date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-12-30
| 5,501 |
Səlim Müslümov 16 gənci işə götürdü
|
Əmək və sosial müdafiə sistemində vakant yerlər üzrə yeni gənc kadrlar işə cəlb olunub. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov çıxış edib. O, öz vəzifə funksiyalarını düzgün yerinə yetirməyən əməkdaşların vəzifələrindən azad edildiklərini bildirib. Bununla əlaqədar dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni vakant yerlərə layiqli kadrların cəlb olunması məqsədilə nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edilərək, müxtəlif kadrlar haqqında məlumatlar alındığı söyləyib. Nazir bu məlumatlar əsasında son iki gündə 35 nəfər gəncin nazirliyə dəvət olunduğunu və müvafiq vəzifələr təklif edildiyini qeyd edib. Onlardan sosial müdafiə sahəsində işləmək qabiliyyəti olan 16 gənc öz seçimlərinə uyğun olaraq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində inzibati vəzifələr üzrə vakant yerlərə təyin ediliblər.
|
2013-12-30
| 5,502 |
Ərdoğan oğluna iş açan prokuroru hədələdi
|
Baş nazir Ərdoğan prokuror Müəmmər Akqaşa "dayan görək, səninlə işimiz hələ bundan sonradır",- dedi. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan mitinqində bu dəfə korrupsiya əməliyyatlarının ikinci dalğasını araşdıran Respublika prokuroru Müəmmər Akqaşı hədəfə alıb: "Dövlət içində dövlət qurmağa cəhd edənlər bilsinlər ki, qarşılarında bizi görəcəkələr. Bu hansı soydan olursa-olsun, kim olursa-olsun, fərqi yoxdur. Bu ölkədə dövlətin içində xidməti istismar etməyə cəhd edənlər, dini çevrələri, məsum bacı-qardaşlarımızı istismar etməyə cəhd edənlər qarşılarında bizi görəcəklər". Səninlə hələ işimiz var "Bir prokuror çıxır, vəzifəsindən fərqli istifadə edir. Gizli olan sənədlərlə, tərəfində olan mediadan istifadə edərək bir çox məsum insana şər atır, onları günah keçisi vəziyyətinə salırlar. Bu insanlar sabah tərtəmiz olsalar da, insan içində necə gəzəcəklər? Baş prokurorumuzun verdiyi bir açıqlama çoxmənalıdır. Ancaq bu vəzifədən sui-isifadə edərək, bu ölkənin bölünməsinə səbəb olurlarsa, bunu xalqa göstərəcəyik. Bu necə prokurordur? Bir dayan hələ, səninlə işimiz var. İşimiz var hələ səninlə. Ədalət sarayının qarşısında ədalət deyil, xəbərdarlıq paylayırsan. Hansı prokuror küçəyə çıxıb xəbərdarlıq paylayar?"
|
2013-12-30
| 5,503 |
Məşhur idmançılar komada olan Şumaxerə dua edir
|
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, məşhur avto-pilotlar və idmanın digər növlərinin nümayəndələri ağır kəllə-beyin travmasından sonra kritik vəziyyətdə olan yeddiqat dünya çempionu Mixael Şumaxerə dəstəklərini əsirgəmirlər. Onlar öz sosial şəbəkə hesablarında Şumaxerin tez sağalması üçün dua etdiklərini yazıblar. Bildirək ki, hadisə bazar günü səhər Fransada Alp dağlarındakı Meribel dağ-xizək kurortunda xizəklə sürüşərkən baş verib. 44 yaşlı idmançı əvvəlcə Mutye, daha sonra isə Qrenobl xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, idmançının vəziyyəti kirtikdir və vəziyyəti ağırlaşdığından neyro-cərrahi əməliyyata qərar verilib.
|
2013-12-30
| 5,504 |
Ölkənin birinci xanımının şənlikdə çəkilən şəkilləri - Foto
|
Ölkənin birinci xanımının və Nərgiz Paşayeva ailəsinin fotoları yayılıb. Qeyd edək ki, bu şəkillər bir il öncə "Nargis" dərgisinin təqdimat mərasimindən çəkilmiş şəkillərdir. Ancaq professor Nərgiz Paşayevanın qızları Aidə və Ülviyyə Mahmudovalar bu fotoları öz "feysbuk" səhifələrində bir neçə saat əvvəl paylaşıblar. Biz də Prezidentin ailə üzvlərinə aid fotoların oxucularımız tərəfindən maraqla qarşılandığını nəzərə alaraq, fb-də yeni paylaşılan bu fotoları təqdim edirik.
|
2013-12-30
| 5,505 |
Cəbhədə atışma:itki yoxdur
|
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
|
2013-12-30
| 5,506 |
Dəhşətli qəzanın istintaqı nazirin nəzarətinə keçdi - Rəsmi/Foto
|
12:09 Hazırda DİN-in yüksək rütbəli zabitləri Qaradağ rayon Qızıldaş qəsəbəsində icra nümayəndəliyinin qarşısına toplaşan sakinlərlə görüş keçirirlər. "Axar.az"ın hadisə yerində olan müxbirinin məlumatına görə, görüşdə Abşeron Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov və Qaradağ Rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev də iştirak edir. Onların avtomobil qəzasında həlak olmuş şəxsin ailəsi ilə də görüşəcəklər. Xatırladaq ki, dekabrın 28-də Bakı-Şamaxı yolunda 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Qəzada vəfat edənlərin valideynləri bu qəzanın polisin sürücünü qovması nəticəsində baş verdiyi iddiası ilə dünən Qızıldaş qəsəbəsində aksiya keçiriblər, həmçinin Müşfiqabad YPX postuna gələn Qızıldaş sakinləri yolu bağlayıblar. Onlarla görüşən Abşeron rayonunun polis rəisi və DYP-nin Müşfiqabad YPX postunun rəisi bu gün Qızıldaşda sakinlərlə görüşəcəklərinə və məsələyə aydınlıq gətirəcəklərinə dair vəd vermişdilər (Ətraflı BURADA). Hazırda Qızıldaş qəsəbəsində görüş davam edir. Əlavə məlumat veriləcək. *** 12:50 "Ramil Usubov məsələnin araşdırılması ilə bağlı şəxsən göstəriş verib". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Qaradağ Rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev çıxış edib. O, Qızıldaşa gəlməkdə əsas məqsədlərinin baş vermiş hadisəni araşdırmaqdan ibarət olduğunu deyib: "Bura gəlməkdə əsas məqsədimiz mərhumun ailəsi ilə görüşmək və məsələyə aid olan şahidləri dindirməkdən ibarətdir. Məsələ tezliklə araşdırılıb başa çatdırılacaq".
|
2013-12-30
| 5,507 |
Sumqayıtda “Kamaz” 7 maşını əzdi - Foto
|
Sumqayıtda daha bir qəza baş verib. Bu dəqiqələrdə Sumqayıt şəhərində "Kamaz" markalı 27 BF 404 dövlət nömrə nişanlı maşın Sumqayıt Texnologiyalar Parkının qarşında dayanan 7 maşını əzərək yararsız vəziyyətə salıb (Sumqayitxeber).
|
2013-12-30
| 5,508 |
8 ölümün səbəbkarı polisdirmi? - Şok video
|
"Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində keçən hissəsində baş verən dəhşətli qəzada polisin günahı araşdırılır". Bunu açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib (AzNews.az). Onun sözlərinə görə, Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində toplaşmış bir qrup şəxs bu hadisədə polisi günahlandırdılar. Amma hadisə araşdırılmamış polisi günahlandırmaq düzgün deyil: "Polisin bu hadisədə günahının olub-olmamasını aparılmış araşdırmanın nəticəsində bilmək mümkün olacaq. Hazırda baş vermiş qəza ilə bağlı video görüntülər, avtomobil sürücüsünün polisə tabe olmadan hadisə yerindən qaçması və digər görüntülər var. Amma bu haqda da nə isə demək tezdir. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq". K.Əliyev "Polisin sürücüyə saxla-dur əmrini yerinə yetirilməyən avtomobili təqib etmək səlahiyyəti varmı" sualını da cavablandırıb: "Bu hadisədə polis tərəfindən sözügedən avtomobil təhrik olunmayıb. Kim bunu deyirsə, fikir yanlışdır. Digər tərəfindən yol polisi haqqında qanunvericilikdə də var ki, sürücü hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradırsa, əlbəttə sürücü polis tərəfindən təqib oluna bilər". Bu arada sosial şəbəkədə sonradan qəza törədən həmin avtomobili polisin saxlaması, mübahisə və sürücünün polisin tələbinə tabe olmadan, hadisə yerindən uzaqlaşdığını əks etdirən video-görüntü yayılıb. Bu video-görüntünü əsas götürən valideynlər övladlarının ölümündə polisin avtomobili qovması iddiasını irəli sürürlər. Maraqlı məqam isə odur ki, videoda görünən VAZ 2107 markalı avtomobilin Bakı-Şamaxı yolunun təxminən 40-cı km-dən Şamaxıya istiqamətləndiyi görünür. Qəza isə həmin bu avtomobilin Bakıya doğru qayıtdığı vaxt baş verib.
|
2013-12-30
| 5,509 |
“Hürriyət” Azərbaycanın imtinasından yazdı
|
Azərbaycan Rusiya prezidenti Vladimir Putinin keçmiş Sovetlər Birliyinə daxil olan ölkələri Avrasiya Gömrük İttifaqı adı altında gerçəkləşdirməyə çalışdığı iqtisadi əməkdaşlıq və mübadilə planına etiraz edib. Rusiya, Belarus və Qazaxıstan tərəfindən qurulan Avrasiya Gömrük İttifaqına 2014-cü il mart ayında Ermənistanın da qatılacağını əsas gətirən rəsmi Bakı: "Dağlıq Qarabağ məsələsi həllini tapmadan Rusiyanın Ermənistan ilə belə bir müqavilə imzalaması beynəlxalq hüquq normalarına ziddir",- deyə açıqlama verib.
|
2013-12-30
| 5,510 |
Ali Baş Qərargahda “zabitlərə tələ” iddiaları araşdırılır
|
Ali Baş Qərargahın Ədliyyə Müşavirliyi "Ergenekon" və "Balyoz" davaları ilə əlaqədar ziyanverici iddiaları araşdırmağa başlayıb. "Axar.az"ın "Vətən" qəzetinə istinadən verdiyi xəbərə görə "Ergenekon" və "Balyoz" kimi məhkəmə proseslərində mühakimə edilən Türk Silahlı Qüvvələri (TSQ) personalının məhkəmə proseslərinə etiraz etdiklərinə görə, bir müddətdir araşdırma aparan Ali Baş Qərargahın Ədliyyə Müşavirliyi bu məhkəmə proseslərində zərər yaradan iddiaları bir-bir incələməyə başlayıb. İncələmələrlə əlaqədar başda Ali Baş Qərargah rəisi ordu generalı Necdət Özəl olmaqla Qərargahdakı üst səviyyəli zabitlərə məlumat verildiyi bildirilib. "Ergenekon" və "Balyoz" şübhəlilərinin yenidən mühakimə olunmasına səbəb olacağı bildirilib.
|
2013-12-30
| 5,511 |
Türkiyə kürdlərlə 25 illik müqavilə imzaladı - Şok
|
Rusiyadan 450, İrandan 500, Azərbaycandan 400 dollar Türkiyəyə Şimali İraq Regional Kürd Rəhbərliyinin əlində olan təbii qazla əlaqədar yeni sevindirici xəbər gəlib. Kürd Rəhbərliyinə yaxın iş çevrələrinin xəbərinə görə, Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik dövrü əhatə edəcək "sabit qiymətə" başa gələcək alğı-satqı kontraktı imzalanıb. Bu mərhələdə tərəflər arasındakı təbii qazla bağlı razılaşdırılan qiymət açıqlanmır. Ancaq qiymətin hər min kub metr təbii qaz üçün 250 dollar olacağı gözlənilir. 20 milyard kub metr Kürd bölgəsində çoxlu təbii qaz ehtiyatı var. Türkiyənin illik təbii qaz istehlakı 45-50 milyard kub metrdir. Şimali İraqda çıxarılacaq təbii qaz 2017-ci ildən etibarən Türkiyəyə ixrac ediləcək. 4 milyard kub metr ilə başlayacaq ixracatın zaman içində 20 milyard kub metrə qədər çatdırılması nəzərdə tutulur. Sabit qiymətlərlə kontrakt Əldə edilən məlumatlara görə, Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik dövrü əhatə edəcək "sabit qiymətə" razılaşdırılacaq təbii qaz alğı-satqı kontraktına görə qiymət kontrakt dövründə dəyişməyəcək. Şimali İraqdan idxal ediləcək qazın qiyməti rəqib ölkələrdən (Rusiya və İran kimi) alınan qazdan daha ucuz olacaq. Təbii qazın min kub metrinin təxminən 250 dollara alınacağı gözlənilir. Tankerlərlə neft Şimali İraq Regional Kürd Rəhbərliyi bir il yarımdır ki, tankerlərlə dünyaya neft satır. Gündə 20-30 min barellik neft ixracatı edir. İndiyə qədər 10 milyon barel neft satılıb. Bunun bazar dəyərinin təxminən 1 milyard dollar olduğu bildirilir. Bu daşıma işlərini Sinqapur mərkəzli "PowerTrans" (PauvəTrans) şirkəti həyata keçirir. İraqda neft çıxarmağın xərci 4.5 dollardır Məlumatlara görə, dünyada neft çıxarmağın ən ucuz olduğu ölkə İraqdır. İraqda neft çıxarmağın xərci 4.5 dollardır. 4.5 dolları əlaqədar neft şirkətləri alır. Geriyə qalan 90-95 dolların hamısı dövlətlərin hesabına gedir. Beynəlxalq Enerji Agentliyi (İEA) və Amerika Geologiya Təşkilatının məlumatlarına görə, İraqın sahib olduğu neft və təbii qaz ehtiyatı həddən artıqdır. Ehtiyatların Səudiyyə Ərəbistanındakından belə çox olduğu təxmin edilir. Buna görə də İraqın gələcəyi neft istehsalı tutumu və ixracat gücü həm dünya iqtisadiyyatı, həm də OPEC baxımından böyük əhəmiyyət daşıyır.
|
2013-12-30
| 5,512 |
Özünü yandıracağını deyən işçi ilə bağlı açıqlama - Rəsmi
|
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) özünü şirkətin binası qarşısında yandıracağnı bəyan edən işçisi ilə bağlı mövqeyini açıqlayıb. Bu barədə "Axar.az" ARDNŞ-ın rəsmi saytına istinadən xəbər verir. Dövlət Neft Şirkətinin yaydığı məlumatda deyilir: "Dekabrın 29-da müxtəlif elektron informasiya sayt və portallarında ARDNŞ-nin "Kompleks qazma işləri" tresti "Abşeron" Qazma İşləri İdarəsinin qazmaçı köməkçisi Əliyev Bəhruz Malik oğlunun açıqlamasında göstərilən məlumatlar araşdırılıb. Məlum olub ki, Bəhruz Əliyev həqiqətən də 2010-cu ildən ARDNŞ-nin Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində işə götürülüb, 2012-ci ilin oktyabrından fəaliyyətini "Kompleks qazma işləri" tresti "Abşeron" Qazma İşləri İdarəsinin 8 saylı briqadasında 4-cü dərəcəli qazmaçı köməkçisi kimi davam etdirib, hazırda da həmin işdə çalışmaqdadır. 8 saylı briqadanın işlədiyi Şıxıqaya sahəsində qazma işi aparılmadığından briqadanın əməkdaşları, o cümlədən Bəhruz Əliyev boşdayanmadadır və bununla əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq, onlara əməkhaqlarının üçdə ikisi həcmində maaş ödənilir. Beləliklə, Əliyev Bəhruz Malik oğlu bu gün də ARDNŞ-nin işçisidir, öz ifadəsi ilə desək, "ixtisara salınması" haqqında ona heç kim tərəfindən heç bir xəbərdarlıq edilməyib. Odur ki, onun guya "ixtisara salınması" haqqında dedikləri və bunu səbəb göstərərək, özünü ARDNŞ-nin binası qarşısında yandıracağı barədə açıqlama verməsi, yumşaq desək, təəccüb doğurur". Qeyd olunur ki, ARDNŞ-nin müəssisələrində, o cümlədən B.Əliyevin işlədiyi "Kompleks qazma işləri" trestində aparılan struktur dəyişikliklərinə dair şirkətin rəsmi saytında 29 dekabr 2013-cü il tarixində yerləşdirilmiş müvafiq xəbərdə də bildirildiyi kimi, həmin dəyişikliklər nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmayıb: "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti struktur dəyişikliyi aparılan idarə və müəssisələrin əməkdaşlarına müraciət edərək, onları bu dəyişikliyin nəticələri haqqında şayiələrə uymamağa, tələsik açıqlamalar verməkdən və beləliklə, özləri də bilmədən siyasi oyunların alətinə çevrilməkdən çəkinməyə çağırır. Şirkətimiz, həmçinin müəyyən siyasi mülahizələrlə ARDNŞ-nin əməkdaşlarının adından istifadə edərək, onun işgüzar nüfuzuna zərbə vurmaq istəyən qüvvələrdən bu çirkin oyunlara son qoymağı tələb edir və əminliyini bildirir ki, onlar həmişə olduğu kimi, bu dəfə də öz məkrli niyyətlərinə çatmayacaqlar".
|
2013-12-30
| 5,513 |
Mehriban Əliyeva qızları ilə Yeni il şənliyində - Fotolar
|
Heydər Əliyev Fondu "Buta" sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib. Şənlikdə uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər iştirak edirlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər. Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Bayram şənliyində çıxış edən M. Əliyeva bunları əlavə edib: "Hörmətli valideynlər, hörmətli müəllimlər! Mən sizin hamınızı qarşıdan gələn Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, yeni ildə bizim bütün balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, savadlı olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın gələcəyini, gələcək taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz uşaqlar, sizin bugünkü vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır. Mən arzu edirəm ki, bizim bütün balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır. Bu il də Azərbaycan bir sıra uğurlara imza atdı. Ölkəmizdə bu il yüzlərlə yeni məktəblər, bağçalar tikildi və təmir olundu, şəhərlərimiz abadlaşdı, beynəlxalq arenada Azərbaycanın nüfuzu artdı. Bu il ilk dəfədir ki, Azərbaycanın peyki açıq səmaya - kosmosa çıxdı. Bir sözlə, biz hamımız öz ölkəmizlə fəxr etməliyik və Azərbaycanın inkişafı, daha da güclənməsi üçün çalışmalıyıq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Biz hamımız bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı salamlayırıq, onlara yeni ildə xoşbəxtlik, cansağlığı, uğurlar arzulayırıq. Mən bir daha sizin hamınızı ürəkdən təbrik edirəm. Əziz uşaqlar, mən sizin hamınızı çox sevirəm. Mən çox arzulayıram ki, hər bir uşağımız sevgi mühitində böyüsün, hər bir azərbaycanlı ailəsində hər şey yaxşı olsun. Mən sizi bir daha ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Çox sağ olun!". Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu. Uşaqlar Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər. Üç gün davam edəcək bayram şənliyində iki mindən çox uşaq və məktəblinin iştirakı gözlənilir.
