Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh.
|
Florens Naytingel" medalı — tibb bacısı üzrə xüsusi fərqlənənlərə təqdim edilən və britaniyalı tibb bacısı Florens Naytingelin adını daşıyan beynəlxalq mükafat.
|
Medal 1907-ci ildə Londonda keçirilən Qızıl Xaç Cəmiyyətlərinin Səkkizinci Beynəlxalq Konfransından sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən 1912 ildə təsis edilmişdir.
|
Bu, tibb bacısının əldə edə biləcəyi ən yüksək beynəlxalq mükafatdır və tibb bacılarına və ya tibb bacısının köməkçilərinə "xəsarət alanlara, xəstələrə və ya əlillərə və ya münaqişə və ya fəlakətin mülki qurbanlarına fövqəladə cəsarət və sədaqət" və ya " ctimai səhiyyə və ya tibb bacısı təhsili sahələrdə nümunəvi xidmət və ya ixtiraçılıq və qabaqcıl ruh" üçün verilir.
|
Florens Nightingale Medal Komissiyası BQXK-nın bir neçə üzvü və işçilərindən ibarətdir, onlardan bir neçəsi tibb bacısı mütəxəssisləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş tibb bacısıdır.
|
Komissiyanın işində Beynəlxalq Tibb Bacıları Şurasının nümayəndəsi də iştirak edir.
|
12 may 2021-ci ildə Vətən müharibəsi şəhidi Arəstə Baxışova Florens Naytingel medalı ilə təltif edilmişdir.
|
Formula-1" Qran-pri siyahısı — 1950-ci ildən FİA Dünya Çempionatına daxil olan bütün mərhələlərin siyahısı.
|
Grand Prix) — iri həcimli motor yarışının ənənəvi adı.
|
Bu ənənə XX əsrin əvvəlində müəyyən edilmişdir.
|
Formula 1 Dünya Çempionatının bir hissəsi olmuş bütün yarışlara Qran-pri (1950–1960-cı illərin çempionat təqvimində olan 11 yarış, 500 km Indianapolis istisna olmaqla) adlandırıldı.
|
2017 mövsümünün son yarışından etibarən, 976 Qran-pri (1950–1960-cı illərdə İndianapolis 500 milin 11 sınaq mərhələsi, rəsmi olaraq Qran-pri deyil), Dünya Çempionatı çərçivəsində keçirildi.
|
Adı ilə Qran-pri (ölkəyə görə deyil) Qalın şriftlə 2019 mövsümünə 21 Qran-pri qeyd olunmuşdur.
|
Fransız" — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.
|
Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır.
|
Əlibala (Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır.
|
Onu yola gətirmək üçün hər yola müraciət edirlər, bir xeyri olmur.
|
Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb.
|
Məcburi sünnət elədikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı.
|
Film haqqında Film Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında çəkilmişdir.
|
Filmdə Vaqif Mərdəkani öz dəstəsi ilə və Aleksandrovun xoru çəkilmişdir.
|
Filmin son titrləri fransızcadır.
|
Film Azərbaycan kinosunun 79-cu ildönümünə həsr edilmişdir.
|
Filmdə "Nənəqızlar" folklor ansamblının repertuarından istifadə edilmişdir.
|
7 aprel 2016-cı ildə Fransada "Xaos və harmoniya" şüarı altında keçirilən "Avropa ətrafında Avropa" Film Festivalı (fr.
|
L'Europe autour de l'Europe — 2016) çərçivəsində Parisin İncəsənət Mərkəzində filmin nümayişi keçirilmişdir.
|
Filmin heyəti (titrlərdəki sıraya görə) Film üzərində işləyənlər Ssenari müəllifi : Əmir Pəhləvan, Vaqif Mustafayev Quruluşçu rejissor : Vaqif Mustafayev Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Hüseyn Haqverdiyev, Elxan Muradov Bəstəkar : Xəyyam Mirzəzadə Səs rejissoru : Teymur Abdullayev Musiqi redaktoru : Riyad Quliyev Məsləhətçi : Novruz Məmmədov İcraçı prodüser : Rauf Quluzadə Dirijor : Ed Spanjard (Niderland) Qrim ustası : Çingiz Paşayev İnzibatçı : Sahib Quluzadə, Arif Kərimov, Novruz Məmmədov (Novruz kimi) Filmin direktoru : Pərviz Quliyev Redaktor : Əhməd Aşurbəyov, Əhmədağa Qurbanov Montaj edən : İlham Qaliboğlu Koordinator : İlqar Musaoğlu, Namiq Fərəc İşıqçı : Şəmsi Qədirov Repertuarından istifadə edilən müğənni: Co Dassin (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Zərnigar Fərman Şəkili (Fərman Abdullayev kimi) — Əlibala Ucal Haqverdiyev — Tərcüməçi Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Atabala Səidə Quliyeva — Əlibalanın nişanlısı Nuriyyə Əhmədova — Atabalanın arvadı İlyas Tapdıq — Şair Ağasəlim Çıldağ — Meyxana ustası Muxtar Maniyev — Sünnətçi Hüseyn Muradov — Sünnətçinin köməkçisi Şamil Mahmudbəyov — Dayı Mənsur Məmmədov — Atabalanın atası Arif Qasımov — Dədə Qorqud Arif Kərimov — Psixiatr Novruz Məmmədov — Fransa səfirliyinin əməkdaşı Vaqif Mərdəkani — Klarnet çalan Mamuka Kikaleyşvili — Müğənni Firuz Xudaverdiyev — Millət vəkili (titrlərdə yoxdur) Vaqif Mustafayev — Rejissor (titrlərdə yoxdur) Xəyyam Mirzəzadə — Bəstəkar (titrlərdə yoxdur) Atabala: Atova lənət bizi qınayan.
