Search is not available for this dataset
text
stringlengths
10
518k
Medalın ön tərəfinin səthi nahamardır.
İkinci dairənin mərkəzində gümüşü rəngli minalı fonda "III" rəqəmi, onun aşağısında yazılmış "DƏRƏCƏ" sözünün altında qövs boyunca palıd yarpaqları təsvir edilmişdir.
Səkkizguşəli ulduz, dairəvi xətlər, palıd yarpaqları, rəqəm və sözlər relyefli olub, gümüşü rəngdədir.
Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir.
Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir.
Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunmuşdur.
Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, gümüşü rəngdədir.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Qırmızı xara lentin hər iki kənarında eni 1,5 mm zoğalı rəngli, mərkəzində bir-birindən 2 mm aralı məsafədə eni 2,5 mm olan açıq sarı rəngli 3 şaquli zolaq təsvir edilmişdir.
Xara lentin üst hissəsinə eni 4 mm olan hamar gümüşü təbəqə bərkidilir.
Xara lentin alt hissəsinə eni 7 mm olan hamar gümüşü təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.
Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Həmçinin bax "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017) yubiley medalı AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon.
Kafe Bakı bulvarında yerləşir.
Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur.
Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir.
O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir.
O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir.Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu.
Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi.
Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi.
1962-ci ildə kafe hazır olur.Əvvəlcə kafeni Xəzər dənizinin sahilində yerləşdirmə planları olsa da, 1970-ci illərdə dəniz sürətlə geri çəkilməyə başladıqdan sonra "Mirvari" quruda qaldı.Sovet dövründə kafe simvolik olaraq bulvarı "dəbdəbəli" qərb hissəsinə və "bədbəxt" şərq hissəsinə bölürdü.2008-ci ildə kafedə bərpaolunma işləri görülüb.
Bərpaolunma Almaniya mütəxəssisləri ilə birgə hazırlanan layihəyə əsasən edilib.
2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Dənizkənarı Milli Parka gələrək, kafedə həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur.2017-ci ilin dekabrın 11-i, saat 22:00 radələrində "Mirvari" kafesinin üzərinə ağac düşüb.
Nəticədə restoranın dam örtüyü zədələnib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Modernist üslubda dizayn edilmiş kafedə, kultun düz bucaqdan əyri orqanik formalara keçidi diqqət çəkir.
Kafe mirvarinin qabığı şəklində dəmir-betondan tikilib.
Kafenin interyeri böyük dalğa üslubunda formalaşmışdır.50 qonaq üçün hazırlanan kafe, 5 sm qalınlığında hiperbolik paraboloidlərdən ibarət 8 qabıqdan ibarətdir.
Bakı buxtası pavilyonun terrasından görünür.
Sənətşünas Leonid Bretanitskinin sözlərinə görə, zərif və cəlbedici kafenin pavilyonu təəssürat yeri çox yaxşı seçilməyən və düşünülməmiş plan quruluşu səbəbindən itirilir.
Memar Ənvər Qasımzadənin sözlərinə görə, kafe binasının arxitekturası "Sovet xalqının estetik ideallarına yaddır və sosialist realizminin ən vacib tələblərindən — doğruluqdan, tarixi konkretlikdən, ideoloji istəkdən uzaqdır".
Xarici keçidlər Bakının memarlıq incilərindən… Bulvarda cibinizi soyacaqlar, həm də gözünüz görə-görə…
İraq ordusunun Fars körfəzindəki Mina əl-Məkr və Xor-əl-Aməyə adlı neft platformalarında radar qurğuları və izləmə avadanlıqları yerləşdirməsinə cavab olaraq, 28 noyabr 1980-ci ildə İrana aid Hərbi Hava və Donanma qüvvələri "Mirvari əməliyyatı" həyata keçirmişdi.
Əməliyyat nəticəsində İraq Donanmasının 80%-i məhv edilmiş, hər iki neft terminalı sıradan çıxarılmış, Əl-Fəv limanı blokadaya düşmüş, Fars körfəzinin İraqa aid olan xeyli neft qurğuları dağıdılmış, habelə zenit-raket sistemləri ciddi zərər almışdı.
Döyüş İranın inamlı qələbəsi ilə sona çatmışdı.
Donanmasının 4/5 hissəsini itirən İraq müharibənin sonunadək körfəz sularındakı gücünü bərpa edə bilməmişdi.
Üstəlik, İraq ordusundakı radar və zenit-raket komplekslərinin sıradan çıxarılması İran ordularına cənub-şərqdən növbəti hərbi əməliyyatları həyata keçirmək üçün şərait yaratmışdı.