|
2013-12-30
| 5,514 |
DİN təkzib etdi: “Əlimizdə videofaktlar var”
|
"İnsandır. Başa düşün, o da övladını itirmiş insandır. O deyirsə, bu o demək deyil ki, həmin anda polis onun oğlunu döyüb, o da gedib qəza törədib". Bu açıqlamanı Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Bakı-Şamaxı yolundakı avtomobil qəzasının polisin sürücünü təqib etməsi nəticəsində baş verməsi iddialarına cavab olaraq "Axar.az"a dedi. O, 8 nəfərin ölümünə səbəb olan qəza ilə bağlı səsləndirilən ittihamların doğru olmadığını qeyd etdi: "Guya təqib olunduğu üçün sürücünün hadisə törətməsiylə bağlı camaatın dediyi sözlər doğru deyil. Bunu sübut eləyəcək video materiallar da var ki, həmin avtomobil təqib olunmayıb. Bəli, o hadisədən bir neçə saat əvvəl polisə tabe olmayıb, amma təqib olunmaqdan söhbət belə gedə bilməz". Xatırladaq ki, dekabrın 28-də Bakı-Şamaxı yolunda 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Qəzada vəfat edənlərin valideynləri bu qəzanın polisin sürücünü qovması nəticəsində baş verdiyi iddiası ilə dünən Qızıldaş qəsəbəsində və Müşfiqabad YPX postunda aksiya keçiriblər.
|
2013-12-30
| 5,516 |
Nazirlik terror aktı ilə bağlı bəyanat yaydı
|
Azərbaycan Xarici İşlər Nazirliyi Volqoqrad şəhərində dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktları ilə bağlı bəyanat yayıb. "Axar.az" məlumat verir ki, bəyanatda nazirlik baş vermiş hadisəni qəti şəkildə qınadığını bildirib. Bəyanatda terror aktı nəticəsində yaxınlarını itirmiş ailələrə başsağlığı verilib. "Bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların isə tezliklə şəfa tapmalarını arzuladığını bildirir. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir".
|
2013-12-30
| 5,517 |
Ziya Məmmədov tıxacda qalıb
|
Ötən gecə paytaxtın bütün magistral yollaraında görünməmiş tıxac yaşanıb. Hətta, nazir də tıxacda qalıb. Modern.az saytı xəbər verir ki, Gəncədə açılışa qatılan nəqliyyat naziri Ziya Məmmədov dünən axşam paytaxta qayıdırmış. Bakıya çatan Ziya Məmmədov böyük tıxacla qarşılaşıb. Belə ki, o, bir saata yaxın tıxacda gözləməli olub. Nazir "liter" qatarı ilə Bakıya qayıdarkən Biləcəri stansiyasında qalıb. Naziri qarşılamağa gedən kortej tıxacda ilişib. Buna görə də nazir Ziya Məmmədov bir saata yaxın qatarda gözləməli olub.
|
2013-12-30
| 5,518 |
“Süni qiymət artımına yol verənlər cəzalandırılacaq”- Xәbәrdarlıq
|
"Bakı şəhərinin müxtəlif yerlərindəki satış yarmarkalarında qiymətlərin süni şəkildə qaldırılması ilə bağlı yayılan məlumatlar əsassızdır". Bunu İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib (AzNews.az). Onun sözlərinə görə, dekabrın 28-dən etibarən yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə paytaxtın müxtəlif yerlərində satış yarmarkaları təşkil edilib. Yarmarkalar 28-31 dekabr tarixlərində fəaliyyət göstərəcək. A.Əliyev deyib ki, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yarmarkalara ciddi nəzarət olunur: "Burada ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti bazara nisbətən ucuz satılır. Hazırda yarmarkalarda məhsul bolluğu müşahidə edilir və bu günədək heç bir süni qiymət artımına rast gəlinməyib. Əks halda süni qiymət artımına yol verənlər cəzalandırılacaq".
|
2013-12-30
| 5,519 |
İlham Əliyev və xanımı Qız Qalasında - Foto
|
Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxt Bakının rəmzlərindən biri olan Qız qalasında həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası ilə tanış olublar. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev dövlət başçısına və xanımına burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verib. Qız qalası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xatirə şəkli çəkdiriblər.
|
2013-12-30
| 5,520 |
Jurnalistlər Prezidentə müraciət etdi
|
Bir qrup jurnalist prezident İlham Əliyevə müraciət edib. Onlar avtomobil qəzasına düşən, koma vəziyyətində olmasına baxmayaraq, xəstəxanadan çıxarılıb aparılması tələb edilən jurnalist Sahib İslamovun müalicəsinə yardım göstərilməsi üçün ölkə başçısından kömək istəyiblər. Müraciətdə deyilir: "Hörmətli cənab Prezident! Avropa.info saytının əməkdaşı, jurnalist həmkarımız Sahib İslamov 1 noyabr 2013-cü il tarixində səhər evdən çıxıb işə gedərkən avtomobil qəzasına düşüb. Jurnalist yolun kənarında – dayanacaqda avtobus gözləyərkən idarəetməni itirən bir maşın onu vurub. Sahib İslamov qəzaya düşdüyü gündən indiyədək koma vəziyyətindədir. İki aydır bu ağır durumda olan Sahib İslamovu müalicə olunduğu Musa Nağıyev adına Xəstəxanadan çıxarmaq istəyirlər. Bu durumda onun xəstəxanadan çıxarılması həmkarımızın ölümü ilə nəticələnə bilər. Cənab Prezident! Sağlam jurnalist fəaliyyəti ilə məşğul olan, kasıb durumda yaşayan Sahib İslamovun bir azyaşlı övladı var. Onun yaşaması, sağalması imkanları tükənməyib, həkimlərin deməsinə görə, jurnalistin müalicəsi, həyata dönməsi mümkündür. Bu işin həyata keçirilməsi üçün Sizdən dəstək istəyirik. Biz jurnalistlərin dostu olaraq sizə güvənirik, Sahib İslamovun sağalması üçün gərəkən işlərin görülməsi, bir ailənin başsız qalmaması üçün göstəriş verməyinizi rica edirik. Öncədən təşəkkür edirik". Qeyd edək ki, müraciət hazırda jurnalistlər tərəfindən imzalanır, imzalanma prosesi başa çatdıqdan sonra müvafiq qaydada prezidentə təqdim ediləcək (musavat.com)
|
2013-12-30
| 5,521 |
İlham Əliyev Raul Kastro Rusa təbrik məktubu göndərib
|
Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Kuba əlaqələri, dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kuba xalqına daim sülh və tərəqqi diləyirəm
|
2013-12-30
| 5,522 |
Erməni dilində Quran - İlk dәfә
|
Türkiyədəki B.M.AR Nəşriyyat Evi müqəddəs Qurani-Kərimin erməni dilində (şərhlə) nəşrinə hazırlaşır. Türkiyə mətbuatı kitabın 10 hissədən (2500 səhifə) ibarət olacağı və gələn aydan satışa çıxarılacağını bildirib. Türkiyəli ekspertlərin fikrincə, belə bir tərcüməyə ehtiyac Rusiyada, Türkiyədə, Gürcüstanda, Çeçenistanda, Suriyada, Livanda və hətta Ermənistanın özündə ermənilərin İslamı qəbul eləməyə başlamasından sonra yaranıb. Quranın tərcüməsi həmçinin, İranda yaşayan müsəlman ermənilər (şiələr) üçün nəzərdə tutulub. Sosial şəbəkələrdə də erməni-müsəlmanlar tez-tez belə bir tərcümənin vacibliyi məsələsini qaldırırlar ("Musavat.com").
|
2013-12-30
| 5,523 |
Gəncənin adının bərpasından 24 il keçir
|
Bu gün Gəncənin adının yenidən bərpasından 24 il keçir. Gəncənin adı bir neçə dəfə dəyişdirilib. 4 min illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-cü ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət, 54 il sonra - 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb. Gəncənin adının qaytarılması məsələsi isə hələ 1987-ci ildə qaldırılıb ( Trend ).
|
2013-12-30
| 5,524 |
Rza Zərrabın rəisi saxlanıldı
|
Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərdabın İrandakı iş ortağı olduğu deyiləvə Babək Zəncani ilə bağlı şok xəbər yayılıb. "Publika.az" xəbər verir ki, İranın "Fars" xəbər agentliyi İran Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb ki, Babak Zəncani saxlanılıb. O, İran neftinin "qara bazar"da satışından qanunsuz gəlir əldə etməkdə günahlandırılır.
|
2013-12-30
| 5,525 |
Tailandda bayram tətilində yol qəzaları: 161 ölü
|
Tailandda Yeni il tətili ilə əlaqədar paytaxt Banqkokdan digər şəhərlərə səfərlər zamanı 332 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yol qəzalarında 161 nəfər ölüb, 1390 nəfər isə xəsarət alıb. 7 günlük tətilin ilk üç günündə baş verən yol qəzaları ilə əlaqədar sürücülərə içkili halda nəqliyyat vasitəsini idarə etməməklə bağlı xəbərdarlıq edilib (Trend).
|
2013-12-30
| 5,526 |
Zirəddin Rzayev: “İnqilablar olacaq”
|
Məşhur astroloq və görücü Zirəddin Rzayevin ANS-ə müsahibəsi. - Zirəddin bəy, qarşıdan heç də sakit olmayan at ili gəlir. Deyə bilərsizmi Azərbaycanı 2014-cü ildə nə gözləyir? - Azərbaycan haqqında proqnoz vermək isrəmirəm. - Niyə? - Fikirlərim, söylədiklərim Azərbaycan mətbuatında təhrif olunduğundan heç nə deməyəcəm. Mən sizin kanalda yayımlanan "Günəbaxan" verilişində 2012-ci ildə Türkiyədə təbii fəlakətlər, terror aktları, ölüm hadisələri və bir o qədər də ictimai sabitliyin pozulacağını gördüyümü demişdim. Azərbaycanın bəzi qəzet və informasiya agentlikləri fikirlərimi təhrif edərək yazdılar ki, guya mən demişəm ki, türkdilli xalqlar haqqında pis görüntülərim var. Bu hal bir neçə dəfə baş verdiyindən Azərbaycan haqqında qətiyyən proqnoz vermək istəmirəm. - Zirəddin bəy, o zaman ümumiyyətlə at ili bizə hansı sürprizləri verəcək? 2014-cü ildə bəşəriyyəti nə gözləyir? - At ilinin ümumən dəlisov il olduğunu görürəm. Builki at azad, dəlisovdu, yəni vəhşi atdı. Bu il həddindən artıq emosional, həssas ildir. Bu ildə yaxşı insanlar həddindən artıq yaxşı olacaqlar, pis insanlarda olan kin-kidurət, neqativ daha da artacaq. Ümumiyytlə il dəlisov ildir. Bu il üçün nə yaxşı, nə də pis deyə bilərəm. Xüsusən də ilin ortaları, yəni yay vaxtları bəşəriyyət üçün sakit, stabil keçəcək. Ancaq ilin yaya qədər və yaydan sonrakı dövrləri bəşəriyyət üçün sakit olmayacaq. Müəyyən mənada konfliktlə, terror aktları ola bilər. Mən Azərbaycanı demirəm, ümumiyyətlə, dünyanı nəzərdə tututam. Ümumilikdə böyük uğursuzluq görmürəm. Onu deyə bilərəm ki, at ilində incəsənət xadimləri, yaradıcı insanlar üçün uğurlu ildir. Məhz 2014-cü ildə yaradıcı insanlar üçün böyük qapılar açılacaq, inqilablar olacaq. At emisional olduğundan bu il şairlərin, yazıçıların, artistlərin, müğənnilərin duyğularını, hisslərini daha da çoxaldacaq. - Dünya müstəvisində siyasi durum necə olacaq? - Məlum məsələdir ki, Qərb həmişə Şərqə doğru qoşun yeridir, orada haqsızlıqlar törədir, qanlar axıdır. Bu il üçün əvvəlki illərə nisbətən Qərbin Şərqə qarşı haqsızlığı daha da artacaq, daha da aqressiv, neqativ olacaq. Bunu deyə bilərəm. 2014-cü illə bağlı ümumilikdə elə də ciddi bir şey görmürəm. - Xərçəng və digər müalicəsi mümkün olmayan xəstəliklərin müalicəsində kəşflər olacaqmı? - Xərçəng xəstəliyinin müalicəsi Türkiyədə tapılacaq. Mən bunu 3-4 il əvvəl demişəm. Bunu ovcumun içi kimi görürəm. Xahiş edirəm heç kim mənim proqnozumu təhrif etməsin. Digər məqalələrimdə də xərçəngin dərmanının Türkiyədə tapılacağını demişəm. Bizdə bəzən şayiələr gəzir ki, Qafqaz xalqları üçün xəstəliklər çoxalacaq. Yalan söhbətdir! Əslinə qalsa, Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə - onların inkişafı ilə bərabər - xəstəliklərin də inkişafını görürəm. Bu ölkələrdə xəstəliklər o dərəcədə yayılacaq ki, hətta dünyanı təşvişə salacaq. Ümumilikdə Qafqaz xalqlarında, qafqazlılar üçün xəstəliklərlə bağlı qorxu görmürəm. - Zirəddin bəy, başa düşdük ki, Azərbaycanla bağlı proqroz vermək niyyətində deyilsiz. Bəlkə Qarabağ probleminin bu emosional at ilində həllini tapıb-tapmayacağından bir söz deyəsiz? - Qarabağı qoy Prezidentimiz, onu dəstəkləyənlər həll etsinlər və mən inanıram ki, həll edəcəklər də. Amma mən proqnoz vermək istəmirəm.
|
2013-12-30
| 5,527 |
Volqoqrada tam bir polis ordusu yeridildi
|
Dəmiryol vağzalı və trolleybusda törədilən iki ardarda teraktdan sonra Volqoqradda axtarış əməliyyatlarına 268 qrup cəlb edilib. "Axar.az"ın Rusiya mediasına istinadən məlumatına görə, axtarış tədbirləri restoranlarda, kafelərdə, avtomobil və digər şəxsi obyektlərdə aparılır. Əməliyyatın ilk günündə polisə 80 nəfər şəxs gətirilib. "Vixr-Antiterror" adı verilən əməliyyatda 4 min polis iştirak edir. Şəhərdə 268 axtarış qrupunda fəaliyyət göstərən polislər 142 post qurublar. Antiterror qərargahından bildirilib ki, təkcə bu gün ərzində 1,5 mindən artıq obyekt yoxlanılıb, min şəxs sorğu-sual edilib, 87 nəfər polisə müqavimət göstərdiyi, şəxsiyyəti təsdiq edən sənədi təqdim etmədiyi, silah gəzdirdiyi və s. səbəbdən saxlanılıb. Daxili işlər orqanlarının və daxili qoşunların əməkdaşları iki növbə olmaqla 24 saatlıq rejimdə çalışırlar.
|
2013-12-30
| 5,528 |
Prezident istefa verdi
|
İslam Əməkdaşlıq Təşkilatının prezidenti (İƏT) Ekmeleddin İhsanoğlu tutduğu vəzifədən istefa verib. Türkiyə mətbuatı xəbər verir ki, bu vəzifədə onu Səudiyyə Ərəbistanından olan İyad Mədəni əvəz edəcək. E. İhsanoğlunun sədrliyi dövründə İƏT-in böyük uğurlara imza atdığını deyən Mədəni məhz onun sayəsində təşkilatın bütün dünyada tanındığını qeyd edib. Təhvil-təslim mərasimində çıxış edən İhsanoğlu verdikləri dəstəyə görə, təşkilat heyətinə, Səudiyyə Ərəbistanına, Türkiyəyə və digər ölkələrə öz təşəkkürünü biuldirib. Fəaliyyəti dövründə şimaldan cənuba, şərqdən qərbə 62 dəfə səyahət etdiyini, heç bir vaxt missiyasını unutmadığını deyən İhsanoğlu İƏT-in BMT-dən sonra 2-ci böyük beynəlxalq təşkilat olduğunu bildirib (ANS PRESS).
|
2013-12-30
| 5,529 |
“Rüşvət əməliyyatı” Türkiyəni çökdürür – 100 milyard itki
|
17 dekabrda başlayan "rüşvət əməliyyatı"nın Türkiyə iqtisadiyyatına vurduğu ziyan artıq 100 milyard dolları keçir. "Axar.az"ın məlumatına görə, bu açıqlama ilə Baş nairin müavini Bülənd Arınç çıxış edib. Arınç əlavə edib ki, yaxın vaxtlarda hökumət təmsilçiləri bu problemə aydınlıq gətirəcəklər: "Sabahdan başlayaraq, iqtisadiyyat və maliyyəyə cavabdeh olan nazirlərin açıqlamaları olacaq".
|
2013-12-30
| 5,530 |
İbrahim Tatlısəs həbsxanada Zərrabı ziyarət etdi
|
Arabesk kralı İbrahim Tatlısəs 17 dekabr əməliyyatında həbs olunmuş azərbaycanlı iş adamı Rza Zərrabı ziyarət etmək üçün həbsxanaya gedib. Bunun üçün o, prokurorluqdan xüsusi icazə alıb. Həmçinin Tatlısəs "Tvitter" səhifəsində iş adamı üçün "dostumdur, elə də qalacaq" yazıb. Təkərli əlil arabasında gələn Tatlısəs oturan yerdə şəkilinin çəkilməsini istəməyib, ayağa qalxaraq jurnalistlərə poz verib (ANS).
