Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Cənubi Koreyanın Rim Çenq Universiteti Koreya Mərkəzinə tədris ləvazimatları, milli geyimlər və musiqi alətləri bağışlamışdır.
|
Koreya Mərkəzində Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş mərasimlər keçirilir.
|
2012–2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Koreya dili tədris mərkəzi mövcuddur.
|
Yalnız Naxçıvan dövlət universitetinin tələləbələri deyil, Naxçıvanın istənilən bölgələrindən olan şəxslər də koreya dilini öyrənmək üçün bu mərkəzə müraciət edə bilərlər.
|
Kursun sonunda tələbələrə Naxçıvan Dövlət Universiteti adından sertifikat təqdim edilir.
|
Koreya dili asan və orta səviyyə olmaqla keçirilir.
|
Mərkəzdə eyni zamanda TOPİK imtahan hazırlıq kursu da mövcuddur.
|
Mərkəzdə 1 il – 2 semestr olmaqla Koreya dili dərsləri və Koreya mədəniyyəti dersləri keçirilir.
|
Koreya mədəniyyət derslərində tələbələr Koreya filmləri izləmə, yemək hazırlama, mili oyunlar, mili rəqslər və mili musiqi alətlərində çalmaq kimi bir sıra tərcübələrə yiyələnə bilərlər.
|
Yenicə təşkil olunmuş kitabxananın fondunu yaratmaq üçün vəsait ayrılmış, lazımi ədəbiyyat və materiallarla təmin edilmişdir.
|
Cəmi 370 kitabla fəaliyyətə başlayan kitabxananın fondu qısa bir zamanda zənginləşmişdir.
|
Bura Azərbaycan və rus dillərində olan 290-dan artıq kitab Bakı Dövlət Universitetindən və AMEA-nın Mərkəzi Elmi Kitabxanasından, M. F. Axundov adına kitabxanadan və müxtəlif institutların kitabxanalarından hədiyyə edilmişdir.
|
1971-ci ildə yalnız 1 şöbədən və 1 oxu zalından ibarət olan kitabxanaya o zaman institutun tarix-filologiya fakültəsində qiyabi təhsil alan Novruz Quliyev, 1972-ci ildə isə institutun "Pedaqogika" kafedrasında laborant işləyən, hazırda həmin kafedranın müəllimi Bəyim Vəkilova, sonra müxtəlif illərdə Şövkət Qasımova, Qafar Əliyev, Teyyubə Abdullayeva, Pərvin Əliyeva və Aypara Behbudova rəhbərlik etmişlər.
|
Hazırda NDU-nun Elmi Kitabxanasının direktoru Fariz Əhmədovdur.
|
Kitabxananın fondunu 1985-ci ildə 60 min nüsxə Azərbaycan, rus və xarici dillərdə çap olunmuş nadir və müstəsna əhəmiyyətli nəsr əsərləri, elmi ədəbiyyatlar təşkil etmişdir.
|
1987-ci ildən kitabxana respublikada nəşr edilən çap məhsullarının pulsuz məcburi nüsxələrini almışdır.
|
Naxçıan Dövlət Universitetinin kitabxanası 1996-cı ildən etibarən daha da təkmilləşdirilərək inkişaf etdirilmişdir.
|
Kitabxana 2004-cü ilin may ayında Avropa standartlarına uyğun beşmərtəbəli binaya köçürülmüşdür.
|
Akademik İsa Həbibbəyli , AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, mərhum Zöhrab Vəliyev, akademik Budaq Budaqov, akademik Məmməd Cəfər Cəfərov, pedaqogika üzrə fəlssəfə doktoru, dosent Gültac Əliyeva və başqaları öz şəxsi kitab fondlarından kitabxanaya xeyli kitab hədiyyə etmişlər.
|
Muxtar Respublikada elm sahələri üzrə ən iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanasının fondunda dünyanın 30-dan çox dilində 200 000-dən artıq ədəbiyyat saxlanılır.
