date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-01-16
| 6,535 |
Əyri dişlərdən qurtulmağın ən rahat yolu - Video
|
"Gözəlləşmək heç belə asan olmamışdı". "Aziston" stamotoloji klinakasının həkimi Məhəmməd Həsənov "Axar.az"a müasir dövrün estetik bəlasına çevrilmiş çənə, diş əyriliklərindən danışır. "Stamatologiyanın əsas problemlərinə çevrilmiş atadental, diş və diş ətində olan anomaliyalardan bəhs edir. Xüsusən, uşaq yaşlarında meydana gələn bu xəstəlik dişlərin quruluşunun itməsinə səbəb olur ki, bu da xəstənin gələcəkdə qüsurlu ağız qruluşuna sahib olmasına yol açır. Buna səbəb uşaq yaşlarında istifadə olunan suni əmziklər və zərərli vərdişlərdir". Ən çox hansı qrup insanlar müraciət edir? "Ən çox müraciət edənlər xanımlardır. Buna səbəb isə xanımların estetik görüntüyə xüsusi önəm verməsidir". Stamatoloq Məhəmməd bəylə söhbətimizdən o da bəlli oldu ki, bu cür diş xəstəliklərinin müalicəsi 12 aydan maksimum 20 aya qədər davam edir. Ən çətin çənə quruluşu isə maksimum müalicənin 12-ci ayında öz effektini verir". Breketlərdən istənilən yaşlarda istifadə mümkündür "Əvvəllər bu aparatlar olmadığından bu cür müalicələrə müəyyən yaşdan sonra fasilə verməli olurduq. Amma indi son texnologiyalardan sonra əldə etdiyimiz breketlər bizə hər cür imkanlardan istifadə etməyə imkan yaradır. Amma valideynlərin nəzərinə çatdıraq ki, müalicəyə 12 yaşdan tez başlamaq sağlam dişlərin çıxmasında problem yarada bilər". Qeyd edək ki, çənə əyrilikləri və diş qayda-pozuntusunda istifadə olunan breketlerlə dişlərinizi rahatlıqla ideal vəziyyətə sala bilərsiniz. Bu sizin qüsursuz görünməyinizlə yanaşı, həm də gələcək təhlükələrdən xilas edər. Çünki ağız boşluğunda qalan anomaliyalar üz skeletinin deformasiyasının başlıca səbəblərindən hesab edilir. Daha ətraflı məlumat üçün videonu təqdim edirik.
|
2014-01-16
| 6,536 |
Qəhvə - yaddaşı gücləndirən vasitə
|
Bir çox faydaları olan qəhvə həm də hafizəni möhkəmləndirir. Araşdırmalara görə, qəhvə yaddaşı gücləndirmək üçün də istifadə edildikdə faydalıdır. ABŞ-da həyata keçirilən bir araşdırma nəticəsində bəlli olub ki, qəhvənin insan orqanizmi üçün digər faydaları ilə yanaşı onun beyin fəaliyyətinə də ciddi təsirləri var. "Təbiət Nevrologiyası" (Nature Neuroscience) adlı jurnalda təqdim olunan araşdırmanın nəticələri haqda məlumatda deyilir ki, 160 adamın üzərində 24 saat müddətində yaddaş testi həyata keçirilib. Bu müddət ərzində insan beyinləri yaddaş testinə tabe olub. Ancaq mütəxəssislər qəhvənin əsəbilik və depressiya kimi mənfi nəticələri haqda da xəbərdarlıq ediblər. Mütəxəssislər onu da bildiriblər ki, yaddaşı gücləndirmək üçün ən yaxşı vasitə normal yuxu yatmaqdır. Bu üzdən də onlar yatmağa yaxın qəhvə içməməyi məsləhət görüblər. Çünki iş və istirahət zamanı içilən qəhvə hafizənin möhkəmlənməsinə təsir göstərsə də, gecə yatmağa yaxın içiləndə yuxunu qaçırır. Hansı ki, normal yuxu yaddaş üçün qəhvədən daha effektiv vasitə hesab olunur.
|
2014-01-16
| 6,537 |
Gülbən Ərgənin sirləri bütün xanımlar üçün
|
Hər zaman təbii görünən Türkiyənin məşhur ulduzu Gülbən Ərgən üzünə necə qulluq edir? Tanınmış sənətçinin sirli qulluq prosesini öz dilindən oxuculara təqdim edirik: - Geyim tərzimə görə saçlarımı kəsdirirəm və buna görə dəyişikliklər edirəm. Ümumiyyətlə, hər mövsümdə saç baxımıma böyük diqqət göstərirəm. Rəngində çox dəyişiklik etməsəm də, saçlarımla maraqlanmağı sevirəm. Bərbərə getmə zəruriliyi olmayan saç formalarını seçirəm. Ümumiyyətlə, mənə uyğun olan və qəşəng saç formalarını sevirəm. Duş qəbul etdikdən sonra bir az sabitləşdirici köpük və mayelərlə gündəlik saçıma qulluğu tamamlayıram. Saçlarıma özüm forma verməyi sevirəm. Ən sevmədiyim makiyaj məhsulu pomadadır Çantamda yalnız dodaq nəmləndirici var, pomadam yoxdur. Dodaqlarım nə qədər sadə olsa, o qədər də müasir görünür mənə. Gözlərimdə ümumiyyətlə diqqətə çarpan və cəlbedici makiyajları sevirəm. Çünki üzümdə öncə gözlərimin diqqət çəkməsini xoşlayıram. Bu səbəblə də göz makiyajıma əhəmiyyət verirəm. Şaftalı rəngli ənlik, qara göz qələmi, gözün altına tünd qəhvə rəngli far sürtərək gündəlik makiyajımı tamamlayıram. Mənə ən çox yaraşan və özümü rahat hiss etdiyim makiyajım budur. Əgər kirpik üçün tuş istifadə edəcəyəmsə, mütləq göz altı üçün krem sürtürəm, o zaman da incə bir pudra lazımdır. Bu məhsullardan da istifadə etməni sevirəm, amma tez-tez seçmirəm. Göz qələmiylə özümü tamamlanmış kimi hiss edirəm, buna görə çantamdan ayırmadığım tək makiyaj vasitəsi göz üçün qara qələmimdir. Dərimi hər vaxt yaxşı təmizləyirəm və çox yaxşı nəmləndirərəm Bunun üçün də dəri problemi yaşamıram. Yalnız depressiyada olduğum zaman bir iki sızanaq çıxır, onu da öz halına buraxıram, zamanla keçir. Anamdan götürdüyüm gözəllik sirləri: üzümü təmizləmədən yatmamaq və acı badam südü sürtmək. Bunları mütləq hər gün tətbiq edirəm.
|
2014-01-16
| 6,538 |
Bu ölümlərə güləsən, yoxsa ağlayasan?
|
Hər gün onlarla insanın ölüm xəbərini eşidirik. Bu xəbərlərin nə qədər təsiredici olması bəzən ölümlərin formasına görə də dəyişir. Bu dəfə təqdim etdiyimiz insan ölümləri kifayət qədər qəribə və ağlasığmazdır. 1. İstanbulda bir nəfər mədəsinə gedən ağcaqanadı öldürmək üçün ağızına böcəyə qarşı sprey vuraraq ölüb. 2. Biri gündüz, biri gecə növbəsində olmaqla ata və oğul eyni iş yerində çalışırmış. Onlardan biri mopetlə işə gedərkən digəri eyni adlı nəqliyyat vasitəsilə işdən qayıdırmış. Ata ilə oğul sərt bir döngədə qarşılaşır və bir-birlərinə salam vermək istəyərkən mopetdən yıxılaraq ölüblər. Hadisə Konyada baş verib. 3. Dülgər emalatxansında çalışan işçilər iş vaxtının bitdiyində üzərlərindəki talaşaları kompressorla təmizləməyə başlayıblar. Bu vaxt iş yoldaşına yardım edən Əli zarafat etmək niyyətiylə, hava vuran kompressoru Bürhana doğru tutub. Bu zarafatdan xoşlanmayan Bürhan "zarafat elə olmaz, belə olar" deyərək "hava tapançası"nı götürüb və iş yoldaşı Əlinin arxasına itələyib. Bağırsaqları partlayan Əli xəstəxanaya aparılarkən dünyasını dəyişib. 4. Yoldaşlarıyla mərc edərək başıyla mərmər bloku qırmağa çalışan karateçi mərmər yerinə başını qırıb. Az sonra kareteçi aldığı beyin zədəsi nəticəsində ölüb. 5. Dənizçilik sahəsində işləyən 3 gəmi mühəndisi kimsəyə xəbər vermədən buxar qazanına girib. Oradan keçən bir adam "bu qapaq niyə belə açıq qalıb" deyərək qazanın qapağını bağlayıb. Bir qədər sonra gəmi səfərə çıxıb və qazanın içindəki mühəndislər boğularaq ölüb. 6. Bir çox insan yol qəzasından yaralı olaraq qurtulub xəstəxanaya aparılarkən təcili yardım maşınının qəza etməsi nəticəsində ölüb. Bu hadisə bir çox yerlərdə baş verib. 7. Elektrik dirəyinə söykənib ayaqqabısının içinə girən xırda daşı ayağını silkələyərək çıxarmağa çalışan bir adamı gözünüzün önünə gətirin. Köməksevər bir insan ayaqqabısından daş çıxarmağa çalışan adamı, cərəyan vurduğunu ehtimal edib. Yardımsevər şəxs həmin adamı cərəyan vurmasından xilas etmək üçün başına və kürəyinə zərbələr endirib. Adam aldığı zərbələrdən dünyasını dəyişib. Hadisə Türkiyənin Tunca kəndində baş verib.
|
2014-01-16
| 6,539 |
Bakıda iki avtomobil toqquşdu - Fotolar
|
Bakının Sabunçu rayonu ərazisində, Şəhər şosesində yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Anar Əliyevin idarə etdiyi BMW və Şamil Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala görə, "Mercedes" markalı avtomobil Şəhər şosesindən məhəlləarası yola daxil olmaq istəyib. İşıqforun qadağanedici işığında hərəkətini davam etdirən "BMW" markalı avtomobil isə ona çırpılıb. Yol Patrul Xidmətinin əməkdaşı Firuz Məmmədovun verdiyi məlumata görə, faktla bağlı Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.
|
2014-01-16
| 6,540 |
Seçicilərin 95%-i yeni konstitusiyanın lehinə səs verib
|
Misirdə referendumda seçici iştirakı 55 faizi ötüb, seçki məntəqələrinə gələnlərin 95 faizi ölkənin əsas qanununa dəyişikliklər edilməsinin lehinə səs verib. RİA Novosti məlumat verir ki, bu barədə daxili işlər nazirinin KİV-lərlə iş üzrə köməkçisi Əbdülfəttah Osman ümumxalq səsverməsinin yekunları üzrə ilkin məlumatları açıqlayarkən deyib. Misirin yeni konstitusiyası üzrə referendum iki gün (14-15 yanvar) ərzində keçirilib. Məntəqə seçki komissiyaları səsləri hesablamağa davam edirlər. Referendumun rəsmi nəticəsi seçki məntəqələrinin bağlanmasından 72 saat sonra açıqlanacaq. Ölkənin Ali Seçki Komissiyasının məlumatına görə, 52 milyondan çox vətəndaşın səsvermə hüququ olub. Qeyd edək ki, referendumun ilk günü qanlı toqquşmalarla yadda qalıb. Yeni Konstitusiya layihəsi 247 maddədən ibarətdir. Sənəd qəbul olunarsa, ölkədə dini prinsip üzrə siyasi partiyaların yaradılması və siyasi fəaliyyət qadağan olunacaq. Həmçinin Məsləhət Şurası (parlamentin Yuxarı palatası) ləğv olunacaq (Trend).
|
2014-01-16
| 6,541 |
“Fəryad”a pulsuz tamaşa
|
Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar "Fəryad" filmi nümayiş olunacaq. Nizami Kino Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan bu filmə tamaşaçılar yanvarın 16-dan 22-dək hər gün saat 12:20-dən etibarən pulsuz baxa bilərlər. Ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor və baş rolun ifaçısı mərhum Ceyhun Mirzəyev olan bu ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. Filmdə "Ögey ana" filminin baş qəhrəmanı balaca İsmayıl indi böyümüş, ailə sahibi olub. İsmayıl Hüseynov batalyon komandiri kimi torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda mərdliklə vuruşur və əsir düşür. Bütün hadisələr də bundan sonra baş verir (Anspress).
|
2014-01-16
| 6,542 |
PA ilə Nazilər Kabineti birləşdirilir
|
Prezident Administrasiyası ilə Nazirlər Kabineti birləşdirilir. Bu barədə əldə edilən məlumata görə, artıq bununla bağlı işlər başa çatmaq üzrədir. Söhbət ondan gedir ki, Nazirlər Kabinetindən Prezident Administrasiyasına dəhliz salınır. NK-nın işçiləri və orada oturan kabinet üzvləri Prezident Administrasiyasına bu dəhlizlə gedib-gələcəklər. Görülən işlər bir müddət sonra başa çatacaq və dəhliz istifadəyə veriləcək. Bu barədə məlumat verən şəxsin sözlərinə görə, bu iş hələ Elçibəy hakimiyyəti dövründə başlanıbmış. Amma hakimiyyət dəyişdiyindən yarımçıq qalıb. Ötən il isə hakimiyyət yenidən bu məsələyə qayıdıb və əsası Elçibəy hakimiyyəti dönəmində qoyulan dəhliz işini başa çatdırmağı zəruri sayıb (Musavat).
|
2014-01-16
| 6,543 |
Madrid “Real”ı ¼ finala çıxdı
|
İspaniyanın Madrid "Real"ı İspaniya kuboku üzrə ¼ finala çıxıb. "Real Madrid"in rəsmi satı xəbər verir ki, "Real"ın futbiolçuları İspaniya Kubokunun 1/8 mərhələsində "Osasuna"nı məğlub edib. Matç 2:0 hesabı ilə "Real"ın xeyrinə bitib. Qolları 22-ci dəqiqədə Kriştiano Ronaldo və 56-cı dəqiqədə Anhel Di Mariya vurub. 86-cı dəqiqədə isə "Real"ın yarım müdafisəçisi Fabiu Koentrau sarı kart alaraq oyundan uzaqlaşdırılıb. Növbəti mərhələdə "Real" "Espanyol" komandası ilə qarşılaşacaq (Anspress).
|
2014-01-16
| 6,544 |
Bu gecə 5,1 bal gücündə zəlzələ baş verib
|
Bu gecə Yaponiyanın sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Miyako şəhərindən 89 km şimali-şərqdə olub. Zəlzələnin ocağı yerin 44 km dərinliyində yerləşib. Sunami təhlükəsi yoxdur. Xatırladaq ki, 2011 ilin mart ayında Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələ və ardınca sunami nəticəsində 20 mindən çox adam ölüb.
|
2014-01-16
| 6,545 |
Bakıda 2 mərtəbəli ev yandı
|
Bu səhər Bakı şəhəri, Sabunçu rayonunda 2 mərtəbəli ev yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər xilas edilib. Ev yanğından mühafizə olunub. Yanğın saat 06:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
|
2014-01-16
| 6,546 |
Atəşkəs yenidən pozuldu
|
Erməni hərbçilər Füzuli və Cəbrayıl istiqamətlərində atəşkəsi pozublar. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
|
2014-01-16
| 6,547 |
60 yaşlı qadın evdə ölü tapıldı
|
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1953-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. "Axar.az" xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməyib. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən Manafova Xoşavaz İsa qızı hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində X.Manafovanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:14-də başa çatıb.
|
2014-01-16
| 6,548 |
Rektor xəstəxanaya düşdü: təcili qan axtarılır
|
Azərbaycan Universitetinin keçmiş rektoru Aslan Qəhrəmanlının vəziyyəti ağırlaşıb. "Axar.az" məlumat verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yerləşdirilib. Sosial şəbəkələrdə yayılmış məlumatda keçmiş rektorun təcili qana ehtiyacı olduğu bildirilib: "Azərbaycan Universitetinin keçmiş rektoru Aslan Qəhrəmanlı üçün təcili qan lazımdır. Bütün qan qrupundan olan şəxslər qan verə bilər. Sabah saat 11-də Aslan müəllimə artıq qan köçürülməlidir. Buna görə də həmin vaxta qədər ən azı 2-3 nəfər qan verə bilsə, yaxşı olar". Elanda həmçinin məlumatı daha çox insana ötürmək xahiş olunub. Hazırda Aslan Qəhrəmanlının 1 saylı Şəhər Kliniki Xəstəxanasında yatdığı qeyd edilib.
|
2014-01-16
| 6,549 |
Erməni piratçılığına qarşı görülən işlərin- HESABATI
|
2013-cü ildə Azərbaycanda erməni piratçılığına qarşı görülən işlərin hesabatı açıqlandı. Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, xalqımızın ənənəvi mədəni nümunələrinin (folklor nümunələrinin) və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətlərində Agentlik tərəfindən 2013-cü ildə "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ" mövzusunda konfrans Azərbaycan, ingilis və rus dillərində 43 sayt vasitəsilə on-line rejimdə birbaşa İnternetdə yayımlanıb. Həmçinin folklor nümunələrimizin və müəllif əsərlərimizin ermənilər tərəfindən oğurlanması faktları barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), YUNESKO və digər beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilib. Erməni saxtakarlıqlarını ifşa edən "Erməni yadelli nağılları" (müəllif Kamran İmanov) kitabı 2013-cü ildə Azərbaycan dilində nəşr edilmiş, rus və ingilis dillərində yenidən nəşr edilib və Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə yayılmış, elektron versiyası müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilib. İnformasiya agentlikləri, yayım kanalları və digər KİV-lər vasitəsi ilə çoxsaylı materiallar yayılmış, erməni uydurmalarının ifşasına həsr edilmiş "Erməni tarixi uydurmalarının tarixinə giriş" adlı daha bir kitab (müəllif Kamran İmanov) çapa hazırlanıb. Hesabatda qeyd olunub ki, qeyrimaddi mədəni irsin qanunsuz mənimsənilməsi hallarının qarşısının alınması, həmçinin Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsinin təmin edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb.
|
2014-01-16
| 6,550 |
Tərtərdə toyuq üstündə qan düşdü - Video
|
Tərtərdə tragikomik hadisə qeydə alınıb. "Axar.az" "AzNews.az" istinadən xəbər verir ki, kəndlilər arasında kütləvi dava olub. Maraqlıdır ki, dava toyuq-cücə üstündə baş verib. Kənd sakinləri əllərində yava və dəyənəklərə bir-birlərinə hücum çəkiblər. Onlar arasında xəsarət alananlar da var. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar evlərinə buraxılıb.
|
2014-01-16
| 6,551 |
"Münasibətlərimiz aşağı səviyyədədi"
|
"Tarixi qonşumuz və uğurla inkişaf edən dövlət olan Azərbaycanla əməkdaşlıq Dağıstan üçün xüsusi əhəmiyyətə malikdir". Bu barədə Dağıstan rəhbəri Ramazan Abdulatipovun Dağıstan Xalq Məclisinə müraciətində deyilir. Müraciətdə bildirilir ki, iki ölkə arasında iqtisadi münasibətlər hazırda aşağı səviyyədədir: "Ötən ilin sonunda biz Azərbaycan Prezidenti İlham Əliyevlə, respublika hökumətinin üzvləri ilə görüşdük və ümumilikdə Rusiya və Azərbaycan arasında əlverişli və qarşılıqlı faydalı münasibətlərin mühüm hissəsi kimi Azərbaycanla Dağıstan arasında çoxtərəfli əlaqələrin aktivləşdirilməsi barədə razılığa gəldik" (Trend). Respublikanın rəhbəri qeyd edib ki, iqtisadi islahatların və idarəçiliyin (Dağıstanın) bir çox məsələləri üzrə Azərbaycandan öyrənilməli şeylər var: "Azərbaycanla ənənəvi mehriban qonşuluq, qardaşlıq münasibətlərinin inkişafı bizim üçün həm iqtisadi, həm də mədəni cəhətdən vacibdir. Bu, Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşları olan dağıstanlılara, eləcə də Rusiya vətəndaşı olan, Dağıstanda yaşayan azərbaycanlılara mədəni təmaslar üçün əlverişli mühit yaratmağa imkan verir".
|
2014-01-16
| 6,552 |
10 yaşlı məktəbli öldü
|
Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" "APA"ya istinadən verdiyi xəbərə görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb. "VAZ 21-06" markalı, 10-KX-214 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Elxan Məmmədov idarəetməni itirərək maşını mağazaya çırpıb. Nəticədə mağazada olan orta məktəb şagirdi, 10 yaşlı Əlövsət Nadir oğlu Allahverdiyev ölüb. Digər şagirdlər - 13 yaşlı Vasif Əziz oğlu Bayramov və Ayxan Arif oğlu Naibov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
|
2014-01-16
| 6,553 |
Ermənilər Fransanın 4 şəhərində etiraz aksiyasi keçirəcək
|
Ermənilər Fransada Türkiyə əleyhinə aksiyalar keçirəcəklər. "Axar.az" məlumat verir ki, bu barədə informasiya Ermənistan mətbuatında yer alıb. Aksiyaların Fransua Ollandın Türkiyəyə rəsmi səfəri zamanı baş tutacağı bildirilib. Bununla bərabər ermənilərin mitinqlər keçirməkdə əsas məqsədlərindən birinin Türkiyə ilə Avropa İttifaqı arasında danışıqların yenidən aktivləşməsinin olduğu qeyd edilib. Aksiyaların 25-26 yanvar tarixində baş tutacağı bildirilib. Mitinqlərin Paris, Lion, Marsel və Monpelyedə baş tutması nəzərdə tutulub.
