Search is not available for this dataset
text
stringlengths
10
518k
^ Jump up to:a b Collins Sosiologiya lüğəti, p405–6.
^ Collins Sosiologiya lüğəti, p406, S. Lukes, Emile Durkheim tərəfindən adaptasiya edilmişdir : Onun həyatı və işi (1973) London: Allen Lane
Müqəddəs xəzinə" ordeni (瑞宝章, Zuiho-şo) – Yaponiya ordenlərindən biri.
Həm yapon, həm də əcnəbi şəxslərə Yaponiya dövləti qarşısındakı xidmətlərə görə təqdim olunur.
Müqəddəs xəzinə" ordeni 4 yanvar 1888-ci ildə İmperator Meyci tərəfindən "Meyci" ordeni adı ilə təsis olunmuşdur.
Ancaq kişilərə təqdim olunması planlaşdırılsa da, 1919-cu ildə qadınlara da verilməsi barədə qərar verilmişdir.
Orden 2003-cü ilə qədər 8 dərəcə üzrə təqdim olunmuşdur.
2003-cü ildə VII və VIII dərəcələr ləğv edilmiş, 6 dərəcə üzrə təqdim olunmağa başlamışdır.
Orden Yaponiyanın iki müqəddəs xəzinəsini – Yata güzgüsünü və Yasakani cəvahiratını özündə əks etdirir.
Orden pavlovniya çiçəklərinin və yarpaqlarının formasında dizayn edilmişdir.
Xarici keçidlər İstehsal prosesi
Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
30 may 2023-cü ildə təsis edilmişdir.
Tarixi və əsasnaməsi "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanunu ilə təsis edilmişdir.
Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: Minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə; Minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə; Minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər.
Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Minatəmizləmə sahəsində xidmətlərə görə" medalının təsviri Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Minatəmizləmə sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfi Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanmışdır.
Xarici və daxili çevrələrin arasında yuxarı hissədə qövs boyunca "Minatəmizləmə sahəsində xidmətlərə görə" sözləri yazılmışdır.
Aşağı hissənin mərkəzində, yazıların arasında üç səkkizguşəli ulduz həkk olunmuşdur.
Ulduzların və ulduzlarla yazıların arasında kompozisiyanı tamamlayan xətlər təsvir edilmişdir.
Daxili çevrənin içərisindəki dairənin üzərində minatəmizləmə vasitəsilə minatəmizləyən əməkdaşın relyefindən, minalardan təmizlənən sahədən və dağlardan ibarət kompozisiya təsvir olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır və qızılı rəngin müxtəlif çalarlarındadır.
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir.
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan 50 mm x 37 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü, hamar səthli, aşağı hissəsinə 40 mm x 10 mm ölçülü mərkəzində aypara və səkkizguşəli ulduz həkk olunmuş qızılı rəngli beşbucaqlı metal lövhə bərkidilmişdir.
Xara lentin üzərində mərkəzdə 6 mm enində boz, mərkəzdən sağ və sol kənarlara doğru ardıcıl olaraq, 12,5 mm enində tünd göy rəngli və 3 mm enində boz rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.
Təltif edilənlər Həmçinin bax Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı
Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalı.
2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunla təsis edilmişdir.
Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunla təsis edilmişdir.
Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikasının medalı haqqında Əsasnamədə qeyd edilir ki, "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: — miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə; — miqrasiya sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə.
Miqrasiya orqanlarının işçilərini bu medallarla müvafiq icra hakimiyyəti orqanı təltif edir.
Həmin medallar döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilib.
Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri həkk olunub.
Medalın ön tərəfinin səthi nahamardır.
İkinci dairənin daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilib.
Xəritənin üzərində əməkdaşlıq simvolu əks olunub.
Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduz, dairəvi xətt, əməkdaşlıq simvolu və sözlər relyefli olub, qızılı rəngdədir.
Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunub, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilib.
Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilib.
Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunub.
Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, qızılı rəngdədir.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Tünd göy xara lentin hər iki kənarında 1,5 mm enində və onların hər birindən mərkəzə doğru 4 mm aralı 2,5 mm enində sarı rəngli şaquli zolaq təsvir edilib.
Xara lentin üst hissəsinə eni 4 mm olan hamar qızılı təbəqə bərkidilir.
Xara lentin alt hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilib.
Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 17 mart 2017-ci il tarixində həmin qanuna dəyişikliklər edilmişdir.