|
2013-12-30
| 5,532 |
Bu ölkə Yeni ili daha qeyd etməyəcəklər
|
Səudiyyə Ərəbistanının Günahların qarşısının alınması və fəzilətlərin inkişaf üzrə komissiyası ölkə vətəndaşlarına Qriqorian təqvimi üzrə Yeni ilin qeyd olunmasını qadağan edib. "Əl Cəzirə"nin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı sakinlərinə dekabrın 31-i və yanvarın 1-də Yeni ilin gəlişi ilə əlaqədar kütlə qarşısında sevinmək, mağazalara isə müxtəlif hədiyyələr, eləcə də, gül satmaq qadağaq edilib. Qadağanın səbəbi kimi müsəlmanların Qriqorian təqvimi ilə yaşamadıqları göstərilib. Hökumət fətvaya istinad edib ("Musavat.com")
|
2013-12-31
| 5,533 |
24 il əvvəl sərhəd belə söküldü - Video
|
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir. SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlılarının bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Artıq 21 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir. 24 il bundan əvvəl, 1989-cu ildə Ordubaddan tutmuş Şəruradək sərhəd dirəkləri sökülməyə başlayıb. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
|
2013-12-31
| 5,534 |
Gülənçilərə qarşı əməliyyatlar yanvarda başlayır – Tam məxfi
|
"Yanvarda gülənçilərə qarşı məhkəmə prosesi başlayacaq". "Axar.az" məlumat verir ki, bu informasiya Türkiyə mətbuatında yer alıb. Mətbuat tezliklə hökumətin "camaat"a (gülənçilərə) qarşı hücuma başlayacağını bildirib: "Yanvar ayında gülənçilərə qarşı hücum başlayacaq. Başlayan məhkəmə prosesləri "Ergenokon" və "Balyoz"dan daha çox səs salacaq". Artıq AKP-nin əlində "camaat"la bağlı həddən çox material toplanıb: "AKP-nin əlində həddən çox sənəd toplanıb. Artıq işin ucunun haralara qədər gedib çıxması bəllidir. Türkiyədəki əməliyyatlarda ABŞ, İsrail, Fransa, İngiltərə, Vatikan və s. hamı iştirak edib. "Camaat"ı çökdürmək üçün bütün sənədlər hazırdır". Mətbuat tezliklə mühacirətə gedənlərin sayının artacağını da deyib.
|
2013-12-31
| 5,535 |
Fransada spirtli içki qadağan edildi
|
Fransanın paytaxtı Parisdə yeni il günü küçədə spirtli içki içmək qadağan edilib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, spirtli içki qadağası Eyfel qülləsi, Elisey prospekti və Kamp de Marsdakı məkanlarda qadağan edilib. Qadağa dekabrın 31-i axşamından yanvarın 1-i səhərə kimi tətbiq olunacaq. Qeyd edək ki, Parisdə yeni il axşamı içki qadağası 2008-ci ildən bəri tətbiq olunur.
|
2013-12-31
| 5,536 |
Rusiya telekanalları əyləncəli verlişlərdən imtina etdi
|
Rusiya telekanalları Volqoqraddakı terror aktı ilə əlaqədar efirdən əyləncəli verlişlərini yığışdırıblar. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayımlayıb. Mətbuat artıq iki televiziyanın rəsmən öz efirindən əyləncəli verilişlərdən bir neçəsini çıxardığını bildirib. Bunların "Rosiya-1" və "NTV" kanalları olduğu deyilib. Mətbuat digər kanallarında bu tip addımlar atacağını yazıb. Qeyd edək ki, terror aktı ucbatından artıq Volqoqradda 5 günlük matəm elan edilib.
|
2013-12-31
| 5,538 |
Qoxular haqqında sirli bilgilər
|
Bir çoxumuzda yaşlı insanladan xoşagəlməz iy gəldiyi ilə bağlı fikir formalaşıb. Araşdırmalar həqiqətən də yaşlıların özünəxas bir qoxusu olduğunu isbat edir. Müəyyən bir şəkildə aparılan araşdırmanın nəticəsində məlum olub ki, sən demə, yaşlı insanlardan gələn iy onların yaşlanması ilə bağlı bədənlərində yaranan qoxudur. Bir çoxumuz yuxululuğu aradan qaldırmaq üçün qəhvənin ən effektiv vasitə olduğuna inanaraq səhərlər mütləq bir fincan qəhvə içirik. Lakin araşdırmaların nəticəsinə görə, yuxulu vəziyyətdən ayılmaq üçün qəhvə içmək şərt deyil. Siçanlar üzərində edilən təcrübədə qəhvə ətrinin beynə siqnallar göndərərək stresi azaldan zülalların istehsalını təmin etdiyi məlum olub. Yəni bu məqsəd üçün içilən qəhvənin nəticəsi onu qoxulamaqla eynidir. Filmlərdəki kimi görünsə də, bəzən özümüzü qorumaq məqsədiylə qorxunun da qoxusunu hiss edə biləcək şəkildə inkişaf etmişik. Bədənin digər üzvləri də bu qoxunu hiss edərək narahatlıq keçirir. Kişilər bir qadının cinsi əlaqəyə istəkli olduğunu şüuraltında hiss etsələr də, qadının hamilə qalmağa hazır olduğunu qoxu ilə anlaya bilirlər. Bir təcrübədə kişilərə fərqli qadınların geydiyi qısaqol köynəklər iylədilib və hamiləlik dövründə qadınların geydikləri köynəklərdən gələn qoxu kişilər tərəfindən daha seksual, xoş olaraq xarakterizə edilib. İtlər kimi insanlarda da bir qoxunun qaynağını izləyən bioloji xüsusiyyətlər mövcuddur. Biz doğuşdan bu qabiliyyətlə doğuluruq və başımızı çevirmədən qoxunun yerini təsbit edə bilirik. Lakin heyvanlardakından fərqli olaraq biz bu xüsusiyyətimizi inkişaf etdirə bilmirik. Bir çoxumuz qoxunun bizə hansısa hadisələri xatırlatdığını bilirik. Hətta mümkündür ki, qoxu duyğusu olmadan xatırlamayaq. Misal üçün, işdə olarkən bənövşə gülü iyləyib imtahanda olanda da həmin bitkini iyləsəniz, xatırlamaq istədiyiniz şey daha rahat yadınıza düşəcək.
|
2013-12-31
| 5,539 |
Meduzalar İstanbul torpağında - Video
|
İstanbulda on minlərlə meduza Beşiktaş Quruçeşmə ərazisində sahilə üz tutub. Balıq tutmaq və sahilə gəzmək üçün gələn insanlar yaranan mənzərədən təəccüblərini gizlədə bilməyib. "Axar.az"ın Türkiyə mətbuatında istinadən xəbərə görə, Beşiktaş Quruçeşmə sahilinə balıq tutmaq üçün gələn insanlar sahil kənarında bir sürprizlə qarşılaşıb. Sahilə çıxan minlərlə meduzanı görənlər, hadisədən xeyli təəccüblənib. Meduzalar maraqlı görüntülər meydana gətirib. Balıq tutmaq üçün sahilə gələn bir nəfər "Son günlərdə meduzalar artıb. Balıq tutmaq çətinləşib və məsul şəxslər bunun həllini tapmayıb" deyə fikir bildirib.
|
2013-12-31
| 5,540 |
Ani Lorak bəzədiyi şam ağacının şəklini paylaşıb
|
Ünlü ifaçı və Ukraynanın ən gözəl xanımı Ani Lorak "İnstagram" sosial şəbəkəsində bəzədiyi yeni il şam ağacının şəklini paylaşıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Ani həyat yoldaşı Murad və qızı Sonya ilə birgə şam ağacını bəzəyib və əlavə olaraq şərh edib: "Biz şam ağacını özümüz bəzəmişik. Bəs siz? Hər kəsə pozitivlik və sevinc arzulayıram". Şam ağacı sovet vaxtının oyuncaqları ilə bəzədilib. Xatırladaq ki, məşhur ifaçı Yeni ili evində deyil, Moskvada tədbirlərin birində qeyd edəcək. Ani Lorakın qonorarı isə 60 min avrodur.
|
2013-12-31
| 5,541 |
Gürcüstan Rusiya ilə əlaqələrin bərpa olunmasında maraqlıdır
|
Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirəcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Georgi Marqvelaşvili bəyan edib. "İmedi" telekanalının canlı efirində prezident qeyd edib ki, Gürcüstan Rusiya ilə münasibətlərdə "siyasi temperatur"un azalması istiqamətində əlindən gələni əsirgəməyəcək. Marqvelaşvilinin sözlərinə görə, Abaşidzr-Karasin formatında keçirilən görüşlər gələcəkdə də davam etdiriləcək. Onun sözlərinə görə, bu cür görüşlər yaxşı nəticələr verir. "Bu formatda aparılan birbaşa dialoq iqtisadi-ticari və mədəniyyət əlaqələrinin bərpa edərək inkişaf etdirməyə imkan yaradıb. O əlavə edib ki, bu cür görüşlər iki ölkə arasında kifayət qədər yüksək səviyyədə etimad və gələcəkdə bir çox mühüm məsələlərin həll olunması üçün şərait yaratmağa kömək edəcək. Qeyd edək ki, Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin arasında 2012-ci ildən bu vaxtadək 5 görüş keçirilib. Növbəti görüşün fevralda Praqada keçirilməsi nəzərdə tutulub.
|
2013-12-31
| 5,542 |
Güləndən “FTB agenti” şərhinə şikayət
|
Fətullah Gülən internetdə haqqında çıxan bir xəbərə şəxsiyyəti ilə əlaqədar "FTB agenti" şərh yazan şəxsi təhqir etdiyi əsası ilə prokurorluğa şikayət edib. "Axar.az" xəbər verir ki, xəbərlə əlaqədar M.B. adlı qadın "bkurt1971" niki ilə: "Amerikanı qarışdıran adamı oyarlar. O, zatən orada FTB agentidir",- şərhini bildirib. Şərhi insan hüquqlarına açıq şəkildə hücum kimi dəyərləndirən Gülən vəkili vasitəsi ilə M.B. haqqında prokurorluğa müraciət edib.
|
2013-12-31
| 5,543 |
Gülənin yerinə keçəcək adam Ərdoğanın yanındadır
|
Hərəkatın içində bir nəfər var ki, Gülənin ətrafını araşdırdığı zaman, bir ucunun MOSSAD və FTB-yə çıxdığını görərək hökumətin tərəfinə keçib. "Axar.az" xəbər verir ki, iddianın sahibi "Yeni Akit" qəzetinin köşə yazarı Əbdurrəhman Dilipakdır. İddiasına görə, dini təriqətin oyununu başqa bir dini təriqət ifşa edib: Gülənin yerinə keçəcəkdi "Gülən Hərəkatının bu qəfil hücumunun əslində bir çox səbəbi var... Tamamilə çox pis vaxtda oldu. Ancaq çox çətin vəziyyətdəydilər... Çünki Gülənin yerinə gələcək olan şəxslərdən biri təriqətin içindəki siyasi baxışlarını gizli saxlayanları izləməyə başladı. İpin ucunun MOSSAD və FTB-yə qədər getdiyini və oynanılan oyunun fərqinə vardığı zaman vəzifədən uzaqlaşdırıldı. O da bu işi araşdırdı. Axırda əldə etdiyi məlumatlarla Baş nazirə müraciət etdi".
|
2013-12-31
| 5,544 |
"24 kadr" film festivalında "25-ci kadr" gizlinləri
|
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "24 kadr" adlı film festivalı keçirilib, 2013-cü il dekabrın 20-sində isə "Metropark" Ticarət və Əyləncə Mərkəzində yerləşən "Park Cinema"da Gənclər Fondunun maliyyə dəstəyi ilə festivalın mükafatlandırma mərasimi baş tutub. Layihənin rəhbəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva olsa da, bütün təşkilati işləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) sədrinin müşaviri Cəmil Hüseynov yerinə yetirib. "Axar.az"ın film festivalının təqdimat mərasimindən hazırladığı reportajdan sonra saytın mail ünvanına çoxsaylı oxucu-iştirakçı şikayətləri daxil olub. Bunların hər biri ilə maraqlandıq. Öncəki yazımızda qaliblərin "ən yaxşı ssenari", "ən yaxşı aktyor" və "ən yaxşı operator" işinə görə vəd olunan 100 AZN məbləğində pulun onlara verilməməsi ilə bağlı etdiyi şikayətlərə aydınlıq gətirməyə çalışmışdıq. Bununla əlaqədar Cəmil Hüseynov bildirmişdi ki, büdcə çatışmazlığından həmin o pul mükafat ləğv olunub. Biz də layihəyə nə qədər qrant ayrılması və o məbləğin hansı işlərə xərclənməsi ilə bağlı kiçik araşdırma apardıq. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə əlaqə saxladıq və onlar da "24 kadr" film festivalı layihəsinə 6800 AZN pul ayrıldığını dedilər. Daha sonra Cəmil Hüseynovun fikirlərini öyrəndik. O, bildirdi ki, bu işlərlə layihənin rəhbəri məşğul olub: "O məlumatlar layihənin rəhbərindədir. Mən, sadəcə, təşkilati işləri həyata keçirmişəm. Məlumatlar Aygün xanımdadır, amma məncə, o məlumatlar xidməti informasiyalardır və mətbuata açıqlana bilməz. Layihənin rəhbəri olmadığıma görə, bununla bağlı məlumatım yoxdur. Mən ancaq tədbirin keçiriləcəyi yerin tutulması, filmlərin toplanması kimi təşkilati işlərlə məşğul olmuşam. Onlara pulu mən verməmişəm, ümumiyyətlə, maliyyə məsələləri ilə bağlı bütün işlərlə layihənin rəhbəri məşğul olub". Aygün Əliyeva ilə əlaqə saxlamağa çalışsaq da, uzun müddət telefonlara cavab vermədi, daha sonra telefonu uzun sürəlik qapadıldı. Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefonu götürən şəxs növbətçi olduğunu, Aygün xanım da daxil olmaqla bütün rəhbərliyin tədbirdə iştirak etdiyini bildirdi. Araşdırmamızı davam etdirəcəyik.
|
2013-12-31
| 5,545 |
Ərdoğana ayaqqabı qutusu göstərən qadın həbs edildi
|
Manisada mitinqdə danışdığı zaman evindən ayaqqabı qutusu göstərərək, Baş nazirə etiraz edən qadın həbs edilib. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan Manisa Akhisar Respublika meydanında Ərdoğan danışdığı zaman meydana baxan yerdə evi olan Nurxan Gül eyvanından Ərdoğana ayaqqabı qutusu göstərib. Həbs olundu Etirazçı Gül Baş nazirin mühafizəçiləri və Çevik Polis Alayı tərəfindən evindən götürülərək, bölməyə aparılıb. Nurxan Gül bölmədə verdiyi ifadəsində 700 lirə (təq. 350 manat) pensiya ilə dolandığını deyib.
|
2013-12-31
| 5,546 |
2013-cü ildə evlənən, boşanan ünlülər
|
Ötən il təkcə siyasi, iqtisadi və təbiət hadisələri ilə deyil, həm də səs-küylü toy və boşanmalarla yadda qaldı. Onları "Axar.az" oxucularına təqdim edirik. Səfər Əbiyevin oğlu Bu ilin noyabr ayının 3-də eks-nazir Səfər Əbiyevin kiçik oğlu Ramin Əbiyevin toy mərasimi keçirilib. Toy mərasimi "Buta Palace"da baş tutub. İlhamə Quliyevanın oğlu Aprelin 19-da Azərbaycanın xalq artisti İlhamə Quliyevanın yeganə oğlu Orxanın toyu olub. Sənətkarın xoş günündə dövlət və hökumət nümayəndələri, səfirlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, bir sözlə, tanınmış şəxslər iştirak edib. Bildirək ki, toydan ay yarım sonra, yəni iyunun 4-də cütlüyün oğlan övladları dünyaya gəlib. "Toppuş bacı" Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyevanın iyunun 3-də toyu olub. Az sonra isə aktrisa "biz artıq boşanmışıq", "bu evlilik saxta idi" kimi sözlər işlədərək boşandıqlarını etiraf edib. Vizajist Nigar İbrahimova Oktyabrın 31-də tanınmış vizajist, müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovanın toy mərasimi baş tutub. Xatırladaq ki, Ruslan adlı bəy artıq 1 dəfə evli olub və iki uşaq atasıdır. Müğənni Xəyyam Xəlilov Gənc müğənnilərimizdən "Qala" qrupunun solisti Xəyyam Xəlilov Mərziyə adlı qohumuyla nikah masasına oturub. Toy mərasimi oktyabrın 15-də baş tutub. İfaçı Ayan Babakişiyeva İfaçı Ayan Babakişiyeva da bu il ailə quranlar sırasındadır. İfaçının ailə qurub-qurmaması mətbuatda böyük səs-küyə səbəb oldu. Deyilənə görə, o, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevlə evlənib. Lakin hər ikisi bunu inkar edir. Gizlincə evlənən Ayan Babakişiyeva evli olduğunu etiraf edib, lakin həyat yoldaşının adını hələ ki açıqlamır.
|
2013-12-31
| 5,547 |
Rüşvət əməliyyatında yeni hədəf - islam təriqətləri
|
Türkiyədə rüşvət əməliyyatının hədəfində İslam təriqətinin digər üzvləri də var. "Axar.az" məlumat verir ki, bu informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Mətbuat tezliklə əsas hədəfin AKP-dən ibarət olmadığını yazıb: "Hədəfdə təkcə hökumət yoxdur. Hədəfdə həm də camaatın özünün bəzi təşkilatları da var. Bununla yanaşı digər islam təriqətlərinin da adları əsas hücum siyahısındadır. Şiələr və sünnilərə aid olan digər qruplar da bura daxildir".
|
2013-12-31
| 5,548 |
Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...
