Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. |
Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). |
İstiqamətlər Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. |
ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir. |
Məhsullar ilkin olaraq Masallı və Balakən rayonlarında təsərrüfatçılara təhvil verilmiş xüsusi monoblok-konteynerlərdə istehsal olunurdu. |
Bu rayonlarda ABADçı ailələrinə bütün standartlara cavabdeh olan xüsusi avadanlıqlarla təchiz edilmiş 18 monoblok-konteyner təqdim edilib. |
İstehsalat prosesi "ABAD"ın texnoloqlarının nəzarəti altında keçirilir. |
Dekorativ-tətbiqi xalq sənətkarlığı Əl işləri sahəsi üzrə isə bütün Azərbaycan üzrə sənətkarlar qəbul olunur. |
Sənətkarlar arasında üstünlük Azərbaycan milli-mədəni ruhda hazırlanan suvenirləri düzəldənlərə üstünlük verilir. |
Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində Azərbaycan milli-mədəniyyətinı xas olan bütün dekorativ sənət növlərinin suvenir nümunələri təqdim olunur: xalçaçılıq, dulusçuluq, oymaçılıq, rəngkarlıq, zərgərlik, misgərlik, həsirçilik, və s. "ABAD" həmçinin orta sahikarlığa dəstək göstərir. |
Dəstək daha çox satışın təşkili xidmətindən ibarətdir, bir neçə MMC daxildir. |
Məhsulların keyfiyyəti "ABAD" leyblı altında satışa çıxarılan bütün məhsullar keyfiyyəti ilə seçilir. |
Onlar kimyavi qatqısıq evsayağı və 100% handmade üsulu ilə hazırlanır. |
Ət məhsulları 99% mal, qoyun və toyuq ətindəndir, 1% təbii ədviyyatlardan ibarətdir. |
Dəstək proqramına daxil olan xidmətlər "ABAD"ın dəstək proqramı müxtəlif xidmətləri ehtiva edir. |
Bura marketinq, brendinq, dizayn, mühasibat xidmətləri, avadanlıqla təchizedilmə, hüquqi yardım, daşınma, qablaşdırma, logistika, bir pəncərə əsasında sertifikatlaşdırma və sonunda satışın təşkili kimi xidmətlər daxidlir. |
Bundan başqa, ABADçının adına bank hesabı və VÖEN açılır, satış baş tutduqda vəsaitlər ABADçının bank hesabına köçürülür. |
Zərurət yaranarsa, donor və partnyorlarımızın vasitəsilə "ABAD"çılara avadanlıq, ya güzəştli mikrokredit verilə bilər. |
Qeyd: Vergi və DSMF hesabatlarının verilməsi. |
Suvenir hazırlayanlar vergidən azaddır. |
ABAD" Etno-butik və BAKALEYA-lar Etno-butiklər "ABAD" etno-butiklərində əsasən dekorativ-tətbiqi xalq sənətkarlığı məhsulları satılır. |
Qida məhsullarının satışı "Bravo" hipermarketlərində, Grandmart və Bolmart supermarketlərində, həmçinin Rahat marketlərində yerləşən "ABAD" Bakaleyaları və stendlərində həyata keçirilir: Regional mərkəzlər "ABAD" publik hüquqi şəxsin 6 regional mərkəzi fəaliyyətdir. |
Digər mərkəzlər və layihələr "ABAD Food Hall"ABADçı"lar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış qida məhsullarının sərgi-satışı həmçinin regiona "ASAN Həyat Kompleks"lərinin nəzdində və ərazisində açılmış "ABAD Food Hall"-larda təşkil olunur. |
Hazırda 5 "ABAD Food Hall" fəaliyyət göstərir: Quba "ABAD Factory" Quru meyvələr; Qənnadı məmulatları; Süd məhsulları; Ət məhsulları.Qeyd: Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə "Quba ABAD Factory" ərazisində müvafiq infrastruktur yaradılıb. |
Kompleksdə 30 ABADçı ailəsi fəalliyət göstərir. |
Məhsul dövriyyəsi artdıqca bu sayın 80-dək qalxması gözlənilir. |
Tovuz "ABAD Factory"Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabrikinin açılış mərasimi 4 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz "ASAN Həyat" kompleksinin açılışı zamanı baş tutub. |