Həmçinin bax "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017) yubiley medalı Xarici keçidlər "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanlarıilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine .
13 fevral 2018-ci il tarixli 1001-VQD nömrəli — Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan"qəzeti, 27 fevral 2018-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ciil, № 2, maddə 168)
Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Təltif edilən şəxslər "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə miqrasiya orqanlarının xüsusi rütbəsi olan işçiləri aşağıdakılara görə təltif edilirlər: miqrasiya orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə; xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə və xidməti vəzifələrinin icrasına nümunəvi yanaşdıqlarına görə; miqrasiya orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə.Maddə 2.
Təltif edən orqan Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.Maddə 3.
Taxılma qaydası "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir.
Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARINDA QULLUQDA FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri həkk olunmuşdur.
Medalın ön tərəfinin səthi nahamardır.
İkinci dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir.
Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir.
Dəfnə yarpaqları ilə əhatə olunmuş bu kompozisiyanın yuxarı hissəsində diametri 3 mm olan səkkizguşəli ulduz təsvir olunmuşdur.
Səkkizguşəli ulduzlar, yer kürəsi, xəritə, paralel və meridianlar, dairəvi xətlər, dəfnə yarpaqları və sözlər relyefli olub, qızılı rəngdədir.Maddə 2.
Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində ətrafı 1,3 mm enində ağ mina ilə örtülmüş, xarici və daxili çevrələrlə konturlanmış, dairəvi lövhə yerləşdirilmiş, xarici çevrənin ulduz təsviri yaradan səkkiz kənar çıxıntılı hissəsi relyefli xətlərlə işlənmiş və 1,3 mm enində hamar zolaqlarla konturlanmışdır.
Xarici və daxili konturların arasında göy minalı fonda yuxarı hissədə qövs boyunca "AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİ" sözləri, aşağı hissədə mərkəzdən "100" rəqəmləri yazılmış, həmin rəqəmlərin sağında və solunda hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Daxili çevrənin içərisində kitab, qılınc, tərəzi atributları təsvir edilmişdir.
Bütün yazılar, rəqəmlər və atributlar qızılı rəngdədir, qabarıqdır.Maddə 3.
Medalın arxa tərəfi Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir.
Səkkizguşəli ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir.
Bu kompozisiyadan aşağıda medalın seriyası və nömrəsi, onlardan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın seriyası və nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunmuşdur.
Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, qızılı rəngdədir.Maddə 4.
Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Yaşıl xara lentin kənarlarından mərkəzə doğru bir-birindən 5 mm aralı yerləşən və hər biri 1 mm olan sarı rəngli iki zolağın arasında 3 mm enində sarı rəngli zolaq təsvir edilmişdir.
Xara lentin üst hissəsinə eni 5 mm olan hamar qızılı təbəqə bərkidilir.
Xara lentin alt hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.
Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Həmçinin bax "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017) yubiley medalı
Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" III dərəcəli medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Təltif edilən şəxslər "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluğunun hər il martın 19-dək 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan işçilər vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər.
Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – miqrasiya orqanlarında azı 10 il qüsursuz qulluq edən şəxslərə verilir.
Təltif edən orqan Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.Maddə 3.
Taxılma qaydası "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Medalın ümumi təsviri' "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, diametri 50 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir.
Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 3 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca gümüşü rəngli minalı fonda "MİQRASİYA ORQANLARINDA QÜSURSUZ QULLUĞA GÖRƏ" sözləri həkk olunmuşdur.
Medalın ön tərəfinin səthi nahamardır.
İkinci dairənin mərkəzində gümüşü rəngli minalı fonda "III" rəqəmi, onun aşağısında yazılmış "DƏRƏCƏ" sözünün altında qövs boyunca palıd yarpaqları təsvir edilmişdir.
Səkkizguşəli ulduz, dairəvi xətlər, palıd yarpaqları, rəqəm və sözlər relyefli olub, gümüşü rəngdədir.
Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir.
Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir.
Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunmuşdur.
Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, gümüşü rəngdədir.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Qırmızı xara lentin hər iki kənarında eni 1,5 mm zoğalı rəngli, mərkəzində bir-birindən 2 mm aralı məsafədə eni 2,5 mm olan açıq sarı rəngli 3 şaquli zolaq təsvir edilmişdir.
Xara lentin üst hissəsinə eni 4 mm olan hamar gümüşü təbəqə bərkidilir.