|
2014-01-16
| 6,554 |
Ünvanlı sosial yardımla bağlı statistika açıqlandı – Rəsmi
|
"Ünvanlı sosial yardım alan ailələrin 40 minə yaxını tərkibində 3 və daha çox uşağı olanlardır". Bu haqda "Axar.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir. Məlumatda bildirilir ki, 01 yanvar 2014-cü il tarixə olan məlumata əsasən, respublikamızda 615516 nəfər ailə üzvünü əhatə edən 140711 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Onlardan 39852-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 8433 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 296185 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 10279 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 20253 nəfərdir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat, hər ailə üzvü üçün 29,01 manat təşkil edir. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq cari ilin əvvəlindən 100 manata çatdırılıb.
|
2014-01-16
| 6,555 |
Əli Abbasov Hacıqabula gedir
|
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun yanvarın 18-i saat 11:00-da Hacıqabul rayonunda (Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad və Saatlı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
|
2014-01-16
| 6,556 |
AXCP Milli Şuraya nə təklif edəcək? - Açıqlama
|
"Milli Şuranın sessiyası bu gün saat 16:00-da AXCP-nin qərargahında keçiriləcək. Güdəmdəki əsas məsələri müzakirə edəcək və qərarlar veriləcək". Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Axar.az"a açıqlamasında bildirdi. O dedi ki, Milli Şuranın bundan sonrakı taleyi bu sessiyadan asılı olacaq: "Bugünkü sessiyada Milli Şurada struktur dəyişiklikləri və bir sıra məsələr müzakirə ediləcək". AXCP funksioneri onu da bildirdi ki, Milli Şuranın bundan sonrakı fəaliyyəti ilə bağlı konkret təklifləri olacaq: "Bizim bir sıra təkliflərimiz olacaq. Anaq müzakirələrdən öncə bu barədə danışmaq və həmin təklifləri açıqlamaq istəmirəm".
|
2014-01-16
| 6,557 |
Mehriban Əliyeva məqalə yazdı
|
Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və "İRS-Isan" jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan jurnalın yapon dilində növbəti nömrəsi nəşr edilmişdir. "Axar.az"ın "AzərTac"ın Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə qayğısının və diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi yapon oxuculara təqdim edilir. Məqalədə muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır. Bundan əlavə, jurnalda baş redaktor Musa Mərcanlının "Qarabağ - muğamın beşiyi", Tofiq Musayevin ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi haqqında "Xocalıda cinayət: hadisənin günahkarları, baş verənlərin beynəlxalq hüquqa əsasən təsnifatı və məsuliyyət", ötən il yaradıcılığının 900 illik yubileyi qeyd olunmuş böyük Azərbaycan şairi Məhsəti Gəncəvi haqqında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynovun "Müasirimiz Məhsəti Gəncəvi", tarix üzrə fəlsəfə doktoru İzmira Quliyevanın "Azərbaycanın təbii boyaları - təbiətin insana hədiyyəsi", Afət Rüstəmbəyovanın Azərbaycan tətbiqi sənətində xüsusi yeri olan Qurama sənəti haqqında "Qurama- Azərbaycan tətbiqi sənətinin bir növü kimi", tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun Milli Azərbaycan Tarixi Muzeyində saxlanan yapon qılıncı haqqında məqalələri yer almışdır. Ölkəmizə səfər edərək son illər Azərbaycanın sürətli inkişafının şahidi olmuş yapon müəllifləri, tanınmış iqtisadçı-ekspert Kazuyasu İşidanın "Yeni zirvələr fəth edən Azərbaycan" və JİJİ PRESS informasiya agentliyinin müxbiri Yokoi Hirominin "Odlar yurdu Azərbaycana səyahət" başlıqlı məqalələri də jurnalda yerləşdirilmişdir. Nəfis tərtibatda hazırlanmış jurnalın nəşrinin məqsədi yapon xalqını Azərbaycanın zəngin tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları və ölkəmizin inkişaf perspektivləri haqqında daha ətraflı məlumatlandırmaqdır.
|
2014-01-16
| 6,558 |
Vəhabilərə sərt xəbərdarlıq – Rəsmi
|
Dini Komitə sələfilərə qarşı hüquqi addımlar atacaq. "Axar.az" xəbər verir ki, son günlər özlərini "sələfi" adlandıran dini qrupların bir sıra nümayəndələri arasındakı qarşılıqlı ittihamların kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə səsləndirilməsi müşahidə edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən, "fitva" xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fitva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur. Komitədən bildirilib ki, bu səbəbdən sözügedən gərginlik hansı zəmində yaranmasından asılı olmayaraq ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərməkdədir: "Cəmiyyətdə dini sabitliyin, müxtəlif məzhəb və dini cərəyanlara mənsub dindarlar arasında dözümlülüyün təmin olunması istiqamətində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmış vəziyyəti yaxından müşahidə etməklə yanaşı, dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir. Sözügedən açıqlama və materiallar dini duruma birbaşa mənfi təsir edir. Qarşılıqlı ittihamlar kifayət qədər ciddidir və hüquqi qiymət verilməsinə zərurət yaranıb", – deyə, Komitədən verilən məlumatda bildirilir. Bunlar nəzərə alınaraq həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq Dövlət Komitəsi tərəfindən, hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar atılacaqdır. DQİDK-nın bəyanatında diqqətçəkən məqamlardan biri də son günlərdə mətbuatda və sosial şəbəklərdə yayılan məlumatların araşdırılması məqsədilə dinşünaslıq ekspertizasının təyin edilməsidir. Bu isə öz növbəsində onu göstərir ki, əgər bu yazılar dini nifrətin və ayrıseçkiliyin qızışdırılması kimi qiymətləndirilərsə, onları yayanları ciddi məsuliyyət gözləyir və hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsi qaçılmaz olacaq.
|
2014-01-16
| 6,559 |
ANS sübut etməlidir ki, qiyməti düşüb, reklamı azalıb
|
"ANS Azərbaycanda tanınan və kifayət qədər ictimai önəmi olan media vasitəsidir. Bu baxımdan istənilən sayt və ya media orqanı ictimai önəmi əsas götürərək, ANS-lə bağlı xəbərləri verə bilər. Ona görə də burada hər hansı məhkəmə predmeti görmürəm". Bu sözləri tanınmış media eksperti Zeynal Məmmədli ANS-in işgüzar nüfuzuna xələl gətirən materiallar dərc etdikləri iddiası ilə bəzi media orqanlarını məhkəməyə verməsinə münasibət bildirərkən "Axar.az"a dedi. Zeynal Məmmədli telekanalın məhkəmədə ona dəyən maddi ziyanı sübut etməsinin çətin olduğunu bildirdi: "Media orqanları arasında məhkəmə çəkişmələri normaldır, amma bunu elə etmək lazımdır ki, insanlarda mediaya güvən azalmasın. ANS-in burda iddiası o vaxt doğru ola bilər ki, media holdinq olaraq mətbuatda çıxan xəbərlərin ona maddi ziyan vurduğunu sübut eləyə bilsin. Yəni telekanal məhkəmə iddiasında əsas motiv kimi ona dəyən maddi ziyanı əsaslı şəkildə isbatlasın. Məsələn, mətbuatda ANS-lə bağlı xəbərlər gedəndən sonra onun aksiyalarının qiyməti düşüb, telekanala təklif olunan reklamların sayı azalıb və televiziyaya bundan külli miqdarda maddi ziyan dəyib. Yəni bir daha qeyd edim ki, baş tutacaq məhkəmədə bu məsələlər gündəmə gələcək, bu məsələlər də gündəmə gələndə konkret sübutlar lazımdır. Onu da qeyd edim ki, telekanalla bağlı material dərc edən xəbər saytlarını o qədər ciddi sınaq gözləmir. Çünki bu sadaladıqlarımı isbat etmək müşkül məsələdir".
|
2014-01-16
| 6,560 |
ANS yanlış ənənəsini dəyişməlidir
|
ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaymış bir sıra sayt və portallar bu gün məhkəməyə verilib. Hafta.az həmin saytların bəziləri ilə əlaqə saxlayaraq, iddialara cavab öyrənib. "Axar.az" saytının baş redaktoru Anar Niftəliyev: "Şirkət daxilində müəyyən islahatlar, kadr dəyişiklikləri olub. 3-5 aydan bir keçirilən bir prosesdir. Xəbər portalları da ANS-i xüsusi kanal hesab edir. Bu şirkətdaxili kadr islahatı da oxucuların diqqətlə izlədiyi mövzudur. Biz də bunu yazmışıq. Maraqlıdır ki, xəbərdən sonra Mais Məmmədovun münasibətini də, ayrıca ANSPRESS-ə danışdığını da vermişik. Yəni, şirkət tərəfin açıqlamaları olub. Məhkəmə olacaq və biz məhkəmədə nə qədər ədalətli və haqlı olduğumuzu həmkarlarımıza-"ansçi"lərə göstərə biləcəyik. Əsas məsələ ANS-in ümumiyyətlə mediaya qarşı ənənəvi münasibətindən gedir. Onlar həmişə yazılı, indiki halda isə internet mediası ilə məlum qapalı qurum kimi, məhkəmə dili ilə danışmağa vərdiş ediblər. Hesab edirəm ki ANS ilk yaranan media qurumu kimi yanlış siyasətinə yenidən baxmalıdır. Bir media holdinqinin media qurumlarına bu cür hədəylə, bu cür qapalı münasibəti anlaşılan deyil. Biz islahatlar haqqında yazanda niyə ANS özü rahat şəkildə aydınlıq gətirmirki?! Bu islahatları ictimailəşdirmək istəmirsə, bu barədə açıqlama verir və bütün saytlar da həmin açıqlamanı yerləşdirirlər. Niyə bundan sonra ANS mediayla hədə dilində danışır?! Dəfələrlə redaksiyanın telefonlarından zəng etmişik, amma cavab verilməyib ki, redaksiyalar inanılmış, mənbəli xəbər yaysın. ANS məmurlardan tələb etdiyi mətbuata açıqlığı öz həmkarlarına tətbiq etmir". "Publika.az" saytının baş redaktoru Bəxtiyar Əlirzayev: "Publika.az-da həmin məsələ ilə bağlı 3 material gedib. Biri istinad xəbəri, ikisi isə bu məsələ ilə bağlı Mirşahin bəylə Mais Məmmədovun təkzibləridir. Amma bizim üçün də təəccüblü oldu ki, adımız o siyahıda var. Mən başa düşürəm, orada adi iş rejimi ilə bağlı cürbəcür proseslər gedir. Ola bilər bu proseslərin mətbuata, media qurumlarına o cür yansımağı əsəblərə ciddi təsir edib. Və bunu əsəbi qərar kimi qiymətləndirirəm. Düşünürəm ki, burada jurnalistlər arasında həll edilməyəcək bir məsələ yoxdur. Ortalığa qan düşməyib. Adi işlə bağlı xəbərdir. ANS rəhbərliyi nəzərə almalıdır ki, Azərbaycanda sayt mediası yeni formalaşır. Saytların xəbərlərə o cür önəm verməyi normal hal kimi dəyərləndirilməldir. Mən əminəm ki, o məhkəmə qərarından vaz keçəcəklər, fikirlərini dəyişəcəklər". "Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov: "Bizə qarşı iddia əsassızdır. Çünki həmin xəbər yayılanda biz fikirləşmişdik ki, bu, dezinformasiya ola bilər. Buna görə də ANS satılması haqqında xəbəri verməmişdik. Ansdən işdən çırarılanlar haqqında isə informasiya formasında ANS-in təkzibini vermişik. Yəni, Mirşahinin məhkəməyə verdiyi saytlarının arasında Az.vizion-un adı niyə var, bu mənim özüm üçün də qaranlıqdır... Fikirləşirəm ki, yəqin yanlışlıq olub". "Aznews" saytının redaktoru Ramil Məmmədli: "ANS-in belə açıqlama verdiyini, belə bir mövqe sərgilədiyini mətbuatdan oxuduq. Həmin informasiya bizim sayta daxil olandan sonra, bu məlumatı təsdiqləyən oldu. İşdən çıxan bir neçə nəfər öz mövqeyini açıqlayıb, saytda da yerləşdirilib. Və əgər yanlışlıq var idisə ANS televiziyası çox rahat şəkildə açıqlama verib, təkzib mövqeyini verə bilərdi. Medianın qaydalarına əsasən, hər hansı bir xəbər öz təsdiqini tapmırsa digər tərəf məsələ ilə bağlı açıqlama ilə çıxış edir. Yəni, bizim onların mövqeyini verməməklə bağlı belə bir iddiamız olmayıb". ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portallar aşağıdakılardır: aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az. ANS Müstəqil Yayım və Media Şirkəti məsələ ilə bağlı bəyanatla çıxış edib: "Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər".
|
2014-01-16
| 6,561 |
Bank işçisinin döyülməsinə polisdən münasibət - Yeniləndi
|
12:49 Metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yolu keçən bank işçisi 2 polis tərəfindən döyülüb. Hadisə bu gün saat 12-də Parlament küçəsi-1 ünvanında baş verib. Post-Patrul Xidmətinin 2 əməkdaşı bank işçisi olduğu bildirilən Anar Abıyevı döyərək küçə boyu sürüyüblər. "Aznews.az"a bu barədə saytın hadisə yerində olan əməkdaşı məlumat verib. A.Abıyev yolu keçiddən keçmədiyinə görə təzyiqlərə məruz qalıb. Polis əməkdaşları ona yaxınlaşaraq, sənəd tələb edib. Lakin A.Abıyev üstündə sənəd olmadığını, gözləyəcəkləri təqdirdə evdən şəxsiyyət vəsiqəsinin gətiriləcəyini bildirib. Yolu keçiddən keçmədiyinə görə qanuna müvafiq qaydada cərimələnməsini istəyən Anar Abıyevin bu tələbinə məhəl qoyulmayıb. A.Abıyevi təhqir edən polislər onun mobil telefonunu əlindən alaraq yerə çırpıb, özünü isə yerdə sürüyüblər. Polis əməkdaşları A.Abıyevə güc tətbiq edərək onu post-patrul maşınına mindirməyə çalışıblar. Döyülən bank işçisi "Axar.az"a bildirib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindədir və 2 polis tərəfindən kobud fiziki təzyiqə məruz qalıb: "Yolu keçən zaman polis əməkdaşları ilə insident yaşandı. Onlar tək olmağımdan istifafə edib məni bərk döydülər. Telefonumu sındırıblar. Döyəndən sonra məni sürüdülər". Yasamal Rayon Polis İdarəsinin münasibətini öyrənməyə çalışırıq. *** 13:18 Parlament prospekti 1 ünvanında yolu keçən şəxsin 2 polis tərəfindən döyülməsi ilə bağlı döyülən şəxsin saxlanıldığı Yasamal Rayon 26-ci polis bölməsinin növbətçi polisi "Axar.az"a danışdı. 26-cı polis bölməsinin növbətçi polisi Fərəcli Kənan bildirdi ki, həmin şəxsin saxlanılmasının əsas səbəbi polisə qarşı kobud davranmaqdır: "Bəli, tərəfimizdən Anar Abıyev adlı şəxs saxlanılıb. Səbəb odur ki, həmin şəxs polislərə kobudluq edib və əməkdaşımızı vurub". Hadisə yerində 2 polis əməkdaşının olmasını xatırladandan sonra polis bölməsinin əməkdaşı faktı təsdiq etdi: "Düzdür, həmin yerdə 2 polis olub. Amma Anar Abıyev onlardan birini vurub". Vətəndaş Anar Abıyevin də polisilər tərəfindən döyülməsi iddiasından danışan bölmə növbətçisi bunları əlavə etdi: "Vətəndaş çox şey iddia edir. Orda onların arasında insident olub və Anar Abıyev 2 polis əməkdaşından birini bərk döyüb. Məsələ ilə bağlı araşdırma başlatmışıq. Hadisəni ətraflı öyrənəndən sonra saxlanılan şəxs barədə qərar veriləcək". Xatırladaq ki, hadisə barədə "Axar.az"ın olay yerindəki əməkdaşı məlumat verib və məlumatda bank işçisinin döyülərək sürüdülməsi göstərilib.
|
2014-01-16
| 6,562 |
Goranboyda evdən 12 kilo tiryək çıxdı
|
Goranboy rayon Qarqucaq kənd sakini Qulu Mehdiyevin evinə baxış keçirərkən oradan 12 kq tiryək və dərman preparatları aşkar edilərək götürülüb. "Axar.az" DİN-in rəsmi saytına istinadən bildirir ki, Goranboy RPŞ əməkdaşları əməliyyat məlumatı əsasında Qarqucaq kənd sakini Qulu Mehdiyevin evinə baxış keçirərkən oradan 12 kiloqram tiryək və dərman preparatları aşkar edilərək götürülüb. Q.Mehdiyevin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.
|
2014-01-16
| 6,563 |
Azərbaycanlı tələbə Suriyaya döyüşə yollandı - Foto
| null |
2014-01-16
| 6,564 |
Bədənindən “cin çıxan” qız danışdı - Video
|
Son günlər ölkə gündəmində əsas müzakirə olunan mövzulardan biri də cinlərdir. Daha doğrusu cinlərin mövcudluğu və ya həmin məxluqların insan orqanizminə daxil ola bilməsidir. Məsələyə yerli mediada bir çox aspektdən baxış olub. Bəzi KİV-lər ümumiyyətlə cinlərin mövcudluğunu ekspertlərin rəyi ilə inkar edib, digərləri isə buna əks arqument gətiriblər. Azərbaycanda cinlərin insan bədəninə daxil olması isə 24 yaşlı Goranboy sakini Əliyeva Lamiyənin məruz qaldığı hadisədən sonra daha da aktuallaşıb. Bir neçə gün öncə yerli telekanalların birinə dəvət olunan və ekstrasens tərəfindən müayinə olunsa da dərdinə çarə tapılmayan və verilişarası fasilədə kanaldan kənarlaşdırılan Lamiyə xanımı saytımızın suallarını cavablandırmağa razı saldıq. Özünün dediyi kimi bir müddət əvvəl cinlərin təzyiqi ilə üzləşmiş 1990-cı il təvəllüdlü Lamiyə hazırda bütün problemlərinin geridə qaldığını açıqlayıb. FaktXeber.com-a müsahibəsində Goranboy sakini bildirib ki, cinçıxartma mərasimindən sonra həyata sanki ikinci dəfə gəlib. O, hətta cinə və onun çıxarılmasına inanmayanlara da etirazını bildirib. Hazırda normal həyata qayıtdığını və adi insanlar kimi qida qəbul etmək, danışmaq, gülmək və s. kimi hisslərə malik olduğunu dilə gətirən müsahibimiz buna görə xoşbəxt olduğunu vurğulayıb.
|
2014-01-16
| 6,565 |
Dünən ölkədə 86 cinayət baş verib
|
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 61 cinayət faktı qeydə alınmış, onların da 30-u "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 16 nəfər tutulub.
|
2014-01-16
| 6,566 |
Parlamentin telefon qadağası deputatlara aid edilməyib
|
"Bu qayda parlament üzvlərinə tətbiq edilməyib. Biz malik olduğumuz hər hansı mobil rabitəni, yaxud planşetləri əvvəlki qaydada parlamentin binasına keçirə bilirik". "Axar.az" xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Hafta.az-a açıqlamasında parlamentin son intizam qaydasının millət vəkillərinə aid edilmədiyini deyib: "Zahid Oruc deyir ki, hazırda parlametdədir və bizimlə əlaqə saxladığı telefonu android sistemlidir: "Deputatların smartfon və android tipli telefonları və ya planşetləri parlamentə daxil olarkən onlardan alınmır. Mən hazırda sizinlə fikirlərimi bölüşərkən Milli Məclisdəyəm. Telefonum da android tiplidi. Bu yöndə hər hansı bir qadağanı üzərimdə hiss etməmişəm. Həmin qadağanın qeyd olunan sənədli formasında müddəaların necə əks olunduğunu araşdırıb, aydınlaşdırmaq lazımdı. Bu qayda Milli Məclisin ştat heyətində çalışan şəxslərə aid edilib". Qeyd edək ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat vermişdi ki, təhlükəsizlik baxımında parlamentin binasına daxil olan bütün şəxslərdən smartfon və android telefonlar alınacaq: "Bu qərar Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısının telefonu binaya daxil olarkən əlindən alınacaq. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır".