|
Bu rəvayət Qurani Kərimin əl-Kəhf surəsinin 60-82-ci ayələrində nəql olunur və bu Allah bəndəsinin kimliyi haqqında heç bir məlumat verilmir. Amma Quran təfsirçiləri və tərcüməçilərinin böyük əksəriyəti israrla bu bəndənin Xızır peyğəmbər olduğunu iddia edirlər. Bu haqda fikir yürüdə bilmək üçün öncə bir məsələyə aydınlıq gətirmək lazımdır: hansı mətnlərə şübhə ilə yanaşmaq olar, hansılarına isə olmaz. Qurandan başqa bütün mətnlərə, o cümlədən hədislərə, hətta Tövrat və İncilə da şübhə ilə yanaşmaq olar. Mənim bu iddiamın Tövrat və İncil ilə bağlı dəlili Qurandakı bu ayələrdir: Zalımlar onlara deyilən sözü başqası ilə dəyişdirdilər. Biz də o zalımlara etdikləri fasiqliyə görə göydən şiddətli əzab göndərdik. (Bəqərə-2/59) Bu əzab ondan ötrüdür ki, Allah kitabı haqq olaraq göndərib. Lakin kitab barəsində müxtəlif rəydə olanlar, şübhəsiz ki, uzaq bir nifaq içərisindədirlər. (Bəqərə-2/176, əvvəlki ayələrə baxsanız, söhbətin yəhudilərdən və Tövratdan getdiyini görə bilərsiniz.) Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allah elçisiyəm!" Sonra peyğəmbər onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" – dedilər. (əs-Saff 61/6) Bu Quran ayələrindən məlum olur ki, Tövrat və İncildəki mətnlər orijinal deyil (ən azından müəyyən hissələri), deməli, bu kitablara nəinki şübhə ilə yanaşmaq olar, hətta lazımdır da. Tövrat və İncildən fərqli olaraq, Quranın şübhə götürməməsinin dəlili aşağıdakı ayəti kərimədir: Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" (əl-Hicr, 15/9) Bu ayədən məlum olur ki, Quranı Allah özü qoruyacağını vəd edir. Bu səbəbdən də onun mətni şübhə götürməz. Hədisə gəlincə, məsələ bir qədər də mürəkkəbləşir, çünki hədislərin mətnlərinin müəyyən məqsəd və maraqlar üçün dəyişdirilməsi ehtimalı daha da yüksəkdir. Buna görə də, hədislərdən dəlil arayarkən onun keçərli olması üçün həmin dəlili Quranın mətni ilə qarşılaşdırmaq lazımdır, əks halda həmin dəlilin heç bir dəyəri olmaz. Qurana uyğun olsa belə, hədisin səhihliyi yenə də yüz faiz olmaz, çünki həmin hədisin Qurana uyğunluğu adi bir təsadüf də ola bilər. Beləki, mütəvatir (Mütəvatir - hədis, yalan söyləmək için bir araya gəlmələri düşünülməyən toplumlar zənciri ilə bizə çatan hədisdir) adlandıra biləcəyimiz ən uyğun hədislərdən biri peyğəmbərin "Vida Xütbəsi" haqqında olan hədisdir. Amma araşdırdıqda məlum olur ki, bu hədisin mətninin də bir neçə versiyası mövcuddur. Məsələn, bir versiyada: "Özümdən sonra sizə kitabı qoydum", başqa bir versiyada: "Özümdən sonra sizə kitabı və sünnətimi qoydum", üçüncü versiyada isə: "Özümdən sonra sizə kitabı və əhli-beytimi qoydum" - deyə peyğəmbərin adından nəql olunduğunu görürük. Belə olan halda, bu versiyalardan hansı səhihidir və hansını qəbul etmək lazımdır?.. İnsanın xisləti elədir ki, bu versiyalardan hansı onun karına gəlirsə, onu qəbul edəcək, dəlilini də ona dayandıracaq. Təhlükəli olan da elə budur... İndi keçək əsas məsələyə, yəni Musa peyğəmbərin iki dənizin qovuşduğu yerdə görüşdüyü bəndənin kimliyinə. Bu rəvayəti araşdırmaq üçün həm Quran ayələrinə, həm də Buxarinin səhihində verilən hədisə baxaq. Onun qısa məzmunu belədir: "Musa ilə gənc xidmətçisi Yuşa bin Nun (Quranda bu gəncin də kim olduğu bildirilmir) yola çıxdılar. Bir qayalığa çatanda, orada düşərgə salıb yatdılar. Səhər açılandan sonra, Musa gənc xidmətçisinə dedi ki, qəhvə altımızı gətir. Bu yol bizi tamam əldən saldı . Gənc xidmətçi dedi: "Gördünmü, dincəldiyimiz qayalıqda balığı unutmuşam" . Musa dedi: "Bizim istədiyimiz də elə bu idi". Geri qayıtdılar . Qayanın yanına çatanda, qumaşa bürünmüş bir bəndə gördülər . Musa dedi: "Sənə öyrədilmiş elmdən mənə öyrətmən üçün sənə tabe ola bilərəmmi?" Xızır dedi: "Ya Musa, sən mənimlə birlikdə olmağa dözə bilməzsən . Mən Allahın mənə öyrətdiyi bir elmi bilirəm ki, sən onu bilmirsən. Sən də Allahın sənə öyrətdiyi bir elmi bilirsən ki, mən onu bilmirəm". Musa dedi ki, inşallah mənim səbirli olduğumu görəcəksən. Yola rəvan oldular. Bir müddət sonra bir gəmi gəldi. Gəmiyə mindilər. Xızır gəminin taxtalarında birini sökdü. Musa dedi: "Bu adamlar bizi pul almadan gəmiyə mindirdilər, sən də onları suya qərq etmək üçün gəmilərini dəldin". Xızır: "Demədimmi, sən mənimlə birlikdə olmağa dözə bilməzsən". – dedi. Musa dedi: "Unutduğum bir şeyə görə məni məzəmmət eləmə". Yola davam etdilər və bir oğlan uşağının öz dostları ilə oynadığını gördülər. Xızır oğlanın başından yapışıb onu yerindən üzdü. Bunu görən Musa qışqırdı: "Qisası vacib olmayan məsum bir canamı qıydın?" Xızır dedi: "Sənə mənimlə birlikdə olmağa dözə bilməzsən demədimmi?" Yollarına davam edib bir yerə gəldilər, yemək istədilər, amma əhali onları qonaq etmək istəmədi. Qarşılarına yıxılmaq üzrə olan bir divar çıxdı. Xızır əli ilə divara işarə etdi və onu düzəltdi. Musa dedi: "İstəsəydin bunun müqabilində bir muzd alardın". Xızır dedi: "Deməli, səninlə ayrılacağımız məqam çatdı". Məhəmməd səlavatüllah buyurdu ki: "Musaya Allah rəhmət eləsin; çox istərdik ki, səbir göstərəydi və birlikdə etmiş olduqları daha çox şey bizə anlatılardı". Hədis burada bitsə də, bu rəvayət Quranda belə davam edir: (Bəndə) dedi: "Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. Dözə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm! Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki qabaqda hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi. Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. Buna görə də biz ata-anasını da azğınlığa və küfrə sürükləməsindən qorxduq. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və daha mərhəmətli başqa bir övlad verməsini istədik. Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz-özümdən etmədim. Sənin səbir edib dözə bilmədiyin şeylərin yozumu budur!" (əl-Kəhf, 78-82) Burada diqqətimizi çəkən birinci məqam hədisdə Xızır olduğu iddia edilən bəndənin: "Mən Allahın mənə öyrətdiyi bir elmi bilirəm ki, sən onu bilmirsən. Sən də Allahın sənə öyrətdiyi bir elmi bilirsən ki, mən onu bilmirəm", – deməsidir. Əgər o bəndə Xızır peyğəmbərdirsə, nədən iki peyğəmbərə öyrədilən elmlər bir-birindən bu qədər fərqlidir? Peyğəmbərlərin vəzifələri bir-birinə çox yaxındır: Allah kəlamını təbliğ və təlim etmək, insanlara doğru yolu göstərmək, Allahı təsbih etmək, insanlara xəbərdarlıq etmək, onları qorxutmaq və müjdələmək. Bu, Quran ayəsi dediklərimizi açıqca bəyan edir: "Ya peyğəmbər, Biz səni bir şahid, müjdəçi və qorxudan olaraq göndərdik. Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik." (əl-Əhzab, 33/45,46) Özünə mürşid seçdiyi bu Allah bəndəsinin əməllərinə Musa peyğəmbərin etiraz etməsinin səbəbi onun xeyir və şər, əxlaq və ədalət dəyərlərinə dayanan bir şəriətinin olmasıdır. Peyğəmbər olan kəs bir uşağı onun böyüyüb gələcəkdə öz valideynlərinə zülm edəcəyi iddiası ilə öldürməz, çünki Adəm əliyhüssalamdan Məhəmməd salavatullaha qədər Allah tərəfindən heç bir peyğəbərə cinayət törədilməzdən əvvəl kimsə cəza verilməsini qəbul edən bir şəriət verilməyib. Bir anlıq gəlin, elə təsəvvür edək ki, gəmini deşməyə həmin bəndə deyil, Musa peyğəmbər cəhd edir. Bunu içi adam ilə dolu bir gəmidə heç kimin gözünə görünmədən etmək müşkül işdir. Sizcə, onu dərhal gəmidən endirməzdilərmi? Ya da öz həmyaşıdları ilə oynayan bir uşağın başını Musa peyğəmbərin üzdüyünü bir düşünün. Həmin uçaqlar öz valideynlərinə, ya da qətlə yetirilmiş uşağın valideynlərinə xəbər verməzdilərmi? Bəs onda nə üçün heç kim bu bəndəyə maneə olmur? Bəlkə o yalnız Musanın gözünə görünür, yaxud da istədiyi zaman istədiyinin gözünə görünür, istəmədiyinə görünmür? Bu söylədiklərim ehtimallar olsa da, məncə, düşünməyinə dəyər. Məncə, bu Allah bəndəsi hər kimidirsə də, peyğəmbər deyil! Bəs onda kimdir?.. Bəlkə cindir? Quranda cinlər və insanlar haqqında Allah belə buyurur: Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: "Biz öz əleyhimizə şahidik!" Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər. (əl-Ənam 6/130) Bu ayədən bəlli olur ki, Allahu Təala cinlərə də peyğəmbərlər göndəribmiş və onlara göndərilmiş peyğəmbərlər yalnız vəhy vasitəsilə qeybdən məlumatlar ala bilərdilər. Məntiqə görə, cinlərə göndərilən peyğəmbərlərin də vəzifələri insan peyğəmbərlərinkinə oxşar olmalıdır. Cinlərin öz istəkləri ilə qeybdən bir məlumat ala bilməyəcəklərinin dəlilini aşağıdakı ayələrdə görürük: Sonra Süleymanın ölümünü hökm etdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu xəbər verdi. O, yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar". (Səba 34/14) Biz göyə qalxmaq istədik, amma onun güclü gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük. (əl-Cin 72/8) Bu ayələrdən məlum olur ki, cinlər də bizim kimi qeybdən bixəbər məxluqlardılar. Əgər Müsanın görüşdüyü Allah bəndəsi cin də deylsə, onda bir seçim qalır: mələk. Əlbəttə, mələklər də Allahın izni olmadan qeybdən xəbər ala bilməzlər. Aşağıdakı ayə bu dediyimin dəlilidir: Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə yaradacağam", - dedikdə mələklər: "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədəcək və qan tökəcək bir kəs yaratmaq istəyirsənmi?"- söylədilər. Allah isə: "Mən bildiyim şeyi siz bilmirsiniz!" – buyurdu. (əl-Bəqərə 2/30) Bəs onda bəşər və cindən mələkləri fərqləndirən nədir? Bu sualın cavabı məncə özgür iradədədir. İnsanla cin özgür iradə ilə yaradıldığından onlara peyğəmbərlər göndərilib. Mələklərin özgür iradəsi olmadığından onların içində Allahın dininə uymayan olmayacağına görə, onlara peyğəbər göndərilməsinə də lüzum olmayıb. Elçilərin davranışları, insan və ya cin olmalarından asılı olmayaraq, öz ümmətləri üçün nümunədir. Bu hədisdə, Quran təfsirləri və tərcümələrində Xızır adlandırılan bu bəndəninki kimi qəribə davranışları Allahın elçilərində görməmiz mümkün deyil. Bu bəndənin davranışları örnək də alına bilməz. Onun elminə peyğəmbərlərin ehtiyacı da yoxdur. Peyğəmbərlərin göstərdikləri möcüzələr isə onların peyğəmbərliyini isbatlamaqdan başqa məqsəd güdməz. Yuxarıdakı əməlləri Musa peyğəmbər etmiş olsaydı və bir yəhudi onu örnək alaraq valideynlərinə zülm edəcək deyə bir uşağı öldürsəydi, ya da qəsb ediləcəyi iddiası ilə başqasının malına zərər vursaydı, bütün bəşəriyyət xaosa sürüklənməzdimi? Öz cinayətinə bəraət qazandırmaq üçün yəhudi Musa peyğəmbəri dəlil göstərməzdimi? Mələklərə peyğəmbər, ümmət və sünnət anlayışları xas olmadığından, məncə, Quran və hədisdə nəql olunan rəvayətdəki bəndənin davranışlarını da yalnız mələk sərgiləyə bilərdi. Bu yazının sərlövhəsi sizə çox iddialı görünə bilər, amma o, Quran təfsirləri və tərcümələrinin həmin bəndənin Xızır peyğəmbər olduğu iddiasına etirazdan başqa bir şey deyil. Düzünü Allah bilir!!!
|
2013-12-31
| 5,549 |
Yazarlar “U Geni”nin təqdimatına yığışdı
|
Tanınmış detektiv yazar Müşfiq Xanın oxucuları ilə görüşü və yeni çapdan çıxmış kitabının təqdimat mərasimi keçirilib. Hədəf Nəşrlərinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Kitabevim.Az mağazasında keçirilmiş imza günündə Müşfiq Xanın qələm dostları, ziyalılar və onlarla oxucu iştirak edib. Məkanın kiçik olmasına baxmayaraq, iki saat davam edən təqdimat mərasimində oxucuların izdihamı müşahidə olundu. Müəllif bildirib ki, təntənəli təqdimat mərasiminə ehtiyac duymayıb: "Kitab satılırsa, daha çox oxunulması yazıçının arzusudur. Mən istəyirəm ki, əsərlərimi cəmiyyətə təqdim edim, insanlar da qiymət versinlər. İl sonunda kitabsevərlərlə görüşməyin yaradıcılığım üçün yeni il öncəsi bir stimul olacağına inanıram. Bir neçə gün əvvəl elan etdiyimiz bu tədbirdən xəbər tutub gələn hər kəsə təşəkkür edirəm". Görüşdə Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov, Hədəf Kurslarının baş direktoru Şəmil Sadiq, yazarlar Cəlil Cavanşir, Kənan Hacı, Habil Yaşar, Könül Səid, Səxavət Sahil, Rövşən Yerfi, Elçin Əfəndi və Rüfət Əhmədzadə iştirak edib. İxtisasca bioloq olan müəllif, kitaba daxil olan "U Geni" əsərində elmi detektiv janrına müraciət edib. Müəllifin bundan əvvəl "Tənha Canavar", "Ünvansız sevgi", "Ümidlərin izi ilə"(Şəmil Sadiqlə həmmüəllif romanı), "O", "Sonuncu hədiyyə" kitabları nəşr olunub. Müşfiq XAN hazırda "Qatil üçün nekroloq" romanı üzərində çalışır.
|
2013-12-31
| 5,550 |
Mer öz vəzifəsini tərk edir
|
Nyu-York şəhərinin meri Maykl Blumberq vəzifəsi tərk edir. Maykl Blumberq mer vəzifəsində çalışdığı 12 il ərzində şəhər infrastrukturunun inkişafı üçün öz cibindən 650 milyon dollar xərcləyib. İş adamı və milyarder Blumberq işlədiyi dövrdə ona verilən 2.7 milyon dollar maaşdan imtina edib və yalnız simvolik olaraq hər il 1 dollar maaş alıb. 2001-ci ildən Nyu-York şəhərinin meri vəzifəsində çalışan Blumberqi 2014-cü il yanvar ayının 1-də Demokrat partiyasının namizədi kimi noyabr ayının 5-də keçirilən mer seçkilərində inamlı qələbə qazanan De Blazio əvəz edəcək. Qeyd edək ki, De Blazio qaradərili şairə Şirleyn Makkreylə evli olduğundan onun Afrika və ispan mənşəli amerikalılar arasında böyük hörməti var (ANS).
|
2013-12-31
| 5,551 |
Avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - Video
|
Bayram günlərində nəqliyyatda sıxlıq müşahidə edilir. Sərnişinlərin çox olması səbəbindən dəmiryolunda vaqonların, avtovağzalda avtobusların sayı artırılıb. Yeni il şənlikləri üçün Bakıda xüsusi hazırlıqlar görülüb. Paytaxtın müxtəlif istiqamətlərində yolkalar qurulub. Əsas bayram yolkası milli parkda ucaldılıb. Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar olaraq bulvarda artıq bir neçə gündür ki, əsl bayram ab-havası hökm sürür. Yolkalar qurulub, yeni ilin atributları olan Şaxta baba və Qar qızı yolkaların ətrafında öz yerini alıb. İnsan sıxlığından isə heç danışmağa dəyməz. Yeni il gecəsi insanların daha çox axışacağı bulvar idarəsi gücləndirilmiş iş rejimində çalışır. Xüsusilə də, bu gün bulvarda istirahət edən və şənlənən vətəndaşların təhlükəsizliyi üçün xüsusi tədbirlər də görülüb. Bulvarın mühafizə xidməti əməkdaşlarının sayı adi günlərlə müqayisədə iki dəfə artırılıb. Bundan başqa bulvar ərazisində fəaliyyət göstərən restoran, kafe, atraksion, eləcə də, digər obyektlərin işçilərinə xüsusi tapşırıqlar verilib. Yeni il gecəsi isə bulvarda insan izdihamı yaşanacaq. Bulvar İdarəsi yanvarın 2-dək bu cür gücləndirilmiş iş rejimində çalışacaq. Bulvarla yanaşı, demək olar ki, bütün parklarında, eləcə də, Azadlıq Meydanında böyük yolkalar qurulub. Bakıda Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu gün saat 18:00-dan etibarən Bakı-Astara yolunun 14-cü kilometrliyindən Bayıl qəsəbəsi və paytaxtın mərkəzi küçələri istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Baki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda möhtəşəm atəşfəşanlıq və konsert proqramı da olacaq (ANS).
|
2013-12-31
| 5,552 |
Jurnalist Nəsimi Prokurorluğuna çağırıldı
|
"İstintaqın ləng getməsi və zərərçəkən kimi verdiyim iddiaların təmin olunmaması ilə bağlı narazılığıma görə Nəsimi rayon prokuroru Salman Məmmədlinin dəvəti ilə prokurorluqda oldum". Bu açıqlamanı Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı aparılan istintaqın gedişi barədə danışarkən zərərçəkən Anar Niftəliyev dedi. O bildirdi ki, rayon prokuroru aparılan istintaqla bağlı onu məlumatlandırıb: "İstintaqın gecikməsi ilə bağlı obyektiv səbəblər barədə Salman Məmmədli qısaca məlumat verdi və iradlarımın nədən ibarət olması ilə maraqlandı. İlk gündən ifadəmdə göstərdiyim və daha sonra zərərçəkən kimi hüququmdan istifadə edərək yazılı şəkildə təqdim etdiyim iddialarımın təmin olunmadığını bildirdim və prokuror vəsatətlərimin təmini ilə bağlı göstəriş verdi". İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevin səhhətində yaranan problemlə əlaqədar onu əvəz edən müstəntiq Hafiz Əliyevlə tanış olduğunu deyən A.Niftəliyev istintaq hərəkətlərinə birbaşa prokurorun özünün nəzarət edəcəyini qeyd etdi: "Cənab prokuror işin sürətlənməsi üçün zəruri istintaq hərəkətlərinin aparılmasına şəxsən nəzarət edəcəyini bildirdi. Məsələ ondadır ki, Səhiyyə Nazirliyinin və ekspertizanın hazırkı cavabları belə bu əməliyyatı aparan həkimlərin dələduzluğunu təsdiqləmək üçün istintaqa əlavə arqumentlər vermiş oldu. Mənim vəsatətlərim də komisyon ekspertizanın əlavə sualları cavablandırana qədər istintaq qrupunun iddiam istiqamətində istintaq hərəkətlərinin aparılmasıdır və aylardır qaldırdığım bu iddia təəssüf ki, söz verilməsinə baxmayaraq, hələ də icra olunmayıb". A.Niftəliyev bayram günlərində belə Nəsimi Prokurorluğunun fəaliyyət göstərəcəyini də dedi: "Cənab prokuror bayram günlərində belə istirahət etmədən işləyəcəklərini bildirdi. Ümid edək ki, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi və rayon prokuroru ilə keçirilən bu görüşlərin nəhayət nəticəsini görəcəyik". Xatırladaq ki, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Dekabrın 25-də Səhiyyə Nazirliyinin tibbi ekspertlərinin rəyi açıqlanıb. İstintaq işinə əlavə olunan bu rəydə E.Tofiqqızının "Medi Sina" klinikasında əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verildiyi vurğulanıb.
