Search is not available for this dataset
text
stringlengths
10
518k
Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir.
Emblem və sözlər relyefli, gümüşü rəngdədir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində yaşıl, 1 mm enində ağ, 5,5 mm enində narıncı və mərkəzdə 8 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Mərkəzdə yerləşən yaşıl rəngli zolağın üzərində dərəcəni bildirən ölçüsü 1,5 mm olan 3 sarı rəngli şaquli zolaq təsvir olunmuşdur.
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.
Təltif olunanlar "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlərin siyahısı
Füzulinin azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal).
İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Füzulinin azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Əsasnamədə deyilir: Maddə 1.
Təltif edilən şəxslər "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2.
Təltif edən orqan "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3.
Taxılma qaydası "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Xocavəndin azad olunmasına görə" medalından sonra taxılır.
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
Medalın ön tərəfi 2.1.
Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.
Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur.
Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "FÜZULİ", aşağı qövs boyunca "17 OKTYABR 2020" sözləri yazılmışdır.
17 OKTYABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur.
FÜZULİ" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3.
Medalın arxa tərəfi 3.1.
Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "FÜZULİNİN AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır.
Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 4.
Medalın elementləri 4.1.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi "Fərhəngi-türki" çox qiymətli bir lüğətdir.
Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir.
Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir.
V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh.
Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh.
Fəxri Legion ordeni (fr.
Ordre national de la Légion d'honneur) — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı.
19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir.
Bu ordenlə təltif olunmuş azərbaycanlılar arasında general Əliağa Şıxlinski, Əhmədiyyə Cəbrayılov, rəssam Tahir Salahov, prezident İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da var.
Rütbələri və dərəcələri Mükafat 3 rütbə və 3 dərəcəyə bölünür.
Grand maître) — yalnız Fransa prezidentlərinə verilir.
Grand`croix) Böyük zabit (fr.
Grand officier) Komandor (fr.
Commandeur) Zabit (fr.
Officier) Kavaler (fr.
Chevalier) Ordenlərin mundirdəki yerləri Xarici keçidlər [1] Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine
Fəxri Legion ordeni (fr.
Ordre national de la Légion d'honneur) — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı.
19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir.
Bu ordenlə təltif olunmuş azərbaycanlılar arasında general Əliağa Şıxlinski, Əhmədiyyə Cəbrayılov, rəssam Tahir Salahov, prezident İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da var.
Rütbələri və dərəcələri Mükafat 3 rütbə və 3 dərəcəyə bölünür.
Grand maître) — yalnız Fransa prezidentlərinə verilir.
Grand`croix) Böyük zabit (fr.
Grand officier) Komandor (fr.
Commandeur) Zabit (fr.
Officier) Kavaler (fr.
Chevalier) Ordenlərin mundirdəki yerləri Xarici keçidlər [1] Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine
Fəxri Proletar Döş Nişanı — Azərbaycan SSR-in ilk dövlət mükafatı.
1920-ci ilin yayında təsis edilmiş və 1921-ci ilin sonunadək mövcud olmuşdur.
Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm olmuş, hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdir (soldan hərbi xidmətləri simvolizə edən dəfnə yarpağı ilə, sağdan isə mülki xidmətləri simvolizə edən palıd yarpaqları ilə).
Təltif olunanlar Mükafat Azərbaycan İnqilab Komitəsinin qərarı ilə təltif edilirdi.
1920–1921-ci illərdə təxminən 20 nəfər Azərbaycan SSR İnqilab Komitəsinin qərarı ilə bu mükafatla təltif edilmişdir.
General Məhəmməd Əsədov" mükafatı — Qarabağ müharibəsinin ilk günlərində Famil Mehdi tərəfindən yaradılmış "Nicat" cəmiyyətinin təsis etdiyi mükafat.
Bu mükafatın verlməsində əsas məqsəd Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq olmuşdur.
Laureatları Allahverdi Bağırov Alı Mustafayev Asif Məhərrəmov Cavanşir Quliyev Maşallah Abdullayev Yelmar Məmmədov Ələsgər Novruzov Qasım Qasımov
Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikası prezidenti tərəfindən 2021-ci il 3 dekabr tarixli 425-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş dövlət təltifi.
Təltif edilən şəxslər "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə, Azərbaycan Respublikasının gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan Respublikasının gömrük orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi işində kömək göstərdiklərinə görə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikası ilə gömrük işi sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə xarici ölkələrin vətəndaşları təltif edilirlər.