Bu əməliyyat İran Donanması tərəfindən uğurla yerinə yetirildiyinə görə 28 noyabr tarixi İranda "Donanma günü" kimi qeyd olunur.
Həlak olmuş heyət üzvü, keçmiş hərbçi və ya tanınmış siyasi xadim şərəfinə olun uçuşdur.
Müxtəli variantları mövcuddur.
Uçuş zamanı 1 təyyarənin heyətdən ayrılıb gözdən itənə qədər hündürlüyə qalxması ən çox istifadə olunandır.
Düzülüş helikopterlər vasitəsiylə də həyata keçirilə bilər.
2017-ci ilin oktyabrında İspaniya Hərbi Hava Qüvvələri bir həftə ərzində ayrı-ayrı qəzalarda həlak olan iki pilotun xatirəsinə bu düzülüşdə uçuş həyata keçirdi.
Həmçinin bax Aerobatika Komandalarının Siyahısı
Mosfilm" dünyanın ən böyük kino şirkətlərindən biridir.
1923-cü ilin noyabrında Aleksandr Hanjonkov və İosif Yermoliyevin 2 milliləşdirilmiş kino fabrikinin bazasında yaradılmışdır.. Əvvəlcə kinostudiya "Moskinokombinat" adlandırılmışdı.
Hazırkı adını isə 1935-ci ildən etibarən daşıyır.
Mosfilm" kinostudiyasının loqosu heykəltaraş Vera Muxinanın "Fəhlə və kolxozçu" əsəri idi.
Bu loqo ilk dəfə olaraq rejissor Qriqori Aleksandrovun "Bahar" filmində ekranda görünmüşdü.
SSRİ zamanı "Mosfilm" kinostudiyasında 2500-dən artıq ekran əsəri çəkilmişdir.
Onların bir neçəsi müxtəlif kinofestivallardan mükafatlarla qayıtmış və ya dünya kinosunun qızıl fonduna daxil edilmişdir.
Hazırda "Mosfilm" öz film istehsalını davam etdirir.
Studiya ən müasir rəqəmsal avadanlıqla təmin edilmişdir.
Bununla yanaşı studiyada dublyaj işləri də aparılır.
Səsyazma studiyası 2006-cı ildə dünyada ilk dəfə olaraq, "Dolby Laboratories" şirkətindən Dolby Premier Studio keyfiyyət sertifikatı almışdır.
Filmoqrafiya 12 stul (film, 1971) Araq çəkənlər (film, 1961) Avtomobildən qorun (film, 1966) Babək (film, 1979) ("Azərbaycanfilm" kinostudiyası ilə birlikdə) Brilyant əl (film, 1968) Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992) ("Treydinq Korp" ilə birlikdə) Durnalar uçur (film, 1957) Əlliüçüncü ilin soyuq yayı (film, 1987) ("Janr" yaradıcılıq birliyi ilə birlikdə) Əsgər haqqında ballada (film, 1959) Həyat üçün təhlükəlidir!
(film, 1985) "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965) İdman lotosu-82 (film, 1982) İki kapitan (film, 1976) İki nəfərlik vağzal (film, 1982) İşdə məhəbbət macərası (film, 1977) İşgüzar adamlar (film, 1962) İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973) İyirmialtılar (film, 1966) ("Azərbaycanfilm" kinostudiyası ilə birlikdə) İtalyanların Rusiyada ağlasığmaz macəraları (film, 1973) (Dino de Laurentiis Cinematografica ilə birlikdə) Göndərilməmiş məktub (film, 1959) Kapitan Qrantın uşaqları (film, 1936) Karnaval gecəsi (film, 1956) Köpək Barbos və qeyri-adi qaçış (film, 1961) Qaraj (film, 1979) Qırmızı çadır (film, 1969) (Paramount Pictures ilə birlikdə) Mən Kubayam (film, 1964) ("İKAİK"lə birlikdə) Mimino (film, 1977) Babək (film, 1979) ("Azərbaycanfilm" kinostudiyası ilə birlikdə) Nizami (film, 1982) ("Azərbaycanfilm" kinostudiyası ilə birlikdə) Otello (film, 1955) Öncəgörmə (film, 1993) ("Slovo" kinostudiyası, "Film par Film" və "Orli Film"lə birlikdə) Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966) Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975) Məhəbbətim mənim, kədərim mənim (film, 1978) ("Tuğra-film"lə birlikdə) Peterburqdan anonim adam (film, 1977) Təzə evlənənlər üçün çətir (film, 1986) Ulduz (film, 2002) Ulduzlar sönmür (film, 1971) ("Azərbaycanfilm" kinostudiyası ilə birlikdə) Mükafatları Lenin ordeni "Oktyabr inqilabı" ordeni
Filmdə hadisələr Moskvadan Bakıya yola düşən qatarda baş verir.