|
2013-12-31
| 5,553 |
“Böyük ruhun qarşısında heç bir güc davam gətirə bilməz”
|
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı xalqı təbrik edib. Təbrikdə deyilir: "Əziz soydaşlarım! Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram. 24 il bundan əvvəl, 1989-cu il dekabrın sonlarında Naxçıvanda İranla sərhədlərin sökülməsi və tikanlı məftillərin parçalanaraq onillərlə Güney həsrətilə yaşayan soydaşlarımıza göndərilməsi böyük bir ruhun, idealına doğru yürüyən xalqın utopik düşüncələrini gerçəkləşdirmək arzusunun ən yüksək məqamıydı. Bu bütövləşmiş, böyük ruhun qarşısında dünyanın heç bir gücü davam gətirə bilməzdi. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideal uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir. Məhz bu birlikdən narahat olanların apardığı təbliğat, şayiələr, səpdikləri şübhə toxumları sonrakı illərdə həmrəyliyimizin pozulmasına və itkilərimizə gətirib çıxardı. Daxili siyasi mübarizələr, qardaş qarşıdurmaları, cəbhələşmələr nəticə etibarilə əsl düşmənin əl-qolunu açdı, torpaqlarımızın işğalına imkan yaratdı. Hələ o zaman – 1992-ci ildə nicatımızın vətəndaş həmrəyliyindən, milli birlikdən keçdiyini mənəvi və siyasi ideologiya olaraq irəli sürdük. Zaman göstərdi ki, milli birlik, həmrəylik olmadan, qarşılıqlı anlaşma olmadan heç nəyə nail olmaq mümkün deyil. Bu gün də Azərbaycanın gələcəyi, torpağımızın azadlığı, dünyada səsimizin, sözümüzün, həqiqətimizin tanınması həmrəyliyimizdən keçir. Bizi xalq olaraq qarşıda hələ çox böyük hədəflər gözləyir. İstəsək də, istəməsək də - bu hədəflərə doğru getmək xalqımızın taleyinə, qismətinə yazılıb. Bu hədəflərə çatmağın yeganə yolu isə əlbəttə ki, həmrəyimizdən asılıdır. Əziz soydaşlarım! 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü seçilməsi təsadüf deyil. Bu gün – mənəvi sərhədlərinin bərpası yolunda yalın əllə bütün dünyaya meydan oxuyan xalqın həmrəylik təntənəsi kimi yaddaşlara həkk olunub. Bu yaddaşı qorumaq, gücləndirmək hər birimizin borcudur. Hər birinizi bir daha təbrik edirəm və inanıram ki, milli hədəflərimizdə göstərəcəyiniz həmrəylik Azərbaycan adınadır və bu yolda hər birinizə uğurlar arzulayıram".
|
2013-12-31
| 5,554 |
Nasistlərin əlaltısı, Hitlerin məşuqəsi - Ağır cәza
|
101 yaşında ölənəcən Leni Riefenstahl (Rifenştal) bu tip ittihamları, qınaqları əsassız və uydurma adlandırdı, amma onlardan can qurtara bilmədi. Heç vaxt üzr istəmədi. Buna görə, onu həmişə daxilən nasist olaraq qalmaqda suçladılar. 2003-cü ildə dünyasını dəyişənəcən, o, yalnızca, nasistlərin sifarişi ilə film çəkdiyinə "təəssüf etdiyini" deyirdi. Söhbət 1934-cü ildə çəkilmiş "İradənin təntənəsi" adlı sənədli filmdən gedir. Düzdür, həmin film müharibədən sonra qadağan edildi, amma onun kadrlarından anti-faşist filmlərində indi də istifadə edilir. Yəqin xatırlayarsınız, Hitler svastikalı bayraqlarla bəzədilmiş nəhəng meydanda - nasistlərin 200 min nəfərlik nizami dəstələri qarşısında çıxış edir. HİTLERİN ÇOXDANKI TANIŞI Nasistlərin Nürnberq toplantısının keçirilməsində məqsəd həm də Hitler-Xalq birliyini nümayiş etdirən film çəkmək idi. Filmi isə Leni Riefenstahl çəkəcəkdi. Bunu Fürer özü istəmişdi. 32 yaşlı Riefenstahl o zaman yetərincə məşhur idi, amma daha çox romantik bədii filmləri ilə. O, Hitlerlə hələ onun hakimiyyətə gəlməsindən əvvəl tanış olmuşdu. Amma Riefenstahl həm də novator sənətkar kimi ad çıxarmışdı. Hitler əmin idi ki, Fürer-Xalq birliyini ən inandırıcı formada o, canlandıra bilərdi. Riefenstahl-ın çəkdiyi film sonradan lənətlənsə də, bu gün də təbliğat filmləri tarixində ən peşəkar iş sayılır. Film o dövrün təbliğat filmləri kimi bəlağətli mətn oxunuşu ilə müşayiət edilmir. Rejissor bunun əvəzində kütlədəki insanların nasistlərin çıxışlarına səmimi reaksiyalarını "tutmağa" çalışıb. ŞƏRHSİZ... Riefenstahl iddia edirdi ki, 1934-cü ildə xalq həqiqətən də Hitlerə inanırdı, onu 1-ci Dünya Müharibəsindəki ağır məğlubiyyətdən sonrakı Almaniyanın xilaskarı sayırdı. Rejissor deyirdi ki, onun filmində şərh yoxdur. Həqiqətən də zahirən tamaşaçını yönləndirən yoxdur, amma bir-birinin ardınca çıxış edən nasist liderləri var... Lakin çox çətin suallar da vardı ki, Riefenstahl-ın onlara cavabı elə də inandırıcı səslənmirdi. Məsələn, Almaniyadakı yəhudi poqromları dövründə susması. "Mən Nasional-sosialist partiyasının üzvü olmamışam, anti-semit fikirlər söyləməmişəm, anti-semit olmamışam". O hesab edirdi ki, bu, onun şər əməllərin iştirakçısı olmadığını əsaslandırmaq üçün yetərlidir. Yaxud Parisi tutan Hitlerə vurduğu teleqram: "Böyük Fürer, bu möhtəşəm qələbə münasibətilə sizi təbrik edirəm". Bəs buna nə izah vermək olar?
|
2013-12-31
| 5,555 |
Bu gecə 6 dəqiqəyə 400 min fişəng atılacaq
|
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayın hakimiyyət orqanları yeni il gecəsi 6 dəqiqə ərzində 400 min fişəng atmaqla, atəşfəşanlığın miqyasına görə Ginnesin rekordlar kitabına düşmək niyyətindədirlər. Bu haqda "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. İnterfaks agentliyinin məlumatına görə, fişənglər eyni vaxtda 400 meydançadan atılacaq, xüsusi effektlərlə və musiqi ilə sinxronlaşdırılacaq. Tədbirin təşkilatçıları fişənglər vasitəsilə səmada qartal fiquru yaratmağı və günəşin doğmasını əks etdirməyi planlaşdırırlar. Bundan əlavə, Dubay pirotexnikanın köməyi ilə milli bayrağın ən böyük əksini yaratmaqla, bu sahədəki rekordu da təzələyə bilər. Belə ki, yeni il gecəsi şəhər üzərində 30 min kvadratmetr sahədə Birləşmiş Ərəb Əmirliklərinin milli bayrağı bərq vuracaq. Telekanalın məlumatına görə, pirotexnika üzrə 200-dən çox mütəxəssis tərəfindən hazırlanan şou şəhərin Cumeyra rayonunda nümayiş olunacaq (Azvison.az).
|
2013-12-31
| 5,556 |
Azərbaycanlılar "Yeni il"i hansı ölkələrdə qeyd edir? - Video
|
Yeni il xarici ölkələrdə daha təmtəraqlı və maraqlı qeyd edilir. Bəlkə də bu, onların təklif etdiyi xidmətlər və bu xidmətlərə görə tələb olunan qiymətlərin daha münasib olması ilə əlaqədardır. Yerli turizm obyektlərinin hazırladığı yeni il şou proqramlarında yüksək qiymətə rast gəlsək də, keyfiyyət yüksək olmur. Yeni il gecəsini daha maraqlı və ailə büdcəsinə qənaət etməklə necə keçirmək olar. Gəlin qiymətlərlə tanış olaq! Paytaxtda istirahətin qiyməti daha bahadır. Bəzi otellərdə günlük istirahət qiymətləri xarici ölkələrdəki həftəlik istirahət qiymətlərindən də yüksəkdir. Turizm üçün əlverişli olan bölgələrdə də vəziyyət heç də paytaxtdan fərqlənmir. Elə bu səbəbdəndir ki, vətəndaşlarımız xaricə üz tuturlar. Avropa ölkələrində Yeni ili qeyd etmək istəyənlər ən azı 1 ay əvvəldən ciblərinə münasib yerləri müəyyən edib bron etməlidirlər. Otellər iki ay əvvəldən yeni il tur paketlərini ölkələrdəki turizm şirkətlərinə göndərməklə daha çox turist cəlb edirlər. Həmçinin turist cəlbi üçün onlar sosial şəbəkələrdə və internet portallarında video çarxlar da yerləşdirirlər. Bütün bunlara baxmayaraq, bu otellərdə qiymətlər daha münasib olur. Hətta ölkə daxilində müqayisə edilməyəcək dərəcədə. Turizm Agentliyinin nümayəndəsi Pərviz Qasımov: "Azərbaycan otellərini, yəni paketlərini hesablasaq digər xarici ölkə səyahət paketlərindən dəmək olar ki, iki dəfə fərqlənir. Yəni, baha qiymətlə müşahidə olunduğuna görə, yəni, Azərbaycan otellərində istirahət etmək elə də rentabelli deyil". 30-31 dekabr və 1 yanvar tarixlərində ölkəmizdə olan ümumi otəllərin qiyməti 2 gecə 3 gün üçün 380 -1800 manat arasında dəyişir. Bu qiymətə isə xarici turizm obyektlərinin təklifləri və xidmətləri daha cəlbedicidir. Yerli turistlərin ən çox üz tutduğu Birləşmiş Ərəb Əmirliyindəki otellərin qiyməti 2 gecə 3 gün olmaqla 275-2700 manat, Türkiyədə bayram keçirmək istəyənlər üçün 200-600 manat, Gürcüstanda isə daha ucuz 180-400 manat arasında dəyişir. Təklif olunan bu qiymətlərə isə gün ərzində 3 dəfə yemək də daxil edilib. Bundan başqa həmin otellər daha çox turist cəlb etmək üçün xüsusi endirimli paketləri də təklif edirlər. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə 1 ay əvvəldən satılan tur paketin qiyməti aviabilet də daxil olmaqla 300-350 manat arasında dəyişib (ANS).
|
2013-12-31
| 5,557 |
Almalar niyə çürüyür? - Video
|
Yeni ildə təsərrüfatla məşğul olanlar üçün yenilik olacaq. Ümid edək ki, ağ almasıyla dillər əzbəri olan Qubada meyvəçilərin ciddi satış problemləri yaranmaz. Hələliksə, satılmaması səbəbindən Qubada tonlarla alma çürüyür. Verilə məlumata görə, Amsar Qışlaq kəndində elə bir ev tapmaq mümkün deyil ki, onun həyətinə çürümüş alma atılmasın. Kənd sakini Tahir Müslümov belə sakinlərdən biridir. Onun dediyinə görə, indiyə qədər həyətinə təxminən 5 tondan artıq çürümüş alma atıb. Müsahibimiz Tahir Müslümov min bir əziyyətlə yetişdirdiyi meyvənin alıcı yoxluqundan çürüdüyünü deyir. Kəndliləri almanı şaxtadan qorumaq üçün örtükdə saxlayırlar. Öyrəndik ki, rayonda saxlama anbarı fəaliyyət göstərsə də, orada məhsulu saxlamaq təsərrüfat sahiblərinə sərfəli deyil. Bağbanların sözlərinə görə, Rusiya bazarlarına meyvə aparmaq üçün yol və gömrük xərcləri baha çıxdıqından artıq onlar bunu da məqsədəuygun hesab etmirlər. Qubanın kəndlərində səbirsizliklə alıcı gözləyən bağbanlar bildirirlər ki, indi almanın bir yeşiyini 2 manata satmağa məcburdurlar. O qiymətə də alan yoxdur. Bakı bazarlarına da apara bilmirlər, çünki bu sistemdə manapoliya mövcuddur. Bildirək ki, Amsar Qışlaq sakinlərinin səsləndirdikləri bu problem Qubanın meyvəçiliklə məşgul olan bütün kəndlərində yaşanır. Məsələyə Quba İcra Hakimiyyətinin aqrar şöbəsindən şifahi münasibət bildirildi. Şöbənin əməkdaşı Ramiz Qusarçaylı rayon bağbanlarının satış problemi olduğunu təsdiqlədi. Onun sözlərinə görə, İcra Hakimiyyəti 2014-cü ildə meyvəçiliyin inkişafıyla bağlı yeni xüsusi proqram üzərində işləyir. Artıq yeni kənd təsərrüfatı naziri Heydər Əsədov da bununla bağlı quruma müraciət edib. Hazırlanan bütün təkliflər aidiyyatı mərkəzi orqanlara göndəriləcək və onların həlli istiqamətində 2014-cü ildə geniş miqyaslı işlərə start veriləcək (ANS).
|
2013-12-31
| 5,558 |
Filippin yeni ilə qanla başladı
|
Filippin inancına görə, yeni ildə şər qüvvələrdən qurtulmaq üçün köhnə ilin son saatlarına hay-küylü şəkildə keçirmək lazımdır. Elə bu ənənəyə sadiq qalan filippinlilər Yeni ilin gəlişinə saatlar qalmış pirotexnika istehsal edən Boke şəhərinə axışıb. Verilən məlumata görə, atəş-fəşanlığ vasitələrinə olan tələbət böyük olduğundan, şəhərin yollarında əməlli başlı tıxaclar yaranıb. Özlərini yerli marketlərə çatdıra bilən filippinlilər pirotexnika materialları almaq üçün uzun növbələrə durmalı olub. Böyük-kiçikli alıcılar daha maraqlı partlayıcılar, raketlər və fişənglər tapmağa çalışıb. Kütləvi atəş-fəşanlıqla filippinlilər "şərq qüvvələri" qovmuş olsa da, hər ilin sonu belə tədbirlər, yüzlərlə insanın, xüsusilə də uşaqların yaralanmasına səbəb olur. Kəsik yaralarından tutmuş (amputasiyalara) kimi dəyişən xəsarətlər çox vaxt ehtiyatsız davranma ucbatından baş versə də, bəzən belə hallar pirotexnika məhsullarının qüsurlu olmasında dolayı baş verir. Filippin höküməti pirotexnika vasitələrini azyaşlılardan uzaqdan saxlamağı xəbərdar edib (ANS).
|
2013-12-31
| 5,559 |
2014-cü il Kirimati vә Samoadan başladı
|
Avstraliyada yeni il bayramına erkən girmək istəyənlər yenə ölkənin ən böyük şəhəri olan Sidneyə toplaşıb. Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2014-cü ilin ilk gününə Bakı vaxtı ilə saat 14.00-da Sakit okeanda yerləşən ada dövlətləri Kirimati və Samoa oldu. Bir saat sonra isə Yeni Zelandiya 2013-ə "əlvida" dedi. Paytaxt Vellingtonda qeyd olunan yeni il, hava fişənglərilə qarşılandı. 2014-cü ilə girən ilk böyük şəhər isə Bakı vaxtı ilə saat 17.00-da Avstraliyanın Sidney şəhəri oldu. Minlərlə insan Sidney limanı və Sidney limanı körpüsündə keçirilən ənənəvi hava fişənglərini izləmək üçün toplandı. Axşam saatlarından etibarən şəhərin müxtəlif məkanlarında partlayan hava fişəngləri şəhərdə rəngli görüntülər yaratdı. (anspress)
|
2013-12-31
| 5,560 |
Türklər "Gəl ey səhər" mahnısını belə ifa etdilər - Video
|
"Axar.az" xəbər verir ki, "O səs Türkiyə" musiqi yarışmasında iştirakçılar "Gəl ey səhər" mahnısını ifa ediblər. Sözləri və musiqisi Polad Bülbüloğluya məxsus olan "Gəl ey səhər" mahnısını Camal və Soysal əkiz qardaşları ifa ediblər. Lakin bu çıxış onların son çıxışı olub. Belə ki, sms səsverməsi nəticəsində yarışmanı tərk etməli olublar. Məlumat üçün qeyd edək ki, mahnının müəllifi qeyd olunub.
|
2013-12-31
| 5,561 |
5 ölkədə Yeni il qeyd edilmir - Foto
|
Yeni il dünya insanlarının əksəriyyətinə yeni sevinc gətirir, ancaq yeni ilin gəlişinə sevinməyən xalqlar da az deyil. Belə ki, onlar üçün yanvarın 1-i adi iş günü kimi sayılır və heç nə olmamış kimi həyatlarına davam edirlər. Verilən məlumata görə, bu yaxınlarda Səudiyyə Ərəbistanının rəhbərliyi yeni ilin qeyd edilməsinə qadağa qoyub. Səudiyyə Ərəbistanı bu siyahıda tək deyil. Onlarla qonşu olan İsrail də Yeni ili bayram kimi qeyd etmir. Azərbaycanın cənub qonşusu İran da bayram etməyənlərin sırasındadır. Çoxmədəniyyətli Hindistan da nədənsə yanvarın 1-ni Yeni ilin gəlişi kimi bayram etmir. Çin Xalq Respublikasında da yanvarın 1-i adi günlərdən biri sayılır. Ölkənin böyük şəhərlərində quraşdırılan yolkalar isə xarici turistlərə hörmət xatirinə edilir (ANS).