Taxılma qaydası "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Medalın təsviri Medalın ümumi təsviri "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, kənarları səkkizguşəli ulduz formalı, diametri 50 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfi Medalın ön tərəfində dairənin ortasında Azərbaycan Respublikası gömrük orqanlarının embleminin elementləri olan qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya, dairənin aşağı hissəsində isə sağ və sol tərəflərə istiqamətlənmiş yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir.
Nəzərdə tutulan kompozisiyada çevrə boyunca qara rənglə GÖMRÜK ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ sözləri yazılmışdır.
Dəfnə çələngləri, qalxan, qılınc, açar və sözlər relyeflidir.
Mavi və boz rəngli qalxan, qara və bürüncü rəngli elementləri olan qılınc, ağ rəngli açar istisna olmaqla digər elementlər qızılı rəngdədir.
Medalın arxa tərəfi Medalın arxa tərəfinin mərkəzində qızılı rənglə GÖMRÜK ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ sözləri yazılmış, sözlərin aşağı hissəsində isə sağ və sol tərəfə istiqamətlənmiş yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir.
Sözlər və dəfnə çələngləri relyeflidir.
Medalın arxa tərəfinin aşağı hissəsində onun seriyası və nömrəsi göstərilir.
Medalın elementləri Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentdə kənarları 3,5 mm qızılı, ortası bərabər ölçülü mavi, qırmızı və yaşıl çalarlı üfüqi zolaqlar təsvir edilmişdir.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.
Gülüstan sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində, zirvəsində Şəhidlər Xiyabanının olduğu dağın aşağı ətəklərində yerləşən ictimai binadır.
Binanın daxilində çoxməqsədli təyinata malik geniş ölçülü restoran zalı yerləşir.
Gülüstan" sarayı 1980-ci ildə tikinti işləri üzrə Azərbaycan SSR-nin Nazirlər şurasının sədr müavini Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir.
Sarayın memarları olaraq N. M. Hacıbəyov və A. Y. Əmirxanov, inşaat işləri üzrə konstruktorlar isə N. İ. İsmayılov və K. A. Kərimov seçilmişdilər.
Binanın layihəsi Bakgiproqor institutunda hazırlanmışdır.
1982-ci ildə sarayın müəllif kollektivi (memarlar N. M. Hacıbəyov və A. Y. Əmirxanov, konstruktorlar N. İ. İsmayılov və K. A. Kərimov, F. İ. Rüstəmbəyov və T. Y. Şarinskinin başçılığı altında mühəndislərdən ibarət işçi qrupu, eləcə də inşaatçılar T. Ş. Əhmədov və A. İ. Kevorkov) Azərbaycan SSR-nin Dövlət mükafatına layiq görülmüşdür.
Saray ümumşəhər, həm də respublika miqyaslı kütləvi tədbirlərin — məsələn, konsert, dövlət qəbulları və ya yeni il axşamlarının keçirilməsinə hesablanmışdır.
20 sentyabr 1994-cü ildə Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır.
Böyük Britaniyanın "BP", ABŞ-nin "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər.
Gülüstan sarayında müxtəlif illərdə Azərbaycan mətbuatının 135-yaşlı yubileyi (2010), Beynəlxalq humanitar forum (2011), Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü (2011) və digər bu kimi, önəmli tədbirlər keçirilirdi.
Gülüstan sarayının binası, Bakı körfəzinin və şəhər mənzərəsinin ən uğurlu şəkildə müşahidə etməyin mümkün olduğu Bakının dağlıq hissəsində yerləşdirilmişdir.
Bu yerdə relyef qərbdən şərqə doğru kəskin düşür.
Layihənin müəllifləri planlaşdırma zamanı bundan uğurla istifadə etmişdilər.
Mümarşünas Rəna Əfəndizadə belə mürəkkəb relyefdə sarayın tikintisi üçün memarların həcmli qərarını olduqca cəsarətli və doğru olduğunu hesab edirdi.
Əfəndizadənin sözlərinə görə, saray "relyefin ümuni strukturunu pozmadan, kənarları boyunca sərilmişdir".
Layihənin müəllifləri sarayın arxitekturasında Azərbaycan milli memarlığı üçün ənənəvi vahid motivləri tətbiq etmişdilər: tağ sırası ilə çərçivələnmiş eyvanlar, binanın ümumi fasadına özünəməxüsus görkəm bəxş edirlər.
Sovet memarlarının ən yaxşı əsərləri.
1981–1982-ci illər" kitabın müəlliflərinin sözlərinə görə, bu eyvan, "birinci mərtəbənin divarlarının üstündə konsol şəklində asılaraq, yüngüllüyün, eləcə də zərif işıq və kölgə oyunlarının təəssüratını yaradır.