date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-10
6,121
Azərbaycanlı iş adamı brilyanta 4 milyon təklif etdi
Dünyanın ən bahalı modellərindən biri hesab edilən Miranda Kerr Türkiyəyə gedib. Miranda Antaliyada keçirilən moda şousunda milyonlarla dəyəri olan zinət əşyasını sərgiləyib. "Roberto Bravo" markasına məxsus dəstin 3 milyon dolar dəyəri var. Artıq dünya şöhrətli ulduzun nümayiş etdirdiyi dəstəyə müştəri də tapılıb. Türkiyə mətbuatı bunun azərbaycanlı iş adamı olduğunu yazır. Lakin onun adı açıqlanmır. İlkin məlumata görə, iş adamı zinət əşyası üçün 4 milyon dollar təklif edib. Şirkət rəsmiləri də bu xəbəri təsdiqləyiblər. "Miranda Kerrin podiumda taxdığı dəsti bəyənən bir azərbaycanlı iş adamı onu almaq istədiyini dedi. Lakin bunun xüsusi dizayn olduğunu deyərək satılmadığını bildirdik. O, isə zinət əşyasını çox bəyəndiyini deyərək 4 milyon dollar təklif etdi". Dəstin üzərində 2014 ədəd xüsusi kəsimdə olan brilyant var. (ANS)
2014-01-10
6,122
ASALA ilə təhdid edilən ombudsman “Axar.az”a danışdı
"Mənə hələ də təzyiqlər davam edir". Bu sözləri "Axar.az"a açıqlamasında Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriyu deyib. O, Ermənistan parlametində çıxışından sonra təzyiqlərin hələ də davam etdiyini qeyd edib: "Telefon və mətbuat vasitəsilə edilən təzyiqlər artıq dayanıb. Lakin sosial şəbəkələrdə - Feysbuk və "Tvitter"də ünvanıma hələ də təhqirlər, söyüş dolu şərhlər və ittihamlar davam etməkdədir". A.Qriqoriyu həmçinin Xocalı soyqırımının Moldova parlamentində tanınması üçün həddən artıq çox iş görməyin vacib olduğunu bildirib: "Bu işi Moldova parlamenti bir başa həyata keçirə bilməz. Amma mənim özüm öz səlahiyyətlərimdən istifadə edərək daimi Parlament Komissiyası qarşısında bu hadisəyə xüsusi qiymət verilməsi və yeni qanun layihəsinin hazırlanması ilə bağlı təşəbbüslə çıxış edə bilərəm. Yenə də deyirəm, qanun layihəsinin hazırlanmasına qədər ilkin mərhələdə hələ çox iş görmək lazımdır". O, Xocalı soyqırımı haqqında demək olar ki, Moldovada ən aşağıdan tutmuş yuxarıya qədər heç kimin informasiyaya sahib olmadığını qeyd edib. Ombudsman bunu Ermənistan parlamentində çıxış etməsindən sonra Moldovada ona verilən reaksiyadan müşahidə etdiyini bildirib: "Mənim Ermənistan parlamentində çıxışımdan sonra Moldova parlamentinin reaksiyası bunun sübutudur. Burada heç kim Xocalı haqqında məlumata sahib deyil. Həm güclü iş aparılmasa uğursuzluqla üzləşə bilərik. Moldovada bütün media demək olar ki, erməni əsilli olan jurnalistlərlə doludur. Ona görə də erkən qələbəyə ümid etməyə dəyməz". A.Qriqoriyo tezliklə Moldova parlamentində bununla bağlı sərgilərin keçirilməsinin soyqırımın tanınmasında mühüm bir addım olacağını söyləyib. Qeyd edək ki, bir müddət əvvəl A.Qriqoriyu Ermənistan parlamentində Xocalı soyqırımı haqqında məruzə ilə çıxış etmişdi. O, Ermənistanı soyqırım törətməkdə günahlandırmışdı. Ermənilər tərəfindən edilən təzyiqlərdən sonra Moldovada heç bir parlamentari onu müdafiə etməmişdi. Məhz buna görə ombudsman yenidən öz vəzifəsi üçün namizədliyini verməyəcəyini demişdi. A.Qriqoriyu öz açıqlamasında ermənilərin onu ASALA terror təşkilatı ilə də hədələdiklərini bildirmişdi.
2014-01-10
6,123
Rusiyada Azərbaycan vətəndaşı həbs olundu
Rusiyanın Milli Antiterror Komitəsi dekabrın 27-də Pyatiqorsk şəhərində terror aktı törədənlərin yaxalandığını açıqlayıb. Həbs olunanlardan biri Azərbaycan vətəndaşıdır. Dekabrın 27-də Pyatiqorsk şəhərində avtomobil müfəttişliyinin binası qarşısında içərisində bomba yerləşdirilmiş avtomobil partladılıb. Nəticədə üç nəfər həlak olub, müfəttişliyin binası dağılıb. Komitənin açıqlamasında bildirilir ki, hüquq-mühafizə orqanları qısa zamanda terror aktını törədənlərin izinə düşüb. Partlayışı törətməkdə şübhəli bilinən Ramazan və Vladimir Xalizovlar, Maqomed İbrahimov və Azərbaycan vətəndaşı Murad Qeybulla oğlu Atayev saxlanılıb. Saxlanılanlar artıq törətdikləri əməli etiraf ediblər və bildiriblər ki, daha irimiqyaslı terror aktına hazırlaşırdılar. Saxlanılanlar barəsində cinayət işi qaldırılıb, detallar açıqlanmır. Pyatiqorskda partladılan partlayıcı qurğunun gücü 50 trotil ekvivalentinə bərabər olub. Bu hadisədən üç gün sonra, dekabrın 30-da Volqoqradda eyni gücdə partlayıcı ilə terror aktı törədilib. Nəticədə 30-dan çox adam həlak olub. ("Virtualaz.org")
2014-01-10
6,124
"Həkimlərə çox da etibar etmirik”
"İsa Muğanna (Hüseynov) öz nəzarətimizdədir. Həkimlərə çox da etibar etmirik" Bu barədə Xalq yazıçısı İsa Muğannanın həyat yoldaşı Firuzə xanım açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda yazıçının vəziyyəti babatdır, amma ürəyində problem olduğundan yazıçını müalicə üçün xaricə aparmaq mümkün deyil. Firuzə xanım bildirir ki, İsa Hüseynovu həkimə tez-tez aparmağa üstünlük vermirlər: "İsa müəllim evin içində gəzir, səhhətinə nəzarət edirik. Həkimə tez-tez müraciət etməyi xoşlamırıq. İldə bir dəfə həkimə aparırıq. Hərə bir cür dərman yazır. Dərmanlardan qaçırıq" (ANS).
2014-01-10
6,125
ABŞ və İran razılığa gəldi - Rəsmi
İran dövlət televiziyası nüvə proqramı ilə bağlı Cenevrədə davam edən müzakirələrin razılaşmayla nəticələndiyini açıqlayıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, İran XİN müavini Abbas Araqçı ilə AB Dövlət Departamentinin Ali təmsilçisi Helqa Şmid arasında iki gündür davam edən danışıqlar sona çatıb. Eyni zamanda İranın Xarici işlər nazirinin müavini Abbas Araqçı daha əvvəl əldə edilməyən razılıqların əldə olunduğunu bildirib. Araqçı bir neçə gün içərsində rəsmi açıqlamanın veriləcəyini və müqavilənin 10 gün içində qüvvəyə minəcəyini deyib. Xatırladaq ki, İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya, noyabr ayında İranın qısa müddətə nüvə proqramı fəaliyyətini dayandıracağını qəbul etmişdi və qarşılığında İrana qarşı bəzi sanksiyalar aradan qaldırılmışdı.
2014-01-10
6,126
2050-ci ilin 20 ən böyük iqtisadi ölkəsi - Siyahı
2050-ci ildə dünyada ən böyük 20 iqtisadiyyatına malik olan ölkələrin adı açıqlanıb. "Axar.az" məlumat verir ki, bu informasiya ilə "Goldman Sachs" və Dünya Bankı çıxış edib. Hesabatda 2050-ci ildə dünyanın ən böyük iqtisadiyyatına Çinin rəhbərlik edəcəyi bildirilib. Siyahıda sonrakı yerləri isə ABŞ və Hindistanın bölüşdürəcəyi açıqlanıb. Hazırda 17-ci yerdə olan Türkiyə iqtisadiyyatının 14-cü pillədə özünə yer edəcəyi qeyd edilib. İranınsa 2050-ci ildə 19-cu yerdə qərarlaşacağı bildirilib. Siyahını təqdim edirik. Çin ABŞ Hindistan Avrozona Brazilya Rusiya Yaponiya Meksika İndoneziya İngiltərə Fransa Almaniya Nigeriya Türkiyə Misir Kanada İtaliya Pakistan İran Filippin
2014-01-10
6,127
Şabranda vətəndaşlar nazirə etiraz etdilər
Yanvarın 10-da Təhsil Naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Quba, Qusar, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edib. "Axar.az" Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, məktəb binalarının inşası, ümumi təhsil müəssisələrinin internetlə təminatı, təhsil sənədlərinin tanınması, işə bərpa olunma, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil formasının dəyişdirilməsi, bərpası, təhsil haqqı, xaricdə təhsil, xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunan şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalan təhsil, ümumi təhsil məktəblərinin və ali təhsil müəssisələrinin rəhbərlərindən şikayət və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 62 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
2014-01-10
6,128
Həsən Ruhani və Netanyahu bir araya gəlir
Bu il Davosda keçiriləcək İqtisadi Əməkdaşlıq Şurası Zirvə toplantısında Həsən Ruhani və Binyamin Netanyahunun iştirak edəcəyi məlum olub. "Axar.az"ın xarici mətbuata istinadən xəbərinə görə, 22 yanvarda keçiriləcək toplantıda iki liderin görüşəcəyi barədə məlumat verilməyib. İştirakçılarla bağlı siyahının 15 yanvarda məlum olacağı bildirilib. İsveçrənin Montrö şəhrəndə eyni gün Suriya ilə bağlı sülh konfransı işə başlayacaq. Cenevrədə keçirilən ilk konfransın nəticələrini tanımayan İran ikinci konfransa dəvət edilməyib.
2014-01-10
6,129
Bakıda intihara cəhd edən şəxs xilas edilib - Yeniləndi
Hazırda Bakıda bir nəfər intihara cəhd edir. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, 36 yaşlı kişi Xətai rayonundakı hündür mərtəbəli binanın üstünə çıxıb. Royal adlı şəxs özünü binanın damından atmaq istəyir. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polis hadisə yerindədirlər. Özünü binadan atmaq istəyən şəxslə danışıqlar aparır, intihara cəhdin səbəbləri araşdırılır. Yenilənmə İntihar etmək istəyən paytaxt sakini 36 yaşlı İbrahimli Röyal Hümbət oğlunu xilas edilib. XRXX-nin həkim-psixoloqları həmin şəxslə söhbət apararaq onu bu hərəkətindən döndərməyə nail olublar.
2014-01-10
6,130
Ermənilər Tovuzu işıqsaçan güllələrlə atəşə tutub
Ermənistan silahlı birləşmələri bayramdan sonra Azərbaycanın qərb sərhədlərində, xüsusilə də Tovuz rayonunda atəşkəsi fəal şəkildə pozmaqda davam edir. Ermənilər xüsusilə bu gün fəallaşıblar və rayonun Əlibəyli, Ağdam, Koxa Nəbili və Hacallı kəndlərini atəşə tuturlar. Ən çətin vəziyyət Hacallı və Əlibəyli kəndlərindədir. Kənd sakinlərinin dediyinə görə, ermənilər əhaliyə hədə-qorxu gəlmək üçün işıqsaçan güllələrdən istifadə edirlər. (ANS)
2014-01-10
6,131
Canlı efirdә cinçıxarma... - Video
ANS televiziyasının canlı efirində şok anlar yaşanıb. Məlumata görə, aparıcı Elgiz Əkbərin təqdimatı ilə yayımlanan "Adam içində" proqramı zamanı cindar Həsən canlı efirində epilepsiya xəstəsi olan və daxilində cin olduğu iddia edilən gənc qızın bədənindən cin çıxarıb. Efirdə qız cindarın hərəkətlərinə aqressiv reaksiya verərək studiyada həyəcanlı anların yaşanmasına səbəb olub. Mütəxəssislər isə qızda psixoloji problemin olduğunu bildiriblər.
2014-01-10
6,132
Nəriman Həsənzadədən xəbər var
Tanınmış şair Nəriman Həsənzadə yeni əsərlər üzərində işləyir, yaxında isə yeni kitabını dərc etdirəcək. Bu haqda "Axar.az"a şairin özü məlumat verib: "Hami kimi mən də yeni əsərlər üzərində işləmək, yeni kitablar dərc etdirmək barədə düşünürəm. Arzusunda olduğum bəzi əsərlərimi çapa göndərmişəm, digərlərini də çapa hazırlayıram. Yeni yazdığım əsərin haqqında danışmaq istəmirəm, çünki deyəndə yazmaq olmur. Amma əlimdə indi bir əsər var, bitirmək üzrəyəm, bu gün-sabah çapa göndərəcəyəm. Yeni bir əsər üzərində işləməyi də nəzərdə tutmuşam, bir-iki aya başlayacağam".
2014-01-10
6,133
"BMV" Almaniyanın ən yaxşı avtomobili seçildi
"BMV" Almaniyanın ən yaxşı avtomobil markası seçilib. "Axar.az" məlumat verir ki, bu Ümumalman Avtomobil Klubunun keçirdiyi sorğulardan sonra bəlli olub. Sorğunun nəticəsinə uyğun olaraq siyahıda növbəti pillələri "AUDİ" və "Mersedes" tutub. "Volksvagen" marakasının isə hazırda almanların ən çox aldığı avtomobil olduğu bəlli olub. Qaliblərə mükafatların yanvarın 16-da Münhendə verilməsi nəzərdə tutulub. Qeyd edək ki, ötən il keçirilən sorğular zamanı isə "Mersedes" ilk pilləni tutmuşdu. "Volksvagen" və "BMV" isə ondan sonrakı yerləri bölüşmüşdülər.
2014-01-10
6,134
Tələbələrin “şparqalka”dan istifadəsinə son - Video
Belçikada müəllimlər şagirdlərin imtahan vaxtı "şparqalka"dan istifadə etməsinin qarşısını almaq üçün kameralı təyyarə istifadə edir. İnkişaf edən texnologiya sayəsində köçürmək asanlaşdıqca köçürmənin qarşısını alma yolları da artır. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Belçikada müəllimlər son texnologiya məhsulu olan kameralı təyyarə sayəsində yerindən heç qalxmadan şagirdlərə nəzarət edir. Pultla təyyarəni hərəkət etdirən və şagirdlərin kağızlarına nəzarət edən müəllim görüntüləri eyni zamanda kompüterdən izləyə bilər.
2014-01-10
6,135
Ögey qardaşına ərə gedən məhşur kimdir?
Mərhum sənətkar Uitni Hyustonun 20 yaşlı qızı müğənninin oğulluğu ilə ailə həyatı qurub. Məlumata görə, cütlük uzun müddətdir ki, sevgili idi. Keçən il Bobbi Kristina Braun və Nika Qordon nişanlanmışdılar. Amma məlum olub ki, cütlük artıq evlidir. Bob və Nika sosial şəbəkədə nişan üzüklərinin yerini dəyişərək ailəli olduqlarını açıqlayıblar. "Mən öz ərimi sevirəm" yazan Hyustonun qızı çox xoşbəxt olduğunu deyib. Nişandan əvvəl ailələr arasındakı narazılığın əsassız adlandıran Bobbi bioloji qohumluğun olmadığını deyib. Onun sözlərinə görə, Hyuston Nikanı 12 yaşı olanda övladlığa götürüb və onların ailə qurmasında heç bir problem yoxdur (Axşam.az).