|
2013-12-31
| 5,562 |
Obama dünyanın “Ən hörmətli kişisi” seçildi
|
ABŞ prezidenti dünyada "ən çox hörmət edilən kişi" nominasiyasını qazanıb. "Ən çox hörmət edilən qadın" isə Hillari Klinton olub. Verilən məlumata görə, bu informasiyanı Gallup yayıb. Barak Obamanın bu nominasiyada 6-cı ildir ki, liderlik etməsinə baxmayaraq sorğu nəticəsində məlum olub ki, onun reytinqi 2012-ci ilə nisbətən 30 faizdən 16 faizə düşüb. Hillari Klinton da bu nominasiyanı artıq 12-ci ildir ki, özündə saxlaya bilib. Kişilər arasında 2-ci yer ABŞ-ın eks prezidenti Corc Buşa (oğul) və Roma Papası Fransiskə verilib. 3-cü yer isə eks prezident Bill Klintona qismət olub. Qadınlarda isə 2-ci yer ABŞ-ın məşhur teleaparıcısı Opra Uinfriyə verilib. Dünyanın "ən hörmətli qadını" nominasiyasının 3-cü qalıbı ABŞ-ın 1-ci ledisi Mişel Obama olub. Xatırladaq ki, sorğu 1000 nəfərə yaxın ABŞ vətəndaşı arasında keçirilib (ANS).
|
2013-12-31
| 5,563 |
Zakir Həsənov əsgərləri təbrik edib
|
Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar. Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətindəki ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər. Sonra hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanış olunub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edib. Sonda Müdafiə naziri adından əsgərlərə bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub (AzVision).
|
2014-01-01
| 5,564 |
Qaxda başlayan meşə yanğını söndürülüb - Yeniləndi
|
(2013-12-31) 20 :12 Bu gün axşam saatlarından başlayaraq Qax rayonunda yerləşən Ulubaş dağının meşə massivi yanmağa başlayıb. Verilən məlumata görə, yanğının tüstüsü rayonun demək olar ki, bütün ərazisindən görsənir. Rayon sakini Saleh Şirinovun sözlərinə görə, yanğını söndürmək üçün şəxsi avtomobili olanlar o səmtə yola çıxırlar. Qax rayon polis şöbəsinin baş leytenantı Nemət Rəşidov isə deyib ki, yanğın otlaq sahədə qeydə alınıb. Hazırda yanğınsöndürənlər yanğını söndürmək üçün ora yollanıblar. Qeyd edək ki, bu gün günorta saatlarında Yevlax rayonunun Xanabad kəndində yaşayış evində də yanğın hadisəsi baş verib.Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb (ANS). (2013-12-31) 22 :27 Bu gün axşam radələrində Qax rayonu Ulubaş adlanan zirvədə naməlum səbəbdən başlayan yanğın davam edir. Verilən xəbərə görə, hadisə yerinə getmək istəyən Qax Yanğından Mühavizə Hissəsinin yanğınsöndürənləri dağın zirvəsinə qalxa bilməyiblər. Müşahidə zamanı yanğının artaraq dağda ağacların sıx olduğu ərazilərə keçməsi hər kəsi təşvişə salıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 35 nəfər şəxsi heyəti və Qaxbaş kənd sakinlərindən ibarət qrup cəlb olunub. Onlar hal-hazırda piyada dağın zirvəsinə qalxmağa çalışırlar. Şəxsi heyət və kənd sakinləri yanğının sıx meşəliyə keçməməsi üçün hadisə yerinə yollanıblar. Bir müddət sonra isə yanğının şiddəti biraz da artıb və hal-hazırda yanğın davam edir. (2014-01-01) 14 : 06 Qax rayonunda dünəndən başlayan yanğının qarşısı alınıb. Lakin hələ də yanğın baş verən sahədə tüstülənmə müşahidə olunur. Yanğınsöndürən maşınlar əraziyə qalxa bilməyiblər, hadisə yerinə canlı qüvvə cəlb olunub. Hal-hazırda da yanğın baş verən ərazidə yanğınsöndürənlər işləyir. Yanğının sıx meşə massivinə keçib-keçmədiyi isə dəqiq bilinmir.
|
2013-12-31
| 5,565 |
Maydan Yeni İli gözləyir - Canlı yayım
|
Ukraynanın baş meydanı – Maydan Nezalejnosti (Azadlıq Meydanı) yeni ili qarşılamağa hazırdır. Səhər saatlarından Kiyev sakinləri Maydanda təmizlik işlərinə başlayıb. Həftələrdir yandırılan ocaqların ətrafı, çadırlar səliqəyə salınıb. Ölkənin əsas şam ağacı da bayramsayağı bəzədilib. Ancaq şam ağacından vətəndaşların arzuları yazılan vərəqələr çıxarılmayıb. Yada salaq ki, Maydanda fasiləsiz aksiyalar başlayan günlərdən vətəndaşlar buradakı nəhəng şam ağacına diləkləri yazılan saysız hesabsız vərəqələr asıb. Müxalifət təmsilçiləri bildirir ki, bu gecə çoxlu sayda Kiyev əhalisinin və paytaxt qonaqlarının 2014-ü Maydanda qarşılayacağını gözlənilir. Müxalifət liderləri isə artıq yaxın saatlarda bayram mitinqini açıq elan edəcək. Bayram əhval-ruhiyyəsinə köklənən Maydanda birləşmiş müxalifətin prezident Viktor Yanukoviçə müraciəti də səslənəcək. Müraciətdə Yanukoviçə heç bir halda Ukraynanı Avropaya inteqrasiyadan yayındıra bilməyəcəyi xatırladılır, ona öz siyasətini bu prinsipə uyğunlaşdırmaq tələb edilir. ("Musavat.com") Live streaming video by Ustream
|
2013-12-31
| 5,566 |
Leyla Əliyeva məscidin açılışında - Fotolar
|
Ötən gün Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidinin açılışı olub. Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Mərdəkanda Heydər cümə məscidinin yenidən qurulması Heydər Əliyev Fondunun ölkəmizdə milli mənəvi dəyərlərin inkişafı ilə bağlı gördüyü işlərə mühüm töhfədir. Bir müddət əvvəl rayon ağsaqqalları və din xadimləri Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyevaya məscidin bərpası xahişi ilə müraciət etmişdilər. Fondun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidi bu gün artıq sakinlərin ixtiyarına verilir. Leyla Əliyeva məscidin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendə baxdı. Məlumat verildi ki, 1893-cü ildən fəaliyyət göstərən bu ibadət ocağında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Ötən ilin fevralında başlanan yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti məsciddə yaradılan şəraitlə tanış oldu. Diqqətə çatdırıldı ki, məsciddə eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün hər cür şərait yaradılıb. Məscidin axundu Leyla Əliyevaya Qurani-Kərim təqdim etdi. Məlumata görə, əvvəllər bir mərtəbədən ibarət olan məscidin yenidənqurma işlərindən sonra ikinci mərtəbəsi də inşa edilib. Burada 180 nəfərlik mərasim zalı yaradılmış, minarə tikilmişdir. Ümumiyyətlə, məscid iki dəstəmazxanadan, kitabxanadan, müxtəlif yardımçı otaqlardan, mədrəsədən ibarətdir.
|
2013-12-31
| 5,567 |
Putin Yenil il ənənəsini pozdu
|
Yeni ili Uzaq Şərqdə qarşılayan Rusiya Prezidenti Vladimir Putin çoxillik yeni il müraciəti ənənəsini pozub və iki dəfə müraciət edib. "Axar.az" Rusiya mediasına istinadla xəbər verir ki, ilk təbrikini Kamçatka, Çukot və Maqadan əyalətində edən Putin digər saat qurşağına – Xabarobskiyə təyyarə ilə gələrək, növbəti dəfə ruslara Yeni illə bağlı təbrik çıxışını edib. Məlumat üçün bildirək ki, Rusiya ərazisinə görə dünyanın ən böyük ölkəsidir və ümumilikdə 11 saat qurşağında yerləşir. Beləliklə, Putin Uzaq Şərqdə Yeni illə bağlı təbrik çıxışını edərkən Rusiya ərazisinin böyük hissəsində hələ yeni ilə saatlar qalırdı. "Faktiki olaraq iki dəfə təbrik çıxışı etməklə Putin çoxillik ənənəni pozdu", - deyən Putinin mətbuat katibi Dmitri Peskov bütün ruslara ünvanlanan təbrikin Xabarovskidə edildiyini də diqqətə çatdırıb.
|
2014-01-01
| 5,568 |
Binəqədidə qətl: 32 yaşlı şəxs güllələndi - Yeniləndi
|
Bu gecə Bakıda 1 nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. Paytaxtın Binəqədi rayonunda baş verib. Şəxsiyyəti naməlum 32 yaşlı kişi odlu silahla başından və ürəyindən vurulub. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Qətli törədənin və öldürülənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır (ANS). 01:10 Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "Elit" Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. Güllənənən şəxs Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Elnur Eldar oğlu Mustafayevdir. O, idarə etdiyi "VAZ" markalı avtomobildə güllələnib. Üç güllə yarası alan E.Mustafayev hadisə yerindəcə keçinib. Polisdən həmçinin bildirilib ki, naməlum şəxslər E.Mustafayevə tapançadan atəş açıblar. Hadisənin törədən şəxslərin kimliyi və hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
|
2014-01-01
| 5,571 |
Prezident Yeni il təbrikində mühüm mesajlar verdi - Video
|
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqı təbrik edib. Dövlət başçısı təbrik çıxışında deyib: "- Hörmətli xanımlar və cənablar! Əziz həmvətənlər! 2013-cü il arxada qalır. 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Qarşımızda duran bütün məsələlər öz həllini tapmış və ölkəmizin hərtərəfli inkişafı davam etmişdir. 2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ölkəmizin bütün istiqamətlər üzrə inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilmişdir. Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq. Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini başa çatdırır. İki il ərzində Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasında çox fəal iştirak etmişdir. Beynəlxalq hüququ, ədaləti müdafiə etmişdir. Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bunu bir daha göstərir. Əfsuslar olsun ki, bizim torpaqlarımız uzun illər işğal altındadır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan buna məhəl qoymur. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının da bu məsələ ilə bağlı qərar və qətnamələri vardır. Ancaq əfsuslar olsun ki, onlar icra edilmir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola bilməz. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin etməliyik. Ordu quruculuğu işində böyük uğurlarımız vardır. Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır. Bu istiqamətdə hələ görüləcək işlər çoxdur, islahatlar davam etdirilməlidir. Ancaq deyə bilərəm ki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür. Ən müasir texnika, silah-sursat alınır. Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur. Bir sözlə, Ordumuzun hərbi potensialı, döyüş qabiliyyəti artır və bu, bizi sevindirir. Çünki hər bir güclü dövlətin güclü ordusu olmalıdır. Biz bu istiqamətdə bundan sonra da fəal siyasət aparacağıq. İqtisadi siyasətə gəldikdə, bu sahədə son on il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Bütün beynəlxalq maliyyə qurumları və statistik məlumatlar bunu təsdiqləyir. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən artıq yeni iş yeri açılmışdır. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə edilmişdir. Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər çoxdur. İşsizliyə qarşı mübarizə gözəl nəticələr vermişdir. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən aşağıdır. Beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Bu, çox böyük nailiyyətdir, çox böyük nəticədir, onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır, təkcə neft amilinə bağlı deyildir. Son illər ərzində apardığımız iqtisadi islahatlar, iqtisadi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsinə gətirib çıxarmışdır. Əminəm ki, növbəti illərdə iqtisadi sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bizim iqtisadi siyasətlə bağlı proqramımız ardıcıl şəkildə icra edilir. Eyni zamanda, güclü iqtisadiyyat əlbəttə ki, sosial məsələlərin həllinə də kömək göstərir. Azərbaycan bu sahədə də ardıcıl siyasət aparır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə, güclü sosial siyasət bizim əsas istiqamətimizdir. 2013-cü ildə maaşlar, pensiyalar qaldırılmışdır, sovet vaxtlarından qalmış əmanətlər tam olaraq əhaliyə kompensasiya şəklində verilmişdir. Digər sosial proqramlar uğurla icra edilir. Əminəm ki, sosial sahədə siyasətimiz növbəti illərdə davam etdiriləcəkdir. Bunu deməyə əsas verən bizim güclü iqtisadi potensialımızdır. İqtisadi müstəqillik olmadan heç bir ölkə özünü tam azad, müstəqil hesab edə bilməz. Ona görə, hesab edirəm ki, iqtisadi sahədə müstəqilliyin əldə olunması bizim ən böyük nailiyyətimizdir. Eyni zamanda, ölkəmizdə siyasi islahatlar davam etdirilir və davam etdiriləcəkdir. Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində çox müsbət addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün azadlıqlar vardır. Azərbaycan siyasi islahatların aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə çevrilməkdədir. Cəmiyyəti ən çox narahat edən korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə 2013-cü ildə daha da böyük miqyasda aparılmışdır. Biz daha da böyük uğurlara nail olmuşuq. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Burada həm cəza tədbirləri, inzibati tədbirlər öz rolunu oynayır, eyni zamanda, sistem xarakterli islahatlar da bu sahədə böyük irəliləyişə nail olmaq üçün bizə imkan yaratmışdır. İlin əvvəlində yaradılmış "ASAN xidmət"in fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanmış "ASAN xidmət" bu gün dünyada da özünü Azərbaycan brendi kimi təsdiqləyir. İl ərzində bu xidmətə beş yüz mindən artıq vətəndaş müraciət etmişdir. Gələcəkdə "ASAN xidmət"də göstərilən xidmətlərin sayı artırılacaq və eyni zamanda, elektron xidmətlərin sayı da artırılmalıdır. Azərbaycan bu il dünyanın humanitar mərkəzi kimi özünü bir daha təsdiq etdi. Bu il Azərbaycanda Üçüncü Beynəlxalq Humanitar Forumu, İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bu iki tədbir dünya ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Azərbaycan artıq dinlərarası, millətlərarası dialoqun aparılması üçün özünü bir mərkəz kimi göstərir. Ölkəmizdə mövcud olan dini və milli dözümlülük, tolerantlıq, bütün xalqların bir ailə kimi yaşaması bizim böyük nailiyyətimizdir, böyük sərvətimizdir, böyük üstünlüyümüzdür. Deyə bilərəm ki, ölkəmizin bu sahədə təcrübəsi dünyada öyrənilir və təqdir edilir. Əlbəttə ki, neft-qaz sektoru da ölkəmizin gələcək inkişafı üçün çox böyük məna daşıyır. 2013-cü ildə bir neçə vacib məsələ öz həllini tapmışdır. Onlardan biri də Trans-Adriatik kəməri layihəsinin seçilməsidir. TAP layihəsi artıq əsas qaz ixrac marşrutu kimi təsdiq edilmişdir. 2012-ci ildə Trans-Anadolu qaz kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir və bu il bu istiqamətdə böyük işlər görülmüşdür. Dekabrın 17-də "Şahdəniz-2" layihəsinə start verildi. Bu, tarixi layihədir, tarixi hadisədir. Bu layihə XXI əsrin layihəsidir, Avropanın ən böyük infrastruktur və ən böyük enerji layihəsidir. TANAP, TAP, "Şahdəniz-2" layihələri Azərbaycanın tarixi uğurudur, tarixi nailiyyətidir. Bir daha Azərbaycan xalqını bu böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu layihə xalqımızın uğurlu gələcəyi, yaşaması, ölkəmizin dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir layihədir. Bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Seçkilər azad, ədalətli şəkildə keçirilmişdir. Seçkiləri müşahidə edən xarici qonaqlar seçkilərə çox yüksək qiymət vermişlər. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı seçkilərin keçirilməsinə yüksək qiymət vermişdir. Seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapmışdır. Mənə yenidən böyük diqqət və dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin uğurlu inkişafı, gələcəyi üçün var gücümlə çalışacağam. Bu il Azərbaycan kosmik dövlətə çevrildi. İlin əvvəlində "Azərspace-1" peykinin fəzaya buraxılması tarixi nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmiz böyük işlərə, böyük uğurlara imza atır. Kosmik sənayenin inkişafı ölkəmizin ümumi, intellektual və iqtisadi potensialını bir daha təsdiqləyir. Əziz bacılar və qardaşlar, bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün azərbaycanlılar, əminəm, fəxr edirlər ki, bu gün güclü Azərbaycan dövləti vardır. O dövlət ki, öz vətəndaşları üçün çalışır, vətəndaşlarının qayğıları ilə yaşayır. Müasir, dinamik, demokratik dövlət ki, bu gün bütün azərbaycanlıların Vətənidir. Mən bütün Azərbaycan xalqını bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram. Bayramınız mübarək olsun!" (ANS)
|
2014-01-01
| 5,572 |
"Sahil" metrosu qarşısında kütləvi dava - Fotolar
|
Milli Parkda Yeni il şənlikləri başa çatandan sonra "Sahil" metro-stansiyasının qarşısında həyəcanlı anlar yaşanıb. "Axar.az"ın şənlikləri izləyən foto-reportyoru İsmi Şahzadə xəbər verir ki, metroya daxil olmaq istəyən insan axını basabasa səbəb olub. Nəticədə vətəndaşlar arasında qarşıdurma yaranıb. Baş verən bu qarşıdurma bəzən dava-dalaşla müşayiət olunub. Polis hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb. Bəzi şəxslər saxlanılıb və sonradan sərbəst buraxılıb.