|
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının 11 nəfərdən ibarət Elmi Şura üzvləri var.
|
NDU-nun kitabxanası dünya elmindən, beynəlxalq kitabxana təcrübəsindən bəhrələnərək oxuculara yüksəık səviyyədə xidmət göstərir.
|
Fond və oxu zallarının hər birinin konkret elm sahələri üzrə ixtisaslaşdırılması və hər zalın ayrıca mərtəbələrdə yerləşdirilməsi bu kitabxananın Avropa kitabxana sisteminə inteqrasiyasının bəhrəsidir.
|
Hazırda kitabxanada ayrı-ayrı elm sahələri üzrə ixtisaslaşdırılmış 11 fonr və 11 oxu zalı oxuculara yüksək səviyyədə xidmət göstərir.
|
Futbol komandası Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
|
2017-ci ilin iyun ayında başa çatmış sonuncu - Naxçıvan Muxtar Respublikasının XV futbol çempionatında üçüncü yeri tutmuşdur.
|
Naxçıvan Dövlət Universitetinin futbol komandası 2002-ci ildə Türkiyənin Qars Qafqaz Universitetinin komandası ilə yoldaşlıq görüşləri keçirmiş, həm Türkiyədə və həm də Naxçıvanda qalib gəlmişlər.
|
Tələbələr 2003-cü ildə İran İslam Respublikasının Təbriz Universitetinin komandası ilə yoldaşlıq görüşü keçirmiş və 7:1 hesabı ilə qalib gəlmişlər.
|
Komandanın müxtəlif turnirlərdə qazandığı kuboklar hazırda Naxçıvan Dövlət Universitetinin İdman muzeyində saxlanılır.
|
İdman Muzeyi Naxçıvan Dövlət Universitetinin idman muzeyi 2000-ci ildə yaradılmışdır.
|
Bu muzeydə universitetin idmançı tələbələrinin Naxçıvan muxtar respublika, Azərbaycan Respublikası və beynəlxalq yarışlarda qazandığı kubok, fəxri fərman və diplomlar nümayiş etdirilir.
|
Onların arasında tələbələrimizin "Qafqaz universitetləri olimpiadası"nda (Türkiyə, Qars), Birinci Avropa Olimpiadasında (Bakı 2015), Avropa Universitetlərinin futbol çempionatında (Ukrayna, Polşa) və Beynəlxalq turnirlərdə (İran İslam Respublikası, Türkiyə, Rusiya)qazandıqları kuboklar xüsusi əhəmiyyətə malikdir.
|
Muzeydə nümayiş etdirilən eksponatlar içərisində futbol, badminton, cüdo, sərbəst güləş, atletika və digər idman növləri üzrə keçirilən Naxçıvan Muxtar Respublikası birinciliklərində universitet komandalarının qazandığı nailiyyətlərlə bağlı kuboklar, diplomlar, "Universitet" futbol komandasının müxtəlif illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan Muxtar Respublika turnirlərinin qalibi kimi qazandığı kuboklar, super kuboklar da nümayiş etdirilir.
|
İdmançılarımızın Türkiyə Cümhuriyyətində və İran İslam Respublikasında keçirilən yarışlarda qazandığı mükafatlara da muzeydə müvafiq guşə ayılmışdır.
|
Muzey, universitetin idman kompleksində yerləşir.
|
İdman muzeyinə "Tələbə İdman klubu"nun sədri Məmmədəli Rəhimov rəhbərlik edir.
|
Məktəb tarixi muzeyi "Məktəb tarixi" kabinəsi 03 noyabr 1997-ci il tarixdə "Pedaqogika və psixologiya" kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nərimən Bilal oğlu Orucəliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır.
|
Kabinədə Naxçıvanda maarifçilik hərəkatını əks etdirən stendlər və Azərbaycanın görkəmli mütəfəkkirlərinin fotoşəkillərindən ibarət sərgi öz əksini tapmışdır.
|
Kabinə 18 may 2007-ci il tarixdə "Məktəb tarixi" muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır.
|
Muzeyin əsasını fakültə əməkdaşlarının nəşr olunmuş dərslikləri, dərs vəsaitləri, metodiki vəsaitləri, proqramları təşkil etmişdir.
|
Muzeydə həmçinin universitet əməkdaşlarının fəlsəfə doktoru və elmlər doktoru avtoreferatları üçün ayrıca guşə də yaradılmışdır.
|
MR-nın ilk Maarif nazirindən başlayaraq indiyə qədər olan nazirlərin fotoşəkilləri və işlədikləri müddət göstərilmişdir.
|
Məktəb tarixi" muzeyi universitetdə olan qonaqlarda da daim xoş təəssürat yaratmışdır.
|
Məktəb tarixi muzeyi"ndə magistratura səviyyəsində təhsil alan pedaqogika nəzəriyyəsi və tarixi, sosial pedaqogika, təhsildə qiymətləndirmə və monitorinq ixtisaslarının tələbələri, həmçinin fakültənin bakalavr səviyyəsində təhsil alan tələbələrin də kafedrada tədris olunan dərsləri burada keçirilir.
|
Məktəb tarixi muzeyi" nin ilk müdiri Vəkilova Bəyim İsmayıl qızı olmuşdur.
|
Haliyədə muzeyə 14 iyun 2018-ci il tarixdən pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistraturanı bitirmiş Quliyeva Kübra Ramiz qızı rəhbərlik edir.
|
Universitet dünyası muzeyi Naxçıvan Dövlət Universitetində ilk muzey "Universitet dünyası" adı altında ali təhsil ocağının 30 illik yubileyi ərəfəsində – 31 oktyabr 1997-ci ildə yaradılmışdır.
|
Ümummilli lider Heydər Əliyevin yubiley münasibətilə universitetin kollektivinə ünvanladığı 29 oktyabr 1997-ci il tarixli təbrik məktubu muzeyin "Dövlətçilik" adlı baş salonunda təqdim olunur.
|
Universitet dünyası" muzeyinin ziyarətçiləri Azərbaycan ictimai-siyasi və elmi-mədəni mühitinə böyük töhfələr verən bu elm ocağının keçdiyi tarixi yolu xatırlayır.
|
Muzeyin üç salonunda toplananan eksponatlar universitetin əvvəlki dövrü haqda dolğun təəssürat oyadır.
|
1939–1954-cü illərdə Naxçıvan diyarını pedaqoji kadrlarla təmin etmiş "Naxçıvan Müəllimlər İnstitutu" lövhəsindəki şəkillər və həmin ali məktəbin tarixi haqqında fəlsəfə doktorluğu dissertasiyası yazmış şair-pedaqoq, mərhum Vaqif Məmmədovun yazısı və fotoşəkillər o illərin müəllim və tələbələri haqda tanışlıq imkanı yaradır.
|
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan Filialı kimi yaradılan universitetin ilk tələbə-məzunlarının fotoşəkilləri, filialın binasının şəkli, müəllim və tələbələrin məzun albomları guşədə sərgilənir.
|
Muzeydə "Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu (1972–1990) adlı iki böyük stenddə 18 illik tarixə aydınlıq gətirilir.
|
Eksponatlar arasında yarım əsrdən artıq dövrdəki müddətdə keçirilmiş elmi konfrans materialları, dissertasiya işlərinin avtoreferatlarından nümunələr var.
|
Naxçıvan diyarının görkəmli yetirmələri, böyük kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş materiallar şanlı elm tariximizdən xəbər verir.
|
Birinci salonda universitetin ilk məzunlarının 45 ildən sonrakı görüşünə aid guşə mövcuddur.
|
Xalqımızın üzləşdiyi erməni işğalları və soyqırımlar haqqında kitab və şəkillər muzeydə sərgilənir.
|
Universitet dünyası" muzeyinin ikinci salonu xarici əlaqələrə həsr olunmuşdur.
|
Burada Türk dövlətlərinin xəritəsi, əməkdaşların elmi kəşfləri, qazandıqları mükafatlar nümayiş olunur.
|
Professorlar" adlı guşə, qocaman pedaqoq Naxçıvan MR əməkdar müəllimi Əkbər Süleymanovun anadan olmasının 80 illik yubileyinə aid materiallarla zəngindir.
|
Universitetin beynəlxalq əlaqələri, əməkdaşların çap etdirdiyi kitablar ikinci salonda sərgilənmişdir.
|
Universitetdə nəşr olunan "Fikir", "Yeni fikir" qəzetlərinin nümunələri, "Fikir" jurnalı və "Elmi əsərlər" jurnalının saylarından nümunələr, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Naxçıvan MR Ali Məclisin Sədri Vasif Talıbovun universitetə səfərləri, rektorlar, fəxri doktorlar guşələr dövlətçilik adlı III salonda cəmlənmişdir.
|
Botanika muzeyi Naxçıvan Dövlət Universitetdə "Botanika" muzeyi 15 mart 2003-cü ildə təşkil olunmuşdur.
|
Muzey Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tərkibində fəaliyyət göstərir.
|
Muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində bitən 5000-dən artıq növ bitkinin herbarisi və həmin bitkilər haqqında müvafiq elmi məlumatlar vardır.
|
Dərman bitkilərinə, faydalı bitkilərə və həmçinin "Qırmızı kitab"a düşmüş bitkilərə aid ayrıca bölmələr təşkil olunmuşdur.
|
Muzey nadir və məhvolma təhlükəsi qarşısında olan bitkilərin orijinal fotoşəkilləri ilə zənginləşdirilmişdir.
|
Bitkilərin xəstəlikləri, eləcə də həmin xəstəliklərə qarşı istifadə edilən preparatlar barədə məlumatlar da muzeydə təqdim olunur.
|
Muzey Təbiətşünaslıq və kənd təsərrüfatı korpusunda yerləşir.
|
Eyni zamanda botanika elminin son nailiyyətlərini əks etdirən kitab və jurnallar muzeydə saxlanılır.
|
Əyani vəsaitlərdən bakalavr və magistrlərin istifadə etmələri üçün əlverişli şərait yaradılmışdır.
|
Belə ki praktiki məşgələ dərsləri təcrübəli müəllimlər tərəfindən burada tədris olunur.
|
Botanika" muzeyinə mərhum, biologiya üzrə fəlsəfə doktoru, dosent Piriyev Musa Zeynal oğlu 2003–2012-ci illərdə rəhbərlik etmişdir.
|
Hazırda "Botanika" muzeyinə 2012-ci ildən Botanika kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Qasımov Hilal Zülal oğlu rəhbərlik edir.
|
Beynəlxalq əlaqələri Naxçıvan Dövlət Universitetinin Fransanın Strasburq, Türkiyənin İstanbul, Ankara, Ərzurum, Van universitetləri, İranın Təbriz Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti ilə əlaqələri var ki, bu da Naxçıvanda elm, təhsil və mədəniyyətin inkaşafına müsbət təsir göstərir.
|
Universitet Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək Yolu Universitetlər Cəmiyyətinin, Beynəlxalq Turizm Akademiyasının və Qafqaz Universitetlər Birliyinin üzvüdür.
|
Fikir" qəzeti "Fikir" qəzetinin fəaliyyətə başlamasına əsas təkan Azərbaycan SSR Nazirlər Sovetinin 29 dekabr 1990-cı il tarixli qərarından sonra olmuşdur.
|
Belə ki, həmin qərara əsasən, Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun əsasında Naxçıvan Dövlət Universiteti yaradılmışdır.
|
Ali məktəbin universitet statusunu əldə etməsi, həmin vaxt üçün onun çoxtirajlı qəzetinin nəşrinə təminat verən əsas amillərdən biri idi. Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi tərəfindən 5 sentyabr 1991-ci ildə verilmiş 330 nömrəli qeydə alınma şəhadətnaməsi əsasında qəzetin nəşrinə icazə alınmışdır.
