Search is not available for this dataset
text
stringlengths
10
518k
Möhtərəm Prezidentimiz, eyni zamanda, Sizin həyat yolunuza, siyasi fəaliyyətinizə nəzər salınsa, aydın görünər ki, ordenin statutunda müəyyən edilmiş digər müddəalar da Sizin çoxşaxəli fəaliyyətinizi məhz bu ordenlə qiymətləndirmək üçün tam əsas verir"… "Heydər Əliyev" ordeni poçt markası üzərində 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir.
Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Heydər Əliyev" ordeninə həsr olunmuşdur.
Həmçinin bax Heydər Əliyev Heydər Əliyev Mükafatı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı Azərbaycan Respublikasının dövlət təltifləri ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu.
e-qanun.az Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
Azərbaycan Prezidenti İlham Əliyevə "Heydər Əliyev" ordeninin təqdim olunmasına həsr olunmuş mərasim.
Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycanın ən ali dövlət təltifi.
Orden Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilmişdir.
2005-ci ildən bu yana 26 nəfər bu ordenlə təltif edilmişdir.
Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır.
Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər.
Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova.
Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi. Həmçinin bax "Heydər Əliyev" ordeni
Heydər Əliyev İrsi" Beynəlxalq Elektron Kitabxana — Heydər Əliyevin irsinə həsr edilmiş kitabxana.
2004-cü il 10 may tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmışdır.
Layihənin müəllifi "Azərbaycan Nyumedia" şirkətidir.
Saytın fotoqalereyasında ulu öndərə aid nadir fotolar vardır.
Kitabxana nəşriyyat fəaliyyəti ilə də məşğuldur.
Heydər Əliyev İrsi" Beynəlxalq Elektron Kitabxanasının əsasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzi yaradılmışdır Yaradılması Azerbaijan Ne Media Azərbaycan Bolqarıstan müştərək müəssisəsinin ən böyük layihəsi olan "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxana 2004-cü il may ayının 10-da ümummilli lider Heydər Əliyevin ad günündə internet sisteminə çıxmışdır.
Kitabxananın yaradılmasının əsas məqsədi Heydər Əliyevin zəngin irsini beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırmaqdan ibarətdir.
Dünyada 14 oxşar layihə mövcuddur.
50 dildə fəaliyyət göstərən kitabxanada Heydər Əliyevin — çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnləri ilə tanış olmaq mümkündür.
Hər ay 100-dən çox ölkədən 10 min oxucu sayta daxil olur.
Amerika, Fransa, İngiltərə, Almaniya və digər ölkələrin vətəndaşları bu sayta mütəmadi müraciət edir və sənədlərlə tanış olurlar.Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdində Tərcümə Laboratoriyası da fəaliyyət göstərir.
Laboratoriyada onlarla kitab və məcmuə xarici dillərə tərcümə edilib.
Xüsusi uğur qazanmış kitablar sırasında "Böyük Liderin 90 anı", "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik", "İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram", "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında", "Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol", "Sabaha doğru", "Azərbaycan bayrağı İst-River sahilində", "Azərbaycan vahid və bölünməz Avropada", "Tarixi Azərbaycan dövlətləri", "Xocalı-1992" və digər nəşrlərin adını çəkmək olar Xarici keçidlər "HEYDƏR ƏLİYEV İRSİ" BEYNƏLXALQ ELEKTRON KİTABXANA Həmçinin bax Heydər Əliyev İrsini Araşdırma Mərkəzi
Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — Azərbaycan Respublikasının yubiley medalı.
11 aprel 2023-cü ildə təsis edilmişdir.
Tarixi və əsasnaməsi "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli Qanunu ilə təsis edilmişdir.
Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə; Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə; Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə; Sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə; Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə; Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə; Dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.
Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra, bütün medallardan isə əvvəl taxılır.
Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təsviri Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı üzəri 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan ümumi diametri 42 mm olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarətdir.Maddə 2.
Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz yerləşdirilmişdir.
Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış, diametri 26 mm olan dairəvi lövhə yerləşdirilmişdir.
Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca HEYDƏR ƏLİYEV sözləri, aşağı qövs boyunca 1923–2023 rəqəmləri yazılmışdır.
Daxili çevrənin içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır, qızılı rəngdədir.Maddə 3.
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir.
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Maddə 4.
Medalın elementləri Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə 34,5 mm x 1,5 mm ölçülü və aşağı hissəsinə 34,5 mm x 7,5 mm ölçülü, üzərində dəfnə yarpaqlarından ibarət çələng həkk olunmuş qızılı rəngli hamar lövhə bərkidilmiş, 31,5 mm x 15 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin üzərində hər birinin eni 10,5 mm olan, Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən yaşıl rəngli, qırmızı rəngli və mavi rəngli şaquli zolaqlar əks olunmuşdur.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş, 31,5 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Həmçinin bax Heydər Əliyev "Heydər Əliyev" ordeni "Heydər Əliyev" mükafatı Azərbaycan Respublikasının dövlət təltifləri
15 aprel 1989-da 24,000 "Liverpul" azarkeşi bir futbol matçı izləməyə getdi.
96-sı heç vaxt geri qayıtmadı!
İngiltərə futbol tarixində yaşanmış ən faciəli hadisələrdən biri də Hillsboro faciəsidir.
15 aprel 1989-cu ildə baş vermiş bu faciədə 96 nəfər azarkeş həlak olmuş, 766 nəfərsə müxtəlif dərəcəli xəsarət almışdır.
Hadisə Şeffild qraflığında yerləşən "Hillsboro" stadionunda "Nottinhem Forest" və "Liverpul FK" komandaları arasında keçirilən yarımfinal qarşılaşması zamanı baş vermişdi.
Ölkə kuboku uğrunda yarımfinal matçı saat 15.00-a təyin edilmişdi.
Oyuna marağın böyük olacağını və turniketlərin buraxılış səviyyəsinin aşağı olduğunu nəzərə alan təşkilatçılar klubun azarkeşlərinə müraciət edərək, stadiona bir qədər tez gəlməyi xahiş etmişdi.
Lakin bu çağırış da faciənin qarşısını ala bilməmişdi.
Bundan başqa, oyuna 10 dəqiqə qalmış azarkeşlərlə yanaşı stadiona 4 minə yaxın biletsiz tamaşaçı da daxil olmağa cəhd göstərmişdi.
Nəticədə turniketlərin qarşısında böyük sayda azarkeş cəmləşmişdi.
Bu zaman adamlar arasında gərginliyin artdığını göstərən hadisələr baş verməyə başlamışdı.
Bu an stadionun təhlükəsizlik xidmətinə cavabdeh olan polis məmuru Devid Dakenfild tabeliyində olan polis nəfərlərindən soruşmuşdu: "Hamının bilet var?O zaman biletləri yuxarı qaldırın!".
Azarkeşlər polis məmurunun tələbini yerinə yetirən zaman qapılar açılmış və çox sayda biletsiz tamaşaçı tribunalara daxil olmağa başlamışdı.
Dolu tibunalarda əyləşmiş tamaşaçılarsa üç tərəfdən dəmir hasarlarla əhatəyə düşmüş və dördüncü qapıdan daxil olmuş kütlə ön sırada oturmuş tamaşaçıları sıxmağa başlamışdı.
Metal hasarı sıxılmış və azarkeşlər ağırlıq altında boğulmuşdular.
Qarşılaşmanın 6-cı dəqiqəsində oyun saxlanılmışdı, lakin polisin və stadion əməkdaşlarının qeyri-adekvat davranışı nəticəsində böyük sayda insan həlak olmuşdu.
