açıq şəkildə elan etməsi önəmli yer tutur. Siyasi ittifaqdan çəkinən Sultan Əbdülhəmid Almaniya ilə yaradılan iqtisadi əlaqələrlə ölkənin inkişafına ümid edirdi. Bu səbəblə başda dəmiryolu sənayesi olmaqla, bütün sahələrdə alman sərmayəçilərə imtiyazlar verildi. Sultan Əbdülhəmid, böyük siyasi güclər arasındakı rəqabətə əsaslanan xarici siyasətin ölkənin müstəqilliyini uzun müddət qoruya bilməyəcəyini bilirdi. Əsas məqsədi vaxt qazanmaq və bu müddət ərzində ölkəni iqtisadı baxımdan gücləndirmək idi. Ancaq özündən əvvəlki sultanların yüklədiyi borclar onun əlini qolunu bağlayırdı. Düyun-i Ümumiyyə idarəsi dövlətin bütün maliyyə həyatına hakim mövqedə idi. Cari məsrəflərə qənaət edilərək islahatlar üçün yaradılan pul fondu xarici qüvvələrin daxildə yaratdığı iğtişaşlar zamanı sərf olundu. İkinci məşrutiyyət dövrü və Gənc türklər inqilabı Konstitusiyalı idarəetmə formasından tərəfdar olan Sultan Əbdülhəmid məclisin müxtəlif siyasi qruplar arasında mübarizə meydanına çevrilməsindən çəkinirdi. Türklərin hüquqlarını müdafiə edəcək yeni bir qanunnamə üçün Avropa ölkələrinin konstitusiyalarını tərcümə etdirməyə başlamışdı. Yaranan maliyyə çətinlikləri səbəbilə çıxan daxili ayaqlanmalar, yeni-yeni muxtariyyət istəkləri və xarici siyasətdə yaranan çətinliklər hakimiyyətin mərkəzində olan gənc məmur və zabitləri narazı salmışdı. Belə ki, bu qrup getdikcə möhkəmlənərək müxalif bir cəbhə formalaşdırdı. Dövrün ziyalıları imperiyanın xilasının yeganə yolunu məşrutiyyətdə axtarırdılar. İttihad və Tərəqqi cəmiyyətinin rəhbərlik etdiyi bu hərəkatda türk ziyalıları erməni, yunan, bolqar və ərəb milliyyətçiləri ilə danışıqlar aparıb istədikləri vədləri vermişdilər. Qonşu ölkələrin yeni bir daxili müdaxiləyə hazırlandığı bu dövrdə Makedoniyada toplanan bəzi türk zabitləri sultanı ikinci dəfə konstitusiyanı qəbul etməyə məcbur etdilər. Sultan Əbdülhəmid 23 iyul 1908-ci ildə konstitusiyanın yenidən qüvvəyə mindiyini elan etdi. İkinci məşrutiyyət adı verilən bu hadisə gözlənilənin əksinə imperiyanın süqutunu daha da sürətləndirdi. Avstriya-Macarıstan imperiyası Osmanlı məclisinə vəkil göndərilməsinin qarşısını almaq üçün 5 oktyabr 1908-ci ildə Bosniya-Herseqovinanı işğal etdi. Həmin gün Bolqarıstan müstəqilliyini elan etdi. Bir gün sonra isə Krit adası Yunanıstana birləşdirildi. İkinci məşrutiyyətin ilk seçimləri türklərlə türk olmayanlar arasında mübarizəyə çevrildi. İşə bəzi xarici qüvvələr də daxil oldu. Türk cəbhəsini orduya arxalanan və hökumətdə hakim mövqedə olan İttihad və Tərəqqi cəmiyyəti təmsil edirdi. Digər cəbhənin ən güclü mübarizəsini isə Yunanıstan və İstanbul ortodoks kilsəsinin təşviqi ilə ayaqlanan yunanlar aparırdı. 17 dekabr 1908-ci ildə şəxsən sultanın açdığı məclisdə türk vəkillərin sayı digərlərinə nisbətlə az idi. Sultan Əbdülhəmidin əvvəldən bəri qorxduğu nəhayət baş tutdu. Belə ki, hələ məclisin ilk günlərində milli qruplar halında mübarizəyə başlayan xristian millətlərindən sonra, ərəb və albanlar da türklərdən üz döndərdilər. Məclis-i Məbusan müxtəlif Osmanlı millətlərinin türklüyə qarşı mübarizə meydanına çevrilmişdi. Ölkədə İttihadçıların başlatdığı sui-qəsdlər əhalinin narahatlığını artırırdı. Ordudan bəzi zabitlər uzaqlaşdırılmış, nəticədə orduda iğtişaşlar baş vermişdi. Əhali arasında İttihadçıların masson olması və mədrəsə tələbələrinin də orduya alınmasını dini təlimə vurulan zərbə olaraq görülməsi ölkənin çalxantılı vəziyyətini daha da pisləşdirdi. Bir anda meydana gələn müxalif qəzetlər əhalinin artan qəzəbini alovlandırırdı və nəticədə İstanbulda böyük bir ayaqlanma baş verdi. Rumi təqvimə görə 31 martda, miladi təqvimlə isə 13 aprel 1909-cu ildə baş verən bu ayaqlanma tarixdə 31 mart hadisəsi olaraq anılır. 13 aprel günü səhər saatlarında Daşqışlağındakı əsgərlərin öz zabitlərini həbs edərək Sultanəhməd meydanında toplanması ilə başladı. Bir gün sonra Adanada ermənilər ayaqlanaraq türklərə qarşı kütləvi qətliamlar törətdi. İstanbuldakı hadisələr 11 gün boyunca qanlı şəkildə davam etdi. Nəhayət, İttihadçıların Salonikdən göndərdiyi ordunun 23-24 aprel gecəsi İstanbula girməsiylə hadisələr dayandırıldı. Bu ordu hələ Yaşılköydə ikən məclis vəkillərindən bir heyət toplanıb oraya getdi və 22 aprel cümə axşamı günü keçmiş sədrəzəmlərdən Səid Paşanın rəhbərliyi ilə məclis qurdular. Sultan Əbdülhəmidin taxtdan devrilməsinə burada qərar verilsə də, qərar gizli tutuldu. Bu əsnada sultan, sədrəzəm Tofiq Paşaya səltənəti qardaşına buraxa biləcəyini, ancaq 31 mart hadisələrində heç bir günahının olmadığını bir komitə vasitəsilə sübut edilməsini tələb etdi. Tofiq Paşa vəziyyəti Səid Paşaya bildirsə də, Səid Paşa "Əgər sultan bəraət qazanarsa, bizim halımız necə olar ?" deyərək təklifə etiraz etmişdir. Digər yandan Sultan Əbdülhəmidə, üsyankar orduya qarşı müqavimət göstərmək təklifləri edilsə də, İslam xəlifəsi olaraq müsəlman qanını axıtmaq istəmədi. Bu səbəblə qısa zaman ərzində İstanbula daxil olan ordu Mahmud Şövkət Paşa rəhbərliyində şəhəri ələ keçirdi. Hərbi vəziyyət elan olundu və şəhərin hər yerində dar ağacları quruldu. Təqsirlilərlə yanaşı, onlarla günahsız insan edam edildi. Sultana sədaqəti ilə bilinən birinci ordu Rumeliyə sürgün edildi. Taxtdan endirilməsi Yaşılköydə toplanan və Sultan Əbdülhəmidi taxtdan endirməyə qərar verən millət vəkilləri isə hadisələr başa çatdıqdan sonra 26 apreldə İstanbula gəldilər. Ertəsi gün Ayasofya yaxınlığındakı binada yenidən bir məclis topladılar. Məclis 240 millət vəkili, 34 əyan olmaqla, ümumilikdə 274 nəfərdən ibarət idi. Taxtdan endirilmə haqqındakı fətvanı isə məclisin vəkillərindən Məhəmməd Həmdi Əfəndi yazdı. Şeyxülislam Mehmed Ziyayəddin Əfəndi tərəfindən imzalanan fətva məclisdə oxundu və vəkillər tərəfindən təsdiq edildi. Məclis rəhbəri Səid Paşa da yanında mabeyn katibliyindən başlayaraq sədrəzəmliyə qədər yüksəldiyi Sultan Əbdülhəmidə qarşı cəbhə açmışdı. Məclisdə ayağa qalxaraq Sultan Əbdülhəmidin xilafət və səltənətdən devrilməsi qərarı səsverməyə qoydu. Vəkillər əllərini qaldıraraq çevriliş qərarını təsdiq etdilər. Səsverməyə etiraz edən bəzi vəkillər isə təzyiqlərlə susduruldu. Nəhayət, sonda Sultan Əbdülhəmidin taxtdan endirilməsinə qərar verilmiş oldu (27 aprel 1909). Sürgün illəri Məclisin taxtdan endirilmə qərarını sultana bildirmək üçün seçilən heyət, erməni əsilli Aram, laz Arif Hikmət, Saloniki millət vəkili yəhudi Emanuel Qarasu və Draç millət vəkili alban Əsəd Toptanidən ibarət idi. Sultan Əbdülhəmid məclisə Çırağan sarayında yaşamaq istədiyini bildirsə də, artıq diktatora çevrilən Mahmud Şövkət Paşa tələm-tələsik taxtdan endirdiyi sultanı elə həmin gecə Salonikiyə göndərdi. Şəxsi əşyalarını belə ala bilməyən sultan bir neçə çamadanla Ulduz sarayından çıxarıldı və 38 nəfərlik şəxsi heyətiylə əvvəlcə Sirkəci stansiyasına, oradan isə xüsusi qatarla Salonikiyə aparıldı. Mayor Fəthi bəy 40 nəfərlik dəstəylə sürgündəki sabiq sultanın şəxsi mühafizəçisi təyin edildi. Salonikidə Alatini köşkünə aparılan Sultan Əbdülhəmid orada vaxtının çoxunu əvvəldən bəri məşğuliyyəti olan dülgərlik və dəmirçiliklə keçirdi. Sultan Əbdülhəmid səltənəti boyunca, bolqar kilsəsinin şərqi provoslav kilsəsindən ayrılması ilə yaranan problemlərdən imperiyanın mənafeləri üçün səmərəli şəkildə istifadə etmişdi. Ancaq İttihadçı hökumət 3 iyul 1911-ci ildə qəbul etdiyi qanunla Balkan millətləri arasındakı bu problemi həll etdi və onların Osmanlı əleyhində birləşməsinə şərait yaratdı. Qəzet oxuması qadağan olduğu üçün baş verənlərdən xəbərsiz olan Sultan Əbdülhəmid isə düşmənin Salonikiyə yaxınlaşmasının ardından İstanbula gətirildi. Baş verənləri, onu almağa gələn xüsusi heyətdən öyrənən sabiq sultan, Balkan ittifaqına və bu ittifaqdan hökumətin xəbərdar olmamasına heyrətləndi. 4 Balkan dövlətinin bu qədər qısa zamanda birləşməsini öyrənən Sultan Əbdülhəmidin ilk sualı isə bu dövlətlərin kilsələrinin birləşməsi haqqında oldu. Salonikidən ayrılmaq istəməyən sabiq sultana vəziyyətin əhəmiyyəti qeyd edilsə də, sultan "Mən də bir silah alıb, əsgərlə birlikdə vətənimi qoruyaram, ölsəm şəhid olaram" dedi və ölkəni bu vəziyyətə gətirənlərə qarğış elədi. İstanbuldan göndərilən alman səfirliyinə aid Loreley döyüş gəmisiylə 1 noyabr 1912-ci ildə gətirilərək Bəylərbəyi sarayında yerləşdirildi. Həyatının son illərini burada keçirdi. Birinci Dünya müharibəsinin ən gərgin dövründə hökumətin nüfuzlu şəxsləri olan Tələt Paşa və Ənvər Paşa, sultanın təcrübəsindən yararlanmaq istədilərsə də, sabiq sultan artıq verə biləcəyi heç bir məsləhətin qalmadığını bildirdi və dünya dənizlərinə hakim olan iri dövlətlərə qarşı Almaniya və Avstriya kimi quru dövlətlərin yanında müharibəyə girişməyin ən böyük səhv olduğunu xatırlatdı. Sultan Əbdülhəmidin dəyəri bu illərdə daha yaxşı bilindi. 10 fevral 1918-ci il bazar günü həyata gözlərini yuman Sultan Əbdülhəmidin cənazəsi Topqapı sarayına aparıldı və ertəsi gün Sultan Rəşadın əmriylə sultana layiq bir cənazə mərasimi ilə Sultan Mahmud türbəsinə dəfn olundu. Maraqlı faktlar Qızı Ayşə Sultan "Atam Sultan Əbdülhəmid" adlı kitabında qeyd edir ki, Sultan Əbdülhəmidin Van cinsi Pambıq adlı bir pişiyi var imiş. Hətta atası taxtdan endirilib Salonikiyə sürgünə göndəriləndə belə, bu pişik onunla birlikdə getmiş, illər sonra sabiq sultanla birlikdə Bəylərbəyi sarayına qayıtmışdır. Sultanın ölümündən bir il öncə ölmüşdür. Sultan II Əbdülhəmid bir az fransızca danışa bilirdi. Danışıq türkcəsi isə xalq dilinə daha yaxındı və elit təbəqənin üstünlük verdiyi osmanlıcaya rəğbət göstərməzdi. Əcdadları arasında ən sevdiyi hökmdar I Səlim olub. Almaniya imperatoru II Vilhelm İstanbula ziyarət etdiyi zaman sultanın bu sevgisini öyrənmiş, ölkəsinə döndükdən sonra "Yavuz divanı"nı nəfis tərtibatda çap etdirib dostu Əbdülhəmidə yollamışdı. Həyatının son günlərinə qədər dülgərliklə məşğul olmuş, sarayındakı bir çox mebeli özü düzəldib hazırlamışdı. Qızı Şadiyə Sultanın xatirələrinə görə, 1897-ci ildə Osmanlı-Yunan müharibəsi zamanı sultanın əmri ilə hərəmxanaya top-top bezlər gətirilmiş, sarayın bütün qadınları yaralı əsgərlər üçün geyimlər tikməklə məşğul olmuşdu. II Əbdülhəmid dövründə kəndlərdə belə məktəblər açılmış, ibtidai məktəblərin sayı 6-dan 9347-yə, rüşdiyyələrin (orta məktəblər) sayı 277-dən 619-a qalxmışdır. Məhz sultan II Əbdülhəmidin hakimiyyəti zamanında Osmanlı dövləti tarixdə ilk dəfə sualtı qayıqlara sahib olmuşdur. 1886-cı ildə satın alınmış və həmin dövrdə "təhtəlbəhr" adlandırılan sualtı qayıqların biri Xəlic tərsanəsində, digəri isə İngiltərə tərsanələrində montaj edilmişdi. Şərqi Anadoluda erməni təxribatlarına son qoymaqdan ötrü kürd tayfalarından ibarət Həmidiyyə süvari alayları təşkil etmiş, bu alaylar regionda sabitliyin yaradılmasında çox faydalı olmuşdur. Hərəmxanası Qadınəfəndilər Nazikəda Qadınəfəndi Nurəfsun xanım Bədrifələk QadınəfəndiBidar Qadınəfəndi Dilpəsənd xanım (d. 16 yanvar 1865, Tbilisi — ö. 17 iyun 1901, İstanbul) — Əslən gürcü olub, 10 aprel 1884-cü ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə nigahlandı və dördüncü qadınəfəndi olaraq hərəmə daxil oldu. Ertəsi il yeganə övladı olan Nailə Sultanı dünyaya gətirdi. Nazikəda xanımın vəfatıyla üçüncü qadınəfəndiliyə yüksəldi. Gənc yaşda vəfat etmişdir. Məzidə Qadınəfəndi Əmsalinur xanım (d. 2 yanvar 1866, Tbilisi — ö. 20 noyabr 1952, İstanbul) — Əslən abxaz olub, 20 noyabr 1885-ci ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə nigahlandı və altıncı qadınəfəndi olaraq hərəmə daxil oldu. Ertəsi il yeganə övladı Şadiyə Sultanı dünyaya gətirdi. Nazikəda xanımın vəfatıyla beşinci, Dilpəsənd xanımın vəfatıyla dördüncü, Məzidə xanımın vəfatıyla isə üçüncü qadınəfəndiliyə yüksəldi. Ərinin taxtdan endirilməsindən sonra qalan ömrünü Nişantaşındakı köşkündə yaşadı. 1934-cü ildə çıxan Soyad qanunu ilə Qaya soyadını almışdır. İbrahim Tofiq Əfəndinin xanımı Təsrid xanımın böyük bacısıdır. Müşfiqə Qadınəfəndi Naciyə Qadınəfəndi Sazkar xanım (d. 8 may 1873, İstanbul — ö. 1945, Dəməşq) — Əslən abxaz olub, 31 avqust 1890-cı ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə nigahlandı və baş iqbal olaraq hərəmə daxil oldu. Ertəsi il yeganə övladı Rəfiyə Sultanı dünyaya gətirdi. Ərinin taxtdan endirilməsindən sonra onunla birlikdə Salonikiyə sürgün edilsə də, sürgün həyatına yalnız bir il dözə bildi. Ertəsi il qızıyla birlikdə İstanbula qayıtdı və Peyvəstə xanımla birlikdə Şişlidə bir köşkdə yaşamağa başladı. Osmanlı xilafətinin ləğvinin ardından qızıyla birlikdə sürgün edildi və sürgündə ikən Dəməşqdə vəfat etdi. Peyvəstə Qadınəfəndi Fatma Pəsənd xanım Bəhicə Qadınəfəndi Oğlan uşaqları Mehmed Səlim Əfəndi Mehmed Əbdülqadir Əfəndi Əhməd Nuri Əfəndi Mehmed Burhanəddin Əfəndi Əbdürrəhim Hayri Əfəndi Əhməd Nurəddin Əfəndi Mehmed Bədrəddin Əfəndi (d. 22 iyun 1901 — ö. 13 oktyabr 1903) — Behicə xanımdan dünyaya gəlmişdir. Yəhya Əfəndi türbəsinə dəfn edilib. Mehmed Abid Əfəndi Qız uşaqları Ülviyə Sultan Zəkiyə Sultan Naimə Sultan Nailə Sultan Şadiyə Sultan Ayşə Sultan Rəfiyə Sultan Xədicə Sultan Səmiyə Sultan (d. 16 yanvar 1908 — ö. 24 yanvar 1909) — Naciyə xanımdan dünyaya gəlmişdir. Həmçinin bax Ulduz sui-qəsdi
https://az.wikipedia.org/w/index.php?curid=676791
Əbdülhəmid Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir. O, burada Rus dlini öyrənməklə yanaşı, Rus ədəbiyyatı və Avropa xalqlarının mədəniyyətilə də tanış olur. XX yüzilin başlanğıcında Rusyanı bürüyən qarışıqlıq çar II Nikolayı Oktyabr manifestini imzalamağa məcbur edir. 1905-ci ildə imzalanmış bu sənəd Dövlət Dumasının çağrılmasına, qəzet-jurnalların nəşrinə icazəninin yüngülləşməsinə, insanların söz və fikirlərini söyləməsi üçün sərbəst toplanmalarına şərait yaradır. İsmayıl Qaspıralı, Mahmudhoca Behbûdi, Münəvvər Kaan və başqa aydınların çıxardıqları qəzet-jurnallar Çoplana güclü təsir edir. O Rusyadakı hadisələri izləməklə kifayətlənmir, Osmanlıda baş verənləri də diqqətlə izləyir, xüsusən, ədəbi mühiti diqqətlə öyrənir. 1913-cü ildən Əbdülhəmid imzası "Sadâi Türkistan", "Sadâi Fergana" və "Türkistan" qəzetlərində görünməyə başlayır. 1914–1917 illərdə çap etdirdiyi "Vətənimiz Türkistanda dəmir yollar", "Oş", "Doktor Muhammedyar", "İldə bir kərə", "Şərq poezdi gəldi", "Şərq oyanır", "Çimkənt", "Qudurğan müstəmləkəçilər" və b. yazılarıyla çılğın bir şair, vətənsevər, millətçi bir ədib kimi tanınır. 1924-cü ildə "Oyanış" və 1926-cı ildə "Tan sırları" kitabları çap olunur. Bu kitablar ona ədəbi həyatda uğur qazandırırsa şəxsi həyatında uğursuzluq gətirir. Kitablara daxil edilən 119 şeir özbək ədəbiyyatinda simvolizmin əvəzsiz nümünələri sayılır. Sovet məmurlar isə bu şeirləri heç də xoş qarşılamır. Onu millətçi, Rusyanın düşməni kimi həbsə atır, daim təzyi altında saxlayırlar.Lakin şair yolundan dönmür. 1930-cu illərdə "Saz və cor" adlı şeir kitabını nəşr etdirir. İlk üç şeir kitabında Şərq ölkələrini işğal edən Ruslara, İngilislərə duyulan nifrət olduqca güclüdür. Rusların törətdiyi zülm və soyqırımlar, Kokand və Türküstanın digər şəhərlərində tökülən qanlar, Türküstanın parçalanması, xalqın aclıq və səfalətə düçar edilməsi Çolpanın şirlərində yüksək sənətkarlıqla verilmişdir. Çolpan əsərlərinə və ictimai fəaliyyətinə görə səkkiz dəfə həbs edilmişdi. Lakin bu təqib və təzyiqlər onu yolundan döndərə bilməmişdi. Türküstanın parçalanmasından, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan Sovet Respublikalarının yaradılmasından sonra yeridilən siyasət bir çox milli aydınlar kimi Çolpanı da çarəsiz susmağa məcbur etmişdi. O, 1925-ci "muhit güçlü ikən, əydim boynumu" yazmışdır. Şair yaradıcılığının ən çiçəkləndiyi dövrdə millətçilikdə və əksinqilabi fəaliyyətdə günahlandırılaraq 1937-ci ilin iyunun 14-də həbs edilir və uzun sürən işgəncəli istintaqdan sonra 1938-ci ilin oktyabırın 4-də güllələnir. 1956-cı ildə İosif Stalini şəxsiyyətə pərəstişdə suçladıqdan sonra Sovet cəza maşınının məhv etdiyi bir çox insanlara fiziki bəraət verilsə də, Çolpanın əksər əsərlərinin çapına yenə də icazə verilmir. Çolpanın əsərlərinin çapına 1990-cı ildən sonra başlanır. 1991-ci ildə Fitrət və Abdullah Qadiri kimi güllələnmiş milli aydınlarla birlikdə Çolpana da beynəlxalq "Nəvai" mükafatı verilir. Onun adı küçə və kitabxanalara qoyulur, şərəfinə beynəlxalq mükafat təsis edilir. Həmçinin bax Özbəkistan ədəbiyyatı
https://az.wikipedia.org/w/index.php?curid=247696
Əbdülhəmid İbnü ət-Türki əl-Gili
Əbülfəzl Əbdülhəmid b. Vasi İbnü ət-Türki əl-Gili — İslam aləmində məşhur Türk riyazıyatçı alim. Əbu Məhəmməd onun kunyasıdır, ləqəbi isə İbnü ət-Türki - onun etnik mənsubiyətini (nisbə) bildirir. Bəzi ehtimallara görə xəzər əsillidir. Bəzi qaynaqlar onun başqa ləqəbini də verir: əl-Gili, əl-Cili, lakin ən çox "əl-Huttalı" ləqəbi ilə bilinir. Lakin, ehtimal ki onun əli ilə yazılmış bir əlyazmada, əl-Gilli ya da əl-Cilli kimi qeyd edilir. Apriori bu ləqəb üçün mənşə adı Gilan sözü hesab olunur. Belə ləğəb, doğrudan da buradan çıxan bəzi alimlər daşıyır. Lakin yenə apriori bunu həm də qumuq kəndi Gelini də hesab etmək olar. Bu sözə orta əsr türklərində həm etnonim kimi (gilə, gülə) həm də özəl Geli ad kimi də rast gəlmək olar. Yeri gəlmişkən bu ləğəbi Əbdülhəmidin nəvəsi, onun kimi böyük alim, Əbu Bərzə b. Mühəmməd b. Əbdülhəmid ət-Türki də daşıyırdı. Bizdə onun həyatı və fəaliyyəti barədə arıntılı məlumat yoxdur, ancaq bilirik ki, o xəlifə Məmunun dövründə yaşayıb və yaradıb. Bizim günlərə qədər qalan onun(cəbrdən olan) "Əd-Dərurat Fi'l Muktaranat min Kibabi'l-Cəbr və'l Mukabelə" elmi əsəri 1962-ci ildə Ankarada türk və ingilis dillərinə çevrilmişdir. -Əbdülhəmid İbnü ət-Türki əl-Gili Übeydullah binu Yəhya bin Xaqan ət-Türki İshaq ibn Kundac əl-Xəzəri Suvar Təkin Fateh binu Xaqan
https://az.wikipedia.org/w/index.php?curid=749132
Əbdülhəmid Əbu Süleyman
Əbdülhəmid Əbu Süleyman (1936, Məkkə – 18 avqust 2021) — tanınmış müsəlman alimi, mütəfəkkiri, islahatçısı, ictimai xadimi, çoxlu sayda elmi əsərlərin müəllifi. Orta məktəbi vətənində bitirmiş, Qahirə universitetindən 1959-cu ildə iqtisadi münasibətlər (bakalavr), 1963-cü ildə politologiya (magistr) ixtisasları üzrə məzun olmuşdur. 1973-cü ildə ABŞ-nin Pensilvaniya universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Səudiyyə Ərəbistanında Strateji Planlaşdırma üzrə Dövlətkatibi (1963–1964), Müsəlman Sosioloqlar Assosiasiyasının (AMSS) (1972), Dünya Müsəlman Gənclər Assambleyasının (WAMY) Baş katibi (1973–1979), Kral Səud Universitetinin Siyasi elmlər bölməsinin rəhbəri (1983–1984) vəzifəsində çalışmışdır. 1988–1998-ci illərdə Malayziya Beynəlxalq İslam Universitetinin rektoru olmuşdur. Əbdülhəmid Əbu Süleyman bir çox beynəlxalq elmi konfrans və seminarların təşkilində iştirak etmişdir. Hal-hazırda Beynəlxalq İslam Fikri İnstitutunun prezidentidir. Müsəlman cəmiyyətlərində islahatçılıq məsələlərinə dair çoxsaylı məqalə və monoqrafiyanın müəllifidir. Ağıl və möcüzə baxımından həzrəti Məhəmmədin peyğəmbərliyinin həqiqiliyinə inam. Bakı: İdrak, 2017. Əqidə və hüquqi baxımdan İslamda dönüklüyün cəzası. Bakı: İdrak, 2014. İki qanun arasında insan. Özünü və başqalarını dərkdə Quran dünyagörüşü. Bakı: İdrak, 2018. İslam iqtisadiyyatı nəzəriyyəsi (Tövhid və qardaşlıq iqtisadiyyatı: fəlsəfə, müasir kontekstdə məfhumlar və təkliflər). Bakı: İdrak, 2017. İslama görə beynəlxalq münasibətlərin nəzəri əsasları: müsəlman êikri və metodologiyasının yeni istiqamətləri. Bakı: İdrak, 2014. İslamda prinsip və seçim baxımından zorakılığa münasibət. Bakı: İdrak, 2010. Mədəni Quran dünyagörüşü. Bakı: İdrak, 2017. Müasir İslam fikrində islahatçılıq (cinayət hüququ əsasında). Bakı: İdrak, 2017. Müsəlmanın iradə və mənəviyyatının böhranı. Bakı: İdrak, 2017. Quranda evlilik münaqişələrinin həlli. Bakı: İdrak, 2015. Valideyn-uşaq münasibətləri. Uşaq tərbiyəsi üzrə vəsait. Bakı: İdrak, 2020. Xristianlıq və İslama görə çarmıxa çəkilmə etiqadı: konstruktiv dialoqa və ortaq məxrəcə doğru. Bakı: İdrak, 2017. Qurub-yaradanlar adası. Yaradıcı təfəkkürə dair hekayələr (uşaqlar və böyüklər üçün). Bakı: İdrak, 2019. Tərcümeyihalı // Hişam ət-Talib, Əbdülhəmid əbu Süleyman, Ömər ət-Talib. Valideyn-uşaq münasibətləri. Uşaq tərbiyəsi üzrə vəsait. Bakı: İdrak, 2020, s. 5–6.
https://az.wikipedia.org/w/index.php?curid=620458
Əbdülhəmid Əfəndizadə
Əbdülhəmid Əfəndizadə — Qafqaz müsəlmanlarının IV Müftisi. Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfəndizadənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada Şərq dillərinə yiyələnib. Mədrəsə təhsilini bitirdikdən sonra əmisi ilə bir yerdə işləməyə başlayan Ə.Əfəndizadə maarif sahəsində gedikcə şöhrət qazanır. Əmisinin məsləhəti ilə o, 1849-cu il fevralın 22-də dövlət məktəbinə işə götürülür və şəriət müəllimi vəzifəsini icra edir. Ə.Əfəndizadə məkdəbdə işlədiyi zaman Azərbaycan, fars və ərəb dilərindən əlavə, fransız dilinin incəliklərini də şagirdlərə öyrədə bilib. Sonralar onun işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağlanır. Ə.Əfəndizadə 1860-ci ilin əvvəlində Məkkənin ziyarət edib hacı titulunu qazanır. 1864-cü il yanvarın 16-da Şamaxı Ruhani İdarəsinə sədr və qazi təyin edilir. O, fəaliyyətinə görə carişinlik tərəfindən brilyant qaşlı üzüklə mükafatlandırılıb. Müfti Ə.Əfəndizadə 1872-ci il dekabrın əvvəllərində Qafqaz (Zaqafqaziya) Sünni Əhli İdarəsinin sədri vəzifəsinə təyin olunduğundan Tiflisə köçür. O, 1880-ci il dekabr ayının 10-da Tiflisdə vəfat edib.