|
2014-01-16
| 6,567 |
Rektorun xanımı danışdı: Günahkar həkimlərdir - Foto
|
"5 aydır bu vəziyyətdəyik: Bir ay Urologiyada yatıb, sonra İrana getdik, İrandan gələndən sonra da evdə yatdı bir az. Sonra da bu xəstəxanaya gəldik. İranda müalicə almayıb, burdan gedəndə böyrəyində problem vardı. Böyrəyində daş var idi, Urologiyada əməliyyat olunmuşdu, yaxşı eləməmişdilər əməliyyatı, yaxşı baxmamışdılar xəstəxanada". Bu sözləri "Axar.az"a 1 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə alan yazıçı, keçmiş rektor Aslan Qəhrəmanlının həyat yoldaşı Gözəl xanım bildirdi. Gözəl xanım Urologiyada əməliyyatdan sonra baş verənləri təfərrüatıyla danışdı: "Bir aydan sonra məlum oldu ki, heç stend yerinə düzgün otuzdurulmayıb, amma böyrəkdəki daşı müalicə edirmişlər bunlar. Ondan sonra burdan bir tanış həkimlə getdik İrana. Orda yoxladılar məlum oldu ki, stend oturmayıb, həm də qan xəstəliyi olduğu üzə çıxdı. Rayonda istirahətdə idi, adi bir daşın kanala düşməyindən şübhələndik, ordan elə pristupla Urologiya xəstəxanasına gətirdik. 73 yaşına qədər gəlib çatıb, heç vaxt şübhələnməmişik ki, hər hansı bir xəstəliyi var. Urologiyada səhlənkarlıq elədilər, vaxtında müayinədən keçirmədilər, yaxşı baxmadılar. Sonra da buraxanda dedilər ki, sağ qalsan, gələrsən. Müalicə həkimi Mirhəşim doktordur. Bura gəlirik, qanı yuyulur, təzələnir, çıxıb gedirik evə. Dövlət Xəstəxanası olduğuna görə müalicə pulsuzdur, amma qan lazım olur, imkanı olan şəxslərdən gəlib qan vermələrini xahiş edirik". Aslan bəyin müalicə həkimi olan Mirhəşim doktorla da əlaqə saxlayıb xəstənin vəziyyəti haqqında həkim məlumatını öyrənmək istədik. Mirhəşim doktor xəstəxanada olsa da, orada bir saat sonra olacağını deyib, məlumat verməkdən yayındı. Verilən bilgiyə görə, Aslan Qəhrəmanlıya bütün qan qrupundan olan şəxslər qan verə bilər. Donorlar bunun üçün 1 saylı Şəhər Kliniki Xəstəxanasına gedib II korpusa yaxınlığında yerləşən Qan Bankına yaxınlaşa bilərlər. İş saatı 9-da başlayır. Burada Nabat xanımla əlaqə saxlamaq, qan verərkən Aslan Qəhrəmanlı üçün olduğunu söyləmək və qan verdikdən sonra qəbz götürmək lazımdır. Qeyd edək ki, məşhur yazar, "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifi olan Aslan Qəhrəmanlı həm də Azərbaycan Universitetinin keçmiş rektorudur.
|
2014-01-16
| 6,568 |
Dəniz Baykal sükutu pozdu: seks kasetindən danışdı – Video
|
Mən "özləri edib, özləri də qınayırlar" deyə bilmərəm. "Axar.az" xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası CHP-nin keçmiş lideri Dəniz Baykal sükutu pozub və "CNN Türk" kanalında "Tərəfsiz bölgə" proqramında suallara cavab verib. Dəniz Baykal proqramda ona qarşı seks kaseti şantajının Gülən tərəfdarları tərəfindən təşkil edildiyinə inanmadığını deyib: "Bu hadisədən sonra Gülənə yaxın şəxslərdən biri mənə zəng edərək, böyük təəssüf hissi keçirdiyini və Türkiyə siyasəti üçün mənim dəyərli olduğuma inandığını, bu olayı qınadığını və sözlərini səmimi olaraq qəbul etməyimi xahiş etdi. Mən bu səmimi dəyərləndirməni rədd etmək üçün bir əsas görmədim. Buna inandım. Mən "özləri edib, özləri də qınayırlar" deyə bilmərəm". Xatırladaq ki, 2010-cu il mayın 7-sində CHP-nin millət vəkili Nəsrin Baytok və CHP-nin sədri Dəniz Baykalın seks videosu olduğu iddia edilən görüntülər internetdə yayımlanmışdı. Nəticədə Dəniz Baykal partiyanın sədrliyindən istefa verib, bundan sonra videonu araşdırmaq üçün Beynəlxalq Kriminal Bürosuna göndərib. Büro isə analizlərdən sonra videonu montaj hesab edib.
|
2014-01-16
| 6,569 |
Mayorun həbs xəbəri təkzib edildi
|
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) tədris şöbəsinin keçmiş rəisi, mayor Ramiz Fərəməzov həbs edilməsi barədə yayılan məlumatlar doğru deyil. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Ramiz Fərəməzov müdafiə nazirinin 26 avqust 2013-cü il tarixli əmri ilə yaşa görə Silahlı Qüvvələr sıralarından tərxis olunub: "O, mülki vətəndaşdır. Müdafiə Nazirliyinə aidiyyəti yoxdur". Qeyd edək ki, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi AAHM-in tədris şöbəsinin keçmiş rəisi R. Fərəməzovun həbs edilməsi ilə bağlı məlumat yayıb. R. Fərəməzovun saxlanılmasının məktəbin sabiq rəisi, polkovnik Mirzəli Yusifovun həbsi ilə bağlı olduğu bildirilir. AAHM keçmiş rəisi, polkovnik Mirzəli Yusifov bir neçə gün əvvəl Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
|
2014-01-16
| 6,570 |
Mübariz Mənsimovun ailəsində 3 milyardlıq dava - Foto
|
Məşhur milyarderin xanımı boşanma iddiası qaldırdı; Mənsimov isə onun qarajından iki lüks avtomobili aldırdı Türkiyə vətəndaşı olan məşhur azərbaycanlı milyarder Mübariz Mənsimovun ailəsi dağılır. Bu barədə Türkiyənin haber7.com portalı yazıb. Bildirilir ki, Türkiyə vətəndaşı olan Mübariz Qurban oğlu Mənsimov ona qarşı boşanma iddiası qaldıran həyat yoldaşı ilə savaşa girib. Xəbərdə deyilir: "Forbes" jurnalının dünyanın ən zənginləri siyahısında yer alan Mənsimov 13 il əvvəl ailə qurduğu Tamara Qurbanoğlu (əslində Mənsimovun xanımı Tamara Mənsimova ad-soyadını daşıyır-red) ilə dünya evinə girdi. 13, 9 və 2 yaşlarında 3 uşaqları olan cütlüyün xoşbəxtliyinə kölgə düşdü. Cütlüyün evlilik həyatı iş adamının Azərbaycanda sahibi olduğu jurnalın U.G. adlı redaktoru ilə yaşadığı iddia edilən əlaqə üzündən alt-üst oldu. Tamara Mənsimova boşanma davası açdı. Ərinin 6 milyard dollarlıq sərvətinin yarısını tələb etdi. Əri ilə nigahdan kənar münasibətlər yaşayan U.G. haqqında isə 1 milyon lirəlik təzminat iddiası qaldırdı. 3 milyard dollarlıq boşanma davası davam edərkən iş adamı ilginc bir həmlə etdi. Mübariz Mənsimovun vəkili 2 polisin müşaiyəti ilə Tamara Qurbanoğlunun oturduğu Beşiktaşdakı lüks villaya getdi. Qarajda olan "Bentley" və "Audi" markalı 2 avtomobili alaraq evdən ayrıldı. Bu hadisəni vəkilinə bildirən Tamara Mənsimova axtarış qərarı, prokuror əmri və ya məhkəmə qərarı olmadan belə addımın atılmasının qanunsuz olduğunu öyrəndi. Ərinin vəkili və 2 polis məmuru haqqında cinayət ittihamı ilə şikayət ərizəsi yazdı. Tamara xanım İstanbulun Etiler polis şöbəsinin O.S. və Y.T. adlı əməkdaşlarının cinayət işlədiklərini iddia etdi" Belə məlum olur ki, Mübariz Mənsimovun xanımı onun sevgilisindən hələ ötən il məhkəməyə şikayət veribmiş. Türkiyə mətbuatının xəbərlərinə görə, Tamara Mənsimova ərinin sevgilisi Ülviyyə Qasımovanın onu narahat etdiyini əsas gətirərək məhkəməyə şikayət verib. Məhkəmə iddiasında o, Ülviyyə Qasımovadan 1 milyon TL təzminat tələb edib. İstanbul 1-ci Ailə Məhkəməsi dekabrın ortalarında bu işə baxıb və Ü.Qasımovanın T.Mənsimovanın ailə həyatına qarışmasına qadağa qoyub. Lakin belə görünür ki, milyarderin ailəsində yaşanan problemlər bununla bitməyib. Mübariz Mənsimovun xanımı artıq ondan boşanmaq istəyir və 3 milyard dollar təzminat tələb edir. Mənsimov isə hazırda ayrı yaşadıqları xanımından onun lüks avtomobillərini müsadirə etməklə qisas alır. Lakin qadın ərinin bu hərəkətindən də şikayət edib və münaqişə böyüyüb (Virtualaz.org ).
|
2014-01-16
| 6,571 |
At-eşşəyin siyasi söhbəti
|
Axır ki, bir at, bir eşşək və bir canavarı razı salıb Xaçmaz rayonundakı Qımılqışlaq kənd meşəsindəki dərəyə toplaya bildim. Fikrim son günlər gündəmdə olan məsələlərin qaranlıq tərəflərinə aydınlıq gətirmək idi. Məsələdən agah olan kimi Canavar and-aman elədi ki, bu at-eşşək məsələsindən nə onun, nə də qohum-əqrəbasının xəbəri var. Bu onlara qara yaxmaqdan başqa bir şey deyil. Bizim adımız-sanımız var, parçalayıb yediyimiz mal-heyvanın qalıqlarını saxlayırıq ki, əlsiz-ayaqsızlar – çaqqallar, tülkülər, goreşənlər və sairləri də qidalana bilsin. Daha başını, ayağını kəsib ətini aparmırıq. Etirafından aydın oldu ki, son vaxtlar onlar diş qurdalmağa heç nə tapa bilmirlər. Əgər fürsət düşsəydi, nəinki at-eşşək, lap qoyun-quzu, inək-camış da parçalayıb yeyərdilər. Amma belə fürsət ələ düşməyib. Atla Eşşəyin fikri də maraqlı idi. Hər ikisi zərərçəkəndi. "Kimdən şübhələnirsiz?" - soruşdum. Eşşək bir ağız anqırıb boğazını arıtladı və başladı: - Bütün eşşəklərin adından deyirəm ki, bizim Canavardan heç bir şikayətimiz yoxdur. Araşdırma aparılır, inşallah, əsl günahkar tapılar və bizim də qanımız yerdə qalmaz. Məni Eşşək olaraq narahat edən Cəbhə və Müsavat qarşıdumasıdır. Niyə bu dostlar bir-biri ilə yola getmir? Niyə bir–birinin palanının içini açıb tökürlər? Hələ utanmaz-utanmaz özlərinə mənim adımı qoyurlar. "Eşşəklik eləmə". Bu mənəvi terror bizi daha çox narahat edir. Bu məqamda at elə kişnədi ki, Eşşək dik atıldı: - Eşşək qardaş düz deyir, Cəbhədə atəşkəs pozulub, o atır, bu cavab atəşi ilə susdurur... Canavar: - Məsəl var, deyərlər, çaqqal var gödən yırtır, qurdun adı bədnamdır. İndi baxıram ki, bir Milli Şuranın zadını bölə bilməyənlər başlayıblar gödən yırtmağa. Bir dəli şeytan deyir... Eşşək qulaqlarını dikəltdi: - Canavar qardaş, lətifəsi sizdən uzaq, onlar Yalquzaq kimi ağız-ağıza veriblər. Canavar: - Ay Eşşək, dedim axı, bizim adımız çıxıb. Onları bizimlə müqayisə eləmə, biz öz nəslimizi parçalamırıq. Öz nəslini yeyənlər bilirsən kimdir? At: - Canavara iradım var. Eşşək palçığa bir dəfə girər, ikinci dəfə girərsə, demək, o hansısa partiyanın üzvüdür. Vəziyyət Qımılqışlaq meşəsindən də acınacaqlıdır. Bu deyir ki, sənin nalını çıxarıb başına çalaram, o biri də deyir ki, sənin quşqununu dağıdaram. Nəyi bölə bilmirlər? Canavar: - Əlbəttə ki, iki eşşəyin arpasını. Eşşək: - Bizim arpamızı bölmək lazım deyil, imkan versələr, biz öz arpamızı özümüz yeyə bilərik. Axır ki, bezdim və mövzudan uzaqlaşdıqlarına görə onların səsini aldım...
|
2014-01-16
| 6,572 |
Rəmiş: "Qıza oxşayan oğlanlar müğənni olub" - Video
|
Gitara ifaçısı Rəmiş qalmaqallı açıqlama verib. Sənətçi "Xəzər" telekanalında yayımlanan "İncə sənət" verilişinə müsahibəsində bəzi yerli sənətçiləri tənqid edib: "Niyə hamını səhnəyə buraxırlar? Qəşəng fiqurası olanlar üz-gözünə pudradan çəkib çıxır oxuyur. Qıza oxşayan oğlanlar müğənni olub. Bilinmir kim kimi saxlayır. Qızın kişi müştərisi var. İndi deyirlər ki, kişinin də kişi müştəriləri yaranıb. Yeni ildə səhnədə olmadım. Qulağına sırğa taxan, başına rəng qoyan, üzünə rəng yaxana kişi demirəm. Əsl kişi mənim kimi olar: səliqəli geyinməlidir, yaşlandıqca saçı ağarmalıdır. Əsl kişi Arif Babayevdir, Mənsum İbrahimovdur. Heyfslənirəm ki, mədəniyyət xadimləri doğru sənətkarları efirə buraxmırlar. O vaxtlar senzura var idi, yoxlayırdılar, səhv danışana icazə vermirdilər. İki mahnı yazdırıb, fonoqram oxumaqla müğənnilik etmək olmaz" (Axşam.az).
|
2014-01-16
| 6,573 |
İlham Əliyev "İlin adamı" seçildi
|
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu "2013-cü İlin adamı"nı elan edib. Bu ada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev layiq görülüb. Beləliklə, Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev 2013-cü ildə Azərbaycan vətəndaşlarının etimadını qazanaraq ölkə prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərə biləcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq, Şahdəniz-2, TAP və TANAP layihələrinin uğurlu həyata keçirilməsi ilə Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rol, Avropa Birliyinə üzv olan ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunması, Azərbaycanın regionda yürütdüyü ardıcıl və prinsipial siyasət nəticəsində dünya güclərinin İranla bağlı mövqeynin yumşalmasına zəmin yaratdığına görə "2013-cü ilin adamı" elan edilib. Xatırladaq ki, "İlin adamı" mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür (ANS).
|
2014-01-16
| 6,574 |
Azərbaycan İQ üzrə 50 ölkə siyahısına düşə bilmədi
|
Azərbaycan "İntellekt əmsalı"na görə dünyanın 50 ən güclü dövlətinin siyahısına daxil ola bilmədi. "Axar.az" xəbər verir ki, Almaniyanın "Bild" qəzeti dünyadakı bütün ölkələr üzrə İQ səviyyəsinin yoxlanması üzrə araşdırma aparıb. Araşdırmadan sonra İQ səviyyəsi ən üstün olan 50 ölkənin siyahısı hazırlanıb. Siyahının ilk iki pilləsində Asiya ölkələri, ilk 10 yerdə isə Asiya və Avropa ölkələrinin yer alması diqqəti cəlb edib. 50 ölkənin yer aldığı siyahıda təəssüf ki, Azərbaycan yer almayıb. Siyahını təqdim edirik: Cənubi Koreya: 106 Yaponiya: 105 İtaliya: 102 Britaniya Krallığı: 100 Çin: 100 Hollandiya: 100 Norveç: 100 Almaniya: 99 Finlandiya: 99 İsveç: 99 Kanada: 99 Yeni Zelandiya: 99 Rusiya: 98 Macarıstan: 98 Avstraliya: 98 İspaniya: 98 ABŞ: 98 Moldova: 96 Uruqvay: 96 İsrail: 95 Qazaxıstan: 94 Rumaniya: 94 Vyetnam: 94 Argentina: 93 Yunanıstan: 92 Bolqarıstan: 92 İrlandiya: 92 Malayziya: 92 Kamboca: 91 Tailand: 91 Albaniya: 90 Bosniya və Hersoqovina: 90 Xorvatiya:90 Türkiyə: 90 Çili: 90 Serbiya: 89 Meksika: 88 Boliviya: 87 Braziliya: 87 İndoneziya: 87 Ərəbistan: 84 Nigeriya: 84 Paraqvay: 84 Suriya: 83 Oman: 83 Yəmən: 83 Hindistan: 82 Misir: 81 Kamerun: 64 Mozambik : 64
|
2014-01-16
| 6,575 |
Bu gün Əbülfəs Qarayevin qardaşının yas mərasimidir
|
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin qardaşının vəfatının ildönümü ilə əlaqədar bu gün "Təzə Pir" məscidində yas mərasimi təşkil olunub. "Axar.az" cənab nazirə başsağlığı diləyir. Allah rəhmət eləsin. Xatırladaq ki, keçən il Əbülfəs Qarayevin qardaşı ürək tutmasından vəfat edib.
|
2014-01-16
| 6,576 |
Zurab Jvanyanın ölümü araşdırılacaq
|
Gürcüstanın keçmiş Baş naziri Zurab Jvanyanın cəsədi yenidən analiz ediləcək. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib. Baş nazir tibbi yoxlamanı aparan qrupun ya İsveçrə, ya da ki İsraildən gətiriləcəyini bildirib. O, Z.Jvanyanın işinin araşdırılması üçün komissiyanın da yaradıldığını qeyd edib. Komissiyyanın tərkibinə Avropa İttifaqının Gürcüstan üzrə xüsusi nümayəndəsi Tomas Hammarberqin də daxil olduğu deyilir. Qeyd edək ki, Zurab Jvanya 2005-ci ildə Kvemo-Kartli regionunun qubernatorunun müavini, milliyyətcə azərbaycanlı olan Raul Yusifovun evində ölü tapılmışdı.
|
2014-01-16
| 6,577 |
Müdafiə Nazirliyi bəzi hərbi hissələri ləğv etdi
|
Azərbaycan Müdafiə Nazirliyinin 3 hərbi hissəsi ləğv olunub. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Ləğv edilmiş hər üç hərbi hissə Bakı şəhərində yerləşir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda hərbi hissələrin ləğv olunması faktı təsdiqlənib. "Azərbaycan Respublikasının prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək, müdafiə qabiliyyətini möhkəmləndirmək, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilib", - deyə Müdafiə Nazirliyindən bildirilib.
|
2014-01-16
| 6,578 |
Tağı Əhmədov: "Ürəyi partlayan yoxdur" - Yeniləndi
|
15:56 Bakı metrosu qaranlığa qərq olub. Verilən görə, metronun "28 May" stansiyasında işıqlar sönüb. "Həzi Aslanov" və "Azadlıq prospekti" istiqamətində olan platformalarda qatarlar dayanıb. İnsanlar həyəcan içərisindədirlər (Milli.Az). *** 16:51 Bakı metropoliteninin rəisi Tağı Əhmədov hadisə ilə bağlı "Xeberdar.az"a deyib ki, şəhər elektirik şəbəkəsində kəskin enerji düşdüyü ücün 26-cı yarımstansiyada işıqlar sönüb: "Bu, bir neçə dəqiqə davam edib. Ürəyi partlayan olmayıb. Hal-hazırda qatarların hərəkəti davam edir, heç bir problem yoxdur".
|
2014-01-16
| 6,579 |
Obamadan müsəlmanlara jest
|
ABŞ Prezidentinin müsəlmanların dini bayramları ilə bağlı qərar verməsi gözlənilir. "Axar.az" xəbər verir ki, ABŞ-da müsəlmanların da dini bayramlarının ölkədəki bütün məktəblərdə tətil olaraq qəbul edilməsi üçün Ağ Evin saytında imzatoplama kampaniyası keçirilir. 17 dekabrda başlayan kampaniyada artıq 40 min insan səs verib. Bu gün sona çatacaq səsvermədə qərarın qəbul olunması üçün 100 min imzaya ehtiyac var. ABŞ müsəlmanları Prezident Obamanı da bu müraciəti dəstəkləməyə çağırıblar. Kampaniyada necə iştirak etmək olar? ABŞ müsəlmanlarına dəstək vermək istəyən hər kəs https//petitions.whitehouse.gov saytına ana səhifədə "View Petitions" (Müraciətləri göstər) yazılan düyməyə vurmalıdır. Bundan sonra mövzu tapılmalı və səs verilməlidir.