2014-01-11
6,136
"Rüşvət əməliyyatı" ilə bağlı Limanda 14 həbs
İzmir Prokurorluğu İzmirin 5 ilində TCDD Liman müdirliyində "rüşvət əməliyyatı" ilə bağlı 14 nəfəri həbs edib. İzmir polisi tərəfindən keçirilən əməliyyatda nəzarət altına alınan 24 nəfərdən 23-ünün ifadəsi alındıqdan sonra ədliyyəyə sövq edilib. Rüşvət almaq, gizli olan məlumatların başqaları ilə bölüşdürülməsi ilə bağlı ittiham olunan 23 nəfərdən 9-u sərbəst buraxılıb, 14-ü isə həbs edilib. Maliyyə cinayətkarlığı ilə mübarizə şöbəsindəki əməliyyatların tamamlanmasından sonra axtarışda olan keçmiş Nəqliyyat naziri Minəli İldırımın bacanağı C.H., vəkili ilə birlikdə şöbəyə gələrək təslim olub.
2014-01-11
6,137
Altmış il suya toxunmayan iranlı Hacı - Foto
80 yaşındakı Amoo Hacı küllük içində ibtidai bir həyat sürür. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, 80 yaşlı bu qoca tam 60 ildir ki, suya toxunmadan yaşayır. Nə yuyunur, nə saç-saqqalını taraş edir. Ətrafdan yığdığı gübrələri yandıran Hacı axşamları isə bir komanın içində sığınır. Fotolar İranın Faraşbənd bölgəsində Dəzgah adlı bir kənddə çəkilib.
2014-01-11
6,138
Gecə klubuna basqın edib, fahişələri qamçıladılar – Video
Peruda baş verən hadisədə maskalı on kişi Kajamarkada yerləşən "Alondra" adlı gecə klubuna basqın edib. "Axar.az" xəbər verir ki, Peruda üzlərində maska olan bir qrup, gecə klubuna basqın edib. İçəridəki fahişələri bayıra çıxarıb qamçı və zopalarla döyüblər. Fahişəliyi yox etmək istədiklərini söyləyən qrup, qarşı çıxan kişilərə isə jim etmək cəzası verib. Yarıçılpaq halda küçəyə çıxan qadınlar, zopalardan qışqırıblar. Maskalı qrup sabahı günü bir başqa gecə klubuna basqın ediblər.
2014-01-11
6,139
Türklər yaxşı at minir, kürdlər ölümünə döyüşür – Fotolar
"Tarixdə türklər və kürdlər" adlı simpoziumda maraqlı faktlar təqdim olunub. "Axar.az" xəbər verir ki, Türk Tarix Qurumu (TTQ) ilk dəfə "Tarixdə türklər və kürdlər" adlı simpozium təşkil edib. Simpoziuma TTQ-nin sərdi Mətin Hülakü və tarixçilər qatılıb. Açılışda türklər və kürdlərlə əlaqədar maraqlı slayd-şou yayımlanıb. Onlardan bəziləri: 1) Fateh Sultan Məhmətin müəllimi Molla Gürani türkləşmiş kürd olub. 2) Dərsimin tayfa başçılarından olan Heydər Ağaya, Qazi Paşaya (Atatürk) qarşı sui-qəsd təşkil etməsi üçün böyük məbləğdə pul verilib. Heydər Ağa Paşanın yolunu kəsib vəziyyəti izah edib və mübarizəsinə dəstək verdiyini bildirib. Pulu da Paşaya verib. Ancaq Paşanın "Dərsim məbusu (deputat) ol" təklifini qəbul etməyib. 3) Sultan Süleyman Qanunidən anası soruşub: "Oğlum, o qədər yer fəth etdin. Necə qoruyacaqsan?" Qanuni kürdlərin vacibliyini izah edərək bu cavabı verib: "Onlardan sur düzəltdim (Qurani-Kərimə görə, İsrafil Qiyamət günü sur çalacaq – red)". 4) Keçmişdə türk, kürd və ya ərəb olmaq adamın ağlına bir irqdən çox bacarıq və çatışmazlıqları gətirirdi. Türklər yaxşı at minər, kürdlər ölümünə döyüşər, ərəblər gözəl şeir deyərdilər. 5) Türk və kürd soyundan gələn Səlahəddin Əyyubi hər iki soyun xüsusiyyətlərinə malik idi və hər iki soyun rəğbətini qazanmışdı. 6) Səlcuqlər imperiyasının hökmdarı Toğrul Bəyin ən çox güvəndiyi komandir də kürd olub. 7) Sultan Yavuz Səlimin şeyxülislamı Əbusuud Əfəndi kürd idi. Səlim kürd tayfalarının Osmanlıya müharibəsiz tabe olması üçün çalışıb və uğurlu olub. 8) Axırıncı Osmanlı Məbusan Məclisində (Milli Məclis) Kürdistan məbusları da olub.
2014-01-11
6,140
Fazil Mustafadan parlamentin son qadağasına yanaşma – Satirik
"Milli Məclisə təhlükəsizlik məqsədilə xarici markalı avtomobillə gəlmək qadağan olunsa, məlum olacaq ki, indiyədək hamı metro və avtobusla hərəkət edirmiş..." "Axar.az"ın məlumatına görə, bu statusu öz "feysbuk" ünvanında yaymaqla hazırda Türkiyədə səfərdə olan millət vəkili Fazil Mustafa Milli Məclisə android və smartfon tipli telefonlarla daxil olmaq qadağasına növbəti etirazını bildirib. Qeyd edək ki, millət vəkili bir neçə saat öncə də bu məsələyə sarkazmla yanaşmışdı və belə bir status paylaşmışdı: "Milli Məclisə daxil olan deputatların ağıllı telefonlarının əlindən alınması barədə qərar Konstitusiyaya və "Deputat statusu haqqında" Qanuna ziddir. Bu anormal qərar anonim olaraq qala bilməz, mütləq Milli Məclisin saytında yerləşdirilməli və deputatlara yazılı olaraq verilməlidir ki, bu qərardan və ya təlimatdan məhkəməyə şikayət etmək mümkün olsun. Bu gedişlə bir azdan Milli Məclisdə təkcə ağıllı sayılan telefonların deyil, ağıllı adamların da daxil olmasını qadağan edən qərar qəbul edəcəklər".
2014-01-11
6,141
Onlarda “Böyük Ermənistan”, bizdə “dolma söhbəti”
Gənclər qəribə layihə ilə gəlir Restoranların, kafelərin gün-gündən çoxaldığı bir vaxtda, bura vaxt öldürməyə gələn gənclərin sayı da çoxalır. Azərbaycan gəncliyinin ən böyük problemi vaxt itkisidir desək, bəlkə də yanılmarıq. Aqşin Muxtarov, Fərid Mehrəlizadə və Ruslan Şükürlünün bir araya gəlib "Yenisey Bilik Evi" yaratmalarının səbəbi də budur. Onlara görə, sosial şəbəkələrin aktual olduğu bir dövrdə, virtual aləmdə gənclərin əksəriyyəti vaxt itirməklə məşğuldurlar. Əgər əvvəllər çayxanalara gedirdilərsə, indi həmin çayxanalarda etdikləri söhbəti evdən çölə çıxmadan, virtual aləmdə rahat şəkildə edə bilirlər. Bir növ çayxanaları virtual aləmə gətiriblər. Gənclərdə kitaba, oxumağa maraq gün-gündən azalır. Qarşılarına gənclərdə kitaba marağı artırmaq, maarifləndirməyi məqsəd qoyan gənclər bir çox problemlərdən danışdılar. Problemlərin çox olması onları qorxutmur, düşünürlər ki, necə deyərlər, problem varsa, onun həlli yolları da var. Maarifçiləri oxuyandan sonra onlara aşiq oldum "Azərbaycan gəncliyinin bir rəngi var. Onun öz düşüncəsi, öz seçimi və ən əsası, vətəndaş mövqeyi yoxdur. Belə bir söz var: hər xalq öz məişəti qədər iddialıdır. Əgər bir erməninin məqsədi "Böyük Ermənistan" qurmaqdırsa, biz dolmanın, "Sarı gəlin"in söhbətini edirik. Bir amerikan, avropalı isə karyera qurmaq istəyir. Buna da oxumaqla nail olmaq olar",- İqtisad Universitetinin 2–ci kurs tələbəsi Fərid ölkədəki gənclərin ümumi vəziyyətini belə görür. Buna görə də əlini-qolunu sallayıb bir çox tələbələr kimi ancaq universitetə gedib, evə qayıtmaqla öz işini bitmiş hesab etmir. Fikirləşir ki, gənclərdə kitaba maraq oyatmağın vaxtı çoxdan çatıb. Bunun üçün bu işdə həmfikir olan bütün gənclərin bir araya yığılmasını çox istəyir. Monoton həyat tərzi sürən gəncliyin dünyasına rəng qatmaq, onlarda fikir formalaşdırmaq. Fəridin sözlərinə görə, Azərbaycan təhsilinin ümidinə qalsaq, biz heç nə edə bilmərik. Bu gün Azərbaycan gəncliyi "sos" həddinə çatmasa da, amma ona yaxın bir mərhələdədir. Gənclik düşünməyi bilmir. Əgər o hansısa bir kitabı oxusa, davamlı mütaliə etsə, düşünmək də o gəncdə formalaşacaq. Azərbaycan gəncliyinin düşüncə problemi var "Bu gün biz deyəndə ki, maarifləndirməni qarşımıza məqsəd qoymuşuq, bizə elə sözlər deyirlər ki, heç onun xəyalını belə qura bilmirik",- bu sözləri deyən Aqşin Muxtarov özlərinin dediyi kimi, eyni düşüncəli gənclərdən biridir. Dənizçilik Akademiyasının 3-cü kurs tələbəsidir. Söyləyir ki, gənclərin düşüncə, seçim edə bilməmək kimi problemləri üzündən ailədə hansı ixtisası valideyni məsləhət görürsə, uşaq da o ixtisasın arxasınca qaçır. Bununla bağlı hətta yaxın günlərdə layihə həyata keçirəcəklərini deyir. Doqquzuncu sinif şagirdlərinə gələcəkdə ixtisas seçməkdə kömək etmək üçün onlara hər gün bir peşədə işləmək şəraiti yaradılacaq. Bununla gənclər az da olsa, bir qrup yeniyetməyə peşə seçməkdə kömək etmiş olacaqlarını deyirlər. Bundan başqa kitab nəşr etdirib, pulsuz paylamağı da düşünürlər. "Ide.cafe" saytı isə bütün gənclərin platformasıdır. Burda istənilən gənc hər hansı bir sahədə yazdığı yazını yerləşdirə bilər. Saytda eyni zamanda səsli kitablar, müxtəlif mövzulu filmlər də yer alır. Gənclər düşünürlər ki, hər kəs savadlı olmasa da, hər kəsin vətəndaş mövqeyi olmalıdır. Həyata baxışı və özü olmasını bacaran bir gənclik görməkdir onların arzusu. "Orta statistik məlumata görə, Yaponiyada bir gənc ilə 25 kitab oxuyur, amma Azərbaycanda 25 gənc, ildə bir kitab da oxumur. Siqaretə pul xərcləyirlər, kitab almağa gələndə pul tapılmır",– Ruslan söhbətə qoşulur. "Bu gün Azərbaycan gəncliyi öz xəyallarının, arzularının ardınca gedə bilmir. Onun arzuları da xəyalları da ailəsi, valideynləri tərəfindən qurulur. Çünki gənclik bu gün valideyn himayəsindədir". Gənclər uzun–uzadı problemlərdən, maariflənmədən, onun həlli yollarından danışdılar. İstəkləri, amalları dedikləri kimi ağ–qara gəncliklərini daha rəngli etməkdir. Bunun da yolunu ancaq və ancaq maariflənməkdə, mütaliə etməkdə görürlər. Biz də öz növbəmizdə bu gənclərə arzu etdikləri cəmiyyəti qurmağı arzulayırıq. Azərbaycan gəncliyinin dünyasında bütün rənglər öz yerini tutsun.
2014-01-11
6,142
Ən çox satılan kitabların sirri nədir?
Elm adamları çox satılan kitabların sirrini öyrənmək üçün araşdırma aparıblar. Nəticədə məlum olub ki, dəbdən düşmüş mövzulardan və çoxsaylı feldən istifadə etmək kitablara marağı azaldır. Nyu-Yorkdakı Stoni Bruk Universitetinin kompüter mütəxəssisləri məşhur bir kitabın xüsusiyyətlərini öyrənmək məqsədilə "Statistik stilometri" adını verdikləri bir alqoritm icad ediblər. İnternet kitabxanası kimi tanınan "Proyekt Qutenberq" arxivində elm adamları klassik əsərləri yükləyərək araşdırma aparıblar. Məlum olub ki, həmin kitabların özəlliyi orijinallığı, yazı tərzi və az da olsa şansdan irəli gəlir. Araşdırmacılar bildiriblər ki, çox satılan kitablarda "və", "ancaq", "fəqət" kimi bağlayıcılardan tez-tez istifadə olunur. Həmin əsərlərin isim və sifətlərlə zəngin olduğu da vurğulanıb. Az oxunan, rəflərdə qalan kitablardasa çoxlu sayda fel və zərfdən istifadə edildiyi ortaya çıxıb.
2014-01-11
6,143
Müsavat oyunu pozdu
BİR GECƏ "FEYSBUK"DA... "Bu gün "Azadlıq" qəzetində mənim və "Yeni Müsavat"ın əleyhinə 5 məqalə dərc olunub..." "Axar.az" "Xezerinfo.az"a istinadən məlumat verir ki, bu barədə Rauf Arifoğlu öz "feysbuk" səhifəsində yazıb: "AXCP-nin liderlərindən olan Fuad bəy günlərdir bizdən yazır statuslarında. Az öncə də bir status paylaşdı. Bəy der: ""Yeni Müsavat"a təklif edirəm ki, hər nömrədə mənə qarşı ifadə etdiyi aqressiyasının yarısını heç olmasa bir nömrədə İlham Əliyevə göstərsin, biz də onun yazdıqlarının iqtidar projesi olmadığına inanaq". Mən bu siyasətçini hər zaman çox dəyərləndirmişəm. Qəzetimizin əməkdaşı olub, xeyli müddət bir çatını, iş yerini paylaşmışıq... Siyasətdə formalaşan zamanları idi. O zamandan iddialı, irəli görüşlü birisi kimi diqqətimi çəkmişdi. Əvvəl Fazil Qəzənfəroğluna yaxındı, sonra Əli Kərimligilə qoşuldu... Son aylara qədər - hörmətli Aynur Camalqızının layihələrindən birinə - "Axar.az"a qoşulana qədər xanımı qəzetimizin yazarı olub... Yəni bizi yaxın-uzaq xatirələr, hörmət bağlayır... Amma son günlər tam qazla əleyhimə kampaniya aparır, "Yeni Müsavat"ı aşağılayır... Məni də şərləyir - ən pisi də bu! Özündən soruşdum, son 6 gündə bu hakimiyyətin, eləcə də İlham Əliyevin əleyhinə bircə status, bircə məqalə, təhlil də yazmamısan, amma əvəzində İsa bəyin, Arif Hacılının, "Yeni Müsavat"ın əleyhinə onlarla yazı, status yazmış, müsahibələr vermisən. Xeyir ola, bir qəzetdən prezidentə aqressiya tələb edirsən, amma özün siyasətçi olduğun halda aqressiyanı Müsavata və "Yeni Müsavat"a yönəldirsən... Ona bir cavab da yazdım, dedim mənim də dostlarımın xəbəri olsun: "Fuad bəy, sizi dəvət etdik, gəlin redaksiyaya, İkram İsrafillə debata, kimə istərsəniz, eləcə də İlham Əliyevə, sözünüzü özünüz deyin... Ayrıca, bu gün "Azadlıq" qəzetində mənim və "Yeni Müsavat"ın əleyhinə 5 məqalə dərc olunub... "Feysbuk" AXCP-çilərin mənim ünvanıma nifrin və söyüşləri ilə doludur. Sizin sözlərinizi mən də onlara aid təkrarlayıram. Lakin maarifləndirmək üçün deyim ki, bir qəzet redaksiyasının dövlət rəhbərinin əleyhinə aqressiya göstərmək kimi öhdəliyi yoxdur. Varsa, o, qəzet deyil... Siz yəqin yazı demək istədiniz... Qəzet gündəmdə nədirsə, onu da yazır. Siz də arada statuslarınızı hakimiyyətə yönəldin. Son vaxtlar ancaq Müsavat və "Yeni Müsavat"dan yazırsınız..." Bu statusdan sonra komanda verildi və bütün AXCP dəstəsi tökülüşdü oraya... Yekunda bir status yazıb, zombixananı tərk etdim. Bu da son statusum: "Bütün AXCP dəstəsi səfərbər olub, buraya hücum etdi. Allah qüvvət versin. Sözümü deyib, çıxım, boş-boş zaman itirməyim: 1. Məni özünə düşmən elan etmiş bir liderin və onun zombilərinin Azərbaycanda iqtidar olmasını istəmirəm. Əli Kərimlinin iqtidar olması ölkəm üçün əliyevlərin iqtidar olmasından daha fəlakətli olardı. Allah bu millətə onda rəhm elədi ki, Heydər Əliyevin oğlu Əli Kərimli olmadı (Bu fikri Əli Kərimlinin üzünə demişəm). 2. Milli Şuranı və bu modeli ilk gündən Azərbaycan siyasətinin fəlakəti, müxalifətin, demokratik təsisatların bitirilməsi layihəsi saymışam, Rusiya və Azərbaycan iqtidarları bunu qurdular... Sadəcə, Müsavat oyunu pozdu...Bu gün də bu fikirdəyəm. 3. Kimdən nə yazmağı qəzet redaktoru və qəzetin rəhbərliyi müəyyən edir, daha ona düşmən olan bir düşərgənin tərəfdarları yox. İndi nə təklif edirsiniz, Azərbaycanın fəlakəti hesab etdiyim bir şərçi, zombi dəstəsinin iqtidar olması üçün savaşmalıyam? Niyə? Azərbaycan yazıq deyilmi? 4. "Yeni Müsavat" müxalifət partiyası deyil, müxalifət yönümlü qəzetdi. O qəzet də mənim və kollektivin maraqları ilə idarə olunur. 5. 15 il bundan öncə Əli Kərimli İlham Əliyevlə birlikdə Heydər Əliyevdən sonrakı iqtidarı qurmağı planlayırdı. O zaman Heydər Əliyevə qarşı tək vuruşurdum. "Azadlıq" qəzeti başqa ladda idi, bu projeyə dəstək verirdi... Sonradan Əli Kərimlini bu oyundan şəxsən mən çəkib çıxardım. Bunu deyirəmsə, şahidim, sübutum da var... İndi vəziyyət köklü dəyişib. Siyasət belədir, maraqlar və dəngələr zamana, vəziyyətə, başqa kriteriyalara görə dəyişir. Sabah da dəyişəcək... Bu baxımdan, hələ qəti bir qənaət demək tezdir, kim haradadır, kim kimdir, kim kim olacaq... 6. Allah Azərbaycanı Əli Kərimlinin bu zombi dəstəsindən hifz eləsin".