https://az.wikipedia.org/w/index.php?curid=377384
Əbdülhəsən Astana-Əsl
Əbdülhəsən Astana-Əsl (d. 1947; Təbriz) — əslən azərbaycanlı İran-Amerikan elm xadimi, struktural mühəndisi və Berkli Kaliforniya Universitetinin professoru. 1947-ci ildə Pəhləvi İranında dünyaya gəlmişdir. Bakalavr təhsilini mülki mühəndislik ixtisasi üzrə Tehran Politexnik İnistitutunda, magistr (1979) və doktorantura təhsilini (1982) Miçiqan Universitetində almışdır. Elmi fəaliyyəti Hal-hazırda Berkli Kaliforniya Universitetində professor olaraq çalışmaqdadır. O, 11 sentyabr terror hücumu zamanı Dünya Ticarət Mərkəzinin çöküşünü araşdıran dünyanın aparıcı struktural mühəndisləri arasında yer almışdır. Elmi göstəriciləri O, 1998-ci ildə Amerika Polad Konstruksiyası İnistitutunun Higgins Lectureship Mükafatını qazanmışdır. Bu mükafat Astana-Əslin araşdırdığı sahədə ən nüfuzlu mükafat hesab edilir. O, hal-hazırda Kaliforniyada mühəndislik fəaliyyəti ilə yanaşı, struktural və körpü mühəndisliyi sahəsində konsultasiyalarla, məhkəmələrdə öz sahəsinə dair ekspertliklərlə, həmçinin də elmi araşdırmalarla, nəşrlərlə məşğuldur. Onun araşdırma sahəsinə zəlzələ mühəndisliyi və mühəndislik etikasına da daxildir. Onun tədqiqat və araşdırmalarına polad, polad-beton, beton və taxta bina və körpülərin konstruktiv təhlili, layihələndirilməsi, zəlzələyə qarşı mühəndisliyi, binaların, körpülərin və digər konstruksiyaların nasazlıqların təhlili, konstruksiyaların partlayışdan mühafizəsi, binaların, körpülərin və terror hücumlarına qarşı digər strukturlar daxildir. O, 52 il ərzində binalar və körpülər, o cümlədən 73 mərtəbəli binalar və Qolden Qeyt körpüsü və Körfəz Körpüsü kimi uzun aşırımlı körpülər də daxil olmaqla müxtəlif layihələrdə çalışmışdır. Doktor Astana, Dünya Ticarət Mərkəzi Qüllələri də daxil olmaqla, bir neçə çökmüş strukturun uğursuzluq analizini aparıb. Doktor Astana ABŞ Konqresinin Nümayəndələr Palatasının Elm Komitəsi qarşısında Dünya Ticarət Mərkəzinin dağılmasının mühəndislik aspektləri ilə bağlı ifadə verib. O, həmçinin Loma Prieta zəlzələsi ilə bağlı Kaliforniya Qubernatorunun İstintaq Şurası qarşısında polad körpülərə, o cümlədən San-Fransisko Oklend Körfəz körpüsünə dəyən ziyanla bağlı ifadə verib. Doktor Astana altı əsas körpünün, o cümlədən I-35 körpüsünün (2007) və Mayami FL Piyada Körpüsünün (2018) faciəvi şəkildə çökməsinin təhqiqatında ekspert şahidi olmuşdur.O, 300-dən çox məqalə, konferans materialları, texniki hesabatlar, kitab fəsilləri və yüzlərlə mətbuat müsahibələri vermişdir. Həmçinin bax İran azərbaycanlıları
https://az.wikipedia.org/w/index.php?curid=791279
Əbdülhəsən Məmmədov
Əbdülhəsən Ağaməmməd oğlu Məmmədov (22 noyabr 1938, Salyan, Azərbaycan SSR – 26 avqust 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan (1986) Dövlət mükafatları laueratı. Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir. 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960–1961) işləmişdir. H. Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-ci ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir. H. Məmmədov 50-dən çox filmdə çəkilmişdi. 1962-ci ilin 10 sentyabrında bu qədim sənət ocağının aktyor truppasına üzv olmuşdur. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxmış və yenə kollektivə qayıtmışdır. İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilmişdi. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynamışdı. H. Məmmədov Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışmışdı. Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var. Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynamışdı. H. Məmmədov 2003-cü il 26 avqustda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir. Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1970 ("Yeddi oğul istərəm" filmində Bəxtiyar roluna görə) "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1 aprel 1970 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 18 noyabr 1971 "Əmək igidliyinə görə" medalı — 2 iyul 1971 SSRİ Dövlət mükafatı — 5 noyabr 1981 ("İstintaq" bədii filmindəki Murad roluna görə) SSRİ Dövlət Təhlükəsizlik Komitəsi —mükafat 19 dekabr 1983 (Kino sənətinə görə) Azərbaycan SSR Dövlət mükafatı — 1986 ("Birisigün, gecəyarısı" filmdə Baba Əliyev roluna görə) "Şöhrət" ordeni — 21 noyabr 1998 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 Filmoqrafiya Böyük dayaq (film, 1962) — aktyor: Qaraş (tammetrajlı bədii film) Möcüzələr adası (film, 1963) — aktyor: Nazim (tammetrajlı bədii film) Zirvə (1964) — aktyor: Kamil (qısametrajlı bədii film) Arşın mal alan (film, 1965) — aktyor: Əsgər (tammetrajlı bədii film) Yenilməz batalyon (film, 1965) — aktyor: Xavərin əri (şəkil) (tammetrajlı bədii film) İstintaq davam edir (film, 1966) — aktyor: Əzimov, Səs: Rus (tammetrajlı bədii film) İnsan məskən salır (film, 1967) — səs: Rus neftçi (tammetrajlı bədii film) Bir cənub şəhərində (film, 1969) — aktyor: Murad (tammetrajlı bədii film) Dəli Kür (film, 1969) — səs: Rus (tammetrajlı bədii film) Sevil (film, 1970) — aktyor: Balaş (tammetrajlı bədii film) Yeddi oğul istərəm... (film, 1970) — aktyor: Bəxtiyar (tammetrajlı bədii film) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Abbasqulu bəy Gün keçdi (film, 1971) — aktyor: Oqtay (tammetrajlı bədii film) Vətəndaş sərnişinlər... (film, 1971) — Mətni oxuyan ("Mozalan" Satirik Kinojurnalı № 2, 2-ci süjet) Qızıl qaz (film, 1972) — aktyor: Fərman (tammetrajlı bədii film) Nəsimi (film, 1973) — səs: Mövlanə Əli (Yusif Haqverdiyev) (tammetrajlı bədii film) Ömrün ilk saatı (film, 1973) — səs: Milis rəisi (Sadıq Hüseynov) (tammetrajlı bədii film) Səmt küləyi (film, 1973) — aktyor: Əlibala (tammetrajlı bədii film) Bakıda küləklər əsir (film, 1974) — aktyor: Tahir Cəliloviç (tammetrajlı bədii film) Qatır Məmməd (film, 1974) — aktyor: Səməd (tammetrajlı bədii film) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-rol: Qurban Dədə Qorqud (film, 1975) — aktyor: Dədə Qorqud (tammetrajlı bədii film) Arxadan vurulan zərbə (film, 1977) — aktyor: Qəmərli (tammetrajlı bədii film) Sevinc buxtası (film, 1977) — aktyor: Rüstəmov (tammetrajlı bədii film) Üzü küləyə (film, 1977) — aktyor: Əlibala (tammetrajlı bədii film) Vulkana doğru (film, 1977) — aktyor: Səməndər (tammetrajlı bədii film) Bağçada Rahat Yer (1978) — aktyor: Məmmədəli (qısametrajlı bədii film) Od içində (film, 1978) — səs: Suxorukov (Y. Sorokin) (tammetrajlı bədii film) Babək (film, 1979) — səs: Xəlifə Məmun (Hacımurad Yegizarov) (tammetrajlı bədii film) Bizi bağışlayın (film, 1979) — aktyor: Nəriman (tammetrajlı bədii film) İstintaq (film, 1979) — aktyor: Murad (tammetrajlı bədii film) Qızıl uçurum (film, 1980) — səs: Hakim (tammetrajlı bədii film) Anlamaq istəyirəm (film, 1980) — aktyor: Çingiz (tammetrajlı bədii film) Gözlə məni (film, 1980) — aktyor: Bahadur (tammetrajlı bədii film) Birisigün, gecəyarısı... (film, 1981) — aktyor: Əliyev (tammetrajlı bədii film) Əzablı yollar (film, 1982) — aktyor: Padşah (tammetrajlı bədii film) Evlənmək istəyirəm (film, 1983) — aktyor: Mirzə Səfər (tammetrajlı bədii film) İşgüzar səfər (film, 1982) — səs: Bayramov (Rəsmi Cəbrayılov) (tammetrajlı bədii film) Gəmi saatının sirri (film, 1983) — səs: Mühəndis (Nikolay Volkov) (tammetrajlı bədii film) İlıq dənizdə buz parçası (film, 1983) — aktyor: Direktor (tammetrajlı bədii film) Musiqi müəllimi (film, 1983) — aktyor: Raykom partiyasının katibi (tammetrajlı bədii film) Orijinal üsul (film, 1983) — səs: Elmi işçi (Cahangir Aslanoğlu) ("Mozalan" Satirik Kinojurnalı № 83, 4-cü süjet) Qoca palıdın nağılı (film, 1984) — aktyor: Bağır (tammetrajlı bədii film) Bağ mövsümü (film, 1985) — aktyor: Ağabala (tammetrajlı bədii film) Qanlı zəmi (film, 1985) — səs: Qubernator (Muxtar Maniyev) (tammetrajlı bədii film) Yaxşı qurtardıq (film, 1985) — aktyor: Ata (Qısametrajlı Bədii Süjet-Mozalan № 92, 2-ci süjet) Bircəciyim (film, 1986) — aktyor: Muradzadə (tammetrajlı bədii film) İşarəni dənizdən gözləyin (film, 1986) — aktyor: Qoca general (tammetrajlı bədii film) Qəm pəncərəsi (film, 1986) — aktyor: Məmmədhəsən (tammetrajlı bədii film) Özgə ömür (film, 1987) — səs: Ağalarov (Arif Nərimanbəyov) (tammetrajlı bədii film) Şeytan göz qabağında (film, 1987) — aktyor: Sabir (tammetrajlı bədii film) Doğma sahillər (film, 1989) — aktyor: Nuru (tammetrajlı bədii film) Ölsəm... bağışla (film, 1989) — aktyor: Firuz (tammetrajlı bədii film) Təxribat (film, 1989) — aktyor: Məmmədov (tammetrajlı bədii film) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) — səs: Dədə Qorqud, Uşun qoca (qısametrajlı cizgi filmi) Şahid qız (film, 1990) — aktyor: Tofiq (tammetrajlı bədii film) Tələ (film, 1990) — aktyor: Səfərov (tammetrajlı bədii film) Nakəs (film, 1991) — aktyor (tammetrajlı bədii film) Qırmızı qatar (film, 1993) — aktyor: Həkim (tammetrajlı bədii film) Təhminə (film, 1993) — aktyor: Professor Zeynallı (tammetrajlı bədii film) Mənim ağ şəhərim (film, 1993) — aktyor: Mahmud dayı (tammetrajlı bədii film) Hökm (film, 1994) — aktyor: "Tuz" Nəsrəddin (tammetrajlı bədii film) Qara "Volqa" (film, 1994) — səs: "Paxan" (Nəsir Sadıqzadə) (tammetrajlı bədii film) Həm ziyarət, həm ticarət... (film, 1995) — aktyor: Əlimurad (tammetrajlı bədii film) Özgə vaxt (film, 1996) — aktyor: Həkim (tammetrajlı bədii film) Son döyüş (film, 1996) (tammetrajlı bədii film) Canavar balası — aktyor: Yusif kişi (tammetrajlı bədii televziya filmi) Kinorejissor Arif Babayev (film, 2000) — Filmdə iştirak (qısametrajlı sənədli film) Yuxu (film, 2001) — səs: Hidayət (Gündüz Abbasov) (tammetrajlı bədii film) Bir anın həqiqəti (film, 2003) — aktyor: Bəxtiyar Cavadov (çoxseriyalı bədii film) Azərbaycan naminə (film, 2005) — arxiv kadrlar (qısametrajlı sənədli televiziya filmi) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) — arxiv kadrlar: ("Yeddi Oğul İstərəm" filmindən) (televiziya verilişi) Papaq (film, 2007) — Arxiv kadrlar: ("Axırıncı Aşırım", "Evlənmək İstəyirəm" filmlərindən) (qısametrajlı sənədli televiziya filmi) 30 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Cəlil Məmmədquluzadənin Ensiklopediyası. Bakı, 2008. səh. 189. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. Əhədoğlu, Y. "Belə bir ada da var" //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun.
https://az.wikipedia.org/w/index.php?curid=437932
Əbdülilah Fırat
Əbdülilah Fırat 1946, Kırklareli – Türk siyasətçi, yazar, şeyx. Şeyx Səidin nəvəsi olan Əbdülilah Fırat XIX əsr Ərzurum Millət vəkili (RP) və XX əsr Ərzurum Millət vəkili (RP, AP) vəzifələrində çalışıb. Şeyx Səid Üsyanından sonra sürgün yeri olan Kırklareli vilayətinin Vize rayonunun Sergen qəsəbəsində 1946-cı ildə məcburi köçürmə zamanı dünyaya gəlib. İbtidai və orta təhsilini Hınısda alıb. 27 may 1960-cı ilin çevrilişindən sonra Milli Birlik Komitəsi tərəfindən Sivas Kabakyazıda 5-ci Şəxsi Təlim Briqadasında yaradılan toplama düşərgəsində 6 ay nəzarət altında qaldıqdan sonra (27 may çevrilişinin ən gənc məhbusu), 55 Şeyx və Ağa adı ilə ailəlikcə Türkiyənin müxtəlif vilayətlərinə sürgün ediliblər. Sürgün və əsarət həyatı içində, Şeyx Səidin böyük oğlu müdərris və alim olan babası Şeyx Əli Rza Əfəndi və Şeyx Əli Rzanın böyük oğlu olan atası Şeyx Məhəmməd Əminin yanında dini təhsil (mədrəsə təhsili) alıb. O, Əbdülilah Fırat sürgündən qayıtdıqdan sonra təhsilini davam etdirərək 1968-ci ildə Elazığda orta məktəbi bitirib. Ali təhsilini Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasında davam edərkən akademiyanın rəhbəri və Türkiyə Özəl Məktəblər Birliyi Tələbə Federasiyasının sədrliyini üstlənib. Daha sonra bu məktəbi tərk edərək Ankara Universitetinin Hüquq fakültəsinə başlayıb. Ancaq sonra bir çox problemlər səbəbindən təhsilini yarımçıq qoyub. 1976-cı ildə isə ticarət və podrat işinə başlayıb və Kütləvi Mənzil İnşaat Podratçılar Birliyinin (TİMDER) sədri olub. Ali təhsilini Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyasında davam etdirərkən akademiyanın prezidenti və Türkiyə Özəl Məktəblər Birliyi Tələbə Federasiyasının prezidenti olub. Rifah Partiyasının sədri professor Nəcməddin Ərbakanın istəyi üzərinə 1991-ci ildə millət vəkili seçimlərində Ərzurum II bölgə Rifah Partiyası siyahısında namizəd olub və ən çox səs alan millət vəkili olaraq seçilib. 1995-ci ildə millət vəkili seçimlərində Rifah Partiyası Ərzurum millət vəkili olarak təkrar seçilib. Rifah Partiyasının 28 fevral prosesi səbəbilə bağlanmasından sonra Ərzurum millət vəkili Əbdülilah Fırat 18 mart 1998-ci ildə Fəzilət Partiyasına üzv olub. O, Rifah Partiyası və Fəzilət Partiyasında Mərkəzi Qərar və İdarə Heyətinin üzvü və müxtəlif vəzifələrdə çalışıb. TBMM-nin İctimai İşlər, Yenidənqurma, Nəqliyyat və Turizm Komissiyasında və Fransa-Türkiyə Parlamentlərarası Dostluq Qrupunda üzv və sədr müavini vəzifələrində çalışıb. Fəzilət Partiyasının Konstitusiya Məhkəməsi tərəfindən bağlanmasından sonra yaradılmış Səadət Partiyasının Təsisçilər Şurasının üzvü və Ümumi İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Əbdülilah Fırat günümüzdə Nəqşibəndi Xalidi Pələvi məktəbinin və Şeyx Səid ailəsinin son nümayəndəsidir. Müxtəlif qəzet və jurnallarda müsahibələri, məqalələri, müxtəlif yazıları yer alıb. Beş kitab müəllifidir. Ailəlidir, 3 övladı var. Yayımlanmış kitabları Seyyidü’l Enbiya Ve’l Mürselin Hz. Muhammed Mustafa (s.a.v.) Ve Ehl-i Beyt’i Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Ölüm Gerçeği ve Taziye Adabı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Şarkın Büyük Şeyhi: Şeyh Ali Sebtî Palevî ve Şeyhü’ş Şüyûh Risalesi Arxivləşdirilib 2021-10-07 at the Wayback Machine Kütüphane Risalesi — Şeyh Said Efendi Arxivləşdirilib 2022-03-06 at the Wayback Machine Fetvâlar Mecmûası — Şeyh Said Efendi Arxivləşdirilib 2022-03-06 at the Wayback Machine Xarici keçidlər İşte Kürtler Istırap ve Çareler — Abdulilah Fırat Kürt Siyasetinde Açılım ve Çözümüne Dair — Abdulilah Fırat Şeyh Said'in Torununundan Tarihi Açıklamalar Arxivləşdirilib 2014-11-08 at the Wayback Machine Şeyh Said'in torunu Abdulilah Fırat, dedesinin mezar yerinin belli olduğunu söyledi Arxivləşdirilib 2019-01-02 at the Wayback Machine Bediüzzaman o cevabı kime verdi? Arxivləşdirilib 2021-09-11 at the Wayback Machine 27 Mayıs'ın Öteki Yüzü Sivas Kampı Arxivləşdirilib 2015-11-03 at the Wayback Machine Şeyh Said'in Çocukları ile Said Nursi'nin Görüşmesini Canlı Şahid Fırat Anlatıyor Arxivləşdirilib 2014-07-06 at the Wayback Machine Abdulilah Fırat : İngilizler Şeyh Said Kıyamı'na Karşı Çıkmıştır Arxivləşdirilib 2015-11-01 at the Wayback Machine Şeyh Said'in torunu Abdulilah Fırat : Demokratik Açılım Süreci Arxivləşdirilib 2015-10-23 at the Wayback Machine Halkımızı Sevmek — Abdulilah Fırat Arxivləşdirilib 2015-12-14 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=787621
Əbdülkərim
Əbdülkərim — ad. Əbdülkərim bəy Məmmədov — xəttat. Əbdülkərim xan — Həştərxan xanlığının hakimi. Əbdülkərim Musəvi Ərdəbili — İran siyasətçisi və ayətullah. Əbdülkərim xan (Yarkənd xanı) — Yarkənd xanlığının hakimi. Əbdülkərim Buxari — Buxaralı səyyah və tarixçi. Əbdülkərim Əlizadə — Azərbaycan tarixçisi, şərqşünas, akademik Əbdülkərim Əfəndiyev – Göyçayın Potı kəndində yaşayıb. Əbdülkərim Qasım — İraqın 24-cü Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim.DigərƏbdülkərim (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Hisar-i Əbdülkərim (Əbhər) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd.
https://az.wikipedia.org/w/index.php?curid=772893
Əbdülkərim (Baymak)
Coğrafi yerləşməsi rayon mərkəzindən (Baymak): 43 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 83 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=521772
Əbdülkərim Buxari
Əbdülkərim Buxari (?, Buxara-1830, İstanbul)—Buxaralı səyyah və tarixçi. Həyatı haqqında geniş bilgi yoxdur. Ehtimalən 1760-cı ildı Buxarada doğulmuşdu. On altı yaşında ikən Kəşmirə getdi və Herat, Qəndəhar, Kabil, Pişavər, Müaffərabad yoluyla geri döndü. İkinci və uzun səyahətini 1789-cu ildə gerçəkləşdirdi; Qaşqar, Yarkənt, Tibet və Kəşmiri dolaşdı. 1799-cu ildə Buxaraya sığınan və səkkiz ay burada qalan Şah Mahmud Dürraniyə intisap etdi. 1804-cü ildə Rusiyaya gedən Buxara elçilik heyətində önəmsiz bir vəzifə aldı. Sankt-Peterburqda doqquz ay qaldıqdan sonra Moskva-Həştərxan yoluyla geri döndü. Dönüş sırasında Xivədə ikən Xivə xanının Buxaraya qarşı bir çapavul səfəri hazırlamaq üçün başladığı hazırlıqlara şahid oldu. Vəziyyəti Buxara əmiri Heydər xana bildirsə də, buna lazımi əhəmiyyət verilmədi. 1807-ci il oktyabrın başlarında Mirzə Məhəmməd Yusifin başçılığındakı Buxara elçilik heyəti ilə Rusiya-Rumıniya üzərindən İstanbula gəldi. Heyətin burada olduğu ilk il içində həyat yoldaşı vəbadan ölüncə yenidən evləndi və İstanbula yerləşdi. 1830-cu ildən sonra haqqında hər hansı bir bilgiyə rastlanmamış olması, onun bu tarixlərdə öldüyünü düşündürməkdədir. Abd al-Karim Bukhari traduït per Ch. Schefer, Histoire de l'Asie centrale, París 1876 M. Zand, “'Abd-Al-Karim Bokari,” Encyclopædia Iranica, I/2, pp. 121–123; una versió actualitzada es troba disponible en línia a ABDÜLKERÎM-i BUHÂRÎ
https://az.wikipedia.org/w/index.php?curid=470012
Əbdülkərim Musəvi Ərdəbili
Əbdülkərim Müsəvi Ərdəbili (28 yanvar 1926, Ərdəbil – 23 noyabr 2016, Tehran) — İran siyasətçisi və ayətullah. Uşaqlıq dövrü Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili hicri-qəməri 1344-cü il (mil.1926) rəcəb ayının 13-ü səhər vaxtı, Əmirəl-mö`mininin (ə) milad günündə Ərdəbil şəhərində yoxsul bir ruhani ailəsində dünyaya göz açdı. Onun babaları Azərbaycanın Ordubad rayonundan Ərdəbilə köçmüşdülər. Atası böyük ruhani mərhum Seyid Əbdürrəhim, anası təqvalı xanım, mərhumə Seyid Xədicə olmuşdur. Onların həmin vaxtadək səkkiz qız övladı vardı. Ailənin son övladı və yeganə oğlu olan ustad hicri qəməri 1346-cı ildə 2 yaşında ikən (qarın yatalağı xəstəliyinə yoluxmuş) anasını itirmiş və bacılarının qayğısı ilə böyümüşdür. Ustadın uşaqlıq dövrü ilə bağlı xatirələrindən biri onun həmin yaşlarda gördüyü bir yuxudur. Özü bu barədə belə buyurur: "Uşaq vaxtlarımda İmam Mehdinin (əc) ziyarətinə çox müştaq idim. İmamla görüş üçün kitablarda tövsiyə olunan bütün əməlləri yerinə yetirirdim. Çalışırdım ki, hətta müstəhəb əməlləri də tərk etməyim. Nəhayət, bir gecə həzrəti yuxuda gördüm. Uşaq atasının ağuşuna sığındığı kimi həzrətin ətəyindən tutdum. Özümü onun mübarək qədəmlərinə yıxdım. Ondan mənə bir şey əta etməsini istədim. O da barmağındakı firuzə üzüyü çıxarıb mənim barmağıma taxtı. Bu yuxunu atama danışanda o mənə belə söylədi: "Bundan sonra sənin üçün heç bir nigarançılığım qalmadı. Çünki İmam Mehdinin (əc.) lütfü sayəsindəsən." Ailənin iqtisadi, dini və siyasi durumu Ustadın təəssübkeş, çox dindar və mö`min ruhani olan atası ailənin hər bir üzvünü imanlı, arif, məzhəbə xidmətçi tərbiyə etmək istəyir, bu yönümdə çox çalışırdı. Həmin dövr İranda Rza Pəhləvinin səltənət günlərinə təsadüf edirdi. Rza Pəhləvi öz ingilis ağalarının istəyi ilə hər gün zorla da olsa, yeni bir siyasət izləyirdi. Bir gün görkəm birliyi adı altında insanların libaslarını, baş geyimlərini dəyişdirdi. Başqa bir gün hicabın aradan qaldırılması ilə bağlı göstəriş verdi. Bir gün gəldi ki, əzadarlıq, rövzə, moizə və xütbə məclislərinə qadağa qoydu. Başqa bir vaxt ruhani libasını qadağan etməklə alimləri və ruhaniləri sıxıntıya saldı. Azğın şahın bu əməlləri müqabilində bə`zi ruhanilər xanənişin olub, gözləmə mövqeyi tutmuş, bə`zi ruhanilər libasını çıxarıb başqa bir peşə dalınca getmişdi. O qədər də az olmayan başqa bir qrup müqavimət göstərir, ağır çətinliklərə qatlaşaraq aşkar və gizli mübarizə aparırdı. Mərhum Mirəbdürrəhim bu qəbil şəxslərdən idi. O, Pəhləvi rejimini azğın, şəriətə zidd, qeyri-qanuni sayırdı. Alimin bu düşüncə tərzi həmin dövrün ictimai-siyasi ab-havası ilə bağlı onun üçün çətinliklər yaratmışdı. Mübariz ruhani ikiqat artıq təzyiqə mə`ruz qalırdı. Bə`zən aylarla mənzildə qalır, yalnız gecələr zəruri ehtiyaclar səbəbindən evdən çıxıb, tez də geri qayıdırdı. Həmin dövr o qədər dəhşətli və sıxıntılı idi ki, az bir qisim tanışlar və dostlar istisna olmaqla, kimsə mərhum Mirəbdürrəhimin mənzilinə get-gəl etmirdi. Bu hadisələrin acı nəticələrindən biri də ailənin günbəgün ağırlaşan maddi durumu, yoxsulluğu idi. Belə ki, ailənin bütün üzvləri ardıcıl günləri aclıq içərisində keçirirdilər. Hicri-şəmsi 1320-ci (mil. 1941) ilin şəhrivər ayında müttəfiqlərin İrana hücumu, rusların Azərbaycana daxil olması, Rza Pəhləvinin İrandan qaçması ilə sadə xalq hökumətin sıxıntılarından bir qədər nəfəs dərdi. Əlbəttə ki, İranın ictimai-siyasi durumu ağır vəziyyətdə qalmaqda davam edirdi. Amma ruhanilərə qoyulmuş məhdudiyyətlər yüngülləşmiş, nəticədə bu ailə üçün də gediş-gəliş şəraiti yaranmışdı. Təhsil və tələbəliyin başlanğıcı Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili altı yaşında uşaq ikən məktəbxanada təhsilə başlamış, Qur`ani-kərimi öyrənmişdi. Ustad həmin vaxt şər`i hökmlər risaləsi, "Gülüstan", "Tənbihul-ğafilin", "Nisabus-sibyan", "Qolzari-bihar", "Əbvabul-cinan", "Məcalisul- muttəqin", "Tarixi-mu`cəm", "Dürreyi-Nadiri", "Tarixi-Vəssaf" , "Hesabi-farsi" və başqa bu kimi kitablar oxuyurdu. Ustad hicri şəmsi 1318-ci (mil. 1939) ildə ərəb dərslərinə başladı. Hicri-şəmsi 1319-cu ildə hövzə dərslərini davam etdirmək üçün Ərdəbildə Molla İbrahim elmi mədrəsəsinə daxil oldu. Həmin vaxt Ərdəbildə dini elmlər tədris edən üç mədrəsə vardı: Mirzə Əli Əkbər mədrəsəsi, Salehiyyə mədrəsəsi, Molla İbrahim mədrəsəsi. Birinci mədrəsə məktəbə çevrilmiş, ikinci mədrəsə iranlı mühacirlərə sığınacaq üçün verilmişdi. Yalnız Molla İbrahim mədrəsəsində dərslər davam edirdi. Həmin vaxtlar hövzə dərsləri oxumağa maraq yox idi. Bu mədrəsənin cəmi dörd tələbəsi vardı. Bəli, ustad belə bir çətin şəraitdə tələbəliyə başlamış, "Cameül-müqəddimat", "Süyuti", "Cami", "Mutəvvəl", "Haşiyeyi-Molla Abdullah", "Şəmsiyyə", "Məalim", "Şəraye" dərsləri oxumuş, hicri şəmsi 1322-ci ildə həmin mədrəsədə keçirilən dərsləri başa çatdırmışdır. Müttəfiqlər İrana daxil olduqdan sonra insanlar zalım hökumətin sıxıntılarından azad oldular. Həmin vaxt gənclərin hövzə dərslərinə marağı artdı. Bir çox gənc tələbələr təhsillərini davam etdirmək üçün Molla İbrahim mədrəsəsinə daxil oldular. Bu gənc tələbələrin gəlişi, onların ciddi səyləri ustadın hövzə elmlərinin müqəddimə dərslərini, yə`ni sərf-nəhv, məntiq dərslərini başlamasına səbəb oldu. Ustad təhsillə kifayətlənməyib, Rza xanın 20 illik diktaturasından miras qalmış mə`nəvi boşluğu aradan qaldırmaq üçün moizə məclisləri təşkil edir, xütbələr oxuyur, Ərdəbil əyaləti və ətraf məntəqələrində çıxışlar edirdi. Quma hicrət Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili hicri-şəmsi 1322-ci (mil. 1943) il mübarək ramazan ayında müqəddəs Qum şəhərinə hicrət edib, ali təhsilini orada davam etdirmək qərarına gəlir. Ayın axırlarında Ərdəbildən çıxıb, şəban ayının 9-da müqəddəs Qum şəhərinə daxil olur. O, feyziyyənin hücrələrinin birində yerləşir. Qum şəhərində qaldığı üç ildən artıq müddətdə "Lüməteyn", "Rəsail", "Məkasib", "Kifayəteyn", üsul xaric dərsləri, Qur`an təfsiri və fəlsəfə oxuyur. O eyni zamanda "Məalim", "Lüməteyn", "Qəvanin" tədris etməklə məşğul olur. Cənab ustad həmin dövrdə böyük şəxsiyyətlərin hüzurundan faydalanıb elm öyrənir. "Məkasib"in bir miqdarını və "Kifayə"nin 1-ci cildini Ayətullah əl-üzma Seyid Məhəmməd Rza Gülpayiqanidən, "Məkasib"in" bir hissəsini, "Kifayə"nin II cildini, "Meybodinin hidayətinin şərhi"ni Ayətullah əl-üzma Hacı Seyid Əhməd Xansaridən, "Rəsail"i Ayətullah Hacı Şeyx Mürtəza Hairi və Ayətullah Sultanidən, "Mənzumə"ni Ayətullah Hacı Mirza Mehdi Mazandaranidən, "Əsfar"ı Ayətullah Seyid Məhəmməd Hüseyn Təbatəbaidən öyrənir. Ustad təhsil almaqla yanaşı dini maarifin yayılması ilə məşğul olur, təbliğ günləri İranın müxtəlif məntəqələrində moizə və xütbə məclisləri təşkil edir, öz dini söhbətləri ilə cəmiyyətin mə`nəviyyatını təravətləndirir. Həmin vaxtlar Qum elmi hövzəsinin işləri mərhum Ayətullah Höccət Kuhkəməri, Seyid Məhəmməd Təqi Xansari, Sədrəddin İsfahaninin öhdəsində idi. Şəhər ruhaniləri ilə bağlı işlərlə Ayətullah Feyz, Ayətullah Kəbir, Ayətullah Ruhani məşğul olurdu. Ayətullah İmam Xomeyni (r), Seyid Məhəmməd Rza Gulpayiqani, Hacı Şeyx Məhəmməd Əli İraqi (Əraki), Seyid Məhəmməd Damad hövzənin 2-ci təbəqə tanınmış ruhanilərindən sayılır, hövzənin ali tədris proqramını tədris edirdilər. Həmin vaxtlar elmi hözənin bə`zi alimləri qərara gəlmişdilər ki, hövzəni canlandırmaq üçün Ayətullah əl-üzma Bürucerdini Quma də`vət etsinlər. Bu alimlərin səyi sayəsində Ayətullah əl-üzma Bürucerdi Quma gəlib tədrisə başladı, onun gəlişi ilə əlaqədar elmi hövzədə əhəmiyyətli bir canlanma yarandı. Həmin illər yadellilərin İrana hücumu ilə ölkədə, eləcə də müqəddəs Qum şəhərində siyasi vəziyyətdə çaxnaşma yarandı. Digər bir tərəfdən ruslar Azərbaycana daxil olduğu üçün azəri ailələrindən gələn köməklər kəsildi. Azəri tələbələr ciddi maddi çətinliklərlə üzləşdilər. Həmin günlərdə həzrət Ayətullah əl-üzma Seyid Əbülhəsən İsfahani Nəcəf şəhərində dünyasını dəyişdi. Onun ölümü şiə dünyasına, xüsusi ilə İrana ciddi tə`sir göstərdi. İranın həmin dövrdəki hökuməti böyük alimin ölümündən istifadə edərək bir tərəfdən öz müxaliflərini əzmək, digər tərəfdən elmi hövzəni Nəcəfdən Quma köçürməklə ruhanilərin nüfuzu sayəsində siyasi böhrandan çıxmaq məqsədi izləyirdi. Məhəmməd Rza Pəhləvi belə bir istəklə Ayətullah əl-üzma İsfahninin dünyasını dəyişməsi münasibətilə Ayətullah əl- üzma Bürucerdiyə başsağlığı teleqramı göndərdi. Şahın bu işi elmi hövzənin günbəgün artan qüdrətindən danışırdı. Sonralar Pəhləvi rejimi belə bir addımın yanlış olduğunu anlayıb, var gücü ilə ruhaniyyəti nüfuzdan salmağa çalışdı. Amma ruhanilərin və elmi hövzənin məhəbbətini qəlblərdən çıxarmaq mümkün deyildi. Bir tərəfdən mərhum Ayətullah əl-üzma Bürucerdinin bariz elmi şəxsiyyəti, digər bir tərəfdən həmin dövrdəki hakimiyyətin bitərəflik siyasəti hövzə alimlərinin fəaliyyətlərini daha da gücləndirdi. Hər yerdən alimlər və ruhanilər Quma gəlirdilər. Hövzədə misilsiz bir canlanma vardı. Həmin vaxtlar Nəcəf elmi hövzəsində əvvəlki sakitlik yaranmışdı və həmin hövzə elmlə məşğul olmaq üçün daha münasib sayılırdı. Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili həmin vaxtlar təhsil eşqi ilə aram və münasib mühit axtarışında idi. Bu səbəbdən də Nəcəf elmi hövzəsini münasib sayıb oraya üz tutdu. Şərif Nəcəf şəhərinə mühacirət Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili Qum elmi hövzəsindən olan üç alimlə şərif Nəcəf şəhərinə mühacirət etmək qərarına gəlir. Sonradan həmin iki şəxs fikrindən daşınır və böyük ustad mərhum Şeyx Əbülfəzl Halalzadə Ərdəbili ilə hicri-şəmsi 1324-cü (mil. 1945) il aban ayının 16-da, hicri-qəməri 1364-cü il zilhiccə ayının əvvəlində Qumdan Nəcəfə yola düşür. Həmin vaxtlar İraqa qanuni mühacirət imkanları yox idi. Bu qəbil səfərlər çox çətin həyata keçirdi. Müsafirlər naçar qalıb məxfi şəkildə Xurrəmşəhr istiqamətindən avarlı qayıqla Bəsrə ərazisinə daxil ola bilirdilər. Bu yolun çətinlikləri uzun-uzadı, eyni zamanda eşidiləsidir. Onlar Bəsrə, Abbasiyyə və Divaniyyədən keçir, Allahın lütfü ilə çətinliklərə sinə gərib, həmin il zilhiccənin 7-si günortadan sonra şərif Nəcəf şəhərinin Seyid mədrəsəsinə çatırlar. Onların Nəcəfə gəlişi Ərəfə gecəsinə düşür. Hər iki yoldaş müstəhəb müqəddimələri yerinə yetirdikdən sonra Nəcəf elmi hövzəsinin qədim ən`ənələrinə uyğun olaraq gecə vaxtı Kərbəlaya yola düşürlər. İki gün sonra Nəcəfə qayıdır və hövzə təhsilinə başlayırlar. Böyük ustad Nəcəfdə olduğu günləri öz təhsil dövrünün ən üstün günləri sayır. Həmin vaxt Nəcəfdə tələbələr üçün çox sakit bir mühit yaranmışdı. Tələbələrin təhsil, tədris və araşdırmadan əlavə bir işi yox idi. Onlar böyük ustadların dərsində həvəslə iştirak edir, onların elm dəryasından bəhrələnirdilər. Elmi məsələlərin araşdırılmasına olan maraq ustadı bu sahədə çalışmalara sövq etmiş, o, böyük alimlərin dərslərindən bir hissəsini qələmə almışdı. Nəcəfdə elmi fəaliyyət Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili şərif Nəcəf şəhərində qaldığı müddətdə fiqh üsulundan "qət və zənn" , "bəraət və iştiğal" və bir sıra başqa mövzuları, namaz və onun vaxtı, qiblə və namaz libası, namaz qılınan yer, namazın şərtləri kimi bəhsləri "Məkasibin" sonunadək mərhum Ayətullah əl-üzma Xoyinin hüzurunda təhsil almışdır. Təharət mövzusunu dəstəmazın sonunadək mərhum Ayətullah əl-üzma Həkimdən, ictihad və təqlid mövzusunu mərhum Ayətullah əl-üzma Seyid Əbdülhadi Şirazidən, "Müamilə" kitabının əvvəlini mərhum Ayətullah əl-üzma Milanidən, bu mövzuda başqa bir bölməni mərhum Ayətullah əl-üzma Şeyx Məhəmməd Kazim Şirazidən, "Ürvə"nin bir hissəsini mərhum Ayətullah əl-üzma Şeyx Məhəmməd Kazim Ali-Yasindən, "Mənzumə"nin sonunadək fəlsəfəni mərhum Şeyx Sədra Badkubeyidən öyrənmiş, eyni zamanda Ayətullah əl-üzma Xoyi, Milani və Həkimin dərslərindən bəhrələnmişdir. Ustad şərif Nəcəf şəhərində nisbətən qısa bir müddət (iki ildən bir qədər artıq) qalsa da, həmin müddətdə dövrün böyük şiə alimlərinin fiqh və üsul dərslərində iştirakı onun üçün çox səmərəli və dəyərli olmuşdur. Böyük ustadların fiqh, üsul, fəlsəfə sahəsindəki araşdırmaları onun elmi şəxsiyyətinə güclü tə`sir göstərmişdir. Ayətullah əl-üzma Xoyinin ustadla bağlı buyuruğunu yada salmaq yerinə düşər. O, Qumdan gəlmiş üç tələbənin qısa bir müddətdən sonra geriyə dönməsinə təəssüflənmiş və buyurmuşdu: "Kaş bu şəxslər Nəcəfdə qalıb Quma qayıtmayaydılar!" Həmin üç nəfərdən biri Musəvi Ərdəbili olmuşdur. İrana dönüş Həmin vaxtlar İraqdakı vəziyyət siyasi baxımdan çətinləşirdi. Xalq ingilislər tərəfindən hakimiyyət kürsüsünə oturdulanlara qarşı çıxır, onları hakimiyyətdən uzaqlaşdırmaq istəyirdi. Ölkədə çaxnaşmalar zirvə həddinə çatmışdı. Artıq Bağdadda, Nəcəfdə və bir çox başqa şəhərlərdə qan axıdılmışdı. Nəhayət, zalım rejim süqut etdi. Mərhum Seyid Məhəmməd Sədr dövlət qurdu. Qısa bir müddətdən sonra mərhum Sədrin də dövləti süquta uğradı. Əcnəbilərin digər bir əlaltısı olan Nuri Səid ölkənin baş naziri tə`yin edildi. Həmin günlərdə ustad bir məktub aldı. Həmin məktubda atasının ağır vəziyyətdə olduğu bildirilirdi. İraqdakı çaxnaşmalar, atasının xəstəliyi ilə bağlı nigarançılıqlar onu İraqdan İrana dönməyə məcbur etdi. Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili İraqdan qayıtdıqdan sonra hicri şəmsi 1327-ci (mil. 1948) ildə Quma gəlib Feyziyyə mədrəsəsində məskunlaşdı. Ustad İraqdan döndüyü vaxt nə vaxtsa oraya qayıtmaq fikrində idi. Elə bu məqsədlə də şərif Nəcəf şəhərindəki əşyalarını özü ilə götürməmişdi. Amma tale başqa hökm verdi. İraqa qayıtmaq üçün ikinci imkan ələ düşmədi.Ustad Quma gəldikdən sonra atasının yaxşı vəziyyətdə olduğunu öyrəndi. Qum hövzəsindəki vəziyyətlə tanışlıq üçün bir neçə ay bu şəhərdə qaldı. Həmin vaxt mərhum Ayətullah əl-üzma Bürucerdinin xaric dərslərində, mərhum Ayətullah Damadın fiqh və üsul dərslərində, mərhum Əllamə Təbatəbainin fəlsəfə dərslərində iştirak etdi. Rəcəb ayında Ərdəbilə yola düşdü. Orada atası ilə görüşdü. Ustadın atası ömrünün qalan hissəsini Nəcəf və ya Qumda keçirmək arzusunda idi. Ailə ilə birlikdə Nəcəfə getmək müşkül olduğundan Quma gəlib kiçik bir mənzildə yerləşdilər. Ustad təhsil və tədrislə məşğul idi. Amma Qumdakı çətin şərait səbəbindən atası Ərdəbilə qayıtmalı oldu. O, hicri-şəmsi 1330-cu (mil. 1951) ildə dünyasını dəyişdi. Qumda fəaliyyətlər və baş verən hadisələr 1. TƏHSİLİN DAVAMI Qeyd etdiyimiz kimi, ustadın Qumdakı əsas işi təhsilini davam etdirmək idi. Ustad həm mərhum Bürucerdi, Seyid Məhəmməd Damad, Əllamə Təbatəbainin dərslərində iştirak edir, həm də İmam Xomeyninin əxlaq dərslərində, Ayətullah əl-üzma Gülpayiqani, mərhum Ayətullah Hacı Şeyx Mürtəza Hairi, Ayətullah əl-üzma Hacı Seyid Əhməd Xansarinin fiqh dərslərindən bəhrələnirdi. 2. TƏDRİSİN DAVAMI Elmi hövzənin qədim və faydalı ən`ənələrindən biri tələbənin təhsillə yanaşı tədrislə də məşğul olmasıdır. Bu iş tələbələrin elmi və tərbiyəvi ruhiyyəsinə müstbət tə`sir göstərir. Ustad Qumda qaldığı müddətdə bu ən`ənəni davam etdirmiş, "Rəsail", "Məkasib", "Kifayə", "Mənzumə" tədris etmişdir. Düşüncəli və çalışqan tələbələr bu dərslərdə iştirak etmiş, uyğun dərslər adətən ümumi şəkildə keçirilmişdir. Ustad məhəbbət göstərən bə`zi tələbələrə fiqh və üsulun ali-ixtisas (xaric) dərslərini də tədris etmişdir. 3. QUR`AN SAHƏSİNDƏ FƏALİYYƏTLƏR Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili Qumda qaldığı müddətdə Qur`an sahəsində də çalışmış, həftədə iki gün hövzənin alimləri ilə birlikdə Qur`an təfsiri ilə məşğul olmuşdur. Bu məclislər onun Qumda qaldığı müddətdə fasiləsiz şəkildə davam etmişdir. Ustad Qumdan mühacirət etdikdən sonra da həmin dərslər dayandırılmamışdır və bu gün də davam etməkdədir. O, Ərdəbildə, Tehranda olduğu vaxtlarda həmin dərslərlə məşğul olmuşdur. Hazırda onun əsas fəaliyyət sahələrindən biri Qur`an araşdırmaları, Qur`an təfsiridir. Bu sahədəki fəaliyyətlər bə`zən məqalələr şəklində müxtəlif mətbuat orqanlarında öz əksini tapır. 4. DƏRGİ NƏŞRİ Ustad Qumda olduğu müddətdə elmi hövzənin bir qrup alim və ruhaniləri ilə ilk dəfə "İslam məktəbi" adlı dərginin nəşrinə başlamışdır. Bu dərgi böyük və misilsiz məhəbbətlə qarşılanmışdır. Ustad bu dərginin banilərindən olmuşdur. Onun bu dərgidə "Qur`an baxımından din", "Qur`an və ya qürub etməyən günəş", "Nuh tufanı" kimi yazıları dərc olunmuşdur. Ustad bu dərgi ilə bir müddət (dərginin doqquz sayınadək) əməkdaşlıq etmiş, Qumdan köçdükdən sonra isə həmkarlığını dayandırmışdır. 5. TƏBLİĞ SƏFƏRLƏRİ Ruhanilərin əsas vəzifələrindən biri yer üzündə dinin, ilahi hökmlərin təbliğidir. Həmin dövrün hakimiyyəti ruhanilərə, xüsusilə siyasi baxışı olan ruhanilərə ciddi nəzarət etsə də, ustad siyasi fəaliyyətlə məşğul olmuş, hövzənin tə`til olduğu vaxtlarda ölkənin müxtəlif nöqtələrinə təbliğə getmişdir. Bu gün də Urumiyyə, Məşhəd, Ənzəli, Dərgəz, Həmədan, Ərdəbil, Babul, Dehşər şəhərlərində mö`minlər ustadın cazibəli söhbətlərini məhəbbətlə xatırlayırlar. 6. SİYASİ FƏALİYYƏTLƏR Şübhəsiz ki, İslam dini insanların həm dünya, həm də axirət səadətinə diqqət yetirir. Bu səbəbdən də ictimai-siyasi, mədəni-iqtisadi sahələrlə məşğulluq ruhanilərin əsas vəzifələrindən sayılır. Ruhanilər öz fəaliyyətlərinin ilk günlərindən müsəlmanların bu günü və gələcəyi ilə bağlı siyasi məsələlərlə məşğul olmuş, öz vəzifələrini yerinə yetirmişlər. Bu siyasi hadisələrdən biri də Doktor Müsəddiqin baş nazir olduğu dövrdə keçirilən beynəlxalq sülh konfransı olmuşdur. İlk əvvəl İranın dini və siyasi şəxsiyyətlərinin bir çoxu bu müqaviləni təsdiqləyib imzaladılar. Sonradan mə`lum oldu ki, bu işə plan cızanlar kommunistlər imiş və dini şəxsiyyətlər bu işə müxalif olduqlarını bildirdilər. Amma başqa bir qrup, o cümlədən Seyid Əli Əkbər Burqeyi, Şeyx Məhəmməd Baqir Kəməreyi əvvəlki mövqeləri üzərində dayanıb, hətta konfransın keçirildiyi Vyanaya getdilər. Burqeyi İrana qayıdan vaxt onu marksistlər qarşıladılar. Qum tələbələri ayağa qalxdı və qarşıdurma yarandı. Atışma baş verdi və bir nəfər həlak oldu, çoxları yaralandı. E`tiraz və qarşıdurmalar iki gün uzandı. Feyziyyə nəzarət altına alınmışdı. Bu işdə həm şahın yaxınları, həm də başqa qruplar iştirak edirdi. Onların hər birinin öz məqsədi var idi. Doktor Müsəddiq vəziyyəti araşdırmaq və sabitlik yaramaq üçün cənab Məlik İsmailini öz nümayəndəsi olaraq Ayətullah əl-üzma Bürucerdinin görüşünə göndərdi. Həmin vaxt tələbə hərəkatının aparıcılarından olan Ayətullah əl-üzma Musəvi Ərdəbili Ayətullah əl- üzma Bürucerdi tərəfindən Məlik İsmaili ilə görüşdü. Ustad xanım Mə`sumənin hərəmində xalq qarşısında çıxış etdi və Ayətullah əl- üzma Bürucerdinin bəyanatını oxudu. Ərdəbilə Qayıdış Hicri-şəmsi 1338-ci (1959) ilin ramazan ayında ağır elmi, təbliği, ideoloji, siyasi fəaliyyətlərin tə`sirindən ustadın səhhətində problemlər yarandı. Təkrar müayinələrdən sonra həkimlər yaşayış yerinin dəyişilməsini, bir müddət işdən uzaqlaşmağı tövsiyə etdilər. Ustad hicri-şəmsi 1339-cu (mil. 1960) ildə yay tə`tili günləri Qumdan Ərdəbilə getmək məcburiyyətində qaldı. Ərdəbildə yay günləri mərhum Hacı Mirsaleh məscidində moizə və təbliğ məclisləri təşkil edildi. Həmin məscidin yaxınlığındakı Molla İbrahim mədrəsəsinin tə`mirinə başlanıldı. Yay fəsli başa çatdıqdan sonra Quma qayıtmaq istəsə də, Ərdəbil alimləri və xalqının tə`kidi ilə ilin sonunadək səfərini tə`xirə saldı. Amma ustad tərəfindən başlanılmış işlər başa çatdırılmadığından böyük alim hicri-şəmsi 1347-ci (mil. 1968) ilədək Ərdəbildə qalmalı oldu. Ərdəbildəki fəaliyyət dövrü bir qədər uzun çəkdiyindən həmin dövrlə bağlı bə`zi nöqtələri yada salmaq yaxşı olar. Ərdəbildəki fəaliyyəti Elmi fəaliyyətləri Əbdülkərim Musəvi Ərdəbili Ərdəbildə olduğu vaxt Qumda elmi fəaliyyətlə məşğul olan bəzi alimlər və tələbələr Ərdəbilə qayıtdılar və onun yanında "Rəsail", "Məkasib", "Kifayə" oxumağa başladılar. Bir müddət sonra alim fiqh və üsulun ali-ixtisas dərslərinin və "Ürvə"nin tədrisinə başladı. Əbdülkərim Musəvi Ərdəbili tədrislə yanaşı elmi hövzəni idarə edir, mədrəsə binalarının təmiri ilə məşğul olur, tələbələrə maddi yardım göstərir, onları müxtəlif şəhər və kəndlərə təbliğə göndərir, onların problemləri ilə məşğul olurdu. Həmin müddətdə o heç vaxt təbliğ işini dayandırmamış, şam və xüftən namazlarından sonra söhbətlər aparmış, Quranı təfsir etmişdir. Onun evində həftəlik məclislər keçirilirdi. İqtisadi fəaliyyətləri Əbdülkərim Musəvi Ərdəbilinin köhnə dostlarından, tələbə yoldaşlarından olan İmam Musa Sədr Livanın cənubunda yoxsulluqla mübarizə proqramı həyata keçirirdi. O, bu köhnə dostundan ilham alaraq yoxsul Ərdəbil əyalətində iqtisadi fəaliyyətlərə başladı. Müəyyən araşdırmalardan sonra infaq və sədəqələrin toplanması üçün nümayəndələr təyin olundu. Yoxsullara əl sənaye işləri öyrədilməsi üçün mərkəz təşkil edildi. Onların istehsal etdiyi məhsullar bazarlara çıxarılır, qazanc zəruri ehtiyaclarına sərf edilirdi. Öncə corab və bu kimi zəruri trikotaj məhsullarının istehsalına başlanıldı. Gələn gəlir hesabına ailələr himayəyə götürüldü. Bu mərkəz fəaliyyətlərini genişləndirdiyi bir vaxt şah rejimi özü üçün təhlükə hiss edib maneçiliklər törətməyə başladı. Ərdəbilin həmin vaxtkı Savak (xəfiyyə) rəisi deyirdi: "Biz axundları nəzarət altına almaq, hətta aradan götürmək əzmindəyik. Axundlarsa elə bir iş görürlər ki, onlara qarşı addım atanda yüz, ya min nəfərlə üzbəüz gələk. Onları xalqdan ayırmaq üçün çox iş görülüb. Nailiyyətlər qorunmasa, onlar yenidən ictimai həyat səhnəsində görünəcəklər. Nəyin bahasına olursa olsun onların fəaliyyətlərinin qarşısı alınmalıdır". Elə bu məqsədlə də, xalqın müəssisə və onun proqramları ilə tanış olacağı gün Savak məmurları oraya hücum edib müəssisəni bağladılar. Əbdülkərim Musəvi Ərdəbili ev dustağı edildi. Savakın göstərişi ilə müəssisəyə kömək edənlər həbs olunur, onlara işgəncə verilirdi. Beləcə, mərkəzin fəaliyyətlərinin qarşısı alındı. Siyasi fəaliyyətləri Əbdülkərim Musəvi Ərdəbilinin siyasi düşüncələri hələ uşaqlıq dövründə ailədə formalaşmışdı. Onun uyğun görüşləri əsasən söhbətlərində, nitqlərində, təbliğlərində özünü göstərirdi. O, Urumiyada 7 il təbliğat aparmışdır. Hicri-şəmsi 1339-cu (mil. 1960) ildə o, Ərdəbildə olduğu vaxt siyasi mübarizə fəaliyyətlərinin tərkib hissəsinə çevrilmişdi. Bu səbəbdən də daim şah rejimi tərəfindən təqib olunurdu. Pəhləvi rejimi onun bütün addımlarını izləyirdi. Onun təbliği, söhbətləri, tədrisi, get-gəli, qonaqları, məktubları nəzarət altına alınmışdı. Hətta mədrəsə tikdiyi, yoxsullara əl tutduğu vaxt ətrafındakı insanlar, tələbələr də incidilirdi. Əbdülkərim Musəvi Ərdəbilinin şah rejimi ilə əsas qarşıdurmalarından biri ərəblərlə İsrail arasındakı 6 günlük müharibə dövrünə təsadüf edir. Həmin vaxt bütün şah rejimi İsrailə tərəfdarlıq edir, ərəblərin ziddinə məlumatlar yayırdı. Ərdəbili isə minbərdə ərəblərin müdafiəsinə qalxdı. Şah rejimi onu həbs edib Təbrizə sürgün etmək qərarına gəldi. Həmin vaxt Ərdəbil alimləri və camaat əl-ələ verib onun müdafiəsinə qalxdılar. Bütün camaat onun məscidinə toplanıb elan etdi ki, onun həbs olunacağı təqdirdə məscidlər bağlanacaq, xalq şəhərdən bayıra çıxacaq. Ruhanilərin müqaviməti ilə rastlaşan Pəhləvi rejimi işin sonundan qorxub ondan əl çəkdi. Qarşıdurmalardan biri də kapitulyasiya hadisəsi ilə bir vaxta düşdü. Ərdəbili bu mövzu ilə bağlı xalqa məlumat verdi və xalq bazarda işi saxlamaq qərarına gəldi. Şah məmurları ciddi səylə fəalları təqib etməyə başladılar. İş o yerə çatdı ki, təqib edilən şəxslər Ərdəbildən mühacirət etməli oldular. "Cəmali-əbha" kitabı Bəhailər bir neçə səbəbdən Ərdəbilə maraq göstərirdilər: Əli Məhəmməd Baba yaxın 18 nəfərdən biri Molla Yusif Ərdəbili adlı birisi idi. Ərdəbil əhalisi bu şəxsi tanımasa da, onun adı bəhai kitablarında qeyd edilmişdir. Ərdəbil yaxınlığında Molla Yusif adlı bir kənd var. Bəzi bəhailər iddia edirlər ki, bu kənd bəhailərin kitabında adı çəkilən Molla Yusifin kəndidir. Onlar bu dəlillə həmin kəndi müqəddəs sayır, ona xüsusi maraq göstərirlər. Hicri-qəməri 1338-ci (mil. 1959) il Ərdəbildə Əminul-Üləma adlı bir şəxs yaşamışdır. Bu şəxs xalq arasında bəhai kimi tanınmışdır. Ramazan ayında onun aşkar halda çörək yediyini görən biri bunun səbəbini soruşduqda Əminul-Üləma demişdir: "Bu gün Ramazanın 21-ci günüdür. Bu gün Əli öldürülüb və Allahın nizamı pozulub. Sən də orucunu yeyə bilərsən". Həmin ərdəbilli Əminul-Üləmanın sözlərindən qəzəblənib, onu öldürür. Bəhailər həmin şəxsi öz şəhidləri sayırlar. Bəhailərin Ərdəbildə bir neçə vəqf evi olub. Həmin evlərdən birini gizli şəkildə özlərinə kitabxana etmişdilər. Ərdəbil əyalətinin dövlət məmurlarından bəziləri, o cümlədən Səyyah və Ənsari kimi məmurlar bəhai olmuşlar.Bütün bu səbəblərdən bəhai təbliğatçıları xüsusi ilə yay aylarında sərin havalı Ərdəbilə gəlir, gəncləri öz təsirləri altına salmağa çalışırdılar. Bəziləri həmin məclislərdə iştirak etdikdən sonra Əbdülkərim Musəvi Ərdəbili ilə görüşür və suallarına cavab alırdılar. Ustad bu adamlara tapşırırdı ki, bəhailərin suallarını dinləyib, cavabı sonraya saxlasınlar. Yalnız mütaliələrdən sonra yetərli cavablar versinlər. Bəhailərin suallarını cavablandırmaq üçün onların öz mənbələrinə müraciət etmək zəruri idi. Ərdəbildə Ənsari adlı bir şəxs tərəfindən bəhai kitabxanası yaradılmışdı. Bu kitabxanadakı kitablara müraciətlə bəhailərin sualları cavablandırılırdı. Nəhayətdə Əbdülkərim Musəvi Ərdəbilinin bəhailərə cavablarından ibarət "Cəmali-əbha" adlı kitabı ərsəyə gəldi. Bu kitab min tirajla çap olunub paylandı. Həmin kitabı görən İmam Musa Sədr onu ərəb dilinə tərcümə etdirmək qərarına gəlmişdi. Təəssüf ki, o bu işi görməyə macal tapmamışdır. Ərdəbildən Tehrana muhacirət Əbdülkərim Musəvi Ərdəbili Ərdəbildəki siyasi fəaliyyətləri onun ciddi nəzarət altına alınması, hətta Savak məmurlarının onun evinə hücumları ilə nəticələndi. Artıq evdə qalmaq da təhlükəli idi. Ərdəbili İmam Xomeyni ilə məsləhətləşdi və imam ona belə cavab verdi: "Biz ağaların şəhərləri tərk edib Tehran və Quma gəlməsini münasib saymırıq. Amma belə görünür ki, siz səfər etməyə məcbursunuz. Öz vəziyyətinizi özünüz daha yaxşı bilirsiniz və münasib qərar çıxara bilərsiniz". Beləcə, Əbdülkərim Musəvi Ərdəbili öz doğma şəhərini tərk etmək qərarına gəldi. Amma Savak məmurlarının maneçiliyi gözlənilirdi. Bu maneçiliyi aradan qaldırmaq üçün zəmin yaratmaq lazım idi. Hicri-şəmsi 1347-ci (mil. 1968) ildə Məşhəd ətrafında güclü zəlzələ baş verdi. Həmin dövrün hökuməti özünü xalq tərəfdarı kimi göstərib onlardan pul toplayır və öz adından zərər çəkənlərə çatdırırdı. Dövlət elanlar yayır, meydanlarda çadırlar qurmaq üçün xalqı köməyə çağırırdı. Amma rejimin bütün fəaliyyətləri səmərəsiz qalmışdı. Belə bir vaxtda şəhərdəki ruhani və alimlər müstəqil fəaliyyətə başladılar. Əbdülkərim Musəvi Ərdəbili də bəzi dostları ilə birlikdə elan edib xalqı məscidə topladı və ianələr yığmağa başladı. Qərara alındı ki, yığılmış yardımlar Məşhəddə məskunlaşmış mərhum Ayətullah əl-üzma Milaniyə göndərilsin. Həmin vaxt onun ianələri Məşhədə çatdırmaq və "Cəmali-əbha" kitabını çap etdirmək bəhanəsi ilə Tehrana yola düşməsi üçün şərait yarandı. Tehrandakı fəaliyyəti Hicri-şəmsi 1347-ci (mil. 1968) ilin yayında Əbdülkərim Musəvi Ərdəbili Tehrana gəldi. Bir neçə gün sonra Əmirəl-möminin məscidində onun imamlığı ilə camaat namazı bərpa olundu. Bu məscid Nüsrət xiyabanında yerləşirdi. Dostları və yaxınları müxalif olsalar da, ustad bir müddətdən sonra ailəsini Tehrana gətirdi. Tehranda həm camaat namazı qılınırdı, həm də Ərdəbili Nüsrət məscidində fiqhin ali-ixtisas dərslərini tədris edir (xüms kitabını), bəzi tələbələrə "Əsfarın" I cildini öyrədirdi. Bundan əlavə, həmfikirlərlə fəlsəfi söhbətlər aparılırdı. Şəhid Ayətullah Behişti, Şəhid Ayətullah Mütəhhəri, Şəhid höccətül-İslam Müfəttih və bəzi başqa dostlarla Quran elmlərində ciddi araşdırmalar aparılırdı. Bu iş üçün münasib məkana və imkanlı kitabxanaya ehtiyac vardı. Bu məqsədlə Əmirəl-möminin məscdinin kənarında yer ayrıldı. Araşdırmalar üçün nəzərdə tutulmuş kitabxana yaradıldı. Bundan əlavə, şam və xüftən namazlarından sonra ardıcıl şəkildə Quran təfsiri məclisləri quruldu. Həmin vaxtlar İranda ateist fikirlər sürətlə yayılırdı. Belə bir vaxtda əqidə və ideoloji movzuları açıqlamaq məqsədi ilə siniflərin təşkil olunması, təbliğ üçün mərkəz təsis edilməsi zəruri idi. Həmin vaxt Ərdəbilinin vasitəsi ilə Pərçəm xiyabanında mərkəz yaradıldı. Bu mərkəzdə İranın məzhəbi natiqləri və mütəfəkkirlərinin çıxışları təşkil olunurdu. Eyni məqsədlə Tehranda Müfid ibtidai mədrəsələri təşkil edildi. Bu gün də həmin müəssisələr fəaliyyətlərini davam etdirir. Həmin mərkəzlər şah rejiminin diqqəttini cəlb etməsin deyə, Əmirəl-mömin məktəbinin xeyriyyə müəssisəsi adı ilə tanıtdırılırdı. Uyğun fəaliyyətlər hicri-şəmsi 1357-ci (mil. 1979) ilədək davam etdirildi. Həmin il müsəlman İran millətinin mübarizələri daha da gücləndi. Musəvi Ərdəbili İmam Xomeyniyə ən yaxın adamlardan, inqilab fəallarından idi. O, inqilabdan əvvəlki dönəmdə və inqilabın ilk onilliyində siyasi səhnədə ən fəal şəxslərdən olmuşdur. Elmi və mədəni fəaliyyəti Əbdülkərim Musəvi Ərdəbili Tehranda olduğu müddətdə bir sıra elmi və mədəni fəaliyyətlərlə məşğul olmuşdur. Fiqh və üsulun ali-ixtisas dərslərinin tədrisi, tələbələr və ruhanilər üçün "Mənzumə"nin I cildinin tədrisi, "Fəlsəfə üsulu və realizm" kitabının tədrisi, təkamül və fəlsəfə tarixi mövzusunda silsilə dərslər, namazqılanlar üçün təfsir mövzusunda söhbətlər, müxtəlif zümrələr üçün Quran elmləri və fəlsəfə əsasları mövzusunda söhbətlər onun elmi və mədəni fəaliyyətlərinə nümunə göstərilə bilər. Bu fəaliyyətlər o qədər genişləndi ki, rejim mərkəzi nəzarət altına aldı və Savak məmurları oraya hücum etdi. Kitabxana dağıdıldı, mərkəzin mülkü qarət olundu, fəaliyyət dayandırıldı. "Əmirəl-möminin məktəbi" xeyriyyə müəssisəsinin təsisi Hicri-şəmsi 1348-ci (mil. 1969) ildə mədəni fəaliyyətlərin gücləndirilməsi üçün Ərdəbili bir neçə həmməsləki ilə birlikdə "Əmirəl-möminin məktəbi" xeyriyyə müəssisəsini təsis etdi. Həmin müəssisə bu gün də fəaliyyətini davam etdirməkdədir. Bu müəssisənin nəzdində üç məscid, bir mədəniyyət mərkəzi, dörd ibtidai mədrəsə, universitet fəaliyyət göstərir. İnqilabın ilk on ilində, yəni hicri-şəmsi 1357-ci ildən 1368-ci ilədək (mil. 1979–1989) ölkədəki həssas durumla bağlı Ərdəbilinin da həyatında dəyişikliklər baş verdi. O öz fəaliyyətlərini iki hissəyə bölməyə məcbur oldu. Birinci fəaliyyət yönümü elmi və mədəni fəaliyyətlər idi. İkinci yönüm siyasi fəaliyyətlər və hökumət işlərinə aid idi. Həmçinin bax Xarici keçidlər تصاویر منتشر نشده از آیت‌الله موسوی اردبیلی Arxivləşdirilib 2016-11-24 at the Wayback Machine (fars.)
https://az.wikipedia.org/w/index.php?curid=291881
Əbdülkərim Müsəvi Ərdəbili

https://az.wikipedia.org/w/index.php?curid=292750
Əbdülkərim Mənzuri Xamnə
Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim. 1308 günəş ilində Güney mahalının Xamnə şəhərində doğulub. İpdidai və orta təhsilini Xamnədə (Nisar məktəbində bitirir) . Həmin məktəbdə 15 il müəllim işləyir. Sonra Tehrana köçür öz ixtisası əsasında fəaliyyətini davam etdirir. Varlıq dərgisinin qurucu və təhrirə heyətinin üzvü olur . O, bir çox kitabın müəllifi köçürəni və tərcüməçisi olur. 1) Türkcə- farsca danışıq 2) Azərbaycan nağılları 3) Aşıq Qurbani və Pəri xanım 4) Azərbaycan foklorunda tapmacalar 5) Məhəbbət nağılları 6) Məzəli əhvalat 7) Xamnənin tarix və coğrafiyya kitabı Bu kimi kitabların müəllifi. 1) Bəhlul lətifələri 2) Dastan rastan ( Mütəhərdən ) 3) Oğuznamə 1) Quran i Kərim (Vasif Məməmmədəliyev:) 2) Şahnaməye Ferdovsi ( Məhəmməd Mübariz Əlizadə) 3) Həzrəti Məhəmməd (S.Ə.S)
https://az.wikipedia.org/w/index.php?curid=634647
Əbdülkərim Qasım
Əbdülkərim Qasım Məhəmməd Bəkr əl-Fədli əl-Zübeyiri (21 noyabr 1914, Bağdad, Bağdad vilayəti, Osmanlı imperiyası – 9 fevral 1963[…], Bağdad) — İraqın 24-cü baş naziri. Əbülkərim Qasımın atası, Əsli şiə olan Məhəmməd Qasım bəy Bağdadda kiçik sahədə əkinçilik və fermerlik edirdi. 1 ci dünya müharibəsində həlak olan ata oğlunu görmədən vəfat etmişdi.12 yaşında ikən yoxluq içində olan Qasımın anası 4 uşağı ilə oradan köçür. 1931-ci ildə Qasım dövlət məscidində təhsil almağa başlayır. 3 ay sonra Şamiyyə məktəbində oxumağa başlayır. 3 il orda oxuyur, 1934-cü ildə isə təhsilini kollecdə davam etdirir. Kollecdə 7 il oxudqdan sonra bütün işlərini siyasətə yönəldir. 1951-ci ildə İngiltərədəki kursa gedir. İlanların sehrbazı kimi tanınan Qasım siyasətə olan sevgisini yarımçıq qoymur. Həmçinin Kürdüstan müharibəsi, iraq-anqlo müharibəsi,Ərəb-İsrail müharibəsində iştirak edən Qasımın hərbdə də böyük uğurları vardı.
https://az.wikipedia.org/w/index.php?curid=607349
Əbdülkərim bəy Məmmədov
Əbdülkərim bəy Məhəmməd ağa oğlu Məmmədov (1779 -?) — xəttat. Mirzə Əbdülkərim bəy mahir xəttat idi. Cəfərqulu xanın kitabxanası üçün kitab üzü köçürürdü. Mirzə Əbdülkərim bəy Hürü xanımla ailə qurmuşdu. Əbdüləzim bəy, Əbdürrəhim bəy, Məmi bəy, Məmmədəli bəy adlı oğlanları vardı. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
https://az.wikipedia.org/w/index.php?curid=438868
Əbdülkərim xan
Əbdülkərim xan Əhməd xanın nəvəsidir.Böyük ordanın yardımı ilə Qasım xanı devirib hakimiyyətə yiyələndi. Bu ordanın tərəfində Krım xanlığı və Rusiya ilə müharibələr apardı. Böyük ordanın zəifləməsindən sonra müstəqil siyasət yürütməyə başladı.1498-ci ildə Seyid Məhəmməd xanın yürüşünü dəf etdi. Böyük ordanın süqutundan sonra Krım xanlığı və Noqay Ordasıına meyl etdi. Həmçinin bax Həştərxan xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=436114
Əbdülkərim xan (Yarkənd xanı)
Əbdülkərim xan (1529, Yarkənd – 1591) — Yarkənd xanlığının hakimi. Əbdürrəşid xanın 1559da ölümü üzərinə on üç oğullarından ikincisi olan Əbdülkərim xan, qardaşlarının dəstəyi ilə taxta çıxmışdır. Nə var ki, Əbdülkərim xan bütün səylərinə rəğmən ölkənin yenidən şəhər dəvlətləri halına gəlməsinə və birbiri ilə uğraşaraq həm məmləkətin, həm də xalqın zərər görməsinə əngəl olamamışdır. Ölkəsinin və xalqının bütünlüyünü yaratma ümidi ilə Qərbi Türkistanda yetişmiş böyük din alimlərindən Əhməd Qazani (Məhdum-i Əzəm)nin oğullarından Xoca İshaq Vəlini Şərqi Türkistana çağırmışdır. Xoca İshaq Vəli, bütün Şərqi Türkistanı dolaşaraq müsəlmanların qardaş olduğunu birbirlərinə yardım edərək ölkənin və insanların birlik və bərabərliyini qorumaları gərəkdiyini anlatmağa çalışmışdır. Xoca İshaq Vəli bu çalışmalarında bəzi yöndən uğurlu olmuş və ölkənin parçalanmaya getməsinə əngəl olmuşdur. Fəqət Xoca İshaq Vəlinin bu təsirləri ölkənin şərqi bölgələrinin hakimi olan Əbdüllətif xan (1614–1624) tərəfindən, Əbdülkərim xanın yerinə keçən oğulları Məhəmməd xan ilə Şücaəddin Əhməd xan və Abdulla xana hökmranlıq yönündən yarar qazandıracağı düşüncəsiylə Əhməd Qazani (Mahmud-i Əzəm)nin ilk xanımından olan böyük oğlu Xoca Kalan (Məhəmməd Əmin)ı Yarkəndə çağırması Şərqi Türkistanın yazğısına təsir edəcək hadisələrin inkişaf etməsinə səbəb olmuşdur. Çünki bu iki qardaş xocanın ölümündən sonra oğulları böyük bir çəkişməyə girərək ölkəyə fayda yerinə, zərər gətirmişdilər. Xoca İshaq Vəlinin oğulları İshaqiyyə və ya Karatağlık adıyla, qardaşı Xoca Kalanın oğulları da Afaqiyyə vəya Aktağlık adıyla ayrı görüşləri müdafiə edən iki dini qrup olaraq qırğın-qada savaşıma girmələri ölkəni yeni bir dönəmə sürükləmişdir ki, bu dönəmə "Xocalar dövrü" deyilmişdir. Ölkəni öz təsirində tutmaq üçün Xoca İshaq Vəlini Şərqi Türkistana yardıma çağıran Əbdülkərim xanın bu hərəkəti yalnız dini mövzularda deyil, eyni zamanda siyasi sahədə də hadisələrin sürətləhızla inkişaf etməsinə səbəb oldu. Ölkənin şərq bölgələri ilə qərb bölgələri arasında pozulan birliyi yenidən qurmaq mümkün olmadı. Əbdülkərim xan 1591-ci ildə öldüyü zaman ölkənin durumu bu birlikdən olduqca uzaq idi. Əbdülkərim xanın ölümündən sonra sıra ilə yerinə keçən oğulları öncə Məhəmməd xan, sonra Şücaəddin Əhməd xan və ən son Abdulla xan, Yarkənd xanlığını idarə etmişdilər. Həmçinin bax Yarkənd xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=443595
Əbdülkərim Əfəndiyev
Əfəndiyev Əbdülkərim Yusif əfəndi oğlu (1895, Ərəbşahverdi, Göyçay qəzası – 1934, Göyçay rayonu) – Göyçayın Potı kəndində yaşayıb. Atası Yusif əfəndi Musa əfəndi oğlu, anası Mələknisə Hacı Əbdürrəhman əfəndi qızıdır; öncə Göyçay 2 sinifli məktəbini (1906–1911), sonra Qori seminariyasını bitirib (1914) (burada ona F.B.Köçərli şəriətdən dərs keçib); öncə Göyçay 2 sinifli məktəbində (1916), sonra Sabunçu 1-ci kişi məktəbində müəllim (1917); Tiflis Müəllimlər İn-tu təbiiyyat-coğrafiya fak. girib (1917), ancaq ölkədəki siyasi çaxnaşmalar nəticəsində in-tu buraxaraq yenidən Sabunçuya qayıdaraq müəllimlik edib; 1918–1919-cu tədris ilində ailə işləriylə bağlı oradan çıxıb, ancaq Göyçay əvəzinə Ucara göndərilib; Göyçay rüşdiyyə (ali ibtidai) məktəbinin müəllimi (17.8.1919-dan); Göyçay XTŞ müdiri (1922).