|
2014-01-01
| 5,573 |
Yeni il axşamı hamamda vəfat etdi
|
Hamamda qapının kilidlənməsi nəticəsində köməksiz qalan şəxs dünyasnı dəyişib. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hamama baxış keçirilərkən 1926-cı il təvəllüdlü Samir Abdulla oğlu İbrahimov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.İbrahimovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
|
2014-01-01
| 5,574 |
Şəmkirdə ev yandı
|
Şəmkir rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Şəmkir rayonu, Yeniabad kəndində (rayon mərkəzindən 8 km aralı) ümumi sahəsi 256 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin eyvanının lambirdən ibarət tavanı 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
|
2014-01-01
| 5,575 |
Yer kürəsinin əhalisi 7.2 milyardı keçdi
|
Yanvarın 1-nə Yer kürəsinin əhalisi 7.2 milyard nəfəri keçib. Bu barədə Yer kürəsi əhalisinin Almaniya fondu (DSW) məlumat verir. Fondun analitikləri qeyd ediblər ki, 2013-cü il ərzində planetimizdə yaşayan insanların sayı 80 milyon nəfərə qədər artıb. Məruzənin müəllifləri inkişaf etməkdə olan ölkələrdə əhalinin sayının yüksək səviyyədə qeyri-proporsional artması ilə əlaqədar narahatlıqlarını bildiriblər. Onların fikrincə, bu ümumdünya səviyyəsində yoxsulluğun artmasına gətirib çıxaracaq. Həmçinin bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə qadınlarda hər il orta hesabla 80 milyon istənilməyən hamilə halları müşahidə olunur. "Əgər planetin ən yoxsul sakinləri arasından hər bir cütlük özü üçün nə vaxt və nə qədər uşaq dünyaya gətirmək istəməsini müəyyən edəcəksə, onda onların vəziyyəti xeyli yaxşılaşacaq", - DSW-nın direktoru Renata Ber bildirib. (Trend)
|
2014-01-01
| 5,576 |
Sərxoş sürücü polisi öldürdü – Yeniləndi
|
11:42 Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. "Milli.az"ın məlumatına görə, VAZ-2105 markalı avtomobol YPX postuna yüksək sürətlə çırpılıb. Qəzada 2 nəfər həlak olub. İlkin məlumata görə, hadisəni törədən sürücü sərxoş olub və avtomobili 160-180 km/saat sürətlə idarə edib. 14:46 Dövlət Yol Polisinin Qaradağ YPX postunda baş verən qəzanın detalları məlum olub. "Axar.az"ın məlumatına görə, dünən axşam saatlarında Saatlı rayon sakini, 1988-ci il təvəllüdlü Xəyal Şakir oğlu Orucovun idarə etdiyi 90 KV 265 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil Qaradağ YPX postunda Ümid qəsəbə sakini Mirzə Təvəkkül oğlu Məmmədovun idarə etdiyi 10 RR 714 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobilə çırpılıb. İlk toqquşmadan sonra X.Orucovun yüksək sürətlə idarə etdiyi avtomobil biri polis maşını olmaqla, daha üç avtomobilə çırpılıb və YPX postunda xidmətdə olan polis əməkdaşı Polad Mehdiyevi vurub. Nəticədə yol polisi əməkdaşı Polad Mehdiyev və 10 RR 714 nömrə nişanlı "Mersedes"in sürücüsü Mirzə Təvəkkül oğlu Məmmədov dünyasını dəyişib. Sərxoş vəziyyətdə avtomobili idarə edən Xəyal Orucov və onun avtomobilində olan sərnişin Xalid Orucov xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Faktla əlaqədar Qaradağ Rayon Prokurorluğu cinayət işi başlayıb.
|
2014-01-01
| 5,577 |
Sabirabadda da ev yandı
|
Yeni ilin ilk yanğın xəbərlərinə daha biri əlavə olunub. "Axar.az" FHN-in rəsmi saytına istinadən bildirir ki, Sabirabad şəhəri, Əsədli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli - 3 otaq və aynabəndən ibarət evin 2 otağının tavanı 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
|
2014-01-01
| 5,578 |
“Tozalan” gəlir – “Mozalan”a rəqib
|
Müsahibimiz "Qaçan Atlar Production"ın təsisçisi, yeni "Tozalan" layihəsinin rəhbəri, rejissor və ssenarist Natiq Axunddur. Natiq Axundla söhbətimizin əsas səbəbi yeni layihəsidir. Müəllifin bildirdiyinə görə... Onun bildirdiklərini öz dilindən oxuyaq. - Çox maraqlı bir layihəyə - "Tozalan"a start vermisiniz... Necə oldu ki, bu fikrə düşdünüz? - Həmişə, hər yerdə olduğu kimi, bizdə də əyər-əskiklərə rast gəlinib və yenə də gəlinməkdədir. İstər ailə-məişət mövzusu olsun, istərsə də daha qlobal məsələlər… Biz də bu əyər-əskiklərə qarşı mübarizənin yolunu satirada, düşündürücü yumorda görürük. Məncə, ən gözəl üsul da budur: insanların ilk növbədə maddi və mənəvi islahına səbəb ola biləcək bu işdə satira və yumordan gözəl bir vasitə varmı? - "Tozalan" adı Sovet dönəmində məşhur olan "Mozalan"la müqayisə olunur, həm də ad assosiasiyası var... Bu ad uyğunluğu hansısa narahatlıq yarada bilərmi? - Biz insanıq, həyatsa mübarizədən ibarətdir: bu mübarizə üslubumuz müəyyən qədər üst-üstə düşə bilər. Açıqlamalarımda da bildirdiyim kimi, adında oxşarlıq olsa da, illərlə içimizdə gəzdirdiyimiz və hər zaman təkmilləşdirmək əzmində olduğumuz bu "Tozalan" layihəsi bir az fərqli, özünəməxsus və zamana uyğun, yeni formatda olan bir layihədir. Bir də ki, istər "Mozalan"ın direktoru İlham Məhərrəmov, istər dostum, keçmiş iş yoldaşım, "Mozalan"ın bədii rəhbəri Orxan Fikrətoğlu olsun - yəni ölkəsini, millətini sevən, onun daim saxtakarlıqdan və xəyanətdən qorunmasının tərəfdarı olan, maddi və mənəvi inkişafını istəyən bütün qeyrətli Azərbaycan övladında inanmıram ki, bu layihə bir qıcıqlanma yarada. Əksinə, inanıram ki, hər bir kəs bizə yardımçı olacaq; "Qaçan Atlar Production" və "ATV"nin birgə layihəsi olan "Tozalan"a bir neçə dövlət qurumunun dəstəyini də nəzərə alın. - Görünür, problemə satirik yanaşmaq doğrudan da sizin üslubunuzdur. "Qulp" verilişinin satirik mövzulu sujetlərini çəkməyiniz də təsadüfi olmayıb. - Əlbəttə. Həyatda təsadüfi heç bir şey yoxdur... - Hazırda cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri də təhsildir. Təhsil "Tozalan"dan necə görünür? - Əvvəla, deyim ki, insanın özündən çox şey aslıdır. Müəllimi qınamaq istisna hallarda ola bilər, o da sonda... Əvvəl baxaq görək, tələbə oxumaq istəyirmi? Mənim yaddaşımda müəllim obrazı tamam başqa cürdür. Kurs rəhbərimiz kinorejissor Eldar Quliyev, kinorejissor Cəmil Quliyev... - bu canlı korifeylərin əhatəsində müəllim obrazı yaranıb təsəvvürümüzdə: Rasim İsmayılov, Şərif Şərifov, Kənan Məmmədovun adı ilə bağlıdır Azərbaycanın "Qızıl fond"da qorunan filmləri. Bu müəllimlər tələbələrinə övladı kimi baxırdı. Bu baxımdan mənim təhsilə baxışım bir az fərqlidir və yəqin ki, bu baxış bucağını yeri gələndə izləyə biləcəksiniz.
|
2014-01-01
| 5,579 |
İsveçrə Qarabağ üzrə xüsusi elçi təyin etdi
|
Bu gün - yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik Ukraynadan İsveçrəyə keçdi. Bu, İsveçrənin ATƏT-in yaranmasından bu yana təşkilata ikinci sədrliyidir. İsveçrə Xarici İşlər naziri Didye Burxalter bu gündən etibarən ATƏT-in fəaliyyətdə olan sədri postunu ukraynalı həmkarı Leonid Kojaradan təhvil alıb. Rəsmi Bern bəyan edib ki, sədrlik müddətində İsveçrə ATƏT-in üzv ölkələrdə islahatlar və insan haqlarının qorunması sahəsində fəaliyyətini gücləndirməyə səy göstərəcək. İsveçrədən sonra ATƏT-ə sədrlik Serbiyaya keçəcək. Belə ki, İsveçrə və Serbiya 2014 və 2015-ci illərdə ATƏT-ə növbə ilə sədrlik etmək üçün birgə ərizə veriblər. Bu, ATƏT tarixində yenilikdir. İsveçrə ATƏT-ə sədrliyi dövründə Qərbi Balkan və Cənubi Qafqaz regionlarını, o cümlədən, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasını diqqət mərkəzində saxlayacaq. Bu məqsədlə İsveçrə iki xüsusi nümayəndə təyin edib. Xüsusi nümayəndələrdən biri Balkan, digəri Cənubi Qafqaz regionu üzrə işləyəcək. İsveçrə ATƏT-də struktur islahatlarına da tərəfdardır, hesab edir ki, bu islahatlar təşkilatın böhranlı şəraitlərdə daha çevik və daha effektiv reaksiyasını təmin etməyə yönəlməlidir. İsveçrənin ATƏT-ə sədrliyi rəsmən yanvarın 16-da Vyanada təşkilatın Daimi Şurasının toplantısında başlayacaq. 2014-cü ilin dekabrında isə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısı İsveçrənin Bazel şəhərində keçiriləcək. İsveçrə ATƏT-ə ilk dəfə 1996-cı ildə sədrlik etmişdi ("Virtualaz").
|
2014-01-01
| 5,580 |
Hərbi xidmətə çağırış başlandı
|
Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, 2014-cü il yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq. Sərəncama əsasən, 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sərəncama uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 14-də Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb (AzərTac).
|
2014-01-01
| 5,581 |
Hakan Şükürün yayımlanmayan qalmaqallı müsahibəsi - Video
|
"Mənimlə bərabər daha bir neçə nəfərin də AKP-dən ayrılmaq fikri var". "Axar.az" məlumat verir ki, bu sözləri AKP-nin keçmiş üzvü Hakan Şükür deyib. O, AKP-də onunla eyni fikiri bölüşən çox adamın olduğunu söyləyib. H.Şükür həmçinin istefa öncəsi Fətullah Gülənlə etdikləri söhbət haqqında da danışıb. "Bir neçə dəfə hoca əfəndiyə zəng vurdum. Ayrılmaq istəyirəm dedim. O isə mənə Hakan bəy biz dəyər verdiyimiz, eyni fikirləri paylaşdığımız insanların yanında olacağıq dedi". Qeyd edək ki, bu keçmiş futbolçunun AKP-dən istefa etdikdən sonra verdiyi ilk müsahibədir. Mətbuat "Bugün TV"yə verilən müsahibədə hər şeyin hazır olmasına baxmayaraq, hələ də efirə buraxılmasına icazə verilmədiyini yazıb.
|
2014-01-01
| 5,582 |
Azər Qaraçənli: “Hücumlar daha da sürətlənib”
|
"Dekabrın 30-u axşamdan başlayaraq, "Mediaforum"a hücumlar daha da artıb. Bu səbəbdən sayt fəaliyyət göstərə bilmir". Bu sözləri "Axar.az"a açıqlamasında "Mediaforum" saytının Baş redaktoru, tanınmış jurnalist Azər Qaraçənli dedi. Onun sözlərinə görə, virtual hücumu həyata keçirən hakerlər "Mediaforum"un bazasına daxil ola bilməsələr də, serverə göndərdikləri yüz minlərlə sorğu nəticəsində saytın normal fəaliyyətini təmin etməsinə imkan vermirlər: "Hücumlar dekabrın 19-dan başlayıb. İndiyə qədər bir neçə dəfə yarım və ya bir sutka fəaliyyətimizi əngəlləyə biliblər, ancaq vebmasterlər problemi aradan qaldırmağı bacarıb. Dünəndən isə hücum daha da şiddətlənib və qarşısını almaq mümkün deyil. Hücumlar serverlə əlaqə qurmaq imkanlarımızı da məhdudlaşdırıb". A.Qaraçənli qeyd etdi ki, minlərlə İP-in sayta girişini blok etsələr də, hakerlər dərhal İP-ləri dəyişirlər: "Bu vaxta qədər "Mediaforum"a hücum kimi qeydə alınan minlərlə İP-i blok etmişik, ancaq biz blok etdikcə, hücum edənlər də daha başqa ünvanlar seçirlər". "Hazırda hücumun səngiməsini gözləyirik", - deyən Baş redaktor saytın normal fəaliyyətini bərpa edəcəyi vaxtı açıqlamaqda çətinlik çəkdiyini bildirdi: "Hücumlar xaricdəndir və xüsusi proqramla həyata keçirildiyi üçün, total hücumun on minlərlə İP ünvanından edildiyi təsəvvürü yaradır. Ana səhifəyə eyni anda yüz minlərlə sorğu göndərməkdə davam edirlər, belə şəraitdə konkret söz demək çətindir. Hazırda vebmasterlər çalışır ki, fəaliyyətimizi bərpa edək."
|
2014-01-01
| 5,583 |
İsrailin baş naziri xəstəxanaya yerləşdirilib
|
İsrailin baş naziri Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib. Veril'n məlumata görə, baş nazirin mədə-bağırsağı müayinədən keçiriləcək. Yoxlama illik tibbi müayinə çərçivəsində keçiriləcək. Netanyahunun müayinə olunduğu müddətdə onun salahiyyətlərini İsrailin xarici işlər naziri Aviqdor Liberman icra edəcək. Xatırladaq ki, ötən həftə Netanyahu "Hadera" klinikasında müayinə edilib. Həkimə müraciət etməyə səbəb isə baş ağrısı və soyuqdəymə əlamətləri olub. Bir-iki saat müayinənədən sonra Netanyahuya "sinusit" diaqnozu qoyulub və müalicəsini davam etdirmək şərtilə evə buraxılıb (ANS).
|
2014-01-01
| 5,584 |
Nursinin tələbələri Güləndən üz çevirdi
|
"Səid Nursi tələbələri olaraq baş verən bütün hadisələri şiddətlə qınayırıq". "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Səid Nursinin tələbələri çıxış edib. Onlar heç bir halda siyasi oyuna qurban olmaq istəmədiklərini bildiriblər. "Biz istənilən halda heç bir oyunun tərəfdarı olmaq niyyətində deyilik. Camaat adına siyasi fəaliyyət həyata keçirmək, siyasi partiyalarla sövdələşmə etmək, dövlət içində dövlət qurmaq, iqtidara ortaq olmağa çalışmaq kimi fəaliyyətlərin hamısı "Risaleyi Nur"un iman və Quran "hizmet"i ilə təzad təşkil edir". Bununla yanaşı onlar istənilən halda "hizmət"in tamamilə başqa mahiyyət daşıdığını və siyasətə qurban verilməməsini istəyiblər. Qeyd edək ki, Səid Nursi Nur camaatının ilk lideri olaraq tanınır. O, hazırda da camaatın(nurçuların) ən çox bəhrələndiyi "Risaleyi Nur" əsərinin müəllifidir.
|
2014-01-01
| 5,585 |
Yeni il atəşfəşanlığı Ginnesin Rekordlar kitabına düşdü
|
Dubayda təşkil olunan yeni il atəşfəşanlığı öz miqyasına görə Ginnesin Rekordlar kitabına düşüb. Verilə məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki atəşfəşanlıq 2012-ci ildə Küveytdəki atəşfəşanlığı da geridə qoyub. Atəşfəşanlıq nəzərdə tutulandan 20 dəqiqə gec başlayıb. KİV-də bunu təşkilatçıların hazırlığı və güclü küləklə əlaqələndirirlər. 450 min fişəngdən ibarət salyut 6 dəqiqə davam edib. Fişənglər Dubayın sahillərindəki 100 kilometrlik məsafədə 400 nöqtədən səmaya buraxılıb. Fişəng atəşfəşanlığı nəticəsində səmada BƏƏ-nin 225x130 metr ölçüdəki bayrağı forması canlandırılıb. Bayram atəşfəşanlığını 200-dən artıq pirotexniki qurğudan istifadə olunub.(ANS)
|
2014-01-01
| 5,586 |
İtaliyada Yeni il axşamı 100 nəfər yaralanıb
|
İtaliyada ənənəvi Yeni il atəşfəşanlığında təxminən 100 nəfər yaralanıb. Verilən xəbərə görə, onların arasında İtaliyada yeni ili keçirməyə gələn müxtəlif millətlərin nümayəndələri var. Yaralıların bəzilərinə yerindəcə yardım göstərilsə də, onlarla yaralı xəstəxanaya yerləşdirilib. Təkcə Romada Yeni illə bağlı təcili yardım xidmətinə 296 çağırış daxil olub. 23 nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır. Yeni il gecəsi atəşfəşanlıq zamanı bir əlil isə dünyasını dəyişib. Bayram günü ən çox yanğın hadisələri isə Napolidə baş verib. Bu şəhərdə 50 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir (ANS).
|
2014-01-01
| 5,587 |
Sabiq millət vəkili vəfat etdi - Video
|
Dekabrın 31-i səhər saatlarında şəkərli diabetdən və ürək xəstəliyinindən əziyyət çəkən sabiq Millət vəkili Faiq Baxşəliyev dünyasını dəyişib. "Axar.az" xəbər verir ki, Milli Məclisin sabiq deputatı, Azərbaycanın İstiqlal Bəyənnaməsinə imza atan şəxslərdən və Aran bölgəsində Azadlıq hərəkatının aparıcı simalarından biri 1992-1995-ci illərdə Mingəçevirin və Ağdaşın icra başçısı olmuş Faiq Baxşəliyev Mingəçevirdəki evində vəfat edib. Mərhum doğulduğu Ağdaş rayonunun Kotavan kəndində dəfn edilib. Qeyd edək ki,mərhum Millət vəkili uzun müddət idi ki urək xəstəliyindən əziyyət çəkirdi və bir neçə dəfə əməliyyat olunub. (AzNews.az)
|
2014-01-01
| 5,588 |
Putin terrorda yaralananları ziyarət etdi - Video
|
Yanvarın 1-i Volqoqrada gələn RF prezidenti Vladimir Putin, 29-30 dekabrda Volqoqrad şəhərində 2 terror aktı nəticəsində xəstəxanaya yerləşdirilən zərərçəkənləri ziyarət edib. Ölkə prezidenti yaralılarla ünsiyyətdə olub və həkimlərdən onların vəziyyəti barədə məlumat alıb. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Volqoqrad səfəri zamanı həmdə trolleybus pardladılan məntəqədə də olub (AzVision).