|
2014-01-16
| 6,580 |
Mətbuat Şurasından ANS-in məhkəmə qərarına- Reaksiya
|
Mətbuat Şurası ANS-in işgüzar nüfuzuna xələl gətirən materiallar yaymaqda ittiham etdiyi bir sıra sayt və portalları məhkəmə verməsinə münasibət bildirib. Şura sədri "Qafqazinfo"ya açıqlamasında teleşirkətin belə bir addım atmaqda sərbəst olduğunu bildirib: "ANS-i başa düşürük. Yoxlanmamış materiallarda yayımlanan fikirlər imiclə bağlıdır. Söhbət ölkə teleməkanında kifayət qədər nüfuzu olan, geniş tamaşaçı auditoriyasına malik qurumdan gedərkən məsələnin bu sayaq reaksiya doğuracağı gözlənilən idi. Narazılıq yenə də məsələyə peşəkarlıqla yanaşılmamasından, peşə məsuliyyətsizliyindən qaynaqlanıb, yəni balans gözlənilməyib, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməyib. Qeyd edək ki, son vaxtlar bu sayaq hallar çap mediadan çox özünü xəbər portallarında daha qabarıq biruzə verməkdədir. Bu kimi məsələlər Mətbuat Şurasını ciddi narahat edir. O ki qaldı ANS-in məhkəməyə müraciətinə teleşirkət bu məsələdə tamamilə sərbəstdir, bu onun müstəsna hüququdur. Ancaq Mətbuat Şurası istərdi ki, münasibətlər media müstəvisində tənzimlənsin. Çünki bunun üçün hələ imkanlar mövcuddur. Praktik fəaliyyətdə bu müstəvidə tərəflərin daha çox fayda götürdüyünə dair kifayət qədər nümunələr mövcuddur". Xatırladaq ki, bu günlərdə mətbuatda ANS Şirkətlər Qrupunun satışa çıxarılmasına, eyni zamanda telekanalda kütləvi ixtisarlar aparılmasına dair xəbərlər yer almışdı. Öz növbəsində telekanal işgüzar nüfuzuna maddi və mənəvi xələl gətirdiyi səbəbi ilə Aznews.az, Interpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Presspost.az portallarını məhkəməyə verib.
|
2014-01-16
| 6,581 |
AKP-nin bağladılması vacibdir
|
"AKP mütləq bağlanmalıdır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə türkiyəli köşə yazarı İbrahim Öztürk çıxış edib. Məhəmməd peyğəmbərə etdiyi təhqirlə məşhurlaşan jurnalist AKP-nin bağlanmasının vacib olduğunu yazıb: "Türkiyə üçün tək çıxış yolu var. O da AKP-nin bağladılmasıdır. Artıq onlar hüquqi və ictimai haqlarını itiriblər". Qeyd edək ki, İbrahim Öztürk əvvəllər "Today`s Zaman" qəzetində çalışıb. O, Məhəmməd peyğəmbəri təhqir etməsiylə bağlı yazdığı statusdan sonra işdən qovulmuşdu.
|
2014-01-16
| 6,582 |
Zahir, sən kimsən ki, şeirim haqda fikir bildirirsən?!
|
"Şair ailəsi" layihəmizin formatı bu dəfə bir az fərqli oldu. "Şair ailəsi"nin hər iki tərəfi şair olduğundan ayrı-ayrılıqda, ayrı-ayrı ünvanlarda həm ər – Zahir Əzəmət, həm də xanım – Sevinc Çılğınla görüşüb onları bir-biri haqda söhbətə çəkdik. Zahirlə ilk tanışlığımız… Sevinc Çılğın: - Zahirlə ilk tanışlığımız Qəşəm Nəcəfzadənin "Pərvanə" ədəbi məclisində olub. Məni ora yazar qızlar aparmışdı. Dedilər ki, gedirik, orda şeirlər oxuyuruq, fikir bildiririk. Gedək, sən də şeir oxu. Mən də dedim gedərəm və getdim. Həmən gün orada nə Qəşəm müəllim var idi, nə də Zahir. Orada bir şeir oxudum. Ona artıq musiqi də bəstələnmişdi. Amma şeirimə ağız büzdülər. Dedim ki, xeyir ola bu şeiri bəyənmirsiniz? Buna musiqi də bəstələnib, hətta filankəslər də bəyənib. Amma Zahiri görmədim orda. Çıxanda Qəşəm müəllimi gördüm. Məni ona təqdim edib xeyli təriflədilər. Sonra bildiyimə görə Qəşəm müəllim gedir Zahirlə rastlaşır. Ona deyir ki, məclisimizə təzə qız gəlib, adı Sevincdi. Gələn dəfə sən də gəl, ona qulaq as, deyirlər şeirləri maraqlıdı. Zahir də razılaşır. Gələn dəfə Zahir gəlir, amma mən gedə bilmirəm. Daha doğrusu, mən onda başqa mühüm bir tədbirə getmişdim. Qayıdanda saata baxdım. Fikrimi dəyişib məclisə getdim. İçəri girib oturdum. Sonra mənə dedilər ki, dur bir şeir de. Mən də oxudum. Və sonra bir ədəbi tarixçəmiz başladı... Zahir Əzəmət: - Əsgərlikdən Bakıya gəlib uzun müddət çətin günlər yaşayandan, təxminən 2 aydan sonra - başladım soraqlaşmağa ki, Bakıda şairlər, ədəbiyyatçılar hara toplaşır?! O vaxtlar "Pərvanə" ədəbi məclisi var idi, indiki Sabir adına kitabxanada toplaşardılar. Getdim ora çıxdım, indiki ədəbiyyat adamlarının bir qismini orda tapdım, sonra dostlaşdıq, "Nəfəs" adında ədəbiyyat qrupu yaratdıq. Və sonra bir ədəbi tarixçəmiz başladı. 2002-ci ildə həmin məclislərin birində, mən getməmişdim dərnəyə - Q.Nəcəfzadə şəhərdə gördü məni, dedi ki, gənc, istedadlı yeni adamlar gəlib, gəl, sən də münasibət bildir-filan... Məni görən kimi ürəyində deyib ki… Sevinc Çılğın: - Zahirin dediyinə görə,- həmişə bunu deyir: "Məclisə girən anda məni görən kimi ürəyində deyib ki, mənim istədiyim, axtardığım adam bax budur". Sonralar Zahir o günü xatırlayıb mənə dedi ki, mən səni görən kimi vuruldum, fikirləşdim ki, mən ancaq belə adamı sevə bilərəm. İlk şeirimi oxuyub bitirəndən sonra Zahir dedi ki, hələ "rəndələnməlidir", üstündə işlənilməlidir. Mən də əsəbiləşib ona dedim ki, Zahir, ümumiyyətlə, sən kimsən ki, mənim şeirim haqqında fikir bildirirsən?! Nə biləydim ki, bir gün gələcək, bütün yazdıqlarımı birinci ona oxuyacam ki, baxsın, redaktə eləsin. Vəssalam, hər şey belə başladı… Həmin an içimdən bir səs gəldi ki, "Bu odur!" Zahir Əzəmət: - Növbəti tədbirlərin birində bir də gördüm qəşəng bir qız girdi içəri və həmin an öz-özümə hiss etdim, içimdən bir səs gəldi: "Bu odur". O-bu, aramızda uzun müddətli çəkişmələr başladı, mən sevirdim, qoruyurdum onu, o "sevmirəm" deyirdi, uzaqlaşmağa çalışırdı. Ailəsi də razı deyildi, təqribən, bu səbəbləri gətirirdilər ki, sən rayonlusan, tək uşaqdı, uzağa vermək istəmirik, üstəlik evin yox, işin yox, heç nəyin yox. O bilmir ki, mən bakılıyam? Sevinc Çılğın: - Artıq biz hər həftə o məclisdə üz-üzə gəlməli olurduq. Dostlaşmışdıq onunla, nömrələrimizi vermişdik bir-birimizə. Zəngləşib ədəbiyyatdan-filan danışırdıq saatlarla. Sonra onunla bir yerə getdik, mənə dedilər ki, sən doğrudan hiss eləmirsən ki, o oğlan səni sevir? Mən də dedim, yox, siz nə danışırsınız? O, bilmir ki, mən bakılıyam? Üstündən bir gün keçəndən sonra telefonla danışanda o mənə "canım" dedi, əslində bu söz Zahirin dilində olan söz idi, hamıya deyirdi bunu. Mən də elə başa düşdüm ki, o kiminsə yanında özünü göstərib demək istəyir ki, mən Sevinclə danışıb, ona "canım" dedim. Mən də əsəbiləşib dedim ki, sən kimsən ki, mənə canım deyirsən?! Və telefonu qapatdım. Bu hadisədən sonra bir-iki il ümumiyyətlə, onunla əlaqə saxlamadım. Heç ədəbi muhitdə də çox görünməməyə başladım. Bundan sonra bir dəfə təsadüfən qarşılaşdıq. Qalıb mənə key kimi baxırdı Mənə dedi ki: "Novruz bayramı idi, kənddə idim, sənin səsini eşitmək istəyirdim. Çox sıxılırdım,- bu dönəm Zahirin atası rəhmətə getmişdi,- ancaq səni fikirləşirdim, mənim üçün işıqlı bir şey ancaq sən idin. Telefonu götürüb sənə zəng elədim, bayramını təbrik eləmək istədim". Mən də yuxulu idim, onun zənginə cavab verib "çox sağ ol" dedim, sonra özüm-özümə dedim ki, bu, dəli olub, mənə niyə zəng edir? Sonra yenə təsadüfən Bəstəkarlar İttifaqında qarşılaşdıq. Qalıb mənə key kimi baxırdı. Dedi ki, sən burda neynirsən? Dedim, mən çəkilişə gəlmişəm, bəs sən burda neynirsən? O da dedi ki, mən də burda qəzet buraxıram. Yanımda adamlar olduğuna görə onunla uzun-uzadı danışa bilmədik. Gedəndə mənə dedi ki, e-mail ünvanın həmənkidi? Mən də dedim hə. "Zibilə" o günü düşdüm (gülür). Deyirdim ki, mənim sevgilim var, əl çək məndən Bundan sonra ardarda məktublar başladı aramızda. Mən ona deyirdim ki, mənim sevgilim var, əl çək məndən. İstəyirdim onu hər cür yolla özümdən uzaqlaşdırım. Zahir deyir, biz ailə qurana qədər "sən əlindən gələni edirdin ki, məni sevməyəsən". Mən görürdüm ki, nəsə güclü bir münasibətin içindəyəm. Bundan çox qorxurdum. Heç biz şəhərdə görüşmürdük. İndi Zahir hərdən mənə deyir ki, biz sevgili vaxtı heç filan yerə getmədik. Mən də ona dedim ki, mən gedə bilməzdim. Özümə inanırdım... Zahir Əzəmət: - Və bu cür proses təxminən getdi illərlə. Mən də xasiyyətini bilirdim, bilirdim ki, çox vaxt fərqində olmur hisslərin. Özümə inanırdım, hisslərimizə inanırdıq. Nəhayət, münasibətlərimiz rəsmiləşdi, evləndik, hal-hazırda həm ailəsi bizdən çox razıdı, həm özü (hər-halda bu cür ifadə edir) və çox şükür, xoşbəxt bir ailəmiz var. Sevincin xarakterini izah edən şeylərdən birini deyim: kiçik bir hesablama aparmışdım, biz evlənmə qərarını verən il düz "18 dəfə ayrılmışdıq", Sevinc küsüb yenidən barışmışdı. 19-cu dəfə geriyə yol olmadı, evlənmək qərarı verdik. Sevinc indinin özündə də deyir ki, küsəndə heç vaxt gəlmirdin arxamca, barışmağa məcbur etmirdin. Mən sevmirəm elə şeyləri, həm də uşaq deyildik - mən Sevincdən, təxminən 8 yaş böyüyəm - onu öz hisslərilə baş-başa buraxırdım - müdriklərdən birinin sözü var: "Sevirsə, gələcək..." - və həmişə geri qayıdırdı. Mən hisslərimdə əmin idim, dağ kimi dayanmışdım yerimdə, o isə tərəddüd edirdi. Bir dəfə oturmuşdum iş yerimdə, keçmiş "Alma" qəzetinin redaksiyasında, Sevinc ağlaya-ağlaya gəldi, hisslərini etiraf etdi, dedi ki, evlənək. Artıq öz aramızda qərar vermişdik, dedim, nə gətirim sənə. Biz tərəfdə qəşəng ləvəngi bişirirlər, mən də ləvəngi gətirib verdim Sevincgilə. O balıqdan sonra sanki bütün fikirləri dəyişdi. Böyük nənəsi o vaxt demişdi ki, bax gördün, onlar tərəfdə güclü mollalar olur, balığa nəsə cadu-filan eləyiblər. Belə dilə düşmüşdük. Qız tərəfi adətən qızı tərifləyər də, Sevincin yaxınlarısa yemək bişirə bilmir, paltar yuya bilmir, deyib pisləyirmişlər. Amma mən də qabaqcadan bacımgilə izah eləmişdim ki, belə şeylər ola bilər, nə desələr, deyin razıyıq, qəbulumuzdur. Özümü kənd qızları kimi aparırdım Sevinc Çılğın: - Zahirgil bizə elçi gəlməmişdən bir həftə qabaq onunla küçəyə çıxdıq. Bacısı qızı da yanımızda. Lap özümü kənd qızları kimi aparırdım (gülür). Hər dəfə qərara gəlirdim ki, artıq Zahirə ərə gedirəm. Hər şey hazır olurdu, amma mən fikrimi dəyişirdim, nəsə qorxub dala çəkilirdim. Hətta nişan günü gəlib məni apardılar. Restorandan içəri keçəndə öz-özümə dedim ki, mən nə edirəm? Mən dala qayıtmaq istəyirəm (gülür). Çünki fikirləşirdim ki, adam o adama "hə" deməlidi ki, onunla ömrünün sonuna qədər bir yerdə yaşaya bilsin. Bizdə belədir ki, qız evdən çıxdı, ancaq meyiti qayıda bilər atası evinə. Yəni, mən müasir düşünmürdüm, belə düşünürdüm. Qorxurdum ki, birdən alınmaz, ayrılarıq. Nişanlanandan sonra sevgi münasibətimizin düz yeddi ili oldu. Bu müddət ərzində mən Zahiri tanıdım, o da kişi kimi geri çəkilmədi, hər şeyə dözdü. Bu da mənə ləzzət edirdi. Kimsə sənin dərdindən ölür, bunu bütün dünya bilir. Mənim onsuz da sənə ərə getmək fikrim yoxdu Nişanlandığımız il Zahirin hesablamalarına görə, düz on doqquz dəfə "getmişəm". Hər dəfəsində özüm qayıtmışam. Darıxmışam onun üçün, qala bilməmişəm. Sonuncu dəfə düz qırx gün dözdüm. Dedim, daha səni incidirəm, bəsdi, mənim onsuz da sənə ərə getmək fikrim yoxdu. Bu haqda heç fikirləşmirəm. Amma ürəyimdə dəhşətli bir şey var idi. Mümkün qədər ondan qaçmaq istəyirdim. Qırx gün başımı qatdım, yay idi deyə, yaxşı istirahət elədim. "Günəşi öldürəcək sevgimiz var" Sonra bir forumda Zahir mənim haqqımda şeir paylaşmışdı. Şeirin altından başqa bir qız "Günəş" imzasıyla yazıb eşq elan eləmişdi. Oxuyub anladım ki, Zahiri itirə bilərəm. O dəqiqə həmən şeirin altından yazdım ki, "Günəşi öldürəcək sevgimiz var". Həyəcanlıydım, əsirdim, ayağa durub çıxdım bayıra, qulağımda qulaqcıq, orda da mahnıda belə sözlər gedirdi: "Səni gözləyirəm nə qədər sağam". Elə bilirdim bu sözləri mənə Zahir oxuyur, romantik havadaydım. Allaha and olsun, bir də ayıldım ki, mən artıq Zahirin redaktor olduğu "Alma" qəzetinin redaksiyasının həyətindəyəm. İçəri girib Zahiri gördüm. Birdən ayıldım ki, mən bura necə gəlmişəm? O an anladım ki, məni bura Allah göndərib. Amma özümü sındırmadım. İkimiz də çaşıb qalmışdıq. Həyatımın sonuna kimi varsa da, yoxsa da Zahirdi Söz tapmadım, ona dedim ki, yayda çəkdirdiyim şəkillərə baxırsan? O da etiraz etmədi. Amma heç birimizin fikri qəti şəkildə deyildi, beynimizdə bir-birimizlə söhbət edirdik. Ona qəfildən belə dedim: əgər evlənəcəyiksə, gəl tez evlənək, nə qədər ki, mən qaçmamışam (gülür). Zahir də mənə baxıb dedi ki, cibimdə 20 qəpik pulum var. Dedim, olsun, mən sənə inanıram. Amma elə tez elə ki, mənim geri dönüşüm olmasın. O da dedi ki, yaxşı. Bir həftənin içində hər şey baş verdi, elçilər gəldi, şirin çay içdilər. Onda başa düşdüm ki, həyatımın sonuna kimi varsa da, yoxsa da Zahirdi. Cibimdə cəmi 20 qəpik pulum vardı Zahir Əzəmət: - O vaxt toy qərarı verəndə bir də ayıldım ki, cibimdə cəmi 20 qəpik pulum var. Sevincgil tərəfə getdim, qayıdanda piyada gəldim evə. Amma mən həmişə inanmışam ki, hansısa gözəgörünməz qüvvə məni həmişə pis vəziyyətdən çıxarır. Doğru olub, hallalıqla yaşayandan sonra hər şey düzəlir, həyatda mütləq bir nizam, ədalət var. Biz evlənəndə nəyi, necə edəcəyimi bilmirdim? Amma söz verdim ki, hər şeyi edəcəm. O vaxta qədər konkret bir məqsədim yox idi, ailə olandan sonra kiminçün, niyə yaşadığını, nə etməli olduğunu konkret bilirsən. Arzuladığımızdan gözəl toyumuz oldu, o vaxt çox danışıldı,- hətta bir neçə telekanal bizim toyumuzu göstərdi,- hələ indi də unudulmayıb. Sən də birincisən, amma onlar başqadı Sevinc Çılğın: - Kiminsə arasında fərq qoymur. Amma təbii ki, ailənin içində ayırdığı fərdlər var. Deyir ki, mənim üçün birinci sənsən. Amma bu məni əsəbiləşdirir ki, yox birinci uşaqlardı. Onun davasını edirik həmişə (gülür). Amma mən ona deyirəm ki, mən bunu belə deyə bilmərəm, mənim üçün birinci uşaqlardı. Sən də birincisən, amma onlar başqadı. Bir şeyi də deyim ki, bəlkə bunu çoxları bilmir. Zahir son dərəcə gülməli, zarafatcıl adamdı. Mən şən olmağıma baxmayaraq, çox az şeyə gülürəm. Məni ürəkdən güldürən adam Zahirdi. Həmişə deyirəm ki, bəlkə bir komediya aktyorunun arvadı olsaydım, heç bu qədər gülməzdim, Zahir məni bu qədər güldürür. Həm də ciddi adamların zarafatı daha gülməli olur. Onun bəzən gülməyi gəlmir, amma danışır, mənim ürəyim gedir gülməkdən, o da durub pəncərələri bağlayır ki, qonşular eşitməsin. Hətta bir dəfə məni elə güldürdü ki, səsim aləmi götürmüşdü. Həmən vaxt oğlum Sezaya hamiləydim, qonşu qapını döyüb dedi ki, Sevinc sənin sancıların var? Övladlarımın yaxşı təhsil alması əsas məqsədimdir Zahir Əzəmət: - Evləndiyimiz gündən bu günə qədər kirayə qalırıq, amma bunu qətiyyən faciə hesab etmirəm mən. Ev lazımdı əlbəttə, hədəfdə ev tikmək də var, inşallah. İndi evi özümdən çox övladlarımçün fikirləşirəm ki, onlar böyüyəndə mən üzləşdiyim sosial problemlərlə üzləşməsinlər. Həyatda hər şeydən vacib olan sevgi, mehribançılıq, bir də övladların yaxşı təhsilidir. Onlar yaxşı təhsil alsalar, lazım olan maddi şeyləri də özləri əldə edəcəklər. Övladlarımın yaxşı təhsil alması əsas məqsədlərimdəndir. "Klounluq" edib ikisini də güldürürəm Uşaqlarla münasibəti yaxşıdır, uşaqları çox sevir, qayğı göstərir. Uşaq mövzusunda çox həssasıq. Ailədə olur, əsəbiləşir, Yavruya qışqırır, azca keçməmiş gedib üzr istəyir, qucaqlayıb ağlayır. Yavru da qoşulur buna "Anne ağlama" deyir. Mən gəlib "klounluq" edib ikisini də güldürürəm. Yemək, gec yatmaq mövzusunda bəzən belə şeylər olur. Yaxşı anadır, inşallah, belə də davam edəcək. Lap böyük yazıçıların arvadları kimi… Sevinc Çılğın: - Ümumiyyətlə, əvvəllər