Məsələ ondadır ki, polis tıxacdan canını qurtarmağa çalışan azarkeşləri davranışı xuliqanlıq kimi qiymətləndirmiş və hətta tribunadan qaçmağa çalışan tamaşaçıların üzərinə polis dəstəsi göndərmişdi.
Ön dəmir hasarın açmaqdan imtina etməklə polis 96 nəfərin ölümünə şərait yaratmışdı.
766 nəfər müxətlif dərəcəli xəsarət almışdı.
Liverpul" komandasının kapitanı Stiven Cerrardın dayısı oğlu da ölənlər arasında olmuşdu.
Təəccüblüdür ki, polis təcili tibb yardım maşınlarının stadiona daxil olmasına imkan verməmiş və nəticədə çox sayda azarkeş yerindəcə həlak olmuşdu.
Yalnız bir həkim briqadası xəsarət alanlara yardım etmişdi.
Lakin dörd gün sonra "The Sun" qəzeti "Həqiqət" başlıqlı dərc etdiyi məqalədə iddia etmişdi ki, azarkeşlərin həlak olmasında polis yox, "Liverpul" komandasının sərxoş fanatları günahkardırlar.
Bundan başqa, qəzet yazmışdı ki, "Liverpul"un azarkeşləri polisə qarşı nəlayiq hərəkətlərə yol vermiş və həlak olmuş yoldaşlarını soymuşlar.
Maraqlıdır ki, günahın kimlərdə olduğu sənədlərlə təsdiqlənsə də, qəzet üzr istəməkdən imtina etmişdi.
Qəzetə qarşı indiyədək mübarizə aparılır.
Hər il aprel ayının 15-də "Liverpul" klubunun rəhbərliyi və oyunçuları şəhərdə ucaldılmış abidəsinin önünə toplaşaraq, faciədə ölən insanların xatirəsini anırlar.
Hələdə "Liverpul" azarkeşləri "Don't buy The Sun" bannerlərini açırlar.
Dövlət səviyyəsində aparılmış istintaq zamanı faciənin günahkarları müəyyənləşdirilməmişdi.
Polislər onunla bəraət qazanmağa çalışmışdılar ki, tribunalara azarkeş buraxmasaydılar, tələfat daha çox ola bilərdi.
Bir neçə il çəkmiş məhkəmə dinləmələrindən sonra əsas günahın giriş qapılarını açmaq barədə göstəriç vermiş Devid Dakenfild elan olunmuşdu.
Lakin səhhətilə əlaqədar olaraq polis məmuru işdən azad edilməmişdi.
Bu faciədə həyatını itirmiş 96 nəfər Con Anderson Alfred (62) Kolin Mark Ashcroft (19) Ceyms Qari Aspinall (18) Kester Rocer Markus Ball (16) Jerar Bernar Patrik Baron (67) Simon Bell (17) Barri Sidni Bennet (26) David Con Benson (22) Devid Uilyam Birtle (22) Toni Blend (22) Pol Devid Bredi (21) Andrey Mark Bruks (26) Karl Braun (18) David Stiven Braun (25) Henri Tomas Berk (47) Piter Endryu Burket (24) Pol Uilyam Carlile (19) Raymond Tomas Çapman (50) Qari Kristofer Çörç (19) Cozef Klark (29) Pol Klark (18) Harri Kollinz (22) Stiven Pol Copoc (20) Treysi Elizabet Koks (23) Ceyms Filip Delani (19) Kristofer Barri Devonside (18) Kristofer Edvards (29) Vinsent Maykl Fitzsimmons (34) Tomas Stiven Foks (21) Yon-Pol Gilhooley (10) Barri Qlover (27) Yan Tomas Qlover (20) Kran Corc Qodvin (24) Roy Harri Hamilton (34) Filip Hammond (14) Erik Hankin (33) Harri Harrison (27) Stefan Frensis Harrison (31) Piter Endryu Harrison (15) David Kolli (39) Ceyms Robert