Bu qatarın sərnişinləri bütün digər adi sərnişinlərdən fərqlənir… Film haqqında Filmdəki xoruzun adı "Şiri"dir.
Azərbaycan kinosunda ilk dəfə bu filmdə heyvan və ya quş titrlərdə rol ifaçısı olaraq təqdim edilmişdir.
Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Müşfiq Abbasov Quruluşçu rejissor: Xanlar Ağayev Quruluşçu operator: Tarıverdi Tarıverdiyev Səs rejissoru: Teymur Abdullayev Rafael İsgəndərov — Aslan Coşqun Rəhimov — Sadıq Ayşad Məmmədov — Sabit İlqarə Tosova (Cavadbəyli) — Sadıqın arvadı Mirzə Ağabəyli — Allahverdi Elşən Hacıbabayev — Tərlan Fatma Mahmudova — Sadıqın anası Nahidə Orucova — Satıcı Rövşən Kərimduxt — Alı Xuraman Əlizadə — Çimnaz İzzət Bağırov — Sərnişin Orxan Rzayev — Sərnişin İlkin Həsəni — Sərnişin Fəridə Məmmədova (II) — Sərnişin Kəmalə Yusifova — Sərnişin Yuri Baliyev — Veteran Naina İbrahimova — Gömrük işçisi Səlbinə Hətəmli — Uşaq Fuad İsgəndərov — Uşaq Arzu Rzayev — Gömrük işçisi Elariz Məmmədoğlu — Taksi sürücüsü Nadir Qafarzadə — Alverçi Rüfət Mehdiyev — Taksi sürücüsü Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçid
Moskvanın 800 illik xatirəsinə" medalı — 1947-ci ildə təsis olunmuş SSRİ medalı.
Həmçinin bax "Kiyevin 1500 illik xatirəsinə" medalı
Moskvanın müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 1 may 1944-cü ildə təsis olunmuş SSRİ ordeni.
Medalın rəsminin müəllifi Nikolay Moskalyovdur 1 028 600 nəfər şəxs bu medalla təltif olunmuşdur.
Movses Xorenatsi medalı — Ermənistan Dövlət Mükafatıdır.
1993-cü ildə təsis edilib.
ER parlamenti tərəfindən 23 iyun 1993-cü ildə qəbul edilmişdir.
ER Prezidenti tərəfindən 26 iyul 1993-cü ildə imzalanmışdır.
Avqustun 8-də qüvvəyə minən "Movses Xorenatsi medalı haqqında" ER qanununa əsasən (qanun 2014-cü il avqustun 9-da başa çatıb).
Bu , Mxitar Heratsi medalı, Mxitar Qoş medalı və Anania Şirakatsi medalı ilə birlikdə ermənilərin ən qədim şəxsiyyətlərini simvolizə edən medalıdır.
2014-cü ildə yenidən təyin olundu.
ER parlamenti tərəfindən 21 iyun 2014-cü ildə qəbul edilmişdir.
ER Prezidenti tərəfindən 18 iyul 2014-cü ildə imzalanmışdır.
Avqustun 9-dan qüvvəyə minən "Ermənistan Respublikasının dövlət mükafatları və fəxri adları haqqında" ER qanununa əsasən.
Medalın layiq görülmə statusu 1993-cü ildə qəbul edilmiş qanuna əsasən, Movses Xorenatsi medalı erməni mədəniyyəti, incəsənəti, ədəbiyyatı, təhsili və digər humanitar elmlər sahələrində görkəmli yaradıcılıq nailiyyətlərinə görə verilir.
Yenidən təyin olunmadan sonra 2014-cü ildə Avqustun 9-dan etibarən Movses Xorenatsi medalı mədəniyyət, incəsənət, ədəbiyyat, təhsil, sosial elmlər və idman sahələrində yüksək nailiyyətlərə görə verilir.ER Konstitusiyasının 55-ci maddəsinin 16-cı bəndinə əsasən, medal Ermənistan Respublikasının Prezidenti tərəfindən verilir və Prezident mükafatla bağlı sərəncam verir.
Medal layiq görülənlər 1993-cü ildə qəbul edilmiş qanunda Movses Xorenatsi medalı ilə təltif olunanların dairəsi müəyyən edilməmişdir.