onun yazdığı şeirləri sevmirdim. Zahir mənim şairim deyildi. Bəlkə tanımırdım, ya anlamırdım deyə, belə düşünürdüm. Ona deyirdim ki, sən elə də böyük şair deyilsən. Amma indi elə bir məqam olur ki, hansısa misrası yadıma düşür, sanki anlayıram. Son vaxtlar onun şeirlərini çox sevirəm. Bəzən hansısa şeiri özündə olmur, axtaranda deyirəm məndə o şeir var, təəccüblənir ki, necə olar bilər bu? Lap böyük yazıçıların arvadları kimi onun arxivini toplayıram sanki. Bilirəm ki, qələmi itidi, oturub yazsa, çox şey yazar. Amma ailə qayğıları və başqa məsələlərə görə vicdanı yol vermir ki, oturub özünə vaxt ayırsın. Fikirləşir ki, xalq üçün daha çox çalışmaq lazımdır. Açığı əvvəl o imkanımız da yox idi. Rahat şərait yox idi ki, otursun nəsə yazsın. Amma yeni evimizə köçəndən sonra hiss edirəm ki, "dolub daşır". Axşam deyir ki, deyəsən mən bu evdə nəsə yazacam, buna şərait var. Mən də buna sevinirəm. Sevinc mənimçün yazar kimi də çox dəyərlidir Zahir Əzəmət: - Şeirlərinin ilk oxucusu mənəm. Bəzən yaradıcılığı yaradıcılıq kimi qəbul edirik. Bəyənmədiyim şeiri nadir hallarda olur, bəyənməsəm, bunu mütləq deyirəm, amma nəsrini daha çox sevirəm. Hekayələri daha yaxşı olur, xeyli müddətdi roman haqqında düşünür, amma reallaşdırmağa vaxt darlığı, iş, uşaqlar mane olur. Sevinc mənimçün yazar kimi də çox dəyərlidir. Özünü lap köhnə kişilər kimi aparırsan… Sevinc Çılğın: - Ev işlərində əlbəttə ki, kömək eləyir, o olmasaydı mən nə edərdim görəsən. Təbii ki, evləri təmizləməkdən söhbət getmir. Olur ki, mən iş vaxtımdan sonra harasa getmək istəyirəm. Deyir yaxşı, işdən tez gəlib oturub uşaqlara baxaram. Yarım saat uşaqlarla oynasa, bu mənə bəs edir, rahat yeməyimi bişirə bilərəm. Mənim xoşum gəlir ki, evdə nəsə xarab olanda Zahir köhnə kişilər kimi o şeyi təmir eləsin. O nəyisə təmir edəndə xoşum gəlir ona baxmaqdan, ona gülməkdən. Ona deyirəm özünü lap köhnə kişilər kimi aparırsan. Bir də görürsən, qəsdən deyirəm ki, bu saatı bura as, bunu filan şey elə. Çünki belə olanda mənə xoş gəlir. Onu mətbəxdə görməkdən xoşum gəlmir Özüyçün deyəsən bir dəfə yemək bişirib. Onda mən anagildə qalırdım, hamiləliyin ağır dönəmini yaşayırdım. Səhər evə gəlib gördüm ki, çaydanın qapağı yoxdur, tava yanıb. Gələn kimi ona dedim ki, xahiş edirəm, səni bir də mətbəxdə görməyim. Mən yoxamsa, uzaq başı sosiska qaynada bilər. Amma mən imkan vermirəm ona ki, mətbəxə girsin. Çünki mətbəx mənim sevimli yerimdi. O da öyrəşib mənim bişirdiyim yeməklərə. Öz kəndlərinə gedəndə orda yemək yemirdi. Onun üçün mən yemək bişirirdim. Bir sözlə, onu mətbəxdə görməkdən xoşum gəlmir. Dostları ilə hər gün görüşmür, yeyib-içmir İşi ilə əlaqədar evə gec gəlirdi. Əvvəllər bu problem yaşanırdı. Gələndə də oturub işi ilə məşğul olurdu. Bu da onun işinə son dərəcə məsuliyyətli yanaşmasından irəli gəlirdi. Mən də istəyirdim ki, vaxtını mənə ayırsın. İndi isə öz işçiləri var. İşi əvvəlkinə baxanda xeyli yüngüldü. İş vaxtı bitdi, dərhal evə gəlir, başqaları kimi dostları ilə hər gün görüşmür, yeyib-içmir. Ümumiyyətlə, o adamları həyatımızda dost kimi saxlamışıq ki, onlar bizim ortaq ailə dostlarımızdır. Qonaq gediriksə, ailəvi gedirik. Artıq bizdə belə alınıb. Çünki bir-birimizdən nigaran qalırıq. Deyirlər ki, xoşbəxt o adamdı ki, səhər işə, axşam da evə tələsir. Zahir bəy bu baxımdan belə adamdı. Evdə çox istedadlı aşpazımızdır Zahir Əzəmət: - Doğrudan da Sevinc evlənənə qədər ev işlərini etmirdi, çox ərköyün böyüdülmüşdü. Hətta çayı da nənəsi durub süzərdi ona. Sevincin anası da nənəsi də çox gözəl yeməklər bişirir. Heç kim inanmırdı ki, Sevinc iş-filan görəcək, amma hal-hazırda Sevinc işi, ailə-uşağı olmasına baxmayaraq, evdə çox gözəl, avanqard yeməklər bişirir. Evdə çox istedadlı aşpazımızdır. Sevinc sulu yeməklər yemir, məsələn, borşu, supu sevmir. Yeməkdə mütləq ət olmalıdır, ona görə. Toyuq qızartması, çığırtmasını sevir. Mən aş (plov) yeməyi çox sevirəm, o da demək olar ki, bütün aş növlərini bişirməyi öyrənib. Hətta keçən dəfə evdə anasıyla xaş da bişirmişdi. Gözəl şirniyyatlar bişirir, xüsusən altıncı-bazar günləri bir neçə cür yemək bişirir ki, evdə olanda yeyə bilək. Bazarlığı mən edəndə adətən bəyənmir, bütün qadınlar kimi, mütləq "mız" qoyur. Ona görə də adətən bazarlığa bir yerdə gedirik. Bizim imkanımız olmayanda anası kömək edir. Bəzən həddindən çox səbirli olması məni əsəbiləşdirir Sevinc Çılğın: - Vallah, mənim üçün Zahir ideal adamdı. O, çox səbirlidi. Mən isə çox səbirsizəm. Amma Allah səbrli bəndələrini sevir. Səbirsiz vaxtlarımda mənə ən çox dediyi "səbirli ol" sözü olur. Bu sözü mənə deyəndə elə bilirəm mənim nəslimi söyürlər (gülür). Deyirəm, mənə necə deyə bilərsən səbirli ol? Onun bəzən həddən artıq səbirli olması məni əsəbiləşdirir. Bir də sevmədiyim cəhəti son dərəcə dürüst və təmiz olmasıdı. Məndə bəyənmədiyi cəhət yoxdur Zahirin məndə bəyənmədiyi cəhətləri bilmirəm. Vallah, bu yaxınlarda ona bu barədə sual verdim, dedi ki, məndə bəyənmədiyi cəhət yoxdur. Amma bilirəm ki, mənim həddindən artıq səmimi olmağım onun bəyəndiyi cəhətdi. O mənim içimin təmizliyini xoşlayır. Amma əvvəl bəyənmədiyi bir cəhətim vardı. Mən əvvəllər hansısa qəşəng adam görəndə,- fərq etməz kişi, ya da qadın olsun,- baxıb deyirdim ki, ay da, nə qəşəng oğlandı. Əvvəllər bu surətpərəstliyim Zahirə çatmırdı. Sonra gördü ki, mən özümü saxlaya bilmirəm belə anlarda və bunun altında başqa şeylər yatmır. Onu sevdiyimə arxayın idi. Mən insanlarda yaxşı nəsə görəndə mütləq deməyi xoşlayıram. Fərq etmir, nə olur olsun. O hirslənəndə gülümsəyib səbrlə yola verirəm Zahir Əzəmət: - Sevinc çox kaprizlidir, ərköyündür, çox dəyişkəndir xasiyyəti. Ən pis tərəflərindən biri həddindən artıq tez coşmağıdır. Çox tez əsəbiləşir, iki dəqiqəyə əsib-coşur, iki dəqiqəyə də soyuyur. Mənsə elə deyiləm, mənə nəsə təsir eləyir, əsəbiləşirəmsə tez sakitləşə bilmirəm, buna uzun müddət lazım gəlir. Sevincdə elə deyil, pis tərəfi odur ki, çox tez əsəbiləşir, yaxşı tərəfi də odur ki, tez də hirsi soyuyur. Çalışıram ki, o hirslənəndə buna reaksiya verməyim, o da təkrar əsəbiləşir ki, niyə reaksiya vermirsən. Gülümsəyib, səbirlə yola verirəm, çünki bilirəm ki, iki dəqiqə sonra heç nə olmamış kimi davam edəcək. "Dünyanın ən ideal kürəkəninə..." Sevinc Çılğın: - Qohumlarla münasibəti də idealdır. Əvvəllər deyirdi ki, baxarsan, biz evlənsək, səndən çox istəyəcəklər məni. Bu sözdən çox əsəbiləşirdim. Deyirdim ki, əvvəla biz evlənməyəcəyik. İkincisi elə şey ola bilməz ki, məndən çox istəsinlər səni. Amma onun dediyi kimi oldu. Mənim toyum anamın ad gününə təsadüf edirdi. Zahir ona çox böyük gül əklili hazırlatdırıb göndərmişdi. Üstündə də yazmışdı ki, "dünyanın ən gözəl qaynanasına..." Bu il Zahirin doğum günündə isə mənim anam cavab olaraq ona tort hədiyyə eləyib, üstündə belə yazdırmışdı: "Dünyanın ən ideal kürəkəninə..." Anam o gün mənə deyir ki, Allaha and olsun, bəlkə səndən çox istəyirəm Zahiri. Biz hələ belə kürəkən görməmişik (gülür). Anam Zahir üçün doğrudan da həqiqi ana kimidi. Elə anam üçün də Zahir elədi. Bəzən anam deyir Zahirin ayağına dəyən daş ürəyimin başına dəysin. Mən də zarafatca deyirəm ki, anama, yaxşı, yığışdır özünü, deyəsən sənin uşağın mənəm e... Bütün qohumlarımız da onun başına and içirlər. Hamısı Zahirlə məsləhətləşir. Bizdə qaynana-gəlin, gəlin-baldız problemi yoxdur Zahir Əzəmət: - Hər iki tərəf qohumlarla münasibət yaxşıdı. Sevinc rayona gedəndə artıq gəlin havasına girir, özünü gəlin kimi aparır. Rayondakılarla münasibəti çox yaxşıdır. Bir şey deyim ki, dərslərimi-filan yaxşı oxuyurdum deyə, hələ balaca (13-14 yaşımda) olanda atamla belə bir razılaşmamız olmuşdu. Atam dedi ki, nə desən, eləyəcəm. O məndən nəsə hədiyyə-filan istəyəcəyimi gözləyirdi, mənsə heç vaxt mənim işimə qarşışmayacağına, ailədə də kiminsə qarışmasına icazə verməyəcəyinə dair söz verməsini istədim. Tərəddüd etsə də, razı oldu, ondan sonra mənə heç kim qarışmayıb, bütün qərarlarımı özüm vermişəm. Bu baxımdan da Sevinclə evlənmə qərarımı da tək vermişəm. Buna baxmayaraq, bütün qərarlarıma da hörmətlə yanaşıblar. Bizim ailədə ənənəvi qaynana-gəlin, qaynana-kürəkən, gəlin-baldız problemləri, şükür ki, yoxdur. Belə şeylər insanın özündən asılıdır, çalışırıq ki, belə şeylər heç vaxt olmasın. Telefonumu indiyə qədər açıb-qurdalamayıb Sevinc Çılğın: - Məsələn, mənim e-mailim açıq olanda o gözünün ucu ilə də baxmaz. O hələ mənim telefonumu indiyə qədər açıb qurdalamayıb. Mənə deməyib ki, kim zəng vurdu, hara getdin. Amma onun e-maili açıq olanda etiraf edirəm ki, baxmışam. Qəribəsi budur ki, mən orada heç nə tapmamışam və bu da məni əsəbiləşdirib. Bəlkə nəsə tapsam, hirsimi töküb sakitləşərəm. Amma belə olmur. Ona deyirəm ki, bəlkə sənə məktub yazırlar sən silirsən?! Mənə deyir ki, sən dəlisən... (gülür) Qısqanclığa səbəb yaranacaqsa hər şey bitəcək Zahir Əzəmət: - Məni hədsiz çox qısqanır, çox qısqancdı. Məsələn, iş vaxtı 7-də bitir. Hər gün 7-yə 5 dəqiqə qalmış zəng vurur ki, saat 7 olub, hardasan? Gülüb deyirəm ki, "budilnik"sən sən? Səndən saat soruşan oldu? İşlər çox olur, adətən işdən sonra da qalıram. Qısqanclığa səbəb vermirəm, özü də bilir, amma özündən asılı deyil bu. Mənsə qəti qısqanc deyiləm, buna səbəb görmürəm. Həmişə deyirəm ki, sevgi, inam və sayğı - bunlar bütöv vəhdət halındadır mənim üçün. Qısqanclığa səbəb yaranacaqsa, hər şey bitəcək, bunu bilir. Mən belə şeylərdə çox sərtəm. Tam azadlıq vermişəm, o özü düşünməlidir gerisini, qısqanclığa səbəb verməməlidir. Mən qısqanclıqla yaşamağı təsəvvür edə bilmirəm. Qısqanclıq şübhədir, tərəddüddür. Tərəddüdlə sevginin bir arada olması mümkün deyil. Qısqandığım anda sevgi bitəcək. Mənimçün başqa cür mümkün deyil. O gün doğrudan mən əzab çəkmişdim Sevinc Çılğın: - Ən pis günümüz... Yeni evlənmişdik, beş-altı ay keçmişdi toyumuzdan. Mən hamiləliyin pis vaxtlarını keçirdirdim və anamgildə qalırdım. Qış ayları idi. Zahir isə evdə qalırdı. Bir dəfə dəhşətli soyuq oldu, qar yağmışdı. Yasamalda idi evimiz. Zahir evə gedib görüb ki, qaz və işıq kəsilib, maddi cəhətdən də çətin günlər idi. Bilirdim ki, indi Zahir soyuq evdə oturub, yemək də yoxdur ki, yesin. Heç nə ilə də başını qata bilmir. Hündürdə qaldığımıza görə qar yağdığından maşınlar da bizim qaldığımız evə gəlmirdi. Gecə saat on bir idi. Anam o gün bozbaş bişirmişdi mənim üçün, məcburən yeməliydim. Amma yemək qarşımda olsa da, yeyə bilmirdim, gözümün yaşı sel kimi axırdı. Necə yeyə bilərdim ki, Zahir evdə ac-susuz oturub. Dözə bilmirdim və yeməyi masada olduğu kimi qoyub qırağa çəkildim, dedim ki, yeyə bilməyəcəm. Heç cür sakitləşə bilmədim və dedim ki, onu bu dəqiqə mənim yanıma gətirin. Əmim oğlunun maşını "cip" olduğundan dedi ki, yaxşı, gedib Zahiri gətirərəm. O getdi Zahiri gətirməyə. Artıq Zahir gəlirdi. Onlar yolda ikən mən başladım yeməyimi rahat yeməyə. Zahir nəhayət gəldi. Gördüm ki, Zahir çox pis haldadı. O yeməyə başladı, mən isə ona baxıb başladım ağlamağa. Amma bu dəfə sevincimdən ağlayırdım. Anam məni sakitləşdirib dedi ki, yaxşı da, sakit ol daha, sənə ağlamaq olmaz. O gün doğrudan mən əzab çəkmişdim və ən pis günümüz oldu. Birdən ölsəm, məndən sonra evlənmə ha… Ən sevimli günümüz isə uşaqlarımız doğulanda olub. Düzdü, bunun əvvəli kədərli olurdu. Mən hər dəfə əməliyyat otağına girəndə çox pis olurdum. O anda deyirdim ki, birdən ölsəm, məndən sonra evlənmə ha. Yoxsa sənə haqqımı halal eləmərəm (gülür). Sonra isə hər şey yaxşı olurdu. Hər günü özəl yaşamaq vacibdir Zahir Əzəmət: - Tarixlərlə bağlı mənim problemim var, evlənən gündən də demişəm, bax xüsusi günləri-filan unuda bilərəm, belə şeylərdə ittiham eləmə, çünki doğrudan da mən tarixləri tez unuduram. Baxmayaraq ki, riyaziyyat üzrə rezpublika səviyyəli olimpiadalarda yer filan tutmuşam, amma tarixlərlə problemim həmişə olub. Birinci il nişanımızın ildönümünü unutmuşdum, bir gün sonra gördüm qaşqabaqlıdı, soruşdum "nolub?" Deyir, "dünən nə günü idi?" O dəqiqə yadıma düşdü, qabaqdangəlmişlik edib dedim "mən səndən gözləyirdim". Özəl günlər vacibdi, amma şablon səslənsə də, deyim ki, hər günü özəl yaşamaq daha vacibdir. İnsan hər gün yenidən doğulur. Hər günü ilk və son gün kimi yaşamaq lazımdır. Bəşəri romanlarda olduğu kimi idael adamdı Sevinc Çılğın: - Qəribədir ki, o bütün dostları, ailəsi, hamı üçün birsifətli adamdı. Yəni onun haqqında hamı eyni şeyləri deyər. Çox mehriban, zəhmətkeş, düz adamdı. Son dərəcə dürüst və həddindən artıq ədalətlidi. Hətta onun ədalət prinsipinin qarşısında mən belə dayansam, məni aşar, amma ədaləti aşmaz. Hərdən bu məni təbii ki, əsəbiləşdirir. İstəyirəm onun üçün birinci növbədə mən olum. Bir sözlə, bəşəri romanlarda olduğu kimi idael adamdı. Deyirlər ki, həyatda ideal adam yoxdu. Amma mən onun haqqında deyirəm ki, vallah o mənim üçün ideal adamdı. Sevdiyim olduğuna görə demirəm. Son dərəcə səbrli, hövsələli, maraqlı, ağıllı, savadlı, mədənidi. Nə qədər müsbət sözlər varsa, ona aid etmək olar hamısını. O, doğrudan elə adamdı, maskalanmış deyil. Onun "tərəzisinin" gözündə hamı eynidi, hətta mən belə. Zahiri bir cümlə ilə, daha doğrusu, sadəcə, iki kəlmə ilə ifadə etmək istəyirəm: Sevincin Zairi...
|
2014-01-16
| 6,583 |
Faşizmi təbliğ edənlər həbs olunacaq
|
Ukraynada neonasizmin təbliğatı və faşistlər tərəfindən törədilmiş cinayətlərin təkzibinə görə cinayət işi açılacaq. "Axar.az" məlumat verir ki, bu informasiya ilə Ukrayna mətbuatı çıxış edib. Artıq Ukraynada İkinci Dünya Müharibəsi zamanı törədilmiş cinayətləri inkar edən şəxslər ya yüksək məbləğdə cərimə ödəyəcək, ya da ki, iki il azadlıqdan məhrum ediləcək. Radada bu qanun layihəsinin qəbul olunması üçün lazım olan 226 səs əvəzinə 235 səsin toplanıldığı bildirilib.
|
2014-01-16
| 6,584 |
Ərdoğan Gülən məktəblərinə qarşı təlimat verdi – Özəl
|
"Türkiyə səfirləri artıq Fətullah Gülənin xaricdəki məktəblərini müdafiə etməyəcək". Bunu "Axar.az"a açıqlamasında adının çəkilməsini istəməyən türkiyəli jurnalist söyləyib. O, Rəcəb Tayyib Ərdoğanın son çıxışında buna ehyam vurduğunu da bildirib: "Ərdoğan çıxışında deyir ki, onları biz burada deşifrə etdik, indi sizin növbənizdir. Sonra onlara xaricdəki fəaliyyətlərində uğurlar arzulayır. Bu hamıya adi görünə bilər. Amma Ərdoğan Fətullah Gülənin xaricdəki məktəblərini nəzərdə tuturdu". O, Türkiyə hökuməti daxilində bununla bağlı çoxdan danışıqların getdiyini və Türkiyə hökumətinin ən sonundan bu qərarı qəbul etdiyini bildirib: "Ərdoğan səfirlərə tapşırıq verib ki, onlara qarşı tədbiri sərtləşdirin. Yəni insanlarla heç kimin işi yoxdur. Sadəcə, əsas məsələ "camaat"ın (fətullahçılar) yuxarıda duranları ilədir. Qısacası, səfirlər xaricdəki Gülən məktəblərinə əvvəlki kimi yaxından kömək etməyəcək. Yəni hökumət bir növ qoruyucu əlini onların üzərindən götürüb". Qeyd edək ki, Fətullah Gülənlə Ərdoğan arasında münasibətlər 17 dekabr böyük rüşvət əməliyyatından sonra pisləşib. Baş nazir indiyə qədər Fətullah Güləni dövlət içində dövlət yaratmaqda günahlandırır. Hazırda F.Gülənin Azərbaycan da daxil olmaqla, dünyanın 140 ölkəsində məktəbi var.
|
2014-01-16
| 6,585 |
“Başıma saç əkdirmişəm də, keçəl qalasıydım?”