https://az.wikipedia.org/w/index.php?curid=200481
Əbdülkərim Əlizadə
Əbdülkərim Əlizadə (11 yanvar 1906 – 3 dekabr 1979) — Azərbaycan tarixçisi, şərqşünas, akademik, 1944–1950-ci illərdə Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, Azərbaycan SSR EA-nın akademiki (1955), 1956-cı ildə Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1958-ci ildə isə Şərqşünaslıq İnstitutunun direktoru, SSRİ Dövlət mükafatı laureatı (1980). Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olmuşdur. Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirmişdir. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936–1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938–1939 illərdə Leninqrad Dövlət Universitetində işləmişdir.Əbdülkərim Əlizadə 1941–1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958–1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülmüşdür.O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi. Əbdülkərim Əlizadə Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış etmişdir.O, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif olunmuşdur.Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir. Elmi fəaliyyəti Əbdülkərim Əlizadənin əsasən Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi. Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin "Şərəfnamə" hissəsinin elmi-tənqidi mətnlərini hazırladığı üçün 1948-ci ildə ona SSRİ Dövlət mükafatı verilmişdir. Əbdülkərim Əlizadə Nizaminin "Sirlər xəzinəsi"ni, Rəşidəddinin "Cami ət-təvarix", Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsərlərinin elmi-tənqidi mətnlərini hazırlamışdır. O, A. A. Bakıxanovun"Gülüstan-i-İrəm" əsərinin elmi-tənqidi mətninin hazırlanmasında iştirak etmiş və redaktoru olmuşdur. Əsərləri türk, ərəb, fars, ingilis, alman və başqa dillərdə çap olunmuşdur. "XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi" əsəri Akademik Ə. Ə. Əlizadənin uzun illər boyu çəkdiyi gərgin zəhmətin, apardığı dərin araşdırmaların nəticəsi kimi meydana gələn"XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi" adlı monumental monoqrafiyası bir tərəfdən müəllifin yaradıcılığının ilk dövrünü yekunlaşdırdısa, digər tərəfdən Azərbaycanın XIII–XIV əsrlər tarixinin tədqiqində zəmanəsinin son sözünü demiş oldu. 7 fəsildən ibarət əsərin hər bir bölməsində Azərbaycanın həmin dövrdəki ictimai-iqtisadi və siyasi tarixinin bu və ya digər cəhətləri araşdırılır. Dövrün mənbələrini kifayət qədər şərh edən alim Azərbaycanın təbii sərvətləri və oturaq əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumat verir. Burada Azərbaycanın XII əsrin sonu-XIII əsrin əvvəllərində ictimai quruluşu və siyasi vəziyyəti araşdırılır, feodal torpaq mülkiyyəti formaları, feodal sinifləri, kəndlilər və onların vəziyyəti və s. tədqiq olunur. Daha sonra müəllif Azərbaycanın monqol yürüşləri ərəfəsindəki vəziyyəti, monqolların ilk həmlələri, Cəlaləddin Xarəzmşahın Azərbaycanı tutması, nəhayət. Monqolların bu diyarı istila etmələri və Ali monqol xaqanlığının Azərbaycanda hökmranlığını tarixi faktlarla şərh edir. Monqol istilasının və köçəri feodal əyanlarının yerli istehsal qüvvələrinə təsiri əsərdə xüsusi yer tutur. Monoqrafiyada XIII–XIV əsrlərin aqrar sistemi və feodal istismarı növləri, monqol xanlarının torpaq siyasəti, incu, divan və iqta torpaqları və bu ərazilərdə yaşayan kəndlilərin vəziyyəti, XIV əsrin əvvələrində torpaq siyasətində baş vermiş dəyişikliklər, xüsusilə, torpaq mülkiyyətində oturaq feodallara məxsus hissənin artması və səbəbləri kimi aktual problemlər tədqiq olunur. Əsərdə təhkimli kəndlilərin vəziyyətinə, vergi və mükəlləfiyyətlərə və sinfi mübarizəyə də geniş yer verilmişdir. Dövrün siyasi tarixinə həsr olunmuş fəsildə müəllif Elxanilər dövlətinin təsisi, dövlət quruluşu, maliyyə sistemi və ölkənin siyasi həyatı barədə məlumat verir. Qızıl Orda xanları ilə Hülakilər arasında Azərbaycan ərazisi uğrunda gedən müharibələri, daha sonra Azərbaycanın Çobanilər və Cəlairilər dövründəki vəziyyətini və Şirvanın öz müstəqilliyi uğrunda mübarizəsini şərh edir. Ə. Ə. Əlizadənin monoqrafiyası mövzu dairəsi və elmi dəyəri baxımından Azərbaycan tarixşünaslığının şah əsərlərindən olmaqla yanaşı sonrakı tədqiqatların əsasında durdu və istiqamətverici mövqe tutdu. Ə. Ə. Əlizadə yaradıcılığında "Came ət-təvarix" əsəri Görkəmli dövlət xadimi, vəzir, təbib, alim Fəzlullah Rəşidəddinin elmi irsinin araşdırılması akademik Ə. Ə. Əlizadə yaradıcılığında sanballı yer tutur. Müəllif alimin "Came ət-təvarix" əsərini tarixi mənbə kimi geniş istifadə etməklə yanaşı onun elmi-tənqidi mətnini hazırlamışdır. Əsərin elmi-tənqidi mətninin tam şəkildə hazırlanması ideyası görkəmli rus şərqşünas V. V. Bartold tərəfindən irəli sürülmüşdü. Ə. Ə. Əlizadə qeyd edirdi ki, Peterburq Şərq İnstitutunda oxuduğu illərdə o, mərhum akademik V. V. Bartoldun məsləhəti ilə "Came ət-təvarix"in bu şəhərin kitabxanalarındakı əlyazma nüsxələri ilə tanış olmuş və nəticədə, Rəşidəddinin əsərlərinin yazılma üslubunu mənimsəmişdir. 1930-cu illərin sonundan bu işə başlayan Ə. Ə. Əlizadə 1957-ci ildə "Came ət-təvarix"in III cildinin elmi-tənqidi mətnini çap etdirir; həmkarı A. K. Arends isə həmin cildi rus dilinə tərcümə edir. Ə. Ə. Əlizadə mətnin hazırlanmasında "Came ət-təvarix"in dünyanın müxtəlif kitabxanalarında –Daşkənd, İstanbul, Peterburq, Tehran, Paris kitabxanalarında və Birtaniya muzeyində mühafizə olunan 7 əlyazmadan istifadə edir və onların tutuşdurulması sayəsində səlis mətn tərtib edir. Alim ilk növbədə istifadə etdiyi əlyazma nüsxələrini təsvir edir, onların elmi dəyərini, mühafizə səviyyəsini, qüsurlarını açıqlayır. O, həmçinin, şəxs və coğrafi adlar, istilahlar, etnik qruplar və türk-monqol təqvimləri üzrə göstəricilər hazırlayıb elmi-tənqidi mətnə əlavə edir. 1965-ci ildə Moskvada Ə. Ə. Əlizadə və həmkarları A. A. Romanoviç və A. A. Xetaqurov tərəfindən tərtib olunmuş yeni kitab – "Came ət-təvarix"in I cildinin I hissəsi çapdan çıxır. Ə. Ə. Əlizadənin yaxından iştirakı və müqəddiməsi ilə nəşr olunan bu hissə türk-monqol qəbilələri barədə zəngin məlumata malikdir. Hələ 1952-ci ildə həmin hissənin rus dilində tərcüməsi nəşr olunmuşdu, lakin elmi-tənqidi mətnin nəşri türk-monqol qəbilələri barədə daha dəqiq və geniş məlumat əldə etməyə imkan verdi. Naşir hər hansı bir qəbilə barədə "Came ət-təvarix"in ayrı-ayrı əlyazma nüsxələrindəki qeydləri tutuşdurmaqla daha düzgün məlumatı müəyyənləşdirməyə nail olmuşdur. Əsərin bu hissəsində 60-dan artıq qəbilə barədə məlumat verilir və hər bir qəbilənin soykökü, keçmişi göstərilir. Qeyd etmək lazımdır ki, əsərin bu hissəsi monqol yürüşləri dövründə Azərbaycana gəlmiş 20-dən çox qəbilənin mənsubiyyətini müəyyənləşdirməkdə əvəzsiz mənbədir. Bu baxımdan sulduz-çobanlı, cəlairi, corat, budat, oyrat və s. qəbilələr barədəki məlumat daha maraqlıdır. Alimin vəfatından sonra onun hazırladığı digər hissənin – "Came ət-təvarix" əsərinin II hissəsinin elmi tənqidi mətni çapdan çıxdı. Ugedey Qaanın (xaqanın) hakimiyyəti dövrünü əhatə edən həmin hissənin tərtibində də əsərin 7 əlyazma nüsxəsindən istifadə olunmuşdur. F. Rəşidəddinin elmi irsi ilə yaxından tanışlıq Ə. Ə. Əlizadəyə alimin fəaliyyəti barədə dəyərli mülahizələr yürütməyə imkan vermişdir. Belə ki, müəllif bu münasibətlə nəşr etdirdiyi məqaləsində onun əsərləri, xüsusilə də, "Came ət-təvarix" əsəri, əsərin əlyazma nüsxələri, məzmunu barədə geniş məlumat verir. O, keçmiş İttifaqda Rəşidəddin elmi irsinin öyrənilməsi səviyyəsini araşdıraraq bildirir ki, bu sahədə iki isitqamətdə iş görülmüşdür. Bir tərəfdən alimin əsərlərinin elmi-tənqidi mətnləri tərtib olunmuş, digər tərəfdən həmin əsərlərdən dövrün tarixinin tədqiqində ilk mənbə kimi istifadə edilmişdir. Ə. Ə. Əlizadə Rəşidəddinin dövlət fəaliyyətinə, Qazan xanın islahatlarındakı roluna da xüsusi diqqət yetirir və alimin bu sahədəki əməyinə yüksək qiymət verirdi. Ə. Ə. Əlizadə yaradıcılığında "Dəstur əl-katib fi təyin əl-məratib" əsəri Akademik Ə. Ə. Əlizadənin böyük xidmətlərindən biri də onun görkəmli dövlət və din xadimi, dilşünas alim, tarixçi, şair Məhəmməd ibn Hinduşah Naxçıvaninin elmi irsinin araşdırılması və alimin şah əsəri "Dəstur əl-katib fi təyin əl-məratib"in elmi-tənqidi mətninin hazırılanmasıdır. Müəllif əsərin elmə məlum olan bütün 6 yazma nüsxələrini dünyanın müxtəlif kitabxanalarından – İstanbul, Leyden. Vyana, Paris (2) kitabxanalarından və Britaniya muzeyində toplamış və onları tutuşdurmaqla dəqiq mətn tərtib edə bilmişdir. Əsər ilk dəfə olaraq, yazılmsından 600 il sonra, Moskvada 2 cilddə (3 kitabda), 1964, 1971, 1976,-cı illərdə çap olunmuşdur. Ə. Ə. Əlizadə əsərin çapı ilə əlaqədar ürək sözlərini farsca yazdığı şeir parçasında belə ifadə etmişdir: Ötüşüb altı yüz il "Dəstur"un inşasından, Dövrünün alimi Şəms-Münşinin imlasından, Elədim mətnini tərtib, çap üçün amadə (hazır), Əsəri ilk dəfə mən nəşr elədim dünyada. Ə. Ə. Əlizadə əsərin mətninin tərtibində, çapa hazırlanmasında və elmi dəyərinin müəyyənləşdirilməsində ciddi səy göstərmiş və onu elmi ictimaiyyətə tanıda bilmişdir. Bu baxımdan naşirin əsərin ikinci cildində yazdığı müqəddimə dərin axtarışların nəticəsi kimi meydana gəlmiş qiymətli tədqiqat əsəri səviyyəsindədir. Fars, ingilis və rus dfllərində əsərə əlavə olunmuş həmin müqəddimə sanki alimin "Dəstur əl-katib"i öyrənmək, araşdırmaq üçün gənc nəslə verdiyi tövsiyədir. Akademik Ə. Ə. Əlizadə elmi-tənqidi mətnin müqəddiməsində ilk növbədə Məhəmməd Naxçıvaninin həyatı və elmi yaradıcılığı, onun nəsli, həmin ailədən olan görkəmli elm və dövlət xadimləri, ailənin ana dilinin türk dili olması və s. barədə məlumat verərək alimin yetişdiyi mühiti müəyyənləşdirmişdir. Daha sonra Məhəmməd Naxçıvaninin gənclik dövrü, təhsili, biliyi, bacarığı, vəzir Qiyasəddin Rəşidi və başqa dövlət xadimləri ilə yaxın əlaqələrini şərh edən müəllif onun şah əsəri "Dəstur əl-katib"in elmi-tənqidi mətninin tərtibindən bəhs edir, əsərin avtoqrafının yoxa çıxdığını və zəmanəmizə qədər bir neçə əlyazma nüsxəsinin gəlib çatdığını xəbər verir. Ə. Ə. Əlizadə Naxçıvaninin əsərində verilmiş bir sıra ictimai-iqtisadi və siyasi məsələlər – torpaq sahibliyi və torpaqdan istifadə, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər, dövlət quruluşu və idarə sistemi, şəhər həyatı, sənətkarlıq və ticarət, xalq kütlələrinin vəziyyəti və sinfi mübarizə, oturaq və köçəri təsərrüfatla, mədəni və mənəvi həyatla bağlı məsələlər və s. barədə mülahizələrini şərh edir. Müəllif göstərir ki, Naxçıvani Elxanilər və Cəlairilər dövründəki dövlət quruluşu və idarə sistemi ilə yaxından tanış olduğundan dövlət idarəsindəki bütün təşkilatlar, qurumlar haqqında ətraflı məlumat vermiş və onların fəaliyyətini işıqlandırmışdır. Məhəmməd Naxçıvani öz əsərində ilk növbədə dövlətin quruluşundan bəhs edir və bu, akademik Ə. Ə. Əlizadənin fikrincə, hərbçilərin dövlətin idarə sistemində əsas və aparıcı mövqe tutmaları ilə əlaqədardır. Naşir qeyd edir ki, Naxçıvaninin hərbi hissələrə iqta torpaqları verilməsi barədəki məlumatı F. Rəşidəddinin dediklərini bir növ tamamlayır. Əsərdə hərbi quruluşdan sonra ölkənin divan sistemi şərh olunur. Ə. Ə. Əlizadə göstərir ki, Naxçıvani uzun illər boyu "İnşa divanı"nda əməkdaşlıq etdiyindən nəinki bütün divanların əhatə etdikləri sahələri, həmçinin ayrı-ayrı dövlət işçilərinin və məmurların öhdəsinə düşən vəzifələri dəqiq bilirdi. Naşir əsərdə 20-dən artıq divanın şərh edildiyini bildirir və onlardan bəziləri (divan-i bozorg, divan-i əmarət və s.) barədə məlumat verir. Torpaq sahibliyi və torpaqdan istifadə, torpaq mülkiyyəti formları barədə alimin məlumatını araşdıran Ə. Ə. Əlizadə onun bəzi mülahizələrini şərh etməklə yanaşı, istifadə olunmayan torpaqlar, onların yararsız hala düşməsi və səbəbləri, həmin torpaqların istifadəsi ilə məşğul olan Bayrat divanı üzərində xüsusi ilə dayanırdı. Akademik Ə. Ə. Əlizadənin diqqətini cəlb edən məsələlərdən biri əsərdə istifadə olunan çoxsaylı vergi terminləri olmuşdur ki, onların bir qisminə (bağ-şümar, xane-şümar və s.) F. Rəşidəddinin və dövrün digər tarixçilərinin əsərlərində təsadüf olunmur. Naxçıvaninin bəzi vergilərin miqdarı, həcmi, toplanma üsulu, vaxtı və s. barədə verdiyi qeydlər də akademikin fikrincə böyük əhəmiyyət kəsb edir. Ə. Ə. Əlizadə qeyd edir ki, Naxçıvaninin şərh etdiyi məsələlər arasında şəhər həyatına, sənətkarlığa, ticarətə, tikinti sahəsinə və s. məsələlərə həsr olunmuş bölmələr mühüm əhəmiyyət kəsb edir. Əsərdə ticarət və ticarət yolları, ticarətin təşkili və mühafizəsi, əmtəə malları, sənətkarlıq emalatxanaları, sənət növləri, müxtəlif tikililər haqda qeydləri verilir ki, bunlar şəhər həyatının öyrənilməsi üçün qiymətlidir. Akademik Ə. Ə. Əlizadə Məhəmməd Naxçıvaninin dünyagörüşü, dövlət quruluşu və idarə sisteminə dair baxışları barədə də öz mülahizələrini irəli sürür və onun mərkəzləşdirilmiş dövlət hakimiyyəti tərəfdarı olduğunu yazır. Nəhayət akademik bildirir ki, Naxçıvani xalq kütlələrinin acınacaqlı vəziyyətini hakim sinfə qarşı mübarizəsini, ölkənin müəyyən vaxtlarda, xüsusilə çobani feodallarının ağalığı dövründə bərbad vəziyyətə düşməsini qələmə almış və vəziyyətdən çıxış yollarını müəyənləşdirməyə çalışmışdır. Naxçıvani həmçinin elm adamlarına, şeyxlərə, seyidlərə, mühəndislərə, sənətkarlara, dövlət xadimlərinə xüsusi rəğbət bəsləmişdir. Akademik Ə. Ə. Əlizadə 1961-ci ildə Ankarada keçirilən VI Türk konqresində "Məhəmməd bin Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsəri Yaxın və Orta Şərq ölkələrinin ictimai və iqtisadi tarixinin bir mənbəyi kimi" mövzusunuda məruzə ilə çıxış edərək görkəmli Azərbaycan aliminin, mütəfəkkirinin, dövlət və din xadiminin məşhur əsərini dünyanın elmi ictimaiyyəti qarşısında dərindən təhlil etmiş və onun elmi dəyərini açıqlamışdır. Ə. Ə. Əlizadə və A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsəri Keçən əsrin 60-cı illərində akademik Ə. Ə. Əlizadənin rəhbərliyi və yaxından iştirakı ilə A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsərinin elmi-tənqidi mətni hazırlanır və 1970-ci ildə Bakıda nəşr olunur. M. Sultanov, M. Azəri, Ə. Ələsgərzadə və F. Babayevin iştirakı ilə Azərbaycan MEA Əlyazmalar institutunda mühafizə olunan 5 əlyazması əsasında hazırlanmış elmi-tənqidi mətnin əsas ağırlığı Ə. Ə. Əlizadənin üzərinə düşür və o, əsərin tənqidi mətninin hazırlanmasında iştirak etməklə yanaşı, mətni redaktə edir, ona 4 dildə (azərbaycan, fars, rus və ingilis dillərində) sanballı müqəddimə yazır, əsərin elmi əhəmiyyətini və tarixşünaslıqdakı yerini müəyyənləşdirir. Müəllif A. A. Bakıxanovun istinad etdiyi antik və orta əsr mənbələrini müəyyənləşdirir və eyni zamanda həmin əsərlər arasında Rəşidəddin, Vəssaf, Naxçıvani və b.k. tarixçilərin əsərlərinin olmamasına təəssüflənir. A. A. Bakıxanovun əsərində alban, gürcü, erməni, skif, massaget, amazon, sarmat, hun və s. tayfalar barədə məlumatın verilməsi və tarixi faktlarla əsaslandırılması naşirin diqqətini cəlb edir. Ə. Ə. Əlizadə bildirir ki, A. A. Bakıxanov Şirvan və Dağıstan tarixini yazarkən məxəzlər əsasən şəhər və kəndlərin tarixi, yaşayış yerlərinin adları, onların etimologiyası, hətta bu adların hansı qədim qəbilə və xalqların adı ilə əlaqədar olması barədə məlumat verir, həmin ərazilərdə yaşayan tayfa və xalqların adət-ənənələri, dini təsəvvürləri, qarşılıqlı əlaqələri, tarixdə oynadıqları rol və s. şərh edir. Naşir həmçinin əsərin qüsurlu və nöqsanlı cəhətlərini göstərir və elmi-tənqidi mətnin tərtibinə onların nəzərə alındığını bildirir. Ölkə hüdudlarından kənarda Ə. Ə. Əlizadə şəxsiyyətinə verilən dəyər Akademik Ə. Ə. Əlizadənin əsərləri ingilis, alman, ərəb, fars, türk dillərində çap olunmuş, həyat və yaradıcılığı barədə bir sıra ölkələrdə, hətta uzaq Yaponiyada elmi məqalələr nəşr olunmuşdur. Monqol imperiyası tarixini araşdıran yapon alimi Siyiçi Kitiqava Bakıda elmi ezamiyyətdə olarkən Ə. Ə. Əlizadənin elmi irsi ilə yaxından tanış olmuş, ondan ətraflı istifadə etmiş və vətəninə qayıtdıqdan sonra alimin həyat və yaradıcılığı haqda yapon oxucularına geniş məlumat vermişdir. Onun 1983-cü ildə "Şı xo" (Shi hö) jurnalında nəşr etdirdiyi "Əbdülkərim Əli oğlu Əlizadə" (1906.1.11–1979.12.3) adlı məqaləsində Azərbaycan aliminin tərcümeyi-halı, Peterburq həyatı, görkəmli şərqşünas alimlərdən dərs alması, ayrı-ayrı dövlərdəki elmi fəaliyyəti şərh edilir. S. Kitaqava akademikin şah əsəri olan monoqrafiyası, hazırladığı elmi-tənqidi mətnlər üzərində xüsusilə dayanmış və onları öz oxucularına tanıtmağa cəhd etmişdi. Maraqlıdır ki, tədqiqatçı məqaləsinə Ə. Ə. Əlizadənin elmi əsərlərinin (rus və yapon dillərində) siyahısını əlavə etməklə yapon oxucusunda alimin elmi irsi barədə tam təsəvvür yarada bilmişdir. Siyahıda akademikin 43 əsərinin və onun barəsində nəşr olunmuş məqalələrin adı verilir. S. Kitaqava xüsusi bülletendə nəşr etdirdiyi "Sovet Azərbaycanının mediyevist alimləri" adlı məqaləsində də (1983) akademikin elmi yaradıcılığına xüsusi yer ayırmışdır. Qeyd etmək lazımdır ki, Ə. Ə. Əlizadənin monoqrafiyası və tərtib etdiyi elmi-tənqidi mətnlər dünyanın bir çox ölkələrində mediyevist tarixçilərin, xüsusilə, Monqol imperiyası tarixinin tədqiqatçılarının stolüstü kitablarına çevrilmişdir. Akademik Ə. Ə. Əlizadə Azərbaycanda tarix və şərqşünaslıq sahəsində əldə olunmuş nailiyyətlərin yorulmaz təbliğatçısı idi. O, tarixçilərin Varşava (1955), şərqşünasların Münhen (1957) və Moskva (1960) beynəlxalq konqreslərinin, türk tarixçilərinin Ankara konqreslərinin (1961, 1970), şərqşünasların Tehran konqresinin (1966), Tehranda və Təbrizdə keçirilmiş Rəşidəddinə həsr olunmuş konqresin (1969) və s. elmi məclislərin iştirakçısı olmuş, Azərbaycan elminin yeniliklərini dünya ictimaiyyətinə çatdırmışdır. Maraqlıdır ki, alim xarici səfərlərdə olduğu vaxt, tariximizin aktual problemlərinə həsr olunmuş məsələlər barədə məruzələr oxumaqla yanaşı, elmi məclislərin işində fəal iştirak etmiş, tənqidi mülahizələrini bildirmiş, məsləhət və təkliflərini vermişdir. Bunu onun xarici səfərlərdən qayıtdıqdan sonra mətbuatda öz səfəri barədə çap etdirdiyi xatirələrindən açıq-aydın görmək olur. O, xarici səfərlərdə olduqda belə, Azərbaycanı düşünür, imkan daxilində tariximizlə bağlı ədəbiyyatın, materialların Azərbaycana gətirilməsinə, olduğu ölkələrdəki azərbaycanlıların (türk olan hissəsinin) vəziyyətinin öyrənilməsinə səy göstərmişdir. Məsələn, akademik Ə. Ə. Əlizadə 1959-cu ildə İraqda olanda yerli idarələrin icazəsi ilə üzərində mixi yazı olan, Azərbaycanla bağlı bir kərpici özü ilə gətirmiş və onu Azərbaycan tarixi muzeyinə vermişdir. Təbrizdə Rəşidəddinin yubileyində iştirak edərkən Rəbi Rəşidi xarabalığından mərmər qırıntıları, boyalı keramika parçaları toplamış, onları da vətənə gətirərək bir hissəsini Tarix muzeyinə, bir hissəsini isə Şirvanşahlar sarayına vermişdir. O, İraq səfəri vaxtı buradakı Kərkük türkmanları ilə maraqlanmış, onların həyatı, adət-ənənələri, dili, folkloru barədə məlumat əldə etmiş və Bakıda nəşr etdirdiyi xatirələrində Kərkük bayatılarından bəzilərini vermişdir. Akademik Ə. Ə. Əlizadənin iranşünasların ümumdünya konqresində (28. VIII.-13. IX.1960) iştirakı daha çox diqqəti cəlb edir. Bu konqresdə Sovet ölkəsindən 11 alim –M. Boqolyubov, A. Boldrev, İ. Braginski, Ə. Mirzoyev, Ş. Samuhəmmədov, M. İvanov, K. Eyne, R. Əliyev, M. Zend, Ə. Sumbatzadə və Ə. Ə. Əlizadə iştirak etmişdir. Konqresdən sonra ziyafətdə İran şahı Məhəmməd Rza Pəhləvi ilə qısa söhbətində Ə. Ə. Əlizadə ona Bakıda farsdilli mənbəlkərin çapı və orta əsrlər İran tarixi üzrə tədqiqatlar aparıldığını dedikdə, İran şahı bununla razılaşmış və mənbələrin çapı sahəsində Sovet İttifaqında çox işlər görüldüyünü vurğulamışdır. Fəxrlə demək olar ki, bu işdə Azərbaycan aliminin – akademik Ə. Ə. Əlizadənin rolu çox böyük idi. Akademik Ə. Ə. Əlizadənin İrana növbəti səfəri görkəmli dövlət xadimi, vəzir, təbib Fəzlullah Rəşidəddinin ölümünün 650 illiyi ilə əlaqədar keçirilən sessiyada iştirakla bağlı idi. Ə. Ə. Əlizadə bu sessiyada bütün Sovet İttifaqını təmsil edirdi. O, sessiyada "SSRİ-də Rəşidəddinin əsərlərinin tədqiqi və nəşri" mövzusunda məruzə etmişdir. Bununla yanaşı, alim elmi müzakirələrdə yaxından iştirak etmiş, sessiyanın təşkilində, ayrı-ayrı çıxışlarda nəzərəçarpan nöqsanları açıqlamış, bəzi məruzələrin (məsələn, Şirin Bəyaninin məruzəsinin) yüksək elmi səviyyə kəsb etdiyini vurğulamışdır. Rəşidəddinin Həmədanda doğulsa da, Azərbaycanda yaşayıb-yaratdığını yazan Ə. Ə. Əlizadə alimə Təbrizdə və Tehranda abidə qoyulması, əsərlərinin toplanılaraq külliyyat şəklində nəşri barədə təklif vermişdir. Sanki Ə. Ə. Əlizadə səfər zamanı yazdığı qeydlərində xatirələri deyil, tarixi bir əsər qələmə almışdı. Azərbaycanın monqol ağalığı dövrü tarixini qısa şəkildə oxucunun nəzərinə çatdırırdı. Təbrizdəki tarixi abidələr-Ərk qalası, Şəmbi-Qazan, Rəb-i Rəşidi, Göy məscid barədə məlumat verən müəllif, onların xarab vəziyyətdə olduqlarına, eləcə də əhalisinin azərbaycanlılardan ibarət Təbrizdə dövlət işlərinin, xüsusilə də, ibtidai, orta və ali məktəbdə tədrisin fars dilində aparılmasına ürək ağrısı ilə acıyır. Sovet rejiminin kəskin dövründə belə fikir söyləmək hər alimin işi deyildi. Akademik Ə. Ə. Əlizadənin tarixi saxtalaşdıranlara qarşı barışmaz mövqeyi Akademik Ə. Ə. Əlizadə prinsipiallığı ilə seçilən tədqiqatçılardan idi və tarixi saxtalaşdıranlara qarşı barışmaz mövqedə dururdu. O, sovet rejiminin kəskin çağlarında belə öz sözünün deyir, erməni saxtakarlarının topraqlarımıza olan iddialarının puçluğunu, elmi əsasa malik olmadığını vurğulayırdı. Erməni müəllifi L. O. Babayan 1969-cu ildə nəşr etdirdiyi əsərində Arranın "erməni torpağı olmasını əsaslandırmaq" məqsədi ilə belə bir fikir irəli sürür ki, guya XIII əsrdə bu bölgənin əhalisi ermənilərdən ibarət olmuşdur. 1276-cı ildə Arranda monqol hökmdarı Abaqa xana (1265–1282) qarşı qalxmış üsyandan bəhs edən erməni tarixçisi hadisəyə yekun vuraraq belə qənaətə gəlir: "Arran ərazisində bu dövrdə hələ də hakim etnik element erməni əhalisi idi, buna görə də, həmin itaət etməyən adamların (üsyançıların) erməni kəndliləri olduğunu desək, səhv etmiş olmarıq". L. O. Babayanın bu iddiası akademik Ə. Ə. Əlizadə tərəfindən elmi dəlillərlə təkzib olunmuş və onun fikrinin səhv olduğu göstərilmişdir. Akademik üsyançıların başçısının "kəfənə bürünərək Abaqa xanın hüzuruna gəlməsi" faktını erməni tarixçisinin nəzərinə çatdıraraq soruşmuşdur ki, ermənilər nə vaxtdan ölülərini kəfənə bürüyüb basdırırlar?". Bununla da erməni müəllifinin mövqeyinin səhv olduğunu sadəcə sadə bir məntiqlə sübuta yetirmişdir. Öz əməksevərliyi, dərin biliyi, elmi prinsipiallığı, eyni zamanda alicənablığı, insanpərvərliyi və gənclərə qarşı qayğıkeşliyi ilə tanınmış akademik Ə. Ə. Əlizadənin elmi irsi ondan sonrakı mediyevist-tarixçilər və şərşqünaslar üçün zəngin xəzinədir. Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı 1980 Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı.(Tərtibçı: Afaq Əsədova). II, Bakı,2005
https://az.wikipedia.org/w/index.php?curid=307088
Əbdülkərim əl-Küseyri
Əbülqasım Zeynülislam Əbdülkərim ibn Həvazin bin Əbdilməlik əl-Küşeyri (1 avqust 986, Ustuva[d], Xorasan, Abbasilər – 30 dekabr 1072, Nişapur, Xorasan, Abbasilər) — Mütəsəvvüf, kəlam, təfsir və hədis alimi. 1. ər-Risalə*. Tasavvuf tarihinin ən önəmli kaynaklarından sayılan əsərdə Kuşeyri, tasavvufun təməli olan konuların Sünni akidəyə tam anlamıyla uyduğunu ortaya koyarak sufilərin Sünni çəvrələrdə uğradıkları ələştirilərə cəvap vərmək, ayrıca onların bu çərçəvə dışına çıkmalarını önləmək istəmiştir (). 2. ət-Taĥbir fit-təźkir. Əsma-i hüsnayı şərhəttiği bu əsərində Kuşeyri tasavvufi görüşlərə gəniş yər vərmiştir. Kitap bu alanda yazılan ilk tasavvufi şərh olup bu tür şərhlərə örnək olması bakımından önəmlidir (). 3. Tərtibüs-süluk fi ŧariķillah. Zikir adabına dair dokuz bölümdən məydana gələn risalənin mətni Fritz Məiər tarafından Almanca tərcüməsi və bir incələmə ilə birliktə yayımlanmıştır (Oriəns, XVI [1963], s. 1-39). Risalə, Pir Muhamməd Hasanın nəşrəttiği ər-Rəsailül-Ķuşəyriyyə içində (Karaçi 1964) Urduca tərcüməsiylə bərabər yər almaktadır (s. 66-80). 4. ət-Təfsirül-kəbir (ət-Təysir fi ilmit-təfsir). Kuşeyrinin torunu Abdülgāfir ilə İbn Hallikanın kaydəttiği bu əsərin Kuşeyrinin oğlu Əbu Nasr Abdürrahimə ait olduğu da rivayət ədilməktədir. Həllmut Rittər də bu görüştədir (). 5. Ləŧaifül-işarat. Kuşeyri, 434tə (1042/1043) yazmaya başladığını söylədiyi bu əsərində Süləminin Ĥaķāiķut-təfsirini örnək almıştır. Ancak kitap Süləminin təfsirindən daha düzənli və kapsamlıdır. İşari təfsir yazan müəlliflər Ləŧaiftən yararlanmıştır (). 6. Naĥvül-ķulub. Gramər tərimləri və kurallarının tasavvufi tarzda yorumlandığı ilginç bir əsərdir (). 7. Şikayətü Əhlis-sünnə bi-ĥikayəti ma ləhüm minəl-minə. Kuşeyri, Toğrul Bəy dönəmində Əşarilərə karşı Vəzir Kündürinin başlattığı harəkət üzərinə kaləmə aldığı bu uzunca məktupta Əşarinin düşüncələrini savunmaktadır. Tək nüshası Kastamonu İl Halk Kütüphanəsində (nr. 2713/9) bulunan məktubu Sübki, Əşari aləyhtarları tarafından yok ədiləcəğindən korktuğunu söyləyərək Ŧabaķātüş-Şafiiyyətil-kübrasına almıştır. 8. əl-Lüma fil-itiķād. Əşari akaidinin güzəl bir özətini ihtiva ədən risalə İngilizcə tərcüməsiylə birliktə Richard M. Frank tarafından yayımlanmıştır (MIDƏO, XV [1982], s. 53-74). *9. əl-Fuśul fil-uśul. Hər biri bir iki satırlık səksən bəş fasıldan məydana gələn risalə öncəki əsər gibi Əşari itikadına dair olup o risaləyi nəşrədən araştırmacı tarafından yayımlanmıştır (). 10. Kitabül-Mirac. Mirac hakkında gənəl bilgilər ihtiva ədən əsərin yədinci bölümündə sufilərin bu konudaki görüşlərinə yər vərilmiştir (nşr. Ali Hasan Abdülkādir, Kahirə 1964).
