Search is not available for this dataset
text
stringlengths
10
518k
Müsəlman əhalisi məscidlərə toplaşaraq, silahların qaytarılmasını tələb etdi.
Vəziyyətin çox ciddi xarakter aldığını görən Azərbaycan milli təşkilatlarının nümayəndələri inqilabi komitəyə gələrək, alınmış silahları "Hümmət" müsəlman bolşevik təşkilatı vasitəsilə qaytarmağa cəhd göstərdilər.
Lakin bolşevik-daşnak koalisiyası əvvəlcədən bağladıqları sövdələşmə əsasında müsəlman əhaliyə qarşı hücuma başladı.
Martın 30-da axşam saat beşdə Bakıda ilk atəşlər açıldı.
Bu, Bakıda türk-müsəlman əhaliyə qarşı Mart soyqırımının (1918) başlanğıcı oldu.
Həmçinin bax Mart soyqırımı Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Nəsibzadə N., Azərbaycan Demokratik Respublikası, B., 1990; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər), B., 1993; İsgəndərov A., Azərbaycan Xalq Cümhuriyyəti, B., 2003;
Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı — Azərbaycan Respublikasının medalı "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətinin hər il dekabrın 16-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan əməkdaşlar vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər.
Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikası medalının 3 dərəcəsi vardır: "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 20 il qüsursuz xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 15 il qüsursuz xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 10 il qüsursuz xidmət edən şəxslərə verilir.
Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
1-ci dərəcəli "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfinin səthi relyeflidir.
Medalın mərkəzində relyefli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur.
Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir.
Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur.
Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır.
Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir.
Emblem, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 3 mm olan 1 yaşıl rəngli şaquli zolaq təsvir olunmuşdur.
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.
2-ci dərəcəli "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfinin səthi relyeflidir.
Medalın mərkəzində relyefli qızılı rəngli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur.
Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir.
Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, sözlər və dairəvi formalı lövhənin çərçivəsi relyefli və qızılı, lövhənin fonu isə gümüşü rəngdədir.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur.
Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır.
Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir.
Emblem və lövhənin fonu gümüşü, sözlər və relyefli dairəvi formalı lövhənin çərçivəsi isə qızılı rəngdədir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 1,5 mm olan 2 yaşıl rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.
3-cü dərəcəli "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfinin səthi relyeflidir.
Medalın mərkəzində relyefli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur.
Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir.
Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya qızılı, lent, palıd yarpaqlarından çələng və sözlər relyefli və gümüşü rəngdədir.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur.
Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır.
Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir.
Emblem və sözlər relyefli və gümüşü rəngdədir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 1,5 mm olan 3 yaşıl rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.
Təltif olunanlar "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlərin siyahısı
Neon Sənət Muzeyi və ya "Farhouse" neon ev-muzeyi – Azərbaycanın Novxanı kəndinə yerləşən neon muzeyi.
Azərbaycanda yerləşən ilk və yeganə belə muzeydir.
Neon Sənət Muzeyi Azərbaycanın ən tanınmış neon sənətçilərindən biri olan Fərid Ələkbərov tərəfindən 2015-ci ildə yaradılmışdır.
Muzey kimi rəsmi fəaliyyətinə 2022-ci ilin yanvarında başlamışdır.
Muzey hazırlanarkən fenşuy fəlsəfəsindən istifadə olunmuşdur.
Fərid Ələkbərov muzeyi yaratmaq üçün 7 il vaxt sərf etmişdir.
Muzeyi yaratmaq ideyası Laplandiyada olanda şimal işıqlarını görəndə yaranmışdır.
Rəssamın məkan kimi Novxanı kəndini seçməsinin səbəbi dənizə yaxınlığı olub.
Belə ki, rəssam uşaqlıqdan "bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub".
Fərid Ələkbərov elə burada yaşayır.
Xüsusiyyətlər Muzey fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir.
Bundan əlavə, su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial üslubda olan ərazidə kiçik sərgi zalı fəaliyyət göstərir.
Muzeydə Fərid Ələkbərov, dostları və həmkarlarının neon əsərləri sərgilənir.
Heykəltaraşlıq, metal üzərində nəqqaşlıq, vitraj sənəti və rəssamlıq kimi bir sıra sahələrdən olan sənətçilərin işləri neon naxışlarla birləşmişdir.
Əsərlərin çoxunu mistik obrazlar təşkil edir.Muzeyin həyətində rəssamın atası Kamal Ələkbərov tərəfindən hazırlanmış və Həzi Aslanov, Memar Əcəmi, İlyas Əfəndiyev kimi şəxslərin heykəlləri yerləşir.
Otaqların birində rəssamın atasının gipsdən ürək formasında hazırladığı heykəli var.
Ürəyin içərisində həyat yoldaşının üzünü təsvir edib.
Bu əsər ziyarətçilərin ən bəyəndiyi eksponat hesab olunur.
Otağın divarında iki qadın təsviri var.
Biri mələyi, digəri şeytanı təmsil edir.