|
Kişi müğənnilərimiz niyə plastik əməliyyat etdirirlər? Kişi müğənnilərimizin də plastik əməliyyat etdirdiyi kimsəyə sirr deyil. Bu, hansı zərurətdən doğur; səhnə tələb edir, yoxsa, sadəcə, müğənnilər kompleksə girirlər? Bununla bağlı müğənnilərin özlərilə əlaqə saxlayıb danışdıq. İlk olaraq sualımızı müğənni Vasif Məhərrəmliyə ünvanladıq və belə bir sərt cavab aldıq: "Nə plastik əməliyyat etdirmişəm ki? Başımda tük olmadığı üçün başıma saç əkdirmişəm də, keçəl qalan deyildim ki". Müğənni Elariz Məmmədoğlu: "Səhnədə qəşəng görünmək üçün saç əkdirdim, kompleksim olmasın deyə". Nadir Qafarzadənin köməkçisi isə belə cavab verdi: "Nadir bəy hazırda belə suallara cavab vermək istəmir". Cavanşir Məmmədov cavabını isə biz nə özümüzə, nədə ki, oxucularımızın nəzərinə yetirib oxumasını heç yaraşdırmırıq. Qeyri-etik, sərt cavab verərək plastik əməliyyat etdirənləri təhqir etdi və ağlasığmaz kobud təhqiramiz sözlər danışdı. Gerçəkdənmi plastik əməliyyat etdirmək pis əməldir ki, bu zərurətdən doğuran kompleksi özünə ayıb bilir və əməliyyat etdirdiklərini gizlədirlər. Bu suala aqressiv reaksiya nədən doğur? Psixoloq Dəyanət Rzayev izah edir: Plastik əməliyyata qadağa nə dində var, nə də... - Biz demokratik və sivil ölkədə yaşayırıq. Deyirsiniz ki, kişi müğənnilər plastik əməliyyat etdirir, bəli, gedib kiminsə bostanına daş atmır, heç kəsi təhqir etmir ki! Bu onun şəxsi işidi. Buna heç kəs müdaxilə və təhqir edə bilməz. Qeyd edək ki, bizim millət normal saymır və sərt qarşılayır bunu, amma bu normal bir haldır. Plastik əməliyyat etdirən insanlarda xarici görünüşündə qüsur və kompleks olduğu üçün əməliyyat etdirirlər. Plastik əməliyyata qarşı qadağa nə dində var, nə də qanunda. Ümumiyyətlə, kişinin saçını rəngləməsi İslam dinində də var. Kişilər saçını hər rəng də istəsələr, boyaya bilərlər. Sadəcə, yaşlı kişilər qara rəngdə boyamalıdır. Burda pis heç nə yoxdur. Məsələn, kim quldurluq edir, kim adam öldürür biz ona deyirik ki, o kişi adamıdı. Amma kim özünə normal fikir verirsə, biz onu tənqid edirik. Bu hələ bizdə formalaşmayıb".
|
2014-01-16
| 6,586 |
Ağdaşda ikimərtəbəli bina yandı
|
Ağdaş şəhərində yanğın hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, şəhərdə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 2 otaqlı mənzilin 1 otağının tavanı 5 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
|
2014-01-16
| 6,587 |
İşdən çıxarılan polislər ən məxfi sənədləri aparıblar
|
"Polislər özləri ilə bərabər çox məxfi sənədi aparıblar". "Axar.az" məlumat verir ki, bu informasiyanı Türkiyə mətbuatı polisdəki gizli mənbələrinə istinadən yazıb. Mətbuat polisdən çıxarılanların özləri ilə bərabər lazımlı olan sənədlərin nüsxəsini apardıqlarını bildirib: "Polislər buradan əliboş getməyiblər. Bəziləri özləri ilə kasetləri, bəziləri isə sənədləri aparıblar". Qeyd edək ki, dekabr 17-də Türkiyədə keçirilən Böyük rüşvət əməliyyatından sonra 1500 polis öz vəzifəsindən uzaqlaşdırılıb və ya xidmət yerləri dəyişdirilib.
|
2014-01-16
| 6,588 |
Robert Koçaryanla bağlı ilginc açıqlama
|
"Koçaryanın siyasətə gətirdiyi adamlar onun üzünə ağ olanda bunu bağışlamır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistanın keçmiş deputatı, eks-prezident Robert Koçaryanın yaxın adamlarından biri Ovanes İgidyan çıxış edib. O, baş nazir Tiqran Sarkisyanın onu tənqid etməsinə görə heç vaxt bağışlamayacağını bildirib. "Koçaryan əvvəllər bu insanlar üçün müqəddəs idi. Onu hökmdar adlandırırdılar. İndi isə Koçaryana hücum etməyə belə cəhd edirlər. Əgər eks-prezident nəsə etmək istəsə gedəcəyi yeri və qapıyı yaxşı bilir".
|
2014-01-16
| 6,589 |
Cəmil Həsənli AXCP-yə qarşı Müsavatı müdafiə etdi
|
"Milli Şura müəyyən edə bilməz ki, kim müxalifətçidir kim deyil". "Axar.az" xəbər verir ki, bu sözləri Milli Şuranın sessiyasında qurumun sədri Cəmil Həsənli "Azadlıq" qəzetinin baş redaktoru Rahim Hacıyevin çıxışına etirazını bildirən zaman deyib. "Azadlıq" qəzetinin baş redaktoru Rahim Hacıyev çıxışında bildirib ki, olaylar millət vəkili Zahid Orucun "Müsavat Milli Şuradan çıxmasa, parçalanacaq" açıqlamasından sonra baş verib. Millət vəkilinin açıqlamasını qeyd edərək, Müsavat partiyasının həmin fikirdən 3 gün sonra birliyi tərk etməsini xatırlatdıb. Baş redaktor onu da deyib ki, Müsavatın Milli Şuradan çıxması onun müxalifət partiyası olmadığını sübut edib. Cəmil Həsənli isə öz növbəsində onun sözünü kəsərək Müsavatı müdafiə edib: "Milli Şura müəyyən edə bilməz ki, kim müxalifətçidir kim deyil. Milli Şura bu gedişlə kluba çevriləcək. Milli Şura partiyaları idarə edən bir qurum deyil. Partiya rəhbərlərinin əksəriyyəti mənim dostumdur. Ancaq bu başqa məsələdir". Cəmil Həsənlinin bu sözündən sonra isə, AXCP sədrinin müşaviri Fuad Qəhrəmanlı da yerindən replika atıb: "Bilinməlidir də, kim müxalifətdir, kim yox". Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli isə Milli Şuranın siyasi partiyaların yox fərdlərin və cəmiyyətin içərisindən olan insanların birliyi olduğunu bildirib: "Düzdür, ola bilər ki, Milli Şuranın yaranmasında siyasi partiyaların rolu danılmazdır. Ancaq bu qurum fərdlərin və cəmiyyətin içərisində olan insanların təmsil olunduğu qurumdur. Milli Şura bundan sonra öz fəaliyyətini dayandırsa belə, Azərbaycan xalqı üçün təhlükəli günlər arxada qalıb və Azərbaycan hakimiyyəti bundan sonra prosesləri əvvəlki vəziyyətə qaytara bilməyəcək".
|
2014-01-16
| 6,590 |
MTN Suriyaya gedənlərlə bağlı sorğunu cavablandırdı
|
Mediada Suriyaya gedərək vətəndaş müharibəsində iştirak edən Azərbaycan Respublikası vətəndaşları haqqında məlumatlar verilir. Milli Təhlükəsizlik Nazirliyində Suriyada silahlı birləşmələrə qoşulmuş şəxslərin sayı barədə məlumat varmı? Onların tapılaraq ölkəyə qaytarılması üçün başqa dövlət orqanları ilə əlaqəli şəkildə hansı işlər görülür? Bu şəxslər haqqında hansısa cinayət işi açılıbmı? Bu suallara Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzindən cavab verilib. Cavab belə olub: "Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur" (Media forum).
|
2014-01-16
| 6,591 |
Texniki Universitetin tələbəsi özünü asdı - Foto
|
Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi intihar edib. "Axar.az" xəbər verir ki, özünü asan tələbənin Etibar İmaməlizadə olduğu bildirilib. Hadisə bu gün Ziya Bünyadov prospekti, ev-5-in qarşısında qeydə alınıb. Onun özünü ağacdan asaraq intihar etdiyi bildirilib. Bu gün mərhumun dostlarından biri Nərimanov Rayon Prokuroluğuna çağırılıb. Hazırda intihar etmiş tələbənin qohumlarının rayon prokuroluğunda olduğu söylənilib. Qeyd edək ki, Etibar İmaməlizadə intihar etməmişdən bir gün öncə öz "Feysbuk" profilində "Sabah ya da birisi gün bəlkə getdim "facebook"dan. Özü də həmişəlik. Ancaq profilim Sənanda olacaq" sözlərini yazıb.
|
2014-01-16
| 6,592 |
Rüstəm İbrahimbəyov yenə fəxri sədr seçildi
|
Rüstəm İbrahimbəyov yenidən Milli Şuranın fəxri sədri seçildi. "Axar.az" xəbər verir ki, Milli Şuranın bugünkü iclasında Rüstəm İbrahimbəyovun fəxri sədr kimi qalması səsə qoyulub. Milli Şura üzvlərinin böyük əksəriyyəti onun istefa ərizəsini qəbul etməyib. 4 nəfər əleyhinə, 1 nəfər bitərəf olub. Qurum daxilindəki təşkilatların, siyasi partiyaların idarə edilməsi üçün Koordinasiya Şurasının yaradılması da səsə qoyulub. Milli Şuranın kordinasiya şurasına adları təklif edilən simalar bunlardır : "Rüstəm İbrahimbəyov, Mirmahmud Fəttayev, Eldar Namazov, Əli Kərimli, Sülhəddin Əkbər, Nidaçılar, professor Əli Abbasov, professor Kamil Vəli Nərimanoğlu, professor Hacıbaba Əzimov, hüquqşünas Fuad Ağayev, Vidadi Mirkamal, Gültəkin HAcıbəyli, Eldəniz Quliyev, Nurəddin Mustafayev, Rafiq Manaflı, Leyla Yunus, İbrahim İbrahimli, Mehman Əliyev, Cəmil Həsənli
|
2014-01-16
| 6,593 |
Elmar Məmmədyarov Pakistanın yeni səfiri ilə görüşdü
|
Bu gün Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Xalid Usman Qayseri qəbul edib. "Axar.az" Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə nazir Elmar Məmmədyarov Xalid Usman Qayseri Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Həmçinin görüşdə Azərbaycan ilə Pakistan arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Səfir Qayser diplomatik fəaliyyəti dövründə iki ölkə arasında qardaş münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Xalid Usman Qayser etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
|
2014-01-16
| 6,595 |
İlham Əliyev MDB ilə bağlı fərman imzaladı
|
2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə Qərar"ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb. Fərmanda qeyd olunur ki, "2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə Qərar" (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq edilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Qərarın müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Qərarın təsdiq edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin". (AzərTac)
|
2014-01-16
| 6,596 |
Metroda hərəkət dayandı
|
"Nizami" metrosundan "28 May"a gedən qatarın hərəkətində nasazlıq qeydə alınıb. "Axar.az"ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, saat 18:40 radələrində Bakı Metropoliteninin "Həzi Aslanov "a hərəkət edən qatar "Nizami" və "28 May" stansiyaları arasında qalıb. Qatarın hərəkəti əvvəlcə 3 dəqiqəlik, daha sonra isə 10 dəqiqəlik dayanıb.
|
2014-01-16
| 6,597 |
Hacıbala Abutalıbov: “Tutsanız, cəzalandırın!”
|
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncama əsasən, bundan sonra paytaxt ərazisindəki dayanacaqlara vurulan reklam xarakterli elan və afişalara görə məsuliyyət nəzərdə tutulub. Sərəncama görə, dayanacaqlara reklam və elan kağızları yapışdıran şəxs məsuliyyətə cəlb olunacaq. Başqa sözlə, dayanacaqlara reklam xarakterli elan və afişaların vurulması qəti qadağan edilib. Məqsəd dayanacaqların göürüşünə xələl gətirən halların qarşısını almaqdır. Aartıq H.Abutalıbovun sərəncamı ilə əlaqədar paytaxt rayonlarının icra başçılarına müvafiq bildirşlər göndərilib ki, sərəncamın icrasına nəzarət eitsinlər. Bununla bağlı hər bir rayonun ərazisindəki dayanacaqlarda avtobus gözləyən şəhər sakinlərinin məlumatlandırılması üşün xəbərdarlıq mətnləri vurulur. ("Modern.az")
|
2014-01-16
| 6,598 |
İlyas Əfəndiyevin 100 illik yubileyi keçiriləcək
|
Azərbaycan Prezidenti İlham Əliyev İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 2014-cü ilin may ayında Azərbaycanın xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illiyi tamam olur. İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur. (Trend)
|
2014-01-16
| 6,599 |
Gömrük orqanlarında vəzifələrin siyahısına dəyişiklik edildi
|
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb. Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001; 2008, № 12, maddə 1057; 2010, № 7, maddə 617; 2011, № 1, maddə 21; 2012, № 1, maddə 9, № 12, maddə 1265) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin: 1. Sumqayıt Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru" abzasından sonra aşağıdakı məzmunda abzaslar əlavə edilsin: Aksiz Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru"; Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru". 2. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini - gömrük xidməti general-mayoru" abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin: Baş Gömrük Mühafizə Xidmətinin rəisi - gömrük xidməti general-mayoru". (AzərTac)
|
2014-01-16
| 6,600 |
Hərbi Məktəbin sabiq rəisinin şikayəti təmin olunmayıb
|
Bu gün Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi, polkovnik Mirzəli Yusifovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, M. Yusifovun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə baxılıb. Hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayəti təmin edilməyib. Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov bir neçə gün əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.
|
2014-01-16
| 6,601 |
“Fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsi yaradılacaq
|
Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanın kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçib. 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaq üzərində xüsusi mülkiyyət münasibətləri formalaşmış və kənd təsərrüfatında köklü dəyişikliklər baş verib. Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı dövlət tərəfindən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiq edilib. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 40 manat, buğda və çəltik istehsalçılarına isə hər hektar səpilmiş sahəyə görə əlavə olaraq 40 manat subsidiya verilir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Hazırda yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətləri olaraq nəzərdə tutulur. Bununla belə, məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, kənd təsərrüfatı və ərzaq məhsullarının qəbulu üzrə ixtisaslaşmış terminalların və onların saxlanılması üçün anbarların yaradılması, həmin məhsulların daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac vardır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsulları ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: 1.1. aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsinə, o cümlədən onun yerli bölmələrinin təşkilinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.4. yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görsün, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkilini təmin etsin; 1.5. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılması üçün tədbirlər görsün; 1.6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verməyən yerlərdə ət kəsiminin qarşısının alınmasını təmin etsin və görülən işlər barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.7. fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində müvafiq tədbirlər görsün, qaynar xəttin yaradılmasını təmin etsin və görülən işlər barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi: 2.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə kənd təsərrüfatı və ərzaq məhsulları ixracının artırılmasına və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının tədarükü və emalı ilə bağlı vəziyyəti təhlil etsin, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün tədbirlər görsün və nəticəsi barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. özəl tədarük-satış bazalarının, ticarət (treyder) şirkətlərinin, logistik mərkəzlərin, qablaşdırma və tara təsərrüfatının, kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına xidmət edən xüsusi nəqliyyat vasitələri, o cümlədən avtorefrijerator parkının yaradılmasının dövlət tərəfindən dəstəklənməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış "fermer mağazaları" və "yaşıl marketlər" şəbəkəsinin yaradılmasının dəstəklənməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.5. kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, tədarük prosesində haqsız rəqabət meyillərinin qarşısının alınması ilə bağlı tədbirləri və antiinhisar nəzarətini gücləndirsin, nəticəsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi kənd təsərrüfatı və ərzaq məhsullarının ölkə daxilində daşınması üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər görsün və bu barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı uçotunun, ərzaq təhlükəsizliyi statistikasının və ərzaq bazarında qiymətlərin müayinəsinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 5.1. beynəlxalq təcrübəni nəzərə almaqla, ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin institusional baxımdan təkmilləşdirilməsinə, bu sahədə paralelliyin aradan qaldırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 5.2. yaradılacaq özəl "fermer mağazaları", "yaşıl marketlər" və topdansatış mərkəzləri üçün müvafiq yer və ərazilərin ayrılmasına və onun şərtlərinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 5.3. kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasına və daxili bazarın qorunmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 5.4. bu Sərəncamın icrasına nəzarəti təmin etsin və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 5.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin". (AzərTac)
|
2014-01-16
| 6,602 |
"Oskar-2014" mükafatına namizədlərin adları açıqlandı
|
ABŞ Kino İncəsənəti Akademiyası "Oskar" kino mükafatına nominantların adlarını açıqlayıb. Sayca 86-cı "Oskar" mükafatının təqdimetmə mərasimi martın 2-də Los-Ancelesdə keçiriləcək. "Ən yaxşı film" adı uğrunda aşağıdakı filmlər mübarizə aparacaqlar: "12 il köləlikdə" (12 Years a Slave), "Amerikansayağı fırıldaq" (American Hustle), "Kapitan Filips" (Captain Phillips), "Qravitasiya" (Gravity), "Nebraska" (Nebraska), "Filomena" (Philomena), "Uoll-strit canavarı" (The Wolf of Wall Street), "Dallas alıcılar klubu" (Dallas Buyers Club), "O" (Her). "Oskar" almağa namizəd rejissorlar: Devid O.Rassel ("Amerikansayağı fırıldaq" filminə görə), Alfonso Kuaron ("Qravitasiya"), Aleksandr Peyn ("Nebraska"), Martin Skorseze ("Uoll-strit canavarı") və Stiv Makkuin ("12 il köləlikdə"). "Ən yaxşı dramatik aktyor" kateqoriyasında mükafat almağa Bryus Dern ("Nebraska"), Leonardo Di Kaprio ("Uoll-strit canavarı"), Metyu Makkonahi ("Dallas alıcılar klubu"), Çivetel Eciofor ("12 il köləlikdə") və Kristian Beyl ("Amerikansayağı fırıldaq") iddia edirlər. "Ən yaxşı dramatik aktrisa" adı uğrunda Emi Adams ("Amerikansayağı fırıldaq"), Keyt Blanşet ("Mavi jasmin"), Sandra Bullok ("Qravitasiya"), Cudi Denç ("Filomena") və Meril Strip ("Avqust") mübarizə aparacaqlar. Kino akademiyasının versiyasına görə, ən yaxşı 5 əcnəbi film sırasına Belçika istehsalı olan "Açılmış dairə" (The Broken Circle Breakdown), "Ov" (Danimarka - "Hunt"), "Böyük gözəllik" (İtaliya - "The Great Beauty"), "Çatışmayan rəsm" (Kamboca - "The missing Picture") və "Ömər" (Fələstin - "Omar") filmləri daxildir. (Trend)
|
2014-01-16
| 6,603 |
Astarada yaşayış evi yandı
|
Astara rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Astara rayonu, Telman kəndində ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
|
2014-01-16
| 6,604 |
“HP” smartfon bazarına qayıdır
|
ABŞ-ın "HP" şirkəti inkişaf etməkdə olan ölkələrin istehlakçıları üçün nəzərdə tutulan və "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "HP VoiceTab Slate6" və "HP VoiceTab Slate7" modelləri ilə smartfonlar bazarına qayıdır. Bu barədə şirkətin məlumatında deyilir. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, qurğular müvafiq olaraq 1280×720 və 1280×800 piksel təsvir ölçüsünə malik böyük 6 və 7 düym diaqonallı ekran, ön dinamik, 16 giqabaytlıq quraşdırılmış yaddaş, 5 və 2 meqapikselli iki fotokamera, eləcə də istehsalçısı açıqlanmayan dördünəvil prosessorla təchiz edilib. Hər iki model "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir, "3G" şəbəkəsini dəstəkləyir, habelə SİM kart üçün iki çıxışa malikdir. Şirkət "HP VoiceTab Slate6" və "HP VoiceTab Slate7" modellərini istifadəçilərə multimedia xidmətləri və mobil rabitə şəbəkələrinə çıxışa imkan verən səsli zəng funksiyalı planşet kompüter kimi qələmə verir. "Hazırda istehlakçılar telefon və planşetin funksionallığını bir arada birləşdirən qurğu əldə etməyə çalışırlar.
|
2014-01-16
| 6,605 |
"İctimai iştirakçılıq haqqında" fərman imzalandı
|
Prezident İlham Əliyev "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb. Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İctimai iştirakçılıq haqqında" qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; həmin qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; həmin qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq, fəaliyyətinə ictimai nəzarət ediləcək mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanunun 6.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, ictimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnaməni müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanunun 19-cu maddəsinə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. Fərmanla müəyyən edilir ki "İctimai iştirakçılıq haqqında" qanunun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir; həmin qanunun 6.1-ci maddəsinin birinci cümləsində və 19-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməməlidir; qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin qanunun qüvvəyə minmə tarixi nəzərə alınmalıdır. (Trend)
|
2014-01-16
| 6,606 |
İstanbulun baş prokuroru vəzifədən azad edildi
|
İstanbulun baş prokuroru və onun müavinləri vəzifədən azad edilib. "Axar.az" "Milliyyət"-ə istinadən xəbər verir ki, bu barədə Prokurorlar və Hakimlərin Ali Qurumundan məlumat verilib. Bundan əlavə prokurorluğun 20 vəkili işdən azad edilib, bəzilərinin isə vəzifə yerləri dəyişdirilib.
|
2014-01-16
| 6,607 |
Yol terroru: "Kamaz" can aldı
|
Abşeron rayonunda yol nəqliyyat qəza hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. "Kamaz" markalı yük avtomobili divara çırpılıb və yol kənarında dayanan piyadanı vurub. Xilasedicilər qəza nəticəsində avtomobilin təkərləri altında qalan vətəndaşın cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təvil veriblər.