Fabrik "Qazax Sement Zavodu" MMC və "Fito Life" MMC-nin dəstəyi ilə 2019-cu ildə inşa edilib. |
Müasir standartlara cavab verən və ölkəmizdə ilk dəfə tətbiq edilən avadanlıqlarla təchiz edilmiş "Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabrikinin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirməsinə hədəflənib. |
Fabrikin ərazisi 3000 m² təşkil edir. |
Xammal anbarı, hazır məhsul anbarı, su anbarı, qazanxanası və laboratoriyası var. |
Fabrikdə 3 istehsal xətti qurulub: meyvələrin yuyulması, çeşidlənməsi, emalı, qurudulması və paketlənməsi; dərman bitkilərinin yuyulması, çeşidlənməsi, emalı, qurudulması və kisələrə doldurulması; emaldan keçmiş üyüdülmüş dərman bitkilərindən hazır çay məhsulunun istehsalı.Müasir standartlara cavab verən və Azərbaycanda ilk dəfə tətbiq ediləcək avadanlıqlarla təchiz olunan bu fabrikin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirəcək. |
Fabrikdə rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur. |
Mövsümdən asılı olaraq fabrikdə 30–100 yerli vətəndaş çalışacaq ki, bu da öz növbəsində regionda məşğulluğun təmin edilməsinə əlavə töhfə verəcək. |
Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi 2018-ci il oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər. |
ABAD" publik hüquqi şəxsin Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. |
Baxımsız və qəzalı şəraitdə olan həmin bina "Paşa Holdinq"in dəstəyi ilə yenidən qurulub. |
Mərkəz "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq qoruğu Şəki şəhərinin qədim tarixi hissəsində yerləşir. |
Qoruğ UNESCO-nun mədəni irs siyahısında salınıb. |
Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. |
İkimərtəbəli binada işçilər və təlimlərə qoşulacaq şəxslər üçün istirahət otaqları da var. |
Burada, həmçinin termik soba və təlim otaqları, xammal və hazır məhsul anbarları, etno-butik, ofis və xalçaçılıq otağı yerləşir. |
Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. |
Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb. |
Hazırda burada 12 sənətkar çalışır, könüllülük proqramları həyata keçirilir. |
Mərkəzdə keramika sənəti ilə birgə xalçaçılıq və digər dekorativ-tətbiqi xalq sənət növləri üzrə təlimlər keçirilir. |
Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi 2018–2019-cu illərdə "PAŞA Holdinq"in dəstəyi ilə inşa edilən Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət mərkəzi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi i("TIKA") tərəfindən zəruri mal-matreial və avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. |
Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin gələcək nəsillərə tanıdılması və gənclər arasında məşğulluğun artırılmasıdır. |
Mərkəzdə keramika sənəti üzrə ustad dərsləri və təlimlər keçirilir. |
Mərkəzin müxtəlif profilli avadanlıqla təchiz edilməsi digər keraika sənətkarları və həvəskarları üçün məhsulların bişirilmə vəs. |
proseslərinin ərsəyə gəlməsinə dəstək verir. |
Hazırda Mərkəzda 10 əməkdaş daimi iş yeri ilə təmin edilib. |
Onlar tərəfindən hər ay müxtəlif çeşidli məhsul istehsal edilərək satışa çıxarılır. |
Ölkəmizdə yeni brendlərin əsasının qoyulması "ABAD"ın ali məqsədlərindəndir. |
Belə ki, Mərkəzdə yaradılmış şəraitdən və "ABAD" xidmətlərindən yararlanmaqla "ART Factory" adlı yeni "ABAD"çı burada müxtəlif dekorativ əşya və suvenirlər, məişətdə istifadə üçün keramika məhsulları istehsal edir. |