https://az.wikipedia.org/w/index.php?curid=391009
Əbdülkərim əl-Küşeyri

https://az.wikipedia.org/w/index.php?curid=749131
Əbdüllətif Bəndəroğlu
Əbdüllətif Bəndəroğlu Omran (1937, Tuzxurmatu, Səlahəddin mühafəzəsi – 2 fevral 2008, Amman) — türkman əsilli İraq şairi, tərcüməçisi, ədəbiyyatşünası, publisisti, folklorçusu və araşdırmaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Bakı Dövlət Universitetinin fəxri doktoru. İraq Türkmanlərinin öndə gələn ziyalılarından araşdırmaçı şair, yazar və jurnalist Əbdüllətif Omran Bəndəroğlu 1937-ci ildə İraqın Kərkük vilayətində Təzə Xurmatu kəndində anadan olmuşdur. İbtidai sinfi Təzə Xurmatu və Kərkükdə başa vurdu. 1956-cı ildə Kərkük Petrol şirkətinə aid Texniki məktəbdə təhsilinə davam edərkən siyasi səbəblərdən məktəbdən xaric edildi. Artan siyasi təqiblər nəticəsində ölkədən getmək məcburiyyətində qalan Bəndəroğlu 1964-cü ildən sonra Livan, Bolqarıstan, Yunanıstan başqa ölkələlərdə müxtəlif işlərdə işlədi. 1965-ci ildə yenidən vətənə qayıtdı. 4 fevral 2008-ci ildə Ürdün Xəstəxanasında keçirdiyi ağır əməliyyat nəticəsində vəfat etdi. Nəcəfdə torpağa tapşırıldı. Əbdüllətif Bəndəroğlu İraq-türkman folklorunu bütün fəaliyyət tipləri üzrə (toplayıcılıq, nəşr, tədqiq) öyrənmiş İraq-türkman folklorşünası olaraq bu sahədə özünəməxsus alim olmuşdur. İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri sahəsində fəaliyyətini davam etdirən Ə. Bəndəroğlunun 1993-cü ildə "İraq-türkman folklorundan örnəklər" adlı digər bir tədqiqat əsərini çapdan çıxarıb. 1970-ci ildə İraq türkmanlarına müəyyən mədəni hüquqlar verilmişdi. Tədqiqatçı bu əsərinin Kərkükdə ölkənin şimal bölgəsinin maarif müdiri vəzifəsində işləyərkən burada və Tuzxurmatuda yaşlı söyləyicilərlə görüşərək orijinal xalq yaradıcılığı mətnlərini onlardan toplayıb. Məhəmməd Füzulinin 500 illik yubileyinin 1994-cü ildə Bağdadda yüksək səviyyədə keçirilməsində xidmətləri böyük olan şair elə həmin ildən Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"nin beynəlxalq yaradıcı heyətinin İraq təmsilçisi kimi fəaliyyət göstərirdi. O həmçinin çoxcildlik "Azərbaycan folklor antologiyası"nın "Kərkük folkloru" cildinin hazırlanmasında fəal iştirak etmişdir. Bakı Dövlət Universiteti Filologiya fakültəsində 20 il boyunca tələbələrə verdiyi konfrans və seminarlarlara görə 1992-ci ildə Universitetin Fəxri Doktoru adı verilmişdir. S. Hüseyndən sonra İraq Türkman mədəniyyət işlərinə baxan Prezident köməkçisi vəzifəsinə gətirildi. Daha sonra şimali İraq Ərbildə qurulan Federal Kürt Bölgəsi Hökumətində Nazir oldu. Qəzənfər Paşayev ilə birlikdə Azərbaycan ilə İraq Kürdüstanı hökumətləri arasında ikitərəfli əlaqələrin bünövrəsini qoymuşdur. Yaradıcılığı 1973-cü ildə Bakıda "Qərənfil" adlı şeirlər kitabı çıxan Bəndəroğlu 24 yanvar 1970-ci ildə qəbul olunan Türkmanların mədəni hüquqlarının qismən tanınması ilə bağlı bildirişdən sonra Kərkükdə İrşad müdiri vəzifəsinə təyin olundu. 70-ci illərdən onun şeir topluları Bağdad, Ankara, Bakı şəhərlərində kütləvi tirajla nəşr olunur. Bir müddət sonra Mədəniyyət Nazirliyinə bağlı Türkman Mədəniyyət Müdiri və hər həftə çıxan "Yurd" qəzetində baş yazar və baş redaktor vəzifələrinə gətirildi. 1997–2000-ci illər arasında Türkiyənin Anadolu Xəbər Agentliyinin İraq müxbiri vəzifəsinda çalışan Bəndəroğlu, 1999-cu ildə İraq Mədəniyyət Nazirliyinə bağlı Türkman Mədəniyyət Müdiri və "Yurd" qəzetindəki vəzifələrindən ayrılaraq təqaüdə çıxdı. 2002-ci ildə "Yurd" qəzetinin baş yazarının vəfatından sonra yenidən həmin vəzifəyə gətirildi. 2003-cü ilin dekabr ayında öz istəyi ilə vəzifədən getdi. Bədii tərcümə ilə ardıcıl məşğul olan şairin tərcüməsi Moskvada Səməd Vurğunun "Seçilmiş əsərləri", "Türk şeirindən seçmələr", Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabı ərəb dilində Bağdad şəhərində nəşr edilmişdir. "İraq-Türkman dili", "Ata sözlərimiz" (iki cilddə), "Füzuli Bayatlı", "İmadəddin Nəsimi əl-Bağdadi", "Azərbaycan şairləri" kitabları onu tədqiqatçı alim kimi tanıtmışdır. "Günəş şərqisi", 1969 "Yurd torpağı", 1971 "Gur-gur baba", 1973 "Qərənfil", Bakı, 1973 "Doğu insanları", 1975 "Qərənfil", 1977 "Dəryanın dibi", 1980 "Ürək çırpıntıları", 1987 "Dünya unutmuşdu yağacağını", 1991 "İraq-türkman folklorundan örnəklər", 1993
https://az.wikipedia.org/w/index.php?curid=247681
Əbdüllətif Camal Rəşid
Əbdüllətif Camal Rəşid (ərəb. عبد اللطيف رشيد, həmçinin Lətif Rəşid (kürd. لەتيف ڕەشید) kimi bilinir; 10 avqust 1944, Süleymaniyyə, İraq krallığı[d]) — iraqlı kürd siyasətçisi və 2022-ci il İraq prezident seçkilərindən sonra İraqın doqquzuncu prezidenti. O, əvvəllər Nuri əl-Maliki hökuməti dövründə su ehtiyatları naziri olub. Bundan əvvəl o, həm İraq Keçid Hökumətində, həm də İraq Müvəqqəti Hökumətində eyni vəzifədə çalışıb. Rəşid Kürdüstan Vətən İttifaqının (KYB) Böyük Britaniyadakı keçmiş mətbuat katibi olub. 2003-cü ilin sentyabrından 2010-cu ilin dekabrınadək su ehtiyatları naziri vəzifəsində çalışan Rəşid suvarma, kommunal və sənaye su təchizatı, hidroenergetika, daşqınlara qarşı mübarizə və bataqlıqların bərpası kimi ekoloji tələblər də daxil olmaqla bir sıra məsələlərə cavabdeh idi. Rəşid 1944-cü ildə İraqın Kürdüstan bölgəsinin Süleymaniyyə şəhərində yüksək təbəqədən olan kürd ailəsində anadan olub. O, Liverpul Universitetində İnşaat Mühəndisliyi üzrə bakalavr dərəcəsinə (1968) və Mançester Universitetində magistr dərəcəsinə (1973) və mühəndislik üzrə fəlsəfə doktoru (1978) dərəcəsinə malikdir. Liverpul Universitetini bitirdikdən sonra 1969-cu ildə Süleymaniyyə Universitetində müəllim kimi fəaliyyətə başlayıb. İraqa qayıtdıqdan sonra qaynı Cəlal Təlabaninin rəhbərlik etdiyi KYB-nin fəal üzvü olub. O, Şanaz İbrahim Əhmədlə evlidir və üç uşaq atasıdır.
https://az.wikipedia.org/w/index.php?curid=820252
Əbdüllətif Naci Eldəniz
Əbdüllətif Naci Eldəniz (türk. Abdüllâtif Naci Eldeniz) (1875, Bitola – 20 mart 1948, Ankara) — Türk əsgər və siyasətçi. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edən ən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra millət vəkili vəzifəsində xidmət etmişdir. Hərbi fəaliyyəti 1893-cü ildə hərbi məktəbi bitirmişdir. 1893–1895-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almışdır. Müxtəlif məktəb komandanlıqlarında və heyətlərində xidmət göstərmişdir. 1895-ci ildə baş leytenant, 1897-ci ildə kapiyan, 1902-ci ildə mayor, 1907-ci ildə qubernator oldu, lakin 1908-ci ildə polkovnik rütbəsinə yüksəlsə də, 1908-ci ildə II Məşrutiyyətin elan edilməsindən sonra 1909-cu ildə çıxarılan Tasfiye-i Rüteb qanunu ilə kapitan dərəcəsinə endirildi. 1914-cü ildə leytenant polkovnik , 1917-ci ildə polkovnik rütbəsinə yüksəldi. 1918–1920-ci illərdə şahzadələrin hərbi müəllimi və eyni zamanda da Sultanın baş yavəri idi. Mustafa Kamal Atatürkün müəllimi idi. 1920–1921 illəri arasında Qonaqlar Hərbi Məktəblərində müfəttiş vəzifəsində çalışdı. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmək üçün 25 Avqust 1921-ci ildə Ankaraya gəldi. Burada bir müddət hərbi məktəblərdə müfəttiş vəzifəsində çalışdıqdan sonra, 8 May 1922-ci ildə 7-ci bölmə komandirliyinə təyin edilmiş və Böyük hücum da iştirak etmişdir. O, 31 avqust 1922-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 13 dekabr 1922-ci ildə yenidən bir hərbi məktəbdə müfəttiş oldu. 31 oktyabr 1924-cü ildə 5-ci korpusun komandirliyinə təyin edildi. 1927-ci ildə general-leytenant rütbəsinə yüksəldi və həmin ilin 26 dekabrında Generallar Hərbi Məhkəməsinin üzvü təyin edildi. 24 avqust 1928-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Siyasi fəaliyyəti III dövr (növbədənkənar ara seçkiləri) və IV dövr Osmaniyə ili və V, VI və VII dövrlərdə Seyhanın millət vəkili olmuşdur. Medal və təltifləri 2-ci dərəcəli Məcidiyyə ordeni Gümüş "İmtiyaz" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 27.
https://az.wikipedia.org/w/index.php?curid=738211
Əbdüllətif Şirvani
Əbdüllətif Şirvani (az-əbcəd. ابدوللتیف شیروانی; XVI əsr və ya 1556 – 1602) — XVI əsr Azərbaycan xəttatı. Bəzi mənbələrə görə, 1556-cı ildə anadan olmuşdur, lakin digər mənbələr daha erkən tarixə işarə edir. Nəstəliq xəttinin mahir ustalarından olmuşdur. 1530–1560 illərdə Şamaxıda, 1560 ildən sonra isə İstanbulda fəaliyyət göstərmişdir. Əbdüllətif Şirvani tərəfindən üzü köçürülmüş Sədinin "Bustan" (1539) və "İstanbulda baş vermiş daşqın haqqında hekayə" (1563–1564) əsərlərinin əlyazma nüsxələri Topqapı muzeyində (İstanbul) saxlanılır. 1602-ci ildə vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=786169
Əbdüllətif Əhməd Mustafa
Əbdüllətif Əhməd Mustafa (1969) — İraq kürd din xadimi və sələfi təbliğatçısı. Əbdüllətif Əhməd Mustafa 1969-cu ildə anadan olmuşdur. O, ibtidai, orta və lisey təhsilini tamamladıqdan sonra ərəb dilini öyrənmək üçün Bağdada getmiş, Müstənsiriyə Universitetinin ərəb dili bölməsinə qəbul olmuşdur. Mustafa 1992-ci ildə universiteti bitirdikdən sonra Raniya rayonunun Çvarqurna şəhərində müəllim kimi işə düzəlmişdir. O, bir müddət sonra ölkəni tərk edərək şəriəti öyrənmək üçün bir neçə başqa islam ölkələrinə səfər etmişdir. Mustafa daha sonra Tikritdə magistr və doktorantura təhsilini tamamlamışdır. O, ardınca Səudiyyə Ərəbistanında daha bir doktorluq dərəcəsi qazanmışdır.Əbdüllətif Əhməd bir neçə dəfə kürd mediasında çıxış etmişdir. 2012-ci ildə "NRT News"da bir sıra videolarda görünmüşdür. O, hal-hazırda kürd dilində sələfi kanalı olan "Amojgari"nin direktoru və Süleymaniyyədə yerləşən Beheşt məscidinin imamıdır.
https://az.wikipedia.org/w/index.php?curid=790774
Əbdülmalik
Əbdülmalik — kişi adı. Əbdülmalik əl-Husi — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. Əbdülmalik ibn Abdullah əl-Cuveyni — İslam alimi. Əbdülmalik ibn Haşim — Dərbənd Haşimiləri sülaləsindən olan dördüncü müstəqil Dərbənd əmiri.II ƏbdülməlikII Əbdülməlik (Samani) II Əbdülmalik (Dərbənd əmiri) Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=603058
Əbdülmalik Husi
Əbdülmalik əl-Husi (ərəb. عبد الملك الحوثي) (1 yanvar 1979) — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. Hüseyn Bədrəddin əl-Husinin qardaşı olan Abdulmalik əl-Husi 1979-cu ildə dünyaya gəlib. Özəl təhsil müəssisəsində dərs almış Abdulmalik ailəsinin elimi təcrübəsindən bəhrələnərək, 13 yaşında atası tərəfindən Əllamə kimi elmi ada layiq görülüb. O 2004-cü il hadisələrində mübarizə meydanında qardaşının yanında önəmli yer tutub. 2004-cü il hadisələri bir müddət sonra yenidən təkrarlanır. 2005-ci ildə Yəmən hökuməti Husilərə qarşı təhdid siyasəti yürüdür. Belə ki, həmin ildə baş vermiş qiyamda 700 nəfər öldürülür, 2708 nəfər yaralanır. O zaman hərəkatın başında duran Abdullah Ayza ər-Rezami təslim olmaq məcburiyyətində qalır. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=422155
Əbdülmalik ibn Abdullah Cüveyni
Əbdülmalik ibn Abdullah bin Yusuf bin Abdillah bin Yusuf bin Muhəmməd bin Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafi (1028—1085, Nişapur) — İslam alimi. O, Abdulməlik bin Əbi Muhəmməd Abdillah bin Yusuf bin Abdillah bin Yusuf bin Muhəmməd bin Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafidir. Əbu-l-Məali, İmamu-l-Hərameyn, zamanının nadiri, imamı, fəqihi və üsulçusudur. Şafi üləmasındandır. Şafi məzhəbinə dair fiqh kitablarında “İmam” zikr olunduqda o qəsd olunur. Hicri 419-cu ildə dünyaya gəlib. Atası Əbu Muhəmməd əl-Cuveyni də dövrünün fəqihlərindən və fəzilət sahiblərindən idi. Elmi atası Əbu Muhəmməd əl-Cuveyni, İskaf əl-İsfəraini, Əbu Abdillah əl-Xabbazi, Əbu Nəim əl-İsfahani, Xorasanda şafilərin şeyxi olan Qazi Hüseyn əl-Mərvəzidən və bir çox üləmadan almışdır. Tələbələri arasında Hüccətul İslam Əbul-Həmid əl-Ğazali, İbnul-Muzəffər ən-Neysəburi, əl-Hərrasi, İbnul-Quşeyri və başqa bir çox fəzilətli zatlar yer alır. Əsərləri arasında şafi məzhəbinin üsulu barəsində yazılmış “əl-Burhan”, “ət-Təlxis”,”əl-Varaqat”, məzhəbin fiqhi barəsində yazılmış və məzhəbə ən çox xidmət etmiş kitablar siyahısında olan “Nihayətu-l-Mətləb” kitabı, həmçinin başqa sahələrdə də bir çox əsərləri mövcuddur. Əbu İshaq əş-Şirazi buyurur: “Bu imamdan faydalanın, o zamanın bəzəyidir”. Əbu Osman əs-Sabuni demişdir: “Allah pislikləri bu imamdan uzaqlaşdırmışdır” İmam Zəhəbi buyurur: “Böyük imam, şafilərin şeyxidir.” Əbu-l-Həsən əl-Bəxarzi buyurur: “Fiqhi əş-Şafinin fiqhi, ədəbiyyatı əl-Əsmainin ədəbiyyatı, gözəl vəzi əl-Həsənu-l-Bəsrinin vəzidir.” İmam hicri 478-ci ildə vəfat etmişdir. Hallaq, Wael B. Caliphs, Jurists and the Saljuqs in the Political Thought of Juwayni. The Muslim World 74, no. 1 (1984): 26-41. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=311205
Əbdülmalik ibn Haşim
I Əbdülmalik (v. 939, Dərbənd) — Dərbənd Haşimiləri sülaləsindən olan dördüncü müstəqil Dərbənd əmiridir. Hakimiyyəti Qardaşının ölümündən sonra əmir olmuşdu. 4 yanvar 915-ci ildə əmir elan olunmuşdu. Lakin qardaşı oğlu Əbül-Nəcm ibn Məhəmmədin üsyanından sonra məcbur olub Şəndana qaçmışdı. Oradan da Yusif ibn Əbu Sac Divdadin yanına qaçan əmir 6000lik Saci ordusu ilə Dərbəndə qayıtdı və yenidən əmir oldu. Qaçan Əbül-Nəcm Şabranda möhkəmləndi. Bu dəfə xəzərlərdən kömək alan Əbdülmalik xəzər sərkərdəsi Salifanla birgə Əbül Nəcmi ələ keçirdi və edam etdirdi. 930-cu ilin oktyabrında Şabran yaxınlıqlarında Şirvanşah şahzadəsi, Layzan valisi Məhəmmədin (sonrakı II Məhəmməd ibn Yezid) orduları ilə çarpışdı lakin heç bir tərəf qalib gələ bilmədi. 938-ci ildə kafirlərə qarşı yürüşündə qalib gələrək Mərəfsa ölkəsini fəth etdi. 24 fevral 939-cu ildə vəfat etdi.
https://az.wikipedia.org/w/index.php?curid=339408
Əbdülmalik əl-Husi
Əbdülmalik əl-Husi (ərəb. عبد الملك الحوثي) (1 yanvar 1979) — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. Hüseyn Bədrəddin əl-Husinin qardaşı olan Abdulmalik əl-Husi 1979-cu ildə dünyaya gəlib. Özəl təhsil müəssisəsində dərs almış Abdulmalik ailəsinin elimi təcrübəsindən bəhrələnərək, 13 yaşında atası tərəfindən Əllamə kimi elmi ada layiq görülüb. O 2004-cü il hadisələrində mübarizə meydanında qardaşının yanında önəmli yer tutub. 2004-cü il hadisələri bir müddət sonra yenidən təkrarlanır. 2005-ci ildə Yəmən hökuməti Husilərə qarşı təhdid siyasəti yürüdür. Belə ki, həmin ildə baş vermiş qiyamda 700 nəfər öldürülür, 2708 nəfər yaralanır. O zaman hərəkatın başında duran Abdullah Ayza ər-Rezami təslim olmaq məcburiyyətində qalır. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=822684
Əbdülmömin xan Şeybani
Əbdülmömin xan (1568-1598) — Buxara xanlığının Şeybanilər sülaləsindən olan 11-ci xanıdır.O, II Abdulla xan Şeybaninin yeganə oğludur. Atasının sağlığında xanlığın sərkərdələrindən biri idi. Dəfələrlə Səfəvilər dövləti ərazisinə yürüş etmişdi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Əbdülmömin xanın rəhbərliyi altında özbəklər Heratı aldıqdan sonra Əliqulu xanı və Şamlı eli əsgərlərini öldürüb şəhəri talan edərək qadınları və uşaqları əsir apardılar. Oruc bəy Bayat Heratın müdafiəsi zamanı 6 min Səfəvi əsgərinin canlarını sevə-sevə fəda etdiyini yazır;.. İsgəndər bəy Münşi yazır ki, "özbəklər Şamlı tayfasının qız-qadınını əsir götürüb Mavərənnəhrə göndərdilər. Onlar xəzinələri ələ keçirməkdən ötrü əzəmətli Şamlı xatunlarına işgəncə verib, bu işdən bir dəqiqə də olsun əl çəkmədilər. Xeyli işgəncədən və çoxlu mal əldə etdikdən sonra onları lüt-üryan etdilər. Bu bəladan çox az adam nicat tapa bildi". Şərəf xan Bidlisi Heratda özbəklərin həyata keçirdiyi qətliamla bağlı yazırdı: "Özbəklər türklərdən, taciklərdən, kölələrdən, xaricilərdən, yerlilərdən, gənclərdən və yaşlılardan heç kimi sağ buraxmadılar". Bu qətliamdan dörd gün sonra şəhərə daxil olan Özbək hökmdarı Abdulla xan əsgərlərin qətliam və talandan əl çəkməsini tələb edərək şəhər əhalisindən və qızılbaşlardan heç kimə zərər verilməməsini əmr etmiş, Heratın idarəsini Mir Qulbaba Kukəltaşa tapşıraraq Məşhədə doğru hərəkət etdi. C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, h. 998-ci (m. 1589/1590) ildə özbəklər Xorasana yenidən yürüş etdilər. Səfəvi şahının Osmanlılarla müharibə aparması, Məşhəddəki Səfəvi əmirləri arasındakı çəkişmələr, qızılbaşların döyüşdəki uğursuzluğu özbəklərin hücumu üçün əlverişli imkan yaratdı. II Abdulla xanın oğlu Əbdülmömin xan, Din Məhəmməd sultan və Herat hakimi Mir Qulbab Kukəltaş bütün Xorasanı ələ keçirmək üçün yürüşə başladılar. Onlar öncə Nişapuru mühasirəyə aldılar. Lakin mühasirə altında olan Nişapur hakimi Mahmud xan Sufi oğlu əsir düşən özbəklərlə onların şəhər xaricindəki mötəbər qohumlarına bir qədər peşkəş yollayıb, onlara bildirdi ki, Nişapur müqəddəs Məşhədin tabeliyindədir. Siz əgər müqəddəs yeri hərb yolu ilə tuta bilsəniz, biz bu vilayəti müharibəsiz sizə verərik. Əbdülmömin xan bu xəbəri eşidərək Nişapurun mühasirəsindən əl çəkərək Məşhədə hərəkət etdi. 1589-cu il aprelin 18-də Məşhədi mühasirəyə alan özbəklərə müqavimət göstərən Ümmət xan Ustaclı yaranmış vəziyyətlə bağlı I Şah Abbasa məlumat verdi. I Şah Abbas sentyabrın 2-də Qəzvindən Məşhədə doğru hərəkət etsə də, Tehranda xəstələndiyi üçün bir müddət Reydə dayanmalı oldu. Bu müddət ərzində Ümmət xan Məşhədi cəsarətlə müdafiə etdi. Lakin 1589-cu il sentyabrın 30-da beş aylıq mühasirə zamanı ərzağın çatışmaması, köməyin gəlməməsindən ümidsiz qalan şəhər müdafiəçiləri təslim oldular. Özbəklər şəhər qalasındakı türkləri qılıncdan keçirdilər. Vali Ümmət xan və yaxın ətrafı müqəddəs İmam Rza türbəsinə sığındı. Lakin Əbdülmömin xan və Yetim Sultan kimi tanınan Din Məhəmməd Sultan türbədəki hər kəsi - seyidləri, din xadimlərini və xalqı bayıra çıxardaraq qılıncdan keçirdi. Mənbələr 2-3 min nəfərin öldürüldüyünü qeyd edir. Hətta Əbdülmömin xanın əsgərləri, uşaqları öldürməkdən belə çəkinmədilər. Türbədəki qiymətli əşyalar tamamilə qarət olundu. Özbəklər Məşhədi üç gün ərzində qarət etdilər. Qızılbaşların arvad-uşaqları Mavərənnəhrə əsir aparıldı. Əbdülmömin xan Məşhədi qarət etdikdən sonra Sərəxs üzərinə yürüş etdi. Lakin şəhərin ciddi müqavimət göstərdiyini görərək Bəlxə doğru hərəkət etdi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Fərhad xanın Nişapuru mühasirəyə aldığından xəbər tutan Əbdülmömin xan ordusu ilə Bəlxdən Məşhədə doğru hərəkət etdi və II Abdulla xanın Mavərənnəhrdən yürüşə başladığı ilə bağlı şayiə yaydı. Buna görə, Fərhad xan Bəstama geri çəkildi və baş verənlərlə bağlı şaha məlumat verdi. I Şah Abbas onun Qəzvinə dönməsini əmr etdi. Səfəvi şahının özbəklərin hücumunu vaxtında dəf edə bilməməsinə səbəb ölkə daxilindəki üsyanlar idi. I Şah Abbasın daxili üsyanlarla məşğul olması Əbdülmömin xanın Nişapur ətrafında olan Bayat tayfasının tanınmış adamlarını öldürərək Əsfərayin qalasını mühasirəyə almasına imkan yaratdı. Qalanın hakimi Əbumüslim xan qalada olan Ustaclı tayfasına məxsus qaziləri toplayaraq müdafiəyə başladı. Əbdülmömin xan bu qalanın alınmasına xüsusi önəm verirdi. Bu məqsədlə bürcləri və möhkəm divarları olan qalanı dağıtmaq üçün toplar gətirmişdi. Dörd ay çəkən mühasirədən sonra qala ələ keçirildi və qızılbaş əhali qılıncdan keçirildi. C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, işlər düşünüldüyü kimi gerçəkləşmədi. Mərvi almağı çox istəyən II Abdulla xan Amudərya çayını keçdi və Mərvi ələ keçirərək hakimiyyəti altına aldı. I Şah Abbasın Xorasana yürüş xəbərini alan II Abdulla xan Mərvlə kifayətlənərək Buxaraya döndü. Lakin Əbdülmömin xan atasından ayrılaraq Xorasana - Nişapura gəldi. O, I Şah Abbasa təhqiramiz məktub yazaraq döyüşə və barışığa hazır olduğunu bildirdi: "Padşahların arasında ya sülh olur, ya da cəng. Biz bunun hər ikisinə hazırıq. Əgər o həzrət sülhə razıdırsa, qoy Xorasanı bizə verib İraq getsin, qədim vaxtlarda İraq və Azərbaycan padşahı Həsən padşah Türkmanla Bəlx və Xorasan padşahı Sultan Hüseyn Mirzə arasındakı sülh qayda-qanununa əməl etsin. Yox, əgər hərb etmək istərsə, tez gəlsin, çünki fəth və qələbə Allah-təalanın istəyi ilədir və ləşkərin azlığı və çoxluğunun buna dəxli yoxdur";. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, I Şah Abbas Bistamdan Cacremə hərəkət etdiyi zaman Əbdülmömin xanın məktubunu almış və ona diplomatik tərzdə cavab yazmışdır. Səfəvi hökmdarı Xorasanın yüz ildən çoxdur ki, Səfəvi sülaləsinin mülkü olduğunu söyləmişdi. I Şah Abbas 1592-ci il 6 sentyabr tarixli məktubunda Tanrının yardımından əmin olduğunu söyləyərək yazırdı: "Biz İlahinin lütfi ilə bu dudmanın yüz illik irsi mülkü olan Xorasanı taqətimiz olduqca qoruyacağıq, ondan əl çəkinməyəcəyik. Cığatay sultanlarından olan Sultan Hüseyn mirzənin və türkman padşahlarından Həsən padşahın sülhnamələrinin bizə və sizə dəxli yoxdur. O ki, qaldı Bəlx valisi Kəskən Qara Sultan Özbək və bizim hümayun babamız mərhum cənnnətməkan şah arasındakı sülh müqaviləsinə, orada yazılmışdı ki, özbəklər Xorasandan əl çəksinlər və oranı bizə versinlər. Elə biz özümüz də sülhə razıyıq, əks təqdirdə cəngə də hazırıq. Biz elə bu arzu və şövq ilə İraqdan bu vilayətə gəlmişik. Harada istəsəniz orada da qarşılaşa bilərik. Qoy qeyb aləminin istəyi həyata keçsin";. I Şah Abbas bu məktubunda Əbdülmömin xana meydan oxuyaraq yazırdı: "Bu savaş ikimiz arasındadır. Başqalarını bu işə qarışdırmayaq. Günahsız insanları boş yerə oldürməyək. Savaş ikimizin arasında olsun. Ordudan ayrılıb bir meydanda qarşı-qarşıya gələk. Kim məğlub olarsa bütün ordusu ilə qalib gələnin tərəfinə qatılsın. Bütün mülk də məğlub edənin olsun". İsgəndər bəy Münşi yazır ki, I Şah Abbas Cacərmə çatan zaman Əbdülmömin xandan başqa bir adam gələrək, başqa bir məktub gətirdi ki, onun başqa məktublarla heç bir oxşarlığı yoxdu, məzmunu ziddiyyətliydi. Məktubun ünvanında yazılmışdır: "Ale-Əli ilə döyüşən kəs öləcəkdir";. C.Aydoğmuşoğlu yazır ki, 1592-ci il sentyabrın 21-də Əbdülmömin xanın Mirzə Xoca Ağa vasitəsilə göndərdiyi bu məktubunda onun Cama tərəf getdiyi və Səfəviləri orada gözlədiklərini xəbər verirdi. Lakin Özbək xanının Camda da dayanmayaraq Bəlxə doğru çəkildiyi məlum oldu. Oradan göndərdiyi təhqiramiz məktubunda o, Səfəvi şahına "Mirzə Abbas" deyə müraciət edərək yazırdı: "Xorasandan gözünü çək və nəzarət altına aldığın ərazilərlə kifayətlənmən lazımdır";. I Şah Abbas İmamqulu bəy Türkman vasitəsilə ona göndərdiyi cavab məktubunda macəra axtarmamasının vacib olduğunu və döyüşdə qalib gələrək ona böyük cəza verəcəyini söylədi. Yürüşə davam edən I Şah Abbas Özbək xanının zülmünə məruz qalan Səbzvara gələn zaman seyyidlər, şəhər əyanları Səfəvi şahının gəlişinə sevinərək şəhər hakimi Koydaş Bahaduru öldürərək başını şaha göndərdilər. Bu hadisə ilə bağlı özbəklər şəhəri tərk etdilər. I Şah Abbas şəhərin idarəsini Qızılbaş sərdarlarından birinə verdi. Daha sonra Nişapur Səfəvilərin nəzarəti altına alındı. İsgəndər Bəy Münşi yazır ki, I Şah Abbas Nişapurun idarəsini Dərviş Məhəmməd Rumluya, Əsfərayini Məhəmməd sultan Bayata və Səbzvarı da Məhəmməd sultana verdi. Mir Fəttahın rəhbərliyi altında 300 nəfərlik İsfahan tüfəngçisini lazımi ərzaqla Nişapur qalasında qoydu. I Şah Abbas Məşhədə doğru hərəkət edərək ordudakı məsələlərlə məşğul olmaq üçün öncə Qəzvinə, sonra da Əcəm İraqına geri döndü. C.Aydoğmuşoğlunun fikrincə, I Şah Abbasın Qəzvinə dönməsinə səbəb yalnız ordudakı məsələlərlə bağlı deyildi. Səfəvi hökmdarı müqəddəs saydığı Məşhədin və İmam Rza türbəsinin özbəklərlə baş verəcək döyüşdə dağıdılmasını istəmirdi. Həmçinin qış yaxınlaşmış, ərzaq və atlar üçün yem çatışmadığını görən I Şah Abbas Məşhədi almaqdan müvəqqəti olsa da imtina etmək məcburiyyətində qalmışdır. İsgəndər bəy Münşi yazır ki, h. 1002-ci (m.1593/1594) ildə II Abdulla xanın himayəsinə sığınaraq Mərvi ona tabe edən Mərvşahcan valisi Nurməhəmməd xan Xarəzm xanı Hacı Məhəmmədlə mübarizədə məğlub olmuş, lakin II Abdulla xandan lazımi kömək ala bilmədiyi üçün I Şah Abbasa sığınmışdır. Səfəvi şahı onu Məhəmməd Bağır mirzə və etimadüd-dövlə tərəfindən qarşıladaraq paytaxt Qəzvindəki Çehelsütün sarayında qəbul etmişdir. Həmin ildə II Abdulla xan Xarəzmə ordu göndərdi. Onun oğlu Əbdülmömin xan isə I Şah Abbasın Gilan məsələsi ilə məşğul olmasından istifadə edərək yenidən Xorasana yürüş etmişdir. O, Mihnə, Əbivərd, Bağbad və Derunu ələ keçirərək Nişapuru mühasiryə almışdır. I Şah Abbas daxili məsələlərlə məşğul olduğu bir dövrdə II Abdulla xanın Xorasana ordu göndərməsinə çox qəzəblənmiş və ona təhdid məktubu göndərmişdi. Məktubda deyilirdi: "Bizim sizin torpaqlarınızda gözümüz yoxdur. Sizin də bizim torpaqlarımızda gözünüz olmasın, Xorasandan geri çəkilin. Əgər Xorasandan əl çəkməsəniz qəzəbimə dücar olacaqsınız. Hazırda İranın qərb bölgələri və İraq məsələsi ilə məşğulam. Ancaq Xorasan bölgəsini unutmamışam. Əsgərinin çoxluğuna güvənmə. Bunu unutma ki, Xorasan bölgəsi Səfəvi şahının torpağının bir parçasıdır. Məlum bir dövrdə öz ordumla oraya gəlib bütün etdiyiniz haqsızlığın hesabını verəcəyəm. Tanrının və mənim cəzamdan qorxun";. Əbülqazi Bahadur xan yazır ki, Hacı Məhəmməd xan I Şah Abbasla görüşü zamanı ona demişdi: "Abdulla xan öldü, oğlu Əbdülmöminə özbəklər son qoyacaqdır. Buna görə biz yurdumuza yaxın olmalıyıq, ailəmizdən Mavərənnəhrdə boş-boşuna dolaşan kişilər çoxdur. Əhali onlardan birini gətirib padşah seçərlər. Sonra bizə artıq padşahlıq gəlməz" .. Buna görə I Şah Abbas Astarabada gələn zaman Hacı Məhəmməd xana ölkəsinə getməyə icazə versə də, onun 20 yaşlı nəvəsi Burunduku yanında saxladı. Bu dövrdə Əbdülmömin xanın əldə etdiyi uğurlar barədə ətrafa məlumat yayılmışdı. Bu xəbərlərdən narahat olan I Şah Abbasın yaxın ətrafı Xorasana hərəkət etməyi münasib bilmədi. Lakin özbəklərin hücumlarına və talanlarına son qoymağa qərarlı olan gənc I Şah Abbas tövsiyələri nəzərə almayaraq yürüşü davam etdirdi. O, öncə Astarabadı ələ keçirdi və buranın idarəsini Fərhad xana tapşırdı. Bu zaman Əbdülmömin xanın təqiblərindən güclə xilas olaraq Səfəvilərin Kirman valisi Gəncalı xana sığınan Yetim Sultanın elçisi Quşbəyi Yusif gəldi;. Əvvəllər etdiyi hərəkətlərə görə üzr istəyən Yetim Sultan Səfəvi şahına göndərdiyi məktubda yazırdı: "Abdulla xan dövlətinin yetişdirdiyi biz dövlətxah qardaşlar, atasından dönmüş Əbdülmömin xandan dönərək onunla əlaqəni kəsdik və o, elə buna görə də ürəyində bizə qarşı kin saxlayıb ədavət izhar etdi. Hal-hazırda səltənətdə müstəqil olan adamlardan intiqam almaqdadır. Buna görə də, mənim məslək aşiyanlı qızılbaş sarayından başqa heç bir pənahım yoxdur. Əgər hümayun məiyyət günəşi Xorasana vüsal kölgəsi salarsa, mən şahın tərəfdarları silsiləsinə girib belimə itaət qayışı bağlayacağam";. Məktubdan göründüyü kimi, Yetim Sultan II Abdulla xan dövründə idarə etdiyi Xorasan şəhərlərini Əbdülmömin xanın qorxusundan tərk etməli olmuşdu. Onun atası Canıbəy Sultan da Əbdülmömin xan tərəfindən zindana atılmışdı. Buna görə də, Yetim Sultanın Səfəvilərə sığınmaqdan başqa yolu qalmamışdı. Özbəkləri itaət altına almağa çalışan I Şah Abbas yaranmış vəziyyətdən istifadə edərək Fərhad xanla Azərbaycan bəylərbəyi Zülfüqar xanı 10 minlik qüvvə ilə ona qarşı göndərdi. Ardınca da özü Cacremə doğru hərəkət etdi;. I Şah Abbas üç gün ərzində Məşhəddə qaldı, İmam Rza türbəsini ziyarət etdikdən sonra azad olunan şəhərlərə hakimlər təyin etdi və əsgərlər göndərdi. Çegəni Budaq xanı Məşhədə hakim təyin etdi. O, Ruhulla bəy Zülqədərlə Əbsülmömin xana məktub göndərdi. Məktubda deyilirdi: "Əbdülmömin xan bir neçə ildir ki, mülklər tutmaqdan ötrü hər il Xorasana tərəf yürüşlər edir. Mənim başım İraqda və sərhəd yerlərində bəzi işlərə qarışdığı üçün o, fürsət tapıb müqəddəs Məşhədi və Xorasanın bəzi mahallarını işğal edib və daha bir neçə yeri əlinə keçirdi. Mənim, onunla qarşılaşmaqdan ötrü, hər dəfə uzaq yol qət edib İraqdan Xorasana gəldiyim vaxt o, müzəffər əsgərlərimin önünə çıxmayır və özünə fərar qərarı verirdi… Bu xanədanın irsi mülkü kimi tanınan Xorasandan əl çəkib birlik, ülfət və üzrxahlıq məqamına gələsiniz ki, biz də didərginlərin geri qayıtmaları və Xorasan diyarındakı biçarələrin asudəliyindən ötrü "uzaq keçmişdə olduğu kimi" hərb və intiqam büsatı qurmayaq, sizinlə məhəbbət, dostluq və ülfət edək, dövlətimizin düz yola düşməsinə çalışaq, malımıza və ləşkərlərimizə köməkçi olaq… Biz Xorasanın viranəyə çevrilməsinə dözməyib… Allah-təalanın köməyi ilə Bəlxə və Buxaraya kimi atımızın cilovunu çəkməyəcəyik". Məktubdan göründüyü kimi I Şah Abbas Əbdülmömin xanda nəinki Xorasandan çıxmasını, həmçinin Bəlx və Buxaranı da təslim etməyi tələb etmişdi. Lakin atasına qarşı qiyam qaldıraraq hakimiyyəti ələ alan Əbdülmömin xan 1598-ci il iyunun 28-də özbək sərkərdələri tərəfindən qətl edildiyi üçün bu məktub cavabsız qaldı. Həmçinin bax Xorasan bəylərbəyliyi Herat bəylərbəyliyi II Abdulla xan Şeybani
https://az.wikipedia.org/w/index.php?curid=430372
Əbdülmüttəlib
Əbdülmüttəlib ibn Haşim (ərəbcə: عبد المطّلب) — Qureyş (Quranda adı çəkilən surələrdən biridir)qəbiləsinin Bəni-Haşim tayfasının rəhbəri idi. Məhəmmədin babası. Vəfatına qədər nəvəsinə ən yaxşı şəkildə baxdıqdan sonra, peyğəmbəri oğlu Əbu Talibə əmanət vermişdir. Əbdülmüttəlibin 10 oğlu və 6 qızı vardır: Haris ibn Əbdülmüttəlib — Zübeyr ibn Əbdülmütəllib — Əbu Talib — şiələrin birinci imamı xəlifə Əlinin atası Abdullah ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin atası Həmzə ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin əmisidir, Məkkəninn fəthi uğrunda döyüşlərin iştirakçısı Əbu Ləhəb — Məhəmməd peyğəmbərin əmisi. Onun fəal rəqiblərindən biri Hakim ibn Əbdülmütəllib — Makvam ibn Əbdülmütəllib — Səfər ibn Əbdülmütəllib — Abbas ibn Əbdülmüttəlib (566–653) — Məhəmməd peyğəmbərin əmisi Səfiyə binti Əbdülmütəllib — peyğəmbər Məhəmmədin bibisi, Zübeyrin anası Xarici keçidlər "Peyğəmbərin (s) babasının adı niyə Əbdülmüttəlib olub?". Milli.Az (az.). 2016-01-21. İstifadə tarixi: 2023-12-19.
https://az.wikipedia.org/w/index.php?curid=331443
Əbdülmüttəllib

https://az.wikipedia.org/w/index.php?curid=822976
Əbdülmütəllib

https://az.wikipedia.org/w/index.php?curid=822975
Əbdülmütəllib ibn Haşim

https://az.wikipedia.org/w/index.php?curid=822910
Əbdülməcid
Əbdül Məcid və ya Əbdülməcid — kişi adı. I Əbdülməcid II Əbdülməcid Əbdül Məcid Təbib Əbdülməcid Təbbun
https://az.wikipedia.org/w/index.php?curid=745262
Əbdülməcid (sultan)
Sultan Əbdülməcid (Osmanlı türkcəsi: عبد المجيد اول — Abdülmecîd-i evvel; 25 aprel 1823, Konstantinopol – 25 iyun 1861[…], Konstantinopol) — 31-ci Osmanlı sultanı və 110-cu İslam xəlifəsi. Səltənəti dövründə Tənzimat fərmanı elan edilmiş, bu səbəblə Osmanlı tarixində Tənzimat padşahı olaraq anılır. Son 4 Osmanlı sultanının (Sultan Murad, Sultan Əbdülhəmid, Sultan Rəşad və Sultan Vahidəddin) atasıdır. İlk illəri və taxta çıxışı 25 aprel 1823-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası II Mahmud, anası isə Bəzmialəm Sultandır. Təhsil və tərbiyəsinə önəm verilmiş, əsl Avropa şahzadələri kimi böyüdülmüşdür. Mükəmməl səviyyədə fransızca öyrəndi. 1836-cı ildə qardaşı Şahzadə Əbdüləzizlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 1 iyul 1839-cu ildə atası Sultan Mahmudun vəfatının ardından 17 yaşında taxta çıxdı. Dövlət idarəsindəki təcrübəsizliyi səbəbilə davam edən siyasi problemlərin həllində çətinlik çəkdi. Bu səbəblə daim ətrafındakı nüfuzlu və təcrübəli dövlət adamlarının məsləhətlərini dinlədi. Əcnəbi səfirliklərə isə Sultan Mahmud səltənətində başlayan yenilik və islahatların davam ediləcəyi barədə fərmanlar göndərildi. Bu əsnada Misir probleminin ikinci mərhələsi Nizip məğlubiyyəti (24 iyun 1839) ilə olduqca çətin hal almış, dövlət adamları arasındakı rəqabət nəticəsində rüşvət və siyasi özbaşınalıq artmışdı. Hətta tarixi mənbələrə görə, Sultan Mahmudun cənazə mərasimi əsnasında Qoca Hüsrəv Paşa sədrəzəm Mehmed Rauf Paşaya, gənc sultanın onu vəzifədən aldığını deyərək zorla sədarət möhrünü almış, beləliklə sədarətə yüksəlmişdir (2 iyul 1839). Misir problemi Hələ Nizip məğlubiyyətindən xəbərsiz olan Sultan Əbdülməcid Misir hakimi Mehmed Əli Paşanı bağışlayaraq məsələni həll etmək niyyətində idi. Bu məqsədlə ordu və donanmaya fərman göndərrəək dərhal döyüşün dayandırılmasını buyurdu. Saray məmurlarından Kösə Akif Əfəndi dərhal Çanaqqala boğazı sahillərində olan Osmanlı donanmasına xəbəri bildirərək oradan Misirə yollandı və Mehmed Əli Paşaya sultanın onu bağışladığını bildirdi. Kaptan-ı dərya Əhməd Fövzi Paşa isə rəqibi olan Hüsrəv Paşanın sədarətə gəlişindən qorxaraq donanmayla birlikdə Misirə qayıtdı və Mehmed Əli Paşaya təslim etdi (3 iyul 1839). Çox keçmədən Nizip məğlubiyyəti barədə xəbərlər İstanbula gəlib çatdı. Osmanlıların həm ordusuz, həm də donanmasız qalmasından istifadə edən Mehmed Əli Paşa sultanla razılığa gəlməkdən imtina etdi. Digər tərəfdən İngiltərə, Fransa, Rusiya, Avstriya və Prusiya nota göndərərək Misir probleminin həllində söz sahibi olduqlarını bildirdilər (27 iyul 1839). Bu notanın qəbul edilməsiylə Osmanlı tarixində yeni bir mərhələ başladı və Osmanlı dövləti bir baxıma Avropa dövlətlərinin nəzarəti altına düşdü. Tənzimat dövrü Bu əsnada London və Parisdə Osmanlı dövlətindəki islahat işləriylə bağlı danışıqlar aparan dövrün xarici işlər naziri Mustafa Rəşid Paşa dərhal İstanbula gəldi. Misir problemində Avropanın dəstəyini almaq məqsədilə onları məmnun edəcək bir reform proqramının qəbul edilməsi barədə gənc sultanı razı saldı. Mustafa Rəşid Paşa bütün əcnəbi dövlət səfirləri və nüfuzlu dövlət adamlarının önündə çıxış edərək, şəxsən hazırladığı və Tənzimat fərmanı adı verilən reform proqramının başladığını bildirdi (3 noyabr 1839). Bu fərmanın elanıyla birlikdə, qlobal hal almış Misir probleminin həlli asanlaşdı. İngiltərənin təklifi ilə 5 böyük dövlət Londonda təşkil edilən konfransda bir araya gəldi. Konfrans əsnasında Misir hakimini dəstəkləyən Fransa kənarda tutularaq, İngiltərə, Rusiya, Avstriya və Prusiya arasında London müqaviləsi imzalandı (15 iyul 1840). Misir hakimliyi vərasət yoluyla Mehmed Əli Paşaya verilərək, işğal edilən torpaqlar və Osmanlı donanması geri alındı. 13 iyul 1841-ci ildə yenə eyni dövlətlər Londonda bir araya gələrək Osmanlı dövlətinin boğazlar üzərindəki hakimiyyətini müəyyənləşdirən Boğazlar sözləşməsini imzaladı. Dövlətin islahat işləriylə məşğul olduğu bu əsnada, İngiltərə və Fransanın Yaxın şərqdə davam edən nüfuz mübarizəsi nəticəsində Suriya və Livan bölgəsində iğtişaşlar başladı (1845). Yeni xarici işlər naziri Şakib Əfəndi hadisələrin yatırılması məqsədilə Beyruta göndərildi. Avropada başlayan 1848 inqilabları əsnasında Avstriyaya qarşı mübarizə aparan macar milliyyətçiləri Osmanlıya sığındı. Avstriya və Rusiyanın müharibə notaları göndərmələrinə baxmayaraq, Sultan Əbdülməcidin mühacirləri təslim etməməsi Avropada Osmanlıların lehinə güclü əks-səda doğurdu. Bu inqilablar Valaxiya-Boğdan bölgəsinə də yayıldı və məsələ ruslarla bağlanan Baltalimanı müqaviləsiylə (1 may 1849) müvəqqəti olaraq həll edildi. Ancaq çox keçmədən meydana çıxan "qeyri-müsəlman əhali problemi" ruslarla olan münasibətləri yenidən pisləşdirdi. Belə ki, Qüds bölgəsində yaşayan katolikləri himayə etmək məqsədilə müraciət edən Fransaya qarşı, Rusiya da pravoslavların haqlarının qorunması üçün haqq iddia etdi. Belə ki, Bab-ı Əliyə göndərilən notayla ruslar bölgədə yaşayan pravoslavlara muxtariyyət hüququnun verilməsi ilə yanaşı, xristianların himayə edilmə hüququnun da özlərinə verilməsini tələb etdilər. Bu təklifinin rədd edilməsinin ardından Valaxiya-Boğdan bölgəsini işğal edən ruslara qarşı müharibə elan edildi (4 oktyabr 1853). Tarixə Krım müharibəsi olaraq düşən və 30 mart 1856 tarixli Paris sülhüylə başa çatan müharibədə Fransa və Pyemont Osmanlıların tərəfini tutdu. Avstriya və Prusiya isə bitərəf olaraq qaldı. Müharibədə ordularıyla birlikdə iştirak edən müttəfiqlər, Sultan Əbdülməciddən Tənzimat fərmanını tamamlayan bir islahat fərmanı almağa müvəffəq oldular. Fransız və ingilis elçiləriylə sədrəzəm və şeyxülislamla birlikdə hazırladığı İslahat fərmanı Paris konqresindən dərhal öncə Sultan Əbdülməcid tərəfindən elan edildi (18 fevral 1856). Osmanlı tabeliyindəki qeyri-müsəlmanlara rusların vəd etdiklərindən daha çox hüquq verən İslahat fərmanı Paris konqresində də təsdiq edildi. Beləliklə, qərb dövlətlərinə ölkəyə müdaxilə hüququ da verilmiş oldu. Sultan Əbdülməcid səltənəti islahat tarixi baxımından olduqca önəm daşıyır. Belə ki, gənc sultan qəbul etdiyi qərarlara sadiq qalaraq fərqli milli ünsürlərə bərabər hüquqluluq prinsipiylə bəzi hüquq və azadlıqlar verdi. Ancaq bununla da ölkədə yaşayan milli azlıqlarda, xüsusilə də qeyri-müsəlman əhalidə olan muxtariyyət və milliyyətçilik duyğuları oyandı. Bununla da Tənzimat fərmanının əsasını təşkil edən vahidlik və birlik qurula bilmədi. Sultan Əbdülməcid bütün islahat işlərini, özündən əvvəlki Osmanlı padşahları kimi şəriət qanunları çərçivəsində həyata keçirirdi. Bu məqsədlə islahatçı və yenilikçi düşüncəli dövlət adamlarını dəstəkləməkdə idi. Digər yandan sultanların sarayda qapalı qalma ənənəsinə zidd olaraq tez-tez əhali arasına çıxır, onların dərdləri ilə maraqlanırdı. Ordu iqamətgahlarını və donanma tərsanələrini ziyarət edir, ölkə daxilində səyahətlərə çıxırdı. 25 iyun 1844-cü ildə İzmit, Mudanya, Bursa, Gəlibolu, Çanaqqala və adaları ziyarət etdi. 29 aprel 1846-cı ildə isə Rumeliyə səyahətə çıxdı. Həmin ilin iyulunda isə Misir hakimi Mehmed Əli Paşanın bir ay davam edən İstanbul səyahətinə ev sahibliyi etdi. 1847-ci ildə böyük oğulları Şahzadə Murad və Şahzadə Əbdülhəmid üçün möhtəşəm sünnət mərasimi keçirmişdir. 1858-ci ildə qızları Münirə Sultan və Cəmilə Sultanı evləndirmişdir. Yenə o günə qədərki Osmanlı sultanları nişan və hədiyyələr təqdim edir, lakin almazlardı. Bu ənənəyə zidd olaraq Osmanlı tarixində ilk dəfə Fransa imperatoru III Napolyonun "Légion d’Honneur" nişanını qəbul etdi. Bu münasibətlə 4 fevral 1856-cı ildə fransız elçisinin tərtiblədiyi şənliyi qatılmışdır. Sultan Əbdülməcid atasının təsis etdiyi baş vəkillik rütbəsini ləğv edərək sədrəzəmliyi yenidən bərpa etdi. Belə ki, 20 illik səltənəti boyunca 22 sədrəzəm dəyişdirdi. Olduqca incə və mülayim xarakterli olan sultan özünə zidd olan nüfzulu sədrəzəmləri vəzifədən alırdı. Bununla yanaşı, ətrafındakı insanların, qadınlarının, qızlarının və kürəkənlərinin təlkinləriylə hərəkət edirdi. Sultanı sədrəzəm dəyişməyə vadar edən digər meyar isə xarici müdaxilələr idi. Belə ki, Tənzimatdan sonra xarici müdaxilələr artmışdı. İngiltərə və Fransa elçiləri sultan üzərindəki nüfuzlarını artırmaq uğrunda mübarizəyə başlamışdı. Digər yandan Osmanlı dövlət adamları da ingilis və fransız olaraq 2 qrupa ayrılmışdı. Əcnəbi elçilərin dövlət məsələlərinə, xüsusilə də sədrəzəm təyinlərinə olan müdaxilələri o qədər artmışdı ki, nəticədə İngiltərə və Fransaya rəsmi şikayət ərizələri göndərildi. Ancaq bütün bunlar heç bir nəticə vermədi. Sultan Əbdülməcid səltənətində şeyxülislamlar vəkil məclislərinə qatılsalar da, siyasi nüfuzları olduqca azalmışdı. Bu səbəblə tez-tez sədrəzəm dəyişikliyi olsa da, bu dövrdə yalnız 4 dəfə şeyxülislam dəyişmişdi. Dövlət bürokratiyasında ən yüksək maaşı şeyxülislamlar alırdı (100 min quruş). Sədrəzəmlərin "sərdar-ı əkrəm" ünvanıyla səfərə qatılma ənənəsi aradan qaldırıldı. Sərdarlıq rütbəsi isə sədrəzəm və şeyxülislamla eyni səviyyəyə gətirildi. Maliyyə sahəsində də önəmli islahatlar aparıldı. İltizam sistemi ləğv edilərək vergilərin toplanması mərkəzi idarəyə həvalə edildi. Ancaq heç bir hazırlıq görülmədən başladılan bu islahatlar uğurlu olmadı. 1848-ci ildən etibarən Osmanlı maliyyəsi davamlı iqtisadi böhranlarla çalxalandı. Krım müharibəsinin səbəb olduğu ağır maliyyə böhranını aradan qaldırmaq məqsədilə ilk dəfə xarici borc alındı (24 avqust 1854). Ardından 1855, 1858 və 1860-cı illərdə yenə xarici borclanmaya gedildi. Buna baxmayaraq alınan borclarla müxtəlif saray və köşklər inşa edilirdi. Dolmabağça sarayı (1853), Beykoz qəsri (1855), Küçüksu qəsri (1857), Kiçik Məcidiyə məscidi (1848), Təşvikiyə məscidi (1854) o dövrə aid məşhur tikililərdir. Bütün bu yeniliklərə baxmayaraq Sultan Əbdülməcidə qarşı da bir saray çevrilişi tərtib edildi. 14 sentyabr 1859-cu ildə baş tutan və Kuleli hadisəsi olaraq bilinən bu çevrilişin baş tutmadan qarşısı alındı. 1840-cı illərdə İrlandiyada başlayan və minlərlər insanın ölümünə səbəb olan qıtlıq dövründə syasız gəmilərlə bölgəyə ərzaq göndərmiş, bu səbəblə irlandiyalılar arasında bu günədək sevilmişdir. Sultan Əbdülməcid də atası kimi tüberküloz xəstəsi idi və 25 iyun 1861-ci ildə İhlamur köşkündə 38 yaşında vəfat etdi. Cənazəsi Yavuz Sultan Səlim türbəsi yaxınlığında dəfn edildi. Məzarı üzərində öz adını daşıyan Sultan Əbdülməcid türbəsi inşa edildmişdir. Hərəmxanası Sərvətsəza Qadınəfəndi Hoşyar xanım (d. 1825 — ö. 1849) — Əslən gürcü olub, Zöhrab bəyin qızıdır. 1839-cu ildə Topqapı sarayında evlənmişdir. Hələ 24 yaşında ikən vərəmdən vəfat etdi. Mevhibə Sultanın anasıdır. Şövqəfza Sultan Tirimüjgan Sultan Verdicanan Qadınəfəndi Gülcamal Qadınəfəndi Zərrin-mələk xanım Düzdidil xanım Nəsrin xanım Şayan Qadınəfəndi Ceylanyar xanım Gülüstü Qadınəfəndi Rəhimə Pərəstu Sultan Nükət-səza Qadınəfəndi Mehtab Qadınəfəndi Nərgiz xanım (d. 1830, Anapa — ö. 26 oktyabr 1858) — Albora bəy Natuhay və Dadusə xanımın qızı olub, 1847-ci ildə Sultan Əbdülməcidlə evləndi. Mehmed Fuad Əfəndinin anasıdır. Vərəmdən vəfat etmiş, Yeni məsciddə dəfn olunmuşdur. Bəzmi Qadınəfəndi Nalandil xanım (d. 1829, Anapa — ö. 23 oktyabr 1863) — Əslən ubix olan Natiq bəyin qızı olub, 1850-ci ildə Sultan Əbdülməcidlə evləndi. Səniha Sultan və Mehmed Əbdüssəməd Əfəndinin anasıdır. Sərfinaz xanım (d. 1837, Abxaziya — ö. 9 iyun 1905) — Əslən abxaz olub, Osman bəyin və Zəliha xanımın qızıdır. 1851-ci ildə Sultan Əbdülməcidlə evləndi. Osman Səfiyəddin, Bədiha Sultan və Səlim Süleyman Əfəndinin anasıdır. Saray intriqaları səbəbilə saraydan qovulmuş və ömrünün sonuna qədər ona təsis edilən Ortaköy sarayında yaşamışdır. Şayəstə Qadınəfəndi Navəkmisal xanım Nevəsər xanım (d. 1841 — ö. 12 sentyabr 1889) — Əslən abxaz olan Misost bəy Eşba və Tulu xanımın qızı olub, əsl adı Əsmadır. 1858-ci ildə Sultan Əbdülməcidlə evləndi. Övladı olmamış, ancaq yetim qalan Mehmed Burhanəddin Əfəndiyə analıq etmişdir. Hüsnücanan xanım (d. 1818 — ö. 1843) — Əslən çərkəz olub, 1835-ci ildə hələ şahzadə olan Əbdülməcidlə evlənmişdir. Övladı olmamışdır. Şəhimə xanım (ö. 1857) — Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilib. Şərəfnaz xanım — Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilib. Safdərun xanım (d. 1845 — ö. 1893) — Əslən çərkəz olub, 1859-cu ildə Sultan Əbdülməcidlə evləndi. Övladı olmamışdır. Ulduz xanım (d. 1832 — ö. 1880) — Əslən çərkəz olub, 1846-cı ildə Sultan Əbdülməcidlə evləndi. Övladı olmamışdır. Oğlan uşaqları II Əbdülhəmid Mehmed Ziyayəddin Əfəndi (d. 10 dekabr 1842 — ö. 7 iyun 1845) — Nəsrin xanımdan dünyaya gəlib. V Mehmed Rəşad Əhməd Əfəndi (d. 5 iyun 1846 — ö. 6 iyun 1846) — Nükət-səza xanımdan dünyaya gəlib. Mehmed Abid Əfəndi (d. 22 aprel 1848 — ö. 7 may 1848) — Tirimüjgan xanımdan dünyaya gəlib. Mehmed Fuad Əfəndi (d. 7 iyul 1848 — ö. 28 sentyabr 1848) — Nərgiz xanımdan dünyaya gəlib. Əhməd Kəmaləddin Əfəndi Mehmed Burhanəddin Əfəndi Mehmed Vamik Əfəndi (d. 19 aprel 1850 — ö. 6 avqust 1850) Mehmed Nizaməddin Əfəndi (d. 24 iyun 1850 — ö. 28 may 1853) — Nəsrin xanımdan dünyaya gəlib. Mehmed Bahəddin Əfəndi (d. 24 iyun 1850 — ö. 9 noyabr 1852) — Nəsrin xanımdan dünyaya gəlib. Mehmed Rüşdü Əfəndi (d. 31 mart 1852 — ö. 5 avqust 1852) — Ceylanyar xanımdan dünyaya gəlib. Əhməd Nurəddin Əfəndi Osman Səfiyəddin Əfəndi (d. 9 iyun 1852 — ö. 2 iyul 1855) — Sərfinaz xanımdan dünyaya gəlib. Məzarı atası Sultan Əbdülməcidin türbəsindədir. Abdullah Əfəndi (d. 3 fevral 1853 — ö. 1862) — Şayəstə xanımdan dünyaya gəlib. Mehmed Əbdüssəməd Əfəndi (d. 20 mart 1853 — ö. 5 may 1855) — Nalandil xanımdan dünyaya gəlib. Məzarı atası Sultan Əbdülməcidin türbəsindədir. Səlim Süleyman Əfəndi VI Mehmed Vahidəddin Qız uşaqları Mevhibə Sultan (d. 31 may 1840 — ö. 9 fevral 1841) — Hoşyar xanımdan dünyaya gəlib. Naimə Sultan (d. 11 oktyabr 1840 — ö. 1 may 1843) — Tirimüjgan xanımdan dünyaya gəlib. Fatma Sultan Behiyə Sultan (d. 22 fevral 1841 — ö. 3 iyun 1847) — Zərrin-mələk xanımdan dünyaya gəlib. Nəyirə Sultan (d. 14 oktyabr 1841 — ö. 19 dekabr 1843) — Düzdidil xanımdan dünyaya gəlib. Rəfiyə Sultan Aliyə Sultan (d. 20 oktyabr 1842 — ö. 10 iyul 1845) — Şevkəfza xanımdan dünyaya gəlib. Xədicə Sultan (d. 1842) — Gülcamal xanımdan dünyaya gəlib. Ölü doğulub. Cəmilə Sultan Münirə Sultan Səmiyə Sultan (d. 23 fevral 1845 — ö. 18 aprel 1845) — Düzdidil xanımdan dünyaya gəlib. Fatma Nazimə Sultan (d. 26 noyabr 1847 — ö. 1 dekabr 1847) — Nükət-səza xanımdan dünyaya gəlib. Sabiha Sultan (d. 15 aprel 1848 — ö. 27 aprel 1849) — Mehtab xanımdan dünyaya gəlib. Behicə Sultan Mukbilə Sultan (d. 22 fevral 1850 — ö. 6 avqust 1850) — Bəzmi xanımdan dünyaya gəlib. Ruqiyə Sultan (d. 1850) — Gülcamal xanımdan dünyaya gəlib. Ölü doğulub. Səniha Sultan Zəkiyə Sultan (d. 24 fevral 1855 — ö. 18 fevral 1856) — Gülüstü xanımdan dünyaya gəlib. Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilib. Fəhimə Sultan (d. 24 fevral 1855 — ö. 10 dekabr 1856) — Gülüstü xanımdan dünyaya gəlib. Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilib. Nailə Sultan Mədiha Sultan Bədiha Sultan (d. 1 oktyabr 1857 — ö. 12 iyul 1858) — Sərfinaz xanımdan dünyaya gəlib.