|
2014-01-16
| 6,608 |
“Yazanın əlindən tutmaq lazımdır, qələmindən yox”
|
Müşfiq XAN: "Onların bu kommersant fəaliyyəti adətən ədəbiyyata heç nə bəxş etmir" Hədəf Nəşrlərinin direktoru, detektiv yazar Müşfiq XAN öz yaradıcılıq sirlərini və ədəbiyyata dair fikirlərini "Axar.az"ın oxucularıyla bölüşdü: – Özünüzü necə təqdim edərdiniz? – Çalışqanlığından özü də razı qalan insan. Təvazökarlıqdan kənar olsa da, belədir. Həm də mən təvazökar deyiləm (gülür). – Hal-hazırda özünüzü necə hiss edirsiniz? – Qarmaqarışıq – sevgi dolu, bir az kədərli, bir az da nikbin. – Şanslı birisiniz, ya şanssız? – Şansa və bəxtə inanmıram. Heç əlamətlərə də. İnsan öz şüurundan istifadə edib, həyatını düşünərək, addımlamalıdır. Yalnız bu halda hansısa uğurdan bəhs etmək olar. Təsadüfən, heç nə olmadığı kimi, uğur qazanmaq da mümkün deyil. Şans da təsadüf kimi mənasız anlayışdır. – Sizə görə ən böyük uğurunuz hansıdır? - Risk edib roman yazmaq idi. Amma məqsədli insan üçün ən böyük uğurlar həmişə irəlidə olmalıdır. – İş həyatınız şəxsi həyatınıza mane olmur? – Son iki ildə gərgin işlədiyim üçün, çox mane olur. Qələm dostlarıma heç tövsiyə etməzdim. – Ən zəif tərəfiniz hansıdır? – Öz qayğıma qalmıram, bu çox pisdir. – Tutduğunuz vəzifədə sizin üçün vacib olan məqamlar hansıdır? – Vəzifəmdən asılı olmayaraq, vicdanla çalışmaq. – Başladığınız işi uğurla davam etdirmək üçün sizi motivasiya edən nədir? – Həmin işə olan ciddi marağım. – Karyeranızdan gözlədiyiniz ən böyük nailiyyət hansıdır? – Bir milyon tiraj. İrəlidə məşəqqətli bir yol var. – Belə deyənlər də var ki, detektiv ciddi janr deyil. Bəs onda niyə oxunur? Siz bu haqda nə fikirləşirsiniz? Ola bilər ki, qısqanclıqdan olsun? – Yazmaq, oxunmaq və satmaq üçün yazanlar var. Birinci qisim müəlliflər əslində xəstədirlər. Allah onlara şəfa versin. Kaş ki, niyə və nə üçün yazdıqlarını bir bilsəydilər. Onlar yazmaq xatirinə yazır, boş vaxt tapan kimi qələmə, kağıza, kompüterin klaviaturalarına, sosial şəbəkələrə, ümumiyyətlə, özündən başqa hamıya əzab-əziyyət verirlər. İkinci qisim müəlliflər ədəbiyyat üçün yazırlar, bazara işləmirlər. Əksəriyyət oxucuların istehlak tələblərini ödəmirlər. Ya istəmirlər, ya da bacarmırlar. Bir sindromu qəbul edirlər – "ədəbiyyat" sözü "bazar" sözü ilə yanaşı işlənə bilməz. Onlar ədəbiyyat adamlarıdır, davam etməlidirlər. Nəhayət, üçüncü qisim müəlliflər "kitab" və "bazar" sözlərini eyni ifadədə birləşdirməyi yaradıcılıq amalına çevirənlərdir. Yəni bildiyimiz, əsas məqsədləri kitab bazarının nəbzini tutmaqdır. Onların bu kommersant fəaliyyəti adətən ədəbiyyata heç nə bəxş etmir. Qaldı ki, detektivə, bu, ədəbi janrdır və özünün çoxlu alt janrları var. Məqsədlərindən biri oxucunun məntiqini itiləşdirməkdir. – Uğur qazanan məşhurların bəzilərində qısqanclıq hissi var. Bəs sizdə? – Yazanın əlindən tutmaq lazımdır, qələmindən yox. Qısqanclığı və yersiz eqonu qəbul etmirəm. – Son dövrlərdə hamı bir-birinə ziyalı deyir. Bəs sizcə ziyalı kimdir? – Özünü və sözünü bilən insanların hamısı ziyalıdır. – Özünüz hansı yazarları bəyənir və oxuyursunuz? – Bəyəndiklərim çoxdur. Detektiv janra üstünlük verirəm. Nəşriyyatımızın bədii kitablarının çapa hazırlığı mənim üçün eyni anda mütaliə və iş prosesi deməkdir. İşimdən zövq alıram. Yalnız çox yorulduğumu hiss edəndə iş masamdan uzaqlaşıram. – Axırıncı dəfə hansı kitabı oxumusunuz? – Sonuncu dəfə Jeff Lindsayın Deksterdən ilk romanını axıra qədər oxuya bilmişəm. "Dünyəvi xəyallar" adlanır. Filmi də var. Amma əsəri daha maraqlıdır. Silsilə qətllər törədən və yalnız pis adamları qətlə yetirən alicənab Dekster Morqanı obraz olaraq, çox bəyəndim. – Əsərlərinizə maraqlı adları hardan tapırsınız? – Adətən romanın süjetini tamamlayandan sonra, ad üzərində xeyli düşünməli oluram. – Ən çox satılan kitabınız hansıdır? – Romanlarımdan, hələ ki, "Tənha canavar". Hazırda kitab mağazalarında satışda olan 3-cü nəşridir. Amma ən sürətlə satılan "Sonuncu hədiyyə" oldu – 3 ayda 1000 nüsxə ilə satılıb. Bu satış tempi Azərbaycanın kitab bazarı üçün normal rəqəmdir, 1 günə təxminən 11 kitab düşür. "U Geni" adlı ən son çap olunan kitabımın daha çox qazanc gətirəcəyinə inanıram. – Eyni zamanda Hədəf Kurslarında biologiya üzrə fənn rəhbəri çalışırsınız. İxtisasınızdan daha çox zövq alırsınız, yoxsa yazarlıqdan? – Belə deyək, işimdən zövq alıram. – Bəs hansını daha yaxşı bacarırsınız öz fikrinizcə? – Müqayisədə çətinlik çəkirəm. Bunu şagirdlərim daha yaxşı bilər. Çünki onlar həm də mənim oxucularımdır. – İlk oxucularınız kimlər olur adətən? – Ən birinci oxucum həmişə kiçik qardaşım Teymur olur. Əsərin çapa hazırlanan versiyasını bitirən kimi üz qapağı, kitabın video təqdimatı yaxud da posterlərin hazırlanmasını böyük həvəslə edir. Onu stimul mənbəyim hesab edirəm. – Rejissor olsaydınız , hansı əsərinizə kino çəkərdiniz? – "Ünvansız sevgi" romanıma. – Hal-hazırda hansı əsər üzərində işləyirsiniz? – Yeni əsəri qismət olsa mart ayında çap etdirəcəyəm. Romandır. "Qatil üçün nekroloq" adlanır. Bu arada əsərlərimin bütün redaktorlarına minnətdarlığımı bildirirəm. Əllərindən gələni heç vaxt əsirgəməyiblər. Yeni romanın redaktoru Kənan Hacıdır. Milli detektiv janrında ilk dəfə olaraq, tərsinə detektiv alt janrına müraciət etmişəm. Əsərin əvvəlindən oxucu qatilin kim olduğundan xəbərdardır. Süjet xətti xəfiyyə və onun ifşa etmək istədiyi qatil arasında inkişaf etdirilir. Yeni romanımda qatil silsilə qətllərini süngü bıçaqla törədir. Bunun 4 il əvvəl baş vermiş hadisə ilə bağlı olduğunu isə istefada olan polis polkovniki Tomar Bəşirli aşkara çıxarır. – Ənənəvi bir sual: Övladlarınızın sizin yolunuzu davam etdirməsini istərdiniz? - Hələ ki, balacadırlar. Zamanı gəlincə istəkləri olarsa, peşə seçimlərində kömək edəcəyəm. Əsas istədiyim və arzu etdiyimsə, mənim kimi çalışqan və zəhmətkeş olmalarıdır.
|
2014-01-16
| 6,609 |
Ünvanlı sosial yardımın verilməsi qaydası dəyişdiriləcək - Video
|
Artıq vətəndaşlar ünvanlı sosial yardımı almaq üçün lazım olan sənədlərin toplanması zamanı dövlət qurumları qarşısında saatlarla vaxt keçirməyəcəklər. Bundan əlavə hər bir şəxs yardım almaq üçün müraciət etmək hüququ əldə edəcək. Yəni hazırda ünvanlı sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı barədə və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir. Tətbiq olunacaq yeni sistemdən sonra buna ehtiyac qalmayacaq. Hazırda irəli sürülən layihə üzərində müzakirələr aparılır. Təkliflərə əsasən ünvanlı sosial yardımın təyin olunması mərkəzləşdirilmiş qaydada və elektron şəkildə həyata keçiriləcək. Dövlət sosial təminat xidmətinin rəisi Çingiz Əliyev deyir ki, artıq yeni sistemin tətbiq olnması üçün işlərə start verilib. Mərkəzləşdirilmiş sistemin tətbiq olunmasında əsas məqsəd ölkədə ünvanlı sosial yardımın təyin olunması, ödənilməsi və ödənilməsindən imtina edilməsi məsələlərində şəffaflığı təmin etmək və məmur vətəndaş təmasını minimum səviyyəyə endirməkdir. Eyni zamanda dövlət büdcəsindən ayrılan vəsaitin düzgün istiqmətdə sərf olunması da qarşıya qoyulan əsas məqsədlərdən biridir. Ölkədə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib. Ünvanlı sosial yadımın verilməsində əsas məqsəd az təminatlı ailələrin maddi şəraitinin yaxşılaşdırılmasıdır. Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir. Hazırda ehtiyac meyarı 100 manat məbləğində müəyyən olunub. Bu o deməkdir ki, ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri olduqda aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur və 1 il müddətinə nəzərdə tutulub. hazırda ölkədə 140 min 711 ailə ünvanlı sosial yardım alır. (ANS)
|
2014-01-16
| 6,610 |
Cəlilabadda yol terroru: 1 ölü
|
Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Cəlilabadda məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Rəmyəddin Həsənovun idarə etdiyi VAZ 2106 markalı avtomobil hərəkətdə olarkən piyada Miraslan Şərifovu vurub. Hadisə şahidlərinin məlumatına görə, zərbənin təsirindən piyada 10 metr kənara düşüb. Rayon sakini ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, mərhum Cəlilabad poçtunda əməliyyatçı işləyirmiş. (ANS)
|
2014-01-16
| 6,611 |
Əfqanıstanda nəfəsləri kəsən müharibə görüntüləri - Video
|
13 ildir Əfqanıstanda qulluq edən ABŞ əsgərlərinin savaşlarda maraqlı görüntüləri yayılıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, bu müharibələrdə çox sayda ölənlər və yaralananlar olub. Əsgərlərin başlarına taxdığları kaskalarda olan kameralar vasitəsi ilə qarşıdurmalar saniyəbəsaniyə görüntülənib. Həmin görüntüləri təqdim edirik:
|
2014-01-16
| 6,612 |
Bakı gecələri - Slayd şou
|
Bakı gecələri "Axar.az"da - "Slayd şou"
|
2014-01-16
| 6,613 |
Şamaxıda anbar yandı
|
Şamaxı şəhərində anbarda yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Şamaxı şəhərində ümumi sahəsi 350 kv.m olan anbarın yanar konstruksiyaları 145 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi, soyuducu və 2 ədəd yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 20:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
|
2014-01-16
| 6,614 |
ANS-çi kanaldakı problemlərdən yazdı
|
ANS-in bölgələr departamenti ilə bağlı durum çox pisdir Son günlər ölkə mətbuatında gündəmdən düşməyən ANS-lə bağlı xəbərlər bir keçmiş televiziya əməkdaşı kimi məni də narahat etdi. Mən bu xəbərlərin nə dərəcədə doğru və ya yalan olduğunu deyə bilmərəm. Amma təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu gün bölgələr departamenti ilə bağlı durum çox pisdir. ANS TV-nın müxbir məntəqələrindəki vəziyyət şirkət prezidentinə düzgün olmayan tərzdə və sərf olunan şəkildə çatdırılır. Belə ki, bölgə müxbirlərinin maddı-texniki problemləri həmin departamentin rəhbər şəxsləri tərəfindən qulaqardına vurulur. Müxbirlər sərfəli işdən sonra öz zəhmətlərinin haqqını ala bilməyəndə narazılıq yaranır. Bu o demək deyil ki, onlara verilən qonorar və maaş azdır. Normal səviyyədədir. Lakin onların müxtəlif rayon və kəndlərə sərf etdikləri yol və benzin xərcləri bölgələr departamenti tərəfindən mühasibatlığa düzgün çatdırılmır. Nəticədə ayın sonunda onların, necə deyərlər, "pulları kəsilir". Mən ANS TV-də işlədiyim müddətdə bölgələr departamentində bir dəfə də olsun böyük narazılıq olmayıb. Elə televiziya yaranandan şirkət prezidentinin bölgə müxbirlərinə qayğısı arzuolunan şəkildə olub. Ötən ilin son aylarında isə bu problem baş qaldırıb və bölgə müxbirlərinin hüquqları pozulub. Nəticədə isə bir neçə müxbir oranı tərk etməli olub. Mənim 7 il ərzində ANS-də öyrəndiyim çox şey olub. ANS nəinki jurnalistika, hətta mən deyərdim ki, həyat məktəbidir. Vahid və Seyfulla Mustafayevlər, Mirşahin Ağayevin sayəsində mənim nəzəri və təcrübi biliklərim daha da möhkəmlənib, mən əldə qələm tutmağın bir çox sirlərini məhz onlardan öyrənmişəm. 2006-cı ildə mən ANS-in telejurnalistika akademiyasını bitirib ora işə qəbul olunmuşam. Müxtəlif dövrlərdə radioda və televiziyada bir çox verilişlərdə işləmişəm. "İç xəbər" və "Xəbərçi" veriliçlərinin müxbiri, "Salam Azərbaycan" verilişinin redaktor-prodüseri, verilişin xəbərlər bölümünün aparıcısı olmuşam. Ötən il öz xahişimlə oranı tərk etdim. Düzdür, mənə müəllimlik etmiş insanların təəssüfü ilə qarşlaşdım. Mənim indinin özündə də oranın rəhbərliyi ilə çox yaxşı münasibətim var. ANS-i tərk etmək oranı atıb getmək deyil, əslində, bu, bilikləri digər mətbu orqanlarda tətbiq etməkdir. ANS-i tərk edənlərin hamısı oranın digər mətbu orqanlardakı "səfirləri"dir.
|
2014-01-16
| 6,615 |
Kanoeçinin balinayla üz-üzə qaldığı an - Video
|
Norvecdə bir kanoeçi bir anda yanında peyda olan balinayla qarşı-qarşıya qalıb. Su üzərinə nəfəs almaq üçün çıxan 20 tonluq balina ilə qarşı–qarşıya qalan kanoeçi oradan surətlə uzaqlaşmağa çalışıb. Videonu təqdim edirik.
|
2014-01-16
| 6,616 |
Azərbaycanın məşhur alimi dünyasını dəyişdi
|
Tarix elmləri doktoru professor, şərqşünas alim Süleyman Əliyarlı bu gün vəfat edib. 84 yaşında vəfat edən görkəmli alimimiz ötən ay da həyat yoldaşı Mina xanımı itirmişdi. Qeyd edək ki, S.Əliyarlı 18 dekabr 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində dünyaya gəlib. O, Azərbaycan EA Tarix İnstitutu və Bakı Dövlət Universiteti 1959-cu ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında çalışıb. Şərqşünas alim 150-dən çox elmi məqalə 7 monoqrafiya 8 kitab müəllifidir, 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib. ("AzVision.az") Allah rəhmət eləsin!
|
2014-01-17
| 6,617 |
Ərdoğanın oğlunun həbsi barəsində açıqlama verildi
|
Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ "rüşvət əməliyyatı" çərçivəsində Baş nazir Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan barəsində həbs qərarı çıxarılmadığını açıqlayıb. "Axar.az" "Hürriyyət"ə istinadən xəbər verir ki, nazir Bozdağ mətbuatda Bilal Ərdoğan barəsində həbs qərarının yayılmasının reallığı əks etdirmədiyini və onun Türkiyədən qaçması, gizlənməsi haqqında xəbərlərin böhtan olduğunu deyib. Nazir daha sonra bildirib ki, bunların hamısı Baş naziri və hakimiyyəti çökdürmək üçün ortaya atılan böhtan xarakterli xəbərlərdir.
|
2014-01-17
| 6,618 |
Bank əməkdaşları qəzaya uğradı: 1 ölü, 3 yaralı
|
Sabirabadda baş verən qəzada bir nəfər ölüb, 3 nəfər yaralanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza ötən gün saat 19.00 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 21-ci kilometrliyində, Şəhriyar kəndi ərazisində baş verib. Ağcabədi rayonunun Salmanbəyli kənd sakini 1986-cı il təvəllüdlü Soltanov Ülfət Hüseyn oğlunun idarə etdiyi "Mersedes" markalı 04 BX 497 dövlət nömrə nişanlı avtomobil sərt döngədə idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə sürücü də daxil olmaqla avtomobildə olan sərnişinlər - Ağcabədi rayon Salmanbəyli kənd sakinləri 1991-ci il təvəllüdlü Mikayıllı Nahid Hüseyn oğlu və 1996-cı il təvəllüdlü Sultanlı Zaur Ələddin oğlu yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Digər sərnişin - Ağcabədi şəhəri Nərimanov küçəsi-4 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Qurbanov Vasif Etibar oğlu hadisə yerində aldığı xəsarətlərdən dünyasını dəyişib. Nahid Mikayıllının vəziyyəti isə kritik ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, yaralı kəllə-beyin travması, qabırğaların çoxsaylı sınığı və plevropulmonal şok vəziyyətində süni nəfəsalma aparatına qoşulub. Qeyd edək ki, qəzaya uğrayan şəxslər "FINCA Azerbaijan"nın Ağcəbədi filialının əməkdaşları olub. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
|
2014-01-17
| 6,619 |
Suriyalılar rus helikopterini belə vurdu - Video
|
Suriyanın paytaxtı Şamda Hərbi Hava Qüvvələrinə aid bir vertolyot müxaliflər tərəfindən vurulub. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, kəşfiyyat uçuşu həyata keçirən rus istehsalı helikopter müxaliflər tərəfindən vurulub. Helikopterin düşmə anı anbaan həvəskar kamera tərəfindən lentə alınıb.
|
2014-01-17
| 6,620 |
Etiraz üsulu: binanın şüşələrini sildilər - Foto/Video
|
Danimarkada qızılı rəngdə iş paltarı geyinən bir qrup fəal məclis binasının şüşələrini silib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, bununla aktivistlər siyasətçilərin parlamentdə qərar qəbul edərkən ona qarşı çıxanları yaxşı görmələri üşün belə bir nümayiş keçiriblər. Danimarkada parlamentdə ölkədə vergi qanununa dəyişikliklər barədə qərar qəbul edilməsi etirazlara səbəb olub. Hakimiyyət nümayəndələrinin açıqlamalarında vergi gəlirlərinin böyük gəlir itkisinin qarşısını aldığı bildirilir. Belə ki, gənclərin daha yaxşı təhsil alması, səhiyyə sahəsində yüksək xidmətin göstərilməsi, təqaüdçülərin rifahının yüksəldilməsini əsas gətirərək, belə qərarın qəbul olunduğunu bildiriblər. Bundan əlavə Danimarkanın dünyada vergi qaçaqmalçılığı sahəsində də öncül yerlərdən birini tutduğu bildirilir.