Təbiətdən tarixə" adlı Keramika üzrə Beynəlxalq Simpozium "ABAD" publik hüquqi şəxsin təşəbbüsü ilə 20 may — 2 iyun 2019-cu il tarixində Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində "Təbiətdən tarixə"[1] adlı Keramika üzrə Beynəlxalq Simpozium təşkil olunub. |
Beynəlxalq Simpoziumun məqsədi müxtəlif ölkələrdən olan sənətkar-keramistlər (15 ölkədən 25 iştirakçı) ilə təcrübə mübadiləsi aparmaq, iştirakçıları və ziyarətçiləri keramika sənətinin müasir meylləri və milli mədəniyyətimiz ilə tanış etmək olub. |
ABAD Gastro Village" və "Good food by ABAD"Food truck"lərin istehsalı (təkərli qoşqular) "ABAD" PHŞ daha bir layihəsidir. |
Food truck-lər səyyar şəkildə fəaliyyət göstərməsi Respublikada turizm infrastrukturuna daha da cəlbedici görünüş yaradacaq. |
Truck"lər 4 istiqamətdə satış aparır: Şirniyyat.Truck-lər daimi olaraq Bakı şəhərində müxtəlif sakinlər axını çox olan nöqtələrdə fəaliyyət göstərir. |
Lakin səyyar şəkildə bütün Azərbaycan üzrə tədbirlərdə iştirak edə bilər. |
Beynəlxalq əlaqələr "ABAD" yarandığı gündən etibarən bir çox nüfüzlu beynəlxalq qurumlarla əməkdaşlıq edir. |
Bunlara BMTİP – Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramını, Aİ — Avropa İttifaqını, TİKA- Türkiyə İş Birliyi və Koordinasiya Agentliyini, BP, GIZ- Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətini, AHK- Alman-Azərbaycan Xarici Ticarət Palatasını, JICA — Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyini və başqalarını misal göstərmək olar. |
Həyata keçirdiyimiz irimiqyaslı layihələrə BMTİP və GEF ilə birgə həyata keçirdiyimiz "Böyük Qafqaz Landşaftında Dayanıqlı Meşə və Torpaq İdarədilməsi" layihəsi çərçivəsində "Yüksək dağlıq məntəqələrin sakinlərinin əlavə gəlir mənbəyi ilə təmin edilməsinə dəstək üzrə ixtisaslaşmış yerli müəsisənin seçilməsi proqramını Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən, ümumilikdə 44 ailəni əhatə edən "Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" üç illik layihəsini misal göstərmək olar. |
İrimiqyaslı layihələrdən əlavə isə, "ABAD" müntəzəm olaraq AHK, GİZ, yerli şirkətlərdən isə Ekvita ilə xaricdən ekspertlərin cəlb olunması istiqamətində layihələr həyata keçirir. |
Bu günə qədər, "ABAD" heyətinə və ABADçılarımıza marketinq, mühasibatlıq, onlayn rezervasiya sistemlərinin qurulması, layihə idaredilməsi, həmçinin müxtəlif qida məhsullarının istehsalı sahəsində müxtəlif ölkələrdən olan peşəkar texnoloqlar tərəfindən təlimlər keçirilmişdir. |
ABAD" Məktəblərində sənətkarlıq üzrə nəzəri və tətbiqi təlimlər keçirilir. |
Onların startı haqqında elanlar "ABAD"ın sosial şəbəkələrdəki səhifələrində verilir. |
Hazırda Quba "ABAD" Məktəbində zərgərlik təlimləri təşkil olunur. |
Masallı "ABAD" Xalçaçılıq Mərkəzində isə xalçaçılıq üzrə təlimlər keçirilir. |
ABAD" təlimlərini bitirən şəxslər ABADçı adını qazanmaq şansı əldə edirlər. |
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. |
İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. |
İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. |
Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. |
Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. |
Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. |
Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. |