|
2014-01-01
| 5,589 |
Türkiyədəki hadisələrin arxasında dayananlar bəlli oldu – ŞOK
|
Türkiyədə keçirilən rüşvət əməliyyatının arxasında türk əsgərinin başına Şimali İraqda çuval geyindirməklə məşhur olan Devid Petreus dayanıb. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə hökumətinə yaxınlığı ilə seçilən mətbuat orqanları yayıblar. Mətbuatın Milli İstihbarat Təşkilatındakı mənbələri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı olan D.Petreusun bunun üçün xüsusi təşkilat yaratdığını da bildirib: "Türk iqtisadiyyatı 2013-cü ildə ən yüksək səviyyəyə çatdı. Daha sonra isə D.Petreusun rəhbər olduğu təşkilata Ərdoğanı devirmək üçün 25 milyard dollar ayrıldı. Bu təşkilatın adı KRR (Kolhberg Kravis Roberts) oldu. D.Petreus isə bunun başına may ayında gətirildi". MİT-in əldə etdiyi məlumatlarda Türkiyədə hadisələri qızışdırmaq üçün məşhur mətbuat orqanlarının da istifadə edildiyi bəlli olub: "Ən məşhur qəzetlər bu oyunda yer aldılar. "Faynenşıl Tayms", "Qardian", "WSJ", "Der Şpiqel" hətta "Tudeys Zaman"da bunların içində vardı". Beynəlxalq Valyuta Fondunun da KRR ilə əməkdaşlıq etdiyi bəlli olub. Burada əsas məqsədin isə Türkiyəni yenidən maliyyə cəhətdən özündən asılı vəziyyətə salmaqdan ibarət olduğu qeyd edilib. KRR-in idarəçiləri içində çox təhlükəli bir şəxsin adı da yer alıb. Bunun Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Neyson Riçard Perlen olduğu bildirilib: "Qaranlıqlar şahzadəsi" kimi tanınan Perlenun dünyaca məşhur iqtisadi böhranların əsas təşkilatçılarından biri olduğu bildirilir. Qeyd edək ki, dərc edilən məlumatlar MİT-in adını çəkilməsini istəməyən nümayəndəsinin jurnalistə verdiyi informasiyalar əsasında hazırlanıb.
|
2014-01-01
| 5,590 |
Corc Buşun həyat yoldaşı xəstəxanaya yerləşdirilib
|
ABŞ-ın sabiq prezidenti ata Corc Buşun həyat yoldaşı Barbara Buş xəstəxanaya yerləşdirilib. Verilən xəbərə görə, bu barədə məlumatı Corc Buşun rəsmi nümayəndəsi Cim Makqret də təsdiqləyib: "Onun vəziyyəti yaxşıdır. Barbara Buşu artıq həyat yoldaşı və digər ailə üzvləri ziyarət ediblər. O, həkim nəzarəti altındadır". Barbara Buş nəfəs çatışmazlığı ilə Hyuston xəstəxanasına yerləşdirilib. Onda erkən mərhələdə ağciyər iltihabı əlamətləri aşkar olunub. 88 yaşlı qadın amerikalıların sevimlisidir. O, ərinin prezident olduğu vaxtlarda ərindən daha nüfuzlu şəxs hesab edilirdi (ANS).
|
2014-01-01
| 5,591 |
Fələstinin Çexiyadakı səfiri dünyasını dəyişdi - Yeniləndi
|
Fələstinin Çexiyadakı səfiri Praqada baş verən partlayış nəticəsində xəsarət alıb. Bu barədə Çexiyanın ÇTK agentliyi məlumat verir. "Səfir və onun ailəsi partlayış zamanı evdə olub", - səfirliyin nümayəndəsi Nabil əl-Fahel bildirib. "Səfirliyin məlumatına görə, səfir yaralanıb. Dəqiq bilmirik, nə baş verib", - əl-Fahel bildirib. Xilasetmə xidmətinin mətbuat katibi İrjina Ernestova ÇTK agentliyinə təsdiqləyib ki, "yaralını hospitala gətirirlər", lakin onun şəxsiyyətini dəqiqləşdirməyib. Assoşieyted Press agentliyinin məlumatına görə, partlayış Praqanın altıncı dairəsindəki Suxodol rayonunda yerləşən diplomatın evində baş verib (Trend). *** 20:00 Öz iqamətgahında baş verən partlayış nəticəsində xəsarət alan Fələstinin Çexiyadakı səfiri Praqada çərşənbə günü aldığı xəsarətlərdən ölüb. Fələstinin Çexiyadakı səfiri Camal Məhəmməd Camal bundan öncə çərşənbə günü ağır vəziyyətdə Praqanın baş hərbi hospitalına yerləşdirilib. Səfirliyin nümayəndəsi çərşənbə günü bildirib ki, partlayış Praqa-6 rayonunun Beynəlmiləl küçəsində səfirinin evində baş verib. Partlayışın səbəbi hələlik məlum deyildir. Fərziyələrdən birinə görə, partlayış səfir seyfi açan zaman, digər ehtimala görə, diplomat aldığı bağlamanı açdığı vaxtda baş verib. (Trend)
|
2014-01-01
| 5,592 |
Nazirə şok cavab: “Evdə çay yoxdur” – Video
|
Türkiyənin Səhiyyə naziri Məhmət Müəzzinoğlu Ədirnədə çayxana və kafe-restoranları gəzərək, vətəndaşların yeni il bayramlarını təbrik edib. "Axar.az" xəbər verir ki, Ədirnədə "Yeniimarət" məhəlləsindəki qəhvəxanaları gəzdikdən sonra Qıyıq küçəsinə gedən nazir Müəzzinoğlu və onu müşayiət edənlər yol üstündəki bir kafeyə giriblər. Lazım deyil, evdə çay yoxdur Kafedəkilərlə bayramlaşdıqdan sonra, Səhiyyə naziri Müəzzinoğlu yolunun üstündə olan bir binanın 2-ci mərtəbəsində eyvanda oturanlara "çayınız varsa, gələk" sual verib və belə sərt cavab alıb: "Lazım deyil, evdə çay yoxdur..."
|
2014-01-01
| 5,593 |
Bakı polisindən heyrətamiz aksiya
|
Bakı şəhər Baş dövlət yol polis idarəsinin yol hərəkəti qaydalarını pozan sürücülərlə bağlı başlatdığı qeyri-adi aksiya bu gün də davam edib. Polis əməkdaşları qaydanı pozan sürücünü bu dəfə cəzalandırmayıb, əksinə sevindiriblər. Amma sözssüz ki, bu sevincin arxasında polisin tələbi də olub. Sürücüləri təcübləndirən aksiyanın keçirilməsində məqsəd nəqliyyat vasitərini idarə edən sürücülrə yolda qaydaları pozmayaraq təhlükəsizliyə riayət etməyə dəvət eləməkdir. Aksiyanın qeyri-adiliyi isə ondadır ki qaydanı pozan sürücülərə inzibati protokol yazılmır əvəzinə şaxta baba və qar qızı tərfindən hədiyyələr verilir. sonra hər sürücü ilə fərdi söhbət aparilaraq yeni ildə yol hərəkət qaydalarni pozmamaq tövsiyyəi edilir (ANS). Aksiyanı təəcüblə qarşılayan sürücülər bu cür tədbirərin yolda təhlükəsizliyi artııracağıına tövhə verəcəyini düşünürlər. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyir ki, qaydanı pozan vətəndaşlar onları məsuliyyətə çağıran yol polisi əməkdaşlarına mənfi yanaşırlar. Polis əməkdaşları qaydanı pozanlara bunu deyirlər- "Biz sizin dostunuzuq!" Sonda isə sürücülərə yolda diqqətli olmaq və aksiyanın devizini yaxşı yadda saxlamağa tövsiyə etmək qalır. Yollarda həmrəy olaq - təhlükədən uzaq olaq!
|
2014-01-01
| 5,594 |
Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir
|
Son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınıb. Müəyyən olunubki ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən üç yüz dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır. Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü büruzə verir: gözlər yaşarır, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallüsinasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir. Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir. Qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz. Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəsliklər açıq olmalıdır. Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır. Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirmək lazımdır. Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşmək vacibdir. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etmək olmaz. Tüstü borusu olmayan sobaları almaq məsləhət görülmür. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq lazımdır. İmkan olduqda oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompres qoymaq lazımdır. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay vermək lazımdır. Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkən bu simptomları vaxtında duyub məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs yetərlidir. Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkə ilə də əvəz etmək olar. Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda ürək masajı edilməlidir. Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmalıdır. Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır. Hər hansı bir fövqəladə hadisə baş verdikdə "112" qaynar xəttinə müraciət edin!
|
2014-01-01
| 5,595 |
Hakan Şükür prokurorluğa 24 nəfərdən şikayət etdi
|
AKP-dən istefa verən İstanbul millət vəkili Hakan Şükür şəxsiyyətinə qarşı "tvitter"də təhqir iddiası ilə 24 nəfər şəbəkə üzvündən şikayət edib. "Axar.az"ın "Vətən" qəzetinə istinadən verdiyi xəbərə görə, Ədalət Sarayına vəkili ilə bir yerdə gələn Hakan Şükür prokuror Fuad Təkin ilə görüşüb. AKP-dən istefasından sonra əsasən "tvitter"dən olmaqla çox sayda təhqir mesajlarının gəldiyini bildirib.
|
2014-01-01
| 5,596 |
ABŞ-da partlayış: ən azı 10 yaralı
|
ABŞ-ın Minneapolis şəhərində binalardan birində partlayış baş verib. "Axar.az"ın əldə etdiyi məlumata görə, partlayışda 10 nəfərin yaralandığı bildirilir. Partlayışdan sonra binada yanğın baş verib. Yanğının söndürülməsində çətinliklər yaranıb. Yeni ilin ilk günündə baş verən partlayışın baş vermə səbəbi hələ də müəyyən olunmayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Binanı tüstü qatı bürüməsi içəridə qalanların xilas edilməsində maneələr yaradıb.
|
2014-01-01
| 5,597 |
Sabunçuda manyak qatil: camaat xof içində – Şok
|
Sabunçu vağzalı ərazisində baş verən tükürpədici silsilə qətllər Sabunçu sakinlərini vahiməyə salıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, yanvarın 1-i gecə saatlarında Sabunçu rayonu ərazisində dəmir yolu stansiyasında daha bir dəhşətli qətl hadisəsi baş verib. Dəmir Yolu stansiyasının kənarında boğazı kəsilmiş halda 30-35 yaşlı naməlum kişi meyiti tapılıb. Bu, artıq son bir ay ərzində Sabunçu vağzalı ərazisində baş verən ikinci dəhşətli qətl hadisəsidir. Dekabrın 16-da naməlum şəxs 1961-ci il təvəllüdlü qəsəbə sakini Məmmədvəli Məmmədovun ürəyindən bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsərək qətlə yetirib. Hadisə şahidlərinin verdiyi ifadələrə baxmayaraq, polisin cinayətkarı yaxalayaraq məsuliyyətə cəlb etməklə bağlı göstərdiyi cəhdlər hələ ki, uğursuz alınır. Məmmədəli Məmmədovun qətlindən sonra eyni ərazidə daha bir naməlum şəxsin eyni metodla qətlə yetirilməsi və daha əvvəlki cinayətin üstünün açılmaması, ətraf ərazidə yaşayan sakinləri qorxuya salıb. Onlar rayonda qatil manyakın peyda olduğunu düşünürlər. Elə buna görə də, qətllərin baş verdiyi dəmir yol zolağının ətrafında yaşayan sakinlər hava qaraldıqdan sonra çölə çıxmamağa üstünlük verirlər. Xatırladaq ki, Dəmir Yolu Nəqliyyatı Polis İdarəsindən "Axar.az"a baş vermiş qətl haqda hər hansı bir məlumat verə bilməyəcəklərini bildirdilər. Mövzuya qayıdacağıq...
|
2014-01-01
| 5,598 |
Şuşada erməni operası oynanıldı
|
Azərbaycanın işğal altında olan qədim Şuşa şəhərində Dağlıq Qarabağ əsilli erməni bəstəkarı Andrey Babayevin "Arsvaberd" operası oynanılıb. Separatçı rejimin təmsilçiləri bunu ötən ilin ən önəmli hadisələrindən biri hesab edirlər. Operanın böyük pullar hesabına həyata keçirildiyi bildirilir. Qeyd edək ki, xain qonşular Şuşanın "qədim erməni şəhəri" olduğunu dünyaya nümayiş etdirmək üçün ilk növbədə onun ənənəvi mədəni simasını və irsini erməniləşdirmək üçün israrlı cəhdlər göstərirlər. ("Musavat.com")
|
2014-01-01
| 5,599 |
Sabiq nazir həbsxanada - Foto
|
Sabiq Daxili işlər naziri Müəmmər Gülər "Rüşvət əməliyyatı" zamanı həbs olunan oğlu Barış Güləri həbsxanada ziyarət edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq nazirdən əlavə digər ziyarətçilər də nazirlə birgə həbsxanaya gəlib. Onlar nazirin həbsxana girişində görüntülənməsinin qarşısını almağa çalışıblar. Mətbuat nümayəndələri tərəfindən görüntülənə bilməyən Müəmmər Gülər 1 saat sonra həbsxanadan ayrılıb.
|
2014-01-01
| 5,600 |
Bakıda avtomobil sexi yandı
|
Bakı şəhərində avtomobil sexində yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan avtomobil təmiri sexinin dam örtüyü 2 kv.m sahədə və təmirə dayanan "Volkswagen" markalı, minik avtomobilinin yanar hissələri yanıb. Avtomobil təmiri sexinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
|
2014-01-01
| 5,601 |
Kraliça ölüm ayağındadır
|
Kraliça 2-ci Yelizavetanın ömrünə cəmi 6 ay qalıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, 87 yaşlı kraliçanın ömrünə cəmi 6 ay qalıb. Deyilənə görə, bu barədə Böyük Britaniyanın kraliçası şahzadə Uilyam və həyat yoldaşı Keyt Midltona şəxsən özü deyib. Bu həftə Amerika qəzetlərindən birində "Ölüm ayağında olan kraliçanın son milad bayramı" adlı şok başlığı ilə məqalə dərc olunacaq. Qəzet xəbər verir ki, 2-ci Yelizavetnın səhhəti qəflətən pisləşib. Buna əsas səbəb kimi isə şahzadə Çarlzın həyat yoldaşı Kamilanın kraliça ilə tez-tez mübahisə etməsidir. Belə ki, Kamila həyat yoldaşı Çarlzın taxta yiyələnməsini istəyir.
|
2014-01-01
| 5,602 |
İsrail fələstinliləri sevindirdi
|
İsrail yeni il günü Fələstinlə sülh danışıqlarına müsbət təsir edəcək addım atıb. Belə ki, İsrail 26 fələstinli məhbusu azadlığa buraxıb. "Axar.az"ın əldə etdiyi xəbərə görə, rəsmi Təl-Əviv ötən ilin iyul ayında ABŞ-ın iki ölkə ilə sülh danışıqları aparması nəticəsində 104 məhbusu 4 qrupa ayıraraq azadlığa buraxmağı qəbul etmişdi. Dünən 26 məhbusun azadlığa buraxılması ilə üçüncü qrup sərbəst buraxılıb. Azadlığa buraxılan fələstinliləri Ramallahda qarşılayan Fələstin prezidenti Mahmud Abbas xalqa söz verərək bildirib ki, bu iş son olmayacaq, yaxın gəlcəkdə də bir çox məhbuslar azadlığa buraxılacaq.
|
2014-01-01
| 5,604 |
2014-ün ilk endirimi: yumurta ucuzlaşdı
|
Yeni ilin ilk günündə paytaxtın topdansatış məntəqələrində yumurtanın qiymətində ucuzlaşma müşahidə olunub. Belə ki, ticarətlə məşğul olan şəxslər yanvarın 1-dən etibarən yumurtanı 5-6 qəpik ucuz qiymətə alıblar. Yumurta biznesi ilə məşğul olan iş adamlarından biri musavat.com-a deyib ki, yumurtanın bir ədədinin 19-20 qəpikdən 13-14 qəpiyədək ucuzlaşmasına səbəb broyler məhsulunun bazarlarda artmasıdır. Artıq dükan-bazarlarda yetərincə yumurta var. Ötən ilin son günləri yumurtanın qıtlaşmasının səbəbinə gəldikdə, iş adamları deyir ki, buna İqtisadi İnkişaf Nazirliyinin əməkdaşlarının broyler fabriklərinə (Hacıqabul, Giləzi və s.) gedərək yumurtanın qiymətini dərhal aşağı salmaqla bağlı tələblər irəli sürməsi təkan verib. Ancaq məlumata görə, iş adamları qiymətin endiriləcəyi halda ziyanla işləyəcəklərini əsas gətirib bundan imtina edib və yumurtanın satışını minimuma endiriblər. Onlar dekabrın 1-dən etibarən yanacağın qiymətinin artımı ilə əlaqədar xərclərinin kəskin şəkildə artdığını, yemin və daşınma xərclərinin çoxaldığını əsas gətirib əvvəlki qiymətlərlə yumurta istehsalını davam etdirə bilməyəcəklərini deyiblər. Məlumata görə, istehsalçılarla rəsmi qurumlar arasında uzun müzakirələr gedib və zamanında ölkə başçısının müdaxiləsindən sonra qiymətləri endirilən yumurtada endirimin qaçılmaz olduğu qeyd edilib. Lakin qiymətlərdəki endirimin qarşılığında sahibkarlara hansı güzəştin edildiyi bəlli deyil. Maraqlısı odur ki, artıq paytaxt bazarlarında yetərincə yumurta var. Hər halda bu, 2014-cü ilin ilk endirimidir, ancaq endirimlərin digər məhsullarda da davam edəcəyini demək çətindir... ("Musavat.com")
|
2014-01-01
| 5,605 |
Baş nazir etirazla qarşılandı: 44 millət vəkili istefa verdi
|
2013-ci ildə 8 mindən çox vətəndaşını qurban verən İraq yeni ilə dərin siyasi böhranla daxil olub. "Axar.az"ın əldə etdiyi xəbərə görə, sünnilərin məkanı olaraq tanınan Əl Anbar əyalətinin mərkəzi Ramadidə şiə Baş nazir Nuri əl Malikinin etirazla qarşılandığı düşərgənin əvvəlki gün silah gücü ilə bağlanılmasından sonra 44 millət vəkili istefa verib. Qeyd edək ki, ölkədə gərginliyi artıran səbəblərdən biri də sünni vəkil Əhməd əl Alvaninin həbs edilməsidir. Müstəfi vəkillər Alvaninin azad olunmasını və ordunun Ramadidən dərhal geri çəkilməsini tələb edirlər.
|
2014-01-01
| 5,606 |
“İlisu” qoruğundakı yanğınla bağlı açıqlama – Rəsmi
|
Qax rayonunda meşə ərazisinin yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən bildirir ki, rəsmi açıqlamada Qax rayonu, Qaxbaş kəndi ərazisində yerləşən "İlisu" dövlət qoruğunda dağlıq ərazidə 8 ədəd ağacın yandığı qeyd olunur. Qoruğun qalan hissəsi isə yanğından mühafizə edilb. Yanğın yanğınsöndürənlər tərəfindən saat 18:00-da söndürülüb.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.