|
2014-01-17
| 6,621 |
Avropa Parlamentində yeni qanunlar qəbul edildi
|
Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasının ikinci günündə güzəştli müqavilələr, balın etiketlənməsi, əcnəbi şirkətlərin Aİ ictimai sektoru ilə birgə fəaliyyəti və sair kimi məsələlərlə bağlı qanunlar müzakirə edilib və qəbul olunub. İctimai sektor və güzəştli müqavilələr İctimai sektor və güzəştli müqavilələrlə bağlı yeni direktiv birinci oxunuşdan qəbul olundu. Bu direktiv ictimai sektorda müqavilələrin imzalanması zamanı keyfiyyət və qiymətə nail olmağa imkan verəcək, sosial və ekoloji məsələlər nəzərə alınacaq. Qeyd edək ki, ictimai sektor Aİ-nin ÜDM-sinin 18 faizini təşkil edir. Direktivin əsasında "vahid Avropa ictimai sektor sənədi" təsis olunacaq ki, bu da, inzibati formallıqları 80 faizədək azaltmağa imkan verəcək. Avropa Komissiyası belə qənaətə gəlib. Bununla yanaşı, direktivdə ictimai sektorun özəlləşdirilməsinə yol açan bəndlər yoxdur. Əcnəbi şirkətlərin Aİ ictimai sektoruna girişi İctimai sektorla bağlı qəbul olunmuş digər qanunverici akt isə qeyri-Aİ ölkələrindən olan şirkətlərin Aİ ictimai sektorunda yüksək qiymətli müqavilələrə sahib olmasını əngəlləmək məqsədi daşıyır. Bu qaydalar yalnız Aİ şirkətlərinə bu imkanı verməyən ölkələrin şirkətlərinə tətbiq olunacaq. Məruzəçi, avroparlamentari Daniel Kasparinin dediyinə görə, məqsəd Avropa ictimai sektorunu əcnəbi şirkətlərə bağlamaq deyil, digər ölkələri Avropa şirkətlərinə açılmağa həvəsləndirməkdir. Qeyd edək ki, söhbət yalnız 5 milyon avro və daha çox dəyəri olan müqavilələrdən gedir. Avropa Komissiyasının hesablamalarına görə, Avropa ictimai sektorunun 85 faizi əcnəbilərin üzünə açıqdır. ABŞ-da bu rəqəm 32, Yaponiyada isə 28 faizdir. Balın etiketlənməsi Parlament tərəfindən qəbul olunan digər maraqlı qanun layihəsi bal məhsulunun etiket qaydalarının tənzimlənməsi ilə bağlıdır. Yeni qaydaya görə, genetik cəhətdən modifikasiya olunmuş tozlar balın 0.9 faizindən çoxunu təşkil edirsə, bu etiketdə qeyd olunmalıdır. Qanun layihəsi tozun balın təbii tərkibi olması təklifini rədd edib və onu qatqı kimi qələmə verib. Bu isə Avropa İttifaqı Ədalət Məhkəməsinin 2011-ci ildə çıxardığı qərara ziddir. Vəhşi təbiətə qarşı cinayətlər Avroparlamentarilər vəhşi təbiətə qarşı edilmiş cinayətlərlə bağlı cəzaların sərtləşdirilməsini tələb edən qətnamə qəbul ediblər. Avropa fil dişi, kərgədan buynuzu, pələng dərisi və sair kimi məhsulların satışı üçün əlverişli bazar olduğundan avroparlamentarilər bu fenomenlə mübarizənin aparıcı qüvvəsinin də Avropa olduğu qənaətindədirlər. Onların fikrincə, bu məsələ ticarət müqavilələrinin müzakirəsi zamanı başlıca meyarlardan olmalıdır. Takiqraf Parlament sürücülərin istirahət və iş vaxtını hesablayan aparatın, takiqrafın texniki özəllikləri ilə bağlı Nazirlər Şurasının təklifləri ilə də razılaşıb. ("Eunews.az")
|
2014-01-17
| 6,622 |
Millətçilər 29 yaşlı özbəyi vəhşicəsinə öldürdülər
|
Ötən axşama Moskvanın şimalında Özbəkistan vətəndaşı vəhşicəsinə öldürülüb. Meyit təxminən 2 saat əvvəl tapılıb. Ekspertlər 29 yaşlı özbəyin meyitincə 20-dən çox bıçaq yeri aşkarlayıblar. Qətlin əsas versiyası kimi millətçilərin hücumu göstərilir. Çoxsaylı bıçaq xəsarətləri və bir sıra digər əlamətlər də bunu deməyə əsas verir. ("Musavat.com")
|
2014-01-17
| 6,623 |
Stiven Spilberq ən nüfuzlu məşhur seçilib
|
Amerikan jurnalı "Forbes" prodüsser və rejissor Stiven Spilberqi ən nüfuzlu məşhur elan edib. "Axar.az" xəbər verir ki, səsvermədə ABŞ vətəndaşlarının 47%-i onun namizədliyinə səs verib. Əlbəttə ki, oxucular rejissorun son işinin – "Linkoln" adlı bioqrafik dramının kommersiya uğurunu da qeyd ediblər. Adı çəkilən film rejissora iki Oskar mükafatı gətirib. Bildirək ki, filmin dünya üzrə büdcəsi 275 milyon dollar təşkil edir.
|
2014-01-17
| 6,624 |
Yemək qabında bomba partladı: 8 ölü, 67 yaralı
|
Pakistanın Peşaver şəhərində bombanın partlaması nəticəsində 8 nəfər ölüb, 67-si yaralanıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Peşaverədə axşam saatlarında baş verən partlayışda ölənlərdən 2-sinin uşaq olduğu bildirilir. Belə ki, camaat arasında yığıncaq keçirilərkən bomba partlayıb. Bombanın çəkisinin 5 kiloqram olduğu və yemək qabında yerləşdirildiyi deyilir. Pakistanda yerləşən Taliban qrupu hadisə ilə bir bağlılıqlarının olmadığını və bu cür hadisələrin törədilməsi ilə nüfuzlarına xələl gətirmək istəyənlərin olduğunu bildirib.
|
2014-01-17
| 6,625 |
Bu canlıları heç yuxuda da görməmişik - Fotolar
|
Dünyada yaşayan və bizim varlığından belə xəbərdar olmadığımız milyonlarla qeyri-adi, maraqlı heyvan növü var. Elm adamları araşdırmalarla hər il yeni növlər kəşf etməyə davam edir. Hazırda, bəlkə də, heç adını eşitmədiyiniz canlıların şəkillərini təqdim edirik.
|
2014-01-17
| 6,626 |
Dükanlarımızda təhlükəli uşaq geyimləri satılır – Foto
|
"Kim hardan gəldi, necə gəldi satır". Bazarlarda uşaq geyimlərinin vəziyyətinə nəzər salsaq, əl yandıran qiymətləri gördükdə bəlkə də təəccübümüzü gizlədə bilmərik. Buna səbəb isə olduqca balaca olan geyimlərin, böyük qiymətlərə alıcılara təqdim edilməsidir. Qiymətlər isə geyimin harda satılmasına görə dəyişir. Bu vəziyyətdə geyimin bazar və ya brend vitrinlərdən asılmasından çox şey asılıdır. Bəs nəyə görə uşaq paltarları alıcılara baha qiymətə satılır? Geyimlərin qiymətindəki balans pozğunluğundan danışan iqtisadçı ekspert Azər İsmayılov bildirdi ki, azad bazar iqtisadiyyatında bunlara nəzarət etmək mümkünsüzdür. Hərə öz məhsulunun maddi dəyərinə uyğun qiymətlər təyin edir. Bazardakı qiymətlər isə belə dəyişir: Gödəkçələr - 20-35 azn Şalvarlar - 12-25 azn Əlcək-papaq dəsti - 15-20 azn Boğazlı köynəklər - 13-24 azn Qiymətlərdən gileylənən valideynlər isə paltarların böyüklərin geyimləri ilə eyni qiymətə satılmasından narazıdırlar. Bəs görəsən, bazarlarda uşaq geyimlərinin keyfiyyətinə, sertifikatlaşdırılmasına nəzarət varmı? "Axar.az"a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, bazarda keyfiyyətsiz və sertifikatsız mallar çoxluq təşkil edir. "Pambıq mal adı altında tam fərqli, tərkibi qarışıq olan geyimlər alıcıya təqdim edilir. Buna nəinki bazarda, hətta brend dükanlarda da rast gəlmək mümkündür. Uşaq geyimləri ilə bağlı bizə daim şikayətlər olur. Hətta bu geyimlərdən körpələrin dərilərinə müxtəlif rənglər də çıxır. Nəzərə alsaq ki, bu boyaların içində ağır metallar var, hər şeyi rahatlıqla dərk edərik. Hətta bəzi geyimlər tullantılardan hazırlanmış məhsullardan ərsəyə gələrək, körpələrin bədəninə düşmən kəsilir". Araşdırma zamanı bəlli oldu ki, 6-7 yaşlı usağı başdan-ayağa geyindirmək üçün minimum 70 manat (qışda) vəsait tələb olunur - amma keyfiyyətindən xəbərsiz olduğumuz məhsullardan istifadə edərək.
|
2014-01-17
| 6,627 |
Hansı müğənnilərimiz xaricə getməyə hazırlaşır?
|
İnsanlar doğulduğu yeri özü seçmir. Buna bəzən təəssüflənmək, bəzən isə sevinmək olar. Adam da var ki, əlinə şans düşən kimi doğulduğu ölkəni tərk edir və arzusunda olduğu yerdə yaşamağa başlayır. Elə bu mövzuda olan sualımızı şou-biznes nümayəndələrinə ünvanladıq. Görəsən, onların əlinə belə bir fürsət düşsəydi, hansı ölkədə yaşamağa üstünlük verər, həmin ölkənin vətəndaşlığını qəbul edərdilər? Cavablar isə aşağıdakı kimi oldu: Valideynlərim konservator adamlardır İlhamə Qasımova sualımızı geniş cavablandıraraq Azərbaycandan başqa heç bir yerdə yaşamaq istəmədiyini və xarici ölkəylə müqayisədə öz ölkəmizdə daha çox uğur qazanmaq şansının olduğunu bildirdi: "Azərbaycandan başqa, sözün düzü, heç bir yerdə yaşamaq istəməzdim. Çünki valideynlərim burda yaşayır, ona görə başqa yerdə yaşaya bilmərəm. Valideynlərim harada yaşasa, mən də orda yaşaya bilərəm. Onlarsa Azərbaycandan bir addım belə kənara atmazlar, çünki bir az konservator adamlardır. Həyatımdan razı olduğuma görə özüm də istəməzdim, adətən, insanlar yaşayışından narazı olanda fikirləşir ki, bəlkə başqa yerdə yaxşı olar. Fikirləşirəm ki, hər halda öz ölkəmizdə çalışsaq, işləməyi bacarsaq, burda daha çox uğur qazanaram, nəinki başqa yerdə. Xarici dövlətdə vətəndaşlıq qəbul eləsən də, sən orda gəlməsən". Roza Zərgərli də İlhamə Qasımova kimi Azərbaycandan başqa digər ölkədə yaşamaq istəmədiyini açıqladı: "Azərbaycandan başqa heç bir yerdə yaşamaq istəməzdim". Avropa ölkələrinə üstünlük verirəm İfaçı Abbas Bağırov isə yaşamaq üçün Avropa ölkələrinə getməyə üstünlük verdiyini bildirdi: "Öz vətəndaşlığımdan imtina etməmək şərtiylə müəyyən ölkələrin vətəndaşlığını qəbul edə bilərəm. Əsasən Avropa ölkələrinə üstünlük verirəm". Rusiya ikinci vətənimizdir Səməd Səmədov hesab edir ki, yaşamaq üçün ideal məkan Rusiyadır: "Biz azərbaycanlılar o qədər Rusiyaya gedib-gəlmişik ki, o qədər Rusiyadan həm özümüz, həm də övladlarımız xeyir görüb ki, Rusiya artıq ikinci vətənimizdir. Ancaq Rusiyada gedib yaşaya bilərəm... Artıq 60-70 ildən çoxdur ki, valideynlərimiz, özümüz, övladlarımız Rusiyaya gedib-gəlirik, Rusiya olub bizim ikinci vətənimiz". Daha sonra Nadir Qafarzadə ilə əlaqə saxladıq. Prodüsseri sualımıza cavab olaraq Nadir Qafarzadənin Azərbaycandan başqa heç bir yerdə yaşamağa razı olmadığını bildirdi.
|
2014-01-17
| 6,628 |
Bakıda iki yanğın: Xəsarət alan var
|
Bu gecə Bakı şəhərində iki yanğın hadisəsi baş verib. Şəhərin Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 20 kv.m sahədə ev əşyaları yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb və Təcili Tibbi Yardım Xidməti tərəfindən aidiyəti üzrə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Nəsim rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
|
2014-01-17
| 6,629 |
Yol terror: sürücü başından xəsarət alıb/Fotolar
|
Bakının Yasamal rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə nəticəsində avtomobillərdən birinin sürüdü xəsarət alıb. Məhəmməd Xiyabani küçəsi ilə hərəkət edən 30 yaşlı Gəncə şəhər sakini Hüseynov Amid Füzuli oğlunun idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi qarşı yola çıxıb və 28 yaşlı Bərdə rayon sakini İmranov Rəfael Nurməhəmməd oğluna məxsus "Mercedes" markalı avtomobilə çırpılıb. "Jiquli"nin sürücüsü hadisəni məcburiyyətdən törətdiyi bildirib. "Avtobus qabağıma girdi, mən də məcburi çəkdim sola. Ona görə də belə oldu. "Hə başım güzgüyə dəyib yaralanmışam". Qəzadan sonra avtobusun sürücüsü ərazidən yayındığından ounun şəxsiyyətin dəqiqlədirmək mümkün olmayıb. Hadisə yerinə gələn Yasamal Rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları ilk növbədə ön hissəsi yarasız hala düşən nəqliyyat vasitəsindən axan yanacağın yanğın və partlayışa səbəb olmaması üçün maşınların kənarlaşdırılmasını təmin edib. Faktla bağlı araşdırmalar davam etdirilir (Anspress).
|
2014-01-17
| 6,630 |
“Qarabağ”ın rəqibləri məlum oldu
|
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın hazırlıq çərçivəsində 4 hazırlıq maçına çıxacaq. Artıq Ağdam klubunun bütün rəqibləri müəyyənləşib. Yanvarın 19-da Ruminiyanın "Dinamo" (Buxarest) klubuyla qarşılaşacaq Qurban Qurbanovun komandası 3 gün sonra Albaniyanın "Flamutari" komandasıyla üz-üzə gələcək. Yanvarın 23-də Qazaxıstan "Spartak"ıyla qarşılaşacaq komanda sonuncu görüşdə yanvarın 25-də Ukrayna "Volın"ı ilə münasibətlərini ayırd edəcək. Yanvarın 26-da isə "Qarabağ" Azərbaycana qayıdacaq (Azerisport)
|
2014-01-17
| 6,631 |
Nazirlik "təkrar yoxlama" məsələsinə aydınlıq gətirdi
|
Vaqif Dərgahlı: "Təkrarən yoxlanılan çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar " Səfərbərlik Xidməti vərəmli və psixi problemli çağırışçıları orduya göndərməkdən çəkinmir Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Mətbuat Xidməti gənc çağırışçıların yenidən yoxlanacağı haqda məlumat yaydı. Təkrar yoxlamanı Səfərbərlik Xidməti ilə Müdafiə Nazirliyi arasında narazılıqların varlığını sübut edən məqam kimi qiymətləndirənlər də, bu addımın vacib olduğunu vurğulayanlar da oldu.Məsələyə aydınlıq gətirmək üçün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərğahlıya aşağıdakı məzmunda yazılı sorğu ilə müraciət edilib: - Hörmətli Vaqif müəllim. Bu sorğunu sizə ünvanlamaqla, rəhbəri olduğunuz xidmətin 11 yanvar 2014-cü ildə yaydığı məlumatda qeyd edilən bəzi məqamlara aydınlıq gətirmənizi xahiş edirəm. Yaydığınız məlumatda deyilir ki, müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılan tibbi komissiyalarda təkrar yoxlanacaq, xəstəliyi aşkar edilən çağırışçılar geri qaytarılacaq. Bəllidir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların sağlamlıq durumu tibbi komissiyalar tərəfindən yoxlanır. Belə olduqda Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin yoxlanması hansı zərurətdən yaranır? Sorğumuza qısa müddətdə cavab verəcəyinizə ümid edərək əvvəlcədən təşəkkürümüzü bildiririk. Sorğumuz Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən cavablandırılıb: - Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Bu addımın atılması xidməti zərurətdən irəli gəlir. Diqqətinizə çatdırım ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir. Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib. * * * Sorğuya verilən cavabdan aydın olur ki, təkrar yoxlama nəinki zəruridir, hətta vacibdir. Çünki Səfərbərlik Xidmətində bu qədər xəstə çağırışçının müayinədən keçirilərkən xəstəliklərinin müəyyən edilməməsi çox ciddi suallar doğurur. Belə çıxır ki, Səfərbərlik Xidmətinin rəhbərliyini yalnız çağırışçıların sayı maraqlandırır. Onların sağlam olub-olmaması isə Səfərbərlik Xidmətində vəzifə tutanları maraqlandırmır. Xatırladaq ki, "Doktorina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı son məlumatda 2012-ci ilin yanvarından bu günədək Azərbaycan Ordusunun 150-yə yaxın hərbçini itirdiyi qeyd olunur. Bildirilir ki, Müdafiə Nazirliyinin hərbi hissələrində 2012-ci ildə 84, ötən il 61 hərbçinin ölüm faktını qeydə alınıb: "84 hərbçinin 68-i qeyri-döyüş şəraitində həlak olub. Onlar müxtəlif səbəblərdən ölüblər. Məsələn, intihar, avtoqəza, silahla ehtiyatsız davranma, xəstəliklər, qeyri-nizamnamə halları səbəb kimi göstərilə bilər. Ötən il həlak olmuş 61 nəfərin 50-si qeyri-döyüş şəraitində həyatını itirib. Səbəblər eynidir". 2014-cü ilin ilk iki həftəsində 4 hərbçinin döyüşdənkənar şəraitdə həlak olduğu bildirilir. Onlardan üçü Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub: "İlkin rəsmi məlumatlara görə, dörd ölümün də səbəbi intihardır". Son iki əsgər ölümü yanvarın 11 və 13-də baş verib. Yanvarın 13-də baş verən bir başqa ölüm olayı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında qeydə alınıb. Penitensiar xidmət hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verdiyini bildirsə də, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. Müdafiə Nazirliyinin hərbi hissələrində son iki ildə baş verən ölüm faktlarının 140-dan çoxu sabiq müdafiə naziri Səfər Əbiyevin, 6-sı yeni nazir Zakir Həsənovun dövrünə təsadüf edir. Əbiyev dövründə Müdafiə Nazirliyi bir çox hərbi qulluqçunun məzuniyyətdə olduğu müddətdə vəfat etdiyini əsas gətirərək "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin statistikasını hər zaman şübhə altına alıb və bunu "şişirtmə" rəqəmlər kimi qiymətləndirib. Acı statistikadan göründüyü kimi qeyri-döyüş itkiləri döyüş itkilərini qat-qat üstələyir. Bunun əsas səbəbinin xəstə çağırışçıların orduya göndərilməsi də şübhə doğurmur. Bu baxımda müdafiə nazirinin verdiyi son əmri yalnız alqışlamaq olar. Ümid edirik ki, ölkə rəhbərliyi Səfərbərlik Xidmətində baş verənlərə nəhayət ki, diqqət ayıracaq ("Musavat.com").
|
2014-01-17
| 6,632 |
Nazirlik nömrələrin daşınmasına start verdi
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanvarın sonunadək mobil rabitə şəbəkələrində nömrələrin köçürülməsi xidməti sistemini (MNP) istismara verəcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yeni xidmət vasitəsilə mobil rabitə operatoru dəyişildikdə istifadə edilən on rəqəmli (050 XXX XX XX) nömrə dəyişilməyəcək və gələn zənglər seçilən mobil rabitə operatorunun şəbəkəsinə yönləndiriləcək. Xidmət "Azerfon", "Bakcell" və "Azercell Telekom" mobil rabitə operatorları ilə RİTN arasında imzalanmış müqavilə əsasında göstəriləcək (AzVision.az).
|
2014-01-17
| 6,633 |
Texniki Universitetin eyvanı uçdu: 1 ölü və 1 yaralı
|
Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib. "Axar.az"ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub. Nəticədə orada təmir işləri aparan "AZİNFORT MMC" şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
|
2014-01-17
| 6,634 |
Türk kəşfiyyatının növbəti gizli sənədi mediada – Foto
|
"2014-cü ildə əsas hədəfimiz bütün dini təriqətləri incələmək olacak". "Axar.az" məlumat verir ki, bu, Milli İstihbarat Təşkilatının 2014-cü ildə dövlət içində dövlət yaratmaq istəyənlərə qarşı verdiyi gizli təlimatda yer alıb. Artıq verilən gizli təlimat mediaya sızıb. "2014-cü ildə xarici və yerli mənbələrdən qaynaqlanan bütün dini qurumlar birinci növbədən izləniləcək". Mətbuat əsas izlənilənlər sırasında Fətullah Gülənə aid olan "camaat"ın olacağı iddiası ilə çıxış edib. Ələ keçən sənədləri təqdim edirik.
|
2014-01-17
| 6,635 |
Rövşən Lənkəranskinin azərbaycanlı killerinə ağır cəza
|
Rövşən Lənkəranskinin killeri "Axsaq Nazim" ləqəbi ilə tanınan Nazim Hümbətov 4 nəfərin qətlində ittiham edilir. Verilən xəbərə görə, istintaq komissiyası bununla bağlı işin istintaqını yekunlaşdırıb. İstintaqın məlumatına görə, bu şəxs R.Lənkəranskinin ştatlı killeri olub. Rusiyadakı Pokrov bazarı və digər topdansatış məntəqələrinə nazarətlə bağlı klanlar arasında "müharibədə" R.Lənkəransi Axsaq Nazimin xidmətindən istifadə edib. Moskva regionundakı meyvə-tərəvəs bazaları uğrunda müharibədə onlarla adam öldürülüb ki, onlardan bəzilərinin N.Hümbətov tərəfindən öldürüldüyü bildirilir. N.Hümbətova qarşı Cinayt Məcəlləsinin 105 və 222-ci maddələri ilə cinayət işi açılıb. İstintaqın versiyasına görə, 2003-cü ilin 24 sentyabrında Hümbətov Ceyhun Xəlilov da daxil olmaqla digər iki şəxsin müşayəti ilə Moskva ətrafındakı avtoservisə gedib. Burada o, İlqar Hüseynov adlı şəxslə söhbət edib, ancaq söhbət alınmayıb. Bu zaman silahlar işə salınıb. N.Hümbətovu atəşdən qorumaq üçün onu müşayət edən Ceyhun Xəlilov özünü qabağa verib. Bundan sonra İlqar Hüseynovun yanında olan 3 azərbaycanlıya da atəş açılıb. Nəticədə İlqar Hüseynov və onun yanındakı Məmmədov soyadlı azərbaycanlı öldürülüb. İki nəfər isə ağır yaralanıb. 2008-ci ildə Axsaq Nazim barədə axtarış elan edilib. 2012-ci ildə o saxlanılıb. Axsaq Nazimin yaxın adamı hesab edilən Ceyhun Xəlilov isə öldüyünə görə barəsindəki cinayət işi ləğv edilib (AzNews.az).
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.