2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. |
Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır. |
Dövlət və İctimai Münasibətlər Dövlət və İctimai Münasibətlər — ADA universiteti tərkibindəki fakültə. |
Fakültəyə ilk dəfə 2013-cü ildə tələbə qəbuluna başlanmışdır. |
Dövlət İmtahan Mərkəzinin III qrup üzrə keçirdiyi imtahanda iştirak etməklə və ya SAT imtahanı vasitəsilə abituriyentlər bu fakültədə təhsil almaq hüququ qazana bilirlər.Abituriyentlərin ingilis dili üzrə bilik səviyyələrindən asılı olaraq təhsil müddəti 4–5 il arasında dəyişə bilir. |
Fakültə tələbələrə analitik və liderlik bacarıqlarını inkişaf etdirməyə şərait yaradır. |
Təhsil müddəti ərzində tələbələr Mikro/Makroiqtisadiyyat, Tarix, Sosiologiya, Media & Dövlət və İctimai Münasibətlər, Hüquq və başqa dərslərdə iştirak edirlər. |
Bunlarla yanaşı, 3-cü ildən etibarən, tələbələrə digər fakültələrin 1 və ya 2 dərslərində iştirak etməyə də icazə verilir. |
Təhsil müddəti ərzində tələbələr ADA Universiteti tərəfindən təşkil olunmuş mübadilə proqramları vasitəsilə bir semestr ərzində xaricdə təhsil alma şansı qazana bilirlər. |
Bundan əlavə, Dövlət və İctimai Münasibətlər fakültəsi üzrə magistratura proqramı da ADA da mövcuddur və bu proqramın adı isə "İctimai Siyasətdir". |
İxtisaslar bunlardır: I ixtisas qrupu Kompüter elmləri İnformasiya texnologiyaları Kompüter mühəndisliyi Elektrik və Elektronika mühəndisliyiII ixtisas qrupu İqtisadiyyat Biznesin idarə olunması III ixtisas qrupu Hüquqşünaslıq Beynəlxalq münasibətlər Dövlət və ictimai münasibətlər ADA Qazax Mərkəzi ADA Qazax Mərkəzi — ADA Universitetinin Qazax şəhərində yerləşən mərkəzi. |
Mərkəz hazırda Qazax Müəllimlər Seminariyasının tarixi binasında fəaliyyət göstərir. |
Binanın 2021-ci ildən etibarən bərpa və yenidənqurması həyata keçirilmişdir. |
Bərpa işlərinə ADA Universiteti Fondu və onun tərəfdaşları Heydər Əliyev Fondu, "NEQSOL Holding, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PMD Qrup və Amerika-Azərbaycan Cəmiyyəti cəlb olunub.Mərkəzdə Azərbaycan dilində magistratura pilləsi üzrə üç proqram tədris olunur: Təhsil üzrə Menecment: Təhsil üzrə menecment ixtisası təhsilin müxtəlif pillələri və sahələri üzrə idarəçilər yetişdirir. |
Tədris bir semester ərzində 3 həftə Qazaxda bir həftə Bakıda olmaqla əyani formada, qalan vaxtlar isə onlayn aparılır. |
Proqramda tədris real beynəlxalq nümunələrə əsaslanaraq təhsilin idarə edilməsi üçün zəruri olan hüquqi, iqtisadi, maliyyə və idarəçilik üzrə mövzuları əhatə edir. |
Proqramın əsas üstünlüklərindən biri də ixtisas təhsili ilə yanaşı, akademik məqsədlər üçün ingilis dilinin tədrisidir. |
Təlim və tədrisin təşkili və metodikası: Təlim və tədrisin təşkili və metodikası ixtisası sinifdə öyrənmə prosesini təkmilləşdirmək üçün müəllimlərə lazım olan bilik və bacarıqları öyrədir. |
Məzunlar müasir tədris texnologiyaları tətbiq edən, sinfi düzgün idarə etməyi bacaran, sinif otağında tələbələrlə birgə öyrənməyi hədəfə alan müəllimlər kimi yetişirlər. |
Tədris proqramına akademik məqsədlər üçün ingilis dilinin öyrədilməsi də daxildir. |
Tədris bir semester ərzində 3 həftə Qazaxda bir həftə Bakıda olmaqla əyani formada, qalan vaxtlar isə onlayn aparılır. |
Təhsil müddətində uğurlu nəticə göstərən tələbələrə ADA Universitetinin Vaşinqton Mərkəzində təhsil alma imkanı yaradılır. |