https://az.wikipedia.org/w/index.php?curid=692173
Əbdülməcid (xəlifə)
II Əbdülməcid və ya Əbdülməcid Əfəndi (Osmanlı türkcəsi: عبد المجيد افندی; türk. Abdülmecid Efendi) (29 may 1868, Beşiktaş – 23 avqust 1944[…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə. Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi. Qanuna əsasən, Osmanlı xanədanının bütün üzvləri birbaşa ölkədən deportasiya edildilər; həmin axşam Əbdülməcid ailəsi və qulluqçuları ilə birlikdə İsveçrəyə sürgün edildi. İsveçrədəki həyat Əbdülməcid üçün çox baha başa gəldi və bunun üçün o, Londona köçməyi qərara aldı, ona artıq Heydərabad nizamı Mir Osman Əli xan Siddiqidən annuitet təyin edilmişdi. Bu zaman keçmiş xəlifə siyasətə marağını itirmişdi və siyasətdən çəkilərək əlavə məşğuliyyətlərini yerinə yetirirdi; rəsm çəkir, musiqi ilə məşğul olurdu. Əbdülməcid 1931-ci ildə qızının toyundan sonra Nitsaya, sonra isə Parisə köçdü və 13 il orada yaşadıqdan sonra 76 yaşında öldü. Dörd sultanın hakimiyyəti dövründə Əbdülməcid 1868-ci il mayın 29-da (bəzi mənbələrə görə 30 may) İstanbulda yerləşən Dolmabaxça sarayında Sultan Əbdüləzizin on üç uşağının yeddincisi və altı oğlunun dördüncüsü olaraq doğulmuşdur. Şahzadənin anası çərkəz Heyranıdil Qadınəfəndi idi. Bütün bacı-qardaşlar arasında Əbdülməcidin anaayrı olmayan bir bacısı var idi ki, o da özündən 2 il əvvəl doğulan Nazimə Sultan idi. Əbdülməcid Avropa təhsili almışdır. 1876-cı ilə qədər Əbdülməcidin atasının hakimiyyətindən narazılıq pik həddə çatmışdı və nəticədə ona qarşı sui-qəsd baş verdi. 1876-cı il mayın 10-da keçmişdə sədrəzəm olmuş və sonra da sədrəzəm seçiləcək olan Mehmed Rüşdü Paşa, hərbi nazir Hüseyn Avni Paşa, şeyxülislam Həsən Xeyrullah Əfəndi və portfelsiz vəzir Midhat Paşanın başçılıq etdiyi inqilabçılar sultanı devirdilər. 12 mayda inqilabçı sui-qəsdçilər tərəfindən məclis çağırıldı və qərara alındı ki, Əbdüləziz daha Osmanlı taxtında oturmağa qadir və layiq deyil. 29 maydan 30 maya keçən gecə, Əbdülməcidin ad günündə atası Dolmabaxça sarayına aparıldı. Keçmiş sultanın ailəsinin əmlakı müsadirə edildi. Sonra Əbdülməcidin atası — keçmiş sultan Əbdüləziz Topqapı sarayına aparıldı, çünki, Şahzadə Murad sultan seçilərək Dolmabaxça sarayına gətirilmişdi, sonra keçmiş sultan V Murad və müşavirlərinin icazəsini alaraq ailəsiylə birgə Feriye sarayına köçdü. 4 iyun 1876-cı ildə Əbdülməcidin atası Feriye sarayında ölü tapıldı; Əbdüləzizin cəsədi bir neçə həkim tərəfindən müayinə olundu və devrilmiş Sultanın intihar etdiyi rəsmi olaraq elan edildi, lakin sonradan, 1881-ci ildə onun sui-qəsdçilər tərəfindən öldürüldüyü sübuta edildi. Atasının ölümündən və əmisi oğlu V Muradın devrilməsindən sonra bir müddət Əbdülməcid ailəsi ilə birlikdə Feriye sarayında qaldı. 1912-ci ilin ortalarında Osmanlı hökumətinin alban üzvü Bəsri bəy Avstriya-Macarıstan səfiri İohan fon Pallaviciniyə albanların Osmanlı şahzadəsinin başçılıq etdiyi müstəqil dövlət qurmaq istədiklərini söylədi, onlar Əbdülməcid Əfəndinin yeni dövlətin başına keçməsini istəyirdilər. Ən uyğun namizəd o idi, çünki bütün şahzadələr arasında ən çox qərbləşən və avropalaşan, qərb tərzində tərbiyəsi və təhsili olan o idi, lakin İtaliya bu fikrə qarşı çıxdı, nə Əbdülməcidi, nə də başqa bir Osmanlı şahzadəsini Albaniyanın başçısı kimi qəbul etməyəcəyini bildirdi. Avstriya-Macarıstan İtaliyanın mövqeyini dəstəklədi. Taxt-tacın varisi XVII əsrin əvvəllərində meydana çıxan varislik prinsipinə görə, Osmanlı taxt-tacını sülalənin kişi cinsindən olan ən yaşlı nümayəndəsi miras alırdı; Əbdülməcidin əmisi oğlu Şahzadə Əbdülhəmid daha yaşlı olduğundan V Muraddan sonra yeni sultan o oldu. O zaman Əbdülməcidin taxt-taca sahib olmaq şansı az idi: o, beş əmisi oğlundan və iki böyük atabir və ana ayrı qardaşından sonra varislik iyerarxiyasında səkkizinci yeri tutmuşdu. 1909-cu ildə II Əbdülhəmid devrildi və onun kiçik qardaşı V Mehmed hakimiyyətə gəldi; o vaxta qədər Əbdülməcid sonradan Sultan olmuş əmisi oğlu Mehmed və rəsmi versiyaya görə 1916-cı ildə intihar edən ögey qardaşı Yusuf İzzəddindən sonra taxt-taca varislik xəttində üçüncü yerdə idi. Beləliklə, o, VI Mehmed dövründə taxta bir addım da yaxınlaşacaqdı.1918-ci il iyulun 4-də VI Mehmed taxt-taca çıxdı, praktiki olaraq heç bir gücə sahib deyildi; ölkəni bu vaxta qədər xalqın dəstəyini itirmiş Ənvər Paşanın başçılıq etdiyi "Gənc türklər" hərəkatı idarə edirdi. Sülalənin taxt hüququna malik ən yaşlı kişi nümayəndəsi olan qırx yaşlı Əbdülməcid vəliəhd elan edildi. 1918-ci ilin yayında imperiyanın hərbi-siyasi vəziyyəti son dərəcə çətin idi; oktyabr ayında hökumət ölkənin Birinci Dünya müharibəsindən çıxmasını təsdiq edən və imperiyanın sonunu yaxınlaşdıran Mudros müqaviləsini imzaladı. 3 noyabrda "Gənc türklər"in çoxu ölkədən qaçdı, 14 noyabrda imperiyanın paytaxtı İstanbul Antanta dövlətləri tərəfindən işğal edildi və Osmanlı dövləti müttəfiqlərin əlində marionet dövlətə çevrildi. Sultanın hərəkətləri xalq tərəfindən tənqid olundu. Atəşkəs dövründə sultanla vəliəhd Əbdülməcid arasında fikir ayrılığı var idi. Əbdülməcid Əfəndi vəliəhd kimi sultanı tənqid edən məktublar yazır, ona xəbərdarlıq edirdi. Bunlardan birincisini 1919-cu il yanvarın 18-də yazmış, Tofiq Paşa Hökumətinin zəifliyindən şikayət etmiş və Səltənət Şurasının çağırılmasını təklif etmişdir. O, 1919-cu il mayın 26-da Səltənət Şurasının iclasında iştirak etdi, lakin oradakı vəziyyət onu qane etmədi. Paris Sülh Konfransında türk millətinin hüququnun qorunması üçün ABŞ Prezidentinə, İngiltərə və İtaliya kralına, Fransa Baş nazirinə teleqramlar göndərdi. Fransanın Xarici İşlər naziri Pişonun "Osmanlı dövlətinin həyati maraqlarına toxunan heç bir şeyə laqeyd yanaşmayacağıq" cavabı mətbuatda öz əksini tapıb. Fransanın bu cavabı İngiltərə tərəfindən "yersiz" olaraq qiymətləndirilib. ABŞ Əbdülməcid Əfəndiyə verdiyi cavabda teleqramın alındığını və Paris Sülh Konfransında Osmanlı nümayəndə heyətinin dinləniləcəyini bildirdi. Əbdülməcid Əfəndi ikinci məktubunu 12 iyun 1919-cu ildə Sultan Vahidəddinə göndərdi. Məktubda Paris Sülh Konfransında Osmanlı imperiyasına təqdim edilən sülh şərtlərinin Türkiyə üçün ölüm hökmü olduğu vurğulanıb və Sultan Vahidəddindən bunun qəbuledilməz olduğunu Antanta dövlətlərinə bildirməsini istəyib. Vəliəhd Əbdülməcid eyni zamanda Anadoluda millətçilərlə hökumət arasındakı mübarizəyə son qoyulması, şahzadələrdən birinin başçılığı ilə Anadoluya bir heyət göndərilərək tərəflərin sakitləşdirilməsi lazım olduğunu da yazıb və Tofiq Paşanın sədrliyi ilə Paris Sülh Konfransına müdrik dövlət xadimlərindən ibarət nümayəndə heyəti göndərməyi təklif edib. Lakin Kürəkən Fərid Paşa Paris Sülh Konfransına gedib müvəffəqiyyətsizliklə qayıtdıqdan sonra vəliəhd Əbdülməcid Əfəndi 16 iyul 1919-cu ildə Sultan Vahidəddinə üçüncü məktubunu yazdı və bu məktub da mətbuata daxil oldu. Yeddi maddədən ibarət olan məktubda sultanın siyasi partiyalar və fikirlər qarşısında tərəfsizliyi, seçkilərin dərhal keçirilməsi, iqtidar sahibləri və dövlət xadimləri ilə birgə çalışaraq bu günün şərtlərinə uyğun bir təklifin hazırlanması, bu təklifin ictimaiyyətə açıqlanması, tərəflər arasındakı düşmənçiliyin bir kənara qoyulması, etibarlı bir hökumətin qurulması, ümumi əfv elan edilməsi, Anadoluda qurulan cəmiyyətlərin tələblərinin araşdırılaraq ağlabatan tələblərinin yerinə yetirilməsi, birlik və həmrəyliyin təmin edilməsi təklif olunurdu. Əbdülməcid əhali arasında artan nifrətin azaldılmasının vacibliyini də vurğulayırdı. Əbdülməcid tez-tez Kürəkən Fərid Paşa hökumətinə müxalif fikirlər səsləndirirdi.Əbdülməcid Əfəndi 29 iyul 1919-cu ildə saraya gedərək bu düşüncələrini birbaşa padşaha ərz etmiş və Kürəkən Fərid hökumətinin buraxılmasını istəmişdir. 8 avqust 1919-cu ildə İngilis Ali Komissarlığının baş tərcüməçisi Rayan Əbdülməcid Əfəndiyə xəbərdarlıq etmək üçün göndərildi. Rayanı qəbul edən vəliəhd ona dedi: Əbdülməcid Əfəndinin Anadoluya keçəcəyi ilə bağlı söz-söhbətlər uzun müddət İngiltərə, Fransa və İtaliya kəşfiyyat orqanlarının hesabatlarına mövzu olmuş, vəliəhdin ofisi nəzarət altında saxlanılmışdır. 27 sentyabr 1920-ci ildə Əbdülməcid Əfəndi xarici kəşfiyyatçılar tərəfindən 38 günlük göz həbsinə məhkum edilmişdir, çünki ingilis hökuməti İstiqlaliyyət müharibəsində taxt vəliəhdinin iştirak etməsini doğru hesab etmirdi. Heç kimin içəri girməsinə və çıxmasına icazə verilmirdi və Əbdülməcid Əfəndi tam nəzarət altında idi. Bu vəziyyət qarşısında Əbdülməcid Əfəndi 1920-ci il sentyabrın 16-da yenidən Sultan Vahidəddinə sərt şəkildə məktub yazaraq ona qarşı tətbiq edilən haqsız və ədalətsiz rəftarın dərhal dayandırılmasını və bundan sonra Kürəkən Fəridə heç bir səlahiyyət verməməsini tələb etdi. Bu məktuba baxmayaraq göz həbsi daha bir ay davam etdi və bu, vəliəhd ilə sultan arasındakı münasibətlərin daha da pisləşməsinə səbəb oldu. 25 – 26 aprel 1921-ci ildə Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi gizli şəkildə İneboludan Ankaraya getmək fikrinə düşdü. Mustafa Kamal Paşa ona teleqram göndərdi. Teleqramda xahiş edirdi ki, Əbdülməcid Ankaraya getməsin. Çünki əgər Əbdülməcid Ankaraya səfər etsəydi, ictimaiyyətdə fövqəladə problemlər yaranar, səltənət mənsubları arasında bəzi yanlış təsəvvürlərə səbəb olardı. Əbdülməcid Əfəndi bu teleqramdan sonra İstanbulda qalmağa məcbur oldu, lakin iki yavərini Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmək üçün cəbhəyə göndərdi. Yavərlərindən biri Kazım Qarabəkir Paşa, digəri isə İsmət Paşa idi. Əbdülməcid Əfəndi Anadoludakı mübarizəyə qatıla bilmədi, ancaq İstanbulda fəxri rəhbəri olduğu Qızıl Aypara Cəmiyyəti vasitəsilə Anadoludakı əsgərlərə, qazilərə, mühacirlərə və qurbanların ailələrinə kömək edirdi. Qurtuluş müharibəsi üçün təşkil edilən şənlik, məclis, mövlud daxil olmaqla bütün tədbirlərə qatılırdı. O, 13 yanvar 1920-ci ildə 150 min nəfərin iştirakı ilə keçirilən Sultanəhməd mitinqini öz avtomobili ilə izləmiş və mitinqdə çıxış etmişdir. Əslində, Əbdülməcid Əfəndinin Qurtuluş savaşını dəstəkləyən mövqeyi TBMM-nin onu xəlifə seçməsinin ən mühüm səbəblərindən biri idi. TBMM 1922-ci il noyabrın 1-də Ankarada İstanbul hökumətini bitirmək üçün Səltənətin və Xilafətin ləğvi barədə qərar qəbul etdi. İclasda həmçinin qərara alındı ki, Osmanlı xilafətinə hakim sülalədən olan, əxlaq baxımından ən layiqli şəxs rəhbərlik etsin, lakin noyabrın 1-də Sultan VI Mehmed xəlifə titulundan məhrum edilməmişdi və noyabrın 3-də cümə namazında belə xəlifə kimi iştirak edirdi. Nəhayət, noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi VI Mehmedi həm sultan, həm də xəlifə titulundan məhrum etdi və ertəsi gün keçmiş sultan ölkəni tərk etdi. 1922-ci il noyabrın 19-da (digər mənbələrdə 18 noyabr) Türkiyə Böyük Millət Məclisi keçirilən seçkinin nəticəsinə əsasən bu titula ən layiqli olduğu bildirilən Əbdülməcidi xəlifə seçdi. Əbdülməcid 24 noyabrda Topqapı yaxınlığındakı Peyğəmbər Cübbəsi məscidində (türkcə "Hırka-i-Şerif" adlanır) xilafətə biət etdi. Mərasimdə bir çox dövlət adamları, o cümlədən Ankaradakı hökumət nümayəndələri — Refət Paşa və Xoca Müfid Əfəndi də iştirak edirdi. Əbdülməcidin xəlifə seçildiyi gün keçirilən yığıncaqda ilk dəfə ərəbcə deyil, türkcə dua oxundu. Həmçinin, Fateh məscidində yeni xəlifə adından ilk dəfə olaraq Müfid Əfəndi türkcə xütbə oxudu. Bundan sonra Əbdülməcid ona göstərilən etimada görə məclisə təşəkkür etdi.Tezliklə Əbdülməcid bəzi çətinliklərlə qarşılaşdı: o, xəlifə — "Allahın elçisinin xələfi" titulundan istifadə etmək istədi, atası Əbdüləziz kimi eyni anda həm sultan, həm də xəlifə olmaq istədi, lakin Mustafa Kamal Paşa ona "möminlərin xəlifəsi" titulunun verilməsində israr etdi ki, bu da sultanlıq və xilafətin ayrılmasını vurğulayacaqdı. Eyni zamanda 1923-cü il dekabrın 21–27-də yığıncaq keçirildi və orada xəlifə Əbdülməcidin səlahiyyətləri təsdiq edildi. Yanvarın 3-də xəlifə Əbdülməcid tərəfindən Mustafa Kamala "xilafətin xilaskarı" adı verildi. 15 yanvar tarixində Türkiyə Böyük Millət Məclisi növbəti iclasında xilafətin saxlanmasının məqsədəuyğunluğu məsələsini müzakirəyə çıxardı. 1923-cü il oktyabrın 29-da Osmanlı dövləti fəaliyyətini dayandırdı və onu Türkiyə Respublikası əvəz etdi, xilafətə ehtiyac aradan qalxdı. Qəzetlər Əbdülməcidin xəlifəlik səlahiyyətlərini könüllü olaraq ləğv etdiyinə dair başlıqlarla dolu idi, amma Əbdülməcid buna cavab olaraq heç bir şey demədi. 5 dekabr 1923-cü ildə Böyük Britaniyanın İslam icmasının qəzeti Əbdülməcidin və bütövlükdə xilafətin müdafiəsi ilə bağlı məqalə dərc etdi. Xilafət tərəfdarları Türkiyənin özündə qaldı. Buna baxmayaraq 3 mart 1924-cü ildə 431 saylı qanun qüvvəyə mindi və beləliklə, həm Xilafət ləğv edildi, həm də Osmanlı sülaləsinin bütün üzvləri birbaşa ölkədən deportasiya edildilər. Həmin axşam Əbdülməcidi, oğlunu, qızını, həyat yoldaşlarını, müəllimi Saleh Kəramət Nigarı (şairə Nigar xanımın oğlu), şəxsi katibi Hüseyn Nəqibi və həkim Səlahəddin bəyi avtomobilə mindirərək Çatalcaya qədər apardılar. Onlar sonra qatara mindirildilər. Keçmiş xəlifənin ailəsinə Çatalca rayonunun icra başçısı tərəfindən içində 2000 funt-sterlinq olan bir zərf verilmişdi, həmçinin, onların İsveçrə vizası alması və Alp dağlarındakı otellərdən birində istirahət etməsi də hökumət tərəfindən təmin edilmişdi. Sürgünlük həyatı və ölümü Avropaya hər zaman hərarətlə yanaşan Əbdülməcid otelə daxil olduqdan sonra Xilafətin tarixini ondan öyrənmək həvəsində olan çoxsaylı jurnalistlər onun olduğu yerə axın etməyə başladılar. Eyni zamanda keçmiş xəlifəyə müsəlman dünyasından çoxsaylı teleqramlar gəlmiş, bu teleqramlarda ona rəğbət ifadə edilmiş və Türkiyədən ən son xəbərlər çatdırılmışdır. Əbdülməcid bütün teleqramlara cavab verməyə çalışmış və hətta 1924-cü il martın 11-də TBMM-nin qərarını əsassız və rüşvətə əsaslanan bir qərar hesab edərək tanımadığı ilə bağlı rəsmi açıqlama vermişdir; həmçinin bütün İslam dünyasının onu dəstəklədiyini və ondan yardım gözlədiyini bildirmişdir. Bu bəyanat Əbdülməcidin yerli hökumət rəsmisi tərəfindən ziyarət edildiyindən və Türkiyə hökumətinin bəyanatını keçmiş xəlifəyə çatdırdığından bir neçə gün sonra yayımlandı, İsveçrə elçisi də Əbdülməciddən öz ifadələrində ona sığındığı ölkəni qeyd etməməyi xahiş etdi. Əbdülməcidin və ailəsinin İsveçrədəki xərcləri çox böyük idi və o, Saleh Kəraməti Parisə köçürmək üçün göndərdi, lakin Saleh yalnız Londona köçməyi təşkil edə bildi. Londonda Heydərabad nizamı Mir Osman Əli xan Siddiqi məhsuldar bir ittifaq ümidi ilə vəkili vasitəsilə Əbdülməcidə ayda 300 funt-sterlinq maaş təyin etdi. 1924-cü ilin oktyabrında Əbdülməcid ailəsi ilə birlikdə Fransaya getməyə müvəffəq olur və orada — Nitsada məskunlaşır. Burada Əbdülməcid Dürrüşəhvar Sultanın Heydərabad nizamının oğlu Azəm Caha verilməsiylə və Nilufər Sultanın Müəzzəm Cahla evlənməsiylə razılaşır. Qızının 1931-ci il noyabrın 12-də kəsilən kəbini Əbdülməcidin maddi vəziyyətini yaxşılaşdırmağa imkan vermişdi. Bu zaman ərzində keçmiş xəlifə siyasətdən çəkilmiş, ibadət, rəsm və musiqi ilə məşğul olmuşdu. Əbdülməcid 19 iyun 1939-cu ildə sağlamlıq problemlərinə görə Nitsadan Parisə köçdü. Parisdə kitabxana, muzey və konsertlərdə olmuş, hər cümə günü "Pleys Monqe"də yerləşən Paris məscidini ziyarət edərək müsəlmanlarla əlaqədə olmuşdur. Əbdülməcid 23 avqust 1944-cü ildə Nasist Almaniyası Parisi tərk etdiyi zaman həmin şəhərdə ürək tutmasından vəfat etmişdir. Əbdülməcid qalan qohumları ilə birlikdə İstanbulda dəfn edilməsini istəsə də, Saleh Kəramət Türkiyə rəsmiləri ilə danışıqlar apara bilmədi. Dürrüşəhvar Sultan şəxsən respublika Prezidenti İsmət İnönü ilə görüşsə də, atasının cənazəsinin daşınması və vətənində dəfn edilməsi məsələsində razılığa gələ bilmədi. Əvvəlcə Paris məscidində dəfn edilən Əbdülməcid Əfəndinin cənazəsi 30 mart 1954-cü ildə Mədinəyə köçürüldü. Məşğuliyyətləri Əbdülməcid böyük rəsm həvəskarı idi. O, Osmanlı Rəssamlar Cəmiyyətinin sədri idi. Dövrünün tanınmış rəssamlarından, xüsusilə də Osman Hamdi Bəydən rəsm dərsi almışdır. Fateh Sultan Mehmedin portreti ilə tanınan rəssam Fausto Zonaro ilə dost olaraq rəssamlıq fəaliyyətində onun yolunu izləmişdir. Əbdülməcid Əfəndi Osmanlı səltənətinin son dövrünün ən mühüm sənətçilərindən biri hesab olunur. Onun çəkdiyi rəsmlərin əksəriyyəti İstanbuldakı şəxsi qalereyalarda saxlanılır. Əbdülməcidin "Hərəmdə Bethoven", "Hərəmdə Göte", "Avtoportret" və "Sultan I Səlim" adlı rəsmləri 1918-ci ildə Vyanada Osmanlı rəsmləri sərgisində nümayiş edilmişdir. 1900-cü ilin əvvəllərində onun rəsmləri artıq Parisdə nümayiş etdirilmişdi. Xəlifənin digər əsərləri arasında "Saray xanımları", "Xəlil Ədhəm" və digər portretlər də var idi. Xəlifə Əbdülməcid Əfəndinin əsas məşğuliyyətlərindən biri də musiqi idi. O, musiqi dərsləri aldıqdan sonra macar pianist Geza de Hegey və skripka virtuozu Karl Berger ilə işbirliyi etmişdi. İşbirliyinin sonunda Hegeyə Ferens Listə çəkdiyi portreti, Bergerə isə özünün bəstələdiyi "Elegiya" mahnısını hədiyyə etdi.Xəlifənin son əsərlərindən biri də siyasi çalarlı rəsm idi: rəsmdə tarix müəllimi təsvir olunur, onun qarşısındakı stolun üstündə Rumeli (müasir Balkanlar) xəritəsi vardı; müəllim üzünü əlləri ilə örtür, bu ərazilərin itirilməsinə görə kədər və ya utanc ifadə edirdi. Qırmızı saçlı qız kostyumlu oğlanın göstərdiyi xəritəyə baxır, sanki Rumelinin qaytarılmasına çağırırdı. Çərçivənin altına Əbdülməcid cəsarətlə imza əlavə etmiş və sitatını yazmışdı: "Sənə pislik edənləri unut, amma Vətənini təhqir edənləri bağışlama". Həyat yoldaşları: Şahsüvar Başqadınəfəndi Hayrunnisə Qadınəfəndi Məhisti Qadınəfəndi Bəhruzə Qadınəfəndi (24 may 1903, İzmit — 1955, İstanbul) — 21 mart 1921-ci il tarixində evlənmişdir. Şahzadə Ömər Fərrux Əfəndi Dürrüşəhvar Sultan Həmçinin bax Osmanlı xanədanı Quyruqçu, Leyla. "Rəssam Əbdülməcid Əfəndi" — 1996. Şərifoğlu, Ömər Faruq. "Xanədandan Bir Rəssam: Əbdülməcid Əfəndi" — 2004. Nigar, Saleh Kəramət. "Xəlifə II Əbdülməcid" — 1964. Satan, Əli. "Son Xəlifə Əbdülməcid Əfəndi" — 2016. Turani, Adnan. "Qərb anlayışına dönük türk rəsm sənəti" — Ankara, 1977. İnan, Afət. "Türkiyə Cümhuriyyəti və Türk İnqilabı" — Ankara, 1977. Qoloğlu, Mahmud. "Xəlifəlik nə idi? Necə və niyə ləğv edildi?" — Ankara, 1973. Misiroğlu, Qədir. "Qurtuluş Savaşında sarıqlı mücahidlər" — İstanbul, 1972. Ardakoç, Kamran M. "Xilafət Məsələsi" — İstanbul, 1955. Cəbəsoy, Əli Fuad. "Moskva Xatirələri" — İstanbul, 1957. Osmanoğlu, Şadiyə. "Həyatımın acı və şirin günləri" — İstanbul, 1966. Bozarslan, Mehmet Emin. "Xilafət və Ümmətçilik problemi" — İstanbul, 1969. Yaşke, G. "Yeni Türkiyədə İslam" — Ankara, 1972. Xarici keçidlər İstanbulda satılan sonuncu Osmanlı xəlifəsinin tablosu. Lenta.ru (7 oktyabr 2013). Giriş tarixi: 5 aprel 2018-ci il.
https://az.wikipedia.org/w/index.php?curid=691376
Əbdülməcid Axundov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib. Hospitalda şəhid olan digər hərbi qulluqçu – gizir Rahim Tağıyev isə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Təsnifləndirmə Həmçinin bax Sentyabr döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=451409
Əbdülməcid Mirzə Firuz
Əbdülməcid mirzə Əbdülhəmid mirzə oğlu Firuz (1892, Kirman – 1959, Tehran) — şahzadə, İran ordusunun generalı. Əbdülməcid mirzə Firuz 1959-cu ildə vəfat edib. Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=375853
Əbdülməcid Mirzə Qovanlı-Qacar
Əbdülməcid mirzə Sultan Əhməd mirzə oğlu Qovanlı-Qacar (1845-1927) — Qacar şahzadəsi, baş nazir, Cənubi Azərbaycanın valisi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=79182
Əbdülməcid Məsud oğlu
Əbdülməcid Məsud oğlu və ya Əbdülməcid ibn Məsud (az-əbcəd. ابدولمجید ابن مسعود) — XIII əsr Azərbaycan memarı. Ehtimala görə, Bakıdakı Qız qalasının üzərindəki kitabədə adı çəkilən memarın oğludur. Əsərlərindən yalnız Mərdəkandakı Dairəvi qala (1232–1233) dövrümüzədək saxlanılır. Qalanın daxili bürcünün üzərindəki kitabədə onun adı həkk edilmişdir. Şirvanşahların Bakı limanındakı "Bayıl qəsri"nin (1235) memarlarından biri olması da ehtimal edilir.
https://az.wikipedia.org/w/index.php?curid=786212
Əbdülməcid Təbbun
Əbdülməcid Təbbun (ərəb. عبد المجيد تبون; 17 noyabr 1945, Meçeriya[d], Naama vilayəti[d]) — əlcəzairli siyasətçi, 2019-cu ilin dekabrından etibarən Əlcəzair Prezidenti və Müdafiə Naziri.Keçmiş Prezident Əbdüləziz Buteflikadan və keçmiş Dövlət Başçısı vəzifəsini icra edən Əbdülqadir bin Salahdan icra vəzifəsini aldı. Daha əvvəl 2017-ci ilin mayından 2017-ci ilin avqustuna qədər Əlcəzairin Baş naziri olub. Bundan əlavə, 2001–2002-ci illərdə bir il, 2012-ci ildən 2017-ci ilədək 5 il müddətində yenidən Mənzil Naziri seçilib. Təbbun 17 noyabr 1945-ci ildə Əlcəzairin Meçeriya şəhərində anadan olmuşdur. 1965-ci ildə Milli İdarəetmə Məktəbini bitirib. Siyasi fəaliyyəti Təbbun 1991–1992-ci illərdə Şadli Bencədidin prezidentliyinin son aylarında Yerli İdarəetmə Nazirinin nümayəndəsi idi. Daha sonra Prezident Əbdüləziz Buteflikanın dövründə hökumətdə 1999–2000-ci illər arasında Rabitə və Mədəniyyət Naziri, daha sonra 2000–2001-ci illər arasında Yerli İdarəetmə Nazirinin Nümayəndəsi vəzifələrində çalışdı. 2001–2002-ci illərdə Mənzil və Şəhərsalma Naziri oldu. On il sonra, 2012-ci ildə Baş nazir Əbdülmalik Sallal hökumətindəki Mənzil Naziri vəzifəsinə qayıtdı. Panama sənədlərində də iştirak etdi.2017-ci ilin may ayında keçirilən parlament seçkilərindən sonra Prezident Buteflika Təbbunu 24 may 2017-ci ildə Sallahdan sonra Baş nazir vəzifəsinə gətirdi. Təbbunun təyinatı Sallahın yenidən təyin olunmasını gözləyən Əlcəzair siyasi elitaları tərəfindən gözlənilməz hesab edildi. Mayın 25-də Təbbunun başçılığı ilə yeni hökumət təyin edildi. Təbbun üç aydan az müddətdə Baş nazir vəzifəsini icra etdi. Buteflika onu işdən çıxartdı və 15 avqust 2017-ci il tarixində Əhməd Uyahianın yerinə təyin etdi, ertəsi gün Uyahia vəzifəsinə başladı. 12 dekabr 2019-cu ildə Təbbun hər iki əsas partiyanın namizədlərinə qarşı səslərin 58%-i toplayaraq 2019-cu ildə Əlcəzairda keçirilmiş prezident seçkilərindən sonra prezident seçildi. 19 dekabrda vəzifəsinə başladı və prezident səlahiyyətlərini icra edən Əbdülqadir bin Salahı "Milli Ləyaqət Ordeni" ilə təltif etdi. Prezident fəaliyyəti Hirak hərəkatının ilk ildönümü ərəfəsində Prezident Əbdülməcid Təbbun Əlcəzairdə milli mediaya verdiyi açıqlamada Əlcəzairdə fevralın 22-də "Demokratiya Uğrunda Xalqla Orduları arasında Milli Qardaşlıq və Birlik Günü" elan ediləcəyini elan etdi. Eyni açıqlamada Təbbun Hirak hərəkatının lehinə danışaraq "mübarək Hirakın ölkəni tamamilə çöküşdən qurtardığını" və "bütün tələbləri yerinə yetirmək üçün şəxsi öhdəlik götürdüyünü" bildirdi. 21 və 22 fevral 2020-ci il tarixlərində Hirak hərəkatının ildönümünü və milli bayramını qeyd etmək üçün nümayişçilər kütləsi toplandı. COVID-19 pandemiyasına qarşı mübarizə üçün Təbbun 17 mart 2020-ci il tarixində "niyyətlərindən asılı olmayaraq yürüş və mitinqlərin" qadağan olacağını elan etdi. Etirazçılar və jurnalistlər bu cür yürüşlərdə iştirak etdiklərinə görə həbs edildikdən sonra Təbbun "əlcəzairliləri susdurmaq" cəhdində günahlandırıldı. 28 dekabr 2019-cu ildə yeni vəzifəyə başlayan Prezident Təbbun "yeni respublikanın təməllərini" müzakirə etdiyi Əlcəzairin keçmiş dövlət başçısı Əhməd Benbitur ilə görüşdü. 8 yanvar 2020-ci il tarixində Təbbun əvvəlki konstitusiyanı nəzərdən keçirmək və lazımi düzəlişləri etməkdən məsul 17 nəfərlik "ekspertlər heyəti" yaratdı. Elə həmin gün Larabaha göndərdiyi məktubda Təbbun komissiyanın müzakirəsinə diqqət yetirməli olduğu yeddi göstərişi qeyd etdi. Bu sahələrə vətəndaşların hüquqlarının gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə, Əlcəzair hökumətində güc nisbətinin gücləndirilməsi, parlamentin nəzarət səlahiyyətlərinin gücləndirilməsi, məhkəmə müstəqilliyinin təşviqi, vətəndaşların qanun qarşısında bərabərliyinin təşviqi və seçkilərin konstitusiyalaşdırılması daxil idi. Təbbun 2020-ci ilin yanvarında Baş nazir Qeradanı hər cür irqçiliyə, regionalizmə, siyasi fikrə, dinə və irqə əsaslanan nifrət nitqinə qarşı qanun layihəsi hazırlamağı da tapşırdı. Yenidən işlənmiş konstitusiyanın ilkin layihəsi 7 nay 2020-ci ildə ictimaiyyətə təqdim edildi, lakin Laraba Komissiyası 20 iyuna qədər ictimaiyyətdən əlavə təkliflərə açıq idi. 3 iyuna qədər komissiyaya təxminən 1.200 əlavə ictimai təklif daxil oldu. Bütün düzəlişlər Laraba Komissiyasında nəzərdən keçirildikdən sonra layihə Əlcəzair Nazirlər Kabinetinə təqdim edildi. 4 iyul 2020-ci il tarixində Təbbun referendumun sentyabr və ya oktyabr aylarında keçiriləcəyini açıqladı. 24 avqust 2020-ci ildə referendum 1 noyabr, Əlczayir İstiqlal Müharibəsinin başlamasının ildönümünə təyin edilmişdi. Yenidən işlənmiş konstitusiya 6 sentyabrda Nazirlər Kabineti, 10 sentyabrda Xalq Məclisi və 12 sentyabrda Millət Şurası tərəfindən qəbul edildi, lakin icrası hazırda 1 noyabr referendumunun nəticələrinə tabedir. 2020-ci ilin oktyabrında Təbbuna COVID-19 diaqnozu qoyuldu və müalicə üçün Almaniyaya getdi. Bu vaxt Baş nazir Əbdüləziz Cərad vəzifəsinə başladı. 29 dekabr 2020-ci il tarixində Təbbun vəzifəsini davam etdirməyə başladı. Konstitusiya dəyişiklikləri 1 noyabr 2020-ci il tarixli referendumda təsdiq edildi və seçicilərin 66,68%-i dəyişikliklərin lehinə səs verdi. 10 yanvar 2021-ci ildə Təbbun COVID-19 infeksiyasının səbəb olduğu ayaq ağırlaşmalarını müalicə etmək üçün yenidən Almaniyaya uçdu. 12 fevral 2021-ci ildə Əlcəzairə qayıtdı. 16 fevral 2021-ci ildə Əbdülməcid Təbbun hökumətinə qarşı kütləvi etirazlar, ümummilli mitinqlər və dinc nümayişlər dalğası başladı. 18 fevral 2021-ci ildə Təbbun kabinetdə dəyişiklik edəcəyini elan etdi. 2021-ci ilin iyulunda Təbbun Baş nazir Aymən ibn Əbdülrəhman ilə yeni hökumət qurdu.8 dekabr 2021-ci il tarixində Fransanın Xarici İşlər Naziri Jan-İv Le Drian və Əbdülməcid Təbbun arasında görüş keçirilib. Onlar ikitərəfli münasibətləri və Liviya və Malidə sülhü müzakirə ediblər. "Milli Ləyaqət" ordeni Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=697453
Əbdülməcid Təbib
Əbdül Məcid Təbib (XIII əsr) — Azərbaycanın XIII əsr görkəmli həkimlərindən biridir. O,Marağada yaşamış və Şərqin böyük astronom və riyaziyyatçısı Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır. Əsər və araşdırmaları Əbdül Məcid Şərqdə geniş yayılmış "Kitabüt-tibb" adlı kitabın müəllifidir. Adına, materialların yerləşməsinə və bəzi şərhlərinə görə,bu əsəri Mahmud ibn İlyasın "Elmi təbabət kitabı"na da bənzətmək olar. Lakin bu yalnız ilk baxışdan belə görsənir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm də xüsusən əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər vardır. Buna baxmayaraq, aydın görünür ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmudun kitabının təsiri altında olmuşdur, bəlkə də hətta onlar tanış idilər. "Kitabüt-tibb" 1275–1280-ci illərdə, Mahmudun ölümündən bir qədər əvvəl yazılmış və 1307-ci ildə işıq üzü görmüşdür. Buna görə də onların görüşdüklərini ehtimal etmək mümkündür. Əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur və 49 hissədən ibarətdir. Kitab diaqnostika və müalicəyə dair az qala bütün məsələləri əhatə edir. Müalicəsindən bəhs edilən xəstəliklər içində astma, göz xəstəlikləri, zəhərlənmə və s. vardır. Orta əsrlərdə tibbə dair əsər yazmış müəlliflərin hamısından fərqli olaraq, Əbdül Məcid mamaçalıq sənətinə də toxunmuşdur. O hamiləlik məsələsinə ayrıca fəsil ayırıb. Kitabda psixiatriyaya dair məsələlərə xüsusi diqqət yetirilib. Təbib "dəlilik", "qarabasmalar" ("kabusi"), baş ağrısı, müxtəlif növlü qorxmalar, yayğınlıq və s. haqda bəhs edir. İ. K. Əfəndiyevin yazdığı kimi, Əbdül Məcid belə hesab edir ki, insanın psixi fəaliyyətinin mərkəzi baş beyindir. İnsanı ətraf aləmlə qovuşduran vəsilə isə hissiyyat üzvləridir. Bunların vasitəsilə təəssüratlar yaranır. Təəssüratlar mənfi və müsbət ola bilir. Birincilər nikbinlik, sevinc, ikincilər isə sıxıntı doğurur. həkimin vəzifəsi də bundan ibarətdir ki, insanı mənfi təəssüratlardən çəkindirsin, çünki bunlar üst-üstə yığılanda ruhi əzab (sıxıntı) yaradır. Mütəmmadi mənfi təəssüratların ağırlığı altda ruhi cəhətdən sıxıntı keçirən insan son nəticədə "dəli" ola bilər. Əbdül Məcidin "qızğın dəli"lər barədə fikirləri də orijinaldır. O belə hesab edir ki, mənfi təəssüratlar insana iki cür təsir edir: bir növü tam ruhi sıxıntı (depressiya) yaradır, ikinci növü isə qızğınlıq doğurur. Qızğınlıq o zaman baş verir ki, hissiyyat üzvləri tərəfindən verilən mənfi təəssüratlar "başda" təhrif olunur, "qarışdırılır" və insan onların öhdəsindən gəlmək qüdrətində olmur, "ağıl başdan çıxır və insan özünü ələ ala bilmir." Bu geniş sitatdan da göründüyü kimi, Əbdül Məcid hələ müasir həkimlərdən çox-çox qabaq mənfi stresslərin insan psixikasına ağır təsir göstərdiyini anlamışdır. Əbdül Məcidin başqa orijinal fikirləri də çoxdur və onun əsərləri hələ də öz tədqiqatçılarını gözləyir. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=72298
Əbdülməcid ibn Məsud
Əbdülməcid Məsud oğlu və ya Əbdülməcid ibn Məsud (az-əbcəd. ابدولمجید ابن مسعود) — XIII əsr Azərbaycan memarı. Ehtimala görə, Bakıdakı Qız qalasının üzərindəki kitabədə adı çəkilən memarın oğludur. Əsərlərindən yalnız Mərdəkandakı Dairəvi qala (1232–1233) dövrümüzədək saxlanılır. Qalanın daxili bürcünün üzərindəki kitabədə onun adı həkk edilmişdir. Şirvanşahların Bakı limanındakı "Bayıl qəsri"nin (1235) memarlarından biri olması da ehtimal edilir.