2014-01-11
6,144
Fəxriyə Əvcənin gözəllik sirləri
Məşhur ulduz Əvcən gözəl görünməsinin sirlərini açıqladı. Burak Özçivitlə baş rolu paylaşan Fəxriyə Əvcən yeni seriyalı "Çalıquşu"da gözəlliyi ilə hər kəsi ovsunlayır. Ən təbii halı ilə belə çox gözəl görünən məşhur ulduz öz sirlərini açıqladı. - Boş günlərimdə çox zaman ayırıb özümə baxıram. Ümumiyyətlə, dəri baxımına əhəmiyyət verirəm. - Gil, yosun, kürü, çay ağacı yağı maskaları favoritimdir. Bu maskalar sayəsində dərimi hər vaxt hamar saxlaya bilirəm. - Baxımlı olmaq və nizamlı olaraq idman etmək insanın ruh halına həqiqətən çox faydalıdır. - Gözəlliyimin ən böyük sirri özümə baxmağım və qayğımdır. Məncə, bütün qadınlar dəri baxımı mövzusunda həssas davranmalıdır. - Saçlarıma kürü baxımı edirəm. Bu sayədə par-par parlayan saçlara qovuşuram. - Ayda bir dəfə saçlarıma xüsusi balıq kürüsündən hazırlanan maska tətbiq edirəm. Bu maska həm saç dərisinin, həm də saç uclarımın baxımını eyni anda təmin edir. - Ümumiyyətlə, idman və qarışıq geyinməyi sevirəm. Klassik paltarları çox seçmirəm. - Boş zamanlarımda idman etməyə də laqeyd yanaşmıram. Həftənin ən az 3 günü idman edirəm.
2014-01-11
6,145
ABŞ-da fövqəladə vəziyyət elan edildi - Video
Amerikada Elk çayına kimyəvi maddənin qarışması nəticəsində Qərbi Vircinyadakı 9 bölgədə yaşayan 300 min nəfərə sudan istifadə qadağan edilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, sudan gündəlik həyatda istifadə etmək təhlükəli hesab edildiyindən, səlahiyyətlilər vətəndaşlara xəbərdarlıq edib. Qərbi Virciniyada xəstəxanaya müraciət edənlərin sayında artım müşahidə olunur. Problemin həll edilməsi üçün bölgə nümayəndələri səfərbər edilib. Bölgədə su ehtiyatının getdikcə azalması vəziyyəti daha da çətinləşdirir.
2014-01-11
6,146
İki dəqiqədə iki kilo bifşteks yeyərək rekord qırdı - Video
ABŞ-da bir qadın 2 dəqiqə 44 saniyəyə 2 kilo bifşteks yeyərək "Ginnesin rekordlar kitabı"na düşüb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, başlama işarəsi ilə hərəkətə keçən qadın əlinə aldığı bifşteksi yeməyə başlayıb. Bir tərəfdən kola içib, bir tərəfdən bifşteks yeyən qadının sürəti ətrafdakıların təəccübünə səbəb olub. 2 dəqiqə 44 saniyədə 2 kiloluq bifşteksi yeyib bitirən qadın, daha əvvəl 6 dəqiqə 48 saniyəyə rekordu qırıb.
2014-01-11
6,147
Bir yük avtomobili, bir ikimərtəbəli ev yandı
Biləsuvar rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı yük avtomobilinin mühərriki yanıb. "Axar.az" Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Qax rayonunda ikimərtəbəli ev yanıb. Rayonun Böyük Alatəmir kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik, ümumi sahəsi 50 kv.m olan köməkçi tikili və tövlə yanğından mühafizə olunub. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2014-01-11
6,149
Ən yüksək İQ-lü ölkə İtaliyadır
Almaniyanın "Bild" qəzetinin apardığı araşdırmalarının birində bütün ölkələrin orta İQ səviyyəsi açıqlanıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, Azərbaycanın adına bu siyahıda rast gəlinmir, ancaq qardaş Türkiyənin İQ səviyyəsi 90-dır. İtaliya: 102, Kanada: 99, ABŞ: 98, Nigeriya: 84, Kamerun: 64, Mozambik : 64, Fransa: 98, Birləşmiş Krallıq: 100, İrlandiya: 92, Misir: 81, Almaniya: 99, Hollandiya: 100, Norveç: 100, İsveç: 99, Finlandiya: 99,Yaponiya: 105, Çin: 100, Cənubi Koreya: 106, Malayziya: 92, İndoneziya: 87, Hindistan: 82, Avstraliya: 98,Yeni Zelandiya: 99, Qazaxıstan: 94, Çili: 90, Argentina: 93, Uruqvay: 96, Boliviya: 87, Braziliya: 87, Paraqvay: 84, Meksika: 88, Tayland: 91, Kamboca: 91, Vyetnam: 94, Rusiya : 98, Bosniya Hersoqovina: 90, Moldova: 96, Yunanıstan: 92, Rumıniya: 94, Bolqarıstan: 92, Serbiya: 89, Macarıstan: 98, Xorvatiya: 90, Suriya: 83 (anspress).
2014-01-11
6,150
Azərbaycan rəqəmsal yayım standartına keçir
Azərbaycanın iri yaşayış məntəqələrindən başlayaraq analoq yayım dayandırılacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən (İB) deyilib. İB-dən bildirilib ki, respublikada rəqəmsal yayım standartına tam keçid 2014-cü ildə gözlənilir. Bu barədə qərar nazirlik və Milli Televiziya və Radio Şurası səviyyəsində qəbul ediləcək. İB-dən qeyd olunub ki, analoq yayım ilk növbədə rəqəmsal siqnal qəbulunun dayanıqlı olduğu yaşayış məntəqələrində dayandırılacaq: "Söhbət bir neçə stansiyalardan rəqəmsal siqnalla təmin edilmiş yaşayış məntəqələrindən gedir. İşlər ardıcıl olaraq genişləndiriləcək və analoq siqnalı mərhələli olaraq rəqəmsalla əvəz ediləcək. Proqnozlara əsasən, rəqəmsal yayım standartına tam keçid artıq bu il baş tutacaq" (Trend).
2014-01-11
6,151
Yaponiya qaçqınlara 83 milyon dollar ayıracaq
Yaponiya hökuməti Afrikanın Sahel regionundan qaçqın düşən insanlar üçün 83.4 milyon dollar ayıracaq. Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe Kot-Divuar prezidenti Alassan Uattara ilə görüşü zamanı deyib. Görüşdə tərəflər Afrikanın bu regionunda stabilliyin bərqərar olunması üçün ikitərəfli əməkdaşlığın davam etdirilməsinin vacibliyindən danışıblar. Xatırladaq ki, Yaponiyanın baş naziri Sindzo Abe Afrika turnesi çərçivəsində Kot-Divuardan sonra Mozambik və Efiopiyaya rəsmi səfər edəcək (anspress).
2014-01-11
6,152
Rusiya separat rejimlərə 6 milyard ayırdı
Rusiya Abxaziya və Cənubi Osetiyaya 6 milyard rubl yardım ayıracaq. "Axar.az" məlumat verir ki, bu informasiya ilə Rusiya mətbuatı çıxış edib. Artıq bununla bağlı Rusiyanın Baş naziri Medvedyevin əmr imzaladığı bildirilib. Proqramın 2014-2016-cı illəri əhatə etdiyi qeyd edilib.
2014-01-11
6,153
Erməni Avstraliyada 40 milyon dollar oğurladı
Avstraliyada 70 investorun pulu aldadılaraq əllərindən alınıb. "Axar.az" məlumat verir ki, bu informasiya ilə "The Daily Telegraph" çıxış edib. Mətbuat Con Varujan adlı erməninin iş adamlarını aldadaraq onlardan 40 milyon dollar topladığını yazıb. Daha sonra fırıldaqçı Avstraliyanı tərk edib. Onun hazırda Sidneydəki erməni ticarət palatasının da sədri olduğu bildirilib. Avstraliyanın Qiymətli Kağızlar və İnvestisiya Komissiyasının apardığı tədqiqatlardan sonra Con Varujanın hazırda Dubayda Şərqi Avropalı fahişələrin sevimli məkanı olan "Moskva" otelində özünə ofis açdığı bəlli olub.
2014-01-11
6,154
Cəbhədə atışma: itki yoxdur
Cəbhənin təmas xəttində yenidən atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi intensiv olaraq atəşə tutublar. Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-01-11
6,155
Daxili İşlər nazirinin adı qara siyahıya salındı
Ukrayna Daxili İşlər nazirinə qarşı sanksiyalar tədbiq ediləcək. "Axar.az" məlumat verir ki, bu barədə Ukrayna mətbuatı öz gizli mənbələrinə istinadən məlumat yayıb. Mətbuat Vitaliy Zaxarçenkonun adının artıq siyahıya salındığını bildirib. Ona qarşı ABŞ hökümətinin sanksiyalarının tədbiq ediləcəyi qeyd edilib. Sanksiyaların tədbiq ediləcəyi şəxslərin sayının maksimum 20 nəfər olacağı deyilib.
2014-01-11
6,156
Rus “Vityaz”ları ilk dəfə Ermənistan səmasında - Video
Rus "Vityaz"ları ilk dəfə Ermənistan səmalarında görünüb. "Axar.az" ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, rus hərbi hava qrupu daha sonra İrəvana eniş edib. Hərbi pilotajın bir müddət burada qaldıqdan sonra Bəhreynə yol alacağı bildirilir. Bir müddət sonra bu ölkədə düzənlənəcək hərbi hava şousuna qatılacağı da deyilir. Buna qədər isə "Vityaz"lar forpost ölkədə yarışa tam şəkildə hazırlaşmaq üçün İrəvan səmalarında uçuşlar həyata keçirməyi planlaşdırır. Xatırladaq ki, "Rus vityaz"larının yarışa qədərki təlim planının məkanı Rusiya hökumətinin qərarına əsasən Ermənistan seçilib.
2014-01-11
6,157
Davudoğlundan maraqlı etiraf
"Elə bir haldayıq ki, kimə güvənəcəyimizi bilmirik". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. O, Türkiyənin güclənməsindən çox ölkənin narahat olduğunu bildirib. "Çox hadisənin arxasında xarici qüvvələr dayanır. Çox ölkələr güclənməyimizdən narahat olub. İngiltərə və Fransa bunların arasında yer alır. Elə bir haldayıq ki, kimə güvənəcəyimizi bilmirik. Artıq sağımıza və solumuza şübhə ilə baxmağa başlamışıq"
2014-01-11
6,158
Rusiya həbsxanalarında azərbaycanlılar dözülməz şəraitdə
Rusiyada bir rus vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Orxan Zeynalovun həbsindən sonra bu ölkədə cəza çəkən məhbuslara qarşı münasibət daha da pisləşib. Xüsusilə də Şəmkirdən olan vətəndaşlar daha çox incidilir, vəhşiliklərə məruz qalırlar. Bu barədə "Axar.az"a danışan Şəmkir rayon sakini əvvəllər Rusiyada yaşayan Leyla Namazova vəziyyətin dözülməz olduğunu deyib. "Həyat yoldaşım Namazov Saləddin Suliddin oğlu bir rus vətəndaşını bıçaqladığına görə Rusiya Federasiyasının Moskva şəhəri, Simonovski Rayon Məhkəməsinin 08 avqust 2013-cü il tarixli qərarı ilə 10 il müddətində azadlıqdan məhrum edilib. Hazırda cəzasını Novosodovodski 45 ünvanında yerləşən cəzaçəkmə müəssisəsində çəkir. Həbsxanada ona həddindən artıq əzab-əziyyətlər verilir, döyülür, ağır xəsarətlər alıb. Nəticədə səhhətində ciddi problemlər yaranıb. Artıq onun yaşamasına ümidimiz yoxdur". Hazırda 3 azyaşlı uşağı ilə Azərbaycanda olan L.Namazova maddi imkanının aşağı olması səbəbindən həyat yoldaşıyla görüşə bilmədiyini deyib: "Ona görə də onun Azərbaycana köçürülərək çəzasını burdakı həbsxanada çəkməsini istəyirəm". L.Namazova Rusiyada həbs olunan həyat yoldaşı Saləddin Namazovun çəzasını Azərbaycanda çəkməsini təmin etmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. Hazırda lazımi prosedurlar həyata keçirilir.
2014-01-11
6,159
Azərbaycanda avtomatik mini yanacaqdoldurma - İlk dəfə
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə SOCAR brendi altında avtomatik mini-yanacaqdoldurma məntəqələrinin tikintisinə başlamağı planlaşdırır. Bu barədə Dövlət Neft Şirkətindən məlumat bildirilib. Mənbə bildirib: "Bu il paytaxtda operatorsuz çalışacaq avtomatik mini-yanacaqdoldurma məntəqələrinin yaradılması işinə başlamaq planlaşdırılır". Mənbənin sözlərinə görə, həmçinin hazırda yeddi-səkkiz mini yanacaqdoldurma məntəqəsinin layihələndirilməsi üzrə işlər aparılır (Trend). Mini yanacaqdoldurma məntəqələrinin inşasının bir sıra üstünlükləri var. Belə ki, onlar kiçik ərazidə tikilir ki, bu da ənənəvi YDM ilə müqayisədə tikinti və quraşdırma işləri üzrə çəkilən xərcləri azaldır, yanacağı operatorsuz buraxmağa imkan verir, yanacağın doldurulması və ödəmə avtomatik həyata keçirilir ki, bu da nəticədə yanacağın doldurulması zamanı buraxılış qabiliyyətinin artırılmasına gətirib çıxarır. Bundan başqa, mənbənin sözlərinə görə, yaxın vaxtlarda Bakının "Bayıl" qəsəbəsində yeni yanacaqdoldurma məntəqəsinin inşası planlaşdırılır. Yeni YDM-nin tikiləcəyi ərazi artıq müəyyən edilib. O qeyd edib: "Hazırda sənədləşdirmə prosesi gedir". Mənbə bildirib ki, hələlik bu il ölkənin regionlarında SOCAR brendi altında yeni YDM-nin tikintisi nəzərdə tutulmayıb.
2014-01-11
6,160
Sabirabadda yol kabusu: 4 nəfər öldü
Azərbaycanın Sabirabad rayonunda baş verən dəhşətli avtoqəza nəticəsində 4 nəfər ölüb. "Axar.az" "Apa"ya istinadən xəbər verir ki, Mil-Muğan bürosunun verdiyi məlumata görə, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yük maşını ilə "VAZ-21011" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər ağır yaralanıb. Sabirabad rayonunun Nəriman kənd sakinləri - 1994-cü il təvəllüdlü sürücü Həsənov Fərid Nazir oğlu, sərnişinləri - 1995-ci il təvəllüdlü Əhmədov Ələddin Qazər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu və 1994-cü il Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində dünyasını dəyişib. Yaralı - Nəriman kənd sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
2014-01-11
6,161
Əsgərimiz intihar etdi
Azərbaycan Ordusu daha bir əsgərini itirib. "Axar.az" "APA" ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Məzahir Mahir oğlu Abdullayev intihar edib. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi əsgərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib. Qeyd edək ki, M.Abdullayev 2013-cü ilin yanvarında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
2014-01-11
6,162
Elnarə Tofiqqızının işi təkrar ekspertizaya göndərildi
Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının ölümünün səbəblərini araşdırmaq üçün təkrar ekspertiza aparılacaq. Bu barədə "Axar.az"a mərhumun həyat yoldaşı Anar Niftəliyevin hüquqlarını müdaifə edən hüquqşünas Səməd Vəkilov açıqlama verib. Onun sözlərinə görə, əvvəlki ekspert rəyi istintaqı qane etmədiyindən müstəntiq belə qərar verib: "Bu gün Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Hafiz Əliyevin qərarı ilə mərhum Elnarə Tofiqqızının işi təkrar ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərildi. Birlik tərəfindən verilən əvvəlki ekspert rəyi zərərçəkən tərəfi və istintaq orqanını qane etmədiyi üçün müstəntiq belə qərar qəbul edib. Biz təkrar ekspertizanın nəticələrinin işin reallığını əks etdirəcəyinə inanırıq". 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib.
2014-01-11
6,163
Murova göndərilən polkovnikə yüksək vəzifə verildi
Müdafiə naziri Zakir Həsənovun əmri ilə vəzifəsindən azad edilərək Murova göndərilən Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyevə yeni vəzifə verilib. "Axar.az"ın "Aznews.az"a istinadən məlumatına görə, E.Mehdiyev Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında yaradılan Əlahiddə Ümumqoşun Ordusunun Maliyyə - Uçot İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, polkovnik Elçin Mehdiyev ötən il oktyabrın sonunda tutduğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilmişdi. Daha sonra isə polkovnikin Murova göndərildiyinə dair məlumatlar yayılmışdı. Elçin Mehdiyev Zakir Həsənovun vəzifədən azad edərək daha sonra yüksək vəzifəyə təyin etdiyi ilk kadr deyil. Belə ki, bir müddət əvvəl vəzifədən azad edilən Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumova da yüksək vəzifə verilib. Hərbi hissələrin birinə daha aşağı vəzifəyə göndərilən Fazil Aşumov çox keçmədən Əlahiddə Ümumqoşun Ordusunun Rabitə rəisi təyin olunub.
2014-01-11
6,165
Müstəqil Azərbaycanın şərəfli 11 yanvarı
Bu gün – 11 yanvar müstəqil Azərbaycan tarixinə və diplomatiyasına bir çox əlamətdar hadisələrin yazıldığı gün kimi yaddaşlara həkk olunub. 1920–ci il yanvarın 11-də Azərbaycan Demokratik Cümhuriyyətinin diplomatik heyəti Azərbaycanın müstəqilliyinin Versal Sülh Konfransının Ali Şurasında de-fakto olaraq tanınmasına nail olmuşdu. Bu hadisə bir əsrlik milli istiqlal tariximizdə diplomatiyamızın ilk uğurlarından biri hesab olunur. Həmçinin 1994–cü ilin bu günü Latviya, düz bir il sonra Uruqvayla ölkəmiz arasında diplomatik əlaqələrin qurulduğu gün kimi tarixə düşüb.
2014-01-11
6,166
Ermənilər Rusiyadan deportasiya olunur
2013-cü ildə Rusiyanın Başqırdıstan vilayətindən 241 qeyri-qanuni erməni miqrant deportasiya olunub. Erməni mətbuatı xəbər verir ki, hazırda biri qadın olmaqla daha 28 nəfər xüsusi mərkəzdə deportasiya olunacağını gözləyir. Xatırladaq ki, 2012-ci ildə sözü gedən bölmədə 336 erməni qovulub (AzVision).
2014-01-11
6,167
Ali Məhkəmədəki “fətullahçı imam”ın adını bilirəm
"Bildiklərimi gələn həftə yazılı şəkildə Ali Məhkəməyə təqdim edəcəm". "Axar.az" xəbər verir ki, bu sözləri AKP-nin sədr müavini, keçmiş Ədliyyə naziri və millət vəkili Məhmət Əli Şahin deyib. Keçmiş nazir bildirib ki, ciddi bir holdinqin sahibi olan bir nəfər var ki, üstündə məhkəmə işi var, özü də əvvəllər məhkum olub: "Ali Məhkəmədə "fətullahçıların imamı" deyə adlandırılan şəxsin adını bilirəm. Məhz bu şəxs ilə əlaqədar qərar vermək üçün sənədləri Pensilvaniyaya göndərilib". Ali Məhkəmənin tələbindən sonra Məhmət Əli Şahin faktları gələn həftə yazılı şəkildə Ali Məhkəməyə təqdim edəcəyini açıqlayıb.
2014-01-11
6,168
Avropa Birliyi İsrailə etiraz etdi
Avropa Birliyi (AB) İsraillə bağlı bəyanat verib. Məlumata görə, bəyanatı Avropa Komissiyasının sədr müavini Ketrin Eşton imzalayıb. Bəyanatda İsailin yenidən Şərqi Qüdsə girişindən narahatçılıq ifadə olunub: "Mən İsrailin yenidən Şərqi Qüdsə girişi planlaşdırdığını eşitdim və çox narahat oldum. Buradakı yaşayış məntəqələri beynəlxalq hüquqa zidd olaraq inşa edilib". Ketrin Eşton qeyd edib ki, AB, İsrail dövlətini bu ərazilərdə məskunlaşma prossesini dayandırmağa çağırır: "AB israillilər və fələstinlilər arasında sülh sazişinin imzalanmasına tam dəstək olmağa hazırdır"(ANS).
2014-01-11
6,169
Əbru Gündəşin ərindən polisə ŞOK HƏDİYYƏ
Azərbaycanlı iş adamı polisə "kirayə qızlar" hədiyyə edib. "Axar.az" "Teleqraf.com"a istinadən xəbər verir ki, Türkiyədə 3 naziri postundan edən rüşvət əməliyyatı çərçivəsində həbs edilən Rza Zərrab haqqında iddialar bitib tükənmək bilmir. Belə ki, məşhur müğənni Əbru Gündəşin həyat yoldaşı olan Rza Zərrabın Dubaydakı işlərini qaydaya salmaq üçün rüşvət verməsinin polisin təqibi nəticəsində üzə çıxdığı irəli sürülür. Zərrabın Türkiyədə qonaq qəbul etdiyi dubaylı polis şeflərinə seks xidməti göstərən "kirayə qızlar" hədiyyə etdiyi də aydınlaşıb. Dubaydan İstanbula gələn polis rəislərinin adı da dəqiqləşdirilərək istintaq materilalına əlavə edilib. Adlarının R.M.T.A, M.S.A, A.A.H.T, B.D.M.A və A.B olduğu hüquq-mühafizə orqanları tərəfindən açıqlanıb. Hava limanında Dubay polisinin rəislərinin Zərrab tərəfindən qarşılanması da təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
2014-01-11
6,170
Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə toplantı keçirib
Azərbaycan Respublikasının Müdafiə naziri Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib. Toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib. Toplantı Azərbaycan Respublikasının prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib. Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar yanvarın 10-da bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib.
2014-01-11
6,171
Millət vəkili Mövlanənin ölkəyə girişinin yasaqlanmasını istədi
Küveytli millət vəkili Məhəmməd Əl Cəbri parlamentdə çıxışı zamanı "Mövlanənin ölkəyə girişi qadağan olunmalıdır",- deyib. "Axar.az" "Əl-Cəzirə"yə istinadən bildirir ki, Mövlanə Cəlaləddin Ruminin təxminən 741 il öncə dünyadan köçdüyünü bilməyən millət vəkili: "Rumi öz fəlsəfəsini və mənbəyini bilmədiyimiz qəribə fikirlərini yaymaq məqsədilə Küveytə gələcək. Gecə yarısı baş tutacaq "fırlanan rəqs" (Səma rəqsi. – Red.) mərasiminə də yalnız qadınların buraxılacağını eşitmişəm. Ruminin bu simpoziumu keçirməsinə Daxili İşlər Nazirliyi icazə verməməlidir",- söyləyəndən sonra sosial mediada gülüş obyektinə çevrilib. Millət vəkili, "Rumi deyən zaman təşkilatçıları nəzərdə tuturdum" - deyərək özünü müdafiə etməyə çalışıb.
2014-01-11
6,172
Şahmatçı Vüqar Həşimov dünyasını dəyişdi
Bu gün gecə saatlarında istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub ("Musavat.com"). Allah rəhmət eləsin!
2014-01-11
6,173
Ağsu müəllimlərinə paltar satdırırlar
Ağsu rayonunun orta məktıəblərində çalışan hər müəllimə 2 ədəd dəst şəkildə şagird forması satılmaq üçün verilib. Formaları sata bilməyən müəllimlər isə pulunu özləri ödəməli olacaqlar. Bu sözlər adının açıqlanmasını istəməyən Ağsu məktəb müəlliminin "Axar.az"a şikayətindəndir. Müəllimin sözlərinə görə, formanın qiyməti 37 manat, özü çox keyfiyyətsizdir: "Formalar o qədər böyük və yöndəmsizdir ki, heç bir şagirdin əyninə olmur. Bizə tapşırılıb ki, məcburi satılsın. Satılsa da, onsuz, heç kim onu geyinmir". Müəllim bildirir ki, bu haldan narazı olan şagirdlər də məsələ ilə bağlı ölçü götürülməsini istəyir. "Müalicədəyəm, xəbərim yoxdur" Ağsu Təhsil şöbəsinin müdiri Tahir Xası şikayətlə bağlı bildirdi ki, narazılığın səbəbini anlamaqda çətinlik çəkir: "Ağsu məktəbləri ilə bağlı mətbuata tez-tez şikayətlər gəlir. Bu şikayətlərin hardan qaynaqlandığını bilmirəm. Əgər belə bir hadisə yaşanıbsa, ilk növbədə mənə xəbər edilməlidir. Bəlkə də mənim xəbərim olmadan kimsə qeyri-qanuni işlərlə məşğul olur? Mən artıq iki həftəyə yaxındır ki, Bilgəh kardioloji sanatoriyasında müalicə alıram. Ona görə də baş verən hadisələrdən tam olaraq xəbərdar deyiləm".
2014-01-11
6,174
Sumqayıt sakinləri ayağa qalxdı
Sumqayıtda 11-ci mikrorayon sakinləri hazırda etiraz aksiyası keçirirlər. Hazırda vaxtilə "Çerkassi" küçəsi adlanan ərazidə sakinlər yolu kəsiblər. Onlar icra strukturu tərəfindən aldadıldıqlarını iddia edirlər. Sakinlər bildirir ki, bu ərazidə 25 ilə yaxındır bağ-bağat əkiblər: "Meyvə ağacları, güllər əraziyə xüsusi gözəllik verirdi. İcra adamları gəlib dedilər ki, bu bağçaların hamısı sökülməli, burada Zərifə Əliyeva adına park tikilməlidir. Biz də razılaşdıq. Amma indi görürsünüzmü vəziyyət necədir? Bütün ərazi satılıb, 2-3 mərtəbəli obyektlər tikilir. On minlərlə ağac kəsildi burada. İcra hakimiyyətinə getdik, qolumuzu burub çölə atdılar bizi. Dərdimizi kimə söylərək? Mikrorayonun içərisində, məktəbin yanında erməni-rus qəbiristanlığı, arxasında da ki bu biabırçı vəziyyət." Daha bir sakin isə bildirdi ki, icra hakimiyyətindən ağacların qanunsuz kəsildiyini bildiriblər. Qeyd edək ki, sakinlər mərkəzdəki "Dördyol" deyilən şosseni bağlamağa hazırlaşır (Birlik.az).
2014-01-11
6,175
Qagik Sarukyan: “Putin erməni xalqının qanına bais olub”
Erməni prezident Sərkisyanın ötən həftə sonu məzuniyyət götürərək, Moskvaya bir gecəlik qeyri-rəsmi səfər etməsi Ermənistanda birmənalı qarşılanmayıb. "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, prezidentin bu hərəkəti müxalifətdəki qüvvələri hərəkətə gətirib. Dərhal mətbuat konfransı keçirən erməni Milli Konqresinin "Serjik fevral təlimatlarını almağa gedib" kimi bəyanat yaydığı da bildirilir. Xəbərdə o da bildirilir ki, Sərkisyan hər zaman çətin durumda qaldıqda Putindən məsləhət alır. Müxalifətin qətiyyətli davranışlarından qorxuya düşmüş prezident özünü "böyük qardaşının" yanında daha rahat hiss edir. "Çiçəklənən Ermənistan"ın rəhbəri Qagik Sarukyan isə bu gedişi belə qiymətləndirib: "Sərkisyan 2008–ci ilin mart qırğınlarını həyata keçirərkən Putindən məsləhət alıb. Putin demək olar ki, iki təşkilatçıdan biridir, o, erməni xalqının qanına bais olub".
2014-01-11
6,176
Dünən ölkədə 60 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində 60 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, cinayət faktlarının 28-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 9 nəfər yaralanıb. . Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.
2014-01-11
6,177
Volqoqradda vəziyyət kəskinləşir: etnik partlayış – Özəl
"Volqoqradda miqrantlara qarşı münasibət çox kəskinləşib". Bu sözləri "Axar.az"a adının açıqlanmasını istəməyən Volqoqraddakı soydaşımız deyib. O, Volqoqrad hadisələrindən sonra hücumların artdığını bildirib: "Onsuz da Volqoqradda terror aktından öncə də vəziyyət pis idi. Əvvəlki şəraitdən əsər-əlamət qalmayıb. İndi elə bil biz başqa planetdənik". Soydaşımız həmçinin terror aktından sonra küçələrə nəzarətin artdığını da bildirib. O, artıq dəqiqəbaşı yoxlanıldıqlarını, onlardan sənəd tələb edildiyini deyib: "Küçəyə gəzməyə çıxmaq mümkün deyil. Axşam OMON, ya polis bir nəfər qeyri-rus görən kimi başlayır sorğu-suala. Bunu baş düşürəm, amma hər dəqiqəbaşı tanıdıqları insanlara qarşı qəribə münasibət göstərməyin mənası nədir axı?" Soydaşımız həmçinin nasistlərin şəhərdə artdığını da söyləyib. Onun sözlərinə görə, onlara burada sərbəst şərait yaradıblar: "Nasistlərə burada sərbəstlik verilib. Yolda kimi gördülər ya söz atır, ya da hücum edirlər. Ancaq gəl gör, onlara kimsə söz deyə bilərmi? Dünən isə mənim bir özbək dostumu döydülər. Polis isə gəlib düz yanımızdan keçdi. Düzdür, aralarında insaflıları da var, lakin fırıldaqları daha çoxdur. Demək olar ki, hər gün heç birimizin burada qalmayacağımızı, hamımızı öldürüləcəklərini deyirlər".
2014-01-11
6,178
Elçin Behbudov: "Mədət Quliyev məhbuslara işgəncə verdirir"
"Mənə saxlanma şəraiti və vəziyyəti ilə maraqlanmağım üçün müraciət edən məhbuslara işgəncə verilir". "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, bunu açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib. Hüquq müdafiəçisi iddia edib ki, bu məsələdə maraqlı şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevdir: "Mədət Quliyev mənə müraciət edən məhbuslara işgəncə verdirir. Artıq üç ilə yaxındır ki, haqlı tənqidimə görə, Mədət Quliyevin göstərişi ilə mənə cəzaçəkmə müəssisələrində monitorinq aparmağa məhdudiyyət qoyulub. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin cəzaçəkmə müəssisələrində monitorinq aparmasına qadağa qoymasına nə ad vermək olar? Onlar cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı işgəncə və qeyri–insani rəfdarı gizlədirlər. Hazırda biz bu cür təzyiqlərə məruz qalan insanlarla görüşə bilmirik. Buna da Mədət Quliyev tərəfindən göstəriş verilib". E. Behbudov bildirib ki, göstərişə əsasən onun rəhbərlik etdiyi təşkilata müraciət edən məhbuslar cərimə otaqlarına salınaraq incidilirlər: "Artıq bu faktla bağlı bir neçə məhbusun ailə üzvləri mənə müraciət ediblər". Hüquq müdafiəçisi vurğulayıb ki, Penitensiar Xidmətindən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə qarşı qoyulan qadağanın aradan qaldırılması üçün Ədliyyə Nazirliyinə dəfərlərlə müraciət edib. Bu qurumdan da ona qaneedici cavab verilməyib.
2014-01-11
6,179
Ermənilərin dağıtdığı sayt bərpa edildi - ADQ
Haker hücumları ilə sıradan çıxarılan Azərbaycan Dil Qurumunun saytı "Adq.az" öz fəaliyyətini bərpa edib. "Axar.az"a bu barədə saytın tərtibatçısı və proqram təminatçısı Sədaqət Nəcəfzadə məlumat verib. S.Nəcəfzadə bildirib ki, sayt öz fəaliyyətini bərpa etdikdən – daha doğrusu, az qala tamamilə yenidən qurulduqdan sonra texniki mühafizə daha da gücləndirilib və saytın haker hücumlarından qorunması təkmilləşdirilib: "Təbii ki, haker hücumundan heç bir sayt sığortalanmayıb. Amma indi hətta ən ciddi hücumda da saytın tamamilə dağıdılması mümkün olmayacaq". Qeyd edək ki, Dil Qurumunun saytında Azərbaycan dilinin orfoqrafiya lüğəti yeni proqramlaşdırma ilə axtarış sistemində oxuculara xidmət edir. Həmçinin terminoloji lüğətlər, izahlı lüğət və s. istifadə etmək üçün əlçatan vəziyyətdədir. Hazırda Azərbaycan dilinin izahlı lüğətinin axtarış sistemində proqramlaşdırılması prosesi davam edir. Xatırladaq ki, Azərbaycan dilinin yazı qaydaları və normalarının təbliği, yad dillərin mənfi təsirindən qorunması və təbii inkişafına xidmət edən adq.az saytı bir neçə gün əvvəl erməni hakerlər tərəfindən dağıdılmış və bazası tamamilə məhv edilmişdi.
2014-01-11
6,181
Ağac ana-balanın canını aldı - Faciə
Bu gün səhər saatlarında Bakının Nizami rayonu ərazisində bədbəxt hadisə baş verib. Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsindən verilən məlumata görə, Babək prospektində 103 ünvanında ana körpə oğlu ilə gedərkən ağac onların başına aşıb. Nəticədə hər iki şəxs dünyasını dəyişib. Hazırda xilasedicilər hadisə yerindədirlər. Onların meyitinin çıxarılması işləri davam edir (ANS).
2014-01-11
6,182
Mircəfər və SSRİ-də kommunizmi ilk “quran” kənd - Reportaj
Şəhərin tıxacından canımı qurtarmağın məqamı idi. İstirahət günlərinin bir neçəsini rayonda səmərəli keçirmək yaxşı olardı. Ölkənin cənubuna üz tutdum. Qoşa yolu qurtarsaq... Ələt qəsəbəsi arxada qalır. Yol boyu sıralanan yeniyetmə oğlan uşaqları qulaqlarından tutub havaya qaldırdıqları ağ dovşan balalarına müştəri axtarır. Dayanmadan şütüyən maşınların arxasınca əllərini əsəblə yelləmləri və ayaqlarını qəzəblə yerə çırpmaları gözümdən yayınmır. Eyni reaksiya məndən də yan keçmir. Bir azdan qoşa yola çıxacağam. Əslində Lökbatan dairəsindən ta Salyan rayonunun ərazisindəki Şirvan dövlət qoruğuna qədər yeni, rahat yol elə iki tərəflidir. Lakin bir-neçə il bundan qabaq qoruqdan Ələt qəsəbəsinə qədər çəkilən ikitərəfli beton yola "qoşa yol" deyirlər. Həmişə rayona gedəndə fikirləşmişəm: Qoşa yolu qurtarsaq, mənzil başına çatmış olaram. Kəşfiyyatçı Bu da qoşa yol. Bir qədər qabaqda Sovetlər zamanı məşhur olan, indi isə xarabalığı xatırladan "Kəşfiyyatçı" restoranıdır. O çağlar bu restoran günün bütün saatları işləyərdi və əsasən iritutumlu yük maşınlarının sürücülərinə xidmət edərdi. Ətrafında heç bir yaşayış məskəni olmayan bu restoran səhralıqda bir yaşıl talanı xatırladardı. Burada hər yaşdan yüngül həyat tərzi keçirən qadınlar işləyər, yorğun və pullu sürücülərin xidmətində dayanardılar. İndisə buralar yaxından keçən Şirvan kanalında balıq tutanların maşınlarının dayanacaq və yolun kənarında hamam vannalarının içində diri balıq satmaqla güzəranlarını təmin edənlərin mərəsidir. Balıqçılarla bir qədər bazarlaşıb, qiymətlərin cibə münasib olmadığına görə yola davam etmək istəyirəm. Cavan satıcı əl çəkmir və qulaqlarına ip keçirib asdığı balıqların topasına bir qiymət deyir. Geri dönüb balıqların qəlsəmələrinə baxmaq istəyirəm. Əsəbi halda: - Səndən balıq alan olmaz,- deyir və əlimi kənara itələyir. Hər şey aydındır. Bu da Salyan postu Yolun kənarındakı kolluqlara diqqətlə baxıram. İşgüzar və fəndgir yol polisləri səyyar radar qurğularının kameralarını kolluğun arasında gizlədir və nəzərə çarpmadan sürət həddini aşan sürücünü Salyan postunda saxlayırlar. Avtopilotu 118 sürətə qururam ki, bu yol üçün nəzərdə tutulan, saatda 120 km sürət həddini aşmayım. Salyan postuna az qalmış yolun sağında yaxınlarda haqq dünyasına qovuşmuş məşhur qarmon ustası Aslan İlyasovun tikdirdiyi məscidin yanından keçirəm və ürəyimdə bütün haqq dünyasında olan insanlara rəhmət oxuyuram. Bu da Salyan postu. Yol patrul xidmətinin əməkdaşı qırmızı rəngli çubuğunu qaldırır və saxlamaq üçün işarə edir. Bir qədər qabaqda saxlayıram. Polis yaxınlaşana qədər sənədlərimi hazırlayıram və güzgüdə onu seyr edirəm. Əlindəki kağıza baxaraq, maşının dövlət nömrə nişanını ötəri nəzərdən keçirib mənə: - İşçimiz növbədən sonraya qalıb, imkanın var, onu Sarvan kəndinə qədər aparasan? Yol polisi söhbətcil adammış. Təxminən saat yarımdan sonra Cəlilabaddayam. Axşam doğmalarla bir yerdə olub səhəri rayon mərkəzinə yola düşürəm. Rayon fermerləri, kəndlilərlə görüşüb, söhbət etmək, Cəlilabad ədəbi mühiti ilə bağlı yazı hazırlamaq planım var. Hikmətin çayxanası... Qış öz sözünü deyir. Cəlilabadda məşhur olan "Hikmətin çayxanası"nın həyətinə girirəm. İçəridə bir-iki nəfər istisna olmaqla, çayxanada demək olar ki, heç kəs yoxdur... Deyim ki, bu rayonun ən çox müştərisi olan çayxanalarındandır. Şəhərin parkındakı çayxanalarda əsasən musiqiçilər və təqaüdçülər toplaşırsa, Hikmətin çayxanasına yazı-pozu adamları, güclü mütaliəsi olan, yerli teatrın aktyorları, icra nümayəndəliyin işçiləri, bank işçiləri yığışır. Yazarlardan kimi görmək istəsən, onunla günün müxtəlif vaxtlarında burda görüşmək olar. Bura həm də yeni çıxan kitabların, yeni imzaların müzakirəsi, qəzet və jurnallarda dərc olunan məqalələrin, prezidentın yeni sərəncam və təyinatların müzakirə olunduğu yerdir. Şair Əlirza Həsrət bayırdakı stolların birinin arxasında əlini çənəsinə söykəyib oturub. Fikirlidir, görünür kimi isə gözləyir. Məni görcək gülümsəyir. Şəklini çəkib, yaxınlaşıram. - Hiss edirdim ki, uşaqlardan kimisə görəcəyəm, sən gəldin. Var-gəl edirik. Razılaşırıq ki, yazıçı Meyxoş Abdullahı arayaq. Zəng edib evdə tapırıq. Bir azdan o da bizə qoşulur. Çayxanadakı söhbətin ləzzəti də tamam başqadır. Dağı arana, aranı dağa daşıyırıq. Abbasağa Azərtürkü, Qasid Nağıoğlunu, Əhməd İspəri xatırlayırıq. Allahdan hər üç dəyərli qələm adamına rəhmət diləyirik. Salamın köşə yazıları və şeirləri, Saday Şəkərlinin sosial şəbəkədəki fəallığını və yeni dərc olunan kitabını, Ədalət Salmanın "Sözün işığı" dərgisinin, Bilal Alarlının, Faiq Hüseynbəylinin son yaradıcılığı, Aqşinin şeirləri və rəhbəri olduğu "1937.az" saytı, Əlizadə Nurinin "qeybə çəkilməyi", İbrahim Selin masonlarla bağlı yazıları söhbətimizin əsas mövzusu olur. Sözsüz ki, ədəbi mühitin ağsaqqalı Böyükxan Bağırlını unutmuruq. Sonra "qeybə çəkilən" Əlizadə Nuriylə tapşırıq. Burda qara günümüzlə əlləşirik Rayonda yaz əkininə indidən hazırlıq gedir. Torpaqlar şumlanıb, arat torpaqlara su verilir. Taxılın, günəbaxanın, kartofun əkini üçün yerlər tam hazırdır. Üzümlüklərdə payız-qış budamaları yekunlaşıb. Əhalini dolanışığı əsasən torpaqdandır. Bir azdan kartof əkini başlayacaq. Havaların xoş keçməsini gözləyirlər. Torpaq ki təpidi, palçıq qurudu, fermerlər sahədə olacaq. Sabirabad kənd sakinləri ilə kənd çayxanasında görüşürəm. Şıdırğı domino və nərd oyunu gedir. Oyunçulardan çox tamaşaçılar həyəcan keçirir. Söhbətə çəkirəm. - Yox, bu il pis olmadı. Kartofun kilosunu 35-40 qəpiyə verə bildik. İnişil isə məhsulumuz bol olsa da, qiymətinə satılmadı. Kilosu 3-4 qəpikdən verirdik. Bakıya maşın tutub məhsulu aparırdıq, satırdıq, heç sürücünün pulunu ödəmirdi. Çox adam müflisləşdi. Malını-heyvanını satıb fəhlənin, nisyə götürdüyü toxumun pulunu ödədilər. Bu il Allah kərimdi, görək necə olacaq. Yanacağın qiymətinin qalxması belimizi qırdı. Azotundan tutmuş, silifinə qədər hər şeyin qiyməti qalxıb. Sən ki bilirsən, burda doğulub-böyüyübsən, əkirik, məhsulu yığırıq, satmaq isə çox çətindir. Əvvəllər məhsul Rusiya bazarlarına gedirdi. Son iki ildir ki, süni maneələr var. Biz burda qara günümüzlə əlləşirik, məhsulumuzu alanlar isə elə bilir bəxtəvərik. Bizi qazladılar, qaz vermədilər Kəndlilər dolanışıqdan gileylənir. İstiliyin olmaması, qışda yandırmaq üçün satılan odunun bahalığı və sair. Yaşlı kənd sakini: - Bizi qaz yerinə qoydular. Dedilər, yaxın günlərdə kəndlərə qaz veriləcək. Yoxsa kənd ağsaqqalları yığışıb prezident rayona gələndə şikayət edəcəkdilər. İnandıq. Amma qonşu Qarazəncir, Ocaqlı, Uzuntəpə, Alar, Günəşli kəndlərinə çoxdan qaz verilib. Bayxanlıya – İranın sərhədinə qədər qəşəng, rahat yol çəkilib. Kəndimiz Rayon mərkəzinin burnun ucundadır, amma hələ bu tərəfə baxılmır. "Zato" məktəbimiz təzədir Rayonun Sabirabad kəndində iki orta məktəb var. Nizami Məmmədov adına 1 saylı tam orta məktəb yenidir. İkimərtəbəli bu məktəb yeni dərs ilində istifadəyə verilib. Bu məktəblərin məzunları arasında ölkədə kifayət qədər tanınan, sayılıb-seçilən ziyalılar, alimlər var. Kim isə giley dolu söhbətə son qoyur: - "Zato" məktəbimiz təzədir. Əsas elmdir, təhsildir. Bu köpək uşaqları torpağın zülmündən gedib Bakıda məktəbə girib, axırı kəndi boş qoyacaqlar... Kəndin yeganə istirahət parkı var ki, sakinlərlə söhbət etdiyim çayxana da elə bu parkda yerləşir. Park Mirzə Ələkbər Sabirin adını daşıyır. Kənd sakinlərinin işi olanı da, olmayanı da boş vaxtlarını burada keçirir. Mircəfər Bağırov bu kənddə olub Bu haqda geniş yazmaq gərəkdir. Ayrı bir söhbətin mövzusudur. Qısaca onu demək olar ki, Mircəfər Bağırov bu kənddə iki dəfə olub. Köhnə məktəbin yerində təyyarəçi oğlu Vladimir Bağırovun heykəli varmış. Həmin heykəli kolxozun kəlinə qoşdurub və aşırdıb. Məktəbin həyətində həmin heykəlin postamenti bizim vaxtımızacan dururdu. Və biz məktəblilər həmin postamentin üstündə dəfələrlə şəkil çəkdirmişik. Bağırovun kəndə ikinci gəlişi isə kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı, kolxoz sədri işləyən Dünyamalı Məmmədov tərəfindən bu kənddə kommunizmi elan etməsindən sonra olmuşdu. O boyda SSRİ-nin kommunizm ideyaları ilə çabaladığı bir vaxtda adi kolxoz sədrinin Moskvaya artıq kommunizmin qurulması haqda car çəkməsi Bağırovun gözlənilməz səfəri ilə nəticələnmişdi. Və bu gəlişin nəticəsi olaraq Dünyamalı Məmmədov Sibirə sürgün olunmuşdu. Yazının davamında oxuyacaqsınız: Mircəfər Bağırov kənddə ilk dəfə kiminlə görüşdü? Kolxoz sədri, köhnə inqilabçı Dünyamalı Məmmədov kəndə gələn qərib, zəhmli kişinin kimliyini necə fəhm etdi? Bağırov oğlunun heykəlini niyə aşırtdırdı? Kənd məktəbin həyətindəki qocaman tut ağacını kim və nəyə görə doğradı? Dünyamalı Məmmədov sürgün edildikdən sonra onun savadsız bacısı Zərri nənə Kremldə kiminlə görüşdü?
2014-01-11
6,183
Azərbaycanın ilk azad filmi Hindistanda
("Chameleon is the first independent cinema of Azerbaijan") Azərbaycan rejissorları Elvin Adıgözəl və Ru (Rüfət) Həsənovun çəkdiyi "Buqələmun" ("Chameleon") filmi Hindistanda keçirilən "Pune Beynəlxalq Film Festivalı"nda iştirak edir. "Buqələmun" Bəhmən Qubadi (Bahman Ghobadi), Mirko Locatelli, Bil Avqust, Jay Zanken (Zhanken Jia) kimi məşhur rejissorların son filmləri ilə bir kategoriyada "world competition" kategoriyasında yarışır. Filmin rejissoru Elvin Adıgözəl "Axar.az"a festival haqda açıqlama verib: "Normal səviyyəli kinofestivaldır. "Pune Beynalxalq Film Festivalı"nda Jia Zanken kimi, Bəhmən Qubadi kimi rejissorların filmi ilə bir kateqoriyada yarışmaq həm Rüfət Həsənova, həm də mənə fəxrdir. Dünən filmə jüri baxdı. Zalda tamaşaçı yer tapa bilmirdi, çünki biletlər alınmışdı. Filmdən sonra hind mətbuatına müsahibə verdim. Məndən soruşdular ki, Azərbaycanda neçə azad film çəkən rejissor var? Mən də cavab verdim ki, mən Rüfət Həsənovu, Ramil Adiloğlunu və bir neçə azad film çəkmək istəyən adamı tanıyıram. Yəni, ümumiyyətlə, 3-4 nəfər var. Əlbəttə, bu, belə də olmalıdır. Çünki hamı azad və fərqli film çəkə bilməz". Elvin Adıgözəl Hindistanda verdiyi müsahibədə eyni zamanda "Buqələmun"un Azərbaycan filmləri üçün bir başlanğıc olmalı olduğunu deyib: ""Buqələmun" Azərbaycanın ilk azad kinosudur. Çünki dünya kinosunda tanınmaq başqadır. Düşünürəm ki, "Buqələmun" içində azad film çəkmək hissi olan Azərbaycan rejissorları üçün bir başlanğıc olmalıdır..." "Sədaqətli Dostlar Haqqında", "Dönüş", "O" filmlərinin rejissoru və "Dumanda" filminə görə START Beynəlxalq Kinofestivalında jürinin xüsusi mükafatına layiq görülən gənc rejissor Elvin Adıgözəlin Ru Həsənovla birgə çəkdiyi "Buqələmun" filmi bundan öncə 66-cı "Lokarno Film Festivalı"nda iştirak etmişdi. Qeyd edək ki "Lokarno Film Festivalı" "A" kateqoriyalı (ən nüfuzlu) festivallar sırasına daxildir. Kann, Venesiya, Berlin film festivallar da bu kateqoriyaya aid edilir.
2014-01-11
6,184
Avropa Parlamenti canlı yayımla Snoudeni dinləyəcək
Avropa Parlamenti, Amerika Milli Təhlükəsizlik Qrumu (NSA) gizli dinləmə və izləmə proqramını faş edən keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti Edvard Snoudeni dinləməyə qərar verib. "Axar.az" xəbər verir ki, AP-nin Mülki Azadlıqlar Komitəsindəki səsvermədə 36 lehinə, 2 nəfər əleyhinə, bir nəfər isə səs verməyə qatılmayıb. Yetərsay səsverməyə görə Rusiyada olan Snouden qərarı qəbul edərsə, fevral ayında canlı yayımla AP-yə xitab edəcək.
2014-01-11
6,186
Qarabağla Ermənistan arasında heç vaxt sərhəd olmayacaq
"Sərkisyan Dağlıq Qarabağla Ermənistan arasında sərhəd-keçid məntəqələri quraşdırmayacaq". Bu sözləri "Axar.az"a açıqlamasında adının çəkilməsini istəməyən erməni mühacir deyib. O, Nursultan Nazarbayevin çıxışına Ermənistan hakimiyyətində elə də önəm verilmədiyini bildirib. Onun sözlərinə görə, hakimiyyətdə Qazaxıstan prezidentinin çıxışı əsas müzakirə obyektinə çevrilməyib: "S.Sərkisyan heç bir zaman Dağlıq Qarabağla sərhəd-keçid məntəqələri quraşdırmayacaq. Düzdür, Azərbaycanın açıqlaması rəhbərlikdə bir az təşviş yaradıb, amma onlar yenə də bunu quraşdırmaq niyyətində deyillər. Prezident də, baş nazir də, hamısı Rusiyanın buna yol verməyəcəyini deyib". O, Sərkisyanın Ermənistan elə bu formada da Gömrük İttifaqına üzv edəcəyini deyib: "Sərkisyanın özünə də Dağlıq Qarabağla arasında nə isə quraşdırmaq sərf eləmir. Bilir ki, sərhəd-keçid məntəqəsinin quraşdırılması hakimiyyətin irəli sürdüyü dövlət siyasətini birbaşa ayaqlar altına atmaq deməkdir". Qeyd edək ki, Nursultan Nazarbayev bir müddət öncə Ermənistandan Gömrük İttifaqına daxil olan zaman Dağlıq Qarabağla sərhədlərinin dəqiq göstərilməsini istəmişdi. O bununla rəsmi İrəvana Dağlıq Qarabağla arasında sərhəd-keçid məntəqələrinin yaradılmasına eyham vurmuşdu.
2014-01-11
6,187
Oyan, Bərkin, səni gözləyirik... - Video
Bərkin Əlvan Türkiyədə Gəzi hadisələri zamanı evdən çörək almaq üçün çıxmışdı. Həmin gün onun 14 yaşı var idi. Ötən gün Bərkin 15 yaşına xəstəxananın reanimasiya şöbəsində qədəm qoydu. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, məlum hadisələrdən bu yana 209 gündür, hələ də komadan ayılmayan Bərkinin qohumlarının toy mərasimində, "halay çəkərkən" video görüntüləri internet səhifələrdə yayılıb. Dostları bu görüntülərə baxıb: "Oyan, Bərkin, səni gözləyirik. Hələ sənlə çəkiləsi halayımız var" deyiblər.
2014-01-11
6,188
NASA-dan heyrətamiz şəkil
NASA-nın kosmosun dərinliklərində əldə etdiyi bir görüntü hər kəsi heyrətləndirib. Elm adamları bu görüntünü "Tanrının əli" adlandırıblar. "Axar.az" xəbər verir ki, yüksək enerjiyə sahib X şüalarını ələ keçirən NUSTAR ilə bir ulduzun partlaması zamanı yaranan görünüşdə ortaya çıxan nəhəng qaz və toz eynilə ələ bənzəyir. "Tanrının əli" adı verilən kosmos cismi əslində kosmosun dərinliklərindəki bir ulduzun partlamasından sonra ətrafına yaydığı qaz və tozdan meydana gəlir. PSR B1509-58 ya da B1509 adı verilən partlayan ulduz saniyədə 7 dəfə olmaqla böyük bir sürətlə öz ətrafında fırlanır. Fırlanma nəticəsində ətrafına kiçik hissəciklər səpələyir. Ulduzun ətrafındakı maqnetik sahələrlə qarşılıqlı təsirə keçən hissəciklər isə X şüasında parlayaraq teleskop tərəfindən göstərilir. Görüntü NASA-nın internet saytında yayılıb.
2014-01-11
6,189
"Yanıltmac" adanın sirli coğrafiyası – Foto
Bu gölün ortasındakı adanın özəlliyinə təəccüblənməmək mümkün deyil. Filipində olan bu Vulkan Point adasının coğrafiyası həqiqətən çox maraqlıdır. "Axar.az" xəbər verir ki, Vulkan Point adası Luzon adasının içində olan Taal gölünün ortasına yerləşən Taal adasının içində qərar tutmuş Krater gölünün içində yerləşir. Yəni, Vulkan Point Adası; Okeanın içindəki adada yerləşən gölün içindəki adadır. Şəkillərdən daha yaxşı başa düşəçəksiniz.
2014-01-11
6,190
Sərkisyan deputatlara nəzarəti artırır – Özəl
"Ermənistanın müxalif deputatlarına nəzarət artırılır". Bunu "Axar.az"a adının açıqlanmasını istəməyən erməni mühacir deyib. O, artıq Serj Sərkisyanın bununla bağlı xüsusi xidmət orqanlarına gizli tapşırıq verdiyini söyləyib: "Müxalif deputatların "ArmRosqazprom" məsələsindən sonra vəziyyətləri ağırlaşıb. S.Sərkisyan öz partiyasının üzvləri ilə görüşəndə buna görə xeyli əsəbiləşmişdi. İndi onlara nəzarəti gücləndirir". Mühacir, bundan sonra deputatlara müxtəlif şəxslər, dinləmə qurğuları və ya kameralar vasitəsilə nəzarət ediləcəyini bildirib: "Ölkədə xüsusilə fərqlənən deputatlara nəzarət müxtəlif vasitələrlə ediləcək. Ən çox da Sərkisyana qarşı çıxışları ilə fərqlənən deputatlar xüsusi diqqət mərkəzində olacaq. S.Sərkisyanın reytinqi ölkədə sıfır vəziyyətindədir. Həm Gömrük İttifaqı məsələsindən sonra xaricdən müxaliflərə dəstəkdən qorxur". O bununla bağlı Rusiya xüsusi xidmət orqanlarından da kömək istənildiyini bildirib. Qeyd edək ki, bir müddət öncə Ermənistan prezidenti öz partiyasının üzvlərini parlamentdə müxalif deputatlara qarşı sərt mövqe tutmadıqlarına görə töhmətləndirmişdi.
2014-01-11
6,191
Rüşvət əməliyyatı ABŞ–Türkiyə münasibətləri fonunda
ABŞ senatının üzvü Türkiyədə mindən artıq polisin vəzifədən çıxarılmasına etirazını bildirib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Birləşmiş Ştatlar senatının Xarici əlaqələr və Avrasiya Artan Təhdidlər Komissiyasının (ATK) üzvü senat Bill Keytinq baş verən hadisələr ABŞ–Türkiyə əlaqələrinə xələl gətirə bilər. 17 dekabr əməliyyatları haqqında yazılı açıqlama verən ABŞ senatı deyib: "Bu hadisə iki ölkə əlaqələrinin inkişafında böyük əməyi olanları da çox üzüb". Gəzi parkı hadisələri zamanı fəalların, qəzet müxbirlərinin də işdən çıxarılmasına diqqət çəkən Bill Keytinq yaşanan hər iki hadisənin "Türkiyənin bəyan etdiyi ali demokratiya prinsipləri üzərinə kölgə saldığı"nı da dilə gətirdiyi bildirilir.
2014-01-11
6,192
Ariel Şeron öldü
İsrailin sabiq Baş naziri Ariel Şaron vəfat edib. Trend in məlumatına görə, bu barədə İsrail televiziyası xəbər yayıb. 8 ildir komadan çıxa bilməyən sabiq Baş nazirin müalicə olunduğu klinikanın məlumatında deyilir ki, son saatlarda onun vəziyyəti daha da pisləşib və həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, A.Şaronun vəziyyəti cümə axşamı pisləşmişdi. 85 yaşlı pasiyentdə həyatı üçün təhlükəli sayılan kəskin böyrək çatışmazlığı aşkarlanıb.
2014-01-11
6,193
Hitlerin “Mənim mübarizəm” kitabı yenidən gündəmdə
Adolf Hitlerin "Mənim mübarizəm" kitabı yenidən gündəmdədir. "Axar.az" xəbər verir ki, bu kitab Amerika və Böyük Britaniya internet mağazalarında fantastik populyarlığa sahibdir. Amerika jurnalisti və yazıçısı Kris Faraonenin fikrincə, bu günlər "Mənim mübarizəm" kitabının nəşr olunmuş variantı elektron variantıyla müqayisədə daha az satılır. İnsanların əksəriyyəti kitabın elektron variantına üstünlük verir. Çünki həmin kitabı oxumaq metroda və ya digər ictimai nəqliyyatda diqqət cəlb etdiyindən insanlar rahatsız olur. Məhz buna görə də kitabın elektron variantı daha çox satılır. Məlumat üçün bildirək ki, 1925-1926-cı illərdə 2 tomda nəşr olunmuş "Mənim mübarizəm" kitabı 10 milyon nüsxə ilə satılıb. Bunun nəticəsində Adolf Hitler 152 milyon dollar "qazanıb".
2014-01-11
6,194
Kürdlər hələ də şokdadır
Ötən il Fransanın paytaxtı Parisdə öldürülən Səkinə Cansız, Fidan Doğan və Leyla Şayləməzə görə nümayiş keçirilib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, nümayişdə iştirak edən Kürd Dərnəkləri Federasiyası həmsədri Cəmilə Rəngliçay öldürülən qadınlar üçün ədalət istədiklərini və bir Avropa ölkəsində belə bir cinayətin törədilməsinin hələ də onlar üçün şok olduğunu deyib.
2014-01-11
6,195
Xəstəliyi olan çağırışçılar geri qaytarılacaq
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq. Hərbi xidmətə yararlı olanlar 3 ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçəcək. Kursu bitirdikdən sonra birliklərdə, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılan komissiyalar tərəfindən xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilən bölgü əsasında gənc əsgərlər yiyələndikləri ixtisaslara uyğun olaraq hərbi hissələrə xidmət yerlərinə göndəriləcək.
2014-01-11
6,196
Komada olan jurnalistin qardaşı yardım istəyir
"İki aydır ki, qardaşımı maşın vurub, xəstəxanada ağır vəziyyətdədir. Həkimsə deyir ki, bir həftəyə qardaşını xəstəxanadan çıxar". Bunları "Qaynar xətt"ə avtomobil qəzasında ağır xəsarətlər almış və 1 saylı Şəhər Klinik Xəstəxanada 2 aydan çoxdur ki, koma vəziyyətində olan jurnalist Sahib İslamovun qardaşı Aqil islamov deyir. Onun sözlərinə görə, həkim xəstəni müalicə edə bilmədiyini söyləyib və başqa xəstəxanalara müraciət etmələrini məsləhət görüb. "Dedi, iki aydır bu xəstəxanadadır, müalicələrin nəticəsi yoxdur. Bundan o tərəfə əlimizdən heç nə gəlmir". "Jurnalistlərdən kömək istəyirəm" Aqil İslamov onu da deyir ki, qardaşının müalicəsi üçün maddi imkanları məhduddur: "Meyvəli bazar"da fəhləliklə məşğul oluram. Qardaşımın xəstəxana xərclərini ödəyə bilmirəm. Heç yerdən köməyimiz yoxdur. Qardaşım komadan ayılmır. Həkimlər də əllərindən gələni etdiklərini deyirlər. Bəlkə də pulsuzluğumuzdan can yandırmırlar. Qardaşımın jurnalist həmkarlarına üz tutub kömək istəyirəm". Xəstənin qohumlarına təklif olunub ki... 1 saylı Şəhər Klinik Xəstəxanadan "Qaynar xətt"ə bildiriblər ki, ötən il noyabrın 1-də xəstəxanaya koma vəziyyətində çatdırılan Sahib İslamovun həyata qaytarılması üçün əllərindən gələni ediblər. İki aydan artıq çəkən müalicə nəticə verməyib. Bununla belə, onun xəstəxanadan çıxarılacağı barədə deyilənlər həqiqətə uyğun deyil. Xəstəxanadan deyilənlərə görə, xəstənin ailə üzvlərinə belə xəstələrin müalicəsinin başqa ölkələrdə daha effektiv müalicəsi olduğunu bildiriblər. Ancaq məcburi xəstəxanadan çıxarılması tələbi qoyulmayıb. Ötən il noyabrın 1-də Avropa.info saytının müxbiri Sahib İslamovu Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yüksək sürətlə hərəkət edən avtomobil vuraraq yolun kənarına atıb. (Azadlıq Radiosu)
2014-01-11
6,197
İngiltərə su altında qaldı - Video
İngiltərə torpaqları sel sularının altında qalıb. Britaniyanın ətraf mühit agentliyi suların həftə sonu da artacağını xəbərdar etsə də, Temzaya bir neçə çay birləşdiyindən su səviyyəsinin nə qədər qalxacağını təxmin edə bilmir. Agentliyin rəsmisi Oksfordşayr, Berkşayr və Sürreydə əhalinin daşqınlarla bağlı ən son xəbərdarlıqları diqqətlə izləməyi tövsiyə edib. Agentlik həmçinin daşqınlardan zərərçəkmiş əhalini sel sularında üzməməyə və maşın sürməməyə çağırıb. Təkcə dünən ərzində İngiltərə və Uelsin müxtəlif əyalətlərində 94-ə yaxın daşqın xəbərdarlığı verilib. Sel sularından ən çox İngiltərənin Cənub-Şərq və Cənub-Qərb bölgəsi əziyyət çəkib. Son daşqın xəbərdarlıqları, bir-birinin ardınca gələn qasırğalar fonunda, verilib ilin ilk günlərindən başlayaraq Birləşmiş Krallıqda 570-ə yaxın daşınmaz əmlak su altında qalıb. (ANS)
2014-01-11
6,198
Afrika aslanı asılmış vəziyyətdə tapıldı - Şok
İndoneziya zooparkında saxlanılan Maykl adlı 18 aylıq Afrika aslanı qəfəsinin içində asılmış halda tapılıb. "Axar.az" xəbər verir ki, bu fakt "Daily Mail"in müxbiri Riçard Şersinin fotoşəkillərindən sonra üzə çıxıb. Bu qorxunc hadisə, eyni zooparkda mədə problemi ilə yaşayan antilopun öz qəfəsində öldüyü xəbəri gələndən 24 saat sonra baş verib. "Jakarta Globe"nin xəbərinə görə Maykl, başını polad kabellərin arasına sıxışdırdığı üçün boğularaq ölüb. Mayklın ölümü bütün dünyada heyvansevərlərin reaksiyasına səbəb olub. Hətta zooparkın bağlanılması fikri də heç bir müsbət nəticə verməyib. Çünki buradakı heyvanlara sahib çıxmaq istəyən bir zoopark hələ tapılmayıb.
2014-01-11
6,199
Millət vəklindən uçan təpik - Video
Türkiyədə Məclis Ədalət Komissiyasında XSYK danışıqlarında iştirak edən Hakimlər Komitəsi rəhbəri Ömər Faruq Eminağaoğlunu bəzi AKP millət vəkilləri döyərək çölə çıxarıblar. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məclis Ədalət Komissiyasında danışıqların ikinci günü də dava ilə yekunlaşıb. Məclis Ədalət Komissiyası rəhbəri Əhməd İyimaya yığıncağda çıxış edərkən Eminağaoğlu kürsüyə yaxınlaşaraq etiraz etməyə başlayıb. AKP millət vəkilləri Eminağaoğlunu kürsüdən uzaqlaşdırmağa çalışması CHP-li millət vəkilləri ilə əlbəyaxa davaya səbəb olub. AKP partiyasından Zeyid Aslan yerindən qalxaraq Eminağaoğluya təpik atıb. Həmin görüntüləri təqdim edirik.
2014-01-11
6,200
Barak Obama: "2014-cü il fəaliyyət ili olacaq"
ABŞ prezidenti Barak Obama Amerika xalqına həftəlik müraciətində 2014-cü ilin fəaliyyət ili olacağını deyib. Cənab Obamanın bildirdiyinə görə, fəaliyyət Konqresin iqtisadi tənəzzülə görə iş yerlərini itirmiş 1,3 miyon amerikalının işsizlik sığortası müddətini uzatması ilə başlayacaq. Prezident Obama işsizlik sığortasını yeni iş yerləri axtaran insanların ailələrini təmin edə bilməsinə kömək edən vacib iqtisadi federal proqram adlandırıb. Cənab Obama yeni peşə vərdişlərinə yiyələnmək istəyən insanlara kömək məqdəsilə atıla biləcək addımları müzakirə etmək üçün gələn həftə kolleclərin prezidentləri ilə görüşəcəyini deyib. Respublikaçıların həftəlik müraciətində Missiipi senator Thad Koçran cənab Obamanın səhiyyə xidmətləri proqramının ya ləğv edilməsi, ya da maliyyələşdirilməməsinə çağırıb. O, ölkədə yeni səhiyyə planının hazırlanmalı olduğunu deyib. ("Amerikaninsesi.org")
2014-01-11
6,201
300-dən çox şəxsə Azərbaycan vətəndaşlığı verilib
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlığına qəbulla bağlı növbəti sərəncam imzalayıb. Vətəndaşlığa qəbul olunanların əksəriyyətini Gürcüstan Respublikasından olan soydaşlarımız təşkil etsə də, onların arasında İran İslam Respublikasından gələrək Azərbaycanda qaçqın kimi məskunlaşan şəxslər, habelə uzun illər vətəndaşsızlıqdan əziyyət çəkənlər də var. Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan vətəndaşlığına qəbul edilən 300-dən çox şəxsi qəbul edərək onları təbrik edib. Həmin şəxslərin arasında hüquqi yardım almaq üçün "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinə müraciət edənlər də var. Belə ki, vətəndaşlığa qəbulla bağlı sənədərinin toplanıb aidiyyatı dövlət orqanına təqdim olunmasında birliyin əməkdaşları onlara yardım edib. "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi ölkə prezidenti tərəfindən atılan bu addımı Azərbaycanın "Vətəndaşsızlıq hallarının aradan qaldırılması haqqında" Konvensiya ilə üzərinə götürdüyü öldəliklərin yerinə yetirilməsi baxımından yüksək qiymətləndirib və bunu vətəndaşsızlıq hallarının azaldılması yolunda ilkin başlanğıc hesab edib.
2014-01-11
6,202
Yanğında 4 nəfər tüstüdən zəhərlənib – Yeniləndi
21:14 Bakının Nərimanov rayonunda, Heydər Əliyev prospekti 81 ünvanında yerləşən yaşayış binasında yanğın baş verib. Məlumata görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı əlavə məlumat veriləcək ("Aznews.az"). 22:42 Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nərimanov rayonunda dördmərtəbəli inzibati binada yanğın olması barədə rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, yanğın zamanı 3-cü mərtəbədə tədris otağı, içərisində olan köhnə avadanlıqlar 16 kv.m sahədə və 4-cü mərtəbədə məskunlaşmış köçkünlərin 1 otağının pəncərə cərcivəsi yanıb, istidən 1 ədəd kondisioner əriyib. Yanğınsöndürənlər tərəfindən binadan 30 nəfər təxliyyə olunub. Təcili Tibbi Yardım Stansiyası tərəfindən 4 nəfər tüstüdən boğulma diaqnozu ilə adiyyəti üzrə aparılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.
2014-01-11
6,203
Tanınmış müğənninin toyudur - Foto
Daha bir azərbaycanlı müğənni subaylıqla vidalaşıb. Bu dəfə müğənni Çoşğun Viləş ailə həyatı qurur. O, Nigar adlı xanımla evlənir. Tor mərasimi "Gilavar" şadlıq sarayında keçirilir. Toyda tanınmış sənətçilər, şou-biznes nümayəndələri - Zaur Əmiraslanov, Flora Kərimova, skripka ustası Maestro Ceyhun, Nadir Bayramlı, Gənc müğənni Yaşar, aktyorlar və başqaları da iştirak edirlər. ANS PRESS-in toyda olan əməkdaşının verdiyi məlumata görə, gəlin yerli telekanallardan birinin əməkdaşıdır. Cütlüyün tanışlığı da məhz kanal vasitəsilə olub.
2014-01-11
6,204
Quş təyyarəyə çırpıldı - Video
ABŞ-da Çikaqo səmasında uçuş həyata keçirən "Cessna-210" tipli təyyarənin pilotları havada olarkən gözləmədikləri hadisə baş verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra quş təyyarənin pərinə dəyib və ön şüşədən içəri girib. Pilotlar şüşənin qırılması səbəbindən geri dönmək məcburiyyətində qalıb.
2014-01-11
6,205
Məhəmməd Peyğəmbərin mövludu həftəsi başlayır - Video
Bu günlər İslam aləmində ən müqəddəs həftələrdən biri hesab olunur. Cümlə müsəlmanların peyğəmbəri Məhəmməd (s.ə.s) mövludu məhz bu günlərə təsadüf edir. İslam tarixinə görə, dünyanın sonuncu peyğəmbəri Məhəmməd Hicri təqviminin 572-ci ilində dünyaya gəlib. Din xadimi Hacı Şahin Həsənli: "Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi aradan qaldırmaq məqsədilə 1981-ci ildə Ayətullah Xomneyinin təklifi ilə, 1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu "Doğum həftəsi" altında bir həftə - Rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab edib. Bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanıb. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna "Mövlud", yaxud "Mövlud bayramı" deyirlər. Kiçik yaşlarından valideynlərini itirən Məhəmməd əmisi Əbu Talibin himayəsində böyüyüb. Qurana görə, Peyğəmbər adi insandır, möminlərə şəfqətli və mərhəmətlidir, yaxşı əməl sahiblərinə cənnətdən müjdə verən, pis əməl sahiblərini cəhənnəm əzabından xəbərdar edəndir, möminlərə onların özlərindən daha yaxındır. Allah onu insanlar arasından seçmiş, özünə rəsul-elçi etmiş, doğru yolu göstərən sonuncu rəhbərlik kitabı Quranla aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Odur ki, Quranda buyurulur: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik". Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir: "Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir. Peyğəmbərə iman gətirməklə, onun dediklərinə əməl etməklə, onu müqəddəs tutmaqla insan böyük savab qazanır, axirətdə yüksək dərəcələrə və əbədi səadətə nail olur". Hicri təqvimin 635-ci ilində bəşəriyyətin sonuncu peyğəmbəri Məhəmməd dünyasını dəyişsə də, onun mövludu fəlsəfəsini onu sevənlər daha da genişləndirdilər. Məhəmməd Peyğəmbərin keçdiyi həyat yoluna bir daha nəzər salmaqla hər bir müsəlmən onun yüksək insani keyfiyyətlərindən, əxlaqı dəyərlərindən ibrət götürür, əməli saleh, xoşxasiyyətli, gözəl əxlaqlı olmağa çalışır. Adı gözəl, özü gözəl Peyğəmbərimiz kimi.
2014-01-11
6,206
İcra başçısının oğlu atasının xidməti maşını ilə qəza törətdi
Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlu qəza tərədib. Rayondakı mənbədən "Axar.az" daxil olan məlumata görə, hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı "Prado" avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki "VAZ 06" markalı avtomobili əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən "Jiquli"lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş. Rayon icra başçısı Nazim İsmayılovun hazırda məzuniyyətdə olduğu bildirilir. Qeyd olunur ki, keçən il olduğu kimi, bu il də N.İsmayılov məzuniyyətini ölkə xaricində keçirir. Mənbənin dediyinə görə, polis hadisə yerinə gələrək başçının xidməti avtomibilini hadisə yerindən aparıb. Hazırda icra başçısının "Prado" markalı maşınının polis idarəsinin həyətində olduğu da bildirlir. Sabirabad Rayon Polis İdarəsinin növbətçisi Ramil Kərimov "Axar.az"a bildirdi ki, belə bir qəza ilə bağlı polisə heç bir məlumat daxil olmayıb.
2014-01-11
6,207
ABŞ-da qrip epidemiyası tüğyan edir: 22 ölü
ABŞ-da oktyabr ayından sonra yayılmağa başlayan qrip 22 nəfərin həyatına son qoyub. "Axar.az"ın xarici mətbuata istinadən xəbərinə görə, ölkə daxilində 35 əyalətdə yayılan epidemiyanın xüsusilə fevral ayında təsirini artıracağı gözlənilir. Səhiyyə xidmətindən verilən məlumata görə, oktyabr ayından etibarən 2700 nəfər qrip səbəbi ilə xəstəxanaya müraciət edib. Qripə tutulanların yaş həddinin 18-64 arasında olduğu deyilir. Şimali Karolina əyalətində həyatını itirən 22 nəfərdən 19-u yetkin yaşda olub. Səhiyyə xidməti gələn aydan qripin getdikcə daha da yayılacağını və vətəndaşların peyvənd olmaları barədə çağırış edib.
2014-01-11
6,208
Nazir müavini komada olan jurnalistə baş çəkəcək
İlham Əliyevə müraciətdən sonra jurnalistlə bağlı ciddi tapşırıq verildi İki aydan artıqdır ki, avtomobil qəzası nəticəsində komada olan Avropa.info-nun əməkdaşı Sahib İslamovla bağlı bir qrup mətbuat nümayəndələrinin prezident İlham Əliyevə müraciətindən sonra, jurnalistə diqqət artıb. Bu barədə Sahib İslamovun qardaşı Aqil İslamov məlumat verib. Onun dediyinə görə, bu gün Sahib İslamovun başının tomoqrafiyası təcili olaraq Səhiyyə Nazirliyinə aparılıb. " Sahibin hazırda müalicə olunduğu Musa Nağıyev adına xəstəxanadan bizə bildirdilər ki, qardaşımın ciddi müayinəsi üçün ciddi tapşırıq verilib. Hətta bildirdilər ki, yanvarın 13-də Sahibə baş çəkmək üçün, Səhiyyə Nazirinin müavinlərindən biri xəstəxanaya gələcək. Mən qardaşıma yardım edən bütün hər kəsə təşəkkür edirəm. Jurnalistlərin cənab prezidentə müraciətindən sonra həqiqətən qardaşıma münasibətdə ciddi irəlləyiş var." Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb. Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ötən ilin dekabrın 30-da bir qrup jurnalist Sahib İslamovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət ediblər. ("Avropa.info")
2014-01-12
6,209
Rusiyada daha 5 terrorçu həbs edildi
Rusiyanın Şimali Qafqaz respublikası Kabardino-Balkarın mərkəzi Nalçikdə terror təşkilatına üzv olmaqda ittiham edilən 5 nəfər saxlanılıb. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Milli Terrorla Mübarizə Komitəsindən verilən məlumata görə, təhlükəsizlik qüvvələri Şimali Qafqaz bölgəsində əməliyyata başlayıb. Nalçik şəhərində terrorçuların məskunlaşdığı bir neçə ev mühasirəyə alınıb. 5 terrorçu həbs edilib, çoxlu sayda silah, əl bombası və 2 kiloqram TNT gücündə bomba ələ keçirilib. Qeyd edək ki, Rusiya fevral ayında Soçidə keçiriləcək olimpiya oyunları öncəsi təhlükəsizlik tədbirlərini artırıb.
2014-01-12
6,210
Suriyaya gedən təyyarə Türkiyədə endirildi - Yeniləndi
Qırğızıstanın paytaxtı Bişkekdən havaya qalxan və rotasında Dəməşq yazılan Pakistana aid təyyarə Türkiyənin hava sahəsinə daxil olub. "Axar.az" CNN-ə istinadən xəbər verir ki, təyyarənin Türkiyə səmasına daxil olmasından sonra xəbərdarlıq edilib. Xəbərdarlığa məhəl qoyulmaması nəticəsində təyyarə Ankara Əsənboğa Hava Limanına endirilib. Təyyarədə axtarış zamanı Çindən gələn humanitar yardım avadanlıqları aşkar edilib. Təyyarəyə baxış keçirildikdən sonra Suriyaya uçuşuna icazə verilib. *** 11.00 Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, təyyarənin Türkiyə hava məkanına daxil olacağ əvvəlcədən məlum imiş. Belə ki, Çin Pakistan hava yolları şirkətinə məxsus olan təyyarənin Türkiyə hava məkanından istifadəsi üçün icazə istəyib. Ancaq Türkiyə tərəfi təyyarədə axtarış edildildikdən sonra uçuşuna icazə verəcəyini bildirib. Qeyd edək ki, dünən günorta saatlarında təyyarədə axtarış aparıldıqdan sonra uçuşuna icazə verilib.