Hennessy (29) Pol Entoni Hewitson (26) Karl Darren Hyuitt (17) Nikolay Maykl Hyuitt (16) Sara Luiza Hiks (19) Viktoriya Ceyn Hiks (15) Qordon Rodni Horn (20) Artur Lami (41) Tomas Hovard (39) Tomas Hovard (14) Entoni Erik Corc Hyuz (42) Alan Conston (29) Kristin Ann Cons (27) Qari Filipp Cons (18) Riçard Cons (25) Nikolay Piter Joynes (27) Entoni Piter Kelli (29) Maykl Devid Kelli (38) Karl Devid Lyuis (18) Devid Uilyam Mather (19) Brayan Kristofer Mattyus (38) Frensis Cozef Mak — Allister (27) Con Mcbrien (18) Marian Hazel Makkabe (21) Cozef Makkarti Daniel (21) Piter Mcdonnell (21) Alan Mcglone (28) Kit Makqrat (17) Pol Brayan Mürrey (14) Li Nikol (14) Stefan Frensis Onil (17) Conatan Ouens (18) Uilyam Roy Pemberton (23) Karl Vilhelm Rimmer (21) David Georgi Rimmer (38) Qrehem Con Roberts (24) Stiven Cozef Robinson (17) Henri Çarlz Rocers (17) Kolin Endryu Hyu Uilyam Sefton (23) İnger Şah (38) Paula Enn Smit (26) Adamiya Edvard Spearritt (14) Filip Con Stil (15) David Leonard Tomas (23) Patrik Con Tompson (35) Piter Tompson Ruben (30) Stüart Pol Uilyam Tompson (17) Piter Frensis Tootle (21) Kristofer Ceyms Traynor (26) Martin Kevin Traynor (16) Kevin Tyrrell (15) Kolin Vafer (19) Yan David Velan (19) Martin Kennet Vild (29) Kevin Deniel Vilyams (15) Qrehem Con Rayt (17) Həmçinin bax İdman komandalarının uğradığı qəzaların siyahısı Xarici keçidlər "Liverpul"un rəsmi saytında Hillsboro faciəsi
Hobson seçimi — yalnız bir təklifin verildiyi azad seçimdir.
İnsan ona verilən təklifi rədd etmək bacarığına malik olduğundan cari vəziyyətdə iki seçim mövcuddur: Hər iki halda qəbul etmək.
Hər iki halda rədd etmək.İfadə Kembricdə mehtər kimi fəaliyyət göstərən Tomas Hobsonun soyadından törəyib.
Belə ki, o, öz müştərilərinə alış zamanı tövləsindəki qapıya ən yaxın olan atı seçməyi və ya ümumiyyətlə heç birini götürməmək təklifini irəli sürüb.
Kembric Bələdiyyə binasına bağışlanan rəsm portretinin altındakı yazıya əsasən Hobsonun 40 atdan ibarət geniş tövləsi mövcud olub.
Bu, içəri daxil olan müştərilərdə bir neçə şanslarının olduğu təsəvvürünü yaradıb, halbuki əslində alıcıların sadəcə bir seçim şansı var idi: Hobson müştərilərdən qapıya ən yaxın olan atı seçməyi tələb edirdi.
Bu vasitə ilə ən yaxşı atların daha çox seçilməsinin və nəticədə həddən artıq istifadəsinin qarşısı alınırdı.
Hobsona məxsus tövlənin yerləşdiyi ərazi hal-hazırda Müqəddəs Katerina Kolleci tərəfindən özəlləşdirilib.Henri Ford, həmçinin müştərilərinə Ford T Model avtomobilini eyni məşhur sitatla təqdim etdi : "Qara rəngdə olduğu müddətcə istənilən müştəri istənilən rəngdə avtomobilə sahib ola bilər.
Əslində, ilk günlərdə avtomobillər müxtəlif rənglərdə təklif olunurdu.Ultimatum oyunu Hobson seçimi şəklindədir.