Hal-hazırda 2014-cü ildə avqustun 9-dan Movses Xorenatsi medalı mədəniyyət, incəsənət, elm, təhsil, idman və din xadimlərinə verilir.
Mükafat hərəkəti 1993-cü ildə qəbul edilmiş qanuna əsasən, Movses Xorenatsinin medalla təltif edilməsi ilə bağlı petisiya Ermənistan Respublikasının mədəniyyət, maarif və ali təhsil və elm nazirlikləri tərəfindən irəli sürülüb.
Hal-hazırda 9 avqust 2014-cü il tarixindən etibarən Prezident medalı həm şəxsi təşəbbüs, həm də mükafatla bağlı vəzifəli şəxslərin müraciətləri əsasında təltif edə biləcək.
Ermənistan Respublikası Prezidentinin 16 sentyabr 2014-cü il tarixli NH-396-N saylı "Ermənistan Respublikasının dövlət mükafatları və fəxri adları ilə münasibətlərin tənzimlənməsi haqqında" Fərmanı Movses Xorenatsi medallarının təltif edilməsi ilə bağlı vəsatətlərin Ermənistan Respublikasının Baş Naziri tərəfindən təqdim edilməlidir.
Ermənistan Respublikasının dövlət orqanlarının rəhbərləri, İrəvan şəhərinin meri, qurumların və İrevan Bələdiyyəsinin fəaliyyət sahəsi ilə bağlı yerli özünüidarə orqanlarının rəhbərləri Movses Xorenatsi medalı ilə təltif edilməsi üçün müvafiq ərizə vermək səlahiyyətinə malik olan orqanlar vasitəsilə vəsatət verirlər.
Geyinmə proseduru (Hərbi) 1993–2014 Movses Xorenatsi medalı Anania Şirakatsi medalından sonra sinənin sol tərəfində taxılır.
Hal-hazırda 2014-cü ildə Avqustun 9-dan Movses Xorenatsi medalı sinənin sol tərəfində, Döyüş Xidməti medalından sonra, Mxitar Qoş medalı, Mxitar Heratsi medalı və Anania Şirakatsi medalına bərabər olan mükafata görə taxılır.
Belə ki, 2014-cü ildə Mxitar Qoş medalı, Mxitar Heratsi medalı, Anania Şirakatsi medalı və Movses Xorenatsi medalının statusları bərabərləşdirilib, bundan əvvəl Mxitar Qoş medalı Mxitar Heratsi medalından, ikincisi Anania Şirakatsiyə nisbətən daha yüksək statusa malik idi. Medalın təsviri 1993–2014-cü illərdə təltif edilən Movses Xorenatsi medalı 35 mm diametrli diskdir, mərkəzdə əlində qələm tutan Movses Xorenatsinin qabarıq təsviri görünür.
Medal zolaqlıdır, aşağı hissəsində "Movses Xorenatsi" yazısı vardır.
Medal ipək üzlüklü zolağa halqalar vasitəsilə bərkidilir, onun mərkəzində eyni metaldan (bürüncdən) əlavə var.
Bant beşbucaqlıdır və onun iki tərəfi bazaya perpendikulyardır.
Baza uzunluğu 20 mm, sağ və sol tərəflərin hündürlüyü 10 mm, orta hissəsinin hündürlüyü 15 mm-dir.
Lent tünd tünd qırmızı zolaqlar ilə ərik rənglidir.
Lent beş qatlı metal təbəqə çubuğa sarılır, onun əks tərəfində medalı paltara bərkidən hissə yerləşir.
Medalın arxa tərəfində medalın seriya nömrəsi həkk olunub.
Medalı əvəz edən çubuq ölçüləri 25 mm x 10 mm olan təbəqə metaldan hazırlanır.
Lentin zolağı medalın lent rəng profilini daşıyır.
Lent çubuğunun əks tərəfində lent çubuğunu paltara yapışdırmaq üçün olan hissəsi var.
Hal-hazırda 9 avqust 2014-cü il tarixindən etibarən təltif olunacaq medalın təsviri və nümunəsi, sertifikatın nümunəsi, medal lentinin təsviri və nümunəsi Ermənistan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir.
Movses Xorenatsi medalı 2 hissədən ibarətdir: sapand və ona qayışla bərkidilmiş disk.
Diskin diametri 35 mm-dir və ortada əlində qələm tutan Movses Xorenatsi və "Ermənilərin tarixi" təsvir edilmişdir.