2014-01-12
6,211
Təyyarə iki hissəyə ayrıldı: 4 yaralı - Foto
Cənub Amerika ölkəsi olan Quyanada "Cessna 206" tipli təyyarə paytaxt Georgetaun yaxınlığında havaya qalxarkən qəzaya uğrayıb. "Axar.az" "Jamaicaobserver.com"a istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə iki hissəyə ayrılıb. Mülki Aviasiya Təşkilatı rəhbəri Zülfiqar Məhəmməd qəzada 4 nəfərin yaralandığını bildirib.
2014-01-12
6,212
Mursini devirən general prezident olmaq istəyir
Misirin müdafiə naziri Abdel Fattah as-Sisi prezident seçkilərinə qatılacağını mümkün sayıb. "Əgər xalq tələb eləsə" və ordu ona imkan yaratsa prezident seçkilərində iştrak edəcək. Xarici mətbuatın verdiyi məlumata görə, ötən ilin yayında ölkənin qanuni prezidenti Məhəmməd Mursini devirən general bu barədə simpozium zamanı açıqlama verib. Sisi bütün misirliləri yanvarın 14-15-də keçiriləcək referendumda iştirak eləməyə çağırıb. Bildirib ki, referendumda aşağı fazilə iştirak ölkənin keçid dövründəki hərbi rəhbərliyi üçün rüsvayçılıq olar ( Musavat).
2014-01-12
6,213
Öcalan ermənilərə məktub hazırlayır
PKK terror qrupunun həbsdə olan rəhbəri Abdullah Öcalanın yeni açıqlaması yayılıb. Açıqlamanı BDP-li millət vəkilləri onun saxlandığı İmralı həbsxanasındakı görüşdən sonra yayıblar. O, sülh, demokratiya arzusu ilə yeni ili təbrik edib. Öcalan savaşın cəhənnəm, sülhün isə cənnət olduğunu deyib. "Biz bir ayağımızı cəhənnəmdən çıxardıq. Amma digər ayağımızı da çıxarmağımız üçün ortaya maneələr çıxıb. Bunun üçün arafda gözləməliyik. Bizim sülh iradəmiz bütün maneələrə rəğmən başlatdığımız qərarlığımızdır. Amma o bilinməlidir ki, ərafda sonsuza kimi qalmaq olmaz. Ölkəni bir zərbə ilə yenidən yanğın yerinə çevirmək istəyənlər bizim bu atəşə benzin daşımayacağımızı bilməlidir. Bütün demokratik qüvvələri bu ciddiyəti qavramağa və səfərbər olmağa dəvət edirəm". PKK lideri ermənilərə də səslənib. O, erməni jurnalist Hrant Dinkin qətlinin ildönümü ərəfəsində ermənilərə geniş bir məktubla səslənəcəyini deyib (ANS).
2014-01-12
6,214
Çinarın içində çay evi - Foto
Ağdaş şəhərindəki 300 illik çinarın gövdəsində qurulan çay evi Türkiyə mətbuatında yer alıb. "İhlas" xəbər agentliyi xəbər verir ki, 3 əsr yaşı olan bu çinar hamını təəcübləndirir. Şəhərin girəcəyindəki 10 metr diametri olan ağacı görənlər təəcüblərini gizlədə bilmirlər. Bu qocaman ağacı ən təəccüblü edən isə onun gövdəsindəki çayxanadır. Ağacın içərisindəki çayxana nəinki yerli sakinlərin, hətta turistlərin də diqqətini cəlb edir. Şəhər sakinlərinin sözlərinə görə, çayxana yayda sərin, qışda isə isti olur. Sakinlər boş vaxtları olan kimi burada çay içdiklərini deyirlər (ANS).
2014-01-12
6,215
50 min manat borca düşən iki uşaq atası özünü asdı
Xırdalan şəhərində intihar hadisəsi baş verib. Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin 28-ci məhəlləsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Emil Əsgərov yaşadığı evdə özünü asaraq ölüb. Mərhumun cibindən ölümündən əvvəl yazdığı məktubu tapılıb. Mərhum məktubda küllü miqdarda borca düşdüyü üçün intihar etdiyi qeyd edib. Onun 50 min manat borcu varmış və qaytarmağa imkanı olmayıb. Emil Əsgərov iki uşaq atası idi. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. İstintaq gedir. ("Teleqraf.com")
2014-01-12
6,216
Qripə qalib gəlmək istəyənlər üçün - Resept
Beş təbii bitki sayəsində indi yayğın hala gəlmiş H3N2 virusunu məğlub edə bilərsiniz. Çox sayda insanı yatağa salan H3N2 virusu qış mövsümüylə bağlı indi çox yayılıb. Türkiyənin "Yedditəpə Universiteti" Əczaçılıq Fakültəsinin elmi işçisi doktor Ərdəm Yaşılada, "Antibiotik istifadə etmədən H3N2 virusunu məğlub etmək üçün adaçayı, cökə, zəncəfil, qara bibər və qərənfil çaylarının istifadə edilməsinin faydalı olduğunu" söyləyib. Xəstəxanaların dolub-daşmasına səbəb olan H3N2 virusuna qarşı bitkilərin gücündən faydalanmağın vacib olduğunu söyləyən, doktor Ərdəm Yaşılada, "Təbii beş bitkinin köməyi ilə H3N2 virusunu məğlub edə bilərsiniz" deyib.
2014-01-12
6,217
Leonardo di Kaprio zədə alıb
Məşhurluq heç də həmişə asan əldə edilmir. "Uol-Stritdən canavar" filminin çəkilişlərində tanınmış aktyor bir sıra çətinliklərlə üzləşib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, aktyor çəkiliş zamanı hətta müalicə masajı üçün mütəxəssisə də müraciət etməli olub. Belə ki, bəzi epizodları yerinə yetirərkən aktyorun bədənində möhkəm ağrılar baş qaldırıb. Lakin pərəstişkarları heç də üzülməsin. Çünki aktyorun səhhəti artıq yaxşılaşıb. Məlumat üçün bildirək ki, "Uol-stritdən canavar" filmi dekabrın 25-də ekran üzü görüb və kino tənqidçilər filmin bir çox mükafatlar alacağından əmindirlər.
2014-01-12
6,218
Hitlerdən 18 yağlı rəng çalışması
Adolf Hitlerin rəssamlıq fəaliyyəti " Axar.az" xəbər verir ki, orta məktəb illərində dərslərində çox çətinlik çəkən Adolf Hitler şəkil çəkmək qərarına gəlir. Gələcəkdə rəssam olmaq qərarını alır və məktəbi buraxır. 17 yaşında ilk dəfə Viyanaya gələn Adolf bu ölkədən təsirlənir. Çünki Viyana sənət və mədəniyyətin ürəyi sayılır. Operalar, baletlər, konsertlər, teatrlar, şəkil qaleriyaları..... Ətrafındakılara heyran olan Hitler divarda bir elan görür: Viana Gözəl Sənətlər Akademiyası şəkil hissəsi seçmələri. Özünə və sənətinə güvənən Adolf seçmələrə qeydiyyatdan keçir.1907ci ilin oktyabr ayında edilən seçmələrin ilk mərhələsində 110 adam arasından seçilən 33 namizəddən biri olaraq 2-ci mərhələyə keçir. Sabahısı gün keçirilən 2-ci mərhələdə,seçilən 10 tələbə arasından keçə bilmədikdə təssüflənir. Böyük təəssüf hissi ilə müdürün otağına gedib seçilmədiyinin səbəbbini soruşur. Şəkil çəkmək qabiliyyətinin məhdud olduğu cavabını alır. Bir il sonrakı seçmələrə yenə qəbul olunmur. Bu dövrdə maddi vəziyyəti ağır olan Adolf, çəkdiyi şəkilləri turistlərə satmaq qərarını alır və bu illərdə rəssamlıq fəaliyyətini daha da inkişaf etdirir. Son dəfə Sənət Akademiyasında şansını yoxlasa da, yenə də seçilmir.5 ildən çox bir müddətdə Vyanada rəssam olmaq üçün çalışarkən,səfil bir həyat keçirən Adolf Vyanadan ayrılarkən öz rəssamlıq xəyyalarını SSda arxasında buraxır. Hitlerin rəsmlərindən bir neçəsi:
2014-01-12
6,219
Terrorizmi dəstəkləyənlərlə bağlı dəyişikliklər edildi
BMT Təhlükəsizlik Şurası (TŞ) "əl-Qaidə" təşkilatı və "Taliban" hərəkatına qarşı Sanksiyalar Komitəsinin beynəlxalq siyahısına 1267 və 1373 saylı qətnamələr üzrə dəyişikliklər edib. Buna səbəb Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin terrorizmi dəstəkləməyə görə beynəlxalq sanksiyaların rejimi altında olan hüquqi və fiziki şəxslərin siyahısına müvafiq dəyişikliklər etməsidir. Məlumata görə, siyahıya yeni hüquqi və fiziki şəxslərin adları əlavə edilib, bəzi hüquqi və fiziki şəxslərin adları çıxarılıb, eləcə də onlardan bir neçəsi haqqında məlumatlar dəqiqləşdirilib. 1999-cu ildə BMT TŞ-də "əl-Qaidə" təşkilatı və "Taliban" hərəkatının maliyyə vəsaitlərinin dondurulması və "əl-Qaidə" təşkilatı və "Taliban" hərəkatına qarşı Sanksiyalar Komitəsinin yaradılması barədə 1267 saylı qətnamə qəbul edilib. 1373 saylı qətnamədə terrorçuluq fəaliyyətinin, həmçinin beynəlxalq siyahının təsdiq edilməsi çərçivəsində antiterror komitəsinin yaradılmasının maliyyələşdirilməsinin yolverilməzliyi bildirilir. Siyahıya edilən sonuncu dəyişikliklər sayca 24-cüdür. Yenilənmə TŞ-nin qərarı və regional təşkilatlardan daxil olan məlumatlar əsasında həyata keçirilir. Azərbaycan Nazirlər Kabinetinin əmrinə əsasən, beynəlxalq siyahı ölkənin Xarici İşlər Nazirliyinin təqdimatı əsasında Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiqlənir və yenilənir. (Trend)
2014-01-12
6,220
Siyəzəndə yaşayış evi yandı
Siyəzən rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonu, Sədan kəndində (rayon mərkəzindən 15 km aralı) ümumi sahəsi 256 kv.m olan ikimərtəbəli 9 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 204 kv.m sahədə yanıb. Evin 2 otağı və sahəsi 114 kv.m olan bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-12
6,221
Cənubi Koreya ABŞ üçün 860 milyon ayırdı
Rəsmi Seul Cənubi Koreya ərazisində məskunlaşan ABŞ hərbi qüvvələrinin saxlanılması üçün 860 milyon dollar ayırmağı planlaşdırır. Bu informasiyanı "Yonhap" agentliyi yayıb. Cənubi Koreya rəhbərliyi ilə ABŞ arasında keçirilən görüşdə bu razılaşmanın 5 il ərzində qüvvədə olacağı deyilir. Xatırladaq ki, Cənubi Koreya ərazisində ABŞ hərbi qüvvələrinin 20 min hərbi kontingenti var. Onların əsas məqsədi Şimali Koreyadan gələ biləcək təhlükənin qarşısını almaqdır. Fevral ayında ABŞ Cənubi Koreyaya daha 800 hərbçisini göndərəcəyi haqda da məlumatlar verilir. (ANS)
2014-01-12
6,222
Almaniya Fətullah Güləni "mafiya atası" adlandırdı
Türkiyədə "Gülən Camaat"ı ilə AKP arasındakı iqtidar savaşı Alman mətbuatında da geniş yer alıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın öndə gələn xəbər portallarından "Der Spiegel" "Gülən Hərəkatı: Der Pate (Mafiya atası)" başlıqlı xəbərində Gülən camaatının Almaniyada necə təşkilatlandığı barədə yazıb. Daha əvvəl də eyni başlıqla Gülən camaatı ilə bağlı xəbər yazan və camaatın sərt reaksiyasına gətirib çıxaran hətta jurnalın rəhbərliyinə qarşı yalan xəbər verməsi ilə bağlı ittihamlara gətirib çıxarmışdı. "Der Spiegel" Ərdoğanın Gülən kurslarını bağlatdırması səbəbindən Gülən camaatının qisas aldığını yazır. "Güclü Şəbəkə, mafiya atası" başlığında verilən xəbərdə Türkiyədə Gülən camaatı "dövlət içində dövlət yaratmaq"da ittiham edilir. Daha sonra məqalədə Fəthullah Gülənin Türkiyəni islamlaşdırmaq istəyindən sonra onun barəsində qərar verilir və bu qərar 1999 -ci ildə onun Amerikaya qaçmasına gətirib çıxarır. Gülən camaatı tərəfdarlarının təxminən 140 ölkədə media qurumlarına, xəstəxanalara, məktəblərə və banklara sahib olduğu, həmçinin onların Ərdoğanla kürd siyasəti və xarici siyasətdə fikir ayrılıqlarının olduğunu qeyd edir. Gülən camaatının yurdlarda yeni nəsil yetişdirdiyi və bunların özlərini "İşığın Əsgərləri" adlandıraraq məqsədlərinin İslam cəmiyyəti yaratmaq olduğu, iş həyatında, siyasətdə, təhsildə və məhkəmədə söz sahibi olmaq istədikləri yazılır.
2014-01-12
6,223
Öldürülən 25 yaşlı gəncin kimliyi məlum oldu - Yeniləndi
Bu gecə Bakının Nəsimi rayonunda qətl törədilib. Verilən məlumata görə, axşam saat 22:00 radələrində metronun "20 yanvar" stansiyasının yaxınlığında 26 yaşlı gənc başına açılan atəşlə öldürülüb. Hadisə, Velotrekin ətrafında yerləşən bir kafenin yaxınlığında baş verib. Cinayətdən bir müddət öncə öldürülən gənc naməlum şəxslərlə həmin kafedə olub. Onların kafeni tərk etməsindən 30-40 dəqiqə sonra güllə səsləri eşidilib. Kafenin işçiləri polisə məlumat veriblər. Minval.Az-ın əldə etdiyi məlumata görə, polis öldürülən şəxsin kimliyini müəyyən etməyə nail olub. Verilən məlumata görə, qətlə yetirilmiş şəxs əvvəllər narkotik ticarətinə görə həbsdə olub. Cinayət hadisəsi ilə bağlı istintaq araşdırması başladılıb (Minval.Az). Bakıda ötən gecə güllələnən şəxsin adı məlum olub. "Axar.az" APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə "20 Yanvar" metro stansiyasının yaxınlığında yerləşən "Görüş" kafesinin arxasında baş verib. Kafedən çıxan 25 yaşlı Ramil Məhərrəm oğlu Novruzov naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib. Hadisənin hansı zəmində və kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedib.
2014-01-12
6,224
Mahmud Abbas: "İsrail ilə sülh olmayacaq"
"Şərqi Qüdsün Fələstinin paytaxtı elan edilməyəcəyi təqdirdə İsrail ilə danışıqlar aparılmayacaq" "Axar.az" Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas deyib. Fələstin dövlət başçısı Mahmud Abbas 1967-ci ildə işğal edilən torpaqlarının hamısı daxil olmaqla və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qəbul edilməyəcəyi təqdirdə İsrail ilə sülh olmayacağını deyib. Abbas İsrailin yeni məskunlaşma layihəsi ilə bağlı 48 saat ərzində cavab verəcəklərini bildirib. Qeyd edək ki, AB üzvü 28 ölkənin xarici işlər nazirlərinin yekun iclasında da İsrailin yeni yaşayış yerləri tikmək istəməsi narahatçılıqla qarşılanıb və Fələstin və İsrail arasında yeganə həll yolunun sülh olduğu bəyan edilib.