Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb.
|
Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.
|
İyunun 25-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti olub.
|
Konsert zamanı Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
|
Həmçinin bax Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Respublika Muğam Müsabiqəsi Qəbələ Beynəlxalq Musiqi Festivalı Muğam Televiziya Müsabiqəsi Beynəlxalq Mstislav Rostropoviç Festivalı Xarıbülbül Musiqi Festivalı Beynəlxalq Aşıq Festivalı Xarici keçidlər Heydər Əliyev Fondunun rəsmi saytında — "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı
|
Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının prezidentinin qərarı ilə, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 429-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş dövlət təltifi.
|
Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.
|
Təltif edilən şəxslər "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.
|
Təltif edən orqan “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təltif edilir.
|
Taxılma qaydası “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
|
Medalın təsviri Medalın ümumi təsviri “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı qızılı rəngli, hamar şüalı və səkkizguşəli ulduz formalı, diametri 38 mm olan metal lövhədən ibarətdir.
|
Medalın ön tərəfi Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
|
Daxili çevrənin xaricində zeytun rəngli minalı fonda yuxarı qövs boyunca AZƏRBAYCAN RESPUBLİKASI sözləri, aşağı qövs boyunca MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin sol və sağ tərəfində səkkizguşəli ulduz təsvir olunmuşdur.
|
Yazılar və ulduzlar qızılı rəngdədir.
|
Daxili çevrənin üzərində qızılı rəngli fonda üç sətrə bölünməklə MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA GÖRƏ sözləri yazılmış və sözlərin altında snayper tüfəngi təsvir edilmişdir.
|
Yazı və tüfəng fonunda Azərbaycan Respublikasının xəritəsinin konturları təsvir edilmişdir.
|
Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.
|
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində dörd sətrə bölünməklə qızılı rənglə AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ sözləri həkk olunmuşdur.
|
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.
|
Medalın elementləri Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst hissəsinə 40 mm x 5.5 mm ölçüdə qızılı rəngli metal lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
|
Xara lentin üzərində mərkəzdə 15 mm enində qızılı rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 5 mm enində zeytun rəngli, 2 mm enində qızılı rəngli və 4 mm enində zeytun rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
|
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.
|
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal.
|
İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır.
|
Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır.
|
Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir.
|
Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır.
|
Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır.
|
Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir.
|
Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı.
|
Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
|
Avstriyalı və alman hərbçilər üçün bu medal öz II dərəcəli "Dəmir Xaç" medallarından aşağı dərəcəli hesab edilirdi.
|
Buna görə də "Hərb" medalı II dərəcəli "Dəmir Xaç" medalının altına taxılırdı.

Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilən medal.
|
Təsis edilməsi 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
|
Əsasnamədə deyilir: Maddə 1.
|
Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlərMaddə 2.
|
Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.Maddə 3.
|
Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
|
Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
|
Medalın ümumi təsviri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
|
Medalın ön tərəfi 2.1.
|
Medalın ön tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur.
|
Dairənin mərkəzi hissəsində səkkizguşəli ulduzun daxilində "75" rəqəmləri həkk edilir.
|
Dekorativ cilalama və səkkizguşəli ulduz qızıl suyuna, dairə və "75" rəqəmləri isə gümüş suyuna çəkilir.
|
Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.Maddə 3.
|
Medalın arxa tərəfi 3.1.
|
Medalın arxa tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur.
|
Dairənin mərkəzi hissəsində təyyarə təsviri, onun ətrafında yuxarı qövs boyunca "Mülki aviasiyanın inkişafına verdiyi töhfəyə görə" sözləri həkk edilir.
|
Dairənin aşağı hissəsində səkkizguşəli ulduz təsvir olunur.
|
Dekorativ cilalama, təyyarə və səkkizguşəli ulduz qızıl suyuna, dairə və dairədə olan sözlər isə gümüş suyuna çəkilir.
|
Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.Maddə 4.
|
Medalın elementləri 4.1.
|
Medal 30 mm x 47 mm ölçülü düzbucaqlı metal lövhənin aşağı hissəsinə bərkidilmiş 32 mm x 2 mm ölçülü təbəqəyə halqa və ilgək vasitəsilə birləşdirilir.
|
Lövhəyə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli üfüqi zolaqlara bölünmüş dairəvi xara lentdən üz çəkilir.
|
Lövhənin ön tərəfindəki qırmızı zolağın ortasında ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir edilir.
|
Lövhənin ön tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə eni 2 mm olan təbəqə bərkidilir.
|
Lövhənin arxa tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə paltarın yaxasına taxılmaq üçün element bərkidilir.
|
Lövhənin yuxarı və aşağı hissələrindəki təbəqələrin arasında məsafə 45 mm-dir.
|
Həmçinin bax "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı

Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
|
Mülki aviasiya sahəsində xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.