|
Qəzetin ilk nömrəsi 15 oktyabr 1991-ci ildə çap edilmişdir.
|
Həmin dövrdə "Fikir" qəzeti Naxçıvan Dövlət Universitetinin ilk mətbu orqanı olmaqla yanaşı, Azərbaycan ali təhsil sistemində də regionda yerləşən ali məktəbdə çap olunan ilk mətbuat orqanı idi. Universitetin bu mətbu orqanının "Fikir" adlandırılmasının əsas səbəbi vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin inspektoru olmuş Aleksey Çernyayevski ilə həmin seminariyanın Naxçıvandan olan məzunu Əliməmməd Xəlilovun birlikdə Tiflis şəhərində nəşr etdirmək istədikləri, ancaq çapına nail ola bilmədikləri "Fikir" adlı maarifçi qəzetin adını yaşatmaq, onun nəzərədə tutulmuş məramını davam etdirmək məqsədilə əlaqələndirilmişdir.
|
Qəzetin 12 noyabr 1991-ci il tarixli ikinci nömrəsində dərc edilmiş ""Fikir" qəzeti – 98 il sonra" adlı məqalədə isə bu mətbuat orqan eyni zamanda "fikirləşməyi, düşünüb müqayisə etməyi, nəticə çıxarmağı bacaranlar üçün söz kürsüsü" kimi də səciyyələndirilmişdir.
|
Qəzet fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikasındakı ali məktəb müəllimləri və tələbələrinin bir mətbuat tribunası kimi maariçi düşüncənin inkişafına kömək etmiş, universitet həyatının salnaməsini yaradıb, davam etdirmişdir.
|
1997-ci ilədək 44 nömrəsi çap olunmuşdur.
|
Avropa təhsil sisteminə inteqrasiya sayəsində Qərbdəki ali məktəblərin qəzetlərdən çox informasiya bülleteni tipli jurnalların nəşr edilməsi təcrübəsinə istinad edilərək Naxçıvan Dövlət Universitetində də "Fikir" qəzetinin bazasında 1998-ci ildən etibarən eyni adlı informasiya bülleteninin çap edilməsi qərara alınmışdır.
|
Fikir" qəzetinin davamı kimi hazırda Naxçıvan Dövlət Universitetində nəşr olunan "Yeni fikir" qəzeti yeni mərhələnin "Fikir" qəzeti hesab olunur.
|
Fikir" informasiya bülleteni Bülletenin baş redaktoru Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmovdur.
|
Fikir" informasiya bülleteni 1990-cı illərdə Naxçıvan Dövlət Universitetində nəşr olunmuş "Fikir" qəzetinin bazasında yaranmışdır.
|
İnformasiya bülleteninin əlavəsi kimi 1 aprel 2011-ci ildən "Yeni fikir" qəzeti nəşr olunur.
|
Fikir" informasiya bülletenində gedə bilməyən bədii-publisist yazılar həmin qəzetdə yayımlanır.
|
Bülleten Naxçıvanda ali məktəbin elmi-maarifçi mühitinin gedişatını işıqlandırır.
|
Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolunu, bu ali təhsil ocağında gedən yeniləşmə proseslərini öyrənmək istəyənlər üçün bu informasiya bülleteni mühüm əhəmiyyətə malik olan mənbədir.Ali məktəb həyatının tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr, mədəniyyət, idman və s. yenilikləri bülletendə mütəmadi olaraq işıqlandırılır.
|
Rəngli çap olunan bülletendəki müvafiq fotoşəkillər informasiyalardan alınan təəssüratı uğurla tamamlayır.
|
Xarici keçidlər ndu.edu.az — Naxçıvan Dövlət Universitetinin rəsmi saytı
|
Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət.
|
Filmoqrafiya Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
|
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
|
Bizim "Azərbaycanfilm".
|
Bakı: Mütərcim, 2004.- səh.
|
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.