İlkin yazılı təsəvvürlər İngilis dilinin Oksford lüğətinə əsasən, bu ifadənin ilk yazılı istifadəsi 1660-cı ildə Samuel Fişer tərəfindən yazılan "The rustick's alarm to the Rabbies" əsərində qeydə alınıbBu ifadə, həmçinin, Jozef Addisonun "İzləyici" məqaləsində və Tomas Uordun 1688-ci ildə yazdığı və ölümündən sonra dərc olunan "İngiltərə Reformasiyası" poemasında istifadə olunub.
Müasir istifadəsi "Hobson seçimi" termini əksər hallarda seçimin insanları aldatması mənasına gəlir, çünki burada nə Morton çəngəlində olduğu kimi iki ekvivalent variant, nə də dilemmada olduğu kimi iki istənməyən variant arasında seçim mövcud olur.
Hobson seçimi nə isə və ya heç nə arasında seçimdir.
1951-ci ildə Robert Haynlaynın yazdığı "Planetlər arası" kitabında baş obraz olan Don Harvey səhvən Robson seçimi etməli olduğunu qeyd edir.
Belə ki, Don Yer orbiti stansiyasında olarkən, Marsda yaşayan valideynlərinin yanına getməli olur, lakin olduğu yerdən yalnız Yerə və ya Venera planetinə uçuş var idi. Hobson seçimi aşağıda qeyd olunanlardan fərqlidir: Dilemma: iki və ya daha artıq cəlbedici olmayan təklif arasında seçim.
Yanlış dilemma: faktiki olaraq, digər variantların mövcud olmasına baxmayaraq, yalnız iki seçim nəzərə alınır.
Maddə 22: fərdlərin ehtiyacı olan bir şeyin, yalnız onların həmin vəziyyətdə olmamasından əldə oluna bilən məntiqi paradoks.
Morton çəngəli və ikili rabitə: seçimlər ekvivalent və əksər hallarda istənilməyən nəticələr təmin edir.
Şantaj və qəsb etmə: istəyin yerinə yetirilməsi və ya əks halda mənfi bir təhlükə arasında seçim.Ümumi səhvlərdən biri də "Hobson seçimi" yerinə "Hobbes seçimi" ifadəsinin istifadə olunmasıdır, bu da öz növbəsində filosof Tomas Hobbesi çox da tanınmayan Tomas Hobson ilə qarışdırmağa gətirib çıxardır.
Bu qarışıq istifadəyə rəğmən, "Hobbes seçimi" ifadəsi tarixən düzgün deyil.
Mədəniyyətdə istinadlar Hobson seçimi 1915-ci ildə Harold Brighouse tərəfindən qələmə alınmış tam versiyalı komediya səhnəsidir.
Tamaşanın sonunda baş obraz və əvvəllər varlı, güclü, lakin indi xəstə və taqətsiz olan Henry Horatio Hobson heç də xoş olmayan bir ehtimalla üzləşir.
Belə ki, o, digər qızları tərəfindən imtina edildiyi üçün, yalnız öz şəxsi biznesinin idarəsini qızlarından biri olan Maggieyə və onun həyat yoldaşı Uillə verməyi qarşılığında, onlar tərəfindən himayəyə götürülməyi seçimi qarşısında qalır.
Tamaşa əsasında müxtəlif filmlər çəkilmişdir: Hobson seçimi (1920, film) Percy Nash tərəfindən Hobson seçimi (1931, film) Tomas Bentley tərəfindən Hobson seçimi (1954, film) David Lean tərəfindən Hobson seçimi (1983, film) televiziya serialı.
Populyar mədəniyyətdə Alfred Besterin 1952-ci ildə ərsəyə gətirdiyi "Hobson seçimi" adlı qısa hekayəsində zamanda səyahətin mümkün olduğu dünya təsvir olunur və seçim fərdin öz doğma zamanında qalması və ya səyahət etməsidir.