https://az.wikipedia.org/w/index.php?curid=786214
Əbdülməcid mirzə Firuz
Əbdülməcid mirzə Əbdülhəmid mirzə oğlu Firuz (1892, Kirman – 1959, Tehran) — şahzadə, İran ordusunun generalı. Əbdülməcid mirzə Firuz 1959-cu ildə vəfat edib. Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=745260
Əbdülməcid mirzə Qovanlı-Qacar
Əbdülməcid mirzə Sultan Əhməd mirzə oğlu Qovanlı-Qacar (1845-1927) — Qacar şahzadəsi, baş nazir, Cənubi Azərbaycanın valisi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=745261
Əbdülməcid Çermiyev
Çermoyev Əbdülməcid (Tapa) Orutseviç (3 (15) mart 1882, Qroznı, Çeçenistan, Terek vilayəti, Rusiya imperiyası – 28 avqust 1937, Lozanna) – dağlı azadlıq hərəkatı liderlərindən biri, çeçen siyasi və dövlət xadimi, neft sənayeçisi. Vladiqafqaz realnı məktəbini və Nikolay süvari məktəbini bitirmiş (1901), II Nikolayın şəxsi mühafizə dəstəsində xidmət etmişdir (1901–06). 1908-ci ildə Qroznı şəhərinə köçmüşdür. 1913 ildə "Aldanneft" şirkətini təsis etmiş və Çeçenistanın ən varlı neft sahibkarı olmuşdur. 1912 ildə 4-cü Dövlət dumasına seçilmiş və burada Şimali Qafqaz dağlılarının mənafelərinin müdafiəçisi kimi məşhurlaşmışdır. Çermoyev xeyriyyəçi kimi də tanınırdı. "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi "Müsəlman gecələri" tədbirlərində iştirak etmişdir. Birinci dünya müharibəsi (1914–18) dövründə Qafqaz yerli süvari diviziyasının zabiti olmuş, "Vəhşi diviziya"nın tərkibində döyüşən çeçen süvari alayını təşkil etmişdir. Fevral inqilabından (1917) sonra Şimali Qafqaz dağlı azadlıq hərəkatının liberal-demokrat qolunun liderinə çevrilmişdir. Şimali Qafqaz dağlılarının siyasi həmrəyliyi və istiqlaliyyətinin qızğın tərəfdarı olmuşdur. Balkar azadlıq hərəkatının rəhbəri Bəsyət Şaxanovla birlikdə Şimali Qafqaz Dağlı Xalqları İttifaqının yaradılmasının əsas təşəbbüsçülərindəndir. Çermoyev Şimali Qafqaz Dağlıları Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi. Şimali Qafqaz və Dağıstanın dağlı xalqlarının 1-ci qurultayında (1917, may) Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Mərkəzi Komitəsinin sədri seçilmiş, dağlı xalqlarının 2-ci qurultayının (1917, sentyabr) sədri olmuşdur. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra dağlıların kazaklarla birlikdə Terek-Dağıstan hökumətinin yaradılmasına etiraz olaraq, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Mərkəzi Komitəsinin sədrliyindən istefa vermişdir. 1918 ildə Vladiqafqazın və Terek vilayətinin Sovet hökumətinin nəzarətinə keçməsindən sonra Temirxan-Şuraya gəlmiş və burada Şimali Qafqazın Cənubi Qafqaz İttifaqına qoşulması istiqamətində siyasi fəaliyyət göstərmişdir. Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Mərkəzi Komitəsi istiqlaliyyətini elan etdikdən sonra Çermoyev yeni dağlı hökumətinin tanınması üçün xarici ölkələrə müraciət etmişdir. 1918 ilin martında Tiflisdə Zaqafqaziya seyminin Müsəlman fraksiyası ilə Şimali Qafqaz dağlılarının nümayəndə heyəti birgə iclas keçirmişdi. Əldə olunmuş razılığa əsasən, ikitərəfli münasibətlərin tənzimlənməsi üçün Azərbaycan və Şimali Qafqaz nümayəndələrinin xüsusi komissiyası yaradılmışdı. Komissiyaya Azərbaycan tərəfindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, dağlılar tərəfindən Heydər Bammat, Çermoyev və M.-Q.Dibirov daxil olmuşdular. 1918 il mayın 11-də Qafqaz dağlı xalqlarının İstiqlal bəyannaməsini Çermoyev və H.Bammat imzalamış, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının yarandığını bəyan etmişdilər. Mayın 24-də Gəncədə Çermoyevin sədrliyi ilə Şimali Qafqaz Respublikasının yeni hökuməti təşkil olunmuşdur. Hökumətin sədri Çermoyev Şimali Qafqazın bolşeviklərdən azad edilməsi üçün birgə hərbi tədbirlərə hazırlaşmağa başladı. Çermoyevin təkidli xahişlərindən sonra Osmanlı hərbi dəstəsi Dağıstana göndərildi. Oktyabrın 9-da Dərbənd azad edildi. Oktyabrın 13-də Dərbənddə Çermoyev tərəfindən hökumətin vətəndə fəaliyyətə başlaması haqqında rəsmi məlumat elan olundu. 1918 il oktyabrın 17-də Çermoyev Biçeraxova ultimatum göndərib, oktyabrın 20-dək bütün Dağıstan ərazilərini boşaltmağı tələb etdi. Rədd cavabı aldıqdan sonra osmanlı və dağıstanlılardan ibarət milli diviziyalar Petrovsk-Port uğrunda döyüşə başladılar. Oktyabrın 23-də Temirxan-Şura, noyabrın 7-də isə Petrovsk-Port azad edildi. Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının 11 may tarixli istiqlalı bir daha təsdiq olundu (bax Qafqaz İslam Ordusunun Dağıstan hərəkatı). Osmanlı ordusu tərəfindən Dağıstanın biçeraxovçulardan və bolşeviklərdən təmizlənməsindən sonra Çermoyev rəhbərlik etdiyi hökumətlə birgə Temirxan-Şuraya gəlmiş və dövlət quruculuğu işlərinə başlamışdı.Çermoyev və Yusif İzzət paşanın ingilis nümayəndələri ilə görüşündə Dağlılar hökuməti hərbi əməliyyatları dayandırmağa razılıq vermişdi. Çermoyev Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışında iştirak etmişdir. Onun yardım üçün dəfələrlə Azərbaycana müraciətləri təmin edilmişdir. 1918 il dekabrın 10-da Bakıda Şimali Qafqaz hökuməti ilə kazaklar və rusdilli əhalinin müxtəlif qruplarının təmsilçiləri arasında müqavilə imzalandı. Razılaşmaya əsasən yeni koalisiya hökumətinin təşkili nəzərdə tutulduğundan 1918 il dekabrın 15-də Çermoyevin nazirlər kabinəsi istefa verdi. Çermoyev Avropa ölkələri ilə danışıqlara göndərilən yeni nümayəndə heyətinin sədri təyin olundu. Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələrinin Antanta döv-lətlərinin A.Kolçak hökumətini tanımasına etiraz bəyannaməsini Şimali Qafqaz nümayəndələri adından Çermoyev imzalamışdı. 1919 ilin mayında Dağıstanın denikinçilər tərəfindən işğalından sonra yaranmış vəziyyətlə əlaqədar Versalda Azərbaycan, Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri arasında siyasi və iqtisadi ittifaq bağlamaq haqqında danışıqlar başlandı. Mayın 30-da Versalda Çermoyevin mənzilində Azərbaycan və Dağlılar Respublikası nümayəndələrinin birgə iclası keçirilmiş, Qafqaz Konfederasiyası yaratmaq məsələsi müzakirə olunmuşdur. Qafqazda Sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət etmişdir. Xavər Sultan bəyim Məhəmmədəli xan qızı İbrahimbəyova ilə ailə qurmuşdu. Fərrux bəy Vəzirovla bacanaqdır. Göyüşov A., 1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər), B., 1993. Xarici keçidlər Georgia (Republic). Records (microform): Guide., Harvard University Library Arxivləşdirilib 2006-09-02 at the Wayback Machine Conflict in Chechnya: A Background Perspective Charlotte Aliston. The Suggested Basis for a Russian Federal Republic': Britain, Anti-Bolshevik Russia and the Border States at the Paris Peace Conference, 1919 Madeline Grown Up by Mrs Robert Henrey, 1952
https://az.wikipedia.org/w/index.php?curid=705183
Əbdülməcid Çermoyev

https://az.wikipedia.org/w/index.php?curid=714233
Əbdülməcid Əfəndi
II Əbdülməcid və ya Əbdülməcid Əfəndi (Osmanlı türkcəsi: عبد المجيد افندی; türk. Abdülmecid Efendi) (29 may 1868, Beşiktaş – 23 avqust 1944[…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə. Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi. Qanuna əsasən, Osmanlı xanədanının bütün üzvləri birbaşa ölkədən deportasiya edildilər; həmin axşam Əbdülməcid ailəsi və qulluqçuları ilə birlikdə İsveçrəyə sürgün edildi. İsveçrədəki həyat Əbdülməcid üçün çox baha başa gəldi və bunun üçün o, Londona köçməyi qərara aldı, ona artıq Heydərabad nizamı Mir Osman Əli xan Siddiqidən annuitet təyin edilmişdi. Bu zaman keçmiş xəlifə siyasətə marağını itirmişdi və siyasətdən çəkilərək əlavə məşğuliyyətlərini yerinə yetirirdi; rəsm çəkir, musiqi ilə məşğul olurdu. Əbdülməcid 1931-ci ildə qızının toyundan sonra Nitsaya, sonra isə Parisə köçdü və 13 il orada yaşadıqdan sonra 76 yaşında öldü. Dörd sultanın hakimiyyəti dövründə Əbdülməcid 1868-ci il mayın 29-da (bəzi mənbələrə görə 30 may) İstanbulda yerləşən Dolmabaxça sarayında Sultan Əbdüləzizin on üç uşağının yeddincisi və altı oğlunun dördüncüsü olaraq doğulmuşdur. Şahzadənin anası çərkəz Heyranıdil Qadınəfəndi idi. Bütün bacı-qardaşlar arasında Əbdülməcidin anaayrı olmayan bir bacısı var idi ki, o da özündən 2 il əvvəl doğulan Nazimə Sultan idi. Əbdülməcid Avropa təhsili almışdır. 1876-cı ilə qədər Əbdülməcidin atasının hakimiyyətindən narazılıq pik həddə çatmışdı və nəticədə ona qarşı sui-qəsd baş verdi. 1876-cı il mayın 10-da keçmişdə sədrəzəm olmuş və sonra da sədrəzəm seçiləcək olan Mehmed Rüşdü Paşa, hərbi nazir Hüseyn Avni Paşa, şeyxülislam Həsən Xeyrullah Əfəndi və portfelsiz vəzir Midhat Paşanın başçılıq etdiyi inqilabçılar sultanı devirdilər. 12 mayda inqilabçı sui-qəsdçilər tərəfindən məclis çağırıldı və qərara alındı ki, Əbdüləziz daha Osmanlı taxtında oturmağa qadir və layiq deyil. 29 maydan 30 maya keçən gecə, Əbdülməcidin ad günündə atası Dolmabaxça sarayına aparıldı. Keçmiş sultanın ailəsinin əmlakı müsadirə edildi. Sonra Əbdülməcidin atası — keçmiş sultan Əbdüləziz Topqapı sarayına aparıldı, çünki, Şahzadə Murad sultan seçilərək Dolmabaxça sarayına gətirilmişdi, sonra keçmiş sultan V Murad və müşavirlərinin icazəsini alaraq ailəsiylə birgə Feriye sarayına köçdü. 4 iyun 1876-cı ildə Əbdülməcidin atası Feriye sarayında ölü tapıldı; Əbdüləzizin cəsədi bir neçə həkim tərəfindən müayinə olundu və devrilmiş Sultanın intihar etdiyi rəsmi olaraq elan edildi, lakin sonradan, 1881-ci ildə onun sui-qəsdçilər tərəfindən öldürüldüyü sübuta edildi. Atasının ölümündən və əmisi oğlu V Muradın devrilməsindən sonra bir müddət Əbdülməcid ailəsi ilə birlikdə Feriye sarayında qaldı. 1912-ci ilin ortalarında Osmanlı hökumətinin alban üzvü Bəsri bəy Avstriya-Macarıstan səfiri İohan fon Pallaviciniyə albanların Osmanlı şahzadəsinin başçılıq etdiyi müstəqil dövlət qurmaq istədiklərini söylədi, onlar Əbdülməcid Əfəndinin yeni dövlətin başına keçməsini istəyirdilər. Ən uyğun namizəd o idi, çünki bütün şahzadələr arasında ən çox qərbləşən və avropalaşan, qərb tərzində tərbiyəsi və təhsili olan o idi, lakin İtaliya bu fikrə qarşı çıxdı, nə Əbdülməcidi, nə də başqa bir Osmanlı şahzadəsini Albaniyanın başçısı kimi qəbul etməyəcəyini bildirdi. Avstriya-Macarıstan İtaliyanın mövqeyini dəstəklədi. Taxt-tacın varisi XVII əsrin əvvəllərində meydana çıxan varislik prinsipinə görə, Osmanlı taxt-tacını sülalənin kişi cinsindən olan ən yaşlı nümayəndəsi miras alırdı; Əbdülməcidin əmisi oğlu Şahzadə Əbdülhəmid daha yaşlı olduğundan V Muraddan sonra yeni sultan o oldu. O zaman Əbdülməcidin taxt-taca sahib olmaq şansı az idi: o, beş əmisi oğlundan və iki böyük atabir və ana ayrı qardaşından sonra varislik iyerarxiyasında səkkizinci yeri tutmuşdu. 1909-cu ildə II Əbdülhəmid devrildi və onun kiçik qardaşı V Mehmed hakimiyyətə gəldi; o vaxta qədər Əbdülməcid sonradan Sultan olmuş əmisi oğlu Mehmed və rəsmi versiyaya görə 1916-cı ildə intihar edən ögey qardaşı Yusuf İzzəddindən sonra taxt-taca varislik xəttində üçüncü yerdə idi. Beləliklə, o, VI Mehmed dövründə taxta bir addım da yaxınlaşacaqdı.1918-ci il iyulun 4-də VI Mehmed taxt-taca çıxdı, praktiki olaraq heç bir gücə sahib deyildi; ölkəni bu vaxta qədər xalqın dəstəyini itirmiş Ənvər Paşanın başçılıq etdiyi "Gənc türklər" hərəkatı idarə edirdi. Sülalənin taxt hüququna malik ən yaşlı kişi nümayəndəsi olan qırx yaşlı Əbdülməcid vəliəhd elan edildi. 1918-ci ilin yayında imperiyanın hərbi-siyasi vəziyyəti son dərəcə çətin idi; oktyabr ayında hökumət ölkənin Birinci Dünya müharibəsindən çıxmasını təsdiq edən və imperiyanın sonunu yaxınlaşdıran Mudros müqaviləsini imzaladı. 3 noyabrda "Gənc türklər"in çoxu ölkədən qaçdı, 14 noyabrda imperiyanın paytaxtı İstanbul Antanta dövlətləri tərəfindən işğal edildi və Osmanlı dövləti müttəfiqlərin əlində marionet dövlətə çevrildi. Sultanın hərəkətləri xalq tərəfindən tənqid olundu. Atəşkəs dövründə sultanla vəliəhd Əbdülməcid arasında fikir ayrılığı var idi. Əbdülməcid Əfəndi vəliəhd kimi sultanı tənqid edən məktublar yazır, ona xəbərdarlıq edirdi. Bunlardan birincisini 1919-cu il yanvarın 18-də yazmış, Tofiq Paşa Hökumətinin zəifliyindən şikayət etmiş və Səltənət Şurasının çağırılmasını təklif etmişdir. O, 1919-cu il mayın 26-da Səltənət Şurasının iclasında iştirak etdi, lakin oradakı vəziyyət onu qane etmədi. Paris Sülh Konfransında türk millətinin hüququnun qorunması üçün ABŞ Prezidentinə, İngiltərə və İtaliya kralına, Fransa Baş nazirinə teleqramlar göndərdi. Fransanın Xarici İşlər naziri Pişonun "Osmanlı dövlətinin həyati maraqlarına toxunan heç bir şeyə laqeyd yanaşmayacağıq" cavabı mətbuatda öz əksini tapıb. Fransanın bu cavabı İngiltərə tərəfindən "yersiz" olaraq qiymətləndirilib. ABŞ Əbdülməcid Əfəndiyə verdiyi cavabda teleqramın alındığını və Paris Sülh Konfransında Osmanlı nümayəndə heyətinin dinləniləcəyini bildirdi. Əbdülməcid Əfəndi ikinci məktubunu 12 iyun 1919-cu ildə Sultan Vahidəddinə göndərdi. Məktubda Paris Sülh Konfransında Osmanlı imperiyasına təqdim edilən sülh şərtlərinin Türkiyə üçün ölüm hökmü olduğu vurğulanıb və Sultan Vahidəddindən bunun qəbuledilməz olduğunu Antanta dövlətlərinə bildirməsini istəyib. Vəliəhd Əbdülməcid eyni zamanda Anadoluda millətçilərlə hökumət arasındakı mübarizəyə son qoyulması, şahzadələrdən birinin başçılığı ilə Anadoluya bir heyət göndərilərək tərəflərin sakitləşdirilməsi lazım olduğunu da yazıb və Tofiq Paşanın sədrliyi ilə Paris Sülh Konfransına müdrik dövlət xadimlərindən ibarət nümayəndə heyəti göndərməyi təklif edib. Lakin Kürəkən Fərid Paşa Paris Sülh Konfransına gedib müvəffəqiyyətsizliklə qayıtdıqdan sonra vəliəhd Əbdülməcid Əfəndi 16 iyul 1919-cu ildə Sultan Vahidəddinə üçüncü məktubunu yazdı və bu məktub da mətbuata daxil oldu. Yeddi maddədən ibarət olan məktubda sultanın siyasi partiyalar və fikirlər qarşısında tərəfsizliyi, seçkilərin dərhal keçirilməsi, iqtidar sahibləri və dövlət xadimləri ilə birgə çalışaraq bu günün şərtlərinə uyğun bir təklifin hazırlanması, bu təklifin ictimaiyyətə açıqlanması, tərəflər arasındakı düşmənçiliyin bir kənara qoyulması, etibarlı bir hökumətin qurulması, ümumi əfv elan edilməsi, Anadoluda qurulan cəmiyyətlərin tələblərinin araşdırılaraq ağlabatan tələblərinin yerinə yetirilməsi, birlik və həmrəyliyin təmin edilməsi təklif olunurdu. Əbdülməcid əhali arasında artan nifrətin azaldılmasının vacibliyini də vurğulayırdı. Əbdülməcid tez-tez Kürəkən Fərid Paşa hökumətinə müxalif fikirlər səsləndirirdi.Əbdülməcid Əfəndi 29 iyul 1919-cu ildə saraya gedərək bu düşüncələrini birbaşa padşaha ərz etmiş və Kürəkən Fərid hökumətinin buraxılmasını istəmişdir. 8 avqust 1919-cu ildə İngilis Ali Komissarlığının baş tərcüməçisi Rayan Əbdülməcid Əfəndiyə xəbərdarlıq etmək üçün göndərildi. Rayanı qəbul edən vəliəhd ona dedi: Əbdülməcid Əfəndinin Anadoluya keçəcəyi ilə bağlı söz-söhbətlər uzun müddət İngiltərə, Fransa və İtaliya kəşfiyyat orqanlarının hesabatlarına mövzu olmuş, vəliəhdin ofisi nəzarət altında saxlanılmışdır. 27 sentyabr 1920-ci ildə Əbdülməcid Əfəndi xarici kəşfiyyatçılar tərəfindən 38 günlük göz həbsinə məhkum edilmişdir, çünki ingilis hökuməti İstiqlaliyyət müharibəsində taxt vəliəhdinin iştirak etməsini doğru hesab etmirdi. Heç kimin içəri girməsinə və çıxmasına icazə verilmirdi və Əbdülməcid Əfəndi tam nəzarət altında idi. Bu vəziyyət qarşısında Əbdülməcid Əfəndi 1920-ci il sentyabrın 16-da yenidən Sultan Vahidəddinə sərt şəkildə məktub yazaraq ona qarşı tətbiq edilən haqsız və ədalətsiz rəftarın dərhal dayandırılmasını və bundan sonra Kürəkən Fəridə heç bir səlahiyyət verməməsini tələb etdi. Bu məktuba baxmayaraq göz həbsi daha bir ay davam etdi və bu, vəliəhd ilə sultan arasındakı münasibətlərin daha da pisləşməsinə səbəb oldu. 25 – 26 aprel 1921-ci ildə Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi gizli şəkildə İneboludan Ankaraya getmək fikrinə düşdü. Mustafa Kamal Paşa ona teleqram göndərdi. Teleqramda xahiş edirdi ki, Əbdülməcid Ankaraya getməsin. Çünki əgər Əbdülməcid Ankaraya səfər etsəydi, ictimaiyyətdə fövqəladə problemlər yaranar, səltənət mənsubları arasında bəzi yanlış təsəvvürlərə səbəb olardı. Əbdülməcid Əfəndi bu teleqramdan sonra İstanbulda qalmağa məcbur oldu, lakin iki yavərini Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmək üçün cəbhəyə göndərdi. Yavərlərindən biri Kazım Qarabəkir Paşa, digəri isə İsmət Paşa idi. Əbdülməcid Əfəndi Anadoludakı mübarizəyə qatıla bilmədi, ancaq İstanbulda fəxri rəhbəri olduğu Qızıl Aypara Cəmiyyəti vasitəsilə Anadoludakı əsgərlərə, qazilərə, mühacirlərə və qurbanların ailələrinə kömək edirdi. Qurtuluş müharibəsi üçün təşkil edilən şənlik, məclis, mövlud daxil olmaqla bütün tədbirlərə qatılırdı. O, 13 yanvar 1920-ci ildə 150 min nəfərin iştirakı ilə keçirilən Sultanəhməd mitinqini öz avtomobili ilə izləmiş və mitinqdə çıxış etmişdir. Əslində, Əbdülməcid Əfəndinin Qurtuluş savaşını dəstəkləyən mövqeyi TBMM-nin onu xəlifə seçməsinin ən mühüm səbəblərindən biri idi. TBMM 1922-ci il noyabrın 1-də Ankarada İstanbul hökumətini bitirmək üçün Səltənətin və Xilafətin ləğvi barədə qərar qəbul etdi. İclasda həmçinin qərara alındı ki, Osmanlı xilafətinə hakim sülalədən olan, əxlaq baxımından ən layiqli şəxs rəhbərlik etsin, lakin noyabrın 1-də Sultan VI Mehmed xəlifə titulundan məhrum edilməmişdi və noyabrın 3-də cümə namazında belə xəlifə kimi iştirak edirdi. Nəhayət, noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi VI Mehmedi həm sultan, həm də xəlifə titulundan məhrum etdi və ertəsi gün keçmiş sultan ölkəni tərk etdi. 1922-ci il noyabrın 19-da (digər mənbələrdə 18 noyabr) Türkiyə Böyük Millət Məclisi keçirilən seçkinin nəticəsinə əsasən bu titula ən layiqli olduğu bildirilən Əbdülməcidi xəlifə seçdi. Əbdülməcid 24 noyabrda Topqapı yaxınlığındakı Peyğəmbər Cübbəsi məscidində (türkcə "Hırka-i-Şerif" adlanır) xilafətə biət etdi. Mərasimdə bir çox dövlət adamları, o cümlədən Ankaradakı hökumət nümayəndələri — Refət Paşa və Xoca Müfid Əfəndi də iştirak edirdi. Əbdülməcidin xəlifə seçildiyi gün keçirilən yığıncaqda ilk dəfə ərəbcə deyil, türkcə dua oxundu. Həmçinin, Fateh məscidində yeni xəlifə adından ilk dəfə olaraq Müfid Əfəndi türkcə xütbə oxudu. Bundan sonra Əbdülməcid ona göstərilən etimada görə məclisə təşəkkür etdi.Tezliklə Əbdülməcid bəzi çətinliklərlə qarşılaşdı: o, xəlifə — "Allahın elçisinin xələfi" titulundan istifadə etmək istədi, atası Əbdüləziz kimi eyni anda həm sultan, həm də xəlifə olmaq istədi, lakin Mustafa Kamal Paşa ona "möminlərin xəlifəsi" titulunun verilməsində israr etdi ki, bu da sultanlıq və xilafətin ayrılmasını vurğulayacaqdı. Eyni zamanda 1923-cü il dekabrın 21–27-də yığıncaq keçirildi və orada xəlifə Əbdülməcidin səlahiyyətləri təsdiq edildi. Yanvarın 3-də xəlifə Əbdülməcid tərəfindən Mustafa Kamala "xilafətin xilaskarı" adı verildi. 15 yanvar tarixində Türkiyə Böyük Millət Məclisi növbəti iclasında xilafətin saxlanmasının məqsədəuyğunluğu məsələsini müzakirəyə çıxardı. 1923-cü il oktyabrın 29-da Osmanlı dövləti fəaliyyətini dayandırdı və onu Türkiyə Respublikası əvəz etdi, xilafətə ehtiyac aradan qalxdı. Qəzetlər Əbdülməcidin xəlifəlik səlahiyyətlərini könüllü olaraq ləğv etdiyinə dair başlıqlarla dolu idi, amma Əbdülməcid buna cavab olaraq heç bir şey demədi. 5 dekabr 1923-cü ildə Böyük Britaniyanın İslam icmasının qəzeti Əbdülməcidin və bütövlükdə xilafətin müdafiəsi ilə bağlı məqalə dərc etdi. Xilafət tərəfdarları Türkiyənin özündə qaldı. Buna baxmayaraq 3 mart 1924-cü ildə 431 saylı qanun qüvvəyə mindi və beləliklə, həm Xilafət ləğv edildi, həm də Osmanlı sülaləsinin bütün üzvləri birbaşa ölkədən deportasiya edildilər. Həmin axşam Əbdülməcidi, oğlunu, qızını, həyat yoldaşlarını, müəllimi Saleh Kəramət Nigarı (şairə Nigar xanımın oğlu), şəxsi katibi Hüseyn Nəqibi və həkim Səlahəddin bəyi avtomobilə mindirərək Çatalcaya qədər apardılar. Onlar sonra qatara mindirildilər. Keçmiş xəlifənin ailəsinə Çatalca rayonunun icra başçısı tərəfindən içində 2000 funt-sterlinq olan bir zərf verilmişdi, həmçinin, onların İsveçrə vizası alması və Alp dağlarındakı otellərdən birində istirahət etməsi də hökumət tərəfindən təmin edilmişdi. Sürgünlük həyatı və ölümü Avropaya hər zaman hərarətlə yanaşan Əbdülməcid otelə daxil olduqdan sonra Xilafətin tarixini ondan öyrənmək həvəsində olan çoxsaylı jurnalistlər onun olduğu yerə axın etməyə başladılar. Eyni zamanda keçmiş xəlifəyə müsəlman dünyasından çoxsaylı teleqramlar gəlmiş, bu teleqramlarda ona rəğbət ifadə edilmiş və Türkiyədən ən son xəbərlər çatdırılmışdır. Əbdülməcid bütün teleqramlara cavab verməyə çalışmış və hətta 1924-cü il martın 11-də TBMM-nin qərarını əsassız və rüşvətə əsaslanan bir qərar hesab edərək tanımadığı ilə bağlı rəsmi açıqlama vermişdir; həmçinin bütün İslam dünyasının onu dəstəklədiyini və ondan yardım gözlədiyini bildirmişdir. Bu bəyanat Əbdülməcidin yerli hökumət rəsmisi tərəfindən ziyarət edildiyindən və Türkiyə hökumətinin bəyanatını keçmiş xəlifəyə çatdırdığından bir neçə gün sonra yayımlandı, İsveçrə elçisi də Əbdülməciddən öz ifadələrində ona sığındığı ölkəni qeyd etməməyi xahiş etdi. Əbdülməcidin və ailəsinin İsveçrədəki xərcləri çox böyük idi və o, Saleh Kəraməti Parisə köçürmək üçün göndərdi, lakin Saleh yalnız Londona köçməyi təşkil edə bildi. Londonda Heydərabad nizamı Mir Osman Əli xan Siddiqi məhsuldar bir ittifaq ümidi ilə vəkili vasitəsilə Əbdülməcidə ayda 300 funt-sterlinq maaş təyin etdi. 1924-cü ilin oktyabrında Əbdülməcid ailəsi ilə birlikdə Fransaya getməyə müvəffəq olur və orada — Nitsada məskunlaşır. Burada Əbdülməcid Dürrüşəhvar Sultanın Heydərabad nizamının oğlu Azəm Caha verilməsiylə və Nilufər Sultanın Müəzzəm Cahla evlənməsiylə razılaşır. Qızının 1931-ci il noyabrın 12-də kəsilən kəbini Əbdülməcidin maddi vəziyyətini yaxşılaşdırmağa imkan vermişdi. Bu zaman ərzində keçmiş xəlifə siyasətdən çəkilmiş, ibadət, rəsm və musiqi ilə məşğul olmuşdu. Əbdülməcid 19 iyun 1939-cu ildə sağlamlıq problemlərinə görə Nitsadan Parisə köçdü. Parisdə kitabxana, muzey və konsertlərdə olmuş, hər cümə günü "Pleys Monqe"də yerləşən Paris məscidini ziyarət edərək müsəlmanlarla əlaqədə olmuşdur. Əbdülməcid 23 avqust 1944-cü ildə Nasist Almaniyası Parisi tərk etdiyi zaman həmin şəhərdə ürək tutmasından vəfat etmişdir. Əbdülməcid qalan qohumları ilə birlikdə İstanbulda dəfn edilməsini istəsə də, Saleh Kəramət Türkiyə rəsmiləri ilə danışıqlar apara bilmədi. Dürrüşəhvar Sultan şəxsən respublika Prezidenti İsmət İnönü ilə görüşsə də, atasının cənazəsinin daşınması və vətənində dəfn edilməsi məsələsində razılığa gələ bilmədi. Əvvəlcə Paris məscidində dəfn edilən Əbdülməcid Əfəndinin cənazəsi 30 mart 1954-cü ildə Mədinəyə köçürüldü. Məşğuliyyətləri Əbdülməcid böyük rəsm həvəskarı idi. O, Osmanlı Rəssamlar Cəmiyyətinin sədri idi. Dövrünün tanınmış rəssamlarından, xüsusilə də Osman Hamdi Bəydən rəsm dərsi almışdır. Fateh Sultan Mehmedin portreti ilə tanınan rəssam Fausto Zonaro ilə dost olaraq rəssamlıq fəaliyyətində onun yolunu izləmişdir. Əbdülməcid Əfəndi Osmanlı səltənətinin son dövrünün ən mühüm sənətçilərindən biri hesab olunur. Onun çəkdiyi rəsmlərin əksəriyyəti İstanbuldakı şəxsi qalereyalarda saxlanılır. Əbdülməcidin "Hərəmdə Bethoven", "Hərəmdə Göte", "Avtoportret" və "Sultan I Səlim" adlı rəsmləri 1918-ci ildə Vyanada Osmanlı rəsmləri sərgisində nümayiş edilmişdir. 1900-cü ilin əvvəllərində onun rəsmləri artıq Parisdə nümayiş etdirilmişdi. Xəlifənin digər əsərləri arasında "Saray xanımları", "Xəlil Ədhəm" və digər portretlər də var idi. Xəlifə Əbdülməcid Əfəndinin əsas məşğuliyyətlərindən biri də musiqi idi. O, musiqi dərsləri aldıqdan sonra macar pianist Geza de Hegey və skripka virtuozu Karl Berger ilə işbirliyi etmişdi. İşbirliyinin sonunda Hegeyə Ferens Listə çəkdiyi portreti, Bergerə isə özünün bəstələdiyi "Elegiya" mahnısını hədiyyə etdi.Xəlifənin son əsərlərindən biri də siyasi çalarlı rəsm idi: rəsmdə tarix müəllimi təsvir olunur, onun qarşısındakı stolun üstündə Rumeli (müasir Balkanlar) xəritəsi vardı; müəllim üzünü əlləri ilə örtür, bu ərazilərin itirilməsinə görə kədər və ya utanc ifadə edirdi. Qırmızı saçlı qız kostyumlu oğlanın göstərdiyi xəritəyə baxır, sanki Rumelinin qaytarılmasına çağırırdı. Çərçivənin altına Əbdülməcid cəsarətlə imza əlavə etmiş və sitatını yazmışdı: "Sənə pislik edənləri unut, amma Vətənini təhqir edənləri bağışlama". Həyat yoldaşları: Şahsüvar Başqadınəfəndi Hayrunnisə Qadınəfəndi Məhisti Qadınəfəndi Bəhruzə Qadınəfəndi (24 may 1903, İzmit — 1955, İstanbul) — 21 mart 1921-ci il tarixində evlənmişdir. Şahzadə Ömər Fərrux Əfəndi Dürrüşəhvar Sultan Həmçinin bax Osmanlı xanədanı Quyruqçu, Leyla. "Rəssam Əbdülməcid Əfəndi" — 1996. Şərifoğlu, Ömər Faruq. "Xanədandan Bir Rəssam: Əbdülməcid Əfəndi" — 2004. Nigar, Saleh Kəramət. "Xəlifə II Əbdülməcid" — 1964. Satan, Əli. "Son Xəlifə Əbdülməcid Əfəndi" — 2016. Turani, Adnan. "Qərb anlayışına dönük türk rəsm sənəti" — Ankara, 1977. İnan, Afət. "Türkiyə Cümhuriyyəti və Türk İnqilabı" — Ankara, 1977. Qoloğlu, Mahmud. "Xəlifəlik nə idi? Necə və niyə ləğv edildi?" — Ankara, 1973. Misiroğlu, Qədir. "Qurtuluş Savaşında sarıqlı mücahidlər" — İstanbul, 1972. Ardakoç, Kamran M. "Xilafət Məsələsi" — İstanbul, 1955. Cəbəsoy, Əli Fuad. "Moskva Xatirələri" — İstanbul, 1957. Osmanoğlu, Şadiyə. "Həyatımın acı və şirin günləri" — İstanbul, 1966. Bozarslan, Mehmet Emin. "Xilafət və Ümmətçilik problemi" — İstanbul, 1969. Yaşke, G. "Yeni Türkiyədə İslam" — Ankara, 1972. Xarici keçidlər İstanbulda satılan sonuncu Osmanlı xəlifəsinin tablosu. Lenta.ru (7 oktyabr 2013). Giriş tarixi: 5 aprel 2018-ci il.
https://az.wikipedia.org/w/index.php?curid=724146
Əbdülməlik
Əbdülmalik — kişi adı. Əbdülmalik əl-Husi — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. Əbdülmalik ibn Abdullah əl-Cuveyni — İslam alimi. Əbdülmalik ibn Haşim — Dərbənd Haşimiləri sülaləsindən olan dördüncü müstəqil Dərbənd əmiri.II ƏbdülməlikII Əbdülməlik (Samani) II Əbdülmalik (Dərbənd əmiri) Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=603057
Əbdülmənaf Hacıyev
Hacıyev Əbdülmənaf Qəhrəman oğlu (1896, Urud, Zəngəzur qəzası) — Naxçıvan MSSR Ali Sovetinin deputatı. Hacıyev Əbdülmənaf Qəhrəman oğlu 1896-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında (indiki Ermənistanın Sisiyan rayonunun Urud kəndində) anadan olmuşdur. Orta təhsilini Gorus rayonunda Oğlanlar Seminariyasında aldıqdan sonra, təhsilini davam etdirmək üçün Moskva Hüquq Elmləri Akademiyasına daxil olmuş, 1932-ci ildə hüquqşunas ixtisası ilə oranı bitirmişdir. Əmək fəaliyyətinə 1920-ci ildə Qubadlı qəzasının Eyvazlı-Xanlıq kənd məktəbində müəllim kimi başlamış, 1930-cu ildə Ağdam rayon Maarif İşçiləri Həmkarlar İttifaqinın sədri, 1931–1933 illərdə Ağdam rayon Maarif şöbəsinin müdiri, daha sonra təhsilini davam etdirərək Moskva Ali Həmkarlar Hərəkatı məktəbini bitirmiş, 1933–1936-cı illərdə Naxçivan şəhər Maarif şöbəsinin müdiri, Maarif Nazirliyində savadlandırma kursları üzrə siyasi maarif şöbəsinin müdiri, daha sonra Naxçıvan Vilayət Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsi üzrə katib,1936–1938-ci illərdə Naxcivan Vilayət ibtidai Orta məktəb İşçiləri Həmkarlar İttifaqının sədri, 1938–1948-ci illərdə Naxçıvan MSSR Ədliyyə naziri vəzifələrində çalışmış, 1948–1951-ci illərdə Naxçıvan Vilayət ibtidai Orta məktəb İşçiləri Həmkarlar İttifaqında məsul vəzifədə, 1951–1980-ci illərdə Naxçıvan şəhər 7№ -li orta məktəbində fars dili müəllimi işləmişdir. I–II çağiriş Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. Əməyi yüksək qiymətləndirilmiş, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə o Əməkdar müəllim fəxri adına layiq görülmüş, Qafqazın müdafiəsinə görə, Rəşadətli əməyə görə və Lenin yubiley medalları ilə təltif olunmuşdur. Oğlu Hacıyev Sabir Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü , fizika elmləri doktoru, BDU -nun fizika İnstitutunun direktorudur. Şöhrət ordeni ilə təltif olunmuşdur.Digər övladları — Qasım, Roza və Məxmər Ali təhsilli olmaqla müəllim işləmişlər. Naxçıvanda seçkilərin tarixi (1937–2002) Ensiklopedik toplu. Bakı: Qanun 2003. Musa Urud, "Urud" (tarix, etnoqrafiya). Bakı, 2000.
https://az.wikipedia.org/w/index.php?curid=311127