|
Atabala: Tanıdım, bütün nəslimizi sən kişi eləmisən.
|
Güldüm ki, ağlayım…" [Vaqif Mustafayevin "Fransız" filmi haqqında] //Azərbaycan.- 1996.- 15 fevral.
|
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
|
Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalıAzərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
|
Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı qabarıq formalı, diametri 50 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli ulduzdan ibarətdir.
|
Ulduzun mərkəzində iki dairəvi lövhə yerləşdirilib.
|
Birinci dairəvi lövhə yaşıl mina ilə, ikinci mərkəzi dairəvi lövhə isə tünd mavi mina ilə örtülmüşdür.
|
Fövqəladə Hallar Nazirliyinin emblemi dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində tünd mavi mina ilə örtülmüş dairəvi lövhədə həkk olunmuşdur.
|
Lövhənin fonunda relyefli şüalar var.
|
Lövhələr dekorativ incə elementlərlə haşiyələnib.
|
Birinci və ikinci lövhələrin haşiyələri arasında yaşıl minalı fonda "FÖVQƏLADƏ HALLAR ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri yazılmışdır.
|
Səkkizguşəli ulduzun guşələrinin konturları və birinci dairəvi lövhənin dekorativ konturları arasında milli ornamentin elementlərindən kompozisiya yerləşdirilib.
|
Səkkizguşəli ulduz, dairəvi lövhənin dekorativ konturları, Fövqəladə Hallar Nazirliyinin embleminin təsviri, dəfnə yarpaqları, milli ornament, relyefli şüalar və sözlər qızılı rəngdədir.
|
Medalın arxa tərəfi hamar səthlidir.
|
Paltarın yaxasına bərkidilmək üçün xüsusi elementi vardır.
|
Ulduzun aşağı guşəsində medalın nömrəsinin həkk olunması üçün çərçivəsi vardır.
|
Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı — Azərbaycan Respublikasının medalı "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətinin hər il dekabrın 16-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan əməkdaşlar vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər.
|
Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikası medalının 3 dərəcəsi vardır: "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 20 il qüsursuz xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 15 il qüsursuz xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 10 il qüsursuz xidmət edən şəxslərə verilir.
|
Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
|
1-ci dərəcəli "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
|
Medalın ön tərəfinin səthi relyeflidir.
|
Medalın mərkəzində relyefli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur.
|
Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir.
|
Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir.
|
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur.
|
Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır.
|
Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir.
|
Emblem, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir.
|
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
|
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
|
Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 3 mm olan 1 yaşıl rəngli şaquli zolaq təsvir olunmuşdur.
|
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.
|
2-ci dərəcəli "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
|
Medalın ön tərəfinin səthi relyeflidir.
|
Medalın mərkəzində relyefli qızılı rəngli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur.
|
Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir.
|
Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, sözlər və dairəvi formalı lövhənin çərçivəsi relyefli və qızılı, lövhənin fonu isə gümüşü rəngdədir.
|
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur.
|
Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır.
|
Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir.
|
Emblem və lövhənin fonu gümüşü, sözlər və relyefli dairəvi formalı lövhənin çərçivəsi isə qızılı rəngdədir.
|
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
|
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
|
Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 1,5 mm olan 2 yaşıl rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
|
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.
|
3-cü dərəcəli "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
|
Medalın ön tərəfinin səthi relyeflidir.
|
Medalın mərkəzində relyefli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur.
|
Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir.
|
Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya qızılı, lent, palıd yarpaqlarından çələng və sözlər relyefli və gümüşü rəngdədir.
|
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur.
|
Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır.
|
Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir.
|
Emblem və sözlər relyefli və gümüşü rəngdədir.
|
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
|
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
|
Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 1,5 mm olan 3 yaşıl rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
|
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.
|
Təltif olunanlar "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlərin siyahısı
|
Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı — Azərbaycan Respublikasının medalı "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətinin hər il dekabrın 16-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan əməkdaşlar vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər.
|
Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikası medalının 3 dərəcəsi vardır: "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 20 il qüsursuz xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 15 il qüsursuz xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 10 il qüsursuz xidmət edən şəxslərə verilir.
|
Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
|
1-ci dərəcəli "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
|
Medalın ön tərəfinin səthi relyeflidir.
|
Medalın mərkəzində relyefli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur.
|
Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir.
|
Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir.
|
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur.
|
Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır.
|
Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir.
|
Emblem, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir.
|
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
|
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.