Evin altındakı qalereyada isə kiçik heykəllər, yunan tanrısı Zevsin təsviri var ki, orada üz cizgiləri əks olunub.
Rəssam heykəlləri daha canlı göstərmək məqsədilə üzərini neon boyalarla rəngləyib.Fərid Ələkbərov bir çox işlənməyən əşyalardan da yeni eksponatlar ortaya çıxarmışdır: işlənməyə cins parçalarla örtülmüş divan, amputasiya olunmuş həqiqi ayaq üzərində işlənmiş əsər, neon pərdə daxildir.
Fuad Ələkbərov Novruz bayramını çox sevdiyi üçün muzeydə nəhəng yaşıl neon səməni də yaratmışdır.
Rəssam özü yoqa ilə məşğul olduğu üçün bəzi əsərləri meditasiyadan və yoqadan ilhamlanaraq yaratmışdır.
Muzeydə 350-ə yaxın eksponat var.Muzeydəki qapıların, əşyaların yerləri insanlara pozitiv aura vermək üçün seçilmişdir.
Muzeydə yoqa mahnıları istifadə olunur ki, insanlar içəri daxil olduqda ruhi cəhətdən daha yaxşı təəssürata sahib olsunlar.
Muzeyi yerlilərlə yanaşı turistlər də ziyarət edir.
Burda həmçinin master-klaslar keçirilir.
Xarici keçidlər Muzeyin fotoları
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır.
Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur.
Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir.
Filial dövrü 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu.
APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi.
Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı.
1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı.
APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
İnstitut dövrü Regionun ehtiyacları nəzərə alınaraq iyun 1972-ci il tarixli Azərbaycan SSR Nazirlər Sovetinin 214 nömrəli qərar əsasında Naxçıvan MSSR Nazirlər Sovetinin 206 nömrəli qərarı ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bazası əsasında Naxçıvan şəhərində Naxçıvan Pedaqoji İnstitutunun təşkil edilməsi haqqında qərar qəbul edildi.
Bundan sonra Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 9 yanvar 1973-cü il tarixli protokolunda Naxçıvan Dövlət Pedaqoji İnstitutuna akademik Yusif Məmmədəliyevin adının verilməsi haqqında qərar qəbul edilmişdi .
Naxçıvan Pedaqoji İnstitutu yeni təşkil olunmasına baxmayaraq, 1972-ci ildən başlayaraq İnstitutunda ibtidai təhsil pedaqogikası və metodikası, fizika, ümumi texniki fənləri, əmək, kimya, biologiya ixtisasları üzrə müəllim hazırlanması üçün ayrıca yeni fakültələr açılmışdır.
Bunların hamısı Azərbaycan Pedaqoji İnstitutunun fəaliyyəti, onun tədris planları, proqramları və göstərişləri ilə get-gedə inkişaf edir və təkmilləşirdi.
Universitet dövrü 29 dekabr 1990-cı ildə İnstitut Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan Dövlət Universitetinə çevrilmişdir.
2023-cü ilin avqutsun 1-də Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kolleci Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.
Rəsmi adları • 1967 — V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı • 1972 — Naxçıvan Dövlət Pedaqoji İnstitutu • 1990 — Naxçıvan Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsi Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi Tibb fakültəsi Memarlıq-mühəndislik fakültəsi İncəsənət fakültəsi Tarix-filologiya fakültəsi Beynəlxalq münasibətlər və hüquq fakültəsi Xarici dillər fakültəsi Pedaqoji fakültə İqtisadiyyat və idarəetmə fakültəsi "Elmi əsərlər" jurnalı və "Fikir" informasiya bülleteni universitet əməkdaşlarının elmi məqalələrini nəşr edib yayır.
Universitetdə yaradılmış "Qeyrət" nəşriyyatında Naxçıvan regionunun tarixinə, arxeoloqiya və etnoqrafiyasına, zəngin təbiətinə və təbii sərvətlərinə, memarlıq abidələrinə, habelə fundamental elmlər üzrə aparılan elmi axtarışların nəticələrinə dair kitablar nəşr edilir.
Konservatoriya Naxçıvan Dövlət Universitetində yaradılmış Konservatoriya Azərbaycanın müstəqillik dövrünün yenitipli mədəniyyətini inkişaf etdirə biləcək mütəxəssislər hazırlayır.
Cənubi Koreya Mərkəzi Naxçıvan Dövlət Universitetinin Cənubi Koreya Mərkəzi 11 noyabr 2011-ci il tarixdə istifadəyə verilmişdir.
Açılış mərasimində akademik İsa Həbibbəyli Cənubi Koreya Respublikasının Azərbayjandakı fövqəladə və səlahiyyətli səfiri Li Ji Han, Cənubi Koreyanın Kimçonq Universitetinin rektoru, xanım Sunq Aj Kanq, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Hee Cun Lee və köməkçisi David K. H. Leenin iştirak etmişdir.
Cənubi Koreya Mərkəzində Koreyanın dövlət atributları, milli musiqi alətləri, eyni zamanda, ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri toplanmışdır.
Mərkəzin müasir informasiya texnologiyaları, Koreya dilində ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır.